...
  • Daşlara həkk olunan xoşbəxtlik
  • Meyxoş Abdullah
  • Daşlara həkk olunan xoşbəxtlik...
    (hekayə)
    (Şəhid balalarına ithaf olunur)

    - Bura haradır, baba?!
    - Şəhidlər xiyabanıdır, oğul!..
    - Bəs, bu şəkildəkilər kimlərdir?
    - Vətən uğrunda şəhid olan igid oğullarımızdır.
    - Uğrunda nədir, baba?
    - Yəni, Vətənə görə, sənə, mənə görə canlarından keçənlərdirlər.
    - Niyə bizə görə?
    - Ona görə ki, biz rahat yaşayaq, sən rahat böyüyəsən, məktəbə gedib yaxşı dərs oxuyasan, xoşbəxt olasan?
    - Mən xoşbəxtəm, baba?
    - Əlbəttə, bala, sən çox xoşbəxtsən.
    - Bəs, xoşbəxtlik nədir?
    - Bax, Cavid bala, anan səhərlər səni yuxudan oyadır, atanla salamlaşırsan, nənən üzündən öpür, öz isti ocağımızda oturub səhər yeməyimizi yeyirik, - deyə baba, nəvəsini başa salmağa çalışdı.
    - Xoşbəxtlik beləmi olur, baba?
    - Əlbəttə, yaxınlar, doğmalar bir yerdə olanda, uşaqlar sağlam böyüyəndə, ölüm-itim olmayanda xoşbəxtlik olur.
    - Bəs, buradakıların balaları yoxdur?!.. – deyə nəvə başının işarəsiylə mərmər daşlara həkk olunmuş şəkildəkiləri göstərdi.
    - Baba bir qədər köks ötürüb:
    - Əlbəttə, çoxlarının sənin boyda övladları, hətta, nəvələri olanlar da var.
    - Onda, bəs, onların balaları, nəvələri xoşbəxt deyillər?!
    - Niyə ki, onlar da xoşbəxtdirlər, dövlət onlara qayğı göstərir, himayə edir.
    - Axı, onların övladları səhərlər yerindən duranda ata-analarıyla salamlaşmırlar, babalarıyla gəzməyə getmirlər?
    - Onlar şəhid balalarıdırlar, onları hamı salamlayır. Səni evdə, təkcə atan-anan, nənən- baban salamlayır, onları isə küçədə, bağcada, məktəbdə hər yerdə hamı salamlayır. Görürsən, onlar necə də xoşbəxtdirlər?
    Nəvə başını aşağı salıb susdu. Baba hiss etdi ki, cavabı nəvəsini razı salmayıbdır. Odur ki:
    - Nə oldu sənə, ağıllı balam, niyə susdun?!
    - Baba, kaş, sənin də şəklin onların arasında olaydı... Mən də onların balaları kimi xoşbəxt olaydım...



  • dekabr 2017, Meyxoş A.

  • 274
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......