...
  • Azərbaycan
  • Şümşəd Hüseynova
  • Vətən... Bəziləri üçün sadəcə kəlimə ola bilər, fəqət mənim varlığımdır. Bu hiss hələ uşaq yaşlarımdan mənim qanıma işləmişdir. Elə o, zaman anladım məgər mən vətənə qanımla, canımla bağlıyamış. Maraqlı bir şəkildə mənə elə gəlir ki, “Azərbaycan” deyilən də tək mən həyəcanlanıram. Elə hiss edirəm ki torpağını məndən çox sevən bir kəs ola bilməz. Düzdür, şəhidlər vətən üçün canlarından, ailələrindən keçdilər və heç kəs idda edə bilməz vətəni onlardan daha çox sevəcəyini, ona görə ki onlar canlı nümunədirlər. Xatırlayıram Cəfər Cabbarlının “Oktay Eloğlu” əsərini oxuyanda ağlıma bir sual gəlmişdi: “Öz ailəsinin güzaranı bərbat olarkən o niyə bir teatr üçün bu qədər əziyyət çəkirdi?” lakin sonralar anladım onun bu hərəkətini. İnsan, əgər xalqı üçün tövhə vermək arzusundadırsa bu zaman, nəinki ailəsini, hətta canını ortaya qoyar. Elə bu səbəbdən hər kəs tarixə düşə bilməz. Əgər hər birimiz öz mənafeyimizi güdüb bir kənar da otursaq biz insan olmarıq. Yalnız düşüncəsiz insanlar özlərini düşünür. Yəni bu mənə görə belədir.
    Ətrafım da olan gənclərin tək arzusu var (çoxluq belədir) xaricə getmək. Nədir bu xaric həvəsi? Nədir bu avropalaşma arzusu? Biz ora getməsək belə çox, təssüf ki, artıq avropalaşır və bəzi dəyərli adətlərimizi unuduruq. Biz müsairləşək deyən də əxlaqsız olaq demirdik. Ziyalılarımız cadranı atmaq deyərkən, qadınlarımız oxusun deyərkən əxlaqsız olsunlar demirdilər. Bəziləri çox, əfsus ki, bunu tam yalnış anlayıb. Onlar sadəcə dünya görüşünüz artsın deyə savadlı Azərbaycan qadınları olsun deyə bu qədər inadla vuruşdular, ancaq əksinə oldu... savadlı, dünya görüşlü, haqqını tələb edən qadınlarımız da var, fəqət dünya onları deyil də digərlərin daha çox tanıyır və hər dəfə xaricilər bizi o, insanlar sayəsin də tanıdıqlarını eşidərkən məni sanki göyün yeddinci qatından yerə atırlar. Bunlar da azmış kimi biz uşaqlarımızı böyüdür mühəndis, həkim edib xaricə göndəririk. Hətta bir gənc əlində imkan ola-ola xaricə getmirsə onu qınayırıq. Bu nə qədər doğrudur? Uşaq anadan olandan öz dilin bilməmiş fərqli dillər öyrənməyə məcbur edirik. Məncə, dünyaya yayılmış savadlı gənclərimiz xaricə töhfə verməkdənsə gəlib Azərbaycanda nələrisə inkşaf etdirməyə çalışsalar biz inkşaf etməkdə olan ölkə deyil, inkşaf etmiş ölkə olarıq. Bununla paralel avropalaşmadan əsil Azərbaycanlı kimi inkşaf etməklə.
    Bu gün azərbaycanlılar öz tarixin bilmir. Bəs onlar həqiqətən azərbaycanlıdır mı? İnanmıram. Azərbaycanda doğulmaq hələ azərbaycanlı olmaq mənasını vermir. Mən demirəm hər kəs tarixi xranalogiyası ilə bilsin, ancaq ən azından şəxsiyyətlərimizi bilməlidir. Bu torpaqların necə bir arada tutulmasını bilməlidir. Bu hər bir azərbaycanlının borcudur. Tarixini bilməlidir və bu tarixə görə hərəkət etməlidir. Məncə hər kəs eşitmiş olar ətrafımız da olur belə insanlar “ Qarabağsız yaşayardıq da lazım idi bu qədər gəncin şəhid olması.” Başa düşürəm bunu pis məna da demirlər, fəqət xocalının qisası alınmasa idi necə baxardıq onların ailələrinin üzünə? Orada təcavüz olunan hər baxımdan təcəvüz olunan fiziki, mənəvi cəhətdən. Qocaların, qadınların, uşaqların ahları yer də qalsa idi sizin gözünüzə necə yuxu gedərdi?! Şəhidlərimiz onlara 44 gün boyu necə mərd döyüşmək lazım gəldiyini göstərdilər. Biz onların silahsiz əhalisini öldürmədik. Biz onların ordusu ilə mübarizə apardıq və göstərdik ki, əlində silah olmayan əhalini qırmaq asandır, ancaq Azərbaycan ordusu ilə döyüşmək çətindir. Məncə, bu onlara tarix boyu verilmiş ən gözəl dərs idi.
    Yaşından aslı olmayaraq sosial medyada iki saat kim kimə nə dedi, kim hansı qızılı taxdı deyə baxmaqdansa sadəcə bircə dəfə “azərbaycan tarixi” yazıb axtarış verin iki saatınızı buna xərcləyin. Heç bir şey itirməzsiniz əksinə qazanarsınız . Oxuduqdan, izlədikdən sonra orada olan illəri bilməyə bilərsiniz, amma ən azından hadisələri bilmiş olacaqsınız.
    Bir şeyi unutmayın ki, əgər bir vətəndaş öz tarixini, öz törəyişini bilmirsə, kimin soyundan olduğun bilmirsə o heç insan deyil o sadəcə bir robotdur sadəcə və sadəcə gəzir cəmiyyətdə başqa bir şey kəsb etmir. Ən azından bu mənim pəncərəmdən belə görsənir.
  • avqust 2024, Şümşəd H.

  • 541
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......