...
  • Qaranlığıma xoş gəldin...
  • Şümşəd Hüseynova
  • Hələ kiçik qızkən bu dünyanın yollarında qaçan zaman hiss etmişdim içimdə nələrinsə tərs getdiyini. Hələ körpəykən arzularımı deyərkən qorxardım. Ona görə yox ki, edilmirdi. Sanki bu həyat doğulmamışdan qabaq mənə tam fərqli uşaq olacağımı fısıldamışdı. Uşaqlığıma dair darıxdığım tək şey yuxudan durub anamı çağırmağımdır. Sadəcə həmin an olan əzizlənməyimdir.

    Bu fərqliliyi kim atmışdı üstümə, inanın ki, bilmirəm. Bu gün yaşıtlarımdan fərqli olmağım bəzən məni incidir. Yaxşı bir şey kimi görsənə bilər, ancaq ən çətin anında tək qalanda kimsədən kömək istəyə bilməmək intihara kimi aparır. Bu hissləri, bu sancıları yaşayan biri olaraq deyə bilərəm ki, həyatımdakı ən çətin illərim bəlkə də bəzilərinin bu gün darıxdığı günlərdir. Mən isə o günlər üçün nəinki darıxmaq, heç anmaq belə istəmirəm. Bulinqlər, tənqidlər, yaşıtlar tərəfindən şiddət və yarım yaşanmış uşaqlıq illəri… Könlündən keçənləri dilə ala bilməmək, ürəkdə olan bir qorxu ilə yaşamaq… Valideynlərdən belə nəsə istərkən yaşadığım o artıqlıq və yük hissi.

    17 ildir özümü heç yerə aid hiss etmirəm. 17 ildir bu həyatda niyə varam, nə üçün varam, bilmirəm. İllər sonra geriyə dönüb baxanda bu yollardakı addımlarımı görən zaman yəqin ki, özümlə qürur duyacağam, çünki bir Tanrı bilir neçə gecəni səhərə qovuşdurmuşam. Bir Ay bilir neçə gecə ona baxıb ürəyimi açmışam. Ədəbiyyat olsun deyə demirəm bu sözləri. Uzun müddətdir Ayla söhbət edirəm. İnsanlar dinləməyən zaman, qələmim çirkab tökən zaman ürəyimi yalnız Aya açıram.

    Bu aralar o qədər qəribə hisslər içindəyəm. Özüm-özümə azıb qalmışam. Hansı qapıya qaçıram, üzümə çırpılır.
    Bu gün bir şeyi hiss etdim ki, mən əslində heç insanları dinləyə bilmirəm. Nəinki insanlarla danışmaq, insanlarla söhbət etmək belə istəmirəm. Digər insanlar kimi sosiallaşa bilmirəm. Ən çox eşidilməyə ehtiyacım olduğu zaman məni görən olmadığı üçün bu gün kiməsə dərdimi demək və yaxud dərdini dinləmək mənasız gəlir. İnsanlardan qaçar olmuşam. İnsanlar o qədər adi və həyasız gəlir ki, onlar danışan zaman onları dinləmək əvəzinə beynimdə özümü dinləyirəm. Özümdən asılı olmadan onları müşayiət edirəm və onların hekayəsini qururam, beynimdə hamısını yerbəyer edirəm.


    Artıq sağalıram, ya da bilmirəm, sağalırmış kimi edirəm bəlkə də. Tək şeyi bilirəm ki, artıq əvvəlki tək ağrımır yaralarım, artıq əvvəlki tək incitmir insanların sözləri. Bilmirəm, bəlkə də mən insanlar qaçım deyərkən elə özümdən qaçırmışam. Bilən bilir, insan olduğum üçün özümdən belə irgəndiyim zamanlarım vardı.

    Dünyanı hələ də sevmirəm. Hələ də içimdə ona qarşı bir kin var. Lakin özümü bağışlamağa çalışıram, çünki bu dünyada ən kobud özümə davrandım. Hər kəsi başa düşməyə çalışdım… Özümü isə hər gecə balaca uşaq kimi danlayıb otağın küncündə ağlatdım. Lakin sonra artıq insanlara belə səbrim qalmadı. Bir sözə əsəbləşən oldum. Məni bu hala salan insanlar oldu, bu halımı qınayan da insanlar oldu. Necə deyərlər, mərdi qova-qova namərd etdilər.
  • sentyabr 2025, Şümşəd H.

  • 262
Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......

Cənnətiniz batsın

Şümşəd Hüseynova

Hər daim özümdən uzaqlaşan zaman qaçdığım tək yer var: qələm və vərəq. Bu hər daim belə olub. Hələ uşaq zamandan incəsənətə meyilli biri olmuşam. Nəticə?......

Yağış qadın

Şümşəd Hüseynova

İnsanlar gedər, xatirələri qalar. Bir insanın səsini, qoxusunu, hətta üzünü belə unuda bilərsiniz, fəqət heç zaman sözlərini, tutmadığı vədlərini unuda bilməzsiniz. Qələmimdə sevgi daim müqəddəs......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......

Yanılacaqsan

Şümşəd Hüseynova

Bir yaz axşamı Ay işığında görsəm üzünü, duysam səsini. Kim deyər bezmişəm nur camalından. Ay mənim, bəxtimin qara taleyi. Səni sevmişdim günəşli bir gün, necə......

Yaxşı övlad kimdir?

Şümşəd Hüseynova

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......

Təsadüf (hekayə)

Şümşəd Hüseynova

Həyat necə qəribədir heç düşünmüsünüz? Hər gün hər birimiz səhər dururuq və bir sıra məqsəd və məcburiyyətlərimiz üçün yol gedirik. Hər, axşam isə həmin yolu......