...
  • Hər kəs öz yoluna...
  • Şümşəd Hüseynova
  • İnsanlar niyə ürəyindən keçənləri olduğu kimi dilinə gətirə bilmirlər? Niyə pis olsaq belə "yaxşıyıq" deyirik? Niyə qorxuruq düşündüklərimizi deməyə? Birini sevirik, ancaq qorxuruq deməyə. Birindən nifrət edirik, lakin gizlədir və heç nə yoxmuş kimi gülürük. İnsanlar niyə qorxurlar duyğularından?
    Güvəndiyiniz biri var mı? Hər şeyinizi deyə biləcəyiniz? Heç utanmadan, heç çəkinmədən. İnanmıram, çünki insan elə şeylər olur ki heç özünə etiraf edə bilmir özü üzləşə bilmir. Necə bunu başqa birinə deyə bilərsən ki?
    Fikir vermisiz mi bilmirəm insanlar arasındakı bağlar yavaş-yavaş azalır. Bunun səbələrindən biri də insanlar arasındakı güvənin yox olmasıdır. Bilirsiz niyə güvənmirik heç kəsə, çünki insanlar başları sıxışan vaxt sənin zəif nöqtəndən düşünmədən vururlar. Buna görə sevmirəm kiməsə güvənməyi. Mənim ürəyimin kiminsə iki dodağı arasında olmasın sevmirəm. Zəif nöqtəmdən vurulacam deyə qorxuram. Bəzən də hər şeyi kənara atıb güvənirsən və oda səni zəif nöqtəndən vurur. Bunlar nəticəsində artıq gərgin biri olursan sonra da bilirsiz nə deyirlər? "Sən kobudsan, başa düşmürsən bizi." Hər kəs hər kəsi başa düşməlidir mi? Məni, səni hamı başa düşür mü? İnanmıram.
    İnsanları incitməkdən qorxuram, çünki incinmək nədir ən gözəl mən bilirəm. Bəzən istəyərək bəzən istəməyərək incidilir insan. Bəlkə sonra peşman olur, ancaq bunun bir yararı olmur.
    İnsanlar hər etdiyin işə pis tərəfindən baxır. Yaxşı da olsan pis də olsan pis olursan. Onlara görə ən yaxşı özləridir. Buna görə xəyallarını demir insanlar. Bir insanın xəyalın, inşa etdiyi xəyalın hansı cəsarətlə yıxırsız? Qısa nümunə verim: Biri hüquqa daxil olmaq istəyir bunun xəyalın qurur və siz gəlib deyirsiz ki "sən savadlı deyilsən, ona layiq deyilsən, səndən hüquqşunas olmaz." Bu sözü hansı cürətlə deyirsiz? Siz ondan savadlısız? Ən pisi isə odur ki bunu bizə deyənlər həyatda heç bir naliyyəti olmayan insanlardır. Öz aləmlərində yaşayırlar. Bir dəfə bədii kitab üzü açmırlar ancaq pedaqoq kimi danışır, ailə eksperti kimi çıxış edirlər.
    Buna görə qacır insanlar ailədən, sevdiklərindən. İnsanların mənasız sualar, cavablarını bildikləri sualları verirlər. Özlərini ən ağıllı bilirlər. Ancaq geri dönüb özlərinə baxsalar digərlərinə məsləhət verməkdən yaşaya bilmədikləri həyatların görərlər.
    Bəzilərinə görə gəldi gedər olan xəyallar bəzilərinin ümid yeridir. Məhz buna görə insanları pisləmiyin sən savadlısan, sən çirkinsən və s. kimi sözlər demiyin ilk öncə özünüzlə üzləşin.
    "Başqasının yoluna qarışan kəs Öz Yolunu heç zaman gedə bilməz." (Paula Coelho)
    Öz yolunuzla getmək diləyi ilə...
  • iyun 2024, Şümşəd H.

  • 514
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......