...
  • Vətən.
  • Şümşəd Hüseynova
  • Bəli, biz bir gün vətənpərvər oluruq. Sadəcə bir gün faciələri xatırlayır və onu belə layiqincə yerinə yetirmirik. Bu sözlər, təbii ki, hər kəsə aid deyil. Ancaq bəziləri var ki sadəcə üzdə pis olurlar qəlbdə hiss etmirlər bunu. Pis olmaq, həqiqətən hiss etməkdir. Qərənfil alıb aparıb şəhidin üstünə qoyub bunu statusda ağlayan emoje ilə paylaşmaq deyil. Bəzilərimiz çox,təəssüf ki, yalandan ağlayırıq. Siz, ümümiyyətlə, vətənpərvər kimə deyirsiniz? Hansi ki, bəziləri başının üstündə dalğalanan bayrağın tarixin bilmir. Torpaqları can verib alanları, ailəsini, özünü heçə sayıb vətəni üçün fədakarlıq edən insanları tanımırlar. Bunları bilməyə-bilməyə özlərin çox bilmiş aparır və sanki ağıllılarmış kimi insanlara məsləhət verməkdən çəkinmirlər.
    Xalq olaraq güclü xalq olmuşuq hər zaman. Biz ayağa duranda hər kəs oturub. Bu gün tariximizin silinməz şəxsiyyətlərindən sadəcə biri haqqda danışım sizə. Məhəmməd Əmin Rəsulzadə. Onu hər birimiz tanıyırıq. Adın eşitmişik, ancaq bəzilərimiz onu səhv tanıyırıq. Onun haqqında hər kəsin bildiyi ümumi məlumatları deməyəcəm, çünki istəyən araşdıra bilər. Sizə onun vətəni üçün etdiyi fədakarlığın fərqində olmağınızı bildirəcəm. Rəsulzadə gənc yaşlardan inqilabi hərəkata qoşulmuşdur. Sizcə o, fərqində deyildi nələr etdiyini və bunun nəticəsinin nə olacağını? Fərqində idi, fəqət o, vətəni üçün çalışmağı özünə borc bildi və bunu heç kəsin məcburiyyəti ilə etmədi. O, vətəni üçün özünü, ailəsini qurban verdi hansı ki, indi birimizin ailəsinə nəsə olasa dünyanı dağıdarıq. Hər kəs fədakar ola bilməz bunu etiraf etməliyəm. Hər kəs cəsarətli ola bilməz, ancaq hər kəs yaşadığı torpağın tarixin bilməlidir. Bu hər birimizin borcudur. Saatlarla tarix kitabı oxumağınıza ehtiyac yoxdur. Aramızda bəziləri var ki Azərbaycanlıyam deyəndə çəkinir hətta bəziləri var ki, Azərbaycanlı ola-ola özünə rus deyir. Onlar bu sözün ya mənasın anlamırlar ya da rus olmağı özlərinə yaraşdırırlar.
    Bir şeyi hər kəs bilmədir ki, vətənini sevməyən insan, insan deyil. O, nəyin ki, vətənində o, heç bir diyarda özünə yer tapa bilməz. Abbas Səhhətin dediyi kimi:
    “Vətəni sevməyən insan olmaz,
    Olsada o şəxsdə vicdan olmaz.”
    Vətəni ürəyinizdə gəldiyi üçün sevin kiməsə sübüt etmək üçün yalandan libas geyinməyin.
    Hüseynova Şümşəd.
  • mart 2024, Şümşəd H.

  • 425
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......