...
  • Yad planetdən gəlmiş qız...
  • Meyxoş Abdullah
  • (dedektiv hekayə)

    21 oktyabr 1580 - cı il... Çiskinli payız günlərindən biri... gündüzün gecəylə qovuşan şərqarışan vaxtı...
    Gecə öz qaranlıq pərdəsini göy qübbəsindən yavaş-yavaş yer üzünə endirirdi. Asimanla yer arasında lal bir sükut hökm sürürdü. Müdhiş sükutu ara-sıra səhra bayquşunun yarğanda əks-səda doğuran qıyıltısı pozurdu... Sonra yenidən ölü sükunət başlayırdı...
    Elə bu vaxt qartal bədəninə oxşar yarmadanın lap burnunun ucunda elə bir gurultu qopdu ki, sanki göyün qarnını doğradılar. Bu yerlərin daimi sakinləri olan qısaqıyruq səhra siçovullarının ürəyi paran-parça olub ağızlarından toküldü. Dağkəlinin leşinə daraşmış bir yığın quzğun, bu səsdən hürkərək özlərini yaxınlıqdakı qayalıqların döşündə bitən gəgirliyə pərçimlədilər.
    Dəhşətli və qorxunc göygurultusuna öyrəşməmiş qartalabənzər yarmada, sanki diksinən kimi oldu. Qanadlarını gərmiş bu yer kürrəsinin bir parçası qorxusundan quş tək perikib, milyon illərdən bəri mıxlandığı yer adlı kainatdan qopub, getmək istədi.
    Elə bu vaxt göyün ənginliklərindən yerə doğru bənövşəyi rəngli bir işıq seli axdı. Birgözqırpımında bu südrəngli işıq seli yerin bağrına sancıldı. İşıq seli, pəncərədən qaranlıq otağa düşən günəş şüasına bənzəyirdi... İşıq selinin tən ortasında, elə bil şüşə boruya salınmış vəziyyətdə olan bir canlı göründü. Bu canlı, yumurlanmış vəziyyətdə, sanki ana bətnində doğuşa hazır olan körpəyə bənzəyirdi.
    Bir azdan işiq selinin əhatəsi genişləndi. Əhatə genişləndikcə şüşə borunun dairəsi də böyüyürdü. Dairə böyüdükcə onun içindəki canlı varlığın spiralvari oyanışı gözə çarpırdı. Bu spiralvari buğumlar böyüdükcə şüşə borunun içində qeyri-adi bədənqurluşu olan bir qız göründü. Qızın ayağının torpağa dəyməsiylə işıq selinin onun başının üstə dairəvi halqaya dönməsi bir oldu.... İndi o apaydınca nəzərə çarpırdı. Qızın çövrəsi algümüşü rəngdəydi. Uzun qara saçları topuğunacan səpələnmişdi. Azca dik burnu və qap-qara gözləri vardı.
    Qızcığazın alnındakı çapıqdan savayı hər şey adi insanlarda olduğu kimiydi. Bu çapıq mayak qədər güclü işıq saçırdı, həm də ətrafa dalğavari bənövşəyi şüalar səpələyirdi.
    Qartalabənzər yarmadaya enmiş bu qız yadplanetdən gəlmişdi O, bu kainatın sakinlərini şər qüvvələrdən qorumaq və haqq-ədaləti bərpa etmək üçün göndərilmiş ilahi bir varlıq idi... Bu qızın adı Cnives, yəni yadplanetlilərin dilində, “ Xəyal ilahəsi” deməkdi.

    * * *
    ... 2012 - ci il... payız fəslinin son ayı... Göydən ələnən narın yağış hər tərəfi islatmışdı. Havadan soyuq qarın qoxusu gəlirdi... İki il bundan qabaq təsadüf nəticəsində tanış olduğum, amma bircə dəfə də üzünü görmədiyim bir qadının xəyalını beynimdə canlandıra-canlandıra, çiskin yağış altında onu gözləyirdim.
    Bu görüş mənim üçün əbədi yuxuya getmiş sonradan diksinərək ayılan bir insanın qəfil oyanışına bənzəyirdi...
    Qadın yubandıqca həyəcandan, bədənimdə yaranmış od-alovun hənri, sir-sifətimə səpələnən yağış damlalarını havadaca buxarlandırırdı.
    Bu iki il müddətində mənə yazdıqlarını xəyallarımda canlandırdıqca, onun yaşının hardasa, 45-50 arası olacağına heç bir şübhə yeri yox idi. Bunu dəfələrlə onun özünə də söyləmişdim. O isə israrla ondörd yaşında olduğunu söyləyirdi. Mən isə, hər dəfə onun bu sözlərinə elə hey gülürdüm...gülürdüm...
    Həyəcanım artdıqca, taqətim də dükənirdi. Ətrafımdan ötüb keçən qadınların hansınin o olduğunu öyrənmək üçün özümdən aslı olmayaraq diqqətlə onların üzünə baxırdım... Mən onu yaşlı bir qadın təsəvvür edirdim.
    Birdən səkinin o biri tərəfindən mənə doğru gələn bir qızcığazın gülümsər sifəti diqqətimi cəlb etdi... Onun uzaqdan mənə baxıb gülümsəməsi fikirlərimin içinə bir dolaşıqlıq salmışdı. “Bu odurmu?!..” - sualı mənim içimdə bir təlatüm yaratdı.
    O balaca qızcığaz, artıq mənim bir addımlığımda dayanmışdı. Qap-qara saçları topuğunacan səpələnmiş, gözləri zülmət gecə kimi zilqara olan bu qızcığaz boynyny göyərçin balası kimi əyib, gözlərini gözlərimə dikərək gülümsəyirdi. Onun gülümsəməsi qeyri-adi idi. Baxışlarının dərinliyindən qopan hansı bir qüvvəsə adamı sonu görünməyən bir boşluğa doğru yuvarlayırdı. Alnındakı dərin çapıq yerindən dalğavari və gözlə güclə görünən ulturabənövşəyi işıq seli buğumlanırdı. Çiynindən məktəbli çantası asmış bu qızın əynində tünd yaşıl rəngdə olan xüsusu məktəbli forması da vardı. Nə qədər təəccüblü olsa da, hər şey mənə gülməli gəlirdi. Ömrümdə belə gülünc vəziyyətə düşdüyüm halı xatırlamıram. Bu qızcığaz, heç “qızlar bulağından da su içməmişdi”.
    O xırdaca əlini mənə uzadaraq:
    - Mənəm... inanmadığınız Cnives...
    Səsinin tonu cılız bədəninə heç uyuşmurdu. Bir anlıq özümü itirdim və necə oldusa əlimi onun alnındakı çapığa toxundurdum. Bu elə gözlənilməz və ani oldu ki, qızcığaz özü də diksindi.
    Təəccüblə soruşdum:
    - Doğurdanmı, bu sənsən?!
    - İnanmırsan? – deyə gülümsədi?
    - Yox... bu sən deyilsən.
    - Bəs, kiməm?!
    - Ölmüş yaşlı bir qadının cavan ruhu... – Düz tapdımmı?!- deyə soruşdum.
    O diksindi. Əlini alnındakı çapığın üstünə qoyub gözlərini qapadı. Mənə elə gəldi ki, o dua oxuyur. Amma sözlərindən heç nə başa düşmək olmurdu. Onun sifətinin rəngi də, gözlərinin parlaqlığı da azalmışdı. Ölüm ayağında olan xəstəyə bənzəyirdi. Birdən, yatmış adam kimi sanki yuxudan ayıldı və qoluma toxunaraq:
    - Mənə başqa bir sözün varmı?
    Yaranmış vəziyyətdən çıxmaq üçün bayaqdan əlimdə tutduğum hədiyyəni ona tərəf uzatdım.
    - Bunu sənin üçün almışam, ətirdir...
    O gülümsədi və hədiyyəni alıb burnuna yaxınlaşdırdı:
    - Gözəl iyi var, hardan bildin bu ətiri xoşlayıram?
    - Axı, bu ətrin ağzı bağlıdır. Sən bunun iyini haradan hiss etdin?
    O, bir söz demədi, sadəcə gülümsədi... Sonra əlimdən tutub, məni bir addım özünə tərəf çəkdi. Onunla çox yaxın bir məsafədə dayanmışdıq. Hətta, nəfəsini hiss edirdim, ilk yağan qarın iyi gəlirdi nəfəsindən.
    O, baş barmağını alnındakı çapığa qoydu, şəhadət barmağını isə düz mənim alnımın ortasına dayadı. Onun bu vəziyyəti, sanki tapançadan atəş açan adamın vəziyyətinə bənzəyirdi. Əslində, qorxmağa başlamışdım. Amma bir söz demədən kirimişcə onun nə edəcəyini gözləyirdim. Handan-hana dilləndi:
    - Mən bu vəziyyətdə sənin bütün yaddaşını pozmağa qadirəm. Buna inanırsanmı?
    - İnanıram! – dedim.
    - Onda, elə isə söz ver ki, bu deyəcəklərim səninlə mənim aramda bir sirr olaraq qalacaqdır.
    - Söz verirəm! – dedim.
    - Mənim 433 yaşım var... Mən 1580- cı ildə yad planetdən gəlmişəm. Bu mənim yer kürrəsinə gəlmə tariximdir. Əslində, mən 1330 il bundan qabaq, 683- cü ildə uzaq qalatkaların birində doğulmuşam. Mən bu yerin sakinlərini şər qüvvələrdən qorumaq və haqq-ədaləti bərpa etmək üçün göndərilmişdim. Amma çox heyfslənirəm ki, yer planetinin adamları haqq-ədaləti dərk etməkdə acizdirlər. Buna yüz illərlə vaxt lazımdır. Mənim isə buradan getmək vaxtım, artıq tamam olur. Bilmirəm, yenidən bu yerlərə qayıdacağammı?!
    - Bəs...
    - Xahiş edirəm, daha məndən heç nə soruşmayın, artıq mən dükənirəm... - deyə o mənim sözümü ağzımda qoydu.
    Doğurdan da, onun sir-sifəti şaxta vurmuş adamın bənizi kimi ağappaq idi. O, bu görkəmində, lap qar qıza oxşayırdı.
    Biz ayrılarkən o mənə bir qələm hədiyyə etdi... Birinci dəfəydi ki, beləsini görürdüm. Qələmin ucunda antenaya bənzər bir çıxıntı vardı. O biri ucunda isə ulturabənövşəyi işıq yanırdı... Eynən Cnivesin alnındakı çapıqdan dalğalanan işıq seli kimi...



  • fevral 2021, Meyxoş A.

  • 210
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......