...
  • "Kitabxananın Unudulduğu Şəhər"
  • Şümşəd Hüseynova
  • Gənc bir oxucu olaraq deyə bilərəm ki, mütaliə edilməmiş bir həyatı həyat hesab etmirəm. Bu gün də sizə yaşadığım bir anı danışacağam.
    Doğulduğum şəhər balaca idi, fəqət çox gözəl şəhər idi. Yaşıl parkları, gözəl binaları, hər şeyi tapa biləcəyiniz marketlər və s. Ancaq bir şey çatışmırdı... Kitabxana... Uşaq vaxtımdan maraqlı gələn kitabxana mənim təsəvvürümdə artıq yox idi. Səbəb? Çünki onu şəhərin mərkəzində deyil, şəhərin ən gözə görünməz yerində inşa etmişdilər. İnsanların daim görə biləcəyi bir yerdə deyildi... bəlkə də buna görə varlığını unutmuşduq...
    Bir gün maraqlı gəldi və dedim gedəcəm... bəs harda idi? İnsanlardan soruşanda isə çoxluq heç bilmirdi. Eh mənim cəhalətlər içində yaşayan xalqım, siz axı dedi-qodudan mütaliəyə zaman ayırmırsınız ki? Bəziləriniz sonuncu dəfə orta məktəbdə Sabirin “Əkinçi” şeirini oxumusunuz və Sabir deyən də məhz bu şeiri xatırlayırsınız, çünki bundan artığı yoxdur, fəqət qonşu qızının (oğlunun) həyatını soruşsaq, həmin adamın özündən yaxşı tərcümə-hal yazarsınız. Bəli, mən sizi açıq-açıq tənqid edirəm. Niyə gündəlik həyatda əlində kitab, məqalə olan insanlar deyil də, telefon olanları görürük? Hətta kitab oxuyana qəribə baxırıq və verdiyimiz ilk sual bu olur: “A, kitab oxuyursan?” ya da bəzi “insanların verdiyi sual: “Guya nə işə yarayır? Get dərs oxu. Lazımsız şeylərə vaxt ayırma.” Özümdən uydurmuram, bunları görmüşəm və dəfələrlə bu sözləri mənə deyiblər. Onlar bir şeyi başa düşmürlər ki, “lazımsız” dedikləri şey bəzilərimizin problemlərimizi həll etməyimizə, səhvlərimizdən nəticə çıxarmağımıza, empati qurmağımıza kömək edir. Yox, amma onlar onsuz da həyatın bütün üzlərini görüblər və bizə kömək edə bilərlər. Bunu deyənlər isə bir səhvi edib, bundan nəticə çıxartmadan yenidən eyni səhvi edənlərdir. Səhv etmək onsuz da insana məxsusdur və insan övladı var olduqca da səhvlər edəcək. Səhvlər edəcək ki, düz yolu tapsın.
    Kitabxananı zorla tapdıqdan sonra onun necə baxımsız olduğunun şahidi oldum və ürəyim ağrıdı. Sanki ağlayırdı, sanki fəryad edirdi. Axı onun qabağı boş idi. Kitabxananın içinə çöldən nəzər saldıqda isə qaranlıq otaqda tozlu rəflərdə tozlu kitablarla üz-üzə gəldik və həmin an ürəyimdə bir ağrı oldu. Evdə şəxsi rəfimdə olan kitabları necə də səliqə ilə təmiz saxlayırdım. Buradakı kitabların isə bəlkə də bəzilərinə heç əl vurulmayıb. Sizi bilmirəm, amma mənim uşaq vaxtı əlimdən tutub kitabxanaya aparan olmayıb, elə indi ki uşaqların getmədiyi kimi... oradakı kitabların gözləri yollar da qalmışdı. İçəri daxil olduqda nəmişlik və kitab iyi burnuma gəldi. Bu əsil xoşbəxtlik idi. Dəhlizdən üç yol ilə ayrılırdı... ilk öncə sağa, sonra isə sola baxdım. Qarşıya baxdıqda isə iki qadını gördüm. Onları sanki zorla oturtmuşdular. Artıq onlar da qapının açılacağına dair ümidlərini itirmişdilər. Onlara yaxınlaşdıqda isə ilk sual bu oldu:

    -Hansı kitab lazımdır?
    Mən isə kitablar arasında gəzmək, onlara toxunmaq və o qədim iyləri duymaq istəyirdim. Onları qınayırdımmı? deyə sual versəniz, xeyir. Onlar bəlkə də belə bir istəklə qarşılaşmamışdılar. Hər kəs ehtiyacı olan kitabı götürmüş və getmişdi. Şahid olduğum mənzərə qarşısında çox durğunlaşdım. Niyə marketlərin qarşısında qarın doyurmağa çalışan insanlar ruharı ac gəzirdi? Axı niyə kitabxana boş idi? Axı niyə biz otura bilmirdik kitabxanada? Niyə dostlarla çölə çıxanda kitabxanaya getmək ağlımıza gəlmirdi? Bunu bizə göstərməmişdilər. Uşaqlar da bildiyimiz kimi deyiləni deyil, gördüklərini götürürlər.
    Həmin gündən sonra kitabxanaya getmədim... çünki gördüyüm mənzərə məni bərk yaralamışdı. İndi isə düşünürəm ki, durduğum qəbahətdir. Ora uşaq, gənc yığmaq bəlkə də asandı, sadəcə biz buna təşəbbüs etmirik. Kitabxana isə bizi bir ömür gözü yaşlı gözləyəcək...
    Ruhunuzu qidalandırın, çünki ruhu ac olan insan həyatdan həzz ala bilməz...
  • yanvar 2025, Şümşəd H.

  • 458
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......