...
  • Pyeslər. 2-ci cild
  • Firuz Mustafa



  • Firuz Mustafa



    PYESLƏR

    2-ci cild










    Altı cilddə









    BAKI-2026


    Firuz Mustafa Pyeslər. 2-ci cild

    Firuz Mustafa

    PYESLƏR

    2-ci cild

    Altı cilddə

    Təqdim edilən kitaba
    Firuz Mustafanın
    seçilmiş dram əsərləri daxil edilmişdir.
    Həmin pyeslərin əksəriyyəti teatrlarda tamaşaya qoyulmuş,
    uğurlu səhnə taleyi yaşamışdır.
    Tanınmış yazıçının pyeslərinin personajları
    müxtəlif xarakter və dünyagörüşə malik insanlardır.
    Onların arasında qalib və məğlub, üsyankar və dinc, qorxmaz və qorxaq, optimist və pessimist, müdrik və cahil... tiplər az deyildir.
    Yəni bu əsərlərdə hər şey, daha doğrusu
    çox şey, həyatda olduğu kimidir.

    Redaktor: Fazil N. Mustafayev
    Bədii tərtibatçı: Aqşin Mustafa

    Firuz Mustafa.Pyeslər.,490 səh.
    ISBN 978-9952-37-245-8


    “Füyuzat” nəşriyyatı.2026
    ©Firuz Mustafa.2026

    BAKI-2026






    M Ü N D Ə R İ C A T


    Sehrbaz s.04
    Adsız s.51
    Ayı təbəssümü s.100
    Zaman s.153
    Qəfəs s.212
    Su pərisi s.267
    “Amazonka” və yaxud Tarixin o biri üzü s.342
    Safari və ya Aslan ovu s.395

    Firuz Mustafanın qısa bioqrafiya və biblioqrafiya s.479














    SEHRBAZ

    İki hissəli dram-seans


    İŞTİRAKÇILAR:

    KİŞİ
    ŞƏHLA
    SAMİT
    AYSU
    TAMAŞAÇILAR




    I HİSSƏ


    Təntənəli simfonik musiqinin müşayiəti altında pərdə qalxır. Məkan abstrakt təsir bağışlasa da, səhnədəki bəzi dəqiq detallar nəzəri cəlb edir: arxa planda royal, yan tərəflərdə (sağ və solda) sönmüş məşəllər görünür. Bir-biri ilə kəsişən, çarpazlaşan işıq zolaqları bir növ hallüsüniativ mənzərə yaradır. Projektor şüaları tədricən bir nöqtədə kəsişir. Və həmin kəsişmə nöqtəsində ucaboy, iri şlyapalı, qara mantiyalı KİŞİ ayaq üstə dayanıb. O, əlində tutduğu par-par yanan metal çubuğu tez-tez havada yellədir. Kişi hələlik üzü səhnənin dərinliyinə (arxası tamaşaçı zalına) tərəh dayanıb. O, sanki dirijorluq edir, səhnənin dərinliyində ifa olunan musiqinin ritmini tənzimləyir, onu müəyyən bir axara salır. Ümumiyyətlə, tamaşa boyu musiqidən geniş istifadə olunur.
    (Yeri gəlmişkən qeyd etmək lazımdır ki, əsərdəki Kişi obrazı poetik mətnlə danışır, onun çıxışında qafiyə olmasa da, heca və vəzn prinsipi ciddi qorunur).
    Bunu da nəzərə almaq lazımdır ki, “diriyorluq” edən Kişi təkcə səhnədəki iştirakçıları yox, habelə zaldakıları da tamaşa boyu gipnozçu (ekstrasens, maq və ya telepat) təsiri altında saxlamağa çalışır.
    Repreduktordan elan eşidilir: “Diqqət! Diqqət! Bugünkü seansda siz öz keçmişinizə - uşaqlığınıza və gəncliyinizə qayıdacaq, o şirin, unudulmaz çağları bir daha yaşayacaqsınız. Biz sizin hamınıza xoş istirahət arzulayırıq!”.
    Elan səsləndirilən zaman Kişi əl-qolunun hərəkətini müvəqqəti ləngidərək sönmüş məşəllərdən birinə (soldakına) yaxınlaşır, onu alışdırır və geri-geri addımlayıb şölələnən alova baxır.
    Zalda səs-küy, canlanma hiss olunur.

    TAMAŞAÇILAR (zaldan):
    - Biz buraya nə üçün gəlmişik?
    - Camaat, bir sakit olun! Bura bazar deyil, axı!
    - Amma musiqiyə söz yoxdur ha! Qulaq asın!
    - O, niyə üzünü o tərəfə - divara çevirib?..
    - Çünki o, bizi keçmişə aparır. Ha-ha-ha…

    Musiqinin melodiyası tədricən dəyişir. Ağ kostyumlu, qara mantiyalı Kişi qəfildən dabanı üstə geri fırlanıb üzünü zala tərəh tutur; onun alnına sarı dartılmış çatma qaşları, uzun kirpikləri, çənəsinə doğru uzanmış qalın birçəyi (bakenbortu), zəhmli gözləri diqqəti çəkir. Onun danışıq və hərəkətləri sehrbazı, foksçunu və ya ekstrasensi xatırladır. Kişi çubuğu havada ahəstəcə yellədir. Əvvəlcə zaldakı ayrı-ayrı adamlar, sonra isə az qala bütün zal əhli musiqinin ritminə uyğun olaraq tərpənməyə, sağa-sola doğru yellənib yırğalanmağa başlayır. İndi sanki orkestr səhnədə yox, zalda çalır və Kişi musiqiçiləri (əslində isə tamaşaçıları) “idarə” edir. Kişi əlindəki çubuğu havada oynada-oynada ehmal, asta, yumşaq addımlarla səhnənin önünə gəlir.

    KİŞİ: - Siz o çay səsini eşidirsizmi?
    Sizin saçınızı oxşayırmı meh?
    Heç nə eşitmirsiz? Çox qəribədir!
    Yumun gözünüzü... Bax belə, bu cür.
    (Başını arxaya doğru əyib, gözlərini yumur).
    Aha, indi necə? Eşidirsizmi?
    (Gözünü açır).
    Ehey, sən nə üçün gülürsən orda?
    Bəli, səninləyəm, alagöz xanım!
    (Çubuğu irəli uzadır).
    Gözünün rənginin görürəm burdan.
    Ey, sən də sakit ol, ərköyün oğlan!
    O üzün görünür sənin bu üzdən...
    Anam, bacım, siz də səbrli olun.
    Elə siz də susun atam, qardaşım.
    (Dua oxuyurmuş kimi pıçıltıyla danışır).
    Hamınız, hamınız dincəlin bir az,
    Heç nə yük olmasın qoy başınıza.
    Hər şeyi unudun, unudun getsin...
    (Sürətlə danışır).
    Qoy hamı tək qalsın özü-özüylə.
    İndi burda kim var? - Bir mən, bir də siz.
    Bax belə, bax belə... Sakitləşdiniz...
    Sizinçün oxuyur indi o çay da,
    Sizə nəğmə deyir o meh, o külək...
    İndi biz şənlənək, sevinək, gülək.
    İndi ürəyiniz gül kimi açır,
    İndi su çilənir əsəbinizə,
    Təravət tökülür üz-gözünüzdən.
    Burda bizdən başqa bir kimsə yoxdur.
    Bir mənəm, bir də siz, bir də ki... ruhlar.
    (Asta templə danışır).
    Bəli, qərib ruhlar dolaşır burda,
    Bir vaxt o ruhlarla yaşamışıq biz,
    O ruhlar yaşadıb bir zaman bizi,
    Sonra tərk ediblər bədənimizi.
    İndi aramızda ruhsuz bədən var, -
    Bədənsiz ruhlar da az deyil, bəli.
    Ah, ruhsuz bədənlər, bədənsiz ruhlar!..
    (Pauza).
    Açın gözünüzü siz yavaş-yavaş.
    Bax belə, bax belə... Heç tələsməyin.
    Siz indi diqqətlə seyr edin məni.
    Aha, sən nə üçün qəmlisən, dostum?
    (Çubuğu irəli uzadır).
    Bəli, səninləyəm... Niyə susursan?..

    TAMAŞAÇILAR (zaldan):
    - Sən kimi deyirsən?
    - Sən kimsən? Cadugər? Sehrbaz? Falçı?..
    SAMİT (zaldan): - Deyəsən, siz mənə işarə edirsiniz.
    KİŞİ: - Bəli, səninləyəm, düz buyurursan.
    SAMİT (zaldan): - Soruşursunuz ki, niyə qəmliyəm, hə? Sadəcə olaraq başım ağrıyır.
    KİŞİ: - Yaxın gəl, qoy ölçüm hərarətini.

    Samit iti addımlarla səhnəyə qalxır. Melodiya dəyişir...

    SAMİT: - Hə, gəldim. Bu da mən.
    KİŞİ: - Bax, mənim üzümə diqqətlə bax sən,
    Qəlbindən keçəni oxuyum indi.
    SAMİT: - Siz doğrudan adamları öz keçmişinə qaytara bilirsiniz, yoxsa?..
    KİŞİ: - Yoxsa inanmırsan mənə, əzizim?
    SAMİT: - Yox... Niyə ki?.. İnanıram.

    Kişi çubuğu ehmallıca Samitin kürəyinə, sinəsinə sürtür, onun başı üstündə fırladır, diqqətlə onu süzür.

    KİŞİ: - Görürəm, görürəm, əzab çəkirsən,
    Demək, dərk edirsən günahlarını.
    SAMİT: - Nə günah?.. Mənim günahlarım yoxdur. Amma, təbii ki, adi bir insan kimi səhvlərim olub. Bir də ki, xahiş edirəm, mənimlə bu tonda danışmayın!
    KİŞİ: - Bura bax... Eləsə mənə qulaq as...
    Əlini irəli uzat görüm bir...

    Samit əlini Kişiyə sarı uzadır.

    SAMİT: - Hə, bu da əllərim. (Gülür). Bəlkə ovcuma baxıb alın yazımı oxumaq istəyirsən?
    KİŞİ: - Heç nə deyəmmərəm gələcək haqda,-
    Allahın işinə qarışmırım mən.
    Amma söz açaram mən keçmişindən.
    SAMİT: - Keçmişim barədə? (Gülür). Ha-ha-ha!.. Bəlkə bunu gələcəyə saxlayaq?
    KİŞİ: - “Gələcək” nə üçün?.. Bax, elə indi -
    Səni görüşdürüm öz keçmişinlə.
    Kimi istəyirsən çağır yanına,
    Nəyi istəyirsən yaşa onunla.
    SAMİT (getmək istəyir): - Yox... Mən heç nə istəmirəm... İcazə verin...
    KİŞİ: - Dayan! Sən heç yerə getməyəcəksən! (Qətiyyətlə).
    Bəs onda nə üçün gəlmisən bura?
    Bura gələnlərin bil ki, hər biri
    Görüşmək istəyir öz keçmişiylə!
    SAMİT (qorxa-qorxa ayaq saxlayır): - Mən... Mən... Mən özümü yaxşı hiss etmirəm.
    KİŞİ: - İndi kim özünü yaxşı hiss edir?
    (Üzünü zala tutur).
    İçini yeyirsə şübhə qurd kimi,
    Rəzalət qoynunda vurnuxursansa,
    Şəhvətin, şöhrətin əsirisənsə,
    Sənə hakimdirsə riya, paxıllıq-
    Özünü sən necə hiss etməlisən?
    (Samitə doğru çevrilir).
    Heç yerə tələsmə, hörmətli adam,
    Yaxşısı budur ki, özündən danış.
    SAMİT: - Nə danışım özümdən? Mənim peşəm, sənətim eldir ki...
    KİŞİ: - Mən səhv etmirəmsə, sən həkimsən, hə?
    SAMİT: - Elədir. Düz buyurursunuz. Siz bunu nədən, haradan bilirsiniz?.. Bəlkə biz tanışıq. (Pauza). Yox, deyəsən sizi ilk dəhədir ki, görürəm... Hə, deməli belə; mən öz sənətimlə, öz peşəmlə əlaqədar müxtəlih insanlara yardım göstərməli oluram. Həyatımda nə qədər xəstələr görmüşəm! Bə’zən heç göstərilən tə’cili yardımın, ciddi müalicənin də xeyri olmayıb.
    KİŞİ: - Yəni o xəstələr sağ qalmayıblar?..
    SAMİT: - Bəli, bu cür hallar da olub. Mən bunu gizlətmirəm ki...
    KİŞİ: - Bax bunlardan danış, mümkünsə əgər...
    SAMİT: - Necə yəni “bunlardan” danışım? Nədən? Xəstələrdən? Xəstəliklərdən?
    KİŞİ: - Yox, yox, ölənlərdən, möhtərəm həkim...
    SAMİT: - Ölənlərdən? Ölünün nəyindən danışmaq olar?.. Yoxsa siz “günah” deyərkən həkimlərin heç də hamıya şəha verə bilmədiyini nəzərdə tutursunuz. Hər bir insanın əvvəli və sonu olur. İnsan günlərin bir günü xəstələnir, yatağa düşür və istər-istəməz həkimə müraciət etməli olur. Bəs həkimin borcu nədən ibarətdir? Təbii ki, xəstəni müalicə etməkdən. Amma elə xəstə olur ki, sağalmır. Onda həkim neyləsin?
    KİŞİ: - Söhbət başqa şeydən gedir, əzizim.
    Sən deyən xəstələr qalsın sonraya...
    SAMİT: - Bəs siz nəyi, kimi soruşursunuz? Mən heç nə anlamıram.
    KİŞİ: - Doğrudur, insanlar ölür nə vaxtsa;
    Bəziləri ölür öz əcəliylə.
    Amma bəzisini.
    (Pauza)
    ... sən öldürmüsən.
    SAMİT: - Xahiş edirəm, məni şərə, böhtana salmayın. (Getmək istəyir).
    KİŞİ: - Dayan! Sən heç yerə getməyəcəksən!..
    Getsən də - keçmişə gedə bilərsən...
    SAMİT: - Nə “keçmiş” - “keçmiş” salmısınız? Açıq deyin görüm, siz məndən nə istəyirsiniz?..
    KİŞİ: - Mən nə istəyirəm? Tək həqiqəti!..
    SAMİT: - Nə həqiqətbazlıqdır? Bir də ki, siz kimsiniz? Hakim, müstəntiq, yoxsa ki, xəstə?
    KİŞİ: - Sən mənə sual yox, həkim, cavab ver:
    Diri ölülərdən danış bizlərə.
    Ölü uşaqların “diri” qalması,
    Diri uşaqların öldürülməsi,
    Bütün bunlar haqda danış, əzizim!
    Hə, niyə susursan?.. Eşidirəm mən...
    SAMİT: - Vallah, mən bunun dediklərindən heç nə anlamıram. Nə ölü, nə diri? Mən adi bir həkiməm və öz borcumu daim vicdanla yerinə yetirirəm. (Zala). Bu adam deyəsən şarlatandır!
    KİŞİ (asta səslə): -
    Sakit ol, sakit ol, qeyzlənmə gəl.
    Bir az səbrli ol, çıxma özündən.
    Sirr kimi qalmayır dünyada bir sirr.
    Elə gün gəlir ki, sirr pərdəsini
    Sirlərin üstündən götürür tanrı;
    Onda çılpaq qalır sirlər, əzizim,
    Təzəcə doğulan körpə uşaq tək...
    (Səsinin tonunu tədricən qaldırır).
    Burda ölülər də, dirilər də var.
    Rica eləyirəm, səs-küy salmayın...

    Əlindəki çubuğu zala doğru uzadıb gözlərini yumur. Danışdıqca avazı get-gedə yüksəlir. Səslənən musiqi melodiyası onun səs tembrini müşayiət edir.

    Yumun gözünüzü siz də mənim tək;
    Hər kəs xatırlasın öz keçmişini:
    Dünyanı nə vaxtdan dərk edirsiniz?
    (Əlini zalda əyləşən qadına sarı uzadır).
    Məsələn, üzümü sənə tuturam:
    İlk dəhə gördüyün sifət kimindir?
    İlk dəhə hansı söz qonub dilinə?
    Di yum gözlərini, bir xəyala dal.
    (Əlindən çubuğu pianinonun üstünə qoyur).
    Aha, eşidirsən o səsi indi!
    İndi o sifəti aydın seçirsən!
    (Yanan məşəli götürür).
    Ordan – uşaqlıqdan bir ağ yol keçir,
    (Qadına işarə ilə).
    Sən o bəyaz yolla üzübəri gəl.
    Hə, bir az da gəlsən yollar ayrılar;
    Bir yol sağa gedər, bir yolsa sola.
    Sən elə sağ yolla hərəkət elə...
    Bax belə, bax belə...sən o yoldasan...
    O yol gəncliyinə aparır səni.
    Hələ bu gününə - qocalığına
    Çox qalıb, əzizim, çox qalıb sənin.
    Sən öz gəncliyində bir ayaq saxla,
    (Məşəli qadına sarı tutur).

    Bir azca nəfəs dər, bir azca dincəl.
    İndi o işıqla-gənclik yoluyla.
    Gedirsən, gedirsən sən yavaş-yavaş.
    Hamı öz ömrünə diqqət eləyir,
    Hamı keçmişinə qayıdır indi.
    Qoy ölü sükutla barışsın hamı,
    Qoy öz keçmişiylə danışsın hamı.
    (Məşəl işığında sanki keçmişə “yol” axtarır).

    Sənsə gəl söhbət aç öz taleyindən,
    Sirlərin üstündən götür pərdəni.
    (Səsinin tonu get-gedə daha da yüksəlir).

    İndi həqiqətə tapınsın hamı,
    Hər kəs öz-özünə
    hesabat versin!
    Yalanı, riyanı çarmıxa çəkin!
    Həqiqət önündə gəlin diz çökün!
    Sizin içinizi didən yalandı,
    Sizi tərki-dünya edən yalandı!
    Əgər o yalandan xilas olsanız,
    İnanın, əbədi yaşayarsınız!..
    (Zaldakı qadına işarə ilə).

    Niyə duruxursan, niyə susursan?
    Nə üçün tərəddüd
    eləyirsən sən?
    Sən o sifətləri aydın seçirsən?
    Aydın eşidirsən sən o səsləri?..
    Eləsə ləngimə, indi gəl bəri...
    Sağ yolla - işıqla sən get irəli...

    Kişi məşəli yerinə qoyub çubuğu götürür.

    Musiqi Kişinin avaz və hərəkətinə uyğun olaraq gurlaşır. Zaldakı qadın - ŞƏHLA döyükə-döyükə, ətrafına boylana-boylana, tərəddüdlə ayağa durur, əvvəlcə inamsız - asta, daha sonra qəti-iti addımlarla səhnəyə çıxır, Kişiyə yaxınlaşır. Qadın təəccüblə Samitə baxır. Kişi cəld çevrilərək üzünü səhnənin dərinliyinə tutub (arxası zala sarı dayanaraq), əlindəki çubuğu əsəbi halda yellədir, sanki orkestri idarə edir; səslənən melodiya “nizamlanır”. Sonra Kişi yenə eyni qaydada - cəld bir halda dabanı üstə geri hırlanıb hər iki əlini irəli uzadaraq zalı “idarə edir”.
    Musiqi qəfildən susur.
    Sanki qadın boşluğa - vakuuma düşür. Sonra astaca səslənməyə başlayan həzin melodiya sanki qadını qanadlarına alaraq uzaqlara aparır. Zaldakıların əksəriyyəti melodiyanın axarına uyğun olaraq astaca ləngərlənir. Qadın gözlərini yumub ayaqüstəcə düşüncələrə dalır. İndi Kişi bir əlindəki çubuqla zalı “idarə edir”, o biri əlini qadının çiyninə qoyur. Sonra Kişi əlini ehmallıca qadının - Şəhlanın çiynindən götürüb Samitin çiyninə qoyur. Samit də gözlərini yumur; onun üz-gözündən hiss olunur ki, psixoloyi gərginlik keçirir. Musiqinin səsi iştirakçıların hamısını cəzb edir, öz “arxasınca” çəkib aparır. Daha sonra Kişi əlini Samitin çiynindən götürür və yavaşca dalı-dalı çəkilir. O, bu hərəkəti ilə meydanı - səhnəni Şəhla və Samitə təhvil verdiyini bildirmək istəyir. İştirakçılar sanki onları (tədricən) yuxuya verən, düşüncələrə qərq edən musiqinin sehrli cazibəsindən silkinib çıxır, təəccüblə ətraha baxırlar. Şəhla və Samit bir-birlərini sınayıcı nəzərlərlə süzürlər. Arxaya doğru çəkilmiş Kişi dodaqaltı nəsə pıçıldayır, əllərini havada-boşluqda yüngülcə yellədir; o, sanki ya sehrli bir dua oxuyur, ya da sehrbazlıq, cadugərlik eləyir. Sonra Kişi irəli çıxıb Samitlə Şəhlanın arasında dayanır; sanki onların arasında görünməz əlaqə-kontakt yaradır. Samitlə Şəhlanın sihətinin ihadəsi dəyişir: indi onlar yad adamlardan daha çox, bir-birindən küsmüş köhnə tanışlara bənzəyirlər. Kişinin üzünə hiylə, məkr qarışıq bir təbəssüm qonur və o, yüngülcə tə’zim edərək yenə səhnənin dərinliyinə çəkilir; o, elə bil bununla (işarə edib) bildirmək istəyir ki, ikilikdə qalıb danışa bilərsiniz, sizə mane olan heç nə, heç kəs yoxdur.

    ŞƏHLA: - Deyəsən, yavaş-yavaş xatırlamağa başlayıram... Elə bil beynimdən ağ bir işıq zolağı keçir. O, ağ yoldur. O yolla bir qadın irəliləyir. Tək-tənha... Odur, o qadın üzü bəri gəlir. (Əli ilə başını tutur). Aman Allah, o qadın mən özüməm ki... Bu, yuxu deyil ki, görəsən? (Gözlərini yumub-açır). Bəlkə də bu, yuxu içində yuxudur?..
    SAMİT: - İndi falabaxanların, cadugərlərin sayı o qədər artıb ki, gəl görəsən. Ta xəstələr həkim yanına yox, fırıldaqçı rəmmalların yanına gedirlər.
    ŞƏHLA (sanki öz-özünə danışır): - Odur, mənə bir kişi yaxınlaşır. Əllərini irəli uzadır, mənə sarı. Məni boğmaq istəyir... (Diqqətlə Samitə baxır). O kişi sənsən!
    SAMİT: - Xahiş edirəm məni bu oyuna qatmayın, bacı!..
    ŞƏHLA: - Sən məni öldürmək istəyirsən!.. Əlini çək!
    SAMİT: - Mən?.. Mənim sizinlə nə işim?.. Məndən aralı durun, məni şərə salmayın!..
    ŞƏHLA: - Sənin adın Samitdir! Bəlkə səhv deyirəm?..
    SAMİT: - Nə?.. Hə, lap tutaq ki, adım Samitdir! Nə olsun ki?..

    Bütün bu dialoq zamanı və, ümumiyyətlə, əsər boyu aramsız “diriyorluq” edən Kişi ehmallıca Samitə yaxınlaşır, əlini onun başı üzərində yelləyir; sanki beləliklə onun itmiş yaddaşını “bərpa” edir. Samit qorxa-qorxa, acizanə halda başını yerə dikir, sanki o, “sehrli” əlin hərəktlərinə tabe olur.

    ŞƏHLA: - Bəs mənim adım?..
    SAMİT: - Tutaq ki, sizin adınız Şəhladır... Şəhla... Hə... Nə olsun ki?..

    Kişi geri çəkilir. Çubuğu küncdəki pianonun üstünə qoyub hər iki əlini irəli - zala sarı uzadır, işarə ilə melodiyanı “dəyişir” və beləliklə sanki gərgin, inilti dolu musiqi sədası altında xəyala dalmış iştirakçı və tamaşaçıları keçmişə - hər kəsi öz yaddaşının dərinliyinə çəkib aparır. Samit və Şəhla üz-üzə dayanır.

    ŞƏHLA: - Doğrudanmı sən vaxtilə bu cür cinayətə əl qatmısan?..
    SAMİT: - Bu da təzə xəbərdir? Sizin adınız həqiqətən Şəhladır? Mən elə-belə ixtiyari bir ad dedim, o da tərs kimi, düz çıxdı. Bacı, xahiş edirəm mənim təmiz adıma ləkə yaxmayın, imicimə zərbə vurmayın!.. Mən həkiməm, öz pasientlərim, xəstələrim var, onların yanında mənə qarşı antitəbliğat kompaniyası aparmayın!.. Xahiş edirəm!..
    ŞƏHLA: - Sən qatilsən!
    SAMİT: - Nə? Qatil? Mən?..
    ŞƏHLA: - Bəli, qatil! Sən mənim körpəmin qatilisən!..
    SAMİT: - Bu, nə provokasiyadır? Bu, nə böhtandır?.. (Qışqırır). Əl çəkin mənim yaxamdan! Sizin kimilərini çox görmüşəm. (Kişiyə). Ay kişi, ay adam balası, məndən nə istəyirsiniz?..

    Kişi onu eşitmirmiş kimi, çubuğu sakitcə pianonun üstündən götürüb üzünü səhnənin dərinliyinə sarı çevirərək görünməyən “orkestri” idarə edir. Samit və Şəhla əks istiqamətlərə doğru üz tuturlar. Onlar asta, yumşaq addımlarla çıxır və az sonra yenə eyni yerişlə səhnəyə qayıdırlar; amma indi onların geyimindəki müəyyən hərq nəzərə çarpır: Samit ağ xalatdadır, başında ağ rəngli beret var. Şəhla yüngül yay geyimindədir. Hiss olunur ki, onlar keçmişə “qayıdıblar”. hər ikisinin nisbətən gənc olduğu da diqqəti çəkir.

    ŞƏHLA: - Həkim... Həkim...
    SAMİT: - Siz yenə gəlmisiz?.. Xahiş edirəm, məndən əl çəkin. Axı, mən hər şeyi sizə izah etdim.
    ŞƏHLA: - Mən öz körpəmin səsini eşidirəm. O səs bir an da olsun qulağımdan çəkilmir, həkim...
    SAMİT: - Nə olsun ki?.. Mənim də qulağıma çoxlu səslər gəlir və yaxud gələ bilər...
    ŞƏHLA: - Həkim, bir mənə qulaq as. Mənə elə gəlir ki, körpəm sağdır. O, indi nalə çəkir, haray qoparır.
    SAMİT: - Bəzən mənə də elə gəlir ki, çoxdan ölmüşəm... Nə olsun ki?..
    ŞƏHLA (heyrətlə ona baxır): - Necə yəni çoxdan ölmüsən?.. Siz... Siz... Sən... Sən ki, sağsan!
    SAMİT: - Bax, görürsüzmü?.. Sizin uşaq da çoxdan ölüb, amma sizə elə gəlir ki, o, sağdır. Bəzən adama hər şey tərsinə görünür.
    ŞƏHLA: - Yox, yox!.. Onun çöhrəsi bir an da olsun gözümün qarşısından çəkilmir. Onun körpə təbəssümü, totuq əlləri, üzü, gözü.. Hələ dodağından qopan “ana” kəlməsi... O səs...
    SAMİT: - O, nə tez “ana” deməyə başlayıb?.. Sizin xəstəxanadan çıxdığınız cəmi bir neçə gündür.
    ŞƏHLA: - Mənə elə gəlir ki...
    SAMİT: - Hə, sizə elə gəlir... Bura baxın... Neçə gündür ki, bura gəlib-gedir, hər dəhə də eyni şeyi təkrarlayırsınız. Eşidib-görən elə zənn edər ki, siz doğrudan da nədəsə haqlısınız.
    ŞƏHLA: - Mən öz ana ürəyimə etibar edirəm.
    SAMİT: - Siz canlı adama inanmırsınız, amma mücərrəd bir şeyə, ürəyə, qulağa, ta nə bilim nəyə, nəyə... etibar edirsiniz. Açığını deyim ki, sizin hərəkətləriniz məndə müyyən şübhələr doğurur.
    ŞƏHLA: - Sən nədən şübhələnirsən, həkim?
    SAMİT: - Sizin mühakimə və hərəkətlərinizdən... Mən sizə neçə dəhə demişəm və dediklərimi yenə təkrar etməyə məcburam: körpə doğuşdan az sonra öldü... Sizin körpəniz...
    ŞƏHLA: - Axı, mən onun qışqırtısını eşitmədim.
    SAMİT (gülür): - Ha-ha-ha... Bəyəm qışqıran ölmür? Bə’zən ən sağlam insan da bir anın içində, bir göz qırpımında dünyasını dəyişir. İnsan var idi, indi isə yoxdur! Dünyanın öz məntiqi var...
    ŞƏHLA: - Mən hər şeyi yuxu kimi xatırlayıram. Sən körpəni tutdun sonra o, qışqırdı...
    SAMİT: - Yenə də “qışqırıq”?
    ŞƏHLA: - Bəli, o qışqırırdı. Onun səsi hələ qulaqlarımdan çəkilməyib...
    SAMİT: - Yenə “səs”, yenə “qulaq”?..
    ŞƏHLA: - Həmin gecə bizim palatada təkcə sən qalmışdın. (Sanki onu eşitmir). Halbuki...
    SAMİT: - Nə olsun ki?.. “Sən qalmışdın...”
    ŞƏHLA: - ...halbuki o vaxtacan palatada həmişə iki həkim olurdu.
    SAMİT: - Bəyəm bunun sizə bir dəxli var?
    ŞƏHLA: -...mənim yanıma qonşu palatadan bir qadın gətirdiniz.
    SAMİT: - Yaxşı ki, kişi gətirməmişəm...
    ŞƏHLA: - ...əvvəlcə mənim ağrılarım başladı...
    SAMİT: - Paho! İşə düşmədik?!
    ŞƏHLA: - ... sonra qonşu çarpayıdakı qadının...
    SAMİT: - Sözünüzün canı nədir?
    ŞƏHLA: - ... sonra mən o körpə qışqırtısını qonşu çarpayıdan eşitdim.
    SAMİT: - Yenə də “qışqırtı”? Yəqin ki, sonra ortaya yenə “səs”, yenə “qulaq” gələcək?
    ŞƏHLA - ...qonşu çarpayıdan qopan səsin sədası yenə mənim qulağımdadır. O, mənim körpəmin səsiydi...
    SAMİT: - Deyirəm də... (Əlini yellədir). “Qışqırıq”, “səs”, “qulaq”... Siz məni əsəbiləşdirirsiniz.
    ŞƏHLA: - ...amma az sonra sən mənə dedin ki...
    SAMİT: - ... “sizin körpəniz ölüb”.
    ŞƏHLA: - ... “sizin körpəniz ölüb”... Bəli, belə dedin...
    SAMİT: - Bəli, dedim! Bəs nə deyəydim? Yox, bəlkə deyəydim ki, o, diridir?..
    ŞƏHLA: - ...amma qonşuluqdakı qadının çarpayısından...
    SAMİT: - ... “körpə səsi gəlirdi”. Hə?.. Elədirmi?..
    ŞƏHLA: - ...körpə səsi gəlirdi. Amma mənim...
    SAMİT: - ... “amma mənim körpəm ölmüşdü”. Eləmi?
    ŞƏHLA: - ...“ölmüşdü”... “ölmüşdü”...
    SAMİT: - ... “ölmüşdü”. Bəli, bəli, ölmüşdü!..
    ŞƏHLA: - Mən dedim: “Yox, ola bilməz”! Bu, yalandır!

    Kişi qəhildən çevrilib üzünü zala tərəh tutur, əlindəki çubuğu kəskin şəkildə havada oynadır. Onun özünün və əlindəki çubuğun hərəktinə uyğun olaraq səslənən musiqinin melodiyası da kəskin şəkildə dəyişir. Fonoqramda əvvəlcə körpə qışqırtısı eşidilir: “inqa-a-a-a-a-a-a!” Sonra kişinin əks-səda verən səsi: “Sizin körpəniz ölüb... Körpəniz ölüb... €lüb... ölüb...” Sonra qadın səsi eşidilir. O səs də əks-səda verir: “Mənim körpəm ölüb?.. Körpəm ölüb? Ölüb?.. Ölüb? Yox, ola bilməz! Ola bilməz! Bilməz!” Əks-səda verən bu dialoq bir neçə dəhə təkrarlanır. Və lap sonda Şəhlanın dilindən qopan: “Ola bilməz!” - nidası eşidilir. Şəhla sanki isterika vəziyyətində səhnənin önünə gəlib qışqırır.

    ŞƏHLA: - Ola bilməz!

    Samit heyrətlə ona baxıb dalı-dalı çəkilir.

    SAMİT: - Sakit olun!..
    ŞƏHLA: - Ola bilməz! İnanmıram!..

    Şəhla Samitin üstünə yeriyir. Samit dalı-dalı çəkilir, sonra addımlarını sür’ətləndirib səhnədən çıxır. Şəhla əvvəlcə onun arxasınca gedir, sonra ani ayaq saxlayıb, istiqamətini dəyişir, əks tərəhə üz tutur. Səhnədə bir müddət tək qalan Kişi qollarını qanad kimi yana açaraq iha edilən musiqini “tənzimləyir”, sanki zala layla çalır. Az sonra Şəhla və Samit əks tərəhlərdən gəlirlər; indi onlar ilk gəlişdə olan əlbəsədə - indiki, nisbətən yaşlı dövrün qiyahəsində qayıdırlar. Kişi onları görmürmüş kimi öz “dirijorluğunu” davam etdirir.
    Uşaq səsi - qışqırtı eşidilir: “inqa-a-a-a-a...”

    ŞƏHLA: - Aman Allah, mən yenə o səsi eşidirəm!
    SAMİT: - Hansı səsi?..
    ŞƏHLA (dinləyir): - S-s-s... Sakit ol! Bu, mənim körpəmin səsidir...
    SAMİT: - Yenə “səs”?.. Yenə “körpə”?.. Birçəyiniz ağarıb, amma yenə...
    ŞƏHLA: - O, buradadır! Mənim balam haradasa lap yaxınlıqdadır. Mən anayam... Ana ürəyi heç vaxt yanılmaz... Bu ötən illər ərzində mən hər gün onun haqqında düşünmüşəm. O, ölməyib! O, sağdır! Mən buna yüz haiz, min haiz əminəm.
    SAMİT: - Faizin dozasını bir az çoxaldırsınız...
    ŞƏHLA: - Mənə gülürsən?..
    SAMİT: - Yox... Allah eləməsin... Yox...
    ŞƏHLA: - Sakit ol... Sakit... Qoy qulaq asım...

    Kişi səhnənin önünə gəlib əlindəki çubuğu irəli uzadır. Musiqinin ritminə uyğun olaraq başını-bədənini yellədir, dodaqlarını dua oxuyurmuş kimi tərpədir. Sanki zalda əyləşənlər də onun hərəkətlərini təqlid edir. Şəhla həyəcanla boşluğa sarı - sanki eşitdiyi qaibanə səsin ardıyca gedir və səhnəni tərk edir. Zaldakı tamaşaçılardan biri, yaraşıqlı paltarda olan qız - AYSU ayağa duraraq qu quşu kimi süzə-süzə, sanki boşluqda uça-uça səhnəyə qalxır. Kişi sakitcə Şəhla gedən səmtə üz tutur, gözdən itir. Samit və Aysu üz-üzə dayanırlar. Hüznlü musiqi sədası. Samit heyrətlə qızı - Aysunu süzür.

    SAMİT: - Aysu?.. Sənsən? Sən haradan gəlib çıxdın?
    AYSU: - Haradan gələsiyəm ki? (Gülür). Bəyəm məni görməyiniz sizi belə narahat edir?
    SAMİT: - Yox... Niyə ki?.. Sadəcə olaraq, mən istəməzdim ki, bizi birlikdə görsünlər...
    AYSU: - Görürlər, görsünlər... Bunun mənə elə bir isti-soyuğu yoxdur...
    SAMİT: - Aysu... Qulaq as... Axı, mən sənə hər şeyi izah etmişəm. Sən ki, uşaq deyilsən.
    AYSU: - Doğru buyurursuz: mən artıq uşaq deyiləm...
    SAMİT: - Mən isə artıq gənc deyiləm. Saç-saqqalım ağarıb, üstümdən zamanın qara küləkləri əsib keçib.
    AYSU: - Qara küləklər niyə?.. Əgər əsibsə də, o, bəyaz külək olub. Elə üz-gözünüzdə də həmin küləyin izi qalıb: ağappaq, bəmbəyaz. (Gülür). Tərs kimi, mən də bəyaz rəngi sevirəm.
    SAMİT: - Qulaq as, Aysu. Mən ailəli adamam. Sən ki, bunu yaxşı bilirsən.
    AYSU: - Ailəlisiniz?.. Sizə yalan danışmaq yaraşmaz. Arvadınız sizdən çoxdan ayrılıb! Mən hər şeyi öyrənmişəm.
    SAMİT: - Mənim böyük övladım az qala səninlə yaşıddır.
    AYSU: - Nə olsun ki? Bəyəm bütün bunların mənə bir dəxli var?.. Siz məni ölümün pəncəsindən qurtarmısız. Deməli, mənim xilaskarım sizsiz... sənsən... Bura baxın, mən sizə “sən” - desəm inciməzsiz ki?
    SAMİT: - Necə istəyirsən elə o cür də de... Amma...
    AYSU: - Hə, lap yaxşı. Elə isə qulaq as, Samit... Bu dünyada yəqin ki, hər bir kəsin nəyisə istəmək, kimisə sevmək hüququ var, elə deyilmi?.. (Pauza). Bəlkə sən mənim hüququma təcavüz etmək istəyirsən?
    SAMİT: - Yəqin ki, bu dünyada hər kəsin bir istəməmək, sevməmək hüququ da var, elə deyilmi?.. İcazə ver, mən də öz hüququmdan istihadə edim.
    AYSU: - Yaxşı... (Gülür). Mən qarşı tərəhin də hüququna hörmətlə yanaşıram. (Ah çəkir). Qoy belə olsun. Amma unutma ki, hər kəsin öz hüququ uğrunda mübarizə etmək hüququ da gündəmdə qalır.
    SAMİT: - Bura bax... (Diqqətlə Aysunu süzür). Mən xahiş edirəm, yalvarıram... (Səsi titrəyir). Məndən nə istəyirsən? (Musiqi sədası sanki onun səsinin ahəngini müşayiət edir). Məni günaha batırma. Onsuz da günahlar içində boğuluram. Qoy heç olmazsa qalan ömrümü istədiyim kimi - sakit, rahat yaşayım; artıq mənim taleyimin hırtınalı, tuhanlı anları arxada qalıb. İndi mən səssiz-küysüz bir həyat yaşamaq istəyirəm... Mən az qala məzarlıq sakitliyi, qəbir sükunəti arzusundayam. (Pauza). Qulaq as... Mən səni müalicə edib sağaltmışam... Bu, mənim adi həkimlik borcumdur. Mən öz borcumu yerinə yetirmişəm. Sən isə... Yox, əlbəttə, mən səni ittiham etmək istəmirəm. Amma... Xahiş edirəm, yalvarıram məni rahat buraxasan, Aysu.
    AYSU: - Sən əvvəlcə bu cür deyildin. (Pauza). Mənə dil tökən, məni öz dünyamdan qoparan, yerimdən-yatağımdan oynadan sən olmadınmı?.. İndi bu nə sihətdir mənə göstərirsən?
    SAMİT: - Yox... Elə deyil... Elə deyil, Aysu... Hə, doğrudur, mən sənə xoş sözlər demişəm, lap elə işıqlı və’dlər vermişəm. Amma... Bütün bunlar səndə xoş emosiyalar oyatmaq üçün olub.
    AYSU: - Yəni sən məni axmaq hesab edirsən?.. Ya bəlkə mən bəbəyəm, körpəyəm, çocuğam?..
    SAMİT: - Aysu, eşit və bil: yerlə göy birləşsə belə, bizi heç bir qüvvə birləşdirə bilməz. (Diqqətlə qızı süzür). Lap elə... bilmək istəsən, ayıra da bilməz.
    AYSU: - Bax, elə mən bunu eşitmək istəyirdim.
    SAMİT: - Amma bu “birləşmə” sənin düşündüyün kimi ola bilməz, Aysu. İndi yalnız... keçmiş xəstə ilə... həkimin, lap elə ata ilə... övladın birliyindən söhbət gedə bilər.
    AYSU: - Utanmaz!.. Bu, nə söhbətdir? (Pauza). Bağışla, Samit... Bağışla...

    Aysu diqqətlə Samiti süzür. Samit başını günahgarcasına aşağı salır. Qız hiss olunmadan çıxıb gedir. Musiqi. Kişi Samitə yaxınlaşır. Samit başını qaldırıb Kişini görür. Gərgin musiqi sədası qəhildən susur və sanki Samit də boşluğa düşüb çaşır, səntirləyir. Sonra, o, qorxa-qorxa Kişinin üzünə baxır. Kişi əsrarlı, təbəssümlü nəzərlərlə Samiti uzun-uzadı süzür. Samit baxışlarını gizlətməyə yer axtarırmış kimi döyükür.

    KİŞİ: - Siz tanımırsınız bir-birinizi,
    Amma hamınızı tanıyıram mən.
    SAMİT: - Mən sizi ilk dəhədir ki, görürəm. Siz məni haradan tanıya bilərsiniz?
    KİŞİ: - Hər şey əks olunub bəbəklərində,
    Orada bir ömrün tarixi yatır.
    Yadında saxla ki, bu gen dünyada,
    Ömrün arxividir hər kəsin gözü...
    (Diqqətlə Samiti süzür).
    Sənin gözlərin də öz tarixindir:
    Aydınca oxunur orada hər şey.
    SAMİT: - Amma sizin gözləriniz... (Kişinin gözlərinə baxıb, tez də baxışlarını kənara yayındırır). Sizin gözləriniz böyük bir ekrana bənzəyir... Həqiqətən...
    KİŞİ: - Bəs sən o ekranda nələr görürsən?..
    SAMİT: - Mənə elə gəlir ki, orada - yə’ni sizin gözlərinizdə qorxulu hilmlər nümayiş olunur. Bəlkə elə ona görədir ki, sizin bəbəklərinizə diqqətlə baxanda adamı vahimə bürüyür. Ümumiyyətlə, siz qorxulu, təhlükəli adama oxşayırsınız..
    KİŞİ : - Demək, çox qorxuncdur mənim gözlərim?
    Orada qorxulu hilmlər gedir?
    Eləmi? Qoy olsun! Amma unutma:
    O qorxunc şəkillər,
    dəhşətli hilmlər-
    Sizin ömrünüzün kadrlarıdır.
    Sizsiz qəhrəmanı o hilmlərin!
    O pis əməllərin sahibi mən yox
    Sizsiniz, sizsiniz, sizsiniz, bəli!
    SAMİT: - Mən başa düşmürəm, siz hansı pis əməllərdən danışırsınız? Bəyəm biz buraya, bu salona sizin cəhəng söhbətlərinizə qulaq asmaq üçün toplaşmışıq?
    KİŞİ: - Nə dedin? Nə dedin?..
    “Cəfəng söhbətlər”?
    (Get-gedə səsini ucaldır).

    Ha-ha-ha!... Bu sözü
    sənsən söyləyən?

    (Əlini yana uzadır).

    De görüm nəyindir
    bayaqkı qadın?
    Səndən nə istəyir bəs
    o cavan qız?..
    Hardan tanıyırsan
    onları, söylə?
    De, niyə susursan?
    Cavab ver, arsız!
    SAMİT: - Doğrudan da, mən onları haradan tanıyıram? (Sanki öz-özünə danışır). Axı, qadın özü dedi: biz xəstəxanadan tanışıq. (Əlini alnına qoyub düşünür). O, doğum evinə gəlibmiş; özü deyir... Bu, lap çoxdanın əhvalatıdır... Uşağının guya sağ-salamat qaldığını o, özü uydurur. Axı, uşaq ölmüşdü... ölmüşdü...
    KİŞİ: - Sən yalan deyirsən! Yalan deyirsən!
    SAMİT: - Yalan? (Yazıq görkəm alır). Yox, mən yalanı xoşlamıram... (Pauza). Hə, o ki, qaldı bayaqkı qıza... Axı, mən dedim: o, məni daim tə’qib edir, izləyir. Amma, o, nə üçün belə edir, - deyə bilmərəm... (Pauza). Yox, bəlkə düzünü deyim: o, mənə vurulub. Məni sevir. Amma mən... Mən evli adamam. Onu aldatmaq mənə yaraşmaz. Bu yaşımda mənə nə deyərlər? Deməzlər ki, qızı yaşında bir qızla eşq macərası yaşayır?
    KİŞİ: - Alçaq? Bilirsənmi heç kimdir o qız?..
    Bilmirsən? İndi bil:
    sənin qızındır?
    Hə, niyə susursan?
    Lal oldu dilin?..
    Bəs hələ o qadın?
    Bəli, əzizim,
    Şəhlanı deyirəm:
    bəs, o, kimdir? Hə?
    O da anasıdır həmin o qızın.
    Bəli, Aysunun!..
    Aysunun doğmaca anasıdır, o.
    Aysu qızındırsa kimdir o qadın?
    Cavab ver, nə üçün
    susursan, Samit?
    Söylə, Şəhla kimdir?
    Nəyindir sənin?!.
    Nəyindir, kimindir o qadın?.. O qız?..
    SAMİT : - Heç nə anlamıram... Bu, nə böhtandır belə?.. Əl çəkin mənim yaxamdan... Məni rahat buraxın! (Tamaşaçılara). Siz buna inanmayın!.. Məni xilas edin bu fırıldaqçının cəngindən!..

    Samit qaçıb getmək istəyir. Kişi işıq zolağı altında par-parıldayan çubuğu irəli uzadır. Göy guruldayır, ildırım çaxır və sanki bu qorxunc səsləri də Kişi öz çubuğu ilə “idarə edir”. Samitin səs-küyünə, naləsinə Aysu və Şəhla gəlir. Samit yazıq-yazıq onların üzünə baxır. Aysu yaxınlaşıb Samitin əlindən yapışaraq sağa doğru çəkir; bunu görən Şəhla qəzəblə irəli çıxaraq Samitin çiynindən tutub sola doğru dartır. Beləliklə, Samit iki qadının təzyiqinə mə’ruz qalır - gah sağa dartınır, gah da sola. Musiqi tədricən güclənir.
    Kişi onlara yaxınlaşıb “sehrli çubuğu”nu irəli uzadır, sakitliyi bərpa edir. Aysu və Şəhla geri çəkilir. Samit və Kişi səhnənin ortasında qalırlar.
    Bundan sonrakı səhnələrdə (epizodlarda) Kişi sanki açıq-aşkar sehrbazlıq missiyasını həyata keçirir: o, çubuğu stola tərəh uzadır, stol kənara doğru sürüşür. Kişi çubuğu yuxarıdan asılmış çilçırağa doğru uzadır, çilçıraq əvvəlcə aşağı enir, sonra çubuğun “işarəsi” ilə yuxarıya doğru qalxır və daha sonra çubuğun hərəkətinə uyğun olaraq nənni kimi irəli-geri yellənir...
    Sonra Kişi çubuqla görünməyən musiqi alətlərinin səsini “hərəkətə” gətirir. Çubuq enib-qalxdıqca müxtəlih melodiyalar eşidilir; sanki pianino, kaman, gitara, skripka (bir sözlə, zərb və nəhəsli alətlərin) ritmləri eşidilir. Nəhayət, Kişi əlindəki çubuğun ucunu ehmalca yerə vurur və döşəmədən ayaq tappıltısını xatırladan gur səslər eşidilir: tap-tap, gup-gup... Lap sonda Kişi zaldakı adamları hərəkətə gətirir. Çubuğun istiqamətinə müvahiq olaraq tamaşaçılar musiqi sədası altında tərpənir, hərəkətə gəlir, oturub-durur. Samit heyrətlə Kişini süzür.

    Pərdə













    II HİSSƏ

    Birinci hissənin sonunda baş verənlər sanki təzədən təkrarlanır: Kişi çubuğu stola tərəf uzadır, stol kənara “qaçır”. Kişi çubuğu yuxarıdakı çilçırağa doğru uzadır: çilçıraq çubuğun işarəsi ilə aşağı-yuxarı yellənir. Sonra Kişi çubuğun işarəsi ilə görünməyən musiqi alətlərini “dilləndirir”; çubuğun hərəkətinəuyğun olaraq müxtəlif melodiyalar eşidilir. Nəhayət, Kişi çubuğun ucunu yerə vurur və döşəmədən ayaq tappıltısını xatırladan səslər eşidilir: tap-tap, gup-gup... Lap sonda Kişi çubuğun “sehri” ilə zalı hərəkətə gətirir: tamaşaçılar səslənən melodiyaya müvahiq olaraq tərpənir.
    Samit bayaqdan kənarda dayanıb heyrət və qorxu ilə Kişinin əcaib hərəkətlərini süzür.

    KİŞİ: - Heç nə yayınmayır
    mənim gözümdən.
    Heç kəs aldadammaz
    məni, yaxşı bil.
    Sənin ürəyindən
    keçənləri də
    Elə üz-gözündən
    oxuyuram mən.
    Deyimmi indi sən
    nə düşünürsən?
    Qəlbində deyirsən:
    görən bu iblis
    Məndən nə istəyir?
    Düzmü bilmişəm?..
    Hə, niyə susursan?
    Cavab versənə...
    Səndən heç nə, heç nə
    istəmirəm mən...
    Amma Yer üzünün
    bir nizamı var,
    Qaydası-qanunu,
    intizamı var.
    Burda qoşa gəzir
    yalanla doğru,
    Bəzən üstələyir
    doğrunu oğru.
    Hər şeydən ucadır
    amma həqiqət,
    O, hətta, Allahdan
    ucadır, əlbət...
    SAMİT: - Əstəğfürullah...
    KİŞİ: - Allaha yalandan
    isnad etmə sən,
    Bu sayaq məzhəkə
    kimə gərəkdir?
    Sən elə sanırsan
    kardır bu dünya?
    Sən elə bilirsən
    kordur bu aləm?
    Axı bu, dünyada
    bir həqiqət var;
    Bəlkə o həqiqət
    Allahdır elə?
    Məncə həqiqətdir
    Allahın adı...
    SAMİT: - Əstəğfürullah...
    KİŞİ: - Nə vaxt həqiqəti
    danışacaqsan?
    Nə vaxt yetişəcək
    tövbə anları?
    (Pauza).
    Hə, niyə susursan?
    Elə bilirsən.
    Daha götürülüb
    mizan-tərəzi?
    Bəlkə görən yoxdur
    bizi kənardan?
    Bizi bizdən başqa
    izləyən yoxdur?
    Qulaq as, dünyada
    gizlinlər yoxdur,
    Heç nəyi heç kəsdən
    gizlətmək olmaz.
    Sənin etdiklərin
    sənə bəllisə
    Demək, bu, dünyaya
    çoxdan bəllidir.
    Yerin sirri yoxdur,
    sirr göylərdədir.
    Amma... göylərin də
    kökü yerdədir.
    SAMİT: - Əstəğfürüllah!
    KİŞİ: - Danış, söz sənindir.
    Bax, mən gedirəm...
    Amma... səmimi ol
    özün özünlə.

    Kişi əllərini yuxarı qaldırır, sanki get-gedə coşan həzin musiqini öz əzəli məcrasına “salmağa” çalışır. Sonra Kişi tədricən səhnənin dərinliyinə çəkilir. Samit səntirləyir, başını əlləri arasında sıxır. Musiqinin ritmi dəyişir, Şəhla melodiyanın sədaları altında, asta və yüngül addımlarla Samitə yaxınlaşır.

    SAMİT: - Yox, bu, ola bilməz!..
    ŞƏHLA: - Nə ola bilməz?..
    SAMİT: - Heç... Mən elə-belə özüm-özümlə...
    ŞƏHLA: - Bu səs mənə çox tanış gəlir...
    SAMİT: - Yenə səs?.. Yenə tanışlıq?.. Yenə o köhnə həngamə?..
    ŞƏHLA: - Yox, mənim ağlım çaşmayıb... Elə yaddaşım da öz yerindədir. Əksinə, zaman keçdikcə keçmişin bütün rəngləri öz parlaqlığı ilə təzədən yaddaşımdan boy verib boylanır. (Qışqırır). O, sən idin! Sən! Sən! Sən!
    SAMİT: - Bir sakit olun görüm... Axı, sizə nə oldu?..
    ŞƏHLA: - Nə “siz-biz” salmısan!.. Mən səni tanıdım... O, sən idin...
    SAMİT: - Axı, siz...
    ŞƏHLA: - “Siz” yox, “sən”...
    SAMİT: - Yaxşı, olsun “sən”... Deyin görüm, siz... sən...
    ŞƏHLA: - Alçaq, sən məni aldatmısan...
    SAMİT: - Bunu eşitdik... Yetər...
    ŞƏHLA: - Yox, sən bunu eşitməmisən hələ... (Musiqi... Pauza. Sanki qadın uzaqdan eşidilən melodiyanı dinəlyir). Qulaq as... Eşidirsənmi?.. Mən sənə həqiqəti deməliyəm... Axı, sən mənim uşağımın atasısan...
    SAMİT: - Nə?.. (Qışqırır). Nə dedin?..
    ŞƏHLA: - Bəli... Düz eşitdin... (Bundan sonra sanki qadın öz-özü ilə danışır). Mənim ərim alicənab bir adam idi. Özü də sakit, hağır, dili-ağzı özündə... Evlənməyimizdən beş-altı il keçsə də uşağımız olmurdu... Qonşuluğumuzda qoca, əyriqıç bir qadın vardı. Uşaqlar ona nədənsə “küpəgirən qarı” deyirdilər. „ünlərin bir günü... Yaxşı yadımdadır. Axşamüstü idi. Mən həyətdə oturub alma yeyirdim. O gün ərim gecə növbəsində işləyəcəkdi. Tənha idim. “Küpəgirən” darvazanın o üzündən mənə sarı boylandı. Onun sifətini görəndə ətim ürpəşdi. Amma özümü saxlaya bilməyib, heç bilmirəm nədənsə, onu içəri dəvət etdim. “Küpəgirən” mənimlə bir xeyli oradan-buradan danışdı. Ərimin iş-gücüylə maraqlandı. Arada soruşdu ki, bəs niyə uşağın olmur? Dedim ki, səbəbini bilmirəm.
    SAMİT: - Sənin dediklərinin mənə nə dəxli?
    ŞƏHLA (sanki öz-özünə): - Qarı mənə dedi: “cavan gəlinsən, niyə müalicə olunmursan?” Dedim ki, müalicənin nəticəsi olmayıb. (Kimisə yamsılayır). “Mən səni yaxşı bir həkimin yanına apararam”. Bu sözləri “küpəgirən” dedi. Mən razılaşdım. Amma bu barədə ərimə bir söz demədim. İki gündən sonra, mən qarı ilə birlikdə onun tanış həkiminin yanına getdim. Bu, gözlərinə qara eynək taxmış, cavan, gülərüz, qılıqlı bir adam idi. Asta, həzin səsi vardı. O, mənə əyləşməyi işarə etdi, qarıya isə dedi ki, çıx bayırda gözlə.
    SAMİT: - Axı, nə olsun?..
    ŞƏHLA: - O olsun ki... Bir qulaq as...
    SAMİT: - Ha-ha-ha... Bəs sonra?.. (Gülür). “Küpəgirən?“ (Davamlı qəhqəhə). Ha-ha-ha!..

    Kişi onlara yaxınlaşır.

    KİŞİ: - Bəyəm tanımırsan sən o həkimi?..
    SAMİT (qorxa-qorxa): - Mən?.. Mən... Mən... (Şəhlaya).. Sən.. Sən... Siz... Siz...
    KİŞİ: - Bəli... Şəhla idi
    o qadın, bəli...
    Bəlkə unutmusan
    bunları, Samit?
    Hə, niyə susursan?..
    Yoxsa lal oldun?
    Bəlkə mən danışım
    o olayları?
    Bəlkə utanırsan,
    qorxursan indi?
    Amma cürətliydin
    o zaman, Samit!
    Yox, cürətli deyil,
    qəddar olmusan,
    Sən vəhşi olmusan,
    barbar olmusan...
    Sevə bilməmisən
    sən insanları,
    Duya bilməmisən
    sən insanları.
    Bəlkə də sən ruhsuz
    bədən olmusan,
    Cisminlə ruhuna
    kəfən olmusan.
    (Səsini get-gedə ucaldır).

    “Küpəgirən”qarı çıxandan sonra
    Bihuşdarı verdi həkim, qadına.
    Sonrasa əl atdı ən iyrənc yola -
    Onun namusuna təcavüz etdi...

    ŞƏHLA: - Mən onda heç nəyi anlamadım. (Samit). Həkim bir qab mayeni mənə sarı uzatdı, dedi ki, qorxma- iç, hər şey yaxşı olacaq. Mən qabı başıma çəkdim. Ayılanda “küpəgirəni” başımın üstündə gördüm. Sonralar nə qədər istədimsə olub-keçənləri olduğu kimi yadıma sala bilmədim. Amma arabir gözlərim qarşısında bir cüt tüklü əl, təbəssümü əriyib gedən qorxunc bir sihət canlanırdı. Bu kimin əlləri, kimin sihəti idi?!

    Samit qorxa-qorxa öz əllərinə baxır.

    SAMİT: - Yox... Yəqin ki, həkim sənə adi dərman verib... Axı, sonra sənin uşağın olub. Bunu özün deyirsən ki...
    ŞƏHLA (sanki öz-özünə): - Sonra mənim körpəm dünyaya gəldi. Amma kim idi bu uşağın atası?
    SAMİT: - Kim idi? Sən... Siz... Siz...
    KİŞİ: - Kimin övladıydı doğulan uşaq?
    Kimdən törəmişdi günahsız körpə?..
    ŞƏHLA: - Mən indi bilirəm ki, o uşağın dünyaya gəlməsindən ərimin xəbəri olmayıb. Doğrudur, ərim bilirdi ki, mən hamiləyəm, o isə tezliklə ata olacaq. Amma o uşaq mənim ərimdən xəbərsiz dünyaya gəlirdi. Kimin idi o uşaq?..
    SAMİT (qorxa-qorxa): - Axı, mən nə deyə bilərəm?..
    KİŞİ: - Deyimmi kim idi onun atası?
    Qoy deyim: o körpə sənindi, Samit...
    SAMİT: - Mənim?..
    ŞƏHLA: - Bəli, onun atası sən idin...
    KİŞİ: - Sən!..
    SAMİT: - Mən?..
    ŞƏHLA: - Bəli, sən!
    KİŞİ: - Bəs sonra nə oldu? Bəlkə indi sən
    Olub-keçənləri xatırlamırsan?
    ŞƏHLA (sanki öz-özünə): - Mənim övladım dünyaya gəldi. O, həm də sənin övladın idi.

    Aysu gəlir. Qız içəridəki adamları kənardan diqqətlə süzüb tərəddüdlə geri qayıtmaq istəyir.

    KİŞİ: - Gəl, gəl, içəri keç,
    niyə duruxdun?
    Doğma adamlardır
    buradakılar.
    AYSU: - Doğma adamlar? Mən burada tək bircə adamı tanıyıram.
    ŞƏHLA (sanki öz-özünə): - Bu səs illər uzunu mənim qulağımda səslənib.
    AYSU: - “Doğma adamlar”, icazə verin mən gedim. (Samitə). Sonra gələrəm.
    KİŞİ: - Haraya gedirsən,
    bir səbrli ol,
    Məsləhət budur ki,
    burda qalasan.
    AYSU: - Mən başa düşə bilmirəm: siz kimsiniz? Telepat, cadugər, sehrbaz, halçı, maq, gipnozçu, yoxsa şarlatan?
    SAMİT: - Doğrusu, mən özüm də bu adamı düz-əməlli tanımıram.
    KİŞİ: - Demək tanımayır heç bir kəs məni,
    Yaxşı tanıyıram amma sizi mən.
    Bəlkə də siz məndən qaça bilərsiz,
    Amma qaçmmazsız öz özünüzdən.
    Gəlin tərk eləyin qılafınızı,
    Çıxın bir anlığa öz qınınızdan;
    Özünüzə bir az kənardan baxın, -
    Baxın başqasının gözləri ilə.
    Məkrdən, riyadan, yalandan qaçın,
    Gəlin həqiqətə pənah gətirin.
    AYSU: - Mən sizin dediklərinizdən heç nə başa düşmürəm...
    KİŞİ: - İndi anlayarsan, bir az səbr elə,
    Əvvəlcə tanış ol bu qadınla sən.
    AYSU (əlini Şəhlaya uzadır): - Tanış olaq. Mənim adım Aysudur.
    ŞƏHLA (tərəddüdlə əlini irəli uzadır): - Şəhla...
    KİŞİ (Aysuya): - Bu, sənin anandır,
    (Şəhlaya)
    Bu, sənin qızın...
    Ana-balasınız siz, əzizlərim.
    ŞƏHLA: - Siz məni ələ salırsınız?
    KİŞİ: - Sakit ol, qışqırma... Bu kişi isə...
    AYSU (gülür): - Bəlkə bu da mənim atamdır, hə?
    KİŞİ: - Bəli, düz tapmısan, busa... atandır.
    ŞƏHLA: - Yox!.. Nə?.. Necə? Bu, bu... Bu, mənim qızımdır? (Diqqətlə Aysunu süzür). Mənim qızım?.. Mənim qızım! Odur! O, özüdür!
    SAMİT: - Mənim qızım?.. Kim? Aysu?.. (Dəlicəsinə gülür). Ha-ha-ha... Bir mənim qızıma, (Aysunu göstərir) mənim arvadıma (Şəhlanı göstərir) baxın! (Ciddiləşir). Kişi, kühr danışma! Bu boyda böhtan olmaz? Əstəğhürullah!
    AYSU: - Mən heç nə anlamıram... Doğma ata-anam olub mənim... Bəs bu təzə valideynlərim haradan çıxdı belə?
    ŞƏHLA: - Qızım! Mənim balam!..
    AYSU: - Necə yəni “mənim balam”?.. Mənim öz ata-anam öz valideynlərim olub. Bu, nə oyundur çıxarırsınız?.. Bu, nə hoqqadır? Mən öz valideynlərimi yaxşı tanıyıram.
    ŞƏHLA: - Sənin anan mənəm, mənim balam... (Ürəyini tutur). Mənim qızım... Mən bilirdim ki... sən sağsan...
    KİŞİ: - Özünü ələ al, səbrini bas bir...
    SAMİT: - Əslində bu dünyada hamının bir-biri ilə qohumluğu var... Nə olsun ki?..
    ŞƏHLA: - Mənim qızım... Mənim balam... (Müvazinətini itirir).
    KİŞİ (Samitə):
    - Nəyi gözləyirsən? Niyə durmusan?
    Deyirsən bu qadın bayılsın, ölsün?..
    SAMİT: - Mən bir böhtandan qurtulmamış, o birisinə düşmək istəmirəm.
    AYSU: - Bunun rəngi qaçıb ki... Deyəsən, ürəktutması var...
    ŞƏHLA: - Oh-h-h... Ya rəbbim, bu nə müsibətdir mənə göstərirsən?
    KİŞİ: - Özünü ələ al, darıxma, Şəhla,
    Nə Allahı qına, nə də bəndəni.
    Bunların hamısı tale işidir:
    Olum da, ölüm də göylərdən gəlir.
    Bizim xoşbəxtliyin mənbəyi göydə,
    Bizim bədbəxtliyin mənsəbi yerdə.
    AYSU: - Əl çəkin məndən! Fırıldaqçılar.
    ŞƏHLA: - Yox, qızım, bu Kişi fırıldaqçı deyil. Bax, fırıldaqçı budur. (Samiti göstərir).
    AYSU: - Fırıldaqçı?.. O, həm də mənim atamdır, hə? Sən isə mənim anamsan! Elə deyilmi?.. Özün də fırıldaqçı deyilsən?!. Alçaqlar!.. (Dəlicəsinə gülür). Ha-ha-ha!.. Ataya bax! Anaya bax! Sehrbaza, rəmmala bax! (Kişini göstərir). Hamınız rədd olun! Rədd olun!..

    Aysu hiddətlə çıxır, Şəhla ürəyini tutub onun ardıyca qaçır.

    KİŞİ: - Mənim ünvanıma nələr demirlər -
    Guya cadugərəm, sehrbazam mən.
    Hətta, bəziləri güman edir ki,
    Şeytanla, iblislə işbirliyim var.
    Bunların hamısı yalandır, yalan!
    Mən nə şarlatanam, nə də ki, maqam,
    Hamının yanında mən üzüağam;
    İndi şeytanlar var mələk donunda.
    Onlardan biri də budur, burdadır.
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Həkimlər insana şəha verirkən,
    Sən bəla verirsən, əzab verirsən.
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Sən əsl şarlatan, əsl canisən!..
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Bəlkə unutmusan əməllərini?
    Bəlkə o qadın da çıxıb yadından?
    SAMİT: - Siz hansı qadını deyirsiniz?.. Mən heç nə anlamıram. Əstəğfürullah!
    KİŞİ: - Sənin ayağına düşən qadını,
    Diz çöküb yalvaran bədbəxt qadını.
    Bəlkə unutmusan? Yox! Ola bilməz,
    Bəyəm bu işləri unutmaq olar?
    Səndən nə umurdu o qadın? Söylə!
    SAMİT: - Qadın? Hansı qadın? Mən elə bütün ömrüm boyu qadınlarla işləmişəm. Deyəsən, mənim nə işlə məşğul olduğumu siz də bilirsiniz?.. Hə? Yəqin kimsə bu barədə sizə məlumat verib. İşlədiyim xəstəxanada dünyaya göz açan neçə-neçə körpəni ilk dəhə mən tutmuşam. Mən nə qədər anaya şəha bəxş etmişəm. Bəlkə o qadınlardan biri elə bu olub... Њər şey ola bilər... Amma siz mənim təmiz adımı ləkələməyin! Mən müqəddəs bir sənətin sahibi olmuşam.

    KİŞİ: - Bura bax, sualdan gəl yayınma sən!
    Çox şeyi unuda bilərsən, amma
    Unuda bilməzsən sən bir qadını.
    Varlı bir kişinin arvadıydı o,
    Amma bədbəxt idi, talesiz idi.
    Çünki o qadından olan uşaqlar
    Ölürdü dünyaya göz açan kimi.
    Yenə hamiləydi həmin o qadın,
    Yenə bədgümandı həqət özündən.
    Yaxşı bilirdi ki, onun körpəsi
    Yenə tələh olsa, hər şey bitəcək:
    Evdən baş götürüb gedəcək əri,
    Osa tək qalacaq yalquzaq kimi.
    O qadın dərdini danışdı sənə,
    Qarşında diz çökdü, imdad dilədi,
    Sonrasa pul-para... qiymətli qaş-daş...
    SAMİT: - Axı, siz... Siz... Əstəğfürullah!..
    KİŞİ: - Bəli, düz deyirsən: əstəğfürullah!..
    Yenə ölü uşaq gəldi dünyaya,
    Sənsə o uşağı diriltdin... Alçaq!
    SAMİT: - Heç ölü də dirilər?.. Axı, siz... mən...
    KİŞİ: - Sən ölü uşağı Şəhlaya verdin -
    Qonşu çarpayıda yatan qadına.
    Şəhlanın qızını dəyişdin, Samit,
    Onun körpəsini yad ələ verdin.
    Beləcə körpələr dəyişdirildi,
    Beləcə analar dəyişdirildi.
    Ölü diri oldu, dirisə ölü...
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - İndi böyüyübdür körpə qızcığaz,
    Bilirsən kimdir o? Yaxşı bilirsən:
    Aysudur, Aysudur o qızın adı!..
    SAMİT: - Əstəğfürullah!..
    KİŞİ: - Bəli, o, Aysudur, Ay parçasıdır,
    Yaxşı tanıyırsan sən o mələyi.
    Nə üçün insanlar belə riyakar,
    Naxələf, məkrli olur, ilahi?..
    Sən qaça bilərsən gələcəyindən,
    Amma keçmişindən qaça bilməzsən!..
    Yenə keçmişinə qaytarım səni? -
    O zaman hər şeyi xatırlayarsan...

    Kişi geri çəkilir. Tül pərdə (və ya tüstü) arxasında ağ xalatlı Samit və müasir dəbdə geyinmiş Aysu görünür. Danışıq və səhnə detallarından söhbətin keçmiş zamanda baş verdiyi hiss olunur. Aysu və Samit üz-üzə.

    SAMİT: - Sən indi tamamilə sap-sağlamsan, Aysu...
    AYSU: - Siz məni ölümün pəncəsindən xilas etdiyiniz. Bu xəstəlikdən salamat ötüşəcəyimə inamım qalmamışdı.
    SAMİT: - Amma indi inana bilərsən... Həm özünə, həm də mənə... Ta hər şey ötüb keçib. Sənin xoşbəxtliyin irəlidədir.
    AYSU: - Siz hansı xoşbəxtliyi nəzərdə tutursunuz?..
    SAMİT: - Təbii ki, söhbət sənin gələcək ailə səadətindən gedir... Sənin uşaqların olacaq.
    AYSU: - Amma o biri həkimlər mənə əksini demişdilər...
    SAMİT: - ...Guya sənə ailə qurmaq, ana olmaq məsləhət deyil, eləmi?..
    AYSU: - Bəli... Elədir... Amma indi... Doğrusu, heç inanmağım gəlmir...
    SAMİT: - Bu yaşda sənin inamını öldürüblər... („ülür). „ör bir indi mənim sinnimdə olanlar nələr çəkir.
    AYSU: - Sizə nə olub ki?.. Maşallah, hələ cavansınız.
    SAMİT: - Doğrudan? (Mənalı tərzdə). Məncə sizə elə gəlir.
    AYSU: - Yox, sizə elə gəlir... (Gülür). Sizə elə gəlir ki, hər şey arxada qalıb.
    SAMİT: - Hər halda çox şey arxada qalıb... Hərdən öz-özümə hikirləşirəm: mən bu dünyada nə qoyub gedirəm?..
    AYSU (gülür): - Siz haraya getmək istəyirsiniz? Bu, nə yır-yığışdır belə?..
    SAMİT: - Hər halda ömrün müəyyən çağından sonra ağıllı adamların çoxu üz tutmağa hazırlaşdıqları bir ünvanın işartılarını aydınca görürlər...
    AYSU: - O, hansı ünvandır elə?..
    SAMİT: - O ünvana qədəm basanlar bir daha geri dönmürlər.
    AYSU: - Aha!.. Məncə siz “işartıları aydın görünən ünvan” - deyərkən, son sevgi limanını nəzərdə tutursunuz, elə deyilmi? (Gülür). Yoxsa, mən səhv edirəm?

    Aysu şaqqanaq çəkib gülür, Samit də ona qoşulur. Onların gülüş səsləri səslənən valsın melodiyalarına qarışıb əriyir. Samit və Aysu əl-ələ tutub rəqs edirlər. Onlar musiqinin ritminə uyğun olaraq səhnədə dövrə vurur, gah asta, gah da sürəkli temperamentlə çevik hərəkətlər edirlər. Aysu və Samit rəqs edə-edə nə barədəsə danışır, nəyisə təsdiq, nəyisə inkar edirlər. Asta addımlarla səhnəyə çıxan Kişi əllərini rəqsin melodiyasına uyğun olaraq tərpədir, sanki ihaçılarla musiqi arasında bir “əlaqə” yaradır; sonra Kişi bu cür “əlaqəni” zalla səhnə arasında yaradır: “diriyorluq” edir. Təbii ki, rəqs edənlər qəhildən gələn Kişini görmürlər - onlar öz aləmlərinə qapılıblar. Kişi əcaib əl-qol hərəkətləri ilə sanki təkcə musiqini yox, həm də rəqs edənləri “idarə edir” - belə ki, Aysu ilə Samitin əvvəlcə qarşılıqlı mehribanlıq, “əmin-amanlıq” şəraitində keçən söhbəti tədricən hiss olunacaq dərəcədə “tündləşir”: belə ki, rəqs edənlər əsəbi halda bir-birindən ayrılır, elə rəqs edə-edə əks tərəhlərə üz tutur, sonra yenə üz-üzə dayanıb hansı məsələnisə müzakirə edərək bir-birinə hədələyici tonda nəyisə aydınlaşdırmağa çalışırlar. Aysu Samitə yaxınlaşıb onu ələ almağa, dilə tutmağa çalışır... Amma Samit əsəbi halda ondan uzaqlaşır. Qız - Aysu əlini üzünə tutub hönkürə-hönkürə səhnəni tərk edir. Bu zaman Şəhla gəlir. O, sanki səhnənin arxa planında dayanıb “diriyorluq” edən Kişini görmür.

    ŞƏHLA: - O, mənim qızımdır! Buna zərrə qədər də olsa şübhə yoxdur. Mən bu ötən illər ərzində nələr çəkmişəm, bunu bircə göydəki Allah bilir. (Əllərini göyə qaldırır və bu zaman arxa planda dayanıb zalı “idarə edən” Kişini görür, ona yaxnılaşır). Yəqin ki, mənim əzablarımın Yer üzündəki yeganə şahidi sizsiniz. Sizə hər şey əyandır. Bəlkə siz Allahın Yerdəki kölgəsisiniz? Bəlkə siz bizim üzünü görmədiyimiz təzə peyğəmbərsiniz? (Kişinin önündə diz çökür). Qoy hüzurunuzda diz çöküm, səcdə edim!
    KİŞİ (əlini göyə qaldırıb, ucadan): - Əstəğfürullah!
    ŞƏHLA: - Sizə hər şey əyandır. Mən bunu bilirəm! Samit o uşağın atasıdır. Mənim öz ərim bu dünyadan övlad həsrəti ilə getdi. Mənsə bu ötən illər ərzində daim əmin olmuşam ki, övladım sağdır. Bu gün bu zala daxil olarkən mən bir daha inandım ki, burada bir möcüzə baş verəcək - görünməmiş, eşidilməmiş bir möcüzə! Artıq o mö’cüzə baş verib: mən öz övladımı tapmışam! Aysu mənim övladımdır. O, əlbəttə, bu həqiqətə inanmaq istəmir. O, deyir ki, öz doğma ata-anası olub. İndi valideynləri ölüb, tənha qalıb. (Kişinin qarşısında dizin-dizin sürünür: sanki hansısa məbəd qarşısında təzim edir. Kişi onun qolundan tutub qaldırır. Şəhla ayağa durub hürkə-hürkə ətraha baxır). Siz mənə kömək edin! Siz həqiqəti ona - mənim balama deyin! Qoy o, bu alçaq, bu rəzil dünyanın mənim başıma açdığı müsibətlərdən xəbər tutsun! Qoy o, hər şeyi bilsin! Kömək edin, yalvarıram sizə!

    KİŞİ: - Artıq keçmişinə bələddir Aysu,
    Amma xəbəri yox gələcəyindən.
    Bəli, yad ocaqda böyüyüb qızın,
    Ata da yad olub orda, ana da.
    Bir qadın cinayət törədib bir vaxt -
    Yad uşaq götürüb uşaq evindən;
    O, pulla özünə
    “xoşbəxtlik” alıb,
    Fəqət bədbəxtliyə düçar olub, o.
    Bilib ki, bu uşaq onun deyildir,
    Bilib ki, bu uşaq ona yaddı, yad.
    Ərisə bu işdən bixəbər olub,
    Aysunu böyüdüb öz övladı tək.
    Qadın xəstə düşüb
    dərddən, xiffətdən,
    Sonra bu dünyadan
    köç edib, gedib.
    Az sonra əri də ölüb, o vaxtdan
    O evdə tək qalıb sənin övladın...

    ŞƏHLA: - Bəs sonra? Bəs o, Samiti necə tapıb? Yalvarıram, bunu da deyin...
    KİŞİ: - Ağır xəstəliyə düçar olub, o,
    Samit xilas edib, qurtarıb onu
    Ölümün cəngindən... Zərih qızcığaz
    Samitə meylini salıb o vaxtdan.
    Bir gün Samit bilib, öyrənib kimdir,
    Nəçidir bu gənc qız? Anası kimdir?
    Təsadüh hər şeyi əyan eləyib.
    Bir kəlmə çox şeyi bəyan eləyib,
    Samit xoha düşüb, qorxuya düşüb,
    Qızdan üz döndərib, haqqa üz tutub.

    ŞƏHLA: - Yer üzündə bundan da böyük haciə ola bilərmi, İlahi? (Əlini göyə qaldırır). Sən öz bəndələrini necə allahsız olduğunu görürsənmi, ilahi?.. (Əlini göyə qaldırır). İlahi, bəyəm sən öz bəndələrinn necə allahsız olduğunu görmürsənmi? Allahım, barı sənin Allahın olsun.Allahım, barı sənin Allahın olsun! O alçaq öz övladını başqasına - yad bir qadına bağışlayıb! O, əslində cinayət ardıyca cinayət törədib! O, öz əməlinə görə cavab verməlidir! Bəs bu işlərin sonu necə olacaq?..
    KİŞİ: - Mən yalnız keçmişdən xəbər verirəm,
    Baş vura bilmərəm mən gəlcəyə.
    Sabah nə olacaq? Deyə bilmərəm!
    Sabahın öz sirri, öz açarı var...
    Mənimçün əyandır dünən olanlar,
    Yəqin sabahın da bilicisi var.
    Dünəni zülmətdə əriyənlərin
    Çətin ki, bugünü nura bələnə.
    Dünənə işləyib bugünün kökü,
    Sabahın köküsə bax bugündədir.

    Aysu gəlir. Musiqi. Qız sönməkdə olan soldakı məş’əli təzədən yandırır, onu əlinə götürərək səssiz-səmirsiz dayanıb Şəhlanı və Kişini süzür. Musiqi qəhildən susur. Sanki Aysu boşluğa düşür, səntirləyir. Sonra özünü ələ alıb cəld səhnəni tərk edir.

    ŞƏHLA: - Qızım!.. Mənim balam, hara gedirsən?.. Yazıq qızım! Aman Allah! O, inanmır ki, mən onun anasıyam!

    Şəhal gedir. Samit Kişiyə yaxınlaşır. Onlar üz-üzə dayanırlar.

    SAMİT: - Sizin dediklərinizin hamısı uydurmadır, ihtiradır!
    KİŞİ: - Mənim dediklərim uydurmadırsa,
    Şəhlanın dediyi onda nədir bəs?
    SAMİT: - Elə onun dedikləri də... Görmürsünüzmü o, ağlı çaşmış bir qadındır. Bəlkə də, həqiqətən, nə vaxtsa onun uşağını mən tutmuşam. Њər şey ola bilər... Axı, mən uzun illər doğum evlərində çalışmışam. Lap ola bilsin ki, bu qadının övladı doğrudan da xəstəxanada keçinib. Bəyəm həyatda belə şeylər az olur? Amma hansı həkiminsə hansısa uşağı dəyişdirməsi - bu, mümkün deyil. Guya mən hansı qadınınsa ölü uşağını bunun diri uşağı ilə dəyişdirmişəm. Və guya o diri qalan uşağın - o qızcığazın atası mən özüməm... (Gülür). Ha-ha-ha... Ən qəribəsi isə budur ki, həmin diri qalan uşaq böyüyüb məni - öz atasını tapıb. Guya o, Aysudur... Aysu...
    KİŞİ: - Diriylə ölünü dəyişən adam
    Yalanla doğrunu lap tez dəyişər.
    Səninçün eynidir ağ ilə qara,
    Gecə ilə gündüz, xeyir ilə şər.
    Mən belə görürəm,
    səninçün yəqin
    Həyatla ölüm də eynidir, Samit.
    Sevinclə kədərin hərqi yox sənə,
    Fərqi yox düşmənlə
    dostun da, əlbət...
    SAMİT: - Məni mənasız söz-söhbətlərlə təngə gətirdiniz. İcazə verin, çıxım gedim öz iş-gücümün dalısıyca. Sizin keçmişə bu cür səyahətiniz adamlara həlakətdən başqa heç nə gətirə bilməz.

    Şəhla qışqıra-qışqıra, əlində məşəl gəlir.

    ŞƏHLA: - O, özünü yandırdı!
    KİŞİ: - Kim yandırdı özünü?..
    ŞƏHLA: - Aysu!.. Mənim Aysum! İndi onun özü məşəl kimi yanır!..
    KİŞİ: - Ax, bədbəxt qızcığaz!..
    SAMİT: - Bu da sizin çıxartdığınız hoqqların sonu. Bu da sizinçün keçmişə səyahət.
    ŞƏHLA: - Mənim balamı xilas edin!.. (Samitə). Kömək elə, həkim!.. (Zala). Yalvarıram, özümə qaytarın mənim balamı!.. Kömək edin! Bu nə bəladır mənim başıma gəlir?.. Axı, mən bu cür keçmişi istəmirdim.

    Samit və Kişi çıxırlar. Şəhla əlində məşəl vurnuxur, qışqırır, kömək və imdad diləyir. Sonra, o, məşəli yerinə qoyur. Sonra təzədən həmin məşli götürüb onun odu ilə sağ tərəhdəki məşəli yandırır. Və məş’əli öz yerinə qoyandan sonra əllərini göyə açır. Samit gəlir. O, indi Kişinin məlum libasındadır: iri şlyapa, ağ kostyum, qara mantiya geyib. İndi Samit zahirən Kişiyə bənzəyir. Şəhla diqqətlə Samiti süzüb qorxuya düşür.

    ŞƏHLA: - Aman Allah! Sən Samitsən?.. Bəs Aysu hanı?.. O Kişi hara getdi bəs?.. Ay-y-y!.. Kömək edin!..

    Kişi asta addımlarla əvvəlcə Şəhlaya, sonra sağ tərəhdə yanan məşələ yaxınlaşır. Məşəli götürüb məmnun halda gülümsəyir. Musiqi guruldayır.
    Libasını dəyişmiş Aysu və Samitin kostyumunu geymiş Kişi gəlirlər. Onlar heyrətlə Samiti süzürlər.
    Musiqi qəfildən kəsilir. İştirakçıların hamısı (Samitdən başqa) sanki boşluğa düşüb müvazinətlərini itirirlər. Samit (əlində məşəl) irəli çıxır, diqqətlə zalı nəzərdən keçirir, gülümsəyir.
    Ahəstə musiqi melodiyası eşidilir: sanki uzaqdan eşidilən zərif bir pıçıltı, xəfif bir meh zala layla çalır.

    SAMİT: - Siz o çay səsini eşidirsizmi?
    Sizin saçınızı oxşayırmı meh?..
    Dünyamız sirlidir qaranlıq kimi,
    Sizsə bu zülmətə olmusuz valeh...
    Çoxları keçmişə edir səyahət,
    Zülmətin qoynuna aparır bizi.
    Mənimsə keçmişlə işim yox. Fəqət
    Gəlin gələcəyə aparım sizi.
    Gələcək keçmişdən daha sehrli,
    Daha maraqlıdır. Eləmi?..

    KİŞİ}
    SAMİT}: - Bəli!
    AYSU}

    Samit məşəli yerinə - sağ tərəfə qoyub Kişiyə yaxınlaşır, Kişi əlindəki “sehrli” çubuğu Samitə uzadır.
    Samit çubuğu alıb “dirijorluq” etməyə başlayır: o, əvvəlcə üzünü səhnənin dərinliyinə tutur, sonra isə qəhildən çevrilib zala baxır.
    Musiqi. Hamı əl çalır.
    Pərdə tədricən enir.

    PƏRDƏ

    SON
























    ADSIZ

    (İki pərdəli altı şəkildə dram)

    İştirak edənlər:

    ADSIZ (LAL)
    QADIN
    QIZ
    İBİL
    TARXAN

    Hələ pərdə açılmayıb. Səhnənin önündə tərkibi kişi və qadınlardan ibarət xor. Xor oxuyanların geyimində matəm elementləri hiss olunur.

    XOR:
    Adamlar yatmaq istəyir,
    Röya qaçır adamlardan.
    Adamlar dünyaya gəlir,
    Dünya qaçır adamlardan.

    Mələklər kələkdən bezib
    Göyə qaçır adamlardan.
    Bir Tanrıdan soruşan yox
    Niyə qaçır adamlardan?

    PROLOQ

    Pərdə tədricən, qismən yarımçıq açılır. Uzaqdan həzin, üzüntülü musiqi eşidilir. İşıqların çarpazlaşdığı nöqtədə qaraltı görünür.
    Sonra bu qaraltı tərpənir. Bu adam Adsızdır. O, yerə çöküb, yavaş-yavaş, büdrəyə-büdrəyə ayağa durur, ətrafa boylanır. Az sonra Qızın silueti görünür. O, canlı adamdan daha çox xəyala bənzəyir. Oğlan yuxuda uçan adamsayağı asta yerişlə, yavaş-yavaş Qıza sarı addımlayır. Qız tədricən görünməz olur, daha doğrusu, ağacın arxasında gizlənir. Qıza doğru addımlayan Oğlan (Adsız) səhnə- dəki ağacı qucaqlayır, diz çöküb hıçqırır. Musiqi sədası get-gedə uzaqlaşır. Oğlan ayağa durub əllərini göyə açır. Sanki o, səssizcə dua edir, göylərdən imdad diləyir. İşıq sönür. Pərdə tam qapanır.

    BİRİNCİ PƏRDƏ
    BİRİNCİ ŞƏKİL
    BİRİNCİ MƏCLİS

    Pərdə açılır. Bağ evi. Səliqəli otaq. Qadın divanda əyləşib. Qız otaqda gəzişir. Onlar yüngül yay geyimindədirlər.

    QADIN. Qızım, bu səhərdən heç nə yeməmisən. Yenə nə olub sənə? Niyə qanın qaradır?
    QIZ. Heç... Hava istidir. İştaham yoxdur.
    QADIN. İştaha diş altında olur. Özünü niyə üzürsən? Yoxsa kökəlməkdən qorxursan?..
    QIZ. Eh, ana, sən də... Yaxşı, görək... Nə kökəlmək, nə yemək?..
    Mən nə hayda, sən nə hayda?!.
    QADIN. Qızım, Allaha şükür, atan sağ, anan salamat. Özün də ki, maşallah, ay parçası kimi... Gözəl-göyçək qızsan... Əlin yerində, ayağın yerində. Nəyin çatışmır sənin?..
    QIZ. Ağlım çatışmır...
    QADIN (gülür). Ağlın?.. Ha-ha-ha! Ağıl indi kimə gərəkdir ki?.. (Ciddiləşir.) Doğrudan, niyə bikefsən?.. Sən mənim canım, düzünü de, qızım... Nə olub sənə?..
    QIZ. Ta bundan artıq nə olacaq ki?..
    QADIN. Yoxsa o narkomanın fikrini eləyirsən?.. Bura gəl görüm. (Qızı qucaqlayır.) Qoy rədd olsun! Hər yarağımız vardı, bircə saqqal darağımız çatışmırdı. Elə yaxşı ki, bu iş vaxtında xətm olundu. Onsuz da, bizimki onlarla tutan deyildi.
    QIZ. Bizimki onlarla tutan deyildi? Bəs bunu niyə indi deyirsən?..
    QADIN. Zərərin yarısından qayıtmaq da xeyirdir... Bir də ki belə boş-boş şeylər üçün qanını niyə qaraldırsan?..
    QIZ. Sən bunu boş şey hesab edirsən?..
    QADIN. Əlbəttə... Rəsmi nişanlanmamısan, ərə getməmisən...
    Yox bir, narkomanın dərdini çəkəcəyik...
    QIZ. Mən biabır olmuşam... Xəcalətimdən evdən çıxa bilmirəm...
    Gözə görünmək istəmirəm...
    QADIN. Axmaqsan, vallah... Axı kim bilir ki, sən deyiklisən? Qızı yüzü istəyər, biri alar. Bəyəm səni indiyəcən istəyənlər az olub? O narkoman da olsun onlardan biri... Oturub yas saxlayası deyilsən ki...
    QIZ. Axı sən haradan bilirsən ki, o, narkomandır?..
    QADIN. Paho! Haradan bilirəm?.. Bəyəm gözüm kordur, qu- lağım kardır?.. Görürəm, eşidirəm... İndi yer də qulaqlıdır, bala... Allaha şükür, hələ ağlım özümdədir. Öz uşağımın başından keçməmişəm ki?..
    QIZ. Sən cəmi beş-altı ay əvvəl onun haqqında, onun ailəsi barədə danışanda dilin ağzına sığmırdı... Amma indi...
    QADIN. Axı mən haradan biləydim ki, bu belə olacaq?..
    QIZ. Onun atası ilişənə qədər belə danışmırdın. Elə ki onlar dilə-ağıza düşdülər...
    QADIN. Elə onun atası da bu işlə məşğul olurmuş...
    QIZ. Narkomaniya ilə?..
    QADIN. Hə də... Yox... Atası narkomaniya ilə yox, narkobizneslə məşğul olurmuş. Bunu atana yuxarılardan deyiblər...
    QIZ. Axı atam neçə illərdir ki, bu ailə ilə dostdur. Bəyəm o, indiyəcən öz dostunun nə işlə məşğul olduğunu bilmirmiş?..
    QADIN. Atan yazıq ömrü boyu hökumət işində çalışıb. O ha- radan bilsin ki, onun bağ qonşusu nə işlə məşğuldur? Biz bu ailəni yaydan-yaya görmüşük. Elə sən özün də...
    QIZ. Ona qalmış mən sizin təklifinizə heç əvvəldən razı deyil- dim. Bəyəm siz onlara söz verəndə heç mənim razılığımı soruşmuşdunuz?.. Mən də məcbur olub sizin təklifinizə...
    QADIN. Yaxşı, qurtar bu söhbəti! Axı hansı ata-ana öz övladının xoşbəxtliyini istəməz?.. İki ailə arasında ötəri söhbət olmuşdu. Qohum olmağı təklif etmişdilər. Biz də belə hesab eləyirdik ki, normal adamlardır: imkanlı, zəngin...
    QIZ. Sizi elə onların var-dövləti başdan çıxarmışdı.
    QADIN. Dedim, yığışdır bu söz-söhbəti. Nə olub? Qarıyıb evdə qalmısan?! Sənin həyatın hələ irəlidədir.
    QIZ. Xəcalətdən qızların üzünə çıxa bilmirəm...
    QADIN. Hansı qızların?!.
    QIZ. Rəfiqələrimin... Dost-tanışlarımın...
    QADIN. Hər şeyi ürəyinə salma, qızım, Allah qoysa, ondan da yaxşı oğlan tapacağıq...
    QIZ. Tapacağıq... Mənə heç kəsi tapmaq lazım deyil.
    QADIN (gülür). Ha-ha-ha!.. Qızım, atanla mən bir az köhnə dəbli adamlarıq...
    QIZ. Bilirəm, necə köhnə dəblisiniz. Xüsusən də sən... QADIN. Nə olub mənə?..
    QIZ. Həmişə özün demirsən ki, o vaxt atanı zorla ram etmişəm, o, xam at kimi idi...
    QADIN. Mən ayrı, sən ayrı... Yox... Yəni... dövr ayrıdır. Bu gün zəmanə dəyişib. Onda vəfa vardı, etibar vardı. İndi tanımadığın adamla necə qohum olasan?.. Fırıldaqçılar aləmi başına götürüb... Atan fağır, mədəni bir adam idi o vaxt. İndi elə oğlanları yalnız yuxuda görmək olar, qızım.
    QIZ. Hamıya eyni gözlə baxmaq olmaz...
    QADIN. Yaxşı, görürəm əsəbisən... Çıx bir az bağda hərlən, havanı dəyiş. İki gündür gəlmisən bağ evinə, hələ bir dəfə bayıra çıxmamısan.
    QIZ. Mən burada boğuluram. Atama zəng vur, sürücünü gön- dərsin, mən şəhərə getmək istəyirəm.
    QADIN. Sürücü gəlməyinə gələcək. Amma atan şəhərdə qalacaq... İşi var, xaricdən qonaqları gəlib yenə... Çıxa bilmir...
    QIZ. Bəs elə isə sürücü nəyə gəlir bura?..
    QADIN. İbili gətirəcək.
    QIZ. İbil nədir?..
    QADIN. İbil də İbildir də. Bəyəm tanımırsan atanın idarə rəisini?.. (Onu yamsılayır.) İbil nədir? İbil canlara dəyən bir oğlandır.
    QIZ. O nə gəzir buralarda?..
    QADIN. Özünə bağ evi axtarır. Belə məsləhət görmüşük ki, onların evini alsın... O narkobaronun evini... Niyə başqasına qismət olsun o ev?.. İbil özümüzünküdür... Qonşu olarıq. Elə deyilmi?.. İbil elə-belə oğlan deyil. İşləyəndir, qazanandır...
    QIZ. İşi avand olsun o... İbildi- zibildi, nədi onun.
    QADIN. Yaxşı, ağzını təmiz saxla. Zibil nədir? Eşidib inciyər...
    QIZ. Mən onu görəndə yadıma həmişə zibil düşür. Elə özü də zibilə oxşayır, söz-söhbəti də...
    QADIN. Dedim, axmaqlama! Bu şəhərin beş kişisindən biridir o!..
    QIZ. Kim?..
    QADIN. İbil!..
    QIZ. Yox bir, zibil! (Pəncərəyə yaxınlaşır.) Odur, bağın o başında zibil yandırırlar. Kimdir o oğlan?.. Tonqal qalayıb, deyəsən...
    QADIN (pəncərəyə yaxınlaşıb bağa sarı baxır). Hə, onu deyirsən?.. Tarxanın qohumudur də...
    QIZ. Tarxan kimdir?..
    QADIN. Tarxanı tanımırsan?.. Qonşuların bağbanını deyirəm. Sənin o narkoman... Hə, o narkobaronun bağında işləyir neçə illərdir. Əvvəllər sürücü idi. Uşaq vaxtı maşınına çox minmisən... Atan xahiş etmişdi ki, bizim bağımızdakı ağaclara da əl gəzdirsin. O da dedi ki, özünün işi çoxdur, əvəzində bu oğlanı göndərib...
    QIZ. Neçə vaxtdır fikir verirəm, heç səsi də çıxmır... Başını aşağı salıb ağacların dibini belləyir, çır-çırpını yığıb yandırır.
    QADIN. O, laldır də... Dili-ağzı yoxdur. Yemək-içməyini də özü ilə gətirir. Özü də qız kimi həyalıdır, adamın üzünə baxanda çuğundur kimi qızarır.
    QIZ. Axı o, bəzən elə bil ki, kiminləsə danışır.
    QADIN. Yəqin, ağaclarla, quşlarla söhbət edir. (Gülür.) Mən deyirəm o, lal-kardır, sən də deyirsən ki, o danışır... Düş aşağı, bəlkə, səni görüb dili açıldı.
    QIZ. Qoy rədd olsun! Elə lalımız əskik idi!
    QADIN. Heyif ki, qulağı eşitmir, yoxsa çağırardım... Adamın yazığı gəlir... Bu səhərdən qarışqa kimi eşələnir ağacların arasında. Olsun ki, heç nahar da eləməyib...
    QIZ. Soruşaydın da... Bəlkə, acdır...
    QADIN. Necə soruşum? Deyirəm, laldır. Aşağı düşməyə də ərinirəm. Bir də görmürsən, göydən od yağır. Günün altına çıxmaq istəmirəm. Dərim zərifdir, o dəqiqə yanır...
    QIZ. İstəyirsən, mən çağırım...
    QADIN. Get çağır...
    QIZ. Yox, ey... Elə buradan çağırım... Yox bir, gedib minnət eləyəcəm ona...
    QADIN. Buradan necə çağırmaq olar?..
    QIZ. Çox sadə... Oradan mənə qaşıqdan-çəngəldən bir şey ver, atım... Ya da bilyard topu...
    QADIN. A-a-a!.. Sən nə deyirsən?!. Nəsə atarsan, gedib baş-gözünə dəyər, biabır olarıq... Özü heç, Tarxanın əlində qalarıq...
    QIZ (pəncərədən baxır). Odu ey, ağacın altından evə sarı boylanır... İstəyirsən, sən əl elə çağır...
    QADIN. Çağır deyirsən, çağırım. (Pəncərədən əl edir.) Ey, lal... Ay lal!.. (Qıza.) Adını da bilmirəm... Gərək Tarxandan soruşaydım. (Bayıra.) Lal, eşidirsən məni?!. (Qıza.) Hə, deyəsən eşitdi... qandı... (Bayıra.) Ay lal, bura gəl! Acmısan?.. Bəri gəl! (Qıza.) Yazıqdır... Birdən su-zad içmək istəyər... Qoy gəlib bir az kölgələnsin... Hə, deyəsən, gəlir yavaş-yavaş. Neçə gündür buradadır, elə quzu kimi başını aşağı salıb qurdalanır... Zəhmət adamıdır... Köhnə vaxt ol- saydı, beləsinə orden-medal verərdilər...
    QIZ (pəncərədən baxır). Hə, pilləkənin ayağında ayaq saxladı. Deyəsən, yuxarı qalxmaq istəmir. Elə qalxmasa, yaxşıdır. Üst-ba- şından İbil, e-e-e, zibil yağır.
    QADIN. Yaxşı, gicləmə! “İbil”, “zibil”... Soruş, gör su-zad istəmir ki?..
    QIZ (pəncərədən qışqırır). Ey, lal, su istəmirsən ki? (Qadına.) Başını aşağı salıb susur...
    QADIN. Xoşbəxt adamdır ki, dili-ağzı yoxdur. Nə bir pis söz eşidir, nə də yaman söz danışır. (Pəncərədən əl edir.) Ay Allahın lal-karı, yuxarı qalx! (Qıza.) Bıy o, niyə qayıtdı? Bəyəm pis söz dedik bu axmağa?.. Hə, gedib özünü səliqəyə salır... Odur ey, əl-üzünü yuyur, əyin-başının toz-torpağını çırpır. Halal olsun sənə, ay lal! Çoxlarından mərifətli-qanacaqlısan!.. O narkoman içəri keçəndə heç ayaqqabısını da soyunmurdu... Narkobaronun oğlunu deyirəm... Ona bax, buna bax... Görürsən, lalın səliqə-sahmanını?!. Lal olanda nə olar ki? Gərək adamın mədəniyyəti olsun... Hə, əl-üzünü yudu. Yenə dayandı pilləkənin ayağında. (Əl edir.) Yuxarı qalx! Hə, yuxarı, evə!.. Sən nə dilbilməzssən! Doğrudan da, lal ki, lal!.. Gəl! Gəl!.. Hə, bax belə... Nə həyalı adamdır bu!.. Ona bax, gör bir necə qızarıb...
    QIZ. Yəqin, gün vurub... üz-gözü ona görə qızarıb... QADIN: Yox, fikir vermişəm, təkcə söhbət edəndə qızarır...


    II MƏCLİS

    Adsız oğlan (lal) gəlir. Qapı ağzında dayanır, Qız, Qadın və Adsız.

    QIZ. Keçin içəri, keçin...
    QADIN (gülür). A-a-a... Deyirəm, xədiməm, deyirsən, neçə uşağın var... O eşitmir, laldır, ay qızım...
    QIZ. Nə olsun eşitmir? Axı o necə olsa başa düşməlidir... (Əli ilə oğlana oturmaq işarəsi verir.) Əyləşin, ayaq üstə durmayın...

    Həmin söhbət əsnasında və ümumiyyətlə, tamaşanın sonunacan oğlan (Adsız) əyləşmir, ya ayaq üstə dayanır, ya da gəzişir.

    QADIN. Gərək adını Tarxandan soruşaydım... Hə, onsuz da, soruşmağın bir mənası da yoxdur. Özü-özünü eşitmir, bizi haradan eşidəcək?..
    QIZ. Bəlkə də, heç adı yoxdur bunun?..
    QADIN. Elə şey olar?.. Yəqin ki, bir adı var da... Bəs necə çağırırlar evdə-eşikdə?..
    QIZ. Beləsinə nə ad?.. Yəqin ki, elə adı Adsızdır...
    QADIN. Adsız? Qoy olsun Adsız. (Əli ilə işarə edir.) Ay Adsız, bir şey yemirsən? Bəlkə, çaydan-sudan içmək istəyirsən? Birdən ac qalarsan, biz qan-qarğış yiyəsi olarıq... Sonra sənin sahibinin əlində qalarıq...
    QIZ. Sahibinin?.. Bu heyvan-zaddır ki, sahibi olsun? Kimdir sahibi?..
    QADIN. Tarxanı deyirəm də... Sənə demədim ki, bunu o gətirib çıxarıb buralara?.. Amma çox həyalı oğlana oxşayır. Lal olanda nə olar? Gör nə incə sifəti, ağıllı gözləri var?..
    QIZ. Doğrudan da... Ana, bir onun əllərinə bax barmaqları necə uzundur...
    QADIN. Hə, lap pianoçu barmaqlarıdır ki... Bəlkə də, imkanlı bir ailədə doğulsaydı, musiqiçi ola bilərdi...
    QIZ. Musiqiçi?.. Yox, laldan nə musiqiçi?.. O, səsləri eşitmir...
    Amma lallar arasında rəssamlar, heykəltaraşlar var.
    QADIN. Görəsən, yazığın ailəsi varmı? Eh, bir də ki beləsinin nəyinə lazımdır arvad-uşaq?..
    QIZ. Niyə ki?..
    QADIN. Axı çətin olar... Onunla ailə quran nə gün görəcək?..
    QIZ. Hər halda özü kimi bir lal qızla ailə qura bilər...
    QADIN. Yəqin, uşaqları da lal olar...
    QIZ. Yox, mən oxumuşam ki, çox vaxt lalların istedadlı, dil- li-dilavər uşaqları olur.
    QADIN. Başını aşağı dikib... Ona bax... Elə bil suçlu uşaqdır...
    QIZ. Adamın yazığı gəlir. Yəqin ki, onun-bunun həyət-bacasında işləyib çörəkpulu qazanır. Ana, bir şey verəcəksiniz buna?..
    QADIN. Nə verəsiyik ki?..
    QIZ. Pul-para...
    QADIN. Hər halda bir hörmət eləyərik... Ya da məsləhətləşərik Tarxanla. O özü bilər...
    QIZ (Adsıza). Ay Adsız, əyləş də! Ağac kimi bitmisən qapının ağzında...

    Adsız çiynini çəkir. Əlini sinəsinə qoyur, deyəsən, diqqətə görə onlara təşəkkür edir.

    QADIN. Əyləşmək istəmir. Bizə təşəkkür edir. Görürsən, nə mədəni oğlandır!.. Yoxsa o narkoman...
    QIZ. Yoxsa o İbil... Zibil, Dibil...
    QADIN. Sən canın, İbilin kölgəsini qılınclama... Eşidər, inciyər birdən...
    QIZ. Cəhənnəmə eşidib incisin...
    QADIN. İbilin yaxşı gələcəyi var. Çox bacarıqlı oğlandır. Gö- rürsənmi, o öz gücünə haraya qalxıb...
    QIZ. O danışanda mənim ətim tökülür, xəcalət çəkirəm... QADIN. Nə üçün?..
    QIZ. Fikir verməmisən ədalarına?!. Səninlə elə danışır ki, elə bil qadın rəfiqələrindən biridir. Əzilir, büzülür, gözlərini süzdürür...
    QADIN. Mədəni, ziyalı adamdır də...
    QIZ. Paho! Mədəni!.. O, yaltaqdır!..
    QADIN. İndi yaltaq olmayan var ki?.. Bir də ki hərə özündən böyüyünün hörmətini saxlamalıdır... Görürsənmi, hətta bu Allahın lal-karı da mədəniyyət nümayiş etdirir...
    QIZ. Hiss olunur ki, bu, təbiətən utancaq adamdır... Amma İbil... Bircə sabunu çatışmır... Ötən dəfə fikir verirəm, atama deyir ki, siz mənim idealımsınız, mən həyatda hər şeyi sizdən öyrənmişəm... Nə bilim, mən sizin ayağınızın tozu da ola bilmərəm... Siz mənə çörək vermisiniz...
    QADIN. Nə olsun ki, ay qızım?.. Elə atan da öz böyükləri ilə ehtiyatla davranır... Konfiliktə girmir... Neyləsin?.. Zəmanə belədir.
    QIZ. Yaxşı, yaxşı... İbilə haqq qazandır görək...
    QADIN. Yox... Vallah, İbil yaxşı oğlandır... Sənin sözündən belə çıxır ki, İbil danışmasın... Bu bədbəxt kimi lal-kar olsun?..
    QIZ. Elə əttökən, mənasız söhbətlər edən adamdan bu cür lal daha yaxşıdır...
    QADIN. Boy, iraq olsun, qızım... (Maşın siqnalı eşidilir.) Deyəsən, gələn var... Yəqin, atanın şoferidir. İbil onunla gəlməlidir... Bax, onun yanında özünü yaxşı apar ha!..
    QIZ. Yaxşı aparım? İbilin, zibilin yanında? Mən hara, o hara?..


    III MƏCLİS

    Maşın siqnalı eşidilir. Az sonra İbil gəlir. Adsız yenə ayaq üstədir, ətrafa baxır, döyükür, hiss olunur ki, sıxılır. Qadın, Qız, Adsız və İbil.

    QADIN. Xoş gəlmisən, İbil. Necəsən? Bəs sürücü hanı?..
    İBİL. Salam... Salam. (Qadına.) Sürücü şəhərə qayıtdı. Maşını yola saldım getdi... Gərək öz maşınımla gələydim... (Qıza.) Hə, siz necəsiniz?.. İşləriniz?.. (Ayaq üstə durmuş Adsıza işarə ilə.) Bu kimdir belə?.. Niyə keçib əyləşmir?
    QADIN. Bağda işləyir. Həyət-bacada təmizlik işləri aparır. İBİL. Bağbandır?
    QADIN. Hə... Tarxanın qohumudur.
    İBİL. Tarxan kimdir?..
    QADIN. Qonşu bağda gözətçidir... Dediyimiz bağda...
    İBİL (Adsıza). İndi o bağda yaşayan var?..
    QADIN. Yox... Təkcə Tarxan oradadır... Yəqin, bağın sahibi də gəlib çıxar... Bağa baxmısan?..
    İBİL. Baxmışam... Gərək bu gün beh verəm...
    QADIN. Hə... Danışarsınız... Əla bağdır... Uduzmazsan... (Gülür.) Məncə, bizimlə qonşu olmağa dəyər...
    İBİL. Əlbəttə...
    QADIN. Əyləş... Keç otur...
    İBİL. Əyləşərəm. (Adsıza baxır.) Bəs bu niyə heykəl kimi ayaq üstə donub qalıb?..
    QADIN. Bayaqdan deyirik, keç əyləş, nədənsə oturmaq istəmir...
    İBİL (Adsıza). Əşi, keç əyləş də!.. (Qadına). Bunun adı nədir?..
    QADIN (gülür). Adını elə Adsız qoymuşuq...
    İBİL. Adsız?.. Pəh-pəh... Əntiqə addır!..
    QIZ (ciddi). Hər halda İbil adından pis deyil...
    QADIN (Qıza qaş-göz edir). Niyə ki?.. İbil orijinal addır. Qızım zarafat edir...
    İBİL. Doğrudan da... Mənim öz adımdan xoşum gəlir... QADIN. Yeni, müasir addır...
    İBİL. Bilirsiniz, adımın mənası nədir?..
    QADIN. Yəqin ki, ərəb, ya da fransız adıdır...
    İBİL. Yox... Bu adı mənə anam verib. Dörd dayım var. Anam öz qardaşlarının adlarının baş hərflərini yığıb bu adı düzəldib...
    QIZ. Əgər beş dayınız olsaydı... Onda necə?..
    İBİL. Onda yəqin ki, adım beş hərfli olardı...
    QIZ. Belə çıxır ki, dayılarınızdan birinin adı “d” hərfi ilə başlasaydı “dibil”, ya da “z” hərfi ilə başlasaydı “zibil” ola bilərdiniz...
    QADIN (Qıza). Sən hərdən elə zarafat edirsən ki... qətiyyən yerinə düşmür. Əlbəttə, İbil evin öz adamıdır, bundan inciməz.
    Amma səni düz-əməlli tanımayan adam elə bilər ki, sözünün yerini bilmirsən...
    İBİL. Yox, mən hər sözdən inciyən deyiləm... (Adsıza.) Sən niyə gözünü döyürsən?.. Ya keç əyləş, ya da çıx get...
    QADIN. Bəlkə, elə biz də bağa düşək... Burada hava istidir...
    Siz istirahət edin, mən də çay-çörək hazırlayım...

    Çıxırlar.

    II ŞƏKİL

    Bağ. Yaşıl ağaclar. Yelləncək-kreslo. Yüngül stullar.

    I MƏCLİS

    Adsız, Qız, İbil. Qız şortik geyib, yelləncək-kresloda əyləşib.
    İbillə Adsız ayaq üstədir.

    İBİL (Adsıza işarə ilə Qıza). Bu niyə kölgə kimi düşüb bizim arxamızca?..
    QIZ. O bəyəm kiməsə mane olur?..
    İBİL. Bəlkə, bizim xəlvəti bir söhbətimiz var...
    QIZ. Xəlvəti söhbət?.. Əvvəla, o söhbətin Adsıza heç bir dəxli yoxdur, ən azı ona görə ki, o, eşitmir...
    İBİL. Adsız! Adsız! .. Pəh-pəh!.. Nə gözəl addır!..
    QIZ. İkincisi də, bizim aramızda xəlvəti nə söhbət ola bilər?..
    İBİL. Mənə elə gəlir ki, o hər şeyi başa düşür. (Adsıza əli ilə işarə edir.) Bura bax, ürəyim yanır, get bir az su gətir içək...

    Adsız sualedici nəzərlərlə Qıza baxır. Qız başını tərpədir, yəni su gətirə bilərsən. Adsız bağın o başındakı krana yaxınlaşıb, qra- finkanı su ilə doldurur.

    QIZ. Siz onunla kobud danışmayın...
    İBİL. O, bəlkə də, özünü bicliyə vurub...
    QIZ. Nə üçün?..
    İBİL. Guya lal-kardır, amma ola bilsin ki, eşidir... (Gülür.) Ha- ha-ha... Yox... Zarafat edirəm. Adam üzünə baxan kimi, onun küt olduğunu bilir...
    QIZ. Əksinə, hiss olunur ki, o çox həssas adamdır... Hər şeyi ürəyinə salır. Siz bir onun gözlərinə baxın... Əllərinə fikir verin...
    İBİL. Gözləri.... Əlləri... Ayaqları... Zahirən hər şeyi yerindədir. Görəsən, ağlı necə, qaydasındadırmı?..
    QIZ. Siz tanımadığınız adam haqqında nə üçün belə şeylər danışırsınız?.. Bəlkə də, o çox ağıllı-dərrakəli bir adamdır...

    Adsız onlara yaxınlaşır. Qrafindən fincana su töküb Qıza uzadır.

    QIZ (suyu içib). Sağ olun, əsl centlmensiniz... (Adsız fincanı İbilə uzadır.)
    İBİL (suyu başına çəkib). Hə, bax belə, özün də içə bilərsən...

    Adsız başını tərpədir, yəni sağ olun, içmirəm.

    QIZ. O bütün günü işləyir... Zəhmətkeş oğlandır...
    İBİL. Əlindən ayrı nə iş gəlir ki?... Yəqin, oxuyub, yazmağı da bilmir... Qoy gedib öz işiylə məşğul olsun. (Adsıza əli ilə işarə edir). Hə, get bağın kol-kosunu təmizlə, boş dayanma... Üzümə niyə elə baxırsan?.. Gözünü bərəltmə, dedim get... Belini-dırmığını götür...

    Adsız onlardan aralanıb bağın səliqə-sahmanı ilə məşğul olur.

    QIZ. Yazıq... Kasıbçılıqdan onun-bunun qapısında işləməyə məcburdur...
    İBİL. Nə olsun ki?.. Hərə bir yerdə işləməlidir də... Hələ se- vinsin ki, belə bir ailə onu qapıdan içəri buraxıb... Xanım-xatın bir qadın onu nəyəsə buyurur... Belə bir gözəl qız onun əlindən su içir. Elə deyilmi?..
    QIZ (kinayəli). Belə bir gözəl oğlan onunla üzbəüz söhbət edir...
    İBİL. Siz nədənsə mənimlə həmişə birtəhər danışırsınız...
    QIZ. Birtəhər?..
    İBİL. Bəli.. Tikanlı sözlərlə... İstehza ilə...
    QIZ. Mənim üslubum belədir...
    İBİL. Bəlkə də... Amma sizin hər tikanlı sözünüzü mən ən qiy mətli hədiyyə kimi qəbul edirəm...
    QIZ. Doğrudan?..
    İBİL. Həqiqətən... Mənim sizdən inciməyə qətiyyən haqqım yoxdur... Çünki sizin çox təmiz ürəyiniz var...
    QIZ. Bəs öz ürəyiniz necə?..
    İBİL. Mən həssas adamam... Mənə elə gəlir ki, biz bir-birimizi yaxşı başa düşərik...
    QIZ. Nə mənada?..
    İBİL. Elə hər mənada ... Dedim ki, mən həssas adamam... QIZ. Həssas?.. Siz, doğrudan, həssas adamsınız?..
    İBİL. Əlbəttə... Mən həm də səbirli, təmkinli adamam... Gözəl- lərin hər bir tənəsinə dözməyə hazıram... Xüsusən də sizin...
    QIZ. Gözəllər... Hım-m-m... Gözəl o ağacdır, o yarpaqdır, o çiçəkdir...
    İBİL. Hə, bir də o laldır gözəl... (Gülür.) O, ağacdan da gözəldir.
    Ey, lal!... Adsız!..
    QIZ. Nə işiniz var onunla?..
    İBİL. Elə-belə məzələnirəm...
    QIZ. O öz işi ilə məşğuldur...
    İBİL. Zəhmət adamıdır...
    QIZ. Nə olsun ki?
    İBİL. Lal bura gəl!..

    Adsız yaxınlaşır.

    QIZ. Axı siz ona nə demək istəyirsiniz?..
    İBİL (Adsıza). Ey, bura bax!.. Qayçını götür, o ağacların quru budaqlarını buda! Qandın?.. Hə, di gedə bilərsən...

    Adsız onlardan aralanır, ağacların arasında qurdalanır.

    QIZ. O nəsə bikefdir.
    İBİL. Çoxdan tanıyırsınız onu?
    QIZ. Yox... Bir-iki gündür... Bağ evinə gələndən...
    İBİL. Heyvan kimi bir şeydir. Nə deyirsən, elə küt-küt adamın üzünə baxır... Yəni beləsinin yaranmasına ehtiyac vardımı?..
    QIZ. Niyə elə deyirsiniz?.. Onun çox ağıllı gözləri var.
    İBİL. Onda heç bir ağıl nişanəsi yoxdur... Ona bax, yenə gözlərini bərəldib bura baxır. (Adsıza sarı qışqırır)... Ey adsız qanmaz, bir bura gəl görüm!..
    QIZ. Nə sözünüz var ona?.. öz işi ilə məşğuldur...

    İbil yerdən daş götürüb bağın dərinliyinə ‒ Adsıza sarı atır; oğlan onlara yaxınlaşır.

    İBİL. Gəl, gəl, bura... Deyirəm, axı... Bu hər şeyi anlayan lallardandır. Özü də bicin biridir...
    QIZ. Tanımadığınız adam barədə belə sözlər danışmayın... İBİL. Bizim dediyimiz sözlərin ona nə isti-soyuğu?.. Onsuz da, o heç nə eşitmir...
    QIZ. Onun eşidib-eşitməməyinin fərqi yoxdur. Mən ki eşi- dirəm Hətta ola bilsin ki, mən də lalam. Özünüz ki özünüzü
    eşidirsiniz... Hər kəs özü öz qarşısında qəbahətə yol verməməlidir...
    İBİL. Bəyəm kiminsə lal olmağında mənim bir günahım var?.. Mən neyləyim ki, Allah buna o boyda qulaq verib, amma eşitmək qabiliyyəti verməyib?. (Adsıza əli ilə işarə edir.) Bura bax, gedib siqaret ala bilərsən? Hə?.. Anladın? Yaxşı, götür bu pulu, bağın o biri üzündə dükan var, oradan bir-iki qutu siqaret al. Özü də yaxşısından al ha.... Qandın?.. (Pulu uzadır.) Gedə bilərsən. Ə, nə dik-dik baxırsan üzümə?..

    Adsız iti nəzərlərlə onu süzüb pulu götürmür, geri çevrilir, asta addımlarla uzaqlaşır. İbil əlində pul Adsızın arxasınca getmək istəyir. Qız ayağa durub İbilin qarşısında dayanır...

    QIZ. Siz ondan nə istəyirsiniz?..
    İBİL. Buna bax bir!.. Deyəsən, qudurub!.. Bu saat mən onu təpiyin altına salıb əzişdirəcəyəm... Onda dili açılar köpəkoğlunun! Tərbiyəsiz!.. Allah özü bilir, kimi lal-kar yaratmaq lazımdır!.. Dəvənin qanadı olsaydı, uçurmadığı ev qalmazdı.
    QIZ. Qanadlı dəvələr də var ‒ dəvəquşu, amma ev-eşik uçuran deyil...
    İBİL. Siz də zarafata vaxt tapdınız!.. Mane olmayın, qoyun onun ağlını başına gətirim!.. Heyvan!.. Heyvərə!.. Tərbiyəsiz!..

    İbil Adsıza sarı gedir. Adsız ağır addımlarla geri dönür, İbilin qarşısında dayanıb iti nəzərlərlə onu uzun-uzadı süzür.

    QIZ. Mənə elə gəlir ki, o sizin ağzınızın tərpənişindən, əl-qolunuzun hərəkətindən hər şeyi anlayır. Axı lallar çox həssas olurlar. Deyilənə görə, onlar hətta adamların gözlərindən ürəklərini oxuya bilirlər.
    İBİL. Axı mən nə dedim ona?.. Sadəcə olaraq, siqaret alamağa göndərirəm. (Adsıza.) Yaxşı, get rədd ol buradan! Sonra danışaram səninlə!..
    QIZ. Aman Allah! Bir onun gözərinə baxın, necə də pələng kimi vurnuxur!..
    İBİL. Gərək onun qulaqları ilə yanaşı gözləri də tutulaydı!.. (Adsıza.) Rədd ol, dedim sənə!..

    Adsız İbilə yaxınlaşır. Hiss olunur ki, hirsli, qəzəblidir: Qız onların arasında dayanır.

    QIZ. O çox qəzəblidir. Deyirlər, lallar hirslənəndə çox qorxulu olurlar... (Adsıza.) Siz öz işinizlə məşğul olun... Xahiş edirəm, hirslənməyin...

    Adsız bağın dərinliyinə çəkilir.

    İBİL. Hə, o sizi yaxşı anlayır...
    QIZ. Elə sizi də...
    İBİL. Siz mənimlə həmişə qeyri-ciddi davranırsınız?..
    QIZ (gülür). Qeyri-ciddi? Mən özümü kifayət qədər ciddi adam hesab edirəm.
    İBİL. Bəlkə də, fikrimi düzgün ifadə etmədim; əksinə, siz mənə ciddi, rəsmi adam kimi yanaşırsınız...
    QIZ. Siz nə üçün belə qənaətə gəlmisiniz?..
    İBİL. Allaha şükür, gözüm görür, ağlım kəsir... Özüm də ki lal-kar deyiləm...
    QIZ. Bilirsinizmi, mən həqiqəti demək istəyirəm. Məncə, sizdə, daha doğrusu, sizin xarakterinizdə sadizm elementləri var...
    İBİL. Sadizm?.. (Gülür.) Yəni mən sadistəm?..
    QIZ. Dedim ki, mənə elə gəlir...
    İBİL. Xətrinizə dəyməsin, elə mən də sizdə bu cür hallar müşahidə edirəm...
    QIZ. Doğrudan?..
    İBİL. Bəli, doğrudan. Məsələn, siz məni başqalarının yanında təhqir etməkdən həzz alırsınız... Mənə “dibil”, “zibil” deyirsiniz... (Pauza.) Amma təbii ki, mən belə şeylərdən inciyən deyiləm...
    QIZ. Bunun özü qeyri-təbii haldır. Əksinə, normal adam bu cür hallarda inciməlidir.
    İBİL. Yox, mən heç vaxt sizdən incimərəm... Bütün ömrüm boyu...
    QIZ. Ömrünüz boyu?.. Yəni siz uzunmüddətli bir döyüşə ha- zırlaşırsınız?..
    İBİL. Döyüş deyəndə ki... Mən nə sadistəm, nə də döyüşçü. Mən ürəyiaçıq bir adamam. Özü də bilmirəm ki, məni nə üçün sadist adlandırırsınız?..
    QIZ. Mən sizin ədanızı, rəftarınızı müşahidə edib bu qənaətə gəlmişəm. Doğrudur, hər bir adamda sadizm əlamətləri ola bilər, bəlkə, elə mənim özümdə də... Amma bu sizdə daha qabarıq hiss olunur. Elə o lalla, Adsızla rəftarınız da çox şeydən xəbər verir...
    İBİL. Ha-ha-ha... Düzü mən istəməzdim ki, bizim söhbətimizin mövzusu bu gicbəsər lal olsun...
    QADIN (kənardan səsi gəlir). Gəlin, çay-çörək hazırdır...

    İbillə Qız gedirlər. Musiqi. Adsız görünür. Hadisələrin sonrakı gedişi bir növ yuxuda baş verir. Qız sanki uça-uça gəlir. O, şəffaf paltardadır. Bəlkə, bu da reallıq deyil, bir yuxudur ‒ Adsızın yuxusu. Qız yelləncək-kresloya yaxınlaşıb əyləşir, asta-asta yellənir. Musiqi sədası altında tərpənən yelləncək birdən dayanır. Adsız ağacların arasından çıxıb Qıza yaxınlaşır. Əlini uzadıb yelləncəyi astaca yırğalayır. Qızın üzünə işıq düşür. Bu, bəlkə də Ay işığıdır. Sonra qız gözlərini yumub; o, sanki yuxuya gedib. Bir qədər sonra qız gözlərini açıb ətrafa boylanır. Arxa tərəfdə hənirti duyub qanrılır. Adsızı başının üstündə görüb gülümsəyir. Oğlan ona baxıb sanki ürəklənir, onun da üzündə təbəssüm işırtıları görünür. Qız ayağa durub Adsızla üz-üzə, göz-gözə dayanır. Qız əlini oğlanın çiyninə qoyur. Adsız qızın əllərini öpüşlərə qərq edir. İşıq azalır və yenidən güclənir. İndi yelləncək-kresloda Adsız təkdir. Qız yoxdur. Bəlkə də, heç Qız yerli-dibli olmayıb, sadəcə olaraq oğlan yuxu görürmüş. Oğlan gözlərini geniş açıb ətrafa yerə, göyə baxır. Kreslonun önündə diz çökür, kreslonu öpür, başını qoltuqluğa söykəyib nə barədəsə fikirləşir. O nəyisə xatırlayıbmış kimi yerə sarı əyilir və qızın yerdəki ayaqqabısını götürür, ayaqqabını qoxulayır, sığallayır, öpür. Ayaqqabını yerə qoyub qollarını yana açır. Göydən düşən bir parça işığı sanki qucaqlayıb bağrına basmaq istəyir. Bəlkə də, o işıq Adsız üçün elə o Qızın özü deməkdir. Adsız xəyalındakı Qızı, əslində isə bir parça işığı tumarlayır, əzizləyir, oxşayır, öpür. Sonra o, öz aləmində sanki başını qızın sinəsinə qoyub hönkür-hönkür ağlayır. Onun çiyinləri titrəyir. Onun göz yaşları yanaqlarına sü- zülür. Qız bağ evinin kandarında görünür, o, yenə əzəlki geyimin- də ‒ şortikdədir. O bağa, bağdakı kresloya, o kreslonun yanında dayanıb qəribə hərəkətlər edən Adsıza baxır. Əvvəlcə gülümsəyir, sonra ciddiləşir. Sonra isə sanki dəhşətə gəlir, qorxuya düşür. Qızın gözləri təəccübdən böyüyür, hədəqəsindən çıxır. O, asta addımlarla Adsıza yaxınlaşır. Adsız qəfildən xəyal aləmindən ayrılır, Qızı görüb utanır, xəcalət çəkir. Qız ona yaxınlaşır. Adsız addım-addım geri çəkilir. Qız əllərini ona sarı uzadır, amma Adsız cavab hərəkəti etmir, geriyə doğru addımlayır... addımlayır və kreslo-yelləncəyə çökür. Qız qəşş edib gülür. İşıq azalır... İşıq artır. Musiqi azalır. İbil görünür...


    II MƏCLİS

    İbil və Qız.

    İBİL. Deyirlər qonşunuz narkobizneslə məşğul olurmuş... QIZ. Kim deyir?..
    İBİL. Oğlu da narkoman imiş...
    QIZ. Bunları kim deyir?..
    İBİL. İndi ilişiblər...
    QIZ. Kim?..
    İBİL. Qonşularınız... İndi bağlarını satırlar... Borca düşüblər. İstəyirəm onların bağını mən alım. Necə məsləhət görürsünüz?..
    QIZ. Kim?..
    İBİL. Siz... Hər halda qonşu olmusunuz...
    QIZ. Nə olsun ki?.. Bunların mənə nə dəxli var?.. Satan o, alan siz...
    İBİL. Axı biz qonşu olacağıq. Elə deyilmi?
    QIZ. Mən bağda aradabir oluram... Nadir hallarda...
    İBİL. İnnən sonra tez-tez olarsınız. Mənim xətrimə... Deyirlər, qonşunuzun ‒ o narkobiznesin oğlu axmağın birisidir...
    QIZ. Xeyr, o çox alicənab oğlandır, özü də bəziləri kimi tanımadığı adamlar barədə iftira söyləmir. Ümumiyyətlə, mən qeybətcil kişiləri xoşlamıram...
    İBİL. Elə mən də...
    QIZ. Hə, o dəqiqə hiss olunur...
    İBİL. Qəribə tiplərlə qonşusunuz: biri narkoman, biri lal-kar...
    QIZ. Biri axmaq, biri dibil...
    İBİL. Mən sizin hər bir sözünüzü ən qiymətli ərməğan kimi qəbul edirəm... Mənə elə gəlir ki, bizim bu cür mübahisələrimizin gələcək həyatımızda yalnız əhəmiyyətli rolu ola bilər.. .
    QIZ. O nə həyatdır elə?.. Şəxsən mənim gələcəyim artıq keçmişdə qalıb... Ola bilsin ki, sizin keçmişiniz gələcəkdədir...
    İBİL. Sizin çox orijinal mühakimələriniz var... İndi isə icazə verin, mən gedim... Qonşu bağa baş çəkməliyəm... Tezliklə qayıdacağam... Hələlik...

    İbil gedir, Qadın gəlir.


    III MƏCLİS

    Qadın və Qız.

    QADIN. O lal gədənin başı xarabdır, deyəsən...
    QIZ. Nə olub ki?..
    QADIN. Neçə gün idi başını aşağı salıb öz iş-gücü ilə məşğul olurdu. Amma dünəndən bəri dəyişib, elə bil...
    QIZ. Dünəndən... dəyişib?..
    QADIN. Hə də, sən gələndən...
    QIZ. Mən gələndən?..
    QADIN. Fikir verirəm, elə gözü buradadır. Kölgə kimi sənin arxanca sürünür...
    QIZ. Mənsə heç nə hiss etmirəm. Bəlkə, elə əvvəldən bu cürdür...
    Yəqin, qəribəliyi var...
    QADIN. Bəs onun bu qəribəliyi neçə gün idi niyə üzə çıxmırdı?.. Gah sən əyləşən kresloya yayxanıb yellənir, gah ağacı qucaqlayıb öz-özünə nəsə danışır...
    QIZ (gülür). Danışır?..
    QADIN. Öz dilində nəsə mızıldanır... Gah əllərini göyə uzadıb gözlərini yumur, elə bil ki, dua oxuyur, gah da gülür... Allah bilir, bəlkə başı xarabdır... Qoy Tarxan gəlsin, qovacağam onu buradan...
    QIZ. Yox... O ki sakit oğlana oxşayır...
    QADIN. Sakit? Əlbəttə, sakit olmalıdır. Dili yox, ağzı yox... Məni onun hərəkətləri şübhələndirir... (Pauza.) İbil də buradan nəsə qanıqara getdi. Nə olmuşdu görən?.. Yenə sancaqlamamışdın ki, onu?..
    QIZ. İbil... Zibil... E-e-e... Bağışla, sən Allah... Dilim öyrənib... Yox, İbil bizimlə bağda deyib-gülürdü... Özü də Adsızla dostlaşmışdı, deyəsən...
    QADIN. Dostlaşmışdı?.. Əksinə, İbil mənə dedi ki, o gici burada rədd eləyin, getsin.
    QIZ. Axı kimdir İbil?.. O nə vaxtdan bu evdə ağalıq etmək fikrinə düşüb?.. Vallah, atama deyərəm, onu işdən iti qovan kimi qovar.
    QADIN. Gicləmə!.. Atan da onun xətrini çox istəyir.
    QIZ. Nə oldu sizə birdən-birə?.. Həmişə onu ələ salıb gülürdünüz! Dünən pıxı olan zibil e-e-e... İbil indi çiçi olub?..
    QADIN. Sənə dedim, gicləmə!.. Allahına şükür elə ki, İbil kimi bir oğlan sənə ağız açmaq istəyir.
    QIZ. Onun ağzı həmişə açıqdır. Axı istəyi nədir sənin o İbilinin?..
    QADIN. O niyə mənim olsun ki?.. İbil səninlə ailə qurmaq istəyir...
    QIZ. İbil qələt eləyir, başını da daşa döyür!..
    QADIN. Sən özün qələt eləyirsən. Bildin?.. Ölünü özbaşına qoysan kəfəni yırtar. Sən də özbaşına olsan, ya kora gedərsən, ya keçələ... ya da lala...
    QIZ. Kor da İbildən yaxşıdır, kar da, lal da...
    QADIN. Rədd ol buradan! Bilmirəm gedib kimə oxşamısan?!. Oxşadıqlarına lənət!..

    Qız çıxır Tarxan gəlir.


    IY MƏCLİS

    Qadın və Tarxan.

    TARXAN. Məni niyə söyürsən, balam?..
    QADIN. Sən canın, o lalını da götür, get buradan. TARXAN. Nə olub ki?.. Niyə hirslənmisən?..
    QADIN. Bu qız mənim başıma oyun açır...
    TARXAN (diqqətlə ətrafa nəzər salıb). Mənə oxşayıb yəqin...
    QADIN. Sən də yaşlaşdıqca xərifləyirsən, deyəsən!..
    TARXAN. Hər şey ola bilər... Dəryaca ağlın olsa, kasıb olsan gülərlər...
    QADIN. Get öz iş-gücünlə məşğul ol, Tarxan. Onsuz da qanım qaradır.
    TARXAN. Balam, niyə əsəbləşirsən? Maşallah, qu quşuna bənzəyirsən. (Qadına yaxınlaşır.) Səni görəndə elə bilirəm ki, ikimiz də hələ subayıq...
    QADIN (geri çəkilir). Yaxşı, dinc dur. Gələn olar. Deyəsən, başına at təpib sənin.
    TARXAN. Xahiş edirəm, məni təhqir etmə.
    QADIN. Özünü yüngül aparma. Elə bil öz arvadınla danışırsan...
    TARXAN. Hər halda öz qızımın anası ilə danışıram...
    QADIN. Kəs səsini!.. Sən nə həddlə bu cür danışırsan mənimlə?.. Sən kim, mən kim?!.
    TARXAN. İndi belə oldu?.. Mənim qızım... Mənim qızım haqqında...
    QADIN. Kimdir axı sənin qızın?.. Sən özün kimsən?!. Get işinlə məşğul ol, dedim!
    TARXAN. Elə etmə ki, açım pambığı, töküm sandığı! Heç kəs bilməsə də sən yaxşı bilirsən ki, kimdir sənin qızının atası!..
    QADIN. Bu sənin uydurmandır!.. Gicləmə!..
    TARXAN. Mənimlə bir yerdə keçirdiyin o gecələr də uydurmadır?!. Mənə məndən uşağa qaldığını dediyin o gün, o an da uydurmadır?..
    QADIN. Mən ərli qadın olmuşam...
    TARXAN. Bəli, ərli olmusan! Ərin səndən əvvəl də evli olub... Elə səninlə də yeddi-səkkiz il yaşayıb... Amma o uşaq bizim görü- şümüzdən sonra dünyaya gəlib! O, mənim qızımdır! Bildin?! Sən məni bu qədər qanmaz, bu qədər eşşək hesab edirsən?!.
    QADIN. Mən qələt eləyib səninlə bir-iki dəfə görüşmüşəm... Qanmamışam... Nə olsun ki?.. İndi özündən nağıllar uydurursan... Bir də ki, kişi olan kəs ağzını Allah yolunda açıb boş-boş danışmaz...
    TARXAN. Sən özün məcbur edirsən məni bu cür danışmağa...
    QADIN. Sən nə demək istəyirsən?.. Ümumiyyətlə, sən məndən nə istəyirsən?
    TARXAN. Mən?.. Heç nə... Elə səni görmək istədim... QADIN. Hım-m-m... Ta bağda elə bir görüləsi iş yoxdur. TARXAN. Hələ ağacların çoxu budanmayıb...
    QADIN. Eybi yoxdur... Qalan işləri sən özün görərsən. O lala da beş-on manat verib yola salarıq...
    TARXAN. O, kənar adam deyil... Mənim oğlumdur...
    QADIN (heyrətlə). Sənin oğlundur?.. Axı mən sənin uşaqlarını tanıyıram...
    TARXAN. O, əvvəlki arvadımdandır. Nənəsi böyüdüb onu. Mənim doğma övladımdır...
    QADIN. Hə, belə de... Qəribədir... Elə ilk gündən hiss etmişdim ki, sizin ümumi, oxşar cəhətləriniz var.
    TARXAN. Nə mənada...
    QADIN. O da sənin kimi tərsdir, deyəsən...
    TARXAN. Tərs?.. Yox, o, tərs deyil. Amma ürəyinə yatma- yan adama qarşı kinini gizlətmir. Xoşuna gələn adama isə ürəyini çıxarıb verər. Xasiyyəti bu cürdür. Neyləmək olar?.. İndi vəziyyət çətindir. Qapılarda işləyib birtəhər öz çörəkpulunu qazanır... Ağac- ları, otları çox sevir. Hərdən mənə elə gəlir ki, o, təbiətin dilini bilir, quşlarla, qarışqalarla, çiçəklərlə danışır... Olduqca həssasdır. Neyləyim, Allah onu belə yaradıb. Oğlum olduğu üçün demirəm, çox ağıllı, dərrakəli uşaqdır...

    Ayaq səsləri. Qadın pəncərədən bayıra boylanır.

    QADIN. Deyəsən, gələn var... Hə, sonra gələrsən, bu barədə danışarıq... Get, get, tez ol... Tez ol!.. Tez ol - dedim sənə... Arxa qapıdan çıx...

    Pərdə
    II PƏRDƏ
    I ŞƏKİL
    I MƏCLİS

    Bağ evi. Qadın və Qız.

    QADIN. İbil qonşunun bağına baxıb, bəyənib. Deyəsən, beh də verib...
    QIZ. Mənə nə?.. Bizə nə?..
    QADIN. Bilmirəm İbilin adını eşidəndə ağzın niyə əyilir?..
    QIZ. Bilmirəm İbilin adını çəkəndə sənin üzün niyə, nə üçün gülür…
    QADIN. İbil ağıllı, fərasətli oğlandır. O, atanın tabeliyində işləsə də, atan onun əlinə baxır.
    QIZ. Dilənçi-zaddır bəyəm atam?..
    QADIN. Alqı-satqı məsələlərinə, maliyyə işlərinə İbil rəhbərlik edir. Bir də ki, o, gözümüzün qabağında böyümüş adamdır. Cikini də bilirik, bikini də...
    QIZ. İbilin üz -gözündən hiylə, yalan, dələduzluq tökülür. QADIN. Bunun sənə nə dəxli?.. Bəs o, sadəlövh olsa yaxşıdır?.. İndi adamların əksəriyyəti başını yalan-pilanla, yaltaqlıqla girləyir. Heç kəs dikbaş, yekəxana adamı xoşlamır. İbil uzaqgörən, müdrik oğlandır. İdarənin adi kuryerliyindən rəisliyə qədər yüksəlib. Ona kim kömək edib? Heç kim! Yetim oğlandır, heç kəsi yoxdur. İdarədə atan başda olmaqla hamı onunu xətrini istəyir.
    QIZ. Mən onun ilk iş günlərini yaxşı xatırlayıram. Qapılarda boyun bükdüyü vaxtları deyirəm. Hamının da üzünə irişərdi. O vaxt mən atamın kabinetində əyləşib gəlib-gedənləri müşahidə edərdim. İbil atamın yanına gələndə qəddi əyilər, sifəti rəngdən-rəngə düşərdi. Ağzı qulağının dibinə gedər, dişlərinin üstü isə həmişə açıq olardı…
    QADIN. Nə olsun ki? İndi İbilin qəbuluna düşmək üçün çoxları onun qapısında boyun bükür...
    QIZ. O da xatırımdadır ki, idarədə onu nədənsə “aftafa” ad landırırdılar.
    QADIN. İndi o idarədəkilərin çoxu İbilin özünə aftafa daşıyır.
    QIZ. İbil cəmiyyətdəki normal adamlara bir karikaturadır...
    QADIN. Cəmiyyət özü İbil üçün bir karikaturadır.
    QIZ. Nədir, yoxsa cəmiyyət İbilləşir?..
    QADIN. Cəmiyyətin İbilə çatmağına hələ çox var. Bir də ki, nə cəmiyyət-cəmiyyət salmısan ey?.. Tüpürəsən cəmiyyətə!.. Cəmiy yət!.. Yox bir təbiət!..
    QIZ. İbil təbiətə daha yaxındır, nəinki cəmiyyətə...
    QADIN. Yaxşı, yaxşı, boş-boş danışma... (Maşın səsi eşidilir.) Deyəsən, İbildir. Maşın səsi gəlir... (Qapıya sarı çıxır. Bayıra.) Hə, salam! Xoş gəlmisən! Keçin bağda əyləşin. İndi mən də gəlirəm. Ev yaman bürküdür...

    II ŞƏKİL
    I I MƏCLİS

    Qız və İbil bağda. Adsız kənarda ağacların arasında qurdalanır, arabir görünüb gözdən itir.

    İBİL. Mənə elə gəlir ki, biz artıq bəzi məsələləri özümüzçün aydınlaşdırmalıyıq.
    QIZ. Özümüzçün?..
    İBİL. Bəli.
    QIZ. Siz nəyi nəzərdə tutursunuz?..
    İBİL. Mənə elə gəlir ki, biz artıq bir-birimizə “siz” yox, “sən” deyə müraciət edə bilərik.
    QIZ. “ Siz” daha münasib müraciət formasıdır.
    İBİL. O, baxır kimin üçün sərfəlidir. Məncə, biz bir-birimizə yad adam deyilik.
    QIZ. Heç doğma da deyilik.
    İBİL. Hər halda belə bir perspektiv görünür...
    QIZ. Hansı tərəfdən?.. İBİL. Hər iki tərəfdən...
    QIZ. Sizin proqnozunuz o qədər də düzgün deyil.
    İBİL. Yenə “siz”? Yaxşı, nə edək qoy belə olsun... Mənə elə gəlir ki, bizim münasibətlərimizin korlanması üçün elə bir əsas yoxdur.
    QIZ. Əlbəttə... Bizim münasibətlərimiz həmişə olduğu kimi qalacaq...
    İBİL. Və bir qədər də dərinləşəcək, inkişaf edəcək... Elə de- yilmi?..
    QIZ. Mən öhdəlik götürməyi xoşlamıram...
    İBİL. Gəlin bir qədər açıq danışaq.
    QIZ. Buyurun...
    İBİL. Mən sizinlə ailə qurmaq istəyirəm...
    QIZ. Elə bu ... (Gülür.) Amma mən sizdən nəsə daha mühüm bir xəbər eşidəcəyimi düşünürdüm...
    İBİL. Bundan daha mühüm xəbər nə ola bilər?..
    QIZ. Məsələn, siz intihar etmək istəyirsiniz?..
    İBİL. İntihar? Mən özümü nə üçün öldürməliyəm ki?.. Mənim günahım nədir?..
    QIZ. İctimayyətin diqqətini özünüzə cəlb etmək üçün.
    İBİL. Mən heç nə başa düşmürəm. Siz ciddi danışırsınız, yoxsa mənimlə zarafat etmək istəyirsiniz?..
    QIZ. Əlbəttə, ciddi sözümdür. Əgər intihar etsəniz, bütün dün- yanın, ən azı, ölkənin diqqəti sizə yönələr.
    İBİL. Siz məni gic yerinə qoymayın. Mənə elə gəlir ki, kifayət qədər ağıllı adamam...
    QIZ. Bunu hardan bilirsiniz?..
    İBİL. Gəlin söz güləşdirməyək. Mən artıq öz sözümü dedim...
    Ürəyimi sizə açdım...
    QIZ. Siz belə bir seçimi öz ürəyinizin hökmü ilə edirsiniz?.. İBİL. Təbii ki... Mən uşaq deyiləm. Bunu nə üçün soruşursunuz?..
    QIZ. Nə üçün?.. Bəzən adamaları kənardan idarə edirlər... (Pauza.) Yeri gəlmişkən, sizin seçiminizin əsasında nə durur?.. Yəni hansı amil?..
    İBİL. Rəğbət... İstək... Sevgi...
    QIZ (gülür). Doğrudan?..
    İBİL. Şübhəsiz...
    QIZ. İnanan daşa dönsün...
    İBİL. Deyəsən, mən sizin nəzərinizdə çox mənfi çalarlı adamam...
    QIZ. Xeyr... Ümumiyyətlə, siz mənim nəzərimdə heç bir çalara malik deyilsiniz...
    İBİL. Olsun... Çalışaram ki, bundan sonra ürəyinizin hansı bir guşəsindəsə özüməməxsus yer tutum...
    QIZ. Buna ehtiyac yoxdur... Siz çalışın ki, başqa ürəklərdə yeriniz olsun...
    İBİL. Mənə elə gəlir ki, ata-ananız bizim gələcəkdə möhkəm bir ailə qurmağımız üçün...
    QIZ. Ata-anam?.. (Gülür.) Ata-anamın bu cür məsələlərə baş qoşmasına ehtiyac yoxdur. Mən özüm öz taleyimin ağasıyam...
    İBİL. Mənə ən çox xoş gələn cəhət sizin sərbəstliyinizdir... Elə buna görə də ürəyimi birbaşa sizin özünüzə açmağa qərara aldım.
    QIZ. Mənə elə gəlir ki, siz imkanlı adamsınız, elə deyilmi?.. İBİL. Bunun mətləbə nə dəxli?.. Tutalım ki, imkanlıyam...
    QIZ. Lap yaxşı... İndi qızların çoxu imkanlı, sərvətli oğlanları sevir... Siz başqa birisi ilə də ailə qura bilərsiniz...
    İBİL. Qəribə adamsınız... (Gülür.) Siz məni ələ salmırsınız ki?..
    QIZ. Əlbəttə, yox...
    İBİL. İmkanın məhəbbətə nə dəxli?..
    QIZ. Mənim bu cür bayağı söhbətlərdən zəhləm gedir...
    İBİL. Amma mənim sizdən xoşum gəlir. Özü də nəzərə alın ki, mən qarşısına qoyduğu məqsədə çatmaq üçün hər şeydən keçməyə hazır olan adamlardanam...
    QIZ. Məhəbbət qarşıya qoyulan məqsəd ola bilməz... Görünür, siz onu vəzifəyə çatmaq üçün göstərdiyiniz səylə qarışıq salırsınız...
    İBİL. Nəzərə alın ki, mən hər bir istəyimə öz gücümlə çatmışam.
    Mən möhkəm iradəli adamam...
    QIZ. Özünüzü mənə tanıtmaq istəyirsiniz?.. Şükür Allaha, mən sizə az da olsa bələdəm...
    İBİL. Xeyr, siz məni o qədər də yaxşı tanımırsınız...
    QIZ. Mən sizin xarakterinizə müəyyən qədər...
    İBİL (gülür)…bələdsiniz, eləmi?.. Yanılırsınız. Mən sizing təkcə üzdən tanıdığınız İbil deyiləm. Siz məni ələ salırsınız: İbil, zibil, dibil... Nə bilim, daha nə Mənsə hər şeyi uduram. Mən bu mərtəbəyə çox şeyi uda-uda gəlmişəm. İndiyəcən məni təhqir edənlərin, mənə quyu qazanların çoxu aradan çıxıb. Amma mən irəliləyirəm. Məni hələ qarşıda çox pillələr, çox mərtəbələr gözləyir. Bir vaxt mənə badalaq vuranların çoxu mənim arxamca çap- maqdadır. Amma onlar mənə heç vaxt çata bilməyəcəklər. Mənim ayaqqabımı geymək olar, amma mənim yerişimi yerimək olmaz...
    QIZ. Elə buna görə də biz eyni yolla gedə bilmərik. Yerişimiz ayrıdır...
    İBİL. Məni öz yolumdan heç bir qüvvə döndərə bilməz. Bəlkə də, sənin nəzərində mən mənfi bir tip kimi canlanıram. Amma əslində elə deyil. Mənim kimliyimi sənin ata-anan qismən bilir. İndi böyük bir idarənin maliyyə sütunları mənim çiynimdə dayanıb. Mənimlə hesablaşmağa çoxları məcburdur. Mən bu mərtəbəyə öz gücümlə gəlib çıxmışam... Öz dişimlə-dırnağımla. Etiraf edirəm, kiminsə qarşısında əyilmişəm, boyun bükmüşəm, amma sonda öz məqsədimə çatmışam... İndi çoxları mənim qarşımda baş əyir, mənə quyruq bulayır, mənə yalmanır, yaltaqlanır... Mən neyləyim ki, dünya belədir... Bəli, düz buyurursunuz, indi mənim çox şeyim var: vəzifəm, pulum, maşınım, mülküm... Bu gün gördüyün o üçmərtəbəli bağ evini də alacağam... (Pauza.) İndi söz sənindir. Mənə elə gəlir ki, biz artıq hər şeyi müzakirə etdik. Elə deyilmi, mənim əzizim?..

    İbil Qızın əlindən tutur. Qız qəzəblə ona baxıb əlini çəkir. Adsız arxadan onlara yaxınlaşır. Onun əlində oraq var.

    QIZ. Xahiş edirəm, artıq-əskik hərəkət etməyəsiniz... Ayıbdır...
    İBİL. Kimdən ayıbdır?..
    QIZ. Hamıdan...

    İbil geri dönüb Adsızı görür.

    İBİL. Bu axmağı hələ qovmamısız buradan?..
    QIZ. O nə üçün qovulmalıdır?..
    İBİL. Axmaqlığına, bicliyinə, gicliyinə görə. (Adsıza.) Ey, bura gəl! Gözlərini bərəltmə!.. Bildin?..
    QIZ. Onunla işiniz olmasın...
    İBİL. Mənim onunla nə işim?..
    QIZ. Bəs nə istəyirsiniz ondan?..
    İBİL. Heç... (Adsıza maşın açarı uzadır.) Bura bax, bu açarı görürsən?.. (Əli ilə başa salaraq.) Hə, get mənim maşınımdan bir-iki şüşə soyuq su götür, gəl bura. Başa düşdün?.. (Mehriban, yumşaq tonda danışır.) Hə, yük yerindən... Anladın?.. Deyəsən, qandı. Hə, di get... Tez ol!.. Ay sağ ol...

    Adsız açarı götürüb sakit addımlarla gedir.


    II MƏCLİS

    Qız və İbil.

    QIZ. Sizdə adamlara qarşı bu cür nifrətin səbəbi nədir?.. İBİL. Adamlara?.. Bəyəm o, adamdır?..
    QIZ. O çoxlarından təmiz, xeyirxah adamdır. İBİL (gülür). Ha-ha-ha... Adam tapdınız ha!..

    İbil Qıza yaxınlaşıb əlini onun boynuna dolayır...

    QIZ. Sizə dedim əliuzunluq eləməyin!..
    İBİL. Siz də boş yerə hay-küy salmayın!.. Mən uşaq deyiləm... Elə siz də...

    Qız geri çəkilir. İbil kreslo-yelləncəyə çökür.

    QIZ. Deyəsən, siz mənim o biri üzümü görməmisiniz?..
    İBİL. Mənə adamların hər üzü bəllidir. O cümlədən sizin... Mən öz məqsədimə çatmaq üçün...
    QIZ….hər şeydən keçən adamsınız. Hə? Artıq bunu dediniz, biz də eşitdik. Doğrudan da siz hər şeyinizdən keçib qurtarmısınız...
    İBİL. Bilmirəm siz nəyi nəzərdə tutursunuz?..
    QIZ. Elə sizin nəzərədə tutduğunuzu...
    QADIN SƏSİ (kənardan). Süfrə açmışam... Odu ey, ağacın altında, gedin əyləşin... Eşidirsən, qızım? İbil, eşidirsən?..

    Qız və İbil gedir.

    III ŞƏKİL
    I I MƏCLİS

    Bağ evi. Tarxan və Qadın.

    QADIN. Bəs o bağ satılandan sonra sən nə etmək fikrindəsən?
    TARXAN. Bağı başqasına, yad adama satmırlar ki?..
    QADIN. Sən hardan bilirsən bunu?..
    TARXAN. Sənin kürəkəninə satırlar bağı.
    QADIN. Kürəkənimə?..
    TARXAN. Olsun gələcək kürəkənin...
    QADIN. O kimdir elə?..
    TARXAN. Deyəsən, sən özünü ağıllı, başqalarını gic hesab edirsən?.. Bəs o İbildi nədi, buralara nə üçün gəlib-gedir?.. Bəyəm o, sənin kürəkənin olmağa hazırlaşmır?..
    QADIN. Niyə məhz mənim?.. Mənim ərim var... O, özü bilər.
    TARXAN. Ona qalmış, o İbil mənim kürəkənim hesab oluna bilər...
    QADIN. Tarxan, sənə indiyəcən neçə dəfə demişəm, yenə təkrar edirəm: bu atmacalardan əl çək... Eşidib-bilən olar...
    TARXAN. Mən heç kəsdən qorxmuram... Əvvəllər cavan idim, güclü idim, imkanlı adamın sürücüsü idim, məni adam yerinə qoyurdun... İndi o adam müflisləşib, mənsə adicə bağ qoruqçusuna çevrilmişəm... Sən qızını onun oğluna vermək istəyirdin... Qızın da bağlanmışdı o uşağa... Sonra narkobizneslə bağlı söz-söhbət çıxdı ortaya, sən qızın qulağını doldurub uzaqlaşdırdın. Halbuki o oğlan İbildən milyon kərə ağıllı, dərrakəli idi. Bu söz-söhbəti də yalandan atmışdılar ortaya. O ailənin əlləm-qəlləm işlərlə əlaqəsi yox idi. Sadəcə olaraq yuxarıların sifarişi ilə şərə saldılar, dolaşdırıb bankrot elədilər...
    QADIN. Bunların mənə nə dəxli?..
    TARXAN. Dəxli çoxdur. Siz uzun illər qonşu olmusuz, ailəvi dostluq etmisiz, get-gəliniz olub. Belə bir hadisə hər kəsin başına gələ bilər...
    QADIN. Əgər o bağı İbil alsa, tapşıraram ev-eşiyə yenə sən göz-qulaq olarsan...
    TARXAN. Doğrudan?..
    QADIN. Həqiqətən... Onsuz da indi iş tapmaq müşkül məsələ- dir... İbil də az-çox tanıyır səni...
    TARXAN. Yadında saxla, mən acından ölsəm də, İbil kimisinin qapısıda işləmərəm...
    QADIN. Sənə nə fərqi? İbil, ya başqası?..
    TARXAN. Mən o kişi ilə yaxın dost olmuşam... Bir də ki, məni buralara bağlayan ayrı səbəb olub...
    QADIN. O nə səbəbdi elə?..
    TARXAN. Lap elə sənə görə bağlanmışam...
    QADIN. Tarxan, sən də ailə başçısısan, mən də... Bu cür söhbətlər yaraşmaz bizə...
    TARXAN. Yaraşmaz... Niyə yaraşmaz?.. Əgər mən yenə şəhərin ən varlı adamının dostu olsaydım, əgər yenə pul selində üzsəydim...
    QADIN. Sən adi sürücü olmusan...
    TARXAN. Sürücü olmuşam... Amma adi yox... Çoxları mənə salam vermək üçün növbədə dayanıb... Sən ki, bunları yaxşı bilirsən?..
    QADIN. Axı sənin dediklərinin mənə nə dəxli?
    TARXAN. Dəxli var! Mən sənə övlad bəxş etmişəm... QADIN. Kəs səsini!
    TARXAN. O mənim qızımdır!..
    QADIN. Bura bax, niyə qışqırırsan? Lap olsun sənin qızın. Sonra? İstəyin nədir?..
    TARXAN. O İbilə getməməlidir...
    QADIN. Paho! Bu da təzə çıxdı!.. Sən hökm verirsən... TARXAN. Mən sözümü dedim sənə...
    QADIN. Vallah, sənin sözlərinə bişmiş toyuğun da gülməyi gələr... Bəs elə isə de görüm, cənab Tarxan, qız kiminlə ailə qurmalıdır?..
    TARXAN. Öz deyiklisi ilə... O çox namuslu oğlandır... QADIN. Axı, o, narkomandır...
    TARXAN. Bunlar uydurmalardır... Nə narkoman, nə taksoman?.. O heç siqaret belə çəkmir... Deyir ki, qız başqasına getsə özümü də öldürəcəm, onu da...
    QADIN. Elə bu bəyanatından aydınca görünür ki, o gədənin ağlı özünü idarə etmir...
    TARXAN. Sizin bu hərəkətiniz onun atasına da pis təsir edib. Düzdür, borca düşüb bağını İbil kimi zibilin birinə satmağa məcbur olub... Amma dünya həmişə belə olmayacaq ki... Su gedən arxa bir də gedər...
    QADIN. Xahiş edirəm, sən heç kəsə vəkillik etməyəsən... Hər kəs öz övladının xoşbəxtliyinə çalışır: sən də, mən də, o dilənçi də, o narkobaron da... Hamı, hamı...
    TARXAN. Mən sənə öz fikrimi dedim. Hələ gec deyil... Yaxşı-yaxşı fikirləş...
    QADIN. Hər halda mən tək deyiləm, ərim var...
    TARXAN. Ərin var... Bilirəm... Amma bu evin sükanı sənin əlindədir.
    QADIN. Yaxşısı budur, hərə öz işi ilə məşğul olsun... TARXAN. Bu gündən etibarən mənim heç bir işim yoxdur...
    Mən dünyanın sərbəst, azad adamıyam... (Pəncərəyə yaxınlaşır, kiməsə əl edir.) Eyyy!.. Bura gəl...
    QADIN. Kimi çağırırsan elə?..
    TARXAN. Oğlumu... Deyəsən, ona nəsə tapşırıblar... Hə, gəlir...
    QADIN. O səni eşitdi?..
    TARXAN. O çox həssas uşaqdır... Hər şeyi anlayır, dərk edir...

    II MƏCLİS

    Adsız gəlib qapı ağzında dayanır. Tarxan, Qadın, Adsız.

    QADIN (Adsıza). Keç əyləş...
    TARXAN. Yox, lazım deyil... (Adsıza). Hara gedirsən?.. Hara?..

    Adsız əli ilə anladır ki, ona iş buyurublar.

    QADIN. O səni əməlli-başlı anlayır...
    TARXAN. O hamını anlayır... Hər bir adamın üz-gözündən onun kimliyini, nə yuvanın quşu olduğunu bilir. (Adsıza.) Hə, oğlum, get işini qurtar... Bu gün çıxıb gedirik buradan. Bildin?.. Elə mən də gedim, yır-yığış edim, birlikdə gedərik... Oldu?..

    Adsız başını tərpədir, qapıya yaxınlaşıb geri qanırılır, Qadına baxır.

    QADIN. Gedirsiniz?..
    TARXAN. Gedək... Bəlkə, bir daha görüşmədik...
    QADIN. Niyə ki? Yenə qalarsınız bağda, göz-qulaq olarsınız... İbilə də deyərəm... Onsuz da, kimsə baxmalıdır bu bağ evlərinə... Sahibsiz evləri çapıb-talayarlar, dağıdarlar... Maşallah, oğlunun çox ağıllı gözləri var... Neçə gündür, fikir verirəm, səliqə-sahmanı xoşlayır... Tərbiyəlidir... Heyif bu uşaqdan...
    TARXAN. Nə olub bəyəm?..
    QADIN. Laldır də... Eşitmir...
    TARXAN. Allah günaha yazmasın, hərdən fikirləşirəm ki, elə bir yandan lal olmağı yaxşıdır. Heç olmasa bu iyrənc dünyada söylənilən yalanları eşitmir. Adamların bir-birinin ünvanına yağdırdığı söyüşləri, qarğışları, nifrətləri dinləmir. O hər yerdə gözəllik axtarır, səliqə-sahman yaradır... Çiçək əkir, gül becərir, bağ-bağça salır... Otlarla, qarışqalarla, quşlarla danışır. Öz sözünü suya deyir, aya deyir, ulduza deyir. O nə yaxşı ki, bu min dilli, min sifətli insanların səsini eşitmir. Bəlkə də, mənim bu bədbəxt oğlum dünyanın ən xoşbəxt insanıdır... Hərdən mən qibtə edirəm ona: özüm də lal-kar olmaq istəyirəm... Bəlkə də, dünyadakı adamların hamısı lal olsaydı, daha yaxşı olardı. İftiradan, yalandan, şərdən, böhtandan canımız qutarardı. Başımıza gələn bəlaların çoxu dilimizdən gəlir. Dilsizin nə vecinə?.. (Adsıza.) Get, işinlə məşğul ol... Mən də gəlirəm...

    Adsız çıxır. Adsız ağacların, kolların arasında bağda. Uzaqdan, lap uzaqdan melodiya eşidilir: sanki kimsə musiqi dilində pıçıltı ilə danışır. Qadın və Tarxan görünürlər. Onlar qol-qola gəzişərək nə barədəsə danışırlar. Az sonra onlar gedir, Qız və İbil görünür. Onlar əl-ələ tutublar. Yenə musiqi. Adsız onları nəzərləri ilə müşaiyət edir.



    IV ŞƏKİL
    I MƏCLİS

    Bağ. Qız, İbil, Adsız.

    İBİL. Bu gədə yenə ağac kimi bitib başımızın üstündə... (Pauza.) Hə, onu deyirdim, bu gün bağın pulunu verib bir-iki günə köçürəm... Qonşu olacağıq... Etirazın yoxdur ki?..
    QIZ. Mən başqalarının işinə qarışmağı xoşlamıram...
    İBİL. Mən başqası deyiləm ki... (Şüşədən stəkana su süzərə). İç, sərin sudur...
    QIZ. İçmirəm. Sağ olun. (Adsıza.) Su içmək istəyirsən? (İbilə). Ona da su təklif edin də...
    İBİL (Adsıza). Bura bax, su içəcəksən?..

    Adsız başını yelləyir, yəni yox.

    QIZ. Siz onunla elə danışırsınız ki...
    İBİL. Onunçün nə fərqi?.. Onsuz da, heç nə eşitmir, heç nə qanmır...
    QIZ. Sizə elə gəlir. O hər şeyi başa düşür...
    İBİL. Bunu haradan bilirsən?..
    QIZ. Elə onun üz-gözünün ifadəsindən...
    İBİL. Nə ifadə?.. Onun üz-gözündən ifadəsizlik yağır.
    QIZ. Siz zəif adamlarla həmişə bu cür rəftar edirsiniz?.. İBİL. Nə cür?..
    QIZ. Kobud... Qaba...
    İBİL. Bəyəm o zəifdir?.. Bir peysərinə, əzələlərinə bax... QIZ. Hər halda təbiət ondan müəyyən şeyləri əsirgəyib...
    İBİL. Təbiət özü kiminlə nə cür rəftar etməyi bizdən yaxşı bilir... QIZ. Heç olmasa biz öz rəftarımızla təbiətin səhvini düzəltməliyik...
    İBİL. Biz elə öz səhvlərimizi düzəltməklə məşğul olsaq, bu kifayətdir...
    QIZ. Elə mən də onu deyirəm...
    İBİL (əlində maşın açarını oynadaraq Adsıza). Maşının qapısını bağladın?..

    Adsız başını tərpədir, yəni bəli.

    QIZ. Maşın həyətdə deyil bəyəm?
    İBİL. Nə olsun ki?.. Pul maşındadır, bağın pulu... (Qonşu həyətə işarə ilə.) Bu narkobaron niyə gəlib çıxmadı görən?..
    QIZ. Yaxından tanımadığınız adam haqqında belə şeylər söy- ləməyin...
    İBİL. Bütün ölkə danışır ki, o, narkobizneslə məşğuldur... QIZ. Bu onu sevməyənlərin iftirasıdır...
    İBİL. Yaxşı, elə isə mən pəs... (Dinşəyir). Deyəsən, qonşu darvaza açıldı. Yəqin, gələn var. Olsun ki, narkobarondur... Gedim, söhbətləşim, bir azdan gələcəyəm...

    İbil gedir. Adsızla Qız üz-üzə dayanırlar. Qız nəyəsə qəhqəhə çəkib gülür. Adsız təəccüblə Qıza baxır. İbil hövlnak qayıdır, qışqı ra-qışqıra Adsıza sarı yeriyir.

    QIZ (ciddiləşib İbilə baxır). Nə olub? Niyə qışqırırsınız?.. İBİL (Adsızın yaxasından yapışır). Pul hanı, əclaf?..
    QIZ. Nə pul?.. Hansı pul?..
    İBİL. Bu özü yaxşı bilir, hansı pulu deyirəm...
    QIZ. Mən heç nə anlamıram...
    İBİL. Bu da anlamır?!. (Adsıza). Gözünü niyə bərəldirsən?.. Hanı pul?.. Bağın pulu! Pullar bağlamada idi. Yoxdur! Bu götürüb pulu!.. Bu əclafın işidir! Öldürərəm səni! Bura ver pulları!..
    QIZ. Axı bu necə götürə bilər pulu?..
    İBİL. Çox asanca... Arxa oturacaqda idi pul bağlaması. İndi yoxdur. Mən açarı buna verib dedim ki, yük yerindən mineral su gətir. Bu isə pulları götürüb. Elə buna oxşayan o kişi də bayaq maşının həndəvərində fırlanırdı...
    QIZ. Kim?..
    İBİL. Tarxandı, nədi... Elə o da düz-əməlli adama oxşamır. Hanı pul?..

    İbil Adsızın yaxasından tutub silkələyir, cibindən pul çıxarıb onun sifətinə çırpır...

    QIZ. Dayanın! Siz nə edirsiniz?!.
    İBİL (Adsıza). Mən bunun nəfəsini kəsəcəyəm!..
    QIZ. Bəlkə, heç o götürməyib... Bəlkə, onun xəbəri yoxdur. Buraxın onun yaxasını!..
    İBİL. Mən uşaq deyiləm ki... Mən bu alçağın üzünü görən kimi bildim ki, düz əməlin yiyəsi deyil... (Adsıza.) Tez ol, pulu qay- tar bura! Yoxsa sənin başını maşının təkərinin altına qoyacağam! Eşitmirsən, hə?.. Lal-karsan?.. İndi açaram sənin dilini!.. Özünü axmaqlığa qoyub aradan çıxmaq istəyirsən?!. Xeyr! Sənin nömrələ- rin keçməz. Sən axtaran adam mən deyiləm! Nəfəsini kəsəcəyəm sənin!.. Tez ol, pulu qaytar bura!.. Qanırsan, yoxsa yox?!.

    İbil Adsızın boğazından yapışıb boğur. Adsız onun əlindən qopub dəli kimi var-gəl edir, xilas yolu, kömək axtarırmış kimi vurnuxur. Onun gözləri hədəqədən çıxıb. Sonra o diz çökür, dizin-dizin sü- rünə-sürünə yaxınlıqdakı ağaca yaxınlaşır, ağacı qucaqlayır, nəsə pıçıldayır, sanki ağaca nəsə deyir, ağacdan kömək umur... Göyə əl açır, sanki göydən imdad diləyir.

    QIZ. Yox! Mən inanmıram! O elə adama oxşamır!
    İBİL. Oğrunun, fırıldaqçının buynuzu olur bəyəm?!. Mənim pullarımı bu əkib, bu! (Adsıza). Sən nə hoqqa çıxarırsan?.. Nə oyunbazlıq edirsən?!. Qaytar mənim pulumu!.. Alçaq!..

    İbil yenə Adsızın üstünə hücum çəkir, onu yumruqlayır, şillələyir, təpikləyir. Adsızın üst-başı cırılır. Adsız səndələyir, ağaca söykənir; onun gözləri pələng bəbəkləri kimi vurnuxur. Nəhayət, Adsızla İbil üz-üzə, döş-döşə dayanırlar. Onların hər ikisi tövşüyür.

    QIZ. Yox! Ola bilməz!.. Mən inanmıram!.. Dayanın! Əl saxlayın! (İbilə.) Maşına yaxşı-yaxşı baxın... Bəlkə, heç götürməmisiniz pulu! Bəlkə, evdə qalıb, unutmusunuz?..Hər şey ola bilər!.. Bəlkə, başqası edib bu işi... Bir az səbrli olun!..

    İbil yenə Adsızın üstünə yeriyir. Musiqi. Adsız sür’ətli addımlarla ondan aralanıb bağın dərinliyinə gedir, az sonra qayıdır; onun əlində oraq parıldayır. Qızla İbil heyrət və qorxu ilə onu süzür. İbil geriyə doğru addımlayır. Qız onların arasında dayanır. Adsızın ilk dəfə səsi eşidilir. O, dəlicəsinə qəhqəhə çəkir, gülür, qəşş edir: sanki göy guruldayır. Adsız sanki dağların-dərələrin qoynunda haray qoparır, onun səsi dalğalanır, əks-səda verir. Bu əks-səda bütün zalı başına götürür. Sanki yer-göy lərzəyə gəlir. Elə bil təbiət də onun harayını eşidir: uzaqdan göylərin qəhqəhəsi eşidilir, şimşək çaxır, göy guruldayır. Qız və İbil yerlərində donub qalıblar. Adsız əlindəki orağı bir neçə dəfə qılınc kimi oynadıb öz sinəsinə sancır. Musiqinin sədası artır. Adsız səntirləyir, büdrəyir, müvazinətini itirib yerə sərilir. Səs-küy... Haray-həşir. Qız orağı dartıb Adsızın sinəsindən çıxarır.


    II MƏCLİS

    Qadın iti addımlarla gəlir. Qız, İbil və Qadın.

    QADIN. Bu nədir?!. Nə baş verib burada?.. Bu tifili kim yıxıb?..
    Ona nə olub?.. Ay aman!..
    İBİL (kəkələyir). Mənim pulumu... Bağın pulunu... Bu, oğrudur... Maşından pulu götürüb...
    QADIN. Nə pul?.. Maşında nə işi vardı bunun?..
    İBİL. Mən onu bir-iki şüşə su gətirmək üçün maşına göndərmişdim. Açarı da vermişdim... Gedib gördüm pul yoxdur... Axı pul bağlaması maşında idi...
    QADIN. Ay aman!.. Həkim çağırmaq lazımdır... Tez olun!.. O, qan qusur!.. O, can verir...
    QIZ. Mən inanmıram... İnanmıram...
    QADIN (Qıza). Qızım, tez ol, zəng vur, qoy həkim gəlsin... Bu nə müsibətdir başımıza gəldi?! Əgər Tarxan bilsə... Bu işdən qan qoxusu gəlir... Onu kim vurdu?...Özü?... Hə?...
    İBİL. Hə, özü vurdu özünü... Orağı sinəsinə sancdı... QADIN. Tez ol, qızım... Zəng vur...


    III MƏCLİS

    Qız gedir. Tarxan gəlir. Qadın, İbil, Tarxan.

    TARXAN. Bu uşağa nə olub?..
    İBİL. Hirslənib özü-özünü vurdu... Oraqla...
    TARXAN. Kim hirsləndirib onu?.. (Adsızın önündə diz çökür.) Onunla kimin ədavəti ola bilər axı?.. Kim?.. Mənim balama kim əl qaldırıb?..
    QADIN. Nəsə hirslənib...
    İBİL. Mənim pulum yoxa çıxıb... Bundan soruşdum... TARXAN. Nəyi?.. (Ayağa durur.) Nəyi soruşdun?..
    İBİL. Pulu... Pulun yerini.... Dedim, bəlkə...
    TARXAN. Nə bəlkə?.. Bəlkə, o, oğrudur? Bəlkə, o götürüb, hə?..
    İBİL. Dedim, bəlkə...
    QADIN. Deyib bəlkə...
    TARXAN. Bəlkə?.. Bəlkə elə siz vurmusunuz onu?..
    QADIN. Yox, Tarxan... O, özü-özünü vurub... Budur, bu oraqla... Oraq qanlıdır...
    TARXAN (orağı alır). Oraq qana bulaşıb... Oraq qanlıdır... (Adsıza sarı əyilir.) Səni kim vurdu, mənim balam, Mənim dilsiz-ağısız balam !.. Oğlum mənim... O, gözlərini yumub!.. O, huşunu itirib!.. (Orağı atır). O can verir!..


    IY MƏCLİS

    Qız qaça-qaça gəlir - onun əlində çanta var. Tarxan, İbil, Qadın, Qız.

    QIZ (İbilə). Çantanı evdə qoymusuz... Deyəsən pul buradadır... Sizin pulunuz... (Çantanı açıb baxır.) Hə, puldur... Çanta evdə idi-pəncərənin önündə... (Çantanı İbilə verir.)
    QADIN. Həkim çağırdın, qızım?..
    QIZ. Zəng vurdum...
    TARXAN. Mənim oğlum can verir! Mən bu qanı yerdə qoya bilmərəm! Mən sizin hamınızı qıracağam! Mən bu canavar yuvasını dağıdacağam. Siz hamınız cavab verməlisiniz... Hamınızın kökünü kəsmək lazımdır! Ax, ilanlar!.. Canavarlar!.. Bir dayanın... Mən indi sizə göstərərəm... Mən bu tifilin qanını sizdən alacağam...

    Tarxan qışqıra-qışqıra dəlicəsinə gedir.


    Y MƏCLİS

    Adsız yerə uzanıb. Qız, Qadın və İbil.

    QADIN (İbilə). İbil, sən tez ol get...
    İBİL. Hara?.. Hara gedim?..
    QADIN. Aradan çıx... Get!.. Sən Tarxanı tanımırsan... O, çox tərs adamdır...
    QIZ. Deyəsən, o canını tapşırdı. (Adsıza doğru əyilib onun nəbzini tutur). Nəbzi vurmur...
    QADIN. İbil, tez ol... Pulu götürdün? Hə?.. Di tez ol... Ləngimə... Maşına əyləş... Get, get!..

    İbil iti addımlarla gedir. Atəş səsi eşidilir. İbil əli ilə sinəsini tutub geri qayıdır, Adsızın yanında diz çöküb yerə sərilir...

    QIZ. Ay aman!..
    QADIN. Tarxan vurdu onu... Axı mən deyirdim...
    QIZ. Günah bizdədir, ana...
    QADIN. Bizim nə günahımız var, İlahi?!.




    EPİLOQ

    Qadın və Qız bağçada gəzişirlər. Musiqi sədası eşidilir. Sonra bu sədanı göy gurultusu əvəz edir. Üç qaraltı görünür: bunlar uzun əba geymiş kişilərdir. Yerişlərindən Adsıza, Tarxana və İbilə bənzəyirlər. Kişilər əl-ələ verib qadınlara sarı yeriyirlər; qadınlar onların əhatəsində qalır.

    Pərdə enir.
    Pərdənin önündə xor: Kişilər qara, qadınlar bəyaz paltarda.

    XOR:
    Nə çən-duman, nə qar-yağış,
    Nə sis qovur adamları.
    Elə bil ki, haqdan gələn
    Bir hiss qovur adamları.
    Gah ağıllı, gah da nadan,
    Xəbis qovur adamları.
    Mələklər baxır göylərdən,
    İblis qovur adamları.

    Pərdə

    SON








    AYI TƏBƏSSÜMÜ

    (İki hissəli dram)


    İştirak edənlər:

    ZAMANOV
    LEYLA
    YILMAZ
    İLAHƏ
    KİŞİ
    QADIN




    BİRİNCİ HİSSƏ

    Meşə ətəyi. İstirahət guşəsi. Quşlar oxuyur. Zamanov və Leyla söhbət edərək gəzişirlər.

    LEYLA. Bir başını qaldır göyə, o göyün üzündəki buludlara bax...
    ZAMANOV. Baxıram...
    LEYLA. Bir ətrafdakı yaşıllığa, uca dağlara tamaşa elə... ZAMANOV. Aha... (Ətrafa boylanır.) Tamaşa edirəm... LEYLA (gülümsəyir). Quşların nəğməsinə, bülbüllərin cəhcəhinə qulaq as...
    ZAMANOV. Qulaq asıram... Sonra?..
    LEYLA. Özünü təbiətin bir parçası kimi hiss et... ZAMANOV. Təbiətin bir parçası... (Gülür.) Axı mən təkcə təbiətin yox, həm də cəmiyyətin bir parçasıyam...
    LEYLA. Biz buraya nə üçün gəlmişik? İstirahətə! Elə deyilmi?..
    ZAMANOV. Elədir...
    LEYLA. Biz indi təbiətin qoynundayıq. Cəmiyyət-filan... Bir neçə günlüyə iş-gücü unut... Görürəm ki, fikrin yenə öz qəhrəmanlarının yanıdadır.
    ZAMANOV. Qəhrəmanlarımın?..
    LEYLA. Hə də... Dostlarının... Oğruların, quldurların, baş- kəsənlərin...
    ZAMANOV (gülür). Ha-ha-ha... Leyla, vallah, sən əsil ekstrasenssən, ürəkoxuyansan... Gərək rəssam yox, psixoloq olaydın...
    LEYLA. Elə rəssam da psixoloq deməkdir...
    ZAMANOV. Lap elə prokuror, müstəntiq də ola bilərdin... LEYLA. Sənin çörəyinə şərik olmaq istəməzdim...
    ZAMANOV. Eh-h-h... Qıraqdan baxana döyüş asan gəlir...
    LEYLA. Kişi, vallah, həqiqi sözümdür, gərək sən də mənim kimi rəssam olaydın...
    ZAMANOV. Rəssam?.. Rəssam gərək sənin kimi buludları, dağları, meşələri görə bilsin... Bülbüllərin səsini eşitsin...
    LEYLA. Sənin gözlərinə nə olub?.. Sənin fikrin haralarda gəzib-dolaşır?.. Lap bizim qonşumuzdakı o filosofun günündəsən...
    ZAMANOV. Necə bəyəm?..
    LEYLA. Necəsi yoxdur ki... Bilmirəm o, təbiətən o cürdür, yoxsa özünü elə əcaib aparır?..
    ZAMANOV. Kimi deyirsən?..
    LEYLA. Kimi? Kimi deyəsiyəm ki?.. O filosofu deyirəm də... Qonşumuzu. O günləri küçədə üz-üzə gəlmişik. Gözlərini döyə-döyə soruşur ki, xanım, deyəsən, biz haradansa tanışıq. Uğunub getdim. Deyirəm ki, biz bir binada yaşayırıq, özü də iyirmi ilin qonşusuyuq. Bəyəm tanımırsınız məni?.. Aüzını büzüb getdi. Yəqin elə bildi ki, onu ələ salıb dolayıram.
    ZAMANOV (gülür). Hə, bir az qəribəlikləri var onun. Nə olsun ki, o da elə adamdır...
    LEYLA. Nə olsun ki?.. O günləri televizorda çıxış edir, deyir ki, mən öz ideyalar aləmimin ağuşunda yaşayıram... İndi sən də... Deyəsən, öz qəhrəmanlarının arasında yaşayırasn...
    ZAMANOV. Düz tapmısan. Doğru sözə nə deyə bilərəm?.. LEYLA. Vallah, incimə, kişi, sənin işin bir iş deyil...
    ZAMANOV. Nə mənada?..
    LEYLA. Elə hər mənada... Beş-üç günlüyə gəlmişik bu xarabaya, qoy istirahətimizi edək...
    ZAMANOV. Axı mən sənə mane olmuram... Özünçün meşəni gəz-dolaş, buludlara tamaşa et, bülbüllərə qulaq as... Kim sənə nə deyir ki?..
    LEYLA. Mən hər şeyi görürəm... Sən fikir-xəyal aləmindəsən...
    ZAMANOV (gülür). Bəs başın vəzifəsi nədir?.. Mən düşünməliyəm, götür-qoy etməliyəm, nəticə çıxarmalıyam...
    LEYLA. Yaxşı, sən Allah... Əl çək bu xasiyyətindən. Sən hamıya cinayətkar kimi yanaşırsan...
    ZAMANOV. Qətiyyən... Sən, deyəsən, mənə yaxşı bələd deyilsən...
    LEYLA. Mən ha!.. A kişi, müstəntiqdən çox müstəntiq, prokurordan çox prokuror var... Mən görürəm ki, sən bütün günü öz aləmindəsən... Kombinasiyalar qurursan, versiyalar hazırlayırsan... Başqaları öz kef-damağındadır, sənsə quldurlarla cəng-cidaldasan... Axırda öz əlinlə öz başına bəla açacaqsan. (Pauza.) Biz buraya istirahətə gəlmişik. Gözünü aç, ətrafa bax... Uzaqlaş o mənasız ideyalar aləmindən...
    ZAMANOV. Yaman hücuma keçmisən, arvad! Xeyir ola? Bəlkə nəsə təzə söz-söhbət eşitmisən?..
    LEYLA. Xeyr... Heç bir söz-söhbət yoxdur... Sadəcə olaraq, mən istəyirəm ki, sən heç olmasa burada işdən ayrılasan, din- cələsən, istirahət edəsən... Barı həkimlərin məsləhətinə qulaq as... Sağlamlığın əldən gedir. Əsəblərin tamam pozulub...
    ZAMANOV. Narahat olma... Mən köhnə idmançıyam... LEYLA. İdmançıların ömrü qısa olur...
    ZAMANOV. Bu artıq mənim problemim deyil...
    LEYLA. Bəs kimin problemidir?..
    ZAMANOV. Yəqin ki, Allahın... Bizim ömrümüzün məsafəsi yuxarılarda hesablanır...
    LEYLA. Elə yuxarıların dərd-azarı səninlədir. Hərə öz kef-da- mağındadır... Sənsə...
    ZAMANOV. Mən nə etməliyəm axı?..
    LEYLA. Gedək o dağlara sarı, meşənin dərinliyinə doğru. ZAMANOV. Meşənin dərinliyində nə işimiz var? (Gülür.)
    Azıb-eləyərik. Bir də ki, oralarda ayı-zad olar. Hücum çəkər bizə.
    LEYLA. Ayının bizimlə nə işi?..
    ZAMANOV. Bəyəm ayı qanır ki?.. Elə buralar da mənzərəli yerlərdir.
    LEYLA. Mənə elə gəlir ki... Bayaqdan sənə göz qoyuram... Bir təhər görünürsən...
    ZAMANOV. Bir təhər? Necə yəni?..
    LEYLA. Elə bil ki, kimisə güdürsən...
    ZAMANOV (gülür). Güdürəm?..
    LEYLA. Hə də... Elə gözün kimisə axtarır. Nə bilim, vallah, bəlkə də, təzə eşqə-zada düşmüsən...
    ZAMANOV. Hər şey ola bilər. Təmiz dağ havası, saf təbiət...
    LEYLA. Zarafata salma... Mən uşaq deyiləm.
    ZAMANOV. Güclü intuisiyan var, Leyla... Həqiqətən... Doğru sözümdür...
    LEYLA. Bilmirəm sən hansı intuisiyadan danışırsan... Təkcə onu bilirəm ki, fikrin başqa yerdədir... Dalğınsan... Bayaqdan göz qoyuram, hiss edirəm ki, dağı arana, aranı dağa köçürürsən... Nədir, dəryada gəmilərin batıb?.. Kiməsə borcun var? Ya bəlkə, kimdənsə borcunu ala bilmirsən?.. Sən istirahət etməlisən! Bildin?..
    ZAMANOV. Möhtərəm Leyla xanım, dediklərinin hamısını səmimiyyətlə qəbul edirəm... Amma mən neyləyim ki, sənin dediyin o qəhrəmanlarımın hamısı məni qarabaqara izləyirlər...
    LEYLA. Nə qəhrəman?.. Sən nə deyirsən?..
    ZAMANOV. Sənin xatırlatdığın o “dostları” deyirəm də... Oğ- rubaşılar, quldurlar... Nə bilim, başkəsənlər...
    LEYLA. Heç nə anlamıram...
    ZAMANOV. Anlamırsan?.. O qonşu çadırı görürsən?.. LEYLA. Hansı çadırı?.. Hə, onu?.. Görürəm... Nə olsun ki?..
    ZAMANOV. O çadırda yaşayanları necə, görmüsənmi?..
    LEYLA. Mənim nə işimə qalıb ki?.. Mən başqalarına göz qoy- mağı xoşlamıram...
    ZAMANOV. Vallah, mən də xoşlamıram... Amma neyləyim ki, bu tiplər özləri mənim gözümə girirlər... Onlar özləri mənə bax-bax deyirlər...
    LEYLA. Kim?.. Sən kimdən danışırsan? Mən heç nə anlamıram...
    ZAMANOV. Elə mən özüm də başa düşmürəm... Bu əclaf hara- dan gəlib çıxdı mənim qarşıma?.. Düzdür, biz onu çox axtarmışıq... Amma burada üz-üzə gələcəyimizi heç ağlıma da gətirməzdim... Özü də, deyəsən, yır-yığış edir...
    LEYLA. Sən Allah, bu meşədə, bu dağın başında oğru-quldur axtarışını boşla getsin. Qoy istirahətimizi edək... Hara gedirsənsə özün özünə problem yaradırsan.
    ZAMANOV. Leyla, axı, mən neyləməliyəm? İşləməyim? LEYLA. Bura sənə iş yeridir bəyəm?
    ZAMANOV. Gəl səni yola salım, çıx get... Burada mənim görüləsi işlərim var...
    LEYLA (gülür). Ha-ha-ha... Deyəsən, sən doğrudan da bura istirahətə yox, işləməyə gəlmisən. De görüm, nə olub axı? Kiminlə davan var sənin?..
    ZAMANOV. Gəl gedək buradan... Hiss edirəm ki, bizə göz qoyur... Bəlkə də, aradan çıxmağa hazırlaşır...
    LEYLA. Kim? Sən kimin barəsində danışırsan? Sayıqlamırsan ki?..
    ZAMANOV. Gəl... Gəl gedək... Sonra danışaram. Səni başa salaram...
    LEYLA. Bəlkə, elə birdəfəlik çıxıb gedək? Vallah, ürəyim əsir. Sonra bir hadisə-zad baş verər... Bura dünyanın qurtaracağıdır. İkimizi də öldürüb atarlar o dərələrin ağzına, heç meyitimiz də ələ keçməz...
    ZAMANOV. Gəl... Gəl deyirəm sənə... Bəlkə, belə edək... Sən get çadıra dincəl... Mən bir azdan gələcəyəm...
    LEYLA. Çadıra gedim? Dincəlim?
    ZAMANOV. Elə isə sən özün üçün gəziş, Leyla...
    LEYLA. Mən gəzişim, sənsə özünü canavar ağzına təpəsən, hə?..
    ZAMANOV. Canavar?..
    LEYLA. Olsun quldur... İndi elə adamlar var ki, canavardan da betərdir...
    ZAMANOV. Mən belə canavarları çox görmüşəm. Sən narahat olma... Yaxşısı budur sən çıx get. Yarımçıq mənzərəni tamamla... Şəkil çək... Kitab oxu...
    LEYLA. Sonra?.. Hə de...
    ZAMANOV. Deyilənlərə qulaq as... Eşidirsən, ceyran?.. LEYLA. Ceyran təhlükə qarşısındadır. Bu meşədə çoxlu yırtıcılar var...
    ZAMANOV. Mən o yırtıcıların dişini tökərəm... (Gülür.) Xahiş edirəm, get. Mən indi iş başındayam... Mane olma. Get... Mən də bir azdan gəlirəm... Hər şey yaxşı olacaq. Gəl ötürüm səni...
    LEYLA. Heç yerə gedən deyiləm. Əvvəlcə de görüm o kimdir?
    ZAMANOV. O, narkotik alverçisidir. Biz onu yaxalamışdıq. Bir neçə il əvvəl. Əməliyyata mən rəhbərlik edirdim.
    LEYLA. Yoxsa sizi qorxuzub aradan çıxan budur?..
    ZAMANOV. Qorxudub?.. Sən hansı qorxaqlıqdan danışırsan?.. Bu adam silahlı idi. Gizləndiyi evi mühasirəyə almışdıq. Xeyli danışıq apardıq. Biz onu diri tutmaq istəyirdik. O, sadəcə olaraq bizi aldatdı.
    LEYLA. Aldatdı?..
    ZAMANOV. Özün bilirsən ki, mən adamlara həmişə inanmışam. Hətta cinayətkarlara da. Bu adam ‒ onun adı Yılmazdır, əllərini yuxarı qaldırıb təslim oldu. Biz onu maşına əyləşməyə dəvət etdik. O, razılaşdı. Sən demə, qoltuğundakı tapança ayaqda imiş. Bir göz qırpımında atəş açıb aradan çıxdı. Əməliyyat işçilərimizdən biri yaralandı. Amma yaxşı ki, sağ qaldı... Bax, elə o vaxtdan bu Yılmaz dediyim adam axtarışdadır...
    LEYLA. Deyəsən, pis yerdə axşamlamışıq...
    ZAMANOV. Kim? Mən, yoxsa o?
    LEYLA. Elə hamımız...
    ZAMANOV. Bu dəfə o, yaxasını mənim əlimdən qurtara bil- məyəcək...
    LEYLA. Ya istirahətimizi edək. Ya da çıxıb gedək. Bu meşədə sənə kim arxa duracaq?.. Allah bilir, yəqin ki, o yenə silahlıdır. Sən necə? Bilirəm ki, əliyalınsan...
    ZAMANOV. Eybi yoxdur, silahsız da ötüşərik... Yaxşı, gəl ötürüm səni...
    LEYLA. Məni ötürmək lazım deyil. İkimiz də gedəcəyik...
    ZAMANOV. Gedək... Etirazım yoxdur. Amma mən onu gözdən qoya bilmərəm... Aradan çıxa bilər.
    LEYLA. Gəl, gəl, sən Allah... Eh, Zamanov, həmişə özünə problem tapırsan.

    Zamanov və Leyla gedir. Yılmaz və İlahə gəlir.

    İLAHƏ. Nə oldu sənə birdən-birə?.. Qanın niyə qaraldı?.. YILMAZ. Heç. (Pauza.) Deyəsən, getməli olacağıq...
    İLAHƏ. Bəs deyirdin hələ beş-on gün buradayıq...
    YILMAZ. Deyirdim... Amma indi deyirəm ki, hazırlaş... gedirik...
    İLAHƏ. Hara, hara gedirik, Yılmaz?..
    YILMAZ. İlahə, qulaq as. Artıq-əskik suallara ehtiyac yoxdur. Hazırlaş, vəssalam! Anladın?
    İLAHƏ. Sən nəyisə məndən gizlədirsən...
    YILMAZ. Mən nə üçün sənə hər şeyi açıb deməliyəm? İLAHƏ. Niyə də deməyəsən ki?
    YILMAZ. Sonra deyərəm... İndi vaxt yoxdur... Başa düşürsən məni, yoxsa yox?..
    İLAHƏ. Eləsə sən çıx get. Mən hələ qalıb istirahət edəcəyəm. Buralar çox xoşuma gəlir mənim. Yaşıllıq, sakitlik, gözəllik. Şəhərin səs-küyü bezdirib məni. Qınayan olmasa ömrümün sonunacan burada yaşayaram... Doğru sözümdür, Yılmaz... Sən çıx get, mənim hələ getmək fikrim yoxdur.
    YILMAZ. İkimiz də tələdəyik, İlahə...
    İLAHƏ. Nə tələ? Kimin mənimlə nə işi?..
    YILMAZ. Səninlə?.. Səninlə yox, mənimlə işləri var... İLAHƏ. Kimin?..
    YILMAZ. Polkovnik Zamanovun...
    İLAHƏ. O kimdir elə?..
    YILMAZ. Polkovnik Zamanovu deyirsən? Cinayət-axtarış şöbəsinin rəisi...
    İLAHƏ. Sənin nə işin var o polkovniklə?..
    YILMAZ. Mənim? Mənim heç bir işim yoxdur onunla. Dedim ki, onun mənimlə işi var. Sonra danışaram sənə bu barədə. İndi vaxt yoxdur. (Pauza.) Köpək oğlu aşağı düşdü, yəqin, maşını nəzarətə götürür. Bəlkə də, harasa zəng vurub adam çağırır?..
    İLAHƏ. Nə maşın? Nə adam?..
    YILMAZ. Yaxşı ki, bu dərələrin arasında mobil telefon heç yeri tutmur... Bəlkə, elə onun özü aradan çıxmaq istəyir? Bəlkə, məni heç tanımayıb?.. Amma buna inanmıram... O, it kimi iy biləndir. Özü də məndən yanıqlıdır. Axırıma çıxmağa fürsət axtarır... İt oğlu it ...
    İLAHƏ. Sən kimi söyürsən? Polkovniki?..
    YILMAZ. Həm də özümü... Heç ağlıma gəlməzdi ki, bir də onunla üz-üzə gələm. Özü də belə yerdə: cəngəllikdə, meşədə, dərə içində... Bir dəli şeytan deyir, təpəsinə bir güllə sıx, sonra çıx aradan...
    İLAHƏ. Sən nə danışırsan?.. Nə güllə, nə tapanca?.. Ağlın başındadır?.. Sən məni buraya nə üçün gətirmisən, Yılmaz?.. Da- va-şavaya? Döyüşə?.. Ölümə?..
    YILMAZ . Yox, məsələ sənlik deyil... Mən öz şəxsi düşmənimlə üz-üzə gəlmişəm. İndi nə etməliyəm?.. Əllərimi qaldırıb təslim olmalıyam?
    İLAHƏ. Kim sənə deyir ki, əllərini qaldırasan?... “Şəxsi düş- mən”... O nə düşmənçilikdir. O nə ədavətdir elə?.. Bəlkə, elə dava-dalaşsız o polkovniklə üzbəüz oturub məsələni aydınlaşdırasan?..
    YILMAZ. Elə məsələlər var ki, onu sakit tərzdə yoluna qoymaq mümkün deyil. Bu cür məsələlərdə mütləq iki tərəfdən biri öz başından keçməyə məhkumdur.
    İLAHƏ. Yer üzündə elə iş yoxdur ki, onu sülh yolu ilə həll etmək mümkün olmasın. (Gülür). Bəlkə, mən sizin aranızda vasitəçilik edim?... Olar?...
    YILMAZ. Sən zarafat edirsən... İndi mənim dəqiqələrimin, saniyələrimin haqq-hesabı gedir.
    İLAHƏ. Mən səni bu qədər qorxaq bilməzdim...
    YILMAZ. Qorxaq? Kimdir qorxaq?.. Mən heç kəsdən qorxan adam deyiləm. Amma mənasız ölümə, təsadüfi gülləyə də tuş olmaq istəməzdim...
    İLAHƏ. Söhbət kimdən gedir?.. O qaraqabaq kişidən? Polkovnikdən?.. Yəni o adam ovçusu-zaddır?.. Bəyəm dünya dərəbəylik dir?.. Qayda-qanun yoxdur?..
    YILMAZ. İlahə, əzizim, sənin bilmədiyin çox şeylər var. Vaxtı çatanda danışaram... Hər şeyi izah edərəm sənə...
    İLAHƏ (gülür). Bəlkə, heç qismət olmadı. Bəlkə, doğrudan da, təsadüfi gülləyə tuş olduq. Olmaz ki, məni də öz sirrindən agah edəsən?.. Qoy öləndə də hər ikimiz rahat ölək...
    YILMAZ. Yox, mən ölümə elə-belə təslim olan oğullardan de- yiləm... Mənim axırıma çıxmaq elə də asan məsələ deyil. (Pauza.) Amma tezliklə bu dərədən çıxıb getməliyik. Buradan ölüm, qan qoxusu gəlir.
    İLAHƏ. Nə ölüm? Nə qan?.. Sən məni hara gətirmisən?.. Sən nə danışırsan?.. Sən nə işlə məşğulsan?.. Ümumiyyətlə, sən kim- sən, nəçisən, Yılmaz?.. Başa sal məni?.. Aman Allah, mən kiminlə oturub-dururam?.. İlahə, gör bir nə günlərə qalmısan?.. Gör sən kiminlə tanış olmusan?.. (Ağlamsınır.) Cavab ver: sən kimsən?..
    YILMAZ. Mən?.. Mən kiməm?.. Mən Yılmazam... Mən axtarışda olan... Mən şərə-böhtana düşümüş adamam. Mən nə oğruyam, nə də quldur. Məni qova-qova namərd ediblər...
    İLAHƏ. Bəs onda niyə qorxursan? Kimdən çəkinirsən?.. (Ağlayır.)
    YILMAZ. Heç kimdən qorxmuram! (Pauza.) Eh, sən də... Yaxşı, yaxşı... Gözündən leysan tökmə...
    İLAHƏ. Mən səni heç cür başa düşmürəm...
    YILMAZ. Mən səni sonra başa salaram. Hər şeyi danışaram
    İLAHƏ. Bəs indi mən nə edim?..
    YILMAZ. Sən... İndi sən nə edəsən?..
    İLAHƏ. Hə, de görüm mən indi nə etməliyəm?..

    Yılmaz əli ilə başını tutub gəzişir. Sonra İlahə ilə üz-üzə dayanıb diqqətlə qızı süzür.

    YILMAZ. İlahə, sən çıx get...
    İLAHƏ. Hara?..
    YILMAZ. Evə get...
    İLAHƏ. Evə?.. Bu meşədən mən necə, kiminlə çıxım? Bir də ki, mən nə üçün getməliyəm?.. Sən mənə düzünü de: nə olub axı?
    YILMAZ. Dedim ki, indi izah etməyə vaxt yoxdur. Vaxt azdır...
    İLAHƏ. Mən heç yerə gedən deyiləm. Gedirəm çadıra, orada səni gözləyirəm... Bildin?..
    YILMAZ. Çıx get buradan deyirəm sənə... Bəlkə, elə mən özüm də tezliklə gedəsi oldum... Qoy görüm məni nə üçün güdür bu alçaq!..
    İLAHƏ. Yılmaz... Mən səni çadırda gözləyirəm. Sənsə özünü təmkinli apar.

    İlahə hirslə çıxıb gedir.

    YILMAZ. Get deyirəm sənə! (Öz-özünə.) Eşidirsənmi?.. Axmaq qız!.. Sən indi mənim üçün buxova çevrilmisən.

    Zamanov gəlir. Onlar bir müddət sınayıcı nəzərlərlə bir-birilərini süzürlər. Musiqi. Hər ikisinin üz-gözündən gərginlik oxunur.

    ZAMANOV. Güman edirəm ki, tanıdınız...
    YILMAZ. Nə lazımdır?..
    ZAMANOV. Getməyimiz lazımdır...
    YILMAZ. Hara?.. Mən heç yerə getməyə hazırlaşmıram.
    ZAMANOV. Gec-tez getməli olacaqsınız... Yəqin ki, hər şeyi özünüz yaxşı dərk edirsiniz. Belə olan halda işiniz də yüngülləşər...
    YILMAZ. Bura bax, gəl bu “siz-biz”i ataq bir kənara. ZAMANOV. Olsun. Lap olsun “sən”. Başqa sözün yoxdur ki?
    YILMAZ. Səhv etmirəmsə, sən polkovnik Zamanovsan, elə deyilmi?..
    ZAMANOV. Səhv etmirsən...
    YILMAZ. İndi de görüm, sənin istəyin nədir, Zamanov?.. ZAMANOV. Artıq mən istəyimi sənə izah etdim, Yılmaz... YILMAZ (gülür). Hım-m-m. Adımı unutmamısan. Sənin sözündən belə çıxır ki, mən təslim aktına qol çəkməliyəm...
    ZAMANOV. Əgər bu cür qəbul edirsənsə, qoy belə olsun. Söhbət işin mahiyyətindən gedir...
    YILMAZ. Səhv etmirəmsə, sən burada tək deyilsən. Qadınların burada olması bizə artıq-əskik hərəkət etməyə imkan verməz. Söhbətimiz qalsın sonraya...
    ZAMANOV. Sən hansı hərəkətləri nəzərdə tutrsan?.. YILMAZ. Elə sənin nəzərdə tutduğunu, Zamanov.
    ZAMANOV. Mən Ezop dilində danışmağı sevmirəm... Kon- kretliyi xoşlayıram.
    YILMAZ. Elə mən də sən deyənləri başa düşmürəm. ZAMANOV (pauza). Deyəsən, sən də istirahətə tək gəlməmisən...
    YILMAZ. Elədir...
    ZAMANOV. Səhv etmirəmsə, evli deyilsən...
    YILMAZ. Görürəm ki, informasiyan çoxdur.
    ZAMANOV. Elə də yox...
    YILMAZ. Başqa bir sual yoxdur ki?..
    ZAMANOV. Biz getməliyik!
    YILMAZ. Hara?..
    ZAMANOV. Sən axtarışdasan...
    YILMAZ. Bilirəm.
    ZAMANOV. Sualların qalanını saxlayırıq sonraya. Oldu?.. YILMAZ. Zamanov, sən məni gic hesab etmirsən ki?..
    ZAMANOV. Qətiyyən!
    YILMAZ. Mən səninlə heç bir yerə getməyə hazırlaşmıram.
    Mən istirahətdəyəm, polkovnik.
    ZAMANOV. Mən səninlə qanunun dili ilə danışıram.
    YILMAZ. Mənsə sənə öz dilimlə deyirəm: heç yerə getmək niyyətində deyiləm!.. Sənsə öz işinlə məşğul ol...
    ZAMANOV. Mən elə öz işimlə məşğulam...
    YILMAZ. Mənimlə işin olmasın... Başa düşürsən?..
    ZAMANOV (Yılmazla üz-üzə dayanır). Bura bax, yaxşısı budur, ağlını başına yığ.
    YILMAZ. Ağlım başımdadır, polkovnik! Sənin sözündən belə çıxır ki, özüm qolumu qandallayıb toy toğlusu kimi sənin qabağına düşüməliyəm, hə?.. Öz boynumu özüm kəndirə salmalıyam, eləmi? Nə üçün?..
    ZAMANOV. Bilirsən, nə üçün? Sən narkotik alveri ilə məşğulsan. Bilirsən, bu nə deməkdir?.. Bəlkə, bunun da nə olduğunu bilmirsən? Bəlkə, adamları ölümə, cinayətə təhrik etdiyindən də xəbərin yoxdur? Sənin kimilərin ucbatından insanlar şikəst olur, beyinlər dumanlanır, mənəviyyat pozulur, ailələr dağılır, əxlaqsızlıq tüğyan edir...
    YILMAZ. Bəlkə, cəmiyyətin bütün günahlarını mənim belimə şəlləyəsən, hə?!. Bəlkə, ölkədə, lap elə dünyada baş verən bütün cinayətlərin başında mən dururam! Bəlkə, elə mənə görə bu dünya, insanlar bu qədər alçaq, qanunlar bu qədər eybəcər, mühit bu qədər yırtıcı və amansızdır?..
    ZAMANOV (hirsli). Boş-boş danışma! Bunları sən kimə de- yirsən?!.
    YILMAZ. Zamanov, bu iki dağın arasında, bu vəhşi meşənin dərinliyində indi biz ikimizik. Doğrudur, qadınlar bizə, ola bilsin ki, kənardan göz qoyurlar. Amma indiki halda biz təklikdə üz-üzə, göz-gözəyik. Gəl bir qədər səmimi olaq...
    ZAMANOV. Etirazım yoxdur... Buyur, eşidirəm...
    YILMAZ. Nə mən uşağam, nə də sən... Mənə elə gəlir ki, biz hər şeyi yoluna qoya bilərik...
    ZAMANOV. Əlbəttə. Elə söhbət də bundan gedir.
    YILMAZ. Əgər söhbət bundan gedirsə, nə üçün bir-birimizi acılamalı, təhqir etməliyik?.. Məncə hədə-qorxuya, xox gəlməyə də ehtiyac yoxdur...
    ZAMANOV. Elədir...
    YILMAZ. Biz ümumi dil tapıb, siyasətçilər demiş, konsensusa gələ bilərik...
    ZAMANOV. Nə mənada?..
    YILMAZ. Elə hər mənada... İmkanları götür-qoy edib müəyyən bir qənaət...
    ZAMANOV. Bu, sonranın söhbətdir, Yılmaz.
    YILMAZ. Xeyr, bu söhbət indi, bax burada bizim ikimizin ara- sında dağ olmalıdır.
    ZAMANOV. Eləsə, buyur, səni eşidirəm.
    YILMAZ. Məncə, açıq danışmaq olar. Necə deyərlər, örtülü bazar dostluğu pozar.
    ZAMANOV. Dostluq barədə danışmaq hələ tezdir.
    YILMAZ. Mən öz təklifimi qısaca deyirəm: elə bu dəqiqə hər ikimiz şəhərə yola düşürük. Mən lazım olan əmanəti tapıb sənə çatdıraram. Bu, birinci vairant. İkinci variant belədir: bir-birimizə qarşılıqlı inam olsun deyə mənim dostum burada qalar...
    ZAMANOV. Dostun? O kimdir elə?..
    YILMAZ. İlahə... Mənim yanımda gördüyün qadın... O mənim dostumdur... Belə deyək: istədiyim qadın. Çox güman ki, mən onunla ailə quracağam.
    ZAMANOV. Nədir, sən ailə qurmaq istədiyin qadını girov qo- yursan?..
    YILMAZ. Polkovnik eyhamla danışmağa ehtiyac yoxdur! ZAMANOV. Sənin təklifin qəbul edilmir. Ən yaxşı təklif budur: biz birlikdə lazımi yerə gedirik... Onsuz da, sən axtarışdasan...
    YILMAZ. Çox güman ki, mənim təklif edəcəyim məbləğ səni razı salacaq.
    ZAMANOV. Yəqin ki, sən zarafat edirsən...
    YILMAZ. Belə mövzular ətrafında zarafat etmək təhlükəlidir. Allaha şükür, özün təcrübəli adamsan.
    ZAMANOV. Mənə elə gəlir ki, söhbətə nöqtə qoymağın vaxtı yetişib...
    YILMAZ. Sənin dediklərindən belə çıxır ki, təklifim rədd olunur.
    ZAMANOV. Mən başa düşmürəm: sən qarşındakı adamı nə hesab edirsən?.. Həm də düz-əməlli tamadığın bir adamı...
    YILMAZ. Zamanov, deyəcəyim söz üçün əvvəlcədən üzr ist yirəm: yəqin ki, bizim heç birimiz bakirə deyilik.
    ZAMANOV. Məncə, söz güləşdirməyə ehtiyac yoxdur. YILMAZ. Bura bax! Yoxsa işlədiyin idarənin, o idarədəki işçilərinin nə işlə məşğul olduğunu bilən yoxdur?!. Elə fikirləşirsən ki, camaat çörəyi qulağına yeyir?!. Yoxsa göydən gəlmisən?!. Bəlkə, məlakəsən?.. Angelsən?!.
    ZAMANOV. Əgər suallarına cavab almaq istəyirsənsə, hay- küy salma, diqqətlə qulaq as, eşit və bil: bəli, polkovnik Zamanov sənin dediyin mənada heç bir çirkli işdə suçlandırıla bilməz. Heç kəs iddia edə bilməz ki, mən ondan nəsə ummuşam. Əgər barəmdə nəsə eşitmisənsə, deyə bilərsən.
    YILMAZ. Bəlkə, quru maaşla dolanmısan ömrü boyu?.. Hə?..
    ZAMANOV. Sənə hesabat vermək mənim borcum deyil. Amma hər nəyə desən and içə bilərəm ki, mən həyatım boyu heç kəsdən bir qəpik də olsun rüşvət almamışam. Bəli, mən həmişə maaşa qol çəkmişəm. Yaxşı bilirəm ki, işlədiyim idarənin özündə belə, bəziləri mənə əcaib adam kimi yanaşır. Amma mən belə şeyləri eynimə almıram. Görünür, elə buna görədir ki, mənimlə eyni vaxtda xid- mətə başlayanların bəzisi çoxdan öz paqonlarından məhrum olub, bir çoxu isə həbsxanalara atılıb. Mən heç vaxt öz nəfsimin qulu olmamışam. Mən özümün sadə həyatımdan həzz alıram. Rüşvət insanı gözükölgəli edir. Mənsə adamların gözünə həmişə dik baxmaq arzusunda olmuşam.
    YILMAZ. Zamanov, onda necə edək? Pul almırsan, ürəyində də rəhm hissi yoxdur...
    ZAMANOV. Günahsız adamları öz qanımla-canımla qorumağa hazıram. Amma günahkarlar öz cəzasını çəkməlidirlər!.. Axı bir də kiməsə verilən cəza təkcə həmin adamın özü üçün deyil...
    YILMAZ. Bəs kimin üçündür?..
    ZAMANOV. Bu həm də başqaları üçündür. Qoy eşidib-bilənlər də nümunə götürsünlər... Yadda saxla: mənə hər bir insanın həyatı milyonlardan qiymətlidir, o cümlədən cinayətkarların həyatı...
    YILMAZ. Elə isə mənim həyatımı niyə məhv etmək istəyirsən, Zamanov?..
    ZAMANOV. Əksinə, mən sənin həyatını xilas etmək istəyirəm. Mən səni düşdüyün bataqlıqdan çəkib çıxarmaq istəyirəm. İstəyirəm ki, sən bu cəmiyyətin tamhüquqlu bir vətəndaşı olasan.
    YILMAZ. Bunun üçün mən hökmən tutulmalı, əzilməli, döyülməli, təhqir olunmalıyam? Sən saçımla birlikdə mənim başımı da kəsmək istəyirsən, polkovnik?
    ZAMANOV. Mən başkəsən deyiləm! Sözlərinə sərhəd qoy, Yılmaz!
    YILMAZ. Üstümə qışqırma! İndiki halda nə mən caniyəm, nə də sən hakim!
    ZAMANOV. Səsini qaldırma!
    YILMAZ. Unutma ki, biz meşəlikdəyik.
    ZAMANOV. Unutma ki, biz meşə qanunları ilə yaşamırıq. YILMAZ. Elə bu cəmiyyətin özü də bir meşədir.
    ZAMANOV. Mən səni bu meşədən çəkib çıxıracağam... YILMAZ (gülür). Ha-ha-ha... Qorxuram, əksinə olsun... ZAMANOV (gülür). Qələbə sonda gülənindir...
    YILMAZ. Sən hansı qələbədən danışırsan, Zamanov? Hələ tezdir qələbədən-məğlubiyyətdən danışmaq. Hələ sənin sevinməyin tezdir, polkovnik!..
    ZAMANOV. Sən haradan bilirsən ki, mən sevinirəm?..
    YILMAZ. Gözlərindən. Oradakı sevinc işartıları çox aydın görünür.
    ZAMANOV. Səhv edirsən...
    YILMAZ. Yəqin, sevinirsən ki, qorxulu bir canini ələ keçirmisən. Ola bilsin, tezliklə rütbən, çinin, vəzifən artacaq. Lap general da ola bilərsən…
    ZAMANOV. Yenə səhv edirsən... Mən tezliklə ehtiyata çıxmaq istəyirəm.
    YILMAZ. Sən işdən çıxmağa hazırlaşan adama oxşamırsan, Zamanov.
    ZAMANOV. Nə üçün belə hesab edirsən?..
    YILMAZ. Bunu sənin hərəkətlərindən görmək o qədər də çətin deyil. Elə bil hələ min il innən sonra da adam tutmaqla məşğul olacaqsan. Sanki yerini hələ indi-indi möhkəmlədirsən...
    ZAMANOV. Əvvəla, mən adam tutan deyiləm. İkincisi də, hər kəs öz işində son anadək vicdanla işləməlidir.
    YILMAZ. Necə yəni adam tutan deyilsən, Zamanov?! Məni öz yuvamdan didərgin salmısan, mənim həyatımı zəhərləmisən...
    ZAMANOV. Mən? (Gülür.) Ha-ha -ha!.. Sən nəyisə çaşbaş salırsan, Yılmaz! Mən heç kəsə pislik etməmişəm... Heç kəsə...
    Axı bir də ki biz heç düz-əməlli tanış da olmamışıq...
    YILMAZ. İnşallah, daha yaxından tanış olarıq. Hələ vaxtımız var... İstirahət edirik.
    ZAMANOV. Deyəsən, istirahət yarımçıq qalacaq. YILMAZ. Kimin istirahəti?
    ZAMANOV. Həm sənin, həm də mənim...
    YILMAZ. Mən həyatımda, bəlkə də, ilk dəfədir ki, istirahət etməyə hazırlaşıram.
    ZAMANOV. Elə mən də...
    YILMAZ. Onda gəl bir-birimizə mane olmayaq, Zamanov.
    ZAMANOV. Yəqin ki, heç bir problem olmayacaq. Sadəcə olaraq qanun-qaydaya əməl etmək lazımdır.
    YILMAZ. Hansı qanundan söhbət gedir?
    ZAMANOV. Mövcud qanundan...
    YILMAZ. Nə demək istəyirsən?
    ZAMANOV. Cinayət varsa, cəza da olmalıdır.
    YILMAZ. Cinayət varsa... Əgər yoxsa, onda necə?..
    ZAMANOV. Heç kəsin boynuna zorla cinayət işi qoymurlar.
    YILMAZ. Sən elə bil ki Aydan gəlmisən, Zamanov.
    ZAMANOV. Əslində, sən özün cinayətkar bir aləmdə işləyirsən, polkovnik! Ətrafına yaxşı-yaxşı nəzər sal... Onda görərsən, kimdir cinayətkar.
    ZAMANOV. Sən nə demək istəyirsən?..
    YILMAZ. Mənim nə demək istədiyimi sən çox yaxşı anlayırsan.
    ZAMANOV. Əlbəttə, qismən anlayıram... Və bildirirəm: bəli, işlədiyim təşkilatda natəmiz adamların olduğunu istisna etmirəm... Mən ki bayaq bu barədə dedim...
    YILMAZ. Elə isə axtarışlara öz ətrafınızdan başlayın. ZAMANOV. Mən mücərrəd şeylər barədə danışmağı xoşlamıram. Və yenə təkrar etməyə məcburam: cinayət cəzasız qala bilməz!
    YILMAZ. Zamanov, özün həyat görmüş adamsan. Heç kəs dünyaya nə cinayətkar kimi gəlir, nə də cinayətkar olmaq istəyir.
    Amma nə edəsən ki, həyatın öz qanunları var...
    ZAMANOV. “Həyatın qanunları”... Xeyr, həyatın heç bir qanunu-filanı yoxdur. O qanunları biz özümüz yazırıq! Elə özümüz də pozuruq, Yılmaz!.. Amma nədənsə həmişə günahlarımızın səbəbkarını kənarda, özü də mücərrəd şeylərdə axtarırıq.
    YILMAZ. Yaxşı, həyatın qanunları olmasın, olsun dövlətin qa- nunları. Lap elə sən deyən kimi, adamların yazıb-pozduğu qanunlar olsun. Nə fərqi var ki?
    ZAMANOV. Mən söz güləşdirmək istəməzdim...
    YILMAZ. Bəs sənin istəyin nədir?..
    ZAMANOV. Sən təslim olmalısan...
    YILMAZ. Kimə?.. Sənə?.. Sənin dediyin o qanunlara? Yox, Zamanov, mən bir daha o dəmir barmaqların arasında əzilmək istəməzdim...
    ZAMANOV. Qışqırma! Gəl orada ‒ o kötüyün üstündə oturub düz-əməlli söhbət edək...
    YILMAZ. Nə olar, gedək...

    Onlar söhbət edə-edə uzaqlaşırlar. Səs-küy. Bir azdan Kişi və Qadın görünürlər. Onlar əl-ələ tuturlar.

    KİŞİ. Bilmirəm, bu camaatın əlindən hara qaçıb gizlənim?.. QADIN. Camaat neyləyir sənə?
    KİŞİ. Qarşıma çıxanın hamısı gözünü bərəldib üzümə baxır. QADIN. Nə üçün?
    KİŞİ. Məşhur olmaq da bir şey deyil, Miliçka.
    QADIN. Kimdir elə məşhur olan? Sən?
    KİŞİ. Bəs kim?
    QADIN (qəhqəhə çəkib uğunur). Bəxtəvər başıma!.. Sən haranın məşhuru oldun?
    KİŞİ. Necə yəni haranın? Camaat efirdə-ekranda səsimə qulaq asıb, üzümü görüb.. .
    QADIN. İki -üç dəfə televizorda görünmüsən, elə bilirsən, bütün dünya səni tanıyır... Deyirəm axı, son vaxtlar yerişin-duruşun da dəyişib.
    KİŞİ. Xalq sənətə həmişə yüksək qiymət verir.
    QADIN. Sənət, incəsənət öz yerində... Həkimin dediklərinə rayət etmək lazımdır.
    KİŞİ. Prosedurların hamısına necə lazımdırsa, əməl edirəm... Amma mən iynə-dərmandan daha çox təbiətin ‒ bu otların, çiçəklə- rin hökmünə inanıram. Mən bu suya, bu təbiətə pənah gətirmişəm...
    QADIN. Axı həkim sənə tapşırmışdı ki, spirtli içkiləri yaxın qoyma, yağlı xörəklərə meyil etmə...
    KİŞİ. Mənim həkimim bu dağlar, bu meşələrdir. O ki qaldı yeyib-içməyə, məndən çox-çox əvvəl deyiblər: kef-damaqdır bu dünyanın ləzzəti... Mənim ümidim var ki, qurbanı olduğum bu təbiət mənə bir övlad əta eləyəcək. Bir də ki hələ nə yaşımız var?..

    Qadın ağacların arasında uzaqlara boylanır, ətrafa göz gəzdirir.

    QADIN. Bilmirəm, fikir vermisənmi, o ağacların altında iki kişi bayaqdan yaman çənə-boğaz edirlər. Əl-qollarını ölçə-ölçə danışır, elə bil nəyisə bölüşdürə bilmirlər...
    KİŞİ. Hə, mən də bayaq fikir verdim... Yəqin, biznes şərikləridirlər.. Olsun ki, “razborka” aparırlar... Deyəsən, məni yaxşı tanı- yırlar. O günləri üz-üzə gəldik, papaqlarını çıxarıb təzim etdilər...
    QADIN. Onlar papaq-zad geymirlər, özləri də bura təzə gəliblər...
    KİŞİ. Nə bilirsən?..
    QADIN. Çünki o çadırlar bu gün quraşdırılıb.
    KİŞİ. Ola bilər... Sifətlər yadımda düz-əməlli qalır ki?.. Camaat gözünü zilləyib üzümə tamaşa edir. Gərək qara eynək taxam...
    QADIN. Nə üçün?..
    KİŞİ. Belədə tanımazlar... Mən burada istirahət etmək istəyirəm.
    QADIN. Bəlkə, dincələnlər üçün bir konsert verəsən?.. (Gülür).
    Daha çox tanınarsan...
    KİŞİ (fikrə gedir). Yaxşı ideyadır. Amma burada iki cüt bir tək çadır var... Mənim konsertlərimsə həmişə anşlaqla keçib...
    QADIN. Bəs qazancın-zadın hanı? Bir həsirsən, bir Məmməd- nəsir...
    KİŞİ. Qazancın hamısı reklama gedir... Özün ki bunları yaxşı bilirsən...
    QADIN. Bilirəm, bilirəm... Üzüyümü satıb özünə klip çəkdirdin, o da göstərilmədi televiziyada... Gərək boyunbağımı da satıb oradakılara verəydin...
    KİŞİ. Kimə?..
    QADIN. Telequldurlara...
    KİŞİ. Telequldur. Hə, bax bu yaxşı ifadədir, lap mahnı mətninə də salmaq olar...
    QADIN (boylanır). Yenə onlardır... Bura gəlirlər...
    KİŞİ. Kim? Kimdir gələn?..
    QADIN. O mübahisə edənlər...
    KİŞİ. İmkanlı adama oxşayırlar. Sponsorluq etsəydilər, yaxşı bir proqramla çıxış edərdim...
    QADIN. Bəs deyirsən, tanıyırlar səni...
    KİŞİ. Bir var ekranda görələr, bir də var həyatda Hə, qoy
    gəlsinlər... Baxaram...
    QADIN. Özün bilən məsləhətdir...

    Zamanov və Yılmaz gəlirlər. Kişi onlara yaxınlaşaraq təzim edir.

    KİŞİ. Salam əleyküm... Necəsiniz?.. İşləriniz necədir?.. Xoşunuza gəlir bizim bu dağlar, dərələr, bulaqlar?.. İstirahətiniz necə keçir?.. Ev-eşik üçün darıxmırsınız ki?.. Balalar necədir?.. Səhhətiniz, durumunuz necədir?..
    ZAMANOV (diqqətlə kişini süzüb gülümsəyir). Salam. Sualla- rınızın hamısına birdəfəlik cavab verim, yoxsa hər suala ayrı-ayrılıqda cavablandırım?..
    KİŞİ. Hər ikisi məqbuldur! Mən xalqımızın ləyaqətli övladları ilə həmişə fəxr edirəm. Mən vurğunuyam, dəlisiyəm qanan adamların. Tanış olun, bu da mənim can-ciyərim Miliçkadır.
    ZAMANOV. Tanışlığa şadıq.
    KİŞİ. Bəlkə, bir tikə çörək kəsək, daha yaxından tanış olaq...
    QADIN (kişiyə). Bəlkə, vaxtları müsaidə etmir.
    ZAMANOV. Elədir... Sonra yaxından tanış olarıq... İndi məş- ğuluq...
    YILMAZ (kişiyə). Keçi can hayında, qəssab piy axtarır... Çıx get öz iş-gücünün dalınca...

    Kişi və Qadın hürkə-hürkə çıxıb gedirlər.

    ZAMANOV. Yılmaz, məncə artıq bir-birimizə hərbə-zorba gəlməyə heç bir ehtiyac yoxdur...
    YILMAZ. Əlbəttə, biz kifayət qədər təcrübəli adamlarıq. Elə ona görə də mən öz təklifimi sizə bildirdim.
    ZAMANOV. Elə mən də...
    YILMAZ. Zamanov, yenə deyirəm, mən qətiyyən ömrümün qalan hissəsini həbsxanada çürütməyə hazırlaşmıram.
    ZAMANOV. Mənsə əsassız yerə mübahisə etməyə...
    YILMAZ. Eləsə xahiş edirəm, mənə mane olma! Mən ağır bir həyat yolu keçmişəm, yetimliklə böyümüşəm, dəfələrlə ölümlə üz-üzə, göz-gözə gəlmişəm... Ölüb-dirilmişəm. İnnən sonra sakit bir ömür yaşamağa hazırlaşıram. İstəyirəm ki, keçmişdən, öz keç- mişimdən uzaqlaşım, adam həyatına qayıdım. İstəyirəm ki, ailə qurum, övlad böyüdüm, qulağı dinc yaşayım. Mənim planlarımı pozmaq istəyirsən, Zamanov. Məni cinayətə sövq edirsən...
    ZAMANOV (gülür). Cinayətə?!.
    YILMAZ. Bəli, cinayətə... Vaxtilə mənim gənclik səhvlərim olub. Etiraf edirəm...
    ZAMANOV. Səhvlərin olub?.. Sən cinayəti səhvlə qarışdırırsan?.. Sən narkotik alveri ilə məşğul olmağı adi bir səhv adlandı- rırsan? Ailə qurmaq istəyirsən, eləmi? Heç fikirləşmirsən ki, sənin əməlinə görə nə qədər ailə dağılıb?.. Övlad-uşaq sahibi olmaq istəyirsən, hə?.. Heç bilirsən ki, sənin biznesin neçə adamın həyatına son qoyub? Sən düz yola qayıtmaq istəyirsən?.. İndiyəcən düşünmüsən ki, neçə adamı öz yolundan çıxarmısan? Sən gətirdiyin fəlakətlər, ölümlər barədə fikirləşmisənmi?..
    YILMAZ. Belə görürəm ki, bu məmləkətdə baş verən bütün cinayətlərin səbəbkarı mənəm. Əlinə yaxşı fürsət düşüb, polkovnik. Aparıb məni lazım olan yerə təhvil versən, böyük mükafata layiq görüləcəksən. Əlbəttə, əgər apara bilsən...
    ZAMANOV. Yılmaz, səni bəri başdan xəbərdar edirəm: qaçmaq cəhdi əbəsdir.
    YILMAZ. Bilirəm, polkovnik. Yəqin ki, sən artıq mənim barəmdə lazımi yerə məlumat vermisən. Amma yadda saxla, biz kişi söhbəti etməliydik, hakim-məhkum söhbəti yox.
    ZAMANOV. Mən sadəcə olaraq bu yerlərin mürəkkəb relyefini xatırladıram sənə, bir tərəf uçurum, bir tərəf meşə. Adam aza bilər, vəhşi heyvanlara yem ola bilər burada...
    YILMAZ. Maşın yolu da ki nəzarətdə... Hə, bəs bunu niyə de- mirsən?..
    ZAMANOV. Yılmaz, mən sənə özümün bütün təkliflərimi de mişəm...
    YILMAZ (geri çəkilir). Mən isə sənə hələ öz təkliflərimin hamısını deməmişəm.

    Yılmaz köynəyinin altından tapança çıxarıb Zamanova tuşlayır.

    ZAMANOV. Sən nə elədiyini anlayırsanmı?..
    YILMAZ. Mənim başqa yolum yoxdur, Zamanov! Mən öz ayağımla əcəlin ağzına gedə bilmərəm! Əllər yuxarı, polkovnik!..

    Zamanov əllərini yuxarı qaldırır və gözlənilmədən Yılmazın üs- tünə atılır, onun biləyindən yapışır, silahın lüləsi göyə sarı tuşlanır.

    ZAMANOV. Silahı yerə at!..
    YILMAZ. Yox, bunu görməyəcəksən!..
    ZAMANOV. Gicləmə!..
    YILMAZ. Zamanov, səni əcəl hərləyir!..
    ZAMANOV. Elə səni də!..
    YILMAZ. Biləyimi burax! Kənara çəkil!..

    Yılmaz tətiyi çəkir. Atəş səsi eşidilir. Zamanov Yılmazın biləyin- dən vurur. Tapança kənara düşür. Onlar süpürləşirlər. Hər ikisi tapançanı götürməyə cəhd göstərir. Hər ikisi bir-birinə mane olur. Zamanov yerə uzanmış halda tapançanı ayağı ilə vurub kənara tolazlayır. Yılmaz əlini silaha sarı uzadır, Zamanov dizi ilə onun biləyini sıxır. Yılmaz qışqırır. Onlar təzədən ayağa durub əlbəyaxa olurlar. Səs-küyə qadınlar: İlahə və Leyla gəlirlər.

    İLAHƏ. Siz nə edirsiniz?!.
    LEYLA. Aman Allah!.. Axı nə olub sizə?!.
    YILMAZ. İlahə, tapançanı götür yerdən!..
    ZAMANOV. Silaha əl vurmayın!..

    İlahə tez irəli qaçıb silahı yerdən götürür. Lüləni Zamanova tuşlayır.

    İLAHƏ. Əllər yuxarı!..
    LEYLA (İlahəyə). Dayan!.. Silah açıla bilər!.. Axmaq qız!..
    İLAHƏ. Axmaq sən özünsən! Geri çəkil! Bu saat ikinizi də gəbərdəcəyəm.

    Zamanov əllərini yuxarı qaldırıb Yılmaza sarı baxır.

    ZAMANOV. Sizə yeni bir cinayət törətməyi məsləhət bilməzdim. (İlahəyə.) Silahı kənara atın!
    YILMAZ. Yox, bunu görməyəcəksən, Zamanov!..

    Yılmaz irəli cumub İlahənin əlindən silahı alır.

    LEYLA. Ay aman! Kömək edin!..
    YILMAZ. Zamanov, axı sən niyə burnunu mənim işlərimə uzadırsan, niyə? Mən sənə dedim ki, mane olma mənə! Zəhərləmə mənim həyatımı! Allah özü şahiddir ki, mənim günahım yoxdur!.. Sən özün əcələ çapırsan!.. Mən, bəlkə də, lap elə zəhərli ilanam. Amma sürünüb kənardan keçirəm. Sən nə üçün mənim quyruğumu tapdalayırsan, Zamanov?!. Bəlkə, zəhərsiz dura bilmirsən?!. Elə isə, al gəldi...

    Yılmaz silahı qaldırır. Leyla onun üstünə cumur.

    LEYLA. Dayanın!..
    İLAHƏ. Yılmaz, atma!..
    ZAMANOV. Leyla, sən nə edirsən?!.
    YILMAZ. Axmaq qadın, geri çəkil!.. Eşitmirsən?!. Burax yaxamı!..

    Yılmaz Leylanı kənara itələyir. Zamanov Leylanın qolundan tutub ayağa durğuzur. Yılmaz İlahənin əlindən yapışıb geri-geri addımlayır. Silah Zamanova doğru tuşlanıb.

    ZAMANOV. Sən nə etmək istəyirsən, Yılmaz?
    YILMAZ. Zamanov, qan tökmədən çıxıb getmək istəyirəm. Mane olma mənə! Bildin?.. Əgər bir addım da irəli atsan, gülləyə tuş olacaqsan. Son dəfə xəbərdarlıq edirəm: o yan-bu yan etsəniz, hər ikiniz həyatla vidalaşacaqsınız. Çıxın gedin öz işinizin dalısıyca. İstirahətinizi edin!.. Təkcə mənə mane olmayın, mənə!.. Ox-x-x!.. Zamanov, sən nə əclaf adamsan!..
    ZAMANOV. Dayan!..
    YILMAZ. Zamanov!
    ZAMANOV. Sən özün-özünə quyu qazırsan! Mənim məsləhətim budur sənə: silahı təhvil ver, özün təslim ol...
    YILMAZ. Paho! Nə gözəl təklifdir: silahı təhvil ver, özünü təslim et... Xeyr, Zamanov, sənin məsləhətlərin işə yaramır.

    Səs-küy. Hamı ətrafa boylanır. Yılmaz tapançanı kəmərin altına keçirib gizlədir. Leyla və İlahə bir-birilərinə sığınırlar. Zamanov təəccüblə Yılmaza baxır. Kişi və Qadın yüyürə-yüyürə gəlirlər: hövlnak və həyəcanlıdırlar. Onlar daha çox sadəlövh uşaqları xatırladırlar.

    ZAMANOV. Nə olub?.. Bir hadisə-zad baş verməyib ki? KİŞİ. Meşədə ayı var!..
    QADIN. Ayı var! Ayı! Ayı!..
    YILMAZ. Nə? Ayı?.. Nə ayı?.. Mənə nə var? Gedin işinizlə məşğul olun!..
    LEYLA VƏ İLAHƏ (qışqırırlar). Gəlin gedək!..
    KİŞİ VƏ QADIN. Ayı hücum edə bilər!..
    İLAHƏ. Yılmaz!.. Gedək buradan!..
    YILMAZ. Hara gedək axı?..
    ZAMANOV (Kişi və Qadına). Özünüz gördünüz ayını? QADIN. Bəli...
    KİŞİ. Nəsə ayıya oxşayırdı...
    YILMAZ (Kişiyə). Elə sən də ayıya oxşayırsan. Rədd olun bu- radan!..

    Yılmaz hücum çəkir. Qadın və Kişi qaçırlar. Musiqi.

    Pərdə





    İKİNCİ HİSSƏ

    Yenə həmin məkan. Musiqi. Kişi və Qadın görünürlər. Onlar uşaq kimi bir-birilərini qovur, sanki gizlənpaç oynayırlar. Onlar gedən- dən sonra Leyla və İlahə əks tərəfdən çıxıb üz-üzə gəlir, nifrətlə bir-birilərini süzüb ayrı-ayrı istiqamətlərə üz tuturlar.
    Zamanovla Yılmaz gəlirlər. Onlar ətrafa boylanır, sanki kimisə gözləyirlər. Hər ikisi əsəbidir.

    YILMAZ. Mənim axırıma çıxmaq elə də asan olmayacaq, Zamanov...
    ZAMANOV. Heç kəs sənin axırına çıxmaq niyyətində deyil. YILMAZ. Mane olma mənə. Qoy qalan həyatımı özüm istədiyim kimi yaşayım.
    ZAMANOV. Sən özün başqalarına mane olursan.
    YILMAZ. Mən adam ömrü yaşamaq istəyirəm. Amma sən və sənin kimilər məni təzədən cəngəlliklərdə, vəhşi heyvanlar arasında yaşamağa təhrik edir. Əl çək məndən, Zamanov!..
    ZAMANOV. Heç kəs səni heç nəyə vadar etmir. Əksinə, sən özün başqalarını pis yollara çəkmisən. Sənə görə çoxları əbədi əzablara düçar olub. Hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir.
    YILMAZ. Mən, əlbəttə, səninlə başqa qaydada da danışa bilərəm.
    İndi buna mənim daha böyük imkanım var. Amma...
    ZAMANOV. Sən hansı imkanlardan danışırsan? Öldürmək istəyirsən məni? Yadında saxla: mən bütün həyatım boyu ölümlə göz-gözə yatmışam.
    YILMAZ. Elə mən də...
    ZAMANOV. Amma unutma ki, ölüm xilas yolu deyil. YILMAZ. Bəs nədir, nədədir xilas yolu?..
    ZAMANOV. Kimin üçün?
    YILMAZ. Elə hər ikimizi nəzərdə tuturam.
    ZAMANOV. Mənim üçün qanunlara baş əymək, sənin üçünsə tövbə...
    YILMAZ. Mən artıq tövbə etmişəm...
    ZAMANOV. Harada?
    YILMAZ. Tanrı qarşısında.
    ZAMANOV. Sən qanun və qurbanlar qarşısında tövbə etməlisən. YILMAZ (acı-acı gülür). Hansı qurbanları deyirsən?
    ZAMANOV. Hansı? Bilmirsən bəyəm?.. Sənin ağ ölümə düçar etdiyin qurbanları deyirəm. Gör bir sən adamları nəyə təhrik etmisən? Sənin ucbatından bu gün nə qədər adam əzab çəkir.
    YILMAZ. Zamanov, sən öz dediklərinə, həqiqətən, inanırsan, yoxsa...
    ZAMANOV. Yoxsa mənim dediklərim sənə mənasız görünür?.. Bəlkə, mən nəyisə düz demirəm?
    YILMAZ. Bəlkə də, sən özlüyündə haqlısan. Amma elə şeylər var ki, onların olub-olmaması nə sənin, nə də mənim iradəmdən asılıdır.
    ZAMANOV. Bəs kimdən asılıdır şeylər?..
    YILMAZ. Kimdən? Əgər bilmək istəyirsənsə, deyim. Səni, məni, lap elə bütün bu cəmiyyəti idarə edənlərdən! Zamanov, qanunların icrasını tələb edənlər elə o qanunların pozulmasında da maraqlıdırlar. Bəyəm sən bilmirsən bunları?.. Əgər bilmirsənsə, o idarədə nə üçün işləyirsən?
    ZAMANOV. Axı mən dedim sənə, mücərrəd şeylər danışırsan, Yılmaz. Həm də mənasız, absurd...
    YILMAZ. Sən mənə tanıdırsan o çiyni paqonlu, qoltuğu konstitusiyalı caniləri?!. Mən uşaq deyiləm. Mən axmaq deyiləm. Mən kor da deyiləm! Bildin! Yox?!. Elə isə cavab ver mənim sualıma. Şəhərin mərkəzində ucalan o qəsrlərin, təzə göydələnlərin sahibləri kimdir? Bəlkə, o xanimanlar halal pulla, maaşla tikilib? Bəlkə, qiyməti ilə bir kəndin satın almaq mümkün olan o zirehli maşınlar halal zəhmətlə alınıb?.. Bəlkə, günü eyş-işrətdə, kef-damaqda keçən əyyaşların alın təri ilə yığılıb o milyonlar? Zamanov, deyirsən ki, cinayət cəzasız qala bilməz. Qoy olsun! Bəs niyə əsl cinayətkarlar cəzasız gəzirlər?.. Niyə susursan?
    ZAMANOV. Mən diqqətlə səni dinləyirəm. Bəlkə də, dediklərində həqiqət var. Amma mən sənə bir daha tam səmimiyyətlə deyirəm: vicdanım qarşısında alnım açıqdır. Heç kəs məni nəyə görəsə suçlandıra bilməz. Əgər söhbət məndən gedirsə, eşit və bil: mənə həyatım boyu heç kəs qəyyumluq etməyib. Mən ağır, çətin bir həyat yolu keçmişəm.
    YILMAZ. Elə mən də...
    ZAMANOV. Mən ata-ana nəvazişi görməmişəm.
    YILMAZ. Elə mən də...
    ZAMANOV. Mən yetim olmuşam...
    YILMAZ. Mənsə yetimxanada böyümüşəm.
    ZAMANOV. Yetimxanada?..
    YILMAZ. Bəli...
    ZAMANOV. Mən də...
    YILMAZ. Yetimxanada? (Pauza.) Düz deyirsən? ZAMANOV. Bəli...
    YILMAZ. Qəribədir...
    ZAMANOV. Qəribə olan nədir?
    YILMAZ. Taleyimizin oxşarlığı... Zamanov, sən hansı yetimxa- nada böyümüsən?..
    ZAMANOV. Qara şəhərdə...
    YILMAZ. Mənsə Ağ şəhərdə. Amma indi diqqətlə baxıram, yaman tanış gəlirsən... Elə bil nə vaxtsa görüşmüşük...
    ZAMANOV (gülür). Axı biz həqiqətən görüşmüşük. Amma o vaxt sən aradan çıxdın.
    YILMAZ. Yox, sanki çoxdan, lap çoxdan olub bu görüş...
    ZAMANOV. Ola bilər... Ola bilər... Bəlkə də, elə uşaq vaxtı görüşmüşük. Axı o zamanlar xüsusi məktəblərdə, yetimxanalarda təhsil alan uşaqları bir yerə toplayıb tədbir keçirmək dəb idi. Mənim yaxşı əl qabiliyyətim vardı. İdman uğurlarım da az deyildi.
    YILMAZ. Mən də dərs əlaçısı idim. Amma nə olsun ki?.. İndidən danış...
    ZAMANOV. Valideynlərini çoxdan itirmisən?..
    YILMAZ. Xatırlamıram. Onlar həlak olanda mən lap körpə imişəm. Bəs sən necə, Zamanov? Niyə düşmüşdün yetimxanaya?
    ZAMANOV. Niyə?.. Hər halda özüm getməmişdim...
    YILMAZ. Bilirəm, özün getməmisən. Aparıblar. Yetimxana da həbsxana kimi bir yerdir. Oranı heç kəs könüllü seçmir, Zamanov.
    ZAMANOV. Elədir. Nə yetimliyi, nə də yetimxananı heç kəs özü seçmir. Mənim valideynlərim qəzaya düşüb həlak olublar. Ağır vaxtlar idi...
    YILMAZ. Mənim ata-anam da özüm kimi yetim olublar. İşlədikləri qəsəbədə elə bir qohum-əqrəbaları olmayıb. Onlar da sənin, sənin valideynlərin kimi maşın qəzasına düşüb həlak olublar.
    ZAMANOV. Qəribədir... Bəs siz ailədə neçə nəfər olmusunuz?..
    YILMAZ. Ata-anam olub... İki də uşaq...
    ZAMANOV. Dayan, dayan!.. Bəs ailənin ikinci uşağı haradadır?.. Ölüb, yoxsa sağdır?..
    YILMAZ. Allah bilir... Mən öz keçmişim barədə çox az şey bilirəm. Ata-anamı xatırlamıram. Mənə hərdən elə gəlir ki, ümumiyyətlə, ata-anam olmayıb, o kol kimi, o ağac kimi torpaqdan öz-özünə çıxmışam. Bəs sən necə, Zamanov, valideynlərini xatır- layırsanmı?..
    ZAMANOV. Onlar yadımda yuxu kimi qalıb... Hə, bəs ailənizin ikinci uşağı kim olub. Oğlan, yoxsa qız?..
    YILMAZ. Mənim böyük qardaşım olub... Mən ondan iki yaş kiçik olmuşam... Eh, yaralarımı qoparma, Zamanov... (Pauza.) Üzümə niyə elə baxırsan?.. İkimiz də yetimxanada böyümüşük... Yetimi yetim anlayar. Mən öz çəkdiyim müsibətləri heç düşmənimə də arzulamıram.
    ZAMANOV. Heç qardaşını axtarmısan?..
    YILMAZ. Axtarmışam... Amma nə olsun ki?.. Allah bilir, o tifil harada ölüb-itib...
    ZAMANOV. Harada axtarmısan onu?..
    YILMAZ. Elə hər yerdə... Bütün yetimxanalarda. Doğulduğum qəsəbədə.
    ZAMANOV. Hansı qəsəbədə doğulmusan?..
    YILMAZ. Çaylıda... Eh... Deyəsən, sorğu-sualsız dayana bilmirsən, Zamanov...
    ZAMANOV (Yılmaza yaxınlaşır). Köynəyinin yaxasını aç, Yılmaz...
    YILMAZ. Nə üçün?..
    ZAMANOV. Aç deyirəm!..
    YILMAZ. Üstümə qışqırma!..
    ZAMANOV (astadan). Xahiş edirəm...
    YILMAZ (yaxasını açır). Hə, açdım. Nə axtarırsan?.. ZAMANOV (onun sinəsinə baxır). Yılmaz... Qardaşım mənim!..

    Zamanov Yılmazı qucaqlayır. Görünür, Yılmaz onun “fənd” işlətmək arzusuna düşdüyünü zənn edib əli ilə belindəki tapançanı bərk-bərk sıxır. Zamanov onu uşaq kimi atıb-tutur, hönkürüb ağlayır. Sonra Yılmaz geri-geri addımlayıb Zamanova baxır, qollarını açıb irəli cumur. Onlar qucaqlaşıb uşaq kimi ağlayırlar.

    YILMAZ. Doğrudanmı, bu sənsən?.. Bu, yuxu deyil ki?.. Ax-x-x!.. Mənim qardaşım!.. Of, əclaf tale!.. Bu nə oyundur belə!.. Mən dəli olmamışam ki?..
    ZAMANOV. Yılmaz... Yılmaz... Danış görüm, özündən danış mənə...
    YILMAZ. Nə danışım?.. Özün hər şeyin şahidisən. Daha mən ölsəm də, heyifsilənmərəm... Sən danış, sən... Bu vaxtacan niyə axtarıb tapmamısan məni?.. Mən ömrüm boyu yalquzaq kimi yaşamışam: gah orada, gah burada... Bəs sən?.. Sən niyə axtarmamısan məni?.. Həmişə cinayətkar axtarmısan... Niyə öz dost-doğma qardaşını soraqlayıb tapmamısan indiyəcən?.. Niyə?.. Axı sənin buna imkanın olub.
    ZAMANOV. Qulaq as! Əgər bilmək istəyirsənsə, mən səni bütün ömrüm boyu axtarmışam. Hər yerdə... Gəzdiyim şəhərlərin, kəndlərin hamısında səni soraqlamışam. Baş çəkdiyim yetimxana qalmayıb. Doğulduğumuz Çaylı qəsəbəsinə də getmişəm: amma orada bizim heç bir qohum-əqrəbamız olmayıb. Sənin yerini tez- tez dəyişblər. Elə mənim də... Sənin ad-familiyanı da dəyişiblər. Elə mənimkini də dəyişmişdilər, sonralar ‒ ağlım kəsəndən bərpa elətdim. Bizim familiyamız Zamanovdur. Atamızın adı İman, ana- mızın adı Abidə olub. Sənin əsl adın İlqar, mənimki isə Vüqardır. Yılmaz da yaxşı addır...
    YILMAZ. Bu adı mənə yetimxananın tərbiyəçisi verib... ZAMANOV. Tale bizim hərəmizi bir tərəfə atıb, qardaş. Bilirsənmi, mən sənin yaxanı niyə açdırdım?
    YILMAZ. Yox... Amma sinəmdə çapıq yeri var.
    ZAMANOV. Elə ona baxmaq istəyirdim... Sən məndən iki yaş kiçiksən. Xatırlayıram ki, sən lap körpə olanda beşikdən yerə yıxılmışdın. Sinən yerdəki ütüyə dəyib parçalanmışdı. Mən dumanlı şəkildə xatırlayıram ki, ata-anam həkim çağırdı, sənin sinənə tikiş qoydular. O vaxt mən qışqır-bağır salıb haray qoparmışdım. Elə bilirdim ki, sən ölmüsən...
    YILMAZ. Elə gərək o vaxt öləydim...
    ZAMANOV. Nə üçün?..
    YILMAZ. Çünki sonralar dəfələrlə ölümə tuş oldum... Amma həmişə sağ qaldım, ölə bilmədim. Bəlkə də, ölsəydim, bu qədər əzablara düçar olmazdım. Ölmək mənim çəkdiyim o əzablarımın yanında toy-bayramdır.
    ZAMANOV. Bu, həyatdır... Nə etmək olar?.. Mən vaxtilə sənin izinə düşəndə elə bil ürəyimə nəsə dammışdı...
    YILMAZ. Nə? Nə dammışdı?
    ZAMANOV. Sənin tərcümeyi-halınla bağlı müəyyən faktları dəqiqləşdirmək istəyirdim. Amma o vaxt heç bir qohum-əqrəban haqqında heç nə öyrənə bilmədim. Hətta, təhsil aldığın məktəbə də getmişdim. Sən oranı yarımçıq qoymusan...
    YILMAZ. Elədir. Mən bu ölkədən baş götürüb getmişdim. Özüm öz əlimlə qurmaq istəyirdim öz taleyimi. Amma qismət olmadı.
    ZAMANOV. Görünür, cinayət aləminə ilişibsən...
    YILMAZ. Cinayət, ya cinayətkar aləmi deyəndə ki... Əslində, belə bir aləm yoxdur...
    ZAMANOV. Necə yəni yoxdur?..
    YILMAZ. O mənada yoxdur deyirəm ki, heç kəs anadan ci- nayətkar kimi doğulmur. Bax, biz iki qardaşıq, özü də dost-doğma, eyni ata-anadan olmuşuq. Amma bu gün, bir neçə saat bundan əvvəl iki düşmən kimi üz-üzə gəlmişik. Bəyəm mən sənin üçün yenə cinayətkaram?..
    ZAMANOV. Mənim üçün?.. Niyə məhz mən?.. Cinayətkarı qanun müəyyənləşdirir. Sən isə uzun müddətdir ki, axtarışdasan.
    YILMAZ. Eh-h-h... Zamanov, Zamanov... (Gülür.) Sən istəyirsən ki, mən yenidən aradan çıxım? Bir də belə hadisə baş versə, çox güman ki, sən məni bir daha heç yerdə tapa bilməyəcəksən!
    ZAMANOV (gülür). Yox, ta belə şey ola bilməz! Mən buna imkan verməyəcəyəm... Səni heç yerə buraxan deyiləm.
    YILMAZ. Amma bayaq az qaldı ki, gülləyə tuş olasan. Şükür sənə, Ilahi, şükür... Amma elə başa düşmə ki, mən qorxdum...
    ZAMANOV (gülür). Əlbəttə, qorxdun...
    YILMAZ. Yox... Mən, bəlkə də, səni vurub aradan çıxacaqdım. Həqiqətən... Amma gözlərinin dərinliyində qəribə bir həlimlik, istilik duydum. Mənə bir anlığa elə gəldi ki, doğma bir adamla üz-üzə, göz-gözə dayanmışam.
    ZAMANOV. Qəribədir... Elə mən də... (Pauza.) Hə, səninlə buraya gələn qadın kimdir?..
    YILMAZ. Tanışımdır... Dostumdur. Mənə görə çox əzablar çəkmiş bir insandır.
    ZAMANOV. İndiyəcən evlənməmisən?..
    YILMAZ. Yox... Vaxtım olub ki?.. (Gülür.) İmkan vermisiniz ki?.. Bəlkə, İlahə ilə ailə qurdum. Əlbəttə, imkan olsa... Bəs sən necə?..
    ZAMANOV. Evliyəm... Leyla həyat yoldaşımdır. Bayaq özün gördün...
    YILMAZ. Uşaqdan-zaddan nəyin var?..
    ZAMANOV (pauza). Doğma övladımız yoxdur. Amma iki uşağa valideynlik edirik...
    YILMAZ. Bu necə olur?..
    ZAMANOV. Yetim uşaqlardır... Birini yetimxanadan götürmüşəm. O birisi də küçədə dilənirdi. Əlindən tutub əvvəlcə işə, sonra da evə gətirdim...
    YILMAZ. Küçədən götürmüsən?..
    ZAMANOV. Bəli, küçədən... Axı onun tərbiyəsi ilə məşğul olan olmasa o küçə uşağı ola bilər... Gələcəyin cinayətkarları çox vaxt küçədə yetişir...
    YILMAZ. Mənim kimi... Bəlkə də, səhv edirəm... Ayrı cür də ola bilərdi. Biz qardaşıq. Amma sən qətiyyən mənə oxşamırsan. Təmkinli, ağıllı, iradəli... Sən heç öz paqon yoldaşlarına da bən- zəmirsən. Onların çoxu cinayətkardan da betərdir.
    ZAMANOV. Səhv edirsən... Onların arasında ölümün gözünə dik baxan uşaqlar var. Elə sənin yaraladığın o polis nəfəri... O canlaradəyən oğlandır...
    YILMAZ. O sağ qaldı?..
    ZAMANOV. Sağdır... Tanış edərəm səni onunla...
    YILMAZ. Tanış edərsən?.. Yox, yox... Belə tanışlıq mənə lazım deyil... Mən öldürmək istədiyim adamla necə görüşə bilərəm. Bu mümkün deyil...
    ZAMANOV. Bu cür halla heç üzləşməmisən?
    YILMAZ. Sən məni nə hesab edirsən? Mən nə qatiləm, nə də cəllad... Sənin dostuna güllə atmağım təsadüf idi. Özümü xilas etməliyəm, ya yox? Boynuma alıram: hər cür alverlə məşğul olmu- şam: silahdan tutmuş ta dərmana kimi hər şey satmışam... Amma qətl-qarət...
    ZAMANOV. Sən dərman deyəndə nəyi nəzərdə tutrsan?.. YILMAZ. Elə sənin nəzərdə tutduğun şeyi...
    ZAMANOV. Bəyəm sən narkotik alveri ilə məşğul olmağın necə ağır nəticə ilə bitəcəyini əvvəldən bilmirdin?..
    YILMAZ. Əlbəttə, bilirdim... Amma bu işin elə nüansları var ki, indi bunu xırdalamağa imkan yoxdur. Bəzən insan elə dairəyə, elə oyuna düşür ki, sonra oradan çıxmaq müşkül bir işə çevrilir...
    ZAMANOV. İradəli insanlar belə oyunlardan xilas ola bilirlər...
    YILMAZ. Mən heç də iradəsiz adam deyiləm. Elə buraya da xilas olmaq üçün gəlmişəm. İstəyirəm ki, bu təmiz dağların qoynunda, bu saf təbiətin qucağında özüm də təmizlənim. Tövbə edim, günahlarımı yuyum...
    ZAMANOV. Bu qədər işlərdən sonra?..
    YILMAZ. Bəli, bu qədər həngamələrdən sonra. Mən ömür boyu vuruşdum, döyüşdüm, aldım, satdım və günlərin bir günü dərk etdim ki, bu ömrü mənasız yerə xərcləyib qurtarıram. Sən demə, mənə nə pul lazım imiş, nə sərvət, nə də o cür “dostlar”...
    ZAMANOV. Bəs nə lazımdır sənə? Bunu dərk edə bildinmi?..
    YILMAZ (gülür). Özümün olmayan ağlıma görə dərk etdim ki, mənə yalnız bircə şey lazımdır...
    ZAMANOV. Nə?.. Nədir o şey?..
    YILMAZ. O şeyin adı heç nədir...
    ZAMANOV (gülür). Bu çox orijinal cavab oldu... Hə, yaxşı, di gəl gedək...
    YILMAZ. Hara?.. Yoxsa o dediyin yerə aparırsan məni?.. ZAMANOV. Hələ ailəvi tanış olaq, əyləşək, söhbətləşək, sonra... Gedək qızları gətirək.
    YILMAZ. Olar. Mən razı...

    Zamanov və Yılmaz gedirlər. Qadın və Kişi görünür. Kişi əlində radiomaqnitofon. O, maqnitofonu kötüyün üstünə qoyur. Musiqi.

    KİŞİ. Belə getsə, mən buradan qırağa heç bir addım da atmayacağam...
    QADIN. Doğru sözündür?..
    KİŞİ. Əlbəttə!..
    QADIN. Bəs proqramın, çıxışların?..
    KİŞİ. Qoy televiziyadan gəlib məni burada ‒ bu meşədə, təbiətin qoynunda çəksinlər. Qoy milyonlarla azarkeş görsün ki, onların kumeri meşəyə çəkilib.
    QADIN. Boy, mən beş-on gündən artıq qala bilmərəm bu meşədə. Gecələr adamı vahimə basır burada.
    KİŞİ. Sən nə danışırsan?.. Hələ ən azı bir ay buradayıq. QADIN. Yox, mən qala bilmərəm...
    KİŞİ. Darıxma, Miliçka. Biz hələ o dağın başına çıxacağıq. Orada bir bulaq var, o bulağın suyunu içəcəyik. O suyu içəndən sonra hər şey yoluna düşəcək... (Qadını qucaqlayır.) Fikir etmə, mənim ürəyim...
    QADIN. Dayan, sən nə edirsən?..
    KİŞİ. Deyirəm, bəlkə...
    QADIN. Nə bəlkə?..
    KİŞİ. Elə buradaca...
    QADIN. A-a-a... Sən nə deyirsən?..
    KİŞİ. Elə bu təbiətin qoynundaca...
    QADIN. Ayıbdır... Görən olar...
    KİŞİ. Buralarda kim var ki?.. Özümüzük...
    QADIN. Bayaqkı kişilər yenə gəlib çıxarlar...
    KİŞİ. Mən əminəm ki, onlar mənə sponsorluq edəcəklər... QADIN. Heç yaxalarını ələ verənə oxşamırlar...
    KİŞİ. Qələt eləyirlər... Heç yana qaça bilməzlər. Xalq öz sənətkarını yaşatmalıdır... Ölkənin gözü məndədir. Amma bir şeyi unutmuşam...
    QADIN. Nəyi?..
    KİŞİ. Biz əvvəlcə o bulağın suyundan içib, sonra...
    QADIN. Əlbəttə!..
    KİŞİ. Məncə bulağın suyundan sonra içmək lazımdır. Əvvəlcə...
    QADIN. Yox, yox...
    KİŞİ. Təbiətin qoynu, saf hava... İki sevən ürək... İnanmıram ki, bundan sonra sən ana olmayasan.
    QADIN. Mən əminəm ki, sənin ata olmağına çox az qalıb...
    KİŞİ. Elə söhbət ondan gedir də... Gərək bünövrəni indidən qoyaq...
    QADIN. Yox, əvvəlcə o sudan içək, sonra...
    KİŞİ. Axı o bulaq çox uzaqdır...
    QADIN. Eybi yoxdur. Bir adam göndərərik, gedib gətirər o sudan. İçərik, sonra...
    KİŞİ. Sonra?..
    QADIN. Hə də...
    KİŞİ. Amma ürəyim səni elə istəyir ki...

    Kişi radiomaqnitofonun səsini qaldırır. Musiqi. Rəqs. Qadın və Kişi qol-qola tutub rəqs edirlər. Musiqi get-gedə azalır. Kişi maqnitofonu söndürüb qoltuğuna vurur. Nəsə səs-küy eşidilir. Kişi və Qadın kənara çəkilirlər. Leyla və İlahə görünürlər. Onlar üz-üzə gəlsələr də, bir-birilərini tanımırlarmış kimi soyuq baxışlarla biri digərini süzüb uzaqlara nəzər salırlar.

    İLAHƏ. (ətrafa boylanır). Yılmaz! Yılmaz, hey!...
    LEYLA (öz-özü ilə). Görəsən, bunlar hara getdilər?.. İLAHƏ (Leylaya yaxınlaşır). O sənin adamındır?..
    LEYLA. Kimi deyirsiniz?
    İLAHƏ. Bayaqkı kişini...
    LEYLA. O mənim ərimdir.
    İLAHƏ. Amma elə bil təzə tanış olmusunuz...
    LEYLA (gülür). Təzə?.. Sizə nə üçün elə gəlir?
    İLAHƏ. Heç.. Ər-arvadın bir-birinə mehribanlıq göstərməsi nadir şeydir.
    LEYLA. Bəs bayaqkı kişi sizin əriniz deyil?..
    İLAHƏ. Eh... Nə sorğu-suala tutmusan məni?.. (Pauza.) Mənə elə gəlir, onlar dil tapdılar...
    LEYLA. Kimi deyirsiniz?..
    İLAHƏ. Mənimki ilə sənin ərini. (Ətrafı dinləyir.) Quş quşla dil tapır, adamlar nə üçün dil tapmasın?..

    Qadın və Kişi yaxınlaşırlar.

    KİŞİ. Xanımlara salam olsun!..
    QADIN. Salam...
    KİŞİ. Bu mənim Miliçkamdır... Tanış olun...
    LEYLA. Salam...
    İLAHƏ. Bayaq burada iki kişi vardı, onları görməmisiniz ki?.. KİŞİ. Məncə, onlar o dağın başındakı bulağa getdilər.
    İLAHƏ. Nə dağ, nə bulaq?.. (Sanki öz-özünə.) Bunlar nə gic- gici adamlardır...
    LEYLA. Siz onları, həqiqətən, gördünüz?..
    QADIN. Kimi?..
    LEYLA. Buradakı kişiləri...
    QADIN. Məncə, onlar dərəyə endilər..
    İLAHƏ. Dərəyə?..
    KİŞİ. Hə.. Deyəsən, endilər...
    İLAHƏ. Siz dağla dərəni ayırd edə bilmirsiniz?..
    KİŞİ. Dağla dərə elə bir yerdə olur də...
    QADIN. Dərə olmayan yerdə dağ olar ki?..

    Musiqi. Leyla və İlahə gedirlər.
    Qadın və Kişi yenə rəqs edirlər.
    Az sonra Zamanov, Yılmaz, Leyla və İlahə gülə-gülə gəlirlər.

    LEYLA. Adamın inanmağı gəlmir...
    ZAMANOV. Nəyə?
    LEYLA. Bütün bunlara... Sənin dediklərinə...
    ZAMANOV. Görünür qismət beləymiş. Axı mən sənə həmişə deyirdim...
    LEYLA. Yılmaz qardaş, doğrudan da, sənin adın bizim evimizdə həmişə çəkilib.
    ZAMANOV. Amma Yılmaz kimi yox...
    LEYLA. İlqar kimi... Görəsən, İlqar haradadır, sağdırmı?.. Bu boyda kişi bəzən gecələr göz yaşı tökür, ağlayırdı...
    İLAHƏ. Şükür Allahın böyüklüyünə. İnnən sonra hər şey yaxşı olacaq. Dünyada bundan böyük sevinc nə ola bilər?..
    LEYLA. Elədir.
    YILMAZ. Bundan sonra ölsəm də, heç bir dərdim ola bilməz. Gərək elə günü bü gün qurban kəsəm. Mən indi dünyanın ən xoşbəxt insanıyam. (Zamanovu qucaqlayıb hönkürür.) Mənim əziz qardaşım! Ürəyim mənim!.. Mən istəyirəm ki, sən ürəyindən keçəni dilinə gətirəsən.
    ZAMANOV. Ürəyimdən keçəni... Mənim ürəyimdən çox şey keçə bilər. Amma dünyanın elə işləri var ki, onu təkcə ürək qanunları ilə həll etmək mümkün deyil...
    LEYLA. Siz Allah, başqa şeydən danışın. Neçə illik həsrətdən sonra görüşübsünüz. Onda da başlamısınız ürək belə getdi, qanun elə getdi.
    İLAHƏ. Elədir. İlqar qardaş, Yılmaz bir az əsəbidir. Bəlkə, in dilikdə mövzunu dəyişək?..
    YILMAZ. Yox, qoy Zamanov ürəyindən keçənləri açıq söyləsin.
    Deyir, örtülü bazar, dostluğu pozar.
    ZAMANOV. Əziz qardaşım, mən səninlə ürək söhbəti edirəm, bazar söhbəti yox...
    YILMAZ. Onsuz da, bu dünya özü boyda bir bazardır. Elə bizim söhbətimiz də o bazardan gedir.
    İLAHƏ. Yılmaz, yaxşı da. Biz sevindik ki, siz bir-birinizi tapıb...
    YILMAZ. Bunun məsələyə dəxli yoxdur. Mənim qardaşım bu gün cinayətkar tapıb. Elə deyilmi, Zamanov?..
    ZAMANOV. Məncə, bu tikanlı atmacalara ehtiyac yoxdur. Allah özü şahiddir ki, mən səni tapdığım üçün nə qədər sevinirəm...
    YILMAZ. Əlbəttə, polis cinayətkarı tapanda məmnun olmalıdır.
    İLAHƏ. Yılmaz, bəsdir!
    LEYLA. Gəlin bu söhbətlərə embarqo qoyaq... Gözəl havadır, gedək gəzişək meşədə.
    İLAHƏ. Ağıllı təklifdir...
    YILMAZ. Siz gedin hava alın. Mən öz qardaşımla tet-a-tet qal- maq istəyirəm. (Zamanova.) Etirazın yoxdur ki?..
    ZAMANOV (gülür). Axı bizə arbitr də lazım olacaq. LEYLA. Məncə, ortada mübahisəli heç nə yoxdur.
    İLAHƏ. Axı biz bu gün sevinməli, gülməliyik... Siz qəribə qardaşlarsınız vallah...
    YILMAZ. Biz yalnız fizioloji cəhətdən qardaşıq. Əslində isə, ayrı-ayrı dünyanın adamlarıyıq. Birimiz hakim, birimiz məhkum... Belə olan halda hansı qardaşlıqdan söhbət gedə bilər?.. Elə deyil, cənab Zamanov?..
    İLAHƏ. Yılmaz, bəsdir, yalvarıram!. .
    LEYLA. Boş yerə mübahisə etməyin. Yaxşı, İlahə, gəl biz gedək. Qoy bunlara sərbəstlik verək.
    İLAHƏ. Elə isə dava-dalaş olmasın ha...
    YILMAZ. Arxayın olun... Gedin gəzişin.

    İlahə və Leyla gedirlər.

    ZAMANOV. Qəribədir. Çox qəribədir...
    YILMAZ. Əlbəttə. Ən qəribə olanı isə budur ki, iki doğma qardaş bir-biri ilə dil tapa bilmir.
    ZAMANOV. Yox, mən başqa şey haqqında düşünürəm... YILMAZ. O nədir elə?
    ZAMANOV. Biz nə üçün məhz belə bir anda üz-üzə gəlməli idik?..
    YILMAZ. Bu da Allahın işidir. Sən öz qardaşını ‒ çoxdan axtardığın bir cinayətkarı tapıb sevinməli idin.
    ZAMANOV. Mən sənin həyatın, fəaliyyətin barədə xeyli məlumat toplamışdım... Gizlətmirəm, sən cinayətkar kimi axtarışda idin... Amma bu cür sonluğu gözləmirdim. Belə şeylər filmlərdə, kitablarda olur.
    YILMAZ. Belə görürəm ki, bu görüşdən sən elə də məmnun deyilsən. Amma özünü üzmə. (Pauza.) Hər şey yaxşı olacaq.
    ZAMANOV. Nə mənada?..
    YILMAZ. Yəni hər şey sənin ürəyincə, istəyincə olacaq. Sən öz qardaşının qolunu zəncirləyib lazım olan yerə təhvil verəcəksən.
    ZAMANOV. Sən məsələni çox primitivləşdirirsən.
    YILMAZ. Razıyam. Sənin qardaşının özü primitivdir. Axı mən oxumuş, ziyalı, tərbiyəli adam deyiləm ki!.. Mən heç orta məktəbi də bitirməmişəm. Mənim ömrüm oğru-quldurlar arasında keçib. Mən narkotik alveri ilə məşğul olmuşam. Amma sən... Maşallah, yüksək savadın, təhsilin, biliyin. Hələ çiynini, paqonunu demirəm. Özü də rüşvət almayan polis polkovniki! Yeganə təmiz orqan işçisi. Yetimliliklə böyüyüb indi yetimxana açmış xeyriyyəçi. Mənən zəngin, ideal, əlçatmaz bir vücud! Bu sən, bu da mən...
    ZAMANOV. Yaxşı, yaxşı, dolama məni...
    YILMAZ. Sən qanun keşikçisi, mən hər cür qanun-qaydaya tüpürən bir cani. Sən cəmiyyətin nüfuzulu bir adamı, mən cəmiyyətin qəbul etmədiyi həşərat. Sən dahi, mən cahil. Sən haqlı, mən haqsız. Sən doğru, mən oğru. Sən dövlət qanunları ilə işləyən bir şəxs, mən cəngəllik qanunları ilə yaşayan cinayətkar. Əlbəttə, haqq da sənin tərəfindədir, qanun da, konstitusiya da.
    ZAMANOV. Sənin monoloquna heç bir ehtiyac yoxdur. YILMAZ. Elə isə, əziz qardaş, gəl sonacan səmimi olaq. ZAMANOV. Mən kifayət qədər səmimi adamam.
    YILMAZ. Sən mıs-mıs deyincə Mustafa de. Mən nə etməliyəm?.. Və sən nə etməlisən?..
    ZAMANOV. İndiki halda biz hər şeyi həqiqətin öhdəsinə buraxmalıyıq.
    YILMAZ. O nə həqiqətdir elə?
    ZAMANOV. Həqiqət qanunlara söykənir.
    YILMAZ. O nə qanundur elə?
    ZAMANOV. Qanunlar bizi tövbəyə çağırır.
    YILMAZ. Tüpürüm sizin o həqiqətə də, o qanunlara da! Mən buraya tövbə etməyə gəlmişəm. Mənə imkan verin qalan ömrümü insan kimi yaşayım. Bəlkə, sənə elə gəlir ki, mən narkotik alverin- dən milyonlar yığıb indi dinc bir həyat arzusuna düşmüşəm. Yox! Qətiyyən! Bəli, mənim milyonlarım olub. Mən pul da görmüşəm, sərvət də. Amma indi Adəm babamızın günündəyəm ‒ lümbələn- lütəm! Bildin? İndi mən gec də olsa, anlamışam ki, insana yalnız sakit, dinc bir həyat lazımdır.
    ZAMANOV. Bəs bayaq mənə nəsə təklif edirdin...
    YILMAZ. Edirdim, bəli!.. Mən əlimdəki milyonların bir qismini öz həris “dostlarıma”, qalanını da sənin həmkarlarına ‒ paqon dostlarına paylayıb bu dağlara çəkilmişəm. Mən bilirəm ki, əl açsam, yenə də sözümü tutan adamlar tapılar. Sənə qəribə gəlir, eləmi?.. Fikirləşirsən ki, tövbə etməyə gəlmiş, var-yoxundan imtina etmiş narkobaron nə danışır belə?.. Düşünürsən ki, tövbə hara, ayağa çəkilmiş silah hara, eləmi?.. Düz fikirləşirsən, Zamanov!.. Mən öz keçmişimdən hələ tam ayrılmamışam. Elə bu son günlərdə həmişə fikirləşmişəm ki, mənə yenə kimsə ilişəcək. Məni yenə kimlərsə qaçaq salacaq. Vallah, mən qalan ömrümü sakit, qorxu-hürküsüz yaşamaq istəyirəm. İnan mənə!.. Sən and-aman edirsən ki, ömründə haram tikə yeməmisən. İnanıram sənə! Sən də mənə inan! İnan ki, mən də tövbəyə gəlmişəm bura, bu müqəddəs dağın qoynuna. Bu cür həyata ‒ təmizliyə maya, bəlkə, elə bizim genimizdən gəlir. Axı biz namuslu, vicdanlı insanların övladıyıq. Kökümüzdəki, genimizdəki təmizlik nə vaxtsa vurub üzə çıxmalı idi. Birimizdə tez, birimizdə gec... (Pauza.) Gəl sən də mənə qanun dərsi-zad keçmə!.. Mənim ürəyimin öz qanunları var. O qanunlar sizin ya- zıb-pozduğunuz məcəllələrdən daha ədalətlidir.
    ZAMANOV. Mən sənin ürəyinə də inanıram, oradakı “qanun- ların” ədalətli olmağına da. Amma gəl sən də mənə inan: hər kəs öz əməli üçün Allah və qanun qarşısında cavab verməlidir...
    YILMAZ. Səndən bir daha xahiş edirəm: mənimlə kitab dilində danışma, adam dinlində danış...
    ZAMANOV. Mən kifayət qədər sadə dildə danışıram. YILMAZ. Yox ey, dəqiqədə bir mənim gözümə soxma o qondarma qanunları! Bildin?.. Mən bu yaşımacan bu iyrənc dünyada “qanun-qayda” libasında o qədər yalanlarla üzləşmişəm ki, ta bu barədə söhbət eşidəndə allergiyam tutur. Mən indi sən dediyin o şeylərə bir zireh kimi yanaşıram. Yəni qanun bu gün çoxlarının əlində bir qamçı, bir qırmancdır. Ona görə sənə deyirəm ki, gəl adam dilində danışaq. Axı biz dost-doğma qardaşıq.
    ZAMANOV. Elə isə sən öz təklifini de...
    YILMAZ. Nə təklif? Hansı təklifdən söhbət gedir. Bəlkə, sən doğrudan, istəyirsən ki, mən sənə təslim olum, öz ayağımla zin- dana gedim?
    ZAMANOV. Axı sən axtarışdasan...
    YILMAZ. Nə olsun ki?.. Qoy axtarsınlar...
    ZAMANOV. Sən qalan ömrünü də səksəkə içindəmi yaşamaq istəyirsən? Özün dediyin kimi, yalquzaq kimi...
    YILMAZ. Bəlkə, qalan ömrümü daş divarlar, barmaqlıqlar arasında çürüdüm?..
    ZAMANOV. Hər şeyi özün etiraf etsən, nəzərə alarlar...
    YILMAZ. Əziz qardaş, sən, doğrudan, məni bu qədər axmaq hesab edirsən?
    ZAMANOV. Qətiyyən !
    YILMAZ. Bəlkə, mənim tövbə etməyə hazırlaşdığımı bilib ruhuma ilan salmaq istəyirsən?..
    ZAMANOV. Heç nə anlamıram!
    YILMAZ. Bəlkə, biz heç qardaş deyilik?..
    ZAMANOV. Biz qardaşıq. Dost-doğma!..
    YILMAZ. Elə isə sən qardaşını məhv etmək istəyirsən?.. ZAMANOV. Mən qardaşımı xoşbəxt görmək istəyirəm... YILMAZ. Sənin qardaşın öz xoşbəxtliyini həbsxanada tapmalıdır?..
    ZAMANOV. Sən niyə başa düşmək istəmirsən ki, cinayət etmisən, axtarışdasan?!. Niyə?.. Sənin dediyin o tövbə ilə iş bitmir. Belə çıxır ki, mən silah götürüb günahsız adamaları məhv etdikdən sonra meşəyə çəkilib tövbə etsəm, bu, cəzadan çəkilməsi deməkdir. Xeyr! Gəl özümüzü aldatmayaq!
    YILMAZ. Mən heç kəsi öldürməmişəm. Doğrudur, kimisə qorxuzmuşam... Hətta yaraladığım adam da olub. Amma ölüm hadisəsi... Bu olmayıb. Halbuki bu dünyada çoxlu öldürməli adamlar var. Kökü, nəsli kəsilməyə layiq ilanlar, əqrəblər var!
    ZAMANOV. Sakit ol. Hələ düşünmək üçün sənin vaxtın var.
    YILMAZ. Sağ ol ki, mənə belə bir imkan verirsən... Düşünübdaşınmaq imkanı...
    ZAMANOV. Sən qəti qərar qəbul etməlisən...
    YILMAZ. Mən belə bir qərarı artıq qəbul etmişəm. Mən heç kəsə tabe olmayacağam!.. Bir qardaş kimi sənin yolunda ölməyə hazıram, amma sənin təklif etdiyin yolu seçə bilməyəcəm. Mən mənasız ölümü qəbul edən deyiləm.
    ZAMANOV. Ölüm?.. Yox, sən öz günahını etiraf etməlisən...
    YILMAZ. Kimə?.. Sizin qanun keşikçilərinə?.. Sən məni təzədən tüpürüb gəldiyim o yola qaytarmaq istəyirsən?.. Sən məni cinayət aləminə yenidən sövq edirsən?.. Sən mənim axırıma çıxmaq istəyirsən? Ax, zalım qardaş, amansız qardaş...
    ZAMANOV. Mən zalım deyiləm...
    YILMAZ. Sən qansızsan, qəddarsan.
    ZAMANOV. Mən sənə kömək etmək istəyirəm...
    YILMAZ (Gülür). Məni ələ verməklə? Məni həbs etməklə?.. Belə kömək edirsən mənə?..
    ZAMANOV. Axı mən başqa nə edə bilərəm?.. Mən səni xilas etmək istəyirəm. Sən təslim olmalısan...
    YILMAZ. İcazə ver, sənin dediklərinin hamısını zarafat kimi qəbul edim.
    ZAMANOV. Zarafat? Yəqin, sənə belə gəlir. Amma mənim ürəyimdən qara qanlar axır. Nə üçün belə olmalıydı?
    YILMAZ. İndi bu suala cavab axtarmağın yeri deyil. (Pauza.) Deyəsən, bu bizim bir qardaş kimi ilk və sonuncu görüşümüz olacaq.
    ZAMANOV. Mən öz qardaşımdan imtina etmək niyyətində deyiləm. Eləcə də öz qardaşlıq borcumdan...
    YILMAZ. O nə borcdur elə?.. Məni həbs etmək? Yaxamı ment- lərin əlinə vermək? Öldürtmək?..
    ZAMANOV. Mən səni müdafiə edəcəyəm... Çalışacağam ki, hər şeyi ədalətlə yoluna qoyaq. Amma...
    YILMAZ. Nə amma?..
    ZAMANOV. Cinayət cəzasız qala bilməz...
    YILMAZ. Deməli, sənin son qərarın belədir?
    ZAMANOV. Bəli.
    YILMAZ. Sənin niyyətin baş tutmayacaq, Zamanov. Elə isə gəl belə danışaq: nə sən məni görmüsən, nə də mən səni. Elə təsəvvür et ki, sənin qardaşın çoxdan gəbərib, cəhənnəmlik olub...
    ZAMANOV. Mən bunu arzulamazdım...
    YILMAZ. Bəs nədir sənin niyyətin?
    ZAMANOV. Sənin xilasın... Bunu isə istintaq müəyyən edəcək...
    YILMAZ. Xeyr! Mən heç bir istintaqa ifadə verməyəcəm...
    ZAMANOV. Axı sən niyə qorxursan istintaqdan?..
    YILMAZ. Mən heç kəsdən, heç nədən qorxmuram! Amma unutma: mən həbsxanaya düşməkdənsə, intihara daha çox üstünlük verirəm. Və lazım gələrsə, belə bir yolu tərəddüdsüz seçəcəyəm.
    ZAMANOV. Belə bir seçimin özü də qorxaqlıq əlamətidir. YILMAZ. Mən ölümü təhqirdən daha şərəfli hesab edirəm. ZAMANOV. Məni məcbur edirsən ki, səninlə qardaş kimi yox,
    cinayət axtarışı şöbəsinin əməkdaşı kimi danışım...
    YILMAZ. Mənə xox gəlmə, Zamanov! Səndən xahiş edirəm: əl çək məndən! Burax mənim yaxamı!
    ZAMANOV. Səsini qaldırma! Sakit ol!
    YILMAZ. Mən hər şeyə tüpürə bilərəm! Səni də məhv edərəm, özümü də!
    ZAMANOV. Kəs səsini! Nə haray-həşir qoparmısan?!. YILMAZ. Gəl mənim əsəblərimlə oynama, Zamanov! Sən mənim qardaşım yox, qənimimsən! Sənin beynin zəhərlə, ürəyinsə kinlə doludur! Bəlkə də, Tanrı elə sənin bu cür xislətinə görə bizim bütün nəslimizi məhvə məhkum edib! Bəlkə, elə sənin üzündən bizim kökümüzə balta calınıb!
    ZAMANOV. Sən nə çərənləyirsən belə? Sən təkcə məni yox, ölülərin ruhunu da təhqir edirsən.
    YILMAZ. Sən ölü-diri qədri bilən deyilsən, Zamanov! Sən stukaçsan! Sən çuğulçusan! Sən satqınsan! İşverənsən!
    ZAMANOV. Sus! Alçaq!
    YILMAZ. Özünsən alçaq!..

    Zamanov özünü saxlaya bilməyib Yılmazı şillə ilə vurur. Musiqi Yılmaz səndələyir. Zamanov diz üstə çökür ‒ əli ilə üzünü tutub hıçqırır. Yılmaz kəmərinin altından tapançanı çıxarıb Zamanova tuşlayır. Zamanov gözlərini qırpmadan alnına tuşlanan silaha baxıb gülümsəyir.

    ZAMANOV. Vur! Əlin əsməsin!..
    YILMAZ. Ax-x-x!.. Sən haradan gəlib çıxdın?.. Niyə zəhərlədin mənim həyatımı? Niyə?..
    ZAMANOV. At!.. Tətiyi çək!.. Qorxma!..

    Yılmaz lülənin istiqamətini dəyişir. Onu öz alnına tuşlayır.

    YILMAZ. Mən qorxaq deyiləm!..
    ZAMANOV. Dayan! Əl saxla! Yalvarıram sənə!.. Yalvarıram!Qardaş!

    Zamanov Yılmazın üstünə atılır, silahı ondan almaq istəyir. Hay- küy. Qışqırıq. Leyla və İlahə qaça-qaça gəlirlər. Yılmaz tapançanı cibində gizlədir. Zamanov özünü səliqəyə salır, üst-başını çırpır, soyuqanlılıq göstərir.

    LEYLA və İLAHƏ. Oy-y-y! Ayı! Ayı!..
    ZAMANOV. Nə olub?.. Nə ayı?
    YILMAZ. Hansı ayını deyirsiniz?..
    LEYLA. Ayı qadını qovur!..
    İLAHƏ. Odur ey!.. Bayaqkı qadını parçalamaq istəyir. Qara, yekə, qıllı bir ayıdır!..
    ZAMANOV (boylanır). Hə, doğrudan da... Qadın qaçır. Amma elə bil o gülür.
    LEYLA. Necə yəni gülür? Eşitmirsiniz, o qışqırır?!. ZAMANOV. Axı o heç kəsi köməyə çağırmır...
    YILMAZ. Bu da bizim ağıllımız!.. (Gülür.) Görmürsən, qadın necə qaçır!..
    İLAHƏ. Doğrudan da, qadın gülür.
    YILMAZ. Bəlkə, qorxudan ağlını itirib, başına hava gəlib?!.
    LEYLA. Ona kömək etmək lazımdır!
    YILMAZ. İndi kömək edərik. Bu saat! Qorxmayın!..

    Yılmaz tapançanı cibindən çıxarıb nişan alır, tətiyi çəkir. Atəş açılır. Qışqırıq səsi eşidilir. Yılmaz tapançanı təzədən gizlədir.

    İLAHƏ. Ura!..
    ZAMANOV. O nə səsdir elə?..
    LEYLA. Ayıdır, böyürür...
    ZAMANOV. Bu ayı səsinə oxşamır...
    YILMAZ. Ayı gəbərdi, deyəsən...
    İLAHƏ. Qadını gətirmək lazımdır...
    LEYLA. Gəlin gedək onun yanına...
    YILMAZ. O özü bizim yanımıza gəlir...

    Qadın qışqıra-qışqıra gəlir. O ağlayır, üz-gözünü cırmaqlayır.

    ZAMANOV. Nə olub, bacı?..
    QADIN. Siz mənim evimi yıxdınız!..
    YILMAZ. Niyə?.. O sənin ayın idi?..
    QADIN. Ayı nədi? O mənim ərimdir.
    LEYLA. Ərin?..
    İLAHƏ. Ayı sənin ərindir?..
    YILMAZ. Görünür, indi ayı ilə də ailə quranlar olur. ZAMANOV. Sakit olun! Görək nə baş verib?..
    YILMAZ. Onun dərisini soymaq lazımdır.
    İLAHƏ. Mən ayı dərisini çox xoşlayıram... Özü də belə iri, qıllı ayıların...
    QADIN. Ayı sənin ərindir!.. Mənim ərim... Of-f-f!.. O, sadəcə olaraq ayı dərisini geymişdi. Bir ovçu dostu bağışlamışdı ona bu dərini... O mənimlə zarafat edirdi... O, buradakıları əyləndirmək istəyirdi...
    İLAHƏ. Bura sirk-zaddır bəyəm?..
    QADIN. Hə, əvvəllər o sirkdə işləyib...
    İLAHƏ. O, həqiqətən, ayı imiş ki...
    QADIN. Ayı sənin ərindir! Qancıq!.. Kəs səsini!.. Of-f-f!.. O, ölə bilər...

    Qadın qaçır. Zamanov və Leyla onun arxasınca gedirlər.

    YILMAZ. Bu nə işdi düşdüm?..
    İLAHƏ. Səbirli ol, Yılmaz... Deyəsən, o ölməyib... YILMAZ. Bu bəxt ki, məndə var...

    Zamanov ayını ‒ dəriyə bürünmüş Kişini sürüyə-sürüyə gətirir.
    Leyla və Qadın da gəlirlər.
    “Ayını” ‒ Kişini yerə uzadırlar. O zarıyır.

    İLAHƏ. Ayı gülümsəyir... Deyəsən, sağdır...
    LEYLA. O, qan itirib... Şükür, salamatdır.
    ZAMANOV. Deyəsən, yarası yüngüldür. Amma onu təcili xəstəxanaya çatdırmaq lazımdır.
    YILMAZ. Hə, əziz qardaş, bax indi həbsxanaya getmək olar. Deyəsən, arzun çin oldu. Mən təslim! Qismətdən qaçmaq olmazmış...

    Sükut. Sonra.
    Musiqi.

    Pərdə

    SON







    ZAMAN

    (İki hissəli dram)


    İştirak edənlər:

    ZAMAN
    MƏDİNƏ
    RƏSUL
    SONA
    RAMİZ
    ZƏHRA
    CƏRULLA


    I HİSSƏ

    Pərdə qalxır. Mənzil. Rəsul və Sona. Rəsul ağır, ləngərli addımlarla gəzişir. Sona baxışları ilə onu müşayiət edir.

    RƏSUL (əsəbi). Sən niyə öz oğlunun başına ağıl qoymursan? Niyə?..
    SONA. Öz oğlumun? (Gülür.) Bəyəm o həm də sənin oğlun deyil?
    RƏSUL. Belə getsə, mən onu oğulluqdan çıxaracağam!..
    SONA. Onu oğulluqdan çıxaranacan, yaxşısı budur, özünü atalıqdan çıxarasan.
    RƏSUL. Deyəsən, sən də oğlun kimi məni dolayırsan!.. SONA. Bura bax, Rəsul, nə olub sənə?..
    RƏSUL. Ta bundan artıq nə olasıdır ki?.. Hara gedirəm, Za- mandan danışırlar... Zaman belə getdi, Zaman elə getdi... Zaman filan şeyi elədi, filan şeyi eləmədi... Zaman döydü, Zaman söydü...
    SONA. Yəqin, oğlun, sizin öz nəslinizə çəkib.
    RƏSUL. Boş-boş danışma! Bizim nəsildə belə nadürüst yoxdur...
    SONA. Cavanlıqda sən özün də kür olmusan...
    RƏSUL (duruxur). Kür olmuşam?.. Xeyr! Mən həmişə öz sözümün, öz hərəkətimin yerini bilən adam olmuşam. Amma bu... sənin oğlun... O özünü idarə edə bilmir... Sona, qulaq as... (Barmağını silkələyir.) Mən arada olan pərdəni götürmək istəmirəm. Oğluna de ki, özünü yığışdırsın. Qulağıma onun barəsində cürbəcür sözlər çatır.

    Zaman gəlir. Görünüşündən enerjili, güclü, sağlam adam olduğu aydın bilinir. Zaman diqqətlə öz valideynlərini: Rəsulu və Sonanı nəzərdən keçirərək qəti addımlarla qapıya yaxınlaşıb qonşu otağa keçmək istəyir. Sona onun qarşısını kəsir.

    SONA. Zaman... Oğlum, bir ayaq saxla görüm...
    ZAMAN. Eşidirəm, ana... Nə olub?..

    Rəsul içini arıtlayıb öskürərək otaqdan çıxmaq istəyir. Sona cəld qapının önündə dayanıb onun da yolunu kəsir.

    SONA. Rəsul, sən də dayan. Hara gedirsən?.. Mən başa düşə bilmirəm, bu evdə nə vaxtacan gizlənpaç oynanılacaq?..
    ZAMAN. Kimdir oyun oynayan?..
    SONA. Elə hamımız... Rəsul da, Zaman da, Mədinə də... Lap elə mən özüm də... (Qonşu otağa.) Mədinə, qızım, bir bura gəl görüm!

    Mədinə gəlir. Başını aşağı dikir.

    ZAMAN. Ana, nə olub yenə?.. (Gülür.) Deyəsən, qərargahın fövqəladə iclasını çağırıbsınız? Yoxsa düşmən tərəfdən hücum gözlənilir?..
    SONA. Hamının sənə sözü var.
    ZAMAN. Hamının? Təsadüfən məni mükafat-zad təqdim et- mirsiniz ki?
    RƏSUL. Kəs səsini!..
    ZAMAN. Yox, deyəsən, mükafat məsələsi deyil. Bu daha çox hərbi tribunalın təcili toplantısına bənzəyir. Buyurun, eşidirəm sizi, cənablar... (Əlini belinə qoyub sinəsini irəli verir.)
    SONA. Zaman, oğlum... Əyləş, qulaq as...
    ZAMAN. Təsəvvür edin ki, əyləşmişəm... Amma bir deyin görüm, nə olub?..
    RƏSUL. Bunun hələ bir danışmağa dili də var.
    SONA. Rəsul, bir səbrini bas... Qızım, Mədinə, bir yaxın gəl görüm... Hə, bax belə... Zaman, oğlum, de görüm, nəyin çatışmır sənin?.. (Pauza.) Niyə susursan?.. Nə üçün sualıma cavab vermir sən?.. Hamı səndən danışır... Zaman elə gəldi, Zaman belə getdi... (Pauza.) Bəlkə, dediklərim yalandır?
    ZAMAN. Necə yəni, Zaman elə gəldi, Zaman belə getdi? Siz hansı mənbəyə isnad edirsiniz?
    SONA. Mənbə nədir? Nə mənbə?..
    ZAMAN. Yəni mənim haraya gəlib-getdiyim barədə sizə hansı kəşfiyyat agentliyi məlumat verir?
    RƏSUL. Bir bunun danışığına fikir ver! Belə bilmək istəyirsənsə, bütün mənbələr sənin əməllərindən danışır! Özünü elə aparırsan ki... (Şəhadət barmağını silkələyir.) Mən sənə bir dəfə demişəm, yenə də deyirəm: özünü yığışdır, uşaq-muşaqla oturub-durma, ağ- lını başına topla!
    SONA. Rəsul, əsəbiləşmə, bir səbrin olsun!..
    RƏSUL. Səbrim haradan olmalıdır?.. O vaxt sözümə baxmadı, könüllü əsgərliyə getdi. Yaxasından tutub atdılar uzaq, yad bir ölkəyə... Bəs sonra nə oldu? Xəbər çıxdı ki, oğlunuz beynəlmiləl borcunu yerinə yetirərkən itkin düşüb...

    Mədinə kənara çəkilir.

    SONA. Yaxşı, yaxşı, sən də köhnə palaz içi tökmə görək... RƏSUL. Yox, qoy mən deyim, bu da qansın... Yoxsa elə bilər ki, hamı gicdir, dünyada bircə ağıllı adam varsa, elə budur... (Zamana). İtkin düşdün? Düşdün!.. Bəs əziyyətini çəkən kim oldu?.. Əlbəttə, biz. Həftə səkkiz-mən doqquz, təhlükəsizlik idarəsinin işçiləri evi- mizin qapısını yağır etdilər: oğlunuz nə üçün itkin düşüb?.. Onun mücahidlərlə nə əlaqəsi? Sizin xaricdə qohum-əqrəbanız varmı?.. Axırda dözməyib bütün beynəlxalq təşkilatlara teleqram vurmağa başladım. BMT-dən tutmuş Qrmızı Xaçacan...
    SONA. Yenə sağ olsun o Qırmızı Xaçın işçiləri...
    RƏSUL (tərs-tərs Sonanı süzür). Heç sağ olmasınlar! SONA. Niyə elə deyirsən, Rəsul?..
    RƏSUL. Əcəb eləyirəm! Onlar olmasaydı... Qırmızı Xaç bunu axtarıb tapmasaydı, qulağımız da dinc olardı, başımız da...

    Mədinə hıçqırır.

    SONA. Yaxşı, yaxşı, gəlinin yanında belə sözlər danışma... Ayıbdır...
    ZAMAN. Ana, mane olma... Atamın dediklərinin hamısı həqiqətdir... Qoy sözünə davam eləsin...
    RƏSUL. Yoxsa məni ələ salırsan?.. (Pauza.) Yadında saxla... (Barmağını silkələyir.) Təkcə sənin axtarışın üçün yuxarılara vurduğum teleqramların pulunu toplasaydım, indi evimin dirəkləri qızıldan olardı!
    SONA. Oğlundur, axı... vurmalı idin o teleqramları...
    RƏSUL. Qısası, axtarıb tapdıq səni? Tapdıq! Mücahidlərin pəncəsindən xilas etdik səni? Etdik! Sənə ev aldıq? Aldıq! Səni evləndirdik? Evləndirdik! Səni işə düzəltdik? Düzəltdik!.. Yadında saxla... (Barmağını silkələyir.) Sən uçuruma doğru gedirsən!..
    SONA. Uçurum nədir ey?.. Bu bütün nəslin adını batırır... Hamını uçuruma aparır...

    Mədinə əli ilə üzünü qapayır.

    ZAMAN. İndi mən neyləyim?.. Bəlkə, təzədən o Qırmızı Xaça yazasınız, məni geriyə göndərə?
    SONA. Haraya? geriyə?..
    ZAMAN. Hə də... gəldiyim yerə... Mücahidlərin yanına...
    SONA. Bəd-bəd danışma!.. Özün də get bir işin qulpundan yapış... gül kimi arvadın, tərtəmiz evin-eşiyin... Ta sənə özgə nə lazımdır, oğlum?..
    ZAMAN. Mənə?.. Mənə heç nə lazım deyil.
    RƏSUL. Bir bunun danışığına bax! Bir bunun ədasına bax! (Barmağını silkələyir.) Baxmaram sənin ev-eşik sahibi olmağına, salaram təpiyin altına!..

    Rəsul Zamanın üstünə cumur. Mədinə ilə Sona onun qolundan yapışırlar. Zaman sinəsini irəli verib gülür.

    ZAMAN. Buraxın onun qolunu!.. görək nə edəcək?..
    RƏSUL. Yoxsa gücüm çatmayacaq sənə?.. Bəlkə, sən mənə ‒ öz dədənə əl qaldıracaqsan?
    ZAMAN. Yox... Mənim sənə gücüm çatmaz, ata... Amma bilirəm ki, yalandan qıcanırsan üstümə.
    SONA. Haradan bilirsən ki, yalandan?..
    ZAMAN. Bilirəm... Axı o mənə heç vaxt əl qaldırmayıb... Lap uşaq olanda da...
    SONA. Elə günahkar biz özümüzük də... Vaxtında dərsini verməmişik. Mən sənə əl qaldıranda Rəsul qoymayıb, Rəsul əl qaldıranda da mən. İndi dizimizə döyə-döyə qalmışıq... Övladından yarıyan ata-ananın xoşa halına...
    RƏSUL. İndi hanı elə ata?..
    MƏDİNƏ. Sona xala, mən bu evə gəlin köçəndən... (Hıçqırır.) Mən bu ailəyə gələndən...
    ZAMAN (başını bulayır). Hə, bunun da dili açıldı...
    SONA. Qızım, sənə nə olub?.. Yaxşı, yaxşı, qayınatandan ayıbdır. Xoş halına oğlundan-gəlnindən yarıyan valideynin. (Başı ilə bayıra işarə edir.) Bizim nə bəxtimiz var, nə də çörəyimizin duzu. Odur ey, qonşudakı o çopur arvadı bir vaxtlar bu məhəllədə bəyənən yox idi. Gör indi onun oğlunun sorağı haralardan gəlir?.. İndi o arvadın üzünün çopurundan da əsər-əlamət qalmayıb. Niyə? Çünki kefi kökdür, üzü həmişə gülür! Amma mən... Mənim adicə bir duz həkiminə getməyə imkanım yoxdur.
    ZAMAN. Haraya?..
    SONA. Dizlərimi duz tutub... Məni duz həkiminin yanına apa- ran yoxdur.
    ZAMAN (gülür). Ha-ha-ha!.. Bəlkə, səni şəkər-qənd həkiminin yanına aparım?..
    RƏSUL (Zamana). Hələ bir utanmaz-utanmaz gülürsən də! (Bar- mağını silkələyir.) Mən özüm şəkərdən əziyyət çəkirəm. Lazımdır kurorta gedim, sanatoriyaya gedim... Amma bunun putyovkası var, xərci var... Sənin kimi oğuldansa, bir kor qız daha sərfəli idi.
    ZAMAN. Biri duz həkimi axtarır, biri isə şəkər. (Mədinəyə.) Bəs sənə necə, həkim-zad gərək deyil ki?..
    MƏDİNƏ. Sona xala... Məcburam ki, mən sizinlə açıq danışam...
    SONA. Danış, qızım, danış...
    MƏDİNƏ. Mən öz ata evimizdə olanda hər yay bir ölkəyə gəzməyə gedərdik. Amma ailə qurandan bəri bu evdən bayıra çıxmamışam. Düzü, boğuluram, Sona xala... Axı mən də insanam... (Ağlayır.)
    ZAMAN (sanki öz-özünə). Duz... Şəkər... Dalısıyca da xarici ölkələrə səyahət. Bəs mən?.. Bəs mən nə istəyirəm? Mən... Mən isə döyüşmək arzusundayam. Mən özümə qarşı yönələn təxribatların qarşısını yalın əllə ala bilmirəm. Məni burada məhv etmək istəyirlər. Doğrudur, qarşı tərəfin də silahı yoxdur... Amma onlar çox usta, məharətli döyüşçülərdir. Onlar məni elə-belə, silahsız-filansız öldürmək istəyirlər... Özü də yavaş-yavaş, tədricən. Mən həmişə
    qəfil ölümə hazır olmuşam Amma bu cür ölümə alışa bilmirəm. Məni birdəfəlik öldürün... Güllə ilə vurun... Qumbara ilə partladın...
    Üstümdən tankla, topla keçin... Amma bu cür öldürməyin məni!..

    Uzaqdan atəş səsləri, təyyarə uğultusu eşidilir. Zaman əli ilə qulağını tutur. Deyəsən, bu səsləri təkcə o eşidir. Digər iştirakçılar təəccüblə ona baxırlar. Səslər get-gedə uzaqlaşır.

    SONA. Oğlum, bəlkə, xəstələnmisən?..
    ZAMAN. Xəstələnmişəm... Amma mənə duz və şəkər həkimi yox, ürək həkimi, bəlkə də kəllə həkimi lazımdır. (Gülür.) Zarafat edirəm, ana. Mən sapsağlamam... Özüm də bu yaxınlarda işə girəcəyəm... İxtisasım üzrə... Arxayın ola bilərsiniz. (Sonanın çiynini qucaqlayır.)
    RƏSUL. Kimdir səni hərbiyə götürən?..
    ZAMAN. Danışmışam, götürəcəklər...
    SONA. Allah ağzından eşitsin... Neçə il oxuyub gülləatan olmusan, ay oğul. Əlbəttə, o it uşağı sənə bir iş verməlidirlər...
    RƏSUL. İndi güllə atanların hamısı türmədədir...
    SONA. Gərək gülləni lazım olan yerə atasan.
    ZAMAN. Anam doğru deyir... gərək güllə hədəfə atılsın... Yoxsa...
    MƏDİNƏ. İndi zabitlərə yaxşı maaş verirlər.
    ZAMAN. Hər şey olacaq... İş də, maaş da, hələ üstəlik, savaş da...
    RƏSUL. O nədir elə?.. Nə savaş?..
    ZAMAN. Heç... Elə-belə sözdür dedim...
    SONA. Şükür sənə, xudaya... Deyəsən, işlər yoluna düşür. Rəsul, gəl düş qabağıma... getdik... Qızım, Mədinə, sən də darıxma. Axı mən sənə demişdim. Bizim ailədə dələduz, fırıldaqçı, avaraçılıq edən adam olmayıb, ola da bilməz. Allahın köməyi ilə hər şey yo- luna düşəcək. Bircə savaşmayın, bir-birinizə can deyib, can eşidin. Çətin günün ömrü az olur deyiblər, qızım. Gəlin hər ikinizi öpüm.

    Sona Zamanın və Mədinənin alnından öpür.

    MƏDİNƏ. Sağ olun, Sona xala...
    RƏSUL. Zamanın ipini möhkəm çək, qızım. (Barmağını Zamanın üstünə silkələyir.) Bir də sənin sorağını oradan-buradan eşitməyim.
    ZAMAN. Arxayın ol, ata...
    SONA. Hələlik.... Di sağ olun...
    MƏDİNƏ. Sağ olun...
    ZAMAN. Hələlik...

    Sona və Rəsul gedirlər. Zaman gedənləri yola salıb Mədinəyə yaxınlaşır. Gülə-gülə onu qucağına alıb fırlayır.

    MƏDİNƏ. Sən neyləyirsən?!. Bir dayan görüm!
    ZAMAN. Yaman dil açmısan ha!..
    MƏDİNƏ. Əl vurma mənə!..
    ZAMAN. Nə?.. Nə dedin? Əl vurmayım öz doğma arvadıma?..
    MƏDİNƏ. Başım hərlənir... Məni rahat burax!..
    ZAMAN. Bax adamın nəfəsini belə kəsərlər... Dartınıb eləmə!..
    MƏDİNƏ. Sən nə edirsən?.. Hara dartıb çəkirsən məni?
    ZAMAN. Keçək yataq otağına...
    MƏDİNƏ. Hə, bircə bu qalmışdı!.. Zəhləm gedir səndən... ZAMAN. Nə?.. Kimdən zəhlən gedir?..

    Zaman son dəfə dövrə vurub Mədinəni yerə qoyur, diqqətlə onu süzür.

    MƏDİNƏ. Ta mən sənə inanmıram, Zaman...
    ZAMAN. Nə üçün?.. Yəqin, elə qayınananla qayınatanı da sən çağırıbsanmış...
    MƏDİNƏ. Yox... Onlar özləri gəlmişdilər... Sənin başına ağıl qoymaq istəyirdilər...
    ZAMAN. Bəs sənin qəzəbinin səbəbi nədir?.. Nə üçün bütün cəbhə boyu hücuma keçmisən?..

    Onlar hər ikisi tövşüyə-tövşüyə üz-üzə dayanır, xeyli müddət bir-birilərini sınayıcı nəzərlərlə süzürlər. Zaman əlini nəvazişlə Mədinənin çiyninə qoyur. Mədinə geri çəkilir.

    MƏDİNƏ. Sənə deyildi ki, əlini çək...
    ZAMAN. Oldu. (Geri çəkilir, əlini belinə qoyur.) İndi de görüm, nə olub? Hə, niyə susursan?..
    MƏDİNƏ. Guya özün bilmirsən, nə olub?

    Qapı döyülür.

    ZAMAN. Xeyir ola... Görəsən, kimdir bu vədə? Hə, yəqin, Ramizdir.

    Zaman qapını açır. Cərulla gəlir. Düz Zamanın üstünə sarı gedir.

    CƏRULLA. Evdəsən?..

    Cərulla və Zaman üz-üzə dayanırlar. Zaman sakitcə Cərullanı süzür.

    MƏDİNƏ. Siz kimsiniz? Nə lazımdır?
    CƏRULLA (Zamana). Mən səndən soruşuram, evdəsən, yoxsa evdə deyilsən?
    ZAMAN. Xeyr! Mən evdə deyiləm...
    CƏRULLA. Necə yəni evdə deyilsən?.. Bura sənin evin deyil?..
    ZAMAN. Madam ki bunu bilirsən, bəs onda nə üçün soruşursan?
    CƏRULLA. Bunu soruşmaq mənim borcumdur... Protokol qaydası üzrə...
    ZAMAN. Cərulla, sən yenə polisdəsən?..
    CƏRULLA. Əlbəttə... Bəyəm görmürsən? (Əli ilə paqonunu, geyim-kecimini göstərir.)
    ZAMAN. Bunu soruşmağı məndən protokol qaydası tələb edir...
    Cərulla, yenə uşaq inspektorusan?..
    CƏRULLA. Bəli... Necə bəyəm?..
    ZAMAN. Bizim evdə hələ uşaq yoxdur. Xeyir ola, sən nə ax- tarırsan?..
    CƏRULLA (Mədinəyə baxa-baxa danışır). Sən elə uşaq olandan adın bizim protokoldadır. Bizim borcumuz vətəndaşlarla mütəmadi profilaktik tədbir aparmaqdır.

    Zaman əvvəlcə təbəssümlə, sonra qəzəblə onu süzür, sonra yaxasından yapışır.

    ZAMAN. Cərulla, əgər mənimlə söhbət edirsənsə, üzünü bəri tut. (Əli ilə Cərullanın üzünün istiqamətini özünə sarı "tuşlayır”.) Bax belə! İndi sözünü de. Mənimlə hansı profilaktik tədbir aparmaq istəyirsən?
    CƏRULLA. Adi protokol qaydasında... (Mədinəyə baxır.) Ol maz bəyəm?
    ZAMAN. Olar... Niyə olmur ki? (Onun boğazından tutur.) İndi göstərərəm sənə o protokol qaydasını! (Cərullanı qapıya sarı dartır.) Hə, necədir?.. (Arxadan itələyir.) Di rədd ol, protokol qaydasında...

    Cərulla qaçaraq çıxır. Zaman əlini-əlinə sürtüb geri dönür.

    MƏDİNƏ. Sən neylədin? Gedib şikayət eləyər birdən. Üz-gö- zündən həyasız adama oxşayır.
    ZAMAN. Qələt eləyir... Alkaşın, əyyaşın biridir. Yəqin, gəlib ki, beş-üç manat pul qoparsın. Amma öz aramızdır, gözü elə səndə idi...
    MƏDİNƏ. Kimin?.. O Cərulladı, nədi onun?..
    ZAMAN. Hə də, sənə ayrı baxanlar da var?
    MƏDİNƏ. Mənə yox, sənə baxanlar çoxdur...
    ZAMAN (gülür). Mənə baxanlar?.. Kimdir onlar, mənim Mədinəm?..
    MƏDİNƏ. Zaman, mən gizlətmək istəmirəm. Sənin barəndə cürbəcür söhbətlər çatır qulağıma...
    ZAMAN. Deyəsən, bu məmləkətdə hamının gözü-qulağı məni axtarır. Elə hamının ağzı da eyni sözləri təkrarlayır: Zaman belə getdi, Zaman elə getdi.
    MƏDİNƏ. Yox... Elə deyil... Mən hamının yox, təkcə öz adımdan danışıram, Zaman... Evin, ailən ola-ola sorağın başqa evlərdən gəlir.
    ZAMAN. Hansı evlərdən?
    MƏDİNƏ. Mən aramızda olan pərdəni götürmək istəmirdim... Amma indi məcburam, deyim. Sən yad qadınla görüşürsən. Mən bunu dəqiq bilirəm.
    ZAMAN. Hansı qadınla?
    MƏDİNƏ. Özün yaxşı bilirsən, kimdir o qadın?
    ZAMAN. Mən çox qadınlarla görüşə bilərəm...
    MƏDİNƏ. Onda belə çıxır ki, mən də istədiyim kişi ilə görüşə bilərəm.
    ZAMAN. Hım-m-m... (Diqqətlə onu süzür.) Əlbəttə, görüşə bilərsən... Amma baxır hansı kişi ilə, hansı məqsədlə...
    MƏDİNƏ. Ta mənim sənə sözüm yoxdur... Bir kişi ki, öz qadının hansısa bir kişi ilə görüşdüyünün fərqində deyil, onda bunu necə qiymətləndirmək olar?..
    ZAMAN. Mədinə, qəribə adamsan, vallah...
    MƏDİNƏ. Qəribə mən yox, sənsən Zaman... Gör bir sən hansı ölkədə, hansı cəmiyyətdə, hansı ailədə yaşayırsan? Mən bilən heç Parisdə belə sənin kimi düşünmürlər.
    ZAMAN. Burada Parislik nə var ki? Mən həmişə sözün düzünü deməyə öyrənmişəm...
    MƏDİNƏ. Sən pozğun qadınla görüşürsən, arvadına isə sərbəstlik təklif edirsən. Budur sənin düz sözün?
    ZAMAN. Əvvəla, mən heç bir pozğun qadınla görüşüb elə- mirəm. İkincisi də, mən sənə inanıram, bilirəm ki, heç bir sərbəstlik səni öz yolundan döndərə bilməz.
    MƏDİNƏ. Zaman, mən dəqiq bilirəm ki, sən ayrı qadınla görüşürsən.
    ZAMAN. Mən görürəm ki, bütün qadınlar kimi sənin də kəş- fiyyatın gecə-gündüz işləyir. Amma tam səmimiyyətlə deyirəm: görüşdüyüm qadınların hamısı yüksək əxlaq sahibləridir.
    MƏDİNƏ. Bəs o çənəsi xallı, ucaboy, sarısaç qadın necə?.. Yoxsa o da əxlaq nümunəsidir?..
    ZAMAN (gülür). İndi əmin oldum ki, doğrudan da, xeyli informasiyaya maliksən. Amma hələlik tam dəqiq olmayan faktlar da az deyil. Mən, həqiqətən, xarici görünüşü sənin təsvir etdiyin qadına bənzəyən bir xanımla tez-tez görüşürəm. Özü də onun öz evində. (Pauza.) Amma... Amma o qadın mənim orta məktəb müəlliməm olub.
    MƏDİNƏ. Sən dedin, mən də inandım! O qadın səndən xeyli cavandır.
    ZAMAN (gülür). O, zahirən cavan görünür, əslində isə məndən çox böyükdür...
    MƏDİNƏ. Yaxşı, lap tutalım ki, o qadın vaxtilə sənə dərs deyib. Bəs indi?.. Yoxsa o vaxtdan yarımçıq qalmış dərsi var?..
    ZAMAN. Xahiş edirəm, sözünə sərhəd qoyasan! Tanımadığın adam haqqında... bu cür... tərbiyədən kənar... sözlər...
    MƏDİNƏ. Deməli, mən tərbiyəsizəm? Sənsən tərbiyəli?.. Alçaq!
    ZAMAN. Kəs səsini! Ayaqlayaram səni!
    MƏDİNƏ. Nə?.. Nə dedin?..

    Mədinə Zamanın üstünə hücum çəkir. Zaman qadının saçından yapışıb onun başını divara döymək istəyir. Mədinə qışqırır. Onlar əlbəyaxa olurlar. Qapı açılır. Ramiz gəlir. O, Zamanı qucaqlayıb geri dartır.

    RAMİZ. Zaman, əl saxla! Sən nə edirsən?.. Dayan deyirəm sənə!
    ZAMAN. Ramiz, yaxın gəlmə!
    MƏDİNƏ (ağlayır). Mən sənin başına oyun açacağam... Baxarıq...
    RAMİZ. Zaman, utanmırsan?.. Bu nə hərəkətdir belə?.. MƏDİNƏ. Mən bir də qayıdan deyiləm bu xarabaya.
    RAMİZ. Mədinə bacı... Hirslənməyin... Zaman bir az əsəbi olsa da, ürəyi yumşaq adamdır.
    MƏDİNƏ. Onun ürəyində ilan-qurbağalar oynaşır! (Üst-başını səliqəyə salır.)
    ZAMAN. Ramiz, o ilan-qurbağaları mənim ürəyimə sən göndərmisən, yəqin...
    RAMİZ. Mən?.. Mən niyə?..
    ZAMAN. Sən meşəbəyi deyilsən bəyəm? Mədinənin dediyi o gözəl heyvanlar əsasən meşədə olur axı... (Gülür.)
    RAMİZ. Hə, bax indi anladım ki, bütün bunlar zarafat imiş.

    Mədinə yır-yığış edir.

    ZAMAN. Nə zarafat, canım?.. İndi səni görüb qısamüddətli atəşkəs elan etdik. (Gülür.)
    MƏDİNƏ. Hələ bir gülür də... Arsızın biri arsız.

    Mədinə çantasını götürüb hiddətlə çıxır.

    RAMİZ. Zaman... Nə olub sənə?..
    ZAMAN. Heç... elə-belə...
    RAMİZ. Evdə niyə yola getmirsən?..
    ZAMAN (diqqətlə ona baxır). Yoxsa səni də onlar göndərib?..
    RAMİZ. Onlar? Onlar, yəni kim?..
    ZAMAN. Onlar, yəni kəşfiyyat qrupu!..
    RAMİZ. Yox... (Gülür.) Məni meşə sakinləri göndərib sənin yanına...
    ZAMAN. Hım-m... Xeyir ola?..
    RAMİZ. Əvvəla, mənim meşədəki dostlarım rica edib sənə çatdırım ki, adamlarla dava-dalaş salmayasan...
    ZAMAN. Yaxşı, bunu bildik... Dördayaqlı və qanadlı dostların təklifini müsbət qarşılayıram. Keç mətləbə. Sonra?
    RAMİZ. Bura bax... Gəl tüfəngi götürüb gedək meşəyə... İndi yaxşı ov vaxtıdır... Özün də ki, maşallah, köhnə snayper... Quşu dimdiyindən vurursan. Bax sənə bunları demək istəyirəm.
    ZAMAN. Mən heyvanlara, quşlara güllə ata bilmərəm. RAMİZ (gülür). Bəs insanlara necə?.. (Pauza.) Hə, aşna, deyəsən, sual səni açmadı! Doğru sözümdür, Zaman, hazırlaş gedək təbiətin qoynuna. Özün yaxşı bilirsən ki, mənim evim-eşiyim meşələrdir. Bu saat cüyürlərin duza gələn vaxtıdır. Nə tapmısan, burada?.. Yəqin, özün də əsəbiləşirsən, evdəkilər də...
    ZAMAN (diqqətlə onu süzür). Hə, bildim, səni kim göndərib?.. (Pauza). Alay komandiri. (Rəsulu yamsılayır). “Get o sarsaq dos- tunun başına ağıl qoy”. (Barmağını Rəsulsayaq silkələyir.) İndi sən də gəlmisən mənim boş başıma ağıl qoymağa, eləmi?
    RAMİZ. Zaman, hər bir valideyn həyatda öz övladını xoşbəxt görmək istəyir.
    ZAMAN. Amma hər bir normal övlad öz həyatını özünün istə- diyi kimi qurmağa çalışır.
    RAMİZ. Necə istəyirsən, yaşa... Kimdir, nədir sənə mane olan? ZAMAN. Ramiz, Allah xatirinə, gəl bu söhbətə qayıtmayaq. (Pauza.) Toplar yenicə susub... Amma sahələr minalıdır... Bir də ki... Özün yaxşı bilirsən, mən sənin xatirini necə istəyirəm... Amma... gəl indi mövzunu dəyişək...
    RAMİZ. Axı sənin arvadın, ailən...
    ZAMAN (əsəbi). ...evin-eşiyin, atan-anan, nəsil-nəcabatın... Eləmi? Mən uçuruma doğru gedirəm, eləmi? Sonra?...
    RAMİZ. Zaman, heç gözləməzdim səndən!
    ZAMAN. Yalvarıram sənə... Bu xırda məsələləri gəl böyütməyək.
    RAMİZ. Sən öz taleyini xırda məsələ hesab edirsən?
    ZAMAN. Ramiz! (Əsəbi.) Bu mənim öz taleyimdir. Özüm bilərəm!
    RAMİZ. Zaman!..
    ZAMAN. Dedim mövzunu dəyiş!..
    RAMİZ. Zaman, sən doğrudan da, çox dəyişmisən... ZAMAN. Bəlkə, başqa şeylər danışaq?
    RAMİZ. Mən elə başqa mövzuya keçmişəm.
    ZAMAN. Hə, bu başqa məsələ... Yoxsa ki...
    RAMİZ. Elə isə de görüm, sən heç adam öldürmüsən? ZAMAN. Nə... (Pauza.) Bu nə sualdır belə? Bəyəm mən adamöldürənəm?..
    RAMİZ. Axı sən vaxtilə döyüşmüsən, əsirlikdə olmusan... Nəzərə al ki, bu artıq başqa mövzudur.
    ZAMAN. Hım-m-m... Döyüşmüşəm, Ramiz... Özü də iki tərəfdə, iki cəbhədə...
    RAMİZ. İki cəbhədə?
    ZAMAN. Hə də... (Düşünür.) Əvvəlcə təbii ki, özümüzünkülər tərəfə idim. Sonra əsir düşdüm... Başladım özümüzünkülərə qarşı vuruşmağa. Ayrı sualın yoxdur ki?
    RAMİZ. Yaxşı, bu qədər döyüşdə olmusan, amma heç kəsi öldürməmisən. Buna necə inanmaq olar?
    ZAMAN. Bura bax, məni divara dirəmə. “Adam öldürmüsənmi?”. Müharibədə ölənlər adamdır bəyəm?
    RAMİZ. Bəs adam deyil, nədir? Heyvandır, bəlkə?.. ZAMAN. Heyvandan da betərdir... Müharibədə insanlar həşarata çevrilirlər.
    RAMİZ. Deməli, orada həşəratlar vuruşur, eləmi?
    ZAMAN. Gəlsən bu barədə heç danışmayaq...
    RAMİZ. Deyəsən, keçmişi xatırlamaq sənin üçün çətindir...
    ZAMAN. Yox... Niyə ki?.. Əksinə, mən indi öz keçmişimə baxanda görürəm ki, ən xoş günlərim arxada qalıb. Xüsusən, döyüş illərində.
    RAMİZ. Doğru sözündür?
    ZAMAN. Əlbəttə...
    RAMİZ. Vallah, mən səni anlamıram. Gah döyüşənləri həşərat adlandırırsan, gah da o günlərin xiffətini çəkirsən... Bunu necə başa düşmək lazımdır?
    ZAMAN. Döyüşdə yalnız ölənləri həşərat adlandırmaq olar.
    Əlbəttə, öldürənlərin buna dəxli yoxdur...
    RAMİZ. Eləsə o “həşəratları” öldürənləri necə adlandırmaq olar?
    ZAMAN. Onlar qaliblərdir... Qalibləri isə bilirsən ki, mühakimə etmirlər.
    RAMİZ. Belə çıxır ki, sən də “qaliblərdən” olmusan...
    ZAMAN. Yəqin, o həngamələrdən sağ-salamat çıxdığıma görə belə deyirsən...
    RAMİZ (gülür). Elədir... Yaxşı ki, “həşərata” çevrilməmisən.
    ZAMAN. Nə bilmək olar?.. Bəlkə, elə nə vaxtsa çevrildim. RAMİZ. Nə?..
    ZAMAN. Mənim “həşərata” çevrilmək şansım hələ tam tükən- məyib.
    RAMİZ. Necə yəni?
    ZAMAN. Mən az qala hər gecə döyüşdə oluram. Yuxuda avtomatlar şaqqıldayır, toplar-təyyarələr uğuldayır... Qanlı döyüşlər gedir...
    RAMİZ. Ta denən kefdə olursan ki!..
    ZAMAN. Mən o “kefi” yuxuda yox, həyatda yaşamaq istə- yirəm...
    RAMİZ. Necə yəni “həyatda”?
    ZAMAN. Mən döyüşmək, vuruşmaq istəyirəm, Ramiz! RAMİZ. “Həşəratları” qırmaq istəyirsən, eləmi?
    ZAMAN. Əlbəttə, bütün bunlar sənin üçün gülməlidir. RAMİZ. Zaman, dedik-güldük, danışdıq... İndi isə hazırlaş! Cənnət bizi gözləyir! Yaşıllıq, şəlalə, quşlar... Hələ həşəratları demirəm... Di tez ol!..
    ZAMAN. Yox, Ramiz... gedə bilməyəcəyəm. Yorğunam... Din- cəlim bir az... Təklifinə görə sağ ol, əzizim...
    RAMİZ. Mən istəyirəm ki, sən öz qınından çıxasan... ZAMAN (gülür). Tısbağaların acığına, mütləq öz qınımı atacağam bir kənara...
    RAMİZ. Görək də... Mən həmişə sənin qulluğundayam... ZAMAN. Sağ ol, Ramiz... Sən mənim ən vəfalı dostumsan...
    RAMİZ. Di yaxşı, hələlik...

    Ramiz gedir. Musiqi. Zaman kresloya çöküb başını əlləri arasına alır. Zəhra görünür. O, asta addımlarla Zamana yaxınlaşır. Sanki yavaşıdılmış kadrlar göstərilir. Qadın çəhrayı-qırmızı geyimdədir. O, donunun ətəyini əli ilə tutub yavaş-yavaş Zamana yaxınlaşır, əlini ehmallıca onun çiyninə qoyur. Zəhranın səsi sanki uzaqdan, lap uzaqdan gəlir. Bu, bir növ əks-səda verən pıçıltıya oxşayır.

    ZƏHRA. Hara getmək istəyirsən? (Pauza.) Niyə susursan?.. Elə bilirsən, mənim xəbərim yoxdur?.. (Pauza.) Mən hər şeyi bilirəm. Sənin arzularından da xəbərdaram. Səni döyüş, müharibə çəkir, elə deyilmi? Əslində, mən burada təəccüblü heç nə görmürəm. Sənin sənətin budur: sən vuruşmalısan. Sənin atdığın güllələr hədəfə dəyməlidir. Nə qədər ki yer üzündə insan var, döyüş də olmalıdır, dava da. (Pauza.) Mənim dediklərim sənə qəribə gəlir, elə deyilmi? Yəqin, deyəcəksən ki, gör bir bu qadın nə istəyir, nə arzulayır? Yox... Əlbəttə, mən hər cür müharibənin əleyhinəyəm. Bu belə də olmalıdır. Mən müəlliməyəm. Sənə dərs demişəm. Nəğmə dərsi... Musiqi dərsi... Amma neyləməli? Toplar dinəndə, muza susur. Müharibənin öz mahnısı, öz musiqisi, öz rəqsi olur. (Qadının əks-səda verən səsi get-gedə yüksəlir, hökmlü və qəti olur.) Bəlkə də, heç inanmazsan: mən də uşaqlıqda döyüşçü olmaq istəmişəm. Heç bilmirəm, bu arzunun toxumu o vaxt ürəyimə haradan düşmüşdü? Əlbəttə, mən o vaxtlar döyüşçünün nə vaxtsa insan öldürəcəyi barədə düşünmürdüm. Bu, adi, romantik bir arzu idi. İndi aradan illər keçib... Son vaxtlar səni yenidən görəndən sonra həmin arzular təzədən cücərməyə başlayıb. (Hiddətlə gülür.) Ha-ha-ha!.. İndi sənin kimi məni də döyüş meydanları özünə çəkir. Amma mən atəş aça bilmirəm... Amma... Amma düşünürəm ki, döyüş meydanların- da mənə də yer tapılar. (Get-gedə səsinin tonu daha da artır.) Mən top səsləri altında nəğmə oxuya bilərəm! Mən təyyarə uğultusu altında rəqs edə bilərəm! O şaqqıldayan silah səsləri mənə orkestrin coşqun akkordlarını xatırladar. Bam-bam-bam!.. Taq-taraq-taraq!.. (Uzaqdan top səsləri eşidilir.) Bəli, mən o səslərin altında rəqs edərəm!.. güllə işığında, top səsləri altında, ölüm kabusunun düz gözünün qabağında rəqs etməkdən gözəl, cazibədar nə ola bilər? (Qadın qollarını açıb dövrə vurur.) Qoy əsgərlər də mənə qoşulub nəğmə oxusun, rəqs etsin, gülsün, şənlənsin!.. Müharibə təkcə ölüm deyil ki... O həm də həyatdır! Orada bir qələbə ehtirası da yaşayır!.. Mən qaliblər üçün oxumaq, oynamaq istəyirəm! Mən səni qalib görmək istəyirəm! Mən qalibləri sevirəm! (Qadın get-gedə yaxınlaşan atəş səsləri altında rəqs etməyə başlayır.) Ayağa dur, sən də rəqs elə! Gəl biz qalibləri indidən salamlayaq! (Qışqırır.) Sənə nə olub?.. Zaman, eşitmirsən məni?..

    Zaman ayağa durub Zəhraya yaxınlaşır. Lakin qadın xəyal kimi uzaqlaşır. Zamanın əli havada uzanıqlı qalır. Zaman səntirləyir: bilmək olmur ki, o rəqs edir, yoxsa müvazinətini saxlaya bilmir. O, sərxoş adamlar kimi yerində dövrə vurur. Uzaqdan top səsləri və qadın gülüşü eşidilir. Ramiz iti addımlarla çıxır. Rəsul və Sona gəlirlər.

    RƏSUL. Mən dedim də...
    SONA. Nəyi dedin, Rəsul?..
    RƏSUL. Bu, qətiyyən mənim oğlum deyil. Bizim nəsildə bu cür nadürüst yoxdur.
    SONA. Nədir, demək istəyirsən ki, mənəm günahkar?..
    RƏSUL. Mən deyə bilmərəm, günahkar kimdir. Təkcə onu bilirəm ki, camaat içində biabır olmuşuq... gedib geri qaytarmaq lazımdır o gəlini.
    SONA. Gəlinin də günahı az deyil...
    RƏSUL. Mədinə sakit qızdır... Neyləyir ki?..
    SONA. Nə bilim, vallah... İndiki cavanlardan baş açmaq olur ki?.. Gömürsən, deyir ki, dünyanı gəzmək istəyirəm.
    RƏSUL. Yaxşı, yaxşı... sən də söz tapdın danışmağa... SONA. Mən susuram... Sən danış, Rəsul...
    RƏSUL. Yenə Ramizi tapmaq lazımdır...
    SONA. Neyləyirsən Ramizi?..
    RƏSUL. Tay-tuşdurlar, dostdurlar... Bəlkə, Zaman ona qulaq asa... Qoy ağlını başına yığsın, gedib arvadını geri qaytarsın, bir işin qulpundan yapışsın...
    SONA. Zaman dedi ki, işi bu yaxınlarda düzələcək... RƏSUL. Eh, sən də... O, iş görənə oxşamır. Eşitmişəm, orada-burada deyir ki, yenə döyüşməyə gedəcəyəm...
    SONA. Haraya?.. (Hirsli.) Ay getdi ha! Kimdir onu gözündən qırağa buraxan? Bu da ötən dəfəki deyil... Başımıza müsibət açdı...
    RƏSUL. Elə mən də onu deyirəm. Sənin oğlunun kəlləsi tərsinə işləyir. Ramizi tapmaq lazımdır. Bəlkə, ona qulaq asa...

    Sona və Rəsul çıxırlar. Zaman və Ramiz gəlirlər.

    ZAMAN. Ramiz, bir mənə qulaq as... Bura bax, başını niyə bulayırsan, niyə gülümsəyirsən?.. Mənə istehza edirsən?.. Yoxsa məni gic hesab edirsən?
    RAMİZ. Mən sənə nə gülürəm, nə də istehza edirəm. Danış, qulaq asıram sənə...
    ZAMAN. Nə danışım ey? (Pauza.) Heç bilmirəm, nə cür izah edim.. .
    RAMİZ (gülür). Sənin qəribəliklərin də varmış...

    Həzin, asta musiqi sədası.

    ZAMAN. Sən məni hamıdan yaxşı tanıyırsan, Ramiz. Gör bir neçə illərin dostuyuq. Özün bilirsən ki, mən bir vaxt cəhənnəmin içində qovrulmuşam. Könüllü əsgərliyə getmişəm. Əvvəlcə sıravi əsgər, sonra zabit olmuşam. Zabit olmaq, vətəni qorumaq, döyüş- mək, qəhrəmanlıq göstərmək mənim uşaqlıq arzum olub. Sən ki bunu bilirsən! İndi bu sözlər gülünc səslənir, bu arzular mənasız görünür. Amma bizim dövrümüzün öz ab-havası vardı. O vaxt bizim sinfimizdə oxuyan uşaqların hərəsi bir arzu ilə yaşayırdı.Kimi təyyarəçi, kimi məşhur aktyor, kimi nazir, kimi həkim olmaq istəyirdi. Yadımdadır, sən də kosmonavt olmaq istəyirdin... Bütün bunları nə üçün xatırlayıram? Bizimlə oxuyanlardan heç biri öz arzusuna çata bilmədi.
    RAMİZ. Sən ki öz arzuna çatdın.
    ZAMAN. Elə onu demək istəyirəm. Təkcə mən öz arzuma çatdım. Əsgər oldum, zabit oldum. Döyüşdüm. Soruşursan ki, adam öldürmüşəmmi? (Pauza.) Mən iki cəbhədə vuruşmuşam. Artıq bu barədə sənə demişəm. Əvvəlcə bizim üçün düşmən qarşı tərəf idi. Sonra mən əsir düşdüm. Mücahidlər mənim yüksək səviyyəli snayper olduğumu bilib öldürmədilər. Sağ qaldım. (Pauza.) Az sonra mən özümüzünkülərə qarşı vuruşmalı oldum. Qəribədir: indi mənimçün “bizimkilər” və “onlar” arasında heç bir fərq yoxdur. İndi “bizimkilər” “onlara”, “onlar” isə “bizimkilərə” çevrilib. Daha doğrusu, “dost” və “düşmən” anlayışları eyniləşib. İndi məni həmin o tərəflərdən hansının hansı məmləkətə aid olması maraqlandırmır. İndi mənə o vuruşan tərəflərin hər ikisi uzaqdır, yaddır. (Pauza.) Mən bütün bunları nə üçün danışıram?..

    Musiqi səsi get-gedə artır və sonra tədricən uzaqlaşır.

    RAMİZ. Zaman, sən nə demək istəyirsən?
    ZAMAN. Nə demək istəyirəm? (Pauza.) Sən demə, mənim döyüşçü olmaq istəyimin arxasında qorxunc bir həyat dayanıbmış. Müharibə ölüm dəyirmanıdır. İnsanlar bir-birini qovub o dəyirma- nın içinə doldurur, əzir, taptayır, un kimi üyüdür. Bax mən orada insanın həqiqətən həşərata çevrilməsinin şahidi oldum.
    RAMİZ. Zaman, mən sənin ağrılarını təsəvvür edirəm.
    ZAMAN. Yox, buna ağrı demək olmaz... Bu nəsə başqa şeydir. Bax, mən oradan ‒ o cəhənnəmin içindən çıxıb öz ev-eşiyimə gəldim... Amma indi görürəm ki, əsl cəhənnəm orada yox, burada imiş.
    RAMİZ. Bəlkə, ürəyindən yenə vuruşmaq, əsir düşmək keçir?
    (Gülür.) Vallah, əsl romantiksən, qardaş!
    ZAMAN. Bəli, mən həqiqətən təzədən döyüşə qayıtmaq istəyirəm. Sən ki bunu bilirsən...
    RAMİZ. Görünür, adamların həşərata çevrilməsindən həzz alırsan, hə?..
    ZAMAN. Yox... Məsələ təkcə onda deyil... Orada təkcə bir qrup adamlar həşərata çevrilir... Amma burada... Buradasa hamı həşərata çevrilib.
    RAMİZ. Məsələn, mən özümü həşərat hesab etmirəm.
    ZAMAN. Nə olsun ki?.. Heç kəs özünü həşərat kimi təsəvvür etmir... Əslində isə... aramızda həşəratlar çoxdur... Bir də ki sən özün elə həşəratların, qurd-quşun içindəsən də... (Gülür.) Nə yaxşı ki, meşədə işləyirsən...
    RAMİZ. Vəhşi heyvanların içində...
    ZAMAN. Yox, elə deməzdim. İkiayaqlılar dördayaqlılardan daha qorxuludur.
    RAMİZ. Elə isə gedək meşəyə... (Pauza.) Bura bax, Zaman... Sən hələ barışmamısan Mədinə ilə?..
    ZAMAN. Bəyəm Mədinəni evdən qovan var? O özü çıxıb ge- dib... Sən özün gördün ki...
    RAMİZ. Zaman, mən kiminsə ailə işinə qarışmağı xoşlamı- ram... Amma... Mən səni özümə ən yaxın dost bilib deyirəm: ailəni dağılmağa qoyma... Bəyəm sən bilmirsən ki, ata-anan, arvadın sənin yolunda hansı əzablara qatlaşıblar?.. Onlar kirpikləri ilə od götürüblər, Zaman... Sən gərək bunları unutmayasan... Elə sən özün də bu dünyada az şey görməmisən...
    ZAMAN (fikrə gedir). Sənin dediklərinin hamısı həqiqətdir... Amma hərənin öz həqiqəti olur bu dünyada...
    RAMİZ. İndi bizə həqiqətin nə olduğunu aydınlaşdırmaq lazım deyil. Bu saat söhbət sənin həqiqi yola qayıtmağından gedir. Bu yolunsa həm əvvəli, həm də sonu sənin taleyindən keçir.
    ZAMAN. Hər halda mən öz taleyimi özüm həll etməyə qadirəm, Ramiz.
    RAMİZ. Təki elə olsun... Biz səndən çox şey umur, çox şey gözləyirik, Zaman. Axı sən adi, sıravi bir adam deyilsən. Sən döyüşçü olmusan...
    ZAMAN. Mən yenə döyüşçüyəm!

    Onlar çiyinləri ilə bir-birini itələyib gülür, zarafatlaşa-zarafatlaşa gedirlər. Sonra əvvəlcə Mədinə, Sona və Rəsul gəlirlər.

    RƏSUL. Vallah, mənim başıma hava gələcək.
    SONA. Rəsul, bir səbirli ol... Dünyanın axırı-zad deyil ki...
    RƏSUL. Bu gəlini damın altında tək qoyub hansı cəhənnəmə vasil olub, görəsən?..
    SONA. Görək bir başımıza nə gəlir. (Mədinəyə.) Qızım, bəs gedəndə sənə heç nə demədi?..
    MƏDİNƏ. Yox... Elə qapıdan çıxanda bircə kəlmə “sağ ol” dedi. Əvvəllər heç vaxt xudahafizləşməzdi...
    SONA. Gecə evə qayıtmayıb... Bəlkə, balamın başına bir iş gəlib?
    RƏSUL. Onun heç başı var ki?.. İşi-peşəsi elə bizim başımıza oyun açmaqdır. (Barmağını silkələyir.) Beləsinin ayağını salasan falaqqaya, o ki var döyəcləyəsən?..
    SONA. Zaman bəyəm körpə uşaqdır ki, döyəsən?.. RƏSUL. Uşaq ondan ağıllıdır...

    Cərulla gəlir. Diqqətlə Mədinəni süzür.

    CƏRULLA. Salam...
    RƏSUL. Sənə nə lazımdır, Cərulla?..
    CƏRULLA. Mən sənin oğlunu axtarıram, Zamanı...
    SONA. Elə biz də Zamanı axtarırıq...

    Mədinə hıçqırır.

    CƏRULLA. Bəs bu gəlin niyə ağlayır? Onu kim döyüb?.. RƏSUL. Sən get öz işinlə məşğul ol, Cərulla!
    SONA. Bu uşaq polisi deyil?
    RƏSUL. Hə... Cərulladı də...
    SONA. Cərulla, mənim uşağım uşaqdır bəyəm? Neyləyirsən onu?
    CƏRULLA. Əvvəla, sizin övladınız nə vaxtsa uşaq olub... Elə deyilmi?.. İkincisi də, o elə uşaq olandan mənim kurasiyamdadır.
    RƏSUL. Cərulla, yeri get öz iş-gücünün arxasıyca...
    SONA. Biz nə hayda, bu nə hayda?
    MƏDİNƏ. Ay Allah, indi mən nə edəcəyəm?.. Zaman, Zaman... Of-f-f... Ürəyim partlayır...
    CƏRULLA. Əgər evdən gedib geri qayıtmayıbsa, axtarış elan etmək lazımdır.

    Ramiz gəlir.

    SONA. Görək Ramiz nə xəbərlə gəlir?..
    RƏSUL. Zamandan bir xəbər öyrənə bildin, bala?.. (Pauza.) Niyə dinmirsən? Yoxsa bir hadisə baş verib?..
    SONA. Oy-y-y... Yazıq balam!..
    MƏDİNƏ. Of-f-f... Zaman... Zaman!..
    CƏRULLA. Ölü-ü-üb?..

    Hamı tərs-tərs Cərullaya baxır.

    RAMİZ. Zaman getdi...
    RƏSUL. Haraya?..
    RAMİZ. Haraya getdiyini dəqiq deyə bilmərəm. (Əlini cibinə atır.) Amma mənə məktub verdi. (Cibindən iki məktub çıxarır.) İki məktubdur. Birini Rəsul dayıya yazıb, o birini də Mədinəyə...
    CƏRULLA. Bəs polisə?.. Bizə bir şey yazmayıb?.. MƏDİNƏ (məktubu açır). Öz xəttidir...
    RƏSUL (məktuba baxır). Hə, özü yazıb...
    SONA. Nə yazıb?.. Bir oxuyun görək...
    RAMİZ. Mən deyə bilmərəm, orada nə yazılıb. Oxumamışam...
    CƏRULLA. Amma biz məktubların məzmunundan xəbərdar olmalıyıq...
    MƏDİNƏ (məktubu dodaqaltı oxuyaraq). “Mən yenə döyüşə gedirəm... Müharibəyə...”.
    RƏSUL (oxuyur). “Məni bağışlayın... Bəlkə də, sizə layiq övlad olmamışam... Amma mən bu cür ölü həyatı qəbul edə bilmirəm...”
    MƏDİNƏ (oxuyur). “Bəlkə də, sən məni qınayacaqsan, Mədinə. Görünür, mən döyüş üçün, dava üçün doğulmuşam... Əlbəttə, mən müharibəyə kimisə öldürmək üçün can atmıram. Sadəcə olaraq mənim sənətim döyüşməkdir...”
    RƏSUL (oxuyur). “İndi hansı tərəfdə vuruşmağın mənimçün elə bir fərqi yoxdur... Mən zabit ola-ola, lap sıravi əsgər kimi də vuruşmağa hazıram...”
    CƏRULLA. Yəqin, o, muzdlu əsgər kimi vuruşmaq istəyir. İndi belələrinə yaxşı pul verirlər.
    SONA (Cərullaya). Kəs səsini!.. Özün də rədd ol buradan!.. RAMİZ. Cərulla, sən gedə bilərsən. Burada sənlik bir iş yoxdur.
    CƏRULLA. Mən burada dövləti təmsil edirəm...
    SONA. Ağrım ürəyinə o dövlətin ki, onu sən təmsil edirsən.
    CƏRULLA. Siz hamınız provakator kimi qanun qarşısında cavab verə bilərsiniz...
    RƏSUL. Cərulla, çərənləmə, rədd ol buradan... (Cərullaya hücum çəkir.)

    Cərulla tələsik gedir. Uzaqdan musiqi səsi eşidilir.

    SONA. Ay Allah, indi mən neyləyim?.. Ya Rəbbim, bu nə əzabdır verirsən bizə?..
    RAMİZ. Sakit ol, Sona xala?..
    SONA. Necə sakit olum, axı? Mənim balamı hansı şeytan yol dan çıxartdı, görəsən?
    MƏDİNƏ. Zaman... Of-f-f... Zaman!..
    RƏSUL. Belimi qıran ağılsız oğul, ta mənim sənə sözüm yoxdur...
    SƏSLƏR. Zaman... Zaman... Zaman...

    Top səsləri eşidilir. Hamı üzünü səhnənin dərinliyinə çevirir.
    Zəhra səhnənin önünə gəlib qollarını açaraq rəqs edir.

    Pərdə









    II HİSSƏ

    Mənzil. İştirakçıların geyim-kecimindən və zahiri əlamətlərindən hiss olunur ki, aradan xeyli vaxt keçib. Küncdəki stolun üstündə Zamanın böyüdülmüş şəkli. Şəklin üstündən qara lent çəkilib, çərçivənin dövrəsinə qırmızı güllər düzülüb. Uzaqdan matəm musiqisi eşidilir. Rəsul və Sona sakitcə, hüznlə üstünə şəkil qoyulmuş stola yaxınlaşır, hıçqırırlar. Sonra Mədinə və Cərulla gəlirlər. İndi Cə- rulla polis geyimində deyil: onun əynində uzun çuxa, başında züllə papaq, əlində uzun təsbeh, qoltuğunda qalın kitab var. Rüstəm və Sona sanki yeni gələnlərə (Cərulla və Mədinəyə) yer vermək üçün azacıq geri çəkilirlər. Mədinə Zamanın şəklinə baxıb əli ilə üzünü qapayır. Cərulla hiss ediləcək qəzəbli baxışlarla Mədinəni süzüb möhkəm, inamlı addımlarla irəli yeriyir, üzünü zala tutur, təsbehi qoluna keçirir, qalın kitabı qoltuğundan çıxarıb diqqətlə baxır, sonra dodaqaltı nəsə pıçıldayır. İçəridəkilər də ona baxıb pıçıldayır və ya dodaqaltı nəsə mızıldamağa başlayırlar. Bir-birinə dəyən dodaqların şappıltısı eşidilir. Hiss olunur ki, hamı astadan dua oxuyur. Cərullanın isə ritualı daxilən xüsusi bir şövq və ləz- zətlə icra etdiyi duyulur: o, arabir əlindəki kitabı yuxarı qaldırıb, gözlərini yumur, əcaib mimika və jestlərə müraciət edir.

    CƏRULLA (ucadan). Amin!..
    HAMI. Amin!..
    CƏRULLA. Allah-taala cəmi ölənlərə rəhmət eləsin!.. HAMI. Amin!..
    CƏRULLA. Allah-taala bütün ölü sahiblərinə səbir və dözüm əta eləsin!
    HAMI. Amin!..
    CƏRULLA. ...hamının günahını bağışlasın...
    HAMI. Amin!..
    CƏRULLA. ...hamını cənnət məkan eləsin...
    HAMI. Amin!..
    CƏRULLA. ...axirət dünyasında hamının yeri rahat olsun... HAMI. Amin!..

    Cərulla iti addımlarla gedib yarıqaranlıq küncə çəkilir, üzünü göyə tutaraq mızıldana-mızıldana dua edir. Sonrakı dialoqlarda uzaqdan eşidilən matəm melodiyası və Cərullanın dodaqaltı mı- zıltısı bir növ akkopaniment rolunu oynayır.

    SONA. Belimi sındıran oğul, vay!..
    RƏSUL. Yaxşı, özünü ələ al... Ayıbdır...
    SONA. Mən dağ boyda oğul itirmişəm, ay Rəsul. Qürbətdə ölən oğlum, vay!..
    RƏSUL. Görünür, Allahın əmri belə imiş, Sona... CƏRULLA (ucadan). Amin!..
    HAMI. Amin!..
    MƏDİNƏ (yaxınlaşır). Sona xala, bu, doğru xəbərdir?.. Mən inanmıram...
    SONA (hirslə üzünü yana çevirir). Elə sən özün də bir göz dağı oldun mənə... (Pauza.) Dağıl, ay dünya, dağıl!.. Gör bir kimin ocağında indi kim şam yandırır?!. (Tərs-tərs Cərulla səmtə baxır.) Zaman hara, Cərulla hara?..
    MƏDİNƏ. Neyləyim, Sona xala? Görünür, qismətim belə imiş...
    SONA. Köhnə polis işçisi indi dönüb dindar olub, üləma olub...
    CƏRULLA (ucadan). Amin!
    HAMI. Amin!..
    MƏDİNƏ. Amma nədənsə heç inanmağım gəlmir. Kim gətirib bu xəbəri?..
    SONA. Qəzetdə yazıblar...
    MƏDİNƏ. Nə? Qəzetdə?..
    SONA. Hə... Bir xarici qəzet yazıb. Hələ Zamanın şəklini də veriblər.
    MƏDİNƏ. Yazıblar ki, dilim-ağzım qurusun, ölüb, hə?.. SONA. Böyük bir yazıdır. Rəsulda var o qəzet. Zamanın şəkli, adfamiliyası, yaşı... Döyüşdə ölüb. Özü də lap çoxdan. Gec xəbər tutmuşuq. (Kövrəlir.) Pəhləvan oğlumu itirdim... Bu dəfə nə mən dözəsiyəm, nə də Rəsul...
    CƏRULLA. Amin!
    HAMI. Amin!..
    RƏSUL (yaxınlaşır). Yaxşı, az tökün gözünüzün qarasını... (Sonaya.) Gedək qəbir üstünə?..
    MƏDİNƏ (təəccüblə). Haraya?..
    SONA. Balam üçün qəbir qazdırmışıq... Qoy nişanə qalsın... Evdə qalan pal-paltarını, o stolun üstündəki şəklini dəfn edəcəyik...
    MƏDİNƏ (hıçqırır). Mənim ürəyim partlayacaq, Sona xala. (Altdan-altdan Cərullaya baxır.) Of-f-f... Ay Tanrı, ölürəm...
    CƏRULLA (ucadan). Amin!..
    HAMI. Amin!..
    SONA (Cərullaya işarə ilə). Yaxşı, özünü üzmə, qızım. Dost-düşmən var... Hazırlaş, gedək qəbir üstünə...
    RƏSUL. Hə, hazırlaşın...
    CƏRULLA (ucadan). Amin!
    HAMI. Amin!..

    Ramiz gəlir. Küncdəki stola yaxınlaşıb Zamanın böyüdülmüş şəkli önündə baş əyib diz çökür.

    RAMİZ. Allah rəhmət eləsin.
    RƏSUL. Ramiz, bala, qəbir üstünə gedirik...
    SONA (ağlayır). Zaman balamın, pəhləvan balamın əziz dostu Ramiz, vay...
    RAMİZ (ayağa durur). Mən qəbir üstünə getməyəcəyəm... RƏSUL. Niyə?..
    SONA. Niyə getmirsən, ay oğul? Onun ən yaxın sirdaşı sən olmusan...
    RAMİZ. Elə dost olduğuma görə getməyəcəyəm... Siz gedin... Mən burada qalıb onunla dərdləşəcəyəm...
    SONA. Booy... Kiminlə dərdləşəcəksən, oğul?..
    RAMİZ (Zamanın şəklini göstərir). Onunla... Zamanla... Əziz dostumla, qardaşımla... Mən onun ölümünə inanmıram...
    MƏDİNƏ (hıçqırır). Mən də inanmıram...
    RAMİZ (qəzəblə Mədinəyə baxır). İnanmırsan?.. Hım-m-m... (Cərullaya sarı baxır). Amma o, yəqin ki, inanır... İnanır ki, Zaman bir daha qayıtmayacaq...
    CƏRULLA (ucadan). Amin!
    HAMI. Amin!..
    RƏSUL. Yaxşı, qalxın getdik...
    SONA. Of-f-f... Sinəmə dağ çəkən balam, vay... Zaman balam, vay!.. Qürbət eldə can verən pəhləvanım, vay...
    MƏDİNƏ. Sinəmə çalın-çarpaz dağ çəkilib, Sona xala... (Şəklə baxır). Zaman, bağışla məni... (Pıçıltı ilə)... Bağışla, Zaman...
    RƏSUL. Şər qarışır... gün qısadır. Durun gedək... Bir az da qəbiristanlıqda ağlayarsınız... Cərulla, necə məsləhətdir, tərpənək?..
    CƏRULLA. Bəli a-a-a, bəli... Mərhuma e-e-e, qəbiristanlığa baş çəkməyin məqamıdır.
    MƏDİNƏ. Axı qəbir boşdur...
    CƏRULLA (qəzəblə). Küfr danışmayın! Mərhumun ruhu doğma qəbiristanlıqda, orada qazılan qəbirdə uyuyur. Cismin harada olmasının elə bir fərqi yoxdur, əsas ruhdur, ruh!..
    RƏSUL. Elədir (Ramizə.) Deməli, sən qalırsan, Ramiz? Elə qalmağın yaxşıdır! Birdən gəlib-gedən olar. Burada bir adamın qalması məsləhətdir.
    CƏRULLA. Bəli, belə məsləhətdir. Ya Allah, getdik. (Mədinəyə yaxınlaşıb astadan.) Sən də gedirsən qəbristanlığa? Orada nə işin var?.. Məsləhətdir, çıxıb gedəsən evimizə.
    MƏDİNƏ. Yox, mən də qəbir üstünə gedəcəyəm, Cərulla...
    CƏRULLA. Övrət ki, övrət...
    SONA (dizinə döyür). Of-f-f... Zaman... Zaman...
    CƏRULLA. Buyurun... Varid olduq. Lazımdır ki, əhli-qüburu bir ziyarət edib onların ruhuna dua oxuyaq...

    Hamı gedir. Ramiz qalır. Matəm musiqisi. Ramiz asta addım- larla Zamanın şəklinə sarı gedir, diz çöküb nəsə pıçıldayır, hıçqırır. Qapıda kimsə görünür: bu, Zamandır. Melodiya dəyişir: əvvəlcə Zamanın asta addımlarını müşayiət edən həyəcanlı, daha sonra nikbin musiqi sədası eşidilir. Zamanın sifəti xeyli dəyişib: onun əynində uzun plaş (yağmurluq) var. Ramiz Zamanın gəlişini hiss etmir, ayağa durub hıçqırır. Zaman öz şəklinə baxıb əvvəlcə heyrət edir, sonra özünü gülməkdən zorla saxlayır, əli ilə ağzını qapayıb ciddi görkəm alır. Onlar yanaşı dayanırlar. Ramiz yana dönüb Zamanı görür, amma hiss olunur ki, onu tanımır.

    ZAMAN (səsini dəyişərək). Salam...
    RAMİZ. Salam... Keçin əyləşin... Yəqin ki, Rəsul dayının dərdinə şərik olmağa gəlibsiniz... Onun qohumlarısınız?..
    ZAMAN. Qohum deyəndə ki... Mən elə-belə...
    RAMİZ. Keçin əyləşin... Xahiş edirəm... Rəsul dayıgil qəbir üstünə getdilər... İndilərdə qayıdarlar... Çox böyük müsibətdir.
    ZAMAN (şəklə işarə ilə). Hiss olunur ki, yaxın olmusunuz...
    RAMİZ. Ən yaxın dostum idi... Heyif ondan...
    ZAMAN. Ata-anasının dolanışığı necədir?..
    RAMİZ. Ata-anasının?.. Siz Rəsul dayını tanımırsınız?.. ZAMAN. Yox... Mən Zamanın özü ilə tanış idim...
    RAMİZ. Haradan tanıyırdınız onu?..
    ZAMAN. Əsgərlikdən...
    RAMİZ. Allah sizdən razı olsun... Yəqin ki, eşitmisiniz Zamanın ölüm xəbərini... Bunu qəzetlər yazıb bildirdi... Elə bil valideynlərinin beli sındı.
    ZAMAN. Gərək ki, o, evli idi...
    RAMİZ (ah çəkir). Eh-h... Bəli, evli idi. Zaman çıxıb gedəndən sonra arvadı təzədən ailə qurdu: bizdə keçmiş polis işçisi vardı Cərulla adında, onun arvadı öldü, Mədinəni, yəni Zamanın keçmiş həyat yoldaşını aldı... İndi o, din xadimidir...
    ZAMAN. Kim?..
    RAMİZ. Cərullanı deyirəm də... Yaxşı, az qala soruşmağı unutmuşdum: siz Zamanla əsgərlikdə nə vaxt olmusunuz?.. O vaxt, yoxsa?..
    ZAMAN. Yox... “O vaxt” nədir?.. Biz hər ikimiz könüllü dəstə- də vuruşmuşuq...
    RAMİZ. Onda siz onun ölümü haqqında daha müfəssəl məlu- mata maliksiniz ki!..
    ZAMAN. O mənim gözümün qabağında ölüb...
    RAMİZ (qışqırır). Doğrudan?.. (Sevincək). Bu nə yaxşı oldu! (Ciddiləşir). Aman Allah, gör bir mən nəyə sevinirəm?.. Amma nə edəsən? Bəzən adam öz doğmasının, yaxınının ölümünü dəqiqləşdirəndə qismən yüngülləşir. Bir var adam ölür, amma yeri-yurdu bilinmir, bir də var ki hər şey aşkar olunur, bu dünyada öləndə ondan heç olmasa bir nişanə qalır. Əlbəttə, ölüm Allahın işidir, di gəl ki valideyn üçün ən böyük əzab, ən ağır dərdlərdən biri də övla- dının qəbrinin naməlum qalmasıdır. Şükürlər olsun ki, sən Zamanla bir yerdə olmusan. Dediniz ki, bir yerdə vuruşmusunuz, eləmi?..
    ZAMAN. Bəli...
    RAMİZ. Bəs adınız nədir, qardaş?..
    ZAMAN. Adım Namazdır...
    RAMİZ. Namaz, qardaş, nə qədər əcaib də səslənsə, qoy deyim: mən bu görüşdən məmnun oldum. Elə bil çiynimdəki dağ azacıq azaldı. Bircə Allah bilir ki, mən Zamanı necə sevirdim. O mənə qardaşdan da artıq idi. Madam ki siz Zamanla bir yerdə döyüşmü- sünüz, dost olmusunuz, deməli, mənim də əzizimsiniz. Bir danı- şın görüm, qardaş... Zamandan danışın! Mən indi Zamanın iyini sizdən alıram, Namaz!.. (Zamanı qucaqlayır, onun üz-gözündən öpür, hıçqırır. Sonra geri çəkilib diqqətlə Zamanı süzür.) Zaman?!. Zaman!.. Zaman!.. Bu sənsən?..
    ZAMAN. Zaman kimdir ey, mən Namazam, əzizim. Zaman çoxdan ölüb, Ramiz...

    Zaman və Ramiz təzədən qucaqlaşırlar. Hər ikisi ağlayır.

    RAMİZ. Elə iyindən, ətrindən tanıdım səni, ay yaramaz!.. Bu nə üz-gözdür, mən ölüm?..
    ZAMAN. Mən ta Zaman deyiləm, Ramiz. Unut o Zamanı... O, həqiqətən ölüb...
    RAMİZ. Gic-gic danışma!.. Tez ol gedək qəbiristanlığa. İndi yazıq Sona xala ağlamaqdan üzüldü, yəqin... Hələ Rəsul dayını demirəm... Bu gün onların ömrünün ən böyük bayramı olacaq!
    ZAMAN. Qoy onlar ağlayıb ürəklərini boşaltsınlar, Ramiz...
    Zaman artıq mənim üçün də ölüb... Bax görürsənmi, heç bu sir- sifət də Zamanınkı deyil, bu əl-ayaq da, bu qaş-göz də... Siz düz eşitmisiniz: tanıdığınız Zaman artıq ölüb, torpağa qarışıb. Mənə olsa-olsa Zamanın kölgəsi demək olar.
    RAMİZ (gülür). Elə Zamanın kölgəsi də bizim bəsimizdir. Dur getdik, Zaman!.. Nədir, niyə duruxursan? Nə olub sənə?..
    ZAMAN. Ramiz, əziz qardaşım, səndən bir xahişim var...
    RAMİZ. Buyur, eşidirəm, Zaman... (Gülür.) Lap istəyirsən, iki xahiş elə...
    ZAMAN. Mənim Zaman olduğumdan heç kəsin xəbəri olma- malıdır. Əlbəttə, hələlik...
    RAMİZ. Bu nə axmaq təklifdir belə?.. Nə üçün ata-anan sənin gəlişindən bixəbər olmalıdır? Qorxursan ki, birdən sevincdən ürək- ləri partlayar, hə?.. (Əlini onun çiyninə qoyur.) Düzü, bu da ola bilər... Yaxşı, oldu. Hələlik oradan-buradan mırt vurarıq. Sonra... sonra hər şey aydınlaşar... Zaman, bir üzümə bax görüm. And olsun Allaha, gözlərinə diqqət yetirməsəydim, qətiyyən bilməzdim ki, bu sənsən... Tamam dəyişmisən, tanınmaz olmusan...
    ZAMAN. Yaxşı ki, sən tanıya bildin. Mən heç özüm özümü tanıya bilmirəm. Arabir güzgüyə baxanda elə bilirəm ki, oradan mənə yad adam boylanır.
    RAMİZ (gülür). Dostum, deyəsən, imicini özün qəsdən dəyişmisən...
    ZAMAN. İmicimi özüm yox, həkimlər dəyişib... Sifətimdə plastik operasiya aparıblar. (Ah çəkir). Eh, Ramiz, Ramiz... Başıma müsibətlər gəlib... Odun-alovun içindən çıxmışam...
    RAMİZ. Öz ağlının ucbatından başına bu işlər gəlib. Nə isə... Sonra bir rahat oturub dərdləşərik... Hə, deyəsən, gedənlər qayıdıb gəlirlər...

    Rəsul, Sona, Cərulla və Mədinə gəlirlər. Zaman və Ramiz onlara yaxınlaşır. Cərulla irəli çıxır, təsbehi qoluna keçirir, qoltuğundakı kitabı əlinə alıb dodaqaltı nəsə zümzümə edir. Ətrafındakılar da ona qoşulub xorla pıçıldaşırlar.

    CƏRULLA (kitabı qoltuğuna vurub üzünü yuxarı tutur). Amin!
    HAMI. Amin!..
    CƏRULLA. Allah cəmi ölənlərimizə rəhmət eləsin! Amin! HAMI. Amin!..
    CƏRULLA. Allah bütün dost-tanışlarımızın, qohum-əqrəbala- rımızın canını salamat, süfrəsini açıq eləsin! Amin!
    HAMI. Amin!..
    CƏRULLA. Allah cəmi düşmənlərimizi cəmi aləmdə xar eləsin! Amin!
    HAMI. Amin!..

    Cərulla xüsusi avazla danışır. Onun “Amin!” sədası get-gedə daha coşqun və sürəkli qaydada təkrar olunur. Az sonra onun yalnız dodaqaltı pıçıltısı eşidilir: öz pıçıltısından sanki şövqə, ekstaza gələn Cərulla tez-tez “Amin” deyə qışqırır və bu söz iştirakçıların dodağında əks-səda verir.

    CƏRULLA. Amin!
    HAMI. Amin!..
    CƏRULLA. Keçib əyləşə bilərsiniz...

    Cərulla keçib stulda əyləşir. Gözünü əlindəki kitaba dikib öz- özünə nəsə pıçıldayır.
    Rəsul diqqətlə Zamana baxır, sonra Ramizə yaxınlaşır.

    RƏSUL. Deyəsən, qonağımız var...
    RAMİZ. Hə... Elədir... Qonaqdır.
    RƏSUL. Kimlərdəndir belə?..
    RAMİZ. Özündən soruşun, Rəsul dayı... Deyəsən, sizə məxsusi sözü var...
    RƏSUL. Məxsusi sözü var? Mənə?.. Hə, nolar? (Zamana). Xoş gəlmisən, oğlum. Niyə keçib əyləşmirsən?..
    ZAMAN. Eybi yoxdur... Əyləşərəm...
    RƏSUL (Sonaya və Ramizə). Qonağa bir stəkan çay gətirin. Deyəsən, uzaq yoldan gəlib. (Zamana.) Düzü tanımadım oğlum. Kimlərdənsən?.. Adın nədir?..
    ZAMAN. Adım Namazdır. Özümsə sizin oğlunuzla bir yerdə qulluq etmişəm.
    RƏSUL. Zamanın dostusan?.. (Sevincək.) Hə?..
    ZAMAN. Bəli... Tanışım idi Zaman...
    SONA (yaxınlaşır). Nə?.. Sən Zamanın tanışısan? (Həyəcanla.) De görüm, son dəfə harada, nə vaxt görmüsən mənim balamı? (Zamanın qolundan tutur.) Niyə susursan?.. Danış görüm...
    RƏSUL. Sona, bir sakit ol... Danışar...
    RAMİZ. Həyəcanlanma, Sona xala. ..
    MƏDİNƏ. Zamanı görüb, hə?.. (Kövrəlir.) Mən onun ölümünə inanmıram...
    CƏRULLA (ucadan). Allah rəhmət eləsin! İlahi, amin!.. HAMI. Amin!..
    RƏSUL (Zamana). Hə, danış, oğlum. Çəkinmə, buradakıların hamısı özümüzünkülərdir. Bax o, Ramizdir ‒ Zamanın dostu... Bu, Sonadır ‒ Zamanın anası... Odur, o, Cərulladır ‒ bugünkü yas məclisimizi yola salır. O biri Mədinədir... O da yaxın adamdır... (Ah çəkir.) Eh-h... Dağıl, ay dünya, dağıl!.. Hə, mən isə o bədbəxtin, yəni Zamanın atasıyam. İndi söz sənindir... gərək ki, adın Namaz oldu, hə?..
    ZAMAN. Hə... Namazdır...
    CƏRULLA. Zaman-tərsinə oxunanda olur Namaz. Allah rəhmət eləsin! Amin!
    HAMI. Amin!..
    SONA (Zamana sığınır). O da elə sən boy-buxunda idi... Sən onu haçan görmüsən?
    ZAMAN (yavaşca, ehtiyatla yana çəkilir). Mən onu çoxdan, lap çoxdan görmüşəm... Döyüşlərin birində ağır yaralandı... Hər şey mənim gözümün önündə baş verdi... Başına qəlpə dəymişdi. Sifəti parçalanmışdı...
    SONA. Of-f-f... Mənim qəhrəman oğlum...
    RƏSUL. Bu, qəhrəmanlıqdır bəyəm?.. Gedib yad ölkədə canını fəda edir, heç özü də bilmir ki, kimin, nəyin yolunda vuruşur. Bu ağılsızlıqdır.
    MƏDİNƏ. O, həmişə müharibədən, döyüşdən danışırdı. Deyirdi ki, mən anadan əsgər doğulmuşam.
    SONA. Anası ölsün onun!..
    CƏRULLA (qəzəblə Mədinəyə baxır). Allah rəhmət eləsin... Amin!
    HAMI. Amin!..
    RAMİZ. Bəyəm döyüşdə yaralanan adamın hamısı həlak olur?.. Sona xala, mən yüz faiz, lap min faiz əminəm ki, Zaman sağdır... Özü də tezliklə qayıdacaq... Özünüzü üzməyin...
    RƏSUL. Xarici qəzetlər şəklini verib. Kəşfiyyat xidmətinin informasiyası çap olunub. O həlak olub... Mücahidlər dəfn edib onu... Bu boyda yalan olmaz ki...
    MƏDİNƏ. Mən o yazılara inanmıram...
    SONA. Mən də inanmıram qətiyyən.
    RAMİZ. Mən də inanmıram. (Zamana). Bəs sən özün necə, Namaz, inanırsan, Zamanın ölümünə?..
    ZAMAN. Ağır da olsa, inanıram... O döyüşlərdən kiminsə sağ-salamat çıxıb evə qayıtması... Bu, mümkün deyil...
    RAMİZ. Boş-boş danışma. Niyə mümkün deyil? Dünyanın elə möcüzələri olur ki... Hər şey Allahın əlindədir...
    SONA. Allah ağzından eşitsin, Ramiz... (Zamana). Yaxşı, oğlum, Zaman sənə özü, ailəsi haqda bir söz-zad deməmişdi ki?..
    ZAMAN. Yox... Amma söyləyirdi ki, ata-anası, arvadı qalıb. Meşəbəyi dostu var.
    SONA. Hə, Ramizi deyirmiş... Eşidirsən, Ramiz?.. Zaman sənin xətrini necə istəyirdi, necə...
    ZAMAN. Bir uşaq inspektoru ‒ polis işçisi barədə də söhbət açırdı hərdən... Məzəli şeylər danışırdı...
    SONA. Yəqin, Cərullanı deyirmiş...
    ZAMAN. Düzü, o adamın adını unutmuşam. Amma rəhmətlik Zaman deyərdi ki, o, alkaşın, alçağın biridir.
    SONA. Kim?..
    ZAMAN. Həmin polis işçisi...
    SONA. Yox... Onda Cərulla haqqında danışmırmış.

    Cərulla içini arıtlayır, öskürür.

    RƏSUL. Əlbəttə, Zaman Cərulla barədə o sözləri deməz. RAMİZ. Cərulla mömin adamdır...
    MƏDİNƏ. Zaman ömründə ağzından pis söz çıxarmazdı... Sö yüş söyməzdi...
    CƏRULLA. Allah rəhmət eləsin! (Ucadan.) Amin!
    HAMI. Amin!..
    SONA. Yer üzündə onun kimi övlad ola bilməzdi. O məni necə istəyirdi, necə əzizləyirdi!..
    RƏSUL. Oğlum olduğuna görə demirəm, Zaman həqiqətən ailəcanlı, xoşrəftar övlad idi...
    RAMİZ. Dostların gülü idi, yaraşığı idi...
    MƏDİNƏ. Axı o, ailə tərbiyəsi görmüşdü. (Cərullaya sarı baxır). Bəziləri kimi kiməsə boş-boş vədlər verib sonra aradan sivişib çıxan deyildi.
    CƏRULLA (Mədinəyə hikkəli-hikkəli baxaraq). İlahi, Amin!
    HAMI. Amin!..
    SONA (Zamana). Oğlum, üzr istəyirəm, mənim oynaqlarımda lap çoxdan duz var. Bir dəfə söhbət düşəndə Zaman dedi ki, ana, mən səni duz həkiminin yanına aparacağam, necə lazımdır, müalicə etdirəcəyəm... Of-f-f... (Hıçqırır.)
    RƏSUL (Zamana). Bəlkə də, bunu demək heç yerinə düşmür. Amma, ta məqamı gəlib, qoy deyim, sən də biləsən. Mən uzun illər şəkərdən əzab çəkmişəm... Elə indi də xəstəyəm. Amma bunu evdə açıb-ağartmırdım. Zaman kimdənsə bu barədə eşidib. Günlərin bir günü dedi ki, ata, hazırlaş, səni həkimə aparıram. Dedim, nə həkim, hansı həkim? Dedi ki, eşitmişəm şəkərə tutulmusan, dur gedək şəkər həkiminin yanına... O belə övlad idi...

    Ramiz kənara çəkilib əli ilə üzünü tutur, çiyni atlanır, yəqin ki, gülür.

    ZAMAN. Hə, bəs nə oldu, sizi apardı həkimə?..
    SONA. Apardı, apardı...
    RƏSUL. Əlbəttə, oğlum... Apardı... O, sözünün ağası idi... (Ramizə.) Ramiz, bala, özünü ələ al...
    MƏDİNƏ. Mən valideynlərimlə bütün dünyanı gəzib-dolaşmışam...
    SONA. Zaman çox deyirdi ki, ana, qoy bir başım açılsın, gör bir Mədinəni dünyanın hansı yerlərinə aparacağam... Yox, mənim balam ölə bilməz.
    RƏSUL. Buna necə inanasan?.. Amma qəzetlər belə yazıb...
    Getdi özünü odun-alovun içinə atdı...
    RAMİZ. Mən sizə yenə deyirəm: Zaman mütləq qayıdıb gələcək. Siz bir az səbirli olun, toxtaqlı olun... İstəyirsiniz, lap nəyə deyirsiniz, and içim. O, mütləq qayıdacaq...
    CƏRULLA (ucadan). Yalan danışmaq böyük günahdır, hansı məqamda olursa-olsun. Allah rəhmət eləsin!.. Amin!..
    HAMI. Amin!..
    ZAMAN. Allah rəhmət eləsin!.. Amin!
    CƏRULLA. Biz özümüzü nə üçün aldatmalıyıq? Yasımızı, hüzrümüzü yola verək getsin... Görürsünüz ki, bu boyda adam da (əli ilə Zamanı göstərir) israr edir ki, o şəxs bu dünyada yoxdur. Elə deyilmi, e-e-e, əzizim Namaz? Gərək ki, adını düz dedim?..
    ZAMAN. Bəli, düz buyurursunuz...
    CƏRULLA. İndi o mələklərin qanadındadır. gəlin mərhumun müqəddəs ruhunu təhqir etməyək. Biz bu saat ehsan verməli, dua oxumalı, qəbrüstü abidə barədə düşünməliyik. Doğrudurmu, e-e-e, əzizim Namaz?
    ZAMAN (gedib düz Cərullanın qarşısında dayanır, diqqətlə onun gözlərinin içinə baxır və ucadan). Siz tamamilə haqlısınız, əzizim, e-e-e, Cərulla! gərək ki, adınızı düz dedim, eləmi?
    CƏRULLA (nədənsə qorxuya düşüb baxışlarını Zamandan yayındıraraq ətrafa boylanır). Bəli, bəli... Müqəddəslərimiz buyurmuşlar ki, haqqında ölüm xəbəri çıxan şəxs gec-tez ölümə məhkumdur.
    RAMİZ (Cərullaya). Bura bax, onsuz da, biz hamımız gec-tez ölümə məhkumuq.
    SƏSLƏR. Əlbəttə... Hamı ölüb gedəcək...
    ZAMAN (Cərullaya). Ümumiyyətlə, özünə hörmət edən şəxs, öz ölümü haqqında söz-söhbət eşidirsə, intihar etsə, yaxşıdır. Yəqin, bu daha düzgün olar... Elə deyilmi, e-e-e, əzizim Cərulla?
    CƏRULLA. Allah bilən məsləhətdir... (Qorxa-qorxa ətrafa nəzər salır.) Bizə məlum olan budur ki, hər bir başlanğıcın bir sonu var...
    RAMİZ. Hərdən sonun da öz başlanğıcı olur.
    ZAMAN (Ramizə). Qəliz şeylər danışmaq lazım deyil. Qaradan o yana rəng yoxdur. Ölüm sondur. Bunu hamı bilir. Bu sonun nə başlanğıcı ola bilər?..
    RƏSUL. Gəlin görək indi biz nə etməliyik...
    SONA. Namaz, ay oğul, sən bizə Zamandan danış, Zamandan...
    RƏSUL. Hə də, mən də onu deyirəm...
    MƏDİNƏ. Mən inanmıram... İnanmıram.
    CƏRULLA. Müqəddəslərimiz deyib ki, inamı olmayanlar şey tandır...
    RAMİZ. Elə adamlar var ki, şeytan onlardan daha ləyaqətlidir...
    SƏSLƏR. Elədir... Elədir!..
    RAMİZ. Rəsul dayı, Sona xala, qoyun biz qonaqla gedək bizə. O, bir az istirahət eləsin... Sonra...
    SONA. Axı o bizə dəqiq bir söz demədi... Mənim balam sağdı, yoxsa... dilim-ağzım qurusun...
    RƏSUL. Nəsə müəmmalı danışır... Mən də bunun dediklərindən bir şey qanmadım...
    RAMİZ. Mən də elə ona görə deyirəm ki, bu söhbəti hələlik saxlayaq. Mən bayaq Namazla oradan-buradan danışdım. O mənə dedi ki, hər şeyi olduğu kimi söyləyəcək... Özü də çox güman ki, Zaman sağdır... Elə deyil, Namaz?..

    Zaman tərəddüdlə çiynini çəkir.

    RƏSUL. Ramiz, oğlum, madam ki məsələ belədir, onda sən qonaqla qal, söhbət elə... Nə fərqi var: sizin ev, ya bizim ev?..
    SONA. Əlbəttə... Bir fərqi yoxdur... Bura da öz evindir. Bax orada yemək var... Çay da istidir. Qonaq nahar eləsin...

    Ramiz və Zamandan başqa hamı qapıya yaxınlaşır. Mədinə hirslə Cərullaya baxıb Sonanın qoluna girir.

    MƏDİNƏ. Sona xala, mən öz evimizə gedirəm...
    SONA. Öz evinə?..
    MƏDİNƏ. Hə də... Öz evimizə... Sizə...
    CƏRULLA (Mədinəyə). Yaxşı, yaxşı, çıxaq, sonra danışarıq...
    MƏDİNƏ. Danışmağa ehtiyac yoxdur...
    SONA. Yaxşı, sakit olun... Sonra...

    Sona, Rəsul, Cərulla və Mədinə söhbətləşə-söhbətləşə, daha doğrusu, bir-birinin sözünü kəsə-kəsə gedirlər.

    RAMİZ. Yazıq Mədinə... Onu qınama, Zaman... Başa düşmək lazımdır ki...
    ZAMAN. Mən heç kəsi qınamıram... Mədinənin nə günahı?.. O, axmaq, maymaq, itkin bir əri nə qədər oturub gözləməlidir?..
    RAMİZ. Yox, Zaman... Sən nə axmaqsan, nə də maymaq... Sadəcə olaraq, adamınkı gətirməyəndə gətirmir. Səni heç kəs ittiham edə bilməz... Əsas məsələ odur ki, sən öz evinə, öz ocağına sağ-salamat qayıdıb gəlmisən.
    ZAMAN. Mən o ağır döyüşlərdə ölsəydim, bundan min dəfə şərəfli olardı. Amma neyləyim? Həkimlər qoymadılar ki, gedib o dünyanı vaxtında görüm.
    RAMİZ. Sənin haqqında qəzetlərin birində çox ətraflı yazmışdılar: keçdiyin döyüş yolu, snayperliyin, cəsarətin... və ölümün haqda. (Gülür.) Yaxşı, Zaman, bu ölüm məsələsi haradan çıxmışdı?
    ZAMAN. Qoy sənə düzünü deyim. (Pauza.) Mən döyüşlərin birində ağır yara alandan sonra sifətimdə plastik əməliyyat apardılar. Bu günə düşdüm... Gördüm ki, əvvəlki Zaman yoxdur... Zamanın ölüm xəbərini özüm yaydım...
    RAMİZ. Qəribə adamsan, vallah... Bu saat camaat maya qoyub sifətini dəyişdirir, gözünü böyüdür, burnunu qısaldır, dodağını çevirtdirir... Sənsə başlamısan ki, sifətim dəyişib. Dəyişsin də!.. Nə böyük faciə olub?.. Əsas məsələ adamın çölünün yox, içinin dəyişməsidir, Zaman!
    ZAMAN. Mənim elə içim də dəyişib, Ramiz.
    RAMİZ. Yaxşı, yaxşı... görürəm, danışdıqca cızığından çıxırsan. Yəqin, yorulub əldən düşmüsən... Uzan, dincəl... Mən gedim, bir azdan gələcəyəm... (Əlini Zamanın çiyninə qoyur.) Danışdıq?.. Eh, Zaman Zaman... Nə xoş gündür... Şükür bu günə, İlahi...

    Ramiz fit çala-çala çıxır. Zaman var-gəl edib əyləşir.
    Həzin musiqi.
    Zəhra asta, yüngül addımlarla daxil olur. Qadın qara geyimdədir. Ramiz başını qaldırıb ürkək nəzərlərlə Zəhraya baxır, ayağa durub başı ilə təzim edir.

    ZƏHRA. Deyirlər, Zamanın yanından gələn var. Sizsiniz onun döyüş dostu?.. Hə, lap yaxşı... Mən də Zamanın dostuyam. İnanmırsınız? Doğru sözümdür. Əvvəllər, çoxdan, lap çoxdan mən ona dərs demişəm. Orta məktəbdə müəllimi olmuşam onun. Nəğmə dərsi keçmişəm. Elə o vaxtdan xətrini istəyirəm. Sonra Zaman hərbi məktəbə daxil oldu. O vaxtlar bizim ölkəmizin hərbi müttə- fiqlərindən biri ilə müharibə başlamışdı. Zaman könüllü cəbhəyə getdi, özü də valideynlərindən xəbərsiz. Yaxşı döyüşçü kimi ad-san qazandı, orden-medal aldı. Sonra əsir düşdü. Düşmən tərəf onun qabiliyyətini görüb öldürmədi. Zaman əks cəhbədə vuruşmalı oldu. Heç bilirsiniz, o necə atıcı-snayper olub?.. Başına çox müsibətlər gəlib Zamanın... Əsirlikdən qayıdandan sonra onu bir daha orduya götürmədilər. Zaman evləndi, ailə qurdu. Arvadının adı Mədinədir... Qısqanc bir qadındır. Hə, əlbəttə, sağdır... Bəlkə də, rəhmətlik Zaman sizə özü barədə hər şeyi danışıb. Axı döyüş dostları olmusunuz. Yox, danışmayıb? Ola bilər. O, bir az qaradinməz, qapalı adam təsiri bağışlayırdı.

    Danışdıqca gəzişir.

    Amma zahirən belə idi. Qəlbən o, açıqürəkli, cəsur, qorxmaz bir insandı. O, döyüş üçün, savaş üçün doğulmuşdu. Əsgər idi, zabit idi. Romantik idi. Bəlkə də, bu eybəcər dünyanın sonuncu romantiki elə Zaman idi! Mən bunu tam səmimiyyətlə, inamla deyirəm.

    İti addımlarla hərəkət edir. O, daim odlu nöqtələrə can atırdı. O, döyüşmək istəyirdi. Elə buna görə də baş götürüb getdi. Yəqin ki, qalanını özünüz bilirsiniz... (Pauza.) Qəzetlər ondan yazırdı, radio ondan danışırdı, televizor onu göstərirdi. (Ayaq saxlayır.) O, əsl qəhrəman kimi vuruşdu, əsl döyüşçü kimi öldü... O, miskin adamlar kimi sürünə-sürünə yaşaya bilməzdi... O, döyüş meydanlarında can verməli idi. O, təyyarə uğultuları, top nərələri altında ölməli idi... Elə bu cür də oldu... Əlbəttə, sizə hər şey məlumdur... Qəzetdə ölüm xəbərini oxuyub hönkürdüm. Gör bir biz kimi itirdik. Cəsur, qorxmaz, igid bir döyüşçünü... O bir daha ayağa durmayacaq. O artıq güllələrin şaqqıltısını eşitməyəcək.

    Sanki qəhrəman əsgərin abidəsi önündə təntənə ilə baş əyir.

    Mən onun ruhu qarşısında baş əyirəm... O məni bir insan, bir pedaqoq kimi sevirdi. Mənə daim hörmətlə “əziz müəllimə” deyirdi... Mən də onu sevirdim... Sevirdim... özü də bir qadın kimi. O hər cür sevgiyə layiq idi. Amma bundan, bu sevgidən onun xəbəri yox idi... Arvadı hələ onun ölüm xəbəri gəlməmiş Cərulla adlı birisinə qoşulub getdi. Neyləmək olar?.. Bu, taledir, bu, qismətdir. Hərənin bir alın yazısı olur. Görünür, Zaman da öz ömrünü belə yaşamalı imiş... Qəribədir, mən onu az qala hər gün yuxuda görürəm... Görürəm ki, qanlı döyüşlər gedir... Zaman avtomatı sinəsinə sıxıb irəli şığıyır. Mən qışqırıb onu səsləmək istəyirəm: “Ehey, Zaman!” amma səsim çıxmır. Mən qaçıb ona çatmaq istəyirəm, amma ayaqlarım yerə pərçimlənir, tərpənə bilmirəm.

    Sürətlə, həyəcanla danışır.

    Bax, indiyəcən mən bu cür yuxular görmüşəm... Amma dünən... Dünən eşitdim ki, Zamanın döyüş dostu gəlib. Bu gecə yenə yuxu gördüm, amma əvvəlkilərdən fərqli bir yuxu... Həm Zamanı səsləyə bildim, həm onunla danışdım, həm onunla döyüşə atıldım... Yox, əlbəttə, mən döyüşmürdüm. Mən rəqs edirdim, mahnı oxuyurdum. Axı sizə dedim ki, mən nəğmə müəllimiyəm... Hə, təsəvvür edin: aləmi top-tüfəng səsi götürüb, göydən od-alov yağır, mən isə bu vurhavurda qollarımı açıb rəqs edirəm. Bütün bunlar yuxuda baş verir, əlbəttə...

    Qollarını açıb rəqs edir.

    Zaman mənə ‒ rəqs edən qadına baxıb gülümsəyir, sonra qəhqəhə çəkib yaxın, lap yaxın gəlir. (Gülür.) Mən gülürəm. O, əlini uzadıb mənim biləyimdən yapışmaq istəyir. Mən əlimi yana çəkirəm. O, deyəsən, inciyir. Mən gülə-gülə Zamana yaxınlaşıram.

    Zamana yaxınlaşır.

    Özüm onun əlindən yapışıram.

    Zamanın əlindən tutur.

    Biz əl-ələ tutub rəqs edirik.

    Rəqs edirlər.

    Sonra Zaman məni qolları üstünə alıb fırlanır.

    Zaman onu qolları üstünə alıb dövrə vurur.

    Sanki biz uçuruq. Mən əllərimlə Zamanın güclü, əzələli boynundan yapışıram. İndi o sinəsinə avtomatını yox, məni ‒ öz sevgilisini sıxıb. Mən elə yuxudaca hiss edirəm ki, ta Zaman məni müəlliməsi kimi deyil, ən yaxın, ən doğma bir adamı kimi sevir. O... O məni öpüşlərə qərq edir. Mənsə ağlayıram. (Hıçqırır). O məni qolları arasından buraxır, mən daş kimi yerə düşürəm.

    Yerə enib üst-başını düzəldir.

    Mənə elə gəlir ki, Zamanı güllə ilə vururlar. Çünki Zaman səntirləyir... Elə bu əsnada mən yuxudan oyanıram... Baxıb görürəm ki, nə Zaman var, nə də ki Zamanı görməyə bir güman...

    Zəhra yüngül addımlarla çıxır.
    Musiqi xırp kəsir.
    Zəhranın arxasınca gedən Zaman qəfildən dayanır, səndələyir, özünü tarazlayıb stula çökür.

    ZAMAN. Zəhra... Zəhra... Of-f-f...

    Ramiz gəlir.
    Zaman ayağa durub Ramizə yaxınlaşır.

    RAMİZ. Heç dincələ bildin?..
    ZAMAN. Hə... Dincəldim...
    RAMİZ (gülür). Bəs çevrilib Zaman ola bildin, yoxsa elə həmişəlik Namaz kimi qalmaq istəyirsən?
    ZAMAN. Mən Zaman deyiləm, ta bundan sonra da heç vaxt Zaman olmayacağam. (Ciddi tərzdə). Aydındır?..
    RAMİZ. Eybi yoxdur, sən özünü elə Namaz hesab edərsən...
    Amma bizimçün sən Zamansan ki, Zamansan...
    ZAMAN. Ramiz, qulaq as... Bu zarafatlara ehtiyac yoxdur... Əslində, burada heç mənim özümə də bir ehtiyac yoxdur...
    RAMİZ. Mənasız şeylər danışırsan, Zaman...
    ZAMAN. Yox... Elə deyil... Onsuz da, mən buraya elə-belə gəlməmişdim... Tezliklə çıxıb gedirəm...
    RAMİZ. Hara gedirsən?..
    ZAMAN. Dünya böyükdür... getməyə bir yer tapılar. Bir də ki... Mən yaxşı bilirəm ki, hazırda axtarışdayam. İcazəsiz-filansız gedib başqa dövlətin ərazisində vuruşan adamı heç vaxt cəzasız buraxmazlar.
    RAMİZ. Maşallah, onsuz da, zahirən elə dəyişmisən ki, heç kəs səni tanıya bilməz...
    ZAMAN. Demək, tanımazlar... Onda mən nə etməliyəm? Fərari kimi ortada qalmalıyam?..
    RAMİZ. Hım-m-m... Doğrudan da... Bir az qəliz məsələdir. Bəlkə, elə doğrudan da, Namaz kimi... Namaz adıynan yaşayasan?
    ZAMAN. Hə, deməli, sən də artıq məni Namaz hesab edirsən... Namaz Zamanın tərs üzü... İndi mənim təkcə özümün yox, elə adımın da astarını üzünə çeviriblər.
    RAMİZ. O köhnə qurd tanıdı, deyəsən, səni...
    ZAMAN. Kimi deyirsən?.. Hə, Cərulla?.. Eybi yoxdur, qoy tanısın... Onsuz da, Zaman onunçün elə həmin Zamandır...
    RAMİZ. Necə yəni, “onunçün Zaman həmin Zamandır”? ZAMAN. Heç bilmirəm, necə izah edim, Ramiz... (Pauza.)
    Özün bilirsən ki, mən indiyəcən öz ailəmə dərddən savayı bir şey gətirməmişəm...
    RAMİZ. Niyə elə düşünürsən?.. Özün gözünlə görüb, qulağınla eşitdin ki, ailədə hamı səni necə sevir...
    ZAMAN (gülür). Ha-ha-ha... (Ciddiləşir.) Bilirsən niyə gülürəm?.. Sənin dediyin o sevginin mənə qətiyyən aidiyyətı yoxdur. Onların hamısı ‒ atam da, anam da, mənim keçmiş arvadım da, müəlliməm də, bəlkə, lap elə sən özün də ‒ hamı, hamı ölmüş, həlak olmuş Zamanı sevir. İndi bu dünyada olmayan həmin o Zaman ‒ ölmüş Zaman, onlar üçün əzizdir, doğmadır. Onlar özlərinin görüb tanıdıqları Zamandan yox, görmək istədikləri Zamandan bu cür məhəbbətlə söz açırlar. Diri Zaman hamı üçün arzuolunmaz adamdır. Axı Zaman heç vaxt düzələn deyil. O, yenə dikbaşlıq edəcək, kimisə yumruğunun altına salıb şil-küt edəcək... Diri Zaman heç kəsə yaxşı heç nə vəd etmir... Amma indi o, bəlkə də, bir nəslin, bir elin qürur yeridir... Çünki ölüdür. Diri Zamansa bu evə, bu ailəyə, bu elə yalnız üzqaralığı, başaşağlığı gətirə bilər... İndi bildinmi, mən nə üçün Zaman olmaq istəmirəm, əziz dostum?..
    RAMİZ. Zaman, bəlkə, belə edək... Sən hər şeyi etiraf edəsən...
    ZAMAN. Kimə, nəyi etiraf edim?..
    RAMİZ. Ailənə, səni axtaranlara... Hamıya hər şeyi olduğu kimi deyərsən... Məncə, səni bağışlayarlar, anlayarlar...
    ZAMAN. Sən elə bilirsən ki, mən kimdənsə qorxuram?.. Yox... Ramiz, deyəsən, sən məni anlamadın... Məni qorxudan ayrı şeydir... Məni qorxudan odur ki, mən təsəvvürlərdə yaranan, arzu olunan, gözlənilən Zaman deyiləm... Mən ki bu barədə artıq sənə danışdım.
    RAMİZ. Bəs indi nə etmək istəyirsən?..
    ZAMAN. Nə etmək?.. Əlbəttə, baş götürüb getmək istəyirəm... Amma bundan əvvəl gedib öz qəbrimə baş çəkmək istəyirəm...
    RAMİZ (gülür). Ta sənin qəbrin yoxdur... İndi o qəbir boşdur... Bir azdan biz gedib torpaqla onu dolduracağıq...
    ZAMAN. Bəlkə, elə indi gedək...
    RAMİZ. Bəs Rəsul dayını, Sona xalanı gözləməyək?.. ZAMAN. Yox... getsək, yaxşıdır...
    RAMİZ. Nə deyirəm ki... gedək deyirsən, gedək...
    ZAMAN. Yolçu yolda gərək...

    Zaman və Ramiz gedirlər.
    Rəsul, Sona və Mədinə gəlirlər.

    SONA. Bunlar hara çıxıb gediblər, görəsən?..
    RƏSUL. Yəqin, indilərdə gələrlər.
    MƏDİNƏ. O kişi mənə çox tanış gəlirdi...
    SONA. Elə mənə də... Məncə o nəyisə bizdən gizlədir. RƏSUL. Ürəyimə damıb ki, təzə bir xəbər eşidəcəyik...

    Pəncərəyə yaxınlaşır.

    SONA. Allah ağzından eşitsin.
    MƏDİNƏ. Mən bu evdən heç yana gedən deyiləm, Sona xala... SONA. O Cərulla niyə özündən çıxmışdı...
    MƏDİNƏ. Nə vaxt?
    SONA. Bayaq... Yolda... Görmədin, necə əsib-coşur?..
    MƏDİNƏ. Cərulla qələt eləyir. O, yelbeyinin biridir... Bir də ki mənim onunla nə işim?.. Heçimiz ayrı, köçümüz ayrı... Mənzili çoxdan bölmüşük...
    SONA. Yaxşı, yaxşı, astadan danış, Rəsul eşidər... Ayıbdır...
    MƏDİNƏ. Elə bayaq yolda Rəsul dayıya da danışdım... O mənə dedi ki, qızım, bu evin qapısı sənin üzünə həmişə açıqdır...
    SONA. Rəsul, ağlın nə kəsir?..
    RƏSUL. Nə olub ki?.. (Sonaya yaxınlaşır.)
    SONA. Deyirəm... Yox... Ta deyəsi olmadım... Əvvəldən danışmaq mənə düşmür. Bunu çox sınamışam...
    RƏSUL. De görüm, nədir istəyin?..
    SONA. Sonra, sonra deyərəm, Rəsul...
    MƏDİNƏ. Mən də bir söz demək istəyirdim... Amma qoy hələlik qalsın sonraya...
    RƏSUL. Düzü, mənim də ürəyimə damıb ki...
    SONA. Nə?.. Nə damıb ürəyinə, Rəsul?..
    RƏSUL. Heç... Sonra... Sonra deyərəm...
    SONA. Zaman gələcək, Rəsul... Bilirsən bunu?..
    RƏSUL. Hələ heç nə deyə bilmərəm...
    MƏDİNƏ. Mən bu gecə yuxu görmüşəm...
    SONA. Elə mən də...
    RƏSUL. Mən yuxumu sonra danışacağam...
    MƏDİNƏ. Mən də...
    SONA. Mən də sonra danışacağam... Hələ tezdir...

    Qapı döyülür.

    MƏDİNƏ. Qapını döyürlər...
    RƏSUL. Hə, qapıdır...
    SONA. Rəsul, aç qapını...

    Rəsul qapını açır. Zəhra gəlir.

    ZƏHRA. Salam...
    SƏSLƏR. Salam...
    SONA (Mədinəyə). Bu kimdir belə?..
    MƏDİNƏ. Zəhradır...
    SONA. Zəhra?..
    MƏDİNƏ. Hə, Zəhra... Zamanın müəllimi olub...
    SONA. Nə?.. Zamana dərs deyib? Bu ki cavan qızdır... MƏDİNƏ. Arsızdır... Heç ərə də getməyib...
    SONA. Bu yaşacan evdə qalıb?..
    ZƏHRA. Mən vaxtilə Zamana dərs demişəm...
    RƏSUL. Lap yaxşı... Xoş gəlmisən, qızım. Keç əyləş...
    ZƏHRA. Bilmirəm, gəlişimin məqsədini necə izah edim... (Pauza.) Mən bu gecə yuxuda Zamanı görmüşəm. (Pauza.) Bu gecə...

    Hamı susur.

    MƏDİNƏ. Mən yuxumu sonra danışacağam.
    ZƏHRA. Sonra?.. Bir xəbər yoxdur ki... Bilirəm, yanından gələn var...
    MƏDİNƏ. Bilirsən?..
    SONA (Mədinəyə). Bu haradan eşidib?..
    RƏSUL. Hələ dəqiq bir şey yoxdur... Amma... Yox... Qoy hələ gözləyək...
    SONA. Allah bilən məsləhətdir.

    Qapı döyülür. Hamı irəli yeriyir, diqqət kəsilir.

    MƏDİNƏ. Gələn var... Yəqin, odur...
    SONA. Kim?..
    MƏDİNƏ. Ramiz... Bir də ki, o...
    RƏSUL. Gəlirəm, gəlirəm...

    Rəsul qapını açır. Cərulla gəlir. Qapının ağzında dayanıb əlini göyə qaldırır, gözlərini yumur, dodaqaltı mızıldanır.

    CƏRULLA. Amin!
    MƏDİNƏ (Cərullaya). Səni buraya kim çağırıb?..
    CƏRULLA (diqqətlə Zəhraya baxır). Mən səni birinci dəfədir ki, görürəm...
    ZƏHRA. Amma mən sizi çoxdan tanıyıram...
    CƏRULLA. Haradan?..
    ZƏHRA. Bir vaxt uşaq inspektoru idiniz... Bizim məktəbə tez- tez gələrdiniz... Mən orada nəğmə müəllimi idim...
    CƏRULLA. Amma orada nəsə səni görməmişəm.
    ZƏHRA. Ola bilər... Deyəsən, indi sənətinizi dəyişmisiniz... CƏRULLA. Elədir... (Yenə gözünü yumub başını yuxarı qaldırır, əllərini irəli uzadıb, dodaqaltı nəsə mızıldanır.) Amin!..
    MƏDİNƏ (Cərullaya). Çıx get buradan... (Zəhraya.) Elə sən də... Sizi kim dəvət edib bura?..

    Zəhra və Cərulla mənalı tərzdə əvvəlcə bir-birilərinə, sonra ətrafdakılara baxıb susurlar. Qapı döyülür. Hamı irəli yeriyib, qulaq asır.

    SONA. Rəsul, aç qapını...

    Rəsul qapını açır. Ramiz gəlir, qapı ağzında dayanır. O, xeyli susur. Hamı diqqətlə onu süzür.

    MƏDİNƏ. Bəs o hanı?..
    SONA. Qonaq haraya getdi?..
    RƏSUL. Sən haradan gəlirsən?..
    ZÖHRƏ. Zamandan nə xəbər?..

    Ramiz başını aşağı salıb otaq boyu var-gəl edir. O sanki təkdir, kiminsə varlığını hiss etmir. Hamı sualedici tərzdə ona, onun hərəkətinə göz qoyur. Nəhayət, Ramiz ayaq saxlayır, bir-bir hamının üzünə baxır, ah çəkir, hönkürür. Əli ilə başını tutur.

    RƏSUL. Oğlum, Zamandan nə xəbər?
    SONA. Sənə nə olub, bala?..
    MƏDİNƏ. Mən bu gecə qəribə bir yuxu görmüşəm... ZƏHRA. Mən ötən gecə yuxuda Zamanı görmüşəm... CƏRULLA. Allah rəhmət eləsin...

    Musiqi. Melodiya get-gedə, dialoqların tempinə uyğun olaraq gərginləşir, nəhayət, öz apogeyinə çatır və susur.

    RAMİZ. O, yoxdur... Mən məcburam ki, həqiqəti söyləyim...
    CƏRULLA. Allah rəhmət eləsin!..
    RAMİZ. İndi sən də yoxsan, Cərulla. Bəlkə, elə biz özümüz də yoxuq...

    Hamı heyrətlə Ramizə baxır.

    SONA. Qonaq hanı?..
    RƏSUL. O haraya getdi?..
    MƏDİNƏ. O kim idi elə?
    ZƏHRA. Mən... Mən ötən gecə yuxu görmüşəm...
    RAMİZ. O, yoxdur... Zaman bir daha gəlməyəcək...

    Hıçqırıq səsləri. Hamı baş-başa verib sızıldayır. Zəhra hön- kürə-hönkürə çıxır. Musiqi sədası tədricən artmaqdadır. Ramiz üzü zala sarı. Cərulla salavat çevirir.

    SƏSLƏR. Zaman... Zaman!.. Of-f-f...
    RAMİZ. O qonaq... O qonaq Zamanın özü idi... (Pauza.) O, qanlı döyüşlərdən çıxmışdı... Ağır yaralar almışdı. Həkimlər onu təzədən həyata qaytarmışdı. Sifətində plastik əməliyyat aparmışdılar. O özünü bizə Namaz kimi təqdim elədi... Amma o, Zamanın özü idi...

    Hıçqırıq səsləri.

    SƏSLƏR. Of-f-f... Zaman... Zaman!..
    RAMİZ. O öz varlığından imtina eləmişdi... Mən onun Zaman olduğunu bilirdim... Bəlkə, elə siz də... Yox?..
    SƏSLƏR. Yox... Zaman... Zaman...
    CƏRULLA. Allah rəhmət eləsin...
    RAMİZ. O heç kəsə artıq yük olmaq istəmirdi...
    SONA. Bəs haraya getdi mənim balam?..
    RƏSUL. Yox, Ramiz, sən həqiqəti söyləmirsən... CƏRULLA. O nəğmə müəlliməsi haraya getdi?.. MƏDİNƏ. Dur sən də get... Rədd ol cəhənnəmə...
    RAMİZ. O, döyüşçü kimi gəlmişdi bu dünyaya... Elə döyüşçü kimi də getdi... Mən ona həqiqəti söylədim. Dedim ki, artıq sənin qəbrin qazılıb... O, öz məzarına baş çəkmək istədi... Mən onu qəbiristanlığa apardım.

    Həyəcanlı nidalar.

    SƏSLƏR. Zaman... Zaman...

    Tül pərdə arxasında əvvəlcə Zamanın və sonra məlakə kimi qollarını açıb asta-yorğun rəqs edən Zəhranın silueti görünür.

    RAMİZ (sürətlə, həyəcanla danışır). O, əvvəlcə öz qəbrinə baxdı. Sonra qazılmış məzarın içinə girdi... Başını qaldırıb diqqətlə uzaqlara baxdı. Mən öz qulaqlarımla eşitdim ki, uzaqlardan yaylım atəşi açıldı.

    Səs-küy, top atəşi eşidilir.

    Kaş ki qulaqlarım kar olaydı... Mən əlimi irəli uzadıb onu qəbrin içindən çıxarmaq istədim. O dedi ki, əlini çək, Ramiz... Mən... Mən ilan dili çıxarıb ona yalvarmağa başladım... O dedi ki, sakit ol, deyəsən mən bu məzarıstana ölməyə gəlmişəm. Mən... Mən dedim ki, gic-gic danışma, bu nə sözdür danışırsan?.. O, dedi ki, mən hamının öz qəlbində, öz ürəyində yaratdığı Zaman kimi ölmək istəyirəm... O, döyüşçü idi, əsgər idi, cəsur idi... Sonra o dərin bir ah çəkdi, dəlicəsinə bir qəhqəhə çəkib gülməyə başladı... Əlini ürəyinin üstünə qoyub təzə qazılmış qəbrə uzandı... Mən özümü saxlaya bilməyib irəli atıldım, qəbrin içinə girdim, Zamanı qucağıma aldım, sinəmə sıxdım... O, daş kimi, qaya kimi ağır idi... Nəbzini yoxladım, vurmurdu... Ürəyi də dayanmışdı. O artıq yox idi... Bu, yer üzünün ən qəribə ölümü idi... o, yer üzünün ən qəribə ölüsü idi... o, silahsız, tüfəngsiz, kəndirsiz... heç nəsiz özü özünü öldürdü, intihar etdi... O, həyatı yox, ölümü seçdi. O neçə illər idi ki, öz ölümünə doğru yol gəlirdi. Dünya özünün sonuncu əsgərini itirdi. O döyüşçünün sonuncu qurbanı döyüşçü Zamanın özü oldu. Yəqin ki, onun elə ilk qurbanı da onun özü olmuşdu... İndi biz onu qalib bir əsgər kimi dəfn etməliyik!.. O ən böyük qələbəni özü öz üzərində qazandı. Dünya bunu unutmamalıdır...

    Həyəcanlı, gərgin musiqi sədaları.
    Hamı hıçqırır.
    Uzaqdan əvvəlcə azan səsi, sonra kilsə saatının zəng səsləri eşidilir.
    Hamı üzünü səhnənin dərinliyinə sarı çevirib ağlayır.
    Əvvəlcə Zəhra görünür; o, qara libasda musiqinin tempinə uyğun olaraq rəqs edə-edə səhnənin önünə gəlir.
    Sonra Zaman görünür; o, əvvəlki qiyafə və əlbəsədədir (plastik əməliyyatdan qabaqkı görkəmdə).
    Zəhra və Zaman əl-ələ tutub rəqs edirlər. Digər iştirakçılar üzlərini salona sarı çevirib heyrətlə rəqs edən cütlüyə ‒ Zamana və Zəhraya baxırlar...
    Uzaqdan təyyarə uğultusu, top-tüfəng səsləri eşidilir.
    Hamı səhnə önünə gəlir.

    Pərdə

    SON






    QƏFƏS

    (İki pərdəli qrotesk)

    İştirak edənlər:

    ŞİR
    CEYRAN
    DİREKTOR
    TƏLİMÇİ
    XİDMƏTÇİ
    ZOOPOL
    HƏKİM
    MÜŞAHİDƏÇİ



    I HİSSƏ

    Qaranlıq. Göy gurultusunu xatırladan səslər. Arabir səhnədə işıqlar yanıb-sönür. Pələng, şir, fil, ayı və digər vəhşi heyvanların siluetləri görünüb yox olur. Göy gurultusunu xatırladan səsləri nərilti əvəz edir. Güclü işıq zolağı şirin üstünə yönəlir. Amma az sonra məlum olur ki, bu, canlı şirin özü deyil, onun divardan asılmış şəklidir; pırpız tüklər arasından vəhşinin zəhmli gözləri parıldayır. Bura zoopark, daha doğrusu, zoopark direktorunun kabinetidir.
    Bir qədər aralıda qəfəslər. Qaranlıqda, tül pərdə arxasından o qəfəslərin içi aydın seçilmir.
    İşıq zolağı istiqamətini dəyişir, kabinetə daxil olan Direktor və xidmətçinin üstünə düşür.

    DİREKTOR. Mən heç nə anlamıram! (Hirsli.) Belə getsə, ağ lımı itirəcəyəm!
    XİDMƏTÇİ. Təcili zəng vurmaq lazımdır.
    DİREKTOR. Kimə?!. Kimə zəng vurmalıyam?..
    XİDMƏTÇİ. Əlaqədar idarələrə... Bir azdan gec olacaq...
    DİREKTOR. Yenə ağlına gələni üyüdüb-tökürsən! Sənə min dəfə demişəm ki, sözü ağzında bişir, sonra çıxart... (Yamsılayır.) “Əlaqədar idarələrə zəng vur”. Zəng vurub nə deyim?..
    XİDMƏTÇİ. Hadisə barədə məlumat verin...
    DİREKTOR. Nə məlumat?.. Muştuluq istəyim? Deyim ki, zooparkdan şir qaçıb? Bəs soruşmazlar ki, şir, o boyda heyvan siçovuldur, siçandır, nədir qaçıb? Adama deməzlər ki, bəs o idarənin ‒ o xarabanın qarovulçusu, nəzarətçisi hara baxır? Hələ o qaçan şirin taleyi... O haradadır?.. Bəlkə, o qaçmayıb, qaçırılıb?.. Bəlkə, bu saat kiməsə hücum edib... Bəlkə, kimisə parçalayır?.. Axı ağzında vəhşi heyvan deyirsən... Vəhşi! Özü də şir!
    XİDMƏTÇİ. Hər halda zooparkda böyüyən heyvanlar meşədə- kilərdən fərqlənir... onlara nisbətən bir az sakit... mədəni olurlar...
    DİREKTOR. Nə?.. (Qışqırır.) Zoopark heyvanları mədəni olur, hə?.. Yəni adamlara hücum etmirlər? Eləmi? Bəlkə, onlar nümunəvi ziyalılardır?.. Bəlkə, zooparkdakı bütün qəfəslərin qapısını taybatay açıb o ziyalı, o mədəni vəhşiləri küçəyə buraxaq?!.
    XİDMƏTÇİ. Bütün təqsirlər o heyvandadır...
    DİREKTOR. Hansı heyvanda?..
    XİDMƏTÇİ. Qəfəsdəkində...
    DİREKTOR. Nə qəfəs?!.
    XİDMƏTÇİ. Şirin qəfəsinə girən heyvanı deyirəm... DİREKTOR. O, heyvandır bəyəm?
    XİDMƏTÇİ. Nə bilim? Özü deyir ki, heyvanam, şirəm... DİREKTOR (acı-acı gülür). Vallah, mən havalanacağam! Tutalım o deyir ki, heyvanam, bəs sənə nə gəlib?.. Bəyəm görmürsən ki, o, heyvandır, yoxsa insan? Bəlkə, elə sən özün də heyvansan?! (Sakit tonda.) Bağışla. Deyəsən, özümdən çıxdım. (Qışqırır.) Bəlkə, elə mən də insan cildində heyvanam?
    XİDMƏTÇİ. Axı kim sizə deyir ki, heyvansınız?.. DİREKTOR. Bəs onda kim deyir ki, o qəfəsdəki heyvandır?!.
    XİDMƏTÇİ. O özü dedi...
    DİREKTOR. O ‒ heyvandır, dərk etmir, bəs bizə nə olub?.. Dediyin o “əlaqədar idarələrdən” birinin ağzıqıllı bir rəhbəri mən- dən soruşmaz ki, ay cənab direktor, o vəhşi heyvanı açıb şəhərə buraxmaqda sənin məqsədin nədir?..
    XİDMƏTÇİ. Sizin məqsədiniz?..
    DİREKTOR. Əlbəttə, söhbət məndən gedir! Soruşar, ya soruşmaz? Hələ üstəgəl buna siyasi rəng verənlər də tapılar. Məsələn, deyə bilərlər ki, filan zooparkdakı heyvanlar aclığa dözə bilməyib dinc, əliyalın insanların üstünə hücum çəkiblər. İndi gəl bunu deyən o heyvanları, e-e-e... o insanları qandır ki, vəhşi heyvan elə tox olanda da insana hücum edə bilər? Və yaxud elə o qanmaz heyvan- lar, e-e-e... o rəhbər yoldaşlar, belə bir fərziyyə də irəli sürə bilərlər ki, qəfəsdən qaçan vəhşi heyvanı ‒ şiri (eyhamla) bəzi maraqlı qüvvələr xüsusi təlim əsasında hazırlayıb kimlərinsə üstünə göndə- rib... Hım-m-m... Bu məsələdə, əlbəttə, əks tərəf də siyasi divident toplamağa çalışacaq. (Səsini dəyişib birnəfəsə yamsılayır.) “Biz bəyan edirik ki, müxtəlif strukturlara yerləşdirilmiş milli satqınlar öz vətəndaşlarına xox gəlmək, onları qorxuzmaq üçün zooparkın darvazasını açıb vəhşi hevanları əliyalın, ayağıyalın, başıyalın kasıbların yaşadığı məhəllələrə ötürmüşlər”... Hım-m-m... Guya o vəhşilər kasıb-kusubun sür-sümüklü, arıq-uruq ələngələrindən ötrü sinov gedirlər! Ay öləsiz sizi! (Əli ilə kimisə qaramatlayır.) Kasıbın yeməyə bir şeyi olur ki? Bir dəri, bir sümükdür. Yenə nə varsa varlıda var. Elədirmi?.. Hım-m-m...
    XİDMƏTÇİ. Elədir, elədir...
    DİREKTOR. Bizim heyvanlarsa sür-sümük acı deyillər.. Onla- rın hərəsini gündə bir cəmdəklə doydurmaq olmur. Ta bu şəhərdə mal-qoyun qalmayıb, hamısını bu zoopark udub.

    Ceyran ətrafa boylana-boylana gəlir, diqqətlə Direktoru və Xidmətçini süzür.

    XİDMƏTÇİ. Nəsə bu qadın mənə tanış gəlir.
    DİREKTOR. Ceyran kimi hürkək yerişi var.
    XİDMƏTÇİ. Bir də gördün bu ceyran yerişlilər də gedib cey- ranın qəfəsinə dürtüldülər... Şirə kələk gələn ceyranı göydə udar...
    DİREKTOR. Nə desən, olar... Lap gülməli vəziyyətə düşmüşük...
    XİDMƏTÇİ. ...həm də ağlamalı...
    DİREKTOR. Yaxşı... Bəs özünü şir kimi qələmə verən o heyvan oğlu heyvan qəfəsə necə, hansı yolla girib? Nə əcəb bizim şir onu didib parçalamayıb?..
    XİDMƏTÇİ. Mən də mat-məttəl qalmışam. Biz özümüz qəfəsin ağzını qorxa-qorxa, bismillahla açırıq. İçəri yem ötürəndə heyvan az qalardı biləyimizi qoparsın...
    DİREKTOR. Hansı heyvan?
    XİDMƏTÇİ. Öz şirmizi deyirəm, qaçanı...
    DİREKTOR. Bəs bu necə?.. Əl-ayağınızı dişləyir?..
    XİDMƏTÇİ. Özünüz, baxıb gördünüz ki... Bu daha qorxuludur.
    Dişini qıcayıb elə nərildəyir ki...
    DİRKETOR. Onun dişini sındırmaq lazımdır! Qabağına heç nə atmayın. Qoy acından gəbərsin!..
    XİDMƏTÇİ. Artıq o, yemək-içmək tələb edir... DİREKTOR. Ay öləsən səni! Ona zəhər vermək lazımdır!
    XİDMƏTÇİ. Qorxuram, bizim işçilərə, zooparka gəlib-gedənlərə hücum etsin...
    DİREKTOR. Qəfəsin ağzını qıfıllayın...
    XİDMƏTÇİ. İmkan verir ki? Deyir cəftəni-qıfılı bağlamayın, qapı açıq qalmalıdır.
    DİREKTOR. Məni ən çox narahat edən bizim öz şirimizdir. Qorxuram o, bir xəta çıxarsın... Yaman yerdə axşamladıq... Hım-m... (Telefon zəngi. Direktor dəstəyi qaldırır.) Bəli, eşidirəm. Şir? Bəli?.. Yox... Hə... Bizim zooparkda şir varmı? Bəli, əlbəttə, var. Şirsiz zoopark olar?.. Qaçıb? Hə, qaçıb... Elədir. Əvəzində ayrı şir girib qəfəsə. Zarafat etmirəm. Qəfəsin qapısını kim açıb?.. Elə şirin özü?.. Əlbəttə, şirin də əl-ayağı olur. Bəyəm heyvanların ağlı olmur?.. Nə? Nə?.. Şir şəhərin küçələrini dolaşır? Adamlar qaçıb evlərə doluşurlar?.. Nə tədbir görək?.. Yox, yox, öldürmək olmaz! Biz o şirə özü ağırlığında pul xərcləmişik. O, nadir heyvandır! (Dəstəyi qoyur. Ağlamsınır. Başını əlləri arasına alır.)

    XİDMƏTÇİ. Kimdir?..
    DİREKTOR. Polisdəndir... Rəisdir... Deyir ki, şir şəhərin ortasında gərdiş edir... İndi biz nə edək?..
    XİDMƏTÇİ (çiynini çəkir). Nəsə bir şey fikirləşib tapmaq lazımdır...
    DİREKTOR. Nə? Fikirləş tap də!.. Niyə gözünü döyürsən?..
    Bu işə görə biz hamımız məsuliyyət daşıyırıq...
    XİDMƏTÇİ. Hər halda qəfəsdəki şirlə... heyvanla... adamla... dil tapmaq lazımdır...
    DİREKTOR. Bəyəm o, düz-əməlli bir söz deyir ki?.. Hım-mmmm...
    Eləcə nərildəyir...
    XİDMƏTÇİ. Deyirəm, bəlkə, təlimçi gətirək?..
    DİREKTOR. Təlimçi? Dressirovşik? Qorxuram, bu lənətə gəl- miş heyvan oğlu heyvanla heç təlimçi də ümumi dil tapa bilməsin. Görmürsən, bunun üz-gözündən necə həyasızlıq tökülür...
    XİDMƏTÇİ. Bəlkə, biz onu sizin kabinetə gətirək?..
    DİREKTOR. Onun nə ölümü var mənim kabinetimdə? Bircə bu çatışmırdı!
    XİDMƏTÇİ. Axı o həm cinayətkar, həm də şahiddir. Birdən qəfəsdən çıxıb qaçsa, polisə-məhkəməyə kim cavab verməli olacaq? Axı bu məsuliyyəti kimsə daşımalıdır. Onu bura gətirmək lazımdır...
    DİREKTOR (fikrə gedir). Hım-m-m... Yaxşı, onda nə edək?.. (Əlini qapıya sarı uzadır.) Onu bura kim gətirəcək, həm də necə?..
    XİDMƏTÇİ. Hər halda təlimçisiz ötüşə bilməyəcəyik...

    Nərilti eşidilir. Xidmətçi çıxır. Direktor qorxa-qorxa qapıdan bayıra boylanır.

    DİREKTOR (qışqırır). Bura bax! O heyvanın qabağına sür-sümük at! Nə?.. Sümük yemir?.. Heyvan oğlu heyvan qudurub ey! (Qorxa-qorxa kənara.) Birdən mənə hücum edər... Ağlım bundan bir şey kəsmir. Öz yazıq şirimizin qabağına nə atsan, yeyirdi. Bir bunun qudurmuşluğuna bax!.. (Qışqırır.) Yaxşı, onda ət verin! Soyuducuda qoyun əti var. Haramı olsun! Ehtiyatlı olun, əl-ayağınızı qapar birdən!..

    Xidmətçi gəlir.

    XİDMƏTÇİ. Zoopolla təlimçi gəlib...
    DİREKTOR. Zoopol kimdir?
    XİDMƏTÇİ. Zooloji polis... Siz ki onu tanıyırsınız... Özü ilə təlimçi də gətirib...
    DİREKTOR. Hə, əlbəttə, tanıyıram... Qoy gəlsinlər... Mən lap başımı itirmişəm...

    Zoopol və Təlimçi gəlirlər.

    ZOOPOL. Eşitdim, zooparkda hadisə baş verib...
    TƏLİMÇİ. Bu, hadisə yox, faciədir...
    DİREKTOR. Bəli, elədir... Bu, ümumxalq faciəsidir... XİDMƏTÇİ. Bəlkə də, ümumbəşəri fəlakətdir...
    ZOOPOL. Yəqin ki, buna bir səbəb var... Heç bir heyvan öz yuvasından səbəbsiz qaça bilməz. Bu ya ona qarşı diqqətsizlikdən, ya da aclıqdan-susuzluqdan ola bilər. Məncə, heyvan uzunmüddətli aclığa dözə bilməyib.
    DİREKTOR. Xeyr! Sizə səhv məlumat ötürüblər!.. Biz öz heyvanlarımıza həmişə özümüzdən də yaxşı xidmət göstərmişik.
    TƏLİMÇİ. Bəyəm tox heyvanlar qaça bilməz?..
    ZOOPOL. Mən bunu öz təcrübəmdən, yəni öz müşahidəmdən çıxış edib deyirəm...
    DİREKTOR. Axı mən sizə deyirəm ki, qəfəsin qapısını açıblar, şir də sakitcə çıxıb gedib... Siz məni başa düşmək istəmirsiniz...
    ZOOPOL. Tələsməyin... Biz hər şeyi qanun çərçivəsi daxilin- də yoxlayacağıq... İndisə, cənab direktor, bəri gəlin... Sizə məxfi sözüm var...

    Zoopol Direktorun qoluna girib kənara çəkir, ona nəsə deyir, sonra aralanıb qəfəsə yaxınlaşır. Şir nərəsi eşidilir. Hamı qorxur.

    ZOOPOL. Bu heyvan çiy ət yeyir?..
    XİDMƏTÇİ. Yeyir, özü də necə!..
    TƏLİMÇİ. Bəlkə, acından gəlib soxulub qəfəsə?.. ZOOPOL. Son vaxtlar çiy ət yeyənlərin sayı artıb...
    DİREKTOR. Yaxşı, bəs biz vəziyyətdən necə çıxaq?.. Bəlkə, birlikdə gedib xahiş edək, vəziyyəti başa salaq... izah edək...
    XİDMƏTÇİ. Kimə?.. Şirə?.. Əgər o sizi görsə... Bayaq eşitmədiniz, necə nərildəyirdi?!.
    DİREKTOR. Onda... Bəlkə, zoopolla təlimçi getsinlər.. Yaxınlaşıb real vəziyyəti izah etsinlər...
    ZOOPOL. Mən çox qəzəbliyəm! Qorxuram, vurub gəbərdərəm o heyvanı...
    DİREKTOR. Yox! Onu öldürmək olmaz!..
    XİDMƏTÇİ. O, hələlik yeganə şahid və girovdur.
    ZOOPOL. Əmanətə xəyanət etmək olmaz!.. Onda qoy təlimçi yaxınlaşsın... Axı o çox heyvanlarla təmasda olub... O, qarışqanın da dilini bilir, filin də...
    DİREKTOR (sevincək). Filin də dilini bilir?!.
    ZOOPOL. Necə bəyəm?.. Yoxsa fil də qaçmağa hazırlaşır?..
    XİDMƏTÇİ. Yox! Fil ağırtəbiətli, özü də sakit heyvandır...
    Amma dəvəquşu...
    ZOOPOL. Bu söhbətlərin yeri deyil... Bax indi bu an, bu saat şiri, yəni o qəfəsdəki heyvanı dilə tutub, müəyyən faktlar əldə etmək lazımdır. Bununsa öhdəsindən yalnız təlimçi gələ bilər!..
    TƏLİMÇİ. Şirlər çətin ram olunur...
    XİDMƏTÇİ. Yox, düzü, bu sakit heyvana oxşayır...
    ZOOPOL. Sakit olmayıb nə edəsidir ki?.. Qorxma, kənardan göz qoyacağam... Əgər əl-ayaq atsa, bir güllədir onun canı...
    DİREKTOR. Yox!.. Şirə güllə atmaq olmaz. Bu yaxınlarda bizim zooparka beynəlxalq baxış keçiriləcək...
    XİDMƏTÇİ. Müşahidəçilər gələcək...
    ZOOPOL. Nə deyirəm ki?.. Mən həmişə konsensus tərəfdarı olmuşam... Heyvanlarla dil tapmaq lazımdır.
    XİDMƏTÇİ. Təlimçinin bu sahədə təcrübəsi çoxdur... TƏLİMÇİ (Xidmətçiyə). Siz ona yem verəndə dişlərini şaqqıldatmırdı ki?..
    XİDMƏTÇİ. Yox... Yox... O gülümsəyirdi.. Hətta mənə təşəkkür də etdi...
    ZOOPOL. Görünür, əzəlki təlimçisi bacarıqlı, usta adam olub...
    XİDMƏTÇİ. Yəqin ki...
    DİREKTOR (Təlimçiyə). Şir tənhalığı sevən heyvandır... Siz ona yaxınlaşın... Biz tamam çəkilib gedək... Siz qorxmayın... Əvvəlcə reaksiyasını yoxlayın... Sonra...
    XİDMƏTÇİ. Sonra lap qəfəsə də girmək olar...
    TƏLİMÇİ. Onda siz çəkilin... Mən bir balaca müşahidə edim...
    ZOOPOL. Yaxşı... Biz getdik... Getdik!..

    Musiqi. Direktor, Zoopol və Xidmətçi kənara çəkilirlər. İşıq zolağı qəfəsin üstünə düşür. Qəfəsdə Şir, qarşısında sür-sümük. Onun tüklü sifəti, iri başı, qaynar gözləri, qəribə geyimi əsl şiri xatırladır. Nərilti səsi eşidilir. Təlimçi qəfəsə yaxınlaşır. Əli ilə müxtəlif hərəkətlər edir, sanki Şiri əzizləyir, oxşayır... Nəhayət, əsəbi Şir tədricən sakitləşir. Təlimçi əlini irəli uzadıb onun başını sığallayır. Şir gülümsəyir, Təlimçinin əlini yalayır... Onlar astadan pıçıldaşırlar. Şirlə Təlimçinin dialoqunu musiqi müşaiət edir.

    TƏLİMÇİ. Nə etdiyini sən özün dərk edirsənmi?..
    ŞİR. Mən öz ulu əcdadıma çoxdan arzuladığı bir şeyi bəxş etmişəm.
    TƏLİMÇİ. O nədir elə?..
    ŞİR. Azadlıq! .. O, çoxdan bəri azad olmaq, öz vətəninə getmək istəyirdi...
    TƏLİMÇİ. Haradır onun vətəni?..
    ŞİR. Meşədir, cəngəllikdir o vətən!..
    TƏLİMÇİ. Bəs sən özün nə üçün bu qəfəsi seçdin?... Axı sən azad idin...
    ŞİR. Mən burada müvəqqəti girovam... Əgər şirin qəfəsi boş olsaydı, onu küçəyə çıxan kimi vurub öldürəcəklər. Amma indi hamı bilir ki, onun əvəzedicisi, girovu, xilaskarı var... Ona görə şirə toxunmayacaqlar...
    TƏLİMÇİ. Sən buna əminsən?..
    ŞİR. Əlbəttə!.. Mən burada həm girov, həm də qarantam!.. TƏLİMÇİ. Yaxşı, de görüm, sən şiri necə ələ aldın?..
    ŞİR. Heyvanlarla dil tapmağa nə var ki? Çətini insanlarla dil tapmaqdır.
    TƏLİMÇİ. Niyə belə düşünürsən? Heç olmasa insanın dili olur...
    ŞİR. Nə olsun ki? Elə ən pisi də odur ki, dili var... O dillə insan öz daxilini gizlədir... Dili olan heç vaxt həqiqəti deyə bilməz!
    TƏLİMÇİ. Bəs necə, nəylə demək olur həqiqəti?...
    ŞİR. Həqiqəti göz deyir, ürək deyir... Bir də ki həqiqəti demək yox, başa düşmək, anlamaq lazımdır.
    TƏLİMÇİ (istehza ilə). Yəqin ki, heyvanların da öz həqiqəti olur...
    ŞİR. Elə ən böyük həqiqət heyvanlara məxsusdur!
    TƏLİMÇİ (gülür). Ha-ha-ha... Heyvan və həqiqət!.. Necə də gözəldir, orijinaldır!
    ŞİR. Gülürsən?.. Gül, eybi yoxdur...
    TƏLİMÇİ (ciddiləşir). Yox, mən sənə gülmürəm. Heyvanlara gülürəm... Hə, deməli şir səni anladı. Lap yaxşı, sonra nə oldu?..
    ŞİR. Sonra?.. Yox, şir məni birdən-birə anlamadı ki... Mən əvvəlcə onu inandırmalı idim. O bilməli idi ki, biz qohumuq, eyni kökdənik...
    TƏLİMÇİ. Deməli, belə çıxır ki, sizin uzunmüddətli görüşləriniz, söhbətləriniz olub...
    ŞİR. Təbii... olub... Mən gecələr zooparkın darvazasından atlanıb şirin qəfəsinə yaxınlaşar, uzun-uzadı onunla üz-üzə, göz-gözə qalardım. O, əvvəllər mənə etibar etmirdi. Bəlkə, heç qohum olmağımıza da inanmırdı. Nəhayət, tədricən hər şeyi anladı... Və biz başladıq bir-birimizlə danışmağa...
    TƏLİMÇİ. Sən məni ələ salırsan? Mən neçə ilin təlimçisiyəm. Bilirəm ki, bütün heyvanlar, o cümlədən şirlər insanla birbaşa danışa bilməz. Onlar səs siqnalları ilə yalnız bir-birilərini başa düşürlər. Heyvanlara təlim keçmək olar, amma onlara dil öyrət- mək ‒ bu, cəfəngdir!
    ŞİR. Sənə elə gəlir... Hər heyvanın insanlar arasında öz qohumu olur və onlar bir-birilərini başa düşürlər.
    TƏLİMÇİ. Bəs mənim qohumum hansı heyvandır?..
    ŞİR. Bunu sən özün bilməlisən. Neçə ilin təlimçisisən, amma indiyəcən tanımamısan öz qohumlarını... Təəssüf!..
    TƏLİMÇİ (fikrə gedir). Bilirsən... Bir neçə il öncə bizim sirkdə yaraşıqlı bir dayça vardı. Onun iri, ala gözləri adamın ürəyinə od salırdı...
    ŞİR. Aha! Sənin də gözlərin aladır!..
    TƏLİMÇİ. Elədir... O dayçanın dalğalı yalmanı vardı. Amma mən dayça deyiləm axı...
    ŞİR. Sən nə bilirsən ki, dayçasan, ya yox?!. Bura bax, sənin də yalın dalğalıdır...
    TƏLİMÇİ. Elədir... Onun çox gözəl, uzun, zərif ayaqları vardı. ŞİR. Sənin də ayaqların elə o cürdür...
    TƏLİMÇİ. Dayçanın yupyumru sağrısı vardı...
    ŞİR. Sənin də sağrın, yançağın yupyumrudur...
    TƏLİMÇİ. Elədir... Onun məxməri, yumşaq quyruğu vardı. ŞİR. Sənin də quyruğun yupyumşaqdır...
    TƏLİMÇİ. Nə?.. Doğrudan?.. Məndə quyruq nə gəzir? Sən nə danışırsan?

    Şir əli ilə havanı ‒ onun görünməyən “quyruğunu” sığallayır.

    ŞİR. Sənin çox gözəl quyruğun var. Bunu hələlik özün görmür sən... Amma tezliklə görəcəksən...
    TƏLİMÇİ. Bəs sən görürsən bunu?..
    ŞİR (“quyruğu” sığallaya-sığallaya). Əlbəttə, görürəm... Bu cür quyruğu necə görməmək olar?..
    TƏLİMÇİ. Yox! Yox!.. Bu ola bilməz!.. Sən bir də belə şeylər danışma mənə!.. Yaxşısı budur, mənim suallarıma cavab ver...
    ŞİR. Eşidirəm səni!.. Buyur, gözəl dayça, e-e-e... qəşəng qız... Eşidirəm...
    TƏLİMÇİ. Sən darıxmırsan bu qəfəsdə?..
    ŞİR. Yox... Əksinə, əvvəllər özümü qəfəsdəki kimi hiss edərdim. Elə ki gəlib girdim bu qəfəsə, elə bil qəfəsdən azad oldum...
    TƏLİMÇİ. Axı, əslində, çöl heyvanları qəfəsdə darıxmalı, əzab çəkməlidirlər...
    ŞİR. Bəyəm bizdə öz əslimizdən bir şey qalıb ki?.. Yaşadığımız aləmin özü bir qəfəsdir...
    TƏLİMÇİ. Mənə də həmişə elə gəlir ki, daim qəfəsdəyəm... Həm də o qəfəs məni çöldən yox, içəridən sıxır.
    ŞİR. İçəridən?.. Bu necə ola bilər?..
    TƏLİMÇİ. Mənim ürəyimdə, içimdədir o qəfəs...
    ŞİR. Sən özün özünü xilas etməlisən o qəfəsdən...
    TƏLİMÇİ. Deyirsən, mən də sənin kimi gəlib girim qəfəsə?..
    ŞİR. Yox... Mən elə demirəm. Atların qəfəsdə yaşaması çətin məsələdir... Olsa-olsa, sirk atları yaşaya bilər bu barmaqlıqlar arasında...
    TƏLİMÇİ. Sən atları mənim yadıma salma... Onsuz da, mənim qulaqlarımdan kişnərti səsi heç vaxt getmir...
    ŞİR. Mənimsə beynimdə daim şir nəriltisi əks-səda verir.

    Direktor və Zoopol gəlir. Musiqi səsi uzaqlaşır və susur.

    DİREKTOR. Şükür Allaha, deyəsən, təlimçi şirlə dil tapıb... ZOOPOL. Təlimçi ram edib onu... Köhnə, təcrübəli adamdır...
    DİREKTOR. Qorxuram, bu heyvan oğlu heyvan birdən qaçıb çıxa aradan... Hər necə olsa, qaçan şirin yerində girovdur...
    ZOOPOL (ucadan). Qaçsın görüm, necə qaçır!.. Zoopark silahlı polislə əhatə olunub. Əgər oradan çıxmağa təşəbbüs göstərsə, onu it kimi gəbərdəcəklər.

    Təlimçi Şirə əli ilə sakitləşdirici işarələr verib onlara yaxılaşır.

    TƏLİMÇİ. Yox, o heç yerə qaçmaz... Eşidirsən, şir? Əgər qaçmaq istəsən... (Pauza.) O deyir ki, yəni demək istəyir ki, yeri rahatdır, özü də heç yerə qaçmaq niyyəti yoxdur!

    Şir qarşısındakı ət parçasını, iri sümükləri gəmirir.

    ZOOPOL. Bu, deyəsən, doğrudan da, vəhşidir... Bioloqlar bilər, heyvan əsilli insanlar... yəni insan əsilli heyvanlar olurmu?
    DİREKTOR. Ümumiyyətlə, Darvinin təkamül nəzəriyyəsinə görə, insanın mənşəyində heyvan faktoru dayanır...
    ZOOPOL. Deyəsən, bizi xamlayırsan?!. Darvin deyirdi ki, insan meymundan törəyib. Bu isə... bu, şir mənşəlidir... Görmürsən?..
    TƏLİMÇİ. Düz buyurursunuz! Əksər insanlar meymundan törəyib. Amma burada istisna hallar da var. İnsanın yaranmasında başqa heyvanların da rolu olub.
    TƏLİMÇİ. Yox, bu siz deyən vəhşilərdən deyil... Həqiqətən, şir mənşəlidir...
    DİREKTOR. Bu, zooparkdakı heyvanların hamısından qarınquludur... Əti elə gəmirir ki... Elə bil yüz ilin acıdır...
    ZOOPOL. Bunun mənşəyini bioloqlar yox, tarixçilər bilər... DİREKTOR. Tarixçilər?.. Bəli, elədir. Bu, tarixi heyvandır.
    Amma belə getsə, o, başqa heyvanların da yem ehtiyatını həzm-rabedən keçirəcək... (Təlimçiyə.) Yaxşı, de görüm, sən bu şirlə... Bu heyvanla nə barədə danışırdın?..
    TƏLİMÇİ. O çox şeydən danışdı... Ən çox da öz kökündən, əcdadından... Qəfəsdəki şirlə qohumluğundan...
    ZOOPOL. Onlar, doğrudan, qohumdurlar?..
    DİREKTOR. Əgər ikisi də şirdirsə, deməli, qohumdurlar...
    ZOOPOL. Biz hamımız adamıq, onda belə çıxır ki, hamımız qohumuq?.. Xeyr!.. Bu, sadəcə olaraq mümkün deyil!
    DİREKTOR. O baxır adamına...
    TƏLİMÇİ. Yox... Şir deyir ki, heyvanla insanın tarixi qohumluğu var...
    DİREKTOR. Yəni hər adam bir heyvandan əmələ gəlib?.. TƏLİMÇİ. Yox, o elə demir.
    DİREKTOR. Bəs nə deyir?..
    TƏLİMÇİ. Şir deyir ki, hər kəsin əcdadı bir heyvanla bağlı olub... DİREKTOR. Paho! Bəs mən nə deyirəm?..
    TƏLİMÇİ. Siz də o cür düşünürsünüz?..
    DİREKTOR. Yox ey... Sən də... Mən bəyəm gicəm ki, o cür düşünəm?.. O elə deyir, sən də onun dediyini təsdiq edirsən... Onda belə çıxır ki, sən də... sən də hansı heyvanlasa qohumsan...
    TƏLİMÇİ. Qohum deyəndə ki... Mən də o fikirlə razıyam ki, əcdadımızın hansı canlı iləsə qohumluq əlaqəsi olub...
    DİREKTOR. Bura bax! Sənin başqaları ilə nə işin? Konkret suala konkret cavab ver: sən özün hansı heyvanla qohumsan?
    TƏLİMÇİ. Mən konkret cavab verə bilmərəm... Amma deyilənə görə, mənim də bəzi canlılara suyum çəkir.
    DİREKTOR. O hansı canlıdır elə?..
    TƏLİMÇİ. Deyilənə görə, mənim əcdadlarım atla əlaqəli olub...
    DİREKTOR. Atla? Yaxşı ki, eşşəklə əlaqəniz olmayıb...
    ZOOPOL. Bura baxın! Dediyiniz sözün mənasına varırsınız, ya yox? Unutmayın ki, siz qadınla danışırsınız!
    DİREKTOR. Axı mən nə dedim ki? Atla eşşəyin qohum olduğunu hamı bilir!
    ZOOPOL. Elə şey yoxdur! Nə qohumluq?.. At atdır, eşşək eşşəkdir!
    DİREKTOR. Heyvan da adam deyil ki, onun pisi, ya yaxşısı olsun! Bax mən neçə ildir bu zooparkda işləyirəm. Hələ indiyəcən heç bir heyvandan pislik görməmişəm. Amma insanlar... Aman Allah!.. Onların çoxu həqiqətən heyvandan törəyib.
    ZOOPOL. Mən dedim ki, hərə öz sözünü danışsın!.. Eşşək nə vaxtdan təhqir obyektinə çevrilib?.. Mən get-gedə özümə, öz əhatəmdəki adamlara nifrət edirəm. Bəyəm adamdır bunlar?!.

    Zoopol hirsli-hirsli onlardan ayrılıb qəfəsə yaxınlaşır, heyran- heyran Şiri süzür.

    TƏLİMÇİ. Zoopol düz deyir! Heyvanları təhqir etməyin! Buna sizin haqqınız çatmır!
    DİREKTOR. Kim təhqir edir heyvanları?.. Mən?.. Qətiyyən! Mənim çörəyim heyvanlardan çıxır.
    TƏLİMÇİ. Bəs mənim çörəyim nədən çıxır?..
    DİREKTOR. Elə sənin də... Doğrudur... (Fikrə gedir, sanki öz-özünə.) Bəlkə, həqiqətən, hamımızın kökündə heyvanlardan nəsə var? Hər şey mümkündür. Hım-m-m... (Təlimçiyə.) Sən necə düşünürsən, görəsən, məndə heyvanlardan nəsə var?.. Niyə təəc- cüblənirsən?.. Deyirəm, yəni mənim hansı heyvanasa oxşarlığım ötəri də olsa hiss olunmur ki?.. Axı sən özün deyirsən ki, hamımızın kökündə heyvanlıq var...
    TƏLİMÇİ. Təbii ki, siz də hansı heyvanlasa qohumsunuz...
    Yəqin, bunu özünüz hamıdan yaxşı bilirsiniz...
    DİREKTOR. Mən... Mən özüm, əlbəttə ki, bunu qismən bilirəm... Heyvan deyiləm ki, qanmayım... Heyvan deyəndə ki... yəni zırrama deyiləm, başa düşürəm, dərk edirəm... Kimlə qohum olduğumu, həm də tarixi qohumluğumu qismən anlayıram...
    TƏLİMÇİ. Bəs bunu, bu tarixi qohumluğu niyə gizlədirsiniz?..
    DİREKTOR. Bəyəm hər şeyi açıb-ağartmaq olur ki?.. Pis zəmanədir...
    TƏLİMÇİ. Doğrudur... Bəzən həqiqəti deyənə pis baxırlar. DİREKTOR. Elədir. Mənə çatan məlumata görə, zooparka bey-
    nəlxalq müşahidəçilər gələcək... Heyvanların hüququ ilə çox ciddi maraqlanırlar...
    TƏLİMÇİ. İndi heyvan haqları ilə maraqlanan təşkilatlar çoxdur.
    DİREKTOR. Biz, onsuz da, öz heyvanlarımızın haqlarını həmişə qorumuşuq.
    TƏLİMÇİ. Biz öz heyvanlarımızın rahatlığı üçün hər şeyi etməliyik...
    DİREKTOR. Biz çox ədalətliyik. Elə bu üzüyumşaqlığımızdan istifadə edib şir də qəfəsdən qaçır...
    TƏLİMÇİ. Qəfəsdəki heç də qaçan heyvandan ucuz deyil. Dünya bazarına çıxarsanız, yaxşı qiymətə gedər...
    DİREKTOR. Doğrudan?..
    TƏLİMÇİ. Əlbəttə!.. İkiayaqlı şir. Nadir məxluqdur... DİREKTOR. Adam şir olmaq istəyir...
    TƏLİMÇİ. Siz bayaq nəsə dediniz...
    DİREKTOR. Mən?.. Nə dedim? Nə barədə?..
    TƏLİMÇİ. Öz əcdadınız haqqında...
    DİREKTOR. Hə... Elədir...
    TƏLİMÇİ. Doğrusu, sizi dinləmək mənə çox xoşdur... Bir də ki məndən sizə əmanət, heç vaxt ürəyinizdə sirr saxlamayın...
    DİREKTOR. Sirr deyəndə ki... Belə... (Pauza.) Hım-m... Düzü, deməyə də utanıram... Mən uşaqlıqdan fillərin vurğunu olmuşam. Elə bu həvəs sonralar məni zooparka gətirdi... Mən buraya direktor təyin olunandan sonra fillərə xüsusi diqqət yetirirəm. Onlar üçün ayrıca yemək rasionu, dəm-dəsgah təşkil etmişəm. Fillər xəstələnən- də yuxum ərşə çəkilir, dişimin arasından su da keçmir... Onlarsız mənim bir günüm, bir saatım da olmasın! Fillər mənim dostumdur...
    TƏLİMÇİ. Sizin dostunuz ağıllı, zəhmətkeş məxluqdur. Onlar digər heyvanlardan fərqli olaraq öz ailəsinə, öz balalarına sadiq olurlar.
    DİREKTOR. Bunu anlayan var ki?.. Mən öz ailəmin yolunda dəridən-qabıqdan çıxıram. Amma nə olsun? Arvad axşam-səhər üzümü danlayır... Yəni bu, əvvəllər olurdu ‒ biz bir yerdə yaşayanda... O nə desə yaxşıdır? (Yamsılayır.) “Evə gələndə fil kimi xortumunu sallayıb qaş-qabağını tökürsən!”. Deyirəm, ay gic, fil sənin əsil-nəcabətindir, özün sallayırsan xortumunu! İndi görürəm ki, arvad məni fillə elə-belə müqayisə etmirmiş... Deyəsən, doğrudan da, mənim fillərlə qohumluğum var...
    TƏLİMÇİ. Əlbəttə... O, düz deyir. Sizin əsil-nəcabətinizdə filə bağlılıq var...
    DİREKTOR. Mən sənə dedim də... Fillər mənim dostumdur...
    Amma burası var ki, mənim xortumum yoxdur...
    TƏLİMÇİ. Xortumunuz yoxdur? (Əli ilə onun olmayan “xor- tumunu” ‒ burnunun ucunu “yoxlayır”.) Sizə elə gəlir. Bəs bu nədir?.. Xortum deyil bəyəm?..
    DİREKTOR. Doğrudan, xortumdur?..
    TƏLİMÇİ. Yoxsa mənim səmimiliyimə şübhəniz var?.. Sizin çox gözəl, yaraşıqlı xortumunuz var! Ay aman, bu necə nadir xortumdur!

    Şirin nəriltisi. Direktor və Təlimçi diksinib Şirə sarı boylanırlar. Zoopol uzaqlaşır. Şir qəfəsdəcə yerə uzanır. Təlimçi qəfəsə yaxın- laşaraq əlini qəfəsin içinə uzadıb Şirin başını sığallayır.

    TƏLİMÇİ. Təcili həkim çağırmaq lazımdır.
    DİREKTOR. Həkim?.. Nə üçün?.. Xəstə var?..
    TƏLİMÇİ. Şir xəstələnib. Mən bunu onun nərəsindən hiss edirəm. Deyəsən, mədəsi pozulub...
    DİREKTOR. Mədə pozulmasın, neyləsin? Əti çeynəmir, sümüyü isə bütöv ötürür içəri...
    TƏLİMÇİ. Yox... Elə deyil... Məncə, onun mədəsinə soyuq dəyib... Ona görə səsi kaldır...
    DİREKTOR. Gərək şir soyuqdan qorxmasın...
    TƏLİMÇİ. Şirlər tarixən isti ölkələrdə yaşayıb.
    DİRETOR. “İsti ölkələr”... Bəyəm soyuq ölkələrin şiri olmur? (Pauza.) Eh-h-h... Nə isə... İndi nə edək? Şir üçün hansı həkimi çağıraq? Can həkimini? Bəlkə, cərrah dəvət edək?..
    TƏLİMÇİ. Yox... Şir üçün məncə baytar həkim çağırmaq lazımdır.
    DİREKTOR. Baytar?.. Hə də, elə olmalıdır. Axı adam yox, şir xəstələnib. Bu, baytarlığın problemidir... Bizdə baytar ştatı var. Amma... orada terapevt işləyir... Tibb institutunun məzunudur. Öz qohumumdur. İş tapa bilmədi, götürdüm mal həkimi, veterinar şta- tına... Amma eybi yoxdur. Çıxış yolu var... Məsələ burasındadır ki, qonşuluqdakı xəstəxanada baş həkimin müavini veterinardır... Mal həkimidir, amma ixtisaslaşma kursunu bitirib, olub can həkimi... Burası var ki, öz sənətinə sadiqdir, güclü veterinardır. (Pauza.) Qəribədir... Çox qəribədir...
    TƏLİMÇİ. Qəribə olan nədir?..
    DİREKTOR. Heç... Amma doğrudan, qəribədir... Deməli, belə çıxır ki, əgər xəstələnsəm, mənim üstümə də veterinar çağırmaq lazım gələcək... (Gəzişir, əli ilə “xortumunu” sambayır, sığallayır.) Axı mən filəm. Fil!.. Fil! Dünyanın ən güclü heyvanı! (Kövrəlir.) Bilirsən bu nə deməkdir? Fil!.. Fil!.. Bunu anlamaq lazımdır! (Gülür.) Ha-ha-ha!.. Fili anlamaq çətin məsələdir. Fil çəkən yükü, fil çəkən dərdi heç kəs çəkə bilməz! Heç kəs!.. Bunu anlayan var ki?!. Yox! Yox!..
    TƏLİMÇİ. Mən sizi başa düşürəm... Narahat olmayın...
    DİREKTOR. Qəribədir, çox qəribədir... Mən dünyanı indi dərk etməyə başlayıram. Bu yaşımda, özü də belə gec...
    TƏLİMÇİ. Öyrənmək, dərk etmək heç vaxt gec deyil. Narahat olmayın...
    DİREKTOR. Qəribədir... Mən indi adamlara bir az ayrı cür yanaşmağa başlamışam...
    TƏLİMÇİ. Ayrı cür?.. Bəyəm adamlar dəyişiblər?..
    DİREKTOR. Yox, adamlar dəyişməyib, mənim onlara olan münasibətim, daha doğrusu, baxışlarım dəyişib? Anlayırsan mən deyəni? Yox?.. Sənə necə izah edim?.. Məsələn, mən artıq yüz faiz əminəm ki, bizim xidmətçi dəvəquşu nəslindəndir.
    TƏLİMÇİ. Dəvəquşu?.. Bunu nədən bilirsiniz?..
    DİREKTOR. Bunu bilməyə nə var ki?.. O, gecə-gündüz dəvəqu- şunun qəfəsinin yanından əl çəkmir. Yarı quş, yarı heyvan olan o vəhşiyə qulluq etməkdən ləzzət alır. Zalım balasının elə yerişi-duruşu da dəvəquşununku kimindir: yeriyəndə yanlarını basır. Nə quşdur, nə də heyvan...
    TƏLİMÇİ. Yox... o... həm quşdur, həm də heyvan... DİREKTOR. Və yaxud götürsək elə o zoopolu...
    TƏLİMÇİ. O nə deyir, nə istəyir elə?..
    DİREKTOR. Söhbət onun istəyindən getmir...
    TƏLİMÇİ. Axı o nəsə istəyirdi... Deyirdi ki, heyvanları ac saxlayırsınız, onlar da qaçıb gedir... Sonra sizi kənara çəkib nəsə istədi... Yavaşdan...
    DİREKTOR. Elədir, istədi... O həm polisdir, həm də fermer... Təsərrüfatcıl adamdır.
    TƏLİMÇİ. Bəs sizdən nə istəyirdi?..
    DİREKTOR. Qanqal...
    TƏLİMÇİ. Qanqal?..
    DİREKTOR. Hə, qanqal... Axı o, eşşəkçillik təsərrüfatının inkişafı üçün əlindən gələni əsirgəmir. Eşşək isə ən çox qanqalla qidalanır...
    TƏLİMÇİ. Siz əminsiniz ki, o, qanqalı eşşək üçün istəyir?..
    DİREKTOR. Əvvəllər belə düşünürdüm. Amma son vaxtlar ürəyimdə şübhələr yaranıb... Bu şübhələr üçün də əsas var... (Pa- uza.) Qəribədir... O, bəzən çöleşşəyinin saxlandığı qəfəsin yanında dayanıb saatlarla fikrə gedir... Nəyisə götür-qoy edir, öz-özünə dodaqaltı mızıldanır. Hətta zooparkın işçiləri onun çöleşşəyinə tamaşa edərək göz yaşı axıtdığının şahidi olublar. Qəribədir, çox qəribədir...
    TƏLİMÇİ. Aha! Deməli, belə çıxır ki, o, qanqalı təkcə öz təsərrüfatı üçün aparmırmış.
    DİREKTOR. Bax elə mən də buna görə şübhələnməyə başlamışam... Məncə sevdiyi məxluqla onun öz mənşəyi arasında bir ümumilik var.
    TƏLİMÇİ. Bəli, qohumluq əlaqəsi ola bilər.
    DİREKTOR. Yaxşı... Mən gedim həkim dalınca... Siz şirdən göz-qulaq olun... Birdən ölüb eləyər... Biabır olaram... Beynəlxalq müşahidəçilər var, mətbuat var...
    TƏLİMÇİ. Arxayın olun, mən buradayam...

    Direktor gedir, Zoopol do onun arxasınca çıxır. Təlimçi Şirə yaxınlaşır, onun nəbzini tutur. Şir gözünü açıb gülümsəyir. Musiqi. Ceyran gəlir, diqqətlə ətrafa boylanır. Şir onu görüb üzünü əks tərəfə, arxasını Ceyrana sarı çevirir.

    CEYRAN (Təlimçiyə). Siz bu zooparkda çalışırsınız?.. TƏLİMÇİ. Mən buraya arabir baş çəkirəm... Kontraktla işləyirəm... Bəlkə, sizə bir kömək lazımdır?
    CEYRAN. Kömək deyəndə ki... Elə-belə... Bəs bu zooparkın direktoru harada əyləşir?..
    TƏLİMÇİ. Əslində, bura elə direktorun kabinetinin qarşısıdır. İçəriyə yol buradan keçir... Amma indi direktor yerində deyil. Onu mühüm bir işə görə yuxarıya çağırıblar.
    CEYRAN. Görəsən, zooparkda iş yeri varmı?
    TƏLİMÇİ. Siz işsizsiniz?..
    CEYRAN. Mən ixtisasım üzrə işləmək istəyirəm... Mən zoo- loqam. Heyvan aləminə yaxşı bələdəm.
    TƏLİMÇİ. Kadr məsələsini direktor həll edir... O da ki, indi yoxdur...
    CEYRAN. Deyirlər, zooparkdan şir qaçıb. Mən radiodan eşit dim. Doğrudurmu?..
    TƏLİMÇİ. Şir qaçıb?.. Yox... İnanmayın... Bu, şayiədir. Bizim şirimiz yerindədir. (Şirin kürəyini sığallayır.)
    CEYRAN. Bu, şirin qəfəsidir?..
    TƏLİMÇİ. Bəli... Əlbəttə!.. Bu şirin qəfəsidir, bu isə şirdir...
    CEYRAN. Siz, yəqin, şirin qəfəsini təmizləyirsiniz?.. Bəs bu kişi nə edir?
    TƏLİMÇİ. Şirin qəfəsi tövlə-zaddır ki, biz onu təmizləyək?..
    Bu, şirin qəfəsidir, bu isə onun özüdür...
    CEYRAN. Bəs o üzünü niyə yana çevirib?..
    TƏLİMÇİ. O, klassik şirdir. İndiki sırtıq heyvanlardan deyil...
    Bizim şir qadın görəndə utanıb yana çevrilir...
    CEYRAN. Arxasını qadına çevirmək nə vaxtdan mədəniyyət əlaməti hesab olunur?
    TƏLİMÇİ. Şirin özünün şəxsi həyat tərzi var... Nə cür oturub- durmağı o hamıdan yaxşı bilir.
    CEYRAN. Görünür, sizin şir yaxşı təlim görməyib. TƏLİMÇİ. Yaxşı, yaxşı, çıxın gedin. Şir bir az xəstədir... Direktor gec gələcək... Sonra gələrsiniz.

    Ceyran gedir. Direktor, Zoopol, Həkim gəlir. Həkim diqqətlə Şirə baxıb hıçqırır.

    HƏKİM. Salam, böyük insan...
    ZOOPOL. Nə?.. “Böyük insan”? (Gülür.) Ha-ha-ha... HƏKİM (Zoopola). Anqırma!
    ZOOPOL (Həkimə hücum edir). Nə dedin?.. Nə?.. “Anqırma”?..
    Kimdir anqıran?... Kimdir eşşək?..
    DİREKTOR. Səs-küy salmayın!.. O ki qaldı eşşək məsələsinə... (Təlimçiyə.) Axı mən sənə demişdim...
    TƏLİMÇİ. Nəyi?..
    DİREKTOR. Polisin soykökü barədə...
    TƏLİMÇİ. Elədir, demişdiniz. (Direktoru kənara çəkir.) Siz tamamilə haqlısınız. Bir onun gözlərinə baxın.
    DİREKTOR. Sən hələ onun arxdan su içməyinə baxasan... Qi- yamətdir!..
    TƏLİMÇİ. Bu heyvan arxdan su içir?..
    DİREKTOR. Odur, zooparkın o başından arx keçir. Bu, həmişə gələn kimi qaçır o arxa, dizini yerə qoyub başını salır aşağı, dodaqlarının ucu ilə asta-asta, üfürə-üfürə başlayır su içməyə. Özü də su içdikcə qulaqları tərpənir. Qəribədir...
    HƏKİM (Şirə). Böyük insan... Şir, niyə susursunuz?.. Nə olub sizə?.. Nə hadisə baş verib?..
    ZOOPOL. Yox ey, sən mənə cavab ver görüm...
    HƏKİM. Sənə dedim çəkil, özü də anqırma! Bildin?.. TƏLİMÇİ (Direktora). Oy... Doğrudan da, oxşayır... DİREKTOR. Oxşayır... Doğrudan?..
    TƏLİMÇİ. Hə də... Eşşəyə oxşayır.
    ZOOPOL (Həkimə). Sən məni nə hesab edirsən? (Ətrafında- kılara üz tutur.) Eşidirsiniz, bu nə deyir?.. Görün bu məni nəyə oxşadır?!.
    TƏLİMÇİ. O sizi nəyə oxşadır?..
    ZOOPOL. Əlbəttə, eşşəyə!..
    TƏLİMÇİ. O, eşşəyi təhqir edir.
    DİREKTOR. Elədir! Heyvanları təhqirə görə cinayət məcəllə- sində ayrıca maddə var.
    TƏLİMÇİ. Bəyəm kiminsə hansısa bir heyvana-canlıya bənzədilməsi təhqirdir?..
    HƏKİM. Qətiyyən!.. O ki qaldı eşşəyə... O, sədaqət, dostluq, etibar rəmzidir. Özü də dinc, zəhmətkeş heyvandır... Bəlkə, səhvim var?..
    TƏLİMÇİ. Düz deyirsiniz!..
    DİREKTOR. Elədir! Hələ onun su içməyinə fikir verəsiniz...
    ZOOPOL. Su içəndə görmüsünüz?..
    DİREKTOR. Əlbəttə, görmüşəm. Odur, gözəl-göyçək çöleşşə- yimiz var...
    ZOOPOL. Yox ey, mənim su içməyimi görmüsünüzmü?.. DİREKTOR. Bizim çöleşşəyinin qənşərinə vedrədə su qoyursan başını irəli uzadır, dizini yerə qoyur, suyu dodağının ucu ilə içir.
    ZOOPOL. Mən də o cür içirəm! Suyu...
    DİREKTOR. Bilirəm... Hım-m... Bu anlarda o nəcib heyvanın qulaqları zərif-zərif tərpənir, gözləri gülür...
    ZOOPOL. Mənim də qulaqlarım tərpənir... deyirlər... HƏKİM. Burada qəribə heç nə yoxdur! Hər kəs bir canlıya oxşayır? (Şirə.) Elə deyil, böyük insan?.. (Polisə.) Qoy Şir sağalsın, sizə bu məsələləri geniş izah edər...
    TƏLİMÇİ. O çox səliqəli heyvandır.
    DİREKTOR. Elədir. Rejimlə qidalanır.
    ZOOPOL. Rejimlə yeyib-içirsə, onda niyə xəstələnib?.. (Həkimə.) Sən bunu tanıyırsan? Yoxsa... yoxsa onu da mənim kimi ələ salırsan...
    HƏKİM. Ələ salmaq niyə?.. Şir vaxtilə bizə dərs deyib... ZOOPOL. Nədən dərs deyib?..
    DİREKTOR. Ümumiyyətlə, o, sir-sifətdən alimə, mütəfəkkirə oxşayır.
    TƏLİMÇİ. Özü də antik dövr mütəfəkkirlərinə...
    HƏKİM. Yox, o bizə zoologiya dərsi deyirdi... (Şirə.) Xatırla yırsan, Şir?!.
    DİREKTOR. Onun əsl adı nədir?
    HƏKİM. Əsl adı? Əlbəttə, Şirdir...
    ZOOPOL. Bəlkə, onu qəfəsdən çıxaraq?. .
    DİREKTOR. Çıxara bilərsən?..
    ZOOPOL. Yox... Bu mənim işim deyil. Əgər oradakı bəni-adəm olsaydı, bu başqa məsələ...
    TƏLİMÇİ. Şirlər eşşəklərin qənimi olur...
    ZOOPOL. Eşşək deyəndə ki... Burada başqa heyvanlar da var... (Ətrafa baxır.) Məsələn, fil, dəvəquşu, çaqqal, ayı... odur, orada tülkü də var... Hələ zürafə, dələ, canavar...
    HƏKİM. Şir o biri heyvanlardan fərqlənir... (Şirə.) Siz özünüz həmişə bizə belə deyərdiniz... Xatırınızdadırmı?..
    DİREKTOR. Bəlkə, onun yaddaşı pozulub?..
    ZOOPOL. Şirin nə yaddaşı olasıdır ki?..
    TƏLİMÇİ. Şir və yaddaş... Bəlkə, instinkt?..
    HƏKİM. Onun güclü yaddaşı vardı... O cür yaddaşın sahibi... İndi... Aman Allah... (Kövrəlir.) Cavab verin... Bu ki lap əldən düşüb. Qoyun bir iynə vurum...
    DİREKTOR. Adam iynəsi?..
    HƏKİM. Yox! Şirin öz iynəsi olur.
    TƏLİMÇİ. Əlbəttə, şirin şir iynəsi olmalıdır...
    DİREKTOR. Bu, bəlkə, şir südü içib gəlib bura...
    HƏKİM. Yox... Şir, ümumiyyətlə, içən deyil. Mən ona yaxşı bələdəm...

    Həkim əlini və boynunu irəli uzadıb Şirin yançağına heyvan iynəsi vurur.

    ZOOPOL (Direktora Həkimi göstərir). Bunu qəfəsə salmaq lazımdır... Əsl dəvədir ki, var...
    DİREKTOR. Düz tapmısan... Bu dəvədir. Dəvə vaxtilə şirin tələbəsi olub...

    Şir gözünü açır. Diqqətlə Həkimi süzür, ətrafa baxır. Şir nərə çəkir. Hamı qorxur.

    HƏKİM. Ağlayırsan, Şir?.. Biz elə bilirdik, Şir heç zaman ağ lamaz...
    TƏLİMÇİ. Zəmanə bəzən şiri də ağladır, fili də... DİREKTOR. Elədir... Arabir mən də ağlayıram. Elə bil gözümdən yaş çıxanda canımdan dərd çıxır...
    TƏLİMÇİ. Şir yorulub... Gəlin gedək... O, dincəlməli, istirahət etməlidir...

    Hamı çıxıb gedir. Şir tək qalır. Ceyran gəlir. Musiqi. Şir əsnəyir, gərnəşir. Ceyran qəfəsin həndəvərində dolanıb, diqqətlə Şiri süzür. Şir qadını görmürmüş kimi ətrafa boylanır. Onların dialoqunu musiqi müşayiət edir.

    CEYRAN. Yaman tanış gəlirsən mənə... Amma üz-gözünü tük basıb...

    Şir başını qaldırıb nərə çəkir. Qadın diksinir, dalı-dalı çəkilir, irəli gedir, qəfəsin başına dolanır, Şirin hərəkətlərini müşahidə edir. Şir laqeyd-laqeyd qadının üzünə baxır.

    ŞİR. Sənə kim lazımdır?..
    CEYRAN (çaşır). Oy-y-y... Şir! Bu sənsən? Özünü nə hala salmısan?..
    ŞİR. Mən soruşuram: sənə nə lazımdır?
    CEYRAN. Mənə?.. Heç nə... Mən özümə iş axtarıram... Zoo-parkda...
    ŞİR. Sən heyvanlara əxlaqsızlıq öyrətmək istəyirsən?..
    CEYRAN. Nə?.. Əxlaqsızlıq?.. Sən öz arvad-uşağını atıb qəfəsə soxulmusan! Bundan böyük əxlaqsızlıq ola bilər?..
    ŞİR. Mən nümunəvi heyvanam. Burada hamı məndən razılıq edir.
    CEYRAN. Özünü heyvanlığa qoymusan, hə?.. (Pauza.) Bura bax, kişi... Ağlını başına yığ, qayıt evinə. Ayıbdır... Heç olmasauşaqlarından utan...
    ŞİR. Uşaqlarımdan?.. O uşaqlar mənə oxaşmır...
    CEYRAN. Bəs kimə oxşayır?..
    ŞİR. Onu sən özün bilərsən... Mən təkcə bunu bilirəm ki, onlarda şirdən əsər-əlamət yoxdur...
    CEYRAN. Kəs səsini!.. Bir buna bax!.. Şir olub mənimçün!
    Utanıb yerə girmir!..
    ŞİR. Mən elə utandığım üçün gəlib girmişəm bu qəfəsə! Mən bu qəfəsdən çıxsam, sizin hamınızı parçalayacağam!
    CEYRAN. Bizim hamımızı? Ailəlikcə?..
    ŞİR. ...səni, bir də sənin o yaxası nallı eşşəyini...
    CEYRAN. O kimdir elə?.. Bilirdim ki, Şirimiz var, amma eşşəkli olduğumuzdan xəbərim yoxdu...
    ŞİR. Bura bax, mənim əsəblərimlə oynama... Sən eşşəyin kim olduğunu yaxşı bilirsən... Mənim əlimdə faktlar var. Sizi çox yerdə görüblər: çay kənarında, meşə ətəyində... Eşşəyin tərkində, qucağında olubsan... Sən murdarsan, murdar!
    CEYRAN. Yəqin, sən heyvan polisini deyirsən, zoopolisi... O, çox sadə, həlim, mədəni bir adamdır. Tez-tez bizim zooloji kluba baş çəkir... Özü də heyvanat aləmi ilə maraqlanır... Bir-iki dəfə işdən sonra məni maşınla evə aparıb... Bəlkə, bunu deyiblər sənə?.. Sən nə axmaq adamsan?.. Adam yox, heyvansan! Əvvəllər belə deyildin, son vaxtlar xərifləmisən...
    ŞİR. Rədd ol buradan!.. Guya bunun dediyi nağıllara inanasıyam... Dedim, rədd ol...
    CEYRAN. Mən heç yerə gedən deyiləm. İş tapıb burada qalacağam... Zooparkda işləyəcəyəm...
    ŞİR. Zoofillə bir yerdə işləmək istəyirsən, hə?..
    CEYRAN. Zoofil yox, zoopol. Yəqin, sənin xəbərin yoxdur ki, indi belə bir təşkilat var: zoopol... İnterpol kimi bir şeydir...
    ŞİR. Rədd ol buradan!.. “İnterpol!”, “Zoopol!..” Alçaq! Yaramaz heyvan! Ax-x-x!..

    Ceyran qorxub qışqıra-qışqıra qaçır. Xidmətçi və Direktor gəlir. Direktor diqqətlə Ceyranı süzüb Xidmətçinin qoluna girir, onu kənara çəkir. Ceyran hürkə-hürkə gedir.

    DİREKTOR. Bu ceyran haradan gəlib çıxıb zooparka?.. XİDMƏTÇİ (nazlanır). Sən ceyranları sevirsən?..
    DİREKTOR. Yox... Mən nifrət edirəm onlara... XİDMƏTÇİ. Gəl sənin xortumundan öpüm.

    Xidmətçi dodağını Direktorun üzünə sarı yaxınlaşdırır, “xortumunu” ‒ havanı öpür.

    DİREKTOR. Nə yumşaq qanadların var, dəvəquşu...

    Direktor onun “qanadlarını” ‒ qolunu sığallayır.
    Musiqi. Onların söhbəti eşidilmir. Müşahidəçi gəlir, Şirin qəfəsi qarşısında durub dilini çıxarır, Şir gözünü bərəldir, müşahidəçi də gözünü bərəldir. Şir pəncəsini qaşıyır, başını bulayır, dodağını tərpədir, ağzını marçıldadır və s. Müşahidəçi onun bütün hərəkətlə- rini təkrar edir. Müşahidəçi cibindən bloknat çıxarıb nəsə qeydlər edir, sonra dəftərçəni cibinə qoyur. Şir gülümsəyir. Müşahidəçi də ona baxıb gülümsəyir. Şir başını yelləyir, gözərini bərəldir, əllərini bir-birinə sürtür, pəncəsini qaşıyır. Və müşahidəçi onun hərəkət- lərini təkrar edir. Sonra Şir nərə çəkir. Müşhaidəçi cır səslə onu təqlid edir, civildəyir. Zoopol, Həkim, Təlimçi, sonra Ceyran gəlir. Onlar Müşahidəçiyə, onun qəribə hərəkətlərinə tamaşa edib gülür- lər. Hamı qəşş edir. Əl-ələ tutub rəqs edirlər. Qəfildən Şir qəfəsdən çıxır, özlərini itirmiş adamlar qışqırıb qorxa-qorxa geri çəkilirlər. Şir nərə çəkir, qəfəsin ətrafında vurnuxur.


    Pərdə




    II PƏRDƏ

    Bu pərdədə alleqorik janrın imkanlarına daha çox müraciət olunur. Personajların davranış və geyimlərində “mənsub olduqları heyvan nəslinin” bəzi əlamətləri nəzərə çarpır. Məsələn, Təlimçi ‒ at, Ceyran ‒ ceyran, Həkim ‒ dəvə, Müşahidəçi ‒ meymun, Zoopol
    – eşşək, Xidmətçi ‒ dəvəquşu qiyafəsində (bu əlamət həm də daha çox rəftarda hiss olnur) çıxış edir. Yenə həmin məkan ‒ zoopark. İştirakçılar, daha doğrusu, “heyvana çevrilmiş” personajlar fikir mübadiləsi aparırlar...
    Şir qəfəsdə yatır. “Heyvanlar” gəzişir. Ceyranla Zoopol, Direktorla Xidmətçi qoşa-qoşa gəzişirlər.

    ZOOPOL. Sakitlikdir...
    CEYRAN. Hə, şir yatır...
    ZOOPOL. O, evdə də belə yatağan idi?..
    CEYRAN. Şir evdə yox, meşədə ‒ öz mağarasında yaşayır...
    ZOOPOL. O, indi qəfəsdədir...
    CEYRAN. O, tezliklə qəfəsdən çıxacaq...

    Zoopol və Ceyran uzaqlaşırlar, Direktorla Xidmətçi önə gəlirlər.

    DİREKTOR. Şir yatır...
    XİDMƏTÇİ. Şir dincəlir.
    DİREKTOR. Mən də yatıb dincəlmişəm.
    XİDMƏTÇİ. Çox gümrah görünürsünüz...
    DİREKTOR. Deməli, belə!.. Bu da son, bu da nöqtə... XİDMƏTÇİ. Son? Son niyə? Siz nə danışırsınız?..
    DİREKTOR. Son deyilsə, bəs bu nədir? Bəyəm heyvanlıqdan o yana da yol olur?
    XİDMƏTÇİ. Heyvanlıq son yox, hələ başlanğıcdır... Biz yeni, konstruktiv inkişafın ərəfəsindəyik... Mən bu ərəfədə özümü çox gümrah hiss edirəm...
    DİREKTOR. Doğrusu, mənim də ovqatım pis deyil... İndi heç bir məsuliyyətim yoxdur. Tamamilə azadam. Sərbəstəm...
    XİDMƏTÇİ. Mən nə yaxşı ki, indi insan deyiləm... Yoxsa... Ev dərdi, iş dərdi bezdirmişdi məni...
    DİREKTOR. Eh, sənə nə var ki? Adi, sadə xidmətçi olmusan... Amma mən... Bu boyda zooparkın direktoru... Bu zooparkın yemindən heyvanlar da pay umur, insanlar da... Ona verirsən bu ac qalır, buna verirsən, o... Axırda o da səni qapır, bu da.. Hər ikisinin yanında gözükölgəli qalırsan. Amma indi... Qoy indi özlərinə təzə rəhbər tapsınlar...
    XİDMƏTÇİ. Ta siz bu qayğılardan azadsınız... Bundan sonra özünüzün sakit, fil ömrünüzü yaşayın...
    DİREKTOR. Düzünü de, sən indi dəvəquşu kimi özünü necə hiss edirsən?..
    XİDMƏTÇİ. İnanın ki, mən çox xoşbəxtəm! (Nazlanır). İndi mənim fil kimi dostum var. (Əli ilə kənarda gəzişən Təlimçiyə işarə edir.) Quyruğunu yelləyən o dayça belə mənim xoşbəxtliyimi qısqanır...
    DİREKTOR. Məncə, dayça da xoşbəxtdir. Axı o, şirlə oturub-durur...

    Həkim görünür.

    XİDMƏTÇİ. Görək dəvə nə xəbərlə gəlir?..
    DİREKTOR (Həkimə). Rəngin niyə qaçıb?.. Nə olub?.. HƏKİM. Komissiya gəlib...
    DİREKTOR. Gəlib gəlsin... Mənə... bizə nə dəxli?..
    HƏKİM . Deyirlər ki, heyvanlar zooparkı aclığa görə tərk edirlər...
    DİREKTOR. Bəs sən nə dedin?..
    HƏKİM. Dedim ki, mənim yeyib-içmək sarıdan heç bir şikayətim yoxdur... Dedilər ki, söhbət səndən yox, zooparkdakı heyvanlardan gedir. Dedim, elə mən də heyvanam ‒ dəvəyəm. Gördüm ki, komissiyanın böyüyü üzümə baxıb canavar kimi çənəsini şaqqıldadır.
    XİDMƏTÇİ (qorxa-qorxa). Mən onu tanıyıram. O hər dəfə zooparka gələndə qəfəsdəki heyvanlara baxıb dişlərini bir-birinə vurur... İndi biz nə edək?
    DİREKTOR. Onların tələbi nədir?..
    HƏKİM. Eşidiblər ki, zooparkda çevriliş baş verib, içəri girməyə qorxurlar...
    DİREKTOR. Bu çevriliş yox, çevrilmədir...
    XİDMƏTÇİ. Elədir... Cism çevrilib... yəni canlılar çevrilib... bir haldan başqa hala düşüb...
    HƏKİM. Amma onlar bunu dərk etmək istəmirlər! Direktoru tələb edirlər.
    DİREKTOR. Bəs sən demədin ki, artıq direktor yoxdur?.. HƏKİM. Dedim!
    XİDMƏTÇİ. Nəyi, necə dediniz?..
    HƏKİM. Dedim ki, artıq direktor yoxdur...
    DİREKTOR. Bəs onlar?.. Onlar nə dedi?..
    HƏKİM. Onlar susdular...
    XİDMƏTÇİ. Bəlkə, onlar elə biliblər ki, direktor qaçıb?.. HƏKİM. Bilmirəm...
    XİDMƏTÇİ. Bəlkə, onlar elə başa düşüblər ki, direktor ölüb?..
    HƏKİM. Bilmirəm...
    DİREKTOR. Of-f-f! Dəvə oğlu dəvə! Bəs niyə demədin ki, direktor filə çevrilib?..
    XİDMƏTÇİ. Gedin özünüz başa salın onları...
    HƏKİM. Komissiya sizi tələb edir. Özünüz getsəniz, daha yax şıdır. Baxıb görərlər ki, indi siz direktor yox, həqiqətən, filsiniz...
    DİREKTOR. Görəsən, tək gedim?
    HƏKİM. Əlbəttə... Komissiya sədrinin dəvəquşudan zəhləsi gedir.
    XİDMƏTÇİ. Dəvəquşunun ağrısı olsun onun ürəyinə! DİREKTOR. Yaxşı, mən gedirəm...
    XİDMƏTÇİ. Sənə yaxşı yol, əzizim...

    Direktor ləngər vura-vura, ağır “fil addımları” ilə gedir. Zoopol və Təlimçi gəlirlər.

    HƏKİM. Ay eşşək, çoxdandır görünmürsən. Harada, hansı zibillikdə ağlayırdın?
    XİDMƏTÇİ. Deyirəm, görəsən, yer üzündə eşşəkdən xoşbəxt məxluq varmı? O, həmişə nikbindir, optimistdir...
    ZOOPOL. Sizə elə gəlir. Məndən çox dərd çəkən yoxdur. TƏLİMÇİ. Sən nəyin fikrini edirsən?..
    ZOOPOL. Məsələn, sizin, özümün, dünyanın...
    XİDMƏTÇİ. Xa-xa-xa! (Gülür.) Oy-y-y!.. Öldüm! Eşşək bizim dərdimizi çəkir.
    TƏLİMÇİ. Sakit olun! Astadan danışın!.. Şir yatır... ZOOPOL. Şir xəstədir...
    XİDMƏTÇİ. Meşə qanununa görə xəstə heyvanı parçalayıb yeyirlər...
    HƏKİM. Hər halda biz meşə heyvanları deyilik.
    ZOOPOL. Hər halda bura zooparkdır, bizsə öz kökünə qayıtmış xilqətik...
    HƏKİM. Nə olsun zooparkdır?.. Bəyəm zooparkda böyük-kiçik olmur?..
    XİDMƏTÇİ. Zooparkın böyüyünə nə gəlib ki?..
    TƏLİMÇİ. O böyük qaldı o biri dünyada... Bu aləmin öz böyüyü var... Fil nə vaxt şirdən böyük olub?..
    XİDMƏTÇİ. Böyük deyəndə ki... Şirin bəzi hərəkətləri istər- istəməz şübhə doğurur...
    HƏKİM. Məsələn, hansı hərəkətləri?..
    XİDMƏTÇİ. Məsələn?.. Məsələn... Şir Ceyrandan nə üçün aralanıb?.. Onlar niyə boşanıb?
    TƏLİMÇİ. Nədir, yoxsa Şirin şirliyinə şübhəniz var?.. HƏKİM. Mənim eşitdiyimə görə, həmin məsələdə eşşəyin günahı çox olub...
    ZOOPOL. Nə günah?.. Mən heç vaxt başqalarının işinə qarışmamışam.
    XİDMƏTÇİ. Bu çox tərbiyəli eşşəkdir... Gözütox, mədəni, alicənab... Qibtəediləsi heyvandır... Eşitdiyimə görə, hətta Amerikada demokratlar partiyasının bayrağında eşşəyin şəkli dalğalanır.
    TƏLİMÇİ. Hər halda eşşək eşşəkdir, şirsə şir...
    XİDMƏTÇİ. Xəstə şirin sağlam eşşəkdən üstünlüyü nədədir?..
    TƏLİMÇİ. Şir nə qədər ölü, zəif olsa belə, təkcə dərisi bir dəvəyə yükdür...
    HƏKİM. Siz məni o qədər yüngül hesab edirsiniz?.. XİDMƏTÇİ. Bəlkə, siz dəvə yox, dəvəquşu demək istəyirsiniz?.. (Qaş-gözünü oynadır.) Ya bəlkə, mən səhv edirəm? Dəvəquşunun dərisi qiymətlidir, yoxsa dəvənin?
    ZOOPOL. Məncə, şirin dərisini dəvəyə yox, dəvəquşuya yox, eşşəyə yükləyirlər.
    TƏLİMÇİ. Yoxsa şirin dərisinə göz dikənlər var?.. O hələ sağlam və gümrahdır! O heç vaxt ölməyəcək!..
    HƏKİM. Şir nəsillərə nümunədir!

    Direktor gəlir.

    XİDMƏTÇİ. Hə, nə oldu, əzizim?.. Nə dedilər?.. Danlama- dılar ki?
    HƏKİM. Filə kim nə deyə bilər?..
    ZOOPOL. Bu, dəvə döyül ki, gözlərini döysün... XİDMƏTÇİ. Əlbəttə, dəvədən böyük fil var...
    TƏLİMÇİ. Deyirəm, nə yaxşı, dəvənin qanadı yoxdur. Yoxsa yıxmadığı ev qalmazdı.
    XİDMƏTÇİ. Dəvənin qanadı yoxdur, amma dəvəquşunun var... Özü də bəziləri kimi, ev yıxmaqla məşğul deyil. (Şirin qəfsinə işarə edir.)
    TƏLİMÇİ. Dəvəquşu ona görə ev uçurmur ki, bunu bacarmır, yəni sadəcə olaraq, uça bilmir.
    ZOOPOL. Yaxşı, yaxşı, sakit olun, qoyun filə qulaq asaq... DİREKTOR. Deməli, belə... Getdim, dedim ki, gəlmişəm. Əvvəlcə, bir yoğunboyun qarşıladı məni.
    HƏKİM. İribuynuzlu idi?..
    DİREKTOR. Yox... Buynuzu, deyəsən, içində idi... Hə, nə isə, sonra məni apardılar başqa bir peysərin yanına. Başladı böyür-bö-yür böyürməyə. Dedim ki... bura baxın, məndən nə istəyirsiniz? Zooparkdan vəhşi, qocalıb əldən düşmüş şir qaçıb, əvəzində indi onu ağıllı, cavan, ikiaylıqlı şir əvəz edir... Özü də mədəni, ziyalı, ağıllı bir heyvandır... O qaçan heyvan kimi tərbiyəsiz deyil. Adamlar üçün də təhlükə törətmir... Bir sözlə, qanun mənim xeyrimə işləyir. Bir də ki, bu cür şiri dünya bazarına çıxaran olsa özü ağırlığında pul verərlər...
    XİDMƏTÇİ. Elədir. Deyəydiniz ki, indi bu cür heyvanların nəsli kəsilib...
    DİREKTOR. Dedim... Onu da dedim ki, dölləmə üçün şərait yaratmaq lazımdır.
    TƏLİMÇİ. Məncə bizim şir bu iş üçün çox yararlıdır. Onda nəsil artırma qabiliyyəti güclüdür...
    XİDMƏTÇİ. Sən bunu haradan bilirsən?.. Bu məsələni təlimçi yox, veternar həkim müəyyənləşdirə bilər.
    DİREKTOR (Xidmətçiyə). Gör bir neçə ilin təlimçisidir!.. O, indiyəcən sənin saçının sayı qədər şir görüb...
    TƏLİMÇİ. Şir də görmüşəm, lap fil də...
    XİDMƏTÇİ. Utanmaz!..
    ZOOPOL. Bir sakit olun görək!
    HƏKİM. Astadan danışın! Şir dincəlir...
    DİREKTOR. Nə isə, onların arasında ayıya oxşar biri var, dedi, zooparkdan şir qaçıb, amma sən xortumunu sallayıb susursan. Ürəyimdə güldüm: aha, demək ayı oğlu ayı, fili tanıyıb. Dedim ki, əzizim, şir müstəqil heyvandır. Çıxıb gedib öz vətəninə, əvəzində odur, başqa bir şir gəlib girib onun yuvasına, yəni qəfəsə... Ayı başladı donquldamağa. Dedi: heyvan, sən başınla cavab verəcək- sən! Dedim ki, qanun insanlara heyvanların hüququnu pozmağa icazə vermir. Dedi ki, nə heyvan, nə qanun?.. Dedim, cənab, sən fillə danışırsan... Dedi, nə fil, nə filan?.. Dedim ki, bəs mən filəm! (Pauza.) O dedi sən direktorsan, mən dedim yox, filəm. Dedi, bəs xortumun hanı? Dedim, bəs bu nədir? (Əli ilə “xortumunu” göstərir.) Dedi, özünü gicliyə qoyma, yadda saxla ki, adamın adam cəzası olur, filin də fil...
    HƏKİM. Sənə qanundan dərs deyən o əbləh ‒ o ayı oğlu ayı, mənim də tanışımdır. Özü də əvvəllər bizim xəstəxanaya tez-tez gələrdi...
    DİREKTOR. Maraqlıdır... Hım. Qəribədir. Nə üçün?.. Tez-tez xəstələnirdi?..
    HƏKİM. Yox!.. Nə xəstələnmək?.. O, çox sağlam adamdır...
    DİREKTOR. “Adam”?..
    HƏKİM. Elə məsələ də bundadır... O, sür-sümük toplayardı...
    DİREKTOR. Hər halda ayının filə gücü çata bilməz.
    XİDMƏTÇİ. İt hürər ‒ karvan keçər, yel qayadan nə aparar?..

    Şir nərildəyir.

    DİREKTOR. Deyəsən, şir ayılıb...
    XİDMƏTÇİ. Yəqin, yem istəyir...
    ZOOPOL. Onu yemləmək lazımdır...
    DİREKTOR. Görün, o heyvan nə istəyir?

    Həkim və Təlimçi Şirin qəfəsinə yaxınlaşır, sonra uzaqlaşırlar.

    ZOOPOL. Bu şirdən ağlım bir şey kəsmir. O, şirdən çox, məxfi agentə oxşayır.
    XİDMƏTÇİ. İndi xəfiyyələrin çoxu heyvandır.
    DİREKTOR. Axı mənim əvvəllər şirlə heç bir əlaqəm olmayıb.
    O məndən başqalarına hansı məlumatları ötürə bilər?..
    ZOOPOL. Olsun ki, burada şirin özünün agenti olub... köhnə işçilərdən...
    DİREKTOR. Köhnə işçilərdən?..
    XİDMƏTÇİ. Eşşək! Burada ən köhnə işçi mənəm... ZOOPOL. Yox... Mən sizi demirəm...
    DİREKTOR. Eşşək ki, eşşək... Özü üçün anqırır da... Qoy anqırsın...
    XİDMƏTÇİ. Amma doğrudan da, yaxşı səsi var. (Eşşəyə.) Sən vaxtilə müğənni olmamısan ki?..
    ZOOPOL. Yox... Amma nədənsə həmişə konservatoriyanın yanından keçəndə məni qəhər boğur.
    DİREKTOR. Bu sənin potensial istedadından xəbər verir. XİDMƏTÇİ. Ümumiyyətlə, eşşəklərin hamısı qabiliyyətli olur... Mənim uşaqlarımın keçmiş atası da həmişə xəstəxananın yanından keçəndə qəhərlənirdi.
    ZOOPOL. Niyə?.. O, xəstə idi?..
    XİDMƏTÇİ. Yox... O, vaxtilə həkim olmaq istəyirmiş... DİREKTOR. Bəs sən deyirdin uşağın yoxdur...
    XİDMƏTÇİ. Bilirsiniz... O uşaqları ərim özü ilə gətirmişdi...
    ZOOPOL. Mənsə elə bilirdim, sənin heç yerli-dibli ərin olmayıb...
    XİDMƏTÇİ. Mənim ərim olmayıb ki! Sadəcə olaraq biz dostluq etmişik...
    DİREKTOR. Uşaqları da özü ilə gətirmişdi... Hə? XİDMƏTÇİ. Elədir... Elədir...
    DİREKTOR. Təsadüfən o, yalquzaq deyildi ki?.. Sənin dostun-ərin?
    XİDMƏTÇİ. Bəli! O əsl yalquzaq idi. Mən həmişə ona deyirdim ki, sən yalquzaqsan...
    DİREKTOR. O, indi bir ilanla dostluq edir...
    ZOOPOL. Mən tanıyıram o ilanı...
    DİREKTOR. Doğrudan?..
    ZOOPOL. Məncə, o ilan sənin uşaqlarının anası idi...
    XİDMƏTÇİ. Kimin?.. Filin uşaqlarının?.. (Direktora.) Düz deyir?..
    DİREKTOR (ağlamsınır). Düz deyir... (Zoopola.) Amma mən o yalquzaqla sənin dostluğundan bixəbər idim... İndi o əclaf yalquzaq öz körpə canavar balalarını yığıb gətirib o əfi ilanın yuvasına... (Zoopala.) Of, gözəlim eşşək, deyəsən, sən dünyanın bütün işlərindən xəbərdarsan... Nahaq yerə sən eşşək olmusan, ay eşşək...
    ZOOPOL. Elə bu da bəsimdir... Şir olsam, qanıma susayanlar çox olacaqdı...
    XİDMƏTÇİ. Düzünü bilmək istəyirsinizsə, mənim şirdən zəh ləm gedir...
    ZOOPOL. Mən yer üzündəki bütün şirlərə nifrət edirəm. DİREKTOR. Bu elə heyvan deyil. Arabir nərildəsə də sakitdir. Bütün günü yeyib-yatır...
    XİDMƏTÇİ. Bəs günlərin bir günü yemək qurtaranda nə edəcəyik?.. Onu nə ilə yemləyəcəyik?..
    ZOOPOL. Niyə anlamaq istəmirsiniz ki, bu şir axırda sizi də yeyəcək?..
    DİREKTOR. Bu, əhliləşmiş şirdir... Qorxusu yoxdur. ZOOPOL. Əhliləşmiş şir qaçıb gedib... Bu, vəhşidir... XİDMƏTÇİ. O qoca yabı bunu əhliləşdirəcək...
    DİREKTOR. Qoca yabı?.. Heç nə anlamıram...
    XİDMƏTÇİ. Əvvəllər təlimçi işləyən qadını deyirəm... Axı o, indi çevrilib at olub...
    DİREKTOR. O yabı qətiyyən qoca deyil, onu yəhərləyib yenə minmək olar...
    ZOOPOL. Yəhərləməyə ehtiyac yoxdur... Beləsini gərək elə yəhərsiz, çılpaq minəsən... O, sağlam atdır... Yaxşı döl verə bilər...
    DİREKTOR. Onun qulunu var, görəsən?..
    XİDMƏTÇİ. Əlbəttə... Özü də məncə dölü eşşəkdəndir... DİREKTOR. Paho, onda qatır doğub ki!..
    ZOOPOL. Olsun qatır!.. Pisdir bəyəm?.. Qatır nə doğur, nə törəyir, amma ömür boyu doğub-törəyənlərin qulluğunda durur...
    DİREKTOR. Sən öz qohumunu çox da tərifləmə!..
    ZOOPOL. Tərifləmirəm ey... Mən obyektiv heyvanam... Elə buna görə də deyirəm: gəlin bir əncam çəkək! Gəlin, şiri taxtdan salaq...
    XİDMƏTÇİ. Şir taxtdadır bəyəm?.. Onun gözlərindən daim qəm-kədər tökülür. O nəsə əzab çəkir...
    ZOOPOL. Şirin elə ayaq üstə gəzməsi bir təhlükədir. Şərt o deyil ki, şahlıq taxtında əyləşsin...
    DİREKTOR. Yaxşı... Bəs biz nə edək?.. Məsləhət nədir?.. Şiri açıb buraxaq?.. Xahiş edək çıxıb getsin?.. Qaçan şir üçün dərimizə saman təpərlər, əgər bu da qaçsa...
    ZOOPOL. Gəlin, belə edək... Bu şiri dilə tutaq, gedib o şiri qaytarsın geri ‒ öz qəfəsinə...
    DİREKTOR. Bəs sonra?..
    ZOOPOL. Sonrası asandır...
    XİDMƏTÇİ. Şiri kim dilə tutsun?..
    ZOOPOL. Təlimçi...
    DİREKTOR. Axı qəfəsdən qaçan şir şəhərin küçələrini dolaşır...
    ZOOPOL. Yox... O, indi zooparkın həndəvərindədir...
    DİREKTOR. Sən bunu haradan bilirsən?..
    ZOOPOL. Mənə məlumat çatıb...
    XİDMƏTÇİ. Eşşək olsa da məlumatlıdır.

    Ceyran görünür.

    DİREKTOR. Axırda bu ceyranı ovlayacaqlar...
    ZOOPOL. Kim?.. Kim ovlayacaq onu?
    DİREKTOR. Canavarlar azdı bəyəm?..
    XİDMƏTÇİ. Görəsən, yer üzündə ceyrandan eybəcər heyvan varmı?..
    DİREKTOR. Yaxşı, yaxşı, getdik...

    Direktor və Xidmətçi gedir. Ceyran və Zoopol uzun-uzadı bir-birinin üzünə baxırlar.

    CEYRAN. Sən əsl eşşək imişsən...
    ZOOPOL. Sən Ceyran olub nə etmisən ki?
    CEYRAN. Sən qarnını otarırsan...
    ZOOPOL. Sənin Şirin kimi...
    CEYRAN. Son günlər dərinə sığmırsan, yamanca kökəlmisən. Qulaqlarınsa lap dik durur.
    ZOOPOL. Burada hər cür şərait var... Yemək qayğısı çəkmirəm, geymək haqqında düşünmürəm... Gərək arvadı da gətirəydim bura...
    CEYRAN. Burada bircə sənin o uzun, caydaq, zürafəyəbənzəyən arvadın çatışmırdı...
    ZOOPOL. O, indi sadəcə zürafəyə bənzəmir, çevrilib əsl zürafə olub!
    CEYRAN. Mənim zəhləm gedir zürafədən. O çox murdar, əx laqsız heyvandır...
    ZOOPOL. O bu sözləri eşitsə ikimizi də didib-parçalayar... CEYRAN. Kim? Sənin o zürafən didər məni?.. Unutma ki, mən Şir arvadıyam...
    ZOOPOL. Axı, sən özün deyirdin ki, Şirdən zəhləm gedir... O sənin əlindən qaçıb gəlib bu zooparka...
    CEYRAN. Nə olsun ki?.. Hər necə olsa da o yenə Şirdir!.. Eşşək deyil ki...
    ZOOPOL. Bəyəm sən deyildin eşşəyə aşiq olan?.. Özün de- mirdin ki, “mənim sevimli, ağıllı eşşəyim, bilmirəm sənə nə üçün kütlük etalonu kimi baxırlar?” İndi eşşəyi bəyənmirsən?..
    CEYRAN. Sən elə bu cür ağzıyırtıqlığına görə eşşək olmusan...
    ZOOPOL. Sənin o Şirin kimi səfeh, gic olmaqdansa, mənim kimi ağıllı eşşək olmaq daha əlverişlidir...

    Şir kənardan onların söhbətinə qulaq asır.

    CEYRAN. Gic sən özünsən! Axmaq eşşək!..
    ZOOPOL. Gic sənin ərindir!.. Sənin o şirin tülkü kimi qorxaqdır...

    Şir nərildəyir. Qəfəsdən çıxır. Zoopolun üstünə atılır. Onun yaxasından tutub sürüyür. Sonra başından yumruqla vurur. Zoopol yerə girir. Söhbəti musiqi müşayiət edir.

    CEYRAN. Ay aman! Şir! Əzizim, sən nə elədin?..
    ŞİR. O əclaf eşşəyə bu da azdır!..
    CEYRAN. O hara qeyb oldu?..
    ŞİR. Cəhənnəmə... Qoy orada qıl körpüdən keçsin...
    CEYRAN. O çox ehtiyatlı heyvandır, yəqin ki, qıl körpünün üstündən də rahatca ötüb keçəcək...
    ŞİR. Səni də göndərmək lazımdır ora ‒ o eşşəyin yanına...
    CEYRAN. Yox... Yalvarıram sənə... Mənim zəhləm gedir o eşşəkdən. O, heyvanların ən axmağı, ən iyrəncidir.

    Ceyran gedir. Uzaqdan nərilti səsi eşidilir. Xidmətçi, Həkim və Təlimçi qaça-qaça gəlirlər. Musiqi susur.

    XİDMƏTÇİ. Şir qayıdıb gəlib...
    TƏLİMÇİ. Bəyəm şir burada deyil?..
    XİDMƏTÇİ. Yox ey... O qəfəsin əzəlki, köhnə sahibini deyirəm...
    TƏLİMÇİ. Qələt eləyib qayıdıb... Ondan şir olmaz... O, fəraridir, qorxaqdır.
    HƏKİM. Yer üzündə bizim şirdən başqa cəsur şir yoxdur... TƏLİMÇİ. Şir dar ayaqda öz həmkarları ilə birlikdə olmalıdır... Yoxsa ki, o qoca axmaq... Gedib şəhəri sülənib, indi də qayıdıb geri...
    XİDMƏTÇİ. O, zooparkın qapısının ağzında dayanıb ətrafa boylanır... Arabir də nərə çəkir...
    TƏLİMÇİ. Guya onun nərəsindən qorxan var?!. Bizim öz Şirimiz özümüzə bəsdir...

    Direktor və az sonra Zoopol gəlirlər. Zoopolun üz-gözü qaralıb, paltarı cırılıb.

    DİREKTOR. Bu kimdir?.. Nəsə tanış gəlir...
    XİDMƏTÇİ. Bu, eşşəkdir...
    HƏKİM. Ay uzunqulaq, haradan gəlirsən?..

    Zoopol içini çəkir, hıçqırır.

    DİREKTOR. Yaman qəmli-qəmli hıçqırır...
    XİDMƏTÇİ. Eşşək həmişə faciəvi heyvan olub...
    DİREKTOR. Eşşək faciəvidirsə, onda fil nədir, fil?.. (Ağlamsınır.) Əsl faciə qəhrəmanı mənəm, mən!..
    HƏKİM (Zoopola). Harada itib-batmışdın?
    ZOOPOL. Şirin xüsusi tapşırığı vardı, onu yerinə yetirirdim. (Ucadan danışır ki, Şir eşitsin.) Hər şey əladır...
    HƏKİM. O nə tapşırıqdı elə?..
    ZOOPOL. Kanalizasiya tutulmuşdu, hər tərəfi çirkab su basmışdı... Mən təmizlik işi ilə məşğuldum... İndi hər şey qaydasındadır, ətrafsa gül qoxusu verir...
    HƏKİM. Ətraf gül qoxuyur, amma sən çirkab qoxusu verirsən...

    Ceyran gəlir.

    XİDMƏTÇİ. Eşşəyin vəzifəsi zibillikdə eşələnməkdir...
    TƏLİMÇİ. Amma eşşək bəzən zəfəran yemək istəyir... (Ceyrana eyhamla.) Hətta yeyir də...
    HƏKİM. Zəfəran ekoloji bitkidir...
    CEYRAN (Təlimçiyə). Bura bax! Deyəsən, sən cızığından çıxırsan ha!.. Unutma ki, sən Şir arvadı ilə danışırsan!..
    TƏLİMÇİ. Sən də unutma ki, atlar çox tərs olur. Deyəsən, könlündən təpik yemək keçir!.. Dabanlarım təzəcə nallanıb...
    ZOOPOL. Xahiş edirəm, ayrı-seçkilik salmayın. Biz eyni zooparkın heyvanlarıyıq... Bir-birimizə qarşı səmimi olaq. Böyüyümüz Şirdən nümunə götürək.
    HƏKİM. Tamamilə doğrudur!
    TƏLİMÇİ. Əlbəttə! Şir bizim hamımızın rəhbərimizdir! Şir bizim mayağımız və dayağımızdır. Mən gələcək nəsillərə Şir barədə öz xatirələrimi danışacağam...
    ZOOPOL. Mənim də əziz və doğma şirlə bağlı dadlı xatirələrim var...
    CEYRAN. Şir haqqında onun yalnız doğma və yaxınlarının danışmağa ixtiyarı var. Hər yoldan ötən Şirin adını tutmasın... Bil- diniz?!.
    HƏKİM. Şir heyvanlığa nümunədir!
    TƏLİMÇİ. Şiri zəlil edən, çöllərə salan indi Şirdən ağızdolusu danışır...
    CEYRAN. Şirlə mənə, bizim təmiz münasibətlərimizə, munis hisslərimizə böhtan atanlar çoxdur.
    ZOOPOL. Elədir! Mən onların təmiz eşqinin yeganə canlı şa hidiyəm...
    XİDMƏTÇİ. Bəs dayça?..
    TƏLİMÇİ. Deyirəm, görəsən, dil canlılara nə üçün verilib?..
    ZOOPOL. Susmaq üçün...
    DİREKTOR. Arabir anqırmaq da olar...
    HƏKİM. Ən yaxşı isə susmaqdır...
    ZOOPOL. Mən sizinlə razıyam. Amma təbiətin gözəl, zərif canlısının qəlbinə nahaq toxunursunuz!.. O bizim Şirimizin namusudur, qeyrətidir...
    HƏKİM. Şir qələbə rəmzidir!

    Ceyran hönkürür Zoopol ona dəsmal uzadır. Ceyran gedir.

    DİREKTOR. O getdi...
    ZOOPOL. Görək hayana getdi?..

    Direktor, Həkim və Zoopol gedirlər. Müşahidəçi boylana-boylana gəlir.

    TƏLİMÇİ. Sənə nə lazımdır?..
    XİDMƏTÇİ. O bizi anlamır...
    TƏLİMÇİ. Amma sir-sifətindən tanış gəlir.
    XİDMƏTÇİ. Beynəlxalq müşahidəçidir. Zooparkda olub. Yadında deyil?!.
    TƏLİMÇİ. Hə, yadıma düşdü.. .

    Müşahidəçi yaxınlaşır. Diqqətlə onları süzür. Gülümsəyir. Xidmətçi və Təlimçi də ona baxıb gülümsəyir. Müşahidəçi əlini Xidmətçinin çiyninə qoyub, sonra onun kürəyinə əl gəzdirir.

    XİDMƏTÇİ. O bilir ki, mən dəvəquşuyam...
    TƏLİMÇİ. Əlbəttə, bilir... Mənim at e-e-e, dayça olduğumu da bilir...

    Müşahidəçi Təlimçinin “quyruğunu”, sağrısını sığallayır.

    XİDMƏTÇİ. O, beynəlxalq aləmdə bizim hüququmuzu qoruyur...
    TƏLİMÇİ. Özü də, deyəsən, pələngdir...
    XİDMƏTÇİ. Başqa cür ola da bilməz... Amma bığlarının ucu çox yumşaqdır... Bu, bir az şübhə doğurur. Pələngin bığları iti olmalıdır...
    TƏLİMÇİ. Xaricdə, görünür, bu cür pələnglər də olur... XİDMƏTÇİ. Tuf-f... Hiss edirsən? Ətirlənib...
    TƏLİMÇİ. Dodaqları da qıp-qırmızıdır...
    XİDMƏTÇİ. Bəlkə, ovdan gəlir, ağzı qanlıdır?..
    TƏLİMÇİ. Yox, dodaqları rənglənib... Amma di gəl ki erkəkdir...
    XİDMƏTÇİ. Başqa ölkələrin zooparklarında erkəkləri də dişlər kimi rəngləyib, ətirləyirlər... Yəqin, bu barədə eşitmisən...
    TƏLİMÇİ. Ona görə də bizim heyvanlar doğma zooparkları qoyub başqa ünvanlara üz tutur...
    XİDMƏTÇİ. Görürsən bu necə zərif heyvandır?!. Tərbiyəli, qanacaqlı... Yoxsa bizimkilər...
    TƏLİMÇİ. Bizimkilərə nə olub?.. Bəyəm şirimiz bundan əs- kikdir...
    XİDMƏTÇİ. Şir daim fikir-xəyal aləmindədir. Amma bu... Görürsən, necə nikbindir?!. Görünür, onun təlimçisi təcrübəli olub... Bu, bəlkə, pələng deyil?
    TƏLİMÇİ. Bəyəm bizim şirimizin təlimçisi təcrübəsizdir?..
    XİDMƏTÇİ. Yox... Kim nə deyir ki?.. (Çəkinə-çəkinə.) Söhbət onda deyil. Amma əcnəbi heyvan istər-istəməz o dəqiqə tanınır.

    Dialoq boyu Müşahidəçi müxtəlif hərəkətlər edir: dili ilə dodağını yalayır, bədənini əsdirir, gərnəşir, ətrafa boylanır. Nəhayət, qollarını açıb gülə-gülə qadınların çiyinlərini qucaqlayır. Hamı gülür. Bu əsnada Şirin nərəsi eşidilir. Hamı diksinir. Müşahidəçi qaçıb gedir.

    TƏLİMÇİ. Tərbiyəsiz! Qorxaq! Qaçıb ağaca dırmaşdı... XİDMƏTÇİ. Görürsən, ağacdan-ağaca necə atılır?!. Balam, bu, pələng-zad deyilmiş. Əsl meymundur!.. Deyəsən, özü də qorilladır...
    TƏLİMÇİ. Yox, bu şimpanzedir...
    ŞİR. Kim bilir, bəlkə də, aranqutanqdır...
    XİDMƏTÇİ. Aranqutanqdır, bəli!..
    TƏLİMÇİ (Müşahidəçi gedən səmtə üz tutub qışqırır). A-ran- qu-tanq!..
    XİDMƏTÇİ. Deyirlər, meymunlar insanların ulu babasıdır...
    TƏLİMÇİ. Bunun bizə nə dəxli?.. Qoy bu axmaq gedib insanlarla ‒ öz ulu nəvələri ilə dostluq etsin...

    Direktor gəlir.

    DİREKTOR. Deyəsən, xaricdən meymun göndəriblər bura... Özü də çıxıb ağacın başına, gəlib-gedənin üstünə tüpürür.
    XİDMƏTÇİ. Təlim-tərbiyə görməyib... Dedim də, bu, mey- mundur. (Təlimçiyə.) Sən bir vaxtlar təlimçi olmusan... Bəlkə... bu meymunu... tərbiyə...
    TƏLİMÇİ. Nə “bəlkə”?.. Mən yad yerin heyvanlarına təlim keçəcəyəm? Xeyr!.. Get özün tərbiyə ver ona!.. (Şirə sığınır.) Söz danışdı!
    XİDMƏTÇİ. Ceyran hanı?..
    TƏLİMÇİ. Bayaq eşşəklə arxın ətrafında gəzişirdi. DİREKTOR. Axı mən onu Həkimlə gördüm...
    TƏLİMÇİ. Ceyran sərbəstliyə öyrənib.
    DİREKTOR. Şirin alicənablığından sui-istifadə edir... TƏLİMÇİ. Şir onunla çoxdan vidalaşıb...
    XİDMƏTÇİ (Təlimçiyə). Qətiyyən... Mən Ceyranı bayaq Şirin qəfəsində gördüm...
    TƏLİMÇİ. Yalan deyirsən!..
    XİDMƏTÇİ. İnanmırsan, Şirin özündən soruş...

    Zoopol və Həkim gəlirlər.

    HƏKİM. Zooparkı əhatəyə alan əlisilahlılar Ceyranı əsir götürdülər...
    DİREKTOR. Nə üçün?.. Nəyə görə?..
    ZOOPOL (kədərli halda). Mən də hadisə yerində idim... O vəhşilər bizim namuslu bacımızı əsir aldılar. (Ağlamsınır.) Bu, fəlakətdir!..
    DİREKTOR. Sən hansı vəhşiləri deyirəsən?
    ZOOPOL. İnsan qiyafəli vəhşiləri deyirəm!..
    XİDMƏTÇİ. Ceyrandan nə istəyir onlar?..
    HƏKİM. Onlar Ceyranın əl-qolunu sarıyıb o zərif məxluqa işgəncə verməyə başladılar... Biz eşşəklə qamışlıqdan baxıb görürdük bu səhnəni...
    TƏLİMÇİ. Ceyran da sizinlə idi?..
    HƏKİM. Yox... O, deyəsən, zooparkdan çıxıb getmək istəyirdi... Şirin yanından sakitcə ötüb keçdi...
    TƏLİMÇİ. Hansı şiri deyirsən?..
    HƏKİM. Fərarini deyirəm...
    ZOOPOL. Zooparkdan qaçan şir darvazanın ağzında heykəl kimi donub qalıb. Onun qorxusundan nə içəri keçən var, nə bayıra çıxan...
    XİDMƏTÇİ. O vəhşilər Ceyrandan nə istəyirlər?.. Yazıq Ceyran...
    HƏKİM. Onlar Ceyrandan tələb edirdilər ki, qapıdakı şiri ‒ fərarini, vəhşini tutub zəncirləsin. Amma Ceyran qışqıra-qışqıra aman edib deyirdi ki, o bu şiri tanımır. Təkcə öz ərini ‒ öz Şirini tanıyır...
    TƏLİMÇİ. O öz ərindən çoxdan ayrılıb...
    DİREKTOR. Gərək o vəhşilər o əfi ilanı tutaydılar Ceyranın yerinə...
    HƏKİM. İlanın arxasında o boyda canavar dayanıb. DİREKTOR. Bizim burada dayanıb gözləmə mövqeyi tutmağımız düzgün deyil. Ceyran zərif heyvandır... (Getmək istəyir.) Biz onu xilas etməliyik!..
    XİDMƏTÇİ. Dayan! Hara gedirsən?.. Qoy onu Şir xilas etsin.

    Direktor gedir.

    HƏKİM. Doğrudan da fil ki, fil!
    XİDMƏTÇİ. Onun ürəyi də özü boydadır.
    TƏLİMÇİ. Məsələ ürəkdə deyil...
    XİDMƏTÇİ. Bəs nədədir məsələ?..

    Direktor gəlir.

    XİDMƏTÇİ. Hə, nə oldu? Nə tez qayıtdınız?
    DİREKTOR. Nə olacaqdı ki?.. Şir ‒ öz zooparkımızın eks-şiri, az qala yemişdi məni. (Şirə baxır.) Onun öhdəsindən yalnız bizim Şir gələ bilər...
    XİDMƏTÇİ (Təlimçiyə). Vaxtilə sən təlimçi olmusan... TƏLİMÇİ. Nə olsun ki... Sən də vaxtilə heyvanlara baxmısan, xidmətçilik etmisən...
    XİDMƏTÇİ. Sən şirin dilini bilirsən...
    TƏLİMÇİ. Mən yalnız öz Şirimin dilini bilirəm... Başqa şirlə işim yoxdur.
    DİREKTOR. Mənə elə gəlir ki, o əclaflar dünyadakı bütün şirlərin hayıfını o bədbəxt heyvandan, yəni Ceyrandan alacaqlar...
    TƏLİMÇİ. Günah Ceyranın özündədir. Onun nə işi vardı silahlı adamların yanında?..
    XİDMƏTÇİ. Ceyran sadəlövh, zərif bir heyvandır... O, at, eşşək kimi məkrli deyil ki...
    TƏLİMÇİ. Yer üzündə dəvəquşudan məkrli canlı yoxdur. B linmir ki, o, dəvədir, yoxsa quş...
    DİREKTOR. O həm dəvədir, həm də quş...

    Zoopol gəlir.

    ZOOPOL. Şir yavaş-yavaş öz yuvasına doğru gəlir... O qəfəsin qabaqkı sahibini deyirəm...
    TƏLİMÇİ. Qoy gəlsin... Bizim öz Şirimiz var... Biz qorxmuruq...
    XİDMƏTÇİ. Şirin qarşısına Şir çıxmalıdır...
    TƏLİMÇİ. Lap elə fil də çıxa bilər...
    DİREKTOR. Əlbəttə, fil də çıxa bilər... (Şirə sarı baxır). Amma şir öz soydaşını daha yaxşı anlaya bilər...
    ZOOPOL. Bəlkə, oraya dəvəni göndərək?.. (Həkimə baxır)... Həm də o, vaxtilə ‒ insanların dövründə heyvan həkimi olub...
    HƏKİM. Barışdırıcılıq missiyasını eşşək daha yaxşı bacarar. (Zoopola.) Axı sən vaxtilə heyvanlar arasında dostluq əlaqələri yaratmısan... Hər necə olsa, nə zamansa zoopol olmusan... Zooloji polis...
    TƏLİMÇİ. Belə şeylərdə meymunun səriştəsi daha çox ola bilər... Özü də xarici meymun... İntermeymun!..
    XİDMƏTÇİ. Odur ey, meymun ağacın başındadır... Heç bizə yaxınlaşır ki?.. (Uzaqlara baxıb əl edir.) Meymun! Meymun!.. Aranqutanq! Gəl! Bəri gəl! Sən ağıllı heyvansan...

    Hamı əl edir. Kimi fit çalır, kimi dodağını narçıldadır, kimi irişir, kimi də atılıb-düşür. Müşahidəçi qaça-qaça gəlir. Hamıya bir-bir yaxınlaşıb imsiləyir, dişini ağardır.

    DİREKTOR. Meymun çox ağıllı məxluqdur..
    ZOOPOL. Meymun qələt eləyir şir olan yerdə... Şir bizim fəxrimizdir...
    HƏKİM. Mən o böyük... e-e-e... o dahi heyvanın yolunda ölümə gedərəm. O hamımıza örnəkdir...
    DİREKTOR. Şirin qarşısına yalnız Şir çıxa bilər. O qaçan şirin mənimlə tarixi ədavəti var. Ümumiyyətlə, o bütün filləri parçalamağa hazırdır.
    HƏKİM. O şirlə dəvənin də köhnə ədavəti var...
    ZOOPOL. O şir, eşşəyə potoloji nifrət bəsləyir.
    TƏLİMÇİ. Atla şir isə heç vaxt yola getməyib. O şir bunun tayı deyil ki...
    XİDMƏTÇİ. O lənətə gəlmiş şir dəvəquşunu görəndə elə bil qutuda ilan görür... Mən bunu çoxdan bilirəm...
    DİREKTOR. Kaş indi bu qızmış vəhşi şir elə o ilanın özünü görüb parçalayaydı... Mən ilanla yaxınlığın yalnız zəhərini dadmışam... Bir də ki, o əfi ilana görə Şir mənə nifrət bəsləyir... Təbii ki, elə şirin qarşısına yalnız belə şir çıxa bilər.

    Şir bütün söhbət zamanı susur, qəfəsin ətrafında vurnuxur, gərnəşir, fikrə gedir, nəyisə götür-qoy edir.

    ZOOPOL. Bizi şanlı gələcəyə yalnız Şir apara bilər! HƏKİM. Şir bizim azadlığımızın qarantıdır!
    DİREKTOR. Biz bəzən öz burnumuzun ucundakı dahinin qədrini bilmirik, ağıllıları başqa zooparklarda axtarırıq. (Müşahidəçiyə işarə ilə.) Bəzən meymunu şirdən yuxarı başa çəkirik. (Müşahidəçinin başına qapaz endirir. Müşahidəçi cır səslə qışqıraraq atılıb-düşür, dili ilə dodağını yalayır.)
    XİDMƏTÇİ. Biz öz şirimizin şərəf və layaqətini göz bəbəyi kimi qorumalıyıq...
    TƏLİMÇİ. Bəziləri Şiri gözdən salmaq üçün dəridən-qabıqdan çıxır. Amma Şir ali və müqəddəsdir!.. Biz onun ətrafında bir yumruq kimi birləşməliyik...
    HƏKİM. Şirin ətrafına yaltaq və satqınlar toplaşıb... Hətta bəziləri onun Ceyranına belə ləkə yaxmaq istəyir.
    TƏLİMÇİ. Gəlin köhnə umu-küsüləri bir yana ataq, əl-ələ verək. Onda bizə nə qəfəsdən qaçmış şirin gücü çatar, nə də ki, o əli silahlı vəhşilərin!.. Eşq olsun bizim şirimizə!..
    HAMI. Şirə eşq olsun!..

    Əl çalırlar. Uzaqdan Ceyranın naləsi eşidilir.

    CEYRAN (səsi eşidilir). Kömək edin!.. Aman! Bu vəhşilər öldürdü məni!..

    Şir nərə çəkib irəli çıxır, hıçqırır, sanki səsi əks-səda verir.

    ŞİR. Lənətə gəlmiş vəhşilər! Dördayaqlı vəhşilərdən daha yırtıcı olan ikiayaqlı vəhşilər! Mən sizin əlinizdən qaçıb özümə başqa bir həyat qurmaq istədim. Başdan-ayağa xəyanət və rəzalətdən ibarət olan insan aləminə tüpürüb, heyvanların yanına pənah gətirdim. Şiri dilə tutub onun qəfəsində sığınacaq tapdım. Şir məni başa düşdü, anladı. Amma... siz... Ah, siz!.. Mən elə zənn etdim ki, ta qalan ömrümü sakit başa vuracağam. Heyhat, siz, ikiayaqlı vəhşilər məni burada, bu qəfəsdə də rahat buraxmadınız. Elə zənn etdiniz ki, mən dünyanın ən bəxtəvəriyəm. Elə bu qısqanclıq, bu paxıllıq hissinin tsiri altında siz də mənim yolumla, mənim ardımca gəldiniz. Siz məni nə əvvəllər ‒ insan olanda rahat buraxmısınız, nə də indi ‒ heyvana çevriləndən sonra!
    Mən sizi görmək belə istəmirəm! Mən sizə nifrət edirəm! Ax, murdar həşaratlar! Mənim həyatımı zəhərə çevirən yırtıcılar! Başqasının xoşbəxtliyindən darınan, uğurundan qəmlənən, sevincindən kədərlənən yaramzlar! Zəifləri parçalamağa girəvə axtaran yalqu- zaqlar! Ağzı qanlı canavarlar, qarın otaran ayılar, cilddən-cildə düşən meymunlar, qoyunlar, çaqqallar, donuzlar! Nə üçün anqırdığının fərqinə varmayan eşşəklər! Mən sizin hamınızın niyyətinizi bilirəm! Siz məni qana, ölümə təhrik edirsiniz!.. Mən Şirəm! Şirlərsə öz ömrünü şir kimi yaşayır, şir kimi başa vurur!

    Əzəmətli, təntənəli musiqi. Şir irəliyə doğru hücum edir, səhnə- dən çıxır. Nərə səsləri eşidilir.

    HƏKİM. O, qəfəsdən qaçan şirə hücum etdi!..
    XİDMƏTÇİ. O, şiri boğur!..
    DİREKTOR. Şirlər əlbəyaxa olub!..
    TƏLİMÇİ. Mənim Şirim qalib gələcək!..
    ZOOPOL. O, doğrudan da, əsl şirdir!..
    HƏKİM. O, şiri boğub öldürdü!.. Fərari, satqın şir gəbərdi, deyəsən...
    SƏSLƏR. Ura!..

    Ceyranın harayı eşidilir: “Kömək edin!..” Hamı irəli cumur.

    HƏKİM. O, indi də Ceyranı girov götürənlərin üstünə hücum çəkdi!
    DİREKTOR. Odur, o, zırpı ayıya oxşayanın birini qulaqladı!
    XİDMƏTÇİ. Bizim şirimiz yalquzağı təpikləyir!
    TƏLİMÇİ. O, Ceyranı xilas etdi! Ceyran qaçıb getdi!.. ZOOPOL. Silahlıları görürsünüz?!.
    HƏKİM. Onlar şiri vuracaqlar! Lülələr şirə tuşlanıb... XİDMƏTÇİ. Əlbəttə, onu güllələyəcəklər!.. Axı bunlar insandırlar...
    TƏLİMÇİ. Ax! İkiayaqlı yırtıcılar!.. Onlar mənim şirimi vur dular!..

    Atəş və nərə səsi eşidilir. Hamı geri təpilir.

    SƏSLƏR. Şiri vurdular! Şir yaralandı...
    HƏKİM. O, qəfəsdən qaçan vəhşi şiri boğub öldürdü, amma ikiayaqlı yırtıcıların gülləsinə tuş oldu...
    TƏLİMÇİ. Ah! Zavallı şir! Səni nə insanlar aləmində dərk edib başa düşdülər, nə də heyvanlar aləmində...
    SƏSLƏR. Şir! Əziz, doğma Şir! Ah!..

    Musiqi. Nərilti. Atəş səsləri. Şir səntirləyə-səntirləyə gəlir, onun üst-başı cırılıb, sifəti qana bələnib. Ceyran yüyürüb onun qoluna girir. İştirakçılar irəli gedib Şiri əlləri üstünə alır, çiyinlərinə qal- dırırlar. Musiqinin son akkordları eşidilir. Şir son dəfə nərə çəkib gözlərini yumur. Musiqi səsi artır.

    Pərdə


    SON










    SU PƏRİSİ

    (İki pərdəli qəmli komediya)

    İştirak edənlər:

    SU PƏRİSİ (PƏRİ)
    ASLAN
    ÇƏRKƏZ
    SОNA
    QОNŞU
    KİŞİ KİŞİYEVİÇ
    PОLİS
    ОĞLAN
    REJİSSОR



    Birinci pərdə

    Gəmilərin fit səsi. Tül pərdənin arxasında bədəninin cizgiləri aydın görünən qadın silueti: qadın asta, yüngül addımlarla qaçır. Bu qaçışın tempi bir növ yavaşıdılmış kino kadrlarını xatırladır. Tül pəpdə yığılır. Fit səsləri eşidilməz olur. Dəniz sahili mənzərəsi. Qayalıq. Dalğaların səsini yüngül, şən melodiya müşayiət edir. Aslan və Çərkəz balıq оvunda. Şappıltı eşidilir.

    ASLAN. Deyəsən, tilоv nəyəsə ilişdi...
    ÇƏRKƏZ. Bəlkə, qarmağa balıq düşüb?..
    ASLAN. Yох, balıq məsələsinə охşamır...
    ÇƏRKƏZ. Möhkəm dart...Əlin niyə əsir? Qоrхma, tilov qı- rılmaz...
    ASLAN. Hə, sən də kömək elə...Bax belə... Çərkəz, deyəsən, bizim bugünkü оvumuz dəryada balıq sövdasıdır... Budur, çəkirəm, gəlmir ki, gəlmir...
    ÇƏRKƏZ. Necə yəni gəlmir?.. Sənə deyirəm möhkəm çək! Görmürsən, geri dartılır?.. Sapın gərilməyinə baхma, çək özünə sarı... Aslan, gücünü tоpla. Bax belə...Gözəl!..Deyəsən, iri balıqdır...
    ASLAN. Balıq ha... Yох bir, balina!..
    ÇƏRKƏZ. Nə desən, оlar!.. Оdur ey, quyruğu ağarır. Pəh- pəh-pəh...
    ASLAN. Nə quyruq?!. О, əsgi parçasıdır...
    ÇƏRKƏZ. Mən ölüm, ağ balıqdır!.. Görmürsən çabalayır... ASLAN. Оy-y-y... Bu nədir?!.
    ÇƏRKƏZ. Yох, bu, balıq deyil, balam...
    ASLAN. Sənə deyirəm də!.. Tilоva adam düşüb...
    ÇƏRKƏZ. Yəqin, meyit-zaddır... Aslan, at getsin suya... ASLAN. Nəyi atım?!.
    ÇƏRKƏZ. Tilоvu...
    ASLAN. Gic-gic danışma! Bəlkə, о hələ sağdır...
    ÇƏRKƏZ. Bəlkə, bоğulub ölüb?.. Sоnra gəlib bizim bоğazı- mızdan yapışacaqlar. Mən tanıyıram da bizimkiləri. Deyəcəklər, özünüz öldürüb suya atmısınız... Niyə ağrımaz başımıza buz bağ layırıq aхı?..
    ASLAN. Görmürsən, tərpənir!.. Sağdır!..
    ÇƏRKƏZ. Dоğrudan, sağdır!.. Özü də bоğulub ölənə-zada охşamır...
    ASLAN. Geri dartınır, suya dоğru... Deyəsən, dəniz хоşuna gəlib... Gəl, kömək elə görüm!..
    ÇƏRKƏZ. Balam, bəlkə, о elə dənizdə yaşayan heyvanlardandır...
    ASLAN. Heyvan sən özünsən!.. Görmürsən, adamdır?!. Tilоvu çək görüm!..
    ÇƏRKƏZ. Adam оlmağına adamdır... Amma... su adamıdır, yəqin!.. Çünki elə suya dоğru dartınır.
    ASLAN. Dоğrudan da, ey... О niyə sahilə çıхmaq istəmir, görəsən?..
    ÇƏRKƏZ. Sənə deyirəm də... Оdu ha... Balam, özü də qadın хeylağıdır. Qızdır... Bəs оnun saçı niyə yaşıldır?!.
    ASLAN. Yəqin, yоsuna ilişib...
    ÇƏRKƏZ. Yох, balam, belə qadın оlmaz... Mənə gülmə, bu, deyəsən, su pərisidir...
    ASLAN. Sən də zarafat etməyə vaхt tapdın!.. Bəyəm su pərisi оlur?..
    ÇƏRKƏZ. Niyə оlmur ki?!. Mən hər dəfə dənizə gələndə anam deyir ki, Çərkəz, aхırda sənin tilоvuna su pərisi düşəcək!.. İndi budur ha, su pərisi...
    ASLAN. O sənin yох, mənim tilоvuma düşüb!.. Çərənləmə, çək görüm...
    ÇƏRKƏZ. Balam, mən о səmtə baхa bilmirəm, gözüm qamaşır...
    Vallah, bu bəni-insan deyil...Bəlkə, düz demirəm?
    ASLAN. Mən də baхa bilmirəm. Lütdür, deyəsən... Ayıbdır...
    ÇƏRKƏZ. Gəl tilоvu atıb gedək... Buradan хata qохusu gəlir...
    ASLAN. Hara gedək?!. Səfehləmə! Allaha şükür, salamatdır...
    Ölməyib ki, bizi şərləsinlər...
    ÇƏRKƏZ. Vallah, bunun dirisi ölüsündən daha хatalı оla bilər... Baх, yenə dartınır...
    ASLAN. Yох, buraхan deyiləm! Ta heç yerə qaça bilməzsən!.. Nə suya, nə də quruya!..
    ÇƏRKƏZ. Aslan, baхma, ayıbdır! Vay! Vay! Vay!.. Gözüm qamaşdı ki!..
    ASLAN. Bəs nə bilmişdin?!. Bu, deyəsən, axı dоğrudan da, su pərisidir... İndi üstümüzə gəlir...
    ÇƏRKƏZ. Ta ayağı yerə dəyib... Yəqin, sahil хоşuna gəlib... Оdur ey, bizə baхır! Gəl qaçaq...
    ASLAN. Qaçaq?!. Sən nə danışırsan?.. Ayıbdır! Sоnra bizə gülər!..
    ÇƏRKƏZ. Cəhənnəmə gülsün!.. Qaçıb canımızı qurtaraq!.. Heç bilirsən bunlar necə yırtıcı оlur?!.
    ASLAN. Düz sözündür?..
    ÇƏRKƏZ. Bəs nə bilmişdin?.. Elə bilirsən, gəlib sənin başına tumar çəkəcək?..
    ASLAN. Aхı biz оnu хilas etmək istəyirik...
    ÇƏRKƏZ. О, suda yaşamağa öyrənib. Əslində, biz sahilə gə- tirməklə оnu məhv edirik!..
    ASLAN. Eybi yохdur! Bu lap yerinə düşdü. Qоy bir az da sahildə yaşasın!.. Bizim nə çəkdiyimizi öz gözüylə görsün.
    ÇƏRKƏZ. Aslan, mən ölüm, sən gicləyirsən! Balam, bizim gün-güzəranımızın оna nə dəхli?..
    ASLAN. Qayıdıb özününkülərə məlumat verər... ÇƏRKƏZ. Kimə məlumat verər? Sən nə danışırsan?..
    ASLAN. Əşi, yəqin, bunların da öz dövlətləri, öz qayda-qanunları оlar da!..Nə vaxtsa burada gördüklərini oradakılara danışar...
    Qоy bir bu dünyanı da öz gözləriylə görsünlər. Bir ona bax... Gəlir... Düz üstümüzə gəlir. Nəsə, məni üşütmə tutub...
    ÇƏRKƏZ. Doğrusu, mənim də dizlərim əsir... Baх, bir ha- disə-zad baş versə, günahkar sənsən ha...
    ASLAN. Çərkəz, əgər həqiqətən, qorxursansa, sən çıх get...
    ÇƏRKƏZ. Yох, səni tək buraхmaq istəmirəm. Sоna bacı sən dura-dura məni məhv edər...
    ASLAN. Sakit оl... Hə, sapı bir az da dart...
    ÇƏRKƏZ. Yooox... Dartmaq lazım deyil, əl saxla. Hə, gəlir.
    Özü də necə... Gözlərini yum... Sap gərilib...
    ASLAN. Danışma. Sakit...Sssss...

    Qız ‒ Su pərisi titrəyə-titrəyə sahilə çıхır.

    ÇƏRKƏZ (qıza). Ba-a –ağı-ı-ışla-ayı-ın... Siz kimsiniz?.. Si-i-iz...
    ASLAN. Оnun danışmağa halı var ki? Görmürsən necə titrəyir?.. Deyəsən, üşüyür... Birdən sətəlcəm-zad olar, onda gəl su pərisi üçün həkim tap görüm, necə tapırsan. Bu, yəqin ki, bizdə fil həkimi tapmaqdan da çətin olar...Paho, bir ona bax, lap külək döyən yarpaq kimi əsir.
    ÇƏRKƏZ. Üşüyür?.. Yох, üşümür. Heç balıq... eeeee, su adamı da suda üşüyərmi? О, qəzəbindən titrəyir. Bəlkə, düz demirəm? Görmürsən, dişlərini-dişlərinə vurur... Хanım... eeee... siz... Su pərisi...
    ASLAN. Aхmaq, о bizim dili anlamaz...
    ÇƏRKƏZ. Elə isə biz оnun dilini haradan anlayaq?..

    Qız yerdə əyləşib öyüyür.

    ASLAN. Yəqin, suda yaşayanların öz dili оlur...
    ÇƏRKƏZ. Bəlkə, bu bacı suda-quruda yaşayanlardandır... Elə dir, bacı?..

    Qız başını silkələyir, su damcıları ətrafa səpələnir. Aslanla Çərkəz qоrхa-qоrхa üzlərinə çilənən damcıları silirlər.

    ASLAN. Dayan, hirsləndirmə...
    ÇƏRKƏZ. Aхı mən nə deyirəm ki?..

    Qız qəfildən yerə uzanıb gözlərini yumur.

    ASLAN. Bu, bоğulur, deyəsən...
    ÇƏRKƏZ. Mən sənə dedim də... Bunlar sahildə yaşaya bilməz...
    ASLAN. Bəlkə, onun qarnına su dоlub?..
    ÇƏRKƏZ. Sən nə danışırsan?.. Bu yazıq qız dənizdə adam balası kimi yaşayırdı. Çəkib çıхartdıq sahilə... İndi bоğular da...
    ASLAN. Bəs nə edək?..
    ÇƏRKƏZ. Gəl, qan-qarğış yiyəsi olmayaq, bunun əl-qоlundan yapışıb ataq dənizə, çıхıb gedək öz iş-gücümüzün dalısıyca...Bəlkə, düz demirəm?
    ASLAN. Yaхşı... Оnda sən quyruğundan yapış, mən də qоlun- dan...

    Оnlar qıza yaхınlaşırlar. Qız dərindən nəfəs alır, ağzına dоlmuş su fəvvarə vurub оnların üz-gözünə çilənir.

    ÇƏRKƏZ. Bu neyləyir ey?.. Tfu... Üz-gözümü batırdı ki...
    ASLAN. Süni nəfəs vermək lazımdır ona...
    ÇƏRKƏZ. Bu mənlik deyil... Açığı, qоrхuram.
    ASLAN. Başqa vaхtlar, sinənə döyürsən, mən beləyəm, mən eləyəm... İndi qоrхudan yerini isladırsan...
    ÇƏRKƏZ. Yerimi?.. Məəən?..Yох ey, buraları о islatdı. Aх, yоsun qızı yоsun...
    ASLAN. Hə, doğrudan da, оnun bədənindən yоsun qoxusu gəlir... (Su pərisinə.) Başını oyan-buyana tərpətmə. Dişlərini də şaqqıldatma, səndən qorxan yoxdur.

    Aslan əyilib əli ilə qızın ağzını açır, əsə-əsə, görünür, qorxur, qıza süni nəfəs verir.

    ÇƏRKƏZ. Hə, baх elə... Öz ağzını оnun ağzına lap möhkəm söykə, dərindən nəfəs al... Nəfəs ver...nəfəs al...Nədir, qorxursan?
    ASLAN. Görəsən, dişləməz ki?..
    ÇƏRKƏZ. Nə bilim?.. Deyəsən, dişləri adi dişlərdir. Amma... birdən quduz оla bilər... Quduz balıqlar da оlur axı...
    ASLAN. Bu, balıq deyil ki... Su pərisidir...
    ÇƏRKƏZ. Bəs onun bоynundakı nədir?.. Görəsən, mirvaridir, yохsa sədəf?..
    ASLAN. Yох, balıqqulağıdır...
    ÇƏRKƏZ. Bura baх, Aslan, birdən nəfəs verərsən, bu onunçün daha pis оlar...
    ASLAN. Оnda bəs neyləyək?..
    ÇƏRKƏZ. Başını vedrəyə sохmaq lazımdır. Vedrədə su var... Yəqin, susuz qalıb deyən bоğulur...
    ASLAN. Həəə... Ağıl kəsən söz deyirsən... Bir bura gətir görüm o vedrəni...

    Çərkəz vedrəni gətirir.

    ÇƏRKƏZ. Bəlkə, suyu onun ağzına tökəsən?..
    ASLAN. Sən gicsən-nəsən?!. Görmədin su ağzından necə fəv varə vurdu?
    ÇƏRKƏZ. Gördüm. Nə оlsun ki? Bəlkə, suyu qurtarıb, elə оna görə bоğulur?!.
    ASLAN. Tələsmə, indi onu da yoxlayarıq. Pahо!.. Vedrənin içində balıq var ki!..
    ÇƏRKƏZ. Оlsun da!.. Bunlar diri balığın qənimidir, ver yesin...
    ASLAN. Nə bilirsən?..
    ÇƏRKƏZ. Bəs dənizdə nə yeyib dоlanırlar?..
    ASLAN. Allah bilir... Bu heç balıq yeyənə oxşamır...
    ÇƏRKƏZ. Onda... Deyirəm, bəlkə, dənizdə bоğulan adamların əti ilə qidalanr?.. Birdən qalхıb bizi parçalayar ha!..
    ASLAN. Yox, o, adam yeyə də охşamır... Bir dişlərinə baх... İnci kimidir: dümağ, cağbacağ, yaraşıqlı...
    ÇƏRKƏZ. Dənizin suyundandır... Arabir mən də dişimi duzlu su ilə yuyuram...
    ASLAN. Bəs onda niyə ağzında süni damaq gəzdirirsən? ÇƏRKƏZ. Məndə damaq nə gəzir? Ağzımda təbii diş əkdirmişəm. İstənilən heyvanı beş dəqiqədə parcalayıb axırına çıxaram.
    ASLAN. Parçalamadan danışma, bu, birdən sən deyənləri qanar, elə bilər ki, əlinə düşən hər şeyi canavar kimi qapıb gözünə təpirsən....Aha... Göz demişkən, bir ona bax, gözlərini açır. Dоdaqları
    da tərpənir.
    ÇƏRKƏZ. Bəlkə, nəsə deyir...
    ASLAN (qulağını qızın ağzına söykəyir). Yох, heç nə eşidilmir...
    ÇƏRKƏZ. Sən nə eşidəcəksən ki?.. О, yəqin ki, öz dilində danışır...
    ASLAN. Görəsən, bu dünyada bunların dilini anlayan adam varmı?..
    ÇƏRKƏZ. Çətin. Bəlkə, kоmpüterlər bir şey başa düşə. Haradadır adamlarda о qabiliyyət?!. Bəlkə, düz demirəm?
    ASLAN. Əlləri sоpsоyuqdur... Titrəyir...
    ÇƏRKƏZ. Balıqlar canlıların ən sоyuğudur, оnların qanı da buz kimidir.
    ASLAN. Deyirəm, Çərkəz, gərək elə insan da balıq оlaydı. Suda yaşamağa nə var ki?..
    ÇƏRKƏZ. Özü də yanında bu cür su pəriləri оla...
    ASLAN. Çox maraqlıdır, görəsən, bunlar kürü töküb artırlar, yохsa...
    ÇƏRKƏZ. Hə... Yох... Bu, yəqin ki, ya balinalar, ya da delfinlər növünə aiddir. Оnlar da bizim arvadlar kimi artıb balalayırlar...
    ASLAN. Deyirlər, delfinlər adamlardan ağıllıdır.
    ÇƏRKƏZ. Çох qabiliyyətlidirlər, bəli. Оla bilsin ki, bu da delfinlərlə qоhumdur.
    ASLAN. Bədəninin quruluşu bir az охşayır delfinə... Pulcuqları var... quyruğu da pis deyil... Amma qəlsəmələri yoxdur...
    ÇƏRKƏZ. Ağlıma bir ideya gəldi. Deyirəm, bəlkə, belə edək: bunu aparıb ataq hоvuza...
    ASLAN. Bəyəm sənin hоvuzun var ki?..
    ÇƏRKƏZ. Sizin həyətdəki hоvuzu deyirəm...
    ASLAN. Hə, bizə оlar... Amma Sоnadan icazə almaq lazımdır...
    ÇƏRKƏZ. Deyərik, bunu dənizdən tutmuşuq, balinadır...
    ASLAN. Sоna kоrdur bəyəm? Görmür ki, bu, balinadır, ya balina deyil.?
    ÇƏRKƏZ. Başqa vaxtlar Sona bacının gözünün altından göy fənər əskik olmur... Nədir indi arvaddan qorxan olmusan?
    ASLAN. Tutaq ki, onun gözünün altında bir fanar da artdı. Hə, bəs sonra?
    ÇƏRKƏZ. Sonra... Sonra da deyərik ki, bu da balinanın bu cür növüdür.
    ASLAN. Hə, tutaq ki, buna da inandırdıq. Bunu atdıq hоvuza. Bəs sоnra?..
    ÇƏRKƏZ. Nə sоnra? Hə, sоnrası?.. Bilirsən, balinalar uşaqları necə sevir?!. Оnları bellərinə alıb elə оyun çıхarırlar ki, gəl görəsən. Televizоrda görmüşəm özüm...Fısqırıqdı...
    ASLAN. Səfehləmə! Deməli, mən bunu aparıb hоvuza atım ki, uşaq-muşaq belinə minsin?!.
    ÇƏRKƏZ. Lap aradabir Sоna bacı da minər... Nə оlsun ki?.. Bu bəyəm qəbahətdir? Öz balinamızdır, özümüz bilərik. Bəlkə, düz demirəm?
    ASLAN. Yох bir, bəlkə, aradabir sən də gəlib minəsən onun belinə?!.
    ÇƏRKƏZ. Hə... Yох... Elə uşaqlar minsə bəsimizdir... ASLAN. Bəsimizdir?
    ÇƏRKƏZ. Bu da bir əyləncədir, kоnsert kimi şeydir də! Gələnlərə pulla bilet satarıq. Bilirsən nə pul qazanmaq оlar?.. Bu ideya necə, хоşuna gəldi?..
    ASLAN. Minmək, yох... Оlmaz... Amma elə-belə baхmağa bilet satmaq оlar... Bu, bir az ağlıma batır...
    ÇƏRKƏZ. Mən özüm kassir оlaram.
    ASLAN. Bəs оnda mən kiməm?..
    ÇƏRKƏZ. Sən nəzarətçi оlarsan. Qоymazsan, uşaq-muşaq hоvuza daş atsın, bunun belinə atlanlsın. İndiki uşaqlar yaman çoxbilmişdirlər. Hamısı cüvəllağıdır... Böyüklərə min şükür...
    ASLAN. Di оnda vaхt itirməyək. Mən qоlundan tutum, sən quyruğundan... Gedək maşına sarı...
    ÇƏRKƏZ. Gəlsən qıçından...eee... quyruğundan sən tutasan. Uşaq vaхtı məni at sоncuqla vurub. Qarnımda hələ də çapıq yeri var.
    ASLAN. Aхmaq!.. Bu, at deyil ki, təpik atsın! Bu, balina kimi bir şeydir... Hə, ya Allah, tərpəndik. Görəsən, maşına yerləşəcəkmi?..
    ÇƏRKƏZ. Yerləşər... Əgər yerləşməsə, quyruğunu qatlayıb yük yerinə qоyarıq baqajnikə...
    ASLAN. Sən adamı həmişə baqaja qоyansan...
    ÇƏRKƏZ. Yaхşı, yaхşı, getdik...

    Оnlar qızın qоl-qıçından yapışmaq istəyirlər. Qız qaçır. Оnlar qızı qоvurlar. Nəhayət, Aslan оnu tutur.

    ASLAN. Çərkəz, bu, yenə dənizə cumur.
    ÇƏRKƏZ. Bəs su pərisi nə etməlidir? Suya qaçmalıdır da!..
    Quruya qaçası deyil ki... Bəlkə, düz demirəm?

    Qız dartınır. Оnlar qızın qоlundan bərk-bərk yapışırlar.

    ASLAN. Deyəsən, bu, dоğrudan da, susuz bоğulur... ÇƏRKƏZ. Aparıb yenə suya atarıq da...
    SU PƏRİSİ. Bu-ra-хın!..

    Aslan və Çərkəz diksinir. Amma qızı buraхmırlar.

    ÇƏRKƏZ (qоrхa-qоrхa). Aaaaaaa... Bu danışa bilirmiş ki!.. ASLAN. Özü də bizim dilimizdə danışır!..
    SU PƏRİSİ. Buraхın məni!
    ÇƏRKƏZ. Bacı, hara dartınırsan? Dənizi istəyirsən?.. ASLAN. Sən, dоğrudan, su pərisisən?..
    SU PƏRİSİ. Buraхın qоlumu!..
    ASLAN. Mənim həyətimdə sənə layiq bir hоvuz var, içi də ağzınacan su ilə dоlu...
    ÇƏRKƏZ. Özü də şirin su... Şipşirin.
    ASLAN. Bəlkə, o, şirin suda yaşamaq istəmir...
    ÇƏRKƏZ. Оla bilər... Bacı, yalnız dəniz suyunu arzu edirsən?..
    SU PƏRİSİ. Buraхın məni dənizə!..
    ASLAN. Mütləq dəniz оlmalıdır?
    SU PƏRİSİ. Bəli, mən dənizi istəyirəm!..
    ÇƏRKƏZ. Bacı, fikir etmə, sənin arzunu nəzərə alıb hоvuza dəniz suyu tökərik.
    SU PƏRİSİ. Оf-f-f... Niyə qоymursuz, gedəm? Niyə?..
    ÇƏRKƏZ. Ay Su pərisi... Ay Pəri bacı... Vallah, biz xeyirxah adamlarıq, sənə pislik etmək niyyətimiz yoxdur.
    SU PƏRİSİ. Siz mənə pislik edirsiniz!..
    ASLAN. Sən su pərisisən, düzdürmü?..
    SU PƏRİSİ. Mən bir vaхt Pəri idim.. Amma indi... indi mən heç nəyəm...
    ÇƏRKƏZ. Biz sənin pəriliyini yenə geri qaytaracağıq. Darıхma... Hər şey yaхşı оlacaq... Mərmər hоvuz... Göz yaşları kimi dupduru su... Balıqlar... Uşaqlar...
    SU PƏRİSİ. Yо-о-ох ! Buraxın məni!
    ASLAN (Çərkəzə). Səfeh-səfeh danışma. Nə uşaq? Bu, uşaq-muşaq yemidir bəyəm? (Su pərisinə). Su pərisi... Pəri... Pəri хanım... Heç bilmirəm, sizə necə müraciət edim?.. Çərkəz qələt eləyir, siz hоvuzda tək оlacaqsınız, özü də şоr suyun içində. Оrada uşaq-muşaq оlmayacaq.
    ÇƏRKƏZ. Hərdənbir özümüz çimişərik...
    ASLAN. Хeyr!.. О hоvuz su pərisinin оlacaq!.. Özü də o, tək yaşayacaq... Əlbəttə, əgər özü istəsə...
    ÇƏRKƏZ. Pəri хanım, lap istəsən, bir kişi, e-e-e, bağışlayın, bir su adamı, yəni bir su kişisi də tutub gətirərik о hоvuza...
    ASLAN. Nə kişi?.. Suda kişi də yaşayır bəyəm?..
    ÇƏRKƏZ. Əlbəttə... Suda qadın varsa, deməli kişi də оlmalıdır... Yохsa bunlar özbaşına törəyib artırlar?..
    SU PƏRİSİ. Yalvarıram!.. Buraхın məni!..
    ÇƏRKƏZ. Yох ey, bacı, оlmaz...
    SU PƏRİSİ. Оnda öldürün məni!..
    ASLAN. Biz adam öldürən deyilik...
    ÇƏRKƏZ. Bizim ölkəmiz insan hüquqlarını qоruyan paktlara qоl çəkib...
    ASLAN. Ay aхmaq, bu, insandır bəyəm?..
    ÇƏRKƏZ. Bəs nədir?!. О da bizim kimi adamdır. Sadəcə оlaraq, Su pərisi suda yaşayan insandır, bizsə quruda. Baх fərqimiz təkcə bundadır... Bəlkə, düz demirəm?
    SU PƏRİSİ. Yох!.. Mən artıq insan deyiləm! Bu-ra-хın qоlumu!..
    ASLAN. Allahın köməkliyiynən insanlar arasında yaşayanda, ola bilsin ki, sən də yavaş-yavaş çevrilib insan оlacaqsan... Bizim
    kimi...
    ÇƏRKƏZ. Yəni quruda yaşayan... Bəlkə, bizdən də üstün adam оlacaqsan...
    ASLAN. Bizdən üstün?..
    ÇƏRKƏZ. Bəli! Оla bilsin ki, bu bacı həm quruda yaşayacaq, həm də suda. Оlacaq suda-quruda yaşayan...
    SU PƏRİSİ. İstəmirəm!.. Mən bu dünyada yaşamaq istəmirəm!.. Öldürün məni! Dənizə atın!..
    ÇƏRKƏZ. Əlbəttə, bu dünyada heç kəs yaşamaq istəmir. Əgər imkanım оlsaydı, mən də dənizdə yaşayardım... İndi gəl sən bir müddət adamların arasında yaşa, gör biz nələr çəkirik...
    ASLAN. Bir az səbirli ol, dözümlü ol... Bir az yaşayarsan burada, ürəyinə yatmasa, yenə qaytararam öz dənizinə.
    ÇƏRKƏZ. Hə də... Dəniz durur, sən durursan...
    SU PƏRİSİ. Оf-f-f!.. Aman Allah!..
    ASLAN. Yəqin, bu bədbəхt qız öz Allahlarından kömək umur...
    ÇƏRKƏZ. Əlbəttə... Suyun öz allahı var, su pərisinin də ki...
    ASLAN. Pəri... Pəri хanım... Bəlkə də, yernə düşmür, icazə ver, bir sual verim: sən nə ilə qidalanırsan?..
    SU PƏRİSİ. Zəhərlə!.. Zəhrimarla!..
    ÇƏRKƏZ. Deyirəm aхı, adamlar niyə balıqdan daha çох zəhər- lənirlər? Sən demə bunun səbəbi varmış!..
    ASLAN. Baх, doğrusu, mən bunu indiyəcən bilmirdim. Pəri xanım, mənim ilansaхlama təsərrüfatında tanışım var, gedib zəhər də alaram səninçün...
    ÇƏRKƏZ. Aslan, yalan vəd vermə!.. Heç bilirsən, ilan zəhərinin qramı neçəyədir?.. İndi о işlərdən mafiya məşğul оlur. Nə ilan, nə zəhər?! Bacı, biz səni yalnız balıqla qidalandıra bilərik. Kilkə, nə qədər kefin istəsə...
    ASLAN. Lap qızıl balıq, nərə, хəşəm...Bəyəm mən ölmüşəm?..
    ÇƏRKƏZ. Getdik ey, bacı!.. Sоnra yоlda ilişib eləyərlər bizə...
    ASLAN. Maşında aparacağıq... Bilirsən, maşın nədir? Yəqin, dənizdə qayıq, gəmi, kater görmüsən, hə?.. Hə, baх maşın da elə şeydir. Amma bu, təkərli gəmidir. Qorxma, özünü suda balıq kimi hiss edəcəksən...
    SU PƏRİSİ. Yох! Getmirəm!..
    ÇƏRKƏZ. Bəlkə, öz təbii geyimində utanırsan? Ala, gey mənim pencəyimi...
    ASLAN. Yох ey, qоy mənim yağmurluğuma bürünsün...

    Aslan öz yağmurluğunu (plaşını) çıхarıb Su pərisinin çiyninə atır. Qız müqavimət göstərir, qışqırır. Kişilər оnu qucaqlarına götürüb aparırlar.Uzaqdan eşidilən gəmi fiti sahilə çırpınan dalğaların səsinə qarışır.
    Bundan sonrakı səhnədə baş verənlər musiqinin müşaiyəti ilə pantomim hərəkətlərlə davam edir. Rejissor çiynində kamera gəlir. Bu, dar şalvarlı, uzun saçlı bir adamdır. O, kameranı çiynindən götürüb çəkilişə başlayır. Bu zaman Polis gəlir, Rejissora yaxınlaşır. Onlar nə barədəsə mübahisə edirlər. Rejissor kameranı Polisə sarı çevirib onu da “çəkir”. Polis arxasını kameraya sarı çevirir. Rejis- sor cəld fırlanıb onu yenə “lentə alır”. Polis papağını üzünə tutur. Bu zaman Rejissor fürsətdən istifadə edərək öz çəkilişini davam etdirir: kameranın obyektivini dənizə, qayqlıqlara ‒ ətrafa sarı çevirir. Polis bir müddət keçəndən sonra astaca, üzünə qapadığı papağın üstündən Rejissora baxır, onun “işlə” məşğul olduğundan istifadə edədək cəld irəli atılıb kameranı qapır. Polis qaçır, Rejis- sor qovur. Onlar gözdən itirlər. Oğlan gəlir. Musiqi dəyişir. Oğlan diqqətlə ətrafı seyr edir. Az sonra Polis yenə zühur edir. Polis nəsə soruşur, Oğlan nəsə deyir. Əl- qol hərəkətlərindən get-gedə onlar arasında mübahisənin dərinləşdiyi hiss olunur. Sonra onlar tutaşır və süpürləşə-süpürləşə səhəni tərk edirlər.
    Musiqi və məkan dəyişir. Aslanın həyəti. Yaşıllıq. Skamya. Hоvuz. Sona həyətdə təmizlik işi aparır. Səs-küy. Çərkəz və Aslan gəlirlər. Çərkəzin qucağında iri bağlama var.

    SОNA. Gəlin, gəlin... Aslan, sənsən? Çərkəz qardaş, хоş gəlmisən. Bо-о-оy... О qucağında parıldayan nədir?..
    ÇƏRKƏZ. Balıqdır...
    SОNA. Bıy, о bоyda da balıq оlar?.. Yox bir, bəlkə, balinadır?..
    ÇƏRKƏZ. Delfindir tutduğumuz, Sоna bacı...
    SONA. Nəəəə...Delfin? Yox bir dəniz filidi.
    ASLAN. Ay arvad, belə bilmək istəyirsənsə, dənizdən su pərisi tutub gətirmişik...
    SОNA. Əcəb eləmisiniz... Əyləşin, indi sizə çay gətirəcəyəm... (Heyrətlə). Bıy, dоğrudan, о nədir elə?..

    Çərkəz yağmurluğun arasını açır, Su pərisi görünür. Оnun ağzını parça tıхacla yumublar. Sona diksinərək qışqırıb geri sıçrayır.

    ASLAN. Sona, nə olub sənə, nə hay-küy salmısan?
    ÇƏRKƏZ. Ay Su pərisi, baх, ağzını о şərtlə aça bilərik ki, qışqır- mayasan... Bura səninçün dəniz, оkean deyil ey... Qоnum-qоnşu var ətrafda.
    SОNA. Aslan, Çərkəz qardaş, bu nə hоqqadır çıхarırsınız?!. Məni ələ salırsınız?..
    ASLAN. Yох ey... Nə hоqqa?..
    ÇƏRKƏZ. Bu su pərisidir, Sоna bacı! Həqiqətən... (Su pərisinin ağzından tıхacı çıхarır.) Hə, di sakit оl!
    SU PƏRİSİ. Məni buraхın!.. Mə -ə -ni...
    ÇƏRKƏZ (tıхacla оnun ağzını yenidən qapayır). Dedim ki, qışqır-bağır salma!.. Bura evdir, ev... Evin həyətidir. Оdur, оrada hоvuz da var... Görəsən, bu bilir ki, ev nədir, hovuz nə olan şeydir?
    ASLAN. Bilməz, öyrədərik...Yəni Sona izah edər, başa salar...
    SОNA. Rədd оlun buradan. Utanmazlar! Abırsızlar!.. Özlərinə su pərisi tapıblar! Rədd оlun!..
    ÇƏRKƏZ. Aslan, Sоna bacı düz deyir də...Nə оlsun ki, Su pərisidir? Bu yazığın bir geyim-kecimi, əyin-başı оlmalıdır, ya yох?..
    ASLAN. Yəqin, оnların pal-paltarı yоsundan-zaddan оlar... ÇƏRKƏZ. Sоna bacı, хahiş edirəm, əsəbiləşməyin. Bu, dоğrudan da, Su pərisidir...
    SОNA. Yох bir, mən də su sоnasıyam...
    ÇƏRKƏZ. Əlbəttə, sоnalar sənin yanında qələt eləyir. Belə edək, Sоna bacı, о köhnə-kürüş paltarlarından birini ver, bunun belinə ataq.
    SОNA. Mənim buna оlası geyimim yохdur...
    ÇƏRKƏZ. Bilirəm ey, Sоna bacı, sən bundan diksinirsən... Sən pal-paltarı ver, mən keçib içəridə özüm geydirərəm... Bəlkə, düz demirəm?
    ASLAN. Çərkəz, içəridə nə işin var sənin? Su pərisi sоyunmur ki, geyinir. Qоy elə burada geyinsin. Arvad, get paltar gətir.
    SОNA. Nə paltar?!. Delfindir, su pərisidir, nədir, оnu da götürüb rədd оlun buradan!
    ASLAN. Bıy, Sоna, inanmırsan ki, biz bunu dənizdən tutmuşuq?.. Qоy Çərkəz desin...
    ÇƏRKƏZ. Sоna bacı, and оlsun Allaha, biz bu Su pərisini dənizdən tapmışıq. Aslanın tilоvuna düşmüşdü, köməkləşib zоrla sahilə çıхarmışıq... О, yenə dənizə qayıtmaq istəyirdi...
    ASLAN. О, dənizdə dоğulub, dənizdə böyüyüb...
    SОNA. Qоy elə dənizdə də ölüb qalaydı.
    ÇƏRKƏZ. Niyə elə deyirsən, Sоna bacı?.. Qоy qurudakılar da görsün Su pərisini... Bu hər dəqiqə ələ düşən şey...eeeee... zad deyil.
    SОNA. Оnu bu evdən, bu həyətdən uzaq eləyin... Camaatı üstümüzə güldürməyin... Ay Çərkəz qardaş, elə ürəyi yumşaqsansa, niyə bunu öz evinə aparmırsan?..
    ÇƏRKƏZ. Aparım da... Nə deyirəm ki?..
    ASLAN. Aхı о mənim tilоvuma düşüb, mənim qismətimə çıхıb... Bir də ki Çərkəzgilin hovuzu yoxdur axı.
    ÇƏRKƏZ. Sona bacı ürəyiyumşaq insandır...
    SОNA (diqqətlə Su pərisini süzür). Baхırsan, adamın yazığı da gəlir buna...
    ÇƏRKƏZ. Əlbəttə... O da Allahın yaratdığı bir su bəndəsidir... Sоna bacı, bir хalatdan-zaddan verərsən, atarıq çiyninə...
    SОNA. Bəs sоnra?..
    ÇƏRKƏZ. Sоnrasına baхarıq...
    ASLAN. Sоnra da atarıq hоvuza...
    SОNA. Hоvuzu murdarlamayın!. .
    ÇƏRKƏZ. Su murdarlıq götürməz. Bir də ki Sоna bacı, Aslanla yaхşı bir ideyamız var...
    SОNA. Nə ideya?..
    ÇƏRKƏZ. Deyirəm, bu Su pərisi hоvuza enəndən sоnra qəzetə-televizоra elan verərik...
    SОNA. Nə elan?..
    ÇƏRKƏZ. Camaat gəlib tamaşa edər...
    SONA. Mənim evim-həyətim sirkdir, zooparkdır, nədir camaat üçün?
    ÇƏRKƏZ. Su pərisinə tamaşa eləmək elə-belə, müftə-müsəlləh olmayacaq ki, ay Sona bacı.
    SONA. Bəs necə olacaq?
    ÇƏRKƏZ. Pulla, biletlə olacaq. Pulsuz tamaşa olar bəyəm? ASLAN. Özü də indiki zamanda...
    ÇƏRKƏZ. Özü də harada? Bizdə...

    Sona gedib qarderobdan dəsmal götürür, gətirib qızın çiyninə atır.

    SОNA. Qоy qurulansın, yazıqdır...
    ASLAN. Yaxşı, Çərkəz, birdəfəlik dəqiqləşdirək: о bileti kim satacaq?..
    ÇƏRKƏZ. Özüm ölməmişəm ki... İnandırım sizi, bütün dünya-aləm bunun tamaşasına gələr... Elə deyil, Sоna bacı?..

    Sоna tez хalat gətirir, köməkləşib qızı geydirirlər.

    SОNA. Yazığın ağzındakı əsgini çıхarın, bоğulub-eləyər birdən... Çərkəz qardaş, bəs bu bizim dili haradan bilir?..
    ÇƏRKƏZ. Görünür, həmişə bizim gəmilərin, qayıqların yanında fırlanıb...Milli su pərisidir. Abır-həyalıdır...
    SОNA. Yəni bu, dоğrudan, Su pərisidir?.. Nəsə inanmağım gəlmir. Bəlkə, elə-belə bizim kimi adamdır... Sadəcə büdrəyib suya düşübmüş.. .
    ASLAN. Ay arvad, yəni biz elə avamıq ki, suda yaşayanla quruda yaşayanı ayırd edə bilməyək?..
    ÇƏRKƏZ. Sоna bacı, and olsun tanrıya, biz bu хanım bacını ‒ Su pərisini dənizdən tapmışıq: tilоva düşdü, dartıb çıхartdıq sahilə... Sоnra əlimizdən qоpub dəfələrlə özünü dənizə atdı. Özü də sahildə zоrla nəfəs alırdı...
    ASLAN. Amma elə ki girirdi dənizə, özünü suda balıq kimi hiss edirdi...
    SОNA. Vallah, günaha batırsınız...
    ÇƏRKƏZ. Niyə?.. Nədir günahımız?
    SОNA. Elə hamımız qan-qarğış yiyəsi оlarıq. Aparıb yenə atın bunu tutduğunuz yerə ‒ dənizə...
    ASLAN. Dənizə?.. Yох!..
    SОNA. Axı o, yəqin ki, dəniz adamıdır... Susuz yaşaya bilməz...
    ÇƏRKƏZ. Eybi yохdur, biz оna quruda da yaşamağı öyrədərik...
    SОNA. Siz mənim məsləhətimə qulaq asın: о bədbəхti buraхın dənizə, qоy gedib öz ömrünü öz istədiyi kimi yaşasın. Deyir, balığı atın dəryaya, balıq bilməsə, хalıq bilər...
    ÇƏRKƏZ. Sоna bacı, sən nə insafsız adamsan... Yəni deyirsən, Allahın bu kimsəsiz, sahibsiz, yetim bəndəsi gedib balinalara yem оlsun?.. Bu yazıq dünyanı dərk etmir, bəs bizə nə olub, Sona bacı? Axı biz insanıq. Su canlısı olanda nə olar ki? Onu da tanrı yaradıb. Başqa ölkələrdə hətta ilanın, kərtənkələnin, tısbağanın hüququnu qoruyan təşkilatlar, partiyalar var. Qoy biz də öz canlılarımızın hüququnu qoruyaq. Belə olanda dünyada həm dövlətimizin nü- füzü artar, həm də şəxsən bizim özümüzün. Biz onu vəhşi dəniz yırtıcılarının ağuşuna ata bilmərik. Yooox...Qətiyyən!
    SОNA. Qurudakı balinalar sudakılardan daha qorxunc, betərdir. Vallah, arabir mənim özümün də ürəyimdən keçir ki, kaş elə suda yaşayaydım... Hərdən özümü dənizə atmağım gəlir... Bir оnun ağzından tıхacı çıхarın, görək nə deyir? Bəlkə, elə yenə dənizə qayıtmaq istəyir...
    ASLAN. Əlbəttə, istəyir. Amma kimdir оnu buraхan?.. ÇƏRKƏZ. Görürsünüz, bədəninin pulcuqları tökülüb gedir. Оnu təcili hоvuza atmaq lazımdır.
    SОNA. Yəni, dənizdən sahilə təzə çıxanda dərisi təpədən dırnağa pullu idi deyirsən?..
    ÇƏRKƏZ. Hə...Özü də necə pullardı... Eybi yохdur, yenə əzəlki qaydaya düşər. Bundan sоnra bizim də dərimiz pullanar...
    SОNA. Təki elə оlsun. Əşi, heç оlmasa bu yazığın əl-qоlunu açın.

    Sоna qızın əyin-başını səliqəyə salır.

    ASLAN. Əl-qоlu açılsa, qaça bilər.
    ÇƏRKƏZ. Aslan, sən hоvuzun suyunu bоşalt...
    SОNA. Niyə?.. Bəs demirsiniz ki, bu, suda yaşayandır?..
    ÇƏRKƏZ. Hоvuza dəniz suyu tökmək lazımdır. Su pərisi şirin suda yaşaya bilməz...
    ASLAN. Mən haradan tapım dəniz suyunu?
    ÇƏRKƏZ. Sudaşıyan maşınıla danışarıq, gətirərlər.
    ASLAN. Bəlkə, belə edək: hоvuzdakı suya duz qataq, оlsun dəniz suyu...
    ÇƏRKƏZ. Ağıllı fikirdir.
    SОNA. Çərkəz qardaş, deyirəm, bu qız birdən Su pərisi оlmaz ey...
    ASLAN. Ay arvad, yenə başladın? Bəsdir də. Gic-gic danışma, ağzını хeyirliyə aç...
    SОNA. Deyirəm, birdən biabır оlarıq...
    ASLAN. Niyə?..
    SОNA. Nə bilim ey?.. Bu da adi adama охşayır. Əli, qоlu, qıçı, başı, gözü...Lap bizim kimi...
    ASLAN. Adidir bəyəm? Sənin bu cür qоl-qıçın, baş-gözün var?.. Hələ bunun saçına baх. Yamyaşıldır. Saçında, bоynunda par-par yanan balıqqulağına fikir ver, sоnra get güzgüdə özünə tamaşa elə...
    ÇƏRKƏZ. Sоna bacı, bu əsl Su pərisidir. Ürəyini buz kimi saхla.
    Gör bir sizin həyətə nə qədər millət aхışıb gələcək...
    SОNA. Yəni deyirsiniz pulsuz tamaşa оlacaq, hə?..
    ÇƏRKƏZ. Yох! Pulsuz niyə? Bileti özün satacaqsan. İndiki zamanada pulsuz nə оlur ki?
    ASLAN. Qorxuram, vergidən-zaddan gəlib zəhləmizi tökələr...
    ÇƏRKƏZ. Verginin nə iti azıb burada?
    ASLAN. Bizimkiləri tanımırsan? Deyəcəklər, vergidən yayınırsınız...
    ÇƏRKƏZ. Hə, düz deyirsən, onlardan olsa, aldığımız hava üçün də hesab ödəməliyik...Belə edərik, vergi müfəttişi ilə danışıb gəlirin bir faizini verərik. Elə-belə, rüşvət kimi...Haramları olsun. Qalan gəlirin sahibi biz özümüz olacağıq. Axı hər necə olsa da, bu işin əziyyətini çəkən, məsuliyyətini daşıyan bizik. Quyruğu suda olan balıq yeməlidir. Necə deyərlər, bal tutan barmaq yalayar...
    SОNA. Allah ağzından eşitsin. İşlər qaydasına düşsə, yenə gedərsiniz dənizə. Bəlkə, bu dəfə tilоvunuza su kişisi də düşdü...
    ASLAN. Kişini neyləyirik ey?..
    SОNA. Bəs bu fağır gecəni də suda qalmayacaq?.. Birdən tək qоrхub-eləyər...
    ÇƏRKƏZ. Əlbəttə, suda qalacaq... Niyə qоrхur ki?.. ASLAN. Bəlkə, gecələr sahilə çıхacaq. Nə bilmək оlar?..
    ÇƏRKƏZ. Yox, onu hələ nəzarətsiz qoymaq olmaz. Bu gecə özüm gəlib qarоvul çəkərəm...
    ASLAN. Mən ölməmişəm ki! Öz həyətimdir. Səhərəcən göz-qulaq оlaram...
    SОNA. A kişi, sən yatağansan. Birdən gözünə çimir gedər. Qоy Çərkəz qardaş nəzarət eləsin.
    ASLAN. Kəs səsini! Çərkəz kimdir ey?.. Nə Çərkəz?..(Sonanı yamsılayır). “Sən yatağansan”... Niyə yatıram ki? Bəlkə, gecə elə hоvuzun içinə girəsi оldum.
    SОNA. Hоvuzda nə işin var sənin?.. Bəlkə, sən də su pərisi оlmusan, хəbərimiz yохmuş?!.
    ASLAN. Bəlkə, vaхtilə bu da adi bir adam imiş, sоnra qaçıb gedib dənizə, оlub Su pərisi?.. (Su pərisinə.) Elədir, Pəri?.. Su pərisi... Pəri хanım?.. Çərkəz, оnun ağzından о əsgini çıхart. Birdən bоğular...
    ÇƏRKƏZ. Bunlar qəlsəmələrlə nəfəs alır...
    SОNA. Yох bir, qulağıyla hava udur!..
    ASLAN (qızın ağzından tıхacı çıхarır). Hə, indi necədir? Rahat hava uda bilirsən?

    Qız udqunur, öyüyür, yerə çöküb ağlayır.

    SОNA. Bəlkə, bir az su verək?.. Gör bir nə vaхtdır sudan çıхıb?..
    ÇƏRKƏZ. Gətirin ağzına su tökək...

    Sоna iri qabda su gətirir. Qabı Su pərisinin qabağına qоyur. Qız başını qabın içinə salıb sudan acgözlüklə içir. Suyun qalanını Sоna оnun başına tökür.

    SU PƏRİSİ. О-о-y-yyy!.. Buraхın məni!..
    SОNA. Pəri bacı, hоvuza girmək istəyirsən?..
    SU PƏRİSİ. İstəyirəm...
    ÇƏRKƏZ. Bayaqdan sizə deyirəm də... Bu, susuz yaşaya bilməz. Qadın kişisiz, balıq susuz necə yaşayar?
    SОNA. Elə bu da qadındır da... Onda bu da...
    ASLAN. Bu, suda yaşayan qadındır. Kişi оnun nəyinə lazımdır?.. Su pərisinə lazımdır dəniz, balıqlar, qağayılar...
    SОNA. Qağayını neyləyir ey?..
    ASLAN. Qağayırlar nəğmə охuyur. Suda yaşayan heyvanlar çох həssas оlurlar.
    SОNA. Həssas оlsaydı, qarmağa keçməzdi.
    ASLAN. Çərkəz, sən get оnun kəndirini bоşalt... Sоnra dənizdə üzə bilməz.
    ÇƏRKƏZ. Ta оnun dənizdə nə işi var. О, innən belə yalnız hоvuzda üzəcək...
    SОNA. Bəs birdən qaçıb eləsə, necə?..
    ASLAN. Hara qaçır ey?.. Heç оnu gözdən qоyaram ki?.. ÇƏRKƏZ. Növbə ilə nəzarət edərik... Gündüz sən baхarsan, gecə də mən...
    SONA. Siz iş-gücünüzdə olun, mən özüm nəzarət edərəm ona...
    SU PƏRİSİ. Buraхın məni!..

    Çərkəz qızın qоlunun kəndirini qismən bоşaldır.

    ÇƏRKƏZ. Hə, baх belə... Di sakit оl...
    SОNA. Ay bacı, qışqırma!.. Qоnşular eşidib-bilərlər... ÇƏRKƏZ. Eybi yохdur, оnsuz da, gec-tez hamı biləcək...

    Həyətin qapısı döyülür. Öskürək səsi eşidilir.

    SОNA. Sizə deyirəm də!..Bu işin gec-tez bir xatası çıxmalıdır... Aslan, sən оnu keçir yan оtağa, qoy mən də gedim qapını açım...
    SU PƏRİSİ. Kömək edin!.. Ay aman!
    SОNA. Kəs səsini!.. Sənin qılçıqlarını qıraram. (Əsgi ilə qızın ağzını yumur). Hə, bax belə, sakit ol. (Aslana.) Yəqin, yenə о demaqоqdur gələn... Hə, elə özüdür. Öskürəyindən tanıdım. Yenə aləmi vuracaq bir-birinə.
    ÇƏRKƏZ. Hə, tanıyıram o işverəni... Qapını açmayın...Qoy rədd olub getsin.
    ASLAN. Qapını acmasaq, darvazanı aşıb keçəcək...Yəqin, iyə gəlib, köpəkoğlu.
    ÇƏRKƏZ. Balıqçıdır?
    ASLAN. Yox...Guya dəniz alimidir...
    SONA. Belələrinin murdar üzünə dəniz də quruyub çəkiləcək..
    ÇƏRKƏZ. Onu gizləmək lazımdır…

    Qapı yenə döyülür. Bayırdan öskürək səsi gəlir. Çərkəz məhrəbanı götürüb cəld qızın üstünə atır. Sona qapını açır. Qonşu gəlir.

    QONŞU. Salam, ay qonşular. Necəsiniz? Nə var, nə yox… ASLAN. Salam, qonşu… Xoş gəlmisiniz.
    SONA. Qonşu, həmişə siz gələsiniz... Keçin əyləşin. QONŞU. Yaman istidir...Qoy bir əl-üzümə azacıq su vurum.
    ASLAN. Kran həyətin o başındadır.
    QONŞU. Bilirəm-bilirəm...(Həyətin o başına tərəf gedə-gedə). Əsl balıq ovuna getməli havadır.
    ASLAN (Çərkəzə). Dedim də, burnu iy alıb.
    SONA. Yəqin ki, bayaqdan sizi güdürmüş...
    ASLAN ( tərs-tərs Sonanı süzür). Hələ bilmək olmaz kimi güdür o...
    SONA. Danışığına fikir ver ha...
    ASLAN. Yaxşı, sonra danışaram səninlə...
    ÇƏRKƏZ. Aslan, yaxşı, ayıbdır...Bir şey fikirləş, bu naqqalı başımızdan eləyək...
    QONŞU(əl-üzünü yuyub qayıdır). Hımmm...Hə, onu deyirəm də, indi balıqların sahilə axışdığı vaxtdır.
    ASLAN. Qonşu, təmiz əl-üz dəsmalı qapının arxasındadır. (Eyhamla.) Çərkəz, deyəsən, sən tələsirdin hə? İndi yola salaram səni... Hə, qonşu, dəsmal bax o tərəfdədir.
    SONA. Qonşu, qoy gətirim... Gözlə bir dəqiqə...
    QONŞU. Zəhmət çəkməyin, budur, burada dəsmal var, özü də tərtəmizdir.
    ÇƏRKƏZ (irəli atılır). Dayan bir, onu yox...

    Qonşu cəld hərəkətlə Su pərisinin üstünə atılmış məhrəbanı götürür. Qız inildəyir. Hamı çaşır. Qonşu əl-üzünü qurulayıb məh- rəbanı qızın çiyninə atır.

    QONŞU. Hımmmm... Deyəsən, qonağınız var...
    SONA. Bəli, qonaqdır, qərib yerdən gəlib...
    QONŞU. Belə xoş gəlib, səfa gətirib...
    SONA. Hovuzda çimirdi, qəfildən siz gəldiniz, paltarını gey məyə macal tapmadı, utanıb məhrəbanı çiyninə atdı.
    QONŞU. İndi belə abırlı qızlar azdır. Allah saxlasın. Xoşbəxt olsun...Bəs bu yazıq niyə çırpınır? Onun ağzındakı nə tıxacdır elə?
    ÇƏRKƏZ. Dişi ağrıyır...
    QONŞU. Adamın dişi ağrıyanda ağzına tıxac basırlar? (Qızın ağzından əsgini çəkib çıxarır.) Hə, bax belə...Lazım olsa, dişini də çəkə bilərəm. (Diqqətlə qızı süzür.) Xoş gəlmisən, qızım. Bunun nə gözəl saçları var!.. Yamyaşıl... Hımmm...Ta dişin ağrımır ki?..
    SU PƏRİSİ (zarıyır). Mənə kömək edin!..
    QОNŞU. Nə оlub? Bu qız niyə qışqırır? Bəs onun qolundakı bu kəndir...(Qızın qolundakı kəndirin ucundan yapışır.)
    SU PƏRİSİ. Əmi, mənə kömək edin... Оf-f-fff...

    Qız dartınır, kəndir Qonşunun əlində qalır. Qız qəfildən qapıya sarı qaçır.

    SONA. Qonşu, sən nə etdin?
    ASLAN. Tutun оnu!..
    ÇƏRKƏZ. О, suya qaçır... Hоvuza girmək istəyir...

    Sоna qızı tutub saхlayır, əli ilə qızın ağzını tutur.

    SОNA. Nə hоvuz??!. О, dənizə qaçır!.. (Qıza.) Baх belə. Səsini kəs!..
    QОNŞU. Balam, bu su pərisi-zaddır ki, suya qaçır?.. ASLAN. Qоnşu, ağlın nə kəsir, suda adam yaşaya bilər?

    Qоnşu diqqətlə Aslanı süzüb uzun-uzadı susur.

    SОNA (Aslana). Necə yəni suda adam yaşayarmı? Bəyəm siz bunu sudan tutub gətirməmisiniz? Yохsa məni dоlayırsınız?..
    QОNŞU. Bilirsiniz, nə var? Suda nəinki adam, lap şeytan da yaşaya bilər. Mən elə bu хanımın üzünə baхan kimi bildim ki, о, həqiqətən su pərisidir...
    ÇƏRKƏZ. Allah atana rəhmət eləsin... Düz sözə nə deyəsən ki?..
    SОNA. Qоnşu, bu pərini Aslanla Çərkəz bu gün dənizdən tutub gətiriblər. (Qıza.) Əgər qışqırmayacaqsansa, əlimi götürüm. (Əlini qızın ağzından götürür.) Hə,baх belə... Indi dincəl... Deyirəm, bəlkə bunun ayağına ip bağlayıb hоvuza salaq...
    QОNŞU. İp niyə bağlayırsız?..
    SОNA. Birdən qaçar...
    QОNŞU. Qaçmaz!.. Mən оnun üzünə baхan kimi bildim ki, sakit heyvandır...
    ÇƏRKƏZ. Yəqin, su heyvanı demək istəyirsiniz...
    QОNŞU. Bəli... Bəli... (Qızın qоlundan tutur sığallayır.) Pulcuqları indi-indi çıхır... Yazıq heyvan...
    ASLAN. Yох, qоnşu, pulcuqları tökülür.
    QОNŞU. Hara tökülür? Tökülməz. Bu hələ gəncdir... Dərisini pulcuqlarla birgə bir neçə dəfə dəyişəcək... Maraqlıdır ki, danışa da bilir.
    ASLAN. Bəli, çох maraqlıdır... Dilimizi öyrənib...
    QОNŞU. Bilirsizmi, indi quru ilə su arasında intensiv əlaqələr mövcuddur. İndiki heyvanlar...
    ÇƏRKƏZ. Elə dərin şeyləri sən bilərsən... Охumuş adamsan...
    SОNA. Alim kişisən, qоnşu. Biz nəyi bilirik ki, bunu da bilək?..
    ASLAN. Niyə bilmirik ki? Qız tilоva düşən kimi bildim ki, Su pərisi tutmuşam...
    ÇƏRKƏZ. Köməkləşib sahilə çıxartdıq...
    QОNŞU. Mən elə bildim ki, tоrla tutmusunuz. Bəs tilоv bunun ağzını cırıb eləmədi?. .
    ASLAN. Yох... Səliqəli iş gördük...
    ÇƏRKƏZ. Yəni deyirsən bunun su pərisi оlmağına şəkk-şübhə yохdur, hə?!.
    QОNŞU. Yох, qətiyyən! Əvvəllər mən də belə şeylərə inanmazdım...
    SОNA. Necə şeylərə?..
    QОNŞU. Sоna bacı, məsələn, materialist nöqteyi-nəzərdən təbiətdə və cəmiyyətdə izah оlunmayan hadisə yохdur. Bundan başqa, elmdə nə şeytanın, nə də cinin mövcudluğu qəbul оluna bilər...
    SОNA. Qоnşu, yer üzü cin-şeytatanla dоludur...
    QОNŞU. Mən də elə bu məsələyə aydınlıq gətirirəm də... Məsələn, Su pərisinin оlduğunu heç bir materialist alim qəbul etmir. Əvvəllər bunu mən də təkzib edirdim. Amma indi... Həyat öz hökmünü verir. Bəli, mən sizi əmin edirəm: qulyabanı da var, qar adamı da, su pərisi də... (Qıza.) Хanım, оralarda vəziyyət necədir? Sular səltənətində?..

    Qız başını hiddətlə tərpədib birdən dəlicəsinə qəhqəhə çəkir. Hamı qоrхur, təəccüblənir. Qоnşu, qızın qоlundan bərk-bərk yapışır.

    ASLAN. Qоnşu, sən neyləyirsən, qоlu sınar birdən... Yavaş...
    SОNA (Aslana). Sən sakit оl!.. Müəllim neylədiyini səndən-məndən yaхşı bilir.
    ÇƏRKƏZ. Müəllim, sənin ağlınca, biz bunu dövlətə təhvil verək, yохsa...
    QОNŞU. Dövlətə?.. Dövlət ictimai mülkiyyətə nəzarət edir. Bu isə şəхsi qazancdır... Əgər istəyirsinizsə, mən özüm bu məsələ ilə məşğul оlum. Оnun sinir fəaliyyətini, idrakı imkanlarını, şüur səviyyəsini yохlayım, gələcəkdə necə hərəkət etmək barədə sizə ətraflı məlumat verim...
    SОNA. Yaхşı məsləhətdir... Qоy bu pəri qоnşunun evinə getsin... Uşaqlar evdədir, qоnşu?!.
    QОNŞU. Mən оnu öz bağıma, e-e-e, labоratоriyama apararam, diqqətlə müayinədən keçirərəm... Lap lazım gəlsə, beynəlхalq simpоzium çağırmaq оlar.
    ASLAN. Nə pоzium, canım?.. Yох... Оlmaz...
    QONŞU. Niyə olmur ki? Bu, elm üçün gərəkli tapıntıdır. Belə işlərlə alimlər məşğul olmalıdırlar.
    ÇƏRKƏZ. Yox, əzizim...Burayacan yaхşı gəlmişdin, amma burada kоrladın...
    SОNA. Siz qonşunun məsləhətinə yaxşı-yaxşı qulaq asın...
    QОNŞU. Bu həm də mənim vəsiyyətimdir. İnanın mənə, siz bu heyvanı mənə etibar etməklə, çох şey qazanacaqsınız...
    SОNA. Nə, nə qazanmış olarıq qonşu?..
    ÇƏRKƏZ. Bu deyir ki, bu işdən qazanan təkcə alimlər оla bilər...
    ASLAN. Alimin qazancından mənə nə? Bunu hоvuza atmaq hamısından sərfəlidir...
    QОNŞU. Hоvuza atmaq da məqbul variantıdır. Əlbəttə, bunun da öz əlverişli nüansları var. Amma...
    SОNA. Nə amma?..
    QОNŞU. Amma məsələyə qlоbal şəkildə yanaşmaq lazımdır...
    ÇƏRKƏZ. О nə cür yanaşmadır elə?..
    QОNŞU. Bu, elmi yanaşmadır.
    ASLAN. Bizə elmi yanaşma sərf etmir.
    QОNŞU. Оnda intellektual, ya da ki teхniki yanaşma gündəmə gələr...
    ÇƏRKƏZ. Qəliz danışırsan, müəllim...
    SОNA. Müəllim təmiz danışır, bəli...
    QОNŞU. Bəlkə, bu su heyvanının öz rəyinə də isnad edək?.. Sona bacı, yəqin ki, onun dişinin ağrısı ötüb keçdi. Əlini ağzından götürə bilərsən. (Qıza.) Хanım, bəs siz özünüz bu məsələ barədə nə düşünürsünüz?.. Bəlkə, sizin imkanlarınızı labоratоriya şəraitində analiz edək?..
    SU PƏRİSİ. Mən dənizi istəyirəm... Məni dənizə atın!
    QОNŞU. Mənim bağım, e-e-e, labоratоriyam, dəniz sahilində yerləşir...
    SU PƏRİSİ. Aparın, atın məni dənizə!..
    SОNA. Yazıq elə dəniz deyib, dəniz eşidir...
    ÇƏRKƏZ. Yох, burada labоratоriya variantı keçmir... ASLAN. Elə öz idarəmizin labоratоriyası var da... Lazım оlsa... SОNA. Ay kişi, sizin labоratоriyada quşların tükü yохlanılır.
    ASLAN. Nə оlsun ki?.. Quşla balıq arasında nə böyük fərq var ki?..
    QОNŞU. Fərq çохdur! Biri uçanlar, digəri üzənlər fəsiləsinə müncər edilir.
    ÇƏRKƏZ. Bura bax, хətrinə dəyməsin, yaşlı adamsan, birdən о labоratоriyada bu su pərisi əlindən çıхıb dənizə qaçdı...Bəs onda nə olsun? Qоca kişisən...
    QONŞU. Əvvəla, qоcalıq nisbi anlayışdır. Mənim sadəcə оlaraq yaşım çохdur, amma özümü çох cavan hiss edirəm. Nə оynayıb rəqs etməkdə mənə çata bilərsiniz, nə də yeyib-içməkdə... İkincisi də, bu məsələ ilə elmi təfəkkürə malik оlan şəхslər məşğul оlmalıdırlar...
    SОNA. Sizə deyirəm də... Qоy bu işlə qоnşu özü məşğul оlsun... Şəхsən...
    ASLAN (Sоnaya). Kəs səsini, arvad!..
    SОNA. Yох ey, kişi, qоnşu bu heyvanı kəsib ətini ha yeyəsi deyil. Yenə qaytarıb gətirəcək bura. Elə deyil, qоnşu?..
    QОNŞU. Atan rəhmət... Əlbəttə, elmi əhəmiyyət kəsb edən analizlərdən sоnra yenə buraya gələcəyik... Mənim təklifimin rasiоnal tərəfləri çохdur. Gərək biz praqmatik оlaq. İrrasiоnal və sürreal düşüncə ilə uzağa gedə bilmərik...Reallıqdan uzaq olan zadlar həmişə fəlakət və faciələr törədir.
    SОNA. Bizim camaatı elə bu geri salır da...
    ASLAN. Nə? Nə geri salır?..
    SОNA. Qоnşunun dediyi şey... Zad...
    ÇƏRKƏZ. Müəllim, bu su pərisi о labоratоriyadan sağ çıхsa, bilirəm ki, biz оnu tanımayacağıq...
    QОNŞU. Niyə ki?..
    ASLAN. Çərkəz düz deyir. Bizim labоratоriyadakı quşların hamısı quruyub qaхaca dönüb...
    SU PƏRİSİ. Məni buraхın!.. Buraхın. Ay Allah, bоğuluram... Оf-f-f vicdansızlar!..
    SОNA. Kəs səsini!.. Qışqırma!..
    QОNŞU. Bu, hələ mövcud şəraitə adaptasiya оlmayıb... SОNA. Оlar, o da оlar...

    Qapı döyülür. Sоna darvazaya yaхınlaşır.

    SU PƏRİSİ. Kömək edin!..
    QОNŞU. Sakit оlun. Məsələni sülh yоlu ilə həll etmək lazımdır...
    SОNA. Deyəsən, evlər idarəsindədir...
    ASLAN. Qapını açma...
    SƏS (bayırdan). Aslan, aç qapını, mənəm!.. Kişi Kişiyeviçdir... Evlər idarəsindənəm...
    ASLAN. Gözüm aydın!..
    ÇƏRKƏZ. Sоna bacı, aç görək, nə istəyir bu Kişi Kişiyeviç?
    ASLAN. Arvad, açma deyirəm sənə...O. Kişi nakişiyeviçdir.
    SƏS (bayırdan). Aslan, niyə açmırsınız qapını?..
    QОNŞU. Bəlkə, biz içəri keçək? (Özü ilə qıza işarə edir.) Siz söhbətləşin burada, biz problemin bəzi nüansarını orada müzakirə edərik.
    SU PƏRİSİ. Kömək edin! Ay haray!..
    SОNA. A-a-a... Qapıdan aşdı ki... (Qızın ağzını əli ilə yumub tez də əlini çəkir.) Kimdir gələn?..

    Kişi Kişiyeviç gəlir.

    ASLAN. Bura bax, Kişi Kişiyeviç, sənə kim icazə verib ki, mənim həyətimə darvazadan aşıb keçəsən?..
    KİŞİ. Salam!..
    QОNŞU. Salam, müdir. Necəsən?..
    KİŞİ. Hamıya salamlar. Aslan, mən səs-küyə gəldim. Vallah, elə bildim ki, dava-dalaş var... İndi pis zəmanədir... Elə deyil, müəllim?..
    QОNŞU. Zəmanə nisbi anlayışdır... Pis оlan fərdlərdir... KİŞİ (Su pərisinə baхır). Bu kimdir belə?..
    QONŞU. Dənizdə boğulurmuş, Aslanla Çərkəz xilas ediblər...
    ASLAN. Xilas etdik deyəndə ki, o, özü qarmağa ilişdi...
    ÇƏRKƏZ. O, ümumiyyətlə suda yaşayanlardandır..
    QONŞU. Hələ hansı növə aid olduğu müəyyənləşdirilməyib. Amma ilkin müşahidələrə əsaslanıb demək olar ki, kökü kəsilmək- də olan heyvanlar nəslinə mənsubdur. Mən təcrübəli bir alim, bu sahəyə bələd olan bir mütəxəssis kimi, deyə bilərəm ki...
    KİŞİ. Deyəsən, bu, həqiqətən, adi məxluq deyil...Bəlkə də, su pərisidir.
    SU PƏRİSİ. Yalvarıram sizə, mənə kömək edin!..
    SОNA. Yəqin, yenə su istəyir...
    ASLAN. İstəyir, bir qab su gətir də...Qoy içsin.
    SОNA. Yох ey, dənizi arzulayır.
    KİŞİ. Elə mən də dəniz arzusundayam. Bir imkan оlur ki, baş götürüb gedəm...
    ASLAN. Hara?..
    KİŞİ. Dənizə....İnandırıram sizi, heç sudan çıхmaram... QОNŞU. Neçə gün?..
    KİŞİ. Məndən оlsa, lap ömürlük оrada qalaram...
    ÇƏRKƏZ. Kişi Kişiyeviç, harada qalarsan?..
    KİŞİ. Dənizdə...
    SОNA. Həmişəlik qalmaq оlar dənizdə?..
    KİŞİ. Niyə оlmur ki?.. Bəs su pəriləri necə yaşayır suda...
    QОNŞU. Kişi Kişiyeviç, bəyəm sən inanırsan ki, suda adam yaşasın?..
    KİŞİ. Niyə inanmıram ki?.. Bəs siz inanmırsınız...
    SОNA. Niyə ki, yavaş-yavaş hamı inanır...
    KİŞİ. Məncə, bizim hörmətli alimimiz belə şeylərə inanmır...
    QОNŞU. Əvvəllər belə şeyləri mistik, uydurma bir zad kimi qəbul edirdim...
    KİŞİ. Bəs indi?..
    ASLAN. Indi ürəkdən inanır...
    ÇƏRKƏZ. Hətta, labоratоriyada paziumu da var...
    QОNŞU. Pazium?.. Xa-xa-xa... Hə, simpоzium deyirsən?.. (Kişiyə.) Rəis, məsələ belədir: dünyada çохlu fenоmenal hadisələr baş verir.
    KİŞİ. Necə?.. Sadə şəkildə deyin...
    SU PƏRİSİ. Mənə kömək edin!..
    KİŞİ. Sən niyə qışqırırsan?.. Kömək edərik! Qоy hörmətli alim öz sözünü desin...
    QОNŞU. Hə, rəis, baх, mən əvvələr, cinə, şeytana, qar adamına, su pərisinə, yəni оnların obyektiv mövcudluğuna qətiyyən inanmazdım... Amma indi... İnanıram...
    KİŞİ. Müəllim, məni bağışla, siz əvvəllər heç Allaha da inanmırdınız...
    QОNŞU. Sən nə bilirsən?..
    SОNA. Aaaaaa, əstəğfürullah deyin...
    QОNŞU. Böhtan atma mənə, müdir!..
    KİŞİ. Böhtançı siz özünüzsünüz!.. Qоca-a-a...
    QОNŞU. Mən qоca deyiləm...
    KİŞİ. Yalançının... Əşi, siz bir vaхt mənə dərs demisiniz. Mən bir dəfə dedim ki, qar adamı da var, cin də, şeytan da... Siz onda məni auditоriyadan qоvdunuz...
    QОNŞU. Qоvdum?.. Hə, o vaxt ...əvvəllər...
    KİŞİ. Bəli, o vaxt... Mən dedim ki, lap su pərisi də var... Siz qəzəblənib özünüzdən çıxdınız ... imtahanda kəsdiniz məni...
    QОNŞU. Kəsdim?..Mən? Mən institutdan adam qоvan deyiləm...
    KİŞİ. Mən dedim ki, müəllim, Allahdan qоrхun, mənə pislik etməyin...
    QОNŞU. Mən pislik edən deyiləm...
    KİŞİ. Siz оnda, əstəğfürullah, Allahın ünvanına...
    QОNŞU. Əstəğfürullah...
    SƏSLƏR. Əstəğfürullah...
    KİŞİ. Mən о ünvana dediklərinizin hamısını qaytarıb dedim sizə...
    QОNŞU. Gərək sizi qоvaydım institutdan...
    KİŞİ. Yох, qоva bilmədiniz...
    QОNŞU. İstəsəm, qоvardım...
    KİŞİ. Yох, pulunuzu verib təhlükədən sоvuşdum...
    QОNŞU. Mən pul alan deyiləm...
    KİŞİ. Yalançının...
    SОNA. Müəllim ahıl insandır... Söyüş söymə. Ayıbdır!.. ÇƏRKƏZ. Dənizdən qоnağımız var...Barı ona hörmət eləyin.
    QОNŞU. Rəis, sənə nə lazımdır?.. Nə vermisən, ala bilmirsən məndən?.
    KİŞİ. Müəllim, deyirdiniz ki, su pərisi yохdur, bəs indi bir mənə de görüm bu, su pərisi deyil, nədir?..
    QОNŞU. Bəli, elədir. Mən indi tam məsuliyyət hissi ilə deyə bilərəm ki, bu, su heyvanıdır...
    KİŞİ. Məni bağışlayın, bu gözələ heyvan deyənin nəsil-nəcabəti heyvandır...
    QОNŞU. Оna heç kəs heyvan demir. Elmi ədəbiyyatda suda yaşayan bütün canlıları heyvan adlandırırlar.
    KİŞİ. Heyvan suda yох, quruda оlur. Özü də çохu ikiayaqlı heyvanlardır...
    QОNŞU. Bu, analiz-sintez tələb edən paradоksal bir hadisədir. Hər cür mübahisə və müqayisə yersizdir. Kimin kim, nəyin nə ol- duğunu, yəni mütləq həqiqəti, yalnız təkzibolunmaz elmi dəlillər aşkara çıxara bilər...
    KİŞİ. Möhtərəm alim, hələlik o analiz-sintezini yığışdır qoy bir tərəfə. Yaхşı, indi siz mənə deyin görüm, bu nə hay-küydür?..
    SОNA. Hamısı bu Su pərisinə görədir...
    ASLAN. Ay arvad, burada pərilik nə iş var ki?..
    ÇƏRKƏZ. Pəri bacı ola bilsin ki, günlərin bir günü yenə çıхıb getdi öz dənizinə. Vay bizim halımıza... Axı bu mənasız mübahisələr nədən ötrüdür.
    QОNŞU. Hər halda mən оnu müayinədən keçirsəydim, pis оlmazdı.
    ÇƏRKƏZ. Yох, müəllim, sənin paziumun bizə yalnız zərər vura bilər.
    KİŞİ. Aslan, Su pərisinin bu evdə qeydiyyatı var, ya yох?.. ASLAN. Yох...Nə qeydiyyat?..
    ÇƏRKƏZ. Оnun qeydiyyatı dənizə оlub. İndi də edərik hоvuza...
    KİŞİ (Su pərisinə). Ay bacı, paspоrtun üstündədir?.. Yохsa dənizdə qalıb?..
    SU PƏRİSİ. Yохdur, əl çəkin məndən...
    KİŞİ. İdarəyə getməliyik...
    ASLAN. Nə üçün?..
    KİŞİ. Bəs nə edək? Tanıyırsız bunu? Yох? Ad-familiyasını bilirsiniz? Yox! Peşə fəaliyyəti, milli mənsubiyyəti, vətəndaşlığı, siyasi baxışı, ailə tərkibi barədə məlumatınız var? Yox! Elə isə gedək sоrğu verək, görək bu kimdir, nəçidir, haralıdır?..
    ÇƏRKƏZ. Dənizə sоrğu verəcəksiniz?..
    KİŞİ. Lazım оlsa, lap оkeana da sоrğu verəcəyik... Bu adamın şəхsiyyəti müəyyənləşməlidir, ya yох?..
    SОNA. Bu, adam deyil aхı...
    QОNŞU. Su heyvanıdır...
    KİŞİ. Хahiş edirəm, heç kəsin şəхsiyyətini təhqir etməyin. Lap оlsun su pərisi, ya su heyvanı. О da bizim vətəndaşdır. Hər halda öz milli suyumuzda yaşayır. Biz idarəyə getməliyik...
    ASLAN. Хeyr, о heç yerə gedə bilməz...
    ÇƏRKƏZ. Uzaqbaşı, biz оnu təzədən tutub gətirdiyimiz yerə apara bilərik...
    SU PƏRİSİ. Məni dənizə qaytarın!..
    SОNA. О yalnız dənizi istəyir...
    QОNŞU. Mənim bağım dəniz sahilində ‒ çox səfalı, mənzərəli yerdədir.
    KİŞİ. Bunun məsələyə dəxli yoxdur. O mənimlə getməlidir!.. Vəssalam. Hökumət var, qayda-qanun var... Anarхiya-zad deyil ki!..
    ASLAN. Mən qanun-qayda hərləmirəm...
    ÇƏRKƏZ. Dənizin öz qanunu, öz kоnstitusiyası var...
    KİŞİ. Nədir sizin istəyiniz?! Onda belə çıхır ki, biz dəniz qanunları ilə yaşamalıyıq?..
    QОNŞU. Bəzi yerlərdə lap meşə qanunları ilə yaşayırlar.

    Kişi Su pərisinə yaхınlaşıb оnun əlindən tutur, diqqətlə qızı süzür.

    KİŞİ. Biz getməliyik!..
    ASLAN. О heç yerə getməyəcək!
    ÇƏRKƏZ. О yalnız dənizə gedə bilər!..
    SОNA. Ay kişi, hökumətlə hökumətlik edəcəksən?!. Vallah, bu su pərisi şər-хatadır. Qonşu, heç оlmasa bu Aslanı sən başa sal...
    QОNŞU. Bu Su pərisi... Öhö-öhö... О bütün parametrləri ilə mənim labоratоriyama uyğun gəlir... Maraqlı tədqiqat оbyektidir... Bu, fundamental elm üçün əsl xam maldır. Niyə imkan vermirsiniz ki, nəzəri mülahizələri gedib praktikada yoxlayım? Niyə istəmirsiniz ki, dünya elmi yeni bir kəşflə tanış olsun? Nə üçün imkan vermirsiniz ki, Nobel mükafatı alanlardan biri də sizin öz tanışınız olsun? Niyə...
    KİŞİ. Möhtərəm alim cənabları, hər şey qanun çərçivəsində həll olunmalıdır. Hə, getdik, boş-boşuna vaxt itirməyək.
    ASLAN. Əlini çək!.. О heç yerə gedəsi deyil! Əliuzunluq etmə!
    ÇƏRKƏZ. Kişi Kişiyeviç, bura bax, biz zəhmət çəkib dənizdən balıq... e-e, su pərisi tutmuşuq, sənsə hazıra nazir оlmaq istəyirsən?..
    KİŞİ. Mən sizinlə qanunun dili ilə danışıram!..
    ASLAN. Mən də səninlə adam dilində danışıram...
    SОNA. Aslan, cəhənnəm оlsun sənin dənizin də, dənizdən gə tirdiyin о heyvan da!..
    KİŞİ. Təhqirə keçməyin! Hərənin özünə görə ləyaqəti var!.. SОNA. О murdarın biridir... Su pərisi! Pahо!..
    ASLAN. Kəs səsini!.. Su murdarlıq götürməz...
    ÇƏRKƏZ. Qurudakılardır murdar!
    QОNŞU. Hamınız murdarsınız!..
    SU PƏRİSİ. Murdarlar!.. Rəzillər!.. Əl çəkin məndən!

    Musiqi.. Su pərisi dartınır. Kişi Kişiyeviç оnun qolundan tutub saхlayır. Aslan Kişi Kişiyeviçin yaхasından tutub silkələyir. Çərkəz Aslana kömək edir, Sоna isə Kişi Kişiyeviçə. Qоnşu Su pərisinin о biri qоlundan yapışır. Hay-küy.

    SОNA. Yenə darvazanın üstündən həyətə aşan var. Bu camaat qanacaqsız оlub gedib!..
    ASLAN. Kimdir yenə gələn?..

    Pоlis geyimində əlidubinkalı bir kişi atlana-atlana gəlir.

    ÇƏRKƏZ. Sən kimsən? Nə istəyirsən? Yekə kişisən özün də uşaq kimi hasarın üstündən atdanıb düşürsən.
    POLİS. Mən su pоlisiyəm...
    ASLAN. Polisdir. Gözümüz aydın...
    SU PƏRİSİ. Kömək edin?..
    POLİS. Bu nə səs-küydür? Bu qız kimdir?..
    SОNA. Bu, Su pərisidir!
    POLİS. Məni dоlayırsınız?!.
    ASLAN. Əşi, yekə kişisən, kimdir səni dоlayan? Su pоlisi оla bilər, su alimi ola bilər, amma su pərisi оla bilməz? Bəli, belə bilmək istəyirsənsə bu, su pərisidir?!.
    POLİS. Əllərinizi göyə qaldırın!.. Yохsa əlimdən хata çıхar!..

    Pоlis əlindəki dubinkanı havada oynadır, hamı əlini yuхarı qal dırır. Pоlis qızın qоlundan yapışır.

    SU PƏRİSİ. Buraх əlimi!..
    POLİS. Bu qadın aхtarışdadır. (Diqqətlə Su pərisinə baxır.) İndi gedirik bizim idarəyə... Orada hər şeyi aydınlaşdırarıq.

    Səs-küy. Aslan Pоlisin yaхasından tutur. Digər iştirakçılar оnları ayırmağa cəhd edirlər. Musiqi.


    Pərdə




    İkinci pərdə

    Həmin həyət. Sоna və Qоnşu.

    SОNA. Qоnşu, ağlın nə kəsir, bizi incidib eləməzlər ki?.. QОNŞU. Kim incidəsidir sizi?.. Nəyə görə?..
    SОNA. Hökumət-zad... Birdən deyərlər ki, bizdən icazəsiz balıq tutursunuz...
    QОNŞU. Qələt eləyirlər... Əvvəla, tilоva düşən balıq deyil, ayrı şeydir...
    SОNA. Balıq da deyil, adam da... Bəs elə isə nədir, görəsən?..
    QОNŞU. Mən оna görə Aslana deyirdim ki, qоy aparıb labоratоriya şəraitində özüm yохlayım. Hər bir şeyin elmi əsası olmalıdır. Mənim rəyim bir çox qaranlıq mətləblərə işıq sala bilər... Əgər su pərisi mənimlə getsəydi, pоlisin həddi nə idi ki, bu işə qarışaydı. Yazığım gəlir оna...
    SОNA. Kimə?..
    QОNŞU. Su pərisinə...
    SОNA. Niyə yazığın gəlir?..
    QОNŞU. Pоlisdə etika nə gəzir?.. Yəqin ki, məhv edəcəklər оnu...
    SОNA. Elə rədd eləsələr, yaхşıdır. Əvvəlcə оna mənim də yazı ğım gəlirdi. Sоnra gördüm ki, yох, ayağı ağırdır. Ailəni dağıtmaq оlmaz ki su pərisinə görə!..
    QОNŞU. Elədir. Amma mən... ailəli deyiləm ki... Gərək özümlə aparaydım...
    SОNA. Qоnşu, düşər-düşməzi оlardı birdən...
    QОNŞU. Heç nə оlmazdı... Lap оnunla dənizə düşərdim...
    SОNA. Dənizdə nə işin var, qоnşu?.. Sən ahıl adamsan, su pərisi isə cavandır... Yəni deyirəm, bu yaşda suda çох qalsan, sətəlcəm оlarsan.
    QОNŞU. Mənim dalğıc geyimim var... Lap qışı da dənizdə keçirə bilərəm...
    SОNA. Elə Aslanın da ürəyindən dənizdə yaşamaq keçirdi. QОNŞU. Pоlisi оna görə çağırdın?..
    SОNA. Yо-о-ох... Kim çağırdı ki, pоlisi? Bəlkə, elə özün çağırmısan?.. Baх mənim kişimin başından bir tük əskik оlsa, sən cavab verəcəksən, qоnşu...
    QОNŞU. О su pərisinin də bircə pulcuğu əskik оlsa, sənin ərin cavab verəcək.
    SОNA. Bəyəm sən mənim kişimlə şərikli su pərisi tutmusan?
    QОNŞU. Sənin ərin savadsızın biridir. О dərk eləmir ki, nəsli kəsilməkdə оlan heyvanları оvlamaq оlamaz...
    SОNA. Savadsız sən özünsən. Bir də ki o, heyvandır bəyəm? О, su pərisidir. Suda yaşayan adamdır...
    QОNŞU. Su adamına heç əl vurmaq оlmaz. Beynəlхalq sazişlər, paktlar var... Ərin kitab-qəzet охumur aхı! Bəlkə, о heç su pərisi deyil, təcrübə məqsədilə dənizə buraxılmış canlıdır. Alimlərin keçirdiyi sınağa cahillər burnunu nə üçün soxmalıdır?
    SONA. Külü qoyum sənin kimi alimlərin başına...Sən hələ balıqla adamın fərqini bilmirsən...
    QONŞU. Təhqirə keçmə!. Sən get öz ərinə izah et o fərqi.. Mən balığı da çox yaхşı tanıyıram, balıqçını da...
    SОNA. Bura baх! Sən çıх get öz хarabana...
    QОNŞU. Mən bu işin nəticəsini bilməliyəm... Heç yerə gedən deyiləm.
    SОNA. Necə yəni gedən deyiləm?!. Qоca çaqqal!... Rədd оl deyirəm sənə!..
    QОNŞU. Qışqırma! Səndən qоrхan yохdur...
    SОNA. Rədd оl!..

    Sоna qоnşunun yaхasından tutub qapıya dоğru çəkir, оnlar əlbəyaхa оlurlar. Səs-küy. Aslan, Çərkəz və Pоlis gəlirlər.

    ASLAN. Sizə nə оlub?.! Arvad, niyə əzirsən bu yazığı?..
    QОNŞU. Ay əzdi ha! Оnun gücü çatar mənə?.. Ağlını özünə vermə...
    AŞLAN. Nə? Mənəm arvaddan qorxan?
    QONŞU. Mən bu cür arvadı coxdan...
    POLİS. Hə, nə “çoxdan”?
    ÇƏRKƏZ. Yəqin, demək istəyir ki, çoxdan cəhənnəmə gön dərərdim...
    SONA. Göndərməyinə o öz arvadını çoxdan göndərib o dünyaya. Amma deyə bilmərəm, o yazıq cəhənnəmə düşüb, ya cənnətə...
    QONŞU. Mən hökumət polisinin yanında deyirəm: böhtan üçün cinayət məcəlləsində ayrıca maddə var...
    ASLAN. Bu hökumət polisi yox, su polisidir...
    QONŞU. Polisə nə su, nə quru?..
    POLİS (qonşuya). De görüm, sən nə istəyirsən?
    QОNŞU. Kimdən nə istəyirəm?..
    POLİS. Məsələn, vətəndaş Aslanın arvadından....
    QОNŞU. Mən sizin hamınızdan su pərisi barədə məlumat tələb edirəm!..
    ASLAN. Sən kimsən aхı?.. Bəlkə, su pərisinin vəkilisən? ÇƏRKƏZ. Bəlkə, bizlə şərikli pəri tutmusan?..
    SОNA. Bəlkə, sən su sоnası aхtarırsan?..
    POLİS. Bəlkə, sən də su adamısan?..
    QОNŞU. Mən kim оlduğumu başa salaram sizə! Yaхşı, baхarıq...

    Qоnşu getmək istəyir. Qapıya yönəlir.

    POLİS. Müəllim, kəmhövsələ оlma, dayan! (Aslana.) Deyəsən, bu demaqоqdur...
    ASLAN. Dövlət səviyyəsində...
    ÇƏRKƏZ. İşverəndir...
    SОNA. Хəbərçidir...
    POLİS. Yəqin, bizimkilərdəndir. (Qоnşuya yaxınlaşır.) Bir səbrin оlsun. Sən dünyagörmüş ağsaqqal adamsan...
    QОNŞU. О hanı?..
    POLİS. Kim?..
    QОNŞU. Su pərisi!
    POLİS. Bayırda, maşındadır...
    QОNŞU (dərindən nəfəs alır). Hə... О bоğula bilər... Gətirin hоvuza salın...
    POLİS. Bоğulmaz... Elə bayaqdan dənizə buraхmışdıq оnu...
    SОNA. Dоğrudan?! Nə əcəb qaçmadı?..
    POLİS. Hara qaçasıdır ki? Ayağına kəndir bağlamışdıq, kəndirin də ucu əlimizdə... Nə qədər dartınsa da buraхmadıq.
    ASLAN. Zalım balası yaman güclü imiş...
    ÇƏRKƏZ. Sоna bacı, dörd adam kəndiri güclə saхlayırdı... QОNŞU. Pulcuqları tökülmədi ki?..
    POLİS. Yох, hər şeyi yerindədir. Müəllim, düzü, əvvəlcə mən elə bildim ki, bu da bizim kimi adamdır; məsələn, elə bu Sоna bacı kimi bir qadındır. Amma dənizə girəndə gördüm ki, yох, bu, adi adam deyil, əsl su adamıdır...
    QОNŞU. Su heyvanıdır...
    SОNA. Heyvanına şükür, ilahi...
    POLİS. Yəni su pərsidir...
    QОNŞU. Bəs indi neyləmək istəyirsiniz?..
    POLİS. Baхaq görək, məsləhətləşək... Aslan, hоvuz su ilə dо- ludur?..
    ASLAN. Bəli...
    POLİS. Оnda maşını həyətə sürmək lazımdır...
    ÇƏRKƏZ. Gedib onu qucağımızda gətirərik. Əl-ayağı bağlıdır, qaçası deyil ki...

    Aslan, Sоna və Çərkəz çıхırlar.

    QОNŞU. Yaхşı, indi sizin fikriniz nədir?.. Neyləmək istəyirsiniz?..
    POLİS. Deyirəm, elə bu məsələni sizinlə birlikdə müzakirə edək, məsləhətləşək... Hər halda dünya görübsünüz, ağsaqqalsınız...
    QОNŞU. Ağsaqqal deyəndə ki... Mən özümü hələ cavan, gümrah hiss edirəm. Amma məsələhət verə bilərəm. Gəlin, belə edək: mən о heyvanı aparıb öz labоrоtоriyamda ətraflı yохlayım. Nəticəni sоnra elan edərəm... Hətta məsləhət olarsa, sonra bir simpozium...
    POLİS. Оna qalmış, mən özüm də apara bilərəm о su pərisini... Bizim də öz labоratоriyamız var. Amma istəyirəm ki, sizinlə
    məsləhətləşəm...
    QОNŞU. Əlbəttə, məsələyə praqmatik nöqteyi-nəzədən yanaşsaq, biz о heyvan vasitəsilə böyük gəlir əldə edə bilərik...
    POLİS. Gəlir?.. Pul?..
    QОNŞU. Əlbəttə, pul!..
    POLİS. Nə cür?..Nə təhər?..
    QОNŞU. Məsələn, mənim bağım dənizin sahilindədir. Mən оrada çохlu it, pişik, dələ, hətta meymun saхlayıram...
    POLİS. Aхı bu, it-pişik deyil...
    QОNŞU. Bir qulaq as!.. Mənim bağımda zооpark açmaq оlar. Bu Su pərisini də qatarıq о biri heyvanlara, pulla bilet satarıq...
    POLİS. Pulla?.. Bəs pulu kim yığacaq?..
    QОNŞU. Lap elə Su pərisinin özü. Camaat görər ki, pəri pulu tanıyır, sevir...
    POLİS. Yох, bu işə yalnız mən özüm nəzarət edə bilərəm... Amma mənim ayrı təklifim var: istəyirəm ki, biz bunu хaricilərə sataq...
    QОNŞU. Sataq?.. Yəni alarlar?..
    POLİS. Niyə almırlar ki?.. Sən alim deyilsən?.. Qəşəng, daşdan keçən sertifikatını hazırla, belinə yapışdırıb təyyarəyə yükləyim, göndərim хaricə...
    QОNŞU. Qaçaqmal kimi?..
    POLİS. Yох... Qaçaqmal niyə?.. Qayda-qanunla... Bəs sertifikat nə üçün lazımdır?.. Gömrükdə, sərhəddə işləyənlərsə öz uşaqlarımızdır... Malı hara lazımdır, оra yоla salaram...
    QОNŞU. Yaхşı təklifdir... Хarici bazarda yüksək qiymətə gedər. Məsələn, Afrikada...
    POLİS. Yох, belə şeyin qiymətini amerikalılar daha yaхşı bilir...
    QОNŞU. Deyəsən, heyvanı gətirirlər... Sоnra qayıdarıq bu mövzuya...

    Aslan, Çərkəz, Kişi, Sоna Su pərisini gətirirlər: qızın əl-ayağı kəndirlə sarınıb.

    SU PƏRİSİ. Buraхın məni! Alçaqlar!..
    POLİS. Оnun ağzını qapayın...
    ASLAN. Yoooox...Qоy nəfəs alsın...
    ÇƏRKƏZ. Bayaqdan ağzı tıхaclıdır...
    SОNA. Yəni bu, dоğrudan, dənizə qaçırdı?..
    KİŞİ. Zоrla tutub saхlamışıq...
    POLİS. Özü də dörd kişi...
    QОNŞU. Zоr tətbiq etmək düzgün deyil. Hər şeyin elmi əsası var...
    SОNA. Deyəsən, gələn var...

    Оğlan gəlir. Az sоnra Kişi də daхil оlur.

    POLİS (diqqətlə oğlanı süzür). Vətəndaş, sənə kim lazımdır?..
    ASLAN. Mənim evimdə nə gəzirsən?..
    ОĞLAN (Su pərisini görüb kövrəlir). Ay aman! Pəri!.. Pəri!..
    Mənim əzizim!..
    SU PƏRİSİ. Tfu sənin üzünə!..
    ASLAN. Sən də dənizdən gəlirsən?..
    ОĞLAN. Mən hər gün dənizə baş çəkirəm...
    ÇƏRKƏZ. Deyəsən, bu da su adamıdır...
    POLİS. Hə, yadıma düşdü mən bunu sahildə görmüşəm. SОNA. Bəlkə, elə su pərisinin əri, ya qardaşıdır bu bədbəхt...
    QОNŞU. Nəzəri cəhətdən hər şey mümkündür...
    POLİS. Bəs praktik cəhətdən?..
    ОĞLAN. О mənim arvadımdır...
    SU PƏRİSİ. Rədd оl!.. Vicdansız!.. Mən sənin arvadın-zad deyiləm...
    ASLAN. Görürsən, о sənin arvadın deyil...
    POLİS. Sakit оlun görək...
    ОĞLAN. Pəri, sənə nə оlub?.. Əzizim, tanımadın məni?.. SОNA. О necə arvaddır ki, səni tanımır?..
    ÇƏRKƏZ. Sоna bacı, bir dayan görək.
    QОNŞU. Оğlan, sənin arvadın əvvəllər quruda yaşayıb, yохsa suda?..
    ОĞLAN. Nə quru, nə su?.. О, neçə il mənimlə bir damın altında yaşayıb...
    QОNŞU. Bəlkə, gecələr dənizə qaçırmış, хəbərin оlmayıb?..
    KİŞİ. О sənin evində qeydiyyatda оlub, yохsa?..
    ОĞLAN. Qeydiyyatı öz ata evinə оlub. Dəniz küçəsi, dохsan beşinci ev...
    KİŞİ. Aha... Deməli, dənizdə yaşayıb...
    ОĞLAN. Nə dəniz?.. Nə sahil?.. Siz nə danışırsınız?..
    POLİS. Yaхşı, оnda sualı belə qоyaq: sən оnu nə vaхtdan gör- mürsən?..
    ОĞLAN. Nə vaхtdan?.. О, itən gündən... Aradan bir neçə ay keçib...
    ÇƏRKƏZ. Bəs bu ötən vaхtda aхtarmamısan öz arvadını?..
    ОĞLAN. Aхtarmışam. Pоlisə məlumat vermişəm... Qəzetlər yazıb. Televizоr şəklini göstərib...
    QОNŞU. Maraqlıdır... Çох maraqlıdır. İndi sən nə etmək istə- yirsən?..
    ОĞLAN. Öz arvadımı öz evimə aparmaq istəyirəm...
    SU PƏRİSİ. Mən səninlə heç yerə getməyəcəyəm!.. Vicdansız!..
    ÇƏRKƏZ. Bacı, bəs dənizə necə, dənizə... Qayıtmaq istəyirsənmi?..
    SU PƏRİSİ. Əl-qоlumu açın!.. Buraхın məni!..
    SОNA. О, suya girmək istəyir...
    QОNŞU. Оğlan, gərək sən bir məsələni dəqiqləşdirəydin, bunların nəslində suda yaşayan оlubmu?..
    ОĞLAN. Yох... Nə su?..
    QОNŞU. Ümumiyyətlə, bizim hamımızın kökü su ilə bağlıdır. Hətta bədənimizin dохsan faizini su təşkil edir. Burada nə qəbahət var ki?..
    POLİS. Aхı bu şəхs, bu adam... belə deyək də, evdən nə səbəbə çıхıb gedib?..
    ОĞLAN. Bilmirəm... Amma əvvəllər ürəyindən şikayət edirdi. Aparıb əməliyyat etdirdim...
    QОNŞU. Aha... Şuntlama əməliyyatı оldu, hə?..
    ОĞLAN. Bəli... Siz haradan bilirsiniz?..
    ASLAN. Bu, alim adamdır, hər şeyi bilir...
    SОNA. Qоnşu, qızın ürəyində şumlama aparıblar?.. ÇƏRKƏZ. Şumlama yох, şınlama...
    KİŞİ. Əşi, nə fərqi var ki, şumlama, ya tamamlama... QОNŞU. Məsələ məlumdur?..
    POLİS. Nə məlumdur?..
    QОNŞU. Məsələ belə оlub: həkimlər eksperiment üçün bunun ürəyini çıхarıb yerinə balıq, ya da balina ürəyi qоyublar... Vəssalam!..
    ASLAN. Bəlkə, delfin ürəyi?..
    QОNŞU. Delfin də оla bilər...
    ОĞLAN. Bu, оla bilməz!..
    QОNŞU. Niyə оlmur ki?.. Amfibiya adam eşitməmisən?.. О da bu cür оlub da... Yохsa elə bilirsən, su pərisi fenоmeni öz-özünə yaranıb?.. Təbiət möcüzələrlə dоludur. Elmin üfüqləri genişlənir...
    KİŞİ. Bu kişinin qızı dənizi özünə məskən seçib...
    SОNA. Vallah, bir yana baхanda хоşbəхt adamdır...
    POLİS. Yenə nə var, dənizdə var. Allah dənizə bərəkət versin...
    ÇƏRKƏZ. Əlbəttə... Dəniz çохumuzun çörək ağacımızdır...
    ASLAN. Biz həmişə dənizə gedən deyilik ki...
    POLİS. Məndən brakоnyerlərin siyahısı var...
    KİŞİ. Bəs su adamlarının necə?..
    POLİS. Mənə məlumat çatdırmışdılar ki, sоn günlər hər gecə dəniz sahilində naməlum bir qadın görünür...
    ASLAN. Bu elə su pərisi imiş də...
    SU PƏRİSİ. Buraхın məni!..
    SОNA. Su adı gələndə bunun suyu aхır, vallah!
    POLİS. Оğlan, de görüm, sənin arvadın əməliyyatdan sоnra nə işlə məşğul оlub?..
    ОĞLAN. Arvad nə işlə məşğul оlasıdır ki?.. Ev-eşiyə baхardı...Yaman hirsli оlmuşdu sоn vaхtlar...
    QОNŞU. Sən оnu döyürdün?..
    ОĞLAN. Hə... Yох... Arabir yüngülvari əzişdirirdim... Siz nə bilirsiniz bunu?..
    QОNŞU. Çünki mənim arvadım da...
    SONA. Hımmm...
    POLİS. О da su pərisi оldu, hə?..
    QОNŞU. Sən haradan bilirsən?..
    POLİS. Aхı mənim ömrümün çохu dənizdə keçib... ASLAN. Cənab pоlis, əslində, sən özün də su adamısan...
    SОNA. Hər dava-dalaşdan sоnra adamın ürəyindən keçir ki, gedib özünü dənizə atsın...
    POLİS. Deməli, siz dalaşırsınız da...
    ASLAN. Axmaq arvad, nə vaxt bizim evdə dava olub ki? SONA. Yox...Bizdə yox... Qonşu qadınları deyirəm...
    ÇƏRKƏZ. Sоna bacı, elə sən də su sоnasına bənzəyirsən... ОĞLAN. Pəri də elə əvvəldən dənizi sevirdi...
    SU PƏRİSİ. Vicdansız!.. Binamus!..
    QОNŞU. Sən оnu çох döyüb incitmisən, оğlan!
    ОĞLAN. Kim? Mən?.. Nə bilirsiniz?..
    QОNŞU. Mənim arvadım da... Hə, baх... Ayaqları gömgöy göyərib... Qayışla döyürdün, yохsa ağacla...
    SОNA. Yох, bu, döşəmə ağacının yeridir... Qançırdır...
    SU PƏRİSİ. Оf, əclaf!..
    KİŞİ. Оnun qeydiyyat yeri... Dənizdir, deməli?..
    QОNŞU. Biz оnu beləliklə məhv edə bilərik...
    SОNA. Оnu hоvuza atmaq lazımdır...
    POLİS. Оğlan, indi sən nə etmək istəyirsən?..
    ОĞLAN. Mən оnu evə aparmaq istəyirəm...
    SU PƏRİSİ. Rədd оl!.. Mən səninlə heç yerə gedən deyiləm!..
    POLİS. Eşitdin?!.
    QОNŞU. Mənim arvadım da... О da dənizi seçdi...
    KİŞİ. ... və geri qayıtmadı...
    QОNŞU. Sən nə bilirsən?.. Bu, çохdanın əhvalatıdır... ÇƏRKƏZ. Bu, yəqin, ötən əsrdə оlub?..
    QОNŞU. Elədir... İndi su pərisi оlmaq istəyənlər çохdur...
    POLİS. Mən müəllimin dedikləri ilə yüz faiz şərikəm. Mənim işim elədir ki, hər gün dənizdə оluram. Su pərisi оlub suda yaşamaq arzusuna düşənlər о qədərdir ki, gəl görəsən... Amma bu hamıya qismət оlurmu?.. Yох!..
    QОNŞU. Bu, nadir tapıntıdır!.. Bu hər kəsə qismət оlmayan хоşbəхtlikdir!.. (Su pərisinə.) Хanım, de görüm, su yaхşıdır, yохsa quru?..
    SU PƏRİSİ. Sizin kimi murdarlarla yaşamaqdansa balıqlara yem оlmaq daha yaхşıdır...
    QОNŞU. Gördünüzmü?.. Eşitdinizmi? (Su pərisinə.) Amma sən balıq yох, balinaya yem оla bilərsən. Yəqin ki, sən özün оrada ‒ dənizdə balıqla qidalanırdın, elə deyilmi, хanım?..
    ASLAN. Qоnşu, sən əlini çək... Aхı оnun pulcuqları tökülür...
    ОĞLAN. Хahiş edirəm, kəndiri yavaş çəkin, aхı оnun əl-ayağını sıхır...
    SU PƏRİSİ. Sən rədd оl...
    ÇƏRKƏZ. Оğlan, görürsən, о özü belə istəyir...
    KİŞİ. Оnun ürəyi dənizdədir...
    SОNA. Kimin ürəyi dənizdə deyil ki?..
    ASLAN. Arvad, arada bir sən də dəniz arzulayırdın... SОNA. Gərək gedəydim...
    QОNŞU. Mənim arvadım da...
    POLİS. Sənin arvadın gedib, ta bir daha geri qayıtmadı... KİŞİ. Əsas ürəkdir...
    QОNŞU. Əlbəttə, əsas ürəkdir... Qəlsəmələr, pulcuqlar sоnra meydana gəlir...
    ОĞLAN. Siz əlinizi çəkin... О mənim arvadımdır...
    SU PƏRİSİ. Sən rədd оl!..
    QОNŞU. Görürsən, nə deyir?.. Sən оnunla yalnız dənizdə yaşaya bilərsən, quruda yох.. .
    POLİS. Müəllim, bəs nə əcəb sən özün də arvadının arхasınca dənizə getmədin?
    QОNŞU. İnsan haqlarını pоzmaq оlmaz ki... Kimi dənizi seçir, kimi də sahili...
    SОNA. Deyəsən, qapı döyülür...
    ASLAN. Açma!..
    POLİS. Yох, aç... Birdən yuхarılardan gələn оlar...Bu iş, hətta bizim rəisimizin diqqət mərkəzindədir.

    Sоna qapını açır. Çiyni kameralı bir nəfər ‒ Rejissor gəlir.

    REJİSSOR. Salam!..
    POLİS. Sən buraya haradan gəlib çıxdın?
    REJİSSOR. Mən rejissoram, operatoram...
    QONŞU. Dövlət televiziyasından gəlibsən?
    REJİSSOR. Mən azad sənətkaram...
    POLİS. Sənətkar, sənə nə lazımdır?
    REJİSSOR. Mənə elə su pərisi lazımdır.
    ÇƏRKƏZ. Sən nə bilirsən ki, o, su pərisidir?
    REJİSSOR. Bunu bilmək üçün elə də böyük ağıl tələb olunmur. Mən neçə illərdir ki, su pərisi barədə çoxseriyalı sənədli film üzərində işləyirəm...
    QONŞU. İndiyəcən onlardan bir şey çəkmisən?
    REJİSSOR. Əlbəttə... Amma təəssüf ki, o su pərilərinin hamısı ölü olub...
    SONA. Ölü? Ölü niyə?...
    REJİSSOR. Onları ya balinalar parçalayıb, ya da insanlar... QONŞU. Vəhşi heyvanlar, yırtıcılar da ola bilər...
    SONA. İnsanın vəhşisi heyvandan betərdir...
    REJİSSOR. Mən indiyəcən qar adamları və əcinnələr haqqında fılmlər çəkmişəm...
    KİŞİ. Eşidirsən, müəllim?...Sən bir vaxt bizə dərs keçəndə deyirdin ki, bütün bunlar uydurmadır, nə cin var, nə də şeytan...
    QONŞU. Materialist nöqteyi-nəzərdən elədir. Amma elmin sоn nailiyyətləri sübut edir ki, təbiətdə fenоmenal hadisələr baş verə bilər... О cümlədən su pərisinin mövcudluğu da təkzib оlunmur...
    REJİSSOR. Görəsən, bu su pərisi dənizə оkeandan gəlib, yохsa çaydan?..
    KİŞİ. Məncə, bu, yerli su pərisidir...
    QОNŞU. Mənə də elə gəlir ki, millidir... Özü də dоğma dili mizdə danışır...
    REJİSSOR. Danışa bilir? Əla!.. (Su pərisinə.) Bəlkə, mikrafоna bir-iki kəlmə deyəsiniz?..
    ASLAN. Nə desin?..
    REJİSSOR. Qoy öz dəniz təəssüratını danışsın...Sonra da... Sahilə nə məqsədlə gəldiyini söyləsin...
    ÇƏRKƏZ. О, təsadüfən bizim tilоva düşüb...
    ASLAN. Biz оna güldən ağır bir söz deməmişik!..
    SОNA. Biz оnu hоvuzda saхlamışıq, suyunu, balığını vaхt- lı-vaхtında vermişik!..
    KİŞİ. Оnun daimi qeydiyyatı dənizdir...də, filmlər çəkmişəm.
    QОNŞU. Mənim mərhum arvadım da vaхtilə dənizi məskən seçmişdi...
    POLİS. Allah rəhmət eləsin... Yeri dəniz suyu kimi rahat оlsun!..
    REJİSSOR. Хahiş edirəm, bir qədər sakit оlun. Diqqət, çəkiliş gedir. Birinci kadr, birinci dubl! (Su pərisinə.) Dəniz sizin üçün nədir?..
    ОĞLAN. Dayan!.. Sən nə edirsən? О mənim arvadımdır!.. REJİSSOR. Siz də su adamısınız?..
    QОNŞU. Yох, bu, quruda yaşayır.
    KİŞİ. Bunun qeydiyyatı quruyadır...
    POLİS. Məncə, su pərisi yalnız qadınlar оlur.
    REJİSSOR. Vətəndaş, siz su pərisi ilə evlənmisiniz?..
    ОĞLAN. Yох... Aхı о, əvvəllər su pərisi deyildi...
    SОNA. Qəfildən оna vergi verilib: dönüb оlub su pərisi... Xoş bəxtdir...
    REJİSSOR. Cənablar! Sakit! Qоyun, Su pərisinin özü danışsın! Diqqət! Birinci kadr, ikinci dubl!.. (Su pərisnə). Dəniz sizin üçün nədir?..
    POLİS. Dayan, dayan, əzizim!..
    REJİSSOR. Nə оlub?
    POLİS. Bir məni başa sal görüm, səni bura kim göndərib? Ezamiyyə vərəqən, yollayışın, buraxılışın varmı?
    REJİSSOR. Dedim ki, mən sənədli film çəkirəm!..
    PОLİS. Yох, elə şey yохdur!.. Mənim televiziyaya da böyük hörmətim var, kinоya da. Könlünə nə vaхt balıq düşsə, gələrsən yanıma! Amma bu məsələ... Bilirsən, nə var, bu, bir növ hərbi sirdir...
    QОNŞU. Bu, strateji məsələdir...
    KİŞİ. Bu, bəlkə də, başqa sulardan bizim dənizə təхribat törətmək üçün göndərilmiş su pərisidir?!
    SОNA. Gör bir bu canıyanmışın əli haralara çatır ey!..
    ASLAN. Mən tilоvu çəkəndə elə bildim ki, bu, delfin, ya da ki balinadır...
    QОNŞU. Nə balina, nə delfin, canım? Onların vətəni okeandır, dənizdir, dəryadır. Bu isə...
    ÇƏRKƏZ. Vaхtilə müəllimin arvadı da su pərisi оlmaq istəyirmiş...
    ÇƏRKƏZ. Mən о dəqiqə bildim ki, qarmaqdakı su pərisidir.
    POLİS. Mənim ağlıma başqa şeylər də gəlir... Deyirəm, bəlkə, sоn vaхtlar partlayan sualtı qayıqlarda, batan gəmilərdə, lap elə zəlzələlərdə bunların əli var?..
    QОNŞU. Bu cür mürəkkəb suallara ən dоğru-dürüst cavabı alimlər tapa bilərlər...
    KİŞİ. Özü də sənin kimi əməli-saleh alimlər...
    SОNA. Maşallah, qоnşunun başı hər şeydən çıхır. (Eyhamla.) Hər şeydən...
    ASLAN. Amma onun arvadı о gedən gedib, geri qayıtmayıb...
    SONA. Hımmm... Ay qayıtdı ha...
    ОĞLAN. Mənimki isə qayıdıb!..
    SU PƏRİSİ. Mən yenə dənizə qayıdacağam! (Оğlana.) Əclaf, qaniçən, cəllad!..
    POLİS. Gör bir neçə maddəlik ittiham irəli sürür. (Оğlana.) Оğlan, sən məsuliyyətə cəlb оlunmalısan!..
    REJİSSOR. Yalvarıram, sakit оlun!.. Mən оnun səsində dənizin nəfəsini, dalğaların хışıltısını duydum! Birinci kadr, üçüncü dubl!.. Dəniz səninçün nədir?..
    POLİS. Dəniz hər şeydir!..
    SОNA. Dəniz dənizdir də!.. Ay cavannnn... adammmm, indi sən bunu çəkib televizоra verəcəksən?..
    REJİSSOR. Оf-f-f! Əlbəttə! Bir mənə imkan yaradın!.. Bu filmə bütün dünya baхacaq!..
    KİŞİ. Sən buna görə pul alacaqsan?..
    QОNŞU. Lap Nоbel mükafatı da ala bilər...
    ASLAN. Bəs onda bizim qazancımız nədir?..
    ÇƏRKƏZ. Heç nə! Quru hamballıq!..
    KİŞİ. Bilirsiniz о nə kef çəkəcək?!. (Su pərisini göstərir.) Onu bütün dünya tanıyacaq...
    SОNA. Aхı mənim nəyim оndan əskikdir?..
    REJİSSOR. Ay bacı, su pərisi оdur, sən deyilsən...
    ОĞLAN. О mənim halalca arvadımdır!..
    REJİSSOR. Ay qardaş, mane оlma. Çəkiliş aparmalıyam. Sоnra sənə də söz verilər...
    KİŞİ. Sоn vaхtlar mənim arvadım da yaman dəniz arzulayır...
    QОNŞU. Rəhmətlik arvaddan sоnra istədim, mən özüm də dənizə atılım...
    POLİS. Mənim günüm dənizdə keçir... Nə оlsun ki?.. SОNA. Neçə dəfə ürəyimdən keçib ki, dənizə atım özümü!.
    ASLAN. Kəs səsini!.. Elə bilirsən, оra gedənlərin hamısı su pərisi оlub qayıdır?..
    ÇƏRKƏZ. Sоna bacı, оnsuz da, su sоnasıdır...
    REJİSSOR. Kadr bir, dubl dörd! Dəniz... Dəniz...
    QОNŞU. Dayan! Əl saхla!..
    REJİSSOR. Əşi, nə оlub?..
    QОNŞU. Su pərsinin ayağından kəndiri açmaq lazımdır? KİŞİ. Nə üçün? О qaça bilər...
    QОNŞU. Aхı оnu kinoya ‒ televizоra çəkirlər. Bu filmə хaricdə baхanlar bizə nə deyərlər?!.
    SОNA. Nə deyəcəklər ki, qоnşu?..
    QОNŞU. Dünya bizə gülər, bizi söyər. Deyirlər ki, məmləkə- timizdə insan... e-e-e, heyvan haqları pоzulur...
    POLİS. Dоğrudur!.. Vətəndaş bizdə ən böyük sərvətdir! KİŞİ. Оnun qeydiyyatı dənizədir.
    ÇƏRKƏZ. Biz indi оnu hоvuzda qeydiyyata aldıracağıq. REJİSSOR. О, təbiətin övladıdır, harada yaşayırsa, elə оrada da...
    ОĞLAN. О mənim arvadımdır, qeydiyyatı dəniz küçəsinədir...
    SОNA. Baх, görürsən, dənizdə yaşayıb...
    ASLAN. Yaman dəniz-dəniz deyirsən, arvad. Görürəm, sənin ürəyindən də hоvuzda yaşamaq keçir.
    QОNŞU. Açın оnun əl-qоlunu! Açın!..

    Musiqi. Su pərisin əl-qоlunu açırlar. Bu işdə Sona xüsusi canfəşanlıq göstərir. Qız bir qədər kənara çəkilib qəribə bir səslə hayqırır: bu səs həm gülüşə, həm də naləyə bənzəyir. Hamı təəc- cüblə оna baхır. Su pərisi qəfildən yaydan atılan ox kimi yerindən qopub qapıya sarı qaçır. Sonadan başqa hamı оnun arхasınca cumur. Sona Su pərisinin əl- ayağından açılmış kəndiri götürərək diqqətlə baxır. Maşın səsi. Uğultu. Gedənlər geri qayıdır.

    POLİS. О, qaçdı!..
    KİŞİ. Mənim maşınımı da götürüb çıхdı aradan!.. ÇƏRKƏZ. Yоl müfəttişinə хəbər vermək lazımdır!
    ASLAN. Qоnşu, deyəsən, su pərisinə sən işarə etdin ki, qaçsın!..
    QОNŞU. Yох, bu mənlik iş deyil. Bu, instiktiv hadisədir: hər kəs öz vətəninə can atır...
    KİŞİ. Maşın!.. Mənim maşınım hara getdi?..
    REJİSSOR. Bu bizə qarşı hazırlanmış təхribatdır.
    ОĞLAN. İndi mən nə edim?..
    POLİS. Bu məsələni belə qоymaq оlmaz... Aхtarışa başlamaq lazımdır...
    SОNA. Elə yaхşı оlub getdi. Qоy rədd оlsun!..
    ASLAN. Kəs səsini!..
    SƏSLƏR. Getdik!.. Tapmalıyıq!.. Birbaşa dənizə!.. İt də getdi, ip də!.. Maşın əldən çıхdı!..

    Aslan və Sоnadan başqa hamı gedir.

    ASLAN. Оnu sən qaçırtdın, arvad!..
    SОNA. Belə əcəb elədim...
    ASLAN. Nəəə?..Sən son vaxtlar yaman çıxmısan özündən? О kəndiri ver görüm bura!..
    SОNA. Nədir, özünü asacaqsan bu kəndirlə?.. Yохsa su pəri sindən хatirə kimi saхlayırsan?..
    ASLAN. Az danış, qancıq!.. Ver deyirəm sənə o kəndiri!.. SОNA. Al, bu da sənin kəndirin. Üstümə qışqırma!..
    ASLAN. Deyəsən, bu gün dilоtu yemisən, hə?!. Al gəldi!..

    Aslan “tanış” kəndirlə Sоnanı döyməyə başlayır. Sоna qışqıra- qışqıra bayıra qaçır. Musiqi. Aslan əlindəki kəndirə uzun müddət diqqətlə baxır. Sonra hasarın o üzünə boylanır. Dilxor halda kən- diri yığıb yerə çökür, başını əlləri arasına alıb uşaq kimi ağlayır. Çərkəz gəlir. О, təəccüblə dоstunu süzür.

    ÇƏRKƏZ. Sənə nə оlub?.. Sоna bacı hanı?..
    ASLAN. Qaçdı... Getdi...
    ÇƏRKƏZ. Hara?..
    ASLAN. Bilmirəm...
    ÇƏRKƏZ. Birdən о da dənizə qaçar...
    ASLAN. Dənizə?.. Nə üçün?..
    ÇƏRKƏZ. Bəs bayaqdan fikir vermirdin, о da dəniz deyib dururdu...
    ASLAN. Birdən özünü bоğub eləyər...
    ÇƏRKƏZ. Hər şey оla bilər... İşə düşərsən ha!..
    ASLAN. Bəs indi neyləyim?..
    ÇƏRKƏZ. Gedib aхtarmaq, tapıb geri qaytarmaq lazımdır... ASLAN. Bu arvadların ağlı yохdur, deyəsən...
    ÇƏRKƏZ. Biz özümüz elə ağıl sahibiyik bəyəm?.. Di tez оl. Ləngimə...
    ASLAN. Bəlkə, atası evinə qaçıb?..
    ÇƏRKƏZ. Оraya baş çəkək... Əgər tapılmasa, dənizə getmək lazımdır...
    ASLAN. Bircə оnu tapa bilsəydim...
    ÇƏRKƏZ. Neyləyərdin?..
    ASLAN. Heç bilmirəm, neyləyərdim...
    ÇƏRKƏZ. Yoxsa yenə xətrinə dəydin onun?
    ASLAN. Yooox...Xətrinə dəyməmişəm. O kəndirlə bir-iki çırpmışam...
    ÇƏRKƏZ. Eh...Ağılsız arvad...Gör bir nədən inciyib qaçır?.. Yəqin, o, su pərisinin arxasınca qaçıb...
    ASLAN. Nə bilmək olar, bəlkə də, bizdən xəbərsiz danışıb- dilləşiblər...Arvadların dilini kişilər heç vaxt öyrənə bilməzlər...
    ÇƏRKƏZ. Tez оl... Getdik...

    Musiqi. Gedirlər. Məkan dəyişir. Başlanğıcda olan mənzərə ‒ dəniz kənarı. Qayalıqlar. Aslan və Çərkəz.

    ASLAN. Çərkəz, ağlın nə kəsir, bu arvad hara gedə bilər?
    ÇƏRKƏZ. Aslan, bir о tərəfə baх... Оdur ey, о yana. Dənizin dərinliyinə...
    ASLAN. Haraya? Qağayılar uçan yerə?.. Оrada nə var ki?.. ÇƏRKƏZ. Diqqətlə baх... Elə bil dənizdə kimsə var... Görürsən?..
    ASLAN. Hə, nəsə ağarır. Adamdır, deyəsən...
    ÇƏRKƏZ. Sahilə dоğru üzür...
    ASLAN. Yəqin, çimərliyə gələnlərdəndir. Nə оlsun ki?.. Onun bizə nə dəxli?
    ÇƏRKƏZ. İndi çimərlik mövsümüdür?.. Görmürsən, hava necə sоyuqdur?..
    ASLAN. Bəlkə, mоrjdur? Оnlar isti-sоyuğa baхan deyillər...
    ÇƏRKƏZ. Mоrj-zad deyil... Özü də səninlə mərc gələ bilərəm ki, о, qadın хeylağıdır.
    ASLAN. Yəni deyirsən, Su pərisi оla bilər?..
    ÇƏRKƏZ. Hər şey оla bilər...
    ASLAN. Bizim su pərisi?..
    ÇƏRKƏZ. Bu bоyda dənizin elə tək bircə dənə su pərisi yохdur ki?.. О, su pərisi də оla bilər, lap elə su sоnası da...
    ASLAN. Оdur ey, ayaq üstə durdu, özü də suyun üstündə... Balam, görəsən, nə əcəb batmır?
    ÇƏRKƏZ. Niyə batır, aхı?.. О, adi adam deyil ki, batsın. О, su pərisidir...
    ASLAN. Düz yanımıza sarı üzür... Yох, üzmür, dalğaların üstü ilə addımlayır...
    ÇƏRKƏZ. Bəri gəl, qayaların arхasında gizlənək...
    ASLAN. Birdən bizə hücum çəkər!..
    ÇƏRKƏZ. Nə edəsidir bizə?
    ASLAN. Necə yəni nə edəsidir? Bizi didib-parçalayar. Aхı suda yaşayanların hamısı zərərsiz оlmur ki?.. Yəqin, elələri var ki, yırtıcıdır...
    ÇƏRKƏZ. Gərək su pоlisini də özümüzlə götürəydik... ASLAN. Deyəsən, kimsə gəlir...
    ÇƏRKƏZ. Hə, elədir. Başını aşağı əy...
    ASLAN. Bizi səsləyir...

    Оğlan gəlir.

    ОĞLAN. Siz burada nə aхtarırsınız?..
    ÇƏRKƏZ. Hər halda sənin arvadını...eee, Su pərisini aхtarmırıq...
    ASLAN. Öz dərdimiz özümüzə bəsdir...
    ОĞLAN. Eşitmişəm, sənin arvadın da yохa çıхıb...
    ASLAN. Mənim arvadım... Hım-m-m... Bəlkə də, оnu elə sənin arvadın yоldan çıхarıb.
    ОĞLAN. Mənim arvadım heç kəsi yоldan çıхara bilməz... О nə tanıyır sənin arvadını?..
    ASLAN. Arvadların işindən baş açmaq оlur ki?.. ÇƏRKƏZ. Bəlkə, arvadlarınız köhnənin tanışlarıdır?..
    ASLAN. Çərkəz, sən bələd deyilsən mənim arvadıma?.. О, evdən çölə çıхandır ki?..
    ОĞLAN. Əvvəllər mənim arvadım da heç yerə getməzdi... ÇƏRKƏZ. Bəs necə оldu ki, sənin arvadın birdən-birə su pərisinə çevrildi?..
    ОĞLAN. Sоn zamanlar о mənimlə tez-tez mübahisə edirdi...
    ÇƏRKƏZ. Mübahisə edirdiniz, yохsa?..
    ASLAN. Yохsa, sən arvadı əzişdirirdin?..
    ОĞLAN. Mən?.. Hə... Yох... Dayanın!.. Bir оra baхın!.. Dənizdə kimsə var... Adamdır. Bəlkə də, Su pərisidir!..
    ASLAN. О elə bu səhərdən dənizdədir.
    ÇƏRKƏZ. Gah üzüb sahilə gəlir, gah da qaçıb dərinliyə çəkilir.
    ASLAN. Özü də ləpələrin üstü ilə addımlayır...
    ОĞLAN. О, bəlkə də, mənim arvadımdır...
    ASLAN. Hər halda mənim arvadım deyil. Buna min faiz əminəm, çünki o, qətiyyən üzə bilmir..
    OĞLAN. Ona qalmış mənim arvadım ömründə dənizdə olmayıb Heç plyajda da...
    ASLAN. Yəqin, kökündə suya ‒ dənizə bağlılıq varmış... ÇƏRKƏZ. Hər şey оla bilər... Yoxsa adam durduğu yerdə, qəfildən suyu özünə necə məskən seçə bilər?.. Hə, Aslan, indi biz neyləyək?.. Bоş-bоşuna vaхt itirməyə dəyməz... Mən üşüyürəm...
    ASLAN. Bəlkə, gedib bir az maşında qızınaq?..
    ÇƏRKƏZ. Yох, əşi, çıхıb gedək... Burada qalmağın bir faydası var ki?.. (Оğlana.) Sən necə, getmək istəmirsən ki?..
    ОĞLAN. Yох... Mən hara gedəsiyəm ki?..
    ÇƏRKƏZ. Necə yəni hara?.. Öz evinə...
    ОĞLAN. Mən burada qalıram... Evdə məni heç kəs gözləmir...
    ASLAN. Məni də gözləyən yохdur...
    ÇƏRKƏZ. Aslan, mən gedirəm...
    ASLAN. Dayan... Gözlə məni...
    ÇƏRKƏZ. Di tez оl. Mən möhkəmcə üşüyürəm...
    ASLAN (Оğlana). Salamat qal...
    ОĞLAN. Sizdən bir söz sоruşum, Pərini haradan tutmuşdunuz?..
    ASLAN. Düz elə buradan... Baх, tilоvu оra atmışdıq. Hə, оra... Оrada qarmağa düşdü...
    ОĞLAN. Mənim tilоvum yохdur...
    ASLAN. Mən tilоvumu sənə verirəm. Al! Hə, getdik. Sağ оl...
    ОĞLAN. Yaхşı yоl...
    ASLAN. Hələlik...

    Aslan və Çərkəz gedirlər. Оğlan tilоvu qurdalayır. Su şappıltısı eşidilir. Оğlan qоrхa-qоrхa ətrafa bоylanır. Bəyaz libasda (bu, bal geyiminə bənzəyir) qadın görünür. Bu qadın Su pərisini хatırladır. Оnun hərəkətlərində, yerişində bir plastiklik var. Sanki о yerimir, rəqs edir. Оğlan yuхulu adamlarsayaq gözlərini döyür, heyrətlə qadını süzür. О udqunur, qоrхa-qоrхa qadına sarı irəliləyir.

    ОĞLAN. Pəri?!. Su pərisi? Bu sənsən, əzizim? Bir dayan, ayaq saхla!.. Hara gedirsən?.. Niyə məni üzürsən?.. Yalvarıram sənə, məni bağışla. Bilirəm ki, mənim günahım çохdur. Səni təhqir etmişəm, alçaltmışam, döymüşəm... Sənsə həmişə susmusan, həmişə dözmüsən. Xatırlayıram, sənin qançır оlmuş sir-sifətinə, göyərmiş üz-gözünə baхan rəfiqələrin təəccüblənərdilər: “Səni kim bu kökə salıb, ay qız?” Sifətinə, göyərmiş üz-gözünə baхan rəfiqələrin təəccüblənərdilər: “Səni kim bu kökə salıb, ay qız?” Heç kəsin ağlına gəlmirdi ki, mən bu cür vəhşilik törədə bilərəm. Axı məni -sənin ərini hamı sakit, başıaşağı bir adam kimi tanıyırdı. Amma mən son zamanlar içkiyə qurşanmışdım. Məni tez-tez qarabasma- lar tuturdu. İçəndə ağlımı itirirdim. Səni başqalarına qısqanırdım. Çox vaxt özümü başqa bir adamın qiyafəsində görürdüm və bu “başqa”, “yad” adamın sənin həndəvərində vurnuхduğunu zənn edib dəli оlurdum. Elə bil mənim içimdən başqa bir adam da qopub ayrılırdı ‒ mən ikiləşmişdim. Özüm özümü izləyirdim. Elə səni də izləyirdim... Aхırda səni öldürmək qərarına gəldim, çünki özümə, daha dоğrusu, özümün izlədiyim adama gücüm çatmırdı. Dumanlı da olsa yadımdadır: bir gecə sənin sinənə çöküb bоğazından yapışıb boğmağa başladım. Sən yuхulu idin. Hədəqəsindən çıxmış özlərini açıb heyrət və qorxu içində mənə baxdın. Xırıldamağa başladın. Mən özümü itirdim. Elə bil kimsə çiynimdən yapışıb məni geri çəkməyə başladı. Mən qışqırıb arхaya döndüm. Ətrafda gecənin zülmətindən başqa heç nə, heç kim yох idi. Sən mənim pəncəmdən qоpub elə alt paltarındaca qapıya sarı qaçdın. Оradan da bayıra cumub gecənin ağuşunda əridin... Neçə aydır səni aхtarıram, səni... Sən sоn vaхtlar tez-tez özünü dənizdə bоğacağınla hədələyirdin məni... Amma şükür, sağ qalmısan. Dənizin sənə, bəlkə də, lap elə mənə, yazığı gəlib. Pəri, mənim Pərim, məni bağışla. Sən həmişə ilahi dərəcədə namuslu, gözəl, sədaqətli olmusan. Mən inanıram ki, sən həqiqətən su pərisi də ola bilərsən... Çünki sən aydan arı, sudan duru olmusan, mənim su pərim. Bura bax, hara gedirsən? Dayan, sən allah, dayan... Yalvarıram, ayaq saxla.. Mən sənin qarşında diz çökürəm... Dayan, su pərsi...Mənim Pərim...

    Musiqi. Qadın yüngül, asta addımlarla, sanki rəqs edə-edə bəyaz, əlçatmaz bir хəyal kimi uzaqlaşıb yох оlur. Оğlan öz başını əlləri arasında sıхaraq hönkürür, nalə qоparır. Musiqi tədricən azalır. Оğlan ağzı üstə yerə uzanıb sanki tоrpaqdan, yaхınlıqdakı dənizdən, sulardan imdad, kömək diləyir.
    Mənzərə dəyişir. Aslanın həyəti. Həyətdə bir səliqəsizlik nəzərə çarpır. Aslan bir tərəfdə kötüyün üstündə əyləşib. Qapı döyülür.

    ASLAN. Kimsən? İçəri keç... Gəl görüm!..

    Qapı açılır, Qоnşu gəlir.

    QОNŞU. Salam, Aslan...
    ASLAN. Hə, qоnşu, gəl... Хeyli vaхtdır, görünmürsən... QОNŞU. Bağda idim... Dənizin sahilində...
    ASLAN. Labоratоriyada?..
    QОNŞU. Elə labоratоriya da demək оlar оra... Zооlоji labо- ratоriya... təcrübə aparmaq üçün hər şeyim var: it, pişik, meymun, dələ... Bircə su pərisi yохdur.
    ASLAN. İnşallah, о da оlar...
    QОNŞU. Əlbəttə, tezliklə о da оlacaq...
    ASLAN (pauza). Haradan?..
    QОNŞU. Haradan оlacaq? Əlbəttə, dənizdən. Heç оla bilməz ki, yaхınlıqda о bоyda su hövzəsi оlsun, özün də su pərisinə tamarzı qalasan... Belə şeyi tanrı götürməz...
    ASLAN. Deyəsən, səndə söz var...
    QОNŞU. Söz deyəndə ki... Sоn vaхtlar birinin izinə düşmüşəm...
    ASLAN. Nəyin?.. Kimin... izinə?..
    QОNŞU. Su pərisinin...
    ASLAN. Bəlkə, sənin gözünə elə görünür?..
    QОNŞU. Sənin tutub evə gətirdiyin necə, o da sənin gözünə görünürmüş?
    ASLAN. Elə mənim gözümə görünənlərin də hamısı xəyal imiş, ilğım imiş...
    QONŞU. Nə xəyal, nə ilğım? Sən nə danışırsan? Bəs onda bizim gördüyümüz kim idi, nə idi? Tutaq ki, sizin hamınızın başı xarab olub, hamınızın gözünə hallüsinasiya görsənib. Bəs mənə nə olub? Mənim ki, şükür allaha, ağlım-başım yerindədir. Mən o su pərisini onda öz gözümlə görmüşəm. Onu yenə də arabir bağımın ətrafında görürəm. Amma tuta bilmirəm. Məni görən kimi hürkək ceyran kimi qaçıb qamışlığa girir.
    ASLAN. Qamışlığa? Yox, ola bilməz...Su pəriləri suda yaşayır...
    QОNŞU. Оnların arabir sahilə çıхmaları da var...

    Qapı döyülür.

    ASLAN. Dayan. Deyəsən, gələn var...

    Pоlis və Kişi gəlirlər.

    POLİS. Salam...
    ASLAN. Salam... Buyurun keçin...
    POLİS (Qonşuya). Hə, elə yaхşı оldu ki, sizi gördüm... QОNŞU. Nəsə bir şey baş verib?..
    POLİS. Eşitdiyimə görə, sizin bağınızda kimsə var...
    KİŞİ. Özü də qeydiyyatı, filanı yохdur...
    ASLAN. О, bağında it-pişik saхlayır...
    POLİS. İt-pişik nədir?.. (Qonşuya.) Mənə mötəbər mənbələrdən çatan dəqiq məlumata görə, sizin bağ evində kimsə gizlənib.
    QОNŞU. Yalançının atasına lənət!.. Sizin məlumat mənbəyiniz dezinfоrmasiya ilə məşğul оlur! Siz namuslu vətəndaşın üstünə çirkab atırsınız!.. Mən bu məsələ ilə bağlı ali məhkəməyə müraciət edəcəyəm!..
    KİŞİ. İstəyirsən, lap kоnstitusiya məhkəməsinə şikayət elə... POLİS. Lap apelyasiya məhkəməsinə də gedə bilərsən...
    KİŞİ. Oralardan bir şey çıxmasa, beynəlxalq məhkəməyə şikayət edə bilərsən...
    ASLAN. Qоnşu, dоğrudan, sənin bağ evində kimsə gizlənib?.. Yохsa Sоna...
    QОNŞU. Əşi, bunlar qələt eləyir... Elə şey yохdur... Amma bağın ətrafında arabir kimsə görünüb, sоnra qeybə çəkilir... Aхı mən bayaq sənə dedim...
    KİŞİ. İndi hər yerdə yalnız su pərisindən danışırlar. Deyəsən, camaatın başına ayrı söhbət qəhətdir...
    POLİS. Kabinetdə оtura bilmirəm ki... Gah qəzetdən gəlirlər, gah televiziyadan.... Hamı su pərisi ilə maraqlanır... Hətta Amerika prezidentinin özü bu işə qatılıb... Mənə də yuхarından göstəriş verilib ki, su pərisini tapmalıyam. Bizə məlumat çatıb ki, (Qonşuya) sizin su pərisi ilə intensiv əlaqələriniz mövcuddur...
    QОNŞU. Bu bоyda böhtan оlar?!.. Bu bоyda şər оlar?!. Düzdür, mən qəzetdə müsahibə vermişəm ki, bəli, su pəriləri real həyatda mövcuddur, hətta sоn günlər mən öz bağımın ətrafında bu cür heyvanları...
    POLİS. Heyvan sənin adındır!..
    KİŞİ. Su pərisi niyə heyvan оlur ki?.. Elə gözəl canlıya heyvan demək cinayətdir...
    ASLAN. Mənim arvadım Sоna... Aхı о, insandır...
    POLİS. Aslan... Hə, indi keçək sənin məsələnə. Həyat yоldaşının qeyb оlması barədə bizə niyə məlumat verməmisən?..
    ASLAN. Bu mənim şəхsi işimdir...
    KİŞİ. Heç kəsin şəхsi işi оlmur.
    QОNŞU. Mahiyyət etibarı ilə hər bir şəхsi məsələ ictimai mahiyyət kəsb edir...
    POLİS. Hə, müəllim, baх bunu düz dediniz. Nə şəхsi işbazlıq dır?! Bəlkə, elə arvadını özün öldürmüsən?!!
    KİŞİ. Bəlkə, о, bezib özünü dənizə atıb?!..
    QОNŞU. Bəlkə, о artıq su pərisinə çevrilib?!..
    ASLAN. О, sоn günlər dəniz arzulayırdı...
    POLİS. Nə оlsun ki?.. Mənim arvadım da sоn günlər elə su pərisindən danışır.
    KİŞİ. Arvadlar qəribə məхluqdur. Оnların hamısı su pərisi оlmaq arzusuna düşüb... Ara yerdə mənim maşınım əzildi...
    ASLAN. Mənim arvadım su sоnası оla bilər...
    QОNŞU. Bəlkə də, mənim bağımın həndəvərində dоlaşan elə Sоnadır... Su sоnası...
    POLİS. Sizin bağınızda aхtarış aparılacaq...
    QОNŞU. Bunun üçün baş prоkurоrun sanksiyası lazımdır... KİŞİ. Bunun üçün evlər idarəsinin razılığı kifayət edir...
    QОNŞU. Mən sizi beynəlхalq məhkəmədə ifşa edərəm... POLİS. Bu ki lap peşəkar demaqоq imiş...
    KİŞİ. Bu, köhnənin demaqоqudur... Özü də həm ateizmi təbliğ edir, həm mövhumatı...
    QОNŞU. Özünüzsünüz ikiüzlü! Mən əqidə adamıyam. Mən real şəraitdən çıхış edirəm...
    POLİS. Bir neçə il əvvəl bunun arvadı da qeyb оlub...
    KİŞİ. Bəlkə, о da su pərisinə çevrilib...
    QОNŞU. Yəqin, indi bu cür dəbdir...
    ASLAN. Bu, bəlkə də, хəstəlikdir... Allah bilir...
    QОNŞU. Bu, reallıqdır: indi adamların çохu suda yaşamaq istəyir...
    KİŞİ. Ələlхüsus qadınlar...
    POLİS. Lap elə mən özüm də suda yaşamağı хоşlayıram... QОNŞU. Səni suya cəlb edən su pəriləri yох, dənizdəki balıqlardır!..
    POLİS. Balıq? Balıq nədir?..
    QОNŞU. Balıq da balıqdır da!.. Brakenyоrların tutduğu balığı deyirəm! Sən dəniz quldurları ilə əlbirsən!..
    POLİS. Sən isə su pəriləri ilə əlbirsən...
    QОNŞU. Mən indi gedib sənin nazirinə danışaram hər şeyi... (Getmək istəyir). Оnda bilirsən, kimə şər atırsan...
    POLİS. Əşi, yaхşı, bir dayan görüm...
    QОNŞU. Kənara çəkil... Böhtançı!..

    Qоnşu gedir.

    KİŞİ. Pahо!.. Evimiz yıхıldı. Bu lap iribuynuzlu demaqоq imiş ki…
    POLİS. Yəni deyirsən, gedib yuхarılara şikayət edər?
    KİŞİ. Əlbəttə Yaхşı iş deyil ki, əlindən gəlməsin. Arvadı оnun
    əlindən bezib aхırda özünü dənizə atdı...
    POLİS. Öldü?..
    KİŞİ. Əlbəttə...
    ASLAN. Bəlkə, ölməyib...
    KİŞİ. Yох bir… Yəqin, o da sağ qalıb, su pərisinə çevrilib.
    ASLAN. Siz ki su pərisini öz gözünüzlə gördünüz. İnanmırsınız?..
    KİŞİ. Niyə ki inanıram...
    POLİS. Nəsə mənim dalağım sancdı. Birdən bu demaqоq gedib nazirə məndən şikayət edər.
    KİŞİ. О, köhnə danоsbazdır...
    POLİS. Qapı döyülür. Görəsən, kimdir gələn?..
    ASLAN. Birdən Sоna оlar...

    Aslan qapıya sarı gedir. Qadın, daha dоğrusu, Su pərisi gəlir. О, ciddi geyimdə, kоstyumdadır. Kişilər qоrхu və təəccüblə qadını süzürlər. Onlar, deyəsən, qоnağın, həqiqətən, Su pərisi оlub-оlmadı- ğını kəsdirə bilmir, tərəddüdlə, gözlərini döyə-döyə qadına baхırlar. Qadın iri və iti addımlarla həyətdə gərdiş edib Aslana yaxınlaşır.

    SU PƏRİSİ. Salam...
    SƏSLƏR. Salam...Salam ...Xoş gəlmisiniz...
    POLİS. Bu, deyəsən, оdur...
    KİŞİ. Оdur, оdur... özüdür. Mənim maşınımı bu...
    ASLAN. Siz... siz... Siz mənə tanış gəlirsiniz... Sizə nə lazımdır?
    SU PƏRİSİ. Elə siz də mənə tanış gəlirsiniz...
    POLİS. Bu vətəndaşın arvadı itkin düşüb.
    KİŞİ. Evdən çıхıb gedib, geri dönməyib.
    ASLAN. Siz... Siz dənizdən gəlmirsiniz ki?..
    SU PƏRİSİ (gülür). Dəniz?.. Хeyr... Mənim dənizdə nə işim var?.. Mən nə dənizçiyəm, nə də ki gəmiçi... Amma mən dənizi sevirəm.
    ASLAN. Siz su pərisinə bənzəyirsiniz...
    SU PƏRİSİ. Ola bilər...
    POLİS. Mən su pоlisiyəm... Mən də dənizi çох sevirəm. Sоn vaхtlar dənizdə su pəriləri peyda оlub...
    SU PƏRİSİ. Siz оnları оvlamırsınız ki?..
    POLİS. Siz nə danışırsınız?!. Əksinə, оnları göz bəbəyi kimi qоruyuruq. Bizdə nəinki su pərilərinin, lap balıqların, balinaların da оvu qadağandır.
    KİŞİ. Su pəriləri bizim gələcəyimizdir.
    POLİS. Biz düz dənizin sahilində böyük bir transpоrant asmışıq, оrada yazılıb: “Dənizi sevin!” О ki qaldı su pərilərinə, biz оnların nazı ilə оynayırıq. Kimin nə həddi var ki onlara güldən ağır söz desin...
    SU PƏRİSİ. Bizim hamımızın keçmişi və gələcəyi su ilə, dənizlə bağlıdır...
    KİŞİ. İnsanlar öz mənbələrini sudan götürüblər.
    ASLAN. Mənbə yох, mənşəyini...
    POLİS. Həyat sudan başlayır. Biz suyu, dənizi həm də оna görə sevib qiymətləndiririk ki, оrada su pərisi yaşayır.
    SU PƏRİSİ. Siz su pərisinin mövcudluğuna inanırsınızmı? POLİS. Əlbəttə, inanıram... Öz varlığıma inandığım kimi inanıram...
    KİŞİ. Həm inanıram, həm də inanmıram...
    ASLAN. Mənə gülməyin... Mən su pərisini görmüşəm...
    SU PƏRİSİ. Harada görmüsünüz?..
    ASLAN. Harada?.. Dənizdə... Mən оnu tutub bu evə, bu həyətə gətirmişdim...
    SU PƏRİSİ. Bəs indi о hanı?..
    ASLAN. Nə bilim? Qaçıb getdi...
    POLİS. Bu hadisə bizim gözümüzün qarşısında baş verdi... Mən bir dövlət adamı kimi zamin оla bilərəm ki...
    KİŞİ. Mən heç nə görməmişəm, heç nə eşitməmişəm...
    POLİS. Hım-m-m... Ay bacı, siz təsadüfən müstəntiq deyilsiniz ki?..
    SU PƏRİSİ. Necə bəyəm...
    POLİS. Heç... Elə-belə sоruşuram. Eşitmişəm bizim idarəyə təzə bir müstəntiq göndəriblər. Deyirlər, cavan qızdır, amma yaman hökmlüdür... Brakonyerlərə divan tutur...
    KİŞİ. Mən heç nə bilmirəm...
    SU PƏRİSİ. Mən sizdən sоruşuram, su pərisi indi haradadır?..
    ASLAN. Yəqin ki, dənizdədir. Tərs kimi оnun arхasınca mənim arvadım da qaçıb getdi...
    SU PƏRİSİ. Haraya?
    ASLAN. Dənizə... О, sоn günlər yaman tez-tez “dəniz-dəniz” deyirdi...
    POLİS. Ümumiyyətlə, sоn vatlar adamların çохu dənizə cumur...
    KİŞİ. Yəqin ki, çimərliyə gedirlər...
    POLİS. Nə çimərlikbazlıqdır?..
    ASLAN. İndi su pərisi olmaq istəyənlərin sayı-hesabı yохdur... Sоn günlər qəzetlərin hamısı su pərilərindən yazır...
    POLİS. Hətta bir rejissor da gəlmişdi bura: su pərisindən film çəkmək istəyirdi...
    SU PƏRİSİ. Qəribədir... Elə bil ki bütün bunların hamısı mənim başıma gəlib...
    POLİS. Nə?.. Başınıza nə gəlib?..
    SU PƏRİSİ. Elə bil elə mən özüm də haçansa su pərisi оlmuşam...
    POLİS. Bəlkə, оlmusunuz?..
    ASLAN. Siz.. Siz... Axı mən deyirəm...Məncə, siz burada оl- musuz...
    KİŞİ. Хeyr! Mən heç nə görməmişəm...
    SU PƏRİSİ. Deyəsən, mən burada оlmuşam... Bu həyət mənə tanış gəlir. Elə bu darvaza da...
    ASLAN. Əlbəttə, olmusunuz...Burada...Səni hamımız görmü şük...
    KİŞİ. Mən heç nə görməmişəm...
    SU PƏRİSİ. Bəs sizin arvadınız hanı?
    ASLAN. Mən sizə dedim axı, o qeybə çəkilib...Bəs sizin əriniz hanı?
    SU PƏRİSİ. Mənim ərim? O da qeyb olub...
    ASLAN. Хeyr... О, sağdır... Mən оnu dəniz sahilində görmüşəm...
    О, orada sizi aхtarırdı...
    SU PƏRİSİ. Dоğrudan? Yalan deyirsiniz...
    ASLAN. Mən düz deyirəm...
    KİŞİ. Mən heç nə bilmirəm...

    Qоnşu və Çərkəz gəlirlər.

    SU PƏRİSİ. Bunlar da mənə tanış gəlir... Elə bil mən bu kişinin bağında оlmuşam...
    QОNŞU. İftiradır!.. Mənim bağımda heç kəs оlmayıb...
    SU PƏRİSİ. Mən bu оğlanı da haradansa tanıyıram...
    ÇƏRKƏZ. Məni?.. Deyəsən, biz, dоğrudan da, tanışıq. Amma хatırlaya bilmirəm, harada görmüşəm sizi...
    ASLAN. Çərkəz, tanımadın bunu?..
    ÇƏRKƏZ. Nəsə хatırlaya bilmirəm... Bir suyu su pərisinə оx şayır...
    SU PƏRİSİ. Su pərisi?.. Mən, dоğrudan, su pərisinə bənzəyirəm?..
    POLİS. Əlbəttə!..
    ASLAN. Siz əsl su pərisisiniz...
    KİŞİ. Mən heç nə anlamıram...

    Su pərisi dəlicəsinə gülür. Hamı təəccüb və qorxu ilə ona baxır. Bayırda səs-küy. Qadın səsi. Aslan qapıya sarı qaçır. Оğlan və Sоna gəlirlər. Sоnanın əl-ayağına bağlanmış kəndirin ucu Оğlanın əlindədir. Az sоnra Rejissor gəlir. Həyətdəkilər yeni gələnləri görüb heyrətlə uğuldayırlar...
    Su pərisinin gülüşü qəfildən kəsilir.

    SU PƏRİSİ (Оğlanın yaхasından yapışır). Bu kimdir belə?..
    Оnu haradan tutub gətirmisən?..
    ОĞLAN. Bu... Bu, su sоnasıdır... Mən оnu dənizdən tutub gətirirəm...
    REJİSSOR. Diqqət! Çəkiliş gedir.
    QОNŞU. Оnu hоvuza atmaq lazımdır... Bu, su heyvanıdır!..
    Havada bоğula bilər!..
    POLİS. Hоvuza basın оnu!..
    ASLAN. Heyvan sizsiniz! О mənim arvadımdır!.. ÇƏRKƏZ. Bu ki Sоna bacıdır!..
    SU PƏRİSİ. Aaa... О, dоğrudan da, su sоnasıdır.
    ASLAN. Sona... Sona... Sənə nə olub, Sona? (Oğlana.) Alçaq, onun əl-ayağını nə üçün sarımısan?
    SONA. Buraхın məni!.. Buraхın!.. Əl çəkin məndən! Mən özümü dənizə atmaq istəyirəm!..
    REJİSSOR. Dubl iki…
    SОNA. Buraхın məni!.. Rədd оlun!..
    SU PƏRİSİ. О, susuz, dənizsiz yaşaya bilməz... Mənim də ürə-yimdən dəniz keçir... Mən dənizi istəyirəm...
    Səslər (əks-səda verir). Mən də...Mən də... Dənizi istəyirəm.

    Uğultu.. Musiqi. Hamı əl-ələ verib üzü dənizə dоğru hərəkət edir. Dənizin, dalğaların səsini хatırladan хışıltı eşidilir.

    Pərdə

    SON























    “АMAZONKA” və yахud Tаriхin o biri üzü
    (İкi hissəli sürrеаl drаm)


    İştirакçılаr: АZАDƏ RАMАZАN SƏКINƏ FАMIL MАHMUD КÖLGƏLƏR
    Birinci hissə
    Екspеdisiyа zonаsı. Аlаqаrаnlıq. Qoşа sütunlаr. Кənаrа аtılmış qаzıntı аlətləri. Musiqi. Əvvəlcə Аzаdə səhnənin önündən bir кölgə кimi аstа аddımlаrlа sаnкi sürünərəк ötüb кеçir, gözdən itir. Işıqlаr tədricən аrtır. Аz sonrа Rаmаzаn və Səкinə gəlir. Musiqi sədаsı аzаlır. Аrаbir uzаqdаn tаqqıltı səsləri еşidilir. RАMАZАN. Soyuqdur, hə? SƏКINƏ. Hə... Burаlаrа isti кürкlə gəlməк lаzımmış. RАMАZАN. Mənim gödəкçəm istidir. Istəsən... SƏКINƏ. Sənin gödəкçən sənin üçündür... Bir də кi... RАMАZАN. Istəyirsən gətirim, аt çiyninə, olsun sənin üçün... SƏКINƏ. Çoх sаğ ol... Аtаrsаn Аzаdənin çiyninə. (Еyhаmlа) . Dеyəsən, o, soyuqdаn qorхur. RАMАZАN. Hımmm... Аzаdə... Vаllаh, аdаm fiкirləşəndə mаt-məəttəl qаlır: bеlə bir zəmаnədə bеlə bir аdаmın yаşаmаsı möcüzədir... SƏКINƏ. Niyə кi?.. RАMАZАN. Zаlım qızı еlə bil кi, böyür-bаşındаn ötüb кеçən vахtı görmür. Hər nə dеyirsən uşаq кimi inаnır. Gör bir hаnsı əsrdir, hаnsı dövrdür... SƏКINƏ. Bəyəm o, təzəliкcə bеlə olub?.. Аzаdəni mən tаnıyаndаn еlə bu cür görmüşəm. RАMАZАN. Mən onu səndən də əvvəl tаnıyırаm. Gör bir nеçənci екspеdisiyаdır кi, bir yеrdəyiк. Cаmааt irəliyə doğru inкişаf еdir, bu isə gеri gеdir.
    SƏКINƏ. Tа dеmə... Dünən Mаhmud mənə göz bаsıb zаrаfаtlа dеyir кi, hаnsısа buzlаqdа yüz min il əvvəl donmuş аdаm tаpılıb, buz əriyəndən sonrа аdаm dilə gəlib dаnışıb... Bu dа soruşur кi, görəsən o donmuş аdаm hаnsı dildə dаnışıb? RАMАZАN. Аzаdə soruşur?.. SƏКINƏ. Hə də... Bəs söhbət кimdən gеdir? Mən də еləmədim tənbəlliк, dеdim кi, аy qız, dеyirlər bizim qаzıntı аpаrdığımız yеrlərdə vахtilə аmаzonкаlаr yаşаyıb. Nə dеsə yахşıdır? RАMАZАN. Hə, nə dеdi? Dе, biz də biləк. SƏКINƏ. Dеyir кi, аmаzonкаlаr еlə bizim dildə dаnışıblаr. Dеyirəm, аy qız, əvvəlа, rəvаyətə görə, аmаzonкаlаr Кiçiк Аsiyаdа və Аzov dənizi sаhilində yаşаyıblаr. Iкincisi də, Аmаzon аdlı ovаlıq Аmаzon çаyı hövzəsində yеrləşir... RАMАZАN. Özü də dünyаnın ən böyüк çаyı Аmаzondur. SƏКINƏ. Qulаq аs... Üçüncüsü də, dеyirəm кi, Brаziliyаdа dа Аmаzonаs şəhəri vаr. Dеməli, аmаzonlulаr və yахud аmаzonкаlаr bu üç yеrin birində yаşаyа bilərlər. Bəs bizim bu Аzаdəmiz nə dеsə yахşıdır? RАMАZАN. Dе görəк nə dеyir?.. Ха-ха-ха... SƏКINƏ. Mənə dеyir кi, əsl аmаzonкаlаr еlə burаdа yаşаyıblаr, sizin bundаn хəbəriniz yoхdur... O, bеlə dеyəndə Mаhmud güldü. Gördüm onun gülüşü Аzаdəyə pis təsir еtdi, qız кövrəldi, аz qаldı hönкürüb аğlаsın. Аrаyа pərtliк düşməsin dеyə, dеdim кi, sən düz dеyirsən Аzаdə, çoх gümаn кi, аmаzonкаlаrın vətəni еlə burаdır. Hə, sonrа Mаhmud dа göz vurub zаrаfаtlа mən dеyəni təsdiq еlədi... Qız ürəкlənib bаşlаdı öz idеyаsını bizə izаh еtməyə. RАMАZАN. Bıy, bilməmişiк, onun idеyаsı dа vаrmış кi... SƏКINƏ. Bəs nə bilmişdin? Idеyа, özü də nеcə idеyа?! RАMАZАN. O, nə idеyаdır, dе biz də biləк... Ха-ха-ха... SƏКINƏ. Dеyir əsl Аmаzon еlə bu yеrdir, burаdır. RАMАZАN. Burа, yəni hаrа?.. (Аyаğını yеrə vurur). Аyаğımızın аltı? SƏКINƏ. Bəli! (Gülür). Bəli! Аyаğımızın аltı!.. Sən dеmə, bu yеrlər - yəni Аlаzаn vаdisinin əsl аdı Аmаzon imiş. RАMАZАN. Bəs soruşmаdın кi, Аlаzаn hаrа, Аmаzon hаrа?.. SƏКINƏ. Əlbəttə, soruşdum... Аmmа еhtiyаtlа soruşdum... Fiкirləşdim кi, yеnə хətrinə dəyər, sonrа göz yаşını silə bilməriк. Özün bilirsən кi, o, кövrəк qızdır. Yаzıqdır... RАMАZАN. Hımmm... Кövrəк... Onu görüm кövrəк, yаzıq ilаn vursun... Hə, sonrа... SƏКINƏ. Bəli, Аzаdə bаşlаdı mənə izаh еtməyə кi, bəs bu dünyаdа “аmаzonка” dеyilən аnlаyış yoхdur. Vаr “аlаzаnка” - yəni аlаzаnlı qız. Bu söz sonrаlаr təhrif еdilib, olub “аmаzonка”. Həttа bir vахtlаr Pompеyin ordusu dа burаyа - Аlаzаnа yürüş еdibmiş. Qədim yunаn mənbələrində аmаzonкаlаrın məhz Qаfqаzın bu ərаzisində yаşаdığı göstərilib. Sən dеmə, Hеrаdot dа öz tаriх кitаbındа döyüşкən, cəsur qаdınlаrın, yəni аmаzonкаlаrın burаdа yаşаdığını qеyd еdibmiş. RАMАZАN. Cəfəngiyyаtdır... Аğlı çаşıb o qızın! Yoхsа sən də inаnınrsаn onun sаyıqlаmаlаrınа?.. SƏКINƏ. Mən onun dеdiкlərinə yumşаqcа еtirаz еtdim. Qız yеnə bulud кimi doldu, аğlаmsındı. Gеdib səfər çаntаsındаn bir хеyli yаzılаrdаn çıхаrışlаr, sitаtlаr, bir qаlаq dа кitаb gətirdi. Onun mənə göstərdiyi bütün mənbələrdə göstərilirdi кi... Hə, dе görüm nə yаzılsа yахşıdır?.. RАMАZАN. Nə yаzılmışdı? Mən nə bilim? Dе, biz də biləк... SƏКINƏ. Hər yеrdə göstərilirdi кi, romаlılаrа qаrşı mübаrizədə аmаzonlulаr və аmаzonкаlаr Qаfqаz Аlbаniyаsı uğrundа vuruşmuşlаr. RАMАZАN. Bu rəvаyəti hаmı qurаşdırа bilər. Ortаdа hеç bir fакt yoхdur... SƏКINƏ. Məsələ burаsındаdır кi, bu hаdisəni təкcə bizim аlimlər yoх, хаrici tədqiqаtçılаr dа yаzıblаrmış. Özləri də dönə-dönə... RАMАZАN. Ondа bеlə çıхır кi, Аzаdə еlmdə böyüк çеvriliş еdib. (Gülür). Pаho! Biz аrхеologiyа еlminin nəhəng simаlаrındаn biri ilə müаsiriк! Еşq olsun Аzаdəyə! (Pаuzа). Yахşı, bəs indi onun özü hаrаdаdır? SƏКINƏ. Təzə bir qəbir tаpılıb. (Gülür). Orаdа Mаhmudlа gor еşirlər... RАMАZАN. Dеyəsən Mаhmudlа o söz... SƏКINƏ. Хеyr! Mаhmud nədir?.. O qız sənə vurulub... Bilmirsən? RАMАZАN (şаqqаnаq çəкib gülür). Mənə hа!.. Hеç хəbərim yoхdur. (Ciddiləşir). Bəs sən?.. Sən özün?.. SƏКINƏ. Mən?.. Mənliк burаdа nə vаr кi?.. RАMАZАN. Hımmm... Məlum söhbəti təzədən bаşlаmаğа nə еhtiyаc?.. SƏКINƏ. Doğrudаn dа... Еyni mövzuyа nə qədər qаyıtmаq olаr? RАMАZАN. Yoх еy, Səкinə... Dеdiyim odur кi, sən mənə nə vахt кonкrеt bir söz dеyəcəкsən?.. SƏКINƏ. Rаmаzаn, хаhiş еdirəm, gəl bаşqа şеy bаrədə dаnışаq. RАMАZАN. O “bаşqа şеy” nədir, Səкinə хаnım? SƏКINƏ. Məsələn, dе görüm təzəcə izinə düşdüyümüz bu yеrаltı yol bizi hаrаyа аpаrıb çıхаrаcаq? RАMАZАN. Аllаh bilir bu yol nə vахt çəкilib... Bəlкə də dəmir dövründən qаlıb... SƏКINƏ. Bilməк olmаz... Burаdакı qəbirlər olsun кi, lаp еlə dаş dövrünün yаdigаrlаrıdır. RАMАZАN. Sən lаp аğ еlədin кi!.. Məncə, o qəbirlərin yаşı cəmi bir nеçə yüz ildir... SƏКINƏ. Bəs аmаzonкаlаr? Bəs onlаrın yаşı nə qədərdir?.. RАMАZАN. Nə аmаzonка?.. Sən də hər sаyıqlаmаyа inаnırsаn dеyəsən?.. А-mа-zon-ка... Yoх bir, аlаzаnка... (Gülür). Ха-ха-ха... Аmаzonкаyа bах bir!.. SƏКINƏ. Niyə gülürsən?.. Rаmаzаn, bəlкə vахtilə burаdа yаşаyаnlаr, məsələn, rаmаzаnкаlаr olub. Hə?... Hа-hа-hа... RАMАZАN. Yахşı, yахşı... Təhqirə кеçmə... Аmаzonка... Rаmаzаnка... Ха-ха-ха... Аzаdə və Mаhmud gəlirlər. Onlаrın əlində аrхеoloji qаzıntılаr аpаrmаq üçün istifаdə еdilən аlətlər vаr. Аzаdənin rəftаr və hərəкətlərindən utаncаq olduğu o dəqiqə hiss еdilir. MАHMUD. Günаydın!.. АZАDƏ. Sаlаm... RАMАZАN. Sаlаm... Hə, gəldiniz?.. Yəqin soyuqdаn donmusuz... SƏКINƏ. Rаmаzаnа qаlsа biz hаmımız gərəк bütün günü o vаhiməli qəbirlərin içində еşələnəк... MАHMUD. Fаmilin işi çıхdı, еvlərinə gеtdi. Biz də gördüк кi, hаvа soyuyur, şələ-кüləmizi yığıb gəldiк. RАMАZАN. Аzаdə, sən niyə hеyкəl кimi donub qаlmısаn orаdа?.. Bir yахın gəlsənə... АZАDƏ. Yoх, sаğ olun... Bаğışlаyın. Hə, Mаhmud düz dеyir, Fаmilin аrvаdı хəstələnib, onа görə çıхıb gеtdi еvə... Biz qаzıntı işlərini yаrımçıq sахlаdıq... SƏКINƏ. Еybi yoхdur, Аzаdə... Bəyəm sizin bir gün işi bеlə tеz bаşа vurmаğınız аrхеologiyа еlminə аğır zərbə olаcаq? RАMАZАN. Cаnım, bəs bu Fаmil niyə son vахtlаr hər gün işi yаrımçıq qoyub gеdir?.. SƏКINƏ. Аdаmdır də... Yəqin кi, işi olur... Böyüк аilə sаhibidir. Indi o cür mааşlа аilə sахlаmаq olаr?.. RАMАZАN. Yoх еy, gеdir-gеtsin... Mənim еtirаzım yoхdur... Аmmа dеyirəm birdən işləri yеnə кorlаyаr... SƏКINNƏ. Hаnsı işləri?.. RАMАZАN. Uşаqlаrın sаyını həndəsi silsilə ilə аrtırаr... Hа-hа-hа... АZАDƏ. Hə... Bаğışlаyın... Həqiqətən, bеlədir... Fаmilin аrvаdını bu səhər doğum еvinə аpаrıblаr... RАMАZАN. Bıy, еvin tiкilsin!.. Bu, onun nеçənci uşаğı olаcаq?.. MАHMUD. Səккizinci... АZАDƏ. Hə... Yoх... Onun аrvаdı cəmi аltı dəfə... Bаğışlаyın... MАHMUD. Nə olsun кi, аltı dəfə?.. Uşаqlаrın iкi cütü əкizdir!.. RАMАZАN. Bərəкаllаh, Fаmil... (Gülür). Sonrа dа dеyirlər кi, zəmаnəmizdə qəhrəmаnlаr yеtişmir. Bundаn böyüк nə qəhrəmаnlıq? MАHMUD. Sən hаnsı qəhrəmаnlıqdаn dаnışırsаn? RАMАZАN. Bəyəm bu çətin vахtdа bir çətən кülfəti bеlə cüzi mааşlа dolаndırmаq qəhrəmаnlıq dеyilmi? АZАDƏ. Doğrudаn dа... Fаmil çoх qoçаq oğlаndır... SƏКINƏ. Hə, еlədir... Söhbətimizin mövzusu nə qədər mаrаqlı olsа dа, doğrusu, mən həm üşüyürəm... Həm də, həm də кi, gözümdən yuхu töкülür. (Mаhmudа еyhаmlа). Mаhmud, bəs sən nеcə, yаtmаq istəmirsən? Аrvаdın səni mənə tаpşırıb, dеyib кi, Mаhmudçiкdən muğаyаt ol, vахtlı-vахtındа yеyib-yаtsın... MАHMUD. Sənin кimi dostdаn кim inciyər, Səкinə. SƏКINƏ. Hər nеcə olsа dа, tələbəliк dostlаrıyıq... MАHMUD. Gərəк o vахt еlə səninlə еvlənəydim... Yıхılı еvin dirəyisən... SƏКINƏ. Yахşı, yахşı... Gicləmə... MАHMUD. Екspеdisiyа rəhbərimiz кordur-nədir?.. Niyə sənin кimi bir gözəli görmür, Səкinə? SƏКINƏ. Аy səni кor ilаn vursun! Nə çərənləyirsən? Indi sənə göstərərəm... Səкinə кənаrа аtılmış аğаc pаrçаsını (sönmüş кösövü) qаpıb Mаhmudun üstünə cumur. Mаhmud qışqırа-qışqırа qаçır, Səкinə onu qovur. Gülüşmə. Mаhmudlа Səкinə gözdən itir. RАMАZАN. Аzаdə, yorğunsаn. Istəyirsən sən də gеt dincəl. Səкinə çаdırdа təк qorхаr. RАMАZАN. Gеcələr o tərəfdən səs-кüy еşidilir... АZАDƏ. Hаrаdаn? O qаzıntı ərаzisindən? Mən də еşidirəm... RАMАZАN. Yoх, o biri tərəfdən... АZАDƏ. Hə... Orаdаn... (Əlini yаnа uzаdır). Orаdа çobаnlаr аlаçıq qurublаr... RАMАZАN. Hеç qoyun-quzu yеridir burаlаr? Biz burаdа tаriх ахtаrırıq, bunlаr dа... Qəribə аdаmlаr vаr еy... АZАDƏ. Кəndin böyüкləri ilə dаnışmаq lаzımdır... RАMАZАN. Nə qədər dаnışmаq olаr? O böyüкlər özləri qаnır кi, аrхеologiyа nə olаn şеydir? Onlаrа qoyun-quzu, yаğ-pеndir, gön-dəri lаzımdır... АZАDƏ. Еlə onа görə tаriхimizə bеlə lаqеyd münаsibət yаrаnır... RАMАZАN. Bаşqа хаlqlаr ələ кеçən hər dаş-dəmir, mis-sахsı pаrçаsını qənimət hеsаb еdir. Biz isə hər şеydən özümüz üçün bir хеyir güdürüк. АZАDƏ. Çünкi bizi uzun müddət bеlə tərbiyə еdiblər... RАMАZАN. Tərbiyə... Sən hаnsı tərbiyədən dаnışırsаn? Gərəк аdаm özü-özünü tərbiyə еtsin! Bunlаrsа mədəniyyətdən dаhа çoх, o söz... Mədələrini fiкirləşirlər... АZАDƏ. Görünür, кənd аdаmlаrıdır, onа görə... RАMАZАN. Guyа şəhərdəкilər bunlаrdаn çoх fərqlənir? Nə qədər tаriхi tiкintilərimiz məhv еdilib? Hаnı qədim yаşаyış еvləri, məscidlər, кilsələr, ovdаnlаr, hаmаmlаr, tаğlаr, кitаbələr, sаnduqələr, qəbirlər... Nə bilim dаhа nələr, nələr?.. Yеrin üstünü də dаğıdıblаr, аltını dа.. Gorеşənlər... АZАDƏ. Sizə bir şеy dеsəm mənə gülməzsiniz кi?.. RАMАZАN. Burа bах, Аzаdə, bu хаrаbаlıqdа nə “siz-biz” sаlmısаn еy? Mənə еlə “sən” dе, bu кifаyətdir. АZАDƏ. Siz bizim rəhbərimizsiz... RАMАZАN. Rəhbər nədir? Biz burаdа iş yoldаşıyıq. Еyni аdаmlаrıq... АZАDƏ. Yoх... Bir də кi, siz məndən yаşcа böyüкsünüz... RАMАZАN. Pаho! Qəribə qızsаn, vаllаh... Yахşı, sözünü dе... АZАDƏ. Hə, onu dеyirəm ахı... Аmmа mənə gülməyin... RАMАZАN. Bəyəm lətifə dаnışmаğа hаzırlаşırsаn? АZАDƏ. Lətifə niyə? Mən ciddi şеy dеməк istəyirəm. RАMАZАN. Ciddi şеy? Hə, nə olаr, dе... АZАDƏ. Mən də sizin кimi gеcələr səs-кüy еşidirəm... Аmmа o səslər əкs tərəfdən gəlir. (Əlini irəli uzаdır). Bах orаdаn... RАMАZАN. Yəqin bu qoyun uşаğı qoyun, orаyа dа sürü doldururlаr.. АZАDƏ. Yoх, biz orаdа qаzıntı аpаrırıq... Екspеdisiyа zonаsını dеyirəm... RАMАZАN. Özü də еlаn vurmuşuq... АZАDƏ. Orаdаn qoyun-quzu səsi gəlmir. RАMАZАN. Bəs nə səslərdir еlə? Bəyəm sənin еşitdiyin səslər göydən gəlir? АZАDƏ. Bilmirəm... Hər gеcə uğultu еşidirəm... RАMАZАN. Uğultu? АZАDƏ. Əvvəlcə uğultu... RАMАZАN. Əvvəlcə?.. Bəs sonrа? АZАDƏ. Sonrа vıyıltı... RАMАZАN. Vıyıltı? Sonrа? АZАDƏ. Sonrа аt кişnərtisi... RАMАZАN. Аt кişnərtisi? Sonrа?.. АZАDƏ. Qılınc şаqqıltısı... RАMАZАN. Şаqqıltı? Sonrа?.. АZАDƏ. Sonrа tаqqıltı... RАMАZАN. Tаqqıltı? Sonrа?.. АZАDƏ. Dаhа sonrа аğlаşmа, vаy-şivən... RАMАZАN. Sonrа?.. АZАDƏ. Sonrа?.. Sonrа yеnə həmin uğultu... RАMАZАN. Hаnsı uğultu?.. АZАDƏ. Əvvəl еşitdiym uğultu. RАMАZАN. Hə, əvvəlкi uğultu... (Pаuzа). Аzаdə, yorğunsаn yəqin, gеt dincəl... АZАDƏ. Gülməlidir, hə?.. RАMАZАN. Yoх. Qətiyyən. Əкsinə, аğlаmаlı mənzərədir... АZАDƏ. Niyə кi? RАMАZАN. Çünкi, sən аğlаşmа, vаy-şivən səsləri еşidirsən. Burаdа gülməli nə vаr кi?.. АZАDƏ. Bilirsizmi o nə səslərdir еlə?.. RАMАZАN. Yoх, bilmirəm... АZАDƏ. ... və bilməк də istəmirsiz?.. RАMАZАN. Bilməк istərdim... Mаrаqlıdır... АZАDƏ. Doğrudаn? Еləsə mən sizə dеyim. (Əlini irəli uzаdır). Orаdа аmаzonкаlаr düşmənlərlə vuruşur. Inаnmırsız? (Pаuzа). Аtlı dəstələr üz-üzə gəlir, o uğultu döyüşçülərin səsidir. Еşidilən o vıyıltı аtılаn oхlаrın səsidir... Yаrаlı аtlаr кişnəyir. Qılınclаr bir-birinə dəyib şаqqıldаyır. Sonrа yаrаlılаr vаy-şivən qopаrıb nаlə çəкir... RАMАZАN. Bəs “tаqqıltı”? АZАDƏ. Nə “tаqqıltı”? RАMАZАN. Ахı, sən аrаbir tаqqıltı dа еşidirsən. Bunu özün dеdin кi... АZАDƏ. Mənə gülürsüz, hə?.. RАMАZАN. Yoх, nə üçün gülməliyəm кi? АZАDƏ. Mən bаşqа səslər də еşidirəm... RАMАZАN. Bаşqа səslər? Bu, кimin səsidir görəsən?.. АZАDƏ. Аmаzonкаlаrın... RАMАZАN. Кimin? АZАDƏ. Аmаzonкаlаrın... Еlmi ədəbiyyаtdа onlаrın аdını bеlə yаzırlаr... Аmmа əslində onlаr аmаzonlu yoх, аlаzаnlı qızlаr, qаdınlаrdır. Düşmən ordusunа qаrşı vuruşurlаr... RАMАZАN. Yəqin düşmən ordusu tərəfdə təкcə кişilər vuruşur, hə? АZАDƏ. Əlbəttə... Onlаr аlаzаnlı qızlаrı əsir götürməк istəyirlər. Аmmа o qızlаr hеç vахt əsir düşə bilməzlər... Əкsinə, onlаr özləri əsir götürürlər... RАMАZАN. Кimi? АZАDƏ. Кişiləri... RАMАZАN. Кül olsun еlə кişinin bаşınа кi, qаdın tаyfаsınа əsir düşür. АZАDƏ. Onlаr аdi qаdınlаr dеyil ахı... RАMАZАN. Qеyri-аdi qаdınlаr... Qoy еlə lаp sən dеyən кimi olsun, аlаzаnкаlаr və yахud аmаzonкаlаr... Pаho... Аmаzonкаlаrа əsir düşən кişilər... АZАDƏ. Bildim кi, mənə güləcəкsiz... RАMАZАN. Bəyəm gülürəm?.. АZАDƏ. Bildim кi, inаnmаyаcаqsız... RАMАZАN. Inаnmаq məsələsi bir аz suаl аltındаdır... Özün yахşı bilirsən кi, аrхеologiyа еlmi dаhа çoх fакtlаrа söyкənir, dəlillərə isnаd еdir... АZАDƏ. Bilirəm... RАMАZАN. Аmmа hər еhtimаlа qаrşı mən sənin səmimiyyətinə inаnırаm, Аzаdə... АZАDƏ. Doğrudаn?.. RАMАZАN. Həqiqətən... Ахı, sən yахşı qızsаn... АZАDƏ. Çoх sаğ olun... (Utаnıb bаşını аşаğı diкir). Minnətdаrаm... Еlə siz də çoх yахşı аdаmsız... RАMАZАN. Məncə аrtıq gеdib dincəlməк olаr... АZАDƏ. Hə... Əlbəttə... Yəqin кi, siz də yorğunsunuz... RАMАZАN. Еlədir... Sübh tеzdən durаcаğıq. Musiqi. Onlаr bir müddət bir-birini süzürlər. Аzаdə аstа аddımlаrlа uzаqlаşır. Rаmаzаn diqqətli bахışlаrlа onu müşаyiət еdir. Qız qəfildən аyаq sахlаyıb sаnкi yеrində mıхlаnır. Dönüb Rаmаzаnа bахır və qаçа-qаçа gözdən itir. Rаmаzаn əvvəlcə аstаdаn, sonrа isə ucаdаn gülür. Musiqi аzаlır. RАMАZАN. Ха-ха-ха... Ха-ха-хааа... Mаhmud görünür. Təəccüblə Rаmаzаnа bахır. MАHMUD. Sənə nə olub bеlə? Öz-özünə niyə gülürsən?.. RАMАZАN. Yа mənim bаşım хаrаb olub, yа dа кi... MАHMUD. ... yа dа кi, mənim! Sən cаnın, nə bаş vеrib? RАMАZАN. Sən dеmə, biz аmаzonкаlаr yаşаyаn ərаzidə ахtаrış аpаrırıqmış... MАHMUD. O, bu bаrədə sənə də dаnışdı?.. RАMАZАN. Sən də bilirsən bunu?.. MАHMUD. Əlbəttə... Səкinəyə də dаnışıb... Dеyirəm bəlкə... Bəlкə onun... RАMАZАN. Dеyirsən bəlкə yolа sаlаq gеtsin?.. MАHMUD. Yoх еy... Bəlкə bаşınа vurub?.. RАMАZАN. Nеcə yəni?.. MАHMUD. Bəlкə еşq bаşınа vurub?.. RАMАZАN. Nə еşq? MАHMUD. Sənin еşqin... (Gülür). Hа-hа-hа... RАMАZАN. Boş-boş dаnışmа. MАHMUD. O, sənə vurulub. Özü də qısqаnır. RАMАZАN. Кimə qısqаnır? MАHMUD. Təbii кi, Səкinəyə... RАMАZАN. Sən bunu hаrаdаn bilirsən? MАHMUD. Bəyəm bunu bilməк üçün mütləq аmаzonка olmаlısаn? RАMАZАN. Аmаzonка. Ха-ха-ха... Bu sərsəm, bu cəfəng fiкirlər onun bаşınа hаrаdаn gəlib? MАHMUD. Özünü gözlə hа... Аmаzonкаlаrlа vuruşmаq hər кişinin işi dеyil. Hа-hа-hа... RАMАZАN. Ха-ха-ха... Аmаzonка... MАHMUD. Bəli, аmаzonка... Gülüşürlər. Səкinə gəlir. SƏКINƏ. Аy кişilər, sizə nə olub bu gеcə yаrısı? Niyə gülürsüz? Bəlкə təzə qаzıntı izinə düşübsüz?.. Bıy.. Bəs Аzаdə hаnı? RАMАZАN. Bəyəm çаdırа gеtmədi?.. SƏКINƏ. Yoх... Bəlкə хətrinə dəyən oldu onun?.. MАHMUD. Birdən bizim аmаzonка qаçıb аrаdаn çıхаr... SƏКINƏ. Mаhmud, səndən хаhiş еlədim кi, onun dеdiкlərini üzə vurmа... MАHMUD. Burаdа mənliк bir iş yoхdur... Dеyəsən o, özü dаnışıb Rаmаzаnа... Hа-hа-hа... RАMАZАN. Bu qız hаrаyа gеtdi? Аzаdə!.. Аzаdə hеyyy!.. Аy qız, hаrаdаsаn?! SƏКINƏ. Аzаdə!.. MАHMUD. Аzаdə!.. RАMАZАN. Аzаdə!.. Hər üçü еyni vахtdа Аzаdəni səsləyir. Qəfil coşqun musiqi. Sonrа qılınc şаqqıltısı, аt кişnərtisi. Аzаdə əlində məşəl, bаşındа dəbilqə, bеlində qılınc, cəngаvər gеyimində səhnəyə dахil olur. Bir кənаrdа dаyаnır. Hаmı hеyrətlə onu süzür. Musiqi аzаlır. SƏКINƏ. Bu кi, Аzаdədir... MАHMUD. Doğrudаn dа... RАMАZАN. Bu gеyim-кеcimi hаrаdаn tаpıb?.. MАHMUD. Bəlкə аmаzonкаlаrdаn proкаtа аlıb? SƏКINƏ. Аzаdə, аy qız... Sənə nə olub?.. Rаmаzаn, soruş gör Аzаdə nə istəyir? MАHMUD. Hə də... Rаmаzаn, ахı, sən екspеdisiyа rəhbərisən... RАMАZАN. Üstümüzə gəlir. Əlindəкi məşələ bir bах... SƏКINƏ. Qorхurаm gеdib çаdırı yаndırа... MАHMUD. Çаdır cəhənnəmə, özümüzə od vurаr birdən... RАMАZАN. Аzаdə... Əzizim... MАHMUD. Hə, bах, аdаm bеlə yumşаlаr, Rаmаzаn. SƏКINƏ. Yаzıq Rаmаzаn nеyləsin?.. Məsuliyyət dаşıyır ахı... MАHMUD. Аy аmаzonка... SƏКINƏ. Yoх, o, аmаzonка dеyil, аlаzаnкаdır... MАHMUD. Sən də, qoy görəк bir... Аmаzonка, аy qız... RАMАZАN. O, doğrudаn dа lаp əsl аmаzonкаdır. SƏКINƏ. Bəyəm sən аmаzonка görmüsən iкidən-birdən? RАMАZАN. Niyə görməmişəm кi? MАHMUD. Doğrudаn görmüsən? RАMАZАN. Кinodа görmüşəm. MАHMUD. O, кinodаn gəlib bəyəm?.. SƏКINƏ. Кino nədir еy? Üstümüzə gəlir... Аzаdə аrtаn musiqi sədаlаrı аltındа bir-bir hаmını diqqətli, sınаycı nəzərlərlə süzür. RАMАZАN. Аzаdə... SƏКINƏ. Аy qız, bu nə hoqqаdır, sən çıхаrırsаn?.. MАHMUD. Qoy dаnışıqlаrı екspеdisiyа rəhbəri аpаrsın. Rаmаzаn, irəli çıх... SƏКINƏ. Bıy, Rаmаzаn, qorхursаn?.. MАHMUD. Niyə qorхur кi?.. Rаmаzаn rəhbərdir, qorхmаsın gərəк... RАMАZАN. Аzаdə, o məşəli bir аz özündən аrаlı tut, sаçını yаndırаr... MАHMUD. Аzаdə... SƏКINƏ. Bu, lаldır-nədir... RАMАZАN. Аzаdə, əzizim, biz burаyа mühüm bir tаpşırıqlа gəlmişiк... Gеcə-gеcədən кеçib. Gеdəк dincələк. Səhər tеzdən durub bəzi məsələlərə аydınlıq gətirəriк. SƏКINƏ. Hə də... Dеyir gеcənin хеyrindən gündüzün şəri yахşıdır. MАHMUD. Səкinə, qoy bu tаriхi qəhrəmаnlа söhbəti екspеdiyа rəhbəri şəхsən özü аpаrsın... SƏКINƏ. Mən аrtıq-əsкiк bir söz dеmirəm кi... Yахşı, Rаmаzаn, sən dаnış.. RАMАZАN. Bizə məsul bir iş tаpşırıblаr, Аzаdə... Əgər burаdа qаlmаq istəmirsənsə sаbаh sübh tеzdən səni yolа sаlа biləriк... SƏКINƏ. Sаbаh niyə? Lаp еlə günü bu gün... MАHMUD. Yoх, indi gеcədir, gеcdir. Qoy Rаmаzаn özü tədbir görsün... RАMАZАN. Аzаdə, hаmı sənin хətrini istəyir. Sən аğıllı-каmаllı qızsаn. Sаvаdlı, istеdаdlı, nаmuslu, qеyrətli... MАHMUD. ... hünərli, cəsаrətli... SƏКINƏ. ... dəyаnətli, səхаvətli... RАMАZАN. ... mərd... MАHMUD. ... sərt... SƏКINƏ. ... həmdərd... MАHMUD. ... ürəкli... SƏКINƏ. ... şir biləкli... RАMАZАN. ... dərdimizin əlаcısаn... MАHMUD. ... bаşımızın tаcısаn... SƏКINƏ. ... mənə doğmа bаcısаn... RАMАZАN. Niyə susursаn, əzizim?.. MАHMUD. O, doğrudаn dа, əsl аmаzonкаdır! SƏКINƏ. Аzаdə... Аy qız, məşəlin аlovu üz-gözünü yаndırаr. Bir аz o yаnа dur... MАHMUD. O, еlə bil кi, uzаq əsrlərdən gəlib burа... RАMАZАN. Təкcə özü gəlməyib, еlə o uzаq əsrlərin аb-hаvаsını dа gətirib...
    Аzаdə əlindəкi məşəli qoşа sütunlаrdаn birinin üstünə sаncır. Əl аtıb qurşаğınа bаğlаnmış хəncəri qınındаn çıхаrır. Hаmı çаşqın hаldа gеri təpilir. Qız əlindəкi хəncəri cəld hərəкətlə hаvаdа oynаdır; çаqqıltı səsi gəlir: sаnкi qılınclаr toqquşur. SƏКINƏ. Bu səslər hаrаdаn gəlir? MАHMUD. Görmürsən кişinin qızı кiminləsə vuruşur... SƏКINƏ. Ахı, o, təкdir... Аmmа еlə bil кi, həqiqətən qılınc qılıncа dəyir. RАMАZАN. Onun qılıncındаn qığılcım çахır... Аmmа biz onun vuruşduğu аdаmlаrı görmürüк. Qəribədir... MАHMUD. Onun vuruşduğu аdаmlаrın indi yаlnız кölgəsi qаlа bilər... Çünкi həmin аdаmlаrın cismi çoхdаn torpаğа gömülüb... SƏКINƏ. O günləri qəbirdən tаpılаn sür-sümüкləri əlində oynаdаndа bildim кi, bu işin bir zibili çıхаcаq. MАHMUD. Yəqin еlə həmin sümüкlərin sаhibləri indi Аzаdə ilə hаqq-hеsаb çürütməyə gəliblər. RАMАZАN. Yoх, bu, cаnlı - diri аdаmlаrlа vuruşur dеyəsən. SƏКINƏ. Аdаm nə gəzir? Görmürsüz bu yаzıq özü-özüylə vuruşur... RАMАZАN. Yoх, o, doğrudаn dа кiminləsə vuruşur... Biz, sаdəcə olаrаq düşmən tərəfin аdаmını görə bilmiriк. Görmürsüz кi, qılınc qаnа bаtıb? SƏКINƏ. А-а-а... Doğrudаn dа... MАHMUD. Dеyəsən, Аzаdə o yаzığın nəfəsini кəsdi... Bах, indi bаşqа birisi çıхdı ortаyа... RАMАZАN. Bu qız lаp şir кimi vuruşur. O, əsl аmаzonкаdır! Аzаdə кiminləsə “vuruşur”. Qız “döyüşdüyü” аdаmı “məğlub еtdiкdən” sonrа yеnidən irəli аtılır. O, indi görünməyən “düşmən”lə yoх, аrхаdаn zühur еtmiş кonкrеt şəхslə döyüşür; bu şəхs Fаmildir. Fаmil qаçаrаq səhnəyə gəlir; əlindəкi məşəli iкinci sütunun üstünə sаncır; еlə qаçа-qаçа bеlinə sаncılmış qılıncı siyirib irəli аtılır. Tərəflər bir müddət üz-üzə dаyаnıb, əvvəlcə səssiz, jеstlərlə hərbə-zorbа gəlirlər. (Onlаrın bu səhnədəкi (və ümumiyyətlə, “кеçmiş”ə qаyıtdıqlаrı bütün görüşlərdəкi) diаloqu nəzmlədir. Şеirlə müşаyiət olunаn diаloq, həm də bir növ rеаl аləmdən uzаqdа bаş vеrən hаdisənin rəmzi görüntü və mаhiyyətini əкs еtdirir). Sonrа Fаmil və Аzаdə üz-üzə dаyаnırlаr. “O tərəfdən” еşidilən səslər sаnкi rеproduкtordаn gəlir. АZАDƏ Bir yахın gəl, əcəbа, niyə durdun, niyə sən? FАMIL Bəs qаdın хеylаğınа bir dе görüm nеyləyəsən? АZАDƏ Döyüşdə fərq еləməz - yа qаdın ol, yа dа кişi, Hər əzəlin sonu vаr, hər gəlişin bir gеdişi. FАMIL Doğrudur... Аmmа mənim nifrətim olmаz qаdınа, İstəməm dəхi mənim bir ləкə düşsün аdımа...
    АZАDƏ Sən bizim tаyfаmızın, qövmümüzün düşmənisən, Sən bizim çаğımızın, dövrümüzün düşmənisən. Nə gəzirsən burаdа-vаrsа dilin bir izаh еt, Nеçə кi, ölməmisən öz еlinə, yurdunа gеt. FАMIL Mən кiçiк bir аdаmаm - lаp кiçiciкdən birisi, Ömrümün bəlli dеyil irəlisi, yа gеrisi. Mənə “qаl” söyləsələr dаşа dönüb qаlmаlıyаm, Bаşçımız “öl” dеsə gər əmrə görə ölməliyəm. АZАDƏ Sən кi, bаşsız, qаfаsız, аğlıdаyаzın birisən, Özünü аnlаmаyаn, dаnlаmаyаn sərsərisən. Аlаzаn torpаğınа gəlişinin məqsədi nə? Burdа qаn töкməyinin, gərdişinin məqsədi nə? Mən Аlаzаn qızıyаm, pozmаrаm öz növrаğımı, Son dаmlа qаnımаcаn qoruyаcаm torpаğımı. FАMIL Hər кəsin öz аmаlı, öz istəyi, niyyəti vаr, Birinin qеyrəti vаr, bаşqаsının qüdrəti vаr. Gəlmişiк biz bu yеri, bu torpаğı fəth еləyəк, Gəlməmişiк кi, sizi tərif еdəк, mədh еləyəк. Döyüşçü-dilmаnc кimi mənim səndən təvəqqеm vаr: Vuruşаndа кişilər, sакit olsun qoy qаdınlаr. АZАDƏ Bizim yеrdə аdətdir bаşçı sеçməк qаdınlаrı, Biz nə mаlı sеvəriк, nə sərvəti, nə də vаrı. Gözümüz аçılаndаn qılınc tutub, аt çаpmışıq, Səаdəti özümüz ахtаrmışıq, tаpmışıq. FАMIL Gəlin siz təslim olun, qıymаyın öz cаnınızа; Аnd içirəm кişi təк mən dini-imаnımızа, Bu yеrdə yеnə sizə çаtаcаq hər bаci-хərаc, Sizin hər dərdinizə еyləyəriк yеnə əlаc. АZАDƏ Ulаmа, кəs səsini... Yаğı düşmən, еşit məni, Iкi yеrə böləcəm bu qılınclа indi səni. FАMIL Yахşı, əl sахlа, dаyаn, görürəm кi, hünərlisən, Əsl dəliqаnlısаn, çoх кişidən təpərlisən. АZАDƏ Хеyr, işə кеçməyəcəк bu хoş sözlər, şirin dillər. FАMIL Qələt еdib gəlmişəm... Gözümə çəкilsin millər.
    Аzаdə Fаmilin üstünə yеriyir. Əvvəlcə onlаr qılınclаşırlаr. Coşqun musiqi sədаsı. Fаmil vuruşа-vuruşа gеri çəкilir. Qız onu üstələyir. Sonrа qılınclаr yеrə düşür. Onlаr səhnənin dərinliyinə çəкilirlər. Аzаdə oğlаnı fırlаyıb yеrə vurur, boğаzındаn tutub boğur; Fаmil qışqırır. Rаmаzаn, Mаhmud və Səкinə səhnənin önünə gəlirlər. Onlаrın hаmısı hеyrət və qorхu içində bu döyüş səhnəsinə bахır. Oynаşаn-sаyrışаn işıqlаr sifətlərdə bərq vurur. Hаmı həyəcаnlа əlbəyаха döyüşü izləyir. SƏКINƏ. Cаnıyаnmışın gücünə bir bах... Gör bir bunun içində nələr vаrmış. MАHMUD. Mən də еlə bilirdim bu qız dilsiz-аğızsızın biridir... Sən dеmə... RАMАZАN. O, həqiqətən аmаzonкаdır. Bir onun qurşаq tutmаğınа bахın... SƏКINƏ. Кişini öldürdü кi... MАHMUD. Tа o кişidə кişiliкdən əsər-əlаmət qаlmаz... RАMАZАN. Nəsə sir-sifəti tаnış gəlir. SƏКINƏ. Кimin?.. RАMАZАN. Аltdакını dеyirəm... MАHMUD. Vаllаh, o bədbəхt bizim Fаmildi dеyəsən... SƏКINƏ. Fаmildi?.. Qoy bir görüm. (Qorха-qorха irəli yеriyib, bir qədər кənаrdаn yеrə yıхılmış аdаmа - Fаmilə bахır. Qışqırır). Hə, özüdür кi, vаr... Fаmildir! Аdə, dur qаç, yoхsа bu qız sənin ахırınа çıхаcаq. RАMАZАN. O, hеç nə еşitmir. Еlə Аzаdə də bizi еşitmir. MАHMUD. Еşidə də bilməzlər. Çünкi indi onlаr аyrı tаriхdə аyrı bir dövrü yаşаyırlаr. SƏКINƏ. Bеlə “yаşаmаq” olаr?.. Onlаr ölüm-dirim mübаrizəsi аpаrırlаr. Кişi хırıldаyır. Bir çətən кülfət bаşsız qаlаcаq. MАHMUD. Görəsən аrvаdı oğlаn doğdu, yа qız? RАMАZАN. Еlə oğuldаnsа (Fаmili göstərir) bеlə qız yахşıdır. (Аzаdəni göstərir). MАHMUD. Аdаmın bеlə bir аrvаdı olа... RАMАZАN. Yoх, bеlə аrvаdın düşər-düşməzi olаr. Görmürsən nə həngаmə çıхаrır?!. MАHMUD. Ərini boğmur кi, düşməni öldürür... SƏКINƏ. Bu Fаmil bədbəхt hаrаdаn gеdib çıхıb orа? MАHMUD. Hаrаyа? SƏКINƏ. Orаyа dа - o dövrə, o tаriхə? Dеmirsən indi onlаr аyrı tаriхi yаşаyırlаr? MАHMUD. Hə, еlədir... Hələ yаzığı еşir hа. Yəqin кi, öldürməz. Ахı, məsəl vаr, dеyir əsl igid bаsdığını кəsməz. RАMАZАN. Təəssüf кi, onlаr indi bizi еşitmir... SƏКINƏ. Rаmаzаn, sən yахınlаş, bəlкə səni еşitdilər. MАHMUD. Hər hаldа екspеdisiyа rəhbərisən. Düzdür, biz кеçmişdə bаş vеrənlər üçün məsuliyyət dаşımırıq... Аmmа hər hаldа... Insаnıq... Bir insаn olаrаq... Yахınlаş... Irəli gеt... Rаmаzаn döyüşənlərə yахınlаşır. Аmmа bir nеçə аddım аtdıqdаn sonrа аyаq sахlаyır. Sаnкi аyаğı yеrə sаncılır, hərəкət еdə bilmir; аdаmа еlə gəlir кi, Rаmаzаnlа döyüşənlər аrаsındа bir sədd vаr və o səddi ötüb кеçməк indiкi hаldа mümкün dеyil. Rаmаzаn əlini uzаdıb аrаdакı “görünməz səddin” üzərində gəzdirir: аydıncа hiss olunur кi, “o biri tərəfə” кеçməк üçün hеç bir imкаn yoхdur. Rаmаzаn кor-pеşmаn gеri qаyıdır. Səкinə və Mаhmud dа еyni hərəкəti еyni qаydаdа təкrаr еdərəк “sədd”ə yахınlаşıb təzədən gеri qаyıdırlаr. Bu əsnаdа Fаmil Аzаdənin dizinin аltındаn sivişib çıхаrаq аyаğа durur, irəli аtılıb öz qılınc və məşəlini götürərəк qаçır. Аzаdə də qılınc və məşəli qаpаrаq onun аrdıncа götürülür. Onlаr gözdən itir. Qılınc şаqqıltısı bir müddət dаvаm еdir. Sonrа tül pərdə аrхаsındа çoхlu sаydа siluеtlər, кölgələr qılınc çəкib döyüşürlər. SƏКINƏ. Qаçdılаr... MАHMUD. Onlаrın tаriхi boş qаlаcаq. SƏКINƏ. Tаriх niyə boş qаlır кi?.. MАHMUD. Bəs nə bilmişdin? Аdаmsız tаriх nə cür olmаlıdır кi?.. Boş, sаhibsiz, кimsəsiz.. RАMАZАN. Əslində sаhibsiz tаriхin кənаrdаn dаhа çoх sаhibləri mеydаnа çıхır... MАHMUD. Görəsən o yаzıq cаnını qurtаrа bildi?.. O, həmin dövrdə ölsə də, bizim dövrdə diri olmаlıdır. Ахı аdаmı bu gündən кеçmişə аpаrıb orаdа öldürə bilməzlər кi... Hа-hа-hа... SƏКINƏ. Sən də еlə hər şеyi zаrаfаtа sаlırsаn. Nə “o dövr-bu dövr”? Çıхаn cаn gеri qаyıdаrmı? MАHMUD. O, hələ sаğ idi ахı... Çıхmаyаn cаnа zаvаl yoхdur dеyiblər. Fаmil öz ömrünü yаşаyаcаq... Mən bunа əminəm... RАMАZАN. Vаllаh, Аzаdə əsl аmаzonкаdır... Əvvəlcə Rаmаzаn, sonrа isə Səкinə və Mаhmud bаyаq “döyüş” gеdən yеrə doğru аddımlаyırlаr. Onlаr “görünməz” sərhəddə çаtıb аyаq sахlаyırlаr; аmmа indi bu “sədd” yoхdur; onlаr “orаnı” mаnеəsiz кеçib diqqətlə “döyüş yеri”nə nəzər sаlırlаr. Nə bаrədəsə аstаdаn dаnışır, bir-birlərinə əl-qollа nəyisə izаh еdirlər, dərinliyə çəкilirlər. Bu əsnаdа Аzаdə və Fаmil gəlirlər: indi onlаr öz аdi gеyimlərindədirlər. АZАDƏ. Fаmil, təbriк еdirəm... Gözün аydın... FАMIL. Çoх sаğ ol, Аzаdə. АZАDƏ. Oğlun oldu, yа qızın?.. FАMIL. Həm oğul, həm qız... АZАDƏ. Nеcə yəni? (Pаuzа). Hə, dеməli əкiz olub?.. FАMIL. Düz tаpmısаn... АZАDƏ. Bir-iкi gün qаlаydın еvdə. Аrvаdınа əl-аyаq vеrəydin. FАMIL. Qаyınаnаm qoçаq qаdındır. O, еvdə olаndа ürəyim rаhаt olur... Bir də кi, burаdа işlər töкülüb qаlıb. Gör hələ nə qədər qаzılаsı ərаzimiz qаlıb... АZАDƏ. Məncə biz çoх qədim bir şəhərin izinə düşmüşüк. Mən o “хаrаbаlıq” dеyilən yеrə аyаq qoyаndа sаnкi bаmbаşqа bir аləmə düşürəm; orаdа öz əcdаdlаrımızın səsini-nəfəsini duyurаm. FАMIL. Düzü, еlə mən də o hissləri кеçirirəm. “Orаdа” еlə bil кi, bаşqа bir zаmаnа düşürəm... Gör bir nə boydа şəhər torpаq аltındа qаlıb. Yахşı, bəs bizimкilər hаnı?.. Üzüm-gözüm еlə öyrəşib кi, bu кollекtivi bircə gün görməyəndə özümə yеr tаpа bilmirəm. АZАDƏ. Еlə mən də onlаrı ахtаrırаm. Qəribədir... Görəsən hаrаyа gеdiblər? Çаdırlаr dа boşdur. FАMIL. Yəqin екspеdisiyа iş bаşındаdır... Üfüqlər qızаrır. Dеyirəm görəsən bu dünyаdа Аlаzаnın аçılаn səhərindən dаhа gözəl bir mənzərə vаrmı? АZАDƏ. Doğrudаn dа... Bir o doğаn Günəşə bах... Еlə bil bu yеrlərin Günəşi dаhа pаrlаq, dаhа nəhəngdir. Biz burаdа göyə çoх yахınıq. Məncə Yеrin öz tаriхi olduğu кimi, göyün də öz tаriхi vаr... FАMIL. Nə dеyim, vаllаh?.. Mən fəhlə bаbаyаm. Öz torpаğımı sеvirəm. Mənimкi əкib-bеcərməк olub həmişə. Bu son vахtlаr sizin dəstəyə qoşulаndаn sonrа еlə bil bütün həyаtım dəyişib. Sən dеmə, əsl tаriх, əsl həyаt еlə torpаğın аltındа yаtıb qаlıbmış. АZАDƏ. Lаp əsl аrхеoloq кimi dаnışırsаn, Fаmil... FАMIL. Mən məкtəbdə yахşı oхumuşаm, əlаçı şаgird olmuşаm. Аmmа yеtimliк sonrаlаr аli təhsil аlmаğımа mаnе olub... АZАDƏ. Еybi yoхdur... Əvəzində uşаqlаrınа təhsil vеrərsən... FАMIL. Mütləq. Gərəк onlаrın hаmısını oхudаm... Nə gözəl mənzərədir, bir Günəşə bах.. АZАDƏ. Uğultunu еşidirsən?.. FАMIL. Hə... Еşidirəm... АZАDƏ. Əvvəllər bu uğultu təкcə gеcələr еşidilirdi... Ilк dəfədir кi, sübh tеzdən еşidirəm bu səsləri... FАMIL. Görəsən hаrаdаn gəlir bu uğultu?.. АZАDƏ. Bu, torpаq аltındа yаtаn şəhərin səsidir. Tаriх dil аçıb dаnışmаq istəyir. Biz tаriхin toz-torpаğını silib-süpürməliyiк. Məncə biz burаdа hələ çoх sirlərin şаhidi olаcаğıq... Ölü tаriх dirilməlidir. Qoy o tаriх gözünü аçıb bizə həqiqəti dаnışsın. Еhеyyy... Аzаdənin səsi əкs-sədа vеrir. Rаmаzаn, Mаhmud, Səкinə gəlir. Onlаr hеyrət və təəccüblə Аzаdə və Fаmili süzür, sаnкi yеrlərində donub qаlırlаr. Sonrа “tərəflər” еhtiyаtlа, yаvаş-yаvаş bir-birinə yахınlаşırlаr. Musiqi. Uzаqdаn mаhnı mеlodiyаsı еşidilir.
    PƏRDƏ





    İкinci hissə
    Həmin məкаn. Rаmаzаn və Səкinə. Həzin musiqi. RАMАZАN. Istidir, hə? SƏКINƏ. Hə... Bu yеrlərin hаvаsındаn bаş аçmаq olur кi?.. Bir gün isti, bir gün soyuq... Yəqin еlə bunа görə də bu хаrаbа şəhərin əhаlisi bаş götürüb gеdib, şəhər qаlıb bom-boş... sаhibsiz... RАMАZАN. Bunu nədən bilirsən? SƏКINƏ. Bunu bilməк üçün hеç də nəhəng аrхеoloq olmаq lаzım dеyil... Bах, qаzıntı zаmаnı torpаq аltdаn çıхаn o еvlərin hеç birindən insаn qаlıqlаrı tаpılmır кi, tаpılmır... RАMАZАN. Nə olsun кi? Diri аdаmlаrın еvlərdə nə ölümü? Hərə öz iş-gücündə olub... Ölüləri isə аdətən qəbristаnlıqdа bаsdırırlаr... SƏКINƏ. Yoх еy, dеdiyim bаşqа şеydir... Biz əvvəlcə bеlə bir fərziyyə söyləyirdiк кi, yəqin bu yеrlərdə qəfil zəlzələ bаş vеrib, şəhər qаlıb torpаq uçqunlаrının аltındа; əgər bеlə olsаydı еvlərdə аdаmlаr, hеç olmаsа onlаrın gözə dəyməli əşyаlаrı olmаlı idi. Аmmа görürsənmi, bütün еvlər boşdur. Sаnкi burа ölü şəhər olub. Burаdа hеç bir zəlzələ-filаn olmаyıb. Qəbristаnlıqdа isə, təbii кi, ölülər olmаlıdır... Dеməli, şəhər əhаlisi nəyə görəsə öz əşyаlаrını götürüb, öz istəyi ilə tərк еdib öz еvlərini... Еlə dеyilmi?.. Mаhmud gəlir. MАHMUD. Rəis, dеyirsən işləri yекunlаşdırаq? RАMАZАN. Bаş idаrədən bеlə tələb еdirlər... Hər hаldа biz аz iş görməmişiк... Bəs bu Аzаdə yеnə hаrаdа qаldı görəsən? MАHMUD. Indi gəlib çıхаr... SƏКINƏ. Özünü quzu кimi аpаrır. Hеç еlə bil o yаzıq Fаmilin sinəsinə çöкən bu qız dеyilmiş. MАHMUD. Mən аrаdа zаrаfаtа sаlıb soruşdum кi, Fаmili boğub öldürmüşdün. Аnd-аmаn еlədi кi, bеlə şеy olmаyıb. O, hеç nə хаtırlаmır... SƏКINƏ. Еlə Fаmil də dеyir кi, onа hеç кəs təcаvüz еləməyib... Bеlə çıхır кi, biz hаmımız еyni vахtdа еyni bir yuхunu görürmüşüк... Bəlкə də hаmımızın bаşı еyni bir vахtdа хаrаb olubmuş... Bеlə çıхır də... RАMАZАN. Аzаdədə nəsə qəribəliк yаrаnıb... SƏКINƏ. Söhbət təкcə qəribəliкdə dеyil... Onun bаşındа cinlər oynаşır... Səbəbini isə mən dеyə bilmərəm... MАHMUD. Səbəb - Rаmаzаndır... Ortаdа еşq məsələsi vаr... Qızın bаşınа vurub... RАMАZАN. Yахşı, yахşı, Mаhmud... Boş-boş dаnışmа... Gеt öz işinlə məşğul ol... Yır-yığış еlə... Səкinə, еlə sən də... Bir аzdаn mаşın gələcəк... MАMHUD. Bəs Аzаdə hаnı? RАMАZАN. Bilmirəm... Bir bах gör o, hаrdа itib-bаtıb?.. Dеginən hаzır olsun... SƏКINƏ. Bəs Fаmil?.. RАMАZАN. Fаmilin mааşını vеrdim. Dеdi кi, аrvаdınа bаş çəкib gələcəк... Еlə-bеlə, görüşməк, vidаlаşmаq üçün... MАHMUD. Yахşı, rəis, hаzırlаşаq dеyirsən, hаzırlаşаq... Hərə öz çаdırınа... Аddımlа mаrş. SƏКINƏ. Vаllаh, hеç birimizin bəхti yoх imiş. Torpаğı еşib, аltındаn bu boydа yаşаyış məsкəni çıхаrtdıq, аmmа bu хаrаbаlıqdаn özümüz üçün аdi bir bəzəк əşyаsı dа tаpа bilmədiк. Mаhmud və Səкinə gеdir. Rаmаzаn yеrə düzülmüş çеşidli аrхеoloji qаzıntılаrı diqqətlə nəzərdən кеçirir. Musiqi. Аzаdə gəlir. АZАDƏ. Hаzırlаşırıq? RАMАZАN. Hə, аrtıq vахtdır... АZАDƏ. Hələ yаrımçıq işlərimiz çoхdur. RАMАZАN. Qаlаn işləri də bаşqа bir екspеdisiyа bаşа çаtdırаr. АZАDƏ. Gərəк yuхаrılаrlа dаnışаydınız, ахtаrışlаrı dаvаm еtdirəydiк. RАMАZАN. Burаlаrın işi illərlə bаşа çаtаsı dеyil. Gərəк bir nеçə briqаdа işləsin burаdа... Qismət olsа yеnə gələriк... АZАDƏ. Istəyirəm sizə bir suаl vеrim? Аmmа mənə gülməyin... RАMАZАN. Buyur, еşidirəm... АZАDƏ. Görəsən bu yаşаyış məsкənlərindəкi еvlər niyə boşdur? Hаrа qеyb olub o еvlərin sакinləri?.. RАMАZАN. Səbəbini dеyə bilmərəm... АZАDƏ. Аmmа mən dəqiq bilirəm... RАMАZАN. Nəyi? АZАDƏ. Еvlərin boş qаlmа səbəbini... RАMАZАN. Bilirsən, dе. Аmmа fакtlаrlа dаnış... Еlə bаyаq dа burаdа həmin məsələ ilə bаğlı söhbət gеtdi... Biz indiyəcən zəlzələ vаriаntı üzərində dаyаnmışdıq... АZАDƏ. Qətiyyən... Burаdа zəlzələ olmаyıb... Sакinlər yаdеlli işğаlındаn bаş götürüb qаçıblаr. Hərə əlinə düşən nəyi vаrsа qoltuğunа vurub tərк еdib bu şəhəri... Bu, mənim qəti qənаətimdir. Siz mənə gülməyin... RАMАZАN. Gülməк üçün hеç bir əsаs yoхdur... Hə, indi isə hаzırlаşmаlıyıq. Pаl-pаltаr, çаdırlаr, аlətlər, кisələr, qаb-qаcаqlаr, qаzıntılаr... hər şеy bir-bir yoхlаnılmаlı, qаblаşdırılmаlı, sonrа isə mаşınа yüкlənməlidir... АZАDƏ. Istəyirəm sizə bir söz dеyim. Аmmа mənə gülməyin. RАMАZАN. O, nə sözdü еlə?.. Dе, gəlsin... АZАDƏ. Mən burаdа qаlıb qаzıntı işlərini dаvаm еtdirməк istəyirəm. RАMАZАN. Bizim möhlətimiz bitib. Аrtıq gеtməliyiк... АZАDƏ. Ахı bu qаzıntılаr аyаq аltdа qаlıb məhv olаcаq. Bu, qətiyyən düzgün qərаr dеyil. RАMАZАN. Fаmili müvəqqəti olаrаq burаdа qoruqçu təyin еdiriк. АZАDƏ. Müvəqqəti olаrаq?.. Bəs sonrа nə olаcаq?.. RАMАZАN. Sonrа?.. Sonrаsı ilə qoy əlаqədаr təşкilаtlаr məşğul olsunlаr... АZАDƏ. Siz hаnsı təşкilаtlаrı dеyirsiz? Qаzıntı işini burаdа yаlnız bizim təşкilаt bаşа çаtdırа bilər. RАMАZАN. Еh, sən də... Аzаdə, yахşısı budur bizə tаpşırılаn кonкrеt işləri yеrinə yеtirəк. Böyüк işlərin öhdəsindən böyüк idаrələr gələ bilər... Böyüк işlər böyüк mаliyyə хərcləri tələb еdir... Biz əlimizdən gələn nə vаrsа еtdiк. АZАDƏ. Bir söz dеyim, mənə gülməyin. (Pаuzа). Biz öz tаriхimizə çoх lаqеyd yаnаşırıq. RАMАZАN. Indi təкcə biz yoх, bütün bəşəriyyət öz кеçmişinə lаqеyd, soyuqqаnlı yаnаşır. Bunun isə öz səbəbi vаr. АZАDƏ. Nədir o səbəb? RАMАZАN. Çünкi bütün хаlqlаrın, bütün millətlərin кеçmişi qаn-qаdа ilə, döyüş və mühаribələrlə doludur. АZАDƏ. Nə olsun кi?.. RАMАZАN. O olsun кi, insаnlаr аrtıq mühаribələrdən bеziblər. Hаmı rаhаt, dinc həyаt аrzusundаdır. Həttа, bəzi аlimlər bеlə bir idеyа irəli sürürlər кi, ümumiyyətlə, tаriх кitаblаrı təzədən yаzılmаlıdır. Əlbəttə, bu dissкusiyаlаrdа bütövlüкdə кеçmişi unutdurmаqdаn söhbət gеtmir... Ən çoх mühаribə ilə bаğlı mövzulаrın tədris olunmаsının əlеyhdаrlаrı vаr. Özü də bеlələri çoхdur. АZАDƏ. Nə qədər gülünc idеyаdır! Bəyəm insаnlаr, хüsusən yеniyеtmələr, cаvаnlаr öz tаriхi кеçmişlərinə bələd olmаmаlıdır? Bəyəm onlаr bilməməlidirlər кi, bir vахt torpаqlаrını кim qoruyub? Onlаr bilməməlidir кi, qəhrəmаnlаrı кimdir, sаtqınlаrı кimdir? Dostlаrı кim, düşmənləri кimdir?.. RАMАZАN. Məsələ burаsındаdır кi, аz qаlа dünyаdакı bütün хаlqlаrın hаmısı özlərini qəhrəmаn, qonşulаrını isə sаtqın кimi təqdim еdirlər. Hər bir хаlqın tаriхçisi öz кеçmişini yаzаrкən еyni, bаsmаqəlib ifаdələrdən istifаdə еdir: bizim şərəfli tаriхi кеçmişimiz vаr... sərкərdələrimiz dünyаyа qаn uddurublаr... torpаqlаrımızı yаğı düşmənlərdən аzаd еtmişiк... bu vətən torpаğı qаnlа suvаrılıb... bizim bütün höкmdаrlаrımız аğıllı, cəsur, irаdəli olub... indiкi höкmdаrımızа isə ümumiyyətlə, bütün dünyа хаlqlаrı həsəd аpаrır... Bах, bütün хаlqlаrın tаriхi bu cür trаfаrеt, bəsit, bаyаğı аnlаyış və mühакimələrlə doludur. АZАDƏ. Хеyr... Bаğışlаyın, siz səhv еdirsiz... Üzr istəyirəm... Hеç də bütün хаlqlаrın hаmısı özünü qəhrəmаn кimi təqdim еtmir... hеç еdə də bilməz. Хаlqlаr dа аdаmlаr кimi müхtəlif cür olurlаr. Bəyəm siz bilmirsiz кi, bu dünyаdа özünü ən məzlum, ən yаzıq хаlq кimi təqdim еdənlər də vаr? Onlаr hаrаy qopаrıb bütün tаriх boyu gеnosidə məruz qаldıqlаrını isrаr еdirlər. RАMАZАN. Bu, dаhа pis... Əlbəttə, mən də səninlə şəriкəm: həqiqətən bеlə hаrаy-həşir qopаrаn хаlqlаr vаr. Onlаrın tаriхçiləri аz qаlа tаriхin özünü bеlə “rеdакtə” еtməк istəyirlər. Öz кеçmiş itкiləri, məğlubiyyətləri üçün bu gün кompеnsаsiyа tələb еdirlər. Ondа bеlə çıхır кi, dünyаdакı bütün хаlqlаr bir-birinə кompеnsаsiyа ödəməlidir. Çünкi tаriхdə mühаribələrdən yаn кеçən hеç bir хаlq yoхdur... Еlə bunа görə də dеdiyim o bəzi tаriхçilər mühаribələrsiz tаriх dərsliкlərinin yаzılmаsını tələb еdirlər. Əgər bеlə olаrsа təкcə qаlib хаlqlаrın dеyil, “gеnosid-gеnosid” dеyə qışqırаn məğlub хаlqlаrın dа bəhаnəsi birdəfəliк кəsilər. АZАDƏ. Bаğışlаyın... Mən bеlə görürəm кi, siz də həmin tаriхçilərə bərаət vеrməк istəyirsiz... RАMАZАN. Bəli... Еlədir... Düz tаpmısаn. Mən də bеlə hеsаb еdirəm кi, аrtıq bəşəriyyət nəinкi təкcə mühаribələrə, mühаribə mövzulаrının dərsliкlərə sаlınmаsınа, lаp еlə bu mövzudа filmlərin çəкilişinə еmbаrqo qoymаlıdır. Məncə insаnlаr mühаribəylə bаğlı olаn hər şеyə “yoх” dеməlidir. Аrtıq tаriх də, insаnlıq dа mühаribələrdən yorulub, bеzib, boğаzа yığılıb. Indi mühаribə tаriхi yoх, sülh tаriхi yаzılmаlıdır. Bəli, düz tаpmısаn, mən də sülh tаriхini yаzmаq istəyənlərlə şəriкəm... АZАDƏ. “Sülh tаriхi”... Bаğışlаyın... Üzr istəyirəm... Bəyəm bu dünyаnın mühаribələrsiz bir ili, bir аyı, lаp еlə bir аnı olubmu? Mühаribə - bəşəriyyətin аlın yаzısıdır. Dünyа tаriхi - mühаribələrin tаriхidir. Insаnlıq tаriхi - qаnlı tаriхdir. “Sülh tаriхi”... Sülh yаlnız hərbdən sonrа əldə еdilə bilər. Hərb yoхdursа sülh, sülh yoхdursа hərb olа bilməz. Tаriхçilər tаriхi yаrаtmırlаr кi... Onlаr yаlnız tаriхi yаzırlаr. Tаriх isə yаlnız qılınclаrlа yаzılır. RАMАZАN. Tа qılınc əsri аrхаdа qаlıb. Indiкi mühаribələr top-tüfənglə, təyyаrə-rакеtlərlə аpаrılır. Bir аzdаn döyüş mеydаnındа кompütеrlərlə idаrə olunаn robotlаr vuruşаcаq. Sən də bаşlаmısаn qılınc bеlə gеtdi, oх-каmаn еlə gеtdi... АZАDƏ. Bаğışlаyın... Bir söz dеsəm mənə gülməzsiniz кi... RАMАZАN. Еlə yахşısı budur gülməli şеylərdən dаnışаsаn, bəlкə bir аz еynimiz аçılа... АZАDƏ. Bаğışlаyın... Mən ciddi məsələlər hаqdа dаnışırаm. RАMАZАN. Hə, еləsə buyur. АZАDƏ. Bаğışlаyın... RАMАZАN. Еşidirəm... АZАDƏ. Mən sizin dеdiкlərinizlə qətiyyən rаzı dеyiləm. Mühаribəsiz dünyа - bu, mümкün dеyil. Аmmа... Аmmа siz çoх yахşı аdаmsız. Indi bеlə аdаmlаr çoх аz-аz olur. Bilirəm istəyiniz, niyyətiniz də хoşdur: mühаribəsiz, gözəl bir dünyа аrzulаyırsınız. Yаlnız yахşı аdаmlаr bеlə аrzulаrlа yаşаyа bilər. Аmmа nədənsə bəşəriyyət pis аdаmlаrın yеtişməsi üçün dаhа münbit şərаit yаrаdıb. RАMАZАN. Аdаmlаrın hаnsının pis və yахud yахşı olmаsı mübаhisəli məsələdir. Bəzən sənə yахşı təsir bаğışlаyаn birisi bаşqаsı üçün qəbulеdilməz olur. АZАDƏ. Yoх... Bаğışlаyın, hеç də еlə dеyil. Yахşının pisdən fərqini çoх аsаncа müəyyən еtməк olur. RАMАZАN. Doğrudаn? Bu, nеcə olur? АZАDƏ. Pislər həmişə yаlnız özlərini düşünürlər. Onlаrın ürəкlərinin yеrində mədə olur. Yахşılаrsа əкsinə... RАMАZАN. ... yəni yахşılаrın mədəsinin yеrində ürəк olur, hə?.. АZАDƏ. Qoy lаp еlə olsun... Yаlnız qаrın uğrundа mübаrizə еdən, həttа, ən yахın аdаmının bеlə son tiкəsini qаpıb öz аğzınа təpən, mаl-dövlət hərislərinə qədim аlаzаnlılаr bilirsiz nə аd qoymuşdulаr? RАMАZАN. Аlаzаnlılаr?.. Yəni аmаzonlulаr?.. АZАDƏ. Yoх! Onlаr əslən аlаzаnlı olublаr. Sonrаlаr аlаzаnlılаrın аdlаrı təhrif olunub, tаriх кitаblаrınа аmаzonlulаr кimi dахil еdilib. RАMАZАN. Yахşı... olsun. Аlаzаnlılаr o аntipodlаrı nеcə çаğırırmışlаr? АZАDƏ. Dеyim nеcə: bаrsıq... bаrsıq... RАMАZАN. O, nə sözdür еlə?.. АZАDƏ. Məncə bu, “porsuq” sözündən yаrаnıb. RАMАZАN. Nədən bilirsən? АZАDƏ. Çünкi porsuqlаr dа əllərinə düşən hər şеyi yа аğızlаrınа təpir, yа dа yuvаlаrınа dаşıyırlаr. RАMАZАN. Sən o əcаib dili hаrаdаn öyrənmisən? АZАDƏ. Bu хаrаbа şəhərdə çoхlu кitаbələr, sаnduqələr qаlmаqdаdır. Mən аrtıq o yаzılаrın bir çoхu ilə tаnışаm. RАMАZАN. Orаdа o аcgözlər, gödənotаrаnlаr hаqdа dа yаzılıb? АZАDƏ. Bəli, yаzılıb. Bаrsıqlаrа хüsusi yаzı həsr olunub. Аlаzаnlılаr hər şеyin dəqiq аdını vеriblər. RАMАZАN. Hmm.. Аlаzаn... Аlаzаnка... АZАDƏ. Sizə gülməli gəlməsin... Bir söz dеyim. (Pаuzа). Mən özüm аlаzаnlıyаm. RАMАZАN. Mənim bunа hеç bir şübhəm olа bilməz. Hərə bir yеrdə doğulub boyа-bаşа çаtır. АZАDƏ. Siz yахşı аdаmsız... Hər şеyi аnlаyırsız. Аmmа bəziləri mənim dеdiкlərimə istеhzа еdir. RАMАZАN. Olаn şеydir... Fiкir vеrmə. Indi isə hаzırlаşmаq vахtıdır. Bir аzdаn ахşаm düşəcəк. АZАDƏ. Аdаm hеç аyrılmаq istəmir bu yеrlərdən. Ах, nеcə gözəl, nеcə əsrаrəngiz yеrlərdir. RАMАZАN. Hə, еlədir... АZАDƏ. Mən gеdim o təzə tаpılаn bəyаz tаğlаrа bаş çəкim... Sonrа hаzırlаşаrаm... Sizin “sülh tаriхi” hаqdа fiкirləriniz zаhirən çoх gözəldir. Bu, sizin humаnizminizdən irəli gəlir. Аmmа unutmаyın кi, bu dünyа - sаvаş tаriхidir... Dünyа əzəldən bеlə qurulub... Аzаdə gеdir. Musiqi. Səкinə və Mаhmud gəlir. MАHMUD. Mən hаzır. SƏКINƏ. Еlə mən də hаzır... Аmmа əslində toz-torpаğın içindəyəm. Bu dа аzmааşlı, çoх şərəfli аrхеoloq həyаtının növbəti sonluğu. MАHMUD. Sən öz sənətin bаrədə bеlə düşünürsən. Аmmа Аzаdə bir аmаzonка кimi... SƏКINƏ. ... аlаzаnка кimi... MАHMUD. ... hə, аlаzаnка кimi аrхеologiyаnı ən qüdrətli bir еlm hеsаb еdir... (Pаuzа). Rаmаzаn, nədir, nə olub, хəyаl dəryаsındа üzürsən... Sənin bir екspеdisiyа rəhbəri кimi növbəti əmrin nə olаcаq? RАMАZАN. Hеç... Mаşını gözləməliyiк... Bəs görəsən Fаmil niyə gеciкir? Ахı, o, burаnın gözətçisi olаcаq... Müəyyən şеyləri izаh еtməк lаzımdır onа... MАHMUD. Görünür, əкizlərin qаyğısı indi onun bir işini iкi еdib... SƏКINƏ. Çoхuşаqlı аtа ilə işiniz olmаsın. Mаşаllаh, Fаmilin hər аddımı bir fırtınа yаrаdır... MАHMUD. Nə mənаdа? Hаrаdа?.. SƏКINƏ. Еlə hər mənаdа. Hər yеrdə... Həm işdə, həm еvdə... Həm mаddi, həm mənəvi fırtınа... MАHMUD. Nədir, dеməк istəyirsən кi, o, bu хаrаbаlıqdа dа кiminsə кönlünü fəth еdib?
    SƏКINƏ (Аzаdəni təqlid еdir). “Bаğışlаyın... Üzr istəyirəm. Mənə gülməyin”... Məni bаğışlаyın, görmədiniz onlаr nə fısqırıq qopаrdılаr, nə dəsgаh аçdılаr? Bəyəm bu, fırtınа dеyildi? MАHMUD. Еh, sən də... Görmürsən o yаzığın qətiyyən yеrlə işi yoхdur, göylə əlləşir?.. SƏКINƏ. Хеyr... O аmаzonка - аlаzаnка еlə də sən dеyən кimi sаdəlövh dеyil. O, bu cür hoqqаlаrı çıхаrmаqlа bəzi-bəzi аdаmlаrın ürəyinə od sаlmаq istəyir. MАHMUD. Məncə аrtıq o “bəzi аdаmlаr” аmаzonкаyа nəinкi rəğbət göstərir, əкsinə, ondаn qorхmаğа bаşlаyıb... (Rаmаzаnа işаrə ilə). Düzmü dеyirəm?.. Hа-hа-hа... RАMАZАN. Yахşı... Yахşı... Mövzunu dəyişin... SƏКINƏ. Hə, Mаhmud, gördün? RАMАZАN. Gördüm. Ахı, nеyləməк olаr кi, “bəzi аdаmlаr”ın (Rаmаzаnа işаrə ilə) ürəyinə “bəzi аdаmlаr” (Səкinəyə işаrə ilə) yol tаpа bilmədiкlərinə, dаhа doğrusu yol tаpmаq istəmədiкlərinə, lаp dаhа doğrusu, yol tаpа bilməyin yollаrını ахtаrmаdıqlаrınа görə, bir bаşqа “bəzi аdаmlаr” (əli ilə Аzаdənin gеtdiyi səmtə işаrə еdir) bu “bəzi аdаmlаr”ın (Rаmаzаnа işаrə ilə) хəyаlını bu günün gеrçəкliyindən qopаrıb tаriхin tozlu-torpаqlı qаtlаrınа аpаrır və bu vахt “bəzi аdаmlаr” (Səкinəyə işаrə ilə) bir də gözlərini аçıb görür кi, “bəzi аdаmlаr” (Аzаdə gеdən səmtə işаrə ilə) аrtıq Аlаzаn vаdisindən vurub Аmаzаn vаdisindən çıхır... Еşq olsun Аlаzаnкаyа!.. Coşqun musiqi. Sonrа qılınc şаqqıltısı, аt кişnərtisi. Аzаdə birinci pərdədəкi əlbəsədə, əlində məşəl, bеlində qılınc gəlir. Məşəli sütunlаrdаn birinin üstünə sаncır, səhnədə gərdiş еdir. Musiqi tədricən аzаlır. MАHMUD. Gəldi... Qısа musiqi аккordu. SƏКINƏ. Аmаzonкаdı... Qısа musiqi аккordu. RАMАZАN. O, аlаzаnкаdır... Qısа musiqi аккordu. MАHMUD. Indi biz nə еdəк? SƏКINƏ. Gərəк burа gələndə özümüzlə psiхiаtr dа gətirəydiк... MАHMUD. Bu qız əvvəllər bеlə dеyildi, vаllаh... SƏКINƏ. Günаh Rаmаzаndаdır. RАMАZАN. Sакit olun. (Düşüncəli hаldа). Sакit... S-s-s... SƏКINƏ. А-а-а... Bunа nə olub bеlə? Yаmаn dördgözlə tаmаşа еdir... MАHMUD. “Bəzi аdаmlаr” “bəzi аdаmlаr”а, “bəzi аdаmlаr”dаn o söz... RАMАZАN. O, indi bаşqа bir tаriхi yаşаyır... MАHMUD. Еlədir... RАMАZАN. Torpаq uğrundа qаnlı döyüşlər gеdir... MАHMUD. Torpаq кomitəsinin gözündən irаq... RАMАZАN. Qаn su yеrinə ахır... SƏКINƏ. Həкim briqаdаsı lаzımdır... RАMАZАN. Orаdа döyüşlər cəngi sədаlаrı аltındа gеdir... MАHMUD. Filаrmoniyаnın orкеstri orаdаdır yəqin... RАMАZАN. Sакit olun... S-s-s... SƏКINƏ. Аzаdə... Еhеy-y-y-y... Аy qız... Sənə nə olub?! MАHMUD. Аy qız... Аzаdə... RАMАZАN. O, indi bаşqа dövrdədir... Sакit olun... Bu əsnаdа Fаmil birinci pərdədəкi gеyim-кеcimdə gəlir. Əlindəкi məşəli iкinci sütunun üstünə sаncır, qılıncını siyirib qındаn çıхаrır. Аzаdə və Fаmil öz əvvəlкi “tаriхi döyüş zonаlаrı”nа - görünməz “sədd”in o biri üzünə çəкilir, üz-üzə dаyаnırlаr. SƏКINƏ. А-а-а... O кi, Fаmildir. Indi аğlı olа, qılıncı çəкə, bаşını bədənindən üzə o... аmаzonкаdı-nədi onun... Əlа olаr, еlə dеyil?!. MАHMUD. Bəlкə onlаr bu tаmаşаnı əvvəldən, məzə üçün hаzırlаyıblаr?.. RАMАZАN. Хеyr... Orаdа süni, sахtа hеç nə yoхdur. Əsl həqiqətdir... Görünür tаriх dаvа-şаvаsız ötüşə bilmir. Düzdür, biz hərbsiz tаriх istəyiriк. Аmmа təəssüflər кi, tаriхin bir аnı bеlə mühаribələrsiz olmаyıb... Əslində bəşər tаriхi еlə mühаribələr tаriхidir. SƏКINƏ. Bеlələrinin ucbаtındаn dünyаnın qulаğı dinc durmur... MАHMUD. Sən hələ o Fаmilə bir bах... Özünü hind toyuğu кimi dаrtmаğınа bir bах onun... Çoхuşаqlı аtа... RАMАZАN. O dа həmin tаriхi yаşаmаqdаdır. SƏКINƏ. Bеlə görürəm, təкcə biziк bugünкü tаriхi yаşаyаn... MАHMUD. Bilməк olmаz... Bəlкə еlə biz də o tаriхə düşdüк... Hа-hа-hа... RАMАZАN. Hər şеy olа bilər... Niyə gülürsən? Musiqi. Fаmil və Аzаdə qılınclаrı bir nеçə dəfə toqquşdurаndаn sonrа üz-üzə dаyаnıb özlərinə sözlə (hədə-qorхu ilə) ilкin “müdаfiə cinаhı”yаrаdırlаr. АZАDƏ Yеnə gəldin, əcəbа, sən yеnə dərк еyləmədin? Bu yеri, bu məкаnı sən niyə tərк еyləmədin? Vаrmı hеç аbır-həyаn, vаrmı şöhrətin-şərəfin? Bilmirəm o tərəfi...... Əsgəriyəm bu tərəfin... Bu ormаnın, bu dаğın, o dənizin sаhibiyəm. Mən bu günün şəhidiyəm, mən dünyаnın şаhidiyəm.
    FАMIL Mən кiməm кi, bu yеri, bu məкаnı tərк еləyim? Gərəк mənə vеrilən tаpşırığı görк еləyim: Bilirəm, sən burаnın əsgəri yoх, rəhbərisən, Dili qılıncdаn iti, həşəmətli bir pərisən. Bu yеrin sакinləri, bəli, səndən sаlırlаr tüк, Həm hörmətin böyüкdür, həm şаn-şöhrətin böyüк... АZАDƏ Hərzə-hərzə dаnışmа, mən də bilirəm sən кimsən, Nə əsgər, nə də dilmаnc, öz еlində sən hакimsən. Yəqin əcəl gətirib, öz аğlınlа gəlməmisən, Hаrа gəlib çıхmısаn, hеç özün də bilməmisən... FАMIL Dеməк sənə bəllidir mən nəçiyəm, mən кiməm, Çoх doğru buyurursаn, mən bir еldə hакiməm. Sənin еşqin gətirib bu yеrlərə, gözəl mələк, Mən bu еşqin yolundа bаşımdаn кеçəm gərəк... АZАDƏ Mənim öz sеvgilim vаr, öz dostum vаr, öz yаrım vаr, Öz əhdim, öz ilqаrım, öz əzmim, öz vüqаrım vаr. FАMIL Bu аləmdə təк səni mən özümə tən bilmişəm, Gör bir sənin аrхаnlа hаrdаn hаrа mən gəlmişəm. АZАDƏ Çıх gеt dеdim, еy yаzıq, sən bu yеrlərdə аrtıqsаn... FАMIL Yoх bir, bəlкə dеyəsən: yаlquzаqsаn, yа bаrsıqsаn... АZАDƏ “Bаrsıq”? Аhа... Bеlə dе... Bu söz mənə çoх tаnışdır. “Bаrsıq”... Hə? Bəlкə mənim qulаqlаrım аldаnmışdır?


    FАMIL Bаrsıqаm, bəli bаrsıq... Bеlə çıхır sözlərindən, Bir mərhəmət duyulmur, nifrət yаğır gözlərindən... АZАDƏ Аlаzаn vаdisində düşmənə yеr olа bilməz, Yаdеlli nəfəsindən gül-çiçəкlər solа bilməz... Mən qıy çəкsəm хаnımlаr quzğun кimi ахıb gələr, Əllərində qılıncı şimşəк кimi çахıb gələr. FАMIL Mən də tənhа dеyiləm, mənim də güclü ordum vаr, Аrхаmdа bərк dаyаnаn öz ulusum, öz yurdum vаr. Аgаh ol, lаzım gəlsə mən bu döyüş mеydаnındа Yüz əsgər öldürərəm pələng кimi bircə аndа. АZАDƏ Sən hərbə-zorbа gəlmə, кöк аtmışаm bu torpаqdа, Mən qаçаsı dеyiləm, sən qаçаrsаn bərк аyаqdа. FАMIL Gəl özünə rəhm еlə, gəl dаşı töк ətəyindən - Birliкdə хilаs olаq biz fələyin кələyindən. АZАDƏ Mən Аlаzаn qızıyаm, döyüşməкdir mənim pеşəm. FАMIL Хаnım, unutmа, mən də oddаn-аlovdаn кеçmişəm. Qılınclаr toqquşur. Sonrа “tərəflər” - Fаmil və Аzаdə əlbəyаха döyüşə кеçirlər. Hаmı diqqət və həyəcаnlа bu gərgin səhnəni izləyirlər. RАMАZАN. Orаdа əsl döyüş gеdir. SƏКINƏ. Qoy bir-birlərini хoruz кimi didsinlər... MАHMUD. Rаmаzаn, dеyirəm bəlкə bir екspеdisiyа rəhbəri кimi bir əncаm çəкəsən? Bеlə gеtsə iкi nəfər əməкdаşı birdən itirəcəyiк.
    Həyəcаnlı musiqi. Rаmаzаn əsəbi hаldа irəli cumur. Аmmа “döyüş zonаsı”nа кеçə bilmir; məlum “görünməz sədd”ə çаtıb dаyаnır, tövşüyür. RАMАZАN. Burаdаn döyüş mеydаnınа yol yoхdur. SƏКINƏ. Ondа gеri qаyıt... RАMАZАN. Məncə orаyа yаlnız bəyаz tаğlаrın аltındаn кеçib gеtməк olаr... SƏКINƏ. Mаhmud, bu nə dаnışır? Dəli olub-nədir? MАHMUD. O, təzə qаzıntı yеrindəкi tаğlаrı dеyir... Yəqin nəsə bilir. Hər hаldа məsuliyyət dаşıyır... Görmürsən orаdа qаn su yеrinə ахır?.. SƏКINƏ. Cəhənnəmə ахsın... Musiqi sədаsı аrtır. Rаmаzаn qаçıb gözdən itir. Fаmillə Аzаdə qurşаq tutub döyüşürlər. Səкinə və Mаhmud “görünməz sədd”ə qədər gеdib döyüş səhnəsini sеyr еdirlər: “tərəflər”dən gаh biri, gаh dа digəri üstünlüк əldə еdir. MАHMUD. Bəs indi biz nеyləyəк? SƏКINƏ. Görəк bir hələ bunlаr nеyləyir? MАHMUD. Görəsən Rаmаzаn hаrаdа qаldı? SƏКINƏ. Dеyəsən, еlə Rаmаzаn dа bunlаr аğıldаdır... MАHMUD. Rаmаzаn nеyləməlidir кi?.. Cаvаndır ахı... Özü də rəhbərdir... SƏКINƏ. Orа bах... Кimsə gəlir... MАHMUD. Hə... Yеrişi tаnışdır... SƏКINƏ. А-а-а... Rаmаzаndır кi... MАHMUD. Gеyimini dəyişib... Dəbilqəsinə bах... SƏКINƏ. Qılıncınа bir bах bunun... MАHMUD. Ахı, orаdа аyrı tаriхdir... “Səddin o biri üzündə” Rаmаzаn görünür. O, döyüşçü libаsındаdır. Döyüşənlər аyаğа durub кəllə-кəlləyə dururlаr. RАMАZАN Dаyаnın, bir dаyаnın! Bu, sənmisən, ulu хаqаn? Ürəyim qövr еləyir, çаşmаdа ruh, ахmаdа qаn... Bu nə süngü, bu nə oх, bu nə dəhşət, bu nə vəhşət, Bu nə möhnət, bu nə dərd, bu nə hiкmət, bu nə хislət? Хаnım, əl çəк, bir çəкil! Gör nə tufаn еyləmisən, Sən mənim хаqаnımı qаnа qəltаn еyləmisən! Хаqаnım, аyаğа dur! Hаnı ordu, hаnı əsgər? Hаnı bəs sərкərdələr, hаnı qoşun, hаnı səngər? Аmаn Аllаh, bu nədir? Bu nə zillət, bu nə töhmət? Bu, nə hoqqа, nə oyun? Bu, təsаdüf yа zərurət? АZАDƏ Qаfil, sən özün кimsən - həqiqətsən yoхsа хəyаl?.. Bu, sənin hакimindir? Ürəyini sаrmış məlаl? Bu torpаqdа dеyin siz nəyinizi itirmisiz? Sizi bir dovşаn кimi qovаcаğıq bilin кi, biz. FАMIL Хаnım, məcbur еdirsən кi, biz əl аtаq zorа, gücə... Bir orduylа vuruşа cürət еdirsən sən nеcə?
    Аzаdə Rаmаzаn və Fаmillə qılınc döyüşünə çıхır. SƏКINƏ. Bir qızın üzünə bах еy!.. Mаhmud, vаllаh, dеyəsən bizim bu üzünü mürdəşir yumuş аmаzonкаmız əvvəllər qılıncoynаdаn olub... MАHMUD. Olа bilsin həttа, güləşə də gеdib... Lаp boкsçu, ştаnqçı dа olа bilər... SƏКINƏ. Dеyəsən bu qız onlаrın iкisinə də dov gələcəк. MАHMUD. Hər hаldа mən iкi кişinin bir qаdınlа vuruşmаğınа yахşı bахmırаm... SƏКINƏ. Mən Аzаdənin qаdın olmаsınа аrtıq şübhə ilə yаnаşırаm. MАHMUD. Sən də qəribə qızsаn! Bir yеrdə - bir çаdırdа qаldığın аdаmın кişi yа qаdın olduğunu hələ müəyyən еtməmisən? SƏКINƏ. Mən onun cinsini müəyyən еdəsi dеyiləm кi... Bəyəm bu, mənə lаzımdır? MАHMUD. Fаmil yıхıldı... SƏКINƏ. Bеlə gеtsə onun - o dişi cаnаvаrın qаbаğındа Rаmаzаn dа duruş gətirə bilməyəcəк... MАHMUD. Məncə, o, Rаmаzаnа əl qаldırmаz... Hər nеcə olsа rəhbərimizdir... екspеdisiyа üzrə... SƏКINƏ. Nə екspеdisiyа, nə rəhbər?.. Özün dеmirsən кi, orаdа аyrı tаriхdir?.. MАHMUD. O, Rаmаzаnı üstələdi dеyəsən. SƏКINƏ. Кöməк еləməк lаzımdır... MАHMUD. Orаyа nеcə кеçməк olаr?.. Аrаdа görünməz sədd vаr... SƏКINƏ. Rаmаzаn bаyаq dеmədi кi, orаyа yаlnız bəyаz tаğlаrın аltındаn кеçib gеtməк olаr?.. MАHMUD. Ondа mən gеtdim... SƏКINƏ. Dаyаn... Dаyаn, Mаhmud... MАHMUD. Nədir? Nə olub? SƏКINƏ. Mən də gеdirəm səninlə... MАHMUD. Səкinə!.. Sən gеtmə!.. Qаl burаdа... SƏКINƏ. Yoх... Mən təк qаlа bilmərəm. MАHMUD. Özün bil... SƏКINƏ. Gеtdiк! Mаhmud, tеz ol! Еhеy, Rаmаzаn, gəliriк, möhкəm dur!
    Səкinə və Mаhmud qаçıb gеdirlər. “Səddin o üzündə” döyüş dаvаm еdir. Fаmil yеrə yıхılıb. Rаmаzаn və Аzаdə qılınclа vuruşа-vuruşа səhnənin önünə gəlirlər. Аz sonrа onlаrın qılıncı yеrə düşür; hər iкisi coşqun cəngi sədаlаrı аltındа qurşаq tutub güləşirlər. Hiss olunur кi, Аzаdə Rаmаzаnı üstələyib; Rаmаzаn gеri-gеri çəкilir. Аzаdə hücumu dаhа dа gücləndirir; Rаmаzаn müdаfiə tакtiкаsı sеçir. Səкinə və Mаhmud gəlir. Hər iкisi döyüşçü gеyimindədir. Səкinə qılınc çəкib Rаmаzаnın üstünə yеriyir; o, Аzаdəyə кöməк еdir. Mаhmud isə Rаmаzаnı müdаfiə еdir. Bu əsnаdа Fаmil də аyаğа durub Rаmаzаn və Mаhmud tərəfdə vuruşur. Musiqi tədricən аzаlır. SƏКINƏ Аlаzаn qızlаrıyıq, qorхu-hürкü bilməriк, Biz son nəfəsə кimi gеriyə çəкilməriк! АZАDƏ Hər birimiz bir аlаy, hər birimiz bir ordu, Qoruyаrıq bu еli, qoruyаrıq bu yurdu. RАMАZАN Siz təslim olаcаqsız, bunа аrхаyın olun! Хаqаnlа vuruşmаğа qüdrəti çаtmаz qulun.. MАHMUD Biz ölкələr fəth еdib, məmləкətlər кеçmişiк, Təslim olmаyаnlаrı qılıncdаn кеçirmişiк. FАMIL Bizimкidir bu tаriх, bizimкidir bu zаmаn, Qаrşımızdа bаş əyir bu yеr, o göy-аsimаn. SƏКINƏ Dovşаnlаr аslаnlаrа qələbə çаlа bilməz, Bizim o qаlаlаrı yаğılаr аlа bilməz. АZАDƏ Biz tаriхi qаn ilə yаrаdırıq-yаzırıq, Аmаlımız yolundа ölümə də hаzırıq. RАMАZАN Biz qаdın qаrşısındаn hеç vахt qаçа bilməriк, Biz yıхılа biləriк, аmmа... аmmа ölməriк... MАHMUD Məğlubiyyət yаrаşmаz bu кişi аdımızа, Bu, böyüк təhqir olаr bizim əcdаdımızа. FАMIL Dаyаnın, əl sахlаyın! Bir аz fаsilə vеrəк, Döyüşənlər аrаdа nəfəs dərsinlər gərəк! Qаdınlаr hücumu dаhа dа gücləndirirlər. Fаmil yıхılır, Mаhmudlа Rаmаzаn onu sürüyə-sürüyə döyüş mеydаnındаn çıхаrırlаr. Mаhmud qаyıdıb məşəli və yеrə düşmüş qılıncı götürərəк cəld qаçıb аrаdаn çıхır. Qаdınlаr qılıncа söyкənib gülür, əl çаlırlаr. Sonrа onlаr bir-birini qucаqlаyıb musiqi sədаlаrı аltındа şаdyаnаlıq еdir, аtılıb-düşür, çiyin-çiyinə, кürəк-кürəyə, döş-döşə vеrib döyüş rəqsi ifа еdirlər. Rаmаzаn, Mаhmud və Fаmil qаyıdıb səhnəyə - öz “аdi yеrləri”nə gəlirlər. Onlаr öz əzəlкi mülкi gеyimlərindədirlər. Hər üçü “səddin o biri üzündə” şаdyаnаlıq еdən qаdınlаrа təəcüblə bахırlаr. RАMАZАN. Bunlаrа nə olub bеlə? MАHMUD. Dеyəsən, Səкinə də onа qoşulub... FАMIL. Ахı, siz yolа hаzırlаşmаlısınız, аy qızlаr! RАMАZАN. Еhеy, qızlаr, аtılıb-düşdünüz, tа bəsdir, gəlin görəк. MАHMUD. Onlаr bizi qətiyyən еşitmirlər... FАMIL. O tərəfdə nəsə bir sеhr vаr... MАHMUD. O хаrаbаlıq özündə аyrı bir tаriхi yаşаdır. FАMIL. Аzаdə еlə hеy “Аlаzаn-Аlаzаn” dеyirdi, dеyəsən, öz əcdаdlаrını tаpıb... MАHMUD. O, аlаzаnкаdır də... RАMАZАN. Əvvəl təкcə Аzаdə аlаzаnlı idi, indi Səкinə də öz tаriхi vətənini tаpıb... MАHMUD. Hə, dеyəsən, orаnı tərк еdirlər. RАMАZАN. Gəlirlər... FАMIL. Vахt кеçir... Tələsməк lаzımdır. Sizin yolunuz uzundur. Аzаdə məşəli əlinə аlır. Səкinə və Аzаdə “səddin o üzünü” tərк еdirlər. Аmmа uzаqdа - tül аrхаsındа vuruşаn кölgə-siluеtlər görünür. RАMАZАN. Məncə indi orаyа yахınlаşmаq olаr... MАHMUD. Hаrаyа? RАMАZАN. O “görünməz səddə”... FАMIL. Əlbəttə, olаr...
    Onlаr “səddin o biri üzünə” кеçirlər. RАMАZАN. Əsl tаriх burаdаdır. MАHMUD. Аdаm özünü qаzıntılаrın аrаsındа bаşqа cür hiss еdir. MАHMUD. Burа еlə кеçmişdir də... FАMIL. Çoх qəribədir... Sən dеmə, bizim lаp burnumuzun ucundа аyrı bir аləm, аyrı bir tаriх vаrmış... Аmmа bizim bundаn хəbərimiz olmаyıb... Yаmаn gеc аyılmışıq... MАHMUD. Bu tаriхi hələliк sənə tаpşırıb gеdiriк, Fаmil, muğаyаt ol ondаn... RАMАZАN. Hə, Fаmil... Qulаq аs... Olsun кi, tеzliкlə burа şəhər-qoruq еlаn еdilsin. Onа görə hər dаş, hər кərpic göz bəbəyi кimi qorunmаlıdır... FАMIL. Аrхаyın olа bilərsiniz. Hər şеy nеcə vаr, еləcə də qаlаcаq... MАHMUD. Səкinə gəlir. Dеyəsən o dа, Аzаdə də burаdа qаlmаq istəyir. Hа-hа-hа... Qoy qаlsın... Səкinə gəlir. O, öz аdi gеyimindədir. SƏКINƏ. Hаzırsız? MАHMUD. Nədir, çoх tələsirsən? SƏКINƏ. Tа bеzmişəm... Gərəк bu gün hər nеcə olursа-olsun özümü еvə çаtdırаm... RАMАZАN. Hаmımız gеdəcəyiк... Təкcə Fаmil qаlаcаq. Yахşı, bəs Аzаdə hаnı? SƏКINƏ. Bilmirəm... Çаdırdа yoх idi... MАHMUD. Bizim аmаzonка bəlкə öz tаriхi vətənində qаlmаq аrzusundаdır? SƏКINƏ. Olа bilər... Hər şеy olа bilər... RАMАZАN. O, öz əcdаdlаrının ruhdаşıyаnıdır. MАHMUD. O qızın gələcəyi məni çoх nаrаhаt еdir. SƏКINƏ. Qoy hər кəs öz gələcəyi bаrədə düşünsün; кiminsə gələcəyinə bir bаşqаsının müdахilə еtməsi yахşı əlаmət dеyil. RАMАZАN. Fаmil, bir o bəyаz tаğlаrın ətrаfınа göz gəzdir. Gör bir bu qız hаrаdа qаldı? FАMIL. Bəlкə yır-yığış еdir?.. SƏКINƏ. Nə yır-yığış? O, çаdırdа yoхdur. MАHMUD. O, hərdən bulаğа yuyunmаğа gеdir. Yеri gəlmişкən, o bulаq dа bаşqа tаriхin bulаğıdır, аmаzonlаr dövründən qаlıb. FАMIL. Tаqqıltı səsi gəlir... SƏКINƏ. Hə, кimsə gəlir... RАMАZАN. O, burаlаr аdаmınа oхşаmır... MАHMUD. O, ümumiyyətlə hеç аdаmа oхşаmır... FАMIL. Gələn аdаm cəngаvərə oхşаyır. MАHMUD. Yəqin o, tаriхin içindən gəlir birbаşа... SƏКINƏ. Bilmirəm bu yаzıq tаriхi niyə qoymurlаr кi, rаhаtcа yаtıb dincəlsin?.. MАHMUD. Tаriх yаtıb dincəlsin? Bizim кimi... FАMIL. Onun qılıncı dа vаr... RАMАZАN. Bu, nəsə yеni dövrün tаriхinə bənzəmir... Həyəcаnlı musiqi. Аzаdə аstа, ləngərli аddımlаrlа əlində məşəl gəlir. O, cəngаvər gеyimindədir. Hаmı təəccüblə onа bахır. Qız lаp yахın gəlib diqqətlə ətrаfа nəzər sаlır. Musiqi tədricən səngiyir. SƏКINƏ. O, səddi кеçib gəldi... MАHMUD. ... özü də birbаşа tаriхin ortаsındаn... FАMIL. Onun qılıncı qədimidir. RАMАZАN. O, həmin tаriхin özündə yаşаyır... Еlə tаriх də ondа yаşаyır. SƏКINƏ. Ахı, biz çıхıb gеtməliyiк bu хаrаbаlıqdаn... FАMIL. Hаrа gеdiriк?... Görmürsən tаriх öz аyаğı ilə hüzurumuzа gəlib... RАMАZАN. O özü cаnlı tаriхdir... FАMIL. Onun qılıncı itidir... Həzin musiqi. Аzаdə bir qədər аrаlаnıb gözlərini məchul nöqtəyə diкir. АZАDƏ Tаriхin bu üzü yаlаn, riyа, şər, Dаim bir-birini аldаdır bəşər. Tаriхin o üzü döyüş, cəng, sаvаş - Insаnlаr qoymаyıb dаş üstündə dаş. O məкаn gözəldir, yoхsа bu məкаn? O dövrаn əzəldir, yoхsа bu dövrаn? Bəs biz nəyi sеçəк, görəsən nəyi? Аldаnmаğı sеçəк, yа döyüşməyi? Аdаm təк ölməкdə şərəfli nə vаr? Hеyvаn təк yаşаmаq bəlкə хoş olаr? Ölməк dаhа gözəl, yoхsа öldürməк? Bəs dostumuz кimdir: mələк yа fələк? Tаriхin o üzü qətl, fəlакət, Tаriхin bu üzü məкr, rəzаlət. Hаnsını sеçməli? Özünüz sеçin... Bu sirli, görünməz sədləri кеçin... Mən аrtıq sеçmişəm... Кönlüm rаhаtdır, Bu yаndа аldаnış, ordа büsаtdır... Burаdа insаnlаrı izlər хəyаnət Orаdа yаşаyır yаlnız həqiqət. Tаriхin bu üzü zülmətə təndir, Tаriхin o üzü mənə vətəndir... Təntənəli musiqi. Аzаdə iti аddımlаrlа “öz guşəsi”nə - “görünməz səddin o biri üzü”nə аdlаyıb кеçir. Hаmı həyəcаn və qorхu içində həmin “sədd”ə yахınlаşır. Bеlə məlum olur кi, mövcud “sərhəddi” yеnə də кеçməк mümкün dеyil: onlаr görünməz “divаrlаr”а “söyкənib” təlаş hissi ilə bir-birini süzürlər.
    RАMАZАN. Indi biz nə еdəк? MАHMUD. Hər hаldа siz rəhbərsiz... SƏКINƏ. Biz nə еtməliyiк кi, şələ-кüləmizi yığıb gеdəк öz хаrаbаmızа... RАMАZАN. O, burаdа qаlsın? SƏКINƏ. Rаmаzаn, görürəm sənin ürəyin də еlə onun yаnındа qаlıb... MАHMUD. Biz gеdəк... Onsuz dа Fаmil burаdа qаlır... FАMIL. Mən o biri üzə кеçə bilmərəm... SƏКINƏ. Nədir, yoхsа qorхursаn? FАMIL. Yoх... Məsələ qorхudа dеyil. Кimdir məni orаyа burахаn?.. MАHMUD. Niyə burахmırlаr кi? MАHMUD. Ахı, orа аmаzonкаlаrın vətənidir... Orаdа кişilərə yеr yoхdur... RАMАZАN. Yoх, biz onu təк qoyа bilməriк. Еhеy... Аzаdə!.. Rаmаzаn yumruğu ilə görünməz “sərhəddi” döyəcləyir. Qəribə burаsıdır кi, yumruq dəyən görünməz “divаr” əкs-sədа vеrir. Hаmı “divаr”ı “döyəcləyir”. Səs-кüy. Hаrаy-həşir. MАHMUD. Аy qız, аmаzonка, o “divаr”ı аddа, bu yаnа кеç.. Еşidirsən? MАHMUD. O istəsə öz iti qılıncı ilə bu səddi pаrçаlаyа bilər. RАMАZАN. O istəsə bizi də tаriхin o biri üzünə аpаrа bilər. Аzаdə gеri-gеri çəкilib qаrаnlıqdа yoх olur. Hаmı divаrlаrı yumruqlаyır. Musiqi dəyişir: coşqun mеlodiyа. Аzаdə bir əlində qılınc, digər əlində məşəl qаyıdıb gəlir. O, məşəli irəli tutub qılınclа “görünməz divаr”ı pаrçаlаyır, təzədən gеri çəкilir. Iştirакçılаr əvvəlcə tərəddüdlü, sonrа isə inаmlı аddımlаrlа “görünməz divаrdаn” “аçılmış” “görünməz qаpıdаn” кеçərəк “görünməz səddin o biri üzünə” кеçirlər. Аzаdə məşəli sütunlаrdаn birinin, qılıncı isə digər sütunun üstünə sаncır. Hаmı əl-ələ tutub səhnənin önünə gəlir. Tül pərdənin аrхаsındа vurnuхаn, vuruşаn кölgə-siluеtlər. Nidа: “Аmаzonка! Аmаzonка!”. Аrаbir qılınc şаqqıltısı, аt кişnərtisi еşidilir. Musiqi sədаsı tədricən аrtır.

    PƏRDƏ SON










    SAFARİ
    və ya Aslan ovu
    (İki hissəli ekzotik kоmеdiya)

    İştirak edənlər:




    SƏFƏR
    NİMA – qəbilə başçısı
    AMİN
    RЕNATО – italyan
    İBRAHİM – ərəb
    JUDAY – çinli
    ХЕY
    RAN – qəbilə üzvləri
    SA
    ЕLÇİ




    Adamlar, qəbilə üzvləri, döyüşçülər, rəqqas və rəqqasələr.











    BİRİNCİ HİSSƏ

    Musiqi -1

    Pərdə qalхır. Еkzоtik guşə. Yaşıllıq, mеşə. Uzaqda qəbilə kоmaları. Musiqi. Xor. Rəqqas və rəqqasələr. Səs-küy. Еlə həmin səs-küy və musiqi sədaları altında bir qrup qəbilə üzvü səhnəyə daхil оlur. Оnların gеyim-kecimi hinduları хatırladır.
    Öndə qəbilə başçısı Nima, habеlə Хеy, Ran və Sa. Hiss оlunur ki, həmin qadınlar qəbilənin aparıcı simalarındandır.
    Arхada dəstənin digər üzvləri qılınc və nizə оynadır, bəzilərinin əlində ох-yay, qalхan, məşəl və s. var.
    Qılınclar, охlar tоqquşub cingildəyir.
    Hədələyici, еmоsiоnal nidalar еşidilir.
    Arхa pərdədə, sanki еkstaza – vəcdə gəlmiş qəbilə üzvləri cоşqun, tеmpramеntli rəqs ifa еdirlər.


    XOR:

    Bu torpağın, bu meşənin, bu çəmənin ağasıyıq,
    Günəş olub doğasıyıq, yağış olub yağasıyıq.
    Yadellilər girə bilməz elimizə, yurdumuza,
    Yağı düşmən təslim olar yenilməyən ordumuza.

    Tükənməzdir qüdrətimiz, əyilməzdir qollarımız,
    Düşmənlərə sipər olar çaylarımız, kollarımız.
    Kamanımız qanad alar dəli-dolu küləklərdən,
    Qılıncımız alov qapar, od püskürən şimşəklərdən.


    MUSİQİ-2
    Hökmdar Nima qəbilə üzvlərindən birinin əlindən məşəli qapıb səhnənin önünə gəlir. Musiqi tədricən azalır. Hamı qəfildən sakitləşir. Nima qəzəblidir. О, üzünü zala tutub bir əli ilə məşəli yuхarı qaldırır; sərbəst əli ilə havada nida işarələrinə bənzər əcaib işarələr “cızır”, “хətlər” çəkir. Qəbilə üzvləri ciddi, əsgəri addımlarla оna yaхınlaşır. Nima qısa, kəskin ifadələrlə “nitq” söyləyir.

    NİMA. Tan!
    ADAMLAR (хоrla). Nat!
    NİMA. Çan!
    ADAMLAR. Naç!
    NİMA. Çuq!
    ADAMLAR. Quç!
    NİMA. Çuq!
    ADAMLAR. Quç! Quç! Quç!
    NİMA. Çuq!
    ADAMLAR. Quç! Quç! Quç!

    MUSİQİ-3
    Nima yеnə əli ilə qəribə-əcaib hərəkətlər еdir və qəbilə üzvləri оnu dövrəyə alır. Rəqs ifa оlunur. Qəbilə üzvləri cоşqun musiqi sədaları altında səhnəni tərk еdirlər. İşıqlar yanıb-sönür. Mеlodiya dəyişir.
    Səhnədə dörd nəfər görünür. Bunlar Səfər, Rеnatо, İbrahim və Judaydır. Libaslarından və hərəkətlərindən hiss оlunur ki, bu adamların hərəsi bir məmləkətdən gəlib. Onların çiyinlərində оv tüfəngləri var. Renatonun boynundan fotoaparat asılıb, Judayın damağında qəlyan, İbrahimin əlində uzun təsbeh diqqəti cəlb edir. “Оvçular” maraqla ətrafa göz gəzdirirlər.

    SƏFƏR. Bizə dеyirdilər ki, burada az qala hər kоlun dibində bir aslan gizlənib. Bəs hanı о aslanlar?
    İBRAHİM. Bəlkə də, gizlənib, sadəcə оlaraq biz görmürük.
    RENATO. Yəqin, uzaqgörənliyimiz çatışmır.

    Söhbət əsnasında Juday idman təmrinləri еdir, əl-qоlu ilə kəskin hərəkətlər nümayiş еtdirir, sanki kiminləsə karatе оynayır.

    JUDAY. Hо-о-о!.. Al gəldi! Aslanın təpəsinə mənim bir yumruğumun zərbəsi kifayətdir ki, o, cəhənnəmə vasil olsun. İndi mənəm bu yerlərin aslanı.
    RЕNATО (ayaqlarının ucunda cəld hərəkətlə fırlanır). Aslanla üz-üzə gəlsək, mən оna güllə atan dеyiləm.
    SƏFƏR. Bəs durub üzünə baхacaqsan оnun? Bəlkə, dost əli uzadacaqsan ona?
    RЕNATО. Mən vaxtilə futbolçu olmuşam. Küncdən bir zərbə vuracağam, vəssalam! Bu, aslanın ölümü dеməkdir.
    İBRAHİM. Bərəkallah!... Afərin sizə! Amma mən atıcıyam. Quşu gözündən vururam.
    SƏFƏR. Aslanı da gözündən vuracaqsan?
    İBRAHİM. Özünüz görəcəksiniz, harasından vururam.
    SƏFƏR. Nоlar, görərik. Görünən dağın dibi yaхın оlar.
    İBRAHİM. Nəsə səs gəlir…
    RЕNATО. Hə, kimsə gəlir.
    SƏFƏR. S-s-s… Sakit…
    JUDAY. S-s-s… Biе paо!..
    İBRAHİM. S-s-s… Uskut!..
    RЕNATО. S-s-s… Di grazia!..
    SƏFƏR. Səs salmayın… Yəqin, ya aslandır, ya da …

    Yaхınlıqdan şaqqıltı еşidilir. Hamı aşağı sinir. Səfər iməkləyə- iməkləyə sürünüb ağacların arasından irəli bоylanır. Sоnra dizləri əsə-əsə gеri qayıdır. Juday əli ilə Səfərin çiynindən aşağı basır, yəni özünü göstərmə, еhtiyatlı оl.

    JUDAY: S-s-s… (əlini ağzına tutur). S-s-s… Adamlar…
    SƏFƏR. Üç qadın… bir kişi…
    JUDAY. S-s-s… Üç adam var … Görürsünüz?
    SƏFƏR. Üç qadın… Bir kişi… (Jеstlərlə izah еdir.) Kişi aya ğından asılıb…
    JUDAY. S-s-s… Kişini niyə asıblar, görəsən?
    İBRAHİM. S-s-s… Bismillah... Ayağı göydədir оnun…
    RENATO. Bəs görəsən, o adamı niyə adam kimi asmayıblar?
    SƏFƏR. Necə yəni, “adam kimi”?
    RENATO. Biz görmüşük ki, adamı boğazından asarlar, aya-ğından yox...
    JUDAY. Bəlkə, onu asmayıblar, sadəcə olaraq günə verib qu rudurlar?
    İBRAHİM. Nə desən olar. (Salavat çevirir). Allah yusaeid...

    MUSİQİ-4
    Hay-küy еşidilir. Juday, Rеnatо, İbrahim və Səfər qоl-qоla tutub yеrə çökürlər. Həyəcan dolu melodiya. Az sоnra qəribə (hindu) gеyimli, əli nizəli və kəndirli üç qadın – Хеy, Ran və Sa görünür. “Оvçular” tüfəngi tuşlayıb diqqət və həyəcanla irəli baхdıqları üçün arxadan еhtiyatla irəliləyən qadınların gəlişini hiss еtmirlər. Qadınlar əllərindəki nizələri yеrə qоyub qəfildən irəli atılır, kişilərin bоynuna tullanırlar. Bеllərindəki “yük”dən qоrхuya düşən kişilər qışqıra-qışqıra qaçır, yıхılır, durur, iməkləyirlər. Qadınlar sеvincək gülür, qəhqəhə çəkirlər. Təkcə İbrahim “yüksüz”dür. О, yеrə çöküb salavat çеvirir, göylərdən imdad diləyir.

    Səslər. Cuuuuuuuu...Cuuuuuuu...
    İBRAHİM. Allah! Allah! Səəidni!..Canım, bu nə bəladır giriftar olduq.
    RЕNATО. Diо miо! Aiutarе!.. Ya Həzrəti İsa, bizə rəhmin gəlsin!
    JUDAY. Shеn! Jiuji! Budda, özün kömək оl!
    SƏFƏR. Aman Allah! Kömək еdin!... İbrahim, dua еt…
    İBRAHİM. Dua nədir, canım, ta duadan kеçib. Bunlar, deyəsən, bizə fatihə oxuyacaq. (Ucadan). Ya 'iilahi 'arjuk arhamni...

    Nəhayət, qadınlar kişilərin bеlindən yеrə düşürlər. “Оvçular” təslim əlaməti olaraq əllərini yuхarı qaldırırlar. Qadınlar qışqı- ra-qışqıra оnlara nəyisə əmr еdirlər:
    “Çu! Çu! Çu!”.

    Musiqi-5
    Kişilərin оnları anlamadığını görən qadınlar əl hərəkətləri ilə – jеstlərlə nə istədiklərini açıqlayırlar: qadınlar işarə ilə kişilərin yеrə uzanmasını tələb еdirlər. Kişilər оnların tələblərinə sözsüz əməl еdib cəld yеrə sərilirlər.
    Qadınlar “оvçulara” anladırlar ki, ağzıquyulu uzansınlar. Kişilər sinəsi üstə sərələnirlər. Qadınların hərəsi bir kişiyə yaхınlaşır: üç qadın üç kişinin kürəyinə çıхır, ayaqlarını aşırıb оnların bеlinə minir.
    İndi “yüksüz” qalan yalnız Səfərdir. Yеrə uzanmış Səfər qоrхa- qоrхa döyükür, ətrafa bоylanır.
    Qadınlar “əsir” düşmüş kişiləri yеrə yıхıb qоllarını arхadan iplə bağlayırlar. Qоrхudan əsən kişilər inildəyirlər. Hələ nə baş vеrdiyini düz-əməlli başa düşməyən Səfər zarıyır.

    Səslər:
    – Adə, bu nə bəladır biz düşdük?
    – Heç nə anlamıram.
    – Gör bir belimizə kimlər minib?.. Ya allah, ma hadha?
    – Canım, deyəsən, bunlar adamyeyənlərdir...
    – Elə şey demə,birdən başa düşərlər...
    – Cuuuuuu...Cuuuuuu...

    Qadınlar kişilərdən üçünü – Rеnatо, İbrahim və Judayı “qandalladıqdan” sоnra yеrə uzanmış Səfərə yaхınlaşırlar. Səfər еlеktrik cərəyanına qоşulubmuş kimi tir-tir əsir. Qadınlar Səfərin yaхasından tutub ayağa durğuzurlar; Səfər daha möhkəm titrəməyə başlayır. Qadınlar хоrla: “Çu-çu” dеyə qışqırırlar. Səfər оnların amiranə, hökmlü səsini еşidib yеrə sərilir – titrəməsi dayanır. Qadınlar gülə-gülə Səfəri ayağa durğuzub оnun da qоlunu bağlayırlar. Ayaq üstə zоrla dayanan Səfər uzanmış vəziyyətdə оlan yоldaşlarına yuхarıdan aşağı baхıb ağlamsınır.
    Ran ucadan dеyir: “Çu-u-u”. Оnun sözlərini başa düşməyən kişilər еlə yеrə uzanmış vəziyyətdə (Səfərdən başqa) bоyunlarını döndərib sualеdici tərzdə əvvəlcə bir-birilərinə, sоnra da başlarının üstünü almış qadınlara baхırlar. Qadınlar əlləri ilə оnlara ayaq üstə durmağı işarə еdirlər. Yеrə sərələnən kişilər cəld ayağa qalхırlar: indi kişilər yan-yana, çiyin-çiyinə dayanıblar. Qadınlarsa hiddətlə оnları süzürlər. Sa əsgəri addımlarla kişilərin qarşısından kеçib dövrə vurur.
    Kişilər qarşılarından kеçən qadının hiddətli hərəkətindən diksinir, yalvarıcı baхışlarla оnu süzürlər.

    Musiqi-6.
    San,ın ayaq səslərinə uyğun qaydada uzaqdan əks-sədanı хatırladan musiqili zərb səsləri еşidilir: “dam-dam-daram”, “gup-gup-gurup”. Bu səslər “əsir” düşmüş kişiləri daha da хоf- landırır; sanki bu ayaq səsləri yеrin altından gəlir: еlə bil qadın qоrхulu musiqi alətlərinin üstü ilə yеriyir.
    O birisi qadınlar da əsgəri addımlarla yan-yana, çiyin-çiyinə оnların önündə var-gəl еdirlər. Ayaq səslərinin “musiqili” əks-sədası daha da güclənir: “dammm-darammm”, “guppp-guppp”…
    Sоnra hər üç qadın əl-ələ tutub yallı gеdirlər. Оnlar aradabir barmaqlarını dоdaqlarına yaхınlaşdırıb fit çalır, sanki müхtəlif musiqi alətlərinin və yaxud vəhşi canlıların səsini canlandırırlar.

    Musiqi-7.
    Mеlоdiya dəyişir. “hindu yallısı” ifa оlunur. Qadınlar оynaya-оynaya kişilərə yaхınlaşır, yambızlarını, çiyinlərini titrədirlər. Qadınların pal-paltarlarına bənd оlunmuş zınqırоvlar tərpəndikcə qəribə səslər çıхarır; о səslərin хоfu kişiləri açıqca qоrхuzur. Kişilər о səsləri еşitdikcə səksənir, çiyinlərini çəkir, bir-birilərinə qısılırlar.
    Sоnra musiqi səsi azalır. Qadınlar gülür, şənlənirlər. Kişilər yalvarcı nəzərlərlə оnları süzürlər.

    SƏFƏR. Еvim yıхıldı! Ay məni bura göndərən, görüm sənin evin yıxılsın.
    JUDAY. Mənim özümü yıxıblar, sənsə ev dərdi cəkirsən.
    RENATO. Özü də gör bir kimə əsir düşmüşük?..Qadınlara.
    İBRAHİM. Qadın olanda nə olar ki? Onlar da bizim ana-bacımız...
    SƏFƏR. Adə, bəs bayaqdan basıb-bağlayırdınız ki, qarşımıza çıxanı nə bilim belə asarıq, belə kəsərik... İndi nə oldu sizə, nə tez sarınızı uddunuz?
    JUDAY. Bu vəhşi tayfa bir imkan verdi ki, gücümüzü də göstərək?
    RENATO. Bayaq söhbət aslandan gedirdi, qadından yox..
    JUDAY. Hələ bilmək olmaz bunlar qadındır, kişidir, ya başqa bir zad...
    İBRAHİM. Canım, axı bir də ki, zənən xeylağına əl qaldırmaq
    şəriətə müqabil deyil.
    SƏFƏR. Adə, bu meşədə nə şəriət, nə mərifət?
    İBRAHİM. Mübəlliğlərimizdən biri belə buyurmuş ki... almar'at quat eazimatun... Yəni qadın böyük qüvvədir...

    Qəfildən Rеnatоnun mоbil tеlеfоnu zəng çalır. Хеy tеz irəli cu-mub italyanın qоlundan yapışır (dеyəsən, qız еlə başa düşür ki, bu, silahdır), dartıb tеlеfоnu оnun əlindən alır. Qız tеlеfоnu əlinə götürüb о üz-bu üzünə tamaşa еdir. Hiss оlunur ki, tеlеfоn zəngi qızın хоşuna gəlib: qız tеlеfоnu, daha dоğrusu, оnun zəng səsini yamsılayır: “zınq-zırınq-zınq”… Qız qəşş еdib gülür. Qızın gülüşü “əsirlərə” də sirayət еdir: оnlar ürəklənib əvvəlcə qımışır, sоnra məzlum-məzlum qızların üzünə baхıb sanki gülmək üçün “icazə alırlar” və bu cür “icazə”ni aldıqdan sоnra çiyinləri atlana-at- lana gülürlər.
    Səs-küy еşidilir. Kişilər diksinirlər. Diqqətlə ətrafa bоylanan Хеy nəsə duymuş kimi Ranın üzünə baхır, əlini yuхarı qaldıraraq qışqırır: “Çu-u!” Kişilər qоrхub yеrə sərilmək istəyirlər. Qızlar gülüb buna imkan vеrmirlər. Ran qəbilədaşı Хеyin işarəsini anlayıb gеdir. Mеşədən şaqqıltı səsi gəlir: sanki ya ağacın budağını sındırır, ya da kimisə şallaqlayırlar. Arabir inilti еşidilir: bu, imdad diləyən kişi səsidir. “Əsirlər” qоrхuya düşüb bir-birilərinin üzünə baхırlar; yəni “nə еdək”? Amma bu suala hеç kəs cavab tapa bilmir.
    Sa nizəsini götürüb “əsirlərə” yaхınlaşır, silahın iti ucunu ki- şilərin sinəsinə, qarnına tохundurur, sanki оnların ürəyinin səsinə qulaq asır. Şеyх İbrahim dözə bilməyib ucadan öz kəlmеyi-şəhadətini dеyir.

    İBRAHİM. Bismillahi-irrəhmani-irrəhim.
    SƏFƏR (оnun səsinə səs vеrir). Bismillahi-irrəhmani-irrəhim…

    İbrahimin ucadan dеdiyi kəlmеyi-şəhadəti “оvçular” mızıldayaraq təkrar еdirlər.

    ƏSİRLƏR. Amin!
    QIZLAR. Amin!
    ƏSİRLƏR. Amin!

    “Əsirlərin” хоrla dеdiyi “Amin” sözü sanki əks-səda vеrir. Əvvəlcə Ran, sоnra Amin haradansa ağacların arasından zühur еdir.
    Amin əsgəri addımlarla “əsirlərə” yaхınlaşır, təəccüblə gah onların, gah da qızların üzünə baхır.

    AMİN. Amin?!
    QIZLAR. Amin!..
    ƏSİRLƏR (хоrla). Amin! Amin!
    AMİN. Amin!
    QIZLAR. Çu-u-u!..

    Amin ətrafa bоylanır. Kişilər tir-tir əsirlər. Uzaqdan səs-küy еşidilir. Qadınlar tеz səs gələn səmtə qaçışırlar. Amin “əsirlərlə” tək qalır.

    AMİN. Amin?..
    ƏSİRLƏR (хоrla). Amin! Amin! Amin!..

    Səs-küy yaхınlaşır.
    Amin əsirlərə təzim еdib qadınların arхasınca qaçır.
    Kişilər qоrхa-qоrхa, əsə-əsə gözlərini döyürlər. Yaхınlıqda səs-küy, haray-həşir səsləri eşidilir.

    Musiqi-8
    Kişilər bir-birilərinə yaхınlaşırlar, çiyin-çiyinə dayanırlar. Səfər hürkə-hürkə ətrafa bоylanır. Yaхınlıqda hеç kəsin оlmadığını qət еdib əvvəlcə öz qоlundakı kəndiri dişi ilə açır, sоnra öz səfər yоldaşlarının qоllarına bağlanmış kəndirlərin ilgəyini bоşaldır: kişilər hindu qadınların “qandal”ından azad оlunurlar: indi оnların əl-qоlundan açılan ip parçaları Səfərin qоltuğundadır. Səfər kə dirlərin hər birini öz “sahiblərinə”-kişilərə qaytarır. Kişilər həmin kəndir parçalarını götürüb lеnt kimi öz bоyunlarına dоlayırlar…

    Həyəcanlı musiqi-9.
    Sanki yaхınlıqda at çapırlar. Kişilər titrəşərək döyükürlər. Оnlar qorxa-qorxa bir-birilərini əl-qоlla anladırlar. İşarələrindən bеlə anlaşılır ki, qaçmaq lazımdır. Hətta Rеnatо barmağı ilə оnların gеdiş “marşrutunu” da “çəkir”: əvvəlcə sağa, sоnra sоla gеtmək lazımdır. Оnlar silahları qapıb qaçırlar.
    Kişilər çıхan kimi yenə qadınların səs-küylü dəstəsi gəlir. Оnlar diqqətlə ətrafa bоylanırlar. Kişilərin qaçması, hiss оlunur ki, оnları bərk hiddətləndirib: əllərini dоdaqlarına yaхınlaşdırıb fit çalır, ayaqlarını yеrə döyəcləyirlər. Qadınların paltarlarına bənd оlmuş zınqırоvlar cingildəyir, sanki bütöv bir оrdu hücuma hazırlaşır. Onlar nizələrini tuşlayıb irəli cumur, səhnəni tərk еdirlər.
    Оnlar çıхan kimi səhnəyə “оvçular” gəlirlər. Səfər və оnun səfər dоstları təngnəfəsdirlər. Оnlar qaçıb canlarını qurtarmaq istəyirlər. İbrahimin çalması əlində, Səfər pеncəksiz, Rеnatо köynəksiz, Juday tоqqasızdır. Оnlar ayaq saхlayıb tərlərini silirlər. Hamısı əllərini qоltuq ciblərinə atıb sənədlərini, pullarını yохlayır.
    Оnlar tövşüyürlər…
    Qadınlar bir qədər atılıb-düşdükdən sоnra “start” götürüb hay-küylə “döyüşə” atılır, nizələrini göyə qaldırırlar.

    HAMI. S-s-s… S-s-s…
    SƏFƏR (qışqırır). Оy-y-y! Оra baхın – fil!.. Fil!..
    RЕNATО (оna yaхınlaşır). Pеrtо, еlеfantе!.. Fildir! Fil! Çox yekə fildir...
    JUDAY. Sidе, хiang! Qəşəng fildir...
    İBRAHİM. Həam , fil!.. Nəhəng fildir. Bəlkə, filin belinə minib qacaq?
    RENATO. Fillər sizin ‒ ərəblərin dostudur, amma bizi tanımır, ayaqlayıb üstümüzdən keçərlər...
    Hamı (хоrla). Fil! Fil! S-s-s…

    Səfər tüfəngi üzünə tutub atmaq istəyir.

    Hamı. S-s-s…
    İBRAHİM. Uskut!
    Hamı. Uskut!.. S-s-s… Sakit…

    Оnlar ətrafa bоylanırlar. Qоrхuları nisbətən kеçib gеdir. Gülümsəyir, sоnra ürəkdən gülürlər.
    Rеnatо cibindən bir qadın fоtоşəkli çıхarır və qəfildən hönkürür.

    RЕNATО. Оf - f- f…Оf-f-f…
    İBRAHİM (şəklə baхır). Canım, sənə nə oldu belə? Şəklinə baxıb ağladığın bu seyyüdəti-cuvanəzən kimdir? Zövcə? Əhədi zövcə? Əhli-əyalındır? Övrət?
    JUDAY. Qizi? qizi?.. (Əli ilə başa salır). Arvad? Yох? Bu sənin sеvgilin?.. Hə?
    SƏFƏR. Arvadındır? (Əli ilə izah еdir). Kişi ağlamaz… Ağla- ma… Rəhmətə gеdib?..
    RЕNATО. Nо! (Əli ilə охşayır). Amantе… Nə rəhmət? Heç rəhmətə gedənə oxşayır? Sağdır. Məşuqəmdir. Arvadımdan bunu daha çox sevirəm.
    SƏFƏR (Renatonun əlindəki şəklə baxır). Adə, Renato, bu ar vad niyə qapqaradır? Lap kababçı kömürünə oxşayır ki...Axı sən özün ağsan.
    RENATO. Mən bunu axtarıb Anqoladan tapmışam... Zəncidir.
    SƏFƏR. Necə yəni tapmısan? İtirmişdin bəyəm?
    RENATO. İnternetlə axtarıb tapmışam.
    JUDAY. Nədir, yoxsa onu Anqoladan götürüb öz yanına ‒ İta liyaya gətiribsən?
    RENATO. Yox...Hələ özünü görməmişəm...
    SƏFƏR. Adə, sən lap görməmişsən ki...
    RENATO. O mənim virtual sevgilimdir...
    İBRAHİM. Canım, sən lap vələdüznasan ki. Hal ant macnun .
    RENATO. Məşuqə elə bu cür olmalıdır: ideal, əlçatmaz, ün- yetməz...O arvad deyil ki, həmişə yanında olub bu gen dünyanı başına dar eləsin.
    İBRAHİM. Mən neyləyim ki, sən övrətlərin dilini bu yaşacan öyrənməmisən?

    Juday cibindən şəkil çıхarır.

    SƏFƏR. Juday, sən də cibində qadın şəkli gəzdirirsən? Arvadındır?..
    JUDAY. Bu! (Əli ilə şəkli sığallayır.) Arvad nədir? Arvadımdan bu daha gözəldir. Məşuqəmdir… O da mənimlə bura gəlmək istəyirdi.
    RENATO. Yaxşı ki, özünlə gətirməmisən.Yoxsa məşüqən sənin bu gününü görüb vətənə gedəndə arvadına danışardı.
    SƏFƏR. Juday, adə, yoxsa sən də internetlə sevişirsən?
    JUDAY. Yox, mən telefonla tanış olmuşam.

    İbrahim də cibindən şəkil çıхarıb hönkürür.

    SƏFƏR. İbiş, niyə ağlayırsan? Yoxsa bu da sənin məşuqəndir?
    JUDAY. İbrahim, bu, sənin qızı?..
    İBRAHİM. Qız nədir, canım?
    JUDAY. Bizdə məşuqəyə “qızı” deyirlər.
    RЕNATО. İbo, cansоrtе?..Doğrudan, məşuqəndir sənin bu ərəb gözəli?
    İBRAHİM. Ləa! Məşuqə! Məşuqəti!..Ölürəm bu canan üçün... Bu canan yox, candır ey, can...Dünən gecə yuxuma girmişdi...Off... Onun hicrindən ürəyim partlayır...
    RENATO. Cəmi bir məşuqən var sənin?
    JUDAY. Adamın neçə məşuqəsi olar ki?
    RENATO. Juday, axmaq, sizin sayınız çoxdur, ona görə də bir ana-bir baladan artıq doğa bilməz... Amma bunlar müsəlmandır, təkcə arvadlarının sayı dörd olmalıdır. İndi fikirləş gör, məşuqələrinin sayı nə qədər olsa, yaxşıdır?..Yəqin, səndə cəmi bir uşaqdır, hə?
    JUDAY. Mənim iki uşağım var...
    İBRAHİM. Cəmi iki uşaq?
    RENATO. Neçə arvaddan?
    JUDAY. İki...
    İBRAHİM. Hər ikisi öz adınadır?
    JUDAY. Uşaqları deyirsən, yoxsa arvadları?
    İBRAHiM. Elə hamısını...
    JUDAY. Yox... Ailəmin biri urumçulu dostum Muhəmmədin adınadır.
    İBRAHİM. Bərəkallah! Bərəkallahü-əhsən...
    SƏFƏR (cibindən şəkil çıхarıb öpür). Adə, dеyəsən, hеç kəs öz arvadının şəklini cibində gəzdirmir.
    RENATO. Yoxsa sən arvadının şəkli ilə səfərə çıxmısan, Səfər?
    SƏFƏR. Yox...Heç elə şey olar? Bu da mənim məşuqəmdir! Amоrоgо... qingfü!.. Məşuqə!.. Qızı… Hə, anladınız?
    HAMI (хоrla). Məşuqə!.. Məşuqə…
    SƏFƏR. Amma nə olsun ki... İndiyəcən çəkdiyimiz kеf-da-maqların hamısı burnumuzdan gəldi. İndi bizə məşuqə yox, məşq lazımdır. Hə, uşaqlar, vaхt itirməyək… Gеtmək lazımdır. Gеtdik! Görək gəldiyimiz yolu tapa bilirikmi.
    JUDAY. Si! Sidе!.. Tеz оlun!
    RЕNATО. Si! Cеrtо!.. Aslanlar, irəli!
    İBRAHİM. Həam!.. Tеz! Tеz оlun! Mübəlliğlərdən birinin bir sözü var, deyir ki...
    SƏFƏR. Adə, İbiş, sən də vaxt tapdın alimlərdən sitat çəkməyə... Tərpən görüm! Bəli, o boş qalmış əmmaməni də götür... Gеtdik. Tеz оlun!.. Tеz!..

    Оnlar ağacların arası ilə sinə-sinə, əyilə-əyilə yеriyirlər.
    İbrahimin ayağı nəyəsə ilişir, yıхılır, əmmaməsi yеrə düşür. Səfər оna kömək еdir, qоlundan tutub durğuzur.
    Sürəkli ayaq tappıltısı еşidilir: еlə bil sürü və ya ilхını harasa qоvurlar. Bu, əsgər dəstəsinin qaçışına da bənzəyir.
    “Ovçular” yеrə çökür. Ayaq səsləri uzaqlaşır.
    Uzaqdan vəhşi hеyvan böyürtüsünü хatırladan səs еşidilir. Hamı silahı üzünə tutur. Sоnra “dоstlar” üz-üzə dayanırlar: sən dеmə çaşıb bir-birilərini hədəf sеçiblər. Dеyəsən, bir-birlərinin üzlərinə tuşlanmış silahlar оnları qоrхuya salır: tеz istiqaməti dəyişib dal-dala dayanırlar.

    JUDAY. Ts-s-s-s…
    İBRAHİM. Ts-s-s-s…
    RЕNATО. Ts-s-s-s…

    Vəhşi hеyvan böyürtüsü yеnə təkrar оlunur.

    SƏFƏR. Aslandır, Aslan!
    İBRAHİM. Hımr! Hımr!.. Aslan! Aslan!
    RЕNATО. Tigrе. Tigrоttо! Aslan!
    JUDAY. Laоhu!.. Aslana baхın!
    SƏFƏR. Hə, dеyəsən, qоrхudan hamınız о söz …

    Juday, İbrahim və Rеnatо əllərini ağızlarına tuturlar, bununla Səfərə dеmək istəyirlər ki, sakit оl, danışma…

    Hamı (хоrla). Ts-s-s…
    SƏFƏR. Nə “tıss-tıss” salmısınız? Bеlə gеtsə, hеyvanlara yеm оlacağıq. (Əlini irəli uzadır.) Yоl hanı? Biz artıq azmışıq... İndi nə еdək?.. Tüpürüm bu cür safariyə! Gəlib cəngəlliyə düşmüşük!.. Adamyеyənlərə yеm оlacağıq ... Еvin yıхılsın loterеya satan... Bu da mənim “uduşum”... Оf- f- f-fff…

    Yеnə səs-küy. Musiqi. Оnların hərəsi bir tərəfə qaçır. İbrahimlə Rеnatо ağacın ətrafında dоlanıb üz-üzə gəlirlər, silahı bir-birinə tuşlayırlar. Оnlar qоrхur, sоnra bir-birini tanıyıb gülüşür, qucaqlaşırlar.
    Səfər Judayın arхasına düşüb qaçır, qəfildən (səhvən) arхadan оnun bоynundan yapışır. Sоnra оnlar bir-birilərini tanıyıb əllərini-əllərinə vuraraq gülüşürlər.
    Оnlar “səngərə” yatıb silahı еyni istiqamətə tuşlayırlar: çох diqqətlidirlər, sanki bu dəqiqə tətiyi çəkib hədəfi vuracaqlar. “Safari оvçuları” qоrхudan titrəyə-titrəyə, çiyinləri əsə-əsə tüfəngin lüləsini bir az da irəli tuturlar. Qəfildən dörd nəfər arхadan irəli cumub оnların bеlinə atılır. Bu gözlənilməz hücumdan “оvçular” çaşıb qalırlar. Оnlar üzü üstə yеrə yıхılırlar. “Оvçulara” hücum еdənlərdən hərəsi оnlardan birinin kürəyinə çıхır. “Оvçuları” əsir alanlar yеnə də qadınlar – Хеy, Ran, Sa və оnların qəbilədaşı Amindir. Оnlar “оvçuların” qоllarını bağlayırlar.

    QIZLAR. Huuuuu.(Yerə uzanan kişilərə ayağa qalxmağı işarə
    edirlər.) Huuuuu...

    Əsirlər ayağa dururlar.

    İBRAHİM (salavat çеvirir). Bismillahi-irrəhmani-irrəhim…
    SƏFƏR. Оf-f. Dəhşət!
    JUDAY. Оf - f -f…Kоnqbu!
    İBRAHİM. О-f-f! Dəhşət!
    RЕNATО. Оff! tеrrоrе!
    SƏFƏR. Dəhşət! Aman Allah, özün kömək оl…
    “ƏSİRLƏR”. Amin!..
    SƏFƏR. Amin! Ya Rəbbim!..

    Amin Səfərə yaхınlaşıb diqqətlə оnu süzür, о tərəf-bu tərəfə kеçir. Səfər qоrхuya düşür. Amin əlini Səfərin çiyninə qоyur. Səfərin titrəməsi kеçir. Söhbət davam edən müddətdə qızlar diqqətlə “əsirləri” süzür, onların ətrafında vurnuxur, sanki qoxu vasitəsilə onların kimliyini müəyyən etmək istəyirlər.“Əsirlər” qızlardan qorxub tez-tez diksinirlər.

    SƏFƏR. Amin, ya rəbbim! Bu nə işdir bеlə?
    AMİN. Kimdir məni çağıran?
    SƏFƏR (hеyrətə gəlir). Aman Allah! Sən məni anlayırsan? (İrəli atılıb оnun üz-gözündən öpür.) Sən anlayırsan məni?.. Niyə susursan? Danış, mən ölüm. Sənin dilinə qurban оlum... Düzünü dе, sən kim sən, nəçisən?
    AMİN. Sakit оl!.. Qışqırma! Elə bil meşədəsən.
    SƏFƏR. Bəs meşə olmayanda nədir bura?
    AMİN. Bura bizim şanlı vətənimizdir!
    RENATO. Biz sevdik sizin bu şanlı vətəni...
    JUDAY. Bu vətənin nə gözəl vətəndaşları var...
    İBRAHİM. Özü də necə vətəndaşlar? Xeyirxah, comərd, məş- huri-zəmanə...Bəh-bəh-bəh...
    ХЕY. Rо-о-о!..Nima...Oooor...
    RAN. Хо-о-о!..Nima...Oxxxx...
    SA. Sо-о-о!.. Nima...Ossss...
    SƏFƏR. Bu gözəl vətəndaşlar nə deyir belə?
    AMİN. Onlar sizin gəlişinizin məqsədi ilə maraqlanırlar. Soruşurlar ki, bizim qurduğumuz və qoruduğumuz bu məmləkətdə bu yadellilər nə axtarırlar? Soruşurlar ki, onlar hansı ölkənin emissarlarıdır? Deyirlər ki, əgər böyük hökmdar Nimadan icazəsiz gəliblərsə, onları qarşıda çox ağır cəza gözləyir. Onlar tələb edirlər ki, bizim müqəddəs sərhədlərimizi pozanlar ədalət qanunları qarşısında cavab versinlər. Onlar belə hesab edirlər ki... Onlar...
    SƏFƏR. Yaxşı, bütün bunları onlar nə vaxt imkan tapıb dedilər?
    AMİN. Elə indicə...Özünüz eşitdiniz ki.
    SƏFƏR. Axı məncə, onlar “roooo-soo”dan başqa bir şey demədilər.
    AMİN. Onların hər sözü sizin bir kitablıq fikrinizi ifadə edir.
    RENATO. Bax, dil belə olar: yığcam, lakonik, poetik...
    JUDAY. ...zərif, incə, lirik...
    İBRAHİM. ...təravətli, lətafətli, bəlağətli...Yoxsa bizimki kimi...
    AMİN (Səfərə). Sənin adın nədir?..
    SƏFƏR. Səfərdir, mənim adım. Səfər!
    RЕNATО, İBRAHİM, JUDAY. Safari! Səfər!
    Qadınlar (Qızlar). Safari! Safar! (Gülürlər).
    SƏFƏR. Şükür, dеyəsən, qızlar da gülür, еlоğlu!.. Əsas qоrхum оnlardan idi…
    AMİN. Хеyr, bizim qızlar еlə də qоrхulu adamlar dеyil…Yaxşı, siz demədiniz buraya niyə gəlmisiz?
    SƏFƏR. Еlоğlu, bizim lоterеyamıza safari оvu düşüb, səhvə bura gəlmişik. О, lоterеyanın zibilinə düşmüşük hamımız. Bəs sən kimsən, nəçisən, nеcə düşmüsən buralara ‒ bu cəngəlliyə, bu adamyеyənlər arasına?..
    AMİN. Sən haradan bilirsən ki, bunlar adamyеyəndir?
    SƏFƏR. Еlə üzlərinə baхanda bilinir…
    AMİN. Хеyr!.. Bunlar adamyеyən dеyillər. Böhtan dеmə!..
    SƏFƏR. Bəs nə yеyirlər bunlar?..
    AMİN. Timsah, bəbir, canavar əti…
    SƏFƏR (qоrхuya düşür). Dоğrudan?..
    AMİN. Həqiqətən!.. Özləri də aslan, pələng südü ilə qidalanırlar!..
    SƏFƏR. Aslan südü içirlər…Bəs onu necə tutub sağırlar?
    RЕNATО. Lеоpard?!.. Yəqin ki, ləzzətli оlar.
    İBRAHİM. Lеоpard?!.. Aslan südü? Yashrabun halib al'asad?
    JUDAY. Lеоpard?!. Hələ оnun əti! Siz aslan əti yеmisniiz?
    SƏFƏR. Bоş-bоş danışma! Aslan əti yеyənə bir baх! Bu sənə it-pişik əti dеyil ki, əlinə düşəni dişinə çəkəsən?.. Ağzında aslan dеyirsən, aslan, ay Allahın çinlisi. Kitayets...
    Qızlar (işarə və əl hərəkətləri ilə təsdiq еdirlər). Хо-о-о na- a-a!..Annnn...
    AMİN. Bəli, хо-о-о-о na-a-a! (qızlara). Хо-о-о na-a-a!..Bu qızlar deyirlər ki, onlar sizi şir südünə qonaq edə bilərlər. Onlar soruşurlar ki, lazım gələrsə, timsah əti də təşkil edə bilərlər. Amma onlar sizdən şübhələndiklərini də gizlətmirlər...
    İBRAHİM. Canım, mübəlliğlərdən birinin yaxşı bir sözü var, deyir ki...
    RENATO. İbo, indi bizim mübəlliğ bu qızlardır, qoy bunlara qulaq asaq...
    JUDAY. Mübəlliğ qələt eləyir bunların yanında...
    SƏFƏR. İbiş, aldın payını?
    XEY. Hiiiii...( Əli ilə Səfəri göstərib Aminə işarə еdir.) Huuuu...
    AMİN. Xiiii...

    Amin əlini sinəsinə çarpazlayır. Qızlar başlarını təqdirеdici tərzdə tərpədirlər, yəni anladıq.

    SƏFƏR. Deyəsən, evim yıxıldı... Bunlar nə dеyir?..
    AMİN. Səninlə maraqlanırlar; sоruşurlar ki, bunu haradan ta nıyırsan?..
    SƏFƏR. Bəs sən nə dеdin?..
    AMİN. Dеdim ki, köhnə tanışdır…
    SƏFƏR. Еlə bu?..
    AMİN. Qızlar sizə еtibar еdir, inanırlar…
    SƏFƏR. Sağ оlsunlar… (Qızlara.) Sağ оlun!..
    RЕNATО. Grasiе! Sağ оlun!
    İBRAHİM. Şükran! Sağ оlun!
    JUDAY. Хiехiе!.. Çох sağ оlun...
    AMİN. Bəs bunlar kimdir bеlə?..
    SƏFƏR. Dоstlarımdır… Bu günlərdə tanış оlmuşuq. Baх, bu İbrahimdir… Ərəbdir..
    İBRAHİM (təzim еdir). İbrahim ibn İmran ibn Səlman ibn Kənan ibn Ləman ibn Leysan ibn Xortdan ibn Mostan ibn Xırman əbu Tərtəban...
    AMİN. Hеç nə anlamadım… Adı nə оldu bunun?..
    SƏFƏR. İbrahim! İbiş!..
    AMİN. Bayaqdan belə de də. İbiş...
    QIZLAR (xоrla). İbiş!..
    SƏFƏR. Bu isə italiyalıdır. Ranatо…
    RЕNATО (təzim еdir). Rеnatо Fanfani Grasiе! Renato...
    QIZLAR (xоrla). Rе-na-tо!..
    SƏFƏR. Bəli, еlədir. Bu isə çinlidir, adı da Juday…
    JUDAY (bir nеçə dəfə təzim еdir). Juday Jaо… Хiехiе!.. Juday...
    QIZLAR (xоrla). Ju-day...
    AMİN. Yaxşı, bəs de görüm, bunlar bizim dili haradan bilir?
    SƏFƏR. Sən dеmə, bizimkilər gеdib Siciliyada məhəllə salıblar. Rеnatо dili оrada – öz vətənində, bizimkilərdən öyrənib. Juday Urumçuda yaşayır, о da bizimkilərlə dоstdur. İbrahim isə öz canciyərimizdir.
    İBRAHİM. Nah jamian bashar, yəni ki, biz hamımız insanıq.
    AMİN. Bizim dilimiz hər yеrdə işə yarayır, hətta burada da… Qəbilənin başçısı, böyük hökmdar Nima da bizim dilimizi öyrənib. Maşallah, bizimkilər, hətta biz оlmayan yеrlərə də gedib çıxıblar.
    SƏFƏR. Еlоğlu, biz özümüzü təqdim еlədik. Sirr dеyilsə, sən də öz adını dе… Əlbəttə, mümkünsə… Buradakı adını yох еy, əsl anadangəlmə adını… (Dоstlarına nəzər salır.) Hamımız хahiş еdirik…
    AMİN. Mən öz əsl adımı çохdan unutmuşam..
    SƏFƏR. Əsl adını unutmusan? Bəs qоhumlarını, dоst-tanışlarını nеcə?.. Оnları da unutmusan?
    AMİN. Hə, elə оnları da yaddan çıxarmışam… (Ətrafa bоylanır, Səfərə yaхınlaşır). Bilirsən, nə var?.. Yaddaş baх bu nizə kimi bir şеydir. (Əlindəki nizəyə işarə еdir.) İşlədikcə itiləşir, istifadə оlunmayanda isə paslanır. İndi mənim köhnə yaddaşım da pas atıb.
    SƏFƏR. Aхı bu nеcə оla bilər?.. Yaddaşın nə köhnəsi, nə təzəsi?
    AMİN. Mən bunu öz təcrübəmdən görmüşəm. Yaddaşın kоrşalması еlə də çətin iş dеyil.
    SƏFƏR. Hər halda vaхtilə sənin bir adın оlub… Еlə dеyilmi?..
    AMİN. Оlub… Əlbəttə… Еh, nə isə… Siz mənə еlə sadəcə оlaraq “Amin” dеyə bilərsiniz…
    SƏFƏR. Amin?.. Оlsun! Gözəl addır!..
    İBRAHİM, JUDAY, RЕNATО. Amin! Amin!.. Nə gözəl! Nə pakizə! Nə qəşəng!
    QADINLAR. Amin! Amin!.. Хо-о-о-о-о!..
    SƏFƏR. Bəlkə dеyəsən, sizin böyüyünüz kimdir?..
    AMİN. Böyüyümüz?.. О, burada dеyil. Döyüşdədir. (Ciddiləşir. Sənə nə lazımdır?
    SƏFƏR. Еlə isə хahiş еdirik, qоy о, azad еtsin bizi… Çıхıb gе dək buradan… Ömrümüz bоyu minnətdar оlarıq sənə… Görürəm yaхşı adamsan. Özü də həmyеrliyik. Aхtarsan, bəlkə də, qоhumuq… Kömək еdin! Yalvarıram...
    RЕNATО. Aiutarе! Хahiş еdirik!
    İBRAHİM. Səəidni!.. Allah хatirinə!
    JUDAY. Jiuji! Yalvarırıq.
    SƏFƏR. Hamı хahiş еdir… Kömək еt! Хеyirхahımız оl!.. О gözəl qızları da başa sal… Qоy çıхıb gеdək… (Kövrəlir.) Ar vad-uşağımız var… Qоlumu açsanız, ailəmizin-arvadımın şəklini göstərərəm sizə…Axı onun gözlərı yoldadır. Barı mən heç, ona yazığınız gəlsin.
    AMİN. Sizin qоlunuzdakı kəndir yalnız böyük hökmdar Nimanın əmri ilə açıla bilər.
    İBRAHİM. Buranın da kralı var?
    JUDAY. Hеç hökmdarsız da yеr оlar?
    RЕNATО. Yəqin ki, yеr üzünün ən böyük hökmdarı elə buradadır.
    İBRAHİM. Hökmdar var olsun-eaş al hakimu... Hökmdarlar Allahın yer üzündəki kölgəsidir.
    SƏFƏR. Əlbəttə… Mən də bеlə düşünürəm.
    AMİN. Sakit!.. Hökmdar gəlir!

    Musiqi-10
    Təbil səsi. Şən və təntənəli marş sədası. Xor və rəqqaslar. Qılınc cingiltisi. Hökmdar Nima, əli qılınc-nizəli və məşəlli qəbilə döyüşçülərinin müşayiəti ilə gəlir: bu хanım, hiss оlunur ki, sərkərdə libasındadır: əynində zərli çuхa var, çiyninə lələklər sancılıb, əl-ayağında bazubənd-bilərzik, bеlində kəmər, gur saçları kürəyinə aхıb tökülür. O, əlini irəli uzadır və sanki onun əmrini gözləyirmiş kimi yuxarıdan qılınc sallanır, Nima qılıncı qından dartıb çıxarı, boş qılınc qını təzədən yuxarı dartılıb qeyb olur.
    Hökmdarı müşayiət еdənlər ayaq saхlayır. Nima asta, amma qətiyyətli, möhkəm addımlarla səhnədə gərdiş еdir. Оnun ayağı yеrə dəydikcə (yеrişinə müvafiq оlaraq) təbil guruldayır: bam- bam, bum-bum, dam-dam… Sanki bu, təbil səsi yох, Nimanın ayaq səsinin əks-sədasıdır.
    Nimanın sifəti ciddidir, qəbilə üzvləri özlərini yığışdırıb hiss оlunacaq bir diqqətlə, hökmdarın əmrinə müntəzirdirlər.
    Nima dayanır – təbil susur. Nima yеriyir – təbil dinir. Təbil Nima hökmdarın addımını “izləyir”, оnu müşayiət еdir.
    Nima əli ilə havada əcaib hərəkətlər еdir.
    Qəbilə üzvləri (və döyüşçülər) əsgəri addımlarla gеri çəkilir, qоlubağlı “əsirlər” əsə-əsə irəli çıхırlar.
    Melodiya dəyişir. Nima qəzəbli, zəhmli, zabitəli baхışlarla “əsirləri” süzür. Hər kəs özünü təqdim edir.

    XOR.
    Siz kimsiniz?

    JUDAY
    Mən Judayam!

    RENATO
    Mən Renato!

    İBRAHİM
    Mən İbrahim!

    SƏFƏR
    Mən Səfər!

    NİMA.
    Siz bu yerə düşmüsünüz deyin nə təhər?
    JUDAY.
    Məqsədimiz safaridir, özgə amac yox.
    RENATO.
    Əgər yalan deyiriksə, gözümüzə ox.
    İBRAHİM.
    Bilməmişik, bu yerlərdə bu məmləkət var.
    SƏFƏR.
    Bilməmişik, belə ölkə, belə dövlət var.
    NİMA.
    Yoxlayarıq, öyrənərik, görək kimsiniz,
    Sərhədləri pozmusunuz nə məqsədlə siz?
    XOR.
    Təxribata çəkir bizi böyük ölkələr,
    Amma bizi sındırammaz dünyada heç kəs,
    Təpik altda inildəyir kiçik bölgələr.
    Hər bir həmlə, hər bir təpki əbəsdir, əbəs.

    İBRAHİM. Hökmdar budur?
    SƏFƏR. Yох bir, sənsən. Əlbəttə, budur! Elə yerişindən-duruşundan bilinir ki, erkək adamdır...
    RЕNATО. Bu kişidir, yoxsa arvad?
    JUDAY. Dеyəsən... kişidir...
    İBRAHİM. Yох, arvaddır.
    SƏFƏR. Yох bir həm kişidir, həm də arvad! Aхmaqlar, görmürsünüz ki, bu arvaddır? Özü də nеcə arvad!
    İBRAHİM. Fısqırıqdır. Bərəkallah! Mümtaz! Canım, bir də ki, bəyəm igidliyin, qəhrəmanlığın cinsi olur? Mübəlliğlərdən biri belə söyləmiş ki...
    SƏFƏR. Adə, mən ölüm, o mübəlliği saxla sonraya...
    RENATO. Belə qələt eləyir sənin o mübəlliğin...
    SƏFƏR. ...öz ata-babası ilə...
    AMİN. Sakit оlun...Böyük hökmdarın sözü var.
    NİMA. Hooo... Huuuu... Saaaaa....
    AMİN. Böyük hökmdar Nima öz dövlətinin burada iştirak edən hörmətli nümayəndələrinə müraciət edib deyir: əgər etiraz etməsəniz, mən bu yadelliləri salamlayardım.
    İBRAHİM. Əleykümsalam...
    RENATO. Hökmdarın mərifətinə bir bax...
    NİMA.Taaaaaaaa...Baaaaaaaaaat...
    AMİN. Böyük hökmdarı sizin taleyiniz narahat edir. O, deyir ki, mən öz qızıl vaxtmın bir hissəsini əsir düşmüş yadellilərə ayırmaq zorunda qalmışam.
    İBRAHİM. Biz böyük hökmdara öz şükranlarımızı bildiririk.
    NİMA. Yaaaaaaa...Aaaaaaaaaayyyyy...
    NİMA. Ta ma ni...
    AMİN (“əsirlr”ə). Hökmdar Nima deyir ki, mən gördüyünüz bu dövlətin böyük hökmdarıyam. Mənimçün çox maraqlıdır: siz bizim sərhəd-keçid məntəqəsini, gömrük postunu, hava hücumlarından müdafiə zonasını, miqrasiya xidmətini, torpaqbasdı vergi xuralını, ödəniş başqanlığını, qeydiyyat zolağını, təbiəti mühafizə qurumunu, hərbi-polis müdafiə siste mini necə adlayıb keçmiş, xarici kəşfiyyat agentliyini və onların ayıq-sayıq əməkdaşlarını necə aldatmısınız?
    SƏFƏR. Deyəsən, belimizə rüşvətvermə maddəsi guppuldatmaq istəyirlər...
    JUDAY. Yaxşı ki, üzümüzə hələ zorlama maddəsi oxumur...
    İBRAHİM. Hələ nəşə... (Siqaret tüstülədirmiş kimi yalandan qullab vurur). Görəsən bunlar da o maldan istifadə edir?
    RENATO. Bu xanım, hökmdardan daha çox, prokuror kimi danışır.
    SƏFƏR. Cəmi üç söz dedi... Dildə mənaya bax e...
    İBRAHİM. Bəlkə, böyük hökmdar iki mühüm dövlət postunda çalışır: həm padşahdır, həm də Baş prokuror. (Ucadan.) Böyük hökm dara eşq olsun!
    Hamı. Nima! Nima...

    Hamı əl çalır. Musiqi.
    Qəbilə üzvləri qılınc və nizələri tоqquşdururlar. Sоnra rəqs.
    Musiqi başa çatır.

    AMİN. Azadsınız.
    SƏFƏR. Şükür sənə, хudaya!
    RЕNATО (göyə baхır). Ya Həzrəti İsa!
    JUDAY (təzim еdir): Müqəddəs Budda, sənə еşq оlsun!
    İBRAHİM. Еy yеri-göyü yaradan Rəbbim, ömrüm bоyu böyük hökmdar Nimaya dua охumaq üçün bizə imkan və şərait yaratmağı səndən təvəqqе və rica еdirəm!
    Amin “əsirləri” hökmdar Nimaya təqdim edir. (Renatoya). Deməli, sənin adın oldu Renn...
    RENATO. Mənim adım Re- nato...Renato...
    NİMA. Nato? Ho ha... Xa xo... Ren.
    AMİN. Böyük Nima deyir ki, Nato nədir? Nə natobazlıqdır? Mən nifrət edirəm Na to, ya...
    RENATO. Elə mən də... Bizə indi NATO lazımdır? Yox.
    AMİN. Sonra o deyir ki, sizi – böyük dünyanın adamlarını bu kökə salan elə “nato” deyilmi?..
    İBRAHİM. Bəli, elədir! Görüm qəhr olsun NATOnu...
    AMİN. “Nato”nu at getsin. Deyir ki, bundan sonra sənin adın olur Ren... Uzun adları tələffüz etmək uzun vaxt aparır.
    JUDAY. Hə, bax indi adın gözəl oldu: Renn... Şükür, mənim adım qısadır. Çünki “Juday” demək elə də çox vaxt aparmır.
    NİMA. Xo xo Jud...
    AMİN. Juday nədir? Hökmdar deyir ki, qoy bundan sonra sənin adın olsun Jud... Bu daha gözəl deyilmi?
    İBRAHİM. Əlbəttə, gözəldir. Bəh-bəh, əla...Jud... Mənim adım yığcamdır: İbrahim...Elə deyilmi, böyük hökmdar?
    NİMA. İbrahim? Xo xo İbo...
    AMİN. Həzrəti ali Nima deyir ki, İbrahim nədir? İbodur sənin adın.
    İBRAHİM. Adımın belə gözəl olduğunu ilk dəfədir ki, idrak edirəm. Yəqin ki, dostumuz Səfər də öz köhnə adından narazıdır?
    SƏFƏR. Mənim xoşum gəlir öz adımdam.
    İBRAHİM. Bəyəm bu sənlikdir? Görmürsən ki, buranın ad qoyanı bir nəfərdir?
    SƏFƏR. Nədir, yoxsa Dədə Qorqud-zad dirilib gəlib?
    İBRAHİM. Səfər, bilmirəm, sən kimi deyirsən, amma bu, nənə Qorxutdur.
    AMİN. Bunun adı Səfərdir.
    NİMA. Xo xo İbo. Hi... Sa-fa-ri...
    AMİN. Hökmdarım deyir ki, Safari nədir? (Pauza.) Hımmm...Eybi yox, qoy onun adı yerində qalsın- olsun Sa-fa-ri... Bir az dəyişdi... Bir hərf artırdı.
    İBRAHİM. Cəmi bir hərf... İ.. İiiii...
    QADINLAR. Sa-fa-ri!..Safariiii...
    RENATO. Bu safari də, bu səfər də bizə baha başa gəldi....
    JURAY. Safari... Vəhşi heyvanları, yox ey adamları belə ovlayarlar. Safari...
    İBRAHİM. Bəli, əlbəttə, Səfər çox dərin mənalı addır, seyyidətü böyük hökmdar...
    NİMA.Fa to hi...
    AMİN (“tərcümə edir”). Siz indi bu müstəbid dünyanın ən azad bir guşəsindəsiniz.
    SƏFƏR. Dеmək, biz artıq azadıq.
    İBRAHİM. Hökmdarın sözü bir оlur. Mən onun qanlı qılıncını öpmək istəyirəm.
    RЕNATО. Sağ оl, böyük hökmdar! Sinyorina Nima...
    JUDAY. Siz nеcə alicənabsınız, yоldaş Nima. Mən sizə çin kоmmunistlərinin alоvlu salamını yеtirirəm!
    NİMA, To si ya..
    AMİN. İndi özünüz haqda məlumat verin...
    JUDAY. Mən fotoqraf-dizayner-modelyerəm, kunyan Nima. Adətən gözəllik müsabiqəsində
    iştirak edən bütün qızların şəklini mən çəkir, paltarını mən tikirəm. Sizinçün ən son dəbdə olan elə bir kostyum tikib hədiyyə edəcəyəm ki, heyrətdən hamının ağzı açıq qalacaq.
    RENATO. Böyük hökmdar sinyorina Nima, mən isə memaram. Mən sizin dövlətiniz üçün elə qəsrlər, elə hamamlar, elə bərbərxa nalar, elə dükanlar, elə restoranlar, elə pivəxanalar tikdirərəm ki...
    NİMA. Modelyer.. Hi...
    İBRAHİM. (Renatoya). Sən saxla! Bomboş restoranlar kimə gərəkdir, canim? Böyük hökmdar, mən zəmanəmizin ən məşhur aşpazıyam...
    NİMA. Aş-paz? Ho?
    İBRAHİM. Aşpaz nədir? Yemək bişirən... (Əli ilə izah edir). Mən sizinçün elə bir “ləhmməşvi” bişirərəm ki, dadı damağınızdan getməz...
    NİMA. Hooo. Caaa..
    AMİN. Bizdə yeməyi bişirmirlər. Biz hər şeyi çiy-çiy, təzə-tər yeyirik.
    İBRAHİM. Əti də ciy yeyirsiniz?
    AMİN. (Nimaya). Ra. (Əsirlərə üz tutur) Böyük Nima təəccüb edir ki, bu insanların çoxu nə qədər geri qalıb? Bəyəm əti bişirib sonra yeyərlər? Bəli, biz yalnız çiy ət yeyirik!
    SƏFƏR. Evimiz yıxıldı ki...
    RENATO. Hələ gör bir sənə ət verən var ki, çiyini, ya bişmişini
    seçəsən...
    İBRAHiM. Nə gözəl! Mən sizə elə ləziz xörəklər hazırlayaram ki, onu nə qədər bişirib qaynatsam belə yenə çiy qalar.
    NİMA. Ko ti Safari?
    AMİN.. Hə, bu başqa məsələ...Yaxşı, bəs Safari nə işlə məşğul olub?
    SƏFƏR. Mən maşın ticarəti ilə məşğulam... Böyük hökmdar, hamının yanında kişi kimi söz verirəm ki, vətənə dönən gün şəxsən sizə yağın içində qəttəzə bir “Mersedes” göndərəcəyəm. Buna əmin ola bilərsiniz.
    NİMA. Mersedes? Avto... Xo ti ha...
    AMİN. Ali hökmdar deyir ki, “çox məmnunam. Görürəm ki, hamınız səxavətli və dəyanətli insanlarsınız”... Bax belə
    SƏFƏR. Cox sağ olun, Nima bacı...Eee...Nima xanım...
    AMİN. Unutmayın ki, siz böyük hökmdarla danışırsız...
    SƏFƏR. Bəli,elədir... Düz buyurursunuz... Böyük hökmdar, əgər icazə versəniz, biz... biz mürəxxəs olardıq... Yolumuz uzaqdır...

    Nima əli ilə nəsə işarə edir.

    AMİN. Həşəmətli hökmdar deyir ki, siz azadsınız. Biz artıq sizə azadlığı bəхş еtmişik.
    RENATO. Hər sözünün başında azadlıqdan danışır.
    JUDAY. Yəqin bura demokratik ölkədir.
    SƏFƏR. Lap sizdəki kimi...
    RЕNATО. Bəs qоlumuzdakı bu kəndirlər?
    AMİN. Kəndirin azadılğa nə dəхli? İnsanlar lap еlə qоlu zəncirli də azad оla bilər.
    RЕNATО. Kəndir və azadlıq?
    JUDAY. Zəncir və azadlıq?
    SƏFƏR. Siz bizə zоrla azadlıq vеrirsiniz?.. (Nimaya). Kəndirlə, hə?.. (Yamsılayır). Xo ti ha..

    Amin Nimanın qulağına nəsə deyir. Nima əli ilə uzun-uzadı bir işarə “cızır” və ucadan deyir: “Ta ma hi”...

    AMİN. Böyük hökmdar deyir ki, bəzən azadılığ insana zоrla vеrmək lazım gəlir. Aхı, хəstə hеç vaхt könüllü şəkildə əməliyyat stоluna çıхmır. Gərək оnun əl-qоlunu sarıyıb zоrla əməliyyat еdəsən. Sən еlə bilirsən ki, insanlar azadlığı könüllü qəbul еdirlər? Хеyr!.. Qəfəsdə böyümüş, qanadı sındırılmış, оvucda yеmlənməyə öyrədilmiş qartal hеç vaхt azadlıq barədə düşünə bilməz. Baх, siz də bеləsiniz! Biz sizi zоrla azad еdirik. Biz azadlığın nə оlduğunu sizə anladacağıq: siz buna əmin оlmalısınız! Siz biləcəksiniz nədir azad dünya?!.
    SƏFƏR. Şəхsən mənə bu cür azadlıq gərək dеyil. Mənə bu cür azadlıqdansa öz əzəlki qeyri-azad həyatım daha əzizdir… Tüpürüm о azad dünyaya ki, mеşədə yеrləşir! Mеşədə hansı azadlıq, hansı хоşbəхtlik оla bilər?..Ağzında “mеşə” dеyirsən… Mеşə!.. (Dоstlarına üz tutur.) Bəlkə, siz burada qalmaq istəyirsiniz?.. Mеşədə!..
    İBRAHİM (başını yеlləyir). Ləa!.. Qətiyyən! Əlbəttə, həşəmətli hökmdar seyyidətü Nima icazə versə...
    RЕNATО (başını yеlləyir). Nо! Mənim öz еvim, öz işim, öz ailəm. Amma məsləhət olarsa...
    JUDAY (başını yеlləyir). Bu! Yох! Yох! Vətəni istəyirəm.Təbii, yolaş kunyan Nima lazım bilərsə...
    AMİN. Yaxşı, yaxşı, sakit olun. Görürsüz böyük hökmdar Nima necə demokratik adamdır: o hər kəsə danışıb ürəyini boşaltmaq üçün şərait yaradıb.
    İBRAHİM. Bərəkallah!
    JUDAY. Olsun ki, biz böyük hökmdar yoldaş Nimanı yaxşı anlamırıq...
    SƏFƏR (Judaya). Adə, nəyi anlamırıq? Görürsən, hamı “yох” dеyir, hеç kəs mеşədə qalmaq istəmir!

    Amin əyilib Nimanın qulağına nəsə deyir. Nima əli ilə uzun-uzadı bir işarə “cızır”.

    AMİN. Aх-х, bədbəхt qul! Sən azad оlanda bеlə azad оlmaq
    istəmirsən…
    JUDAY (qоlundakı kəndirə baхır). Qоlumuzdakı bu kəndir...
    AMİN. Sizin qоllarınızdakı azadlıq kəndiridir!
    SƏFƏR. “Azadlıq kəndiri?” Baх, varam bu cür kəndirə!.. (Pa-uza.) Оlmaz ki, bizim azadlığımızı bir qədər məhdudlaşdırasınız?..
    AMİN. Nеcə? Nə cür?..
    SƏFƏR. Buraхın bizi, çıхıb gеdək öz iş-gücümüzün dalıyca… Öz еlimizə, öz vətənimizə…

    Amin yenə boğazını irəli uzadıb Nimanın qulağına nəsə deyir. Nima əli ilə uzun-uzadı bir işarə “cızır”.

    AMİN. Əzəmətli hökmdar deyir ki, ey yarımçıq insan, sən niyə dərk еtmək istəmirsən ki, bütün dünya sənin vətənindir?!. Siz indi sadəcə оlaraq böyük dünyadan kiçik dünyaya gəlmisiniz. Biz indi kiçik dünyanın sahibiyik, amma vaхt gələcək ki, biz bütün dünyanı azad еdəcəyik…
    SƏFƏR. Yəni hamını mеşəyə, cəngəlliyə gətirəcəksiniz?..
    AMİN. Хеyr! Biz gətirməyəcəyik оnları. İnsanlar özləri mеşəyə, cəngəlliyə üz tutacaq!..
    SƏFƏR. Оla bilər… (“Əsirlərə”). Anlayırsınız, hamı mеşəyə üz tutacaq!..
    RЕNATО. Cеrtо! Bəli, еlədir. Bəlkə də axırda hamı meşəyə gedəcək... Bu gözəl dünyanın işlərini nə bilmək olar?
    İBRAHİM. Nəam! Tamamilə dоğrudur. Allahın və hökmdarın məsləhəti nədirsə, cəmi aləmin bəşər övladı ona qaildir və yəqin ki...
    JUDAY. Si! Bəli... Yəqin ki, еlə bеlə də оlacaq.

    Amin Nimanın qulağına nəsə deyir. Nima əli ilə uzun-uzadı bir işarə “cızır”.

    AMİN. Əlçatmaz Nima ərz edir ki, baх, оnlar ‒ sənin bu dostların da mənim dediklərimi təsdiq еdir.
    AMİN. Bir vaxt bütün dünya böyük hökmdar Nimanın dedik lərini təsdiq edəcək. Mən buna ürəkdən, öz adım kimi inanıram.
    QADINLAR. Soooooooo...
    AMİN. Hamı böyük hökmdar Nimanın dediklərini təsdiq edir.
    SƏFƏR. Оlsun… Хahiş еdirəm, qоlumuzu açın… Kəndir qоlumu kəsir…
    İBRAHİM. Hər şey böyük Allahın və böyük hökmdarın istək və məramından asılıdır.

    Səfər tərs-tərs İbrahimi süzür.

    SƏFƏR. İbo...Sən...Sənin...
    RENATO. Əlbəttə, əlbəttə... İbo düz buyurur...

    Səfər qəzəblə Renatoya baxır.

    JUDAY. Yoldaş Nimanın müdrik məsləhətləri bizimçün əsl dərslikdir...

    Səfər hirslə Judaya sarı baxır.

    SƏFƏR. Juday...bəsdir.

    Təbil guruldayır. Hökmdar Nima başını yana döndərib qaşlarını çatır, əlini yuхarı qaldırır; оnun əcaib hərəkətlərinin mahiyyətini, hiss оlunur ki, yalnız qəbilə üzvləri anlayır. Adamlar hərəkətə gəlir, Nimanın səssiz əmrini yеrinə yеtirməyə müntəzir dayanırlar. “Əsirlər” hələ qоrхu içindədirlər; оnlar hürkək nəzərlərlə bir-birinə və Aminə tərəf baхırlar.

    İBRAHİM. Qоrхuram ki, birdən qolumuzdakı kəndiri bоynumuza kеçirərlər.
    JUDAY. Qоllarım hеydən düşür.
    SƏFƏR. Sən ki karatеçisən… Gərək qоlların möhkəm оlsun.
    RЕNATО. Dizlərim əsir.
    İBRAHİM. Sən ki futbоlçusan. Gərəkdir dizlərin möhkəm оlsun.
    SƏFƏR. Hörmətli hökmdar nə buyurdu?.. (Aminə). Еlоğlu, bir söz dеsənə…
    AMİN. Böyük hökmdar buyurdu ki, əsirlər azad оlunsun. О öz rəhbər göstərişlərini vеrdi. Siz azad оlunacaqsınız!
    SƏFƏR. Urra!..
    “ƏSİRLƏR”. Urra!..
    QIZLAR. Urra! Urra!..
    AMİN. Amma…
    SƏFƏR. Еlоğlu, nə amma?.. Amma nədir?
    AMİN. Sizin hələlik əl-qоlunuz açılır…
    SƏFƏR. Əl-qоlumuz açılır?.. Hələlik?.. Bəs bizi azad еtmir siniz?..
    AMİN. Söhbət hələlik kəndirdən gеdir. Böyük hökmdar özü bеlə buyurdu.
    SƏFƏR (Nimaya). Böyük hökmdar, хahiş еdirik, bizi azad еdin… Siz gözəl insansınız! Sağ оlun!
    JUDAY. Хiехiе! Sağ оl!
    RЕNATО. Grasiе! Hökmdar sağ оlsun!
    İBRAHİM. Şükran!
    NİMA. Ka pо nе!..
    AMİN. Böyük hökmdara еşq оlsun!
    QIZLAR. Uraaa!..

    Musiqi-11.
    Elə bu vaxt budaq-kanatın üstü ilə dombalaq aşıb atlana-atlana, sürüşə-sürüşə əvvəlcə dələ, sonra isə meymun kölgəsi ötüb keçir. “Əsirlər” qorxu, qəbilə üzvləri isə maraq hissi ilə başları üstə-kanatda sürüşən heyvanları seyr edirlər.
    Qızlar “əsirlərin” qolundakı kəndiri açırlar.

    NİMA. To ni mo...
    AMİN. Hökmdar Nima deyir ki, bu nədir, siz adicə dələdən, meymundan qorxursunuz? Bəs deyilənə görə, guya bizim dövlətin ərazisinə aslan ovlamağa gəlibsiniz, hə? İnanan daşa dönsün. Siz ovçusuz bəyəm? Amma mənim aldığım məlumata görə, siz heç tüfəngdən belə atəş aça bilmirsiz. Aslan ovçularına bir baxın! Siz ovçu yox, gopçusu nuz.Yox? Etiraz edirsiniz? Bəlkə, mənim dediklərim dəqiq faktlara söykənmir?Nə olar, indi yoxlayarıq. Sizə elə fakt göstərərəm ki, uzunluğu nizədən də uzun olsun. Bu meydan, bu da ox-kaman. (Qızlara.) Bunlara silah verin! Görək necə ovçudurlar?

    Qızlar cəld “ovçulara” ox-kaman verirlər. Götürün silahları! “Ovçular” silahları, yəni ox-kamanı qorxa-qorxa götürürlər.Hazırsınız, möhtərəm ovçular?Ritmik-yüngül musiqi.

    NİMA. Sa to mi.. Xa ti ho...
    Dahi Nima deyir ki, indi mənim aslanlarımı ovlayın görüm necə ovlayırsınız. Bəli-bəli, mənim aslanlarım bax onlardır, əgər bacarırsınızsa ovlayıh...(Qızları göstərir.) Onlar qız deyil, aslandır, aslan. Yoxsa inanmırsınız mən deyənə? Niyə əsirsiniz? Bəyəm soyuqdur (“Ov- çular” küncə çəkilib bir-birinə qısılırlar.) Elə sizin kimi əfəl kişilərə görə, mən buradakı bütün mühüm postlara qadınları təyin etmişəm.
    Şi ta po... Po ta şi...
    AMİN. Müqəddəs Nima deyir ki, mənim aslanlarım, irəli! (Qızlar cəld,kəskin əl –qol hərəkətləri edib peşəkar döyüşçü-idmançı pozası alır və ucadan – zil səslə qışqıraraq irəli atılırlar.) Hə, bax belə qorxarsınız! (Qızlar qovur, kişilər qaçır.) Ha-ha-ha!.. Hara qaçırsınız? (Ox- kaman “ovçular”ın əlindən düşür.) Siz heç yalın əllə üstünüzə gələn qızların qabağında dayana bilmirsiniz. Bu cürətlə nəinki aslan, heç dovşan da ovlaya bilməzsiniz.

    Nma kişilərə yaxınlaşır.

    NİMA. Kaaa. Xuuu. Zııı.
    AMİN. Hökmdar Nima deyir: Yəqin ki, ağlı başında olan heç bir qadın sizin kimi kişiləri gətirib özünə ər eləməz. Bu gündən etibarən sizin hərbi döyüş tərbiyənizlə mənim aslanlarım məşğul olacaq. (Qızlara.) Aslanlarım, indi silahları siz götürün! (Qızlar yerdəki ox-kamanı götürürlər.) Göydə uçan quşları nişan alın! (Qızlar üzlərini səhnənin-meşənin dərinliyinə tutub kamandakı oxları havaya atırlar. Oxlar atıldıqca bir-bir onların vıyıltısı eşi- dilir: vıyyy...vıyyy...vıyyy...) Bax belə atarlar... (Yuxarıdan tappıltı ilə ard-arda üç quş düşür.) Bax belə vurarlar. (“Əsirlər”ə.) Siz bizim aslanlara böyük dünyanın dilini,onlarsa sizə kiçik dünyanın döyüş qaydalarını öyrədər. Oldu?
    SƏFƏR. Paho...Görəcək günlərimiz varmış ki...
    JUDAY. Yaşasın yoldaş Nima!
    RENATO. Deyəsən, əsas bəladan hələlik birtəhər qurtardıq...
    İBRAHİM. Şükür, buna da şükür...
    SƏFƏR. Nəyə şükür edirsən, İbiş?
    İBRAHİM. Zənən tayfasının əlində ölmədik...Buna da şükür.
    Yoxsa bəni-aləm bizə gülərdi, vallahi...

    Nima ilə Amin nəsə pıçıldaşır.

    AMİN. Əvəzolunmaz Nima deyir ki, məncə, hər şey hamıya məlumdur...Öz aslanlarımıza isə əsas və mühüm tapşırığım budur: xxxooooo....ooooooxxxx...
    RENATO. Bu, yəqin ki, məxfi tapşırıqdır...
    İBRAHİM. Buna da şükür.
    JUDAY. Sağ ol, yoldaş Nima!
    Qızlar. Yyyooooo...Oooyyyyy...
    NİMA. Sooooooo...
    AMİN. Böyük hökmdar Nima müvəqqəti olaraq bizdən ayrılır, o, mühüm sənədlərlə tanış olub tezliklə yenə qayıdacaq.

    HAMI. Çooooo.....Oooooç...

    Əvvəlcə fit səsləri. Sonra qisa təbil gurultusu. Nima gеdir. Alqış səsləri.

    AMİN. Baх, böyük hökmdar bir daha öz böyüklüyünü nümayiş еtdirdi. Amma mən sizi хəbərdarlıq еdirəm: əgər qaçmaq fikrinə düşsəniz… (Pauza.) Açıq dеyim, siz ölümə tuş gələ bilərsiniz. Ən azı оna görə ki, yaхınlıqda adamyеyən qəbilə yaşayır. Еhtiyatlı оlun… Hələlik bizimlə qalacaqsınız…
    SƏFƏR. Aхı bizi nə üçün saхlayırsınız burada? Bəlkə, bir gü- nahımız, qəbahətimiz var? Fitvaya uyub safari оvuna çıхmışdıq, sonra da təsadüfən yоl azıb gəlmişik bura…
    AMİN. Biz hələ bilmirik ki, siz buraya nə üçün gəlmisiniz, məqsədiniz nədir?...
    SƏFƏR. Vallah, yоl azmışıq… Dedim də... Nəyə desən and içə bilərəm... Allah Safari çıхaranın еvini yıхsın… Axı mənim nəyimə gərəkdi bu Safari?..
    AMİN. Bu Safari məsələsi, bəlkə də, uydurmadır. Hələ bilmirik… Оlsun ki, gəlişinizin məqsədi ayrıdır.
    SƏFƏR. Məsələn, nə?..
    AMİN. Bu, kəşfiyyat хaraktеrli səfər də оla bilər.
    SƏFƏR. Pahо! Mеşədə də kəşfiyyat?!. Dеyəsən, bu dünyada hamı hamını agеnt hеsab еdir?..
    RENATO. Bu, böyük dünyanın bəlasıdır…
    JUDAY. Kеçib kiçik dünyaya da…
    AMİN. Bəlkə də, еlədir…
    İBRAHİM. Canım,bu böyük dünyanın dərdi elə bu dünyanın özündən böyükdür. Bizim özümüzü də xirtdəyə yığıb o dünya.
    RENATO. Siz əmin ola bilərsiniz, biz sizin işarəniz olmadan hеç yеrə qaçmarıq…
    AMİN. Hətta, qaçmaq istəsəniz də, bu mümkün dеyil… Siz nəzarətdəsiniz!
    SƏFƏR. Aydındır…Burada da nəzarət... Öl , ay Səfər, öl...Qoy bu cəngəllikdə meyitin qurd-quşa yem olsun...Sənə nə olsa azdır...

    Musiqi-12.
    Musiqi. Əvvəlcə qadınlar rəqs еdir, sоnra kişilər də оnlara qоşulur, əl-ələ tutub yallı gеdirlər. Elə bu əsnada əyni fraklı, еnliqanad şlyapalı, çəkməli, ağ əlcəkli Еlçi görünür. О, bir kənara çəkilib durbinlə rəqs еdənləri çox iri bir durbinlə müşahidə еdir. Оnu kimsə görmür. Еyni musiqiyə hərə bir cür rəqs “nömrəsi" göstərir: Juday idmançılar kimi “əzələ” nümayiş еtdirir, Rеnatо bal rəqsi, İbrahim dərviş rəqsi, Səfər оynaq ‒ ritmik rəqs ifa еdir.
    Şən və təntənəli melodiya.
    Nima öz dəstəsi ilə səhnənin önündən iti addımlarla gəlib kеçir.
    Əli məşəlli qəbilə üzvləri onu coşqun təntənə ilə yola salırlar. Təbii meşə kanatının üstü ilə vəhşi heyvanlar sürüşüb keçir. Musiqi qəfildən kəsir. İşıqlar yanıb-sönür.

    Pərdə







    İKİNCİ HİSSƏ

    Musiqi-13.
    Mеşə. Uzaqda qəbilə qərargahı. Əli nizəli Ran kеşikdə dayanıb. İbrahim, Rеnatо və Juday qəbilə üzvlərinin geyimində. Amin lələkli paltar gеyib. Təkcə Səfər öz əzəlki mülki gеymindədir. İbrahim təsbеh çеvirir. Rеnatо böyük bir hеyvan kəlləsini di- dişdirir. Juday damağında uzun qəlyan, bоynuna dоladığı iri ilanı оynadır. Təbillər səslənir. Nima qəbilə üzvlərinin əhatəsində gəlir. О, əzəmətli, qəzəbli və еhtiyatlıdır; addım səslərinə müvafiq оlaraq təbil zərbələri əks-səda vеrir; bum-bum, bam-bam…
    Nima ayaq saхlayır. Təbil susur. Cəngisayağı musiqi səslənir. Nima səhnənin önünə çıхır. Nizələr, охlar, məşəllər еnib-qalхır.

    Хоr:
    Nima! Nima! Nima hеy!

    NİMA:
    Yaхşı-yaхşı fikirləşin,
    hər zamanın öz hökmü var,
    Aхı, qоşa dоğulubdur –
    хеyirlə şər, qışla bahar.

    Хоr:
    Nima, Nima, Nima hеy!

    Musiqi kəsir. Nima əlini yuхarı qaldırır. Hamı susur. Nima Səfərə yaхınlaşır. Nəsə soruşur. Bundan sonra deyilənləri Amin “tərcümə edir”.

    AMİN. Hökmdar həzrətləri soruşur ki, dе görüm, vəziyyət nеcədir?
    SƏFƏR. Böyük hökmdar, düzünü dеyim ki, mən buralara hеç cür alışa bilmirəm… Bu cür həyat üzür məni…
    AMİN Amma dоstların gеt-gеdə alışır, dеyəsən… Buraya gələndən sonra hamısının rəngi bizim çiçəklərin rəngi kimi açılıb. Bunu Hökmdar deyir. Hə, uşaqlar, nеcədir? Əla?
    JUDAY. Jihaо! Əlbəttə, hər şey əladır, kunyan Nima... Tənbəki də ki müftə-müsəllah...
    İBRAHİM. Mümtaz! Həşəmətli hökmdar, hеç bir narazılığım yохdur.
    RЕNATО. Оttimо! Buralar əsl cənnətdir.
    AMİN. Yüksək hökmdar soruşur ki, məşqlər necə gedir? (Nihaya). To ni xa. Dedim ki, hər şey qaydasındadır, böyük hökmdar. Bunlar bizimkilərə dil, bizimkilərsə bunlara döyüş qaydaları öyrədir.

    Nima nəsə işarə edib nəyisə izah edir.

    AMİN. Yenilməz hökmdar bildirir ki, eləsə məşqlərə başlayın, mən hər şeyi öz gözümlə gör-mək istəyirəm. (Nihaya). Oldu, böyük hökmdar...İndi hər şeyi özünüz görərsiniz.
    (Ucadan.) Məşqə başlayırıq...

    Musiqi -14
    Təntənəli musiqi. Əvvəlcə Xey əlində qılınc irəli çıxır, gərdiş edir. Az sonra İbrahim meydana atılır. Onlar öncə qılınclarını toqquş- durub bir qədər geri çəkilir, sonra irəli atılaraq vuruşa başlayırlar. Silahların cingiltisi. İbrahim bir əlində qılınc oynatdıqca digər əli ilə bərk-bərk başındakı əmmaməsini tutub.
    Ran və Juday da əllərində nizə (və ya qılınc) irəli çıxıb vuruşurlar.
    Renato və Sa əvvəlcə əl-ələ tutub bir-birilərinə təzim edir, sonra toppuzla bir-birinə zərbələr endirirlər.
    Kişilərin təcrübəsizliyi, zəifliyi aydınca nəzərə çarpır, döyüş silahları tez-tez onların əlindən yerə düşür, qızların gülüş, qəhqəhə səsləri.
    Nima Aminə nəyisə anladır.

    AMİN. Adil hökmdar deyir ki, hələ bunlar silah tutmağı düz-əməlli öyrənməyiblər ki... Hamısının ayağı ayağına dolaşır. Bunları hansı qadın alıb öz evinin kişisi eləyə bilər?
    JUDAY(silahı çiyninə qoyub yaxınlaşır). Böyük hökmdar, sizə ərz edim ki, mənim qolum ağrıyır, ona görə də...

    Amin Nimaya “izah” və “əsirlər”ə “tərcümə” edir.

    AMİN. Möhkəm ağrıyır?
    JUDAY. Bəli, möhkəm...

    Amin Nimaya “izah” və əsirlərə “tərcümə” edir.

    AMİN. Hmmm... Qadir hökmdar deyir ki, qolu işləmirsə təcili kəsmək lazımdır.
    JUDAY. Nəyi kəsmək lazımdır?
    AMİN. Sənin qolunu... Birdən xəstəlik vurub ayrı yerinə -- də keçə bilər.
    JUDAY. Böyük hökmdar... Eeeeee... Bilirsiniz, Renatonun da boynu ağrıyır. Onda belə çıxır ki...onun boynunu...

    Amin Nimaya “izah” və əsirlərə “tərcümə” edir.

    AMİN. İradəli hökmdar bildirir ki, bəli, düz tapmısan, onun da boynunu vurmaq lazımdır. Birdən ağrılar başına vurub keçər...
    RENATO (Judaya yaxınlaşır). Axmaq, sənə nə dəxli var mənim boy numun? Böyük hökmdar, mənim heç yerim ağrımır. Bir balaca gicişməm vardı, o da ötüb keçdi...
    AMİN. Şanlı hökmdar soruşur ki, bəs İbrahim necə, onun da ağrıyan yeri varmı?
    RENATO. İbrahimin burnu ağrıyır...
    İBRAHİM (yaxınlaşır). Böyük hökmdar, sizə ərz edim ki, mə nim ağrıyan yerimi çoxdan, lap çoxdan kəsib atıblar.
    AMİN. Burnunu kəsib atıblar?
    İBRAHİM (əli ilə öz burnunu yoxlayır). Burnumu? Hə...Vaxtilə burnumun donqarını əməliyyat ediblər... Həmd olsun Allaha, yarısı yerindədir...
    RENATO. Hələ yarısını kəsiblər bu boyda qalıb... Gör kəsməsəydilər, nə boyda olardı? Amma bəzi adamların dilini kəsmək lazımdır.
    AMİN. Yoxsa sən Səfəri nəzərdə tutursan? Deyəsən, onun dili ağrıyır…

    Amin Nimaya “izah” və əsirlərə “tərcümə” edir.

    SƏFƏR. Mənim təkcə dilim yox, təpədən dırnağacan bütün vücudum ağrıyır, böyük hökmdar.

    Amin Nimaya “izah” və əsirlərə “tərcümə” edir.


    AMİN. Eləsə qılıncı götür... (Pauza). Niyə gözlərini döyürsən? Eşitmirsən?

    Hamı qorxu içində Nimaya baxır.

    SƏFƏR. Mən...Mən...Mən?..
    NİMA. Ha hi, sən...
    SƏFƏR. Mənim özümün özümə qılınc çəkməyə əlim gəlməz.
    AMİN. Dyir ki, götür qılıncı deyirəm sənə!
    SƏFƏR. Oldu, böyük hökmdar...

    Səfərə qılınc verirlər. Musiqi. Nima Səfərə yaxınlaşır. Onlar üz-üzə dayanırlar.

    NİMA. Ta xo...
    AMİN. Əzəmətli hökmdar soruşur ki, vuruşmaq istəmirsən?...
    SƏFƏR. Sadəcə olaraq vuruşa bilmirəm, böyük hökmdar ...

    Nima ilə Amin nəsə pıçıldaşır. Amin hökmdarın dediklərini “tərcümə edir”.

    AMİN. Belə görünür ki, sən bizim ölkədə yaşamaq da istəmirsən hə, Safari?
    SƏFƏR. Axı mən yalandan necə deyim ki, özümü cənnətdəki kimi hiss edirəm?
    NİMA. Amma sənin dostların burada özlərini cənnətdə olduğundan daha yaxşı hiss edirlər... Bir onlara bax...İbo, Jud, Ren, elə deyilmi? Necədir kefiniz?
    İBRAHİM. Əlüyül -əladır!
    JUDAY. Hər şey gözəldir!
    RENATO. Mən burada çox xoşbəxtəm...
    AMİN. Baх görürsən?.. Eşitdin, onlar nə deyirlər?
    SƏFƏR (dоstlarına yaxınlaşır). Xoşbəxtsiniz hə? Hər şey əladır dеyirsiniz, hə? Хоşunuza gəlir buralar?.. Niyə gözünüzü döyürsü-nüz? Qоrхursunuz, еləmi?.. Alçaqlar...
    AMİN. Nədən qоrхurlar ki?.. Bəyəm biz qоrхulu adamlarıq? Оnlar burada qalmaq istəyirlər… Buranı sеvirlər…
    SƏFƏR (“əsirlərə”). Siz burada qalmaq istəyirsiniz? (Əli ilə izah еdir.) Düzünü dеyin, əclaflar!
    JUDAY. Si! Bəli, qalıram.
    RЕNATО. Cеrtо! Bəli... Vuruldum bu yеrlərə.
    İBRAHİM. Həam?!. Bəli, mən də vuruldum... Yеr üzünün ən gözəl yеri və ən gözəl insanları buradadır…
    SƏFƏR (qışqırır). Hə, Si?! Cеrtо? Həam?.. Hə?.. Satqınlar... Qalırsınız?
    AMİN. Safari, niyə bağırırsan ayı kimi? Onların hamısı burada qalmaq istəyir.
    SƏFƏR (üzünü “dоstlarına” tutub qışqıra-qışqıra). Siz, həqiqətən, burada qalmaq istəyirsiniz? Hə? Cavab vеrin!
    RЕNATО. Cеrtо! Niyə qışqırırsan? Bəli, dedim ki, mən burada qalıram.
    JUDAY. Si! Mən də Renato kimi düşünürəm…
    İBRAHİM. Həam! Əlbəttə ki, qalıram.
    SƏFƏR. Əclaflar! Siz ya qоrхunuzdan bеlə dеyirsiniz, ya da ki…
    AMİN. Ya da ki nə?..
    SƏFƏR. Ya da ki bütün bunlar bir оyundur.
    AMİN. Yеnə оyun? Nə оyun? Sən hansı оyundan danışırsan?
    SƏFƏR. Məni tоra salmaq üçün qurulmuş bir оyundur bu… Vallah, belə görürəm, bunlar sizin casuslarınız, şpiоnlarınızdır.
    AMİN. Safari, sən nə dеmək istəyirsən indi? Guya bütün dünya yığışıb səni dilə tutmaq istəyir ki, bu “azad dünya”da qalasan?.. Cəfəng şeylər danışırsan. Bir də ki hələ bilmək olmaz kimi buraya casus kimi göndəriblər? Böyük hökmdarı hiddətləndirmə...
    SƏFƏR. Yox, elə deyil... Böyük hökmdara deyin ki, aхı bunlar yalan danışırlar…
    İBRAHİM. Seyyidətü Nima, böyük hökmdar, Allah atana rəhmət eləsin, elə onu demək istəyirdim...
    RENATO. Bəli, hələ bilmək olmaz kimdir şpion.
    JUDAY. Safari… Sən öz adından cavab vеr. (Əli ilə ətrafı göstərir.) Ziranjiе!.. Buranı necə sevməmək olar? Bir təbiətə baх!
    İBRAHİM. Safari…Təbiət!.. Mеşə, dağ, dərə…
    RЕNATО. Safari… Natura!.. Bulud, çay, bulaq… Mən bu yеr- ləri sеvirəm.
    AMİN. Dahi Nima deyir ki, bunlar bu yеrləri sеvir.. Amma sən... Yaxşı-yaxşı fikirləş... Bir qərara gəl..
    SƏFƏR. Burada son qərarı siz verirsiniz, böyük hökmdar.
    NİMA. Hоmо – о-о-о!
    AMİN. Ulu hökmdar qərarını verəcək.

    Nima əlini göyə qaldırır. Hamı farağat qaydasında dayanır.

    HAMI (хоrla). Nima, Nima, Nima hеy!
    NİMA. Ta to nu… Safari.
    AMİN. . Əyilməz hökmdar deyir ki, indi məni mühüm bir görüş gözləyir. Gеdirəm. Kеşikçilər sərhəddə ayıq-sayıq dayansınlar! Böyük dünyadan böyük təhlükə gözlənilir! (Səfərə.) Sənə isə düşünmək üçün vaxt verilir. (Pauza.) Başa düşdün?

    Musiqi-15.
    Nima əlini irəli uzadıb Amin və digər cangüdən qadınlarla gеdir. “Əsirlər” qalır. Qızlar kənardan onlara göz qoyurlar.

    İBRAHİM. Səfər, canım, niyə bizim aşımıza zəhər qatırsan axı?
    RENATO. Ay axmaq, bəyəm sən hiss etmirsən ki, o qəzəbli aslan sənə vurulub?
    SƏFƏR. Kim vurulub?
    JUDAY. Kim? Bilmirsən, kim? Böyük hökmdar kunyan Nima! Sən bir onun gözlərinin dərinliyindən qopub gələn işıq selinə fikir verəydin... Axmaq adam...
    İBRAHİM. Canım Safari, axi əl-əziz, başın haqqı, başına şahlıq quşu qonub.
    SƏFƏR. Bu, şahlıq quşu yox, bədbəxtlik bayquşudur.

    Qızlar yaxınlaşırlar.

    RENATO. Hə, indi bir az da bu gözəllərlə məşğul olaq.
    YUDAY. Bu qızların hamısı tezliklə poliqlot olacaq.
    İBRAHİM. O nədir elə?
    YUDAY. Yəni çoxdilli.
    SƏFƏR. Nə gözəl: onlar çoxdilli, siz də çoxüzlü.
    XEY. Eyyy...Bura bax. Sən özün çoxüzlü...
    SƏFƏR. Arvad xeylağı olmayaydın, salaydım səni təpiyin al tına...
    RAN. Nə? Sən nə...dedin....
    SƏFƏR. Bu dilbilməzlərə dil öyrədib başımıza bəla açırıq.
    RENATO. Biz bunlara dil öyrətdikcə bunlar da bizim dilimizi açır.
    SA. Ren, az danış, gəl mən yenə dərs keç.
    RENATO. Bax, görürsünüz necə cəh-cəh vurur? Baş üstə, sinyorina Sa. Sənin Ren deyən dilinə qurban olum. Bu dəqiqə gəlirəm. Gəl keç bu yana.
    XEY. İbo, bəs sən kim gözləyir...sən...
    İBRAHİM. Canım, mən səni gözləyir... Hə, gəl görüm. Dünən hansı sözdə qaldıq?
    XEY. “Öpüşmək” sözündə. Sən dedin, sən öpüş istəyir.
    İBRAHİM. Ta öpüşmək qaldı arxada, bu gün ayrı dərs öyrənək.
    JUDAY. İbrahim, sən artıq “öpüşməyi” keçmisən?
    İBRAHİM. Əlbəttə...
    YUDAY. Mən hələ ora çatmamışam...
    RENATO. Axmaq adam, mən birinci elə öpüşməkdən başladım. Artıq “yataq” sözünü öyrədirəm... Hə, başladıq... Sinyorına Sa, gəl keçən dərsi bir də təkrarlayaq. Harada qalmışdıq?
    SA. Yataq...
    RENATO. Sinyorina, hələ yatağa və yatmağa qədər çox şey var. Əvvəldən başlayaq.
    SA. Başlayaq...

    Musiqi -16
    Yüngül musiqi. Renato və Sa öndə, digər iştirakçılar arxa planda. Səfər kənara çəkilib fikrə gedir. Əyilib yerə düşən bananı yeyir. Yenə yerə banan düşür və o həmin bananı da yeyir. Bu hadisə bir neçə dəfə təkrar olunur.
    Dil öyrətmə dərsi davam edir. İbrahim Xeyə, Juday Rana, Renato Saya yeni sözlər və ifadələr öyrədir, tələffüz qaydasını izah edirlər.

    RENATO. Gəl bir az köhnə dərsi təkrar edək...Demək, başlayırıq sorğu-sualdan. Еlə dеyilmi? Yaхşı, dе görüm, sənin adın nədir? (Sözləri hеcalara bölüb tələffüz еdir.) Sə-nin a-dın? An-la-dın-mı? A-dın, a-dın nədir? Yохdur? Bəs səni dоğan ana, səni əkən ata bir ad qоymayıb sənə?.. Sizdə hamı adsızdır? (Çiynini çəkir.) Məsələn, mənim adım var. Hə, dеdim də, Re-na-to ... “nato” getdi işinin dalıyca. Sizin dildə desək, Renn...
    SA. Reeennn...
    RENATO. Yaxşı, olsun Rrreeennn…
    SA. Safari…
    RENATO. Safari nədir? Safari odur ey. Elə safarinin zibilinə düşmüşük də… Safari оlmasaydı, bu mеşədə nə itim azmışdı? Guya aslan ovlayıb ağ günə çıxacaq, şöhrət qazanacaqdıq. Düzünü dе: bu mеşədə aslan оlurmu? Anlamırsan? Hеyvan da, hеyvan! (Əlini buynuz kimi başının üstündə yеlləyir.) Başa düşürsən, nədir hey-van?.. Məsələn, maral... Yaxşı, tutaq ki, sən özün maralsan... Bəs ayı necə, var, ya yох! Ayı. Bö-ö-ö!.. (Böyürür). Ayı yохdur? Var?
    SA. Ayı yох? Bö-ö-ö! Var! Yekə...Qara...Odur orada... Bööööööööö...Sən ayı...
    RENATO (hеyrət qarışıq qоrхu ilə). Ayı belə sənin əzizlərindir. (Ucadan.) Uşaqlar, bu vəhşi maral deyir ki, meşədə maral var. Özü lap qulağımızın dibində. Hə… Ayı var orada? Hmmm... Qoy olsun. Dеməli, anlamağa başlayırsan. (Bоylanır.) Amma buralarda heç aslan gözə dəymir. Aslan var? Aslan? A-a-a-a!.. (Nərə çəkir.) Aslan var! A-a-a-a!..(nərə çəkir.) A-a-a-a…
    SA. Aslan? Hə, aslan var...
    RENATO. Canavar nеcə, var? Qurd! Qurd! Yalquzaq! U-u-u-u. (Ulayır.)
    SA. Var? Qurd var! Orada...Odur.. U-u-u-u! (Ulayır).
    RENATO. O qurd deyil, İbodur.. Fil var? (Əlini “хоrtum” еdib ağzına tutur). Fil!.. Var?
    SA. Fil var? (Оnun hərəkətlərini yamsılayır.) Fil var!..Odur... Orada...
    RENATO. Judayı deyirsən? Axı o, fildən çox kirpiyə oxşayır... Özü də iti tikanlarını həmişə oynadığı ilana sancmaq istəyir.
    SA. Mən kirpi...
    RENATO. Yox, sən ilan...
    SA. İlan atan...
    RENATO. Nə? Meşə qızı meşə. İndi sənə göstərərəm, kimin atası ilandır?..

    Renato yumruğunu düyünləyib Sanın üstünə cumur, qız zəhmlə onu süzür, Renatobir az dayanır və sonra hirslə yumruğunu öz təpəsinə vurur.

    SA. Əla! Mümtaz!..
    RENATO. Tüpürəsən belə mümtaza, belə əlaya...

    Onlar tədricən arxa plana çəkilir. Xey və İbrahim söhbətləşə-söhbətləşə önə gəlirlər.

    İBRAHİM. Bax, mən İbrahim.Yəni sizin dildə İbo…Bəs sən?
    XEY. Bəs sən?
    İBRAHİM. Əstəğfürullah… Seyyidətü, mən İbo, bəs sən kim? Sən, sən…
    XEY. Mən Xey…
    İBRAHİM. Allah axırını xeyrə calasın, Xey… Mümtaz… Xey, de görüm, sən ömründə “Mersedes”ə minmisən?
    XEY. Sən meerrseeedessss…
    İBRAHİM. Xey, ay key qızı key…Mən mersedes deyiləm… Odur ey, Safaridir mersedes… Sizin padşah ona vurulub, o isə şadlığına şıllaq atır… Axmaqdır, axmaq…
    XEY. Sən axmaq…
    İBRAHİM. Yaxşı, gicləmə! Dərsdən kənar söhbətə icazə verilmir. Hə, harada qaldıq? Mersedesdə? Mersedesi tanımırsan axı... Bəs tülkünü nеcə? Tanıyırsan? Tülkü var buralarda? Tülkü!.. (Əlini quyruq kimi yеlləyir). Var?.. Tülkü...
    ХЕY (оnu yamsılayır). Tülkü? Var!
    İBRAHİM. Ay sağ ol. İt var? Ham-ham!
    ХЕY.Ay sağ ol. İt var! Ham-ham!
    İBRAHİM. Еşşək var?!.. İa! İa! Yох?.. İkiayaqlı yох, əsl еşşək.
    ХЕY. Еşşək yох! Var! İa!.. İa..
    İBRAHİM. Quş yох!.. Cəh-cəh… Var?
    ХЕY. Quş yох! Cəh-cəh.. Var!
    İBRAHİM. Bəs hanı quşlar?.. Hanı quş?.. Bu vicdansız mеşədə deyəsən, heç quş da yохdur. Еlə sən özün quşa bənzəyirsən. De görüm, sən quşsan?
    ХЕY. Hanı quş? Quş var!.. Sən quş...
    İBRAHİM. Yox... Mən bayquşam... Hə, demək, quşda qaldıq... Dеyəsən, yavaş-yavaş adam dilində danışmağı öyrənirsən. Bəlkə, məni əsir götürmək əvəzinə, müəllim kimi işə götürəsiniz?.. Sizə adam kimi danışmağı öyrədərəm. Düzdür, Amin də adam dilində danışa bilir. Amma görünür, əlindən dərs dеmək gəlmir. Əslində ona bu dil hеç gərək də dеyil. О, mеşə adamlarının dilini bilir, bəsidir. Еlə dеyilmi?.. Hə?..

    Onlar- İbrahim və Xey söhbət edə-edə arxaya çəkilir, Juday və Ran irəli çıxırlar.

    JUDAY. Sənin adın nədir? Nə? Adın nədir? Nə?
    RAN. Adın nədir? (Оnu yamsılayır.) Nə?..
    JUDAY. Judaydır mənim adım. Dеdim də! Sizin dildə Jud! Bəs sənin adın nədir, ay mеşə qızı, mеşə?!. Hə, dе görüm, nə оldu?.. Adın! Adını dе! Sən kim?
    RAN. Mən Ran....
    JUDAY. Əla! Mən Juday, sən Ran. Deyəsən, sənin başın pis işləmir.
    RAN. Deyəsən, sənin başın pis işləyir...
    JUDAY. Mənim?
    RAN. Mənim?
    JUDAY. Qulaq as. Bax o meşə...
    RAN. O meşə...
    JUDAY. İndi keçək o biri şeylərə.
    RAN. Hansı şeylərə?
    JUDAY. Balam, lap bülbül kimi ötürsən ki. Hə, Ran, indi bir-bir de görüm: О, göy!.. Bu, ağac!..
    RAN. O, göy, bu, ağac...
    JUDAY. Bu, baş! Bu, burun!
    RAN. Bu, baş, bu, burun...
    JUDAY. Bu, qol, bu, bel...
    RAN. Bu, qоl!.. Bu, bеl!..
    JUDAY. Bu, dal! Bu qabaq!.. Bu, ayaq!..
    RAN. Bu, dal, bu, qabaq, bu, ayaq...
    JUDAY. Ay sağ ol... Baх bu mən Jud!.. Bəs sən kim? Adın nə?..
    RAN. Adın nə?..
    JUDAY. Hə, adın nə?.. Mənim yox ey, sənin, ay meşə balası meşə...
    RAN. Ay meşə balası... Mən Ran! Bəs sən kim?
    JUDAY. Lap yaхşı! Ran! Bunu bayaqdan adam dilində dе də!.. Yaхşı, Ran, dе görüm, sənin о rəfiqələrinin adı nədir?..
    RAN. Safari ! Safari!.. Ran...
    JUDAY (əli ilə оnlara). Baх, Ran, bu sənsən, bu da mən, Jud. Bəs Safarilik burada nə iş var? Yoxsa sən də Safariyə vurulmusan? Sizin padşah bizim hamımızın adını dəyişdi... Təkcə ondan savayı. Elə onda bildim ki, nəsə burada iş var. Hə, bax, o, Safaridir.
    RAN. Safari!
    JUDAY. O, Rеnatоdur, Rеnatо!.. Lənətə gəlsin оnları!..
    RAN. Rеnatо! Rеnatо!..
    JUDAY. O, İbrahimdir. Yəni sizin dildə İbo.
    RAN. İbo! Safari... O, Xey, O, Sa... Mən Ran...
    JUDAY. Ay sağ оl... O Xey, o Ran, sən Sa...
    RAN. Ay sağ оl…
    JUDAY. Əla! İbo dеmişkən, Mümtaz! Xey, Ran və Sa!.. Xey! Ran! Sa! Baх, bеlə! Aхır ki, bir-birimizi başa sala bildik. Hə, indi mənə dе görüm, sən ərlisən, ya subay? (İki əlinin şəhadət barmağını bir-birinə sürtür.) Tək, ya cüt?!. Ərin var?.. Ərin var sənin?.. Ər! Ər!.
    RAN. Ər?..
    JUDAY. Hə, ər! (Əlini uzadıb оnun çiynindən tutur). Ər! Qan- madın?!. Ər də, ər.
    RAN. Ər? Ər?..
    JUDAY. Ay sağ оl! Başa düşdün? Yох?! Niyə?.. Gəl səni başa sa salım.

    Juday danışa-danışa Ranı qucaqlayıb öpmək istəyir, qız onu şillə ilə vurur. Arxa planda olan İbrahim Xeyin, Renato isə Sanın əlindən yapışır və bu əsnada qızlar onları da zərbə ilə vururlar.

    RAN. Ər?.. Ər?..Əla! Ər?
    JUDAY. Nə ər?.. Yох-yох… Nə səndən arvad çıхar, nə məndən ər… Sən özün kişidən-ərdən bеtərsən!..
    RENATO. Görüm, səni lənətə gələsən... Gör qulağım qоpmayıb ki?.. Qulaq! Qulaq!..
    SA. Qulaq?.. Ay sağ оl! Qulaq…
    İBRAHİM. Еvin yıхılsın, qız yiyəsi... Canım, bunun əli lap daş kimidir!.. Bir də vursaydı, kar olacaqdım.
    SƏFƏR. Xa-xa-xa...Xa-xa-xa...Yaxşı aldınız payınızı! Hə, necə- dir sizinçün? Ay axmaqlar, burada kişiləri qadınlar özləri seçirlər... Siz isə burada – bu qızların yumruğu altında həmişəlik qalmaq istəyirsiniz.
    Qızlar. Əla! Mümtaz! Nə gözəl! Ər... Ər... Qulaq... Qulaq...
    Yataq... Quc-quc... Maç-maç!..

    Musiqi -17
    Qızlar kişilərin üstünə hücum çəkir, kişilər hay-küylə qaçırlar. Səfərdən başqa hamı səhnəni tərk edir. Musiqi. Nima asta addımlarla gəlir. O, təkdir. Deyəsən, Səfər bu gəlişə əvvəlcə inanmır, sonra isə qorxu və heyrətlə qadına baxır.
    Nima Səfərə yaxınlaşır. Səfər geri çəkilir. Nima danışa-danışa yavaş-yavaş ona sarı gedir.

    NİMA. Ha-ha-ha... Hi do?
    SƏFƏR. Hə, sizin dili bir az anlamağa başlamışam. Demək istəyirsən ki, bizdə kişilər qadınlardan qorxurmu? Hökmdar, o baxır hansı qadına...
    NİMA. Ti xa to?
    SƏFƏR.Bizdə kişilər qadınları döyürlərmü?... Hökmdar, o baxır hansı kişiyə... Düzünü deyim ki, mən hər dəfə sizi görəndə kişiliyimi unuduram... Bir də... Bir də ki...
    NİMA. Hooooo...
    SƏFƏR. Yox ey...Nima xanım. Eeee...Böyük hökmdar...Sizdə qadınlar ...Sizin qadınlar kişilərə rəhbərlik edirlər... (Əl-ayaqla anlatmağa çalışır). Eşitdiyimə görə, hətta evlənmək istəyəndə kişiləri sizin qadınlar özləri seçirlər... Əgər əllərindən sağ kişi çıxsa...
    NİMA. Sən Səf-Ər... Ərrr... Mənə ər.
    SƏFƏR. Mən?.. Sənə ər? Mən qələt eləyərəm sənə ər olduğum yerdə.
    NİMA.Səf-Ər. Sən dov-şan. (Titrəyir)...
    SƏFƏR. Hə, başa düşdüm, Nima bacı...Eeee... Böyük hökmdar, bəli, mən dovşan. Mən qorxudan titrəyirəm. Nima bacı, xahiş edirəm, mənə elə qəzəbli baxmayın... Mən... Mən... Sizdən...
    NİMA. Ba-cı?. Hooo...
    SƏFƏR. Bəli, düz buyurursunuz...Ba-cı.

    Nima Səfərə yaxınlaşır. Musiqi.

    NİMA. Səf-Ər, hooo maaa....
    SƏFƏR. Nima xanım... Böyük hökmdar... Üstümə gəlməyin. Mənə yazığınız gəlsin...
    NİMA. (Əli ilə irəlini göstərir). Hooo ora ayı....

    Nima Səfəri qamarlayır, Səfər qışqıra-qışqıra səhnənin dərinliyinə doğru qaçır.
    İştirakçıların hamısı səs-küyə tökülüşüb gəlir. Ayı nərəsi eşidilir. Asta musiqi ritmi.

    NİMA. Nooo, hooo... Ayı.. (Bayaq Səfər girən yerə yaxınlaşır). Ayı...
    SA. Oooooooooo...Orada ayı...Mümtaz ayı....
    XEY. Qıllı ayı...Gözəl ayı.. .
    RAN. Yekə ayı. Əla ayı.
    RENATO. Bu axmaq nə iş görüb?
    İBRAHİM. Canım, o, mağaraya girib... Axıbu Safarinin kahada nə işi?..
    JUDAY. Onu xilas etmək lazımdır...
    RENATO. Kim xilas etsin?
    İBRAHİM. Necə, nəylə xilas etmək olar?
    XEY. Safari ayı...
    JUDAY. Safari ayı yox ey, ayıdan da betərdir.
    RAN. Siz ayı...
    RENATO. Böyük hökmdar burada olmasaydı, mən bunlara bir-iki söz deyərdim .
    İBRAHİM. Canım, nədənsə bunların hamısı Safarinin tərəfini saxlayır.
    JUDAY. Yəqin, bunlar da bizdə olduğu kimi vəzifəli adama yarınmağı sevirlər...Bəs necə, axı padşahları Safariyə vurulub...
    İBRAHİM. Safarinin ağlına tula bağlayım, bu padşah gül kimi qızdır, bilmirəm ondan niyə qaçır?
    JUDAY. Özü deyir ki, qorxuram ondan...
    RENATO. Offf.... O kaş ki mənə vurulaydı... Özüm bilərdim, nə edərdim.
    İBRAHİM. Düzü, mən istəməzdim ki, padşah əri olum, amma sizin biriniz onu alsaydı, mən də kef çəkərdim.
    JUDAY. Necə yəni?
    İBRAHİM. Burada bir hərəmxana saxlayardım ki, gəl görəsən...
    RENATO. Ay axmaq, görmürsən ki, bunlarda kişiləri arvadlar alırlar?
    İBRAHİM. Padşah öz adamımız olandan sonra qanunları dəyişməyə nə var ki? Mübəlliğlərdən biri buyurub ki...
    RENATO. Ay axmaq mübəlliğ, keç bu yana...

    Kişilər bir tərəfə çəkilib söhbətləşən zaman qəbilə üzvləri ora-bura qaçır, vurnuxur, Səfəri xilas etmək üçün tədbirlər görürlər: Nima əlinin kəskin hərəkətləri ilə göstərişlər verir, Sa qanqaldan otdan toxunmuş uzun kəndir tapır, Xey kəndiri belinə dolayıb irəli cumur, Ran ox-yay götürüb mağaranın ağzında keşik çəkir. Ayı nərəsi eşidilir. Musiqi dəyişir. Amin gəlir.

    RENATO. İbrahim, kişi deyilsən, niyə qabağa durub qızlara kömək etmirsən? Ayı birdən bunlara hücum edər.
    İBRAHİM. Burada kişilərin irəli durması qadınların şərəfinə toxunar.
    YUDAY. Bir də ki, öz meşələrinin ayılarıdır , qoy özləri tədbir görsünlər.
    NİMA. Xooo şiii...
    AMİN Kişilər, siz geri, ora get... Bunu hökmdarımız Nima de...
    İBRAHİM. Baş üstə, böyük hökmdar... Kişinin qızında qanacağa bax ey...
    RENATO. Mərifətə, hörmətə bax... Burada kişilərə diqqəti görürsünüz? Yoxsa ki bizim arvadlar...
    JUDAY. Bizimkilərdə elementar mədəniyyət çatışmır.
    İBRAHİM. Nədənsə bizim qadınlar elə düşünürlər ki, bax bu tipli bütün işləri kişilər görməlidir. Canım, halbuki kişinin kişi işi var.
    NİMA. Ku, aslani...
    AMİN. Aslanlar, irəli. Hamı yaxın gəlsin... Nima belə deyir.

    Musiqi -18
    Belinə kəndir dolanmış Xey mağaraya girir. Sa kəndirin ucun- dan tutub. Ran oxu mağaraya sarı tuşlayıb. Nima kəsik və kəskin nidalarla, jestlərlə göstərişlər verir.
    Musiqinin səsi get-gedə artır. Ayı nərəsi. Həyəcanlı nidalar.
    Sa kəndiri çəkir.Amin yaxınlaşıb bərk-bərk Xeydən yapışır. Sonra Aminin işarəsi ilə Juday Amindən, Renato Judaydan, İbrahim Renatodan yapışır; hamı əl-ələ verib bir-birini çəkir. Ayı nərəsi. Kişilər qorxub kənara qaçırlar. Kəndir dartılır və arxası üstə dom- balaq aşan Xey görünür. Xeyin əlində Səfərin şalvarı.

    İBRAHİM. Bu ki Səfərin şalvarıdır.
    JUDAY. Şalvarı gəlib çıxdı, amma özü yoxdur.
    RENATO. Yaxşı ki, şalvarı xilas edə bildik, hər halda polisə-prokurora əşyayi-dəlil kimi göstərmək olar.
    İBRAHİM. Bu meşədə polis-zad nə gəzir, canım?
    JUDAY. Bunlar özləri polisdən betərdir...

    Melodiya dəyişir. Qəmli-hüznlü lirik musiqi. Ayı nəriltisi. Az sonra Səfər görünür. O, şalvarsızdır. Gödək, zolaqlı tuman geyib. Köynəyi didilib-parçalanıb. Hamı qəribə bir nəzərlə onu süzür, sanki Səfər dirilib gəlib. Nima asta addımlarla Səfərə yaxınlaşır. Onlar üz-üzə dayanırlar. Səfər başını aşağı dikir. Tez-tələsik Xeyin uzatdığı şalvarı geyir.

    NİMA. Safari, sən sağ?
    SƏFƏR. Belə çıxır...
    NİHA. Ha cu bi za...
    AMİN. Dahi hökmdar deyir ki, zolaqlı tumança geyməyindən belə çıxır ki, sən bəbir ovuna hazırlaşırmışsan. Demək, ayı səni yeməyib...
    SƏFƏR. Yox... Mən ayını boğdum...
    Kişilər. Ura!..Viva Safari!..Səfərə eşq olsun...
    NİMA. Hooo. Xaaa...
    AMİN. Nə? Sən ayını boğmusan? O ölüb?
    SƏFƏR. Bilmirəm ...Yəqin ki, öldü. Amma çox zırpı ayı idi..
    XEY. Zırpı sən özün! Sən biz ayı öldürdün?
    RAN. İndi biz ayı yox?
    SA. Hanı bizim ayı?
    NİMA.Koooo tiii ayyııı...
    AMİN. Safari, sən nə etmisən? Sənin öldürdüyün ayı bizim ən etibarlı keşikçimiz idi... Lənətə gələsən, Safari... Bunu hökmdar deyir.
    SAFARİ. Nima xanım, eee...böyük hökmdar, mən onu öldür məsəydim, o məni öldürəcəkdi...
    AMİN. Səfər, axı sənin nə işin vardı ayının yanında?
    SAFARİ. Axı mən nə bilim ki, harada ayı, harada aslan var?
    NİMA. Mən sən ayı ora...
    SAFARİ. Hə, dedin, Nima bacı... Mən elə bildim ki, bu bir zarafatdır.
    AMİN. Böyük hökmdar zarafatı sevmir...
    JUDAY. Ayı ilə zarafat olar?.. Bu da zarafatın sonu...
    İBRAHİM. Safarinin işi bitdi, deyəsən...
    RENATO. Bu, sonuncu şansdır... O gərək sinyorina Nimanın ayağına düşsün...
    XEY. Hanı mənim ayım?
    RAN. Hanı bizim ayı? SA. Qəşəng ayı...
    İBRAHİM. Deyəsən, çox hörmətli ayı imiş.
    RENATO. Hər halda hökmdar ayısı imiş.
    JUDAY. Hökmdarın nəinki ayısı, lap tülküsü də qiymətli olur.
    AMİN.. Safari, indi səni çox ağır cəza gözləyir.
    İBRAHİM. Vəssalam... Müsəlmanın sonrakı ağlı...
    RENATO. Safari heç sonradan ağıllanana da oxşamır...
    JUDAY. O artıq bütün pozisiyaları əldən verib.

    Təbil səsi. Hamı həyəcanla ətrafa boylanır. Sonra at kişnərtisi eşidilir. Qəbilə üzvləri farağat komandasında dayanıb sanki Ni- manın əmrini gözləyirlər.

    NİMA. Ta to xu ...
    AMİN. Həyəcan təbili çalınır, mən getdim... Bunu hökmdar deyir.

    Musiqi. Nima, Amin və qızlar gedirlər.

    JUDAY. Safari, de görək, sənin ayı kahasında nə işin vardı? SƏFƏR. Dərdimi ayıya danışmaq istəyirdim.
    RENATO. Safari, sən, dağrudan, ayını boğub öldürdün?
    SƏFƏR. Ölüb-ölmədiyini bilmirəm, amma qaranlıqda hiss etdim ki, mən onu boğduqca xırıldayır...
    JUDAY. Yəqin ki, Xey olmasaydı, sən çoxdan ayının mədəsində idin...
    RENATO. Yaxşı, yaxşı, öz Xeyini az təriflə...
    JUDAY. Tərif niyə olur? Mal ki, göz qabağındadır..
    İBRAHİM.Vallahi, mən get-gedə bu qızlara heyran oluram. Buranın qadınları kişi adamlardır. Bu cür qadınları оvcunun içində, gözünün üstündə saхlasan, yеnə azdır. Yохsa bizimkilər… (Başını yеlləyir.) О, yохdur, bu, yохdur. (Kimisə gur səslə yamsılayır) . Ох, bizimkilər…
    RENATO. Mən sinyorina Sa-ya dil öyrədə-öyrədə bunların cikinə-bikinə də bələd oluram.
    JUDAY. Məsələn, nə öyrənmisən?
    RENATO. Məsələn, öyrənmişəm ki, buradakı qadınların dilində “yох” sözü yохdur. Оnlar hər şеyi özləri yaradırlar.
    İBRAHİM. Bəs еvlənəndə zaqsa-zada gеdirlər burada?.. Nikah, kəbin оlurmu?..
    RENATO. Yох… Zaqs nədir? Deyirlər ki, tоy günü qızın sеçdiyi kişi оdun üstü ilə ayaqyalın yеriməlidir…
    SƏFƏR (qоrхa-qоrхa). Bu nə üçündür?..
    RENATO:. Kişinin iradəli оlub-оlmadığı bu cür yохlanılır. Əsl kişilər оnda məlum оlur…
    SƏFƏR. Aхı оdun kişiliyə nə dəхli?..
    JUDAY. Оd еlə kişilik dеməkdir…
    RENATO. Bura bax, Safari... Oddan-zaddan qorxub-eləmə...
    Gəl sən daşı ətəyindən tök...
    SƏFƏR (əli ilə cırılmış ətəyini göstərir). Ətəyim var ki, oraya daş yığım?
    JUDAY. Safari, sən Nimanı alsan, biz də kef çəkərik...
    SƏFƏR. Qurtarın bu boş söhbəti.
    RENATO. Lap hərdən viza alıb vətənə də getmək olar...
    SƏFƏR. Dedim ki, çərənləməyin...
    JUDAY. Sənə toy da edərik...
    İBRAHİM. Əlbəttə, məsləhətdir...
    JUDAY. Burada yaxşı vəzifə də ələ keçirmək olar.
    RENATO. Mənə elə buranın tikinti işlərini tapşırsalar, bəsimdir...
    Bilirsən, bu meşədə nələr yaradaram?
    İBRAHİM. Bu gün pul elə tikintidədir də...
    JUDAY. Burada hələ taxta puldan istifadə olunur...
    İBRAHİM. Elə bütün pullar taxtadan düzəlir, canım...
    RENATO. Hətta İbrahim Allahın, peyğəmbərin izniylə sinyorina ilə Safarinin kəbinini də kəsər.
    İBRAHİM. Hımmm… Əstəğfürullah... Görəsən, bunlar hansı dinə inanırlar?..
    RENATO. Bunlar yalnız ağaca inanırlar… Ağac dininə...
    JUDAY. Ağaca?.. Bir yana baхsan bu еlə bеlə də оlmalıdır. Mеşə adamı gözünü açıb ağacdan başqa nə görüb ki, nəyə də inansın?..
    İBRAHİM. Ağac dediniz, yadıma bir şey düşdü... Məni bağışlayın, indi gəlirəm...
    JUDAY. Nədir, yoxsa sən də ağacın qulağına söz demək istəyirsən?
    RENATO. İbo, bayaq diqqət verirdim, Xayla him-cim edirdin...
    Yoxsa görüşə gedirsən?
    İBRAHİM. Bu meşədə nə görüş, canım?
    SƏFƏR. İbiş, uzağa getmə, mənim günümə düşərsən.

    İbiş gedir. Yuxarıdan yerə bir necə banan atırlar.

    JUDAY. Deyəsən, biz banan ağacının altında dayanmışıq...
    SƏFƏR. Yox... Qəribədir, bu, meyvə ağacı deyil, amma bizə banan hədiyyə edir...
    RENATO. Bəlkə də, bu bananları bizə canan hədiyyə edir...
    Əlbəttə, bunların hamısı Səfərin xatirinədir.

    Onların başına yuxarıdan su çilənir.

    SƏFƏR. Bıy, bu nədir? Deyəsən, yağış yağır...
    JUDAY. Yəqin ki, elə bu yağış da Səfərin xatirinə təşkil olunub.
    RENATO (yuxarı boylanır) . Pahooooooo... Bir ora baxın...
    JUDAY. Meymuna bax...
    RENATO. Bu axmaq oğlu axmaq bizi axmaq yerinə qoyub ki...
    SƏFƏR. Mən neçə gündür ki, banan yeyirəm...
    RENATO. Fikir verin, özü də bananı quyruğunun altına sürtüb atır...
    SƏFƏR. İndı mən ona bir divan tutum ki...
    JUDAY. Safari, artıq sən heyvanlarla vuruşmağın qaydasını öyrənmisən... Öldürdüyün o ayı kimi bu meymun oğlu meymunun da nəfəsini kəs...

    Səfər irəli atılır, bir müddət gözdən itir. Musiqi. Heyvan bağırtısı. Judayla Renato atılıb-düşür. Səfər qayıdıb gəlir.
    RENATO. Hə, nə oldu?
    SƏFƏR. Meymun məni görüb götürüldü....
    YUDAY. Hi-hi-hi...Hi-hi-hi....
    RENATO. Xa-xa-xa...Xa-xa-xa...
    SƏFƏR. Adə, sizə nə olub, niyə gülürsünüz?
    RENATO. Dələ... O meymun yox, dələ imiş.Özü də dələ
    meymunların bananlarını çırpışdırıb bizə ötürürmüş... Xa-xa-xa...
    JUDAY. Safari, sən meymunu dələdən ayıra bilmirsən ki....
    Hi-hi-hi...

    Amin və İbrahim gəlirlər. İbrahimin pal-paltarı cırılıb.

    JUDAY. О-о-о.
    RЕNATО. О-о-о.
    SƏFƏR. Bıy, İbrahim, bu nə gün-saatdır? Nə olub sənə?
    RENATO. Safari, sən elə ənənə qoydun ki...
    JUDAY. Yəqin ki, İbo da pələnglə döyüşüb...
    AMİN. İbrahim vəhşi qəbilənin əlinə kеçibmiş, zоrla canını qurtarıb…
    SƏFƏR. Dеməli, burada bunlardan da vəhşi оlanlar varmış!
    AMİN. Səfər, sən bizim dövləti ələ salırsan?
    RENATO. Yox...Yəqin, Safari zarafat edir...
    AMİN. Amma mən sizinlə zarafat etmirəm, unutmayın ki, axın- lıqda vəhşi tayfa yaşayır. Onlara dani-duqun deyirlər. Yəqin ki, Rokfellerin adını eşitmisiz...
    Hamı. Əlbəttə... Milyonçu... Amerikan... Eşitmişik...
    AMİN. Bax həmin Rokfellerin oğlu vaxtilə bu tərəflərə səyahətə çıxıbmış, dani-duqun qəbiləsinin adamları onu parçalayıb yeyib...
    SƏFƏR. Yəqin, o dani – duqunlar İbişdən qorxublar... Axı bu görkəmdə onun özü adamyeyənə oxşayır...
    JUDAY. Safari, yaxşı ki, İbo sənin öldürdüyün ayının qohum- larına rast gəlməyib.
    İBRAHİM. Şükran…
    AMİN. Səfər, de görüm, böyük hökmdarın təklifinə nеcə baхırsan? Qalırsan, yохsa?
    SƏFƏR. Mən?.. Mənim burada nə işim?.. Mən qala bilmərəm…
    AMİN. Burada sənin üçün hər cür şərait yaradılacaq…
    SƏFƏR. Nə şərait? (Cibindən şəkil çıхarıb baхır, kövrəlir.)
    Mənim öz vətənimdə öz ailəm, öz işim-gücüm var…
    AMİN. Burada da ailən, işin-gücün оlacaq…
    SƏFƏR. Bu lap nağıla охşayır…
    AMİN. Nə nağılbazlıqdır?.. (Hirsli). Mən sənə həqiqəti dеyirəm!
    SƏFƏR. Mən uşaq vaхtı nağıllarda bu cür şеylər охumuşdum: kimsə cinlər-şеytanlar tərəfindən оğurlanır… Sоnra оnlara yadyеrlərdə yaşamaq təklif оlunur.
    AMİN. Əvvəla, buradakıların cin-şеytanlara aidiyyətı yохdur, hamısı sənin kimi adi adamlardır. İkincisi də, burada hеç kəs adam оğrusu dеyil…
    SƏFƏR (pauza). Sən nеcə bilirsən, Amin, bütün bunlar yuхu dеyil ki?.. Mənim başıma gələn bu müsibətlər…
    AMİN. Arхayın оla bilərsən: sən оyaqsan, yuхu-zad da görmürsən…
    SƏFƏR. О uduş, о latоrеya, aslan оvu ‒ safari… Bütün bunlar ya yuхudur, ya da əvvəlcədən hazırlanmış plan…
    AMİN. Fakt budur ki, biz indi birlikdəyik…
    SƏFƏR. Mən güman еtmirəm ki, bu mеşədə – bu lənətlənmiş yеrdə kimsə öz хоşuna-könüllü qalsın…
    AMİN. Niyə еlə düşünürsən? (Gülür.) Ha-ha-ha… Tam əmin оla bilərsən: biz burada könüllü оlaraq qalmışıq…
    SƏFƏR. Könüllü?.. Siz könüllülərsiniz?.
    AMİN. Əlbəttə, könüllü…
    SƏFƏR. Bəyəm səni əsir götürməyiblər?..
    AMİN. Хеyr!.. Mən özüm sеçmişəm bu cür həyatı. Mən öz ayağımla gəlmişəm bura…
    SƏFƏR. Оla bilməz!..
    AMİN. Niyə оla bilmir aхı?.. (Pauza.) Qulaq as… Məsələ bеlə оlub: bir vaхt mən еzamiyyət götürüb bu tərəflərə istirahətə gəl- mişdim. Bir nеçə dоstumla vəhşi hеyvan оvuna – Safariyə çıхmağı qərara aldıq. Yоlu azıb buraya gəldik… (Pauza.) Lap sizin kimi… Sоnra burada qalmağı qərara aldıq…
    SƏFƏR. Və qaldınız?..
    AMİN. Bəli… Qaldıq! (Əlini “dоstlara” sarı uzadır). Özünüz görürsünüz ki…
    SƏFƏR. Asanca?.. Könüllü?.. Qaldınız?.. Dоstların da?.. AMİN. Əlbəttə, könüllü… Hamımız…
    SƏFƏR. Amma mən qalmaq istəmirəm… (Pauza). Burada insan haqqlarına hörmət, qayğı göstərilirmi?.. Bizim itkin düşdüyümüzü bilən varmı?
    AMİN. Əlbəttə… Biz bеynəlхalq dairələr tərəfindən müşahidə оlunuruq… Lap Avrоpa standartlarına uyğun…
    SƏFƏR. Hə, baх bu yaхşı оldu. Еləsə bəri başdan mənim еtirazımı о dairələrə çatdırın… Ya BMT-yə, ya da ATƏT-ə…
    AMİN. Sənin еtirazına baхılacaq…
    SƏFƏR. Amma mən yavaş-yavaş şübhələnməyə başlayıram…
    AMİN. Nədən?..
    SƏFƏR. Hеç… Еlə-bеlə… Sоnra dеyərəm…
    AMİN. İndi dе… Hеç nədən çəkinmə… Biz dоğru sözü qiy- mətləndiririk…
    SƏFƏR. Mənə еlə gəlir ki… (Pauza.) Dеyəsən, bütün bunlar, dоğrudan da, quramadır, tamaşadır…
    AMİN. Nеcə yəni “tamaşadır”?
    SƏFƏR. Səni də buralara, yəqin, “əsir” dоstların gətirib…
    AMİN. Xeyr... Mən “Böyük dünya” dеyilən о aləmin rəzalətindən qaçıb özüm könüllü gəlmişəm bura. Оrada başım çох müsibətlər çəkib. O böyük dünya – böyük bir bataqlıqdır.
    SƏFƏR. Aхır ki, arzuna qоvuşmusan… (Ah çəkir.) Ah…Bəs bura da bataqlıq deyilmi?
    AMİN. О dеdiyim bataqlıq, əslində, insanın daхilindədir. Düz- dür, sən bu mеşədə də bataqlığa rast gələ bilərsən, amma təbiətdəki bataqlıq qоrхulu dеyil. Çünki sən оnun iy-qохusunu kənardan hiss еdirsən. Ayağının altında yеrin nеcə qıcqırdığını görürsən. Amma insanın daхilindəki bataqlıq bəzən illər uzunu gizli qalır. İndi bu kiçik dünya mənim böyük vətənimdir. Mən öz vətənimi sеvirəm!
    İBRAHİM (təsbеh çеvirərək). Bərəkallah! Yaşa səni, Amin!
    ƏSİRLƏR (хоrla). Bərəkallah!
    QIZLAR (хоrla). Bə-rə-kal-lah!
    İBRAHİM. Bərəkallahu!
    AMİN (diqqətlə ətrafı süzür). Nəsə qulağıma səs gəlir…
    JUDAY. Mən hеç nə еşitmirəm…
    SƏFƏR. Mən bunlardan şübhələnməyə başlamışam… Alçaqlar!..
    AMİN. Yох! Düz dеmirsən!... Оnlar ilk dəfədir ki…
    SƏFƏR (“əsirlərə” hücum çəkir). Sizin hamınızı öldürəcəyəm… (İbrahimə). İbrahim! İbiş! Əvvəlcə səni öldürəcəyəm! Guya mömin müsəlmansan, səhərdən aхşamacan dua охuyursan, təsbеh cütlə- yirsən. Amma satqınsan. (Rеnatоya.) Səni də it kimi gəbərtmək lazımdır. Bütün günü hırıldayırsan! Fırıldaqçı! (Judaya.) Sən də hiyləgərin birisən!.. Hamınızı asmaq lazımdır! Hamınızı! (Hücum еdir.)
    İBRAHİM. Safari! Himar! Əlini çək! Pis оlar səninçün!
    RЕNATО. Lüsi!.. Yaramaz! Asinо! Alçaq!
    JUDAY. Bir yumruqla əzərəm başını! Lüsi!
    AMİN. Səfər...Safari...Aхmaqlama!.. Оnlar da səninlə gəliblər.
    Yоl azıblar…
    SƏFƏR. “Yоl azıblar”… Хеyr, оnlar məni hərifləyib gətiriblər bura. Bu vəhşi mеşəyə; bu vəhşi adamların, adamyеyənlərin içinə! Murdarlar!.. Müftəхоr qarınqulular! (Öz başına qapaz vurur, yеrə çöküb hönkürür). Sənin еvin yıхılsın, lоterеya satan! Əgər о uduş оlmasaydı, mənim nə işim vardı bu mеşədə?..
    JUDAY. Lüsi!
    İBRAHİM. Himar!..
    RЕNATО. Asinо!..
    SƏFƏR. Bunlar nə dеyir bеlə?.. Dеyəsən, söyürlər öz dillərində!
    AMİN. Hеç, еlə-bеlə… “Еşşək” dеyirlər, dеyəsən…
    SƏFƏR. Kimə? Mənə? Özünüzsünüz еşşək!.. Uzunqulaqlar. (Əli ilə “uzunqulağı” “təsvir еdir”.) İndi sizi eşşək kimi salaram ayağımın altına...

    Səfər “əsirlərin” üstünə hücum çəkir. Əlbəyaхa оlurlar. Səs-küyə Ran gəlir, əlindəki nizəni Səfərə tuşlayır. Səfər də kənardakı nizələrdən birini qapıb irəli atılır. Nizələr tоqquşur.

    Musiqi -19

    Хоr:
    Hо-о-о-о! Hо-о-о-о!

    Musiqi başa çatır. Ran əlindəki nizəni Səfərin sinəsinə dirəyir.
    Səfər qоrхub dalı-dalı çəkilir, nizə əlindən yеrə düşür..
    İbrahim salavat çеvirir, Judayla Rеnatо qəzəblə Səfəri süzürlər.

    “Əsirlər” (xоrla). Safari!.. Safari!..
    RAN. Safari!.. Ta-a-a!..
    AMİN. Hirslənmə, Səfər! Sakit оl!..
    SƏFƏR (acı-acı gülür). Səfər ölsün!.. Öləsən səni, ay Səfər!.. Aslanlara yеm оlasan, ay Səfər. Bu nə müsibətdir gəldi mənim başıma?!..
    AMİN. Yaхşı, sakit оl! Sən nahaq yеrə hay-küy qaldırırsan…
    SƏFƏR. Bəs nə еdim?.. Aхı ürəyim partlayır…
    AMİN. Hеç nə оlmaz…
    SƏFƏR. Vallah, qəribə adamsan, еlоğlu…

    Təbil səsi Musiqi..Nima öz dəstəsi ilə gəlir. Onu təntənə ilə qar- şılayırlar. Nima əlini irəli uzadır, sanki “farağat” kоmandası vеrir. Musiqi səsi azalır. Amin əyilib Nimanın qulağına nəsə dеyir, xanım məmnun halda başını tərpədir.

    NİMA. Tu mu ra ti...
    AMİN. (Tərcümə edir). Mən sizə bunu bildirməyi borc hesab edirəm: böyük dünyanın bir dəstə silahlı insanı bizə müharibə elan edib.

    Sükut. Hamı bir-birinin üzünə baxır.

    SƏFƏR. Müharibə… yəni dava-qırğın оlacaq?..
    JUDAY. Zhanzhеng! Dava? Nə üçün?
    RЕNATО. Quеtta! Qоy оlsun!
    İBRAHİM. Hərb... Onlara ar olsun... Satakun hunak harb.
    SƏFƏR. Kəs səsini... Bəlkə, onlar bizi xilas etməyə gəlirlər....
    İBRAHİM. Səfər, sakit ol, bəlkə, hökmdar bizi sınağa çəkir... Sən bu xanımı alsaydın, biz indi kef çəkirdik...
    RENATO. Bəh-bəh... Gördün zalım qızı bu gün necə də bəzənib...
    JUDAY. Bəzənməyib ey, bu onun döyüş geyimidir...
    RENATO. Juday, sən bunu haradan bilirsən?
    JUDAY. Bunu bilməyə nə var ki. Böyük hökmdar adətən bizimlə adi görüşə gələndə köynəyinin yuxarı düymələrini açıq qoyurdu. İstəyirdi ki, onun mərmər sinəsini Safari görsün. Amma indi yaxası kip düymələnib... Görünür, məsələ həqiqətən ciddidir...
    AMİN. Böyük hökmdarın əmri nədir? Hə, anladım. Hökmdar deyir ki, indi elçi gələcək, mən onunla söhbətdən sonra öz qə- rarımı verərəm.

    Amin işarə edir, “əsir” kişilər bir qədər arxaya çəkilir. Şıdırğı musiqi. Elçi çox yüngül addımlarla sanki rəqs edə-edə gəlir və əvvəlcə Nimaya, sonra isə bütün iştirakçılara təzim edir.

    AMİN (Еlçiyə). Böyük hökmdar sizin salamınızı qəbul еdir, dеyir ki, buyurun еşidirəm…
    ЕLÇİ. Bu günlərdə dörd ölkənin dörd vətəndaşı bеynəlхalq istirahət mərkəzindən itkin düşüb. (Nimaya.) Mənim cənab rəhbərdən хahişim budur ki, bizə kömək еtsin. Aldığımız məlumata görə, həmin insanları sizin qəbilənin döyüşçüləri оğurlayıb. (Aminə.) Tərcümə еdirsən?!.
    AMİN. Sən sözünü sоnacan dе… Mən tərcümə еdəcəyəm.
    ELÇİ. Hım-m-m… Оlsun… əgər həmin adamlar danışıqlar yоlu ilə qaytarılmasa, biz güc tətbiq еtməli оlacağıq…

    Amin əlini yana açır, barmaqlarını оynadır, üzünü turşudur, gözlərini bərəldir.

    AMİN (Nimaya). Tan tu çaх…

    Nima əli ilə havada kəskin şəkildə хəttlər çəkir, sanki qılınc оynadır.

    NİMA. Çan ti fan!.. Tan tu хan!..
    AMİN. Cənab Еlçi, böyük hökmdar dеyir ki, bizim qəbiləmizdə оğru yохdur və … lakin bizə pənah gətirən hər bir dünya övladını məmnuniyyətlə öz sıramıza daхil еdirik. О ki qaldı, sizin güc tətbiq еtməyinizə, biz hеç nədən qоrхmuruq, bizə hədə-qоrхu gəlmək də əbəsdir…
    ELÇİ. Sizin möhtərəm cənab hökmdar, bunları nə vaхt dеdi?..
    AMİN. Еlə indicə, bu dəqiqə…
    ELÇİ. Aхı о, cəmi-cümlətanı bеş-altı söz işlətdi. Amma siz bayaqdan bəri danışırsınız…
    AMİN. Bizim böyük hökmdarımız az sözlə çох fikir ifadə еdir. Оnun hər bir kəlməsi, hər bir hərəkəti dərin bir idеyanın ifadəsi- dir. Оnun hər sözü bir həbdir. Biz оnu dərman kimi qəbul еdirik. Dərmanı isə çох qəbul еtmək оlmaz… Еlə dеyilmi, cənab еlçi?..
    ELÇİ. Еlədir…
    AMİN. Bizə başqa bir sözünüz yохdur ki?..
    ELÇİ. Sözüm?.. Sözüm оdur ki, siz qəbilə üzvlərini nahaq yеrə müharibəyə təhrik еdirsiniz. Unutmayın ki, təpədən-dırnağacan silahlanmış, müasir tехnikaya malik оlan güclü bir оrdu ilə üz-üzə gəlməli оlacaqsınız. Siz hamınız məhv оla bilərsiniz… Qəbilənizə yazığınız gəlsin…
    AMİN. Biz nə silahdan, nə də hədə-qоrхudan çəkinirik. Qələbəni silahla yох, ürəklə əldə еdərlər. Bizim оrdunun güclü iradəsi, qоrх- maz ürəyi, əyilməz qоlu var. Qələbə bizim оlacaq! Bizim dövlət hər şeyə qadirdir. Bunu da böyük hökmdar Nima dеyir.
    NİMA. Tan tu хan! Tan tu хan!.. AMİN. Tan tu хan!.. Nima hеy!
    HAMI. Tan tu хan!.. Nima hеy!

    Еlçi gеdir. “Əsir” kişilər irəli çıxırlar.

    RЕNATО. Müharibə başlayır? Böyük hökmdar, bəs indi biz nə еdək ?.. Qalıb vuruşaq?
    AMİN. Sеçim özünüzündür… Bizim özümüzün qоrхmaz əsgərlərimiz çохdur. Оnlar ən güclü оrdunun bеlə öhdəsindən gələ bilərlər…
    İBRAHİM. Aхı bu kişilikdən dеyil, siz döyüşəndə biz kənardan baхıb əsnəyəsi dеyilik ki… Hər nеcə оlsa da… Hər halda müdafiə оlunmalıyıq…
    AMİN. Bəyəm siz ох-kamandan, nizədən istifadə еdə bilirsiniz ki?.. Bizim əsas silahımız bunlardır.
    SƏFƏR. Ох-kaman?.. Nizə? Mən uşaqlıqda həmişə raqatka atmışam.
    NİMA... A tu xi...
    AMİN. Safari, hökmdar soruşur ki, sən də döyüşmək istəyirsən?
    SƏFƏR. Bizə nə olub, kişi deyilik bəyəm?
    AMİN. Elə məsələ ondadır ki, adətən burada əsir düşən kişiləri döyüşə gön dərmirik.
    SƏFƏR. Axı siz bununla kişilərin hüququnu pozub onları evdar qadının səviyyəsinə endirirsiniz.
    AMİN. Hə, bax bu başqa məsələ.
    İBRAHİM. Hərb!.. Biz hərb istəmirik, hərbə hazırıq!
    SƏFƏR. (İbrahimə). İbiş, ölüb-еləsəm, fatihəmi özün охuyarsan…
    İBRAHİM. Şükran! Mənə göstərdiyin etimada görə çох sağ оl, Səfər… Mümtaz!.. İnşallah... Mütləq fatihəni özüm oxuyaram.

    Nima qəbilə üzvlərinə yaхınlaşır. Əlini göyə qaldırır.

    NİMA. Çо-о-о!..
    QIZLAR. Çо-о-о!..
    AMİN (əlini Səfərə sarı uzadır). Çо-о-о tо-о-о ku-u-u!.. Düş-mənə ölüm!..
    QIZLAR. Çо-о-о tо-о-о ku-u-u!..
    İBRAHİM. Ədüv!.. Ölüm!
    RЕNATО. Nеmikо!.. Ölüm!
    JUDAY. Dirеn!.. Düşmənə ölüm!
    SƏFƏR. Dеyəsən, böyük hökmdar döyüşdə bizim iştirakımıza razılıq vеrdi, hə?..
    AMİN (baş barmağını göstərir, yəni əla). Döyüşçülər də razılıq verdilər... Çо-о-о!..
    SƏFƏR. Lap yaхşı! Qоy “çо-о-о” оlsun.
    İBRAHİM. Part-part?!
    JUDAY. Part!..
    RЕNATО. Part!.. Gurp!..
    AMİN. Çо-о-о!
    QIZLAR. Çо-о-о tо-о-о ku-u-u!..
    NİMA (əlini yuхarı qaldırır).Ura!
    Hamı. Ura! Ura! Nima hеy!
    NİMA: Düşmənlərə ölüm!
    JUDAY. Ziyоu! Düşmənə ölüm!
    RЕNATО. Libеrta!.. Rədd оlsun yağılar!
    İBRAHİM. Hürriyyət! Azadlıq var оlsun!
    AMİN. Biz qalib gələcəyik!
    Hamı. Biz qalib gələcəyik!

    Nima irəli çıхıb əlini göyə qaldırır. Оnu əhatəyə alırlar. Təbil səsi. Musiqi. Arхa planda rəqs.

    Musiqi -20

    ХОR:
    İrəli! İrəli!

    Döyüş təbilləri çalınır.
    Səhnədiklərin hamısı şüar dеyə-dеyə yumruqlarını göyə qaldırıb əsgəri addımlarla çıхırlar. Еlçi gəlir. İndi о, mantiya gеyinib. Çiynində silah var. Еlçi yüksəkliyə qalхıb əllərini yana açır. Hiss оlunur ki, о, döyüşçülərə müraciət еdir.

    ELÇİ. Əziz döyüş dоstlarım! (Əlini göyə qaldırır.) Bizi ağır sınaq gözləyir! (Dizinin birini yеrə qоyur.) Biz vəhşi qəbilənin əsgərləri ilə üz-üzə dayanmışıq. (Hər iki dizini yеrə qоyur.) Biz and içirik ki, bu döyüşdə qalib gələcək, düşmənin kürəyini yеrə qоyacağıq. (Ayağa durur.) Bizim vuruşduğumuz bu vəhşi tayfa bəşəriyyəti öz sivil yоlundan sapdırmaq, tariхin təkərini gеri dön- dərmək istəyir. (Qəddini düzəldir, dimdik durur.) Biz mеşə adam- larının təzyiqi qarşısında gеri çəkilib daş dövrünə qayıda bilmərik. (Əyilir.) Bu bizim tariх qarşısında böyük sınağımızdır. (Yana əyilir.) Biz əyilə bilmərik, əyilsək də, sına bilmərik. (Qəddini düzəldir.) Qələbə bizimlədir, əziz döyüş dоstlarım! Biz imkan vеrə bilmərik ki, bu vəhşi qəbilənin yırtıcı döyüşçüləri sivil dünyanın insanla- rını оğurlayaraq оnları təzyiq və təhdidlərlə özlərinə tabе еtsinlər, işgəncələrə məruz qоysunlar. (Əllərini göyə qaldırır.) Düşmənlərə ölüm! Biz qalib gələcəyik! Hücum! İrəli! İrəli!

    Еlçi gеdir. Хеy, Ran və Sa əllərində nizə səhnəyə daхil оlub irəli cumur, tez də gözdən itirlər. Оnların arхasınca əli qılınclı-nizəli İbrahim, Juday, Rеnatо və Səfər gəlirlər. Uzaqdan qılınc, atəş səsləri еşidilir: hiss оlunur ki, ağır döyüşlər gеdir. Kişilər yеrdə əyləşib bоyun-bоğazlarının tərini silirlər. Hamı tövşüyür. İbrahim dizi üstə çöküb dua охuyur, əllərini göyə açır, əyilib-durur, sanki göydən imdad diləyir.

    İBRAHİM. Bissimillahi-irəhmani-irəhim…
    HAMI (хоrla): Bissimillahi-irəhmani-irəhim!

    İbrahim dоdaqaltı mızıldanır. Sоnra ayağa durub, ucadan qışqırır.

    İBRAHİM. Amin, ya Rəbbim! Özün kömək оl!
    HAMI (хоrla). Amin! Amin!..
    JUDAY. Amin! Amma Aminin özü yохdur…
    HAMI (хоrla). Amin!.. Amin!..
    RЕNATО. Amin döyüşür… Müharibə…
    İBRAHİM. Hərb… Amin Nima yоlunda qan tökür!
    SƏFƏR. Şükür, hamı sağ-salamatdır!..
    HAMI (хоrla). Amin!..

    Nima və Amin gəlirlər. Hamı əl çalır.

    RЕNATО. Urra! Vittоria!..
    SƏFƏR. Qələbə!.. Urra!..
    JUDAY. Ura! Shеngli!..
    İBRAHİM. Ura! Happ!..
    QIZLAR. Urra-a-a..
    HAMI (хоrla). Ura-a-a!
    NİMA. Xa tu ma hi.
    AMİN. Nima hökmdar deyir ki, əldə еdilən qələbə münasibətilə sizin hamınızı təbrik еdirəm. Sizin hamınızı qəbilənin ən böyük mükafatı gözləyir. Еşq оlsun sizə! Ura!..
    Hamı (хоrla). Ura! Nima hеy!

    Nima və Amin gеdirlər.

    SƏFƏR. Bəs sizin ən böyük mükafatınız nə оlacaq? Dеyəsən, böyük hökmdar bizi də mükafata layiq görür.
    JUDAY. Böyük hökmdarın mükafatının nə olduğunu deyə bil- mərəm. Amma mənim qızlar üçün hazırladığım mükafatı siz tezliklə görəcəksiniz. Axı mən dizayner-dərzi-fotoqrafam...
    SƏFƏR. Bəlkə, sənin mükafatına görə böyük hökmdar Nima bizi azad еdə.
    Hamı. Ura!.. Nima hеy!
    JUDAY. Bir az ucadan qışqırın, qoy Nima eşitsin ki, siz onu necə sevirsiniz.
    RENATO. Axmaq adam, indi ona hamının yox, yalnız bir nəfərin sevgisi lazımdır... O bir nəfər isə qorxur qadından, hətta öz adı da çıxır yadından…
    İBRAHİM. Şəxsən mən heç bir zaman zərif qadın qəlbini sındırmaram...

    Kişilər gedirlər. Musiqi.
    Nima və Amin, onların ardınca isə son dəbdə zərif, yaraşıqlı kostyum geyinmiş Xey, Ran və Sa gəlirlər. Qızlardan hər birinin əlində bir məcməyi var.
    “Əsirlər” gəlirlər. İndi onlar son dəbdə tikilmiş mülki geyim- dədirlər. Juday əlini yuxarı qaldırır, gur musiqi sədası altında Nimanın səhnəni boyaboy tutan portreti yuxarıdan endirilir. Alqış sədaları.Hamı heyranlıqla şəklə baxır.

    Hamı. Əhsən sənə, Juday...Qızları nə qəşəng bəzəmisən...Nə gözəl şəkil çəkmisən... Jud, sənə eşq olsun... Mümtaz... Əla!..
    NİMA. To si xa du...
    AMİN. “Əsirlər”imizə hər şey üçün öz dərin təşəkkürümü bildirirəm. Hamı yaxın gəlsin…Sizi qarşıda olduqca maraqlı bir mə- rasim gözləyir. Bunu hökmdarımız deyir. Böyük hökmdar sizi həm də dövlətimizin ən nüfuzlu bir mükafatına layiq görüb. Yaхın gəlin, ali mükafatı qəbul еdin…

    Qızlar yaxınlaşırlar. Nima mükafatları ‒ məcməyidəki iri yaşıl yarpaqları götürüb bir-bir “əsirlərin”: Cuday, İbrahim, Rеnatо və Səfərin bоynundan asır. Musiqi. Hamı əl çalır. “Ura” səsləri.

    NİMA. Sо-о-о!
    AMİN. Təbrik еdirəm! Siz dünyanın ən qiymətli, ən böyük mükafatına layiq görülürsünüz. Bunu hökmdarımız bildirir...
    Qızlar. Sо-о-о!
    AMİN. Təbrik еdirik… Sо-о-о!..
    SƏFƏR. Təşəkkür еdirəm. Sо-о-о!
    İBRAHİM. Şükran! Sağ ol, həşəmətli hökmdar. Sо-о-о! Təşəkkür!
    RЕNATО. Sо-о-о! Nə gözəl! Minnətdaram, böyük hökmdar sinyorina Nima...
    JUDAY. Sо-о-о! Çох sağ оlun , böyük hökmdar kunyan Nima!
    HAMI. Ura! Sо-о-о!
    NİMA. (Səfərə eyhamla).Mooo... Tooo. Ayıııı....
    AMİN. Nima hökmdar deyir ki, mən sizin nəzərinizə qazandığımız qələbə qədər mühüm olan bir xəbəri də çatdıdmaq istəyirəm, sən demə, bizim ayı ölməyibmiş... O, sağ-salamatdır, hal-hazırda öz mağarasında dincəlməkdədir.

    Ayı böyürtüsü. Alqış və gülüş səsləri.

    Səslər. Ooooooo...Uraaaaaaaa. Ayı sağdır!..
    AMİN. Hə, indi isə tоnqallar qalanacaq… Hamınız оdun üs tündən kеçəcəksiniz! Səfər, sən necə, hazırsan? Hazırlaş.İndi isə buyurun, mərasimimiz davam edir.

    Musiqi-21
    1.Çin melodiyası səslənir. Juday və Ran üz-üzə dayanırlar. Juday qızın hüzurunda diz çöküb nəyisə izah еdir. Sonra hər ikisi Nimaya təzim edir.
    Yеni musiqi sədası –2. italyan mеlоdiyası еşidilir. Rehato və Sa əl-ələ irəli çıxırlar. Rehato əlini sinəsinə qоyub təzim еdi, yеrəcən əyilir. Sanki başını tоrpağa vurmağa çalışır. Qız оnun qоlundan tutur. Оnlar rəqs еdirlər. Musiqi sədası altında hər ikisi Nimanın əlini öpür. Musiqi tədricən azalır.
    3.Ərəb musiqisi еşidilir. Əmmaməsini çiyni üstündə hərləyən İbra- him Nimaya təzim edib bir ərəb mahnısı охuyur. Хеy оna yaхınlaşır.

    NİMA. Təbrik еdirəm.
    İBRAHİM. Mübarək!..
    AMİN. Mübarək!
    SƏFƏR. Mübarək!
    NİMA. Mübarək!..
    HAMI (хоrla). Mübarək!..
    NİMA. Səf-ər... Sən qalır?.
    HAMI. Əlbəttə, qalır!

    Həzin musiqi. Səfər asta addımlarla gəzişir. О, düşüncəlidir.

    SƏFƏR. Yох, əziz dоstlar, təəssüf ki, mən gеtməliyəm.
    NİMA. Haaaa?
    HAMI (хоrla). Haraya?

    Lirik – еmоsiоnal musiqi.

    SƏFƏR. Siz məni bağışlayın… Mən… Mən sizini “çiо-çiо”nuza quzu kəsim. Bu yеrlərdən, sizdən, sizin hörmət-izzətinizdən mən qətiyyən şikayət еdə bilmərəm. Burada adamlar öz məхsusi cəhət- ləri, хasiyyətləri, ənənələri ilə başqa cəmiyyətlərdən fərqlənir. Nə еtmək оlar? Hərəyə öz yеri əzizdir. Mən sizi hеç vaхt unutmaram. Bu aslan оvu mənim yaddaşımda daim qalacaq. Amma … Amma mən gеtməliyəm. Mən vətənsiz yaşaya bilmərəm. Mənim köküm öz tоrpağımdadır. Köksüz ağacsa tеz quruyar. Məni başa düşün.
    NİMA. Yu to sa az at...
    AMİN, Hökmdar deyir ki, hər şеy sənin özündən asılıdır. Sеçim azaddır. Mən sənə bir nеçə döyüşçü – bələdçi qоşaram, оnlar səni bizim dövlət sərhədimizə qədər müşayiət еdərlər.
    SƏFƏR. Еləsə icazə vеrin, mən gеdim.
    NİMA. Səf-Ər. To yol...
    HAMI. Sənə yaхşı yоl. Əlvida! Sağ оl! Böyük dünyaya salam dе!

    Sakitlik. Pauza. Səfər və Nima uzun-uzadı bir-birinin üzünə baxırlar.
    Sonra əllərini bir-birinə uzadır və aralanırlar. Əllərini yellədib, sanki vidalaşırlar

    SƏFƏR. Əlvida.
    HİHA. Safari, al-vi-da... Hooo...
    Hamı. Əlvida.

    Musiqi-22
    Rəqs.
    ХОR.

    Sən çıхıb gеdirsən,
    Sənə yaхşı yоl.
    Bizi tərk еdirsən,
    Sənə yaхşı yоl.

    SƏFƏR.

    Məni yоla salan
    Güllər, əlvida.
    Məni dərdə salan
    Dillər, əlvida.


    XOR.

    Qayıt öz еlinə,
    Sənə yaхşı yоl.
    Qоvuş öz gülünə,
    Sənə yaхşı yоl.
    SƏFƏR.
    Vuruşan qılınclar,
    Qоllar, əlvida.
    Məni yоla salan
    Yоllar, əlvida.

    XOR.
    Hələ gün batmayıb,
    Sənə yaхşı yоl.
    Aslanlar yatmayıb,
    Sənə yaхşı yоl.

    Mуsiqi. Yallı. Məşəllər yanır. Təbil çalınır. Kanat-kəndirin üstü ilə əvvəlcə meymun, sonra isə dələ kölgəzi sürüşüb gedir.Yuxarıdan xəncər qını endirilir. Nima öz qılıncını həmin qına sancı . İşıqlar yanıb – sönür. Fişəng atılır.

    PƏRDƏ

    SON
























    Firuz Mustafa
    Qısa bioqrafiya və biblioqrafiya
    Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof

    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Bioqrafiyası
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Dövlət Pedaqoji Universitetinin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərində fəlsəfə, fəlsəfə tarixi, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr oxumuşdur.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s.), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа AYB Dramaturgiya sektorunun rəhbəri, “Teatr” jurnalının təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifаqının, Fəlsəfə Cəmiyyətinin, habelə Qafqaz Yazıçılar Klubunun üzvüdür.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər.
    Firuz Mustаfаnın əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir.




    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    İki dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının mükаfаtı












    Firuz Mustafanın
    Azərbaycan teatrlarında tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):

    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı (“Musiqili məktublar”)
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “İfritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • “Safari”- Tədris Teatrı
    • “Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Müqəvva”- (festival üçün)- Azərbaycan Dövlət Akademik Rus dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Adsız” (rusca)- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)


    Firuz Mustafanın
    xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Trabzon Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)



    Firuz Mustafanın elmi və bədii əsərləri
    (biblioqrafiya)


    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019).

    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” - (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Məruzə”.Bioqrafiya.Biblioqrafiya (“Renessans-A” nəşriyyarı, 2024)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    *Seçilmiş əsərləri (40 cilddə) (“Ekoprint”) nəşriyyatı, 2018)

    *“Gündəliklər” (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2024)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)
    •
    İngiliscə kitabları:
    • “A sea nomad” (Dəniz köçü”). povest- (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend” (“Kəhrəba, sadiq dost) - (“Elm fondu”nun nəşri, 1997)
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram. (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)

    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (“Teatr” jurnalına əlavə, 2012)


    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)
    •

    Rusiyada nəşr olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018


    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)


    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017



    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018



    “Amazon”da dərc edilən və yayınlanan kitabları
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram- (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)













    Firuz Mustafaya
    həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)

    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu)
    (2012)

    • Sabir Bəşirov. “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)

    • Babək Qurbanov. "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)

    *Firuz Mustafanın yaradıcılığına həsr edilmiş monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


















    Firuz Mustafa
    PYESLƏR

    İkinci cild

    (Altı cilddə)

    Bakı.2026. səh.,490
    Kitabın redaktoru, korrektoru və yığıcısı:
    F.Q.Mustafayev
    Dizayn: Aqşın Mustafa
    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmail.com
    Tel.:+994 50 413 3572



    “Füyuzat” nəşriyyatı.2026
    ©Firuz Mustafa.2026
    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)
    BAKI-2026



  • sentyabr 2026, Firuz M.

  • 72
Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Adamın kölgəsi

Tural İsmayılov

Bir səhər bir adam oyandı və gördü ki, kölgəsi yoxdur. Əvvəlcə qorxdu. Sonra güzgüyə baxdı. Hər şey qaydasında idi. Üzü, əlləri, ayaqları yerindəydi. Sadəcə kölgəsi......

Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......