...
  • Qapı açanım...
  • Meyxoş Abdullah

  • (hekayə)

    ( Qız balalarımıza itahf olunur...)

    ... Arvadı iki oğlan uşağından sonra, ona gözəl bir qız uşağı da dünyaya gətirmişdi. Qız övladının doğulması Əziz müəllimi o qədər sevindirmişdi ki, fərəhindən bilmirdi nə etsin. Hətta, iki oğul balası dünyaya gələndə o, heç belə sevinməmişdi.
    Əziz müəllim bütün qohum-əqrabasına, dost-tanışlarına xəbər edib bildirmişdi ki, qızının doğulması münasibətiylə hamıya yaxşı bir qonaqlıq verəcəkdir.
    Ona görə də, Əziz müəllimi istəyən bütün yaxınları qonaqlığın veriləcəyi günü gözləyirdilər.
    Təyin olunmuş gün gəlib çatanda, nəinki, qonaqlar, hətta, Əziz müəllimin öz ailəsi də, bu böyük ziyafət məclisinə görə təəccübdən gözləri dörd olmuşdu.
    Onun təşkil etdiyi qonaqlıq elə bir möhtəşəm qonaqlıq idi ki, elə bil, Əziz müəllim qız balasının dünyaya gəlişi münasibəriylə məclis yox, ona toy edib köçürdürdü. Yemək, içməkdən tutmuş musiqiçilərə qədər hər şey gözəl idi. Stolların üstündəki bahalı içkilər, şirniyyatlar, mer-meyvələr, şişlərdə isti-isti ortaya gətirilən müxtəlif cür kabablar hamını heyran etmişdi.
    Bu naz-neməti, dəbdəbəli ziyafəti görən adamların beynində br sual dolaşırdı. Axı, Əziz müəllim oğul balaları dünyaya gələndə də qonaqlıq vermişdi. Amma onun verdiyi o qonaqların heç biri buna bənzəməmişdi. Bu adi qonaqlıq deyildi, əməlli-başlı bir toy məclisi idi. Bu toyda bircə, bəylə, gəlin çatışmırdı.
    Hamı maraqla bir-birinin üzünə baxaraq, çiyinlərini çəkirdilər. Hətta, iş o yerə gəlib çatmışdı ki, Əzizi müəllimin yaxın dostu Şükür müəllim yerindən qalxıb soruşdu ki; - Ay Əziz müəllim, axı sənin oğlanarın dünyay gələndə bu cür qonaqlıq verməmişdin? İndi nə oldu ki, sən birdən-birə qızına belə qonaqlıq təşkil etmisən? El-obamızda, ta qədimdən adət-ənənə olub, ata-ana oğul övladları dünyaya gələndə daha çox sevinirmişlər, qurban kəsirmişlər. Çünki, “oğlan düşmən çəpəridir”, - deyiblər. Amma “qız yükü, duz yükü məsəli də var ha...”
    Şükür müəllimin bu sözləri məclis iştirakçılarının ürəyincə olduğuna görə, onu yerbəyerdən alqışladılar.
    Əziz müəllimin kefi kök idi. Biri birinə deyər e, elə bil, gözləri göydən ulduz dərirdi. Qızının şərəfinə yaxşıca yeyib, içmişdi. Hamıyla deyib, gülür həmişəkindən ikiqat şən görünürdü. O ayağa qalxıb məclisin başına keçdi və üzünü qonaqlara tutub dedi:
    - Hə dostlar, bilirəm hamınız maraqlanırsınız. Maraqlanırsınız ki, Əziz müəllim bəs, iki oğlu üçün, niyə belə məclis təşkil etmədi? Hə, doğrudur? – deyə o yerində ləngər vurdu. - Haqlısınız, hamınız haqlısnız... Əgər, doğurdan da, bu sizin üçün maraqlıdırsa qoy onda deyim. – Bilirsiniz, əzizlərim, həyat yoldaşım, Əfsanə xanımla toy gecəmizin axşamı qərara gəldik ki, bu üç günü otaqdan bayıra çıxmayaq. Kim də otağa gəlmək istəsə, ona da qapı açmayaq. Doğrudur, bu olduqca çox çətin bir qərar idi, valideynlərimiz, yaxınlarımız vardı, onlardan hər biri, hər an qapını döyə bilərdi. Amma şərtləşdiyimizə görə, kim olur-olsun ona qapını açmayacaqdıq.
    Bu sövdələşməmizin üstündən bir gün keçdi. Səhəri gün günortaya yaxın otağımızın qapısı döyüldü. Hər ikimiz bir-birimizin üzünə baxıb qımışdıq. Görəsən kim ola? - düşündük. Qapı təkrar döyüləndə anamın səsini eşitdik.
    - Oğul, Əziz, sənə qurban, atanla darıxdıq. Dedik ki, gəlib sizinlə bir az oturub, söhbət edək. Yəqin evdəsiniz, bala?
    Səsimizi içimizə salıb susduq. Doğrusu, belə bir vəziyyətin olacağını gözləmirdik. Az keçməmiş qapı yenidən döyüldü. Bu dəfə atamın zəhmli, boğuq səsi eşidildi:
    - Oğlum, evdəsiniz? Anan əl çəkmədi. Dedi ki, gedək hökmən uşaqlara bir baş çəkək.
    Kirimişcə evin içində həyat yoldaşımla bir-birimizin üzünə baxdıq. Onun üzündəki cizgilərdən hiss edirdim ki, verdiyimiz sözə əməl etməyimizi istəyir. Elə mən də o fikirdə idim. Axı, şərtləşib, bir-birimizə söz vermişdik.
    Üçüncü dəfə qapı döyüldü... Ürəyim ağrısa da, qapını açmaq fikrim yox idi...
    Bir azdan atamın boğuq səsi yenidən eşidildi. Bu dəfə anamı danlayaraq, deyirdi:
    - Mənim sözümə heç qulaq asmadın da. Sənə dedim ki, yaxşı deyil, cavandırlar, gedib narahat etməyək, sonra gedərik. Sən isə mənə qulaq asmadın. Ehh, sənə nə deyim, ay arvad, gördün də?..
    Anamın sözü lap cızdağımı çıxartdı.
    - Yox, a kişi, evdə olsaydılar açardılar. Mən oğlumun xasiyyətini yaxşı bilirəm. Yəqin, harasa gediblər? Neynək, sən Allah deyinmə, gedək başqa vaxt gələrik.
    Onlar çıxıb getdilər.
    Ata-anama qapını açmadığıma görə yaman utandım. Belə olacağını, doğrusu, gözləmirdim. Amma çətin də olsa, verdiyimiz sözün üstə durmağımız bizi bir azca sevindirirdi. Bunu həyat yoldaşım Əfsanə xanımın üzündəki təbəəssümdən də sezmək olurdu.
    Səhəri gün günorta vaxtından keçmişdi. Qapının döyülməsi, dünənki kimi yenə də hər ikimizi diksindirdi. Bir-birimizin üzünə baxdıq və hər ikimizin gözlərindən bir sual oxundu, görəsən, bu dəfə kimdir?
    Qapının gözlüyündən baxdım. Və tezcə də üzümü çevrib əllərimlə ağzımı qapayaraq, yavaş səslə:
    - Əfsanə, əzizim, atanla, anandır!..
    - Nə?!- deyə, Əfsanə az qala qışqıracaqdı. Barmağımı dodaqlarımın üstünə qoyub, ona“sus” işarəsi verdim.
    Az keçməmiş qaynanamın səsi eşidildi:
    - Qızım, Əfsanə, qadan alım, bizik e, atanla, mən... Evdəsiniz?!
    Mən dönüb həyat yoldaşımın üzünə baxdım. Əfsanə ayaq pəncələrinin üstünə qalxaraq, iki əlini başından yuxarı qovzayıb, dartınaraq sanki məni itələyib qapıya tərəf qaçmaq istəyirdi.
    Onun sinəsindən yavaşca geri itələyib:
    - Hara gedirsən, qız, bəs söz danışmışdıq axı?
    Əfsanə məni eşitmirmiş kimi yenə də qapıya tərəf dartındı. Bu dəfə onun qolundan tutub geriyə çəkərək:
    - Yox olmaz, qətiyyən olmaz! – dedim.
    O dolixsunaraq:
    - Əzizim, ata-anamdı e, gələn, - deyə, pıçıldadı.
    - Bilirəm də, gələn ata-anandır? Bəs, dünən gələnlər mənim ata-anam deyildilər? - deyə, ona xatırlatdım.
    Əfsanənin gözləri dolmuşdi. Hətta, onun gözlərindən bir-iki damla yaş da süzülüb, döşəməyə düşdü. Amma mən fikrimdə qəti idim, qapını açmaq istəmirdim.
    Əfsanə divanın üstünə çöküb, üzünü əlləriylə qapadı və ağlaya-ağlaya:
    - O qədər yol gəliblər, axı... Onalara necə qapı açmayaq? Heç, belə iş olar?
    Mən həyat yoldaşımı başa salmağa çalışdım:
    - Əzizim, axı, biz söz vermişik ki, heç kəsə qapı açmayaq. Niyə şərtimizi unudursan?
    Əfsanə ayağa duraraq qarşımda dayandı və gözlərini gözlərimin içinə dikərək:
    - Sənə qurban olum, bacarmıram... Vallah, özümlə bacarmıram, ata-anamdır axı... Ürəyimin başı göynəyir, içim od tutub yanır, aç qapını, qoy onları görüm.
    Onun çiyinlərindən tutub ehmalca silkələdim:
    - Əfsanə, əzizim, axı biz söz vermişik. Nə olsun, mənim də ata-anam gəlmişdi, gördün də... Onda demək, mən ata-anamı sənin kimi çox istəmirəm? Yoxsa, mənim ata-anam səninkilərdən....
    Həyat yoldaşım ağlaya-ağlaya sözümü kəsdi:
    - Yox... yox, sən ata-ananı çox istəyirsən, lap çox. Amma mən qadınam, axı. Mən dözə bilmirəm... Vallah, dözə bilmirəm, - deyə, həyat yoldaşım hönkürtüylə ağladı. Sonra o, qarşımda diz çökərək:
    - Nə olar, qadan alım, qapını aç, bundan sonra, elə bil ki, ömrüboyu sənə uduzmuşam...
    Onun qollarından tutub ayağa qaldırdım və:
    - Mən səni anladım, əzizim, səni başa düşdüm. Bu dəqiqə, bu dəqiqə qapını açıram! - dedim. Və qapını açdım...
    - Hə, dostlar, həmin anda beynimdən bir fkir keçdi. Öz-özümə pıçıldadım: - İlahi, bir qız uşağının ki, ata-anasına bu qədər məhəbbəti var, onlar üçün bu qədər narahat olub, bu qədər üzülürsə, demək, onun qəlbini qırmağa, incitməyə dəyməzmiş...
    İndi anlayın, başa düşün, ey adamlar!.. Bilin ki, mənim qız balam, mənim qapı açanım dünyaya gəlibdir...



  • sentyabr 2019, Meyxoş A.

  • 236
Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......

Darıxmaq

Şümşəd Hüseynova

Sonra bir gün darıxarsan, bilməzsən niyəsini... Sadəcə darıxarsan. Bilərsən, gözü gözünə dəyməz, amma darıxarsan... da insana xas deyilmi? Nə o gözlər, nə o əllər......