...
  • Yeni ilə ilk qədəmlər...
  • Şümşəd Hüseynova
  • Aylarla gözlədiyimiz yeni ilə ilk addımlarımızı atdıq. Nə isə dəyişdi? Yox, dəyişən tək şey var, dörd yerinə beş yazacağıq. Bilmirəm, bəlkə də mənim içimdə bir hüzn var, amma insanların gözündə artıq əvvəlki sevinci görmürəm. Çox qəribədir, əvvəl səbirsizliklə yeni ili gözləyən qızın bu gün göz yaşları dayanmadı. Həyat heç vaxt ədalətli olmadı. Bir il ərzində çox şeylər öyrəndik, amma həmin səhvlərdən nəticə çıxardıq?
    Bəlkə də bu yazını oxuyub deyəcəksiniz ki, "adamın ürəyi qaraldı." Biz onsuz da gün boyu qarayıq. Həyat rəngarəng deyil və heç zaman da olmadı. Yeni ildən gözləntiləriniz nələrdir? Çoxlu pul qazanmaq? Ev? Maşın? Bunları əldə etmək üçün çalışmalısınız, əzizlərim.
    Bəlkə də mən çox düşünürəm, bəlkə də mən çox ağrı hiss edirəm. Bəlkə səhv edirəm, amma edirəm. Özüm də bilmədən özümə zülm edirəm, bəlkə...
    Bu gün yolda ağladığımı heç kəs bilmədi. Niyə ağlayırdım? Özümdə bilmirəm. Böyümək ağrısı var canımda. İnsan böyüdükcə daha yaxşı başa düşür hər şeyi. Ailənin yaralarınıza dərman olmayacağını, insanların mənasız sözlərinin bir əhəmiyyət kəsb etmədiyini, sevginin hər şey olmadığını, "o eləməz" dediklərimizin hər şey edə biləcəyinə şahid olmağımızı və daha nələr-nələri. Mən əvvəlki sözümün üstündə dururam, əzizlərim, xoşbəxtlik bu dünyaya aid deyil. Həyat budur, çalış, ye, yat dünyasıdır. Bəzi insanların bəxti gətirir dünyada. Mən isə o bəxtli insanlara "dəli" deyirəm. Niyə? Çünki həyat onlar üçün daha asan olur. Məsələn, mən şəhidlərin yanından keçəndə qürur və vicdan əzabı çəkirəm, çünki onların evlərindəki insanlar - övladları, həyat yoldaşları, valideynləri onlar olmadan yaşayırlar və hər gün gözləri qapıda qalır. Ümid insanda həmişə olur. İnsanın ümidi olmazsa, səhərə yaşaya bilməz. Mən indi necə hər şeyi kənara atıb canfəşanlıq edim? Demirəm yas tuturam, amma əvvəl olan hiss-həyəcan yoxdur.
    "Dəli" həmin adama deyirəm ki, heç nəyi düşünmədən sadəcə anı yaşayaraq ömür sürür. Mən bu gün yerə-göyə sığmırdım. Bəzi insanları bu ildə qoymaq, bəzi yaraları yeni ilə aparmaq çətindir... Hələ bir həftə öncə matəm oldu. Həmin hadisənin təsirindən çıxmamış necə sevinim?
    Gülmək, gəzmək o demək deyil ki, hər şey yolundadır. Bu maskalanmaqdır. İnsanların mənə dedikləri tək şey "həyatı özünə zindan edirsən" sözüdür. Haqlı olma ehtimalları var, ancaq mən buyam. Mən Vətən üçün bir anda ailəmi belə geridə qoyub gedə biləcək qədər zəhmli, müharibə meydanında şəhid olan igidlərin yaşadıqları anları düşünəndə ağlayacaq qədər zəifəm. Hətta həyatıma davam etmə səbəbim dövlətimdir, deyə bilərəm. Yoxsa həyat yaşanacaq yer deyil, sadəcə yaşamağa məcburam və insanlar qarşısında bir borcum var.
    Bəli, yeni il deyirdik... yeni insanlar, yeni xəbərlər, yeni şanslar və şanssızlıqlar. Mən qətiyyən dram etmirəm, sadəcə siz çox yalanlara öyrəşmisiniz və doğrular üzünüzə deyiləndə pis olursunuz. Həyatınız həmişə yaxşı keçmir, elə deyil? Hər gün güllük-gülüstanlıq olur? Yazdığınız o gözəl arzular sizin olsun, əzizlərim, mən bu boz dünyamda xoşbəxtəm, çünki sizin əksinizə özümə yalan danışmıram. Ən azından bunun üçün çalışıram. Mənasız motivasiyalar verməyin özünüzə. Realist olun. Həyat nağıl deyil... getməz dedikləriniz gedər, yaşaya bilmərəm dedikləriniz bir anda çıxar həyatınızdan və siz yaşayarsınız. Hər biri təcrübə ilə sabitdir. Nağıllar aləmindən çıxın. Hə, məndən bir təbrik gözləyirsinizsə, sizə istədiyiniz yalan təbriki yazmayacam.
    Yeni il sizə yeni sevinclərlə bərabər yeni kədərlər də gətirəcək. Həyatınız həmişə üzünüzə gülməsə belə çalışın, həyatla daim mübarizə aparasınız. Sonunda zəfər sizin olmasa belə...






  • yanvar 2025, Şümşəd H.

  • 382
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......