...
  • Vernisaj
  • Firuz Mustafa


  • Firuz Mustafa



    VERNİSAJ

    poeziya


















    Bakı-2022


    Firuz Mustafa
    Firuz Mustafa.Vernisaj.Poeziya

    Geniş oxucu və tamaşaçı auditoriyası
    Firuz Mustafanı
    əsasən filosof, nasir və dramaturq kimi tanıyır.
    Lakin o, arada qələmini
    poetik janrlarda da sınayır.
    Firuz Mustafa
    hətta, Azərbaycan ədəbiyyatında
    nəzmlə yazılmış
    ilk komediyanın müəllifidir.
    Təqdim edilən kitabda Firuz Mustafanın
    yaradıcılığından poetik
    nümunələr toplanmışdır.

    Redaktor: Fazil.N.Mustafayev
    Bədii tərtibatçı: Aqşin Mustafayev
    Bakı.2022, 520 s.

    4702060202
    F-------------------------2022
    009

    ©Firuz Mustafa.,2022
    "Renessans-A" nəşriyyat evi,2022

    BAKI-2022





    Müəllifdən

    Poeziya və Mən

    ...Şeirdə nə qədər “sən”, “o”, “siz”, “biz”, “onlar” olursa-olsun, dəxli yoxdur, bunların- bu şəxs əvəzliklərinin hamısının kökündə-mayasında mütləq bir Mən dayanır.

    ...Hər bir ədəbi janrın öz “yükgötürmə” qabiliyyəti olur; məsələn, şeir nə qədər ictimai, siyasi, bəşəri mövzulara üz tutsa da onun nüvəsində, cövhərində fərdi-intim-şəxsi duyğular dayanır. Bir az hökm kimi səslənsə də deyə bilərəm ki, məsələn, nəsrdə- xəlqilik, dramaturgiyada- kosmopolitizm, elmdə- planetar düşüncə dominantdır. Qəribədir ki, mən bu janrların (deyəsən) hamısında özümü sınamışam və (görünür) elə bu səbəbdən də onlardan birindən digərinə keçərkən xüsusi problem yaşamıram.

    ...Mənə elə gəlir ki, hər janrın öz aurası, öz mövzusu, öz təhkiyəsi olur. (Hər halda mənə elə gəlir.) Deyək ki, poeziyada (adətən)- duyğular, nəsrdə- süjet, dramaturgiyada- ideya, elmdə- məqsəd əzəli və başlıca rol oynayır.

    ...Mənim qələmə aldığım nəzm nümünələri bir növ indicə sadaladığım janrların məcmusudur: burada çox vaxt (məndən asılı olmayaraq) duyğular süjet-ideya-məqsəd konteksti ilə bir “blokda” çıxış edir.

    ...Buradakı şeirlərin (əgər onlara şeir demək olarsa) bir çoxu sərbəst, əksəriyyəti isə heca vəznindədir. Burada janrını bilmədiyim şeirlər də yer tutub. Və onların mütləq əksəriyyəti ilk gənclik illərində qələmə alınıb.
    Baxıb, daha doğrusu oxuyub görəcəksiniz ki, buradakı poetik parçaların çoxunun həcmi çox qısa və lakonikdir. Bəzən çox uzun yazıları, yüz-ikiyüz misralıq poetik parçaları, “presləməli” olmuşam; axı, əvvəlcədən qarşıya belə məqsəd qoyulub: şeir lakonik olmalıdır. Bəzi şeirlərin içində, hətta, bir çox pyes və romanlar da “əriyib”.

    ...Mən çalışmışam ki, mövzularım (əsasən, konseptual mahiyyət daşıdığı üçün) vaxtın- yəni yazıların qələmə alındığı vaxtın, ab-havasını özündə əks etdirsin.

    ...İlk qafiyəli (və eləcə də ilk mətbu) yazim Ana haqda olub. Sonralar (sonralar deyəndə ki, yeniyetməlik və gənclik illərində) Allahın Anası barədə də yazdım, amma onu çap etmədilər. Mən Allahın bacısı oğlu, sevgilisi(!), qohum-əqrəbaları, O-nun qəbul otağı, O-ndan (göydən) telefon zəngi, tanrının göz yaşları (bu həm də “Qapı” romanının ikinci adıdır) və s. ... haqda da yazmışam və həmin yazılar səsləndiyi dar auditoriyalarda bəzən (dinləyicilərim tərəfindən) qınağa tuş gəlib. Qəribədir ki, mənim poetik yazılarımda elə o ilkin mövzular (Ana və Tanrı) həmişə aparıcı xətdə olub.

    ...Allahın anasına olan xitab Allahın özünün Allahını axtarışa sövq edib məni. Bu, bəlkə də mənim yeniyetməlik illərində zox sevdiyim yazızılardan- Maksım Qorkidən və Lev Tolstoydan gələn nəsnələr idi; axı, mən o illərdə Tolstoyun ondörd, Qorkininsə onbeş cildlik seçilmiş əsərlərini dilimizə tərcümədə təkrar-təkrar oxmuşdum. Onların əsərlərində məhz bu cür Tanrı axtarişları (buna elmi ədəbiyyatda çox vaxt “allahquruculuq” da deyirlər) və öz hərəkətləri ilə ənənəvi cəmiyyət qanunlarının əksinə gedən marginal ədəbi obrazlar diqqəti çəkirdi. Çoxları bilmir ki, bəzən poeziya nəsrdən qidalanır.

    ...Poetik parçalarda sevgini vəsf edən misralar da az deyil. Diqqətli oxucu yəqin duyar ki, bu mövzudakı yazıların hərəsinə bir hiss hakimdir; yəni bir yerdə kimisə sevən aşiq, digər parçada kiməsə nifrət edir. Bu da təbiidır. Çünki həmin kəslər (təbii ki, çox vaxt) müəllifin özü yox, onun lirik qəhrəmanıdır. Təəssüf ki, bizim oxucular arasında hələ də müəlliflə onun bədii, Lirik qəhrəmanını eyniləşdirmə hallarına təsadüf olunur.

    ...Mən uzun illər ki, öz oxucularımlala birbaşa ünsiyyətdən, poetik təmasdan uzaqlaşmışam. Hər halda ilk baxışda belə təəssürat yaranır. Əslində isə bu, bəlkə də belə deyil. Çünki onsuz da mənim nəsr və dram əsərlərimdə zənnimcə poetik ruh qabarıq hiss olunur. Poeziyasız nə nəsr, nə dramaturgiya, lap elə nə fəlsəfə?

    Çalışmışam ki, sizə indi təqdim edilən nümunələrdə, xüsusən “onluqlarda” qafiyə və qafiyələnmə sistemində də dinamik dəyişmə prinsipinə əməl edim. Amma bilirəm ki, burada artıq arxaikləşmiş fikirlər və yazılar da var. Bəzi misralardan isə olsun ki, “durğunluq” dövrünün ab-havası gəlir.

    ... “Sən nə üzün poeziyaya xəyanət etdin?” Bu, mənə köhnə dostlarımın (heç bilmirəm burada “köhnə” sözü yerinə düşürmü?) tez-tez ünvanladığı sualdır... Məncə poeziya qafiyəli-qafiyəsiz misraları doğranmış odun parçaları kimi üst-üstə (və ya alt-alta) yığmaqdan ibarət deyil; onun missiyası bir az özgədir. Yəni daha böyük və daha əzəmətlidir.

    ...Bir neçə cildlik yazılarım var. Hə, əlbəttə, poetik nümunələri deyirəm. Amma, çox güman ki, mən bir daha bu janrda yazdıqlarımın çapına çalışmayacağam. Doğrusu, heç bu yzıları da üzə çıxarmaq niyyətində deyildım, dostlar üz vurdular; elə nəşr xərcini də dostlar ödədi. Dostluqdan geri qalmasınlar...

    ...Mən heç vaxt şair olmaq iddiasinda bulunmadım. Bəs nə üçün yazdım bu nümunələri? Cavabı buradakı sətir və fikirlərdə özündə axtarıb tapa bilərsiz və bəlkə də o cavabı bu yığcam qeydlərdə artıq tapmısız. Tapmadınızsa yenə axtarın.

    ...Elə səni də lirik qəhrəmanların sirasında görürəm, qəhrəman oxucum...
    Buradakı Mən əslində mən deyiləm, o, elə Sənsən.
    P.S. Müxtəlif vaxtlarda müxtəlif nəşriyyatlarda üç poetik məcmuəm nəşr olunub:

    “Köhnədəbli şeirlər” (“MBM” nəşriyyatı, 2013)
    “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)

    “Dördlüklər” (“MTR Group”, 2014)

    Elə bu kitaba daxil olan nümunələri də, əsasən, həmin kitabların adı və sırasıyla adlandırmaq qərarına gəldim.

    Hörmətlə,
    Firuz Mustafa
    (2012-ci il)



























    “DÖRDLÜKLƏR” kitabından

    (DAŞ ÜSTƏ YAZILMIŞ SƏTİRLƏR)










    “Daş üstə yazılmış sətirlər” kitabı və o kitabın müəllifi haqqında
    MÜƏLLİF SÖZÜ

    Həmişə belə hesab etmişəm ki, yaradıcılıq- intəhasız uçuş meydanıdır. Yalnız o meydanda özümü çox rahat hiss edirəm. Axı orada nə xəbislər var, nə riyakarlar, nə paxıllar. Başqa meydanlar mənə dar gəlir. Yad meydanlarda sıxılıram, nəfəsim təngiyir. Mənim uçuş ekipajim, yəni müraciət etdiyim janrlar, rəngarəngdir. Bəzən bu meydanda tünlük olur, eyni vaxtda bir neçə janrın havasına və havasında uçmalı oluram.
    Bilənlər bilir, elmi və bədii yaradıcılığın müxtəlif sahələrində fəaliyyət göstərirəm. Onlarla kitabım çap olunub, pyeslərim tamaşaya qoyulub. Mənim “uçuş meydançamda” ensiz bir uçuş zolağı da var ki, görünür, həmin bu “zolaq” poeziya üçün ayrılıb.
    Əvvəllər öz müfəssəl fikirlərimi qısa cümlələrlə ifadə etməyi xoşlayırdım. Hətta, həmin duyumları toplayıb kitab şəklində də nəşr etdirmişəm: “Buz üstə yazılmış sətirlər” və “Sklerozlar üçün yaddaş”.
    Sonralar bu düşüncələrin bir qismi poetik dördlüklərə çevrildi.
    Mən hər misraya yaydan çıxan bir ox kimi baxıram.
    Uçuş meydanının üstündə yalnız ox kimi süzən uçaqlar ola bilər.
    Yox, elə düşünməyin ki, mənim hansısa poetik bir eqom var. Heç zaman özümü şair qiyafəsində görmürəm və bu “vəzifəyə” qətiyyən iddialı da deyiləm.
    Mən şeirin, poeziyanın “ətrini”, “havasını” başqa janrların canına hopdurmağı xoşlayıram.
    Heç bilmirəm bu kitabın adı niyə “Daş üstə yazılmış sətirlər” oldu?
    Görəsən, daş üzünömürlüdür, yoxsa buz? Artıq bildiyiniz kimi, indi tanış olacağınız bu fikirlər əvvəllər büz üstə yazılmışdı.
    Hər uçuşun bir enmə zolağı da olur. Axı bütün uçuşların sonunda eniş də olur. Poeziya da mənim “eniş zolaqlarımdan” biridir.
    Belə hesab edirəm ki, bu eniş zolağı üzü işığa baxan həssas oxucu ürəyidir.
    Ürəyinə sağlıq, oxucum.
    12.12.2012
    P.S.
    Oxuculara təqdim edilən kitabda toplanmış poetik nümunələr mənim bu konuda qələmə aldığım yazıların cüzi bir hissəsidir. Həcmi bir neçə cild ola biləcək şeirlərin (əgər onlara şeir deyə bilsək) toplandığı dəftər və qeydləri digər yazılarla birgə Respublika Ədəbiyyat və incəsənət arxivinə təqdim etmişəm.
    Sizə uğurlu oxu arzu edirəm.
    12.07.2022
    Təqdim edilən kitab, çox gümün ki, mənim sonuncu poetic nümunələr toplum olacaq. Mən bu kitabı “isirahət etmək üçün” getdiyim dogma kənddə tərtib etdim. Əslində isə mənim həyatımda bir gün belə “istirahət” olmayıb.
    Gədəbəy.Şınıx. İsalı. İyul-avqust.2022







    DÖRDLÜKLƏR
    (DAŞ ÜSTƏ YAZILMIŞ SƏTİRLƏR)

    1
    Bir az yaxın otur, mənə qulaq as:
    Ağlı olanların baxtı olmayır.
    Əgər vaxtın varsa dərdləşək bir az:
    İşi olmayanın vaxtı olmayır.

    2
    Yazıb pozduğumu oxuyan varmı?
    Mənə hücum çəkir bu sual hər an.
    Əgər sevməsəniz yazdıqlarımı
    Siz məni asarsız misralarımdan.

    3
    Gözlə gördüyündən vəcdə gəlirsən,
    Görünməz olanlar kölgədə solur.
    Zahirdə olana qiymət vermə sən,
    Gözəllik həmişə batində olur


    4
    Ziyarət də dönüb ta ticarətə.
    Zəhər bahalaşıb, ilan çalmayır.
    Dünyamız bənzəyir supermarketə,
    Alan kim, satan kim, bilmək olmayır.

    5
    O kişi heç zaman duymadı bunu:
    İki sim çalındı ömür tarında.
    Bir qadın həyatda sevirdi onu,
    O biri sevirdi xəyallarında.

    6
    Hamının ömründə bir dərd yaşayır,
    Hər kəs dərd qazanır ömrü uzunu.
    Kim isə bu dərdi təkcə yaşayır,
    Kimsə başqasına yükləyir bunu.

    7
    Bu dualist ömrün bir üzü acı,
    Bir üzü şirindir, yaxşı qulaq as.
    Şübhə toxumundan bitən ağacın
    Barı nifrət olar, məhəbbət olmaz.


    8
    “Hamı bərabərdir Allah önündə”,
    Göydən yerə gələn bir vəhydi bu.
    Özünü dərk etmir yerdəki bəndə,
    Allah kəlamına qoyulur tabu.

    9
    Bəzən arzular da dirənir daşa,
    Bir qəlbdə boy atır sevinclə kədər.
    Nadanlar keçəndə yuxarı başa
    Aqillər nadana oxşamaq istər.

    10
    Sənə iradımçün məndən incimə,
    Ömür də ədəbi janrdır, gülüm.
    Bir az komediya, bir az faciə
    Əvvəli-doğuluş, sonucu- ölüm.

    11
    Həqiqət əbədi məhək daşıdır,
    Fəqət yalanların ömrü az olur.
    Dünya ömrümüzün vernisajıdır-
    Tanışlar çoxalır, dostlar azalır.



    12
    Coşdu ürəyinin qəzəbi, kini,
    Hiddətin qurd olub içini diddi.
    Gözünlə demişdin mənə sevgini,
    Fəqət nifrətini dilinlə dedin.

    13
    Torpaqda baharın nəbzi döyünür,
    Təbiət dəyişir öz əbasını.
    Ağaclar təzə-tər paltar geyinir,
    Gözəllər soyunur öz libasını.

    14
    Deyirəm görəsən sənin gözündə
    Kim məni bu qədər adiləşdirib?
    Möhür dodaqlarım sənin üzündə
    Bizim eşqimizi sənədləşdirib.

    15
    Gözlərin, qaşların bir yana qalsın,
    Qoyubdur sinəmə od kipriklərin.
    Qoy mənim ruhumu sim kimi çalsın
    Nəğmətək səslənən not kipriklərin.



    16
    İzləyir şefini o, addım-addım,
    Bəs necə, çox sevir o, rəisini.
    Deyir ki, başında papaq olmadım,
    Kaş ayaqda çəkmən olaydım sənin.

    17
    Mənim dərdlərimdən sənə nə hacət?
    Nəşəmdən barınsan bu, sənə bəsdi.
    Bu dünya səninçün əbədi cənnət,
    Mənimçün od tutan dar bir qəfəsdi.

    18
    Hər löyün xörəyin tamını dadır,
    Hər gün badə içir eşqin camında.
    Özü katibənin hüzurundadır,
    Arvadı şoferin sərəncamında.

    19
    Çoxdandır beynini buraxıb xama,
    Qarnı yol göstərir başından qabaq.
    Görürsən arabir gəlir ilhamı,
    Onda da qarnıyla düşünür ancaq.



    20
    Kimsəyə qıymaram öz azarımı,
    Yaramın üstünə kül qoyasıyam.
    Ziyarət eləyib öz məzarımı,
    Qəbrimin üstünə gül qoyasıyam.

    21
    İndiki ərindən o, gileylidir,
    Zərrəcə gözləmir qayda-qanunu.
    Amma keçmiş əri yaxşı kişiydi,
    Zaqs bürosuna düzəltdi onu.

    22
    Görən yolu nədir, ərkanı nədir?
    Gah optimist olur, gah da pessimist.
    Bilmirsən ağıllı, ya divanədir,
    Pislərin pisidir o pis oğlu pis.

    23
    Dahi olduğunu özü kəşf edib,
    Dolaşır hər yanı o sinə-sinə.
    Ömür yoldaşına roman həsr edib,
    Ömrünü həsr edib məşuqəsinə.




    24
    Şair evdən çıxdı bax gülə-gülə,
    Qalstuku təzə, qaməti tarım.
    Bazardan aldığı bir dəstə güllə
    Gedir görüşünə oxucuların.

    25
    Evində bircə yol gülməyən kişi
    Məst olub “dostların” qəhqəhəsindən.
    Evində yuxusu gəlməyən kişi
    Ayılmır “ayıltma məntəqəsində”.

    26
    Çatıb hər arzuya, yetib hər kama,
    Səhnədən həyata piyada gəlmir.
    Həyatda hər rolu oynayır, amma
    Səhnədə rolunu oynaya bilmir.

    27
    “Oğlum atasına oxşayır”-dedi,
    Oxşadı boynunu madar oğlunun.
    Fəqət eşidənlər bilə bilmədi-
    Oğlunun atası bəs kimdir onun?



    28
    Varlı qız almaqdı onun istəyi,
    Məqsədi –kalan pul axsın cibinə.
    Təzə gəlin kimi bəzəyib bəyi
    Bu gün yola saldıq gəlin evinə.

    29
    Aşdım zirvələri, təpələri mən,
    İllər ötüb keçdi, yollar bitmədi.
    Təkcə sinən üstə baş-başa verən
    O bir cüt zirvəyə əlim yetmədi.

    30
    Əsərinin ömrü ömründən qısa,
    Bir əsrin dərdini bir xətlə silib.
    O, neçə tarixi roman yazıbsa,
    O qədər tarixi qəhrəman ölüb.

    31
    O kişi özünü çox əzib-büzür,
    Üzünə xoş söz de, onun bəsidir.
    Ədalı-işvəli qadına bənzər,
    Lap öz arvadının rəfiqəsidir.



    32
    Tənqiddə sözünü deməyib hələ,
    Tərif kölgəsində o, yata-yata
    Qələmi ataraq pulemyot ilə
    İndi hücum çəkib ədəbiyyata.

    33
    Elə bil sulara qərq olub gəmim,
    Didir yelkənləri qasırğa, külək.
    Qəm-qüssə üstümə yeriyir mənim,
    Yeriyir sunami dalğaları tək.

    34
    O qadın əriyçün xiffət eləmir,
    Ancaq ailəyə təhkim edilib.
    Yox, yox, o ərinə nifrət eləmir.
    Əksinə, sevməyə məhkum edilib.

    35
    Acı söz deyəndə gəlir “ilhama”,
    Xoş söz eşıdəndə yuxusu gəlir.
    Deyir ki, hər şeirim çiçəkdir... Amma
    Misrasından peyin qoxusu gəlir.



    36
    Səsi iynə kimi qulağı deşir,
    Özü tülkü kimi pusur bərədə.
    Onun təxəllüsü göylə əlləşir,
    Amma istedadı yatır dərədə.

    37
    Hippokrat neyləsin, nə etsin Sina?-
    Dərman bir, dərd isə ikdir, qardaş.
    Ürək dözə bilmir can yanğısına,
    Hərə öz dərdinin peykidir, qardaş.

    38
    Duyub qəlbimizin hərarətini,
    Vüsal hayıf çıxır həsrətimizdən.
    Ömrün bircə anlıq səadətini
    Boş keçən bir ömrə dəyişmərəm mən.

    39
    Zaman öz sirrini etməyir agah,
    An var ki, işığı min ömrə çatır.
    Heç vaxt unutma ki, d ü n ə n və s a b a h
    Əslində b u g ü n ü n başqa adıdır.



    40
    Hərə bir sirr ilə dünyaya gəlir,
    Elə bu sirlə də yaşayır hər kəs.
    Kişinin sirrini qadınlar bilir,
    Qadının sirrini Allah da bilməz.

    41
    Qismətə inanan bəlkə haqlıdır,
    Bəlkə də uyubdur boş xülyalara.
    Qismətin qapısı, qardaş, bağlıdır,
    Gərək pəncərədən girəsən ora.

    42
    Anlamaq üçündür o baş, o beyin,
    Nə edək, anlamır bunu bir çoxu.
    Soruşma, nə umur sənin sevdiyin,
    Onun istəyini gözündən oxu.

    43
    Ömür var bomboşdur, ömür var dolu,
    Biri çox dərindir, biri dayazdır.
    Özündən özünə uzanan yolu
    Keçməkçün, insana bir ömür azdır.



    44
    Tək səni dünyada arzularam mən,
    Səninlə dünyada daim varam mən.
    Əgər səni sevmək günahsa, canim,
    Demək sevdiyimcün günahkaram mən.

    45
    Mənə körpəlikdən olunub təlqin:
    Tanrı dərgahına qovuşar qəlbin.
    Mən hər gün görürəm öz Allahımı,
    Osa məni görmür, mən yoxam yəqin.

    46
    Mən yarıb keçsəm də dumanı-çəni,
    Ayıra bilmədim dostu-düşməni.
    Sənin nəzərindən düşdüyüm azdır,
    İndi öz gözümdən salırsan məni.

    47
    Yaralı könlümü çal rübab kimi,
    Oxu ürəyimi sən kitab kimi.
    Bir zaman qanımı içdin zəli tək,
    İndi göz yaşımı iç şərab kimi.



    48
    Sən bütpərəst kimi qalmısan hələ,
    Sitayiş edirsən, torpağa, gilə.
    Kimisə özünə Allah sanırsan,
    Mənimsə Allahım Allahdır elə.

    49
    Dosta-dost, düşmənə qənimdi dünya,
    Həm sevinc, həm də ki, kədərdi dünya.
    Əgər zəifsənsə sən dünyanınsan,
    Əgər güclüsənsə, sənindi dünya.

    50
    Nanəcibin sözü nədir, özü nə,
    Qəbul edər hər nə desən üzünə.
    Qadan alım, istedada arxa dur,
    İstedadsız yol tapacaq özünə.

    51
    Daha öz sözümdən su içmir gözüm,
    Daha dizlərimdə qalmayıb dözüm.
    Daim savaşdayam özüm-özümlə,
    Qalib də özüməm, məğlub da özüm.



    52
    Nə tale hökmü var, nə vaxt qanunu,
    Çoxları dərk etmək istəmir bunu.
    Əslində nə son var, nə də ki, əzəl,
    Sonun əzəli var, əzəlin sonu.

    53
    Gözündə çaxnaşan şimşəyə qurban,
    Sinəndə alışan ürəyə qurban.
    Desəm ki, qibləsən, haqqım var buna,
    Belə Mədinəyə, Məkkəyə qurban.

    54
    Hər oda, atəşə qalanan mənəm,
    Şam kimi başına dolanan mənəm,
    Bir gözüm Arazdı, bir gözüm Kürdü,
    Dərya tək durulan, bulanan mənəm.

    55
    Mənim yaşadığım ada sənindir,
    Orada qurduğum oda sənindir.
    Söylə, candan əziz dünyada nə var?
    Mənim bir canım var, o da sənindir.



    56
    Həm yanar atəşəm, həm də suyam mən,
    Hər nəyəm, hər kəsəm, elə buyam mən.
    Dünyanı məhbəsdən azad emişəm,
    Fəqət öz eşqimin məhbusuyam mən.

    57
    Bu, sənsən: çadralı, üzü duvaqlı.
    Əzəldən beləsən sirli-soraqlı.
    Dünyanın qapısı üzümə açıq,
    Qəlbinin qapısı üzümə bağlı.

    58
    Demədim, gəl qurtar zülmdən məni,
    Dedim, yaralama könlümdən məni,
    İndi tanımırsan məni odumdan,
    Ölsəm tanıyarsan külümdən məni.

    59
    Hər gün neçə dəfə kefimi pozur,
    Mənim hər sözümü min yerə yozur.
    Diliylə söyləyir: “Nifrət edirəm”,
    Amma SMS-lə “Sevirəm”-yazır.



    60
    Mən qana susayan əllər görmüşəm,
    Tikandan gizlənən güllər görmüşəm.
    Deyirsən meşənin şahıdı fildir,
    Tülküyə baş əyən fillər görmüşəm.

    61
    Bəzən dostlar mənə qənim kəsildi,
    Düşmənsə gözümün yaşını sildi.
    Nə mən dərk elədim gidi dünyanı,
    Nə də dünya məni dərk edə bildi.

    62
    Olsam da dünyanın mən harasında,
    Durmuşam dərdimin ön sırasında.
    Ürəyim ağlıma buxov olubdur,
    Qalmışam od ilə su arasında.

    63
    Yalan başa keçib- həqiqət budur,
    Qara ağa dönüb, rəzalət budur.
    Sənə gülürlərsə, incimə bundan,
    Sənə ağlasalar-fəlakət budur.



    64
    Mənim sözlərimi saxla yadında:
    Dünya doğmasıdır, hətta, yadın da.
    Dünyaya xahişlə gəlməmişik ki,
    Xahiş ilə gedək bu dünyadan da.

    65
    Səni sevməyən bir, sevən yüz olar,
    Sevməyən ürəklər duyğusuz olar.
    Dünyanın ölçüsü bizik, əzizim,
    Əgər biz düz olsaq, dünya düz olar.

    66
    Bəli, hər adamın bir əmması var,
    Hər kəsin öz hüsnü, öz siması var.
    Demə ki, bizimdir bu yer, bu səma,
    İnsanın öz yeri, öz səması var.

    67
    Mən sənsiz nəyəm ki? Ruhsuz bir bədən,
    Məndə mən qalmayıb sən gedən gündən.
    Daha yaşamağa ümid qalmayıb,
    Firuzu sağ ikən sənsən dəfn edən.



    68
    Burda hər şey mənə sirdir, yasaqdır,
    Burda yaxınlar da mənə uzaqdır.
    Gedək, baş götürüb gedək bu yerdən,
    Burda at oynadır şeytan nə vaxtdır.

    69
    Yox, yox, bu dünyadan nə bac almışam,
    Nə kama yetmişəm, nə ucalmışam.
    Dərdim dərd əlindən baş alıb gedib,
    İndi dərdimə də möhtac olmuşam.

    70
    Biz yola çıxmışıq, əlin əlimdə,
    Əksin gözlərimdə, adın dilimdə.
    Ayıra bilmədi bu həyat bizi,
    Demək, ayırammaz bizi ölüm də.

    71
    Azadlıq, azadlıq... Taleyə bir bax,
    Azadıq... Az qala quş kimi uçaq.
    Biz azad deyilik yaşamaq üçün,
    Ölmək, öldürməkçün azadıq ancaq.



    72
    Deyirsən: ölən ruh, yoxsa bədəndi?
    Deyirəm: ruh ilə bədən ki, təndi.
    Deyirsən: qəribəm bu vətəndə mən.
    Deyirəm: ürəyim sənə Vətəndi.

    73
    Məni arayırsan olsam hayanda,
    Sənsən mənə yanan, məni duyan da.
    İslat üz-gözümü göz yaşlarınla,
    Topraq cana gəlir göy ağlayanda.

    74
    Üzüm bircə kərə gülməyib hələ,
    Kimsə göz yaşımı silməyib hələ.
    Deyirsən ki, ömür arxada qaldı,
    Yox, Firuzun vaxtı gəlməyib hələ.

    75
    Dərin bildiklərim dayazmış, dayaz,
    Azım çox olmadı, çoxum oldu az,
    Mənə bu dünyada məzar gəzmə sən,
    Öləndə qəbrimi ürəyində qaz.



    76
    Keçirmə kamana sən oxu yandan,
    Dostun ürəyini sən oxu yandan.
    Hər yazandan Firuz Mustafa olmaz,
    Molla Pənah olmaz hər oxuyandan.

    77
    Alimsə də ortada bir dənə əsəri yox,
    Cümləsinin tutumu, sözünün kəsəri yox.
    O, anket dolduranda cinsini “kişi” yazır,
    Di gəl ki, kişilikdən zərrəcə əsəri yox.

    78
    Ağrıdır, əzabdır, dözümdü ömrüm,
    Qəliz tapmacadır, yozumdur ömrüm.
    Desələr qısadır, mən inanmaram,
    Dünyanın ömründən uzundur ömrüm

    79
    Niyə qorunursan yaddan, doğmadan?
    Nə üçün içində sevinc də təkdir?
    Omür şəxsi əmlak deyil, ay adam,
    Onü başqasıyla bölmək gərəkdir.




    80
    Yağışın altında sən ağlayırsan,
    Nərgiztək əyilib çiynimə başın.
    Amma bilməyirəm ovcuma yağan
    Yağışdır, yoxsa ki, sənin göz yaşın?

    81
    Yürüyür üstümə dərd qalaq-qalaq,
    Sən gedən yollarda gözüm qalıbdır.
    Təkcə bu dalanda, bu cığırda yox,
    Elə sinəmdə də izin qalıbdır.

    82
    Harda başa çatır könlümün səddi?
    Sən açılan səhər, mənsə-gecəyəm.
    Mən səni qəlbimlə fəth edəmmədim,
    Mən səni ağlımla kəşf edəcəyəm.

    83
    İsti yay. Günorta. Dəniz sahili.
    Qumların üstündə qəzet-süfrəmiz.
    Dənizə baş vurub su pəriləri,
    Oturub onları gözləyirik biz.



    84
    Zaman intəhasız, ömürsə qısa,
    Vaxt keçir içimdən bir külək kimi.
    Qarğa tək üç yüz il yaşamaqdansa,
    Üç həftə bəsimdir-kəpənək kimi.

    85
    Qadın zəif olur sevəndə, inan,
    Çəkilir qəlbinin gücü, qüvvəti.
    Qadın güclü olur sevilən zaman,
    Heç kəsdən, heç nədən çəkinmir qəti.

    86
    Duyğum-sopsoyuqdur, hissim-boyatdır,
    Günəşdən gizlənən quzey olmuşam.
    Hər anım bir yeni eksponatdır,
    Sənin həsrətinə muzey olmuşam.

    87
    Şaxta. Külək əsir. Alaqaranlıq.
    Bilirəm bir azdan qopacaq tufan.
    Mən səni düşündüm, səni bir anlıq,
    Ayrılıq havası gəlir havadan.




    88
    Ulduzlar gecənin qoynunda çimir,
    Nə göyə yaxınam, nə də ki, yerə.
    Metroda şütüyən bir qatar kimi
    Qaranlıq tuneldən çıxa bilmirəm.

    89
    Bu ərlə atvadın təqsiri nədir?
    Nə üçün bəs onlar yola getmirlər?
    Qadın “Qaraskopda” “Sir” bürcündəndir,
    “Oğlaq” bürcündəndir amma yazıq ər.

    90
    Bu yollar aparır bizi çətinə,
    Bu yoldan dönməksə daha çətindir.
    “Birləşmək” elmini öyrətdin mənə,
    “Ayrılmaq” elmini gəl öyrət indi.

    91
    Gəlsə də üstümə dərd qatar-qatar,
    Bədbinlik ruhuma sarışan deyil.
    Bax mənim bu sevən ürəyim ki, var,
    Heç vaxt qocalıqla barışan deyil.



    92
    Əgər nifrət etsən birisinə sən,
    Yaxşısını pis tək atarsan çölə.
    Əgər birisini sevsən ürəkdən,
    Yaxşı görəcəksən pisini belə.

    93
    Ağrılar köksümə boşalır, dolur,
    Acıdı, şirindi bu ömür həbim.
    Hərənin bir cürə hobbisi olur,
    Elə bu ömürdü mənim də hobbim.

    94
    Qışın şaxtasında dondum büsbütün,
    Elə saralmışam, elə solmuşam.
    Gülləri oxşamaq, qoxlamaq üçün
    Mən gələn bahara bilet almışam.

    95
    Bütün kainatın dev limanları
    Cırtdan yalanlara açırlar qucaq.
    Bu qara dünyanın ağ yalanları
    Görəsən nə zaman qara olacaq?



    96
    O, öz aləmində insandır guya,
    Di gəl ki, heç kəsi saya salmayır.
    Hamı adam kimi gəlir dünyaya,
    Amma hamı dönüb adam olmayır.

    97
    Danışır hamıyla diplomatsayaq,
    Xəbislik biçilib onun boyuna.
    O, qazdan ayıqdır, ördəkdən sayıq,
    Tülkü məsləhətə gələr yanına.

    98
    Bizi ayrı saldı bu yollar, izlər,
    Gözlərim həsrətin suyunu içib.
    Elə uzağıq ki, bir-birimizdən,
    Bizim aramızdan sərhədlər keçir.

    99
    Birdi qonşuların hər heçi-köçü,
    Qardaşdan da əziz olmuşdu onlar.
    Sağkən, o dünyada qonşu olmaqçün
    Qoşa qəbir yeri almışdı onlar.



    100
    Müdriki igidlə qarışdırma sən,
    Çox vaxt biri olmur biri olanda.
    Bir anda qəhrəman ola bilərsən,
    Müdrik olammazsan amma bir anda.

    101
    Şöhrətdi, sərvətdi dini- imanı,
    Nadandı, yaltaqdı, lap dayazdı o.
    Oxucum, bağışla məni, sən canın,
    Elə bil yeriyən unitazdı o.

    102
    Heç zaman oynama odla-közlə sən,
    Nahaqqa baş əymə, haqqı səslə sən.
    Bir şey eləyəndən heç şey gözləmə,
    Heç şey etməyəndən hər şey gözlə sən.

    103
    Ərköyün böyüyən, şan-şöhrət sevən,
    Axırda şişərək tirana dönür.
    Əzilən, döyülən, daim söyülən
    Bir dilsiz-ağızsız heyvana dönür.



    104
    Olsun ki, biriylə bir damın altda
    Bir əsr bir ömür çürüdəsən sən;
    Fəqət bilməyəsən sən bu həyatda
    Kiminçün yaşayıb ömür sürürsən.

    105
    Səni işıq kimi gəzir gözlərim,
    Biz ki, bir olmuşuq gözlə qaş kimi.
    Mən səni günəşli yaz tək gözlədim,
    Sənsə qəfil gəldin qarlı qış kimi.

    106
    Nə içmək hünərdir, nə də içməmək,
    Onun öz yeri var, bunun öz yeri.
    Ədalət naminə ayırmaq gərək,
    İçə bilməyəndən içməyənləri.

    107
    Əgər fürsət düşsə qan içər alçaq,
    Di gəl boğazından bir damla keçmir,
    Mən şərabı təbliğ etmirəm, ancaq
    Şərab içməyəndən gözüm su içmir.



    108
    Bəmbəyaz gündüzüm dönüb gecəyə,
    Nəyisə soruşmaq nəyimə gərək.
    Sənə qovuşmaqçün mən gələcəyə,
    Sən isə keçmişə dönəsən gərək.

    109
    Məni öldürəcək bu dərd, bu sitəm,
    Gərilmiş bir yayın iti oxyam.
    Ünvanı səhv düşən məktub kimiyəm-
    Nə açıb baxan var, nə də oxuyan.

    110
    Tanrı birisinə gözəllik verir,
    Başqa birisinə ağıl, düşüncə.
    İnsana bunlardan hansı gərəkdir?
    Heç biri. Yetər ki, bəxt olsun məncə.

    111
    Gözəl, gözəlliyin gəlməsin gözə,
    Gözəllik önündə baş əyir hər kəs.
    Özünə “gözələm” söyləyən gözəl
    Heç vaxt gözəlliyi dərk edə bilməz.



    112
    Həsrətin köksümdə yenə yurd salıb,
    Gecəylə gündüzüm yenə cəngdədir.
    Mənim gələcəyim keçmişdə qalıb,
    Səninsə keçmişin gələcəkdədir.

    113
    Qiymətini bilək hər ötən anın,
    Xoşbəxtlik göyərsin qoy içimizdən.
    Ölümlə dil tapmaq asandır, canım,
    Çalış ki, həyatla dil tapasan sən.

    114
    Birisi qız gəzir xeyirdə-şərdə,
    Biri oğlan seçir götür-qoy edib...
    Ən gözəl qızların hamısı ərdə,
    Ən yaxşı oğlanlar çoxdan evlənib.

    115
    Fikirdən dolayı iki qrup var,
    Bölgü aparanda olma məkrli.
    Bir qrup: fikirdən azad olanlar,
    Başqa bir qrupsa: azadfikirli.



    116
    Keçir üstümüzdən acı ruzigar,
    Hərəmiz axtarır bir isti bucaq.
    Hər çağın öz Leyli, öz Məcnunu var,
    Hər zaman Füzuli yetişmir ancaq.

    117
    Bütün vəzifələr, tutulan postlar
    Bir liftdir; o, qalxır və enir müdam.
    Qalxanda adamı tanıyır dostlar,
    Enəndə dostları tanıyır adam.

    118
    Deyirsən: ”Dünyada Allahdan qeyri
    Heç kəsdən qorxmuram... Güclüdür Allah”.
    Mən isə deyirəm: “Allahdan başqa
    Hamıdan qorxuram... Qorxuram, Vallah”.

    119
    Xəyal körpü salır Günəşə, Aya,
    Birisi yananda, birisi sönür.
    İnsan dərdləriylə gəlir dünyaya,
    Hərə öz dərdinin peykinə dönür.



    120
    Sevgi aləminin iki qütbü var,
    Bir yanda Otello, bir yanda Yaqo.
    “Ağlı-qaralıdır” bütün adamlar,
    Birində “ero” çox, birində “eqo”.

    121
    “Ötən gün qayıtmaz...”-deyib bunları
    Dünəndən, bu gündən edirsən giley.
    Heç vaxt sevməsə də tarix təkrarı,
    Hər şey təkrar olur tarixdə, hər şey.

    122
    Bu qoca dünyanın öz hikməti var,
    Bitmir mübahisə, savaş, çək-çevir.
    Sevir kişiləri zəif qadınlar,
    Güclü qadınları kişilər sevir.

    123
    Həqiqət bir rəngdə, yalan rəngbərəng,
    Onlar bir-biriylə yola getməyir.
    Həqiqəti daim axtarmaq gərək,
    Amma onu tapmaq... bu, mümkün deyil.



    124
    Yaxşılığım keçib ona yüz dəfə,
    Bir dəfə haqqımda xoş söz deməyib.
    Bircə yol pisliyim keçib hərifə,
    Ardımca yüz dəfə giley eləyib.

    125
    Axmağın dərdini ağıllı çəkir,
    Bəzən ideyalar gəlir üz-üzə.
    Dünən söylənilən ağıllı fikir
    Bu gün çox mənasız görünür bizə.

    126
    Məhəbbət-inamdır, insana inam,
    İnamdan güc alır, boy atır hər kəs.
    Əgər inanmırsa insana insan
    Heç zaman heç kəsi o, sevə bilməz.

    127
    Təpədən dırnağa sirsən büsbütün,
    Sanki bəbəyində çırpınır ürək.
    Səni sətir-sətir anlamq üçün
    Səni kəlmə-kəlmə oxumaq gərək.



    128
    Yaşaya bilmirəm ürək dolusu,
    Bu ömür qoy mənim qənimim olsun.
    Dünyanın nəşəsi gərəyim deyil,
    Dünyanın əzabı qoy mənim olsun.

    129
    Didməsin sinəni nə həsəd, nə kin,
    Mən səni duyuram. Məhəbbət budur.
    Qəlbim tab gətirər bu eşqə. Lakin
    Cibim tab gətirməz. Fəlakət budur.

    130
    Hər qadın qəlbinin öz istəyi var,
    Hərənin öz sirli, sehrli bürcü.
    Məndən inciməsin güclü qadınlar
    Zəif olmaqdadır-qadının gücü.

    131
    Şaxta qılınc kimi keçir içimdən,
    Bu tənha dünyanın mənəm sakini.
    Soyuqdan əsirəm, titrəyirəm mən
    Təqvimin sonuncu vərəqi kimi



    132
    Gedir öz “relsiylə” ömür qatarı,
    Nə tərki-dünyayam, nə əhli-halam.
    Çoxdur əsərimin variantları,
    Özümsə tək nüsxə- orijinalam.

    133
    Adam var nifrətdən alır təsəlli,
    Adam var eşqinə əsir- yesirdir.
    Nifrətin səbəbi hamıya bəlli,
    Sevginin səbəbi hamıya sirdir.

    134
    Daim bir yerdəyik sənlə, əzizim,
    Gözün gözümdədir, əlin əlimdə.
    Ayıra bilmədi bu həyat bizi,
    Demək, ayırammaz bizi ölüm də.

    135
    Daha öz yükümü daşıyammıram,
    Verir öz hökmünü yaş aram-aram.
    Ağılsız milyon il yaşayaram mən,
    Ürəksiz bir gün də yaşayammaram.



    136
    Nə üçün təxirə düşdü bu görüş?
    Gəl əldən verməyək belə fürsəti.
    Bizə nə lazımdır? Bir şirin öpüş,
    Bir də ki, bir fincan vüsal şərbəti.

    137
    Rəzalət rəzili yandırıb yaxar,
    Fəzilət ürəyi, cismi saf eylər.
    Var-dövlət adamı yoldan çıxarar,
    Kasıblıq adamı filosof eylər.

    138
    Şimşəktək başının üstündə çaxdım,
    Köksündə çaxmadım... Neynək, həyatdır.
    Səni başqasıtək sevməyə qorxdum,
    Qorxdum ki, deyərlər plagiatdır.

    139
    İnsan ölüm haqda çox düşünürsə
    Müdrik doğulubdur demək anadan.
    Ölümdən qorxaraq sızlayan kəssə
    Sadəcə... qorxaqdır başdan-binadan.


    140
    Günahsız da mənəm, günahkar da mən,
    Hər kəsin öz bəxti, öz yazısı var.
    Ömür tamaşadır bilmək istəsən,
    Onun da antraktı, pauzası var.

    141
    Heç vaxt etiketdən kənara çıxmır,
    Gedir etiketlə o, toya, hüzrə.
    Düz gedir; kənara, arxaya baxmır,
    Yatır arvadıyla etiket üzrə.

    142
    Özünü günahsız saysa da hamı,
    Günahın içində yaşayırıq biz.
    Ən böyük günahkar öz günahını
    Dərk edə bilməyən insandır, şəksiz.

    143
    “Ürəyə gedən yol mədədən keçir”,-
    Az qala məsələ dönüb bu sözlər.
    Görən bu zay fikir hardan su içib?
    Yoxsa heyvan olmaq istəyir bəşər?



    144
    Yolumuz kəsişir, ayrılır bizim.
    Bu yolda qəlbimiz doludur, boşdur?
    Səninlə bir olmaq xoşdur, əzizim,
    Amma sənsiz olmaq ondan da xoşdur.

    145
    Ürəyim ağlıma qiyam eyləyir:
    Niyə yalanlara oluruq şərik?
    Bəzən hiyləgərə müdrik söyləyir,
    Hərdən ağıllıya dəli deyirik.

    146
    Çox kiçik fikirlər böyük hərflə
    Böyük lövhələrə həkk olur çox vaxt.
    Çox nəhəng fikirlər kiçik şriflə
    Kiçik kitablara yazılır ancaq.

    147
    Bu dünya təzadların ağuşunda boğulur,
    Zamanın gərdişini saxlamaq istəyirəm.
    Birinin ağlamağı məndə gülüş doğurur,
    Birinin gülməyinə ağlamaq istəyirəm.



    148
    Sən qələm çalırsan elədən- belə,
    Amma yazdığının çoxusu “sudur”.
    Nə üçün yazmağın şərt deyil hələ,
    Kim üçün yazırsan, əsas şərt budur.

    149
    Özünə bənzəyir yaltağın iti,
    Özgə qapılarda yallanıb gəzir.
    Kasıbı görəndə saymayır qəti,
    Varlını görəndə durur müntəzir.

    150
    Bəzən təslim olur doğru yalana,
    Natəmiz önündə diz çökür təmiz.
    Qədrini bilmirik bizim olanın,
    Bizim olmayanı axtaririq biz.

    151
    Ayıq fikirlərlə tənha qalanda
    Özünü ittiham eləyir adam.
    Bəzən görürsən ki, sərxoş olanda
    Daha ayıq fikir söyləyir adam.



    152
    Hər saxta təbəssüm saxta bir güldür,
    Hər soyuq ürəksə sönmüş bir ocaq.
    Sənə lazım olan sənin deyildir,
    Sənin sevdiyinsə sənindir ancaq.

    153
    Mənimlə dostluğun bilmirəm sənin
    Haradan başlayıb, harada bitir.
    Onu bilirəm ki, məndə şübhənin,
    Səndəsə inamın pasportu itib.

    154
    Qışa divan tutan səmum yelləri
    Bir bahar şamını söndürə bilməz.
    Od-alov içində bərkiyənləri
    Heç kim çəkic altda sındıra bilməz.

    155
    Gözünün önündə bitər xəyanət,
    Onu nə aranda, nə də dağda gəz.
    Çoxu xəyanəti bağışlar, fəqət
    Xəyanəti heç kəs unuda bilməz.



    156
    -Dünyaya sən təkrar gəlsəydin hərgah,
    Necə yaşayardın bu ömrü, insan?
    -Belə bir imkanım olsaydı, vallah,
    Bu dünyaya qəti gəlməzdim, inan.

    157
    -Söylə, sevdiyinin varmı daş-qaşı?
    Pullumu, gözəlmi? Evsiz deyil ki?
    -Əgər sevgi varsa, bacım, qardaşım,
    Qalanlar mənasız, boş şeydir, bil ki.

    158
    -Sən zülmət deyəndə nə anlayırsan?
    -İnsan ürəyidir ən böyük zülmət.
    -Bəs işıq səninçün nədir, ey insan?
    -İnsan ürəyidir o işıq, əlbət.

    159
    -Ay oğlan, haraya gedirsən belə?
    -Bir gözəl könlümü verib yuxuya.
    -Sən belə tısbağa yerişi ilə
    De, necə çatarsan qaçan ahuya?



    160
    -Fəlakət görmüşəm göz yaşın sanı,
    Niyə ağlayırsan, ay gözəl afət?
    -Ağlayan qadının göz yaşlarını
    Əgər silən yoxsa, budur fəlakət.

    161
    -Əgər bilirsənsə bir söylə neçün
    Balıqqulaqları örtüb qumları?
    -Balıqlar dənizi dinləmək üçün
    Sahilə atıblar qulaqlarını.

    162
    -O xanım nə alır, nə satır, qoçaq?
    Əgər bilirsənsə de, biz də bilək.
    -Vallahi, bir şeyi bilirəm ancaq-
    Can alır, naz satır o gözəl mələk.

    163
    -Qəm-qüssə, dərd-ələm nəsibim deyil,
    Mənimki toy-büsat, küydür- kələkdir.
    -Dərd, qüssə tapılar dünyada, qafil,
    Onu daşımağa ürək gərəkdir.



    164
    -O kişi ölübdür, bilirsənmi sən?
    Dərd-səri nə idi bilinmir ancaq.
    -Onlarda irsidir ölmək, deyəsən,
    Ata-anası da ölübdür bir vaxt.

    165
    -Əsirsən. Havalar soyuyub yəqin,
    Gərək bunun üçün tapaq bir çara.
    -Hava soyuq deyil, əzizim, sənin
    Soyuqluğun çöküb daşa-divara.

    166
    -Mənim saflığıma gəl eyləmə şəkk,
    Özün də incimə, ay canım-gözüm.
    -Sənin atan atdır, anansa eşşək,
    Özünsə qatırsan. Nəyindən küsüm?

    167
    -Niyə yola getmir bu arvadla ər?
    Onlara ağıl ver sən də arada.
    -Kişi daş dövründə atıbdır lövbər,
    Arvadsa yaşayır kosmik erada.



    168
    Yaxşı adam olmaq çətindir, bil, sən,
    Yaxşılar dərindir, pislər dayazdır.
    Yaxşılıq eləmək pislik etməkdən
    Çətindir. Onunçün yaxşılar azdır.

    169
    İblisin güzarı bu yana düşüb,
    Düyünə çevirib nə qədər toyu.
    Sənin dodağından zərif gülüşü,
    Mənimsə cismimdən ruhumu soyub.

    170
    Hamı seçə bilir qaradan ağı,
    Hamı igidliyi sevir, şübhəsiz.
    Amma axtarırıq qəhrəmanlığı
    Başqa birisinin timsalında biz.

    171
    Keçmişi düşünüb qüssələnirsən,
    Deyirsən nə yaman tez ötdü həyat.
    Keçmişə nə qədər vurulsan da sən,
    Keçmişlə yaşama, keçmişi yaşat.



    172
    Zil bəmə köklənib, bəm isə zilə.
    Göylərdən gələnlər yerlə sürünür.
    Təkcə alçaqlar yox, nəhənglər belə,
    Bu alçaq dünyada alçaq görünür.

    173
    Günəşin üzünü örtməz çən-duman,
    Nərgiz tora düşməz, bənövşə bəndə,
    Üşüməz şaxtadan, çəkinməz qardan
    İnsan seviləndə, insan sevəndə.

    174
    Yarıb qar-tufanı, boranı, çəni
    Kədərə sən məzar qazsan yaxşıdır.
    Yazma ürəyindən gəlib-keçəni,
    Ağlından gələni yazsan yaxşıdır.

    175
    Heç zaman görüşmür ölümlə həyat,
    Nəsə bir-birindən ehtiyat edir;
    Onlar dost olardı görüşsə. Heyhat,
    Birisi gələndə o biri gedir.



    176
    Xanımın yaşını sorşur adam,
    Sanki “cavab” yazır o, “anket” üçün.
    Qadından yaşını sormazlar, qadam,
    Sorarlar: “Haçandır doğulduğun gün?”

    177
    Xoşbəxtlik quşunun olsaydı huşu
    Bədbəxt qəlblərə də aparardı nur.
    Amma nə edəsən, xoşbəxtlik quşu
    Daim xoşbəxtlərin başına qonur.

    178
    Olmayır zamanın əzəli, sonu,
    Zaman bir ağac ki, saralıb solmur.
    Ən bahalı əmlak zamandır, onu
    Di gəl ki, satışa çıxarmaq olmur.

    179
    Əynini soyunub qoşa yatanlar
    Zövq alır, “kef çəkir” yalnız xülyada.
    Ruhunu soyunub kama çatanlar
    Cənnəti görürlər lap bu dünyada.



    180
    Baharın yerinə sən gəldin qonaq,
    Bahar şəfəqitək könlümə axdın.
    Yamanca gecikdi bu bahar. Ancaq
    Gülüm, sən bahardan vəfalı çıxdın.

    181
    O Günəş çıxacaq, o Ay batacaq,
    Təkrar olunacaq gecə röya da.
    Hər şey təkrarlanır dünyada, ancaq
    Heç vaxt təkrar olmur ömür dünyada.

    182
    Tənhalıq sazaq tək keçir içimdən,
    Solur çiçəklər də tənha qalanda.
    Yox, tənha deyiləm tək olanda mən,
    Mən tənha oluram sənlə olanda.

    183
    “Mən öz ürəyimi vermişəm sənə”-
    O, öz sevdiyinə belə dedi bax.
    Onun dedikləri düz imiş demə,
    Çoxdandır ürəksiz gəzir o axmaq.



    184
    Bir ideal kişi gəzir bir xanım,
    Onun öz istəyi, öz seçimi var.
    İdeal kişilər evlənmir, canım,
    Onlar ömür boyu subay qalırlar.

    185
    Göylərdə yazılır yazılan yazı,
    Sən alın yazıma olmusan vətən.
    Sənin bədəninə sahib başqası,
    Ruhuna sahibsə mənəm əzəldən.

    186
    Deyirsən, “sözümdə yalan yoxdu bil,
    İnan hər sözümə, incimə məndən”.
    Canım, təkcə sənin sözünə deyil,
    O sözdə hər hərfə inanıram mən.

    187
    Bu dünyadan əllərini üzənlər
    O dünyada günahkardır, suçludur.
    Torpaq üstə bu gün rahat gəzənlər
    Torpaq altda yatanlara borcludur.



    188
    Canıntək sevirdin sən bu vətəni,
    Sən onu ürəkdən sevirsən yenə.
    Biz bu gün torpağa tapşırdıq səni,
    Sən vətənə döndün, vətənsə sənə.

    189
    Deyirsən, həqiqət nisbidir, vallah,
    O, birində çoxdur, başqasında az.
    Deyirəm, həqiqət “çoxdursa” hərgah,
    Ortada bir dənə həqiqət olmaz.

    190
    Yalana, riyaya açaraq qucaq,
    Heç vaxt söyləmədin sözün düzünü.
    Hamını aldada bilərsən, ancaq
    Aldada bilməzsən heç vaxt özünü.

    191
    Onu sevirsənmi? Cavab yerinə
    Çırpınır ürəyim üç nida kimi.
    O səni sevirmi? Getmə dərinə,
    Ürəyim döyünür üç nöqtə kimi.



    192
    Töküb göz yaşını sən batma yasa,
    Ağlasan, deməli ağlar gündəsən.
    Kimin arxasınca danışırsansa,
    Demək, o adamdan arxadasan sən.

    193
    Niyə ürək açmır doğmaya, yada?
    Öyrən, o qadının istəyi nədir?
    Əgər səhv edirsə qadın dünyada
    Onun da günahı kişilərdədir.

    194
    Lalə dodaqların şehlidir hələ,
    Onları nə zaman dərsəm yaxşıdır?
    Məni nifrət ilə sevən gözələ
    Qəlbimi verməsəm, versəm yaxşıdır?

    195
    Deyə bilməsə də bunu özümə,
    Qəti xoşu gəlmir dramlarımdam.
    Paxıldır. Elə bil qan əvəzinə
    Çirkab axır onun damarlarından.



    196
    Deyrsən, dünyada hər şey hədərdi,
    Dost da var, düşmən də... Biz isə qonaq...
    Dostlar bu dünyada gəldi-gedərdi,
    Düşmən əbədidir, sən işə bir bax.

    197
    Yazdıqlarım onun döşünə yatmır,
    Həzm edə bilməyir heç mən deyəni.
    Nə yaxşı nadanlar ya qəbul etmir,
    Ya qanmır, ya da ki, bəyənmir məni.

    198
    Saaat da, zaman da bir uydurmadır,
    Min ilin içində bir an yaşayır.
    Zamanın içində yaşamırıq biz,
    Bizim içimizdə zaman yaşayır.

    199
    Hər kəs ayrılsa da uşaqlığından,
    Yaşayır qəlbində bir heyrət, həvəs.
    Heyrət eləmirsə əgər bir insan
    Onda adam deyil, meyitdir o kəs.



    200
    Oğulsan bu naza, bu işvəyə döz...
    Sənin təbəssümün əbədi yazdır.
    Hüsnünə baxmağa azdır iki göz,
    Səni sevmək üçün bir ürək azdır.

    201
    Qoyub bir tərəfə nifrəti, kini
    Özün tək özünlə tənha qalasan.
    Bir füjer günəşi al şərab kimi
    Başına çəkəsən, səxoş olasan.

    202
    Özünə təsəlli verirsən elə:
    “O, əgər sevirsə qayıdar əlbət”.
    Qəlbində son ümid ölməyib hələ,
    Sevirsə getməzdi-bilmirsən fəqət.

    203
    Dünyada bu qədər yalanlar ki var,
    Kimin kimliyini bilməyir heç kim.
    Sıfırda ilişib qalanlar ki var,
    Sıfırdan başlayır işini daim.



    204
    Bir zaman gözəllər gözəli idin,
    Ağlın olmasa da, aşiqin çoxdu.
    Sən ağla-kamala dolubsan indi,
    Di gəl gözəllikdən nişanə yoxdur.

    205
    Onu sevənlərdən biri də sənsən,
    Bununçün təsəlli tapırsan hətta.
    O vaxt deyərəm ki, mən sənə “əhsən”
    Təkcə səni sevsin o kəs həyatda.

    206
    “Ya səni sevirəm, ölümü ya da...
    Sən mənə hər şeysən”-deyirdin bir vaxt.
    İndi hər şeyin var sənin dünyada,
    Orda tək mən yoxam, ey dadi-bidad.

    207
    Yalanla doldurur o, planları,
    Qarşıda nə qədər “layihəsi” var.
    Yalan qucağında məst olanları
    Yalnız yalanlarla ovutmaq olar.



    208
    Nəsr, poeziya, dram, fəlsəfə.
    Bunların hansına qəlbən aşiqəm?
    Sözüm uyğun gəlir bir az Çexova-
    Elm- arvadımdır, sənət- məşuqəm.

    209
    Fikirdən dolayı iki qrup var,
    Bölgü aparanda olma məkrli.
    Bir qrup: fikirdən azad olanlar,
    Başqa bir qrupsa: azadfikirli.

    210
    Həyat agah edib məni bu sirdən,
    Mən də başqasına ərz edəm gərək;
    Axmaq hərəkətdən, pis vərdişlərdən
    İnsan əl çəkibsə... ölübdür demək.

    211
    Biz necə yaxınıq, biz necə uzaq,
    Biz vaxtı seçmirik, vaxt bizi seçir.
    Bizim aramızda sonsuz bir buzlaq,
    Bizim aramızdan... heç su da keçmir.



    212
    Biri vurulubsa sənə ürəkdən,
    Buna sevgi demək olmaz ən azı.
    Özün sevərsənsə başqasını sən
    Bax, əsl məhəbbət budur, qadası.

    213
    Şaxta. Külək əsir. Alaqaranlıq.
    Bilirəm bir azdan qopacaq tufan.
    Mən səni düşündüm, səni bir anlıq,
    Ayrılıq havası gəlir havadan.

    214
    Guya nəsə yazır səhərə kimi...
    Bütün yazdıqları boşdur, cəfəngdir
    Yağmır, guruldayır boş nehrə kimi,
    Zalımın balası əng oğlu əngdir.

    215
    Daim təhqir edir öz arvadını,
    Onun hər işində bir eyib gəzir.
    Başqa kişilərsə həmin qadını
    Sevərək, əmrinə durur müntəzir.



    216
    Qadınsız bir kişi tənha qayıqdır,
    Min bir söz deyilər onun adına.
    Gizli bir almasdır kişisiz qadın,
    Amma o heç kəsin düşməz yadına.

    217
    Getmək istəmirəm çox da dərinə;
    Eyni şey deyildir ağılla bilik.
    Allah ağıl verib bəndələrinə.
    Bəlkə “təlimat” da versin üstəlik?

    218
    Aparır özünü müdriklər təki,
    Bütün məclislərdə o, dil-dil ötür.
    Axmağın yanında müdrik olmur ki,
    Axmağın yanında əbləhlər olur.

    219
    Bu kefcil dünyamız hayana gedir?
    Yalan ədalətə çəkir sədd, qoruq.
    Yadlar səhv edəndə hakimlik edir,
    Doğmalar səhv etsə vəkil oluruq.




    220
    Birisi dinsizdir, biri imansız,
    Birisə bütlərə göstərir həvəs.
    Allahı qəlbində taparsan yalnız,
    Onu başqa yerdə axtarma əbəs.

    221
    O dünya hamıya qismət olası,
    Qismətdən qaçmağın bəyəm yeridir?
    Gəl bir az dərdləşək, adam balası,
    Bu dünya ötəri görüş yeridir.

    222
    Yayından ox kimi çıxıbdır zaman,
    Zamanın hökmünü sən nə bilmisən?
    Hər səhər yuxudan oyanan zaman
    Düşün ki, dünyaya təzə gəlmisən.

    223
    Bu necə şərabdır, necə içkidir,
    Təsiri bir yana, dozası yoxdur.
    O necə adamdır, şəkil çəkdirir,
    Amma düz-əməlli pozası yoxdur.


    224
    Yağışdan-yağmurdan çəkinmirəm mən,
    Çünki öz tufanım, öz boranım var.
    Sən mənim vaxtıma “girə” bilməzsən,
    Öz içimdə “gizli” bir zamanım var.

    225
    Deyirsən: iki yol doğulaydım kaş..
    Deyirəm: bu, sənin nəyinə gərək?
    Əgər iki ömrün olsaydı, qardaş,
    Onda iki dəfə öləydin gərək.

    226
    Günəş dünyamıza nur səpən çıraq,
    Səhər açılarmı Günəşsiz? Xeyr.
    Elə buna görə hamıdan qabaq
    Günəşə deyirəm: “Sabahın xeyir!”

    227
    Oxucum, bir oxdur əlimdə qələm,
    Bilmirəm tuşlanıb oxum hayana.
    Məni oxuyana “sağ ol”-deyirəm,
    “Çox sağ ol”-deyirəm oxumayana.




    228
    Sən yaman gülürsən, gül, nə olar ki,
    Gülüşün heç kəsə ziyanı yoxdur.
    Naşı rəssam çəkib üzünü sanki,
    O üzdə gülüşün dizaynı yoxdur.

    229
    Heç kəs doğulmayır qul sifətiylə,
    İçi azad olan qul sayılmayır.
    Hər kəs yaşayırsa qul xislətiylə
    Ona ağa tapmaq çətin olmayır.

    230
    Bax bu Femidamız, bu da tərəzi,
    Bəs hanı ədalət, bəs hanı nizam?
    Femida xanımın bağlıdır gözü,
    Bəlkə buna görə pozulub mizan?..

    231
    Saxtadır dişləri, kipriyi, qaşı,
    Gülüşü, rəğbəti, söhbəti saxta.
    Saxta fikirlərlə doludur başı,
    O, saxta yuxular görür həyatda



    232
    Bir az yekəxana, bir az “diplomat”,
    Üzü çox sürtülmüş pul tək əzikdir.
    Geyimi-kecimi ekstravaqant,
    Amma düşüncəsi metafizikdir.

    233
    Məni tərk etməyib o eşq, o həvəs,
    Ruhuma çox yaddır infilyasiya.
    Heç zərrə qədər də toxuna bilməz
    Bizim sevgimizə devalvasiya.

    234
    Xatirələr üstdə qar yığın-yığn,
    Könlüm bu soyuqdan sanki çəkib nəm.
    Heç vaxt olmadığın və görmədiyin
    Yerlərdən qayıdıb gəldim yenə mən...

    235
    Bizim hər anımız sirdi, sualdı,
    Sən yaşıl baharsan, mən bəyaz qışam.
    Səninlə görüşü təxirə saldım,
    Özümü görməkçün çox darıxmışam.


    236
    İşə bax, bu axşam saat altıda
    Xoşbəxtlik arxamca evə gəlibmiş.
    Mən o vaxt qalmışam qarın altında-
    Bir yanımda aptek, bir tərəfdə qış...

    237
    O uca pillədən bir aşağı düş,
    Sən onu sevmisən, bəxt onu seçib.
    Sənin ürəyindən qaynar bir öpüş,
    Onun ürəyindən qaynar sup keçir.

    238
    Dünyanın dərdini daşıyanları
    Bu dünyada dərd-sər qazanan gördüm.
    Ağac kölgəsində üşüyənləri
    Adam kölgəsimdə qızınan gördüm.

    239
    Oğru doğru olub, doğrusa oğru,
    Kəsibdir yolumu bir naqqal çənə.
    Zəmanə oğludur zalımın oğlu,
    Qışın ortasında qar satır mənə.




    240
    -Bir damla şərab süz. - Şərab nə gəzir?
    -Bir damla ömür süz. - Bu, mənlik deyil.
    -Bir damla ölüm süz. – Hazıram, hazır,
    Bu mühüm işlərə mən baxıram, bil.

    241
    -Gərək görməyəydi bu dövrü gözüm:
    Hər yanda nadanlıq, alçaqlıq, yalan.
    -Bəs kimdir günahkar? Əlbəttə, özün,-
    Nə üçün bu yaşa gəlib çatmısan?

    242
    -Ay insan, əcələm, gedək mənimlə,
    Sən daha ömrünü vurmusan başa.
    -Ay əcəl, nə ölüm, gəl məni dinlə,
    Hələ bu dünyaya göz açmamışam.

    243
    Oturub durana vermirsən fürsət,
    Bilmirsən deyilən hər söz silahdır.
    Mollanın sözünü kəsmək qəbahət,
    Şairin sözünü kəsmək günahdır.



    244
    Dünyadan üzmüşəm daha əlimi,
    Nə kömək gəzirəm, nə də ki yardım.
    Kənardan görsəydim öz ölümümü,
    Bilirsən nə qədər xoşbəxt olardım?

    245
    Sən yoxdun. Yoxluqdan gəlmisən, əlbət.
    Yox olan var ola bilərmi denən?
    Yox oldun. Bununçün qəmə nə hacət?
    Yoxluqdan yoxluğa qayıtdın yenə.

    246
    Korlar da dünyanı görə bilərlər-
    Bunünçün lazımdır Hömeri görək.
    Karlar da səsləri eşidə bilər-
    Bethoven olasan bunuçün gərək.

    247
    Bu necə şərabdır, necə içkidir,
    Təsiri bir yana, dozası yoxdur.
    O necə adamdır, şəkil çəkdirir,
    Amma düz-əməlli pozası yoxdur.



    248
    Bir qatarda mənəm, o birində sən,
    Bu da bəxtimizə yazılan yazı.
    “Görüş vağzalımız” boylanır gendən,
    Qarşıda “Ayrılıq stansiyası”.

    249
    Dərd yenə özünü mənə yetirdi,
    Köksümdə kök atıb neştər bitirdi.
    Məni bihuş edən üzüm-ləblərin
    Üzüm şərabından daha betərdi.

    250
    Kimdir tənha olan? -Üzü gülməyən,
    Özüylə baş-başa gücsüz qalanlar.
    Bir də ki, fikirdaş tapa bilməyən
    Despotlar dünyada tənha olurlar.

    251
    Elə əzəl gündən gəlməyir saya
    Suallar önündə susan cavablar.
    Görəsən nədəndir yaxşının pisə,
    Qananın qanmaza daim borcu var?



    252
    Xəyal yaza çapır, illərsə qışa,
    Arzular sonsuzdur, amma macal az.
    Gənclik qocalıqla girib savaşa,
    Qocalan cismimdir, ruhum qocalmaz.

    253
    Udduğum zərbələr gəlməz hesaba,
    Xeyrin “gəlirini” indi Şər sayır.
    Mənim ürəyimi soyan qəssaba
    Şeytanlar cənnətdə yer hazırlayır.

    254
    Qar. Ləpir. Qasırğa. Şaxta. Boran. Çay.
    Teleqraf telləri. Qara qarğalar.
    Yenə qərib-qərib bizə baxır Ay.
    Yenə də sahili yuyur dalğalar.

    255
    Dar ayaqda dərdlərimə sığındım,
    Daha dərd də məndən qaçır uzağa.
    İçimdəki uçurudan yıxıldım,
    Yer tapmadım ayağımı basmağa.



    256
    Bu eşq mehrabına kimlər baş çəkib?-
    Füzuli, Şekspir, Mopassan, Puşkin...
    Onun qarşısında kimlər diz çöküb?
    Kimlər səfasını görüb bu eşqin?

    257
    Sənin baş əydiyin qanunlar ki var-
    Dayanıb qarşımda sal divar kimi.
    Könlümdə qış ilə vuruşur bahar,
    Əhvalım qarışıb havalar kimi...

    258
    Bataqlığa yıxılarsa bir ulaq,
    Öz səhvini görən qanar, ya qanmaz?
    Hər gün yalan eşidərsə bir qulaq,
    Doğru sözə inanar, ya inanmaz?

    259
    Ömrün mənası nə? İki vur iki.
    Di gəl bu mənanı qanmayır nadan.
    Başı gora əsən adamlar var ki,
    Gözləri doymayır dünya malından.



    260
    Ömrün qapısını çırpıb çıxasan,
    Qapı da qayıdıb alnına dəyə.
    Gəldiyin o yola dönüb baxasan,
    Görəsən, yol yoxdur daha geriyə...

    261
    Gözüm səni gəzir xeyirdə, şərdə,
    Qaranlığa işıq daşıyan anam.
    Vücudu torpaqda, ruhu göylərdə,
    Əksi daş üstündə yaşayan anam.

    262
    Sanki itiribdir olan ağlını,
    Bəşər bu minvalla haraya gedir?-
    Bəzən minillərlə yaratdığını
    İnsan bircə anda tarımar edir.

    263
    Hər kəsin içində gizli hücrəsi,
    Hamı o “hücrədən” baxar dünyaya.
    Dünya özü boyda bəxt pəncərəsi,
    Gəl o pəncərədən əl edək Aya.



    264
    Hər kəs özü boyda bir planetdir,
    Hər ömrün önündə gəlin baş əyək.
    İnsanı sevməyin özü sənətdir,
    Gəlin bu sənətdən üz döndərməyək.

    265
    Ömürdən nə qədər adamlar keçir,
    Biri doğma olur, biri yad olur.
    Hərə bir sahədə aqil, bilici
    Hərə bir sahədə bisavad olur.

    266
    Bəs nədir gözəllik? Bir cavab yoxdur.
    Gözəli görməmək ən böyük günah.
    Gözəl var hamıdan çirkin, eybəcər,
    Çirkin var hamıdan gözəldir, vallah.

    267
    Xoşbəxt olmaq üçün nə lazımdı bəs?
    Suallar sular tək boşalır, dolur.
    Hamının gözündə xoşbəxt olan kəs
    Bəzən bədbəxtlərin bədbəxti olur.



    268
    Şər qaranı sevir, xeyirsə ağı,
    Birində zülmət var, birində şəfqət.
    Yüz il görmək olmur xeyirxahlığı,
    Bir anda görünür alçaqlı fəqət.

    269
    Tən ruhda dincəlir, ruhsa bədəndə,
    Qoşa addımlayır savaşla barış.
    Mən səndə itmişəm, sən isə məndə,
    Mən uçan buludam, sən yağan yağış.

    270
    Baharda açılıb, qışda soluruq,
    Dünya gah yad olur, gah doğma-əziz.
    Sevəndə həmişə xoşbəxt oluruq,
    Bəs xoşbəxt olanda sevirikmi biz?

    270
    Özü də, sözü də çox əcaibdir,
    Yalana-doğriya gözünü yumur.
    Ömrünü pul kimi xərcləyibdir,
    İndi taleyindən kredit umur.



    271
    Dil bir ana kimi hamını qucar,
    Dili bol olanın gözü də toxdur.
    Dil də torpaq qədər müqəddəs, uca,
    Xalqın dili yoxsa özü də yoxdur.

    272
    Nə gözəl səslənir “yaxşılıq” sözü,
    Şimşək kimi çaxır, çay kimi axır.
    Elə Günəşdir ki, yaxşılıq özü
    Dünyaya insanın qəlbindən baxır.

    273
    Bu qocaman dünya daim təzədir,
    Çəməni bozarmır, çiçəyi solmur.
    Əlbəttə sevilmək, sevmək gözəldir,
    Amma nifrətsiz də keçinmək olmur.

    274
    Bəli, səninkidir bu yeriş-duruş:
    Təkəbbür, lovğalıq yağır üzündən.
    Arabir vaxt tapıb özündən soruş:
    “Kim üçün, nə üçün yaşayıram məm?”



    275
    Dostları qorumaq, sevmək gərəkdir,
    Qorumaq lazımdır, böhtandan, şərdən.
    Dostluq-iki lülə, iki tüfəngdir,
    Amma bir-birinə tuşlanır bəzən.

    276
    İki rəng üstündə köklənib dünya:
    Bir tərəfdə gündüz, bir yanda gecə.
    Hər ömrün əzəli-bir komediya,
    Hər ömrün sonluğu-müdhiş faciə.

    277
    Hər ömür əslində kitab kimidir,
    Biri oxunaqlı, biri maraqsız.
    Kitab var adam tək, canlı, dipdiri,
    Kitab var boş cilddir-içi varaqsız.

    278
    Neqativ-pozitiv. Bəyaz və qara.
    Hansı düşərlidir-hardan biləsən.
    Neqativ-pozitiv. Buna nə çara-
    Neqativdə daha pozitivsən sən.



    279
    Xeyiri öldürüb, şəri səsləyir,
    Başdan-ayağacan qapqara çamur.
    Az qala hamıya nifrət bəsləyir,
    Az qala hamıdan məhəbbət umur.

    280
    Bir damın altında yaşasalar da,
    Onlar bir-birinə olmadı kömək.
    Biri suya qaçdı, o biri oda,
    Birində baş yoxdur, birində ürək.

    281
    O, xoşbəxtlik üçün gəlib dünyaya,
    Üzünü-gözünü gülüş bəzəyir.
    Onun dodağında ən gözəl boya
    Gülüşdür, o gülüş gülə bənzəyir.

    282
    Adam var dilinə yaddır həqiqət,
    Bəlkə xoşbəxt odur yalanlarıyla.
    Hərdən düşünürəm: hanı “ədalət”-
    Dünya qürur duyur yalanlarıyla.



    283
    Yaddaşım sualtı qayıq kimidir-
    Gah dayazda üzür, gah da dərində.
    Olmazlar olanı ittiham edir-
    Azıram xatirə labrintlərində.

    284
    Tez-tez soruşurlar: “De, nəmənədir,
    Nədən ibarətdir ömrün mənası?”
    Heç soruşan yoxdur: “De görək nədir
    ölümün mənası, adam balası?”

    285
    Mən sənsiz nəyəm ki? Bir dərd heykəli.
    Sənsiz bu dünya da mənimçün hədər.
    Mənim ürəyimə çökən niskili
    Sənin təbəssümün yox edə bilər.

    285
    Görünür bu da bir alın yazısı,
    Ya da ki, sınaqdır indi bizimçün.
    Mən səni tar kimi bağrıma basıb
    Orda öz havamı çalacam bir gün.



    286
    Dostları, dostluğu qorumaq çətin,
    Dostun fəziləti, qüdrəti çoxdur.
    Dost nədir? “Güzgüdə” əksindir sənin-
    O “güzgü” sınıbsa, dostun da yoxdur.

    287
    Deyirlər, köhnə dost köhnə şərab tək
    Daha əziz olur, əvəzsiz olur.
    Dost nədir? Bir canda iki qəlb-ürək,
    Orda “mən” “sən” olur, “biz”sə “siz” olur.

    288
    Ey insan, gözünü yaxşı-yaxşı sil,
    Ətrafı diqqətlə seyr elə müdam.
    Təkcə insanların içində deyil,
    İnsansız yerdə də insan ol, adam.

    289
    Çoxu düşünür ki, dünyada ancaq
    Bir şirin, bir dadlı busədir sevgi.
    Xeyr, təkcə bayram, təkcə sevinc yox,
    Həm də özü boyda qüssədi sevgi.




    290
    Daim qara olub sənin niyyətin.
    Axmaq işlərindən heç utanırsan?
    Əzazil adamı güclü, qüdrətli,
    Xeyirxah adamı zəif sanırsan.

    291
    Bəlkə də bilmirsən, sən onu bil ki,
    Gözəllik də gül tək açılır, solur.
    Gözəl görünənlər gözəl deyil ki,
    Gözəllik həmişə gizlində olur.

    292
    Sevməzi qəm-qüssə maqnit tək çəkir,
    Sevənsə yer ilə, göylə əlləşir.
    Məhəbbət elə bir möcüzədir ki,
    Sən onu böldükcə o, bütövləşir.

    293
    Gör necə adamlar sarıb dünyanı,
    Biri-abırlıdır, o biri azğın.
    Bəlli səddi olur abır-həyanın,
    Amma səddi olmur həyasızlığın.



    294
    “Sevgi yoxdur”-deyə hürürsən, axmaq,
    Çünki zülmət içrə böyümüsən sən.
    İt də sevənləri sevir işə bax,
    Sevməyəni sevmir- it itliyiynən.

    295
    Gözəlin hüsnünü vəsf eləmək üçün
    Təkcə qələm-kağız bəs edər sənə.
    Gözəlin qəlbini fəth eləmək üçün
    Gərək öz qəlbini verəsən ona.

    296
    Dünyanın gedişi məntiqsiz deyil,
    Canavar yatanda çaqqal oyanır.
    Hər səfeh kişinin arxasında, bil,
    Həmişə bir müdrik qadın dayanır.

    297
    Çox uzaq olsa da adamlıq ona,
    Özünü aparır adamsayağı.
    Qaşları bənzəyir diş şotkasına,
    Çəkmə şotkasına bənzəyir bığı.



    298
    Onunçün eynidir yaxşıyla yaman,
    Nə nifrəti bəlli, nə məhəbbəti.
    Bu adam kiməsə oxşayır yaman,
    Amma öz-özünə oxşamır qəti.

    299
    Baxımsız saraylar olur xaraba,
    Baxılan komadan gül iyi gəlir.
    Üzüm əzildikcə dadlı şəraba,
    Torpaq tapdandıqca yola çevrilir.

    300
    Sən dedin: “İki yol doğulaydım kaş...”
    Mən dedim: “Bu, sənin nəyinə gərək?
    Əgər iki ömrün olsaydı, qardaş,
    Onda iki dəfə öləydin gərək...”

    301
    Deyirlər ki, görəsən
    Dünya nədən yaranıb.
    Sərçənin dimdiyindən
    Düşən dəndən yaranıb.



    302
    Ya sağla get, ya solla,
    Ya ayıq ol, ya dəm ol.
    Heyvan olmağa nə var,
    Oğulsansa adam ol.

    303
    Canım-gözüm, bir yaxın dur,
    indi səni güldürəcəm.
    Ölüm hamını öldürür,
    mən ölümü öldürəcəm.

    304
    -Bəlkə “o dünyadan” söz açım sənə,
    Biləsən nə demək cəhənnəm, cənnət?
    -Ölməyin yolunu öyrətmə mənə,
    Mənə yaşamağın sirrini öyrət.

    305
    Hər kəsin içində gizli hücrəsi,
    Hamı o “hücrədən” baxar dünyaya.
    Dünya özü boyda bəxt pəncərəsi,
    Gəl o pəncərədən əl edək Aya.



    306
    Yalanla rəzalət doğmaca qardaş,
    Məkrlə hiyləsə bacı olubdur.
    Gəl indi dünyanın işindən baş aç:
    Mikro var, makronun tacı olubdur.

    307
    Bizim həyatımız qısadan qısa,
    Orada qoşadır qış ilə bahar...
    Kədərlənmək üçün yüz səbəb varsa,
    Vallah, sevinməkçün yüz bir səbəb var.

    308
    Əbədi düşməndir gündüzlə gecə,
    Yaxşı ki, Rəbbimiz bizə həyandır.
    Həyatı düşünmək-daim faciə,
    Həyatı yaşamaq- daim bayramdır.

    309
    Bataqlığa yıxılarsa bir ulaq,
    Öz səhvini görən qanar, ya qanmaz?
    Hər gün yalan eşidərsə bir qulaq,
    Doğru sözə inanar, ya inanmaz?

    310
    Mədhiyyə yazmışdı dünən şənimə,
    Tərifin, qılığın beşi bir qəpik.
    Bu günsə bir "yaxşı" həcv yazıb mənə,
    Bakı küləyidir, şair deyil ki...

    310
    Nə keçmiş parlaqdır, nə də gələcək,
    Dünyaya nəzər sal ağlın gözüylə.
    Vallahi, elə bir zaman gələcək,
    Allah tək qalacaq özü özüylə.

    311
    Sanki, itiribdir olan ağlını,
    Bəşər bu minvalla haraya gedir?-
    Bəzən minillərlə yaratdığını
    İnsan bircə anda tarımar edir.

    312
    Şəklim daş üstündə qalacaq yenə,
    Yağışlar yusa da ləpirlərimi.
    Sənə həsr edirəm, oxucum, sənə
    “Daş üstə yazılmış sətirlər”imi.




    1.
    ***
    ürək
    ürək
    tənha, tək
    bu, sənsən
    yaralı bir çiçək
    bir ovuc qanlı topraq
    budaqdan qopan yapraq
    içimi döyəcləyən yumruq
    pələnglərin vuruşduğu qoruq
    qızılı payıza boylanan tənha nar
    zalımın zülmünə işıq tutan fanar
    göylərin insanlara bəxş etdiyi əzab
    yaralı ilan kimi qıvrılmiş qəzəb
    sonuncu sünbülü əzilmiş zəmi
    okeanda üzən kompassız gəmi
    Dalinin çəkdiyi əriyən Günəş
    alovlanan şaxtada donan atəş
    səndən baş açmaz fələk
    qalmışam səninlə tək
    köksümdə vuran
    məni yoran
    ürək
    ürək

    2.
    AVTOPORTRET

    Sümüyüm dümağ kösöv,
    gözlərim qapqara işıq.
    Canımda ağrılar inildəyir
    nə ümid var, nə dolanışıq.
    Uzaqda bir sevgi işartısı.
    Bir cüt əl, bir cüt göz,
    bir cüt ayaq izi.
    Qarşımda kəsilmiş barmaqlara bənzər
    siqaret kötükləri,
    güzgüdən mənə baxan
    tutqun insan bənizi.
    Yerlə göyün arasında üyünürəm
    kəpəksiz buğda dəni kimi.
    Üstümdən gəlib keçən qarışqalar
    sürüyürlər tikələrimi
    dinozavr bədəni kimi.
    Çölüm içimi yandırır,
    içim çölümü.
    Oturub gözləyirəm əlahəzrət ölümü.

    1985










    “ONLUQLAR” kitabından

























    1

    Oxucum! Adın nə, soyadın nədir?
    Bilmirəm... Di gəl ki, sözüm sənədir.

    Ünvanın necədir? Neçədir yaşın?
    Kişisən, ya qadın, ay canım-gözüm?
    Bəlkə işin-gücün başından aşır?..
    Bilmirəm... Di gəl ki, sənədir sözüm.

    Sənə bir sirr açım, mənə qulaq as:
    Ağlı olanların baxtı olmayır.
    Əgər vaxtın varsa dərdləşək bir az,
    İşi olmayanın vaxtı olmayır…
















    2

    Mən hələ ölməyə hаzırlаşmırаm,
    Əcəlin əmriylə rаzılаşmırаm.

    Hələ tələsməyin kədərlənməyə,
    Hələ yеtişməyib bu ömrün sоnu.
    Mən ölümqаbаğı üz tutub göyə
    Özüm yаzаcаğаm nеkrоlоqumu.

    Bаşsаğlığı vеrib, özüm özümə
    Fаtihə surəsi охuyаcаğаm.
    Günəşin nurunu təpib gözümə,
    Kipriyimlə kəfən tохuyаcаğаm.















    3
    Deyesen qocaliq qapini döyür, -
    Postmodernist könlum bele söyleyir.


    Rembrand, Pikasso, Mircavad, Dali,
    Servantes, Axundov, Kant, Hemunquey...
    Ister ağilli ol, isterse deli -
    Heyatin son ucu ölümdur, eheyyy!..

    At kimi çapirsan uzu ölume -
    Ister dilenchi ol, isterse xaqan.
    Bir yüngül epitet gelir dilime:
    Qurd kimi ulayir damarimda qan.
















    4
    Deyirsən: “ Həyatın mənası nədir?
    Hər ömür bir nağıl, bir əfsanədir”.

    Nağılla gəlmişik, bəli, dünyaya,
    Elə həyatı da nağıl etmişik.
    Nağılla yetmişik haya-haraya,
    Deyirəm nə yaxşı ağıl etmişik.

    Nağılsız adamalar dinsiz-imansız,
    Belə adamlara qalmayıb inam...
    Bu həyat necə də qəddar, amansız;
    Həyata inanma, nağıla inan.


















    5
    Sən demə mənim də rəqibim varmış,-
    Həmişə kölgəmi qılınclayırmış.

    Düzü, mən bilmirəm o zalım oğlu
    Nə üçün hədəfə alıbmış məni;
    O, öz aləmində kəsib yolumu
    Hələ kəməndə də salıbmış məni.

    Hətta, arxam ilə deyib-gülürmüş,
    Söyüş də söyürmüş yeri gələndə.
    Yəqin zalım oğlu elə bilirmiş
    Nəhəng istedadam, dahiyəm mən də.

















    6
    Guya ki, “fəth edib” dağı, zirvəni,
    Tez-tez aldadırlar dostlarım məni.

    Mənə dürlü-dürlü yalan satırlar
    Mən də inanıram. Neyləyim axı?
    Yuxuma nə qədər haram qatırlar;
    Bəzən heç qaradan seçmirəm ağı.

    “Hərdən yalanın da xeyri var, bildin?” -
    Mənə belə dedi bir təbib bu gün.
    Onda dostlarıma təşəkkür edim
    Mənə satdıqları yalanlar üçün.
















    7
    Zаmаnın çох zаlım qаnunlаrı vаr:
    Niyə qışdаn əvvəl gəlməyir bаhаr?

    Gör illər ömründən nələr аpаrır:
    Şuх yеriş, qаrа sаç, lаlə yаnаqlаr.
    Bəs nələr gətirir ömrün «qаtаrı»:
    Аğ sаçlаr, qırışlаr, sоlğun dоdаqlаr...

    Hər şеyi özünə dərd еləmə gəl,
    Pаyız çiçəkləri qışа bаş əyir.
    Bu dünyaya mеydаn охuyаn gözəl
    Kişiyə bаş əymir, yаşа bаş əyir.


















    8
    Mən nələr görmüşəm dünyada, nələr, -
    Sən bilsən dərdinin üstə dərd gələr.

    Düşmən qazanmışam, dost itirmişəm,
    İntiqam almışam özüm özümdən.
    Dünyaya özümlə dərd gətirmişəm-
    Dünyadan o dərdlə gedəcəyəm mən.

    Mənim dərdlərimin kökü dərində,
    Budağı buluddan daim nəm çəkir.
    Elə dostları da, düşmənləri də
    Özüm qazanmışam, Allaha şükür!

















    9
    Hər bir şey dəyişir, su kimi axır.
    Demək nə əzəl var, nə də ki, axır.

    Bəlkə də biz qonaq gəlmişik Yerə,
    Zamanın içində zaman yaşayır.
    Sirdir, möcüzədir adicə zərrə,
    Ümmanın içində ümman yaşayır.

    Səbəb tanrıdandır, bunu yaxşı bil,-
    Gərək öz qismətin, öz ruzin olsun.
    Heç kəs bu dünyada əbədi deyil,
    Hər zaman yanında Firuzun olsun.

















    10
    Adamlar hamısı eynidir, eyni -
    Eynidir hamının ürəyi, beyni.

    Bütün adamların qaşı-gözü var,
    Hamı nifrət edir... sevir... aldanır...
    Hərənin bir ağzı, iki gözü var,
    Adamlar hamısı “adam” adlanır.

    Nifrətlə yanaşsan sən adamlara
    İtər ünsiyyətin, ağzının tamı.
    Çalış adamlarda yaxşılıq ara -
    O vaxt görərsən ki, yaxşıdır hamı.

















    11
    Deyirsən: “Hər sözə min bir yozum var,
    Fəqət bu dünyada bir Firuzum var”.

    Sağ ol o sözünçün, o Firuzunçün,
    Çiçəyin, gülünçün var ol, ay gözəl.
    O gülər gözünçün, o ağ üzünçün,
    O sevən könlünçün var ol, ay gözəl.

    Sevib sevilməyən heç vaxt ucalmaz,
    Demə ki, axırdan əzəl gözəldir.
    Gözəllik qocalmaz, gözəl qocalmaz,
    Elə hər bir yaşda gözəl, gözəldir.
















    12

    Biri hisrlənəndə sənə neyləyir?
    Adətən: “Kişi ol!” “Kişi ol!” - deyir.

    Kişilik - cins deyil, atam-qardaşım,
    Bu gün kişilikdən danışır hamı.
    Deyirsən: “Az aşım- ağrımaz başım”.
    Qorxaqdan, yaltaqdan kişi olarmı?

    Kişi ol! Kişilər çökərmi məgər?!.
    Məzlum məmləkətin kişisi olmaz.
    Qadın var, vallah, min kişiyə dəyər,
    Aslanın erkəyi-dişisi olmaz.

















    13

    Dеyirəm bir аzcа imkаnın оlа,
    Bаşını götürüb çıхаsаn yоlа.

    Bu bəd əməlləri, sахtа üzləri,
    Şişmаn qаrınlаrı görməmək üçün
    Zülmət gеcələri, bоz gündüzləri
    Dəf еdib, göylərə uçаsаn bir gün.

    Yеrin оrbitindən çıхıb, sоnrа dа
    Rаhаt yеr sеçəsən göydə özünə.
    Kеfin lаp kök оlа, həttа, аrаdа
    Оrdаn tüpürəsən bu yеr üzünə.
















    14

    Bir səhər yuхudаn qаlхıb görəsən
    Аrtıq аyrılıbdır ruhun bədəndən;

    Qərib ruh uzаqdаn bахır bədənə,
    Bахır dаş-аğаcа, yеrə, səmаyа.
    Qərib ruh özünü sаlıb çətinə;
    Hаrаyа üz tutsun, indi hаrаyа?

    Bütün kаinаtdа kəsib səs-səmir;
    Tənhа ruh hаrаyа gеdəcək görən?
    Ruh indi bədənə dönmək istəmir,
    Оnu dаr köynək tək sıхır bu bədən.
















    15

    Günlərin bir günü bахıb görəsən
    Bürüyüb ətrаfı qаtı dumаn, çən.

    Sоnrа bu çisəyi, dumаnı , çəni
    Bir işıq хəncəri yаrа nаqəfil,
    İllərcə tоrpаğа çökən bədəni
    Yеrindən tərpədə surlа İsrаfil.

    Tоrpаqdаn yаvаşcа аyrılаn bədən,
    Ruhlаrın içində tаpа ruhunu.
    Sən öz vаrlığındа hiss еliyəsən.
    Ruh ilə bədənin qоvuşduğunu.

















    16

    O qara zurnada bir şən hava çal,
    Qoy getsin könlümdən bu dərd, bu məlal.

    Qoy dağlar köksümdə versin baş-başa,
    Mənsə zirvələrin əlini sıxım.
    Zurna sədasıyla girib savaşa
    Düşmənin başında şimşək tək çaxım.

    Bu dünya çəkəmməz mənim qəmimi,
    Təşrif gətirmişəm mən hüzuruna.
    Qara günlərimin gəl ol qənimi,
    Gəl ovut ruhumu, sən, qara zurna.
















    17

    “Sən də başlamısan şeir yazmağa?
    Bu fikri başından gəl çıxart, qağa!”

    Bu sözləri deyən şair-redaktor
    Mənə şeir yazmağı “yasaq” eləyib.
    Mənim hər misrama qurub neçə tor,
    Öz qara seyfində “dustaq” eləyib.

    Ay şair-redaktor, redaktor-şair,
    Könlünü nə üçün çulğalayır qəm?
    İçini nə üçün paxıllıq didir?
    Qardaş, arxayın ol, şair deyiləm.
















    18

    Məndən yayındırıb baxışlarını,
    Yay kimi çatmısan sən qaşlarını.

    Nə olub? Nə üçün dodaqlarında
    Gülüşün donaraq daşa dönübdür?
    Sanki daş asılıb ayaqlarından,
    Könlünün alovu, odu sönübdür.

    Sanki dar ağacı gözləyir səni.
    Ay Allah, bu baxış, bu duruş nədir?
    Gözlərin ekrana bənzəyir sənin,
    Orada qorxulu filmlər gedir.

















    19
    Cahildən aqilə hörmət gözləmə,
    Dərdinlə dərddaş ol, həmdərd gözləmə.

    Gözünün şəklini gözlərim çəkib,
    Gəl mənim gözümdə yat, qadan alım.
    Könül gülşənimdə təbəssüm əkib
    Nazını sən mənə sat, qadan alım.

    Səni məndən başqa kim duyasıdı?
    Ruhunu ruhuma qat, qadan alım.
    Dünya başdan-başa dərd dünyasıdı,
    Dərdini belimə çat, qadan alım.

















    20
    Mənim gözlərimdən getməyir bir an
    O payız səhəri, o çən, o duman.

    Hələ mürgüləyir Şimal şəhəri.
    Hər tərəfdə sükut. Sənsən, bir də mən.
    Səni qucaqlayıb payız səhəri,
    Məni quzaqlayan səhərsə- sənsən.

    Otaq. İsti yataq. Alaqaranlıq.
    Sanki fəzadayıq. Dayanıb zaman.
    Səni xatırladım yenə bir anlıq...
    İndi yaddaşıma çöküb o duman.

















    21
    Sən varsan - deməli, var bu dünya da.
    Yoxsan - heç kəs yoxdur sənsiz dünyada.

    Əgər sevirsənsə - demək sevgi var,
    Nifrət edirsənsə - nifrət də sağdır.
    Büdrəmə. Büdrəsən səni dərd tapar.
    Sağsansa, ölüm də səndən uzaqdır.

    Ən yaxşı günündə döyüb gözünü:
    “Bədbəxtəm” - söyləsən bədbəxtsən demək.
    Ən pis günündə də əgər özünü
    Xoşbəxt sanırsansa - xoşbəxtsən demək.


















    22
    Səadət evimin içində imiş,
    Səadət burnumun ucunda imiş.

    Fəqət mən qədrini bildimmi sənin,
    Duydummu könlündən gəlib keçəni?
    Axan göz yaşını sildimmi sənin,
    Qovdummu yolundan dumanı, çəni?

    Bəzən üstələyir doğru yalanı,
    Natəmiz önündə diz çökür təmiz.
    Qədrini bilmirik bizim olanın,
    Bizim olmayanı axtarırıq biz.














    23
    Birinə deyirlər: çox az yaşadı,
    Birinə deyirlər: əsrin yaşıdı.

    Allahın əmrindən çıxmaq olmayır,
    Hər kəsin ömrünün öz sərhəddi var.
    Birinin ömrünün gülü solmayır,
    Birinin ömrünə gəlməyir bahar.

    Adam var ömrünü veribdir yelə,
    Adam var hər ilə bir tarix yazır.
    Nə qədər yaşamaq şərt deyil hələ, -
    Necə yaşamaqdır ömrün mənası.

















    24
    Bəyəm xoşbəxtliyin düsturu olur?
    Sədaqət + (üstəgəl) məhəbbət. Budur.

    Budur xoşbəxtliyin düsturu, gülüm!
    Təkcə sevmək azdır biləsən bunu.
    Bir dəli sevdanın soyuyan külü
    Könlünə dağ çəkər ömrün uzunu.

    Təkcə sevmək azdır, sevməyə nə var?
    Sevərsən-köksündə alışar ürək.
    Səadət düsturu olub, yenə var;
    Qoruya biləsən sevgini gərək.

















    25
    İsinənlər çoxalıbdır millət odunda,
    Çoxalıbdır danışanlar millət adından.

    Bu millətə ağa sayır biri özünü,
    Bir başqası:- bu millətin quluyam - deyir.
    Biri deyir: - mən deyirəm sözün düzünü.
    O birisi: - mən deyənə inan, - söyləyir.

    Dinləyirik, inanırıq. Bir həqiqəti
    Biz bilirik, dərk edirik nə vaxtdan bəri:
    Hər bir kəsin borcudur ki, sevsin milləti,
    Hər bir kəsdən fəqət olmaz millət rəhbəri.

















    26
    “İnsan da heyvandır!” Hirslənəndə sən
    Adətən, qışqırıb belə deyirsən...

    Qoyun tək mələyib, it tək hürürsən,
    Hərdən də fınxırıb şıllaq atırsan.
    Hər gün bir libasa, dona girirsən,
    Yeyirsən, içirsən, sonra yatırsan.

    Azırsan yolunu çəndə, dumanda,
    Odur bax, uzaqdan yuvan görünür.
    İnsan da heyvandır. Sənin simanda
    Doğrudan da əsl heyvan görünür.


















    27
    Keçirmə kamana sən oxu - yandan,
    Dostun ürəyini sən oxu, yandan.

    Mənim az danışmaq olsa da peşəm,
    Dostum, çox görmüşəm tost deyənləri.
    Mən bu az yaşımda az görməmişəm
    Hər yoldan ötənə “dost” deyənləri.

    Dostun ürəyini sən oxu, yandan.
    Min cəfa çəkməsən bir səfa olmaz.
    Molla Pənah olmaz hər oxuyandan,
    Hər yazandan Firuz Mustafa olmaz.

















    28

    Əlim biləyində, əlim əlində,
    Əlim kürəyində, əlim tеlində.

    Sənin yохluğunu hаmıdаn əzəl
    Bаrmаqlаrım bilir, əllərim bilir.
    Əlində qəlbimi аpаrаn gözəl,
    Əllərim gözümün yаşını silir.

    Könlümün аlоvu, аtəşi sönüb;
    Məni qəm götürür, kədər аpаrır.
    Bаrmаqlаr əlimdə nidаyа dönüb
    Hаyqırır, аrхаnçа fəryаd qоpаrır.















    29

    Bütün sеvgilərin zirvəsi qаdın,
    Bütün sеvgilərin nüvəsi qаdın.

    Mən qаdın dеyəndə аnа dеyirəm
    Аnа sеvgisinə çаtmаz Еvеris.
    Ömür-gün yоldаşı, bаcı bir аləm,
    Övlаd sеvgisiylə yаşаyırıq biz.

    Bəlkə də sеvgidir dünyаnın охu,
    Оnunçün bu nizаm hеç pоzulmаyıb.
    Düzü, söhbət аçıb sеvgidən çохu,
    Аmmа, Firuz kimi sеvən оlmаyıb.

















    30

    Səni qısqаnırаm göydə buludа,
    Səni qısqаnırаm yеrdə sükutа.

    Səni qısqаnırаm оtа, çiçəyə,
    Səni qısqаnırаm tikаnа, kоlа,
    Gеcələr yаtdığın yоrğаn-döşəyə,
    Gündüzlər gəzdiyin cığırа, yоlа.

    Mənim üz-gözümdən qısqаnclıq yаğır,
    Səni qısqаnmаsаm günаh оlаrdı,
    Bir zərrəsi qədər bu qısqаnclığın
    Məni qısqаnsаydın- nə dərdim vаrdı?
















    31

    Xəzan könlümüzə dolmayıb, şükür,
    Hələ arzular da solmayıb, şükür.

    Şükür qüdrətinə böyük Allahın,
    Hələ tapınan var dinə, insafa.
    Zalımın cəzası, yetimin ahı
    Qalmaz qiyamətə, Firuz Mustafa.

    Mən ölsəm - gəl dönmə sən başdaşıma,
    Ağlayıb dərdinə diləmə şəfa.
    Günlərin bir günü çıxar qarşına,
    Görərsən ölməyib Firuz Mustafa.
















    32

    Nəyinə lаzımdır sənin fəlsəfə?
    Fəlsəfə səninçün çürük səfsəfə.

    Nəyinə lаzımdır sənin filоsоf?
    Bütün idеyаlаr cəfəngiyаtdır.
    Səninçün vаrlı vаr, bir də ki, kаsıb-
    Оnlаrçün fəlsəfə- еlə həyаtdır.

    Söyürsən Hеgеli, Аristоtеli.
    Yəqin ахmаq оlub Dеmоkrit, Dеkаrt.
    Ах, bədbəхt Bəhmənyаr, Mаkiаvеlli
    Ах, yаzıq Fеyеrbах, ах, yаzıq Sоkrаt...
















    33
    Görən Yаrаdаnı vаrmı Yаrаdаn?
    Yохsа Yаrаdаnı bizik yаrаdаn?

    Аtаsı, аnаsı, qızı, оğulu,
    Əmisi, dаyısı vаrmı bəs Onun?
    Görəsən vаrdırmı bаcısı оğlu?
    Оnunçün də vаrmı bir qаydа-qаnun?

    О, təkmi? О, təkdir! Tək оlsun təki!
    О, bizə yахındır, bizdən uzаqdır.
    Nə yахşı ki, Onun yохdu şəriki,
    Nə yахşı yеrlisi, qоhumu yохdur.

















    34
    Аdаmlаr- аz оlur, çохluq- sürüdü;
    Hər yеrdə çох, аzı yıхıb sürüdü.

    Аzın- qəlbi böyük, çохun- mədəsi,
    Аzın- dili uzun, çохunsа- əli.
    Аzın- səbri оlur, çохun- hədəsi,
    Аzlıq- аğlаmаlı, çохluq- gülməli.

    Bir tərəfdə аclаr, bir yаndа tохlаr,
    Tərəflər аzаddır öz sеçimində,
    “Аzlığа” çеvrilmək istəmir çохlаr,
    Аzlаrsа əriyir çохluq içində.











    II




    35
    Doğrudan zəmanə dəyişib yaman,
    Çətindən çətindir övlad böyütmək.
    Atalar dad edir övladlarından,
    Övladlar ataya qızdırmır ürək.

    Onlar qəbul etmir biri-birini
    Çox yüksəkdə görür hərə yerini.

    Məəttəl qalmışam mən bu həyata -
    Çox şeyi atadan çox bilir övlad.
    Deyirəm ki, bəlkə övladlar- ata,
    Atalar- övladdır, ay dadi- bidad.

















    36
    Xoşbəxt olmaq üçün nə gərəkdi, nə?..
    Var-dövlət, şan-şöhrət, bir xoş güzəran?
    Əzizim, düzünü deyim ki, sənə -
    Səninlə xoşbəxtəm mən bu vaxtacan.

    Yollara çıxıram qəmlə qol-qola, -
    Xoşbəxtəm dərdimlə, əzablarımla.

    Xoşbəxt olmaq üçün hər şeyimiz var -
    Xoşbəxt olduğunu biləsən gərək.
    Bizim ki, bu sevən ürəyimiz var,
    Əzizim, xoşbəxtik, xoşbəxtik demək.

















    37
    Bilirəm ki, mənimçün yanarsan səhər, axşam;
    Lazım gəlsə könlünə həsrətimi geyərsən.
    Barmaqların gecənin bağrını yaran ağ şam,
    Sən yolumda bitərsən -fidan olub göyərsən.

    Kainat baxışında günəşlənər, aylanar,
    Nəfəsin dəyən yerdən bənövşələr boylanar.

    Ancaq xoş istəklərin itər, güdaza gedər,
    Ruhumda soyuq yellər əsər belədən-belə.
    Başıma pərvanə tək dolansan da nə qədər,
    Mən sənə inanmaram, yanmaram innən belə.
















    38
    Qısqanclıq zəli kimi daraşar hisslərimə,
    Beynimdə qasırğalar köhlən kimi kişnəyər.
    Nə qədər əlac gəzsən mənim dərdi-sərimə,
    Şübhələrim bıçaq tək sümüyümə işləyər.

    Ürəyimin qəzəbi sıxar-sıxcalar məni,
    Duyğularım qılınc tək yarar, parçalar məni.

    Qədəmin dəyən yerdən çiçək nədir, buz bitər,
    Nəfəsindən baharan gülüşünə qar yağar.
    Dilində sual dolu, sirr dolu bir söz bitər:
    Görəsən mənim təki nifrət ilə sevən var?

















    39
    Mən öz qismətimdən çox yaşamışam,
    Bunu mən bilirəm, qismətim bilir.
    Sinəmdən ürək yox, mən daş asmışam,
    Bununçun özümə yazığım gəlir.

    Mənim daş ürəyim, nimdaş ürəyim
    Zülmət yollarıma işıq çiləyir.

    Özüm mat qalmışam öz ürəyimə -
    Taxta saatdarın kəfkiri kimi
    Vurur kürəyimə, vurur beynimə...
    Fırlanır araba təkəri kimi...

















    40
    Gözümə dik baxmaq mənimçün çətin...
    Özümə ağlamaq ondan da betər.
    Gördüm cəfasını mən məhəbbətin,
    Gördüm səfasını ...bu qədər yetər...

    Özümü aldatmaq mənə çətindir.
    Bu, mənim talemdir, bu, qismətimdir.

    Bu qədər yaşamaq hədərmiş, hədər,
    Mən öz qismətimdən çox yaşamışam.
    Qəmdə sevinc varmış, sevincdə kədər...
    Tale- günəş imiş, ömür- yanar şam.


















    41
    Mən səni sevmişəm. Etirafımı
    Qəbul et ibadət duası kimi.
    Bu qoca dünyada sevibdir hamı, -
    Bəs niyə sevibdir - dərk edibdimi?

    Sevmişəm, sevirəm əzəlki təki.
    Çiynimdə bir ömrün çəkilməz yükü.

    Bəs niyə? Nə üçün? Bu suallara
    Elə mən özüm də cavab tapmıram.
    Sevmişəm. Sevgimlə gedəcəm gora,
    Elə dünyada da sevgimlə varam.

















    42
    Dünya cavanlaşır, dünya qocalır,
    Mənsə dəyişmirəm - bəs bu nə sirdir?
    Hər kəs öz sazında bir hava çalır,
    Eşqin havası bir, nəvası birdir.

    Bu çətin yolları keçdim inamla,
    Desəm “sevməmişəm” - mənə inanma.

    Qoca libasını geyib əyninə
    Uşaq tək ağlayar, gülər bu dünya.
    Deyirəm: sevmişəm, sevirəm yenə,
    Sevənlər olmasa ölər bu dünya...


















    43
    Nə dostam özümə, nə də ki, düşmən,
    Nə güldüm özümə, nə də ağladım.
    Dərin quyulara heç vaxt düşmədim,
    Uca zirvələrə heç vaxt qalxmadım.

    Özüm öz əlimdən tutub qol açdım,
    Həyatda özümə özüm yol açdım.

    Mənim taleyimin şirini acı,
    Ömrümün-günümün acısı şirin.
    Mənim dərdlərimin yoxdur əlacı,
    Mənim sevincimin kökləri dərin.

















    44
    Gündüzüm zülmətli, gecəm işıqlı;
    Bir əlim oddadı, bir əlim suda.
    Ruhum səhraları gəzib dolaşır,
    Könlüm xumarlanır qış yuxusunda.

    Dünyanı gəzirəm dərvişsayağı,
    Şəklimi yollara çəkir ayağım.

    Mələklər əyləşir mənim dizimdə,
    Şeytanlar içimi didir qurd kimi.
    İlahi, hifz elə məni özümdən,
    İlahi, çox görmə özümə məni.
















    45
    Deyirəm: alçaqlar çoxalıb yaman,
    Od da alçaqdadır, buz da alçaqda.
    Var-dövlət bir yana, ay cavan oğlan,
    Şeş də alçaqdadır, tuz da alçaqda.

    Zaman alçaqların zəmanəsidir,
    Nişan alçaqların nişanəsidir.

    Deyirsən: dəyişib dünya büsbütün,
    İndi düz adamlar qalıbdı düzdə.
    Bəlkə xoş güzəran, yaxşı gün üçün
    Dönüb alçaq olaq biz özümüz də?

















    46
    Gəldim ad gününə bir dəstə güllə
    Dedim: “Bu güllər tək təravətli ol!”
    Baxıb istehzayla, sən gülə-gülə
    Dedin: “Mənə gül yox, pul lazımdı, pul!”

    Gülləyə çevrildi əlimdə güllər,
    Sinəmə sancıldı qızıl güllələr.

    Qiymətdən salıbdır gülləri pullar,
    Nahaq haqqı əzir, yalan doğrunu.
    Hərənin bir zövqü, bir aləmi var -
    Sən pul vurğunusan, mən gül vurğunu.


















    47
    Mənim şeirlərim bal arısı tək
    Çəkir şirəsini güldən, çiçəkdən.
    Bəzən ürəyimlə qalıb təkbətək
    Bir soyuq misramı isidirəm mən.

    Bəzən yaxşı “toxum” seçə bilmirəm,
    Tale sədlərini keçə bilmirəm.

    Şeir də taledir. Tək bircə misra
    Səni qaldıra da, yıxa da bilər.
    Mən ömrün əlindən gəlsəm də zara, -
    Şeirim uşaq tək sevinər, gülər.

















    48
    Bu yaşda vurulmaq? Ayıbdır bizə!
    Salmayın adımı dilə-ağıza.
    ...Amma nə deyəsən, axı, düz sözə?
    Siz Allah, gülməyin siz mən yazığa.

    Məni qınamayın, atam balası,
    Zəhəri qənd edər eşqin bəlası.

    Gizli istəyimdən yaşım utanır,
    Arzu qayıqlarım çırpılır daşa.
    Mənim günahımdan keç, Ulu Tanrım,
    Bu yaşın sevdası töhmətdi başa.
















    49
    Min ildir üstümə yol gəlir ölüm,
    Ömrüm özü boyda ölüm daşıyır.
    Bir üzüm ağlayır, bir üzüm gülür,
    Talenin atdığı sapand daşıyam.

    Çıxsam da dünyanın cazibəsindən,
    Ölümün qövsündən çıxammıram mən.

    İçimiz sovrulur xırman yeri tək,
    Köhlən fikirlərə kəmənd atırıq.
    İçimiz qovrulur... Bizsə təkbətək
    Ölümlə üz-üzə durub... yatırıq...

















    50
    Ölüm doğub məni, həyatsa boğub,
    Bəxt gah qanad olub, gah da məngənə.
    Vaxt qaynar qazanda məni yoğurub
    Acı küləklərin atıb cənginə.

    Olumdan başlayıb mənim həyatım,
    Ömürdən ölümə - cəmi bir addım.

    ...Mən özüm özümə dar ağacıyam,
    Müqəssir - özüməm, müttəhim - özüm.
    Mən öz ölümümə qayıdacağam
    Oradan başlayır ləpirim, izim...


















    51
    Qocalıq dişini qıcayır mənə
    Cavanlıq əl edib “əlvida” deyir.
    Arzum illərimə sığışmır yenə,
    İllərimsə deyir: - “Axşamın xeyir...”

    İllər məni qovur, mənsə illəri,
    Mən geri gedirəm, illər irəli.

    Ay ömür, hər dərdə, qəmə hazır ol.
    Ay illər, nə yaman ağırdı yüküm...
    Cavanlıq, gedirsən? - Sənə yaxşı yol!
    Qocalıq, gəlirsən? - Salam əleyküm!

















    52
    Səni göz yaşımla çimizdirim qoy,
    Darayım telini kirpiklərimlə.
    Sən mənim sinəmi baxışınla ov,
    Yenə aldat məni kələklərinlə.

    Gizlənpaç oynayaq uşaqlar kimi,
    Yatmaq istəsək də - almayaq çimir.

    ...Bir gün başa çatsın bu oyun-kələk,
    İllər barışığa səsləsin bizi.
    Bu zaman biz rəqib-idmançılartək
    Vurub şil-küt edək bir-birimizi.

















    53
    Bir vaxt gözəl idin, hamıdan gözəl,
    Təpədən-dırnağa şeir idin sən.
    Səni səndən əzəl, Tanrıdan əzəl
    Yaradan, yaşadan mən olmuşam, mən.

    Bir vaxt gözəl idin çiçəklər kimi,
    Gülüb nazlanardın mələklər kimi.

    İllər ötüb keçib, bəs indi nəsən?
    Hansımız haqlıyıq, hansımız haqsız?
    Nə mən günahkaram, gülüm, nə də sən,
    Nə mən günahsızam, nə sən günahsız.

















    54
    Gözlərimdə yuva qurub yenə qəm,
    Ürəyimin gur işığı azalıb.
    Mən onsuz da yarımadım ömürdən -
    Gəl, az oyna taleyimlə, a zalım.

    Biz illəri bax beləcə yaşadıq,
    Bizi doğan bir kədərlə yaşıdıq.

    Ömür keçdi. Fəqət sevgi keçmədi,
    Qoy qalmasın səndə mənim heç nəyim.
    İndi dünya mənim üçün heç nədi,
    Mən özüm də bu dünyada heç nəyəm.

















    55
    Öyrəndim baharın, qışın dilini,
    Əsən küləklərə sinəmi açdım.
    Öyrəndim çiçəyin, quşun dilini,
    Körpə quzu kimi arxanca qaçdım.

    Mən sənin dilini öyrənəmmədim,
    Mən səni özümə öyrədəmmədim.

    Soyuq baxışındır - soyuq məzarım,
    Tabut qapağıdır - göz qapaqların.
    Mənə tabut olan qara gözləri
    Mismar kirpiyinlə bağlama barı...

















    56
    Torpağın nə qədər zəlzələsi var!
    Şimşək də göylərin zəlzələsidir.
    Dünyanın gör necə vahiməsi var!
    Zəlzələ - dünyanın haray səsidir...

    Dənizin, çayın da zəlzələsi var,
    Günəşin, Ayın da zəlzələsi var.

    Torpaq usansa da zəlzələlərdən,
    Donmuş beyinlərə zəlzələ gərək.
    Bir dəli sevdanın zəlzələsindən
    Qoy mənim sinəmdə çatlasın ürək.















    57
    Mənim şeirlərim özüm kimidir,
    Bir az dəliqanlı, bir az arxayın.
    Mənim misralarım özül kimidir,
    Bəndləri çatılmış evə oxşayır.

    Kainat içində tozdu həmdəmim,
    Tozun içindəki kainat mənim!

    Mənim fikirlərim bir dağ uçrumu-
    Qışqırsam kağıza töküləcəkdir.
    Məni sevgi dolu bir baxış qucur,-
    Onun da yanında dilim gödəkdir.

















    58
    Günahkaram bu illərin önündə,
    Yaşamadım mən illəri il kimi.
    Günahlarım ayaq açıb bu gündə
    Batsın mənim gözlərimə mil kimi.

    Ömür keçdi- geri dönməz səd heyif...
    İndi keçən o illərə nə deyim?

    Tale məndən, mən taledən nigaran,
    Hər addımda uçurum var, yoxuş var.
    Əllrimdən elə çıxıb şikarım -
    Bir də dönməz yalvarışla-yaxışla.


















    59
    Yollarımda tikan bitər, gül solar,
    Qəm dil açıb yuyar mənim könlümü.
    Sinəm üstdən şırım açar gur sular,
    Xəzan vurar çiçəyimi, gülümü.

    Bəd gətirib əzəl gündən hər işim -
    Yaşamaq yox, ölmək olub vərdişim.

    Tale məndən, mən taledən narazı,
    Mən taledən, tale məndən nigaran.
    Keçən günə, ötən ana tamarzı,-
    Bax beləcə, qaçar bizdən bu cahan...

















    60
    Vaxt gələr dünyanı saran qaranlıq
    Sənin də könlünə girər ilan tək.
    O zaman arxaya dönüb bir anlıq
    Özünlə qalarsan tənha, təkbətək.

    Təhnizli baxışlar qovurar səni
    Külünü havaya sovurar sənin.

    İllər xəlbirindən keçirər bizi,
    Üyüdər hamını vaxt dəyirmanı.
    Könlümə gözəllik içirən gözüm
    Bir zaman boz görər mavi dünyanı.

















    61
    Ömrün ətəyindən əlimi üzdüm,
    Özüm öz başıma olmuşam qaxınc.
    Məni məhv eləyən həyatdan bezdim,
    Məni yaşadacaq ölümə alqış.

    Bir vaxt yox olacaq bir gün var olan,
    Yalan-həqiqətmiş, həqiqət yalan.

    Torpağın altında gör kimlər yatır,
    Orda- bir yerdədir qış ilə bahar.
    Ölüm- bu həyatdan çox vəfalıdır,
    Orda əbədiyyət, burda- ölüm var.

















    62
    Mən şeir yazıram- dərdə hazıram,
    Şeirlə açılır dərdin qapısı.
    Mən şeir yazıram- qəbir qazıram,
    Alnıma yazılır yazılan yazı.

    Şeirin köləsidir- ölüm kölgəsi,
    Şeirə qəbir qazır ölüm ölkəsi.

    Ölüm ölkəsinin vətəndaşıtək
    Bir şeir yazacam öz baş daşıma.
    Bu işi təcili eləyəm gərək,
    Birdən bir iş gələr mənim başıma.


















    63
    Ötdü aramızdan illərin seli,
    Saxlaya bilmədik gur gələn çayı.
    Gəzdi üzümüzdə zamanın əli -
    Sən o tayı seçdin, mənsə bu tayı.

    İndi dərd əyləşib mənim yerimdə
    Dərdin nəbzi vurur şeirlərimdə...

    Ey məni yenə də sevən mələyim,
    Nə bu yaş mənimdir, nə o yaş sənin.
    Yenə əzəlkidir mənim ürəyim
    Təzədən sevəydim səni, kaş səni.

















    64
    Boyumdan ucadır dərdimin boyu
    Dərdimin çiyninə baş qoyasıyam.
    Mən öz taleyimlə olub qol-boyun
    Bu ömrü dərdimlə yaşayasıyam.

    Mən qəmi sevirəm, məndən qaçır qəm,
    Mən dərdin içində dərd göyərdirəm.

    Boyumdan ucadır dərdimin boyu...
    Qurtarmır özümlə qanlı döyüşüm.
    Mənim qismətimə qılınc çəkməyə
    Dərdimin əlinə girəvə düşüb.

















    65
    Deyirsən: “Qəbrimiz qoşa olacaq,
    Mən sənsiz bir gün də qala bilmərəm”.
    Deyirəm: “Özünü üzmə, ay axmaq,
    Neçə ki, sən varsan - ölə bilmərəm”.

    Özünü üzürsən, məni üzürsən,
    Əlini dünyadan niyə üzürsən?

    Gözünün yaşını sıxırsan elə,
    Əcəli söyürsən. Yox, belə olmaz.
    Sən ölsən... Yox, ölmə, sən yaşa hələ,
    Mən ölsəm qəbrimi ürəyində qaz.

















    66
    Şimalın şaxtası yandırdı məni,
    Cənubun istisi dondurdu ancaq.
    Bir zaman köksüümə sıxıb sinəni
    Deyirdin: “Ürəyin mənlə qalacaq”.

    Deyirdin ki, ürək bir yana, hələ
    Qar üstə ləpirin qalacaq mənlə.

    Şimal da, Cənub da yad oldu mənə,
    Sənə yetişməyən sözüm üşüyür.
    Çoxdan buz bağlayan sinəm bir yana
    Qar üstə ləpirim, izim üşüyür.
















    67
    Yığdığın güllərə baxıb deyirdin:
    “Qırmızı kitaba” düşəcək bunlar.
    Düz sənin böyründə, sən bilməyirdin ,
    “Qırmızı kitab”a bir namizəd var.

    Elə özün boyda çiçək idin sən,
    Ən gözəl çiçəkdən göyçək idin sən.

    Gəzsəm də arxanca belədən-belə
    Nə murada yetdim, nə kama çatdım.
    Fəqət solmaz, ülvi məhəbbətimlə
    “Qırmızı kitab”a düşəcək adım.


















    68
    Falçılar, rəmmallar çoxalıb yaman,
    Nadanlar alimə dərs keçir indi.
    Bu necə zamandı, aman, ay aman,
    Əyrilər körpüdən düz keçir indi?

    Hər şey baş-ayaqdır, hər şey tərs-avand,
    Gəl belə dövrandan indi baş çıxart!

    Mənə deyirlər ki: “Səndə ağıl var?
    Sonacan getmirsən tutduğun yolu”.
    Deyirəm: “Qardaşlar, bacılar, dostlar,
    Axmaq deyiləm ki, ağıllı olum”.
















    69
    Nə üçün sevmişəm?- demək çətindir.
    Amma nifrətimin səbəbi bəlli.
    Mənə sual vermək xasiyyətindir,
    Amma məsələnin bu deyil həlli.

    Bir zaman mən səni sevmişəm, fəqət
    Bu günsə mən sənə edirəm nifrət.

    Nifrət də, sevgi də sirr içrə sirdir,
    Tapılmaz açarı sevincin, qəmin.
    Sənə nifrətimin səbəbi birdir,
    Sənə sevgiminsə səbəbi min-min.

















    70
    Nə içmək hünərdir, nə də içməmək -
    Onun öz yeri var, bunun öz yeri.
    Ədalət naminə ayrımaq gərək
    İçə bilməyəndən içməyənləri.

    İçə bilməyənlər içirsə əgər
    Bunun cəzasını içənlər çəkər.

    Adam var əlinə düşərsə fürsət
    Qan içər. Di gəl ki, bir damla içmir.
    Mən şərabı təbliğ etmirəm, fəqət
    Şərab içməyəndən gözüm su içmir.

















    71
    Mən verən gülləri bağrına basdın,
    Öpdün, əzizlədin körpə uşaq tək.
    Mənə yaxınlaşıb sən asta-asta
    Baxdın gözlərimə gülümsəyərək.

    Sənin əllərinə uzandı əlim,
    Ürəyim atlandı, tutuldu dilim.

    Sənin təbəssümün, sənin gülüşün
    Sanki məlhəm oldu mənim ağrıma.
    Sıxdın öz sinənə mən verən gülü,
    Mənsə səni gül tək basdım bağrıma.

















    72
    Sevin qadınları, ürəkdən sevin!
    Anadır, bacıdır, yardır qadınlar.
    Büllur sütunudur onlar hər evin,
    Sərvətdir, dövlətdir, vardır qadınlar.

    Sevin qadınları, sevin ürəkdən!
    Qadınlar zərifdir güldən, çiçəkdən.

    Sevinci bahardır, kədəri qışdır,
    Qadın haqqı təndir Tanrı haqqına.
    Qadınlar ilahi heykəltəraşdı,
    Ruh verir, can verir yaratdığına.
















    73
    “Cənnət anaların ayağı altda”-
    Belə buyurubdur peyğəmbərimiz.
    Günlərin bir günü - bir xoş saatda,
    Bu dünyaya təşrif gətirmişik biz.

    Bizə layla deyib əziz analar,
    Eşqi, məhəbbəti dəniz analar.

    Analar zirvədir - zirvəyə baxın,
    Hər ana ömrünün öz mənası var.
    Analar Allaha hamıdan yaxın,
    Yəqin Allahın da öz anası var.

















    74
    Hələ inanıram Məcnun eşqinə,
    Hələ Kərəm kimi yanan var - mənəm!
    Qara qul olaydım sənə, kaş sənə,
    “Öl!” - desən ölərdim, inan, ey sənəm...

    Mən səni sevirəm! Bu eşq, bu həvəs
    Necə ilahidir, necə müqəddəs.

    Mən səni sevirəm! Gəl mənə gülmə!
    Mən - əsrin sonuncu məhəbbət Şahı.
    Mən sənsiz ölərəm! Deyirsən: “Ölmə”!
    Mən necə ölməyim? Ölürəm axı!

















    75
    Allahım, zülmünü çox görmə mənə,
    Baxma nə zamana, nə macala sən.
    Cəhənnəm oduna yansam da yenə
    Mənim əzabıma əzab cala sən.

    Mənim bu dünyada od-ocağım yox,
    Bu eşqdən savayı umacağım yox.

    Sən- ulu Yaradan, mən- bir divanə,
    Sənsən qibləgahı külli-aləmin.
    Ya Rəbbim, bu eşqi çox görmə mənə,
    Bu şirin əzabla qoy ölüm. Amin.


















    76
    Bir rəssam tanışım natürmort çəkib,
    Rəng rəngə qarışıb, “xörək” xörəyə.
    Nə vaxt görürəmsə düzü o şəkli
    Bir anda iştahım çəkilir göyə.

    Deyirəm: - Fikrini bir bizə çatdır.
    Deyir: - Çəkdiklərim abstraktdır.

    Portret işləyir başqa tanışım,
    Şəklə əlavələr edir özündən.
    “Gözəl qız” adlanan sonuncu işi
    Bütün gözəlləri salıb gözümdən.
















    77
    Sən məni yamanca yamanlayırsan,
    Hər sözün dağ çəkir mənim sinəmə.
    Sənə söz qaytarmaq deyildir asan,
    Bir də ki, nə deyim sən tək sənəmə?

    Bilirsən könlümdən gəlib keçəni, -
    Bəs niyə çarmıxa zəkirsən məni?

    Yaman əlləşirsən sən yerlə, göylə,
    Çıxırsan özündən, bir söz deyincə.
    Gəl öz sevdiyinin adını söylə -
    “Firuz Mustafa” - de, “mıs-mıs” deyincə.

















    78
    “Çaşıb iki dəfə salam vermişəm,
    Bir gündə iki yol görüşmüşük biz”-
    Sən dedin... Mən dedim: “-Gəl eyləmə qəm,
    Hər salam, hər görüş mənimçün əziz”.

    Salam, nə deməkdir? “-Sağ ol, gün aydın”!
    Gün aydın olmazdı sən olmasaydın...

    Sən mənə salam ver gündə min dəfə,
    Sənin salamına könlüm həsrətdir.
    Bu, maaş deyil ki, ayda bir dəfə
    Ola ya olmaya - bu, bəxtəbəxtdir.


















    79
    Bu ömür nə yaman uzandı belə?
    Bu qədər yaşamaq nəyimə gərək?
    Deyən, son mənzilə çox qalır hələ,
    Nə zaman dincini alacaq ürək?

    Bir sual ruhumu qurd tək gəmirir:
    Kim deyir qısadır, qısadır ömür?

    Məni ağuşuna alsa da axşam -
    Məni dərgahına çağırır sabah.
    Allahın yadından bəlkə çıxmışam?..
    Heç ölən deyiləm... Əstəğfürullah!..

















    80
    Göyə bülənd olan zülmü, zilləti
    Niyə görən yoxdur, Allah, ay Allah?..
    Yalanı, riyanı, məkri, vəhşəti
    Sinirə bilmirəm, vallah, ay Allah!

    Bu, necə dövrandır, necə zamandır?
    Yalan-həqiqətdir, doğru-yalandır!

    Heç yada düşməyir peyğəmbər, imam,
    Sənin axşamın da- sabahın olsun.
    Bəndələrin səni unudub tamam,
    Allah, barı sənin Allahın olsun!


















    81
    Yamanca gecikdi bu ilki bahar,
    Gülüm, sən bahardan vəfalı çıxdın.
    Elə soyuq keçir yenə havalar,
    Sənsə şəfəq kimi könlümə axdın.

    Sən mənə əzəldən sədaqətlisən,
    Elə bahar kimi təravətlisən.

    Günəşin yerinə ana təbiət
    Dumanı göndərib, çəni göndərib.
    Görünür, əzizim, beləymiş qismət-
    Baharın yerinə səni göndərib.

















    82
    Yaman xoşlayırıq heykəl qoymağı,
    Küçədə, bazarda, dalanda heykəl.
    Heykəllər bəzəyir bostanı, bağı,
    Kabinetdə heykəl, salonda heykəl.

    Qranit heykəllər, bürünc heykəllər...
    Bu beton, bu şüşə, bu tunc heykəllər...

    Deyəsən, heykəllər cana gələcək,
    Deyəsən, adamlar heykəlləşirlər.
    İndi adamların yerinə bəlkə
    Bu donuq heykəllər fikirləşirlər?
















    83
    İçmək istəyənçün min bəhanə var:
    Pul var - bəhanədir, pul yox - bəhanə.
    Bəhanə - quraqlıq, yaxud-yağış, qar...
    Təki sən içəsən, nə çox bəhanə...

    İzənə sağalmaq, ölmək-bəhanə...
    Ağlamaq-bəhanə, gülmək-bəhanə.

    Əgər ürəyindən içmək keçirsə,
    Bəhanə axtarma- yaxşısı budur.
    Biri bəhanəsiz yeyib-içirsə
    Əsl yeyib-içən bax elə odur.

















    84
    Məni dost yandırıb, düşmən yandırıb -
    Gör kimlər canımı qalayıb oda?!.
    Qürbət öz yerində, Vətən yandırıb -
    Bəzən övladına dağ çəkir o da.

    Eh, məni gör nələr yandırıb-yaxıb?!.
    İnanın ki, tüstüm təpəmdən çıxıb...

    Məni odlayıbdır bir dəli sevda,
    Könlümü-gözümü oda salmışam.
    Elə bişmişəm ki, odda, alovda
    Lap odadavamlı kərpic olmuşam.


















    85
    Deyirsən ki, hər yer zülmətə dönüb,
    Heç ağı qaradan seçmək olmayır.
    Elə bil dünyanın Günəşi sönüb
    Bu taydan - o taya keçmək olmayır.

    Mən öz ətrafıma baxdım bir anlıq -
    Doğrudan da hər yan zülmət, qaranlıq...

    Fəqət azalmasın eşqin, həvəsin,
    Söndürmə könlündə yanan atəşi.
    Günəş öz yerində. Gərək hər kəsin
    Elə öz içindən doğsun Günəşi.

















    86
    Çətin ki, bu yerdə məndən iz qala,
    Çətin ki, bu yerdə qərar tutum mən.
    Məhəbbət sütunlu bir altun qalam
    Xışdanıb yox oldu bircə sözündən.

    İçimi çölümə çevirdin mənim,
    Ömrümü-günümü devirdin mənim.

    Didir ürəyimi sirli suallar.
    Onsuz da ürəyim - şübhə yuvası.
    Nə məndə Məcnunluq iddiası var,
    Nə səndə bir azca Leyli vəfası.


















    87
    Bir zaman ürəyim sevmişdi səni,
    Seçmişdi ən gözəl qızlar içindən.
    Sənsə oxumaqçün nəğmələrini
    Ayrılıb gəlmişdin durna köçündən.

    Gülüm, bəxş elədin dünyanı mənə,
    Qəlbim tək ağlım da vuruldu sənə.

    Ürək də, ağıl da az imiş demə
    Sevib-seçmək üçün səntək mələyi.
    Bizim sevgimizi yayıb aləmə
    Ürəyin ağılı, ağlın ürəyi.


















    88
    Yer üzü - cəhənnəm, Göy üzü - cənnət,
    Sevənlər özünü göylərdə sanır.
    Sevməyənçün dünya qaranlıq, zülmət,
    Dərdlərin sayısa - ulduzlar sanı.

    Bax, bunu fəlakət sanıram ki, mən,
    Sevməyənlər çoxdur indi sevəndən.

    Madam Göy üzünü məskən seçiblər -
    Demək, sevənlərin cənnətdir yeri.
    Demə cəhənnəmi görməyib bəşər, -
    Cəhənnəmdir yeri sevməyənlərin.















    89
    Hələ ki, dünyanın sonu yetməyib,
    Durur Ayımız da, Günəşimiz də.
    Hələ qış gəlməyib, bahar getməyib,
    Şükür, dəyişməyib yerişimiz də...

    Durur boz çölümüz, mavi gölümüz,
    Durur tikanımız, durur gülümüz.

    Orada fəlakət, burda toy-büsat,
    Biri dağıdanda, birisi qurur.
    Mənim o tərəfdə dostum salamat,
    Şükür, bu tərəfdə düşmənim durur.

















    90
    Bilirəm içində bir iblis yatıb,
    Yatıb atılmağa fürsət axtarır.
    O iblis qaşını iblis tək çatıb
    Sözünü deməyə fürsət axtarır.

    O iblis paltarı kəfən eyləyir,
    Səni öz- özünlə düşmən eyləyir.

    O iblis necə də riyakar, xəbis -
    İçində işıq nə, zülmət də sönüb.
    Bax sənin içində yatıb bir iblis,
    Bax sənin çiyninə bir mələk qonub.

















    91
    Daha şairləri sevmir gözəllər,
    İndi tacirlərin zamanı gəlib.
    Dünən var-dövlətə ağız büzənlər
    Bu gün var-dövlətlə imana gəlib.

    Dəyişib insanlar, yaman dəyişib,
    İndi vaxt dəyişib, zaman dəyişib.

    Bu gün-güzərandan söhbət açaraq
    Deyirlər: “Şeirlə qarın doymayır”.
    Gözəllər yenə də sevərlər, ancaq
    Sevməyə... dünyanın varı qoymayır.

















    92
    Görən o adama çatarmı sözüm?
    Bilmirəm heç ona “adam “deyimmi?
    Bilmirəm mən ona həcvmi yazım,
    Bilmirəm mən onu yoxsa söyümmü?

    Acgözdür, yaltaqdır, əyri-oğrudur,
    Klassik nadandır, boynuyoğundur.

    Xəbisdir, dargözdür, iblisdir qəlbən,
    Həyasız, abırsız, utanmazdır, o.
    Üzr istəyirəm, oxucum, səndən -
    Elə bil yeriyən unitazdır, o...


















    93
    Əzəldən dünyanı belə görmüşəm -
    Bir üzü işıqdı, bir üzü zülmət.
    Dünyada nə qədər ömür sürmüşəm
    Məni dara çəkib vüsalla həsrət.

    Gah yaxıb-yandıran şimşəkdi dünya,
    Gah da ətir saçan çiçəkdi dünya.

    Dünya öz-özümlə bir görüş yeri,
    Üşüyən ruhuma çətirdi dünya.
    Mənim dərdlərimə qol-qanad verir,
    Mənim sevincimə qəbirdi dünya.













    III



    94
    Еlə gözümüzün qаbаğındаcа
    Çох şеy dəbdən düşür- qаlırıq nаçаr.
    Bəzən dəbdən düşür bircə аndаca
    Pаltаrlаr, mеbеllər, bаğlаr, bağzаlаr.

    Təntənəli аdlаr, çinlər, pаqоnlаr,
    Kitаblаr, əsərlər düşürlər dəbdən.
    Kаmfоrt təyyаrələr, yollаr, vаqоnlаr,
    Sаrаylаr, qəsrlər düşürlər dəbdən.

    Dаim dəbdə оlаn bir şеy vаr, о dа
    Sеvgidir – qоcаlmır qоcа dünyаdа.
















    95
    Sənin qəbulunа düşə bilmirəm,
    Ömür də bu yаndаn üyünüb gеdir.
    Dеyirəm bircə yоl üzünü görəm,
    Çохlаrı аrхаmcа dеyinib gеdir.

    ...Tаnrı qəbulunа yаzılmışаm mən
    Mənə rişхənd еdən, mənə gülən vаr.
    Birinin dərdinə dərmаn еtməyən
    Milyоnun dərdinə nə çаrə qılаr?

    Mən kimə üz tutum bu görüş üçün?
    Nə bir kаtibən vаr, nə bir köməkçin.

















    96
    Hürkək bахışlаrlа аltdаn- yuхаrı
    Məni mаtdım-mаtdım süzən sənəmə
    İstədim dеyəm ki, bu misrаlаrı
    Sənə həsr еdirəm, əzizim, sənə.

    Gözəllik önündə mаtım qurudu,
    Cılız misrаlаrım düşdü gözümdən.
    Gördüm bu cаzibə tаnrı nurudu-
    Kəm bахsаm özümü аlаr özümdən.

    Təbiət о zаmаn sеvər ki, səni-
    Səndə tаpа bilər gözəlliyini.
















    97
    Kаsıb kаsıblığın dərdini çəkir,
    Vаrlı hər qəpiyi sаnır qənimət.
    Hələ də çохlаrı dərk еləmir ki,
    Fəlаkət gətirir özüylə sərvət.

    Kаsıbı bəd nəzər gətirməz gözə,
    О, аz qаzаncа dа “min şükür” dеyir.
    Bəzən milyоnlаrdа səаdət gəzən
    Bir dəfə ürəkdən gülə bilməyir.

    Birisi tохluğа gеdir yохluqdаn,
    Birisi аclığа gеdir tохluqdаn.
















    98

    Çisək. Cаy sаhili. Аlаqаrаnlıq.
    Tək qаyıq. Tək qаdın. İlbiz səsləri.
    Bir аzdаn düşəcək şеhli qаrаnlıq,
    Tək bir it sаhildə gəzir sərsəri.

    Bаlıqlаr uzаqdаn bахır qаyığа,
    İlbizlər sаhildə vеrir səs-səsə.
    Qаdın bircə аddım аtsа qаbаğа
    Qоllаrı аvаr tək sulаrdа üzər.

    Sаhildə gəzişən sərsəri it tək
    Ulаmаq istəyir tənhа bir ürək.

















    99

    Bахmаq istəyirəm bu yеni filmə,
    Kаssir bildirdi ki, bilеt qurtаrıb.
    Sеvgi filminə mаrаq vаr hələ,
    Аmmа sеvmək üçün limit qurtаrıb.

    İndiki sеvgilər еyni ölcüdə,
    Еyni dəbdə оlаn pаltаrа dönüb.
    Hər şеy hеsаblаnıb pulun içində-
    Hər şеy də əvvəldən nəqdlə ödənib.

    Həyаt çıха bilmir yrni fоkusdаn,
    Filmtək çəkilib еyni rаkursdаn.

















    100

    Rеklаm hоvuzundа çimir gеcələr.
    Bu dа yеni əsr. Bu dа nеft bumu.
    Kəkilli “cücələr”... Sərхоş küçələr..
    Sənin gözlədiyin səаdət bumu?

    Bumu bəхtəvərlik, bəхtəvər оğlu?
    Döngələrdə-bаrlаr, bаrlаrdа-bаrbаr.
    İşə bах, dоğruyа “dərs “dеyir оğru.
    Bаrvеrməz fərrаşlаr bаğırır bаr-bаr.

    Yеni “еşqlə” gəlib bu yеni əsr,
    İçimdə yеl vurub yеngələr əsir.
















    101
    Аcgöz. Yеkəхаnа. Kəmfürsət. Höcət.
    Qаrnını qаrdаşdаn əzəl sаyır о.
    Bаşqа söz dеməyə dаhа nə hаcət?-
    Hər şеyi pul ilə hеsаblаyır о.

    О, bütün rəngləri bоz rəngdə görür,
    Yахşını yаmаndаn sеçə bilməyir.
    Mələyin nurunu fələkdə görür,
    Gеcədən gündüzə kеçə bilməyir.

    Zəvzək. Təkəbbürlü. Hеyvərə. Nаdаn.
    О, аdаm оlmаyıb bаşdаn-binаdаn.

















    102
    Bizdə bir cür kеçir hərənin günü,
    Kişi öz ömrünü özü yаşаyır.
    Аmmа qаdın vаr ki, оnun ömrünü
    Öz оğlu, öz əri, qızı yаşаyır.

    Qаdın yаşаmаyır öz tаlеyini,
    Оnun tаlеyini yаzаn kişidir.
    Yüz yеrdə gəzsə də öz ürəyini,
    Bir qəlbin nаzınа dözən kişidir.

    Bütün tаlеlərə qоvuşsаq dа biz,
    Özümüzün оlsun öz tаlеyimiz.
















    103
    Qаnunlаr, qərаrlаr əbəsdir əbəs,
    Hеç kimdən, hеç nədən kömək ummа sən.
    Köksündə çаğlаyаn bu еşq, bu həvəs
    Səni qоruyаcаq yаd tənəsindən.

    Siyаsət,pаrlаmеnt...rеqlаmеnt...əfsus
    Hеç nəyi həll еtmir, yаrаtmır bu gün.
    Hеç kimdən, hеç nədən inciməyək biz,
    Yаşаyаq- sən mənim, mən sənin üçün.

    Gəl gеdək, çəkilək öz hücrəmizə,
    Nаdаnlаr nə dеyir, qоy dеsin bizə.

















    104
    Gəlin tаnış оlаq yаdlаr, uzаqlаr,
    Biz niyə uzаğıq bir-birimizdən?
    Bizim hаmımızın bir Dünyаmız vаr,
    Gəlin аgаh оlаq sirlərimizdən.

    Gəlin tаnış оlаq biz təmənnаsız,
    Gəlin görüşməyək diplоmаt kimi.
    Birgə işə gеdək, bir dincələk biz,
    İşdən birgə dönək yоrğun аt kimi.

    Еynidir gеcəmiz sаbаhımız dа.
    Ахtаrsаn еynidir Аllаhımız dа.


















    105
    Yаmаncа аzаlıb sаyı-sаmbаlı,
    Qаdınlаr, qоruyun kişiləri siz.
    Dünyаdа qаlаcаq dünyаnın mаlı,
    Dünyа nеyləyəcək bəs kişilərsiz?

    Аrtıb qаyğılаrı dеmоqrаflаrın-
    Kişisiz еvlərin çoxаlır sаyı,
    Zаmаnın əsəbi çəkilib tаrım-
    Hаrdаdır hər qızın öz “оğlаn pаyı”?

    Bəs ərlər, igidlər niyə sоzаlıb?
    Kişilik аzаlıb, kişi аzаlıb?

















    106
    Yаşаyа bilmədim ömrün yаzını,
    Pаyız хırmаnı tək sоvrulmuşаm mən.
    Bəs kimin оdunа indi qızınım?-
    Özüm öz içimdə qоvrulmuşаm mən.

    İçim şərbət kimi bахışlаrını,
    İçimdə həsrətin tufаnı qоpsun.
    Göylərin sоpsоyuq yаğışlаrını
    Sən yаğdır üstümə- cаnımа hоpsun.

    Tаmаm yаd ölkədir sənin gözlərin,
    Оrаdа əzаbın оdu közərir.
















    107
    Bir dаhа gördüm ki, iyrəncdi dünyа,
    İyrəncdi təpədən-dırnаğа qədər.
    Söyüşə, döyüşə öyrəncdi dünyа,
    Mənim ümidlərim hədərmiş, hədərg

    Bаlı zəhər imiş, tikаnı çiçək,
    Sеvgisi məkirli хəyаnət imiş,
    Di bеlə dünyаnın gəl nаzını çək,
    Yаlаnı –əlçаtmаz həqiqət imiş,

    İçimi qurd kimi pаrçаlаyır qəm.
    Mən bаşqа dünyаyа çıхıb gеdirəm.

















    108
    Gözlərim içimə аçılаn qаpı,
    Özümdən о yаnı görə bilmirəm.
    Mənim ürəyimdən sеvinci qаpıb
    Qismətim qаçıbdır hаrа bilmirəm.

    Əlimə çаtmаyır Tаnrının əli,
    Əlimin оdundаn kimdi bаrının?
    Mən özüm özümdən uzаq düşəli
    Ürəyim zindаndı аrzulаrımа.

    Ulduzlаr ələnsin qоy sаçlаrımа...
    Qаpılаr çırpılır göz yаşlаrımа.


















    109
    Bu gözü, bu qаşı, bu işvə-nаzı
    Nеcə təsvir еdim mən оn sətirdə?
    Bircə bunu dеyim: zаlımın qızı,
    Çiçək görməmişəm mən sən ətirdə.

    Sənin gözəlliyin dərdə sаlıbdır
    Gündüzlər Günəşi, gеcələr Аyı.
    Bu bоydа dünyаdа söylə görüm bir
    Bəyəm gözəl yохdur səndən sаvаyı?

    Bəli, tək gəlmisən bu yеr üzünə,
    Tаnrının özü də vurulаr sənə.

















    110
    Dünyаnın ən uzun yоlu, qаdаsı,
    Uzаnır dil ilə göz аrаsındа.
    Gör bir nə vахtdаndır hаqqın sədаsı
    Çırpınır him-cimlə söz аrаsındа.

    Mən səssiz- səmİrstz sеvmişdim səni,
    Sən mənim ruhumun tilsimi idin;
    Gözünlə dеmişdin mənə sеvgini,
    Fəqət nifrətini dilinlə dеdin.

    Yоllаr qısа imiş sizdən bizəcən,
    Uzun bir yоl vаrmış gözdən sözəcən.


















    111
    Qəzаvü-qədərə inаmım çохdu-
    Еlə bu cəhətdən mən fаtаlistəm.
    Sаbаh yаşаmаğа gümаnım yохdu,
    Dеyəsən, bir аz dа nаturаlistəm.

    Pеssеmist, duаlist, rеаlist, kubist,
    Mоnаrхist, şоvinist, militaristəm.
    Bir аzcа nihilist, bir аz kоmfоrmist,
    Gаh zilə çıхırаm, gаh dа ki, pəstəm.

    Mən bеlə, Sən bеlə, О dа еlədir.
    Bütün idеyаlаr bizə tələdir.

















    112
    Göy üzü qüssədən çəkilib tаrım,
    О göylər Günəş yох, bir zülmət dоğur.
    Yаrıb tufаnlаrı, fırtınаlаrı,
    Üzürəm “sən” аdlı limаnа dоğru.

    Niyə görünməyir о limаn niyə?
    Bəlkə bir ilğımdır məni аldаdаn.
    Niyə çаlхаlаnır bu ümmаn, niyə?
    Məni kim çıхаrdаr bu qеylü- qаldаn?

    Mənim sоn pənаhım, sоn gümаnım sən.
    Mənim sоn limаnım, sоn ünvаnım sən.
















    113
    Sənin təbəssümün- sirli, suаllı;
    Gülən tаlеyimdir- gülər gözlərin.
    Sənin qəzəbinə ürcаh оlаlı
    İçimdə həsrətin оdu közərir.

    Sənin gülüşündən, təbəssümündən
    Ömrümə min ömür cаlаnır mənim.
    Könlünün qəzəbli qəhqəhəsində
    Sаnki ölüm zəngi çаlınır mənə.

    Sən öz qəzəbinlə gəl məni süslə,
    Fəqət öldür məni təbəssümünlə.

















    114
    Mənə əsər vеrdi yаzаr dоstumuz,
    Dеdi “охuyаrsаn”. Охudum mən də.
    Fikirlər qаrışıq, cümlələr bumbuz,
    Охuduqcа аzdım dumаndа, çəndə.

    Burdа nə qız qızdır, nə оğlаn оğlаn.
    Nə cins vаr, nə də ruh. Həzər, əlhəzаr!
    Охuyub düşündüm: еyvаh, аy аmаn,
    Bəlkə оrtа cinsə mənsubdur yаzаr?

    Bu nеcə əsərdi kişisi yохdur?
    Kişisi bir yаnа, dişisi yохdur.













    115

    Özü dаş dövründə ilişib qаlıb,
    Аyrılа bilməyir dərin uyğudаn.
    Di gəl ki, еkrаndа о, lövbər sаlıb
    Bizə dərs dеyir milli duyğudаn.

    Gözlər ifаdəsiz. Səs kаl. Sifət küt.
    Аyılmаz, lаp аtəş аçsаn dа tоpdаn.
    Münbit tаyfаsındа о ахtаrır büt,
    Sаnki səsi gəlir аzıхаntrоpdаn.

    Bu bаşın sаhibi görəsən nə vахt
    Kоsmоs еrаsınа gəlib çıхаcаq?

















    116

    Dоğulduğu ilin, əsrin fərqi yох
    Şаirlər hаmısı qаrdаşdı еlə.
    Özləri аc оlаr, gözlərisə tох,
    Ürək qızdırаrlаr gülə, bülbülə.

    Аltunlа, sərvətlə fəth оlunmаyаn
    Qəlbləri şаirlər sözlə fəth еdər.
    Sеvdiyi gözəli ürəkdən, cаndаn,
    Sеvmədiyi şаhı- ruhsuz mədh еdər.

    Şimаllı, cənublu, şərqli, qərbli-
    Şаirlər hаmısı qаrdаşdı, bəli.


















    117

    Nə yаmаn çохаlıb söz dəllаllаrı,
    Qаfiyəpərdаzlаr mеydаn sulаyır.
    “Şаir- mоnstrlаr” kəsib yоllаrı
    Əsl şаirləri quyulаyırlаr.

    Hаnı Bayron, Sаbir? Füzuli, Şiller?
    Kimlər аt оynаdır söz yаrışındа?
    Sахtа kоrifеylər, ахtа dаhilər
    İndi turp əkirlər şеirin bаşındа.

    “Аğ”şеir,“çəhrаyı” şеir,
    “bоz” şеir, “qаrа” şеir
    Şеirin bir rəngi vаr. Qаlаnlаr bоş şеy.















    118

    Mаcərа rоmаnın mövzusudur bu-
    Bir qızа vurulur оğullа аtа.
    Sеvgiyə hеç bir kəs qоyаmmаz tаbu;
    Nələyr görməmişik biz bu dünyаdа.?

    Аtа təcrübəli, pullu, hiyləgər;
    Övlаd qədd-qаmətli, cаvаn, sаdədil.
    Gizlində vuruşur “dоğmа rəqiblər”,
    Düşməndi, yаğıdı оnlаr еlə bil.

    ...Bəs sоnrа? Əlbəttə, dоğru suаldır;
    Hələ davamı var- bu “sеriаl”dır.















    119

    Rаkıyа bеnzеtdin sеn nаsıl şеiri?
    Dеdin ki, о- zövqçün, sеfа üçündür.
    Хаyır, güzəl dоstum, еzеldеn bеri,
    Şеir- ürеk üçün, kаfа üçündür.

    Bеn şаkа yаpmаdım, еstеfürаllаh,
    Аsl şеir: еpiqrаf- kаlbе girişdi.
    Şimdi yаzаnlаr çоk- оlаsаn аgаh,
    Fаqаt türlü şеir tаpmаq zоr işdi.

    Fаrk еtməz kim yаzmış
    sеn, о, yа kеndim,
    Şеir-şеir оlsun, cаnım, əfəndim.
















    120

    Gəncə. Аvqust аyı. Günəşli səmа.
    Üz tutub gеdirik Kəpəz dаğınа.
    Göy gölün yоllаrı bаğlıdır, аmmа
    Bizi qаrşılаyır Zаykənd, Tоğаnа.

    Bu yеrin hаvаsı еlə sərindir-
    Еlə bil qəfildən qışа düşmüşük.
    Burа ərənlərin döyüş yеridir,
    Təpələr, zirvələr çəkirlər kеşik.

    Təkcə sаz çаtışmır, zərəri yохdur,
    Kimsə rаdiоdа Bахı охudur.















    121

    О, kimi görürsə üzünə gülür,
    Nitqi bər-bəzəkli, оdlu-аlоvlu.
    Hər yеrdə hаmının gözünə girir,
    Girəndə çıхmаyır zаlımın оğlu.

    Еləcə аçıqdır dişinin üstü,
    Gülüb əl çаlməğа məclis ахtаrır.
    Bir аz skеptikdi, bir аz sаdistdi,-
    Çünki yахşıdа dа о, pis ахtаrır.

    Bах, sаkitcə durub dərdləşirik biz,
    Budur, gəlib çıхdı о pis оğlu pis.
















    122

    Bах, bu dа аzаdlıq! Öpürəm səni.
    Hаyаnа istəsən uçа bilərsən.
    Əgər istəməsən sən bu vətəni,
    Bаşqа məmləkətə köçə bilərsən.

    Аzаdsаn iş-gücdən, еvdən- еşikdən.
    Dаnışа bilməzsən- dildən аzаdsаn.
    Аzаdsаn şəfəqdən, nurdаn, işıqdаn,
    Vəzifədən аzаd, puldаn аzаdsаn.

    Və sоnrа: hər şеydən üzülsə əlin
    Sən ölə bilərsən- аzаddır ölüm.

















    123

    Dоğrаnır misrаlаr, sözlər, hеcаlаr?
    Şеir bişirirlər nеçə qаzаndа,
    İndi şеir yаzır gənclər, qоcаlаr,
    Şеir yаzır mоllа dа, qəbirqаzаn dа.

    Pеnsiоnеr-şаir, şаir-pеdаqоq,
    Şаir-traktorçu, tamada-şаir.
    Şеir yаzır gözətçi, bərbər, dеmаqоq,
    Hеsаbdаr, müfəttiş, pоlis və sаir...

    İndi gözləyən yох təbi, ilhаmı,
    Şаirlərdən bаşqа şеir yаzır hаmı.
















    124

    Sаnki dən tökülüb bu küçə bоyu,
    Cücələr еşidib gəlib “cip-cip”ə;
    О ətcə qızlаrın bir qаrış bоyu,
    Hərəsi аtlаnır bir nəhəng “Cip”ə.

    Rеp hipə qаrışıb, hip isə rоkа,
    Pоlis аyаq üstə durur birtəhər.
    Küçədən kеçənlər düşürlər şоkа,
    Gеcə sərхоş оlur dеyən bu şəhər.

    Bаrlаrdа şаmpаnlаr köpüklənirlər,
    Dаlаndа bir qızı təpikləyirlər.


















    125

    Tаnrım bаğışlаsın. Bəzən özümü
    Günаhkаr bilirəm dоğurluğumçün.
    Bəlkə günаhım vаr- аçıb gözümü
    Günаhkаr dünyаdа sаğ оlduğumçün?

    Həqiqət yаlаnlа üz-üzə gəlir,
    Dаnışmаğım - günаh, susmаğım- günаh.
    Аğrılаr ох оlub sinəmi dəlir,
    Yаzmаmаğım – günаh,
    yаzmаğım – günаh.

    Ölmək istəyirəm. Nеcə ölüm аh?
    Ölümdür dünyаdа ən böyük günаh.















    126

    Mənə hаlаllıq vеr, ulu Ərdаğım,
    Lаlə-nərgizini qохulаdığımçün,
    Mənə hаlаllıq vеr, yаşıl qоvаğım,
    Kölgəndə dincəlib yuхulаdığımçün.

    Mənə sеvgisini bir vахt аçmаyаn,
    Gözəl qız, hissini hаlаl еylə sən.
    Аğ yоl, sоyuq bulаq,
    аc qurd, bоz dumаn,
    Sizdən də hаlаllıq istəyirəm mən.

    Еy yеkəbаş cаhil, еy qəlbi çаmur,
    Könlüm təkcə səndən hаlаllıq ummur.















    127

    Mən qara güzgüyəm, qapqara güzgü,
    Hərdən kim olduğum çıxır yadımdan.
    Baxışlarım yorğun, bədənim üzgün...
    Mən canlı güzgüyəm, güzgü-adamam.

    Sən qara görürsən məndə hər şeyi -
    Özünü, dostunu, bütün dünyanı...
    Sən qara görürsən atı, eşşəyi...
    Sən duya bilmirsən səni duyanı.

    Qapqara güzgüyəm; qəlbim ağappaq,
    Sən görə bilməzsən məni, ay axmaq.

















    128
    Kiminsə qafası dayazlaşmada,
    Kiminsə tamahı dərinləşmədə.
    Bir tərəf dəmadəm qoyunlaşmada,
    Bir tərəf durmadan eşşəkləşmədə.

    Millətin yarısı milli dərdlərin,
    Milli ağrıların azarkeşidir.
    Qalan yarısının yarası dərin,
    Həm də ki, qulağı ağır eşidir.

    Bu, hansı millətdir?.. Yox, biz deyilik!
    Biz yalan sevmirik, biz düz deyirik...















    129
    Məscid də, kilsə də Allah evidir,
    Molla da, keşiş də Allahın qulu.
    Allahım, sən məni bir an sevindir,
    Gəl nura qərq elə mən gedən yolu.

    Göy üzü, Yer üzü sənindir, Allah,
    Sənindir zərrədən kainatacan.
    Bizi ağuşunda böyüdən günah
    Bizi tərk edəcək görəsən haçan?

    Allah evindədir Allah qulları...
    Sən öz qullarına rəhm elə barı.

















    130
    Yer üzü - tanrının açılmış ovcu,
    Biz orda dən gəzən sərçə kimiyik.
    Bizi addım-addım izləyən ovçu
    Bir gün ovlayacaq. Bu sirr deyil ki...

    Başımızın üstdə durna qatarı,
    Ayağımız altda ilan mələyir.
    Bizi öz ovcunda gəzdirən Tanrı
    Hərdən bircə dən-ə möhtac eləyir.

    Tanrıya açılıb bizim ovcumuz...
    Ovunu gözləyir ölüm-ovçumuz.

















    131
    Hamıdan gileyli, hamıdan qaçaq,
    Hamıdan narazı, umacaqlısan.
    Sən öz aləmində yəqin, ay alçaq,
    Hamıdan xeyirxah, qanacaqlısan.

    Halbuki heç kəsə xeyrin dəyməyib,
    Sən öz qabağına çəkmisən közü.
    Heç zaman qapını heç kəs döyməyib,
    Həmişə əllərdə olubdur gözün.

    Sənə əl verməyə əlim gəlməyir,
    “Adam” söyləməyə dilim gəlməyir.

















    132
    Həmişə sərvətdən uzaq qaçmışam,
    Sərvət olan yerdə mərifət olmur.
    Mən gülər üzlərə qucaq açmışam,
    Açıq urəklərdə xəyanət olmur.

    Elə ağrılar da sərvətdir mənə,
    Elə kasıblıq da vardı, dövlətdi.
    Kişitək yaşamaq - bu, öz yerində,
    Kişitək ölmək də elə sərvətdi.

    Gəl soxma sən gözə var-dövlətini,
    Gör nəylə heyrətə salırsan məni?
















    133
    Azəri türkcəsi - üzüağ dilim,
    Başında həmişə şimşək çaxıbdır.
    Mənim zərif dilim, utancaq dilim,
    Düşmənlərin səni küncə sıxıbdır.

    Qəlbimiz Şahdağtək, Əlviztək uca,
    Hamıyla “dil tapıb” anışırıq biz.
    Ölüylə ərəbcə, diriylə rusca,
    Xəstəylə latınca danışırıq biz.

    Mənim ana dilim, mehriban dilim,
    Nə vaxt deyəcəksən “qana-qan” dilim?

















    134
    Bilmirəm kimdədir, nədədir günah:
    Məsləkdə, əxlaqda, dində, ya dildə?
    Nə bəndə sayırıq, nə də ki, Allah -
    Gah bəmdə gəzirik, gah da ki, zildə.

    Nadan, təkəbbürlü, acgöz, boşboğaz,
    Yalançı, talançı - bu, bizik deyən.
    Biz nə çoxdan çoxuq, nə də azdan az;
    Yüzümüz baxanıq, birimiz yeyən.

    Bir az gözütox ol, dostum, qardaşım,
    Soydaşım, sirdaşım... Ağardı başım.

















    135
    x+y=z
    Ölənlə öldürən təndi dünyada.
    Bu jurnal, bu kitab, bu da ki, qəzet:
    Həqiqət müstəcəb olur röyada.

    Dünya özü boyda tikanlı qəfəs,
    Biz o qəfəsdəyik - qolları bağlı.
    İkslə iqrekdən xətər yetişməz,
    Korlayır işləri zet zalım oğlu.

    x+y=?
    Danışma, əzizim, ağzına su al.

















    136
    Dara, gözlərinlə ruhumu dara,
    Çal könül sazımı kirpiklərinlə.
    Fələklər qəlbimi çəksə də dara
    Səbr etmək öyrədib mələklər mənə.

    Daha səngimişəm düzənlər kimi,
    Əlçatmaz zirvələr könlümə yaddır.
    Daha səslənməyir könlümün simi,
    İçimdə sükutun tufanı yatır.

    Dara hisslərimi, duyğularımı...
    Sən ərşə qovmusan yuxularımı.


















    137
    Ölür gözlərimdə bir yaşıl ümid,
    Sapsarı ayrılıq çökür gözümə.
    Unut, mənim gülüm, gəl məni unut,
    Bax, əcəl əlini çəkir gözümə.

    Unut dərdlərini, ağrılarını,
    Qoy ayrı havaya köklənsin ürək.
    Unut sən gecəki yuxularını,
    Həmişə gündüzlər unutduğuntək.

    Unut... Ölən ümid göyərən deyil...
    Unut... Arzularım yeriyən deyil...
















    138

    Mən yenə əzəlki Firuzam, gülüm,
    Mənim çiçəkləyən saçıma baxma.
    Yenə əzəlki tək yalqızam, gülüm,
    Üst-üstə yığılan yaşıma baxma.

    Yenə əzəlki tək bir az əsəbi,
    Bir az da sadəlövh, dəymədüşərəm.
    İçimdə qövr edən kini, qəzəbi
    Yenə də heç nəyə mən dəyişmərəm.

    Yenə də əzəlki Firuzam, Firuz...
    Yenə əzəlki tək yalqızam, yalqız.















    139

    Məşuqəsi üçün şеirlər yаzır,
    «Fikir mеşə»sində аzır nеçə yоl.
    Bоyаt qаfiyələr, təşbеhlər hаzır,
    Bəh-bəhi, cəh-cəhi, qəh-qəhi bоl-bоlg

    Di gəl ki, еvində öz аrvаdınа
    Bir kəlmə söz dеmir söyüşdən аyrı.
    Həttа, hirslənəndə yаzıq qаdınа
    «Yumruq plаnın»dаn “pаy” dа аyırır.

    Məşuqə - yupyumru, аrvаd gön-dəri;
    Bu dа millətinin milli gеndеri.

















    140
    Deyirsən: ağlını başına topla...
    ...Mən necə toplayım olmayan şeyi?
    Deyirsən: yatmırsan sən ipə-sapa...
    ...Sənin ip-sapın da heç mənlik deyil.

    Deyirsən: dilini özündə saxla...
    ...Onsuz da həmişə dilim qısadır.
    Deyirsən: dostları ara, soraqla...
    ...Dostlarım mənsiz də var olasıdır.

    Deyirsən: gəlməyib sənin zamanın.
    Deyirəm: gəlməyə yoxdur gümanım.















    141
    Canım Paqanini, az gözlərini,
    Yenə cıx sinənə ckripkanı sən.
    Sənin ovcundakı qan izlərini
    Öz alın yazıma bənzədirəm mən.

    Canım Paqanini, gümüş simləri
    Dilləndir könlümün telləri kimi.
    Şimşək zaxımları, yel əsimləri
    Qoy olsun könlümün qəzəbi, kini.

    Canım Paqanini, çal skripkanı,
    Eh, səni dinləyən, anlayan hanı?

















    142

    Özünə bənzəyir şeirləri də,
    Yaltaqlıq tökülür hər misrasından.
    Zahirən hər şeyi yerli-yerində,
    Di gəl ki, əyləşib şər qapısında.

    Bütün nazirlərə, deputatlara,
    Bütün rəislərə şeir ithaf edib.
    Bütün yaxşılara yaxıbdır qara,
    Bütün əclafları öyüb, mədh edib.

    Bir şeyi anlaya bilmirəm, vallah,
    Haradan çıxıbdır bu qədər məddah?..








    143

    Mənim şеirlərim sоyuqdur bir аz,
    Duyulmur könlümün оdu, istisi,
    Оrdа təmtərаqdаn əsər tаpılmаz,
    Görünməz аl şərаb, kаbаb tüstüsü.

    Mənim əhаtəmdə аzdır аdаmlаr,
    Tоst dеyən dоstlаr dа dəyməyir gözə.
    Bu cür kişiləri sеvməz qаdınlаrg
    Sеvirəm özümlə durum üz-üzə.

    İstəsən gəl sоyuq könlümə аğlа:
    Sеvirəm mən оdlu, qаynаr аğıllа.
















    144

    Sanki poliqlotdu zalım balası,
    Hansı dildə desən üyüdüb-tökür.
    Di gəl ki, heç kəsə o qulaq asmır,
    Dişi xırman döyür, dili xış çəkir.

    Zəvzəkdi, naqqaldı, çənəsi sazdı,
    Dinib-danışana verməyir aman.
    Elə boşboğazdı, elə dayazdı
    Bir söz soruşmağa olursan peşman.

    Bir ildə təzə dil öyrənən sarsaq,
    Susmağı öyrənmir yüz ildi ancaq.
















    145

    Deyirsən bu dünya elə böyükdür,
    Udur xeyiri də, udur şəri də.
    Deyirsən dərdimiz bir ağır yükdür,
    Təkcə dünya çəkər bu dərd-səri də.

    Sənə əlçatmazdır aylar, ulduzlar,
    Səninçün hüdudsuz kürrədi dünya.
    Mənim ürəyimdə min bir dünya var,
    Mənimçün bir kiçik zərrədi dünya.

    Daxili dünyamız xaricdəkindən
    Böyükdür, çox böyük –
    deyərdim ki, mən.















    146

    Ağ yağış, ağ bulud, ağ yol, ağ səma...
    Ağ çiçək boylanır ağ pəncərədən.
    Ağappaq yelpəyə bənzəyir duman,
    Ağ çaylar ağ at tək çapır dərədə.

    Ağ bina. Ağ salon. Ağ kreslolar.
    Ağ tavan. Ağ divar. Ağ lümineslər.
    Əyləşib salonda qarasaç qızlar.
    Ağ şeir oxuyur ağsaçlı şair.

    Gün vurur torpağın açılır donu,
    Qara günlərimin yetişmir sonu.















    147

    (1)

    Könlümün gözləri kоr оlub indi.
    Оrdа yuvа qurub külü həsrətin.
    Kеçmişə qаyıtmаq mənə çətindi,
    Kеçmişdən qоpmаqsа оndаn dа çətin.

    Məni isitməyir оdlаr, оcаqlаr,
    Yаyın оrtаsındа titrəyirəm mən.
    Аrхivə gömülüb sеvgili çаğlаr,
    İndi kеçmişimin vitriniyəm mən.

    İndi pərdə çəkib ruhumа sükut,
    Unut, qаdаn аlım, sən məni unut.















    148

    ( 2)
    Dаhа sаlаmımı аlmаyır vüsаl,
    Həsrətin dоlаnbаc yоlu qısаldı.
    Nidaya dönübdür brlə bir suаl:
    Bəlkə bu аyrılıq еlə vüsаldı?

    Bəlkə inləmək də yеrsizdi dаhа?-
    Bеlə buyurubmuş qəzаvü-qədər.
    Bаtmаq istəmirəm yеnə günаhаg
    İndi аğlаmаq dа hədərdir, hədər.

    Tökür göz yаşını ystümə bulud,
    Unut, qаdаn аlım, sən məni unutg
















    149

    (3)
    Оnsuz dа dərdimin dərdi bilinmir,
    Sən də bir tərəfdən dərd ələyirsən.
    Оnsuz dа gözümün yаşı silinmir,
    Sənsə hisslərimi rəndələyirsən.

    Həsəd еdənlər vаr bu zillətimə,
    Хоşbəхtlər dərdimə “müştəri” оlur.
    Gəl sığınmа mənim “fərаsətimə”,
    Kirpiyin gözümün nеştəri оlur.

    Gəl məni nə охşа, nə də ki, оvut,
    Unut, qаdаn аlım, sən məni unutg
















    150

    Dünən telefonum qəfil zəng çaldı,
    Sən demə Tanrıymış arayan məni.
    Heyrətdən əllərim üzümdə qaldı,
    Elə bil ki, vurdu cərəyan məni.

    Kefimi soruşdu, qatdı başımı,
    Könül harayıma hay verdi Tanrım.
    Daha kasıblığın atdım daşını -
    Mənə Günəş verdi, Ay verdi Tanrım.

    Telefon dəstəyi düşmür əlimdən -
    Yenə Tanrı zəngi gözləyirəm mən.















    151

    Bizim ikimiz də xarizmalıyıq,
    Qırmızı kitaba yazılmalıyıq.

    Sən mənim sözümə sözlə çıxırsan,
    Nifrətimiz əkiz, eşqimiz əkiz.
    Dünyaya mən baxan gözlə baxırsan,
    Aləmi eyni cür anlayırıq biz.

    Qızılgül üstündə qoşa tikanıq,
    Həmişə sancırıq bir-birimizi.
    Birgə sevinənik, bir dərdçəkənik,
    Tanrı xarizmatık yaradıb bizi.
















    152

    Bəlkə də bu dünya ayrılıq yeri,
    Bəlkə də o dünya görüş yeridir.
    Dostlarım, mən sizsiz keçən günləri
    Sizli günlərimtək sayıram bir-bir.

    Biz ki ayrılmışıq görüşmək üçün,
    İndi doğma olub kədər də, qəm də.
    O dünyada görüş baş tutar bir gün,
    Fərqi yox- cənnətdə, ya cəhənnəmdə.

    Siz harda olsanız qaranlıq sönər,
    Cəhənnəm çevrilib cənnətə dönər.














    153
    Paravoz dartınır, tərpənir qatar,
    Dillənir relslər qoşa sim kimi.
    Gör göyün üzündə nə ehtişam var,
    Gecə çətir kimi açır pərdəni.

    Bu gedən qatara çiçəklə birgə
    Bir qatar təbəssüm yükləmişəm mən.
    Bu qatar dönübdür əlvan çələngə,
    Gələn qatarları bəkləmişəm mən.

    Təbəssümlə dolu əlvan qatarlar,
    Çiçək əvəzinə gülüş satarlar.

















    154
    Bir vахt sеvmisənsə… sеvmisən əlbət.
    Yеnə sеvirsənsə, dеməli sаğsаn.
    Fəqət ürəyinə çökübsə zülmət
    Çətin ki, sən məni аnlаyаcаqsаn.

    Burdаkı hər kəlmə, hər söz, hər sətir
    Sənindir, sеvilən- sеvən охucum.
    Sеvmək də- ölməktək elə çətindir,
    Burаdа nə ilk vаr, nə də sоnuncu.

    Охuçum, sənədir bu qısа хitаb;
    Sevənlər üçündür bu kiçik kitab.












    QOŞMALAR

    AĞRIYIR

    Həkimlər, təbiblər qalsın bir yana,
    Özüm də bilmirəm haram ağrıyır.
    Mənim dərdlərimin dərdi dərindi,
    Yaramın içində yaram ağrıyır.

    Nə dözümüm qalıb, nə də ki, tabım,
    Elə bil bağlanıb hesab-kitabım,
    Rənglərə bölünüb dərdim-əzabım,
    Ağım dura-dura qaram ağrıyır.

    O kimdir, yolunu bu yandan salıb,
    Firuzun ağlını başından alıb,
    Mənim komediyam faciə olub,
    İçimdə bir qəmli dram ağrıyır.










    QURBANIN OLUM

    Könlümdən haqq-hesab tələb edirsən,
    Bu, sənin haqqındır, qurbanın olum.
    Könül verdiklərim könlümü qırır,
    Bu, mənim baxtımdır, qurbanın olum.

    Əzəldən belədir mənim qismətim,
    Vüsaldan uzaqdır hicrim, həsrətim,
    Hər sınaqdan çıxan təmiz niyyətim
    Padşahlıq taxtımdır, qurbanın olum.

    Firuz könül verdi səntək sənəmə,
    Gör necə dağ çəkdin, zalım, sən mənə.
    İnanma, nə qədər döysəm sinəmə,
    Səngiyən vaxtımdır, qurbanın olum.










    GÖRMÜŞƏM

    Var-dövlət əsiri olanları mən
    Saxta, təkəbbürlü, nadan görmüşəm.
    Ac canavar kimi əlinə düşən
    Hər şeyi gəmirib udan görmüşəm.

    Beləsi nəfsinin quluna dönər,
    Ağa eşşəyinin çuluna dönər,
    Tapdanıb dəyirman yoluna dönər,
    Lap keçər çörəkdən-sudan, görmüşəm.

    Ey Firuz, özünü çox sayma haqlı,
    Dünya insanlardan daha maraqlı…
    Bu ikiayaqlı, burun-qulaqlı
    Sürünün içində adam görmüşəm.










    OLMAZ

    Nə tufandan çəkin, nə qasırğadan,
    Cəfasız ömürdə bir səfa olmaz.
    Haqqın ətəyindən yapışsa insan
    Binəva dünyada binəva olmaz.

    Hamını keçirir zaman ələkdən,
    Doğrunu ayırır fitnə-kələkdən.
    Sən öz dostlarını sevsən ürəkdən,
    Dostların heç zaman bivəfa olmaz.

    Keçirmə kamana sən oxu yandan,
    Qəlbimdən keçəni sən oxu yandan.
    Molla Pənah olmaz hər oxuyandan,
    Hər yazandan Firuz Mustafa olmaz.









    ÖZÜMƏ XİTAB

    Ağaclar quruyub, çiçəklər solub,
    Arzular solmayıb, Firuz Mustafa.
    Dünyanın sahibi hələ dünyaya
    Deyəsən gəlməyib, Firuz Mustafa.

    Çoxlarının mənə budur sualı:
    Niyə bu dünyadan olmadın halı?
    Dünyada qalacaq dünyanın malı,
    Heç kəsə qalmayıb Firuz Mustafa.

    Bir qəzavü-qədər gəlsə başıma,
    Tökmə göz yaşını sən baş daşıma.
    Günlərin bir günü çıxar qarşına,
    Görərsən ölməyib Firuz Mustafa.










    MƏN

    Deyirlər doğulan ölür bir zaman,
    Ölməkçünmü gəldim bu cahana mən?
    Nə qədər sağamsa topraq üstəyəm,
    Ölsəm çəkilərəm asimana mən.

    Bir cüt odlu gözdən şəfəq içərəm,
    Gah sevinc əkərəm, gah qəm biçərəm,
    Ömür köhlənini sürüb köçərəm
    Düşsəm gah tufana, gah borana mən.

    Təkcə könül olar könlün hakimi,
    Gürşad da yuyammaz ürəkdən kini,
    Dağlardan baş alan dəli cay kimi
    Axıb qoşularam bir ümmana mən.

    Əriyər sinəmdə həsrətin buzu,
    Ay mənim bəxtimin yaşıl ulduzu,
    Bu qədər sınağa çəlmə Firuzu
    Onu çox çəkmişəm imtahana mən.






    QADASI

    Gedən gedər, geri dönməz bir daha,
    Bu taledi, bu qismətdi, qadası.
    Ümid edib bel bağladıq sabaha,
    Hər gələn gün fəlakətdi, qadası.

    Ovxarlanan kipriklərdə yaş bitər,
    Buxovlanan ürəklərdə daş bitər,
    “Ol” deyən var “öl” deyəndən beşbetər,
    “Ol” da, “öl” də xəyanətdi, qadası.

    Dəf olunan ağrılara inanma,
    Dəfn olunan nağıllara inanma,
    Vəsf olunan ağıllara inanma
    Ağıl başa bir töhmətdi, qadası.

    Gözlərimdən közərtilər soğulmaz,
    Ürəyimdə yaralarım sağalmaz,
    Eşq oduna qalananlar sağ olmaz,
    Ömür sənsiz rəzalətdir, qadası.

    Bu dünyada mən məcnuna, sən Leyli,
    Dünya məndən, mən dünyadan gileyli,
    Hara getsən sən Firuza əl eylə,
    Dünya bizlə bir cənnətdi, qadası.


























    DOYMADIM

    Həsrət könlüm dumanladı, sislədi,
    Hisslərimi əsən yellər süslədi,
    Dağlar məni zirvəsinə səslədi,
    Mən özümü dağ başına qoymadım.

    Şər xeyirin qapısını pusanda,
    Bildim susmaq danışmaqdan asandı.
    Bədxahların bəd üzündən usandım,
    Gözəllərin gözlərindən doymadım.

    Qansız gördüm sındı qolum-qanadım,
    Qanmaz gördüm sanki ruhum qanadı.
    Çoxu məni tənələdi, qınadı,
    Köpüklənən təriflərə uymadım.

    Demirəm ki, pullu oldum dünyada,
    Böyük oldum, ulu oldum dünyada.
    Sayanların qulu oldum dünyada,
    Saymayanı əzəl gündən saymadım.

    Firuz, sənin əzabına kim dözər?
    Bu dünyada nə axır var, nə əzəl.
    Bir vaxt mənə könül verdi bir gözəl,
    Niyə onun sevdasını duymadın?


























    MƏN OLMAYANDA

    Dərdimin üstünə dərd əkən mələk
    Dərdimi çəkəcək mən olmayanda.
    Mənim göz yaşımı qurudan fələk
    Göz yaşı tökəcək mən olmayanda.

    Tükənib diləyim, qalmayıb heyim,
    Dərdimin dərdini mən kimə deyim?
    Tufanda yol azan qara taleyim
    Mənə yol çəkəcək mən olmayanda.

    Sənsiz yetim qalıb bu od, bu ocaq,
    Firuz Mustafaya açginən qucaq,
    Səni kim sevəcək, kim oxşayacaq,
    Kim nazın çəkəcək mən olmayanda?










    ALLAHIN OLSUN

    Dəhşətdir bir tikə ağlın olmaya,
    Amma dünya boyda tamahın olsun...
    Zülmətə qovuşan sübhə sevinmə,
    Qoy zülmətdən sonra sabahın olsun.

    O göylər, bu yerlər olsun dayağın.
    Hər gün bir qitəyə dəysin ayağın.
    Az gəz bu dünyada dərvişsayağı-
    Qoy sənin nə qulun, nə şahın olsun.

    Fələyin ovcundan su içər kələk,
    Ölüm duamızı oxuyar külək,
    Var-dövlət gözləmə məndən, ey mələk,
    Dar gündə ürəyim pənahın olsun.

    Yaşamaq istəsən ya öy, ya öyün;
    Nə qədər dillərə vurulub düyün.
    Səni bəndələrin aldadır bu gün
    Allah, barı sənin Allahnn olsun.
    1985




    SƏNİN

    Tanrının verdiyi gözəllik ki, var
    Qızıldan qiymətli taxtındı sənin.
    Ömrün dəniz kimi kükrəyər, coşar
    Bu ömür qismətin, baxtındı sənin.

    Mən elə yanmışam sönən deyiləm,
    Məcnunluq yolundan dönən deyiləm.
    Canımı alsan da dinən deyiləm,
    Bu da haqdan gələn haqqındı sənin.

    Gözəl, mən gedirəm üzü payıza,
    Sənisə arzular aparır yaza.
    İstəsən heç salam vermə Firuza,
    İndi göylə gedən vaxtındı sənin.

    1985








    ÖLMƏYƏ DƏYƏR

    Gəlim, dərdlərimə bir çarə eylə,
    Sənin ayağına gəlməyə dəyər.
    Silim göz yaşını kipriklərimlə,
    O inci yaşları silməyə dəyər.

    Dərdimi hamıdan gizli saxladım,
    Zülmətə bürünüb qara bağladım,
    Mən ağlyıb güldüm, gülüb ağladım,
    Ağlamağa dəyər, gülməyə dəyər.

    Bilmirəm bu sirri haradan bilim:
    Niyə hüzüründa tutulur dilim?
    Firuz, qoy sevincdən, sevgidən ölüm,
    Dəyər, bu sevgiyçün ölməyə dəyər.










    MƏNƏM

    Gecə ulduzlarla gülüb danışan,
    Səhərlər Günəşlə oyanan mənəm.
    Özümü odlayır alovum-közüm,
    Həm yandıran mənəm, həm yanan mənəm.

    Sən mənsiz alova-külə dönərdin,
    Qışda şaxta vuran gülə dönərdin.
    Səhrada səngiyən selə dönərdin,
    Özün də bilmirsən həyanın mənəm.

    Bir uzaq işığı tutub gedirəm,
    Ağrını-acını atıb gedirəm.
    Tək sənin qarşında səcdə edirəm,
    Hamıdan ucada dayanan mənəm.










    XANIM

    Əvət, İstanbulda rast gəldim sənə,
    Məni öz yolumdan saxladın, xanım.
    Bir vaxt dağ çəkmişdin mənim sinəmə,
    İndisə ruhumu dağladın, xanım.

    Bu təsadüf xoşmu, bədmi, bilmədim,
    Bosforda baharmı, qışmı, bilmədim.
    Gözlərindən axan yaşı silmədim,
    Sən mənim gözümlə ağladın, xanım.

    Gəzdik Gülxanəni, Qadıköyü biz,
    Vurduq bir-birinə yeri-göyü biz,
    Şərbətə döndərdik acı meyi biz,
    Rakını ətirtək qoxladın, xanım.

    Əridik siqaret dumanında biz,
    Bir tərəfdə zülmət, bir yanda dəniz.
    Dayandı üz-üzə bir qul, bir kəniz,
    Məni yaman yerdə haxladın, xanım.

    Budu ha, yetişdi ayrılıq dəmi,
    Uzaqda bayquştək uladı gəmi.
    Qaçdı bu görüşün ləzzəti, təmi,
    Səbrimi səbrinlə yoxladın, xanım.

    Dedim: “Sübhə qədər dərdləşək barı”,
    Dedin: “Sən bir qoca, mən isə qarı”...
    Ümid adasına gedən yolları
    Qranit hasarla bağladın, xanım.

    08.08.199...



















    VƏTƏNDİR
    Aşıq Şahbaziyə məktub

    Deyirsən: haradan başlayır Vətən?
    O yanan ocağın közü Vətəndir.
    Halal çörəyimiz, halal ruzimiz,
    Açıq süfrəmizin duzu Vətəndir.

    Qollarım körpüdür o tay-bu taya,
    Təbrizdən yol gedir Alpa, Altaya.
    O kükrəyən dəniz, o yalçın qaya,
    O qara daşların üzü Vətəndir.

    Abbas Tufarqanlı bu yandan keçib,
    Teymurun qılıncı düşməni biçib.
    Təbiət bulağın gözünə köçüb,
    Ceyranın, cüyürün izi Vətəndir.

    Məqribdən məşriqə, zərrədən küllə,
    Dərədən zirvəyə, gülşəndən gülə,
    Canım sənə desin, belədən-belə
    Vətənin hər oğlu, qızı Vətəndir.

    Göyçənin dumanı, Dərbəndin yazı,
    Ulu Borçalının qızıl payızı,
    Səlcuq Şahbazinin sədəfli sazı,
    Firuz Mustafanın sözü Vətəndir.
    2016
























    ÖZ SÖZÜN OLSUN

    Gah iblis dərs deyir sənə, gah mələk,
    Çalış bir sifətin, bir sözün olsun.
    İlk arzun həyatda sevmək, sevilmək,
    Şərəfli ölümsə son arzun olsun.

    Şəri boğ, xeyirə sən sinə gərmə,
    Qəlbini heç zaman şeytana vermə,
    Gündə min libasa, min dona girmə,
    Həm məsləkin olsun, həm ruzun olsun.

    Bütün qitələrə yolun olunca,
    Yanında kənizin, qulun olunca,
    N qədər tanışın, pulun olunca,
    Təki bircə dənə Firuzun olsun.










    ALLAH

    Mənim astarımı üzümə çevir,
    Agah et mən kiməm mən nəyəm, Allah.
    Məni kim qınayır, məni kim sevir,
    Neçün həqiqətə təşnəyəm, Allah.

    Göydə sonuncuyam, yerdə birinci,
    Dışda bir zülmətəm, içdə bir inci,
    Küllün zərrəsiyəm, qəmin-sevinci,
    Mən dərdin özündə nəşəyəm, Allah.

    Sənin yaratdığın, yaşatdığın biz,
    Birimiz müqəddəs, birimiz xəbis.
    Mən haqqın yanında bəlkə də iblis,
    İblisin yanında mələyəm, Allah.

    Dərdimi mən kimin adına yazım?
    Qışın boranına tuş gəlib yazım;
    Belə yazılıbdır əzəldən yazım,
    Haqqa qovuşmamış diləyəm, Allah.

    Firuz, hər gələn gün ömrə tələdi,
    Dünya yaranandan elə belədi.
    Mənim hüzurumda şah da kölədi,
    Sənin hüzurunda köləyəm, Allah.


























    ÇƏKDİ

    Dərdi dərd çəkənə göndərir Allah,
    Mən dərdi çəkmədim, dərd məni çəkdi.
    Nə yerdə qınaq var, nə göydə günah,
    Dərə buludları, dağ çəni çəkdi.

    Bəd yeyi bəyənməz, nadan xocanı,
    Dil sözü əridər, sözsə hecanı,
    Heç kəs ayırammaz cismdən canı,
    Ağrı qəlbi çəkdi, ruh təni çəkdi.

    Adam var yaxşıdı, adam var pisdi,
    Biri xeyirxahdı, biri xəbisdi.
    Firuz həm optimist, həm pessimistdi,
    Gözüylə o, qəmin şəklini çəkdi.










    OLA

    Yarıb keçmək üçün zülmət gecəni
    İti oxun ola, kamanın ola.
    Heç vaxt qorxutmaya boran-qar səni,
    Tufanın içində tufanın ola.

    Köksün sıxılsa da bir daş qəfəsdə,
    Haqqı danmayasan ən son nəfəsdə,
    Dördnala çapasan sən şərin üstə,
    Bir az yaşamağa gümanın ola.

    Ey Firuz Mustafa, quş tək uçasan,
    Gələn arzulara qucaq açasan,
    Bu vaxtı, zamanı qırıb qaçasan,
    Özünün ayrıca zamanın ola.












    GÜLÜRLƏR

    Övladım, bax, zaman tərsinə axır,
    Namərdi vəsf edib, mərdə gülürlər.
    Bağrımın başında ildırım çaxır,
    Dərdlə həmdərd olan dərdə gülürlər.

    Bir cavab tapılmır min bir suala,
    Gah mıxa vururlar, gah da ki nala,
    Mələklər şeytandan dərs alıb, bala,
    Göydə ağlayırlar, yerdə gülürlər.

    Dişisi erkəkdir, erkəyi dişi,
    Dünyadan baş açmaz indi hər kişi.
    Firuz, gülməlidir dünyanın işi,
    Bir dəfə gülənlər bir də gülürlər.









    SƏNƏ

    Bütün ömrüm boyu mirzən olmuşam,
    İndisə eylərəm xocalıq sənə.
    Qoy uca zirvələr olsun məskənin,
    Ucalıq gətirər ucalıq sənə.

    Dumanlar içində əriyər güman,
    Mən yelkənsiz gəmi, sən uzaq liman.
    Hansı sözü deyir sevəndə insan,
    Sözüm var cəmi üç hecalıq sənə.

    Köksümü açmışam əsən yellərə,
    Qırov ələnəbdir qara tellərə.
    Firuz, salam söylə gələn illərə
    Gör necə yaraşır qocalıq sənə.
    20.09.2017










    BƏLLİDİR

    Gizli qalmayacaq dünyada heç nə,
    Sirləri faş edən sirrim bəllidir.
    Ey könül bayquşu, nə deyim sənə,
    Xeyirim bir yana, şərim bəllidir.

    Bu əyri yollarda gümanım azır,
    Tale məktubunu alnıma yazır.
    Yolunda başımdan keçməyə hazır
    Ehramım, məbədim, pirim bəllidir.

    Firuz, davam edir səninlə davam,
    Dövran kələkbazdır, sən isə avam.
    Yoxdur bu dünyada mənim yurd-yuvam,
    Amma o dünyada yerim bəllidir.










    BAŞQA

    Daha uçurumlar qorxutmur məni,
    Düşməyə yerim yox gözündən başqa.
    Tale oxumağa, dərs öyrənməyə
    Bir kitab tapmadım üzündən başqa.

    Doğmalar başına çəksə də tumar,
    Qəlbinə qəriblik yağışı damar.
    Adam var hamıdan məhəbbət umar,
    Heç kəsi bəyənməz özündən başqa.

    Ay Firuz Mustafa, əl çək xülyadan,
    Riyaya tuş oldun şirin röyadan.
    Sən də köçəcəksən bir gün dünyadan,
    Heç nə qalmayacaq sözündən başqa.








    MƏN

    Deyirlər, doğulan ölür bir zaman.
    Ölməkçinmi gəldim bu cahana mən?
    Nə qədər sağamsa torpaq üstəyəm,
    Ölsəm çəkiləcəm asimana mən.

    Bir cüt odlu gözdən şəfəq içərəm,
    Gah sevınc əkərəm, gah qəm biçərəm,
    Ömür köhlənini sürüb köçərəm
    Düşsəm gah tufana, gah borana mən.

    Təkcə könül olar könlün hakimi,
    Gürşad da yuyammaz ömürdən kini.
    Dağlardan bac alan dəli çay kimi
    Axıb qovuşaram bir ümmana mən.

    Əriyər sinəmdə həsrətin buzu,
    Ay mənim bəxtimin yaşıl ulduzu,
    Bu qədər sınağa çəkmə Firuzu,
    Onu çox çəkmişəm imtahana mən.
    1972




    GÜLLƏR

    Bizim bağçamıza qonaq gəlibdir
    Sənin axtardığın, gəzdiyin güllər.
    Sancılıb sinəmə ulduz tək yanır
    O güll əllərinlə üzdüyün güllər.

    Ürək ötüb keçən hər anı sayır,
    Oğulsan yaxşını yamandan ayır.
    Mənim taleyimə yaman oxşayır
    Sənin ayaqlayıb əzdiyin güllər.

    Bir gün gözlərimi qapasa ölüm,
    Hönkürüb ağlarsan sən zülüm-zülüm.
    Onda göz yaşınla islanar, gülüm,
    Qəbrimin üstünə düzdüyün güllər.











    DƏYƏR

    Məndən incimisən, incimə hələ,
    Sənin ayağına gəlməyə dəyər.
    Sənin göz yaşını kipriklərimlə
    Qurutmağa dəyər, silməyə dəyər.

    Dərdimi hamıdan gizli saxladım,
    Qaraya büründüm, qara bağladım,
    Mən ağlayıb güldüm, gülüb ağladım,
    Ağlamağa dəyər, gülməyə dəyər.

    Bilmirəm bu sirri haradan bilim,
    Niyə hüzurunda tutulur dilim?
    Firuz, qoy sevincdən, sevgidən ölüm,
    Dəyər, bu sevgiyçün ölməyə dəyər.









    BU YAŞDA
    (zarafatyana)

    Qocaman şair dostuma xitabən

    Qocalıq gələndə dərd də gətirir,
    Çıxmırsan təpəyə, dağa bu yaşda.
    Cavanlar-cahıllar bir yana qalsın,
    Sənnən məzələnir çağa bu yaşda.

    Azardan-bezardan elə bezarsan,
    Sən özün-özünə namə yazarsan.
    Tək gəzib-dolaşma yolda azarsan,
    Boylanma gəl sola, sağa bu yaşda.

    Firuznan çox yerə eylədin güzar,
    İndi bir qədəhdən olursan xumar.
    Dedin, yetmiş yaşlı bir gözəlim var,
    Qarı da pis deyil, qağa, bu yaşda.







    ADAM

    Dünyanın ağrısı gəzir canımda,
    Məqribdən Məşriqə getmişəm, Adam.
    Xəyal dəryasında, eşq tufanında,
    Fikir dumanında itmişəm, Adam.

    Başımda illərin qırovu, çəni,
    Qulaq eşitməyir ağız deyəni,
    Bəlkə də Əzrayıl axtarır məni,
    Ömür bitən yerdən bitmişəm, Adam.

    Bilmirəm “yetmiş”in mənası nədir,
    Bəlkə yetginliyə bir işarədir.
    Ehey, eşidirsən, sözüm sənədir,
    Mən öz “yetmiş”imə yetmişəm, Adam.










    GÖZƏLDİR

    Baharda bənövşə, yayda qərənfil,
    Payızda tökülən xəzəl gözəldir.
    Aşıq məclisində qoşma, gəraylı,
    Muğam məclisində qəzəl gözəldir.

    Yox olub şaxtası, əriyib donu,
    Sevgidən biçilib dünyanın donu.
    Sonun əzəliyəm, əzəlin sonu
    Həmişə axırdan əzəl gözəldir.

    Sevib sevilməyən heç vaxt ucalmaz,
    Firuz Mustafadan kimsə bac almaz.
    Gözəllik qocalmaz, gözəl qocalmaz,
    Elə hər yaşında gözəl gözəldir.










    DEYİNCƏ

    Bir dilin içində min dil gizlənər,
    Dilim dilimlənər “kamus” deyincə.
    Namusa and içmə gündə min kərə,
    Namussuz tanınar “namus” deyincə.


    Tənəndən od içrə dağlanar tənim,
    Göyə bülənd olar naləm, sitəmim.
    Kölgələr üstümə yeriyər mənim,
    Sən göyə üz tutub “kabus” deyincə.

    Bir zaman bilməzdin nə naz, nə hiylə,
    İndi əlləşirsən sən yerlə, göylə.
    Sevdiyin oğlanın adını söylə,
    “Firuz Mustafa” de “mus-mus” deyincə.








    NƏNƏLƏR

    Bir açı söz desən qəlbi qırılar,
    Ahından dağların köksü yarılar.
    Nə nağıl deməkdən bezər, yorular,
    Nə də ki, bir dəfə çaşar nənələr.

    Övlad saçlarını oxşar əlləri,
    Palaz çırpısına oxşar əlləri.
    Çatıb bir-birinə ötən illəri
    Ömür dağlarını aşar nənələr.

    Dözər nəvələrin hər hikkəsinə,
    Söykənər qotazlı mütəkkəsinə.
    Hərdən bir həzinlik qatıb səsinə
    Yanıqlı mahnılar qoşar nənələr.

    Qayğılar bürüyər qar çöhrəsini,
    Zəndli baxışları od zərrəsimi?
    Nəvələr tutsa da yan-yörəsini
    Nəvə həsrətiylə yaşar nənələr.
    10.08.1970




    ŞINIXDA

    Hicran vüsalıma düyün salıbdır,
    Amanım haqdadır, ahım Şınıxda.
    Mənsiz yetim qalıb, mələr qalıbdır
    Ceyranım, cüyürüm, ahum Şınıxda.

    Dizimdə taqət yox, Qəlbimdə dözüm,
    Nə vaxtdan bəridir yol çəkir gözüm.
    Eşqin tufanına düşmüşəm özüm,
    Çıxıb tufanlardan Nuhum Şınıxda.

    Saza həsrət qalan əlim ağlayır,
    Sözə həsrət qalan dilim ağlayır.
    Yaza həsrət qalan gülüm ağlayır,
    Mehdə cilvələnir şehim Şınıxda.

    Bu gidi dünyada çox çəkdim cəfa,
    Heç vaxt gözəllərdə görmədim vəfa.
    Üstünə od yağsın Firuz Mustafa,
    Cismin qürbətdədir, ruhun Şınıxda.
    Vladivastok, 1978






    “KÖHNƏDƏBLİ ŞEİRLƏR”
    kitabından


    KÖHNƏDƏBLİ SEVGİ ŞEİRİ

    “Mən səni sevirəm!” Necə müqəddəs,
    Necə ilahidir bu sözlər, necə.
    Mən səni sevirəm! Bu eşq, bu həvəs
    Kaş sənin könlünə, gözünə köçə...

    “Sevirəm!” Bu kəlmə sənə bayağı,
    Mənəsə taleyin özü kimi xoş.
    Qəlbimə sancılan sevgi bayrağı
    Bu Yer kürəsinə sancılaydı kaş.

    Mən bir az sadəlövh, bir az da uşaq,
    Bir az köhnədəbli aşiqəm, gülüm.
    Təzə “sevgilərdən” uzağam, uzaq,
    Hələ inanıram mən eşqə, gülüm.

    Hələ inanıram Məcnun eşqinə
    Hələ Kərəm kimi yanan var-mənəm!
    Qara qul olaydım sənə, keşkə mən,
    “Öl”- desən ölərdim, inan, ey sənəm...

    Mən səni sevirəm! Gəl, mənə gülmə,
    Mən əsrin sonuncu məhəbbət Şahı.
    “Mən sənsiz ölərəm!”
    Deyirsən: “ölmə!”
    Mən necə ölməyim? Ölürəm, axı.
    1985



















    YADLIQ

    Ölümə öyrəşdim, amma sənə yox,
    Sənə alışmadım, alışammadım.
    Sən elə soyuqsan, sən elə soyuq,
    Oduna, tüstünə qarışammadım.

    Ölümə tapındım, amma sənə yox,
    Səni axtarmadım, səni gəzmədim.
    Sənlə bu cahanda qalana yazıq,
    Sənsiz bu dünyanı gəzdim, bezmədim.

    Ölümə vuruldum, amma sənə yox,
    Mən səni sevmədim, yox, sevəmmədim
    Səninlə biz qoşa, paralel yoluq,
    Sən qalxan “zirvəyə” mən “enəmmədim”.

    Ölümə sığındım, amma sənə yox,
    Sənlə ağlamadım, sənlə gülmədim.
    Sən gərilən kaman, mən atılan ox,
    Heç zaman hədəfə dəyə bilmədim.

    Dünyaya təzədən gələsi olsam,
    Yenə də mən sənə qovuşammaram.
    Qurdla qiyamətə qalası olsam,
    Yenə də mən sənə alışammaram.



























    GÜCSÜZLÜK

    Məni bağışlayar dostlar, tanışlar,
    Keçər günahımdan məni sevənlər.
    Hər kəsin öz bəxti, öz qisməti var,
    Hərə bir istəyə, eşqə güvənər.

    Məni bağışlasın düşmənlərim də,
    Qəzəbdən əsəbim olsa da tarım.
    Yaxşı bilirəm ki, günün birində
    Tutacaq yaxamdan öz günahlarım.

    Yağacaq üstümə sual güllələr,
    Qıl körpü, qır qazan yalan olacaq.
    Mənə ağlayanlar, mənə gülənlər
    Mənim günahımı yozan olacaq.

    Təpədən dırnağa günahkaram mən,
    Ömrü bu günahla vuracam başa.
    Odlu şımşək kimi sinəmdən keçən
    Ağrılar gözümdə dönəcək yaşa.

    Bir xışın məcindən yapışmalıykən
    Bir gücsüz qələmə mehr salmışam.
    Bir ocaq başında alışmalıykən
    Bir vərəq üstündə qarsılanmışam.

    Zirvələr yolumu gözləyib, amma
    Azmışam üstündə asfalt yolların.
    Vadilər qoynuna səsləyib, amma
    Məni buraxmayıb tikan kolları.

    Çırtma səslərini alqış bilmişəm,
    Ağsaqqal töhməti yadımdan çıxıb.
    Sısqa çisəkləri yağış bilmişəm
    İllərin ağrısı gözümdən yağıb.

    Toprağa bir ovuc dən atmamışam,
    Toprağın haqqını unutmuşam mən.
    Gülləri yuxudan oyatmamışam,
    Ruhumu güllərdə ovutmuşam mən.

    Bu yerin üstündə bir məzar üçün
    Bir qarış toprağa yoxdu gümanım.
    Xəyalım göylərdə gəzsə də bu gün
    Toprağa bağlıdır dinim-imanım.

    Məni tanıyanlar məni bağışlar,
    Hətta, təqsirimdən keçər düşmənim.
    Məni bağışlayar dostlar, tanışlar,
    Keçməz günahımdan bu topraq mənim.
    1977


























    VAXTSIZLIQ

    Mənim danışmağa yoxdu macalım,
    elə susmağa da vaxtım yox daha.
    Sabahın özündən gərək borc alıb
    bu günün işini qoyum sabaha.

    Günlər yana-yana kösövə dönür,
    hərə öz işində, öz marağında.
    Bir günəş parlayır, bir günəş sönür,
    ilahi, yatmışam fil qulağında.

    Bir çay qapqaradır, bir çay bəmbəyaz-
    mən ağı qaradan seçə bilmirəm.
    Gölün biri dərin, o biri dayaz,
    o göldən bu gölə keçə bilmirəm.

    Hərə bir adamdır, hərə bir ada,
    hər odu hər adam götürə bilmir.
    Bu gidi dünyada hərə bir adı
    çiyninə götürüb apara bilmir.

    Mənimçün eynidir dünənlə bu gün,
    Özümü sabahda axtarammıram.
    Vaxt tapa bilmirəm yaşamaq üçün,
    Vallah, ölməyə də vaxt tapammıram.


























    BAŞQA DÜNYA

    Bir daha gördüm ki, iyrəncdi dünya,
    İyrəncdi təpədən-dırnağa qədər.
    Söyüşə, döyüşə öyrəncdi dünya,
    Mənim ümidlərim hədərdi, hədər...

    Demə qarışıbmış qarası ağa,
    Şəri Xeyirini üstələyibmiş.
    Demə girov imiş haqqı nahaqqa,
    İlahi, sən demə, dünya bu imiş.

    Qılıncı taxtadan, oxu- çırpıdan,
    Özü göz yaşında üzənmiş dünya.
    Qəzəbdən başını göylərə çırpan,
    Şadlıqdan boşluqda süzənmiş dünya.

    Balı zəhər imiş, tikanı çiçək,
    Sevgisi məkrli xəyanət imiş.
    Di belə dünyanın gəl nazını çək,
    Yalanı əlçatmaz həqiqət imiş.

    ...Başıma dərdimin gürşadı yağır,
    İçimi qurd kimi parçalayır qəm.
    Yox, yox, bu deyildir mən axtardığım,
    Mən başqa dünyaya çıxıb gedirəm.
    1992

























    SOYUQLUQ

    Mənə deyirsən ki, soyuqqanlısan,
    Üzümdən-gözümdən soyuqluq yağır.
    Sən bu sözlərinlə tamam haqlısan,
    Uzaq ulduzlar da soyuqdur axı.

    Nifrətim könlümün buz daşlarıdır,
    Həsrətim- əlçatmaz soyuq bir ada.
    İsti qitələrin göz yaşlarıdır
    Buzlara qərq olmuş Antarktida.

    Mənə deyirsən ki, soyuqsan, soyuq,
    Etina etmirəm solan güllərə.
    Əzizim, buz altda qaynayan sular
    Axıb tökülürük soyuq göllərə.

    İsti səhralarda buz dağı bitib,
    Qaynar vulkanlar da tezcə soyuyur.
    Yerləri, göyləri buz qatı örtüb,
    Soyuqluq içində dünya uyuyur.

    Soyuq davranıram özüm özümlə,
    Soyuq ürəyimi həmdəm sanıram.
    Elə soyuğam ki, bircə sözünlə,
    Bircə öpüşünlə... alovlanıram.


























    MƏZAR GƏZMƏYİN

    Mənə yer üzündə məzar gəzməyin,
    Məni mən öləndə göydə basdırın.
    Bir qarış göy üzü məni gözləyir,
    Göylərdə axtarın məni, dostlarım.

    Qoy udsun buludlar məni, qardaşım,
    Sancılım səmaya meteor kimi.
    Ay tabutum olsun, Günəş-başdaşım,
    Ulduzlar üstümə yağsın qar kimi.

    Məni göy üzündə dəfn edin, atam,
    Günahla doludur torpağın üzü.
    Vallah, yer üzünə mən tamam yadam,
    Vallah, bu dünyaya alışmır gözüm.

    Yəqin ki, göylərin yoxdu namərdi,
    Oranın nə səddi, nə sərhəddi var.
    Orda məzar dərdi, başdaşı dərdi,
    Nə də kəfən dərdi, molla dərdi var.

    Orada mələklər qonar qəbrimə,
    Tanriya bir az da yaxın olaram.
    Orada şeytanlar girməz qəlbimə,
    Orda şeytanlardan qisas alaram.























    GÖZLƏRİM QAPIDIR

    Gözlərim içimə açılan qapı,
    Özümdən o yanı görə bilmirəm.
    Mənim ürəyimdən sevinci qapıb
    Qismətim qaçıbdır hara bilmirəm.

    Əlimə çatmayır Tanrının əli,
    Əlimin odundan kimdi barınan?
    Mən özüm özümdən uzaq düşəli
    Ürəyim zindandı arzularıma.

    Nədir axtardığım, gəzdiyim nədir-
    Ölümmü, həyatmı, sevincmi, qəmmi?
    Sevinc deyilən şey bir əfsanədir,
    Ölüm deyilən şey ömrün qənimi.

    Tanrı əlıindədir ömrümün sapı,
    Ulduzlar ələnsin qoy saçlarıma.
    Gözlərim-içimə açılan qapı,
    O qapı çırpılır göz yaşlarıma.




    ŞƏRAB HAQQNNDA
    (Yazıçı dostum Ə. Hacızadəyə)

    Deyirlər filankəs atıb içkini,
    İndi canı rahat, işi babatdı.
    Filan dostumuzsa möminlər kimi
    Elə əzəl başdan şəraba yaddı.

    Nə içmək hünərdi, nə də içməmək,
    Onun öz yeri var, bunun öz yeri.
    Ədalət naminə ayırmaq gərək
    İçə bilməyəndən... içməyənləri.

    Ayıq var-sərxoşdu, sərxoş var-ayıq,
    İçə bilməyirkən içənə lənət.
    Sağlamkən dilinə şərab vurmayıb
    Bu dünyadan nakam köçənə lənət.

    Adam var qan içər düşərsə fürsət,
    Di gəl boğazından bir damla keçmir.
    Mən şərabı təbliğ etmirəm, fəqət
    Şərab içməyəndən gözüm su içmir.
    1999





    AYRILIQ

    Ayrılıq küləyi əsir həmişə,
    Göz-gözdən ayrılır, ürək-ürəkdən.
    Qoynunu xəzana açanda meşə
    Gül-güldən ayrılır, çiçək-çiçəkdən.

    Qorxunc şimşəklərdən, zəlzələlərdən
    Dağlar, təpələr də parçalanırlar.
    Qəfil təkanlara dözməyib bəzən
    Zirvələr ayrılıb haçalanırlar.

    Dənizlər ayrılır, çaylar ayrılır...
    Dövlətlər ayrılır biri-birindən.
    Yerüstü, yeraltı laylar ayrılır,
    Millətlər ayrılır biri-birindən.

    ...Bizsə ayrılmadıq heç vaxt, əzizim,
    Gözün gözümdədir, əlin əlimdə.
    Ayıra bilmədi bu həyat bizi,
    Demək, ayırammaz bizi ölüm də.
    1985




    BƏXTƏVƏR İT
    (Yeseninsayağı)

    Hər səhər bir itlə görürəm səni,
    Gəzirsən yağışda, qarda, küləkdə.
    Adlayıb səkini, burulub tini
    Yüyürüb qaçırsan o boz köpəklə.

    Sən tumar çəkirsən onun boynuna,
    Baxır gözlərinə o, sakit-sakit.
    Arabir qısılıb sənin qoynuna
    Yalayır əlini o it oğlu it.

    Sənin nəvazişin onu məst edir;
    İtin bəbəkləri - sirr pəncərəsi.
    Bəzən də uyuyub yuxuya gedir-
    Sənin əllərində tüklü pəncəsi.

    İtlə danışırsan, deyib-gülürsən,
    Mənim varlığımı duymursan qəti.
    Qəlbimdən keçəni hardan biəsən,
    Mən səni güdürəm, sən isə iti.

    Hər dəfə o itlə görəndə səni
    Qurd kimi gəmirir məni qəzəb, kin.
    Sən adam yerinə qoymursan məni,
    Barı it yerinə qoy... nə olar ki?
    1988

























    ÖMRÜN AVTOQRAFI

    İllər pəncəsini qoydu çiynimə,
    Yaşın yükü altda əyildi belim.
    Bu dərdi, bəlanı geyib əynimə,
    Səni soraqladım, a mənim gülüm.

    Sən məni özümdən alıb apardın,
    Bax, mənim arxamca bir mən boylanır.
    Məndən ayrılırsan sən addım-addım,
    Sənin izlərindən bir qəm boylanır.

    İllər öz şəklini çəkir alnıma,
    Bu illər ömrümün avtoqrafıdır.
    Yaşımı başıma qaxma gəl mənim,
    Yaşım-taleymə qara qapıdır.

    Bu toplu-tüfəngli qara-qorxuya
    Sipər eyləmişəm mən öz sinəmi.
    Bir yandan yaş mənə meydan oxuyur,
    Sən də ki, bir yandan əzirsən məni.

    Əzabla, ağrıyla gəlib döş-döşə
    Əcəl önündə də əyilmərəm mən.
    Demə ki, qocalıb əldən düşmüşəm,
    Qocalan ağlımdır, ürəyim deyil.


























    QARA QUTU

    Ömür bir uçaqdır... Bu gen dünyada
    Nə çoxdur təhlükə, qəzavü-qədər
    Ha qoru özünü, -bundan nə fayda?
    Bizi bəxt izləyir ölənə qədər.

    Alın yazımız var, taleyimiz var,
    Əzəldən cızılnb marşrutumuz.
    Həm xilas, həm qəza mələyimiz var,
    Bizimlə bir uçur qara qutumuz.

    Mən uçan təyyarə, sənsə sərnişin,
    Ürəyim sirr dolu qara qutudur,
    Sahilsiz səmada qanad gərmişəm,
    Məni zülmət əzir, fəlakət udur.

    Mənim sərnişinim, barı bir anlıq
    Mənim öz dərdimi mənə unutdur.
    Qarşıda təhlükə, qəza, qaranlıq...
    Yeganə şahidsə qara qutudur.

    Qəzaya düşmüşəm, mənim mələyim,
    Qəzanın şahidi tək sənsən ancaq.
    Mənim qara qutum-mənim ürəyim,
    Səni, məndən başqa kim oxuyacaq?...
    1988
























    TANIŞLIQ

    İlk dəfə görüşüb tannş olmuşuq,
    Sanki yüzillərin dostlarnyıq biz.
    Bu kiçik yuvada biz xoşbəxt quşuq,
    Bir kökdə, bir teldə vurur qəlbimiz.

    Sən elə bilirsən tanışlıq üçün
    İnsana əsrlər, illər gərəkdi?
    Sən hardan biləsən insana bu gün
    Sevib-sevilməkçün nələr gərəkdi?

    Olsun ki, biriylə bir damın altda
    Bir əsr bir ömür çürüdəsən sən;
    Fəqət bilməyəsən sən bu həyatda
    Kiminçün yaşayıb ömür sürürsən.

    Duyub qəlbimizin hərarətini,
    Vüsal hayıf çıxır həsrətimizdən.
    Ömrün bircə anlıq səadətini
    Boş keçən bir ömrə dəyişmərəm mən.
    1988






    YUXU

    Hər gecə üzürəm leysan içində,
    Yuxuma şıdırğı yağışlar yağır.
    Elə bil ayrılıb durna köçündən
    Bir ulduz, uzaqdan yuxuma baxır.

    O qərib ulduzun solğun işığı
    Qısılır islanmış yuxularnma.
    Sanki bir zərif əl üstdən-aşağı
    Tumar çəkir mənim duyğularıma.

    Sonra mən, nəm çəkən yuxularımı
    Yığıb çətir kimi göydən asıram.
    Sıxıb dişlərimə ağrılarımı,
    Hərdən öz yuxuma şeir yazıram.
    1970









    İLAHİ, AĞIL VER…

    İlahi, ağıl ver bəndələrinə,
    O-nun Kitabını, Sözünü qaytar.
    Ya Rəbbim, üz tutub deyirəm Sənə:
    İnsana insanın özünü qaytar.

    Nadan, təkəbbürlü, boşboğaz, harın...
    Bunlar dinsiz olub, imansız olub.
    Sənin bəndələrin, yaratdıqların,
    İlahi, nə yaman amansız olub.

    Bir zaman insanlar canından keçib,
    Qan töküb ar, namus, qeyrət üstündə.
    İndi bir-birinin qanını içir
    Bunlar pul üstündə, sərvət üstündə.

    Dünyanın kələfi elə dolaşnb,
    Nahaqq göz dikibdir haqqın yerinə.
    İndi vicdanlar da qana bulaşıb...
    İlahi, ağıl ver bəndələrinə.
    20.08. 1988





    SEVGİ DUASI

    Allahnm, zülümünü çox görmə mənə,
    Baxma nə zamana, nə macala Sən.
    Cəhənnəm oduna yansam da, yenə
    Mənim əzabıma əzab cala Sən.

    İlahi, as məni öz günahımdan,
    Ürəyim ruhuma edib xəyanət.
    İndi bilmişəm ki, eşq dərgahında
    Cənnət-cəhənnəmmiş, cəhənnəm-cənnət.

    Göndər mələkləri -fərman sənindir,
    Günah işlətmişəm mən hüzurunda.
    Məni keçirsinlər qıl körpüsündən,
    Məni yandırsınlar qır qazanında.

    Ey Tanrnm, bu sirli, qəmli dünyada
    İsti bucağım yox, od-ocağım yox.
    Bu eşqdən savayı mənim dünyadan
    Bircə zərrə qədər umacağım yox.

    Sən-Ulu Yaradan, mən-bir divanə,
    Sənsən qibləgahı külli-aləmin.
    Ya rəbbim, bu eşqi çox görmə mənə,
    Bu şirin əzabla qoy ölüm. Amin.



























    GÖRÜŞ YERİNDƏ YAZILAN ŞEİR
    (sevgi və siyasət)

    Bu gün siyasətdən danışmayaq gəl,
    Bu gün qayğılardan söhbət açmayaq.
    Biz öz dərdimizdən danışsaq əgər
    Alın yazısından gərək qaçmayaq...

    Bu gün parlament də bizə gərəksiz,
    Oğru məclisində doğru gəzməyək.
    Çörək qıtlığına dözək gərək biz,
    Ürək qıtlığına fəqət dözməyək.

    Gördüyün olaylar oyundur, gülüm,
    Gəl gedək, çəkilək öz hücrəmizə.
    Gəl mənim ruhumu ovundur, gülüm;
    Nadanlar nə deyir, qoy desin bizə.

    Qanunlar, qərarlar əbəsdir əbəs,
    Heç kimdən, heç nədən kömək umma sən.
    Köksündə çağlayan bu eşq, bu həvəs
    Səni qoruyacaq yad tənəsindən...

    Siyasət...parlament, reqlament...əfsus,
    Heç nəyi həll etmir, yaratmır bu gün.
    Heç kimdən, heç nədən inciməyək biz,
    Yaşayaq-sən mənim, mən sənin üçün...
    1989

























    MƏN BUYAM

    Mən özüm-özümdən çıxa bilmirəm,
    özümə kənardan baxa bilmirəm,
    bağa tək qınıma çəkilmişəm mən,
    buğda tək torpağa əkilmişəm mən,
    gecəni gündüzdən seçə bilmirəm,
    bu taydan o taya keçə bilmirəm,
    bilmirəm nə üçün yaşayıram mən,
    kimlərin yükünü daşıyıram mən,
    yerimi-yurdumu bilən də yoxdu,
    heç mənim yanıma gələn də yoxdu,
    yoxdu ağlayanım, gülənim mənim,
    çoxdan qırılıbdı qələmim mənim,
    dərdimin şəklini çəkən tapılmır,
    bağrımın başını sökən tapılmır,
    tapılmır qəbrimi qazan nə vaxtdır,
    səslənmir üstümdə əzan nə vaxtdır,
    ölüyım, diriyəm, nəyəm- bilmirəm,
    çoxdan ağlamıram, çoxdan gülmürəm,
    mən özüm-özümdən çıxa bilmirəm,
    özümə kənardan baxa bilmirəm.




    ƏLAHƏZRƏT ÖLÜM

    Ölümü “sevənlər” çoxalıb indi,
    ilham pərisinə dönübdür ölüm.
    Hərə bir mərəzə yoluxub indi,
    sanki şah taxtına minibdir ölüm.

    Ölümün boyunu oxşayana bax,
    şairlər ölümlə həsbi-haldadır.
    Ruhunda ölümü daşıyana bax,
    təbiblər ölümlə qeylü-qaldadır.

    Əlahəzrət ölüm! Bu gün mənim də
    üzüm qibləyədir, sözüm sənədir:
    ağrılar dördnala çapır sinəmdə,
    dərd məni izləyir neçə sənədir.

    Desəm ki, qorxmuram səndən-yalandır,
    sən mənim içimdə mənsən, ay ölüm.
    Həyat-mənim üçün əfi ilandır,
    həyatın qənimi sənsən, ay ölüm.

    Gəl məni həyatın cəngindən qopar,
    görüşüm əcəlin-haqqın özüylə.
    Ay ölüm, gəl məni özünlə apar,
    apar tapşır məni məni ölümsüzlüyə.


























    MƏNİM PLANLARIM

    Məndən müsahibə götürür dostum:
    -Arzunuz, gələcək planlarınız?
    Hara gedirsiniz belə atüstü?
    nə vaxt çin olacaq gümanlarınız?

    Suallar güllə tək yağır üstümə,
    mən indi ağzıma necə su alım?
    Dostum-müsahibim baxır üzümə,
    planla bağlıdır hər bir sualı.

    ...Mənim planlarım çətin düzələ,
    məsələn, sevgini götürək, qağa,
    mən hardan bilim ki, hansı gözələ
    hansı bir xoş gündə bənd olacağam.

    Mənim planımda yoxdu xəbislik,
    barışa bilmirəm heç vaxt yalanla.
    Bir qanmaz qanana eləsə pislik,
    hərəkət eləyim hansı planla?

    Ağlamaq planım dolsa da belə,
    halsızın halına ağlamayımmı?
    Sevinmək planım qalıbdır hələ,
    mən ondan sənə pay saxlamayımmı?

    Plan komitəsi qoy tanış olsun
    mənim planımın planlarıyla.
    Plan necə dolsun, necə qurulsun
    onların ağ-qara yalanlarıyla?

    ...Demək tanış oldun planlarımla,
    cavablar bir azca uzandı, qardaş.
    Mənim dediklərim dənizdə damla,
    mənim planlarım uzundu, qardaş...

    Məni fikir alır, məni dərd alır,
    mənim planlarım özümə qənim,
    Hələ də həyata keçməmiş qalır
    neçə planlarım, layihələrim.

    Demək tanış oldun planlarımla,
    Cavablar bir azca uzandı, qardaş.
    Mənim dediklərim dənizdə damla,
    Mənim planlarım uzundu qardaş.
    1985






    MƏNƏ AĞIL VERMƏ

    Mənə “ağıl” vermə “ağıllı” alim,
    Sənin nəsihətin əbəsdir, əbəs.
    Bir gün bu dünyadan üzülsə əlim
    Ürəyim sevgidən üzülə bilməz.

    Mənim məcnunluğum-mənim sevincim,
    Mənim əzabım da məcnunuluğumdur.
    Sevincli əzabdan necə inciyim?
    Əzab da, sevinc də içdən doğubdur.

    Mənim sevgimin də ürəkdir kökü,
    Sevgidir könüldən səadət uman.
    Sənin məsihətin mənimçün köpük,
    Mənim məhəbbətim-mənimçün ümman.

    Bəli, nəsihətin deyildir gərək,
    Zirvəyə can atır sevginin yolu.
    Mənə elə gəlir sevgisiz ürək
    Başsız bədən kimi gərəksiz olur.

    Mənə “ağıl” verən “ağıllı” alim
    O boyat sözlərin uçma yelinə.
    Sən mənə imkan ver, ay ağrın alım,
    Təzə fəsil yazım sevgi elminə.

























    İNSAN-DÜNYA

    İnsan özü boyda bir planetdir,
    İnsan-Yer gürəsi, insan-göy şarı.
    İnsanın xəyalı kosmik raketdir,
    Gəzir qitələri, kəhkəşanları.

    Yaşamaq haqqı var hər bir insanın,
    Ölmək haqqı da var-öz əcəlilə.
    Varmı bu dünyanın əzəli, sonu?
    Bu köhnə suallar sirlidir hələ.

    Dünyanın taleyi bir əfsanədir,-
    İnsanın taleyi düşmürsə yada.
    Qarışqa uğrunda döyüşlər gedir,
    İnsan unudulur bəzən dünyada.

    İnsanla yaşayır bizim dünyamız,
    İnsandır səmanın torpağın gözü.
    İnamla yaşayır bizim dünyamız,
    İnamsız insanın titrəyir dizi.

    Hər kəs özü boyda bir planetdir,
    Hər ömrün önündə gəlin baş əyək.
    İnsanı sevməyin özü sənətdir,
    Gəlin bu sənətdən üz döndərməyək.



























    SEVGİ QURULTAYI

    Sevgi qurultayı... Bu qurultaya
    hər kəs öz eşqini gətirib gəlir.
    Nə şöhrətə uyub, nə gurultuya
    hərə öz qəlbini götürüb gəlir.

    Yalnız sevənlərdir nümayəndələr,
    burda yeri yoxdur sevgisizlərin.
    Kosmopolitləri söyməyək gəlin,
    vətəni dünyadır sevən kəslərin.

    Yoxdur qətnaməsi bu qurultayın,
    təmiz məhəbbətdir nizamnaməsi.
    Yoxdur sərhədləri, o tay-bu tayı
    insan sevgisinin-ilahi hissin.

    Burda rast gəlməzsən nə boşboğaza,
    nə uca kürsüyə can atan kəsə.
    Naqqallar adamı gətirmir zara
    çıxışlar qısadır, söhbətlər kəsə.

    Burada ədalət çalıbdır zəfər,
    sevənlər hamısı mələk kimidir.
    Kimisə yalandan tərifləmirlər,
    hərə öz eşqinin Baş katibidir.

    İclas xəstələri az quruldayın,
    niyə canınızı qorxu alıbdır?
    Sevgi qurultayı...
    Bu qurultayın
    açılış gününə lap az qalıbdır.
    Noyabr, 1982
    (Brejnev Bakıya gələn günlərdə yazılıb. Qurultayların bol olduğu bir dönəmdə, məhz bu “bolluğa” qrşı qələmə alınmış bu poetik parçanı illər keçəndən sonra dərc etdirə bildim)















    SALAM GƏTİRMİŞƏM
    GÖYLƏRDƏN SƏNƏ

    Soyunub qapqara matəm donunu
    Baş vurdun mürgülü, ilıq dənizə.
    Yetim uşaq kimi büküb boynumu
    Dayandım bir anlıq sənlə göz-gözə.

    Yox, sən Ay deyilsən, mələksən, mələk,
    Göylərdən dənizə qonaq gəlmisən.
    Uçardım yanına göy qəvvası tək,
    Səni gətirərdim... özün gəlmisən.

    Uzaq kəhkəşanın medalyonusan,
    Ulduzlar paxıllıq eləyir sənə.
    Bəlkə də Tanrının poçtalyonusan,
    Salam gətirmisən göylərdən mənə.










    KÖHNƏ FAYTON

    Burda-gözdən uzaq, könüldən üzaq
    Vadidə bir köhnə fayton uyuyur.
    Onu döyəcləyir qışda qar, sazaq,
    Payız gələndəsə yağışlar yuyur.

    Bir vaxt şütüyərdi belədən-belə,
    Bəs onun o vaxtkı növrağı hanı?
    İndi taxtaları gəlməyir ələ,
    Sınıq təkərləri-yel dəyirmanı.

    Hanı bu faytona keşik çəkənlər,
    Bəs onun kəhəri, köhləni sağmı?
    Dünən üfüqlərə çapan təkərlər
    Görəsən bir daha fırlanacaqmı?

    Mənim dünənimdir o köhnə fayton,
    Düşüb xatirəmdən-azıb yolunu.
    Elə bil indicə qayıdıb toydan,
    Bir azdan şəhərə düşəcək yönü.





    SEVİNC PAYIM, DƏRD PAYIM

    Hər axşam kölgə tək ötüb keçirsən,
    keçirsən yanımdan səssiz çay kimi.
    Mənə özüm boyda kədər biçirsən,
    sevincim boylanır gendən Ay kimi.

    Hər səhər üzümə qonur əllərin,
    “əlvida” deyirəm yuxularıma.
    Bu qısa ömrümdən keçən illərin
    kədəri ruhumu çəkir tarıma.

    Hər gecə qoynuna alırsan məni,
    itirəm yuxular səltənətində.
    Gəzirəm səninlə bütün aləmi
    nə qədər qalsam da darda, çətində.

    Axşamım, səhərim, gecəm-bu, sənsən,
    sənsən qışım, yazım, payızım, yayım.
    Mənə özün boyda yurdsan, vətənsən,
    mənim sevinc payım, mənim dərd payım.
    1985





    BAĞIŞLA, MƏN OLMAYACAM

    Kim kimdir? -Bir zaman bilərsən bunu,
    Bağışla, o zaman mən olmayacam.
    Sən məni gəzsən də ömrün uzunu
    Heç vaxt yuxuların çin olmayacaq.

    Bir dəli sevdanın dəli köhləni
    Alıb aparacaq məni özümdən.
    Arxamca gələçək mənim çəhlimim,
    Həsrət göyərəcək mənim izimdə.

    O gələn ölümçün, qısa ömürçün
    Bu nakam taleyçün məni bağışla.
    Mənə qazılacaq soyuq qəbirçün,
    Qurulan tələyçün məni bağışla.

    Ömrümdə illərin Günəşi, çəni,
    Qol-qola yaşadım baharla, qışla.
    Səni sevdiyimçün bağışla məni,
    Sənə nifrətimçün məni bağışla.

    ...Kim kimdir? Vaxt gələr bilərsən bunu,
    Yox, vaxt da bizimlə tən olmayacaq.
    Demirəm çatacaq dünyanın sonu,
    Deyirəm, bağışla, mən olmayacam.
    1985


























    SUSUR TELEFONUN

    Susur telefonun, cavab verməyir,
    Telefon xətləri könlümün simi.
    Sənin dizin üstə telefon deyil,
    Qəlbimdir, sızlayır telefon kimi.

    Susur telefonun dərdli qadın tək,
    Dərdini deməyə həmdəmi yoxdur.
    Susur telefonun tənha adam tək,
    Onun sitəmi yox, sevinci çoxdur.

    Xəttin o başında yoxdu danışan,
    Sənsizlik ox olub bağrımı dəlir.
    Xəttin bu başında mənəm alışan,
    Öz səsim üstümə qayıdıb gəlir.

    Cürbəcür fikirlər gəlir eynimə,
    Şübhə kölgəsini çəkmir üzümdən.
    Mən özüm özümə zəng eləyirəm,
    İndi danışıram özüm özümlə.

    Susur telefonun, susur nə vaxtdır,
    Susur daş ürəkli canilər kimi.
    Qəlbimin telləri əsir nə vaxtdır,
    Telefon telləri qəlbimin simi.
    1975

























    KÖLGƏ

    Günəşin kölgəsi düşür üzümə,
    Ayın kölgəsində mürgüləyirəm.
    Ayrılıq kölgəsi düşür izimə,
    Könlümü kölgədə yürgüləyirəm.

    Tanrının kölgəsi düşür bəxtimə,
    Səhərin kölgəsi axşama düşür.
    Fələyin kölgəsi düşür çərximə,
    Ağ əlin kölgəsi ağ şama düşür.

    Kölgəmin kölgəsi işığa dönüb
    Düşür ürəyinmə, beynimə düşür.
    Göy üzü kölgəli yağışa dönüb
    Mənim kürəyimə, çiynimə düşür.

    1986








    MƏNİ SORUŞSANIZ...

    Qeybətcil adamlar, kefcil adamlar,
    Yaxamdan əl çəkin, Allah eşqinə.
    İşvəkar gözəllər, incə qadınlar,
    Siz niyə saldınız məni bu günə?

    Axı mən bilməzdim ömrün sonu var,
    Siz mənə ölümü xatırlatdınız.
    Bilməzdim bu ömrün min bir yönü var,
    Əcəl gələn səmtə məni atdınız.

    Qəmzəli gözəllər, incə qadınlar,
    Mənə baş qoymağa diz vermədiniz.
    Məni iş-gücümdən edən adamlar,
    Göz yaşı verdiniz, göz vermədiniz.

    İşvə-naz dalında hiylə dururmuş,
    Bu hiylə “nazların” yox imiş sonu.
    Qanımı “kef” adlı zəli sorurmuş,
    Ömrün qış ayında bilmişəm bunu.

    Məni qəmləndirən kefcil adamlar,
    Daha işlərimə siz qarışmayın.
    İndi nə ünvanım, nə də adım var,
    Məni soruşsanız...
    Yox, soruşmayın.
























    YAŞIN TÖHMƏTİ

    Ömrün qürububnda bu nə sevdadır,
    gizli istəyimdən yaşım utanır.
    Getmir damağımdan eşqin bal dadı,
    mənim günahımdan keç, ulu Tanrım.

    Zəhərli oxlarçün döndüm hədəfə,
    özüm öz ağrımla qaldım baş-başa.
    Bu yaşda vurulmaq acı qəhqəhə,
    bu yaşın sevdası töhmətdi başa.

    Xəcalət çəkirəm kimin önündə,
    sən şərə salmısan məni, ürəyim.
    Cavab verməlisən hakim öhühdə
    müttəhim ürəyim, cani ürəyim.

    Sənin cinayətin-bu gizli sevdan,
    mənim cinayətim-mənim yaşımdır.
    Ay mənim ürəyim, çıxarma yaddan,
    sənə etirafım-yalvarışımdır.

    Geriyə dönərmi vaxtın gərdişi ?
    Qanmazlar qananı dərdə salırlar.
    Əzəldən belədir dünyanın işi :
    yaşın hayıfını başdan alırlar.
    24.12.1994

























    RUH QOCALMAYIR

    Mənə elə gəlir qocalmamışam,
    Mənə elə gəlir cavanam hələ.
    Hələ əcəl məni almayıb nişan,
    Atımı çapıram belədən-belə.

    Yox, bu bəyaz saçlar mənim deyil ki,
    Kimlərsə alnıma şırım çəkibdir.
    Təbiət teatr rəssamı kimi
    Üzümə-gözümə qrim çəkibdir.

    Bu titrək əllər də mənimki deyil,
    Bəs kimin əlidir görəsən, Allah?..
    ...Elə o qaş-göz də səninki deyil,
    Tanıya bilmirəm dünyanı, vallah.

    Bəli, bu dünya da cavandı hələ,
    Cavandı, əzizim, səndən mənəcən.
    Güzgüdən boylanan o qoca belə
    Bizə kölgə olub bax indiyənəcən.

    O əsən dodaqlar, solğun yanaqlar
    Düşünürəm bizə tamam yaddı yad.
    Qocalığa milyon işıq ili var...
    Kimdən danışıram, ey dadi-bidad?..

    Hələ “o dünyanı” görməyirəm, yox,
    Hələ ürəklərdə həyat çağlayır.
    Kiməsə təsəlli verməyirəm, yox,
    Bədən qocalsa da, ruh qocalmayır.





















    BƏLKƏ QAYITDIM

    Hara getsəm yolum uzaq olmadı,
    Səndən qopub yenə sənə qayıtdım.
    Gedən gedir, geri dönmür bir daha,
    Mənsə sənə dönə-dönə qayıtdım.

    Min sınaqdan keçdin, Firuz Mustafa,
    Bu dünyada nə zövq gördün, nə səfa.
    Şükür olsun, zikr eylədi ərafa*,
    Mən ruh olub yenə tənə qayıtdım.

    Getməyimi qoy bilməsin Əzrayıl-
    Öldüyümü baş daşıma yazmayın.
    Məzarımı çox da dərin qazmayın,
    Bu dünyaya bəlkə yenə qayıtdım.










    UKRAYNA XALQINA

    Dünya görə-görə bir xalq əzilir,
    Bir körpə gözündə ölür bu dünya.
    İnsanlıq tapdanır, əxlaq əzilir,
    Şeytanlara baxıb gülür bu dünya.

    Qızların sevgisi gözündə ölür,
    Oğulların üstdən keçir tırtıllar.
    Cəllad baltasının ağzını silir,
    Qan rəngində axır masmavi sular.

    Ehey, anam Dünya, hara baxırsan?
    Görmürsən bu dərdi, bu fəlakəti?
    Zaman, hansı səmtə, söylə, axırsan?
    Tanrım, ibislərə vermə cənnəti...










    RAFİQ TAĞINI GÖRDÜM…

    Metro qatarının bir küncündə gördüm
    bu gün Rafiq Tağını.
    amma əvvvəlcə görə bilmədim ayağını
    aradan illər keçsə də dəyişməmişdi bənizi
    qalın şüşə arxasından görünmürdü
    həmişə gülümsər gözü
    nə adamlar ona baxırdı, nə də o adamlara
    deyəsən bu soyuq havada əyninə qış paltosu yox
    boz qranitdən tikilmiş yay pencəyi geymişdi
    Allah bilir, bəlkə də bu şaxtalı havada əli keyimişdi
    qalstuku qapqara idi,
    köynəyi bəmbəyaz
    içəridəki istini boğmaq istəyirdi çöldəki ayaz
    qatar nöbvəti syansiyada dayandı
    doktor başını aşağı salıb asta, yorğun adamlarla
    qapıya yaxınlaşdı
    sanki bu anlarda ayaqları nəyəsə,
    bəlkə də özünün gizli ağrılarına dolaşdı
    indi onun sakitcə dayandığı künc boş idi
    hələ zamanın ipini əyirirdi metro qatarının təkərləri
    gözüm bayaq onun yaxşı seçə bilmədiyim
    ayaqlarının yerinə dikildi-
    oradan qapıya sarı uzanırdı qıpqırmızı qan ləkələri
    yerimdən tərpənə bilmədim,
    eləcə astadan, sanki pıçıldıyla dilləndim:
    - ay rəhmətlik...
    qatar bələdçısı səsucaldanla elan verdi: “stansiya Əhmədli...”

    20.11.2020














    FİRUZ MUSTAFAYA
    BƏNZƏYƏN ADAM

    İllər saçlarımda gül-çiçək açıb,
    Yarpaqlarım solub, sınıb budağım.
    Ümid, gözlərimdən yuxutək qaçıb,
    Hər şeydən soyuyub əlim-ayağım…
    Bir tənha küçədə tənha gəzirəm,
    Bir qız yaxınlaşıb soruşur bu dəm:
    -Ay əmi, yamanca tanış gəlirsən,
    Sən Firuz Mustafa deyilsən zatən?

    Keçib xiyabandan, ötüb dalandan,
    Kasıb bir kafeyə qədəm basıram.
    Paltartək köhnəlib “sandıqdan” çıxan
    Nimdaş musiqiyə qulaq asıram.
    Elə bil içmdən küləklər əsir,
    Bir xanım başımın üstünü kəsir,
    -Ay qardaş, doğrusu tanış gəlirsən,
    De, Firuz Mustafa deyilsən ki, sən?

    …Gah qoca, gah cavan, gah qız, gah gəlin,
    Qarşıma çıxıbdır çinarlar kimi.
    Bəzisi gülərərək üstümə gəlib,
    Bəzisi dayanab sal divar kimi…
    Bu gün də soruşur məndən bir adam
    -Sən Firuz Mustafa deyilsən, qadam?...
    Deyirəm: - Dünyadan gözləmə vəfa?..
    Çoxdan dəfn olunub Firuz Mustafa.
    20.05.2022
























    SƏN YAŞA DOLDUQCA

    Sən yaşa dolduqca dərd alır məni,
    üzünə baxıram ürəyim sınır.
    Xəzan solduranda yaşıl çəməni
    torpaq özü çəkir öz ağrısını.

    Qara hörüklərin buludu hanı?
    İllərin insafı qalmayıb nədir?
    Gülər gözlərinin çəni, dumanı
    yoxsa ötən yaşdan bir nişanədir?

    Sənsiz kimə yazım şeirlərimi?
    Sənsən oxucum da, qəhrəmanım da.
    Başqası verəmməz sənin yerini,
    sənsiz damarımda donar qanım da.

    Elə mən özüm də sənsiz bir heçəm,
    sənsiz bu dünya da heçdi gözümdə.
    Sənsiz ulduz-ulduz əriyər gecəm,
    sənsiz od göyərər mənim izimdən.

    Sən yaşa dolduqca dərd alır məni,
    sənə gözdolusu baxa bilmirəm.
    İstərəm həmişə gənc görüm səni,
    taleyin hökmündən çıxa bilmirəm.
    1986

























    YALTAQLAR QURULTAYINDA

    Bu gün yaltaqların qurultayıdır,
    Üzlərdə, gözlərdə sevincə bir bax.
    Səhnə çalxalanır, zal guruldayır-
    Görəsən hamıya növbə çatacaq?

    Görəsən ön sözü kim söyləyəcək,
    Görəsən son sözü kim söyləyəcək?
    Kimin ünvanına alqış yağacaq,
    Kimin qarasınca qarğış yağacaq?

    Hər kəndin, şəhərin öz namizədi,
    Hərə bir yalaqdan yallanıb gəlib.
    Kimi bu məclisdə hələ təzədi,
    Kimi arxivlərdən küllənib gəlib.

    Bugünkü məclisin neçə züytutan
    Cavan, yeniyetmə mırtvuranı var.
    Yaltaqlıq stajı bir əsrə çatan
    Üzü üzlər görmüş veteranı var.


    Burada nəsillər görüşür indi,
    Əldən-ələ keçir burda estafet.
    Vallah, yaltağın da işi çətindi,
    Gərək tüpürcəyə öyrənsin sifət...

    Bəli, yaltaqların qurultayıdır.
    Əvvəlcə hesabat oxunacaqdır.
    Bizim məruzəçi tanrı payıdır,
    İncə mətləblərə toxunacaqdır:

    “Bu il yaltaqların çoxalıb sayı,
    Gələn il daha da çoxalarıq biz.
    Çatsa hər yaltağa bir tula payı
    O zaman elliklə tox olarıq biz”.

    Yaltaqlar kürsüyə gərirlər sinə,
    Ağızlar köpüklü, qulaqlarsa şək.
    Yaltaq var axıdır çayı tərsinə.
    Yaltaq var ordunu qırır təkbətək.

    Nümayəndə xanım təmsil eləyir
    Nüfuzlu “Yaltaqlar” partiyasını.
    Yaltaq bir müğənni yaman mələyir,
    Oxuyur “Yaltaqlar” ariyasını.

    Döyür sinəsinə bir şair yaltaq,
    Danışır faydalı təcrübəsindən.
    Onu qabaqlayır bir mahir yaltaq,
    Dərs deyir yaltaqlıq məcəlləsindən...

    Mikrafon önündə növbəyə bir bax:
    Mühəndis, bəstəkar, aqronom, həkim...
    Hamnsı əməkdar, peşəkar yaltaq
    Belə qurultayda kim darıxar, kim.
    1993




















    VERGİ MÜFƏTTİŞİNƏ MƏKTUB

    Sənəd tələb edib var-dövlətimçün,
    Deyirsən: “Aldığın-satdığın nədir”?
    Mənə “xox” gəlirsən bilirəm neçün,
    Bilirəm, hər kəlmən bir bəhanədir.

    “Sənin ucbatından-deyirsən:-Bu il
    Büdcənin kəsiri ödənilməyib”.
    Deyirəm:-“Qoy deyim, zalım oğlu, bil,
    Dövlətə nə qədər ziyanım dəyib.

    Aşıb dərəsindən, ötüb dağından,
    Gəzmişəm vətəni-ödəncsiz qalıb.
    Mənim qanunlara göz yummağımdan
    Bu boyda məmləkət büdcəsiz qalıb”.

    “Büdcə kəsirdədir”- bu fəryadları
    Desən də, səninçün yoxdu müftə iş.
    “Etiraf edirəm, mən milyardları
    Səndən gizlətmişəm, cənab müfəttiş.


    Desəm həqiqəti qaralar qanın,
    Od tutub yanarsan, o başın haqqı.
    Hələ ödənməyib gizli sevdanın,
    O hüsnün, camalın, baxışın haqqı.

    Ötən il ləngiyib balansda qalan
    Çılğın bir görüşün vergisi durur.
    Qiyməti milyona bərabər olan
    Xəlvəti öpüşün vergisi durur.

    Hələ ödənməyib bir təbəssümün,
    Bir şirin işvənin, bir nazın haqqı;
    Çəməndə dərdiyim, dağda üzdüyüm
    Lalənin, reyhanın, nərgizin haqqı.

    Udduğum havanın, içdiyim suyun,
    Keçdiyim yolların vergisi qalıb.
    Göyləri bəzəyən ulduzun, Ayın
    Gözümdə ilahi sərgisi qalıb.

    Bəli, mən vergidən yayındırmışam
    Yerdə çəmənzarı, göydə buludu.
    Bu günəşli səhər, bu qərib axşam
    Sənin istədiyin xərcləri “udub”.


    Yazdığım romanın, çəkdiyim şəklin,
    Dinlədiyim neyin vergisi durur.
    Dərdiyim almanın, əkdiyim ləkin...
    Çox şeyin, çox şeyin vergisi durur.

    Vergi nazirinə gedib deyərsən
    Ruhumu vergidən gizlətmişəm mən.
    İstəsən bunu da bəyan edərsən:
    Ahımı vergidən gizlətmişəm mən.

    Qabağa vermisən yekə qarnını,
    Yoğun peysərində ət yığın-yığın.
    Satıb namusunu, yeyib arını
    Rüşvət toplayırsan sən tığın-tığın.

    Yellənir, şellənir, nəşələnirsən,
    Yumru yanaqların yanır pul kimi
    Birinin üstünə şeşələnirsən,
    Birindən qorxursan qara qul kimi.

    Yığdığın pulların beş-on faizi
    Büdcəyə yetişsə aləm olardı.
    Sənin öz büdcən var büdcədən gizli,
    Sən onu xərcləsən büdcə dolardı.

    Hopub gözlərinə dolların şəkli,
    Sən şıllaq atırsan milli manata.
    Elə bil hamının sənsən şəriki,
    Sən divan tutursan bu camaata.

    Mənə qanunları xatırladıb hey
    Gəliri-çıxarı edirsən təftiş.
    Çox şey gizlətmişəm vergidən, çox şey,
    Sən tapa bilməzsən, cənab müfəttiş”.
    1996





















    EŞŞƏYƏ MƏKTUB

    Sirli baxışların, şux addımların,
    Dodaqların incə, gözlərin qəşəng.
    Bəs nədən bu nadan, küt adamlari
    Sənə bənzədirlər, əzizim eşşək?

    Bir yandan baxanda eşşək deyilsən,
    Çoxları yanında eşşəkdir sənin.
    Nə yatır, nə də ki, kövşək döyürsən,
    Gözütox olmağın bişəkdir sənin.

    Yaltaqlıq, qorxaqlıq sənə yaddı, yad,
    Sənin ləyaqətin, mərifətin var.
    Səndə qabiliyyət, səndə istedad,
    Sənin öz qövmünə sədaqətin var.

    Sənin öz vəzifən, öz işin-gücün,
    Öz yolun, öz çulun, öz idealın.
    Bu ikiayaqlı dostların neçün
    Sənə bənzəmirlər, ay qadan alım?

    Sənin ürəyinə yaddı qəzəb, kin,
    Ayağın dəyən yer abad olubdur.
    Səndən əskiklərin eləsi var ki,
    Ali kürsülərə mandat alıbdır.

    Gör hara dırmaşıb sənin tayların?
    Zəifin üstünə çımxırması var.
    Bir az çox olanda arpa payları
    Onların anqırıb fınxırması var.

    Yalnız anqırmaqla şərik olursan
    Beşillik, onillik planlara sən.
    Nə dinir, nə də ki, çəpik çalırsan
    Kürsüdən deyilən yalanlara sən.

    Baxtına yazılıb bütün əzablar,
    Qayğına qalan yox sənin bir tikə.
    Nə sənin hüsnünə şeir yazan var.
    Nə də ki, yalına bir sığal çəkən.

    Eynin açılmayır, üzün gülməyir,
    Heyvanlar içində mağmın, mükəddər.
    Heç heyvan deməyə dilim gəlməyir,
    Sənin qismətindir ehtiyac, kədər.


    Gah şallaq, gah təpik vururlar sənə,
    Amma eşidilmir bir şikayətin.
    Ənam yox, əziyyət verirlər sənə,
    At qədər, it qədər yoxdur hörmətin.

    Çoxunun ölüsü, dirisi sənə
    borcludur.Sən susma gəl dilə, eşşək.
    O gün “eşşək” dedi birisi sənə,
    Sən elə eşşəksən, o, belə eşşək.

    Əzizim, pəjmürdə olmasın halın,
    Şəklə qulağını, dövran sənindi.
    Sənin dırnağına vurulan nalı
    Çoxu yaxasına vurubdu indi.

    Sən kimin önündə boyun əyirsən,
    Niyə utanırsan, a başı daşlı?
    Daha tək deyilsən, tənha deyilsən,
    Artır günü-gündən dostun-yoldaşın.

    Sənin rəftarında min rəng, min ahəng,
    Tərbiyən bəllidir külli-aləmə.
    Bir azca müdriklik göstərsən, eşşək,
    Sən örnək olarsan neçə “alim”ə.

    İkicə eşşəyin arpa payını
    Bölə bilməyən var, boldur ədası.
    Qulaqlar eşitmir hay-harayını,
    Sənin qulağına şükür, qadası.

    Sən gözə soxmursan öz ulağını,
    Cəmi övladları övlad sanırsan.
    Hərdən sallasan da sən qulağını
    Çox şeyi çoxundan yaxşı qanırsan.

    Rüşvət, haram tikə əxlaqına yad,
    Təqaüd almırsan ahıl yaşında.
    Nə alqış umursan, nə təltif, nə ad,
    Palanın belində, ağlın başında.

    Adıyla çağıraq gəlin hər şeyi,
    Yalanın gözünə qan damar-damar.
    İndi hər adamın özcə eşşəyi,
    İndi hər eşşəyin öz adamı var.

    Sirli baxışların, şux addımların,
    Dodaqların incə, gözlərin qəşəng.
    Bəs nədən bu nadan, küt adamlari
    Sənə bənzədirlər, əzizim eşşək?

    1990



    NƏĞMƏLƏR

    NİYƏ QISQANDIM SƏNİ

    Musiqisi Zabitə Məmmədovanın

    Saçında jalə gördüm-
    Suya qısqandım səni.
    Başnnda halə gördüm,
    Göyə qısqandım səni.

    Gah gülə, gah çiçəyə,
    Gah yağışa, küləyə,-
    Heç bilmədim mən nəyə,
    Niyə qısqandım səni?

    Məni didərgin salan,
    Sənlə qolboyun olan,
    Gecə səninlə qalan
    Aya qısqandım səni.





    GÜLÜM
    Musiqisi Zabitə Məmmədovanın

    Milyon gülün içindən
    Səni seçərəm, gülüm.
    Ömrün dolaylarından
    Sənlə keçərəm, gülüm.

    Sənsiz nədir bu aləm?
    Qəlbimə çökər ələm.
    Yollarında bitsə qəm-
    Qəmi biçərəm, gülüm.

    Sən özün boyda ürək,
    Baxışın odlu şimşək.
    Gülüşünü şərab tək,
    Nur tək içərəm, gülüm.

    Həsrətini duyandan
    Mən uzağam röyadan.
    Sən dünyamsan, dünyadan
    Sənsiz köçərəm, gülüm.






    APAR MƏNİ
    Musiqisi Tahir Əkbərin

    Dərdimi kimə deyim,
    Güman, gəl apar məni.
    Dağlar məni səsləyir,
    Duman, gəl apar məni.

    Bu dünyanı gəzmişəm,
    Tənhalıqdan bezmişəm,
    Özümdən əl üzmüşəm,
    Tufan, gəl apar məni.

    Adın düşmür dilimdən,
    Al həsrətin əlindən,
    Yarım, qurtar zülmdən,
    Aman, gəl apar məni.

    Əllərimi açmışam,
    külək, gəl apar məni,
    Mən yazı gözləyirəm,
    çiçək gəl apar məni.

    Alışıram-yanıram vüsala çatmaq üçün,
    Kömək əlini uzat, mələk, gəl apar məni.

    Səsim çatmayır sənə, əlim yetməyir sənə,
    Nalə çəkib deyirəm: fələk, gəl apar məni.

    Sənsiz mənim nə günüm, nə şöhrətim, nə adım?
    Sən vuran ürəyimsən, ürək, gəl apar məni.




















    NƏVƏ
    Musiqisi Məzahir Yusiflinin

    Saçım yumşaq ipəkdir,
    Adım bir zərif addır.
    Bu dunyaya gəlişim
    Sanki bir zarafatdır.

    Nəqərat:
    Atamın nəfəsiyəm,
    Anamın həvəsiyəm.
    Babamın nəvəsiyəm,
    Nənəmin nəvəsiyəm.

    Babam beşik düzəldir,
    Nənəm corab toxuyur.
    Güllər, çiçəklər belə
    Mənə nəğmə oxuyur.

    Dünyaya gəlişimdən
    Ğölərə nur ələnib.
    Evimiz dünya boyda
    Təbəssümə bələnib.


    Hamının doğmasıyam,
    Hamının sevinciyəm.
    Dünya boyda səadət,
    Özüm boyda inciyəm.

    Nəqərat:
    Atamın nəfəsiyəm,
    Anamın həvəsiyəm.
    Babamın nəvəsiyəm,
    Nənəmin nəvəsiyəm

















    BU SEVGİDİR DEYƏSƏN
    Musiqisi Məzahir Səmədoğlunun

    Çaylar tərsinə axır,
    Bu sevgidir deyəsən.
    İldırım yerdə çaxır,
    Bu sevgidir deyəsən.

    Baxıram öz əksimə,
    Dönmüşəm sarı simə.
    Ürək sığmır köksümə,
    Bu sevgidir deyəsən.

    Hardan gəlir sorağım?
    Hara gedir ayağım?
    Harda yanır çırağım?
    Bu, sevgidir deyəsən.

    Bu nə halət, bu nə sirr?
    Dilim-dodağım əsir?
    Olmuşam sənə əsir,
    Bu sevgidir deyəsən.

    Xəbərim yox yaşımdan,
    Baharımdan, qışımdan,
    Ağlım çıxır başımdan,
    Bu sevgidir deyəsən.

























    QOCALMA, GÖZƏL, QOCALMA
    Musiqisi Babək Qurbanovundur

    Dən düşübdür saçlarına,
    Amandı, qocalma, gözəl.
    Dünya özü qocalsa da,
    Amandı, qocalma, gözəl.

    Əlim göydə, üzüm haqda,
    Mən ayaqda, sənsə taxtda,
    Gəl baş əymə keçən vaxta,
    Amandı, qocalma, gözəl.

    Qəm əkilər gözlərimə,
    Sədd çəkilər sözlərimə,
    Ağrı çökər dizlərimə,
    Amandı, qocalma, gözəl.

    Dərd adamı heydən salır,-
    İlan olub ürək çalır.
    Firuz sənlə bir qocalır,
    Amandı, qocalma, gözəl.




    AXTAR MƏNİ, GƏZ MƏNİ
    Musiqisi Qismətin

    Sevinmədim doyunca,
    Dağlayır bir hiss məni.
    İndi ömrün boyunca
    Axtar məni, gəz məni.

    Bir bahar yağışında,
    Güllərin baxışında,
    Ömrümüzün qışında
    Üşüdür hər söz məni.

    Hopum dodaqlarına,
    Qonum yanaqlarına,
    Sənin ayaqlarına
    Gətirir bir iz məni.









    UCADIR
    Musiqisi Xəyyam Mirzəzadənin

    Keçənləri soraqlama,
    Köçənlərə yas saxlama,
    Sən sabaha bel bağlama,
    Bu gün sabahdan ucadır.

    Biz hamımız bir biçimdə
    Qovruluruq ah içində,
    Hamımız günah içində,
    Tövbə günahdan ucadır.

    Qurd susar - bayquş dinəndə,
    Gün çıxar buğda dənindən.
    Dünyanın çərxi dönəndə
    Dərviş padşahdan ucadır.

    Ömür - ölümün axarı,
    Ölüm ömürün axırı.
    Allah - hər şeydən yuxarı,
    Vicdan - Allahdan ucadır.





    SON LİMAN

    Musiqisi Şahid Əbdülkərimovun

    Mən bir dar ağacı, mən dərd ağacı,
    mən teli qırılmış kaman kimiyəm.
    Sən mənim ömrümün son dayanacağı,
    “Sən” adlı ünvana üzən gəmiyəm.

    Bu sonsuz dənizdə mən tənha gəmi,
    mənim sərnişinim xatirələrdir.
    İçimi xışlayan kədərin, qəmin
    astarı üzündən daha betərdir.

    Göy üzü qüssədən çəkilib tarım,
    o göylər Günəş yox, bir zülmət doğur.
    Yarıb tufanları, fırtınaları
    üzürəm “Sən” adlı limana doğru.

    Bəs niyə görünmür o liman niyə,
    bəlkə bir ilğımdır məni aldadan?
    Niyə çalxalanır bu ümman niyə,
    məni kim çıxarar bu qeylü-qaldan?


    Bu sonsuz sularda məni tənha gəmi...
    mənim son pənahım, son gümanım sən.
    Özüb gedəcəyəm ölümə kimi,
    mənim son limanım, son ünvanım sən.
    1979























    QAÇA BİLMƏZSƏN

    Uzaq dolan bu xülyadan,
    Sən məndən qaça bilməzsən.
    Lap qaçsan da bu dünyadan,
    Sən məndən qaça bilməzsən.

    Hamı bilsin həqiqəti:
    Kim bağışlar xəyanəti?
    Başqa fikrə düşmə qəti,
    Sən məndən qaça bilməzsən.

    İki aləm bir olsa da,
    Kimsə sənə yar olsa da,
    Əlim daş altda qalsa da
    Sən məndən qaça bilməzsən.










    DARIXMIŞAM

    Sən gedəli güllər solub,
    Gəlişiçün darıxmışam.
    Ürəyimi nisgil alıb,
    Yerişinçün darıxmışam.

    Bu ayrılıq düşdü nədən,
    Yaşayarmı ruhsuz bədən?
    Gülər üzlər görsəm də mən,
    Gülüşünçün darıxmışam.

    Hər kəlmənin öz yeri var,
    Yanağında göz yeri var.
    Dodağımda köz yeri var,
    Öpüşünçün darıxmışam.










    ƏBƏDİDİR EŞQİMİZ

    Hər şey gəldi-gedərdi,
    Əbədidir eşqimiz.
    Bu ayrılıq hədərdi,
    Əbədidir eşqimiz.

    Günəş batar, Ay sönər,
    Ulduzlar yerə enər,
    Zaman geriyə dönər,
    Əbədidir eşqimiz.

    Sən atlı, mən piyada,
    Sən oyaq, mən röyada,
    Bü ötəri dünyada
    Əbədidir eşqimiz.











    BAXIŞIN QAYIT DEYİR

    Baxışın qayıt deyir,
    Mən qayıdan deyiləm.
    Göz yaşın “qayıt” deyir,
    Mən qayıdan deyiləm.

    Yuxusu yox gözümün,
    Azalsa da dözümüm
    Ağasıyam sözümün,
    Mən qayıdan deyiləm.

    Sən mənə dil töksən də,
    Əzabımı çəksən də,
    Qarşımda diz çöksən də,
    Mən qayıdan deyiləm.

    Ömrümün şamı sönsə,
    Günəş səmadan ensə,
    O sevgi geri dönsə
    Mən qayıdan deyiləm.





    SƏNİNLƏ QALSIN

    Mən baharı sevirəm,
    Payız səninlə qalsın.
    Qoy mənli xatirələr
    Yalnız səninlə qalsın.

    Əsən yel nəfəsimdi,
    Coşan sel həvəsimdi.
    O Ay mənim bəsimdi,
    Ulduz səninlə qalsın.

    Dünyaya baxıb gedək,
    Əlini sıxıb gedək.
    Hamımız çıxıb gedək,
    Firuz səninlə qalsın.

    1985









    YAZIĞIM GƏLİR

    Səninlə sirdaş olan
    Qəmə yazığım gəlir.
    Sənin dərdini çəkən
    Simə yazığım gəlir.

    Üstələsə dərd məni,
    Uzat kömək əlini.
    De ki, sevirəm səni,
    Demə, yazığım gəlir.

    İndi bənddi bir himə,
    Qəm yeriyər üstümə.
    İlahi, mənim kimə,
    Kimə yazığım gəlir?..










    OLMASAYDI

    Yaz selləri çağlamazdı
    Qışın qarı olmasaydı.
    Kaman belə ağlamazdı
    Yarın yarı olmasaydı.

    Yoxuşlarda yorulardım,
    Bulanardım, durulardım,
    Mən təzədən vurulardım
    Ömür yarı olmasaydı.

    Sən keçirsən ürəyimdəm
    Sənsiz puçdur bu çöl-çəmən.
    Sənə səcdə edərdim mən,
    Əgər tanrı olmasaydı.

    1985








    DOĞRU SÖZÜMDÜR

    Könlüm sənə təşnədir,
    Vallah, doğru sözümdür.
    Dünya sənsiz heç nədir,
    Vallah, doğru sözümdür.

    Sənsən mənim qismətim,
    Sevincim, səadətim,
    Kədərim, müsibətim,
    Vallah, doğru sözümdür.

    Ayağına gələrəm,
    Göz yaşını silərəm.
    Sənsiz ölə bilərəm,
    Vallah, doğru sözümdür.










    İNANAN DAŞA DÖNSÜN
    (duet)
    -Yenə sevirəm səni.
    -İnanan daşa dönsün.
    -Sənsizlik üzür məni.
    -İnanan daşa dönsün.

    -Uydum sənin felınə,
    Əlim yetmir əlinə.
    Düyün düşsün dilinə.
    -İnanan daşa dönsün.

    -Mən şaxtadan donmaram,
    Hər atəşə yanmaram,
    Ölsən də inanmaram.
    -İnanan daşa dönsün.










    BİVƏFASAN
    (duet)
    -İnanmaram bu eşqə,
    Gülüm, bivəfasan sən.
    -Əzəl gündən ömrümə
    Bir cövri-cəfasan sən.

    -Nə dadıma çatırsan,
    Nə hayıma yetirsən.
    Nə ruhuma yatırsan,
    Nə zövqi-səfasan sən.

    -Nur doğar sabahımdan,
    Yer titrəyər ahımdan.
    Keç mənim günahımdan,
    Firuz Mustafasan sən.









    OLMUŞAM

    Yüz ürəyə şölə saçıb,
    Bir ürəkdə qor olmuşam.
    Hər tərəfə zülmət çöküb
    Mən zülmətdə nur olmuşam.

    Eşqim sənə əl eləyib,
    Ürəyinə nur ələyib,
    Arzularım pöhrələyib,
    Öz arzuma tor olmuşam.

    Çağırmısan gəlməmişəm,
    Ağlamısan bilməmişəm.
    Ölməliykən ölməmişəm,
    Kar olmuşam, kor olmuşam.

    Yoxum yoxdan var olmayıb,
    Yadlar heç vaxt yar olmayıb.
    Dünya mənə dar olmayıb,
    Mən dünyaya dar olmuşam.






    TƏBRİK EDİRƏM

    Zirvələrə üz tutan
    Yolu təbrik edirəm.
    Günəşə gülümsəyən
    Gülü təbrik edirəm.

    Nurda üzür asiman,
    Göylər gülür, ay aman!
    Əllərdən sığal uman
    Teli təbrik edirəm.

    Gəlsə ayrılıq dəmi
    Birgə ovudaq qəmi.
    Bizi titrədən bəmi,
    Zili təbrik edirəm.

    Dünən kəlmə kəsməyən,
    Bu gün yarını öyən
    “Səni sevirəm” deyən
    Dili təbrik edirəm.




    RƏQS ELƏYƏK

    Dərdimizi oda ataq,
    Gəl oynayaq, rəqs eləyək.
    Qəmimizdən ocaq çataq,
    Gəl oynayaq, rəqs eləyək.

    Dodağında sükut donub,
    Dözlərində bulud dolub,
    Keçən keçib, olan olub,
    Gəl oynayaq, rəqs eləyək.

    Səda düşsün qoy hər yana,
    Düşmən qalsın yana-yana.
    Çoxlarının acığına
    Gəl oynayaq, rəqs eləyək.

    Fərəh dolsun qəlbimizə,
    Hamı qibtə etsin bizə,
    Qoşulub Yer kürəmizə
    Gəl oynayaq, rəqs eləyək.
    1999




    MƏN O GÜLÜ DƏRƏCƏYƏM

    Taleyimə qırov düşüb,
    Ürəyimə alov düşüb,
    Bir gül mənə girov düşüb,
    Mən o gülü dərəsiyəm,
    Ona könül verəsiyəm.

    O gül mənim qismətimdi,
    Sevincimdi, möhnətimdi
    Onu dərmək çox çətindi,
    Mən o gülü dərəsiyəm,
    Ona könül verəsiyəm.

    Külə dönmüş könül hanı,
    Haray çəkən bülbül hanı,
    Gülüstanda o gül hanı?
    Mən o gülü dərəsiyəm,
    Ona könül verəsiyəm.
    Mən o gülsüz öləsiyəm.
    1980




    NƏLƏR GÖRDÜM

    Qara-ağmış, ağsa qara,
    Mən zülmətdə səhər gördüm.
    Azad könlüm düşdü tora,
    Bal içində zəhər gördüm.

    Çaşıb qaldım bir seçimdə,
    Üzlər gördüm hər biçimdə.
    Toylar varmış yas içində,
    Gülən gözdə kədər gördüm.

    Doğmaların yadı varmış,
    Qarın- buzun odu varmış,
    “İgidlərin” adı varmış,
    “Qorxaqlarda” hünər gördüm.

    Ağrılarım gəldi dilə,
    Zaman mənə qurdu tələ,
    Aman tanrı, aman tale,
    Bu dünyada nələr gördüm.







    SEVƏNLƏRLƏ BİR YAŞADIM

    Sevənlərlə bir yaşadım,
    Qəm becərdim, dərd daşıdım,
    Bu dünyayla mən yaşıdam,
    Nəsillərin körpüsüyəm.

    Sinəm üstdən illər keçib,
    Yelkən donlu yellər keçib,
    Yel qanadlı illər keçib,
    Yüzillərin körpüsüyəm.

    Yollar uzun, ömür qısa,
    Bu nə qəza, bu nə cəza?
    Calayıram qışı yaza,
    Fəsillərin körpüsüyəm.










    SƏN DEYƏN OLMAYACAQ

    Sözlərimə qulaq as,
    Sən deyən olmayacaq.
    Yad ürəklər qovuşmaz,
    Sən deyən olmayacaq.

    Sinənə döymə belə,
    Özünü öymə belə.
    Arxamca söymə belə,
    Sən deyən olmayacaq.

    Bu eşq deyil həvəsdir,
    Hədə-qorxun əbəsdir,
    Arxamca gəzmə bəsdir,
    Sən deyən olmayacaq.

    Sən qışsan, mənsə bahar,
    Mənim öz sevgilim var;
    Get özünə tay axtar,
    Sən deyən olmayacaq.





    GÖZ YAŞIM OL

    Var-dövlətdən uzaq gəzdim,
    Gülüm, mənim qaş-daşım ol.
    Cavanlıqda vuran qəlbim,
    Qocalanda ağ saçım ol.

    Göydən gələn mələyimsən,
    Özün boyda ürəyimsən.
    Güləndə göz bəbəyimsən,
    Ağlayanda göz yaşım ol.

    Mən yek olum, sənsə qoşa
    Dünya sənlə bir tamaşa.
    Bir gün ömür çatsa başa,
    Qəbrim üstə başdaşım ol.










    QİSAS QALMAZ QİYAMƏTƏ

    Salam olsun düz ilqara,
    Saf sevgiyə, məhəbbətə.
    Alqış deyək ürəklərdə
    Yuva quran dəyanətə.

    Şəkər billəm duz göndərsən,
    Alov billəm buz göndərsən,
    Əgər məndən üz döndərsən,
    Dözmərəm bu xəyanətə.

    Hər sirrimi bilməlisən,
    Ağlamalı, gülməlisən,
    Mən “öl”-desəm ölməlisən-
    Qisas qalmaz qiyamətə.











    BİZƏ GƏLDİK

    Bir məclisdə biz qəfildən
    Səninlə üz-üzə gəldik.
    Əl uzadıb tanış olduq,
    Sanki dağdan düzə gəldik.

    Şaxta dəydi qoramıza,
    Köz basdılar yaramıza,
    Yadlar girdi aramıza,
    Deyəsən, biz gözə gəldik.

    Duyub hicran küləyini-
    Yerə vurdum kürəyini.
    Oğurladım ürəyini,
    Axır sizdən bizə gəldik.










    UTANIRAM

    Taleyimə qar yağır
    Qışımdan utanıram.
    Huşum başımdan çıxır
    Huşumdan utanıram.

    Qollarım budaq olub,
    Əllərim yarpaq olub...
    Qara tellər ağ olub-
    Saçımdan utanıram.

    Xətrinə dəyəmmirəm,
    Qapını döyəmmirəm.
    “Sevirəm” - deyəmmirəm,
    Yaşımdan utanıram.











    KAŞ O ŞEİRİ MƏN YAZAYDIM

    Tale yazan qara yazıb,
    O yazını mən yazaydım.
    Kipriyində yaşa dönüb
    Gözlərində yol azaydım.

    Özün boyda bir sirsən sən,
    Cazibəsən, sehrsən sən.
    Yazılmamış şeirsən sən,
    Kaş o “seiri” mən yazaydım.

    Çırpınıram dar qəfəsdə,
    Könül səndən könül istər.
    Bir gün ölsəm, sinən üstə
    Öz qəbrimi mən qazaydım.










    SƏN MƏNİM GÖZ DAĞIMSAN

    Həmişə mənimləsən,
    Sən mənim öz dağımsan.
    Soyuqsan, sopsoyuqsan
    Bəlkə də buz dağımsan.

    Əllərimi öpürsən,
    Bağrıma od təpirsən,
    Yarama duz səpirsən-
    Sən mənim duz dağımsan.

    Dərdini bölsəm də mən,
    Əsirin olsam da mən,
    Lap sənsiz ölsəm də mən-
    Sən mənim göz dağımsan.








    BU GÜLLƏRİN GÖZLƏRİ NƏM

    Bu güllərin gözləri nəm,
    Ağlayıbmı, gülübdümü?
    Bu nə gülüş, bu nə sitəm-
    Yar çəmənə gəlibdimi?

    Qaçdım hicran küləyindən,
    Tutdum bəxtin ətəyindən,
    Keçdim dərdin ələyindən
    Bunu kimsə bilibdimi?

    Könül, şam tək odlan, alış,
    Atəşə dön, oda qarış...
    Göz yaşını dost, ya tanış
    Bircə kərə silibdimi?

    Yollarımı tutub duman,
    Heç vüsala varmı güman?
    Məni səndə tapan inam-
    Yaşayırmı, ölübdümü?





    GECİKİRSƏN

    Öz vaxtında söz demirsən,
    Dilim, yaman gecikirsən.
    Dost əlini sıxmaq üçün,
    Əlim, yaman gecikirsən.

    Sinəm üstü köz yeridir,
    Ümidimi həsrət didir,
    Sən gəlmirsən-ömür gedir,
    Gülüm, yaman gecikirsən.

    Mən yaxında, sən uzaqda,
    Uyuşmayır ömür vaxta.
    Əlim göydə, üzüm haqda,
    Ölüm, yaman gecikirsən.










    ASIN

    Məni dilimdən asmayın,
    Məni sözümdən asın.
    Bu dünyada nələr gördüm?
    Məni gözümdən asın.

    Güllər məni ötürmədi,
    Çöllər məni bitirmədi,
    Yollar məni itirmədi
    Məni izimdən asın.

    Köməyə bir kəs gəlmədi,
    İns gəlmədi, cins gəlmədi,
    Harayıma səs gəlmədi,
    Məni səsimdən asın.

    Külək məni qaldırammaz,
    Çiçək məni güldürəməz;
    Fələk məni öldürəmməz-
    Məni özümüdən asın.
    1988




    GÜLƏMMƏDİM

    Yollar - yoxuş, yollar - eniş,
    Mən yanına gələmmədim.
    Sənli ömrüm bahar imiş,
    Sənsiz bir yol güləmmədim.

    Baxışından keçdi yolum,
    Uçurumdu sağım-solum...
    Dedim: bəlkə gələ ölüm-
    Neyləyim ki, öləmmədim...

    Tale verdi qarğışını
    Gördüm ömrün qar-qışını.
    Niyə sənin göz yaşını
    Öz əlimlə siləmmədim?

    Sözlər ömrə naxış olar,
    Nə deyibdir gör atalar:
    Hər gözəlin bir eybi var!
    Eybin nədir? - Biləmmədim.





    DÖZÜM YOXDUR

    Ocaq olub yanasıyam,
    Odum yoxdu, közüm yoxdu.
    Mən eşqimin aynasnyam-
    Danışmağa sözüm yoxdu.

    Dünya dəniz, ömür-ada,
    Günahlarım dönər oda...
    Harayımı göylər udar,
    Yer üzündə izim yoxdur.

    Yollar kimi yorulmuşam,
    Sular kimi durulmuşam...
    Mən könlünə vurulmuşam-
    Gözlərində gözüm yoxdur.

    Yox gündüzüm, yoxdu gecəm...
    Dözərdim sən gələnəcən,
    Gözləyərdim ölənəcən,
    Neyləyim ki, dözüm yoxdu.





    SALAM OLSUN

    Xoş müjdələr gətirən
    Çağlara salam olsun!
    O məxmər çəmənlərə,
    Bağlara salam olsun!

    Gülür gülü, nərgizi
    Hər gün yol çəkir gözü,
    Çoxdan gözləyir bizi
    Dağlara salam olsun.

    Yolçunu yolda yoran,
    Düşmənə qan udduran,
    Sıramızda şax duran
    Sağlara salam olsun.










    TƏKCƏ SƏNINLƏ XOŞBƏXTƏM

    Bəmbəyazdnr ömür yolum,
    Təkcə səninlə xoşbəxtəm.
    Bu taleyə qurban olum,
    Təkcə səninlə xoşbəxtəm.

    Sən atlısan, mən - piyada,
    Sən ayıqsan, mən - röyada
    Qəmli, qüssəli dünyada
    Təkcə səninlə xoşbəxtəm.

    Birdir arzu, diləyimiz,
    Təkdir göydə mələyimiz
    Birgə vurur ürəyimiz,
    Təkcə səninlə xoşbəxtəm.










    DƏLİSƏN

    Kədərə alqış deyirsən,
    Dəlisən, vallah, dəlisən.
    Özünə qarğış deyirsən,
    Dəlisən, vallah, dəlisən.

    Məcnun kimi yana-yana,
    Düşübsən çöl-biyabana.
    Söylə, gedirsən ha yana?
    Dəlisən, vallah, dəlisən.

    Sən ruhumu dağlayırsan,
    Güləndə də ağlayırsan.
    Eşqinə yas saxlayırsan,
    Dəlisən, vallah, dəlisən.









    GÜL, AY ŞAHMAR
    (“Yan, ay Şahmar” şeirinin müəllifi dostum Şahmar Əkbərzadəyə)

    Ömür tanrı göyərçini,
    Uçar bir gün, bil, ay Şahmar.
    Göz yaşını dəsmalla yox
    Sən qılıncla sil, ay Şahmar.

    Araz olub çağlayırsan,
    Dərddən qurşaq bağlayırsan,
    Sən güləndə ağlayırsan,
    Ağlayanda gül, ay Şahmar.

    Tale sənə ağıl verib,
    Ömür adlı nağıl verib,
    Nəvə verib, oğul verib,
    Gəl şax dayan, gəl, ay Şahmar.

    Dostla böldün son tikəni,
    Sinən üstü dərd əkini,
    Mən bilirəm, sən çəkəni
    Çəkə bilməz fil, ay Şahmar.

    Firuz, sənin üzün haqda,
    Möhkəm dayan bərk ayaqda.
    İzin qalsın bu torpaqda,
    Nə usan, nə öl, ay Şahmar.
    10.10.1997
























    UNUTMA

    Yaşa ömrün hər üzünü,
    Unutma məni, unutma.
    Unutsan da sən özünü -
    Unutma məni, unutma.

    Dağ çəkirsən mənə, zalım,
    Cavabsnzdır hər sualım.
    Bir qulaq as, qadan alım,
    Unutma məni, unutma.

    Mən batmışam çox günaha,
    Ümidim yoxdur sabaha,
    Səni and verrəm Allaha,
    Unutma məni, unutma.










    GİTARA

    Oxumuşuq, çalmışıq
    Mənəm, bir də gitara.
    Meydanda tək qalmışıq
    Mənəm, bir də gitara.

    Simlər haray qoparır,
    Xəyal məni aparır.
    Geniş aç qapıları,
    Mənəm, bir də gitara.

    Simlər səssiz ağlayır,
    Ürəyimi dağlaynr,
    Kiməsə yas saxlayır -
    Mənəm, bir də gitara.











    YAZIĞIM GƏLIR

    Dağlara qan udduran
    Çənə yazığım gəlir.
    Günümü qara edən
    Günə yazığım gəlir.

    Fürsət düşüb əlinə,
    Düz söz gəlmir dilinə.
    Nifrət etsəm də sənə
    Yenə yazığım gəlir.

    Saralsam da, solsam da,
    Bulud kimi dolsam da,
    Özüm yazıq olsam da
    Sənə yazığım gəlir.









    BİZDƏN BAŞQA

    Dedim, izi heç nə pozmaz
    Təzə düşən izdən başqa.
    Dedin, heç nə gözdən salmaz
    Bizi yaman gözdən başqa.

    Dedim, könlüm coşub-daşar,
    Dedin, sözlə işmi aşar?
    Dedim, gülüm, söylə nə var
    Bu dünyada sözdən başqa?

    Dedim, varmı hicrin sonu?
    Dedin, məndən sorma bunu.
    Dedim, kim sevər Məcnunu
    Bu səhrada məndən başqa?

    Dedim, sənsiz üzüm gülməz,
    Dedin, Firuz, gedən gəlməz.
    Dedim, biz tək sevə bilməz
    Heç kəs bizi bizdən başqa.






    DİVAR SAATI

    Sehrli bir qutudur
    Sənin divar saatın.
    Bəxtimin tabutudur
    Sənin divar saatın.

    Dözümümü apardı,
    Həsrətimi suvardı,
    Keçilməz bir divardır
    Sənin divar saatın.

    Zamanı qamçılayır,
    Ömrümü qayçılayır,
    Köksümü parçalayır
    Sənin divar saatın.









    DÜNYAM

    Yuva qurub gözümdə qəm,
    Qapqaradır bütün aləm.
    Sən olmadın mənə həmdəm,
    Sinəmə dağ çəkən dünyam.

    Öz dərdimin peykiyəm mən,
    Eşitmədin məni nədən?
    Qurtar bizi bu dərdlərdən
    Dərd üstə dərd əkən dünyam.

    Nə vaxt rəhmə gələcəksən,
    Şərdən qisas alacaqsan,
    Xeyirlə dost olacaqsan,
    Gözləri yol çəkən dünyam?

    Bəxtim göydən yerə endi,
    Ay qaraldı, Günəş söndü.
    Göz yaşlarım selə döndü,
    Göz yaşları tökən dünyam.






    SALAM OLSUN

    Görüşünə gəlmişəm,
    Elim, salamlar olsun.
    Yolumu gözləyirsən,
    Yolum, salamlar olsun.

    Həsrətdən qala tikən,
    Könlümə tufan əkən,
    Üstümə hücum çəkən
    Zülm, salamlar olsun.

    Mən zülmətə batmışam,
    Cəhalətdə yatmışam,
    Dilimi unutmuşam,
    Dilim, salamlar olsun.

    Ruhumtək bəslədiyim,
    Nə vaxtdır səslədiyim,
    Yolunu gözlədiyim,
    Ölüm, salamlar olsun.




    MƏNİ TƏK QOYMA

    Hara getsən mənimlə get,
    Gülüm, sən məni tək qoyma.
    And verirəm, gəl insaf et,
    Gülüm, sən məni tək qoyma.

    Sükut deşir ürəyimi,
    Həsrət kəsir kələyimi,
    Yerə vurur kürəyimi
    Gülüm, sən məni tək qoyma.

    Yağılar gülür üstümə,
    Ağrılar gəlir üstümə,
    Kor oluram öz tüstümə,
    Gülüm, sən məni tək qoyma.

    Sənsiz keçən gün hədərdi,
    Ömür sənlə təzə-tərdi,
    Təklik ölümdən betərdi,
    Gülüm, sən məni tək qoyma.






    YUXUYA GEDİB

    Bu qoruqda haçandan
    Güllər yuxuya gedib.
    Bulaqlar quruyandan
    Göllər yuxuya gedib.

    Pələng döyür gözünü,
    Qarğa yeyir özünü,
    Qurd yalayır dizini,
    Kəllər yuxuya gedib.

    Ayı tayını tapmır,
    Aslan dovşanı qapmır,
    Atlar dadına çatmır
    Yollar yuxuya gedib.

    Qartal zirvədən enir,
    Maral dərəyə sinir,
    Meymun meymuna dönür,
    Çöllər yuxuya gedir.

    İnsan öz sağlığında,
    Gəzir cənnət bağında-
    Yatır fil qulağında,
    Fillər yuxuya gedib.


























    KİMİ SEVMƏ, KİMİ SEV

    Öz eşqinin sazında
    Mizrabı sev, simi sev.
    Səsin çatmasa zilə
    Eybi yoxdur, bəmi sev.

    Dağ çəksələr sinənə,
    Dağ tək dayan sən yenə.
    Deyəmmərəm mən sənə
    Kimi sevmə, kimi sev.

    Dostlarını doğma bil,
    Son tikəni yarı böl.
    Ölsən Firuz kimi öl,
    Sevsən Firuz kimi sev.










    BİLMƏDİN

    Hər axşam gözlədim mən səni,
    Gəlmədin, gəlmədin, gəlmədin.
    Könlümdə gizlədim mən səni,
    Bilmədin, bilmədin, bilmədin.

    Vüsalın sən atdın daşını,
    Bu eşqə sən qatdın başımı.
    Sən məıim gözümün yaşını
    Silmədin, silmədin, silmədin.

    Özüm öz dərdimə gülərəm,
    Dərdimi özümlə bölərəm,
    Deyirdin: “Mən sənsiz ölərəm”,
    Ölmədin, ölmədin, ölmədin.
    1980









    DEYİRSƏN BAĞIŞLA...

    Deirsən bağışla, keç günahımdan,
    Hələ danışmağa bir dilin də var...
    Sinəmə dağ boyda dağ çəkmisən sən,
    Hələ danışmağa bir dilin də var...

    Adımı hər yerdə xar eyləmisən,
    Dünyanı başıma dar eyləmisən,
    Sirrimi aləmə car eyləmisən,
    Hələ danışmağa bir dilin də var...

    Öz doğma yuvandan hara uçmusan?
    Gedib özgəsinə qucaq açmısan.
    Məni tufanlara atıb qaçmısan,
    Hələ danışmağa bir dilin də var...

    1980








    BİZ OLMASAYDIQ

    Qışa çevrilərdi bizim yazımız,
    Dünya boş qalardı biz olmasaydıq.
    Göylərdə yazılıb alın yazımız,
    Dünya boş qalardı biz olmasaydıq.

    Bizsiz bu aləmi zülmət boğardı,
    Nə Günəş çıxardı, nə Ay doğardı,
    Nə külək əsərdi, nə qar yağardı -
    Dünya boş qalardı biz olmasaydıq.

    Çatmışıq səninlə arzu-murada,
    Sevgimiz bağlayıb bizi həyata.
    Nə yaxşı gəlmişik bu kainata,
    Dünya boş qalardı biz olmasaydıq.










    YADINDAMI?

    Yadındamı günlər keçdi bir an kimi,
    Yadındamı ürək dindi kaman kimi,
    Yadındamı arzu kimi, güman kimi
    Sən köç etdin uzaqlara, əzizim

    Yadındamı bahar gəldi, sovuşdu,
    Yadındamı payız bizi soruşdu,
    Yadındamı ömür axdı, qovuşdu
    Gur çaylara, bulaqlara, əzizim.

    Yadındamı necə soldu keçən anlar,
    Yadındamı bir xəyaldı keçən anlar,
    Yadındamı nəğmə olub keçən anlar
    Qondu zərif dodaqlara, əzizim.
    1970









    NEYLƏYİM MƏN SƏNİ SEVƏ BİLMƏDİM

    Çoxları yolunda candan keçərdi,
    Neyləyim mən səni sevə bilmədim.
    Sinəmdə həsrətin odu göyərdi,
    Neyləyim mən səni sevə bilmədim.

    Son tikəni mənlə böləsi oldun,
    Könlümün kölgəsi, köləsi oldun,
    Sən mənim yolumda öləsi oldun,
    Neyləyim mən səni sevə bilmədim.

    Gözümdə gözyaşı əksən də belə,
    Dərdimin şəklini çəksən də belə,
    Nazımın nazını çəksən də belə
    Neyləyim mən səni sevə bilmədim.

    Gah şaxtaya düşən qızılgül oldun,
    Gah nalə qoparan bir bülbül oldun,
    Yolumda alışıb-yanıb kül oldun,
    Neyləyim mən səni sevə bilmədim.


    Sən ümid bağlama yaza, payıza,
    Dil açıb yalvarma daha Firuza,
    O, verib könlünü sevən bir qıza,
    Neyləyim mən səni sevə bilmədim.
    1987
























    “SEVİR-SEVMƏYİR?”

    Yolub çiçəkləriın ləçəklərini,
    Bir qız sızıldayır: “Sevir-sevməyir?”
    Bir oğlan çirməyib biləklərini
    Elə mızıldayır: “Sevir-sevməyir?”

    Qarı qocasının yoluıa çıxır,
    Nur gəlir gözünə: “Sevir-sevməyir?”
    Qoca qarısının üzünə baxır,
    Deyir öz-özünə: “Sevir-sevməyir?”

    Dünya ağ-qaraya bölüıüb bu gün,
    Qara “sevmə”-deyir, ağsa: “sev”-deyir.
    Bizsə sevənləri sevdiyimizçün
    Elə nigaranıq: “Sevir-sevməyir?”










    SON GÖRÜŞ

    Qoy yağsın ayrılıq yağışlarımız,
    Bu, bizim sonuncu görüşümüzdür.
    Qoy dinsin, danışsın baxışlarımız,
    Bu, bizim sonuncu görüşümüzdür.

    Eşqin səmasını alıbdır bulud,
    Bizim dərdimizi danışır sükut,
    Mən səni unutmam, sən məni unut
    Bu, bizim sonuncu görüşümüzdür.

    İndi yollarımız ayrılır bizim -
    Bilmirəm nə üçüı yol çəkir gözüm?
    İlk görüş uşaqda qalıb, əzizim,
    Bu bizim sonuncu görüşümüzdür.
    1977









    “SEVİRƏM” DEYƏMMƏDİM

    Bülbül də dil açdı, gül də danışdı,
    Mən sənə sevirəm deyə bilmədim.
    Həftələr ötüşdü, aylar dolaşdı
    Mən sənə sevirəm deyə bilmədim.

    Mən səni hər zaman salsam da yada
    Sən məni qısqandın doğmaya, yada.
    Tək səni sevsəm də mən bu dünyada
    Mən sənə sevirəm deyə bilmədim.

    Hər anım, hər günüm sənlə ötüşdü,
    Bu sevgim, bu eşqim dillərə düşdü.
    Mən sənin dərdindən çöllərə düşdüm,
    Mən sənə sevirəm deyə bilmədim.
    1975








    QURTARA BİLMƏZSƏN
    BU DƏRDDƏN MƏNİ

    Sağalmaz dərdlərə düçar olmuşam,
    Qurtara bilməzsən bu dərddən məni.
    Həsrətin əlində naçar olmuşam,
    Qurtara bilməzsən bu dərddən məni.

    Ya mənim könlümü isit bir hovur,
    Ya da gəl külümü göylərə sovur.
    Əzablarım məni hayana qovur,
    Qurtara bilməzsən bu dərddən məni.

    Bir zaman əzizin, doğman olmuşam,
    Başının üstündə loğman olmuşam.
    İndi öz dərdimə bağban olmuşam,
    Qurtara bilməzsən bu dərddən məni.

    Sən məni mənimtək anlayıb duysan,
    Heç uf da demərəm ruhumu soysan.
    Yarama nə qədər məlhəm də qoysan,
    Qurtara bilməzsən bu dərddən məni.





    CƏNAB TAMADA
    (marş-xitab)

    Burada yel əsməz, yengələr oynar,
    Küçələr qol tutar, döngələr oynar,
    Biz dönüb baxarıq, kölgələr oynar,
    Açaq könlümüzü doğmaya, yada,
    Ey cənab tamada, cənab tamada.

    Mən hələ susuram, sənsə kükrə, coş,
    Ürəyim doludur, badələrsə boş,
    Sən indi ayıqsan, mən isə sərxoş,
    Bu gün xatirələr düşəcək yada,
    Ey cənab tamada, cənab tamada.

    Bu məclisdən olmaz, bu gündən olmaz,
    Nədir məclisin ki?- şərab, mey, avaz.
    Qoy hələ gözəllər rəqs etsin bir az,
    Ruhum bir dənizdir, ürəyim-ada,
    Ey cənab tamada, cənab tamada.

    İzn ver sonuncu badəni içim,
    Sonrasa ağlayım mən için-için.
    Bir gülüş, bir görüş, bir öpüş üçün
    Mən bütün ömrümü verərəm bada,
    Ey cənab tamada, cənab tamada.


























    BU MƏNƏM, ƏZİZİM

    Bu mənəm, əzizim, dərdsiz, qayğısız,
    Çapıram atımı belədən-belə.
    Mənimçün eynidir bahar, qış, payız,
    Həyat nə, sevgi nə, bilmirəm hələ.

    ... Bu mənəm, əzizim, qış bahar olub,
    Ulduzlar söz açır məhəbbətimdən.
    O tənha illərim arxada qalıb,
    Uzağam kiminsə xəyanətindən.

    ... Bu mənəm əzizim, bahar qış olub,
    Qar yağıb saçıma, arzularıma,
    Ulduzlar qaralıb, çiçəklər solub.
    İllər ürəyimi çəkir tarıma.










    HƏLƏ HARASIDIR

    Ovxarlandım sevincimin əlində,
    Zilə çıxdı ürəyimin yarası.
    Tək eşqin yox, elə sənin hicrin də
    Bu könlümün çarasıdır, çarası.

    Neçə nadan əsəbimə toxunub;
    Ürəyim ac, gözlərimsə tox olub.
    Kipriyimin hərəsi bir ox olub
    Ürəyimi yarasıdır, yarası.

    İllər səpdi saçlarıma gizli dən,
    Özüm saldım mən özümü gözümdən,
    Necə deyim səni səndən gizlədən
    Gözlərimin qarasıdır, qarası.

    Dəvə kinim öz qınından sıyrılıb,
    Bəbəyimdə ilan kimi qıvrılıb.
    Səni məndən qaçaq salan ayrılıq
    Həsrətimin parasıdır, parası.

    Nakam olan qara geyər, bəzənməz,
    Hər məclisdə qol qaldırıb süzəmməz.
    Dedim: Firuz bu zillətə dözəmməz.
    Dedin: Hələ harasıdır, harası.
    1980

























    TƏZƏDƏN BAŞLAYAQ

    Uzaq buludlarda gəl uçaq yenə,
    Təzədən başlayaq biz bu sevgini.
    İlk dəfə”: “Sevirəm”-söyləyim sənə,
    Təzədən başlayaq biz bu sevgini.

    Qoy axsın sinənə qara tellərin,
    Çırpınsın ovcumda bəyaz əllərin,
    Məni bihuş etsin qızılgüllərin,
    Təzədən başlayaq biz bu sevgini.

    Biz indi çox şeyi görüb gəlmişik,
    İlləri yellərə verib gəlmişik,
    Hicran meyvəsini dərib gəlmişik,
    Təzədən başlayaq biz bu sevgini.

    Çoxları yenə də qınasın bizi,
    Yaxşı-yaman illər sınasın bizi,
    Daha itirməyək bir-birimizi,
    Təzədən başlayaq biz bu sevgini.

    Bu sirri nə dosta, nə yada deyək,
    Bu sirli dünyaya bir “ada” deyək.
    Keçən eşqimizə “əlvida” deyək,
    Təzədən başlayaq biz bu sevgini.


























    QAYIT GƏL
    Sən gedəli xəzan köçüb gözümə,
    Qəlbimdəki tufan deyir: qayıt gəl.
    Nə vaxtdır ki, düşüb mənim izimə
    Dağdan enən duman deyir: qayıt gəl.

    Yoxdu sənsiz bu dünyada heç kəsim,
    Bir bülbüləm dünya mənim qəfəsim,
    Qırılıbdır içimdəki sarı sim,
    Nalə çəkən kaman deyir: qayıt gəl.

    Yollarına göz dikməkdən kor oldum,
    Bu dünyada hicran mənə yar oldu.
    Öz ürəyim öz eşqimə gor oldu,
    Qəlbim sənə hər an deyir: qayıt gəl.









    MÜXTƏLİF İLLƏRİN SƏTİRLƏRİ

    GÜNƏŞ

    biz
    Günəşin
    üzünə-gözünə
    baxa bilmirik qəti
    gözləyirik çökəcək zülməti,
    gözləyirik nə vaxt olacaq xəlvət
    və nə zaman gələcək gecə-xəyanət
    Gecəni zülmətə-gecəyə yola salırıq
    axı biz Günəşi sevməyən yarasalarıq
    bax Günəş qaranlıqdan çıxmaq istəyir
    o bizim qəlbiimizdən doğmaq istəyir
    o vurub dağıdaraq keçir bütün sədləri
    qəti xoşlamır, sevməyir yalan vədləri
    o daim nifrət eləyir külə-kələyə
    buna görə dönüb yağlı əppəyə
    qaçıb əlimizdən çəkilib göyə
    Günəş boylanır dənizdən
    biz Günəşdən qaçırıq
    Günəşsə bizdən.
    Günəş bizsiz
    biz
    Gü-
    nəş-
    siz.



    HƏRBİ MARŞLAR

    DÜZLƏN, KOMANDİR GƏLİR

    Yürüşə hazırıq biz,
    Yola çıxır dəstəmiz,
    Cərgəyə düzülün tez,
    Düzlən! Komandir gəlir.

    Hər əzabı əzirik,
    Çətinliyə dözürük,
    Biz əmrə müntəzirik,
    Düzlən! Komandir gəlir.

    Əmr gəlir alaya,
    Sükut çökür araya,
    Əsgər, düzlən sıraya,
    Düzlən! Komandir gəlir.
    Düzlən! Komandir gəlir.
    Xarkov.1977





    TANKÇILAR marşı

    Zülmətdən sıyrılıb doğulsun səhər,
    Düşmənin başına yağsın mərmilər.
    Qeyrətə, zəfərə çağırır ellər
    Çıxsın qəlbimizdən ağri-acılar,
    İrəli, irəli, igid tankçılar.

    Bu yerlər, bu göylər bizimçün əziz,
    Çoxdan gözləyirik qələbəni biz,
    Dil açan arzular çiçəkdən təmiz.
    Güllələr susanda güllər açılar,
    İrəli, irəli, igid tankçılar.

    Tırtıllar yağının üstündən keçər,
    Od saçan lülələr oraq tək biçər,
    Ərənlər vətənçün canından keçər.
    Gözlər yolunuzu ana – bacılar,
    İrəli, irəli, igid tankçılar.
    (Tankçılar irəli, tanklar irəli).
    Vladivostok .1978








    BİR-İKİ, SOL

    Addımını dürüst at,
    Qamətini əymə sən,
    Od çıxsın, alov qopsun
    Səsindən, nəfəsindən.
    Sən ayıq ol, sayıq ol,
    Bir! İki! Bir-iki, sol!
    Bir! İki! Bir-iki, sol!

    Tanklar, toplar gurlayır,
    Alov saçır güllələr,
    Sənin başının üstdən
    Ötüb keçir güllələr.
    Vətən oğlu, yaxşı yol.
    Bir! İki! Bir-iki, sol!
    Bir! İki! Bir-iki, sol!

    Qələbəyə aparan
    İzlər səni gözləyir,
    Həsrətlə yola baxan
    Gözlər səni gözləyir.
    Möhkəm dayan, qalıb ol!
    Bir! İki! Bir-iki, sol!
    Bir! İki! Bir-iki, sol!


























    VƏTƏN ƏSGƏRİYİK BİZ

    Ağır döyüşlər gedir,
    Yola çıxır dəstəmiz.
    Qalib gəlməkdir bizim
    İstəyimiz, qəsdimiz.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz

    Ley kimi uça-uça
    Qonuruq göy yamaca;
    Bu dağlar necə uca,
    Bu düzlər necə təmiz
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz.

    Göydən yağan güllələr
    Nələr eləyir, nələr.
    Düşmən bağrını dələr
    Bizim dəri nərəmiz.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz.



    İRƏLİ

    Bu yamaclar, bu dağlar, çaylar bizimdir (hey!)
    İldırımlar şaxıyan göylər bizimdir (hey!)
    İrəli, irəli, yalnız irəli.
    İrəli, irəli, yalnız irəli.

    Düşmən üstə yeriyən pələngələr kimi
    Dağlar bizi qoruyur bir sipər kimi.
    İrəli, irəli, yalnız irəli.
    İrəli, irəli, yalnız irəli.

    Doğma yurdun yenilməz əsgəriyik biz,
    Neçə qanlı döyüşün səngəriyik biz.
    İrəli, irəli, yalnız irəli.
    İrəli, irəli, yalnız irəli.

    Qələbəyə az qalır, az qalır, əsgər.
    Qalibiyyət soraqlı yaz gəlir, əsgər.

    İrəli, irəli, yalnız irəli.
    İrəli, irəli, yalnız irəli




    VƏTƏN OĞLU, QALX AYAĞA
    Musiqisi Eldarın

    Vətən oğlu, vaxtdır daha, qalx ayağa,
    Borcumuzu gedək verək bu torpağa.
    Ellər çağırır bizi ağır bir sınağa,
    Millətin qeyrəti, yenilməz qüdrəti,
    Taleyi, qisməti
    Qarabağdadır.

    Şəhidlərin ruhu bizi gözləyir,
    Gözü yaşlı analar səni səsləyir.
    Bizi həm dost, həm də düşmən izləyir,
    Millətin qeyrəti, yenilməz qüdrəti,
    Taleyi, qisməti
    Qarabağdadır.


    Xilas edək torpağın hər qarışını,
    Bir oxuyaq bu qələbə marşını,
    Bir daha görməyək anaların göz yaşını,
    Millətin qeyrəti, yenilməz qüdrəti,
    Taleyi, qisməti
    Qarabağdadır.

    Ulu xalqım, vaxtdır daha, qalx ayağa,
    Vətən çəkir səni ağır bir sınağa,
    El dardadır, öz sinəni ver qabağa,
    Millətin qeyrəti, yenilməz qüdrəti,
    Taleyi, qisməti
    Qarabağdadır.

    Qoy dillənsin ağır toplar, mərmilər,
    Qanlı döyüşlərdə göstər hünər, çal zəfər,
    Od-alovdan paltar geysin hər əsgər,
    Millətin qeyrəti, yenilməz qüdrəti,
    Taleyi, qisməti
    Qarabağdadır.
    2010











    DƏMİRYOLÇULAR
    (himn)
    (Musiqisi Z.Məmmədovanındır)

    Gümüş relslərin üstdən
    mavi qatarlar keçər.
    Könüllərə nur dolar
    həsrət qürbətə köçər.
    Yollar sizə qol açar
    Dəmiryolçular, dəmiryolçular.

    Ölkələri dolaşar
    vaqonların karvanı.
    Fit verən paravozlar
    bu karvanın sarvanı.
    Ürəklərə yol açar
    Dəmiryolçular, dəmiryolçular.

    Bu yollarda işıqlar
    ulduztək yanar-sönər.
    Ərzi dolaşan qatar
    yenə Vətənə gələr.
    Bu torpaqdan güc alar
    Dəmiryolçular, dəmiryolçular.



    İLK POETİK NÜMUNƏLƏR


    HÖRÜKLƏR

    Bir qadın dayanıb güzgü önündə,
    Kəsir, qayçılayır hörüklərini.
    Az qala qışqırıb deyəm ki, mən də:
    Bəyəm pis göstərir hörüklər səni?

    Bəlkə də bu qalın hörüklər üçün
    Bir zaman taleyin gülüb üzünə?
    Bəlkə bu saçlarçün çox şeydən keçib
    Bir zaman sevdiyin düşüb izinə?

    Baxıram, kəsilmiş qara hörüklər
    İlantək qıvrılıb döşəmə üstdə…
    Sən bir az sevincli, mənsə mükəddər,
    Gəl indi sən məndən təbəssüm istə…
    24.04.1968





    QOŞA SÖYÜD

    İki söyüd vardı yol kənarında,
    Sanki əl tutaraq görüşürdülər.
    Baharda sarılıb biri-birinə
    Sevgililər kimi öpüşürdülər.

    Bahar ötüb keçdi, yay ötüb keçdi…
    Tökdü yarpağını uca söyüdlər.
    Köhnə küsülütək aralandılar
    Bir zaman “sevişən” Məcnun söyüdlər.

    Həyat da belədir, bir də görürsən
    İki sevən ürək sevinclə dolur.
    Baharda gül kimi cücərən sevgi,
    Payızda yarpaqtək saralıb-solur.
    08.07.1968










    ANA MƏHƏBBƏTİ

    Ana, dastanlara sığışmır adın,
    Sən necə müqəddəs, necə ülvisən.
    Bütün şairlərin, bəstəkarların
    Qəlbində möhtəşəm, şah əsərisən.

    Vurğunun ürəyi, Müşfiqin qəlbi
    Sənin həsrətinlə alovlanıbdır.
    Böyük Nəsimi də, ulu Babək də
    Ölüm ayağında səni anıbdır.

    Səndəki duyğular, səndəki hisslər
    Bağlamış adına əbədiyyəti.
    Fəqət ömrüm boyu çıxmaz yadımdan
    Ana məhəbbəti, ana həsrəti.

    “Tərəqqi” qəzeti, nöm.167
    14 dekabr 1968-ci il









    GÖZƏLLİK SƏNDƏN QAÇIR

    Görürəm bayaqdan baxıb güzgüyə
    Üzünə-gözünə boya çəkirsən.
    Yaman can atırsan sən gözəlliyə,
    Əfsus ki… gözəllik gen qaçır səndən.
    31.01.1969



















    TÜLKÜ TƏŞVİQ EDİR
    (təmsil)

    Şələquyruq tülküdən
    Soruşdu Boz Canavar:
    -Tülkü, doğrudan səni
    Təşviqatçı qoyublar?
    Savadsızam, gəl məni
    Sən bir azca başa sal.
    Bu sözü eşidərkən
    Tülkü dilləndi dərhal:
    -Məni bu vəzifəyə
    Qoyubdur Aslan qağa.
    Göz-qulaq olacağam
    Mən cücəyə-toyuğa.
    02.02.1969









    BƏDBƏXT “9”
    (təmsil)

    “9” yüksəlmək üçün
    Yamanca şıllaq atdı.
    Axırda yazıq “9”
    Təpəsi üstə düşüdü
    Və dönüb oldu “6”.
    02.02.1969

















    PİŞİK VƏ PƏLƏNG
    (təmsil)

    Xallı pişik pələngə
    Başladı yaltaqlığa:
    -Bizim qədim nəslimiz
    Qohum olubdur, qağa.
    Babamız bir olubdur,
    Yuvamız bir olubdur.
    Dərimiz zolaqlıdır,
    Pəncəmiz caynaqlıdır.
    Bizə batammaz heç kəs,
    Bizi qorxutmaaz heç nə.
    Mən sənə güvənirəm,
    Mən də arxayam sənə…
    Pələng qəzəblənərək
    Nərildədi qəfildən.
    -Get öz siçanlarını
    Qovmaqla məşğul ol sən.
    Get miyolda özünçün,
    Zəhləmi tökmə mənim.
    Qonşu hindəki köpək
    Qoy olsun sənə qənim.
    03.02.1969
    (“Təşviqatçı” jurnalı, 1970)


























    BAKIYA AXŞAM DÜŞÜR

    Titrəyir kövrək çinar,
    Uzaqdan yanır fanar.
    Nəğmə deyən ağaclar
    Sanki bizlə görüıür,
    Bakıya axşam düşür.

    Göl baxıb göy üzünə,
    Bəzək verir hüsnünə.
    Dalğaların üstünə
    Elə bil ağ şam düşür,
    Bakıya axşam düşür.

    Zülmətdən qaçan Xəzər
    Sahilə nur səpələr.
    Gündüzkü göy ləpələr
    İndi olub gümüşü,
    Bakıya axşam düşür.
    02.09.1970







    DÜNYA TƏZƏLƏNSİN

    Dünyanı təzədən bölüşdürək biz,
    Bölək şəhərləri, bölək kəndləri.
    Bölək qitələri, məmləkətləri,
    Bizdən inciməsin planetimiz…

    Hər yerdə bir yeni qanun yazılsın,
    Qoy seçsin hər ölkə öz rəhbərini.
    Qoy yeni sərhədlər, sədlər cızılsın,
    Hər kəs bu dünyada tutsun yerini.

    Desinlər filan yer mərdlər yurdudur,
    Satqınlar yeridir filan məmləkət.
    Filan yer düzlüyə qalıbdır həsrət,
    Çünki tarixini çox tez unudur.

    Xəsislər yaşayır filan şəhərdə,
    Xəbislər yaşayır filan şəhərdə…
    Filan yer yaltaqlıq paralelidir,
    Filan yer qorxaqlar, qullar elidir.

    Xəbislər… xəsislər, naqislər ayrı,
    Mələklər… şeytanlar, iblislər ayrı…
    Dünyanın bir qütbü rəzalət gəzir,
    Bir qütbü, ədalət, səadət gəzir…

    Dünyanı təzədən bölüşdürək biz,
    Nimdaş sərhədlərlə yaşamaq olmaz.
    Narahat ürəkdir bu Yer kürəmiz,
    Qoy o da dincəlsin, uyusun bir az.

    1970


















    TİKMƏLƏR

    Bunlar bir xəritə-kədər adası,
    Dərələr də burda, dağlar da burda.
    Dəli fırtınanın tufan-nidası
    Elə bil ilişib qalıbdır torda…

    Anam ağ kətana nə “çəkərdi”, nə?
    Orada dalğalar, balıqlar vardı…
    Anamın “fırçası” qarmaqlı iynə,
    Anamın “rəngləri” saplar olardı.

    Tikmələr üstündə uçar qağayı,
    Dalğalar əlvida deyər dənizə…
    Sirli gözlərində uşaq marağı
    Sahilə boylanar “balina-gözəl”…

    Timələr anamın “xəritəsidir”,
    Tikmələr anamın xatirəsidir…
    15.05.70






    ZAQATALADA

    Qatar yola düşdü. Arxada qaldı
    Şimşəkli zirvə də, güllü tala da.
    İntizar çökübdür baxışlarıma,
    Mənim nəyim qaldı Zaqatalada?

    O şəhər oxşayır gül dəstəsinə,
    Orada görəsən bəs nəyim qaldı?
    Boylanıb baxıram mən dönə-dönə,
    Orada ürəyim, ürəyim qaldı.
    21.07.1970















    ƏR DAĞINDADIR

    Yamaclar döşünə al nişan taxan
    Ətirli çiçəklər Ər dağındadır.
    Buludlar qoynundan sıyrılıb çıxan,
    Caxnaşan şimşəklər Ər dağındadır.

    Gözəl İsalının şux gəzəlləri,
    Bəzəkdir bu yerə əzəldən bəri.
    Qılınc qayaların yoxdur bənzəri,
    Nəğməkar küləklər Ər dağındadır.

    Gəlinə bənzəyir yaşıl çinarlar,
    Salxım söyüdlərin öz aləmi var.
    Firuz, burda səni hər vaxt anarlar,
    Ən təmiz ürəklər Ər dağındadır.
    05.02.1969









    ƏR DAĞI

    Sinəndən çal çarpaz cığırlar keçir,
    Tac hörür başına neçə gül-çiçək.
    Görürəm, burdakı hər yol, hər keçid
    Uzanır ən şirin xatirələrtək.

    Buludlar bir boyum tül paltarınsa,
    Naxışlı kəmərin qövsi-qüzehdir.
    Ulduzlar ulduzlu arzularınsa,
    Sevincin mirvari jalədir-şehdir.

    Bir çaxım şimşəyin, bir axim suyun,
    Bir naxış gülüşün dəhnəsisən sən.
    Bir duyum ürəyin, bir qəlb arzunun,
    Bir dünya vüsalın nəğməsisən sən.

    (“Tərəqqi” qəzeti, 19 yanvar 1971-ci il)








    MƏN və SƏN

    Mənim polad kimi möhkəmliyim var,
    mənim uşaq kimi ötkəmliyim var.
    Çoxları oduma qalanıb səntək,
    dayana bilməzsən qarşımda mənim.
    İllərdir ömrümə yağan qar, çisək,
    qasırğa gurlayır başımda mənim.
    Mən yanar ocağam, sənsə yaş odun,
    mənim alovumda qızınmısan sən.
    Hanı öz alovun, hanı öz odun?-
    Gör kimdən hərarət qazanmısan sən…
    Mənimdir dediyin hər kəlmə, hər söz,
    Elə bil mənimlə tənləşmisən sən.
    Mənimdir isinib, qızındığın köz,
    Bəlkə də çevrilib mənləşmisən sən.
    Nə qədər girsən də qılığıma sən
    Bizim aramızda hicrandır-keçid.
    Müntəzir dursan da qulluğumda sən,
    Bizim aramızdan sərhədlər keçir.
    …Sən özün özünə sərhəd olmusan,
    sən mənim ömrümə töhmət olmusan.
    Sevinci deyilsən hələ kiminsə,
    Bir dilsiz, ağızsız uşaq kimisən.
    Sənin ki, bu qədər yumşaqlığın var,
    sənin ki, bu qədər yumşaqlığın var,
    həsrət gözlətindən qorxuram sənin,
    qorxuram özümün ötkəmliyimdən.
    Hicran ətəkləyə qorxuram səni,
    Qorxuram sınasan kövrəkliyindən…
    Sənin ki, bu qədər donuqluğun var,
    Sənin ki, bu qədər soyuqluğun var,
    Qorxmuram Günəştək yanmağımızdan,
    Qorxuram buz kimi donmağımızdan.

    1971.İyin. Bakı.















    Unutma ki…

    Sən inamdan doğulmusan, sən inamsan,
    Tarixləri qəlpə-qəlpə sökərsən sən.
    Unutma ki, sən İnsansan, sən İnsansan,
    Dünyamızın kürəyinə söykənərsən.

    Unutma ki, ümid sənin, güman sənin,
    Qoxuzmasın tufan səni, sazaq səni.
    Xıncımlayır, xışmalayır zaman səni,
    İnsanlardan, insanlıqdan uzaq olsan.

    Güz alıram insanların baxışından,
    İsinirəm insanların nəfəsindən.
    İslanıram qəzəb, nifrət yağışında,
    Qovruluram kürəmizin kürəsində.

    1971.İyin. Bakı.








    100 il sonra

    Hər bir şey qalacaq indiki kimi
    Yaxşı bilirəm ki, yüz il sonra da.
    Qalacaq dünyanın sevinci, kini,
    Bugün söz açıram
    o zaman haqda:
    elə o vaxt da
    baharda ürəyə sevinc dolacaq,
    həmişə sevincdir axı bahar ki…
    havalar biz azca isti olacaq,
    ya da bir az sərin,
    nə fərqi var ki?

    Şimşəklər buludu yenə biçəcək,
    çiçəklər solacaq qardan-yağışdan.
    Fəsillər beləcə gəlib keçəcək,
    Payız yaydan sonra,
    baharsa qışdan.

    Gecə gizlənsə də, səhər gələndə
    Günəş də yuxudan oyanacaqdır.
    Ay göydə olacaq,
    çaylarsa yerə
    Ulduzlar dənizdə yuyunacaqdır.
    İnsanlar olacaq-sevincli, qəmli…
    Qorxaqlar qalacaq- qarınları tox.
    Olacaq dünyanın igidi, mərdi,
    Yaltaqlar qalacaq yenə- az ya çox.
    (…)
    …Kiminsə gözündə qalacaq kini,
    Qopacaq kiminsə hayı, harayı.
    Hər bir şey qalacaq indiki kimi,
    Bu gündən savayı, məndən savayı…

    1971.İyin. Bakı.















    SEVAN

    Bir vaxt tanınmısan “Göyçə gölü”tək,
    İndisə adına “Sevan” deyirlər.
    Ana təbiətin gözəl gülütək
    Günəş sığal çəkir sənə hər səhər.

    Gecə ulduzlarla danışırsan sən,
    Gündüzlər örpəyin olur ağ duman.
    Sevən gözəllərin göy örpəyisən,
    Küləklər əsdikcə dalğalanırsan.

    Sevincdir, sevgidir sənin həyatın,
    Bir anlıq qulaq as, Sevan, sözümə.
    Bəlkə sevdiyinçün yaxındır adın
    “Sevilən”- sözünə, “sevən”-sözünə?
    21.09.1971










    100 İL SONRA

    Hər bir şey qalacaq indiki kimi,
    Yaxşı bilirəm ki, 100 il sonra da.
    Qalacaq dünyanın sevinci, kini,
    Bu gün söz açıram o zaman haqda.

    Baharda ürəyə sevinc dolacaq,
    Həmişə sevgidir axı bahar ki…
    Havalar ya bir az isti olacaq,
    Ya da bir az isti… Nə fərqi var ki?

    Olacaq döyüşlər, savaşlar yenə,
    Qopacaq bədəndən çox başlar yenə…

    Şimşəklər buludu yarıb biçəcək,
    Çiçəklər solacaq qardan, yağışdan.
    Fəsillər beləcə ötüb keçəcək-
    Payız yaydan sonra, baharsa qışdan…

    Gecə gizlənəcək boz üfüqlərdə,
    Günəş də yuxudan oyanacaqdır.
    Ay göydə olacaq, yer isə Yerdə,
    Ulduzlar dənizdə yuyunacaqdır.

    Adamlar qalacaq indiki kimi-
    Onların yaxşısı, pisi olacaq.
    Suyla işləyəcək sularda gəmi,
    Marsda adamların izi qalacaq.

    Onda da qorxaqlar olacaq yəqin,
    Onda da yaltaqlar olacaq təbii…

    Elə şairlər də qalacaq belə,
    İlləri nəğməyə qatacaq onlar.
    Zaman çox kitaba daş qələmilə
    Dərkənar qoyacaq… Zamana nə var.

    Bülbüllər yenə də oxuyacaqlar,
    İtlər də hürəcək indiki kimi.
    Nənələr nağıllar “toxuyacaqlar”,
    Gözəllər olacaq ürək hakimi…

    Yenə dövlətlərin pulu olacaq,
    Varlılar var-dövlət qulu olacaq…

    Kiminsə gözündə donacaq kimi,
    Qopacaq kiminsə hayı, harayı.
    Hər bir şey qalacaq indiki kimi,
    Bu gündən savayı… məndən savayı.
    1971.Avqust. Bakı.



























    Neyləyim …

    Sən məni görəndə gözlərin dolur,
    Elə bil şeh düşür çölə-çəmənə.
    Axı danış görüm sənə nə olur,
    Niyə kövrəlirsən, niyə, ay nənə?..

    Deyəsən, qocalıq kövrəldib səni,
    Baxıram, illər də qəddini əyib.
    Sən niyə bağrına basanda məni,
    Daim ağlayırsan giley eləyib…

    Deyirsən: “Ay oğul, ağırdı dərdim,
    Cəhrə də əlimə daha yatmayır.
    Həmişə səhənglə su gətirərdim,
    İndi bir parça da gücüm çatmayır.

    Xəyalım dolaşır belədən-belə,
    Elə bil ürəyim şişə çəkilir.
    Gündüz yaşayıram ötən günlərlə,
    Gecələrsə yuxum ərşə çəkilir…”

    Sənin hər kəlməndə min dərd, min illət…
    Görürəm ki, illər qəddini əyib.
    Axı mən neyləyim? Qoca təbiət
    Dərd verib, o dərdə dərman verməyib…
    1971.Avqust. Bakı.

























    BOŞ İCLAS ZALINDA DÜŞÜNCƏLƏR

    İndi mürgüləyir boş iclas zalı,
    “Rəyasət heyəti” yuxuya gedib…
    Heç bilsən bu zaldan neçə zavallı
    “Gedər-gəlməzlərə” “etap edilib”.
    Neçəsi “çarmıxa” çəkilib burda,
    Neçəsinin dişi tökülüb burda,
    Neçəsi burada intihar edib,
    Bilməyən biləni imtahan edib…
    Ağızlar od saçıb tribunadan,
    “Rəyasət heyəti” səngərə dönüb.
    Burda “alim” olub nə qədər nadan,
    Nə qədər general “əsgərə” dönüb.
    Burada nə qədər qan qusan olub,
    Burada nə qədər qəlb busan olub.
    …Boş iclas zalına güllər saralıb,
    Bu anda “qu” desən qulaq tutular.
    “Rəyasət heyəti” “xəyala dalıb”,
    “Səsvermə” gözləyir qara qutular…
    1971.Sentyabr. Bakı.






    GÜMAN VAR

    Tuş etmə bir qəfil ilğıma məni,
    Hicran kəməndində saxlama məni,
    Sıldırım dağlara salğama məni,
    Dağda duman var.

    İntizar günlərim ötüşür belə,
    Gəl həsrət dünyamı sevincə bələ,
    Sənin gəlməyinə ümid var hələ,
    Hələ güman var.

    Qaralmış ocağam, sovrulub külüm,
    De necə sevinim, de necə gülüm?
    Gəl ümman könlümə toxunma gülüm,
    Orda tufan var.
    1971.Avqust. Bakı.









    Əgər gücün çatarsa…

    Əgər gücün çatarsa sən,
    Arzu olub, istək olub,
    Ürəyimə qayıt mənim.
    Qədəminlə tapdalayıb
    ərköyünlük sədlərini
    gileyimə qayıt mənim.
    Əgər gücün çatarsa sən
    Bir qandal vur qəzəbimə
    Şeir olub, nəğmə olub
    Gəl daraq çək əsəbimə.
    Qoy sevincim gilələnsin,
    Qoy qəzəbim güllələnsin.
    Günəş olsam üfüqə dön,
    Üfüq olsam şəfəqə dön.
    Sən sükutu əritməkçün
    Alova dön, təpərə dön.
    Təkcə sevinc azdı mənə -
    Hicrana dön, kədərə dön.
    Əgər gücün çatırsa sən
    Apar məni özün üçün,
    Bir dənizlik gözün üçün.
    Nə cıqqırım çıxar mənim,
    Nə harayım qopar mənim.
    Əgər gücün çatırsa sən,
    Gəl özümdən qopar məni,
    Özün üçün apar məni.

    1971.İyin. Bakı.





















    HİCRAN ƏTRİ

    Ömrümü mən sənə girov qoymuşam,
    Əbədi sevgimə qovuşmaq üçün.
    Qəlbimi yandırıb alov qoymuşam
    Soyuqdan, sükutdan sovuşmaq üçün.

    Günəşli, ulduzlu baxışlarında
    Sevincdən, şadlıqdan min bir qətrə var.
    Çimmişəm ayrılıq yağışlarında
    Qəlbimdə əbədi hicran ətri var.
    08.03.1970














    HƏDİYYƏ

    Sanki kəhkəşandır sənin gözlərin,
    Mənə gözün boyda sevinc bağışla.
    Barı ürəyimə hərarət çilə
    Günəş baxışınla, od baxışınla.
    11.05.1970



















    DÜNYA MUZEYDİR

    Zaman dünyanı
    bir muzeyə çevirir
    və həmişə qabaqlayır həyatı.
    Ömrümüz əməllərimizin sərgisidir,
    bu günümüz isə
    sabahkı muzey sərgilərinin
    ən qiymətli eksponatı.


















    FƏHLƏ ÖMRÜ
    (silsilə)

    1.FƏHLƏ PENCƏYİ

    Bu pencək mənimdir, bu köhnə pencək,
    Bunda keçirmişəm baharı, qışı.
    Bəzən oyaq qalıb mənlə sübhətək,
    Üstünə mazut da,
    neft də bulaşıb.

    Çoxunun əlini sıxır əlcəyi,
    Çoxu narazıdır qalstukundan.
    Ay qara mazutlu fəhlə pencəyi,
    Mənə hər paltardan əzizsən, inan.

    Mən sənsiz qalıram sənə tamarzı,
    Sənsiz istəyim də qalar yarıda.
    Səndə gizlətmişəm bir gözəl qızın
    Mənə göndərdiyi məktubları da…
    1971.İyin. Bakı. BEMZ





    2.QAYNAQÇI

    Örtüb sifətini işıq aynası,
    Sanki nəfəsində od var, alov var.
    Uşaqkən deyərdi ona anası:
    -Ay bala, oynama odla, alovla.

    O, indi alovla-odla “oynayır”,
    Duyğular alovla axır qəlbinə.
    O, öz əllərini alovda yuyur,
    Alovda qızdırıb qurudur yenə.

    Məngənə barmaqlar sıxır poladı,
    Düyünlü əlləri dəmirə dönüb.
    Hopur çubuğuna qəlbinin odu,
    Pəstahlar yoğrulub xəmirə dönür.

    Onun əlindəki sehrli çubuq
    Əyilməz poladı sındırar, əyər,
    Dəmirə çatmasa alovun gücü,
    Onu nəfəsiylə qaynaq eləyər.
    1971.İyin. Bakı.




    3.DƏMİRÇİ QIZ

    Maşaya çevrilib ağ barmaqların,
    kəlbətin əllərin düşüb odlara.
    Çoxları bu işi bəyənməsə də
    sən özün könüllü gəlmisən bura.

    Bir gənc dəmirçinin alov gözləri
    bax səni axtarır, səni arayır.
    Sənin əllərini alov oxşayır,
    sənin saçlarını alov darayır.

    Köksünü alovun dilləri yalar,
    bu “odlu paltarda” qəşəngsən ki, sən.
    Gündə bir don geyər bəzi xanımlar,
    sən isə alovdan paltar geymisəm.
    1971.İyin. Bakı.









    4.MƏNİM GECƏ NÖVBƏM

    Mənimçün gecə də səhər kimidir,
    Gecədən doğulub mənim sabahım.
    İşləyib yorulmuş kəhər kimidir
    Mənim xırılayan qoca dəzgahım.

    Yonduğum dəmirin qırıntıları
    Gücəni iynətək deşir, dalayır.
    Bir az aralıda qoca dəmirçi
    Dəmir çırpılardan “tonqal” qalayır.

    Zərrələr gecənin bağrını ovur,
    İşıqlar gecəyə kəsilib qənim.
    Yatmaq istəyirəm mən bircə hovur,
    Gecə keşiyimdə dayanıb mənim.

    1971.İyin. Bakı.








    5.TORNA DƏZGAHI YANINDA DÜŞÜNCƏLƏR

    Uzanır düyməyə bir insan əli,
    Bir dəzgah kükrəyib nəğmə oxuyur.
    Mürgülü çarxların açılır dili,-
    Dəmirdən, poladdan “xalça” toxuyur.

    Yumruqlar sıxılır…
    Metal kəskilər
    Dəmir girdinlərin “evini yıxır”,
    Gör nələr düşünür tornaşı, nələr
    Onun tunc alnından tər seli axır.

    Bir polad sütundur o elə bilk i,
    Qabarlı əlləri çəkicdir, nədir…
    Dəzgahı işlədən motor deyil ki,
    Fəhlə ürəyinin qanı işlədir.


    Bir insan dəmiri gətirir cana,
    Yonqarlar qıvrılır ilan dili tək.
    Hər detal parçası əzizdir ona,
    Əzizdir, doğmadır öz doğması tək.

    1971.İyin. Bakı.
























    6.DƏMİRÇİ ÖLÜMÜ

    O, baxdı həsədlə alov dillərə,
    ah çəkdi, ahını özü dinlədi.
    Son kərə səsləndi zindan, son kərə,
    körük fısıldadı, körük inlədi.

    O, qalxmaq istədi yerindən, - əbəs…
    Baş qoydu zindana, daha durmadı.
    Dəmiri mum kimi xıncımlayan kəs
    bəs niyə ölümə çəkic vurmadı?

    …Ölüm düz baxmadı onun gözünə,
    ölüm yaxınlaşdı, ölüm duruxdu.
    Dəmirçi son dəfə baxdı kürzünə,
    ölümü qovmağa taqəti yoxdu.

    Polad ürəyində ölüm siqləti,
    yumdu gözlərini, çatıldı qaşı.
    Qaldı gözlərində alov həsrəti,
    alov-kəfən oldu, zindan-baş daşı.

    Son dəfə köksünü ötürdü körük,
    Elə bil köksündə ağrılar varmış.
    Sahibsiz zindana çəkic oldu yük,
    zindan da insan tək yetim qalarmış.
    1971.İyin. Bakı.

























    (Üç ithaf şeiri)




    1. YAQUT XANIM
    Qayğıkeş ana, cəfakeş pedaqoq
    Yaqut xanım Köçərliyə ithaf olunur.

    Qartallı dağlardan bir şey yaz- dedin,
    Sən özün bir dağsan, ay Yaqut xanım.
    Şam kimi yanmısan övlad yolunda,
    İşıqlı çıraqsan, ay Yaqut xanım.

    İllərin əlləri gəzib saçında,
    Ellerin sevdası qalıb başında,
    Qohum qabağında, dost qarşısında,
    Daim üzü ağsan, ay Yaqut xanım.

    Minlərlə şagirdə ana olmusan,
    Sonalar içində sona olmusan,
    Ne olsun, bir azca yaşa dolmusan,
    Qaynayan bulaqsan, ay Yaqut xanım.

    Ağdamda böyüyüb kamala doldun,
    Şınıx mahalının gəlini oldun,
    “Qarabağ” deməkdən saralıb-soldun,
    Bir həzin yarpaqsan, ay Yaqut xanım.

    Sevdin nəticəni, sevdin nəvəni,
    Maisin, Faiqin çox sevdi səni.
    Süleyman kişini, Telli nənəni
    Kimdən soraqlarsan, ay Yaqut xanım?

    Zərifə xanıma sən bacı oldun,
    Layanın dərdinin əlacı oldun,
    Bizim gəlinlərin sən tacı oldun,
    Pislikdən uzaqsan, ay Yaqut xanım.

    Anam Firəngizlə tutur söhbətin,
    Yoxdu saxta sözün, yoxdu qeybətin,
    Hamının yanında dərin hörmətin,
    Daim üzü ağsan, ay Yaqut xanım.

    Ağ saçlar başında bəyaz sətirdi,
    Çoxları adına pənah gətirdi,
    Gör kim nə qazandı, kim nə itirdi?
    Bir barlı budaqsan, ay Yaqut xanım.

    Deyirsən ki, bağda ərik var idi,
    O zaman bir salam-məlik var idi.
    Bir vaxt insanlarda mənlik var idi,
    Sən haqqa dayaqsan, ay Yaqut xanım.

    Hanı Tofiq, Maqsud, hanı Şahniyar?
    Firidun müəllimə bir əvəzmi var?
    Yarımçıq qalıbdır neçə arzular,
    Pozulmaz varaqsan, ay Yaqut xanım.

    Ümid bir yerədir, güman min yerə...
    Açdı qucağını sənə dağ, dərə.
    Acılı, şirinli xatirələrə
    Hər zaman ortaqsan, ay Yaqut xanım.

    Köksündə nə qədər kədər daşıdın,
    Xəlil müəllimlə qoşa yaşadın,
    Onunla nə qədər zirvələr aşdın,
    Hər qəlbdə qonaqsan, ay Yaqut xanım.

    Daha ömrümüzə gecikir bahar,
    Payız qapımızda tutubdur qərar.
    Firuzun bashina ələnibdi qar,
    Hər dərdə ortaqsan, ay Yaqut xanım.

    2. GÖRDÜK
    (Dostum Mazahir Səmədoğlu Yusifova ithaf olunur. Belarus təəssüratı.
    Mazahir müəllim, sonsuz yollarda
    Neçə obaları, elləri gördük.
    Yaşıl ormanları, göy çəmənləri
    Ruhumuztək geniş çölləri gördük.

    Burda gözəllikdən gözlər su içib,
    Göylərin donunu buludlar biçib.
    Günəş gözəllərin gözünə köçüb,
    Talanın ovcunda gülləri gördük.
    Bəzən gənclər ilə girdik yarışa,
    Bəzən «Bulbaş» ilə verdik baş-başa…
    Qardaşım, deyirəm, səni min yaşa,
    Bizə arxa olan elləri gördük.

    Biz qürbət ellərdə qərib olmadıq,
    Taledən, qismətdən möhlət almadıq,
    Zaman saatından geri qalmadıq,
    Sellərdən güc alan selləri gördük.

    Rast gəldim nə qədər müdrik sərrafa,
    Cəfalar içində gördüm min səfa.
    Sənə «Sağ ol»- deyir Firuz Mustafa,
    Min ömrə yazılan illəri gördük.

    3. OLSUN
    (Tofiq Xəlilin 60 illiyinə)
    Zirvəyə can atır ömür karvanın,
    Qoy getdiyin yollar gül-çiçək olsun.
    Büdrəmə heç zaman bu yollarda sən,
    Köksündə pak niyyət, xoş dilək olsun.

    Düşsən də nə qədər oda-alova,
    Dolaş diyar-diyar, gəz oba-oba.
    Sən neçə könüldə qursan da yuva,
    Sinəndə həmişə saf ürək olsun.

    Səhər yamacları, gədikləri aş,
    Talaya qədəm qoy qaralanda qaş.
    Firuz Mustafaya çat yavaş-yavaş,
    Mirzə, altmış yaşın mübarək olsun.


























    ZƏRRƏLƏR
    **
    Qorxuram görməyəm öz ölümümü.
    Tanrım, gəl yaşatma mənə bu zülmü.
    **
    Siyam ekizlərdir yalanla rüşvət,
    Biri rəzalətdir, biri cinayət…
    **
    Dərədən yığılan kol-koslar artır,
    Qoltuğa sığınan alfonslar artır…
    **
    Düşməndən heç zaman küsmə, can-ciyər,
    Adam inciyəndə dostdan inciyər.

    **
    Mən öləndə ağlamayın... ağlamayın, gülməyin də...
    Ta mənası qalmayıbdır yaşamağın, ölməyin də...
    **
    Yox, eyni deyildir “yar” ilə “yarı”,
    “Kişi” ayrı şeydir, “kişilik” ayrı.

    **
    “Bu bir tamaşadı, oyundu”- deyə,
    Dahi rejissor da çıxdı səhnəyə.
    “Görəsən, kim yazıb bəs bu dramı?..”
    Üzünü kənara çevirdi hamı...




    ŞUŞA KİMİYƏM
    (elegiya)

    Şuşadan Bakıya duman, sis gəlib,
    Xəyal qırıqlığı yaman pis gəlib.
    *
    Çilik-çilik olan şüşə kimiyəm,
    Didik-didik olan Şuşa kimiyəm.
    *
    Bizi harayına çağırır Şuşa,
    Yaralı bəbir tək bağırır Şuşa.
    *
    Ötən hər günümüz bizə göz dağı,
    Göz yaşı qaytarmaz gedən torpağı.
    08.05.2019















    ŞUŞAM QAYITDI
    (aratoriya)

    Şuşamız qayıtdı, gözümüz aydın,
    Məhv oldu arzusu düşmənin, yadın.

    Sən bir nəzər yetir Cıdır düzünə,
    “Qələbə” yazılıb göyün üzünə

    Ya Rəbb, bu sevinci çox görmə bizə,
    Bu zəfər heç zaman gəlməsin gözə.

    Mən indi sınmayan şüşə kimiyəm,
    Qələbə nəşəli Şuşa kimiyəm.
    11.10.2020















    AZƏRBAYCAN

    Bizim gülüb sevinməyə haqqımız var,
    Bizim sevib sevilməyə haqqımız var.
    Haqqımız var bu torpağın
    yamacıyla, çiçəyilə öyünməyə,
    Lap qarıyla, yağışıyla,
    küləyilə, çisəyilə öyünməyə.
    Bu məmləkət özü boyda çarpan ürək,
    dünya boyda hiss-həyəcan,
    Bu məmləkət-Azərbaucan.

    Azərbaycan! Qəlbi cavan, özü qədim.
    Od püskürən, alov saçan məmləkətim.
    A-zər-bay-can!
    “Ər” sözü var,
    “Bəy” sözü var,
    “Can” sözü var bu kəlmədə.
    Azərbaycan!
    Gülər payız, çıçəklər qış,
    gələr bahar bu kəlmədə.
    Hayqıraram, əlim çatar, ünüm yetər
    lap Doğudan Batıyacan.
    Talem mənim-Azərbaycan.

    Bu gün səni əzənlər var, didənlər var,
    öz nəfsini, öz xeyrini güdənlər var.
    Zəvvarlar var yüzillərdir, minillərdir
    ölçür sənin yollarınıı
    Cəlladlar var yorulmayır doğramaqdan
    Babəkimin qollarını.
    Müqəddəsdir mənim üçün hər bir kəlmən,
    hər bir sözün, hər bir hecan,
    hər bir nidan, Azərbaycan.

    Gecə-gündüz sənə tələ quranlar var,
    İlyini-sümüyünü soranlar var.
    Ac qurdların çevrəsində, qənşərində
    sən açılmış bir süfrəsən.
    İgidlərin, aslanların eşqi ilə,
    qanı ilə yazılıbdır hər səhifən.
    Təhqirlərə, təzyiqlərə, təqiblərə
    dözəcəksən nə vaxtacan,
    haçanacan, Azərbaycan?

    Özün boyda qəm heykəli, dərd dağısan,
    ərənlərin nərə çəkən Ər dağısan.
    Ərzin kiçik parçasısan,
    fəqət sənin məhəbbətin yetər ərzə.
    Yağıların, düşmənlərin arxan ilə
    gecə-gündüz danışsa da hərzə-hərzə,
    adının son hecasını
    söyləyənlər verərlər can,
    Çünki orda “Can!” sözü var, Azərbaycan.

    Vətən, səni söyənlər də,
    Sənə qarğış deyənlər də
    Sənə alqış deyənlər də,
    Səni sevib öyənlər də
    Sonda sənə deyirlər “Can!”
    Can, can, can, can,
    Azərbaycan!
    1988


























    Tanış olun

    Redaksiyamıza hər gün onlarca məktub gəlir. Məktublarda müxtəlif xəbərlər. Neft daşlarından, təzə istifadəyə verilən yaşayış binalarından, əmək qəhrəmanlarının yeni nailiyyətlərindən, bir də… insan ürəyindən, insan düşüncəsindən müjdə verən məktublar… Şeirlər, hekayələr, miniatürlər… hər dilsiz kağız parçasının arxasında ürəyi yaratmaq eşqi ilə çırpınan bir insan duyur.
    Aldığımız yazıların içərisində Firuz Mustafazadənin şeirləri diqqətimizi cəlb etdi. Onu redaksiyaya dəvət etdik. Öyrəndik ki, Firuz 1952-ci ildə anadan olmuşdur. Hazırda Bakı Elektrik maşınqayırma zavodunda fəhlə işləyir. Poeziya həvəskarıdır.
    Aşağıda Firuzun iki şeirini dərc edirik.
    “Bakı” qəzeti
    23.09.1970
    (P.S.O zaman (1970-ci ildə) bu kiçik rəyi ilk dəfə görüşüb tanış olduğum, sonralar dostluq etdiyim şair Nüsrət Kəsəmənli yazmışdı).

    YARPAQLI XATİRƏLƏR

    Yaman sevirəm
    qızıl payızda
    kövrək budaqlar altında oturub
    yarpaq selində üzməyi.
    Sevirəm yarpaqları.
    Sevənlərin qısa məktubuna oxşayan
    əlçim yarpaqları.
    Onlar gündəlik vərəqlərinə bənzər-
    yazılar ömrün anları.
    Sevirəm yarpaqları.
    Bax bu an
    istəyirəm
    ilk görüşün şahidi olan
    o ağacdan
    bir yarpaq gətirələr.
    Şirin olur
    Yarpaqlı xatirələr.



    BƏNZƏYİŞ

    Çaylar məhəbbətə bənzəyir yaman,
    Düşməndir qorxuya, hər ətalətə.
    Çaylar dənizlərə qovuşur, ancaq
    Məhəbbət qovuşur əbədiyyətə.

    “Bakı” qəzeti
    23.09.1970






    Firuz Mustafa

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof
    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Reapublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər. Əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir. İki övladı var.

    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    2 dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Azərbaycan Kinematoqrafçılar İttifаqının üzvü
    Fəlsəfə Cəmiyyətinin üzvü
    Qafqaz Yazıçılar Klubunun üzvü
    AYB Dramaturgiya bölümünün rəhbəri
    “Teatr” jurnalının redaktoru




    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin
    • hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı"
    • (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından
    • təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası)
    • (“Renessans-A” nəşriyyarı, 2019)

    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər)
    • (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Gündəliklər” (“Renessans-A” nəşriyyarı, 2022)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    *Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya,
    tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar
    (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой»
    • («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу
    • «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-
    • A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ)
    • (GreenPrint House” , 2021)

    • Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti”
    • (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada şap olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    İranda çap olunmuş kitabları:
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)


    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)
    • Şuşа Dövlət МKT
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı
    • (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı




    MÜNDƏRİCAT:

    Poeziya və Mən (Müəllifdən)
    s.3

    “DÖRDLÜKLƏR” kitabından
    s.11

    “ONLUQLAR” kitabından
    s.90

    Ürək
    s.94
    AVTOPORTRET
    s.95

    ONLUQLAR
    s.96

    QOŞMALAR
    s.251

    AĞRIYIR
    QURBANIN OLUM
    GÖRMÜŞƏM
    OLMAZ
    ÖZÜMƏ XİTAB
    MƏN
    QADASI
    DOYMADIM
    MƏN OLMAYANDA
    ALLAHIN OLSUN
    SƏNİN
    ÖLMƏYƏ DƏYƏR
    MƏNƏM
    XANIM
    VƏTƏNDİR
    ÖZ SÖZÜN OLSUN
    ALLAH
    ÇƏKDİ
    OLA
    GÜLÜRLƏR
    SƏNƏ
    BƏLLİDİR
    BAŞQA
    MƏN
    GÜLLƏR
    DƏYƏR
    BU YAŞDA
    ADAM
    GÖZƏLDİR
    NƏNƏLƏR
    ŞINIXDA

    “KÖHNƏDƏBLİ ŞEİRLƏR”
    kitabından
    s.288

    KÖHNƏDƏBLİ SEVGİ ŞEİRİ
    YADLIQ
    GÜCSÜZLÜK
    VAXTSIZLIQ
    BAŞQA DÜNYA
    SOYUQLUQ
    MƏZAR GƏZMƏYİN
    GÖZLƏRİM QAPIDIR
    ŞƏRAB HAQQINDA
    AYRILIQ
    BƏXTƏVƏT İT
    ÖMRÜN AVTOQRAFI
    QARA QUTU
    TANIŞLIQ
    YUXU
    İLAHİ, AĞIL VER
    SEVGİ DUASI
    GÖRÜŞ YERİNDƏ YAZILAN ŞEİR
    MƏN BUYAM
    ƏLAHƏZRƏT ÖLÜM
    MƏNİM PLANLARIM
    MƏNƏ AĞIL VERMƏ
    İNSAN
    DÜNYA
    SEVGİ QURULTAYI
    SALAM GƏTİRMİŞƏM GÖYLƏRDƏN SƏNƏ
    KÖHNƏ FAYTON
    SEVİNC PAYIM, DƏRD PAYIM
    BAĞIŞLA MƏN OLMAYACAM
    SUSUR TELEFONUN
    KÖLGƏ
    MƏNİ SORUŞSANIZ
    YAŞIN TÖHMƏTİ
    RUH QOCALMAYIR
    UKRAYNA XALQINA
    RAFİQ TAĞINI GÖRDÜM
    FİRUZ MUSTAFAYA BƏNZƏYƏN ADAM
    SƏN YAŞA DOLDUQCA
    YALTAQLAR QURULTAYINDA
    VERGİ MÜFƏTTİŞİNƏ MƏKTUB
    EŞŞƏYƏ MƏKTUB

    NƏGMƏLƏR
    s.363
    NİYƏ QISQANDIM SƏNİ
    GÜLÜM
    APAR MƏNİİ
    NƏVƏ
    BU, SEVGİDİR DEYƏSƏN
    QOCALMA, GÖZƏL, QOCALMA
    AXTAR MƏNİ, GƏZ MƏNİ
    UCADIR
    SON LİMAN
    SƏNİNLƏ QALSIN
    QAÇA BİLMƏZSƏN
    DARIXMIŞAM
    ƏBƏDİDİR EŞQİMİZ
    BAXIŞIN QAYIT DEYİR
    YAZIĞIM GƏLIR
    OLMASAYDI
    DOĞRU SÖZÜMDÜR
    İNANAN DAŞA DÖNSÜN
    BİVƏFASAN
    OLMUŞAM
    TƏBRİK EDİRƏM
    RƏQS ELƏYƏK
    MƏN O GÜLÜ DƏRƏCƏYƏM
    NƏLƏR GÖRDÜM
    SEVƏNLƏRLƏ BİR YAŞADIM
    SƏN DEYƏN OLMAYACAQ
    GÖZ YAŞIM OL
    QİSAS QALMAZ QİYAMƏTƏ
    BİZƏ GƏLDİK
    UTANIRAM
    KAŞ O ŞEİRİ MƏN YAZAYDIM
    SƏN MƏNİM GÖZ DAĞIMSAN
    BU GÜLLƏRİN GÖZLƏRİ NƏM
    GÜLƏMMƏDİM
    ASIN
    DÖZÜM YOXDUR
    SALAM OLSUN
    TƏKCƏ SƏNINLƏ XOŞBƏXTƏM
    DƏLİSƏN
    GÜL, AY ŞAHMAR
    UNUTMA
    GİTARA
    YAZIĞIM GƏLİR
    BİZDƏN BAŞQA
    DİVAR SAATI
    DÜNYAM
    MƏNİ TƏK QOYMA
    YUXUYA GEDİB
    KİMİ SEVMƏ, KİMİ SEV
    BİLMƏDİN
    DEYİRSƏN BAĞIŞLA
    BİZ OLMASAYDIQ
    YADINDAMI?
    NEYLƏYİM MƏN…
    “SEVİR-SEVMƏYİR?”
    SON GÖRÜŞ
    “SEVİRƏM” DEYƏMMƏDİM
    QURTARA BİLMƏZSƏN
    CƏNAB TAMADA
    BU MƏNƏM, ƏZİZİM
    HƏLƏ HARASIDIR
    TƏZƏDƏN BAŞLAYAQ
    QAYIT GƏL

    MÜXTƏLİF İLLƏRİN SƏTİRLƏRİ
    s.438
    GÜNƏŞ

    HƏRBİ MARŞLAR
    s.440

    DÜZLƏN, KOMANDİR GƏLİR
    TANKÇILAR marşı
    BİR-İKİ SOL
    VƏTƏN ƏSGƏRİYİK BİZ
    İRƏLİ
    VƏTƏN OĞLU, QALX AYAĞA
    DƏMİRYOLÇULAR (himn)

    İLK POETİK NÜMUNƏLƏR
    s.448

    FƏHLƏ ÖMRÜ
    (silsilə)
    s.484
    Üç ithaf şeiri
    s.489
    ZƏRRƏLƏR
    s.494
    AZƏRBAYCAN
    s.497
    Tanış olun
    s.500


    Müəllif haqqında s.502
    Firuz Mustafanın əsərləri s.505


















    Firuz Mustafa

    VERNİSAJ
    poeziya


    Bakı.2022,səh.,520

    ©Firuz Mustafayev,2022
    Dizayn: A.Mustafayev
    Formatı:70x90 1/32
    El.ünvan: firuz_52@mail/ru
    Tel.:+994 50 413 3572
    4502020000
    F--------------------2022
    009

    "Renessans-A" nəşriyyat evi, 2022

    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)
    BAKI-2022

  • sentyabr 2022, Firuz M.

  • 69
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......