...
  • Zəfər Günü
  • Şümşəd Hüseynova

  • Qarabağım... Vətənimin hər yanı gözəldir, fəqət Qarabağım gülüstandır. Məmləkətimin döyünən qəlbi - Qarabağım. Səni bizdən illər əvvəl aldılar, gözlərini bir an belə olsun, səndən çəkmədilər.

    I Qarabağ müharibəsi - 20 fevral 1988-ci il. İlk zamanlar dinc şəkildə başlasa da, Sovet İttifaqının dağılması ilə müharibənin şiddəti də artdı. Sonrası isə bizə məlumdur... Ailələrin məhv edilməsi, uşaqların, qadınların, qocaların ölümü, işgəncələr və daha nələr-nələr. Erməni təcavüzkarları bizim kökümüzü kəsmək istədi, ancaq unudurdular ki, bizim damarlarımızda türk qanı axır. “Bir öləndə min dirilirik!” Xalqım çox faciələrə şahidlik etdi, çox ədalətsizliklər gördü. Ermənilərin soyuq qış gecələrində meşələrə ayaqyalın qovduğu uşaqlar bu gün böyüdülər və bozqurd oldular. Onlar bunu ordumuzla üzləşəndə başa düşdülər. Silahsız insanların üstünə silahla gəlmək namərdlikdir. Bu necə vəhşilik idi? Dinc əhali üzərinə silahla gəlmək, deyəsən, onların “tarix kitablarında” yazılıb. Azərbaycan igidləri isə son nəfəsədək vuruşdular. Silahları bitəndə belə, əllərindəki digər alətlərlə mübarizə apardılar. Biz vətənimizi sevməyi hələ çox əsrlər öncə öyrənmişdik. Ermənilərin yalan tarixində isə belə bir igidlik nə görülüb, nə də yazılıb.


    Özünü əş-şeyx bilən sərdar olur,
    Ənəlhəq deyən bərdar olur.
    Ər odur, həq yoluna baş oynaya,
    Döşəkdə ölən igid murdar olur.



    II Qarabağ müharibəsi - 27 sentyabr 2020-ci il. Azərbaycan Silahlı Qüvvələri qisas almaq üçün mübarizəyə hazır idi. Həmin gündən etibarən Azərbaycan xalqı arxa cəbhədə, ordumuz isə ön cəbhədə döyüşə başladı. Bu mübarizədə bir qalib olacaqdı və biz döyüşün ilk günündən zəfər qazanacağımıza inanırdıq. İgidlərimiz bu gün biz isti evlərdə oturaq deyə soyuq havada döyüşdülər. Onlara nə qədər təşəkkür etsək də azdır. Silahı götürüb könüllü cəbhəyə getmək çətindir. Ailəsini geridə qoyub döyüşmək böyük hünər tələb edir. Son dəfə sevdiklərinə sarılmadan silaha sarılmaq - bu, elə Azərbaycan oğullarına yaraşar. Hər dəfə o döyüşləri xatırlayanda qürur duyuram, bunu sözlərlə ifadə etmək çətindir. Biz çox şeyi görmədik, çox şeyi eşitmədik. Silahdaşının yaralı bədənini çıxartmaq üçün özünü atəş altına atan, son sözlərini dinləyən igidlərimizin nə hiss etdiyini bilmirik. Bəli, bu gün Zəfər qazanmışıq. Torpaqlarımız artıq bizimdir, ancaq yüzlərlə şəhidimiz və qazimiz var. Bu gün onların bayramıdır, çünki onlar biz bu anı yaşayaq deyə canlarından keçdilər. Nə üçün? Bu gün onları xatırlamayaq deyəmi? Xeyr, onlar bunu Vətən üçün etdilər, bayrağımız dalğalansın deyə etdilər.

    Televiziya kanallarında “Qələbə” sözünü eşitmək və həmin an yaşanan hissləri ifadə etmək necə mümkündür? Həmin gün uşaqdan böyüyə hər kəs sevindi. Küçələr bayraqlarla bəzənmiş, hər evdə bu hadisə böyük sevinclə qarşılanmışdı. Ancaq təəssüf ki, bu sevinci sonradan unuduruq. Bu gün Zəfər Günüdür, amma çox az evdə qeyd olunur. Niyə digər bayramları təmtəraqla qeyd etdiyimiz kimi Qələbə günümüzü qeyd etmirik? Dövlət qurumları qeyd edir, amma mən məktəblərdə, bağçalarda və ya iş yerlərində keçirilən tədbirlərdən danışmıram. Mən evdə keçirilən bayramı nəzərdə tuturam. Şəhidlərimizi unutmadan bu günü qeyd edə bilərik, çünki bu günü qeyd etmək həm də şəhidlərimizi yad etməkdir.

    Öz gözəl bayramlarımız varkən niyə digər bayramları qeyd edirik? Niyə Yeni İl bayramında hamı çölə axışır, Zəfər Günündə isə evdə otururuq? Bizim ən xoş günümüzdür bu gün. İllər əvvəl bu anı yaşamaq üçün televiziya, radio və digər mənbələrdən həyəcanla xəbər gözləyirdik. Təəssüf ki, öz istəyi ilə şəhərə gedib qeyd edən azdır. Biganə qalmayın bu gözəl günə. Çünki biz bu gün tarixə düşsün deyə igidlər verdik.

    Vətəninizi sevin, heç bir qarşılıq gözləmədən sevin, çünki Vətən sizin ilk yurdunuzdur. Başqa ölkələrə getsək belə, ürəyimiz daim Vətənə bağlı qalır. Vətəninizi sevin ki, onun çörəyi sizə halal olsun!

    ZƏFƏR GÜNÜNÜZ MÜBARƏK, HƏMVƏTƏNLƏRİM!
  • noyabr 2024, Şümşəd H.

  • 342
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......