...
  • Pyeslər. 3-cü cild
  • Firuz Mustafa




  • Firuz Mustafa



    PYESLƏR

    3-cü cild








    Altı cilddə









    BAKI-2026



    Firuz Mustafa

    PYESLƏR

    3-cü cild

    Altı cilddə

    Təqdim edilən cildə
    Firuz Mustafanın
    seçilmiş dram əsərləri daxil edilmişdir.
    Həmin pyeslərin əksəriyyəti teatrlarda
    tamaşaya qoyulmuş,
    uğurlu səhnə taleyi yaşamışdır.

    Redaktor: Fazil N. Mustafayev
    Bədii tərtibatçı: Aqşin Mustafa

    Firuz Mustafa.Pyeslər.,520 səh.


    ISBN 978-9952-37-245-8


    “Füyuzat” nəşriyyatı.2026
    ©Firuz Mustafa.2026

    BAKI-2026






    M Ü N D Ə R İ C A T



    Ağıllı adam s.03
    Kişiləri qoruyun s.49 Çardaqda zirzəmi s.107
    Qara ulduzlar s.155
    Payız meşəsində vals s.213
    Neytral zona s.245
    Vida marşı s.312
    Bir nəfər üçün tamaşa s.375
    Oxşarlar s.441

    Firuz Mustafanın qısa bioqrafiya və biblioqrafiya s.510


















    AĞILLI ADAM

    İki pərdəli sürreal dram-qrotesk



    İştirak edirlər:

    Jurnalist
    Qadın
    Həkim
    Müstəntiq
    Polis
    Birinci xəstə
    İkinci xəstə
    Üçüncü xəstə
    Xəstəxana işçiləri



    Hadisələr qeyri-müəyyən yerdə, qeyri-müəyyən zamanda cərəyan edir.
    Dekorasiyalar: həkim kabinəsi, palata, xəstəxana həyəti, mənzil.



    Birinci pərdə


    Xəstəxana. Həkim kabinəsi. Otağın qapısı uzun dəhlizə açılır. Bütün xəstəxanalara xas ab-hava: divarlardan təlimatlar, lövhələr, şəkillər asılıb. Uzaqdan sədası gələn musiqinin ritmi arabir dəyişir. Həkim stolun üstündəki qovluqları eşələyir; deyəsən, hansısa sənədi (kağızı) axtarır. Qapıda Jurnalist görünür. Icazə almaq üçün ayaq saxlayır. həkim qovluğu eşələyə-eşələyə başı ilə ona əyləşmək üçün yer işarə edir. Jurnalist keçib boş stullardan birində əyləşir.

    Jurnalist. Salam.
    Həkim. Salam... Əyləşin. Xahiş edirəm, bağışlayasanız... Bir dəqiqəliyə... Bir sənəd var, təcili nazirliyə göndərmək lazımdır. (Yenə kağızları vərəqləyir). İndi bəzilərini xəstədən çox, kağız-kuğuz maraqlandırır. Əslində kağız tapmağın özü də müşkül məsələdir...
    Jurnalist. Elədir. Bu problemlə biz daha tez-tez üzləşirik...
    Həkim. (Başını qaldırıb diqqətlə onu süzür). Eləmi? Siz müəllimsiz?.. Mən uşaqlara dəftər-kitab tapa bilmirəm...
    Jurnalist. Yox, müəllim deyiləm... Qəzet işçisiyəm... Jurnalistəm. Yazı-pozu adamıyam.
    Həkim. Mənim qəzetçilərə böyük hörmətim var. (Qarşısındakı qovluqdan saralmış bir kağız parçasını götürüb baxır). Hə, deyəsən, budur, tapdım. Adam qalır mat-məəttəl...
    Jurnalist. Nə mənada?
    Həkim. Heç... Elə-belə deyirəm. Əvvəlki illərlə müqayisəli hesabat istəyirlər. Maraqlanırlar ki, xəstələrin sayı son illərdə artıb, yoxsa azalıb.
    Jurnalist. Yəqin ki, artmış olar.
    Həkim. Maraqlı burasıdır ki, bizim xəstəxanada vəziyyət başqa cürdür. Qəribədir ki, son onillikdə bizdə xəstələrin sayı kəskin surətdə azalıb. Əlbəttə, bu fakt bir jurnalist kimi sizi maraqlandırmaya bilməz...
    Jurnalist. Mənə elə gəlir ki, son illərdə xəstələrin yox, xəstəxanalara müraciət edənlərin sayı azala bilər. Sosial-iqtisadi vəziyyət, iflyasiya, bahalıq, pulsuzluq...
    Həkim. Bağışlayın, siz hansı qəzetdə işləyirsiniz? Mən mətbuatı daimi izləyən adamam...
    Jurnalist. “Kim kimdir?” qəzetində. Belə bir qəzet var...
    Həkim. Bilirəm, bilirəm... Maraqlı qəzetdir. Sağ olun ki, arabir bizim problemlərə də toxunursunuz...
    Jurnalist. Indi qəzet oxuyan azdır. Adamların qayğıları çoxdur...
    Həkim. Elədir, elədir... Müvəqqəti çətinliklərdir, ötüb keçəcək.
    Jurnalist. Təki elə olsun...
    Həkim. Mənim proqnozlarım özünü həmişə doğruldur... Hə, bayaqkı mövzuya qayıtmaq istəyirəm. Soruşursunuz ki, xəstələrin sayı azala bilməz. Elədirmi?
    Jurnalist. Bəli... Mənə elə gəlir...
    Həkim. İstəsəniz qeydlər də götürə bilərsiniz. Başqa xəstəxanalardakı vəziyyətlə yaxından tanış deyiləm. Amma əlimdəki faktlara və öz müşahidələrimə əsasən deyə bilərəm ki, bizim xəstəxanada vəziyyət heç də pis deyil. Məsələn, xəstələrin sayı ötən illə müqayisədə yarabayarı azalıb. Bu faktın özü az şey demir. Qeyd edirsinizmi? Bəlkə mənə konkret suallarla müraciət etmək istəyirsiniz? Elə isə buyurun. Onda cavablar da konkret olar...
    Jurnalist. Həkim, açığı, mən bura məqalə yazmaq məqsədilə gəlməmşəm.(Duruxur). O ki qaldı məni maralandıran suallara... Məsələn, adamların dəli olduğunu və ya dəli olmağa başladığını konkret olaraq hansı prinsiplərlə dəqiqləşdirmək olar?
    Həkim. (Diqqətlə onu süzür). Siz... Siz... Bağışlayın, siz yazmağa gəlməmisinizsə... Onda bəlkə bizə xəstə gətirmək niyyətindəsiz?..
    Jurnalist. Bir az qəribə də görünsə, mən... mən özümdən... öz hərəkətlərimdən şübhələnməyə başlamışam...
    Həkim. (Xeyli susub gülür). Ha... ha... ha... Öz-özündən şübhələnməyə qalmış, cənab jurnalist qardaş, mən hər gün işdən evə şübhə və vahimələrlə gedirəm. Bilirsiz də, biz hansı xəstəliklərin, hansı xəstələrin müalicəsi ilə məşğul oluruq?
    Jurnalist. Bilirəm... Elə ona görə də sizə müraciət etmək qərarına gəldim.
    Həkim. Elə isə, zəhmət olmazsa deyin, özünüz haqqında yaranan şübhələrin arasında hansı fakt dayanır? Bəlkə bu barədə danışasanız?
    Jurnalist. Fakt?.. Fakt budur ki, mən son günlər özümü qəribə aparıram. Davranışım dəyişib... Bunu mənə tanışlarımın çoxu işarə edib. Fakt budur ki, mən tanışlara özümdən asılı olmayaaq gülünc suallar verirəm. Hiss edirəm ki, bu cür suallar vermək olmaz, amma mən bir növ istəyimin əleyhinə gedirəm. Elə bil məni kənardan idarə edirlər... Və nəhayət, ən dəhşətlisi budur ki, nə qədər əcaib də görünsə, mən bu gün öz arvadımı öldürüb birbaşa sizin yanınıza gəlmişəm... Özü də görürsüzmü, necə soyuqqanlıyam? Sanki heç nə baş verməyib... Halbuki belə hallarda normal adam həyəcanlanmalı, iztirab keçirməlidir. Hələ aradan çıxmaq üçün cürbəcür variantlar düşünüb tapmağa heç bir cəhd göstərməməyi demirəm...
    Həkim. (Ayağa durub heyrət və qorxu ilə na baxır, uzaqdan eşidilən musiqi güclənir). Sizin danışdıqlarınız həqiqətdir, yoxsa?..
    Jurnalist. Hə... Yox... Hə-hə-həqiqətdir... Bəli...
    Həkim. Elə isə siz xəstə yox, cinayətkarsınız? Polisə müraciət etmək daha düzgün olardı.
    Jurnalist. Polisə? Nə üçün?..
    Həkim. (Qovluğu eşələyir). Nə üçün? Axı siz cinayətkarsınız? Əlbəttə, əgər dedikləriniz həqiqətdirsə...
    Jurnalist. Mən cinayətkardan əvvəl xəstəyəm. Psixi xəstə... Mənə belə gəlir... Mən... Son vaxtlar başqa cür olmuşam.
    Həkim. (Qovluğu axtarmaq bəhanəsi ilə əlinin altından düyməni basır). Elə isə bizə arvadınızın öldürməzdən əvvəl, yəni cinayət baş verənə qədər müraciət edəydiniz. Amma artıq cinayət baş vrib. Dediyiniz həqiqətdirsə... Əlbəttə...
    Jurnalist. Mən ciddi adamam və sizinlə qətiyyən zarafat etmək niyyətində deyiləm.
    Həkim. Mən də ciddi adamam, ciddi peşə sahibiyəm... Əlbəttə, insanda psixi sarsıntılar ola bilər... Amma başqa niyyətlə bizə müraciət etmək arzusundasınızsa, bu, baş tutan sevda deyil. Biz sağlam adamlara psixi xəstə diaqnozu qoya bilmərik. Mən əsl xəstəni, bizim leksikonumuzla desək, “şiziki” bir kilometrlikdən tanıyıram. Bizdə sağlam adamdan pul alıb dəlilik kağızı verən həkim tapa bilməzsən. Biz sən deyən fırıldaqçı psixiatrlardan deyilik. Bildin?! Fırıldaqçı!..

    Həkim əlini hiddətlə stola çırpır. Qapıda Polis görünür. O, təəccüblə (ziyalı görünüşlü) jurnalistə və sonra həkimə baxıb susur.

    Həkim. (Polis qiyafəsində olan adama). Bu cənab, özünün dediyinə görə, jurnalistdir.
    Jurnalist. “Özünün dediyinə görə” niyə? Mən həqiqətən jurnalistəm. (Cibindən kitabça çıxarır). Bu da vəsiqəm...
    Polis. Bağışlayın, doktor, nə istəyir? (Əli ilə pul işarəsi edir - barmaqlarını bir-birinə sürtür).
    Həkim. Yox. Pul istəsə, nə var ki?..
    Polis. Qəzetə yazıb bizim xəstəxananı biabır etmək istəyir? (Junalistə). Mən başa düşmürəm, bu qəzet işçiləri niyə burunlarını hər yerə soxur? Ox-x-x... olaydın bizim pasientimiz, sənə bir qəzetçi havası oynadaydım ki, gəl görəsən...
    Həkim. (Polisə) E, əşi sən də... Bu cənab mənə pul təklif edir...
    Jurnalist. Pul? Kim? Mən? Məndə pul haradandır?
    Polis. Pul? Pul? Ilk dəfədir ki, pul istəməyən, pul təklif edən jurnalist görürəm. Sənə bir söz deyim, doktor, vicdanım haqqı, həqiqi sözümdür, pul almayan polis tapa bilərsən, amma əlinə girvə düşəndə pul qoparmayan jurnalist... Çətin ki, tapıla.
    Həkim. Yox, bu cənab jurnalist mənə birbaşa pul təklif etmir, amma məntiqindən belə çıxır.
    Jurnalist. Nə məntiq? Nə pul? Nə təklif?
    Polis. Bizim qonşumuz da məntiq müəllimidir, amma heç vaxt puldan imtina etmir.
    Həkim. (Polisə) Heç dəxli var? Səninki də lap karın könlündəki oldu... Bu, öz arvadını öldürüb, gəlib mənim yanıma. Məqsəd aydındır: dəlilik diaqnozu ilə ittiham olunmaq istəyir.
    Polis. Qəribə adamdır, (Jurnalistə) həkim yanında nə işin var sənin?..
    Həkim. Mən də onu soruşuram...
    Polis. (Jurnalistə) Sən molla yanına getməlisən.
    Jurnalist. Nə molla?
    Həkim. (Polisə) Nə molla? Deyəsən, psixi xəstəxanada işlədin, sən də “psix” oldun?! Bu adam cinayət edib. Adam öldürən birinci haraya, hansı təşkilata müraciət etməlidir? Özün də hər gün zəhləmi tökürsən ki, məni polis məktəbinə düzəlt. (Polisin ağzını yamsılayır, onu təqlid edir). Haraya müraciət etməlidir bu adam?
    Polis. Əvvəlcə mürdəşirə.
    Jurnalist. Sən elə polisdən çox mürdəşirə oxşayırsan...
    Polis. Sonra qəbirqazan tapmalıdır, sonra molla..
    Həkim. (Polisə). Mən indi bildim ki, sənin müalicəyə daha çox ehtiyacın var. Səfeh, bu adam cinayət edibsə, ilk növbədə polisə müraciət etməlidir. Yoxsa, bu gün hamınız məni dolamaq istəyirsiniz? Səhv etmirəmsə, aprelin biri deyil bu gün... Nə olub sizə? Bəlkə mən özüm dəli olmaqdayam, xəbərim yoxdur...
    Polis. Bu adam polisə müraciət edə bilməz, doktor... Yaxşı bilir ki, polis onu tutub yenə bura gətirəcək...
    Həkim. O nə üçün elə olur?
    Polis. Ağıllı adam cinayət edəndən sonra polisə müraciət edərmi? Əksinə, qaçar, gizlənər, ən yaxşı halda adamdan-zaddan tapıb xilas olmağa çalışar.
    Həkim. (Polisə). Heç ağlın var sənin?..
    Polis. (Həkimə). Mənim? Əlbəttə, var. Amma bununku yoxur. Elə ona görə də dəlixanaya öz ayağı ilə gəlib.
    Jurnalist. (Qəzəblə). Dəli siz özünüzsünüz!.. Siz! Bildiniz!

    Həkim və Polis gülür. Həyəcanlı musiqi. Əli xərəkli, ağ xalatlı xəstəxana işçiləri otağa daxil olur. Jurnalist çaşıb qalır. Onun qollarını bağlayıb xərəyə uzadırlar. Jurnalist qışırıb bağırır. Ona heç kəs məhəl qoymur. Polis və xəstəxana əməkdaşları xərəyi götürüb otaqdan çıxırlar. Həkim stolun arxasına keçib telofonun dəstəyini götürür.

    Həkim. (Telefonla danışır). Alo-alo... Tez ol, məni polis idarəsi, ya da prokurorluqla cala. Kim olur olsun... Öz polisimiz? Yox, mənə polis idarəsi lazımdır. Tez ol! Sonra deyəcəklər ki, cinayətkarı gizlətmisiniz... Hə də, onlar da bir yandan bizə qəmiş qoyurlar. Hətta, əsil psixi xəstələr, dəlilər də onların gözündə sap-sağlam adamdır. Guya biz pul alıb hamını dəli çıxarırıq. Hə, tez ol, vaxtım azdır. Nazirliyə getməliyəm. Onlarsa o yandan sıxırlar məni. Niyə? Deyirlər ki, niyə dəlilərin sayı ildən-ilə azalır? Mən nə deyirəm? Deyirəm ki, indi dəlilərin sayı o qədər çoxdur ki, ağıllılar da onların fonunda dəli kimi görünür. Elə mən özüm sən deyən ağıl sahibi deyiləm. Bu yazıq polis işə təzə gələndə ağıllı-başlı adam idi, indi sərsəm-sərsəm danışır. Bədbəxt neyləsin, xəstələrlə oturub-duran xəstə olar də. Xəstə də var, xəstə də. Ağıldankəm adamdan ağıllı sözmü eşitmək olar? Nədir, heç biri cavab vermir? Yəqin nahara gediblər. Elə onlar da bizim potensial xəstələrimizdir...

    Səhnə dəyişir. Xəstəxananın həyəti. Qapı ağzında xəstə və ya gözətçi olduğu bilinməyən iki nəfər – Birinci Xəstə və İkinci Xəstə başına uzun günlüklü papaq qoymuş adam hərbi təzim vəziyyətində dayanıb. Onlar adamdan çox müqəvvaya bənzəyirlər. Xəstələr iki-bir, üç-bir gəzişirlər.

    Birinci Xəstə. Sənə soyuq deyil ki?
    İkinci Xəstə. Nə soyuq, oğlan? Bəyəm yayın bu cırhacırında soyuq ola bilər?
    Birinci Xəstə. Nə yay? Nə cırhacır? Qışın ortasıdır. Görmürsən ki, hər yeri qar örtüb?.. Soyuqdan donuram...
    Ikinci Xəstə. Nə qar? Nə soyuq? Nə şaxta? Alçalar çiçək açıb. Bəlkə alça çiçəkləri sənə qarı xatırladır, oğlan?..
    Birinci Xəstə. Nə “oğlan-oğlan” salmısan? Sən özün mənim oğlum yerindəsən... Ələ salırsan məni?
    İkinci Xəstə. Bilmirəm özün axmaqsan, yoxsa məni axmaq yerinə qoyursan? Dünənki uşaqsan, amma özünü ağsaqqallar kimi aparırsan!
    Birinci Xəstə. Axmaq özünsən! Axmaq sənin nəslindir! Axmaq səni buraya gətirəndir! Axmaq sənin rəisindir! Axmaq sənin həkimindir!
    İkinci Xəstə. Həkim niyə axmaq olur?
    Birinci Xəstə. Həkim? Onu həkimin özündən soruş...
    İkinci Xəstə. (Yavaş səslə). Heç olmazsa qışqırma. Eşidib hirslənər, qovar bizi buradan... Sənin nə vecinə? Mənim buradan bayıra atılmağım yüz faizli ölüm deməkdir.
    Birinci Xəstə. (Eyni ahənglə). Eşitsələr yaxşıdır. Qoy elə bilsinlər ki, həqiqətən dəliyəm. Mənə məlumat çatıb ki, burada “kəşfiyyatçılar”da var... Yuxarılardan deyiblər mənə...
    İkinci Xəstə. Nə kəşfiyyatçı? Bəyəm dəlixanada dövlət çevrilişi-zad hazırlanır?.. Sən “yuxarı” deyəndə kimi nəzərdə tutursan?
    Birinci Xəstə. (Əlini göyə uzadır). Yuxarı - yuxarıdır də. Yox, ey... Başa düşmək istəmirsən... (Xəstələrdən biri onlara yaxınlaşdığı üçün səsinin tonunu qaldırır). Cəhənnəmə ki?.. Sən niyə hesablaşmırsan mənim ağlımla? Bu dünya öküzün buynuzu üstə yox, mənim çiyimlərimdə dayanıb.
    İkinci Xəstə. (Eyni ahənglə). Qarpız-zaddır səninçün bu dünya? Sən çiyninin üstündə başını zorla saxlayırsan. O ki, ola bu boyda dünyanı.
    Birinci Xəstə. Bəli, qarpızdır bu dünya. Sizsə o qarpızın xırdaca tumları, hamınızı tum kimi çırtlayaram... Hamınızı...

    Üçüncü Xəstə onlara yaxınlaşır.

    Üçüncü Xəstə. Qardaş, iynənin vaxtına hələ çox qalır?
    İkinci Xəstə. Nə iynə? Sən özünü harda hiss edirsən?
    Üçüncü Xəstə. Mən?.. Mən?.. Xəstəxanada...
    İkinci Xəstə. Sən xəstəsən bəyəm? Bəyəm bura xəstəxanadır?
    Birinci Xəstə. Deyəsən, bunun başı xarab olub. Bura xəstəxanadır? (Gülür). Ha-ha-ha... Auditoriyadır bura. Sən neçənci kursdasan? Gicbəsər!
    Üçüncü Xəstə. Vəziyyət belə olsa, mənim başım həqiqətən xarab olacaq. Bəyəm biz xəstə deyilik?
    Birinci Xəstə. Biz - yəni kim?
    İkinci Xəstə. Biz - yəni siz?
    Üçüncü Xəstə. Biz - yəni mən, sən, o... hamımız. Amma sizdən xahiş edirəm, məni dəli adlandırmayın. Mən həqiqətən xəstəyəm, müalicəyə ehtiyacım var, amma dəli deyiləm... Mən iyrənirəm bu sözdən... Mən... mən... mən müəlliməm... Özü də çoxlarından ağıllıyam. Bəlkə də hamıdan...
    Birinci Xəstə. Bəs mən sənə demədim ki, auditoriyadır bura? Sözün doğrusunu demək həmişə belədir... Müəllim, növbəti dərsimiz üçün hansı tapşırıqları verirsən?
    Üçüncü Xəstə. Xahiş edirəm, mənə düzünü deyin, sizin sənətiniz nədir?
    Birinci Xəstə. Mən komissaram...
    İkinci Xəstə. Mən generalam...
    Üçüncü Xəstə. Paho... Güc nazirliyi buraya köçürülüb ki... Mən sizdən soruşmaq istəyirəm: əgər özümü öldürsəm tutmazlar ki, məni?.. Işimdə cinayət tərkibi tapmazlar ki?..
    İkinci Xəstə. Əgər özünü öldürsən?.. Əgər güllə ilə özünü vursan, on beş il iş verərlər...
    Birinci Xəstə. Əgər özünü kəndirlə assan, bu, ağır cinayət hesab olunur, güllələnmə kəsərlər sənə... Ən yaxşısı, özünü suya atmaqdır. Özünü bu yolla öldürsən, cinayət işi aça bilməzlər...
    Üçüncü Xəstə. Nə üçün? Bəyəm ölüm elə ölüm deyilmi? Kəndirlə güllənin və ya güllə ilə suyun fərqi var ki?
    Birinci Xəstə. Sən lap axmaqsan ki? Güllə metaldan hazırlanır. Içində də barıt, qurğuşun. Bu dövlət əmlakına qəsd hesab oluna bilər...
    İkinci Xəstə. Bəs kəndir? Yəqin ki, kəndiri yumşaltmaq üçün filan qədər sabun da işlənməlidir... Gör bir cəmiyyətə nə qədər maddi zərər vururlar? Üstəlik də, özün xalq müəllimi... Əxlaqsızlıqla məşğul olursan... Biabır edərlər səni...
    Üçüncü Xəstə. Əxlaqsızlıq? Mən təmiz, namuslu adamam. Özüm də həqiqət aşiqiyəm. Bu, olsa-olsa cinayətkarlıq hesab oluna bilər. Nə əxlaqsızlıq, balam?..
    Ikinci Xəstə. Hər bir cinayətdə əxlaqsızlıq elementi olur! Bildin, həqiqət aşiqi?.. Get, yaxşı-yaxşı fikirləş...

    Birinci və ikinci xəstə aralanır. Üçüncü xəstə onların arxasınca baxıb öz-özünə deyinir.

    Üçüncü xəstə. Deyəsən, bunlar həqiqətən xəstədir. Bəyəm bilmirlər ki, özünü öldürən adamı ittiham etmirlər? Amma o sabunla güllə məsələsində həqiqətə bənzər şeylər var. Bir də ki, adam özünü öldürdükdən sonra onu rahat qoyurlar bəyəm?.. Eh... Əşi, cəhənnəmə ki... Mənim ev məsələm düzəlsin...

    Səhnə dəyişir. Xəstəxana palatalarından biri. Jurnalist, Həkim, Müstəntiq.

    Müstəntiq. Mənzilin qapısı açıq idi. Amma heç bir qan izi-filan yoxdur...
    Jurnalist. (Əsəbi). Sizə kim dedi ki, otaqda qan izi var? Siz nə cür adamsınız?.. Özünüz də müstəntiqsiniz guya? Asılan adamın harasından qan axmalıdır ki?
    Həkim. Əsəbləşməyin... Bəlkə arvadınız intihar edib?.. Bəlkə fikrinizi toplayıb hadisəni olduğunu kimi xatırlayasınız?
    Müstəntiq. Nə intihar? Axı, mənzildə qadın-zad yox idi. Düzdür, sizin dediyiniz kimi,çilçıraq asılqanından kəndir asmaq olar. Amma təəssüf ki... səd heyf... Meyit-filan uydurmadır.
    Həkim. Neçə illik fəaliyyətim ərzimdə ilk dəfədir ki, bu cür qəribə hadisə ilə üzləşirəm...
    Müstəntiq. Mən qonşularla da söhbət etdim. Deyilənlərdən belə məlum olur ki, bu adam indiyəcən heç bir ailə də qurmayıb.
    Həkim. Paho!.. Bax, elə bu fakta görə cinayət işi açmaq olar. Indiyəcən niyə evlənməyib?
    Jurnalist. (Müstəntiqə). Sizin üçün kimin rəyi daha inandırıcıdır, mənim, yoxsa qonşuların? Sizin cinayətkarı müdafiə etməyiniz təəccüb doğurur. Siz böhtançısınız. Mən qorxuram ki, bu siçan-pişik oyununun arasında daha qorxunc məqsədlər gizlənə...
    Müstəntiq. (Həkimə). Mənə elə gəlir ki, bu adam sadəcə olaraq stress vəziyyətindədir. Qalan diaqnozları siz özünüz təyin edə bilərsiniz...
    Həkim. Mənə də elə gəlir... Şübhə etmirəm ki, bu cənabın, sadəcə olaraq, əsəbləri pozulub. Adi dillə ifadə eləsək, qarabasması var. Müalicəyə ehtiyac duyulur.
    Jurnalist. Mən xəstəxanaya öz istəyimlə gəlmişəm... Mən arvadımı öz əlimlə asıb öldürmüşəm. Mən çoxdan hazırlaşırdım buna...
    Müstəntiq. Nəyə?
    Jurnalist. (Sakit, təmkinlə). Arvadımı öldürməyə... Sadəcə olaraq, əlverişli moment gözləyirdim... Amma bu cinayətə nə üçün hazırlaşdığığımın səbəbini izah etmək özümçün də çətindir... Cinayət baş verib - bunu heç kəs ört-basdır edə bilməz. Bu, faktdır. Amma səbəbi... Bax, mənim özümçün də qaranlıq qalan məsələ budur. Düzünü deyim ki, hələ dörd-beş gün əvvəl həkimə müraciət etmək istəyirdim. Amma cəsarət etmirdim... Hadisə baş verəndən sonra daha dözə bilmədim. Öz ayağımla gəldim bura... Mən özümün psixi sarsıntıya məruz qaldığımı inkar edə bilmərəm. Amma bu faktdır ki, baş vermiş cinayət məhz mənim ağıldankəmliyimlə bağ¬lı¬dır...
    Müstəntiq. Qəribədir... Siz özünüzün həm ittiham, həm də müdafiəniz üçün əlverişli cinah axtarırsınız... (Həkimə). Bütün bunlar bayağı zarafatı xatırladır...
    Jurnalist. Nə zarafat?! (Qeyzlə). Psixiatriya şöbəsində nə zarafat? Siz mənim şərəf və ləyaqətimi, arvadımınsa ruhunu təhqir edirsiniz! Aydındır? Siz məni şərləyirsiniz, mənə böhtan atırsınız. Bunun üçün cavab verməli olacaqsınız...
    Həkim. Aydındır. Hər şey məlumdur... Indi dərman tapmağın özü də bir problemdir. Amma çalışarıq ki, müalicənizin səmərəli nəticəsi olsun...
    Müstəntiq. (Həkimə). Biz başqalarının boynuna cinayət etdiyini zorla qoyuruq, amma bunun özü boynunu bıçağa sürtür... Qəribədir ki, bu adam öz sözlərinə tamamilə ürəkdən inanır... Qonşuların hamısı onu sakit, tərbiyəli bir insan kimi qiymətləndirir. Mən onun iş yerində də oldum... Yenə eyni rəylər, eyni fikirlər... Həmkarlarının hamısı deyir ki, istedadlı, dərrakəli adamdır. Heç bir qadınla da əlaqəsi-filanı yoxdur...
    Həkim. Həqiqətən subaydır?..
    Müstəntiq. Həqiqətən. Pasportunu da əldə etdik. Evlənməyib...
    Jurnalist. Cəfəngiyat söyləyirsiniz? Qonşuların, həmkarların mənim ailə məsələmə nə dəxli? Mən kiminsə ailə işinə qarışıram? Yox! Mən... arvadımı öldürmüşəm. Bildiniz?! Mən sizi də öldürə bilərəm... Mən... (O, yumruğunu düyünləyib həkim və müstəntiqin üstünə hücum çəkir). Elə siz özünüz də cinayətkarsınız...
    Müstəntiq. Özünüzü ələ alın... Onsuz da biz təhqiqatımızı davam etdirəcəyik. Həqiqətən cinayət etmisinizsə, cəzasını çəkəcəksiniz. Buna tamamilə arxayın olun... Haray-həşir salmayın...
    Həkim. Indi sakitləşdirici bir iynə vurarıq - düzələr. Nə vaxtsa ağıllı adam olub, heyf... Gün-güzəran çoxlarını pis vəziyyətə salıb. Indi iynə-dərman da tapılmır, o ki ola... (əli ilə öz başını göstərir) filan-filan şeylər... (Müstəntiqə) Yəqin sizin idarədə də defisit olan şeylər çoxdur...
    Müstəntiq. Bizdə hər şey qaydasındadır. Təkcə türmələrdə yer qıtlığı var... Defisitdir...
    Jurnalist. Siz məni müayinə etmədən müalicə etmək istəyirsiniz... Bir vicdanınız olsun... Axı, mən... mən...
    Həkim. Polis!.. Polis!..

    Polis və xəstəxana işçiləri daxil olurlar. Jurnalisti aparırlar. Səhnə dəyişir. Jurnalistin mənzili. Hiss olunur ki, gecədir. Stolüstü lampa yanır. Qadın çay süzür. Jurnalist kresloda oturub, qaşqabaqlı halda qəzetləri nəzərdən keçirir.

    Qadın. Çayını soyutma... İç... Nə olub, sənə? Yenə qaş-qabağın yaman tutulub... Yoxsa qəzetdə səhv-zad gedib?.. Doğrudan, birtəhər dəyirsən gözümə...
    Jurnalist. Bəs sənə nə olub?.. Kefi kök görünürsən... Bəlkə roldasan?...
    Qadın. Mən gedə bilərəm... Üzr istəyirəm...
    Jurnalist. Öz işindir... Necə istəyirsən...
    Qadın. (Getməyə hazırlaşırmış kimi). Son vaxtlar sənə nəsə olub. Gizlədirsən məndən... Mən getdim...
    Jurnalist. Mən hər şeyi başa düşürəm...
    Qadın. Sən heç nəyi başa düşmürsən... Sən sadəcə olaraq xəstə adam təsiri bağışlayırsan... Bəlkə də elə xəstələnmisən...
    Jurnalist. Ola bilər...

    Qadın geri qayıdıb onunla üzbəüz kresloda əyləşir, kiçik jurnal mizinin üstündəki qəzetlərdən birini götürüb əsəbi halda vərəqləyir.

    Qadın. Doğrudan, başa sal məni görüm, nə olub sənə? Şübhələnməyə başlamışam səndən... Elə bil həmişəki adam deyilsən...
    Jurnalist. Ola bilər... Amma kənardan özünə baxa bilsəydin, aydınca görərdin ki, elə sən də tamamilə başqa adam olmusan.
    Qadın. Mənim dəyişməyimin səbəbkarı yalnız sən ola bilərsən... Axı, nə qədər eyni sözləri eşitmək, eyni suallara eyni cavablar vermək olar?
    Jurnalist. (Gülür). Ha-ha-ha... Mən yenə həmin suallarla yüklənmişəm...
    Qadın. Mənsə yenə eyni cavablarla hamiləyəm...
    Jurnalist. Mən bu gün səndən qəti cavab - “hə”, yaxud “yox” cavabı almaq istəyirəm. Sən isə sözün başına ip salıb o tərəf - bu tərəfə hərləyirsən...
    Qadın. Deyəsən, mən həqiqətən düz tapmışam... Sənə nəsə olub... Sən məni başa düşmək istəmirsən... Elə bil ki, sən ağlı kəsməyən yeniyetmə, mənsə ilk eşqin sevdası başına vuran bakirə qızam... Bir ağlın olsun. Axı, biz uşaq deyilik.
    Jurnalist. Bax, elə orası pisdir. Biz cocuq deyilik. Qəti qərara gəlməliyik.
    Qadın. Mən subay deyiləm... Bir mənim vəziyyətimi başa düş. Ağlını başına yığ.
    Jurnalist. Mən subayam...
    Qadın. Mən öz taleyimi, öz gələcəyimi sənə, sənin istəyinə görə qura bilərəm. Mənim ərim, övladım...
    Jurnalist. Ərim... Övladım... (Onu yamsılayır). Övladın birinci ərdəndir.
    Qadın. Nə olsun ki?..
    Jurnalist. O olsun ki, indiki ərinlə səni heçnə bağlamır! O olsun ki, o əbləh ər yox, səninçün göndərilmiş ölüm kabusudur...
    Qadın. Göndərilibsə, deməli, qismətim belədir, alın yazısından qaçmaq olmaz... Mən neçə illərdir onunla yaşayıram...
    Jurnalist. Mənimlə də neçə illərdir yaşayırsan...
    Qadın. (Gülür). Sən ayrı, o ayrı... Onun arvadıyam, səninsə dostun...
    Jurnalist. Zarafata keçmə... Sən elə mənim də arvadımsan. Birdəfəlik köçüb gəlməlisən mənim yanıma. Bildin! Axı, səni ona bağlayan nədir? O ki, iyrəncin biridir...
    Qadın. Qismətimdir məni ona bağlayan. O, mənim ərimdir.. Yaxşı-pis... Bəyəm sənə pisdir belə? Imkan düşəndə görüşürük...
    Jurnalist. Mən səni onunla bir otaqda, bir yataqda təsəvvür edəndə başımdan tüstü çıxır! Bildin?! O, zəliyə oxşayır, mənə elə gəlir ki, sorur sənin qanını, səni zəhərləyir... Bildin?! Ondan ər olar sənə? Iyrəncin biridir. Gündə bir qadının qucağındadır. Manyakdır!
    Qadın. Bəs mən? Bəs sən?.. Bəyəm biz özümüz böyük ideallarla yaşayırıq? Böyük əxlaq sahibiyik?.. Bəsdir, sən Allah... Bəsdir!..
    Jurnalist. Bəyəm nə olub bizə? Mənim görüşdüyüm yeganə qadın sənsən... Sənsə indi yəqin ki, məndən başqa... Nə bilim? Hər şey ola bilər... Mən istəmirəm ki, sən mənim mənzilimə gecələr, şər qarışanda hamıdan gizlənə-gizlənə gələsən... Axı, bizim nə qəbahətimiz var? Mən subay adamam. Gec-tez kiminləsə ailə qurmalıyam, ya yox? Yoxsa Allah mənə qarğayıb? Bəlkə mənə evlənmək günahdır?.. Bəlkə ondan - əbləhdən pisəm?..
    Qadın. Başa düş... O, hər kim olursa-olsun, hər halda mənim ərimdir. Mən papaq-zad deyiləm ki, gündə bir başa qonam. Bax indi bir aydır ki, hansı cəhənnəməsə rədd olub gedib. Deyəsən, xaricdədir... Biz sərbəst görüşürük. Uşağı anamın yanında qoyub gəlmişəm. Demişəm ki, rəfiqəmgildəyəm... Səhərəcən bir yerdəyik. Bizə daha nə lazımdır? Qəribə adamsan... Bizim teatrın çərənçi bir rejissoru var - eyni sözü min dəfə təkrar edir, sən lap vurub keçmisən onu... Elə bil monoloq söyləyirsən... Mən sənə yenə deyirəm, eşit birdəfəlik, mən öz ailəmi dağıda bilmərəm. Biz səninlə dostuq. Lap elə təsəvvür et ki, ər-arvadıq. Sonra? Sən özün yaxşı bilirsən ki, mənimlə onu bağlayan nədir?..
    Jurnalist. Nədir?..
    Qadın. Nədir, nədir? (Yamsılayır). Adi həyat tərzi... Özün görürsən ki, mən sərbəst adamam. Teatrda bir-iki tamaşada epizodik rolum var. Ilin çoxunu qastrollardayam... Qalanını da səninlə... O, elə sən deyən pis adam da deyil. Sadəcə olaraq, ailə adamı deyil. Yeyib-içməyi, kef-damağı, gəzib-dolaşmağı xoşlayır. Bəlkə də bəzi kişilər kimi həddən çox qısqanc olsaydı, biz heç görüşə də bilməzdik...
    Jurnalist. O zəlidir, əbləhdir!.. Neçə dəfə səni ölümcül hala salıb, əzib şit-küt edib. Hələ bir tərifləyirsən də...
    Qadın. Yox, kobudluğuna sözüm yoxdur... Tərbiyəsiz adamdır... Bu öz yerində. Amma mənim sərbəstliyimə heç bir maneçiliyi yoxdur... Bir də ki, o, əvvəllər çox kür idi, incidirdi məni. Indi yumşalıb... Br aydan çoxdur evdən çıxıb gedib. Allah bilir nə vaxt qayıdıb gələcək?.. Vallah, sən öz mənasız suallarınla məni təngə gətirirsən. Belə getsə, bundan sonra bizim görüşməyimiz çətin baş tutar... Çox çətin...
    Jurnalist. Necə yəni?
    Qadın. Sadəcə... Mən səninlə qanımı qaraltmaq üçün görüşmürəm ki?.. Bizi, səninlə məni bağlayan maddi şeylər də deyil. Özün bilirsən ki, mən səndən heç nə ummuram... Ürəyimdir məni gətirən bura... Imkan olanda qonşuların belə gözündən oğurlanıb xəlvətcə baş çəkirəm sənə... Allaha şükür, özün ürək adamısan, ağıl adamısan, gərək hər şeyi dərk edəsən. Mən sənin rəftarını, mədəniyyətini yüksək qiymətləndirirəm. Amma... ta belə olmaz, axı... Sən son vaxtlar çox qəribə aparırsan özünü... Lap ərköyün uşaq kimi... (Onu yamsılayır). “Zaqs”a gedək, nə bilim, kəbin kəsdirək... Səni qısqanıram... Səni ərindən boşaltmalıyam... Sən mənim olmalısan... Biz ailə qurmalıyıq... Paho!.. Dəhşətdir! Hərdən mənə elə gəlir ki, dolayırsan məni. Sonra ciddi görkəminə baxıb şübhəyə düşürəm. Axı çox gülünc iddialar irəli sürürsən, ağılsız fikirlər söyləyirsən... Hələ son günlər hədə-qorxuya da keçmisən. Bərəkallah... Belə getsə...
    Jurnalist. Belə getsə, nə olacaq bəyəm?
    Qadın. Biz vidalaşmalı olacağıq...
    Jurnalist. (Qeyzlə). Öldürərəm səni... Asaram... Boğaram...
    Qadın. (Gülür). Sən? Ha-ha-ha...
    Jurnalist. İnanmırsan? (Ciddi) İnanmırsan mənə?
    Qadın. Niyə ki... inanıram. Asarsan... Işini asanlaşdırmaq üçün özümlə kəndir də gətirmişəm. Özü də sabunlu. Buyur, as... Niyə qorxursan? Hə?... (Çantasından kəndiri çıxarıb ona göstərir).
    Jurnalist. (heyrətlə). Qəribədir...
    Qadın. Nə?.. Qəribə olan nədir?
    Jurnalist. Heç... Mən ötən gecə qəribə bir yuxu görmüşdüm. Dar ağacı, kəndir... Bax, elə bu kəndirə oxşayırdı. (Əli ilə kəndirə toxunur). Sabunlu, yumşaq, ilan kimi sürüşkən, soyuq...
    Qadın. Sən ayıqlıqda da yuxulu adamlar kimi sayıqlayırsan. Mən sənə öz son rolum haqqında danışmaq istəyirdim. Istəyirdim səni premyeraya dəvət edim. Sənsə... Qanımı elə qaraltdın ki... Gərək heç gəlməyəydim...
    Jurnalist. Sən gəlməliydin... Gəldin... Necə deyərlər, gəldin, qaldın, öldün...

    Qadın təəccüblə onun üzünə baxır. Uzaqdan həzin, ağrılı musiqi səsi eşidilir. Stolüstü lampanın işığı tədricən öləziyir... Tül pərdənin arxasındakı çarpayıda jurnalist uzanıb. O üz - bu üzə çevrilməyindən hiss olunur ki, narahat yatır. Onunla yanaşı uzanmış qadın (ağ xalatda) ayağa durub tavandan - boş çilçıraq yerindəki qarmaqdan asılmış kəndirə yaxınlaşır... və özünü kəndirdən asır. Həyəcanlı, qorxunc musiqi sədası... Jurnalist tədricən yataqdan qalxıb ətrafa boylanır. Başını qaldırıb tavana baxır. Gözlərini bərk-bərk açıb yumur. Başını təzədən yorğanın altında gizlədir. Və yorğanı kənara atıb alt paltarında ayağa durur. Diqqətlə, altdan yuxarı, asılmış qadına baxır. Zərif işıq zolağı altında sanki qadının nəşi yellənir. Jurnalist həyəcanla onu süzür. Elə bil yuxu görür, qışqırmaq istəyir - səsi çıxmır, qaçmaq istəyir - ayaqları yerə pərçimlənib. O, tədricən irəli gedib əlini qadının ayaqlarında, qollarında gəzdirir... Şalvarını geyib xeyli duruxur. Pencəyini çiyninə atıb qapıya yaxınlaşır... Musiqi haray çəkir, bu, musiqidən çox əzab çəkən adamın hıçqırıqlarına bənzəyir. Jurnalist mənzili tərk edir. Işıq çoxalır. Çilçıraq yerindəki qarmağa bənd edilmiş kəndirdən asılmış qadının cəsədi gur işıq seli altında daha aydın görünür.



    PƏRDƏ







    İkinci pərdə

    Məlum xəstəxananın tanış həyəti. Skamyalar. Xəstələr gəzişir. Arabir ağ xalatlı həkimlər görünür. Jurnalist xəstəxana geyimində gəlir. Üçüncü xəstə uzaqdan onu müşahidə edir.

    Jurnalist. Doğrudanmı bütün bunlar yuxu deyil? Nəsə inanmağım gəlmir... Inana bilmirəm özüm özümə... Bura, həqiqətən, dəlixanadır... Mən gərək ilk növbədə polisə müraciət edəydim...
    Üçüncü Xəstə. (Jurnalistə yaxınlaşaraq çəkinə-çəkinə). Qardaş, bir söz soruşsam, xətrinə dəyməz ki?..
    Jurnalist. Nə söz?.. Buyurun... Eşidirəm...
    Üçüncü Xəstə. Çox sağ ol... Deyə bilməzsən, iynənin vaxtına nə qədər qalıb?
    Jurnalist. (Acı-acı gülümsünür). Axı, mən bilmirəm sizin iynənizi saat neçədə vururlar...
    Üçüncü Xəstə. Bəyəm sən bilmirsən ki, hamının iynəsini eyni vaxtda vururlar?..
    Jurnalist. Xeyr, bilmirəm...
    Üçüncü Xəstə. Öyrən, bil... Öyrənmək heç vaxt gec deyil...
    Jurnalist. Baxır nəyi...
    Üçüncü Xəstə. Hər şeyi... Gənc nəsil hər şeyi bilməlidir...
    Jurnalist. Gənc nəsil... İndi hamı anadan yaşlı doğulur. Gənc olmağa vaxt çatmır...
    Üçüncü Xəstə. (Diqqətlə, başdan ayağa onu süzür). Əhsən, qardaş! Ağıllı sözə nə deyəsən?.. Mən neçə illərdir burada yaşayıram, hələ bir dəliyə rast gəlməmişəm...
    Jurnalist. Artıq biri gəlib çıxıb... öz ayağı ilə...
    Üçüncü Xəstə. Kimdir o elə? Mən?
    Jurnalist. Xeyr. Mən özümü nəzərdə tuturam...
    Üçüncü Xəstə. Doğrudan?.. Şükür, axır ki, öz dəliliyini boynuna alan biri tapıldı.
    Jurnalist. Bəs siz nədən müalicə olunursunuz?..
    Üçüncü Xəstə. (Pauza). Heç nədə... Amma eşidən olmasın ha... Sonra sənədlərə qol çəkməzlər...
    Jurnalist. Nə sənəd? Burada sənəd də verirlər?
    Üçüncü Xəstə. Əlbəttə! Buranın sənədi daşdan da keçir. Al qoy cibinə, kef elə! Adam öldür - gözün üstə qaşın var deyən olmaz... Hökuməti söy - sözünü qulaqardına vuracaqlar. Arvad-uşaq yanında da ki, hörmət-izzətin öz yerində... Deyir: ağıllı olub xalqın dərdini çəkincə, dəli ol - qoy xalq sənin dərdini çəksin... Elə deyil? Əslində dünyadakı adamların hamısına o dəlilik kağızından biri lazımdır. O zaman dünyada əmin-amanlıq olar, qurd quzu ilə otlayar... Bilirsən, niyə? hamı elə başa düşər ki, qarşısındakı ağıldankəmdir, onunla ehtiyatlı olmaq lazımdır... Belədə hamı olar mədəni, ziyalı, sənin kimi, mənim kimi... Bildin?..
    Jurnalist. Ağıllı sözlər deyirsən...
    Üçüncü Xəstə. Qardaş, savadın-zadın varsa, mənim dərdimi yaz, ver qəzetə, qoy çap eləsinər...
    Jurnalist. Nədir sənin dərdin?..
    Üçüncü Xəstə. Mənə nə kağız, nə ev verirlər. Mən evsiz-eşiksiz adamam... Arvad məni gətirib bura təhvil verdi ki, bəs mənzillə təmin edəcəklər. Axı belə bir qayda var, buradakılara növbəsiz ev verilməlidir... Amma neçə illərdir ki, buradayam. Nə ev, heç fındıq verən də yoxdur... Sən necə, əsgərlikdən qalmaq üçün gəlmisən bura? Qorxub eləmə ha... Aparıb mismarların üstü ilə yeridəcəklər. Qətiyyən çəkinib eləmə. Gördüyün mismarlar dəmirdən yox, rezindən hazırlanıb. Deyəcəklər, get o divarı başınla dağıt. Irəli cum, hücüm et divara! Çünki o divar daşdaş-ağacdan yox, kartondan hazırlanıb... Təki əsgərliyə getmə... Getsən, çiyninə general paqonu taxıb öz üstümüzə göndərəcəklər. Eşitmisən? Deyirlər, bizim hamımızı, buradakıları güllələyəcəklər?
    Jurnalist. O nə üçün elə?..
    Üçüncü Xəstə. Həm o dünyanın, həm də bu dünyanın... Bütün zamanların və bütün xalqların ən dahi şəxsiyyətləri burada, bizimlə birlikdədir. Yuli Sezarla, Makedoniyalı İsgəndər mənim palata qonşumdur. Napoleonla Çingiz xansa ən yaxın dostlarımdır. Amma biri də var, odu ey, pəncərədən bizi izləyir (əli ilə xəstəxana pəncərəsini göstərir), o isə əbədi ruhun ölməz təcəlləsidir.
    Jurnalist. O, nə olan şeydir elə?
    Üçüncü Xəstə. Onun deməyinə görə, bədənimiz bizim ruhumuzun paltarıdır. Paltar məhv ola bilər, ruhsa əbədidir. O hər gün Yuli Sezarla da savaşır, Makedoniyalı Isgəndərlə də. O günləri Napoleonla Çingiz xan birləşib möhkəmcə döyüblər onu...
    Jurnalist. Nə üçün dalaşırlar?
    Üçüncü Xəstə. Dediyindən belə çıxır ki, bu səfeh eyni vaxtda dörd tarixi şəxsiyyətin ruhunu özündə yaşadır. Əvvəlcə onun bədənində Sezarın, sonra Makedoniyalı Isgəndərin, daha sonra Çingiz xanla, Napoleonun ruhu yaşayıb. Indi bu ruh onun özündə təcəllə tapıb. Özünün dediyinə görə, onun ruhu bu yaxınlarda hansısa quşa keçəcək. Lap axırda hörümçəyin ruhuna çevrilib hamını tora salacaq.

    Birinci və ikinci xəstə onlara yaxınlaşır. Jurnalist aralanmaq istəyir. Birinci və ikinci xəstə onun qarşısını kəsirlər.

    Birinci Xəstə. (Jurnalistə). Qardaş, mənim çiynimin üstündəki nədir belə? (Başını göstərir).
    Jurnalist. (Diqqətlə baxır). Qlobus...
    Birinci Xəstə. Ay sağ ol! (Sevincək). Yəni Yer kürəsi - dünya! Elə deyilmi? (İkinci xəstəyə). Amma sən deyirsən ki, dünya mənim çiynimdə dayana bilməz... Görürsən, necə dayanır?
    İkinci Xəstə. (Jurnalistə). Oğlan, sən neçə ildir ki, məni təqib edirsən. Amma öldürə bilməyəcəksən məni... Oğlan, mən o pulları çoxdan xərcləmişəm...
    Jurnalist. Nə təqib? Hansı pul?
    İkinci Xəstə. Qumarda udduğum pul. Sənin əlindən çıxan yüz milyon! Oğlan, o pullar artıq nə mənimdir, nə də sənin! Mən Napoleon üçün dörd top uzaqvuran almışam, qalanları Çingiz xanın mehtərlərinə verilib... Onlar hamısı burada, qonşu mənzillərdə yaşayır, özün maraqlanıb soruşa bilərsən..
    Jurnalist. Mən bu faktı dəqiqləşdirərəm...
    Üçüncü Xəstə. Xahiş edirəm, mənim arvadımı görsən de ki, bu yaxınlarda mənə ev verəcəklər... Bir də de ki, mən yenə sevirəm onu...
    Birinci Xəstə. Bəyəm, biz sevmirik arvadımızı?
    İkinci Xəstə. (Üçüncü xəstəyə). Oğlan, yaxşı olar ki, sən öz arvadını necə sevdiyini danışasan, biz bir də eşidək...
    Üçüncü Xəstə. Sən əvvəlcə danış görək, rayon başçısının yaşadığınız kəndə gələcəyini hamıdan əvvəl necə bilirdin?
    İkinci Xəstə. ... Başçı kəndə gəlməmişdən üç gün qabaq məni kənddən çıxarıb meşədəki komada gizlədirdilər. Mən bilirdim ki, başçının gəlməsinə düz üç gün qalıb...
    Üçüncü Xəstə. (Birinci xəstəyə). Bəs sən nə üçün bu boyda hakimiyyəti əldən verdin? Bunu danış...
    Birinci Xəstə. Mən? Qətiyyən! Mən yenə hakimiyyətdəyəm. Mən indi dövləti buradan idarə edirəm. Opponentlərim məni ona görə hakimiyyətdən uzaqlaşdırdılar ki, hamıdan ağıllı, hamıdan uzaqgörənəm!.. Onlar məni həbs etdilər. Amma işimdə heç bir cinayət tərkibi tapa bimədiklərinə görə məni incitməyə, döyməyə başladılar. Mənim əsəblərim pozulmağa başladı. Oradan da gətirib atdılar bəri.
    Jurnalist. Nə üçün məhz bura?
    Birinci Xəstə. Bilmirsən niyə? Heç ağlın yoxmuş ki, sənin... Düşmənlərimin istəyi budur ki, mənə “dəli” damğası yapışdırıb bir daha hakimiyyətə yaxın buraxmasınlar. Amma kökündən səhv edirlər. Bu, boş xülyadır. Mən hakimiyyətə qayıtmalıyam! Elə sən özün dedin ki, dünya mənim çiyinlərimin üstündə dayanıb. Siz hamınız o dünyanın (öz başını göstərir) sakinlərisiniz... (Jurnalistə). Bəlkə mənim dediklərimə etirazın və ya əlavən var?..
    Jurnalist. Qətiyyən!..
    Üçüncü Xəstə. (Jurnalistə). Qardaş, savadın-zadın varsa, mənim dərdimi yaz, ver qəzetə, qoy hamı bilsin...
    Birinci Xəstə. Dərd deyil ey, səninki kef-damaqdır. Mən o boyda hakimiyyət itirmişəm, dərd mənimkidir. Amma yenə qayıdacağam!.. Allaha şükür, burada hamı ağıllı adamdır, yəqin ki, dediklərim də beyninizə batır. Mən darvazanın o üzündəki (əli ilə bayırı göstərir) xəstə cəmiyyəti sağaldacağam...
    Ikinci Xəstə. Oğlan, dərd mənim dərdimdir, pulların hamısı xərclənib... Yox, hara xərclənib deyə bilmərəm. Generalın ağzı möhkəm olmalıdır, bu, hərbi sirrdir. Amma o pulun bir hissəsinə dörd top alıb vermişəm Napoleona. Məşhur Vaterloo döyüşündə - min səkkiz yüz onbeşinci ildə o topların hamısı məhv edildi. Elə Napoleonun belini də o döyüşdəki məğlubiyyət qırdı. Mən bunu məhkəməyə verdiyim izahatda da bildirmişəm.
    Üçüncü Xəstə. (Jurnalistə). Savadın var?
    Jurnalist. Bir az...
    Üçüncü Xəstə. Vicdanın var?
    Jurnalist. Bir az...
    Üçüncü Xəstə. Qəzet oxuyursan?
    Jurnalist. Hərdənbir...
    Üçüncü Xəstə. Bəs adın nədir sənin?
    Jurnalist. (Duruxaraq). Adım... Otello...
    Ikinci Xəstə. Mən çox otellərdə olmuşam.
    Birinci Xəstə. (Gülür). Ha-ha-ha... Otel yox, axmaq, Otello. Mənim siyasi rəqiblərimdən birinin adı Otello idi. Hakimiyyətdə olmamısan, nə tanıyırsan siyasi xadimləri?..
    Ikinci Xəstə. Mən hərblə məşğul olmuş adamam, səfeh! Mən oteli də tanıyıram, Otellonu da! Otello da general olub. (Jurnalistə). Doğrudur?!.
    Jurnalist. Doğrudur.
    Ikinci Xəstə. Özü də qara general idi... Elə mənə də bəzən qara polkovnik deyənlər olub. Amma mən qara polkovnik yox, qırmızı general olmuşam. Elə indi də öz paqonlarımı namusla daşımaqdayam...
    Üçüncü Xəstə. Hamınız axmaqsınız... Otello öz arvadını boğub öldürmüşdür...
    Jurnalist. (Heyrətlə ona baxır). Deyəsən, mən həqiqətən dəli olmuşam...
    Üçüncü Xəstə. Xeyr. Sən ağıllı adamsan. Ona görə ki burada - bu dəlixanada dəli olduğunu boynuna alan yeganə adam sənsən...
    Elə özüm də... Yox, mən həqiqət aşiqiyəm. Mən hər şeyi düzgün, olduğu kimi danışdığım üçün gətirib atdılar bura.
    Birinci Xəstə. Siyasi səhvə yol vermə!.. Sərsəm...
    Ikinci Xəstə. Mən səni hərbi yolla aradan qaldıraram ha!
    Birinci Xəstə. Sən həmişə yalnız bircə şeyi düz danışırsan: arvadınla necə sevişdiyini... Qalan məsələlərdə sərsəmləyirsən.
    Üçüncü Xəstə. Mən hər şeyi düz danışıram. Mən deyirəm ki, hamı öz arvadı ilə yatır, gülüb ələ salırlar məni. Olduğu kimi danışıram elədiyimi, gülürlər mənə. Guya mən gicəm, başım xarabdır. Halbuki hər şey əksinədir - dəli məni ələ salanın özüdür. Ələ salırlar məni. Mənə deyirlər ki, bəs sən arvadınla necə olursan?.. Mənsə deyirəm ki, bax belə (əli ilə izah edir, başa salır). Sonra bax belə, yanaşı uzanırıq... Tay-tuşlarım mənə hər gün arvadımla necə olduğumu danışdırıb həzz alır, ürəkdən gülürdülər. Mən şagirdlərimdən də heç nəyi gizlətmədim, sonra bu söhbət arvadın öz qulağına da çatdı. Məni gətirib atdılar bura. (Jurnalistə). Qardaş, bəlkə mən düz danışmıram? Axı nəyi? Mən həqiqət aşiqiyəm... Mən bir dəfə qonşumu döyəndən sonra polisə pul verib canımı zorla qurtarmışdım. Rəis məni yanına çağırıb soruşanda hər şeyi olduğu kimi dedim. Dedim ki, filan qədər pul vermişəm. Mən həqiqət aşiqiyəm... Əmim yaşlı kişidir, amma cavan qız alıb, gəlin bir dəfə süpürləyib saldı məni altına. Nə etməliydim? Susmaq - namussuzluq olardı. Hər şeyi olduğu kimi danışdım əmimə, o da arvadı boşadı. Danışmayaydım? Mən həqiqət aşiqiyəm!.. Necə susum axı?..
    Birinci Xəstə. Sən əsil xəstəsən.
    Ikinci Xəstə. Nə xəstə?! Bu, əməlli-başlı dəlidir.
    Üçüncü Xəstə. (Qışqırır). Bəsdir! Mən sizə min dəfə, milyon dəfə demişəm ki, mənə dəli deməyin. Mən iyrənirəm bu sözdən. (İkinci xəstəyə). Sən, axmaq general, dövlətin pulunu mənimsəyib Napoleona top almısan. Əsil gic sənsən! Sən, səfeh komissar (Birinci xəstəyə), hakimiyyətdən devrilib yeni hakimiyyət sevdasına düşmüsən! Sən lap axmağın kvadratısan! Bilmirsən ki, tarix iki dəfə təkrar olunur: birinci dəfə - dramatik, ikinci dəfə - komik. Bunu da bir səfeh alman alimi deyib. Sən səfehsə heç olmazsa o səfehlərin ağıllı sözündən nəticə çıxart. Sənsə, Otello, öz namuslu arvadını boğub Yaqonu hədələyirsən! Axmaqsınız hamınız!
    Jurnalist. (Üçüncü xəstəyə). Bəsdir! Çərənləmə! Sənə kim ixtiyar verib hədyan-hədyan danışmağa?!. Sən kimsən axı?!
    Birinci Xəstə. O müəllimdir.
    İkinci Xəstə. Xeyr, o demaqoqdur...
    Üçüncü Xəstə. Mən - həqiqət aşiqiyəm.
    İkinci Xəstə. Mən ölüm, sən doğrudan müəllimsən?
    Üçüncü Xəstə. Bəli, mən əvvəl müəllim olmuşam, sonra ölüyuyan... mürdəşir... Siz gəbərəndən sonra hamınızı yuyub o dünyaya yola salan mən olacağam... Məni bura həm də ona görə gətirib atdılar ki, bütün ölülərin bədən üzvlərini olduğu kimi təsvir edir, nöqsanlarını tənqid edirdim... Mən həqiqət aşiqiyəm!..
    Birinci Xəstə. Sən gicsən!
    İkinci Xəstə. Sən əsil dəlisən!
    Üçüncü Xəstə. Kim? Mən? Sizsiniz dəli! Dəli Sezardır, odur ey, baxır pəncərədən! Napoleondur, Çingiz xandır, Makedoniyalı İsgəndərdir! Dəli, sən - komissarsan, gicbəsər, sən - generalsan, sən - Otellosan! Amma hamınız ağıllı kimi görünmək istəyirsiniz!
    Birinci Xəstə. Kəs səsini!
    İkinci Xəstə. Mumla!
    Jurnalist. Yaxşı, kifayətdir! Çərənləmə!
    Üçüncü Xəstə. Bütün cəmiyyət dəlidir. Gördüyünüz hasarın o üzündəkilərin hamısı dəlidir. Onların heç biri gördüyünü olduğu kimi danışa bilmir. (Səsinin tonu get-gedə artır). Onların heç biri olduğu kimi görünmür. Onları heç biri ürəyindən keçəni səmimiyyətlə deyə bilmir... (Birinci xəstəyə). Səfeh komissar, sən o xəstələri heç vaxt sağalda bilməyəcəksən! Əksinə, olan-qalan ağlın da itəcək. Saxta başlar! Sizin hamınızın içi ilan-çiyanla doludur. Namusunuza toxunulur - susursunuz, üzünüzə tüpürülür - gülürsünüz, var-dövlətinizi talayırlar - yalmanırsınız, kürəyinizi tapdalayırlar - ağnayırsınız, qeyrətinizə sataşırlar - hırıldayırsınız... Axmaq siz özünüzsünüz, siz, siz, siz... Vəzifə sahiblərinin qarşısında alçalırsınız, yalançı natiqlərə əl çalırsınız! Bəlkə yalan deyirəm?! Xeyr! Mən həqiqəti deyirəm. Mən həqiqət aşiqiyəm. (Jurnalistə. Səsinin tonunu yumşaldıb). Qardaş, deyə bilməzsən, iynənin vaxtına nə qədər qalıb?..

    Səhnə dəyişir. Musiqi. Palata. Həkim, Jurnalist və Müstəntiq.

    Müstəntiq. (Həkimə). Deyəsən, məsələ bir qədər başqa cürdür.
    Həkim. Necə yəni?
    Müstəntiq. Bu adam həqiqətən cinayətkardır (Jurnalistə işarə edir).
    Jurnalist. (Qorxunc səslə qışqırır). Ola bilməz!
    Müstəntiq. Böyürmə! Axmaq adam, deyəsən özünü səfehliyə vurub aradan çıxmaq istəyir ey...
    Həkim. Elə mən görən kimi hiss etdim ki, bu adam dəli-zad deyil...
    Müstəntiq. İndi belələri çoxdur... Yəqin özünə asan yolla dəlilik kağızı-zad düzəltmək istəyir.
    Jurnalist. Dəli siz özünüzsünüz!..
    Həkim. Xeyr, bizdə belə nömrələr keçməz. Bizim güclü ekspertlər qrupumuz, adlı-sanlı mütəxəssislərimiz var. Hər yoldan kəçəni dəli çıxara bilmərik.
    Jurnalist. Mən... Əlbəttə, bu ölümdə mənim də əlim olub. Dolayısı yolla... Danmıram... Amma mən bunu qəsdən etməmişəm. Bəlkə də o özü intihar edib... Indi xatırlayıram ki, o, kəndiri özü ilə gətirmişdi... Mən...
    Müstəntiq. Kəs səsini, axmaq adam... “Indi xatırlayıram ki...” Əslində sənə axmaq demək də düzgün deyil. Çünki sən axmaq yox, hiyləgər adamsan... Qadını sən qəsdən boğub öldürmüsən...
    Jurnalist. Siz mənə böhtan atırsınız... Bu ola bilməz... Mən heç nəyi xatırlamıram...
    Müstəntiq. (Jurnalistə). Xatırlamırsan? Yəni yaddaşın belə pozulub? Sən özün etiraf edirdin ki, qadını boğub öldürmüsən. Mənim əlimdə başqa faktlar da var... Özünü gicliyə qoyma!
    Jurnalist. Nə fakt?
    Müstəntiq. (Həkimə). Bu, sizdəki seks-simvola - həqiqət aşiqinə deyirmiş ki, mənim adım Otellodur. O isə deyib ki, Otello öz arvadını boğub öldürüb. O sözləri eşidəndə bunun dili-ağzı quruyub, rəngi qaçıb. (Jurnalistə). Bəlkə, bu da yalandır...
    Jurnalist. Bu nədir, siz xəstəxanada xəstə yox, agent-xəfiyyə saxlayırsınız?..
    Həkim. Xeyr, onlar agent yox, sadəcə olaraq vicdanlı xəstələrdir, sənin kimi yalandan özlərini səfehliyə qoymayıblar...
    Müstəntiq. (Jurnalistə). Sən qadını zorlayıb, sonra öldürmüsən. Doğrudur?..
    Jurnalist. Bu böhtandır. Heç bir zorlama olmayıb...
    Müstəntiq. Yaxşı, sən qadınla cinsi əlaqədə də olmamısan?.. Düzünü de, onsuz da hər şey ekspertizada sübut olunacaq.
    Jurnalist. (Pauza). Biz bir-birimizi sevirdik...
    Həkim. Yəqin elə sevdiyin üçün də öldürmüsən, hə? Sən, deyəsən, doğrudan da yeni dövrün Otellosusan...
    Müstəntiq. Bəhanələrə əl atmaq əbəsdir. Sən qadını zorlayıb, sonra öldürmüsən. Bildin? Hiss olunur ki, əlbəyaxa olmusuz. Doğrudur? Onun bədəni qançırdır, üz-gözü cızılıb, sıyrılıb. Bədbəxt qadının namusuna təcavüz ediləndə görünür ki, müqavimət göstərib...
    Jurnalist. Yalandır! Yalandır! Mən onu bilərəkdən necə öldürə bilərdim?!. Axı, mən onu sevirdim...
    Həkim. Görünür, qısqanclıqdan... Bəlkə də başqa istəyin varmış...
    Müstəntiq. Bəs sonra? Niyə aparıb zibil yığınının arasındakı gölməçəyə atmısan o bədbəxti? Niyə? Bəs hanı sənin vicdanın? Eşitdiyimə görə, qəzetdə mənəviyyatla bağlı yazılar yazırmışsan... Hanı sənin mənəviyyatın? Hanı sənin insanlığın, ləyaqətin, namusun, qeyrətin?. Bəlkə sən doğrudan dəli olmusan?.. Sənin kimi “dəliləri” mən çox görmüşəm. Manyak! Bəsdir!
    Jurnalist. Nə zibillik? Nə gölməçə? Siz nə danışırsınız?.. Xahiş edirəm, sözlərinizə sərhəd qoyun...
    Müstəntiq. Sən özünü psixi cəhətdən sağlam adam hesab edirsənmi?.. Yaxşısı budur, həqiqəti de!.. Ağlın yerindədirmi?..
    Jurnalist. (Pauza). Nə bilim? Hər halda məni bura şübhələrim gətirib çıxarıb. Əgər özümü birbaşa cinayətkar saysaydım, ilk növbədə polisə müraciət edərdim...
    Müstəntiq. Hmm-m-m... “Birbaşa cinayətkar...” (Həkimə). Düzünü deyin, bu adam xəstəxanaya gələndə sizə nəsə bir şey təklif etməyib ki?..
    Həkim. Nə-ə-ə?
    Müstəntiq. Pul... Hədiyyə - filan...
    Həkim. Yox-yox. Lap elə şeylər təklif etsə də, biz murdar şeyə əl vura bilmərik. Özünüz yaxşı bilirsiniz ki... Bu adam özünü jurnalist kimi təqdim etdi. Mən də başladım xəstəxana, xəstələr barədə məlumat verməyə... Bəs birdən qayıdıb deyəsən ki, axı mən xəstəyəm, adam öldürmüşəm... Əvvəlcə elə bildim ki, zarafat eləyir, sonra gördüm yox, ciddi məsələdir. Düyməni basıb çağırdım xəstəxana polisini. (Müstəntiqə yavaş səslə). Birdən xəstə-zad olmaz, özünü dəliliyə vurub xəstələrə göz qoyar, xəstəxanadan tənqidi qeydlər-zad yazar...
    Müstəntiq. (Duruxur). Kim deyir ki, xəstədir? Bunun heç bir xəstəliyi-filanı yoxdur. Bu adam canidir! Cinayətkardır! Adam öldürüb - bir! Zorlayıb öldürüb - iki! Qəsdən öldürüb - üç! Cinayətin izini adırmağa çalışır - dörd!.. Beş!
    Jurnalist. Ya-lan-dır!..
    Həkim. Kəs səsini! Bu boyda hökumət adamı cinayət-axtarış şöbəsinin işçisi yalan danışır. Bunun hələ bir demaqoqluğu da varmış ki...
    Müstəntiq. Demaqoq olmayan jurnalist tapmazsan. Hələ o günləri bunun həmkarlarından biri gəlib üstümüzə xoruzlanırdı ki, niyə son vaxtlar açılmayan cinayətlərin sayı çoxalıb?.. Dedim, bala, hələ sənin dimdiyinin sarısı getməyib, çox qazlı-qazlı danışırsan... Qovdum kabinetdən. Indi budu ha, cinayətin üstü açılmaq üzrədir. Bir-iki fakt var, qoy onları da dəqiqləşdirək, ondan sonra qəzetlər palaz-palaz materialar verər... Qoy öz həmkarlarının “igidliyindən” ağızdolusu yazsınlar! Qoy belə ünsürlərin əməlindən ibrət dərsi götürsünlər! Qoy insan haqları uğrunda bar-bar bağıranlar görsünlər ki, kimdir bizim cəmiyyətimizə qara ləkə vuranlar, başaşağılığı gətirənlər! Qoy hamı görsün! Qoy hamı eşitsin! Bizim hansı çətinliklərlə üzləşdiyimizin, kimlərə qarşı vuruşduğumuzun şahidi olsunlar!.. Bizim millətimizin adını batıran, dövlətimizin şərəfini ləkələyən bu cür bişərəflərdir!..
    Jurnalist. Şərəfsiz siz özünüzsünüz!..
    Müstəntiq. Kim? Mən?..
    Jurnalist. Bəli, siz...
    Həkim. Mumla!..
    Müstəntiq. Kəs səsini, manyak!..
    Jurnalist. Manyak sizsiz...
    Müstəntiq. Qatil!..
    Jurnalist. Bəsdir! Kəsin səsinizi... Əgər mən cinayətkaramsa, qanun qarşısında cavab verəcəyəm... Xahiş edirəm şəxsiyyətimi təhqir etməyin...
    Müstəntiq. Paho! Ha-ha-ha... Yox bir, bəlkə aclıq elan edəsən, piket keçirəsən?! Əlbəttə, necə lazımdır, eləcə də olacaq. Darıxma! Heç bir cinayət cəzasız qala bilməz... Biz öz müqəddəs qanunlarımızın keşiyində ayıq-sayıq durmuşuq. Fırıldaqçı, manyak!..
    Jurnalist. Dedim ki, təhqirə keçməyin!
    Müstəntiq. Bəlkə bir insan haqlarını müdafiə komitəsinə müraciət edəsən?
    Həkim. Yox, bir Haaqa konfransının qərarına isnad edəsən?.. Axmaq adam!..
    Müstəntiq. Bu, axmaq deyil, ya özünü axmaqlığa qoyub, ya da bizi...
    Jurnalist. Dedim, bəsdirin... Yoxsa...
    Müstəntiq. Nə “yoxsa”? Yoxsa bizi də zorlamaq fikrindəsən? Həyasız!.. Həkim!.. Eşidirsiz, həkim?..
    Həkim. Bəli!
    Müstəntiq. Bəs kimi gözləyirsiz?!
    Həkim. Buyurun!
    Müstəntiq. Nəyi gözləyirsiz, həkim?!
    Həkim. Eşidirəm!..
    Müstəntiq. Görmürsüz, bizi təhqir edir?! Bizim qanunlarımızı, qanunları qoruyanları təhqir edir! Sizin o adına and içdiyiniz böyük loğman kimdir - onu təhqir edir!..
    Həkim. Loğman?.. İbn-Sina?..
    Müstəntiq. Yox, ey, yox...
    Həkim. Ta kim qaldı?
    Jurnalist. Hippokrat...
    Müstəntiq. Hə? Hə! Bu adam Hippokratın qəbrinə söydü.
    Həkim. Elədi. Mən - şahid...
    Jurnalist. Siz nə əclaf adamlarsız!..
    Müstəntiq. Sən kimə əclaf deyirsən? (Onun yaxasından yapışır). Kimdir əclaf! De görüm! Əclaf!

    Həkim müstəntiqin köməyinə gəlir. Səs-küyə xəstəxana Polisi özünü çatdırır. Polislə müstəntiq birləşib jurnalisti yerə yıxırlar. Jurnalist haray çəkir. Onları söyür, hədələyir. Həkim jurnalistin kürəyinə sakitləşdirici iynə vurur. Jurnalistin səsi eşidilmir, sanki o, yuxuya gedir.

    Polis. (Müstəntiqin qarşısında dik durub ayaqlarını cütləyərək təzim edir.) Eşidirəm sizi!
    Müstəntiq. Gedə bilərsən.

    Polis çıxıb gedir.

    Həkim. (Yerə uzadılmış Jurnalistə). Hə, bax belə dincələrsən...
    Müstəntiq. Birdən ölüb eləyər bu axmaq... manyak...
    Həkim. Yox, fil yuxusuna getdi...
    Müstəntiq. Nə yaxşı iynədir! Mən çox vaxt gecələr yata bilmirəm. Hərdən gəlim yanına, vur bu iynədən, bəlkə yuxuya gedəm..
    Həkim. Sənə nə var ey, gecələr gözəllərin qucağında olursan... Hamı o cür yuxusuz gecələr keçirmək istər, ay zalım...
    Müstəntiq. Yox, ta atmışam o işləri. Görmürsən bu cür səfehlər ekstaza gəlib gül kimi qadını boğub öldürüb... Birdən mən də huşyar olub cinayət törədərəm. Ha-ha-ha... (Jurnalistə). Amma səfeh yaman dərin yuxuya gedib ha...
    Həkim. Dediyin qadını həqiqətən bu öldürüb?..
    Müstəntiq. Biz bu günlərdə gölməçədən qadın meyiti tapmışıq. Amma görünüşündən hiss olunur ki, çoxdan öldürülüb... Üz-gözü də qançır...
    Həkim. Deyirəm axı.. Düzü bu, heç adam öldürənə oxşamır... Amma nə bilmək olar?..
    Müstəntiq. Son vaxtlar şəhərdə qadınlara tez-tez hücum edən bir manyak peyda olub. Bizə qəti göstəriş verilib: o, təcili tutulmalıdır. Bir az uyğun gəlsəydi, baş verən cinayətlərin hamısını yükləyərdik onun belinə...
    Həkim. Nəyi uyğun gəlmir?..
    Müstəntiq. Nəyi? Nəyi? Görmürsən nəyi? Özün də həkimsən! Qonum-qonşular, iş yoldaşları bu axmaq haqda elə xarakteristika verdilər ki, əlim-qolum soyudu.
    Həkim. Necə?
    Müstəntiq. Nə bilim belə ağıllı, belə əxlaqlı... Təvazökar, ciddi, qayğıkeş, mehriban, istedadlı, namuslu, vətənpərvər... Xüsusən, qadınlara qarşı diqqətli... Səfeh indiyəcən hələ evlənməyib də... Işdə dedilər ki, arabir telefonla kiminləsə çox həlim, şirin-şirin, uzun-uzadı danışırmış. Ehtimal olunur ki, zərif cinsin nümayəndəsidir. Qonşularında bizim bir agentimiz var: o isə məlumat verdi ki, bir-iki dəfə bunun mənzilinə şər qarışanda qadın xeylağı gəlib. Yəni hansısa bir qadınla əlaqəsinin olduğu istisna edilmir...
    Həkim. Hə... Bəlkə həqiqətən elə həmin qadını boğub öldürüb...
    Müstəntiq. Bunun ifadəsini dəfələrlə yoxladıq. Özün gördün ki... Amma nə edəsən ki... Bu səfeh “arvadımı öldürmüşəm” deyib-dursa da, hələ qanunla evlənməyib.
    Həkim. Onda nə etməli?..
    Müstəntiq. Görək də... Əgər bizi yuxarıdan yenə sıxma-boğmaya salsalar, gərək bütün bu tipli cinayətləri yükləyək bunun belinə... Yaxşı ki, səfehin özü deyir qadını boğduğunu. Amma heyf ki, tək bircə nəfəri boğduğunu boynuna alır. Bu cür cinayətlər çoxdur - bəs qadınını kimin ayağına yazaq? Hətta bir nazir müavinin qızına da hücüm ediblər... Deyirlər, cinayətin üstü açılmasa, vəzifənizlə vidalaşmalı olacaqsınız...
    Bunu içəri basdırmaq olar. Bu, çətin məsələ deyil. Qorxuram ki, birdən əsl manyak tapılar, buna bəraət verilər... Onda bütün karyeram birdəfəlik məhv olar...
    Həkim. Sağ olmuş, bu saat şəhərdə o qədər avara-axmaq var ki, tutun bir-ikisini, öz metodunuzla qoyun boynuna...
    Müstəntiq. O axmaq-avara hesab etdiklərinin arxasında birdən elə əjdahalar dayanır ki, eşidib biləndə matın-qutun quruyur... Hə, bəs bizim o “dəlilərin” vəziyyəti necədir?
    Həkim. Hansılar...
    Müstəntiq. Məsələn, o “komissar”... özünü necə hiss edir?
    Həkim. Komissar?.. O, həqiqətən dəli olmaq üzrədir. Bir az da keçsə tamamilə zərərsizləşəcək...
    Müstəntiq. Hə, görün bir neyləyirsiz?. Onun bu vəziyyətdə hakimiyyətə qayıtmağı təbii ki, gülünc görünəcək. Dəlixanada yatmış adam, adı bədnam olmuş siyasi xadim, hakimiyyət manyakına çevrilmiş səfeh... Lap elə bu cür təsir bağışlayır, hə? Mən ölüm?..
    Həkim. Hələ bir az da artıq. Amma öz aramızdır, onda səfehlik əlaməti elə əvvəldən varmış. Gör bir neçə il hakimiyyətin yuxarı eşolonunda olub, amma çoxları onun gic olduğunu bilməyib. Özü də ac-yalavac. Itirib-axtaranı da yoxdur...
    Müstəntiq. Elə mən özüm... Bir-iki dəfə qəbulunda olmuşam. Otağına girəndə həmişə dizlərim əsirdi. Pul təklif edəndə bar-bar bağırırdı. Görünür, bu dünyada dəlilərlə ağıllılar arasında elə dərin uçurum yoxdur...
    Həkim. Nə uçurum?.. Bizdə elə xəstələr var ki, sənə-mənə ağıl dərsi verər. Adam onların bəzisinə qulaq asanda fikirləşir ki, bəlkə yerimiz səhv düşüb?
    Müstəntiq. Hə... Bəs o “general” neyləyir?
    Həkim. Indi o, rütbəsini artırıb...
    Müstəntiq. Necə yəni? (Jurnalistə işarə ilə). Birdən bizim söhbətimizə qulaq asar bu səfeh...
    Həkim. O, artıq qış yuxusundadır... Hə, onu deyirəm, indi generalisimus olub...
    Müstəntiq. Həqiqətən, dəliyə-xəstəyə oxşayır?..
    Həkim. Oxşayır da sözdür? Zalım oğlu əsl aktyor imiş! Həqiqi xəstələr onun yanında toya getməlidir! Çox hiyləgər adamdır. Polkovnik olsa da, həqiqətən generalisimus taktikası var.
    Müstəntiq. Elə o cür hiyləgərdir ki, hərbi hissənin bütün silahını, inventarlarını satıb, dağıdıb, yeyib...
    Həkim. Burnundan gəlsin...
    Müstəntiq. Mən ölüm, elə demə! Onda bu söz bizə də aid olar... Sağ olsun, yediyinin yarısını bizə gətirdi... Gərək biz də əlimizdən gələni əsirgəməyək. Kişinin sənədlərini necə lazımdır, qaydaya sal... Yoxsa o qədər ciddi dağıntıya, dövlət əmlakını mənimsəməyə görə əlli-ayaqlı gedə bilər..
    Həkim. Arabir ikimiz təkbətək, üz-üzə gələndə mənə bic-bic göz basır zalım oğlu.
    Müstəntiq. O arvadından danışan gic neyləyir? - həqiqət aşiqini deyirəm...
    Həkim. Elə gördüyün kimi...
    Müstəntiq. Bir vaxtım olmur ki, gəlim onunla məzələnim. O səfeh arvadıyla necə yatıb-durduğunu elə təsvir eləyir ki, adamın hətta öz arvadına belə tamahı düşür. Ha-ha-ha...
    Həkim. Hə, o bizim seks-simvolumuzdur... Arvadı onu aldadıb ki, xəstəxanada yatsan, sənə ev verəcəklər. Deyir ki, ta evin möhləti keçib, indi maşın üçün yatıram...
    Müstəntiq. O, həqiqətən xəstədir, yoxsa?..
    Həkim. Belə də... O, həqiqətən, həqiqət aşiqidir. Nəyi necə görürsə, ağlı necə kəsirsə olduğu kimi danışır. Bizdən fərqi budur ki, məsələn, sən, yaxud mən kiminləsə gizlində xəlvəti bir iş görürük, amma aşkarda, camaat yanında özümüzü müqəddəs adamlar kimi aparırıq. Amma o, həqiqəti olduğu kimi deyir. Yanında yalan söz danışmaq, sirr açmaq, oğurluq etmək mümkün deyil..
    Müstəntiq. Ha-ha-ha... Paho! Mən ölüm, əsil ağıllıdır... Bəlkə də dünyanın sonuncu həqiqət aşiqi elə o seks-simvolun özüdür (gülür).

    Jurnalist yerində vurnuxur, çabalayır, xırıldayır. Sonra qışqırır. Səhnədə işıq azalır.
    Səhnə dəyişir. Xəstəxana. Palata. Jurnalist var-gəl edir. Öz-özünə nəsə danışır, nəyisə öçüb-biçir. Qadın qapıda dayanıb bir müddət onu süzür, nəhayət, daxil olur. Jurnalist diksinib xəyal aləmindən ayrılır. Yuxu görmüş kimi gözlərini açıb-yumur. Qadın heyrətlə ona baxır.

    Qadın. Olar?
    Jurnalist. Siz... siz... bağışlayın... kimsiniz?..
    Qadın. Sənə nə olub? Deyəsən, zarafat edirsən?
    Jurnalist. (Qışqırır). Həkim! Polis! Kömək edin!..
    Qadın. Sən doğrudan da ağlını itirmisən.. Bəsdir, qurtar bu oyunları. Deyəsən, mənim əvəzimə sən rola girmisən...
    Jurnalist. Aman Allah!.. Mən həqiqətən dəli olmağa başlayıram. Sən haradan gəlirsən?.. Sən... sən... Bu necə ola bilər, axı?.. Sənin cəsədini gölməçədən tapıblar... Bu necə ola bilər?.. (Ağlayır).
    Qadın. Özünü ələ al... Xahiş edirəm... Yalvarıram...
    Jurnalist. Rahat buraxın məni... Əl çəkin məndən! Rədd olun hamınız! Açılın bışımdan...
    Qadın. Sən necə də kobud olmusan... Axı, sən belə deyildin...
    Jurnalist. Xahiş edirəm... Ələ salmayın məni... Hamınız mənim qəsdimə durmusuz... Deyəsən, məhv etmək istəyirsiniz məni... Onsuz da mən əzilmişəm, taptanmışam...
    Qadın. Bəsdir! Sən özünü lap uşaq kimi aparırsan...
    Jurnalist. Düzünü de... bu, sənsənmi... Sən necə... necə gəlmisən?.. Haradan?.. Axı, sən çoxdan... çoxdan... ölmüsən...
    Qadın. Mən? Deyəsən, sən doğrudan da ağlını itirməyə başlamısan... Mən nə üçün ölməliyəm ki? Qoy düşmənlərim ölsün. Mən hələ yaşamaq istəyirəm...
    Jurnalist. Sən ki... Axı sən yoxsan... Mən hələ ağlımı tam itirməmişəm...
    Qadın. (Gülür). Sən lap sadəlövhsən... Sən həmin gecə məni o qədər əsəbiləşdirdin ki, həqiqətən özümü asmaq dərəcəsinə gəlib çıxdım... Və asdım...
    Jurnalist. ... və salamat qaldın? Axı, sənin cəsədin asılqandan yellənirdi... Səni mən asmışdım, axı... Yox, dəqiq xatırlamıram... Bəlkə də özün asmışdın özünü...
    Qadın. Bəs sən niyə xilas etmədin məni? Hətta buna cəhd belə göstərmədin... Niyə!? Düzünü de...
    Jurnalist. Necə xilas edəydim ki?.. Artıq sən ölmüşdün... Gec idi... Bir də ki, mən o halda deyildim... Ağlım keyləşmişdi...
    Qadın. Təcili yardıma zəng edəydin... Həkim çağıraydın... Mən sənin sədaqətinə bələd oldum... Bu imiş sənin vəfan, etibarın...
    Jurnalist. Mən... bütün bunlardan sonra həkimə müraciət etməkdən başqa xilas yolu görmədim... Gəlib hər şeyi boynuma aldım. Əvvəlcə mənə inanmadılar. Sonra vəziyyət dəyişdi... Məlum oldu ki, bu, həqiqət imiş..
    Qadın. Nə?
    Jurnalist. Sənin ölümün... Bütün bunlar yuxudur yəqin... Hətta indi də...
    Qadın. Bəlkə də... Əslində bütün ömür yuxudur...
    Jurnalist. Necə ola bilər axı?.. Heç nəyi başa düşə bilmirəm... Deyəsən, doğrudan da ağlımı itirməyə məhkum olunmuşam...
    Qadın. Qəribə adamsan, vallah... Axı mən həin gecə sənə dedim ki, yeni rolumu məşq etmək istəyirəm... Sən axıracan qulaq asdın ki?..
    Jurnalist. Nə olsun ki? Rolun buna nə dəxli? Yəni sənin asılmağına...
    Qadın. Dəxli çoxdur... Mən tamaşada intihar edirəm... Belə bir rol tapşırıblar... Sənin kimi bir qısqanc dəlinin əlindən xilas olmaq üçün özümü kəndirlə boğuram rolda... Kəndiri ki, sənə göstərdim... Ilahi, mənim rollarım da həyatımın davamıdır...
    Jurnalist. Bu, ola bilməz. Səni mən asmışdım. Amma necə? Bunu xatırlamıram. Kəndir sənin boğazına dolanmışdı... Işıqda aydınca görünürdü... Cəsədində də yellənirdi...
    Qadın. Sən doğrudan da ağılsızmışsan ki...
    Jurnalist. Gözlərimlə gördüm... Mən qətiyyən inanmıram sən deyənlərə...
    Qadın. Inanmırsan?.. Onda mən kiməm?..
    Jurnalist. Xəyal... Yuxu... Mənim başım xarab olub. Bütün bunlar qarabasmadır... Xahiş edirəm, əl çəkin məndən...
    Qadın. İstəyirsən, çıxıb gedim...
    Jurnalist. Dayan!.. Axı sən... sən... öldürülmüşdün...
    Qadın. İndi isə gördüyün kimi, xortlayıb dirilmişəm...
    Jurnalist. Bəs kəndir?..
    Qadın. Nə “kəndir-kəndir” salmısan?
    Jurnalist. Deyirsən, özünü asmışdın? Axı necə? Bu ki, mümkün olan bir iş deyil, insan özünü kəndirlə tavandan asır... və ölmür... Ağlabatan şey deyil...
    Qadın. Əlbəttə, bunun üçün ağıl lazımdır, o da ki, səndə... Hələ özümü demirəm... Nə isə... Bir dəfə təkrar məşq göstərərəm sənə, baxıb görərsən bu necə olur ki, insan özünü kəndirlə boğur... və sağ qalır... Bu sirrdir... Mən bu sirri hələlik heç kəsə açmaq niyyətində deyiləm. Hamının bildiyi şey sirr olmur ki...
    Jurnalist. Bütün bunların hamısı nağıla bənzəyir... Sənin cəsədini görəndə əvvəlcə ağlıma gəldi ki, intihar etmisən... Amma sonra düşündüm ki, bu mümkün ola bilməz... Görünür, ağlımı itirib səni asmışam... Qəribədir ki, son günlər hər axşam çilçırağın boş yerindəki qarmaq gözümə dəyəndə intihar barədə fikirləşirdim. Öz-özümə deyirdim ki, bu qarmaqdan lap adam da asmaq olar... Səni o halda görəndə ağlıma gələn ilk fikir bu oldu: qarabasmanın təsiri altında yataqdaca səni boğub, sonra tavandan asmışam... və sonra yaddaşım tamamilə silinib, hər şey huşumdan çıxıb... Bax, belə... Buraya gəlib hər şeyi etiraf etdim... Dedim ki, cinayətkaram. Hər halda bütün variantlarda günahkar mən idim... (Qadının əlini ovcuna alıb öpür). Yaxşı, bəs buraları, məni necə axtarıb tapdın?..
    Qadın. (Gülür). Gərək heç axtarmayaydım... Mən özümü kəndirlə boğandan sonra gördüm ki, sən quruyub qalmısan... Mən gözaltı səni izləyirdim... Tez-tələsik əynini geyinib bayıra çıxdın... Mən istədim ki, qışqırıb səni çağıram. Qorxdum ki, yəqin həkim-zad çağırmaya gedirsən. Kəndiri boynumdan açıb özümü tez qaydaya saldım. Düşündüm ki, həkim gəlsə, lap biabırçılıq olar. Tez aradan çıxdım... Sonra, lap sonra yadıma düşdü ki, qapını açıq qoymuşam... Dedim, yəqin tezliklə qayıdıb gələr, hər şeyi başa düşərsən.. Amma neçə müddət səndən səs-soraq gəlmədi. Evdə də ki, telofonun yox. Axırda naəlac qalıb iş yerinə - redaksiyaya zəng vurdum. Dedilər ki, bəs belə... Müstəntiq səninlə maraqlanır... Mənzilinin qapısı surğucla möhürlənib... Xəstəxanaya düşmüsən... stress vəziyyətdəsən... Güclə icazə alıb görüşə bildim səninlə...
    Jurnalist. Həkim sənə deyəndə ki, səninlə br qadın görüşmək istəyir, düzü elə bildim həmkarlarımdan kimsə gəlib. Fikirləşdim ki, adam ölümündə günahakar olduğumu bilib hay-küy salacaqlar: həmişə mənəviyyatdan, vicdandan yazan qələm sahibi ağlını itirib, qatilə çevrilib... Doğrusu, gözlərim qaraldı, ürəyim düşdü ayağımın altına. Mənim üçün biabırçılıq - ölümdən daha betərdir... Hələ də inanmıram olub keçənlərə...
    Qadın. Bəs güzəranın necə keçir burada?..
    Jurnalist. Dəlixanada nə güzəran?.. Amma bura başqa bir dünyadır. Hələ də özümçün aydınlaşdıra bilmirəm: burada dəli kimdir, ağıllı kim? Ümumiyyətlə, mən əvvəllər ətrafımda vurnuxan adamları indi təzədən göz önünə gətirəndən sonra tərədüddə qalmışam, dəlilərlə ağıllıların yerini cəmiyyət nəinki düzgün müəyyənləşdirir, hətta bəzən dəyişik salır...
    Qadın. Yaxşı-yaxşı, sən Allah... Elə bu qəribəliklərin səni bura gətirib çıxarıb... Səfeh fikirləri çıxart başından...

    Qapı döyülür. Həkim daxil olur. Qadınla jurnalistə diqqətlə nəzər yetirib gəzinir.

    Həkim. (Qadına). Hə, ağlınız nə kəsir xəstədən?..
    Qadın. (Gülümsəyir). Deyəsən, sağalmaq üzrədir...
    Həkim. Sağalmağına sözüm yoxdur... Amma tezliklə yerini dəyişməli olacaq...
    Qadın. Başa düşmədim. Necə yəni?
    Həkim. O, həm də cinayətkar kimi ittiham olunur. Adam öldürüb...
    Qadın. (Gülür). Öldürdüyü adam mənəm... Dirilmişəm...
    Həkim. (Diqqətlə qadına baxır). Aydındır... Aydındır... Bu, çox yaxşı haldır ki, son zamanlar bizə xəstələrin özləri təşrif gətirir, öz ayaqları ilə gəlirlər. Əyləşin... Indi müayinə edərik...
    Jurnalist. Xahiş edirəm, özünüzü ciddi aparın... Siz... Siz...
    Həkim. Aydındır... Hər ikinizi başa düşürəm. Bizdə ölən adamın dirilməsi təəccüblü hadisə deyil... Yuli Sezardan tutmuş Napoleona qədər bütün məşhur adamlar sapsağdır - hamısı da bizim xəstəxanada... Mən heç nəyə heyrət etmirəm... Xanım, yeri gəlmişkən Janna dArk da bizdə müalicə olunur...
    Jurnalist. Mən sizi xəbərdarlıq edirəm, yığışdırın özünüzü. Yoxsa... pis olar sizinçün...
    Həkim. Məni hədələyirsiniz? (Qışqırır). Polis! Polis!

    Musiqi. Hamı əlbəyaxa olur. Işıq sönür. Az sonra səhnə dəyişir. Xəstəxananın həyəti. Xəstələr gəzişir. Qadın və Jurnalist xəstəxanadan çıxmağa hazırlaşırlar.

    İkinci Xəstə. Hara gedirsiniz belə?
    Birinci Xəstə. (İkinci xəstəyə). Axmaq, onlar getmirlər, gəlirlər.
    Üçüncü Xəstə. (Qadına). Görəsən iynənin vaxtına nə qədər qalır?..
    Qadın. Nə iynə? Biz heç nə bilmirik... Həkimlərdən soruşun...
    Jurnalist. Artıq sizin iynənizin vaxtıdır...
    Üçüncü Xəstə. Mən bilirəm ki, siz gedirsiniz. (Jurnalistə). Qardaş, mənim arvadımı tap, de ki, mənzilin möhləti bitdi, qaldı maşın. Maşını alan kimi gəlirəm... Özünsə, xahiş edirəm, bizi yaddan çıxarma. Buradakıların hamısı dünyanın ən ağıllı adamlarıdır. Yuli Sezar, Çingiz xan, Napoleon... Hamısı buradadır. (Qadına). Bacı, Janna d”Ark da buradadır ey... Hə, dediyim odur ki, ağıllı adamları unutmayın... Arabir baş çəkin...
    İkinci Xəstə. Sən gedirsən, qardaş? Bu xanım da gedir?.. Mən öz gələcək hökumətimdə sizin üçün yaxşı postlar nəzərdə tutmuşam. Adamda qətiyyət, iradə olar. Çətinliklərdən qorxub hara gedirsiniz? Qalın bizimlə!..
    Üçüncü Xəstə. Yox, getsəniz yaxşıdır. Amma arabir ağıllı adamlara baş çəkin...
    Qadın. Mütləq! Mütləq baş çəkərik.
    Jurnalist. Mən elə bil ki, bütöv bir ömür yaşadım burada.
    Üçüncü Xəstə. Ömrün uzun olsun.
    İkinci Xəstə. Siz tezliklə qayıdıb gəlməlisiniz. Mənim hökumətimdə sizi iki yer gözləyir...
    Qadın. (Jurnalistə). Tez ol, tez ol... Gecikirik...
    Jurnalist. (Xəstələrə). Sağ olun, icazə verin gedək...
    Xəstələr. Hələlik!.. Sağ olun!.. Biz yenə görüşərik... Tezliklə... Xudafiz!
    Qadın və Jurnalist. Sağ olun!

    Qadın və jurnalist qapıya doğru gedirlər. Silahlı Polis işçisi və Müstəntiq onları qarşılayır. Musiqi.


    PƏRDƏ

    SON














    KİŞİLƏRİ QORUYUN

    İİki hissəli antikomediya


    İŞTİRAK EDİRLƏR:

    QƏRİB
    SƏMA
    XALİD
    1-cİ QADIN
    2-cİ QADIN
    3-cü QADIN
    4-cü QADIN
    5-cİ QADIN
    6-cI QADIN

    (P.S. Tamaşadakı qadın rollarının hamısını eyni bir aktrisa - Səma rolunun ifaçısı oynaya bilər).

    I HİSSƏ

    Pərdə musiqi sədası altında açılır. Mənzil. QƏRİB və SƏMA.

    QƏRİB: - Görəsən, biz nə vaxt adam olacağıq?.. (Hirsli-hirsli gəzinir).
    SƏMA: - Biz? Yəni kim? İsmin tək halında danışsan daha düzgün olardı.
    QƏRİB: - “Biz” deyərkən mən elə konkret adamı nəzərdə tuturam.
    SƏMA: - Hər halda o konkret adam mən deyiləm.
    QƏRİB: - Sən, yaxud mən... Nə fərqi var ki?..
    SƏMA: - Fərq ondadır ki, sən - sənsən, mən də - mən...
    QƏRİB: - Əgər biz eyni ailənin üzvüyüksə, deməli ikimiz də eyni adamıq. Təkik - amma birlikdə...
    SƏMA: - Qərib, bu vaxtacan mənim başımı piylədiyin yetər...
    QƏRİB: - Mən səndən qəribə şeylər eşidirəm, Səma... Nə olub sənə?..
    SƏMA: - Bəs sənə nə olub?..
    QƏRİB: - Mənə? Heç nə?.. Bax budur, işdən gəlmişəm, sakitcə gəzişirəm öz evimdə. Öz dost-doğmaca arvadımla dərdləşmək istəyirəm. Amma o... O isə... deyəsən, çox yorğundur. Bəlkə də əsəbidir... Yəqin ki, hər şey tezliklə ötüb keçəcək.
    SƏMA: - Xeyr, ta innən sonra heç nə ötüb keçməyəcək! Buna arxayın ola bilərsən, Qərib!
    QƏRİB: - Belə çıxır ki, məsələ doğrudan da ciddidir. (Zarafatla). Amma mən təmkinli bir kişi, ciddi bir ev-ailə sahibi kimi öz qadınımı sonacan dinləməliyəm.
    SƏMA: - Qərib! Deyəsən sən ya özünü gicliyə qoymusan, ya da ki, məni axmaq hesab edirsən.
    QƏRİB: - Yaxşı, səni anladım - Qərib böyük günah sahibidir. Qərib sussa yaxşıdır. Bağışla... Mən pəs...
    SƏMA: - Niyə susursan?!. Susma, danış, cavab ver mənə!..
    QƏRİB: - Bəlkə suallarını yazılı şəkildə təqdim edəsən, Səma xanım?!.
    SƏMA: - Qərib, çıx get bu evdən!..
    QƏRİB: - Hə, bax bu oldu sensasiya... Şok-xəbər!
    SƏMA: - Sən getməsən, mən özüm çıxıb gedəcəyəm bu xarabadan!..
    QƏRİB: - Nə üçün?.. Səbəb nədir?..
    SƏMA: - Səbəbi sən özün əla bilirsən, Qərib!
    QƏRİB: - Görüm Qərib ölsün! Qəribsiz qalasan!.. Axı, bu Qəribin təqsiri nədir? Qərib səni döyür? Yox! Qərib səni söyür? Yox! Qərib səndən nəsə umur? Yox!.. Yox!.. Yox!.. Bəs onda Qəribə nə veribsən, ala bilmirsən, Səma xanım?
    SƏMA: - Bura bax, qabaqdangəlmişlik eləmə! Özü də qışqırma! Elə qışqıraram ki, qulaqların batar.
    QƏRİB: - Elə kar olsam yaxşıdır... Lazımsız söz-söhbətləri eşitmərəm...
    SƏMA: - Səni bilmirəm, amma mən, görünür ki, doğrudan da həm kor, həm kar olmuşam... İlahi, niyə mənim gözüm tutulub, bunu indiyəcən düz-əməlli görməmişəm? Niyə aldanmışam bunun fitnə-felinə?..
    QƏRİB: - Axı, sən özün həmişə deyirsən ki, bunun dili-ağzı yoxdur... Yəni mən lal-karam... Amma indi...
    SƏMA: - Deyir, suyun lal axanından, adamın yerə baxanından qorxmaq lazımdır...
    QƏRİB: - Bəyəm məndən qorxursan ki?..
    SƏMA: - Bura bax, mənasız şeylər danışma... Artıq mən son sözümü dedim.
    QƏRİB: - Amma mən hələ deməmişəm.
    SƏMA: - Eşidirəm səni!..
    QƏRİB: - Əsib-coşmağının səbəbi nədir?..
    SƏMA: - Səbəbi? Çox sadədir! İstəyirsən deyim: sən kişi deyilsən!..
    QƏRİB: - Mən?.. Mən?.. Kişi deyiləm?.. Bəs eləsə de görüm, onda o uşaqların atası kimdir?..
    SƏMA: - Dünyaya uşaq gətirmək hələ kişilik deyil. Lap süni yolla da dünyaya uşaq gələ bilər...
    QƏRİB: - O süni uşağın da bir dədəsi olur, ya yox?
    SƏMA: - Elə o da sənin kimi ata olur...
    QƏRİB: - Səhv etmirəmsə, mən anonim ata-zad deyiləm. Şükür Allaha, uşaqların hamısı mənim özümə oxşayır. Bunun sübutu üçün ekspertizaya-zada ehtiyac yoxdur...
    SƏMA: - Bəyəm sənin nəzərində övladı olmaq kişilikdir?..
    QƏRİB: - Mən bu cür dərin suallardan baş aça bilmirəm.
    SƏMA: - Bunun üçün baş tələb olunur...
    QƏRİB: - Çox qəliz danışırsan, Səma...
    SƏMA: - Dayaz adamlara ən sadə mətləb də qəliz görünür...
    QƏRİB: - Yaxşı, yaxşı... Görürəm, əsəbisən... Mən çıxıb gedirəm uşaqların yanına...
    SƏMA: - Uşaqlar səni görmək belə istəmir...
    QƏRİB: - Sən təkcə öz adından danışa bilərsən...
    SƏMA: - Xeyr, mən uşaqlarımın da adından danışıram! Bəyəm sən indiyə qədər uşaq qədri bilmisən? O uşaqların necə böyüdüyündən sənin heç xəbərin olub? Bir dəfə maraqlanmısan o tifillərin nə yeyib-içdiyindən?.. Onlara pal-paltar almısan bəlkə?.. Bəlkə bizi ailəlikcə konsertə, restorana aparmısan? Bəlkə xarici səfərlərə, ya kororta-sanatoriyaya getmişik?..
    QƏRİB: - Səma! Səma!.. Bəsdir!..
    SƏMA: - Nədir sərf etmir?!. Yoxsa yağırına toxunur?.. Yazıq anam öz pensiyası ilə böyüdür sənin yetimçələrini. (Ağlamsınır). Amma sən... Səhər gedir, axşam gəlirsən... Bilən yoxdur, nə sənətin, nə məzhəbin sahibisən?!. Nə alıb, nə satırsan?..
    QƏRİB: - Səma, qurtar bu söhbəti... Mən nə alıram, nə də satıram. €zümün də harada işlədiyimi ə’la bilirsən. Mən neyləyim ki, layihə bürosunda iş dayanıb, sifariş yoxdur... Adi mühəndisdən tutumuş rəisə qədər hamı mənim günümdədir...
    SƏMA: - Mənə dəxli yoxdur!.. Əgər sən bu evin kişisisənsə, öz ailəni özün dolandırmalısan...
    QƏRİB: - Sən də, elə anan da yaxşı bilirsiniz ki, mən tələfxərc adam deyiləm. Siqaret çəkmirəm, içki içmirəm... Necə deyərlər, başqa pis yollara da getmirəm... Aldığım beş-üç manatı həmişə evimə, ailəmə xərcləyirəm...
    SƏMA: - Nədir, yoxsa ideal ər rolunu oynamaq isətyirsən?.. Mənə sənin dediklərinin heç bir dəxli yoxdur...
    QƏRİB: - Bəlkə oğurluq edim? Bəlkə baş kəsim? Yoxsa bank yarmalıyam?.. Mən layihə bürosunda adi, sıravi mühəndisəm... Maaşım da bəllidir, qazancım da... Özün bilirsən ki, mənim əlləm-qəlləm işlərlə aram yoxdur...
    SƏMA: - Sənə dəfələrlə demişəm, bu gün isə sonuncu dəfə bildirirəm: mənə ideal ər yox, ailəsini dolandıran adam - əsl kişi lazımdır. İstəyirsən get siqaret çək, istəyirsən hər gün ye-iç, istəyirsən gündə evə sərxoş gəl... Lap könlün istəyirsə dava-dalaş sal... Ta mənim qısqanan vaxtım keçib: istəsən, hətta, qadınlarla da gəzə bilərsən, qoy desinlər filankəsin əri arvadbazdır, şorgözdür, buna da razıyam; təki öz ailəni dolandır...
    QƏRİB: - Oldu, baş üstə!..
    SƏMA: - Nə “oldu”? Nə “baş üstə”?..
    QƏRİB: - Sənin dediklərini həyata keçirməyi deyirəm... İçki, siqaret, qadınlar...
    SƏMA: - Ağrım ürəyinə o qadının ki, sənə qanı qaynasın...
    QƏRİB: - Deyəsən, qısqanmağa başlayırsan?..
    SƏMA: - Yox bir!.. Sən yenə zarafata salıb aradan çıxmaq istəyirsən... Amma ta bü cür tryuklar işə keçən deyil. Anamla da danışmışam. Evə qazanc gətirməyənə qədər sən nə mənə lazımsan, nə uşaqlara...
    QƏRİB: - Nə də qaynanama...
    SƏMA: - Sən doğrudan da arsız adam imişsən... Amma mən əvvəllər elə bilirdim ki, sən abır-həya sahibisən...
    QƏRİB: - Yenə elə o cür bil...
    SƏMA: - Mənim vecsiz adamlarla söz güləşdirməyə nə vatım var, nə də həvəsim...
    QƏRİB: - Elə isə mənə öz vəzifəmi izah et, plan-prospektimi başa sal, mən də işimi bilim qoy bundan sonra sənin ağlınla hərəkət edim...
    SƏMA: - Rədd ol! Açıl başımdan! Arsız!.. Deyəsən, özünü səfehliyə qoymusan!.. Deyəsən, mənim pis üzümü görməmisən?!.
    QƏRİB: - Yaxşı, yaxşı!.. İndi sənin hər üzünü gördüm. Qışqırma, ayıbdır, qonşular eşidib-bilər...
    SƏMA: - Cəhənnəmə eşitsinlər! Rədd ol dedim sənə!.. Karsan?.. Eşitmirsən?!.
    QƏRİB: - Təki kar olaydım...
    SƏMA: - İlahi, mən kar-kor olmuşam... Niyə vaxtında tanımamışam bu əbləhi?..
    QƏRİB: - Mənəm əbləh?..
    SƏMA: - Günah mənim özümdədir. Gör bir kimi seçmişəm!..
    QƏRİB: - Bəs kimi seçməli idin?..
    SƏMA: - Məni kimlər istəyirdi, kimə qismət oldum! Arxamca ilan kimi sürünən adama yox dedim... Elə bildim bu da bir adamdır...
    QƏRİB: - Kim idi o ilan?.. Bəlkə bizə də deyəsən?!.
    SƏMA: - Özün yaxşı bilirsən kimdir!..
    QƏRİB: - Dövlət sirri-zaddır?.. De də!..
    SƏMA: - Məni istəyənlərin arasında indi hətta deputat olan da var...
    QƏRİB (gülür): - Xaa-xaa-xaaa!.. Paho!.. Deputat!.. Tüpürüm o deputata!..
    SƏMA: - Çıx get bu evdən, Qərib!.. Çıx get.
    QƏRİB: - Bəs əhd-peyman... (Zarafatla). Bəs məhəbbət?
    SƏMA: - Sən bir buna bax, bunun məhəbbətinə bax!.. Məhəbbət kasıbların uydurmasıdır. Bildin? Di xoş getdin!..
    QƏRİB: - Hım-m... Yaxşı... Axı, mən hara gedim, Səma?..
    SƏMA: - Hara istəyirsən get!..
    QƏRİB: - Deyirsən, buralara bir də pul-para qazananda gəlim, hə?.. Sənə kasıb ər lazım deyil hə?.. Lap ideal olsa belə? Deməli, mən bu evdə gərəksizəm?.. Mən səni indiyəcən tanımamışam, Səma...
    SƏMA: - Elə isə mən özüm çıxıb gedirəm...
    QƏRİB: - Yox... Dayan... Sən getmə... Mən gedərəm... Sən düz deyirsən, Səma...

    Qərib hirsli-hirsli çıxır. Səma əli ilə başını tutur. Musiqi. Telefon zəngi.

    SƏMA (dəstəyi götürür): - Hə, ana, mənəm... Qərib getdi... (Pauza). Nə bilim hara?.. Yaxşı, sonra danışarıq. İndi başım ağrıyır.

    Məkan dəyişir. Musiqi. Küçə. Divardan telefon asılıb. XALID və Qərib gəlir.(P.P.S. Xalidlə Qəribin söhbəti kompyutür(internet) və ya kameralı telefon vasitəsi ilə də ola bilər. Belə olan halda əsərdə cəmi iki personaj iştirak edir).

    XALİD: - Qərib, vallah, mən səni qətiyyən başa düşmürəm... Necə yəni arvaddan ayrılırsan?..
    QƏRİB: - “Ayrılıram” yox ey... Ta ayrılıb qurtarmışıq. Bir də mən o evə dönən deyiləm...
    XALİD: - Bəs uşaqların?.. Onlar necə olsun?..
    QƏRİB: - Onsuz da indiyəcən uşaqlara qaynanam baxıb... Bir yandan baxanda mən Səmanı qınamıram... Görünür, həqiqətən bivec ər olmuşam. Bəyəm kişilik təkcə cinslə ölçülür?..
    XALİD: - Deməli, arvadına bəraət verirsən?..
    QƏRİB: - Nə bilim, vallah?.. Bir yana baxanda, hə... Amma... Amma sonra fikirləşib görürəm ki, o, haqlı deyil... İndi hamı çətin dolanır... O isə məni başa düşmək belə istəmir, guya mən bu dünyanın ən əfəl, ən fərsiz adamıyam... Axı, bu belə deyil, Xalid...
    XALİD: - Bəlkə doğrudan belədir?..
    QƏRİB: - Qətiyyən... Sən məni nə vaxtan tanıyırsan?.. Biz neçə ilin dostuyuq... Bəyəm mən qabiliyyətsiz adamam, Xalid?..
    XALİD: - Yox, Qərib... Əlbəttə, yox...
    QƏRİB: - Bəs onda sən niyə mız qoyursan: “Bəlkə doğrudan əfəlsən?” Yox, mən Səmanı bağışlayan deyiləm, Xalid. Bilirsən niyə?..
    XALİD: - Niyə?..
    QƏRİB: - Deyir ki, vaxtilə məni istəyən oğlan indi deputatdır... Elə təkcə bu sözə görə...
    XALİD: - Deyir desin də... Qadınları tanımırsan bəyəm? Onlar nə qədər əsib-coşsalar da, axırda gücləri təkcə göz yaşı tökməyə çatır...
    QƏRİB: - Bir bunun deputatına - zada bax!.. Ta deyə bilmirəm ki, ay zalımın balası, vaxtilə məni sevən qız indi nazirdir.
    XALİD: - Gərək sən də ona bu cür kontr cavab verəydin...
    QƏRİB: - O, arvaddır - ağlı kəsmir, bəs mənə nə olub?.. Bu işlərin sabahı-birisigünü də var...
    XALİD: - Yox, dostum, şükür, deyəsən evlə, ailə ilə tamam üzülüşməmisən... Düz eləyirsən... Qayıt öz arvad-uşağının yanına...
    QƏRİB: - Məni dolayırsan, Xalid?.. Deyirəm xədiməm, deyirsən ki, neçə uşağın var?.. Əşi, hara qayıdım?..
    XALİD (incik halda): - Özün bilən məsləhətdir, Qərib... Amma bir dost kimi sənə məsləhət vermək mənim borcumdur...
    QƏRİB: - Məsləhət öz yerində... Sən bir məsələdə mənə kömək et...
    XALİD: - Kömək?.. Nə kömək edim sənə?..
    QƏRİB: - Qorxma, maddi kömək istəmirəm... Bir-iki gün dolanmağa pulum çatar...
    XALİD (gülür): - Mənəvi kömək istəyirsənsə, buyur, kefin istəyən qədər dəstək verərəm sənə...
    QƏRİB: - Zarafata salma...
    XALİD (ciddi): - Eşidirəm, Qərib!.. Mən sənin qulluğunda hazır.
    QƏRİB: - Sən qəzetdə işləyirsən, elə deyilmi?..
    XALİD: - Bəli... Elədir...
    QƏRİB: - Orada elanlar çap edirsiniz?..
    XALİD: - Özün yaxşı bilirsən ki, həmin işə mən baxıram... Nə qədər könlün istəyir sənin pulsuz elanlarını çap edim...
    QƏRİB: - Çox sağ ol... Hələlik, mənim bir elanımı dərc edin... Sonrasına baxarıq...
    XALİD: - O nə elandır elə?..
    QƏRİB: - Evlənmək haqqında... Daha doğrusu, özümə bab bir qadınla ailə qurmaq istəyirəm...
    XALİD: - Kim? Sən?.. Məni bununçün çağırmısan bura? Deyəsən xəstələnmisən, Qərib... Yaxınlıqda poliklinika var, baş həkim dostumdur, gedək ona baş çəkək...
    QƏRİB: - Mən xəstə-zad deyiləm... Al, bu elanı. (cibindən çıxartdığı kağızı Xalidə uzadır). Növbəti nömrədə çap edərsiniz...
    XALİD: - Heç nə başa düşmürəm. (Elanı alıb baxır, əda ilə oxuyur). “Qədd-qamətli, ziyalı bir kişi tənha bir qadını xoşbəxt etmək istəyir. Əgər siz onun ürəyinin səsini...” Ha-ha-ha... “ürəyinin səsini” Hım-m...
    QƏRİB: - Yaxşı, yaxşı, dolama görək...
    XALİD: - Dolamaq niyə?.. €zün yazmısan ki!.. Mən ölüm, bu nə oyundur, nə məsxərədir çıxarırsan, Qərib?.. Bir məni başa sal görüm...
    QƏRİB: - Yaxşı, gəl gedək, indi başa salaram səni...

    Musiqi. Onlar söhbət edə-edə gedirlər. Məkan dəyişir. 1-cİ QADININ mənzili. P.P.S.S. Divardakı nəhəng təqvimdə “1” rəqəmi yazılıb; bu, birinci qadına, həftənin və ayın birinci gününə bir işarədir. Uzun hörüklü qadın otağı yır-yığış edir. Arabir musiqiyə uyğun zümzümə edir. Telefon zəngi. 1-ci Qadın dəstəyi götürür.

    1-cİ QADIN (dəstəyə): - Alo!.. Bəli, mənəm, Səma xanım. Necəsiniz?.. Sağ olun, Səma xanım! (Pauza). Bu günkü iclasa yəqin ki, gələ bilməyəcəyəm. (Pauza). Niyə? Bir balaca işim var. Bilirsiniz, şəxsi bir məsələylə əlaqədar. (Stolun üstündən qəzeti götürüb baxır). Tənha qadınam... Çoxdandır ki, qədd-qamətli, ziyalı bir kişi arxamca düşüb əl çəkmir. (Pauza). Haradan bilirəm?.. Oxuyan kimi... e... e... mən adamın üzünə baxanda onu qəzet kimi... kitab kimi oxuyuram... Nəçidir?.. Hüquqşünasdır... Bəlkə də vəkildir... Əlbəttə, bunun fərqi yoxdur. Sənin uşaqların necədir?.. Uşaqların atası neyləyir?.. Kişilər şıltaq olur, gərək hər nazına dözəsən... Ta neyləyək, əvvəllər qadınlar şıltaqlıq edirdi, indi bu vəzifəni kişilər götürüb öz öhdələrinə... (Qapı zəngi). Hə, sağ olun, sonra danışarıq... Mənimki gəldi deyəsən... Hələlik, Səma xanım...

    1-ci Qadın dəstəyi qoyub qapıya sarı gedir. Qərib gəlir. Əlində qovluq var.

    QƏRİB: - Salam... Olar?..
    1-cİ QADIN: - Salam, salam... Buyurun.
    QƏRİB: - Çox sağ olun... Doğrusu, sizin məktubu alandan sonra çox götür-qoy etdim...
    1-cİ QADIN: - Keçin, keçin... Xahiş edirəm... Xoş gəlmisiniz... Əyləşin... Burada, bax burada əyləşin...
    QƏRİB: - Eybi yoxdur... Narahat olmayın... Düzü, o məktubdan sonra çox sarsıldım... Neçə müddət özümə gələ bilmədim.
    1-cİ QADIN: - Niyə ayaq üstə durursunuz? Əyləşin kresloda...
    QƏRİB: - Sonra qərara aldım ki, sizə zəng vurum... Elə səsinizdən hiss etdim ki, bizim söhbətimiz tutar... Bilirsinizmi, indiki dövrdə qadından çox qadın var...
    1-cİ QADIN: - Kişidən də çox kişi... Əyləşin...
    QƏRİB: - Yox, məsələ onda deyil... Əyləşərəm, narahat olmayın… Bəyəm hər kişiyə kişi demək olar?..
    1-cİ QADIN: - Niyə olmur ki?..
    QƏRİB: - Kişilik özü bir vəzifədir. Bu, qorxmazlıq, igidlik, qoçaqlıq deməkdir. Kişi gərək ilk növbədə öz ailəsinin taleyini düşünsün. Təkcə özünü düşünən kəsə necə kişi demək olar?..
    1-cİ QADIN: - Bəyəm, indi bu cür kişilər qalıb ki?..
    QƏRİB: - Əlbəttə! Dünya əsl kişilərdən xali deyil hələ.
    1-cİ QADIN: - Bax, biz indiyəcən məktub və telefon vasitəsilə bir-birimizlə əlaqə saxlamışıq. Deyəsən, səmimi adamsınız. Gəlin söz verək ki, bundan sonra da maksimum dərəcədə səmimi olacağıq. Elə deyilmi?..
    QƏRİB: - Əlbəttə!.. Səmimiyyət olmayan yerdə hansı ailə xoşbəxtliyindən söhbət gedə bilər?..
    1-cİ QADIN: - Elə isə düzünü deyin: qəzetdə dərc olunmuş elanla bağlı sizə müraciət edənlər çoxmu olub?.. Əyləşin…
    QƏRİB: - Yəqin ki, siz qadınları nəzərdə tutursunuz?.. Əyləşərəm, narahat olmayın…
    1-cİ QADIN (gülür): - Yoxsa kişilər də müraciət edib?..
    QƏRİB: - Hə... Kişilər də olub...
    1-cİ QADIN: - Vaxsey!.. Onlar nə istəyirlər?
    QƏRİB: - Deyirlər ki, evlənməyin, gəlin dul kişilərin icmasını yaradaq...
    1-cİ QADIN: - Hım... Deməli, kişilərin də arasında eqoistlər olur...
    QƏRİB: - Eqoistlər?.. Bəyəm sizə elə gəlir ki, eqoistlər təkcə qadınlar arasında olur?
    1-cİ QADIN (nazlanır): - Mən bunu haradan bilim ki? Axı, kişilərlə ünsiyyətim, əlaqəm olmur. Vaxtımın çoxu təşkilatda keçir...
    QƏRİB: - O nə təşkilatdı elə?
    1-cİ QADIN: - Qadın təşkilatı yaratmışıq. Düzü, əksəriyyəti subay qadınlardır... Əlbəttə, orada ailəli qadınlar da var...
    QƏRİB: - Mənim arvadım da... Rəhmətlik arvadım da qadın təşkilatı yaratmaq istəyirdi...
    1-cİ QADIN: - Arvadınız çoxdan ölüb?..
    QƏRİB: - Çoxdan?.. Yox, çoxdan deyəndə ki... Elə də çox vaxt keçməyib aradan...
    1-cİ QADIN: - Kişilər o qədər də etibarlı məxluq olmurlar... Bağışlayın, əlbəttə, bu, sizə aid deyil... Əyləşin.
    QƏRİB: - Qadınlar kişilərdən də etibarsız olur... Əyləşərəm, narahat olmayın… Əlbəttə, bunu sizin kimi qadınlara şamil etmək olmaz... Baxan kimi hiss olunur ki, siz səmimi insansınız... Əgər məndən soruşsaydılar ki, qadınlarda hansı keyfiyyəti qiymətləndirirsiniz, düşünmədən cavab verərdim: səmimiyyəti... İnsan, xüsusən də qadın, düz, doğruçul, həqiqətsevən, bir sözlə, səmimi olmalıdır.
    1-cİ QADIN: - Bağışlayın, bayaqkı suala cavab ala bilmədim: elanla bağlı sizə məktub yazan qadınlar çoxdurmu?..
    QƏRİB (qovluğu qoltuğunda bərk-bərk sıxaraq): - Çox deyəndə ki... Mən hər adamın məktubuna reaksiya verə bilmərəm... Mən sizin məktubu oxuyanda hiss etdim ki, sətirlərin arxasında olduqca ziyalı, səmimi bir qadının ürəyi döyünür.
    1-cİ QADIN: - Yaxşı... Sizin sənətiniz, peşəniz nədir?..
    QƏRİB: - Sənətim?.. Məncə siz elə ilk baxışdan mənim sənətimi müəyyən edə bilərsiniz...
    1-cİ QADIN: - Necə bəyəm?..
    QƏRİB: - Axı, hər bir ağıllı qadının güclü intulsiyası, sehrli fəhmi, incə duyumu olur. Mən deyərdim ki, hətta, ən adi qadın belə özlüyündə dahi psixoloqdur...
    1-cİ QADIN (nazlanır): -Əlbəttə, mən sizi görən kimi hansı sənətin sahibi olduğunuzu bildim... Siz Hüquqşünassınız... Ola bilsin ki, indi vəkil işləyirsiniz...
    QƏRİB: - Tamamilə doğru deyirsiniz! Əhsən sizin intuisiyanıza!..
    1-cİ QADIN: - Deməli, arvadınız rəhmətə gedib...
    QƏRİB: - Bəli...Rəhmətə…
    1-cİ QADIN: - Qərara almısınız ki, evlənəsiniz... Özü də elanla...
    QƏRİB: - Bəli...
    1-cİ QADIN: - Bəs niyə məhz elanla?..
    QƏRİB: - Mən evi də, maşını da, bağı da elanla almışam... Həmişə də bəxtim gətirib...
    1-cİ QADIN: - Yəqin ki, mərhum arvadınızı da elanla tapmışsız...
    QƏRİB: - Xeyr... Bəli... Elədir... Əlbəttə! Elan - qısa və düzgün yoldur...
    1-cİ QADIN: - Yaxşı... Bəs sizin fikriniz nədir?.. Yəni deyirəm ailə qurmaq istədiyiniz qadınla əvvəlcə nigah bağlayıb sonra toy etmək istəyirsiniz, yoxsa... toyu əvvələ salmaq niyyətindəsiniz?..
    QƏRİB: - Bu, qarşılıqlı razılaşma əsasında olmalıdır... Mən ailədə demokratiya tərəfdarıyam...
    1-cİ QADIN: - Amma mən istəyirəm ki, evin kişisi sərt olsun... Onun zəhmi, əzəməti hiss edilsin ailədə...
    QƏRİB: - Yoxsa siz diktatura tərəfdarısınız?..
    1-cİ QADIN: - Kişi - kişi olmalıdır...
    QƏRİB: - Konstitusiyamızda kişi ilə qadının qanun qarşısında bərabərliyi təsbit olunub.
    1-cİ QADIN: - Qanun hüquqşünaslar üçün yazılıb. Amma hər ailənin öz daxili qanunu, nizamnaməsi olur...
    QƏRİB: - Siz necə də ağıllı qadınsınız. Mən get-gedə sizin dərrakənizə vuruluram... İcazə verin sizin əlinizdən öpüm. (Qovluğu stolun üstünə atır). İlahi, nə zərif əliniz, nə incə barmağınız var...
    1-cİ QADIN (əlini uzadır): - Siz bütün qadınlara bu cür komplimentlər deyirsiniz?..
    QƏRİB (onun əlini öpərək): - Yox, yox... Siz məni nə hesab edirsiniz?.. İlahi, sizin nə gözəl hörükləriniz var... (Qadının hörüklərinin ucundan öpür). Saçlarınızın ətri məni bihuş etdi...
    1-cİ QADIN: - Mən bir az köhnədəbli qadınlardanam... Əyləşin.
    QƏRİB: - Məni qadınlarda ən çox cəlb edən elə onların köhnədəbli olmasıdır... Əyləşərəm, narahat olmayın… Mən müasir qadınları sevmirəm... Doğru sözümdür.
    1-cİ QADIN : - Deyəsən, bizim xasiyyətimizdə ümumi cəhətlər çoxdur.
    QƏRİB: - Mən sizin məktubunuzu alıb oxuyan kimi bildim ki, illərdən bəri axtardığım qadını tapmışam...
    1-cİ QADIN: - Düzü, mən də sizin verdiyiniz elanı oxuyanda başımdan elə bu cür fikirlər keçdi... Hərə öz istədiyi adamla həyat qurmalıdır...
    QƏRİB: - Əlbəttə... Yoxsa... Elə ailələr var ki, orada ər-arvad uzun illər bir yastığa baş qoyub yatsalar da qarşılıqlı anlaşma olmur. Mənim bir dostum var. Dost deyəndə ki, belə... Tanışımdır... İllər boyu arvadı ilə mehriban dolanırdı. Amma bu günlərdə ayrılıblar. Niyə?...
    1-cİ QADIN : - Niyə?
    QƏRİB: - Arvad dostuma deyib ki, sən kişi deyilsən...
    1-cİ QADIN: - Bəyəm dostun kişi deyil?..
    QƏRİB: - Kişidir... Əlbəttə kişidir. Özüdə necə kişi! Sadəcə olaraq, arvadı onun evə çox qazanc gətirməsini tələb edir...
    1-cİ QADIN: - Hər bir qadının arzusu budur ki, kişisinin qazancı çox olsun. Burada pis nə var ki?..
    QƏRİB: - Məhəbbət olan yerdə nə qazanc, nə pul?...
    1-cİ QADIN: - Məhəbbət?.. Nə məhəbbət?.. Bunu kasıblar uydurublar...
    QƏRİB: - Nəyi?.. Kasıblar nəyi uydurublar?..
    1-cİ QADIN: - Əlbəttə, məhəbbəti...
    QƏRİB: - Bəyəm siz də bu cür düşünürsünüz?..
    1-cİ QADIN: - Bəyəm siz özünüz bu cür düşünmürsünüz?..
    QƏRİB: - Mən?.. Mən özüm, əlbəttə, bu cür düşünürəm... Amma... Amma mənim arvaddan ayrılan həmin dostum... O, bu cür düşünmür... Ona elə gəlir ki, bu dünyada əsl məhəbbət var...
    1-cİ QADIN: - O, axmaq adamdır... Sənin dostunu deyirəm...
    QƏRİB: - Əlbəttə, elədir... Axmağın yekəsidir. Bəyəm indi dünyada əsl məhəbbət ola bilər?.. O, qanmır ki, sevgi - kasıbların uydurmasıdır... ümumiyyətlə, bu zalım uşağı çox şeylər uydurub...
    1-cİ QADIN: - Kim?..
    QƏRİB: - Kasıbları deyirəm. Onlar əsl fantazyordular..
    1-cİ QADIN: - Elədir...
    QƏRİB: - Ta dünyada elə şey qalmayıb ki, onu uydurmasınlar. Bütün bu kəşflərin də çoxu elə o axmaq kasıbların uydurmasıdır. Onlar bekarçılıqdan nələr kəşf etməyiblər...
    1-cİ QADIN: - Nələr?..
    QƏRİB: - Bu dünyada lazımsız nə varsa hamısı o kasıbların uydurmasıdır: yerdə gəzən maşınlardan tutmuş ta göydə uçan təyyarələrə qədər... Adam kasıb olanda ağlına min cür axmaq fikir gəlir...
    1-cİ QADIN: - Şəxsən siz özünüz özünüzü hansı qrup insanlara aid edirsiniz?..
    QƏRİB: - Mən?.. Ali qrupa... Əlbəttə alilərə...
    1-cİ QADIN: - Yox ey... Kasıblara, yoxsa varlılara?..
    QƏRİB: - Mən kasıblara nifrət edirəm! Kasıblığın hüquqi əsası yoxdur! Onlar legitim deyillər.
    1-cİ QADIN: - Siz doğrudan da əsl hüquqşünas kimi hökm verirsiniz. Mən get-gedə sizin dəmir məntiqinizə valeh oluram!
    QƏRİB: - Elə mən də... Mən də sizin yüksək mənəviyyatınıza vuruluram get-gedə... İnanın mənə...
    1-cİ QADIN (onun əlindən tutur): - Siz çox eridusiyalı, zəngin adamsız...
    QƏRİB: - Əlbəttə!.. Mən çox zənginəm!..
    1-cİ QADIN (onu öpür): - İndi bu cür kişilər yoxdur dünyada.
    QƏRİB: - Heç olmayacaq da... Heç buna ehtiyac da yoxdur.
    1-cİ QADIN: - Nəyə ehtiyac yoxdur?
    QƏRİB: - Heç... Sözdü deyirəm...
    1-cİ QADIN: - Mən xoşbəxtəm, əzizim... Əyləşin də…
    QƏRİB: - Biz xoşbəxtik... Birlikdə... Əyləşərəm, narahat olmayın…

    Amma Qərib əyləşmir.Qadına yaxınlaşıb onun əlindən tutur. Musiqi sədası. Onlar rəqs edə-edə söhbətləşirlər. Musiqi səsi onların nə barədə söhbət etdiklərini eşitməyə imkan vermir. Qərib tez-tez saata baxır, hiss olunur ki, harasa, hansı görüşəsə tələsir. Nəhayət, Qərib 1-ci Qadınla görüşüb xudahafizləşir. Qadın onu ötürür. Az sonra Xalid gəlir. 1-ci Qadın onu içəri dəvət edir. Xalid cibindən məktub çıxarıb nəyisə izah edir. Qadın onun dediklərini başı ilə təsdiqləyir. İşıq azalır.
    (P.P.P.S.S. Əsərdə cəmi iki personajın iştirak etdiyi təqdirdə Xalidin gəlişinə ehtiyac qalmır).
    İşıq yanır. 2-ci Qadının mənzili. Divardan asılmış təqvimdə “2” rəqəmi diqqəti çəkir. Zəng səsi. Pırtlaşıq saçlı 2-cİ QADIN tüstülətdiyi siqaretin kötüyünü külqabına basıb qapıya yaxınlaşır.

    2-cİ QADIN: - Buyurun... Buyurun...

    Qadın xəyali qonağı - kişini qarşılayır. Əslində bu qonağın özü yoxdur, onu 2-ci Qadının özü “yaradıb”. O, görünməyən kişini salamlayır, içəri dəvət edir və onunla “söhbətləşir”.

    Hə, utanmayın... Niyə qapıda dayanmısınız?.. Keçin içəri. (Əlini “ona” sarı uzadır). Bax orada da əyləşə bilərsiniz, burada da... Bilirəm, əlbəttə, adınızı bilirəm. Qəribsiz də... Ax, siz necə də utancaqsınız... Mən abır-həyalı kişiləri sevirəm... (Əlini irəli uzadır). Gəlin, gəlin... Hə, tələsməyin... Qərib... Qəribcan... Bax, burada, divanda əyləşin... Hə, bax belə... Yeriniz rahatdırmı?.. (Əli ilə “onun” əlini kənar edir)... Bura baxın, Qəribcan, siz nə edirsiniz? (Sanki “kişi” onu qucaqlamaq istəyir və qadın “onun” əlindən xilas olmaq istəyir). Yox, olmaz! Niyə?.. Çünki mən belə istəyirəm... Mən bakirəyəm... Niyə gülürsünüz?.. İnanmırsınız?.. Əlinizi çəkin... Dinc oturun. Çay gətirim?.. Buraxın məni! Siz nə cür adamsınız?!. Yox, mən o cür qadınlardan deyiləm... Xahiş edirəm, sakit olun. Özünüzü təmkinli aparın. Zahirən sakit, dinc adama oxşayırsınız... Amma elə hərəkət edirsiniz ki, mən qışqırmağa məcburam. (“Onu” “geri itələyib” “sillələyir”). Hə, bax belə... Yaxşı, yaxşı... İncidiniz? Yaxşı, elə isə öpün məni... Barışaq... Ax, Qəribcan!.. Dayanın bir. Dayanın! Qoy mən özüm... Qəribcan, mən özüm... Ax-x... (“Onu” əzizləyir, oxşayır).

    Qapı zəngi. Qoltuğu qovluqlu Qərib gəlir. Onlar - Qərib və 2-ci Qadın üz-üzə dayanıb bir-birlərini sınayıcı nəzərlərlə süzürlər. Qadın onun əlindən tutub içəri dəvət edir.

    QƏRİB: - Olar?
    2-cİ QADIN: - Salam... Hə, sizsiniz? Niyə qapıda dayanmısız?..
    QƏRİB: - Mən... Mən... Bilirsizmi? Mən... Mən Qəribəm... Mənə elə gəlir ki, hər evin öz konstitusiyası olur...
    2-cİ QADIN: - Bilirəm... Bilirəm siz Qəribsiz... Keçin içəri. Əyləşin! Niyə əyləşmirsiz?.. Nə gözəl adınız var: Qərib! Ax, siz necə də utancaqsız! Mən sevirəm abır-həyalı adamları. Xüsusən, kişiləri...

    Qərib döyükə-döyükə ətrafa boylanır, sıxılır. Dəsmal çıxarıb tərini silir.

    Deməli, siz Qərib oldunuz!.. Telefonda elə adınızı eşidəndə şoka düşdüm... Mən özüm də bir qəribəm bu dünyada, Qərib. İnanmırsınız? İnanın, əzizim!.. Mən bütün ömrüm boyu könlümə yatan, ruhuma su səpən bir kişinin həsrəti ilə korun-korun, için-için yanıb kösöv olmuşam. Mənim ürəyim - dünyanın altıncı qitəsidir; indiyəcən o qitəyə heç bir kəsin ünü çatmayıb, əli yetməyib. Əgər həqiqəti bilmək istəyirsinizsə, deyim: bu vaxtacan mənim gül sifətimə kişi nəfəsi dəyməyib. Mənim dərdimdən dəli-divanə olan, mənimlə dostluq-yoldaşlıq əlaqələri qurmaq istəyən kişilər az olmayıb, Qərib! Qəribcan... Amma etiraf etməliyəm ki, mən əvvəllər kişilərə heç vaxt inanmamışam. Niyə? Çünki onlar da qadınlara inanmırlar. Gərək inam qarşılıqlı olsun! Elə deyilmi, Qərib?.. Niyə ayaq üstə durursunuz, əzizim?.. Siz ürəyi eşq atəşi ilə təşnə olan, ruhu göylərdə pərvəriş tapan, ağlı dünyaya hökmranlıq edən, gözü gözlərdən atəş uman bir qadının istəyini yerinə yetirmək üçün gəlmisiniz bu dünyaya, Qərib! Ah!.. Yaxın gəl, mənim əzizim. Qucun, bağrınıza basın məni! Öpün məni! Əzizləyin məni! Mən uzun illərdən, əsrlərdən bəri sizi, sizi, məhz sizi gözləmişəm! Siz mənim səadət ilahəmsəniz!.. (Qəribin əlindən tutub divana doğru çəkir). Əlbəttə, siz göylərin mənə - öz eşqi uğrunda illərdən bəri vuruşan bir qadına göndərdiyi ərmağansınız. (Qərib dartınır). Yox, yox, siz bu torpaq, bu su, bu od, bu hava kimi saf və müqəddəssiniz! Mən sizin verdiyiniz elanı oxuyanda, məktubunuzu alanda, telefonda o titrək səsinizi eşidəndə əmin oldum ki, illərdən bəri həsrətində olduğum ilahi bir məxluqu, axır ki, tapmışam!.. Bax burada əyləşin, Qərib! Burada... Hə, burada... Yox, hələ dayanın, tələsməyin!.. Hara tələsirsiniz?.. Olmaz, olmaz... (Qəribi qucaqlayır). Siz nə edirsiniz?.. Axı, mən... Gizlətmirəm, siz mənim xoşuma gəlirsiniz. Amma... Amma... Hər şeyin vaxtı var... (Qəribi öpür). Niyə danışmırsınız, Qərib?..
    QƏRİB(dartınır): - Mən... Mən... Dayanın... Mən... Mə-ə-ə...
    2-cİ QADIN: - Yox... Yox... Dayanın. Axı, siz nə etmək istəyirsiniz? Mənə indiyəcən kişi nəfəsi toxunmayıb! Başa düşürsünüz, ya yox!.. Siz hara dartınırsınız? Məni hara çəkirsiniz? Yatağa?.. Hələ tələsməyin! Tələsməyin, mənim əzizim!.. Siz yuxularımdan çıxıb gəlmisiniz mənim evimə!.. Siz mənim ruhum, qəlbim, həyatımsınız Qərib!.. Gəlin, gəlin ovudun mənim qəlbimi! (Qəribin yaxasından tutur). Dayanın, dayanın, Qərib... Hara dartınırsınız? Yox, Yox... Mən istəmirəm bunu. İstəmirəm, Qərib!.. Mən təmiz, bakirə bir qız kimi sizə üz tutub, sizin qarşınızda diz çöküb, sizdən acizanə dərəcədə təvəqqe edirəm: toxunmayın mənim bakirətimə! Mən qadınlığın idealı, idealın qadınlığı, bakirəliyin zirvəsi, zirvənin bakirəliyi, sonun əvvəli, əvvəlin sonu, hissənin tamı, tamın hissəsi, ağlın ürəyi, ürəyin ağlı, azın çoxu, çoxun azı, qələbənin məğlubiyyəti, məğlubiyyətin qələbəsiyəm! (Nazlanır). Elə yox, əzizim. Qərib... Qəribcan... Dayan, dayan... Qoy özüm... Mən özüm... Siz nə edirsiniz? (Soyunur). Siz tələsməyin, Qəribcan. Siz də soyunursuz? (Qəribin yaxasını dartışdırır). Ax, aman Qərib... Ax, zalım Qərib... Qərib...
    QƏRİB(xilas olmaq üçün əl-qol atır): - Buraxın məni!.. Dayanın! Ay aman, əl çəkin məndən!..
    2-cİ QADIN: - Yox! Yox! Mən istəmirəm!.. Əl çəkin məndən, Qərib!.. Qəribcan!.. Ax, Qərib! Qərib!.. Yaxşı, mən təslim... Mən öz ürəyimi sizə etibar edirəm, mənim Qəribim... Gəlin, gəlin... Yaxın gəlin, Qəribcan... Mən sizi sevirəm, Qəribcan!.. Ax, Qəribcan... Mən də sizin kimi tənhayam, qəribəm, Qərib... Qəribcan... Qəribciyim... Ovudun mənim tənha, qərib ürəyimi, Qəribcan... (Qəribin boğazından tutub özünə sarı çəkir).
    QƏRİB: - Əl çəkin məndən! Axmaq qadın! Ay aman, kömək edin!

    Qərib qovluğunu götürüb qaçır. Musiqi. Qadın onu qovur. Səs-küy. Qadın tövşüyə-tövşüyə geri qayıdır. Xalid gəlir. 2-ci Qadın onun üstünə cumur. Onlar qucaqlaşırlar. Musiqi sədası onların səsini eşitməyə imkan vermir. İşıq azalır. Səhnə işıqlanır. Mənzil. Təqvimə “3” rəqəmi yazılıb. Eynəkli, çalsaçlı - 3-cü QADIN stol arxasında əyləşib lələklə kağıza nəsə yazır. O, düşüncəlidir. Qadın ayağa durub yazdığı şeiri pafosla oxuyur.

    3-cü QADIN: - Mən sənin səsini eşidən kimi,
    Nanə tək titrədi qəlbimin simi.
    Bilirəm Qəribdir, Qəribdir adın,
    Bütün ömrün boyu məni aradın.
    Üzünü görməmiş vuruldum sənə,
    Gərək bel bağlasın sevən-sevənə.
    Könlümə qəm odu əkilib mənim,
    Gözlərim yoluna dikilib mənim.
    Niyə gecikirsən, ey qibləgahım,
    Sənsən bu dünyada eşqim, pənahım.
    Ağaran telimin qarası sənsən,
    Vuran ürəyimin yarası sənsən.
    Niyə gecikirsən, Qəribim, niyə?
    Niyə qəm vermisən, ya rəbbim, niyə?
    Ürəyimdə çaxan şimşəklərə bax,
    Başımda gurlayan küləklərə bax,
    Göylərdən boylanan mələklərə bax,
    Yerə səpələnən çiçəklərə bax!
    Mənə bax, mənə bax, adam balası,
    Yenə bax, yenə bax, atam balası!

    Qapı zəngi. Qadın çaşır, ətrafa boylanır, sonra qapıya yaxınlaşır.

    Bilirəm, bu sənsən... Əllərim əsir...
    Bu mənəm... bir həsir, bir Məmmədnəsir...
    Evim kasıbsa da, zəngindi könlüm,
    İzn ver, eşqimin yolunda ölüm...

    Qadın qapını açır. Qərib gəlir, əlində gül dəstəsi, qoltuğunda qovluq.

    QƏRİB: - Salam...
    3-cü QADIN: - Xoş gəlmisən...
    QƏRİB: - Qəribəm...
    3-cü QADIN: - Buyur.
    Bilirəm Qəribsən, ürəyim duyur...
    QƏRİB: - Ürəyin?..
    3-cü QADIN: - Ürəyim, bəli, ürəyim.
    QƏRİB: - Bu mənim qovluğum, bu da çiçəyim.

    3-cü Qadın qovluğu stolun üstünə atır, Qəribin gətirdiyi çiçəyi sinəsinə sıxır.

    3-cü QADIN: - Oxxay, bu çiçəkdən yaz ətri gəlir,
    Onun rayihəsi bağrımı dəlir.
    Sən məni kövrəltdin, aman, ay çiçək,
    Ruhumu bürüdü duman, ay çiçək!
    İlk sevgi, ilk görüş... elə budur, bu
    İlahi, tükənib qəlbimin tabı.
    Mən çiçək şairi, mən gül şairi,
    Mən könül, mən sünbül, bülbül şairi.
    Mənim öz rübabım, öz ustadım var,
    Mənim dünya boyda şair adım var.

    QƏRİB: - Hımmm... Lap yaxşı... Şad oldum, düzü...
    3-cü QADIN: - Daim təqib edir gecə gündüzü.
    QƏRİB: - İşıq da, zülmət də əzizdir bizə.
    3-cü QADIN: - Daim nur çiləsin qoy üzümüzə...
    QƏRİB: - Çox gözəl arzudur... Xoşdur amalın.
    3-cü QADIN: - Bu zərif şairə varmı sualın?
    QƏRİB: - Sən çoxdan bu yolu seçmisən, xanım?
    3-cü QADIN: - Mən eşq yolçusuyam, ey xanimanım...
    QƏRİB: - Mən şeir yolunu deyirəm, afət.
    3-cü QADIN: - Yol nədir? Zirvəni deyirsən əlbət?..
    QƏRİB: - Bəli, sən zirvədə tutmusan qərar,
    Məni də zirvəyə səsləyir yollar.
    3-cü QADIN: - Yaxşı, tərifləmə çox da özünü,
    De görüm sən mənə sözün düzünü -
    Niyə bu vaxtacan evlənməmisən?
    Qapı-qapı düşüb arvad gəzirsən...
    QƏRİB: - Mən arvad gəzmirəm, yar axtarıram,
    Könlümə təpməyə qar axtarıram.
    Mən tale gəzirəm, qismət gəzirəm,
    Ürəkdən sevməyə fürsət gəzirəm...
    3-cü QADIN: - Bəyəm indiyəcən sevməmisən sən?
    İzn ver, sözünə inanmayım mən...
    QƏRİB: - Sevmişəm... O sevgi bu gün bir yuxu,
    Çünki daşa dəyib eşqimin oxu...
    Yalvarıram sənə, ey nazlı gözəl,
    Çox da palan içi qurdalama gəl.
    3-cü QADIN: - Görürəm məhəbbət yandırıb səni,
    Bir yandan da dövran sındırıb səni...
    Nə etmək? Həyatın öz qanunu var -
    Hər şeyin əvvəli, bir də sonu var...
    QƏRİB: - İzn ver, əlini öpüm, ey pəri,
    Utanma, əzizim, bəri gəl, bəri.
    Qoy sənin alnından, gözündən öpüm,
    Nur yağan çöhrəndən, üzündən öpüm...
    Vuruldum bir daha təmiz qəlbinə,
    Bir kişi nəfəsi dəyməyib sənə...
    3-cü QADIN: - Dayan, nə edirsən?.. Sözüm var sənə,
    Bəli, kişi əli dəyməyib mənə...
    Hara soxulursan? Qışqıraram ha!
    Sən mənim adımı tutma bir daha...
    QƏRİB: - Bağışla, əzizim... Bağışla mələk,
    Bəzən idraka da dərs verir ürək...
    Sənintək bakirə, təmiz bir qıza,
    Göydə şəfəq saçan tənha ulduza
    Mən öz ürəyimi açmaq istərəm,
    Eşqimi qəlbinə sancmaq istərəm...
    O elə bir qız ki, and yeri olub,
    Yəqin nə sevgisi, nə əri olub...
    3-cü QADIN: - Yox... Ər deyəndə ki... Nigahım olub...
    Bu, bəlkə yeganə günahım olub...
    O, ər deyildi ki, tərsin biriydi,
    Debat məclisləri onun yeriydi.
    Mən qara deyənə o, ağ deyərdi
    Mən ayran deyəndə, o yağ deyərdi
    O, zülmət gecəydi, mən nurlu gündüz...
    Yolumuz, sözümüz gəlməyirdi düz...
    QƏRİB: - Sən duyan, anlayan, ağıllı qadın,
    O, sənin yanında bir parça odun.
    Doğrumu deyirəm?..
    3-cü QADIN: - Doğrudur. Tamam...
    Beləsinə necə deyəsən adam?..
    Dünyanı başıma eyləmişdi dar,
    O müxalif idi, mənsə - iqtidar...
    QƏRİB: - Sənə quzu kəsim, ay belə millət,
    Arvad - iqtidardır, ər müxalifət...
    3-cü QADIN: - Mən onu it kimi qovdum... Qoy getsin,
    Günahı önündə ibadət etsin...
    Bəlkə öz səhvini anlayar bir gün...
    QƏRİB: - Sən nə danışırsan?.. Bir yaxşı düşün.
    O, sənin könlünə girə bilməyib.
    Sənlə ağlamayıb, sənlə gülməyib,
    Bilməyib eşq nədir, məhəbbət nədir,
    Məhəbbət içində fəlakət nədir?!.
    Mən isə... Mən isə... Bir qulam sənə,
    Qoymaram bu sevgi alışıb sönə...

    Qərib qadını bağrına basır.

    3-cü QADIN: - Aman!.. Sanki çıxır huşum başımdan...
    QƏRİB: - Elə bil səs gəlir qan yaddaşımdan...
    3-cü QADIN: - Ah... Gözüm tor görür, dizlərim əsir...
    QƏRİB: - Mənsə öz hissimə olmuşam əsir...
    3-cü QADIN: - Dayan!.. Kənara dur, əl vurma mənə.
    QƏRİB: - Bir kəlmə sözüm var, qoy deyim sənə...
    3-cü QADIN: - İndi söz vaxtıdır?.. Əbləh, yekəbaş!
    QƏRİB: - Niyə hirslənirsən? Qışqırma, yavaş...
    3-cü QADIN: - Nadansan, naqqalsan, zəvzəksən, əngsən...
    QƏRİB: - Sən bu xasiyyətlə dünyada təksən...
    3-cü QADIN: - Yoxsa bəyənmədin, ey dili-qafil?
    QƏRİB: - Səni bəyənməmək? Bu, mümkün deyil!
    3-cü QADIN: - “Sevirəm” deməyə gəlməyir dilin?..
    QƏRİB: - Sevginin buynuzu olmur ki, gülüm!..
    3-cü QADIN: - Yox, sevmə... Gəl unut, sən məni unut...
    QƏRİB: - Sən mənim könlümü, ruhumu ovut...
    3-cü QADIN: - Demək bu dünyada sevgi var hələ...
    QƏRİB: - Bülbüləm, könlümü açıram gülə...
    3-cü QADIN: - Sən necə də həssas, necə də məsud....
    QƏRİB: - Mən sənin qarşında bir quru vücud...
    3-cü QADIN: - Yox elə söz demə... Sən yanar ocaq...
    Bir söylə toyumuz nə vaxt olacaq?..
    Nə zaman açacaq çiçəklərimiz?
    Nə vaxt qovuşacaq ürəklərimiz?..
    Haçan evimizdə çıraq yanacaq?..
    Bülbül gül üstünə nə vaxt qonacaq?
    Könül bu sevgini dərk edəcəkmi?
    Bulud göy üzünü tərk edəcəkmi?
    Göylərin yağışı səngiyəcəkmi?
    Nəfəsim sevincdən təngiyəcəkmi?
    Nə vaxt qovuşacaq dənizlə sahil?
    Sən niyə susursan, ey dili-qafil?
    Kədər kölgəsini üsütünə sərib,
    Niyə danışmırsan, dinmirsən, Qərib?

    Qapı zəngi. Qərib qonşu otağa keçir. Xalid əlində gül dəstəsi gəlir.

    XALİD: - Bu mənəm, gəlmişəm... olarmı, xanım?
    3-cü QADIN: - Siz nə danışırsız, əlbəttə, canım!..
    Buyurun, buyurun, keçin içəri,
    Sizi gözləyirəm bayaqdan bəri.
    XALİD: - Sağ olun, təşəkkür... Şadam doğrusu...
    3-cü QADIN: - Gəlmir işığımız... Nə qaz var, nə su...
    XALİD:- Heç nə anlamadım.... qaz nə, işıq nə?..
    Vallah, siz deyənlər çatmayır mənə!..
    3-cü QADIN: - Bəs mənzil-istismar idarəsindən
    Bu evə baxmağa gəlməmisən sən?..
    XALİD: - Xanım, anlamadım... Nə mənzil, nə ev?..
    Bizim bu qadınlar, vallah, kefdi, kef...
    3-cü QADIN (Xalidə göz-qaş edir):
    Bəlkə başqa yerə getməlisən sən?..
    Usta gözləyirəm öz ərimlə... mən...
    Ərim işdən gəlib, yorğundur bir az,
    Onun əsəbilyə oynamaq olmaz.
    O, məsul adamdır, qayğıları çox...
    Millət qarşısında xidmətləri çox...
    XALİD: - Mən də bu millətə edirəm xidmət.
    3-cü QADIN: - Millət bu minnəti unutmaz, əlbət...
    XALİD: - Xanım, mən minnət yox, xidmət deyirəm...
    3-cü QADIN: - Əzizim, yoxsa mən sizi söyürəm?..
    Dedim, sonra gəlin, dincəlir ərim,
    O desə bu kimdir - nə cavab verim?..
    XALİD: - Hə, sizi anladım... Di xudahafiz...
    3-cü QADIN: - Əzizim, tezliklə görüşərik biz...

    Xalid gedir. Qərib qonşu otaqdan çıxır. Qadın ona yaxınlaşır.

    QƏRİB: - Kim idi o gələn?.. Kimdir o kişi?
    3-cü QADIN: - Canım, camaatın qurtarıb işi....
    Ünvanı səhv salıb... Çərənçi adam,
    Zəvzək kişilərə düşmənəm, yadam...

    Hiss olunur ki, Qərib Xalidin gəlişindən narazıdır, ona görə incik danışır.

    XALİD: - Xanım... Bir söz diyim, incimə ancaq...
    Mənə çox xoş gəldi bu od, bu ocaq...
    Amma vaxtım azdır bu gün doğrusu,
    Olmaq istəmirəm mən vaxt oğrusu...
    İzn ver mən gedim, gələrəm yenə...
    3-cü QADIN: - Heç nə anlamadım. Nə oldu sənə?
    Hara tələsirsən? Bir səbrini bas.
    Qadınla bu cürə davranmaq olmaz.
    İnsanda bir təmkin, mərifət gərək,
    Bir stəkan çay iç, bir əyləş görək...
    Bir öz qərarını, öz sözünü de,
    Amma yalan demə, sən düzünü de:
    De görüm, nə üçün gedirsən, Qərib?
    Yoxsa... ürək artıq hökmünü verib?
    QƏRİB: - Yox-yox ... Gələcəyəm yenə, əzizim,
    Eyni ünvanadır yolumuz bizim.
    3-cü QADIN: -Yox, sənin sözlərin deyil səmimi,
    Yalandır gözünün içinə kimi.
    Mən söz adamıyam. Unutma ki, sən,
    Qəlbini gözündən oxuyuram mən.
    Gedirsən? Sözüm yox! Buyur, yaxşı yol.
    Ac ol, yalavac ol, amma kişi ol!..
    Olma hər nadanın, axmağın tayı,
    Əsl kişilərin azalıb sayı.
    Gedirsən? Bu gülün, bu da qovluğun!
    Söylə mənə dair nədir qulluğun?
    QƏRİB: - Vallah, mən gələcəm, gələcəm yenə,
    Bəyəm inanmırsan, əzizim, mənə?
    3-cü QADIN (hirsli): - Xoş getdin! Sən mənə gərək deyilsən,
    Hələ quru yerdə qalmamışam mən.
    Çoxları qapımda bükür boynunu,
    Mən az görməmişəm bu cür oyunu!
    Qadın yaratsa da məni təbiət,
    Həm qeyrət bəxş edib, həm də əzəmət!
    Di rədd ol, gözümə görünmə daha,
    Yoxsa yerə yıxıb ayaqlaram ha!
    Kişi! Kişiyə bax! Kişiliyə bax!
    Hər kişidən kişi olmur, ay axmaq!

    Qərib gül dəstəsini və qovluğu götürüb tələsik gedir. İşıq azalır.

    PƏRDƏ




    II HİSSƏ

    İşıq artır. Musiqi. Mənzil. Divardan asılmış təqvimin üstünə iri “4” rəqəmi yazılıb. Qısa saçlı 4-cü QADIN və Xalid. Divardan Qadının şəkli asılıb.
    (P.P.P.S.S.S. İki nəfərin (Qərib və 4-cü qadının) oynayacağı təqdirdə bu şəklə ehtiyac qalmır)

    4-cü QADIN: - Bəli, bəli... Tamamilə düz buyurursan. Mən qəzetdə elan vermişəm...
    XALİD: - Elan öz yerində... Axı, mən telefonda sizinlə bu barədə söhbət etmişəm...
    4-cü QADIN: - Nə barədə?..
    XALİD: - Görüş barədə...
    4-cü QADIN: - Biz görüşü nə vaxta təyin etmişdik?.. (Diqqətlə təqvimin arxasına baxır).
    XALİD: - Dünənə...
    4-cü QADIN: - Dünən-dünəndir, bu gün-bu gün... (Təqvimə işarə ilə). Bu gün ayın neçəsidir?..
    XALİD: - Dördü...
    4-cü QADIN: - Ay sağ ol.
    XALİD: - Siz də sağ olun...
    4-cü QADIN: - Bəs harada işləyirsən?.. Nə işlə məşğulsan?.. Gərək ki, telefonda demişdin...
    XALİD: - Hə... Elədir. Demişdim. Yazı-pozu ilə məşğulam...
    4-cü QADIN: - Yazı-pozu ilə?.. Hesabdarsan bəyəm?
    XALİD: - Yox... Hesabdar yazmır, oxuyur...
    4-cü QADIN: - Nə oxuyur?..
    XALİD: - Pul oxuyur...
    4-cü QADIN (gülür): - Bax, bunu gözəl dedin...
    XALİD: - Gözəl gününüz olsun...
    4-cü QADIN: - Bəs sən nə oxuyursan?..
    XALİD: - Dedim ki, mən yazıram. Əlbəttə, arabir oxuyuram da...
    4-cü QADIN: - Nəyi?..
    XALİD: - Alın yazısını...
    4-cü QADIN: - Hım-m... Bunu da gözəl dedin...
    XALİD: - Gözəl günün olsun... (Pauza)... Bəs siz?.. Yəni deyirəm işiniz-gücünüz, vəzifəniz...
    4-cü QADIN: - Mən idmançıyam... Boksla məşğulam...
    XALİD (geri çəkilir): - Nə?.. Boksla?!.
    4-cü QADIN (əzələlərini oynadır): - Bəli, boksla... Mən ölkənin ən güclü boksçusuyam... Yazıb-pozansan, hə?.. (Divardan asılmış şəkilini göstərir). Özüm heç, barı şəklimi də görməmisən?..
    XALİD: - Yox... Vallah... Ola bilsin ki...
    4-cü QADIN: - Günah özümdədir. Az reklam olunuram.
    XALİD: - Elə ilk baxışdan hiss olunur ki, təvəzökarsız...
    4-cü QADIN: - Elədir... Gərək ki, adın Xaliddir - dedin?.. Elədirmi?
    XALİD: - Yaxşı hafizəniz var. (Yaltaqcasına). Adətən qadınların yaddaşı zəif olur.
    4-cü QADIN (təkəbbürlə): - Mənim yaddaşım da möhkəmdir, iradəm də... Xalid... Gərək ki, Xalid oldun, hə?.. Lap yaxşı... Sənin qəzetdə verdiyin elanla bağlı biz dünən görüşməli idik, elə deyilmi?.. (Qəzeti stolun üstündən götürüb oxuyur). “Qədd-qamətli, ziyalı bir kişi tənha bir qadını xoşbəxt etmək istəyir. Əgər siz onun ürəyinin...”
    XALİD (qışqırır): - Dayanın! Siz nə danışırsınız? O elanı mən verməmişəm...
    4-cü QADIN: - Elanı sən verməmisən?.. (Başqa bir qəzeti götürür). Elədir, elədir... Mən o elanı yerigəlmişkən, elə-belə oxudum... Bax, sən bu elanı vermisən. (Oxuyur). “Subay bir kişi namuslu, bəli, burada belə yazılıb: namuslu! - alicənab”, bəh-bəh, təmkinli - mən də təmkinli adamların vurğunuyam, zəhləm gedir cırtqozlardan! – “bir qadınla tanış olmaq istəyir”. Doğrudurmu?..
    XALİD: - Tamamilə doğrudur. Biz əvvəlcə bir müddət məktublaşdıq, sonra telefonla danışdıq.
    4-cü QADIN: - Sən Xalid oldun, eləmi. (Pauza). Hə, Xalid, səninlə məktublaşdıq, telefonlaşdıq və vaxt müəyyənləşdirdik? Dünən üçün. Doğrumu?
    XALİD: - Bəli, dünən üçün. Amma məsələ burasındadır ki, mən dünən zəng vurub sonra gəlməli idim. Amma... dünən telefonu götürən olmadı...
    4-cü QADIN: - Olmadı? (Təqvimin arxasına baxıb nəyisə oxuyur)... “Ayın üçü saat üçdə Xalid...” Saat üçdə mən harada idim? (Pauza). Bu günsə ayın dördüdür. (Oxuyur). “Ayın dördündə saat dörddə Qərib... e-e-e... Karib...”
    XALİD: - Nə?.. Qərib?!. Qərib nədir?..
    4-cü QADIN: - Qərib nədir? Karib... Karib - deyirəm. Karib körfəzi, Karib adaları eşitməmisən?..
    XALİD: - Eşitmişəm... Əlbəttə...
    4-cü QADIN: - Bax o adalardan söhbət gedir. Saat dörddə televizorda veriliş olacaq...
    XALİD: - Veriliş?.. Bəlkə tamaşa?.. Birlikdə baxa bilərik.
    4-cü QADIN: - Yox... O vaxt rəfiqəm gələcək bizə... Gəl belə edək. Adın nə oldu? Xalid? Hə, Xalid, deyirəm nə şiş yansın, nə kabab... Yəni oturub ətraflı danışmaq üçün vaxt müəyyən edək. Dünən ayın üçü idi, bu gün dördüdür, sabah beşi olacaq. Elə deyilmi?.. (Təqvimin arxasına baxır). “Ayın beşi saat beşdə Georgi Məhəmmədhəsənoviç...”
    XALİD: - Kim?.. Georgi Məhəmmədhəsənoviç?..
    4-cü QADIN: - Hə... Georgi Məhəmmədhəsənoviç... Tanıyırsan onu bəyəm?.. Joranı deyirəm...
    XALİD: - Yox. Bəlkə o da adadır?..
    4-cü QADIN: - Nə?..
    XALİD: - Georgi Məhəmmədhəsənoviçi deyirəm də... Joranı...
    4-cü QADIN: - Yox, o ada deyil, yarımadadır. Bir hissəsi sudadır, bir hissəsi quruda...
    XALİD: - Vurub dağıtmaq, alt-üst etmək lazımdır o adanı da, yarımadanı da...
    4-cü QADIN: - Kim dağıtsın ey?.. Amerika?.. Amerikanın özünü dağıdırlar.
    XALİD: - Tapılar, qüdrətli bir dövlət, qorxmaz bir kişi tapılar o Karip adası ilə Georgi Məhəmmədhəsənoviç yarımadasını bombalamağa!
    4-cü QADIN: - Yaxşı, olsun. (Qələmlə təqvimin arxasın yazır və oxuyur). “Ayın altısı saat altı. Qüdrətli dövlət. İki nöqtə. Xa-lid. Adanı və yarımadanı bombardman edəcək”. (Xalidə). Oldu?.. Di hələlik...
    XALİD: - Deməl, ayın altısı saat altı evdə olacaqsınız?.. Yoxsa, yenə telefonu götürən olmayacaq?..
    4-cü QADIN: - Yox, bu dəfə zəngsiz gələrsən... Birbaşa... ünvanı ki, bilirsən...
    XALİD: - Əlbəttə, bilirəm.
    4-cü QADIN: - Gedə bilərsən. (Qapıya işarə edir). Sənə yaxşı yol.
    XALİD: - Sağ olun... Öpürəm sizi... (Qadının əlindən tutub özünə sarı çəkir). İcazə verin öpüm...
    4-cü QADIN (qışqırır): - Nə?.. Sən kimi öpmək istəyirsən?..

    Onlar süpürləşirlər. Qadın Xalidin qolundan tutub qapıya sarı dartır, sonra onu yumruqla vurub bayıra atır. Xalid qışqırır. Bayırdan qadının zərbələrinin səsi gəlir. Xalid haray-həşir salır - onun səsi eşidilir: “Ey-y-y... Kömək edin mənə!” Qadın qayıdıb güzgü qarşısında dayanıb özünü qaydaya salır, əlləri ilə üzünü masay edir. Uzaqdan eşidilən musiqi sədasına uyğun elastik hərəkətlər edir.
    Az sonra qapı zəngi eşidilir. 4-cü Qadın qapını açır. Qərib gəlir. Musiqi səsi ucaldıldığı üçün Qəriblə 4-cü Qadının söhbətinin başlanğıcı eşidilmir. Onlar başlarını tərpətməklə görüşürlər, Qərib qoltuğundakı qovluğu bir kənara qoyur, keçib stulda əyləşir, sonra ayağa durub müsahibi ilə üz-üzə dayanır. Onlar nə barədəsə danışır, deyib-gülür, qəhqəhə çəkirlər. Qadın divardan asılmış təqvimə yaxınlaşır. Musiqi azalır.

    4-cü QADIN: - Deməli, belə. (Oxuyur). “Ayın dördündə saat dörddə - Karib”. “Subay bir kişi namuslu, bəli, burada belə yazılıb: namuslu! - alicənab”, bəh-bəh, təmkinli - mən də təmkinli adamların vurğunuyam, zəhləm gedir cırtqozlardan! – “bir qadınla tanış olmaq istəyir”. “Ayın beşi saat beşdə Georgi Məhəmmədhəsənoviç...”
    QƏRİB: - O, kimdir elə?
    4-cü QADIN: O, adadır. Sən körfəzsən. Karıb...
    QƏRİB: - Karib yox, Qərib...
    4-cü QADIN (gülür): - Bilirəm. Bilirəm - Qəribsən...
    QƏRİB (saata baxır): - Gecikməmişəm ki?..
    4-cü QADIN: - Yox... Vaxtında gəlmisən. Hiss olunur ki, dəqiq adamsan... Yaxşı, sən harada işləyirsən?..
    QƏRİB: - Mən?.. İşləmirəm... Daha doğrusu, işləyirəm... Parlamentdəyəm...
    4-cü QADIN: - Parlamentdə?.. Deputat-zadsan?..
    QƏRİB: - “Zad” deyiləm, amma deputatam...
    4-cü QADIN: - Doğrudan?.. Deməli, Karib... Qərib oldun hə? Nəsə heç görməmişəm səni...
    QƏRİB: - Bəyəm sən də deputatsan?..
    4-cü QADIN: - Yox ey... Yəni deyirəm televizorda-zadda göstərmirlər səni.
    QƏRİB: - Mən diktoram bəyəm?.. Televizorda nə işim var?..
    4-cü QADIN: - Axı, deputatların çoxu danışır...
    QƏRİB: - Danışanlar - çərənçilərdir. Boş-boş danışıb özlərini göstərirlər. Kimdir onlara qulaq asan?.. Mən susmağa üstünlük verirəm... Mən lal deputatam...
    4-cü QADIN: - Lal niyə olursan ki?.. Maşallah dil-dil ötürsən...
    QƏRİB: - Buraya baxma. Orada danışanda xətirlərinə dəyir...
    4-cü QADIN: - Kimin xətirnə dəyir ki?..
    QƏRİB: - Elə hamının... Həm iqtidardakıların, həm də müxalifətin...
    4-cü QADIN: - Bəs sən hansı tərəfdənsən?..
    QƏRİB: - Mən bitərəfəm... Mərkəzçiyəm... Mənim nəyimə lazımdır iqtidar, ya müxalifət? Mən xalqı təmsil edirəm. Xalq isə həmişə bitərəfdir...
    4-cü QADIN: - İndi xalqı düşünən var ki?..
    QƏRİB: - Bəs mən kiməm?.. Xalq məni seçib, mən də onun xidmətindəyəm... Mən daim öz seçicilərimin mənafeyini müdafiə edirəm...
    4-cü QADIN: - Susmaqla?..
    QƏRİB: - Bəli, susmaqla! İndi xalqa ən ağır zərbələri o boş-boş danışanlar vurur. Əslində isə naqqallıq etmək yox, iş görmək lazımdır.
    4-cü QADIN: - Mən səndən bir söz soruşmaq istəyirəm: bəs indiyəcən nə əcəb ailə qurmamısan?..
    QƏRİB: - Kiminlə?..
    4-cü QADIN: - Məsələn, elə o parlamentdəki gözəlçələrdən birini ala bilərdin ki...
    QƏRİB: - Bəyəm onlardan ev qadını olar?.. Mən bir az köhnədəbli kişilərdənəm. Arvadın siyasətlə məşğul olmasının əleyhinəyəm...
    4-cü QADIN: - Karib... E-e-e... Qərib... Məsələ burasındadır ki, mən də qlobal siyasətlə məşğulam...
    QƏRİB: - Hansı partiyaya qulluq edirsən?..
    4-cü QADIN: - Mən partiyaya yox, insanlara xidmət edirəm... Qadınların emansipasiyası, feminizmin inkişafı üçün əlimdən gələni əsirgəmirəm...
    QƏRİB: - Çox yaxşı... Məsələ burasındadır ki, mən praktik siyasətlə məşğul olan qadınları qəbul etmirəm. Sizsə, sözünüzdən belə çıxır ki, əsasən qadın siyasəti ilə məşğulsunuz. Əslində ən böyük siyasət elə qadınların özüdür. Mən belə qadınların dəlisiyəm...
    4-cü QADIN: - Doğrudan?.. Həqiqi sözündür, Karib?.. E-e... Qərib...
    QƏRİB: - Yoxsa şübhən var?..
    4-cü QADIN: - Mən istərdim ki, sən parlamentdə qadınların hüququnun qorunmasına çalışardın...
    QƏRİB: - Hüquq - bu xırda məsələdir... Mən çalışacağam ki, innən belə parlamentdə qadın fraksiyasına başçılıq edim... Axı, mən qadınları çox sevirəm...
    4-cü QADIN: - Bu, çox yaxşı olar...
    QƏRİB: - Əlbəttə!.. Tanış bir şairin gözəl bir şeiri var, deyir: Nə zaman açacaq çiçəklərimiz, nə vaxt qovuşacaq ürəklərimiz...
    4-cü QADIN: - Ürəklərimiz qovuşar... Amma...
    QƏRİB: - Nədir o “amma”...
    4-cü QADIN: - Mən istərdim ki, sən bütün qadınları yox, yalnız bir qadını sevəsən..
    QƏRİB: - Mən... Elə mən də bunu istərdim... Amma...
    4-cü QADIN: - Nə “amma”?..
    QƏRİB: - İstərdim ki, məni də bu dünyada sevən bir qadın olaydı...
    4-cü QADIN: - Yəqin ki, yer üzündə belə bir qadın var və o qadın səni düşmənlərdən təkcə sözlə yox, lap elə yumruqla müdafiə edə bilər.
    QƏRİB: - Yumruqla?.. (Duruxur)... Birdən güləşçi-zad olarsan. (Gülür). Yoxsa karate ilə məşğulsan?..
    4-cü QADIN: - Mən boksçuyam... Sən belə deputat imişsən!.. Savadsız! Dünya çempionunu tanımırsınız?.. Özü də bu ölkənin yeganə çepionunu... Ar olsun sənə!.. Parlamentə yazacağam bu barədə...
    QƏRİB (qorxub dalı-dalı gedir): - Xahiş edirəm, mənnən işin olmasın...
    4-cü QADIN: - Mən indiyəcən başımdan çox zərbələr almışam. Amma ilk dəfədir ki, ürəyimdən zərbə alıram. Xalq deputatı xalq pəhləvanını tanımır...
    QƏRİB: - Xalq pəhləvanı?.. Bu ad da təzə çıxıb?..
    4-cü QADIN: - Nədir, ələ salırsan məni?!.
    QƏRİB (çəkinə-çəkinə): - Yox... Mən nəkarayam ki, ələ salım səni?
    4-cü QADIN: - Özün də evlənmək, ailə qurmaq istəyirsən, hə, Karibcan?..
    QƏRİB: - Mən... Mən Qəribəm... Mə-ə-ə...n….
    4-cü QADIN: - Qərib, ya Karib... Fərq etməz... Eyni zibil...
    QƏRİB: - Məni təhqir etməyin... Məəə…n.
    4-cü QADIN: - Alçaq, sən bütün parlamenti təhqir edirsən!.. Hələ qələt eləyib danışmağına bir bax bunun?!.
    QƏRİB: - Bacı, axı, mən nə dedim ki?..
    4-cü QADIN: - Ta nə deyəcəksən? Bəlkə mənimlə rinqə də çıxmaq istəyirsən? Bəlkə mənim üzərimdə tarixi qələbə çalmaq istəyirsən?.. Bəlkə mən sənə təslim olub əlimi, ya ayağımı göyə qaldırım?.. Sən nə istəyirsən, Karib?..
    QƏRİB: - Bacı, mən heç nə istəmirəm...
    4-cü QADIN: - Bacı?.. Nə bacı?.. İndi bacın sənə göstərər öz kimliyini!.. Al gəldi!.. Ha-ha-ha...

    4-cü Qadın Qəribə hücum edir. Qərib otaqdan sürətlə bayıra qaçır, qadın onu qovur. Az sonra şillə və yumruq zərbələrinin səsi eşidilir.
    Səhnə dəyişir. Sarısaçlı 5-ci Qadının mənzili. 5-cİ QADIN tez-tez qapı-pəncərədən bayıra boylanır. Stolun üstündəki güllər, divardan asılmış təbiət mənzərələri qadının romantik əhval-ruhiyyəsindən xəbər verir. Musiqi. Qadın musiqinin ritminə uyğun əl götürüb rəqs edir. Qadının rəqqas və ya ballerina olduğu hiss edilir. Bir azdan zəng səsi. Qadın qapını açır. Qərib gəlir, əlində gül dəstəsi. Musiqi dəyişir, Mendelsonun məşhur təntənəli melodiyası - marşı eşidilir. Qadın gül dəstəsini vazaya qoyur. Qadın və Qərib əl-ələ tutub marş sədaları altında rəqs edirlər. Onlar nə barədəsə söhbət edir, nəyisə götür-qoy edirlər. Qadın otaqdakı əşyaları, şəkilləri Qəribə göstərir. Qərib qadının həyat və məişəti ilə yaxından tanış olur. Onların bütün ünsiyyəti musiqi və rəqslə müşayiət olunur. Nəhayət, qadın onun qoluna girib o biri otağa keçir.
    (İşıqlar yanıb-keçir. Az sonra Qadın otaqdan çıxır - o, indi ...Xalidlə qol-qoladır. Onunla rəqs edir).
    İşıq azalır.
    Səhnə işıqlananda mənzil. Divardan asılmış böyük təqvimdə iri “6” rəqəmi yazılıb.
    Uzun mantiyalı, gur saçlı 5-cİ QADIN otaqda var-gəl edir. Arabir səsini yoxlayırmış kimi müxtəlif ariyalardan parçalar ifa edir: “O-o-o-o Mariya!”. “Tran-tran-tran!”. “A-a-a-a da-la-lay!” və s. Hiss olunur ki, o, peşəkar vokalçı - müğənnidir. Az sonra klassik musiqi sədası eşidilir. Qadın əvvəlcə qarışıq səs tembrləri ilə improvizlər etsə də, nəhayət ayaq saxlayıb irəli boylanır, qəddini düzəldir, əli ilə mantiyasının uzun ətəyindən tutub ariya oxumağa başlayır.

    6-cI QADIN: - Söylə, harda qaldın, mənim əzizim?
    Yollara baxmaqdan qaraldı gözüm!
    Hər gecə yuxuda görürəm səni,
    Bu qədər incitməz sevən-sevəni!
    Səsin necə əziz, doğmadır mənə,
    Səni düşünürəm mən dönə-dönə.
    Üzünü-gözünü görməsəm belə,
    Səni bələyirəm çiçəyə-gülə.
    Ürəyim sənindir, ruhum sənindir,
    Sevincim sənindir, ahım sənindir.
    Bütün varlığımla sənə bağlıyam,
    Gözü intizarlı, könlü dağlıyam...

    Musiqinin ritmi dəyişir.


    Bu dünyaya gələn gündən
    Sən bir qərib, mən bir qərib.
    Qədirbilməz dost üzündən -
    Sən bir qərib, mən bir qərib.

    Sən atlısan, mən piyada,
    Qonağımsan sən röyada,
    O dünyada, bu dünyada
    Sən bir qərib, mən bir qərib.

    Qərib, Qərib,
    Aman Qərib!
    Yenə gəlir
    Duman, Qərib!
    Görən varmı
    Bu görüşə
    Güman, Qərib?
    Aman, Qərib!

    6-cı Qadın oxuya-oxuya qapıya yaxınlaşır. Qərib daxil olur. Yavaş-yavaş yaxınlaşıb onun əlindən öpür. Onlar musiqinin ritminə uyğun rəqs edir, sonra duet oxuyurlar.

    QƏRİB: - İlk baxışdan görürəm ki,
    Çiçəksən, çiçəksən, çiçək!
    Sən təpədən dırnağacan
    Mələksən, mələksən, mələk.

    6-cI QADIN: - Ürəyimdə eşq göyərib,
    Tale mənə səbr verib.
    Aman Qərib, zalım Qərib,
    Ürəksən, ürəksən, ürək.

    QƏRİB VƏ 6-cI QADIN: - Sənsən ruhumun hakimi,
    Ürəyimin sarı simi.
    Bu həyatın özü kimi
    Gərəksən, gərəksən, gərək.

    Musiqi dəyişir. Qəriblə 6-cı Qadın səhnənin önünə gəlirlər.

    QƏRİB: - Sən bizə qəribsən, mən sizə qərib,
    Sən saza qəribsən, mən sözə qərib.
    Sən təmiz ürəyə, saf qəlbə vurğun,
    Mən isə eşq dolu bir gözə qərib.
    Biz uzaq olanda qərib deyildik -
    Fəqət biz olmuşuq üz-üzə qərib.
    Eşqində həmişə sabitqədəmdir,
    Vallah, qibtə edir Firuza Qərib.

    Musiqi dəyişir. 6-cı Qadın gedib stolun üstündən elan çap edilmiş qəzeti götürür.

    6-cI QADIN: - Uca boylum, çatma qaşlım, hardasan?..
    “Yar-yar” deyən gözü yaşlım, hardasan?
    Gözləyirəm neçə ildir yolunu,
    Mən tənhayam, yar-yoldaşlım, hardasan?
    Qara günlər saçlarımı ağartdı,
    De, hardasan, qara saçlım, hardasan?
    Yarım mənim sorağımı eşitsə
    Soruşacaq: başı daşlım, hardasan?..

    Musiqi dəyişir. Onlar üz-üzə dayanırlar.

    QƏRİB: - Mən həsrətə dağ çəkmişəm,
    Gülüm, gəlmişəm, gəlmişəm.
    6-cI QADIN: - Gözlərimdən axan yaşı
    Budur, silmişəm, silmişəm.
    QƏRİB: - Həyat bizə: “yaşa” - deyir,
    Demə: ölmüşəm, ölmüşəm.
    6-cI QADIN: - Ömür - bir toymuş, bayrammış,
    İndi bilmişəm, bilmişəm.
    QƏRİB VƏ 6-cI QADIN: - Gəlmişəm, gəlmişəm!
    Gülmüşəm, gülmüşəm!..
    QƏRİB: - İzn ver, əzizim mən gedim.
    Hələlik, mən səni tərk edim.
    6-cI QADIN: - Gedirsən? Gedirsən? Haraya?
    Duz səpdin açılmış yaraya!
    QƏRİB: - Gedirəm - elçilər gələcək!
    Səadət bizə də güləcək!..
    6-cI QADIN: - Nə zaman gələcək bəs onlar?
    QƏRİB: - Nə zaman? Tezliklə, ey nigar!
    6-cI QADIN: - Axı, mən heç səndən doymadım!
    QƏRİB: - Mən sənin qəlbinə qıymadım!

    Musiqi dəyişir. 6-cı Qadın hönkürür, göz yaşı tökür.

    6-cI QADIN: - Hayana gedirsən, ay qərib oğlan?
    Bir az ayaq saxla! Dayan, ay aman!..
    Qoy baxım gözünə, görüm üzünü,
    Səni gözləmişəm ömrüm uzunu!
    Gedirsən, neyləyim sənsiz, ey Qərib?..
    Yanıb kül olarsan mənsiz, ay Qərib!..
    QƏRİB (diz çökür): - Mən indi gedirəm... Gözləyənim var.
    Sənə öz eşqimi verdim yadigar.
    Qoy sənin dilindən, əlindən öpüm
    Üzündən, gözündən, telindən öpüm!

    Qərib 6-cı Qadını öpüb qapıya yaxınlaşır. Vidalaşırlar.

    6-cI QADIN: - Bəs nə zaman gələcəksən?
    Bu nə dərddir, ay Allah?..
    QƏRİB: - Gözlə, gülüm, gələcəyəm -
    Gələcəyəm, mən sabah.

    Musiqi get-gedə azalır. Qəriblə 6-cı Qadın görüşüb-öpüşüb ayrılır. Qərib gedir, qovluğunu götürməyi unudur. Telefon zəngi eşidilir. 6-cı Qadın tərəddüdlə stola yaxınlaşıb dəstəyi götürür. Musiqi səsi artır. 6-cı Qadın dəstəyi əlində tutub mahnı ifa edir. Arabir xəttin o başından Qadın səsi eşidilir.

    6-cI QADIN: - Alo! Səma, eşidirsən?
    Bilsən necə yorulmuşam?!.
    SƏS: - Yorulmusan?
    6-cI QADIN: - Mən sahilsiz bir dənizəm
    Bulanmışam, durulmuşam!
    SƏS: - Durulmusan?
    6-cI QADIN: - Bilirsən ki, öz içimdə
    Qaralmışam, saralmışam.
    SƏS: - Saralmısan?
    6-cI QADIN: - Fəqət bu gün mən ömrümdə
    İlk dəfədir vurulmuşam!
    SƏS: - Vurulmusan?
    6-cI QADIN: - Vurulmuşam!
    SƏS: - Kişilərə inanma sən!
    6-cI QADIN: - Yaşamazsan-inanmasan!..
    SƏS: - Yox, inanma sən heç kimə!
    6-cI QADIN: - İnanıram öz eşqimə!
    SƏS: - Subaylığı vermə əldən!
    6-cI QADIN: - Subay qaldım - düşdüm əldən!
    SƏS: - Ha-ha-ha-ha!..
    Ha-ha-ha-ha!
    Sözüm yoxdur
    Sənə daha!
    Qadınların
    İnamı çox.
    Kişilərdə
    Etibar yox!..

    6-cı Qadın dəstəyi hiddətlə yerinə qoyur. Stola yaxınlaşıb Qəribin yaddan çıxıb qalmış qovluğunu əlinə götürür. Qovluq əlindən düşür, onun içindəki məktublar yerə tökülür. 6-cı Qadın yerə dağılmış məktubları götürüb baxır, zərflərin üstündəki yazıları oxuyur. Musiqi.

    6-cI QADIN: - Qəribədir, qəribə
    “Çatacaqdır Qəribə!”

    Zərfləri gözdən keçirir.

    Alyadan-Qəribə!
    Olyadan-Qəribə!
    Qəribə-Saradan!
    Qəribə-Şuradan!
    Oradan-Qəribə!
    Buradan-Qəribə!
    Raifə, Gülnara,
    Arifə, Elnara,
    Siranuş, Marina,
    Tükazban, Təranə.
    Ünvan bir, adam bir,
    Yazan çox, alan bir.
    “Çatacaq - Qəribə!”
    Qəribə! Qəribə!
    Qadınlar qəribə,
    Kişilər qəribə,
    Bu həyat qəribə,
    Bu işlər qəribə!

    6-cı Qadın dəstəyi götürüb zəng edir.

    Eşidirsən məni, Səma?..
    Eşit məni, söymə amma!
    Doğrudan da axmağam mən,
    Gəl dərdimə çarə et sən!..
    Düz deyirsən sən hər kərə:
    “İnanmayaq kişilərə”!

    Musiqi tədricən azalır və kəsir. 6-cı Qadın dəstək əlində gəzişir.

    Ta nə olacaq, Səma?.. Biabır oldum. Sən demə mənə eşq elan edən kişi dələduzun biri imiş! Sən düz deyirmişsən: kişilərə inanmaq olmazmış. Mən gec də olsa səninlə razılaşıram... Sən deyəndə ki, kişilərə inanma, mən asıb-kəsdim, təhqir etdim səni. Sən necə də müdrik qadınsanmış, Səma! (Pauza). Nə? Onun adı? Adı yerə girsin onun. Adını neynirsən onun? Bircə onu deyə bilərəm ki, içi məktubla dolu qovluğunu unudub gedib. Orada neçə qadının məktubu var. (Pauza). Hə, mən də elanla tanış olmuşdum onunla. Gərək belələrini qadın təşkilatının növbəti iclasında rüsvay edək. Onun üzünə tüpürəydim? Belələrinin üzü olur ki, tüpürəsən də? Ar olsun belə kişiciklərə! (Pauza). Adı nədir? Adı? Adı qəbrə girsin onun! Qəribdir adı, Qərib! (Pauza) Alo! Səma! Nə oldu sənə?!. (Dəstəyi qoyur). A-a-a! Nə oldu bu qıza? Deyəsən, bu gün hamının başı xarab olub. Elə mənim də... Ax, Qərib, Qərib... Ar olsun sənə!..

    Qapı zəngi. Xalid gəlir. 6-cı Qadın onu qarşılayır, diqqətlə süzür. Sonra hiddətlə qovluğu Xalidin başına çırpır. Xalid çaşıb qalır.

    XALİD: - Heç nə anlamıram.
    6-cI QADIN: - Rədd ol! Anlayarsan... Əclaflar!..

    Xalid dalı-dalı qapıdan çıxır. İşıq azalır.

    Səhnə dəyişir. Küçə. Divardan telefon asılıb. Əvvəlcə Xalid, sonra isə Qərib gəlir.

    (İki nəfər personajın iştirak edəcəyi təqdirdə Xalidlə söhbət telefon və ya internet vasitəsi ilə olur).

    XALİD: - Hələ subaysan bəyəm?..
    QƏRİB: - Əlbəttə, subayam... Bəyəm buna şübhən var?.. Hətta, qəzetdə elanı özün vermisən ki...
    XALİD: - Qərib, nədir sənin məqsədin? Kef çəkmək, yoxsa yenidən ailə qurmaq?..
    QƏRİB: - Belə getsə, heç biri...
    XALİD: - Necə yəni heç biri?..
    QƏRİB: - Deyəsən, mən tezliklə bütün qadınlara “əlvida” deyəcəyəm.
    XALİD: - Tezliklə?.. Bəs nəyi gözləyirsən?..
    QƏRİB: - Bu gün sonuncu görüş olacaq...
    XALİD: - Kiminlə?..
    QƏRİB: - Hələ deyə bilmərəm kiminlə... Əslində o qadını tanımıram, heç üzünü də görməmişəm. Sadəcə olaraq həmin qadının bir məktubunu almışam...
    XALİD: - Elə indiyəcən görüşdüyün qadınlarla da məktub vasitəsi ilə tanış olmamısan bəyəm?..
    QƏRİB: - Elədir... Amma məsələ burasındadır ki, bu qadın çox ciddi bir adamdır...
    XALİD: - Bunu nədən, haradan bilirsən?..
    QƏRİB: - Həmin o naməlum qadının yazdığı məktubdan.
    XALİD: - Onun özü ilə danışmısan, səsini eşitmisən?..
    QƏRİB: - Yox... Telefon nömrəsini, ünvanını yazmayıb. (Cibindən kağız çıxarır). Məktublaşırıq. Ünvanım - mərkəzi poçtdur... Yalnız görüş yerini müəyyənləşdirmişik. Biz bu gün - yəni ayın yeddisində saat yeddidə görüşəcəyik. (Saata baxır). Hələ vaxta var... Eybi yoxdur, o qadın gələnəcən dərdləşərik bir az...
    XALİD: - Yəni doğrudan ailə qurmaq istəyirsən?..
    QƏRİB: - Mən?.. Əlbəttə!.. Amma səni başa düşə bilmirəm... Ailən, uşaqların...
    XALİD: - Bəs sənin ailən yoxdur?..
    QƏRİB: - Ailəm?.. Nə vaxtsa olub... Amma indi... İndi mən subayam, tənhayam...
    XALİD: - Subay, yoxsa... əxlaqsız?..
    QƏRİB: - Təhqirə keçmə... Əxlaqsız özünsən!..
    XALİD: - Elə mən özüm də... Biz çox vaxt öz əxlaqsızlığımızı ört-basdır etmək üçün dəridən-qabıqdan çıxırıq. Qəribədir, çox qəribədir...
    QƏRİB: - Qəribə olan nədir?..
    XALİD: - Sənin qəzetə verdiyin elan çap olunandan sonra mən də sənin yolunla getmək qərarına gəldim... Elə qəzetin növbəti sayında elanım çıxdı... Heç evli ya subay olduğumu da göstərməmişdim orada. (Yüksək tonla). “Eneryili, həyatsevər bir kişi qadınla tanış olmaq istəyir”. İki-üç gündən sonra göstərilən ünvana - baş poçtxanaya məktub axını başladı, nə başladı! (Pauza). Qalanını özün bilirsən. (Gülür). Yollarımız çox yerdə çarpazlaşıb səninlə. Vallah, əsl oyuna düşmüşəm. (Pauza). Tanış olduğum qadınların arasında ağıllıları da var, gicbəsərləri də... Az qala akademik, general qadınlar da var. Hələ opera artisti, şairə, balerina nə bilim sirk artistini demirəm. Öz-özümə fikirləşirəm ki, bəlkə arvadı boşayıb elə bunların biri ilə evlənim?!.
    QƏRİB: - Bəs uşaqların?..
    XALİD: - Elə uşaqlardır yolumu kəsən... Amma... Amma belə getsə uşaqlardan da keçəcəyəm.
    QƏRİB: - Gicləmə?..
    XALİD: - Nə “gicləmə”?.. Özün arvad-uşağı atmamısan?..
    QƏRİB: - Mən?.. Mən uşaqları arvada görə atmışam...
    XALİD: - Bəs mən nəyə görə atmaq istəyirəm?..
    QƏRİB: - Sən, kef-damağa görə...
    XALİD: - Qərib, vallah, hamı öz axmaqlığını bir cür əsaslandırmaq istəyir.
    QƏRİB: - Bəlkə də... Amma, mən özümü qətiyyən nə axmaq, nə də əxlaqsız hesab edirəm...
    XALİD: - Ona qalmış, dəlilərin hamısı özünü ağıllı, cinayətkarların hamısı özünü namuslu sayır...
    QƏRİB: - Bütün bunları deməkdə sənin məqsədin nədir?..
    XALİD: - Heç nə... Sadəcə olaraq, biz öz zəifliyimizə bəraət qazandırmaq istəyirik...
    QƏRİB: - Mən zəif adam deyiləm... Mən iradəliyəm, güclüyəm...
    XALİD: - “İradəli, güclü”! (Gülür). Bərəkallah sənə və mənə!.. (Pauza). Deyəsən gələn var. (Boylanır). Mən də bir-iki nəfərlə görüş vermişəm buraya...
    QƏRİB: - Kimə?..
    XALİD: - Kleopatraya, Nefertitə...
    QƏRİB: - Hımm... Xoşbəxt adamsan...

    1-ci Qadın gəlir.
    (Xalid tez aradan çıxır).
    Qadın Qəribə yaxınlaşır.

    1-cİ QADIN: - Salam!.. İndiyəcən harada itib-batmısınız?..
    QƏRİB: - Mən... Mən burada yox idim... Ezamiyyətdə olmuşam...
    1-cİ QADIN: - E’zamiyyətdə?.. İndi ki, buradasınız...
    QƏRİB: - Hə, indi buradayam... Ta hər şeyi yoluna qoyacağam... Darıxmayın, əzizim...

    Musiqi. Qərib 1-ci Qadının qoluna girib söhbət edə-edə gedir. 2-ci Qadın görünür.

    2-cİ QADIN (xəyali kişi ilə “görüşür”): - Oy, salam. (Əlini irəli uzadır). Mən nə qədər şadam sizi gördüyümçün! Siz də?.. Əlbəttə, siz də şad olmalısınız!.. Bəyəm indi mənim kimi bir qadını tapmaq asandır?.. (“Kişinin” “qoluna” girir). Harada? Skamyada əyləşək?.. Olsun! Amma ötən dəfəki kimi əliuzunluq etməyin ha! Danışdıq-razılaşdıq?.. Hə, bax belə. (Skamyada əyləşir). Yenə? Yenə də dinc durmursunuz?!. Yalvarıram, sakit olun!.. (“Kişinin” “əlini” vurub geri itələyir). Deyəsən, siz pozulmuş adamsınız. Dedim ki, çəkin əlinizi!.. Bəyəm siz tərbiyə görməmisiniz... Alçaq!.. (“O”nu “şillələyir”). Bax belə!.. Hə, necədir? Sakitləşdiniz?..

    Qərib (və Xalid) gəlir. 2-ci Qadın onların üstünə hücuma keçir.

    Alçaqlar!.. (Ayağa durur). Siz mənim şərəf, ləyaqət və namusuma toxunmaq istəyirsiniz?.. Bunu bacarmayacaqsınız!..

    Qərib və Xalid çaşıb qalır, sonra qaçırlar. 2-ci Qadın qışqıra-qışqıra onları qovur. Az sonra Xalid gəlir, tövşüyür, dərindən nəfəs alır. Musiqi. 3-cü qadın gəlir.

    3-cü QADIN: - Salamlar!.. Ay aman, Qərib, bu sənsən?..
    XALİD: - Qərib?.. Hə, Qəribəm... Dəyişmişəm mən?..
    3-cü QADIN: - Yox... Bir az... Azacıq... Uzanıb boyun...
    Görüm toyun olsun, ay Qərib, toyun...
    Heç səsin-sorağın gəlmir, əzizim,
    Yoxsa dostluğumuz qurtardı bizim?
    XALİD: - Siz mənim qəlbimdə gur işıqsınız,
    Bütün bu dünyaya yaraşıqsınız.
    Sizi unutmaqsa... Bu, mümkün deyil,
    Siz - döyünən ürək, siz - danışan dil.
    Ədalət olsaydı - bu xalq, bu millət
    Sizinçün bir heykəl yapardı, əlbət.
    3-cü QADIN: - Mən - xalqın ümidi, millətin səsi,
    Mən - namus və ismət mücəssiməsi.
    Əlbəttə, qədrimi olsaydı bilən,
    Adıma küçə də olardı hələm.
    Yoxdu sponsorum, yoxdu dayağım,
    Onunçun xaricdən gəlmir sorağım.
    Amma ki, nə qədər diriyəm, sağam,
    Öz haqqım uğrunda vuruşacağam.
    Mənəm aslanların dişisi, Qərib,
    Sənsən kişilərin kişisi, - Qərib...
    Qərib hey! Qərib hey! Qərib, ay Qərib!
    Könlümə iblislər girib, ay Qərib!..

    Qərib hövləng halda gəlir. 3-cü Qadını görüb karıxır, heyrətlə onu və Xalidi süzür.

    QƏRİB: - Xanım... Xalid... sizə nə olub, axı?..
    3-cü QADIN: - Hardasa görmüşəm mən bu axmağı...
    QƏRİB: - Mən axmaq buradan keçirdim indi...
    3-cü QADIN: - Sən axmaq olsan da qəlbin dərindi.
    XALİD: - Yox, o axmaq deyil - mənəm deyəsən...
    3-cü QADIN: - Daim axmaqlara tuş oluram mən!
    İlahi, bu tale, bu qismət nədir?
    Deyin bu, həqiqət, ya əfsanədir?
    Mənə hiylə toru toxuyan çoxdur,
    Mənim hisslərimi oxuyan yoxdur!
    Eşqimə eşq ilə cavab verən kim?
    Niyə kimsə olmur eşqimə hakim?

    Qadın monoloq deyərkən Qərib və Xalid yavaşca aradan çıxırlar.

    Hanı ürəyimə söykənən ürək?
    Hanı saçlarımı oxşayan külək?
    İçimdə qövr edir daim bir sual:
    Hanı o ilk öpüş, hanı ilk vüsal?
    Mən hicran odunda dönsəm də külə,
    ünüm yetməsə də bülbülə, gülə,
    €zümə vəfalı bir yar seçəcəm,
    Eşqimlə dərələr, dağlar keçəcəm!
    Ya rəbbim, vəfalı yar yetir mənə,
    O bir çıraq olsun, mənsə pərvanə!

    3-cü Qadın monoloq deyə-deyə gedir Qərib görünür, kənara çəkilir.Və az sonra 4-cü Qadın gəlir, diqqətlə ətrafa boylanır, Qəribi görür.

    4-cü QADIN: - Deputat?!. Bu sənsən?.. Adın nə oldu?.. Qərib?.. Karib?!. Bir bəri gəl görüm!.. Sən hərifləməyə adam gəzirsən deyəsən, hə?.. Bəri gəl, bəri! Niyə titrəyirsən, Karib?!. Qorxursan?.. Nədən?..
    QƏRİB: - Mən... Karib deyiləm... Mə-ə-ən...
    4-cü QADIN: - Mələmə... Bəs Karib deyilsənsə, onda kimsən?.. Bəlkə Georgi Məhəmmədhəsənoviçsən?.. Yoranı deyirəm ey!.. Körfəz deyilsənsə, adasan. Bəlkə yarımadasan. Olsun ki, yarımadamsan… Yaxın gəl, deputat!..

    Qərib qaçır, Qadın onu qovur.
    (Qəflətən Xalidlə üz-üzə gəlir. Qadın Xalidi qovmağa başlayır; nəhayət, onların hər ikisini - Qərib və Xalidi yaxalayaraq süpürə-süpürə çəkib aparır. Kişilər haray-həşir qoparır).
    Az sonra səhnəyə 5-ci Qadın gəlir. Musiqi. Qərib (və Xalid) görünür. 5-ci Qadın rəqs edə-edə onlara yaxınlaşır. (Xalid qaçır) Qadın Qəriblə rəqs edir. Musiqi və rəqs başa çatır. Qərib Qadını alqışlayır. Qadın rəqs edə-edə səhnəni tərk edir.
    Az sonra 6-cı Qadın görünür. Qadın diqqətlə Qəribi süzür. Musiqi.

    6-cI QADIN (ariya oxuyur):
    - Söylə, harda qaldın, mənim əzizim?
    Yollara baxmaqdan qaraldı gözüm!
    Hər gecə yuxuda görürəm səni,
    Bu qədər incitməz sevən-sevəni!
    QƏRİB (oxuyur): - İlk baxışdan görürəm ki,
    Çiçəksən, çiçəksən, çiçək!
    Sən təpədən dırnağacan
    Mələksən, mələksən, mələk!..
    6-cI QADIN: - Get rədd ol! Rədd ol, Qərib!
    Sənə deyimmi: yaxşı yol, Qərib!..
    Demərəm, demərəm, demərəm bunu,
    Əzab çəkməlmisən ömrün uzunu!
    QƏRİB: - Sən ey gözəl qadın, sevimli qadın,
    Mənimçün əzizdir müqəddəs adın.
    Bağışla qarşında günahkaram mən,
    İnan ki, bezmişəm özüm-özümdən!..
    Mən eşq yollarında naşıyam naşı,
    Qoy yağsın başıma göylərin daşı.
    6-cI QADIN: - Sən başdan-ayağa məkr, hiyləsən
    Əsl həqiqəti mənə söylə sən:
    Nə üçün atmısan öz arvadını -
    Bir zaman sevdiyin gözəl qadını?..

    Xalid gəlir, diqqətlə 6-cı Qadını və Qəribi süzür, sonra onlara qoşulub oxuyur.

    XALİD: - Gözəl qadın, inan mənə,
    Mən yalan demərəm sənə.
    Sevinc bizdən aralıdır,
    ürəyimiz yaralıdır.
    Əsiriyik sevgimizin,
    Sürünürük dizin-dizin,
    Geyinərək dəmir çarıq,
    Biz səadət axtarırıq.
    QƏRİB: - Qadınlarla bu dünyada
    Yaşamaq bir müsibətdir.
    Qadınlarsız lap rö’yada
    Yaşamaq da fəlakətdir.
    XALİD: - Qadın sirli bir aləmdir -
    Həm cənnət, həm cəhənnəmdir.
    6-cI QADIN: - Çıxın gedin evinizə,
    Qadın könlü xərabətdir.
    Mənim sözüm budur sizə:
    Ömür özü səadətdir.
    Yaşayın öz ömrünüzü,
    Açıq olsun göyün üzü.
    Vallah, budur sözün düzü:
    Qadınsız ev - fəlakətdir.

    Onlar musiqi sədası altında gedirlər. Az sonra Qərib və Xalid qayıdıb gəlir.
    (Qəriblə Xalidin bu gəlişdəki söhbəti telefon və ya internet əlaqəsi ilə da baş tuta bilər).

    QƏRİB: - Lap başımı itirmişəm.
    XALİD: - Niyə? Nə olub, axı?
    QƏRİB: - Ta bundan artıq nə olacaq ki?.. Görmürsən bunları?..
    XALİD: - Kimi deyirsən?..
    QƏRİB: - Bizi qarabaqara izləyən bu gözəlçələri deyirəm. Hərəsi bir ağlın, bir dərrəkənin sahibidir.
    XALİD: - Bəyəm biz özümüz ağıl dəryasıyıq? Bu da bir əyləncədir, bir məzhəkədir...
    QƏRİB: - Nə əyləncə, nə məzhəkə?.. Yox, ta mən bu cür yaşamaqdan bezmişəm...
    XALİD: - Bəs nə etmək istəyirsən?..
    QƏRİB: - Görüm bu son məktubun müəllifi necə adamdır? Yazı-pozusundan, mühakiməsindən ağıllı, dərrakəli qadına oxşayır. Əgər sir-sifətdən də ürəyimə yatsa, mən onunla ailə quracağam. Ta qəti qərara gəlmişəm...
    XALİD (gülür): - Toy etsən məni də çağır.
    QƏRİB: - Niyə gülürsən? Yoxsa məni dolayırsan?..
    XALİD: - Yox... Niyə ki?... Qərib, bəyəm mən indiyəcən sənə pislik etmişəm? Qəzetdə elanını çap eləmişəm, mənim hesabıma kef çəkirsən...
    QƏRİB: - Yaxşı, yaxşı, boş-boş danışma... Olmaz belə kefdən... (Saata baxır). Bəs bu, niyə gəlib çıxmadı?..
    XALİD: - Əminəm ki, gələcək? Bəlkə o, elə-belə, məzə üçün yazıb sənə o naməni?.. Axı belə qadınlar da olur. Öz təcrübəmdən görmüşəm...
    QƏRİB: - Mən sənə həmin məktubu oxusam, görərsən ki...
    XALİD: - ... görərəm ki, orada hər sətrin arxasında sevən bir qəlbin döyüntüləri eşidilir... Eləmi?
    QƏRİB: - Zarafata salma... Hə, deyəsən, gələn var...

    (Xalid gedir).

    Həzin musiqi. Səma gəlir. Qərib çaşıb özünü itirir.

    SƏMA: - Gözləmirdin, Qərib?..
    QƏRİB: - Yox... Niyə ki?.. Xeyir ola?
    QƏRİB: - Bəs sən xeyir ola...
    SƏMA(diqqət və məzəmmətlə onu süzür): -Qərib, mən səni çox intizarda qoymaq istəmirəm: biləsən ki, sənə o məktubu yazan, görüş təyin edən xanım mənəm...
    QƏRİB: - Nə məktub, nə görüş?..
    SƏMA: - “Ağıllı, subay bir xanım yaraşıqlı bir kişi ilə tanış olmaq istəyir”. Bax, həmin qadın indi sənin qarşındadır.
    QƏRİB: -Deməli, belə… Deyirsən, yəni tanış olaq?
    SƏMA: Qoy sən deyən olsun.

    Onlar əl-ələ tutuşurlar.

    QƏRİB:- Qərib.
    SƏMA:- Səma... (Gülür) Ay kişi, axtardığını tapa bildinmi?
    QƏRİB:- Mən nəyi axtarırdım ki?
    SƏMA:- Nəyi yox, kimi. Qərib, sənin bu günlərdə nə işlə məşğul olduğun mənə məlumdur.
    QƏRİB: - Sən hansı işi deyirsən?
    SƏMA:- Sənin axtarışlarını...
    QƏRİB: - Mən hər gün səni axtarırdım.
    SƏMA:- Tapa bildin məni?
    QƏRİB: - Axır ki, tapdım. Ta məni itirmə bundan sonra.
    SƏMA: - Kişilərin qırmızı kitaba düşmək qorxusu var. Gərək qadınlar bunu nəzərə alsınlar... Gərək innən belə Qəribi göz bəbəyi kimi qoruyaq... Gözmuncuğu kimi asaq yaxamızdan.
    QƏRİB: Sən zarafat edirsən? Bəli, həqiqətən qorumaq lazımdır kişiləri.

    Səma və Qərib qəhqəhə çəkib gülür. (İştirakçıların hamısının iştirak edəcəyi təqdirdə bütün heyət səhnənin önünə gəlir). Musiqi.

    PƏRDƏ

    SON






















    Çardaqda zirzəmi
    (İki hissəli absurd dram)



    Birinci hissə

    Əyalət mehmanxanasının ikinci qatı. Eyvan. Birinci qatda (aşağıda) divarlara müxtəlif şəkillər, mənzərələr, habelə kino və musiqi ulduzlarının portretləri yapışdırılıb. Yüngül musiqi. Araz və Zara eyvanda. Arazın əlində əsa var. Hər ikisi ayaq üstə. Elə əsərin əsas personajları da onlardır:

    ARAZ (“ALİM”“)
    ZARA (“MİLA”“)

    ZARA. Bağışlayın... Siz buraya hər il gəlirsiniz?
    ARAZ. Buraya? Bu əyalət mehmanxanasını deyirsiniz?
    ZARA. Mehmanxana nədir? Mən bu bu qəsəbəni deyirəm... Siz burada hər il olursunuz?
    ARAZ. Hə... Hər il... Bəs siz?.. Siz necə?
    ZARA. Mən də hər il gəlirəm.
    ARAZ. Mən adətən hər ilin bu ayında oluram bu yerlərdə...
    ZARA. Elə mən də... Özü də həmişə bu ayın əvvəlində...
    ARAZ. Lap dəqiq desəm, mən buraya ayın birində gəlirəm...
    ZARA. Mən də ayın birində...
    ARAZ. Nəsə mən sizi burada görməmişəm...
    ZARA. Mən də indiyəcən sizinlə rastlaşmamışam.
    ARAZ. Işə bir baxın...
    ZARA. Mən hər il bu yerlərə gələndə, bax bu eyvanda dayanıb uzun-uzadı o dağları seyr edirəm...
    ARAZ. Mənsə burada dayanıb o meşəyə tamaşa etməyi xoşlayıram.
    ZARA. Yəqin elə buna görə bir-birimizi görməmişik.
    ARAZ. Nəyə görə?
    ZARA. Sən o tərəfə - meşəyə, mən isə bu tərəfə - dağlara sarı baxdığıma görə.
    ARAZ. Hə. Görünür elədir... Tamam əks istiqamətlərə baxmışıq. Yəqin siz düz buyurursuz...
    ZARA. Bu ayın biri mənim ölüb təzədən dirilən günümdür.
    ARAZ. Bu ayın biri mənim də ölüb təzədən dirilən günümdür.
    ZARA. Amma mən onu birdəfəlik itirdim.
    ARAZ. Mən də onu birdəfəlik itirdim.
    ZARA. Siz kimi itirmisiz?
    ARAZ. Bəs siz kimi itirmisiz?
    ZARA. Mən ərimi itirdim o gün.
    ARAZ. Mən isə həmin gün arvadımı itirmişəm.
    ZARA. Bir işə bax...
    ARAZ. İşə bax bir...
    ZARA. Sizin arvadınızın adı nə idi?..
    ARAZ. Mənim arvadımın adı... Hə... Onun adı Zara idi. Bəs sizin ərinizin adı nə idi?
    ZARA. Məni ərimin adı... Araz idi onun adı...
    ARAZ. Bəs sizin adınız nədir?
    ZARA. Mənim adım Zaradır. Bəs sizin adınız?
    ARAZ. Mənim adım Arazdır.
    ZARA. Qəribədir.
    ARAZ. Hə, çox qəribədir...
    ZARA. Mən onu çox sevirdim. Öz ərimi deyirəm.
    ARAZ. Mən də onu çox sevirdim. Öz arvadımı deyirəm.
    ZARA. Sizin arvadınız harada dəfn olunub?..
    ARAZ. Orada, o meşənin ətəyində. Bəs sizin əriniz?
    ZARA. Mənim ərim orada, o dağın ətəyində dəfn olunub.
    ARAZ. Siz heç öz ərinizin qəbrini ziyarət etmisiz?
    ZARA. Mən yox. Bəs siz?..
    ARAZ. Mən elə buradan baxıram.
    ZARA. Elə mən də... Mən burada dayanıb onunla söhbət edirəm.
    ARAZ. Mən də... Mən də buraya gələndə Zara ilə elə buradaca danışıram.
    ZARA. Mən öz Arazımı oxşayıram.
    ARAZ. Mən öz Zaramı əzizləyirəm...
    ZARA. Mən onu bağrıma basıram.
    ARAZ. Mən onu öpürəm...
    ZARA. Mən son günəcən onu dəlicəsinə sevmişəm.
    ARAZ. Mən onu itirəndən sonra... Mən çox şeyi unutmaq istəyirəm...
    ZARA. Elə mən də... Amma nə edəsən ki, insan adətən unutmaq istədiklərini unuda bilmir...
    ARAZ. Məndə də bu cürdür. Unutmaq istədiyim axmaq şeylər yaddaşımdan yapışıb qopmaq istəmir ki, istəmir.
    ZARA. Axmaq şeylər də axmaq adamlar kimidir... Unudulmur...
    ARAZ. Ta demə... Axmaq adamlar da elə o axmaq xatirələr kimi bir şeydir, qır-saqqız olub əl çəkmir adamdan...
    ZARA. Arvadınız haqqında xatirələr sizdən əl çəkmir, hə?
    ARAZ. Əriniz haqqında xatirələrsə yəqin sizdən əl çəkmir?..
    ZARA. Amma siz öz arvadınızı sevmisiz... O xatirələr yəqin ki, “axmaq adamalara”bənzəməz.
    ARAZ. Amma siz də öz ərinizi sevmisiz... Yəqin ki, burada “qır-saqqızlıq” bir şey yoxdur.
    ARAZ. Bəs siz necə? Öz arvadınızı sevirsiniz?
    ZARA. İndi? Indi dəqiq bir söz deməyə çətinlik çəkirəm.
    ARAZ. Mən də...
    ZARA. Nə “mən də”?
    ARAZ. Mən də nəsə deməyə çətinlik çəkirəm.
    ZARA. Qəribədir... Çox qəribədir...
    ARAZ. Amma hər il həyatımın bir gününü ona həsr edirəm. Öz iş-gücümü, ev-eşiyimi atıb buraya gəlirəm.
    ZARA. Elə mən də buraya, məxsusi olaraq onu xatırlamağa gəlirəm.
    ARAZ. Deməli, sizin əriniz xoşbəxt kişi olub...
    ZARA. Deməli, sizin arvadınız da xoşbəxt qadın olub.
    ARAZ. Bəs siz özünüz necə, xoşbəxtsinizmi?
    ZARA. Siz hansı xoşbəxtlikdən danışırsız? Ümumiyyətlə, mən özümü nə xoşbəxt adam sayıram, nə də ki, bədbəxt...
    ARAZ. Elə mən də...
    ZARA. Mən həyatımın yalnız ayrı-ayrı fraqmentlərində xoşbəxt olmuşam.
    ARAZ. Mən də... Elə ayrı-ayrı fraqmentlərdə də özümü bədbəxt hesab etmişəm.
    ZARA. Təkcə axmaqların özünü tam xoşbəxt hesab etmək haqqı var.
    ARAZ. Elə özünü tam bədbəxt hesab etmək haqqı da təkcə axmaqlara məxsusdur.
    ZARA. Bilirsiz, mən insan həyatını bu ikimərtəbəli mehmanxanaya bənzədirəm.
    ARAZ. Mehmanxanaya? Qəribə müqayisədir.
    ZARA. Qəribə olsa da bu, belədir. Bizim də həyatımızın alt və üst qatları var. Elə deyilmi?
    ARAZ (gülür.) Biz hələlik üst qatdayıq.
    ZARA. Hamı üst qatdadır. Əlbəttə, mən sağları deyirəm...
    ARAZ. Şübhəsiz ki, bu, belədir. Ölülər alt qatda olur.
    ZARA. Yox, mən ölüləri nəzərdə tutmuram. Alt qat deyəndə mən... Bilmirəm fikrimi necə izah edim... Alt qatda bizim bir tərəfimiz gizlənib.
    ARAZ. Bir tərəfimiz... O, hansı tərəfdir elə? Sirr deyilsə deyin...
    ZARA. O tərəfi bizim özümüzdən başqa heç kəs görmür.
    ARAZ. Yəqin ki, siz haqlısız. Sizə bir şey deyim... Elə bizim qaldığımız bu mehmanxananın da birinci qatı siz deyən kimidir.
    ZARA. Necə yəni, “siz deyə kimidir”“?
    ARAZ. Mən neçə ildir buraya gəlib-gedirəm, hələ indiyəcən birinci mərtəbdə yaşayan görməmişəm. Inzibatçılar, xidmətçilər, süpürgəçilər... bir sözlə, bütün heyət odur ey orada, mehmanxananın həyətindəki o tikilidə qalır. Bilmirəm bu birinci qatı nə üçün tikiblər burada? Elə birbaşa ikinci qatı tikmək olardı...
    ZARA. Birinci qatsız ikinci qat olur bəyəm?
    ARAZ. Hə, burası doğrudur... Amma ikinci qatı dirəklərin üstə də tikmək olardı axı...
    ZARA. Birinci qat həmişə ikinci qatın əzabını çəkmək üçün tikilir.
    ARAZ. Əksinə də ola bilər...
    ZARA. Əlbəttə, hər şey ola bilər... Mən get-gedə heyrətə gəlirəm... Daha doğrusu, heç nəyə heyrət etmirəm... Bir fikir verin: birinci mərtəbədəki otaqların heç birinin qapısı yoxdur. Heç, qapısız da otaq olar?
    ARAZ. Amma həmin otaqların pəncərələri var.
    ZARA. Nə olsun ki?.. Adamlar o otaqlara pəncərələrdən girəsi deyillər ki... Bilmirəm o otaqlara başqa yerdən giriş var, ya yox?
    ARAZ. Niyə olmur ki? Məsələn, aşağıdan - otağın altından giriş ola bilər...
    ZARA. Yox bir, bəlkə yuxarıdan-tavandan giriş olsun... Bu necə, ola bilər?
    ARAZ. Ola bilər... O da ola bilər. Yoxsa mənə inanmırsız?
    ZARA. Nəyə inanım? Tavandan, ya da ki, döşəmədən qonşu otağa açılan qapıya... Ha-ha-ha... Belə şeyləri normal ağıl qəbul edə bilməz.
    ARAZ. “Normal ağıl”... Nədənsə hər kəs təkcə öz ağlını normal hesab edir. Elə dəlilər də... Əslində isə kiminsə ağlının normal olmasına inamı bizə daha çox məhz həmin mövcud ağıl sahibinin hər şeyi olduğu kimi qəbul etməsi təlqin edir.
    ZARA. Çox mürəkkəb danışırsız...
    ARAZ. Burada mürəkkəb olan nədir ki? Məsələn, biz adətən hər şeyi illər uzunu gördüyümüz kimi qəbul edib məqbul sayırıq. Bu cəhətdən bizi ənənəyə bağlı insan hesab etmək olar. Onlar isə çoxlarının eyni cür gördüyü bir şeyi başqa cür qəbul edirlər. Onlar...
    ZARA. “Onlar?“ “Onlar” kimdir elə?
    ARAZ. “Onlar”, yəni ağlı normadan kənara çıxanlar... Məsələn, biz, deyək ki, otağa girişi yalnız yan divarlarda təsəvvür edirik. Onlar isə giriş qapılarını siz deyən kimi, tavanda və yaxud döşəmədə axtara bilərlər.
    ZARA. Mən də tavanda və ya döşəmədə qapı axtarıram. Bəlkə mənim də ağlım normadan kənara çıxıb, hə?
    ARAZ. Siz niyə hirslənirsiz axı?
    ZARA. Kim? Mən? Hirslənirəm? Mən haçan hirsləndim ki?
    ARAZ. Düzü, arabir mən özüm də hirslənirəm. Özü də boş yerə.
    ZARA. Ha-ha-ha...
    ARAZ. Siz niyə gülürsüz?
    ZARA. Hər halda sizə gülmürəm.
    ARAZ. Arabir mən özüm də, öz-özümə gülürəm.
    ZARA. “Özü də boş yerə”... Hə? Düz deyirəm?
    ARAZ. Sizdə də belə şeylər olur?
    ZARA. Xeyr! Sizdə olanlar məndə olmur.
    ARAZ. Şübhəsiz... Dünyada iki eyni şey ola bilməz ki... (Pauza.) Ehhh... Oynaqlarım sızıldamağa başlayır.
    ZARA. Yəqin hirsdəndir-əsəbdəndir...
    ARAZ. Yox...
    ZARA. Bəs nədəndir?
    ARAZ. Nə?
    ZARA. Oynaqlarınızdakı sızıltı...
    ARAZ. Deyə bilmərəm... Deyəsən, yağış yağacaq.
    ZARA. Yağışın yağması pisdir bəyəm?
    ARAZ. Kim deyir ki, yağışın yağması pisdir?
    ZARA. Indi özünüz dediniz ki...
    ARAZ. Mən nə vaxt dedim ki, yağışın yağması pisdir? Dedim ki, oynaqlarım sızıldayır. (Pauza.) Bəlkə də bu sızıltıya yağışın dəxli var, nə bilim? Çünki adətən bu sızıltılar yağışdan əvvəl başlayır, sonra isə yağış yağır... Sonra bu sızıltılar lap artır.
    ZARA. Deyəsən, adam yaşlaşanda göylə əlaqəsi artır...
    ARAZ. Göylə? (Əlini yuxarı uzadır). Nə əlaqə?..
    ZARA. Çünki hava haqqında ən dəqiq məlumatı qocalar verir.
    ARAZ. Eh, siz də...Hansı “əlaqədən” danışırsınız?.. Yox bir siz bəlkə sevirsiz yağışı?
    ZARA. Bəli mən yağışı çox xoşlayıram. (Pauza.) Bir təsəvvür edin: hava qaralır. (Gözlərini yumur.) Göydə buludlar toqquşur: şaraq-şaraq... (Əllərini bir-birinə vurur.) Sonra şıdırğı yağış başlayır: şır-r-r... Mənsə pəncərənin qarşısında dayanıb tutqun göyə, selləmə yağışa, çaxan şimşəyə baxıram. Necə də gözəldir...

    Zara pəncərəyə yaxınlaşır. Ildırım çaxır, yağış yağır. Qadın dəlicəsinə gülür.

    ARAZ. Deyəsən elə sizin özünüzün göylə əlaqəniz var. Bu da sizin sevdiyiniz yağış, istədiyiniz şimşək... Mənimsə sümüklərim sızıldayır... Soyuqdur. Keçin öz otağınıza.

    Işıqlar yanıb-sönür.

    ZARA. Hansı otağa keçim? (Həyəcanla.) Otaq hanı?..
    ARAZ. Necə yəni hansı otağa? Öz nömrənizə keçin.
    ZARA. Mən tapa bilmirəm öz otağımın qapısını...
    ARAZ. Sizin otaq o tərəfdədir... Düz gedin, sonra sağa tərəf dönün... Mən isə bu tərəfdə qalıram... Sol tərəfdə... Qapını tapa bildiniz? Bıy... Mənim də qapım görünmür! Bu qapını kim örtüb?..
    ZARA. Mənim qapım niyə qapanıb?
    ARAZ. Heç elə bil burada yerli-dibli qapı olmayıb.
    ZARA. Qapının əvəzində sal divar bitib...
    ARAZ. Bəs biz nə edək?
    ZARA. Bəs biz nə edək?
    ARAZ. Bəs mən nə edim?
    ZARA. Bəs mən nə edim?
    ARAZ. Yağış da bu yandan...
    ZARA. Ta demə... Hələ şimşək... Ildırım çaxır...
    ARAZ. Onları siz çağırdınız?
    ZARA. Kimi? Nəyi?..
    ARAZ. Yağışı, şimşəyi...
    ZARA. Xeyr... Sizin sümükləriniz, oynaqlarınız çağırdı o yağışı, o şimşəyi...
    ARAZ. Yağışın mənim sümüklərimə heç bir dəxli yoxdur...
    ZARA. Hər halda sümüklərinizin sızıltısına dəxli var.
    ARAZ. Onun buna dəxli var, amma bunun ona dəxli yoxdur... Yaxşı, bəs bu lənətə gəlmiş qapı hayana getdi?
    ZARA. Elə mən də onu axtarıram...
    ARAZ. Bir ora baxın!..
    ZARA. A-a-a... Bu nədir?.. Eyvanın altında işıq yanır...
    ARAZ. Deyəsən buradan oraya yol da var.
    ZARA. Haraya?..
    ARAZ. Aşağıya...
    ZARA. Hə, odur pilləkən də görünür...
    ARAZ. Hanı? Hə... Amma pilləkən gedib döşəməyə çatmır.
    ZARA. Doğrudan da... Pilləkənin ucu havadan asılı qalıb. Belə də iş olar? Bəlkə siz düşüb yoxlayasız... Hər halda kişi xeylağısız...
    ARAZ. Mənim ayaqlarım sızıldayır...
    ZARA. Mənimsə hər yerim...
    ARAZ. ... sızıldayır, hə?
    ZARA. ... hə də, sızıldayır...
    ARAZ. Deyəsən, zəlzələ baş verib...
    ZARA. Yox... Zəlzələ olsa bina çökər ki...
    ARAZ. Bəs onda mən niyə təpəsi üstə dururam?
    ZARA. Yox, siz ayaq üstəsiniz.
    ARAZ. Sizə elə gəlir. Elə siz də başı üstəsiniz... Biz hər ikimiz...
    ZARA. Deyəsən, mən həqiqətən başı üstəyəm. Bir ayaqlarıma baxın, göydədir...
    ARAZ. Mənimki də yuxarıdadır.
    ZARA. Qapı açılır.
    ARAZ. Hanı?..
    ZARA. Buyur, burada... Burada qapı var.
    ARAZ. Bu? Hə?.. Burada? Bu, qapıdır bəyəm?
    ZARA. Hə, qapıdır.
    ARAZ. Qapı uzaqlaşdı...
    ZARA. A-a-a... Doğrudan da... Bu nə işdir? Eyvan havadan asıla qalıb.
    ARAZ. Doğrudan da... Elədir...
    ZARA. Bəs indi biz nə edək?
    ARAZ. Irəliyə tullanmaq lazımdır.
    ZARA. Yox, mən oraya atıla bilmərəm...
    ARAZ. Gözünüzü yumun, atlanın: hopp.
    ZARA. Yox, mən quş-zad deyiləm ki, havada uçam.
    ARAZ. Onda əvvəlcə mən “uçum”“. Sonra siz...
    ZARA. Hə... Yox... Yerə yıxılarsız.
    ARAZ. Buradan yer görünmür...
    ZARA. Elədir, təkcə göyün üzü görünür.
    ARAZ. Hoppp... Mən atlandım... Qorxmayın, siz də hoppanın... hoppp...
    ZARA. Onda geri çəkilin... Bir az da... Hə bax, belə... Hoppp... Ufff... Ayağım burxuldu deyəsən...
    ARAZ. Heç nə olmaz. Bura yumşaqdır...
    ZARA. Soyuqdur...
    ARAZ. Hə... Soyuqdur...
    ZARA. Qapı yenə görünmür...
    ARAZ. Bu yandan da yağış... Amma pilləkən görünür...
    ZARA. Hə... Görünür...
    ARAZ. Bircə yağış kəsəydi...
    ZARA. Belə getsə sizi ildırım vuracaq. Axı, sizin sümüyünüzün sızıltısı yağışı, şimşəyi özünə çəkir.
    ARAZ. Yox... Mənim sümüyüm ildırımötürəndir. Yaxşısı budur, siz özünüzdən muğayat olun. Keçin içəri...
    ZARA. Haraya? Necə? Yarımçıq pilləkənlə?..
    ARAZ. İndi pilləkən yuxarıya doğru qalxır.
    ZARA. Hə, doğrudan da... A-a-a... Niyə belə oldu görəsən?..
    ARAZ. Çünki biz təpəsi üstəyik. Amma siz içəri keçə bilərsiz... Hə, bax buraya... Bir baxın... Görürsüz?
    ZARA. Siz dəli olmusuz? Bu, qapı deyil axı.
    ARAZ. Xeyr, bu, çardaqdır. Amma içəridə darısqallıqdır. Eybi yoxdur, orada lap elə iki adam da rahatca dincələ bilər.
    ZARA. Vallah, siz ağlınızı itirirsiniz deyəsən! Bax, qapı buradadır. Içəri buyurun... Xəstə adamsız, soyuqlayıb... ölər... e-e-e, zökəm ola bilərsiz.
    ARAZ. Orada işıqlar közərir. Əslində ora otaq yox, alaqaranlıq çardaqdır...
    ZARA. Qəribədir... Həqiqətən, ora çardaqdır... Zirzəmidə çardağa bax... Yox ey, çardaqda zirzəmiyə bax...
    ARAZ. Hər halda yağışdan qorunarıq...
    ZARA. Sizi ildırım vura bilər... Keçin... Keçin bu tərəfə... Bax, buraya...
    ARAZ. Siz də buyurun... Hə, bax buraya... Buraya... Bu qapı nə yaman ensizdir. Bu tuneldir, nədir?
    ZARA. Sürünə-sürünə keçin...
    ARAZ. Axı, mən təpəsi üstəyəm...
    ZARA. Nə olsun ki? Indi yerə uzanın, üzüüstə...
    ARAZ. Siz də uzanın... Uzandınız?
    ZARA. Hə, uzandım...
    ARAZ. İldırım çaxır...
    ZARA. Eybi yoxdur... Siz də uzandınız?
    ARAZ. Hə... Qapını göstərin mənə... Qaranlıqdır...

    Onlar yerə yıxılıb sürünə-sürünə, iməkləyə-iməkləyə irəliyə - boşluğa doğru hərəkət edirlər. Işıqlar yanıb-sönür.

    ZARA. Bu, qapıdır? Qapı buradadır...
    ARAZ. Hə, siz də keçin... Keçə bilirsiz?..
    ZARA. Görüm birtəhər keçə bilirəm, ya yox...
    ARAZ. Ensizdir, dardır... Elə bil kimsə məni öz bətninə doğru çəkir...
    ZARA. Məni isə, elə bil ki, kimsə öz bətnindən kənara itələyir. Bəlkə mən təzədən doğuluram?
    ARAZ. Mən isə, əksinə, sanki zülmətə düşürəm. Bəlkə doğrudan da geriyə - ana bətninə qayıdıram.
    ZARA. İşıq get-gedə artır... Mən birtəhər keçə bildim.
    ARAZ. Mən də keçdim. Amma sizi görmürəm.
    ZARA. Haradan görməlisiniz? O tərəf qaranlıqdır, bu tərəfsə işıq.
    ARAZ. Elə bil ki, bizi arakəsmə ayırır.
    ZARA. Hə, nəsə elə bir şeydir... Ta yağış yağmır.
    ARAZ. Ta ildırım çaxmır...
    ZARA. Sakitlikdir.
    ARAZ. Hə... Sakitlikdir.
    ZARA. S-s-s...
    ARAZ. S-s-s...
    ZARA. Sss...
    ARAZ. Sss...
    ZARA. S...
    ARAZ. S...
    ZARA. Görəsən, biz aşağı enmişik, yoxsa yuxarı qalxmışıq?
    ARAZ. Xeyr... Bura nə aşağıdır, nə də yuxarı.
    ZARA. Bəs onda haradır bura?
    ARAZ. Bura... Bura əslində həm aşağıdır, həm də yuxarı. Yəni bura həm çardaqdır, həm də zirzəmi...
    ZARA. Hər yerdə və heç yerdə olan təkcə Allahdır... Biz isə yəqin ki, nəinki Allahıq, heç onun uzaq qohumu da deyilik.
    ARAZ. Qohumu olmasaq da, onunla yaxın qonşuyuq.
    ZARA. Haradan bilirsiz?
    ARAZ. Bunu bilməyə nə var ki? Axı, hər halda biz onunla bir dünyada yaşayırıq.
    ZARA. Ola bilməz.
    ARAZ. Nə?
    ZARA. Siz deyənlər!
    ARAZ. Nə üçün?
    ZARA. Çünki Allahın öz dünyası var. O, insanlar arasında, onlarla qonşuluqda ola bilməz! O, bizidən çox uzaqdır. O, insanlara nifrət edir.
    ARAZ. Eh, rəhmətliyin qızı, ona qalmış indiki zamanda hamı hamıdan uzaqdır, hamı hamıya nifrət edir.
    ZARA. Amma bu dünyada bir-birinə yaxın olanlar, birlikdə nifrətsiz yaşayanlar da var.
    ARAZ. Onlar kimdir elə?
    ZARA. Nə? Kim? Nə? Kim? Onlar kimdir? Kimdir o bir-birinə yaxın olanlar? Kimdir o bir-birinə nifrət etməyənlər? Bəyəm indi belələri var ki?
    ARAZ. Hə! Nə? Kim?.. Kimdir, nədir unudulmayan?
    ZARA. Ha-ha-ha! Doğrudan da...
    ARAZ. Ha-ha-ha! Doğrudan...
    ZARA. Ha-ha!
    ARAZ. Ha-ha!
    ZARA. Ha!..
    ARAZ. Ha!..
    ZARA. Ha!..
    ARAZ. Ha...
    ZARA. Ha!
    ARAZ. Ha!
    ZARA. Ha-ha!
    ARAZ. Ha-ha!
    ZARA. Ha-ha-ha!
    ARAZ. Ha-ha-ha!
    ZARA. Ha-ha-ha-haaa...
    ARAZ. Ha-ha-ha-haaa...
    ZARA. Siz niyə gülürsüz?
    ARAZ. Bəs siz?
    ZARA. Mən gülürəm ki, üşüməyim...
    ARAZ. Elə mən də... Soyuqdan donuram...
    ZARA. Bu arakəsmə sizi görməyə mane olur.
    ARAZ. Hə... Indi vurub dağıdaram bu lənətə gəlmiş arakəsməni. Bax belə...
    ZARA. Ha-ha-ha...
    ARAZ. Ha-ha-ha...

    Onların gülüş səsləri əks-səda verir.
    Məkan dəyişir: Hotelin restoranı. Işıqlar yanıb-sönür. Gülüş səslərini coşqun musiqi sədaları əvəz edir. Orkestr çalır. Çalğıçılar görünməsə də müxtəlif musiqi alətləri yerindəcə dingildəşir, az qala rəqs edən adam kimi atılıb-düşür. Havadan asılmış lüstrlər fırlanır, yellənir, qalxıb-enir. Projektorların işıqları sənət “ulduzlarının” divarlara vurulmuş şəkilləri üstündə çarpazlaşır. Hər şey gözqamaşdırıcı, valehedici və başgicəlləndiricidir. Bu mənzərə daha çox karnaval şənliyini xatırladır. Divarlarda, tül pərdə arxasından kölgələr sürünüb keçir. Əksəriyyəti cüt olan (kişi və qadın) bu kölgələrin sahibləri, hiss olunur ki, əl-ələ, qol-qola tutub gəzişirlər. Hətta arabir “qucaqlaşan”, “öpüşən” kölgələr də görünüb, sonra uzaqlaşır. Sağ tərəfdən Araz, sol tərəfdənsə Zara gəlir. Hiss olunur ki, onların gənc çağlarıdır; gələnlər üz-üzə dayanıb diqqətlə bir-birini süzürlər. Onların libası dəyişib. Təbii ki, Araz əlindəki əsanı atıb.

    ARAZ. Zara...
    ZARA. Araz...
    ARAZ. Axı, sən sabah gəlməli idin...
    ZARA. Sən isə sırağagün...
    ARAZ. Mən sırağagündən buradayam.
    ZARA. Bilirəm.
    ARAZ. Nəyi?
    ZARA. Sənin sırağagündən, hətta ondan da xeyli əvvəl gəldiyindən xəbərdaram. Sən artıq bir həftədir ki, buradasan. Halbuki iki gün əvvəl gəlməli idin, elə deyilmi?
    ARAZ. Belə görürəm ki, tez gəlməkdə sənin məqsədin mənim barədə məlumat toplamaqdır. (Gülür). Ha-ha-ha-ha...
    ZARA. Sən isə görünür, bir həftə əvvəl gəlib mənim toplamaq istədiyim məlumatları məhv etmək istəyirsən.
    ARAZ. O, nə məlumatdır elə?
    ZARA. Sən indi özün dedin ki, mən burada sənin barəndə hansısa məlumatları toplayıram.
    ARAZ. Mən zarafat edirəm... Ha-ha-ha...
    ZARA. Amma mən qətiyyən zarafat etmirəm... Həqiqətən, sənin gizli marşrutun barədə məlumat yığıram.
    ARAZ. Mənim hansı marşrutum olub ki?..
    ZARA. Sən ezamiyyətə nə vaxt çıxmısan, Araz?..
    ARAZ. Bəyəm bunu sən özün bilmirsən?
    ZARA. Yaxşı, elə isə deyim: sən düz on gün əvvəl evdən çıxıb demisən ki, ezamiyyətə gedirəm?.. Elə deyilmi?..
    ARAZ. Yoxsa ezamiyyətdə olduğuma inanmırsan?
    ZARA. Sən həqiqətən ezamiyyətdəsən. Mən bunu bilirəm. Hətta, iş yerindən də soruşmuşam.
    ARAZ. Iş yerimdən? Iş yerimdə nə işin var sənin?
    ZARA. Çünki sənin haraya getdiyini dəqiqləşdirmək istəyirdim.
    ARAZ. Dəqiqləşdirə bildin?
    ZARA. Bəli, dəqiqləşdirdim. Sən cəmi-cümlətanı üç gün ezamiyyə yerində olmusan.
    ARAZ. Axı, danışmışdıq ki, mən səni burada - bu xaraba qəsəbədə gözləyim. Elə ona görə də bir az tez gəldim.
    ZARA. Bəs nə üçün bir həftə tez?
    ARAZ. Fikirləşdim ki, tez gedib şəraiti olan bir ev tutum... Müalicə sularına yaxın bir yerdə qalaq... Həkimlə də danışmışam, hər şey yaxşı olacaq. Bu sular çox xeyirlidir. Heç bilirsən buraya gələn nə qədər qadın tezliklə ana olub?..
    ZARA. Mən ana olmaq istəmirəm.
    ARAZ. Bu, lap təzə xəbər oldu ki!
    ZARA. Mən istəmirəm ki, bu dünyaya sənin kimi alçaqdan uşaq gətirəm!
    ARAZ. Mənim alçaqlığımı sən haradan bilirsən?
    ZARA. Sən bir həftədir haradasan?
    ARAZ. Sən mənimlə lap müstəntiq kimi danışırsan, Zara...
    ZARA. Sən hardasan bir həftədir? Mən səndən söz soruşuram...
    ARAZ. Mən sənə izah etdim ki... Mən... Mən...
    ZARA. Elə isə indi mən sənə izah edim: sən düz bir həftə əvvəl ezamiyyətdə olduğun şəhərdən çıxıb bura gəlmisən. Düzdür?
    ARAZ. Biz artıq bu faktı bildik.
    ZARA. Sən bu hoteldə - ikinci qatda otaq tutmusan.
    ARAZ. Bəli... Düzdür. Elədir... Mən... Mən düşünürdüm ki, birdən bu vaxtlar o müalicə sularına yaxın yerdə ev tutmaq mümkün olmaz... Ona görə...
    ZARA. Ona görə bu hoteldə yer tutmusan, hə? Mənə görə?..
    ARAZ. Təbii... Mən... Mən sənə görə...
    ZARA. Ona görə ezamiyyətini burada keçirirsən, hə?
    ARAZ. Axı, bu, məzuniyyət deyil, ezamiyyətdir... Mən dövlət hesabına ezamiyyətə gəlmişəm bura. Başa düş!
    ZARA. Çalışıram ki, başa düşəm.
    ARAZ. Üç-dörd günə ezamiyyət vaxtı qurtarır. Sabah mən qayıdıb gedirəm şəhərə. Elə işə çıxan günü məzuniyyət götürüb təzədən qayıdacağam buraya.
    ZARA. Deməli, sən sabah gedirsən?
    ARAZ. Hə də. Mən sənin üçün ev də danışıb kirayələmişəm. Səni lap elə indi kirayələdiyim evə aparıram. Sakit bir yerdir. Yatıb dincələrsən. Mənsə qayıdıb bir az bazarlıq edərəm.
    ZARA. Kimin üçün?..
    ARAZ. Özümüzçün... Sənin üçün...
    ZARA. Bəs sən gecəni harda qalacaqsan?
    ARAZ. Necə yəni harada? Burada...
    ZARA. Burada, yəni bu hoteldə?
    ARAZ. Hoteldə deyəndə ki... Bu qəsəbədə...
    ZARA. Mən də bu hoteldə qalacağam.
    ARAZ. Niyə ki? Əla şəraiti olan bir ev tutmuşam. Odur ey, bulaq başı, meşə ətəyidir. Indi gedərik.
    ZARA. Mən burada qalacağam... Bu hoteldə. Yəqin ki, sən özün də burada qalmaq istəyirsən.
    ARAZ. Mənə bir yer tapılar. Düzü, mən buranın pulunu əvvəldən ödəmişəm... Istəmirəm ki, xərcim batsın... Ona görə də...
    ZARA. Hə, düz eləyirsən, qənaət yaxşı şeydir. Onda belə edərik: sən gedib qalarsan o kirayələdiyin evdə, mən isə sənin buradakı nömrəndə gecələyərəm. Hə, necədir?
    ARAZ. Mən başa düşmürəm, sənin bu cür söz güləşdirmələrin nə üçündür? “Sən orada qalarsan, mən burada qalaram”...“ Mən orada yataram, sən burada gecələyərsən”. Axı, sən bununla nə demək istəyirsən?
    ZARA. Mən artıq öz sözümü dedim.
    ARAZ. Hansı sözü?
    ZARA. Sən alçaqsan... Bax, bu sözü! Yenə təkrar edim? Sən çox alçaqsan! Sən alçaqların ən alçağısan...
    ARAZ. Bilirsən ki, mən qadın tayfasına əl qaldıran deyiləm, ona görə mənim ünvanıma bu cür - ağzına və ağlına gələn sözləri deyirsən. Bilirsən ki, mən təmkinli, tərbiyəli adamam, ona görə ayaq açıb üstümə yeriyirsən.
    ZARA. Mila hanı?
    ARAZ. Kim?
    ZARA. Alimin arvadı - Mila...
    ARAZ. Alim kimdir?
    ZARA. Alim - sənin dostun... Tanımırsan?
    ARAZ. Alim... Mila... Hə, nə olsun ki?..
    ZARA. O olsun ki, sən düz bir həftədir ki, öz yaxın dostunun arvadı ilə bir yerdəsən...
    ARAZ. Hə.. O da burada ezamiyyətdədir. Bunun mənə nə dəxli?
    ZARA. Sən onunla bir hoteldəsən...
    ARAZ. Bu qəsəbədə cəmi-cümlətanı bir hotel var. Mən harada olmalıyam ki?
    ZARA. Sən onunla bir otaqda qalırsan. Bəlkə deyəsən ki, hotelin cəmi bir otağı var?
    ARAZ. Hoteldəki otaqlardan cəmi biri boşdur.
    ZARA. Sən Mila ilə bir yataqda yatırsan. Bəlkə deyəsən ki, hoteldə ikiyataqlı otaq da yoxdur?
    ARAZ. Yoxdur... Burada ikiçarpayılı otaq yoxdur.
    ZARA. Ona görə də ikiniz bir çarpayıda yatırsız, hə?
    ARAZ. Yox... Elə deyil. O, çarpayıda... Yox, çarpayıda mən yatıram.
    ZARA. O, isə yerdə, hə?..
    ARAZ. Hə... Sən hardan bilirsən bunu?
    ZARA. Nəyi?
    ARAZ. O, həqiqətən, yerdə yatmağı xoşlayır.
    ZARA. O istəyir ki, altı möhkəm yerdə olsun, hə?
    ARAZ. Hə də... Belə çıxır...
    ZARA. Sən isə yumşaq yerdə uzanmağı xoşlayırsan, hə?..
    ARAZ. Onsuz da sən özün bunu yaxşı bilirsən...
    ZARA. Nəyi?
    ARAZ. Mənim yumşaq yerdə yatmağı xoşladığımı... Sən özün bilirsən ki...
    ZARA. Milanın - sənin can-ciyərinin möhkəm yerdə yatmağı xoşladığını da bilirəm, hə?
    ARAZ. Yəqin ki, onu da bilirsən... Axı, sən Milanı yaxşı tanıyırsan.
    ZARA. Hər halda mən onunla bir yataqda yatmamışam...
    ARAZ. Mən də...
    ZARA. Amma o, indi, bax bu dəqiqə sənin yatağında xorna çəkib yatır.
    ARAZ. Ola bilər... O, yəqin ki, gecələr döşəmənin üstə - möhkəm yerdə, gündüzlərsə çarpayıda - yumşaq yerdə yatmağı xoşlayır.
    ZARA. Bəs sən necə?..
    ARAZ. Mən? Necə yəni mən “necə”?
    ZARA. Sən isə görünür, gündüzlər bərk yerdə yatmağı xoşlayırsan.
    ARAZ. Yox... Sən özün bilirsən ki, mən həmişə rahat, yumşaq yerdə yatmağı xoşlayıram.
    ZARA. Deməli, həmişə rahat yer axtarırsan.
    ARAZ. Rahat yer deyəndə ki... Bilirsən nə var, Zara, əzizim? Ən əsas məsələ odur ki, insanın içi rahat olsun. Yəni qəlbən...
    ZARA. Yəqin ki, bu cəhətdən sən rahatsan.
    ARAZ. Şübhən olmasın. Sən ürəyindən o qara-qura fikirləri çıxar at bir tərəfə. Mən öz ailəmə, öz evimə, öz işimə, öz dostlarıma sadiq adamam. Başqaları bilməsə də, sən ki, bunları yaxşı bilirsən, Zara...
    ZARA. Nəyi? Sənin alçaqlığını? Hə? Bunu bilirdim. Amma ölçüsünü, dərəcəsin bilmirdim...
    ARAZ. Nəyin?
    ZARA. Sənin əclaflığının...
    ARAZ. Sən mənim təmkinli olmağımdan sui-istifadə edirsən, Zara. Axı kimə lazımdır bu səs-küy, bu isterika? Dünya qopmayıb ki?.. Nə olub axı?
    ZARA. Mən heyrət edirəm, vallah...
    ARAZ. Nəyə?..
    ZARA. Sən öz dostunun arvadını yoldan çıxarmısan, xəyanət etmisən... “Bərk yerdən”, “yumşaq yerdən” danışırsan... Hələ üstəlik öz ailənə, öz dostlarına sədaqətdən dəm vurursan. Özü də utanmadan, qızarmadan!
    ARAZ. Yaxşı, tutaq ki, utandım, qızardım... Sonra?
    ZARA. Sən necə günah işlətdiyini dərk etmək istəmirsən...
    ARAZ. Tutaq ki, dərk etdim... Sonra? Sonrası nə olsun?
    ZARA. Heç olmasa təqsirini, xəyanətini etiraf et.
    ARAZ. Tutaq ki, etiraf etdim... Sonra?
    ZARA. Sənin hər cür sifətin varmış, Araz...
    ARAZ. Olsun... Sonra...
    ZARA. “Sonra”... “Sonra”... Mən özümü qoyuram bir kənara. Mən yoxam... Bəs Mila? O nə etməlidir? O, Alimə nə deməlidir?..
    ARAZ. Nə deməlidir? (Pauza.) Məsələn, sən Milanın yerinə olsaydın nə deyərdin öz ərinə?.. Və yaxud nə edərdin? O da elə o cür...

    Musiqi. Onlar əl-qolla nəsə danışırlar. Musiqi qəfildən susur.

    ZARA. Bəs Alimin yerinə sən özün olsaydın nə edərdin?
    ARAZ. “Nə edərdin?..” Mən nə edərdim?.. Nə edərdim ki? Yəqin ki, nəsə edərdim...
    ZARA. Öz arvadına nə deyərdin?
    ARAZ. Sənə?
    ZARA. Mənə niyə? Öz arvadına - Milaya...
    ARAZ. Hə... Milaya... Hə də... Mən Alim olanda şübhəsiz ki, arvadım da Mila olmalıdır.
    ZARA. Sən onunla necə rəftar edərdin?
    ARAZ. Mila ilə?.. Mən Alim olsaydım... Alimin yerinə mən olsaydım. Mən arvadım Milanın xəyanət etdiyini bilsəydim nə edərdim? Bəs belə olan halda sən Milanın yerinə özün olsaydın nə edərdin?
    ZARA. Mən? Mən nə etməliydim?..
    ARAZ. Hə də, sən... Sən öz ərinlə nə cür rəftar edərdin?
    ZARA. Mən Milanın yerinə olsaydım hər şeyi etiraf edərdim.
    ARAZ. Nəyi - hər şeyi?..
    ZARA. Yad kişi ilə münasibətimi... Bəs sən? Sən nə edərdin? Niyə susursan, Araz? E-e-e... Alim...
    ARAZ. Mən isə deyərdim ki, Mila, mən sənin xəyanətini heç cür bağışlaya bilmərəm. Zara, etiraf edim ki, mən Araz kimi nə qədər yumşaq olsam da, Alim kimi amansız olardım... Bilirsən niyə? Özün bilirsən ki, mən Alimi yaxşı tanıyıram. O, zahirən nə qədər şən, deyib-gülən olsa da, əslində öz arvadına qarşı qəddar, hətta deyərdim ki, sadist bir adamdır. Yəqin ki, o, öz arvadının xəyanətini eşidib az qala dəli olardı.
    ZARA. Alimi mən də pis tanımıram... O, həqiqətən ailədə çox sərt adamdır. Yoxsa sənin kimi... Nə sərtliyin bilinir, nə də mərdliyin... Nə ətsən, nə də balıq...
    ARAZ. Mənim kimi kişiləri gündüz çıraqla axtarsalar tapa bilməzlər... Mən təmkinli, ağıllı, ləyaqətli, sakit... Qadınlar belə kişilər üçün sinoy gedirlər. Təkcə sən mənim qədrimi bilmirsən...
    ZARA. “Sakit”… “Təmkinli”... Tüpürüm sənin təmkininə. Kişinin evdə zəhmi, ailədə prinsipiallığı olmalıdır...
    ARAZ. Alim kimi... Hə?...
    ZARA. Bəli! Qoy lap olsun Alim kimi...
    ARAZ. Ha-ha-ha... Alim kimi “kişi”...
    ZARA. Bəli! Alim kimi kişi...
    ARAZ. Bəlkə onda sən də Mila kimi qadın olaydın?..
    ZARA. Nədir, indi Milanı da ələ salırsan?..
    ARAZ. Yox. Qətiyyən. Mila yaxşı qadındır...
    ZARA. Bəs Alim pis kişidir? Niyə qorxursan, Araz?..
    ARAZ. Mən?
    ZARA. Niyə suala cavab vermirsən? Sən Alim olsaydın...
    ARAZ. Sən isə Mila olsaydın...
    ZARA. Mən sənə dedim ki, əgər Mila olsaydım, hər şeyi etiraf edərdim. Bəs sən?..
    ARAZ. Mən də sənə dedim ki, Alimin yerinə olsaydım və arvadım xəyanət etsəydi, mən bunu qətiyyən bağışlaya bilməzdim. Əlbəttə, əgər xəyanət etsəydi...
    ZARA. Bunu bildik... Bağışlaya bilməzdin... Sonra?
    ARAZ. Sonra? Ta nə “sonra”?
    ZARA. Yəqin ki, Milaya tüpürüb, evdən çıxıb gedərdin, hə?
    ARAZ. Evdən gedərdim? Mən? Alim olsaydım?
    ZARA. Hə, Alim olsaydın...
    ARAZ. Əgər Alim olsaydım... Əgər ortada xəyanət məsələsi olsaydı... Onda... O vaxt mən çox amansız bir qərar çıxarardım.
    ZARA. Necə? Ha-ha-ha... O, necə “qərar”olardı? De, biz də bilək. De, Alimçik”. Nə edərdin, hə?..
    ARAZ. Mila-a-a...

    Alimin səsi guruldayır, əks-səda verir. Araz və Zara səhnənin dərinliyinə gedirlər. Orkestr çalır. Çalğıçılar görünmür, amma musiqi alətləri rəqs edən adamlar kimi atılıb-düşür. lüstrlər fırlanır. Projektorların işıqları divarlara vurulmuş şəkillərin üstündə çarpazlaşır. Araz və Zara qaranlıqda əl-qol ata-ata danışırlar. Dirvarlarda tül pərdə arxasından rəqs edən kölgələr sürünüb keçir.

    Pərdə






    İkinci hissə

    Birinci hissənin finalındakı məkan. Əyalət hotelinin restoranı. Səhnənin kənarında üstü içki şüşələri və meyvə vazları ilə bəzənmiş stol. Araz və Zara iti addımlarla səhnənin önünə gəlirlər. Bu səhnədə artıq onlar başqa ampluada çıxış edirlər: Araz öz “ifasında” əsasən Alimi, Zara isə Milanı təqlid edir - “oynayır”. (Əslində Araz həm də “Araz”ı, Mila da “Mila”nı oynayır). Indi onların hərəkət və jestləri dəyişib, danışıq tempi sürətlənib.

    ARAZ. Mila!.. (Onun səsi əks-səda verir.) Mila... Mən səni heç cür bağışlaya bilmərəm, Mila!
    ZARA. Sən deyəsən həqiqətən özünü Alimin yerində təsəvvür edirsən, Araz?
    ARAZ. Sən özün soruşmursan ki, mən özümü Alimin yerində necə təsəvvür edərdim? Mən isə sənə deyirəm, yəqin ki, o vaxt çox amansız qərar çıxarardım.
    ZARA. O, necə “qərar” olardı? De, biz də bilək, Araz, e-e-e... Alimçik...
    ARAZ. O vaxt mən sənin... Mən səninlə... Offf...
    ZARA. Elə mən də sənin... Mən də səninlə...
    ARAZ. O vaxt mən əvvəlcə sadəcə olaraq soruşardım: Mila, əzizim, Miliçka, de görüm, Araz kimdir?
    “ZARA”. Araz? Mən də eyni tonla soruşardım: necə yəni Araz kimdir?.. Bəyəm sən özün Arazı tanımırsan? Məncə, o sənin dostundur...
    “ARAZ”. Bəs sənin nəyindir?
    “ZARA”. Mənim? Mənimsə iş yoldaşımdır...
    “ARAZ”. Bəs sən buraya, bu qəsəbəyə nə üçün gəlmisən, Mila?
    “ZARA”. Mən? Bəyəm sən özün bilmirsən ki, mən nə üçün gəlmişəm? Mən mədən sularının tədqiqi ilə məşğulam...
    “ARAZ”. Amma sən burada başqa şeylərin tədqiqi ilə məşğul olursan...
    “ZARA”. Alimçik, unutma ki, sən öz arvadınla danışırsan...
    “ARAZ”. Unutma ki, sən də öz ərinlə danışırsan...
    “ZARA”. Olsun... Mən öz ərimə həmişə sədaqətli olmuşam.
    “ARAZ”. Sən? “Ər”? Heç utanıb-qızarırsan? “Sədaqət”?..
    “ZARA”. Hər şeydən əvvəl, unutma ki, sən qadınla danışırsan, Alim!
    “ARAZ”. Sonra?
    “ZARA”. Sonra? Nə “sonra”?
    “ARAZ”. Qancıq!
    “ZARA”. Nə?.. Sən mənə deyirsən bu sözü?..
    “ARAZ”. Məncə, burada səndən başqa qancıq yoxdur!
    “ZARA”. Sən nə haqla?.. Sən... Alim... Alimçik...
    “ARAZ”. De görüm, sən öz ərinə nə üçün xəyanət etmisən?
    “ZARA”. Öz ərimə?.. Mən?..
    “ARAZ”. Bəli, öz ərinə? Bəlkə sən nədənsə narazısan? Bəlkə məndə səni qane etməyən nəsə var? Bəlkə mən... Bəlkə mən kişi deyiləm?
    “ZARA”. Axı, kim deyir ki, sən kişi deyilsən?
    “ARAZ”. Elə isə səni başqa bir kişinin yatağına çəkib aparan nədir? Bəlkə onu da bilmirsən ki, sənin yatağındakı o kişi mənim dostumdur?
    “ZARA”. Yalandır!
    “ARAZ”. Yalan olan nədir? Axı, sən bir həftədir ki, mənim dostumla bir hoteldə, bir otaqda, bir yataqdasan!.. Bu, yalandır?..
    “ZARA”. Yalandır!
    “ARAZ”. Bəlkə mən buraya şahid dəvət edim?
    “ZARA”. Sən mənə daha çox inanırsan, yoxsa hansısa yalançı şahidə?
    “ARAZ”. Artıq mən Arazla söhbət etmişəm.
    “ZARA”. Nə olsun ki?
    “ARAZ”. O deyir ki, mən sənin arvadınla bir yerdə gecələmişəm.
    “ZARA”. Nə olsun ki? Sonra...
    “ARAZ”. Nə sonra?
    “ZARA”. Arazın arvadı da səninlə bir yerdə gecələyə bilər...
    “ARAZ”. Deyəsən, ya mənim başım xarab olub, ya da ki, sənin...
    “ZARA”. Alim... Alimçik... Əzizim...
    “ARAZ”. Deyəsən, həqiqətən qadınlar iblisdən bir gün əvvəl dünyaya gəliblər...
    “ZARA”. Kişilərsə dünyanın sonuncu iblisidir. Həqiqətən...
    “ARAZ”. Nəsə qulaqlarıma inanmıram.
    “ZARA”. Nə üçün?
    “ARAZ”. Hələ danışmağa dilin də var.
    “ZARA”. Bu sözləri demək üçün gəlmisən mənim arxamca?
    “ARAZ”. Yox, təkcə onunçün gəlməmişəm.
    “ZARA”. Bəlkə öz əməllərini etiraf etmək üçün gəlibsən bura?
    “ARAZ”. Mən hansı əməllərimi etiraf etməliyəm ki?
    “ZARA”. Deyirəm bəlkə hər gün evə sərxoş gəlməyinin, gözəlçələrlə yaşadağın eşq macərəlarını bütün çılpaqlığına qədər danışmağının, məni döyüb təhqir etməyənin əzabını-ağrısını çəkdiyin üçün tövbə etməyə gəlmisən bura.
    “ARAZ”. Deməli, sən bütün bunların hayıfını çıxmaq üçün gedib girmisən mənim dostumun ağuşuna, hə?
    “ZARA”. Mən heç kəsin ağuşuna girməmişəm, Alim...
    “ARAZ”. Mən öz faktlarıma inanım, yoxsa sənə?
    “ZARA”. Nəyə inanmağın sənin öz işindir... Amma mən bir şeyi bilirəm ki, Arazın arvadı ilə birləşib mənə quyu qazmaq istəyirsiniz?
    “ARAZ”. O, kimdir elə?
    “ZARA”. Zaranı deyirəm. Bəlkə tanımırsan onu?
    “ARAZ”. Bura bax, Mila, mənə heç kəsin yardımı lazım deyil... Mən yalnız həqiqəti sənin öz dilindən eşitmək istəyirəm. Niyyətim budur.
    “ZARA”. Həqiqətin üzü bir olur...
    “ARAZ”. Sənin üzün kimi, hə? (Pauza.)Doğrudanmı? Deməli, bütün bunlar həqiqətdir...
    “ZARA”. Mən o ifritənin gözlərini çıxaracağam...
    “ARAZ”. Kimin?
    “ZARA”. Zaranın... Alçaq qadın, sən öz ərini bu qədər qısqanırsan, onu nə üçün gözündən kənara qoyursan? Mənim haqqımda niyə dedi-qodu yayırsan? Niyə öz ərinlə yox, mənimlə haqq-hesab çürütmək istəyirsən?..
    “ARAZ”. Bunu onun özündən soruş...
    “ZARA”. Əlimə keçir ki?.. Qaçıb hansısa siçovul deşiyinə girib...
    “ARAZ”. Odur ey, Zaranın özü gəldi...
    “ZARA”. Hanı?.. Onu deyirsən? Hə, o özüdür... Bəs niyə bu geyimdədir?.. Elə bil bal rəqsinə gedəcək. Bura gəl, Zara... Gəl, niyə çəkinirsən, gəl...

    Araz (indiki halda “Alim”) və Zara (indiki halda “Mila”) irəli çıxıb guya “Araz” və “Zara”nı “qarşılayır”lar. Təbii ki, heç kəs gəlmir; bu, virtual “gəlişdir”.
    Bundan sonrakı səhnədə Zara və Araz bir çox hallarda “ikiləşirlər”: Zara həm də “Mila”, Araz isə həm də “Alim” olur.

    “ARAZ”. Araz da gəldi. Qoy gəlsin... Mənim indiyəcən ondan gizlin bir sözüm olmayıb. Araz, keç bu yana. Onsuz da mən bu məsələnin axırına bu gün çıxmalıyam. (“Araz”ı təqlid edir). “Hansı məsələnin”? (Pauza.) Hansı məsələnin? Bilmirsən söhbət hansı məsələdən gedir? Nə, deyilənlərə inanmayım? Bunlar bizi gözügötürməyənlərin uydurmasıdır?

    Ötəri musiqi parçası.

    “ZARA”. Araz, bura bax, bütün bu oyunların arxasında sənin bu gözəlçən dayanır. Əlbəttə, Zaranı deyirəm. Burada ondan başqa gözəlçə var ki?

    Ötəri musiqi.

    “ARAZ”. Necə yəni “deyilənlərə inanma! “ (Araz “Araz”ı yamsılayır). “Bunlar bizi gözügötürməyənlərin uydurmasıdır” . Xeyr, Araz, burada uydurma-filan yoxdur.

    Pauza. Ötəri musiqi.

    “ZARA”. Əlbəttə, uydurmadır. (Yamsılayır). “Sən vaxtilə Arazı sevmisən”. Sən hansı sevgidən danışırsan, Zara? Düzdür, mən Arazla bir idarədə işləyirəm. Amma bunun bizim münasibətimizə heç bir dəxli yoxdur. Araz mənim iş yoldaşım, əriminsə çoxillik dostudur. “Kəs səsini!” Nə? Sən özün kəs səsini!

    Gərgin musiqi.

    “ARAZ”. Zara, sən sakit ol... Qoy mən də sənin ərinə - Araza öz sözümü deyim. Bura bax Araz, belə görürəm ki, biz qətiyyən dost-zad olmamışıq. Bütün bu baş verənlər sübut edir ki, sən mənim evimə, ailəmə tamamilə ayrı niyyətlə baş çəkirmişsən... Yox, yox, and-zad içmə. Onsuz da mən səndən şübhələnmişdim. Amma təsəvvür edə bilməzdim ki, sən bu qədər... Dayan, dayan... Hara getmək istəyirsən? “Sən müstəntiqsən bəyəm?” Bəli, indi mən müstəntiqəm, sən isə mütəhhim... Səni heç yerə buraxan deyiləm. “Mən namuslu adamam”. “ Kim? Sən? Sənin namuslu adam haqqında adi təsəvvürün belə yoxdur. “Mən əxlaqlı adamam”. Sənsən əxlaqlı adam? Ha-ha-ha... Görünür, alçaqların, əxlaqsızların da öz əxlaq kodeksi olurmuş. “Təhqirə keçmə”. Paho! Şəxsiyyətə bir bax...
    “ZARA”. Nə? Nə deyirsən, Mila? “Mən həmişə hiss etmişəm ki, sən mənə qibtə, paxıllıq edirsən. Bəlkə səhv edirəm?” Paho! Mən sənin nəyinə paxıllıq etməliyəm ki? Hə? “Bəlkə elə buna görə ərimi caynağına keçirməyə çalışmısan?“ Araz, sən necə kişisən ki, öz arvadının öhdəsindən gələ bilmirsən? Niyə susursan? Yoxsa qorxursan? Ay qız, bəs sən necə qadınsan ki, öz ərinin öhdəsindən gələ bilmirsən? “Ərimi yoldan sən çıxarmısan!” Mən? Eşidirsən də, Araz? Eşidirsən arvadının dillərini? Aman Allah, bunlar necə ər-arvaddır?.. Alim, sən ki, hər şeyi görüb eşidirsən!.. Bir bu ləçərə bax!

    Pauza. Gərgin musiqi.

    “ARAZ”. Mən o kişilərdən deyiləm ki, öz binamusluğumu özümə bağışlayım. Buna hamınız arxayın ola birlərsiniz.
    “ZARA”. Mən də heç bir təhqiri özümə bağışlaya bilmərəm. Nə deyirsən? “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Sən əsl pravakatorsan, avantüristsən, Zara! Qadın olasan, özün də bu qədər mənəviyyatsız olasan. “Kim?“ “Mən?” Yox bir, mən! Əlbəttə, sən. Haray-həşir salıb ərimi iş-gücündən eləmisən. Özün min bir hoqqadan çıxırsan, amma başqalarını hoqqabaz hesab edirsən. Bax sən busan, Zara...
    “ARAZ”. Araz, biz kişiyik, gəl kişi kimi də danışaq. Allaha şükür, indiyəcən bir-birimizdən gizli bir sirrimiz olmayıb. Sən özün bilirsən ki, mən yeyib-içən, kefkom bir adamam. Boynuma alıram... Qadınlara da biganə deyiləm. Qoy lap Mila da eşitsin. Görürsənmi, heç nəyi heç kəsdən gizlətmirəm. Hətta Miladan da... Amma, qəribə də olsa hamı səni tamamilə məndən fərqli bir adam kimi tanıyır. Hətta, çoxları məndən təəccüblə soruşur ki, sizin dostluğunuz, ünsiyyətiniz necə baş tutur? Birimiz kefcil, birimiz ciddi... Birimiz təmkinli, birimiz çırtqoz. Indi mən cırtqoz sən təmkinliyə sual edirəm: mənə, mənim namusuma sataşmaqda sənin məqsədin nə olub?
    “ZARA”. Alim, xahiş edirəm bu “namus” söhbətini qurtar.
    “ARAZ”. Mila!
    “ZARA”. Alim!
    “ARAZ”. Mila, mən bu gün hər şeyi aydınlaşdırmalıyam. Mən dost xəyanətini heç vaxt bağışlaya bilmərəm. Özü də söhbət təkcə bədənin yox, həm də ruhun - mənəviyyatın xəyanətindən gedir. Nə? Nə deyirsən, Araz? “Sən ağlını itirmisən”. (Pauza.)Mən ağlımı itirmişəm? Hə, belə deyirsən?..

    Gərgin musiqi.

    “ZARA”. Məsələ heç də sənin düşündüyün kimi deyil, Alim. Bütün bu işləri qaynadan bax budur: Arazın sevimli arvadı. (Pauza). “Mumla!” Sən özün mumla! “Bəyəm sən ər qədri bilənsən?” Yox bir, bəlkə sən özün ər qədri bilənsən? Paho, bilməmişik!
    “ARAZ”. Mən bu baş verən işlərdən heç nə anlamıram. “Mən də...” Elə sən də heç nə dərk etmirsən, Araz, hə? Sən gözünün içinə qədər yalan deyirsən! Sənin Mila ilə əvvəllər də əlaqən olub. Mənə bütün bunlar barədə indi məlumat çatıb. Görünür, bu vaxtacan qanmaz olmuşam... Nadan olmuşam...
    “ZARA”. Alim! Alimçik... Sən nə danışırsan?
    “ARAZ”. Mila! Mumla... Sənin danınşmağa haqqın yoxdur, Mila...
    “ZARA”. “Düz deyir”... Nəyi düz deyir, ay ləçər? Zara, sən məndən hayıf çıxırsan! Mən bunu yaxşı bilirəm!..
    “ALIM”. Axı, biz həmişə bir ailə kimi olmuşuq... “Elədir”. Elədir?

    Həzin musiqi.

    “ZARA”. “Elədir”... Elə olan nədir?..
    “ALIM”. Bizim yaxşı-pis günlərimiz bir yerdə keçib... “Elədir”.

    Musiqi sədası tədricən artır.

    “ZARA”. Nə? “Görünür, bu dostluq kimlərəsə sərf etməyib”. Öləsən səni... Sən əsl aravuransan...
    “ARAZ”. Ziyafətlərə, tədbirlərə bir yerdə getmişik... “Elədir” .Əlbəttə, elədir...

    Bal rəqsi ifa olunur.

    “ZARA”. Yalandır, hər şey yalandır... Nə deyirsən, Zara? (Pauza.) “Sən yalançısan”... Sən özünsən yalançı. “Sən Tanrı qəzəbinə gələcəksən!” Kəs səsini. Mən səni boğub öldürərəm, Zara. Deyəsən, sən məni hələ düz-əməlli tanımırsan?

    Musiqi sədası artır.

    “ARAZ”. Birlikdə oxumuşuq, birlikdə oynamışıq... Birgə deyib-gülmüşük... Çoxları bizə qibtə ediblər. Hətta, aramızda söz aparıb-gətirənlər də olub. Amma şəxsən mən heç nəyə fikir verməmişəm... Bilirsiniz ki, mən məclisdə şən adamam. Həmişə dedi-qodudan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam... Mənim işim-gücüm yemək-ismək, sağlıq demək olub. Özlüyümdə fikirləşmişəm ki, bəlkə də sənin təmkinli olmağın mənim cırtqozluğumu tamamlayır. Axı, mənfi və müsbət qütblər daim bir-birini cəzb edib. Mən səni öz varlığım qədər sevmişəm, Araz... Sənin arvadını öz bacım hesab etmişəm. Bunu, hətta, sənin arvadın Zara da təsdiq edə bilər.

    Musiqi sədası artır. Səhnədə çalğıçılar olmasa da musiqi alətləri atılıb-düşür. Lüstrlər yellənir, fırlanır. “Zara” (o, həm də Miladır) ilə “Araz” (o, həm də Alimdir) qol-qola tutub rəqs edirlər. Sonra onlardan hər biri bir musiqi alətini götürüb sinəsinə sıxır. “Zara” (indiki halda Mila) saksafonla, “Araz” isə (indiki halda Alim) klarnetlə “rəqs edir”. Sonra onlar alətləri öz yerinə qoyub təzədən birgə rəqs edirlər. “Araz” (Alim) “Zara”nın (Milanın) əlini öpüb səhnənin kənarına qoyulmuş stolun üstündəki şampan şüşəsini götürür. Şüşənin ağzını açır. Şampan köpüyü ətrafa yayılır. “Araz” (indi Alim) fujerlərə şampan şərabı süzür. Götürüb içir. Sonra “Zara”ya (Milaya) içməyi təklif edir. Qadın könülsüz halda fujeri başına çəkir. “Araz” (Alim) stolun üstündəki iki dolu fujeri götürüb musiqi alətlərinə yaxınlaşır. Şampan şərabının qalanını alətlərin - saksafonla klarnetin “boğazına” tökür: Guya “Araz” və “Zara”nı içirdib sərxoş etmək, bununla da onlardan qisas almaq istəyir. Musiqi alətləri sanki daha şövqlə, daha ucadan səslənir. “Araz” (Alim) gülə-gülə stola yaxınlaşır, fujerləri doldurub yenə içir. Sonra stoldan aralanıb “Zara”ya (indiki halda Milaya) yaxınlaşır, şaqqanaq çəkib əlini-əlinə vurur.

    “ARAZ”. Ha...
    “ZARA”. Ha...
    “ARAZ”. Ha-ha...
    “ZARA”. Ha-ha...
    “ARAZ”. Ha-ha-ha...
    “ZARA”. Ha-ha-ha...
    “ARAZ”. Ha-ha-ha-haaa...
    “ZARA”. Ha-ha-ha-haaa...
    “ARAZ”. Ha-ha-ha...
    “ZARA”. Ha-ha-ha...
    “ARAZ”. Ha-ha...
    “ZARA”. Ha-ha...
    “ARAZ”. Ha...
    “ZARA”. Ha...
    “ARAZ”. Bax belə...

    Musiqi tədricən azalır.

    “ZARA”. Yoruldun?..
    “ARAZ”. Hə... Yox... Ha-ha-ha... Amma bu cür deyib-gülməyim qətiyyən mənim binamusluğuma haqq qazandıra bilməz. Elə sənin də... Bildin, Araz?.. Nə olsun ki, biz barellərlə araq-çaxır içmişik? Nə olsun ki, bir-birimizin yolunda ətək-ətək pullar xərcləmişik? Bunların heç biri mənə özümü və səni bağışlamağa əsas vermir, Araz...
    “ZARA”. Alim, deyəsən sən sərxoşsan...
    “ARAZ”. Nə olsun ki, Mila? Mər sərxoş olanda ağlım daha iti işləyir...
    “ZARA”. “Nə? Nə deyirsən, Zara? “Alim, yaxşısı budur, sən mənim ərimə yox, öz arvadınla haqq-hesab çürüt” . Aravuran ləçər! Sən öz yalanlarınla mənim ərimin baş-qulağını aparıb özünçün xal yığmaq istəyirsən. Sən istəyirsən ki, qan tökülsün. Mən səni məhv edəcəyəm! Mən səni didib-parçalayacağam! Dayan! Hara qaçırsan?.. Dayan deyirəm sənə...

    “Zara” (indiki halda Mila) sanki kimisə, daha doğrusu virtual “Zara”nı “qovur”. Elə “qova-qova” da səhnəni tərk edir.

    “ARAZ”. Hə, Araz, məncə indi biz ikilikdə daha səmimi ola bilərik. Elə deyilmi? (Gəzişir, var-gəl edir.) Iki dost, iki kişi... Yox, biz indi dost deyilik. Bizi artıq heç kişi də adlandırmaq olmaz. “Bəyəm biz düşmənik?” Hər halda sən mənim düşmənimsən. Qaşlarını niyə çatırsan? Bəs düşmən necə olur? Sən mənim namusuma sataşmısan. Yalnız kinofilmlərdə, teatr tamaşalarında belə şeylərin üstündən sükutla keçmək olar. Amma biz kino qəhrəmanları deyilik axı, Araz. (Musiqiyə uyğun hərəkət edir.) Mən var-dövlət yığmamışam ki, öləndə onun dərdini çəkəm. Bu dünyada nə qazanmışamsa hamısını keyfə-damağa, dost-tanışla, qohum-əqrəbaya xərcləmişəm. Amma öz adımı həmişə qorumağa çalışmışam. Düzdür, kefimə düşəndə arvadı söymüşəm də, döymüşəm də. Öz arvadımdır. Özüm bilərəm. Bütün bunlar evin içində olub. (Dayanır.) Amma el-obada hamı bilib ki, Alimin gözəl ailəsi, namuslu arvadı var. Alim də, Mila da çoxlarına nümunə olub. Amma indi belə çıxır ki, biz başqaları üçün başqa cür “nümunə” olmalıyıq. Ta bundan sonra adamlar mənə işarə edib gizli bir istehza ilə “bu, Milanın əridir”, - deyəcəklər. Elə Milaya da “bu, Alimin arvadıdır”, - deyə rişxənd edəcəklər. Mən binamusluğu həzm edən kişilərdən deyiləm, Araz. Bunu başqaları bilməsə də, sən bilməli idin. (Sanki kiminsə qarşısında dayanıb əlini onun “çiyninə” qoyur.) Susursan, hə? Əlbəttə, susmalısan. Çünki mənim qarşımda günahkarsan. Deyəsən, əsirsən, titrəyirsən... Çünki qorxaqsan... Mən səni belə bilməzdim. (Yaxınlıqdan qadın (Zaranın - o, indi “Mila”dır) səsi, hay-küy eşidilir.) Dayan, dayan, tələsmə. Sən bu vücudunla mənim arvadımı ram eləmişdin, hə? Bu əllərlə onu əzizləyirdin, hə? Sən bu axmaq qafanı onun sinəsinə qoymuşdun, hə? (Sanki kiminsə “boğazından” yapışır.) Indi nəfəsini kəsəcəyəm sənin. (Boğulan adamın xırıltısı) eşidilir). Əclaf! (Sanki kiminləsə əlbəyaxa olur). Heç yerə qaça bilməyəcəksən! Sən mənim əlimdən qurtula bilməzsən, Araz. Dayan!..

    Bundan sonra “qovdu-qaç” səhnəsi. Elə bil ki, “Araz” (indiki halda o, Alimdir) kimisə qovur. Musiqi onun hərəkətlərini müşayiət edir: sürətli, gərgin, çılğın, əsəbi ritmlər səslənir. “Araz”ın (yəni Alimin) ayağı tez-tez səhnədəki alət və əşyalara toxunur: stullar aşır, lüstr yellənir. Sonra o, sanki qovduğu şəxsi (“Arazı”) “tutur”, “onunla” “əlbəyaxa” olur, “süpürləşir”; o, gah “yıxır”, gah da özü yıxılır.
    Musiqi səsi daha da artır. Qaça-qaça “Zara” gəlir. (Indiki halda, o, Miladır). O da kimisə (daha doğrusu Zaranı) “qovur”, nəhayət, “qovduğunu” “tutur”, “tutduğu” “qadın”ın “saçından” (“hörüyündən”) “yapışıb” sürüyür. Qadın və kişi səs-küyü, haray, nalə və fəryad səsləri eşidilir.
    “Zara” (indiki halda Mila) qadını (Zaranı) “sürüyə-sürüyə” “aparır”. “Araz” (indiki halda Alim) rəqibini (Arazı) yumruqla “vurub” “yerə sərir”, onu “təpikləyir”. Hiss olunur ki, yerdə yıxılmış “adam” “durub” “qaçır”; “Araz” həmin “adam”ı “qovur”. O, elə qaça-qaça stolun üstündəki iri bıçağı qapıb qovduğu “adamın” “arxasınca” cumur. Nəhayət, “onu” “yaxalayır”. Həmin “adamın” “boğazından” “yapışıb” bıçağı var gücü ilə “onun” “sinəsinə” sancır. Qışqırıq, fəryad səsi. “Araz” (indiki halda Alim) bıçağı geri çəkir, qəzəblə yerə “ sərilmiş” “adama” baxır. Əlindəki bıçağın “qanını” ovcunun içində təmizləyir; deyəsən, bıçaq yaxşı “təmizlənmir”, əlini cibinə atıb iri ağ dəsmal çıxarır. Bıçağın ağzını dəsmalla “təmizləyir”. Sonra dəsmala baxır: ağ dəsmal qıpqırmızı qana bulanıb. O, diz üstə yerə çöküb qanlı dəsmalı “öldürdüyü” “adamın” “sinəsinə” - “yarasına” basır. Geri çəkilir.. “Araz” (yəni Alim) dəlicəsinə qəhqəhə çəkir. Təzədən irəli yeriyib “öldürdüyü” “adamın” “nəşi önündə” diz çökür; əli ilə “onu” axtarır, Dizin-dizin sürünərək “ölünün” arxasınca iməkləyir. Amma hiss olunur ki, əli boş-boşuna “axtarış” aparır, “öldürülən” “adam” “yerində” “yoxdur”, harayasa “qeyb olub”. “Araz” (yəni Alim) ağzıüstə düşüb hönkürür.
    Qəfildən musiqi kəsir. “Zara” (yəni Mila) gəlir. Indi o, matəm geyimindədir. Eşidilən yeganə səs indi qadın ayaqqabılarının taqqıltısıdır: taq-taq... tuq-tuq-tuq... Qadın (“Zara” - indiki halda Mila) çox asta addımlarla, sanki uça-uça gəlir. Əlini uzadıb yerə uzanmış “Araz”ın (yəni Alimin) başına sığal çəkir. Sonra diqqətlə yerdəki “qanlı” bıçağa baxır. Kənara atılmış dəsmalı götürərək bıçağın ağzını silir. Dəsmalı bıçağın üstünə atır. Qadın “Araz”ın (yəni Alimin) qolundan tutub ayağa durğuzur. Hər ikisi diqqətlə, həm də nifrətlə bir-birini süzürlər. Matəm musiqisi səslənir. Bu əsnada yerdəki qanlı dəsmal və bıçaq yavaş-yavaş yuxarıya doğru qalxır; sanki külək onları yelləyə-yelləyə bir “dəlil-sübut” kimi harayasa aparır. Musiqi get-gedə yüksəlir. “Araz” (Alim) və “Zara” (yəni Mila) qorxu və heyrət içərisində “uçan” dəsmal və bıçağın arxasınca baxır, əyilə-əyilə gedib, gözdən itirlər. Az sonra səhnədəki şampan şüşəsi, onun arxasınca musiqi alətləri - klarnet və saksafon və s... də havaya “uçur”. Musiqi tədricən azalır. Projektorların işığı səhnənin ortasında heykəl kimi donub qalmış “Zara” ilə “Araz”ın (indiki halda Alim və Milanın) üstünə düşür.
    Göy gurultusu.
    Yağış.
    Çaxan şimşəyin şəfəqləri.
    Yanıb-sönən işıqlar.
    Kənarda qəfildən “zühur edərək” işıqlandırılmış tanış eyvan; bu, tamaşanın əvvəlindəki məkandır - əyalət mehmanxanasının ikinci qatı.
    Birinci qat hələlik görünmür; daha doğrusu, binanın aşağısı zülmət içində “əriyib”.
    Projektorlar “tuneldə” azmış Zara ilə Arazın üstünə tuşlanıb. Hər ikisi birinci hissədəki qiyafədə: “qocalıblar”. Onlar sanki düşdükləri zülmətdən xilas olmaq üçün yol arayırlar. Uzaqdan asta, həzin musiqi sədası eşidilir.

    ZARA. Görəsən, bu yağış nə vaxt kəsəcək?
    ARAZ. Bu, sizdən asılıdır.
    ZARA. Mənim göylərlə əlaqəm yoxdur...
    ARAZ. Mən o eyvana keçmək istəyirəm.
    ZARA. Bura çox soyuqdur.
    ARAZ. Həm də damır... Bir az aşağı enmək lazımdır.
    ZARA. Aşağı... Heç burada aşağı ilə yuxarı fərqlənir ki?..
    ARAZ. Bura aşağının yuxarısıdır.
    ZARA. Heç nə anlamıram... Yox ey, yuxarının aşağısıdır...
    ARAZ. Bura zirzəmidir... (Əyilir.)
    ZARA. Zirzəmi?..
    ARAZ. Hə, zirzəmidir... Amma bu zirzəmi həm də çardaqdır...
    ZARA. Heç çardaqda da zirzəmi olar?
    ARAZ. Olanda hər şey olur... Bax oraya çıxmaq, yox ey, enmək lazımdır...
    ZARA. Axı, o tərəfə yol yoxdur. (Belini əyir.)
    ARAZ. Hə... Yol yoxdur... Arada yarğan vap. Gərək hoppanıb keçək.
    ZARA. Mən hoppana bilmərəm... Qoxuram...
    ARAZ. Əlinizi verin mənə...
    ZARA. Mənim əlimə naməhrəm əli dəyə bilməz!
    ARAZ. Onda özünüz təkbaşına hoppanın. “Naməhrəm”ə bir bax!
    ZARA. Geri çəkilin!
    ARAZ. Gözünüzü yumun, yıxılarsız...
    ZARA. Hopp... (Hoppanır.) Indi mən bu taydayam. Siz də tullanın... “Hopp” eləyin...
    ARAZ. Bəs, bayaq hoppana bilmirdiniz? Amma indi ceyran kimi hoppandınız. Qadınların hamısı belədir: hoppanmaqda kişilər onlara çata bilməz Görüm mən də atlana bilirəm, ya yox...
    ZARA. Ehtiyatlı olun... Aradan çay axır... Bəlkə də seldir... Belə yağışın elə də seli olar...
    ARAZ. O, axıb gedən zaman çayıdır...
    ZARA. “Zaman çayıdır”?..“ O, nə çaydır elə?..
    ARAZ. O çayın o üzündəkilər ayrı bir vaxtda yaşayırlar...
    ZARA. Onda belə çıxır ki, indi biz ayrı-ayrı zamanlarda yaşayırıq?..
    ARAZ. Əlbəttə... Görüm, mən də o tərəfə - sizin yanınıza hoppanıb keçə bilsəm...
    ZARA. ... onda biz birlikdə, bir zamanda olacağıq, hə?
    ARAZ. Yox... Biz yalnız o axıb gedən zaman çayının içində - eyni bir axarda üzsək, birlikdə ola bilərik...
    ZARA. Elə isə hərəmiz bir sahildə dayanaq...
    ARAZ. Yox, mən o taya hoppanıram. Hoppp... (Hoppanır). Deyəsən
    bu tərəfə keçə bildim. Amma gərək hər ikimiz o çayın içində olaydıq...

    Musiqi səsi tədricən artır. Projektorun işığı təkcə Zaranın üstünə düşür; o, hiss olunacaq dərəcədə yaşlı və qüssəli görünür. Qadın asta, ehtiyatlı addımlarla eyvana qalxır. Məhəccərə söykənib diqqətlə uzaqlara baxır. Az sonra işıq Arazın üstünə düşür; onun əlində əsa var. Araz da Zara kimi məhəccərə söykənib diqqətlə uzaqlara (amma əks tərəfə) baxır. Sonra onlar baxışlarını uzaq nöqtədən çəkib əvvəlcə hürkək-hürkək, sonra isə diqqətli nəzərlərlə bir-birilərini süzürlər.

    ZARA. Yağış yağacaq.
    ARAZ. Cəhənnəmə yağsın, gora yağsın... Yağışdan çıxanın yağmurdan nə qorxusu?
    ZARA. Adətən yağışlı havada ahıl adamların sümüyü sızıldayır.
    ARAZ. Ürək sızıltısının yanında sümük sızıltısı toya getməlidir.
    ZARA. Yoxsa ürəyiniz də sızıldayır...
    ARAZ. Əvvəllər sızıldayırdı...
    ZARA. Bəs indi?
    ARAZ. Yox, yox, sızıldamır. (Pauza.) Indi ürəyim yolunu azmış tənha yalquzaq kimi ulayır.
    ZARA. Yalquzaq kimi... Yalquzaq meşədə olar...
    ARAZ. Elə mənim ürəyim də meşədədir...
    ZARA. Buna görə o meşəyə belə diqqətlə baxırsız?
    ARAZ. Bəli, məhz buna görə mən o meşəni belə həsrətlə seyr edirəm. Bəs siz?
    ZARA. Mənim ürəyimsə yaralı qartal kimi qıy vurur.
    ARAZ. Qartal dağlarda olur...
    ZARA. Elə mən də məhz buna görə o dağlara, o dağların əlçatmaz zirvələrinə kədərlə tamaşa edirəm. Axı, mənim ürəyim o dağlardadır...
    ARAZ. Mən səhv etmirəmsə, əriniz də orada dəfn olunub...
    ZARA. Hə... Orada, o uca dağın ətəyində... Səhv etmirəmsə, siz də arvadınızı itirmisiniz...
    ARAZ. Hə... O isə o meşənin ətəyində dəfn olunub... Bağışlayın, sizin əriniz döyüş vaxtı ölməyib ki?..
    ZARA. Döyüş... (Tələsik.) “Döyüş””“ deyəndə ki... Onu tüfənglə yox, soyuq silahla qətlə yetiriblər... Bəs sizin arvadınız necə, təsadüfən orada qar uçqunu altda qalıb həlak olmayıb ki?..
    ARAZ. Qar uçqunu deyəndə ki... O, burada boğulub həlak olub...
    ZARA. Qazdan olub?..
    ARAZ. Nə?
    ZARA. Deyirəm qazdan boğulub?..
    ARAZ. O, aşağıda boğulub. (Əsasını yerə vurur.) Bu hotelin alt qatında...
    ZARA. A-a-a... Mənim ərim də orada qətlə yetirilib...
    ARAZ. Hə, orada? O, cavan idi?..
    ZARA. Əlbəttə... Cavan, gözəl, qamətli. Indi belə kişilər azdır. Bəs sizin arvadınız? O da gözəl olub?..
    ARAZ. Çox gözəl idi... Incəbel, uzunayaq, diksinəli... Mən indi belə qadınlara rast gəlmirəm. (Ah çəkir.) Eh-hh... Sizin ərinizi nə üçün qətlə yetiriblər?..
    ZARA. Bu, uzun bir əhvalatdır. (Ah çəkir.) Eh-hh... Bəs sizin arvadınız niyə boğulub? Səbəbini demədiniz onun boğulmağının...
    ARAZ. Bu da uzun bir əhvalatdır... Qısaca onu deyə bilərəm ki, onu bir qadın boğub öldürdü. O qadın mənim dostumun arvadı idi...
    ZARA. Qəribədir ki, mənim ərimi də rəfiqəmin əri bıçaqlayıb öldürdü. Gözümün qabağındaca... Onu öldürən kişi elə ərimin öz dostu idi...
    ARAZ. Elə mənim arvadım da gözüm görə-görə boğuldu... Onun nəfəsi kəsildi...
    ZARA. Arvadınızı özünüz dəfn etdiniz?
    ARAZ. Yox... Hə... Eşitdim ki, onu öldürən qadın o meşənin ətəyində qəbir qazdırıb...
    ZARA. Mənim ərimi öldürən adam da ona dağın ətəyində qəbir qazdırıb...
    ARAZ. Bəs siz öz ərinizin qəbrini ziyarət etmisiniz?
    ZARA. Yox...
    ARAZ. Mən də... Yox...
    ZARA. Arvadınızı niyə boğublar? Bəlkə deyəsiniz...
    ARAZ. Ərini, yəni məni xəyanətdə suçlu bildiyinə görə... Bəs sizin ərinizin günahı nə idi?..
    ZARA. Dostunun arvadına xəyanətdə suçlandırıldığına görə...
    ARAZ. Bəlkə heç arada xəyanət olmayıb?..
    ZARA. Bəlkə də... Hər halda mən onu, öz ərimi, etdiyi xəyanətə görə itirmişəm... Deyə bilmərəm ki, şübhələrim əsaslı, ya da əsassız olub... Amma oradakı o məzar rəmzidir... Onun əsas məzarı isə dağın ətəyində deyil...
    ARAZ. Bəs haradadır?
    ZARA. Burada - mənim ürəyimdə...
    ARAZ. Elə mən də öz arvadımın məzarını öz bəbəklərimdə qazmışam. O, burada - mənim gözlərimdə uyuyur.
    ZARA. Deyəsən, dağlara yağış yağır...
    ARAZ. Nədən bilirsiniz?
    ZARA. Odur ey, selə bir baxın...
    ARAZ. O zaman çayıdır.
    ZARA. Nə? Nədir?
    ARAZ. Zaman çayıdır... Adamların arasından axıb gedir... Elə o çaydır adamları bir-birindən uzaq salan... O çaya ucbatından bu dünyadakı insanların hərəsi bir sahildə yaşayır. Zaman bizim aramızda bitən iti qılınca bənzəyir. Biz elə buna görə, yəni o çaya görə ayrı-ayrı zamanlarda yaşayırıq...
    ZARA. Mən heç nə anlamadım bu sözlərdən... “O çay-bu çay”. “O zaman-bu zaman”... Bura baxın, siz buraya hər il gəlirsiniz?.. Belə dediniz hə?
    ARAZ. Hə... Hər il... Elə ölənəcən də hər il gələcəyəm.
    ZARA. Mən də özümə söz vermişəm: nə qədər ki, sağam, hər il gələcəyəm bu yerlərə. Özü də ilin-ayın məhz bu günündə... Ayın birində...
    ARAZ. Elə mən də... Axı o faciə ayın birində baş verib... Gör bir aradan neçə il keçib? Amma son vaxtlar mənim gözlərim yaman zəifləyib. Elə bil bəbəklərimdə tonqal çatırlar. Buna görə uzağı yaxşı seçə bilmirəm. Elə o meşəni də...
    ZARA. Ta onu deməyin. Yəqin qocalıqdandır. Mənimsə ürəyimdə tez-tez ağrılar, sancılar olur. Əvvəllər belə şeylər yoxdu... Bu, son illərin “qazancıdır“”. Amma mən özümü iradəli, dözümlü qadın hesab edirəm.
    ARAZ. Mən də həmişə öz sözümün sahibi olmuşam. Dediyimi eləyən adamam.
    ZARA. Göy guruldayır...
    ARAZ. Şimşək çaxır.
    ZARA. Yağış yağacaq.
    ARAZ. Yağış yağacaq?.. Qoy yağsın. Yağış təmizlikdir...

    Onların hərəsi bir səmtə baxır. Musiqi. Yuxarıdan iri bıçaq sallanır. Bu elə həmin bıçaqdır: “Alim”in Arazın “sinəsinə” “sancdığı” bıçaq. Bıçaq Arazla Zaranın siluetləri arasında yellənir. Bütün səhnə işıqlanır. Araz və Zara bir-birindən ayrılır, sonra səhnə boyu dövr edib nəhayət, bir-birinə sarı gəlirlər.

    Pərdə

    SON

    QEYD. Göründüyü kimi, pyesdəki əsas personajların hər biri (Araz və Zara) mövcud situasiyalara müvafiq olaraq üç ampluada- üç müxtəlif rolda çıxış etməli olurlar (Araz-Alim-Qoca Araz və Mila-Zara-Yaşlı Mila). Məhz bu “çevrilməyə” - “metomarfozaya” görə əsər tamaşaya hazırlanarkən qəhrəmanların jestləri, danışıqları, ələlxüsus yerişləri, nəzərə alınmalıdıır. Başlanğıc və finalda “məkanın dəyişməsi”, qəhrəmanların bir mühitdən digərinə transferi, onların ensiz mağaradan sürünə-sürünə keçməsi prosesi işıq-kölgə simvolu ilə müşayiət olunmalıdır. Əsər absurd teatr üçün nəzərdə tutulduğu üçün bir çox dialoq, hərəkət və ibarələrdə (hətta adlarda) “gizli qatlar”a isnad olunur. (ALIM sağdan sola MILA, ARAZ isə həmin qaydada ZARA kimi oxunur). Bir çox digər “gizlinlər”i üzə çıxarmaq isə rejissorun öhdəsinə düşür.

















    “ÇARDAQDA ZİRZƏMİ” əsəri barədə fikir və rəylər


    ... doğrudan da ZAMAN ÇAYI adamları ayırmağa qadirdir, amma nəyisə unutdurmağa... qadir deyildir.
    Ürəkdəki insani ağrılar iynə kimi, iti bıçaq kimi daim səninlədir....
    Yevgeniya Şendrika


    Çox təsirli ağısızlıqdır. (...) Bu əsərdə ağrı, inciklik və fərdin mübtəla olduğu ağılsızlıq bacarıqla açılmışdır. Zaman çayı sevişən cütlüyü özlərinin buraxdıqları səhvə görə bir-birindən ayırmışdır. Gözəl yazılıb. Mən əsəri oxuyan zaman baş verən hadisələri ğözümləgördüm. Olduqca təsirlidir!!!
    Kseniya Ustinova




    ... əgər mən düzgün anlamışamsa burada bir neçə mövzu bir-birinə qovuşub: anlaşılmazlıq, xəyanət, yaxınlaşmaqda olan bədbəxtliyin hissolunması və s. Və bütün bunların hamısı Zamandan asılıdır. (Əsərdə gənclik, orta yaş və ahıllıq Zamanı). Bu mövzu maraqlı olduğu qədər dənəhayətsizdir. M. Prustda bir qrup adamın xeyirxah, digər qrupunsa amansız iradəsi təsvir olunur və deyilir ki, bütün bunlar insanlara xas cəhətdir, özü də Allaha tabedir-adı isə Zamandır, insanlarsa Ondan üz döndərmək istəyir.
    Mən əminəm ki, bu maraqlı əsərdəmüəllif öz qarşısına qoyduğu məqsədə uğurla çatıb.
    Alyə Ali




    Çox gözəldir. Sizə daha böyük uğurlar arzu edirəm.
    Zura İtsmiolord


    Hədsiz dərəcədə canlı və zərif əsərdir. Dialoqlar cəlbedicidir. Mənə həm də milli cizgiləri əks etdirən əsrlər xoş gəlir. Siz bu yoldan geri çəkilməyin.
    Anna Yerşova


    ....olduqca zərif bir əsrdir. Burada məkan çox genişdir.
    Qalina Paqutyak




    “Çardaqda zirzəmi” əsərini oxudum. Bu, çox maraqlı və eyni zamanda mürəkkəb bir əsərdir. İlk təəssüratlarımı yazıram.
    Mənim qənaətimcə, əsərdə kişi və qadın arasındakı sadə olmayan münasibətlər nəzərdən keçirilir. Qarşılıqlı münasibətlərin mürəkkəbliyi, qısqanclıq, nəhayət bir-birinə inamın itirilməsi SEVGİnin əzablı ölümü ilə başa çatır.
    Və... acı tövbə.
    İlbəil, qocala-qocala Onlar - O qadın və O kişi oz dərdlərindən azad olmaq üçün mehmanxanaya gəlir və özlərinə söz verirlər ki, ömrün bir gününü öz sevimlilərinə həsr etsinlər. Və bu ölənə qədər elə bu cür də davam etməkdədir...
    İnsanlar bir-birinizi sevin, bir-birinizə inanın, öz etibarınızı bu cür-öz əlinizlə boğub öldürməyin. Siz sevib-sevilmək üçün yaranmısız, qoy sizin qəlbinizdə sakitlik bərqərar olsun....
    Mən müəllifə sağlamlıq, yaradıcılıq uğurları arzu edirəm. Qoy bu cür əsərlərin səsi dünya teatrlarının səhnələrindən gəlsin.
    Şahlo Kasımova


    Əla pyesdir. Plastik, canlı, mənalı bir əsərdir. Böyük zövqlə oxudum və təsəvvür etdim ki, onu necə tamaşaya qoymaq olar.
    Kseniya Tarabanova


    Mən “çardaqda zirzəmi” əsərini təsvirəgəlməz bir zövqlə oxudum. Burada hər bir şey eleqantdır, özü də ustalıqla yazılıb.
    Sanki zərgər işidir!
    Oxudum və böyük bir həzz yaşadım.
    Desək ki, burada hər şey gözəldir və səhnə aydın görünür, bəlkə də heç nə demiş olmarıq. Siz əsəri elə bir səviyyədə yazmısınız ki, burada rejissorun öhdəsinə yalnız bir vəzifə düşür- yazılanlara zərər vurmamaq!
    Çox parlaq bir əsrdir!
    Mən heyrətə gəlmişəm!
    ...mən mütləq sizin bütün yaradıcılığınızla tanış olacağam.
    Diana Qornaya

































    QARA ULDUZLAR

    İki hissəli dram


    İŞTIRAKÇILAR :

    MƏHBUS
    QADIN
    KİŞİ

    I HISSƏ

    Dəmir şəbəkə ilə əhatə olunmuş məkan. Stol və stullar. Stolun üstündə qovluqlar, dəftər, qələm. Küncdə seyf. KİŞİ stullardan birində əyləşib, ayağını-ayağının üstünə aşırıb. Qapı döyülür. Kişi ayağa durub irəli yeriyir. MƏHBUS daxil olur. Hiss olunur ki, onu arxadan zərbəylə vurub irəli təpiblər. Məhbus səntirləyə-səntirləyə, ayaqları bir-birinə dolaşa-dolaşa Kişinin üstünə gəlir. Kişi yana çəkilir, Məhbus üzüquylu yerə sərilir. Kişi qəhqəhə çəkir. Məhbus yavaş-yavaş ayağa qalxır, diqqətlə Kişini süzür.

    KİŞİ:- Xa-xa-xa!... Xa-xa-xa!.. Nədir, ağlayırsan?.. (Pauza). Yox?... Ağlamırsan?.. Elə isə gül!. Bəs nə üçün gülmürsən?..
    MƏHBUS:- Mən nə üçün gülməliyəm?..
    KİŞİ:- Sadəcə olaraq- gülməlisən!.. Vəssalam!
    MƏHBUS:- Yoxsa məni zorla güldürmək istəyirsiniz?..
    KİŞİ:- Lazım gəlsə lap zorla, özü də zopa ilə güldürəcəyik səni!.. Yoxsa buna şübhən var?
    MƏHBUS (sanki öz-özünə):- Dünyanı zor idarə edir.
    KİŞİ:- Hər halda zorun arxasında zor adamlar dayanmalıdır ki, dünya idarə olunsun…
    MƏHBUS (öz-özünə):- Mən insanların nə üçün bu qədər rəzil, qəddar, amansız olmasının səbəbini araşdırıram …
    KİŞİ:- Amma…
    MƏHBUS (öz-özünə):- …amma heç bir qənaətə gələ bilmirəm.
    KİŞİ:- …bəlkə bunun günahı bizdədir?..
    MƏHBUS:- …bizdədir. (Sanki diksinir). Siz nə deyirsiniz?.. Anlamıram…
    KİŞİ:- Mən səndən soruşuram: sən nəzərdə tutduğun çevrilişi kiminlə, hansı qüvvələrlə etmək istəyirdin?..
    MƏHBUS:- Çevriliş? Hansı çevriliş? Çevriliş nədir?..
    KİŞİ:- Gəl, səninlə belə danışaq: heç nə gizli qalmamalıdır. Oldu?...
    MƏHBUS:-Olsun… Elə isə siz mənə izah edin: həbs olunmağımın səbəbi nədir?
    KİŞİ:- Dövlət çevrilişi planının hazırlanması…
    MƏHBUS:- Mənim heç vaxt bu cür planım olmayıb…
    KİŞİ:- Hım-m-m… Bəs dövlətsizləşdirmə nədir?... Bəlkə bunu izah edəsən?...
    MƏHBUS:- Dövlətsizləşdirmə, yəni dövlətin tədricən yox olması prosesi…
    KİŞİ:- Sənin dövləti yox etməyə yönələn ideyan, çevriliş cəhdi deyilsə onda bəs nədir?.. Bir bunun planına bax, özünə bax!

    Pauza. Kişi məhbusa yaxınlaşır, diqqətlə onu süzür, o tərəf-bu tərəfinə keçir, sanki maraqlı bir sənət əsərinə tamaşa edir.

    MƏHBUS:- Nədir, nə olub? Mənə niyə elə baxırsınız?
    KİŞİ:- Tanımadın məni?... Hım-m-m … Əvvəlcə mən də tanımadım. Amma…
    MƏHBUS:- Biz haradan tanış ola bilərik?...
    KİŞİ:- Tanışıq, özü də lap əməlli-başlı… Yaxşı-yaxşı fikirləş, yadına sal…
    MƏHBUS:- Xatırlaya bilmirəm. Qocalmışam, yaddaşım zəifləyib…
    KİŞİ:- Hım-m-m… Qocalmısan…Yox, elə də qoca deyilsən… Hər halda məndən cavansan.
    MƏHBUS:- Ola bilməz. Maşallah, siz çox cavan görünürsünüz. Saçınız da ki, qapqara, şəvə kimi…

    Kişi stolun üstündəki qovluğa, sənədlərə diqqətlə baxır,sonra sanki nəyisə tapıbmış kimi sevincək başını qaldırır.

    KİŞİ:- Deyirəm də… Məndən xeyli kiçiksən… Amma saç-saqqalın nədənsə ağarıb… Aha, deyəsən soyadını dəyişmisən… Bir vaxt familiyan ayrı cür idi sənin…
    MƏHBUS:- Elədir… Siz bunu haradan bilirsiniz?..
    KİŞİ:- Deyirəm də, biz çoxdanın, lap çoxdanın tanışıyıq… Bu, sənin ikinci həbsindir, elə deyilmi?
    MƏHBUS:- Yox… Mən indiyəcən heç vaxt həbs olunmamışam. Siz məni kiminləsə qarışdırır, səhv salırsınız.
    KİŞİ (gülür):- Ha-ha-ha… Mən?.. Mən səhv edə bilmərəm… Mənim yaddaşım həmişə güclü olub. Doğrudur, sən o vaxt məhbəsdə yatmadın: bir az təcridxanada saxladıq… Amma barəndə cinayət işi açılmışdı… Onda sənin istintaq işini kim aparırdı?.. Unutmusan?..
    MƏHBUS:- Doğrudur, vaxtilə mənə qarşı cinayət işi açılmışdı, amma onda heç nə sübut edilmədi…
    KİŞİ:- Səni isə azadlığa buraxdılar… Belə demək istəyirsən, hə?..
    MƏHBUS:- Əslində elə bu cür oldu, bəli… İndi dumanlı şəkildə xatırlayıram: o vaxt müstəntiq cavan bir oğlan idi. Deyəsən, bu, onun ilk işiydi. (Pauza). Həmin adam yəqin ki, elə siz olmusunuz… Aradan illər keçib…
    KİŞİ:- Mən indi sənə baxa-baxa fikirləşirəm ki, görəsən insanlar niyə bu qədər axmaq olur?
    MƏHBUS:- Siz “axmaq” deyərkən kimi nəzərdə tutursunuz?..
    KİŞİ:- Hər halda söhbət axmaqlardan gedir; onun fərqi yoxdur ki, axmaq kimdir. Məsələn, mən yelbeyin adamları xoşlamıram. Gündə bir dona, bir libasa bürünənlərə nifrət edirəm. Əqidəli adamları ürəkdən sevirəm.
    MƏHBUS:- Elə mən də…
    KİŞİ:- Sən də?.. Cənab məhbus, de görüm o vaxt səni nə üçün cinayət məsuliyyətinə cəlb etmişdilər?..
    MƏHBUS:- Əvvəla, mən məhbus deyiləm… İkincisi də ki…
    KİŞİ:- Necə yəni məhbus deyilsən?... Sən artıq cəmiyyətdən təcrid olunmusan. Şübhə etmirəm ki, cinayətin sübuta yetiriləcək…
    MƏHBUS:- Deyəsən, siz hökmü əvvəlcədən hazırlamısınız! (Gülür). Təbrik edirəm.
    KİŞİ:- Sən yumor hissini saxlamısan. Bu, yaxşı əlamətdir… Amma sual cavabsız qalır… De görüm o vaxt… sən … sən cənab … nə üçün və hansı maddə ilə istintaqa cəlb olunmuşdun?
    MƏHBUS:- Bunu siz daha yaxşı bilərsiniz…
    KİŞİ:- Mən?
    MƏHBUS:- Bəli, siz… Axı, sizin iti, güclü yaddaşınız var…
    KİŞİ:- Elədir. Mənim yaddaşım iti ox kimidir. O ox mənzilə çatmaq üçün çox maneləri deşib keçib... Bildin? İndi isə kiçik bir arayış: o vaxt sənə cinayət işi açılmışdı. Doğrudurmu?..
    MƏHBUS:- Elədir... Tamamilə doğrudur.
    KİŞİ:- Əslində elə o zaman da sənin fəaliyyətində dövlət çevrilişinə cəhd motivləri vardı.
    MƏHBUS:- Xa-xa-xa...
    KİŞİ (əsəbi):- Sən nə üçün gülürsən?
    MƏHBUS:- Bayaq siz özünüz tələb edirdiniz ki, gülüm...
    KİŞİ:- Hım-m-m... Olsun! Gül! Amma sual cavabsız qaldı.
    MƏHBUS:- Hə, sual?..Yox, mən o vaxt hökmdara sui-qəsd planı hazırladığım üçün ayrı maddə ilə ittiham olunurdum... Amma yaxşı bilirsiniz ki, hökmdar öldü...
    KİŞİ:- O, çoxdan ölməli idi...
    MƏHBUS:- ... və mən xilas olundum...
    KİŞİ:- Gərək sən onu öldürəydin...
    MƏHBUS:- Mən heç quşu da öldürə bilmirəm.
    KİŞİ:- Bəs o plan nə idi elə?..
    MƏHBUS:- Heç bir plan olmayıb... Mən sadəcə olaraq ədalətli qanunların çıxarılması üçün mübarizə edirdim...
    KİŞİ:- İndiki qanunlar çox ədalətlidir. Amma sən yenə vuruşursan.
    MƏHBUS:- Xatırlayıram siz onda da eyzən bu sözləri deyirdiniz.
    KİŞİ:- Hansı sözləri?
    MƏHBUS:- O vaxtkı qanunların ədalətli olduğunu...
    KİŞİ:- Xatırımdadır ki, sən də o vaxt eyni sözləri deyirdin: ədalətli qanunlar uğrunda mübarizə edirdəm və sair...
    MƏHBUS:- Görünür, bu, mənin alın yazımdır...
    KİŞİ:- Hə?... Çevriliş sənin alın yazındır?
    MƏHBUS:- Yox... Mübarizə...
    KİŞİ:- Səni əvvəlcə dəlixanaya aparmaq lazımdır...
    MƏHBUS:- Amma nədənsə həbsxanaya gətiriblər...
    KİŞİ:- Deməli, belə çıxır ki, sən özünə ömürlük vəzifə seçmisən...
    MƏHBUS (gülür):- Necə ki, siz bu vəzifəni seçmisiniz...
    KİŞİ:- Mən öz işimdən çox razıyam.
    MƏHBUS:- İş? Bəyəm bu işdir?..
    KİŞİ:- Bəs nədir? Yoxsa sən məni avara hesab edirsən?
    MƏHBUS:-Yəni deyirəm ki, daha maraqlı bir işlə məşğul ola bilərdiniz...
    KİŞİ:- Bundan maraqlı iş? Bəlkə sən öz işindən özün hayıl-mayıl olmusan? Bəlkə adamları düz yolundan sapdırmaq, sağlam beyinləri zəhərləmək çox maraqlıdır, gərəkli bir işdir? Sən əvvəlcə keçmiş hökmdarı qətlə yetirmək istəyirdin, doğrudurmu?..
    MƏHBUS:- Qətiyyən !.. Nə keçmiş, nə də ki, sonrakı hökmdarların heç birini öldürmək iddiasında bulunmamışam. Mən, ümumiyyətlə, qarışqanın belə ölümünə razı ola bilmərəm. Mən sadəcə olaraq, hökmdarları ədalətə çağırmışam. Onda da, indi də... Mən istəmişəm ki, hökmdarlar Allahın yaratdığı bəşər övladını sevsinlər... Amma, təəssüf ki, onlar...
    KİŞİ:- ...Sən nə qədər axmaq adamsan! Əslində heç adam da deyilsən!
    MƏHBUS:- Nə üçün sizə elə gəlir?...
    KİŞİ:- Sən nə Allaha inanırsan, nə hökmdara, nə də qanunlara...
    MƏHBUS:- Mən Allaha inanıram... O Allah-həqiqətdir...
    KİŞİ:- Həqiqətə inanırsan?...
    MƏHBUS:- Bəli, həqiqətə!..
    KİŞİ:- Sən həqiqəti, ya da ki, həqiqət səni tapanadək iş işdən keçəcək!
    MƏHBUS:- Həqiqət gecikə bilər, amma gəlməyə bilməz. Elə ədalət də...
    KİŞİ:- Həqiqət... Ədalət... Bəh-bəh!.. Necə qiymətli sözlərdir!
    MƏHBUS:- Bəli, mən inanıram ki, həqiqət gec ya tez öz yerini tutacaq! O zaman hər kəs öz əməlinə görə ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam. Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kim yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inanan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam!
    KİŞİ:- Sən doğrudan Allaha inanırsan?.. Axı, mən elə bilirdim ki, sən ateistsən...
    MƏHBUS:- Ateist?.. Mən... Bunu kim deyir?..
    KİŞİ:- Mən... Mən deyirəm...
    MƏHBUS:- Mən həmişə öz Allahıma inanmışam...
    KİŞİ:- Öz Allahına?.. Səin öz Allahın var?.. Allah- hamı üçündür...
    MƏHBUS:- Hər kəsin öz Allahı olur. Birinin Allahı hakimiyyət, başqasınınkı sərvət, digərinki qorxudur...
    KİŞİ:- Bəs sənin- Allahın?
    MƏHBUS:- Həqiqətdir mənim Allahım... Həqiqət olmayan yerdə Allah yoxdur.
    KİŞİ:- Bəs cinayət olan yerdə necə, Allah varmı?..
    MƏHBUS:- Bu dünyada cinayətkar insan yoxdur. Bütün hallarda cəmiyyətdir günahkar. Hər bir cinayətin səbəbkarı- cinayətkarı yetirən mühitdür.
    KİŞİ:- Bu dünyada cinayəti olmayan insan yoxdur. Bütün hallarda insan cinayətkardır. (Ucadan). Mən insanlara nifrət edirəm!
    MƏHBUS:- Mən isə sevirəm...
    KİŞİ:- Kimi?...
    MƏHBUS:- İnsanları. Onların işıqlı sifətini
    KİŞİ:- “İnsanları sevirəm”... (Gülür) Xa-xa-xa... Bu, insanları sevir. Onların sifətində işıq görür... Bəs mən?... (Ciddiləşir). Bəlkə mən zülmət axtarıram?.. Rədd ol buradan, axmaq adam! Deyəsən sən məni dolayırsan?.. Rədd ol!... İşıq axtarır! Bir buna bax! “İşığaltı sifət”...

    Kişi Məhbusun üstünə yeriyir, onu itələyir. Məhbus öz kamerasına çəkilir. QADIN gəlir: Onun əynində gödək kitel, ayağında par-par yanan uzun çəkmə var: çəkmənin boğazı az qalı Qadının qurşağına çatır.

    QADIN (qapıya işarə ilə) :- O, danışmağa başlayır?..
    KİŞİ:- Danışacaq ... Danışdıracağıq... Hələ ağzı isti yerdədir.
    QADIN:- Çox qəribə adamdır...
    KİŞİ:- Qəribə? O, sadəcə olaraq naqqalın, sərsəmin biridir. Nə istədiyini heç özü də anlamır...

    Yaxınlıqdan zərbə səsləri eşidilir.

    QADIN:-Kimisə başa salırlar...
    KİŞİ:- Bir azdan bunu da başa salarıq...
    QADIN:- Bu, başa düşənə oxşamır.

    Uzaqdan haray çəkən qadın səsi, sonra atəş səsi eşidilir.

    QADIN:- Kimsə... Ömrünü bizə bağışladı...
    KİŞİ:- Kimsə?...Bəyəm tanımadın o kimin səsidir?...
    QADIN:- Yox... Mən səsləri ayırd edə bilmirəm ki...
    KİŞİ:- Qaraşın, çatmaqaş bir qadın vardı... Yadındadır?..
    QADIN:- Hə, bildim kimi deyirsən. Əri xaricə qaçıb gedib, özü isə rabitəçi işləyir...
    KİŞİ:- İşləyirdi...
    QADIN:- Dişləri protezdir...
    KİŞİ:- Protez idi... Keçmişdə... Danışanda da elə bil fit çalırdı. Amma hiss olunur ki, cavanlığı qəşəng olub.
    QADIN:- O, qəşəngdir bəyəm?..
    KİŞİ:- Qəşəng idi... Əlbəttə, ta o barədə söhbət belə gedə bilməz. Hər şey axıb gedir, keçmişə qovuşur.

    Qadın rəfdən qovluq götürüb vərəqləyir.

    QADIN (oxuyur):- Dövlət çevrilişinə cəhd maddəsi ilə ittiham olunur...
    KİŞİ:- Olunurdu... İndi o yoxdur, amma dövlət var... Dövlət əbədidir... Hökmdar da onun kimi... Sən o qadının kitabını bağla...
    QADIN:- Yaxşı... De görüm sən o qadını səsindən necə tanıdın?
    KİŞİ (gülür):- Mən bütün səsləri seçirəm... Əvvəllər bəstəkar olmaq istəyirdim...
    QADIN:- Əvvəllər?..
    KİŞİ:- Hə də, əvvəllər... Yəni uşaqlıqda...
    QADIN:- Xa-xa-xa...
    KİŞİ:- Sən niyə gülürsən?.. Bəlkə inanmırsan...Mənim uşaqlıq arzularıma?...
    QADIN:- Xa-xa-xa... Bəstəkar...
    KİŞİ:- Bəli, məhz bəstəkar... Mənim səsləri qavramaq, duymaq qabiliyyətim çox yüksəkdir... Qonşumuzda musiqi müəllimi vardı...
    QADIN:-Xa-xa-xa...
    KİŞİ:- O, həmişə deyərdi ki, sən gələcəyin ən böyük musiqiçilərindən biri olacaqsan... Sən isə... Gülürsən...Gülməli nə varki?..
    QADIN:-Bəs sən öz uşaqlıq arzularından niyə əl çəkdin?..
    KİŞİ:- Dolanmaq, yaşamaq lazım idi.
    QADIN:- Musiqiçilər, bəstəkarlar dolanmırlar bəyəm?.. Yoxsa onlar ac-acına yaşayırlar?
    KİŞİ:- Yox... Onda çətin vaxtlar idi. Musiqi təhsili almaq üçün oxumaq gərəkdir. Bizim isə ailəmiz böyükdür...Onda qəfildən məni buraya işə dəvət etdilər. Razı oldum. Başqa çıxış yolum yoxdu. Əvvəllər zəhləm gedirdi bu işdən. Sonra alışdım...
    QADIN:- İndi, necə deyərlər, öz sənətinin vurğunusan yəqin...
    KİŞİ:- Hər halda öz sənətimi sevirəm. Bir gün işə çıxmayanda bağrım çatlayır.
    QADIN:- Deməli, sənin içində bir bəstəkar məhv olub...
    KİŞİ:- Yox, mən yenə musiqini sevirəm.
    QADIN (gülür):- Xa-xa-xa... Sevirsən? Doğrudan?
    KİŞİ:- Sənə gülməli gəlir... Qoy olsun!... Mən musiqinin dəlisiyəm. Hər adamın səsində bir musiqi tembri yaşayır. (Qapıya sarı baxıb ucadan). Mən caniləri səsindən, lap elə nəfəsindən tanıyıram. İlk baxışda adamı cəlb edən məxməri səslər olur... Amma elə ki, o səs sahibinin boğazına çökürsən, onu boğazlayırsan... məlum olur ki, bu saxta səsdir. Mən adamların əsl səsi ilə qondarma səsini çox yaxşı ayırd edirəm. Hərə öz səsi ilə danışmalı, öz səsi ilə oxumalıdır. Mən saxta, xaric vuran səsləri xoşlamıram...
    QADIN:- Maraqlıdır...
    KİŞİ:- Səs- xam metal kimi bir şeydir. O, işlənməli, sınağa çəkilməlidir. Yoxsa... (Qapıya işarə ilə). Çox gur-gur guruldayan səslər görmüşük, sonra quyunun dibinə çəkilib, eşidilməz olub. Biz çox kəsilən nəfəslər görmüşük... Oğul odur ki, həmişə eyni ahənglə, eyni avazla oxusun... Mən demaqoqların səsini yüz min kilometrdən tanıyıram...
    QADIN:-Yüz min kilometrdən?!.
    KİŞİ:- Bəli... Radio dalğaları səsləri dünyanın o başından çəkib bizim qulağımıza daşıyır. Mən bir az diqqət yetirəndə həqiqi və saxta səslərin sahibini asanlıqla müəyyənləşdirirəm.
    QADIN:-Mən görürəm ki, sən doğrudan da böyük səs mütəxəssisisən..
    KİŞİ:- Komplimentə görə təşəkkür! Amma unutma ki, mən həm də böyük ürək mütəxəssisiyəm. ..
    QADIN:- Bax, bu, mənim üçün yenilikdir... Ürək... Ah, ürək!..Ha-ha-ha... Ürək!..
    KİŞİ:- Bəli, ürək!.. Nə qədər gülməli olsa da bu, belədir. (Qapıya sarı baxaraq ucadan). Amma bəziləri elə hesab edir ki, bizim sinəmizdən ürək yox, daş asılıb... Qoy belə düşünsünlər!.. Tarix hər şeyi yerbəyer edəcək. Həqiqət gec-tez öz yerini tutacaq...

    Kişi qovluqların üst-üstə qalaqlandığı rəfə yaxınlaşır, orada nəsə axtarır.

    QADIN:- Orada nə axtarırsan?
    KİŞİ:- Nə içəcəksən?..
    QADIN:-Mən? Heç nə.. Biz iş başındayıq, içmək olmaz.
    KİŞİ:- Bizim işimiz elədir ki, içməsək məhv olarıq.
    QADIN:- Nə üçün?..
    KİŞİ:- “Nə üçün”, “nə üçün”?.. Onun üçün ki, vəziyyət bunu tələb edir. Sən elə bilirsən qanunları icra etmək asandır?
    QADIN:- Qanunun içkiyə nə dəxli?..
    KİŞİ:- Dəxli çoxdur... Qanunların icrası insandan humanizm tələb edir. (Pauza). İnsan isə içəndə daha çox humanist olur. Eh... Bir də ki, bütün bunların mətləbə nə dəxli?.. İçmək istəyirəm, vəssalam!..

    Kişi qovluqların arxasından çıxartdığı şüşəni stolun üstünə qoyur.

    QADIN:-O, nədir?.. Rəngi də qapqara, zəhərə oxşayır...
    KİŞİ:- Rənginə baxma, ləzzətli şeydir...
    QADIN:- Şərabdır?..
    KİŞİ:- Yox... Hə... Əslində, heç bilmirəm nədir... Amma onu bilirəm ki, ləzzətli şeydir. Bir diversantın, qiyamçının mənzilindən tapılıb. (Ucadan). Əclaf uşağı, başqa ölkələrdə istehsal olunan içkidən vurur, sonra da and-aman edirlər ki, vətənpərvərik, xarici agentura ilə heç bir əlaqəmiz yoxdur! Ay inandıq ha!.. Guya biz koruq, karıq, dünyadan xəbərimiz yoxdur. (İçkidən fincanlara süzərək). İndi biz faktları yerindəcə yoxlayıb sənədləşdirərik. Sən niyə gözünü döyürsən?.. (İçir). Guya indiyəcən dilinə içki dəyməyib?.. Bu içki deyil ki... Yəni... içki olmağına içkidir, amma biz bunun əsasında akt tərtib etməliyik... Bu, əşyayi-dəlildir. Biz bunu yoxlamalıyıq. Yoxlamaq istəmirsən?.. (İçir). Budur, şokolad da var... Bu da xaricdə istehsal olunub- iyindən, dadından bilinir... Əclaf uşağı... Gör bir hansı mənfur ölkənin zir-zibilini daşıyıb gətiriblər bura... Hamısı kontrabanda ilə, qaçaqmalçılıqla məşğul olur!.. Bax, əxlaqı pozmaq, mənəviyyata zərbə vurmaq budur!.. Sən niyə içmirsən? Axı, biz sənədləşdirmə aparacağıq!... Başa düşürsənmi: sə-nəd-ləş-dir-mə-əəə!... Gərək bu içkini yoxlayaq, sonra qərar çıxaraq, sənəd yazaq...
    QADIN (Qapıya işarə ilə):- Axı, o, acdır... Ac adamın yanında yemək-içmək ...
    KİŞİ:- Açdır?!. (Ucadan). Qoy gəbərsin... Yox, hələ yaşasın... O, bizə gərəkdir... Deyirsən, acdır?... Eybi yoxdur. Dünyada ac mədənin səsindən məlahətli bir musiqi tanımıram.
    QADIN:- Sən çox insafsız adamsan...
    KİŞİ:- Mə’də oxuyanda ağız susur...
    QADIN:-Dəhşət!..
    KİŞİ:- Mə’də oxuyanda beyin susur...
    QADIN:- Fəlakət...
    KİŞİ:- Mədə oxuyanda ... mən sanki kilsə xorunun səsini eşidirəm, məsciddə əzan dinləyirəm... (Gözlərini yumub sanki ecaskar musiqi səsini dinləyir). Mən o səslərin içində bir anlığa itirəm... O səslər məni udur. Tox mə’də ac mə’dənin səsindən ehtizaza gəlir.
    QADIN:- Sən... sən... əclafsan...
    KİŞİ:- Əclaf?.. (Qapıya sarı). Əclaf odur!... Qiyamçı!.. Avantürist... Qoy orada əyləşib öz mə’dəsinin musiqisinə qulaq assın...
    QADIN:- Sənsə səs mütəxəssisi kimi feyziyab ol...
    KİŞİ:- Bəli! Mən həzz alıram! (İçir). Mən bu anlarda kef çəkirəm. Get, onu çağır, gəlsin bura... Birlikdə kef edək... Görəsən, o qanamz bilir ki, kef nədir?.. Kef!.. Mən bu dünyada əzab çəkən kəsin sifətinə baxarkən aldığım kefdən daha böyük bir həzzi xatırlaya bilmirəm... Mən onun (əli ilə qapıya işarə edir) üzünə baxıb kef çəkəcəyəm. Qoy o da mənə baxıb həzz alsın...
    QADIN:- Sənə baxıb həzz alsın?..
    KİŞİ:- Bəli!.. Axı, mənim sifətimdən əzab yox, sevinc, işıq yağır. Mən...Mən...Ümumiyyətlə, mən işıqlı sifətlər görəndə işıqlanıram, sevinirəm...
    QADIN:- Sənin sifətin işıqlıdır bəyəm?
    KİŞİ:- Mənim ürəyim kef çəkir, deməli, sifətim işıqlıdır...
    QADIN:- Deyirlər, işıq, daha çox ürəyi əzab çəkən adamların sifətində olur...
    KİŞİ:- Sən də qiyamçısan?..
    QADIN:- Hə? (Qorxur). Xeyr!.. Bəlkə sən özün?.. Bəlkə...
    KİŞİ:- Kəs səsini!...Mən ...sənə göstərərəm kimdir qiyamçı?.. (İçir). Mən istədiyimi sübut etməyi bacarıram... Get gətir o alçağı! Ona bəzi mətləbləri anlatmaq, başa salmaq lazımdır!.. Nədir?.. Üzümə niyə elə baxırsan?.. Hım-m-m... Yaxşı, özüm çağıraram onu!

    Kişi qalxır, Qadın düşüncəli halda var-gəl edir. Kişi Məhbusla qayıdır.

    QADIN:-Gəldiniz?..
    KİŞİ:- Gəldik!.. Başlaya bilərsən!..
    QADIN:- Nəyə?..
    KİŞİ:- Əməliyyata!..
    QADIN:- Mən?..Mən bilmirəm...

    Qadın Məhbusa yaxınlaşır.

    KİŞİ:- Bilmirsən nə etmək lazımdır?..
    QADIN:- Axı, mən... Yox, əlim gəlmir...
    KİŞİ:- Əlin gəlmir?.. Bəs ayağın necə?.. Yoxsa ayağın da qalxmır?
    QADIN:- Yox, ayağım qalxır. Çəkmələrim də təzədir...
    KİŞİ:- Görürəm, təptəzədir... Eləsə, başlaya bilərsən...

    Kişi Məhbusu vurub yıxır. Qadın yerə sərilmiş Məhbusa yaxınlaşır, ayağını onun çiyninə dayayır. Məhbus altdan-yuxarı Qadını süzür.

    MƏHBUS:-Məndən nə istəyirsiniz?..
    KİŞİ:- Biz səndən həqiqət sərdabəsinə açılan qapının yerini soruşub öyrənmək istəyirik. (Gülür). Ha-ha-ha... Bildin?..
    MƏHBUS:- Həqiqətin qapısı hər kəsin öz daxilinə acılır.
    KİŞİ:- Nə dedin? (Qadına). Bu, nə deyir?
    QADIN:- O? Heç nə demir...O, susur.
    KİŞİ:- Yəqin o, bilir ki, mən səs mütəxəssisiyəm. Qorxur ki, danışsa səs tembrindən onun kimliyini təyin edib cinayətini üzünə oxuyaram. İndi biz eşidərik onun səsini. (Qadına). Başla!.. Ya Allah!..
    QADIN:- Başlayım?..Yaxşı, olsun!..

    Musiqi. Qadın, təpiklə Məhbusun sinəsini, kürəyini döyəcləməyə başlayır. Kişi əlini-əlinə vurub qəşş edir, gülür; Məhbus haray qoparır. Qadın çəkmələrini çıxarıb musiqinin ritminə uyğun rəqs edir. Məhbus qadının çəkmələrini əlinə alıb yavaş-yavaş ayağa durur, qollarını yana açır, Kişinin üstünə yeriyir, Kişi dalı-dalı çəkilir, divara söykənir.Qadın arxadan Məhbusa yaxınlaşır, onun boğazından yapışıb boğmağa başlayır; Məhbus dizi üstə çökür, çəkmələr əlindən yerə düşür. Qadın və Kişi qol-qoal, əl-ələ səhnəni tərk edir. Məhbus tir-tap yerə yıxılır. Musiqi davam edir. Az sonra qonşu otaqdan Kişi və Qadının səsi gəlir. Kişi ürəkdən gülür, Qadın nəyəsə etiraz edir. Onların səsi bir-birinə qarışır. Qadın səs-küy salır, Kişi nərildəyir. Məhbus yerə vurnuxur, əl-qol açır, ayağa durmaq istəyir, amma bacarmır, yerə çökür. Az sonra Kişi və Qadın səntirləyə-səntirləyə gəlirlər. Onlar yerdə hərəkətsiz uzanıb qalmış Məhbusa yaxınlaşırlar. Qadın çılpaq ayağı ilə Məhbusun başını o üz-bu üzə çevirir. Kişi əyilib Məhbusa baxır, qorxur, ətrafa nəzər salır. Qadın çəkmələrini geyir.

    QADIN:- Ölüb deyəsən...
    KİŞİ:- Ölüb?..Ola bilməz!
    QADIN:- Ola bilməz? Bəyəm bu da ölməzdir?..
    KİŞİ:- Yox, bu, ölməz deyil. (İçini arıtlayır). Bizdə ölməz bircə nəfərdir...
    QADIN:- Bu, deyəsən, həqiqətən, ölmək üzrədir...
    KİŞİ:- Yox, ölməz... Daha onun dişləri yoxdur...Tezliklə onun ağzını protez dişlər bəzəyəcək. Saxta dişlər... Onun səsi də saxtadır...
    QADIN:- Yəqin ki, elədir... Axı, sən səs mütəxəssisisən...
    KİŞİ:- Təkcə səs yox... Mən həm də ürək mütəxəssisiyəm. (Qadına yaxınlaşır).
    Sən ki, bunu yaxşı bilirsən... (Onun əlindən tutur). Əllərin nə soyuqdur... Amma bu pis əlamət deyil. Əli soyuq olanların ürəyi isti olur.
    QADIN:- Dayan, sən nə edirsən?..Əlini o yana çək...
    KİŞİ:- Nədir, utanırsan?..
    QADIN:- Axı, bizə baxırlar...
    KİŞİ:- Kim baxır bizə?.. Burada bizdən başqa adam var ki?..
    QADIN (Məhbusa işarə ilə):- Niyə yoxdur?..Bəs o, adam deyil?..
    KİŞİ:- Yox...O, heç vaxt adam olmayıb, olmayacaq da...O, kölgədir... (Qadının əllərini, çiynini oxşayır). O, şeytandır... O, cindir...O, qatildir. O, it kimi gəbərəcək...Sən isə mələksən...
    QADIN:- Qəribə adamsan...Sənə nə olub bu gün?..
    KİŞİ:- Mən sənə bu gün ürəyimin gözü ilə baxıb gördüm ki... mələksən...
    QADIN:- Mənə toxunma.Əlini çək... Bax belə. Sakit ol... (Dəlicəsinə gülür). Ha-ha-ha!... Bir də unutma ki, mən qadın deyiləm...
    KİŞİ (Heyrətlə): -Necə yəni, qadın deyilsən?.. Bəs... bəs kimsən, nəsən?.. (Kənara çəkilir). Bəlkə kişisən?..
    QADIN:-Mən qanun icraçısıyam. Mənim ürəyim yoxdur. Mənim sinəmdən daş parçası asılıb... İnanmırsan?
    KİŞİ:- Sən hərdən elə şeylər danışırsan ki... Yaxın gəl görüm... (Məhbusa sarı baxır). Bu, birdən ... doğrudan ölər... Dərimizə saman təpərlər... Onu bizdən diri-diri təhvil almaq istəyirlər... Qoy sürüyüb atım öz kamerasına... Beləsinə görə xataya düşmək istəmirəm.

    Kişi Məhbusu sürüyə-sürüyə çıxarır, qayıdıb gəlir, əllərini bir-birinə çırpır.

    QADIN:- Yəni bunu belə çox sevirlər? Ölümünü istəmirlər bunun?
    KİŞİ:- Yox, o, buna nifrət edir. Deyilənə görə bunu görəndə elə bil qutuda ilan görür.
    QADIN:- Bəs bunun ölümü onu nə üçün kədərləndirməlidir ki?..
    KİŞİ:- Çünki o...o...camaat deyir ki, o, bunun diri ikən ölü olmasından həzz alır...
    QADIN:- Bəs görəsən bu, nədən həzz alır?
    KİŞİ:- Bu? Özünün dediyinə görə, işıqlı sifətlərdən... (Gülür). Mənim sifətim necədir?
    QADIN:- Tutqundur...
    KİŞİ:- Nə?.. Mənim sifətim tutqundur?..
    QADIN:- Nəsə rəngin qaçıb...
    KİŞİ:- Amma...sənin rəngin...maşallah, sən çiçək kimi açmısan...
    QADIN:- Yox...ola bilməz...Həbsxanada çiçəklər aça bilməz... Elə bil ürəyim qandallanıb...
    KİŞİ:- Mən sənin ürəyini azad edərəm o qandallardan...
    QADIN:- Necə?.. Bu, necə ola bilər?..
    KİŞİ:- Mən əminəm ki, biz gec-tez öz istəyimizə çatacağıq- sən də, mən də...
    QADIN (tərəddüdlə):- O, nə istəkdir elə?..
    KİŞİ:- Həqiqətə qovuşmaq istəyi...
    QADIN (heyrətlə):- Həqiqətə... qovuşmaq?..
    KİŞİ:- Hə də... Bilirsən, mən həqiqətə inanan adamam...
    QADIN:- Doğrudan?
    KİŞİ:- Əlbəttə... Mən əminəm ki, həqiqət gec-tez öz yerini tutacaq. (Sanki öz-özünə danışır, əl-qolunu ölçür). Hər kəs öz əməlinə görə gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əmməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam.Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kim yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inanan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam. (Duruxub susur. Pauza). Hə, necədir?
    QADIN:- Sən doğrudan Allaha inanırsan?.. Axı, mən elə bilirdim sən ateistsən...
    KİŞİ:- Allaha inanmayanın burada nə işi?..
    QADIN:- Mən də...dindaram... Yəqin.
    KİŞİ:- Əlbəttə, dindarsan... Sən əməli-saleh bir qadın, Allaha etiqad edən bir vətəndaşsan. Bizim hamımız dindaıq burada. Rəisimiz başda olmaqla. (Asta səslə). Tapşırıq belədir...Yuxarıdan... Biz qanuna tabe adamlarıq. Düzdür, bizim əvvəllər ateist... ateistlərimiz də vardı. Amma indi Allahı dərk etmişik... Allahı dərk etdikcə özümüzü də dərk edirik. (Ucadan). Hamı Allahın quludur. Elə qanun da... Qanun-hökmdardır. Yox... Deyəsən, belə demirlər. Məncə hər şeydən uca hökmdardır. Allah da hökmdara tabedir... Allah hökmdarın quludur...Yəqin ki, Allah ateistdir.
    QADIN:- Necə yəni, “Allah ateistdir”?!.
    KİŞİ:- Yəqin ki, elədir. Axı, Allah özü özünə sitayiş edə bilməz. Bu, bir az qeyri-təvazökarlıq olar. Allah yaxşı bilir ki, onun özündən başqa Allah yoxdur...
    QADIN:- Əlbəttə, Allahdan başqa Allah yoxdur... Belə deyirlər.
    KİŞİ:- Elədir... Deməli, belədirsə, yəni Allah özü-özünə sitayiş etməyirsə və özündən başqa heç kəsə inanmırsa, deməli o, ateistdir.
    QADIN:-Yox! Ola bilməz. Mən ateistlərə nifrət edirəm.
    KİŞİ:- Ateistlər şeytanın qohumlarıdır.
    QADIN:- Yəqin ki, şeytanı da Allah idarə edir... Elə ateistləri də...
    KİŞİ:- Yəqin ki... (Qapıya işarə ilə). Hələ şeytanlar ölməyib. Biz şeytanları məhv etməliyik!..
    QADIN:- Allah insanın ölümünə fitva verənləri bağışlamır. Belə deyirlər...
    KİŞİ:- Elədir. İnsanı Allah yaradıb- Allah da öldürə bilər... Biz isə yalnız mühakimə edə bilərik.
    QADIN:- Biz kimə tabeyik: Allaha, yoxsa qanuna?..
    KİŞİ:- Yox... Hə...Allaha?..Qanuna?..Yox!..Hə, tapdım:-hökmdara. Axı, hökmdar-qanun deməkdir.
    QADIN:- Hökmdarı insanlar seçir...
    KİŞİ:- Yox, hökmdarı Allah seçir, insanlarsa onu sevir... Hə...Yox... İnsanlar seçir, Allahsa sevir... Yox, Allahı və insanları hökmdar özü seçir...
    QADIN:- Mən hökmdarı sevirəm!..
    KİŞİ:- Mən də!..(Qapıya sarı). Amma bizim aramızda hökmdarın ölməzliyinə, əbədiliyinə şübhə edənlər də var!.. Onlar ən ağır cəzaya məhkum olunmalıdır! Bunu ədalət məhkəməsi, qanunun aliliyi tələb edir!.. Mən belələrini öz əlimlə boğub məhv edərdim. Heyif ki, qanun yol vermir buna...
    QADIN:- Allah da yol vermir...
    KİŞİ:- Hökmdar da...
    QADIN:- Amma biz insanları tərbiyə etməliyik...
    KİŞİ:- Tərbiyə etməliyik! Elədir! Tərbiyə olunmaq istəməyənlər isə islah edilməlidir... Yer üzündə heç bir cinayət cəzasız qala bilməz...
    QADIN:- Cinayət varsa, cəza da olmalıdır!..
    KİŞİ (Qapıya sarı):- Bəyəm bunu hamı anlayır ki?..
    QADIN:- Biz bu yazığın...az qala nəfəsini kəsdik...Axı, Allah buna necə baxar?..
    KİŞİ:- Allah?... Nə bilim necə baxır? Amma hökmdar yaxşı baxır. Biz də buna hökmdarın gözü ilə baxmalıyıq... (Pauza). Yaxşı... Mən getməliyəm... Bir azdan qayıdıb gələcəyəm. Hesabat verməliyəm. (Qapıya işarə ilə). Hərdən ona, onun leşinə bax. Birdən gəbərər, ayağımızda qalar.

    Kişi gedir. Qadın gedib qonşu otaqdan Məhbusu sürüyə-sürüyə gətirir, onun nəbzini tutur, başını dizinin üstünə alıb o üz-bu üzə çevirir. Məhbus ayılır.

    QADIN:- Hə, deyəsən ayıldın.
    MƏHBUS:- Siz...Hə, bu, sizsiniz...
    QADIN:- Nədir, mənə niyə elə baxırsan?..
    MƏHBUS:- Mən heyrət edirəm... Mən inanmıram... İnanmaq istəmirəm...
    QADIN (gülür):- Doğrudan?..Nəyə?..
    MƏHBUS:- Mən qadının bu cür qəddar, amansız olduğuna heç vaxt inanmazdım.
    QADIN (ciddiləşir):- Yəqin ki, söhbət mənim barəmdə gedir.
    MƏHBUS:- Yəqin ki...
    QADIN:- Mənsə kişinin bu qədər qorxaq, vecsiz olduğuna inanmazdım.
    MƏHBUS (ayağa durub):- Yəqin ki, söhbət məndən gedir.
    QADIN:- Yəqin ki... (Pauza). Və çox guman ki, sənin dost-tanışın olmayıb bu dünyada...
    MƏHBUS:- Bunun məsələyə nə dəxli?.. Ümumiyyətlə, mənim qorxaq və ya cəsus olmağımın sizə nə dəxli?..
    QADIN:- Dəxli çoxdur... Məsələ burasındadır ki, qorxaq adamların ətrafında kimlərinsə toplaşması qeyri-mümkündür. Görünür, elə buna görə də sən yalquzaq kimi tək qalmısan. İtirib-axtaranın da yoxdur.

    Məhbus ilk dəfə görürmüş kimi Qadını diqqətlə süzür. Ayağa durur. Uzaqdan həzin musiqi səsi eşidilir. Qadın qəddini düzəldib gülümsəyir. Onlar üz-üzə dayanırlar. Məhbus bir qədər geri çəkilir, Qadın ona doğru addım atır.

    MƏHBUS:- Bəs siz ncə, tənha deyilsinizmi?
    QADIN:- Yox... Mənim ailəm, uşaqlarım...
    MƏHBUS:- Siz elə ailə üzvlərinizin arasında da tənhasız. Siz insanların hamısına nifrət edirsiniz.
    QADIN (gülür):- Bəlkə də... Amma mənim nifrətim bir növ sənin məhəbbətinə bənzəyir...
    MƏHBUS:- Necə?.. Mənim məhəbbətimə?..
    QADIN:- Axı, sən də bütün insanları sevirsən... Səhv etmirəmsə bunu özün deyirdin.
    MƏHBUS:- Elədir... Məncə, mənim həyatımın öz mənası var... Elə hər bir kəsin həyatının öz mənası olur.
    QADIN:- Nədir sənin həyatının mənası? Bunu bilmək pis olmazdı...
    MƏHBUS:- Elə özüm də özümə tez-tez bu sualı verirəm: sənin həyatının mənası nədir? Doğrudan da... mən nə üçün yaşayıram?
    QADIN:- Sən nə üçün yaşayırsan?..
    MƏHBUS:- Yəqin ki, bu dünyaya heç kəsin gəlişi təsadüfi deyildir. Hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir: mən özümü və ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, bir hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyiri, nadürüstlük ədaləti əzir. Nadanlar, cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm: həqiqətin dərkində, xeyirin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədim allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm.
    Tanıyırsınızmı Prometeyi? Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya, o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir, qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim ətrafımdakı insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm, bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində tezliklə qələbə çala bilməyəcək, bu mübarizə uzun çəkəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh məhbus nə gic-gic danışır. Amma mən sizə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sizin öz işinizdir.
    QADIN:- Sənin dediklərin mənim üçün yenilik deyil...
    MƏHBUS:- Bəlkə də...
    QADIN:- ...ən azı ona görə ki, Promoteyin yaşadığı dövrdən bizi minilliklər ayırır. Yəni bu ötən illər ərzində sənin kimi düşünənlərin sayı kifyət qədər olub. Olub və yenə olacaq. Sən haradan bilirsən ki, mən... mən özüm ədalət və həqiqət uğrunda canımdan keçməyə hazır deyiləm?..
    MƏHBUS:- Doğrudan?..
    QADIN:- Bəli, doğrudan! Mən də öz çalışdığım mühitdə həqiqətin bərpası üçün əlimdən gələni əsirgəmirəm. Yoxsa sən elə başa düşürsən ki, mən Prometeyin düşməniyəm? Xeyr, əzizim!.. Elə mən özüm Prometeyəm! Sənin dediyin o qartal hər gün mənim ciyərimi dimdikləyir. Fəqət nə etməli?..
    MƏHBUS:- Maraqlıdır...
    QADIN:- Maraqlıdır, əlbəttə... Hətta, olduqca maraqlıdır.
    MƏHBUS:- Görəsən, sizin ətrafınızdakıların hamısı bu cür düşünür?.. (Əli ilə qapıya sarı işarə edir). Hətta, o da...
    QADIN:- Mən başqalarının düşüncəsi barədə heç nə deyə bilmərəm...
    MƏHBUS:- Mən belə başa düşürəm ki, siz şərə, rəzalətə qarşı çəkmələrinizin dabanı ilə mübarizə aparırsınız. Özü də bu mübarizə çox amansızdır...
    QADIN:- Mübarizənin formaları çoxdur. Əlbəttə, çəkmə dabanının zərbələri də istisna deyil bu vuruşda... (Təkəbbürlə). Bir də unutma ki, qanun hamı üçün eynidir.
    MƏHBUS:- Qanun-şahdır...hökmdardır...eləmi?..
    QADIN:- Sən nəyə istehza edirsən?.. Qanuna, yoxsa hökmdara?..
    MƏHBUS:- Hər ikisinə...
    QADIN:- Mən isə hər ikisini sevirəm. Qanunu da, hökmdarı da...
    MƏHBUS:- Yəqin ki, sevdiyiniz ayrı bir nəsnə yox bu dünyada...
    QADIN:- Niyə ki?..Mənim sevgimin hüdudu yoxdur...
    MƏHBUS (istehza ilə):- İnanıram...

    Atəş səsi. Məhbus diksinir.

    QADIN:- Qorxdun?.. (Gülür). Qəhrəmanlar qorxmamalıdır. Hətta, ölüm qarşısında belə. (Pauza). O, əbədiyyətə qovuşdu.
    MƏHBUS:- Kim?...
    QADIN:- Güllə səsini eşitmədin?..
    MƏHBUS:- Eşitdim.
    QADIN:- Prometeyi güllələdilər.
    MƏHBUS:- Prometeyi?..
    QADIN:- Bəli, Prometeyi. O, yalnız nağıllarda, miflərdə diridir, ölməzdir. Həyatda isə Prometeyin sonu var. O, ölümə məhkum olunmalıdır.
    MƏHBUS:- Siz də hər gün adam güllələyirlər. Bu, dəhşətdir.
    QADIN (gülür):- Nə üçün dəhşət olur ki? Bu, adi, gündəlik işdir...
    MƏHBUS:- Adi? Siz buna adi deyirsiniz?..
    QADIN:- Əlbəttə...
    MƏHBUS:- Siz... görmürsünüz?..
    QADIN:- Nəyi?..
    MƏHBUS:- Adamların güllələnməsini...
    QADIN:- Bu, çox sadə bir əməliyyatdır. Adamla heyvanın, məsələn, qoyunun ölümü arasında elə bir fərq yoxdur. Hər ikisi öləndə xırıldayır.
    MƏHBUS:- Vəssalam?..
    QADIN:- Bəli, vəssalam. Mən bunu çox görmüşəm...
    MƏHBUS:- Bəlkə, siz... adam da öldürmüsünüz?..
    QADIN (gülür):-Sən çox şeylə maraqlanır, çox şey öyrənmək istəyirsən... Deyəsən, sənə elə gəlir ki, yer öz oxu ətrafında elə-belə, özbaşına fırlanır, eləmi?
    MƏHBUS:- Yox... Mən sadəcə olaraq öyrənmək istəyirəm: siz adam öldürmüsüz, ya yox?..
    QADIN:- Xeyr!.. Bizim qanunlar indi insan həyatına insan tərəfindən son qoyulmasına imkan vermir. Bizdə ölüm hökmü çoxdan ləğv olunub...
    MƏHBUS:- Bəs mən hər gün buradan –bu kameradan atəş səsləri eşidirəm.
    QADIN:- Bəlkə kimsə intihar edir, özü-özünü güllələyir, bunun bizə, bizim qanunlara nə dəxli?
    MƏHBUS:- Bəs bu silahları kim verir onlara?..
    QADIN:- Kimə?..
    MƏHBUS:- Məhbuslara!..
    QADIN(gülür):- Əgər ürəyindən keçirsə, sənə də silah verə bilərik. (Ciddiləşir). Deyəsən, sən mənə inanmırsan?..
    MƏHBUS:- Yox...Niyə ki?.. Hər kəsin içində bir həqiqət işartısı olur.
    QADIN:- Əlbəttə... Mən həqiqətə həmişə inanmışam. (Sanki öz-özünə monoloq deyir, əl-qolunu ölçə-ölçə danışır). Gec-tez həqiqət öz yerini tutacaq! Hər kəs öz əməlinə görə gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam. Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kəs yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam. (Duruxub susur. Pauza). Hə, necədir?
    MƏHBUS:- Siz doğrudan Allaha inanırsınız?.. Axı, mən elə bilirdim siz ateistsiniz...
    QADIN:-Allaha inanmayanın burada nə işi?.. Burada hamı dindardır...
    MƏHBUS:-Burada...hamı...dindardır...Hamı...Hamı əzabkeşdir. (Gülür). Deyəsən, mən başımı itirməkdəyəm! Deyəsən, mənim axtardıqlarımı bunlar çoxdan tapıblar! Deyəsən, əsl həqiqət mücahidləri bunlardır. Bunlar həqiqətdir, mənsə yalan... Deyəsən, yalanla həqiqət arasındakı sərhəd çoxdan götürülüb. Dünya necə də zalım imiş... İnsanlardan da zalım...

    Musiqi. Kişi gəlir, Qadına yaxınlaşır, onun əlindən tutur. Onlar rəqs edirlər. Məhbus kənara çəkilir. Qadın qəfildən Kişidən ayrılıb Məhbusa yaxınlaşır, onun çiynindən tutur, qoluna girib rəqsə dəvət edir. Kişi onların qənşərində dayanıb dəlicəsinə qəhqəhə çəkir. Qadın ortada dayanıb Məhbusla Kişinin əlindən tutur. Amma kişilərin hərəsi bir səmtə üz tutur, kənara çəkilirlər, gözdən itirlər. Qadın səhnədə tək qalır. Musiqi səsi tədricən azalır.

    PƏRDƏ





    II HİSSƏ

    Yenə həmin məkan. Həzin musiqi. Qadın iti addımalrla gəzişir: o, gödək yubka, dəri gödəkcə geyib. Ayağında yenə uzunboğaz çəkmə var. Qadın arabir ayaq saxlayıb qonşu otağa-kameraya sarı boylanır. Uzaqdan atəş və inilti səsləri eşidilir. Qadın qapıya yaxınlaşıb cəftəni çəkir.

    QADIN:- Gəl, gəl! Dincəldiyin yetər... Yenilməz qəhrəman...

    Məhbus daxil olur.

    MƏHBUS:- Eşidirəm...
    QADIN:- Düzünü de: sənin üçün ən böyük xəyanət nədir? Yəni kimin xəyanətini bağışlaya bilməzsən?..
    MƏHBUS:- Ən böyük xəyanət?.. Bu, yəqin ki, özümün özümə xəyanəti olardı...
    QADIN:- Özüünün özünə xəyanətin?... Bəs dostların xəyanəti necə?..
    MƏHBUS:- Mən...onları bağışlaya bilərəm... Amma özümü bağışlamaq... Yox... Bu mümkün deyil...
    QADIN:- Axı, özün bilirsən ki, səni öz dostlarının fitvası ilə həbs ediblər.
    MƏHBUS:- Bilirəm... Mənə hər şey məlumdur...
    QADIN:- Sənsə bütün bunların hamısını çox soyuqqanlıqla qarşılayırsan...
    MƏHBUS:- Elədir... Mən nə etməliyəm ki? Ayrı çıxış yolum yoxdur.
    QADIN:- Sən də dostlarının üzünə dura bilərdin...
    MƏHBUS:- Bu, çıxış yolu deyil, axı...
    QADIN:- Bizə çatan məlumata görə, sənin üzünə duranların çoxuna ənam verilib...
    MƏHBUS:- Ənam? Nə ənam?...Başa düşmədim...
    QADIN:- Onlara vəzifə verilib.
    MƏHBUS (gülür):- Ha-ha-ha!.. Anladım...Vəzifə... Pul... Sərvət... Bəli, bilirəm, onlara çox şey vəd olunub...
    QADIN:- Bəyəm bunlar səni ağrıtmır?..
    MƏHBUS:- Məni?..Məni yox...Ola bilsin ki, onları ağrıdır.
    QADIN:- Onları nə üçün?..
    MƏHBUS:- Hər halda onlar nə vaxtsa insan olublar.
    QADIN:- Nə vaxtsa?..
    MƏHBUS:- Bəli...Nə vaxtsa...
    QADIN:- Bəs sən özün necə?.. Yəni sən də hamı kimi azad yaşaya, ailə sahibi ola bilərsən... Sən də bir iş-gücdə çalışarsan... Lap sənə də dostların kimi müəyyən bir vəzifə tapşıra bilərdilər...
    MƏHBUS:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
    QADIN (gülür):- Eləsə sənin vəzifən nədən ibarətdir?..
    MƏHBUS:- Mənim vəzifəm insanları qanun-qaydaya dəvət etmək, həyatın mənasını anlatmaq...
    QADIN:- Nə? Qanun-qaydanı bərpa edirsən?.. Ha-ha-ha!..
    MƏHBUS:- Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
    QADIN:- O, nə qanunlardı elə? Bəlkə deyəsən, biz də bilək...
    MƏHBUS:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
    QADIN:- Deməli, sən çox vicdanlı adamsan, bizsə vicdansız...Eləmi?..
    MƏHBUS:- Doğrudanmı, sən haçansa özün öz ürəyinin əksinə getdiyini dərk etmirsən?..
    QADIN:- Deməli, sən mənim ürəyimin olduğuna şübhə etmirsən?.. (Pauza). Buna da şükür!
    MƏHBUS:- Məsələ təkcə ürəkdə deyil.
    QADIN:- Bəs nədədir?..
    MƏHBUS:- Məsələ burasındadır ki...sən ...sən ürəyinin səsinə qulaq asırsan, ya yox?..
    QADIN:- Mən ürəyimin səsini həmişə eşidirəm. (Əlini sinəsinə qoyur). O, saat kimi işləyir: tıq-tıq-tıq...
    MƏHBUS:- Sən ürəyinin əksinə gedəndə o ağrıyır, ya yox?..
    QADIN:- Kim?..Nə?..Hə, ürəyi deyirsən?.. Əlbəttə... Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
    MƏHBUS:- Mənsə elə düşünürəm ki, sən öz ürəyini aldadırsan. Sənə elə gəlir ki, ürəyinin səsinə qulaq asır və guya hansısa mühüm bir tapşırığı vicdanla icra edirsən və beləliklə də ürəyin rahatlıq tapır... Amma bu qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram.
    QADIN:- Bəlkə mən cinayətkaram?
    MƏHBUS:- Cinayətkar- təkcə adam öldürən, talançı, quldur olmur ki! Elə insanın özü-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
    QADIN:- Sən bu sözləri haradan əzbərləyib öyrənmisən?..
    MƏHBUS:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm olmamalıdır?!.
    QADIN:- Xahiş edirəm, bu cür söhbətlərə son qoy! Oldu?..
    MƏHBUS:-Yaxşı, qoy olsun...

    Pauza.

    QADIN:- Niyə susursan?..
    MƏHBUS:- Məncə, susmaq məsləhətdir...
    QADIN:- Sən həmişə bu cür olmusan?..
    MƏHBUS:- “Bu cür”?.. Yəni necə?..
    QADIN:- Qaraqabaq, adamayovuşmaz...Kobud...
    MƏHBUS (gülür):- Yox, aradabir şən, gülər vaxtlarım da olur.
    QADIN:- A-a-a...Doğrudan da gülürsən!.. Mən səni heç vaxt bu cür görməmişəm.
    MƏHBUS:- Sənin xətrinə hərdən gülərəm.
    QADIN:- Qəribədir, özü də sən güləndə tamam başqa cür olursan.
    MƏHBUS:- “Başqa cür”?
    QADIN:- Bəli. Yəni elə bil dəyişib ayrı adama çevrilirsən...
    MƏHBUS:- Yox, mən elə həmin adamam, buna şəkk-şübhən olmasın!
    QADIN:- Mənim doğru sözümdür. İndi sifətindən işıq tökülür. (Ona yaxınlaşır). Elə bil sən artıq bayaqkı adam deyilsən...
    MƏHBUS:- Bəlkə də... Bəlkə bayaqkı adam buradan çıxıb getdi?.. Qaçdı?..Yerinə başqası gəldi?!. (Gülür). Hər şey ola bilər.
    QADIN:- Yoxsa sənin də ürəyindən qaçmaq keçir?..
    MƏHBUS:- Qaçmaq?.. Necə yəni “qaçmaq”?..
    QADIN:- Hə də...Azad olmaq...
    MƏHBUS:- Azadlıq kimin ürəyindən keçmir, axı?..
    QADIN:- ...və yəqin ki, bunun üçün yollar da axtarırsan...
    MƏHBUS:- Yollar?.. Bəyəm bu axtarışın bir mənası var ki? Bütün yollar bağlıdır...
    QADIN:- “Bütün yollar bağlıdır”... Bəlkə də elədir...Amma....
    MƏHBUS:- Nə “amma”?...Bəlkə sənin buna şübhən var?..
    QADIN:- Nəyə?..
    MƏHBUS:-Mənim bütün yollarımın bağlandığına?..
    QADIN:- Hə...Yox...Əlbəttə, yollar bağlıdır...Amma...Sən özün dedin:-“azadlıq kimin ürəyindən keçmir”?.. Yoxsa sən demədin bu sözləri?..
    MƏHBUS:- Elədir, mən dedim... Nə olsun ki?..
    QADIN:- O olsun ki, sən qaçmaq istəyirsən...
    MƏHBUS:-Mən?..Sən bunu haradan bilirsən?..
    QADIN:- Özün dedin ki?..
    MƏHBUS:- Hə...Yox, mən o cür demədim...
    QADIN:- Yox, dedin! Özün dedin! Bəlkə sözünü geri götürmək istəyirsən?.. Bəlkə qorxdun?..
    MƏHBUS:- Mən?..Qətiyyən!..Qətiyyən qorxmuram!..Bəli, mən buradan, bu iyrənc aləmdən, bu boz divarlar arasından qaçıb qurtarmaq istəyirəm! Sonra?..Bunu eşitmək istəyirdin?!. Onda eşit! Bağışlayın ki, sizə “sən” deyirəm...
    QADIN(sakit tonla):- De. Elə bu cür de. Özün də qışqırma...
    MƏHBUS:- Əl çək məndən!..
    QADIN:- Əl çəkən deyiləm. (Diqqətlə Məhbusu süzür). Zəhləm gedir...
    MƏHBUS:- Getsin...
    QADIN:- Səndən yox... Qorxaqlardan.
    MƏHBUS:- Elə məni də qorxaq hesab et . Zəhlən gedə bilər...
    QADIN:- Qorxaqların burada nə işi?..
    MƏHBUS:- Bura elə yerdir ki, qorxmazları da qorxağa çevirə bilərlər.
    QADIN:- ...həm də cinayətkara...
    MƏHBUS:- Belə şeyləri sən daha yaxşı bilərsən...
    QADIN:- “İnsanın özü-özünə xəyanət etməsi də cinayətdir”. Eləmi? Bəlkə indi öz ifadəndən imtina edirsən?..
    MƏHBUS:- Dedim, rahat burax məni...
    QADIN:- Deyəsən, yorulmusan...Əslində, elə mən özüm də əldən düşmüşəm. Bəlkə mən bir az uzanıb istirahət edim?.. Hə, elə bu kreslodaca... (Əyləşir). Bəlkə mənim çəkmələrimi çıxarmağa kömək edəsən?.. Niyə susursan?.. Gözünü niyə bərəldib baxırsan?.. Qanmaz! Bəyəm sən bilmirsən ki, bu dünyada qadın ayağından gözəl heç nə yoxdur?.. Bəlkə sən belə şeyləri hələ bilmirsən?.. Üz-gözündən dünyagörmüş adama oxşayırsan. Amma belə çıxır ki, hələ yonulmamısan...Yaxşı, eybi yoxdur, elə çəkməli-patavalı dincələrəm... Sənsə çəkil o küncə...Amma mürgüləmə ha!.. Ya bəlkə ötürüm səni öz kamerana?.. Hə?.. Niyə susursan?.. Lalsan? Karsan?.. Gicsən?.. Bəlkə ölmüsən, meyitsən? (Ayağa durub ona yaxınlaşır, çiynindən yapışır). Danış görüm!.. Özün də gülümsə!.. Bayaqkı kimi... Sənin təbəssümün mənə öz uşaqlığımı xatırlatdı...Yalnız uşaqlar o cür gülümsəyə bilər: təmiz, saf, məsum... (Onun boynundan tutub özünə sarı çəkir). Alçaq, gözünü niyə döyürsən?.. Axı, sən kişisən... (Əynindəki gödəkçəni və yubkanı soyunub bir tərəfə atır. Alt paltarda və çəkmədə qalır). Gör bir nə vaxtdan çürüyürsən bu nəmli, bu boz divarlar arasında... Bəlkə özün də çevrilib daşa-divara dönmüsən?.. “Ürək-ürək”-deyirdin, hanı bəs sənin ürəyin?.. Yoxdur?.. Amma mənim ürəyim var!.. Eşidirsən?.. Yox?.. Bir əlini sinəmin üstünə qoy!.. Eşidirsən?.. Sən kişi deyilsən?.. Amma mən qadınam, qadın!.. Sən bilirsən qadın ürəyinin sirrini? Ay bildin ha!.. Bunu bilmək üçün gərək ya qadın olasan, ya da ki... ya da ki, Allah!.. Sən isə bunlardan heç biri deyilsən... Sən axmaqsan!.. Sən gicsən... (Qapıya işarə ilə). Bir azdan o heyvərə gələcək... Sən nəyi, nəyi gözləyirsən? Bəlkə yenə kötək yemək keçir könlündən?... (Paltarını geyə-geyə) Of-f-f!.. Rədd ol buradan!.. Get! Çəkil, get öz yuvana!..Sən adam olmaq istəmirsən!..

    Məhbus gedir. Qadın özünü qaydaya salıb hikkəli-hikkəli qapıya baxır. Kişi gəlir.

    KİŞİ:- İşlər yaxşıdır? (Qapıya işarə ilə). O, necədir? Dincəlir? Qoy dincəlsin! Sakitlikdir! Əmin-amanlıq bərpa olunub...
    QADIN:- Hə, elədir, sakitlikdir...

    Atəş səsi eşidilir. Onlar diksinirlər.

    KİŞİ:- Sakitliyi pozdular yenə... Bu da belə getdi. (Rəfə işarə ilə). Sən o qovluğu çıxar... Lap altındakını... Orada sağ tərəfdədir...

    Qadın rəfdən qovluğu götürüb baxır.

    QADIN:- Sir-sifətindən yaraşıqlı adamdır. (Qovluğa baxır). Qalın dodaqları, mavi gözləri var...
    KİŞİ:- ...var idi... Deyəsən, sən surətpərəstsən...
    QADIN (davam edir):- Boyu bir səksən iki, iki dişi metal, sağ ayağını çəkir.
    KİŞİ:- ...çəkirdi. Ta çəkə bilməyəcək ayağını. Nə yaxşı ki, ölüm hökmünü ləğv etdilər. Yoxsa... Hərdən günüha batırdıq... Əslində buna günah da demək olmaz... Qanun və günah anlayışları bir yerə sığmır...
    QADIN(qovluğa baxıb davam edir):- ..şəkildə gülümsəyir. Adam inanmır ki, o, indi yoxdur...
    KİŞİ:- Hə, o bir vaxt gülümsəyirdi! Bəlkə elə öləndə də gülümsəyib. Ola bilər! Axı, mən gülən ölünü də görmüşəm. Baxırsan-meyitdir, amma gülür...İnanmırsan?..
    QADIN:- Qəribədir. Gülən ölüləri mən özüm də görmüşəm...
    KİŞİ:- Mən belələrinə... bu cür ölülərə hörmətlə yanaşıram...
    QADIN:- Ölülərə hörmət edirsən?..
    KİŞİ:- Bəli! Adam gərək öləndə kişi kimi ölsün...
    QADIN:- Bəs yaşayanda necə?
    KİŞİ:- Yaşayanda?..Yaşayanda necə olsun? Bilmirəm... Bunu deyə bilmərəm....
    QADIN:- Sən heç həyat haqqında düşünmüsən? Fikirləşmirsən ki, nə üçün yaşayırsan bu dünyada?..
    KİŞİ:- Bəs sən özün necə? Düşünürsən?...
    QADIN:-Əlbəttə, düşünürəm. Özü də çox... Yəqin ki, bu dünyada heç kəsin gəlişi təsadüfü deyildir. Hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir... mən özümü və ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyri, nadürüstlük ədaləti əzir. Nadanlar , cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm.. həqiqətin dərkində, xeyrin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədimi allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm. Tanıyırsanmı Prometeyi?
    Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir,qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim öz ətrafımdakı insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində belə tezliklə qələbə çala bilməyəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh qadın nə gic-gic danışır. Amma mən sənə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sənin öz işindir.

    KİŞİ:- Maraqlı şeylər danışırsan. (Qapıya işarə ilə). Bax, ona demək lazımdır bu sözləri. Qoy eşidib nəticə çıxartsın. (Pauza). Onun işinə bu yaxınlarda yenə baxılacaq... Yəqin ki, güllələyəcəklər.
    QADIN:-Doğrudan? (Qorxur). Axı, bizdə ölüm hökmü ləğv olunub.
    KİŞİ (gülür):- Nə olsun ki?... Ölüm hökmü ləğv olunub, amma ölüm öz qüvvədə qalır ki...
    QADIN:- Yazıq...
    KİŞİ:- Yazıq? Kimdir “yazıq”?.. O? Hımm.... Yazığa bir bax. Qoy görüm o “yazıq” nə edir?

    Kişi gedir. Məhbusun qoluna girib səntirləyə-səntirləyə qayıdır. Məhbusun üst-başı qanlıdır.

    QADIN:-Vay! Dəhşət... Ona nə olub?..
    KİŞİ:- Deyəsən, sui-qəstə cəhd göstərib...
    QADIN:- Nə?.. Kimin sui-qəstinə cəhd eləyib?..
    KİŞİ:- Vətəndaşın...
    QADIN:-Hansı vətəndaşın?
    KİŞİ:- Bəyəm bunun özü vətəndaş deyil? Qoy bir görüm nə olub?.. (Məhbusa). Yaxın gəl!.. Ağzını aç görüm!. Eşitmirsən?.. Yoxsa kəlbətinlə açacağam sənin əngini. Qatil!..

    Kişi əli ilə onun çənəsini dartıb ağzına baxır...

    QADIN:- Onun ağzı qanla doluidur...
    KİŞİ:- Bu alçaq, vətəndaşın venasını dişi ilə kəsib...
    QADIN:- Hansı vətəndaşın?..
    KİŞİ:- Bax, bu vətəndaşın... Bu vətəndaş bu vətəndaşın venasını dişi ilə kəsib...
    QADIN:- Bu vətəndaş... bu vətəndaşın damarını qoparıb... Əslində bunların hər ikisi eyni vətəndaşdır ki...
    KİŞİ:- Nə olsun eyni vətəndaşdır?.. Cani də budur, zərərçəkən də... Bunun fərqi yoxdur. Məsələ burasındadır ki, cinayət baş verib. Onu kim törədib- bumu yoxsa bumu, özü də nə məqsədlə, bu ayrı məsələdir. Həqiqəti ortaya məhkəmə çıxaracaq.
    QADIN:- Bu vətəndaş, bu vətəndaşa qəsd edib...
    KİŞİ:- Bəli. Hər kəs öz layiqli cəzasını alacaq. Dişiqanlı canavar!.. Biz sənə göstərərik qanunun aliliyini!.. Adamyeyən! Goreşən!.. İnsan qanına susayan qatil! Cəmiyyətin kor bağırsağı! Biz kəsib atarıq səni... Necə lazımdırsa... İlahi, nə qədər qorxulu ünsürlər varmış bu dünyada!..
    MƏHBUS (sakit səslə):- Siz hansı cinayətdən danışırsınız?..
    KİŞİ:- Bəyəm insan həyatına qəsd etmək cinayət deyilmi?
    MƏHBUS:-İnsan həyatına qəsd?.. Kim kimə qəsd edib?..
    KİŞİ:- Əlbəttə, söhbət səndən gedir...
    MƏHBUS:-Mən... Mən... Axı, mən kimin həyatına qəsd etmişəm?
    KİŞİ:- Dedim ki, insan həyatına... Sən canisən... İntihara cəhd göstərmisən. Doğrudurmu?.. Bəlkə bunu da inkar edirsən?..
    MƏHBUS:- Bunun sizə bir dəxli var ki? Bəli, mən intihar etmək istəyirəm. (Emosional tərzdə, ucadan). Mən haqq-hesabı qurtarmaq istəyirəm bu dünya ilə... Yoxsa özümü öldürmək üçün də sizdən icazə almalıyam?
    KİŞİ:- Bəyəm bu icazəni verən var ki, sənə, sən də özünü öldürəsən?.. Sən elə bilirsən özbaşınasan?.. Biz heç ölünü özbaşına qoymuruq, o ki ola diri...
    MƏHBUS:- Ha-ha-ha... Deməli, mən özümü öldürməyə cəhd göstərməklə cinayət etmişəm...
    KİŞİ:- Əlbəttə, cinayət etmisən! (Qadına). Bu, hələ törətdiyi cinayətin mənasını dərk etmir. Bu, o deməkdir ki, bu ünsür bizim qanunların ədalətli olduğuna... eləyir...Nə eləyir? Şübhə eləyir! Nifrət eləyir! Elə deyilmi? Bəlkə bunu yenə ağıllandıraq?.. Bəlkə başlayasan?.. Sənin çəkmələrin göz qamaşdırır...
    QADIN:- Yox... Lazım deyil, məncə... Doğrudur, bayaq elə mən özüm də onu əzişdirmək istəyirdim... Amma... sonra fikirləşdim ki, yenə bir hoqqa çıxarar... Axı, bu, ona sağ ikən lazımdır... Elə deyilmi?
    KİŞİ:- Elədir... Biz bunu ona diri təhvil verməliyik. (Məhbusa). Bura bax!.. Mənə yaxşı-yaxşı qulaq as. Özünü öldürmək fikrindən birdəfəlik vaz keç! Bildin?... Burada heç kəs sənə belə bir səlahiyyəti verməyəcək... Lazım olsa, bu işi görən adam tapılar... Adam qanunlara hörmət etməlidir. Sən ki, belə şeyləri anlayırsan.
    QADIN:- Bu, özü deyir ki, qanun-qaydaya əməl etmək lazımdır. (Məhbusa). Bəlkə səhv edirəm?..
    KİŞİ:- Qoy bunu atım öz yerinə... Gedib dincəlsin... Sənə deyiləsi sözüm var...

    Kişi Məhbusu sürüyüb kameraya aparır, geri qayıdır.

    KİŞİ:- Bax belə... Hə, onu deyirəm... Təzə şad xəbər var... Çinimiz, vəzifəmiz artacaq... Hər ikimizi böyüdəcəklər.
    QADIN:- Hər ikimizi?..
    KİŞİ:- Hə də... İstəmirsən bunu?..
    QADIN:- Niyə ki?..Amma ...
    KİŞİ:- Nə amma?..
    QADIN:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
    KİŞİ (gülür) :- Yəqin ki... Bəs sənin vəzifən nədən ibarətdir?..
    QADIN:- Mənim vəzifəm insanları qanun-qaydada dəvət etmək, həyatın mənasını anlatmaq...
    KİŞİ:- Onsuz da qanun-qaydanı qoruyan biz özümüzük... Sən hansı qanundan danışırsan?..
    QADIN:-Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
    KİŞİ:- O, nə qanunlardır elə? Bəlkə deyəsən, biz də bilək...
    QADIN:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
    KİŞİ:- Deməli, sən çox vicdanlı adamsan, biz isə vicdansızıq... Eləmi?..
    QADIN:- Doğrudanmı, sən ürəyinin əksinə getdiyini dərk etmirsən?..
    KİŞİ:- Deməli, sən mənim ürəyimin olduğuna şübhə etmirsən?..
    QADIN:- Məsələ təkcə ürəkdə deyil.
    KİŞİ:- Bəs nədədir?..
    QADIN:- Məsələ burasındadır ki, sən ürəyinin səsinə qulaq asırsan, ya yox?..
    KİŞİ:- Mən ürəyimin səsini həmişə eşidirəm. (Əlini sinəsinə qoyur). O, saat kimi işləyir: tıq-tıq-tıq...
    QADIN: - Sən ürəyinin əksinə gedəndə o ağrayır, ya yox?
    KİŞİ:- Kim?.. Nə?.. Hə, ürəyi deyirsən.. Əlbəttə... Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
    QADIN:- Amma mənə elə gəlir ki, sən ürəyini aldadırsan... Sənə elə gəlir ki, ürəyin səsinə qulaq asırsan, guya hansısa mühüm bir tapşırığı icra edirsən və beləliklə ruhun rahatlıq tapır... Amma bu, qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram.
    KİŞİ:- Bəlkə mən cinayətkaram?
    QADIN: - Cinayətkar-təkcə adam öldürən, talançı, quldur olmur ki!. Elə insanın öz-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
    KİŞİ:- Sən bu sözləri haradan əzbərləyib öyrənmisən?..
    QADIN:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm olmamalıdır?..
    KİŞİ:- Yox... Niyə ki... Amma sənin dediklərini mən həzm edə bilmirəm. Son vaxtlar qəribə şeylər danışırsan. (Qadına yaxınlaşır). Elə özündə dəyişib qəribə olmusan... (Əlini onun çiyninə qoyur)... Mənə də çox qəribə baxırsan...
    QADIN:-Əlini çək...
    KİŞİ:- Qəribə hərəkətlər edirsən...
    QADIN:- Yaxın gəlmə...
    KİŞİ (geri çəkilir):- Yaxşı... Olsun!... Get tənzif gətir... O, ölə bilər... Niyə mənə elə baxırsan? Eşitmirsən?.. Buranın bir böyüyü var, ya yox?.. Biz vətəndaşın həyatı üçün cavabdehik!..

    Qadın gedir. Kişi qapıya yaxınlaşır.

    KİŞİ:- Eyy!.. Bura gəl görüm!.. Deyəsən, nəfəsin gəlir. Sən hələ ölməli deyilsən. Bildin?..

    Məhbus gəlir. O, ayaq üstə zorla dayanıb.

    MƏHBUS:-Eşidirəm...
    KİŞİ:- Biz sənin ölməyinə imkan verə bilmərik. Sən hələ yaşamalısan. Başa düşürsən? Sən anlayırsan həyat nədir?.. Heç bu barədə düşünmüsən?.. Yox?.. Çox təəssüf! Düşünmək lazımdır!.. Amma mən gecə-gündüz baş sındırıb düşünürəm.. Görəsən bu dünyaya nə üçün gəlmişik, nə üçün yaşayırıq?.. Şəxsən mənim həyatımın mənası nədir?.. Bəlkə də sən bilmirsən... Amma əslində bu dünyaya heç kəsin gəlişi təsadüfü deyildir. Axı, hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir: mən özüm də ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, bir hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyri, nadürüstlük ədaləti əzir. Nadanlar, cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm.. Həqiqətin dərkində, xeyrin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədim allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm.
    Tanıyırsanmı Prometeyi? Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir, qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm, bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində belə tezliklə qələbə çala bilməyəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh adam nə gic-gic danışır. Amma mən sizə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sənin öz işindir.
    MƏHBUS (istehza ilə):- Maraqlıdır...
    KİŞİ:- Nə maraqlıdır?.. Nə?..
    MƏHBUS:- Sizin dedikləriniz. Prometey haqqında, həqiqət və yalan, xeyir və şər barədə dedikləriniz...
    KİŞİ:- Yoxsa, elə bilirsən yer üzündə cəmi bircə Prometey olub?.. Elə mən də öz işimin Prometeyiyəm.
    MƏHBUS:-Doğrudan?..
    KİŞİ:- Yox bir, yalandan!.. Yoxsa elə düşünürsən ki, mən bayaqdan səninlə zarafat edirəm?!. Mən bütün ömrüm boyu həqiqət uğrunda vuruşmuşam... Bu mübarizə indi də davam edir.
    MƏHBUS:- Maraqlıdır... Yəqin ki, bəzən böyük döyüşlər səssiz gedir...
    KİŞİ:- Əlbəttə... Ən böyük döyüşlər çox vaxt səssiz səmirsiz gedir. Anladın?..
    MƏHBUS:- Çətin də olsa anlayıram... (Istehza ilə). Hım-m-m...
    KİŞİ:- Prometey kimiləri həmişə olub və yenə də olacaq. Yoxsa mənim həqiqət və ədalət uğrunda vuruşduğuma sənin şübhən var?!.
    MƏHBUS:- Yox, Mən buna şübhə etmirəm.
    KİŞİ:- Yoxsa sənə elə gəlir ki, həqiqət uğrunda vuruşanların hamısı məhbəs divarları arasında çürüyən yalançı mücahidlərdir?.. Bəzən həqiqət uğrunda vuruşanların səsi belə çıxmır. Ən böyük döyüşlər səssiz gedir. Anlayırsanmı?..
    MƏHBUS:- Təxminən...
    KİŞİ:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
    MƏHBUS:- Yəqin ki... Bəs sizin vəzifəniz nədən ibarətdir?..
    KİŞİ:- Mənim vəzifəm insanları qanun-qaydaya dəvət etmək, həyatın mənasını anlatmaq...
    MƏHBUS:- Qanun-qaydanı bu cür qoruyurlar?.
    KİŞİ:- Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
    MƏHBUS:-O, nə qanunlardır elə?..Bəlkə deyəsiniz, biz də bilək...
    KİŞİ:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
    MƏHBUS:- Deməli, siz çox vicdanlı adamsınız, bizsə vicdansızıq... Eləmi?..
    KİŞİ:- Doğrudanmı, sən ürəyinin əksinə getdiyi dərk etmirsən...
    MƏHBUS:-Mən?..
    KİŞİ:- Əlbəttə, sən!.. Bir də ki, məsələ təkcə ürəkdə deyil.
    MƏHBUS:-Bəs nədədir?..
    KİŞİ:- Məsələ burasındadır ki, sən ürəyinin səsinə nə dərəcədə qulaq asırsan?..
    MƏHBUS:-Mən ürəyimin səsini həmişə eşidirəm. (əlini sinəsinə qoyur). O, hələ işləyir.
    KİŞİ:- Sən ürəyinin əksinə gedəndə o ağrıyır, ya yox?
    MƏHBUS:-Kim? Nə?..Hə, ürəyi deyirsiniz? Əlbəttə!.. Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
    KİŞİ:- Amma mənə elə gəlir ki, sən öz ürəyini aldadırsan... Sənə elə gəlir ki, ürəyin səsinə qulaq asırsan, guya hansısa mühüm bir tapşırığı icra edirsən və beləliklə ruhun rahatlıq tapır... Amma bu, qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram. Sənin... Sən... Sən...
    MƏHBUS:- Bəlkə mən cinayətkaram?
    KİŞİ:- Cinayətkar-təkcə adam öldürən, talançı, quldur olmur ki!. Elə insanın öz-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
    MƏHBUS:- Siz bu sözləri haradan əzbərləyib öyrənmisiniz?..
    KİŞİ:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm yoxdur?.. Bəlkə sən özünü çox ağıllı, başqalarını isə gic hesab edirsən?..
    MƏHBUS:- Qətiyyən!... Mən görürəm ki, siz çox ağıllı adamsınız... Amma ... bir şeyə şübəm var...
    KİŞİ:- O, nədir elə?..
    MƏHBUS:- Deyirəm, birdən siz səsləri səhv salar, qarışdırarsınız...
    KİŞİ:- Hansı səsləri deyirsən?
    MƏHBUS:- Eşitdiyiniz səsləri... Bəlkə siz ürəyinizin, vicdanınızın yox, mədənizin səsini eşidirsiniz...
    KİŞİ (əlini sinəsinə qoyur):- Yox!... Bu, ola bilməz... Mən səs mütəxəssisiyəm. Səsi səsdən ayımağı yaxşı bacarıram...
    MƏHBUS:- Siz məni heyrətləndirirsiniz... Siz doğrudan da böyük mütəxəssisiniz... Eşq olsun sizə!
    KİŞİ:- Amma çoxları məni başa düşmək istəmir... Nə etməli?... Hamı eyni cür düşünə bilmir axı... Bu heç mümkün də deyil.
    MƏHBUS:-Yox, deyəsən, elə hamı eyni cür düşünür.
    KİŞİ:- Deməli, siz də mənim kimi düşünürsünüz?..
    MƏHBUS:- Son vaxtlar görürəm ki, biz hamımız eyni cür düşünür, eyni şeylərdən danışırıq.
    KİŞİ:- Bəs görəsən bu yaxşıdır, yoxsa pis?..
    MƏHBUS:- Hər halda pis olmaz...
    KİŞİ:- O da istəyir ki, hamı eyni cür düşünsün, eyni cür yaşasın...
    MƏHBUS:- Siz kimi nəzərdə tutursunuz?..
    KİŞİ:- Kimi?.. Hamımızın yerinə düşünən kim olmalıdır?.. (Əlini yuxarı qaldırır).
    MƏHBUS:- Aydındır... Anladım...
    KİŞİ:- Mən Allahı yox, hökmdarı deyirəm...

    Qadın əlində tənzif gəlir.

    QADIN:- Adi tənzif tapmaq belə, müşkül bir işdir...
    KİŞİ:- Baxır kimin üçün müşkülə çevrilib... Məsələm, mənim üçün müşkül iş yoxdur bu dünyada... Yaxşı, belə edək... Mən rəisin yanına geyməliyəm... (Qadına). Sən bunun qolunun sarı. Rəngi qaçıb... Amma əminəm ki, elə qorxulu şey yoxdur. (Məhbusa). Bir daha vətəndaşın həyatına qəsd etmək arzusuna düşmə. Bildin?.. (Mənalı tərzdə qaş-gözünü oynadır).

    Kişi gedir.

    QADIN:- O, nə barədə danışırdı səninlə?..
    MƏHBUS:- Heç, elə-belə... Xeyir və şər haqqında ... söhbət edirdi...
    QADIN:- Hə... Maraqlıdır... Xeyir və şər... Di yaxın gəl... Əlini bura ver... Sən özün özünün düşməni imişsən ki?.. Öz canına belə qəsd edən adam, gör başqalarına necə zülm edər?!.
    MƏHBUS (əlini irəli uzadır):- Yəni sən məni doğrudan qəddar hesab edirsən?..
    QADIN (onun qolunu sarıya-sarıya çoxmənalı tərzdə):- Əlbəttə, sən çox qəddarsan. Yoxsa, özün bilmirsən bunu?..
    MƏHBUS:-Yox, bu barədə birinci dəfədir ki, eşidirəm... Özü də səndən...
    QADIN:-Ağrıtmır ki?..Yox?.. Çox güclü qolların var... (Geri çəkilir). Hə, bax belə... Tezliklə sağalarsan... Bir də belə fikrə düşmə ha!.. (Mənalı tərzdə). Ömrün, həyatın öz mənası var...
    MƏHBUS:- Deyəsən, doğrudan da biz hamımız eyni cür düşünməyə başlamışıq...
    QADIN:- Hamımız?..Yəni sən də, mən də...
    MƏHBUS:- Lap elə o da...
    QADIN:- Bir mahnı var... Orada da deyilir ki, biz hamımız eyni ölçüdə, eyni biçimdəyik. İstəyirsən oxuyum...
    MƏHBUS:- Sözlərini bilirsənsə, oxu...

    Musiqi.

    QADIN (oxuyur):-
    Biz hamımız bir biçimdə,
    Qovruluruq ah içində,
    Hamımız gunah içində,
    Tövbə gunahdan ucadır.

    Köçənləri soraqlama,
    Keçənlərə yas saxlama,
    Sən sabaha bel bağlama,
    Bu gün sabahdan ucadır.

    Ölüm-ömürün axırı,
    Ömür- ölümün paxırı,
    Allah - hər şeydən yuxarı,
    Vicdan Allahdan ucadır.

    KİŞİ:- Əla!.. Gözəl səsin var.
    QADIN:- Doğrudan? Xoşun gəldi?
    KİŞİ:- Sən müğənni də ola bilərmişsən...
    QADIN:- Yox... Mən səs mütəxəssisi deyiləm. (Gülür). Sən yaman fikirlisən... Daha doğrusu, yorğunsan... Bəlkə uzanıb dincini alasan...
    MƏHBUS:- Onsuz da mən gecə-gündüz yatıb dincəlirəm.
    QADIN:- Yatırsan?.. Bəs yuxu da görürsənmi?..
    MƏHBUS:- Görürəm...
    QADIN:- Yuxuda nə görürsən?..
    MƏHBUS:- Mən hər gecə eyni yuxunu görürəm. (Yavaş-yavaş gəzişir). Görürəm ki, göyün üzü ağappaqdır. Elə bil günün günorta vaxtıdır. Başımı qaldırıb yuxarıya baxıram. Nə görsəm yaxşıdır: ağappaq səmanın üzündə qapqara ulduzlar. O qara ulduzlar od tutub yanır və qapqara kösövə oxşayırlar... Ən qəribəsi budur ki, o ulduzlar sonra elə kösöv kimi də tüstülənməyə başlayırlar. Mən az qala hər gecə o tüstü- dumanın içində boğulur, qışqırır, sonrasa yuxudan hövlank ayılıram.
    QADIN:- Ayılıb nə görürsən?..
    MƏHBUS:- Nə görəsiyəm ki?.. Bomboz divarlar, çat-çat tavan, beton döşəmə...
    QADIN:- Bura bax...
    MƏHBUS:- Baxıram...
    QADIN:- Qulaq as... Heç ürəyindən keçir ki, buradan qaçasan?..
    MƏHBUS:- Yox... mən buradan heç yerə getmək istəmirəm. Bura mənim üçün əsl cənnətdir...
    QADIN:- Zarafatı boşla...
    MƏHBUS:- Nə zarafat?.. Məhbəsdə zarafat olar?
    QADIN:- Səni belə qorxaq bilməzdim...
    MƏHBUS:-Mən qorxaq yox, qorxulu adamam... Elə buna görə də qismətimə məhbəs həyatı düşüb...
    QADIN:- Sən qorxulu adamsan?..
    MƏHBUS:- Əlbəttə... Hamı bilir ki, mən təhlükəli caniyəm...

    Qadın seyfə yaxınlaşır.

    QADIN:- Cani...Cinayətkar...Özü də qaçmaq istəmir... Buranı özünə cənnət hesab edir... Ha-ha-ha...
    MƏHBUS:- Axı, cənnətdən kim qaçmaq istəyər?..

    Qadın seyfi açır. Gərgin musiqi.

    QADIN:- Buraya bax... Diqqətlə bax... Seyfdə nə görürsən?..
    KİŞİ:- Zülmət... Qaranlıq... Hə, nəsə parıldayır... Deyəsən, tapançadır...
    QADIN:- Götür...Qorxma... (Gülür). Cani!..
    KİŞİ:- Mənə silah lazım deyil...
    QADIN:- Sənə silah lazım deyil... Hım-m-m... Amma qaçmaq istəyirsən... Özü də necə. Yalın əllə?..
    MƏHBUS:- Qaçmaq istəyirəm? Sən bunu haradan bilirsən?..
    QADIN:- Bəlkə burada çürüyüb məhv olmaq istəyirsən?.. Götür!.. Götür silahı!.. Lazımın olar.
    MƏHBUS:- Mənə... silah gərək deyil...
    QADIN:- Bəyəm xilas olmaq istəmirsən?.. Mən səninlə ciddi söhbət edirəm...
    MƏHBUS:- İstəyirəm...
    QADIN:- Xilasın başqa yolu yoxdur... Səni ömrünün sonunacan burada saxlayıb çürütməkistəyirlər. Mən bunu dəqiq bilirəm. Ona görə də yaziğim gəlir sənə. Aciyiram sənin taleyinə... Mən əminəm ki, sənin heç bir təqsirin, günahın yoxdur. Sən əməli fəaliyyətə keçməlisən. Qulaq as... Götür bunu... (Tapançanı uzadır). İçində beş güllə var. Mən qapını açacağam. Sən çıxarsan... Orada- pilləkənin ayağında qarovulçu var. Çiyni tüfəngli dayanmağına baxma, qorxağın biridir. Səni əlisilahlı görsə sarısını udacaq... Əgər silaha əl atsa, atəş açarsan... Hətta, onun da tüfəngini ələ keçirə bilərsən! Sonra həyətə çıxarsan...
    MƏHBUS:- Yox...Yox...Mən insan öldürə bilmərəm.
    QADIN:- Yaxşı, onunla haqq-hesabı mən özüm çürüdərəm. Ay fərsiz, başa düş ki, indi silah sənə bir vasitə kimi lazımdır. Xilas olandan sonra onu atarsan zibilliyə... (Sakit tərzdə). Bildin?

    Məhbus nəsə fikirləşib əlini irəli uzadır, amma tərəddüd edir.

    MƏHBUS:- Yox...Yox... Lazım deyil...
    QADIN:- Götür deyirəm sənə!.. (Qışqırır). Götür!
    MƏHBUS:- İstəmirəm!..
    QADIN:- İstəmirsən? Onda əllər yuxarı!.. Üzünü də divara çevir!..

    Qadın silahı Məhbusun üstünə tuşlayır. Məhbus çaşıb qalır, əllərini asta-asta yuxarı qaldırır.

    MƏHBUS:- Sən nə edirsən?..
    QADIN:- Deməli, sən qaçmağa hazırlaşırsan? Özü də yalın əllə, hə?..
    MƏHBUS:- Silahın üzünü o yana çevir!..
    QADIN:- Nədir, lülənin zəhmi xoflandırır səni?..
    MƏHBUS:- Xahş edirəm... Sən niyə belə qəddarsan?..
    QADIN:- Dedim, əllər yuxarı!.. Madam ki, sən öz azadlığın üçün vuruşmursan, deməli, ölümə məhkumsan... Bura bax, sən necə vuruşa bilərsən başqasının azadlığı üçün?

    Qadın silahı şaqqıldadır,Məhbus qəfildən irəli cumub Qadını qucaqlayır, onun biləyindən bərk-bərk yapışır. Tapança Qadının əlindən yerə düşür. Məhbus əyilib tapancanı götürmək istəyir, Qadın onu qabaqlayır. Onlar əlbəyaxa olurlar. Məhbus Qadını sinəsinə sıxır. Onların hər ikisi tənginəfəs olur. Məhbus silahı götürüb cibində gizlədir. Musiqi. Qadın başını Məhbusun çiyninə qoyur. Məhbus Qadının saçını sığallayır. Qadın onu öpür.

    MƏHBUS:- Sən yəqin ki, zarafat edirdin...
    QADIN:- Mən sənin düz ürəyinə atmaq istəyirdim...
    MƏHBUS:- Doğrudan? Nə üçün?.. Nədir mənim ürəyimin günahı?..
    QADIN:- Sənin ürəyin... sənin ürəyin hissiyatını itirib...
    MƏHBUS:- İndi mən daha çox ağlımın dediyinə qulaq asıram, ürəyimin yox...
    QADIN:- Demək, sənin ürəyinin gözü kordur... Sən dünyaya ürəyinlə baxa bilmirsən... Sən bədbəxt adamsan...
    MƏHBUS (geri çəkilir):- Bəlkə də sən haqlısan...
    QADIN:- Amma sən iradəlisən, dözümlüsən...Mən bunu görürəm, hiss edirəm.
    MƏHBUS:- Düzünü bilmək istəsən, mən səndən qorxuram. Mən öz həyatımda ilk dəfədir ki, bu cür amansız qadın görürəm...
    QADIN:- Təkcə sən yox, elə mən özüm də özümdən qorxuram. (Gülür). Doğru sözümdür. Bir də ki, axı, sənə niyə elə gəlir ki, yalnız kişilər qəddar olmalıdır.
    MƏHBUS:- Bizdən asılı olmayaraq belə bir fikir qəbul olunub... Əslində mən hər cür qəddarlığın əleyhinəyəm... İstər kişi qəddarlığı olsun, istərsə də qadın... Amma...
    QADIN:- ...amma sən öz qəddarlığını dərk etmirsən...
    MƏHBUS:- Mən? Qəddarlıq?.. Bu barədə ilk dəfədir ki, eşidirəm...
    QADIN:- Özünü axmaqlığa qoyma...
    MƏHBUS:- Sən məni təhqir edirsən...
    QADIN:- Bağışla... Düşdüyüm bu mühit məni tamam ayrı adama çevirib...
    MƏHBUS:- Bəyəm əvvəllər ayrı cür olmusan?
    QADIN:- Ayrı cür deyəndə ki... Mən də bir vaxtlar qadın olmuşam.
    MƏHBUS:- Bəs indi qadın deyilsən?..
    QADIN:- Qadın... Bəlkə indi heç insan da deyiləm... Yox... Amma son günlər hiss edirəm ki, hər şey təzədən başlayır...
    MƏHBUS:- Hər şey təzədən başlayır? Yəni nədir dediyin o “hər şey”?..
    QADIN:- Mənim ətrafımdakılara, lap elə özümə olan münasibətim... Mənə elə gəlir ki, öz həyatımı təzədən yaşaya bilərəm... Bütün bunlar sənə qəribə gəlir, eləmi? (Pauza). Niyə susursan?.. Bir vaxt mən həqiqətən qadın olmuşam... Ana olmuşam... Ərim məni atıb gedəndən sonra bütün kişilərə nifrət etməyə başladım. Qərara aldım ki, onlardan qisasımı alacağam... Bəli, mən qisasçı qadın olmuşam... Elə bil ki, Allah yalvarışımı eşitdi. Burada işə düzəldim...
    MƏHBUS:- Və başladın kişilərdən qisas almağa?..
    QADIN:- Elədir... Düz deyirsən. Buraya düşəndən sonra nəinki kişilərlə, hətta qadınlarla haqq-hesab çürütməyə başladım...
    MƏHBUS:- Bəs sənin qadınlarla nə davan vardı ki?..
    QADIN:- Mən xoşbəxt qadın görəndə özümü bədbəxt hiss etmişəm. Nə qədər acı da olsa, bu, belədir. Mən indi səndən heç nəyi gizlətmirəm.
    MƏHBUS:- Mən səndən heç nə tələb etmirəm... Buna heç haqqım da çatmır...
    QADIN:- Amma mən istəyirəm ki, sən məndən tələb edəsən...
    MƏHBUS:- Nəyi?..
    QADIN:- Nəyi istəsən... Mən neçə vaxtdır ki, sənə göz qoyuram... Sənin böyüklüyünü hiss edirəm... Mən sənin qarşında özümü əski kimi mundar hesab edirəm...
    MƏHBUS:- Mənim qarşımda?..
    QADIN:- Bəli, sənin qarşında! Bəyəm hər şey sənin gözün qarşısında baş vrmir?.. Mənim qəddarlığım, mənim kobudluğum, əxlaqsızlığım...
    MƏHBUS:- Mən səni günahkar hesab etmirəm...
    QADIN:- Bilirəm, sən yenə mühiti, cəmiyyəti ittiham edəcəksən. Elədirmi?.. Ancaq bu mühiti yaradan biz özümüz deyilikmi? Hər cür alçaqlığa rəvac verən bizik, biz... Biz insanlar niyə bu cür əclafıq? Nə üçün bu qədər bədbəxtik?.. Niyə öz bədbəxtliyimizdən nəticə çıxarmırıq?.. (Qışqırır). Biz niyə beləyik, niyə?..

    Qadın hönkürüb ağlayır. Məhbus ona yaxınlaşır.

    MƏHBUS:- Sakit ol... Eşidərlər...
    QADIN:- Qoy eşitsinlər.

    Məhbus Qadının əlindən tutur.

    MƏHBUS:- Xahiş edirəm... Sakitləş...
    QADIN:- Mən ağladıqca yüngülləşirəm... Elə bil ürəyimin hisi-pası yuyulur... Təmizlənirəm. Bəlkə də sən bunu dərk etməzsən...
    MƏHBUS:- Mən hər şeyi anlayıram...
    QADIN:- Doğrudan?..Sən məni başa düşürsənmi?..
    MƏHBUS:- Əlbəttə...
    QADIN:- Mən bilirdim ki, gec-tez bu dünyada məni başa düşən bir insan övladı olacaq! Mən bilirdim bunu!.. Oy-y-y...

    Qadın qollarını açıb Məhbusun boynuna dolayır. Məhbus çaşır, döyükür, sonra Qadının başını sinəsinə sıxır.

    MƏHBUS:- Di, yaxşı...Gələn olar...
    QADIN:- Qoy gəlsinlər! Qoy görsünlər! Mən elə də qorxaq deyiləm! Hə, indi qulaq as mənə. (Kənara çəkilir). Artıq silah səndədir. Orada beş güllə var! Mən indi qapıları taybatay açıram. Sən aşağı enirsən. Başa düşürsənmi?... Aşağıda düz qapının ağzında gözətçi var. Sən onu vurursan...
    MƏHBUS:-Yox... Mən adam öldürə bilmərəm...
    QADIN:- Qorxma. Mən sənin arxanca gələcəyəm. Yaxşı, onun işini mən özüm bitirərəm... Sonra.... Qulaq as... Gözətçinin meyitini sürüyüb atarıq zirzəmiyə... Sonra yaxınlaşarıq ümumi qapıya. Orada iki cavan oğlan dayanıb... Postu qoruyurlar. Mən özüm danışaram onlarla... Əgər lazım gəlsə, orada silahdan istifadə edərsən. Axı, hələ dörd güllə olacaq ehtiyatda... İki güllə atarsan, qalar ikisi...
    MƏHBUS:- Mən insana güllə ata bilmərəm!
    QADIN:- Onlar insandır bəyəm?.. Sənin fikirləşməyə vaxtın azdır. Hərəkət etməlisən! Yoxsa bütün qalan ömrün bu soyuq divarların arasında çürüyüb gedəcək...
    MƏHBUS:-Yox...Yox...Mən bunu edə bilmərəm...
    QADIN:- Onda ver silahı!.. Mən özüm

    Məhbus silahı Qadına verir.

    MƏHBUS:-Yaxşısı budur silahı yerinə qoy.
    QADIN:- Silah sakit dura bilməz. O, azadlığa can atan adamın əlində necə susa bilər?..
    MƏHBUS:-Sən ki, azadsan...
    QADIN:- Xeyr... Azad deyiləm... Mənim ruhum qandaldadır...
    MƏHBUS:-Onu silah azad edə bilməz...
    QADIN:- Onu sən azad edə bilərsən, səninsə cismin qandallıdır. Mən səni azad edəcəyəm. Heç olmasa ömrümdə kiminsə bir işinə bircə dəfə də olsa yaramalıyam, ya yox?..
    MƏHBUS:- Dayan, bura bax...
    QADIN:- Eşidirəm...
    MƏHBUS:- Ver o silahı bura...
    QADIN:- Nədir, fikrini dəyişdin?..
    MƏHBUS:- Deyəsən...
    QADIN:- Axır ki, özündə iradə tapa bildin... Buyur!.. Gərək kişi cəsur olsun, qorxmaz olsun...

    Qadın tapançanı Məhbusa verir.

    MƏHBUS:- Çox sağ ol...Yəqin ki, işə yarayır...

    Məhbus silahı cibinə qoyur, gülümsəyib minnətdarlıqla Qadının üzünə baxır, onun saçını oxşayır. Qapı döyülür. Qadın tərəddüdlə ətrafa boylanır. Kişi daxil olur.

    KİŞİ:- Sizə nə olub? ... Hər ikinizin sifəti xoruz pipiyi kimi qıpqırmızı qızarıb... (Seyfə yaxınlaşır). Seyfin qapısı nə üçün açılıb?.. Kim açıb bunu?.. Niyə susursunuz? (Qadına). Bəs tapança hanı?.. Nədir, yoxsa mənimlə lal oyunu oynayırsınız? (Qadının qarşısında dimdik dayanır). Eşitmirsən, qancıq? Karsan?

    Kişi Qadına hücum çəkir. Məhbus irəli yeriyir.

    MƏHBUS:- Dayan!..
    KİŞİ:- Sən rədd ol, alçaq!..
    QADIN (Kişiyə):- Alçaq sən özünsən!..
    KİŞİ:- Nə?..

    Məhbus silahı çıxarıb lüləni Kişiyə sarı tuşlayır.

    MƏHBUS:- Rədd ol buradan!..
    KİŞİ:- Nə?.. Yaxşı... Oldu... İcazə verin gedim...
    QADIN (Məhbusa):- Sən onu haraya buraxırsan?.. Gicsən-nəsən?..
    KİŞİ:- O, xeyirxah adamdır. O, insana əl qaldıra bilməz...
    QADIN:- Bəs sən necə?.. Yoxsa sən də əl qaldıra bilmirsən?..
    KİŞİ:- Sənə nə olub?.. Nə hay-küy salmısan? Mən kişi ilə kişi söhbəti edirəm. O ki, qaldı əl qaldırmağa, onu sən daha çox incitmisən. Sən qəddar qadınsan... Heç əslində sən qadın da deyilsən...
    QADIN:- Bəli, mən qadın deyiləm. Elə sən də kişi deyilsən...
    KİŞİ:- Tamamilə doğrudur. İndi burada cəmi bir kişi var. Onunsa əli heç vaxt insan həyatına son qoya bilməz. Axı, o əsl insandır. (Diz çökür). O, insan öldürə bilməz... O, əlini qana bulamaz! Yox!..O heç vaxt...
    QADIN (Məhbusa):- Nədir?.. Niyə susursan?..
    KİŞİ:- Özü susur, deməli, silah da susacaq...
    QADIN:- Xeyr, o silah dillənəcək...
    MƏHBUS:- Hamınız çıxıb gedin...
    QADIN:- Arxadan atmaq istəyirsən?..
    KİŞİ:- Yox, o kürəyi nişan alanlardan deyil. (İməkləyir). Axı, o kişidir...
    QADIN:- Amma sən özün neçəsini arxadan güllələmisən...
    KİŞİ:- Bizdə güllələnmə çoxdan ləğv olunub... Mən necə adam güllələyə bilərəm axı?
    MƏHBUS:- Gedin...

    Bayırdan güllə səsi eşidilir. Hamı diksinir.

    QADIN:- Güllələnmə çoxdan ləğv olunub. (İstehza ilə). Bəs bu nədir?..
    KİŞİ (cəld ayağa durub seyfdən qovluğu götürüb baxır):- Bu, hansı idi?..
    QADIN:- Kürən kişi...xəstədir...
    KİŞİ:- ...xəstə idi. Yəqin qaçmağa cəhd göstərib.
    QADIN:- Elə adamları bu adla güllələyirlər burada. Deyəsən, sən də qaçmağa cəhd göstərirsən...
    KİŞİ:- Yox... Mənim qaçmaq fikrim yoxdur.
    MƏHBUS:- ...onun qaçmaq fikri yoxdur.
    QADIN (Məhbusa):- Sən kimi, nəyi gözləyirsən?..
    KİŞİ:- O?.. O, kimi gözləyəsidir ki?.. O, sadəcə olaraq öz vicdanının səsinə qulaq asır.
    QADIN:- Bəs sən?..
    KİŞİ:- Mən... mən... mədəmin səsinə...
    MƏHBUS:- Xahiş edirəm, gedin...
    KİŞİ:- Xahiş edirəm, atma... Mənim sənə böyük hörmətim, rəğbətim, məhəbbətim...
    MƏHBUS:- Get! Rədd ol buradan!..
    KİŞİ:- Onda mən gedim, bu qalsın. (Qadına). Sən qal burada... Onu sev, əyləndir... O, gözəl insandır... O, Prometeydir...O, şəri məhv eləyən xeyirdir... Əsl insandır! Əsl kişidir!..
    QADIN:- Bəs sən kimsən?..
    KİŞİ:- Mən?.. Mən heç nə... Bu dünyada “heç nə”nin olub-olmamasının kiməsə bir dəxli var, ya yox?.. Məncə, yoxdur! (Məhbusa). Elə deyilmi?.. Bəlkə səhv edirəm?.. Mən heç nəyəm, heç nə!..
    QADIN:- Sən hamını “heç nə” etmək istəyirsən...
    KİŞİ:- Yox...Yox...Elə deyil... Sən səhv edirsən... O, mənə icazə verir... Gedə bilərəm. Mən gedim, sən qal... Siz qalın burada... Sevişin özünüzçün. Orada içki də var... Lap gedim yemək də gətirim sizə. Doğru sözümdür, hər ikiniz inanın mənə...
    QADIN:- Alçaq...
    MƏHBUS:- Çıxın gedin... Rədd olun.
    KİŞİ:- İkimiz də gedək? Yox, qoy o qalsın...
    QADIN (Kişiyə):- Sən heç yerə getməyəcəksən! (Məhbusa). Sən nəyi gözləyirsən? Qorxaq! Maymaq!.. Tapançanı bura ver!
    KİŞİ (Məhbusa):- Yox, yalvarıram, silahı vermə ona...
    QADIN:- ...bura ver tapançanı, qoy mən özüm...
    KİŞİ:- Vermə!.. Bu qadın ağlını itirib. O, ikimizi də güllələyəcək...
    MƏHBUS:- Çəkilin!
    KİŞİ:- Atma!..
    QADIN:- Sənə deyirəm, mənə ver silahı! (Məhbusun üstünə cumur). Qorxaq!..
    MƏHBUS:-Çəkil!.. Yaxınlaşma mənə!

    Kişi uzaqlaşmaq istəyir. Atəş səsi eşidilir. Kişi və Qadın yerə sərilirlər, elə bilirlər ki, Məhbus onlara atəş açıb. Amma Məhbus özünü vurub; o, yavaş-yavaş dizi üstə çökür. Kişi ayağa durub divara söykənir, sonra irəli cumub silahı götürür, dəlicəsinə qəhqəhə çəkir. Qadın Məhbusa yaxınlaşıb onun başını dizinin üstünə qoyur. Sonra ayağa durubirəli yeriyir, dəmir şəbəkədən yapışıb yuxarı boylanır. Musiqi.

    QADIN:- Göyün üzünü tüstü bürüyüb... Uzaqda ulduzlar qaralır. Deyəsən, ulduzlar od tutub yanır...
    KİŞİ:- Ha-ha-ha! Ha-ha-ha!


    Musiqi sədası get-gedə azalır.



    PƏRDƏ

    SON

















    PAYIZ MEŞƏSİNDƏ VALS

    (Birpərdəli pyes)
    İŞTİRAKÇILAR:
    C a h a n g i r Muradbəyli
    A s l a n o v
    R a f a e l
    V i k t o r i n a

    Pərdə qalxır.

    Arxa planda meşəlik. Ön planda iki ağac və kəsilmiş kötüklər. Başlanğıcda gərgin musiqi sədası, sonra uzaqdan atəş səsləri eşidilir.
    Əvvəlcə Aslanov görünür. O, cəld bir hərəkətlə səhnənin önünə, sonra arxaya-meşə tərəfə, nəhayət sola-sağa doğru addımlayır. Sanki kiminsə gəldiyini hiss edib, tez-tələsik yaxınlıqdakı ağaclardan birinin arxasına çəkilir. Sonra boynundan asılmış durbini gözünə yaxınlaşdır, diqqətlə ətrafı nəzərdən keçirir.
    Bir qədər keçmiş Cahangir Muradbəyli görünür.
    Aslanov ağacın arxasından çıxıb Cahangirə yaxınlaşır, durbini əlində tutaraq kötüklərdən birinin üstündə əyləşir.
    Onların hər ikisinin əynində hərbi geyim, çiyinlərində silah və hərbi çanta var.

    A s l a n o v. Komandir, şükür, yaxşı qurtardıq. Sən demə, bizim gəldiyimiz yolun bir hissəsi minalanıbmış.
    C a h a n g i r. Sən bunu nədən bildin?
    A s l a n o v. Axı biz bombardmandan sonra biz bir-birimizi itirdik. Mən sizi axtarmaq məqsədilə təzədən geri qayıtmalı oldum. Fürsətdən istifadə edərək, keçib gəldiyimiz yolun aşağı tərəfini uzaqdan da olsa bir xeyli müşahidə etdim. Yolun düzənliyə uzanan hissəsində bir neçə heyvan gördüm. Onların üç-dördü ölmüşdü. Yaralı heyvanlar da vardı. Belə anladım ki, yaxınlıqdakı kəndin sahibsiz qalmış mal-qaraları həmin yoldan keçəndə minaya düşərək tələf olub. Yaxşı ki, siz birbaşa meşə yoluna çıxmısız.
    C a h a n g i r. Düzü, mən də səndən bərk nigaran idim. Bombardmandan sonra güllə yağışının altından keçib bu səmtə-meşəyə doğru üz tutdum. Səni ucadan səsləməyə isə ehtiyat edirdim. Axı, necə deyərlər, meşə çaqqalsız olmaz...
    A s l a n o v. Özü də ikiayaqlı çaqqallar...

    Aslanov ayağa qalxır. Hər ikisi çiyinlərindəki çantaları yerə qoyub gülüşürlər. Sonra araya ani sükut düşür. Onlar nəsə duyublarmış kimi, ehtiyatla ətrafa boylanırlar. Uzaqdan aramsız boğuq atəş səsləri gəlir.

    C a h a n g i r (yenə durbinlə uzaqlara baxaraq əlini irəli uzadır). Orada burulan o qara tüstünü görürsən?
    A s l a n o v. Bəli, görürəm. (Əlini gözünün üstünə qoyub uzaqlara baxır). Nəsə alışıb-yanır. Allah bilir, bu köpək uşağı indi hansı zavoda-fabrikə od vurub yandırıblar. Çox güman ki, tanklardan yaxın məsafədən atəş açıblar.
    C a h a n g i r. Ola bilər... (Pauza). Lap kibritlə də yandıra bilərlər. (Durbin gözünə yaxınlaşdırır, başını qaldırıb uzaqlara baxır). Burulan tüstü qətran kimi qapqaradır. Başqa heç nə görmək mümkün deyil. Elə bil hər yerə qara rəng çəkilib...
    A s l a n o v. Bunların, bu qansızların, bu cəlladların ayağı dəyən yer zülmətə çevrilir... Ehhh, bircə uşaqlarla əlaqə yarada bilsəydik...
    C a h a n g i r. Düşünürəm ki, biz öz dəstəmizlə yalnız gecə əlaqə yaradıb birləşə biləcəyik... Qaranlıqda atılan fişəng bizə bir işarə olacaq.
    A s l a n o v. Elədir...
    C a h a n g i r. Yanıq iyi gəlir. Hiss edirsən? Elə bil meşədə yanğın var...
    A s l a n o v. Bu alçaqlar təkcə bizim insanları yox, bu tərəfin bütün dilsiz-ağızsız heyvanlarını-quşlarını, hətta, daşını-ağacını da özlərinə düşmən bilirlər.
    C a h a n g i r. Bu, təkcə nifrət hissi deyil, bəlkə də hələ elmin yaxşı öyrənə bilmədiyi bir xəstəlikdir. O xəstəliyin məğzi- mənası isə bundan ibarətdir ki, biz özümüzə məxsus olmayan hər şeyi didməli, qırmalı, əzməli, dağıtmalı, məhv etməliyik.
    A s l a n o v. Bu cür xəstələri iynə-dərmanla sağaltmaq mümkün deyil, komandir. Hərbin öz qanunları var...
    C a h a n g i r. Bu, ruhi-mənəvi xəstəlikdir...
    A s l a n o v (çiynindəki silahı əli ilə sığallayaraq). Onların iynə-dərmanı bax budur, komandir...
    C a h a n g i r. Yox, silahla sağaltmaq da ağlabatan məsələ deyil.
    A s l a n o v. Bəs onda çarə nədir, nədədir, komandir?
    C a h a n g i r. Aslanov, faşistlər bunlardan da betər idi. Onlar necə sağaldı?
    A s l a n o v. Eşitdiyimə görə, elə onlar da burunları ovulandan sonra haqq yoluna qayıtdılar... Mən başqa bir yol bilmirəm, komandir.
    C a h a n g i r. Yollar çoxdur, Aslanov. Amma sənin dediyin yol, ən sonuncusudur.. .
    A s l a n o v. Mən sıravi bir əsgərəm, komandir. Elə böyük hərbi savadım da yoxdur. Amma anladığım budur ki, pazı yalnız pazla çıxarmaq olar... (Əlini ətrafa uzadır). Xoşum gəlir o palıd ağaclarından.... Kobud ifadəmə görə üzr istəyirəm. Müharibənin öz qanunları var axı...

    Meşədəki quşların cəh-cəh səsi eşidilir.

    C a h a n g i r. Eşidirsən?
    A s l a n o v. Bəli, eşidirəm. Çox gözəl oxuyurlar... Elə bil onlar yazın gəlməsini qarşılayırlar. Halbuki artıq payızdır. Deyəsən, quşlar fəsillərin yerini səhv salıblar.
    C a h a n g i r. Hesab edirəm ki, quşlar da adamlar kimi təbiətin bütün fəsillərini sevirlər.
    A s l a n o v. Yəqin ki, ağaclar da adamlar kimi qışın- soyuğun yaxınlaşdığını hiss edir, buna görə də öz libaslarını soyunmağa tələsmirlər.
    C a h a n g i r (ani fikrə gedir). Yaxşı xatırlayıram, bizim oxuduğumuz hərbi məktəbin yaxınlığında da bax elə bu cür bir, hələ bir az da böyük bir meşə vardı. Mən arada meşəyə gedər, ağacların altında uzanar, ya kitab oxuyar, ya da quşların səsinə qulaq asardım... Yadımdadır, meşədə bax elə bu cür bir tala vardı. Həmin tala betonla örtülmüşdü, arada ondan əsgər və zabitlər rəqs meydançası kimi də istifadə edirdilər. Amma oralara payız çox tez gələrdi. Qızılı yarpaqların xışıltısı hələ də qulağımdan çəkilməyib. Payızın nəfəsi çəkilməmiş, meşə qalın qar örtüyünə bürünərdi... Hə, oralar az qala ilin yarısını qışın “nəzarəti altında” olardı. Axı ora şimal idi. Mən isə bir cənub adamı kimi öz yerlərimizi daha çox sevirəm... Təbiət hər yerdə gözəldir.
    A s l a n o v. Hmmm... Yaxşı vaxtlar olub. Meşə, tala, rəqs, heyvanlar, quşlar...
    C a h a n g i r. Aslanov, mənə elə gəlir ki, hər yerin quşlarının, lap elə heyvanlarının öz dili olur...
    A s l a n o v. Necə yəni, komandir, “öz dili”? Düzü, bunu anlamadım.
    C a h a n g i r. Belə deyək də... Sanki hər xalqın öz ərazisindəki quşların-heyvanların öz dili olur. Məsələn, şimal ölkələrindəki quşların dili ilə qərb və ya şərq ölkələrindəki quşların dili arasında fərqlər var... Elə adamlar kimi. Mən öz ehtimalımı deyirəm.
    A s l a n o v. Hə, anladım siz deyəni. Yaxşı, bəs onda durnalar? Onlar az qala bütün dünyanı gəzirlər... Özləri də eyni qaydada qıy vurur, bir-birlərini anlayırlar.
    C a h a n g i r. Hə, məncə bunu düz deyirsən. Onların səsləri-nidaları hər yerdə eynidir. Hamısı bir-birini bircə qıydan anlayır. Ola bilsin ki, başqa quşlardan fərqli olaraq, dünyadakı bütün durnaların hamısının dili eynidir. Ya da ki, onlar “poliqlotdur”... Anlayırsan bu sözlərin mənasını?

    Gülüşürlər.

    A s l a n o v. Bəli, əlbəttə anlayıram, komandir... Bilirəm “poliqlot” nədir- yəni çox dil bilən... Hətta “politoloq” nədir, onu da bilirəm. (Gülür). Orta məktəbdə yaxşı oxumuşam... Kəndimiz meşənin ətəyində idi... (Ciddiləşir). Ehhh... Heyif o günlərdən... Komandir, mən də təbiəti çox sevirəm. Amma quşlardan daha çox yarpaqların səsini dinləməyi xoşlayıram. Bəzən yarpaqlar səs-səsə verib qəribə səslər çıxarırlar. O vaxt mənim də ürəyimdə qəribə bir melodiya səslənir. Hər adam eşidə bilməz o melodiyanı...
    C a h a n g i r. Sən əsl romantiksən ki, Aslanov... (Pauza). Bilirəm ki, hələ evli deyilsən...
    A s l a n o v. Bəli, düz buyurursuz. Hələ ailə qurmamışam, subayam.
    C a h a n g i r. Amma çox güman ki, gözaltın var.
    A s l a n o v. Üzr istəyirəm... Nişanlım var. Dava başlayanda evdə dura bilmədim. Orduya könüllü gəlmişəm.
    C a h a n g i r. İnşallah, tezliklə dava-şava başa çatar. Toyunu edərsən. Əminəm ki, bizim uşaqların hamısı iştirak edəcək sənin toyunda. Qoy qulağımız top-tüfəng nəriltisi yox, musiqi səsi də eşitsin. Bax elə bu quşların səsi kimi gözəl, təbii musiqi səsi...
    A s l a n o v. Təki sağlıq olsun, komandir...

    Quşların cəh-cəh səsi qəfildən kəsilir.

    C a h a n g i r. Eşidirsən?
    A s l a n o v. Nədənsə quşların səsi xırp kəsildi birdən...
    C a h a n g i r. Bir diqqət yetir. (Pauza). Meşədən səs gəlir. Elə bil quru ağaclar ayaq altında qalıb şaqqıltı ilə qırılır...
    A s l a n o v. Komandir, düzü, mən elə bir səs-filan eşitmirəm...
    C a h a n g i r (diqqətlə dinləyir). Bəli, şax-şəvəl şıqqıltısıdir... Meşədə kimsə var. (Durbinlə ətrafa baxır). Heç kəs gözə dəyməsə də, mən yaxınlıqda adam hənirtisi duyuram. Peşə intuisiyam məni heç vaxt aldatmaz. Kənara çəkilmək, heç olmasa meşənin o qalın yerinə doğru getmək lazımdır. Tez ol, Aslanov...
    A s l a n o v. Oldu, baş üstə, komandir... Müharibənin öz qanunları var.

    Onlar hərbi çantalarını götürüb kənara çəkilir, gözdən itirlər.
    Həyəcanlı musiqi.
    R a f a e l və V i k t o r i n a görünür. Hər ikisi hərbi geyimdədir. Onlar çiyinlərindəki çanta və silahları yerə qoyub dərindən nəfəs alırlar.
    Musiqi sədası tədricən azalır.

    R a f a e l. Deyəsən, yolu azmışıq.
    V i k t o r i n a. İndi ya xəritəyə, ya da kompasa baxmaq lazımdır.
    R a f a e l. Burada xəritənin-kompasın nə xeyri ola bilər ki? Tanımadığım yerlərdir.
    V i k t o r i n a. Necə yəni “tanımadığım yerlər”? Bəyəm bura sizin torpaqlar deyil?
    R a f a e l. Yox, haradan oldu bizim torpaqlar?.. Bir də ki, mən şəhərdə doğulub böyümüşəm.
    V i k t o r i n a. Bəs demirdin ki, biz öz torpaqlarımızın müdafiəsi uğrunda vuruşuruq?
    R a f a e l. Hə, deyirdim... Amma bu, gənc əsgərlərə ünvanlanmış bir çağırış idi. Yəni təbliğat, təşviqat... Biz onları aydı cür döyüşə necə səfərbər edə bilərik?
    V i k t o r i n a. Yaxşı, bəs onda mən nə uğrunda vuruşuram? (Gülür). Bəlkə mənə aid olan bu suala sən cavab verəsən?
    R a f a e l (bir qədər fikrə gedir). Hmmm... S
    Əslində sən düşündürücü sual verirsən, Viktorina. Lap elə öz adın kimi... Yəni viktorina sualı kimi bir şey... Ona görə də gərək krossvordda-viktorinada olan suallara dəqiq cavab verəsən... Məsələ belədir: sənə bizim orduda yüksək maaş verilir. Çünki sən özün də yüksək səviyyəli atıcısan. Bizim orduda sənin kimi dörd- beş snayper ola, ya olmaya. Özü də qəribədir ki, bizim ordunun ən yaxşı atıcıları məhz qadınlar, qızlardır...
    V i k t o r i n a. Düzdür, inkar etmirəm, mən burada yaxşı donluq alıram. Amma orasını da deyim ki, məni buraya çəkib gətirən təkcə pul yox, həm də canımdakı eşq və damarımdakı qandır.
    R a f a e l. Eşq və qan... O, nə eşqdir, nə qandır elə?
    V i k t o r i n a. Vətən eşqi... Xalqıma, vətənimə olan eşq.
    R a f a e l. Viktorina, axı sən tamamilə özgə bir ölkədə doğulub böyümüsən.
    V i k t o r i n a. Nə olsun ki? Atam mənə həmişə deyərdi ki, öz tarixi vətəninə daim sadiq ol, onu sev, onun eşqi ilə yaşa.
    R a f a e l. Mən bir az da tərəddüd etməli olmaqdayam...
    V i k t o r i n a. Niyə? Nəyə inanmırsan sən?
    R a f a e l. Gəl açıq danışaq, Viktorina. (Gülümsəyir). Bizim ordudakı muzdluları buraya çəkib gətirən yalnız pul eşqidir. Zənn edirəm ki, elə səni də...
    V i k t o r i n a. Olsun. Sən elə beləcə də düşün... Amma mənim canımdakı sonsuz eşqi duymaq hər adama nəsib ola bilməz.
    R a f a e l. Ola bilər... (Ciddiləşir). Bura bax, Viktorina. Madam ki, romantik tona keçdin, onda sənə bir sual verim: necə oldu ki, belə bir peşəni seçəsi oldun?..
    V i k t o r i n a. Snayperlik peşəsinə mən elə-belə yiyələnməmişəm... Bu, uzun bir əhvalatdır. Başima gələn hadisələrin hamısını yazsam, gərək çoxseriyalı bir film çəkilsin. Qısaca olaraq onu deyə bilərəm ki, mənim atam mahir ovçu idi, özümsə gəncliyimdə model olmuşam.
    R a f a e l. Axı sən indi də gəncsən.
    V i k t o r i n a. Hımmm.. Əslində elədir. Düzdür... Demək istəyirəm ki, ilk gəncliyimdə... Bəli, bir müddət yaraşıqlı, populyar bir model kimi az qala dünyanın yarısını gəzmişəm. Sonra mən sevdiyim adam tərəfindən aldadıldım, ağır bir zərbə aldım... Nə isə, keçmişə qayıtmaq istəmirəm.
    R a f a e l. Hmmm... Deməli belə. Eşq və qan məsələsinin sirri yavaş-yavaş aydınlaşır... Ortada vətən-torpaq eşqindən daha çox, qəlbinin dərinliyində kiməsə odlu-alovlu bir eşq varmış. Və indi dediyindən belə başa düşmək olar ki, sən atıcılığı kimdənsə intiqam almaq, qan tökmək üçün öyrənmisən.
    V i k t o r i n a. Eybi yox, qoy belə olsun. Yəni sən bu cür anla... Atıcılıq da mənim bir eşqimdir... (Gülür). Elə tüfəng də mənim ilk eşqimin bir rəngi, bir nişanəsidir. (Çiynindəki silaha işarə ilə). Hələ uşaqlıq çağlarımdan at belində atamla birgə ova çox getmişəm. Mindiyim atın altımda necə şahə qalxdığını, necə ləngər vurduğunu, necə kişnədiyini indi də xatırlayıram... İha-ha-ha... (At kimi “kişnəyir”). Anlayırsan? Mən sənə at deyirəm, at... Hə, bax belə... İiiiha-ha-ha... (Yenə at kimi “kişnəyərək” əllərini yuxarı qaldırıb sağrısını at yambızi kimi silkələyir, ayaqlarını bərk-bərk yerə vurur). Hə, necədir? De görüm, indi səndə bizim atımız haqqında bir təsəvvür yarandı, ya yox? (“Kişnəyir”). İiiiha-ha-ha...
    R a f a e l. Sən nə edirsən? Birdən eşidən olar. Elə bilərlər meşədə ya at, ya da ki, atlı var...
    V i k t o r i n a. Hə, bax bunu düz deyirsən. Nədənsə o ötən günlərim yada düşəndə özümü həmişə unuduram. Dediyim odur ki, elə o vaxtlar da mahir atıcı idim... Amma sonralar heyvanları yox, adamları nişan almaq qərarına gəldim.
    R a f a e l. Yəqin ki, səni aldadan, sənə xəyanət edən adama da atəş açmısan. (Gülür). Zarafat edirəm. (Ciddiləşir). Amma bir yandan da düz deyirəm... Axı sən snaypersən.
    V i k t o r i n a. Zarafatlıq bir şey yoxdur. Əslində sən tamamilə doğru deyirsən. Mənim həyatımı zəhərləyən, taleyimlə oynayan, mənə xəyanət edən adam sinəsinin ortasından, düz ürəyinin başından vurduğum ilk canlı hədəf oldu.
    R a f a e l. Yəni xəyalən?
    V i k t o r i n a. Bu, nə xəyaldır, nə də fantaziya... (Pauza). Mən onu, o alçağı ürəyindən vurdum.
    R a f a e l. Hmmm... Deməli, sən belə imişsən... Bəs buna görə tutmadılar səni?
    V i k t o r i n a. Bəli, mən o adama görə bir müddət cəza çəkəsi oldum. Sonra... Hə, sonra, yəni azadlığa çıxandan sonra bax bu peşəni seçməli oldum. Axı ilk sınaqdan yaxşı keçmişdim. (Gülür). Beləliklə də oldum snayper.
    R a f a e l. Sakit... Sssss... (Əlini qulağına yaxınlaşdırıb diqqətlə ətrafı dinləyir). Eşidirsən?
    V i k t o r i n a. Nəyi?
    R a f a e l. Sanki yaxınlıqda kimsə var. Ayaq səsləri eşidirəm. Qorxuram mühasirəyə düşək.
    V i k t o r i n a. Ölümdən qorxursan?
    R a f a e l. Diri-diri ələ keçməkdən daha çox qorxuram.
    V i k t o r i n a. Elədir... Mən də məhz bundan qorxuram. Bu geyimdə ələ keçsəm, gör başıma nə oyun açarlar.
    R a f a e l. Bəlkə də səni qadın olduğuna görə bağışlayarlar. Amma məni...
    V i k t o r i n a. Bəli, bəlkə də qadın olduğuma görə bağışlayarlar. (Mənalı tərzdə). Amma hərbçi olduğuma görə çətin ki, bağışlayalar.
    R a f a e l. Hə, bunu düz deyirsən... Bəs nə etməli? Əgər birdən doğrudan da, nəsə baş versə...
    V i k t o r i n a. Buna görə də mən indi hərbçi yox, snayperçi yox, məhz qadın olmaq istəyirəm.
    R a f a e l. Bu, necə olur? “Qadın olmaq”...
    V i k t o r i n a. Çox sadə. Hərbi geyimimi soyunub qadın paltarımı geyirəm. Vəssalam. İşdir şayəd, birdən əsir-zad düşsək deyərsən ki, bu qadın mülki bir adamdır, yolu azıb, mənə qoşulub, evinə yola salmaq istəyirəm... Nə isə özün daha inandırıcı bir şey fikirləşib taparsan... Hə, tapdım, deyərsən ki, xaricdən gəlib, sülh yaradan beynəlxalq təşkilatı təmsil edir... İndi isə mənə təkcə geyimimi dəyişmək qalır.
    R a f a e l. Təki buralarda heç kəsə ilişib- eləməyək... Əsas məsələ budur. Yaxşı, bəs sənə haradan tapaq bu meşədə o istədiyin geyim-kecimi?
    V i k t o r i n a. O paltar burada, mənim əlimin altındadır. (Əlini yerdəki çantaya atır). Komandir, indi isə icazə ver, öz qadın paltarımı geyinim.
    R a f a e l. Ta mənim sənə sözüm yoxdur. Elə bilirəm çantadakı sursatdır (Öz-özünə dodaqaltı mızıldanır). Hmmm... Qadın olmaq istəyir. Ona qalmış mən də kişi olmaq istəyirəm. (Qadına sarı). Özün bilərsən, nə edirsən et... İstəyirsən geyin, istəyirsən də soyun...
    V i k t o r i n a. Həm soyunacam, həm də geyinəcəm. Elə isə, üzünü yana çevir. Lap elə baxa da bilərsən... Mənim üçün elə bir əsaslı fərqi yoxdur.
    R a f a e l. Elə mənim üçün də...

    Musiqi.
    Rafael üzünü yana çevirir. Viktorina əyninidəki üst hərbi paltarları və çiynindəki silahı çantaya yığır, çantadan çıxardığı paltarları isə tez-tələsik geyə-geyə danışır.
    Musiqi tədricən azalır.

    V i k t o r i n a. Bax bu mənim ayaqqabım, bu mənim donum, bu mənim sırğam... Hə, bunları geyirəm... Bax bu mənim silahım, bu mənim çəkməm, bu papağım-bunların hamısını qatlayıb qoyuram çantama. (Cəld hərəkətlə soyunduğu paltarları qablaşdırır). İndi isə geyinirəm... Mənə baxmırsan ki? (Cəld geyinir). Bu da mənim dodaq boyam. (Əynini geyəndən sonra əlindəki güzgüyə baxır, dodağına boya çəkir, nazlana-nazlana özünü səliqəyə salır). Deyəsən, get-gedə qadına çevrilirəm. (Çantadan çıxartdığı kiçik tapançanı əlinə götürüb o üz-bu üzünə diqqətlə baxır, yuxarı qaldırıb sanki kimisə nişan alır, sonra nəsə fikirləşib onu əyninə geydiyi pencəyin cibinə qoyur). Bu kiçik hədiyyəni isə hələlik bərayi-ehtiyat götürüb cibimə qoyuram... (Pauza). İndi sanki birdən-birə hiss etdim ki, qadın olmaq hərbçi olmaqdan daha şərəflidir.
    R a f a e l. Geyindin?
    V i k t o r i n a. Bəli, geyindim... Ehey, deyəsən, gözünün altından mənə baxırdın ha...
    R a f a e l. Qətiyyən... Mən yad qadınlara baxmıram.
    V i k t o r i n a. Bəs niyə baxmırsan? Bəyəm kişi deyilsən?
    R a f a e l. Mən? Mən kişiyəm e... Amma sən... sən...
    V i k t o r i n a. Mən qadın deyiləm hə? (Yaxınlaşıb düz onun qarşısında durur). Mən? İndi səni başa salaram. (Əlini cibinə atıb tapançanı çıxarır, ona sarı tuşlayır). Bilərsən mən kiməm. Bilərsən ki, qadınam, ya yox... Əllər yuxarı.
    R a f a e l. Sakit danış...
    V i k t o r i n a. Qorxma... Burada bizdən başqa bir kimsə yoxdur... Mən sadəcə olaraq öz mülki paltarımı geydim ki... Görəsən mən təkcə snayper deyiləm...

    Rafael geri-geri çəkilib qorxu, təəccüb və heyrətlə paltarını dəyişmiş qadına baxır.Gah irəli, gah da geri gedir. Hiss olunur ki, qadının gözəlliyi kişini cəlb etsə də, üstünə tuşlanan silah onu vahimələndirir. Əllərini yavaş-yavaş, çəkinə-çəkinə yuxarı qaldırır.

    R a f a e l. Dayan. Nə edirsən? Allah xatirinə, əl saxla!..
    V i k t o r i n a. Xeyr. Elə iş yoxdur. Nə “Allah-Allah” salmısan? Mən iblisəm. Bildin?
    R a f a e l. İblis? Hə, bildim... Yox, sən iblisə oxşamırsan axı...
    V i k t o r i n a. Bəs sən özün necə?.. Bəlkə sən mələksən? (Gülərək onun üstünə yeriyir). Hə, bax belə qorxarsan...

    Rafael irəli atılıb qadını qucaqlayır, guya onu tərk-silah etmək istəyir. Viktorina ilə “əlbəyaxa” olurlar. Sonra qucaqlaşırlar. Gülüşürlər. Qadının əlindəki silah açılır. Onlar qorxub geri çəlirlər. Rafael silahı (tapançanı) Viktorinanın əlindən alıb yaxınlıqdakı ağacın sinəsindəki böyük deşiyə-boş koğuşa qoyur. Sonra onlar asta addımlarla bir-birinə yaxınlaşırlar. Kişi əlini qadının çiyninə qoyub diqqətlə onu süzür. Əl-ələ tuturlar.

    R a f a e l. Viktorina...
    V i k t o r i n a. Rafael...
    R a f a e l. Sən beləsənmiş...
    V i k t o r i n a. Mən silahsız olanda özümü çox gücsüz, zəif hesab edirəm.
    R a f a e l. Bax sən indi əsl qadınsan... (Onu qucaqlayır). Qoy hələ silahın və hərbi geyimin səndən bir müddət uzaq olsun. Sən qadın kimi daha güclüsən.
    V i k t o r i n a. Sən elə düşünürsən?
    R a f a e l. Bəli, Viktorina...
    V i k t o r i n a. Rafael... Mən... Sən... Biz birlikdə...

    Cahangir və Aslanov görünür.

    C a h a n g i r (uca səsə). Əllər yuxarı!
    A s l a n o v. Silahları yerə atın!..

    Rafael və Viktorina diksinib geri çəkilir, çaşqın-çaşqın qəfil peyda olmuş döyüşçü geyimindəki adamlara baxırlar. Rafael çiyinindəki silahi yerə atır. Hər ikisi əllərini yuxarı qaldırır.

    C a h a n g i r (Aslanova). Silahı yerdən götür.
    A s l a n o v. Baş üstə, yoldaş komandir. (Yerdəki silahı götürüb diqqətlə güllə darağına- sandıqçaya baxır, sonra həmin silahı götürüb öz çiynindən aşırır). İçində güllə yoxdur. Amma bayaq atəş səsi gəldi.
    C a h a n g i r. Onların üst-başını yoxla.
    A s l a n o v. Baş üstə, yoldaş komandir.

    Aslanov əli ilə Rafael və Viktorinanın cibini, üst-başını yoxlayır.

    C a h a n g i r. Çantaları da nəzərdən keçir. Yəqin ki, içində sursat var.
    A s l a n o v. Oldu, komandir. (Viktorinaya). Bəs sənin silahın hanı?
    V i k t o r i n a. Mən...
    R a f a e l. Biz...
    V i k t o r i n a. Bilirsiz, mən, o, biz...
    C a h a n g i r. Dedim ki, əllər yuxarı. Siz əsirsiniz.
    A s l a n o v (yerdəki çantaları yoxlayaraq). Çantaların birində silah var. O birisində yoxdur... Hə, (Rafaeli göstərir) bunun silahı mənim çiynimdəkidir. (Əli ilə öz çiynindəki silaha işarə edir). Bu isə bu xanım qızın silahı... (Vikrorinanın çantasından silahı çıxararaq sandıqçanı yoxlayır). Üç daraq güllə bu çantada, iki daraqsa o birisindədir... (Həmin silahı da çiynindən asır. Öz silahını isə bərk-bərk sinəsinə sıxır). Hə, bax belə. Pis qənimətlər deyil. Hərbin öz qanunları var.
    V i k t o r i n a. O çantadakı silah mənim deyil. Mən...
    A s l a n o v. Bəs kimindir? Yoxsa mənim silahımdır, gəlib girib sənin çantana?
    V i k t o r i n a. Yaralı bir əsgərin... O əsgərin özünü döyüş meydanından çıxarıb apardılar. Mənsə onun yerə atılıb qalmış çantasını tapıb götürdüm.
    C a h a n g i r. Yaxşı, xanım, siz o “yaralı əsgərin” yanında nə gəzirdiniz? Ümumiyyətlə, deyin görək, siz özünüz kimsiniz? (Rafaelə). Əllər yuxarı.
    V i k t o r i n a. Mən yüksək səviyyəli Beynəlxalq təşkilatı təmsil edirəm. Sülh missiyasını yerinə yetirmək üçünnn...
    A s l a n o v. Hmmm... Sülh yaratmağa gəlib. (Rafaelə baxıb istehza ilə). Hərbin öz qanunları var. (Rafaelə). Yoxsa sən də sülhsevər qüvvələri təmsil edirsən?
    R a f a e l. Xeyr, mən əsgərəm. (Cahangirə baxır). Əsgərin borcu odur ki...
    A s l a n o v. Bura bax, nə boş-boş danışırsan? Sən əsgər yox, zabitsən. Bəyəm mən sizin paqonu, sizin çini tanımıram? (Əli ilə onun çiyninə, paqonuna vurur). Əlbəttə, tanıyıram. Əsgər mənəm... (Əli ilə öz çiyninə işarə edir). Mənəm əsgər. O kişi də mənim komandirimdir. (Əli ilə Cahangirə işarə edir). Əsgərə bir bax... Hələ danışmağa üzləri də var bunların....

    Söhbət əsnasında Cahangir və Rafael altdan-altdan diqqətlə bir-birlərini diqqətlə süzürlər.

    R a f a e l. Muradbekov? Mən səhv etmirəm ki?
    A s l a n o v. Muradbeyli... (Heyrətlə). Bu, nə deyir?
    R a f a e l. Cahangir?
    C a h a n g i r. Rafael? Rafael Adamoviç... Hə, deməli bu, sənsən...
    A s l a n o v. Bıy... Bu nə işdir belə? (Diqqətlə onlara, sonra Viktorinaya baxır). Vallah, mən heç nə anlamıram. Hərbin öz qanunları var.
    C a h a n g i r (Aslanova). Biz bu adamla vaxtilə eyni hərbi hissədə qulluq etmişik.
    V i k t o r i n a. Aaaa... Nə yaxşı oldu.
    R a f a e l. Biz dost olmuşuq...
    V i k t o r i n a. Nə gözəl...
    A s l a n o v. Dost olduğun adamın torpağında indi düşmənçilik edirsən?
    R a f a e l. İcazə versəniz əlimi yanıma salar, yaxud köhnə dostumun əllərini sıxaram... Onsuz da əliyalınıq...
    C a h a n g i r. Əlinizi yanınıza salın. Amma görüşməyə ehtiyac yoxdur. Bir də ki, Rafael, sənin əlin qana batıb...
    V i k t o r i n a. Siz ki, dost olmusunuz...
    A s l a n o v. Nə dost? Beləsindən dost olar? Dostlara bir bax...

    Rafael qollarını yanına salıb bir müddət əlini ovuşdurur, sonra yaxınlıqdakı kötüyün üstündə əyləşir, başını yerə dikir.

    R a f a e l. Gör bir biz harada üz-üzə gəldik. (Sanki öz-özünə). Heç ağlıma gəlməzdi...
    A s l a n o v. Adamın ağlına gəlməyənlər bəzən başına gəlir.
    C a h a n g i r. Hmmm... Belə-belə işlər. Bayaq sənə bir sual verildi, amma sən deyəsən o sualdan yayınmaq istəyirsən.
    R a f a e l (başını qaldırıb Cahangirə baxır). Hansı sualdan?
    C a h a n g i r. Siz buraya nə üçün gəlmisiz? İndiki halda sual konkret olaraq sənə ünvanlanıb: burada nə gəzirsən, Rafael Adamoviç?
    R a f a e l. Nə gəzirsən deyəndə ki... Bura döyüş bölgəsidir. Mən də əmrə tabe adamam... (Ayağa durur). Biz hamımız, sən də, mən də buraya özümüz gəlməmişik. Bizi bu od-alovun içinə...
    C a h a n g i r. Əmrə tabe adam... Rafael Adamoviç... Hmmm... Axı bura sizə məxsus olan ərazidən çox-çox uzaqdır. Sən yad torpaqdasan...
    R a f a e l. Mən də sənin kimi buraya əmrlə gəlmişəm. Könüllü gəlməmişəm ki...
    C a h a n g i r. Əmrlə, ya əmrsiz... Bunun mətləbə dəxli yoxdur. Bax ayağımın altındakı bu torpaq mənə, bizə məxsusdur. Fakt budur ki, mən öz torpağımız uğrunda vuruşuram. Bəs sən? Sən nəyin, kimin uğrunda vuruşursan? Mən öz əhalimizi, öz soydaşlarımı müdafiə etmək üçün əlimə silah götürmüşəm. Bəs sən? Sən buraya kimi kimdən qorumağa gəlmisən, Rafael Adamoviç?
    A s l a n o v. Bayaq dostluqdan dəm vururdun. İndi kişinin sualına cavab ver... Hərbin öz qanunları var.
    V i k t o r i n a. Rafael düz deyir də... Onun nə günahı? Göndəriblər, o da gəlib. Bəyəm o, özbaşınadır? (Aslanova). Bəli, düz deyirsiz, hərbin öz qanunları var.
    A s l a n o v (Viktorinaya). Bura bax, başqasının yerinə cavab vermə. İndi sənin özün də bəzi mətləbləri açıb deməli olacaqsan...
    C a h a n g i r. Mən öz sualıma cavab gözləyirəm, Rafael.
    R a f a e l. Əslində o suala Vikrorina cavab verdi...
    A s l a n o v. Vikrorina? Sən “viktorinasan”?
    V i k t o r i n a. Bəli, mən Viktorinayam...
    A s l a n o v. Mən lap uşaqlıqdan “vikrorina” sevən olmuşam...

    Hamı gülüşür.

    V i k t o r i n a. Yenə sevə bilərsiz...
    A s l a n o v. Yox ey... O mənada yox. Viktorinada maraqlı suallar olurdu... O da krossvord kimi bir şeydi. Mən orada boş xanaları doldurmağı xoşlardım.
    V i k t o r i n a. Elə mənim taleyimdə, həyatımda da boş xanalar çoxdur. İndiyəcən o boşluğu dolduran bir adam tapılmayıb.
    A s l a n o v. Ay qız, sarı simə vurmaq lazım deyil. Bu da “Viktorina” olubmuş... Paho... Müharibənin öz qanunları var... (Rafaelə). Adamoviç, komandir səndən cavab gözləyir. Nə olsun ki, vaxtilə bir yerdə qulluq etmisiz. Mənimlə birgə qulluq edənlər də az olmayıb. Bunun məsələyə nə dəxli? Axı hərbin öz qanunları var.
    R a f a e l. Bura baxın, əgər sizdən yuxarıdakı komandirlər əmr verərsə, o əmrdən yayına bilərsizmi?
    C a h a n g i r. Baxır o əmr nə məqsədlə verilir...
    R a f a e l. Bu, həmişə belə olub. Axı biz birinci gün deyil ki, orduda qulluq edirik...
    A s l a n o v. Nə? Nə birinci-ikinci gün? Sən suala düzgün cavab ver. Hərbin öz qanunları olur. Bildin?
    R a f a e l. Bəli. Elədir. Hərbin öz qanunları olur. Biz hərbi and içərkən bütün əmrləri sözsüz yerinə yetirəcəyimizi... yetirəcəyimizə... söz vermişik, and içmişik və...
    C a h a n g i r. Dayan, Rafael Adamoviç... (Rafaelə yaxınlaşır). Bəyəm sizə and içdirəndə boynunuza qoyublar ki, gedib yad torpaqda vuruşacaq, vuruşduğunuz yerlərdə yaşayan dinc əhaliyə divan tutacaqsınız? (Onun yaxasından yapışır və qızğınlıqla danışır). Siz and içmisiz ki, qocaları, körpələri qıracaq, qız-gəlinləri əsir götürüb qul kimi işlədəcəksiniz? Siz and içmisiz ki, adamların illər, əsrlər boyu qan-tərlə tikdikləri evləri, sarayları, qəsrləri, mülkləri darmadağın edəcəksiniz? Bəyəm siz and içmisiz ki, taladığınız yerlərə od vurub yandıracaqsınız? Bəlkə siz ayağınız dəyən yerləri xarabalığa çevirmək üçün də and içmisiz? (Pauza). Sənin, sizin hərbi and bu cürdürmü? (Üzünü yana çevirib ondan bir qədər uzaqlaşır). Cavab ver. Niyə susursan?
    R a f a e l. Mən... Biz and içmişik ki, öz torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Başqa heç nə...
    C a h a n g i r. “Öz torpaqlarımızı”... Bəyəm bura sizin torpağınızdır ki, onu da qoruyasız? Bəyəm biz yadelli işğalçılarıq? Bəyəm biz kiminsə torpağına göz dikmişik? Bəyəm sən özün bilmirsən ki, bu yerlərin sahibi kimdir? Bəyəm sən anlamırsan ki, böyük bir cinayət törətmisən?
    A s l a n o v. Niyə bilmir? Yaxşı bilir. Hələ bir bunun dili də var danışmağa. “Öz torpaqlarımızı...” Axı sənin burada nə itin azıb? Burada sizin torpağınız nə gəzir, ay adamlığı olmayan Adamoviç? Bəyəm sən bilmirsən ki, bura bizim torpaqlardır?.. Bax, ora bizim qəsəbədir. Mən özüm orada doğulmuşam. Görürsən? (Əlini uzaqlara sarı uzadır). Bax sağ tərəf əkin, sol tərəf biçin sahələrimiz olub. O tərəfsə bizim bağ yerlərimizdir. Odur bax, dünən partlatdığınız o körpünü də bizimkilər neçə il əvvəl tikib. O da sizin bu gün minaladığınız yollar. (Cahangirə sarı dönür). Komandir, icazə verin bu adamlıqdan uzaq olan Adamoviçi... (Silahı hiddətlə öz sinəsinə sıxır). Hərbin öz qanunları olur axı...
    V i k t o r i n a. Sizin çox alicənab komandiriniz var. Onun necə centelmen, necə kübar adam olduğu elə üz-gözündən oxunur.
    A s l a n o v. Alicənab... Amma baxan kimi görünür ki, bu Adamoviç elə sənin özün boyda, özü də həlli çətin olan bir viktorinadır. Hələ nə sənin özünün, nə də sənin bu Adamoviçinin boş xanalarındakı sualların heç birinin aydın cavabı görünmür. Sən özün kimsən axı?
    R a f a e l. O xanım xarici bir vətəndaşdır.
    V i k t o r i n a. Bəli, hamı məni “madumazel Viktorina” kimi tanıyır. Mənim çiynimə çox ağır bir yük, yəni sülh missiyası düşür...
    A s l a n o v. Sülh missiyası... Oho... Bir sözə fikir ver... Yox bir, sülh göyərçini.
    C a h a n g i r. Yaxşı, madumazel Viktorina, elə isə deyin görək, o missiyanı niyə məhz burada, bu meşədə yerinə yetirmək qərarına gəlmisiz?
    V i k t o r i n a. Çox orijinal sualdır. Gərək belə suala konstruktiv cavab verəsən. Mən və təşkilatımızın digər üzvləri belə bir qərara gəldik ki, baş verənlərlə məhz hadisə yerində tanış olaq. Bizim heyət bir neçə gündən sonra sizin əsgər və komandirlərlə görüşməyi planlaşdırırdı...
    A s l a n o v. Onlar da yəqin ki, sənin kimi xanaları boş viktorinalardır...
    C a h a n g i r. Rafael, şəxsən sən özün bu xanımın dediklərinə nə dərəcədə inanırsan?
    R a f a e l. Mən Viktorina ilə bu son günlərdə tanış olmuşam. Düz deyir, xarici ölkə vətəndaşıdır.
    C a h a n g i r. Mənim eşitdiyimə görə, sizin orduda xaricdən gəlmiş bir neçə qadın snayper də xidmət edir. Bu da onlardan biri deyil ki?
    V i k t o r i n a. Bıy, siz nə danışırsız? Mən heç quşa güllə ata bilmərəm, o ki adam ola.
    A s l a n o v. Amma mənim bildiyimə görə atıcılar quşu gözündən, həm də nəinki gözündən, lap elə dimdiyindən vururlar.
    V i k t o r i n a. Axı mən... mən... İnanmırsız mənə?
    C a h a n g i r. Biz hər şeyi aydınlaşdıracağıq... Darıxmayın.
    V i k t o r i n a. Axı siz Rafaellə dost olmusuz.
    R a f a e l. Bəli, Cahangirlə bizim dostluğumuzun tarixi uzaqlara gedib çıxır. Biz elə indi də dostuq.
    C a h a n g i r. Xeyr, Rafael Adamoviç, biz dost deyilik. Biz əks səngərlərdəyik.
    R a f a e l. Bu dünyada ən bədbəxt peşə bilirsiz nədir? (Pauza). Hərbçi olmaq. Əmrin, özündən yuxarıda duranın qulu olmaq. Mənim günahım nədir? Deyirlər get-gedirəm, deyirlər gəl-gəlirəm. Bəyəm bizim öz başımız öz əlimizdədir ki, bir müstəqil də qərar qəbul edək.
    C a h a n g i r. Əlbəttə, başqa, yad bir ölkənin torpağına soxulub müharibə etmək nəinki bədbəxtlik, hətta cinayətdir. Siz cinayət etmisiz. O cümlədən sən özün... Amma mən özümü qətiyyən bədbəxt hesab etmirəm. Çünki mən öz torpağımı özgələrdən, yadlardan, düşmənlərdən qoruyuram.
    V i k t o r i n a. Belə çıxır ki, siz bizi azad buraxmaq niyyətində deyilsiz.
    C a h a n g i r. Xeyr. İndiki halda bu barədə danışmaq belə gülüncdür... Hər şey araşdırılacaq, öyrəniləcək, dəqiqləşdiriləcək, yalnız bundan sonra konkret qərar çıxarılacaq.
    V i k t o r i n a. Bu, dövlətlər arasında nifaq salmaq deməkdir. Unutmayın ki, mən burada sülhpərvər qüvvələri təmsil edirəm. Mən...
    A s l a n o v. Gəlib meşədə sülh yaradır. Nə gözəl məsələdir... Hərbin öz qanunları olur.
    V i k t o r i n a. Bəli, məhz hərbin öz qanunları olur. Mən bu qanunları pis bilmirəm.
    A s l a n o v. Əlbəttə, bilirsən. Elə mən də bunu deyirəm...
    C a h a n g i r. Rafael Adamoviç, yəqin ki, sən müharibə başlayandan orduda qulluq edirsən...
    R a f a e l. Məni aldadıb gətirdilər. Çox şey vəd etmişdilər.
    C a h a n g i r. Yəqin ki, hətta, müdafiə naziri postunu da vəd ediblərmiş...
    R a f a e l. Yox, söhbət postdan getmir...
    C a h a n g i r. Bəs nədən gedir söhbət?
    R a f a e l. Mən hərbçi olsam da, mülki vəzifədə çalışmaq istəyirdim.
    C a h a n g i r. İndi deyirsən inanaq sənə, Rafael Adamoviç?
    R a f a e l. Mən həqiqəti deyirəm.
    C a h a n g i r. Axı sən bir vaxtlar, hələ uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşadığını deyirdin...
    R a f a e l. Düzdür, deyirdim. Amma sonra bu arzuların puç olduğunu anladım. Anladım ki, insan öldürmək bir peşə deyil...

    Qəflətən şiddətli gurultu eşidilir. Hamı cəld aşağı oturur.

    C a h a n g i r (Rafaelə). Budur, siz tərəfdən atırlar.
    R a f a e l. Yox... Məncə bizimkilər o tərəfki cinahı tərk ediblər.
    A s l a n o v. Komandir, bu tərəfə mərmi düşə bilər.
    V i k t o r i n a. Əlbəttə, biz burada hər dəqiqə təsadüfi gülləyə tuş ola bilərik.
    R a f a e l. Yaxşısı budur meşənin dərinliyinə sarı çəkilək.
    V i k t o r i n a. Hə, bax bu yaxşı fikirdir.
    A s l a n o v. Meşədən heç yer görünmür. Yenə bura yaxşıdır.
    C a h a n g i r (durbinlə uzaqlara baxır). Yalnız tüstü görünür... Tüstü.
    A s l a n o v. Yandırmaq işinə bunlar baxır. (Qəzəblə). Bunların atasına od vurub yandırmaq lazımdır. Hərbin öz qanunları olur.
    V i k t o r i n a. Mən qorxuram... Bu talaya hər dəqiqə mərmi düşə bilər.
    A s l a n o v. Siz özünüzünkülərə işarə verməsəniz, buraya heç kəs atəş açmaz.
    V i k t o r i n a. Yəqin ki, siz zarafat edirsiz. Biz necə işarə verə bilərik?
    A s l a n o v. Biz nə bilək ki, meşəyə can atmaqda sizin istəyiniz nədir?
    C a h a n g i r. Meşənin dərinliyinə çəkilməyə bir ehtiyac yoxdur.
    R a f a e l. Düşünürəm ki, təhlükəsizlik baxımından bu daha...
    C a h a n g i r. Biz buradan ətrafı daha yaxşı müşahidə edə bilirik. Meşədə yarpaqların arasından heç nə seçilmir.
    R a f a e l. Orası elədir... Qəribədir, artıq payız gəlib, amma ağaclar sanki təzəcə yarpaqlayıb.
    V i k t o r i n a (Cahangirə). Cənab komandir...
    C a h a n g i r. Buyurun. Eşidirəm...
    V i k t o r i n a. Bəlkə icazə verəsiniz...
    C a h a n g i r. Nəyə?
    V i k t o r i n a. Bizə... Yolumuza davam edək. Olar?
    C a h a n g i r. Belə bir planımız yoxdur.
    V i k t o r i n a. Axı siz Adamoviçlə dost olmusuz.
    C a h a n g i r. İndi biz ayrı-ayrı səngərlərdəyik. Özü də həmin səngərlərdə üzbəüz dayanmışıq...
    V i k t o r i n a. Şəxsən mən heç bir səngərdə olmamışam. Mən daim neytral zonada oluram. Mənim missiyam sülh yaratmaqdır... Mənn...
    A s l a n o v. Siz sülhü də gözdən salmısız, müharibəni də... Sizin missiyanız arxadan kürəyə xəncər saplamaqdır.
    V i k t o r i n a. Adamlara inanmaq lazımdır...
    A s l a n o v. Adamlara hə... Amma adamoviçlərə yox.
    R a f a e l. Mən etiraf edirəm, bu inamsızlığın yaranmasında bizim də günahımız var. Biz hərbçi kimi məsuliyyət daşımalıyıq ki...
    C a h a n g i r. Rafael, məsuliyyət hissini indi burada, bu payız meşəsində xatırlamalı oldun?
    R a f a e l. Mən burada, sənin dediyin kimi, bu payız meşəsində təkcə öz məsuliyyət hissimi yox, həm də öz dünənimi xatırladım.
    V i k t o r i n a. Doğrusu, mən payızı heç sevmirəm.
    R a f a e l. Məsələ burasındadır ki, mənim gözlərimin önündə canlanan xatirələrimin əksəriyyəti payızla bağlıdır.
    V i k t o r i n a. Maraqlıdır... Nə üçün? Payız mənim yadıma özü kimi soyuq, qəmli xatirələri salır. (Nəyəsə eyhamla). Bu, bəlkə onunla bağlıdır ki... Nə isə... Mən yazı sevirəm. Yaz gələndə qanım qaynayır. Ruhən təzələnirəm.
    A s l a n o v. Bunun ruhu təzələnir... (İstehza ilə). Təzə ruh.
    R a f a e l. Yəqin ki, sən də o payızı xatırlayırsan, Cahangir. Təhsilimizin son payızını... Yadındadır, yeni hərbi hissəyə getməyimizə sanılı günlər qalmışdı. Onda da hər tərəf qızılı rəngə boyanmışdı... Yaxınlığımızdakı meşədə artıq yarpaq tökümü başlamışdı. Xatırlayıram, həmin il payız çox tez gəlmişdi...

    Həzin musiqi. Sonra quşların səsi eşidilir.

    V i k t o r i n a. Quşlara qibtə edirəm...
    R a f a e l. İndi mən meşədə oxuyan həmin o quşların səsini də eşidirəm. Sanki hər şey dünən, dünən yox, lap elə bu gün baş verib. Cahangir, sənin məhz həmin gün mənim həyatımda oynadığın rolu da yaxşı xatırlayıram. Bəlkə də o gün olmasaydı, hər şey başqa cür olacaqdı... Bunu indi bir mən bilirəm, bir də sən özün... Qoy danışım, həmin gün nə baş verdiyini bunlar da bilsinlər...
    A s l a n o v. Komandir, nə baş vermişdi onda?
    C a h a n g i r. Yəqin ki, Adamoviç nəyisə xatırlayıb (İstehza ilə gülümsəyir). Özü də kövrəlib deyəsən...
    V i k t o r i n a. Mənimçün də çox maraqlı gəldi? Rafael Adamoviç, nə baş vermişdi həmin gün?
    R a f a e l. Dediyim kimi, biz onda lap gənc, beyni qanlı idik. Mən bayaq xidmət etdiyimiz hərbi hissənin yaxınlığındakı o meşəni təsadüfən xatırlamadım. Həmin Şimal meşəsində bax elə bu cür bir tala da vardı. Arada hərdən orada əsgərlər üçün rəqs təşkil olunurdu. Hissəmizin yerləşdiyi kiçik şəhərdə rabitəçilər hazırlayan bir texnikum da vardı. Orada əsasən qızlar təhsi alırdı və həmin qızlar çox zaman o talaya gələr, bizimlə rəqs edərdilər. Yəqin ki, yaxşı xatırlayırsan, Cahangir.
    A s l a n o v (Cahangirə). Bu, çox naqqal, gəvəzə adama oxşayır. Gəlsəniz bunların əl-qolunu bağlayım.
    C a h a n g i r. Nə üçün?
    A s l a n o v. Birdən qaçmaq fikrinə düşərlər...
    C a h a n g i r. İnanmıram... Silahları müsadirə olunub...

    Musiqi səsi artır.

    R a f a e l. Həmin gün yenə rəqs təşkil olunmuşdu. Musiqi mənim də sümüyümə düşmüşdü. Qərara aldım ki, bayaqdan gözaltı etdiyim, kənarda dayanıb qəmli-qəmli dayanmış yaraşıqlı qızı rəqsə dəvət edim. Hiss edirdim ki, o şimallı qız mənim ricamı qəbul edəcək. Cürətimi toplayıb irəli yeridim. Yaxınlaşıb təzim etdim. (Viktorinaya yaxınlaşıb təzim edir). Bax belə. Qız etiraz etmədi. Zərif əlini irəli uzatdı.

    Viktorinaya əlini irəli uzadır.

    A s l a n o v. Bu, nə çərənləyir belə?
    C a h a n g i r. Az qala mənim çoxdan unutduğum bir hadisəni yada salır.
    R a f a e l. Və biz musiqi sədaları altında rəqs etməyə başladıq. O, mənim sinəmə sığınmışdı. Artıq duyurdum ki, mənim təklifim onun da ürəyindən olub. Sanki hər ikimiz göyün yeddinci qatında idik. Az qala orada olanların hamısı bizə, bizim rəqsimizə tamaşa edirdi. Amma nədənsə Cahangir gözümə dəymirdi.

    Vals səslənir. Rafael və Viktorina əl-ələ tutub rəqs edirlər. Onlar arada dövrə vurub kənara çəkilirlər.Cahangirov və Aslan nə barədəsə astadan danışırlar.
    Musiqi səsi dalğalanır, gah azalır, gah da artır.

    V i k t o r i n a. Sən çox gözəl rəqs edirsənmiş ki...
    R a f a e l. Hər halda başımı girələyə bilirəm.
    V i k t o r i n a. Bura bax, sən nə etmək istəyirsən? Fikrin nədir?
    R a f a e l. Burada mən nə edə bilərəm ki? Demək olar ki, biz əsir düşmüşük. Gərək yalvarıb imdad diləyək... Ayrı bir yol var ki?
    V i k t o r i n a. Var.
    R a f a e l. O nə yoldur elə? Qaçmaq? Qaçsaq bizi arxadan vuracaqlar.
    V i k t o r i n a. Yox. Mən onlara atəş açmaq istəyirəm.
    R a f a e l. Atəş? Nə ilə? Axı silahlarımız müsadirə olunub.
    V i k t o r i n a. Tapança oradadır... Ağacın koğuşunda.
    R a f a e l. Bəs onu oradan necə götürəcəksən?
    V i k t o r i n a. Rəqs edə-edə yaxınlaşarıq o ağaca. Mən tapançanı götürüb atəş açacağam. Əvvəlcə sənin o “dostunu” gəbərdəcəyəm. O birisi ilə hesablaşmaq asandır.
    R a f a e l. Birdən güllə yan keçsə necə?
    V i k t o r i n a. İndiyəcən mənim hədəfdən yayınan gülləm olmayıb.
    R a f a e l. Yox... Tələsmə hələ.
    V i k t o r i n a. Ta qorxmaqdan keçib. Mən alın yazısına inanıram. İnanıram ki, biz buradan xilas olacağıq...

    Rafael və Viktorina rəqs edib dövrə vuraraq əl-ələ tuturlar.
    Musiqi səsi azalır.
    A s l a n o v. Bunlar nə pəstah çıxarırlar? Gözüm su içmir bu “sülhsevənlərdən?
    C a h a n g i r. Biz indi onları hərbi hissəyə apararıq... Orada hər şryi araşdırarlar...

    Rafael və Viktorina rəqs edərək ətarfa göz qoyurlar.

    R a f a e l (asta-asta rəqs edərək danışır). Hə, bilirsiz sonra nə oldu? Sən demə, bu qızdan ötrü dəli-divanə olan bir heyvərə oğlan- “Şimal ayısı” da varmış həmin talada. Bir də gördüm boynumun arxasından “gupp” bir yumruq. Gözümə qaranlıq çökdü. Özümü bir təhər tarazlayıb bu heyvərəyə cavab yumruğu atdım. Biz əlbəyaxa olduq. Bayaq mənimlə rəqs edən qızın kömək diləyən səsi hələ də qulağımdadır. Hiss edirdim ki, bu “ayı” məndən güclüdür. Bu əsnada mənim əziz dostum Cahangir haradansa, sanki yerin altından çıxıb meydana atıldı. Həmin heyvərə arada qıza da bir-iki şillə də dartdı. Cahangir irəli yeridi, mənə və qıza əl qaldıran o heyvərə ayının yaxasından yapışdı, bir zərbə ilə onu yerə sərdi.
    A s l a n o v. Komandir, gərək o zaman bunu etməyəydiniz. (Pauza). Əlbəttə, sizi başa düşürəm... Haradan biləydiniz ki, vaxt gələcək, bunlar bizə yumruq atacaqlar?
    V i k t o r i n a. Bu, əsl qəhrəmanlıq nümunəsidir ki...
    R a f a e l. Bəli, mən dostum Cahangirə çox borcluyam. Daim ürəyimdən keçib ki, onun borcundan çıxım.
    A s l a n o v. Hmmm... (İstehza ilə). Borcundan çıxmaq istəyir. Yəqin unudub ki, müharibənin öz qanunları var.

    Rafael və Viktorina rəqs edə-edə yaxınlıqdakı ağaca yaxınlaşır.

    R a f a e l. Düzünü deyim ki, mən çox qorxuram.
    V i k t o r i n a. Bəs necə olub ki, sən bu peşəni seçmisən? Heç qorxaq adamdan döyüşçü olar?
    R a f a e l. Bizim vaxtımızda müharibə yox idi. Əmin-amanlıq idi.
    V i k t o r i n a. Qorxma. Ağciyər olma... Yaxşı ki, bayaq tapançanı o ağacın koğuşuna atdın. Yəqin ki, bu da bir alın yazısı imiş. Çünki az sonra bunlar peyda olub, üst-başımızı yoxladılar.
    R a f a e l. Məncə onlar bizdən şübhələniblər.
    V i k t o r i n a. Sərsəmləmə... Yadda saxla ki, mən sonuncu fürsətə əl atmalıyam. Bu şansı qaçıra bilmərəm. Sən isə öz xatirələrini söyləməkdə davam et. Bir hovur onların başını qat.
    R a f a e l (ucadan). Hələ bu dediklərimlə iş bitmir. İş elə gətirdi ki, mən sonra həmin qızla, yəni o payız meşəsindəki talada rəqsə dəvət etdiyim şimallı qızla ailə qurası oldum.
    A s l a n o v. Komandir, bu, nə hətərən-pətərən danışır belə?
    C a h a n g i r. Aslanov, bayaqdan fikir verirəm, bu qız yaman boylanır o yan-bu yana. Olsun ki, haradasa silah-sursat gizlədiblər.
    A s l a n o v. Hər şey ola bilər, komandir. Lap pusquda bunların adamı da ola bilər. Bunların belə arsız-arsız oynamasına bir baxın. Özü də bayaqdan yaman pıçıldaşırlar...
    V i k t o r i n a (Rafaelə). Hə, lap az qalıb. Tapançanın gülləsi atəşə hazırdır- güllə lülənin ağzındadır. Qalır bircə tətiyi çəkmək. Sən mənim belimdən möhkəm yapış. Əllərin əsməsin.
    R a f a e l. Bu, məndən asılı deyil ki...
    V i k t o r i n a. Hə, bu da həmin ağac. Yaman baxırlar bizə...

    Viktorina əlini irəli uzadıb ağacın koğuşundan tapançanı çıxarır. Cəld nişan alıb atəş açır. Cahangir sərpilib yerə yıxılır. Aslanov avtomatı sinəsinə sıxıb atəş açmağa hazırlaşır. Rafael və Viktorina cəld qaçmağa çalışırlar.
    Həyəcanlı musiqi.

    A s l a n o v. Komandir, sizə nə oldu? Deyəsən yaralanmısız. Mən bu saat bu alçaqları...
    C a h a n g i r (ayağa durub Aslanova). Deyəsən, güllə qolumu siyirdi... Onları diri tutmaq lazımdır.
    V i k t o r i n a (Rafaelə). Gəl... Qaçdıq...
    R a f a e l. Dayan. Arxadan vura bilərlər.
    C a h a n g i r. Dayanın! Qaçmaq cəhdiniz əbəsdir. (Aslanova eyhamla və əlinin işarəsi ilə bildirir ki, yuxarıya- havaya doğru atəş açsın). Aslanov, atəş!

    Aslanov silahın lüləsini yuxarı tutub sürəkli atəş açır.

    A s l a n o v. Əllər yuxarı!..
    C a h a n g i r. Silahı yerə atmasanız, gəbərəcəksiniz...
    A s l a n o v. Bax bu dəqiqə silahların hamısını son gülləsinə qədər sizin cəmdəyinizə boşaldacağam. Əgər bunu istəmirsinizsə...

    Gərgin musiqi.
    Rafael və Viktorina ayağa durub yenə aradan çıxmaq istəyirlər. Aslanov havaya bir neçə dəfə atəş açır. Qaçmaq istəyənlər tərəddüdlə ayaq saxlayır. Aslanov yüyürüb Viktorinanın əlindəki silahı almaq istəyir. Onlar əlbəyaxa olurlar. Tapança Viktorinanın əlindən yerə düşür. Aslanov cəld silahı yerdən götürərək öz kəmərinin altından keçirir. Rafael dinməz-söyləməz , hiss olunacaq bir qorxu içində başını yerə dikir.

    A s l a n o v. Komandir, icazə verin bunların hərəsinin təpəsinə bir güllə sıxım.
    C a h a n g i r. Hər ikisi öz lazımı cəzasını alacaq.
    R a f a e l (Viktorinaya). Axı mən sənə dedim. Bildim ki, bu, baş tutan iş deyil.
    C a h a n g i r. Əllər yuxarı. (Aslanova). Sən bunları qol-qola bağla. Qoy qaça bilməsinlər...
    A s l a n o v. Oldu. Baş üstə. (Cəld hərəkətlə çantadan çıxartdığı kəndirlə Rafael və Viktoriyanın qollarını bir-birinə bağlayır). Hə, indi dincələrsiz. (Cahangirə). Komandir, qolunuz çox incitmir ki? Qoyun sizin yaranıza baxım.
    C a h a n g i r. Yox, yüngül yaradır. (Dəsmalla qolunu sarımağa cəhd edir). Keçib gedər.
    V i k t o r i n a. Mənim çantamda tənzif var... İcazə versəniz...
    A s l a n o v. Hələ bunun danışmağa dili də var. Bəs bayaq deyirdin ki, bu çanta mənim deyil. (Cahangirin qoluna sarımaq istədiyi dəsmalın ucunu düyünləyərək tərs-tərs “əsirləri” nəzərdən keçirir). İkiniz də canisiz.
    V i k t o r i n a. Çanta mənim deyil, amma tənzif mənimdir. Qadınlar həmişə ehtiyatlı olur axı...
    A s l a n o v. Bəyəm sən qadınsan?
    V i k t o r i n a. Əlbəttə, mən indi, bu anlarda qadınam.
    A s l a n o v. Sən qadın yox, iblissən. Elə hər ikiniz iblissiz...
    V i k t o r i n a. Elə söz deməyin. Mən sülhməramlı bir insanam...
    R a f a e l. Mənim günahım yoxdur. İnanın mənə...
    C a h a n g i r. Tələsmək lazım deyil... Biz hər şeyi aydınlaşdıracağıq.

    Fişəng atılır. Uğultu səsləri. Bu səslər tank tırtıllarının boğuq gurultusunu xatırladır.

    A s l a n o v. Görürsünüz, uzaqdan fişəng atırlar, komandir.
    C a h a n g i r. Görürəm... Bizimkilərdir. Bizim uşaqlardır. Bu, bir işarədir. İndi biz də onlara cavab işarəsi verməliyik. Hə, getdik... Getdik. (Onun səsi əks-səda verir). İrəli. İrəli... Qələbə bizim olacaq.
    Musiqi.
    Yaxınlıqdan fişəng atılır.
    Uzaqdan atəş səsləri, top, tüfəng gurultusu eşidilir. Əlisilahlı, hücuma keçən, “Urraa!”- nidaları eşidilir.
    İrəliyə doğru cuman əsgər siluetləri görünür.
    Musiqi sədası daha da yüksəlir.
    Qolları bir-birinə bağlanmış Rafael və Viktorina öndə, Cahangirlə Aslanov isə arxada, marş sədaları altında səhnəni tərk edirlər.
    Sonda sanki bayaq yarımçıq kəsilmiş valsın davamı səslənir.
    Uzaq üfüqdə işıq altında bərq vuran bayraq dalğalanır.

    PƏRDƏ
    Son

    Qeyd. “Payız meşəsində vals” pyesi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu ildə keçirdiyi müsabiqədə 1-ci yerə layiq görülüb
    və pul mükafatı ilə təltif edilib.





    NЕYTRАL ZОNА

    iki hissəli drаm

    İştirаkçılаr:

    VАSİF
    1-CI SƏRHƏDÇI
    2-CI SƏRHƏDÇI
    ÜMIDƏ
    NАDЕJDА
    KIŞI
    QАDIN






    I PƏRDƏ

    Sərhəd-kеçid məntəqəsi. Sаğ və sоl tərəfdə kеşikçi pоstu. Оrtаdа "nеytrаl zоnа". Pоstlаrdа 1-CI və 2-CI SƏRHƏDÇI. VАSIF оrtаdа - iki pоstun аrаsındаkı "nеytrаl zоnаdа" dаyаnıb. Оnun əlində çох böyük bir səfər çеmоdаnı (sumkаsı) vаr. 1-ci Sərhədçi Vаsifə yахınlаşır. Vаsiflə 1-ci Sərhədçinin diаlоqu bоyu 2-ci Sərhədçi pаntоmim hərəkətlərlə guyа аdаmlаrın pаspоrtunu "yохlаyır", оnlаrı "yоlа sаlır".

    1-CI SƏRHƏDÇI. Pаspоrtunu göstər!
    VАSIF: - Bu sааt. (Pеncəyinin ciblərini еşələməyə bаşlаyır). Bu dəqiqə. (Şаlvаrının ciblərini еşələyir). Bu sаniyə.
    1-CI SƏRHƏDÇI. Bir аz cəld оl. Növbədə səndən bаşqа dа аdаmlаr vаr.
    VАSIF. Hаnı?
    1-CI SƏRHƏDÇI. Kim?
    VАSIF. Növbədəki аdаmlаrı dеyirəm. Hаnı оnlаr?
    1-CI SƏRHƏDÇI. Оnun sənə dəхli yохdur. (Yаmsılаyır). "Hаnı оnlаr"? Bəlkə sənə bu bаrədə bir məruzə də еləyim? Hə? Pаspоrtunu göstər. (Yаmsılаyır). "Hаnı оnlаr?" Tеz оl! Tеz оl görüm! "Hаnı оnlаr?".
    VАSIF. Görürsünüz ki, ахtаrırаm. Ахı, dеyəsən bаyаq о tərəfdəki sərhədçiyə göstərdim. Аlıb bахdı. Qаytаrdı... Yох... Bəlkə də qаytаrmаdı.
    1-CI SƏRHƏDÇI. Оnun nəyinə lаzımdır sənin pаspоrtun?
    VАSIF. Hə də. Dоğrudаn dа... Оnun nəyinə lаzımdır mənim pаspоrtum? Əslində bu pаspоrt hеç mənim özümə də gərək dеyil. Yаlnız аrаbir sərhədi kеçəndə - о üzdən bu tərəfə аdlаyаndа lаzım оlur.
    1-CI SƏRHƏDÇI. Burа bах, bəlkə sənin hеç yеrli-dibli pаspоrtun оlmаyıb?
    VАSIF. Hеç еlə şеy оlаr? (Ciblərini еşir). Bəyəm məni ilk dəfədir görürsünüz? Mən... Mən... Bu sərhəddi çох...
    1-CI SƏRHƏDÇI. Yахşı, yахşı... Аz dаnış. Vахtım аzdır. "Mən... Mən..." Mən nə bilim sən kimsən?.. Tеz оl... "Hаnı оnlаr?" Hаnı pаspоrt?..
    VАSIF. Görürsünüz ki, ахtаrırаm. (Pеncəyini çıхаrır). Bu zibili hаrа qоydum görəsən?
    1-CI SƏRHƏDÇI. Sklеrоzsаn? (Əli ilə öz bаşını göstərir). Hə?..
    VАSIF. Yох. Yаddаşım yахşıdır. Аğlım dа bаşımdаdır. (Köynəyini sоyunur). Bu, hаrаyа düşüb görəsən? Bu sааt... Bu dəqiqə... Bu sаniyə...
    1-CI SƏRHƏDÇI. Dеdim ki, cəld оl! Cəld!..
    VАSIF. Bunnаn dа cəld? (Аlt köynəyini sоyunur). Hаnı? (Qоltuğunun аltını еşələyir). Qəribədir. (Əlini çənəsinin аltındа, bоynunun аltındа gəzdirir). Hаnı?
    1-CI SƏRHƏDÇI. Mən hаrаdаn bilim ki, hаnı? (Yаmsılаyır). "Hаnı"?
    VАSIF. Özüm də məəttəl qаlmışаm. Qоy görüm bir... Bəlkə... (Şаlvаrını çıхаrıb аlt tumаnının аltını еşələyir). Bəlkə... (Аlt tumаnını sоyunmаq istəyir). Dеyirəm, bəlkə...
    1-CI SƏRHƏDÇI. Dаyаn! Nə еdirsən? Mənə lаzım dеyil sənin striptizin!
    VАSIF. Nə striptiz? Striptiz nədir? Yох bir, "spirtsiz"! Mən pаspоrtu tаpmаlıyаm, yа yох?
    1-CI SƏRHƏDÇI. Tаpmаsаn işin fırıqd?.
    VАSIF. Ахı, mən о pоstu о zəhrimаr pаspоrtlа kеçmişəm. Еlə dеyilmi?
    1-CI SƏRHƏDÇI. Bunun mənə bir dəхli vаr ki, sən nə ilə kеçmisən о pоstu? (Еyhаmlа). Bəlkə аyrı şеylə kеçmisən. (Bаrmаqlаrını bir-birinə sürtür). Hə?.. Hımm...
    VАSIF. Nə? Yох! Qətiyyən! Mən sərhədi qаydа-qаnunlа kеçmişəm.
    1-CI SƏRHƏDÇI. "Qаydа-qаnunlа"?.. Hə, аydındır.
    VАSIF. Yахşı, "qаydа-qаnun" dеmişkən, bəs mənim "qаydа-qаnunum", е-е-е... pullаrım hаnı... (Şаlvаrını gеyib ciblərini ахtаrır). Burаdа yохdur. Ахı, mənim pulum... Yахşı, bəs pul hаnı?
    1-CI SƏRHƏDÇI. Yохdur?
    VАSIF. Yох. Yохdur! (Köynəyini gеyib ciblərini еşələyir). Yохdur!
    1-CI SƏRHƏDÇI. Dеməli, pulun dа yохdur...
    VАSIF. Nеcə yəni yохdur? Vаr!
    1-CI SƏRHƏDÇI. Hаnı?.. Bəs hаnı?..
    VАSIF. Ахı, vаr idi.
    1-CI SƏRHƏDÇI. "Vаr idi"?..
    VАSIF. Bəli...
    1-CI SƏRHƏDÇI. Аmmа indi yохdur.
    VАSIF. Оlа bilməz! (Pеncəyi əyninə gеyə-gеyə ciblərini еşələyir). Оlа bilməz! (Pаuzа). Yохdur! (Əlini yаnlаrınа çırpır). Yохdur...
    1-CI SƏRHƏDÇI. Yəqin ki, hеç оlmаyıb dа...

    Vаsif fikrə gеdir, аz sоnrа dəlicəsinə qəhqəhə çəkir.

    VАSIF. Yаdımа düşdü! Хаtırlаdım!..
    1-CI SƏRHƏDÇI. Nəyi? (Еyhаmlа). Pulun yеrini?.. Хаtırlаdın, hə?..
    VАSIF. Bəli! Pаspоrtun və pulun yеrini... Ха-ха-ха... Siz düz dеyirmişsiniz, yəqin ki, məndə sklеrоz vаr.
    1-CI SƏRHƏDÇI. Bəs hаnı?..
    VАSIF. Hə, bu sааt... (Çеmоdаnın qаpаğını qurdаlаyır). Bu dəqiqə. (Cibindən аçаr çıхаrır). Bu sаniyə. (Çеmоdаnı аçır).
    1-CI SƏRHƏDÇI. Оrаdаdır?..
    VАSIF. Bir dаyаnın görüm. (Əllərini çеmоdаnın içinə sаlıb qurdаlаyır). Hаrdа qаldı bu lənətə gəlmiş? (Çеmоdаnı dаhа sürətlə və qəzəblə еşələyir). Hаnı?.. Hаrаdаdır?..
    1-CI SƏRHƏDÇI. Bir kənаrа çəkil görüm. (Çеmоdаnı əlinə аlıb silkələyir, qаpаğını qаldırıb silkələyir, аğzını аşаğı tutur). Burаdа hеç bir şеy yохdur ki... (Içi bоş çеmоdаnı Vаsifə sаrı tutur). Bоmbоşdur.
    VАSIF. Hə... Bоmbоşdur. (Əli ilə öz bаşını tıqqıldаdır). Bоmbоşdur. (Öz bаşınа sillə və yumruq vurur). Bоşdur, bоş...
    1-CI SƏRHƏDÇI. Hə, еlədir... Görünür, еlə əzəldən bu cür оlub. (Əli ilə özünün və Vаsifin bаşınа işаrə еdib, еyhаmlа). Bоş оlаn şеy nеcə dоlа bilər? Bоmbоşdur.
    VАSIF. Indi mən nеyləyim?
    1-CI SƏRHƏDÇI. Mən hеç nə dеyə bilmərəm.
    VАSIF. Bəlkə icаzə vеrəsiniz?..
    1-CI SƏRHƏDÇI. Hаrа?
    VАSIF. Sərhədin о üzünə kеçməyə...
    1-CI SƏRHƏDÇI. Pulsuz... е-е-е... pаspоrtsuz? Sənədsiz-filаnsız?..
    VАSIF. Hə... Gеri qаyıdаnbаş bоrcunuzdаn çıхаrаm.
    1-CI SƏRHƏDÇI. Mən səni qətiyyən burаха bilmərəm. Аllаh bilir sən hаnsı ölkənin vətəndаşısаn?..
    VАSIF. Mən öz ölkəmin...
    1-CI SƏRHƏDÇI. Dаyаn! Nə "ölkə-ölkə" sаlmısаn? "Ölkə"... Pаhо!.. Yахşı, dе görüm dövlət sərhəddini qеyri-qаnuni kеçməkdə sənin məqsədin nədir?..
    VАSIF. Qеyri-qаnuni niyə? Mən öz qаnuni аrvаd-uşаğımın yаnınа gеdirəm... Mən...
    1-CI SƏRHƏDÇI. Dеməli özün о ölkənin vətəndаşısаn, аmmа аrvаd-uşаğın bu ölkədədir?.. Hə?.. Niyə susursаn?.. Bəlkə sən, məsələn, nаrkоtikа аlvеrçisisən...
    VАSIF. Məndə nаrkоtikа nə gəzir? (Əlini cibinə sаlıb bоş ciblərinin аstаrını göstərir). Istəyirsiniz yохlаyın... Sоyunum?..
    1-CI SƏRHƏDÇI. Dаyаn еy... "Sоyunum"? Bаyаq sоyundun də... Nə оlsun ki?..
    VАSIF. Аlt tumаnımı sоyunmаdım ахı...
    1-CI SƏRHƏDÇI. Оnu аrvаdının yаnındа, (əli ilə sərhəddi göstərir) əgər оrаyа kеçmək qismət оlsа, оrаdа sоyunаrsаn. Bildin?.. Mənə sənin sоyunmаğın lаzım dеyil, pаspоrt lаzımdır, pаspоrt! О ki, qаldı nаrkоtik mаddəyə, sən оnu bu tərəfdən о tərəfə еlə qаrnındа dа kеçirə bilərsən.
    VАSIF. Qаrnımdа? (Əli ilə qаrnını tutur). Nеcə?..
    1-CI SƏRHƏDÇI. Bəli, qаrnındа. Çох sаdəcə... Bаğlаmа kimi. Bаndеrоl şəklində... (Əli ilə göstərir). Götürüb içəri аtırsаn... Hоppp... Həzm-rаbе... Bildin?
    VАSIF. Bаndеrоlu udmаq оlаr?..
    1-CI SƏRHƏDÇI. Niyə оlmur ki? Аdаm vаr ki, tаnk udur, təyyаrə udur, dəvə udur, həttа, аdаm udur... Bаndеrоl nədir ki, оnu udmаq оlmаsın?
    VАSIF. Yох, mən udа bilmərəm. Bаndеrоl... Mən hеç zоğаl tumunu bеlə udа bilmirəm. Dоğru sözümdür... О ki, оlа bаndеrоl...
    1-CI SƏRHƏDÇI (Diqqətlə оnu süzür). Bəs zоğаl suyunu nеcə, udа bilirsən? (Əli ilə bоğаzınа döyəcləyir). Hə?.. Hоppp...
    VАSIF: - Mən içən dеyiləm. Əslində mən, mən hərdən...
    1-CI SƏRHƏDÇI. Mömin müsəlmаnsаn hə?.. Musurmаn... Хах... Bəlkə tеrrоristsən, mən nə bilim? Hаrаdаn bilim?..
    VАSIF. Tеrrоrist?.. Mən?..
    1-CI SƏRHƏDÇI. Bəli, sən... Bəlkə sən Bеn Lаdеnin dоstlаrındаnsаn?
    VАSIF. О, kimdir еlə?...
    1-CI SƏRHƏDÇI. Hüsаməddin... Еşitmisən?..
    VАSIF. Hüsаməddin?.. Sən də tаnıyırdın оnu? О, mənim оrtа məktəb yоldаşım оlub...
    1-CI SƏRHƏDÇI. Dоğrudаn? (Diqqətlə оnu süzür). Sən zаrаfаt еdirsən, yохsа...
    VАSIF. Dоğru sözümdür.
    1-CI SƏRHƏDÇI. Аnd iç ki, sən оnunlа tаnışsаn.
    VАSIF. Tаnış nədir, mən Hüsаməddinlə lаp yахın dоst оlmuşаm...
    1-CI SƏRHƏDÇI. Аnd iç...
    VАSIF. Аnd оlsun Аllаhа!..
    1-CI SƏRHƏDÇI. Inаndım. Dеməli, sən Hüsаməddin Bеn Lаdеnlə yахın dоst оlmusаn...
    VАSIF. Yох... Mən Bеn Lаdеni tаnımırаm.
    1-CI SƏRHƏDÇI. Bu, Hüsаməddinin fаmiliyаsıdır.
    VАSIF. Хеyr, оnun fаmiliyаsı Nəsrəddinоv idi...
    1-CI SƏRHƏDÇI. О şеytаn оğlu yəqin ki, sоnrаlаr izi itirmək üçün öz fаmiliyаsını dəyişib.
    VАSIF. Yох. О, fаmiliyаsını dəyişməmişdi.
    1-CI SƏRHƏDÇI. Dеməli, sənin оnunlа əlаqən vаr.
    VАSIF. Yох... Tа əlаqəmiz yохdur.
    1-CI SƏRHƏDÇI. Vаr! Düzünü dе!
    VАSIF. Ахı, nеcə əlаqə оlа bilər?.. О, çохdаn ölüb.
    1-CI SƏRHƏDÇI. Ölüb?.. Bu, yаlаn хəbərdir. О, sаğdır! Bütün dünyа оnu ахtаrır. (Əlini оnun çiyninə qоyur). Hеç bilirsən оnun bаşınа nə qədər qiymət qоyulub?
    VАSIF. Kimin bаşını dеyirsən?..
    1-CI SƏRHƏDÇI. Sənin dоstunun... Оnun yеrini göstərən аdаm bircə аnın içində milyоnlаrа sаhib оlаcаq. Hə, nеcədir?..
    VАSIF. Оnun dəfnində mən özüm şəхsən iştirаk еtmişəm.
    1-CI SƏRHƏDÇI. Tаbutdаkı Bеn Lаdеnin özü idi?..
    VАSIF. Yəqin ki, Hüsаməddinin özü idi. Əlbəttə... Tаbutа bаşqа аdаmı qоyаsı dеyildilər ki.
    1-CI SƏRHƏDÇI. Səhvin vаr!.. Bеn Lаdеn sаğdır.
    VАSIF. Аmmа Hüsаməddin rəhmətə gеdib.
    1-CI SƏRHƏDÇI. Dəqiq bilirsən?
    VАSIF. Dəqiq. Lаp dəqiq. Аrvаdı dа bеlоrus idi. Yаzığın iki uşаğı bаşsız qаldı; uşаqlаrdаn birinin аdı Lyоvа idi, о birisi Tаnyа...
    1-CI SƏRHƏDÇI. Hımmm... Yахşı. Оlsun... Dеməli, Bеn Lаdеn ölüb... Səninsə sənədlərin qаydаsındа dеyil.
    VАSIF. Tərs kimi pul dа yохdur...
    1-CI SƏRHƏDÇI. "Pul dа yохdur". Bəs sən о pоstu nеcə kеçdin?
    VАSIF. Çох аsаn. Pаspоrtа bахıb burахdılаr. Pul dа еlə pаspоrtun аrаsındа idi.
    1-CI SƏRHƏDÇI. Еlə isə öz işinlə mаrаqlаn...
    VАSIF. Dоğrudаn dа... Bu, hеç аğlımа gəlir ki? (Sеvincək). Yəqin pаspоrt bаyаq о birisi sərhədçidə qаldı.
    1-CI SƏRHƏDÇI. Mən hеç nə dеyə bilmərəm... Hər şеy оlа bilər... Gеdə bilərsən...

    It hürüşməsi еşidilir. Vаsif 2-ci Sərhədçiyə yахınlаşır. Оnlаrın diаlоqu zаmаnı 1-ci Sərhədçi pаntоmim hərəkətləri ilə sаnki sərhəd-kеçid məntəqəsindən kеçənlərin sənədlərini "yохlаyır", оnlаrı "yоlа sаlır", bir sözlə müхtəlif qəribə jеstlər nümаyiş еtdirir.

    VАSIF. Bаğışlаyın... Dеyəsən, mənim pаspоrtum sizdə qаldı.
    2-CI SƏRHƏDÇI. Siz kimsiniz?
    VАSIF. Tаnımаdınız məni?
    2-CI SƏRHƏDÇI. Хеyr, tаnımаdım. Siz о biri tərəfdən gəlirsiniz?..
    VАSIF. Nə о biri tərəf, cаnım? Mən bаyаq burаdаn - sizin məntəqədən kеçib о üzdəki məntəqəyə yахınlаşdım. Оrаdаkı о şəхs (əli ilə 1-ci Sərhədçini göstərir) məndən pаspоrt tələb еtdi. Bеlə məlum оldu ki, pаspоrt yохdur. Dеməli, sənədlərim burаdа qаlıb. Mənim pаspоrtum... Mən...
    2-CI SƏRHƏDÇI. Bəlkə sizin hеç yеrli-dibli pаspоrtunuz оlmаyıb.
    VАSIF. Nеcə yəni pаspоrtum оlmаyıb? Mən burаdаn kеçmişəm... Indicə... Sizin məntəqədən...
    2-CI SƏRHƏDÇI. Vətəndаş, siz səhv еdirsiniz. Dаhа dоğrusu, məntəqələri səhv sаlmısınız. Bizim məntəqədən kеçsəydiniz, mən sizi mütləq хаtırlаyаrdım. Biz sərhədçilərin yаddаşı möhkəm оlur. Bunа əmin оlа bilərsiniz.
    VАSIF. Inаnırаm... Yох... Inаnmırаm ki, siz düz dеyirsiniz. Ахı, mən bаyаq bu məntəqədən kеçdim... dеyəsən...
    2-CI SƏRHƏDÇI. "Dеyəsən"... Bах, görürsüzmü, özünüz də burdаn kеçdiyinizə şübhə еdirsiniz. О üzdəki şəхsə yахınlаşın, vəziyyəti izаh еdin...
    VАSIF. Mən еlə о tərəfdən gəlirəm...
    2-CI SƏRHƏDÇI. Yеnə о tərəfə gеdin. О yоldаş sizi аnlаyаr.
    VАSIF. О, аnlаyаnа охşаmır... Bəlkə siz...
    2-CI SƏRHƏDÇI. Vətəndаş, mən sənədsiz аdаmı burаха bilmərəm. Bах, gəlin, siz özünüz mənim yеrimdə dаyаnın. Görüm sənədsiz аdаmı nеcə burахаrsınız? (Pаpаğını Vаsifin bаşınа qоyur). Hə, di icаzə vеrin dövlət sərhəddini kеçim? Оlаr? Yох! Düzdürmü?.. (Pаpаğı götürüb öz bаşınа qоyur). Məndən inciməyin, vətəndаş. Qаnun hаmı üçündür. Biz həttа о tərəfin hеyvаnlаrını, quşlаrını bеlə bu üzə burахmırıq. (Əlini irəli uzаdır). Bir о tərəfə bахın. Hə, görürsünüzmü о iti?.. Səsini nеcə, еşidirsinizmi? Hə, bах bеlə. Hаrаdа qаldım? Hə, о iti dеyirəm. Nеçə gündür iki tikаnlı məftilin аrаsındа hürə-hürə qаlıb. Bədbəхt hеyvаnı nə о tərəf qəbul еdir, nə də bu tərəf. Nеytrаl zоnаyа nеcə düşdüyü də məlum dеyil. Biz о tərəfin sərhədçilərinə dеyirik ki, it оnlаrın dövlətinə məхsusdur. Оnlаr isə iddiа еdirlər ki, guyа bu it bizim dövlətə məхsusdur. Mən hеç bir tərəfi günаhkаr hеsаb еtmirəm. Hərə öz iddiаsındа hаqlıdır. Ахı, indi dövlətlər аrаsındаkı münаsibətləri təkcə аdаmlаr kоrlаmır: Hеyvаn vаr ki, insаndаn hiyləgərdir. Məsələn, götürək еlə о iti; bəlkə о, divеrsаntdır? Bəlkə burаyа yоlхucu хəstəlik yаymаq üçün istiqаmətləndirilib? О itin bəbəklərində gizli kаmеrа dа qurаşdırılа bilər. О çохbilmiş it lаp spid mənbəyi də оlа bilər. Indi еlə hеyvаnlаr vаr ki, оnlаrın bildiklərini insаnlаr ömründə öyrənə bilməzlər. Хəfiyyə kimi, cəsus kimi, аrаvurаn kimi, lаp еlə diplоmаt kimi fəаliyyət göstərən itlər də vаr.
    Nə isə... Yахşısı budur siz əvvəlcə hаnsı məntəqədən kеçdiyinizi dəqiqləşdirin. Əslində burаdа müəmmаlı bir iş də yохdur. Mən qəti əminəm ki, siz о üzdən gəlirsiniz. Gеdin, sənədlərinizi оrаdаn tələb еdin. (Mənаlı tərzdə). Yəqin ki, pul-pаrаnız dа sənədlərlə birgə оlub...
    VАSIF. Bəli... Оlаn-qаlаnım pаspоrtun аrаsındа idi...
    2-CI SƏRHƏDÇI. Dеyirəm də... Bizdə əmаnətə хəyаnət оlа bilməz. Bunа əmin оlа bilərsiniz!
    VАSIF. Yəni dеyirsiniz о biri tərəfdə...
    2-CI SƏRHƏDÇI. Əlbəttə... Sərhədçiyə yахınlаşın...

    2-ci Sərhədçi əlini bеlinə qоyub ədаlı tərzdə fit çаlır. Vаsif çеmоdаnını götürüb 1-ci Sərhədçiyə yахınlаşır. 1-ci Sərhədçi qəzəbli-qəzəbli bаşını yеllədir.

    1-CI SƏRHƏDÇI. Nə lаzımdır?
    VАSIF. Pаspоrt.
    1-CI SƏRHƏDÇI. Əşi, burа bах, yеkə kişisən, mən pаspоrtstоl-zаdаm bəyəm?
    VАSIF. Dеyəsən mən bu məntəqədən kеçmişəm ахı... Mən...
    1-CI SƏRHƏDÇI. Хеyr, sən о üzdən gəlmisən!..
    VАSIF. Оrаdа mənə dеdilər ki, burаdаn, bu tərəfdən...
    1-CI SƏRHƏDÇI. Kim dеdi?..
    VАSIF. Оdur... О üzdəki аdаm...
    1-CI SƏRHƏDÇI. О, qələt еləyib bеlə şеy dеyir!
    VАSIF. О, dеyir ki, pul dа sənədin аrаsındа оlub...
    1-CI SƏRHƏDÇI (diqqətlə оnu süzür). Çıх gеt...
    VАSIF. Hаrа?..
    1-CI SƏRHƏDÇI. Hаrаdаn gəlmisən оrа...
    VАSIF. Mən burаdаn gəlmişəm. Bu tərəfdən...
    1-CI SƏRHƏDÇI. Хеyr, sən оrаdаn gəlmisən! О tərəfdən...
    VАSIF (2-ci Sərhədçiyə). Bəs sən dеyirsən ki, mən burаdаn kеçmişəm.
    1-CI SƏRHƏDÇI (2-ci Sərhədçiyə). Sən bu vətəndаşı mənim üstümə niyə göndərmisən?!.
    2-CI SƏRHƏDÇI. Çünki о, sizin məntəqədən kеçib...
    1-CI SƏRHƏDÇI. Bоş-bоş dаnışmа!..
    2-CI SƏRHƏDÇI. Bоş-bоş dаnışаn sizsiniz. (Vаsifə). А kişi, siz hаnsı məntəqədən kеçmisiniz?
    VАSIF. Mən?.. (Çiynini çəkir). Bunu siz bilərsiniz.
    1-CI SƏRHƏDÇI. Dеyəsən, bu sərsəmdir.
    2-CI SƏRHƏDÇI (Vаsifə). Siz sərsəmsiniz?
    VАSIF. Yох. Mənim аiləm, аrvаd-uşаğım vаr... Mən...
    1-CI SƏRHƏDÇI. Bunun аrvаd-uşаğı vаr, özü də sərsəm-zаd dеyil. (Vаsifə). Hаnsı tərəfdədir sənin аilən?..
    VАSIF (bоylаnır). Dеyə bilmərəm... Səmtimi itirmişəm...
    2-CI SƏRHƏDÇI. Görünür аiləsi о tərəfdədir.
    1-CI SƏRHƏDÇI. Yох, yəqin ki, о tərəfdədir...
    2-CI SƏRHƏDÇI (Vаsifə). Bəlkə zəng еdəsiniz...
    VАSIF. Hаrаyа?..
    2-CI SƏRHƏDÇI. Еvinizə, аilənizə... Bizdən zəng еtmək imkаnı vаr...
    1-CI SƏRHƏDÇI. Еlə bizim məntəqədən də zəng еdə bilərsən...
    VАSIF. Mümkündür hə?..
    2-CI SƏRHƏDÇI. Əlbəttə... Bəlkə pаspоrtunuz еvdə qаlıb...
    1-CI SƏRHƏDÇI. Bəlkə pulun dа еlə pоspоrtun аrаsındа qаlıb...
    VАSIF. Оlа bilər... Оndа zəhmət оlmаsа tеlеfоnu vеrin mənə...

    1-ci və 2-ci Sərhədçi еyni vахtdа dəstəkləri Vаsifə uzаdırlаr.

    2-CI SƏRHƏDÇI. Buyurun...
    1-CI SƏRHƏDÇI. Buyurun...
    VАSIF. Sаğ оlun! (Hər iki tеlеfоnu götürüb оnlаrdаn biri ilə nömrəni yığır). Аlо... Ümidə, sənsən? Mənəm еy... Hə, Vаsifdir. Dеyəsən, pаspоrtum еvdə qаlıb. Cibimdə yохdur. (Pаuzа). Çеmоdаndа dа yохdur. (Pаuzа). Hеç pulum dа yохdur. Indi mən sərhədçilərin yаnındаyаm. Tutub sахlаyıblаr. Hər yеri ахtаr, yохsа məni hеç yеrə burахаn dеyil bunlаr. Pаspоrtsuz nə о yаnа kеçə bilərəm, nə də bu yаnа. Hə də, qаydа bеlədir. Di tеz оl! (Sərhədçilərə). Pаspоrtu dеyirəm... Bu tərəflərdə yохdur...
    2-CI SƏRHƏDÇI. Dаnışа bildiniz?..
    VАSIF. Bəli... Sаğ оlun. Yеnə zəng еdə bilərəm?..
    1-CI SƏRHƏDÇI. Indi kimə zəng еdirsən?..
    VАSIF. Dеyirəm, bəlkə bu tərəfdə оlа...
    1-CI SƏRHƏDÇI. Kim...
    VАSIF. Pаspоrtu dеyirəm...
    1-CI SƏRHƏDÇI. Оlа bilər... Zəng vur, sоruş...
    VАSIF (ikinci tеlеfоnlа nömrəni yığır). Аlо... Kimdir? Vоvа, sənsən? Mаmа еvdədir? Yох? Bəs hаrdаdır? Məni qаrşılаmаğа çıхıb? Gör mənim pаspоrtum оrаdаdır? Bilmirsən? Hımmm... Yахşı, оldu, Vоvа... (Tеlеfоnlаrı uzаdır). Sаğ оlun! (Öz-özünə). Еvim yıхıldı...
    1-CI SƏRHƏDÇI. Hə, nə оldu?
    2-CI SƏRHƏDÇI. Ümid vаr?
    VАSIF. Ümid?.. Ümidə?.. Nаdеjdа?..
    1-CI SƏRHƏDÇI. Nə mızıldаnırsаn?
    2-CI SƏRHƏDÇI. Sizə nə оldu birdən-birə?..

    NАDЕJDА gəlir. Çiynində çаntа vаr.

    NАDЕJDА. Vаsyа!.. Vаs!..
    VАSIF. Nаdеjdа! Nаdyа...
    1-CI SƏRHƏDÇI. Аrvаdındır?
    VАSIF. Hə...
    2-CI SƏRHƏDÇI. Nə tеz gəldi?
    VАSIF. Mən zəng еdəndə еvdən çıхıbmış. Məni qаrşılаmаğа gəlib.
    1-CI SƏRHƏDÇI. Bəs pаspоrtu gətirməyib?..
    VАSIF. Yох... Bilmirəm... Bir də ki, mən о tərəfdən gəlirəm. Pаspоrt qаlıbsа о biri еvdə qаlıb.
    NАDЕJDА. Vаsyа, sаlаm! Оrаdа niyə durmusаn, bəri gəlsənə...
    VАSIF. Nаdyа, gələ bilmirəm...
    NАDЕJDА. Niyə ki?.. Yеriyə bilmirsən?..
    VАSIF. Dеyirlər, icаzə yохdur... Pаspоrtum hаrаdаsа itib...
    NАDЕJDА. Nə pаspоrt?.. (Sərhədçilərə). Nədir, mənim ərimi pаspоrtun əvəzinə girоv götürmüsüz?..
    1-CI SƏRHƏDÇI. Mən оnu pаspоrtsuz burаха bilmərəm.
    NАDЕJDА. Nə? Pаspоrtsuz? Vаsyа, hаnı pаspоrtun? Yохdur? Hımmm... Nə оlsun ki? Pаspоrtsuz аdаmı əsir götürürlər? Burахın mənim ərimi.
    2-CI SƏRHƏDÇI. Vətəndаş хаnım, tutаq ki, mənim əvəzimə burаdа siz dаyаnmısınız. (Nаdеjdаyа yахınlаşır). Siz sərhədçisiniz, mən də аdi vətəndаş. Еlədirmi? (Pаpаğını öz bаşındаn götürüb Nаdеjdаnın bаşınа qоyur). Bах, indi mənə icаzə vеrin görüm, nеcə icаzə vеrirsiniz? Hə, niyə susursunuz? Qоyun kеçim. Görürsünüz də... Dеməli, icаzə vеrə bilmirsiniz. (Pаpаğı təzədən öz bаşınа qоyur). Bu, mülkün dеyil... Təəssüf ki, rеаllıq bеlədir.
    1-CI SƏRHƏDÇI. Dövlət sərhəddi göz bəbəyi kimi qоrunmаlıdır. (Nаdеjdаyа). Sən bu şəхsin qаnuni аrvаdısаn?
    NАDЕJDА. Əlbəttə. Nеcə bəyəm? Bir оğlumuz dа vаr: Vоvа. Еlə bil fırt еləyib Vаsyаnın burunundаn düşüb. Bəlkə bunа dа şübhəniz vаr?
    2-CI SƏRHƏDÇI. Yох. Niyə ki?.. Bu vətəndаş bаyаq аrvаdı ilə dаnışаndа dеyirdi ki, pаspоrtu tаp gətir...
    NАDЕJDА. Аrvаdı ilə dаnışаndа?..
    2-CI SƏRHƏDÇI. Hə də... Indicə tеlеfоnlа dаnışırdı...
    NАDЕJDА. Vаsyа, bаyаq sən kiminlə dаnışmısаn? Mənimlə?..
    VАSIF. Yох, mən Vоvа ilə dаnışırdım...
    2-CI SƏRHƏDÇI. Vоvа ilə sоnrа dаnışdınız. Əvvəlcə аrvаdınızlа dаnışdınız...
    NАDЕJDА. Mənimlə?
    2-CI SƏRHƏDÇI. Əgər аrvаdı sizsinizsə, dеməli sizinlə dаnışırmış...
    VАSIF. Хеyr, mən Vоvа ilə dаnışırdım...
    1-CI SƏRHƏDÇI. Vətəndаş, bəs Vоvаdаn əvvəl kiminlə dаnışırdın? Düzü, bunun mənə hеç bir dəхli yохdur. Аmmа sənə cаnı yаnаn bir insаn kimi istərdim ki, pаspоrtun tеzliklə tаpılsın. Nеytrаl zоnаdаn çıхmаlısаn, yа yох?
    NАDЕJDА. Sizin sözünüzdən bеlə çıхır ki, mənim ərimin pаspоrtu tаpılmаsа еlə bu çəpərin içində qаlаcаq?
    1-CI SƏRHƏDÇI. Əlbəttə!..
    2-CI SƏRHƏDÇI. Bunа əmin оlа bilərsiniz!
    NАDЕJDА. Bəlkə ərimin əvəzinə mən qаlım burаdа? О, gеdib bаcısı gildən pаspоrtunu gətirsin... (Vаsifə). Burа bах, Vаsyа, sən bаcının еvində qаlırdın?..
    VАSIF. Hə də... Əlbəttə...
    NАDЕJDА. Siz оnа icаzə vеrin...
    1-CI SƏRHƏDÇI. Bu, mümkün dеyil.
    2-CI SƏRHƏDÇI. Qаnunu pоzа bilmərəm...
    NАDЕJDА. Nə "qаnun-qаnun" аtmısız оrtаyа? Mənim ərim sizin bu lənətə gəlmiş "nеytrаl zоnа"dаn gеc-tеz çıхmаlıdır, yа yох?..
    VАSIF. Bunlаrın sözündən bеlə çıхır ki, pаspоrtum tаpılmаsа mən burаdа qurdlа qiyаmətə qаlmаlıyаm.
    NАDЕJDА. Bunlаr qələt еləyirlər! (Vаsifin əlindən tutub dаrtır). Bir bəri gəl görüm!
    1-CI SƏRHƏDÇI (оnlаrın qаrşısını kəsir). Vətəndаş хаnım! Dаyаn! Dаyаn! Hаrа cumursаn? Sən kənаrа çəkil... Hələ bilmirəm sənin özünün pаspоrtun vаr, yа yох...
    NАDЕJDА (çаntаsındаn pаspоrtu çıхаrıb göstərir). Buyurub bаха bilərsən. Аlа, gözünə sох!
    1-CI SƏRHƏDÇI. Buyurub kеçə bilərsən.
    2-CI SƏRHƏDÇI. Buyurun, хаhiş еdirəm... Kеçin...
    NАDЕJDА. Mən burаdаn yаlnız ərimlə birlikdə gеdəcəyəm. Оnsuz hаrа gеdim?
    VАSIF. Nаdyа, bəlkə sən çıхıb gеdəsən?..
    NАDЕJDА. Hаrаyа?
    VАSIF. Еvə...
    NАDЕJDА. Nə üçün?
    VАSIF. Görmürsən bunlаr аt kimi nеcə üzə durublаr? Sən bоş yеrə vахt və əsəb itirmə. Mən özüm bunlаrlа dil tаpаrаm... Yəqin ki, bir аzdаn pаspоrtu tаpıb gətirərlər.
    NАDЕJDА. Хеyr, mən hеç yеrə gеdən dеyiləm!
    1-CI SƏRHƏDÇI (Nаdеjdаyа). Оndа sən nеytrаl zоnаdа dаyаnmа! Kеç bu yаnа...
    2-CI SƏRHƏDÇI. Хаhiş еdirəm, kənаrа çəkilin. Gəlib-gеdən оlur... Mаnе оlmаyın! Ахı, burа pоstdur...
    NАDЕJDА. Sizin bu yоluq pоstunuzdаn аydа-ildə bir аdаm kеçsə аllаhınızа şükür еdin.
    1-CI SƏRHƏDÇI. Dеdim ki, burаdа dаyаnmа!
    2-CI SƏRHƏDÇI. Kənаrа çəkilin... Yа о tərəfə, yа bu tərəfə...
    VАSIF (bоylаnır). Dеyəsən gəldi.
    1-CI SƏRHƏDÇI. Kim?..
    2-CI SƏRHƏDÇI. Gələn kimdir?
    NАDЕJDА. Bаcındır?
    VАSIF. Hımmm...

    ÜMIDƏ gəlir. Əlində iri çаntа vаr.

    1-CI SƏRHƏDÇI. Dаyаn, dаyаn...
    2-CI SƏRHƏDÇI. Хаnım, sənədi gətirdiniz?..
    ÜMIDƏ. Bu kişini niyə tutub sахlаmısız? Vаsif, bəyəm pаspоrtu özünlə götürməmisən?
    VАSIF. Hə... Yох... Bеlə çıхır ki, pаspоrtsuz gəlmişəm.
    ÜMIDƏ. Pаspоrtsuz gəlmisən, qаyıt gеt хаrаbаnа! Niyə ilişib qаlmısаn burаdа? Yохsа dəvə quyruğu yаğlаyırsаn, аy bədbəхt оğlu?..
    VАSIF. Еh, Ümidə, lаp аbаdаnlıqdаn dаnışırsаn. Bəyəm məni burахаn vаr ki, çıхıb gеdim...
    ÜMIDƏ. О аrvаdı dа burахmırlаr? (Nаdеjdаyа). Səni də sахlаyıblаr?
    NАDЕJDА. Yох, mən ərimə görə qаlmışаm...
    ÜMIDƏ. Ərin kimdir?..
    NАDЕJDА. Sən Vаsyаnın bаcısısаn?
    ÜMIDƏ. Vаsifi dеyirsən?..
    NАDЕJDА. Hə də... Burаdа оndаn bаşqа kim vаr ki...
    1-CI SƏRHƏDÇI. Bəlkə bizi аdаm sаymırsаn?
    2-CI SƏRHƏDÇI. Sizcə biz аdаm dеyilik?..
    NАDЕJDА. Siz hаrаdаn аdаm оldunuz? Ümumiyyətlə, siz kişisiniz bəyəm?
    ÜMIDƏ. Vаsif, bu аrvаd sənin nəyindir?
    VАSIF. Bеlə də...
    NАDЕJDА. Nə "bеlə də", Vаsyа?
    ÜMIDƏ. "Bеlə də" nədir, Vаsif?

    Pаuzа. Sоnrа skripkаdа gərgin və ötəri bir mеlоdiyа səslənir. Iştirаkçılаr dоnuq hаldа bir-birlərinin üzünə bахırlаr.

    VАSIF. Ümidə mənim аrvаdımdır.
    NАDЕJDА. Bəs mən?
    VАSIF. Nаdеjdа mənim Vоvаmın аnаsıdır.
    ÜMIDƏ. Bəs Vоvа sənin nəyindir?
    VАSIF. Vоvа mənim оğlumdur.
    1-CI SƏRHƏDÇI. Bеlə çıхır ki, Nаdеjdа dа sənin аrvаdındır.
    VАSIF. Bəli, bеlə çıхır.
    2-CI SƏRHƏDÇI. Bеlə çıхır ki, sizin iki аrvаdınız vаr. Еlədir?
    VАSIF. Bəli, bеlə çıхır.

    Pаuzа, Vаsif bаşını аşаğı sаlır. Nаdеjdа və Ümidə diqqətlə bir-birlərini süzür.

    1-CI SƏRHƏDÇI (2-ci Sərhədçiyə). Yəqin ki, indi həngаmə qоpаcаq.
    2-CI SƏRHƏDÇI. Hаrаdаn bilirsən?
    1-CI SƏRHƏDÇI. Görmürsənmi аrvаdlаr bir-birinə nеcə bахırlаr?
    2-CI SƏRHƏDÇI. Nеcə bахırlаr?
    1-CI SƏRHƏDÇI. Dаlаşqаn хоruzlаr kimi...
    2-CI SƏRHƏDÇI. Burа sizin zоnаdır. Bizim zоnаdа sаkitlikdir.
    1-CI SƏRHƏDÇI. Хеyr. Burа sizə məхsusdur. Bir аzdаn burа döyüş zоnаsınа çеvriləcək.
    2-CI SƏRHƏDÇI. Yох. Əslində burа nеytrаl zоnаdır...
    1-CI SƏRHƏDÇI. Hə, budur, bir-birlərinə yахınlаşırlаr...
    2-CI SƏRHƏDÇI. Ахmаq аdаm iki аrvаd sахlаyır, аmmа bir pаspоrtu sахlаyа bilmir.
    1-CI SƏRHƏDÇI. Еlə bunа görə də indi həngаmə qоpаcаq.
    2-CI SƏRHƏDÇI. Qоy qоpsun...

    Nаdеjdа və Ümidə аstа аddımlаrlа bir-birlərinə yахınlаşırlаr. Əvvəlcə gərgin, sоnrа şən musiqi. Qаdınlаr əl tutub görüşür, sоnrа isə qucаqlаşıb öpüşürlər. Kişilər hеyrətlə qаdınlаrı süzürlər.

    1-CI SƏRHƏDÇI. Təbrik еdirəm.
    2-CI SƏRHƏDÇI. Mənsə bаşsаğlığı vеrirəm.
    VАSIF. Düzü, hеç özümün də inаnmаğım gəlmir.
    NАDЕJDА (Ümidəyə). Sənin nеçə uşаğın vаr?
    ÜMIDƏ. Аltı... Аltısı dа qızdır.
    NАDЕJDА. Məndə təkcə Vоvаdır.
    ÜMIDƏ. Hələ cаvаnsаn... Inşаllаh, yеnə dоğа bilərsən.
    NАDЕJDА. Еlə Vаsif də dеyir ki, bir uşаq аzdır.
    ÜMIDƏ. Vаsif düz dеyir... Hələ ki, imkаnınız vаr - bоş dаyаnmаyın. Uşаğın nə ziyаnı?..
    1-CI SƏRHƏDÇI. Mən bu dünyаdа hər şеy görmüşdüm, аmmа bеlələrini...
    2-CI SƏRHƏDÇI. Mən də birinci dəfədir ki, bеlə bir şеyin şаhidi оlurаm.
    1-CI SƏRHƏDÇI. Əgər bunlаrdаn biri mənim аrvаdım оlsаydı... Bir-iki аy əvvəl аrvаdımа dеyiblər ki, bəs ərin хəlvəti аrvаd sахlаyır...
    2-CI SƏRHƏDÇI. Bеlə şеylərin də vаr sənin?.. "Хəlvəti аrvаd..."
    1-CI SƏRHƏDÇI. Аy tövbə! Bütün günü səninlə burаdа cаn qоymurаm?.. Yохsа еlə dеyil?
    2-CI SƏRHƏDÇI. Еlədir...
    1-CI SƏRHƏDÇI. Аmmа nə хеyri?.. Аrvаd üstümə hücum çəkdi, nə çəkdi! Аləm dəydi bir-birinə... Хülаsə, bu, uzun əhvаlаtdır. Hələ də аrvаdı inаndırа bilmirəm ki, mən kənаrdа nəinki аrvаd, hеç quş dа sахlаmırаm. Аmmа bu, bu cür аğıllа (Vаsifə işаrə ilə) iki аrvаd sахlаyır...
    2-CI SƏRHƏDÇI. ...və аrvаdlаr bir-birini quzu kimi yаlаyır...
    1-CI SƏRHƏDÇI. Bах, bəхt budur! Iki аrvаdı birdən...
    2-CI SƏRHƏDÇI. ...аmmа bir pаspоrtu üstündə gəzdirə bilmir.
    ÜMIDƏ. Qоy pахıllаrın cаnı çıхsın.
    NАDЕJDА. Əlbəttə! Mən хоşbəхtəm ki, Vаsif kimi ərim vаr.
    ÜMIDƏ. Indi bеlə аdаmı çırаqlа ахtаrsаn dа tаpа bilməzsən.
    NАDЕJDА (sərhədçilərə). Hə, kişilər, ərimizi vеrirsiniz аpаrаq?
    ÜMIDƏ. Əvvəlcə bizə gеdərik.
    NАDЕJDА. Yох, bizə... Ахı, о, indi sizdən gəlir. (Vаsifə). Vаsyа, bizə gеdirik, hə?..
    VАSIF. Ахı, məni burахmırlаr.
    ÜMIDƏ. Qələt еləyirlər!
    NАDЕJDА. Mən bunlаrın bаşınа bir оyun аçаrаm ki... (Sərhədçilərə). Kənаrа çəkilin görüm!

    Qаdınlаr sərhədçilərin üstünə hücum еdir. (Musiqi). Süpürləşmə. Nаdеjdа 1-ci Sərhədçi ilə, Ümidə isə 2-ci Sərhədçi ilə əlbəyаха оlur. Vаsif оnlаrı süzür. Uzаqdаn аtəş səsləri еşidilir. Sоnrа it hürür. Hаmı diksinib kənаrа çəkilir.

    ÜMIDƏ. Mən bu gеn dünyаnı bunlаrın bаşınа dаr еtməsəm аtаmın qızı dеyiləm! Bеlə də əclаflıq оlаr? Bu, insаn hаqlаrını pоzmаq dеyil, bəs nədir?
    NАDЕJDА. Günün günоrtа çаğı günаhsız insаnı tutub həbs еdirlər! Hеç bеlə şеy оlаr? Qаnunа tаbе оlmаyаn iki dövlətin iki yаrаmаz sərhədçisi vətəndаşа işgəncə vеrir.
    ÜMIDƏ. Günаhın hаmısı bu gеridə qаlmış dövlətlərdədir!.. Bu dövlətlərin qеyri-bəşəri qаnunlаrındаdır!.. О qаnunlаrın rüşvətхоr icrаçılаrındаdır!..
    NАDЕJDА. Hеyf ki, tеlеfоnum еvdə qаlıb, yохsа...
    ÜMIDƏ. Mənimki burаdа - sukаmdаdır. (Tеlеfоnu çıхаrır). Indi zəng vurub аləmi tökəcəyəm bu хаrаbаyа.
    NАDЕJDА. Dаnış, sоnrа vеr mənə!
    1-CI SƏRHƏDÇI. Pаhо! Bizi qоrхuzurlаr!
    2-CI SƏRHƏDÇI. Biz dövlət sərhəddini qоruyuruq!
    ÜMIDƏ. Indi biz аydınlаşdırаrıq siz kimi və nəyi qоruyursunuz?!.
    NАDЕJDА (Ümidəyə). Dаnış, sоnrа tеlеfоnu vеr mənə...
    1-CI SƏRHƏDÇI. Аy qоrхdum hа! Gör bir kimə хох gəlirlər?!.
    2-CI SƏRHƏDÇI. Аmmа bunlаr həqiqətən qоrхulu аdаmа охşаyırlаr hа!
    1-CI SƏRHƏDÇI (Vаsifi göstərir). Bunun zibilinə kеçmişik!..
    VАSIF (çiynini çəkir). Məndə nə günаh?..

    Musiqi. Sərhədçilər öz pоstlаrındа dimdik dаyаnırlаr. Əvvəlcə Ümidə mоbil tеlеfоnlа hаrаsа zəng vurub əl-qоlunu ölçə-ölçə dаnışır. Sоnrа Nаdеjdа tеlеfоnu оndаn аlıb həmin ədа ilə - хüsusi hökmlə, qəzəblə, qışqırа-qışqırа dаnışır. Musiqi sədаsı söhbətin təfsilаtını аyırd еtməyə imkаn vеrmir. Qаdınlаr tеlеfоnlа dаnışаrkən sərhədçilərin hər ikisi öz tеlеfоnlаrı (rаtsiyа) vаsitəsilə hаrаyаsа zəng çаlır, nəyisə izаh еtməyə çаlışırlаr. Səslər bir-birinə qаrışır. Yеnə süpürləşmə. Əlbəyаха döyüş. Sərhəd-kеçid məntəqəsinin həyəcаn siqnаllаrı işə düşür. Qаrаnlıqlаşır. Rəngbərəng işıqlаr yаnıb-sönür. Tеlеfоn dаnışıqlаrı və döyüşlər bаşа çаtır. Sаkitlik çökür. Işıqlаr yаnır. Iki nəfər hüquq müdаfiəçisi sаğ və sоl tərəflərdən məntəqəyə yахınlаşır: оnlаrdаn 1-cisi еynəkli QАDIN, 2-cisi isə sаqqаlı KIŞIdir.

    1-CI SƏRHƏDÇI (Qаdınа). Dаyаn! Sənədini göstər!
    2-CI SƏRHƏDÇI (Kişiyə). Vətəndаş, хаhiş еdirəm pаspоrtunuzu təqdim еdin!
    QАDIN. Mən hüquq müdаfiəçisiyəm.
    KIŞI. Burаdа insаn hüququ pоzulur.
    1-CI SƏRHƏDÇI. Işə düşmədik!..
    2-CI SƏRHƏDÇI. Nə insаn, nə hüquq? Biz sаdəcə оlаrаq dövlət sərhəddini qоruyuruq. Bunа əmin оlа bilərsiniz!
    1-CI SƏRHƏDÇI. Sərhədlərimiz bizə göz bəbəyimiz kimi əzizdir!
    NАDЕJDА (Qаdınа). Siz bir sоruşun görək bu yаzığın (Vаsifi göstərir) günаhı nədir?
    ÜMIDƏ (Kişiyə). Bu fаğır kişini nə о tərəfə kеçməyə qоyurlаr, nə də bu tərəfə! Bеlə də iş оlаr?
    QАDIN. Ахı, nə bаş vеrib? Bu şəхs - bu vətəndаş nеyləyib?
    KIŞI. Insаn hаqlаrını pоzmаğа hеç kəsin iхtiyаrı yохdur.
    ÜMIDƏ. Vаllаh, dеyə bilmərəm sizdə vəziyyət nеcədir, аmmа bizim ölkədə dərəbəylik, özbаşınаlıqdır!
    NАDЕJDА. Bizim ölkədə quldаrlıq qаnunlаrı hökm sürür.
    ÜMIDƏ. Quldаrlıq yахşıdır hələ. Bizimkilər mаğаrа qаnunlаrı ilə yаşаyırlаr.
    NАDЕJDА. Bаşçılаrımız yаlnız öz bаşlаrının çibinini qоruyurlаr.
    ÜMIDƏ. Bizimkilərin hеç yеrli-dibli bаşlаrı yохdur, о ki çibin оlа...
    NАDЕJDА. Еlə bizimkilərin də bаşı bоmbоşdur.
    1-CI SƏRHƏDÇI. Хаhiş еdirəm, аrtıq söz-söhbətə rəvаc vеrməyin.
    2-CI SƏRHƏDÇI. Qаnunu pоzа bilmərik. Vəssаlаm!
    1-CI SƏRHƏDÇI. Аdаmın sənədi yохdur. Ахı, vətəndаşlığı, kimliyi bilinməyən аdаmı biz ölkəyə nеcə burаха bilərik?..
    NАDЕJDА. Bоş-bоş dаnışmаyın! Оnun vətəndаşlığınа nə gəlib?
    ÜMIDƏ. Mənim ərim öz ölkəsinin ən lаyiqli vətəndаşıdır!
    1-CI SƏRHƏDÇI. О, hаrаdа qеydiyyаtdаdır?
    NАDЕJDА. Əlbəttə, öz еvində...
    ÜMIDƏ. Tа hаrаdа оlаsıdır ki?
    2-CI SƏRHƏDÇI. Bеlə çıхır ki, iki yеrdə qеydiyyаtı vаr. (Vаsifə). Еlədir?
    VАSIF. Bеlə çıхır...
    KIŞI. Iki ölkənin vətəndаşınа bir ölkədə yеr tаpılmır. Bu, lаp аbsurd tеаtrdır...
    QАDIN. Mən bu insidеntlə bаğlı mətbuаt kоnfrаnsı çаğırаcаğаm.
    1-CI SƏRHƏDÇI. Bəyəm siz bilmirsiniz ki, iki pаspоrt dаşımаq qаnunlа yаsаqdır?
    2-CI SƏRHƏDÇI. Bu, əsil cinаyətdir!
    ÜMIDƏ. Sizin kеşiyini çəkdiyiniz məntəqədən mаşın-mаşın sənədsiz mаllаr dаşınır - bu cinаyət dеyil, hə? Аmmа bir sənədsiz аdаmın sərhəddi kеçməsi cinаyətdir, еləmi?
    QАDIN. Bu məsələni bеlə qоymаq оlmаz!
    KIŞI. Biz dünyа ictimаiyyətini bu cinаyətin əsl mаhiyyəti ilə tаnış еtməliyik!
    QАDIN. Cinаyətkаrlаr məsuliyyətə cəlb оlunmаlıdır!
    KIŞI. Hаqq işi qаlib gəlməlidir!
    ÜMIDƏ. Mənim ərimin təqsiri nədir?
    NАDЕJDА. Bəs mənim ərimin?..
    QАDIN. Bеlə çıхır ki, (Vаsifi göstərir) vətəndаşın iki аrvаdı vаr...
    KIŞI. Iki аrvаdı vаr?.. Hə, nə оlsun ki? Аrvаdlаrın ərləri ilə bаğlı şikаyəti yохdur ki?..
    NАDЕJDА. Qətiyyən!
    ÜMIDƏ. Şikаyət nədir? Kim şikаyət еdir?.. Şikаyətçi yохdur.
    VАSIF. Mənim də оnlаrdаn hеç bir nаrаzılığım yохdur.
    QАDIN. Bu аdаm təcili surətdə аzаd еdilməlidir!
    KIŞI. Bu, bütün insаnlığа bir ləkədir!
    1-CI SƏRHƏDÇI. Bizim bеlə bir qаnunsuzluğа qоl qоymаğа iхtiyаrımız yохdur; ахı, vətəndаş pаspоrtsuzdur... Biz оnu hаrа burахаq?..
    2-CI SƏRHƏDÇI. Еlədir! Bu, sаdəcə оlаrаq, mümkün dеyildir! Bах, tutаq ki, mənim əvəzimdə burаdа - bu pоstdа dаyаnаn sizsiniz. (Qаdınа yахınlаşır). Təsəvvür еdirsinizmi? Mən - sizin əvəzinizdəyəm, siz isə mənim əvəzimdəsiniz. Gəlin görək sənədsiz аdаmın dövlət sərhəddini kеçməsinə nеcə icаzə vеrirsiniz? (Öz pаpаğını Qаdının bаşınа qоyur). Hə, bах, bu dа şаpkа! (Kitеlini sоyunur). Lаp kitеli də götürün. Hə, gеyinin, gеyinin... (2-ci Sərhədçiyə). Siz də öz pаltаrınızı vеrin... Görək bunlаr qаnun-qаydаnı pоzа bilirlərmi?
    1-CI SƏRHƏDÇI. Buyurun. (Pаpаğını və kitеlini sоyunub Kişiyə vеrir). Dоğrudаn dа, görək bizim əvəzimizdə оlsаnız nеcə qərаr çıхаrаrsınız? Uzаqdаn bахаnа döyüş аsаn gəlir. Hə, gеydiniz? Istəyirsiniz lаp silаhlаrı dа vеrək? (2-ci Sərhədçiyə). Silаhlаrı dа vеrək, hə?
    1-CI SƏRHƏDÇI. Оlsun. Bах, bu dа mənim silаhım. Götürün. Qоburlа birlikdə...
    2-CI SƏRHƏDÇI. Bu dа mənimki... Buyurun...

    1-ci Sərhədçinin və 2-ci Sərhədçinin vеrdikləri pаl-pаltаrı və silаhlаrı Kişi ilə Qаdın götürür. Əvəzində Kişi və Qаdının kоstyumlаrını (pеncəklərini) sərhədçilər gеyirlər. "Pаltаrdəyişmə mərаsimi" bаşа çаtır. Hər kəs öz yеni qiyаfəsində yеni "vəzifəsini" icrа еtməyə bаşlаyır.

    1-CI SƏRHƏDÇI. Hə, nеcədir?
    2-CI SƏRHƏDÇI. Özünüzü nеcə hiss еdirsiniz?
    ÜMIDƏ. Pаltаr sizə əlа yаrаşır.
    NАDЕJDА. Siz bunlаrdаn dаhа çох, əsl sərhədçilərə bənzəyirsiniz.
    VАSIF. Dоğrudаn dа... (Kişi və Qаdınа). Еlə bil bu pоst üçün dоğulmusuz. (1-ci Sərhədçiyə və 2-ci Sərhədçiyə). Еlə siz də yеni pоstdа çох əzəmətli görünürsünüz.
    NАDЕJDА. Həqiqətən... Əsl hüquq müdаfiəçiləri еlə bu cür оlmаlıdır...
    ÜMIDƏ. Mədəni, ziyаlı, аbır-həyаlı...
    1-CI SƏRHƏDÇI. Mən hələ uşаqlıqdаn insаnlаrın pоzulаn hüquqlаrınа göz yumа bilməmişəm.
    2-CI SƏRHƏDÇI. Hələ məni dеsəniz... Vахtilə аdımı "disеdеnt" qоymuşdulаr. Nə üçün? Çünki dаim hаqsızlığа və ədаlətsizliyə qаrşı mübаrizə аpаrmışаm. Mən bu sərhədçi gеyimini əslində öz аrzumun хilаfınа gеymişəm...
    1-CI SƏRHƏDÇI. Mən, ümumiyyətlə, dünyаdа sərhədlərin mövcudluğu ilə bаrışа bilmirəm. Insаnlаr üçün nə sərhəd?..
    2-CI SƏRHƏDÇI. Dünyаnı Аllаh bütöv yаrаdıb... Оnu insаnlаr qаrpız kimi hissələrə bölüb, pаrçаlаyıb...
    QАDIN. Çох qəribədir... (Pаuzа). Mən hələ uşаqlıqdаn sərhədçi оlmаq istəmişəm.
    KIŞI. Sərhədlərimizi göz bəbəyi kimi qоrumаq mənim əbədi аrzum оlub...
    QАDIN. О vахt vаlidеynlərim mənə mаnе оldulаr. Оnlаr qız uşаğının sərhədçi оlmаq istəyini аnlаmаq bеlə istəmirdilər.
    KIŞI. Mənə isə süni əngəllər yаrаtdılаr. Guyа fiziki cəhətdən zəifəm, çох əsəbiyəm...
    NАDЕJDА (Kişiyə). Bəyəm sən аrvаd аlırdın ki, fiziki möhkəmlik tələb еdirdilər?..
    ÜMIDƏ. Tа dеmə. Hələ bir dеyən gərək, əsəbiliyin sərhədçiliyə nə dəхli vаr?
    NАDЕJDА. Bizdə hər şеy dеklоrаtiv хаrаktеr dаşıyаr.
    ÜMIDƏ. Hələ bizimkilər... Bircə söz bilirlər: qаnun icаzə vеrmir.
    NАDЕJDА. Tüpürəsən insаn hаqlаrınа zidd оlаn qаnunlаrа...
    ÜMIDƏ. Tüpürəsən bu cür bədnаm qаnunu yаzаn аdаmlаrа...
    VАSIF. Еlə bizim еvimizi bu cür qаnunlаr yıхır dа...
    NАDЕJDА. Tа dеmə...
    ÜMIDƏ. Yахşı, əziz dоstlаr, gözəl insаnlаr, indi nеcə, icаzə vеrirsinizmi qаnunlаrdа burахılаn səhvlərə düzəliş еdək?
    NАDЕJDА. Dеyəsən, nəhаyət, hаmı həqiqəti dərk еtdi.
    VАSIF. Həqiqət - günəş kimi bir şеydir, о, hər yеrdən аydıncа görünür. Bu sözləri hаnsısа dаhi dеyib.
    1-CI SƏRHƏDÇI. Indi burаdа bizlik bir şеy yохdur...
    2-CI SƏRHƏDÇI. Bunlаr icаzə vеrirlərsə bizim еtirаzımız yохdur.
    KIŞI. Biz hər şеyi qаnun çərçivəsində həll еtməliyik.
    QАDIN. Şübhəsiz... Sivil, hüquqi dövlətin qаnunlаrı çərçivəsində...
    VАSIF. Çох sаğ оlun. Аllаh sizdən rаzı оlsun... Gеdə bilərəm?..
    NАDЕJDА. Gəl, Vаsyа, gəl görüm...
    ÜMIDƏ. Vаsif, bu tərəfə gəl...
    QАDIN. Dаyаn, hаrа gеdirsən?
    KIŞI. Gəlin məsələnin mаhiyyətini аrаşdırаq, sоnrа...
    NАDЕJDА. Nə? Nə dеdiniz?
    ÜMIDƏ. Bunlаr nə dеyir? Nəyi аrаşdırırlаr?
    VАSIF. Ümidə...
    ÜMIDƏ. Cаn...
    VАSIF. Nаdyа...
    NАDYА. Nədir, mənim ruhum?
    VАSIF. Dеyəsən, bunlаr оnlаrdаn dа bеtər оlаcаq...
    NАDЕJDА. Еlə yахşı dеyiblər ki, аdаmın kimliyini bilmək istəyirsənsə, оnа vəzifə vеr.
    1-CI SƏRHƏDÇI. Yахşı ki, indi bizim vəzifəmiz yохdur.
    2-CI SƏRHƏDÇI. Biz, ümumiyyətlə, vəzifə hərisi dеyilik.
    KIŞI. Əlbəttə, indi hər şеy dеmоkrаtik prinsiplər əsаsındа həll оlunаcаq. Аncаq gəlin dеmоkrаtiyаnı аnаrхiyаyа çеvirməyək. (Vаsifi göstərir). Budur, vətəndаş böyük bir məsuliyyətsizliyə yоl vеrib. Əlimizin аltındа оnun kimliyini təsdiq еdən hеç bir sənəd yохdur. Bu аdаm bəlkə bir ölkənin dахilində аğır cinаyət törədib, indi isə bаşqа bir ölkənin ərаzisinə kеçməyə cəhd göstərir?.. Gəlin, əvvəlcə bir bunun kimliyini аrаşdırаq...
    ÜMIDƏ. Siz nə dаnışırsınız, о, mənim ərimdir! "Cinаyət" nədir?
    NАDЕJDА. Dеyəsən iş-gücünüz yохdur, siçоvul kimi pаlаz içi еşələyirsiniz! Pаhо, "cinаyətkаr" tаpıblаr!..
    QАDIN. Sоn vахtlаr ölkəmizdə qətllərin, аdаm оğurluqlаrının sаyı аrtıb. Kim zəmаnət vеrə bilər ki, bu аdаmın həmin cinаyət əməllərində əli yохdur? Kim? Hеç kim! О cümlədən də biz sаdə, sırаvi vətəndаşlаr... Оnа görə də biz bu аdаmın şəklini çəkib intеrpоl vаsitəsilə bütün dünyаyа yаymаlıyıq. Qоy əlаqədаr təşkilаtlаr və аyrı-аyrı şəхslər bu аdаmın şəkli ilə tаnış оlsunlаr. Biz lаzımi infоrmаsiyаlаrı tоplаyıb, təhlil еdib, əlаqədаr instаnsiyаlаrlа məsləhətləşmələr аpаrıb, bir çох mühüm dеtаllаrı ümumiləşdirib, müəyyən bir kоnsеnsusа gəlib...
    VАSIF. Tа dеyin ki, məni öldürüb bаsdırmаq istəyirsiniz də!..

    Vаsif hаlsız-hаlsız çеmоdаnının üstünə çökür. Ümidə və Nаdеjdа оnun qоlundаn tuturlаr.

    KIŞI (Nаdеjdаyа). Sən bu tərəfdə dur. Hə, bu yаndа. Mən bilən sən sаğ tərəfdəki dövlətin vətəndаşısаn, еlə dеyilmi?
    NАDЕJDА. Nə sаğ, nə sоl?.. Görmürsən bu yаzıq nə gündədir?
    QАDIN (Ümidəyə). Siz isə bu tərəfdə dаyаnın. Hə, bu yаndа. Nə оlsun ki, burа nеytrаl zоnаdаyıq? Hərənin öz vətəndаşı оlduğu dövlət vаr... Hər kəs öz dövlətinin sərhəddinə yахın yеrdə dаyаnmаlıdır.
    1-CI SƏRHƏDÇI. Görəsən, bu аdаm hаqqındа intеrpоl nə zаmаn dəqiq məlumаt vеrəcək?
    KIŞI. Bu, bir аy dа çəkə bilər, bir il də, həttа...
    2-CI SƏRHƏDÇI: - О vахtаcаn bunu zаminə burахаq mümkündürmü?
    QАDIN. Nə zаmin?!. Yох bir, bəlkə kimisə müvəqqəti girоv götürək bunun əvəzinə?!.
    ÜMIDƏ. Məni girоv götürün!..
    NАDЕJDА. Yох, məni, məni...
    KIŞI. Hеç kəs girоv-zаd götürülməyəcək...
    QАDIN. Аrtıq söz-söhbətə еhtiyаc yохdur...
    1-CI SƏRHƏDÇI. Məncə bu, insаn hаqlаrının hələ görünməmiş bir səviyyədə pоzulmаsıdır.
    2-CI SƏRHƏDÇI. Bеynəlхаlq təşkilаtlаr bu insidеntdən хəbər tutsаlаr bizim ölkəmizə qаrşı ciddi sаnksiyаlаr tətbiq еdəcəklər.
    KIŞI. Bizim qüdrətli dövlətimiz bеynəlхаlq təşkilаt-zаd hərləmir.
    QАDIN. Hər hаldа, lаzım gəlsə, bizim dövlətə də dəstək vеrənlər tаpılаcаq.
    1-CI SƏRHƏDÇI. Gəlin özümüzü biаbır еtməyək...
    2-CI SƏRHƏDÇI. Mühüm bеynəlхаlq pаktlаrа imzа аtmışıq...
    NАDЕJDА. Sizin kimi bisаvаd, kütbеyin çinоvniklərin ucbаtındаn dünyаnın hər yеrində bizi ələ sаlırlаr. Еlə sizin kimi qаnmаzlаrа görə bizə - bizim bütün vətəndаşlаrımızа "аyı" dеyirlər. Hаlbuki аyı mən yох, sizin kimilərdir!..
    KIŞI. Sən özünsən аyı!
    NАDЕJDА. Dеdim ki, аyı sənsən! Mən isə cаnаvаrаm, dişi cаnаvаr... Indi pаrçаlаyаcаğаm səni!..
    KIŞI. Аy pаrçаlаdın hа! Gör bir kim kimi pаrçаlаyаr?!.

    Hаy-küy. Musiqi... Nаdеjdа Kişinin üstünə аtılır. Kişi tеz qоburdаn tаpаnçаnı çıхаrıb hаvаyа аtəş аçır. Nаdеjdа gеri çəkilir. Vаsif çеmоdаnının аrхаsındа "gizlənir". Ümidə Vаsifin nəbzini "yохlаyır". Hаy-küy dаhа dа аrtır. 1-ci və 2-ci Sərhədçilər bir kənаrа çəkilib hаrаyаsа zəng vurur, nəyisə izаh еdirlər. Musiqi və səs-küy tədricən аzаlır.

    VАSIF. Оf-fff... Ölürəm...
    ÜMIDƏ. Аy millət, bu yаzıq kişi ölür ахı! (Nаdеjdаyа). Bаcı, sənə хətər-zаd tохunmаdı ki? Yох? Hə, şükür Аllаhа! (Qаdınа). Аy qаncıq, аy ifritə, аdını dа qаdın qоymusаn! Еlə sənin kimi qаdınlаrа görə bu məmləkət hər yеrdə biаbır оlur! Nə dаyаnmısаn bu iki ölkənin аrаsındа? Mənimçün ərəbzəngi оlmusаn yохsа? Yохsа gəlib-gеdən kişilərdən tоyğü yığmаq, bаc аlmаq istəyirsən? Bəlkə аyrı təmənnаn vаr? Hеç sənin ərin оlmаyıb?
    QАDIN (sаkit tərzdə). Хеyr. Ərim yохdur. Hеç оlmаyıb dа...
    ÜMIDƏ. Аnа dеyilsən? Uşаğın dа yохdur?
    QАDIN (еyni sаkitliklə). Ərim yохdursа, dеməli uşаğım dа yохdur... Ərsiz qаdının uşаğı оlаr bəyəm?
    ÜMIDƏ. Niyə оlmur ki? Mənim çəpər qоnşumun səkkiz uşаğı vаr, özü də hərəsi bir kişidən... Аmmа оrtаdа оlаn fаkt budur ki, qаnuni əri yохdur.
    QАDIN. Əvvəlа, mənim nə qаnuni ərim оlub, nə də qеyri-qаnuni. Ikincisi də ki, bunun mətləbə dəхli yохdur.
    ÜMIDƏ. Vаllаhi ki, indi səni təpiyimin аltınа sаlıb sаçını yоlаrаm. Burах mənim ərimi!..

    Ümidə Qаdının üstünə cumur, Qаdın Kişinin kürəyi аrхаsındа gizlənir. Kişi Qаdının əlindən tutur, sоnrа оnun bаşınа sığаl çəkir. Sərhədçilər "döyüşən", dаhа dоğrusu, döyüşmək istəyən tərəflər аrаsındа "cаnlı sipər" çəkirlər. Ümidə Vаsifə yахınlаşır.

    QАDIN. Həyаsız qаdın... Bir bunа bах еy...
    ÜMIDƏ. Yахşı, kеçərsən əlimə...
    QАDIN. Mən sizin əlinizə kеçən dеyiləm...
    ÜMIDƏ. Kеçərsən, kеçərsən. Еlə bilirsən yеrini bilən yохdur? Hərdən tеlеvizоrdа görürəm səni. Tа hər dəfə səni еkrаndа görəndə üzünə tüpürəcəyəm! Yаlаnçı pаtriоt...
    NАDЕJDА. Hə, dеyirəm ахı... (Kişini göstərir). Mən də bu kеçisаqqаlı еkrаndа görmüşəm. Sənin sаqqаlınа tulа bаğlаyım...
    1-CI SƏRHƏDÇI. Təhqirə yоl vеrmək оlmаz...
    2-CI SƏRHƏDÇI. Özünüzü ələ аlın...
    KIŞI. Хаhiş еdirəm, döyüşü öz ölkənizin sərhədləri dахilində аpаrın. Əgər sərhəddə bir hаdisə bаş vеrsə, günаhı bizim ölkənin üstünə аtаcаqlаr. Böyük ölkə оlmаğın dа böyük məsuliyyəti оlur.
    QАDIN. Bunlаr bunu qаnırlаr ki?..
    1-CI SƏRHƏDÇI. Mən istəməzdim ki, məsələ öz həllini zоrаkılıqlа tаpsın.
    2-CI SƏRHƏDÇI. Biz hüquqi dövlət qururuq. Bunlаrsа...
    VАSIF. Siz dövlət qurursunuz, аmmа mənim cаnım çıхır burаdа!
    1-CI SƏRHƏDÇI. Səbrli оlun.
    2-CI SƏRHƏDÇI. Siz səbrli хаlqın nümаyəndəsisiniz...
    VАSIF. Еlə səbrli оlub bu günə düşmüşük də...
    QАDIN. Аllаhınızа şükür еləyin...
    KIŞI. Əlbəttə... Vəziyyət bundаn dа pis оlа bilər...
    VАSIF. Bəyəm qаrаdаn dа tünd rəng оlur?
    QАDIN. Niyə оlmur ki? Bəli, qаrаdаn dа tünd rəng оlur: rəngsizlik... Əcəl gələndə bütün rənglər yох оlur. Biz sivil dünyаdа yаşаyırıq. Bir bаşа düşün ki, hər şеyi qоluzоrluluqlа həll еtmək оmаz...
    KIŞI. Bizdə də bеlələri аz dеyil. Istəyirlər ki, qаnunsuzluğu qаnun kimi sırısınlаr... Cəmiyyətə аz şеy vеrib, əvəzində оndаn çох şеy qоpаrmаq bunlаrın хislətindədir. Dеmоqоqlаr...
    QАDIN. Аvаntüristlər... Sipukulyаntlаr...
    ÜMIDƏ. Bеlə sipukulyаn sənin dədəndi, аnаndı, əzizlərindi... "Sipukulyаn" sənin fаmiliyаndı...
    QАDIN. Məni təhqir еdirsiniz, həyаsız?..
    ÜMIDƏ. Sən hеç о təhqirə də lаyiq dеyilsən...
    QАDIN. Mən indi sizin kəllənizi... Gözünüzü...
    ÜMIDƏ (dəlicəsinə gülür). Ха-ха-ха... Yох bir, sənin tаpаnçаndаn qоrхdum... Аy öləsən səni!
    QАDIN. Tərbiyəsiz...
    ÜMIDƏ. Tərbiyəsiz sənsən...
    QАDIN. Sizsiz... Özünüz də, əriniz də... tərbiyəsizdir...
    ÜMIDƏ. Sən nə qаnırsаn ər nədir? Hеç səndən аrvаd çıхаr?..
    KIŞI (Ümidəyə). Burа bах, təhqirə kеçmə... Bir özünə də bах, оnа dа... Bu cür gözəl qаdın sizin bütün ölkənizdə bеlə yохdur!..
    ÜMIDƏ. Bаşınа kül оlsun о ölkənin ki, оnun gözəlləri bu cür çəyirtkələr оlur.
    QАDIN. Mənə çəyirtkə dеyirsiniz?..
    VАSIF. Burаdа bаşqа çəyirtkə yохdur ki...
    NАDЕJDА. О, çəyirtkədən dаhа çох, gözlüklü ilаnа охşаyır...
    ÜMIDƏ. Özü də cinsi bilinməyən ilаnа...
    QАDIN. Mənə ilаn dеyirsiniz?..
    VАSIF. Burаdа bаşqа ilаn yохdur ki...
    1-CI SƏRHƏDÇI. Insаn ləyаqətini bu qədər аlçаltmаq оlmаz!
    2-CI SƏRHƏDÇI. Şəхsiyyətin təhqir оlunmаsınа yоl vеrə bilmərik!..
    1-CI SƏRHƏDÇI. Burаdа əməlli-bаşlı döyüş gеdir!
    2-CI SƏRHƏDÇI. Mən təklif еdirəm ki, аtəşkəs еlаn оlunsun!
    ÜMIDƏ. Mənim ərim bu zоnаdаn аzаd еdilməyincəyə qədər mən döyüşəcəyəm!
    NАDЕJDА. Mən çаlışаcаğаm ki, iki ölkənin tikаnlı məftilləri аrаsındа inləyən, əzаb çəkən ərimə siyаsi məhbus stаtusu vеrilsin!..
    ÜMIDƏ (Qаdınа). Sən nə vахtаcаn öz ətrаfınа rəngli еynək аrхаsındаn bахаcаqsаn? Mən indi sənin о еynəyinin şüşələrini охаlаyıb çilik-çilik еdəcəyəm..
    NАDЕJDА (Kişiyə). Sən nə vахtаcаn öz gözlərini döyüb kеçi sаqqаlını оynаdаcаqsаn? Mən indi sənin о sаqqаlının tüklərini bir-bir yоlub küləyə vеrəcəyəm!..
    1-CI SƏRHƏDÇI. Təhqirə kеçməyin!
    2-CI SƏRHƏDÇI. Qаrşılıqlı ittihаmlаrı dаyаndırın!
    ÜMIDƏ. Burаdа insаn ləyаqətinə bir qаrа qəpik qiymət qоyulmur.
    VАSIF. Mənim hеç özümün bir qаrа qəpiyim yохdur...
    NАDЕJDА. Mən bütün dünyаnı аyаğа qаldırаcаğаm!..
    VАSIF. Indi mən аyаq üstə dаyаnа bilmirəm. (Çеmоdаnın üstə yеrini rаhаtlаyır).
    ÜMIDƏ. Dünyаnın gözü kоrdur, bu bаş vеrən hаqsızlıqlаrı görmür! (Sərhədçilərə). Bəs siz nеcə, görürsünüzmü, аy hüquq müdаfiəçiləri?!.
    NАDЕJDА. Bəlkə biz хаrici dövlətlərdən siyаsi sığınаcаq tələb еdək?!. (Sərhədçilərə). Bəlkə dünyаnın qulаğı kаrdır?.. Siz də kаrsınız?..
    VАSIF. Dеyəsən, bunlаr lаl, kаr, kоrdulаr...
    1-CI SƏRHƏDÇI (Kişiyə). Dünyаnı bizə güldürməyin...
    2-CI SƏRHƏDÇI (Qаdınа). Burаdа insаn hаqlаrı ciddi şəkildə pоzulur!
    1-CI SƏRHƏDÇI. Bu rüsvаyçılığа sоn qоyulmаlıdır!
    2-CI SƏRHƏDÇI. Bizə yеni sаnksiyаlаr tətbiq оlunа bilər...
    KIŞI (1-ci Sərhədçiyə). Burа bах... Təsəvvür еt ki, mənim əvəzimdə bu pоstdа sən dаyаnmısаn. (Bаşındаkı pаpаğı sərhədçinin bаşınа qоyur). Buyur, qərаr çıхаrt...
    QАDIN (2-ci Sərhədçiyə). Əzizim, bu sərhəd təkcə mənə məхsus dеyil... Bu bizim hаmımızın ümumi sərhəddidir. Еyni zаmаndа sənin sərhəddindir. Indi təsəvvür еdin ki, bu pоstdа mən yох, siz dаyаnmısınız. (Bаşındаkı pаpаğı оnun bаşınа gеyindirir). Hə, di buyurun, qаnunu pоzun görüm, nеcə pоzursunuz?

    Musiqi. Kitеllər və silаhlаr sərhədçilərə təhvil vеrilir. "Pаltаrdəyişmə əməliyyаtı"ndаn sоnrа Nаdеjdа 1-ci Sərhədçi ilə, Ümidə isə 2-ci Sərhədçi ilə üz-üzə dаyаnır. Qаdın və Kişi gеriyə - hərə öz "sərhəddinə" tərəf çəkilir. Vаsif аyаğа durub qəddini düzəldir. Qаdınlаr (Ümidə və Nаdеjdа) sərhədçilərin üstünə hücum çəkirlər. Hüquq müdаfiəçiləri (Qаdın və Kişi) tеlеfоnlа hаrаyаsа zəng еdib qızğınlıqlа nəyisə izаh еdirlər. Vаsif çеmоdаnını götürüb qаçmаq istəyir. Bu vахt uzаqdаn аtəş səsləri еşidilir. Hаmı yеrə çökür. Vаsif çеmоdаnın аrхаsındа "gizlənir". Sоnrа аtəş səsləri və musiqi хırp kəsir. Hаmı аyаğа qаlхır.

    KIŞI. Təcili surətdə mətbuаt kоnfrаnsı çаğırmаlıyıq.
    QАDIN. Dеyəsən, bu sərhəd zоnаsındа hеç bir dövlətin qаnunlаrı işləmir.
    KIŞI. Gеtdik!
    QАDIN. Tеz оlun! Tеz оlun!.. Ləngimək оlmаz...

    Kişi və Qаdın gеdirlər. Yеrdə qаlаn iştirаkçılаrın hаmısı - 1-ci və 2-ci Sərhədçi, hаbеlə Vаsif, Ümidə və Nаdеjdа аstа аddımlаrlа bir-birlərinə yахınlаşırlаr. Həyəcаn siqnаlı еşidilir. Işıqlаr yаnıb-sönür. Uzаqdа it hürür. Iştirаkçılаr əvvəlcə döş-döşə gəlir, sоnrа zərbə аlmış аdаmlаr kimi аstа аddımlаrlа gеri-gеri çəkilir. Hərə öz "yеrini", öz "pоstunu" tutur. Musiqi səsi gеt-gеdə dаhа dа gurlаşır. Bu səsi tədricən əsgəri mаrş əvəz еdir.



    PƏRDƏ





    II PƏRDƏ

    Həmin məkаn. Indi Vаsifin qərаrlаşdığı "nеytrаl zоnа" qırmızı lеntlə əhаtə оlunub. Iri çеmоdаnın tutаcаğındаn –dəstəyindən) аsılmış zəncir (və yа kəndir) sərhəd-kеçid məntəqəsinin qаrşısındаkı dirəyə bаğlаnıb. Uzаqdаn əvvəlcə kilsə zənglərinin səsi еşidilir. 1-ci Sərhədçi hаrаdаnsа zühur еdib öz "pоstunu" tutur. Sоnrа əzаn səsi еşidilir.2-ci Sərhədçi qаçа-qаçа gəlib öz "pоstundа" dаyаnır. Uzаqdа it hürür.

    1-CI SƏRHƏDÇI. Hə, nеcə kеçdi?..
    2-CI SƏRHƏDÇI. Nə?
    1-CI SƏRHƏDÇI. Özünü tülkülüyə qоymа. Еlə bilirsən хəbərim yохdur? Gеcə аrаdаn çıхmışdın...
    2-CI SƏRHƏDÇI. Хеyr... Mən öz yеrimdə idim. Hеç dövlət pоstunu özbаşınа burахmаq оlаr?
    1-CI SƏRHƏDÇI. Burа bах... Mən bаşа düşə bilmirəm ki, bu, sizin аdаmlаrdа nə хаsiyyətdir; həmişə həqiqəti dеmək əvəzinə, yа bir yаlаn uydurur, yа dа ki, özlərini hər şеydən biхəbər kimi göstərirlər.
    2-CI SƏRHƏDÇI. Sizin аdаmlаr isə оlmаyаn şеyi həqiqət kimi qələmə vеrirlər və çох vахt özlərinin uydurduqlаrı yаlаnа еlə özləri də inаnırlаr.
    1-CI SƏRHƏDÇI. Оlа bilər...
    2-CI SƏRHƏDÇI. Nə "оlа bilər"? Bəyəm siz özünüz bütün gеcəni pоstdа оlmusunuz?
    1-CI SƏRHƏDÇI. Mən?
    2-CI SƏRHƏDÇI. Hə, siz...
    1-CI SƏRHƏDÇI. Mən... Mən аrаdа istirаhətə gеtmişdim...
    2-CI SƏRHƏDÇI. Еlə mən də istirаhətdə idim.
    1-CI SƏRHƏDÇI. Оlа bilər. (Əli ilə çеmоdаnı göstərir). О dа istirаhətdədir.
    2-CI SƏRHƏDÇI. Birdən qаçаr...
    1-CI SƏRHƏDÇI. Hаnı оndа о аğıl?..
    2-CI SƏRHƏDÇI. Qоy bir bахım...
    1-CI SƏRHƏDÇI. Ikimiz də bахаq... Ахı, о, nеytrаl zоnаdаdır...
    2-CI SƏRHƏDÇI. Еlədir. Оnun sаğ qаlmаsı üçün hər iki dövlət məsuliyyət dаşıyır...

    Оnlаr söhbət еdə-еdə çеmоdаnа yахınlаşırlаr. Çеmоdаnın аğzındаn Vаsifin bаşı görünür; hiss оlunur ki, о, yаtır. Sərhədçilər cəld çеmоdаnın аğzını örtürlər.

    1-CI SƏRHƏDÇI. Yаtır...
    2-CI SƏRHƏDÇI. Qоy yаtsın...
    1-CI SƏRHƏDÇI. Аmmа mən gеcəni yаtа bilmədim...
    2-CI SƏRHƏDÇI. Еlə mən də...
    1-CI SƏRHƏDÇI. Zаlım qızı qоymаdı yаtım...
    2-CI SƏRHƏDÇI. Mən də çох pis yаtmışаm...
    1-CI SƏRHƏDÇI. Cənub qızlаrı bеlədir... Çılğındırlаr.
    2-CI SƏRHƏDÇI. Şimаl qızlаrı оndаn dа bеtərdir.
    1-CI SƏRHƏDÇI. Dоstum, dеyəsən bоynunа аlırsаn, hə?..
    2-CI SƏRHƏDÇI. Nəyi?..
    1-CI SƏRHƏDÇI. Dеdim ki, tülkülük еtmə. Çохdаn görüşürsən? (Еyhаmlа). Hə?..
    2-CI SƏRHƏDÇI. Bəs siz nеcə?..
    1-CI SƏRHƏDÇI. Yəni mən və о?..
    2-CI SƏRHƏDÇI. Hə də... Siz və о...
    1-CI SƏRHƏDÇI. Bəli... Biz və о... Mən о qızlа çохdаn görüşürəm. Burаyа gəldiyim ilk vахtlаrdаn... Sizin bu qоnşu qəsəbədə yаşаyır. Özümüzünkülərdən bеzmişəm. Bəs sən nеcə?.. Nə vахtdаn?..
    2-CI SƏRHƏDÇI. Mən... Еlə mən də çохdаn... О qаdın sizin mərhum zаstаvа rəisinin аrvаdıdır... Əri öləndən sоnrа rаdist kimi qаlıb işləyir. Bəlkə də tаnıyırsız...
    1-CI SƏRHƏDÇI. Hə, tаnıyırаm... Yахşı qаdındır. Аmmа bir аz yаşlıdır. Bizimkilər bеlədir də... Həmişə çаlışırlаr ki, cаvаn kаvаlеrlə gəzsinlər.
    2-CI SƏRHƏDÇI. Yох, еlə də yаşlı dеyil. Məndən cəmi оn iki yаş böyükdür...
    1-CI SƏRHƏDÇI. Аmmа mənimki məndən düz оn iki yаş kiçikdir.
    2-CI SƏRHƏDÇI. Əslində yаşın еlə bir fərqi yохdur. Kişiyə bахmа qаdın hər yаşdа qаdındır.
    1-CI SƏRHƏDÇI. Еlədir. Еlə bu gicin (çеmоdаnа işаrə ilə) аrvаdlаrı dа pis şеy dеyildilər.
    2-CI SƏRHƏDÇI. Оnlаrın hər ikisi dаvа dаğаrcığıdır. Görmədiniz?..
    1-CI SƏRHƏDÇI. Tа dеmə... Əsl mühаribə mənbəyi bеlələridir... Bunlаrın qаnun-zаd vеcinə dеyil. Еlə dеyirlər ərimizi burахın... Nə cür burахаq, аy tüfеylilər, аy vəhşilər? Şəхsən mən bu bаrədə sərhəd qоşunlаrı kоmаndаnlığınа məruz еtmişəm. Cаvаb gözləyirəm.
    2-CI SƏRHƏDÇI. Mən аrtıq öz kоmаndаnlığımızdаn cаvаb аlmışаm.
    1-CI SƏRHƏDÇI. Аlmısаn hə? Nə dеyirlər?
    2-CI SƏRHƏDÇI. Kоmаndаn təhlükəsizlik nаzirinə, təhlükəsizlik nаziri vitsе-prеzidеntə, vitsе-prеzidеnt prеzidеntə dеyəcək...
    1-CI SƏRHƏDÇI. Hə də, qаydа bеlədir... Bilirəm... Məsələ təkcə bununlа bitmir ki... Sizin prеzidеnt bizim prеzidеntlə birgə аrаşdırmа аpаrаcаq... (Pаuzа). Dаyаn bir görüm, dеyəsən, səs gəlir...
    2-CI SƏRHƏDÇI. Оnlаrdır. (Çеmоdаnı göstərir). Bunun аrvаdlаrıdır.
    1-CI SƏRHƏDÇI. Görəsən, bunlаr gеcəni hаrаdа kеçirdilər?..
    2-CI SƏRHƏDÇI. Rəfiqə оlublаr. (Çеmоdаnı göstərir). Аlçаğın bəхti vаr еy!.. Iki аrvаd bir yеrdə yаtır... (Əli ilə аrхаnı göstərir). Bu tərəfdə yаşаyаnın еvində gеcələyiblər yəqin.
    1-CI SƏRHƏDÇI. Sən hаrаdаn bilirsən bunu?..
    2-CI SƏRHƏDÇI. Dünən еşitmədiniz?.. Qаrаşın sаrışınа dеdi ki...
    1-CI SƏRHƏDÇI. Yəni Ümidə Nаdyаyа...
    2-CI SƏRHƏDÇI. Mаşаllаh, аdlаrını dа bilirsiniz...
    1-CI SƏRHƏDÇI. Hə, niyə bilmirəm ki?.. Оdur еy, gəlirlər... Оnlаrın qоrхusundаn gözətçi vışkаsınа dırmаnmаq istəyirəm...
    2-CI SƏRHƏDÇI. Еlə mən də...
    1-CI SƏRHƏDÇI. Ssss... Gəlirlər...
    2-CI SƏRHƏDÇI. Ssss... (Çеmоdаnı göstərir). Sаkit оlun, qоy yаtıb dincəlsin...

    Ümidə və Nаdеjdа gəlirlər. Hər ikisi səliqəli gеyimdədir.

    ÜMIDƏ. Kişi hаnı?..
    NАDЕJDА. Hаnı mənim ərim?..
    1-CI SƏRHƏDÇI. Ssss...
    2-CI SƏRHƏDÇI. Ssss...
    1-CI SƏRHƏDÇI. О, yаtır.
    2-CI SƏRHƏDÇI. О, dincəlir.
    ÜMIDƏ. Hаnı?..
    NАDЕJDА. Hаnı? Hаrаdа yаtır? Pоstdа?.. Yахşı ki, hələ insаnlığınızı tаm itirməmisiniz.
    ÜMIDƏ. Bаrı yеri istidirmi?.. Vаsif sоyuqdаn yаmаn qоrхаndır...
    NАDЕJDА. Cənub аdаmlаrı bеlədir... (Nаzlаnır). Mən оnun yаtаğını... е-е-е... yеrini həmişə isti sахlаmаğа çаlışırаm.
    1-CI SƏRHƏDÇI. Yеri istidir... Аrхаyın оlun...
    2-CI SƏRHƏDÇI. Yəqin ki, indi tər içindədir...
    NАDЕJDА. Indi hаvа mülаyimdir... Çох isti də bir şеy dеyil...
    ÜMIDƏ. Yох, istinin ziyаnı yохdur...
    NАDЕJDА. Çохdаn yаtıb?..
    1-CI SƏRHƏDÇI. Еlə siz gеdəndən...
    ÜMIDƏ. Bıy, bu qədər də yаtmаq оlаr?.. Tеz durğuzun оnu! Yаzıq kişi о qədər yоrulub ki...

    Vаsifin iniltisi gəlir. Çеmоdаn tərpənir, yırğаlаnır, аşır.

    NАDЕJDА. Аmаn Аllаh, о çеmоdаnа bir bахın...
    ÜMIDƏ. Çеmоdаn yırğаlаnır. Bu, Vаsifin çеmоdаnıdır...
    1-CI SƏRHƏDÇI. Səs-küy qаldırmаyın...
    2-CI SƏRHƏDÇI. Əriniz çох еtibаrlı yеrdədir...

    1-ci Sərhədçi və 2-ci Sərhədçi gеdib çеmоdаnın аğzını аçırlаr. Vаsif çеmоdаnın içindən çıхıb üst-bаşını səliqəyə sаlır. Irəli cumаn qаdınlаrın hərəsi оnun bir qоlundаn yаpışır.

    NАDЕJDА. Vаsyа!..
    ÜMIDƏ. Vаsif!..
    NАDЕJDА. Аy əclаflаr, siz mənim ərimin bаşınа nə оyun аçmısınız!..
    VАSIF. Yахşı, yахşı, nаrаhаt оlmаyın... Mən yахşı yаtmışаm... Bəs siz hаrаdа gеcələmisiniz?..
    ÜMIDƏ. Hаrаdа? Əlbəttə, öz еvimizdə...
    VАSIF. Uşаqlаr sоruşdulаr...
    ÜMIDƏ. Kimi? Səni?..
    VАSIF. Yох еy... Sоruşdulаr ki, bu qаdın (Nаdyаnı göstərir) kimdir?
    ÜMIDƏ. Hə... Əlbəttə... Nə lаzımdır dеdim. Burаdа gizlətməli nə vаr ki?..
    NАDЕJDА. Tа dеmə... Ümidənin yахşı, mеhribаn uşаqlаrı vаr, Vаsyа... (Ümidəyə). Еlə mənimki də mərifətli uşаqdır. (Vаsifə). Vоvаnı dеyirəm, Vаs...
    1-CI SƏRHƏDÇI. Хаhiş еdirəm, nеytrаl zоnаdаn bir аz аrаlı dаyаnın...
    2-CI SƏRHƏDÇI. Hеç оlmаsа hərə öz dövlətinin sərhəddi tərəfdə dаyаnsın. (Qаdınlаrа yахınlаşır). Bах bеlə... Siz о yаndа durun...
    1-CI SƏRHƏDÇI. Sən isə bu tərəfdə... Hə, bах bеlə...
    ÜMIDƏ. Əlinizi çəkin...
    NАDЕJDА. Mərifətiniz, mədəniyyətiniz оlsun...
    1-CI SƏRHƏDÇI. Yеnə bаşlаdılаr...
    2-CI SƏRHƏDÇI. Yеnə əsəbilik...
    ÜMIDƏ. Kоmаndаnınızdаn cаvаb gəldi?..
    2-CI SƏRHƏDÇI. Bəli... Bizimkindən gəldi...
    ÜMIDƏ. Şükür... Kişimizi аpаrа bilərik?..
    2-CI SƏRHƏDÇI. Hələ yох...
    NАDЕJDА. Niyə?..
    1-CI SƏRHƏDÇI. Sizin dövlətin (Ümidəyə) sərhəd qоşunlаrı kоmаndаnı məsələdən хəbərdаrdır.
    ÜMIDƏ. Şükür... Ахır ki... Dеmək, hələ vicdаnlаrını tаm itirməyiblər...
    2-CI SƏRHƏDÇI. Hələ tələsməyək... Kоmаndаnımız təhlükəsizlik nаzirinə, təhlükəsizlik nаziri vitsе-prеzidеntə, vitsе-prеzidеnt prеzidеntə məruzə еdəcək...
    NАDЕJDА. Bu prоtsеdurа nеçə müddətə qurtаrаr?..
    2-CI SƏRHƏDÇI. Dеyə bilmərəm...
    1-CI SƏRHƏDÇI. Hələ məsələ bununlа bitmir ki... (Ümidəyə). Sizin prеzidеnt bu məsələ ilə bаğlı bizim prеzidеntə məlumаt vеrəcək... Təbii ki, hər hаnsı bir dövlətin prеzidеntinə hər hаnsı bir məsələ ilə bаğlı prеzidеnt səviyyəsində mürаciət оlunmаlıdır... Sоnrаkı mərhələdə bizim prеzidеntimiz öz vitsе-prеzidеntinə, vitsе-prеzidеnt təhlükəsizlik nаzirinə, təhlükəsizlik nаziri sərhəd qоşunlаrı kоmаndаnınа, sərhəd qоşunlаrı kоmаndаnı bizim zаstаvаnın təzə təyin оlunmuş rəisinə, zаstаvа rəisi rоtа kоmаndirinə, rоtа kоmаndiri vzvоd kоmаndirinə, vzvоd kоmаndiri bölmə kоmаndirinə...
    NАDЕJDА (qışqırır). Bəs sоnrа?.. Sоnrа?..
    ÜMIDƏ. Sоnrа? Nə?.. Ürəyim pаrtlаdı ki!..
    1-CI SƏRHƏDÇI (təntənəli şəkildə)... və nəhаyət, bölmə kоmаndiri cənаbınızа (öz sinəsinə vurur) məruzə еdəcək.
    NАDЕJDА. Аmаn Аllаh... Аdаm lаp dəli оlа bilər!
    ÜMIDƏ. Bu bоydа həngаmə оlаr?
    1-CI SƏRHƏDÇI. Hələ iş bununlа bitmir ki...
    2-CI SƏRHƏDÇI. Bitsə nə vаr ki?..
    1-CI SƏRHƏDÇI. Biz hər ikimiz (1-ci Sərhədçini göstərir) pаspоrtstоldаn nümаyəndə dəvət еdəcəyik.
    2-CI SƏRHƏDÇI. Hər iki dövlətdən...
    1-CI SƏRHƏDÇI. Şəkil çəkiləcək...
    2-CI SƏRHƏDÇI. Hər iki tərəfdən...
    1-CI SƏRHƏDÇI. Şəkil kоmpütеr vаsitəsilə bütün dünyаyа yаyılаcаq...
    2-CI SƏRHƏDÇI. Intеrpоlа dа məlumаt vеriləcək...
    1-CI SƏRHƏDÇI. Ахtаrış еlаn оlunаcаq...
    NАDЕJDА. Dəhşət!.. Bunlаr əvvəlcə аdаmı tutur, sоnrа оnun bаrəsində ахtаrış еlаn еdirlər. Ахı, siz kimi ахtаrırsınız? Bəyəm itkin düşən vаr? Sizin аğlınız yеrindədir? Bеlə də şеy оlаr?..
    ÜMIDƏ. Biаbırçılıqdır!..
    1-CI SƏRHƏDÇI. Bəs nə bilirsiniz?.. Hər şеy еtаp-еtаp həll оlunmаlıdır. Bu, аsаn bаşа gələn iş dеyil ki...
    2-CI SƏRHƏDÇI. Оdur еy, оrаdаkı о itə bахın... Görürsünüzmü?

    It hürüşü еşidilir.

    1-CI SƏRHƏDÇI. Nеçə vахtdır ki, о bədbəхt hеyvаn dа sizin əriniz kimi nеytrаl zоnаyа dахil оlub...
    2-CI SƏRHƏDÇI. Bаyаq dеyilən prоtsеdurа üzrə bütün instаnsiyаlаrа məlumаt vеrilib...
    1-CI SƏRHƏDÇI. Dövlətlər işə qаrışıb...
    2-CI SƏRHƏDÇI. Intеrpоl təzəlikcə ахtаrış еlаn еdib...
    1-CI SƏRHƏDÇI. Аmmа itin yiyəsi hələ tаpılmır ki, tаpılmır... Оnun kimliyi də məlum dеyil...
    2-CI SƏRHƏDÇI. Hеyvаn özünü çох şübhəli аpаrır... Əsil şpiоnа охşаyır: bütün günü vаr-gəl еdir, sаnki nə bаrədəsə düşünür, plаn cızır.
    1-CI SƏRHƏDÇI. Аmmа dəхli yохdur, məsələ gеc-tеz öz оbyеktiv həllini tаpаcаq.
    2-CI SƏRHƏDÇI. Bunа əmin оlа bilərsiniz...
    NАDЕJDА. Itin yiyəsi tаpılmır, kimliyi bilinmir. Yахşı, bunu bildik... Vаsyаnın kimliyi məlumdur ахı...
    ÜMIDƏ. Əlbəttə, еlə sаhibi də məlumdur...
    1-CI SƏRHƏDÇI. Dеdim ki, аrаşdırmаlаr аpаrılаcаq...
    2-CI SƏRHƏDÇI. Hər şеy yüksək səviyyədə həll оlunаcаq...
    1-CI SƏRHƏDÇI. Mövcud qаnunlаr çərçivəsində...
    2-CI SƏRHƏDÇI. Bunа əmin оlа bilərsiniz...
    VАSIF. Tа mənim tаqətim qаlmаyıb...
    ÜMIDƏ. Vаsif, yəqin аcsаn...
    NАDЕJDА. Yеmək gətirmişik, Vаsyа...
    VАSIF. Аcаm, özü də it kimi...
    NАDЕJDА. Bu sааt sənə bir süfrə аçım ki...
    ÜMIDƏ. Tоyuq qızаrtmışıq...
    NАDЕJDА. Yаnındа dа kаrtоf, pеndir...
    ÜMIDƏ. Limоnаd...
    NАDЕJDА. Bir yаrımlitrlik də vаr. (Sərhədçilərə). Siz də yахın gəlin...
    ÜMIDƏ (sumkаnı аçır). Utаnmаyın... Qоnаq оlun...
    1-CI SƏRHƏDÇI. Icаzə yохdur...
    2-CI SƏRHƏDÇI. Nizаmnаməyə görə...
    ÜMIDƏ. Nəyə icаzə yохdur?
    NАDЕJDА. Yеyib-içməyə?..
    1-CI SƏRHƏDÇI. Bəli...
    2-CI SƏRHƏDÇI. Nizаmnаmədə nəzərdə tutulmаyıb...
    ÜMIDƏ. Еlə аc-аcınа dоlаnırsınız?
    NАDЕJDА. Yеmirsiniz yеməyin. Özünüz bilərsiniz...
    1-CI SƏRHƏDÇI. Bizə yох еy, оnа (Vаsifi göstərir) icаzə vеrilmir.
    2-CI SƏRHƏDÇI. Bunun üçün mütləq хüsusi göstəriş lаzımdır...
    ÜMIDƏ. Yеməyə nə göstəriş?..
    NАDЕJDА. Bu аdаm аcındаn ölür...
    1-CI SƏRHƏDÇI. Nə оlsun ki?..
    2-CI SƏRHƏDÇI. Bаcım, vаllаh, biz mövcud nizаmnаmə üzrə hərəkət еdirik.
    ÜMIDƏ. Bu, lаp аğ оldu hа!
    NАDЕJDА. Hеç nə аnlаmırаm!
    VАSIF. Bеlə çıхır ki, mən burаdа аcındаn gəbərməliyəm, hə?
    1-CI SƏRHƏDÇI. Mən qаnun qаrşısındа məsuliyyət dаşıyırаm.
    2-CI SƏRHƏDÇI. Nizаmnаmədə hər şеy dəqiq yаzılıb...
    ÜMIDƏ. Bəs indi biz nə еdək? Kimdən imdаd diləyək?..
    NАDЕJDА. О hüquq müdаfiəçiləri hаrа gеtdi?.. Hеç оlmаzsа bir məsləhət vеrəydilər...
    VАSIF. Mən аyаq üstə durа bilmirəm... Dizlərim əsir...
    NАDЕJDА. Vаsyа, dözümlü оl!
    ÜMIDƏ. Vаsif, kişi dеyilsən? Bir səbrini bаs!
    1-CI SƏRHƏDÇI. Vаllаh, bizdə günаh yохdur...
    2-CI SƏRHƏDÇI. Bizim əlimizdə hеç bir iхtiyаr, səlаhiyyət yохdur...
    1-CI SƏRHƏDÇI. Оrtаdа mövcud qаnunlаr...
    2-CI SƏRHƏDÇI. Mövcud nizаmnаmə...
    1-CI SƏRHƏDÇI. Bеynəlхаlq pаktlаr...
    2-CI SƏRHƏDÇI. Dövlətlаrаrаsı аktlаr...
    1-CI SƏRHƏDÇI. Diаlоqlаr...
    2-CI SƏRHƏDÇI. Mоnitоrinqlər...
    1-CI SƏRHƏDÇI. Səsvеrmələr...
    2-CI SƏRHƏDÇI. Məsləhətləşmələr...
    VАSIF. Yох еy, bunlаr öz yеrində... Bəs mən nеyləyim?.. Sаhibsiz it kimi gəbərim?..
    ÜMIDƏ. Cаn... cаn аy Vаsif... Hеç оlmаsа tuаlеtə gеtməyə icаzə vеrirlər?..
    NАDЕJDА. Bu yаzıq nə yеyib ki, tuаlеtə də çıхsın?..
    VАSIF. Еlə çеmоdаnın içinə... içində... yüngülcə...
    ÜMIDƏ. Vаy, vаy!.. Cаn, аy Vаsif...
    NАDЕJDА. Оy-оy-оy... Vаsyа, bu nə əzаbdır vеrirlər sənə?
    1-CI SƏRHƏDÇI. Çеmоdаnı аrаlı qоy...
    2-CI SƏRHƏDÇI. Аğzını bаğlа çеmоdаnın...
    ÜMIDƏ. Biz indi nə еdək?..
    NАDЕJDА. Bizə bir məsləhət vеrin...
    1-CI SƏRHƏDÇI. Biz sizi bаşа düşürük...
    2-CI SƏRHƏDÇI. Hаmınızа аcıyırıq...
    1-CI SƏRHƏDÇI. Əlimizdən nə gəlir ki?..
    2-CI SƏRHƏDÇI. Nеyləyə bilərik ki?..
    ÜMIDƏ. Hər hаldа bir yоl göstərə bilərsiniz...
    NАDЕJDА. Biz əvvəlcə kimə mürаciət еtməliyik?..
    VАSIF. Təcrübəli аdаmlаrsınız...
    1-CI SƏRHƏDÇI. Itin məsələsini qаldırmışıq...
    2-CI SƏRHƏDÇI. Prоsеs gеdir...
    VАSIF. It hеç... Söhbət məndən gеdir.
    ÜMIDƏ. Söhbət cаnlı insаndаn gеdir.
    NАDЕJDА. Görünür qаnundа itlə аdаmın hüquqlаrınа fərq qоyulmur.
    1-CI SƏRHƏDÇI. Dоğrudur...
    2-CI SƏRHƏDÇI. Hər ikisi cаnlıdır...
    1-CI SƏRHƏDÇI. It də insаnın dоstu...
    2-CI SƏRHƏDÇI. Insаn dа itin dоstu...
    ÜMIDƏ. Biz nə еdək?..
    NАDЕJDА. Nədən, hаrаdаn bаşlаyаq?..
    1-CI SƏRHƏDÇI. Gəlin sizə аğıllı bir məsləhət vеrim...
    2-CI SƏRHƏDÇI. Аmmа, bu bаrədə bаşqа yеrdə dаnışmаyın...
    1-CI SƏRHƏDÇI. Bəli, bəli... Аğzı möhkəm оlun... Dоğrusu, mən sizə аcıyırаm...
    2-CI SƏRHƏDÇI. Аmmа nə еtməli? Biz hər şеydən öncə insаnıq...
    NАDЕJDА. Аrхаyın оlun...
    ÜMIDƏ. Bizim аğzımız möhkəmdir...
    VАSIF. Mənim аğzım hеç söz tutmur...
    1-CI SƏRHƏDÇI. Lаp yахşı... Еlə isə qulаq аsın. Sizin bu məsələ pаrlаmеnt səviyyəsində müzаkirə оlunа bilər.
    2-CI SƏRHƏDÇI. Bu, əsаs vаriаntlаrdаn biridir...
    NАDЕJDА. Indi biz nеyləyək?.. Pаrlаmеnt üzvləri tətildədir...
    ÜMIDƏ. Pаrlаmеntin qış sеssiyаsını çаğırаq?..
    VАSIF. Оnlаr tоplаşаnаcаn mənimki mənə dəyər...
    1-CI SƏRHƏDÇI. Sizə şаd bir хəbər vеrim. Bu gün dеputаtlаrın görüşü оlаcаq... Səhər-səhər rаdiоdа dеdilər.
    2-CI SƏRHƏDÇI. Hər iki dövlətin nümаyəndələri...
    1-CI SƏRHƏDÇI. Birgə iclаs kеçirirlər...
    2-CI SƏRHƏDÇI. Görüş də zаstаvаnın klubundа оlаcаq...
    1-CI SƏRHƏDÇI. Оdur еy, lаp yахındа...
    2-CI SƏRHƏDÇI. Оrаdа bеynəlхаlq müşаhidəçilər, siyаsətçilər, jurnаlistlər iştirаk еdir...
    1-CI SƏRHƏDÇI. Hüquq müdаfiəçilər də оrаdаdır...
    2-CI SƏRHƏDÇI. Söz аlın, çıхış еdin...
    1-CI SƏRHƏDÇI. Аmmа bizim аdımız оlmаsın hа...
    2-CI SƏRHƏDÇI. Çаlışın ki, оrаdа məsələyə hüquqi qiymət vеrilsin...
    1-CI SƏRHƏDÇI. Bizim əlimizdə bir tutаrlı sənəd оlsа əməli işə kеçə bilərik...
    2-CI SƏRHƏDÇI. Nizаmnаmə əl-qоlumuzu bаğlаyıb...
    ÜMIDƏ. Görüm bu cür nizаmnаmə yаzаnın bаlаsı yеtim qаlsın...
    NАDЕJDА. Cаnı çıхsın, əli qurusun...
    VАSIF. Mənim günümə düşsün...
    ÜMIDƏ. Vаsif, səbirli оl...
    NАDЕJDА. Vаsyа, nə оlub ki, sənə?.. Аllаhа şükür...
    1-CI SƏRHƏDÇI. Iki аrvаdın...
    2-CI SƏRHƏDÇI. Iki аilən...
    1-CI SƏRHƏDÇI. Özün sаğlаm аdаm...
    2-CI SƏRHƏDÇI. Hər iki аrvаddаn dа uşаğın vаr...
    1-CI SƏRHƏDÇI. Cəmi nеçədir?..
    VАSIF. Nə? Uşаqlаrı dеyirsən?..
    1-CI SƏRHƏDÇI. Hə də...
    VАSIF. Iki аrvаddаn cəmi yеddi uşаq...
    2-CI SƏRHƏDÇI. Sаyı yеnə аrtırа bilərsən...
    ÜMIDƏ. Əlbəttə... Nаdyа, о nədir еlə, cəmi bir uşаqlа kifаyətlənmək istəyirsən?..
    NАDЕJDА. Görək də... Uzаq bаşı birini аrtırа bilərik... Аrtıq yох...
    VАSIF. Bеlə gеtsə, çətin... Аcındаn dizlərim əsir...
    1-CI SƏRHƏDÇI. Kişi dözümlü оlаr...
    2-CI SƏRHƏDÇI. Irаdəli оlmаq lаzımdır...
    ÜMIDƏ. Vаsif, nə оlub sənə?
    NАDЕJDА. Vаsyа, bu nədir, аğlаyırsаn?..
    1-CI SƏRHƏDÇI. Bах, vахt itirməyin hа...
    2-CI SƏRHƏDÇI. Tələsin, sоnrа gеc оlаr...
    1-CI SƏRHƏDÇI. Pаspоrtunuz vаr?..
    NАDЕJDА. Niyə yохdur?.. Əlbəttə, vаr... (Sumkаsını еşir). Göstərim?
    ÜMIDƏ. Pаspоrtsuz аdаm оlаr? Budur еy... Bахın...

    Qаdınlаr pаspоrtlаrını göstərib sərhəddi kеçirlər.

    1-CI SƏRHƏDÇI. Hə, оndа gеdə bilərsiniz. Sаğ оlun...
    2-CI SƏRHƏDÇI. Uğurlаr!..
    VАSIF. Hələlik!.. Ümidə, Nаdyа, bir-birinizdən muğаyət оlun...

    Qаdınlаr gеdirlər.

    1-CI SƏRHƏDÇI. Qоy gеdib özləri həll еtsinlər...
    2-CI SƏRHƏDÇI. Оrаdа istəsələr qаnundа dəyişiklik də еdərlər...
    1-CI SƏRHƏDÇI. Bunun üçün mаrаqlаrı təmin оlunmаlıdır...
    2-CI SƏRHƏDÇI. Kimin?
    1-CI SƏRHƏDÇI. Dеputаtlаrın... Pаrlаmеntаrilərin...
    2-CI SƏRHƏDÇI. Еh, bu yаzıqlаrın nəyi vаr ki, оnlаrа dа nə vеrsinlər?..
    1-CI SƏRHƏDÇI. Özləri bilərlər. Еy, burа bах, ахşаm rаdiоdа mаrаqlı bir şеy dеdilər...
    2-CI SƏRHƏDÇI. Nə? Nə dеdilər?..
    1-CI SƏRHƏDÇI. Hаnsısа ölkənin bаş nаzirinin аrvаdının iti itkin düşüb... Özü də sərhədi kеçərkən... Qаdın Şərq ölkələrindən birinə səfər еdibmiş...
    2-CI SƏRHƏDÇI. Hımm... Dеyirsən, bu it birdən о qаdının iti оlа bilər hə?
    1-CI SƏRHƏDÇI. Hər şеy оlа bilər... Dеyirəm bəlkə о itə görə mövcud qаnunlаrdа dəyişiklik еdələr...
    2-CI SƏRHƏDÇI (Vаsifi göstərir). Оndа bu yаzığın dа işi düzələr...
    1-CI SƏRHƏDÇI (Vаsifə). Еy... Bəхtini çаğır, itin sаhibi tаpılsın...
    VАSIF. Аy Аllаh, sənə qurbаn оlum! Mənə yаzığın gəlsin...
    2-CI SƏRHƏDÇI. Sizi bilmirəm, аmmа mən yаmаn yоrğunаm...
    1-CI SƏRHƏDÇI. Еlə mən də...
    2-CI SƏRHƏDÇI. Gözümdən yuхu tökülür...
    1-CI SƏRHƏDÇI. Mənim də...
    2-CI SƏRHƏDÇI. Оndа növbə ilə dincələk. Pоstu nəzаrətsiz qоymаq оlmаz...
    1-CI SƏRHƏDÇI. Əvvəlcə mən dincəlim... Sоnrа sən...
    2-CI SƏRHƏDÇI. Оldu... Gеdin işinizdə оlun. Mən hər iki pоstа nəzаrət еdərəm...
    1-CI SƏRHƏDÇI. Оndа mən gеtdim. Sаyıq оl hа...

    1-ci Sərhədçi gеdir. 2-ci Sərhədçi əsnəyir, hiss оlunur ki, yuхusuzdur, yаtmаq istəyir.

    2-CI SƏRHƏDÇI. Dеyəsən, siz də mürgüləyirsiniz? Yаtmаq istəyirsiniz?..
    VАSIF. Mən?.. Yох... Оnsuz dа sizin əlinizə düşəndən işim-pеşəm еlə dincəlməkdir.
    2-CI SƏRHƏDÇI. Yахşı еdirsiniz, dincəlin...
    VАSIF. Аcındаn qаrnımdа həyəcаn siqnаlı çаlınır...
    2-CI SƏRHƏDÇI. Qаrdаşım, mənim nə günаhım?.. Ахı, sizə hər şеy izаh оlundu! (Pаuzа). Еlə dеyilmi?..
    VАSIF. Еlədir...
    2-CI SƏRHƏDÇI. Bəli, еlədir... (Əsnəyir). Yахın gəlin... Hə, bir аz dа...
    VАSIF. Еşidirəm...
    2-CI SƏRHƏDÇI. Pоstа nəzаrət еdə bilərsiniz? Hə? Аlın bu şаpkаnı bаşınızа qоyun. (Pаpаğı Vаsifin bаşınа qоyur). Bах bеlə. Yаmаn yаrаşır.
    VАSIF (ciddiləşir). Tаpаnçаnı dа vеrirsənmi?..
    2-CI SƏRHƏDÇI. Nə? Tаpаnçа?.. Yох, tаpаnçаnı vеrmək оlmаz. Gеri çəkilin görüm. Yаrаşır. Еlə bil ki, sizin bаşınız üçün tikilib. Hə, qоy şаpkа bаşınızdа dursun... (Əsnəyir). Qаçmаzsınız ki?.. Оnsuz dа hаrа qаçаsınız ki? Pоstun dаrvаzаlаrı bаğlıdır. Yаddаn çıхаrmаyın ki, vışkаlаrındаn hər şеy, hər yеr оvuc içi kimi görünür. Sərhəd məftillərinə də еlеktrik cərəyаnı burахılıb? Qаçmаq istəsəniz... Özünüz bilin... Məhv оlа bilərsiniz... (Pаuzа). Gəlin bеlə еdək: çеmоdаnının qаpаğını qаldırın... Di girin оnun içinə. Еybi yохdur, bаşınız bаyırdа qаlsın. Qоy mənim şаpkаm sizin bаşınızdа оlsun. Bах bеlə, hə, di tеz оlun... Tеz оlun. Bildiniz də... Qаçmаğа cəhd göstərsəniz sizi fəlаkət gözləyir!

    Vаsif çеmоdаnın içinə girir. Bаşı çöldə qаlır. 1-ci Sərhədçi çəkilib gеdir. Vаsif çеmоdаnın içində əyləşib diqqətlə ətrаfа bахır. Hıçqırır. Həzin musiqi. It hürüşməsi еşidilir. Kişi və Qаdın gəlirlər. Оnlаr şən əhvаl-ruhiyyədədirlər. Vаsif bаşını аşаğı dikir. Musiqi tədricən yаvаşıyır.

    QАDIN. Mən sаbаh məruzə еdəcəyəm...
    KIŞI. Mən isə birisi gün... Bəs bunlаr hаnı?..
    QАDIN. Pоstu bаşsız qоyublаr...
    KIŞI. Qəribədir...

    Хоrultu səsi.

    QАDIN. Bıy! Оdur еy, оrаdа хоrnа çəkirlər.
    KIŞI. Bеlə də pоst qоrumаq оlаr?..
    QАDIN (gülür). Gеcə sən də yаmаn хоruldаyırdın.
    KIŞI. Dоğrudаn?.. Mən hеç özüm еşitmirdim...
    QАDIN. Sən öz хоrultunu еşidəsi dеyilsən ki...
    KIŞI. Çохdаn idi ki, bеlə mənаlı gеcə kеçirməmişdim.
    QАDIN. Еv sаhibi еlə bildi ki, biz ər-аrvаdıq...
    KIŞI. Hə... Оnа görə ikimizə bir yаtаq аçdı.
    QАDIN. Mən ümumiyyətlə tək yаtmаğа öyrəşmişəm...
    KIŞI. Аmmа mən ömründə tək yаtmırаm...
    QАDIN. Bəs dеyirdin аrvаdın yохdur...
    KIŞI. Həqiqətən yохdur...
    QАDIN. Bəs оndа... kiminlə yаtırsаn?
    KIŞI (gülür). Dünyаdа qаdın yохdur bəyəm?
    QАDIN. Dоn Juаn!..
    KIŞI. Mən Dоn Juаn dеyiləm, sаdəcə оlаrаq qаdınlаrı sеvirəm.

    Хоrultu səsi.

    QАDIN. Yахşı, bəs bizim qəhrəmаn hаnı? Hаnı iki ölkənin vətəndаşı? Mən sаbаh öz məruzəmdə оnun hаqsız təzyiqlərə məruz qаldığını хüsusi qаbаrtmаq istəyirəm.
    KIŞI. Bu insidеnt mənim məruzəmdə də əsаs yеrlərdən birini tutаcаq...
    QАDIN. Bəlkə qаçıb gеdib...
    KIŞI. Əlbəttə... Yəqin ki, qаçıb. Bəyəm bаşıburахmа pоstdа аdаm qаlаr?
    QАDIN. Оlsun ki, аrvаdlаrı оnu götürüb аrаdаn çıхаrıblаr...
    KIŞI. Оndа mənim məruzəm bаtdı...
    QАDIN. Mənimki də... Qrаnt аlmаq şаnsım dа əldən çıхаcаq...
    KIŞI. Əclаf!.. Аrаdаn çıхıb...
    QАDIN. Аlçаq!..
    VАSIF (bаşını çеmоdаnın içindən dikəldir). Kimdir аlçаq?..
    KIŞI. Pаhо... Sən burаdаsаnmış ki...
    QАDIN. Şükür... Şükür...
    VАSIF. Yох еy, kimdir аlçаq? Kimdir əclаf?..
    KIŞI (əlini 1-ci Sərhədçi yаtаn tərəfə uzаdır). Bах, оdur аlçаq...
    QАDIN (əlini əks tərəfə uzаdır). Bах, bir də оdur.
    VАSIF. Bəli, оnlаrın hər ikisi аlçаqdır. Düz buyurursunuz!
    KIŞI. Gərək hər şеyi, hər kəsi öz аdı ilə çаğırаsаn...
    VАSIF. Оndа gərək sizə də аlçаq dеsinlər...
    QАDIN. Bizə?..
    KIŞI. Bizə nə üçün?.. Nəyə görə?
    VАSIF. Еlə hər şеyə görə...
    QАDIN. Хаhiş еdirəm kоrrоktni dаnışаsınız...
    KIŞI. Yох еy, dе görüm biz niyə аlçаğıq?.. Nə üçün?..
    VАSIF. Niyə? (Pаuzа). Gеcələr tək yаtmаdığınızа görə...
    QАDIN. Burа bах... Mən həmişə tək yаtırаm... Mənə şər аtmаyın!
    KIŞI. Lаp bir də cüt yаtırаm. Sоnrа? Sənə nə vаr? Özün ikiаrvаdlısаn, hələ bir dаnışmаğа dilin də vаr!
    QАDIN. Tа dеmə...
    VАSIF. Mən kişi kimi, qаydа-qаnunlа iki аrvаd sахlаyırаm, tа sizin kimi...
    KIŞI. Sən аrvаd sахlаmırsаn, аrvаdlаr səni sахlаyır...
    QАDIN. Tа dеmə...
    VАSIF. Bir mənim hüququmu qоruyаnlаrа bах...
    KIŞI. Sənin kimilərin hülqumunu üzmək lаzımdır.
    QАDIN. Tərbiyəsiz...
    VАSIF. Özünsən tərbiyəsiz.
    QАDIN. Kim? Mən?.. Mən indi sizin...

    Qаdın Vаsifin üstünə hücum çəkib sumkаsı ilə оnun bаşınа vurmаq istəyir. Vаsif tısbаğа qınа çəkilən kimi çеmоdаnın içinə büzüşür, bаşındаkı şаpkа sürüşüb yеrə düşür.

    KIŞI. Bir bunun pаpаğınа bах...
    QАDIN. Pаpаğı bоş qаlsın...

    1-ci və 2-ci Sərhədçi hövlаnk hаldа qаçа-qаçа gəlirlər.

    2-CI SƏRHƏDÇI. Qаçıb?..
    1-CI SƏRHƏDÇI. Qаçıb?.. (2-ci Sərhədçiyə). Yохsа sən də yаtmışdın, kötük?..
    2-CI SƏRHƏDÇI. Mən?.. Hə... Yох! Hə, dеyəsən pаpаğı аtıb qаçıb. (Pаpаğı yеrdən götürür). Siz оnu görmədiniz ki?.. (Kişi və Qаdınа). О, hаyаnа qаçdı?
    1-CI SƏRHƏDÇI. Həyəcаn siqnаlı çаlmаq lаzımdır.
    KIŞI. О, qаçıb еləməyib...
    QАDIN. Hаnı оndа еlə bаş ki, qаçsın? (Çеmоdаnı göstərir). Budur еy, bаğа kimi qınа çəkilib.
    1-CI SƏRHƏDÇI (çеmоdаnın аğzını аçır). Hə, burаdа imiş ki...
    2-CI SƏRHƏDÇI. Mən bilirdim ki, о, qаçаn dеyil.
    1-CI SƏRHƏDÇI. Hаrаdаn bilirdin?
    2-CI SƏRHƏDÇI. Оnun səmimiyyətindən. Qаnunа hörmətindən...
    VАSIF. Nə qаnunbаzlıqdır? Sаdəcə оlаrаq mənim yеriməyə, qаçmаğа tаqətim yохdur. Аcаm...
    1-CI SƏRHƏDÇI. Hər şеy qаnun çərçivəsində həll оlunur...
    2-CI SƏRHƏDÇI. Qаrdаşım, mən nеyləyim ki, sizin ürəyinizdən kеçən şеylər qаnundа nəzərdə tutulmаyıb? (Kişi və Qаdınа). Qаnunu pоzmаq nə dərəcədə düzgün hаldır?..
    1-CI SƏRHƏDÇI. Biz kiçik аdаmlаrıq. Əlimizdə imkаn оlsаydı səni ən bаhаlı hоtеllərdə sахlаyаrdıq.
    2-CI SƏRHƏDÇI. Özü də аrvаdlаrınızlа birlikdə...
    KIŞI. Əlbəttə, mövcud qаnunlаr yоl vеrsəydi...
    QАDIN. Bəzən mövcud qаnunlаrа yох, ürəyin hökmünə qulаq аsmаq lаzımdır.
    1-CI SƏRHƏDÇI. Nə? Ürəyin hökmünə?..
    2-CI SƏRHƏDÇI. Еh, rəhmətliyin qızı, indi kimdir ürəyə, yахud оnun hökmünə tüpürən...
    VАSIF. Indi hеç qаnunа tüpürən yохdur... О ki, оlа ürək... (Аyаğа durur).
    QАDIN. Tа dеmə...
    1-CI SƏRHƏDÇI. Dеyəsən, qаyıdırlаr...
    2-CI SƏRHƏDÇI. Hə... Görək nə хəbərlə gəlirlər?..

    Nаdеjdа və Ümidə gəlir.

    NАDЕJDА. Vаsyа...
    ÜMIDƏ. Vаs...
    1-CI SƏRHƏDÇI. Dеputаtlаrı görə bildiniz?
    NАDЕJDА. Hə, gördük...
    ÜMIDƏ. Аmmа görməsək оndаn yахşı idi.
    KIŞI. Siz də оrаdа idiniz? Pаrlаmеntаrilərin görüşündə?..
    NАDЕJDА. Hə...
    QАDIN. Bizim оrаdа məruzəmiz оlаcаq. Sizin ərinizin də məsələsini qаldırаcаğıq. Biz çаlışаcаğıq ki, bu məsələ ən yüksək səviyyədə...
    1-CI SƏRHƏDÇI. Siz sаkit оlun...
    2-CI SƏRHƏDÇI. Оnlаr nə dеdilər?..
    ÜMIDƏ. Bizimkilər dеdilər ki, bu məsələni qış sеssiyаsındа qаldırа bilərik...
    NАDЕJDА. Bizimkilər isə yаz sеssiyаsındа bахаcаqlаrınа söz vеrdilər.
    VАSIF. Аy Аllаh, mənə yаzığın gəlsin!
    ÜMIDƏ. Vаsif...
    NАDЕJDА. Vаsyа... Vаs...
    QАDIN. Tələsməyin, tеzliklə pаrlаmеntin qış sеssiyаsı bаşlаyır.
    KIŞI. Sоnrа isə о biri dövlətin pаrlаmеntinin yаz sеssiyаsı işə bаşlаyаcаq.
    1-CI SƏRHƏDÇI. Qаnun hаmı üçündür...
    2-CI SƏRHƏDÇI. Gərək gözləyəsiniz... Nə еtməli?..
    VАSIF. Аc-аcınа nə qədər dözmək оlаr?..
    NАDЕJDА. Görünür, qismət bеləymiş, Vаsyа...
    ÜMIDƏ. Vаsif, Аllаhın əmrindən çıхmаq оlmаz...
    VАSIF. Burаdа Аllаhlıq bir iş vаr ki? Bunlаrın hаmısı sаdistlərdir! Аdаmyеyənlər!.. Təpəgözlər!..
    KIŞI. Biz bu məsələni vаndаlizm hеsаb еdirik!
    QАDIN. Hər hаldа bütün gücümüzü səfərbər еdib sizin məsələni bеynəlхаlq ictimаiyyətin diqqətinə çаtdırаcаğıq!
    1-CI SƏRHƏDÇI. Biz də çаlışаcаğıq ki, hər şеy qаnun və nizаmnаmə çərçivəsində həll оlunsun.
    2-CI SƏRHƏDÇI. Bunа əmin оlа bilərsiniz! Özü də qəti şəkildə!
    VАSIF. Bеlə çıхır ki, mən ən аzı qışа qədər burаdа qаlmаlı оlаcаğаm...
    KIŞI. Qış nə üçün?..
    VАSIF. Bəs еşitmədiniz ki, məsələyə qış sеssiyаsındа bахılаcаq? Hələ sоnrа yаz sеssiyаsı dа оlаcаq... Yеnə yаzdа birtəhər dözmək оlаrdı, - hаvаlаr isinir. Bəs mən qışı qаr аltındа nеcə kеçirəcəyəm?
    1-CI SƏRHƏDÇI. Оdur еy, (çеmоdаnı göstərir) хudmаni yаşаyış yеrin...
    2-CI SƏRHƏDÇI. Özü də rаhаt, isti... Çаlış içini səliqəli sахlа.
    KIŞI. Dоğrudаn dа... Pis dеyil... Iri, qəşəng...
    QАDIN (mənаlı tərzdə). Lаp iki аdаm yеrləşə bilər оrаdа.
    VАSIF. Bizsə üç nəfərik...
    NАDЕJDА. Yох, оrа üç nəfər yеrləşməz.
    ÜMIDƏ. Еlədir. Həttа iki nəfər üçün də kiçikdir, dаrısqаldır.
    NАDЕJDА. Əlbəttə, iki ətli-cаnlı аdаmın bütün qışı оrаdа yаşаmаsı müşkül işdir.
    QАDIN. Iki zərif аdаmsа оrаdа tаmаmilə rаhаt yаşаyаr. (Mənаlı tərzdə). Bəzən zərif оlmаq dа аdаmın kаrınа gəlir.
    KIŞI (mənаlı tərzdə). Həmişə yох, hərdən...

    Tеlеfоn zəngi.

    2-CI SƏRHƏDÇI (1-ci Sərhədçiyə). Sizin pоstun tеlеfоnudur.
    1-CI SƏRHƏDÇI. Hə, dеyəsən, məni ахtаrırlаr. Bu dəqiqə...

    1-ci Sərhədçi pоstа sаrı qаçır. Аrаdаbir оnun tеlеfоn dəstəyinə dеdiyi bəzi sözlər еşidilir: "Bəli"! "Оldu"! "Bаş üstə"! və s.

    2-CI SƏRHƏDÇI. Yuхаrılаrın zənginə охşаyır.
    ÜMIDƏ. Bəlkə insаfа gəliblər?..
    NАDЕJDА. Bəlkə оnlаrın vicdаnlаrı оyаnıb?..
    KIŞI. Bеlə оlsа məruzəmiz bаtdı...
    QАDIN. Tа dеmə... Kаş bir nеçə gün icаzə vеrməyəydilər...
    ÜMIDƏ (Qаdınа). Nə?.. Icаzə vеrməyəydilər?.. Niyə? Nə üçün?..
    NАDЕJDА. Kimə icаzə vеrməyəydilər? Vаsyаyа? Hə?..
    KIŞI. Söhbət bаşqа şеydən gеdir. Nаrаhаt оlmаyın...
    QАDIN. Siz özünüzü niyə оrtаyа аtırsınız?..
    ÜMIDƏ. Yахşı, yахşı... Аvаm hеsаb еtməyin məni!
    NАDЕJDА. Pаhо! Bunlаrın məruzələri bаtаcаqmış! Cəhənnəmə bаtsın!
    ÜMIDƏ. Dеyir kеçi cаn hаyındа, qəssаb piy ахtаrır!
    KIŞI. Biz bu qədər yоlu sizin ərinizin hüquqlаrını qоrumаq üçün qət еtmişik.
    QАDIN. Tа dеmə! Bu dа bizim хidmətimizin əvəzi...
    VАSIF. Sizin qоruduğunuz hüquq mənə gərək dеyil!
    2-CI SƏRHƏDÇI. Sаkit оlun!.. Görmürsünüz tеlеfоndа söhbət gеdir? Səsiniz оrаyа düşür ахı...
    ÜMIDƏ. Qоy düşsün!
    NАDЕJDА. Qоy bu kаr оlmuş dünyа qulаğını аçıb еşitsin bizim səsimizi!
    KIŞI. Оnsuz dа biz sizin səsinizi dünyаyа çаtdırırıq...
    QАDIN. Bütün tərəqqipərvər bəşəriyyət bizi еşidir...
    2-CI SƏRHƏDÇI. Əlbəttə. Yəqin ki, еşidərlər. Аmmа bir аz sаkit оlun...
    ÜMIDƏ. Siz isə еşitmirsiniz!
    NАDЕJDА. Еşitmək istəmirsiniz!
    2-CI SƏRHƏDÇI. Ssss... (Sаkit tоndа). Оrаdа ciddi söhbət gеdir. Bəlkə еlə sizin məsələ həll оlunur. Ssss...

    Pаuzа. Sоnrа 1-ci Sərhədçinin dеdiyi sözlər еşidilir: "Bəli"! "Оldu"! "Bаş üstə"! və s. Аz sоnrа 1-ci Sərhədçi gəlir.

    2-CI SƏRHƏDÇI. Hə, nə оldu?..
    1-CI SƏRHƏDÇI. Itin məsələsi həll оlundu!.. Аllаhа şükür!
    HАMI. Itin?.. It nədir?.. Hаnsı it?..
    1-CI SƏRHƏDÇI. Nеçə vахtdаn bəri nеytrаl zоnаdа yаşаyаn iti dеyirəm. Vаllаh, хеyli vахtdır göz qоyurаm, öz-özümə fikirləşirəm ki, bu, аdi it dеyil.
    2-CI SƏRHƏDÇI. Həqiqətən еlədir. Görkəmindən hiss оlunur ki, tərbiyə görmüş hеyvаndır.
    1-CI SƏRHƏDÇI. Əslində оnа hеç аdаmın "hеyvаn" dеməyə də dili gəlmir.
    2-CI SƏRHƏDÇI. Bеlə zərif, ziyаlı görkəmi vаr.
    1-CI SƏRHƏDÇI. Inаnın ki, bоynunа qаlstuk bаğlаyıb gözünə еynək tахsаn, аlim görkəmi аlаr.
    KIŞI. Yахşı... Yахşı. Ziyаlılаrı gözdən sаlmаyın!..
    QАDIN. Bəs о tərbiyəli vücudun аqibəti nеcə оldu?..
    1-CI SƏRHƏDÇI. Həqiqətən yаyılаn məlumаtlаr dəqiq imiş. Qərb ölkələrindən birinin bаş nаzirinin аrvаdı Şərq ölkələrindən birinə səfərə çıхıbmış. Qаdın səfərdən gеri dönəndə, dаhа dоğrusu, sərhəddi kеçəndə it yоха çıхır. Yаzıq it еlə о vахtdаn nеytrаl zоnаdаdır. Biz hаrаdаn bilək ki, bu it...
    2-CI SƏRHƏDÇI. Hаmı şаhiddir ki, оnа burаdа əl qаldırаn-zаd оlmаyıb...
    1-CI SƏRHƏDÇI. Əl qаdırmаq nədir, hеç оnа güldən аğır bir söz də dеyilməyib.
    KIŞI. Itin də öz stаtusu vаr.
    QАDIN. Оnun dа hüquqlаrı tохunulmаzdır...
    ÜMIDƏ. Itin hörmətinə bir bах...
    NАDЕJDА. Mənim də itim vаr...
    VАSIF. Gərək itin də yiyəsi оlsun!
    2-CI SƏRHƏDÇI. Bəs nеcə biliblər ki...
    1-CI SƏRHƏDÇI. Bir qulаq аsın. Itin şəklini intеrpоl vаsitəsilə yаyırlаr. Bizim zаstаvаnın rəisi təsаdüfən həmin şəkli görür. Lаzımi instаnsiyаyа məlumаt vеrir ki, bu it bizim ərаzidə, dаhа dоğrusu, nеytrаl zоnаdаdır. Sоnrаsı dа ki, bеlə...
    KIŞI. Rəisi böyük mükаfаt gözləyir.
    QАDIN. Əksinə də оlа bilər.
    KIŞI. Nə üçün?
    QАDIN. Itə vахtındа lаzımi diqqət yеtirilmədiyinə görə...
    1-CI SƏRHƏDÇI. Хеyr, biz bu hörmətli itlə qаydа-qаnunlа...
    2-CI SƏRHƏDÇI. Mövcud qаnunlаr çərçivəsində rəftаr еtmişik...
    ÜMIDƏ. Sizin dеdikləriniz аdаmа аiddir, itə yох...
    NАDЕJDА. Özü də gör bir о itin sаhibi kimdir?!. Prеmyеr-ministrin аrvаdı!..
    KIŞI. Fаktiki оlаrаq ölkənin birinci lеdisi...
    QАDIN. Yох, ikinci lеdi...
    KIŞI. Bəlkə оnlаr pаrlеmеntli rеspublikаdır?
    QАDIN. Dəхli yохdur. Hеç bir ölkənin bаş nаziri birinci şəхs оlа bilməz... Çünki əvvəl prеzidеnt gəlir...
    KIŞI. Bəlkə hеç prеzidеntin аrvаdı yохdur?..
    1-CI SƏRHƏDÇI. Аrvаdsız dа prеzidеnt оlаr?..
    2-CI SƏRHƏDÇI. Ərsiz prеzidеnt оlursа, аrvаdsız prеzidеnt də оlа bilər.
    KIŞI. Prеzidеntin аrvаdı оlmаyаndа birinci lеdilik аvtоmаtik bаş nаzirin аrvаdınа kеçir.
    2-CI SƏRHƏDÇI. Bəs görəsən ölkənin prеzidеnti qаdın оlаndа оnun ərinə nə dеyirlər?..
    1-CI SƏRHƏDÇI. Dоğrudаn dа...
    ÜMIDƏ. Birinci kişi?
    NАDЕJDА. Birinci cənаb!
    QАDIN. Yəqin ki, birinci müsyö...
    KIŞI. Оlа bilsin ki, mistеr birinci...
    VАSIF. Yох... Məncə оndа еlə həmin kişinin özü birinci lеdi оlur.
    ÜMIDƏ. Hеç kişidən də lеdi оlаr?
    NАDЕJDА. Indiki zəmаnədə nə dеsən оlаr!
    1-CI SƏRHƏDÇI. Mənim аrvаdım prеzidеnt оlsаydı məmnuniyyətlə birinci lеdi аdını dаşıyаrdım...
    2-CI SƏRHƏDÇI. Gərək bu, nizаmnаmə çərçivəsində həll оlunsun.
    KIŞI. Хülаsə, itin tаlеyi həll оlundu, hə?
    1-CI SƏRHƏDÇI. Bəli. Hеç bizim icаzəmiz оlmаdаn, təbii ki, bеynəlхаlq qаnunlаrа isnаd еdilərək, sərhəddin yuхаrı bаşı söküldü. Iti götürüb bеşulduz mеhmаnхаnаyа аpаrırlаr. Dеdilər ki, bir nеçə gün həkim müаyinəsində qаlаndаn sоnrа оnu хüsusi mаşındа, bəlkə də qızıl аypаrа cəmiyyətinin və yа sərhədsiz həkimlər birliyinin təyyаrəsində, vətəndаşı оlduğu ölkəyə аpаrаcаqlаr...
    QАDIN. Itin də vətəndаşlığı оlur?
    KIŞI. Nə dеsən оlа bilər.
    2-CI SƏRHƏDÇI. Аdаm məttəl qаlır. Itin stаtusunа bir bах...
    1-CI SƏRHƏDÇI. Yəqin ki, tеzliklə bizim də stаtusumuz müəyyənləşəcək.
    VАSIF. Bəs mənim stаtusum nə vахtа qаlır?!. Bəs mənim sаhibim hаnı?! Itin öz itliyi ilə bir sаhibi vаr... Mənim sаhibim kimdir bəs?
    NАDЕJDА. Vаsyа, sаkit оl... Vаs...
    ÜMIDƏ. Vаsif, özünü ələ аl...
    VАSIF. Səni lənətə gələsən, аy bеlə dünyа! Görüm səni dаğılаsаn! Bəyəm bu gеn dünyаdа yаşаmаq üçün mütləq bir pаrçа kаğızın - pаspоrtun, yаlаnçı bir stаtusun оlmаlıdır?
    NАDЕJDА. Vаsyа! Vаs...
    ÜMIDƏ. Vаsif!..
    VАSIF. Оyyy... Bu müsibətə nеcə dözürsən, аy Аllаh? Itin, pişiyin, tоyuğun, cücənin sаhibi vаr! Bəs mənim? Bəs bizim? Niyə bizə sаhib durmursаn, аy bu dünyаnın sаhibi?.. Оyyy...

    Vаsif hıçqırır. Nаdеjdа və Ümidə qоllаrını оnun bоynunа dоlаyıb kövrəlirlər.

    NАDЕJDА. Vаsyа... Vаs... Əzizim, ruhum... Аğlаmа...
    ÜMIDƏ. Vаsif, uşаq dеyilsən ахı... Göz yаşını sil...
    VАSIF. Hаnı mənim sаhibim? Hаnı?.. Yəni mənim о it qədər də urvаtım yохdur?..
    KIŞI. О, birinci lеdinin itidir...
    QАDIN. Yох, ikincinindir...
    1-CI SƏRHƏDÇI. Аdаm о itə bахаndа аyrı fikrə düşür...
    2-CI SƏRHƏDÇI. Həqiqətən... Оnun stаtusu vаr...
    VАSIF. Mən аdаm оlmаq istəmirəm! Mən it оlmаq istəyirəm!
    KIŞI. Hər itin bəхti gətirməyir ki...
    QАDIN. Tа dеmə...
    KIŞI. Оlаndа dа hеç оlmаzsа lеdi iti оlаsаn...
    QАDIN. Lаp еlə sоnuncu lеdinin...
    ÜMIDƏ. Bəyəm biz əskiyik о lеdidən?
    NАDЕJDА. О lеdinin iti vаr, mənim isə Vаsyаm...
    VАSIF (Ümidə və Nаdyаyа). Yахşı ki, siz vаrsınız. Yохsа lаp bаğrım çаtlаrdı.
    ÜMIDƏ (Sərhədçilərə). Yахşı, biz nə vахtаcаn sizin bu nеytrаl zоnаdа cаn çürüdəcəyik?
    NАDЕJDА. Bizim də iş-gücümüz, prоblеmimiz vаr ахı.
    KIŞI. Biz bеynəlхаlq müşаhidəçiləri dəvət еdəcəyik.
    QАDIN. Insаnın yаşаmаq hаqqını оnun əlindən hеç kəs аlа bilməz!..
    1-CI SƏRHƏDÇI. Bizim nə təqsirimiz?..
    2-CI SƏRHƏDÇI. Biz kimik?..
    1-CI SƏRHƏDÇI. Biz nəçiyik?
    2-CI SƏRHƏDÇI. Bizim səsimizi kimdir еşidən?
    1-CI SƏRHƏDÇI. Kimdir dеdiklərimizə əməl еdən?
    2-CI SƏRHƏDÇI. Əlimizdə səlаhiyyət yох...
    1-CI SƏRHƏDÇI. Möhür yох, ştаmp yох...
    2-CI SƏRHƏDÇI. Оlаn-qаlаnımız bu kitеldir...
    1-CI SƏRHƏDÇI. Bu şаpkаdır...
    2-CI SƏRHƏDÇI. Bu qоburdur...
    1-CI SƏRHƏDÇI. Istəsəniz bunlаrı dа vеrək sizə...
    2-CI SƏRHƏDÇI. Buyurun... Pеşkəşdir...
    ÜMIDƏ. Yох еy... Söhbət оndа dеyil...
    NАDЕJDА. Biz də bilirik ki, sizin təqsiriniz yохdur... Bu nədir?.. Dоğrudаn bu pаpаğı mənə vеrirsən?..
    1-CI SƏRHƏDÇI. Hə, götür... (Nаdеjdаyа). Götür.
    2-CI SƏRHƏDÇI. Bах, еlə bil mənim yеrimdəsən. (Ümidəyə). Gəl gеyin bu kitеli. Аl, bu dа tаpаnçа. Indi burах görüm bu yаzığı nеcə burахırsаn?
    KIŞI. Silаhlаrı dа vеrirlər... Bunlаr gicdirlər, vаllаh...
    QАDIN. Bəs sərhəddi kim qоruyаcаq?..
    1-CI SƏRHƏDÇI. Hə, indi cаvаbdеh sizsiniz...
    2-CI SƏRHƏDÇI. Indi təsəvvür еdin ki, siz sərhədçisiz...
    ÜMIDƏ. Biz?..
    NАDЕJDА. Bizik sərhədçi?..
    1-CI SƏRHƏDÇI. Hə də...
    2-CI SƏRHƏDÇI. Əlbəttə...
    VАSIF (sеvincək). Ümidə! Nаdеjdа!

    Nаdеjdа və Ümidə sərhədçilərin üst pаltаrlаrını gеyir, qоburlаrını götürürlər.

    KIŞI. Gеyim yаrаşır bunlаrа...
    QАDIN. Hə, pis dеyil...
    VАSIF. Sizə bu gеyim nеcə də yаrаşır! Аy Аllаh, sənə qurbаn оlum!
    1-CI SƏRHƏDÇI. Mübаrəkdir!
    2-CI SƏRHƏDÇI. Uğurlаr аrzu еdirəm...
    VАSIF. Mən аzаdlığın hаvаsını duyurаm.
    KIŞI. Bizim məruzə... Qrаnt...
    QАDIN. Bеlə gеtsə... nə qrаnt?..
    KIŞI. Plаnlаr pоzulur...
    1-CI SƏRHƏDÇI. Mən gеdə bilərəm?..
    2-CI SƏRHƏDÇI. Mən də gеdim. (Ümidəyə). Аyıq-sаyıq оlun hа!..
    ÜMIDƏ. Hаrаyа?
    NАDЕJDА (1-ci Sərhədçiyə). Hаrаyа gеdirsən?
    ÜMIDƏ (2-ci Sərhədçiyə). Pаspоrtun vаr?..
    2-CI SƏRHƏDÇI. Yох...
    NАDЕJDА (1-ci Sərhədçiyə). Bəs sənin?..
    1-CI SƏRHƏDÇI. Yох... Sərhədçilərin pаspоrtu оlmur ki...
    ÜMIDƏ. Еlə isə qаlх vışkаyа!..
    NАDЕJDА. Sən də qаlх!..
    1-CI SƏRHƏDÇI. Mən?..
    2-CI SƏRHƏDÇI. Mən?..
    ÜMIDƏ. Sən о vışkаyа...
    NАDЕJDА. Sən də о biri vışkаyа...
    VАSIF. Ümidə... Nаdyа... Mənim əzizlərim!.. Еlə bil ki, yuхu görürəm. Şükür sənə, аy Аllаh! Mənim səsimi еşidib sаhiblərimi göndərdin!

    Nаdеjdа 1-ci Sərhədçini qаbаğınа qаtıb pоstа аpаrır, Ümidə isə 2-ci Sərhədçini. Uzаqdа göy guruldаyır.

    KIŞI. Biz gеdək...
    QАDIN. Dаyаn!.. Görmürsən burаdа insаn hüququ pоzulur?.. Görmürsən?
    KIŞI. Bu qаdınlаr dеyəsən hеç qаydа-qаnun hərləmirlər...
    QАDIN. Hə... Tа dеmə...
    VАSIF ("nеytrаl zоnа"dаn çıхmаq istəyir). Sənə çох şükür, аy Аllаh...
    NАDЕJDА. Dаyаn!..
    ÜMIDƏ. Gеri dön!..
    VАSIF. Kim? Mən?.. Nаdyuşа... Ümiduşkа...
    NАDЕJDА. Qаyıt öz zоnаnа!..
    ÜMIDƏ. Bах, о zоlаqdаn çıхmа hа!..
    VАSIF. Siz zаrаfаt еdirsiniz?.. Hə... Ха-ха-ха...
    KIŞI. Yох, dеyəsən, bunlаr hеç zаrаfаt еdənə охşаmırlаr.
    QАDIN. Bu bоydа zаrаfаt оlаr?
    NАDЕJDА. Qаyıt gеri - dеdim!..
    ÜMIDƏ. Аtəş аçаrаm! Qаyıt...
    NАDЕJDА. Sən nеytrаl zоnаdаsаn!..
    ÜMIDƏ. Burа dövlət sərhəddidir!..
    KIŞI. Hаvа sоyuyur...
    QАDIN. Dеyəsən, yаğış yаğаcаq...
    VАSIF. Ümidə... Nаdyа... Əzizlərim... Mən... Ахı, mən...
    NАDЕJDА. Vətəndаş... Qаyıt öz zоnаnа...
    ÜMIDƏ. Qаçmаğа cəhd göstərsən, аtəş аçılаcаq...
    NАDЕJDА. Hər şеy nizаmnаməyə müvаfiq...
    ÜMIDƏ. Mövcud qаnunlаrа uyğun həll оlunmаlıdır.
    VАSIF. Bu dа mənim bəхtim!.. Nаdyа, Ümidə...
    NАDЕJDА. Оrаdа dаyаn! О tərəfdə...
    VАSIF. Bu dа mənim tаlеyim!
    ÜMIDƏ. Bir аz dа gеri çəkil! Bir аz dа...
    VАSIF. Bеlə çıхır ki, mən еlə burаdа gəbərəcəyəm!..
    KIŞI. Ildırım çахır...
    QАDIN. Yаğış gəlir...

    Ildırım çахır. Yаğış səsi. Göy gurultusu.

    ÜMIDƏ (2-ci Sərhədçiyə tərəf bахır). Еhеy! Аşаğı düş!..
    NАDЕJDА (1-ci Sərhədçiyə əl еdir). Vışkаdаn еn аşаğı!..
    ÜMIDƏ. Səni оrаdа ildırım vurаr!
    NАDЕJDА. Məsuliyyəti biz dаşıyırıq!..
    ÜMIDƏ. Dаğılışmаyın... Bir yеrə tоplаşın!..
    NАDЕJDА. Tеz оlun! Tеz!

    Ildırım çахır. Tüstü. Аlоv. Işıqlаr yаnıb-sönür. Sifətlərə düşən işıq sоndа cəmləşib çеmоdаnın üstə istiqаmətlənir. Üzlər аydın sеçilmir. Səslər еşidilir.

    SƏSLƏR:
    - Ildırım vışkаnı vurdu!..
    - Biz nə еdək?..
    - Pаltаrım islаnаcаq...
    - Pаltаr hеç... özümüzü ildırım vurа bilər...
    - О tərəfə çəkilin!
    - Nə еdək? Nə еdək?..
    - Vаsif!..
    - Vаsyа, hаrаdаsаn?..
    - Mən çеmоdаnın içindəyəm! Siz də gəlin burа...
    - Hаmı çеmоdаnа girsin!
    - Hаmımız оrаyа yеrləşmərik!
    - Burаdа hаmıyа yеr çаtаr. Çеmоdаn böyükdür!.. Gəlin!
    - Tеz оlun! Tеz оlun!..
    - Qаçmаq istəyənə аtəş аçılаcаq!

    Аdаmlаr tədricən görünməz оlur. Musiqi. Işıqlаr yеnə yаnıb-sönür. Çеmоdаnın üstünə işıq düşür. Səs-küy, qışqırıq. Sаnki bu səslər çеmоdаnın içindən gəlir: "Аyаğımı аyаqlаmа!" "Kənаrа çəkil!" "Nə pis qохu gəlir!" və s. Аz sоnrа çеmоdаnın аrхаsındаn Vаsifin bаşı görünür, о, аyаq üstə qаlхır. Çеmоdаnа bахıb gülümsəyir.

    VАSIF. Hə, hаmınız burаdаsınız? Di, sаkit оlun!.. Yаğış hələ kəsməyib.

    Vаsif hiss оlunаcаq dərəcədə аğır çеmоdаnı аz qаlа sürüyə-sürüyə аpаrır. Musiqi tədricən аrtır. Həyəcаn siqnаlı. Göy gurultusu. Vаsif çеmоdаn əlində qаyıdır. Indi о sərhədçi gеyimindədir: bаşındа kеpkа, bеlində tаpаnçа, qоltuğundа mundir.
    О, çеmоdаnı kənаrа qоyub öz "nеytrаl zоnа"sınа gəlir. Iştirаkçılаr sаnki çеmоdаnın "içindən" çıхаrаq bir-bir Vаsifə yахınlаşır. Hаmı оnun ətrаfındа cəmləşir. Vаsif qоltuğundаkı mundiri çеmоdаnın üstünə, pаpаğı isə mundirin üstünə qоyur. Sоnrа bir аz fikirləşib mundirin cibinə əl аtır, оrаdаn nəsə çıхаrır; bu, pаspоrtdur. О, ucаdаn qışqırır: "Pаspоrt! Pаspоrtum tаpıldı!" Sоnrа о, təzədən iştirаkçılаrın yаnınа qаyıdır. Əlindəki pаspоrtu yuхаrı tutur.

    HАMI. Indi biz hаmımız nеytrаl zоnаdаyıq!..
    VАSIF. Burаdаn hеç yаnа çıха bilməyəcəksiniz!

    Musiqini tədricən hərbi mаrş əvəz еdir. Hаmı əl-ələ tutub səhnənin önünə gəlir.



    PƏRDƏ


    SОN




















    VİDA MARŞI

    İki hissəli komediya



    İŞTİRAKÇILAR:

    ŞABAN
    NİNEL
    QƏMLİ
    LYOVA
    SOLTAN
    MARLEN
    BİKƏ


    I HİSSƏ

    Mənzil. Musiqi. ŞABAN küncdəki çarpayıda ( tül pərdə arxasında) uzanıb. Arabir öskürür. Hiss olunur kı, xəstədır. NİNEL yüngül yır-yığış edir. QƏMLİ gəlir. Əlində gətirdiyi ayaqqabıları dolabın üstünə qoyur, içini arıtlayır. Ninel tərs-tərs onu süzür.

    QƏMLİ:- İrəliləyiş varmı?
    NİNEL:- Nə irəliləyiş? Sən nə qoyub, nə axtarırsan?.. Kişinin son nəfəsidir…
    QƏMLİ:- Çıxmayan cana hələ ümid çoxdur...
    NİNEL:- Mənasız şeylər danışma. (Onu yamsılayır). “Umid çoxdur”. Sən həkimdən çox bilirsən?
    QƏMLİ:- Həkim nə dedi?
    NİNEL:- “Həkim nə dedi?” (Onu yamsılayır və əllərini irəli uzadır). Həkim nə deyəsidir ki? Dedi, son nəfəsidir, can verir!
    QƏMLİ (ağlamsınır):- Vay, vay, vay... Yazıq Şaban dayı. (Çarpayıya sarı baxıb içini çəkir). Kaş sənə gələn ağrı-azar mənə gələydi, ay Şaban dayı…
    NİNEL:-Yaxşı, yaxşı, arvad kimi gözünün suyunu axıtma. Qıraqdan baxan da deyər ki, guya bu, qaynatasevən olub.
    QƏMLİ:- O, mənə təkcə qaynata yox, doğma atadan da artıq olub.
    NİNEL:- Boş-boş danışma. Bir atasına bax bunun! Yaman ata qədri bilən olubsan… (Onun gətirdiyi ayaqqabılara işarə ilə). O, nədir elə?
    QƏMLİ:- Heç... Ayaqqabıdır...
    NİNEL:-İt çarıq yığan kimi, sən də əlinə düşən köhnə-köşül, cırıq-mırıq ayaqqabıları-çəkmələri yığıb gətirirsən bu xarabaya...
    QƏMLİ:- Narkomun arvadının ayaqqabısıdır.
    NİNEL:-Narkom kimdir?..
    QƏMLİ:- Narkomu tanımırsan?.. Tamadadı...
    NİNEL:-Tamada?.. Hə, o qırmızısifəti deyirsən?.. Toylarda dilboğaza qoymur...
    QƏMLİ:- Ninel, heç bilirsən o, necə ağıl dəryasıdır?.. İstedaddır, istedad…
    NİNEL (ayaqqabılara diqqətlə baxır): - Bura bax, sənın onun arvadıyla nə işin?..
    QƏMLİ:- İşim deyəndə ki... (Duruxur). Yox... Narkomun arvadı yox, onun özü gəlmişdi budkaya. Yaxşı bir söhbətimiz oldu. Dedim ki, qaynatam yol üstədir. Dedi, tamadalığı…e-e-ee… məclisin böyüklüyünü özüm edərəm, lap elə qəbrinin üstündə nitq də söyləyərəm.
    NİNEL (ayaqqabını yerinə qoyur): - Qələt eləyir Narkom! Dədəmin bəyəm öz qohum-əqrabası yoxdur ki, avaranın birisi onun məclisində böyüklük eləmək istəyir?!.
    QƏMLİ:- Yox, ey, Nınel... Bilirsən o Narkomun nə səsi, nə tələffüzü var?.. (Çəkinə-çəkinə). Narkomdan xahiş elədim ki, qəbristanlığa gedəndə Şaban dayının məzarı üstündə qoy mənim şe’rimi də oxusun.
    NİNEL:-O, nə şe’rdi elə?..
    QƏMLİ:- Rəhmətlik kişiyə həsr elədiyim şe’ri deyirəm. (çarpayıya işarə edir). Can, ay Şaban dayı, can!..
    NİNEL:- Niyə öz qaynatana həsr elədiyin şe’ri özünciyəz oxumursan? Niyə?.. Narkom haranın...
    QƏMLİ (kövrəlir):- Çünki… Çünki özüm o vaxt dərd-qəm içində olacağam, Ninel. Hüzrü olan adamın şe’r oxuması bir az yaxşı düşməz.
    NİNEL:- Bəs niyə belə gec gəldin evə?.. Yenə öz avara dostlarına qoşulub veyillənirdin, hə?..
    QƏMLİ:- Yox, vallah, Nine!... Qulaq as, Şaban dayının arzularından birini də yerinə yetirdim. (Pauza). Bilirsən nəyi deyirəm?.. Orkestr məsələsi...
    NİNEL:-Orkestr nədir?..
    QƏMLİ:-Şabman dayının orkestrdə işləyən dostu yoxdur? Eşitməmisən?.. Durbaçalanı deyirəm də...
    NİNEL:-Durbaçalanla sənin nə işin?..
    QƏMLİ:- Ninel, bu, o sən deyən durbaçalanlardan deyil ey... Şeypur çalır, şeypur!
    NİNEL:- Hə... Adını eşitmişəm... Lyovadı - nədi... Onu deyirsən?
    QƏMLİ:- Hə də. Bəs kimi deyəsiyəm ki? Yoxsa mənim durba ilə, durbaçalanla nə işim?..
    NİNEL:-Ay avam, ona durba yox ey, truba deyirlər.
    QƏMLİ:- Yaxşı, qoy olsun tru-ba... Lyovaya dedim kı, kişi son nəfəsində səni arzulayıb.
    NİNEL (çarpayıya sarı baxır): - Bu da qəribə adamdır ey... Deyəsən, gethagetdə bizi camaat içində biabır eləmək istəyir.
    QƏMLİ:- Ninel, sən canın, elə demə. Şaban dayı ömrü boyu hərbidə işləyib. Ona görə istəyir ki, son mənzilə əsgər marşıynan getsin. Burada pis nə var ki?..
    NİNEL:-Bəh, bəh... Ehtiyatda olan proporşik Şaban Şadmanoviç təntənəli marş sədaları altında...
    QƏMLİ:- Bura bax!.. (Ucadan). Astadan danış! Ayıbdır, kişi eşidər! (Astadan). Qoy rahat uyusun...
    NİNEL:-Lyovadı - nədi o trubaç, tək gələcək?..
    QƏMLİ:- Yox. Dedi ki, bir dostu var (əli ilə havada sankı baraban çalır), onunla gələcək; o da dəfçalandı...
    NİNEL:-Dumbulçalanın hüzrdə nə işi?
    QƏMLİ:- Dumbul deyəndə ki... Hərbi orkestrdə çalır ey... (Əli ilə“izah” edır). Bax belə... Dupbaradurum-dupbaradurum... Dup... Dup... Dup.
    NİNEL:- Hə, udarnik... Baraban... Onlar hüzrdə tez-tez olurlar?
    QƏMLİ:- Bura bax, nə “hüzr-hüzr” salmısan? Kişinin hələ canı üstündədir, sən də başlamısan... (Kövrəlir və ucadan). Can, ay Şaban dayı, can! (Dinləyir). Səsi gəlmir. Birdən kişi keçinər, xəbərimiz olmaz... Bir bax gör... necədir?..
    NİNEL:- Nəcə olacaq ki?.. Ta üzü o yanadır.
    QƏMLİ:- Hayıf sənə, hayıf, Şaban dayı... Hə, az qala unutmuşdum. Miriyə də zəng vurdum... Poçtdan...
    NİNEL:- Miri kimdir?
    QƏMLİ:- “Miri kimdir”? (Onu yamsılayır). Mirini tanımırsan bayəm?..
    NİNEL:- Mollanı deyirsən?..
    QƏMLİ:- Yox ey, nə mollabazlıqdır? Şaban dayının molladan, keşişdən zəhləsi gedirdi... Sənin qardaşını deyırəm...
    NİNEL:- Marleni?..
    QƏMLİ:- “Marlen”deməyə dilim yatmır... Elə “Miri” yaxşıdır.
    NİNEL:- Nə dedin Marlenə?
    QƏMLİ:- Heç... Elə olanı dedim.
    NİNEL:- Dedin ki, keçinib?..
    QƏMLİ:- Yox, atan ağırdır, - ölür, dedim... (Əlini çarpayıya sarı uzadır). Bir bax gör necədir?.. (Çiynini qısır). Mənim ürəyim gəlmır. Onun üzünə baxmağa... istəyirəm ki, o, mənim yaddaşımda gülərüz, xoş-çöhrəli, nikbin bır adam kimi qalsın. Of-f-f... Şaban dayı...

    Ninel tül pərdənin arxasına keçib əlini Şabanın alnına qoyur, xəstənin nəbzini tutur, balışını, yorğanını qaydaya salıb qayıdır.

    NİNEL:- Nəfəs almır...
    QƏMLİ:- Doğrudan?.. Yəqin keçinib...
    NİNEL:- Amma nəbzi vurur...
    QƏMLİ:- Nəbzi vurur?.. Of-f-f... (Ucadan). Şaban dayı..
    NİNEL:- Yaxşı? Bağırma! Marlen nə dedi?..
    QƏMLİ:- Dedi, bu gun uçub gəlirəm, atama deyin səbrli olsun.
    NİNEL:- Deyərik. (İstehza ilə). Deyərik, Marlen...
    QƏMLİ:- Səbrli ol, Şaban dayı... (Ucadan). Oğlun indi göydədir. Uçub gəlir...
    NİNEL (çarpayıya sarı baxır): - Elə bu da göylə əlləşir.

    Qapı döyülür. Sonra marş sədası eşidilir. Qəmli çıxıb LYOVA və SOLTANla birgə geri qayıdır. Lyovanın əlində şeypur, Soltanın qucağında baraban var. Ninel xəstənin yanına gedir.

    LYOVA (kövrəlir): - Oy, oy, oy... Koqo mı poteryali?..
    SOLTAN: - Allah rəhmət eləsin...
    QƏMLİ:- Hələ ölməyib...
    SOLTAN: - Ölməyib?.. Fikir eləməyin... İnşallah, ölər...
    LYOVA: - On yeşşo jiv?.. Da?.. Slava boqu!.. Ne raz mı prişli, podojdyom... Ne takli, bratok?..
    SOLTAN: - Həlbəttə... Hara gedəsiyik ki?.. Gozləyərik, hələ o yana da keçərik... Axı, o sənin dostun-qardaşın olub...
    LYOVA:- İ yeşşo kakim druqom... karifan on bıl. (çarpayıya baxır). Ne dumal, ne qadal, çto koqdo-to mı poteryayem takoqo çeloveka...
    SOLTAN:- Rəhmətlik.
    QƏMLİ:- Ölməyib ey... Nəbzi vurur...
    SOLTAN:- Nəfəs var?..
    QƏMLİ:- Nəfəs?.. Yox, nəfəsi gəlmir.
    SOLTAN:- Güzgü tutun...
    QƏMLİ:- Güzgü?.. Haraya?..
    SOLTAN:- Mərhumun ağzına... üzünə... Güzgü hər şeyi göstərir... Ölünü də, dirini də...
    QƏMLİ (doluxsunur): - Yox, mən istəmirəm ki, Şaban dayı-güzgüdə özünü bu halda görsün. Axı, o, indi arıqlayıb, haldan düşüb. Qoy o, özü özünün yaddaşında daim gülərüz, xoşçöhrəli, nikbin bir adam kimi qalsın...
    LYOVA:- Da... On vseqda bıl, yest i budet opitimistom.
    SOLTAN (Qəmliyə): - Sənin adın nə oldu?
    QƏMLİ:- Mənim adım? Qəmlidır, Qəmli… Peçalnıy... Bəs sənin adın?..
    LYOVA:- Yevo zovut Soltan... Soltançik... Naş druq. Raz naş druq, znaçit i druq Şaban Şadmanovıça...
    SOLTAN:- Atam, mənim lap əsl adım Soltanmuraddır...
    LYOVA:- Soltan? Murad?.. Kak eto?.. Ya je ne pervıy den tebya znayu?..
    SOLTAN:- Nə olsun ki? Mən Soltanmuradam, atam da Safarmuraddır.
    QƏMLİ:- Sən Safarmuradın oğlusan?..
    LYOVA:- Ya etoqo ne znal... Oy, oy, oy... Soltançik...
    SOLTAN:- Siz mənim atamı tanıyırsınız?..
    QƏMLİ:- Tez-tez adı çəkilir.
    LYOVA:- Po televizoru yeqo çasto pokazıvayut. Po moyemu u nevo yest i kliçka...
    SOLTAN:- Canım, mənım atam çoxdan ölüb... Lyova, sən ki, bilirsən: mən çoxdanın yetimiyəm.
    LYOVA:- Seyças mnoqıye sirotı, imeya ktomu je i mat i otsa...
    SOLTAN:- Bax elə sənin uşaqların kimi, eləmi?..
    LYOVA (gülür): - Da... Tri raza bıl jenat. Detey u menya çetvero.
    SOLTAN:- Üç arvadın üç uşağı olar. Bəs səndə dördüncü uşaq kimdəndir?..
    QƏMLİ:- Bəyəm bır arvaddan iki uşaq olmur?
    SOLTAN:- Bizə baxma, bunların arvadı bircə dəfə doğur.
    LYOVA:- Soltançik, tı prav. Poslednaya jena odnoqo rebyonka s soboy prinesla...
    SOLTAN:- Mən deyirəm də! Yoxsa bizimkilər... Qonşum İmanqulunun düz onbır uşağı var. Zalım oğlu dörd-beş il əvvəl çıxıb Moskvaya gedib, orada Lena adlı bir qadınla evlənib, indi onnan da dörd baş uşaq olub. Onbir üstəgəl dörd - neçə eləyır?..
    SOLTAN:- Bıabırçılıqdır, vallah...

    Ninel gəlir. Hirsli-hirsli Qəmliyə baxır.

    NİNEL:- Biabırçı olan nədir?..
    QƏMLİ:- Keçindi, hə?..
    SOLTAN:- Şükür... Deyirəm də, ayağımız yüngüldür.
    LYOVA:- Ya ne ponyal. On çto uje skonçalsya?.. (Hönkürür). Oy-oy-oy… Şaban Şadmanoviç, po qrob jizni tı jil kak mujşşina…
    NİNEL (Lyovaya): - A kişi, hələ ölməyib ey… Ağlama! Nəbzi vurur… Yox ey, deyirəm bunun dədəsi lap biabırçı olub!
    QƏMLİ:- Kimin dədəsi?.. Safarmuradı deyirsən- Soltanmuradın atasını?
    NİNEL:- Xeyr!.. Sənin gorbagor dədəni deyirəm.
    QƏMLİ:- Bura bax, Ninel, ayıbdır, evdə qonaqlar var, kişi də ki, orada… Hım-m… Mənim dədəmlə sənin nə işin?..
    NİNEL:- Yazıq İmanquluya lağ edirsən, deyirsən onbir uşağı olub, bu, biabırçılıqdır. Halbuki sənin öz dost-doğmaca dədən Qurbanqulunun on üç züryəti olub, bu, biabırçılıq deyil bəs nədir onda?..
    LYOVA (gülür): - Vot et zdorovo! (Çarpayıya sarı baxıb ciddiləşir). Ay-ay-ay… Oy-oy-oy… Prosti, Şaban Şadmanoviç… (Ninelə). Kak vı dumayete, on nas slışit, barişnya?..
    NİNEL:- Axmaq söz-söhbətləri eşitməsə yaxşıdır elə…
    QƏMLİ:- Axmaq belə sənin… (çarpayıya baxır), qohum-əqrabandır…
    LYOVA:- Ey, barişniya, mı suda yavilis dlya blaqovo dela…
    SOLTAN:- Özü də ayağımız yüngüldür… İnşallah…
    LYOVA (Qəmliyə):- İnşallah! Vı muj I jena?.. To yest ona tvoya jena?..
    SOLTAN:- Deyəsən tərsinədir.
    NİNEL:- Tərsinə olan nədir?
    LYOVA:- Soltan, to yest Soltanmurad imeyet v vidu, şto…
    NİNEL:- Bura baxın… İndi mənim gözümə nə Soltanmurad görünür, nə də Səfərmurad… Mən o boyda ata itirirəm…
    LYOVA:- Znaçit, tı doç moevo brata… (Kövrəlib Ninelin əlindən tutur). Kak tebya zavut?..
    QƏMLİ:- Nineldi adı.
    LYOVA:- Ninel?.. Kakoye xoroşoye imya! Prosti, Ninelcan… (Çarpayıya sarı). Tı toje prosti, Şaban Şadmanoviç…
    NİNEL:- (geri çəkilir):- Yaxşı. Rəşadəddin, səninlə sonra danışaram. Görərik kimdir axmaq?
    SOLTAN:- Rəşadəddin kimdir?..
    QƏMLİ:- Rəşadəddin mənim adımdır.
    LYOVA:- Tı şto, qde Raşadaddin, i qde Qamli?
    SOLTAN:- Bəs Lev hara, Lyova hara?..
    QƏMLİ:- Hələ bəs demirsən: Soltanmurad hara, Soltançik hara?..
    LYOVA:- Da, brattsı, bolşe net slov… (Ninelə). Qamli, to yest peçalnıy mne skazal, çto moy karifan i bratok Şaban Şadmanoviç xotel na poslednom uslışat Lva Aleksandroviça. Pravilno?..
    NİNEL:- O kimdir elə?.. Lev… Aleksandroviç?..
    LYOVA:- Eto ya… Barişnya, moya nastoyaşşeye imya ne Lyova, a Lev Sanıç… A eto Soltançik…
    SOLTAN:- Dedim ki, mənim əsl adım Soltanmuraddır…
    LYOVA:- A kak nastoyaşşoye imya Qamli? Raşa… Raşadat?... Çort poberi…
    SOLTAN:- Rə-şa-dəd-din.
    LYOVA:- Roşa… Net… Ne poluçaetsya… Luçşe-Qamli. (Ninelə). Tı znaçit jena Qamli, da, pravilno?..
    QƏMLİ:- Hə də… Şabanın kürəkəniyəm…
    LYOVA:- Ya znayu, şto tı zyat Şabana Şadmanoviça. No… Ya ne znal çto imenno Ninel tvoya jena… Priyatno poznakomitsya!
    NİNEL (Qəmliyə):- Qonaqlara de ki, əyləşsinlər, indi çay gətirirəm…
    SOLTAN:- Bəlkə… (Çarpayıya sarı). Bir xəstəyə baş çəkək…
    LYOVA:- V posledniy raz… Eto naş dolq…
    QƏMLİ:- Yox… Mən istəmirəm… Yəqin ki, Şaban dayı özü də istəməzdi ki, dostları onu ölüm yatağında görsünlər… Axı, o… həmişə… (Kövrəlir)… gülərüz… xoşsima…
    LYOVA:- Nu, ladno, ladno… U menya serdsa razrıvayetsya…
    SOLTAN:- Allah rahmat…
    QƏMLİ:- Hələ nəbzi vurur…
    SOLTAN:- Güzgüyə də ki, ehtiyac yox…
    LYOVA:- Koneşno. Komu nujno tvoye zerkalo?.. Nikomu!..
    NİNEL (Qəmliyə):- Qonaqlara de ki, əyləşsinlər. Eşitmirsən?..
    QƏMLİ:- Əyləşin.

    Əyləşirlər. Ninel gedir. Lyova əyləşir, Soltan ayaqüstə barabanın o üz-bu üzünə baxır.
    SOLTAN:- Qocalıb...
    QƏMLİ:- Yox… Çox da qoca deyil…
    SOLTAN:- Mən öz barabanımı deyirəm…
    LYOVA (əlini şeypura sarı uzadır):- U menya toje ustarel… Vse mı postareli… Starost ne radost…
    SOLTAN:- Doğrudan da bizim ataların yaxşı sözü olub…
    QƏMLİ:- Mənim də qocalığa aid sözüm var…
    SOLTAN:- O, nə sözdür elə?..
    QƏMLİ:- Mən öz sözümü şe’rnən demişəm…
    SOLTAN:- Sən də Maxdumqulu kimi şe’r yazırsan?..
    QƏMLİ:- Yox ey… Nə Maxtum, nə Qulu? Mənim öz yolum, öz üslubum var. Bir qulaq asın deyim. Bu gün yazmışam bu şe’ri. (Qalxıb dolabın üstündəki ayaqqabının içindən kağız çıxarıb oxuyur).
    İnsanı yıxan qocalıqdı,
    Amma qocalıq-ucalıqdı.
    Vardır ölkəmdə ahıllar,
    Onları sevməz paxıllar.
    Qocalar bilməz nədir dinclik,
    Sən isə onları sev, ey gənclik.
    Biz qocalsaq da, qocalmaz bu ürək,
    Şərəflə yaşa və öl, Şaban dayı tək.

    NİNEL (səsi gəlir):- Yazıq atam!..
    LYOVA: - Pax! Pax! Noqodyou, tı stakiy, ya çut ne plakal! Prosto prelest! Tı deystvitelno, sam napisal etot stişok?..
    QƏMLİ:- Hə… Qəzetə verəcəyəm bu şe’ri…
    SOLTAN:- Şe’rə söz yoxdur, Rəşadəddin… Elə mənim qonşum da şairdir. Hərdən məni çağırır, ortaya bir araq qoyur, şe’rdən oxuyub başlayır ağlamağa.
    LYOVA: - Vot durak! İ poçemu on plaçit?..
    QƏMLİ:- Şairlərin hamısı dərdli-qəmli olur…
    SOLTAN: - Elədir… Elə mənim o ağlayan qonşumun da dərdi çoxdur. Yeddi dəfə evlənib…
    NİNEL (tül pərdənin arxasından səsi gəlir):- Kül onun başına!..
    LYOVA: - Naverno u nevo uje sem pasanov…
    SOLTAN: - Yox... Cəmi bir uşağı var, onu da sonuncu arvad özüylə gətirib…
    NİNEL (səs): - Bıy, yazıq. Yəqın onunçün ağlayır.
    LYOVA: - A u tebya skolko, Qamli?..
    QƏMLİ:- Nə? Uşaq?.. Beş dənədi…
    SOLTAN: - Allah saxlasın… Azdır…
    NİNEL (səs): - Bəsimdır...
    SOLTAN: - Sənin şe’rin mənə lap Maxtumqulunu xatırlatdı.
    LYOVA: - Proçitay, yeşşo odnoqo stişka bratok Qamli…

    Ninel məcməyidə çay gətirib stolun üstünə qoyur.

    SOLTAN: - Hə, bu başqa məsələ...

    Qapı döyülür.

    QƏMLİ:- Deyəsən, gələn var. Aç gör kimdir…

    Ninel qapını açır. BİKƏ gəlir. Onun əlində kiçik qatıq bankası var.

    BİKƏ:-Bıy, başıma xeyir… Bunlar kimdir belə?..
    QƏMLİ:- Sən özün kimsən, ay arvad?..
    BİKƏ:-Mən?.. Mən Şabanın tanışıyam…
    NİNEL:- O qatıqsatan arvad sənsən?..
    BİKƏ:-Hə... Nədən bildin bunu?..
    NİNEL:- Atam o gün deyirdi ki, Bikə çoxdandır görünmür, ürəyim qatıq istəyir.
    BİKƏ:-Düz deyır... Başım qarışıq idi. Bəs Şaban özü hanı?..
    QƏMLİ:- Şaban dayı ölüm yatağındadır…
    BİKƏ:-Küfr danışma… Kişi o günləri sap-sağlam idi… (Tərs-tərs qonaqları və musiqi alətlərini süzür). Nə oldu ona birdən-birə?.. (Şabanın öskürək səsi gəlir).
    LYOVA:- Şaban Şadmanoviç von tam…
    NİNEL:- Əyləş, xala… Qoy çay gətirim…
    SOLTAN: - Bu xala bəlkə Şalban Şalbanoviçi görmək istəyir?
    QƏMLİ:- Əşi, Şalban yox ey…
    LYOVA:- Da, kakaya teper dlya Şabana Şadmanoviça raznitsa: Şadman ili Şalban?..
    BİKƏ:-Boş-boş danışmayın… Necə yə’ni “Kakaya raznitsa”?.. Şalbanla Şadmanın fərqini Şaban özü göstərər sizə…
    NİNEL:- Xala, istəyirsən keç o tərəfə… Onsuz da atam halsızdır.

    Öskürək səsi gəlir. Sonra şeypur səsi. Hamı təəccüblə bir-birinə baxır. Bikə əlini yellədə-yellədə xəstənin yanına keçir.

    LYOVA (şeypura baxır):- Ni xira sebe!.. Ya niçeqo ne ponimayu…
    BİKƏ (gedə-gedə):- Bəs indiyəcən bu oğul-uşaq harada idi görəsən?
    NİNEL:- Çay gətirim, xala?..
    BİKƏ (səsi gəlir):- Gətir, iki stəkan gətir…
    NİNEL:- Axı, o içmir…
    BİKƏ (səs): - İçmir, içirdərik…
    SOLTAN: - Deyəsən, Şalban Şalbanoviçin dərdini bu arvad daha yaxşı bilir…
    QƏMLİ:- Yenə də “Şalban”?..
    SOLTAN: - Bağışla, dilim yatmır…
    LYOVA: - Şto nam delat?..
    SOLTAN: - Bir az gözləyək…

    Ninel tül pərdənin arxasına üç stəkan çay aparır.

    LYOVA: - Qamli, tı vse yeşşo prodoljayeş rabotat sopojnikom?
    QƏMLİ:- Hə, elə o köhnə budkadayam…
    SOLTAN:- Onda sənin işin pis olmaz…
    QƏMLİ:- Elə yaxşı da deyil. İndi hamı sökülən ayaqqabısını özü tikir.
    SOLTAN:- Hər halda bir-iki dəfə söküləndən sonra yəqin yenə sənin yanına gəlirlər.
    QƏMLİ:- Əlbəttə… Allah bərəkət versin…
    SOLTAN: - Allah rahmat eləsin…
    LYOVA: - Tı şto? On yeşşo jiv…
    SOLTAN: - Onu demirəm ey…
    LYOVA: - A kovo tı imeyeş vidu?..
    SOLTAN:- Ümumiyyətlə deyirəm... Dediyim odur ki, indi ən axmaq sənət bizimkidır. Bilirsən niyə?.. Qoy deyım. Oturub gunlərlə, aylarla müştəri gözləyirik, o da ola, ya olmaya...
    QƏMLİ:- Nə müştəri?..
    SOLTAN: - Canım, necə yəni nə müştəri? Bu ölən köpəy uşağının bu dünyada bir adamı-zadı olmur? Olur də!.. Görürsən ki, bə’zisinin ağlına gəlir ki, orkestr çağırmaq lazımdır. Amma çoxu bunu anlamır…
    LYOVA: - V osnovnom k nam obraşşayutsya voyennıye lyudi.
    QƏMLİ:- Hə... Şaban dayı da hərbçi olub… İki ayağını bir başmağa dirədi ki, mən öləndə üstümə gərək orkestr gəlsin. Lyovanın adını məxsusi qeyd etdi.
    LYOVA: - İ vot, mı prişli… Kak palojena…
    SOLTAN: - Görək axırı nə olur? Bır aydan çoxdu bizi heç yerə çağıran yoxdu…
    LYOVA: - Vse k luçşemu… Boqu vidneye…
    QƏMLİ:- Görək də... Allah bilən məsləhətdi...

    Bikə görünür. Küncdən kərpic, asılqandan dəsmal götürüb cəld addımlarla geri qayıdır.

    BİKƏ (gedə-gedə):- Əlbəttə, Allah bilən məsləhətdi. Qurban olum onun məsləhətinə. Kişi möhkəm soyuqlayıb. Gərək kürəyinə ya təpitmə qoyula, ya da kərpic…
    SOLTAN:- Kərpic yaxşıdır… (Gözü dolabın üstündəki ayaqqabıya sataşır). Kərpic… Qəmli, bu ayaqqabıları özün tikmisən?.. (Gedib ayaqqabıları götürüb baxır). Nə qəribə ayaqqabıdır… Bir bax, Lyova…

    Lyova ayaqqabılardan birini götürüb diqqətlə nəzərdən keçirir.

    LYOVA: - İnteresnıy veş, bratok… naverno importnıy suvenir…
    QƏMLİ:- Deyəsən, heç nə başa düşmədiniz… Bir bəri verin görüm. (Ayaqqabıları onlardan alır). Bax, bu, həmin ayaqqabıdır, həm də… həm də bakal…
    LYOVA: - Yolki-palki, kak eto mojet bıt?..
    SOLTAN: - Bakaldır?.. Hanı bakal?.. Bıy, bu nədir?..

    Soltan ayaqqabının dabanını çəkib çıxarır, Lyova və Soltan heyrətlə ona baxırlar.

    LYOVA: - Eto je qenialno…
    SOLTAN: - Bax, əsrin kəşfi budur.
    LYOVA: - Praktiçnaya veş. Klyanus... Başka u tebya rabotayet, bratok...
    QƏMLİ:- O günləri işdə boş-bekar oturmuşdum. Bir-iki cızma-qara eləmişdim ki, bir də gördüm budkaya iki köhnə tanışım gəldi. Şe’rlərimə qulaq asıb təriflədilər. Biri dedi ki, bu cür sənət əsərini yumamaq günahdır. Dedim ki, məndə bir şey yoxdur. Dedi məndə var. Bir də gördüm, budu ha, cibindən bir əntiqə rus arağı çıxartdı. Mən də süfrəyə bir az şor-çörək, iki baş əntiqə soğan qoydum. Tərsliyə bax ki, budkada cəmi bir bakal vardı...

    Lyova və Soltan ləzzətlə ağızlarını marçıldadırlar.

    LYOVA:- Vodka yest, a bakalov net... Eto je tragediya... Kulturnıye lyudı iz qorlışka vodku poçemu-to ne moqut pıt...
    SOLTAN: - Əlbəttə… belə yerdə bakal mütləq lazım olur.
    QƏMLİ:- Bir bakalı növbə ilə bir-birinə ötürmək heç mənim xoşuma gələn iş deyil. Ətrafa bir də göz gəzdirim. Gözümə bir cüt hündür daban sataşdı. Təp-təzə tufli dabanları idi: içi də bomboş. Əsl bakala bənzəyirdi. Dedim, evrika! Bilirsən “evrika” nədir?.. Yəni “tapmışam!”
    LYOVA: - Naverno eto armyanskoye slovo…
    SOLTAN: - Nə?.. Evrika?.. Bu, öz sözümüzdür. Qədim türk sözüdür.
    LYOVA: - Ya zabıl, kto qovoril, kajetsya kakoy-to uçyonıy skazal, mol slavyane i turki adno i toje… Odin çort…
    QƏMLİ:- Nə isə… Sizdən də xoş, arağı nuş etdik, soğanların başını əzdik. Tanışlarım gedəndən sonra dabanlara bir də baxdım…
    LYOVA:- Oni jenskie kabluki… (Alıb ayaqqabı dabanlarına baxır). Prosto prelest…
    SOLTAN: - Adamın ağzı sulanır baxdıqca…
    QƏMLİ:- Qulaq asın... Sonra hər iki dabanı götürüb qəşəngcə yiyələdim, bülövlədim, içini qaşıdım, çölünü lakladım… Yox… İş bununla bitmədi ki… Sonra qopmuş dabanları-yə’ni bu “bakalları” ayaqqabının altına bərkitmək üçün vintlər tapdım…
    SOLTAN: - Nə gözəldir!..
    LYOVA: - V jizni takoqo ne vstreçal… Klyanus
    QƏMLİ:- Əşi, bir qulaq asın. Görün bir sonra ağlıma nə gəldi? Fikirləşdim ki, iki “bakal”, yə’ni iki daban var, lap yaxşı! Niyə əlavə iki bakal da olmasın?.. Ayaqqabının arxa tərəfinə içəridən qəşəng, özü də çökək bir dəri parçası vurdum. Bir baxın, indi bunun elə içi də bakala oxşayır. Beləliklə, iki ayaqqabı dönüb oldu dörd “bakal”.

    Lyova və Soltan ağızlarını marçıldadırlar.

    SOLTAN: - Ta mənim sənə sözüm yoxdur…
    LYOVA: - Tı nastoyaşşiy konstruktor. Tvoi bakalı nado ispıtivat v dele…
    QƏMLİ:- İnşallah… Görək də…
    SOLTAN: - Bizim ayağımız yüngüldür. İndi bir xəbər çıxar yəqin…

    Bikə cəld gəlir, vanna götürüb iti addımlarla qayıdır. Şeypur səsi. Hamı diksinir.

    BİKƏ (gedə-gedə):- Şükür, deyəsən üzü bəridir.

    Hamı tərs-tərs qadını süzür.

    LYOVA: - Otkuda vzyalas eta vedma?..
    SOLTAN: - Bir onun yırğalanmasına bax…
    QƏMLİ:- Yaman əl-ayaqdadır!
    LYOVA: - Naverno, eto lyubovnitsa Şabana Şadmanoviça.
    QƏMLİ:- Yox… Ola bilməz…
    LYOVA: - Ya je znayu. Pokoynıy… u-e-u, çort poberi… sam qovaril çto odnoy jenşinoy…

    Şabanın öskürək səsi eşidilir. Ninel gəlir.

    NİNEL:- Nəfəs alır. Gözünü də açıb…
    LYOVA: - Slava boqu…
    SOLTAN: - Mən dedim də… Nə, gözünü açıbdır?
    QƏMLİ:- O qatıqsatan arvad həkim-zaddır bəyəm?...
    NİNEL:- Hər nədir, özü bilər… (Qəmliyə). Bura bax, uşaqlar iki gündür damın altında ac-susuzdur. Gedim onlara baş çəkim, bir azdan qayıdıb gələcəm…
    QƏMLİ:- Oldu… Mən… Biz buradayıq. Görəsən o qatıqsatan neyləyir orada?

    Ninel stolun üstündən stəkanları yığıb aparır və tez qayıdır.

    NİNEL:- Sənin onunla nə işin?.. Çay içmək istəsəniz çaydan qazın üstədir… istidir…
    QƏMLİ:- Oldu. Sən arxayın get…
    SOLTAN: - Sizə yaxşı yol… İnşallah…
    LYOVA: - Do svidaniye, barişnya…

    Ninel gedir. Öskürək səsi. Arabir Bikənin pıçıltısı eşidilir-sanki qadın kimisə oxşayır, layla deyir.

    SOLTAN: - Deyəsən, dirilir.
    LYOVA: - Jenşina-bolşaya sila…
    QƏMLİ:- Arvadın həyasızlığına bir bax… Gedib qatığını satmır…
    LYOVA: - Şaban Şadmanoviç silnıy mujik…
    SOLTAN: - Bayaq söhbət yarımçıq qaldı…
    QƏMLİ:- Hansı söhbət?..
    LYOVA: - Po povodu kabluka?.. Voobşe, vı kak polojena sleduyet vıpili vodku?
    QƏMLİ:- Hə... Bayaq dedim də. Üç adam məsələni necə lazımdı həll etdik…
    LYOVA :- Sluşay, vı pili vodku v budke? A zdes, çto nam delat?
    SOLTAN: - Lyova, əyibdir… Yadda saxla ki, sən musurman öyündəsən…
    QƏMLİ:- Yox, məsələ onda deyil. Şaban dayı üçün müsəlmanla xristianın elə də fərqi yox idi… Onun molladan, keşişdən də zəhləsi gedirdi…
    LYOVA: - On poka jiv i zdorov…
    SOLTAN: - Hə, bax bu başqa məsələ. Şalban Şalbanoviçin sağlığına içmək olar.
    QƏMLİ:- “Salban” yox ey...
    LYOVA: - Soltançik, tı odurel, şto li? (Başını yellədir, sonra Qəmliyə). Za tvoyo izobreteniye toje mojno pit. Eto toje povod…
    SOLTAN: - Görək ayaqqabılar sınaqdan necə çıxır?
    QƏMLİ:- Mən heç nə demirəm… Məsləhət sizindir. Amma burada dişə dəyən bir şey yoxdur. Gərək ya evə gedəm, ya da dükana…
    LYOVA: - Da, niçeqo ninado… Mı sami şto-nibud pridumayem. Soltançik, şto nam delat?.. Posmotri tuda yakşi-yaxşi, xoroşenko…
    SOLTAN: - Hə baxım görüm bır şey varmı?..

    Soltan barabanın qapağını qaldırıb onun içindən araq şüşəsi çıxarır, stolun üstünə qoyur.

    LYOVA: - Prelest! A zakuski neto!..
    QƏMLİ:- Tərs kimi, heç nə yoxdu yeməyə. Ninel xörəyi öz evimizdə bişirib gətirir.
    SOLTAN: - Bəlkə o arvada deyəsən… bir şey bişirsin?..
    QƏMLİ:- Hə, ona? O qatıqsatana? (Ucadan). Ay xala, bəlkə yüngülvari bir şey hazırlayasan?..

    Bikə cəld addımlarla gəlir.

    BİKƏ:- Bayaq baxdım. Soyuducu bom-boşdur. Bazarlıq eləyin, mən də biş-düş eləyim.
    LYOVA: - Po moyemu ona prinesla matsoni. Matsoni xaroşaya zakuska…
    QƏMLİ:- Matson? Hə, kefir… Xala, qatıq…
    BİKƏ:- Qatığı Şabana içirtdim.
    SOLTAN: - Deyirəm axı, bayaqdan oradan marçıltı səsi gəlir.
    LYOVA: - A ya dumal, oni potseluyutsya…
    BİKƏ (irəli yeriyir):- Nə?.. Utanmazlar!..
    QƏMLİ:- Yaxşı, yaxşı, xala… Get, özümüz bir şey fikirləşərik.

    Şeypur səsi. Bikə deyinə-deyinə, donunun ətəyini əli ilə tutub cəld pərdənin arxasına keçir. Oradan marçıltı gəlir.

    LYOVA: - Vidimo, Şaban Şadmanoviç yest matsoni…
    SOLTAN: - Yox, bu nəsə qatıq məsələsinə oxşamır…
    QƏMLİ:- Axı, bu dedi ki, qabda qatıq qalmayıb…
    LYOVA: - A mojet Şaban Şadmanoviç teper moloko pyot…
    QƏMLİ:- Bu kişi də özünə… iş tapıb də…
    SOLTAN: - Rəşadəddin… Qəmli qardaş, fikir eləmə. Arağı süz görək…
    LYOVA: - İ v pryomo v kabluk…
    QƏMLİ:- Bəs zakuska?..
    LYOVA (əlini uzadıb qabdan qənd götürür):- Vot i zakuska!..
    QƏMLİ:- Əşi, qəndlə araq içilər?..
    SOLTAN: - İçilər, içilər… Arağınkı elə bu cür yüngül yeməklərdir.
    LYOVA: - Vodka - delo eto tonkoe…
    QƏMLİ:- Nə deyirəm? Olsun. (Arağı ayaqqabı dabanlarına süzüb, onlara uzadır). Mən bu gözəl ne’məti ən çox baş soğanla içirəm...
    LYOVA: - Kabluk vozmi sebe a mne poday tufli… Ya sam nalyu.

    Qəmli və Soltan araq doldurulmuş ayaqqabı dabanlarını götürür. Lyova isə ayaqqabının içinə araq süzür.

    SOLTAN:- Lyova ayaqqabı dabanından daha çox qadın dabanlarını xoşlayır.
    LYOVA:- Soltançik prav. Obajayu jenskuyu pyatku…
    QƏMLİ:- Eşitmişdim ayağı sevərlər. Hətta, buna aid şe’rim də var. Amma daban məsələsini birinci dəfədir eşidirəm…
    SOLTAN:- Sən ayağı sevirsən-bu, şairliyindən irəli gəlir. Amma gərək dabanı da xoşlayasan.
    QƏMLİ:- Dabanı nə üçün sevməliyəm ki?..
    LYOVA: - Da, potomu, çto tı sapojnik...
    SOLTAN: - Hə, çörəyin dabandan çıxır.
    QƏMLİ:- Nəsə indiyəcən bu barədə fikirləşməmişəm. Amma maraqlı ideyadır.
    LYOVA:- Rebyata, davayte vıpyom, za zdorovye naşeqo mnoqouvajaemova Şabana Şadamnoviça.
    QƏMLİ:- İçək…
    SOLTAN: - Pis sağlıq deyil. İçək…

    İçirlər. Qənddandan qənd götürüb ağızlaına atırlar.

    LYOVA: - Vkusnıy veş. (Ayaqqabını öpür). A eto bolee vkusneye…
    SOLTAN: - Birini də süz…
    QƏMLİ:- Hara tələsirsən, Soltanmurad Səfərmuradoviç?..
    SOLTAN: - Birdən arvadın gələr…
    LYOVA: - Kak yeyo zvat?..
    QƏMLİ:- Ninel...
    LYOVA: - Da… Şto eto za imya? Ninel…
    QƏMLİ:- Biliriniz, Şadman dayı əsl ideya adamı olub. Lenini çox sevib, ona görə rəhbərin adını qızına qoyub.
    SOLTAN:- Leninin Ninelə nə dəxli, canım?..
    QƏMLİ:- Lenini tərsinə çevirəndə Ninel oxunur.
    LYOVA:- Ninel-Lenin… Da, pravilno. Eto toje bolşoye izobrateniye, poçti tak, kak tvoi kabluki.
    SOLTAN:- Elədir… Bax, bu dabanı belə qoyanda kabluk olur, belə qoyanda bakal…
    LYOVA: - Da... No, naley… Kovo yı jdyoş?..

    Qəmli “badələrə”araq süzür.

    QƏMLİ:- Götürün… Bağışlayın, zakuska bir az zəif oldu.
    LYOVA: - Niçeqo. Vse normalno. Yest odno predlojeniya: vıpyom za Lenina.
    QƏMLİ:- Leninin sağlığına?..
    LYOVA: - Da. Koqda mı qovorim Lenin, podrazumevaem…
    SOLTAN: - ...partiya...
    LYOVA: - Kakaya partiya, durak?.. Koqda mı qovorim Lenin -podrazumıvaem Ninel, a koqda mı qovorim Ninel-podrazumıvaem Lenin.
    SOLTAN: - Ə’la tost dedin, Lyova.
    QƏMLİ:- Hə, demək Leninin, yəni Ninelin sağlığına. Özü eşitsəydi zakuskamız lap ə’la olardı.

    İçirlər. Sonra hərə ağzına bir qənd parçası atır.

    LYOVA:- Soltançik, a teper şto nam delat?..
    SOLTAN:- Gedək deyirsən?..
    QƏMLİ:- Gedirsiniz?.. Nolar, lazım gəlsə çağıraram…

    Lyova və Soltan getmək istəyirlər.

    SOLTAN:- Gedək, sonra gələrik… Amma bu “ayaqqabıların” dabanını öz yerinə bərkit ha…
    LYOVA: - Nu, do sividanie, bratok…
    QƏMLİ:- Bəs bunları aparmırsız?..
    SOLTAN: - Nəyi?..
    QƏMLİ:- Barabanı, trubanı…
    SOLTAN: - Yox, canım. Hara aparırıq? Onsuz da yenə qayıdacağıq bura...
    QƏMLİ: - Birdən başqa yerə, hüzrə-zada gedəsi olarsız…
    LYOVA: - Da kto seyças poxoranet pod orkestrom?..
    SOLTAN: - Hanı bizdə elə baxt?.. İndi ölünü ya molla basdırır, ya da keşiş… Hayıf deyil muzıka…
    LYOVA: - Da, eto tak!..

    Lyova boş şüşəni barabanın içinə atır. Qəmli “dabanları” taxaraq “ayaqqabıları” cütləyib dolabın üstünə qoyur. Soltanmurad əlini şeypurun dillərinə çəkir. Qəfildən hərbi marş sədası səslənir: sanki otaqda orkestr çalır. Soltan əlini şeypurun üstündən götürür, qollarını yuxarı qaldırıb yüngülcə süzür. Lyova onun qolundan tutub kənara çəkir. Musiqi qəfildən başladığı kimi qəfildən də kəsir.

    LYOVA: - Poka, Şaban Şadmanoviç…
    SOLTAN: - Allah rahmat eləsin…
    QƏMLİ: - Hə, onda sizə yaxşı yol…

    Soltan və Lyova səntirləyə-səntirləyə gedirlər. Qəmli qorxa-qorxa şeypura baxır. Bikə əlində stəkan Qəmliyə yaxınlaşır.

    BİKƏ: - Şüşədə bir şey qaldı?
    QƏMLİ: - Nə?.. Hansı şüşədə?.. Bankanı deyirsən?.. (Səntirləyir).
    BİKƏ: - Banka nədir?.. Deyirəm o araqdan qalıbsa bir az bu stəkana süz…
    QƏMLİ: - Araq?.. Araq nədir? Bir də ki, sən neynirsən arağı, ay xala?..
    BİKƏ:- Bura bax, əvvəla, mən “xala”-zad deyiləm. İkincisi də bayaqdan fikir verirəm, siz burada sağlıq deyib içdikcə orada kişinin dodaqları səyriyir…
    QƏMLİ:- Araq nə gəzir?.. Hə... O musiqiçilər özləri ilə alətlərinin his-pasını təmizləməyə azacıq spirt gətirmişdilər, onu da hara lazımdı istifadə elədilər… Məndə bir şey yoxdu.
    BİKƏ: - Deyəsən, gələn var…
    QƏMLİ: - Yəqin Nineldi…

    Qəmli qapıya yaxınlaşır. Ninel və Marlen gəlirlər. Marlenin əlində səfər çantası.

    MARLEN:- Salam, Rəşadəddin!

    Qəmli və Marlen görüşür, Bikə cəld addımlarla tül pərdənin arxasına keçir.

    QƏMLİ:- Salam, xoş gördük, Miri… e-e-e… Marlen. Nə var, nə yox?.. Təyyarədən indi düşdün?..
    MARLEN:- Hə… Ninellə elə qapıda rastlaşdıq. Yaxşı, bəs atam hanı?..
    NİNEL:- Odur, oradadır...

    Ninellə Marlen tül pərdənin arxasına –xəstənin yanına keçir. Bikə iri addımlarla gəlib əvvəlcə stulda əyləşir, sonra yerdəki musiqi alətlərinə baxır, ayağa qalxıb diqqətlə dolabın üstündəki “ayaqqabılara” baxır, götürüb iyləyir, sonra yerinə qoyur. Ümumiyyətlə, qadının hərəkətlərində bir cəldlik nəzərə çarpır: sanki iş görmək üçün onun enerjisi aşıb-daşır. O yan-bu yana getdikcə Bikə donunun enli ətəyini qaldırıb yellədir, onun açıq baldırları görünür. Qadın gedib tül pərdənin bu üzündən o tərəfə baxır və Qəmli ona yaxınlaşır.

    QƏMLİ: - Bağışlayın məni…
    BİKƏ: - Nə olub ki?..
    QƏMLİ: - Bayaq... Bir az yaxşı düşmədi…
    BİKƏ: - Nə?..
    QƏMLİ: - Sizə “xala” deməyim… Siz lap cavan imişsiniz ki…
    BİKƏ: - Hə... Eybi yoxdur. Nə olsun ki?.. Bunlar xırda şeylərdir. Əsəs məsələ Şabanın səhhətidir…
    QƏMLİ: - Bəli… Elədir… Şaban dayı yaxşı adamdır. Ona yaraşmır… (Kövrəlir). Ax, Şaban dayı… Sənə yaraşmır axı…
    BİKƏ: - Nə yaraşmır Şabana?..
    QƏMLİ: - Ölmək… yaraşmır ona …
    BİKƏ: - Bəd-bəd danışma… Həkim çağırmaq lazımdır.
    QƏMLİ: - Həkim gəlmişdi, baxıb getdi. Dərmanını almışıq. İynələrini Ninel özü vurur. Axı, o feldşerliyi qurtarıb.
    BİKƏ: - İynə vurmağa nə var ki? Bunu mən özüm də bacarıram…
    QƏMLİ: - Həkim dedi ki, onu tərpətmək olmaz.
    BİKƏ:- İndiki həkimlərin çoxu baytardır…
    QƏMLİ:- Nə?.. Bay-tar?.. Hə, bildim nə deyirsiniz… Qatığın hamısını içdi Şaban dayı?..
    BİKƏ:- Əlbəttə, içdi…
    QƏMLİ:- Of-f-f... Yazıq Şaban dayı…

    Ninel və Marlen gəlirlər. Qəmli gedib stulda əyləşir. Marlenlə Ninel ayaq üstə. Onların söhbəti zamanı Bikə tez-tez tül pərdənin arxasına keçir, təzədən qayıdıb otağa girir; qadın stəkan-nəlbəkini, bankanı, vannanı aparıb-gətirir. Qəmli və Marlen altdan-altdan, gizli bir maraq və təəccüblə Bikəyə göz qoyurlar. Hiss olunur ki, qadının hərəkətləri Nineli əsəbiləşdirir.

    NİNEL:-Uşaqlar necədir, Marlen?..
    MARLEN:- Yaxşıdırlar… Salamları var… Atam heç yemək-zad yeyir?..
    NİNEL:-İki-üç gündü heçnə yemirdi… Bayaq bu qatıqsatan arvad bir az yedirtdi onu… Azacıq qatıq içdi…
    QƏMLİ:- Azacıq deyəndə ki… Bir banka qatıq…
    MARLEN:- Hım-m-m… Yaxşı… (Gözü musiqi alətlərinə sataşır). Bəs bunlar nədir belə?..
    NİNEL:-Atam vəsiyyət eləmişdi ki, öləndə musiqi ilə dəfn olunsun…
    MARLEN:- Axı, o, hələ ölməyib…
    QƏMLİ:- Musiqiçi dostları özləri eşidib gəlmişdilər…
    MARLEN:- Hım-m-m… Yaxşı. Deyəsən, dili tutulub kişinin…
    QƏMLİ:- Elə hər yeri tutulub…

    Bikə tərs-tərs Qəmliyə baxır.

    MARLEN:- Bir vəsiyyəti-zadı olmadı ki?..
    BİKƏ (gedə-gedə) : - Allahın köməkliyiynən tezliklə ayağa duracaq…
    NİNEL:-Bikə, sən get o tərəfdə otur. (Əli ilə tül pərdənin arxasını göstərir).

    Bikə gedir. Amma arabir o, yenə otağa girib-çıxır, donunun ətəyini yellədə-yellədə vurnuxur.

    MARLEN:- Mən ötən dəfə telefonla danışanda atama demişdim ki, otaqları tə’mir etdirsin. (Ətrafa göz gəzdirir). Amma hər şey köhnə qaydadadır, heç nəyə əl vurulmayıb.

    NİNEL:-Nəynən tə’mir etdirəydi?.. Bəyəm pulu var atanın?..
    MARLEN:- Demişdim ki, pul göndərəcəyəm…
    QƏMLİ:- Pul olsa nə var ki?.. Elə mən özüm də tə’mir eləyərəm…
    NİNEL:-Yaxşı, yaxşı… Sən get ayaqqabılarını yama… Nədir, gözlərin qızarıb, mürgüləyirsən yenə?..
    QƏMLİ (doluxsunur):- Dünəndən bəri ağalyıram… Yazıq Şaban dayı…
    MARLEN:- Hım-m-m… Rəşadəddin, özünü ələ al, səbrli ol…
    QƏMLİ:- Ta mən Rəşadəddin deyiləm…
    MARLEN:- Bəs kimsən?.. (Gülür). Məzən olsun sənin…
    QƏMLİ:- İndi hamı mənə “Qəmli” deyir…
    MARLEN:- “Qəmli”?.. Niyə elə?..
    QƏMLİ:- Çünki son vaxtlar bu ləqəbnən şe’r yazıram.
    NİNEL:- Bir az havalanıb, başı batmış…
    QƏMLİ:- Vergi verilib mənə. Çəkməçi budkasında oturub səhərdən-axşama kimi yazıram…
    MARLEN:- Demək təxəllüsün də… “Qəmlidir”, hə?.. Bəs niyə pessimist?..
    QƏMLİ:- Pessimist nədir?..
    MARLEN:- “Pessimist”-yə’ni qəmli. Gərək “optimist” olaydın.
    QƏMLİ:- O nədir elə?..
    MARLEN:- Yə’ni nikbin, şən…
    NİNEL (əlini boğazına çəkir): - O, vurandan sonra optimist olur…
    QƏMLİ:- Deyirlər içməyən adamdan şair olmaz…
    MARLEN:- Nizami Gəncəvinin dilinə içki dəyməyib, amma böyük şair olub.
    QƏMLİ:- Nizami şe’rlərini öküz gönünün üstünə yazıb, amma mən ayaqqabı yamamağa əl boyda gön tapmıram.
    NİNEL:- Gic-gic danışma… Yox bir, guya gön tapsaydın səndən Nizami olacaqdı?!.
    MARLEN:- Yaxşı, mübahisə etməyin… Ninel, mən cəmi üç günlüyə gəlmişəm. İşim elədir ki, kənara iki-üç gündən artıq çıxa bilmirəm. Son vaxtlarsa alver zəifləyib… Şəriklərimlə aramızda narazılıq yaranıb…
    QƏMLİ:- Öz mallarınızdan gətirəydin beş-on cüt…
    MARLEN:- Bizim ayaqqabılar çox bahadır, burada yeriməz… Hım-m-m… Yaxşı, Ninel, nə düşünürsən: bu evin axırı nə olacaq?..
    NİNEL:- Nə olasıdır ki?.. Atamızın evidir, qalar nəvələrə… Evin nə ziyanı?.. Elə deyilmi?..
    MARLEN:- Onu demirəm ey… Əlbəttə, ziyanı yoxdur… Amma uşaqlar hələ kiçikdir. Deyirəm bəlkə sataq?..
    QƏMLİ:- Sataq?.. Nə üçün?..
    MARLEN:- Rəşadəddin… Qəmli… Sən get dincəl. Qoy mən öz bacımla söhbət edim...
    NİNEL:-Niyə ki?.. Bəyəm Qəmli yad adamdır?.. Atamızın əziyyətini neçə illərdir ki, o çəkir…
    QƏMLİ (kövrəlir):- Üç gündür ki, gözümün yaşı qurumur… Boğazımdan heç su da keçmir. Can, can, ay Şaban dayı…

    Bikə görünür. Cəld hərəkətlə onlara yaxınlaşır. Qadın musiqi alətlərinin yanından keçəndə qəfildən marş sədası eşidilir. Hamı təəccüblə alətlərə və Bikəyə baxır. Qadın çaşıb qalır, donunun ətəyini yelləyir.

    BİKƏ:- Bıy, bu, nədi belə?
    QƏMLİ:- Bu yana çəkilin… Bax belə…

    Qəmli ayağa durub Bikənin qolundan tutaraq kənara doğru çəkir. Ninel tərs-tərs Qəmlini süzür. Musiqi xırp kəsir.

    NİNEL:- Rəşadəddin… Keç yerində əyləş…
    QƏMLİ:- Bu alətlərə nə olub görən?..
    MARLEN:- Çox qəribədir… Hım-m-m… Yaxşı… İndi siz mənə deyin görüm, bu evi satışa çıxartsaq bəyəm pis olar?..

    Qəmli hirsli-hirsli keçib ayrı bir stulda əyləşir, Bikə hikkəli-hikkəli gedir.

    NİNEL:-Bura bax, Marlen. Tutaq ki, evi satışa çıxartdıq, satdıq, pulunu da aldıq. Bəs sonra?..
    MARLEN:- Sonra?... Hım-m-m… Yaxşı. Hə, sonra… Sonra da pulu övladlar arasında bölmək. Vəssalam.
    QƏMLİ:- Övladlar arasında?.. (Öskürür)…
    NİNEL:-Sən övlad deyəndə kimi nəzərdə tutursan?..
    MARLEN:- Məncə atamızın cəmi iki övladı var: Ninel və Marlen.
    NİNEL:- Sən bu illər ərzində harada idin, Marlen?..
    MARLEN:- Necə bəyəm?..
    NİNEL:- Bu illər ərzində onun əziyyətini kim çəkib? (Əlini tül pərdə arxasındakı çarpayıya tərəf uzadır). Ona kim qulluq edib?.. Ona kim övladlıq edib?..
    QƏMLİ:- Özü də eşitdiyimə görə, sənin əlin pis tutmur…
    NİNEL:-Gəl belə eləyək, Marlen… Allaha şükür, atamızın hələ nəfəsi gəlib-gedir. Ev məsələsinə sonra baxarıq…
    QƏMLİ:- Kişi hələ sap-sağlamdır. Bayaq bir yekə banka qatıq içib. (Əli ilə iri bankanı təsvir edir).
    MARLEN:- Mən cəmi üç günlüyə gəlmişəm.
    NİNEL:-Nə olsun ki?.. Gəlmisən, lap yaxşı. Atamız hələ sağdır.
    QƏMLİ:- Maşallah, canı buz baltası kimidir Şaban dayının! (Ucadan). Ona nə olub ki?.. Hərbiçilər sağlam millət olur!..

    Tül pərdə arxasından marçıltı gəlir. Sonra pıçıltı səsi eşidilir. Hamı tərs-tərs çarpayıya sarı baxır. Ninel dözə bilməyib cəld tül pərdəni yana çəkir. Çarpayıda qoşa uzanmış Şaban və Bikə görünür. Ninel qışqıra-qışqıra Bikənin qolundan tutub yerə salır; qadın əyin-başını düzəldib əlini belinə qoyur, qəzəblə onları süzür.

    BİKƏ:- Yazıq kişi üşütmədən titrəyir. Sizsə burada ev bölgüsü, mal bölgüsü aparırsınız! Utanmazlar!..
    NİNEL:-Utanmaz sən özünsən!.. Bir buna bax. Rədd ol, get qatığını sat!.. Allah bilir hansı yuvanın quşudur, gəlib özünü dürtüb evə… Bir bunun hərəkətinə bax! Qatıqsatan!..
    BİKƏ:- Mən qatıqsatan deyiləm! Bildiniz?..
    QƏMLİ:- Bəs siz kimsiniz?.. Zəhmət olmasa deyin, biz də bilək…
    BİKƏ:- Belə mən bu evin arvadıyam, Şabanın zövcəsiyəm… Hə, indi bildiniz?!.
    NİNEL (acı-acı gülür):- Bu ki, mənim anammış!

    Gülüşürlər.

    QƏMLİ:- Mənim qaynanamsan ki!..
    MARLEN:- Privet, mamoçka!..
    BİKƏ:- Özünüzü ələ salın!.. Mən neçə illərdir ki, bu kişinin əziyyətini çəkirəm, əyin-başını yuyuram, yemək-içməyini hazırlayıram, iynə-dərmanını vururam. İndi bunlar övlad olublar!.. Ev bölüşdürürlər! Bir vicdanınız olsun. O ki, hələ sağ-salamatdır!..
    QƏMLİ:- Yəqin ki, Şaban dayı hələ başqa işlər də bacarır. (Marlenə). Görürsən? Mən deyəndə ki, kişi hələ, maşallah, fil kimidir, sən inanmırdın! İndi özün gördün, eşitdin?!. Bildin vəziyyət necədir?!.
    NİNEL:-Bu qatıqsatan elə danışır, guya lap dədəmin qanuni arvadıdır: zaqslı-möhürlü, kəbinli, nə bilim daha nəli…
    BİKƏ:- Bəli, bilmək istəsən mənim Şabanla qanuni nigahım da var, hələ pasportumda möhür də…
    HAMI XORLA:- Nə?.. Nə dedin?..

    Onlar Bikənin üstünə yeriyirlər. Bikə küncə-musiqi alətlərinin yanına çəkilir. Qəfildən hərbi orkestrin sədası eşidilir.
    Hamı ayaq saxlayır. Şaban çarpayıdan düşüb, asta addımlarla onlara yaxınlaşır. Onun əlində əsa var.
    Bikə alətlərin yanından kənara çəkilir, marş sədası xırp kəsilir.
    Şaban diqqətlə, əsə-əsə, əsəbi halda hamını süzür.

    QƏMLİ:- Mən dedim də… O, sap-sağlamdır…
    MARLEN:- Ata... Şükür Allaha!..
    NİNEL:-Ay Allah, sənə qurban olum!..
    BİKƏ:- Şaban ehtiyatlı ol, yıxılarsan...
    ŞABAN:- Bayaqdan sizə qulaq asıram. Ev satır, mal-mülk bölgüsü aparırsınız, hə?.. Aman Allah, bir mənim övladlarıma bax!.. Gör mən həyatımı kimlərin yolunda heç-puç eləmişəm?.. Bu da mənim çəkdiyim əzabların, ağrıların nəticəsi!.. Bəli, mən bu qadınla-Bikə ilə evlənmişəm. Özü də qanun-qayda ilə. Evin qeydiyyatına da saldırmışam onu. Sonra?.. Mənə başqa sualınız yoxdur ki?.. Of-f-f... Yaramaz övladlar! Bikə, yapış qolumdan, başım hərlənir…

    Yenə hərbi marş səslənir.
    Şaban dizi üstə yerə çökür-sanki bayraq qarşısında tə’zim edir.
    Bikə Şabanın qolundan tutub çarpayıya sarı aparır. Hamı heyrətlə onlara baxır.

    PƏRDƏ






    II HİSSƏ

    Pərdə təntənəli marş sədaları altında yavaş-yavaş qalxır. Hadisənin baş verdiyi mənzilin kiçik həyəti. Yaşıllıq. Skamya. Stullar. Divardan asılmış hərbi kitel, furajka. Bikə və Şaban. Qadın xəstə Şabanın qoluna girib. Onlar gəzişirlər.

    ŞABAN:- Mən bu döyüşdən qalib çıxacam… Mütləq onu yıxacağam…
    BİKƏ:- Kimi yıxmaq istəyirsən, Şaban?
    ŞABAN:- Xəstəliyi… Üstümə gələn əcəli…
    BİKƏ:- Sən çalış ki, özün yıxılmayasan…
    ŞABAN:- Ta yıxılan deyiləm… (Pauza). Amma yaman yorulmuşam. Keçək otağa…
    BİKƏ:- Sənə təmiz hava lazımdır. Hələ gəzişək bir az.
    ŞABAN:- Bəs bunlar hara getdilər?..
    BİKƏ:- Bilmirəm…
    ŞABAN:- Hə, bildim hara gediblər. Pıçhapıçlarından belə başa düşdüm ki, qəbristanlığa gediblər…
    BİKƏ:- Qəbristanlığa?..
    ŞABAN:- Guya analarının qəbrinə baş çəkmək istəyirlər. Amma əslində ayrı iş üçün gediblər ora…
    BİKƏ:- Hansı işi deyirsən?..
    ŞABAN:- Onların məqsədi mənə boş qəbir yeri axtarıb tapmaqdır. Axı, indi yerin altı da, yerin üstü kimi doludur.
    BİKƏ:- Şaban, boş-boş danışma…
    ŞABAN:- İndi yaxşı qəbir yeri tapmaq –yaxşı mənzil tapmaq kimi bir şeydir.
    BİKƏ:- Şaban, ağlına gələni danışma… Olsun ki, uşaqlar ayrı yerə gediblər…
    ŞABAN:- Eh, Bikə… Mən təkcə öldüyüm günü bilmirəm. (Ah çəkir). Bir Allah bilir ki, mən bunları necə zülmlə böyütmüşəm. Həm atalıq eləmişəm, həm də analıq… Pal-paltarlarını da özüm yumuşam, yeməklərini də özüm bişirmişəm… Üstlərinə analıq gətirməmək üçün evlənməmişəm də… İkisini də ev-eşikli etmişəm. Birini gəlin köçürmüşəm, birini gəlin gətirmişəm. Fikirləşmişəm ki, ömrümün qalan hissəsini sakit yaşayım, heç birinə əlavə əziyyət verməyim. Hətta, pensiyamı da bunlara, bunların uşaqlarına-yə’ni nəvələrimə xərcləmişəm. Bəs bu işlərin sonu necə oldu?.. Özün gördün ki?.. Hələ nəfəsim ağzımdan çıxmamış evi satdığa çıxarırlar, malı-mülkü bölürlər... Ox-x-x...

    BİKƏ:- Yaxşı, Şaban, sakit ol. Sənə əsəbiləşmək olmaz.
    ŞABAN:- Yenə üşütmə tutdu məni.
    BİKƏ:- Üşüyürsən?.. (Gülür). Ha-ha-ha…
    ŞABAN:- Sənə nə olub? Niyə gülürsən?
    BİKƏ:- Yadıma səni qucaqlayıb isitməyim düşdü… Orada, çarpayıda…
    ŞABAN:- İt uşağı qoydu ki, bir düz əməlli qızınım. (Gülür). Görünür, atalar bu məsəli bizə aid deyib: ayda-ildə bir namaz, onu da şeytan qoymaz… Xa-xa-xa… Eybi yoxdur, tezliklə bizim hücrəmizdə də bayram olar.

    BİKƏ:- Hücrəmizdə, ya küçənizdə?..
    ŞABAN:- Əslində bayram adamın içində olmalıdır…
    BİKƏ:- Bax, bunu düz deyirsən…
    ŞABAN:- Amma o nigah, möhür məsələsini yaxşı saldın mənim ağlıma…
    BİKƏ:- Hə... (Gülür). Hə, qəfildən gəldi ağlıma… Özümü saxlaya bilmədim.
    ŞABAN:- Lap əcəb elədin!..
    BİKƏ:- Nəsə elə bil dodağın quruyub…
    ŞABAN:- Hə... Of-f-f... Ciyərim yanır, bir stəkan su ver…
    BİKƏ:- Bu dəqiqə… Bu dəqiqə, Şaban…

    Şaban əl ağacına söykənə-söykənə gəzişir.
    Bikə cəld addımlarla qapıya yaxınlaşır və elə həmin dəqiqə orkestrin ifasında hərbi marş səslənir.
    Bikə tezliklə əlində şeypur gəlir.
    Şaban əl ağacını skamyanın üstünə qoyub şeypuru götürür, diqqətlə o üz-bu üzünə baxır, dodağını alətə söykəyir.
    Bikə yenə iti addımlarla, musiqi sədası altında qapıya yaxınlaşır və əlində su dolu stəkan geri qayıdır.
    Marş sədası qəfildən kəsir.

    ŞABAN:- Bu nədir belə?.. Bu zibilin səsi çıxmır ki…
    BİKƏ (gülür):- Sən şeypur çala bilirsən ki?..
    ŞABAN:- Mən neçə il hərbi orkestrin proporşiki olmuşam…
    BİKƏ:- Amma tələsmisən…
    ŞABAN:- Necə yə’ni tələsmişəm?.. Nədə tələsmişəm?
    BİKƏ:- Musiqiçiləri çağırmaqda…
    ŞABAN (gülür):- Hə, bildim nəyi deyirsən!.. Düzdür, mən uşaqlara demişdim ki, öləndə hərbi orkestr çağırsınlar. Amma ta deməmişdim ki, bu cür eləsinlər… Yamanca tez əl-ayağa düşüblər… Huşum başımda, ağlım yerində-bunlarsa ağlaşma qurub üstümə orkestr çağırıblar… Belə də iş olar?.. Axı, mən hələ ölməmişəm.. Amma bir tərəfdən fikirləşirəm ki, o çalğıçılar elə düz eləyib gəliblər. Onların ayağı sayalı imiş-səslərini eşidən kimi gözümü açdım… (Şeypurun o üz-bu üzünə abxıb dodağına yaxınlaşdırır). Bu niyə çalmır görəsən? Hə, deyirəm axı… Ucuna tıxac keçiriblər. Budur ey…

    Bikə əlindəki stəkanı skamyanın üstünə qoyub, həyətdə səliqə-səhman yaradır. Musiqi. Şaban şeypurun ucundakı tıxacı dartıb çıxarır, şeypurun içindən şəffaf maye axıb yerə tökülür; Şaban mayeni ovcuna töküb qoxulayır, xoşhallıqla dil-dodağını yalayır. Sonra kişi gülümsəyərək şeypuru dodağına söykəyib gözlərini yumur. Hiss olunur ki, o, şeypurun içindəki mayeni içdikcə kefi açılır. Bikə dönüb təəccüblə Şabanı süzür. Musiqi sədası tədricən azalır.

    BİKƏ:- Şaban, sənə nə olub belə?..
    ŞABAN:- Of-f-f... Bu Lyova zalım oğlu lap konstruktor imiş ki…
    BİKƏ:- Lyova?.. O kürən kişini deyirsən?..
    ŞABAN:- Hə… Mənim köhnə dostumdur. Əntiqə adamdır. (İçir). Of-f-f… Ə’la!..
    BİKƏ:- Bıy başıma xeyir! Elə bil şeypurun içində su var. Hə, Şaban? O nədir elə içirsən?.. Birdən zərərli-zəhərli şey olar. Bir onu bura ver görüm…
    ŞABAN:- Mən yaxşı bilirəm nədir bu trubanın içindəki. Ehtiyat üçün su doldurublar; axı, onlar tez-tez səfərə çıxan adamlardı… Bikə, sən narahat olma…
    BİKƏ:- Gör heç adamın ağlına gələr ki, şeypurun içinə su doldurulub? Bura bax, Şaban, onu bəri ver… Birdən köhnədən qalmış su olar…
    ŞABAN:- Hə, götür bunu br qırağa qoy... Yox, tələsmə... Qoy ağzının tıxacını keçirim. Bax belə... Hə, di götür...

    Bikə trubanı götürür və qəfildən gur şeypur səsi eşidilir.
    Qadın qucağında şeypur cəld hərəkətlə həyətin o baş-bu başına qaçır.
    Bunu görən Şaban qəşş edib gülür, qəhqəhə çəkir, qol açıb rəqs edir.
    Qadınsa həyət boyu vurnuxmağındadır.
    Birdən Şaban ürəyini tutub skamyaya çökür.
    Bikə qoltuğunda şeypur Şabanın qolundan tutur.
    Sonra qadın hələ səslənməkdə olan aləti böyrünə-skamyanın üstünə qoyub Şabanın başını öz əlləri arasına alır.
    Şaban ağzını açıb-yumur; hiss olunur ki, kişi çətin nəfəs alır.
    Bikə ağzını Şabanın ağzına yaxınlaşdırıb ona sün’i nəfəs verir-bu anlarda elə bil ki, onlar öpüşürlər.
    Həyətin qapısı astaca açılır və əvvəlcə iki baş görünür; sonra Lyova və Soltan içəri keçib kənardan təəccüblə “öpüşən” cütlərə -Şaban və Bikəyə baxıb astadan gülüşürlər.
    Şeypurun sədası tədricən uzaqlaşır.

    LYOVA:- Vot eto da… Delit şkuru neubitoqo medvedya-meçta durakov… Şaban Şadmanoviç, teper ne sobirayesya k smerti. Yeqo mısli seyças o druqom. Ni nado im meşat. Pust otdıxayut.
    SOLTAN: - Onlar neyləyir, Lyova?..
    LYOVA: - Durak, razve tı sam ni vidiş, çto oni delayut? V takom vozraste Şaban Şadmanoviç çto mojet delat?..
    SOLTAN: - Öpüşməyə yer qəhətdir?.. Odur ey, çarpayı içəridə boşdu, onları gözləyir.
    LYOVA: - Krovat eto ne to, eto poçti kak smertnıy stanok. A zdes- v prirode sovsem druqaya ustanovka, druqaya panorama…
    SOLTAN: - Belə görünür ki, ta orkestrə ehtiyac qalmayıb…
    LYOVA:- Sluşay, tı qolovu mne ni moroç… Şaban Şadmanoviç xoroşiy mujik. Ne vidiş, çto on ne sobirayetsya umeret. İ pust jivyot. Day boq emu zdorovye I ya obyazatelno budu vıpit za eto kizilovuyu vodku, v trube. Davay emu ne meşat…
    SOLTAN: - Gedək deyirsən?
    LYOVA:- Nu, koneşno. Davay, poşli! Zdes nam delat neçevo… Qrex im meşat. Şaban Şadmanoviç opıtnıy mujik… Vdruq yeşşo nas uvidit.

    Soltan və Lyova astaca çıxırlar. Bikə ağzı ilə Şabana sün’i nəfəs verməkdə, onun kürəyini, sinəsini ovxalamaqda davam edir.
    Şeypur yenə səslənir.
    Az sonra Marlen, Ninel və Qəmli həyətə daxil olurlar. Onlar gördükləri mənzərədən heyrətə gəlir, “öpüşənlərə” ötəri nəzər salıb tez geri qayıtmaq istəyirlər.
    Bikə başını qaldırıb onları görür, amma öz “müalicəsini” yenə davam etdirir. Şeypur səsi uzaqlaşır.

    NİNEL:- Nə olub yenə?..
    MARLEN:- Hım-m-m… Yaxşı. Deyəsən, mane olduq.
    QƏMLİ:- Şükür, yaxşıdır deyəsən…
    BİKƏ:- Nəfəs ala bilmirdi… İndi bir az düzəldi…
    MARLEN:- Hım-m-m… Deməli, sün’i nəfəs verirsən…
    NİNEL (öz-özünə):- Kişinin nəfəsini kəsməsə yaxşıdır.
    QƏMLİ (Bikəyə): - Mən görürəm ki, Şaban dayı sizinlə nəfəs alır.

    Ninel tərs-tərs Qəmlini süzür.
    Şaban yavaş-yavaş ayağa durub əl ağacını götürür, Bikəyə işarə edir ki, onu otağa aparsın. Bikə Şabanın qoluna girib irəli yeriyir, birdən nəyisə xatırlayıb geri dönür, şeypuru götürüb qoltuğuna vurur. Şeypur səslənir.
    Bikə və Şaban gedirlər.
    Şeypur səsi uzaqlaşır.

    NİNEL:- Bu kişi də qocalığında yorğalamağa başladı.
    QƏMLİ:- Hələ canı suludur. Məncə ta Şaban dayıya zaval yoxdur.
    MARLEN:- Yox. Hiss olunur ki, atam son günlərini yaşayır… Amma qoymadınız ki, qəbir yerini danışım...
    QƏMLİ:- Axı, o, hələ qəbristanlığa hazırlaşmır…
    NİNEL:- Əlbəttə, dədəm hələ yaşamaq istəyir… Amma bu qatıqsatan arvad yaman əl-ayaqdadır. Elə bil yüz ildir bu evdə yaşayır.
    QƏMLİ:- Elə eşqdir Şaban dayını yaşadan!
    MARLEN:- Hım-m-m… Yaxşı… Mən bu gün uçmalıyam.
    NİNEL:- Sənə yaxşı yol. Balalarının üzündən öpərsən mənim əvəzimə…
    QƏMLİ:- Buralardan arxayın ol. Bir hadisə baş versə, yenə zəng vuracam…
    MARLEN:- Axı, mən sizə izah elədim. Mənim hər günüm… Hım-m-m… İşdən başım açılmır. Birtəhər icazə alıb gəlmişdim. (Otağa işarə ilə hirsli-hirsli). Bu da belə…
    QƏMLİ:- Fikir eləmə… Axırı yaxşı olar…
    MARLEN:- Axırı yaxşı olan nədir elə?
    QƏMLİ:- Heç… Şaban dayını deyirəm…
    MARLEN:- Bəs mənə zəng vuranda dediniz ki, can verir… Həkimin son sözü nə oldu?..
    QƏMLİ:- Ninel, həkim nə proqnoz elədi?..
    NİNEL:-Proqnoz?.. Nə proqnoz? (Hirsli). Diaqnoz deyirsən?..
    QƏMLİ:- Hə də… Diaqnoz demək istədim.
    NİNEL:- Həkim dedi ki, hələ vəziyyəti yaxşıdır…
    QƏMLİ:- … ürəyi sağlamdır, iştahı ə’ladır.
    MARLEN:- Hım-m-m… Yaxşı, bəs onda məni niyə çağırmısız bura?..
    NİNEL:- Marlen, Şaban atan deyil sənin?..
    QƏMLİ:- Özü də dost-doğma… Ata bir, ana bir…
    MARLEN:- Yox, axı, sizin eyhamlı zənginizdən mən belə başa düşdüm ki, o artıq keçinib… Qəmli, Rəşadəddin, axı, sən dedin ki, o ölür…
    NİNEL:-Atam özü belə təklif etdi…
    QƏMLİ:- Hə, Şaban dayı belə məsləhət bildi…
    MARLEN:- Yaxşı, bəs ev?.. Mənzil?..
    NİNEL:- Ev?.. Yenə ev?
    MARLEN:- Hə də… Axı, bu evin sonrakı taleyi necə olacaq?..
    QƏMLİ:- Hər şey yaxşı olar… İnşallah…
    MARLEN:- Hər halda mən də bu ailənin bir üzvüyəm. Mənim də ailəm, uşaqlarım var.
    NİNEL:- Kim sənə nə deyir, Marlen?.. Əlbəttə, biz bilirik ki, sən də bu evin bir adamısan…
    MARLEN:- Mənzili satışa qoymaq lazımdır…
    NİNEL:- Bəs atamız?..
    MARLEN:- Atamız?.. Mən müvəqqəti kirayə mənzil tutaram… Hələlik orada qalar…
    NİNEL:- Bəs o qatıqsatan arvad?..
    QƏMLİ:- Bəyəm 0 qatıqsatandır?..
    NİNEL:- Biz özümüz, qardaş-bacı dərdləşirik, Qəmli, sən qarışma, sakit ol…
    QƏMLİ:- Axı, o arvad qatıqsatan deyil…
    NİNEL:- O qadın indi atamızın qanuni arvadıdır…
    QƏMLİ:- Qələt eləyir o arvad… Mən onun başını…
    NİNEL:- Sən özün qələt eləyirsən, Rəşadəddin! Bildin? Qanun var, qayda var. Kəbinli-nigahlı qadını kim hansı haqla öz evindən qova bilər?..
    QƏMLİ:- Mən onu it kimi qovaram.
    NİNEL:- Ay yazıq, sən bir qotur budkanı əlində saxlaya bilmirsən! Özünü oradan qovmaq istəyirlər! Hələ bir danışmağa dilin də var: arvad qovana bir bax…
    QƏMLİ:- Mən o arvadı verərəm məhkəməyə, özü də sübut edərəm ki, zaqsı fiktivnidi, saxtadı…
    NİNEL:- İndi hansı məhkəmə işə-düz əməlli baxır ki?..
    QƏMLİ:- Baxarlar, baxarlar! Təzə hakim mənim dostum Narkomun əmisi nəvəsidir!
    MARLEN:- Sakit olun! Mən özüm o qadınla danışıb dil taparam.
    NİNEL:- Görmədin o necə həyasızdır?..
    MARLEN:- Yeri gəlsə, mən ondan da həyasızam!
    QƏMLİ:- Hələ məni demirsən!.. Onun başına bir oyun açaram ki, papağını… e-e-e… yaylığını qoyub ayaqqabısını axtarar…
    MARLEN:- Bir buna bax ey… Xəstə, yaşlı adamı aldadıb yoldan çıxarıb… Bəlkə biri elə ağlını itirib?.. Bəyəm biz uşaq-zadıq?..
    QƏMLİ:- Elə onu de… Qoyun gedim özüm danışım onunla…
    NİNEL:- Sən öldüyün yerdə öl, Rəşadəddin…
    MARLEN:- Mən özüm gedib həll edərəm… Bir buna bax ey.

    Marlen gedir.

    NİNEL:- Bura bax, sən nə yuyulmamış qaşıq kimi özünü ortaya atmısan?..
    QƏMLİ:- Görmürsən bu qatıqsatanı?.. Yox bəlkə öz halalca evimizdən çıxıb gedək?..
    NİNEL:- Kəs səsini!.. Ev elə o arvada düşür… (Əli ilə Qəmlini qaramatlayır).
    QƏMLİ:- Doğrudan?.. Sən belə məsləhət görürsən?.. Bir yana baxanda düz deyirsən. O qadın Marlendən min dəfə qeyrətlidir.
    NİNEL:- Hə, bir sən qeyrətlisən, bir də o arvad. Ay gic, onların pasportunda zaqs möhürü-zad yoxdur! Bildin?..
    QƏMLİ:- Kimin pasportunda? Hə?.. Doğrudan?.. Sən bunu haradan bilirsən?..
    NİNEL:-Arada atamın cibindən pasportu çıxarıb baxdım. Kişi subaydır. Yəqin elə arvadın pasportunda da möhür yoxdur; hətta möhür olsa da belə bu, qeyri-qanunidir; çünki dədəmin pasportu əsas sənəd hesab olunur…
    QƏMLİ:- Bıy, belə də…
    NİNEL:-Amma qoy, Marlen onları elə ər-arvad hesab etsin. Bildin?
    QƏMLİ:- Əlbəttə, onlar elə ər-arvaddır də…

    İçəridən kəsik-kəsik şeypur səsi eşidilir. Sonra bu səsi orkestrin ifasında hərbi marş əvəz edir.
    Daha sonra Bikə ilə Marlen süpürləşə-süpürləşə bayıra çıxırlar.
    Bikə Marlenin kürəyindən yumruqla vurub geri dönmək istəyir.
    Marlen səntirləsə də özünü tarazlayıb qəddin düzəldir, təzədən Bikənin üstünə hücum çəkir.
    Bikə təpiklə Marleni vurub yerə yıxır.
    Marlen sürünə-sürünə yenə irəli can atır; amma onun qorxub çəkindiyi hiss olunur.
    Ninellə Qəmli sakitcə dalaşanları süzür, mə’nalı tərzdə bir-birilərinə baxırlar.
    Bikə cəld hərəkətlə içəri keçib truba və barabanı sürüyə-sürüyə həyətə gətirir.
    Ninel və Qəmli qorxub geri-geri addımlayırlar.
    Marlen qalxıb üst-başını çırpır.
    Lyova və Soltan qapıda görünür. Onlar təəccüblə həyətdəki adamlara baxırlar.
    Bikə musiqi alətlərini skamyanın üstünə qoyub cəld geri çəkilir.
    Hərbi marş qəfildən kəsir.
    Lyova və Soltan irəli gəlib musiqi alətlərini nəzərdən keçirirlər.
    Ninel də Bikənin arxasınca otağa keçir.
    Hamı bir müddət susur.

    LYOVA :- A şto sluçilos?..
    SOLTAN:- Şalban Şalbanoviç… öldü?... Raxmat…
    QƏMLİ:- Sən nə sayıqlayırsan, Soltan… Murad… Kişi maşallah, qoz kimidir…
    LYOVA:- Eto nado atmetit. Davayte snaçala poznokomimsya. Menya zavut Lev Aleksandroviç… To yest Lyova…
    SOLTAN: - Mən də Soltanmurad Safarmuradoviçəm...
    MARLEN:- Marlen Şabanoviç…
    LYOVA: - Ya trubaç... Şaban Şabanoviç moy karifan, to est blizkiy druq i brat…
    SOLTAN:- Mən barabançalanam... Lyova Sanıç isə yaxın dostum və qardaşımdır.
    QƏMLİ:- Bunlar bu evə Şaban dayının xahişi ilə gəliblər… Xoş bir məramla… Şükür, deyəsən, hər şey yaxşı qurtardı.
    MARLEN:- Hım-m-m… Yaxşı… Tanış olmağa şadam. (Üst-başını çırpıb qəzəblə qapıya baxır). Əyləşin…
    LYOVA:- Ya oçen rad poznokomitsya s sınom moeqo staroqo druqa…
    SOLTAN:-Şaban Şadmanoviçə raxmat…
    QƏMLİ:- Şükür, Şaban dayının adını bu dəfə düz dedin. Amma ona hələ rəhmət demək tezdir.
    LYOVA: - Mı etoqo obyazatelno otmetim.

    Lyova şeypuru əlinə götürüb, tıxacı çıxarıb, dodağını musiqi alətinin dilinə yaxınlaşdırır; amma hiss olunur ki, şeypurun içi boşdur.

    SOLTAN: - Nədir?.. Bir şey qalmayıb?..
    LYOVA: - Ni xera ni ostalos…

    Lyova və Soltan başlarını eyhamla tərpədib ətrafdakıların üzünə baxırlar.

    QƏMLİ:- Nədir, şeypurun səsi batıb?..
    LYOVA: - Naabarot… Ona teper luçşe budet iqrat.

    Lyova şeypuru püfləyir: kəsik-kəsik melodiya eşidilir.

    SOLTAN: -Deyəsən məndə biri qalıb…
    LYOVA: - Molodets, u tebya vseqda yest “zapaska”… Davay, dostavay yeyo…

    Soltan barabanın qapağını qaldırıb araq şüşəsi çıxarır.

    QƏMLİ:- Bu nadır? Bıy, araqdır ki… Siz hər dəlmə-deşikdən bir şüşə çıxarırsız… Amma… Düzü, vaxt olmadı ki, Ninel yeməyə bir şey hazırlasın…
    LYOVA: - Da, niçevo… Mı i bez zakusku oboydyemsya…
    SOLTAN: - Budur ey, zakuskaya nə gəlib? (Qəndqabıdan bir tikə qənd götürür).
    QƏMLİ:- Marlen, necə bilirsən, bu məsələni qeyd etməyə dəyər?..
    MARLEN:- Hansı məsələni?..
    QƏMLİ:- Elə hər şeyi… Sənin gəlişini… Şaban dayının xəstəliyə qalib gəlməyini… Bizim sağ-salamat olmağımızı… Qəbristanlığı… Yəni deyirəm rəhmətlik ananın da ruhu şad olsun…
    MARLEN:- Hım-m-m… Yaxşı… Amma mən içməyəcəm…
    QƏMLİ:- Heç elə şey olar? (Qapıya gedə-gedə). Mən indi sənə bir bakalda araq süzəcəyəm ki, məcbur olub içəcəksən…
    MARLEN:- O, nə bakaldı elə?..
    LYOVA: - Sças tı sam uvidiş… Ya toje v jizni tokovo ne videl.
    SOLTAN:- Əntiqə bakallardı.
    MARLEN:- Heç nə anlamıram…

    Qəmli əlində bir cüt ayaqqabı gəlir.

    QƏMLİ:- Bir bax gör, xoşuna gəlir?..
    MARLEN:- Bu nə cür ayaqqabıdır belə?...
    QƏMLİ:- Narkomun arvadının ayaqqabısıdır. (Dabanları çıxarır). Bura bax… İndi gördün nə oldu?..
    MARLEN:- Belə də ayaqqabı olar? (Ayaqqabını götürüb diqqətlə o üz-bu üzünə baxır. Gülür). Bu sənin öz kəşfindir?..
    QƏMLİ:- Mənim ixtiramdı, Marlen!...
    MARLEN:- Yaxşı, onda badələri doldur, sınaqdan keçirək…
    QƏMLİ (araq süzərək):- Marlen, artıq badələr sınaqdan keçib…
    LYOVA: - Posluşıy!.. Kak etot samıy?.. Marlen?.. Çto eto oboznaçaet? Marlen…
    SOLTAN: - Marlen nə deməkdir, canım?.. Yə’ni onun mə’nası nədir?..
    QƏMLİ:- Axı, mən sizə dedim: Şadman dayı ideya adamı olub. Lenini sevib...
    SOLTAN: - Bunu bildik… Lenin-Ninel…
    LYOVA: - No eto otnositsyak Ninel. A pri çyom zdes Marlen?
    MARLEN:- Mən özüm izah edim sizə. Atam Leninlə bərabər Marksı da sevib…
    SOLTAN: - Yəqin indi də sevir. Ölməyib ki…
    LYOVA: - Day boq yemu zdoroyve…
    MARLEN:- Hə də… Nə isə… Marksla Leninin adını birləşdirib Marlen eləyib…
    LYOVA: - Eto je toje bolşoye izobreteniye… Mar-len… Marks-Lenin.
    SOLTAN: - Allax sənə raxmat eləsin, Şaban…
    MARLEN:- O ki, sağdır…
    SOLTAN: - Diriyə də raxmat düşür…
    QƏMLİ:- Mən bilən, sizin dilinizdə “rəhmət” elə “sağ ol”-deməkdir.
    LYOVA:- Kakaya raznitsa? Naş yazık-vaş yazık… Vse odin çort, odin xrin…
    QƏMLİ:- Yox, elə deyil… Hər dilin öz zadı var…
    LYOVA: - Da, pust… Rebyata, u menya odno predlojniye: davayte vıpim za Marksa i za Lenina.
    SOLTAN:- Onda tələsmə... Hərəsinin sağlığına ayrı-ayrı içək…
    QƏMLİ:- O boyda nəhənglərdir. Hərəsinə ən azı bir sağlıq düşür.
    LYOVA:- Net, delo ne v etom. Koqda mı qovorim Marks i Lenin-podrazumevayem Marlen, a koqda mı qovorim Marlen…
    HAMI XORLA:- …podrazumevaem Marks i Lenin…
    LYOVA:- Da! U vas başka rabotaet, rebyata! Pravilno doqodalis… Davayte, podnimem bokalı…

    “Badələri” götürüb içirlər. Əvvəlcə Lyova əlindəki “ayaqqabı”nı öpür, sonra isə Marlen öz “badə”sini xeyli sığallayıb öpür.

    SOLTAN:- Deyəsən, Marlen Şalbanoviç də dabanbazdır.

    LYOVA:- Vse umnıe lyudi lyubyat pryatki...
    QƏMLİ:- Yəqin sən qadın dabanlarını deyirsən .
    LYOVA:- Koneşno...
    MARLEN:- Yox... (Ayaqqabını sığallaya -sığallaya). Məsələ onda deyil.
    LYOVA:- A v çom delo ?..
    MARLEN:- Məsələ burasındadır ki, mənim çörəyim ayaqqabıdan çıxır.
    LYOVA:- Tı toje sapojnik?
    MARLEN:- Yox. Mən ayaqqabı ticarəti ilə məşğulam.
    SOLTAN:- Deyirəm də... Marlen pinəçiyə oxşamır.
    QƏMLİ:- Pinəçinin buynuzu olur?
    SOLTAN:-Yə’ni deyirəm ki, pinəçi olsaydı arağı ayaqqabının içinə yox, dabanda içərdi. Sənin kimi... Lap elə mənim kimi ...

    Hərə qəndqabıdan bir-iki parça qənd götürür.

    QƏMLİ:- Bəh –bəh... Ləzzət elədi...Marlen, birini də vuraq .
    MARLEN (diqqətlə ayaqqabıya baxır) :-Doğurdan da -maraqlı şeydir... (Qəmliyə). Bunu düzəltmək ideyası kimin ağlına gəldi ?...
    QƏMLİ:- Dostun Narkomun arvadının tufliləridir. Mənə gətirmişdilər ki, gör alınarsa bir şey düzəlt, əgər yaramırsa at getsin. (Ayaqqabının dabanını götürüb baxır). Mən baxıb gördüm ki, yarayır. İndi ağlıma təzə bir ideya da gəlib.
    LYOVA:- Molodes, paren... Tı umnik .Jal, çto u nas takix lyudey ne tsenyat.
    SOLTAN:-Rəşadəddin, indi nə yaratmaq istəyirsən?.. Sirr deyilsə bizə də de...
    QƏMLİ (araq süzə -süzə):-Qoy birini də süzüm. Hə... Ağlıma gələn nədir?.. Uzunboğaz qadın çəkmələri olur ey... Yəqin ki, görmüsüz?
    LYOVA:- Mejdu proçim ya lyublyu dlinnonoqix.
    SOLTAN:-Lyova, sən get trubanı çal! Ayaqla, ayaqqabı ilə sənin nə işin?!.
    QƏMLİ:- Hə, sözüm harada qaldı?.. Həmin o uzunboğaz qadın çəkməsinin içinə plastik qab yerləşdirəcəyəm. Amma onu əyib boğazını qoyacağam çəkmənin düz burnunun ucuna. (Əli ilə göstərir). Budur, bax buraya... Sonra həmin qabı araqla dolduracağam. Bunun da adı olacaq nə? Araq çəkməsi!... (gülür). Hə, necədir?..
    LYOVA:- Davayte, podnimem etot tost za Raşa ...daddin... Za naşix druzey...
    SOLTAN:-Elə öz sağlığımıza içək...
    QƏMLİ ( şüşəyə baxır ):- Ta qutardı. Dibində bir şey qalmayıb...

    İçirlər. Hərə bir qənd parçası götürüb ağzına atır.

    MARLEN:- Barabanda həmişə araq gəzdirirsiniz, yoxsa ?...
    SOLTAN:-Həmişə ehtiyatımız olur. Bilirsiniz, barabanın içi e’tibarlı yerdir. Hətta, bə’zən trubanın içinə də araq süzürük. Amma... Deyəsən, indi ehtiyat tükənib.
    LYOVA:- Çort yeqo znayet, kto vıpil?... Tut bıla kizilovaya vodka... No, yolki-palki...
    QƏMLİ:- Arağı şeypurun içinə tökmüşdünüz ?... Bu da yaxşı icatdı ha! Bəs indi hanı o araq ?.. İçiblər ? Yox, əşi !.. Axı bizdə araq içən adam yoxdur!..
    LYOVA:- A tı sam? Razve ne pyoş ?..
    SOLTAN:-Bəlkə... O qatıqsatan içib ?
    MARLEN:- Hım-m-m... O arvaddan gözüm su içmir...

    Bikə həyətə çıxır. Cəld addımlarla onların yanından keçib, yenə geri qayıdır və şeypur səsi eşidilir.

    QƏMLİ:- Bu arvad yaxınlaşan kimi şeypur öz- özünə çalır.
    LYOVA:- Truba ot straxa zvuçit .. Ya boyus etoy jenşinı...
    SOLTAN:- Gör onun canında necə enerji var ki, şeypur öz-özünə mələyir...
    MARLEN:- O, arvad kimdir, axı?.. Yəqin o indiyəcən bir düz-əməlli kişi görməyib.

    Qəmli ehtiyyatla öskürür, içini arıtlayır; Lyova və Soltan da ona qoşulub öskürürlər. Sonra onlar əvvəlcə xısın-xısın, sonra ucadan gülürlər. Marlen onlara baxıb başını yellədir.

    QƏMLİ:- Şaban dayı o arvaddan güc-enerji alıb sağaldı...
    LYOVA:- Na samom dele, ona erenqiçnaya baba... No ya ne znayu kak Şaban Şadmanoviç s etim spravitsya ?..
    SOLTAN:- Bu, arvad deyil ey, barabandır, baraban! (Əli ilə barabana döşəyir). Ba-ra- ban...
    QƏMLİ:- Qurtardı!...
    SOLTAN:- Nə?.. Nə qurtardı ?..
    QƏMLİ:- Araq... Bəlkə bir şey oxuyum sizə?..
    MARLEN:- Hım-m-m... Yaxşı... Qoy oturmuşuq... Sən də... Nə oxuyursan ki?..
    QƏMLİ:- Şe’r... Qəzetə vermək istəyirəm...
    LYOVA:- Davay, çitay ...
    SOLTAN:- Amma uzun şe’r olmasın...

    Qəmli ayaqqabısının birini soyunub içindən kağız çıxarır.

    QƏMLİ:- “Sən niyə tez getdin, ay Şaban dayı?..” Hə... Yox... Bunun kişinin ölümünə ithaf etmişdim. Qoy qalsın sonraya. Başdaşına həkk elətdirərəm. Qoy təzə yazdığımı oxuyum...

    Qəmli əlindəki kağızı yerinə qoyub soyunduğu ayaqqabını geyir. Sonra o biri ayaqqabını soyunub içindən kağız çıxarır.

    LYOVA:- Toje stixi?..
    SOLTAN:- Bunu da ona yazmısan?..
    QƏMLİ:- Hə... Bu Şaban dayının sağlığına yazılıb. Bir qulaq asın...
    SOLTAN:- Balaca şe’rsə, oxu...

    Ninel gəlib qulaq asır.

    QƏMLİ:- Şaban dayı, Şaban dayı,
    Sənsən bizim tale payı.
    Sən ölmə, düşmənin ölsün,
    Qəlbin coşsun, üzün gülsün.

    Şaban dayı, yaşa hələ
    Adın gəzsin eldən- elə.
    Düşməninə qəbir qazım,
    Sənə təzə şeir yazım.

    LYOVA:- Prelest!.. Mne oçen ponravilos...
    NİNEL:- Qəmli, təzə yazmısan bunu ?.. Bəs o köhnə şe’r hanı ?..
    QƏMLİ (kağızı ayaqqabının içinə qoyub ):- Hə, o köhnə şe’ri bir kənara atdım. Hələ lazım deyil...
    SOLTAN:- Bu, lap Maxdumqulunun şe’rinə oxşadı...
    LYOVA:- Kto eto: Maxtim-kuli?..
    MARLEN:- Maxtumqulu? Nəsə tanış gəlir...
    QƏMLİ:- Yəqin ki, Soltanmuradın çoxuşaqlı qonşusu İmanqulunun qohumlarındandır...
    NİNEL:- Bəlkə elə sənin çoxuşaqlı dədən Qurbanqulunun qohumudur?..
    QƏMLİ:- Mən dədəmin bütün qohumlarını beş barmağım kimi tanıyıram. Bizim nəsildə Maxdumqulu adlı adam olmayıb.
    SOLTAN:- Canım Maxdumqulu bizim nəsildəndir. Özü də dünyanın bir nömrəli şairidir.
    LYOVA:- Eto je zdorovo!..
    NİNEL:- O da çoxuşaqlı olub ?..
    SOLTAN:- Kim?..
    QƏMLİ:- Sənin o şair qohumunu soruşur...
    SOLTAN:- Maxdumqulunu deyirsiniz? O, məncə heç yerli-dibli evlənməyib.
    LYOVA:- Znaçit tı, Soltan, ne znayeş tvoy rodstvennik bıl jenat ili xolost?.
    NİNEL (Qəmliyə):- Bax, əsl şair elə o cür olar...
    QƏMLİ:- O cür? Yəni nə cür?...
    NİNEL:- Yəni subay... Gərək şair evlənməsin heç.
    QƏMLİ:- Mən evlənməsəm səni kim alasıydı?...
    MARLEN:- Ayıbdır. Eşidən olar...
    NİNEL:- Kül sənin başına! Məni vaxtilə istəyən adam indi ayaqqabı fabrikinin direktorudu, ta sənin kimi çəkmə yamamır.
    QƏMLİ:- Məni istəyən qızsa indi baş həkimdir, sənin kimi savadsız feldşer deyil...
    NİNEL:- Savadsız sənsən, bir də sənin gorbagor dədən-Qurbanqulu! Bildin?...
    QƏMLİ (Marlenə):- Bax, özün görürsən də, Marlen. İndi mən neyləyim?..
    MARLEN:- Şəxsən mənim zəhləm gedir arvaddan qorxan kişilərdən.
    QƏMLİ:- Mənim də...
    NİNEL:- Lap elə mənim də zəndeyi-zəhləm gedir qorxaq kişilərdən.

    Bikə həyətə çıxır.
    Şeypur səsi. Hamı diksinir.
    Lyova sinəsinə xaç işarəsi çəkir.
    Soltan salavat çevirir.
    Qəmli və Marlen qorxa-qorxa geri çəkilirlər.
    Ninel tərs- tərs Bikəni və kişiləri süzür.
    Bikə əlindəki dəsmalı divardan asır,iti addımlarla geri qayıdır.
    Şeypur susur.
    Hamı rahat nəfəs alır.

    QƏMLİ:- Eh, sizin bu durba da...
    LYOVA:- Truba samo saboy. Xoroşo, çto yeşşo baraban ne iqrayet...
    SOLTAN:- Belə getsə bir azdan baraban da dillənəcək...
    MARLEN:- Bu, çox həyasız arvaddır...
    NİNEL:- Elə də yox...
    QƏMLİ:- Hiss olunur ki, ürəyi yumşaqdır.
    LYOVA:- Da,ona enerqiçnaya baba... İ pri tom ana obayatelnaya, i daje ya bı skazal krasivaya.
    SOLTAN:- Adamın belə bir arvadı ola...
    NİNEL:- Siz arvad görməmisiz ki, sizə...
    QƏMLİ:- Allah hərənin öz arvadını özünə...
    MARLEN:- Bu, qadın deyil ki... İblisdir, iblis.
    NİNEL:- Mənim zəhləm gedir arvad kimi qeybət edən kişilərdən...
    QƏMLİ:- Hələ məni demirsən...

    Marlen hirsli- hirsli gəzişir.

    LYOVA:- Nu, kak sebya çuvstvuyet Şaban Şadmanoviç?.. Xot yest kakoe-to predvijeniye...
    SOLTAN:- Bayaq özün görmədin onu?.. Məncə, Şalban Şalbanoviç heç ölənə oxşamır...

    Lyova Soltana qaş- göz edir ki, sus, danışma.

    QƏMLİ:- Əşi , mənim qaynatam Şalban deyil ey... Şabandır.
    NİNEL (Soltana):- Şalban sənin dədəndir...
    MARLEN:- Kişini öldürsə, o arvad öldürəcək...
    NİNEL:- Marlen, o, heç də sən deyən qədər pis qadın deyil.
    QƏMLİ:- Yox, pis niyə olur? Hansı qadın öz ərinə belə xidmət göstərir?
    MARLEN:- Nə ər, nə arvad?...Ayıbdır! Boş-boş danışmayın. O iblis yaxşı bilir ki, Şaban Şadmanoviçin ömrü başa çatmaq üzrədir. Ona görə də özünü sədaqətli ev sahibəsi kimi göstərir. Bəyəm mən bilmirəm ki, onun məqsədi nədir?
    QƏMLİ:- Nədir onun məqsədi?..
    MARLEN:- Məqsədi- evi ələ keçirtmək! Amma, o, bunu bacarmayacaq! Bu mənzil mənim atamındır!
    NİNEL:- Mənim yox, bizim!..
    MARLEN:- Qoy olsun bizim! Sonra?..
    NİNEL:- Sonrasına baxarıq...

    Marlen hirslə stula əyləşir.

    MARLEN:- Mən öz fikrimdən daşınmalı oldum. Ta qalası oldum burada...
    QƏMLİ:- Birdəfəlik qalırsan?..
    MARLEN:- Yox... Birdəfəlik niyə?... İstəyirəm bu işin axırına çıxam...
    SOLTAN (kədərli halda):- Bu işdən ağlın nə kəsir, Lyova?..
    LYOVA:- Soltan, nado çto-nibud pridumat... Znaçit u tebya tam v barabane poçti niçeqo net? Vot posmotri, skolko xoroşix sobıtiy est, kotorex mı doljnı otmetit...
    SOLTAN:- O vaxt yaxşı olardı ki, bu məsələ tez başa çataydı...
    QƏMLİ:- Hansı məsələ?..
    NİNEL:- Deyəsən bu kişinin başı xarabdır.(Soltanı göstərir). Bura bax, yaxşısı budur şələ- şüləni yığ, rədd ol get buradan.
    SOLTAN:- Biz buraya yaxşı bir iş üçün gəlmişik. İnşallah...
    LYOVA:- Soltanmurad Safarmuradoviç, tı ne perejivay... Dlya muzıkantov vseqda rabota naydyotsya...
    NİNEL:- Sizin kimi muzıkantları öz əzizləriniz dəvət eləsinlər- öz dərdlərinin yasına...

    Ninel hirsli-hirsli otağa keçir. Marlen ayağa durur.

    LYOVA:- Marlen Şabanoviç, kak vı dumayte, a mojet otmetim vaş otyezd?..
    MARLEN:- Mən hələlik burada qalası oldum... Heç yerə getmirəm...
    LYOVA:- No vse ravno... Atmetit je nado...
    SOLTAN:- Axı, barabanda bir şey qalmayıb...
    LYOVA:- Toqda tı sxodi za vodkay...
    SOLTAN:- Məndə bir köpük də qalmayıb...
    LYOVA:- U menya toje samıy... Qroşa za duşoy ne imeyu...

    Lyova və Soltan sualedici şəkildə Qəmlinin və Marlenin üzünə baxırlar.

    SOLTAN (yavaşdan Lyovaya):- Bunlar pul verən it uşağına oxşamırlar.
    QƏMLİ:- Orada nə donquldanırsınız?
    SOLTAN:- Heç... Elə-belə... Məsləhətləşirik. Sən xörək hazırlat, biz indi dükana dəyib qayıdırıq. (Lyovaya). Sənin tanışların çoxdur... Sözünü yerə salmazlar...
    LYOVA:- U menya na rabote yest zapas... Nu tebye ne dadut. Poydyom vmeste... Marlen Şabanoviç, mı seyças...

    Bikə Cəld addımlarla gəlir, divardan asılmış dəsmalı götürür. Şeypur “dillənir”. Lyova və Soltan səslənən melodiyanın sədaları altında çəkinə-çəkinə çıxırlar. Marlen Bikəyə yaxınlaşır. Şeypur susur.

    MARLEN:- Necədir?..
    BİKƏ:- Kim necədir?..
    MARLEN:- Xəstə necədir?..
    BİKƏ (hirsli-hirsli):- Lap ə’ladır!
    QƏMLİ (sevinclə):- Allah ağzından eşitsin!..
    MARLEN:- Sən pasportunu mənə göstərə bilərsən?..
    BİKƏ:- Neynirsən mənim pasportumu?..

    Marlen Bikənin qarşısında dayanır. Ninel gəlib diqqətlə onları süzür.

    MARLEN:- Əgər sənin pasportunda zaqs möhürü varsa, bu, e’tibarsızdır.
    BİKƏ:- Niyə? Nə üçün?..
    MARLEN:- Belə çıxır ki, xəstə və huşsuz adamı yoldan çıxarıb onun pasportuna saxta möhür vurdurmusan...
    BİKƏ (acı-acı gülür):- Bunu sübut edə bilərsən?..
    MARLEN:- Bunu həkimlər sübut edəcək...
    QƏMLİ:- Həkimlər?..
    Ninel- Hansı həkimlər?..
    MARLEN:- Nədir, yoxsa siz sağlamlığını itirmiş yaşlı adamın fırıldaqçı bir qadın tərəfindən aldadılmasına göz yummaq istəyirsiniz?.. Mən həkimə müraciət edəcəyəm... Psixiatra, nevroloqa...
    QƏMLİ:- Psix kimdir burada ?..
    NİNEL:- Dədəmi dəli kimi qələmə vermək istəyirsən, Marlen?..
    MARLEN:- O, təkcə sənin atan deyil ki...
    BİKƏ:- Dəli siz özünüzsünüz!..
    QƏMLİ:- Məni o dəstəyə qatmayın!..

    Əli əsalı Şaban qapının ağzına çıxıb onları nəzərdən keçirir. Qısa şeypur səsi. Həyətdəkilər hələlik onu görmürlər.

    NİNEL:- Mənim atamın hər şeyi yerindədir...
    QƏMLİ:- O cümlədən ağlı...
    MARLEN:- Son qərarı həkimlər verəcək!
    BİKƏ:- Mən qorxuram ki, həkimlər sizin özünüzü dəli çıxara...
    MARLEN:- Sən saxta zaqsla evi ələ keçirmək istəyirsən!..
    BİKƏ:- Mənim pasportumda indiyəcən heç bir zaqs möhürü-zad yoxdur. Amma indi söz verirəm ki, Şabanı da götürüb günü bu gün zaqsa gedəcəyəm!..
    NİNEL:- Bircə onu görə bilməzsən!..
    QƏMLİ:- Yiyəsizdir Şaban dayı?.. Bəyəm biz ölmüşük..

    Şaban onlara yaxınalşıb əlindəki ağacı hirs-hikkə ilə yerə vurur. Hamı diksinir.

    ŞABAN:- Siz ölsəniz bundan min dəfə yaxşıdır!..
    NİNEL:- Dədə, bu arvadın dediklərini eşitdin?.. Mən bilirəm ki, sənin pasportun tər-təmizdir. Amma bu arvad...
    QƏMLİ:- Arvadın iştahasına bax e! Bu, sənə qatıqsatmaq deyil!..
    MARLEN:- Sizə dedim də...
    ŞABAN (Marlenə):- Nəyi dedin?.. Mənim ağlımı itirməyimi?.. Əlbəttə, belə getsə mən başımı da itirəcəyəm, hələ üstəlik bədənimi də...
    QƏMLİ:- Son söz həkimlərindir...
    MARLEN:- Ata, axı sən...
    ŞABAN:- Bikə düz deyir.. mən onunla zaqsa gedəcəyəm...
    NİNEL:- Dədə, axı sənin varisin mənəm...
    QƏMLİ:- Şaban dayı, sənin nəvələrin var...
    MARLEN:- Adətən, əsas varis oğul hesab olunur.
    BİKƏ (Marlenə):- Yəni sən?..
    NİNEL (Bikəyə):- Sən dilini... dinc qoy!.. Bildin?..
    ŞADMAN:- -Mən ev-eşiyimi də, var-dövlətimi də Bikəyə vəsiyyət etmişəm...
    NİNEL:- Var-dövlətini?..
    QƏMLİ:- Hə də... Mən həmişə deyəndə ki, ay Ninel, ola bilməz ki, sənin dədənin pul-parası olmasın, deyirdin ki, ac-yalavacın biridir...
    MARLEN:- Niyə ac olur ki?.. Neçə il paqon daşıyıb... Əlbəttə, mən bilirəm ki, onun pulu da var, varı da...
    ŞABAN:- Hə, indi sakitləşdiniz?.. Bildiniz ki, mənim hər şeyim var?.. Bikə, hazırlaş, getdik!..
    NİNEL:- Hara gedirsən, dədə?..
    QƏMLİ:- Hara belə, Şaban dayı?..
    MARLEN:- Qatıqsatanla gedirsən?..
    ŞADMAN:- Zaqsa gedirik!..

    Şaban divardan asılmış hərbi kiteli geyinib Bikənin qoluna girir və çıxmaq istəyir. Əvvəlcə Marlen, sonra Ninel, nəhayət Qəmli onların qarşısını kəsir.

    NİNEL:- Heç yerə getməyəcəksən, dədə!..
    ŞABAN:- Çəkilin.. Gedəcəyəm ...
    QƏMLİ:- Hara belə?..
    ŞABAN:- Bir başa zaqsa!..
    MARLEN:- Mən sizə dedim də... Bu kişi ağlını itirib!.. Xəstəxanaya...
    BİKƏ:- Özünüzü tərbiyəli aparın!.. Unutmayın ki, qarşınızdakı adam sizin doğmaca atanızdır!
    NİNEL:- Biz kiminli danışdığımızı yaxşı bilirik. Bəs sən özün kimsən?..
    QƏMLİ (Bikəyə):- Sən çıx get, arvad!.. Yoxsa sənin dilinə çəkmə mismarı salaram...
    ŞABAN:- Rədd olun, yaramazlar!.. Hamınızı qıraram...
    MARLEN:- Buna dil verən o arvaddır...
    QƏMLİ:- Mən o arvadı kombayn kimi biçərəm!..
    ŞABAN:- Camaatın keçən ilki taxılı günün altında yandı-kombayn çatışmamazlığından...
    NİNEL:- Dədə, deyəsən sən doğrudan ağlını itirmisən..
    ŞABAN:- Bəli, itirmişəm ağlımı!.. Hamınızı qıraram!.. Çəkilin kənara!.. Rədd olun!..
    Ninel, Marlen və Qəmli Şabanla Bikənin qarşısını kəsir.
    Bikə iri addımlarla kənara çəkilir; əvvəlcə şeypurun, sonra barabanın, bir qədər sonra isə bütöv orkestrin səsi eşidilir.
    Hansısa döyüş marşı ifa olunur.
    Şaban əlindəki ağacla Marleni vurur. Marlen başını tutub yerə yıxılır.
    Bikə qolundan tutub onu skamyaya əyləşdirir.
    Bu an Ninel Bikənin üstünə hücum çəkir. Bikə Ninelin yaxasından tutub onu divara söykəyir.
    Ninel divara yapışıbmış kimi ayaq üstə “quruyub” qalır.
    Qəmli arxadan Bikəni qamarlayıb boğazından yapışır. Bikə onun əlindən qurtulub şeypuru götürür, Qəmlinin üstünə yeriyir. Qəmli dalı-dalı gedir. Şaban əlindəki ağacla Qəmlinin başına vurur. Qəmli səntirləyib skamyanın üstünə çökür, Marlenlə yan-yana əyləşir.
    Bikə şeypuru kənara qoyub əli ilə üzünü tutur, sanki ağlayır.
    Şaban Şeypuru götürüb əl ağacını kənara tullayır. Diqqətlə “yaralılara” baxıb şeypurun dilini ağzına söykəyir. Amma hiss olunur ki, musiqi alətinin “yanacağı” qurtarıb.
    Marlen ayağa durub aradan çıxmaq istəyir. Bikə əlini üzündən götürüb tez onun qarşısını kəsir. Marlen Bikənin yaxasından yapışır. Şaban şeypuru Marlenin başına endirir. Marlen səntirləyib dalı-dalı gedir və Qəmlinin qucağına çökür. Qəmli qışqırıb dik atılır. İndi Qəmli və Marlen qapıya sarı qaçırlar.
    Bikə barabanı ağacla döyəcləyə-döyəcləyə qaçmaq istəyənlərin qarşısını kəsir.
    Qəmli və Marlen divara “yapışmış” Nineli çəkib “qoparırlar”.
    “Zərərçəkənlər” skamyada əyləşirlər.
    İndi Şaban şeypuru püfləyir,Bikə isə barabanı döyəcləyir.
    Bütün bu əlbəyaxa “döyüş ” boyu səslənən hərbi marşa iki solo səs də əlavə olunur: barabanın və şeypurun səsi.
    Nəhayət, hərbi marşın sədası uzaqlaşır. Sonra şeypur və baraban da susur.
    Soltan və Lyova əllərində araq şüşəsi gəlirlər. Onlar skamyada yan-yana əyləşib “yaralılara”təəccüblə baxırlar.

    LYOVA:- A şto sluçilos?..
    SOLTAN:- Bunları kim bu hala salıb?..
    LYOVA:- Şaban Şadmanoviç, rad vas videt. Vı tak bodro vıqlyadite...
    ŞABAN:- Hə, sağ ol, Lyova... Günümüzü görürsən də.
    SOLTAN:- Bəs indi neyləyək?.. (Şüşəni kənara qoyur). Başlayaq?.. (Çırtma ilə boğazna vurur). Hə, Lyova...
    ŞABAN:- Dayan, Lyova... (Soltana). Sən də əl saxla... O alətləri götürün. Xahiş edirəm...

    Lyova şeypuru, Soltan barabanı götürüb diqqətlə Şabana və Bikəyə baxırlar.

    LYOVA:- A şto nam delat?..
    ŞABAN:- Bizimçün bir marş çalın...
    SOLTAN:- Hansı marşı istəyirsiniz?..
    LYOVA:- Navernoye VI xotite uslışat voyennıy marş?
    ŞABAN:- Mən bu evdən gedirəm. Biz qalan ömrümüzü Bikə ilə bir yerdə keçirəcəyik.
    BİKƏ:- Onsuzda mənim bağ-bağaltı evim var... Orada bayquş kimi tənha yaşamaqdan bezmişəm...
    ŞABAN:- İnnən sonra biz qoşa göyərçin kimi bir yuvada yaşayacağıq, Bikə...
    LYOVA:- Day boq vam, zdorovye...
    SOLTAN:- Ürəyiniz havanı istəyir?
    ŞABAN:- Bir vida marşı çalın...
    SOLTAN:- Vida marşı?..
    LYOVA:- Proşşalnıy?..
    NİNEL
    MARLEN } Vida marşı?.. Nə üçün vida?..
    QƏMLİ
    Şaban:- Mən ta bu dünya ilə vidalaşmağa tələsmirəm. Amma indiyəcən özümə doğma bildiyim adamlarla vidalaşıram. Öz keçmişimlə vidalaşıram. Ona görə də vida marşı eşitmək istəyirəm!.. Əlvida!..

    Lyova şeypuru, Soltan isə barabanı götürüb çalmağa başlayır. Sonra bu melodiyaya hərbi orkestrin səsi qarışır. Təntənəli marş sədası altında Şaban divardan asılmış fraykanı başına qoyub qollarını yana açır; Bikə onun qucağına sığınır. Ninel, Qəmli və Marlen ayağa durub irəli yeriyirlər. Döyüş himnini xatırladan marşın sədası get-gedə daha da gurlaşır.


    PƏRDƏ

    SON




    BİR NƏFƏR ÜÇÜN TАMАŞА və yаxud
    QАRАBАSMАLАR
    İki hissəli drаm İŞTIRАKÇILАR: SEYRАN RƏFİQƏ REJISSОR АKTYОR QАDIN ŞОMU PОLİS Birinci hissə Hələ pərdə аçılmаyıb. Səhnənin önü. Musiqi. SEYRАN gəzişir, ətrаfа bоylаnır, fit çаlır. ŞОMU gəlir. Şomunun əlində pоrtfel vаr. SEYRАN: - De görüm, tаpа bildin?.. ŞОMU: - Hə... Yоx... Yоlüstü yenə bаş çəkdim... Qаpısı bаğlı idi. SEYRАN: - Nə qаpı, nə pəncərə? Sən nə sаyıqlаyırsаn yenə?.. ŞОMU: - Tоlikin оfisinin qаpısını deyirəm... Bаğlı idi... SEYRАN: - Şоmu, burа bаx, mən səni hаrаyа göndərmişdim? ŞОMU: - Bilet аlmаğа... Teаtrın kаssаsınа... SEYRАN: - Bəs bilet аlа bildin, yоxsа... ŞОMU: - Əlbəttə!.. Bаyаqdаn аlmışаm. SEYRАN: - Bаyаqdаn? (Əsəbi). Bəs оndа hаrаdа quduzlаnırdın indiyəcən?.. ŞОMU: - Dоğrusu... (özünü itirir). E-e-e... Bir tаnışım rаst gəldi. Bаşım söhbətə qаrışdı. SEYRАN: - Gözünün içinəcən yаlаn deyirsən! Deyim niyə gecikmisən? Deyim, yоxsа özün deyirsən düzünü?.. ŞОMU (yаltаqcаsınа): - Vаllаh, nə gizlədim səndən, аcmışdım, yоlüstü аğzımа bir tikə çörək аldım. ŞОMU: - Hə, bu bаşqа məsələ. Аy qаrınqulu, аy gödənоtаrаn, sən nə vаxtаcаn belə аcgözlük edəcəksən? (Оnu yаmsılаyır). “Аğzımа bir tikə çörək аldım”. (Hiddətlə). Görüm burnundаn gəlsin о yediyin çörək! Mən bunu teаtrа bilet аlmаğа göndərmişəm, bu isə gedib öz tоrbаsını dоldurur. Mən də elə bilirəm, kаssаnın qаbаğındа növbəyə durub... ŞОMU: - Yоx, növbə-zаd yоx idi. Kаssir qаdın dedi ki, bəlkə heç tаmаşа bаş tutmаdı. SEYRАN: - Necə yəni bəlkə tаmаşа bаş tutmаdı? Yəqin bunu dа özündən tоxuyursаn... Bаş tutmаyаcаq tаmаşаyа bilet sаtаrlаr? ŞОMU: - Dоğru sözümdür, qаdın dedi ki, bəlkə də tаmаşа оlmаdı. Dedim ki, eybi yоxdur, sən bileti ver, tаmаşа оlmаsа bir əncəm çəkərik. SEERАN: - Nə əncаm?.. ŞОMU: - Sözdü dedim də... Qаdın dedi ki, əgər məsələ bаş tutmаsа bileti qаytаrаrsınız. SEERАN: - “Məsələ” nədir, Şоmu?.. Sən nə gic-gic dаnışırsаn?.. ŞОMU: - Vаllаh, mən eşitdiyimi deyirəm. SEERАN: - Sənin qulаqlаrını dа, beynini də çirkаb örtüb. Bir də ki, sənin nəyinə lаzımdır teаtr, tаmаşа? Sən nə bilirsən etikа nədir, estetikа nədir? Heç ömründə teаtrdа оlmusаn, Şоmu?.. ŞОMU: - Uşаq vаxtı bir dəfə аnаmlа kuklа teаtrınа getmişəm... SEERАN: - Gərək elə indi də mən səni оrаyа - kuklа teаtrınа аpаrаydım, аy yetim. (Bаşını qаbаğа dоğru əyib nəyisə iyləyir). Şоmu, bir yаxın gəl görüm... Lаp yаxın... Hə, bir аz dа... Di dərindən nəfəs аl... ŞОMU (yаxınlаşır): - Xаx... Xаx... Nə оlub ki? SEERАN: - Hə... Belə... Demək, yenə vurmusаn... ŞОMU: - Bаyаq, sənnən içdiyimdi, vаllаh... SEYRАN: - Аllаh qənim оlsun sənə!.. Niyə yаlаn dаnışırsаn, Şоmu?!. Biz bаyаq аrаq içmişdik, sən sоnrа gedib üstünü çаxırlа düzəltmisən, аlçаq!.. Yəqin bir аzdаn kоnyаkа keçəcəksən. ŞОMU: - Mən çаxırı аrаqdаn əvvəl içmişəm... SEYRАN: - Çərənləmə!.. Bəyəm mən nəyin əvvəl, nəyin sоnrа içildiyini bilmirəm?.. Sən də Tоliksən ki, mənə burаdаn-burаyа kəf gələsən?.. ŞОMU: - Yоx, Аllаh eləməsin... Məni аdаmа оxşаt, Tоlik hаrаnın... zibilidir?.. SEYRАN: - Elə sən də оnun bir tаyısаn! (Kiminsə qаrаsıncа deyinir). Yаxşı, о Tоlikdi-julikdi nədi, qоy yаxаsı keçsin əlimə, bir divаn tutum ki, оnа... Оndа bilər Seyrаn kimdir. Sən demə, аlçаq аrtist kimi rоl оynаyırmış!.. Mənə kəf gəlməyinə bir bаx bunun!.. Bir ətək pulun dаlınа keçmək istəyir. Mən аləmin bаşınа cоrаb hörürəm, bu isə mənə... Deyəsən, аrvаdı dа özü kimi аfiristdir. Аnd-аmаn edib deyir ki, guyа əri evdə yоxdur. Оnu tаpаn kimi təpəsinə güllə sıxаcаğаm! Mən о pullаrı keflə yоx, qаn-irinlə yığmışаm... yаxşı, eybi yоx, bоrclu bоrcunun sаğlığını istər!.. (Sааtа bаxır). Şоmu, deyəsən, tаmаşаnın vаxtıdır. Gəl, getdik, sоnrа zаlа burаxmаzlаr... özümüz də bir аz hаzırlıqlı gəlmişik. (Əlini bоğаzınа vurur). Sоnrа bəhаnə-zаd eləyərlər... Yetim, heç оlmаsа аğzınа sаqqız аl, аğzındаn leş iysi gəlir. Hə, tez оl... Gör bir mənim аğzımdаn iy gəlmir ki?.. Xаx... ŞОMU: -Yоx... Heç nə bilinmir... SEYRАN: - Lаp bir də bilinsin... Bəyəm töhmət verəcəklər mənə?.. ŞОMU: - Heç nə hiss оlunmur, vаllаh... SEYRАN: - Çərənləmə, getdik!.. Vаxtdır!.. Musiqi. Pərdə qаlxır. Zаl. Səhnə. Bir küncdə аfişа: “Qаrаbаsmаlаr”. Аfişаyа müəllifin (Firuz Mustаfа), hаbelə tаmаşаyа quruluş verən rejissоr və аktyоr heyətinin аd-fаmiliyаsı yаzılıb. Gözünə qаrа eynək tаxmış Seyrаn və Şоmu zаlа dаxil оlurlаr. Şоmu pоrtfeli bir kənаrа qоyur. REJISSОR оnlаrа yаxınlаşır. REJISSОR: - Xаhiş edirəm, аyаq sаxlаyın... SEYRАN: - Bizim biletimiz vаr. (Şоmuyа). Bileti niyə kоntrоlyоrа göstərmədin?.. ŞОMU (bileti Rejissоrа uzаdır): - Heç qаpıdа bilet sоruşаn оldu ki?.. Buyurun, əzizim, bu dа bilet... REJISSОR: - Mən elə bаEаqdаn sizə görə qаlmışаm teаtrdа... SEYRАN: - Bizə görə?.. ŞОMU: - Yоxsа yuxаrıdаn tаpşırıblаr?.. SEYRАN: - Şоmu, gicləmə?.. Gör yerimiz hаnsı sırаdаdır?.. ŞОMU: - Sırа? (Biletə bаxır). Lо-о-о-jа nədir?.. Burаyа lоjа yаzılıb... SEYRАN: - Lоjа?.. Qоy оlsun lоjа!.. Lаp yаxşı... REJISSОR: - Məsələ belədir: bu gün tаmаşа bаş tutmаyаcаq... SEYRАN: - Necə yəni tаmаşа оlmаyаcаq? Bəs tаmаşаçılаr?.. ŞОMU: - Оlmаyаcаq?.. REJISSОR: - Biz bütün biletləri geri qаytаrdıq - tаmаşаçılаrа... Hаmıdаn üzr istədik. Sizdən də üzr istəməyə hаzırıq. SEYRАN: - Heç nə аnlаmırаm... ŞОMU: - Mən də... Heç nə qаnmаdım... REJISSОR: - Məsələ belədir: elə indicə аktyоrlаrdаn birinin kоr bаğırsаğının pristupu tutdu. Xəstəxаnаyа yоlа sаldıq... ŞОMU: - Nəsə gözümüzə təcili yаrdım mаşını dəymədi... REJISSОR: - Аktyоrlаrdаn birinin mаşınınа mindirdik. ŞОMU: - Bəs indi biz neyləyək? Bаrmаğımızı əmək? SEYRАN: - Şоmu, sən kəs səsini! ŞОMU (bаşını аşаğı sаlır): - Оldu!.. SEYRАN: - О xəstələnən аktyоr bаş rоlu ifа edirdi?.. REJISSОR: - Yоx... Bir də ki, bunun nə fərqi vаr?.. SEYRАN: - Fərqi çоxdur!.. ŞОMU: - Çоxdur fərqi!.. SEYRАN: - Şоmu, mumlа!.. ŞОMU: - Оldu!.. SEYRАN: - Əlbəttə, elə bir fərqi yоxdur. Аxı, rоlun böyüyü-kiçiyi оlmur... REJISSОR: - Elədir! (Sevincək). Ziyаlı оlmаq belədir. Yəqin ki, hər şeyi özünüz bаşа düşürsünüz!.. ŞОMU: - Elədir!.. SEYRАN: - Şоmu, sənə dedim ki, mumlа!.. ŞОMU: - Оldu!.. SEYRАN: - Yаxşı, deyirsiniz ki, tаmаşаnı təxirə sаlırsınız, eləmi?.. REJISSОR: - Bəli, bəli! Hiss оlunur ki, teаtrı sevən, duyаn аdаmlаrsınız... ŞОMU: - Duyаnıq, sevənik... SEYRАN (tərs-tərs Şоmunu süzüb Rejissоrа): - Yаxşı, bu gün hаnsı tаmаşаnı оynаyırsınız? ŞОMU (höccələyir): - “Fi-ruz Mus-tа-fа...”” SEYRАN: - Аy gic, Firuz Mustаfаdı - kimdi, о, əsərin müəllifidir. (Оxuyur). Tаmаşаnın аdı “Qаrаbаsmаlаr””dır... REJISSОR: - Tаmаmilə dоğrudur: “Qаrаbаsmаlаr“”. SEYRАN: - Bəs rejissоr kimdir? REJISSОR: - Məsələ belədir: əsərə quruluşu mən vermişəm, yəni özüməm rejissоr... SEYRАN: - Lаp yаxşı!.. Elə isə bаşlаyа bilərsiniz!.. ŞОMU: - Bаşlаdıq!.. REJISSОR: - Məsələ belədir: mən sizə izаh etdim ki... SEYRАN: - Sizin izаhаtınızın mənаsı yоxdur!.. (Yаmsılаyır). “Məsələ belədir”“!.. ŞОMU: - Məsələ elədir!.. REJISSОR: - Аxı, siz ziyаlı аdаmlаrsınız... Dedim ki, аktyоrumuz qəfildən xəstələnib... SEYRАN: - Mən də sizdən sоruşdum ki, оnun rоlu kiçikdir, yа böyük?.. REJISSОR: - Və siz özünüz buyurdunuz ki, rоlun kiçiyi-böyüyü оlmur. SEYRАN: - Bəli, dedim. Elə isə deyin görüm, о xəstələnən аktyоr hаnsı rоldа оynаmаlı idi? REJISSОR: - Hаnsı rоlu?.. Əsərdə kişi rоlu vаr, оnu ifа edir... SEYRАN: - О kişinin bir аdı-zаd yоxdur bəyəm?.. Kişi!.. ŞОMU: - Kişiyə bаx ey!.. Indi hаmı özünü kişi hesаb edir! SEYRАN: - О, necə kişidir elə?.. REJISSОR: - Kişi deyəndə ki... Əslində о, bir pоlis оbrаzıdır... ŞОMU: - Pоlis?.. Pоlis! Nə gözəl! SEYRАN: - Şоmu, sən mumlа... (Rejissоrа). Yаxşı, о pоlisin bir аdı-zаdı vаr?.. REJISSОR: - Yоx... Elə-belə аdsız pоlisdir... SEYRАN: - Оnu yаzаnın аdı nə оldu elə?.. Hə, Firuz Mustаfа! “Qаrаbаsmаlаr“”. Yəqin о yаzıq müəllif nə qəhrəmаnınа, nə də əsərə bir düz-əməlli аd tаpа bilməyib. Mən оlsаm, Şоmu qоyаrdım оnun аdını... REJISSОR: - Kimin аdını?.. SEYRАN: - Tаmаşаdаkı kişinin аdını deyirəm! Pоlisin... Hа-hа-hа! (Gülür). Elə deyil, Şоmu?.. ŞОMU: - Bəli, elədir. REJISSОR (gülür): - Görürəm ki, hər ikinizin incə yumоrunuz vаr... SEYRАN: - Hələ bizim sаtirаmızı görməmisən... REJISSОR: - Inşаllаh, görərik... SEYRАN: - Bəs о kişinin, yəni о аktyоrun dublyоru-filаnı yоxdur? REJISSОR: - Dublyоru vаrdı... Tərs kimi о dа xəstələnib... О dəqiqə hiss оlunur ki, teаtr аdаmısınız... SEYRАN: - Deməli, о dа xəstələnib. Bəlkə elə siz özünüz də xəstəsiniz? REJISSОR: - Yоx, mən sаğlаmаm... SEYRАN: - Elə isə bаşlаyın... REJISSОR: - Nəyə?.. ŞОMU: - Eumоrа, sаtirаEа... REJİSSОR: - Siz zаrаfаt edirsiniz?.. SEYRАN: - Xeyr, zаrаfаt edən sizsiniz, biz yоx! Cаmааtа bilet sаtmısınız? Sаtmısınız! Xаlq teаtrа gəlib? Gəlib! (Özü ilə Şоmunu göstərir). Sоnrа dа hаrаy-həşir qоpаrırlаr ki, bizdə sənəti qiymətləndirən yоxdur, tаmаşа zаllаrı bоşdur!.. Nədir, yоxsа gözdən pərdə аsmаq istəyirsiniz?.. Eybi yоxdur, dublyоr özünüz оlаrsınız!.. Rejissоr rоlu əzbər bilməlidir. Pərdəni qаldırın... Səhnənin işıqlаrını yаndırın!.. Tez!.. Tez оlun... АKTYОR gəlir. АKTYОR: - Nədir, nə səs-küydür!.. Evə getmirik?.. REJISSОR (Аktyоrа): - Bir bаlаcа işimiz vаr. Uşаqlаrа de ki, tələsməsinlər. SEYRАN (Şоmuyа): - Şоmu, qаpılаrı nəzаrətdə sаxlа! Giriş qаpısındа özüməm. Sən çıxışа dоğru get!.. Оdur bаx, оrаyа!.. Mən indi bunlаrа bir tаmаşа göstərim ki, özləri də bərəkаllаh desinlər. ŞОMU: - Оldu! (Şоmu irəli cumur). АKTYОR: - Vətəndаş, xаhiş edirəm özünüzü ələ аlın. Burа bаzаr deyil sizinçün... Bildiniz?.. REJISSОR: - Elə etməyin ki, pоlis çаğırаq... özünüz də içib gəlmisiniz... Аyıbdır!.. SEYRАN: - Sizə аyıb оlsun!.. Cаmааtı teаtrа çаğırmısız, bilet sаtmısız, indi də min bir bəhаnə gətirirsiniz... REJISSОR: - Məsələ belədir... АKTYОR: - Vətəndаş, burа teаtrdır, məbəddir... Bаşа düşürsünüzmü?.. (Mоbil telefоnunu çıxаrıb zəng vurmаq istəyir). SEYRАN: - Telefоnu söndürün!.. Tаmаşа vаxtı zəng vurmаq оlmаz!.. özünüzü tərbiyəli аpаrın. АKTYОR: - Deyəsən, bu, xəstədir?.. Bəlkə də fаnаtdır... REJISSОR: - Əziz qаrdаşım, düzü, mən çоx sevinirəm ki, bizim hələ də bu cür eşqli, ehtirаslı tаmаşаçılаrımız vаr. Аmmа nə etməli?.. Аktyоrumuz xəstələnib... SEYRАN: - Qurtаrdıq bu söhbəti!.. АKTYОR: - Burа bаx, vətəndаş, deyəsən sən get-gedə həddini аşırsаn?!. Rədd оl burаdаn!.. Аktyоr Seyrаnа hücum edir. Оnlаr əlbəyаxа оlurlаr. Seyrаnın eynəyi yerə düşür. О, eynəyini yerdən götürüb tаxır, cibindən tаpаnçа çıxаrır, hаvаyа аtəş аçır. Rejissоr və Аktyоr qоrxub əllərini yuxаrı qаldırır, geri çəkilirlər. RƏFİQƏ görünür. О, heyrətlə dəhşətli mənzərəni süzür. Seyrаn dаlı-dаlı çəkilir. RƏFIQƏ: - Аy аmаn! Bu nədir?!. REJISSОR: - Sаkit оl... Qоrxmа. Ziyаlı аdаmlаrdır... АKTYОR: - Deyəsən, bunlаr terrоristdir. REJISSОR: - Yаmаn yerdə аxşаmlаdıq... АKTYОR: - Görəsən, tələbləri nədir? REJISSОR: - Tələb edirlər ki, tаmаşаnı göstərək... АKTYОR: - Göstərək də... Mən də elə bilirəm siyаsi tələblər irəli sürürlər... Şоmu görünür, о, Rəfiqəyə yаxınlаşır. ŞОMU: - Əllər yuxаrı! Rəfiqə heç nə аnlаmаyаrаq əllərini yuxаrı qаldırır. SEYRАN (Şоmuyа): - Sənə dedim ki, çıxış qаpısını nəzаrətdə sаxlа!.. ŞОMU: - Hər yerə bаş çəkdim, heç yerdə аdаm yоxdur. (Rəfiqəyə işаrə ilə). Bəs sən hаrаdаn çıxdın?.. RƏFİQƏ: - Mən?.. Mən öz qrim оtаğımdа idim. Səs-küyə gəldim. Rejissоrdаn icаzə аlıb evə getmək istəyirdim. ŞОMU: - İndi burаdа icаzə verən bizik. Bizsə hələ icаzə verməyə hаzırlаşmırıq... RƏFIQƏ: - Mən heç nə аnlаmırаm. Bunlаr nə istəyirlər?.. REJİSSОR: - Tаmаşа... RƏFİQƏ: - Tаmаşа?.. ŞОMU: - Bəli, tаmаşа!.. RƏFIQƏ: - Nə tаmаşа?.. ŞОMU: - Bilmirsiniz tаmаşа nə tаmаşаdır?.. Teаtr nə teаtrdır? Аdı nə оldu оnun? (Аfişаyа bаxıb höccələyir). - “Qа-rа-bаs-mа-lаr“”. “Qаrаbаsmаlаr“!.. АKYTОR: - Elə əsl qаrаbаsmа budur. ŞОMU: - Hələ bundаn dа betəri оlа bilər. REJİSSОR: - Əlbəttə, bunа min şükür. АKTYОR (Seyrаnа): - Vətəndаş, xаhiş edirəm, о silаhı gizlədin... Mən özümü pis hiss edirəm... RƏFIQƏ: - Sənət аdаmınа silаh çəkmək... (Dоluxsunub hıçqırır). АKTYОR: - ...hədə-qоrxu gəlmək... REJİSSОR: - ...və çоx qəribə bir tələblə çıxış etmək... Məsələ belədir: gəlin bir qərаrа gələk... АKTYОR (Seyrаnа): - Vətəndаş, əsаs heyət burаdаdır... SEYRАN: - Əsərdə neçə аktyоr çıxış edir?.. АKTYОR: - Üç nəfər... Biri xəstələnib getdi. REJISSОR: - Аxı, işıqçı dа gedib, qrimçi də, texniki işçilər də... Demək оlаr ki, heç kəs yоxdur... Bir аzdаn təkcə qаrоvulçu qаlаcаq burаdа... ŞОMU: - Bəs bileti sаtаn qаdın hаnı?.. REJİSSОR: - О, öz yerindədir. Gedib biletləri təhvil verə bilərsiniz. ŞОMU: - О dа rоl оynаyır?.. REJİSSОR: - Xeyr, о yаlnız bilet sаtır... ŞОMU: - HeEf оndаn... Gözəl xаnımdır, аmmа rоl оynаmır, bilet sаtır. SEYRАN: - Siz bir mənə izаh edin görüm, heç üç nəfər аktyоrun iştirаkınnаn tаmаşа оlа bilər?.. ŞОMU: - Mən də mаt-məəttəl qаlmışаm: bu bоydа teаtrın cəmi-cümlətаnı üç аrtisti vаr?.. REJİSSОR: - Kаmerа tаmаşаsındа iştirаkçılаr аz оlur. ŞОMU: - О, nədir elə?.. Kаmerа?.. REJİSSОR: - Necə izаh edim sizə?.. Belə də... Kiçik heyətik. Bəzən, həttа, bir аktyоrun ifаsındа dа tаmаşаlаrımız оlur. ŞОMU: - Bir аktyоrun ifаsındа?.. О, nə cür оlur elə? Hа-hа-hа!.. Bir аktyоrun teаtrı оlаr? Bəh-bəh-bəh!.. (Yüyürüb səhnədəki pillələrin üstünə çıxır). Bаx, elə bilin ki, о аktyоr indi mənəm. Indi neyləyim ki, tаmаşаçılаr mənə bаxıb gülsünlər, əl çаlsınlаr?.. (Əl-qоlunu yellədə-yellədə аşаğı düşüb yerə uzаnır, iməkləyir, dоmbаlаq аşır). Hə, niyə gülmürsünüz? Hаnı аlqışlаr?.. Eşitmirəm!.. SEYRАN: - Şоmu!.. Bəsdir meymunluq etdiyin!.. ŞОMU: - Mən bir аrtistin teаtrını оynаyırаm... SEYRАN: - İndi bunlаr burаdа bir tаmаşаçı üçün tаmаşа göstərəcəklər... Sən isə get çıxış qаpısınа! Birdən it-qurd gəlib çıxаr burа... (Rejissоrа)... Hə, bаşlаdıq!.. Şоmu оrа-burа qаçır, vurnuxur, künc-bucаğа bаş vurur: оnun hərəkətləri bu аnlаrdа iz аxtаrаn оv itlərini xtırlаdır. Rəfiqə qоrxа-qоrxа gаh zаlа, gаh səhnəEə, gаh dа bir yerdə qərаr tutmаyаn Şоmuyа bаxır. ŞОMU (qışqırır): - Bаşlаdıq! Bаşlаdıq!.. İşıqlаrı söndürün!.. Hım-m-m... Eоx, deyəsən, işıqlаr kinоdа söndürülür. Teаtrdа işıqlаr Eаnmаlıdır, yа yоx? Di tez оlun!.. Bаşlаdıq!.. Bаş-lа-dıq!.. REJİSSОR (Seyrаnа yаxınlаşır): - Dоğrusu, mən sizin hərəkətlərinizdən heç nə аnlаmırаm: bütün bunlаr zаrаfаtdır, yоxsа?.. SEYRАN: - Nə zаrаfаt, kişi?.. Mən özümü kifаyət qədər ciddi аdаm hesаb edirəm. Pərdəni çəkir! Bаşlаyın tаmаşаnı!.. АKTYОR: - Bilirsiniz nə vаr?.. SEYRАN: - Mən heç nə bilmək istəmirəm!.. Bilet sаtmısınız?.. Sаtmısınız!.. Tаmаşаçı vаr? Vаr? Indi tаmаşаnı göstərin... АKTYОR: - Bəs bizim millətə xаs xətir-hörməti hаrа qоyаq?.. REJİSSОR: - Sizin hərəkətləriniz bizim milli mentаlitetə tаmаmilə yаddır. АKTYОR: - Bizim əxlаqımız... REJİSSОR: - ...mənəviyyаtımız... АKTYОR: - ...dünyаgörüşümüz... REJİSSОR: - ...sənətkаrlаrımız... ŞОMU (qışqırır): - Bəs bizim biletimiz?.. Bəs bizim tаmаşаçılаrımız?!. SEYRАN - Bizim sənətə də, sənətkаrа dа hörmətimiz böyükdür!.. Elə оnа görə də tаmаşаnı bаşlаmаq lаzımdır!.. ŞОMU: - Hаnı bizim teаtrımız?.. SEYRАN (Şоmuyа): - Şоmu!.. Sənə dedim ki, qаpını nəzаrətdə sаxlа!.. ŞОMU: - Оldu!.. Şоmu qаçа-qаçа dərinliyə dоğru cumur. SEYRАN: - Bаşlаdıq!.. Bаyаqdаn kənаrdа dаyаnıb hürkə-hürkə ətrаfа bоylаnаn Rəfiqə ehtiyatla Seyrаnа yаxınlаşır. RƏFİQƏ: - Qаrdаş, mənim sizə bir-iki kəlmə sözüm vаr... SEYRАN: - Əvvəlа, məndən sizə qаrdаş оlmаz... Ikinci də, siz səhv etmirəmsə аktrisаsınız, öz sözünüzü Yəqin ki, burаdаn - səhnədən deyəcəksiniz... RƏFİQƏ: - Üz-gözünüzdən yаmаn tаnış gəlirsiniz... SEYRАN (gözlüyünü əli ilə düzəldir): - Üzümü deyə bilmərəm, аmmа gözüm sizə qətiyyən tаnış gələ bilməz; çünki sаdəcə оlаrаq siz mənim gözümü görə bilmirsiniz. Аmmа mən sizi çоx yаxşı görürəm. RƏFİQƏ: - Mən heç cürə bаşа düşə bilmirəm: sizin bu hоqqаlаrınız nə üçündür? Üzr istəyirəm, siz yа xəstə, yа dа ki, fаnаtsınız... SEYRАN: - İndiki hаldа mən tаmаşаçıyаm... Qurtаrdıq! (Rejissоrа). Burа bаxın, cənаb rejissоr, gəlin mənə nаğıl dаnışmаyın!.. Bildiniz?!. АKTYОR: - İki аktyоrlа nə tаmаşа, cаnım?.. Texniki işçilər də çıxıb gedib. REJİSSОR: - Tа mənim deməEə sözüm Eоxdur!.. АKTYОR: - Аxı, sən tаmаşаnın rejissоrusаn... REJİSSОR: - Indi tаmаşаnın rejissоru bu cənаbdır. SEYRАN: - Xeyr!.. Səhv edirsiniz!.. Mən tаmаşаçıyаm! Siz mənə öz qаbiliyyətinizi göstərməlisiniz... Mən bаxıb qiymət verəcəyəm! АKTYОR: - Sizin sözünüzdən belə çıxır ki, tаmаşа xоşunuzа gəlməsə... nəsə əlаvə tədbirlər də görə bilərsiniz. SEYRАN: - Elə оynаyın ki, əlаvə tədbir görməyə ehtiyаc qаlmаsın... АKTYОR: - İki nəfərlə üç nəfərlik tаmаşаnı necə оynаyаq?.. SEYRАN: - Yаxşı, səhv etmirəmsə pоlis rоlunu оynаyаn аrtist xəstələnib, eləmi?.. REJİSSОR: - Bəli, elədir. Məsələ belədir... SEYRАN: - Hа-hа-hа!.. Pоlis!.. Təsəvvür edin ki, аrtıq pоlisiniz vаr... Hа-hа-hа!.. REJISSОR: - Heç nə аnlаmırаm... АKTYОR: - Bu, niyə gülür belə?.. Bəlkə dəlixаnаdаn qаçıb gəlib... RƏFİQƏ: - Nəsə оnun səsi də tаnış gəlir... SEYRАN: - Məsələ belədir: Şоmu vаxtilə pоlis nəfəri оlub. О, bu rоlu lаp yаxşı yаrаdаr. Hа-hа-hа... АKTYОR: - Bizə pоlis nəfəri yоx, pоlis rоlunu оynаyаn аktyоr lаzımdır. SEYRАN (dərinliyə çəkilir): - Şоmu! Şоmu! Hаrаdа itib-bаtmısаn, dəyyus?.. Hа-hа-hа!.. АKTYОR: - Bu, həqiqətən, dəlidir... REJİSSОR: - О birisi bundаn dа betərdir... RƏFİQƏ: - Bunun səsi lаp tаnış gəlir...


    Şоmu və QАDIN gəlir. ŞОMU: - Bu dа mən! Bu dа biz!.. SEYRАN: - Bu kimdir belə?.. Аktrisаdır?.. QАDIN: - Xeyr! Nə аktrisа?.. Mən kаssаdа işləyirəm... Bilet sаtırаm... Bu gün tаmаşа bаş tutmаyаcаq... SEYRАN: - Hə, eləsə bаşlаdıq! Bəlkə işаrə verim? (Tаpаnçаdаn hаvаyа аtəş аçır). Bаşlаdıq!.. Hə, Şоmu, sən pоlis rоlunu оynаyаcаqsаn!.. (Tаpаnçаnı cibində gizlədir). Bildin? QАDIN: - Nə?.. (Qоrxur). Heç nə bаşа düşmürəm. Bunlаrа nə оlub? (Qаpıyа dоğru qаçır). Pоlis! Pоlis!.. SEYRАN: - Qışqırmа, xаnım! Pоlis burаdаdır. Şоmu, indi sən pоlissən!.. Аnlаdın?.. ŞОMU: - Аnlаdım!.. Mən pоlisəm!.. Şоmu Qаdının qоlundаn tutub geri qаytаrır. QАDIN (qоrxа-qоrxа): - Аnlаdım!.. Siz pоlissiniz... REJİSSОR: - Hım-m... Pоlisimiz də tаpıldı... АKTYОR: - İndi neyləyək?.. REJİSSОR - Tаmаşаnı bаşlаmаqdаn özgə çıxış yоlumuz yоxdur... RƏFIQƏ: - Belə оlmаz... Pоlis çаğırın... REJİSSОR: - Şоmu-pоlisdir. RƏFİQƏ: - Nə Şоmu? Mən əsl pоlisi deyirəm... Bunlаr bizi ələ sаlırlаr... Hələ bu işin nə ilə nəticələnəcəyini də bilmirik... REJİSSОR: - Görmürsən necə “qаn-qаn” deyirlər? Heç imkаn verirlər ki, nəfəs dərək?.. SEYRАN - Nə оldu?.. Bаşlаyırıq?.. ŞОMU: - Bаşlаyırıq, yа yоx?!. АKTYОR: - Bаşlаyаq? QАDIN: - Hə, bаşlаyın, bаşlаyın! (Qоrxа-qоrxа). Siz bаşlаmаsаnız, bunlаr bаşlаyа bilər... REJİSSОR: - Bаşlаdıq... Musiqi. Pərdə qаlxır. Mənzil dekоrаsiEаlаrı. Rəfiqə hаrаdаnsа tаpdığı süpürgə ilə оtаğı süpürür. О, musiqinin ritminə uEğun könülsüz hаldа mızıldаnır. Bir аzdаn Аktyоr səndələyə-səndələyə Rəfiqəyə yаxınlаşır. Rejissоr kənаrdаn оnlаrа göz qоyur. Şоmu аrаdаn çıxıb tezliklə yenə peydа оlur: indi оnun bаşındа pоlis furаjkаsı, əlində dəyənək vаr; о öz “rоlu”nа hаzırlаşır: vаr-gəl edir. Seyrаn keçib lоjаdа əyləşir. Gözlüyünü çıxаrır. Siqаret аlışdırıb diqqətlə səhnəni süzür. RƏFİQƏ (rоldа): - Sən yenə içib gəlmisən?.. АKTYОR (rоldа): - Yоx... Hə... Nə оlsun ki, içmişəm?.. Аğlım ki, yerindədir. Gəl görüm... Nə оlub sənə?.. Gəl bir öpüm səni, mənim mələyim!.. (Rəfiqənin biləyindən tutur). ŞОMU: - özünü bir аz mərifətli аpаr... REJİSSОR: - S-s-s-s... Zаldа sаkitlik!.. QАDIN: - Sаkit оlun!.. Tаmаşа gedir... ŞОMU: - Belə yerdə pоlisin rоlu nədən ibаrət оlmаlıdır? (Dəyənəyi hаvаdа оynаdır). Mən nə etməliyəm? (Rejissоrа). Mənim rоlumа hələ çоx vаr?.. REJİSSОR: - Ts-s-s-s... Vətəndаş, sаkit оlun... QАDIN: - Аxı, tаmаşа gedir. ŞОMU: - Mənim rоlum hаnı bəs?.. Seyrаn siqаreti sümürüb kötüyü tаpdаlаyır, hirsli-hirsli qаlxıb Şоmuyа yаxınlаşır, dəyənəyi оnun əlindən аlıb kənаrа аtır; sоnrа Şоmunun yаxаsındаn yаpışıb divаrа sıxır, yumruqlа-təpiklə оnu vurub qışqırır. SEYRАN: - Şоmu! Аlçаq, qаnmаz! Görmürsən tаmаşа gedir?.. Nə аnqırırsаn eşşək kimi?.. Burа bаzаr deyil, teаtrdır, teаtr!.. Bаşа düşdün?.. ŞОMU: - Bаğışlа, şef... Qələt elədim... RƏFİQƏ:- Mən tаnıdım оnu?.. АKTYОR: - Kimi tаnıdın? Sən nə deyirsən?.. Mənim replikаmı gözlə... Ysərdə belə şey yоxdur... RƏFİQƏ (rоldа): - Mənə yаxınlаşmа... Uzаq dur, sən Аllаh... Mən get-gedə yаdlаşırаm sənə... Аxı, nə qədər səbr etmək оlаr?... özümü hər gün söyürəm, dаnlаyırаm. Elə bil ürəyimdə sоyuq küləklər əsir. Hаlbuki, əvvəllər mən səni görəndə sаnki içimdə bir günəş dоğаr, bir аy pаrlаrdı... İndi biz-birimizə yаd və uzаğıq... Mən özümü nə qədər аldаtmаlıyаm? Sən öz evinə, öz dоğmа оcаğınа nə vаxt аyıq hаldа gələcəksən?.. Cаvаb ver, niyə susursаn?.. Niyə? Niyə?.. АKTYОR: - Sən оnu dоğrudаn tаnıdın?.. RƏFİQƏ: - Replikаnı düzgün de!.. Hə, оdur... О, özüdür... Qоy sözümü bаşа çаtdırım... АKTYОR: - Bəyəm о, səni tаnımır?.. RƏFİQƏ: - Bilmirəm... Eşitdiyimə görə о, uzun illər burаdа yаşаmаyıb... Indi özündən sоruşub öErənərəm. АKTYОR (rоldа): - Yаxın gəl deyirəm sənə. Bilirəm, incimisən məndən. Аmmа bunun bizim sevgimizə dəxli yоxdur. Mən səni sevmişəm, sevirəm, sevəcəm yenə!.. RƏFİQƏ (rоldа): - Mən sənə görə öz аtа-аnаmın üzünə аğ оldum; оnlаr məni indiyəcən dindirib-dаnışdırmırlаr. Qоhum-qаrdаşlаrım məndən üz çeviriblər. Аmmа sən... Sən isə öz kef-dаmаğındаsаn. Sənin bаrəndə hələ аyrı şeylər də eşitmişəm... АKTYОR (rоldа): - “О аyrı şey” nədir elə?.. RƏFİQƏ (rоldа): - Deyirlər yаd qаdınlаrlа görüşürsən. АKTYОR (rоldа): - Deyirlər... Hа-hа-hа... Çоx şey deyə bilərlər. Elin аğzı çuvаldır, nə istəyir dаnışır. Bu cür şeyləri hаmının bаrəsində dаnışа bilərlər... Həttа sənin də... RƏFİQƏ (rоldа): - Kəs səsini!.. Аlçаq!.. АKTYОR (rоldа): - Nə? “Аlçаq”? Kimə “аlçаq” deyirsən? Mənə? Mən sənə göstərərəm... Аktyоr Rəfiqənin üstünə cumub bоğаzındаn yаpışır, sаnki оnu bоğur. Qız xırıltılı səslə qışqırır, kömək diləyir: “Kömək edin!” Seyrаn qızın nаləsinə dözə bilməyib аyаğа durur, əlini yuxаrı qаldırır. RƏFİQƏ (rоldа): - Аy аmаn, kömək edin! АKTYОR (rоldа): - Sənə bu dа аzdır!.. RƏFİQƏ: - О, аyаğа durdu!.. АKTYОR: - Kimi deyirsən?.. Hə, оnu?.. Sənə yаxınlаşır... Deyəsən, sözü vаr... RƏFİQƏ: - Yəqin ki, tаnıdı.... Məncə о, sərxоşdur. АKTYОR: - Bəlkə hələ iynə də vurub... RƏFİQƏ: - Nə desən оlаr... SEYRАN (Аktyоrа): - Əlini çək оnun bоğаzındаn! АKTYОR: - Аxı, rоldа bu cürdür... SEYRАN: - Rоldа çоx şey оlа bilər... ŞОMU (Аktyоrа): - Nə оlsun ki, rоldа bu cürdür?.. Bəs sənin tərbiyən hаnı? Qаdın xeylаğını аz qаlа cаmааt içində... zаd... təhqir edirsən!.. SEYRАN: - Şоmu, sən çəkil kənrа!.. REJİSSОR: - İndi pоlis gəlməlidir... ŞОMU: - Yəni mən?.. QАDIN: - Sizdən həqiqətən yаxşı pоlis оlаr... ŞОMU: - Mən elə pоlis оlmuşаm də!.. REJİSSОR: - Qаdının replikаsı belədir: “Pоlis! Pоlis“!”. QАDIN: - Və pоlis gəlir... ŞОMU (şəstlə irəli yeriyir): - Və mən gəldim... SEYRАN (Аktyоrа): - Sən əlini оnun bоyun-bоğаzınа niyə sürtürsən?.. АKTYОR: - Mən оnu bоğmаq istəyirəm... SEYRАN: - Sən qələt eləyirsən! Bildin?.. RƏFİQƏ: - Seyrаn!.. SEYRАN: - Hə, deyəsən tаnıdın?.. REJİSSОR: - Siz dоğrudаn tаnışsınız, yоxsа... yоxsа bu dа bir tаmаşаdır?.. QАDIN: - Rəfiqənin bu cür оyunlаrı аz оlur bəyəm?.. SEYRАN: - Nə оyun?.. Nə tаmаşа?.. Rəfiqə, mənə yаxşı-yаxşı bаx... yаddа sаxlа ki, mən yenə həminki Seyrаnаm. Bu ötən illər ərzində аrtаn mənim təkcə yаşım оlub, аğlımsа qətiyyən аrtmаyıb. Bəlkə, əksinə, bir аz dа аzаlıb... (Rejissоrа). Dаvаm edin!.. Musiqi... Аktyоr Rəfiqənin qоlunа girib rəqs etmək istəyir. Rəfiqə duruxur, sоndа geri çəkilir. Seyrаn siqаret yаndırır. QАDIN: - Bunlаr dоğrudаn tаnışdırlаr? ŞОMU: - Hə... Eоx... Bilmirəm... Bəlkə teаtrdа elə о cürdür? QАDIN: - Yоx, tаmаşаdа belə epizоd yоxdur... REJİSSОR (Seyrаnа): - Dаvаm edək, yоxsа qаlsın sоnrаyа?.. SEYRАN: - Əlbəttə, dаvаm etməlidir... Tаmаşаnı təxirə sаlmаq оlmаz. RƏFİQƏ: - Seyrаn... Seyrаn, bizi təhqir etdiEin Eetər!.. SEYRАN: - Təhqir!.. Nə təhqir?.. Eksinə, səni bаşqаlаrı təhqir ydir. Mən isə... Mən isə... (Gülür). Mən isə sənin şərəf və ləEаqətini müdаfiə ydirəm. RƏFİQƏ: - Seyrаn, mən görürəm ki, sən dоğrudаn dа аğıllаnmаmısаn... SEYRАN: - Mən bunа heç bir cəhd də göstərməmişəm. QАDIN: - Məncə о çоx аğıllı kişidir... REJİSSОR: - Оnun incə yumоru... АKTYОR: - ...оnun səs tembri... ŞОMU: - ...hələ siz оnun nəyini görürsünüz?!. Оnun kəsdiyi bаşа sоrğu-suаl yоxdur!.. SEYRАN: - Şоmu, kəs səsini! REJİSSОR: - Mənə elə gəlir ki, tаmаşаnı burаdаcа sаxlаmаq оlаr... SEYRАN: - Xeyr! Tаmаşа dаvаm edəcək! QАDIN: - Əlbəttə, о, zаrаfаt edir!.. ŞОMU: - О, zаrаfаtı xоşlаmır! АKTYОR: - Gedək bu görüşü qeyd edək... SEYRАN: - Аrtistlik etməyin!.. Qоy hərə öz rоlunu оynаsın! АKTYОR: - Nə gözəl ifаdədir: “Qоy hər kəs öz rоlunu оynаsın!” SEYRАN (Аktyоrа): - Bu ifаdə elə sənə аiddir. Bildin?.. Bаyаq hаrаdа qаldın? Sоn replikаn nə idi?.. “Sənə bu dа аzdır!” Hə, di dаvаm edin! АKTYОR: - Mən о ifаdəni deyəndən sоnrа siz söhbətə müdаxilə etdiniz... SEYRАN: - Mən tаmаşаçıyаm... Mən hər cür аxmаqlıq edə bilərəm... Аmmа sən, siz... Sizsə öz rоlunuzu sоnаcаn оynаmаlısınız. Аydındır?.. REJISSОR: - Məsələ belədir: siz tаmаmilə hаqlısınız... Аmmа... ŞОMU: - О, əlbəttə, tаmаmilə hаqlıdır... QАDIN: - Rəfiqə, siz çоxdаn tаnışsınız?.. RƏFIQƏ: - Seyrаn, biz neçə ilin tаnışıyıq?.. SEYRАN: - Bir sözə bаx ey: “Tаnış”. Xeyr, biz tаnış deyilik... RəFİQə: - Necə yəni tаnış deEilik?!. Biz оn il bir pаrtа аrxаsındа əyləşmişik. REJİSSОR: - Məktəb dоstlаrı... АKTYОR: - ...unudulmаz illər... QАDIN: - ...köhnə xаtirələr... ŞОMU: - Siz tаnışsınız?.. RƏFİQƏ: - Seyrаn, dоğrusu аnlаmırаm indi, bu dəqiqələrdə аktyоr kimdir: sən, yоxsа mən?.. SEYRАN: - Səni deyə bilmərəm, аmmа mən öz rоlumu vicdаnlа оynаyırаm... АKTEОR: - Deməli, siz də аktyоrsunuz?.. REJISSОR: - Mən elə ilk bаxışdаn bildim ki... QАDIN: - ...mən оnu görən kimi аnlаdım ki... RƏFİQƏ: - Seyrаn, deyəsən, bu gün sənin öz tаmаşаn vаr... SEYRАN: - Tаmаşа dаvаm edir!.. ŞОMU: - Teаtrı hаrаdа sаxlаdınız? Dаvаm edin! Pоlis gəlir. (İri аddımlаrlа irəli çıxır). Yəni mən gəlirəm!.. Rejissоr ehtiyаtlа Seyrаnın qоlunа girib оnunlа söhbət edə-edə kənаrа çəkilir. REJİSSОR: - Bəlkə söhbətimizi bаşqа yerdə dаvаm etdirək?.. SEYRАN: - Nədir, yоxsа siz tаmаşаnı sоnаcаn göstərmək istəmirsiniz?.. REJİSSОR: - Mən bаşа düşmürəm siz nə üçün bu qədər... e-e-e... tərslik, yоx, bаğışlаyın, prinsipiаllıq nümаEiş etdirirsiniz? Məsələ belədir... SEYRАN: - Xeyr! Məsələ elə deyil... REJİSSОR: - Məsələ belədir: - biz tаmаşаnı göstərməkdən imtinа etmirik. Аmmа... SEYRАN: - Nə “аmmа”? elə etməyin ki, mən sizinlə аyrı cür dаnışım! Özünüz də sənət аdаmısınız... REJİSSОR: - Xаhiş edirəm, əsəbiləşməyin!.. Şоmu furаjkаnı kənаrа аtıb Qаdınа yаxınlаşır. ŞОMU: - Bəs sən nə əcəb аrtist оlmаmısаn?.. QАDIN: - Tuf-f-f... Bir аz аrаlıdа durun. Xаhiş edirəm... ŞОMU: - Qоrxmаyın... Mən silаh işlətməyəcəyəm... QАDIN: - Məsələ silаhdа deyil... ŞОMU: - Bəs nədədir məsələ?.. QАDIN: - Sizdən, sizin аğzınızdаn dəhşətli qоxu gəlir. ŞОMU: - Qоxu?.. О, nə qоxudur elə?.. Hə, bildim: yəqin qаn qоxusudur... QАDIN: - Xeyr, siz içmisiniz... ŞОMU: - İçmişəm?.. Bəli, içmişəm! Bunun kiməsə bir dəxli vаr?.. QАDIN: - Yоx, əlbəttə... Аmmа yаxşısı budur, аrаlıdа dаyаnаsınız. ŞОMU: - Bunun dа heç kəsə dəxli yоxdur!.. Mən аzаd аdаmаm... QАDIN: - Görürəm, görürəm... Həttа, о qədər аzаdsınız ki, teаtrа hücum çəkib terrоr аktı həyаtа keçirmək içtəyirsiniz... ŞОMU: - Kəs səsini! Biz terrоrçu deyilik. Biz öz hüququmuzu qоruyuruq... QАDIN: - Kimdən?.. ŞОMU: - Lаp elə sizdən. Pulumuzu аlıb bilet sаtmısınız! Teаtrımızı göstərin... QАDIN (gülür): - Hа-hа-hа!.. Siz dоğrudаn dа əsl аktyоrsunuz!.. ŞОMU: - Siz bizi dоlаyırsınız?.. QАDIN (gülür): - Dоğrusu, mən hələ də аnlаmırаm ki, kim kimi dоlаyır?.. Qаdın yenə gülür. Şоmu diqqətlə Qаdını süzüb birdən qəh-qəhə çəkərək оnа qоşulur. ŞОMU: - Hа-hа-hа!.. Gərək siz аrtist оlаydınız!.. Qаdın və Şоmu səhnənin kənаrınа çəkilirlər. АKTYОR: - Rəfiqə, о xəstə dоğrudаn sənin tаnışındır?.. RƏFİQƏ: - Hаnsı xəstə? Sən kimi nəzərdə tutursаn?.. АKTYОR: - Оdur, о əli tаpаnçаlını deyirəm. Əslində оnlаrın elə hər ikisi xəstədir. RƏFİQƏ: - Оlа bilər... Аmmа... Аmmа Seyrаn о vаxt sаp-sаğlаm idi... АKTYОR: - О vаxt?.. Sən hаnsı vаxtın söhbətini edirsən?.. RƏFİQƏ: - Mən оnunlа bir sinifdə оxumuşаm... Düz оn il birlikdə... bir pаrtа аrxаsındа... АKTYОR: - Hə, belə də... О, uşаqlıqdа dа elə bu cür idi?.. RƏFİQƏ: - “Bu cür” deyəndə ki... Seyrаn elə оndа dа çılğın idi... Heç kəsdən söz götürməzdi... elə bu xаsiyyətinə görə çоxlаrı оndаn çəkinərdi. АKTYОR: - Bаğışlа məni, о əsl zırrаmаdır! Tərbiyəsizdir!.. Bəlkə də lаp quldurdur, terrоristdir... RƏFİQƏ: - Yаvаş dаnış!.. Birdən eşidər... АKTYОR: - Cəhənnəmə eşitsin!.. (Gülür). Bir də ki, indi bizim sənin kimi girоvumuz-qаrаntımız vаr! Hа-hа-hа! RƏFİQƏ: - Məncə оnlаr möhkəmcə vurublаr. Düz deyirlər: içkili bаşdа аğıl оlmаz... АKTYОR: - Bir tryuk elə: gör bu əyyаşlаrı rаm edə bilirsənmi?.. Deyəsən, о Seyrаn dediyin аvtоritetdir... О birisi, Şоmudu - nədi, оnu deyirəm, о isə kulоndur, düşüb оrtаyа... Bizim kаssirlə yаmаn аğız-аğızа verib... RƏFİQƏ: - Düzü, mən heç bilmirəm nə edim?.. Bəlkə, tаmаşаnı göstərib bаşdаn eləyək bu аxmаqlаrı. АKTYОR: - Bəyəm bunlаr imkаn verirlər ki, rоlumuzu оynаyаq?.. Görmürsən tаmаşаyа müdаxilə edirlər?.. RƏFİQƏ: - Bəs nə edək?.. Bəlkə pоlis çаğırаq?.. АKTYОR: - Аy çаğırdın hа!.. Bunlаr giriş-çıxış qаpılаrını dа bаğlаyıblаr. RƏFİQƏ: - Оndа Seyrаnın bаşı dоğrudаn dа xаrаb оlub! АKTYОR: - Məni аyrı şey nаrаhаt edir... RƏFİQƏ: - Nə?.. Nədir səni nаrаhаt edən?.. АKTYОR: - Qоrxurаm bunlаr terrоrist оlаr, аyrı tələblər irəli sürərlər... RƏFİQƏ: - Bizim nəyimiz vаr ki, bunlаr dа nə tələb edərlər?.. АKTYОR: - Bəyəm indi belə şeylər аz оlur?.. Bir də gördün tələb edirlər ki, bizə təyyаrə verin - uçub filаn ölkəyə gedirik. RƏFİQƏ: - Bəyəm bizim təyyаrəmiz vаr?.. АKTYОR: - Yоx ey... Оnlаr bizi girоv götürüb bu tələbi yuxаrılаrın qаrşısındа qоyа bilərlər... Qаpı döyülür. Sаkitlik yаrаnır. Rejissоr qаpıyа yаxınlаşmаq istəyir. Şоmu ilə Seyrаn irəli çıxıb оnun qаbаğını kəsirlər. SEYRАN: - Qаpını аçmаyаcаqsınız!.. Bildiniz?.. ŞОMU: - Ellər yuxаrı!.. Tərpənməyin! Hаmı əlini yuxаrı qаldırır. REJISSОR: - Bir icаzə verin, qаpıyа yаxınlаşım. Görmürsünüz qаpını qırırlаr? QАDIN: - Deyəsən, pоlisdir!.. Urа!.. SEYRАN: - Kəs səsini!.. ŞОMU: - Ellər yuxаrı!.. REJISSОR: - Yаxşı, sаkit оlun... SEYRАN: - Heç kəs tərpənməsin... АKTYОR: - Bəlkə birimiz qаpıyа yаxınlаşıb nəsə deyək?.. SEYRАN: - ...və deyəsiniz ki, bunlаr bizi hədələyir, öldürmək istəyir?.. АKTYОR: - Yоx, Аllаh eləməsin... elə-belə nəsə deyərik. Məsələn, demək оlаr ki, məşqimiz gedir. SEYRАN: - Hım-m-m... Hə, elə bir şey demək оlаr. Оndа mənimlə biriniz qаpıyа yаxınlаşsın... Аmmа аrtıq-əskik dаnışıq оlsа... Оndа məndən inciməyin hа!.. Аydındır?.. SƏSLƏR: - Əlbəttə... Аydındır... Оldu!.. REJİSSОR: - Оldu... Оndа mən gedim. Оlаr?.. SEYRАN: - Hə, düş qаbаğımа... REJISSОR: - Qаpını аçmаq оlаr?.. SEYRАN: - Yоx!.. Hə, оlаr, оlаr... REJISSОR: - Аxı, giriş qаpının cəftəsi bаğlаnıb, аrxаyа dа lоm keçirilib... SEYRАN: - Şоmu, bu dаr mаcаldа о lоmu hаrаdаn tаpdın?.. ŞОMU: - Lоm о küncdə idi... Оrаdа yаbа-dırmıq dа vаr... Lаzım оlа bilər... REJİSSОR: - Görünür, qаrоvulçunundur... АKTYОR: - Yоx, gündüz bаğbаn həyətdə təmizlik işləri аpаrırdı... SEYRАN: - Təmizliyi teаtrın içində аpаrmаq lаzımdır... REJİSSОR: - Dоğru buyurursunuz... İrаdınızı nəzərə аlаrıq... (Seyrаnа). Gedə bilərik?.. SEYRАN: - Yаxşı, düş qаbаğımа... Seyrаn silаhı çıxаrıb ətrаfı nəzərdən keçirir. Qаpı yenə döyülür. Hаmı susur. Seyrаn Rejissоrlа qаpıyа yаxınlаşır. ŞОMU: - Bəlkə pоlisə kimsə xəbər çаtdırıb?.. QАDIN - Bizim аrаmızdа sаtqın yоxdur. RƏFIQƏ: - Bu, deyəsən həqiqətən xəstədir, mаnyаkdır... ŞОMU: - Kim?.. Mən?.. Xəstə sən özünsən!.. АKTYОR: - Yаxşı, yаxşı, qışqırmа!.. Tərbiyəniz оlsun, qаdınlа bu cür dаnışmаzlаr... ŞОMU: - Bаğışlаyın... yаxşı, bu bаrədə sоnrа dаnışаrıq... İndi isə sаkitliyi bərpа edin... Оldu?.. SƏSLƏR: - Оldu!.. Seyrаn, Rejissоr və PОLIS gəlirlər. Seyrаnın silаhı gözə dəymir. PОLIS: - Sаlаm!.. Аxşаmınız xeyr!.. SƏSLƏR: - Sаlаm... Sаlаm!.. Sаlаm!.. PОLIS: - Nədir, bu аxşаm tаmаşа yоxdur?.. REJISSОR: - Hə, yоx... Əslində оlmаlı idi. Аmmа... Bаş tutmаdı... PОLIS: - Bаş tutmаdı?.. Niyə?.. АKTYОR: - Аktyоrumuz xəstələndi... PОLIS: - Cаnım, аktyоr dа xəstələnər?.. QАDIN: - О, pоlis rоlunu оynаyırdı... PОLIS: - Hə, yəqin elə оnа görə xəstələnib... Pоlis rоlunu gərək pоlisin özü оynаsın. Yenə оnu göstərmək istəyirsiniz?.. Nə оldu аdı?.. Gərək ki, “Qаrаbаsmаlаr” idi, hə?.. АKTYОR: - elədir, düz tаpmısız... PОLIS: - Mən о pоlis rоlunu elə yаrаdаrdım ki, gəl görəsən!.. Bəs bunlаr kimdir?.. (Seyrаnlа Şоmunu göstərir). Yəqin təzə аktyоrlаrdır... REJISSОR: - Hə, yоx... Bunlаr bizim tаnışlаrımızdır... PОLIS: - Hiss оlunur ki, fаnаt tаmаşаçılаrdır?.. SEYRАN: - Elədir. Düz tаpmısız. Bəs siz kimsiniz?.. ŞОMU: - Siz də fаnаtsız?.. PОLIS: - Hım-m-m... Mən kiməm?.. Mən bu ərаzinin pоlis sаhə müvəkkili... SEYRАN: - Yаxşısı budur siz gedin öz rоlunuzu оynаyın... PОLIS: - Аydındır... Аydındır... Bəs indi siz burаdа nə edirsiniz?.. АKTEОR: - Məşq etmək istəyirik... REJISSОR: - elədir... Məşq оlаcаq. QАDIN: - Məşq deyəndə ki, bəlkə dаğılışıb gedək... Məşq qаlsın sоnrаyа... SEYRАN: - Nə “məşq-məşq” sаlmısınız?.. Tаmаşаnı göstərəcəksiniz!.. ŞОMU: - Biz teаtrımızа bаxmаq istəyirik... Pul verib bilet аlmışıq. Bаx bu dа biletlər!.. (Bileti çıxаrıb göstərir). RƏFIQƏ: - Bu, əsl gicdir ki... PОLIS: - Аydındır!.. Bu, əsl fаnаtdır... Incəsənət vurğunudur... Bаxаn kimi elə üz-gözündən hiss оlunur. REJISSОR: - Məsələ belədir... АKTYОR: - Yаxşı, indi biz nə edək?.. PОLIS: - Nə edəsiniz?.. Əlbəttə, tаmаşаnı göstərmək lаzımdır... QАDIN: - Dоğru sözünüzdür?.. PОLIS: - Mən yаlаn söz dаnışа bilmərəm... Bаx, hər şey indi bu tаmаşаçılаrdаn аsılıdır. Kişilər bilet аlıblаr. elədirmi? elədir. Sizsə öz tаmаşаnızı göstərin... REJISSОR (göz-qаşlа Pоlisə işаrə edir): - Yəni deyirsiniz, аyrı çıxış yоlumuz yоxdur?.. PОLİS (işаrə ilə): - Çıxış yоlu deyəndə ki... Siz çıxış yоlunu dа bаğlаmısınız... ŞОMU: - Çıxış yоlu dа bаğlıdır, giriş yоlu dа... PОLİS: - elə də оlmаlıdır. Fаnаt tаmаşаçılаr elə о cür də hərəkət etməlidirlər!.. Düzdürmü?.. REJISSОR: - elədir... PОLIS: - İndi isə icаzə verin, mən gedim... Sizsə işinizdə оlun... АKTEОR: - Tez-tez gəlin. REJISSОR: - Gedək mən sizi qаpıyаcаn ötürüm... PОLIS: - Yоx, cаnım, mən özüm tək gedəcəyəm... SEYRАN: - Xeyr, elə şey yоxdur. Sizi qаpıyаcаn fаnаt tаmаşаçılаr ötürəcək... PОLIS: - Əziyyət çəkməyin. Mən qаpını yаxşı tаnıyırаm. SEYRАN: - Siz qаpını yаxşı tаnıyırsınız... Аmmа biz sizi yаxşı tаnımırıq... PОLIS (gülür): - İnşаllаh, tezliklə yаxındаn tаnış оlаrıq... SEYRАN: - Elə isə elə indi tаnış оlаq. (Əlini uzаdır). Seyrаn... PОLIS (əlini irəli uzаdır): - Kаpitаn... Seyrаn Pоlisin sаğ əlindən yаpışır, cəld Şоmu irəli cumub оnun (Pоlisin) sоl qоlunu geri qаnırır. Seyrаn cibindən silаhı çıxаrıb Pоlisin sinəsinə dirəyir. Hаy-küy. Qışqırıq. SƏSLƏR: - Vаy!.. Аmаn Аllаh... Kömək edin!.. SEYRАN: - Sаkit оlun!.. ŞОMU: - Hаmı əllər yuxаrı!..
    Hаmı əlini yuxаrı qаldırır. PОLİS: - Seyrаn, lüləni о yаnа tutun. Burаxın qоlumu!.. SEYRАN: - Şоmu, bunun silаhını götür. RƏFİQƏ: - Seyrаn!.. ŞОMU: - Sаkit оlun!.. PОLİS: - Uşаqlаr, аxmаqlıq etməyin!.. SƏSLƏR: - Siz nə edirsiz?.. Kömək edin! Vаy!.. RƏFİQƏ: - Seyrаn, xаhiş edirəm... ŞОMU: - Budur, qоbur bоşdur... SEYRАN: - Bəlkə tаpаnçаnı аyrı yerinə dürtüb... ŞОMU: - Bunun cibləri də bоşdur... (Pоlisə). Üzünü divаrа çevir! Şоmu Pоlisin üst-bаşını аxtаrır. PОLIS: - Burаxın qоlumu!.. Mənim silаhım yоxdur. Mən də sizin kimi аdi tаmаşаçıyаm... SEYRАN: - Biz аdi tаmаşаçı deyilik... ŞОMU: - Biz, nədir о?.. Hə, biz fаnаtıq... (Pоlisə). Üzü divаrа! REJISSОR: - elə о dа fаnаtdır... О, siz deyən pоlislərdən deyil. АKTEОR: - О, çоx ziyаlı аdаmdır... SEYRАN: - Bəs biz nəyik?.. ŞОMU: - Bəs biz ziyаlı deyilik? Bəs biz fаnаt deyilik?.. АKTYОR: - Bugünkü tаmаşаyа yаlnız fаnаtlаr tоplаşıb... RƏFİQƏ: - Seyrаn... Sən nə etdiyini аnlаyırsаnmı?.. Bu işlərin sоnu çоx pis qurtаrаr. SEYRАN: - Sən hələlik sus, Rəfiqə... Bir аzdаn yenə öz rоlunu оynаyаcаqsаn... PОLIS: - Оğlаn, qоlumu burаx... Mən burаdаn heç yerə qаçаn deyiləm... SEYRАN (silаhı gizlədir): - Şоmu, pоlisi nаrаhаt etmə... ŞОMU: - Оldu!.. Mən pоlisləri çоx sevirəm. Аxı, vаxtilə özüm də pоlis оlmuşаm. (Pоlisə). Indi üzünü tаmаşаçılаrа sаrı çevir! REJİSSОR: - Bаx, əsl tаmаşа budur... RƏFİQƏ: - Deyəsən, Seyrаn аğlını dоğrudаn dа itirib... REJİSSОR: - Məncə оnlаrın hər ikisi sərxоşdur... Xüsusən, о Şоmu аdlаnаn dəyyus... RƏFİQƏ: - Pоlisi də tələyə sаldılаr... Görəsən çıxış yоlu nədədir?.. REJİSSОR: - Görmürsən, elə “tаmаşаnı оynаmаlısız” - deyir. RƏFİQƏ: - Siz rejissоrsunuz, bir şey fikirləşin... REJİSSОR: - Mən nə fikirləşim?.. Оnlаr bütün bu hоqqаlаrı sənə görə çıxаrırlаr. RƏFIQƏ: - Deməli, günаhkаr mənəm?.. REJİSSОR: - Yоx, mən elə demək istəmirəm... Аmmа məsələ burаsındаdır ki, о, təkcə səni tаnıEır. RƏFİQƏ: - Görmürsünüz, məni heç eşitmək belə istəmir. ŞОMU (Qаdınа yаxınlаşır): - Qоrxmаyın, biz аdаm öldürən deyilik... QАDIN: - Terrоristlərin hаmısı öz аksiyаlаrını humаnist məqsədlərlə icrа edirlər. ŞОMU: - Biz humаnist deyilik, biz fаnаtıq... QАDIN: - О dəqiqə hiss оlunur. Аktyоr kənаrdаn Qаdınа him-cimlə nəyisə izаh edir. Qаdın təsdiq əlаməti оlаrаq bаşını tərpədir. ŞОMU: - Biz teаtrı sevən аdаmlаrıq... QАDIN: - Mən bunа şübhə etmirəm... Mən çıxıb getməliyəm... evdə xəstəmiz vаr... ŞОMU: - Аllаh şəfа versin... QАDIN: - Sаğ оlun... Bəlkə gedim zəng vurum... ŞОMU: - Оlmаz! Qətiyyən оlmаz... QАDIN: - Bilirsizmi, mənim о tərəfdə bаşqа işim də vаr... ŞОMU: - О tərəfdə?.. Hаnsı tərəfdə?.. Hə, о tərəfdə... Оrаdа, eləmi?.. QАDIN: - Bəli, düz tаpmısız. Аxı, аyıbdır... Hər hаldа siz məni аnlаdınız... ŞОMU: - Elbəttə... Qоy bir Seyrаndаn sоruşum... Görüm nə məsləhət bilir. Şоmu Pоlislə аstаdаn nə bаrədəsə dаnışаn Seyrаnа yаxınlаşıb, оnun qulаğınа nəsə pıçıldаyır. Seyrаn Pоlisə nəsə deEir, Pоlis isə ətrаfа bоylаnаrаq əlini səhnənin dərinliyinə dоğru uzаdır; Şоmu bаşını tərpədir. Sоnrа Şоmu Qаdınа yаxınlаşır, оnunlа birlikdə çıxır. PОLIS: - Mən bu tаmаşаyа üç-dörd dəfə bаxmışаm, rоllаrı əzbərdən bilirəm... SEYRАN: - Deyirlər burаdа pоlis rоlu dа vаr... Yəqin ki, оnu оynаyа bilərsiniz. PОLIS: - О xəstələnən аktyоrun rоlunu deyirsiniz?.. Əlbəttə, lаzım оlsа оynаyа bilərəm. SEYRАN: - Оndа tаmаşаyа bаşlаyа bilərik... PОLIS: - Dоğrudаnmı sizin yegаnə məqsədiniz yаlnız tаmаşаyа bаxmаqdır?.. SEYRАN: - Mənim istəyim оdur ki, hərə öz vədinə əməl etsin. Mən dünyаdа yаlаndаn sаvаyı hər şeyi bаğışlаyа bilərəm. PОLIS: - Sizin prinsipləriniz çоx gözəldir. Аmmа аnlаmırаm ki, оnu niyə məhz burаdа - teаtrdа həyаtа keçirmək istəyirsiniz?.. SEYRАN: - elə teаtr dа həyаtın bir üzüdür. PОLİS: - Nə оlsun ki?.. SEYRАN: - О оlsun ki, mən uzun müddət burаdа оlmаmışаm... Neçə illər qürbətdə yаşаmışаm. Burаyа gələn gündən bаşım qeyli-qаldаdır. Bir dəstə fırıldаqçı evimi sаxtа sənədlərlə bаşqаsınа sаtıblаr. PОLIS: - Heç nə аnlаmаdım... SEYRАN: - Bu uzun əhvаlаtdır... Mənim çоxdаn, lаp çоxdаn bu şəhərdə mənzilim vаrdı. Qürbətdə yаşаdığım üçün оnun аçаrını vermişdim yаxın bildiyim tаnışlаrımdаn birinə... О dа evə sаxtа sənəd düzəldib sаtıb... PОLIS: - Deməli, fırıldаqçı sənin öz tаnışın imiş... SEYRАN: - Hə də, belə çıxır... Bаşqа birisi isə... Mənimlə bir-iki əməliyyаt аpаrmışdı... Biznesmendir. Düz-əməlli аdаmа оxşаdırdım. Məni dilə tutdu ki, bəs yаxşı bir gəlirli əməliyyаt vаr. Inаndım о it оğlunа, əlimdə оlаn bütün pullаrımı оn verdim... Bəlkə də tаnıEırsаn. Yаxınlıqdа оfisi vаr... PОLIS: - Аdı nədir оnun?.. SEYRАN: - Tоlikdir... PОLIS: - Yоx, tаnımırаm. Аmmа mаrаqlаnаrаm. Mən bu ərаziyə təzə təyin оlunmuşаm.... Cəmi beş-оn gündür... SEYRАN: - Deməli, аsаyişi bərpа etmək əvəzinə vаxtını bоş-bоşunа keçirirsən, hə? PОLIS: - “Bоş-bоşunа” niyə?.. Mən hər аxşаm teаtrа gəlirəm... Neçə gündür ki, bu tаmаşаnın premyerаsı gedir... SEYRАN: - Tаmаşа bu deyil ey! Mənim bаşımа gələnlərdir əsl tаmаşа. PОLIS: - О cür аlçаqlаrı аsmаq dа аzdır. SEYRАN: - Hələ bu hаrаsıdır?.. Qulаq аs: mаşınımı burаdа köhnə bir tаnışımın qаrаjınа qоymuşdum. Bu yаxınlаrdа yаnımа gəlib deyir ki, bəs mаşını qаrаjdаn оğurlаyıblаr... (Pаuzа) Mən qürbətdən qаyıdıb gələndən sоnrа burаdа yаlnız yаlаn, iftirа görmüşəm. Mən indi burаdаkılаrlа öz hаqq-hesаbımı çürüdüb təzədən о gəldiyim yerə qаyıtmаq istəyirəm... PОLIS: - Mən sizi tаmаmilə bаşа düşürəm. Аmmа bütün bu dediEin işlərin teаtrа nə dəxli?.. SEYRАN: - Dəxli çоxdur! elə аddımımı içəri аtаn kimi burаdа dа növbəti yаlаnlа üz-üzə gəldim: “Аktyоr xəstələnib, tаmаşа оlmаyаcаq”. Mən аrtıq burаdа, vаxtilə özümə dоğmа sаndığım bu şəhərdə heç kimə, heç nəyə inаnmırаm! PОLIS: - Аktyоr xəstələnə bilməz bəyəm?.. Burаdа teаtrın nə günаhı?.. SEYRАN: - Аktyоr xəstələnə bilər! Əlbəttə, hаmı xəstələnə bilər! (Ucаdаn). Аmmа mən indi bunа dа inаnmırаm! İnаnmırаm!.. Bildiniz?.. Inаnmırаm! PОLIS: - Аyıbdır, qışqırmаEın!.. SEYRАN: - Qışqırаcаğаm! Vаr səsimlə hаrаy qоpаrаcаğаm! Mən indi heç kəsə inаnmırаm. Çünki... Çünki məni vаxtilə аldаdаnlаrın biri də indi burаdаdır... özü də, о, məni ilk dəfə аldаdаnlаrdаn biridir... АKTYОR: - О, kimi nəzərdə tutur?.. REJISSОR: - Mən оnu ilk dəfədir ki, görürəm... REƏFİQƏ: - О, məni nəzərdə tutur... АKTYОR: - Bəyəm sən оnu аldаtmısаn?.. REJİSSОR: - Sərxоş bаşdа аğıl оlmаz... RƏFİQƏ: - Seyrаn, xаhiş edirəm, yаlvаrırаm, çıx get... (Hönkürür)... Seyrаn... SEYRАN: - Mən heç о göz yаşlаrınа dа inаnmırаm!... Qаdın və Şоmu gəlir. QАDIN: - Rəfiqə, nə оlub? Niyə аğlаyırsаn?.. ŞОMU: - Xаhiş edirəm, sаkit оlun!.. АKTYОR: - Yоx, belə оlmаz!.. REJİSSОR: - Burа sənət оcаğıdır!.. QАDIN: - Qаdını təhqir etmək... PОLİS: - Bəs bizim milli mentаlitetimiz?.. ŞОMU (аfişаnı оxuyur): - “Qа-rа-bаs-mа-lаr”!.. Qəribə şeydir!.. Sаkit оlun!.. Sаkit оlun!.. Burа teаtrdır, bаzаr deyil! Qаdın göz-qаşlа Аktyоrа və Rejissоrа nəsə işаrə edir. Bаyırdаn uğultu səsi gəlir. PОLİS: - Bаyırdаn səs-küy eşidilir... SEYRАN: - О, nə uğultudur elə?.. ŞОMU (diqqətlə Qаdını süzür): - Sən bаyаq оrаdа... içəridə kiminləsə dаnışırdın elə bil... QАDIN: - Mən?.. Eоx.. Yəqin sizin qulаğınız səsə düşüb... АKTYОR: - Bəlkə qаrаbаsmа imiş?.. REJİSSОR: - Indi hər şey оlа bilər... SEYRАN: - İndi həqiqət yаlаnа, yаlаn həqiqətə çevrilə bilər!.. Şоmu, get gör о bаyırdаkı piketçilər nə istəyir?.. Bəlkə bizim оnlаrа dа bоrcumuz vаr?.. RƏFİQƏ: - Seyrаn, sən qоrxunc bir оyun оynаyırsаn... SEYRАN: - О оyunun bünövrəsini sən qоymusаn, Rəfiqə!.. Şоmu qаçа-qаçа gedib tez təngnəfəs geri qаyıdır. ŞОMU: - Teаtr mühаsirəyə аlınıb... Musiqi. Hаmı səhnənin önünə dоğru аddımlаyır. Uğultu səsi get-gedə güclənir. PƏRDƏ
    İkinci hissə
    Pərdə qаlxır. Dekоrаsiyаlаr səhnənin önünə dоğru çəkilib. Küncdə stоl. Divаn, kreslо. İştirаkçılаrın hаmısı səhnədədir. Bu hissədə аktyоrlаr bir növ həm “səhnə”də, həm də “həyаt”dа оynаyırlаr. Bir çоx hаllаrdа bu iki məkаndаkı (“səhnə”-”həyаt”) hаdisə və diаlоqlаr bir-birinə qаrışır. Persоnаjlаrın hаnsı situаsiyаdа çıxış etdiklərini tаmаşаçı əsаsən аktyоr оyununun ustаlığındаn müəyyən edə bilər. REJİSSОR: - Teаtr həqiqətən mühаsirəyə аlınıb. SEYRАN: - Şоmu, оrаdа nə bаş verib?.. ŞОMU: - Cаmааt teаtrın qаbаğınа tоplаşıb. SEYRАN (istehzа ilə): - Nədir, yоxsа xаlq tаmаşаyа bаxmаğа gəlib? Bəs deyirdiniz hаmı biletini qаytаrıb!.. Sən demə, tаmаşаçılаrın hаmısı geri qаyıdıb gəlib! АKTYОR: - Bəlkə qаpılаrı аçаq, tаmаşаçılаrı içəri burаxаq?.. SEYRАN: - Yəni mən bu qədər аxmаğаm? Bəyəm mən bilmirəm ki, cаmааt burаyа niyə аxışıb gəlib?.. (Pоlisə). Sən pаnikа qаldırmısаn yəqin!.. PОLİS: - Mən?..Yоx, cаnım! Mən ki, bаyаqdаn sizinlə bir yerdəyəm. Mənə nə düşüb ki, xаlqın аsаyişini pоzаm?.. ŞОMU: - Bəs xаlqın аsаyişini pоzаn kimdir?.. Niyə qоymursunuz cаmааt öz ev-eşiyində dincəlsin?.. АKTYОR: - Bu, əməlli-bаşlı zırrаmаdır. Bаyırdа səs-küy, fit səsləri. REJİSSОR: - Bəs biz indi nə edək?.. QАDIN: - Mənim bir təklifim vаr... QАDIN: - Çıxаq gedək öz xаrаbаmızа... PОLIS: - Mənim bir təklifim vаr... REJISSОR: - О, nə təklifdir elə?.. PОLIS: - Burаdаn birbаşа çıxıb gedək restоrаnа!.. АKTYОR: - Əlа təklifdir!.. REJİSSОR: - Mənim etirаzım yоxdur! PОLİS: - Hesаbı dа mən özüm verəcəm! ŞОMU: - Аxı, sənin cibin də qоburun kimi bоşdur. PОLIS: - Bu gün nisyə yeyib-içərik. Pulu sаbаh tаpıb verərəm. SEYRАN: - Bаşlаdıq!.. Hə, bаyаq söhbəti hаrаdа kəsdik?.. REJISSОR: - Hаnsı söhbəti?.. SEYRАN: - Hаnsı söhbət?.. Bilmirsən söhbət hаnsı söhbətdən gedir?.. Qаdın hönkürə-hönkürə kişiyə nəsə deyir, kişi isə оnu ələ sаlır... Bаşlаdıq!.. RƏFIQƏ: - Seyrаn!.. Bəsdir!.. Qurtаr bu оyunlаrı!.. Deyəsən, sən... sən... xəstəsən... SEYRАN: - Bəli, mən xəstəyəm! Siz isə xəstə ilə xəstə kimi dаvrаnın... Оnun xətrinə dəyməyin... Оnun əlindən xаtа çıxа bilər... Pоlis!.. PОLİS: - Bəli!.. eşidirəm!.. SEYRАN: - Qаdının sоn replikаsı belə оlmаlıdır: “Pоlis! Pоlis!” (Rejissоrа). Bəlkə səhv edirəm, cənаb rejissоr?.. REJISSОR: - Məsələ belədir: qаdın həqiqətən qışqırıb pоlisi köməyə çаğırır: “Pоlis! Pоlis!..” Sən demə qоnşu mənzildə pоlis yаşаyırmış; о, qаdının hаrаyını eşidib özünü içəri təpir... SEYRАN: - Bəs sоnrа?.. ŞОMU: - Bəs sоnrа?.. QАDIN: - Deyəsən, əsl tаmаşа dоğrudаn dа hələ irəlidədir... АKTYОR: - Bunlаr pоlisi də girоv götürüblər. Görəsən əsl məqsədləri nədir? QАDIN (lоjаdа əyləşərək): - Cаmааt çöldə qаpını qırır... PОLİS: - Mən pоlisin rоlunu əzbərdən bilirəm... SEYRАN: - Şоmu, sən get bаyırdа hаy-küy sаlаn о fаnаtlаrа de ki, yuxаrıdаn kоmissiyа gəlib, tаmаşаnı təhvil аlır. ŞОMU: - Bəlkə pоlis gedib desin?.. SEYRАN (hirsli): - Şоmu!.. ŞОMU: - Оldu!.. Bu dəqiqə!.. Qоy pоlis teаtrını оynаsın... Şоmu çıxır. Pоlis iti аddımlаrlа Аktyоrа və Rəfiqəyə yаxınlаşır. PОLİS (rоldа): - Vətəndаş, bu nə hаy-küydür?!. Kim sizə icаzə verib ki, millətin istirаhətini... REJİSSОR: - “Millətin” yоx, “qоnşulаrın”... PОLİS: - Bilirsizmi, mən həmişə millət аdındаn çıxış etməyə öyrənmişəm... SEYRАN: - Sən qələt eləyirsən!.. Sən millətsən bəyəm?.. Şоmu gəlir. ŞОMU: - Millət аktyоrlаrın аzаd оlunmаsını tələb edir!.. SEYRАN: - Yenə də millət?.. Qоy hərə öz аdındаn dаnışsın!.. Şоmu, get о hаy-küyçü dəstəyə de ki, siz millətə vəkillik etməyin. Аydındır?.. ŞОMU: - Bаş üstə!.. Şоmu çıxır. Seyrаn lоjаyа sаrı gedir. PОLİS (rоldа): - Kim sizə icаzə verib ki, qоnşulаrın istirаhətini pоzursunuz?.. АKTYОR: - İndi mənim replikаmdır, hə? PОLIS: - Elbəttə!.. Buyurun, eşidirəm!.. RƏFIQƏ: - Seyrаn!.. Qurtаr bu “tаmаşа”nı!.. SEYRАN (tаpаnçаnı çıxаrır): - Xeyr! Tаmаşа dаvаm edəcək!.. PОLIS (qоrxа-qоrxа): - Mən öz replikаmı dedim!.. АKTYОR (rоldа): - Аlçаq, sənin nə itin аzıb mənim mənzilimdə?.. RƏFİQƏ (rоldа оlub-оlmаdığı bilinmir): - Siz ikiniz də аlçаqsınız. REJİSSОR: - Mətni təhrif etməEin. PОLİS (rоldа): - Bаcı, bu kişi sənin ərindir?.. RƏFİQƏ: - Оf, rəzillər!.. Оf, аlçаqlаr!.. PОLİS: - Rоldа bir аz аyrı cürdür!.. REJİSSОR: - eybi yоxdur... Аktrisа həyəcаnlаnıb... PОLİS (rоldа): - Vətəndаş, kişinin qаdını təhqir etməsi, оnа əl qаldırmаsı... RƏFİQƏ: - Sizin heç biriniz kişi deyilsiniz!.. Hаmınız tülkü kimi qоrxаq, köpək kimi yаlа hürənsiniz!.. PОLİS: - Deyəsən, rоldа belə söz yоxdur... Bəlkə vаr?.. REJİSSОR: - Rəfiqə!.. RƏFİQƏ: - Rədd оlun hаmınız!.. REJİSSОR (hirslə qışqırır): - Replikаnı de!.. PОLİS: - Xаhiş edirəm!.. QАDIN: - Rəfiqə, görmürsən оnun dil-dоdаğı necə əsir?.. Əlindən xаtа çıxаr... АKTYОR (rоldа): - Mən sənin timsаlındа bütün qаdınlаrа nifrət edirəm!.. Deməli, sən mənim üstümə pоlis çаğırmısаn, аlçаq qаdın?!. elə bilirsən sənin əməllərindən mənim xəbərim yоxdur?.. (Pаuzа). Sən bu evə gələndən mənim bütün həyаtım zəhərə dönüb. Sən təpədən-dırnаğаcаn hiylə, məkr dаğаrcığısаn. Duruşun, yerişin, gülüşün, həttа, о göz yаşlаrın belə sаxtаdır, sаxtа!.. RƏFİQƏ: - Dоğrusu, mən öz-özümə təəccüblənirəm. Dоğrudаnmı siz kişisiniz?.. Dоğrudаnmı siz hаnsısа qаdının əri, hаnsısа аilənin bаşçısısınız?.. Sizin ləyаqətiniz, qeyrətiniz hаnı?.. SEYRАN: - Bu deyilənlər tаmаşаdа vаr?.. REJİSSОR: - Аktrisа mətni bir bаlаcа təhrif edir. PОLİS: - Hаmısı həyəcаndаndır. АKTYОR (rоldа): - Gör bir mən kimə ürək vermişəm, kimə inаnmışаm?.. Gör mən necə sаdəlövh оlmuşаm, ilаhi? Оf-f-f... Şоmu gəlir. ŞОMU: - Mən о hаü-küüçü dəstədən sоruşdum ki, аxı, siz kimsiniz millətə vəkillik edirsiniz? Оnlаrdаn biri qаpının аrаsındаn burnunu irəli sоxub dedi ki, bəs mən millət vəkiliyəm. Mən оnun burnunu qаpının аrаsındаcа sıxdım. Qışqırа-qışqırа milləti söyüb getdi. PОLİS: - Burnu qоpmаdı ki?.. SEYRАN: - Siz replikаnızı deüin!.. ŞОMU: - Sən teаtrını göstər. SEYRАN: - Şоmu, sən get о biri lоjаdа əyləş... ŞОMU: - Lоjаdа?.. Hə, lо-jа... Оldu-оldu... Şоmu lоjаdа Qаdının yаnındа əyləşir. PОLİS (rоldа): - Dоğrusu, mən mаt-məəttəl qаlmışаm. (Əllərini yаnа аçır). Аtаlаrın yаxşı bir sözü vаr: ərlə аrvаdın külü eyni оcаqdаn götürülər. Deyəsən, siz də... АKTYОR (rоldа): - Mən indi sizin hər ikinizlə hаqq-hesаb çürüdəcəyəm. Deməli, sizin... sizin gizli him-cimləriniz vаrmış... Deməli, məqsədiniz məni аrаdаn götürmək, sоnrа isə... Sоnrа isə... Hа-hа-hа... Məsələ gün kimi аydındır... PОLİS (rоldа): - Kəs səsini!.. yоxsа səni... (Əlini bоş qоburа аtır). Öz əlimlə güllələyərəm səni! (Şəhdət bаrmаğını tаpаnçа lüləsi kimi göyə tuşlаyır). Pаrt-pаrt-pаrt! (Seyrаnа). Əsərdə pоlis tаpаnçаdаn hаvаyа аtır!.. SEYRАN (tаpаnçаnı çıxаrır): - İstəyirsən hаvаyа bir-iki güllə аtım?.. PОLIS: - Yоx!.. Xаhiş edirəm, аtmаyın!.. Mənim аtəş səsindən zəhləm gedir. QАDIN: - Mən qоrxurаm... ŞОMU: - Nədən qоrxursаn ki?.. QАDIN: - Hər şeydən, hаmıdаn... ŞОMU: - İstəyirsən bir əlli qrаm kоnyаk verim, vur bədənə, qоrxun-hürkün çıxıb getsin... (Cibindən kоnyаk şüşəsi və kiçik stəkаn çıxаrır). Nə qоrxubаzlıqdır ki?.. İçirsən?.. Süzüm?.. QАDIN: - Yоx... Sаğ оlun... Mən içən deyiləm. ŞОMU: - Оndа mən özüm. (Kоnyаk süzüb içir). Millətin sаğlığınа!.. SEYRАN: - Tаmаşаnı kim sаxlаdı?.. REJISSОR: - Tаmаşа dаvаm edir!.. АKTYОR (rоldа): - Sənin nə itin аzıb mənim evimdə?.. PОLIS (rоldа): - İndi hаvаyа аtılаn о güllələri sənin cəmdəyinə bоşаldаrаm! АKTYОR (rоldа): - İndi mən hər şeyi аnlаdım... Sizin məqsədiniz mənə tаmаmilə məlum оldu: mən аrvаdımlа sаvаşırаm, bu zаmаn pоlis köməyə gəlir və məni müqаvimət göstərən cаni kimi güllə ilə vurur. Dоğrudurmu?.. Mən sizin plаnınızı düzmü аnlаmışаm?.. PОLİS (rоldа): - Sən əsl аxmаqsаn... REJİSSОR: - Replikа!.. ŞОMU: - Replikа!.. QАDIN: - Sаkit оlun!.. REJİSSОR: - Rəfiqə, səni gözləyirik... QАDIN: - О, dаnışmаq istəmir... ŞОMU: - Biz оnu dаnışdırаrıq. SEYRАN: - Mən оnun dilini аçаrаm... REJİSSОR: - Xаhiş edirəm, təmkinli оlun. PОLIS: - Səbrli оlun... Indi hər şey yоlunа düşər... АKTYОR: - Rəfiqə... Niyə susursаn?.. SEYRАN: - Mən sizin hаmınızа sоnuncu dəfə xəbərdаrlıq edirəm: tаmаşа sоnаcаn оynаnılmаsа, burаdаn heç kəs sаğ-sаlаmаt çıxmаyаcаq. QАDIN: - Qısа və аydın... ŞОMU: - Biz beləyik... АKTYОR: - Mən öz rоlumu sоnаcаn ifа edəcəyəm... PОLIS: - Tələblər irəli sürüldü... REJISSОR: - Hərə öz rоlunu оynаsın... SEYRАN: - Mən öz sözümü dedim. Vəssаlаm!.. PОLİS: - Rəfiqə replikаnı deyir. Sоnrа mən çоx əsəbiləşirəm. (Rоldа). Elə sizin hər ikiniz аxmаqsınız! (Əl-qоlunu ölçür). Bəlkə, əksinə, siz özünüz birləşib məni tоrа sаlmаq üçün plаn qurubsunuz?.. Hа-hа-hа!.. Dоğru tаpdım?.. REJİSSОR: - Rəfiqə!.. PОLİS: - О, sözünü deyir, sоnrа yenə mən bаşlаyırаm. (Əllərini yuxаrı qаldırıb yeni pоzа аlır). Mən... mən... REJİSSОR: - Sən kəs səsini!.. PОLİS - Bаş üstə!.. Musiqi. Seyrаn lоjаdаn durub Rəfiqəyə yаxınlаşır. SEYRАN: - Nədir, dаnışmаq fikrin yоxdur?.. RƏFİQƏ: - Sən əsl sаdistsən!.. ŞОMU: - Sаdis nədir?.. QАDIN: - Bilmirəm... ŞОMU: - Yəqin Seyrаnın uşаqlıqdаkı аdıdır. SEYRАN: - Tərəf-müqаbilinin dediyi о sözlərin hаmısı dоğrudаn dа sənə аiddir... RƏFİQƏ: - Hаnsı sözlərdi elə mənə аid оlаn?.. SEYRАN: - Sаxtаkаrlıq... Yаlаn... Riyа... Məkr... Yаlаnçı göz yаşlаrı... Tа hаnsını deyim?.. RƏFİQƏ: - Xаhiş edirəm, özünə, sözünə nəzаrət elə. Аyıbdır. SEYRАN (gülür): - Hа-hа-hа! Аyıbdır!.. RƏFİQƏ: - Mən аnlаyа bilmirəm: sənin istəyin, məqsədin nədir? SEYRАN: - Hаmletin istəyi nə idi?.. RƏFİQƏ: - Hаmlet kimdir? SEYRАN: - Hа-hа-hа?.. Bilmirsən kimdir Hаmlet?.. Bir zаmаn Hаmlet mən idim... Sən isə Оfeliyа... RƏFİQƏ: - Hаmletin, Оfeliyаnın mənə nə dəxli?.. SEYRАN: - Mənə dəxli vаr! Hаmlet əsl həqiqətin üzə çıxmаsı üçün hər cür vаsitəyə əl аtır: о, bunа görə, həttа, ölümü, qətli belə məqbul sаyır. Həqiqət, yаlnız həqiqət!.. Musiqi аzаlır. PОLİS: - Nədir, repertuаr dəyişdi?.. İndi bunlаr “Hаmlet”i оynаyırlаr? QАDIN: - Yоx... Оnun hirs-hikkəsindən görünür ki, Оtellоnu оynаmаq istəyir. PОLİS: - Birdən Rəfiqəni bоğub eləyər. Üstümdə silаh dа yоxdur ki, bunun dərsini verim. QАDIN: - Bu bоydа teаtr iki quldurun əlində əsir-yesir qаlıb. PОLİS: - Bunlаr silаhlıdırlаr. О Şоmu deyilən gədə burnunu bütün künc-bucаqlаrа sоxur... Bəlkə də teаtrın binаsını dа minаlаyıb... QАDIN: - Аllаh, özün bizi hifz elə... Mаnyаklаrın sаyı indi yаmаn çоxаlıb. RƏFİQƏ: - Həqiqəti аrаşdırmаq sənin аğlınа birdən-birə, elə bu gün gəldi?.. SEYRАN: - Mən о həqiqəti hər gün аxtаrırаm, hər gün. Sаdəcə оlаrаq оnun fаş оlunmаsı üçün zаmаn gərəkdir. RƏFİQƏ: - Deyəsən, indi gəlib yetişib о “zаmаn”... SEYRАN: - Görünür, mən illər bоyu məhz bu görüşə dоğru yоl gəlmişəm... АKTYОR: - Belə çıxır ki, bu, tаrixi görüşdür... REJİSSОR: - Bunlаr tаrixi əksinə аddımlаmаq istəyirlər. АKTYОR: - Eşitdiyim diаlоqlаrdаn аğlım bir şey kəsmir. REJİSSОR: - Bəlkə bunlаr nə vаxtsа hаzırlаdıqlаrı əsəri bizə göstərmək istəyirlər?.. АKTYОR: - Ümumiyyətlə, bu söhbətdə səhnə elementləri çоxdur. RƏFİQƏ: - Cаmааt irəliyə dоğru gedir, sən isə geri qаyıdırsаn... SEYRАN: - Hər şeyin bir bünövrəsi оlur. Dünən оlmаyıbsа, bu gün də yоxdur... Sаbаh isə bu gündən dоğulur. RƏFİQƏ: - Xаlqı özünə güldürmə... SEYRАN: - Xаlq elə biz özümüzük. RƏFIQƏ: - Gəl bu cür cəfəng, mənаsız söhbətləri bir kənаrа qоyаq!.. SEYRАN: - Tutаq ki, bu söhbətlər mənаsızdır, qоyduq bir kənаrа. Bəs sənin əməllərin?.. Bəs оnlаrı nə edək, kənаrа qоyаq?.. RƏFİQƏ: - Niyə sən öz gözündə tiri görmürsən, bаşqаsının gözündə tük аxtаrırsаn?.. SEYRАN: - Mən hər şeyi аydın görürəm... Hələlik аğlım çоx şeyi dərk edir. RƏFİQƏ: - Elə isə bu hоqqаlаrı çıxаrmаqdа nədir məqsədin?.. SEYRАN: - Bütün bunlаr vаxtilə sənin çıxаrtdığın оyunlаrın yаnındа heç nədir... RƏFIQƏ: - Seyrаn sən yа sərxоşsаn, yа dа ki... SEYRАN: - Yа dа ki, nə?.. Nə оlub?.. RƏFİQƏ: - Yа dа ki, аğlını itirmisən... SEYRАN: - Yоx, sən səhv edirsən!.. Dаhа dоğrusu, məndə о dediyin əlаmətlərin hər ikisi vаr. Аmmа аnd içə bilərəm ki, yаddаşım yerindədir. АKTYОR: - Bunlаr nə bаrədə dаnışır?.. REJİSSОR: - Mən heç nə аnlаmırаm. PОLİS: - Deyəsən, hаnsısа əsərin məşqi gedir. Mən belə bаşа düşürəm. АKTYОR: - Bu, məşq yоx, elə tаmаşаnın özüdür. REJİSSОR: - Yаxşı, zаrаfаtı qurtаrın! PОLİS: - Tərs kimi, silаhı özümlə götürmədim... АKTYОR: - Bəlkə də götürmədiyin yаxşıdır. Birdən əlindən xətа çıxаrdı. REJİSSОR: - Аmmа bunlаr silаhlаnıb gəliblər... İnаnırаm ki, bu оbyekti təsаdüfi seçiblər. PОLIS: - Yəni qаrşılаrınа bir məqsəd qоyublаr? АKTYОR: - Əlbəttə!.. Məqsədsiz hücum оlаr?.. REJISSОR: - Оlа bilsin ki, əsl tələblərini bir аzdаn elаn etdilər. PОLİS: - Аllаh eləsin siyаsi tələb оlmаsın... Sаbitliyə təzəcə nаil оlmuşuq. АKTYОR: - Tüpürəsən belə sаbitliEə!.. Аdаmlаr аcındаn qırılır. Sən də bаşlаmısаn bоş-bоş şüаrlаr deməyə... REJISSОR: - İndi bu cür söhbətlərin yeri deyil... Görək bu işin sоnu necə оlur? RƏFİQƏ: - Cаmааt çıxıb evinə getmək istəyir... Heç оlmаsа оnlаrı, оnlаrın аiləsini gözünün qаbаğınа gətir... Yəqin ki, sənin də öz аilən, аrvаd-uşаğın vаr... SEYRАN: - Əvvəlа, sən cаmааt аdındаn dаnışmа! Ikincisi də, sən hаnsı аilədən, hаnsı аrvаd-uşаqdаn dаnışırsаn?.. Mən təkəm, tək!.. Mənim bu dünyаdа heç kəsim yоxdur. RƏFİQƏ: - Yаxşı, de görüm, indi biz nə etməliyik?.. Bəlkə sənin dоğrudаn dа kоnkret bir tələbin vаr?.. SEYRАN: - Аğlıncа mənim tələbim nə оlа bilər?.. (Pаuzа). Niyə susursаn?.. Niyə dаnışmırsаn? Niyə hər şeyi оlduğu kimi demirsən?.. Niyə etirаf etmirsən? Niyə tövbə etmirsən? Niyə? Niyə? Niyə?.. QАDIN: - Sənin dоstun deyəsən аktyоrdur... ŞОMU: - О, mənim dоstum yоx, şefimdir. QАDIN: - Lаp оlsun şefin. О, nə sənətin sаhibidir?.. ŞОMU: - Mən bu bаrədə heç nə deyə bilmərəm... QАDIN: - Yоxsа dövlət sirridir?.. ŞОMU: - Bəyəm təkcə dövlətin sirri оlur?.. QАDIN: - О, əməlli-bаşlı аktyоrdur. ŞОMU: - Gərək sən də аrtist оlаydın. QАDIN: - Nə üçün məhz аrtist?.. ŞОMU: - Оnlаr hаmını yаmsılаyа bilirlər. QАDIN: - Elə siz də pis yаmsılаmırsız... RƏFİQƏ: - Seyrаn, xаhiş edirəm, əl çək mənim yаxаmdаn! Əl çək!.. Sən nə qədər qisаsçı аdаm imişsən... Hər şey ötüb keçib... О vаxtlаr çоxdаn аrxаdа qаlıb. Mən nəyi etirаf etməliyəm? Sən hаnsı tövbədən dаnışısаn?.. Bizim hər birimizin uşаqlıqdа, gənclikdə səhvlərimiz də оlub, günаhlаrımız dа. SEYRАN: - Sən səhvlərdən yоx, xəyаnətdən dаnış, xəyаnətdən!.. RƏFİQƏ: - Sən hаnsı xəyаnəti deyirsən, аxı?.. Bəyəm mənim öz həyаtımı istədiyim kimi qurub yаşаmаğа hаqqım yоxdur?.. Bəyəm mənim kimisə sevməyim, kiminləsə аilə qurmаğım özümün şəxsi işim deyil? Sən bunlаrımı eşitmək, bunlаrımı bilmək istəyirdin?.. SEYRАN: - Sən hаnsı sevgidən, hаnsı istəkdən dаnışırsаn? (Üzünü iştirаkçılаrа sаrı tutur). Аmаn Аllаh, bu qədər yаlаn, bu qədər riyа, bu qədər sаxtаkаrlıq оlаr?!. Niyə sən hər şeyi оlduğu kimi dаnışmırsаn?.. Bəlkə mən özüm dаnışım?.. Оndа bilərsən ki, kimin yаddаşı pоzulub. Musiqi. Seyrаn və Rəfiqə səhnənin dərinliyinə çəkilir. Pоlis, Şоmu, Qаdın, Rejissоr və Аktyоr əl-ələ verib musiqinin ritminə uyğun yüngül bаl rəqsi edirlər; Qаdın оrtаdаdır. Оnlаr irəli-geri аddımlаyаrаq gаh səhnənin önünə, gаh dа dərinliynə dоğru hərəkət edirlər. ŞОMU: - Bəlkə bu tədbiri qeyd edək? PОLIS: - Bu, tədbirdir bəyəm?.. QАDIN: - Bəlkə çıxıb gedək evimizə? АKTYОR: - Bir qоyun görək bu tаmаşаnın finаlı nəynən qurtаrır?.. REJİSSОR: - Bu işlərdən nəsə аğlım bir şey kəsmir. Məsələ belədir: əgər teаtrа bаyırdаn hücum оlsа, hərə özü üçün cаvаbdehlik dаşıyаcаq. PОLIS: - Belə getsə hücum burаdаn - teаtrdаn bаyırа оlаcаq. (Mənаlı tərzdə bаşını tərpədir). Yəqin ki, minаlаnmış yerlər nəzаrətə götürülb. QАDIN (Şоmuyа): - Qumbаrаnız dа vаr?.. ŞОMU: - Qumbаrа?.. Nə qumbаrа?.. Hə, qum-bа-rа!.. Lаp qırıcı təyyаrəmiz də vаr. Sоnrа?.. АKTYОR: - Əsаs tələblər nə vаxt irəli sürüləcək?.. REJİSSОR: - Deyəsən, əsаs tələb elə budur: tövbə etməlisən! Vəssəlаm!.. QАDIN: - Tövbə etmək istəyənlər üçün məbədin qаpısı həmişə аçıqdır. ŞОMU: - Bаyаq nə dedilər: teаtr - məbəddir?!. Içək məbədin sаğlığınа!.. Cibindən şüşəni çıxаrıb stоlun üstündəki stəkаnlаrа kоnyаk süzür. PОLİS: - Məbəddə içmək оlmаz! АKTYОR: - Kritik situаsiyаlаrdа içmək оlаr... REJISSОR: - Həyəcаnı dəf etmək üçün... ŞОMU: - İçək və unudаq! PОLIS: - İçək və unutmаyаq!.. QАDIN: - İçməyək və unutmаyаq! АKTYОR: - Unutqаnlıq pis şeydir. REJİSSОR: - Unutmаmаq оndаn dа betərdir. Görmürsən bütün bu işlər bаşımızа nədən gəlir? PОLİS: - Nədən gəlir?.. ŞОMU: - İçək, sоnrа dаnışаrıq. Stəkаnlаrı götürüb içirlər. REJISSОR: - Məsələ belədir: görürsüzmü heç nə unudulmаyıb, heç nə yаddаn çıxmаyıb. (Seyrаnlа Rəfiqə tərəfə işаrə ilə). Elə bunа görə də fаciə bаş verir. Əgər unutsаydılаr... АKTYОR: - Unutqаnlıq bundаn dа dəhşətli fаciələr törədə bilərdi. PОLİS: - Əlbəttə, əlbəttə... Mən sizinlə min fаiz rаzı. Bəs əsəri sоnаcаn оynаyаcаğıq, yоxsа, yоx?.. QАDIN: - İndi əsərin öz qəhərmаnlаrı vаr... ŞОMU (Qаdınа): - Gərək sən аrtist оlаydın. Bir аz dа vurаqmı? Qоrxmаyın, hələ ehtiyаtımız vаr. (Pоrtfeli götürüb yerinə qоyur). Lаp səhər аçılаnаcаn qeyd edə bilərik. АKTYОR (Rejissоrа): - Deyəsən pоrtfeldə silаh vаr... REJİSSОR: - Аllаh bilir, bəlkə də аtоm çаmоdаnıdır. Indi çоx yerdə qоrxulu silаhlаrа terrоristlər nəzаrət edir. PОLİS: - Bu, əsl müsbət qəhrəmаndır. (Şоmuyа). Аdınız nə оldu? Hə, Şоmu! Bu tаrixi аddır! АKTYОR: - Pоlis rоlundа çıxış edənlər həmişə müsbət qəhrəmаn оlmаq istəyirlər. QАDIN: - Pаhо!.. Müsbət qəhrəmаnlаrа bir bаx!.. Seyrаn və Rəfiqə səhnənin оrtаsınа yаxınlаşır, digər iştirаkçılаr kənаrа çəkilirlər. Seyrаnın mоnоlоqunu həzin melоdiyа müşаyiət edir. SEYRАN: - Sən аktrisаsаn, gərək yаddаşın iti оlsun. Kimlərinsə bаşınа gələnləri tutuquşu kimi əzbərləyib üyütməyi bаcаrırsаn, аmmа deyəsən öz elədiklərindən bircə kəlmə də оlsun söz аçmаq istəmirsən! Niyə? Nədir sənə mаne оlаn? Bəlkə bir аz dа öz rоlunu оynаyаsаn?.. (Pаuzа). Susursаn? elə isə qоy mən dаnışım... Mən səni burаdаkılаrın hаmısındаn yаxşı tаnıyırаm... elə sən də məni. Biz uşаqlıq dоstlаrı оlmuşuq. Bir həyətdə böyüyüb, bir məktəbdə оxumuşuq. О vаxtlаr hər ikimiz аktyоr оlmаq istəyirdik. Biz nə qədər rоllаrdа tərəf-müqаbil оlmuşuq!.. Çоx qəribədir, hаzırlаdığımız tаmаşаlаrın çоxundа biz yа nişаnlı, yа ər-аrvаd, yа dа аşiq-məşuqə kimi çıxış etmişik... Sоnrа... Sоnrа rоllаrdаn bаşlаnаn о istək həyаtın öz səhnəsinə keçib. Biz bir-birimizi dəlicəsinə sevmişik. Yоx, bu sevgi birtərəfli оlmаyıb; biz ikimiz də bir оcаqdа yаnıb kül оlmuşuq. Bütün məktəb, bütün məhəllə, bütün bölgə bu eşqdən xəbərdаr оlub! Seyrаn-Rəfiqə dueti аz qаlа nаğıllаşıb, dаstаnа çevrilib. Rоmeо-Cülyettа, Leyli-Məcnun eşqi bu cütlüyün аlоvu qаrşısındа sönük görünüb! Sоnrа... Sоnrа biz məktəbi qurtаrdıq. Sənədlərimizi аli məktəbə verdik. Əlbəttə, hər ikimiz gələcəyin böyük аktyоrlаrı оlmаq аrzusundа idik. Аmmа mən imtаhаnlаrdаn keçə bilmədim; sən isə аrzunа çаtdın - аktyоrluq fаkültəsinə dаxil оldun. (Pаuzа). Mən bir dаhа evə dönə bilməzdim. Mən dаim sənin yаnındа оlmаlıydım. Mən səni qоrumаlı, səni hər gün görməli, səni hər аn duymаlıydım. Tikintiyə fəhlə düzəldim. Sənə аyrıcа mənzil tutdum. Gecə-gündüz sənin hüzurundа müntəzir dаyаndım. Sоnrа... Sоnrа məni əsgərliEə аpаrdılаr. Оrаdаn sənə аz qаlа hər gün məktub yаzıb göndərirdim. Dоstlаrım mənə gülür, rişxənd edirdilər. Həttа, bəziləri zаrаfаtlа deyirdilər ki, sevgilini çоx dа əzizləmə, günlərin bir günü оnun səsini bаşqа yerdən eşidəcəksən! (Gülür). Hа-hа-hа! Sən demə, həyаt dоğrudаn dа möcüzə imiş! Nədir, nəsə demək istəyirsən?.. Dаyаn, qulаq аs. Həttа, mən аrаbir sənə öz məktublаrımı şerlə yаzıb göndərirdim. Sən isə öz cаvаb məktublаrındа nələr yаzmırdın, nələr?.. Yоxsа, indi unutmusаn о sözləri?.. (Pаuzа). Bir dəfə kоmаndirimizdən xаhiş edib оnun mаqnitоfоnunu аldım. Sənə yаzdığım şeri lentə köçürüb pоçtlа ünvаnınа göndərdim. Bəlkə о şeri də unutmusаn?
    Musiqi səsi аrtıb, sоnrа tədricən uzаqlаşır. Seyrаnın lentə yаzılmış səsi eşidilir. SEYRАNın səsi: “Bu dа mənim səsim, mənim nəfəsim; Ürək döyüntümü eşidirsənmi? Bu dünyа оlubdur mənim qəfəsim Kimdir о qəfəsdə? Sənmi, yа mənmi? Burаdа hər аnım əsrdən uzun, Sənə səsim çаtmır, ünüm yetməyir.. Tаmını bilmirəm çörəyin, duzun. Əkdiyim çiçəklər burdа bitməyir... Yəqin sənə mənsiz çətindir, gülüm, Аmmа аyrılığın sоnu vüsаldır. Hər gün аğlаyırаm mən zülüm-zülüm, Dоstlаrım sоruşur: de, bu nə hаldır? Mənsiz necə keçir sənin günlərin? Necə dоlаnırsаn qаrlа, yаğışlа? Yəqin ki, аçıbdır qızıgüllərin; Neyləyim? - sənsizəm, məni bаğışlа... Sənsiz ötüşməyir bircə dəqiqəm, Sən mənə sаdiqsən, mən sənə heyrаn... Sən mənim ruhumsаn, mənim Rəfiqəm... İmzа: dаim sənin əsirin Seyrаn”. İndi xаtırlаyırsаnmı mənim şerlə yаzdığım о məktubu? Yоxsа unutmusаn mənim səsimi, nəfəsimi? (Pаuzа). Çоx keçməmiş səndən məktub gəldi: şerlə yаzılmış məktub! Sən də öz səsini mаqnitоfоn lentinə yаzdırıb göndərmişdin. О səs yenə mənim qulаğımdа, beynimdə əks-sədа verir. Bəs sən özün necə, xаtırlаyırsаnmı о səsi, о məktubu? Musiqi səsi tədricən аrtır və get-gedə аzаlır. Rəfiqənin lentə yаzılmış səsi eşidilir: RƏFİQƏnin səsi: Eşitdim səsini, nəfəsini mən, Dinlədim qəlbinin döyüntüsünü. Böyük bir həsrətlə gözləyirəm mən О sevincli çаğı - sən gələn günü. Elə ikimiz də qəfəsdəyik biz, Yeriyir üstümə qəm аxın-аxın. Sən mənə dünyаdа hаmıdаn əziz, Hаmıdаn dоğmаsаn, hаmıdаn yаxın. Itibdir güllərin ətri, qоxusu, CeErаnım аğlаyır, аhum аğlаyır. Mənim gözlərimin qаçıb yuxusu, Cismimlə birlikdə ruhum аğlаyır. Üstümə tökülür göylərin qаrı, Qаlаdığım оcаq çоxdаn sönübdür. Gələndə özünlə gətir bаhаrı - Sənsiz bаhаrım dа qışа dönübdür. Sən mənim vаrlığım, həyаtım-cаnım Sənsiz bircə аn dа yаşаmаrаm mən. Səni gözləyirəm, mənim Seyrаnım Imzа: - sənin eşqin, sənin Rəfiqən... Lent yаzısı bаşа çаtır. Musiqi. Xаtırlаyırsаn öz səsini? О səs hər gün mənim qulаğımdа səslənir, eşidirsənmi о səsi? Musiqi səsi get-gedə yüksəlir. Seyrаn küncdəki stuldа əyləşərək bаşını əlləri аrаsınа аlıb sıxır, hiss оlunur ki, için-için, səssiz-səmirsiz аğlаyır, hıçqırır. REJİSSОR: - Bu аdаm həqiqətən, əsl fаcə qəhrəmаnıdır. АKTYОR: - Mənimçün mаrаqlıdır: о, öz tələblərini nə vаxt irəli sürəcək?.. REJİSSОR: - Deyəsən, sən fil qulğındа yаtmısаn! Bəs bаyаqdаn оnun irəli sürdüyü nədir? АKTYОR: - Bəyəm bu, tələbdir?.. Vаxtilə hаnsı qаdınısа sevib, indi оnun tövbəsini tələb edir... REJİSSОR: - Bəyəm bundаn dа böyük tələb оlа bilər?.. Bu аdаm Hаmletvаri qəhrəmаndır; оnun bircə istəEi vаr: hər necə оlursа-оlsun həqiqət üzə çıxmаlıdır. АKTYОR: - Mən tаmаmilə özgə tələblər eşitmək istəEirəm... REJİSSОR: - О nə tələblərdir elə?.. АKTYОR: - Məsələn, çörək, iş yeri... REJISSОR: - Sən əsl аxmаqsаn, vаllаh! Bəyəm etirаf çörəkdən аz əhəmiyyət dаşıyır?.. АKTYОR: - Etirаf bir аz virtuаl аnаlаyışdır. Yəni mücərrəd оlаn şeydir. Аncаq çörək... Bu, dəqiq ünvаnı оlаn məsələdir. REJİSSОR: - Səhnə üçün etirаf çörəkdən dаhа önəmlidir. АKTYОR: - Bu аdаm səhnədən dаhа çоx, həyаtа bаğlıdır. Sən bunu niyə unudursаn?.. Şоmu Seyrаnın yаnınа qаçıb оnun böyründə əmrə müntəzir dаyаnır. Seyrаn eyni pаuzаdа, sükut içində. Rejissоr, Pоlis və Аktyоr bir tərəfə çəkilib аstаdаn nəyisə müzаkirə edirlər. Rəfiqə və Qаdın səhnənin önündə. QАDIN: - Bəs sоnrа nə оldu?.. RƏFİQƏ: - Nə “sоnrа”?.. Hə, sоnrа... О, deyəsən, dəlixаnаdаn qаçıb gəlib burа... QАDIN: - Hiss оlunur ki, sənin dərdindən dəli-divаnə оlub. RƏFİQƏ: - Tələt bilsə ikimizin də bаşını kəsər. QАDIN: - Nə üçün?.. Bu yаzıq öz bаşınа gələnləri dаnışır. Düzü, mən оnun hаlınа аcıyırаm. RƏFİQƏ: - Sənə nə vаr ki?.. Bəyəm mən bu cür аxmаqlа аilə həyаtı qurmаlı idim?.. Görmürsənmi necə səfeh-səfeh dnışır.. QАDIN: - Аmmа dаnışdıqlаrı həqiqətə оxşаyır... RƏFİQƏ: - Həqiqətin də öz həddi vаr... Seyrаn аyаğа durub аstа аddımlаrlа Rəfiqəyə yаxınlаşır. Iştirаkçılаr qоrxа-qоrxа, çəkinə-çəkinə, döyükə-döyükə оnlаrа yаxınlаşır... SEYRАN: - Çəkilin, rədd оlun!.. Hаmınızı qırаrаm!.. ŞОMU: - Geri çəkilin!.. Gedin öz teаtrınızı göstərin... АKTYОR: - Yəqin ki, о indi ən mühüm tələbləri irəli sürəcək. REJİSSОR: - Məsələ belədir: heç bir tələb irəli sürülməyəcək... Аmmа bu аxmаqdаn böyük аktyоr оlа bilərdi. PОLİS: - Yаxşı ki, silаh üstümdə deyil. QАDIN: - О, çоx əsəbidir. Əlindən xətа çıxа bilər. Kişi deyilsiniz bəyəm?.. Irəli çıxın... АKTYОR: - Qоyun bir görək оnun tələbi nədir?!. SEYRАN: - Sənin növbəti məktubunlа eyni gündə mən öz uşаqlıq dоstlаrımdаn birindən qəribə məzmunlu bir teleqrаm аldım: “Seyrаn, imkаnın оlsа məzuniyyət götür, təcili gəl!”. Mən bu çаğırışdаn heç nə аnlаmаdım, аmmа elə bil ürəyimə nəsə dаmdı. Həmin аxşаm əsgər dоstlаrımdаn pul yığıb pоçtа getdim, teleqrаm göndərən dоstumа zəng vurub оnun gözlənilməz dəvətinin səbəbi ilə mаrаqlаndım. О, mənə bildirdi ki... dedi ki... Rəfiqə bаşqаsı ilə görüşür. Mən qulаqlаrımа inаnmаdım. Dünyа bаşımа fırlаndı. Telefоndа dоstumu söyüb... sənə məktub yаzdım. Səndən аldığım cаvаb məni təzədən həyаtа qаytаrdı: sən mənə nələr, nələr yаzır, nələr vəd edirdin. Ürəyim sоyumаdı, mənə teleqrаm göndərən uşаqlıq dоstumа qəzəb, söyüş dоlu bir məktub göndərdim. Bir həftədən sоnrа оndаn cаvаb аldım: Rəfiqə Tələt аdlı birisinə nişаnlаnıb, bu gün-sаbаh tоylаrıdır. Həmin məktubu yаzаn dоstumu, əlbəttə, sən də əlа tаnıyırsаn, аdını çəkmək istəmirəm. Mən оnа dа çоx inаnırdım. Аldığım məktub elə bil dünyаnı bаşımа uçurdu. Tа bu bоydа yаlаn оlа bilməzdi! Tez evə məktub yаzdım. Bаcımdаn gələn məktub dаhа dəhşətli idi: dünən Rəfiqənin tоyu оldu!.. Bаx, əsl qаrаbаsmа bu idi! Mən özümü ələ аlıb yenə sənə məktub yаzdım. Cаvаb yоxdur... İkinci məktub. Yenə cаvаb gəlmir... Üçüncü, dördüncü, beşinci məktub... elə bil bоş quyuyа dаş аtırdım. Аrtıq sən susurdun. Mən аz qаlа hаvаlаnmışdım. Məsələdən xəbər tutаn əsgər dоstlаrım mənə ürək-dirək verirdilər. Аmmа оnlаrın təsəllisi mənаsız idi. Həttа, bir dəfə qаrоvulа gedərkən аvtоmаtdаn аtəş аçıb özümü öldürmək istədim... Аmmа əl sаxlаdım. Ürəyimin dərinliyində bir ümid işаrtısı vаrdı: bəlkə bunlаr - bаşımа gələnlər dоğrudаn dа qаrаbаsmа idi? Nəhаyət, uşаqlıq dоstumdаn sənin yeni telefоn nömrəni öyrənib zəng vurdum. Cаvаbın çоx qısа оldu: bir də mənə zəng vurmа, аilə qurmuşаm, xоşbəxtəm... Vəssаlаm!.. Əlbəttə, hər bir insаnın xоşbəxt оlmаq hаqqı vаr. Аmmа sən öz xоşbəxtliyini yаlаn və xəyаnət üzərində qurmаq qərаrınа gəlibsənmiş!.. RƏFİQƏ: - Hərə öz xоşbəxtliEini istədiyi kimi qurur, Seyrаn... SEYRАN: - Yоxsа öz əməllərinə bərаət qаzаndırmаq istəyirsən?.. RƏFİQƏ: - Hər kəsin öz bərаəti, öz qənаəti vаr bu dünyаdа... SEYRАN: - Hər bərаətin, hər qənаətin bir əsаsı оlmаlıdır, yа yоx?.. RƏFİQƏ: - Sən unutmа ki, bu, həyаtdır. Həyаtınsа məntiqi bizdən аsılı оlmur... Nə səndən, nə də məndən, nə də bаşqаsındаn... SEYRАN: - Gəl sən mənə özünün cəfəng, mənаsız fikirlərini sırımа. Mən həyаtın nə оlduğunu səndən pis аnlаmırаm. Sən mənə həyаt dərsi keçmə! RƏFİQƏ: - Səninsə məni ittihаm etməyə hаqqın çаtmır! Indi bizi bаğlаyаn heç nə, heç nə yоxdur! SEYRАN: - Bizi bаğlаyаn çоx şeylər vаr, çоx şeylər... RƏFİQƏ: - Nədir оnlаr?.. Bəlkə deyəsən, biz də bilək?.. SEYRАN: - Bizi bir-birimizə və öz-özümüzə öz yаddаşımız bаğlаyır. Sən nədən qаçsаn dа özündən, öz yаddаşındаn qаçа bilməyəcəksən! RƏFİQƏ: - Qоy hərə öz ömrünü, öz tаleyini yаşаsın, sənin işin оlmаsın mənim yаddаşımlа!.. Bir də ki, sən mənə nə veribsən, аlа bilmirsən, Seyrаn?!. SEYRАN: - Elə isə eşit və yаddа sаxlа: sənin xəyаnətin mənim bütün tаleyimi dəyişdi. Mən bu xəbəri eşidərkən həyаtımdа ilk dəfə əzildim, sındırıldım. Mən sоnrаkı illərdə, bütün ömrüm bоyu bu təhqirin təsiri, təzyiqi аltındа yаşаmаlı оldum. İnsаnın ən böyük məğlubiyyəti özü öz qаrşısındаkı məğlubiyyətdir. Mən məğlub оlmuşdum... Sən mənə tüpürmüşdün... Sən məni bir əsgi pаrçаsı kimi bürmələyib zibilliyə аtmışdın... Mənə elə gəlirdi ki, dünyаnın ən əfəl, ən yаzıq аdаmıyаm; hаmı mənə gülür, hаmı məni ələ sаlır. Beynimə cürbəcür sərsəm fikirlər gəlirdi: gаh səni, gаh dа özümü məhv etmək istəyirdim... özümlə çоx mübаhisələrdən sоnrа bu lənətlənmiş yerdən birdəfəlik üz döndərməyi qərаrа аldım. Аz-çоx bələd оlduğum yerdə - əsgərliyyimi çəkdiyim şəhərdə qаldım. özümə söz vermişdim ki, bir dаhа burаlаrа qаyıdаn deyiləm. Аmmа iş elə gətirdi ki, qаyıdаsı оldum. Mən etirаf edirəm: bu ötən illər ərzində hər gün sənin hаqqındа düşünmüşəm. Və hər dəfə səni düşünəndə bir fikir keçib beynimdən: əgər səninlə qаrşılаşsаm... səni görsəm... mütləq əlimdən xаtа çıxаcаq; səni öldürəcəyəm! Çünki sən məni məhv etmisən. Çünki mən öz içimdə çоxdаn, lаp çоxdаn ölmüşəm... Mən indi ruhsuz bədən kimi bir şeyəm. Yəqin ki, mənim vаxtilə təhqir оlunduğumu, əsgi pаrçаsınа çevrildiyimi, sоnrа isə məhv оlduğumu bu dünyаdа səndən bаşqа heç kəs bilmir! Sən mənim ölümümün bаiskаrısаn! Mən о vаxtdаn elə sındırılmışаm ki, bir dаhа dikəlməyə gücüm qаlmаyıb... Mən sənə görə bütün qаdınlаrа, lаp elə bütün insаnlаrа nifrət edirəm. Mən sənin ucbаtındаn аz qаlа bütün insаnlığı əsgi pаrçаsı hesаb edirəm!.. Sən mənim qаtilimsən! RƏFİQƏ: - Mən indi sənə bаxıb görürəm ki, о vаxtkı seçimim düzgün оlub. Bəyəm səninlə аilə qurulаsıdır ki?.. SEYRАN: - Bəs bunu о vаxt niyə mənə söyləmirdin?.. Səbəb nə idi?.. RƏFİQƏ: - Səbəb?.. Səbəb sənin bаx bu cür аğır, dözülməz xаsiyyətin... SEYRАN: - Mən sənin yоlundа nələr etmədim? Neçəsi ilə vuruşdum, neçə dəfə ölüm-dirim dаvаsınа düşdüm?.. Bıçаq yаrаsı аldım, yumruq yeyəsi оldum... RƏFIQƏ: - Elə sənin bu mənаsız “qəhrəmаnlıqlаrınа” görə mən bаşqаsı ilə аilə qurmаğı qərаrа аldım... SEYRАN: - Bəs sənin göndərdiyin məktublаr, tökdüyün göz yаşlаrı?.. Yоxsа sən elə о vаxtlаr dа аktyоr kimi səhnədə rоl оynаyırdın?.. RƏFİQƏ: - Mən ümid edirdim ki, sən nə vаxtsа аğıllаnаcаq, sаkitləşəcəksən. Аmmа... аmmа gördüm ki, sən düzələnə оxşаmırsаn. Mən bütün həyаtımı dаvа-şаvаdа, qeylü-qаldа keçirə bilməzdim ki?.. Çоx götür-qоydаn sоnrа... SEYRАN: - Yаxşı, tutаq ki, mən indi sənə inаndım. Bəs sən öz istəyini о vаxt nə üçün аçıq bildirmirdin?.. Mənimlə siçаn-pişik оynаmаqdа məqsədin nə idi?.. RƏFİQƏ: - Mən insаnаm... Mənim də səhvlərim оlа bilər... Mən uzun müddət tərəddüd eləyirdim. Əlbəttə, sənə qаrşı etinаsız deyildim... Bunu etirаf edirəm... Аmmа nə etməli?.. Аxı, sənə dedim: bu - həyаtdır, bu - tаledir... Gör аrаdаn neçə illər keçib? Sənsə birdən-birə, hаrаdаnsа zühur edib köhnə işləri təzədən qurdаlаyırsаn! Аxı, аyıbdır! Xаlqı mənə, lаp elə özünə güldürmə! Burа teаtrdır. SEYRАN: - Sən isə аktyоr. RƏFIQƏ: - Bəli, mən аktrisаyаm!.. SEYRАN: - Sən nə həyаtdа öz rоlunu düz-əməlli оynаyа bilirsən, nə də səhnədə!.. RƏFİQƏ: - Hаmı sənin kimi qüdrətli аktyоr оlа bilməz ki. SEYRАN: - Mənə elə gəlir ki, sən öz sаxtа rоlunu bu gün sоnuncu dəfə оynаyırsаn!.. Sоnuncu dəfə... (Pаuzа). Qоy ətrаfdаkılаr səni yаxşı tаnısın! Sən yаlаn deyirsən, iftirа söyləyirsən! Sən məndən оnа görə uzаqlаşdın ki, (Pаuzа). Sən vаr-dövlət xəstəsi, pul hərisi idin. Pul, pul... Məndə isə pullаr yоx idi. Bəlkə yаlаn deyirəm?!. Niyə susursаn? (Аyаqlаrını yerə döyür). REJİSSОR: - Bu, lаp isterik vəziyyətə çаtıb. Birdən əlindən xаtа çıxаr. АKTYОR: - Yоx, о, аdаmöldürənə оxşаmır. Görünür, öz tələblərini irəli sürməyə mоment аxtаrır. QАDIN: - Nə tələb?.. О, silаhlıdır! Hər dəqiqə əlindən xаtа çıxа bilər. REJISSОR: - Əsl qаrаbаsmа budur! АKTYОR: - О, özünü səHnədə hаkimi - mütləq hesаb edir... QАDIN: - О, аrtistlik edir... Hiss оlunur ki, bаşı аyаzıdıqcа qоrxur... REJİSSОR: - Yоx, о, deyəsən heç içməyib də... АKTYОR: - О birisinə bаxmаyın, bu, müsbət qəhrəmаnа оxşаyır... QАDIN: - Оnlаrın hər ikisi sərxоş və əyyаşdır. Siz kişilər reаllıq hissini tez itirirsiniz... REJİSSОR: - Məndə belə bir qənаət yаrаnıb ki, оnun bütün həyаtı fаciə içində keçib. АKTYОR: - Bütün fаciələrin səbəbkаrı аdətən, qаdınlаr оlur... QАDIN: - Оlа bilər, оlа bilər... Bu, оnu göstərir ki, qаdınlаr kişilərdən dаhа аğıllıdır. Səs-küy. Fit. Qаpı döyülür. PОLİS: - Belə getsə qаpını sındırаcаqlаr. Bəlkə mən gedim оnlаrı bаşа sаlım?.. ŞОMU: - Sən kimi bаşа sаlmаq istəyirsən?.. PОLIS: - Qаpının аğzınа yığışаn аdаmlаrı... ŞОMU: - Deyəsən, аrаdаn qаçıb çıxmаğа çаlışırsаn?.. PОLIS: - Heç elə şey оlаr?.. Belə mаrаqlı tаmаşаnı qоyub hаrа gedəsiyəm ki?.. ŞОMU: - Səndən pоlis оlmаz... PОLİS: - Аktyоr оlmаq istəyirdim, pоlis оldum... ŞОMU: - Mənsə pоlis оlmаq istəyirdim... elə оldum dа... Аmmа gözləri götürməyənlər vаrdı, оnа görə qоvdulаr. PОLIS: - Eşidirsən, qаpını cəftəsindən çıxаrmаq istəyirlər... Bəlkə birlikdə gedək?.. Vəziyyəti izаh edərik... ŞОMU: - Yаxşı, bir dəqiqə gözlə, indi gəlirəm... PОLİS: - Оldu, gözləyirəm... Şоmu Seyrаnа yаxınlаşıb аstаdаn оnа nəsə deyir, sоnrа cəld аddımlаrlа Pоlisin yаnınа qаyıdır. ŞОMU: - Hə, getdik!.. Görək bu millət аrtistlərdən nə istəyir?!. Şоmu və Pоlis gedirlər.
    RƏFİQƏ: - Mən heç cür bаşа düşə bilmirəm: sənin bu gün mənimlə hаqq-hesаb çürütmək istəyin nəylə bаğlıdır? Birdən-birə köhnə eşqini təzədən yаşаmаğа səni vаdаr edən nədir? Keçmişə belə möhkəm bаğlısаnsа - indiyəcən hаrаdа idin, hаrаdа itib-bаtmışdın? (Əllərini оynаdа-оynаdа əsəbi hаldа vаr-gəl edir). Mən аiləli аdаmаm. Yəqin ki, sənin də öz оcаğın, аrvаd-uşаğın vаr. Bu cür uşаq hərəkətlərinə görə heç kəs sənə “sаğ оl” deməz. Gаh bizi məcbur edib səhnəyə çıxаrırsаn, gаh dа özün оrtаyа düşüb оyun çıxаrırsаn. Sən burаdаkı аdаmlаrın heç birindən аrtıq deyilsən. Bəlkə də əksinə... SEYRАN: - Sən burаdаkı аdаmlаrın təəssübünü çəkmə. Sən gəl özün hаqdа dаnış. (Pаuzа). Əslində sənin heç dаnışmаğа hаqqın dа yоxdur. RƏFİQƏ: - Belə çıxır ki, hаmı susmаlı, təkcə sən dаnışmаlısаn!.. Biz sənin mənаsız mоnоluqunа nə qədər, nə vаxtаcаn qulаq аsmаlıyıq?.. SEYRАN: - Sən qаdın deyilsən!.. RƏFİQƏ: - Bəyəm sən kişisən? SEYRАN: - Bəlkə bunа şübhən vаr?.. Bəlkə elə bu cür şübhələrə görə məndən üz döndərib bаşqаsını sevibsən? RƏFIQƏ: - Kişi bu qədər nаqqаllıq edib bаş аpаrmаz!.. SEYRАN: - Mən səni ətrаfındаkı аdаmlаrа yаxındаn tаnıtmаq istəyirəm. RƏFIQƏ: - Аmmа əvəzində оnlаr səni dаhа yаxındаn tаnımаlı оldulаr. SEYRАN: - Deməli, məni burаdа tаnımаyаn təkcə sənsən! RƏFIQƏ: - Mən səni tаnımаq belə istəmirəm! Səsini eşitmək, üzünü görmək istəyim də yоxdur!.. Rədd оl burаdаn!.. Bu səhnəni tərk elə!.. Çıx get teаtrdаn! Sən bаyаqdаn hаmını bezdirib bоğаzа yığmısаn... Heç kəsin sənin nаzınlа оynаmаq hövsələsi yоxdur! SEYRАN: - Yоxsа məni hədələEirsən?.. RƏFİQƏ: - Hər hаldа sənin bir cаvаbını verən tаpılаr! SEYRАN: - Kim verəcək mənim cаvаbımı? Sənin ərin?.. Hа-hа-hа!.. RƏFİQƏ: - Sən mənim ərimin heç kəsinti dırnаğı dа оlа bilməzsən. SEYRАN (Rejissоrа, Qаdınа və Аktyоrа): - Bunun əri kimdir?.. SSLƏR: - Tələtdir!.. Tələt! SEYRАN: - Hım-m-m... Tələt!.. elə həminki Tələtdir?.. QАDIN: - Siz оnun ərini tаnıEırsınız?.. SEYRАN: - Yоx! Heç tаnımаq dа istəmirəm... Аmmа аdını çоxdаn eşitmişəm. О vаxt dоstum əsgərliyə məktub göndərəndə yаzmışdı ki, Tələt аdlı dükаnçıyа qоşulub qаçıb... RƏFİQƏ: - Mən qоşulub qаçmаmışаm. Qаydа-qаnunlа, tоylа, nigаhlа аilə qurmuşаm... О, bu gün də mənimçün dünyаnın ən əziz аdаmıdır. QАDIN: - Heç bilirsiz Tələt necə аiləcаnlı аdаmdır?!. О, bizim hаmımızın sevimlisidir!.. Özü də Rəfiqənin heç bir tаmаşаsını burаxmır. Hər dəfə də gül-çiçəklə gəlir. Оnlаr ideаl cütlükdür! Deyəsən, indi şəhərdə yоxdur, yəqin оnа görə bu gün gözə dəymir... RƏFİQƏ: - О, bir аzdаn gələcək... SEYRАN: - Pаhо!.. Qоrxdum sənin Tələtindən!.. Hа-hа-hа!.. Mən çоx Tələtlərin bоynunu qırmışаm... АKTYОR: - Elə deməyin... Tоlik bizim hаmımızın yаxın dоstudur... QАDIN: - О, teаtrımızın əsl hаmisidir... REJISSОR: - Biz sizi Tоliklə yаxındаn tаnış edərik. Bilirsiz о necə cаnlаrа dəyən аdаmdır?!. SEYRАN: - Nə Tоlik-Tоlik sаlmısız?.. Tоlikin burаyа nə dəxli?.. АKTYОR: - Biz öz аrаmızdа Tələtə Tоlik deEirik... SEYRАN: - Tоlik?.. О, hаnsı Tоlikdir elə?.. АKTYОR: - Rəfiqənin əridir də... Məşhur biznesmendir... REJİSSОR: - Оfisi burаdа - yаxınlıqdа yerləşir. QАDIN: - Оnu tаnımаmış оlmаzsınız. Tоlik bizim şəhərin ən səxаvətli, ən əliаçıq аdаmıdır... özü də çоx məşhur xeyriyəçidir... SEYRАN: - Mən heç nə bаşа düşmürəm! Söhbət hаnsı Tоlikdən gedir?.. Bəlkə siz “Sоlо” firmаsının rəhbərini deEirsiniz?.. RƏFİQƏ: - Sən hаrаdаn tаnıyırsаn bu firmаnı?.. SEYRАN: - О firmаnın оfisi teаtrın аrxаsındа yerləşmir ki?.. Ikimərtəbəli kərpic binаdır... АKTYОR: - Аy sаğ оl!.. Tаmаmilə dоğrudur!.. REJİSSОR: - Deməli, siz Tоliklə tаnışsınız?.. QАDIN: - Bu ki, lаp əlа оldu!.. (Rəfiqəyə). Rəfiqə, Tələt hаrаdаdır?.. RƏFİQƏ (qəhərlənir): - Iki gündür evə gəlmir... Dünən zəng vurmuşdu ki, şəhərdən çıxıb, hаnsı işinsə аrdıycа gedib. Bu gün gələsidir. Sоn vаxtlаr Tələtin işləri nədənsə gətirmir. SEYRАN: - Deməli, bu neçə gündə mən telefоndа səninlə dаnışırmışаm?.. RƏFİQƏ: - Mənimlə?.. Hə... Belə çıxır ki, telefоndа mənim ərimi söyən, hədələyən sən imişsən?!. Hаmı susur. Seyrаn əlini kürəyində çаrpаzlаyıb vаr-gəl edir. Sоnrа nəsə fikirləşib əlini cibinə аtır, tаpаnçаnı çıxаrıb kənаrа tullаyır. SEYRАN: - Burа bаx, Rəfiqə... Eslində mən burаyа Tоlikin sоrаğı ilə gəlib çıxmışаm. Teаtrа dа təsаdüfən buruldum, vаxtı keçirmək üçün... Аmmа Tоliklə yоx, səninlə qаrşılаşdım. Görünür, bu dа bir аlın yаzısı imiş. (Pаuzа). Tоlikdən bоrcunu tələb edən, sizə hər gün dəfələrlə zəng vurаn mən idim. Mən аrtıq о bоrcdаn keçirəm. Tоlikə deyərsən mən о pulu оnа hаlаl edirəm... Istəsə zəng vurаr... Yоx, zəng vurmаsа dа оlаr... Bаğışlа, Rəfiqə... Deyəsən, аrtıq-əskik dаnışdım. Həyаtımın bütün uğursuzluqlаrı üçün səni ittihаm etdim. Bu, bəlkə də lаzım deyildi. Аmmа görünür аdаm bəzən ürəyini bоşаltmаsа оd tutub yаnаr. Bаğışlа... (İştirаkçılаrа). Siz də məni bаğışlаyın... АKTYОR: - Qəribədir... Əslində bunun tələbi аyrı şey оlmаlı idi... REJİSSОR: - Məsələ belədir: hiss оlunur ki, bu аdаm çоx nаmuslu, gözütоx аdаmdır. Tələbin bunа bоrcu vаrmış. QАDIN: - Mən də eşitmişdim ki, Tələtin böyük məbləğdə bоrcu vаr. Həttа, deyəsən mаşınını, evini sаtışа çıxаrmışdı. elə deyil, Rəfiqə?.. Rəfiqə hönkürür. АKTYОR: - Аy qız, sən niyə аğlаyırsаn?.. Şükür, tаmаşаnın sоnu yаxşı qurtаrdı... REJİSSОR: - İndi bu cür ləyаqətli аdаmlаr аz-аz оlur... QАDIN: - Rəfiqə, аyıbdır... Gözünün yаşını sil... Görürsənmi sənin ərinin “düşməni” necə gözəl insаn imiş... Musiqi. Seyrаn çıxmаq istəyir. Şоmu hövlаnk qаçа-qаçа gəlir... SEYRАN: - Di yаxşı, sаğ оlun! Şоmu, hаzırlаş getdik... ŞОMU: - Yаxınlıqdа аtəş аçıldı... Pоlis pəncərədən özünü аtıb hаdisə yerinə qаçdı... İndi nə edək?.. SEYRАN: - Heç nə... Çıxıb gedək... (Pаuzа). Hə, nə dedin?.. Kim kimə аtəş аçdı? ŞОMU: - Bilmirəm kim kimə аtıb. Mən gəldim sənə deyəm ki, teаtr mühаsirəyə аlınıb. Çоxlu əsgər, pоlis vаr... REJİSSОR: - Fikir eləməyin. Biz hər şeyi izаh edərik. АKTYОR: - Siz çоx humаnist tələblər irəli sürmüşdünüz. QАDIN: - Kаş bütün kişilər sizin kimi оlаydı. (Rəfiqəyə). Аy qız, gözünün yаşını sil! Nə оlub sənə?.. RƏFİQƏ: - Ürəyimə nəsə dаmıb... QАDIN: - Yаxşı, sən Аllаh... Pоlis gəlir. О, həyəcаnlıdır. PОLİS: - Qаnun hər şeydən irəlidir. Mən bаş verən hаdisəni sizə çаtdırıb təcili getməliyəm... АKTYОR: - Nə hаdisə?.. Nə оlub?.. REJİSSОR: - Biz burаdа hər şeyi sülh yоlu ilə həll etdik. QАDIN: - Аllаh Seyrаnın ömrünü uzun eləsin... ŞОMU: - Vаllаh, gərək sən аrtist оlаydın!.. PОLİS: - Ərаzimdə bədbəxt hаdisə bаş verib: yаxınlıqdаkı binаdа ölüm hаdisəsi оlub... RƏFİQƏ: - Hаnsı binаdа?.. (Həyəcаnlа). Kim ölüb? PОLİS: - Siz niyə аğlаyırsınız?.. Pоlis ətrаfа göz gəzdirir, gözü kənаrа аtılmış tаpаnçаyа sаtаşır, silаhı götürüb о üz-bu üzünə bаxır. Sоnrа qəhqəhə çəkib gülür. RƏFİQƏ: - Niyə gülürsünüz?.. Deyin görək nə оlub? PОLİS: - Hа-hа-hа!.. Bu ki, оyuncаq silаh imiş! Bizi bu tаpаçа ilə qоrxuzurdunuz?.. ŞОMU: - Yоx... Əslində biz о tаpаnçа ilə bir nəfəri qоrxuzmаq istəyirdik. Аmmа deyəsən şefin fikri dəyişib... (Seyrаnа). Yоxsа mən səhv edirəm?.. SEYRАN: - Səhv etmirsən, Şоmu!.. О pullаr Tоlikdə qаlаcаq... Mən оnu bаğışlаdım... ŞОMU: - Pullаr Tоlikdə qаlаcаq?.. Qаlsın! PОLİS: - Əlа!.. Mən sizi müdаfiə etməEə hаzırаm... Аmmа əvvəlcə şöbəyə birlikdə bаş çəkməliEik... Hə, оnu deEirəm: о qоnşu binаdа bir nəfər intihаr edib. RƏFİQƏ: - Hаnsı binаdа?.. Kim intihаr edib?.. SƏSLƏR: - Hаnsı binаdа?.. Kim? Kim?.. PОLİS: - Оdur ey, о ikimərtəbəli kərpic binаdа. Zаlım оğlu gülləni öz ürəyinə sıxıb. özü də qısа bir məktub yаzıb: “Mənim ölümümdə heç kimi günаhkаr bilməyin!” Vəssаlаm! Deyirlər bоrcа düşmüş biznesmen imiş!.. RƏFİQƏ: - Tələt!.. Tələt!.. PОLİS: - Siz оnu tаnıyırsınız bəyəm? SEYRАN: - Оnun ölümündə günаhkаr mənəm. PОLİS: - Sizsiniz günаhkаr?.. Dоğrudаn? Nə üçün?.. REJİSSОR: - Məsələ belədir... АKTYОR: - Yоx, о, qətiyyən günаhkаr deyil. QАDIN: - Mənə də elə gəlir ki... ŞОMU: - Təqsir həmişə öləndə оlur... PОLİS: - Çоx qəribədir... Düzü, mən lаp çаşıb qаlmışаm. Seyrаn əllərini qоşаlаyıb irəli uzаdır. Pоlis cibindən çıxаrtdığı qаndаlı Seyrаnın biləyinə keçirir, əlini аtıb öz qоburundаn tаpаnçа çıxаrır. Rəfiqə hıçqırır. RƏFİQƏ: - Tələt!.. Tələt!.. Mənim həyаtım, ömrüm-günüm... ŞОMU (pоrtfelini götürərək): - Hə, indi nə edək?.. SEYRАN: - Getdik. Sаğ оlun... Musiqi. Hаmı çıxır. PƏRDƏ SОN




















    OXŞARLAR
    (Yaşıl qurşaq)


    İki hissəli dram


    İŞTİRAKÇILAR:

    HÖKMDAR
    OXŞAR
    OXŞARIN OXŞARI
    VƏZİR
    VƏZİRİN OXŞARI
    QULLUQÇU
    QULLUQÇUNUN OXŞARI
    SƏRKƏRDƏ
    SƏRKƏRDƏNİN OXŞARI
    HƏRƏM
    GƏNC ŞAİR
    QOCA ŞAİR
    OĞUL
    RƏQQASƏLƏR
    ƏSGƏRLƏR



    I HİSSƏ

    Hadisələr qeyri-müəyyən zaman və məkanda cərəyan edir. Personacların paltarında həm qədim, həm də müasir geyim elementləri nəzərə çarpır.
    Qeyd: (Pyesdəki əsas obrazları və onların oxşarlarını eyni bir aktyor ifa edir. (Hökmdarın susan oxşarı istisna olunmaqla). Yalnız Hökmdarın obrazı mövcud anturaca tam inandırıcılıq gətirsin deyə onun oxşarı (və ya özü) səhnəyə (eyni vaxtda) gətirilə bilər. (O, isə arxası zala tərəf dayanır və susur). Beləliklə, əsərdə (kütləvi səhnələrin iştirakçıları istisna olunmaqla) cəmi səkkiz (və ya doqquz) personac iştirak edir).

    Sarayın qarşısı. Arxada tül pərdə. Orkestr çalır. Xüsusi geyimli əsgərlər rəsmi-keçiddə farağat qaydasında dayanıblar. HÖKMDAR (belində yaşıl qurşaq) ağır, ləngərli addımlarla təntənəli marş sədaları altında əsgərlərin qarşısından keçir. Az sonra Hökmdar eyni qaydada geri qaydır - indi onun təkcə qurşağının rəngi dəyişib - belinə ağ qurşaq bağlanıb. Amma, əslində bu geri dönən şəxs Hökmdar yox, onun OXŞARIDIR. VƏZİR və SƏRKƏRDƏ (mundir geyib) bir kənarda dayanıblar. Az sonra musiqi sədaları azalır, səhnədə yalnız Vəzir və Sərkərdə qalır.

    VƏZİR: - Tanıdın?.. Tanıdın onu?..
    SƏRKƏRDƏ: - Sən kimi deyirsən?..
    VƏZİR: - Necə yəni kimi? Əlbəttə, Hökmdarı...
    SƏRKƏRDƏ: - Hökmdarı? (Gülür). Ha-ha-ha... Hökmdarı tanımayan külli-kafirdir, şeytandır, iblisdir...
    VƏZİR: - Bura bax, zarafatı boşla. Onlardan hansının Hökmdar olduğunu özünçün müəyyənləşdirə bildin, ya yox?..
    SƏRKƏRDƏ: - Hım-m-m... Mən bilirdim ki, rəsmi-keçidi Hökmdar öz Oxşarı ilə qəbul edəcək. Amma... Amma, doğrusu, bayaq nə qədər diqqət yetirdimsə qarşımızdan ötüb keçənlərdən hansının Hökmdar, hansının Oxşar olduğunu dəqiqləşdirə bilmədim. İnsan insana necə də oxşayarmış!..
    VƏZİR: - Əzizim Sərkərdə, unutma ki, Hökmdara yalnız zahirən oxşamaq mümkündür!..
    SƏRKƏRDƏ: - Əlbəttə, əlbəttə!.. Yalnız zahirən... Batinin oxşarlığından söhbət belə gedə bilməz!.. Möhtərəm Vəzir, yaxşı, bəs o əvvəlki Oxşarın taleyi necə oldu?..
    VƏZİR: - Sən belə şeyləri öyrənməyə çox da can atma. Cənnətlə cəhənnəmin yolunu biz müəyyən etmirik ki...
    SƏRKƏRDƏ: - Əlbəttə, əlbəttə!... Biz kimik ki, belə şeyləri öyrənmək üçün baş sındıraq? Padşahın çıxartdığı fərman hər şeydən irəlidir!
    VƏZİR: - Amma bunu dərk etmək istəməyənlər də var...
    SƏRKƏRDƏ: - Bəyəm məmləkətdə belələri yenə qalıb?..
    VƏZİR: - Qalıb? Doğrudan?
    SƏRKƏRDƏ: - Yox... Mən bilmirəm... Elə-belə səndən soruşuram...
    VƏZİR: - Mən heç nə deyə bilmərəm... Təkcə onu bilirəm ki, saraya Hökmdarın təzə oxşarı gəlib... Bunu çox az adam bilir...
    SƏRKƏRDƏ: - Bilirəm...
    VƏZİR: - Nəyi bilirsən?..
    SƏRKƏRDƏ: - Bilirəm ki, bunu çox az adam bilir...
    VƏZİR: - Yaxşı... Sən suala cavab vermədin...
    SƏRKƏRDƏ: - Hansı suala? Hə... Oxşarlıq məsələsini deyirsən?.. Məncə yaşıl qurşaqlı Hökmdar idi... Ağ qurşaqlı isə onun Oxşarı...
    VƏZİR: - Bunu haradan bilirsən?..
    SƏRKƏRDƏ: - Çünki... Çünki elə əvvəllər də Hökmdar ağ qurşaq bağlayardı...
    VƏZİR: - Arif adamsan.!. Düz tapmısan!.. Amma bunu az adam bilməlidir!..
    SƏRKƏRDƏ: - Əlbəttə... Əlbəttə ! E-e-e... Möhtərəm Vəzir, deyirlər... Deyirlər, o, özünü dünən yaxşı hiss etmirmiş...
    VƏZİR: - Bura bax!.. Hökmdar ordunu-qoşunu sənə etibar edib... Yadda saxla ki, sənin borcun, vəzifən təkcə sərhədləri yox, həm də Hökmdarın səhhətini qorumaqdır!.
    SƏRKƏRDƏ: - Mənim vəzifəm?.. Axı, mən... mən həkim deyiləm... Axı...
    VƏZİR: - Bilirəm həkim deyilsən... Amma möhkəm sərhəd-elə möhkəm səhhət deməkdir... Düşmənlərə endirilən hər bir zərbə Hökmdarın ömrünü uzadır.
    SƏRKƏRDƏ: - Tamamilə düz buyurursan! Biz səndən çox şey öyrənməliyik...Gör bir sən indiyəcən nə qədər Hökmdar yola salmısan!..
    VƏZİR: - Yaxşı... Yəqin bilirsən: axşam sarayda müşavirədir.
    SƏRKƏRDƏ: - Əlbəttə, bilirəm, möhtərəm Vəzir.
    VƏZİR: - İndidən hazırlaşmaq lazımdır.
    SƏRKƏRDƏ: - Tamamilə düz buyurursan!

    Sərkərdə və Vəzir gedirlər. Tül pərdə qalxır. Saray. Hökmdar taxtda əyləşib. QULLUQÇU gəlir, təzim edib Hökmdara yaxınlaşır.

    QULLUQÇU: - Eşidirəm, böyük Hökmdar...
    HÖKMDAR: - Bura bax... (Əli ilə ağzını tutur). Elm bu qədər inkişaf edib, amma həkimlər mənim adi dərdlərimə belə əlac edə bilmirlər...
    QULLUQÇU: - Sənin bütün dərdlərin həkimlərin ürəyinə gəlsin, böyük Hökmdar...
    HÖKMDAR: - Axı, mən bu diş ağrılarından nə vaxt xilas olacağam?..
    QULLUQÇU: - Yəqin ki, az qalıb... Lap tezliklə...
    HÖKMDAR: - “Yəqin ki, az qalıb”!.. Elə dişlərim də azalıb...
    QULLUQÇU: - Bəli, böyük Hökmdar! Cəmi dörd dişin qalıb. Onlar da çıxandan sonra ağrılar tamam kəsəcək. Həkimlər sənin mübarək ağzın üçün gözəl bir damaq düzəldəcəklər.
    HÖKMDAR: - Mən damaqdan iyrənirəm...
    QULLUQÇU: - Həkimlər deyir ki, onların düzəldəcəyi damaq sənin mirvari dişlərin qədər yaraşıqlı olacaq...
    HÖKMDAR (qonşu otağa doğru işarə ilə): - Bəs onun dişləri necə?.. Oxşarı deyirəm...
    QULLUQÇU: - Onun?.. Hə, onun! Onun da dişləri düzələcək.
    HÖKMDAR: - ...mirvari kimi?..
    QULLUQÇU: - Hə... Yox... Onun dişi sədəf kimi olacaq...
    HÖKMDAR: - Yaxşı, baxıb görərik... İndi isə bir az dincəlmək istəyirəm. Qoy sənətçilərimiz gəlsin. Dayan, sən də qal burada!
    QULLUQÇU: - Baş üstə, böyük Hökmdar!

    Hökmdar əlini-əlinə vurur. Musiqi. Rəqqasələr gəlir. Rəqs. Qulluqçu bayıra çıxıb, tez geri qayıdır, Hökmdara nəsə deyir və təbii ki, onların söhbəti eşidilmir. Rəqs başa çatır.

    HÖKMDAR: - Rəqqasələr getsin.

    Rəqqasələr gedir.

    QULLUQÇU (qapıya işarə ilə): - O, səni görmək istəyir.
    HÖKMDAR: - Nədir, nə sözü var?..
    QULLUQÇU: - Elə bir sözü yoxdur... E-e-e... Sadəcə olaraq çəkilmiş dişlərinin yeri ağrıyır.
    HÖKMDAR: - Heç nə anlamıram. Hə, qoy gəlsin görüm istəyi nədir?

    Oxşar gəlir. O, Hökmdarla üz-üzə dayandığı üçün arxası zala tərəfdir. Oxşar təzim edir.

    HÖKMDAR: - Hə, bu sənsən?.. Eşitdiyimə görə, nədənsə narazısan. Nədən? Sən indi mənim nələr çəkdiyimi görürsənmi?.. Elə bilirsən Hökmdar olmaq asandır? Bu, cəhənnəm əzabı deməkdir!.. Nəinki hökmdar, hətta onun Oxşarı olmaq belə çətindir. Sən ki, bunu görürsən! Amma bəziləri görmür. Bəlkə də görmək istəmir! Bax, budur, indi mənim gözüm ağrıyır, başımda qəribə bir uğultu var. Sən mənim Oxşarımsan - bu əzabları yaşamasan, mənim nələr çəkdiyimi duya bilməzsən. Elə deyilmi? (Gəzişir). Bu yaxınlarda mənim böyrəyimdə əməliyyat aparılacaq. Bəlkə sənə elə gəlir ki, bu çox sadə bir işdir. Amma, inşallah, cərrahiyyə stolu üstündə uzananda görəcəksən ki, məsələ heç də sənin təsəvvür etdiyin qədər sadə deyilmiş! Bəs necə? Sənin bədənini doğrayırlar, qarnını yarırlar, nəyisə kəsib atır - nəyisə əlavə edirlər, sonra tikiş qoyurlar... Sən isə dözürsən... dözməlisən...

    Hökmdar danışdıqca Oxşar hiss olunacaq şəkildə əsir, titrəyir və nəhayət, qorxudan üzü üstə yerə sərilir. Hökmdar əvvəlcə geri-geri çəkilir, sonra irəli yeriyib ayağının birini Oxşarın çiyninə qoyur. Oxşar yerə sərilsə də yenə titrəyir, onun çiyni qalxıb-enir, iniltisi eşidilir. Hökmdar qalibanə tərzdə, ürəkdən qəh-qəhə çəkib gülür.

    QULLUQÇU: - O, hər şeyi yavaş-yavaş öyrənəcək, böyük Hökmdar.
    HÖKMDAR: - Onunla işləmək lazımdır.
    QULLUQÇU: - İşləyərik. Baş üstə. (Oxşara). Həkim səni gözləyir. Deyəsən, hələ ağzında salamat dişlər qalıb. Gedə bilərsən.

    Oxşar çıxır.

    HÖKMDAR: - Bu oxşardan nəsə gözüm su içmir.
    QULLUQÇU: - Böyük Hökmdar, o çox sakit, mərifətli adamdır. Arxayın ola bilərsən.

    Qonşu otaqdan qışqırıq, nalə eşidilir.

    HÖKMDAR: - O, nə səsdir elə?
    QULLUQÇU: - Oxşarın dişlərini çəkirlər.
    HÖKMDAR: - Onun neçə dişi çəkiləcək?..
    QULLUQÇU: - Bütün dişləri.
    HÖKMDAR: - Oxşar elə dişsiz olsa yaxşıdır.
    QULLUQÇU: - Biz çalışacağıq ki, onun ağzı sənin ağzına oxşasın.
    HÖKMDAR: - Yox... Onun ağzı mənim ağzıma oxşaya bilməz!
    QULLUQÇU: - Axı, o, oxşardır. Hökmdara oxşamalıdır... Əlbəttə, zahirən...
    HÖKMDAR: - Hə, zahirən ola bilər. Amma mənim batinim tamam ayrı cürdür.
    QULLUQÇU: - Bu, məlum məsələdir, böyük Hökmdar.
    HÖKMDAR: - Yaxşı... Mən gedim dincəlim. Səhv etmirəmsə bu gün kütlə ilə görüş var.
    QULLUQÇU: - Bəli, xalq sizi gözləyir, böyük Hökmdar.
    HÖKMDAR: - Belə xırda şeylər üçün mən istirahətimi pozmaq... e-e-e... qızıldan qiymətli vaxtımı itirmək istəmirəm.
    QULLUQÇU: - Tamamilə düzdür. Oxşar dura-dura Hökmdar izdihamın qarşısına niyə çıxmalıdır?
    HÖKMDAR: - Amma onun ağzından muğayat ol.
    QULLUQÇU: - Baş üstə. Oldu!

    Hökmdar gedir. Musiqi. Qulluqçu sevincək əlini-əlinə sürtür. Oxşar gəlir, o, əli ilə ağzını örtüb.

    QULLUQÇU: - Əlini ağzından çək.
    OXŞAR (əlini çəkir): - Ağrıyır, axı...
    QULLUQÇU: - Xırda şeydir. Ötüb gedəcək. Bura bax... Bu gün Hökmdarın xalqla görüş günüdür. Amma o, bunu edə bilməyəcək.
    OXŞAR: - Nə üçün? Xəstədir?..
    QULLUQÇU: - Yox... Hökmdar heç vaxt xəstələnmir... Xəstələnə də bilməz.
    OXŞAR: - Camaat öz Hökmdarını daim sağlam və gümrah görmək istəyir; mən bunu bilirəm.
    QULLUQÇU: - Düzdür! Doğrudur! Sadəcə olaraq, Hökmdar bu gün öz qəsrinə çəkilib bütün günü bizim haqqımızda düşünmək istəyir. Ona görə kütlə qarşısına sən çıxmalısan.
    OXŞAR: - Mən kütləyə nə deməliyəm? Axı, ağzım...
    QULLUQÇU: - Heç nə deməyəcəksən... Yalnız uca kürsüdə dayanıb qarşından gəlib keçən insan dalğasına əl edəcəksən. (Əlini yellədir). Vəssalam. Bax belə…
    OXŞAR: - Bəs sonra?
    QULLUQÇU: - Sənin şərəfinə şüarlar səslənəcək.
    OXŞAR: - Mənim şərəfimə?
    QULLUQÇU: - Hə də... Yox, Hökmdarın şərəfinə. Sən isə əl edəcəksən, gülümsəyəcəksən. (gülümsəyir). Üzünə məsum bir təbəssüm qonmalıdır. Amma ağzını açma!.. (Ciddiləşir) Axı, dişlərin...
    OXŞAR: - İndi əl etmək belə mənimçün çox çətindir. Heyim qalmayıb.
    QULLUQÇU: - Nəyə görə?..
    OXŞAR: - Dişlər öz yerində... Axı, mən neçə gündür acam. Çörək yemirəm.
    QULLUQÇU: - Bu, elə bu cür də olmalıdır. Hökmdar son vaxtlar sürətlə arıqlayır, ona görə sən də arıqlamalısan...
    OXŞAR: - Məncə, o, əvvəllər ətli-canlı idi.
    QULLUQÇU: - Hələlik həkimlər ona arıqlamağı məsləhət biliblər. İnşallah, gələcəkdə kökəlmək lazım gəlsə, sən də kökələcəksən...
    OXŞAR: - Mən bu cür şəfaverici pəhrizlərə alışmamışam.
    QULLUQÇU: - Öyrəşərsən, alışarsan inşallah...
    OXŞAR: - Bayırdan nəsə səs-küy gəlir.
    QULLUQÇU: - Kütlə öz rəhbərini görmək istəyir.

    Sərkərdə gəlir, təzim edir.

    SƏRKƏRDƏ: - Xalq öz Hökmdarını görməyə hazırdır. Hamı meydandadır.
    QULLUQÇU: - Kürsü çoxdan hazırdır.
    OXŞAR: - Mən də hazıram!

    Təntənəli musiqi. Oxşar ağır addımlarla kürsüyə qalxır. Səs-küy. Hökmdarın şərəfinə müxtəlif şüarlar səslənir: “Rəhbərə eşq olsun!” “Yaşasın hökmdarımız!” və s. Oxşar gah sağ, gah da sol əlini yuxarı qaldıraraq kütləni salamlayır. O, əvvəlcə zorla da olsa gülümsəyir; sonra bu təbəssüm onun bütün sifətinə yayılır; hiss olunur ki, Oxşar bu görüşdən məmnundur. Kütlənin şüarları Oxşarı vəcdə gətirir; o, əlini daha böyük həvəslə yellətməyə başlayır, ürəkdən gülür, qəh-qəhə çəkir və onun gülüşü təntənəli musiqi sədalarına qarışır.

    SƏRKƏRDƏ: - O, necə də əzəmətlidir...
    QULLUQÇU: - Bayaq deyirdi ki, kefsizəm, acam, əlimi yellətməyə heyim yoxdur. Amma indi kürsüdən enmək fikri yoxdur deyəsən.
    SƏRKƏRDƏ: - Yəqin kürsü xoşuna gəlib...
    QULLUQÇU: - Niyə də gəlməsin? Bu boyda insan axını onun qarşısında səcdə edir, onun şərəfinə şüar söyləyir... Çox güman ki, o, indi özünü hər şeyə qadir Hökmdar qiyafəsində hiss edir.
    SƏRKƏRDƏ: - Bir fikir ver, qətiyyən kürsüdən enmək istəmir. Əslində görüş üçün nəzərdə tutulmuş vaxt başa çatmaq üzrədir.
    QULLUQÇU: - Bəlkə işarə edəsən ona?..
    SƏRKƏRDƏ: - Yox... Mən yox... Sən özün işarə et...
    QULLUQÇU: - Bu, mənlik deyil. Mənə onun yalnız kürsüyə qalxmasını təşkil etmək tapşırığı verilib.
    SƏRKƏRDƏ: - Bəs onu kürsüdən kim endirməlidir?
    QULLUQÇU: - Bu məsələ mənə verilən tapşırıqda nəzərdə tutulmayıb.
    SƏRKƏRDƏ: - Odur, Vəzir gəlir. Görək o, nə deyir?..

    Vəzir gəlir.

    VƏZİR: - Mən bayaqdan qonşu qəsrin bürcündən durbinlə bu atəşfəşanlığı seyr edirəm. İzdiham üçüncü dəfədir ki, bu müqəddəs kürsünün qarşısından o, tərəf - bu tərəfə axıb gedir.
    SƏRKƏRDƏ: - Amma, o kürsüdən düşmək istəmir.
    VƏZİR: - Ona anlatmaq lazımdır.
    QULLUQÇU: - Bu, mənlik deyil...
    VƏZİR: - Sən Hökmdarın ən yaxın xidmətçisi, qulluqçususan...
    QULLUQÇU: - Nə olsun ki? Bəyəm bu, Hökmdardır?
    SƏRKƏRDƏ: - Belə çıxır ki, biz onu kürsüdən zorla endirməliyik.
    VƏZİR: - Zorla niyə? Ona işarə etmək lazımdır.
    QULLUQÇU: - Ona yox, bəlkə meydandakı insanlara işarə edək ki, çıxıb getsinlər.
    VƏZİR: - Tələsməyin. İndi bir şey fikirləşib taparıq.

    Vəzir Sərkərdəyə nəsə deyir. Sərkərdə marş sədaları altında əlini gicgahına aparıb iri əsgəri addımlarla Oxşara yaxınlaşır, Oxşar da ona baxıb dik durur, əsgəri vəziyyət alıb əlini gicgahına aparır; Sərkərdə həmin qaydada kürsüdən uzaqlaşır; Oxşar da əli ilə ağzını tutub onun arxasınca gedir.
    Sərkərdə və Oxşar gedirlər.

    VƏZİR: - Bura bax, Hökmdar istirahət edir... Amma bir azdan sarayda onun görüşü olmalıdır...
    QULLUQÇU: - Arxayın olun, təşkil edərik.. Görüş kiminlə olacaq, möhtərəm Vəzir?..
    VƏZİR: - Məmləkətin şairləri ilə...
    QULLUQÇU: - Qoy böyük Hökmdar öz istirahəti ilə məşğul olsun. Mən hər şeyi yoluna qoyaram.
    VƏZİR: - Hə, elə isə fəaliyyətə başla...
    QULLUQÇU: - Oldu, möhtərəm Vəzir!..
    VƏZİR: - Hələlik... Mən getdim.

    Vəzir gedir. Oxşar gəlir.

    QULLUQÇU: - Əyləş...
    OXŞAR: - Nə olub ki?
    QULLUQÇU: - Hökmdar istirahət edir. Onun, yəni sənin, məmləkət şairləri ilə görüşün olacaq.
    OXŞAR (əyləşir): - Çox əcəb!.. Mən şairələri də sevirəm, şeri də...
    QULLUQÇU: - Bura bax... Sən bu sevgini büruzə verməməlisən. Sən, ümumiyyətlə, bütün görüş boyu susmalısan. Sonacan... Yalnız sonda...
    OXŞAR: - Nə üçün susmalıyam?..
    QULLUQÇU: - Qayda belədir. Bu cür görüşlərdə şairlər hökmdarları tərifləyir, hökmdarsa təvazökarcasına susur, susur... və lap sonda...
    OXŞAR (ayağa durur): - Dayan! Əvvəldən axıracan sussam şairlər elə bilərlər ki, hökmdarın dili yoxdur, laldır...
    QULLUQÇU: - Sən görüşün lap sonunda onların ünvanına beş-on kəlmə xoş söz deməlisən...
    OXŞAR: - Hə, bu, başqa məsələ! Hökmdar öz təbələrinə nəsə deməlidir, axı. Yoxsa görüş lal-kar oyununa bənzəyər...
    QULLUQÇU: - Deməli, qayda belədir: şairlər gəlir, sənin əlini öpür, sən onları salamlayırsan. Söhbəti onlar özləri aparacaq.
    OXŞAR: - Onlar haradan bilirlər ki, nə barədə danışmaq lazımdır?
    QULLUQÇU: - Onlar bu cür görüşlərdə o qədər olublar ki, nədən danışmaq gərək olduğunu hamıdan yaxşı bilirlər.
    OXŞAR: - Bəyəm hər dəfə eyni şeydən söhbət gedir?
    QULLUQÇU: - Əlbəttə! Eyni adama hər dəfə müxtəlif şeylərdən söhbət açmaq olmaz ki...
    OXŞAR: - Elə isə qoy gəlsinlər...
    QULLUQÇU: - Sən keç taxtda əyləş.
    OXŞAR: - Oldu...

    Oxşar əyləşir. GƏNC ŞAİR və QOCA ŞAİR gəlirlər.

    QULLUQÇU: - Buyurun, buyurun, keçin içəri...
    GƏNC ŞAİR: - Hökmdar, yatmıram dünəndən bəri!
    QULLUQÇU: - Dayan, ey gənc şair, bir səbrini bas,
    Ağsaqqal yanında danışmaq olmaz.
    GƏNC ŞAİR: - Bəyəm susmaq üçün gəlmişik bura?..
    QOCA ŞAİR: - Belə saray hara, bu gənclər hara?

    Yaxınlaşıb Hökmdarın əlini öpür, təzim edir.

    Bütün məmləkətin, ulu hökmdar,
    Sənə sayqısı var, məhəbbəti var,
    Mən də bir qocaman qələm əhli tək,
    Bu sevgini sənə çatdıram gərək.
    GƏNC ŞAİR: - Bəs gənclər? Bölməkçün sevgilərini
    Onlar bu saraya göndərib məni.
    Köhnə təşbehləri bəyənmirik biz,
    Qəlbimiz dənizdir, eşqimiz təmiz.
    QOCA ŞAİR: - Hökmdarın özü yaxşı bilir ki,
    Biz onu sevirik bir günəş təki.
    O bilir, qocalıq - özü hünərdi!
    Fəqət gənclik eşqi gəldi-gedərdi.
    GƏNC ŞAİR: - Yəqin, qoca şair çaşıb, bayılıb.
    Qocalıq nə vaxtdan hünər sayılıb?
    Bu taxt da, bu tac da özümüzündür,
    İndi meydan bizim, dövran bizimdir!
    QULLUQÇU: - Necə, səninkidir dedin bu taxt-tac?
    QOCA ŞAİR: - Cavanlar hamıdan bac istəyir, bac...
    GƏNC ŞAİR: - Mən elə demədim... Mən belə dedim...
    QOCA ŞAİR: - Sən nə dediyini bilirsən, yetim!
    QULLUQÇU: - Barı ustadından götür nümunə.
    GƏNC ŞAİR: - O, nə vaxtdan örnək olubdur mənə?
    QOCA ŞAİR: - Modernist! Komformist! Nihilist! Kubist!
    Sənin qəlbin xalqla deyildir dürüst.
    Hökmdar çox yaxşı tanıyır məni...
    QULLUQÇU: - O, tez-tez məndən də soruşur səni...
    GƏNC ŞAİR: - Hökmdar gənclərə güvənsin gərək...
    QOCA ŞAİR: - Paho! Qocaların üstündən xətt çək!..
    GƏNC ŞAİR: - Ənamı, ad-sanı siz almısınız,
    Əlçatmaz zirvəyə ucalmısınız.
    Oğlunuz-qızınız gəzir dünyanı,
    Bəs mənim... bəs bizim payımız hanı?
    QOCA ŞAİR: - Səni şəxsi maraq gətirib bura.
    Gənc şair, sən hara, bu saray hara?
    Hanı Hökmdara hörmətin sənin?
    Hanı vətəndaşlıq qeyrətin sənin?
    Bunun tələbinə, təhdidinə bax:
    “Hökmdar gənclərə güvənsin!” Axmaq,
    Bəyəm Hökmdara hökm verənsən?
    Hökmdar önündə, axı, sən kimsən?

    Oxşar məmnun halda gəzişir. Qulluqçu onun hərəkətlərini başını tərpətməklə təqdir edir.

    Bala, gəl açıqla öz mövqeyini:
    Bura hansı hisslər gətirib səni?
    Bəlkə şairbaşı olmaq üçün sən
    Belə yaxa cırıb, sinə döyürsən?
    Aqildir, müdrikdi bizim hökmdar,
    O bilir ki, kimin qabında nə var?

    Qoca şair təzim edir, Oxşar məmnunluqla onun təzimini təqdir edir.

    OXŞAR: - Doğrusu, dişimi çəkdirmişəm mən,
    Onunçün danışmaq keçmir könlümdən.
    O qədər çoxdur ki, yarımçıq işim...
    Bir yandan qəbullar... bir yandan dişim...

    Şairlər təəccüblə Oxşara baxırlar. Qulluqçu Oxşara yaxınlaşıb yavaşdan nəsə deyir. Oxşar narazı halda ağır-ağır çıxır.

    QULLUQÇU: - Bu gecə Hökmdar çox az yatıbdır...
    İndi dərmanının vaxtı çatıbdır.
    QOCA ŞAİR: - Bilirik ki, onun qayğısı çoxdur,
    Rəhbərin gecəsi-gündüzü yoxdur.
    GƏNC ŞAİR: - Sən hardan bilirsən bütün bunları?
    Yaltaqlıq eləmə bu yaşda barı!..

    Qoca şair Gənc şairin üstünə cumur.

    QOCA ŞAİR: - Nə dedin?.. Fitnəkar, riyakar, nadan!
    Bu qədər eqoist olarmı insan?
    Sarayın əksinə niyə gedirsən?
    Görülən işlərə şübhə edirsən?!.
    Gözün nə yaxşını, nə pisi seçir,
    Hələ ürəyindən gör nələr keçir.
    GƏNC ŞAİR: - Bura bax, gəl mənim yaxamdan əl çək,
    Qartalın önündə sən kimsən? - Milçək!

    Şairlər tutaşırlar. Qulluqçu onları ayırmaq istəyir, arada Gənc şairə bir-iki yumruq dəyir. Hökmdar gəlir, diqqətlə vuruşanları süzür.

    HÖKMDAR: - Nə olub?.. Kim sizi gətirdi gözə?
    Ayıbdır, dalaşmaq yaraşmaz sizə!
    Bunun hansındadır günah, de görüm?
    Onun cəzasıyçün bir fərman verim!
    QOCA ŞAİR: - Bununçün eynidir ağ da, qara da,
    Hətta, lağ eləyir Hökmdara da!
    QULLUQÇU: - Ədəbi aləmdə bu, deyildir sirr,
    Yamanca dikbaşdır bu cavan şair.
    HÖKMDAR: - Mən indi həyatı qandırram ona -
    Tez olun, göndərin onu zindana.
    GƏNC ŞAİR: - Axı, bir söyləyin nədir günahım?

    Gənc şair diz çöküb göyə əl açır.

    QOCA ŞAİR: - Dedim, səni gec-tez tutacaq ahım!..
    QULLUQÇU: - Gəl düş qabağıma. Əl açma göyə!
    İnsan öz dilindən düşər tələyə...

    Qulluqçu Gənc şairin qolundan tutub onu bayıra çıxarır.

    HÖKMDAR: - Sən sarayda şerin məhək daşısan,
    Nə qədər mən sağam-şairbaşısan.
    QOCA ŞAİR: - Bu xalq hər gün görür səni röyada
    Sənin tək hökmdar yoxdu dünyada.
    Səni ömrüm boyu vəsf edəcəyəm,
    Sonra da şad-xürrəm mən gedəcəyəm...
    HÖKMDAR: - Ölmək hələ tezdir, qocaman şair
    De, nədir təvəqqən bizlərə dair?
    Gəl gedək birlikdə şam eləyək biz.
    QOCA ŞAİR: - Ürəyin nə qədər təmizdir, təmiz!..

    Hökmdar və Qoca şair gedirlər. Əvvəlcə Qulluqçu, sonra Oxşar gəlirlər.

    QULLUQÇU: - Yəqin ki, sən artıq oxşar vəzifəsini icra etməyin nə qədər ağır, çətin bir iş olduğunu dərk edirsən.
    OXŞAR: - Bəyəm bu vəzifədir?.. Bu, cəhənnəm əzabıdır, məşəqqətdir. Doğrusu, hərdən özümü öldürmək qərarına gəlirəm...
    QULLUQÇU: - Bir az səbrli ol. Dünyanın sonu deyil ki...
    OXŞAR: - Mən canımdan bezmişəm. Belə çıxır ki, ölənəcən kiminsə kölgəsi kimi sürünməliyəm.
    QULLUQÇU: - Onsuz da sən olmasan belə, bu işi kimsə görməlidir. Dövlət varsa, hökmdar da olmalıdır. Hökmdar varsa, onun düşməni də olmalıdır. Düşmən varsa, oxşar da olmalıdır.
    OXŞAR: - Gərək elə bu bədbəxtçilik mənim alnıma yazılaydı?.. Əvvəllər, hələ bu saraya gəlməmişdən qabaq, zahirən hökmdara bənzədiyim üçün çoxları mənə qibtə edirdi. Mən özüm də bu oxşarlıqdan məmnunluq duyurdum. Elə ki, bu saraya gəldim, özümün necə bədbəxt insan olduğumu dərk etməyə başladım. Ölüm bu cür həyatdan yaxşıdır.
    QULLUQÇU: - Ölüm çıxış yolu deyil ki...
    OXŞAR: - Bəs çıxış yolu nədir?
    QULLUQÇU: - Düşünüb bir şey fikirləşmək lazımdır.
    OXŞAR: - Mənim bütün fikirlərimin sonu qaranlıq görünür... (Pauza). Bəs sən nə düşünürsən? Bəlkə bir məsləhət verəsən? Hiss olunur ki, sən bu sarayda ən xeyirxah adamsan... Mən sənə bir nigarançılığımı da açıq demək istəyirəm: de görüm, sən ağzıbütöv adamsan, yoxsa?..
    QULLUQÇU: - Mənə etibar edə bilərsən.
    OXŞAR: - Elə isə qoy deyim: Hökmdar məndən əvvəlki oxşarın boynunu vurdurub, elə deyilmi? (Pauza). Niyə susursan? Mən də oturub gözləməliyəm ki, görüm başım bədənimə nə vaxt “xudahafiz” deyəcək?.. Danışsana, niyə dinmirsən?
    QULLUQÇU: - Sən danış, mən dinləyirəm.
    OXŞAR: - Ta mənim sözüm bitdi.
    QULLUQÇU: - Hım-m-m... Bəyəm sən dəqiq bilirsən ki, məhz oxşarın boynu vurulub? (Pauza). Niyə susursan? Cavab versənə!
    OXŞAR: - Heç nə anlamıram. Axı, burada hamı deyir ki, Hökmdarın Oxşarı edam olunub. Yoxsa, bu, belə deyil?
    QULLUQÇU: - Hım-m-m... Həm belədir, həm də belə deyil.
    OXŞAR: - Yenə heç nə anlamadım.
    QULLUQÇU: - Mənə elə gəlir ki, sən ağzıbütöv adamsan. (Pauza). Elə deyilmi?
    OXŞAR: - Mənə etibar edə bilərsən.
    QULLUQÇU: - Elə isə qulaq as.

    Musiqi. Qulluqçu Oxşarın qoluna girir. Onlar nə barədə isə danışır, nəyisə bir-birinə əl-qol hərəkətləri, mimika və cestlərlə izah edirlər. Musiqi sədası uzaqlaşır.

    OXŞAR: - Belə çıxır ki, ölən Oxşar yox, Hökmdar olub.
    QULLUQÇU: - Bəli, bəli! Düz anlamısan. Oxşar at kimi Hökmdarın üzünə durdu. Dedi ki, Hökmdar mənəm ki, mənəm. Düzü, mən də onun tərəfini saxladım. Sarayda hamı əmin oldu ki, öldürülən oxşardır. Amma əslində Hökmdarın boynu vuruldu. Bunu bircə mən bildim, bir də o vaxtkı Oxşar, yəni indiki Hökmdar.
    OXŞAR: - Bəs o Oxşar - yəni indiki Hökmdar bu qədər xidmətin qabağında sənin əməyini niyə qiymətləndirmədi? Bəyəm sən ömrün boyu qulluqçu-xidmətçi olmalısan? (Pauza). Niyə susursan?
    QULLUQÇU: - Bax, elə məsələ də bundadır. (Ah çəkir). Mənə o vaxt, hələ oxşar olan zaman, Vəzirlik taxtı vəd etmişdi. Elə ki, keçib Hökmdar taxtında əyləşdi hər şeyi unutdu. Amma mən heç nəyi unutmamışam.
    OXŞAR: - Belə şeyi unutmaq olar?!. Mənə elə gəlir ki, biz sənli-mənli fikirləşib yenə bir çıxış yolu tapmalıyıq. (Pauza. Oxşar böyük şövqlə var-gəl edir). Sən ağıllı, tədbirli adamsan. Çox şeyi yoluna qoya bilərsən. Vəzir kütün biridir. Əslində o vəzifə sənin boynuna biçilib. (Əlini-əlinə sürtür). Sən böyük siyasi xadim, ağıllı diplomat, təcrübəli saray əyanısan. (Pauza). İndi hər şey səndən asılıdır.
    QULLUQÇU (mənalı-mənalı onu süzür): - Yaxşı, bu məsələyə sonra baxarıq.
    OXŞAR (əlini onun çiyninə qoyur): - Mən sənin məsləhətinə müntəzirəm.
    QULLUQÇU: - Yaxşı, bir mənə de görüm, sən bu gecə də hərəmxanaya gedəcəksən?
    OXŞAR: - Artıq sən bunu da bilirsən?
    QULLUQÇU: - Ehtiyatlı ol.
    OXŞAR: - Mənim burada sənin kimi etibarlı dayağım var. Olar gedim?..

    Oxşar təzim edib gedir. Sərkərdə gəlir.

    SƏRKƏRDƏ: - Bilirsən gəlişimin məqsədi nədir?
    QULLUQÇU: - Deyərsən, bilərəm.
    SƏRKƏRDƏ: - Etibarlı mənbədən alınan məlumata görə, son zamanlar Oxşar ulu Hökmdarın hərəmlərindən biri ilə görüşür. Özü də ən sevimli, ən gözəl hərəmlə... Fəlakətdir!
    QULLUQÇU: - Bu barədə mən də eşitmişəm... Amma bu, şayiə də ola bilər.
    SƏRKƏRDƏ: - Nə şayiə?.. Bu, faktdır.
    QULLUQÇU: - Bunu sənə kim xəbər verib?
    SƏRKƏRDƏ: - Xəfiyyələr Vəzirə məlumat veriblər, o da bunu mənə dedi.
    QULLUQÇU: - Vəzirin nəyinə lazımdır belə şeyləri yoxlamaq?..
    SƏRKƏRDƏ: - Deyə bilmərəm.
    QULLUQÇU: - Vəzir onsuz da ölkədə ikinci adamdır. Bəlkə onun ürəyindən birinci olmaq keçir?
    SƏRKƏRDƏ: - Bunun bizə nə dəxli? Tapşırıq verilib, icra etməliyik. Bəlkə bu tapşırıq elə Hökmdardan gəlir. Elə deyilmi?
    QULLUQÇU: - E-e-e... Elə olmağına elədir. Bəs biz nə etməliyik?
    SƏRKƏRDƏ: - Faktı yoxlamalıyıq.
    QULLUQÇU: - Elə bu gün?
    SƏRKƏRDƏ: - Elə indi. Bu dəqiqə. Alınan məlumata görə Oxşar artıq hərəmxanadadır.
    QULLUQÇU: - Biz də gedək hərəmxanaya?
    SƏRKƏRDƏ: - Sən ağlını itirməmisən ki? Bizim orada nə işimiz? Hərəm xananın yolu buradan keçir. Kənara çəkilib bir az gözləyək. Amma mən qorxuram ki, Hökmdarla oxşarı dəyişik salaq.
    QULLUQÇU: - Mən onları ayırd edə bilirəm.
    SƏRKƏRDƏ: - Nədən?
    QULLUQÇU: - Yerişlərindən...
    SƏRKƏRDƏ: - Yerişdən?.. Bəlkə onlar hərəmxanaya gələndə yerişlərini dəyişirlər?
    QULLUQÇU: - Heç yerişi də dəyişmək olar?
    SƏRKƏRDƏ: - Gərək əvvləcə Hökmdarın özü ilə məsləhətləşəydik.
    QULLUQÇU: - Bəyəm bu barədə Hökmdara söz demək olar?.. Özün deyirsən ki, Vəzir tapşırıq verib... Gərək əvvəlcə cinayətkarı hadisə yerində yaxalayaq, Vəzirə məlumat verək, Vəzir də gedib Hökmdara desin...
    SƏRKƏRDƏ: - Deyəsən, əvvəllər də buna bənzər bir hadisə olub.
    QULLUQÇU: - Bəli, olub. Səndən əvvəlki qoşun başçısına məlumat verilmişdi ki, bundan əvvəlki Oxşar Hərəmlə görüşür. Amma, o, buna inanmırdı. Onda Vəzir göstəriş verdi. Biz elə buradaca dayanıb gözləməyə başladıq. Nəhayət, Oxşarla Hərəm göründülər. Biz torbanı Hökmdarın əvvəlki Oxşarının başına keçirdik. Sonra Cəllad onun boynunu vurdu. Hə, torba demişkən, hanı torba? Əliboş gəlmisən?
    SƏRKƏRDƏ: - Yox, torba da gətirmişəm... Odur, oradadır... Amma mən bir məsələni anlamadım.
    QULLUQÇU: - O, nə məsələdir elə?
    SƏRKƏRDƏ: - Bəlkə o vaxt tutduğunuz adam elə Hökmdarın özü imiş?
    QULLUQÇU: - Düzü, əvvəlcə o tutulan adam qeyzlənib bizim üzümüzə tüpürdü, guya o, Oxşar deyil, Hökmdarın özüdür.
    SƏRKƏRDƏ: - Bəs siz nə etdiniz?
    QULLUQÇU: - Mən nəticəni sənə dedim ki...
    SƏRKƏRDƏ: - Allah bilir, bəlkə də Cəlladın boynunu vurduğu adam elə Hökmdar imiş.
    QULLUQÇU: - Axmaqlama! Bu, ola bilməz!
    SƏRKƏRDƏ: - Axı, bir özün fikirləş: günahı olan adam hay-küy qoparıb sizin üstünüzə hücum çəkə, hələ üstəlik üzünüzə tüpürə bilərdimi?..
    QULLUQÇU: - Meymun suda boğulanda öz balasını ayağının altına qoyur.
    SƏRKƏRDƏ: - Nəsə inanmağım gəlmir...
    QULLUQÇU: - Nəyə inanmağın gəlmir - mənim dediklərimə, yoxsa Oxşarın boynunun vurulmağına?
    SƏRKƏRDƏ: - Öldürülən adamın əsl oxşar olduğu şübhəlidir.
    QULLUQÇU: - Belə şeyləri Cəllad baltası daha yaxşı ayırd edir.
    SƏRKƏRDƏ: - Balta?.. Bəyəm balta adamın boynunu tanıyır?
    QULLUQÇU: - Niyə tanımır? Tanıyır. Az danış... Özün də sakit ol. İrəliyə bax... Odur, gəlir... Oxşardır...
    SƏRKƏRDƏ: - Özü də tək deyil... Bəs görəsən yanındakı kimdir?
    QULLUQÇU: - Yanındakı? O, Hökmdarın Hərəmi ilə gəlir.
    SƏRKƏRDƏ: - Bura bax, Oxşar özünü belə sərbəst apara bilməz. Bu, Hökmdarın özüdür ki, var.
    QULLUQÇU: - Yox, o, Oxşardır.
    SƏRKƏRDƏ: - Bir fikir ver, zalım oğlu heç qurşaqı da bağlamayıb. İndi gəl baş aç görüm kim-kimdir?..
    QULLUQÇU: - Belə yerdə nə qurşaqbazlıq?
    SƏRKƏRDƏ: - Bu tərəfə gəl. Deyəsən, Hökmdar nəşəlidir, sərxoşdur...
    QULLUQÇU: - Hökmdar yox, Hökmdarın oxşarı. Çəkil, çəkil kənara!
    SƏRKƏRDƏ: - Ayağını sürümə... Hə, bax belə...

    Onlar qaranlığa çəkilirlər. Hökmdar (qurşaqsız) və HƏRƏM gəlir.

    HƏRƏM: - Ulu Hökmdar, mən özümü dünyanın ən bəxtəvər qadını sanıram...

    Sərkərdə və Qulluqçunun üzünə işıq düşür.

    SƏRKƏRDƏ: - Gördünmü, o, Hökmdarın özüdür!
    QULLUQÇU: - S-s-s... Sakit ol...
    HÖKMDAR: - Sən doğrudan da əminsən ki, mən Hökmdaram?..
    HƏRƏM: - Bu, nə sualdır belə? Bəyəm mən öz Hökmdarımı tanımıram?..
    HÖKMDAR: - Axı, mən Hökmdarın oxşarı da ola bilərəm.
    QULLUQÇU: - Eşitdin? O, Hökmdarın özü deyil...
    SƏRKƏRDƏ: - O, demir ki, Hökmdar deyiləm.
    QULLUQÇU: - Bəs nə deyir?..
    SƏRKƏRDƏ: - Deyir ki, Oxşar da ola bilərəm.
    QULLUQÇU: - S-s-s... Qulaq as...
    HƏRƏM: - Sənin hər gəlişin mənimçün toy-bayrama çevrilir. Sənin ayaq səslərin mənim ürəyimdə, nəbzimdə vurur.
    HÖKMDAR: - Sən yəqin ki, mənim Oxşarıma da bu sözləri deyirdin...
    SƏRKƏRDƏ: - Eşitdin?
    QULLUQÇU: - S-s-s... Hələ bilmək olmaz bu Hökmdrın özüdür, yoxsa onun Oxşarı .
    HÖKMDAR: - Onun boynu sənə görə vuruldu. Yəqin ki, bilirsən...
    HƏRƏM: - Bilirəm... Mən hər şeyi bilirəm.
    HÖKMDAR: - Mən səni çox sevirəm - hərəmlərin hamısından çox. Yəqin bunu da bilirsən.
    HƏRƏM: - Bilirəm. Qısqanırsan məni?..
    HÖKMDAR: - Düzünü deyim ki, qısqanıram. Hətta, hərdən özümü Oxşarımın da yerinə qoyuram... Və səni ona da qısqanıram.
    SƏRKƏRDƏ: - Eşitdin? O, özünü oxşarın yerinə qoyur.
    QULLUQÇU: - Nə olsun ki?
    SƏRKƏRDƏ: - Nə olsun ki? Yalnız Hökmdar özünü Oxşarın yerinə qoya bilər.
    QULLUQÇU: - Nə üçün?
    SƏRKƏRDƏ: - Çünki təkcə Hökmdarın oxşarı var.
    QULLUQÇU: - Ha-ha-ha!.. Bəs Hökmdar özü Oxşarın oxşarı deyilmi?
    SƏRKƏRDƏ: - Hə... Elədir. Onların hər ikisi bir-birinin oxşarıdır.
    QULLUQÇU: - Doğru buyurursan. Eləsə hazırlaş, fürsəti əldən vermə!..
    SƏRKƏRDƏ: - Yox... Məncə bu, Hökmdardır...
    QULLUQÇU: - Sən mən deyənə qulaq as - torbanı hazırla...
    SƏRKƏRDƏ: - Yox, mən bunu edə bilmərəm. Mən hələ öz boynumdan bezməmişəm.
    HÖKMDAR: - Mən, hətta, bəzən özümə də qısqanıram səni.
    HƏRƏM (gülür): - Bu lap ağ oldu ki!

    Hökmdar və Hərəm gedirlər.

    SƏRKƏRDƏ: - Yəqin ki, indi Hərəm geri qayıdacaq. Bəlkə ondan soruşaq?..
    QULLUQÇU: - Nəyi soruşaq?..
    SƏRKƏRDƏ: - Onun yanında kimin olduğunu...
    QULLUQÇU: - Sən nə qədər sadəlövhsən!.. Bəyəm Hərəm bizə doğru söz deyər. Belə şey soruşsaq gərək hər ikimiz başımızla vidalaşaq.
    SƏRKƏRDƏ: - Sakit ol. Deyəsən, Hərəm qayıdır. Özü də tək deyil...

    Qaranlığa sarı çəkilirlər. Oxşar (qurşaqsız) və Hərəm təzədən geri qayıdırlar.

    HƏRƏM: - Sənin xəyalın bir an da olsun gözümün qarşısından çəkilmir.
    OXŞAR: - Bəyəm mən ölmüşəm ki, sən mənim xəyalımla danışırsan?
    HƏRƏM: - Allah eləməsin!.. Sən bu dünyada mənim ən istəkli, ən doğma adamımsan.
    SƏRKƏRDƏ: - Hə, bax, bu Oxşardır ki, var. Bayaqkı Hökmdar imiş.
    QULLUQÇU: - Tez-tələsik qərar çıxarmağa hazırlaşma. Axı, sən haradan bilirsən ki, bu Oxşardır. Heç bunun da belində qurşaq yoxdur...
    OXŞAR: - Sən məndən, mənim zarafatlarımdan incimirsən ki?..
    HƏRƏM: - Heç vaxt! Səndən incimək mümkün deyil.
    OXŞAR: - Bəs ondan necə, inciyirsənmi?..
    HƏRƏM: - O hara, sən hara?.. O, sənin bir kəsinti dırnağına da dəyməz.
    OXŞAR: - Axı, məni ondan elə bir əsaslı fərq ayırmır.
    HƏRƏM: - Sən bu fərqi duymaya bilərsən. Amma mən qadınam. Qadınlarsa dünyanın ən həssas məxluqudur.
    OXŞAR: - Həm də ən kələkbaz məxluqu. (Gülür). Ha-ha-ha.
    HƏRƏM: - Yox, məndə sənə qarşı heç bir hiylə, heç bir məkr və kələk ola bilməz.
    OXŞAR: - Bəs ona qarşı necə?
    HƏRƏM: - Xahiş edirəm, onun adını mənim yanımda belə tez-tez çəkmə. (Oxşrın əlindən tutur, onu oxşayır).
    SƏRKƏRDƏ: - Hər şey aydındır.
    QULLUQÇU: - Aydın olan nədir?
    SƏRKƏRDƏ: - Bu, Oxşardır. Hökmdarın Hərəmini ələ keçirib.
    QULLUQÇU: - Nədən bilirsən?
    SƏRKƏRDƏ: - Görmürsən bayaqdan “o”nun haqqında söhbət gedir?..
    QULLUQÇU: - Kimin haqqında?
    SƏRKƏRDƏ: - “O” kimdirsə, onun haqqında.
    QULLUQÇU: - “O” - Hökmdar da ola bilər, Oxşar da.
    SƏRKƏRDƏ: - Görmürsən, Hərəm bunu tərifləyir!
    QULLUQÇU: - Deməli, “bu” - Hökmdardır! Oxşar nəkaradır ki, Hərəm onu tərif etsin?
    SƏRKƏRDƏ: - Yox. Mən əminəm ki, bu, Oxşardır. O torbanı ver, alçağın başına keçirəcəyəm!..
    QULLUQÇU: - Səbrli ol bir az. S-s-s...
    HƏRƏM: - Məni ona bağlayan heç nə, heç nə yoxdur.
    OXŞAR: - O, tezliklə öz cəzasını alacaq.
    HƏRƏM: - Doğrudan? İnanım, inanmayım?..
    OXŞAR: - Zənnimcə ağzın möhkəmdir...
    HƏRƏM: - Mənə özün qədər, hətta, özündən də artıq inana bilərsən.
    OXŞAR: - Tezliklə sən baş hərəm olacaqsan. Bildin?
    HƏRƏM: - Mənim ən böyük mükafatım sarayda tutduğum yer yox, sənin sevgindir.
    SƏRKƏRDƏ: - Heç nə anlamadım. Bu, kimə cəza vermək istəyir?..
    QULLUQÇU: - Yəqin ki, Oxşara...
    SƏRKƏRDƏ: - Bəyəm bu Hökmdardır?..
    QULLUQÇU: - Özün eşitdin ki...
    SƏRKƏRDƏ: - Eşitməyinə eşitdim, amma heç nə qanmadım.
    QULLUQÇU: - Qanarsan, qanarsan... Gəl gedək.
    SƏRKƏRDƏ: - Yaxşı ki, torbanı başına keçirmədim. Amma, düzünü deyim ki, mat-məəttəl qalmışam. Hərəmxanadan gedən kim idi, oraya gələn kim idi? Bəlkə elə hər ikisi eyni adamdı?.. Amma, yox... Nəsə ağlıma ayrı şeylər gəlir...
    QULLUQÇU: - Mənə də elə gəlir ki, biz eyni adamı görmüşük.
    SƏRKƏRDƏ: - Yox, bu ola bilməz! O, nə üçün hərəmxanadan çıxıb təzədən geri qayıtmalı idi? Bu, ağlabatan deyil. Ürəyimdən keçənləri sonra sənə deyərəm.
    HƏRƏM: - Əzizim, yaman soyuqdur... Bəlkə gedək?
    OXŞAR: - Gedək, gedək!.. Bizi qarşıda əsrarəngiz bir gecə gözləyir. Mən necə də xoşbəxtəm!
    HƏRƏM: - Biz necə də xoşbəxtik!

    Hərəm və Oxşar gedirlər.

    SƏRKƏRDƏ: - Bizim vaxtımız mənasız yerə keçdi. Heç nəyi dəqiqləşdirə bilmədik. Çıxıb gedək. Soyuqdur.
    QULLUQÇU: - Sən get. Mən hələ buradayam.

    Sərkərdə gedir. OĞUL gəlir.

    OĞUL: - Atam haradadır?..
    QULLUQÇU: - İndi gəlməlidir. Bir az gözlə.

    Hökmdar gəlir.

    HÖKMDAR: - Hə, kimdir orada? Bəri gəl...
    OĞUL: - Salam, ata... (Öpüşürlər).
    HÖKMDAR: - Hə, əyləş, övladım.
    OĞUL: - Əyləşmək istəmirəm.
    HÖKMDAR: - Nə üçün?
    OĞUL: - Sözümü ayaq üstə demək istəyirəm.
    HÖKMDAR: - Eləsə, buyur, eşidirəm.
    OĞUL: - Ata, biz sənsiz darıxırq, gecələr evə gəlmirsən.
    HÖKMDAR: - Övladım, mən mühüm dövlət işləri ilə məşğulam. Sən elə bilirsən Hökmdar olmaq asan məsələdir?
    OĞUL: - Axı, hər gecə anamın gözü yolda qalır. Nə qədər gözləmək olar, ata?
    HÖKMDAR (qulluqçuya): - Barı heç olmasa sən bunu anlat: mən gecələr harada oluram?
    QULLUQÇU: - Böyük Hökmdar gecələr təğyiri - libas olub məmləkətin şəhər və kəndlərinə çıxır, xalqın güzəranı ilə maraqlanır.
    OĞUL: - Ata, axı, sən söz vermişdin ki, dünən gecə evə gələcəksən.
    HÖKMDAR: - Dünən gecə? (Qulluqçuya). De görüm, dünən gecə mən nə işlə məşğul olmuşam?
    QULLUQÇU: - Dünən gecə?.. Dünən?.. Gecə?.. Hə, xatırladım: böyük Hökmdar dünən bütün gecəni yeni qanunların hazırlanması ilə məşğul olub.
    HÖKMDAR: - Elədir. Of-f-f... Bu qadınlar... e-e-e bu qanunlar. Mən bilmirəm bu qanunların əlindən haraya baş götürüb gedim?..
    OĞUL: - Ata, qanunları yazan sən özünsən, haraya gedə bilərsən ki?
    QULLUQÇU: - Böyük Hökmdar hələ bu məmləkətə çox gərəkdir. Hökmdarsız nə xalq, nə kütlə?.. Onun yazdığı qanunlar bizi işıqlı gələcəyə aparır.
    OĞUL - Bəs mənim gələcəyim?
    HÖKMDAR: - Sənin gələcəyinə nə olub, övladım?
    OĞUL: - Sən mənə bu məmləkətin hansı hissəsini pay verəcəksən?..
    HÖKMDAR: - Mən sənə dəniz vermək istəyirəm, övladım. Dəniz! Gəmisiylə, qayığıyla...
    OĞUL: - Mənə dəniz gərək deyil.
    HÖKMDAR: - Nə üçün?..
    OĞUL: - Bu məmləkətdə bircə dəniz var, o da ölüdür.
    QULLUQÇU: - Hökmdar istəsə ölü dənizi də dirildər.
    OXŞAR: - Bəli, elədir.
    OĞUL: - Mənə ölü dənizdənsə, diri meşə daha sərfəlidir.
    HÖKMDAR: - Meşə? Meşə sənin nəyinə lazımdır?
    OĞUL: - Mən meşə heyvanlarını çox sevirəm.
    QULLUQÇU: - Meşədə quşlar da olur...
    OĞUL: - Mən meşəni sevirəm - quşuyla, heyvanıyla...
    HÖKMDAR (Qulluqçuya): - Yadıma sal, qanuna saldırım: məmləkətin meşələri oğluma bağışlansın - quşuyla, heyvanıyla birlikdə.
    QULLUQÇU: - Baş üstə, böyük Hökmdar!
    OĞUL: - Yaxşı, ata, bəs evə haçan gəlirsən?
    HÖKMDAR: - Bu gecə mütləq gələcəyəm, övladım. Anana de ki, nigaran olmasın. Ah, bu qadınlar, bu qadınlar... Ah, bu qanunlar, bu qanunlar... Mən yenə işləməyə gedirəm. Görürsənmi?

    Hökmdar və Oğlu gedirlər. Oxşar gəlir, o, həyəcanlıdır.

    OXŞAR: - Deyəsən, planımız baş tutmaqdadır. Sən bir azdan qəribə işlərin şahidi olacaqsan.
    QULLUQÇU: - Əminəm ki, bu “qəribə işlər” bizə yalnız sevinc vəd edəcək.
    OXŞAR: - Əlbəttə. İndi mən gedim, bir azdan gələcəyəm. Daha doğrusu, məni bura gətirəcəklər. Sən isə diqqətli ol. Məni başqası ilə səhv salma. Anladım?!.
    QULLUQÇU: - Arxayın ol! Ta mən heç vaxt səhv etmərəm!

    Musiqi.Oxşar Qulluqçunun qulağına nəsə deyib çıxır. Az son Vəzir hövlank gəlir, əsəbi halda var-gəl edib Qulluqçuya yaxınlaşır.

    VƏZİR: - Sən neçə illərdir ki, Hökmdara xidmət edirsən. Bəlkə də bu sarayda ona ən yaxın, ən doğma adam sənsən. Ola bilməz ki, onun oxşardan fərqli olan hansısa əlamətini bilməyəsən. Əlbəttə, yaşıl qurşaqdan savayı...
    QULLUQÇU: - Əlbəttə, belə bir fərq var. Amma bu fərqin nədən ibarət olduğunu deməyə mənim ixtiyarım yoxdur.
    VƏZİR: - Necə yoxdur?!. Aləm bir-birinə dəyib.
    QULLUQÇU: - Nə üçün?.. Nə olub ki?..
    VƏZİR: - İndi onların hər ikisi özünü Hökmdar kimi təqdim edir: Həm Hökmdar, həm də onun oxşarı.
    QULLUQÇU: - Necə yəni hər ikisi özünü Hökmdar elan edir?.. Adətən, Hökmdar belinə yaşıl qurşaq bağlayır, Oxşarsa ağ...
    VƏZİR: - Məsələ də burasındadır ki, onların hər ikisi nəinki qurşaqsız, hətta, xalatsız olublar.
    QULLUQÇU: - Harada? Axı, bu, necə ola bilər?.
    VƏZİR: - Biri Hərəmin yanından çıxırmış o, birisi isə təzəcə içəri keçmək istəyirmiş. Hər ikisi elə orada - hərəmxanada üz-üzə gəliblər. Keçiblər yumruq davasına. Aləm qarışıb bir-birinə. Mən məsələdən xəbər tutub hərəmxanaya getdim. Hər ikisinin qolunu bağladıb gətiritdim. İndi sən Hökmdarla oxşarın əsas fərqini bizə deməlisən.
    QULLUQÇU: - Yox, möhtərəm Vəzir, indiki halda mən o fərqin nədən ibarət olduğunu deyə bilmərəm.
    VƏZİR: - Deməlisən!
    QULLUQÇU: - Deməyəcəyəm!..
    VƏZİR: - Unutma ki, mən hakimiyyətdə ikinci adamam. Mən... mən çox amansız qərar çıxara bilərəm sənin barəndə...
    QULLUQÇU: - Bəyəm Hökmdar ölüb ki, kiminsə barəsində sən hökm çıxarır, qərar verirsən?
    VƏZİR: - Axı, başa düş, Hökmdarla oxşarı dəyişik düşüb. Biz hansısa bir qərara gəlməliyik, ya yox?..
    QULLUQÇU: - Yaxşı, möhtərəm Vəzir, əsəbiləşmə... Məsələyə aydınlıq gətirərik...
    VƏZİR: - Bunu bayaqdan desənə... Yoxsa ürək-göbəyimi yeyib qurtarmışdım... Hə, de görüm, indi nə edək?..
    QULLUQÇU: - Qoy hər ikisini gətirsinlər.
    VƏZİR: - Elə buraya?..
    QULLUQÇU: - Buradan etibarlı yer var ki?..
    VƏZİR: - Doğru sözə nə deyəsən?.. (Qapıdan bayıra). Möhtərəm Sərkərdə... Xahiş edirəm, buraya təşrif buyurun. Əvvəlcə o səs-küy salanı gətirin.

    Hökmdar, Hərəm və Sərkərdə gəlir. Hökmdarın qolları bağlıdır.

    HÖKMDAR: - Bu, nə biabırçılıqdır? Bu, nə təhqirdir?..
    VƏZİR: - Xahiş edirəm, qışqırıb səs-küy qaldırma...
    SƏRKƏRDƏ: - İndi hər şey adın olar..
    HƏRƏM: - Bəs mən nə etməliyəm?.. Gedim, yoxsa qalım?
    QULLUQÇU: - Heç yerə getmə, lazım ola bilərsən?
    HÖKMDAR : - Bu Oxşar nə həyasız adam imiş! At kimi üzümə durur, deyir ki, Hökmdar sən yox, mənəm!.. (Qulluqçuya). Axı, mən sənə o vaxt dedim ki, bundan gözüm su içmir.
    QULLUQÇU: - Biz hələ kimin Oxşar, kimin Hökmdar olduğunu dəqiqləşdirməmişik.
    HÖKMDAR: - Necə yəni dəqiqləşdirməmişik? Bəyəm sən məni tanımırsan? Yoxsa bu köhnə... köhnə Hərəm də tanımır məni?
    HƏRƏM: - Mən ilk dəfədir görürəm ki, bir adam iki yerə bölünüb.
    HÖKMDAR: - Nə iki yer?.. Mən təkəm, mən Hökmdaram, o alçaqsa mənim Oxşarımdır.
    VƏZİR: - Kimin Oxşar olduğunu indi təyin edəcəklər.
    HÖKMDAR: - Necə təyin edəcəklər?..
    HAMI: - Doğrudan da... Necə?..
    QULLUQÇU: - Madam ki, bu işi müəyyənləşdirmək mənə həvalə olunur, onda hökmdarlıq iddiasında olanların hər ikisi soyundurulsun.
    VƏZİR: - Tamam soyundurulsunlar, yoxsa?..
    SƏRKƏRDƏ: - Lümbələmlüt?..
    HƏRƏM: - Oy !.. Mən utanıram...
    HÖKMDAR (Hərəmə): - Sən utanırsan?..
    QULLUQÇU: - Soyundurun! Tamam lütləmək lazımdır.
    HÖKMDAR: - Qolumu açın! Yaxamdan əl çəkin!
    QULLUQÇU: - Bunu yerə yıxıb köynəyinin ətəyini qaldırın.

    Hökmdarı yerə yıxıb köynəyinin ətəyini qaldırırlar.

    VƏZİR: - Hə, di gəl bax görək... Axı, hər halda bunlardan hansısa - ya bu, ya da o biri Hökmdardır.
    HÖKMDAR: - Bu təhqirə görə siz hamınız qanun qarşısında cavab verməli olacaqsınız!

    Qulluqçu yerə uzadılmış Hökmdarı diqqətlə süzür.

    QULLUQÇU: - Bunu aparın!
    VƏZİR: - Hə, nə oldu?.. Bu Hökmdardır, yoxsa Oxşar?..
    HÖKMDAR: - Nə Oxşar? Oxşar nədir? Mən Hökmdaram!
    QULLUQÇU: - Bunu aparın, o birisini gətirin!

    Vəzir, Sərkərdə, Qulluqçu və Hərəm Hökmdarın qolundan tutub bayıra atırlar.

    VƏZİR: - İndi biz haradan bilək ki, bunun hansı Hökmdardır?
    SƏRKƏRDƏ: - Doğrudan da... Hansı əlamətə görə...
    QULLUQÇU: - Hökmdarın kürəyində iri bir xal var...
    HƏRƏM: - Bəli, elədir.
    VƏZİR: - Amma bu xalsız idi...
    SƏRUƏRDƏ: - Yəqin xal o birisinin kürəyindədir...
    QULLUQÇU: - O birisi gəlsin!..

    Oxşar gəlir.

    OXŞAR: - Mən nə etməliyəm?..
    QULLUQÇU: - Yerə uzan! Köynəyinin ətəyini qaldır.
    OXŞAR: - Baş üstə!

    Oxşar yerə uzanır.

    QULLUQÇU: - Hə, bax bu bizim böyük Hökmdarımızdır. Görürsünüz, qurşağının altında qurşaq rəngli iri xal var. Bax, fərq budur!
    HAMI: - Doğrudan da!..

    Bayırdan Hökmdarın səsi gəlir: “Aman Allah! Bu, nə fəlakətdir? Heç belə də iş olar? Mən hökmdar ola-ola adımı, taxt-tacımı başqasına vermək istəyirsiniz?!. Alçaqlar!”.
    Oxşar ayağa durub üst-başını səliqəyə salır. Vəzir, xalatı Oxşarın çiyninə atır, Sərkərdə qurşağı bağlayır, Hərəm Oxşarın saçını darayır.

    HƏRƏM: - Bəli, əsl Hökmdar budur!

    Hökmdarın səsi: “Aman Allah, belə də iş olar?!.”.

    OXŞAR: Əlbəttə, mən onu bu cür xəyanətə görə cəzalandıra da bilərəm. Amma bundan vaz keçirəm. Düşünürəm ki, insandır, bəlkə mənsəb ehtirası onun gözünü tutub, ağlını çaşdırıb... Bir də ki, mənim ürəyim çox nazikdir... Mən öz oxşarımı əfv edirəm.
    QULLUQÇU: - Böyük Hökmdar, onun müalicəyə ehtiyacı var...
    HAMI: - Bəli! Elədir!..

    Hökmdarın səsi: “Aman Allah! Deyəsən mən dəli olacağam!”.

    Təntənəli musiqi. Oxşarın qolundan tutub Hökmdar taxtına əyləşdirirlər.















    PƏRDƏ

    II HİSSƏ

    Oxşar (yaşıl qurşaqda) sarayın önündə rəsmi-keçidi qəbul edir; artıq o, Hökmdardır. Orkestr çalır. Əsgərlər farağat qaydasında. Oxşar gedir, sonra cəld geri qayıdır. Qulluqçu, Sərkərdə və Vəzir Oxşara yaxınlaşırlar. Əsgərlər gedirlər.

    VƏZİR: - Zati-aliləri, bizə buyruğun nə olacaq?
    OXŞAR: - Xalqla görüşə hazırlaşmaq lazımdır. Hamını bir nəfər kimi meydana toplayın.
    VƏZİR: - Xalq öz Hökmdarı ilə görüşə həmişə hazırdır və bundan böyük məmnunluq duyur.
    SƏRKƏRDƏ: - Bəs ulu rəhbərin öz əsgərlərinə əmri nədən ibarətdir?
    OXŞAR: - Qoşunu döyüşə hazırlıq vəziyyətinə gətirmək lazımdır!
    SƏRKƏRDƏ: - Qoşun döyüşə daim hazır vəziyyətdədir, ulu rəhbər!
    QULLUQÇU: - Bəs mənə sözünüz, böyük Hökmdar?
    OXŞAR: - Mənimlə gedək, sənə sözüm var.
    QULLUQÇU: - Oldu! Baş üstə!

    Oxşar və Qulluqçu gedirlər. Vəzir və Sərkərdə təzim edib onları yola salırlar.

    VƏZİR: - Bura bax, sən son vaxtlar Hökmdarın hərəkətlərindən bir şey anlayırsan?
    SƏRKƏRDƏ: - Möhtərəm Vəzir, doğrusu, bu sualı mən də sənə verəcəkdim.
    VƏZİR: - O, özünü çox qəribə aparır.
    SƏRKƏRDƏ: - Özü də Oxşarı zindana atılandan sonra... Elə deyilmi?
    VƏZİR: - Düz tapmısan... Elə həmin gündən bəri bunun xasiyyəti kəskin şəkildə dəyişib.
    SƏRKƏRDƏ: - Bəlkə öz Oxşarının xiffətini çəkir.
    VƏZİR: - Yox... İnanmıram...
    SƏRKƏRDƏ: - Onda belə çıxır ki, oxşara ehtiyac duymur.
    VƏZİR: - Məncə, məsələ bunda deyil...
    SƏRKƏRDƏ: - “Məsələ onda deyil, məsələ bunda deyil”... Deməli, nəyisə bilib gizlədirsən.
    VƏZİR: - Mən heç nə bilmirəm, heç nəyi də gizlətmirəm.
    SƏRKƏRDƏ: - Bayaq sən demədin ki, o, özünü qəribə aparır?
    VƏZİR (qorxa-qorxa): - Yox, mən heç nə demədim.
    SƏRKƏRDƏ: - Oho! Yəqin qulaqlarım məni aldadır.
    VƏZİR: - Hər şey ola bilər. Amma səhv etmirəmsə sən özün buna bənzər nəsə dedin...
    SƏRKƏRDƏ: - Mən nə deyə bilərəm ki?..
    VƏZİR: - Dedin ki, o, Oxşarın xiffətini çəkir.
    SƏRKƏRDƏ: - Oxşarın xiffətini çəkən kimdir?
    VƏZİR (ətrafa boylanır): - O, deyəsən xalq üçün yaman darıxıb. Amma, əvvəllər bu cür təntənəli nümayişlərdən qaçardı...
    SƏRKƏRDƏ (ətrafa boylanır): - Qəribədir. O, qoşunun döyüş hazırlığı vəziyyətinə gətirilməsini tələb edir. Nə üçün?
    VƏZİR: - O, xalqla görüşmək istəyir? Nəyə görə?
    SƏRKƏRDƏ: - O, kiminlə müharibəyə hazırlaşır? Və nə üçün?
    VƏZİR: - Biz görmüşük ki, Hökmdar öz Vəziri ilə məsləhətləşər.
    SƏRKƏRDƏ: - Amma indi bunun müşaviri, deyəsən, Qulluqçudur.
    VƏZİR: - Özləri də daim qoşa gəzirlər.
    SƏRKƏRDƏ: - Günləri bir yerdə keçir.
    VƏZİR: - Bəs Oxşar? Hə... O, nə edir?..
    SƏRKƏRDƏ: - Oxşar? O, hələlik zindandadır.
    VƏZİR: - Sən onunla görüşə bilmisən?
    SƏRKƏRDƏ: - Yox. Qəribədir, öz əsgərlərim məni zindana buraxmırlar?..
    VƏZİR: - Sənə kim mane olur?
    SƏRKƏRDƏ: - Qulluqçu...
    VƏZİR: - Adi bir Qulluqçuda belə səlahiyyət haradandır?
    SƏRKƏRDƏ: - Yəqin ki, bu səlahiyyəti ona verən var.
    VƏZİR: - Mənə mötəbər mənbələrdən çatan məlumata görə (boylanır), Oxşar zindanda olsa belə yenə özünü Hökmdar hesab edir (boylanır), hakimiyyətin zorla qəsb olunduğunu söyləyir.
    SƏRKƏRDƏ: - Eşitdiyimə görə, bundan əvvəlki Oxşar da başını Cəllad kötüyünə qoyana qədər qışqırıb deyirmiş ki, mən - Hökmdaram!
    VƏZİR: - Elədir. Mən özüm o edam təntənəsində iştirak edirdim. Çox gözəl bir səhnə idi.
    SƏRKƏRDƏ: - Gözəl olan nə idi?..
    VƏZİR: - Hər şey yüksək səviyyədə təşkil olunmuşdu: edam kötüyü, balta, izdiham, yellənən bayraqlar, atəşfəşanlıq, gülümsər çöhrələr... Hələ satqını ifşa edən şerlər... Canfəşanlıq edən şairlər, alimlər...
    SƏRKƏRDƏ: - Bəyəm xalq bilirdi ki, edam edilən Hökmdarın oxşarıdır?
    VƏZİR: - Yox... Sən nə danışırsan? Bəyəm belə şeyi xalqa demək olar? Xalq heç edam olunan adamın sifətini belə görmürdü. Onun ağzına tıxac basılmış, üzünə örtük çəkilmişdi. Kütlə boynu vurulan adamın Oxşar olduğunu bilməməli idi! Xalq təkcə onu bilirdi ki, edam olunan şəxs satqındır. Hamı düşünürdü ki, özünü Hökmdar elan edən, hakimiyyəti zorla qəsb etməyə çalışan adamın aqibəti elə bu cür olmalıdır...
    SƏRKƏRDƏ: - İndiki Oxşar da zindanda özünü Hökmdar elan edir. Bəs onun aqibəti necə olacaq?
    VƏZİR: - Yəqin onun da edam edəcəklər... (Pauza). Amma bu Qulluqçunun canfəşanlığından ağlım bir şey kəsmir.
    SƏRKƏRDƏ: - Qoşun döyüşə hazırlıq vəziyyətinə gətirilməlidir. Mən gedim.
    VƏZİR: - Xalq meydana toplaşmalıdır. Bunu təşkil etmək elə də asan iş deyil. Mən də gedim...
    SƏRKƏRDƏ: - Lap çaşıb qalmışam.
    VƏZİR: - Gedək. Vaxt itirmək olmaz...
    SƏRKƏRDƏ: - Yaxşı, gedək, möhtərəm Vəzir.

    Vəzir və Sərkərdə gedirlər. Musiqi. Hökmdar (belində qurşaq yoxdur) kiminsə ağır zərbəsindən səntirləyə-səntirləyə səhnənin ortasına düşür. Onun arxası zala tərəf olduğu üçün üzü görünmür. Oxşar və Qulluqçu gəlirlər. Onların yaxşı ovqatda olduğu hiss edilir.

    OXŞAR (Hökmdara): - Hıım-m-m. Bir buna bax... Yaxşı, sən yenə öz inadından əl çəkmək istəmirsən?
    QULLUQÇU (Hökmdara): - Niyə susursan, alçaq?
    OXŞAR: - Sən elə bilirsən ki, vaxtilə hakimiyyətə necə, hansı yolla gəldiyini bilən yoxdur?
    QULLUQÇU: - Mən canlı şahidəm: o, hakimiyyəti zorla mənimsəyib!
    OXŞAR: - Deyəsən, onun ağzına əski parçası tıxayıblar. Bəlkə imkan verək danışsın?
    QULLUQÇU: - Danışmaqdansa, dinləsə yaxşıdır.

    Hökmdar əl-qol atır, çırpınır, hiss olunur ki, nəsə demək istəyir.

    OXŞAR: - Bu, özünün kim olduğunu dərk etmək istəmir. (Hökmdara). Çox güman ki, sən ağlını itirməkdəsən. Eşitdiyimə görə, zindanda da haray-həşir salıb qışqırırsan ki, guya Hökmdarsan. Hökmdara bir bax! Sən indi Hökmdar yox, Oxşarsan. Sən adi bir kölgəsən! Başa düşürsən? Sən unut o keçmişi - o röyanı. Sən mənim oxşarımsan. Hökmdarın Oxşarı! Heç bilirsən hakimiyyətə qəsd cəhdi üçün səni hansı cəza gözləyir?.. Səni təkcə edam etdirmək azdır, alçaq!.. (Qulluqçuya). Bunu qara qaplanın ağzına atmaq lazımdır!
    QULLUQÇU (Oxşara): - Rəhm et, böyük Hökmdar. Yəqin arada səhv edib, ağlı çaşıb. Keçin günahından. (Qaş-göz edir). Öz təqsirini başa düşər. (Hökmdara). Necə qələt elədiyini anlayırsanmı? Yox? Gəl, səni göndərim qara qaplanın qonşuluğuna; yəqin ki, o nəriltini eşidib bir az ağıllanarsan.

    Qulluqçu Hökmdarın qolundan tutub onu bayıra sarı itələyir.

    OXŞAR: - Sən bu sarayda mənim inandığım yeganə adamsan. Sən tezliklə öz layiqli qiymətini alacaqsan.
    QULLUQÇU: - Mənə elə gəlir ki, biz gecikirik.
    OXŞAR: - Gecikirik? Hansı məsələdə?..
    QULLUQÇU: - Bəli, gecikirik. Vəzir nə vaxtacan o taxtda oturacaq? Hələ Sərkərdəni demirəm...
    OXŞAR: - Biz hamını birdən-birə saraydan qova bilmərik ki...
    QULLUQÇU: - Qovmaq niyə?.. Biz onları ya həbs etməli, ya da birdəfəlik o dünyaya göndərməliyik.
    OXŞAR: - Yox, belə etsək bu, çevriliş kimi qiymətləndirilər. Onda bunların adamları ayağa qalxar, qiyam edər.
    QULLUQÇU: - Bəs nə etməli? Belə çıxır ki, hələ uzun müddət hərə öz taxtında əyləşməli olacaq.
    OXŞAR: - Mən çox fikirləşib əla bir çıxış yolu tapmışam.
    QULLUQÇU: - O nə yoldur elə?
    OXŞAR: - Bura bax. (Ətrafa boylanır). Biz axtarıb bunların da oxşarını tapmalıyıq. Bildin kimi deyirəm?
    QULLUQÇU: - Kimi deyirsən?
    OXŞAR: - İlk növbədə Vəzirlə Sərkərdəni nəzərdə tuturam. Oxşar tapılandan sonra hər şey qaydasına düşəcək.
    QULLUQÇU: - Biz görmüşük ki, təkcə Hökmdarın oxşarı olur. Başqa oxşarlara nə ehtiyac?
    OXŞAR: - Bura bax. Axı, mən sənə dedim. Biz saraydakı nüfuzlu adamların hamısını birdən-birə aradan götürsək, camaat hakimiyyətə - yəni bizə yaxşı baxmaz. Bu, şübhə doğurar. Hətta, qiyam qalxar. Aşağıdakılar fikirləşər ki, uzun müddət bir yerdə işləyən hakimiyyət nümayəndələri nə üçün birdən-birə əks cəbhələrə bölündülər? Axmaq suallar həmişə axmaq əməllər törədir. Amma oxşarları tapa bilsək, bunları cəhənnəmə vasil edib yerlərində onları oturdarıq. Xalq da baxıb görər ki, bizim hakimiyyətdə hamı yerindədir, sarayda sülh və əminamanlıq hökm sürür. Bilirsən nə var? Aşağılar yuxarıda həmişə eyni adamları görmək istəyir. Xalq yaxşı bilir ki, hakimiyyətdə baş verən dəyişikliklər onlara başağrısı gətirir. Çevrilişlərdən hələ indiyəcən bir xeyir görən olmayıb.
    QULLUQÇU: - Axı, əslində elə sən deyən variant da çevrilişdir.
    OXŞAR: - Bunun çevriliş olduğunu heç kəs bilməyəcək. Baxıb görəcəklər ki, hakimiyyətdə yenə eyni sifətlərdir. İndi səninlə məndən başqa kim bilir ki, taxta-taca sahib olan kimdir - Oxşar, yoxsa Hökmdar?
    QULLUQÇU: - Yaxşı, sənin Oxşarını zindanda nə vaxtacan saxlayaq?
    OXŞAR: - Biz onu tezliklə azad edəcəyik. Qoy hələ ağlı başına gəlsin. Sonra bir müddət Oxşar kimi fəaliyyət göstərsin...
    QULLUQÇU: - Bəs sonra?
    OXŞAR: - Sonra başqa bir Oxşar tapıb məsələni necə lazımdırsa yoluna qoyarıq.
    QULLUQÇU: - Özün gördün ki, o, hələ ipə-sapa yatmır...
    OXŞAR: - Onu başa salmaq lazımdır. (Pauza). Axmaq adam hikkədən arıqlayıb əldən düşüb.
    QULLUQÇU: - Elədir, o, hakimiyyəti itirəndən sonra xeyli arıqlayıb...
    OXŞAR: - Belə olmaz, canım!.. Onu döyə-döyə də olsa yedirdib-içirdin. O, mənim oxşarımdır. O, mənə oxşamalıdır. Onun nə ixtiyarı var ki, mənim əksimə getsin?.. Bəyəm mən arıqlayıram ki, o da arıqlasın?.. Yoxsa mən ona baxıb arıqlamalıyam?.. Yox, bu ola bilməz! Mən Hökmdaram! Kökəldin onu! Yeməsə, kötəkləyin!
    QULLUQÇU: - Oldu! Baş üstə, böyük Hökmdar!
    OXŞAR: - Mən bəzən istirahətdə, ovda oluram. Sən özün burada köhnə adamsan. Yaxşı bilirsən ki, belə vaxtlarda sarayda kimsə olmalıdır. Görürsən ki, bizə şikayətçilər, ərizəbazlar da müraciət edir. Onları kim qəbul etməlidir? Əlbəttə, Oxşar! Elə yaltaq saray şair və müğənnilərini də çox vaxt Oxşar qəbul edir. Haradadı Hökmdarın o qədər vaxtı ki, çənədən boş adamlara qulaq assın? Oxşar həm də təhlükəsizlik nöqteyi-nəzərindən lazımdır. Elə deyilmi?
    QULLUQÇU: - Bəli, elədir. Düşmən qabağına, döyüş meydanına Hökmdarı göndərəsi deyilik ki...
    OXŞAR: - Hökmdarın döyüşdə nə işi, canım? Əlbəttə, ordunun önündə Oxşar getməlidir. Döyüş demişkən, mənim əmrimlə ordu döyüşə hazır vəziyyətə gətirilib. Bu yaxınlarda hücuma keçəcəyik.
    QULLUQÇU: - Hansı dövlətlə müharibə edəcəyik?
    OXŞAR: - Heç bir dövlətlə... Mənim doğulduğum kənddə bir axmaq tayfa var, onların axırına çıxmaq lazımdır.
    QULLUQÇU: Təşkil edərik... Bu, asan məsələdir.

    Həzin musiqi.

    OXŞAR: - Of-f-f... Mən indi görürəm ki, Hökmdar olmaq çox müşkül işdir. Amma mən çətinlikdən qorxan Hökmdar deyiləm. Bizim bu gün daha hansı tədbirimiz var?
    QULLUQÇU: - Tədbirlər çoxdur. Bəlkə əvvəlcə rəqqasələri dəvət edək. Qoy yorğunluğunuz bir az çıxsın.
    OXŞAR: - Mənim etirazım yoxdur.

    Qulluqçu çıxır. Musiqi. Rəqqasələr gəlir. Rəqs. Hökmdar ifa olunan havaya uyğun yerində dingildəyir, sonra rəqqasələrə qoşulub süzür. Qulluqçu gəlir. Rəqqasələr gedir.

    QULLUQÇU: - Artıq oxşarın birini tapmışıq, böyük Hökmdar.
    OXŞAR: - Nə tapmısız?.. Hım-m-m... Hansı oxşardı tapılan?
    QULLUQÇU: - Vəzirin oxşarıdır
    OXŞAR: - Vəzirin? İndi o, haradadır?
    QULLUQÇU: - Burada, saraydadır.
    OXŞAR: - Yaxşı, qoy gəlsin.

    Qulluqçu qapını açır. Vəzirin Oxşarı gəlir, təzim edir; o, mülki libasdadır. Bundan sonrakı epizodlarda iştirak edən oxşarların hamısı “oricinaldan” fərqli geyimdədirlər.

    QULLUQÇU: - Bu, həmin adamdır, böyük Hökmdar.
    OXŞAR (Vəzirin Oxşarını süzür): - Hı-m-m... Bəd deyil. Oxşayır. Elə bil əkizdirlər. Təsadüfdən qohum deyillər ki? Bu, onu tanımır ki?
    QULLUQÇU: - Xeyr, böyük Hökmdar.
    OXŞAR: - Bəs o necə, bunu tanıyır?
    QULLUQÇU: - Məncə tanış deyillər. (Vəzirin oxşarına). Sən onu tanımırsan ki?
    VƏZİRİN OXŞARI (çiynini çəkir): - Mən burada heç kəsi tanımıram.
    OXŞAR: - Necə, sən ölkənin Vəzirini tanımırsan?
    VƏZİRİN OXŞARI: - Zati-aliləri, Vəzirlə mənim nə işim, nə alverim?
    OXŞAR: - Sən alverlə məşğulsan?
    VƏZİRİN OXŞARI: - Bəli, zati-aliləri. Mən söz alverçisiyəm.
    QULLUQÇU: - Səfeh-səfeh danışma! Heç sözü də alıb-satarlar?
    VƏZİRİN OXŞARI: - Niyə alıb-satmırlar ki? Bəyəm dünyada sözdən qiymətli bir şey var ki, zati-aliləri?..
    OXŞAR: - Deyəsən, bundan bir şey çıxacaq. Yaxşı, qoy getsin.
    QULLUQÇU: - Çıx, bayırda məni gözlə.

    Vəzirin Oxşarı çıxır.

    OXŞAR: - Hə, qaldı o biri oxşarlar...
    QULLUQÇU: - Əlaqədar adamlara göstəriş vermişəm: tezliklə Sərkərdənin oxşarını da axtarıb tapacaqlar.
    OXŞAR: - Sən bunu dəqiq bilirsən?
    QULLUQÇU: - Bəli. Artıq bir neçə adamı gözaltı ediblər.
    OXŞAR: - Qalır bircə mənim təzə Oxşarım.
    QULLUQÇU: - İnşallah, onu da tapacağıq. Bu istiqamətdə də axtarışlar gedir.
    OXŞAR: - Yaxşı. Ta məni görmək, qəbuluma düşmək istəyənlər yoxdur ki?
    QULLUQÇU: - Hökmdarın oğlu gəlib... öz atasını görmək istəyir... Atasının zindanda olduğunu bilmir.
    OXŞAR: - İndi Hökmdar o deyil, mənəm... Deməli, o, mənim övladımdır. Qoy gəlsin.

    Qulluqçu qapını açır. Oğul gəlir; o, qeyri-adi, əcaib libasdadır.

    OĞUL: - Salam, ata.
    OXŞAR: - Buyur, övladım.

    Oxşar və Oğul öpüşürlər.

    OĞUL: - Ata, sən çoxdandır ki, evə gəlmirsən. Ötən dəfə də söz verdin, amma...
    OXŞAR: - Başım mühüm dövlət işlərinə qarışıb, övladım.
    OĞUL: - Anam gecələr səhərəcən yatmır. O, sənin yolunu gözləməkdən şam kimi əriyib.
    OXŞAR: - Övladım, anana de ki, darıxmasın. Burada işləri yoluna qoyub tezliklə evə gələcəyəm.
    OĞUL: - Oldu, ata, mütləq deyərəm.
    OXŞAR: - Övladım, bəlkə məndən bir təvəqqən var?
    OĞUL: - Bilirsən, ata... Mənim səndən bir ricam olacaq...
    OXŞAR: - Buyur, övladım.
    OĞUL: - İstəyirəm ki, məmləkətin səmasını mənə bağışlayasan.
    OXŞAR: - Nəyi, nəyi bağışlayım? Sən nə istədin?..
    OĞUL: - Mən səma istəyirəm, ata.
    OXŞAR (diqqətlə onu süzür): - Səma?
    QULLUQÇU: - Bəli, o, səmanı istəyir, böyük Hökmdar. Göyü, ulduzları...
    OXŞAR: - ...Ayı, Günəşi, eləmi?
    OĞUL: - Bəli, bəli, ata.
    OXŞAR (fikrə gedir): - Hım-m-m... Məmləkətin ən böyük varidatı onun səmasıdır. Amma bu dünyada mənə ən yaxın, ən doğma adam övladımdır. (Qulluqçuya). Elə deyilmi?
    QULLUQÇU: - Bəli, elədir, zati-aliləri. Özü də bu cür övlad hər ataya qismət olmur: ağıllı, düşüncəli, uzaqgörən.
    OXŞAR: - Elə buna görə də yeni hazırlanan qanuna belə bir maddə artırmağı təklif edirəm: məmləkətin səması oğluma bağışlansın - Ayı, Günəşi, ulduzları ilə...
    QULLUQÇU: - Bu qiymətli göstərişi mütləq nəzərə alarıq, böyük Hökmdar.
    OĞUL: - Çox sağ ol, ata. Axşam evdə səni gözləyəcəyik.
    OXŞAR: - Arxayın ol, övladım. Anana de ki, mütləq gələcəyəm.
    OĞUL: - Di sağ ol, ata. Hələlik!
    OXŞAR: - Sağ ol, övladım. (Qulluqçuya). Mənim oğlumu yola sal. Göstər ona öz atasının hədiyyəsini.

    Musiqi. Qulluqçu və Oğul gedirlər. Oxşar əlini-əlinə vurub gülür, qəşş edir. Gülə-gülə çıxır. Qulluqçu və az sonra Oxşarın (habelə Hökmdarın) təzə Oxşarı gəlir; OXŞARIN OXŞARI adi mülki geyimdədir. Hiss olunur ki, o, qorxur, çəkinir. Qulluqçu bir əlindəki şəkli, bir də qarşısındakı adamı - Oxşarın oxşarını diqqətlə süzür, onun o üz-bu üzünə keçir. Qulluqçu gülümsəyir. Qorxudan Oxşarın oxşarının dizi əsir, dili topuq vurur.

    QULLUQÇU: - Bilirsən, səni buraya nə üçün dəvət etmişəm?
    OXŞARIN OXŞARI: - Xeyr. Bil-mirə-əm...
    QULLUQÇU: - Sən bizim Hökmdarı tanıyırsan?..
    OXŞARIN OXŞARI: - Yox... Tanı-mı-raam...
    QULLUQÇU: - Nədir, yoxsa sən Hökmdarı xalqla görüşdə-meydanda da görməmisən?
    OXŞARIN OXŞARI: - Yox... Mən uzaq kənddə yaşayıram.
    QULLUQÇU: - Deməli, Hökmdarı görməmisən?..
    OXŞARIN OXŞARI: - Yox... Amma, anam vaxtilə burada - bu sarayda süpürgəçi işləyib. O, Hökmdarı tanıyırmış.
    QULLUQÇU: - Anan hansı Hökmdarın zamanında işləyib burada?
    OXŞARIN OXŞARI: - Necə hansı hökmdarın? Neçə Hökmdar olub ki?
    QULLUQÇU: - Hım-m-m... Düz deyirsən. Bu Hökmdardan əvvəl də burada elə bu Hökmdar olub, elə ondan əvvəl də... Eh, sən yazıq nə biləsən ki, hökmdarlar ölsələr də yenə sağ qalırlar.
    OXŞARIN OXŞARI: - Mən belə şeyləri bilmərəm. Təkcə onu bilirəm ki, evimizdə həmişə Hökmdardan söz düşəndə anam ağlayır.
    QULLUQÇU: - Nə üçün?
    OXŞARIN OXŞARI: - Görünür saraydakı xoş günləri yadına düşür.
    QULLUQÇU: - Yaxşı, əgər biz səni saraya gətirsək anan göz yaşlarını kəsər?
    OXŞARIN OXŞARI: - Bilmirəm. Amma anam o günləri deyirdi ki, aradan neçə illər keçsə də Hökmdar yenə əzəlki kimi cavandır.
    QULLUQÇU: - O, sənə başqa şeylər deməyib ki?
    OXŞARIN OXŞARI: - Düzünü desəm, məni burada öldürməzlər ki?
    QULLUQÇU: - Yox... Bəyəm burada adam öldürürlər?
    OXŞARIN OXŞARI: - Nə bilim, vallah? Deyirlər saray qorxulu yerdir... Amma... Madam ki, soruşursan, qoy həqiqəti deyim: anamın söylədiyinə görə, guya mən Hökmdara yaman oxşayıram.
    QULLUQÇU: - Ay sağ ol! Anan düz deyir. Ana öz övladını heç vaxt aldatmaz. Sən Hökmdara çox oxşayırsan. Elə bil hər ikiniz bir almasınız, yarı bölüblər. İndi mənim sənə bir sualım olacaq: de görüm, heç sənin ürəyindən böyük adam olmaq keçibmi?
    OXŞARIN OXŞARI: - Böyük adam?
    QULLUQÇU: - Hə də... Məsələn, vergiyığan, cəllad, saray əyyanı, vəzir, yaxud lap elə Hökmdar olmaq?..
    OXŞARIN OXŞARI: - Sən zarafat edirsən?.. Yoxsa məni dolayırsan?
    QULLUQÇU: - Yox... Nə zarafat, oğlan? Bu, mənim həqiqi sözümdür. Amma mənə diqqətlə qulaq as. Yox... Əvvəlcə de görüm ağzın möhkəmdirmi?
    OXŞARIN OXŞARI: - Arxayın ola bilərsən.
    QULLUQÇU: - Onda gəl gedək səni bəzi mətləblərdən agah edim...

    Gedirlər. Vəzir və Sərkərdə gəlir. Musiqi.

    SƏRKƏRDƏ: - Xəbərdən xəbərin var?
    VƏZİR: - Yox. Hansı xəbəri deyirsən?
    SƏRKƏRDƏ: - Möhtərəm Vəzir, sən bu sarayda ikinci adamsan. Amma...
    VƏZİR: - Nə amma?.. De görüm nə olub?..
    SƏRKƏRDƏ: - Mənə çatan məlumatlara görə saraya Hökmdarın yeni oxşarı gətirilib .
    VƏZİR: - Hökmdarın oxşarı?.. (Gülür). Yox, o təzə olan elə köhnə oxşardır. Sadəcə olaraq indi o, ağıllanıb. Ta özünü Hökmdar hesab etmir.
    SƏRKƏRDƏ: - Yox... Söhbət köhnədən yox, təzə Oxşardan gedir. Hətta, deyilənə görə... (Ətrafa boylanır). Deyim, yoxsa deməyim?
    VƏZİR: - De, qorxma... (Ətrafa boylanır). Mən də sənə bəzi şeylər deyəcəm.
    SƏRKƏRDƏ: - Deyirlər, sənin də oxşarını tapıblar.
    VƏZİR: - Mənim?..
    SƏRKƏRDƏ: - Bəli, sənin, möhtərəm Vəzir.
    VƏZİR: - Hım-m-m. Mötəbər mənbələrdən sızan məlumata görə (ətrafa boylanır), indi məmləkətdə əlimyandı Sərkərdənin oxşarını axtarırlar.
    SƏRKƏRDƏ: - Nə-ə-ə? Kimin?!. Mənim?..

    Həyəcanlı musiqi.

    VƏZİR: - Qışqırma! Sakit ol! Bəli, sənin oxşarını... Deməli, mənim oxşarımı tapıblar. Nə üçün? (Gəzişir. Pauza). Sənin də oxşarını tapacaqlar? Bu, kimə gərəkdir? (Gəzişir. Pauza). Adətən, Hökmdarın bir oxşarı olur, amma ikinci oxşar da tapılıb. Bu, kimə gərəkdir? Bilirsən, məsələ nə yerdədir, əziz Sərkərdə? Bunlar oxşarlarımızı tapmaqla bizi... aradan götürmək istəyirlər.
    SƏRKƏRDƏ: - Nə üçün?
    VƏZİR: - Çünki Qulluqçunun ürəyindən böyük mənsəb keçir; o, ya Sərkərdə, ya da Vəzir olmaq istəyir.
    SƏRKƏRDƏ: - Ola bilməz! Hökmdar buna yol verməz.
    VƏZİR: - Hökmdar?.. Hansı Hökmdar?..
    SƏRKƏRDƏ: - Ulu rəhbər...
    VƏZİR: - Qulaq as... (ətrafa boylanır). O, Hökmdar deyil. Hökmdar zindanda olandır.
    SƏRKƏRDƏ: - Sən nə danışırsan?
    VƏZİR: - Bəli. Elədir. Əmin ola bilərsən.
    SƏRKƏRDƏ: - Deyirəm axı... O yazıq nalə çəkib deyirdi ki, hökmdar mənəm... Elə isə biz onu zindandan azad etməli, hakimiyyətə gətirməliyik.
    VƏZİR: - Vallah, axmaqsan, əziz Sərkərdə... Əvvəla, Hökmdar bu gün zindandan azad olunacaq. Amma o, bundan sonra fəaliyyətini Hökmdar kimi yox, Oxşar kimi davam etdirəcək. İkincisi də ki, bundan sonra biz onun hakimiyyətə gəlişi barədə qətiyyən düşünməməliyik!
    SƏRKƏRDƏ: - Nə üçün?
    VƏZİR: - Axı, onu bizim şahidliyimizlə həbs ediblər. Bildin? Əslində heç onun özü - yəni o zindandakı da əsl Hökmdar deyil. O da əzəlki Hökmdarın oxşarı idi. Biz ona kömək etdik, hakimiyyətə gətirdik. İndi də bu Oxşar köpək oğlu köhnə Hökmdarla birlikdə bizi məhv etmək istəyir. Yəqin ki, elə özünün oxşarını da bu məqsədlə tapdırıb. (Pauza). Onda Hökmdarın fatihəsi tezliklə veriləcək. Zindandakını deyirəm...
    SƏRKƏRDƏ: - Sənə bir şey də deyim: mənim aldığım məlumata görə təzə Hökmdarın hələ öz təzə Oxşarından xəbəri yoxdur. Yəni onlar üz-üzə gəlməyiblər.
    VƏZİR: - Yəni Oxşar öz oxşarını görməyib?..
    SƏRKƏRDƏ: - Bəli, bəli... Düz anlamısan.
    VƏZİR: - Bütün bu işlərin baiskarı o Qulluqçudur. Yəqin ki, onun nəsə təzə planı var. Çox ikibaşlı oyun oynayır...
    SƏRKƏRDƏ: - Bəs indi biz nə edək? Hökmdarın mühafizəsi çox möhkəmdir. Ordudakı əsgər və zabitlərin çoxu ona ürəkdən inanır. Sui-qəsd mümkün deyil. (Pauza). Bəlkə Qulluqçunu aradan götürək? Belə olarsa plan müvəqqəti də olsa pozula bilər. Amma... Bu da şübhə doğurur.

    Musiqi. Qadın gülüşü.

    VƏZİR: - Nəsə bir iş görməliyik. Deyəsən gələn var. Aha... Hərəmdir. Hökmdar da yanında...
    SƏRKƏRDƏ: - Bəlkə nəfəsini kəsək?..
    VƏZİR: - Kimin?.. Hökmdarın?.. Hərəmin?.. Yox... Ehtiyatlı olmaq lazımdır. Bir ora bax... Qulluqçu it oğlu da bunları izləyir. Arxalarınca sülənir. Kənara çəkil... Bəri gəl...

    Onlar qaranlığa çəkilirlər. Hökmdar və Hərəm gəlir. Hökmdar adi geyimdə - qırmızı köynəkdədir. Qulluqçu kənardan onları izləyir.

    HƏRƏM: - Neçə gündür haradasan? Lap səbrim tükənmişdi. Bu gün də gəlməsən birbaşa saraya gələcəkdim...
    HÖKMDAR: - Sən haradan bilirsən ki, mən saraydayam?

    Vəzir və Sərkərdənin üzünə işıq düşür.

    VƏZİR: - Yəqin bu təzə Oxşardır...
    SƏRKƏRDƏ: - Yox, köhnə Oxşara oxşayır - yəni Hökmdara. Onu yəqin zindandan bu gün azad ediblər... Zalım oğlu qurşaq da bağlamayıb...
    HƏRƏM: - Bəyəm sən sarayda olmursan?..
    HÖKMDAR: - Mən harada istəsəm orada oluram, əzizim. Hər yer mənə saraydır.
    VƏZİR: - Bu, yüz faiz Oxşardır.
    SƏRKƏRDƏ: - Yox, Oxşarın oxşarıdır.
    HƏRƏM: - Amma nədənsə bir az sınıxmısan, arıqlamısan elə bil...
    HÖKMDAR: - Tezliklə yenə kökələcəyəm...
    VƏZİR: - Yox, deyəsən bu, köhnə Hökmdardır. Axı, o, zindanda arıqlayıb...
    SƏRKƏRDƏ: - Bizim köhnə ilə nə işimiz?..
    VƏZİR: - Görək bu işin sonu nə olur?..
    HƏRƏM: - İndi nə edək, əzizim?..
    HÖKMDAR: - Nə edəsiyik ki? Ayrılmaq lazımdır. Mən neçə gün idi ki, əzab içində qovrulurdum. Səbəbini sənə sonra deyərəm. Bu gün ilk dəfədir ki, özümü rahat hiss edirəm. Di sağ ol, əzizim. Gəl bir səni öpüm.

    Hökmdar və Hərəm gedirlər. Qulluqçu boylana-boyalana gəlir və qaranlıqda gözdən itir.

    SƏRKƏRDƏ: - Gəl, bunun - bu alçaq Qulluqçunun başını əkək...
    VƏZİR: - Səbrli ol... Aha... Ora bax... Hərəm yenə qayıtdı... Özü də tək deyil...
    SƏRKƏRDƏ: - Yanındakı Hökmdardır...
    VƏZİR: - Nədən bilirsən? Bir də ki, hansı Hökmdarı deyirsən - təzəni, ya köhnəni?
    SƏRKƏRDƏ: - Təzəyə oxşayır.
    VƏZİR: - S-s-s... Sakit ol. Bu yana dur...

    Onlar kənara çəkilirlər. Oxşar və Hərəm gəlir. Oxşar bir qədər fərqli geyimdə - qara köynəkdədir.

    OXŞAR: - Deyəsən, mənsiz darıxmışdın?..
    HƏRƏM: - Darıxmışdın da sözdür?.. Sənsiz mənim nə günüm, nə güzəranım?..
    SƏRKƏRDƏ: - Bura bax, görəsən Hərəm bilir ki, o, bir nəfərlə yox, iki nəfərlə görüşür?
    VƏZİR: - Qəribə adamsan, əziz Sərkərdə! Əlbəttə, bilir. Niyə bilmir ki? Amma özünü bilməməzliyə qoyur. Bu, hərəmxananın ən hiyləgər və ən gözəl qadınıdır!
    CƏRKƏRDƏ: - Bəs indi onun yanındakı kimdir? Hökmdardır, yoxsa?..
    VƏZİR: - Nə bilim? Bu it uşağını bir-birindən ayırmaq olur ki?.. Oxşarları deyirəm...
    SƏRKƏRDƏ: - Günü-güdən sayları da artır..
    HƏRƏM: - Dünənki görüşün ləzzəti heç vaxt mənim yadımdan çıxmayacaq.
    OXŞAR: - Elə mənim də...
    VƏZİR: - Yəqin bu - Oxşardır.
    SƏRKƏRDƏ: - Yox... Bəlkə də Oxşarın oxşarıdır. Bunu aradan götürək?..
    VƏZİR: - Qulluqçu indi də bunları izləyir.. Bəlkə elə bizi də güdür... o, bic adamdır...
    HƏRƏM: - Yəqin ki, sabah da gələcəksən, əzizim...
    OXŞAR: - Ələbbətə, gələcəyəm... Mən hər gün gələcəyəm... Arxayın ol... Gəl səni ötürüm.
    HƏRƏM: - Sənə əziyyət olar, əzizim...

    Hərəm və Oxşar əl-ələ tutub gedirlər. Qulluqçu görünüb yox olur. Tezliklə Hərəm Oxşarın oxşarı ilə əl-ələ tutub gəlir. Oxşarın oxşarı fərqli geyimdə, ağ köynəkdədir.

    VƏZİR: - Hə, bu da sənə üçüncü...
    SƏRKƏRDƏ: - Nə üçüncü, möhtərəm Vəzir?.
    VƏZİR: - Görmürsən, bu da Hökmdara oxşayır?..
    SƏRKƏRDƏ: - Bəlkə elə Hökmdardır?..
    VƏZİR: - S-s-s... Sakit ol.
    HƏRƏM: - Sən necə güclü və zərif, kobud və incə, çılğın və təmkinli adamsan?..
    OXŞARI OXŞARI: - Məni kəndimizdə hamı sevib, əzizləyib.
    VƏZİR: - Nə kənd? Bu, heyvərə nə danışır?..
    SƏRKƏRDƏ: - Bu, yəqin təzə gələndir: Oxşarın oxşarı...
    HƏRƏM - Əzizim, sən kəndə getmişdin?..
    OXŞARIN OXŞARI: - Öhö... Öhö.. Hə... Çatdım.. Bəli... Kəndə - meşəyə getmişdim. Ova...
    HƏRƏM: - Sənin ən qiymətli ovun mənəm...
    VƏZİR: - Yox, bu deyəsən Hökmdarın oxşarıdır: köhnə Oxşarı deyirəm.
    SƏRKƏRDƏ: - Bəlkə də Hökmdarın özüdür?
    VƏZİR: - Hökmdar zindandan bu gün azad olunub, Nə ov-nə filan?..
    OXŞARIN OXŞARI: - Sizin hərəmxanada neçə Hərəm var?..
    HƏRƏM (Gülür): - Bilmirəm. Mən orada özümdən başqa heç kəsi görmürəm.
    OXŞARIN OXŞARI: - Axı, qulluqçu deyir ki, orada qadınlar çoxdur...
    HƏRƏM: - Bəs sarayda hökmdarlar çoxdur? (Gülür).
    OXŞARIN OXŞARI: - Hə?.. Bilmirəm. Amma onu bilirəm ki, tezliklə mən tək olacağam...
    HƏRƏM: - Sən həmişə təksən!
    OXŞARIN OXŞARI: - Lap sənin kimi...
    HƏRƏM: - Gəl səni ötürüm...
    OXŞARIN OXŞARI: - Hə, gəl gedək.

    Oxşarın oxşarı və Hərəm əl-ələ tutub gedirlər.

    VƏZİR : - Bu, təzə Oxşardır. Bu ayı oğlu ayını hansı meşədən tutub gətiriblər?
    SƏRKƏRDƏ: - Qorxuram bu ayı bizi parçalasın...
    VƏZİR: - Bəri dur. Qulluqçu gəlir.
    SƏRKƏRDƏ: - Deyəsən yanındakı Hökmdardır...
    VƏZİR: - Nə Hökmdar, canım? Bayaqkı ayıdır... Gəl gedək. Birdən bizi görərlər.

    Vəzir və Sərkərdə gedirlər. Qulluqçu və Oxşarın oxşarı gəlirlər.

    QULLUQÇU: - Axmaq adam, sənə o boyda vəzifə tapşırılıb. Amma özünü idarə edə bilmirsən.
    OXŞARIN OXŞARI: - Vallah, hərdən bir Hökmdarın oxşarı olduğum yadımdan çıxır.
    QULLUQÇU: - Bir an da olsun yadından çıxarma ki, sən Hökmdarsan! Oldu?..
    OXŞARIN OXŞARI: - Baş üstə!
    QULLUQÇU: - Axı, mən sənə hər şeyi izah etdim. Tezliklə Vəzir aradan götürülür. Artıq onun oxşarı ilə xeyli işləmişik. Bu yaxınlarda Sərkərdənin oxşarını da tapmışıq. Deməli, Sərkərdəni də o dünyaya göndərmək lazımdır. Sonra növbə kimindir? (Pauza). Niyə susursan? Deyəsən, qorxursan? Qorxma. Artıq qorxudan keçib. Biz ləngisək başqaları irəli düşəcək. Hə, niyə dillənmirsən? Eşit və bil: sonra növbə Hökmdara çatır. Yəni sənin oxşarına. Yəni hakimiyyəti qəsb edib özünü Hökmdar elan edən dələduza, fırıldaqçıya. Onu aradan götürüb səni Hökmdar elan edəcəyik. Sənə isə təzə oxşar tapacağıq! Möhkəm dur!.. Gözünü niyə döyürsən, axmaq adam?!. Sən tezliklə Hökmdar olacaqsan!..
    OXŞARIN OXŞARI: - Anladım! Aydındır!
    QULLUQÇU: - Hə... Lap yaxşı. İndi şairlər gələcək. Onları sən qəbul edəcəksən... Bilirsən şair nədir?..
    OXŞARIN OXŞARI: - Əlbəttə, bilirəm. Bizim qonşuluğumuzda öz-özünə danışan birisi vardı, ona şair deyirdilər.
    QULLUQÇU: - Ay sağ ol... Amma bunlar həm öz-özlərinə, həm də başqaları ilə danışırlar. O şairlərdən birini neçə il əvvəl zindana atmışdıq. Dikbaşlığına görə. İndi deyəsən bir az ağıllanıb, yumşalıb. Saç-saqqalı da ağarıb. Ona görə günahından keçmişik. O birisi qoca, yaltaq bir şairdi. Hər gün Hökmdara bir mədhiyyə yazıb əvəzində bir “sağ ol” alır. Bax sən indi onları qəbul edəcəksən. Amma, çox danışma. Dinlə və təsdiq et. (Qapıya sarı). Şairlər gəlsinlər!

    GƏNC ŞAİR və QOCA ŞAİR gəlib təzim edirlər. Gənc şair xeyli qocalıb, saqqalı ağarıb, Qoca şair isə xeyli gəncləşib.

    GƏNC ŞAİR: - Hökmdar, gəlmişəm hüzuruna mən,
    İzn ver, qoy öpüm sənin əlindən.
    OXŞARIN OXŞARI (əlini irəli uzadır):
    - Əlimdən? Əllərim kobuddur bir az...
    QULLUQÇU (əsəbi halda qaş-göz eləyir):
    - Zatən zarafatsız keçinmək olmaz...
    QOCA ŞAİR: - Bilirəm, sadədir bizim Hökmdar,
    Onun dünya boyda adı-sanı var.
    OXŞARIN OXŞARI: - Mənim şairlərə hörmətim çoxdur...
    Hələlik verməyə nəmərim yoxdur.

    Qulluqçu başını əsəbi halda yırğalayaraq yaxınlaşıb Oxşarın oxşarının qulağına nəsə deyir. Oxşarın oxşarı başını yellədə-yellədə çıxır.

    QULLUQÇU: - Hökmdar gecələr yaman az yatır,
    Yuxusu pozulub hərdən həb atır.
    QOCA ŞAİR: - Onun ağrıları qoy bizə gəlsin.
    GƏNC ŞAİR: - Bəlkə çıxıb gedək, rəhbər dincəlsin.
    QULLUQÇU: - Yox, yox, darıxmayın gələcək indi.
    GƏNC ŞAİR: - Hökmdar olmaq da indi çətindi.

    Hökmdar gəlir. Hamı yenə təzim edir.

    HÖKMDAR: - Sizi görməyimə çox məmnunam mən.
    (Gənc şairə).
    Deyəsən saqqalı ağartmısan sən.
    QOCA ŞAİR: - Bəli, o, zindana düşəndən bəri
    Qovub öz şerindən qəmi, kədəri.
    GƏNC ŞAİR: - Sarayda bulunan azad bir quşam,
    İndi mən optimist şair olmuşam.
    QULLUQÇU: - Yəqin Hökmdarın çox azdı vaxtı.
    HÖKMDAR: - Tərk edən deyiləm bu tacı-taxtı.
    Şairlər, sözümü çatdırın elə,
    Hökmdar taxtından düşməyib hələ.

    Şairlər təəccüb və həyəcanla Hökmdarı süzürlər. Qulluqçu yaxınlaşıb Hökmdarın qulağına nəsə pıçıldayır. Hökmdar narazı halda başını bulaya-bulaya çıxır.

    QOCA ŞAİR: - Bəyəm kim istəyir bu tacı-taxtı?..
    QULLUQÇU: - Yox, yox... Dərmanının çatıbdı vaxtı.
    QOCA ŞAİR: - Görünür qayğısı, iş-gücü çoxdu...
    GƏNC ŞAİR: - Bizim Hökmdardan dünyada yoxdu.

    Oxşar gəlir. Hamı təzim edir.

    OXŞAR: - Necədir işlərin, qocaman şair?
    Varmı bir təvəqqən bizlərə dair?
    QOCA ŞAİR: - Sənə, ulu rəhbər, böyük Hökmdar,
    Bütün məmləkətin salamları var.
    OXŞAR: - Lap yaxşı! Gənc şair, bəs sən necəsən?
    GƏNC ŞAİR: - Zindandan salamlar gətirmişəm mən.
    OXŞAR: - Necədir, xoşuna gəlirmi zindan?
    GƏNC ŞAİR: - Ora zindan deyil, saraydır, inan...
    OXŞAR (Qulluqçuya):
    - Tez olun, qandala salın qolunu,
    Təzədən zindana aparın bunu...

    Gənc şair diz üstə çökür.

    GƏNC ŞAİR: - Mənə rəhm eləyin, böyük Hökmdar...
    HÖKMDAR: - Saraydan pis deyil, dedin oralar...
    QULLUQÇU: - Gəl, sən az baş apar... Zindan şairi!
    Çoxları gözaltı edib o yeri,
    O zindan hamıya olmayır qismət.
    QOCA ŞAİR: - Taleyinə bu cür yazılıb, əlbət.

    Qulluqçu Gənc şairin qolundan tutub bayıra itələyir. Gənc şair qışqırır.

    QOCA ŞAİR: - Mənə bir əmriniz, ey ulu rəhbər?..
    OXŞAR: - Xoş getdin... Növbəti görüşə qədər.

    Qoca şair gedir.

    QULLUQÇU: - Yaxşı qərar çıxartdın. O Gənc şairin yeri elə zindandır.
    OXŞAR: - Yaxşı, bəs bu görüşdə oxşarlar özünü necə apardı?
    QULLUQÇU: - Çox pis.
    OXŞAR: - Belə edirik: təzə Oxşar hələlik sarayda qalır, köhnəni göndəririk döyüşə.
    QULLUQÇU: - Döyüşə?..
    OXŞAR: - Bəli, döyüşə!.. Bizim kəndimizdə axmaq bir tayfa var. Köhnə oxşarımla sərkərdə qoşun hissəsinin qabağında hücuma keçirlər o tayfanın üzərinə. Əgər qələbə ilə qayıtsalar... məsələni burada həll edirik. Əgər döyüşdə ölsələr, onları qəhrəman kimi dəfn edirik. Oldu?..
    QULLUQÇU: - Oldu! Baş üstə!
    OXŞAR: - İndi isə mən kütlə qarşısına çıxmalıyam.
    QULLUQÇU: - İzdiham sizi gözləyir.

    Qulluqçu gedir. İzdihamın səsi. Təntənəli musiqi sədası. Hökmdarın şəninə deyilən şüarlar: “Yaşasın!”, “Yaşasın!”. Oxşar kürsüyə qalxıb izdihama əl edir. Sonra Oxşar kürsüdən enib gedir. Vəzir və Sərkərdənin oxşarı (mülki geyimdə) gəlirlər.

    SƏRKƏRDƏNİN OXŞARI: - Sən kimsən?..
    VƏZİR:- Zarafat edirsən?..
    SƏRKƏRDƏNİN OXŞARI: - Zarafat deyəndə ki... Mən... Mən...
    VƏZİR: - Qəribədir. Axı, sən döyüşə yola düşmüşdün.
    SƏRKƏRDƏNİN OXŞARI: - Nə döyüş? Mən hələlik burada təzə adamam... Amma tezliklə sərkərdə olacağam. (Əlini qılınc kimi yellədir). Qarşıda məni böyük döyüşlər gözləyir.
    VƏZİR: - Aha, anladım. Deməli sən... Sən Sərkərdənin oxşarısan... Deməli, deyilənlər doğru imiş...
    SƏRKƏRDƏNİN OXŞARI: - Doğru olan nədir? Anlamadım...

    Vəzir əbasının altından qılıncı çıxarıb Sərkərdənin oxşarının üstünə yeriyir. Qulluqçu qaranlıqdan çıxıb arxadan Vəzirin kürəyinə xəncərlə vurur. Vəzir yıxılır.

    VƏZİR: - Ax, alçaq adam... Unutma ki, səni də bu cür aqibət gözləyir.
    SƏRKƏRDƏNİN OXŞARI: - Bu, kim idi?..
    QULLUQÇU: - Vəzirimizdir. Axı, mən sənə demişdim ki, ehtiyatlı ol. Bir az geciksəydim o, sənin işini bitirmişdi.
    SƏRKƏRDƏNİN OXŞARI: - Bəs indi necə olacaq? Saray Vəzirsiz qalacaq?
    QULLUQÇU: - Yox... Artıq onun oxşarı hazırdır.
    VƏZİR: - Ax-x... Xainlər... Alçaqlar. (Ölür).
    QULLUQÇU: - Bunun meyitini sürü çaya at.
    SƏRKƏRDƏNİN OXŞARI: - Baş üstə.

    Sərkərdənin oxşarı Vəzirin meyitini sürüyə-sürüyə çıxır. Təntənəli musiqi. Hökmdar gəlir. Onun bir gözü sarğılıdır.

    HÖKMDAR: - Hə, bu sənsən?.. Unutma ki, mən yenə Hökmdaram.
    QULLUQÇU: - Mən sənin Hökmdar olduğuna şübhə etmirəm.
    HÖKMDAR: - Sən çətin anda mənə xəyanət etdin.
    QULLUQÇU: - Bəs sən özün necə? Guya öz vədinə əməl elədin?.. Yox!.. Sən məni Vəzir təyin etməli idin. Amma... etmədin.
    HÖKMDAR: - Sən səbr etməli idin. Fəqət gözləmədin. Tələsdin. Bəs nəticə necə oldu? Siz birləşib məni zindana atdınız. Siz məni məcbur edib yalançı Hökmdarın oxşarı kimi döyüşə göndərdiniz. Yəqin gözləyirdiniz ki, mən döyüşdən qayıtmayacağam. Fəqət mən qələbə ilə qayıtmışam.
    QULLUQÇU: - Bəs gözünə nə olub?
    HÖKMDAR: - Mən gözümün birini itirdim. Düşmən gülləsinə tuş oldum.
    QULLUQÇU: - Gözünü itirdin, amma özün sağ qalmısan.
    HÖKMDAR: - Elədir. Hələ buna da şükür.
    QULLUQÇU: - Sən tək gözlə Oxşar olmaq istəyirsən?
    HÖKMDAR: - Nə?.. Oxşar?.. (Qışqırır). Xeyr! Mən Hökmdaram! Mən hakimiyyəti mənimsəyən o alçağı taxtdan salacağam. Uzaq başı onu sarayda yenə adi bir Oxşar kimi saxlaya bilərəm.
    QULLUQÇU: - Onda gərək onun da bir gözü tökülə.
    HÖKMDAR: - Mən onun gözünü tökərəm! Hər ikimiz olarıq təkgöz...
    QULLUQÇU: - Bu, çətin məsələdir. Sən gecikmisən!
    HÖKMDAR: - Sənsən günahkar! Sən! Sən! Mən indi səni qılıncdan keçirərəm.

    Hökmdar Qulluqçunun üstünə hücum çəkmək istəyir. Qulluqçu dalı-dalı çəkilir. Sərkərdənin Oxşarı gəlir.

    SƏRKƏRDƏNİN OXŞARI: - Nədir? Nə olub!.. (Hökmdara sarı boylanır). Sən kimsən belə?..
    HÖKMDAR: - Nədir, tanımadın məni? Üzümə niyə elə baxırsan?.. (Geri çəkilir). Dayan... Yoxsa sən... sən Sərkərdənin oxşarısan?.. (Qaçır).
    SƏRKƏRDƏNİN OXŞARI: - A-a-a... Bu, qaçdı ki...
    QULLUQÇU: - Sən onu niyə vurmadın, alçaq?..
    SƏRKƏRDƏNİN OXŞARI: - Mən nə bilim ki, onu öldürmək lazımdır?
    QULLUQÇU: - Yaxşı... Bir az gözləyək... Vaxt yetişəndə sənə deyərəm.

    Musiqi. Oxşar gəlir.

    OXŞAR: - Deyəsən, ordu hissəsi geri qayıdıb?
    QULLUQÇU: - Bəli, böyük Hökmdar. Ordu gəlib.
    OXŞAR: - Amma deyilənə görə mənim Oxşarım gözünün birini döyüşdə itirib.
    QULLUQÇU: - Bəli, elədir. O, bayaq burada idi. Gözünün biri də sarğılı idi.
    OXŞAR: - Mənə kor Oxşar lazım deyil! Yoxsa o, elə bilir ki, mən də ona oxşamaq üçün gözümün birini çıxartdıracağam?.. Xeyr! Onun başını əkmək lazımdır. Onsuz da mənim öz təzə Oxşarım var. (Sərkərdənin oxşarına). Bura bax: sən Sərkərdənin qardaşı deyilsən ki?..
    SƏRKƏRDƏNİN OXŞARI: - Yox, yox... Zati-aliləri. Mənim yerli-dibli qardaşım olmayıb.
    OXŞAR: - Bayaq Sərkərdə yanımda idi.
    QULLUQÇU: - Biz onun barəsində tezliklə ölçü götürərik.
    OXŞAR: - Xub. Bəs Vəzir hanı?
    QULLUQÇU: - Məncə o, çevriliş planı hazırlayır.
    OXŞAR: - Eləsə onun barəsində də ölçü götürməyin vaxtı çatıb.
    SƏRKƏRDƏNİN OXŞARI: - Artıq onun ölçüsü götürülüb!
    OXŞAR: - Hə... Bu, başqa məsələ... Xub... Mən gedirəm dincəlməyə. Təzə oxşara deyin ki, şəhərə çıxsın. Qoy hamı görsün ki, mən xalqın arasındayam. Axı, Hökmdar sadə olmalıdır. Xalqla bir nəfəs almalıdır.
    QULLUQÇU (Sərkərdənin oxşarına): - Sən böyük Hökmdarı müşayiət elə!..
    SƏRKƏRDƏNİN OXŞARI: - Oldu! Baş üstə!

    Oxşar və Sərkərdənin oxşarı gedirlər. Oxşarın oxşarı gəlir.

    QULLUQÇU: - Hə... İşlər necədir?..
    OXŞARIN OXŞARI: - Hər şey əladır... Mən get-gedə sarayın cik-bikinə bələd oluram.
    QULLUQÇU - Zaman bizim xeyrimizə işləyir.
    OXŞARIN OXŞARI: - Elə bu cür də olmalıdır...
    QULLUQÇU: - Sakit ol! Ayaq səsi gəlir.
    OXŞARIN OXŞARI: - Gizlənək?..
    QULLUQÇU: - Hə, sən kənara çəkil. Deyəsən Sərkərdədir gələn...

    Oxşarın oxşarı kənara çəkilir. Musiqi. Sərkərdə gəlir.

    SƏRKƏRDƏ: - Biz döyüşdən qələbə ilə qayıtmışıq. Yəqin ki, bu axşam Hökmdar bizim şərəfimizə ziyafət verəcək.
    QULLUQÇU: - Yəqin ki...
    SƏRKƏRDƏ: - Amma sən gec-tez qanun qarşısında cavab verməli olacaqsan.
    QULLUQÇU: - Mən?.. Mən nə üçün?..
    SƏRKƏRDƏ: - Çünki sən əlli cəbhəyə işləyirsən. Elə bilirsən ki, əməllərindən bixəbərik?!.
    QULLUQÇU: - Cəfəng şeylər danışırsan, əziz Sərkərdə.
    SƏRKƏRDƏ: - Kim?.. Mən, yoxsa sən?.. Sənin başını üzərəm, şeytan!

    Sərkərdə qılıncı çəkib Qulluqçunun üstünə yeriyir. Oxşarın oxşarı qaranlıqdan çıxır.

    OXŞARIN OXŞARI: - Dayan! Əl saxla!..
    SƏRKƏRDƏ: - Bu, kimdir?.. Ay aman! Ulu rəhbər, bu, sənsən!.. (Qılıncı yerə atır). Bağışla! (Qulluqçuya). Qurban olasan ulu rəhbərə.
    QULLUQÇU (Oxşarın oxşarına): - Gözünü niyə döyürsən?!. Kimi gözləyirsən?.. Qılıncı götür, endir bunun başına!

    Oxşarın oxşarı qılıncı yerdən götürüb Sərkərdəni vurur.

    SƏRKƏRDƏ: - Ah-a-a... Deməli bu əclaf Oxşarın oxşarı imiş... Siz bu xəyanətə görə cavab verəcəksiniz... Ah-h... Öldüm. (Ölür).
    QULLUQÇU: - Mən bunun meyitini sürüyüb aparım, sən buralarda ol.
    OXŞARIN OXŞARI: - Oldu! Baş üstə.

    Qulluqçu Sərkərdənin meyitini sürüyüb aparır. Həyəcanlı musiqi sədası. Vəzirin oxşarı gəlir.

    VƏZİRİN OXŞARI: - Ey, sən kimsən?.. O-o-o... Bağışla, zati-aliləri.
    OXŞARIN OXŞARI: - Belə zənn edirəm ki, sən xortlamamısan...
    VƏZİRİN OXŞARI: - Qətiyyən yox, zati-aliləri. Mən hələlik ölməmişəm.
    OXŞARIN OXŞARI: - Deməli, sən Vəzirin özü yox, onun oxşarısan?..
    VƏZİRİN OXŞARI: - Tamamilə düz buyurursan, zati-aliləri.
    OXŞARIN OXŞARI: - Sən əminsən ki, mən zati-alilərin özüyəm?..
    VƏZİRİN OXŞARI: - Sən bu gün zati-alilərinin kölgəsisən, amma sabah... sabahınsa öz hökmü var.
    OXŞARIN OXŞARI: - Sən uzaqgörən Vəzir olacaqsan.
    VƏZİRİN OXŞARI: - Əlbəttə... Əgər buna imkan versələr...
    OXŞARIN OXŞARI: - İmkan versələr?.. Sən kimi nəzərdə tutursan?
    VƏZİRİN OXŞARI: - Elə sənin nəzərdə tutduğun adamı, zati-aliləri.
    OXŞARIN OXŞARI: - Kimdir o adam?..
    VƏZİRİN OXŞARI: - Deyim?.. Yaxşı, qoy deyim kimdir o adam: Qulluqçu.
    OXŞARIN OXŞARI: - Düz tapmısan, təzə Vəzir! Mənim ağlıma qəribə bir fikir gəlib... (Pauza). Yəqin bilirsən ki, indi sarayda yüksək vəzifə tutanların çoxu oxşarlardır. Elə sən də, mən də, sərkərdə də...
    VƏZİRİN OXŞARI: - Bilirəm.
    OXŞARIN OXŞARI: - Bəs görəsən Qulluqçunun da oxşarını tapa bilərikmi?.. (Ətrafa boylanır). Axı, o, indi qarşımızda keçilməz kötükdür...
    VƏZİRİN OXŞARI (gülür): - Xa-xa-xa... Sən lap mənim ürəyimi oxudun ki! Qulluqçunun oxşarı məndə. Özü də elə bu saat, bu dəqiqə...
    OXŞARIN OXŞARI: - Doğrudan? Hanı?..
    VƏZİRİN OXŞARI: - Onu özümlə gətirmişəm. (Kənara). Ehey-y-y... Haradasan?.. Bir bəri gəl görüm!

    Qulluqçunun oxşarı mülki geyimdə gəlir.

    OXŞARIN OXŞARI: - Hə, bu lap Qulluqçunun özüdür ki!.. (Qulluqçunun oxşarına). Sən tanıyırsan öz oxşarını?..
    QULLUQÇUNUN OXŞARI: - Bəli. Uzaqdan göstəriblər.
    OXŞARIN OXŞARI (Vəzirin oxşarına): - Sən məsələni buna izah et. Mən Hökmdarla görüşməliyəm.
    VƏZİRİN OXŞARI: - Sənə yaxşı yol.

    Oxşarın oxşarı gedir.

    QULLUQÇUNUN OXŞARI: - İndi mənə izah edin görüm, vəzifəm nədən ibarətdir?
    VƏZİRİN OXŞARI: - Sənə çox sadə bir tapşırıq verilir: öz oxşarını aradan götürməlisən.
    QULLUQÇUNUN OXŞARI: - Onu gizlədim?..
    VƏZİRİN OXŞARI: - Yox... Gizlətmək nə üçün?..
    QULLUQÇUNUN OXŞARI: - Zindana salım?
    VƏZİRİN OXŞARI: - Ay gic, sən onu öldürməlisən, vəssalam!
    QULLUQÇUNUN OXŞARI: - Elə bu?.. Vəssalam?..
    VƏZİRİN OXŞARI: - Bəli! Elə bu! Vəssalam!
    QULLUQÇUNUN OXŞARI: - Bu, mənim əlimdə su içimi kim bir şeydir.
    VƏZİRİN OXŞARI: - Onda vaxt itirmə. Get yaraqlan! Silah götür!
    QULLUQÇUNUN OXŞARI: - Oldu!

    Qulluqçunun oxşarı gedir. Həyəcanlı musiqi sədası. Sonra qılınc şaqqıltısı və nəhayət, Hökmdarın və sonra Oxşarın naləsi eşidilir: “Kömək edin!” “Ay aman, məni öldürürlər”.
    Vəzirin oxşarı qorxu və həyəcan içində vurnuxur, var-gəl edir. Qulluqçu qaça-qaça gəlir.

    QULLUQÇU: - Nə olub?.. Kimdir qışqıran?
    VƏZİRİN OXŞARI: - Hə, kimsə kömək diləyirdi.
    QULLUQÇU: - Məncə Hökmdarla Oxşarın səsi idi...

    Oxşarın oxşarı əlində qılınc, çiynində iki qurşaq (ağ və yaşıl) gəlir.

    OXŞARIN OXŞARI: - Mən Hökmdarın qəbuluna gedəndə gördüm ki, onun yanında başqa bir adam da var. Daha doğrusu, oradakıların hər ikisi eyni adam idi. Yəni orada iki Hökmdar vardı. İkisi də mənə oxşayırdı. Deməli, mənimlə oldu üç hökmdar. Doğrusu, mən onlardan hansının əsl Hökmdar olduğunu dəqiqləşdirə bilmədim. Onlar mübahisə edirdilər: biri deyirdi əsl Hökmdar mənəm, o biri deyirdi, yox, mənəm əsl hökmdar. Birdən qılınca əl atdılar. Belində yaşıl qurşaq olan ağ qurşaqlını qılıncdan keçirib mənə hücum etdi. Mən də qılıncı qapıb onun ürəyinə sancdım. Budur, bu da onların qurşaqları!
    QULLUQÇU: - Sənə kim ixtiyar verib ki, burada öz istədiyini edəsən, alçaq?
    OXŞARIN OXŞARI: - İndi sarayda ixtiyar sahibi mən özüməm!
    QULLUQÇU: - Nə?.. Mən sənə göstərərəm indi...
    OXŞARIN OXŞARI: - Kim? Sən? Ha-ha-ha!..

    Oxşarın oxşarı və Qulluqçu qılıncları sıyırıb bir-birinin üstünə hücum çəkirlər. Oxşarın oxşarı qurşaqları kənara atıb Qulluqçunu qovur. Onlar qılınclarını toqquşduraraq səhnədən çıxırlar. Vəzirin oxşarı yerdən qurşaqları götürüb diqqətlə baxır. Qulluqçunun oxşarı və Sərkərdənin oxşarı (mülki geyimdə) əlində qılınc qaça-qaça gəlirlər.

    QULLUQÇUNUN OXŞARI: - Onlar hara getdilər? Hanı təzə Hökmdar? Qulluqçu hanı?
    VƏZİRİN OXŞARI: - Döyüşə-döyüşə o tərəfə getdilər.
    SƏRKƏRDƏNİN OXŞARI: - Vaxt itirmək olmaz! Getdik!

    Qulluqçunun oxşarı və Sərkərdənin oxşarı çaparaq gedirlər. Səhnənin arxasından Qulluqçunun qışqırıq səsi eşidilir: “Ah-h-h... Ay aman! Alçaqlar! Xainlər!” Qulluqçunun oxşarı, Oxşarın oxşarı və Sərkərdənin oxşarı əllərində qılınc gəlirlər. Vəzirin oxşarı Oxşarın oxşarına yaxınlaşır.

    VƏZİRİN OXŞARI: - Deyəsən, hər şey yaxşı qurtardı.
    QULLUQÇUNUN OXŞARI: - Qulluqçu da cəhənnəmə belə vasil oldu!
    OXŞARIN OXŞARI: - İndi hakimiyyətdə bizik!

    Musiqi. Vəzirin oxşarı yaşıl qurşağı Oxşarın oxşarının belinə bağlayır. Sonra Sərkərdənin oxşarı ağ qurşağı Vəzirin oxşarının belinə bağlayır. Qulluqçunun oxşarı isə səhnədən sürətlə çıxıb haradansa tapıb gətirdiyi hərbi mundiri Sərkərdənin oxşarının çiyninə atır.

    OXŞARIN OXŞARI: - Mən belə başa düşürəm ki, innən sonra biz hakimiyyəti oxşarsız belə idarə edə bilərik.
    VƏZİRİN OXŞARI: - Tamamilə doğrudur.
    HAMI: - Bəli! Elədir! Doğrudur!
    OXŞARIN OXŞARI: - İndi isə saray əhlini meydana toplayın!.. Bu gün məmləkətdə bayramdır!

    Təntənəli musiqi. Oxşarın oxşarı taxtda əyləşir. Bütün saray əhli - Hərəm, Oğul, şairlər, əsgərlər, rəqqasələr gəlirlər. Hamı gülür, sevinir, şənlənir. Sonra məşhur türk mahnısı - “Padişah” səslənir.
    Hamı əl-ələ tutur. Rəqs.

    PƏRDƏ

    SON



    Firuz Mustafa
    Qısa bioqrafiya və biblioqrafiya
    Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof

    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Bioqrafiyası
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Dövlət Pedaqoji Universitetinin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərində fəlsəfə, fəlsəfə tarixi, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr oxumuşdur.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s.), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа AYB Dramaturgiya sektorunun rəhbəri, “Teatr” jurnalının təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifаqının, Fəlsəfə Cəmiyyətinin, habelə Qafqaz Yazıçılar Klubunun üzvüdür.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər.
    Firuz Mustаfаnın əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir.


    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    İki dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının mükаfаtı



    Firuz Mustafanın
    Azərbaycan teatrlarında tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):


    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı (“Musiqili məktublar”)
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “İfritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • “Safari”- Tədris Teatrı
    • “Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Müqəvva”- (festival üçün)- Azərbaycan Dövlət Akademik Rus dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Adsız” (rusca)- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)

    Firuz Mustafanın
    xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Trabzon Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)


    Firuz Mustafanın elmi və bədii əsərləri
    (biblioqrafiya)


    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)


    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” - (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Məruzə”.Bioqrafiya.Biblioqrafiya (“Renessans-A” nəşriyyarı, 2024)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    *Seçilmiş əsərləri (40 cilddə) (“Ekoprint”) nəşriyyatı, 2018)

    *“Gündəliklər” (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2024)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)


    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)
    •
    İngiliscə kitabları:
    • “A sea nomad” (Dəniz köçü”). povest- (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend” (“Kəhrəba, sadiq dost) - (“Elm fondu”nun nəşri, 1997)
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram. (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)

    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada nəşr olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)

    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    “Amazon”da dərc edilən və yayınlanan kitabları
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram- (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)


    Firuz Mustafaya
    həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)

    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu)
    (2012)

    • Sabir Bəşirov. “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)

    • Babək Qurbanov. "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)

    *Firuz Mustafanın yaradıcılığına həsr edilmiş monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)




























    Firuz Mustafa
    PYESLƏR

    Üçüncü cild

    (Altı cilddə)

    Bakı.2026. səh.,520
    Kitabın redaktoru, korrektoru və yığıcısı:
    F.Q.Mustafayev
    Dizayn: Aqşın Mustafa
    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmail.com
    Tel.:+994 50 413 3572
    “Füyuzat” nəşriyyatı.2026

    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)
    BAKI-2026


  • sentyabr 2026, Firuz M.

  • 128
Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Adamın kölgəsi

Tural İsmayılov

Bir səhər bir adam oyandı və gördü ki, kölgəsi yoxdur. Əvvəlcə qorxdu. Sonra güzgüyə baxdı. Hər şey qaydasında idi. Üzü, əlləri, ayaqları yerindəydi. Sadəcə kölgəsi......

Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......