...
  • Darıxıram... ancaq niyə?
  • Şümşəd Hüseynova
  • Bu gün çox darıxdım... Çox gözlədim — bir səs, bir hənirti gözlədim... Gəlmədi...
    Məsələ bilirsiniz nə idi? Elə biri yox idi. Mən sadəcə darıxırdım, ancaq heç kəsdən ötrü deyil. Sadəcə darıxırdım, axtarırdım... Amma kimi? Bu suala cavab yox idi.

    Bəzən insan elə hiss edir ki, həyat davam edir, tək sən olduğun yerdə qalırsan. Hamı dövr edir, sən isə yerində addımlayırsan. Baş götürüb getmək istəyirsən, ancaq hara? Hər birimiz deyirik: “Çıxaq, gedək.”
    Hara gedək? Kimə gedək? Getsək belə, bu hisslər ötüb keçəcəkmi? Əlimiz çatmadığı üçün elə zənn edirik ki, keçəcək, amma keçmir. Dünyanın o biri başında olsan belə, ürəyimiz bizimlə gəlir.

    Əslinə qalsa, bütün məsələlər beynimizdə təzahür edir. Yəni istər burda, istərsə də başqa bir ölkədə olmaq — beynimizi dəyişdirmir, sadəcə mühitimizi dəyişdirir.
    Mövzu o qədər dərindir ki, danışdıqca batıram. Yazdıqca boğulur, gördükcə qaçıram... Ancaq hara? Ümumiyyətlə, hara qaçırıq? Hamımız tələsirik, ancaq hara? Tələsə-tələsə ömrümüz keçir və budur — ölüm qapıdan boylanır.

    Nə gördün bu dünyada?
    Bir ömür xoşbəxt olmaq olmaz, ancaq bir ömür bədbəxt yaşamaq olar.

    Mövzudan uzaqlaşdım, deyəsən... Nə deyirdim? Hə, bu gün çox darıxdım. Hələ də darıxıram. Gözüm telefondadır, ancaq kimi gözləyirəm — bilmirəm. Elə biri yoxdur ki, yazanda bu hisslər məhv ola. Yazana da bir-iki söz deyib yola salırsan.

    Heç kəslə danışmaq istəmirəm, heç kəsə özünü izah etmək istəmirsən, lakin digər yandan da içini tökmək istəyirsən. Bilmirəm, bəlkə də anlaşılmaq istəyirsən. Bəlkə də səssizcə səni anlamaqlarını gözləyirsən.

    Həmişə nadanlara rişxənd etmişəm, ancaq çox zaman onların paxıllığını çəkmişəm. Düşünmədən yaşanılan həyat — həyat deyil, düzdür. Lakin biz düşünüb nə etmişik? Bir ömür düşünənlər nə edib?
    Yenə həminki söhbətdir. Cəlilin, Sabirin dövrü ilə fərqimiz nədir? Hə, bir az savadlaşmışıq, ancaq kütlənin çoxu cahildir. Baxın, ali təhsilli olmaqla düşünən insan olmaq fərqlidir. Hər kəs təhsil ala bilər, ancaq çox azı düşünər.

    Gördüyüm odur ki, biz hələ də düşünmürük, biz hələ də hadisələri dərk edə bilmirik. Cəlil Məmmədquluzadə əsəri yazırdı, fəqət düşünməyi insanların öhdəsinə buraxırdı. İstəyirdi, özləri nəticə çıxartsınlar. Aradan bir əsr keçib, biz hələ də oxuyub anlaya bilmirik.
    Hələ də qlobal problemlərimiz arasındadır. Nəyinki oxumaq — biz heç dinləyib də anlamırıq. Bəlkə də anlamaq istəmirik...

    Bu düşüncələrə qərq olduqca insan aldığı nəfəsdən iyrənir. İnsanların hərəkətlərini düşündükcə onların yerinə vicdan əzabı çəkirəm, ancaq onlar həmin saatda yatırlar. Həyat daim özünə qurbanlar seçər. Bəlkə də mən də həmin qurbanlardan biriyəm.

    Sonu ölüm olan həyatı o qədər də ciddiyə almayın. Hamımız bir gün öləcəyik və bizi tanıyan son insan öldükdən sonra heç kəs sizi xatırlamayacaq. Hətta o bəzəkli baş daşınızı dağıdıb üstündə evlər inşa edəcəklər. Necə ki, biz etmişik.
    Həyat budur... Həyat bu qədərdir...
  • noyabr 2025, Şümşəd H.

  • 395
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......