...
  • Tərcümeyi-hal
  • Fyodorov Vladimir Nikolayeviç
  • Fyodorov Vladimir Nikolayeviç (31.03.1951) – rus şairi, nasiri, tərcüməçisi. 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür.
    Kobaysk ulusunun Taas-Tumus qəsəbəsində anadan olub. 1975-ci ildə Yakutiya dövlət universitetini bitirmiş, geoloq ixtisasına yiyələnmişdir. Bir neçə il ekspedisiyalarda işləmiş, sonra jurnalist kimi çalışmağa başlamışdır. “Molodyoj Yakutii” və Sosialistiçeskaya Yakutiya” qəzetlərinin əməkdaşı olub. Eyni zamanda “Horizont” paytaxt ədəbi birliyinə rəhbərlik etmişdir. 1983-cü ildən – “Polyarnaya Zvezda” jurnalının şöbə müdiri, sonra isə baş redaktoru vəzifəsində çalışmışdır.
    “Yakutiya” qəzetinin mədəniyyət şöbəsinin redaktorudur. O, eyni zamanda “Vsepisatelskaya literaturnaya qazeta”nın Baş redaktorudur.
    V. Fyodorov gənc yazıçıların səkkizinci Ümumittifaq müşavirəsinin iştirakçısı olub. Onun şeirləri respublika və mərkəzi qəzet və jurnallarda,
    “Molodaya Qvardiya” və “Sovremennik” məcmuələrində dərc edilib.
    Ayrı-ayrı şeirləri xarici mətbuatda dərc edilib. Özünün birinci “Qar içində ulduz” şeirlər kitabını 1983-cü ildə çap elətdirib. Növbəti şeirlər kitabı “Məhəbbət düsturu” 1995-ci ildə nəşr olunmuşdur. Fyodorovun şeirlərinə bəstəkarlar bir çox populyar mahnılar bəstələyib.
    Onun “Həmişəlik yox olmuş şəhərin 1№-li vətəndaşı”, “Mavisifət Jannetin ulduzu”, “Skripka” povestləri oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. 1999-cu ildə çıxan “Heyvan mövsümü” nəsr əsəri oxucu
    və ədəbi tənqidin müsbət rəyini qazanmışdır.
    Fyodorov – istedadlı tərcüməçidir. O yakut, even, yukagir və evenk yazıçıları: N. Yakutski, A. Sıromyatnikova, A. Starostina, A. Krivoşapkina, N. Abıyçanin, UluroAdo, N. Kalitinin əsərlərini rus dilinə tərcümə etmişdir.
    V. Fyodorov dramaturgiya janrında da çox uğurla çalışır. Onun “Yakut rahibinin odisseyası” pyesi nəinki yakut tamaşaçılarının, eyni
    zamanda Amur vilayətində də çox böyük hərarətlə qarşılanmışdır.
    Vladimir Fyodorov Azərbaycan ədəbiyyatına və mədəniyyətinə ürəkdən bağlı olan bir qələm adamıdır. Onun baş redaktoru olduğu “Vsepisatelskaya literaturnaya qazeta”da ədəbiyyatımızla bağlı nümunələrə geniş yer verilir.
    Bakıda V. Fyodorovun “İri ağ balıq” (“MBM”., 2018-ci il. Red. F.Mustafa) adlı hekayələr məcmuəsi nəşr olunmuşdur.Kitabda toplanmış əsərləri dilimizə Vaqif Azəryar tərcümə etmişdir.
  • mart 2019, Fyodorov V. N.

  • 141
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......