...
  • Tarix müəlliminin etirafı...
  • Meyxoş Abdullah
  • (hekayə)

    Arıq, taqəti kəsilmiş ağsaçlı müəllimə ağır, addımlarla kəndin kənarındakı qəbristanlığa doğru irəliləyirdi. Bir-iki gün olardı, canındakı o müdhiş ağrılar birazca azlamışdı. Başqa vaxt olsaydı bu uzun yolu xəstə canıyla piyada getmək ona zor gələrdi. Amma bu gün, o, qəti qərara gəlmişdi ki, kənd qəbristanlığına gedib, vaxtilə dərs dediyi, indi isə el-obanın sevimlisi olan şəhid əsgər, İbrahim Lələyevin məzarını ziyarət etsin.
    Müəlliminin şagirdinə deyiləsi ürək sözləri vardı. Neçə gün idi ki, o, bu barədə fikirləşirdi. Ürəyində yığılıb qalmış sözləri ona elə əzab verirdi ki...
    Qəbristanlığın qapısına çatanda bir azca dayanıb nəfəsini dərdi. Ayaqlarındakı ağrılar ona şiddətli əzab verdiyindən, canını dişinə tutub birtəhər dözürdü. Əlindəki əsa, elə bil, onun son ümid yeri idi. Bütün vücudunu əsaya etibar edirmiş kimi bərk-bərk ona söykənmişdi.
    Müəllimə qəbristanlığın qapısından içəri girib, sol tərəfdə, qara mərmərlərlə əhatə olunmuş məzara sarı irəlilədi. Həyəcanlandığından, soyuq dəymiş adamlar kimi tir-tir titrəyirdi.
    O, qəbrin önünə çatanda dayandı. Başını astaca qaldırıb, qocalıqdan heydən düşməkdə olan bulanıq gözlərini, mərmər daşına həkk olunmuş şəkilə dikdi. Şəkildəki hərbi geyimdə olan cavan oğlanın gülümsər gözləri o dəqiqə müəlliminin gözləriylə toqquşdu.
    – Hə... Sənsən, İbrahim, oğlum? – deyə müəllimə, uzun illərdən bəri görmədiyi şagirdini şəklindən tanıdığına görə sevindi.
    İbrahim onun neçə illər bundan qabaq tarix fənnindən dərs keçdiyi şagirdi idi. İllər, onun boy-buxununun, sir-sifətinin cizgilərini dəyişsə də, gözləri həmin gözlər idi, lap uşaqlıqda olduğu kimi, saf, məsum.
    Mərmər daşın parıltısı igid əsgərin çöhvrəsini bir az da işıqlandırdığı üçün, oradan gözlərinə düşən nur atəşinə bənzər şüalar müəllimənin gözlərini qamaşdırdı.
    Müəllimə dərindən nəfəs aldı və güclə eşidiləcək səslə pıçıldadı:
    - Xoş gördük səni, oğlum... Şəhid adın mübarək!..
    Sonra o, titrək əlləriylə qara mərmərin üzərində həkk olunmuş şəkili sığalladı. Daşın soyuqluğu, elə bil, onun xəstə canına işlədi, bədənindən soyuq bir gizilti keçdi.
    Müəllimə başını qaldlrıb şəkilə baxanda, yenə onun gözləri, qara mərmər daşın üzərinə həkk olunmuş şagirdinin gülümsər gözləriylə toqquşdu. Gözlər bir anlıq da olsun nəzərlərini müəllimindən çəkmək istəmirdi. Müəllimə hansı səmtə dönürdüsə, o gözlər yenə də onu axtarırdı.
    - Oğul, bilirsən niyə gəlmişəm?! – deyə, müəllimə titrək səslə dilləndi. - Şəhadətə qovuşduğunu bir müddət bundan qabaq eşitdim. Onda bərk xəstələnmişdim, yataqdan qalxmağa hey-hərəkətim yox idi. Bir azca özümə gələndən sonra, evinizə gəlib, ata-anana başsağlığı vermək istədim. Amma nədənsə, fikrimdən daşındım. Qərara gəldim ki, əvvəlcə gəlim sənin özünü ziyarət edim, sonra onları. Axı, ürəyimdə sənə deyiləsi çox sözlərim var. Xəstələnəndə Allahıma yalvarırdım ki, tanrı mənə bir az da möhlət versin, ürəyimdəki sözlərimi sənə çatdıra bilim. - Əziz oğlum, xatırlayıram ki, o vaxtlar mən sizə tarix fənnindən dərs keçəndə sən mənim dərslərimi o qədər də yaxşı oxumurdun. Hətta, bir az da nadinclik edərdin, elə deyilmi?! - deyə müəllimə, nəmli gözlərini qara mərmərdəki şəklin gözlərinin içinə dikdi.
    Qara mərmərdəki şəkil yenə də gülümsəyirdi. Sanki ağsaçlı müəlliməsinin fikrini təsdiq edirmiş kimi; - hə, elədir müəllimə!... - demək istəyirdi.
    - Mən onda əsəbləşirdim. Səni və sinifdə zəif oxuyan uşaqları danlardım, - deyə, müəllimə astaca sözlərinə davam etdi. Əlaçı şagirdləri isə sizə nümüunə göstərib: - Bunlara baxın və onlardan ibrət götürün! – söylərdim. Deyərdim ki, bu yaxşı oxuyan şagirdlər ağıllı uşaqlardırlar. Gələcəkdə vətənə namusla xidmət edəcəklər. Vətən üçün insanlarçün xeyirli işlər görəcəklər. Onların ad-sanları dünyanın hər yerindən eşidiləcəkdir. Biz onlarla fəxr edəcəyik! – deyə, yaxşı oxuyan uşaqları tərifləyərdim. - Amma siz tənbəllər, bəs sizdən nə olacaq?! – deyərək, sizi bərk qınayırdım. - Yadındadırmı, oğlum? – deyə müəllim dərindən ah çəkdi. Məni başa düş, oğlum, bir müəllim kimi, bir ana kimi sizin gələcəyinizdən çox narahat idim, ona görə belə edirdim. Sizləri düşünürdüm. Düşünürdüm ki, bu uşaqlar həyatda nə edəcəklər, necə yaşayacaqlar, görəsən?! Geyim-keciminizə, pırtlaşıq saçlarınıza, dəli-dolu hərəkətlərinizə baxıb yaman fikir edirdim. Fikirləşərdim ki, bizim gələcəyimiz olan siz gənclər, axı, vətən üçün, bizlər üçün nə gün ağlayacaqsınız?!
    Bu fikirlər məni yaman narahat edirdi. Bir müəllim kimi, bir ziyalı kimi gecə-gündüz bu barədə fikirləşib, bərk narahat olurdum. Amma gör, nə qədər yanılmışam, oğul. Sən demə, yaxşı oxumaq, ziyalı olmaq, hələ vətən təəssübü, vətən qeyrəti çəkmək deyilmiş... Doğrudur, həmin öyünə-öyünə təriflədiyim əlaçı şagirdlərim ali məktəblərə qəbul olub tələbə adı qazandılar. Oxuyub böyük vəzifə sahibi də oldular. Onların arasında mənim davamçılarım da var. Amma fikirləşirəm, həyatda nələr dəyişdi, onlar bu dünyanın hansı axarını dəyişə bildilər? Onların heç biri sənin kimi ad-san, şan-şöhrət qazanıb ucalmadılar. Onları olsa-olsa bu kənd, el-oba tanıdı. Sən isə öz igidliyinlə, vətənsevərliyinlə onların hamısından üstün oldun. Sən şəhid olmağınla vətəni sevməyi, torpağına bağlılığı, nəinki, dostlarına, hətta, mən ağsaçlı müəlliminə də öyrətdin.
    Mən orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm. Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları; - buz dövrünü, daş dövrünü, dəmir dövrünü, nə bilim daha nə dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımış, sənin kimi, oğul.
    Bağışla məni, oğlum, bilirsən, necə peşimanam. Bu gün mən səndən çox şey öyrəndim. Sən mənə tarix dərsi keçdin, tarix dərsi öyrətdin, oğlum. Yadımdan heç vaxt çıxmayan bir tarix dərsi.
    Kaş, bu həyata bir də dönə biləydik... Onda, səndən öyrəndiyim, sənin yazdığın tarix dərsini, bilirsən şagirdlərimə necə həvəslə öyrədərdim?!
    ... Müəllimə sözlərini bitirib bir azca rahatlaşdı. Sonra o, cib dəsmalına büküb gətirdiyi tabaşirlə şəhid şagirdinin mərmər baş daşının aşağı tərəfində, ona heç vaxt vermədiyi "5"(əla) qiymətini yazaraq, tabaşirli dəsmalla gözlərinin yaşını silə-silə oradan asta-asta uzaqlaşdı...
    Soyuq mərmər daşlardan boylanan bir cüt gülümsər baxışlar ağsaçlı tarix müəllimini yola salırdı...


  • fevral 2021, Meyxoş A.

  • 123
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......