...
  • Mərhəmət hardadır?🕊
  • Şümşəd Hüseynova
  • İçimdə fırtınalar qoparkən, sözləri bir-birinə bağlayıb yaza bilmirəm. Bilirsiniz niyə? Çünki onsuz da insanlar anlamayacaq. Bəziləri qınayacaq, bəziləri isə “çəkdiyi dərdə bax” deyəcək. Ürəyim bu qədər dolu olduğu halda belə, söz tapa bilmirəm. Bəlkə də həyatın qəzəbinə tuş gəlmişəm.

    Bir zamanlar dinlə bağlı çox düşündüm. Yaradanın varlığını sorğulamağa başladım. Bəlkə də həmin Yaradıcı Qüvvənin qəzəbinə düşmüşəm. Hər nə qədər "Bağışlayandır" deyilsə də...

    Bəli, var bir Yaradıcı. Mən bunu inkar etmirəm. Fəqət bəzən mərhəmətinə şübhə edirəm. Əgər mərhəməti varsa, niyə bunu mənə edir? Bu ürəkdəki ağrıları niyə götürmür? Doğulduğum gündən bu qədər yükü niyə çiyinlərimə yükləyib?

    Beynimdə saysız suallar var – heç kəsə deyə bilmədiyim. Çünki kimisi “boş ver”, kimisi isə “naşükürlük etmə” deyib keçir. Halbuki həyat yalnız yemək və geyim deyil. Bəzən insan bircə xoş sözə möhtac qalır...

    Həmişə demişəm: xoşbəxtlik axtarışında deyiləm. Mənə görə xoşbəxtlik anlıq bir hissdir. Mən rahatlıq axtarıram. İçimdə qopan fırtınaların sakitləşməsini istəyirəm. Yol gedərkən gözlərimdən yaş axmasın. Normal insanlar kimi gəzmək, əylənmək, gülmək istəyirəm. Əyləndiyim gecənin sonunda peşmanlıq duymayım. İnsanların yersiz eqolarından, düşüncələrindən, qınaqlarından uzaq qalmaq istəyirəm. Beynimdə dayanmadan danışan o səsləri susdurmaq istəyirəm.

    Dediyim kimi, artıq Yaradıcı Qüvvənin mərhəmətinə şübhə duyuram. Bəlkə məni eşitmir, bəlkə də görmür. Bəs o illərlə davam edən müharibələri, vəhşilikləri, təcavüzləri, göz yaşlarını, ah-nalələri görmürmü? Eşitmir? Əgər mərhəmət varsa, niyə müharibələrdə yüzlərlə insan işgəncələrə məruz qalır? Niyə qadınlar təcavüz olunur, alçaldılır? Bəlkə deyəcəksiniz ki, bu şeytanın işidir… Amma belə bir kainatı yaradan, onu idarə edən Qüvvə necə olur ki, bir şeytana qarşı çıxmaqda aciz qalır?

    Hazırda o Qüvvəyə inanıram… daha doğrusu, inanmaq istəyirəm. Kimisi onu göydə, yerdə, heykəllərdə, heyvanlarda axtarır. Mən isə onu yerdə axtarıram. Öz yanımda. Əgər bir Yaradıcı varsa, o, mənim yanımdadır. Gözümün qabağındadır.

    Yanımdadır… fəqət mənə mərhəmət etmir. Təkcə mənə yox, heç kimə. Mənim ölkəm bu gün dinclik içində ola bilər, amma dünyanın bir başqa tərəfində insanlar vəhşicəsinə qətlə yetirilir. Əgər dünyanın hansısa yerində bir uşaq güllə altında qorxudan titrəyirsə, mən belə həyatı istəmirəm. Öz ölkəmizdə müharibə olanda biz də dünyadan mərhəmət diləmişdik. İllərlə “Xocalıya ədalət” deyə səsləndik. Bəli, bu gün Xocalı bizimdir. Fəqət o qadınların yarası sağalmır. Döyüşdə övladını itirən anaların, ataların yanğısı sönmür.

    Müharibənin fəsadlarını hamımız bilirik. Amma buna baxmayaraq, bəziləri "Vətən" deyə savaşa gedir, digərləri isə ilk fürsətdə öz dövlətini pisləyir. Həyatın qəribə və şərəfsiz oyunu budur. İndi deyin görüm: Xocalıda o qədər fəryad qoparkən, mərhəmətli Qüvvə harada idi? Haraya baxırdı? İndi haradadır?

    İslam ölkələri bu qədər qırğın törədib Cənnətə düşməyi düşünür? Yox, əzizlərim... Yox! Bunları edənlər nə İslamın, nə də başqa bir dinin ölçüsünə görə rahatlıq tapa bilməz.

    Yaradıcı Qüvvə var… Bəlkə bizə onu yanlış tanıdıblar. Bəlkə biz onu çox böyütmüşük. Bəlkə də bu, sadəcə hökmdarların, şahların uydurduğu bir əfsanədir…

  • iyun 2025, Şümşəd H.

  • 223
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......