...
  • “Ana harayı” silsiləsindən
  • Məfkurə Rəhimqızı
  • Ümid

    Eşitmişəm oğulsuzun
    Cənazəsi əyri gedər.
    Bu dünyadan son gedişdə
    “Oğul” -deyib fəryad edər.

    Eşidilməz səs -sorağı,
    Harayına çatan olmaz.
    Oğulun əli dəyməmiş
    Gözlərini yuma bilməz.

    Axirətdə görüşməkçün
    O, ümidilə gülümsəyər.
    Qalanlara dua edib,
    Ürəyində fəryad eylər...


    Mənə dözüm verin...

    Oğul itirən analar,
    Dərdinizə qurban olum.
    Dözüm tapıb səbr edənlər,
    Səbrinizə qurban olum.

    Yalvarıram, nə olar ki,
    Mənə ümid, dözüm verin.
    Ürəyimə yüklənibdir
    Dərdi-səri göyün-yerin.

    Od tutubdur içim-çölüm,
    Alışıram sönəmmirəm.
    İlqarsızam, hanı əcəl,
    Öləmmirəm, öləmmirəm...


    Gedək evimizə...
    Yad evlərdə qalammıram
    Dur gəl gedək evimizə...
    Əziz Gəncəmizə gedək,
    Qoy yar olsun Tanrım bizə...

    Sənsiz tək gedə bilmirəm,
    Hər ikimiz birgə gedək.
    Özgə evdə öləmmirəm
    Ölməksə də birgə ölək...

    Əlimdən tut apar məni
    Bu əzabdan qurtar məni ...


    Sənsiz...
    Varım-yoxum, ömrüm-günüm,
    Necə dözüm, oğlum, sənsiz?
    Həyatım dönüb zindana
    Necə dözüm, oğlum, sənsiz ?

    Sən gedəni günüm qara,
    Ürək olub ala-para,
    Möhtac qalmışam yadlara
    Necə dözüm, oğlum, sənsiz?

    Tale üzümə gülmədi,
    Axır günüm xoş gəlmədi.
    Mən öləydim əvvəlcə kaş,
    Nəyə lazım bu qədər yaş?
    Öləmmirəm, oğlum, sənsiz...


    Uzun bir yol...
    Yolum uzun, yüküm sal daş
    Aparmağa taqətim yox.
    Sağım yoxuş, solum yoxuş,
    Harayıma çatanım yox....

    Nədən düşdüm bu hala mən,
    Bu nə gəliş, nə gedişdi?
    Ölmək mənim növbəm isə,
    Oğlum niyə önə düşdü?

    Düşüb düzü -biyabana
    “İlqar” deyə -deyə qaldım...
    İlqarımı tapammadım,
    Elə hey alışıb yandım.


    Günahım nəydi?
    Hamı deyir dözümlü ol !
    Dözüləsi dərddimi bu ?
    Od alaraq alovlanıb
    Qövr edəcək ömrüm boyu...

    Varlığımın nuru gedib
    Kor etsədə gözlərimi,
    Oğul dərdi öldürəcək
    Son nəfəsə, qəbrə kimi.

    Həyatımı düşündükcə
    Ürəyim qəmdən üzülür.
    Göz yaşlarım qətrə-qətrə
    Axıb qəlbimə süzülür.

    Nə hallara düşdüm Allah,
    De, nəydi mənim günahım?
    Gələnim yox, gedənim çox,
    İndi sənsən tək pənahım.

    Yalvarıram Ulu Tanrı
    Bağışla sən günahımı.
    Ya səbr ver, ya da qəbr,
    Gəl halalca al canımı.


    Suallar...
    Zalım fələk, neyləmişəm mən sənə,
    Taleyimi niyə alt-üst eylədin?
    Bü dünyamı zülmətlərə bürüyüb,
    Məni dərdlə, qəmlə sən “dost” eylədin.

    Heç bilmirəm mən yerdəyəm, ya göydə,
    Ölüyəmmi - diriyəmmi, kiməm mən?
    Zəlil etdin məni niyə, İlahi,
    Taleyimi qara yazdın niyə sən?

    Döndün-döndün dağlar çəkdin sinəmə-
    Sualım var: Neyləmişəm mən sənə?









  • sentyabr 2023, Məfkurə R.

  • 792
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......