...
  • "Sakitlik yoxsa gərginlik – biz hansını daşıyırıq?"
  • Şümşəd Hüseynova
  • Günəş yerini Aya verdiyi zaman, bəzilərinin hekayəsi bitdiyi anda, bəzilərinin hekayəsi hələ yeni başlayır.
    İnsanlar o qədər qəribədir ki... Gündəlik həyatınızda insanları bir anlıq müşahidə edin. Çox qəribəliklərə şahid olacaqsınız. Düzdür, bu qəribəlikləri, ziddiyyətləri eşidirik, oxuyuruq, fəqət insanın müşahidəçi gözü ilə bunun fərqində olması daha fərqli hissdir.
    Yaxın zamanlarda getdiyim bir yerdə iki xanım oturmuşdu. Elə oldu ki, bu iki xanımın ortasında oturmalı oldum. Sağ tərəfimdəki xanım gərgin görünürdü. Telefonda tez-tez mesajlar yazır, ayaqlarını tərpədirdi, yerində durmurdu, tez-tez qabağa və arxaya söykənirdi, rahatlıq tapmırdı. Mesaj yazdıqca incə, lakin gözə çarpan tonlarda dodaq boyası çəkilmiş dodaqlarını tərpədirdi. Görünən o idi ki, kimləsə ya dalaşır, ya da nəsə pis bir şey baş verib.
    Sol tərəfimdəki xanım isə daha rahat və sakit idi. Hətta bir ara oturduğu yerdə mürgüləyirdi.
    Və bu sırada ortada oturan mən... Üç xanım eyni anda, eyni yerdə, fərqli təəssüratlarla oturmuşduq. Bundan əlavə, biz üçümüz də fərqli yaş qruplarına mənsub idik. Bu, geyimimizdən və görkəmimizdən də bəlli olurdu. Kənardan baxanda bir rəssamın tablosu kimi maraqlı və bir o qədər də gizli görünürdü. Qısa müddət ərzində bir yerdə heç danışmadan oturmağımıza baxmayaraq, sağ tərəfdəki qadının gərginliyi mənə keçmişdi. Özüm istəmədən mən də gərginləşirdim.
    İndi düşünəndə bir sual yaranır: Niyə sol tərəfdəki qadının sakitliyi deyil, sağ tərəfdəki xanımın gərginliyi məni özünə bu qədər çəkmişdi?
    Gündəlik həyatda da əslində bu şəkildə oluruq. Neqativləri özümüzə tez cəlb edirik.
    Məsələn, şəhərdə tez-tez qarşıma çıxan bir ana-oğul var. Oğul anasına o qədər gözəl hörmət edir ki... Onları heç tanımayan adam belə necə bir münasibətdə olduqlarını hiss edir. Hər dəfə onları görəndə ürəyimdə bir sevinc olur. Fəqət sonra bu hörmətin, qayğının belə pis tərəflərini düşünməyə başlayıram. Bəlkə çöldə belə davranır? Bəlkə bu kişi anasına yaxşı olduğu halda həyat yoldaşını döyür? Bu və daha neçə “bəlkə”lər...
    Müasir dövrdə hər şey o qədər süniləşib ki, artıq nəinki sosial mediada olan sevgi, hörmət, qayğı, hətta canlı həyatda belə bu hisslər şübhəli gəlir. Hər kəs kameralara oynayır, hər kəs özünü daha yaxşı göstərməyə çalışırmış kimi gəlir. Sanki bir yarış içindəyik: "Mən daha çox sevirəm", "Mənim ailəm daha idealdır."
    Hansı sevgi mübahisəsizdir ki? Hansı ailə problemsizdir ki? Nədir bu qüsursuz olmaq istəyi? Niyə edirik bunu? Kimə göstəririk özümüzü? Ən əsası – nə üçün göstəririk özümüzü? Kənardan baxıb "Nə gözəl ailədirlər" desinlər deyə?
    Yuxarıda fikir verdinizsə, daha çox sağdakı xanım diqqətimi çəkmişdi. Bu dəqiqə həmin xanımı görsəm, tanıyaram. Fəqət soldakı xanımın geyimi, üzü o qədər də yadımda deyil.
    İnsan zehni... Necə ki, həyatımızdakı yaxşı xatirələri tez unuduruq, necə ki, bizə olan haqsızlıqlar, kobudluqlar yadda qalır – bu hadisə də buna bənzəyir.
    Biz nə qədər ətraf aləmdən qaçmaq istəsək də, unutmayaq ki, biz özümüz də bir ətrafıq...
  • iyul 2025, Şümşəd H.

  • 268
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......