...
  • Fərqindəlik...
  • Şümşəd Hüseynova
  • Fərqindəlik... İnsanlar bəzən istəmədən, bəzən isə istəyərək davranışlar edirlər. Bunu fərqində olmadan etmək bağışlana bildiyi halda fərqində olaraq edilənlər bağışlana bilinmir.
    İnsanlıq hara gedir mən də bilmirəm. Bəlkə də sonu uçurumdu bu gedişin. Hamı daşlaşıb, düşüncəsizləşib. Ən pisi isə odur ki insanlar bir-birlərini dinləmirlər. Hər kəsin başı özünə elə qarışıb ki ətrafındakı fırtınaları görmürlər. Qınamaq olarmı? Xeyr. İnsan doğulduğu gündən həyatın necə çətin olacağın bilir. Bəlkə elə buna görə doğulan kimi ağlayırıq. Ağlamayanda isə həkimlər bizi ağlatmağa çalışırlar, çünki əks halda yaşamırıq. Elə həyatın əsl üzüdə o ilk dəqiqələrdən bəlli olur.
    Ətrafımızda çox insan var, amma buna baxmayaraq həmin insanların nə qədəri ilə yola gedə bilirsiniz? Çox az faizi, çünki insanlarla bir müddətlik söhbətlər edilsə belə bəziləri elə bir saatlıq söhbətə sığır. Boynuma alıram çox emosionalam, çox düşünənəm. İnsanların bir müddət pis olduğu hadisələri 1ay sonda da xatırlayıram. Bəlkə də empati hissidir bunu edən. Düşünmək məni yorur bəzi hallarda, amma düşüncəsiz insanların düşüncəsizliyidə bizi yorur. Yəni hər iki halda mənəm çökən.
    Uzağa getməyək dünən olan hadisə... matəm günü elan olundu bəs həqiqətən matəm oldu mu? Şəhərə çıxanda hər kəs yenə öz axarında idi və hətta qulaq şahidi olduğum bir çox söhbətlərdə sanki helə hadisə baş verməmiş kimi davranılırdı. Matəm günü tək paytaxta aid idi? İnsanlar niyə ölümə bu qədər biganə yanaşır? Hətta din ayrımlığı edənlər, fərqli dinə mənsub olan insanların ölmünə ölüm kimi baxmayanlar nə düşüncədəsiniz? Din insana mənsub olan və şəxsi bir inancdı, ölüm isə bütün inanclarda son mənzilidi. Bizim üçün doğru olan inanc hamı üçün doğru olmaq məcburiyyətində deyil. Hətta o din ayrımlığı edən şəxslərin çoxu niyə müsəlman olduğunun fərqində deyil. Hər biri gözün açıb və ətrafında İslam dini deyilib və yaxud xristian. Bəs ətrafınızda olan birindən soruşun görün niyə müsəlmandır? Bunun mahiyyətindədir mi? Kimsədən soruşmayada bilərsiniz. Özünüzdən soruşun "niyə bu dinə inanırsınız?" Çoxu cavabın bilmir. Heç İslam dini nədir mahiyyətində deyil, amma danışdırsaq bizi kafir özünü "inanclı" biri kimi qələmə verər. Nəticədə isə nə olur? Dini yalnış təbliğ edənlər çıxır meydana bununlada insanlar İslama gəlmir əksinə İslamdan qaçır. Sözüm kiminsə inancında deyil bu şəxsi bir məsələdir və hər kəsin özünə aiddir. Mənim dediyim odur ki, dinindən, irqindən aslı olmayaraq ölüm yarımcıq qalan ümidlər, vidalaşılmayan səhərlərdir. Biganə qalmayın bu qədər. Həyat nə o qədər nə uzun, nə də sevgi dolu bir yerdir. Heç kəs yas tutmaq məcburiyyətində deyil, ancaq hamı hörmət göstərmək məcburiyyətindədir.
    Tarix boyu çox qəzalar, müharibələr olub. Bunların hamısının yasın tutmaq mümkün deyil, ancaq hörmət göstərmək mümkündür, çünki keçmiş gələcəyimizi qurmaq üçün bir vasitədir. Biz həmin keçmişə bağlı qalsaq irəli gedə bilmərik, fəqət keçmişdən dərs çıxara bilsək irəli gedə bilərik. Mən isə bir nəticə görmürəm...
  • dekabr 2024, Şümşəd H.

  • 355
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......