...
  • Biz öz Çuxurumuzu yaratmışıq.Türklərin çuxurunu nə edək?
  • Məhəmmədəli Abbaszadə
  • Günümüzdə öz aktuallığını qoruyan anlayışlardan biri də mübarizədir.Mübarizə dedikdə nə başa düşürük? Bu suala cavab axtarmazdan öncə mübarizənin bizim cəmiyyətə necə aşılandığını araşdıraq.Hansısa dini məclisdə iştirak edərkən mübarizə,kamillik sözlərini eşidirik.Reallıqdan xeyli uzaq olan nüans kiməsə kamilliyə çatmağı, kamil olmağı tapşırmaqla nəticə gözləyirik.Əgər bir uşaq bunu eşitsə kor təbii düşüncəsi ilə ən yaxşı halda kamili bir insan kimi düşünəcək.Həqiqətən çox gülməli bir səhnə alınır.Sözsüz ki hər kəs deyilən sözü öz mənəviyyatına, intellektinə uyğun olaraq yozur, dərk etməyə cəhd edir.Amma elm adamlarından belə domino effekti yaradan,üstünə pərdə çəkilmiş cümlələrlə cəmiyyətin əksər üzvlərinə kamilliyi izah etməsini gözləmək realizmdən uzaq,xəyalpərəstliyə isə mümkün qədər yaxın görünür.Kamil insan mübarizəkar olur yada başqa sözlə desək mübarizə aparıb inkişaf edir və kamilləşir.Biz də əksər hallarda mübarizənin adı var özünü tapanda isə o qədər sevinirik ki, elə bil buludların üstündə bir yer tapmışıq.Yağış yağanda da göydən inkişaf yağacaq gözləyin əzizlərim inkişaf yağışında islanmış paltarlarımızla dünyaya inkişafı öyrədəcəyik düzünü desək müvəffəqiyyətlə cahilliyimizi göstərə bilərik.Biz də əksər inkişaf etmiş sivilizasiyalar içində özümüzə yer tapıb hüquq,demokratiya, elm kimi sahələrdə dünyaya şedevr göstərəcəyik.Bu cümlə qulağa çox xoş gəlir.İllərdir torpaqlarımızı azad edəcəyik cümləsi ilə eyni qiymətlidir.Hər ikisi haqqında masa ətrafında xeyli düşünürük.Yəqin ki masalarda bu söhbətlərdən bezibdir.Bestseller kimi hərkəsin heyranlığına çevriləcəyik.Hal hazırda saydığım sahələrdə kitab rəfinin ən küncündə kağızlarının ucu saralmış, mənim təqdimatıma gəlmədən mənə dəyər verin deyən bir yazarın özü qədər əhəmiyyətsiz kitabına çevrilmişik.
    Mübarizənin necə aşılanmasına qayıdaq.Ümümiyyətlə mübarizənin nə olduğunu tam dərk etmirik.Türk televiziyalarında belə hallarla rastlaşırıq.Bu hal ədəbiyyatla şeirlə tanış olmayan birinin folklor olan meyxananı şeir kimi qəbul etməsi ilə ekvivalentdir.Cəmiyyətimizin hər bir fərdinin mübarizəyə həvəsli olmadığı çox aşikardır. .Mübarizəni türk televizisiyasında izləyirik müşahidə edirik sevdiklərini qorumaq üçün mübarizə apararkən digər insanları öldürürlər.Bu mübarizə edə bilməyib daxilində olan qəzəb hissini oyadan insanın hegemon düşüncə tərzinin məhsulu olmaqdan o tərəfə keçə bilmir. Müasir sivilizasiyaların dərk etməsi lazım olan bir neçə anlayışlar var. Bunlardan biri kimisə yaşatmaq üçün kimisə öldürmək lazım deyildir.Əgər inkişaf edib demokratiya elm düzgün cəmiyyət görmək istəyiririksə özümüzü dəyişdirməliyik.Yoxsa keçmişə qayıdırıq?Mağaraya yaxın gələn bütün varlıqları öldürən bir mağara insanı olmağa çalışırıq?Bizi məğlub etmək lazımdır bəlkə çarəsizliyimiz monoton azalan intellektimiz ilə bacara bilsin.Əslində məğlub olmuşuq amma necə deyərlər sapı özümüzdən olan baltalar kəsib budaqlarımızı..
    Bəlkə öz əllərimizdir niyə günahlandıraq baltalarımızı.Başqa cəmiyyətlərin filmi ilə mübarizə öyrənmək lazım deyil.Biz öz çuxurumuzu qazmışıq.Heç kimsə toxunmadan da düşmüşük o çuxura.
    Ona görə də kiminsə üzünə tüpürməklə heçnə dəyişmir. Bəlkə tüpürüləsi birinci üz öz üzümüzdür.
  • dekabr 2019, Məhəmmədəli A.

  • 281
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......