...
  • Bu günlər...
  • Şümşəd Hüseynova
  • Son günlər televiziyadan bayağı musiqiçiləri yığışdırdılar, habelə verilişlər bağlandı. Bununla bərabər yeni hip-hop mahnı çıxdı. Bura kimi hamısı yaxşıdır. Hətta gec də olsa, bir şeylərin dəyişməsi ümid verir. Bu gün həmin müğənnini alqışladınız, bunda da bir problem yoxdur. Amma eyni ifaçının digər bir ifasında isə onu yıxıb-sürümüşdünüz. Dünən daş atdığınıza bu gün çiçək atırsınız. Bu ziddiyyətin fərqindəsinizmi?
    Məsələ burasındadır ki, eyni məsələləri daha gözəl şəkildə çatdıran repçilərimiz olub və hələ də var. Sadəcə siz onları görməmisiniz, görmək istəməmisiniz. İki gün öncə deyilən sözü Okaber və Qaraqan illər öncə deyib. Həm də daha açıq, daha cəsarətli, daha riskli şəkildə. Siz isə onları eşitmədiniz. Niyə? Çünki onlar rep deyirdilər. Rep isə sizə görə deyil. Çox “təmiz” xalq olduğumuz üçün repin içində olan söyüşlər bizə toxunur. Amma bayağılıq toxunmur. Səviyyəsizlik toxunmur. Ekranlardan zövqsüzlük axanda susuruq, amma bir sərt söz eşidəndə qəfil əxlaq mühafizəçisinə çevrilirik.
    Bilirsiniz niyə Qaraqanı görmək istəmirik və ya Okaberi eşitmək istəmirik? Çünki onlar şou-biznesdə deyillər. Onlar sponsorlu qalmaqallarla gündəmə gəlmirlər. Sadəcə öz işlərini icra edirlər. Yəni onların məqsədi insan kütləsindən pul toplamaq deyil. Məqsədləri söz sənəti yaratmaq və insanlara öz əsərlərini təqdim etməkdir. Onların məqsədi xalqdır — xalqın düşüncə tərzidir. Amma düşünmək çətindir. Düşünmək məsuliyyət tələb edir. Əylənmək daha rahatdır.
    Bizim xalqda isə belə bir ənənə var: ya biri öləndə dəyər verərik, ya da gərək illər keçə və “Sabir yaxşı şair idi” deyərik. Sağ olanda görmərik, danışanda eşitmərik, deyəndə qəbul etmərik. Sonra gec olanda anlayarıq. Həmişə olduğu kimi.
    Problem repdə deyil. Problem güzgüdə gördüyünüz həqiqətdir. O həqiqət xoşunuza gəlmir deyə, səsi yox, həqiqəti deyəni susdurmağa çalışırsınız. Sonra da cəmiyyətin niyə dəyişmədiyini soruşursunuz. Dəyişməyəcək. Çünki siz eşitmək istədiyinizi alqışlayır, eşitmək məcburiyyətində olduqlarınızı isə daşlayırsınız.
  • mart 2026, Şümşəd H.

  • 515
Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) Bakı-2026 Sizə təqdim olunan “GündəLİKLƏR”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......

Xoşbəxtəm belə sənlə

Dəhnəli Məmməd Hacızadə

Yoxsa da qismətimdə gəzmək əl-ələ sənlə, Neçə-neçə xəyallar qururam hələ sənlə. . Gül açır bağçam-bağım, Artır eşqim,marağım. Gülür dilim- dodağım, Gəlirəm dilə sənlə.......

Dördlüklər. Onluqlar. Qoşmalar

Firuz Mustafa

Dördlüklər Onluqlar Qoşmalar ποίησις (poeziya) Bakı-2024 dördlüklər onluqlar qoşmalat ποίησις (poeziya) Geniş oxucu və tamaşaçı auditoriyası nı filosof, nasir və......