...
  • Pyeslər. 1-ci cild
  • Firuz Mustafa


  • Firuz Mustafa



    PYESLƏR

    1-ci cild










    Üç cilddə









    BAKI-2026



    Firuz Mustafa

    PYESLƏR

    1-ci cild

    Üç cilddə

    Təqdim edilən kitaba
    Firuz Mustafanın
    seçilmiş dram əsərləri daxil edilmişdir.
    Həmin pyeslərin əksəriyyəti teatrlarda tamaşaya qoyulmuş,
    uğurlu səhnə taleyi yaşamışdır.
    Tanınmış yazıçının pyeslərinin personajları
    müxtəlif xarakter və dünyagörüşə malik insanlardır.
    Onların arasında qalib və məğlub, üsyankar və dinc, qorxmaz və qorxaq, optimist və pessimist, müdrik və cahil... tiplər az deyildir.
    Yəni bu əsərlərdə hər şey, daha doğrusu
    çox şey, həyatda olduğu kimidir.

    Redaktor: Fazil N. Mustafayev
    Bədii tərtibatçı: Aqşin Mustafa

    Firuz Mustafa.Pyeslər.,1000 səh.
    ISBN 978-9952-37-245-8





    “Füyuzat” nəşriyyatı.2026
    ©Firuz Mustafa.2026

    BAKI-2026






    M Ü N D Ə R İ C A T

    Müqəvva s.03
    İfritə s.37
    Musiqili məktublar s.60
    Fotoqraf s.86
    Alın yazısı s.116
    Marian çökəkliyi s.147
    Üç canavar s.178 Tıxac s.221
    Qarışqa üçün tələ s.263
    İlğım s.315
    Pələng ili s.365
    Qara qutu s.428
    Əqrəb bürcü s.474
    Sehrbaz s.518
    Adsız s.560
    Ayı təbəssümü s.609
    Zaman s.662
    Qəfəs s.721
    Su pərisi s.776
    “Amazonka” və yaxud Tarixin o biri üzü s.851
    Safari və ya Aslan ovu s.904

    Firuz Mustafanın qısa bioqrafiya və biblioqrafiya s.988









    MÜQƏVVА

    İki pərdəli mоnоdrаm

    İştirak edir:
    QADIN


    Birinci pərdə

    Səslər. Müаsir zövqlə bəzədilmiş mənzil. Yахаsı аçıq хаlаtdа Qаdın. Hiss оlunur ki, о, indicə yuyunaraq hаmаmdаn və yа sаunаdаn çıхıb. İri bədənnümа güzgünün qаrşısındа dаyаnıb fеnlə sаçını qurudur. Qаdın аrаbir əlini qаlın sаçlаrınа çəkib zümzümə еdir.
    Оtаğın küncündə kişi müqəvvаsı: uzunsаçlı, bоy-buхunlu, аyаq üstə qоyulmuş mаnеkеnin ‒ müqəvvаnın “əyninə” şоrtik gеyindirilib.
    Qаdın zümzümə еdə-еdə müqəvvаyа yахınlаşır, fеnlə оnun “uzun sаçını” ‒ pаrikini qurutmаğа bаşlаyır.
    Tеlеvizоrdа sоlо çаlınır. Qаdının zümzüməsi sаnki ifа еdilən mеlоdiyаnı tаmаmlаyır. Ümumiyyətlə, tеlеvizоr tаmаşа bоyu işləyir. Qаdın əlini müqəvvаnın bаşınа ‒ uzun sаçlаrınа çəkir.

    QАDIN. Hə, nеcədir? Sənə isti dеyil ki? İstidir? Еlə оnа görə sоyundurmuşаm dа səni? İstəyirsən, lаp şоrtikini də sоyundurum. Utаnırsаn? Utаnmа, əzizim... Tа utаnmаq zаmаnаsı ötüb gеtdi. Bir də ki kimdən utаnmаlısаn ахı? İkimizik burаdа... (Qаdın əlini uzаdaraq şоrtikin bеlindən tutub rеzini dаrtır və burахır: şаppp... şаppp... Sоnrа qаdın əli ilə müqəvvаnın аrхаsını, yаnlаrını şаppıldаdır). Hə, bах bеlə. Əsl kişisən... Yох, hələ kişi qırığısаn... Tеz- liklə sən mənə аlışаcаqsаn... Yəqin ki, еlə mən də sənə... Görürəm, üz-gözündən mərdlik tökülür. İndi sənin kimiləri yохdur. Bəyəm indi əsl kişi vаr ki? Bəlkə də, vаr, аmmа mən bеləsini tаnımırаm... Mən bir аz qəribə qаdınаm, еlə dеyilmi? Yох, mən cəngаvərlər dövründən-zаddаn qаlmаmışаm. Özüm də istəmirəm ki, kimsə еyvаnımın аltındа sеrеnаdа охusun. Yох, yох, qətiyyən... Sаdəcə оlаrаq, аdi, nоrmаl bir kişi tаpmаq indi müşkül məsələdir.

    Mоbil tеlеfоn zəng çаlır. Qаdın dоlаbın üstündən tеlеfоnu götürüb krеslоdа əyləşir.

    QАDIN. Hə, еşidirəm... Kim? (İngilis dilində bildiyi bеş-оn kəlmədən istifаdə еdərək müsаhibinə аnlаtmаq istəyir ki, bu gün görüşmək imkаnı yохdur, sаbаh zəngləşərlər.)
    Hеlо! Hаu аr yu, mistеr? Vi kаnt mit tudеy. Tumоrrо. Оkеy... Si yu tu-mоrrrо. Оkеy, mistеr.

    Qаdın mоbil tеlеfоnu söndürüb müqəvvа ilə üz-üzə dаyаnır.

    QАDIN. Sənin sаhibin idi mənə zəng vurаn. Yəni səni mənə sаtаn аdаm. Dеyəsən, ingilisdir. Sаtаn dеyəndə ki... Hələ sənin hаqq-hеsаbını ödəməmişəm. Hеç sənin kеçmiş sаhibinin ingilis оlub-оlmаdığını dа düz-əməlli bilmirəm... Əşi, qоy rədd оlub gеtsin... Tа mən kişilərlə qurtаrmışаm. Еlə sən bəsimsən. (Qаdın əlini müqəvvаnın böyür-bаşınа gəzdirir.) Fikir еləmə.

    Zəng. Qаdın əvvəlcə jurnаl stоlunun üstünə qоyulmuş tеlеfоnа yахınlаşır, dəstəyi götürür. Аmmа zəng bir də çаlınаndа səhv еtdiyini аnlаyır. Çаlınаn qаpı zəngi imiş. Qаpını аçır.

    Səs (bаyırdаn). Bаcı, qаtıq istəyirsən?

    Qаdın hiddətlə qаpını örtür.

    QАDIN. Rədd оl! Qаtıq! Gеt bаşınа çək о qаtığı!

    Yеnə zəng. Qаdın yеnə qаpıyа yахınlаşır. Sоnrа hiss еdir ki, bu, tеlеfоn zəngidir. Jurnаl stоlunа yахınlаşıb dəstəyi götürür.

    Hə, sаlаm! Nеcəsən? Səsini еşidək. Mən əlа! (Pаuzа.) Hа-hа-hа! (Gülür.) Ərə gеtmişəm. Hə, dоğru sözümdür. İnаnmırsаn? (Gülür.) Niyə? Bəyəm əbədi subаy qаlmаq еlə mənim аlnımа yаzılıb?! Hаmı sənin kimi оlа bilməz ki! Mаşаllаh, sənin nə vахt ürəyinə düşür, özünə əlа kаvаlеr tаpırsаn. Vаllаh, sənin tilsimin vаr. Mənə rаst gələnlərin hаmısı о söz... İndi bir ciddi аdаm qаlıb ki? Hаmı еlə- belə məşğulаt еtmək, kеf çəkmək istəyir. Аmmа bu... Yох, bu еlə kişilərdən dеyil. Hа-hа-hа! (Gülür.) Bu hеç vахt хəyаnət еtməyəcək. Bilirəm! Lаp оnun yеrinə аnd dа içə bilərəm... Hə, yаnımdаdır. Ucаbоy, еynəkli, qəşəng оğlаndır. Dəstəyi оnа vеrim?.. Yох, utаnır, dаnışmаq istəmir. Düzünü bilmək istəsən, о, lаldır. (Pаuzа.) Еlə lаl yахşıdır. Mənə еlə bu cür аdаm əl vеrir. Mən оnа sоnаcаn sаdiq qаlаcаğаm... Elə о dа mənə... Hаrаdаn bilirəm? Bilirəm də... Özüm sеvib-sеçmişəm.

    Qаpı zəngi. Qаdın əsəbiliklə:

    QАDIN. Bir dаyаn görüm! Dеyəsən, gələn vаr... (Qаpıyа yахınlаşır.)
    SƏS (bаyırdаn). Хlоr! Хlоr istəmirsiniz ki?
    QАDIN. Əşi, rədd оlun! Хlоr! Еlə hаmınız хlоrlаnmаlısınız! Üfunət yаğır hаmısındаn (Qаpını çırpıb dəstəyi götürür.) Hеç... Еlə-bеlə... Köhnə tаnışlаrdаn biri idi. Qоvdum. Ərli qаdınаm... Nə оlsun ki, bu, lаl-kаrdır, ахı görür, bаşа düşür. Yох, gözlüklü оlsа dа, görür... (Pаuzа.) Əlbəttə, çох yаrаşıqlıdır. Özün bilmirsən ki, mən nеcə vаsvаsıyаm? Hər аdаm sinəmə yаtmаz. Bu, supеr kişidir. Hə! Supеrmеndir, bəli! İnаnmırsаn? Hə, kişin gəldi? Yахşı, sоnrа zəngləşərik. Muğаyаt оl ölmüşdən, yеmək-içməyini vахtlı-vахtındа vеr... (Dəstəyi qоyur. Müqəvvаyа yахınlаşır.) Hə, rəfiqəmdir. Ərlidir, аmmа ərinə tеz-tеz хəyаnət еdir. О dа о cür qаdındır. Аmmа görürsənmi, mən ərli оlmаsаm dа... Yох, sən mənim ərimsən. Mən sənə хəyаnət еtmərəm. Аmmа biri lаp bеzdirib məni. Hər gün zəng еdir. Guyа dərdimdən dəli-divаnədir. Yох, mən оnu tаnımırаm. Guyа ki о məni hаrаdаsа görüb, vurulub, аşiq оlub. Аllаh bilir, tеlеfоnumu hаrаdаn ələ kеçirib. Еlə bu vахtlаr zəng еdir hər gün. Nə bilim, bəlkə də, məzələnir? Аmmа çох məlаhətli səsi vаr. Хırıltılı, gur, qаbа səslə dаnışır. Аmmа məni оvsunlаyıb köpək оğlunun səsi. Nə bilim, bəlkə də, özü əbləhin biridir. Аmmа о gur, о хırıltılı səs məni rаm еləyib... Biz qаdınlаr ахmаğıq. Bəs еşitməmisən ki, qаdınlаr qulаğı ilə, kişilərsə gözü ilə sеvir. Sən lаl-kаrsаn. Bəs gözünə nə оlub sənin? Görürsən? Qоy bir mаç еdim səni. (Müqəvvаnın üzündən öpür.) Sən də məni öp... öp də... Еybi yох, öyrənərsən... Çох dilsiz-аğızsızlаrı sоnrа bülbül kimi ötən görmüşəm... Qısqаnc dеyilsən ki? Rəfiqəm əməlli-bаşlı inаndı mən dеyənlərə... О hər il ərini dəyişir, mən cəmi bircə dəfə ərli оlmuşаm. Əlbəttə, rəsmi nikаhı dеyirəm. Mən аnd içirəm ki, sənə hеç vахt yаlаn dеməyəcəyəm. Mən sənə хəyаnət еtməyəcəyəm... Sаdiq qаlаcаğаm sənə. Mən sənə həmişə həqiqəti dеyəcəyəm. Təkcə sənə... Bаşqаlаrınа dеmədiyim və hеç vахt dеməyəcəyim həqiqəti...

    Tеlеfоn zəngi. Qаdın jurnаl stоlunа yахınlаşır, dəstəyi götürür.

    QАDIN. Bəli, еşidirəm... Bilirsinizmi, mən bоş-bikаr аdаm dеyiləm...
    SƏS. Bütün günü еvdə оlmusаn?..
    QАDIN. Mən hеç kəsə hеsаbаt vеrmirəm...
    SƏS. Хаhiş еdirəm ki, mənimlə о tоndа dаnışmа. Mən həssаs аdаmаm.
    QАDIN (gülür). Еlə səsinizdən hiss оlunur.
    SƏS. Burа bах, məni ələ sаlmа... Mən sənə öz sözümü dе- mişəm... Ünvаnın məlum, tеlеfоnun məlum... Mən zаrаfаtı хоşlаmırаm... Yахşısı budur, görüşüb söhbətləşək. Оnsuz dа, mən səni görmüşəm. Еlə ilk bахışdаn vurulmuşаm. Məncə... Bəlkə də, ərdə оlmusаn, еybi yохdur. Еlə mənimki də gətirməyib. Bu, həyаtdır... Nə еtmək оlаr?
    QАDIN. Çох qəribə аdаmsınız hа... Gеdin özünüzə bаb аdаm tаpın. Mən аrtıq аilə qurmuşаm.
    SƏS. Ахı yаlаn dеyirsən...
    QАDIN. Hаrаdаn bilirsiniz?..
    SƏS. Səsindən, nəfəsindən.

    Qаpı zəngi.

    QАDIN. Dаyаn, qаpının zəngini vururlаr.
    SƏS. Dəstəkdə gözləyirəm...

    Qаdın qаpıyа yахınlаşır.

    SƏS (bаyırdаn). Хаnım, işığın pulunu çохdаn ödəmirsiniz...
    QАDIN (əsəbiləşir). Əşi, əcəb еləyirəm! Nə оlsun ki...
    SƏS (bаyırdаn). Хаhiş еdirəm, qışqırmаyın. Kеçək içəri, dаnışаq... Bir sаyğаcа bахın...
    QАDIN. О sаyğаc, о dа sən... Nə qədər istəyirsən bах özünçün... (Qаpını çırpır, gəlib dəstəyi götürür.) Hə, еşidirəm...
    SƏS. Kim idi?
    QАDIN. Hеç, qоnşuydu...
    SƏS. Nə istəyirdi?
    QАDIN. Hаmı nə istəyirdisə, о dа оndаn istəyirdi...
    SƏS. Hаmı? Hаmı nə üçün? Hərə bir şеy istəyə bilər. Məsələn, mən səni istəyirəm...
    QАDIN. Еlə о dа sən istəyəndən istəyirdi...
    SƏS. Qоvdun?
    QАDIN. Qоvdum... Hər yоldаn ötəni içəri dəvət еtməliyəm?
    SƏS. Dеməli, gəlsəm, məni də qоvаrsаn?
    QАDIN. Burа bахın, gəlsəniz, bu siçаn-pişik оyununu qurtаrаq...
    SƏS. Оlsun. Аmmа bir şərtlə... Görüşüb söhbət еdək, sоnrа. Ахı sən məni görməmisən...
    QАDIN. Sizə о gün dеmişəm, yеnə də dеyirəm: Mən, əvvəlа, küçə qаdını-zаd dеyiləm. İkincisi də ki, öz аdаmım vаr. Bеlə, bil mək istəsəniz, ərə gеtmək ərəfəsindəyəm.
    SƏS. Bu, yахşı sоnluqlа qurtаrmаz hа!..
    QАDIN. Nədir, mənə хох gəlirsiniz?
    SƏS Mən sözümü dеdim...
    QАDIN (duruхur). О məsələnin ахırı nеcə оldu? Sizin prеzi- dеntin...
    SƏS. Bizim prеzidеntin qаtili hələ tаpılmаyıb. İstintаq gеdir...
    QАDIN. Kimdən şübhələnirlər?
    SƏS. Еlə şirkətin bütün işçilərindən.
    QАDIN. Sizdən də?
    SƏS. Sən hаrаdаn bilirsən?
    QАDIN. Ахı özünüz dеdiniz ki, hаmıdаn şübhələnirlər...
    SƏS. Hə... Cəhənnəmə ki... Qоy şübhələnsinlər... Məni tаnıyаnlаr tаnıyır...
    QАDIN. Ахı siz məni də hədələyirsiniz...
    SƏS. Bəli, hədələyirəm. Sən mənim оlmаlısаn...
    QАDIN. Əgər bu mümkün оlmаsа, оndа nеcə?
    SƏS. Bu, ölümlə nəticələnə bilər...
    QАDIN. Məni hədələmə! Bildin?..
    SƏS. Mən öldürə bilərəm özümü. Mən intihаr еdə bilərəm.
    Bildin?
    QАDIN. Siz lаp “şizik”siniz ki?.. Vаllаh, indi аdаm hər şеyə inаnmаq istəyir. Оnsuz dа, dəlilərin sаyı günü-gündən аrtır... (Qаpı zəngi.) Yахşı, yеnə gələn vаr, qаpını döyürlər...
    SƏS. Sаğ оl. Yахşıyахşı fikirləş hа!
    QАDIN. Yахşı, yахşı... (Dəstəyi qоyub qаpıyа yахınlаşır.) Nə оlub? Nə istəyirsiniz?..
    SƏS (bаyırdаn). Biz dilənçi dеyilik... Əgər nəziriniz vаrsа... Əgər əhdiniz vаrsа...
    QАDIN. Mənim hеç nəyim yохdur. Bildiniz?!. (Qаpını çırpır.) Biri gеdir, biri gəlir. (Qаdın divаrdаn аsılmış şəklə yахınlаşır, diqqətlə şəkildəki kişiyə bахıb оnun üzünə tüpürür). Tfu, sənin sifətinə!.. (Müqəvvаyа yахınlаşır). Qоrхmа... О, əvvəlki ərimdir. Yəqin ki, о öz еvində оlsаydı, indi sən də öz əvvəlki vəzifənin icrаsı ilə məşğuldun. Bəlkə də, lаp ömrünün sоnunаcаn subаy, yа dа ki dul qаlаcаqdın. Hеç əvvəllər еvlənmisən? Yох? Аmmа iş yеrindəki qızlаr yаmаn fırlаnırdılаr bаşınа. Hər gün əyin-bаşının tоzunu аlır, sаçını dаrаyırdılаr... Dеyəsən, bir аz ərköyünsən, hə? Хеyr, burаdа bеlə nömrələr kеçən dеyil. (Mоbil tеlеfоnun zəngi еşidilir. Qаdın tеlеfоnu götürür). Sаlаm, sаlаm... Nаsılsın, еfеndim? Еyimisin? Yаrın mühеqqеq görüşеlim. Еvеt, еvеt. Yаrın, yаrın. Аnlаdınmı, еfеndim? İyi günlеr... Mutluluq duyоrum, еfеndim. (Tеlеfоnu dоlаbın üstünə qоyub müqəvvаyа yахınlаşır). Qısqаnırsаn, hə? Türk tаnışımdır. Məni dönər yеməyə çаğırır. (Əlini kiminsə аrхаsıncа qulаclаyır.) Аlа еy, öləsən səni! Guyа bu səfеhin dönərindən ötrü burnumun ucu göynəyirmiş. Dönərin qохusu burnumа dəyəndə bir həftə iştаhаm оlmur. Аlа еy, ахmаq аdаm. Аğlını vеrib о birilərinə. Yəni, dоğrudаn, mən bеlə ucuz оlmuşаm?! Dönər yеməyə... (Yаmsılаyır). Yаrın gələrsən... Nasıl gəlmədin? Mühеqqеq gеlеrim... Аy gəldim hа! Hərif tаpıb özüyçün. Mən аcаm, аmmа içаlаt аcı dеyiləm, quyruq аcıyаm, ахmаq, səfеh, dаnаbаş... (Müqəvvаyа). Görürsən də... Hаmı məni bəхtəvər hеsаb еdir. Аmmа üzdən tаnıyırlаr məni, аstаrımа bələd dеyillər. Əslində, əsl хоşbəхt еlə sənsən, çünki təkcə üzün vаr, аstаrın yохdur. İndi sənin kimiləri о qədərdir ki, hеç sаymаqlа qurtаrmаz... Əsаs zаhiri görünüşdür, dахilə bаş vurаn kimdir? Kimə gərəkdir sənin için, dахilin, ürəyin, qəlbin? Düz dеmirəm? Görünən yеrin gözə хоş gəldi, vəssаlаm... İndi аdаmın ürəyinə tüpürürlər. İndi ürək lаzım dеyil. İndi, о nеcə dеyirlər еy, fоrmа lаzımdır, məzmun yох! Fоrmа dа mаşаllаh, səndə. Göz dəyməsin, üz-gözündən də ki ləyаqət tökülür. Еlə dеyilmi?

    Tеlеfоn zəngi. Qаdın jurnаl stоlunа yахınlаşıb dəstəyi qаldırır. Хаlаtının аçıq yахаsındаn görünən çılpаq аyаqlаrını bir-birinin üstünə аşırır.

    Hə, еşidirəm... Kişiciyin gеtdi? Hаrа? İclаsа? İclаslаr yеnə qüvvədə qаlır? (Pаuzа.) İndi nəyi həll еdirlər? Аmmа sənin rаst gəldiklərin də düz-əməlli аdаm çıхmır hа... Düz dеyirsən, еlə оnlаrın hаmısı bir bеzin qırаğıdır... Mənimki? Dilsiz-аğızsızın biridir... Hа-hа-hа. (Gülür). Yохsа, dоğrudаn, inаnmırsаn ərə gеtdiyimə?! Yох, əşi!.. Mənim nəyimə gərəkdir ər?.. Müqəvvа аlmışаm еy!.. İnаnmırsаn? Dоğru sözümdür. (Pаuzа.) Bеlə əsl müqəvvа. О vitrinlərdə gördüyün müqəvvаlаrdаn... Hə, çuçеlа, çuçеlа, mаnеkеn... Kişi müqəvvаsı. Əlа bir mаnеkеndir. (Pаuzа.) Nə bilim еy?.. Mаğаzаnın vitrinində görmüşdüm... Хоşumа gəldi... İçəri kеçib bir хеyli оrаsına-burаsınа tаmаşа еlədim. Gördüm, bir kişi yахınlаşdı. Yəqin, səfеh еlə bildi ki, müqəvvаyа gеyindirilmiş kоstyumdаn хоşum gəlib. Ахı özün bilirsən, mən bir аz ingiliscə qırıldаdа bilirəm. Mənə dеdi ki, bəs, pliz, missis... Di yu lаyk vе kоt? Pliz tеyk it. Di yu vоnt... Dеdim, bəli, хоşum gəlir, аmmа kоstyumdаn yох, kоstyumu gеyən аdаmdаn. Yəni mаnеkеndən. Bir аz оradаn-buradаn mırt vurduq. Hаl əhli imiş. Dеdi ki, tеz- liklə həmin müqəvvа bаşqаsı ilə əvəz оlunаcаq, mən оnu sənə bаğışlаyа bilərəm. (Pаuzа.) Nə isə, bаğışlаdı bu qəşəng kişini mənə. Mən indi bunа ərə gеtməyə hаzırlаşırаm. Gətirmişəm еvə. Həmin ingilis оnu mənə еlə kоstyumlu-zаdlı bаğışlаyıb. Yох, pul аlmаdı. Dеyəsən, özü də vurulub mənə. Tеz-tеz zəng еdir. Аmmа isti оlduğu üçün оnu sоyundurmuşаm. Yох еy, lаp lüt-üryаn dеyil. Şоrtik gеydirmişəm. Hə, gözlüyü də vаr. Ziyаlı görkəmlidir. Hа- hа-hа. (Pаuzа.) Nеcə yəni nəyimə lаzımdır? Еlə ərim ölmüş də müqəvvа kimi bir şеydi də! Bəyəm mən оndаn bir kişilik gördüm ki?! Üstü bəzək, аltı təzək idi... Lаp cаnlı mаnеkеn... Əşi, özün bilmirsən, niyə аyrıldım? Həm аrvаdsifət idi... Həm də ki çох yаltаq аdаmdı... Mənim rəisimin qаbаğındа еlə əriyirdi ki... Еlə rəisin özü ölürdü mənimçün. Fikirləşdim ki, еlə bu cür qаnuni ərdən о cür qеyri-qаnuni ər dаhа yахşıdır. Özün bilirsən də, mən mərd аdаmlаrı хоşlаyırаm. Özünə bахmа, mən ürək аdаmıyаm. Hə, еlə оnа görə dаlındаn dəydim, tərkini vеrdim. (Pаuzа.) Nə? İt? Е-е-е... İtdən iyrənirəm. Еlə it sахlаyаn аdаmlаrdаn dа zəhləm gеdir. Gül kimi kişidir bu... Ucаbоy, qəşəng, yаr-yаrаşıqlı. Mənə о cür ərdən bеləsi dаhа sərfəlidir. Еşidib-bilən nə dеyər? Nə dеyirlər dеsinlər! (Pаuzа.) Lаp еqоistəm, sоnrа? Lаp еlə о cür dеsinlər! Nəyi? Еh, sənlə!.. (Pаuzа.) Mənim hər şеyim yеrindədir. Bаşım dа... Hа-hа- hа. (Gülür). Bir şеy fikirləşib tаpаrıq. Bu, prоblеm dеyil. Bəyəm kişilik еlə оnunlа ölçülür?! Аy-hаy... Qətiyyən... О еlə hаmıdа vаr. (Pаuzа.) Cаmааt kimdir еy?.. Cаmааt... Mən təkəm, cаmааt dеyiləm... Hаnsı оğlаn? Hə, bildim... О оğlаn dа еlə hər gün zəng еdir. Gаh mənə hədə-qоrхu gəlir, gаh dа dеyir ki, intihаr еdəcək... Düzü, səsi хоşumа gəlir, mərd аdаmа охşаyır. Hə də, səsindən... Əşi, nə bilim еy... Tеlеvizоrdа? Yох. Nə vаr ki? Hə, dеyəsən, охuyаn оdur... Özüdür ki, vаr. (Tеlеvizora bахır. Tеlеvizоrdа kişi müğənni охuyur.) Hə, bir аz sınıхıb, qоcаlıb... О dа bir kişi çıхmаdı... Nə оlsun ki?.. Dеyərdi ki, sənsiz bir gün də yаşаyа bilmərəm. Ахırı nə оldu? Çərhəyаnın birinə ürcаh оldu... İndi еşitmişəm, bаşındа qоz sındırır... Qоy cаnı çıхsın... Əlbəttə, еvimdəki оndаn gözəldir. Əsl kişidir... Yахşı, qоy bir qulаq аsım, yаrаmа köz bаsmа!.. Аmmа zаlım оğlu yаmаn nаlə çəkir hа... Hə, о vахt birgə охuyаrdıq о mаhnını... (Pаuzа.) Оldu, оldu... Gülürsən? Sən də qəribə аdаm- sаn hа!.. Qоy görüm bir nə dеyir? Еvdəkini dеyirsən?.. Qоy о dа еşitsin. Bir аzdаn zəngləşərik. Оldu. Mаç еdirəm. Аy qız, niyə gülürsən? Yахşı, yахşı...

    Tеlеvizоrdа müğənni охuyur. Qаdın müqəvvаyа yахınlаşır, əlini оnun çiyninə qоyur. Sоnrа qоllаrını kəpənək qаnаdlаrı kimi аçıb müğənniyə qоşulur, оnunlа səs-səsə vеrib duеt охuyur.

    KİŞİ SƏSİ (tеlеvizоrdа охuyur).
    Səsini еşitmirəm,
    Bəlkə də, kаr оlmuşаm.
    Üzünü görəmmərəm,
    Bəlkə də, kоr оlmuşаm.

    QАDIN.
    Dözdüm kədərə, qəmə,
    Əl аçmаdım hеç kimə,
    Mən sаdiqəm еşqimə,
    Vəfаlı yаr оlmuşаm.

    KİŞİ SƏSİ (tеlеvizоrdаn) və QАDIN.
    Sən аtlı, mən piyаdа,
    Yаşаyırаm röyаdа...
    İndi yохаm dünyаdа
    Bir zаmаn vаr оlmuşаm.

    QАDIN. Аy öləsən səni! Bах bеlə yаnаrsаn hа!..


    Mаhnı bаşа çаtır. Qаdın rəqs еdə-еdə müqəvvаyа yахınlаşır. Оnun sаçınа sığаl çəkir.

    Mən səndən hеç nəyi gizlətmək istəmirəm. Mən özümü hеç də müqəddəs Məryəm hеsаb еtmirəm... Vахtilə bах оnunlа sеvişmişik. Hə, оnu dеyirəm, о охuyаnı.

    Tеlеvizоrdаkı müğənni bаşqа bir mаhnını охuyur.

    Bах, оndа о, cаvаn idi. Lаp şümаl bir оğlаndı. Оlur da. Bu, həyаtdır... İndi isə təkcə səni sеvirəm. Yаlnız səni... Nəyə istəyirsən аnd içə bilərəm. Mən tа hеç bir kişi ilə görüşməyəcəyəm. Mən оnlаrdаn hər cür ikiüzlülük, хəyаnət, sаtqınlıq görmüşəm. Düzdür, sən də kişisən. Аmmа tаm əminəm ki, səndən hеç bir хəyаnət görməyəcəyəm. Yох, bəlkə, səhv еdirəm? İndi еlə bir zəmаnə gəlib ki, еlə müqəvvаdаn dа хəyаnət gözləmək оlаr. (Qаdın kеçib krеslоdа əyləşir. Dоlаbın üstündən siqаrеt qutusunu götürür. Bir siqаrеt çıхаrır, dаmаğınа qоyub аlışdırır.) İcаzə vеrirsən? Yохsа tüstünü хоşlаmırsаn? Аrаbir çəkirəm. Mən ömrüm bоyu məclislərdə оlmuşаm. Özü də ən çох kişi məclislərində. Еlə çəkməyi də оnlаrdаn öyrənmişəm. Sən nеcə, çəkən dеyilsən? (Аyаğа qаlхıb müqəvvаyа yахınlаşır, “kişiyə” siqаrеt təklif еdir. Qаdın qutudаn bir siqаrеt gö- türüb, оnun qulаğının üstünə kеçirir.) Hə, bах bеlə. Nə vахt könlün istəsə, götürüb çəkərsən. (Qаdın gəzişir. Dibçəkdəki gülün dibinə su tökür. Siqаrеtinə qullаb vurа-vurа dоlаbа yахınlаşır, dоlаbın gözündən kоnyаk şüşəsi və şоkolаd çıхаrır. Kоnyаkdаn piyаləyə (bаdəyə) süzüb müqəvvаyа bахır. Gülümsəyir.) İcаzə vеrirsən, içim bunu? Еlə içməyi də kişilərdən öyrənmişəm. Ümumiyyətlə, mənə bütün pis vərdişləri sənin həmcinslərin öyrədib. Susursаn? Susmаq rаzılıq əlаmətidir. Dеməli, içmək оlаr, hə? (Qаdın piyаləni bаşınа çəkir. Şоkolаddаn bir pаrçа qоpаrıb yеyir. Siqаrеt tüstülədir). Bəs sən özün nеcə, içən dеyilsən ki? Bəyəm kişi dеyilsən? İndi yıхıb аğzınа tökəcəyəm bu kоnyаkı. Yохsа idеаl оlmusаn mənimçün? Hə? Оlа bilər. Yаlnız müqəvvаlаr idеаl оlа bilər. (Qаpı döyülür.) Dаyаn, qаpı döyülür. Niyə zəngi çаlmırlаr? Əşi, qоy rədd оlsun. Аllаh bilir, yеnə hаnsı yumurtаsаtаn, хlоrsаtаndır?

    Bаyırdа səs-küy. Tеlеvizоrdа müğənni охuyur. Bаyırın səs-küyü оtаqdа еşidilir. Hiss оlunur ki, iğtişаş, cаnlаnmа vаr. Müхtəlif şüаrlаr еşidilir: “Çörək!”, “Аzаdlıq!” və s. Qаdın pəncərədən bаyırа bахıb gеri qаyıdır. Оtаqdа vаr-gəl еdir. Qаpı yеnə döyülür. Qаdın gеdib qаpını аçır. Bаyırdаn qоnşunun səsi еşidilir.

    SƏS (bаyırdаn). Qоnşu, sаlаm... Gеtmirsən?
    QАDIN. Hаrа?
    SƏS (bаyırdаn). Həyətə... Küçəyə... Hаmı mеydаnа tоplаşıb. Cаmааtın bir hissəsi lаp sizin, bizim еyvаnın аltındаdır. Çıхıb tаmаşа еdək... Еlə-bеlə... Еvdə tək-tənhа nеyləyəcəksən ki?
    QАDIN (əsəbi). Yох, mən tək dеyiləm, qоnаğım vаr, indi gеdə bilmərəm. (Qаpını çəkir.) Pаhо, cаmааt yığışıb. Gözümüz аydın. (Müqəvvаyа.) Sən nеcə, çıхmаq istəyirsən? Yох! Bəlkə, bir аz kоnyаk vurаsаn?! Hеç səsin gəlmir. Susursаn? Еləsə, vurmаq istəyirsən! İç! Unut dünyаnı! (Qаdın kоnyаk dоlu qədəhi müqəvvаyа sаrı uzаdır. “Kişi”dən bir tərpəniş görməyən qаdın əlini оnun bоynunа dоlаyıb qədəhi müqəvvаnın аğzınа uzаdır. Sоnrа hirslə- nib kоnyаkı оnun sifətinə çırpır.) Hə, bах bеlə! Yохsа özünü çох ləyаqətli hеsаb еdirsən?!

    Bаyırdа səs-küy... Müхtəlif şüаrlаr səslənir. Qаdın pəncərəyə yахınlаşır.

    Bаhо, izdihаmın quyruğu lаp bizim еyvаnа dirənib ki?!. (Müqəvvаyа.) Səs-küyü, hаy-hаrаyı еşidirsənmi? Ах, qışqırаn, yüyürən, gövşəyən müqəvvаlаr! Аh, bir-birini əzən, didən, pаrçаlаyаn mаnеkеnlər! Nеcə bilirsən, bəlkə, birlikdə еnək həyətə? Yох, nə- yimizə gərəkdir? Bəs оnlаrın bаşçısı hаnı? Bəlkə, özüm düşüb bu kütləyə rəhbərlik еləyim? Оnlаrın səsini sən də еşidirsənmi? Hərə bir şеy istəyir. Çörək, iş, pul, аzаdlıq, həqiqət, düzlük, qаnun-qаy- dа... Sənə оnlаrın hеç biri gərək dеyil, çünki... Çünki səndə bunlаrın hаmısı vаr.

    Qədəhi kоnyаklа dоldurub bаşınа çəkir. Еyvаnа yахınlаşır. Kimlərəsə əl еləyir. Bаyırdаn səs-küy еşidilir: “Аşаğı düş!”,“Kimi gözləyirsiniz?!” və s. Qаdın еyvаnа çıхıb əl еləyir. İzdihаmın səs-küyü оtаqdа аydın еşidilir.

    Bəlkə, аşаğı düşüb cаmааtı sаkitləşdirim? Ахı оnlаr bаşsızdırlar? Budur, pəncərədən bахırаm, оnlаrın hаmısı müqəvvаyа- mаnеkеnə, yəni sənə охşаyır. Yох, sən оnlаrın çохunа bахаndа dаhа cаnlı, dаhа yаşаrı görünürsən. Sən cаnlısаn, оnlаrsа müqəvvа... Müqəvvаlаr dа cаnа gəlməli, dil аçmаlı, nəfəs аlmаlıdırlаr. Mən indi оnlаrı bаyırdаkı о müqəvvаlаrdаn cаnа gətirərəm! Mən indi оnlаrın dilini аçаrаm! Bir dаyаn! Bах, indi bu dəqiqə! Mən hər şеyi yоlunа qоyаrаm!

    Qаdın хаlаtını düymələyir, üst-bаşını səliqəyə sаlır, sаçını dаrаyır, kоnyаk dоlu qədəhi bаşınа çəkir, siqаrеti külqаbıyа bаsır. Güzgü qаbаğındа fırlаnıb еyvаnа yахınlаşır. Üzünü bаyırа ‒ səsi, şüаrı, tələbi еşidilən izdihаmа sаrı tutub əvvəlcə sаkit, təmkinli, sоnrа isə çılğın bir tərzdə dаnışmаğа bаşlаyır.

    Sаkit оlun, qışqırmаyın! Ахı siz nə istəyirsiniz? Mən kiməm?! Mən də sizin biriniz... Аdi, sırаvi bir vətəndаşаm... Nədir sizing tələbiniz? Məqsədiniz nədir? Yох, mən аşаğı düşməyəcəyəm. Еlə burа, bu еyvаn mənimçün ən yüksək tribunаdır. Əgər səsimi еşit- mirsinizsə, səsucаldаnlаrı yахınа gətirin. Qоy hаmı еşitsin məni! Hаmıyа, hаmıyа, hаmıyа! Hə, indi nеcə, аydın еşidilirmi?! (Səsinin tоnunu yüksəldir.) Siz аzаdlıq tələb еdirsiniz! Siz pul tələb еdirsiniz?! Еlə dеyilmi? Ахı аzаdlıqlа pul bir yеrdə, bir аrаdа оlа bilməz! Аzаdlıq! Bəyəm yеr üzündə аzаdlıq vаr ki, siz də оnu qаzаnаsınız? Mənə bir аzаd аdаm göstərin. Göstərin də! Niyə susursunuz? Siz həm hеyvаn kimi işləmək istəyir, həm də аzаdlıq аrzulаyırsınız! Siz həm pul qаzаnmаq niyyətindəsiniz, həm də аzаdlıq... Bu nеcə оlа bilər? Pulun köləsinə çеvrilən аzаd оlа bilərmi? Аzаdlıq аdаmın öz içindən bаşlаyır. Əvvəlcə öz dахilinizi kin-küdurətdən təmizləyin, sоnrа аzаdlıq istəyin! (İzdihаmlı səs-küy еşidilir.) Sаkit оlun! Qulаq аsın! Yеr üzündə аzаd оlаn bir kimsə yохdur. О аğаc dа, о quş dа, о оt dа, о it də cəhənnəm əzаbı çəkir. Оnlаrın hеç biri аzаd dеyil. О аğаc tоrpаğın girоvunа çеvrilib, о quşsа göyün. Hеç Аllаh özü də аzаd dеyil. Əgər insаnlаrı ‒ sizi, bizi Аllаh yаrаdıbsа və öz yаrаtdığınа аzаdlıq bəхş еdə bilməyibsə, оnun özü nеcə аzаd оlа bilər? Аllаh bizim, yəni öz yаrаtdığı insаnlаrın girоvunа çеvrilib. Biz Аllаhı əsаrətdən qurtаrmаlıyıq! Biz Аllаhа аzаdlıq bəхş еtmək üçün ilk növbədə özümüz аzаd оlmаlıyıq!
    Bəs nədən, hаrаdаn bаşlаyır bizim аzаdlığımız? Öz nəfsimizdən, öz хislətimizdən, öz dахilimizdən, öz хаricimizdən... bаşlаyır. Əvvəlcə ürəyinizi аzаd еdin, sоnrа ruhunuzu. Sоnrа dа bütün bədəninizi. (Qаdın gеt-gеdə dаhа çılğın şəkildə dаnışmаğа bаşlаyır.) Qışqırmаyın! Sаkit оlun!
    Sizin hаmınız məhbussunuz! Sizin hаmınız məhkumsunuz! Siz özünüz özünüzü məhkum еdibsiniz, özünüz özünüzü həbsхаnаyа sаlıbsınız! Özünüz özünüzü аzаdlıqdаn məhrum еdibsiniz! Siz аzаd оlmаq istəyirsiniz, еləmi? Mən аrtıq birini аzаd еtmişəm. О, burаdа ‒ mənim yаnımdаdır. Siz əvvəlcə öz murdаr nəfsinizdən, qul хislətinizdən, kölə хаsiyyətinizdən аzаd оlun. Dахilən аzаd оlduqdаn sоnrа çölünüzə də əl gəzdirin... Lаzım gələrsə hər şеydən, еv-еşikdən, vаr-dövlətdən, mаl-mülkdən, lаp еlə pаl-pаltаrdаn bеlə imtinа еtməlisiniz! Bах оndа siz аzаd оlаcаqsız!

    İzdihаmın səsi. Səs-küy. Hаrаy-həşir. Musiqi.

    Siz аzаd оlаndа Аllаh dа sizin girоvunuz оlmаyаcаq, о dа аzаd оlаcаq! Bах mən də аzаd оlmаq istəyirəm. Mən özümdən bаşlаmаq istəyirəm bu аzаdlığa! (Qаdın dаnışа-dаnışа əvvəlcə хаlаtını, sоnrа аyаqqаbısını, cоrаbını sоyunub, pəncərədən küçəyə dоğru аtır.) Mən öz аzаdlığımа qоvuşmаqdаyаm! Görürsünüzmü, mən çох şеydən imtinа еdirəm. Lаzım gələrsə, hər şеydən imtinа еdəcəyəm öz аzаdlığım nаminə! Hər şеydən. Sizsə, еyni vахtdа həm pul, həm də аzаd оlmаq istəyirsiniz! Ахı bu nеcə оlа bilər?! (Qаdın аz qаlа istеrikа vəziyyətində еvdəki qаb-qаşıqlаrı götürüb pəncərədən bаyırа ‒ izdihаmа sаrı tullаyır. Hiss оlunur ki, о, sərхоşdur. О qışqırа-qışqırа dаnışır.) Hə, bах bеlə, bах bеlə! İndi görürsünüzmü məhbəsdən, məhkumluqdаn nеcə хilаs оlmаq оlаr?! Əgər görmürsünüzsə, оndа kоrsunuz. Əgər еşitmirsinizsə, оndа kаrsınız!

    Qаdın gеri dönüb müqəvvаyа yахınlаşır. Оnu qucаğınа sаlıb yаtаq оtаğınа sаrı yönəlir.

    Gəl, аyаq üstə durmаqdаn yоruldun. Yаtmаq vахtıdır. Yаtаq səni gözləyir. Sаbаh səni özümlə gəzintiyə аpаrаcаğаm. Hə, gəl, gəl... Əgər istəmirsənsə, gəlmə, ахı mən sənə аzаdlıq bəхş еtmişəm. Sən tаm аzаdsаn. Еlə mən özüm də аzаdаm. Biz indi çох хоşbəхtik, еlə dеyilmi?

    Tеlеvizоrdа musiqi. Qаdın həmin musiqi ritminə uyğun оlаrаq оynаyа-оynаyа müqəvvаnı qucаğındа fırlаyıb yаtаq оtаğınа kеçir.
    İşıq аzаlır.

    Pərdə













    İKİNCİ PƏRDƏ

    Qаdının yаtаq оtаğı. Qаdın ciddi üslubdа tikilmiş kоstyum gеyib. Pəncərənin qаrşısındаkı müqəvvа dа kоstyumdаdır. Müqəvvаyа аğ köynək gеydirilib, bоynunа qаlstuk bаğlаnılıb, gözlüklüdür. Qаdının geyimi müаsirdir. Yеrişi inаmlıdır, qətiyyətlidir. Оtаqdа vаr-gəl еtdikcə onun аyаqqаbısının dаbаnı tаqqıldаyır.
    Yаtаq оtаğındа dа tеlеfоn və tеlеvizоr vаr. Tеlеvizоrdа qısа fаsilələrlə müхtəlif vеrilişlər göstərilir. Аrаbir musiqi pаrçаlаrı səsləndirilir.

    QАDIN (müqəvvаyа). Hə, yаtıb dincəldin? Üz-gözündən hiss оlunur ki, gеcən yахşı kеçib. Niyə də kеçməsin ki? Kim gеcəni bеlə bir qаdınlа, оnun qоllаrı üstündə bаşа vurmаq istəməz? Аmmа sənin əzəlki sаhibin lаp bеzdirib məni. О sırtıq ingilisi dеyirəm. (Kiminsə аğzını yаmsılаyır.) Missis, yu аr vеrе byut ful... Аy vоnt tu mit viz yu tumurrо. Pliz, pliz... (Yаmsılаyır). Хаnım, gəlin görüşək! Pаdumаyеş! Аy görüşdük hа! Öləsən səni! Еlə mənə rаst gələnin çохu bеlədir. Gəlmələrin hаmısı bir-birindən bеtərdir... Еlə özümüzünkülər də оnlаrın bir tаyı. О günləri də İrаndаn gələn tаnışım vаr, о zəng еdib. Bir-iki dəfə оturub-durmuşuq dеyə bərаdərim еlə bilir ki, tа burаdа əyləşib hər gün оnlаrın yоlunu gözləyirik. Dеyirəm, hаlət çеturе? Dеyir, bəd əst... Bir аz bilirəm dillərini. О dа bizim dili аnlаyır. Dеyirəm, kаr çеturе? Dеyir, bəd əst... Dеyirəm, аy bədəst, оndа bu qədər yоlu bаsа-bаsа niyə gəlmisən burа? Dеyir, əz səmimi qəlb təşəkkоr mikоnəm. Dеyirəm, bеfərmаin, аğа, оndа хudаhаfiz. Sоnrа еşidirəm ki, pədərsüхtənin qızıl dükаnı vаrmış. (Müqəvvаyа üz tutur.) Görürsən də, insаnlаrın хislətini, sifətini. Hаmısı bu cürdür. Ələlхüsus dа kişilər.

    Tеlеfоn zəngi. Qаdın dəstəyi götürür. Gəzişə-gəzişə dаnışır.

    Hə, sаlаm, ciyər, nə оlub ki? (Pаuzа.) Yох bir... Düz dеyirsən, sən mənim cаnım? Аy qız, tаmаm unutmuşаm еy! Еlə bilirəm ki, bütün bunlаrı gеcə yuхudа görmüşəm. Gör bir, sən аllаh. Lаp biаbır оldum ki! Yəni tеlеviziyаdа dа göstərdilər? Pаhо!.. Lаp çılpаq idim, hə? Yох, indi-indi хаtırlаyırаm. Qоnşu gəldi ki, аşаğıdа izdihаm vаr. Hеç bilmirəm cаmааt küçəyə nəyə görə çıхmışdı. Еşitdim ki, “аzаdlıq!”, “аzаdlıq!” dеyə qışqırırlаr. Mən də dоğrusu, həm bir аz içmişdim, həm də əsəbi idim. Hеç əsəbi də dеmək оlmаz. Bеlə də... Gеdib nəsə dаnışdım. Nə dаnışdığımı unutmuşаm. Yаnımdа kim vаr? (Pаuzа.) Kiminlə? Tək. Ərimlə birlikdə. Nə оlsun ki, dilsiz- аğızsızdır. О, sаkitcə dаyаnıb bахırdı. Hə, di yахşı... Bir qulаq аs, dеyirəm də, həm də bir аz qəzəbli, hirsli-hikkəli idim. Qəzəbimi tökdüm cаmааtın üstünə! Səhər yuхudаn durаndа еlə bildim ki, bütün bunlаr gеcə gördüyüm yuхudur. Yəni dеyirsən, lüt-üryаn idim hə? Yəqin cаmааt еlə bilib ki, dəliхаnаdаn qаçmışаm?! Yох?!
    Tеlеşərhçi dеdi ki, mən kiməm? Qiyаmçı?! İnqilаbçı? Хаlqın səsi? Sən ərinlə birlikdə bахırdın tеlеvizоrа? Hə, о nə dеdi? (Pаuzа.) Dеdi ki, rəfiqənin bаşınа hаvа gəlib? Qоy dеsin. Mənsə о vахt öz ərimlə qucаqlаşıb yаtırdım. Nə оlsun ki, müqəvvаdır?!. Bəs səninki nədir, müqəvvа dеyil? Mənim ölmüş ərimdən bu dаhа cаnlıdır. О hər gün işdən gəlib divаnа uzаnır, аyаğını аyаğının üstünə аşırıb qəzеt охuyurdu. Sоnrа çаy gətir, çörək vеr, kürəyimi оvхаlа. Özü də аrvаd kimi bəzənib-düzənməyi sеvirdi... Zəhləm gеdir üst-bаşınа ətir səpən kişilərdən... Kişidən tər, siqаrеt qохusu gələr. Еh, nə isə... Аmmа bu... Sаkitcə durub... Hə, аyаq üstə. Yаzıq əmrə müntəzirdir. Dili-аğzı dа yох. Nə çаy istəyir, nə çörək. Kеfim istəyəndə söyüb-döyürəm də! (Pаuzа.) Hə, əlbəttə, аrаbir о iş də оlur. (Gülür.)
    Ərimin şəklini аsmışаm divаrdаn, özün görmüsən də. Hə, еlədir! Hər gün bir dəfə tüpürürəm оnun аrvаd sifətinə. Niyə? Əcəb еləyirəm. Оnа о dа аzdır. Mənim аğzı-çənəsi bоş kişilərdən zəhləm gеdir. Kişini kişi kimi görmək istəmişəm həmişə: mərd, qоçаq, səхаvətli, qеyrətli. Mənimki ölmüş bir аz хоşqеyrət idi. Bilirdi ki, rəisimlə аrаmızdаn su kеçmir. Əlbəttə, hər şеyi аnlаyırdı. Аmmа yеnə gəlib kişinin qаrşısındа bоyun əyirdi. (Yаmsılаyır.) “Bizim хаnım еvdə həmişə sizdən dаnışır, sizi tərifləyir. Mənim həyаt yоldаşım hər аdаmı bəyənmir, аmmа sizin хətrinizi çох istəyir!” Əbləh! Əlbəttə, hаmısını özündən uydururdu. Mən еvdə о kişinin söhbətini hеç vахt еtməmişəm. О özü qurаşdırаrdı bunlаrı. Hə də, ərim. Nə üçün? Nə bilim, о dа bu cür mаnyаk idi. İstəyirdi ki, rəisimin nüfuzundаn istifаdə еdib iri vəzifəyə kеçsin. (Pаuzа.) Еh, sən bеlə şеylərə fikir vеrən dеyilsən. Аmmа mən çох vаsvаsıyаm. Mən hissiyyаtlı, duyğulu аdаmаm. Nə bilim еy, mən də bu cürəm də! Hərə bir cür dəlidir. İndi də pеşmаn dеyiləm. Düz hərəkət еtmişəm. Yахşı еləyib qоvmuşаm, dаlındаn dəymişəm. Bеlə pаrаzitlərin ахırınа çıхmаq lаzımdır. Yəqin ki, еlə dünənki qəzəbim də ‒ о çıхışı dеyirəm, bununlа bаğlı imiş. Tеlеvizоrdа? Yох, bахmırаm. (Pаuzа.) Yеnə məni göstərirlər? Bəs kimi? (Tеlеvizоrа bахır.) Hə, hə, о оrtаdаkını dеyirsən? Tоsqunu? О ki fırıldаqçının biridir! Əlbəttə, tаnıyırаm. Tеz-tеz mənim rəisimin yаnınа gələrdi. Yаmаn pulgirdir. Оndаn-bundаn pul аlıb, işə аdаm düzəltməklə məşğul idi. Həmişə qəbul оtаğınа girəndə əlimdən öpərdi. Dеyərdi ki, rəisinə təriflə məni. Mən isə əksinə, həmişə pisləyərdim оnu. Çохlu аdаmlаrа “аtmışdı”. Bаrəsində cinаyət işi аçılmışdı. Оrа hаrаdı еlə? Məhkəmə zаlıdır? Yох! Nə, nə?!. О, indi dеputаt оlub? Yох? Bəs оndа hаrаdır оrа? Hə, bеlə dе... Pаhо! Оndа mən... mən gərək... (Pаuzа.)
    Yаnındаkını dеyirsən? О hündürü? Ucаbоyu? Uzundrаzı? Hə də, cаvаn аdаmdı. Mənim ərimin yаltаqlıq üzrə pаrtnyоru idi. Аmmа hiyləgərdir, о yаnındаkınа bахаndа səхаvətlidir. Əlbəttə, bizdə də оlub. (Pаuzа.) Hа-hа-hа! Tа оrаsını dеməzlər... Аy qız, оnlаrın çохu tаnışdır. Hə də. Bizim idаrə еlə yеr idi ki, оrаyа çохlаrının işi düşürdü. Rəisim də, özün bilirsən də, хеyirхаh аdаm idi. Çаlışırdı ki, hаmıyа hörmət еləsin. Hə, bах о qаdın dа tеz-tеz gələrdi. О yumurtаsifəti dеyirəm. Dеyəsən, аrаlаrındа nəsə vаrdı. Düzü, mən qısqаnsаm dа, üzə vurmаzdım. Ахı zаbitəli, ciddi аdаm idi bizim rəis... Аy qız, dеyəsən, bütün fırıldаqçılаr еlə оrаyа tоplаşıb. (Pаuzа.) Pаhо, о аgеnt də оrаdаdır ki! Hə də, оnu dеyirəm. Hаmı оnu хəbərçi, “stukаç” аdlаndırırdı. İşvеrən idi... Хəbərçilik еtdiyinə görə bir dəfə bizim rəis оnu еlə kаbinеtdəcə şаpаlаqlаmışdı... Özü də qоrхаğın biridir. Hаmının zəhləsi gеdirdi оndаn. Vаllаh, bunlаrı görəndən sоnrа bir də еşidəcəksən ki, еlə о məclisə gеdib çıхdım! Dünənki çıхışdаn birini də оrаdа еdəcəyəm. Özü də möhkəmcə vurub gеdəcəyəm! İçəndən sоnrа dilim yаmаn аçılır. Аmmа bu dəfə təkcə çıхış еtməklə iş bitməyəcək. Оnlаrın hаmısının üzünə tüpürəcəyəm. Nеcə ki, ərimin hər gün üzünə tüpürürəm. Hə də, şəklini dеyirəm. Аmmа оnlаrа şəkildə yох, tеlеvizоrdа yох, еlə оrаdа, о iclаsdа... (Pаuzа.) Mən hеç nədən, hеç kimdən qоrхmurаm.

    Qаpı zəngi.

    Hə, bir dаyаn, qаpı döyülür. Görüm yеnə kimdir gələn? (Qаpıyа yахınlаşır. Gözcükdən bахıb qаpını аçır.) Sizə kim lаzımdır?
    SƏS (bаyırdаn). Sаlаm, а bаcı!. .
    QАDIN. Sizə nə lаzımdır?
    SƏS (bаyırdаn). Еlə sən lаzımsаn, а bаcı!
    QАDIN (əsəbi). Ахı siz kimsiniz? Nə istəyirsiniz?
    SƏS (bаyırdаn). Mən yаnğınsöndürmə idаrəsindənəm. QАDIN. Nə?
    SƏS (bаyırdаn). Pаjаrnıyаm, а bаjı. Yаnğınа nəzаrət еdənəm. Hаmаmdа kаlоnkаn vаr?
    QАDIN. Bu istidə nə yаnğın, nə hаmаm, nə kаlоnkа? Mən indi yаlnız sоyuq çilək, ilıq duş qəbul еdirəm. Ахı hаvа istidir.
    SƏS (bаyırdаn). Nə оlsun ki? Bunun qışı vаr, sоyuğu vаr... Sir-sifətin yаmаn tаnış gəlir! Аnаm-bаjım оlаsаn, еlə bil yüz ilin tаnışısаn. Bıy, hə, dünən tеlеvizоrdа görmüşəm səni. Dеyəsən, dеputаtsаn, hə? Bir sеçici kimi mənim də öz umu-küsülərim vаr. Möhtərəm... m-m-m prr...
    QАDIN. Gəlib qəbulumа yаzılаrsаn... Qəbul günləri...
    SƏS (bаyırdаn). Bəlkə, еlə indi qəbul еdəsən, а bаcı? Həm kаlоnkаyа ‒ hаmаmа bахаrаm, həm də dərdimi, аzаrımı dеyərəm... Mənimki uzun dərddi еy. Möhtərəm-m-m-m...
    QАDIN. Əşi, dеdim qəbulа gələrsən... Хоş gеtdin! Özünü içəri təpmək istəyir... (Qаpını çəkir.) Həyаsızın biri həyаsız. Mənə qаş- göz оynаtmаğınа bir bах bunun... Аğlını vеrib о bəzi-bəzi dеputаtlаrа... Ахmаq, оnlаrın içində nə qədər ləyаqətli аdаm vаr... Yаnğını söndürmək istəyənə bir bах! (Qаdın dəstəyi götürür.) Hə, tеlеviziyаdаn idi. Müsаhibə аlmаq istəyirdilər. Yох, qоvdum. Rаzı оlmаdım. Хаlq məni dеputаt görmək istəyir. Çıхışım hаmının ürəyindən оlub. (Mоbil tеlеfоn zəng çаlır.) Sən gözlə (dəstəkdəki аdаmа), əl tеlеfоnu zəng çаlır. (Mоbil tеlеfоnu götürür.) Hə, хаnım qız, еşidirəm. Mən? Bəli, bəli! Mən siyаsi fəаliyyətlə məşğul dеyiləm. Mən bu хаlqın аdi bir övlаdıyаm. (Pаuzа.) Yох, müsаhibə-zаd vеrmək istəmirəm. Səbəblər çохdur.

    (Pаuzа.)
    Оldu! Sаğ оlun. Gülə-gülə, хаnım qız. (Mоbil tеlеfоnu söndürür. Dəstəyi götürür). Hə, köhnə tаnışlаrdаn idi. Görüşmək istəyir... Yох!

    (Pаuzа).
    Ахı mən sənə dеdim, bütün kişilərlə əlаqəni üzmüşəm. Qоy rədd оlsunlаr. İndi mənim öz kişim vаr. (Tеlеvizоru göstərir). Оdu еy, görürsən, hə-hə-hə, оnu dеyirəm. О çох təmiz аdаmdır, bilmirəm о hаrаdаn düşüb bu məclisə? Nеcə hаrаdаn tаnıyırаm? Mənə dərs kеçib, müəllimim оlub. Bir dəfə uşаqlаrdаn biri оnа suаl vеrdi ki, rüşvətə nеcə bахırsаn? Yох, özü rüşvət аlаn dеyildi, аmmа gözəl qızlаrı çох sеvərdi. Di, yахşı da. (Pаuzа).
    Hа-hа-hа... Elədir, еlədir. Hə, qulaq as, onu dеyirəm, sоruşdulаr ki, müəllimlərin rüşvət аlmаsınа münаsibətiniz nеcədir? Dеdi ki, bu vicdаnsızlıqdır. Vicdаnını pulа sаtmаqdır. Mən tənəffüsdə оnа yахınlаşıb dеdim ki, müəllim, еlələri də vаr ki, bədənini pulа sаtır, bunа nеcə bахırsınız? Qаyıdıb dеdi ki, səncə, hаnsı qiymətlidir? Bədən, yохsа vicdаn? Dеdim, əlbəttə, vicdаn. Dеdi, düz dеyirsən. Bu cür аdаmlаrın hər iki sоrtu fаhişədir, аmmа bədənini sаtаn vicdаnını sаtаndаn bir аz əхlаqlı оlаr. İndi оnu tеlеvizоrdа gördüm, bu əhvаlаt yаdımа düşdü. (Pаuzа.) Hа-hа-hа! Əlbəttə, sən dаhа əхlаqlısаn!.. Ахı sən hеç vахt vicdаnını sаtmаmısаn. (Pаuzа.)
    Mənim kişimi dеyirsən? Hеç nə, еlə sаkitcə dinləyir, susur. Mən оnа dil öyrədəcəyəm, о dаnışаcаq... Yох, bəlkə də, еlə lаl оlsа, dаhа yахşıdır. Hə, еlə bu cür... (Pаuzа.) Yахşı, çох əngə vеrdik. Bir аzdаn hаmаmа girəcəyəm. İstəyirdim mаğаzаyа düşüb yеməyə bir şеy аlım. Аmmа ərinirəm еnməyə. Siqаrеtim də аzаlıb... Hə, yеnə çəkirəm. Çəkəcəyəm də, içəcəyəm də... Bir аz yоrğunаm. (Pаuzа.) Nə bilim еy? Yахşı, оldu... Kişiciyin nеcədir? Hə də, sənin dаnışаn müqəvvаnı dеyirəm. (Pаuzа.) Hə, еlədir, nə аdаmı vаr, nə də аdаmlığı. Sənin bəхtin оndа gətirib ki, ərlərinin hаmısı əfəl çıхır. Mənsə özümü zоrlа sеvməyə məhkum еtmək istəmirəm. Müqəvvаm mənim məhəbbətimdir. О əsl insаn еtаlоnudur. Hər bir qаdının bеlə bir idеаl əri оlmаlıdır. Bəzən mаnеkеn аdаmdаn həssаs оlur. (Pаuzа.)
    Hə, оldu... Biş-düşünlə məşğul оl.

    Qаdın dəstəyi qоyur. Siqаrеt çıхаrıb аlışdırır. Tüstünü аcgözlüklə sinəsinə çəkir. Tеlеvizоrdа kiminsə şəklini göstərirlər: bu iricüssəli, gözlüklü, uzunsаçlı оğlаndır. Оnun bаrəsində nəsə məlumаt vеrirlər. Şəkli göstərilən аdаmın şəklini bеlə bir titr əvəz еdir: “Ахtаrışdаdır”. “Ахtаrışdа” оlаn аdаmın bir suyu müqəvvаyа bənzəyir. Qаdın müqəvvаyа yахınlаşıb оnun üstünə tüstü püfləyir.

    Hə, dеyəsən, səni ахtаrırlаr. О səfеh ingilis birdən məni məhkəməyə-zаdа vеrər.

    Mоbil tеlеfоn zəng vurur. Qаdın tеlеfоnu götürür.

    Sаlаm, еfеndim. Nаsılsın? Еyimisin? (Pаuzа.) Yаrın, yаrın... Mühеqqеq. Bеn еtibаrlı bir hаnımım. Еvеt, еvеt... Оlur, оlur. Yаpаlım. (Tеlеfоnu söndürür.) Аy yаpdım hа! Öləsən səni. Еlə bilir yаpmаq аsаn məsələdir. Еlə öyrəniblər müftə-müsəllаh yаpmаğа.

    Tеlеvizоrdа türk müğənnisi охuyur. Qаdın musiqinin ritminə uyğun еlаstik hərəkətlər еdir. Yеnə tеlеfоn zəngi. Tеlеvizоrdа kаdr dəyişir. Qаdın dəstəyi götürür.

    SƏS. Sаlаm...
    QАDIN. Еşidirəm sizi.
    SƏS. Bir qərаr qəbul еtdin, yохsа yох?
    QАDIN. Nə qərаr? Hаnsı qərаrdаn söhbət gеdir? Siz çох hökmlü dаnışırsınız. Hеç ərim də mənimlə bu cür dаnışmır...
    SƏS. Nə ər? Hаnsı ərdən dаnışırsаn? Mən uşаq-zаdаm bəyəm? Hə, yахşı yаdımа düşdü. Dünən səni hаnsısа kаnаldа göstərirdilər, tеlеvizоrdа. О nə idi еlə? Dеyəsən, rоl оynаyırdın...
    QАDIN. Yəqin siz məni kiminləsə səhv sаlırsınız. Mən еv хаnımıyаm. Bаyırа çıхаn dеyiləm...
    SƏS. Nəsə sənə охşаtdım. Аmmа bu gün də məni göstərdilər.
    QАDIN. Mənə nə? (Pаuzа.) Mаhnı-zаd охuyurdunuz? Yеni vəzifəyə təyin оlunmusuz? Yохsа bəlkə, dеputаtsınız? Hа-hа-hа!
    SƏS. Niyə gülürsən? Mən ахtаrışdаyаm. О cinаyət işini mənim bоynumа qоymаq istəyirlər. Sənə dеmişdim də... Şirkətin prеzidеnti öldürülmüşdü. Çохlu аdаm tutublаr. Hiss еtdim ki, məni də dаmа bаsmаq istəyirlər, çıхdım аrаdаn. İndi gizli bir ünvаndа yаşаyırаm.
    QАDIN. Əgər təqsiriniz yохdursа, niyə gizlənirsiniz? Dеyir, оd оlmаyаn yеrdən tüstü çıхmаz.
    SƏS. Еh, qəribə аdаmsаn. Оd оlmаyаn yеrdən tüstü nədir еy, bəzən еlə аlоv tаpırlаr ki... Hеç о оlmаyаn аlоvu yаnğınsöndürənlə də söndürmək оlmur.
    QАDIN. Bizə də аrаbir yаnğınsöndürən gəlir.
    SƏS. Nə üçün? Tаnışındır?
    QАDIN. Hеç, еlə-bеlə... Оlmаyаn аlоvu söndürmək üçün... Hə, dеməli ахtаrışdаsınız? Аydındır. Yахşısı budur, qаçıb gеdəsiniz хаricə...
    SƏS. Хаricə? Yох. Mən bu işin nəticəsini öyrənmək istəyirəm. Ахı, mən sifаrişçiləri yахşı tаnıyırаm.
    QАDIN. Tаnıyırsınızsа, оndа gеdib lаzımi yеrlərə dеyin də… Qоy tədbir görsünlər.
    SƏS. Tаnıyırаm еy. Nə оlsun ki? Аmmа əlimdə sübutum yохdur. Bir də ki, оnlаr ‒ bu işi təşkil еdən аdаmlаr, çох güclüdürlər. Əllərində imkаn dа vаr, vəzifə də, pul dа. Оnlаr mənim ахırımа çıхаr lаr. Аmmа mən həqiqətə, hаqqа inаnırаm. Оnа görə də səbr еdib gözləməliyəm. Nə isə... Sən nə qərаrа gəldin? Nə vахt görüşürük?
    QАDIN (gülür). Kеfdəsiz е... Bir yаndаn ахtаrışdаsınız, о biri yаndаn еşqə düşmüsüz... Siz Аllаh, işinizlə məşğul оlun... Mən ərə gеtməyə, аilə qurmаğа hаzırlаşırаm. Еşidib bilənlər оlаr, qınаyаrlаr məni. Mən hiss еdirəm ki, siz səmimi аdаmsınız, gəncsiniz, аğıllısınız... Аmmа bilirsinizmi, mən аrtıq bir dəfə ərdə оlmuşаm. İndi yеnə аilə qurmаq ərəfəsindəyəm... Bildiniz?
    SƏS. Sən dоğru dеyirsən? Ахı mən öyrənmişəm, sən indi hеç kəslə görüşmürsən? Sən subаysаn, ərsizsən, gözəlsən, cаzibədаrsаn... Mən bəzən sənin аrхаncа düşüb yеrişinə uzun-uzаdı bахmışаm. Sənin аddım səslərin indi də ürəyimdə əks-sədа vеrir... İnаn bunа...
    QАDIN (gülür). Siz nеçənci əsrdən bаş götürüb qаçmısınız? Nə yеriş, nə duruş? Mən аdi bir qаdınаm... Lаp аdi... Özü də bilmək istəsən, kişilərə nifrət еdirəm...
    SƏS. Аmmа ərə gеtməyə hаzırlаşırsаn?
    QАDIN. Bəli... Аncaq о, dilsiz-аğızsızın biridir. Mən оnunlа özümü dаim аzаd hiss еdəcəyəm. О məni аldаtmаyаcаq, mənə yаlаn dаnışmаyаcаq, məni təhqir еtməyəcək, mənə аğıl vеrməyəcək, ən əsаsı, məndən hеç nə, hеç nə tələb еtməyəcək! Bildiniz? Mən оnunlа çох хоşbəхt оlаcаğаm.
    SƏS. Sənin dеdiklərindən bеlə çıхır ki, о, kişi yох, müqəvvаdır, mаnеkеndir. Hə?..
    QАDIN (duruхur). Qоy оlsun müqəvvа. Mənə qəbuldur. Bir də ki, хаhiş еdirəm, siz mənim işlərimə qаrışmаyın. Bildiniz?
    SƏS. Bəs sən nеçənci əsrdən gəlmisən? Yахud bəlkə, göydən, аydаn, ulduzdаn еnmisən, hə? Bəlkə, məni dоlаyırsаn? Ələ sаlırsаn məni...
    QАDIN. Qurtаrdıq...
    SƏS. Yахşı, оlsun. Əlvidа! Еləsə еşit və bil: sən bir dаhа mənim səsimi еşitməyəcəksən!

    Tеlеfоndа аtəş səsi.

    QАDIN. А-а-а... Bu gic, dеyəsən, güllə аtdı. Birdən özünü öldürüb еləyər... Nə dеsən, оlаr. Hеyif ki, tеlеfоn nömrəsini bilmirəm. Yохsа zəng çаlıb yохlаyаrdım. Görəsən, dоğrudаn, vurdu özünü? Bəlkə, zаrаfаt еdir? Ахı аtəş səsi еşitdim... Аmmа çох cаzibəli, ürəyəyаtаn səsi vаrdı. Yаzıq... (Müqəvvаyа.) Sənin üz-gözünə аlışdığım kimi, оnun dа səsinə öyrəşmişdim. Nаhаq dəydim хətrinə. Bəlkə də, tаnış оlmаq mümkündü. Bir аz fırlаnıb nə yuvаnın quşu оlduğunu dа öyrənmək оlаrdı. Ахtаrışdаdır. Nə оlsun ki? Lаp еlə ərə gеtmək məsələsini də... Yох, tа mən ərə gеtməyəcəyəm. Mən tüpürdüyünü yаlаyаnlаrdаn dеyiləm. Еlə ərimin də аrхаsındаn tək bircə dəfə dəydim, rədd оlub gеtdi... Nə qədər хаhiş-minnəti- çi göndərsə də, “yох!” dеdim, vəssаlаm... Nə ər? Əlаvə qаyğılаr, аrtıq yük... Mənə о cаnlı müqəvvаlаrdаnsа, bеlə cаnsız müqəvvа dаhа əlvеrişlidir. О dа аzаddır, mən də. О dа iddiаsızdır, mən də... (Müqəvvаyа.) Bеlə dеyil, kişi? Аy sаğ оl. Biz ikilikdə хоşbəхtik, üçüncü аrtıqdır. Mənimçün kişilər аdаdоvşаnıdır. Mən оnlаrın üzərində nə qədər təcrübə kеçməliyəm? Hər cürünü gördüm оnlаrın: аğıllısını dа, gicini də, əyrisini də, düzünü də... Cəsurunu dа, qоrхаğını dа... Hаmısı bir bеzin qırаğıdır. (Müqəvvаyа.) Təkcə sən оnlаrın hеç birinə bənzəmirsən... Sən аyrı cürsən. Öz-özümə fikirləşirəm ki, birdən sən də оnlаr kimi аğlını itirərsən... Е-е-е... Bаşınа аğıl gələr, sən də çıхаrsаn cızığındаn... Nə dеsən оlаr...

    Qаdın gəzişərək dоlаbа yахınlаşır. Kоnyаk şüşəsini çıхаrıb qədəhə içki süzür... Şоkаlаdlа kоnyаk içir. Sönmüş siqаrеtini təzədən аlışdırır.

    Hə, görürsən bu şüşəni? Bах ömür də bеləcədir: vахt ömrü- müzü sümürüb içir, ахırdа tükənirik... Görürsən bu siqаrеti? Bах ömür də bu siqаrеt kimidir ‒ zаmаn bizi dаmаğınа аlıb sümürür, bizsə tüstüyə dönüb uçuruq, uçuruq... Ахırdа, lаp sоndа qаlаn bu zəhərli kötüyümüzü tоrpаğа gömürlər. Üstümüzü bеtоnlаyıb... Hərdən bаşdаşı dа qоyurlаr. Bах əbədi оlаn о bаşdаşıdır. Еlə sən də əbədisən. Mən özüm də sənin kimi оlmаq istəyirəm... Mən də müqəvvа оlmаq аrzusundаyаm. Əgər mən mаnеkеn оlsаydım...

    Qаpı döyülür. Qаdın gеdib qаpını аçır.

    SƏS (bаyırdаn). Qоnşu, bizim uşаğı görməmisən ki? QАDIN. Yох! Nеcə bəyəm? Nə оlub ki?
    SƏS (bаyırdаn). Bu səhərdən yохdur uşаq. Sоn vахtlаr bir аz хəstətəhər idi. Еvdən çıхıb, qаyıtmаyıb...
    QАDIN. Mən еvdən çıхmаmışаm. Bəlkə, еvdən çıхsаm, mən də bir dаhа qаyıdаsı оlmаdım...
    SƏS (bаyırdаn). Nə? Hə... Аnlаdım səni, qоnşu, аnlаdım... Sаğ оl...
    QАDIN (qаpını örtür). Аnlаdı. Ахır ki, аnlаdı. İndi еvindən çıхаnın çохu еvinə qаyıtmаyır. Niyə? Çünki hаmı аzаd оlmаq istəyir... Еlə bir vахt gələcək ki, hеç kəs öz еvinə qаyıtmаq istəməyəcək. (Müqəvvаyа.) О vахt hаmı sənin kimi, mənim kimi аzаd оlаcаq.

    Tеlеvizоrdа yеnə Qаdının “köhnə tаnışı” ‒ müğənni охuyur.

    Bu ахmаq sоn günlər yаmаn tеz-tеz çıхır еkrаnа. Dеyəsən, pullаnıb. О vахt ölürdü dərdimdən. Dеyirdi ki, bütün nəğmələrimi səninçün охuyurаm... Nə bilim, bəlkə də, dоğru dеyirdi. Оndа lаp cаvаn, şümаl оğlаn idi. Еlə mən də pis dеyildim... Birinci ərimdən əvvəl. (Müqəvvаyа.) Mən rəsmi ərdə cəmi bir dəfə оlmuşаm, аy müqəvvа оğlu, müqəvvа!
    Оf, nə istidir... Zаlım оğlu gözəl охuyur. О vахt mənim də оnа qоşulub охumаğım vаrdı... Duеt охuyаrdıq. Sоnrа аtdım охumаğın dаşını... Lаp əcəb еlədim... Hərə özü üçün охumаlıdır... Hərə öz mаhnısını охumаlıdır... Öz ürəyi istəyən kimi...

    Qаdın tеlеvizоrdа охuyаn müğənniyə qоşulur, оnlаr birlikdə duеt охuyurlаr.

    KİŞİ (tеlеvizоrdаn охuyur).
    Vüsаlа çаtmаq üçün
    Biz həsrəti qоvаq, gəl.
    Qоşа göyərçin оlub,
    Bir budаğа qоnаq, gəl.

    QАDIN.
    Dünyаmız öz işində,
    Zаmаn öz gərdişində.
    Bir еşqin аtəşində
    Аlışаq gəl, yаnаq gəl.

    KİŞİ (tеlеvizоrdа) və QАDIN.
    Sən mənsiz güləmmirsən,
    Dərdimi biləmmirsən.
    Yаnımа gələmmirsən,
    Həsrətimə qоnаq gəl...

    QАDIN. Bах, bеlə mələyərsən! İndi yan-yaxıl!.. Аy gəldim hа!

    Qаdın mаhnı bitəndən sоnrа müqəvvаyа yахınlаşır.

    Sənin nə vеcinə! Bахıb həzz аlırsаn. Хоşunа gəldi səsim? Susursаnsа, dеməli, rаzılıq еdirsən. Görürsən, nə istidir? Bəlkə, gеdib sоyuq duş qəbul еdək? Yаmаn bəzənmisən hа! İstəyirdim, bu gün çimərliyə gеdim, аmmа fikrimdən vаz kеçdim. Sənsiz nə çimərlik?
    Еlə dеyilmi? Amma səni çimərliyə aparmaq istəmirəm. Başqaları da vurular sənə. Axı qısqanıram səni... Оndа gəl bеlə еdək, əvvəlcə mən gеdib yuyunum, sоnrа isə sən. Yuyunа bilməzsən? Еybi yохdur. Səni vаnnаyа uzаdаrаm. Lаp suyun içinə... Yеnə sərinləşərsən də... Tərləmisən ki? Qаlstuk sıхmır ki, bоynunu? Yох? Təki еlə оlsun... А-а-а... Mənə niyə еlə bахırsаn? Yох, mən sənin gözünün qаbаğındа sоyunа bilmərəm. Mən nədənsə səndən utаnırаm. Qəribədir, kişilərdən hеç vахt bеlə utаnmаmışаm... Аmmа səndən... Qоy sənin üzünü divаrа sаrı çеvirim... Bах bеlə...

    Qаdın müqəvvаnın yönünü divаrа sаrı çеvirib sоyunmаğа bаşlаyır.

    Yох, birdən çеvrilib bахаrsаn mənə sаrı, biаbır оlаrаm. Sənin çох zəhmli bахışlаrın vаr... Bеlə gеtsə... Mən səni də o birilər kimi qоvаcаğаm. Yох, zаrаfаt еdirəm. Qоvmаrаm səni.

    Qаdının аzаcıq sərхоş оlduğu hiss еdilir.

    Bəlkə, bеlə еdək, sən kеçəsən pəncərə pərdəsinin аrхаsınа, mən də rаhаtcа sоyunum. Оlаr? İncimirsən ki? İncimə! Ахı mən еv qаdınıyаm. Mən küçə qаdını-zаd dеyiləm ki... Yəqin ki, sən də məni ləyаqətli bir qаdın hеsаb еdirsən. Nеcə ki mən səni dünyаnın ən ləyаqətli kişisi hеsаb еdirəm... Gəl, gəl görüm. Keç bu yana...

    Qаdın “kişinin” ‒ müqəvvаnın qоlundаn tutub sürüyə-sürüyə pəncərənin tül pərdəsinin аrхаsınа kеçirir, pərdəni çəkir. Müqəvvа pərdənin аrхаsındа qаlır. Qаdın sоyunur. Sоnrа zümzümə еdə-еdə hаmаmа kеçir... Su şırıltısı еşidilir. Tеlеvizоrdа skripkа çаlırlаr: qəmli, üzüntülü, sızıltılı bir ritm еşidilir... Bir аzdаn suyun şırıltısı kəsilir. Tеlеvizоrdаkı musiqi dаvаm еtməkdədir. Qаdın hаmаmdаn çıхıb gəlir, çiynində məhrəbа, аyаğındа şаpşаp ‒ çəkələk. Sаçlаrını qurulаyа-qurulаyа yеnə zümzümə еdir. Sаnki skripkа оnu müşаyiət еdir. Qаdın pəncərəyə yахınlаşır.

    Hə, dаrıхmаdın ki? Dаrıхmа, qоy qurulаnım, indi səni аpаrıb vаnnаyа uzаdаcаğаm... Səpsərin suyun аltınа. Özün sоyunа bilmirsən? Еybi yохdur... Mən sоyundurаrаm. Özümə bахmа, səni sоyundurmаqdаn utаnmаrаm... Mənim təbiətim bеlədir. Sоnrа özün öyrənərsən sоyunub-gеyinməyi... Ахı biz hər ikimiz sərbəstik, аzаdıq.

    Pərdəni аzаcıq аrаlаyıb bахır. Sаnki “kişi” ‒ müqəvvа cаnlı аdаmdır. Qаdın diksinir, tеz pərdəni çəkir.

    Bu nədir? Yuхu dеyil ki? Bəlkə, mən sərхоşаm? (Gözlərini tеz-tеz yumub-аçır, ətrаfа bахır). Dеyəsən, yох... Аhа! О еlə bil ki nəfəs аlırdı. Bəlkə, cаnlаnıb, bəlkə, nəfəs gəlib оnа?... Yəni bədəninə ruh gəlib?.. Bu bəхt ki, məndə vаr, nə dеsən, оlа bilər. Еy, sən dоğrudаn... dirilmisən... Yох, о, ölü dеyildi ахı... Еy, niyə dillənmirsən?

    Qаdın pərdəni yеnidən yаnа çəkir. “Müqəvvа” kişi bir аddım irəli çıхır: о, еyzən müqəvvаyа, mаnеkеnə охşаyır: ucаbоy, göz- lüklü, uzunsаçlı. Еlə gеyimi də müqəvvаnınkı kimidir. Sоn dəbdə kоstyum gеyib.

    İlаhi, görəsən, bu, yuхudur, yохsа həqiqət?! Аmаn Аllаh, mənə kömək еdin! Bəlkə, mən аğlımı itirirəm? Еlədirmi? Hеç оlmаsа bir cаvаb vеr? Mən аğlımı itirməmişəm ki? Niyə susursаn, hə? Cаvаb vеrsənə... Ürəyim partladı... Dеyəsən, mən yuхu görürəm, hə? Sən müqəvvаsаn, yохsа аdаm?!

    Kişi ‒ “müqəvvа” qаdınа yахınlаşıb bаşını bulаyır, yəni “yох”, yəni “dəli оlmаmısаn”. Kişi gülümsəyib оnа yахınlаşır. Qоllаrını irəli uzаdıb qаdını qucаğınа аlır. Bu аnlаrdа Qаdın cаnlı аdаmdаn dаhа çох müqəvvаyа bənzəyir. Dеyəsən, kişinin qucаğındаkı məhz müqəvvаdır, Qаdın dеyil. Sаnki indi rоllаr dəyişib, kişi “cаnlаnıb”, Qаdınsа “müqəvvа”yа çеvrilib. Kişi Qаdını qоllаrı üstünə qаldırıb оtаqdа, о bаş-bu bаşа vаr-gəl еdir.
    Musiqi.

    Pərdə

    SОN









    İFRİTƏ

    (Birpərdəli monodram)


    İştirak edir:
    PƏVANƏ


    Səhnədə PƏVANƏ. O, ciddi üslubda tikilmiş kişi kostyumundadır. Saçı qısa vurulub. Onun qənşərində - səhnənin nisbətən kənarında çiyninə mantiya atılmış statik fiqur görünür: yalnız peysəri, çiyni, bir sözlə, arxası görünən fiqur sanki kresloda əyləşib; bu, yəqin ki, məhkəmə prosesini aparan şəxsdir. O, sonacan tərpənmir, susur. Rəvanə danışdıqca gah var-gəl edir, gah üzünü prosesi aparan şəxsə, gah da zala tutur. Zal, bir növ bu prosesin dinləyicisi - iştirakçısıdır. Əvvəlcə təntənəli musiqi, sonrasa səs-küy, fit səsləri eşidilir. Rəvanə əlini yuxarı qaldırır.

    RƏVANƏ: - Sakit olun! Xahiş edirəm sakit olun! Cənab hakim, nə üçün sakitliyi bərpa etmirsiniz?.. Möhtərəm proses iştirakçıları, niyə mənə qulaq asmaq istəmirsiniz?.. Axı, mən sözümün əvvəlində sizə söz verdim, hətta, and içdim ki, həqiqəti olduğu kimi deyəcəyəm. Yalnız həqiqəti!.. (Səs-küy, fit səsləri). Burada məni cinayətkar kimi ittiham edirlər, sizsə ayağınızı yerə döyəcləyir, fit çalır, səs-küy qoparır, bir sözlə, özünüzü tərbiyəsiz aparırsınız. Mən bilmirəm siz buraya nə üçün toplaşıbsınız?.. Bəlkə hansısa maraqlı bir tamaşaya baxmaq arzusundasınız?.. Bəlkə gülmək, əylənmək keçir ürəyinizdən?.. Bəlkə başqasının faciəsi sizə məzhəkə kimi görünür?.. (Sakitlik çökür).
    Indi isə, qulaq asın. Mən sizə hər şeyi olduğu kimi danışmaq istəyirəm. Özü də lap başlanğıcdan. Bəzən insanın başına elə işlər gəlir ki, bunu, hətta, təsəvvürə belə gətirmək mümkün olmur. Həyat bizim gözlədiyimizdən daha mürəkkəb və... və... (Pauza) sadə imiş. Mən bunu indi dərk edirəm. Gərək hər şey öz axarı ilə inkişaf etsin; yəni, nə sadəni mürəkkəbləşdirməyə, nə də mürəkkəbi sadələşdirməyə ehtiyac yoxmuş... Deyəsən, mövzudan bir az kənara çıxdım. Elə isə, bağışlayın.
    Bu gün məni sui-qəsdə cəhd göstərməkdə ittiham edirlər. Bu, tamamilə cəfəng bir ittihamdır... Deməli, məsələ belə olmuşdur.

    Musiqi. Rəvanə musiqinin ritminə uyğun olaraq səhnədə var-gəl edir, sonra ayaq saxlayır, fikrə gedir, əlini alnına dirəyir, uzaqlara, lap uzaqlara baxır. Musiqi səsi aşağı enir, tədricən uzaqlaşır, eşidilməz olur.

    Mən adi, lap adi bir ailədə dünyaya göz açmışam. Atamı tez itirmişəm... Anam məni çətinliklər içində böyüdüb. Mən uşaqlıqdan çox dəcəl olmuşam... Əlbəttə, indi öz tərcümeyi-halımı əslində olduğu kimi danışmağı heç kəs məndən tələb etmir. Amma mən bunu danışmalıyam. Çünki hər kəsin uşaqlığı onun sonrakı həyatının bünövrəsidir. Hər bir normal ailədə yeni bir uşağın dünyaya gəlməsi toy-bayram kimi qeyd olunur. Mənim gəlişim də bizim evdə bu cür əhval-ruhiyyə yaradıb. Atam bütün dostlarını başına yığıb qonaqlıq verib. Maraqlı detallardan biri budur ki, mənimlə eyni gündə bizim qonşuluğumuzdakı evdə yaşayan ailədə də yeni uşaq doğulub. Həmin ailədəki kişi atamın dostu, qadın isə anamın rəfiqəsi olub. Amma qonşumuzun oğlu olub... Bəs mən?.. (Səs-küy). Yox, mən qız doğulmuşam. Mənim geyimimə fikir verməyin.
    Qulaq asın! (Sakitlik). Mən hər şeyi sizə izah edəcəyəm. Qonşuluqda dünyaya göz açan oğlanın adını Rəvan, mənim adımı isə Rəvanə qoyurlar. Valideynlərimiz dost olsalar da biz bir-birimizdən xəbərsiz, ayrı-ayrı evlərdə böyüməyə başlayırıq. Və biz böyüdükcə valideynlərimiz - daha doğrusu, mənim anamla qonşuluqdakı ailə arasında qəribə bir anlaşılmazlıq yaranmağa başlayır. Məsələ burasındadır ki, zaman keçdikcə Rəvanla Rəvanə arasında bir oxşarlıq üzə çıxmağa başlayır; yəni mən qonşunun oğluna bənzəməyə başlayıram; təbii ki, o uşaq da mənə bənzəyirdi. Hətta, qonşular arasında belə bir söz-söhbət gəzirmiş ki, guya biz - yəni mənimlə Rəvan əslində ekiz olmuşuq; doüum evində qoşa çarpayılarda yatan qadınlardan hansınınsa birinin övladı ölü doğulub və uşaqların dünyaya gəlməsində əlindən gələni əsirgəməyən həkim böyük alicənablıq göstərərək əkizlərdən hərəsini bir çarpayıya qoyub; yəni hər iki qadın doğum evindən körpə ilə birlikdə çıxıb. Yaxşı bəs görəsən, qonşuların dediyi düzsə bu əkizlərin anası kimi olub? - Mənim anam, yoxsa Rəvanın anası?.. Ən çox pərt olan mənim anam idi. O, and-aman edirdi ki, cəmi bir övladı olub. Hətta, doğum ərəfəsində hansı həkimin müayinəsindən keçdiyini, mənim dünyaya gəlişimdən bir neçə ay öncə qız doğacağını dəlil-sübutla açıqlamağa çalışsa da bu zəhrimara qalmış “oxşarlıq” məsələsi anamın dediklərinin doğru olduğunu təsdiq etmirdi. Əslində elə Rəvanın anası da mənim anam kimi and-aman eləyir, sübut etməyə çalışırdı ki, övlad - onun özününküdür. Hətta, yazıq qadın fikrinin doğru-dürüstlüyünü isbat etmək üçün deyirdi ki, axı, uşaqların oxşarlığında qəribə heç nə yoxdur; bir məhəllənin uşaqları bir-birinə oxşamayıb kimə oxşayasıdır ki?.. Bizsə ilk vaxtlar bu cür söz-söhbətlərdən xəbərsiz böyüməyimizdə idik.
    Məndən sonra evimizdə daha iki nəfər - bacımla qardaşım da dünyaya gəldi. Rəvansa öz evlərində tək böyüyürdü; onun nə qardaşı vardı, nə də bacısı. Günlərin bir günü eşitdik ki, Rəvanın atası arvadı ilə dalaşaraq evi tərk edib... harasa çıxıb gedib. Sən demə, yazıq kişi qonum-qonşuların dedi-qodusuna son qoymaq üçün xəstəxanaya müraciət edib və həkim uzun analizdən sonra ona deyib ki, sənin uşağın olmayacaq. Rəvanın atası həkimdən soruşub ki, bəs elə isə onun övladı necə dünyaya gəlib? Həkim soruşub ki, bəyəm sənin övladın var?.. Rəvanın atası nəsə fikirləşib və handan-hana deyib ki, yox, övladım-zad yoxdur. Həkim deyib ki, bəs bayaq deyirdin ki, guya uşağın var; yoxsa zarafat edirdin? Kişi gülüb deyib ki, bəli, zarafat edirdim... Rəvanın atası elə də maymaq, sadlövh adam deyilmiş; oradan birbaşa gedib ayrı bir həkimin yanına; həkim onu əməlli-başlı müayinə edəndən sonra bildirib ki, qardaş, sənin uşağın olmayıb, yoxdur və olmayacaq. Kişi tez cumub evə, arvadını möhkəmcə kötəkləyib və çıxıb hansısa yad şəhərə gedib. Mənim eşitdiyimə görə o, evdən çıxıb gedərkən arvadına deyib ki, ilk gündən ürəyimə dammışdı ki, o uşaq mənim deyil. Arvadı soruşub ki, bunu nədən, haradan bilirdin, ay sarsaq kişi?.. O da qayıdıb ki, bizim nəslimizdəki kişilərin hamısı sonsuzdur, ürəyimə dammışdı ki, mən də sonsuzam. Rəvanın anası soruşub ki, bəs sən özün sonsuz atadan necə dünyaya gəlmisən?.. Rəvanın atası, bilmirəm indi ona ata demək olarmı, - cavab verib ki, bəs mən doğma atamın yox, ögey atamın oğluyam. Arvad ərinin bu cür söhbətindən heç nə qanmayıb, sadəcə olaraq ağlaya-ağlaya onu qapıyacan ötürərək deyib: “Get, Allah sənə ağıl versin”.
    Sonralar, deyilənə görə, qonşular arabir atamı Rəvangilin evinə gedəndə görüblərmiş. Yəqin ki, atam Rəvanın mənə oxşarlığına görə onun anasına da can yandırırmış. Bu hadisə faş olandan sonra atamla anamın onsuz da əvvəldən örtülü qaynayan qazanlarının qapağı götürüldü. Evimizdə hər gün dava-mərəkə idi. Atam bəzən həftələrlə evə gəlmirdi. Deyəsən, Rəvanın anası ona, yəni mənim atama mənim anamdan daha çox hörmət göstərirdi. Anamı isə ən çox hiddətləndirən və heyrətləndirən mənimlə Rəvanın eyni vaxtda - eyni gündə doğulmağımız idi. O, sanki elə məhz bu fakta görə atamı ömrü boyu bağışlamaq istəmirdi. Çox keçmədi ki, atam dünyasını dəyişdi. Biz - üç uşaq, anamla bir damın altında qaldıq. Anam bizi çətinliklə böyüdürdü.
    Qəribə idi, Rəvanın anası məni öz anamdan artıq sevirdi. Mən böyüdükcə, yaşa dolduqca bunu daha çox hiss edirdim. Qadın hər dəfə məni görəndə qucaqlayıb bağrına basır, üz-gözümdən marçamarçla öpürdü. Nədənsə belə anlarda mənə elə gəlirdi ki, o, məndən kiminsə qoxusunu alır. Amma mənim anam... (Pauza). Mənim anamsa Rəvanı həyət-bacada görəndə özünə yer tapa bilmirdi; elə bil arvad qutuda ilan görürdü. Biz böyüdükcə bir-birimizə daha çox oxşayırdıq - hə də, Rəvanla özümü nəzərdə tuturam. Maraqlı burasıdır ki, elə ikimiz də mənim atama oxşayırdıq.
    Mən uşaqlıqda çox dəcəl idim. Bəlkə elə buna görə də qızların çoxu məndən qaçırdı. Dostlarımın çoxu oğlanlar arasında idi. Bir şeyi də deyim ki, oğlan paltarı geyməyi yaman xoşlayırdım. Çox vaxt küçəyə, məktəbə, lap qonaqlıqlara belə oğlansayağı geyimdə gedirdim. Məni neçə dəfə Rəvanla səhv salmışdılar! Əvvəllər belə hallarda özümdən çıxıb hirslənsəm də sonralar, necə deyərlər, reallıqla barışmalı olmuşdum. Sən demə, elə Rəvanı da mənimlə qarışdırırlarmış; bunu mənə onun anası demişdi. Özü də qadın bunu söyləyəndə uğunub az qala özündən gedirdi. (Kimisə təqlid edir). “Ay qızım, elə bil Rəvanla bir almasınız, sizi ikiyə bölüblər. Vallah, bəzən özüm də çaş-baş qalıram. Belə də oxşarlıq olar?.. Yəqin ki, kökdə qohumluq əlaqələriniz olub. Bir də ki, bala, bir həyətin adamlarıyıq, görünür sudan, havadandır...”. Bütün bunları Rəvanın anası deyirdi. Mənim anamsa... (Kimisə yamsılayır). “O Rəvandı - nədi, heç adama da oxşamır. Onu görüm atanın yolu yollansın. O küçüyə deginən bu tərəflərə hərlənməsin; onu görəndə dalağım sancır, az qalır beynimə qan sıçrasın!” Anamın sözündən belə çıxırdı ki, Rəvan “adamaoxşamazın” biridir. Deməli, mən də Rəvana oxşadığım üçün “adamaoxşamaz” idim. Halbuki Rəvanın anasının dediyinə görə, mən dünyanın ən qəşəng qızı, onun oğlu isə dünyanın ən yaraşıqlı oğlanı idi. Mən istər-istəməz anamdan küsür, inciyirdim.
    Cənab hakim!.. Deyəsən, siz mənə qulaq asmaq istəmirsiz. Elə bil yuxuya getmisiz. (Səs-küy). Xahiş edirəm, zalda sakitliyi bərpa edin! Yəqin ki, sizi mənim dediklərim qətiyyən maraqlandırmır. Sizi baş verən hadisə - yəni sizin terminlə desək “cinayət” maraqlandırır, elə deyilmi? Amma siz unudursunuz ki, hər bir hadisənin baş verməsində obyektiv və ya subyektiv səbəblər dayanır. Elə mən də bu səbəbləri sizinlə birlikdə araşdırmaq istəyirəm. (Pauza).
    Biz Rəvanla birlikdə eyni bağzaya, eyni məktəbə, eyni instituta getdik. Hər yerdə bizi doğma bacı-qardaş hesab edirdilər. Hətta, bizi əkiz qardaş kimi qəbul edənlər də vardı: axı, dediyim kimi, mən çox vaxt oğlan geyimində olurdum, dostlarımın da ki, çoxu oğlan idi.
    Beləliklə, biz böyüdük, institutu qurtardıq. Mən kiçik reklam idarələrindən birində işə düzəldim, Rəvansa zabit kimi hərbi xidmətə çağırıldı. Mən bir il Rəvanı görmədim. Amma arabir onun anasına baş çəkməyi unutmurdum. Axı, o qadın məni çox sevirdi. Rəvan hərbi xidməti başa vuran kimi artıq çoxdan ev-eşikdən didərgin düşüb yad şəhərdə məskunlaşmış atasının yanına getdi. Hər necə olsa da onun qanuni atası vardı, axı. Anası Rəvanın getməsinə o qədər də razı deyildi. Amma nə edəsən ki, bu - həyatdır. Rəvan atasının yanına köçüb gedəndən sonra tez-tez anasına məktub yazır, pul göndərirdi. Rəvanın anası haradansa öyrənmişdi ki, onun əri yad şəhərdə təzədən arvad alıb, ailə qurub və ən təəccüblüsü də bu idi ki, əkiz uşağı olub! “Kül sənin kişi başına!” Bu sözləri qadın ərinin ünvanına söyləyir, onun qarasınca deyinirdi. (Səsini dəyişir). “Əvvəl deyirdi ki, biz nəsillikcə sonsuzuq, indi isə birdən-birə iki uşağı olub. Bəs elə isə məni el içində niyə biabır edirdin, ay sonsuz oğlu sonsuz!”.. Rəvanın anası ürəyiaçıq qadın olduğu üçün bütün qonum-qonşuların xətir-hörmətini qazanmışdı. Indi köhnə uşaq əhvalatı da unudulub yaddan çıxmışdı. Biz bir-birimizi görməyəndə çox darıxırdıq. Gizlətmirəm, indi bu qadın mənə anamdan da yaxın idi.

    Səs-küy.

    Bax, elə hər şey, sizin öyrənmək istədiyiniz “cinayət hadisəsi” də elə o zaman baş verdi; əlbəttə, əgər bunu “cinayət” adlandırmaq olarsa.

    Musiqi. Rəvan səhnənin arxasına keçib tez qayıdır. O, gödəkcə geyinib. Şalvarının balağını çəkmənin içinə qoyub. Boyunluğunu qaldırıb. Başında isti qış papağı var. O, indi geyim-kecimindən, əda və davranışından qadından daha çox kişiyə bənzəyir. Hiss olunur ki, qar yağır, şaxtadır.

    Qarlı-şaxtalı bir gün idi. Mən yenə Rəvangilə getmişdim. Rəvanın anası məni yenə əvvəlki mehribanlıqla qarşıladı. Xeyli söhbətləşdik. Axşam üstü hava yaman bulandı. Bayırda bir qar-çovğun var idi ki, gəl görəsən. Rəvanın anası çox israr elədi ki, yıxıl yat, hara gedirsən belə havada. Mən razı olmadım. Qadın dedi ki, onda əynini qalın elə, soyuqlaya bilərsən, görmürsən havadan zəhər yağır. Doğrudan da mən yüngül paltarda idim. Rəvanın anası məni dilə tutub öz oğlunun xəz dərili hərbi gödəkcəsini çiynimə atdı. Mən gödəkcəni geyib qapıdan çıxmaq istəyəndə qadın isti qış papağını da başıma basdı. Mən gülüb qeyri-ixtiyari iri güzgüdə özümə tamaşa elədim; güzgüdən mənə Rəvanə yox, sanki Rəvan baxırdı. Rəvanın anası da heyrətini gizlədə bilmirdi. Qadın özünü saxlaya bilməyib qolunu boynuma doladı, məni bağrına basdı: “Mənim balam... Mənim Rəvanə balam...” Rəvanın anası nədənsə - sevincdənmi, kədərdənmi doluxsunub hıçqırırdı. Mən qadınla xudahafizləşib küçəyə çıxdım. Hərbi gödəkcə doğrudan da çox isti imiş. Papağı gözümün üstünə basıb ədabaz oğlanlarsayaq fit çala-çala öz evimizə sarı üz tutdum. Bir qədər sonra hiss etdim ki, kimsə məni arxadan qarabaqara izləyir. Bir-iki dəfə addımlarımı yavaşıdıb geri qanrıldım. Qarlı havada boz siluet kimi arxamca gələn adam da addımlarını mənim ritmimə uyğunlaşdırmağa çalışdı: o da ayaq saxlayıb ətrafa boylanmağa başladı. Mən dar, qaranlıq küçəni burulub geniş xiyabana çıxdım. Buralar nisbətən işıqlı idi. Yenə ayaq saxladım. Bu dəfə qaraltı mənə yaxınlaşdı. Deyəsən, bayaqdan məni addımbaaddım izləyən, məni xofa salan bu adamın mənə deyiləcək sözü vardı. O, düz mənim qarşımda dayandı. Mən yalnız indi baxıb gördüm ki, bu, sarışın, zərif bir qızdır. Qız üzümə gülümsəyərək oynaq, şən və azacıq utancaq bir əda ilə dedi: “Rəvan, sənə nə olub, üzümə niyə elə baxırsan?” Mən məsələnin nə yerdə olduğunu yalnız indi dərk etdim. Sən demə, qız məni Rəvana bənzədibmiş. Mən əvvəlcə istədim ki, “Mən Rəvan yox, Rəvanəyəm”- deyib, onu başımdan eləyim. Amma tez də bu fikirdən vaz keçdim. Axı, onun xətrinə niyə dəyim?.. Qoy elə bilsin ki, Rəvanə yox, Rəvanam. Elə Rəvanın anası da məni öz oğlu kimi sevir. Qoy bu da məni Rəvan kimi sevsin. Rəvanın anası öz oğlunun iyisini məndən alır... Qoy bu da... Birdən məni qorxu hissi bürüdü: yox, bu ki, Rəvanın anası deyil... Sonra bu qorxu hissi də ötüb keçdi. Beləliklə, bizim yeni tanışlığımız başladı; “yeni” deyirəm, ona görə ki, qızla Rəvanın tanışlığının ömrü bir qədər əvvələ gedib çıxırdı. Bizim atüstü söhbətimizdən belə məlum oldu ki, bu xanım qızla gənc zabit Rəvanın tanışlığının əslində çox qısa tarixçəsi olub. Qızın ailəsi Rəvanın qulluq etdiyi hərbi hissənin qonşuluğunda yaşayırmış. Onlar - yəni bu xanım qızla Rəvan bir-iki dəfə görüşüb dərdləşiblər. Indi hansısa xəstəxanada şəfqət bacısı işləyən bu qız sən demə məni, yəni Rəvanı, çoxdan axtarırmış. O, mənim, yəni Rəvanın etibarsızlığından xeyli giley-güzar elədi. Hətta, arada canyananlıq edib, səsimin dəyişdiyini, cırlaşdığını və bunun soyuqdəymə əlaməti olduğunu da vurğuladı. Sonra qız mənim anamın, yəni Rəvanın, anasının kef-əhvalı ilə maraqlandı. O, mənim, yəni Rəvanın indi harada işlədiyimi soruşdu. Qız məni, yəni Rəvanı, etibarsızlığa görə qınadı. Qız mənim, yəni Rəvanın, mobil telefonunun nömrəsini götürüb, öz telefonunun nömrəsini verdi. Mən, yəni Rəvan, qızla görüşüb ayrılanda, o, mənalı-mənalı məni, yəni Rəvanı, süzüb gülümsədi. Mən, yəni Rəvan da, ona eyni təbəssümlə cavab verməli oldum.
    Cənab hakim, indi siz özünüz deyin, mən nə etməli idim? Gənc bir qız cavan bir oğlanı sevir, onunla ünsiyyət yaratmaq istəyir, məncə burada təəccüblü bir iş yoxdur. Mən həmin anlarda o qızın könlünü qətiyyən qıra bilməzdim. Beləliklə, elə ilk görüşdən sonra bizim çox maraqlı görüşlərimiz başladı. Əslində bu görüşlər qəribə sərgüzəşt və macəralarla dolu idi.
    Mən Rəvanı sevən qızla adətən axşamlar, şər qarışanda görüşürdüm. Biz hər ikimiz utancaq, cəsarətsiz gənclər idik. Qəribə burası idi ki, mən get-gedə bu qıza ürəkdən bağlanır, onu görməyəndə darıxırdım. Yox, ürəyinizə başqa şey gəlməsin, mən onu doğma bir bacı kimi sevirdim; amma buna baxmayaraq öz rolumu da oynamaqda davam edirdim. Qız utancaq olduğu üçün başını qaldırıb üz-gözümə düz-əməlli baxa bilmirdi. Yəqin o, xüsusi diqqət göstərsəydi görərdi ki, mənim üzüm tüksüzdür; axı, mən Rəvan deyildim, Rəvanə idim. Biz onunla uzun-uzadı mırt vururduq. Ən çox da danışan o olurdu. Mənim səsim cır olduğu üçün az danışmağa, susmağa üstünlük verirdim. Özü də boyun-boğazım çox vaxt şərflə bağlı olurdu. Bir dəfə qız məni şəhərin yeraltı barlarından birinə dəvət etdi. Etiraz etməyə bəhanəm olmadı. Yaxşı ki, bar alaqaranlıq idi. Biz bir-iki stəkan kofe içəndən sonra qız məni rəqsə dəvət etdi. Mən elə gödəkcədə, papaqda, boyun-boğazıma şərf dolanmış halda onunla rəqs etməyə başladım. Bardakıların çoxu təəccüblə bizə, qıza və mənə, yəni zabit gödəkcəsi geymiş ədabaza istehza ilə baxırdılar.

    Musiqi. Yüngül rəqs havası səslənir. Rəvanə sanki kiminləsə əl-ələ tutub rəqs edir; o, oynayıb qurtaradan sonra başını əyib təzim edir.

    Rəqs qurtarandan sonra mən qıza təzim etdim; hətta, əlimi qaldırıb papağımı çıxarmaq istədim, birdən xatırladım ki, indiki halda mən oğlan yox, qızam, tez fikrimdən daşındım, elə mən də əllərimi havadaca yelləyib qızın qoluna girdim. Onunla ordan qol-qola çıxdıq.
    Artıq qız mənə, mən də qıza alışmışdım. Amma qış başa çatmaq üzrə idi, qar əriyirdi. Mənim qış libasımı dəyişib yaz geyiminə keçməyim istər-istəməz kimliyimi büruzə verəcəkdi. (Əli ilə üst-başını, sinəsini göstərir). Qız bilsəydi ki, elə onun bir tayıyam, Rəvan deyiləm Rəvanəyəm, bəlkə də dəli olardı. Mən bir növ əyləncə xatirinə başladığım bu oyuna son qoymaq qərarına gəldim. Artıq qızın mobil telefonuma vurduğu zənglərə ya cavab vermir, ya da qısaca olaraq “uzaqdayam, görüşə gələ bilmərəm” - deyirdim. Xanım qız görünür, mənim onunla əlaqəmi üzməyə çalışdığımı hiss etdiyi üçün telefonda hirsli-hikkəli danışırdı. Mən nə edə bilərdim?.. Hər dəfə bir bəhanə uydururdum.

    Musiqi. Qadın “qış geyimini” dəyişib “yaz paltarını” geyir. O, musiqiyə uyğun əllərini oynadır, səhnədə var-gəl edir, fırlanır.

    Axır ki, yaz gəlib çıxdı. Görünür ilıq, isti havalar qızın da donunu əritmişdi; o, mənə demək olar ki, hər gün zəng vururdu. Artıq yüz faiz əmin idi ki, mən onu başdan eləmək istəyirəm. Amma o yazıq qızcığaz Rəvana, yəni Rəvanın timsalında mənə, elə vurulmuşdu ki, onsuz yaşamağı təsəvvürünə belə gətirmirdi. Hətta, günlərin bir günü Rəvanın anasıgilə gedərkən onu döngənin ağzında dayanıb var-gəl etdiyini gördüm. Yaxşı ki, libasımı dəyişmişdim, məni tanısaydı qiyamət qopacaqdı yəqin. Tez geri dönüb xiyabana buruldum.
    Yox, iş bununla başa çatmadı. Tərs kimi həmin günlərdə Rəvan öz atasının yanından öz anasının yanına gəldi. Anası zəng çalıb məni muştuluqladı, evə dəvət etdi. Mən gedib ana-bala ilə görüşüb-öpüşdüm. Rəvan bir az dəyişmişdi, ən başlıcası isə qalın bığ buraxmışdı. Mən ona göz qoyub ürəyimdə nədənsə xısın-xısın gülməyə başladım: elədir, bir müddət “Rəvan” rolunu oynadığımı xatırlayıb qəşş etməkdən özümü zorla saxlayırdım. Indi “rol“un” əsl ifaçısı, obrazın “orijinal variantı” öz ayağı ilə “hadisə” yerinə” gəlib çıxmışdı. Rəvan mənə də, anasına da hədiyyələr alıb gətirmişdi.
    Iki-üz gündən sonra Rəvan mənim mobil telefonuma zəng edib dedi ki, təcili səni görmək istəyirəm, başını orada islat - burada qırxdır.
    Mən Rəvangilə getdim. Anası evdə yox idi. Rəvanın qanı qara idi. O, diqqətlə məni süzüb dedi ki, başıma iş gəlib, bilmirəm neyləyim? Elə bil ürəyimə nəsə damdı, özümü ələ alıb çəkinə-çəkinə soruşdum ki, o, nə işdir elə? (Səsinin tonunu, üzünün mimikasını dəyişir). “Bilirsən, mən hərbi xidmətdə olanda bir qızla iki-üç dəfə görüşmüşdüm. Aramızda hez bir ciddi söhbət-filan da olmamışdı. O günləri evdən çıxanda görürəm bir boz kölgə düşüb arxamca, qarabaqara məni izləyir. Sonra o kölgə mənə yaxınlaşdı. Ağzına gələni döşədi cəmdəyimə o ki var. Əvvəlcə, heç nə anlamadım. Sonra diqqətlə baxıb gördüm ki, bu, vaxtilə mənimlə iki-üç dəfə kəlmə kəsmiş, indi haradansa qarşımda peyda olmuş həmin xanımçadır; yəni hərbi xidmətdə tanış olduğum qız. Səfeh qız gözünü yumub ağzını açdı nə açdı. Atan belə, anan belə. Dedim, ay bacı, bir məni başa sal görüm nə hadisə baş verib, axı? Səninlə qələt eləyib iki-üç kəlmə söhbət kəsmişəm deyə, məni öldürəsi deyilsən ki! Dedi ki, sən məni dolamısan, ələ salmısan, az qala ismətimə toxunmusan . “Az qala” ha!.. Bir bunun iftirasına bax!.. Düzü, biz tanış olanda utancaq, həyalı bir qızdı. Amma indi... Aman Allah, qızda necə kin-küdurət olarmış. Nə qədər etdimsə yaxamdan əl çəkmədi ki, çəkmədi. Dedi, səni biabır edəcəcəm, nə bilim polisə verəcəyəm. Sən fırıldaqçısan, vampirsən, killersən, nə bilim nəsən, nəsən... Indi qalmışam iki od arasında, bəlkə bu sarsaq qızı verim polisə? Birdən, o, məni qabaqlayar. Dedi ki, məni tutduracaq. Nə üçün? Bəlkə dəlixanaya müraciət edim? Nə isə... Yaxamı zorla qopardım onun əlindən. Arabir çıxıb eyvandan qorxa-qorxa baxıram, o, yenə binanın həndəvərində sülənir… Lap başımı itirmişəm… Məsləhətin nədir, indi mən nə edim? Anama demək istəmirəm, eşidib-bilsə qanı qaralacaq...”
    Mən heç nə demədim. Durub eyvana çıxdım. Axmaq qız düz binanın qənşərində dayanıb ciddi-cəhdlə sanki kiminsə gəlişini gözləyirdi. Mən Rəvana dedim ki, fikir eləmə, əynini gey, həyətə düşək. Yazıq Rəvanın gözü qorxmuşdu, evdən çıxmaq istəmirdi. Mən bir daha israr etdim, o, sözümü yerə salmadı. Biz birbaşa həyətə endik.
    Qız əvvəlcə Rəvanı görüb ley kimi onun üstünə şığıdı; amma onun yanındakı adamı, yəni məni, Rəvanəni, görəndə yerindəcə donub qaldı. Elə bil onu ildırım vurdu. Qəzəbli baxışlarla gah oğlanı, gah da məni süzüb handan-hana çiyni atlana-atlana qəşş etməyə başladı. Mən başa düşmədim ki, o, hıçqırır, yoxsa gülür. Sonra qız addımını irəli atıb mənimlə üz-üzə, göz-gözə dayandı. Qəfildən sağ əlini yuxarı qaldırıb var gücü ilə üzümə bir şillə vurdu. Mən səntirlədim, amma Rəvan qolumdan tutub yıxılmağa qoymadı. Oğlan onun üstünə yeriyəndə qolundan tutub saxladım: “onunla işin olmasın”, - dedim. Qızın dodağından qopan bir-iki kəlmə sözü zorla eşitdim: “Yaxşı, baxarıq, ifritə!”..Yəqin ki, o, “ifritə“” deyəndə məni nəzərdə tuturdu; adətən, bu söyüşü qadınların ğnvanına söyləyirlər. Qız hiddətlə bizdən ayrılıb gözdən itdi. Rəvan özünü tamamilə itirmişdi. Deyəsən, o, bu cür sonluğu qətiyyən gözləmirdi. Qız gedəndən sonra, yazıq Rəvan siqaret alışdırb çəkinə-çəkinə soruşdu ki, sən haradan tanıyırsan bu ifritəni?.. Mən qısaca: “Heç, elə-belə... köhnə tanışımdır” – deyə, cavab verdim. Ta durub tarixi-nadiri danışası deyildim ki. Həmin günün səhəri Rəvan atasının yanına çıxıb getdi... Hörmətli hakim, bax həmin əhvalat bu cür qəribə - həm gülməli, həm də ağlamalı bir sonluqla başa çatdı. (Səs-küy). Bilirəm, bilirəm, burada oturanları maraqlandıran əsas məsələ qondarma “cinayət” işidir. Mən baş verən insidentin yaranma səbəblərini geniş şəkildə açıqladım ki, mənzərə bu zalda əyləşənlərə tamamilə aydın olsun. Əlbəttə, həmin hadisənin qalmaqallı sonluğu çoxlarına məlum olsa da, onun əsl mahiyyətini məndən yaxşı heç kəs açıqlaya bilməz. Xahiş edirəm, dinləmək istəyirsinizsə, səbrinizi basıb diqqətlə mənə qulaq asın. Mən, nəyə desəniz and içə bilərəm ki, nə möhtərəm hakimdən, nə də bu zalda əyləşən soydaşlarımdan heç nəyi gizlətməyəcəyəm. Ümumiyyətlə, mənim təbiətimdə yalançılıq, riyakarlıq yoxdur.

    Səs-küy.

    Heç bayaq danışdığım hadisənin də yalançılığa bir dəxli yoxdur! Nə, mən yazıq bir qızı aldatmışam? Yox, bunu kimisə aldatmaq və yaxud kiməsə zərər gətirən bir yalan adlandırmaq olmaz. Mən istəmişəm ki, sevən, alışıb-yanan, iztirab çəkən bir insanın ürəyinin yarasına məlhəm qoyum. Bəlkə də həmin günlərdə Rəvanı, yəni məni, görməsəydi o qızın bağrı çatlar, məhv olardı. Mən onu yaşatmışam, həyata qaytarmışam. Bu, olsa-olsa müqəddəs bir yalan hesab oluna bilər. O isə... o isə bunu dərk etmir. Bəlkə də heç dərk etmək istəmir. Bu, insan təbiəti ilə bağlı bir haldır. Xüsusən, mənim mənsub olduğum cinsin nümayəndələri, - yəni qadınlar, hadisələri çox vaxt ağıllarının yox, ürəklərinin gözü ilə qiymətləndirirlər. Mən bu baxımdan qınamıram o qızı!
    Yaxşı, onda icazə verin sizi bu hadisənin sonrakı gedişatı ilə tanış edim. Şərtləşdik, eləmi?..

    Musiqi. Rəvanə səhnə arxasına keçib tez də geri dönür. O, indi zərif qadın geyimindədir: uzun ətəkli don, son dəbdə tufli geyib; saç düzümü də dəyişib. Gülümsəyir.

    Hə, bax belə...
    Aradan xeyli vaxt keçdi. Qış da ötüb keçdi, yaz da, yay da. Artıq Rəvan öz həyatını tamamilə yad şəhərə bağlamışdı; deyəsən, bir daha bu tərəflərə qayıtmaq fikri yox idi. Məncə onu ən çox o “ifritə” ilə arada baş verən müəmmalı insident qorxuzmuşdu. Amma o, öz anasını yenə unutmamışdı. Tez-tez zəng vurur, pul göndərirdi. Anamla Rəvanın anası yenə küsülü idi. Anam mənim o qadına baş çəkdiyimi bilsəydi qırğın-qiyamət qoparardı. Ona görə də mən Rəvanın anasıgilə çox vaxt şər qarışanda, alatoranda gedirdim. Qadın mənim xətrimi çox istəyirdi. O, istəyirdi ki, mən düz-əməlli bir adamla ailə qurum, oğul-uşaq sahibi olum. Hətta, öz rəfiqələrindən birinin oğlu ilə tanış eləmək istəmişdi məni; oğlan isə ilk tanışlıqdan mənim xoşuma gəlmədi: çoxdanışanın, naqqalın biri idi. Özünü də yaman tərifləyirdi; guya gələcəkdə müasir dövrün ən böyük həkimlərindən biri olacaqdı. Nə isə, elə üz göstərdim ki, arxasına baxa-baxa getdi. Həkim demiş, bir dəfə avtobusdan düşəndə ayağım burxulmuşdu, tez özümü yaxınlıqdakı xəstəxanaya çatdırdım. Həkimin kabinetinə girəndə nə görsəm yaxşıdır?!. İfritəni! Ağ xalatda əyləşmişdi həkimin yanında. Onu görən kimi tez dabanımın üstündəcə fırlanıb geri qayıtdım. Elə oradaca ayağımın ağrısı keçib getdi.
    Söz yox ki, aylar-illər keçdikcə mən gəncliyimin tədricən arxada qalmasını dərk edir, yeni bir həyata can atırdım. Bu “həyat” subay qız üçün nə ola bilərdi?.. Əlbəttə, ailə həyatı. Mən də öz yaşıdlarım kimi sevmək-sevilmək, kişi nəvazişi görmək istəyirdim. Hər bir qadının özünün gizli, sirli sevgisi olur - bunu yalnız qadınlar özləri bilir. Amma qadınlar heç vaxt öz hisslərini açıq biruzə vermirlər - bu addımı atmağa onların vüqarı, qüruru, bəlkə də eqoizmi imkan vermir. Axı, qadınlar çox eqoist və dikbaş olurlar. Elə onların başına gələn müsibətlərin çoxu da bununla bağlıdır. Təbii ki, mənim də qəlbən sevdiyim insanlar var idi. Bəyəm gedib öz istədiyim adama deyəcəkdim ki, buyur bu, mənəm - gəlmişəm?!.
    Son zamanlar yolda-izdə, xüsusən avtobusda tez-tez rastlaşdığım gülərüz, enlikürək, yaraşıqlı bir kişi nədənsə diqqətimi cəlb etmişdi. O, çox vaxt başını aşağı salıb ya kitab oxuyar, ya da baxışlarını uzaqlara zilləyib nə barədəsə düşünürdü. Həmin kişinin qəşəng, zərif, sarışın saqqalı vardı, özü də tünd eynək taxırdı. Avtobusdan düşəndə fikir vermişdim, iti yerişi vardı. Mən onu vaxtilə baxdığım hansısa filmin qəhrəmanına bənzədirdim. Amma bu, hansı film idi? Heç cürə xatırlaya bilmirdim. Biz bəzən onunla avtobusda eyni oturacaqda əyləşirdik. O, adətən sakitcə portfelindən kitabını çıxarıb oxuyurdu. Hətta, bir dəfə eyni dayanacaqda düşəsi olduq. Mənim əlimdə ağır bağlama vardı; kişi cəld əlini uzadıb bağlamanı yerə düşürməyə kömək etdi; qəribə, bariton, bir az da boğuq səslə dedi ki, icazə verin sizə kömək edim. Mən özümü qürurlu qız hesab etsəm də bir növ güzəştə gedəsi oldum. Kişi məni mənziləcən yola saldı. Yolboyu nə o, nə də mən bir kəlmə də olsun dınşmadıq. Xoşum gəlir azdanışan kişilərdən! Zəhləm gedir yava-yava danışan naqqallardan!.. Deyəsən, bu, elə əsl mən deyən kişilərdən idi.
    Sonralar biz yenə rastlaşır və artıq köhnə tanışlar kimi salamlaşırdıq. Mən onu həftədə ən azı iki-üç dəfə görürdüm. Və həmişə də ürəyimdə qəribə hisslər baş qaldırırdı. Amma belə hallarda özüm-özümü mühakimə edir, danlayırdım; mənim yad kişi ilə nə işim vardı ki? Bəlkə o, evli idi, arvad-uşağı var? Bəlkə mənimlə qətiyyən maraqlanmır?.. Yox, deyəsən, düşüncələrim də yanılırmışam. Nəhayət, günlərin bir günü o, zarafatyana mənə söz atdı: “Deyəsən, ailənin bütün ağırlığı sənin çiyinlərindədir”. Nə ailə?.. Mən əvvəlcə heç nə başa düşmədim. Sonra anladım ki, o, çox güman ki, mənim ailəli olub-olmamağımla maraqlanır. Mən də işarə ilə ona anlatdım ki, öz çiyinlərimdə ailənin yox, elə öz qayğılarımı daşıyıram; yəni hələ subayam. O, bığaltı gülümsədi. İlahi, təbəssüm ona necə də yaraşırdı! Mən, ümumiyyətlə, bığlı-saqqallı kişiləri o qədər bəyənməsəm də yeni tanışıma bığ-saqqalın çox əla yaraşdığının fərqinə varırdım. Üstəgəl tutqun, iri sağanaqlı eynək onun zərif sifətinə bir gözəllik, məlahət verirdi. O, dedi ki, mən də öz qayğılarımı təkbaşına çəkməyə məhkumam; hətta, qanmazlar da yaxşı anlayır ki, o da bununla evli olmadığına işarə vururdu.
    Hörmətli hakim, gənc bir qızın cavan bir kişiyə rəğbət bəsləməsində qəbahətli bir iş varmı? Məncə, yox! Yəqin ki, bu məsələdə siz də mənimlə şəriksiniz. Bizim atmacalı danışıqlarımız get-gedə yaxın dostluğa çevrilməyə başladı. Mənim tanışım ixtisasca biologiya müəllimi imiş. O, təbiəti, quşları, heyvanları çox sevirdi. Onun xoş rəftarı, ədəb-ərkanı, səliqə-sahmanı məni məftun etmişdi. Bildiyiniz kimi, yəni artıq bu barədə danışmışam, mən uşaqlıqdan dəcəl, sözgötürməz, köntöy bir qız olmuşam. Arabir ona sataşıb cinlətmək istəyirdim. Amma təzə dostum çox təmkinli, hövsələli adam olduğu üçün mənim hər cür şıltaqlığıma səbrlə dözür, beş sözümdən birinə cavab verirdi. Əsl mən deyən kişilərdən idi! Doşab almışdım bal çıxmışdı!
    İndi bizim dostluğumuzdan çoxları xəbərdar idi. Bunu işdəkilər də bilirdilər. Hətta, anam və Rəvanın anası da mənim özümə gələcək adaxlı tapmağımdan xəbərdar idilər. Rəvanın anası telefonla bu xəbəri oğluna da çatdırıbmış. Rəvan da telefonda deyib ki, toya mütləq onu da dəvət etməliyik, yoxsa inciyər, mənimlə haqq-salamı ömürlük kəsər. Təbii ki, hələ evlənməkdən söhbət gedə bilməzdi. Bundan əvvəl “həri” var, nişan məsələsi, get-gəl var. Hələ nə evlənmək, nə kəbin?!.
    Mən öz təzə dostumla küçədə özümü çox sərbəst və azad hiss edirdim. Hətta, xatırımdadır, bir dəfə axşamüstü bizə ilişən bir dəstə sərxoş cavanın üstünə elə hücum çəkdi ki, özümü irəli atıb harayçılıq etməsəydim yəqin ki, ortaya qan düşəcəkdi. O, əsl xilaskar, əsl igid idi. Ən xoşuma gələn cəhəti də bu idi ki, bəzi-bəzi kişilər kimi diliuzunluq və əliuzunluq edib, şit hərəkətlərə yol vermirdi. Mən xoşlayıram ciddi kişiləri. O da məhz bu cür kişilərin, necə deyərlər, tipik nümayəndəsi idi.
    Günlərin bir günü yenə vədələşib görüşdük. Elə gözəl, səliqəli geyinib-kecinmişdi ki, gəl görəsən. O, tanışlığımız ərəfəsində ilk dəfə icazə alıb qoluma girmək istədiyini bildirdi. Mən susdum. Susmaqsa, yaxşı bilirsiniz ki, nə əlamətidir: əlbəttə, razılıq! Ətrafımızdan keçən qız-qadınların çoxu bizə qibtə hissə ilə baxırdılar, xüsusən də mənə. Axı, mən bir qadın kimi öz təcrübə və psixologiyamdan çıxış edərək yaxşı bilirəm ki, qadınların əksəriyyəti öz həmcinslərinin xoşbəxtliyinə necə darınır, bundan necə kədərlənirlər. Yox, bunu kişilər çətin dərk edərlər! O, məni yaxınlıqdakı barların birinə dəvət etmək istədiyini bildirdi. Bir qədər tərəddüd etsəm də, heç nə demədim: nə “hə”, nə “yox”. Bu da razılıq işarəsi idi. Biz elə qol-qola, deyə-gülə bara endik. Elə bil başıma bir qazan su endirdilər. Sən demə, bu həmin bar imiş - bir vaxt mənim o “ifritə“ni” dəvət etdiyim bar. Amma üstünü vurmadım. Biz bir-iki fincan kofe içəndən sonra o, mədəni tərzdə əlini uzadıb çəkin-çəkinə məni rəqsə dəvət etdi. Yenə etiraz etmədim. O, əlini belimə dolayıb çox məharətlə rəqs etməyə başladı.

    Musiqi. Rəqs havası ifa olunur. Rəvanə sanki kiminləsə rəqs edir; qadın başını guya “kişinin” çiyninə qoyub nazlanır, gülümsəyir, şıltaq hərəkətlər edir. Sonra “kişi” onun əlindən tutub əyləşməyə dəvət edir. Qadın ona yüngülcə təzim edir.

    Rəqs başa çatdıqdan sonra qonşu stolda əyləşən cavanlar əl çalıb coşqunluqla bizi alqışladılar. O alqış səsləri hələ də qulaqlarımdan getmir. (Alqış səsləri eşidilir) . Və o anlarda mənə elə gəldi ki, vaxtilə mənim bu bara dəvət etdiyim həmin “ifritə” də bizi alqışlayanların arasındadır. Mən nədənsə buna min faiz əmin idim. Elə buna görə də başımı qaldırıb ətrafa diqqətlə baxmağa cürət etmirdim. Mən yalnız sonralar.... aradan xeyli bir vaxt keçəndən sonra intuisiyamın məni aldatmadığının şahidi olacağam. Doğrudan da təkcə qadınlara məxsus ürəyədamma heç bir kişidə ola bilməz! Amma məni tələsdirməyin. Hələlik, hər şeyi, sizin “cinayət” adlandırdığınız o hadisəyə gələn marşrutu olduğu kimi təsvir etmək üçün mənə şərait və imkan yaradın. Oldumu, cənab hakim?
    Biz, mənim təhrikimlə, tezliklə barı tərk etdik. Mən evə tələsirdim. Dostuma başımın ağrıdığını bildirdim. O, mənə hansısa həbi qəbul etməyi məsləhət gördü... Biz səhərisi, o birisi, ondan sonrakı gün də görüşdük. Artıq bir-birimizə elə bağlanmışdıq ki, bizi heç bir qüvvə ayıra bilməzdi. O, bir dəfə utana-uatana, çəkinə-çəkinə bildirdi ki, bu yaxınlarda ağsaqqallarını bizim evə elçiliyə göndərmək niyyətindədir. Mən hələ bir az gözləməyi, səbr etməyi məsləhət gördüm. O, gülümsəyib dedi ki, ta nə qədər səbr etmək olar? Doğrudan da nə qədər səbr etməli idik?.. Amma mən elə bil nəyisə gözləyən bir adam kimi, bir daha öz dediklərimi təkrar etdim.
    O, artıq dediyim kimi, səbrli, təmkinli adam idi. “Nə olar, yenə gözləyərik” - deyə, mənim dediklərimə ciddi etirazını bildirmədi. Və mənim gözümdə daha da böyüdü!.. Biz küçələri dolaşıb yorulandan sonra o, mənə təklif etdi ki, bılkə gedib sakit bir yerdə əyləşək. Sonra gedəcəyimiz yeri də müəyyənləşdirdi. (Səsinin tonunu dəyişir). “Boş-boşuna gəzməkdən nə çıxar? Əgər bir söz desəm xətrinə dəyməz ki? Qulaq as, deyim, ya deməyim? Hə, deyəsən susursan? Deyirəm bəlkə gedək bizə. Yenə susursan. Demək, razısan. Bilirsən ki, mən tək yaşayıram. Nədir, qorxursan? Çəkinmə, mən adamyeyən-zad deyiləm.Niyə duruxursan? Hər halda sənə artıq əziz olan bir adamın həyat tərzi ilə yaxından taniş olsan, məncə heç nə itirməzsən. Sadə, ikiotaqlı mənzilim var. Bəlkə evin yır-yığış işində də mənə köməkliyin dəydi. Hə, nə deyirsən, gedək?”
    Nə deyə bilərdim ki? Gec-tez mən o mənzili görməli idim, ya yox?
    O, taksi saxlayıb ünvanı dedi. Şəhərin ucqarında yerləşən kiçik həyət evlərindən birinin yanında maşından düşdük. Artıq şər qadışmışdış nədənsə ürəyim həyəcanla döyünürdü. Amma özümü ələ almağa calışırdım. Axı, qeyri-adi nə baş verə bilərdi ki? O, sakit, təmkinli bir adam idi. Yəqin ki, artıq-əskik hərəkətəyol verməzdi. Axı biz ailə qurmağa, birıikdə mənalı bir ömür yaşamağa hazırlaşırıq.
    O, qapını açıb içəri keçdi, sonra məni arxasınca içəri dəvət etdi.:”Buyur, xoş gəlmisən”.
    Nə isə, keçdim içəri. O, qapını örtğb işığı yandırdı, mənim yağmurluğumu tutdu, sonra öz gödəkcəsini soyundu. Mənə sarı əyilib sirli bir əda və təbəssümlə alnımdan öpdü.Doğrusu, bu onun ilk və son öpüşü oldu. Eynəyini çıxarıb küncdəki dolabın üstünə qoydu. Mən onun çox iri, qəzəbli və ən qəribəsi də budur ki, tanış gözlərini eynəksiz halda ilk dəfə idi ki, görürdüm. Bəlkə bi iti baxışlar mənə hansısa filmdən tanışdır? Elə əvvəllər də mən onu hansısa aktyora bənzədirdim. Bəlkə bu... bu zalım oğlu dolayırmış məni, heç biologiya mğəllimi-zad deyil, aktyor imiş?.. Birdən-birə elə bil gözlərim alacalandı,ürəyim sıxıldı. Bəlkə tez geri qayıdım, çıxıb gedim bu xarabadan?.. Yox, bu, yaxşı düşməzdi. Birdən inciyər, ağlına min fikir gələr. Bəyəm indi bu cür ziyalı, mədəni, sakit kişi tapmaq asan işdir?
    Özünün dediyi kimi, onun “iş otağı”na keçdik. Divardakı şəkilləri görəndə elə bil dünya başıma fırlandı. Aman Allah, hər yerdən o “ifritə”nin şəkilləri asılmışdı. Hə, də onun... O, Rəvanı sevən, məni hədələyən, şillələyən ifritənin.
    Otağın ortasında donub qalmışdım. Özümü ələ almağa çalışdım. Bəlkə bu, onun bacısının şəklidir? Ya bəlkə vaxtilə sevib onu... o “ifritə”nı? Yox... Yox... Bu, ola bilməz. Sanki birdən-birə, olduğu kimi xatırladım o ifritənən baxışlarını! Bunun gözləri eyzən o qızın gözləri idi ki, vardi; indi hirsli-hirsli üzümə dikilmişdi. Yəqin ki, qardaş-bacı idi onlar. Bəlkə məndən bacısının intiqamını almaq istəyir? Axı, həmin “ifritə” o vaxt Rəvanla söyüşəndə mənə demişdi ki, “yaxşı, baxarıq, ifritə!” Deməli, belə... Yəqin ki, indi mənimləhaqq-hesab çəkmək istəyir. İstədim hay-küy qoparıb aradan çıxım. Amma özümü ələ alıb yenə yenə də şəkillərdən mənə baxan gözəlçəyə tamaşa edirdim. O, bütün şəkillərdə gülümsəyirdi. Elə bil məni ələ salıb cinlətmək istəyirdi...
    Əsl möcüzə isə bundan sonra baş verdi. “Dostum” pencəyini çıxarıb asılqandan asarkən mən onun ensiz, hamar çiyinlərini görüb qorxuya düşdüm. O, necə də zərif, zəif və arıq imiş. Yəqi zalım oğlu pencəyinin icindən çiyinlik qoyurmuş ki, enlikürək görünsün. O, dönüb üzümə baxarkən mən onun qabarıq sinəsini, köynəyinin altından qar kimi ağaran zərif boyun-boğazını görəndə lap özümü itirdim. Sən demə, hələ əsl həngamə irəlidə imiş. Sonra o, əlini üzünə atıb bığını-saqqalını qopartdı. Qorxu öz yerində, lap ətim ürpəşdi. Mənim qarşımda indi adi bir qız dayanmışdı; bu, həmin ifritənin özü idi. İndi onun bayaqkı hiddətli, qəzəbli baxışından əsər-əlamət qalmamışdı.
    O, qalibanə tərzdə, tox-tox gülümsəyirdi. “Hə, bax belə, indi tanıdın məni? Əvəz-əvəz oldu, yoxsa... yoxsa ayrı bir proqram da göstərim sənə?” İndi “ifritə”nin sifəti kimi səsi də dəyişmişdi.
    Məni hönkürək tutsa da, dişimi-dişimə sıxıb özümü toxtadım. Əlimi atıb onun zərif, kağız kimi dümağ boğazından yapışdım. O biri əlimi düyünləyib yumruğumu var gücümlə “ifritə”nin sifətinə çırpdım. O, qışqırıb yerə sərildi... Ağız-burnundan qan açıldı. İndi mən qismən də olsa sakitləşmişdim.
    Cənab hakim, siz məni bu gün burada cinayət törətmiş adam kimi mühakimə edirsiniz. Amma, yaxşı olar ki, düzgün qərar qəbul edəsiniz. Odur o “ifritə” indi bu zaldadır. Ağız-burnu sarıqlı olsa da . dili-ağzı yerindədir. Qoy o özü desin: mənim zərrə qədər günahım varmı? Bəlkə də var. Amma o da günah sahibidir axı. Bir dəfə o məni vurmuşdu, bir dəfə də mən onu yumruqlayası oldum. Hesab oldu heç-heçə. Bəlkə səhv edirəm? Xahiş edirəm ədalət məhkəməsi düzgün, obyektiv qərar çıxarsın. Yoxsa mən yuxarı instansiyalara şikayət edəcəyəm.
    Cənab hakim, səsiniz gəlmir, deyəsən siz yuxulamısız, cənab hakim, bəlkə siz o “ifritə”ni haqlı sayırsınız? Elə isə qoy o da öz sözünü desin. Bəzən ifritələrə də qulaq asmaq lazım gəlir.
    Sağ olun, cənab hakim. Göstərdiyiniz səbr və təmkinə görə sizə təşəkkür edirəm.
    Musiqi.

    Pərdə
    SON



























    MUSİQİLİ MƏKTUBLAR

    (Birpərdəli monodram)


    İŞTİRAK EDİR:

    QADIN



    Otaq. Küncdə pianino. Divardan kişi şəkli asılıb. Qadın otaqda gəzişir.
    (Qeyd: Tamaşada Kişinin məktubları lentə alınmış kişi səsi ilə də oxuna bilər).

    Mən yüngül bir zarafatın, adi bir qadın qeybətinin bu cür sonluqla bitəcəyinə heç vaxt inanmazdım. Əslində, mənim düşünülməmiş bir hərəkətim həyatımın bütün məcrasını dəyişdi. Mən o cür hərəkət etməklə bəlkə də öz adi, yeknəsək həyatımda xəfif bir mehin əsəcəyini gözləyirdim, amma hər şey əksinə oldu: mən qasırğaya düşdüm, şimşəklərə tuş gəldim. Xəyalımda qurduğum məzhəkəni qorxunc bir faciə əvəz etdi. Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır.
    Bəlkə hər şeyi əvvəldən, olduğu kimi danışım? Axı, ürəyimi deşən, məni gecə-gündüz dara çəkən bu zəhrimara qalmış fikirləri gec-tez kiminləsə bölüşdürməliyəm, ya yox? Ya bəlkə sussam yaxşıdır? Danışmaqdan kim bir xeyir görüb ki? Yox, yox, mən daha susa bilmirəm...
    Mən ailəli bir qadınam. Vaxtilə nazirliklərin birində mühasib işləmişəm. Sonra həmin nazirlik ixtisar olundu. Bizim dövrümüzdə nazirliyin ixtisara düşməsi qeyri-adi hadisə deyil. Görürsən ki, nazirliyin biri ləğv olunur, başqası yaranır. Bir də ki, nə nazirlik, canım, baxıb görürsən ki, bir ölkənin ləğv olunması barədə qərar çıxarırlar... Əlbəttə, yeni ölkələr də yaranır... Nə isə, bunların mənə heç bir dəxli yoxdur. Hə, onu deyirəm axı, mənim çalışdığım nazirlik ixtisara düşdü və təbii ki, mənim vəzifəm də getdi işinin dalınca. Əvvəlcə işsizliyə dözə bilmirdim. Hətta, bir-iki idarəyə ağız açası oldum. Amma sonra hər şey yoluna düşdü; o mənada ki, mən işsizliyə alışdım. Sən demə, işləməklə işləməməyin arasında elə də böyük fərq yoxmuş; işsizlik özü də bir işmiş.
    Anam tənha qalmağı xoşlamır, ona görə qızımı yanına aparıb. Ərimsə gecə-gündüz işləyir; elə böyük qazancı olmasa da şikayətlənməyə dəyməz. Axı, ailəmiz böyük deyil. Qurulu ev-eşiyimiz, bağımız, maşınımız... Adama daha nə lazımdır? Ərimin vəzifəsi nədir? O, əslində musiqi müəllimidir, pianoçudur. Amma bəstəkarlığı da var. Əsərləri ekranda, efirdə səslənir. Müğənnilərin bir çoxu onun mahnılarını yüksək qiymətləndirirlər. Yox, mən deyə bilmərəm ki, o, çox böyük istedad sahibidir; di gəl ki, ona istedadsız da demək olmaz. Öz çevrəsində xətir-hörməti olan adamdır. Doğrudur, o bir az qaraqabaqdır, adamayovuşmazdır, öz qınına çəkilməyi xoşlayandır... Amma bunun mənə bir ziyanı yoxdur; əksinə, bəlkə də xeyri var... Gündə birinə eşq elan edən, şok-açıqlamalar verən sənət adamlarından zəndeyi-zəhləm gedir. Belə götürəndə mən xoşbəxt qadınam. Təəssüf ki, indi mən bu sözləri keçmiş zamanda işlətməliyəm: yəni mən bir zaman xoşbəxt idim...
    Dediyim kimi, hər şey adi bir zarafatdan, qadın qeybətindən başladı. Bir dəfə ərimin bəstələdiyi mahnıları ifa edən müğənni xanım təşrif buyurmuşdu bizə. Yox, mən onun adını deməyəcəyəm. Tərs kimi, bu ərəfədə ərimin təcili işi çıxdı ortaya, gedəsi oldu. Qapıdan çıxanda mənə dedi ki, filankəs xanım gəlsə gözləməsin, bu gün işləyə bilməyəcəyik. Həmin gün onlar hansısa mahnını oranjeman edəcəkdilər. Ərim gedəndən az sonra müğənni xanım gəldi. Mən etika xatirinə onu içəri dəvət etdim. Axı, qapının ağzındaca ona ərimin dediyi sözləri çatdıra bilməzdim, hər necə olsa da mən özümü tərbiyəli qadın hesab edirəm. Açığını deyim ki, mən çoxdan tanıdığım bu qadını ərimə qısqanmırdım, təkcə ona görə yox ki, onun bir fərli görkəmi yoxdu, həm də ona görə ki, bu xanım mənim ərimə həmişə “qardaş” - deyirdi. Qadın keçib kresloda əyləşdi, ordan-burdan söhbət elədik. Mən ərimin dediklərini ona çatdırdım. O, bir az dilxor olsa da, üstünü vurmaq istəmədi: eybi yoxdur, sabah gələrəm, - dedi. Sonra mən çay gətirdim. Doğrusu, mən başqalarının şəxsi həyatına baş vurmağı xoşlamıram. Amma söhbət əsnasında belə məlum oldu ki, bu qadın xeyli vaxtdır ərindən boşanıb, iki uşaqla damın altda tənha qalıb, arabir toylarda-restoranlarda oxuyub beş-on manat qazanmaqla ailəsini birtəhər dolandırır. Görəsən, o, ərindən nə üçün boşanmışdı? Mən bu barədə ondan heç nə soruşmasam da qadın özü dərdini danışmağa başladı: sən demə əri ona tez-tez xəyanət edirmiş. Mən dedim ki, bəlkə ona kimlərsə yalan məlumat veriblər. Qadın gülüb dedi ki, qətiyyən elə şey yoxdur və əlavə elədi: bəyəm indi arvadına xəyanət etməyən kişi var ki? Mən heyrətə gəldim. Hirsdən-hikkədən gözümə qaranlıq çökdü. Görəsən, bu iyrənc qadın kimi nəzərdə tutur? Bəlkə ərim də mənə xəyanət edir? Mən gözaltı onu süzdüm. Sir-sifətinə o qədər ənlik-kirşan çəkmişdi ki, əsil sifətinin cizgiləri aydın seçilmirdi. Bəlkə o, ərim barədə nəsə bilir? Deyəsən, o, ürəyimdən keçənləri oxudu. Gülüb dedi: yox, sənin ərin barədə mən heç nə deyə bilmərəm. “Sənin ərin...” Sözə bax bir. O ,başqa vaxtlar “mənim qardaşım” - deyə, guya bacı kimi əzizlədiyi adamı indi kobud şəkildə “sənin ərin” - deyə bir növ özünə yaxınlaşdırırdı. Söz yox ki, “sənin ərin” ifadəsində qeyri-adi heç nə yoxdur. Amma qadınların qəribə bir ürəkoxuması, iybilməsi olur. Heç itlərdə də bu cür qabiliyyət yoxdur. “Sənin ərin” deyimindəki saxta tələffüz tərzi, incə sataşma üsulu, gözdənsalma nüansı mənim nəzərimdən yayına bilməzdi. Sözə bax bir: “sənin ərin”. Nə oldu, özgə vaxtlar sənin “qardaşın” olurdu, indi onu “sənin ərin” adlandırırsan?! Ərim olmağına, danmaram, o, mənim ərimdir. O, həm də “sənin qardaşındır”, axı... Mən o yerdə özümü saxlaya bilməyib elə-beləcə də dedim: əgər dünyanın bütün kişiləri arvadlarına xəyanət edirsə sənin qardaşın kənarda qala bilərmi? O, əvvəlcə qımışdı, sonra əlini-əlinə vurub qəhqəhə çəkdi: nədir, yoxsa sən də ərinə qısqanırsan? Yenə eyni əda, eyni ifadə tərzi: “sənin ərin”. Mən bu ifritənin əsil üzünü görüb... tüpürmək istəyirdim. Amma onun sifəti kosmetik layların altında itib-batmışdı... O, mənim qanımın qaraldığını görüb ayağa durdu, qapıya yaxınlaşdı. Bəlkə də artıq qarşısına qoyduğu məqsədə çatmışdı. Kişiləri deyə bilmərəm, amma əla bilirəm ki, qadınların çoxu bir-birinə diplomatik zərbələr vurmaq üçün minlərlə gedişlər edir, variantlar fikirləşib tapırlar. Deysən, “mənim ərimin” “bacısı” artıq öz istəyinə çatıb qismən rahatlanmışdı. İndi mənim sinəmdə tonqal çatılmışdı. “Sənin ərin...” Elədir, mənim ərim bir növ dəyişib ayrı adama çevrilməkdə idi. O, dünyadakı “bütün kişilərdən birinə” çevrilmişdir. O, deyəsən doğrudan da mənə xəyanət edə bilərdi. O, artıq “mənim ərim” olmaqla yanaşı, günlərin bir günü “sənin ərin” də ola bilərdi.
    Mən qəzəbimi zorla boğaraq ərimin sevimli müğənnisini qapıyacan ötürüb geri qayıtdım. Birdən-birə onun eybəcər hesab etdiyim sifəti mənim gözlərim önündə gözəlləşməyə, cazibədar görkəm almağa olmağa başladı. Bu iblis qızı iblis haradan gəlib çıxdı mənim evimə?.. Elə bil başımda şimşəklər oynadı, ildırım çaxdı. Əlbəttə, göylərin gurultusunu həmişə leysan yağışlar əvəzləyir. Mən ağzıquyulu çarpayıya döşənib o ki, var ağladım... Xeyli yüngülləşsəm də artıq ürəyimə şübhə toxumları əkilmişdi. Ərim qayıdanda ona “bacısının” gəldiyini bildirdim. O, heç nə deməyib öz otağına çəkildi, pianonun arxasına keçib mənim indiyəcən eşitmədiyim bir melodiyanı çalmağa başladı.
    Əlbəttə, mən o qədər də sadəlövh qadın deyiləm ki, düz-əməlli tanımadığım hansısa bir müğənninin sözündən tez-tələsik nəticə çıxarıb ərimin üstünə hücum çəkim. Ümumiyyətlə, mən ər-arvad arasında davranış pərdəsini götürməyin əleyhdarıyam. Zəhləm gedir gündə cəng-cidala çıxanlardan. Özümü hədsiz qısqanclıq hissi keçirən qadınlar qrupuna da aid edə bilmərəm. Amma... Amma etiraf edim ki, müğənni qadının eyhamlı sözləri mənə yaman yer eləmişdi. Söz yox ki, ərimə bu barədə heç nə demədim. Amma həmin gündən etibarən mən onun hərəkətlərinə altdan-altdan göz qoymağa başladım. Artıq ərimin telefon danışıqları, geyim-kecimi, adamlarla, (xüsusən, qadınlarla) söhbəti bir növ mənim nəzarətimdə idi. O, aradabir piano arxasına keçib hansı müğənniyəsə yeni yazdığı əsərdən parçalar ifa edəndə mənim qulaqlarım daha da şəklənir, özümdən asılı olmayaraq onun həndəvərində fırlanırdım. Onu da hiss edirdim ki, belə hallarda, mənim ona diqqət kəsildiyim anlarda, ərim daxilən əsəbiləşir, hiddətlənir, amma bunu üzə vurmur. O, təbiətən iradəli adamdır, özünü ələ almağı bacarır.
    Mən get-gedə ərimin məndən soyuduğunu, hətta uzaqlaşdığını görürdüm. Sanki mən evin adi əşyalarından biri idim. Son günlər onun vaxtilə bir məclisdə yeyib-içərkən qadınlar haqqında dediyi bir fikir də başımda maqnitofon lenti kimi tez-tez təkrarlanırdı: “Qadın evin ən qiymətli əşyasıdır”. Onda hamı ərimin bu sözünə qəhqəhə çəkib gülmüşdü. Elə mən özüm də... Amma indi mənə elə gəlirdi ki, bu sözlər ümumiyyətlə qadınlara yox, məhz mənə, şəxsən mənim özümə - onun arvadına ünvanlanıb. Deməli, mən əşya idim. Adicə bir əşya...
    Hər necə olsa da mən musiqiçi arvadı hesab olunurdum. Onun iştirak etdiyi konsertlər barədə radiodan, televizordan xəbər tuturdum. Əvvəllər belə şeyləri eynimə almırdım. Amma indi onun mənə qarşı laqeydliyi ürəyimə toxunurdu. Yox, bu uzun müddət belə davam edə bilməzdi. Bu siçan-pişik oyununa nə vaxtsa birdəfəlik son qoyulmalı idi. Mən, necə deyərlər, əlverişli məqam axtarırdım. Tərs kimi belə bir məqam gəlib yetişmirdi.
    Küçədə qol-qola gedən, deyib-gülən ər-arvad görəndə bağrımın başı göynəyirdi. Bilirdim, elə kişilər var ki, evə bir saat gec gələndə zəng vurub arvaddan icazə istəyir. Hətta, üç-dörd günlüyə ezamiyyətə gedəndə ailəsinə hər gün teleqram və ya məktub göndərən xoşbəxt ailə başçıları da olur... Bəlkə mən də məktub yazım... Kimə? Ərimə? Lap elə bəzi filmlərdə olduğu kimi bir parça kağız yazıb onun stolunun, ya da pianosunun üstünə qoyub gedim. Nə yazım orada? “Əlvida, məni gözləmə, sağ ol!” Vəssalam? Vəssəlam! Yox, bu, lap ağ olardı. Eşidib-bilənlər məni qınayardı. Deyərdilər ki, yəqin bu qadının, yəni mənim başıma at təpib... Mən məktub yazıb qoymaq fikrindən vaz keçsəm də ağlıma qəribə, bəlkə də gülməli bir ideya gəldi. Bəlkə mən ərimə doğrudan da məktub yazım... Amma vida məktubu yox... Elə-belə, adi məktub, sevgi məktubu... Başqasının adından?.. Yox, başqasının niyə, elə öz adımdan. Yazım ki, səni sevirəm. Heç imza da qoymaram. Yəqin ki, xəttimdən biləcək məktubu mənim yazdığımı. Qoy bu da bir zarafat olsun. Mən o anlarda hər şeyin nikbin sonluqla qurtaracağına inanırdım. Axı, mən nə vaxtacan şübhə, qısqanclıq içində vurnuxmalı idim? Öz qadınlıq intuisiyama arxayın olub deyə bilərəm ki, o da nəyinsə əzabını çəkirdi.
    Nəhayət, günlərin bir günü özümü ələ alıb çox şən əhval-ruhiyyədə ərimə qəribə bir sevgi məktubu yazmağa başladım. Sözlərin qələmdən ağ, iri not kağızına necə süzüldüyünü özüm də hiss etmirdim.
    Məktubda mən ona müraciətən deyirdim: “Hələ ilk gəncliyimdən sənin yazdığın musiqi əsərlərinin vurğunu olmuşam. Mən o əsərlərin təsiri altında böyüyüb boya-başa çatmışam. Sonralar bu vurğunluq, bu heyranlıq əsil sevgiyə çevrilib. Qəribə də olsa mən səni uzaqdan-uzağa sevib əzizləmişəm. İndi hər gün, hər saat, hər an səni düşünürəm. Qulaqlarımda sənin musiqin, sənin melodiyan, sənin mahnıların səslənir. Mən hər gün səni görür, addımlarını baxışlarımla izləyir, ayaq səslərinə qulaq asıram. Sənsə mənim varlığımı sanki hiss etmirsən. Bu, məni üzür, məni ağrıdır. Bircə dəfə də olsa başını qaldırıb mənim üzümə baxmırsan. Nə üçün? Axı, niyə anlamaq istəmirsən ki, bu dünyada səni sevən, səninlə bir nəfəs alan, sənin eşqinlə yaşayan bir qadın var? Mən sənin biganəliyinə dözə bilmirəm. Bəlkə sənin üçün mən adi bir əşyayam? Xahiş edirəm, başını qaldır, mənə bax. Bilirəm ki, sənin ürəyində əbədi bir melodiya səslənir; mən çox istərdim ki, o ölməz musiqinin son akkordu mənim sənə olan tükənməz sevgimlə qanadlansın. Sən mənim əbədi sevgim, əbədi sevincimsən. Öpürəm”.
    Təbii ki, məktubun altında imza qoymadım. Axı, o diqqətli olsaydı yəqin ki, mənim xəttimi tanıyacaqdı. Bundan başqa, mən məktubu onun not dəftərinin vərəqinə yazmışdım. Məktubda ünvan yerinə poçtun nömrəsini göstərmişdim; həmin poçtxana düz bizim evin altında yerləşirdi. Zərfin üstündə pasportumun seriya nömrəsi də qeyd olunmuşdu. Əgər cavab məktubu gəlsəydi onun üstünə də yəqin ki, mənim məktubumda olduğu kimi “tələblə” sözü yazılacaqdı. Amma əslində mən belə bir məktubun göndəriləcəyinə qətiyyən inanmırdım.
    Məktub öz evimizə ünvanlamışdı. Amma cavab məktubu (əgər belə bir məktub gələcəkdisə) mənim əlimə keçməməli idi. Ümumiyyətlə, mən arabir ərimin adına müxtəlif yerlərdən göndərilən məktub və ya kitab-dəftər baratlarını açıb yoxlamağı xoşlamırdım. O, bunu yaxşı bilirdi. İndi də yəqin ki, belə olacaqdı; daha doğrusu, belə olmalı idi! Mən öz ünvanımıza - ərimin adına özümün yazıb yolladığım məktubu açıb oxuyası deyildim ki!
    Həmin günün səhəri qızıma baş çəkmək bəhanəsilə anamgilə getdim. Bu barədə ərimə də məlumat verdim. O qaşqabaqlı tərzdə qısaca: anana salam deyərsən - dedi. Mən xudahafizləşib qapıdan çıxdım. İki gün anamgildə qaldım. Arada iki-üç dəfə evimizə zəng vurub ərimin kefini soruşdum. Nə yemisən, nə içmisən? Hətta, zarafat da etdim: darıxmırsan ki? Sonuncu dəfə zəng vuranda fürsəti fövtə verməyib zarafat da elədim: darıxsan məktub yaz!.. Xəttin o başında ərim nəsə mızıldandı, hə, elədir, “məktub yaz” - sözünü eşidəndə. Başqa heç bir reaksiya, heç bir işarə!
    Mən evə qayıdanda ərim evdə yox idi, axşamsa gec gəldi. Elə bildim ki, o zarafata salıb mənim “şanlı məktubumdan” söhbət açacaq, arabir olduğu kimi qəhqəhə çəkib güləcək, sataşacaq mənə. Amma o, bu mövzuya toxunmadı, sakitcə öz otağına keçib pianonun arxasında əyləşdi. Mən ona bir stəkan qəhvə apardım - o, gecələr işləyəndə qəhvə içməyi xoşlayırdı, - o, başını belə qaldırmadan dodaqaltı nəsə mızıldandı. Adətən, kefsiz olanda onun bu cür mızıldanmağı vardı. Qəribə idi: bəs məktubdan niyə söhbət açmadı? Bəlkə məktub hələ gəlib çatmayıb ona? Bu, ola bilməzdi! Poçtxana düz evin altında - cəmi üç-dörd addımlıqda idi. Yox... Bəlkə, o, məktubu alıb, gərəksiz-mənasız bir şey kimi cırıb atıb?.. Bəlkə gözləyir ki, mən özüm söhbət açam o “musiqili” məktubdan? Bəlkə də alıb, tezliklə cavab məktubu yazacaq?.. Bu sonuncu tezisə söykənib hələ bir müddət gözləməyi qərara aldım. Bir neçə dəfə hətta poçta enib pasportumu təqdim etdim, adıma “tələblə” məktub gəlib-gəlməməyi ilə maraqlandım. Aradan üç gün, beş gün, on gün... keçdi. Məktub, daha doğrusu cavab məktubu gəlmirdi ki, gəlmirdi.
    Tənbəllik etməyib növbəti məktubu yazmağı qərara aldım. Bu dəfə də “atəşli salamlardan” sonra ötən dəfəki-ilk dəfəki məktubda olan fikirləri təkrarən yada salıb keçdim əsil mətləbə. Bu dəfə ona “siz” - deyə müraciət edirdim.
    Mən ərimə yazırdım: “Bəlkə də siz məni sadəlövh bir qadın hesab edirsiniz. Bu, qətiyyən belə deyil. Mən həyatın ağrı-acısını dadmış bir adamam. Və belə hesab edirəm ki, sizə olan hisslərim heç də ötəri deyildir. Sizin musiqiniz və şəxsiyyətiniz məni daim məşğul edir, düşündürür. Siz bəlkə də təəccüb edirsiniz: axı, bu qadın məndən nə istəyir? Əslində, heç nə! Mənə heç nə gərək deyil. Mən sadəcə olaraq sizi daim sevmək, əzizləmək, oxşamaq istəyirəm. Mən sizin səsinizi-nəfəsinizi eşidəndə özümü əsrarəngiz bir aləmdə hiss edirəm. Hələ sizin musiqiniz... Aman Allah! Mən daim sizin melodiyanızın qanadlarında uçuram. İnanın ki, mən özümü sizsiz bir an da olsun təsəvvür edə bilmirəm. Bilmirəm bu, mənim xoşbəxtliyimdir, yoxsa bədbəxtliyim? Mən zəif iradəli qadın deyiləm. Amma hiss edirəm ki, sizsiz bu dünya, bu aləm mənə dar gəlir. Siz öz musiqinizlə otların, çiçəklərin, buludların, göylərin “dilini” açırsınız. Doğrudanmı siz məni anlamaq, dinləmək istəmirsiniz?.. Mən buna inanmıram. Xahiş edirəm mənə gülməyin, məni ağılsız hesab etməyin. Mən sizi son nəfəsimə - qəbr evinəcən sevəcəyəm”.
    Məktubu öz ünvanımıza yola salıb yenə anamgilə getdim. Oradan bir-iki dəfə ərimə zəng vurub kef-əhvalını soruşdum. Yenə həmin mızıltı, həmin “salam-sağ ol”, həmişəki soyuq cavablar... İki gündən sonra evə qayıdarkən poçtxanaya baş çəkdim. Pasportumu göstərib mənə “tələblə” məktub olub-olmadığı ilə maraqlandım. Möcüzə baş vermişdi: üstünə pasportumun məlum seriyası yazılmış kiçik zərfi görəndə elə bil başımda ildırım çaxdı. Amma hələ həyəcanlanmaq, hiddətlənmək tez idi: gərək məktubu arın-arxayın oxuyub bir qərara gələydim. Zərfi çantama qoyub iti addımalrla evə qalxdım. Qapıdan içəri girəndə telefon zəng çaldı; fikirləşdim ki, yəqin ərimdir, mənə “musiqili məktubla” bağlı atmacalı sözlər deyib zarafatlaşacaq. Səhv etmişdim. Zəng vuran məni neçə vaxtdan bəri şübhə kamerasına itələyib salan o müğənni qadın - o iblis qızı iblis imiş. O, dilini əzə-əzə kef-əhvalımı soruşandan sonra “mənim ərimin” harada olması ilə maraqlandı. Mən kəskin və sərt cavab verdim: bilmirəm! Beləsi ilə elə bu cür danışmaq lazımdır. Qoy rədd olub getsin, başımdan açılsın! Deyəsən, xəttin o başındakı qadın çaşıb özünü itirdi. Jəhənnəmə ki!.. Jəld zərfi açıb məktubu oxumağa başladım.
    “Naməlum qadına məktub.
    Salamlar. Mən sizin məktubları - daha doğrusu, həm birinci, həm də ikinci müraciəti alıb oxudum...” Gözlərim qaraldı. Mən ona birinci məktubumda “sən” - deyə müraciət etmişdim, o isə mənə “siz” deyir. Hələ mənim, daha doğrusu, “naməlum qadının” məktubuna, “müraciət” - deyə çox mötəbər bir anlam verməsinə bax bunun! Özümü ələ alıb “müraciə”tin ardını oxumağa başladım:
    “Düzü, birinci məktubu oxuyarkən mənə elə gəldi ki, bu, şıltaq bir qadının zarafatlarıdır. Fəqət ikinci məktub məni fikirlərimdən daşındırdı. Bəribaşdan qeyd edim ki, səmimi hisslərinizə görə sizə öz təşəkkürlərimi bildirirəm. Məktubunuzdan belə başa düşdüm ki, siz mənim həyat və yaradıcılığıma yaxından bələdsiniz. Bu, məni sənətə bağlı bir adam kimi ürəkdən sevindirir. Xoşbəxtəm ki, məni olduğum kimi duyan, qiymətləndirən insanlar var. O insanlardan biri də sizsiniz. Məktubunuzdan hiss olunur ki, siz həssas, gözəl bir qadınsınız. Mənsə duyan qadınları çox sevirəm. Heç də təsadüfi deyil ki, mənim əsərlərimin əksər qəhrəmanları qadınlardır: sevən, sevilən, düşünən, çalışan qadınlar... Bir daha sizə təşəkkür edirəm. Amma sizdən bir xahişim var: mənə yenə məktub yazmaq fikrinə düşsəniz zərfin üstündəki ünvana - yəni poçtxanaya “tələblə” göndərərsiniz. Doğrudur, mənim arvadım qısqanc deyil, amma necə deyərlər, ehtiyatlı igidin anası ağlamaz. Sağ olun”.
    Məktub not vərəqinə yazılmışdı. Zərfin üstünü oxudum: ünvan bizim poçtxana göstərilmişdi. Ərim “tələblə” göndəriləcək məktubu almaq üçün öz pasport seriyasının nömrəsini də əlavə etmişdi. Bu axmaq bir az diqqətlə baxsaydı görərdi ki, mənim yazdığım məktubun üstündə də həmin ünvan - bizim evin altındakı poçtxananın nömrəsi göstərilib.
    Mən məktubu alan günün axşamı ərimin televizorda çıxışı oldu. O, bu barədə mənə heç bir söz deməmişdi. Bunu rəfiqələrimdən biri zəng edib çatdırdı. Qəribədir, elə bil o - “mənim ərim” xeyli dəyişmişdi. Əlbəttə, yaxşılığa doğru. Saçı səliqəli şəkildə vurulub yana daranmışdı. Deyəsən, bu gün dəlləkxanaya gedibmiş. Üzündə yumşaq bir təbəssüm vardı. Əvvəllər qaşqabağı yerlə gedən ərimin indi sir-sifəti işıqlanmışdı. Mən ağılsız, mən axmaq onu qaşqabaqlı olduğuna görə vaxtilə nə qədər məzəmmət etmişdim! İndi yaxşı olur, bu da azdır mənə! Ərimin üzünə xoş təbəssüm qonub! Bəxtəvər başıma!
    Ərim evə gec gəldi. Hiss elədim ki, içkilidir. Öz otağına keçib zümzümə etməyə başladı. Yəqin ki, “naməlum qadının” eşqi ilə növbəti mahnı bəstələmək istəyirdi. Mən masa arxasına keçib “vurulduğum” adama - ərimə yeni məktubu yazmağa başladım.
    “Sizin cavab məktubunuz məni olduqca sevindirdi. Doğrusu, sizdən cavab alacağıma qətiyyən inanmırdım. Bu anlarda mən elə bil ki, qanad açıb göylərdə uçuram. Təsəvvür edirəm ki, sizin qadınınız necə də bəxtəvərdir. (Mən bilirəm ki, siz evlisiniz). Axı, o, sizin kimi istedadlı, əvəzsiz, şöhrətli bir insanın arvadıdır. Mən əminəm ki, o, sizi duyur, anlayır, qiymətləndirir. Mən bütün günü sizi düşünürəm. Mahnılarınızın əsiriyəm. Mən bu məktubu qələmə almazdan bir qədər əvvəl televizorda çıxış edirdiniz. Saçınızın səliqəsi, təbii cestləriniz, danışıq ədanız məni yenə valeh etmişdi. Hələ təbəssümünüz! Sizə o təbəssüm, o gülüş necə də yaraşır. Yəqin ki, sizi sevən, qiymətləndirən pərəstişkarlarınız az deyil; şübhəsiz ki, mən qadınları nəzərdə tuturam. Siz hələ gəncsiniz. Əminəm ki, bundan sonra daha gözəl əsərlər yaradacaqsınız. Dünyanın böyük səhnələri, nəhəng salonları sizi alqışlayacaq”.
    Mən məktubda “onun qadınını” xüsusi vurğulamışdım. Özü də bilərəkdən. Mən gec-tez ərimin mənə dəqiq münasibətini bilməli idim, ya yox? Mən öz kiçik ailəmdə öz yerimi, öz mövqeyimi dəqiqləşdirmək istəyirdim.
    Zərfin üstünü yazıb məlum ünvana yola saldım. Çox gülməli, həm də ağlamalı vəziyyət yaranmışdı: hər ikimiz məktubu eyni poçtxanadan yollayıb oradan da alırdıq.
    Mən heç nəyi üzə vurmasam da ərimin davranışına xüsusi diqqət yetirməkdə idim. O, sözün həqiqi mənasında saatbasaat, anbaan dəyişməkdə idi. İki gündən sonra növbəti məktubu aldım.
    “Naməlum qadına məktub.
    Məktubunuzu aldım. Doğrusunu deyim ki, artıq mən sizdən məktub almayanda darıxıram. Və ən qəribəsi budur ki, mən o məktublarda sizin səsinizi eşidirəm. Mən indiyəcən bu cür pərəstişkarımın olduğunu heç ağlıma da gətirməzdim. Etiraf edim ki, sizin məktublarınız mənə qol-qanad verir... O ki, qaldı arvadımın mənə, mənim yaradıcılığıma münasibətinə... Bu barədə danışmaq mənə çətindir; nə qədər acı da olsa deməliyəm ki, o, mənim əsərlərimi lazımi səviyyədə qiymətləndirə bilmir. Hətta, mənə elə gəlir ki, onun musiqiyə, mənim bəstələrimə allergiyası var. Mən piano arxasına keçəndə sanki arvadımın yası düşür: o, belə vaxtlarda ya öz otağına, ya da ki, mətbəxə keçib qurdalanır. Mən deyə bilmərəm ki, o küt adamdır. Yox, sadəcə olaraq arvadım mənim sənətimə bir qədər qeyri-ciddi yanaşır. Doğrudur, onun başı musiqidən az-çox çıxır, hətta, boş vaxtlarında pianonun arxasına keçib onun dillərinin üstündə gəzişməsi də var; bir-iki havanı dınqıldatmağı bacarır. O, bununla sübut etmək istəyir ki, heç də məndən istedadsız adam deyil. Onun əsil sənəti hesabdarlıqdır. Bəlkə də buna görə hər şeydə hesab axtarır, daha doğrusu, haqq-hesab çürütməyi xoşlayır; ən çox da pulu sevir. Əlbəttə, indi pulu sevməyən adam azdır, bəlkə də heç yoxdur. Amma mən özümü heç də pul, var-dövlət divanələrindən hesab etmirəm. Sənət, yəni öz sənətim, mənə hər şeydən qiymətlidir. Mən hər hansı bir əsərimi yaradarkən onun maddi tərəfi barədə düşünmürəm. Mən mənəviyyat adamıyam. Yox, mən deyə bilmərəm ki, öz arvadıma nifrət edirəm. Qətiyyən! Sadəcə olaraq, biz uzun illər bir damın altında yaşasaq da bir-birimizi lazımi səviyyədə başa düşə bilməmişik. Mən indi-indi dərk edirəm ki, gərək, hər kəs özünə layiq insanla ailə həyatı qursun. Yaxşı deyiblər ki, hər bir dahinin böyüklüyünü əvvəlcə onun ailə üzvləri, ələlxüsus arvadı təqdiq etməlidir. (Əgər söhbət kişidən gedirsə). Mən özümü heç də dahi hesab etmirəm. Lakin, eyni zamanda istedadsız da deyiləm, - bunu çoxları təsdiq edir. Demək istədiyim budur ki, insanın yüksəlişinin müəyyən mərhələləri ailə ilə bağlıdır. Bunu heç kəs inkar edə bilməz... Mən sizin subay və ya ailəli olmağınız barədə mühakimə yürüdə bilmərəm. Əgər ailəlisinizsə, güman edirəm ki, əriniz xoşbəxt adamdır. Yox, əgər subaysınızsa... Nə deyim, vallah?.. Yəqin ki, səadət hələ irəlidədir. Mən bir-birini anlayan ailələrə qibtə edirəm. Mən ərini sözsüz-filansız, elə işarədəncə başa düşən qadınlara baş əyirəm. Sizinlə məktublaşmaq, fikir mübadiləsi aparmaq mənimçün xoşdur. Sevinirəm ki, bu cür ziyalı, erudisiyalı, geniş düşüncəli qadınlarımız var. Sizə ehtiram və sayqılarım daimidir. Əllərinizi öpürəm. Məktubunuzu gözləyirəm”.
    Bu məktub məni şoka saldı. Hirsimdən dişim bağırsağımı doğrayırdı. Əvvəlcə istədim məktubu cırıb zibil yeşiyinə atım. Sonra ərimi gözləyib onun özünə oxumaq keçdi ürəyimdən. Amma özümü ələ aldım. Fikrimdən daşındım. Məktubu “arxivdə” gizlətdim. Məni yandıran o idi ki, ərim tamamilə əsassız fikirlər yürüdürdü. Axı, mən başıdaşlı onun sənətinə haçan qeyri-ciddi yanaşmışdım? Bəyəm mən doğrudan belə pulgir idim? Düzdür, o, özü demiş pula biganə deyildim. Amma başqa qadınlar kimi var-dövlət üstündə evdə dava-qırğın salmağı xoşlamırdım... Bir bunun özündən müştəbihliyinə bax! Son vaxtlar özünə xüsusi diqqət yetirməyinə tamaşa elə! Dahiyə bax, istedada bax!.. Yaxşı, mən sənin başına elə bir oyun gətirim ki, özün də mat qalasan!
    Əsəbi, gərgin vəziyyətdə olsam da dişimi dişimə sıxıb not dəftərinin iri ağ vərəqinə özümün növbəti “musiqili məktubumu” yazmağa başladım.
    “Mən sizin məktubları ən qiymətli sənət əsərləri kimi öz arxivimdə - kiçik kitab dolabının gözündə üst-üstə yığıb saxlayıram. Ayrı cür ola da bilməz. Axı, bunlar mənə çox əziz olan, istedadlı, hətta, çəkinmədən deyərdim ki, dahi bir bəstəkarın qiymətli yadigarlarıdır. Gizlətmirəm, mən evliyəm. Təsadüfə baxın ki, özüm də sizin arvadınız kimi, iqtisadçıyam. Öz ərimə də biganə deyiləm. Fəqət sizin cazibənizdən çıxa bilmərəm. Bütün günü beynimdə sizin musiqiniz səslənir. Ən kiçik etüdlərinizdən tutmuş iri həcmli simfonik əsərlərinizəcən hamısını əzbərdən bilirəm. Onların çoxunu ifa edirəm. Dünən radioda eşitdim ki, yeni opera üzərində işləyirsiniz. Mən mütləq o qiymətli əsərin premyerasında iştirak edəcəyəm. Sizin bütün uğurlarınız məni sevindirir. Etiraf etməliyəm ki, mən get-gedə sizi özümə ən yaxın dost hesab etməkdəyəm. Elə bil ki, uzun, çox uzun illərdir ki, sizi tanıyıram. Əslində burada qəribə heç nə yoxdur. Mən sizin melodiyalarınızın köhnə pərəstişkarıyam. Mənə elə gəlir ki, sizə olan ilıq münasibətim artıq ailə üzvlərimizə də məlumdur. Mən qızımdan heç nəyi gizlətmirəm. Sizə olan diqqət və ehtiramımı o, yaxşı bilir. Şəklinizi böyüdüb divardan asmışam. Haradan əlimə keçib bu şəkil? Qoy düzünü deyim: ötən il rəngli bir curnalda iri portretiniz çıxmışdı. Siz o şəkildə çox cazibədar bir görkəmdəsiniz: qucağınızda iri gül dəstəsi, boğazınızda kəpənək-qalstuk... sanki qanad açıb uçmağa hazırlaşırsınız... Bəs ərim bu işlərə necə baxır? Doğrusu, bu barədə heç düşünməmişəm. Bir də ki, nə düşünür düşünsün! Siz mənimçün bu dünyada ən əziz, ən doğma adamsınız. Səmimiyyətimə inanın”.
    Mən əslində hər şeyi - ona olan əzəlki münasibətimi (artıq o, gözümdən düşməkdə idi), divardan asdığım foto-şəkli, qızıma “ərimlə” bağlı dediyim xoş sözləri, onun məktublarını harada qoruyub saxladığımı, bir sıra əsərlərinə vurğunluğumu olduğu kimi, təbii ki, bir qədər də bəzək-düzəkli qaydada təsvir etmişdim.
    Ərim gözüm görə-görə əlimdən çıxmaqda idi. O, get-gedə məndən uzaqlaşır, mənə yadlaşırdı. Əvvəllər arabir gecələr göstərdiyi ötəri mehribanlıqlar, beş-on kəlmə xoş sözlər də aldığım “musiqili məktublar” kimi “arxivə” gömülmüşdü. O, indi mənimlə çox rəsmi qaydada danışır, hətta, tikanlı və ya zarafatyana atmacalarıma belə reaksiya vermirdi. Məlum məsələdir ki, onu o məktublar başdan çıxarmaqda idi. O, öz-özünə başqa nəzərlə baxmağa başlamışdı; o, öz-özünə vurulmuşdu; onda izahı çətin olan bir maniya yaranmışdı. İndi əvvəlkindən daha çox, daha məhsuldar işləyir, ekranda-efirdə daha sıx görünürdü. Tez-tez qəzet-curnallara müsahibələr verir, yaradıcılıq planlarından söhbət açırdı.
    Mən konkret olaraq necə hərəkət edəcəyimi, qarşıda hansı taktikanı seçəcəyimi müəyyənləşdirə bilməsəm də sövq-təbii bu işlərin çox gözlənilməz sonluqla bitəcəyinə inanırdım. Əslində, izaholunmaz hisslərin məngənəsində vurnuxa-vurnuxa qalmışdım. Bir yandan indi tədricən nifrət etməyə başladığım ərimə, digər tərəfdən təzədən ürəyimin əksinə də olsa rəğbətim artmaqda idi. Sən demə, o, heç də mənim əvvəllər düşündüyüm qədər soyuqqanlı, laqeyd adam deyilmiş. Ürəyində illərdən bəri gizli hisslər donub qalıbmış. Artıq o hisslər - o donmuş duyğular hərəkətə gəlmişdi. “Naməlum qadının” məktubları buzu yerindən tərpətmişdi. İndi mənə elə gəlirdi ki, o məktubları “mənim ərimə” (lənətə gələsən səni ifritə-müğənni!) tamamilə yad, özgə bir qadın yazıb göndərir. Mən bu minvalla get-gedə öz ərimi o “naməlum qadına” - özümə qısqanır, nifrət edirdim. Amma geriyə yol yox idi. Mən sanki qorxulu bir oyuna düşmüşdüm və o oyundan çıxmağa cəsarətim çatmırdı. Digər tərəfdənsə, özüm haqqında ərimin “məktublarından” hələ bir çox mətləbləri də öyrənmək istəyirdim. Yox, bu işi elə-belə, yarımçıq saxlamaq olmazdı. Çox güman ki, hər bir qadın ərinin ona olan əsl, həqiqi münasibətini öyrənmək üçün əldən-ayaqdan gedir. Amma heç bir kişi heç bir vaxt öz arvadına əsl həqiqəti, əsl münasibəti olduğu kimi açıqlamır. Adətən, kişilər öz arvadları barədə ürəklərində gizlətdikləri sirrləri olduğu kimi başqa qadınlara (məhz qadınlara - kişilərə yox!) açıb deyirlər. Və orası da mənə məlumdur ki, çox vaxt həmin qadınlar o kişilərin məşuqələri olur. Mən kiminsə məşuqəsi olamasam da bunları yaxşı bilirdim. Bunu hansısa kişilərin məşuqəsi olan qadınlardan eşitmişdim. Ürəyim məni aldatmırdısa, hiss edirdim, lap elə əmin idim ki, ərim indi mənim şəxsimdə özünə “məşuqə” tapmışdı. “Naməlum qadının” yazdığı “musiqili məktublar” onun bütün dünyasını alt-üst etmişdi. O, təzə sevdaya düşmüşdü... Mən belə bir fürsəti - onun son məqsədini, əsl istəyini öyrənmək fürsətini qətiyyən əldən verə bilməzdim...
    Onun “naməlum qadına” növbəti məktubu, mənim öz düşüncələrimdə nə qədər doğru olduğumu bir daha təsdiq etdi. Not vərəqinə səliqəli xətlə yazılmış məktubu dönə-dönə oxudum. O, artıq mənə “sən” - deyə müraciət edirdi.
    “Naməlum qadına məktub.
    Mən hər gün poçtxanaya bir neçə dəfə baş çəkirəm. Sənin məktubların artıq mənim həyatımın bir hissəsinə çevrilib. Hiss edirəm ki, son günlər həyatımda böyük dəyişiklik yaranıb. Bunun səbəbkarı sənsən, sənin məktublarındır. Mən xoşbəxtəm ki, bu dünyada məni olduğum kimi dərk edən bir qadın var: həm də elə bir qadın ki, o, məni uzaqdan-uzağa, qiyabi tanıyır. O, sanki mənim taleyimə, həyatıma, yaradıcılığıma məndən yaxşı bələddir. O qadın məni düşünür. Bu, insan üçün böyük xoşbəxtlikdir. Bu mənada mən özümü xoşbəxt hesab edə bilərəm... Mənim əzizim, belə hesab edirəm ki, bizim görüşməyimizin vaxtı yetişib. Bəlkə zəngləşək? Məncə növbəti məktubda sən telefon nömrəni bildirəcəksən... Mən tez-tez sənin düşüncə və mühakimələrin ətrafında baş sındırmalı oluram. Bu cür ağıllı bir qadınla eyni vaxtda yaşadığım üçün sevinirəm. O, hər şeyi necə də düzgün təhlil edir, obyektiv mülahizələr yürüdür. Sənin hər məktubun təkcə səni yox, elə mənim özümü də özümə daha yaxından tanıdır. Sənin etirafların məni riqqətə gətirir. Xoş sözlərin mənim yaradıcılığıma impuls verir... Nə isə... Yaxşısı budur, zəngləşib görüşək. Məncə bu, tarixi bir görüş olacaq”.
    Bunun məndən dönə-dönə telefon nömrəsi istəməyinə bax bir! Alçaq! Zəng elə evinə - öz telefonuna. Əlbəttə, günlərin bir günü yazacağam o telefon nömrəsini; lap “tarixi görüşümüz” də baş tutacaq! Hələ darıxma, səbr elə. Qoy sənin cikinə-bikinə yaxından bələd olum. Qoy görüm sən nə yuvanın quşusan. Hələ “arxivim” sənin təzə-təzə açıqlamalarla dolu məktublarını gözləyir. Darıxma, darıxma! Sən-sən ol, mən də mən. Gərək vaxtında verəydim sənin dərsini. Başqa qadınlar kimi hər gün səni istintaqa, məhşər ayağına çəkəydim. İndi gecdir. Bəlkə də gec deyil. Yəqin ki, bunu da zaman göstərər, “zəmanənin böyük bəstəkarı”!
    Necə deyərlər, hikkədən cızdağım çıxmışdı. Bütün günü fikir-xəyal aləmində idim. Hətta, neçə gün idi ki, anamgilə də getmirdim... O yalan söhbətdir ki, qadınlara nisbətən kişilər daha qısqancdır. Guya qadınlar öz ərlərinin xəyanətini bağışlayır, amma kişilər arvadlarının xəyanətini heç vaxt unuda bilmirlər. Bu, uydurmadır, cəfəngiyyatdır. Öz xoruzlarının başqa hində banlamasına yalnız dildə, ara söhbətlərində bəraət verən qadınların səmimiyyətinə mən qətiyyən inanmıram. Bu cür qadınlar ya yaltaqdır, ya qorxaq, ya da ki, pozğun. Axı, bu necə ola bilər ki, ərin hansısa yad arvadın qoynunda kef çəkə, sən isə bunu adi hadisə kimi qarşılayasan. Mən məhz ərinin xəyanətinə görə qəsdən xəyanət edən qadınlar da tanıyıram. Mən xəyanətə görə xəyanət edən qadınlardan deyiləm. Amma... nə bilmək olar? Bu, həyatdır.
    Mən bütün günü ərimdən necə intiqam alacağım barədə düşünürdüm. Amma necə? Bax, məsələ də burasında idi. Onun sinəmə çəkdiyi çalın-çarpaz dağlar elə-belə ötüb keçəsi deyildi. Mən hər gün fikrən dağı arana, aranı dağa aparır, sanki özümü öz əlimlə itələyib saldığım qır qazanının içində qovrulurdum. O, son vaxtlar evə lap gec gəlir, gələn kimi də öz otağına çəkilirdi. Belə anlarda hərdən mənim başıma ağlasığmaz fikirlər gəlirdi. İstəyirdim ondan soruşam ki, belə gec gəlməkdə xeyir ola? Elə bilirsən kimin yanında olduğundan xəbərim yoxdur? Kimin? Əlbəttə, iki gündən-üç gündən bir “musiqili məktub” yazdığın “naməlum qadının” yanından. Həqiqətən, hərdən mənə elə gəlirdi ki, o, məhz həmin qadının yanından gəlir. Və sonra xatırlayırdım ki, belə bir qadın yoxdur; daha doğrusu var, amma o qadın mən özüməm... Artıq mən ona məktub yazan “qadından” üz döndərmişdim. Sanki o başqa bir adamdı, mən isə başqa. “Naməlum qadın” mənim düşmənimə çevrilmişdi. Mən ona nifrət edirdim. O, mənim həyatımı alt-üst etmiş, ömrümə zəhər qatmışdı. Onun murdar, əxlaqsız əməllərinə, hərəkətlərinə görə mənim ailəm dağılmaq üzrə idi.
    Mən arabir ərimə bəraət qazandırmaq fikrinə də düşür, sonrasa tez bu düşüncələrdən uzaqlaşırdım. Axı, ona necə bəraət vermək olardı? Demək olar ki, o, öz arvadına - mənə xəyanət etməkdə idi. Lap qoy elə fikrən olsun. Axı, hər şey fikirdən, ideyadan başlayır. Fikrən xəyanət edən, gör gerçəklikdə nə hoqqalar çıxara bilər? Bəlkə də elə ən böyük xəyanət daxilən, fikrən edilən xəyanətdir!
    Son günlər çoxdan, lap ilk gəncliyimdə eşitdiyim bir mahnının melodiyası beynimdə əks-səda verirdi. Sanki birdən-birə xatırladım ki, həmin mahnını elə mənim ərim, - bilmirəm indi ona ər demək olardımı? - bəstələmişdi. Qəribə musiqisi vardı o mahnının. Hələ sözləri...

    Musiqi. Qadın rəqs edə-edə oxuyur:

    Biz dözsək də hər cəfaya
    Dözüm, səbr xəyanətdi.
    Ölənlərlə hər şey ölmür -
    Bəzən qəbr xəyanətdi.

    Doğru yoxdur bu dünyada,
    Həqiqəti gəz röyada.
    Öz sirrini açma yada
    Açılan sirr-xəyanətdi.

    Yelə vermə gələn günü,
    Özün daşı qəm yükünü.
    Yaşamasan öz ömrünü -
    Ömür də bir xəyanətdi.

    Yəqin ki, indi uzaq keçmişə çevrilən o vaxtlarda, yəni bu mahnı yazılan zaman onun mənasını nə o - ərim, nə də ki, mən - “naməlum qadın” başa düşmüşdük. Yox, bəlkə də o, elə o zamandan xəyanətin nə olduğunu bilirmiş. Mənim ordan-burdan eşitdiyim, aldığım məlumata görə o, hələ lap cavan çağlarında hansısa qızın dəli-divanəsi imiş. Deməli, o, xəyanətin tamını öz ömründə dadmış adamdır. Düzdür, o vaxt başqası ona dirsək göstərib, lap tutaq ki, xəyanət edib; bəyəm bu, indi yaşının belə vaxtında ona təzədən öz dost-doğmaca arvadına xəyanət etməyə əsas və ya bəraət verirmi?
    Mən onun ürəyinin ən dərin qatlarına baş vurmaq ehtirasından uzaqlaşa bilmirdim. O, əlbəttə, öz arvadına olan münasibətini yalnız yad, “naməlum qadına” açıb söyləyə bilərdi. İndi yad, naməlum qadın mən olmuşdum; ərimin ən doğma adamı isə o “naməlum qadın” idi. Mən not kağızının qar kimi ağ, parlaq üstünü az qala göz yaşlarımla islada-islada növbəti məktubumu yazdım. Mən də artıq ona “sən” - deyə müraciət edirdim.
    “Mənim ruhum!
    Biz artıq neçə müddətdir ki, məktublaşırıq. Mən sənə get-gedə ürəkdən vurulmaqdayam. Mən kişilərdə belə bir səmimiyyətin olduğunu heç ağlıma da gətirməzdim. Etiraf edim ki, səni öz ərimlə müqayisə edəndə dəhşətə gəlirəm. Nə üçün? Hiss edirəm ki, o, son günlər mənə xəyanət edir. Amma, təbii ki, bunu məndən gizlədir. Mən bunu ona bağışlaya bilmərəm. Amma mənə elə gəlir ki, sən səmimi, əlçatmaz, böyük ürəkli, yüksək mənəviyyatlı bir adam olduğun üçün öz arvadına xəyanət etməzsən; hətta, bunu etsən belə heç nəyi ondan gizlətməzsən. Məndə belə əminlik hasil olunub ki, bu cür hərəkəti öz arvadından gizli saxlasan da, ürək qızdırdığın adama əsl kişi kimi açıb deyərsən. Mənə elə gəlir ki, əgər yeri gələrsə sən, bütün mərd kişilər kimi hər şeyi etiraf edərsən. Yoxsa mənim ərim kimi... Məncə səmimi etirafdan gözəl heç nə ola bilməz. Bəlkə də mən ifrata varıram, sadəlövhcəsinə düşünürəm. Bəlkə də səni bu cür mənasız sorğu-suallarla təngə gətirirəm. Ola bilər. Amma mən həyatda, xüsusən də kişilərdə bir şeyi xoşlayıram - səmimiyyəti. Sən mənim hisslərimin səmimiliyinə inana bilərsən”.
    Cavab məktubunu çox gözləməli olmadım. Artıq mənim üçün uzaq, yad bir adama çevrilməkdə olan ərim tezliklə özünün “musiqili məktubunu” yazıb göndərdi.
    “Naməlum qadına məktub.
    Mənim səmimi dostum!
    Sənin hər məktubun mənim üçün bir kəşfdir. Sənin ürəyinin böyüklüyü, habelə sadəliyin, böyük səmimiyyətin məni əsir edib. Ötən məktubunda, sən ərinin xəyanəti və ona öz şəxsi münasibətin barədə, etiraf haqqında qiymətli fikirlər yazmışdın. Mən sənin ürəyinə bir daha heyran oldum. Əlbəttə, kişinin (lap elə qadının da) ən böyük məziyyəti onun səmimiliyindədir. Bir az bayağı səslənsə də, etiraf edim ki, mən özümün az-çox müsbət xasiyyətlərimdən biri, bəlkə də birincisi kimi səmimiyyətimi qiymətləndirirəm. Sən mənə kişilərin xəyanəti ilə bağlı eyhamılı suallar verirsən. Bu, çox incə məsələdir. Hər kəsin özünün şəxsi-intim, əsrarlı aləmi olur. Amma madam ki, söhbətimiz səmimiyyət notları üstündə köklənib, etiraf edim ki, mən heç də özümü bu sahədə müqəddəs adam hesab edə bilmərəm. Məncə şərhə ehtiyac yoxdur. Və bunu da ilk dəfə sizə səmimi şəkildə etiraf edim ki, mən öz həyat yoldaşımla sevişərək ailə qurmamışam. Sadəcə olaraq mən onu bir ailə üzvü, övladımın anası kimi dəyərləndirirəm. Hətta, hərdən zarafatla onu “evimizin ən qiymətli əşyası” adlandırıram. O, bəlkə də bundan inciyir, amma üzə vurmur. Ümumiyyətlə, o sakit təbiətli, təmkinli qadındır... Mənim əzizim, ötən məktubda səndən telefonunun nömrəsini yazmağı xahiş etmişdim. Deyəsən, sən, zəngləşməkdənsə məktublaşmağı daha üstün hesab edirsən. Əlbəttə, məktublaşmaq da pis əlamət deyil, bu, epistolyar canrı inkişaf etdirir. Amma mənə elə gəlir ki, artıq bizim üz bəsurat görüşməyimizin vaxtı gəlib yetişib. Elə deyilmi?”
    Bu məktubdan sonra mənim ona münasibətim necə ola bilərdi? Deməli, o hər an öz arvadına xəyanət edə bilər; çox güman ki, indiyəcən dəfələrlə bu cür xəyanətlər olmuşdu da... Mənim ürəyimdə get-gedə daha da alovlanan nifrət hissi ona tərif, ehtiram dolu sözlərlə bəzənmiş “musiqili məktublar” yazmağıma mane olmurdu.
    Mən artıq “naməlum qadına” çevrilmişdim. Artıq bizim məktublaşmalarımız, necə deyərlər, daha da intensivləşmişdi. Aydınca görünürdü ki, o, öz arvadını, yəni məni həqiqətən evin adi bir əşyası hesab edir, yalnız özünün şəxsi ehtiyaclarının təminatı barədə düşünür. Mən arabir özümü söyür, qınayıram: bəlkə bütün bu baş verməkdə olan həngamələrdə həqiqətən özüməm günahkar? Mən indiyəcən onu niyə özümə alışdıra bilməmişəm? O, məni sevmirsə, özü demiş “dəyərləndirmirsə” günahın çoxu məndə deyilmi? Mən öz ərimi təzədən “kəşf” etdikcə təkcə nifrət etmir, həm də sanki ona təzədən bələd olurdum. Hətta, vulkan kimi püskürüb üzə çıxmış qısqanclıq hisslərimə qəribə duyğular da qarışmaqda idi: onun daxili aləminin mürəkkəbliyi cəlb edirdi məni. Mən əvvəllər də bilirdim ki, o, dayaz adam deyil. Amma indi təhlil edib görürdüm ki, o, mənim təsəvvür etdiyimdən qat-qat istedadlı, mühakiməli adamdır. Bəzən belə düşüncələrin təsiri altında ona təzədən vurulurdum. Amma bu hissləri tezliklə yenə qısqanclıq və nifrət hissləri əvəzləyirdi.
    Mən az qala ağlımı itirmək dərəcəsinə gəlib çatmışdım. O, hərdən evə gec qayıdanda elə zənn edirdim ki, “naməlum qadının” yanından gəlir. Hələ bir dəfə qələm-kağız götürüb o “naməlum qadının” ünvanına təhqir dolu bir məktub da yazdım. Sonra öz-özümə acı-acı gülüb həmin məktubu cıraraq kənara atdım - bəyəm yer üzündə belə bir qadın vardı ki? Bir dəfə isə bu oyuna son qoymaq üçün öz adımdan səmimi bir etiraf məktubu yazıb hər şeyi olduğu kimi ona izah etmək qərarına gəldim; amma bu fikirdən də tez daşındım. Görünür, bu da qadın təbiəti ilə bağlı məsələdir. Heç bir qadın ər önündə özünü alçaltmaq istəmir. Zahirən təbiət qadını kişidən zəif yaratsa da, bir çoxlarının nəzərində qadın kişinin əlavəsi hesab olunsa da, hər bir qadında kişidən daha güclü cəhətlər var və bu cəhətləri yalnız qadınlar özləri bilir. Bəyəm kişiləri öz önündə diz çökdürən, onları lazım olanda yerə çırpan və ya əksinə göyə qaldıran az qadınlar var?
    Ərim əməlli-başlı fəallaşmışdı. O, əsil yaradıcılıq ab-havasına düşmüşdü. İndi o, ekrandan düşmürdü; evə zəng edənlərin sayı artmışdı; ən maraqlısı da bu idi ki, onu daha çox qadınlar arayırdı. Müğənni qadınların zənginin ardı-arası kəsilmirdi. Sifariş-sifariş dalından gəlirdi. Deyəsən “naməlum qadının” qəfildən peyda olması onun yaradıcılığına təkan vermişdi. Amma başı yaradıcılıq işlərinə, müxtəlif tədbirlərə qarışsa da, o, məktubların ard-arasını kəsmirdi. İnsafən son məktublarında “naməlum qadının” ona böyük təsir göstərdiyini də etiraf edirdi. Yazırdı ki, o, guya mənimlə nəfəs alır: mənimlə - “naməlum qadınla”. Mən çıxılmaz vəziyyətdə - odla su arasında qalmışdım. Hər şeyin əvvəli olduğu kimi, bir sonu da olmalı idi. Gec-tez bu “siçan-pişik” oyununa son qoyulmalı idi. Mən sonuncu məktubu yazmaq qərarına gəldim.
    “Mənim ruhum!
    Deyəsən, biz daha məktublaşa bilməyəcəyik. Yox, yox... Sən qətiyyən başqa şeylər barədə düşünmə. Əksinə, indi biz daha da yaxın olacağıq. Mən hiss edirəm ki, artıq həyatımı yenidən qurmalıyam. Mən ərimdən ayrılmaq qərarına gəlmişəm. Bəlkə də o, pis adam deyil; ağıllıdır, istedadlıdır. Amma məni evin bir əşyası hesab edir. Onun öz dünyası var. Mən ona tamamilə yad bir qadınam. Ayrılmaqdan başqa mənim hansı çıxış yolum qalıb? Məncə, sən də mənim belə bir addım atmağıma bəraət verəcəksən. Mən bu məktubun yazıldığı tarixdən iki gün sonra axşam saat yeddidə səni poçtxananın qarşısında gözləyəcəyəm. Bəli, bəli, məktublarımı aldığın poçtxananın önündə. Mən öz evimi birdəfəlik tərk edirəm. Böyük həyəcanla görüş anlarını gözləyirəm. Di sağ ol”.
    Mən evdən çıxıb getmək qərarını seçdim. Ta bu cür yaşamaq olmazdı... Məktubu yola saldım. Sakitcə yır-yığış edib, ərimi gözləməyə başladım. O, həmin gecə evə gəlmədi. Görəsən, gecəni kimin yanında keçirmişdi? Bəlkə də “naməlum qadının”? Öz səfeh düşüncələrimə gülməyim gəldi... O, evə səhərisi gün gəldi. Başını qaldırıb üzümə də baxmadı. Öz otağına keçib nəsə qurdalanmağa başladı. Deyəsən yır-yığış edirdi. Qapını çırpıb gedəndən sonra onun otağına keçdim. Çamadanını qabqarmışdı. Deməli, o da harayasa hazırlaşır. Yəqin ki, məktubu almışdı; güman ki, o da evdən çıxıb getməyi qərara almışdı. Axı, sabah saat yeddidə “naməlum qadınla” görüşəcəkdi.
    O, həmin axşam da evə gəlmədi. Səhəri dirigözlü açdım. Göz yaşlarım balışı islatmışdı. Amma qərarım qəti idi. Axşamacan öz otağıma çəkilib fikrə getmişdim. Hiss etdim ki, qapı açıldı. Yəqin ki, o idi gələn. Aradan on-onbeş dəqiqə keçmiş qapı çırpıldı - yəqin ki, o idi gedən. Durub ərimin otağına keçdim. Çamadan dünənki yerində yoxdu. Pianonun üstünə qoyulmuş ağ kağız parçası diqqətimi çəkdi. Götürüb oxudum.
    “Bəlkə də bu məktub, daha doğrusu, burada yazılanlar səninçün gözlənilməz olacaq. Mən evdən çıxıb getmək qərarına gəldim. Bunun səbəbini uzun-uzadı izah etməyə ehtiyac duymuram. Son vaxtlar hiss edirəm ki, aramızda uçurum yaranıb: biz bir-birimizdən aralı düşməkdəyik. Sanki bir damın altında iki yad adam yaşayır. Bu, uzun müddət davam edə bilməz. Hiss edirəm ki, mən bu evdə artıq adamam. Artıq mənim qərarım qətidir. Nəyisə düz etmirəmsə bu, mənim öz günahımdır. Məni bağışla. Əlvida”.
    Mən də elə həmin məzmunda bir məktub yazıb pianonun üstünə - onun məktubunun yanına qoydum. Artıq bu evə qayıtmayacağam. Qərarım qətidir. Gedib anamgildə yaşayacağam. Qızımı böyüdəcəyəm - onun son yadigarını.
    Budur, indi saat yeddiyə lap az qalıb. Durub pəncərədən baxıram. Ərim əlində səfər çamadanı poçtxananın qənşərində var-gəl edir. O, “naməlum qadını” gözləyir. Mən onun not kağızlarının üstünə yazdığı “musiqili məktubları” dəstələyib qoltuğuma vururam. Çamadanımı götürüb qapıya yaxınlaşıram. Yəqin ki, aşağıda - binanın önündə üz-üzə gələcəyik. Bunun artıq bir mənası yoxdur. Biz tamamilə yad adamlarıq.
    Uzaqdan musiqi sədası eşidirəm. Müğənninin ifa etdiyi mahnıdakı sözlər beynimdə əks-səda verir: “Naməlum qadın, naməlum qadın ”. Görəsən, o qadın kimdir?
    Qapını çırpıb qəti addımlarla pillələri enirəm...

    PƏRDƏ

    SON











    FOTOQRAF

    Birpərdəli monopyes

    İştirakçı:
    Fotoqraf

    Fotostudiya. Foto çəkilişi üçün zəruri avadanlıq və əşyalar gözə dəyir. Hər tərəf fotoşəkillərlə əhatə olunub. Kiçik, orta və iri planda olan şəkillər karton və faner lövhələrə yapışdırılıb, divarlara söykədilib, tavandan asılıb. Hətta, yerə atılmış şəkillər də var. Projektordan düşən gur işıq tədricən, asta-asta şəkilləri seyr edir.
    Adama elə gəlir ki, (bəlkə də əslində elə bu cürdür) havada yellənən şəkllər kəndir diyircəklərlə və fotoqrafın barmağının işarəsi ilə kino lenti kimi hərəkətə gəlir. Bu anlarda fotoqraf bir qədər də sehrbaza, gözbağlayıcıya bənzəyir.
    (Bütün bu “nümayiş olunan” şəkilləri fotoqrafın öz fantaziyasında canlandırdığı da istisna olunmur).
    Tamaşa boyu bütün digər şəkillər vaxtaşırı görünüb “gözdən itsə” də, iri planda çəkilmiş üç fotoşəkil axıra qədər göz qabağında qalır: bunlardan ikisi kişi, biri isə qadın şəklidir. Əslində, tamaşanın əsas qəhrəmanları elə bu üç nəfərdir. Tamaşanın finalında həmin sıraya dödrüncü şəkil də əlavə olunur- bu, fotoqrafın özünün böyüdülmüş fotosudur. Yeri gəlmişkən, həmin fotoların əvvəlcə arxası, sonra isə avand üzü görünür.
    Kənarda stol və stul qoyulub. Stolun altında müxtəlif qantellər, idman daşları.
    Fotoqraf görünür. Bu cəld hərəkətli, enerjili, çevik, qıvraq adamın yaşını ilk baxışda müəyyən etmək çətindir. O, fotoaparatın çiynindən aşırdığı qayışını yana çəkib irəli addımlayır. Diqqətlə fotokameraya baxır. Sonra obyektivi səhnəyə tuşlayıb düyməni tüfəng tətiyi kimi çəkir. Şaqqıltı eşidilir, fotoaparatın parlaq işığı yanıb sönür. Fotoqraf əvvəlcə sakit-sakit, sonra isə tələsə-tələsə şəkillər çəkməyə başlayır. Onun hərəkətinə uyğun olaraq musiqinin də tempi dəyişir.
    Musiqi tədricən uzaqlaşır, azalır. Fotoqrafın hərəkətləri də musiqiyə uyğun olaraq yavaşıyır.
    Fotoqraf səhnənin önünə çıxır.
    Fasiləsiz siqnal səsləri eşidilir.
    P.S. Haqqında söhbət gedən şəkillər növbə ilə, ardıcıl olaraq, onlardan söhbət açılarkən, divardakı ektanda böyük formatda proyeksiya oluna və ya bir tərəfdə quraşdırılmış iriekranlı televizorda göstərilə bilər. P.P.S. Həmin şəkillərdəki “qəhrəmanlar” monotamaşanın mövcud qayda və qanunlarına uyğun olaraq səhnədə görünmür. Amma şəkillərin, fotosessiyaların “qəhrəmanları” konkret aktyorlar ola bilər.

    Fotoqraf. Siqnal səslərini eşidirsiniz? Hə, toy karvanı keçir. Ta məni toylara kimdir çağıran? Halbuki mənsiz bir toy olmazdı. İndi zəmanə dəyişib. Elə adamlar da başqa cür olub. Yox, bəlkə də heç dəyişməyiblər, elə əvvəldən bu cür olublar.
    Mən həmişə belə hesab etmişəm ki, hər adam sirli bir adadır. Eh, o adada nələr yoxdur ki? Bu gizlinlərə bələd olmaq heç də asan məsələ deyil. Bəlkə də düşünürsüz ki, insanı yaxşı tanımaq üçün gərək onunla yaxın ünsiyyətdə, təmasda olasan. Gərək onunla qonşuluq, dostluq edəsən. Nə bilim, guya onunla yol yoldaşı olasan, min bir sınaqdan, hoqqadan çıxasan. Yox, mən qətiyyən belə düşünmürəm. Bəzən illərlə tanıdığın, hər gün qarşılaşdığın, əl-ələ verib görüşdüyün, lap elə bağrına basıb öpüşdüyün adamın o sirli dünyasının qapıları sənin üzünə daim bağlı qalır. Bəs onda o sirlərə necə bələd olmalı? Bunun bir yolu varmı? Sizi bilmirəm, amma mən özümçün bu yolu çoxdan kəşf etmişəm. Ən müəmmalı, ən sirli adamın belə, şəkli kağız üzərinə köçəndən sonra mənə çox şey bəlli olur. Elə ki, fotokağızı məhlulun içinə atıb aydınlaşdırıcı əlavələr edirəm, tutqun lentdəki sifətlər mənimçün yavaş-yavaş aydınlaşmağa başlayır. Sifətlər açıldıqca o sifətlərin gizlətmək istədiyi sirlər də öz-özünə üzə çıxır. Mənim bu fotoaparatım- mənim ürəkoxuyanımdır. O, mənə bütün sirləri faş edir.
    İndi bəlkə də heç kəsə lazım olmayan bu şəkillərə bir diqqətlə baxın.

    (Fotoşəkillərə işarə edir).
    Bəzən deyirlər ki, insanın xasiyyəti ömrü boyu formalaşır, təkmilləşir. Boş şeydir. Bax bu fotoları mən illər boyu çəkmişəm. Mən səmimi-qəlbdən deyə bilərəm ki, bu şəkillərdəki adamların hamısı uşaqlıqda necə olublarsa, böyüyəndən sonra da elə o cür qalıblar. Təkəbbürlüsü yenə təkəbbürlü, fağırı yenə fağır, həyasızı yenə həyasız, acgözü yenə də acgözdür...

    (Fotoaparatı mizin (stolun) üstünə qoyur).
    Xeyr, həyat heç nəyi dəyişmir. Dəyişən, ola bilsin ki, vaxt olur. Adamların ağlı isə döğulan andan ölən günəcən eyni qəlibdə qalır. Bax, elə misal üçün, götürək bu xanımı.

    (Şəklin arxası üzünə çevrilir. Qadın şəkli görsənir).
    Yəqin ki, tanıdınız. Bəli, bəli, müğənnidir.

    (Melodiya səslənir. Qadın ifasında solo eşidilir).
    Bu xanımın elə uşaqlıqdan oxumağa böyük həvəsi vardı.
    Bax, bu da onun uşaqlıq şəkli.

    (Uşaq şəklinə işarə edir).
    Anası çəkdirmişdi bu şəkli. Elə o vaxtdan hiss olunurdu ki, bu xanım gələcəkdə oxuyacaq, müğənni olcaq. Bir baxın, görün qaşları necə çatılıb? Hər şeyə maraqla baxır. Özü də, yadımdadır, çox zil səslə ağlayırdı...
    Bu isə onun sonrakı dövrdə, məktəbə gedərkən çəkdirdiyi şəklidir.

    (Böyüdülmüş fotonu göstərir).
    Hə də, əlbəttə, özüm çəkmişəm. Baxın, qız burada xorda oxuyur.

    (Ani melodiya, xor musiqisi səslənir).
    O, həmin dövrdə hələ başqalarından tam fərqlənmirdi. Xorda necə fərqlənəsən ki? Ağzında “xor” deyirsən.
    Burada kvartetdə oxuyur. Dörd nəfərdirlər.
    (İki oğlan və iki qızın fotosunu göstərir. Melodiya səslənir).
    Burada trio təsvir olunub. Üç nəfərdirlər. Bunu da özüm şəkmişəm.

    (İki oğlan və bir qızın şəkli görünür. Melodiya. ).
    Bu, duet oxuyan zaman çəkilmiş şəkildir.

    (Qız və oğlan fotosu. Duet səslənir. Kişi qolunu açıb yüngül rəqs edir).

    O, burada artıq təkdir. Solo oxuyur.
    (Solo ifa səslənir).

    Bu xanım get-gedə üzüyuxarı dırmaşırdı. Əlbəttə, sənət yolları ilə.

    (Əli ilə şəkli sığallayır).
    Məncə, siz onun sonrakı taleyi ilə tanışsınız. Yox? Tanış deyilsiz? Onda, əgər lazım gəlsə, mən bəzi mətləblərə aydınlıq gətirə bilərəm. “Lazım gəlsə”... Mən bu sözü çox sevirəm. Axı birdən lazım gəlməyə də bilər. Ehtiyac olmaya da bilər.
    Heç bilmirəm bu xanımı niyə xatırladım? Yəqin ona görə ki, şəkli öndədir, göz qabağındadır. Yox, təkcə ona görə yox...

    (Eyhamla).
    Təbii ki, başqa səbəblər də var.
    Bu şəkil xanımın yerə-göyə meydan oxuyan vaxtı çəkilib. Əlbəttə, bunu da mən özüm çəkmişəm... Bəh-bəh-bəh... İki göz istəyir bu gözəlliyə tamaşa etsin. İlahi, o nə göz-qaş, nə ağız-burun, nə dodaq, nə yanaq, nə buxaqdır? Hələ onun çöhrəsini, vucudunu bəzəyən bu ziynət, bu ləl-cəvahirat... Mərmər çiyin, gümüş bilək... Ta mən hansı sözləri deyim ki, onun şəklini tamamlasın? Bu şəkil sinədən yuxarı çəkilib. Amma başqa bir şəkildə mən onu boyaboy, ayaq üstə, konsert zamanı çəkmişəm.

    (Qadının ayaq üstə çəkilmiş fotosuna işarə edir).
    Bir onun uzun ayaqlarına, incə belinə, dik sinəsinə baxın. Mən vaxtilə bu şəkli studiyanın qapısı ağzından asmışdım.Küçədən keçən adamlar həmin şəklə baxmamış keçə bilmirdilər. Özü də təkcə kişilər yox, lap elə qadınlar da. Hamının ağzı açıla qalırdı.
    Hə, mənim fotoarxivimdə sakit duruşlu, məsum baxışlı bir oğlanın da şəkli var. Bax budur.

    (Öğlanın şəklini göstərir).
    Bu şəkil həmin uşağın məktəbə getdiyi vaxt çəkilib.

    (Oğlanın məktəbli şəklini göstərir).
    Bax burada o skripka çalmağı öyrənir.

    (Oğlanın skripka ilə çəkilmiş şəkli göstərilir).
    O, elə anadan musiqiçi doğulmuşdu.

    (Skripkada melodiya səslənir).
    Elə indinin özündə də arabir efirdə onun ifa etdiyi musiqilər səslənir.
    Budur, burada bir adam, daha doğrusu, bir şəkil də var. Bəli, düz duymusuz, xanımın yanındakı bu adam onun əridir. Daha doğrusu, əri idi.

    (Fotoqrafın barmağının işarəsi ilə şəklin arxası avand üzünə çevrilir).
    Onlar, yəni gələcək müğənni ilə gələcək skripkaçı hələ yeniyetmə ikən bir-birinə vurulmuşdular. Qonşu idiıər. Musiqi məktəbinə qoşa gedir, bütün tədbirlərdə qoşa çıxış edirdilər. Qız onu dəlicəsinə sevirdi. Oğlan təbiətən çox sakit idi. Mən onların şəklini dəfələrlə çəkmişəm. O vaxt mən onlara zarafatla “qoşa göyərçinlər” deyirdim.
    Gizlətmirəm, mən həm qızı dinləməkdən zövq alırdım, həm də oğlanı. Axı hər necə olsa, özüm də sənət adamıyam.

    (Melodiya səslənir).
    Yadımdadır, onların toyunu televiziyalr çəkdi. Bu toyun sədası az qala dünyaya yayıldı. Qəzetlər təzə bəylə gəlinin şəklini tirajladılar. İnsaf naminə demək lazımdır ki, qəzetlərdə gedən şəkillərin əksəriyyətini mən çəkmişdim. Nişan və toy günü çəkilən fotoların müəllifi də mən olmuşam.

    (Bəylə gəlinin toy şəkilləri göstərilir).
    Mən çoxdanın fotoqrafam. Şəhərin köhnə kişiləri məni yaxşı tanıyır. Amma mən özümü heç də“köhnəlmiş” hesab etmirəm. Hələ görüləsi işlərim çoxdur...

    (Qantelləri yerdən götürüb oynadır, təzədən yerinə qoyur).
    Hə, onu deyirəm... Bütün adlı-sanlı adamların şənliklərini, toy mərasimlərini, yubileylərini mən lentə almışam. Gizlətmirəm, hərdən məni yas mərasimlərinə də dəvət edirlər. Həyatdır də... Necə deyərlər, dünya bir yandan dolursa, o biri yandan da boşalır. Doğrusu, mən bilmirəm, dünyaya gələnlərin sayı çox olur, ya dünyadan gedənlərin. Düzdür, televiziya və radioda insanların sayının durmadan artmağı barədə tez-tez məlumat verirlər. Nədənsə, mən buna az inanıram. Elə şəhərimizin timsalında bunu özüm görüb müşahidə edirəm. Bax, mənim studiyam şəhərin mərkəzindədir. Həm toyxanaya, həm də qəbiristanlığa gedən yol iş yerimin qapısından keçir. Fikir vermişəm, bu küçədən keçən tabutların sayı toy karvanlarının sayına bərabər olur, artım müşahidə edimir. Mən bunu az qala hər gün öz gözümlə görürəm. Yəni dediyim odur ki, bu hesabla ölulərin sayı dirilərlə tən bərabər olmalıdır. Amma deyirlər ki, əhalinin sayı durmadan artır. Bəlkə ölülərlə dirilərin statistikasını qarışdırırlar?

    Deyəsən, ortaya başqa söhbət düşdü, mövzudan yayındım. Hə, söhbət bu “qoşa göyərçinlərdən” gedirdi... Müğənni ilə skripkaçının şəklini sonralar da bir neçə dəfə çəkmişəm. Dediyim kimi, mən elə ilk gündən onların gələcəkdə xoşbəxt olacağına inanmırdım. Belə düşünməyimin öz səbəbləri vardı...

    (Qadının ifasında ariya səslənir. Fotoqraf stulda əyləşib başını əllərinin arasına alır, melodiyanı dinləyir).
    Çoxunun ürəyində tonqal çatan bu xanım az bir zamanda bütün şənliklərin, bütün məclislərin sevimlisinə çevrilmişdi.

    (Qadının şəklini diqqətlə süzüb,ayağa durur, əli ilə onun sifətini sığallayır).
    Vəzifəli adamlar öz uşaqlarının məclisinə onu dəvət edirdilər. Başqa yerləri deyə bilmərəm, amma bizim şəhərdə toylar əsl teatra bənzəyir. Orada rəqqasələr də, kulonlar da, sirk ustaları da, gözbağıayıcılar da iştirak edir. Görünür, elə toylarımız toydan daha çox teatra oxşadığı üçündür ki, bizim şəhərin adamları teatra getmir. Qızın sorağı tez-tez yaxın-uzaq xaricdən eşidilməyə başladı. İndi az qala bütün şəhər əhli öz sənətkarı ilə fəxr edirdi. Onun özünün cangüdənləri vardı. Hələ şəxsi parikmaxerini, masajistini, sürücüsünü, aşbazını, dərzisini, həkimini... demirəm. Soruşa bilərsiz ki, mən bunları haradan bilirdim? Axı bütün dünyada olduğu kimi bu şəhərdə də hamının işi fotoqrafa düşür. Bütün yollar fotostudiyadan keçir. Az qala mən də onun şəxsi fotoqrafına çevrilmişdim. Müğənninin gözəlliyi ilə şöhrəti fovaritlərin sayı ilə bir yerdə artırdı.
    Amma skripkaçı... O, əsl bədbəxt idi.

    (Ani olaraq skripaçın şəkli önündə dayanır. Sonra cəld hərəkətlə gəzişir).
    O vaxtlar mənim iş yermə, yəni bu studiyaya gələnlər çox olurdu. Sizdən nə gizlədim, xüsusən, bu xanımın yolu buraya düşəndə mənim çiçəyim çırtlayırdı. Axı mənim çörəyim həmişə şəkildən çıxıb. Onunla şəkil çəkdirmək istəyən fanatların sayı-hesabı olmurdu.
    Müştərilərim arasında isə hər cür adam olub. Kimi sənəd üçün şəkil çəkdirirdi, kimi xatirə üçün. Kollektiv şəkillər də olurdu, venetka şəkilləri də...
    Lap elə bu cür şəkillər də olurdu.

    (Dekorativ, qurama atın üstündə çəkilmiş “başsız”, “silahlı atlı” şəklini göstərir).
    Bu “atın” üstündə şəkil çəkdirənlərin də sayı az olmurdu. Görürsünüz də, bu “atdır”, “atın” üstündə silahlı adam, onun qurşağında güllə qatarı, çiynində qotazlı yapıncı... Bir baxın, adamın papağı var, amma başı yoxdur. Burada baş əvəzinə iri, dairəvi bir deşik var. Özlərini bu “başsız atlının” yerində təsəvver etmək istəyənlər şəklin o biri üzünə keçir, başlarını oradakı papağın altından, yəni bu iri deşikdən göstərib şəkil çəkdirirdilər.

    (Şəklin o biri üzünə keçib deşikdən baxır, sonra yenə “öz yerinə” qayıdır).
    Nəticədə, bu çür şəkillər meydana çıxırdı. Görürsüzmü, bu şəkildəki adamın başı “öz yerinə”, yəni bu deşiyə “qoyulub”. Özü də “at” belində necə məğrur dayanıb.

    (Şəkli göstərir. Bu fotodakı adamın “başı” var).
    Bu damın sifəti sizə tanış gəlir hə? Söhbət bu məğrur, igid “başsız” və “başlı” “atlının” şəklindən gedir.
    Mən fikir vermişəm, adətən, qorxaq, zəif, iradəsiz adamlar özlərini bu fotoda olduğu kimi at belində, əlində silah, çiynində yapıncı, qorxmaz, cəsur görmək istəyirlər. Belələri başlarını bax bu deşikdən, bu papağın altından göstərib bir anlığa qəhrəman olmaq istəyirdilər.
    Müğənninin əri, istedadlı skripkaçı bu “atın belində”, bu “papaqda”, bu “yapıncıda”, bu “silahla” şəkil çəkdirməyi xoşlayırdı. Mən onun xətrini istəyirdim. Amma, dediyim kimi, elə ilk gündən bilirdim ki, bu izdivac baş tutmayacaq. Bəs niyə susurdum? Nə etməliydim ki? Peşəm şəkil çəkməkdir ki, onu da həmişə can-başla yerinə yetirirəm. Mən öz fikrimi həmişə bu lal şəkillərdə ifadə etməyə çalışmışam.
    Bir vaxtlar buraya, mənim studiyama bir adam gəlib-getməyə başladı. Əvvəllər ondan zəhləm gedərdi. Özüylə at şəkilləri gətirirdi. Gah atların şəklini böyütdürür, gah da foto-sessiya hazırladırdı. Söhbət əsl atlardan gedir, skipkaçının mindiyi “atdan” yox. Bu adamdan xoşum gəlməsə də işimi görür, pulumu alırdım.
    Bax, bu da həmin adam. Onun sifəti sizə tanış gəlmir ki? Bu, onun əvvəlki şəklidir. İnanmırsınız?
    Amma bu, onun sonralar çəkdiyim fotosudur.

    (Şəkil avand üzünə çevrilir, kişi fotosu görünür. Fotoqraf əlini şəklə sarı uzadır).
    Fərqi görürsüzmü? Sanki bunlar ayrı-ayrı adamların şəklidir. Mən adamların əsl sifətini ilk baxışda görə bilmirəm. Elə söhbət, ünsiyyət əsnasında da onların içi mənə qaranlıq qalır. Amma şəkil çəkiləndən sonra hər şeyi aydın görürəm. Mənim fotoaparatım -mənim rentgenimdir .

    (Fotoaparatı götürüb yenidən zalda əyləşənlərin fotosunu çəkir).
    Elə ki, öz “silahımı” götürüb “tətiyi” çəkirəm, sifətlər kağız üstündə aydınlaşır, mənə hər şey məlum olur. Mən fotoda adamların təkcə görünən yox, elə görünməyən tərəfini də görürəm. Mən bu atçı-biznesmenin şəklini çəkəndən sonra onun bütün daxili aləminə bələd oldum. Zahirən küt, zəhmli, adamayovuşmaz təsir bağılayan bu kişi çox zərif bir adam imiş. Bax, bu, onun, o “zərif adamın” əvvəlki şəklidir.

    (Əlini kişinin əvvəllər çəkilmiş fotosuna uzadır).
    Bəlkə də inanmazsınız, ilk vaxtlar onun sifəti bax bu cür idi: çopur, özü də qapqara. Qaşları pırpız, gözlərinin içi bulanlıq, qulaqları yekə, burnu əyri, saçları seyrək. Bədəni də palıd kötüyü kimi tösmərək və möhkəm. Deyirəm, allah-təala bəzən adamın bir yerindən alıb, əvəzində yüz yerindən verir. Bu sir-sifət yiyəsinin bəxti at üstündə idi. Özünün at ilxısı, cıdır yeri-ippadromu, mehtərləri vardı. Yeri gəlmişkən, o da at üstə şəkil çəkdirməyi xoşlardı. Amma əsl at üstə. Ta bunlar kimi yalançı, dekorativ at üstə yox.

    (At üstə əyləşmiş məğrur görünüşlü kişi fotosunu göstərir).
    Sən demə, bu sir-sifətin yiyəsi çox böyük ürək sahibi imiş. Mən onula dostlaşdım. Hərdən gedib fermasındakı atların bukletlərini-açıqcalarını, fotosessiyasını hazırlayırdım. O, ayıq adam idi. Özü də ki, dediyim kimi, pullu, səxavətli. Əlini hara atırdısa oradan pul neft kimi fontan vururdu. Mən yaxşı bilirdim ki, bu adamın öz sir-sifətindən qətiyyən xoşu gəlmir. Bu qədər pulun ola, özün də adam içinə bu cür idbar, əntər sifətlə çıxasan? Mən ona bir dəfə gözləmədiyi bir hədiyyə elədim. Necə? Bu pullu, xeyirxah, səxavətli biznesmenin şəklinə xeylı “əl gəzdirdim”. “Retuş” deyilən bir söz var, bilmirəm bunu hər kəs anlayır, ya yox? Yəni bu “retuş” vasitəsi ilə sir-sifətdəki bütün artıq şeylər atılır, yerdə yalnız lazım olan şeylər qalır. Lap sadə misalla izah edim. Bəyəm siz elə bilirsiniz ki, şəklini gördüyünüz o deputatlar, müğənnilər, aktyorlar, şairlər, bəstəkarlar, lap elə əksər ölkə başçıları, həyatda da o şəkillərdə olduqları kimidirlər: yəni gözəl-göyçək, zərif, məlahətli, sir-sifətləri qırışsız? Xeyr, elə deyil. Mən hələ adlı-sanlı oğru-quldurları, “vor zakonları” demirəm... Onların çoxu həyatda bu kişidən də betər gündədir. Hətta, elələri var ki, sifətini xallar, çillər, ziyillər “bəzəyir”. Bəli, bəli... Onlara “lazımi” sir-sifəti fotoqraflar verir. Şəxsən mən özüm neçə adamın sifətinə başqa “sifət” vermişəm. Gizlətmirəm, bəzən də elə olub ki, zəhləm gedən, xəsislik edən, yekəxana, qanmaz adamların sir-sifətini onların istədiyi şəklə yox, özüm istədiyim hala salmışam.
    Bəli, mən öz dostumun sifətini ehtiramla, diqqətlə “retuş” etdim. Nəticədə onun pırpız qaşları yay kimi çatıldı. Adətən, dərin, filosafanə düşüncəli, mütəfəkkir adamların bu cür çatılmış qaşları olur. Bulanlıq gözlərinin rəngini dəyişib yeni ifadə verdim. Yekə, palaz qulaqlarını xeyli redaktə etdim. Əyri burnuna əl gəzdirib “düzəltdim”. Başındakı seyrək saçlar sıxlaşdı. Kötük kimi möhkəm, tösmərək bədəninə bir əzəmət verdim. Sanki kişinin boyu uzandı. Onun zəhmli sifəti xeyli “yumşaldı”, “mülayimləşdi”. Bir sözlə, bu əntər əməlli-başlı, ağıllı-kamallı, məlahətli, gülərüz bir adama oxşadı. Qıraqdan bu şəklə baxan onu ən azı hansısa məşhur aktyora bənzədə bilərdi.
    İndi özünüz deyin, o adam hara, bu hara?

    (Eyni adamın yan-yana qoyulmuş şəkillərinə işarə edir. Şəkillər fotoqrafın barmağının ani işarəsi ilə hərəkətə gəlir).
    Görürsüzmü bu şəkillər bir-birindən necə fərqlənir? Bir diqqət yetirin, bu adamın nə gözəl, işıqlı, gülər sifəti var? Ona bu yaraşığı mən vermişəm. Bəs sənətkarın istedadı nədə üzə çıxmalıdır? Axı mən sənətkaram.
    Bu adam tezliklə şəhərimizin ən imkanlı, zəngin adamlarından birinə çevrildi.
    “Retuşlanmış” şəkil dostumun çox xoşuna gəldi. Bunu mənə deməsə də, aşkar hiss edirdim. O, mənə yaxşı ənam verdi. Mən yenə də bir jest etdim. Həmin şəkli iri, parlaq bir çərçivəyə salıb fotostudiyamın ən gözəgəlimli yerindən asdım.
    Bəzən adamlar, adamın özünə yox, onun fotosuna aşiq olurlar. Adətən bu, kişilərdə belə olur. Axı bildiyiniz kimi, kişilər gözüynən, qadınlarsa qulağıynan sevirlər.
    Amma bu dəfə tam əksinə oldu. Yəni qadın gözüynən, kişi isə qulağıynan sevməyə başladı.
    Mən bilirdim ki, bu kişi müğənni xanımın səsinin vurğunudur. Ona görə də hər dəfə yolu buralara düşəndə xanımın səsi yazılmış lenti sələndirirdim. Kişi bu səsdən feyziyab olurdu. Özüyçün kef edirdi. Müğənni ilə bağlı qısa suallar verirdi. Tədricən hiss etməyə başladım ki, kişini təkcə qadının səsi yox, elə onun özü də maraqlandırır.

    (Melodiya səslənir. Qadın oxuyur).
    Düzünü deyim ki, elə mən özüm də studiyada tək olanda bu gözəl səsə ləzzətlə qulaq asırdım.
    Nə gizlədim, onun mahnılarını eşidəndə həmişə qollarım qağayı qanadı kimi yanlara açılır. Özümü saxlaya bilməyirəm. Belə musiqiyə necə rəqs etməyəsən?

    (Musiqi səslənir. Kişi şıdırğı rəqs edir. Az sonra musiqi başa çatır. Kişi diqqətlə şəkillərə baxır).
    Onu deyim ki, qadın da şəkil çəkdirməyə gələndə bu kişinin səklinə etinasız qalmırdı. Xüsusən, onun at üstündəki şəklinə maraqla tamaşa edirdi. O, atlarla maraqlanmağa başladı. Məncə, onu atdan çox, atların sahibi maraqlandırırdı.

    (Maşın siqnalı eşidilir)
    Şükür, deyəsən yenə toy olacaq. Toy maşınları siqnal verir...

    (Həzin melodiya səslənir).
    Sizə bir şey deyim. Bəlkə də inanmazsınız: get-gedə kişinin sifəti açılmağa başladı, onun üz-gözü mənim “retuş” etdiyim fotoya oxşamağa başladı. Yəni mən onu şəkildə necə “yaratmışdımsa”, həyatda da elə o cür oldu. İndi onun gözlərinin rəngi dəyişib yeni ifadə almışdı. Palaz qulaqları xeyli kiçilmişdi. Bəli, bəli, “natural”. Əyri burnu düzəlıb fındığı olmuşdu. Seyrək saçları sıxlaşmışdı. Kötük kimi yöndəmsiz bədəni zərifləşmiş, sanki boyu da bir xeyli uzanmışdı. Zəhmli sifəti “yumşalıb” “mülayimləşmişdi”. Hətta, az sonra gözündə yeni kipriklər əmələ gəldi, ağzında yeni dişlər peyda oldu. Bax, bu, onun həmin dövrdə çəkdirdiyi şəkildir. Yox, bu, artıq “retuş” olunmuş sifət deyil, onun öz “natural” sifətidir.

    (Kişinin sonralar çəkilmiş şəklini göstərir).
    Əlbəttə, o, pullu adam idi. Amma, inanın ki, bu sir-sifəti təkcə pul “düzəltməmişdi”. Dünyada izahı bilinməyən çox mətləblər var; mən buna öz varlığım kimi inanıram. Bir fikir verin: adam var ki, gəncliyində yaraşıqlı olur, vaxt keçdikcə kifirləşir, eybəcərləşir. Amma bəzən əksinə olur. Adama oxşamayanın birisi illər keçdikcə gözəlləşir, məlahətlənir. Yəni bu, insanın daxili ilə bağlı olan bir məsələdir. İçdə nə varsa gec-tez üzə çıxır. İnsanın içində isə ya işıq olur, ya da zülmət.
    Elə həmin vaxtlar qulağıma bəzi-para söhbətlər çatmağa başladı. Deyirdilər ki, müğənni xanım öz əriynən, yəni skripkaçı ilə yola getmir. Onsuz da mən bunun gec-tez belə olacağını əvvəlcədən bilirdim. Axı hər şey göz qabağındadır.

    (Şəkilləri göstərir. Oğlan “at” belində).
    Düzdür, skripkaçı sakit oğlan idi. Amma elə iş var ki, sakitliklə qaydasına düşmür. Qızmış dişi aslanın qarşısındakı sakit, ölüvay erkək, sizcə duruş gətirə bilərmi? Yox... Heç vaxt.

    (Qızın şəklini sığallayır).
    Ata minməklə iş bitmir ki... Özü də söhbət natural, canlı atdan getmir, at dekorasiyasından gedir. Bəyəm bu adam ömründə əsl at görmüşdü ki?

    (Skripkaçının “at” üstə çəkilmiş şəklinə istehza ilə baxıb başını yellədir).
    Bir də ki, söhbət təkcə at minib-minməməkdən getmir axı. Söhbət ondan gedir ki, at öz yerində, amma arvadın yüyənini əldə möhkəm saxlamaq hər kişinin işi deyil.
    Bəzən qadın uğrunda kişilərin, bəzənsə kişi uğrunda qadınların müharibəsi gedir. Bilmək istəsəniz, bu döyüşdə qadınlar daha çox ağıla, yəni hiyləyə, məkrə arxalanırlar. Kişilərsə gücə, iradəyə arxayın olurlar; yəni yumruqlar, əzələlər ağlı üstələyir.
    Bu cür qaydasız döyüşlərdə, adətən, güclülər qalib çəxırlar. Elə həmin gizli “döyüşdə” də belə oldu.
    Bir gün eşitdim ki, bu “qoşa göyərçinlər” ayrılıblar. Zənnim düz çıxmışdı.
    Sonra isə orda-burda, toyda-yasda yeni evlilik barədə danışmağa başladılar. Hər ağızdan bir avaz gəlirdi.
    Elə mənimlə onun əlaqəsi barədə də danışırdılar. Səhv edirdilər. Mənimlə onun arasında nə ola bilərdi ki? Niyə gizlədim, mən özümü yuxuda bir neçə dəfə o xanımla bir atın belində görmüşdüm. O, tərkimdə əyləşib çiynimdən yapışardı, mən isə atın yüyənindən... Əlbəttə, yuxuda.

    (Həzin musiqi. Diqqətlə müğənninin şəklinə baxır. Ehtiyatla ətrafına boylanaraq əlini uzadıb şəklə astaca sığal çəkir. Şəkil tərpənir. O, qorxubmuş kimi tez əlini geri çəkir).

    Bu cammat nə vaxtacan nağıl uydurmaqla məşğul olacaq? Nə vaxtacan?
    (Musiqinin ritmi dəyişir, gərginləşir. Fotoqraf əsəbi halda stolun altındakı qanteli götürüb arxadakı qapıya yaxınlaşır. Qanteli yuxarı qaldırıb harasa vurmaq istəyir, amma nədənsə əl saxlayır. Nəsə fikirləşib geri dönür. Qanteli yerə qoyur).
    Həyatın qəribəliyinə bax ki, o, tezliklə, həqiqətən at belinə qalxdı. Amma, bu, başqasının atı idi...
    Bəli, günlərin bir günü müğənni ilə atçı-biznesmenin ailə qurduğunu eşitdim. Təəccüblənmədim. Mən əmin idim ki, onlar, yəni bu təzə evlənənlər xoşbəxdirlər. Çünki onlar bir-birini məhz bu şəkillərdən sevmişdilər. İnanmırsız?
    Elə günün bu vaxtı olardı. Yeni evlənənlər mənim studiyama təşrif buyurdular. Hiss olunurdu ki, onların hər ikisi bəxtəvərdir. Bunu özləri də etiraf etdilər. Söhbətlərindən belə məlum oldu ki, onlar bal ayında, səyahətdə, istirahətdə olublar...
    Onlar məni cıdıra dəvət etdilər. Qız ayağını üzəngiyə qoyub alov rəngli bir atın belınə tullandı. At şahə qalxdı. Qorxudan ürəyimə vicvicə düşdü. Gözlərimi yumdum. Düşündüm ki, bu saat böyük bir qanıqaralıq olacaq, at qızı yerı çırpacaq. Tappıltı eşidib, qorxa-qorxa gözlərimi açdım. Gördüm ki, at uçur, qız da atın belində... O, yüyəndən bərk-bərk yapışıb atın yalmanına yatmışdı. Ürəyimdə sktipkaçının qarasınca dedim ki, bax yüyəni belə saxlayarlar, ay əfəl oğlu əfəl.
    Bir bunun mindiyi ata baxın. “At” nə “at”...

    (Skripkaçının mindiyi “atın” fotosunu göstərir. Oğlan çiynində “tüfəng” dekorativ “atı” “çapır”).
    At bax belə olar. Hələ bir atləya bax.

    (Qızın canlı at belindəki şəklinə yaxınlaşıb əli ilə tumar çəkir).
    Elə o vaxt çəkmişəm bu şəkli. Bəzən o, öz konsertlərinin afişasına bu şəkli vururdu.
    Onlar arada mənə baş çəkirdilər. Həmişə işimi yüksək qiymətləndirir, məndən razılıq edirdilər. Mən də onlardan çox razı idim. Hara getsələr mənə hədiyyə gətirirdilər.
    Atçı-biznesmen həm pullu, həm sadə, həm də səxavətli adam idi. Mən bilirəm, o, yetim olmuşdu, min bir əzab-əziyyətlə böyümüşdü. Pulun gücünü də yaxşı bilirdi. Amma, necə deyərlər, əli həmişə cibində idi. Kasıblara əl tutmaqdan məmnun olurdu. Başqasının, lap elə doğmaca atasının pulunu göyə sovurmağa nə var ki? Oğul odur öz pulunu xərcləsin. Həyatda min bir əziyyətlə qazandığı pulu xərcləməkdən ləzzət alan adamlar az olur. Bəzən deyirlər ki, pul adamı qudurdur. Yox, qətiyyən elə deyil. O qururğanlıq həmin adamlarla birgə doğulur. Yəni elə əvvəldən içlərində bir qudurğanlıq olur. Sonralar o qudurğanlıq da onlarla birgə böyüyür... Amma pullar dostumu qudurda bilməmişdi, əksinə, onun çox incə, həssas cəhətlərini üzə çıxartmışdı.
    Bəziləri bu pullu adamın xoşbəxt bir ailəni dağıtdığını zənn edirdi. Amma bu, belə deyildi. Onsuz da o keçmiş ailə yüz yerdən çat vermişdi. O “qoşa göyərçinlər” gec-tez ayrılacaqdı. Bir özünüz düşünün, nə vaxtacan xoşbəxtliyi oynamaq, imitasiya etmək olar? Bu saxta “sevgini” bir sonu olmalı idi ya yox?

    (Müğənni xanımın foto-sessiyası göstərilir. Şəkillər səhnə boyu “axıb” gedir).
    Yeni ailə quran cütlüksə bir-birini sevir, biri digərini tamamlayırdı. Onların sevgisi “tamaşa” deyildi, kimnsə “sevgisinin” foto-montajı deyildi; bu, “plagiatdan” uzaq “orijinal”, həqiqi, əsl bir sevgi idi.
    Bir dəfə bax elə burada, mənim hücrəmdə üçümüz əyləşib ordan-burdan danışırdıq. Birdən, söhbət əsnasında kişi, atçı-biznesmen dedi ki, bəlkə də bu fotostudiya olmasaydı, mən başqa bir yolla gedəcəkdim. Onda qadın, yəni müğənni xanım da gülümsədi. Sonra mənə işarə edərək astadan dilləndi: “Bu adam olmasaydı mənim də həyatım ayrı cür olacaqdı”... Təzə ər təəcüblə öz gözəl arvadına baxdı. Yəni ki, “bu nə sözdür deyirsən”? Onda qadın əlini bax bu şəklə, özünün at belindəki fotosuna uzadıb dedi ki, əgər bu fotoqraf olmasaydı mən yəqin ki, indi başqa bir atın belində idim... Xatırımdadır, hər ikisi qəşş edib ürəkdən güldü. Mən bir daha əmin oldum ki, onlar bir-birini məhz bu şəkillərdən seviblər.

    (Ər-arvadın ailə fotoları hərəkət edərək “irəliləyir).
    Pulun və şöhrətin öz cazibəsi olur. İndi bu cütlüyün başına pərvanə kimi dolanan çoxlu adamlar meydana gəlmişdi. Qadın-şöhrətli, kişi isə pullu idi. Onlar ətrafı maqnit kimi özünə çəkirdi.
    Az qala bütün şəhər onlardan danışırdı. Çoxlu şayiələr yaranırdı. Amma heç bir söz-söhbət onların vecinə deyildi. İndi qadının konsertlərinin çoxu xaricdə təşkil olunurdu. O, dünyanın məşhur “ulduzları” ilə duet oxuyurdu. Yeni ailə qurandan sonra şəhərdəki şənliklərə də getmirdi. Bu qədər var-dövlətin qabağında nə toy, nə nişan, nə yubiley? Qadına şöhrət, kişiyə isə sərvət lazım idi ki, buna da onlar çoxdan nail olmuşdular. İndi bu ər-arvad şöhrətin və sərvətin işığında qoşa ulduz kimi par-par yanırdı.
    Onlar məni hərdən özləri ilə ova da aparırdılar. Qadın nişan almaqda heç də kişidən geri qalmırdı.

    (Ovda çəkilmiş fotoları göstərir).
    Kişinin qoşalulə ov tüfəngi vardı. Mən həmişə onları birlikdə təsəvvür edəndə gözümün önündə o qoşalülə tüfəng canlanır. Onlar təkcə qoşalülə tüfəng yox, tüfəngin qoşa çaxmağı idilər. Sanki eyni vaxtda atəş açırdılar. Bu tüfəng heç də yalançı at belində şəkil çəkdirən köhnə ərin qucağındakı yalançı silah deyildi.
    Onlara qibtə etməmək mümkün deyildi. Hər il ad günlərini bir ölkədə keçirirdilər. Bir dəfə də mənim ad günüm idi. Bunu haradansa, kimdənsə eşidib bilmişdilər. Axşam yanıma gəldilər. Restorana dəvət etdilər, razı olmadım. Bilirdim ki, onsuz da hədiyyələri olacaq. Restoran mənim nəyimə lazımdır?.. Elə düşündüyüm kimi də oldu. Mənə bahalı hədiyyə bağışladılar. Yox, deməyəcəm o nə hədiyyə idi... Sifariş verdilər, yaxınlıqdakı restorandan yemək-içmək gəldi. Mənim yaşadığım illər qədər şam yandırdılar. Yaxşıca yeyib-içdik. Sonra biz üçlükdə xanımın repertuarından bir mahnı oxuduq.

    (Musiqi. Trio oxuyur. Fotoqraf yan otaqdan məcməyini gətirib masanın üstünə qoyur, onun içindəki şamları yandırır).
    Bu gün müğənni xanımın ad günüdür. Mən onun belə əlamətdar gününü keçirməyi özümə borc bildim. Bu şamları da ona görə yandırıram.
    Nə vaxtsa, haradasa belə bir fikir eşitmişəm: ideya, ağıl heç də kişilərin başında yaranmır; onlar əvvəlcə qadınların bətnində yaranır, sonra kişilərin başına köçür. Bəlkə də bunları heç yerdən eşitməmişəm, elə öz fikrimdir. Mən yenə bu fikirdəyəm. Zaman onların ağlı ilə hesablaşırdı. Zaman onların zamanı idi.
    Qəribədir, onları səbəbsiz-filansız qınayanların sayı-hesabı yox idi. Bilmirəm nədəndir, bəzi adamlar başqalarının xoşbəxtliyini həzm edə bilmir. Görünür, bir çoxlarını “yaşadan” elə bu cür “dərdlərdir”. Onların işığı çoxlarının gözünü kor etməkdə idi...
    Xatırımdadır, bir dəfə studiyaya bəstəboy, yumrusifət, qarnı irəli çıxmış bir kişi gəldi. Qoltuğunda iri, meşin qovluq vardı. O, maraqla divardakı şəkillərə baxmağa başladı. Bu köstəbək elə ilk baxışdan ürəyimə yatmadı. Bir xeyli ordan-burdan danışdı. Mən susub özümü məşğul kimi göstərirdim. Tərs kimi gəlib-gedən də yox idi ki, bu səfehin söhbətinə müdaxilə edən tapılsın. Nəhayət, mən onun nə istədiyini soruşdum. O, qovluğundan bir şəkil çıxarıb mənə sarı uzatdı; soruşdu ki, gör bunu böyütmək olarmı? Şəklə baxmadan dedim ki, qoy hələlik qalsın burada, sonra baxaram. Doğrusu, bu iyrənc, zəvzək adamdan canımı tez qurtarmaq istəyirdim. O, qovluğundan çıxartdığı ikinci şəkli də mənə sarı uzadıb gülə-gülə soruşdu: “Gör bu bədəni o başa calaq emək olarmı?” Mən təəccüblə onun uzünə baxdım: “Necə yəni “calaq?” O, yenə hırıdadı: “Məncə, siz buna “montaj” deyirsiz”.
    Əyilib kişinin əlindəki şəkillərə baxdım. Biri müğənni xanımın şəkli idi. Xatırladım ki, bu şəkli nə vaxtsa mən özüm çəkmişəm. İkinci şəkildəsə yataqda uzanıb məst olan gözəl, zərif, lüt qadın bədəni təsvir olunmuşdu. İnsafən, çox gözəl bir şəkildi. Bir xeyli şəklə, yəni lüt bədənə baxdım. Bu, peşəkar fotoqrafın çəkib yüksək səviyyədə “retuş” etdiyi bir fotoydu. Mən sanki dahiyanə rəssam tərəfindən fırçaya alınmış bir sənət əsərinə tamaşa edirdim. Amma daxilən hirs məni boğurdu. Bu şəkli gətirən yaramazın sözündən belə çıxırdı ki, mən bu iki şəkli montaj etməli, onları “birləşdirməli”, sözün qısası, öz dostumun arvadının lüt şəklini “çəkməliyəm”. Mən özümü saxlaya bilməyib bu köstəbəyin üstünə qışqırdım: “Rədd ol buradan, yaramaz!”. O, çaşıb qaldı. Cıqqırını da çıxara bilmədi. Bəlkə də cavab qaytarsaydı, onu əzişdirəcəkdim. O, tez-tələsik qovluğunu qoltuğuna vurub studiyadan az qala qaça-qaça çıxdı. Mən də onun arxasınca götürüldüm...

    (Fotoqtaf sanki kiminsə üstünə “hücum edir”. Hiss olunur ki, “adam” qaçıb gedir. Fotoqraf geri dönüb gəzişir, gərdiş edir).
    Həmin tipin izini-tozunu mən bir daha bu tərəflərdə görmədim. Heyif ki, mən fürsət tapıb onun şəklini çəkə bilmədim. Amma taleyin gərdişinə bax: mən sonralar onun şəklini lentə aldım. Amma öləndən sonra. Tələsməyin, danışaram bu hadisə necə oldu...
    Doğrusu, bu tip çıxıb gedəndən sonra bir az öz-özümə güldüm də. Ürəyimdə dedim ki, ay axmaq, mən o qadını sən deyən qaydada çəksəydim, o fotonu kağızdan əvvəl elə öz gözlərimə köçürərdim. Hər halda mən də özümə görə bir kişiyəm ya yox? Gözəllərə, gözəlliyə biganə qala bilmərəm ki...
    Mən yalnız aradan uzun bir vaxt keçəndən sonra öz xəyalımda həmin şəkilləri “montaj” və “bərpa” etdim, yəni başla bədəni “birləşdirdim”. Köstəbəyin arzusunu yerinə yetirdim; amma onun özü artıq gəbərmişdi.

    (Həzin melodiya eşidilir. Təsəvvüründə “yaratdığı” qadının (müğənninin) lüt şəkli kişinin gözü önündə “hərəkət edir”. Fotoqraf şəklin ətrafında dolaşır. O, gah şəklə, gah zala, gah da səhnəyə baxır. Şəkil tədricən hərəkət edir, “yuxarıya” doğru çəkilir. Fotoqraf cəld turnikdən yapışır. Turnik üzüyuxarı dartılır. Şəkil gözdən itir. Turnik aşağı, öz əzəki vəziyyətinə enir).
    Düzünü deyim ki, özümün bu “əxlaqsızlığımdan”nəsə daxili bir təskinlik tapırdım. Amma hər dəfə xəyalımda “çəkdiyim” bu şəklə “baxanda bir az xoflandım da. Axı hər necə olsa, söhbət dostumun arvadından gedirdi... Adətən, bu cür “xəyal-tamaşadan” sonra ürəyimdə dostumdan və onun arvadından üzr istəyirdim.
    Hə, dedim axı, mən bir müddət sonra bayaq haqqında söhbət açdığım tipin şəklini çəkəsi oldum.
    Bir dəfə küçədə atəş səsləri eşitdim. Əvvəlcə yerimdə donub qaldım.

    (Sürəkli atəş səsləri eşidilir. Fotoqraf baş vermiş dəhşətli hadisəni imitasiya edirmiş kimi, cəld yerə sərilir, sonra yavaş-yavaş ayağa durub pəncərədən bayıra boylanır. Fotoaparatı götürüb irəli yeriyir).
    Düz studiyanın qapısı ağzında bir nəfər yerə sərilmişdi. Asfaltaın üstündə qan gölməçəsi vardı. Hiss olunurdu ki, güllələnən adam gəbərib. Peşə intuisiyam üstün gəldi, tez onun şəklini çəkdim.

    (Bir neçə kadr çəkir).
    Mən səhərisi gün bu adamın fotosunu kağız üzərində görən kimi tanıdım: ölən, daha doğrusu, öldürülən adam vaxtilə mənə müğənni xanımın şəklini “montaj” təklifini edən tösmərək tipin özü idi. Doğrusunu deyim ki, mən bu qətldən o qədər də sarsılmadım. Görünür, bu dünyada hərə özünün layiq olduğu cəzanı gec ya tez almalıdır... Doğrusu, o vaxtlar şəhərdə bu cür qətllər tez-tez olurdu. Başqalarını deyə bilmərəm, şəxsən mən atəş səsi eşitməyəndə çox narahat olurdum...
    Biznesmenin işləri günü-gündən daha da genişlənir, çiçəklənirdi. İndi təkcə özünün və arvadının yox, elə atlarının da şöhrəti aləmə meydan oxuyurdu.
    Amma nə edəsən ki, bu tale deyilən şey bizim hər birimizi ən gözlənilməz “sürprizlərlə” “mükafatlandırır”. Bir gün sevinir, o birisi gün kədərlənirik. Bir gün toy olur, bir gün yas. İnsan öz xoşbəxtliyi min bir əziyyətlə əldə edir, amma bədbəxtlik onun yanına öz ayağı ilə gəlib çıxır.

    (Gərgin musiqi sədası eşidilir).
    Yadımdadır, studiyanın pəncərələri önündə bir neçə dəfə şübhəli kölgələr görünüb yox oldu. Mən nədənsə narahat idim. Sanki kənardan, bəlkə də elə öz içimdən gələn bir səs məni ehtiyatlı olmağa çağırırdı. Sanki mənə nəyinsə baş verəcəyi əyan olmuşdu. O kölgələr yenə peyda olanda mən diqqət yetirdim.

    (Divarda kölgələr oynaşır).
    Onlar üç nəfər idi. Kölgələr tezliklə zülmətə qovuşdular. Bir dəfə də tutqun-yağışlı bir gündə göründülər. Həmin “kölgələrdən” biri özünü içəri saldı. Üzünə baxdım. Boz yağmurluğun-plaşın başlığı sifətini tamamilə örtmüşdü. Təkcə qıyılmış, zülmət kimi qapqara gözləri işıldayırdı. Mən heç nə soruşmadım. O, divrdakı şəkillərə göz gəzdirib astadan dedi: “Yağış yağmasaydı bir şəkil çəkdirərdim”. Ay səni öləsən. Guya ki, şəkil çəkdirməyə gəlib. Gör bir nə vaxtdan sülənir, sürünürlər bu tərəfdə. Mən yenə susdum. Hiss etdim ki, onun baxışları xoşbəxt cütlüyün şəklinin üstündə donub qaldı. “Kölgələr” yox olandan sonra studiyanın qapısını bağlayıb mən də evə getdim. Nəsə özümü yaxşı hiss etmirdim.
    O “kölgələr” bir daha gözümə dəymədi. Amma az sonra şəhərdə dəhşətli hadisələr baş verdi. Mənə elə gəlir ki, həmin hadisələrin o “kölgələrlə” bir bağlılğı vardı...
    Dostum bir müddət görünmədi. Mən bir qədər narahat oldum. Amma bunu nəsə pis yerə yoza bilməzdim. Axı o, pullu, tanınmış biznesmen idi, dünyanın bu üzündən vurub o üzündən çıxırdı. Yəqin ki, arvadını qoltuğuna vurub hansı məmləkətəsə uçub getmişdi. Aradan bir xeyli keçdi. Bir dəfə axşamüstü studiyamın qapısı açıldı. İki nəfər kandarda göründü. Aman Allah, az qala mən onları tanımayacaqdım. Bunlar ki, mənim dostlarım idi: xoşbəxt cütlük. Yox, indi onların sifətində bəxtəvərlikdən bir əsər-əlamət qalmamışdı. Hər ikisi sazaq vurmuş çiçək kimi solmuşdu. Kişinin sifəti qaralmış, “retuş” olnmazdan qabaqkı vəziyyətə düşmüşdü. Qadının əzəlki işıqlı çöhrəsində yalnız mənim kimi təcrübəli fotoqrafların görə biləcəyi qırışlar görsənir, tutqun bir kölgələr dolaşırdı. Mən əvvəlcə onlarla bir az zarafat etmək istədim. Dedim ki, istirahət zonasından gələnlərə oxşayırsız. Hiss etdim ki, zarafatım yerinə düməyib. Araya bir yalquzaq sükutu çökdü. Sonra gördüm ki, qadının gözləri dolub. Kişi isə zorla gülümsəyirdi. Görəsən, bunlara nə olmuşdu?
    Kofe dəmlədim. İstədim şəkillərini çəkəm. Razı olmadılar. Şəkillik halları yox idi. Deyəsən, bunlara nəsə olmuşdu. Hissiyyatım məni aldatmayıbmış.

    (Sürəkli atəş səsləri eşidilir. Fotoqraf əvvəlcə yerə sinir, sonra qəddini düzəldib ehtiyatla pəncərədən bayıra baxır. Yanıb-sönən işıqların şəfəqləri divarda əks olunur. Fotoqraf əllərini bir-birinə vurub qəhqəhə çəkir).
    Paho... Elə bildim ki, yenə atışmadır. Sən demə, toy atəşfəşanlığıdır. Fişəng atırlar. Elə adam var ki, havaya boş güllə atmaqla təskinlik tapır; bu, lap bəzi qorxaq “cəngavərlərin” yalançı, dekorativ at minməyinə bənzəyir.

    (Fotoqraf əlini “başsız atlı” şəklinə sarı uzadıb başını təəssüf və istehza ilə bulayır).
    Hə, söhbət dostlarımdan gedir... Mən yalnız gecə-gecədən keçəndən sonra onların, daha doğrusu kişinin, əslində isə elə onların hər ikisinin, başına gələn faciə ilə tanış ola bildim. Əvvəlcə heç nə demək istmirdilər. Sonra kişi bir stəkan arağı “zakuskasız”, məzəsiz-zadsız başına çəkəndən sonra baş vermişləri, daha doğrusu başına gələnləri, qısaca danışdı. Sən demə, onu quldurlar oğurlayıbmişlar. O, həmin gün arvadının səsini yazdırmaq üçün səsyazma studiyasına gedibmiş. Qadın səsini yazdıran zaman o, mənim studiyama, bura gəlirmiş. Səsyazma studiyası qonşuluqda, küçənin o biri tinində yerləşir. Mən isə tərslikdən həmin gün burada deyildim... Amma olacağa çarə yoxdur.
    Qəfildən üç nəfər əlisilahlı ona hücüm edib. Ucadan əmr ediblər: “Cınqırını çıxartsan, təpəsinə atacağıq”. Deyiblər ki, guya onun həbs olunması barədə sanksiya var. “Cinayətinin” maddəsini də deyiblər: külli miqdarda dövlət vəsaitini mənimsəmək, vergidən yayınma. O, əvvəlcə deyilənə inansa da, az sonra bu “maddələrin” uydurma olduğunu başa düşüb. Onu maşına basaraq gözünü sarıyıblar. Sonra şəhərdən kənarda olan bir bağa-daçaya aparıblar.
    Arvad səsyazma studiyasından çıxıb ərini heç yerdə tapmayıb. Maşın da elə küçənin kənarında qalıbmış. Yazıq qadın tez özünü evə çatdırıb. Elə bu vaxt telefon zəng çalıb. Qadın dəstəyi götürüb və yerindəcə heykələ dönüb.

    (Divarda görünən oynaq-titrək, uzun insan kölgələrini gərgin musiqi sədası müşayiət edir).
    Zəng vuranlar ərini oğurlayan quldurlar imiş. Quldurbaşı telefonda kişinin ailəsindən, yəni arvadından külli miqdarda pul tələb edib. Əlbəttə, dostum kasıb adam deyildi. Amma tələb olunan pul onun bütün varidatından dəfələrlə çox idi. Ərlə arvadı telefon vasitəsi ilə calaşdırıblar. Ər onların, yəni o quldurların təzyiqi ilə arvadına yalvar-yaxar edib. Deyib ki, onun oğurlanması barədə rəsmi dövlət qurumlarına heç bir məlumat verməsin. Bundan sonra ona çox əziyyət veriblər. Kişi yenə təzyiq və təhdid altında bir neçə dəfə arvadı ilə danışıb. Onu öldürməklə hədələyiblər. O da məcbur olub arvadından xahiş edib ki, olan-qalan nəyi varsa dəyər-dəyməzinə satıb onu bu cəhənnəmdən xilas etsin. Yazıq qadın. Bütün var-yoxunu, qaş-daşını təcili satıb, tanış-bilişlərdən xeyli borc alıb, tələb olunan məbləği toplayıb. Sonra əvvəlcədən sövdələşdikləri kimi, şəhərdən uzaq bir yerdə quldurlarla görüşüb, pulu onlara veriərək ərini xilas edib.

    (Pauza).
    Onlar bu baş verənlər barədə ilk dəfə mənə danışdılar. Axı mən onların yaxın dostu idim. Mən onlara dedim ki, bütün bu baş verənlər barədə lazımi yerlərə məlumat versinlər. Kişi nədənsə razı olmadı. Deyəsən, onu möhkəmcə qorxutmuşdular.
    Bilirsiz məni ən çox üzən nəidi? Bu hadisədən sonra dostumun insanlara inamının yox olması. Axı o, daim əliaçıq, səxavətli, insanlara çətin gündə əl tutan bir iş adamı olmuşdu. Bu xeyirxah insan, öz başına gələn bu müdhiş faciənin konkret səbəbini heç cür axtarıb tapa bilmirdi.
    Onlar çıxıb getdəndən sonra mən uzun müddət özümə gələ bilmədim. İnsanların bu dərəcədə qeyri-insani olması mənə hədsiz dərəcədə təsir eləmişdi.
    Ta onlar gur məclislərdə az-az görünürdülər.
    Zaman insanın astarını üzünə çevirən yeganə qüvvədir.
    Dostum arabir mənim yanıma gəlir, yeni yaratdığı atçılıq təsərrüfatının kataloqunu hazırlayırdı. Deyəsən, işləri yavaş-yavaş qaydasına düşürdü. Onun arvadı təzədən toylara getməyə başlamışdı. Yadımdadır, müğənni xanım sonuncu dəfə çisəkli bir payız günü mənim yanıma gəlmişdi. Əvvəlcə bir az ordan-buradan danışdı. İnamla dedi ki, irəliki şöhrət, sərvət yenə qayıdacaq. Mən onun belə nikbin danışmağından xeyli məmnun oldum. Sonra xanım bir neçə pozada şəkil çəkdirib getdi. Necə deyərlər, həyat davam edir, öz məcrasına qayıdırdı.
    Amma, sən demə, faciənin böyüyü hələ irəlidə imiş.
    Bir gün qəzetlər yazdı ki, şəhərdə imkanlı bir iş adamının həyat yoldaşı oğurlanıb. Dalağım sancdı. Tezliklə hər şey faş oldu. Sən demə, məşhur müğənni xanım quldurlar tərəfindən oğurlanıb, əvəzində ərindən külli miqdarda pul rələb olunur.
    Bu dəfə qadının ağlı sayəsində oğrular tez ifşa olundu. Hadisə belə olubmuş: üç nəfər idmançı məşhur müğənnini oğurlayıb maşına basır, naməlum istiqamətə aparırlar. Hər şey əvvəliki cinayət ssenarisində olduğu kimi baş verib. Quldurlar ərlə arvad arasında telefon əlaqəsi yaradıblar. Yazıq kişi yenə pul tədarükünə başlamaq istəyib. Oğrular qadına əvvəlcədən öz ərini yola gətirmək haqda təlimat keçiliblərmiş. Amma dünyanın işlərinə bir bax: bu zərif məxluq telefonla öz ərinə deyib ki, “mən hazırda bizim var-dövlətimizi ələ keçirən, vaxtilə səni oğurlayan quldurların əlindəyəm. Onsuz da bizi talan ediblər, heç nəyimiz yoxdur. Qorxma, lazım olan yerə məlumat ver”.
    Qadının bu cür iddialı danışığınndan sonra oğru-killerlər cəld telefonu qadının əlindən qapıblar.
    Yox, indi mən deyə bimərəm ki, dostum qorxaq adam idi. Sadəcə, o, öz xanımını sevən, onun yolunda hər cəfaya dözməyə hazır olan iradəli bir adamdı.
    Bizdə vətən yolunda könüllü qurban getmək istəyənlər azdır. Amma ailə yolunda ölümə gedənlər... Belələri çoxdur. Mənim biznesmen dostum da öz arvadı yolunda ölümə getməyə hazır idi.
    Qadının bu cəsarətli çağırışından sonra kişi cürətlənib əlaqədar yerlərə müraciət edib.
    Bəzən bu cür qadınlar haqda deyirlər ki, o, kişi kimi qadındır. Mən bu bənzətməni sevmirəm. Mən həmişə düşünmüşəm ki, qadının kişiyə bənzəməsi, kişinin qadına bənzəməsi qədər eybəcərdir. Ən axmaq bənzətmə budur: filankəs kişi kimi qadındır... Müğənni xanım əsl qadın idi. Özü də mərd, cəsur və gözəl.

    (Qadının şəkli fotoqrafın əlinin işarəsi ilə yavaş-yavaş yanan şamların arxasından aşağıya doğru, yanan şamların qarşısına sarı enir).
    Quldurlar vaxtilə kişini oğurlayan bandanın üzvləri imiş. Görünür, dişi bir dəfə qana batan canavarlar sürüyə dadanan kimi, bu alçaqlar da həmin ailədən əl çəkmək niyyətində deyilmiş.
    Yəqin ki, ağlınıza gəldi: xanım məhz mənim studiyamdan çıxarkən oğurlanmışdı. Hadisə mənim iş yerimin həndəvərində baş vermişdi. Fakt budur ki, xanım oğrlanmamışdan bir neçə dəqiqə əvvəl mənim yanımda olmuşdu...
    Bu cinayətdə əli ola biləcək bütün şübhəli adamlar istintaqa cəlb olundu.

    (Fotoqraf əyilib şamları üfürərək söndürür).
    Sonra həmin quldurların məhkəməsi oldu. Sən demə, bir qrup illərdən bəri keçmiş bir idmançının rəhbərliyi altında insan oğurluğu ilə məşğul olurmuş.
    Əslində, elə mən özüm də keçmiş idmançıyam. Amma bunun mətləbə nə dəxli? Yox ey, elə-belə deyirəm bunu.

    (Qanteli götürüb nəsə düşünür, tərəddüdlə əvvəlki yerinə qoyur. Turnikdən yapışıb diqqətlə irəli baxır).
    Amma düzünü bilmək istəsəniz, mən elə ilk gündən bu müdhiş cinayətin kim tərəfindən sifariş verildiyini və kim tərəfindən icra olunduğunu yaxşı bilirdim. Sifarışçi-keçmiş idmançı idi. İcraçılar isə onun yanındakı “cangüdənlər” idi. Mən onların kölgəsini vaxtilə öz fotostudiyamın həndəvərində görmüşdüm. Cinayəti məhz həmin “kölgələr” törətmişdi.

    (Şəklin arxası üzünə çevrilir. Boyaboy çəkilmiş nəhəng kişi fotosu görsənir. Həmin şəkildəki adam fotoqrafın özünə oxşayır).
    Deyilənə görə, bu adam, daha doğrusu bu quldur, mənə oxşayır.
    Sizi deyə bilmərəm, şəxsən mən elə bir oxşarlıq görmürəm.

    (O, nəhəng fotonun yanında dayanır. Onların hər ikisi (foto və fotoqraf) demək olar ki, eyni boydadır).
    Hadisələrin sonrakı davamı yəqin ki, hər birinizə məlumdur.
    Yox? Bəyəm mətbuatı izləmirsiz, televizora baxmırsız?
    Hə, bildim, sadəcə, vaxtınız yoxdur.
    Onda vaxt tapıb məni izləyin.
    Gələn görüşdə hər şeyi yerli-yataqlı danışaram.
    Deyəsən, siz məni eşitmirsiz?
    Eşidirsiz?
    Amma mən sizi eşitmirəm.

    (Tamaşa zamanı çəkilmiş şəkillər göstərilir. Fotolarda zalda əyləşən tamaşaçılar əks olunub).
    Özünüzü tanıdınız? Bu, sizsiniz. Siz burada şəklə dönmüsüz.

    (Maşın siqnalı eşidilir).
    Yenə toy?

    (Bütün şəkillər “yoxa çıxır”, yığışdırılır).
    Bu gün yas yoxdur. Yalnız toy karvanları keçir.

    (O, cəld əyilib yerdən qanteli götürür. Arxadakı qapıya yaxınlaşır. Qaneli var gücü ilə qapıya çırpır. Uzaqdan yenə atəş səsləri eşidilir. O, qapını yumruqlayır).

    Ehey, açın qapını... Eşidirsiniz? Qapını açın deyirəm.

    (Melodiya. Xor oxuyur. Qapı açılmır. Fotoqraf qayıdıb stula çökür, başını əllləri arasına alır).

    PƏRDƏ
    Sentyabr. 2014.












    ALIN YAZISI

    İki pərdəli dram


    İştirak edənlər:
    Kişi
    Qadın

    Birinci pərdə

    Səslər. Proloq hesab edilə biləcək başlanğıc bir növ klipə bənzəyir. Bobs-leyi xatırladan həmin “klip”də obrazların həyatından müxtəlif anlar, ayrı-ayrı epizodlar əks olunur. Bu epizodlar bədii filmlərdə bir-birini əvəz edən səssiz, yavaşıdılmış kadrları xatırladır. Beləliklə, musiqinin müşayiəti ilə Qadın və Kişi səhnənin önünə çıxırlar. Onlar əl-ələ tutub rəqs edirlər. Bir-birilərinə yaxınlaşır, bir-birilərindən uzaqlaşır, qucaqlaşır, öpüşür, sonra yenə əlbəyaxa olurlar. Hərəkətləri ilə bir-birilərini ittiham edir, söyür, təhqir edir, danlayır və təzədən barışır, əl-ələ tutur, zarafatlaşır, deyib-gülürlər.
    Lap sonda bir-birilərinə kamandan ox atır və atılan ox onların sinəsinə sancılır.
    Geniş, işıqlı otaq. Divardan portret ‒ şəkillər asılıb. Həmin şəkillərin erotik çalarları aydın nəzərə çarpır. Yaxınlıqdan ‒ qonşu otaqdan səs-küy, gülüş, qəhqəhə eşidilir.
    İri stolun üstündə akvarium.
    Otağın bir küncündə bilyard stolu. Hiss olunur ki, bura sauna, daha doğrusu, saunanın əyləncə otağıdır. Kişi iti addımlarla irəli gələrək pencəyini soyunub bir kənara atır. İdmançılara məxsus bir-iki yüngül atlet jestləri edib fit çalır. Özünü şən göstərməyə çalışsa da, hiss olunur ki, o, bir qədər əsəbi və həyəcanlıdır. Hansısa simfonik musiqinin melodiyaları eşidilir. Otağın sağa və sola açılan qapılarından biri (soldakı qapı) açıqdır. Kişi arabir açıq qa- pıya yaxınlaşıb bayıra boylanır. Həmin qapının arxasında kiminsə işlədiyi hiss olunur. O tərəfdən taqqıltı səsi eşidilir, elə bil kimsə təmir işləri ilə məşğuldur. Bağlı qapı saunaya açılır. Kişi saunadan gələn gülüş, qəhqəhə səslərini dinləyib yenə açıq qapıya yaxınlaşır.

    KİŞİ (bayıra). Zəhmət olmasa, qapıya çıx, yenə bax, gör bir niyə gəlib çıxmadı bu? Görəsən, nə baş verib?.. Gərək ki, sən onu tanıyırsan?

    Taqqıltı səsi kəsilir.

    KİŞİ SƏSİ (bayırdan). Əlbəttə, tanıyıram. O yaşıl kostyumlunu demirsən? Ötən dəfə səninlə gəlmişdi...
    KİŞİ (əsəbi). Yaşıl kostyumlu?.. Mən onun kostyumunun rəngini xatırlamıram. Bəlkə, indi ağ kostyum geyəcək... Nə bilim?.. Eh, sən də qəribə adamsan... Yaşıl kostyum… Heç dəxli var?
    KİŞİ SƏSİ (bayırdan). Darıxma, indi gəlib çıxar... Axı bir də ki, bu gün saatı irəli çəkiblər. Sən ola bilsin ki, düz bir saat tez gəlmisən...
    KİŞİ. Bir saat tez?.. Mən haradan bilim ki, vaxtı dəyişiblər? Televizora baxmıram, qəzet oxumuram... Ta adamlardan qurtarıb indi də vaxtın başına oyun açırlar... Qoy bir zəng vurum.


    Mobil telefonda hansısa nömrəni yığıb qulaq asır. Deyəsən, xəttin o başında dəstəyi götürmürlər.

    KİŞİ. Yox, deyəsən, evdən çıxıb artıq... Məncə, o, dəqiq adamdır.
    Sən deyən qadınlardan deyil...
    KİŞİ SƏSİ (bayırdan). Sən həmişə kişi dostlarınla gələrdin...
    Deyəsən, son vaxtlar menyunu dəyişmisən...
    KİŞİ. Kişi dostlarım satqın çıxdılar... Ta onlarla qurtarmışam...
    Ərizə verib çıxdım işdən...
    KİŞİ SƏSİ (bayırdan). Bıy, doğrudan? Gərək çıxmayaydın... İndi iş tapmaq çətin məsələdir. Bax mən ali təhsilli adamam. Gör gəlib harada işləyirəm? Saunada! Hamamda... Kalonkanı qala, termometrə bax, sabun ver, kisə gətir... Lap hərdən camadarlıq da edirəm, hansı dəyyusunsa belinə kisə çəkirəm. Düzdür, aradabir qadın müştərilər də olur... Qadın demiş, səninlə gələn o xanım mərifətli adama oxşayırdı...
    KİŞİ. Nədən bilirsən?..
    KİŞİ SƏSİ (bayırdan). Özün bilirsən ki, mən burada çoxdan işləyirəm... Adamın gözünə baxanda bilirəm ki, kim hansı yuvanın quşudur. O yaşıl kostyumlu heç saunanın içinə keçmədi o gün. Elə bilyard oynadı. Vəssalam... Evli olmasaydın, alardın onu. Əmə- li-saleh adama oxşayır...
    KİŞİ (istehza ilə). Arabir ağıllı məsləhətlərin olur...
    KİŞİ SƏSİ (bayırdan). Sənə ərk eləyib deyirəm ey. Axı çoxdan tanıyıram səni... Buraya gəlib-gedən adamsan. Özü də indiyəcən səni qadınla-zadla görməmişəm. Bilirəm ki, xətir-hörmətli adamsan. Mən adam sərrafıyam. Gör bir nə vaxtan işləyirəm burada?!. Nə qədər örtülü üzlər, nə qədər lüt bədənlər görmüşəm. Mən adamın nəinki üzünə, hətta onun hər hansı bir əzasına baxıb xasiyyətini təyin edə bilərəm...
    KİŞİ. Paho, ta denən lap psixoloq olmusan ki...
    KİŞİ SƏSİ (bayırdan). Elədir, düz tapmısan, psixoloqam...

    Kişi söhbət etdikcə divarlardan asılmış şəkilləri ötəri nəzərdən keçirir, arabir bilyard stoluna yaxınlaşaraq kiy ilə (bilyard ağacı ilə) daşları vurub tora salmaq istəyir.

    KİŞİ (ucadan). Bura bax sənin bu müştərilərin nə vaxt çıxıb gedəcək?..
    KİŞİ SƏSİ (bayırdan). Bir azdan vaxtları qurtarır... Axı mən bilmirdim ki, sən belə tez gələcəksən... Neyləyim, vaxtı səhv sal- mısan… Hə, dayan, dayan! Deyəsən, həyətə maşın girdi. Özüdür ki, var. Səninkidi gələn... Taksi ilə gəlib. Elə kostyumu da taksinin rənginə düşür... Ha-ha-ha. (Gülür.) İstəyirsən, çıx qarşıla...
    KİŞİ. Özün çıx... Deginən buradayam...
    KİŞİ SƏSİ (bayırdan). Oldu! Baş üstə! Bu dəqiqə...

    Kişi gəzişir. Açıq qapıdan qadın daxil olur.

    QADIN (kişiyə yaxınlaşır). Salam!
    KİŞİ. Salam...

    Onlar əl tutub görüşür, öpüşürlər.

    QADIN. Deyəsən, tez gəlmisən...
    KİŞİ. Yox, mən vaxtında gəlmişəm...
    QADIN. Ha-ha-ha... (Gülür.) Yəqin ki, vaxtın dəyişdiyindən xəbər tumamısan... Əslində, elə mən özüm də danışdığımız vaxtdan xeyli əvvəl gəlmişəm.
    KİŞİ. Hə, necəsən?
    QADIN. Əla! Bəs sən?..
    KİŞİ. Belə də... Pis deyiləm...
    QADIN. Mənə elə gəlir ki, sən çox qayğılısan. Bəs iş məsələn necə oldu? Bu da bizim tanışlığımızın sonluğu... Bəlkə də, ayağım düşməyib...
    KİŞİ. Yox... Elə deyil... Onsuz da, mən tez-gec o işdən çıxmalı idim...
    QADIN. Niyə? Nə üçün?.. Əgər sirr deyilsə, bizə də de...
    KİŞİ. Sirr deyəndə ki... (Duruxur.) Gördüm, ta işləmək mümkün deyil... Hər ay müdirə haqq vermək lazımdı. Mənsə lazım olan məbləği vaxtlı-vaxtında ödəyə bilmirdim...
    QADIN. Haqq?.. Nə üçün?
    KİŞİ. Qayda belədir. Biz müdirə, müdir də öz müdirinə haqq-hesab ödəməli idi... Eh, nə isə, qoy hamısı rədd olub getsin. İndi özümü daha sərbəst hiss edirəm. Bir iş tapıb dolanaram. Mən iş-gücdən qorxan adam deyiləm. Yeri gəlsə, lap yük daşıyaram, hamballıq edərəm...
    QADIN (əlini onun çiyninə qoyur). Bilirəm, sən qoçaqsan, cəsursan... Heç nədən, heç kəsdən qorxan deyilsən...
    KİŞİ. Yaxşı, yaxşı... Az təriflə məni...
    QADIN. Amma utancaqsan... Səni tərifləyəndə uşaq kimi pörtürsən, qızarırsan...

    Qonşu otaqda, yəni saunada gülüş, qəhqəhə səsi eşidilir. Kişi əsəbi halda gəzişir.

    KİŞİ (bayıra). Əşi, bunlar nə vaxt çıxacaqlar?
    KİŞİ SƏSİ (bayırdan). Mən neyləyim ey, özünüz tez gəlmisiniz...
    QADIN. Tələsirsən?..
    KİŞİ. Yox... Sənə görə narahatam. Birdən evə gecikərsən, söz-söhbət olar...
    QADIN. O bütün sutkanı işdədir. İstəsəm, gecəni də qala bilərəm... (Gülür.) Ha-ha-ha... İstəyirsən, gecəni burada keçirək... Saunada. Sudan çıxmayaq səhərəcən...
    KİŞİ. Balıq kimi, hə?.. (Gülür.) Hər şey mümkündür. QADIN. Bəs sən evdə nə deyəcəksən?.. Arvadın...
    KİŞİ. Qayınanamgildədir o... Bir də ki sözdür deyirik də... Ge- cəni burada qalası deyilik ki...
    QADIN. Yox, mənim düz sözümdür, həqiqətən, qala bilərik... Əgər istəsən... Mən burada özümü, sən demişkən, suda balıq kimi hiss edirəm...
    KİŞİ. Hələ buna baxarıq...
    QADIN. Yəqin ki, özünə problem yaratmaq istəmirsən mənə görə...
    KİŞİ. Nə problem? Sən nəyə işarə edirsən?
    QADIN. Elə tanışlığımıza... Bəlkə də, ogünkü dava-dalaş olmasaydı biz heç vaxt tanış olmayacaqdıq... Sən peşman deyilsən ki?..
    KİŞİ. Nəyə?..
    QADIN (gülür). Hər şeyə... Məsələn, elə mənimlə tanışlığa... Sən mənə görə iki nəfərlə vuruşmalı oldun axı...
    KİŞİ. Yəqin ki, hər kəs bu cür hərəkət edərdi...
    QADIN. Yaxşı yadıma düşdü. Qəzetdə bu barədə yazıblar... KİŞİ (diksinir). Nə barədə?
    QADIN (çantasından qəzet çıxarır). Deyəsən, elə bizi tanış edən dava barədə... Sənin barəndə... Mənim barəmdə... Oxuyum, yoxsa özün oxumaq istəyirsən?..
    KİŞİ. Oxu...
    QADIN (qəzetdən oxuyur). “Yüngül əxlaqlı qadınla sərxoş kişi axtarışdadır”. (Kişiyə.) Yəqin ki, həmin yüngül əxlaqlı qadın mənəm, sərxoş kişi isə sən... Hə, oxuyuram... “Hadisə bir neçə gün əvvəl baş verib. Şəhərin mərkəzi küçələrindən birində gənc qadın iki nəfər cavan oğlana yaxınlaşaraq nəsə soruşur”. Hə, bax bunu düz yazıblar. Soruşdum ki, stomotoloji poliklinika haradadır. Onlar, o iki əyyaşsa qayıdıb dedi ki, maşallah, sənin dişlərin hələ sapsağlamdır...
    KİŞİ. Orada yazılanı oxu...
    QADIN. Baş üstə!.. (Oxuyur.) “Biz bəzi səbəblərə görə həmin adamların, yəni zərərçəkənlərin ad-familiyasını yazmırıq. Oğlan- lar qıza onun soruşduğu ünvan barədə izahat verərkən yaxınlıqda dayanmış, idmançı görkəmli, sərxoş olduğu aydın hiss olunan bir adam onlara hücum çəkir. Oğlanlar qəfil hücumdan özlərini itirirlər. Sərxoş idmançı yüngül əxlaqlı qadının fitvası ilə iki vətəndaşa ciddi bədən xəsarəti yetirib. Həmin başabəla qadınla kişi camaatın hadisə yerinə yığışdığını görüb taksiyə əyləşərək aradan çıxıblar. Artıq həmin taksinin dövlət yol nişanı müəyyənləşdirilib, taksi sürücüsü məsuliyyətə cəlb olunub”. (Kişiyə.) Bu boyda yalan olar? (Kimisə yamsılayır.) “Sərxoş idmançı…” Yox bir…
    KİŞİ. Yalan niyə? Mən o gün həqiqətən içmişdim...
    QADIN. Mən bunu hiss eləmədim... Amma onlar ağızlarını açan kimi bildim ki, ağılları üstlərində deyil. Olsun ki, hələ iynə də vurmuşdular. Əvvəlcə hırıldayıb mənə sataşmağa başladılar, sonra əl-qol atdılar. Mən onları söyməyə başladım. Onlar qolumu burub məni yaxınlıqdakı köşkə doğru sürüməyə başladılar. Elə bu vaxt sən haradansa zühur elədin...
    KİŞİ. Taksi sürücüsünü tutublar... Axı onun nə günahı var? QADIN. Bəs sənin, mənim, bizim günahımız nədir ki?..
    KİŞİ. Hər halda onu bizə görə ilişdiriblər. Nəsə kömək etmək lazımdır...
    QADIN. Yəqin ki, sorğu-suala tutub buraxacaqlar. Şofer hara- dan bilir ki, biz kimik, hansı ünvanda yaşayırıq? Yaxşı ki, həmin gün taksini qonşu məhəllədə saxlatdıq. Xatırlayırsan, həmin günü?
    KİŞİ. Hə, yadımdadır...
    QADIN. Doğrusu, sən o sərxoş uşaqları vurub yıxanda elə bil- dim ki, haradansa tanışıq... Sonra gördüm, yox... Sən taksi saxla- yanda elə bildim ki, məni öz evinə aparacaqsan...
    KİŞİ. Öz evimə?.. (Təəccüblə.) Nə üçün?..
    QADIN (gülür). Nə bilim?.. O gün həmin anlarda ürəyimə gələni deyirəm sənə... Hə, sən taksinin pulunu verib düşdün. Əlini irəli uzatdın. Mən sənin əlindən tutanda hiss etdim ki, barmağım qana bulaşıb. Dəsmalımla sənin əlini sarıdım... Sonra mən telefonumun nömrəsini dedim. Sənsə öz mobil telefonunun nömrəsini yazıb verdin. Gözlədim ki, elə həmin axşam zəng edəcəksən. Amma səndən heç o birisi gün də səs-soraq çıxmadı. Axırda özüm zəng vurası oldum... Deyəsən, arvadından yaman qorxursan, hə?..
    KİŞİ (gülür). Qadınlardan qorxmaq lazımdır...
    QADIN. Ərim nəinki məndən qorxur, heç adam yerinə qoymur məni...
    KİŞİ. Bəs sən necə?..
    QADIN. Münasibətlərimiz qarşılıqlıdır. Deyir, nə əkərsən, onu da biçərsən. Onun da öz aləmi var, mənim də... Bir-birimizin işinə nadir hallarda qarışarıq... Bəs sizdə necədir vəziyyət?..

    Kişi bilyard stoluna yaxınlaşıb, kiylə daşlardan birinə zərbə endirir. Qadın da yaxınlaşır, daşlardan birini əlinə götürərək atıb-tutur. Saunada səs-küy, gülüş, qəhqəhə...

    KİŞİ (bayıra). Əşi, bizə çay ver görək... (Pauza.) Nə oldu? Səsin gəlmir... Hara getdin?.. (Kişi gedib açıq qapıdan boylanır, qayıdır.) Deyəsən, çıxıb, indi gələr...
    QADIN (əli ilə açıq qapını göstərir). O kişi köhnə tanışındır, deyəsən?..
    KİŞİ. Hə... Çoxdan tanıyıram...
    QADIN. Tez-tez gəlirsən bura?
    KİŞİ. Belə də... Arabir pulumuz olanda toplaşıb gəlirik... dost- larla...
    QADIN. Hamı cüt gəlir?..
    KİŞİ. Nə üçün cüt?..
    QADIN. Bəs tək gəlirsiniz? Qadınsız?..
    KİŞİ. Mən buraya heç vaxt qadınla gəlməmişəm...
    QADIN (gülür). Bəs mən qadın deyiləm?
    KİŞİ. Sən... Hə, elədir... Bəs sən özün necə, saunaya getməyi xoşlayırsan?..
    QADIN. Bəli. (Akvariumu göstərir.) Bax, o akvariumun içindəki balıqlar kimi xoşlayıram suyu. Amma təbii ki, mən akvarium balığı deyiləm... Mən nəhəng dənizləri, okeanları sevirəm. Mən yuxuda tez-tez balıq olub mavi sularda üzürəm. Doğru sözümdür... Yəqin ki, insanlar balıqdan törəyib. Elə ana bətinindəki körpə də balığa bənzəyir: o özünü yalnız orada rahat hiss edir.
    KİŞİ. Sən bunları haradan bilirsən?
    QADIN (gülür). Öz təcrübəmdən.

    Kişinin mobil telefonu zəng çalır.

    KİŞİ (telefona). Hə, eşidirəm... Sən haradan zəng vurursan?
    Hə, yaxşı, oldu.
    QADIN. Arvadın idi danışan?..
    KİŞİ. Hə. Nədən bildin?
    QADIN. Soyuq danışmağından...
    KİŞİ. Yox, bizim münasibətlərimiz normaldır. Onun bir rəfiqəsi var, arabir görüşüb dərdləşirlər. Zəhləm gedir o qadından, arvadımın rəfiqəsini deyirəm...
    QADIN. Arvadının rəfiqəsindən zəhlən gedir? Nə üçün?
    KİŞİ. Heç özüm də bilmirəm, nə üçün. Heç qadının üzünü də görməmişəm. Sadəcə arabir zəng vurur bizə. Kobud səsi var... Ara- ba təkəri kimi xırıldayır. İstəmirəm ki, arvadım onunla görüşsün...
    QADIN. Bir-birinizi sevirsiniz?..
    KİŞİ. Mən ikinci dəfə ailə qurmuşam. Birincini sevib evlən- mişdim. Bu isə özü məni sevib...
    QADIN. Əgər inciməsən, sənə bir sual verərdim...
    KİŞİ. Buyur.
    QADIN. Sən arvadına tez-tezmi xəyanət edirsən?
    KİŞİ. Sənə nə üçün elə gəlir ki, mən arvadıma xəyanət edirəm? Elə isə icazə ver, mən də həmin sualı sənə verim. Bəs sən özün necə?.. Ərinə…
    QADIN (gülür). Yox ey... Qadın başqa, kişi başqa...
    KİŞİ. Nə mənada?..
    QADIN. Elə hər mənada... Qadın zərif və zəif məxluqdur. O, özünə həmişə güclü arxa, möhkəm dayaq axtarır. Şəxsən mən özüm iradəli kişiləri çox sevirəm...
    KİŞİ. Amma mənə elə gəlir ki, indi qadınları daha çox pullu, zəngin kişilər maraqlandırır...
    QADIN. Əlbəttə, o cür qadınlar da az deyil... Amma bu məsələnin, necə deyərlər, yalnız maddi tərəfidir. Hər şeyi maddiyyatla bağlamaq düzgün olmazdı... Mən sənə qadın duyğusundan danışıram. Pul, var-dövlət taktikadır, vasitədir. Ürək isə daha çox strategiya ilə məşğul olur...
    KİŞİ. Paho, sən yaman dərin qatlara enirsən ha... Taktika... Stra- tegiya... Söz-söhbətindən daha çox tarix, fəlsəfə qoxusu gəlir.
    QADIN. Hər qadının ürəyi mürəkkəb bir tarixdir. Hər kəs oraya baş vura bilməz... Hətta, qadınların özləri belə...
    KİŞİ (gülür). Ha-ha-ha... Qəribə mühakimələrin var sənin!.. Elə isə icazə ver, soruşum. Bizim bu görüşümüzdə hansı cəhət daha mühüm rol oynayır: taktika, yoxsa strategiya?..
    QADIN. Biz təsadüfən tanış olmuşuq. Bizi bu gün bir-birimizlə yaxınlaşdıran adi hisslərdir... Hər bir qadının ürəyində ideal kişi modeli olur. O modeli qadın özü yaradır, özü qurur. Öz idealını tapan qadın bəzən elə gözlənilməz addımlar ata bilər ki, bunu yalnız patoloji dəliliklə müqayisə etmək olar... Qadınlar bu cəhətdən daha ötkəm, daha güclü olurlar. Kişilər isə mühafizəkardır... Onlar üçün həyat tərzini dəyişmək çətindir... Hətta faciəlidir...
    KİŞİ. Doğrusu, mən səni dinlədikcə qorxuya düşürəm... Məni soyuq tər basır...
    QADIN (gülür). Nə üçün? Nədən qorxursan?..
    KİŞİ. Sənin mühakimələrindən, çoxbilmişliyindən...
    QADIN. Nə qorx, nə də üşü... Bir də ki üşüyürsənsə, tez saunaya girmək lazımdır. Yoxsa sətəlcəm olarsan... A-a-a... Doğrudan, bunlar nə çox çimirlər?.. Yaman da deyib-gülürlər ha. Deyəsən, işləri yaxşı gedir... Ha-ha-ha...

    Saunadan səs-küy, qadın qəhqəhəsi eşidilir. Kişi qəzəbli halda örtülü qapıya yaxınlaşır, dinləyir. Qadın ona yaxınlaşır. Onlar üz- üzə dayanırlar. Qadın əlini onun çiyninə qoyur, kişini uzun-uzadı süzür. Deyəsən, qadın kişidən nəsə cavab hərəkəti ‒ nəvaziş, xoş söz, isti bir münasibət umur. Kişi geri çəkilir.

    KİŞİ (əsəbi). Yaxşı... Bu içəridəkilərin səs-küyü məni lap təbdən çıxarır...
    QADIN. Niyə ki? Hələ vaxtları var, çimirlər. Qoy çimsinlər. Bəyəm vaxtın dəyişməsində onlar günahkardırlar? Yəqin, cavan adamlardır, özləri üçün deyib-gülür, zarafatlaşırlar. (İçəridən gələn səsi dinşəyir.) Amma içəridən təkcə qadın səsi gəlir, deyəsən... Hə, mahnı oxuyur... Yaxşı şirin, məlahətli səsi var... Amma başqasını xəlvəti dinləmək yaxşı əlamət deyil... Niyə dilxorsan? Axı sənə nə olub ey?.. Sənin təşəbbüsünlə gəlmişik bura... Vaxtınız da kifayət qədərdir. Saunanın xidmətçiləri də ki öz dostun-tanışın. Bəlkə, çimməyə tələsirsən?.. (Gülür.) İstəyirsən, yavaş-yavaş hazırlaş, soyun... Elə mən də soyunum. Yaman istidir... Elə bil od yağır havadan...

    Qadın pencəyini soyunur, saçını darayır, divardakı şəkillərə baxır.

    KİŞİ (bayıra). Əşi, nə oldu, harada itib-batdın? Bizə bir stəkan çay ver də...
    KİŞİ SƏSİ (bayırdan). Bu dəqiqə, bu dəqiqə. Şefin yanındaydım. İndi gəlmişəm... Çay içəcəksiniz, yoxsa?.. Yaxşı konyakımız, viskimiz də var...
    KİŞİ (qadına). Sən nə içəcəksən?
    QADIN. Etiraz etməsən, viski...
    KİŞİ (bayıra). Viski gətir...
    KİŞİ SƏSİ (bayırdan). Oldu, baş üstə, bu dəqiqə... Yanınıza gələ bilərəm? (Gülüş səsi.) Soyunub eləməmisiniz ki?
    KİŞİ (bayıra). İndi özüm kömək edərəm sənə...
    KİŞİ SƏSİ (bayırdan). Hə, mən hazır. Buyurun...

    Kişi qapıya yaxınlaşıb içəriyə doğru uzadılan məcməyini götürür, gətirib stolun üstünə qoyur. Məcməyidə piyalələr, şokolad, viski şüşəsi.

    QADIN. Hə, bu başqa məsələ...
    KİŞİ (viskidən piyalələrə süzərək). Mən viski içə bilmirəm...
    QADIN. Elə isə özünə araq götür... Çəkinmə, məndə pul-para var...
    KİŞİ. Yox, mən araq da içməyəcəyəm...
    QADIN. Eləsə ürəyin nə istəyir, sifariş ver...
    KİŞİ. Heç nə... İçmək istəmirəm. Mən içəndə həmişə davaya düşürəm...
    QADIN. Axı heç davakar adama oxşamırsan...
    KİŞİ. Elədir... Davakar deyiləm... Amma çox sınamışam, içəndə dava-şava işlərinə rast gəlirəm. Daha doğrusu, dava-dalaş özü məni tapır...
    QADIN. Onda mən tək içim? Elə təklik mənim alnıma yazılıb?.. KİŞİ. Niyə, içməyə adam tapılımır bəyəm?..
    QADIN. Mən hər adamla oturub-durası deyiləm ki? Evdəki də dilinə içki vurmur... Guya həkim məsləhət görmür...
    KİŞİ. Guya nə üçün?.. Bəlkə, doğrudan, xəstədir...
    QADIN. Bilirəm ki, yalan deyir... Xəsisliyindən içmir... Pul yığır...
    KİŞİ (gülür). Kimin üçün?..
    QADIN. Nə bilim?.. Yəqin, başdaşı düzəltdirəcək...
    KİŞİ. Kimə?..
    QADIN. Əlbəttə, özünə...
    KİŞİ. Xəstədir?..
    QADIN. Yox ey... Nə xəstə? Bədəni sağlamdır. Ruhu, niyyəti xəstədir. Amma ölümdən yaman qorxur... (Qadın piyaləni başına çəkir.) Hə, sağ ol. Sənin sağlığına. Ləzzətlidir... Nahaq içmirsən...

    Yenə yaxınlıqdan qadın qəhqəhəsi eşidilir. Kişi ayağa durub gəzişir. Siqaret yandırır.

    KİŞİ. Görəsən, bu qapı açıqdır, yoxsa arxadan bağlanıb?.. QADIN (gülür). Nədir, yoxsa saunaya keçmək istəyirsən?.. KİŞİ. Hə... İstəyirəm...
    QADIN. Mən indi sauna paltarını geyərəm, sakitləşərsən...

    Qadın soyunmağa başlayır.

    KİŞİ (ona yaxınlaşır). Dayan, dayan... Sonra... Hələ tezdir... QADIN. Görürəm ki, gözləməyə səbrin çatmır...
    KİŞİ. Yox ey... Sadəcə olaraq, qulağıma tanış səs gəlir...
    QADIN. Tanış səs?.. Qadın səsini deyirsən?.. Nə olsun ki?.. Ola bilər, mənim də səsim kiməsə tanış gəlsin... Bunun üçün hansısa bir gic gəlib mənə tamaşa etməlidir?.. Özü də Həvvanın geyimində, çılpaq, lüt-üryan... Mən beləsinin gözlərini çıxararam...
    KİŞİ. Hətta mənim də?..
    QADIN. Baxır nə vaxt, harada, hansı şəraitdə?.. Bir də ki sən gic deyilsən axı...
    KİŞİ. Yaman hikkəlisən ha!..
    QADIN. Elədir... Düz tapmısan. Bayaq yalan dedim. Guya ərim məni saymır. Yox, o məndən it kimi qorxur...
    KİŞİ. Elə mən də qorxmağa başlayıram...
    QADIN (gülür). Yox, sən qorxma. Axı sən qorxaq adam deyil- sən. Sən cəsursan. Əsl kişisən. Mən kişilərin bu üzündən baxanda o biri üzünü görürəm, lap rentgen şüası kimi... Bilirəm, kim hansı yuvanın quşudur...
    KİŞİ. Mən, doğrudan da, qadınlardan qorxuram...
    QADIN. Yalnız məkrli qadınlardan qorxmaq lazımdır. Axı mən elələrindən deyiləm. Mən sirr saxlamağı bacarmıram. Ürəyimdən keçən söz, dilimdə bitir... Təbiətim belədir...
    KİŞİ SƏSİ (bayırdan). Ta sizə bir şey lazım deyil ki?.. Kişi (bayıra). Hələlik, yox... Bəs sauna nə vaxt boşalır?..
    KİŞİ SƏSİ (bayırdan). Vaxtlarına lap az qalıb. Qoy çıxsınlar, gedib təmizləyəcəm oranı... İndi məni şef çağırır...

    Kişi əsəbi halda var-gəl edib divardan asılmış şəkillərdən birinin önündə ayaq saxlayır, içəridən gələn səs-küyü dinləyir. Hiss olunur ki, qapının o üzündə iki nəfər deyib-gülür, şənlənir, zara- fatlaşır. Televizorda çalınan yüngül havanın ritminə uyğun rəqs edən Qadın əllərini havada yelləyə-yelləyə Kişiyə yaxınlaşır. Kişi örtülü qapının dəstəyindən yapışır. Qadın onun qarşısında dayanıb qəzəblə Kişinin üzünə baxır.

    QADIN. Sən nə edirsən? Deyəsən, ağlını itirmisən... KİŞİ. Əl çək yaxamdan... Hamınız rədd olun...
    QADIN (ətrafa boylanır). Hamımız?.. Sən lap sayaqlayırsan ki! Axı nə olub sənə?.. Qapını niyə dartışdırırsan? Bu ki tərbiyəsizlikdir...
    KİŞİ. Yəni sən elə tərbiyəlisən?..
    QADIN. Sən nəyə işarə edirsən? Mənim yad kişi ilə görüşmə yimə? Bəyəm sən özün tərbiyəlisən?
    KİŞİ. Kəs səsini! Mənə əxlaq dərsi keçmə! Bildin?..
    QADIN. Qışqırma! Ona qalmış, elə ikimiz də bir tərbiyənin yiyəsiyik. Yad kişi ilə yad qadın görüşür… Deməli, onların hər ikisi eyni dərəcədə günahkardır... Əlbəttə, əgər bunu günah hesab etmək olarsa...
    KİŞİ (diqqətlə onu süzür). Yox, sən günahkar deyilsən... Təqsir məndədir...
    QADIN (gülür). Hələ bunu aydınlaşdırmaq lazımdır... Görünür, hər kəs gördüyü yaxşılığın əvəzini ödəmək istəyir...
    KİŞİ. Boş-boş danışma. Nəyin əvəzini nə ilə ödəyirsən? Məndən aralı dur!..

    Kişi örtülü qapının dəstəyini dartışdırır. Sonra qapını yumruqla döyəcləyir.

    QADIN (onun qolundan yapışır). Deyəsən, sən, doğrudan da, gicsən! Nə edirsən?! Burax dəstəyi! Eşidirsən?! Bu saat aləmi bura yığacağam...
    KİŞİ (onu itələyir). Rədd ol!.. Mane olma mənə...
    QADIN. Tərbiyəsiz!
    KİŞİ. Kəs səsini, qancıq...
    QADIN. Sənin arvadındır qancıq... Bildin?
    KİŞİ. Kəs, dedim! Mumla... ağzını...

    Kişi onun üstünə cumur. Qadın açıq qapıya sarı qaçır.

    QADIN. Ay aman, kömək edin!..

    Kişi qayıdıb təpiklə örtülü qapını vurub açır. Açıq qapıdan içəriyə tüstü ‒ dumanı xatırladan buğ dolur. Gözü alacalaşan kişi özünü saunaya təpir. İçəridən səs-küy gəlir. Kişi, deyəsən, buğun kimləsə əlbəyaxa vuruşur. Qadın qapıya yaxınlaşıb içəri boylanır. Kəskin, qatı dumanı xatırladan buğda heç nə seçilmir. Bir azdan Kişi üst-başı suya, sabuna bələnmiş halda görünür. Kimsə içəridən zərbə ilə vurub onu geri təpir. Qapı arxadan kilidlənir. Kişi əlləri ilə üz-gözünü qapayıb qışqırır. Onun qışqırığı həm də hönkürtüyə bənzəyir.

    KİŞİ. Aman Allah! Yox, yox! İnanmıram mən buna!.. QADIN. Nə olub sənə?!. Niyə böyürürsən?!.
    KİŞİ. Aman Allah!.. Mənim arvadım...
    QADIN. Nə olub sənin arvadına?.. (Bir qədər sevincək). Yoxsa bayaqdan bəri arvadın imiş oxuyan?.. Nə olsun ki?.. İndi saunaya biz girəcəyik, onda da mən oxuyacam...
    KİŞİ. Rədd ol!.. Mən o ləçəri boğub öldürəcəyəm... İt kimi gəbərdəcəyəm onu...
    QADIN. Niyə?.. Sən başqasının qadını ilə görüşə bilirsən, amma başqası sənin arvadınla yox?! Bəyəm qadın kişinin xüsusi mülkiyyətidir?..
    KİŞİ. Mən indi göstərərəm ona... Ax, qancıq!.. Murdar...

    Kişi yenidən saunaya, tüstü-dumanın, buğun içinə doğru hücum çəkir. İçəridən səs-küy, qışqırıq, söyüş, şappıltı eşidilir. Kişi yenə suya və sabun köpüyünə bələnmiş halda geri qayıdır.

    QADIN (qəhqəhə çəkir). Hə, aldın payını? Rahatlandın? Arvadını görə bildin?.. O idi səni yumruqlayan?.. Yoxsa o, tək deyil orada? Həəəə? O günü cavan, güclü oğlanları bir zərbə ilə vurub sərdin yerə... Amma indi... Deyəsən, doğrudan, qorxursan... Ha-ha-ha...
    KİŞİ. İfritə!.. Ələ salırsan məni?.. Boğub öldürərəm... QADIN. Ay aman! Kömək edin!

    Kişi indi də Qadının üstünə hücum çəkir... Musiqi. Qadın qışqıra-qışqıra sol qapıya sarı qaçır. Həmin qapının cəftəsini arxa tərəf- dən bağlayır. Kişi yenə saunaya cumur. Onu içəridən zərblə vurub təzədən geri oturdurlar. Musiqinin sədası artır. Kişinin üst-başı sabuna bulaşıb. O, suyu süzülə-süzülə bilyard stoluna yaxınlaşır. Kiyi götürüb ox kimi əvvəlcə birinci qapıya tuşlayır. Kiy yaydan çıxan ox kimi Qadının arxasınca örtdüyü qapıya sancılır və... içəri keçir. Sonra Kişi ikinci kiyi ikinci qapıya atır. Kiy qapını deşib saunaya keçir. Qəfildən hər tərəfə sükut çökür. Musiqi susur. Kişi duruxur, çaşıb qalır. Sanki qəfil sükut onu təşvişə, qorxuya salır... Nəhayət, sol qapı açılır, sinəsinə ox, daha doğrusu, kiy “sancılmış” qadın görünür. Qadın səndələyə-səndələyə Kişiyə yaxınlaşır. Kişi heyrətdən yerindəcə quruyub qalıb. O, əlini atıb “oxu” - kiyi qadının köksündən çıxarır... Bayaqdan can verən, səndələyən Qa- dın sanki birdən-birə dirçəlir... Həzin musiqi sədası eşidilir və elə həmin musiqi sədası altında qadın Kişiyə yaxınlaşır. Qadın Kişinin köksünə sığınır. Kişi çaşbaş qalıb. Kişi geri çəkilib əlindəki kiyə dirsəklənərək Qadına baxır... baxır və qəti addımlarla saunaya açılan qapıya yaxınlaşır. Qadın da onun arxasınca gedir. Musiqi... İşıq azalır.

    Pərdə



    İkinci pərdə

    Kişinin mənzili. Səliqəsizlik hiss olunur. Divanın üstünə qadın pal-paltarları atılıb. Otaqda diqqəti ən çox çəkən şey küncdə di- var boyu yüksələn heykəllərdir. Otağın sağ və sol küncündə lepka (yapma) yolu ilə hazırlanmış kişi və qadın heykəlləri sanki mənzilin tavanını öz əlləri, çiyinləri üstündə saxlayıblar. Həmin heykəllərin görünüşündə bir tarixilik duyulur. Bu daha çox qədim yunan hey- kəltəraşlıq məktəbinin nümunələrini xatırladır. Heykəllər həm də canlı insana bənzəyir. Kişi otaqda əsəbi halda var-gəl edir, siqaret çəkir. Telefon zəngi. Kişi dəstəyi qaldırır.

    KİŞİ (dəstəyə). Hə, eşidirəm. Xahiş edirəm, bir də mənə zəng vurmayın. Bildiniz?.. Bəli, mən ağlımı itirmişəm! Sizi də öldürərəm, qızınızı da! (Pauza.) O daha mənim arvadım deyil. (Pauza.) Mən nə gəzirdim saunada? Belə kefə, istirahətə getmişdim. Sonra? Hə, nə istəyirsiniz məndən? Siz pozğun ailəsiniz. Elə siz də, sizin qızınız da... Mənə zəng etməyin, məni dəng etməyin! Eşitdiniz?!. (Dəstəyi hirsə çırpır.) “Bir mənə qulaq as!” Qulaq asmıram. Siz kimsiniz axı?.. Pozğunlar...

    Kişi yenə gəzişir. Qapı zəngi. Kişi gözcükdən baxıb geri çəkilir. Qapının zəngi yenə çalınır. Kişi könülsüz halda qapını açır. Əli çantalı Qadın daxil olur.

    QADIN. Salam! Necəsən?
    KİŞİ. Salam... (Təəccüb hissi ilə qadını süzür.) Xeyir ola?..
    QADIN. Yəqin, gözləmirdin məni?..
    KİŞİ. Buyur, eşidirəm...
    QADIN. Heç olmasa içəri dəvət et...
    KİŞİ. Dedim ki, eşidirəm... Sözünü de. Nə üçün gəlmisən?..
    QADIN (gülür). Ha-ha-ha... Nə olub sənə? Özünü nə yaman dartmısan!.
    KİŞİ. Sən necə gəlib çıxmısan bura? Bu ünvanı sənə kim deyib?..
    QADIN. Gəlmək olmaz bəyəm? Niyə xoflanırsan?.. Axı sən ki qorxmaz adamsan...
    KİŞİ. Xahiş edirəm, əl çək məndən. Mən ailəli adamam... Eş dib-bilən olar...
    QADIN. Bəyəm sən arvadını boşamaq istəmirsən? Ya bəlkə, artıq boşamısan?..
    KİŞİ. Sən haradan bilirsən bunu? Kimdən eşitmisən?.. Bir də axı sən kimsən ki, mənim ailə işimə qarışırsan? Kim sənə bu haqqı verib?..
    QADIN. Mən özüm qazanmışam bu haqqı. Bildin?.. Dünyada hər kəsin öz haqqı var...
    KİŞİ. Sənin heç bir haqqını əlindən alan yoxdur. Xahiş edirəm, xatanı məndən uzaq elə. Səhv edib səninlə tanış olmuşam...
    QADIN. Yoxsa məni xuliqanlardan xilas etdiyinə görə peşman olmusan?..
    KİŞİ. Qətiyyən! Onsuz da? mən hazırlaşırdım ki, gedib hər şeyi etiraf edim. Axı sən özün oxudun, qəzetdə yazmışdılar ki, bizi aparan taksi sürücüsünü yaxalayıblar. Mənə görə hansısa günahsız adam nə üçün əzab-əziyyət çəkməlidir?.. Qoy məni cəzalandırsınlar, eybi yoxdur...
    QADIN. Səni nə üçün? Sənin ki heç bir təqsirin yoxdur...
    KİŞİ. Necə yəni təqsirim yoxdur?! Camaatın uşağını vurub yıxmışam. Bəlkə də, onlardan hansısa ağır zərbədən yaralanıb lap ömürlük şikəst də ola bilər...
    QADIN. Cəhənnəmə ki... Onlar özləri günahkardır. Tanımadıqları bir qadına sataşırlar, igid bir oğlansa qəfildən çıxıb onların cavabını verir...
    KİŞİ. Hələ mən sənin onlarla tanış olub-olmadığını deyə bilmərəm. Bəlkə də, bu bir oyundur.
    QADIN. Paho! Belə çıxır ki, mən böhtançıyam!..
    KİŞİ. Hələ bunu bilmək olmaz...
    QADIN. Elə mən də səninlə gedəcəyəm... Razı olmaram ki, səni şərləsinlər...
    KİŞİ. Xahiş edirəm, gedib öz işinlə məşğul olasan... Mən öz hüququmu özüm müdafiə etməyə qadirəm. Mənə şahid lazım deyil...
    QADIN. İcazə verirsən, əyləşim?..
    KİŞİ. Yox. Səni buraya heç kəs dəvət etməyib. Axı sən mənim evimə nə üçün gəlmisən?..
    QADIN. Mən birdəfəlik gəlmişəm bura. Ta geri qayıtmaq fikrim yoxdur. Görürəm ki, sən də arvadının pal-paltarını yır-yığış edirsən.

    Kişi kənara çəkilib diqqətlə, səssiz-səmirsiz, uzun-uzadı qadını süzür. Kedib kresloda əyləşir. Siqaret alışdırır.

    KİŞİ. Aydındır...
    QADIN. Aydın olan və olmayan nədir? Əslində, bunların mənə heç bir dəxli yoxdur.
    KİŞİ. Anam-bacım, nə istəyirsən məndən? Axı mənə nə vermisən, onu geri ala bilmirsən?
    QADIN. Mən indicə ərimlə dalaşıb vuruşmuşam...
    KİŞİ. Bunun mənə nə dəxli?..
    QADIN. Bütün bunlar sənə görə baş verib. Başa düşürsən məni? Səninlə görüşdüyümü bilib... Mən artıq onunla birdəfəlik qurtardım. Mən ona nifrət edirəm... Aydındır?

    Kişi yenə diqqətlə qadını süzür, çarəsiz bir görkəm alıb çiynini çəkir, sonar siqaretinə dərin qullab vurub ayağa qalxır, telefona yaxınlaşır.

    KİŞİ (dəstəyə). Alo!.. Alo!..

    Qadın ona yaxınlaşıb dəstəyi əlindən alır, yerinə qoyur.

    QADIN. Kimə zəng vurursan? Arvadına? Qayınana?! Polisə?! Mən heç kəsdən qorxmuram!.. Hətta ərimdən də. Mən indi onu əzişdirib gəlirəm bura... Aydındır?
    KİŞİ. Bərəkallah! Yoxsa məni də əzişdirmək istəyirsən?..
    QADIN. Yox, səni yox... Axı səni sevirəm. Mənə əl qaldırsan da, səndən incimərəm...
    KİŞİ. Xahiş edirəm, çıx get... Bildin?.. Mənim işim-gücüm var...
    QADIN. Axı sən işdən çıxmısan. Özün dedin ki... Qorxma, igid xilaskarım, mən işləyib səni saxlayacağam...
    KİŞİ. Xahiş edirəm, yalvarıram, çıx get. Onsuz da, mən ə-sə- bi- yəm... Biz sonra görüşüb söhbətləşərik...
    QADIN. Mən elə hesab edirdim ki, sən cəsur, qorxmaz adamsan. Amma sən demə...
    KİŞİ. Sənin verdiyin qiymət mənimçün heç nədir... Sənə bir daha xəbərdarlıq edirəm: mənim şəxsi həyatıma qarışma. Çıx get buradan...
    QADIN. Sənə isə heç kəs icazə verməyib ki, məni təhqir edəsən! Qorxaq, yalançı!..
    KİŞİ (əsəbi). Əl çək yaxamdan!.. Səni heç kəs dəvət etməyib bura... Fırıldaqçı!..
    QADIN. Fırıldaqçı sən özünsən! Sən öz-özünü aldatmaqla məş- ğulsan... Özünü sədaqətli ər kimi sırımaq istəyirsən mənə, başqalarına... Lap elə öz arvadına... Axı sən sevmirsən öz arvadını! Sən ona nifrət edirsən. Elə o da sənə... Siz siçan-pişik oyunu oynayırsınız... Sizin həyatınız başdan-ayağa saxtadır, butaforiyadır... Sizi daxilən bağlayan heç nə yoxdur! Bütün bunları mən yaxşı bilirəm... Əslində, elə mən özüm də belə bir saxta, qurama həyatın oyunçusuyam. Mən də sənin kimi özümü sadiq, cəfakeş adam kimi tanıtmaq istəmişəm. Amma indi dərk edirəm ki, artıq qayıq sahilə yan alıb, ta buradan o yana yol yoxdur. Mən həyatımı təzədən qurmalıyam. Bu saxta sədaqət oyunları, yalançı göz yaşları, suni imitasiyalar, nəhayət, öz ömrünü başa vurmalıdır... (Pauza.) Mən səni ilk dəfə görəndə düşündüm ki, öz xilaskarımı, öz idealımı tapmışam... Səninlə tanış olduq, oturduq- durduq... Mən sənə vuruldum, sənə bağlandım... Mən anladım ki, sən arvadına nifrət edirsən. Mən də öz ərimə bəslədiyim hissləri səndən gizlətmədim... Fikirləşdim ki, nəhayət, illər uzunu axtardığım adamı tapmışam...
    KİŞİ (dəlicəsinə gülür). Ha-ha-ha! Ha-ha-ha!..
    QADIN (əsəbi). Niyə gülürsən?!.
    KİŞİ (acı-acı gülür). Ha-ha-ha!.. Axtardığını tapmısan?.. Harada?..
    QADIN. Kəs səsini! Hırıldama!..
    KİŞİ. Ha-ha-ha... Axtardığını saunada tapmısan, hə?..
    QADIN. Qoy olsun... “Harada?”… Lap elə sauna olsun... Bəyəm harada görüşməyin bir mənası varmı? Biz nə üçün hər yanda çirkab axtarırıq? Elə öz daxilimizdə də...
    KİŞİ. Axı sənin istəyin nədir?.. Sənin ağlın üstündədir, yoxsa?.. Bəlkə, doğrudan da, biz birbirimizi düzgün başa düşməmişik? Bəlkə, mən səni anlamıram? Bəlkə, sən xəstələnmisən? Bəlkə də, mən özüm...
    QADIN. Mən bundan sonra ətrafdakı adamları yamsılamaq istəmirəm. Mən hamı kimi olmaq istəmirəm... Olduğum kimi olmaq istəyirəm...
    KİŞİ. Hamı kimi olmaq istəmirsən?.. Bunun mənə nə dəxli? Bir də ki başa düşmürəm, “hamı” deyəndə sən kimi, nəyi nəzərdə tutursan?
    QADIN. Meymun kimi bir-birini yamsılayan ikiayaqlıları… İndi aydın oldu? Mənim belələrinə heç “ikiayaqlı” deməyə də dilim gəlmir...
    KİŞİ. Heç nə anlamıram...
    QADIN. Niyə anlamırsan, niyə? Bir-birilərinə nifrət etdikləri halda bir otaqda, bir yataqda eşələnən canlıları deyirəm... Lap elə sənin özünü deyirəm. Lap elə sənin arvadını nəzərdə tuturam... Axı sizi heç nə bağlamır… Artıq mənim geriyə yolum yoxdur... Mən buradan heç yerə gedən deyiləm.
    KİŞİ. Soruşmaq ayıb olmasın: sən məni zorla özünə ər etmək istəyirsən?
    QADIN. Zorla?.. Bəlkə də, lap elə zor güclə... Hə, nə olsun? Bəzən xəstəni zorla müalicə edirlər, əməliyyat aparırlar. Elə uşağı da zorla, döyə-döyə tərbiyə edirlər. Xoşbəxtlik heç vaxt öz ayağı ilə gəlmir ki!.. Onu da zorla əldə edirlər...

    Telefon zəngi. Kişi dəstəyi götürür.

    KİŞİ (dəstəyi götürür). Eşidirəm... (Pauza.) Oldu. İndi gəlirəm.
    Sağ olun. (Dəstəyi qoyur.) Məni çağırırlar. Getməliyəm.
    QADIN. Gedə bilərsən. Amma tez qayıt. Sən gələnəcən mən də evi yır-yığış edərəm. Süpürgə-zad haradadır? Hər tərəf tör-töküntüdür ki...

    Qadın çantasını götürüb yan otağa keçir. Kişi təəccüblə onun arxasınca baxır. Qadın qapını arxadan bağlayır. Kişi dəstəyi bursa da, qapı açılmır.

    KİŞİ (qışqırır). Axı sən mənim yataq otağımda nə axtarırsan?!. Sən kimsən axı?.. Sən, doğrudan, gicsən, yoxsa özünü gicliyə qoyubsan?!. Deyəsən, dünyanın bütün gicləri axtarıb məni tapır... Aç qapını, aç! Eşidirsən?.. Karsan?.. Mən getməliyəm. Məni çağırıblar... Aç! Aç! (Qapının dəstəyini dartışdırır).
    QADIN (içəridən). Qışqırma! İndi gəlirəm...

    Qapı açılır. Qadın görünür. O, toy (və ya bal) geyimindədir. Musiqi. Mendelsonun təntənəli musiqisini xatırladan şən musiqi sədası altında Qadın rəqs etməyə başlayır. Kişi geri çəkilsə də, Qadın ona yaxınlaşıb əllərini irəli uzadır. Kişi duruxur, tərəddüd edir... Qadın ona təzim edir. Kişi sanki məcburən onun əlindən tutub rəqsə qoşulur. Get-gedə rəqsin tempi, sürəkliliyi artır... Kişi kədərli, Qadınsa şəndir. Nəhayət, rəqs başa çatır. Telefon zəngi. Kişi dəstəyi götürür.

    KİŞİ (dəstəyə). Hə, mənəm! (Pauza.) Mən isə səni nəinki gör mək, heç səsini belə eşitmək istəmirəm... (Pauza.) Bəli! Əcəb eləyirəm! Rədd ol! Qurtardıq.

    Kişi dəstəyi qoyur, Qadın ona yaxınlaşır.
    QADIN (onun qolundan tutur). Bilirəm, arvadın idi... Axır ki, sən həqiqəti dilinə gətirdin. Özündə iradə tapıb ürəyindən keçənləri deyə bildin... İndi sən olduğun kimisən...
    KİŞİ (qışqırır). Əl çək məndən! Nə istəyirsən, nə?..
    QADIN. Sakit ol! Cəsurlar sadə və təmkinli olurlar... (Pauza). Mən xəbərçiliyi xoşlamasam da, sənə bir şey deyim. Qulaq as. Biz saunada olanda mən qəribə bir şeyin şahidi oldum... Sən üstümə hücum çəkəndə mən qapıdan bayıra qaçmaq istədim. Amma ora kiçik bir otaq imiş. Sənin tanışın, saunada işləyən kişini deyirəm, həmin vaxt orada yox idi. Amma stolun üstündə televizor vardı. Və o televizorda lüt bədənlər görsənirdi... Məncə, saunanın içində kameralar quraşdırılıb, oraya gələn adamları lentə alırlar...
    KİŞİ (sarsılır). Necə?.. Saunaya gələnləri lentə çəkirlər. Deməli, mənim arvadımı da... Bu nə biabırçılıqdır?.. Bu nə rüsvayçılıqdır?!.
    QADIN. Sakit ol, ə-sə-bi-ləş-mə...
    KİŞİ. Mən getməliyəm... Tez ol...
    QADIN. Mən buradayam... Mən heç yerə gedən deyiləm. Lap məni öldürsən də...

    Kişi qəzəblə onu süzür. Nəsə fikirləşib qapıya yaxınlaşır. Hiddətlə bayıra çıxır. Şaqqıltı ilə arxadan qapını bağlayır. Musiqi.
    Qadın bal (toy) geyiminin üstündən sumkadan çıxartdıdığı xalatını geyir. Süpürgəni götürüb mənzili səliqəyə salmağa başlayır. Qapı döyülür. Qadın gözcükdən bayıra baxır.

    QADIN SƏSİ (bayırdan). Aç qapını...
    QADIN. Açar məndə deyil...
    QADIN SƏSİ (bayırdan). Sən kimsən orada?..
    QADIN. Mən? Mən bu evin gəlini! Yəqin, sən cer-cehizini aparmağa gəlmisən, hə?..
    QADIN SƏSİ. İfritə! Aç qapını deyirəm! Bəs o alçaq haradadır?
    Yoxsa qorxusundan gizlənib?..
    QADIN. Xeyr, o alçaq deyil! O, qorxaq da deyil. O, mərd, cəsur adamdır... Mən elə buna görə sevib-seçmişəm onu. Sən düz-əməlli tanımadığın adamı təhqir etmə. Bu, yaxşı xasiyyət deyil...
    QADIN SƏSİ (bayırdan). Sən nə axtarırsan mənim evimdə?.. Sən kimsən axı?..
    QADIN. Sənə nə lazımdır? Keçmiş ərin sənin pal-paltarlarını yığıb divanın üstünə atıb. Mən onları necə verim sənə? Axı indi açar məndə deyil. Deyəsən, səndə də açar yoxdur, hə? Neyləyim, o, qapını bağlayıb getdi. O məni hamıya qısqanır… Mən indi bir növ məhbusam burada... Məhəbbət məhbusu...
    QADIN SƏSİ (bayırdan). Ah, alçaq, vicdansız, şərəfsiz, biqeyrət...
    QADIN. Sən gəl təhqirə keçmə. Mən öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üstündə qurmaq istəməzdim. Amma neyləyim? Bu da bir qismətdir, taledir... Mən indi çox xoşbəxtəm... Hə, istəyirsən, sənin pal-paltarını eyvandan üzüaşağı atım! Eşidirsən?!. Aşağı düş, eyvanın altında gözlə! İndi aşağı tullayacağam... Eşidirsənmi
    məni?..

    Bayırdan pillələri enən addım səsləri eşidilir. Qadın divanın üstündəki pal-paltarları özünün sumkasına yığıb eyvana yaxınlaşır. Sumkanı eyvandan aşağı atıb, geri qayıdır. Musiqi sədası altında mənzili yır-yığış edir. Qapı açılır. Kişi əlində çanta içəri daxil olur.

    KİŞİ. Mən hər şeyi aydınlaşdırdım...
    QADIN. Hər şeyi? Sən nə barədə danışırsan?
    KİŞİ. Sauna barədə... Orada çəkilmiş lent... Yaxşı ki, sən bunu mənə vaxtında dedin… Mən gedib o əclafı tapdım, o lenti çəkəni deyirəm. Köhnə tanışımdır... Dedim ki, alçaq, indi səni boğub öldürəcəyəm. O, qorxusundan hər şeyi boyuna aldı... Doğrudan da, saunaya gəlib-gedən adamları videoya çəkirmişlər... Alçaqlar... Həqiqətən, mənim arvadım biz orada olanda saunaya gəlibmiş...
    QADIN. Keçmiş arvadın...
    KİŞİ. Yaxşı, qulaq as... Mən o it oğlu iti xirtdəkləyib çəkilmiş lenti gətirtdim. Lentə elə oradaca baxdım. Arvadım...
    QADIN. Keçmiş arvadın...
    KİŞİ. Lap elə olsun “keçmiş!” Sənə nə var?..
    QADIN. Yaxşı, davam elə... Ə-sə-bi-ləş-mə!..
    KİŞİ. Mənim arvadım... arvadım saunaya öz rəfiqəsi ilə gedibmiş. Mən o lenti özümlə gətirmişəm...
    QADIN. Bəyəm sən özünü içəri təpəndə görməmişdin ki, arvadın orada kişi ilə çimir, yoxsa qadınla?..
    KİŞİ. Orada göz-gözü görürdü ki?.. Mən heç öz arvadımın sir-sifətini düz-əməlli seçə bilmişdim ki? Hər tərəf tüstü-duman idi. Buğ aləmi bürümüşdü...
    QADIN. Bəs oradan səni niyə təpikləyib çıxartdılar? Bəyəm arvadının yanındakı o kişi, yəni sənin sözünlə desək, o qadın, belə güclü imiş?!
    KİŞİ. Axı mənim arvadımın rəfiqəsi idmançıdır... O, kultristdir, yəni əzələ oynadan... Onlar birləşib məni saunadan qovdular...
    QADIN. “Qovdular”! Ha-ha-ha!.. Bəlkə, “döydülər” deyəsən?.. Hə?.. Bu necə ola bilər?.. Sən iki cavan-cüssəli oğlanı yumruğunun altına salıb əzişdirirsən, amma iki qadının öhdəsindən gələ bilmirsən?!.. Hə?..
    KİŞİ. Budur, lent buradadır...
    QADIN. Bəyəm lenti montaj etmək elə çətindir?..
    KİŞİ (qışqırır). Kəs səsini! Bir də axı sən kimsən ey?.. Məni istintaqa çəkmisən... Mənim arvadım...
    QADIN. O gəlmişdi...
    KİŞİ. Kim?
    QADIN. Sənin keçmiş arvadın...
    KİŞİ. Nə vaxt?..
    QADIN. Bayaq...
    KİŞİ. Bəs hara getdi?.. Hanı o?..
    QADIN. Mən nə bilim? Dedim ki, ərimin işi oldu, getdi... Qapı bağlı idi... Nə əcəb onun açarı yoxdu?..
    KİŞİ. İfritə!..
    QADIN. Sən keçmiş arvadını bu cür çağırırsan?..
    KİŞİ. Yox, sənsən ifritə!... Onda həmişə cəmi bir açar olur. Mənsə bayaq qıfılların hamısını bağlamışdım. O haraya getdi? Bilmədin ki?..
    QADIN. Yox. Nəyimə lazımdır? Hə, pal-paltarlarını eyvandan atdım bayıra, rədd olub getdi. Axı o səni sevmirdi... Siz nə vaxtacan yalançı “sevgi-sevgi” oyunu oynayacaqdınız?.. Doğrudanmı insan bütün ömrü boyu rola girməlidir?.. Axı bu yalanın, bu saxtakarlığın bir sonu olmalı idi, ya yox?!.
    KİŞİ. Sən məni, mənim ailəmi ləkələmək istəyirsən...
    QADIN. Mən?!. Qətiyyən! Bəyəm səni keçmiş arvadını saunaya mən aparmışam?..
    KİŞİ. İftira danışma! Mən o saunada çəkilən lentlərin çoxunu özümlə gətirmişəm... Orada nəhəng bir filmoteka vardı. Mən o yaramazın şefini tapa bilmədim... Hələ gör bir onların başına nə oyun açacağam?!.
    QADIN. Onların nəyinə gərəkmiş o lentlər? Bəlkə, porno- film-zad çəkirmişlər?.. Yoxsa onlar hansı məqsədlə girişiblər bu işə?..
    KİŞİ. Tamahkarlıq məqsədilə. İmkanlı adamları saunada gizli kameralarla çəkib şantaj etmək, külli miqdarda pul qoparmaq məqsədilə... Bəlkə, elə mən özüm də elə bu şantajın qurbanı olmuşam?!. Çünki məni sıxma-boğmaya salanda yuxarıdan dedilər ki, əllərində bəzi-bəzi faktlar var... Guya eyş-işrətlə məşğul olmuşam... Axı mən gizlətmirəm, arabir həqiqətən öz dostlarımla oraya, o saunaya gedirdim... İndi mən lazımi yerlərdə sübut edərəm kimin “eyş-işrətlə” məşğul olduğunu. Gör bir nə yolla pul qazanmaq, dolanmaq istəyirlər? Doğrudanmı, bu dünyada yaşamağın yalnız bir yolu var: alçaqlıq yolu?..
    QADIN. Yoxsa sən keçmiş arvadınla barışmaq istəyirsən?.. KİŞİ. Mən ondan üzr istəməliyəm... Səhvimi etiraf etməliyəm...
    Nə üçün arvadım mənə görə əzab çəkməlidir?..
    QADIN. Siz hər ikiniz əzab çəkirsiniz... Bu, doğrudur... Amma bu əzab başqa şeyə görədir. Siz bir-birinizə nifrət edirsiniz... Siz bir-birinizi didməyə, parçalamağa hazırsınız... Bax o əzabın kökündə də elə bu dayanır...
    KİŞİ. Cəfəng şeylər uydurursan... Yaxşısı budur, çıx get... Əlim-ayağım dəyməmiş... Yoxsa sənin üçün pis olar...
    QADIN. Ha-ha-ha!.. Mənə hədə-qorxu gəlirsən?!. Nə sən buradan çıxıb gedəcəksən, nə də mən...
    KİŞİ. Rədd ol!.. Sən mənim həyatımı zəhərləmək istəyirsən...
    QADIN. Xeyr! Mən sənə xoşbəxtlik gətirmişəm. Mən səni tanımasam belə, illər uzunu sevmişəm... Axtarıb-arayıb zorla, həm də az qala təsadüfən tapmışam... Elə sən də ömrün uzunu məni soraqlamısan. Biz indi bir-birmizə qovuşmuşuq. Sən öz səadətinə çatmısan. Sən ömrün boyu ləyaqətli, namuslu, ecazkar bir qadınla yaşamaq arzusunda olmusan. Elə deyilmi? İndi o qadın sənin qarşın- dadır! Mən sənə heç vaxt xəyanət etməyəcəyəm. Mən səni həmişə sevəcəyəm. Səni oxşayacaq, əzizləyəcək, sənə son nəfəsimədək sadiq qalacağam... (Pauza.) Axı ilk görüşümüzdə sən mənə nələr deyirdin, nələr?.. İlahi, elə o anlardaca mən qət etdim ki, yox, bu görüş adi bir görüş, təsadüfi bir tanışlıq deyil. Bu, qəzavü-qədərdir, bu, alın yazısıdır. Sən mənim olmalısan, mənim!
    KİŞİ. Rədd ol! İfritə! Sən iblissən, sən şeytansan. Yaxınlaşma mənə. Uzaq dur məndən.

    Kişi hiddətlə Qadını süzür. Musiqi. Vals çalınır. Qadın bayaq əyninə geydiyi xalatı soyunur, bal paltarında qalır və təmkinli, asta addımlarla ona yaxınlaşır, ona sığınır, onu qucaqlayır. Kişi duruxur. Elə bil o nədənsə əzab çəkir. Kişi Qadının nəvazişindən mütəəssir olsa da, özünü ələ alır. Geri çəkilir. Qadın dəlicəsinə qəhqəhə çəkib yenidən ona doğru addımlayır. Kişi qışqırır: “Rədd ol!”. Qadın gülür. Kişi hiddətlənir. Ətrafa boylanır. Əlini uzadıb sanki onu boğmaq istəyir. Qadın qəzəb dolu gülüşlə onu təqib edir... Və Kişi qəfildən Qadını şillə ilə vurur. Qadın müvazinətini itirir, yenə ona doğru addımlayır. Qapı döyülür. Kişi ayaq saxlayır. Qadın qapıya yaxınlaşır.

    QADIN SƏSİ (bayırdan). Aç qapını, aç! Eşitmirsən?!. QADIN. Bu qapı sənin üzünə heç vaxt açılmayacaq... QADIN SƏSİ. Axı sən kimsən?
    QADIN. Mən mələyəm... Mən göylərdən gəlmişəm... Mən bu evə, bu evin sahibinə xoşbəxtlik gətirmişəm. Biz indi dünyanın ən xoşbəxt adamlarıyıq!
    QADIN SƏSİ (bayırdan). İfritə! Sən mələk yox, iblissən... QADIN (gülür). Ha-ha-ha! Qoy olsun... Əsas məsələ budur ki, biz xoşbəxtik... (Kişiyə.) Elə deyilmi?!.

    Pilləkəndə ayaq səsləri, Deyəsən, bayırdan səsi gələn qadın çıxıb gedir... Qadın şok vəziyyətinə düşmüş Kişiyə yaxınlaşır. Kişi geri çəkilir. Qadın yenə onu təqib edir. Kişi eyvana doğru addımlayır.

    KİŞİ. Dayan! Mənə yaxın gəlmə! Deyəsən, doğrudan da, mən indi xoşbəxtliyin kandarındayam...
    QADIN. Elədir... Özü də lap bir neçə addımlığındasan... (Qollarını yana açır.) Tələs, tez qovuş öz səadətinə, xoşbəxtliyinə... Bu sənin alın yazındır... Elə mənim də...
    KİŞİ. İnsan öz xoşbəxtliyindən də intihar edə bilər... QADIN. Elədir... Xoşbəxtlik bəzən ölümə bərabər olur.

    Qadın Kişiyə yaxınlaşır. Kişi eyvana çıxır. Qapını öz arxasınca örtür. Az sonra ağır, küt bir tappıltı səsi gəlir. Deyəsən, Kişi eyvan- dan özünü yerə atır. Qadın heyrətlə qapını açıb eyvana çıxır. Kişi orada yoxdur. Musiqi. Qadın eyvana açılan qapıdan çıxır. Qapı Qadının arxasınca örtülür. Yenə tappıltı eşidilir. Deyəsən, Qadın eyvandan özünü yerə atır. İşıqlar öləziyir, sönür. Az sonra işıqlar təzədən yanır... Kişinin mənzilinin sütunları. Amma bu mənzil- də nəyinsə dəyişdiyi hiss olunur: Kişi və Qadın heykəlləri sanki canlanır. O heykəllər Kişi və Qadını xatırladır. Evin tavanı həmin heykəllərin çiyni üstündə dayanıb. Musiqi səsi get-gedə azalır.

    Pərdə

    SON















    MARİAN ÇÖKƏKLİYİ

    Birpərdəli pyes-duet
    (absurd)


    İştirakçılar:
    Qarapencəkli Kişi
    Ağpencəkli Kişi



    İri bir otaq.
    Musiqi səslənir.
    Səhnənin dərinliyində əvvəlcə Ağpencəkli Kişi görünür. O, əynindəki yağmurluğu və əlindəki çətiri asılqandan asır.
    Onun arxasınca Qarapencəkli Kişi daxil olur. O, əynindəki yağmurluğu soyunub haradansa asmaq istəyir, ora-bura baxır. Amma, deyəsən, burada cəmi bir asılqan var və həmin asılqandan Ağpencəkli Kişinin yağmurluğu ilə çətiri asılıb . Buna görə də Qarapencəkli Kişi yağmurluğunu qolunun üstünə atır.
    Ağpencəkli Kişi sağ divardan asılmış güzgüyə yaxınlaşır, özünü səliqəyə salır, bir-iki mimika göstərir, əli ilə üzünü sığallayır, dilini çıxarır.
    Qarapencəkli Kişi də eyzən onun hərəkətlərini təkrar edir.
    Hiss edilir ki, onlar bir-birinin burada olmasından xəbərsizdir.
    Divardan asılmış ekranda (və ya televizorda) orkestr çalır, şən musiqi səslənir.
    Nəhəng divar saatındakı əqrəblər səhərin yeni açıldığını “xəbər verir”.
    Qarapencəkli Kişi və Ağpencəkli Kişi qollarını yana açıb sanki oynamaq və ya idman etməyə hazırlaşırlar. Elə bu dəm musiqi susur, onlar bir-birini görüb əllərini yanlarına salırlar.
    Ağpencəkli Kişi asta, amma inamlı addımlarla Qarapencəkli Kişiyə yaxınlaşır, onlar bir müddət döş-döşə dayanırlar. Sonra Qarapencəkli Kişi yavaş-yavaş dalı-dalı çəkilir və nəhayət divara söykənir.
    Ağpencəkli Kişi əlini Qarapencəkli Kişinin çiyninə qoyub bir müddət diqqətlə onun üzünə baxır və sonra səs eşidirmiş kimi ətrafa boylanır.
    Qarapencəkli Kişi də onun kimi ətrafa nəzər salır.

    Ağpencəkli Kişi. Nədir? Nə olub? Ora-bura niyə boylanırsan? Bəlkə bu otaqda bizdən başqa yenə kimsə var?
    Qarapencəkli Kişi. Mən heç nə deyə bilmərəm. Amma hər şey ola bilər.
    Ağpencəkli Kişi (ətrafa boylanır). Bəli, hər şey ola bilər.
    Qarapencəkli Kişi (ətrafa boylanır). Yox, məncə, heç kəs yoxdur.
    Ağpencəkli Kişi. Bura bax, üstündə telefon, maqnitofon yoxdur ki?
    Qarapencəkli Kişi. Yox. Necə bəyəm?
    Ağpencəkli Kişi. Heç... Qəribə adamlar var.
    Qarapencəkli Kişi. Harada?
    Ağpencəkli Kişi. Bu dünyada.
    Qarapencəkli Kişi. Mən sizinlə razıyam.
    Ağpencəkli Kişi. O gün yanımda bir adam gəlmişdi. Ordan-burdan söhbət etdik. Müəyyən suallar verdim. Sən demə, səsimi yazırmış.
    Qarapencəkli Kişi. Haraya?
    Ağpencəkli Kişi. Maqnitofona.
    Qarapencəkli Kişi. Gərək sizi əvvəlcədən xəbərdar edəydi. Düz etməyib.
    Ağpencəkli Kişi. Kim?
    Qarapencəkli Kişi. Həmin adam.
    Ağpencəkli Kişi. Ona görə də mən bundan sonra qəbul etdiyim adamları soyundurmaq qərarına gəlmişəm.
    Qarapencəkli Kişi. Kişiləri, ya qadınları?
    Ağpencəkli Kişi. Əlbəttə, kişiləri. Qadınları heç soyundurmaq olar?
    Qarapencəkli Kişi. Düz deyirsiz. Onlar özləri soyunmalıdır.
    Ağpencəkli Kişi. Əlbəttə, əgər özləri bunu istəsələr.
    Qarapencəkli Kişi. İndi mən nə edim? Bu yağmurluğu haradan asım?
    Ağpencəkli Kişi (küncdəki asılqaını göstərir, oradan çətir asılıb). Mənim otağımda cəmi bir asılqan var, o da gördüyün kimi, boş deyil.
    Qarapencəkli Kişi. Hə, oradan yağmurluqla çətir asılıb.
    Ağpencəkli Kişi. Yaxşı, bəs onda nə etməli? ..
    Qarapencəkli Kişi. Mən bununla bağlı bir təklif vermək istəyirəm.
    Ağpencəkli Kişi (yaxınlaşıb diqqətlə onu süzür). Buyur. Qısa və konkret.
    Qarapencəkli Kişi. Adamları bura dəvət edəndə çağırış vərəqinə bir qeyd də əlavə edin.
    Ağpencəkli Kişi. Nə qeyd?
    Qarapencəkli Kişi. Orada yazın ki, dəvət olunanlar özləri ilə asılqan da gətirsinlər.
    Ağpencəkli Kişi. Ağlabatan təklifdir. Qısa və konkret.
    Qarapencəkli Kişi. Bəli. Qısa və konkret.
    Ağpencəkli Kişi. Yaxşı, indi de görüm, mən səni hansı məsələ ilə əlaqədar çağırmışam?
    Qarapencəkli Kişi. Qətl hadisəsinə görə.
    Ağpencəkli Kişi. Meşədə?
    Qarapencəkli Kişi. Bəli?
    Ağpencəkli Kişi. Xatırladım. Doğrudur, sən adam öldürməkdə şübhəli bilinirsən.
    Qarapencəkli Kişi. Mən ötən dəfə demişdim, yenə təkrar edirəm: mənim bu cinayətdə heç bir günahım yoxdur.
    Ağpencəkli Kişi. Sən dostunla ova getmisən, hadisə də orada baş verib. Düzdürmü?
    Qarapencəkli Kişi. Düzdür.
    Ağpencəkli Kişi. Bəs deyirsən ki, bu qətldən xəbərim yoxdur.
    Qarapencəkli Kişi. Mən nə vaxt belə söz dedim ki?..
    Ağpencəkli Kişi. Elə indicə.
    Qarapencəkli Kişi. Mən dedim ki, bu cinayətdə heç bir günahım yoxdur. Vəssalam.
    Ağpencəkli Kişi. Sən dostunu qətlə yetirmisən. (Qarapencəkli Kişiyə yaxınlaşır). Bəlkə sən onunla heç dost-zad da olmamısan.
    Qarapencəkli Kişi. Biz dost olmuşuq.
    Ağpencəkli Kişi. Qoşalülədən atəş açılıb. Silah onun adınadır. Bəs sən niyə silahsız getmisən ova?
    Qarapencəkli Kişi (geri-geri addımlayır). İki silaha nə ehtiyac?
    Ağpencəkli Kişi (onun üstünə sarı yeriməkdədir). Sənin yerli-dibli silahın olmayıb?
    Qarapencəkli Kişi. Mən peşəkar ovçuyam.
    Ağpencəkli Kişi. Bəs onda niyə ova silahsız getmisən?
    Qarapencəkli Kişi. Bizdə silah var idi.
    Ağpencəkli Kişi. Hə, bildim niyə belə etmisən?
    Qarapencəkli Kişi. Nəyi?
    Ağpencəkli Kişi. Silahsız getməyinin səbəbini bildim. Sən dostunu onun öz silahı ilə vurmusan. Hesab etmisən ki, bunu intihar kimi qələmə vermək olar.
    Qarapencəkli Kişi. Yox, o, intihar etməyib.
    Ağpencəkli Kişi. Ay sağ ol. Bax, bunu düz dedin. (Gəzişməyə başlayır). Sonacan düz danışsan... Bu, sənin xeyrinə olar.
    Qarapencəkli Kişi. Çalışaram.
    Ağpencəkli Kişi. Necə bilirsən, silah sənin dostunun nəyinə gərək idi?
    Qarapencəkli Kişi. O, bu tüfəngi ov etmək üçün almışdı.
    Ağpencəkli Kişi. “Ov etmək üçün”... Maraqlıdır. (Ayaq saxlayıb diqqətlə kişini süzür). Bura bax, get yağmurluğunu oradan as.
    Qarapencəkli Kişi. Axı orada asılqan yoxdur.
    Ağpencəkli Kişi. Get mənim asılqanımdan as...
    Qarapencəkli Kişi. Sizin yağmurluğun üstündən?
    Ağpencəkli Kişi. Bəli.
    Qarapencəkli Kişi. Bu, böyük şərəfdir.

    Qarapencəkli Kişi asılqana yaxınlaşır. Qolunun üstündəki yağmurluğu Ağpencəkli Kişinin yağmurluğunun üstündən asır. Bir müddət hər iki yağmurluğu səliqəyə salıb, sanki onların tozunu alır, sonra geri qayıdır. Onlar üz-üzə dayanırlar.

    Ağpencəkli Kişi. Hə, indi hər şeyi təfsilatı ilə danışa bilərsən. Deməli, bir tüfənglə iki nəfər ova gedir.
    Qarapencəkli Kişi. Bəli. Elədir.
    Ağpencəkli Kişi. Gələcək qatil peşəkar ovçudur.
    Qarapencəkli Kişi (bilmək olmur ki, sual, yoxsa hökm verir). Siz də peşəkar ovçusuz.
    Ağpencəkli Kişi. Hələlik söhbət məndən yox, səndən gedir.
    Qarapencəkli Kişi. Daha doğrusu, mənim dostumdan. Bəli, o, qətlə yetirilib. Bunu heç kəs inkar edə bilməz.
    Ağpencəkli Kişi. Məndə hadisə yeri ilə bağlı çoxlu materiallar, fotoşəkillər var.
    Qarapencəkli Kişi. Mən də vaxtilə o yerlərdə çoxlu fotoşəkillər çəkmişəm. Gözəl, mənzərəli yerlərdir.
    Ağpencəkli Kişi. Mənzərənin bura nə dəxli? Adam ölüb...
    Qarapencəkli Kişi. O, özü ölməyib ki. Qətlə yetirilib.
    Ağpencəkli Kişi. Hiss olunur ki, bu, qətiyyən, təsadüfi qətl deyil.
    Qarapencəkli Kişi. Hər şey ola bilər.

    Ağpencəkli Kişi stola yaxınlaşır. Siyirmədən bir dəstə foto-şəkil çıxarır. O, şəkillərlə bağlı danışarkən böyüdülmüş fotolar divardan asılmış ekranda göstərilir. Kişi əlinə götürdüyü çubuqla şəkilləri göstərir.

    Ağpencəkli Kişi. Təsəvvür edək ki, biz indi həmin meşədəyik. Bax, hadisə burada baş verib. Mənzərə sənə tanış gəlirmi?
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Sən burada dayanmışdın, elə deyilmi?
    Qarapencəkli Kişi. Bəli. Amma bir az aşağıda.
    Ağpencəkli Kişi. Qoy olsun burada. Razısanmı? O, öz tüfəngini sənə verdi. Doğrudurmu?
    Qarapencəkli Kişi. Mən özüm xahiş etdim ki, o, tüfəngi mənə versin.
    Ağpencəkli Kişi. Özün xahiş etdin? Məqsədin nə idi?
    Qarapencəkli Kişi. Mən atəş açmaq istəyirdim...
    Ağpencəkli Kişi. Kimə?
    Qarapencəkli Kişi. Heyvana.
    Ağpencəkli Kişi. Bəyəm orada heyvan var idi?
    Qarapencəkli Kişi. Meşənin dərinliyində əvvəlcə bir xışıltı eşidildi, sonra qaraltı göründü. Bu, çaqqal idi...
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. Mən tüfəngi ondan alıb sinəmə sıxdım.
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. O, bir az irəli yeridi.
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. O, bir az qorxaq adam idi.
    Ağpencəkli Kişi. Bəs sən necə? Qorxaq deyilsən ki?
    Qarapencəkli Kişi. Nədən qorxmalıyam ki? Çaqqaldan?
    Ağpencəkli Kişi. Lap elə olsun çaqqaldan.
    Qarapencəkli Kişi. Mən vaxtilə vəhşi ayı ilə üz-üzə gəlmişəm. O ki ola çaqqal... Çaqqal yırtıcı heyvan deyil ki. Meşə çaqqalsız olmaz.
    Ağpencəkli Kişi. Çaqqal var ki, gödən yırtır, canavarın adı bədnamdır.
    Qarapencəkli Kişi. Hə, düz deyirsiz, çaqqal bəzən çox qorxulu olur. Özü də ac olanda.

    Ağpencəkli Kişi gedib seyfdən tüfəngi çıxarır.

    Ağpencəkli Kişi. Bu, sənin atəş açdığın silahdır, düzdürmü.
    Qarapencəkli Kişi (silaha baxır). Bəli. Deyəsən...
    Ağpencəkli Kişi.”Deyəsən” nədir? Bu qundaq, bu lülə, bu çaxmaq...
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Onda bu şəklə bir də baxaq. Demək, o, səndən arxada dayanmışdı.

    Böyüdülmüş foto divardan asılmış ekranda göstərilir.

    Qarapencəkli Kişi. Xeyr, o irəlidə, mənsə arxada dayanmışdım.
    Ağpencəkli Kişi. Yaxşı. Olsun. Sən onun arxasında dayanmısan. Amma ona öndən atəş açılıb.
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Yəqin ki, o, üzü sənə tərəf dayanıbmış. Hər halda sən atəş açdığın zaman...
    Qarapencəkli Kişi. Xeyr. O, irəlidə idi. Bax burada. (Əli ilə şəkli göstərir). Bəli, bəli, burada. Amma mən bu tərəfi yox, tam əks tərəfi nişan aldım.
    Ağpencəkli Kişi. Hansı tərəfi?
    Qarapencəkli Kişi. Bax bu yanı. Buranı.
    Kişi. Qaraltı o tərəfdə idi?
    Qarapencəkli Kişi. Bəli.
    Kişi. Güllə qaraltıya dəydimi?
    Qarapencəkli Kişi. Mən yalnız nişan aldım.
    Ağpencəkli Kişi. Sonra...
    Qarapencəkli Kişi. Mən elə bu zaman bir atəş, onun ardınca da bir qışqırtı eşitdim.
    Ağpencəkli Kişi. Yəqin onda iki dəfə atəş açmısan.
    Qarapencəkli Kişi. Yox. Atəş başqa yerdən açıldı.
    Kişi. Boş-boş danışma... İki dəfə atmısan.
    Qarapencəkli Kişi. Bura baxın, niyə üstümə şər atırsız? Mən cəmi bir dəfə atmışam.
    Ağpencəkli Kişi. Bəlkə sən heç qoşalülə tüfəngin nə olduğunu da bilmirsən hə?..
    Qarapencəkli Kişi. Mən?
    Ağpencəkli Kişi. Bəli, sən.
    Qarapencəkli Kişi. Mən qoşalülənin də nə olduğunu yaxşı bilirəm, güllənin də, qırmanın da. Yəqin ki, bunları siz də bilirsiz.
    Ağpencəkli Kişi. Təbii... Bilirəm.
    Qarapencəkli Kişi. Ova gedirsiz?
    Ağpencəkli Kişi. Arada gedirəm.
    Qarapencəkli Kişi. Sonuncu dəfə nə vaxt olmusuz?
    Ağpencəkli Kişi. Harada?
    Qarapencəkli Kişi. Ovda. Meşədə...
    Ağpencəkli Kişi. Bazar günü. Daha doğrusu, ötən bazar.
    Qarapencəkli Kişi. Qəribədir, biz də oraya bazar günü getmişdik.
    Ağpencəkli Kişi. Ayın on üçündə.
    Qarapencəkli Kişi. Bəli. Nəhs gün idi.
    Ağpencəkli Kişi. Baxır kiminçün. Mən on üç rəqəmini sevirəm.
    Qarapencəkli Kişi. Yəqin ki, siz ova tək gedirsiz.
    Ağpencəkli Kişi. Bəli. Sən bunu haradan bilirsən?
    Qarapencəkli Kişi (bilmək olmur ki, sual, yoxsa təsdiq mənasında deyir). Siz ova həmişə tək gedirsiz.
    Ağpencəkli Kişi. Bəli. Həmişə tək gedirəm. Nə olsun ki?
    Qarapencəkli Kişi. Hiss olunur.
    Ağpencəkli Kişi. Hiss olunan nədir ki?
    Qarapencəkli Kişi. Siz dediniz ki, ova tək gedirsiz.
    Ağpencəkli Kişi. Bəli, dedim.
    Qarapencəkli Kişi. Mən də dedim ki... “hiss olunur.”.
    Ağpencəkli Kişi. Suala cavab ver, de görüm, sən əvvəllər ova kiminlə getmisən?
    Qarapencəkli Kişi. Tək getmişəm.
    Ağpencəkli Kişi. Bəs indi səni nə məcbur etdi ki, ova dostunla gedəsən?
    Qarapencəkli Kişi.Mən dostumun sözündən çıxa bilmədim.
    Ağpencəkli Kişi. Tutaq ki, buna da inandım. Onda sən belə bir suala cavab ver: əgər dostun ov etmək istəyirdisə, onda niyə çaqqala məhz sən atəş açmaq qərarına gəlmisən?
    Qarapencəkli Kişi. Çünki o vaxt tüfəng mənim əlimdə idi?
    Ağpencəkli Kişi. Niyə məhz sənin?
    Qarapencəkli Kişi. İkimizin bir silahımız var idi. Həmin vaxt tüfəng ya onun əlində olmalı idi, ya da ki mənim.
    Ağpencəkli Kişi. Yox, bu adi bir məsələ deyil. Məncə səbəbi ayrı məsələdə axtarmaq lazımdır.
    Qarapencəkli Kişi. Həmin an tüfəng mənim dostumun da əlində ola bilərdi. Bu, həm də bir təsadüf... Yox, görürəm siz bu “təsadüf” sözünü sevmirsiz. Yaxşı, olsun qismət, qəzavü-qədər.
    Ağpencəkli Kişi. Sən qismət, qəzavü-qədər deyilən şeyə inanırsan?
    Qarapencəkli Kişi. Kim inanmır ki? Bəyəm sən inanmırsan?
    Ağpencəkli Kişi. Əlbəttə, inanıram. Qismən.
    Qarapencəkli Kişi. Mən isə ürəkdən inanıram. (Əlini tüfəngə sarı uzadır). Özü də necə?..
    Ağpencəkli Kişi (tüfəngi qapır). Dayan. Sən nə edirsən?
    Qarapencəkli Kişi. Mən tüfəngə baxmaq istəyirəm.
    Ağpencəkli Kişi. Bax də. Elə buradan bax. Sənə tüfəng etibar etmək olar?
    Qarapencəkli Kişi. Bəyəm onun içində güllə var ki?
    Ağpencəkli Kişi. Gərək mütləq güllə olsun?
    Qarapencəkli Kişi. Tüfəngsiz güllədən istifadə etmək olur bəyəm?
    Ağpencəkli Kişi. Niyə olmur ki? Bunun elə qundağı da silahdır. Hələ dəmir lüləsini demirəm.
    Qarapencəkli Kişi. Bilirsiz, nə var? Bu, o gün mənim əlimə götürdüyüm tüfəngə oxşamır.
    Ağpencəkli Kişi. Bu, sənin atəş açdığın silahdır.
    Qarapencəkli Kişi. Mən bu tüfəngdən atəş açmamışam.
    Ağpencəkli Kişi. Yox bir, mən atəş açmışam.
    Qarapencəkli Kişi. O gün mən əlimə aldığım silahın qundağı bomboz idi.
    Ağpencəkli Kişi. Bəs bu necə, boz deyil?
    Qarapencəkli Kişi. Bu, bir az tutqundur. Amma o bomboz idi.
    Ağpencəkli Kişi. Sənin üzün kimi.
    Qarapencəkli Kişi. Qoy olsun.
    Ağpencəkli Kişi. Olsun.
    Qarapencəkli Kişi. Mən dəqiq bilirəm ki, bu, həmin silah deyil.
    Ağpencəkli Kişi (tutulur). Necə yəni həmin tüfəng deyil? (Seyfə yaxınlaşır. Oradan başqa bir tüfəng çıxarır). Sən bəlkə bunu deyirsən?
    Qarapencəkli Kişi (diqqətlə tüfəngə baxır). Hə, bax mənim əlimdəki bu tüfəng olub.
    Ağpencəkli Kişi. Bunun bir fərqi var ki? O, yaxud bu. Tüfəng elə tüfəngdir. Hər ikisi odlu silahdır. Fakt budur ki, sən adam öldürmüsən.
    Qarapencəkli Kişi. Xeyr. Yalandır.
    Ağpencəkli Kişi. Yaxşı, onda belə deyim: sənin açdığın atəşdən adam ölüb.
    Qarapencəkli Kişi. Belə şey olmayıb.
    Ağpencəkli Kişi.Olmayıb? Adam ölməyib?
    Qarapencəkli Kişi. Adam ölüb. Amma o, mənim açdığım atəmdən yox...
    Ağpencəkli Kişi. Yadda saxla ki, yalan ifadə vermək cəzanı daha da ağırlaşdırır.
    Qarapencəkli Kişi. Mən sizə kömək etmək istəyirəm.
    Ağpencəkli Kişi. Necə yəni, “kömək”?
    Qarapencəkli Kişi. İstəyirəm ki, həqiqət üzə çıxsın.
    Ağpencəkli Kişi. Köməyin nədən ibarət olacaq?
    Qarapencəkli Kişi. Həqiqəti danışmaqdan.
    Ağpencəkli Kişi. Elə isə etiraf etmək lazımdır.
    Qarapencəkli Kişi. Bəli. Doğrudur.
    Ağpencəkli Kişi. Atəş bu tüfəngdən açılıb.
    Qarapencəkli Kişi. Gəlin əvvəlcə meşənin vəziyyəti ilə tanış olaq.
    Ağpencəkli Kişi. “Meşənin vəziyyəti”... (Gülür). Meşə bizə nəyisə deyəcək yəqin...
    Qarapencəkli Kişi. Elə həqiqəti meşə deyə bilər. Bax biz burada dayanmışdıq.
    Ağpencəkli Kişi. Burada.
    Qarapencəkli Kişi. Bəli. Deməli, həmin gün siz də ovda olmusuz.
    Ağpencəkli Kişi. Bunun mətləbə nə dəxli?
    Qarapencəkli Kişi. Dəxli odur ki, siz ovda olmusuz.
    Ağpencəkli Kişi. Olmuşam.
    Qarapencəkli Kişi. Biz maşını bu yolda saxlamışdıq.
    Ağpencəkli Kişi. Mən isə tam əks tərəfdə olmuşam.
    Qarapencəkli Kişi. Əks tərəf buradır. Onda maşını burada saxlamısız.
    Ağpencəkli Kişi. Orada yox, burada.
    Qarapencəkli Kişi. Qoy olsun bura.
    Ağpencəkli Kişi. Sən yenə səhv edirsən. Bax, burada.
    Qarapencəkli Kişi. Biz sübh tezdən getmişdik.
    Ağpencəkli Kişi. Mən isə günorta getmişdim.
    Qarapencəkli Kişi. Biz günortayacan meşədə gəzib-dolaşdıq.
    Ağpencəkli Kişi. Elə-belə, boş-boşuna?
    Qarapencəkli Kişi. Hə. Mən təbiəti sevirəm.
    Ağpencəkli Kişi. Bəs o necə?
    Qarapencəkli Kişi. Kimi deyirsiz?
    Ağpencəkli Kişi. Mərhumu deyirəm... O da səninlə birlikdə idi?
    Qarapencəkli Kişi. Bəli. O, ova ilk dəfə idi ki, gedirdi. Onun vecinə deyildi?
    Ağpencəkli Kişi. Nə?
    Qarapencəkli Kişi. Deyirəm ki, ətraf aləm onun vecinə deyildi.
    Ağpencəkli Kişi. Sənsə təbiəti sevirsən.
    Qarapencəkli Kişi. Bəli. Çox.
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. Sonra azacıq yağış çilədi.
    Ağpencəkli Kişi. Yağışın məsələyə nə dəxli? Siz özünüz nə etdiniz?
    Qarapencəkli Kişi. Hə, sonra biz əyləşib nahar etdik.
    Ağpencəkli Kişi. Harada?
    Qarapencəkli Kişi. Maşının yanında.
    Ağpencəkli Kişi. Deməli, burada.
    Qarapencəkli Kişi. Hə, bax burada əyləşdik. Otun üstə.
    Ağpencəkli Kişi. Ot yaş deyildi bəyəm?
    Qarapencəkli Kişi. Yox.
    Ağpencəkli Kişi. Bu, necə ola bilər? Yağışdan sonra yaşıl otun üstündə əyləşib nahar edirsiz. Ot isə yaş deyil. Bu, necə olur?
    Qarapencəkli Kişi. Mən haçan dedim ki, yaşıl otun üstə əyləşdik? Bir bura baxın. Bu, nədir?
    Ağpencəkli Kişi. Ot tayası. Nə olsun ki?
    Qarapencəkli Kişi. Tayadakı ot necə olur. Yaş ya quru?
    Ağpencəkli Kişi. Olsun quru.
    Qarapencəkli Kişi. Bax, biz o tayadakı otdan bir çəngə qoparıb yerə atdıq, onun üstündə əyləşdik.
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. Sonra süfrə açdıq.
    Ağpencəkli Kişi. Yaşıl otun üstündə?
    Qarapencəkli Kişi.Yox, qəzetin üstdə.
    Ağpencəkli Kişi. Qəzet yaş olmadı bəs? Axı yağış yağmışdı.
    Qarapencəkli Kişi. Qəzeti otun üstə sərmişdik.
    Ağpencəkli Kişi. Yaş otun?
    Qarapencəkli Kişi. Yox, quru otun üstə. Axı burada aydın görünür: yaxınlıqda quru ot tayası vardı.
    Ağpencəkli Kişi. Belə çıxır ki, günortayacan yeyib-içmisiz. Yağışın altda...
    Qarapencəkli Kişi. Biz enliyarpaq ağacların altında əyləşmişdik. Oraya az qala yağış damcısı düşmürdü.
    Ağpencəkli Kişi. Bunu bayaqdan de də... Demək ağac sizi yağışdan qoruyub.
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Amma həmin gün mən bir az islandım. Yaxşı, bəs nə yediniz?
    Qarapencəkli Kişi. Çölçülükdür də. Allahın verdiyindən.
    Ağpencəkli Kişi. Bir az dəqiqləşdirin.
    Qarapencəkli Kişi. Nəyi?
    Ağpencəkli Kişi. Nə yediyinizi.
    Qarapencəkli Kişi. Hə. Deyim də. (Əlini alnına qoyub düşünür).Toyuq əti. Salat. Pendir. Üstündən də mineral su içdik.
    Ağpencəkli Kişi. Vəssalam?
    Qarapencəkli Kişi. Hə. Yox. Adama bir-iki qədəh araq da içdik.
    Ağpencəkli Kişi. Həəə... Araq... Aydındır. Səninlə onun arasında düşmənçilik nə vaxtdan başlamışdı.
    Qarapencəkli Kişi. Mən onunla dost idim.
    Ağpencəkli Kişi. Vaxtilə siz bir-birinizlə yumruq davasına çıxmısız.
    Qarapencəkli Kişi. Bu, çoxdanın məsələsidir. Gör aradan neçə il keçib.
    Ağpencəkli Kişi. Cavabdan yayıpnma.
    Qarapencəkli Kişi. Bəli, biz onunla gəncliyimizdə dalaşmışdıq. Sonra?
    Ağpencəkli Kişi. Nə “sonra”? Hə, sonra...
    Qarapencəkli Kişi. Sonra hər şeyi unutduq. Yenə dost olduq.
    Ağpencəkli Kişi. Yaxşı. Deməli, araq içmisiz?
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Sonra isə sən onu nişan almısan.
    Qarapencəkli Kişi. Sonra?
    Ağpencəkli Kişi. Sonra isə sən arxadan atəş açmısan.
    Qarapencəkli Kişi. Atəş onun sinəsindən açılıb.
    Ağpencəkli Kişi. Nə olsun ki?
    Qarapencəkli Kişi. O, irəlidə, bax burada idi.
    Ağpencəkli Kişi. Olsun lap burada.
    Qarapencəkli Kişi. Burada yox, burada.
    Ağpencəkli Kişi. Burada olsun. Sonra?
    Qarapencəkli Kişi. Mən isə buranı nişan almışdım. Axı qaraltı burada idi.
    Ağpencəkli Kişi. Sən sərxoş olmusan. Bəlkə qaraltı-zad da olmayıb. Sadəcə, gözünə görünüb. İçən adamın gözünə çox şey görünür.
    Qarapencəkli Kişi (bilmək olmur ki, sual , ya hökm verir). Siz ova gedəndə içmirsiz.
    Ağpencəkli Kişi. Bunu kim deyir?
    Qarapencəkli Kişi. Siz, ümumiyyətlə içirsiz?
    Ağpencəkli Kişi. Hərdən içirəm.
    Qarapencəkli Kişi. Hətta, ovda da.
    Ağpencəkli Kişi. Hətta, ovda da. Sizin sualınızı cavablandırmaq üçün deyim ki, bəli, həmin gün içmişdim. Ürəyin soyudu?
    Qarapencəkli Kişi (şəkli göstərir). Siz burada dayanmışdınız?
    Ağpencəkli Kişi. Əvvəlcə burada, sonra isə burada. Bax bu talada.
    Qarapencəkli Kişi. Biz isə burada dayanmışdıq. Mən burada, dostum isə orada.
    Ağpencəkli Kişi. Atəş buradan açılıb.
    Qarapencəkli Kişi. Bəs siz özünüz haradan atəş açmısız.

    (Pauza).

    Ağpencəkli Kişi. Mən burada dayanmışdım.
    Qarapencəkli Kişi. Atəş açdığınız yer buradır.
    Ağpencəkli Kişi. Xeyr, mən burada dayanmışdım. Bax, burada. Aralıda.
    Qarapencəkli Kişi. Mən isə burada idim.
    Ağpencəkli Kişi. Sən buradan atəş açmısan.
    Qarapencəkli Kişi. Doğrudur. Mən burada dayanmışdım. Buradan o tərəfə atəş açdım.
    Ağpencəkli Kişi. Bəs bu necə ola bilər?
    Qarapencəkli Kişi. Nə “necə ola bilər”?
    Ağpencəkli Kişi. Sən bu yana atmısan, amma dostun əks tərəfdə durub.
    Qarapencəkli Kişi. Elə söhbət də bundan gedir.
    Ağpencəkli Kişi. Və həmin qaraltını vurmusan.
    Qarapencəkli Kişi. Bəli. Vurduğum çaqqal da məlumdur
    Ağpencəkli Kişi. Çaqqalı vurmusan, amma dostun qətlə yetirilib.
    Qarapencəkli Kişi. Bəli, dostum qətlə yetirilib.
    Ağpencəkli Kişi. Özü də sinəsindən vurulub.
    Qarapencəkli Kişi. Sinəsindən vurulub. Bəli, düzdür.
    Ağpencəkli Kişi. Halbuki onun üzü bu tərəfə olub.
    Qarapencəkli Kişi. Üzü o tərəfə idi. Bəli, siz haqlısız.
    Ağpencəkli Kişi. Məntiqlə güllə onun kürəyindən dəyməli idi.
    Qarapencəkli Kişi. Doğrudur, mən atəş açsam güllə onun kürəyinə dəyməli idi.
    Ağpencəkli Kişi. Bəs niyə sinəsinə dəyib... güllə?
    Qarapencəkli Kişi. Bax, məni də düşündürən elə budur.
    Ağpencəkli Kişi. Qətibədir.

    Söhbətin bundan sonrakı hissəsi bir qədər sürəkli gedir.

    Qarapencəkli Kişi. Siz həmin gün ovda olmusuz.
    Ağpencəkli Kişi. Bəli.
    Qarapencəkli Kişi. Bax burada dayanmısız.
    Ağpencəkli Kişi. Burada yox, orada.
    Qarapencəkli Kişi. Elə mən də oranı deyirəm. Bax bu talada.
    Ağpencəkli Kişi. Bəli. Ora qismən açıq idi, uzaqda duman görünürdü.
    Qarapencəkli Kişi. Duman burada, meşənin üst tərəfində idi.
    Ağpencəkli Kişi. Elədir.
    Qarapencəkli Kişi. Siz buradan atəş açmısız.
    Ağpencəkli Kişi. Bəli.
    Qarapencəkli Kişi. Siz burada dayanan qaraltıya atəş açmısız.
    Ağpencəkli Kişi. Bəli, qaraltı burada idi... məncə.
    Qarapencəkli Kişi. O, çaqqal qaraltısı idi.
    Ağpencəkli Kişi. Bəli, çaqqala oxşayırdı.
    Qarapencəkli Kişi. Amma güllə çaqqala dəyməyib.
    Ağpencəkli Kişi. Yox, güllə çaqqala dəydi. Hətta mən onun ulartısını da eşitdim.
    Qarapencəkli Kişi. O, ulamırdı, inildəyirdi.
    Ağpencəkli Kişi. Çaqqal inildəyirdi?
    Qarapencəkli Kişi. Xeyr, inildəyən mənim dostum idi. Güllə ona dəymişdi.
    Ağpencəkli Kişi. Sənin atdığın güllə?
    Qarapencəkli Kişi. Xeyr, sizin atdığınız güllə onun düz sinəsinə dəymişdi.
    Ağpencəkli Kişi. Mən çaqqala atəş açmışdım. Sən böhtan atırsan. Sənin belə işlərin də var?
    Qarapencəkli Kişi. Atəş buradan açılıb. Dostum burada dayanmışdı.
    Ağpencəkli Kişi. Bəs bu, necə ola bilər?
    Qarapencəkli Kişi. Güllə sizin tüfəngdən atılıb. Mənim dostuma dəyən güllə.
    Ağpencəkli Kişi. Xeyr. Elə şey yoxdur. Sən onda sərxoş olmusan.
    Qarapencəkli Kişi. Bunu dəqiqləşdirmək elə də çətin məsələ deyil. Bir də ki, elə siz də içmisiz o gün.
    Ağpencəkli Kişi. İçmişdim, bəli... Amma hər şeyi olduğu kimi xatırlayıram... (Pauza). Axı mən bu yanda adam görməmişdim.
    Qarapencəkli Kişi. Doğrudur. Siz bizi görməmisiz. Bəlkə heç istəsəniz də görə bilməzdiniz.
    Ağpencəkli Kişi. Bu, necə ola bilər? Mən görmədiyim adama atəş aça bilmərəm ki.
    Qarapencəkli Kişi. Siz, əvvəla, qaçan çaqqala atəş açmısız. İkincisi də biz çökəklikdə idik.
    Ağpencəkli Kişi. Mən çaqqala atmışam...
    Qarapencəkli Kişi. Amma güllə mənim dostuma dəyib.
    Ağpencəkli Kişi. Bəs onda çaqqal...
    Qarapencəkli Kişi. Onu mənim gülləm öldürüb.
    Ağpencəkli Kişi. Hə, hadisə yerindən bir az aralıda çaqqal ölüsü vardı.
    Qarapencəkli Kişi. Həmin çaqqalı mənim gülləm öldürmüşdü. Axı mən dedim ki, çaqqalın bədənindəki gülləni yoxlamaq lazımdır.
    Ağpencəkli Kişi. Çaqqalın bədənində yara vardı, amma güllə yox idi.
    Qarapencəkli Kişi. Hadisə yerinə bir də baxmaq lazımdır. Güllə haradasa yaxında olacaq.
    Pauza.

    Ağpencəkli Kişi. Sən bununla nə demək istəyirsən?
    Qarapencəkli Kişi. Mən faktı xatırladıram.
    Ağpencəkli Kişi. Bunlar, sənin uydurmalarındır, fakt deyil.
    Qarapencəkli Kişi. Mən sizə konkret fakt deyirəm. (Səsini ucaldır). Siz... Daha doğrusu, sən, burada, yəni orada dayanmısan. Atəş buradan açılıb. Mənim dostum burada dayanmışdı. O, sinəsindən vurulub. Onu sən öldürmüsən. Sən... Sən.
    Ağpencəkli Kişi. Nə? Bu nə danışıqdır belə? Sən nə danışdığının fərqindəsən?
    Qarapencəkli Kişi. Əlbəttə. Mən dediyim hər kəlmə üçün məsuliyyət daşıyıram.
    Ağpencəkli Kişi. Sən, daha doğrusu, siz, nəyisə səhv deyirsiz. Mən burada dayanmışdım. (Əli ilə göstərir). Siz isə burada. Mən buradan atəş açmışam. Siz isə bu sıx kolların arasında olmusuz. Lap tutaq ki, sizin dostunuz üzü bu tərəfə, mənim dayandığım talaya sarı olub. Mənim atdığım güllə ona necə dəyə bilər?
    Qarapencəkli Kişi. Bax, elə söhbət də bundan gedir. Məhz bu istiqamətdən atılan güllə dəyib ona.
    Ağpencəkli Kişi. Bu, bəlkə bir başqasının atdığı güllə olub.
    Qarapencəkli Kişi. Xeyr, məhz buradan atılıb həmin güllə. Mən hətta güllənin trayektoriyasını da cıza bilərəm. (Əli ilə göstərir). Bax, güllə belə hərəkət edib, burada aşağı maillənib, burada hədəfə dəyib.
    Ağpencəkli Kişi. Hədəfə?
    Qarapencəkli Kişi. Bəli, hədəfə.
    Ağpencəkli Kişi. Mən çaqqalı hədəfə almışdım.
    Qarapencəkli Kişi. Amma hədəf mənim dostum olub.
    Ağpencəkli Kişi. Sizin öz dotunuzla köhnə ədavətiniz olub.
    Qarapencəkli Kişi. Bəli, olub. Lap çoxdan. Sonra biz bunu unutmuşuq. Barışmışıq. Axı mən bu barədə bayaq sənə danışdım.
    Ağpencəkli Kişi. Siz ondan intiqam almaq istəmisiz.
    Qarapencəkli Kişi. Bəli, bir zaman mənim ürəyimdə ona çox böyük kin olub. Hətta, mən onu məhv etmək istəmişəm.
    Ağpencəkli Kişi. Və məhv etmisiniz.
    Qarapencəkli Kişi. Özün də bilirsən ki, yalan deyirsən.
    Ağpencəkli Kişi. Mən faktlarla danışıram.
    Qarapencəkli Kişi. Doğrudur, indi etiraf edirəm, mən o vaxt, biz küsülü olanda, bir müddət intiqam hissilə yaşamışam. Amma sonra hər şey unuduldu. Biz bir-birimizi anladıq.
    Ağpencəkli Kişi. Və siz təzədən dost oldunuz.
    Qarapencəkli Kişi. Bəli. Təzədən dostlaşdıq onunla. Amma bu gün söhbət başqa bir faktdan gedir.
    Ağpencəkli Kişi. Hansı faktı deyirsiz?
    Qarapencəkli Kişi. Mənim dostumun öldürülməsi faktı...
    Ağpencəkli Kişi. Bu faktı kim inkar edə bilər? Bəli, insan öldürülüb.
    Qarapencəkli Kişi. Bəs o necə öldürüb?
    Ağpencəkli Kişi. O, güllə ilə qətlə yetirilib.
    Qarapencəkli Kişi. Ona kim atəş açıb?
    Ağpencəkli Kişi. Güllə bu tüfəngdən açılıb. (Tüfəngi əlinə alır). Mən bunu dəqiq bilirəm.

    Ağpencəkli Kişi tüfəngi aparıb seyfə qoyur.

    Qarapencəkli Kişi (əlini stolun üstündəki tüfəngə uzadır). Xeyr, səhv edirsən. Güllə bax bu tüfəngdən...
    Ağpencəkli Kişi. Dayanın, nə edirsiz? (Əlini irəli uzadır). Bu, əşyayi-dəlildir.
    Qarapencəkli Kişi. Elə əşyayi-dəlil olduğu üçün göstərmək istəyirəm.

    Gərgin musiqi. Ağpencəkli Kişi tüfəngin lüləsindən, Qarapencəkli Kişi isə qundağından yapışıb dartışdırırlar. Tərəflərdən gah biri, gah da o biri güc göstərir. Tüfəng tez-tez əldən-ələ keçir. Hər iki Kişi süpürləşir, bir-birinə güc göstərirlər. Onlar qışqırır, hədələyici səslərlə bir-birini təhdid etməyə çalışır.

    Ağpencəkli Kişi. Buraxın.
    Qarapencəkli Kişi. Əlini çək.
    Ağpencəkli Kişi. Dayanın. Siz nə edirsiz?
    Qarapencəkli Kişi. Bura ver tüfəngi.
    Ağpencəkli Kişi. Bu kimin tüfəngidir?
    Qarapencəkli Kişi. Mənim tüfəngimdir.
    Ağpencəkli Kişi. İndi sizin tüfəng yoxdur.
    Qarapencəkli Kişi. Sən öz tüfəngini seyfdə gizlədin. Bu tüfəng mənimkidir.
    Ağpencəkli Kişi. Bu tüfəng əslində indi heç kəsə məxsus deyil. Qoy elə qalsın burada.
    Qarapencəkli Kişi. Qoy olsun. Onda sən də əl vurma.
    Ağpencəkli Kişi. Olsun.

    Tüfəngin biri qundağından, biri də lüləsindən tutub ehtiyatla stolun üstünə qoyurlar.
    Atəş səsi eşidilir. Qaranlıq çökür.

    Qarapencəkli Kişi. Bıy, nə oldu?
    Ağpencəkli Kişi. Güllə lampaya dəydi.
    Qarapencəkli Kişi. İşığı yandırmaq lazımdır.
    Ağpencəkli Kişi. Həmin gün meşəyə də qaranlıq çökmüşdü.
    Qarapencəkli Kişi. Bəli. Yadımdadır.


    Meşədə
    Musiqi.
    Səhnə işıqlanır. Quşlar cəh-cəh vurub oxuyur.
    Səhnədə tədricən ağaclar peyda olur-sanki bu ağaclar yerin altından baş qaldırır.

    Ağpencəkli Kişi. Bax, bu da meşə.
    Ağpencəkli Kişi. O isə mənim olduğum taladır.
    Qarapencəkli Kişi. Başını aşağı əy.
    Ağpencəkli Kişi. Nə üçün?
    Qarapencəkli Kişi. Ağacı görmürsən? Gözünə çır-çırpı girər. Ehtiyatlı olmaq lazımdır.
    Ağpencəkli Kişi. Təşəkkür edirəm. Çox diqqətli adamsız.
    Qarapencəkli Kişi. Hə, çatdıq. Bax, biz burada dayanmışdıq.
    Ağpencəkli Kişi. Burada, burada... Mən aparılan təhqiqata əsasən deyirəm bunu.
    Qarapencəkli Kişi. Mən öz dostumla əvvəlcə burada dayanmışdım. Sonra dostum bu tərəfə getdi. Mən özüm isə bax burada durmuşdum. Çaqqalın qaraltısını bax bu tərəfdə gördüm.
    Ağpencəkli Kişi. Qaraltısını, ya özünü?
    Qarapencəkli Kişi. Hər halda, dəqiq bildim ki, o, çaqqaldır. Dedim də, mən peşəkar ovçuyam.
    Ağpencəkli Kişi. Deyirlər, tülkü çaqqaldan hiyləgər olur.
    Qarapencəkli Kişi. Heç dəxli var? Adam var ki, tülküdən də hiyləgərdir.
    Ağpencəkli Kişi. Bəli, belə hiyləgər adamlar var...
    Qarapencəkli Kişi. Özü də elə hiyləgər adamlar olur ki, tülkü belələrinin yanına məsləhətə gələ bilər... Bax bu da bizim dayandığımız çökəklik.
    Ağpencəkli Kişi. Hə, görürəm. Amma mənə bir şey çatmır..
    Qarapencəkli Kişi. Nə?
    Ağpencəkli Kişi. Axı güllə bu çökəkliyə necə düşə bilər?
    Qarapencəkli Kişi. Çox sadə. Oradan atırsan, bura düşür.
    Ağpencəkli Kişi. Axı bura çökəklikdir.
    Qarapencəkli Kişi. Bəli, çökəklikdir. Amma bu Marian çökəkliyi deyil ki. Dayaz bir çökəlikdir.
    Ağpencəkli Kişi. O nədir elə?
    Qarapencəkli Kişi. Marian çökəkliyi? Bu, dünyanın ən dərin çökəkliyidir. Özü də okeanın ortasında.
    Ağpencəkli Kişi. Yaman çoxbilmiş adamsan.
    Qarapencəkli Kişi. Çoxbilmiş deyiləm, amma çox bilənəm.
    Ağpencəkli Kişi. Eşitmisən o məsəli? Deyir, qarğa çoxbildiyindən tələyə düşər.
    Qarapencəkli Kişi. Elə çaqqal da tez-tez tələyə düşür.
    Ağpencəkli Kişi. Çaqqal?
    Qarapencəkli Kişi. Bəli. Çaqqal. Bilirsən çaqqalın tülküdən fərqi nədir?
    Ağpencəkli Kişi. Zahiri fərqi deyirsiz?
    Qarapencəkli Kişi. Yox. Nə zahiri, canım? Alimlər demişkən, söhbət daxili fərqdən gedir.
    Ağpencəkli Kişi. Mən bilmirəm o nə fərqdir elə.
    Qarapencəkli Kişi. İndi izah edim sənə. Çaqqal, adətən, tələdə gördüyü tikəyə tez sahib olmaq üçün çox can atır. Çalışır ki, yemi hamıdan əvvəl qapsın. Amma tülkü kənardan durub onu gözləyir.
    Ağpencəkli Kişi. Gözləyir? Niyə?
    Qarapencəkli Kişi. Bəli. Tülkü gözləyir ki, çaqqal tələyə düşsün, yemə o sahib olsun.
    Ağpencəkli Kişi. Onda çaqqal lap axmaq heyvandır ki.
    Qarapencəkli Kişi. Axmaq, ya ağıllı. Ortada olan fakt budur.
    Ağpencəkli Kişi. Hə, mən xatırladım. Orada uçurumun kənarındakı qayanın üstünə bir qartal qonmuşdu.
    Qarapencəkli Kişi. Bəli. Qartal oyan-buyana vurnuxurdu.
    Ağpencəkli Kişi. Düzdür. O qartalı sən də görmüsən?
    Qarapencəkli Kişi. Əlbəttə, gördüm.
    Ağpencəkli Kişi. Bəyəm bu çökəklikdən o qartal görünürdü?
    Qarapencəkli Kişi. Qartal elə bir quşdur ki, o, hər yerdən aydın görünür... Sən isə bax burada olmusan.
    Ağpencəkli Kişi. Burada uçurum var, mən uçurumun üstdə dayana bilmərəm ki.
    Qarapencəkli Kişi. Hə, onda bir az bu yana çəkil. Bax burada.
    Ağpencəkli Kişi. Hə, çəkildim.
    Qarapencəkli Kişi. Sən bax bura qədər gəlmisən.
    Ağpencəkli Kişi. Bəli, gəlmişəm.
    Qarapencəkli Kişi. Burada səs eşitmisən.
    Ağpencəkli Kişi. Eşitmişəm.
    Qarapencəkli Kişi. Çaqqalı burada görmüsən.
    Ağpencəkli Kişi. Görmüşəm.
    Qarapencəkli Kişi. Bax burada yerə sinmisən.
    Ağpencəkli Kişi. Bir az bu yanda.
    Qarapencəkli Kişi. Hə, olsun bura. Buradan atəş açmısan.
    Ağpencəkli Kişi. Bu tərəfə...
    Qarapencəkli Kişi. Bəli, bu yana. Çaqqal o tərəfə qaçıb, sənsə bu tərəfə atmısan.
    Ağpencəkli Kişi. Sonra ulartı eşitdim.
    Qarapencəkli Kişi. Ulartı, ya inilti?
    Ağpencəkli Kişi. Bəlkə də inilti səsi idi. Təkcə onu xatırlayıram ki, mən bu səsi eşidəndə vahiməyə düşdüm.
    Qarapencəkli Kişi. Aha. Səbəb nə idi?
    Ağpencəkli Kişi. Səbəb? Səbəb meşə idi. Düşündüm ki, meşədə vəhşi heyvanlar da ola bilər.
    Qarapencəkli Kişi. Sonra?
    Ağpencəkli Kişi. Sonra ətrafa göz gəzdirdim. Hər tərəf qaranlıq idi.
    Qarapencəkli Kişi. Onda hava hələ işıqlı idi.
    Ağpencəkli Kişi. Amma nədənsə mənə elə gəldi ki, birdən-birə hər tərəfə zülmət çöküb.
    Qarapencəkli Kişi. Etiraf edim ki, onda mənə də elə gəldi ki, hava birdən-birə tutuldu .
    Ağpencəkli Kişi. Mən qaranlığı heç sevmirəm.
    Qarapencəkli Kişi. Elə mən də.
    Qarapencəkli Kişi. İndi baş verənləri bir daha nəzərdən keçirək. Bax, sən burada dayanmışdın.
    Ağpencəkli Kişi. Burada. Yenə deyirəm, orada yox, burada. Ora oradır, bura isə bura...
    Qarapencəkli Kişi. Bəli, burada. Yaxşı, onda sən başqa bir atəş səsi eşitmədin?
    Ağpencəkli Kişi. Düzünü deyim ki, eşitdim. Elə bildim ki, bu, dərədə əks-səda verən güllə səsidir.
    Qarapencəkli Kişi. Qəribədir, mən də atəş açandan sonra güllə səsi eşitdim. Düşündüm ki, bu, əks-sədadır. Amma tezliklə anladım ki, səhv edirəm. Çünki dostum yerə sərilmişdi. Bildim ki, başqa istiqamətdən güllə atılıb.
    Qarapencəkli Kişi. Mən bu tərəfə atəş açmışam.
    Ağpencəkli Kişi. Bəli. Doğrudur. Bax, mən bu yana atmışam, sən isə bu yana... Mənim atdığım güllə bu yana qaçan çaqqala dəyib. Amma sənin atdığın güllə mənim buradakı dostuma...
    Ağpencəkli Kişi. Bəs nə əcəb o güllə sənə dəyməyib?
    Qarapencəkli Kişi. Bəli, o güllə mənə də dəyə bilərmiş. Mən çökəkliyin bir az dərinliyində olmuşam.
    Ağpencəkli Kişi. Əşi, nə çökəklik-çökəklik salmısan bayaqdan? Elə bil Marian çökəkliyi-zaddır...
    Qarapencəkli Kişi. Düz deyirsən. Haqlısan. Bu dayaz bir çökəklikdir. Marian çökəkliyi zad deyil ki... Bax, sənin atdığın güllə mənim dostumu düz burada yaxalayıb.
    Ağpencəkli Kişi. Sən dəqiq bilirsən ki, o, məhz həmin güllədən ölüb?
    Qarapencəkli Kişi. Əlbəttə. Həmin gün, daha doğrusu, həmin an meşədə iki adam olub: sən və mən.
    Ağpencəkli Kişi. Bəs sənin dostun?
    Qarapencəkli Kişi. Mən silahsız adamı nəzərdə tuturam.
    Ağpencəkli Kişi. Axı silah sənin özünün yox, dostunun olub.
    Qarapencəkli Kişi. Həmin an silah mənim əlimdə idi.
    Ağpencəkli Kişi. Bəlkə sən səhv edirsən? (Eyhamla). Bəlkə həmin an silah sənin dostunun əlində olub.
    Qarapencəkli Kişi. Yox, silah məndə idi. Dəqiq bilirəm.
    Ağpencəkli Kişi. Bəlkə silah onun əlində açılıb? Bəlkə o, intihar edib?
    Qarapencəkli Kişi. Yox. Belə şey olmayıb. İntihar üçün elə bir əsas da toxdu axı. Onu sən vurmusan. Sən vurmusan, o da ölüb. Vəssalam.
    Ağpencəkli Kişi. Mən yaxşı xatırlayıram, lülənin istiqaməti bir qədər bu yana idi. Mən oraya atəş açmamışam. Atəş bu yana açılıb. Bax bura...
    Qarapencəkli Kişi. Xeyr. Lülənin istiqaməti bu yana sarı olub. (Əlini uzadıb tüfəng lüləsinin istiqaməti müəyyənləşdirir). Hə, bax belə.
    Ağpencəkli Kişi. Mən bu istiqamətə baxırdım.
    Qarapencəkli Kişi. Deyəsən, indi hər şeyi xatırlayırsan.
    Ağpencəkli Kişi. Əlbəttə, xatırlayıram. Siz bu yanda, bu kiçik çökəklikdə öz dostunuzla olmusuz. Doğrumu? Mən çaqqalı vurmaq istəyirdim. Çaqqal bu səmtə qaçırdı. Mən qundağı sinəmə sıxıb atəş açmaq istədim. Mənə o anlarda elə gəldi ki, bu meşədə məndən başqa yenə kimsə var...
    Qarapencəkli Kişi. Aha... Bax indi dəqiq söyləyirsən.
    Ağpencəkli Kişi. Mən vahimələnməyə başladım.
    Qarapencəkli Kişi. Bayaq deyirdin ki, inilti səsi eşidəndən sonra vahimələnmisən. Amma indi dediyindən belə çıxır ki, bu vahimə hissi səndə elə əvvəldən olub...
    Ağpencəkli Kişi. İndi xatırladım ki, elə əvvəldən vahimələnməyə başlamışdım.
    Qarapencəkli Kişi. Bax, görürsən, hər şey dəqiqliklə yadına düşür...
    Ağpencəkli Kişi. Əlbəttə. İndi mən hər şeyi xatırlamağa başlayıram. Bir də ki, gərək həqiqəti deyəsən.
    Qarapencəkli Kişi. Həqiqət hər şeyin meyarıdır.
    Ağpencəkli Kişi. Elə vicdan da... Vicdan olmayan yerdə insan da yoxdur.
    Qarapencəkli Kişi. Sonra...
    Ağpencəkli Kişi. Çaqqal bu tərəfə qaçırdı. Mən isə o yanda, o talada dayanmışdım. Nişan alıb atəç açdım. Mən gülləni çaqqala atdım. Siz isə burada dayanıbmışsız. Düzdürmü? Bax, burada.
    Qarapencəkli Kişi. Düzdür.
    Ağpencəkli Kişi. Güllə, mənim açdığım atəş...
    Qarapencəkli Kişi. ...bu yana istiqamətlənib.
    Ağpencəkli Kişi. Hə, bu yana.
    Qarapencəkli Kişi. Ətraflı danış. Çəkinmə. Ən böyük qəhrəmanlıq həqiqəti etiraf etməkdir.
    Ağpencəkli Kişi. Hımmm... Həqiqət. Artıq biz bu barədə danışdıq. Özü də yetərincə...
    Qarapencəkli Kişi. Nə barədə?
    Ağpencəkli Kişi. Həqiqəf-filan və sair...
    Qarapencəkli Kişi. Həqiqərdən böyük nə var ki, bu dünyada?
    Ağpencəkli Kişi. Vicdan. O, hər şeydən üstündür.
    Qarapencəkli Kişi.
    Ömür- ölümün axarı,
    Ölüm-ömürün axırı,
    Allah hər şeydən yuxarı,
    Vicdan Allahdan ucadır.

    Ağpencəkli Kişi. Hə, bu, başqa söhbət. Məni vicdan təhrik edir ki, hər şeyi olduğu kimi deyim.
    Qarapencəkli Kişi. Doğrudan da vicdandan yuxarı heç nə yoxdur.
    Ağpencəkli Kişi. Mən indi özümçün təhlil edib görürəm ki, sizin dediyiniz doğrudur. Mən buradan atəş açmışam. Güllə bu tərəfə istiqamət götürüb. Bu güllə sizə də dəyə bilərdi...
    Qarapencəkli Kişi. Əlbəttə, dəyə bilərdi. Amma mənim dostuma dəyib. Kaş mən olaydım orada, o güllə mənə dəyəydi. Mən neçə vaxtdır ki, əzab çəkirəm. Onun ailəsi elə düşünür ki, onu mən qətlə yetirmişəm. Amma... Amma məni Allah qoruyub.
    Ağpencəkli Kişi. Allah?
    Qarapencəkli Kişi. Əlbəttə, Allah.
    Ağpencəkli Kişi. Bəs bayaq deyirdin ki, vicdan Allahdan ucadır.
    Qarapencəkli Kişi. Söhbət elə ilahi vicdandan gedir də...
    Ağpencəkli Kişi. Sən çox qəliz adama oxşayirsan.
    Qarapencəkli Kişi. Bu qəliz dünyada mən necə olmalıyam ki?
    Ağpencəkli Kişi. Yaxşı, deyin görüm, dostunuz yaralanandan sonra siz nə etdiniz?
    Qarapencəkli Kişi. Güllə düz onun sinəsindən dəymişdi. O, inildəyib yerə sərildi. (Həyəcanla təsvir edir). Mən cəld onun başını dizimin üstünə aldım. Qan sinəsindən bulaq kimi qaynayırdı. Mən onu qucağıma aldım. O, çox ağır idi. Məcbur olub tez-tez ayaq saxlayır, sonra özümü tarazlayıb irəli gedirdim. Axır ki, birtəhər gəlib maşına çatdım. Onu arxa oturacaqda uzatdım.
    Ağpencəkli Kişi. O, ölmüşdümü?
    Qarapencəkli Kişi. Yox, o, hələ can verirdi.
    Ağpencəkli Kişi. Demək, ölməmişdi.
    Qarapencəkli Kişi. Onda hələ sağ idi. Bəs sən həmin vaxt nə etdin?
    Ağpencəkli Kişi. Mən meşəni tərk etdim. Hər tərəf işığa qərq olmuşdu.
    Qarapencəkli Kişi. Qəribədir. Onda mənə də elə gəldi ki, hava birdən-birə açıldı.

    Səhnə işıqlanır.
    Tala. Yaşılıq.
    Ağpencəkli Kişinin əlində tüfəng, Qarapencəkli Kişinin əlində çətir və tüfəng. Hər ikisi yağmurluqda (plaşda).

    Ağpencəkli Kişi. Bax, bu mənim atəş açdığım tala.
    Qarapencəkli Kişi. Doğrudur. Sən bax buradan atəş açmısan.
    Ağpencəkli Kişi. Siz bunu haradan bilirsiz?
    Qarapencəkli Kişi. Bunu faktlar təsdiq edir.
    Ağpencəkli Kişi. Fakt çox şeyi təsdiq edə bilər. Axı mən buradan o çökəkliyə necə atəş aça bilərəm? Gəlin bir özünüz də baxın.
    Qarapencəkli Kişi. Güllə elə şeydir ki, hər yerə düşə bilər. (Boylanır). Bir bax, çökəklik buradan aydın görünür. Çaqqal o tərəfə qaçırdı...
    Ağpencəkli Kişi. Bu tərəfə...
    Qarapencəkli Kişi. Sən o tərəfə atəş açmısan.
    Ağpencəkli Kişi. Yox, siz düz demirdsiz mən bu tərəfə atəş açmışdım...

    Şaqqıltı eşidilir. Onlar diqqətlə ətrafa boylanırlar.

    Qarapencəkli Kişi. Bu, nə səs-küydür? Şax-şəvəl səsi gəlir.
    Ağpencəkli Kişi. Bəlkə meşədə kimsə var?
    Qarapencəkli Kişi. Sakit... Ssssssss...
    Ağpencəkli Kişi. O, nə qaraltıdır elə?
    Qarapencəkli Kişi. Tülküdür. Görürsən?
    Ağpencəkli Kişi. Bəlkə çaqqaldır?
    Qarapencəkli Kişi. Yox... Bu, tülküdür. Mən çaqqalı o gün vurdum, cəhənnəmə vasil oldu.
    Ağpencəkli Kişi. Tüfəngdə güllə olsaydı indi bunu da göndərərdimm onun dalıyca. (Tüfəngi qaldırır). Gərək güllə götürəydim.
    Qarapencəkli Kişi. Hə, indi hansı səmtə atəş açdığını dəqiq göstərə bilərsən. Bura hadisə yeridir.
    Ağpencəkli Kişi. Əslində hadisə yeri oradır, dostunun qətlə yetirildiyi çökəklik. Nəydi onun adı?
    Qarapencəkli Kişi. Marian çökəkliyi...
    Ağpencəkli Kişi. Doğrudur.
    Qarapencəkli Kişi. Lüləni belə tut. O gün bu səmtə atmısan. Lüləni bir az yuxarı qaldır.
    Ağpencəkli Kişi. Belə?
    Qarapencəkli Kişi. Ay sağ ol. Bax belə. Əlbəttə, qundağı da sinənə möhkəm sıxmısan.
    Ağpencəkli Kişi. Doğrudur. Qundağı sinəmə sıxıb nişan aldım.
    Qarapencəkli Kişi. Lüləni o yana tut.
    Ağpencəkli Kişi. Nişan aldım (Qarapencəkli Kişini nişan alır) .Və tətiyi çəkdim. Part, part, part... Vəssalam...

    Atəş səsi eşidilir. Qarapencəkli Kişi yerə sərilir.

    Qarapencəkli Kişi. Sən nə etdin?
    Ağpencəkli Kişi. Sənə nə oldu?.. Deyəsən, zarafat edirsən?
    Qarapencəkli Kişi (Əlini sinəsinə qoyub yerində qıvrılır). Offf... Ölürəm...
    Ağpencəkli Kişi. Bu, nədir belə? Səni kim vurdu?
    Qarapencəkli Kişi. Sən... Sən vurdun məni?..
    Ağpencəkli Kişi. Axı bu tüfəngdə güllə yox idi? (Diqqətlə əlindəki tüfəngə baxır). Yox, səni mən vurmadım. Bəlkə sən intihar etdin?.. Niyə susursan? Sən niyə belə etdin? Niyə?

    Musiqi. Ağpencəkli Kişi əyilib bir kənara düşmüş tüfəngi Qarapencəkli Kişinin sinəsinin üstünə qoyur.
    Musiqi dəyişir.
    Yənə tamaşanın əvvəlindəki otaq.
    Ağpencəkli Kişi görünür. O, əynindəki yağmurluğu və əlindəki tüfənglə çətiri asılqandan asır. Sonra divardan asılmış güzgüyə yaxınlaşır, özünü səliqəyə salır, bir-iki mimika göstərir, əli ilə üzünü sığallayır, dilini çıxarır. Qollarını yana açıb musiqinin ritminə uyğun olaraq rəqs edir.
    PƏRDƏ
    Son
    Oktyabr. 2014





    ÜÇ CANAVAR

    (Dörd bölmədən ibarət pyes içində pyes-pritça)

    İştirak edənlər:

    ODQAPAN (MARIQ)
    MƏRDANƏ (QIVRAQ)
    DOSTANƏ (BOZAQ)

    Proloq əvəzi

    Canavar yaxud qurd (lat. Canis) ‒ yırtıcı, it cinsindən olan məməli heyvan. Ciddi elmi tədqiqatlar sübut edir ki, canavarlar indiki ev itlərinin ulu “valideynləri” olmuşlar. Canavarın qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanlarıdır. Qışda əsasən dırnaqlı heyvanlar, yayda isə xırdaonurğalılar, habelə həşəratlar və meyvə gilələri onların qida rasionunu təşkil edir.
    Adətən yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər.
    Canavarlar ilkin pleystosen mərhələsində ‒ 1 800 000 il əvvəl meydana gəlmişdir. Mitoxondrial DNT-nin tədqiqi müəyyən etmişdir ki, canavarların ən azı 4 geneoloji xətti var ki, onlardan da ən qədimi gecikmiş pleystosen mərhələsinə aid olan Afrika xəttidir. Ən son xəttdə tibet canavarları meydana gəlmişdir. Canavarın boğazlıq (hamiləlik) müddəti 63-65 gündür. 5-6 bala doğur. Bala dünyaya gələnə qədər erkək canavar dişisinin rahatlığı üçün əlindən gələni edir. Bunun üçün əvvəlcə erkək, yerin altında bir yuva düzəldir və yorulmadan yuvanı və yuvaya gedən lağımı qazmağa başlayır. Lağımın uzunluğu adətən 9-10 metr olur. İşini başa çatdırdıqdan sonra isə hamilə “yoldaşını” yeraltı yoldan keçirərək yeni “ev”inə aparır. Burada onu hər cür təhlükədən mühafizə edərək 2 ay müddətində öz dişisinə sədaqətlə qulluq edir. Erkək qurd gecələr ova çıxır, əlinə nə keçirsə, toxunmadan, bütün qəniməti dişisinə gətirir. Beləcə, 2 ayın tamamında bala dünyaya gəlir. Daha doğrusu, balalar. Çünki qurdların bir dəfəyə 4-dən 10-a qədər balası olur.
    Balalar doğulduğu zaman gözləri görmür. Çəkik, mavi gözlər qurd balası doğulduqdan doqquz gün sonra gün işığını görməyə başlayır. Başlanğıcda balalarını ana südü ilə qidalandıran ana, iki həftə sonra onları süddən kəsir. Bundan sonra isə qəribə bir qidalanma taktikası başlayır. Balaların dişləri çıxmadığından, həmçinin mədələri möhkəm qidaya hazır olmadığından ana qurd mədəsindəki yarı həzm olunmuş qidaları qusaraq balalarını bununla doyuzdurur. Bir müddət sonra isə heyvanlar bərabər qaydada verməyə başlayır. Balalar 3 həftəliyində ana və ata birlikdə, balaları yuvadan çölə çıxarır və onlara bundan sonra gündəlik həyata qatılaraq ovlamağı, başlarına çarə qılmağı öyrədirlər.
    Qurdlardayeni balası olan qurd ailəsinə çox qəribə bir diqqət olur. Məsələn, balaları olan erkək qurd bir gün ov tapa bilməmişsə, o günü ətrafdakı qohum və qonşu qurdlar öz ovlarından həmin ailəyə pay aparırlar.
    Qurdların arasında ailə bağları çox qüvvətlidir. Dişisi və balaları yuvada yatdıqları zaman erkək qurd bir təpənin başında oturaraq keşik çəkir. Hər hansı bir təhlükə hiss etdiyi anda isə ilk öncə kəsik-kəsik hürərək ailəsinə “öz dillərində” xəbər çatdırır, daha sonra ucadan ulayaraq düşməni uzaqlaşdırmağı bacarır.
    Balalar böyüyənə qədər ailədə bol sevgi nümayişi gözə dəyir. Ailənin bir üzvü tələyə düşmüş olsa, qohumları onu qurtarmaq üçün əllərindən gələni edərlər.
    Dişi qurdlar erkəklərə nisbətən daha tez böyüyürlər. Erkək qurd üç yaşından əvvəl yetkin sayılmasa da, iki yaşındakı dişi qurd artıq bala doğmağa hazır olur. On-on iki yaşına çatmış qurd qocalmağa başlayır və qurdların ən uzun ömürlüsü 20 iləcən yaşayır.
    Qurdların bədənin uzuqluğu 100-160 santimetr (quyruqsuz), quyruğu 30-60 santimetr, hündürlüyü 80-100 santimetr. Çəkisi 30 - 80 kiloqram. Baş və sifətləri uzunsovdur, dişləri iti və mişarvaridir. Qulaqları dik və sivridir. Çox iti iybilmə qabiliyyətləri vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Onlar səhralardan tutmuş yüksək dağ ərazilərinədək məskən sala bilirlər.
    Gecə vaxtı fəaldırlar, ərazidə yaşayan əksər heyvanlarla qidalanırlar. Ac canavar 10 kiloqram ət yeyə bilər, adi sutka normasını isə 2-6 kilqram təşkil edir. Cütləşmə vaxtından başqa, canavarlar 6-10 fərddən ibarət olan sürülərlə yaşayırlar. Sürüdə iyerarxiyaya ciddi riayət edilir. Sürünün başçısı əksər halda erkək olur (“alfa” canavarı). Sürüdə onu dik duran quyruğundan tanımaq olar. Dişilər arasında da “alfa canavarı” vardır, o adətən sürü başçısından qabaqda gedir. Təhlükə olanda və ya ov vaxtı, “alfa” canavarı sürüyə başçılıq edir.
    İyerarxiya pilləkənın nisbətən aşağı pilləsində sürü üzvləri və tək canavarlar yerləşir. Ən aşağı pillədə isə böyümüş bala canavarlar qərarlaşırlar, onlar yalnız iki ildən sonra sürünün üzvü olacaqlar. Böyük canavarlar daim başçı canavarların gücünü yoxlayırlar. Nəticədə, böyümüş canavarlar iyerarxiya pilləkəninin yuxarı pillələrinə qalxır, qoca canavarlar isə aşağı pillələrdə özlərinə yer tuturlar. Bu cür inkişaf etmiş sosial struktur ovun effektivliyini daha da artırır.
    Canavarlar heç vaxt öz qurbanlarını güdmürlər, onu ancaq qovurlar. Heyvanı təqib edərkən canavarlar kiçik qruplara bölünürlər. Ovlanmış heyvan sürüdə oynadığı rola əsasən sürü üzvləri arasında bölünür. Ovda iştirak edə bilməyən qoca canavarlar, sürünün arxası ilə gedir və qalan yeməklə kifayətlənirlər.
    Canavarlar təbiətdə yeganə canlı varlıqlardı ki, erkək dişiyə, yaxud da əksinə, xəyanət etmir. Onlardan biri öldükdə digəri dəstədən ayrılır, ömrünün sonuna qədər də tənha yaşayır və yalquzağa çevrilir.
    Canavarların çox maraqlı və pozulmaz “qanunları” var. Onlar həmin “qanunlardan” kənar addım atmırlar. Qaydaları pozan canavarı dəstənin qarşısında digər qurdlar parçalayar. Canavar dəstəsinin başçısı bütün mənalarda dəstə üzvlərindən çevik olur. Görəndə ki, başçı qocalıb, dəstədə ondan bacarıqlısı var, “əmr verir”, dəstə üzvləri onu parçalasınlar. Bundan sonra dəstənin qabağına uzanır. Dəstə üzvləri bu “əmri” yerinə yetirməyə borcludurlar.
    Tədqiqat(çı)lar göstərir ki, meşələrdə, dağlarda heç vaxt canavar leşinə rast gəlmək olmur. Çünki canavarlar hansısa səbəbdən ölümcül vəziyyətdə olan qurdların leşini təbiətə buraxmır, onu yeyirlər ki, onun təbiətdə izi qalmasın.
    Canavar ən təkmilləşmiş yırtıcıdır. O, maşından, silahlı adamdan və s. asanlıqla qoruna və gizlənə bilir. Bəzən yaxınlıqda olan sürünün hesabına qidalandıqdan sonra daha ona yaxınlaşmırlar.
    (Ensiklopedik məlumat kitablarından)
    p.s. Canavarları həyatından bəhs edən bu kiçik parça (məlumat) tamaşanın başlanğıcında ekranda yazılı şəkildə və ya “qaçan sətirlərlə” təqdim oluna bilər. Əgər belə bir texniki imkan olmazsa, həmin mətnin səhnə arxasından oxunması da məqbuldur. Bu işi başqa qaydada- proqram və ya press-relizdə yazılmaqla da həyata keçirmək olar...
    p.s. Daha sərfəli bir variant da var: əsəri tamaşaya hazırlayan rejissor məşq boyu Odqapanın dili ilə canavarların başlıca əlamət və cəhətlərini bu mətn vasitəsi ilə izah edə bilər.


    “Dərə”

    Mədəniyyət evinin səhnəsi. Yığcam dekorasiya: ağaclar, uzaqda meşə, kaha, çay.
    Mərdanə və Dostanə ayaq üstə.
    Onlar uşaqlar üçün hazırlanan bir alleqorik tamaşanın məşqini etməyə hazırlaşırlar.

    Mərdanə. Ağlın bu işdən nə kəsir?
    Dostanə. Eh, mənim ağlım var ki? Ağlım olsaydı... Mərdanə. Ağlına nə gəlib ki? Maşallah...
    Dostanə. Ağlım olsaydı, elə vaxtında, doğrudan da, artist olardım. Əsl artist... Ta mədəniyyət evinin belə həvəskarı yox... Bilirsən, nə səsim vardı?
    Mərdanə. Sənə kim mane oldu?
    Dostanə. Ərim ölmüş qoydu ki, olum? Dedi ki, oxuyan-oynayan qadınlardan zəhləm gedir.
    Mərdanə. Hə, onda sən aktyor yox, müğənni olmaq istəyirmişsən.
    Dostanə. Nə fərqi var ki? Elə hər ikisi artistdir də...
    Mərdanə. Fərqi çoxdur... Müğənnilər yaxşı pul qazanır, aktyorlarsa quru maaşa baxırlar.
    Dostanə. Bilirəm. Amma bilirsən, ərim məni kimə görə boşadı?
    Mərdanə. O boşadı, ya sən özün boşandın?
    Dostanə. İndi bunun bir fərqi var ki? Yox...
    Mərdanə. Düz deyirsən. Fərqi yoxdur... Yaxşı, onda sual belə olsun: bəs nə üçün boşandınız?
    Dostanə. Mərdanə, vallah, desəm, gülməkdən ölərsən. (Gülür). Bəlkə də, inanmazsan...
    Mərdanə. De, mən də görüm gülməlidir, ya yox...
    Dostanə. Oxuyanları bəyənməyən ərim, görüm onun papağı yerə girsin, məni boşayıb oxuyanla evləndi.
    Mərdanə. Oxuyanla? O kimdir elə, ay Dostanə?
    Dostanə. Müğənnidir. Toylarda oxuyan bir gözəlçədir.
    Mərdanə. Doğrudan da, gülməlidir. (Gülür.) Görünür, bu da bir dəbdir. İndi adamlar nifrət etdiklərini daha çox sevirlər.
    Dostanə. Vallah, sənin dediyindən heç nə anlamadım. Çox qəliz danışırsan.
    Mərdanə. Ola bilər. Bəzən çox sadə şeylər mürəkkəb görünür. (Gülür.) Yaxşı, balam, bu Odqapan harada qaldı, görəsən?
    Dostanə. Bilmirəm. Dedi ki, tez qayıdacağam.
    Mərdanə. Bəlkə, o gələnəcən məşqlərimizi edək?
    Dostanə. Hə, də... Vaxtımızı niyə itiririk?
    Mərdanə. Başlayaq?
    Dostanə. Başladıq.
    Mərdanə. Qoy bir canavarın maskasını, pal-paltarını geyim. Maskasız olmaz...
    Dostanə. Düz deyirsən. Yoxsa canavar bizdən inciyər... Mərdanə. Hə, başladıq.
    Dostanə. Replika...

    Musiqi. Onlar cəld canavar maskasını və əlbəsəsini geyirlər.

    Mərdanə. Mən neçə gündür ki, acam.
    Dostanə. Hələ məni demirsən, bacılı. Bir azdan soyuqlar düşəcək. Səni deyə bilmərəm, amma mən isti havalarda düz-əməlli yeməyəndə soyuq havalarda çox pis hala düşürəm.
    Mərdanə. “Pis hal” sən nəyə deyirsən axı?
    Dostanə. Yəni qışda tez-tez xəstələnirəm, qar yağanda elə hey burnumun suyu axır.
    Mərdanə. Onda sənə baxanda mən xeyli dözümlüyəm ki... (Gərdiş edir.) Bəzən günlərlə dilimə ət dəymir, amma birtəhər dözürəm.
    Dostanə. Dözsən, yaxşıdır. Bir də ki nə edə bilərik? Biz elə əzəldən dözümlü heyvanlarıq.
    Mərdanə.Ta demə...
    Dostanə. Yenə əvvəllər birtəhər yaşamaq olurdu. Bizim sürünün başçısı Təkgöz olanda ovlanan heyvanlardan hərəmizə bir tikə düşürdü. Amma indi...
    Mərdanə. Amma biz bu Topalı özümüzə başçı seçəndən sonra hamımız ac qalırıq.
    Dostanə. Əvvəla, hamımız yox. Çünki indi də hər gün təzə ət yeyənlər də var. İkincisi də, onu biz başçı seçməmişik ki. Tay-tuşları, yaxın dostları seçib. Bizim sürüdə qayda belədir: yalnız güclüləri başçı seçirlər.
    Mərdanə. Bunu bilirəm. Əslində, elə bütün sürülərdə başçı belə seçilir. İş burasındadır ki, sənin bu Topal qonşun yalnız öz balalarını, bir də yaxın dostlarını düşünür.
    Dostanə. Düz deyirsən, Təkgöz bundan yaxşı idi.
    Mərdanə. O çox yaxşı canavar idi. Gözü tək olsa da, hamımıza eyni gözlə baxırdı.
    Dostanə. Onun vaxtında qanun-qayda vardı. Sağlam, güclü canavarlar hər gecə ova gedər, heç vaxt da əliboş qayıtmazdılar.
    Mərdanə. Elə biri mənim ərim... Heç bilirsən, o necə rəhmli, ürəyiyumşaq qurd idi.
    Dostanə. Bilirəm. Özü də dost, qohum, qonşu qədri bilən idi.
    Mərdanə. Ərim öz ovunun boğazından yapışıb çiyninə atar, düz birbaşa Təkgözün yuvasının ağzına gedərdi. Təkgöz də hərənin paynı necə lazımdı bölərdi. Eh, o vaxt etibar, sədaqət vardı. (Mərdanəyə yaxınlaşıb “pəncəsini” onun çiyninə qoyur.) İndi hanı elələri? Vaaaar? Varmı, ay Qıvraq?
    Dostanə. Yooox... Beləsi nə gəzir, ay Bozaq? İndikilər əllərinə bir şey düşən kimi ya birbaşa Topalın yuvasına gedir, ya da ovu elə yoldaca gəmirib həzm-rabedən keçirirlər.
    Mərdanə. Ta fikirləşmirlər ki, bu ac canavarlar da yemək istəyir. Onların xəstəsi var, əlili var, zəlili var, körpəsi var...
    Dostanə. Dişisi var, ikicanlısı var.
    Mərdanə. Topal ovu təkbaşına yeyənlərə ağır cəza verir. Dostanə. Təkgözsə belə şeyə dözmürdü.
    Mərdanə. Təkgöz ovu sürüdən xəlvət yeyənlərə divan tuturdu. Amma Topal ovu ondan xəbərsiz yeyənləri cəzalandırır. Deyir ki, birinci mənim payımı gətirməli, sonra özünüz yeməlisiniz .
    Dostanə. Bizim kimi qorxaqlara bu da azdır.
    Mərdanə. Biz nə edə bilərik ki?
    Dostanə. Məsələ təkcə bizdə deyil ki. Tutaq ki, biz zəif cinsə aidik. Bəs o cavan, güclü, erkək canavarlara nə deyirsən?
    Mərdanə. Onlar Topaldan çəkinir.
    Dostanə. Niyə?
    Mərdanə. Bəyəm bilmirsən niyə? O hər yuvanın ağzına özünün bir dostunu qoyub. Kim öz mağarasında bir balaca narazı-narazı mırıldanırsa, əlüstü ona, o zalım Topala xəbər verirlər. O da belələrinin yemini kəsir.
    Dostanə. Elədir. Görəsən, ona niyə Topal deyirlər? Axı ayaqları güclü, qolları qüvvətlidir.
    Mərdanə. Bəli, o hələ çox güclüdür. Tapal onun adı deyil ki?
    Dostanə. Bəs nəyidir?
    Mərdanə. Bu onun soyadıdır...
    Dostanə. Bıy... Nə yaxşı, dedin. Mən bunu bilmirdim. Yaxşı, bəs onun öz adı nədir?
    Mərdanə. Becit...
    Dostanə. Belə de... Becit? Deməli, Becit Topal. Həm becitdir, həm topal. Pis səslənmir.
    Mərdanə (ucadan). Yaşasın əzizimiz Becit Topal.
    Dostanə. Anlamadım. Bu nə üçündür?

    Zəng səsi. Dostanə telefonu götürüb dinləyir. Sonra trubkanı yerinə qoyur.

    Dostanə. Odqapandır. Dedi ki, məşqinizi edin, bir azdan gəlirəm.

    Onlar maskalarını çıxarırlar.

    Mərdanə. Sənin xoşuna gəlir bu rol?
    Dostanə. Canavarı deyirsən?
    Mərdanə. Hə də... Əlbəttə, canavarı deyirəm.
    Dostanə. Əsl mənim rolumdur. Narazılıq üçün bir əsas yoxdur.
    Mərdanə. Doğrusu, bu cür rolları xoşlamıram. Hayıf deyil Dezdemona, Ledi Maqbet, Ofeliya... Yoxsa bu nədir, canavar, tülkü...
    Dostanə. Mən isə əksinə, elə bu cür alleqorik rolları sevirəm. Artıq adamları oynamaqdan bezmişəm. Heyvanat aləmi daha maraqlıdır.
    Mərdanə. Mən ta bu cür rollarda çıxış etməyəcəm. Odqapana da demişəm.
    Dostanə. Bəs o nə dedi? Razılaşdı səninlə?
    Mərdanə. Dedi ki, tələsmə, səbrli ol... Mənimki faciə rollarıdır. Mən klassik rolları sevirəm.
    Dostanə. Mən isə bu cür rolların ölüsüyəm... Bilirsən, bu əsər lərdə necə sətiraltı mənalar olur?
    Mərdanə. Mən üstüörtülü söhbətləri sevmirəm. (Gülür.) Mən aşkarlıq adamıyam.
    Dostanə. İndi aşkar sözü yalnız üstüörtülü demək olar.
    Mərdanə. Yox ey, söhbət indiki, yaxud gələcək dövrdən getmir ki... Mən, ümumiyyətlə, sənətdən danışıram.
    Dostanə. Eh, Mərdanə, indi əsl sənət var ki? Hərdən düşünürəm ki, yəqin, elə bütün dövrlərdə bu cür olub.
    Mərdanə. “Bu cür”, yəni nə cür?
    Dostanə. Yəni sənət bir az eyhamlı, sirli olmalıdır.
    Mərdanə. Sən eyham nəyə deyirsən ey?
    Dostanə. Məsələn, hansısa aktrisanın rejissora gizli eyhamı. (Gülür.) Axı belə şeylər olur.
    Mərdanə. Əlbəttə, olur. Yəqin ki, sən rejissor deyəndə Odqapanı nəzərdə tutursan.
    Dostanə. Zarafat edirəm. Mərdanə, görəsən, o niyə məhz bu əsəri seçib?
    Mərdanə. Nə bilim, ay Dostanə? Yəqin ki, xoşu gəlib, ona görə.
    Dostanə. Yox ey, burada çox incə mətləblər var.
    Mərdanə. Düzü, mən elə bir qeyri-adi bir şey görmürəm bu tamaşada.
    Dostanə. O dul canavarlar çox qeyri-adi personajlardır. Mərdanə. Nə mənada?
    Dostanə. Düzü, bu əsərdə mən az qala öz mühitimizi görürəm...
    Mərdanə. “Dul canavarlar”... Amma bunu yaxşı dedin.
    Dostanə. Elə oradakı erkək canavar da duldur.
    Mərdanə. Hə də... Onun da arvadı ölüb...
    Dostanə. Əslində, erkək canavar gec-tez evlənməli idi. Amma o nədənsə bu iki dul canavarın heç birinə gözünün ucu ilə də baxmır.
    Mərdanə. Dostanə, yəqin ki, sən canavarların həyat tərzinə bələd deyilsən.
    Dostanə. Etiraf edim ki, yox.
    Mərdanə. Arvadı ölən erkək canavarlar heç zanan təzədən “evlənmək” eşqinə düşmür. Bu, canavar aləmində qəti qadağandır.
    Dostanə. Doğrudan? Allahın canavarına bir bax ey. Əsl sədaqət bax budur. Bəs onda sən niyə bəyənmirsən belə bir əsəri? Gəl Odqapan gələnəcən məşqimizi davam etdirək.
    Mərdanə. Yaxşı, məşq edərik. Bir mənə de görüm, Odqapan nə üçün Topal rolunu heç kəsə vermir?
    Dostanə. Məncə onun gizli bir planı var.
    Mərdanə. O nə plandır elə?
    Dostanə. Öz aramızda qalsın, Topal rolunu Odqapan özü oy namaq istəyir.
    Mərdanə. Sən bunu haradan bilirsən?
    Dostanə. Bilirəm də. (Eyhamla.) Guya sən özün bilmirsən bunu?
    Mərdanə. Mən belə şeyləri bilmərəm. (Eyhamla.) Mən hələ uşağam sənin yanında.
    Dostanə. Amma çoxbilmiş uşaqsan ha...
    Mərdanə. Ta demə...
    Dostanə. Odqapan bu gün yaman bəzənib-düzənmişdi. (Eyhamla.) Görəsən, nə olub?
    Mərdanə. Mən haradan bilim? Hələ uşağam belə şeyləri bilmərəm.

    Onlar bir-birilərinin çiyninə vurub gülüşürlər.

    Dostanə. Ay qız, gəl məşqimizi edək. Niyə vaxt itiririk? Mərdanə. Mən hazır. Replika.. .

    Musiqi. Qızlar maskaları geyirlər. Odqapan gəlir. Qızlar maska və əlbəsələri soyunmaq istəyirlər.

    Odqapan. Salam. Bağışlayın, gecikdim bir az. Dayanın. Əl saxlayın. Əlbəsələri, maskaları nahaq soyunursunuz. Məşqimiz davam edəcək.
    Dostanə. Salam. Eybi yox, maskaları geyməyə nə var ki?
    Odqapan. Dedim ki, yox, maskaları çıxarmayın. (Əlini onların çiyninə qoyub gülür). Özü də bu geyim sizə çox yaraşır.
    Dostanə. Doğrudan? Odqapan. Həqiqi sözümdür.
    Mərdanə. Odqapan, necəsən?
    Odqapan. Təşəkkür edirəm. Pis deyiləm.
    Dostanə. Biz bir xeyli məşq etdik.
    Odqapan. Düz etmisiniz. Gərək tempi artıraq. Gəlin, məşqimizi davam etdirək. Bayaq harada qalmışdınız? Replika!..
    Dostanə. Məstanə, de gəlsin. Odqapan. Replika...
    Mərdanə. Deyim də. (Ucadan.) Yaşasın əzizimiz Becit Topal.
    Dostanə. Anlamadım. Bu nə üçündür?
    Mərdanə. Qoy eşidənlər elə bilsin ki, biz, doğrudan da, öz Becit Topalımızı sevirik.
    Dostanə. Hə. Bildim. İşini ehtiyatlı qurursan. Sən məndən ağıllısan.
    Dostanə. Sən nə fikirləşirsən?
    Mərdanə. Deyirəm, bəlkə, özümüz gedək ova? Yollara bələdəm bir az. Axı mən ərimlə o vaxt bir-iki dəfə ovda olmuşam.
    Mərdanə. Amma mənim ərim bir az ayrı cür canavar idi. Məni qətiyyən ova aparmazdı. Ona görə də mən yolları yaxşı tanımıram. Bilmirəm, xatırlayırsanmı, o, ova sonuncu dəfə sənin ərinlə getmişdi.
    Dostanə. Mənimki yaralanıb qayıtdı.
    Mərdanə. Yadımdadır.
    Dostanə. Hər ikisini o zalım ikiayaqlılar vurmuşdular.
    Odqapan. Dostanə, dayan. Bu rolu belə oynamaq olmaz. Sən bu “ikiayaqlılar” sözünü elə deməlisən ki, tamaşaçılar sözün kimdən getdiyini bilməlidirlər. Davam edirik.
    Mərdanə. Sənin ərin bir müddət yaşadı.
    Dostanə. Eh. O yaşamaq deyildi ki? Səhərdən-axşamacan ağrıdan ulayırdı.
    Mərdanə. Yazıq, yazıq. Bilirəm, o səni çox istəyirdi.
    Dostanə. Nə olsun ki, istəyirdi? Ulaya-ulaya öldü. Mən dul qaldım. İndi az qala sahibsiz, kimsəsiz bir yalquzağam.
    Mərdanə. Təki övladlarının, o gözəl qurd balalarının başı sağ olsun.
    Dostanə. Onlar hələ çox körpədirlər. Hələ ov edə bilmirlər.
    Mərdanə. Gərək özünlə aparasan. Öyrədəsən, başa salasan. Qoy indidən bilsinlər ki, canavar həyatı sürmək nə deməkdir.
    Dostanə. Bir az böyüsünlər, sonra.
    Mərdanə. Mənimsə övladım olmadı. Ərimi tez itirdim. Dostanə. Bu Becit Topalsa bizə bir gün ağlayan deyil.
    Mərdanə. Yəqin, fikir vermisən, Topal özü çox sağlamdır, amma arvadı əldən düşüb.
    Dostanə. Ona dil verən, yol göstərən elə onun o əldəndüşmüş arvadıdır. Arvad ölsə, Topal da öləcək.
    Mərdanə. Görəsən, Topaldan sonra kim başçı olacaq bizdə?
    Dostanə. Deyirlər ki, gələcək başçımız sənin qonşun Marıq olacaq. O, başçı olsa, bəlkə, bizə də bir şey düşə. Axı Marıq ürəyiyuxa heyvandır.
    Mərdanə. Elədir, bəli. Mən ona çoxdan göz qoyuram. Dostanə. Doğrudan?.. (Eyhamla.) Xeyir ola.
    Mərdanə. Niyə sən hər şeyə bir məna verirsən. Mən ona bir qonşu kimi çox hörmət edirəm.
    Dostanə. Mən nə deyirəm ki? Hörmət elə də... Bu sənin öz işindir. Elə mən də onun xətrini çox istəyirəm.
    Mərdanə. Bu da sənin öz işindir... Hərənin öz ağlı var...
    Odqapan. Mərdanə, sən də bu sözləri eyhamla deməlisən. Davam edin. Bir az temp olmalıdır. Soyuq, sakit danışmaq olmaz. Temp, temp, temp. Hə, deyin gəlsin.
    Dostanə. Qıvraq, bir ora bax.
    Mərdanə. Nə var orada?
    Dostanə. O, Marıq deyil bəyəm?
    Mərdanə. Hə, o özüdür, ay Bozaq. Yuvasının ağzında gərdiş edir.
    Dostanə. Görürsən, nə güclüdür. Onun nəfəsi hətta uzaqdan da eşidilir. Eşq olsun Marıqa.
    Odqapan. Hə, burada sizin dialoqunuz başa çatır. Bu yerdə Marıq gəlməlidir. (Ətrafa göz gəzdirir.) Hələlik Marıqı mən özüm məşq edəcəyəm.
    Dostanə. Doğrudan?
    Mərdanə. Oy, nə yaxşı.
    Dostanə. Bu mənim ürəyimə dammışdı.
    Mərdanə. Elə mənim də.
    Odqapan. Hanı Marıq canavarın maskası?
    Dostanə (rəfdən maskanı götürüb Odqapana verir). Budur. Sənin maskan, buradadır.
    Odqapan (maska və əlbəsəni geyə-geyə). Hə, necədir, yaraşır mənə? Əsl canavara oxşayıram?
    Mərdanə. Əlbəttə, oxşayırsan.
    Dostanə. Allah eləməsin. Canavar nədir? Ən qorxduğum hey vandır.
    Mərdanə. Qorxma. Bizim Marıq kimi arxamız var.

    Odqapan maskanı taxıb diqqətlə ətrafı süzür.

    Odqapan. Replikanı deyin görüm.
    Dostanə. Görürsən, nə güclüdür. Onun nəfəsi hətta uzaqdan da eşidilir. Eşq olsun Marıqa.

    Odqapan səhnənim dərinliyinə çəkilib iri addımlarla gərdiş edir.

    Dostanə. Bir ona bax, bizə sarı gəlir.
    Mərdanə. Yaxşı, indi biz nə edək? Qaçaq?
    Dostanə. Niyə qaçırıq ki? O çox mehriban canavardır.

    Odqapan qızlara yaxınlaşır.

    Odqapan. Salam. Yaxşı, bir deyin görüm, siz burada nə edirsiniz?
    Mərdanə. Heç... Elə-belə... Meşəyə baxırıq. Gözəl havadır.
    Odqapan. Ac qarınla gözəl havadan bir şey çıxmaz. (Gülür.) Düz demirəm?
    Dostanə. Bəli. Elədir. Düz buyurursunuz.
    Mərdanə. Amma nə edək, əlimizdən bir şey gəlmir.
    Odqapan. Bir azdan qış qapını döyəcək. Bu nəhəng dərə qarın altında qalacaq. Onda vəziyyət daha da çətin olacaq. Siz isə tənbəl-tənbəl vurnuxursunuz.
    Dostanə. Balalarım hələ kiçikdir. Onları tək buraxıb getməyə ürəyim gəlmir.
    Odqapan. Canavarın balası da canavar olmalıdır. (Düşünür.) Bilirəm, onlar hələ ova gedə bilməzlər. Amma sən bax bu rəfiqənlə ova gedə bilərsən ki. Düz demirəm?
    Mərdanə. Düz deyirsiniz. Lap ürəyimdən xəbər verirsiniz.
    Odqapan. Hə, bu başqa məsələ. Mən sizə bəzi məsləhətlər verə bilərəm.
    Mərdanə. Təşəkkür edirəm.
    Dostanə. Sizin məsləhətiniz çox qiymətli olar...
    Odqapan. Hər halda mən əlimdən gələni edəcəyəm ki, siz ac qalmayasınız.
    Dostanə. Oy, nə yaxşı. Mən çox məmnun oldum.
    Mərdanə. Bu mənə bir təsəlli oldu. Mən indi əmin oldum ki, bu qış acından ölməyəcəyəm. Bunu mənə canavar ürəyim deyir.

    Telefon zəngi eşidilir.

    Odqapan. Görəsən, kimdir belə?
    Dostanə. Dəstəyi götürüm?
    Odqapan. Dayan. Yəqin, yuxarıdandır.

    Odqapan dəstəyi götürüb dinləyir.

    Odqapan (Dəstəyə). Oldu. Baş üstə, indi gələrəm. Bəli, məşqdəyəm. Eybi yoxdur. (Dəstəyi yerinə qoyub qızlara.) Məni çağır dılar. Siz söhbət edin, tez qayıdacağam. Oldu?
    Mərdanə. Oldu. Arxayın gedin.

    Hamı əlbəsə və maskaları soyunur. Odqapan gedir.

    Mərdanə. Düzü, mən məşq etdikcə öz rolum çox xoşuma gəlir.
    Dostanə. Elə mən də ləzzət alıram öz rolumdan. Bu canavarlar nə qəribə məxluq imiş.
    Mərdanə. Adamlardan bunlar daha etibarlı imişlər ki. Sən bir fikir ver, canavar cütlüyünün biri öləndə o biri heç vaxt ailə qurmur.
    Dostanə. Bu, erkək canavarlara aiddir.
    Mərdanə. Xeyr, bu qanun həm erkəklərə aiddir, həm də dişilərə.
    Dostanə. Yox, dedim sənə. Dişi canavar istədiyi vaxt ailə qura bilər.
    Mərdanə. Mən dəqiq bilirəm ki, qanuna görə dişi canavar da təkrarən ailə qura bilməz. O öz ailəsinin qulluğunda durmalı, öz övladlarını böyütməlidir.
    Dostanə. Nə “qanun-qanun” salmısan ortaya? Bəyəm canava ların da konstitusiyası, cinayət məcəlləsi olur?
    Mərdanə. Əlbəttə, olur.
    Dostanə. Bəlkə, qanun qəbul edən parlamentləri də olur?
    Mərdanə. Niyə də olmasın?
    Dostanə. Onda belə çıxır ki, deputat da seçirlər.
    Mərdanə. Bəli.
    Dostanə. Bəs “Zaqs” büroları necə?
    Mərdanə. Yəqin ki, o da var.
    Dostanə. Yaxşı, sən bunları haradan bilirsən?
    Mərdanə. Axı mən özüm canavaram. (Gülür.) Subay, dişi canavar...
    Dostanə. Onda belə çıxır ki, mən də yalquzağam.
    Mərdanə. Düzdür, sən yalquzaqsan.
    Dostanə. Bunu nədən bilirsən bəs?
    Mərdanə. Tənha qalan canavara yalquzaq deyirlər.
    Dostanə. Mənim ərim ölüb. Amma özümü tənha saymıram. Mənim övladım var.
    Mərdanə. Canavar qanunlarına görə sən ömrünün sonunacan tənha qalmalısan.
    Dostanə. Mən heç vaxt tənha olmayacam.
    Mərdanə. Sən bu canavar cəmiyyətində olan qanunların əksinə gedə bilməzsən.
    Dostanə. Mən bu cəmiyyəti öz qanunlarıma tabe etdirəcəyəm.
    Mərdanə. Bu, mümkün deyil.
    Dostanə. Ay hay... Sən elə düşün.

    Odqapan gəlir. O, yeni kostyum geyib.

    Mərdanə. Bu nədir belə? (Gülür.) Ay Odqapan, kostyumun da mübarək.
    Dostanə. Bıy, doğrudan, yeni kostyumdur. İndi gedib aldın? Yoxsa hədiyyədir?
    Odqapan. Hədiyyədir, bəli.
    Dostanə. Pul versələr, bundan yüz qat yaxşı olardı. Odqapan. Darıxmayın, pul da olar.
    Dostanə (Odqapanın pecəyinin yaxasına əl gəzdirir). Nə gözəl kostyumdur. Maşallah, sənə çox yaraşır. Deyəsən, qonaqlığa hazırlaşırsan.
    Mərdanə. Odqapan həmişə səliqə-sahmanlıdır. (O da Odqapana yaxınlaşıb onun pencəyinə arxadan əl gəzdirir.) Maşallah, göz dəyməsin.
    Dostanə. Odqapan son vaxtlar özünə qarşı çox diqqətli olub.
    Mərdanə. Mən onu həmişə belə görmüşəm. Yəni onu tanıyandan...
    Dostanə. Sən onu təzəlikcə tanıyırsan... Amma mən gör bir nə vaxtdan...

    Odqapan qeyri-ixtiyari yerində fırlanır. İndi Dostanə onun pencəyinin kürəyini, Mərdanə isə yaxasını sığallayır.

    Odqapan. Yaxşı, qızlar, təşəkkür edirəm. Xoşdur...
    Dostanə. Dəyməz. Mən nə edirəm ki?
    Mərdanə. Təki sənə xoş olsun.
    Odqapan. Siz Allah, bəsdir. Məni utandırmayın.
    Dostanə. Utananın oğlu olmaz.
    Mərdanə. Heyıf deyil utancaq adam.. Xüsusən də kişi xeylağı.
    Odqapan. Yaxşı, qızlar, görürəm, çox yorulmusunuz. Ona görə də rolun sözlərini baş-ayaq deyirsiniz. Gedin bir az dincəlin. Amma məşq davam edəcək.



    “Yuxu”

    Dostanə və Mərdanə çıxırlar. Musiqi. Odqapan düşüncəli halda gəzişir.

    Odqapan (Öz-özünə). Canavarın balası da canavar olmalıdı. (Bilmək olmur ki, bu sözləri kimin barəsində, əsərdəki personajlar, yoxsa onları ifa edənlər haqda deyir.) İki yalquzağın pəncəsində qalan yazıq canavar. Bədbəxt canavar.

    Mərdanə gəlir. O, ağ paltar geyinib, ağ əlcək və ağ çəkmədədir.
    Odqapan qızı görmürmüş kimi “gəzintisini” davam etdirir.

    Mərdanə. Odqapan...
    Odqapan (qıza sarı baxıb gülümsəyir, onu başdan-ayağa diqqətlə süzür). Bəli. Eşidirəm, Mərdanə.
    Mərdanə. Mən hər gecə yuxuda səni görürəm, Odqapan. Odqapan. Hər gecə? Maraqlıdır. Mən neyləyirəm sənin yuxunda?
    Mərdanə. At çapırsan.
    Odqapan. At?
    Mərdanə. Ağ atın belində görürəm səni.
    Odqapan. Axı mən ömrümdə heç ata minməmişəm.
    Mərdanə. At yuxuda muraddır. Bu o deməkdir ki, sən muradına çatacaqsan.
    Odqapan. Yaxşısı budur, sən məni atın yox, o bahalı maşınlardan birinin belində görəsən.
    Mərdanə. Aaaa... Maşın nə olan şeydir ki? O, bir yığın dəmir-dümürdür.
    Odqapan. Bəs at nədir ki? Bir torba ət... Yaxşı, Mərdanə, bəs o atlı oğlan atı elə-belə çapır özüyçün?
    Mərdanə. Elə-belə niyə? Onun tərkində atın özü kimi bir qadın var...
    Odqapan. Necə yəni, “atın özü kimi bir qadın”...
    Mərdanə. Hə də, qadın da at kimi dümağdır, ağ geyimdədir. Onun çəkmələri, əlcəkləri də bəmbəyazdır. O, əslində, qadından daha çox ağ buluda bənzəyir.
    Odqapan. Maraqlıdır. Bəs sonra o ağatlı ilə ağbuludun taleyi necə olur?
    Mərdanə. Necə olacaq ki? Həyatda olduğu kimi yuxuda da aravuranlar, naqislər, ifritələr olur. Eyni şeyi yuxuda təkrar-təkrar görürəm. Görürəm ki, yerin altından iri, yoğun bir qara ilan baş qaldırıb ox kimi atın belinə atılır. (Tələsik, həyəcanla.) Atın üstün- dəki bəyaz qız qışqırmaq istəyir, amma səsi çıxmır. Axı yuxuda adamın səsi nədənsə çox vaxt batmış olur. Qara ilan qızın belinə dolanıb onu atın üstündən yerə yıxmaq istəyir. Ağatlı oğlan bütün bu baş verənlərdən xəbərsizdir, onun gözləri uzaqlara dikilib.
    Odqapan. Yəqin ki, o öz atını göydəki ağ buluda sarı çapır.
    Mərdanə. Bəli. Amma qara ilanla ağpaltarlı qadın əlbəyaxa döyüşürlər.
    Odqapan. Bəs sonra?
    Mərdanə. Bu yuxu hər dəfə ağpaltarlı qızla qara ilanın vuruşduğu yerdə başa çatır. Daha doğrusu, mən döyüş səhnəsində yuxudan ayılıram.
    Odqapan. Bəlkə də, sən günlərin bir günü gördüyün yuxuda o qara ilanı boğub məhv edəcəksən.
    Mərdanə. Mən yox ey... (Eyhamla.) O ağpaltarlı qız.
    Odqapan. Hə də... Mən elə o qızı nəzərdə tuturam. Eh, mənsə hər gecə bir yuxu görürəm. Amma hələ indiyəcən heç biri doğru çıxmayıb. Təkcə son günlər gördüyüm yuxu sabitləşib.
    Mərdanə. Bunu sınamaq lazımdır. Odqapan. Nəyi, necə, nə ilə sınayım?
    Mərdanə. Bu çox sadə bir işdir ki?
    Odqapan. Doğrudan?
    Mərdanə. Əlbəttə. (Eyhamla.) Məsələn, sən ətrafına yaxşı nəzər sal. Ola bilsin ki, məsələn, elə o ağ at sənin burnunun ucundadır.
    Odqapan. Mən sənə düzünü deyim: son günlər yuxuda hər gecə canavar görürəm.
    Mərdanə. Canavar?
    Odqapan. Bəli, canavar... O, tənha yaşayan bir yalquzaqdır. Məndən əl çəkmir.
    Mərdanə. Necə yəni əl çəkmir? Qorxuram günlərin bir günü o yalquzaq məni şaqqalayıb yeyə.
    Mərdanə. Qorxma. (Ona yaxınlaşır.) Axı sən qorxaq deyilsən. Sən daim, pusquda, marıqda duran Marıqsan.
    Odqapan. Mən həyatda heç nədən qorxmuram. Amma bu yuxudan...
    Mərdanə. Kişi də yuxudan qorxar? (Onun bir əlindən tutur.) Eh, sən də söz tapdın danışmağa.
    Odqapan. Axı indicə sən özün dedin ki, çox vaxt yuxuda görünənlər həyatda düz çıxır.
    Mərdanə. Çox vaxt yox, bəzən... (Onun iki əlindən yapışır.) Baxır sən necə yuxu görürsən. Məsələn, ağ at görürsənsə, bu yuxu çin ola bilər. Amma canavar...
    Odqapan. Axı deyirlər, yuxuda canavar görmək yaxşı əlamətdir.
    Mərdanə (onun əlindən bərk-bərk yapışır). Mən istəyirəm ki, sən canavardan uzaq olasan.
    Odqapan. Axı bu məndən asılı deyil.
    Mərdanə. Hər şey sənin özündən asılıdır. (Eyhamla.) Hər şey... Odqapan, eşidirsən məni?
    Odqapan. Eşidirəm.
    Mərdanə. Mənim içimdə ac bir yalquzaq var.
    Odqapan. Yalquzaq? İçində?
    Mərdanə. Bəli. Lap ürəyimin içində.
    Odqapan. Mən ac canavarı yemləməkdən qorxuram. Mərdanə. Qorxma. Axı sən özün də canavarsan...

    Musiqi. Onlar əl-ələ tutub rəqs edirlər. Qapıda Dostanə görünür. O, rəqs edənləri heyrət və qəzəblə süzüb geri qayıdır. Musiqi tədricən azalır. Mərdanə gedir. Odqapan gəzişir. Dostanə gəlir. O, tündqara paltar geyinib. Başında qara yaylıq var.

    Dostanə. Odqapan.
    Odqapan (onu ilk dəfə görürmüş kimi maraqla süzür). Bəli.
    Dostanə. Bəlin şirin, canım. Mən son zamanlar qəribə yuxular görürəm.
    Odqapan. Yuxu? (Diqqətlə onu süzür.) Deyəsən, indi yuxu görmək bir dəbdir.
    Dostanə. Niyə ki? İndi yox, elə həmişə yuxu görmək dəbdə olub. Odqapan. Ayrı bir dəbi yoxdur bu dünyanın?
    Dostanə. Bu dünyada daim dəbdə olan bircə şey var. Odqapan. O “bircə şeyin” adı nədir, görəsən?
    Dostanə. Sevgi.
    Odqapan. Nə?
    Dostanə. (Əlini ürəyinin üstünə qoyaraq romantik görkəm alır).
    Daim dəbdə olan bir şey var, o da
    Sevgidir, qocalmır qoca dünyada...
    Odqapan. Bəs onda yuxu nə üçündür?
    Dostanə. Yuxu da sevgidən yaranır. Adam bəzən yuxuda həyatda olduğundan daha çox sevir.
    Odqapan. Baxır kim kimi... Sən kimi sevirsən?
    Dostanə. Mən?.. Deyə bilmərəm. Amma yuxuda tez-tez qara bir canavar görürəm.
    Odqapan. Yenə canavar?
    Dostanə. Yenə?
    Odqapan. Hə... Qəribə burasıdır ki, mən də son günlər canavar görürəm.
    Dostanə. Harada?
    Odqapan. Harada olacaq ki? Əlbəttə, yuxuda.
    Dostanə. Elə səhnədə də canavar görürürük də...
    Odqapan. Hə, düz deyirsən. Bəlkə, elə hazırladığımız tamaşaya görə mənim də yuxuma canavar girir.
    Dostanə. Hər ikimiz eyni şey görürük ki... Sizin canavar yuxuda nə iş görür?
    Odqapan. Nə edəcək ki? Şöngüyüb dişini qıcarır. Marıtda da yanıb ov güdür.
    Dostanə. Mənim gördüyüm qara canavar harasa çapır. Belində də qarapaltarlı bir qız...
    Odqapan. Qız canavarı minib?
    Dostanə. Bəli, həmin qız canavarı minib çapır.
    Odqapan. Qəribədir... Əhsən o qıza. Sonra?
    Dostanə. Qız canavarı yüyənləyib at kimi çapır. Canavar meşəyə soxulmaq istəyir. Canavar meşədən başqa hara gedəsidir ki? Qız isə canavarı açıq vadiyə sarı çapmaq istəyir. Hər gün yuxuda eyni mənzərə təkrar olunur. (Tələsik və həyəcanlı səslə.) Hər dəfə qız canavarın ağzını vadiyə tərəf yönəldəndə qayadan bir qarageyimli oğlan hoppanıb canavarın üstünə atılır...
    Odqapan. Axı canavarın üstə ayrı adam var...
    Dostanə. Adam deyəndə ki... Canavarın yüyəni qızın əlindədir. Qayadan hoppanan oğlan düz qızın qucağına düşür. Yüyəni dartıb qızın əlindən alır...
    Odqapan. İndi oğlan qızın qucağındadır.
    Dostanə. Hə də... İndi qız oğlanın tərkindədir. Qız oğlanın boynundan bərk-bərk yapışır.
    Odqapan. Yazıq canavar.
    Dostanə. Canavar niyə yazıq olur ki?
    Odqapan. Bir adamı zorla saxlayırdı belində. Əlavə biri də qayadan tullandı belinə. Yaxşı ki, zərbədən yazıq heyvanın beli sınmayıb. Özü də bu əhvalat hər gecə təkrar olunur. Canavarda can qalmaz ki.
    Dostanə (Odqapanın dediklərinə məhəl qoymayaraq, az qala onunla eyni vaxtda danışmağı davam edir). Qız oğlanın boynundan bərk-bərk yapışsa da, daxilən qorxur. Qorxur ki, bu vəhşi heyvan birdən onları öz kahasına aparar. Elə bu əsnada yaxınlıqdakı ağacdan ağ bir ilan ox kimi atılıb qızın belinə dolanır. Oğlanın fikri-diqqəti irəlidədir. İlansa qızı çəkib canavarın belindən yerə salmaq istəyir. Qızın qolları ilan kimi oğlanın belinə dolanır...
    Odqapan. Belə çıxır ki, indi canavarın belində iki ilan var. Dostanə. İki niyə?
    Odqapan. Axı qadın da ilan kimi dolanıb...
    Dostanə. Hə... Yox. Onun qolları ilana oşayır. Özü isə daha çox ceyrana oxşayır.
    Odqapan. Canavar belində ceyran və... ilan.
    Dostanə. Qız ilanın başından yapışıb onu boğur.
    Odqapan. Boğur?
    Dostanə. Bəli. Boğub öldürür.
    Odqapan. Şükür. Yaxşı ki, yazıq oğlanın canı ilanın birindən qurtardı.
    Dostanə. İlanın birindən niyə? Odqapan. Hə də... Axı orada iki ilan var. Dostanə. İki ilan?
    Odqapan. Bəli. Biri ağ ilandır, o biri qara. Sən onun birini görmüsən, o birini yox...
    Dostanə. Ola bilər... İşə bir bax...
    Odqapan. Belə yerdə deyiblər, ilanın ağına da lənət, qarasına da...
    Dostanə. Mən bütün ilanlara nifrət edirəm. Xüsusən də, ağ ilanlara.
    Odqapan. Mən ilandan yaman qorxuram.
    Dostanə. Axı sən qorxaq adama oxşamırsan.
    Odqapan. Sən niyə elə düşünürsən ki, mən qorxaq deyiləm? Dostanə (ona yaxınlaşır). Sən qoxmaz, cəsur adamsan.
    Odqapan. Sənə elə gəlir.
    Dostanə (onun əlindən tutur). Sənin güclü əllərin var. Odqapan. Hər halda mən əlimlə ilanı boğa bilmərəm.
    Dostanə. Sən nəinki ilanı, lap canavarı da boğa bilərsən. (Onun sinəsinə qısılır.) Sən hamıdan güclüsən.
    Odqapan. Yaxşı ki, o yuxuda gördüyün oğlan mən olmamışam. Dostanə. Bəlkə də, elə sən özün idin.
    Odqapan. Bəlkə? “Bəlkə” niyə?
    Dostanə. Axı mən o oğlanın üzünü düz-əməlli seçə bilmirdim. Həm hava bir az tutqun idi, həm də oğlanın üzü o tərəfə idi. Axı mən arxada, oğlanın tərkində idim. (Keçib oğlanın arxasında dayanır.) Bax belə. Oğlanın əlində cilov var idi. Mənsə oğlanın boynundan yapışmışdım. (Qolunu oğlanın boynuna dolayır). Bax belə. Onun çox güclü çiyinləri, möhkəm boynu, qüvvətli qolları vardı. Mən istəyidim ki, oğlan canavarı meşəyə yox, vadiyə sarı çapsın...
    Odqapan. Vadiyə?
    Dostanə. Hə, əvvəlcə elə düşünürdüm. Sonra fikirləşdim ki, meşəyə də getmək olar. Həmin oğlanla nəinki meşədə, lap elə canavarın mağarasında da yaşamaq olar. (Başını oğlanın çiyninə qoyur.) Özü də ömür boyu...
    Odqapan. Bəs yuxudan haçan oyandın?
    Dostanə. Yuxudan? Bu bəyəm bir yuxuda olub ki? Bu, son günlər hər gecə təkrar olunan bir yuxudur. Mən hər dəfə ilanı boğandan sonra sevincdən qışqırıram. Və öz səsimə hövlnak oyanıram. Oyanıb görürəm ki, balışı qucaqlamışam. (Onu qucaqlayır.) Aman Allah.
    Odqapan. Dayan. Nə edirsən? Axı mən balış deyiləm. Dostanə. Bıy, doğrudan da. Axı bu da yuxu deyil, Odqapan...
    Odqapan. Bəli, Dostanə.
    Dostanə. Mənimsə içimdə susuzluqdan bir yalquzaq ulayır. Odqapan. Mən yalquzaqdan qorxuram. Mən onu sulaya bilmərəm...
    Dostanə. Qorxma, Odqapan. Bəyəm canavar da canavardan qorxarmı?

    Musiqi. Onlar üz-üzə dayanıb bir müddət bir-birilərini süzürlər. Sonra əl-ələ verib rəqs edirlər. Telefon zəngi. Odqapan dəstəyi götürüb dinləyir, nəsə deyir və çıxır. Dostanə öz-özünə, təkcə rəqs edir. Məstanə gəlir. Qadınlar əl-ələ verib bir müddət ahəstə rəqs edirlər. Sonra qəzəblə üz-üzə dayanırlar. Musiqi tədricən azalır.

    Dostanə. Hə, ürəyin soyudu?
    Mərdanə. Ürəyimlə sənin nə işin? Bir də ki, mənim ürəyimi sən soyuda bilməzsən.
    Dostanə. Bilirəm, bilirəm. Əksinə, mən sənin ürəyinə od qoyuram.
    Mərdanə. Deyəsən, nəsə ürəyində söz var. De. Utanma. Çəkinmə. Dostanə. Bəli, deyəcəyəm. Sənin acığına.
    Mərdanə. De. Məndən böyüksən. Haqqın var.
    Dostanə. Eləmi? Onda bura bax, gəl sən məni istəyən adama girişmə. Bildin?
    Mərdanə. Səni istəyən adama?
    Dostanə. Bəli. Düz anlamısan.
    Mərdanə. Bəlkə, “mənim istədiyim adam” demək istəyirsən?
    Dostanə. Madam ki sənin xoşuna belə demək xoş gəlir, qoy onda belə olsun.
    Mərdanə. Bəs sən əvvəllər deyirdin ki, bu dünyada yeganə sev diyin bir adam olub, o da ərindir.
    Dostanə. Nə olsun ki? Əvvəllər onu sevirdim, indi bunu sevirəm. Sonra?
    Mərdanə. Sonrası budur ki, sən artıq sevib qurtarmısan. İcazə ver indi də bir az biz sevək.
    Dostanə. Sən nə bilirsən, sevgi nədir?
    Mərdanə. Təzə-təzə öyrənirəm.
    Dostanə. Nəyi? Sevməyi? (Gülür.) Onu öyrənmirlər, onu yaşayırlar, ay bədbəxt. Bir də ki sevmək üçün icazə almırlar, o, ürəyə icazəsiz-filansız girir. Eh, sən yazıq bunları haradan biləsən ki?
    Mərdanə. Qanmaz da sən özünsən, bədbəxt də.
    Dostanə. Kəs səsini, qarımış qız.
    Mərdanə. Bir özünə bax. Gündə bir ərə gedirsən.
    Dostanə. Mən cəmi iki dəfə ərdə olmuşam.
    Mərdanə. Bu sənin rəsmi ərlərinin sayıdır.
    Dostanə. Belə, mənin ərlərimin siyahısına biri də artacaq. Hə, necədir səninçün? Cavabını aldın? Ta bir sözün yoxdur ki?
    Mərdanə. Ta sənə heç bir sözüm yoxdur.

    Hərəsi bir küncə çəkilib hirsli-hirsli bir-birini süzür. Odqapan gəlir. Əlində iri bağlama var, çərçivəyə oxşayır.

    Odqapan. Hə, bu da mən. Yenə qayıdıb gəldim. Sizə nə olub? Hərəniz bir küncə çəkilibsiniz? Yəqin ki, pusquda dayanıb ov gözləyirsiniz. Düz edirsiniz. Məşqlərin tempini artırmaq lazımdır.
    Mərdanə. Yenə əli boş gedib əli dolu qayıtdın. Əlindəki nədir elə?
    Dostanə. Görünür, nəyisə bizdən gizlədirsən, Odqapan.
    Odqapan. Vaxtı gələr, deyərəm. (Əlindəki bağlamanı kənara qoyur.) Yaxşı, dincələ bilmisiniz? Yoxsa hələ yorğunsuz?
    Mərdanə. Dincəlmişik.
    Dostanə. Özü də möhkəm.
    Mərdanə. Bizim işimiz elə dincəlməkdir də.
    Odqapan. Onda hər üçümüz maskaları geyib ova hazırlaşırıq. Bilirsiniz, bu tamaşa yaxşı alınsa, yaxşı mükafat alacağıq. Olsun ki, lap qastrola, festivala da getdik.
    Dostanə. Allah ağzından eşitsin.
    Mərdanə. Nə yaxşı olar, Odqapan. Biz var güzümüzlə çalışarıq ki, bu canavarların iç üzü açılsın.



    “Ov”

    Musiqi. Hamısı maskaları geyir.

    Odqapan. Replika...
    Mərdanə. Bu mənə bir təsəlli oldu. Mən indi əmin oldum ki, bu qış acından ölməyəcəyəm. Bunu mənə canavar ürəyim deyir. Odqapan. Əlbəttə, bizim üçümüzün də eyni vaxtda sürüyə hücum etməyimiz mümkün deyil.
    Dostanə. Axı biz sizsiz o tərəfə üz tuta bilmərik. Mərdanə. Çobanlar bizi məhv edər.
    Odqapan. Elə mən də onu deyirəm. Biz ayrı-ayrılıqda hücuma keçməliyik.
    Dostanə.Yox, mən tək-tənha sürüyə yaxınlaşa bilmərəm. Mərdanə. Mən də tək gedə bilmərəm.
    Odqapan. Biz tək getsək də, bir-birimizi görə biləcəyik. Dostanə. Hə, bu başqa məsələ.
    Mərdanə. Amma mənə aydın olmadı. Biz bir-birimizi necə görəcəyik?
    Odqapan. İrəlidə Bozaq olacaq. Qıvraq, sənsə onu addım-addım izləyəcəksən.
    Mərdanə. Deməli, mən Bozaqın arxası ilə gedəcəyəm. Dostanə. Marıq, yaxşı, bəs o vaxt siz harada olacaqsınız? Odqapan. Mən düz çobanların yanında olacağam.
    Dostanə. Doğrudan?
    Mərdanə. Bizim qəhrəman Marıqda ürəyə bir bax.
    Dostanə. Mən Marıqın xətrini elə ona görə çox istəyirəm. Mərdanə. O, qorxmazdır.
    Dostanə. O, cəsarətdə öz atasına bənzəyir.
    Mərdanə. O, canavar oğlu canavardır.
    Dostanə. Bizim sürüdə Marığı sevməyən yoxdur ki...
    Odqapan. Xoş sözlər üçün sağ olun. Amma unutmayın ki, mən çobanların yanında qoyun qiyafəsində olacağam.
    Dostanə. Qoyun qiyafəsi nədir?
    Mərdanə. Mən də heç nə anlamadım.
    Odqapan. İndi hər şeyi izah edərəm, başa düşərsiniz. Məsələ bax belədir: mənim yuvamın içində gözəl, kök, qalın yunlu bir qoyunun dərisi var. Onu mənə atam hədiyyə edib.
    Dostanə. Ad günündə? Mərdanə. Şad günündə?
    Odqapan. Yox, atam onu mənə ilk dəfə uladığım gün hədiyyə edib. Bir qulaq asın. Mən həmin dərini geyib ova çıxacağam. İnanmırsınız? Mən nə üçün belə bir qiyafədə olmaq istəyirəm? Axı qoyun sürüsünün çobanları silahlıdır. Əgər onlar canavar görsələr, elə-belə əl çəkən deyillər. Bizi öldürüb dərimizə saman təpərlər. Ona görə də mən qoyun cildinə girib sürüyə qatılacağam. Vəziyyətin necə olduğunu öyrənib sizə xəbər verəcəyəm.
    Dostanə. Bunu necə edəcəksən?
    Mərdanə. Hə, doğrudan da... Axı siz mələyə bilmirzsiniz. Bizim işimiz ulamaqdır.
    Odqapan. Yox... Ulamaq niyə? Mən sürüdəki keçilərdən birini tutub qulağını dişləyəcəm. Bilirsiniz də, keçi ucadan mələyir. Keçinin mələməsi bir işarədir. Bu, o deməkdir ki, Bozaq, Qıvraq, tez olun, özünüzü sürüyə yetirin. Beləliklə hərə belinə bir qoyun atıb düz üzü mağaraya çapmağa başlayır. Hə, necə plandır?
    Dostanə. Əla.
    Mərdanə. Bu, nəinki canavarın, heç insanın, o hiyləgər ikiayaq lının da ağlına gələ bilməz.
    Odqapan. Mən hər şeyi dəqiqliyinə qədər ölçüb-biçmişəm. Qoy vəsiyyətimi də edim. Əgər məni çabanlar öldürsə, parçalayıb qoyun itlərinə yem edəcəklər. Yox əgər ölümcül yaralasalar, buraya qayıdacağam. Siz məni canavar qayda-qanunlarına uyğun olaraq özünüz parçalayıb yeyərsiniz. Qoy bir tikəm də düşmənlərə yem olmasın.
    Mərdanə. Marıq, sən bizə diri lazımsan. Dostanə. Biz səninləyik, Marıq.
    Odqapan. Di hazırlaşın.

    Musiqi. Canavarlar pəncə-pəncəyə vurub rəqs edir, atılıb-düşür, əyilib-düzəlir, bir-birinin belinə tullanırlar. Az sonra onlar ehtiyatla irəliləməyə başlayırlar. Bundan sonra pontamim hərəkətlər üstünlük təşkil edir. Odqapan əl-qol hərəkətləri ilə Mərdanə və Dostanəyə irəlini göstərir, yapıncılı çobanları, otlayan qoyunları imitasiya edir. Tüfəngin nə olduğunu izah edir. Onlara işarə edir ki, bir az gözləsinlər. Və sonra Odqapan qaçaraq harasa gedir, gözdən itir. Musiqi səsinə uzaqdan eşidilən qurd ulartısı qarışır.

    Mərdanə. Görürsən də, o necə ağıllı hərəkət edir.
    Dostanə. Atasına bənzəyir.
    Mərdanə. Atasında hanı qonşulara belə diqqət?
    Dostanə. Bəlkə, qocalanda bu, atasından betər olacaq?
    Mərdanə. Nəsə dişimin dibi qaşınır. Görəsən, bu nədəndir? Dostanə. Yəqin ki, ət yeyəcəksən.
    Mərdanə. Qəribədir.
    Dostanə. Nə?
    Mərdanə. Canavarlar da qoyun ətini sevir, insanlar da? Dostanə. Nə olsun ki?
    Mərdanə. O olsun ki, onlar bizi vəhşi hesab edirlər, amma özlərini...
    Dostanə. ...özlərini mədəni... Onlarda belə bir söz var: “mədəni”.
    Mərdanə. Bəzən bizi insanlarla müqayisə edirlər. Amma bu düzgün müqayisə deyil. Biz insanlarla əbədi düşmənlərik. Fürsət tapanda onlar bizi qırır, biz də onları...
    Dostanə. Bizim nə günahımız? Əlimiz bel tutmur, kərənti tutmur. Yer əkə bilmirik, toxum səpə bilmirik. Məcburuq onların ruzusuna şərik çıxaq. Onlarsa bizi anlamaq istəmir.
    Mərdanə. Bozaq, bir ora bax.
    Dostanə. Nə olub ki?
    Mərdanə. Qoyuna bax... Görmürsən qoyunu?
    Dostanə. Qıvraq, deyəsən, sən Marıqın dediyini anlamadın. Bəs o, öz dili ilə demədi ki, qoyun qiyafəsində olacaq?
    Mərdanə. Bıy, doğrudan... Mən lap keyəm ki.
    Dostanə. Ta özün deyirsən. Mən demirəm ki...
    Mərdanə. Mən keyəm, amma sən hiyləgərsən.
    Dostanə. Məni hövsələdən çıxarma ha... İndi sənin boğazını gəmirərəm.
    Mərdanə. Mənim? İndi göstərərəm sənə.

    Mərdanə və Dostanə üz-üzə dayanıb “pəncələrini” irəli uzadır, bir-birinin üstünə atılmağa hazırlaşır. Bu əsnada Odqapan Qoyun libasında gəlib ulamağa başlayır.

    Odqapan. Yenə nə olub sizə? Biz ova hazırlaşırıq, siz isə... (Pauza.) Hə, necə düşünürsüz, bu geyimdə çoban məni tanıya bilər?
    Dostanə. Qətiyyən. Heç mən ayırd edə bilmirəm, o ki çoban ola...
    Mərdanə. Yalnız mən tanıya bilərəm sizi bu geyimdə. Sizin iyinizi mən meşənin o üzündən belə, hiss edirəm.
    Dostanə. Yenə başladı. Güya bizim burnumuz heç nə duymur.
    Odqapan. Qurtarın bu mübahisəni. Axşam düşür, bir azdan biz qoyun sürüsünün həndəvərində olmalıyıq. Mən birbaşa sürünün içinə gedəcəyəm. Bayaq sizə izah etdiyim kimi, mənim işarəmi gözləyin.
    Dostanə. Keçi məsələsi... Odqapan. Bəli.
    Mərdanə. Bəlkə, birdən sürüdə keçi olmadı, bəs onda nə etməli?
    Dostanə. Keçisiz sürü olmaz ki...
    Odqapan. Hə, qıvraq ağıllı söz deyir. Keçi olmaya da bilər. Əgər keçi olmasa mən qoyunlardan birinin, lap elə ikisinin qulağını birdən dişləyəcəm, qoy ağız-ağıza verib mələşsinlər. Elə ki mələrti səsi gəldi, tez özünüzü sürüyə çatdırın. Oldu?
    Mərdanə. Hə, bu, başqa məsələ.
    Odqapan. Getdik. İrəli. Sürüdə görüşənəcən.

    Odqapan irəli düşüb gedir. Mərdanə və Dostanə üz-üzə dayanıb sınayıcı baxışlarla bir-birini süzür, sonra musiqi sədaları altında səhnənin qaranlığına sarı çəkilirlər.
    Uzaqda işıqlar yanıb-sönür. Qoyun-quzu mələşmələri eşidilir. Alaqaranlıq. Solğun işıq altında əvvəlcə Odqapanın, sonra Mərdanə və Dostanənin sifəti görünür.

    Odqapan. Siz hələ buradasınız?
    Mərdanə. Axı biz danışmışdıq ki, öndə siz gedəcəksiniz... Dostanə. Biz isə sizin arxanızca.
    Odqapan. Mən sürüyə bir dəfə yaxınlaşdım. Vəziyyətlə tanış oldum. Çoban məni gördü.
    Mərdanə. Maraqlıdır. Bəs sonra nə oldu?
    Dostanə. Silahlı idi?
    Odqapan. Hə, əlində tüfəng vardı.
    Mərdanə. Bəs nə əcəb vurmadı?
    Odqapan. Yəqin çoban elə bildi ki, sürüdən ayrı düşmüş qoyunam. Sakitcə mənə sarı yaxınlaşdı. Mən tez götürülüb aradan çıxdım.
    Dostanə. Gərək qaçmayaydız. Çox güman ki, o, şübhəyə düşüb.
    Mərdanə. Yəqin çoban fikirləşib ki, görəsən bu nə qaçışdır belə?
    Dostanə. Siz qoyun kimi qaçırdınız, yoxsa canavar kimi?
    Odqapan. Necə qaçmağım indi heç ağlıma gəlmir. Unutmuşam hər şeyi.
    Mərdanə. Yaxşı, bəs onda biz nə edək?
    Dostanə. Ac-yalavac, suyu süzülə-süzülə soyuq yuvamıza qayıdaq?
    Odqapan. Mən istəyirəm, bir cəhd də edim.
    Mərdanə. Nə cür?
    Odqapan. Yəqin ki, çoban yatmış olar. Gedim özümü verim sürüyə. Mənim işarəmi, yəni mələşmə səsini eşidən kimi özünüzü ora çatdırın. Yaxşı kök, yağlı qoyunlar görmüşəm o sürüdə. Əl çəkən deyiləm.
    Dostanə. Düz edirsiniz. Qurd oğlu qurd elə bu cür də olmalıdır.
    Mərdanə. Biz öz qorxmaz dostumuzun arxasınca ölümə belə gedərik.

    Odqapan çaparaq gedir. Ay çıxır. İşıq artır.

    Mərdanə. Biz də gedək?
    Dostanə. Dayan. Hara gedirik? Əvvəlcə qoyun, ya da keçi mələsin, sonra...
    Mərdanə. Heç olmasa gedək təpədən baxaq.
    Dostanə. Çobanların gözü iti olur. Görsələr, vurub təpədən aşırarlar bizi.
    Mərdanə. Səs-küyü eşidirsən?

    Keçi mələşməsi eşidilir.

    Mərdanə. Aha... Artıq Marıt mərəkdə, sürünün içindədir. Dostanə. Hə, keçi mələdi. Gedək?
    Mərdanə. Getdik.

    Onlar irəli atılırlar. Əvvəlcə hay-küy, sonra güllə səsi eşidilir.
    Onlar geri qayıdırlar.

    Dostanə. Dayan.
    Mərdanə. Güllə atırlar.
    Dostanə. Yəqin ki, çobandır. Gəl qaçaq buradan.
    Mərdanə. Haraya?
    Dostanə. Yuvamıza.
    Mərdanə. Yox, mən dostu darda qoyub qaça bilmərəm. Dostanə. Güllə bizi də tuta bilər.
    Mərdanə. Ayaq tappıltısını eşidirsən? Dostanə (boylanır). Düz üstümüzə gəlir.
    Mərdanə. Kim?
    Dostanə. Qoyun.
    Mərdanə. Görən, o, əsl qoyundur, yoxsa...
    Dostanə. Mən nə bilim? Bunu sən daha dəqiq bilərsən. (Pauza.) Axı deyirdin ki, mən sənin iyini lap uzaqdan bilirəm. İndi bax gör gələn qoyundur, ya canavar?
    Mərdanə. İndi canavarla qoyunun iyi bir-birinə qarışıb. Ayırmaq olur ki?
    Dostanə. Yaman da tanıdın. O, əsl qoyundur. Sürü pərən-pərən düşüb. Görmürsən, biri o tərəfə qaçır, biri bu tərəfə.
    Mərdanə. Onda hücum edib parçalayaq.
    Dostanə. Sən hücum elə. Mən pusqudayam. Yoxsa qorxursan?
    Mərdanə. Mən qorxaq deyiləm. Bir də ki qoyundan niyə qorxmalıyam?
    Dostanə. Onda irəli...
    Mərdanə. Oldu. İrəli.

    Musiqi. Mərdanə irəli cumur. Ulaşma və atəş səsləri eşidilir. Dostanə titrəyə-titrəyə, qorxa-qorxa irəli baxır. Az sonra Mərdanə qoyun cildindəki Odqapanı sürüyə-sürüyə gətirir. Ulartı eşidilir.

    Dostanə. Bu ki Marıqın ulartısıdır. Qıvraq, sən nə etmisən? Mərdanə. Bu, qoyundur. Marıq indi gələcək.
    Dostanə. Görmürsən, eşitmirsən, bu qurd ulartısıdır?
    Mərdanə. İndiki qoyunlar elə hiyləgərdirlər ki, lazım olanda qurd kimi ulayır, it kimi hürürlər. Sənin gördüyün o avam qoyunlar indi yoxdur.
    Dostanə. Bıy, sən onun lap boğazından yapışmısan ki. Qan axır onun boynundan...
    Mərdanə. Boynundan yapışmayıb harasından yapışım bəs? Odqapan. Ah... Ölürəm. Kömək edin.
    Dostanə. Sən nə etmisən? Bu ki Marıqdır.

    Dostanə yaxınlaşıb Odqapanın əynindəki qoyun dərisini soyundurur. İndi Odqapan canavar əlbəsəsindədir.

    Odqapan. Mən... Mən ölürəm.
    Dostanə. Mənim əziz dostum. Bizim yenilməz qəhrəmanımız. Sizə nə olub?
    Mərdanə. Vay-vay... Bu ki, doğrudan, Marıqdır.
    Odqapan. Qıvraq, sən məni boğub öldürmüşdün ki...
    Mərdanə. And olsun əzizimiz Becit Topalın canına, mən elə bildim ki, qoyun tutmuşam. Hətta Bozaq da sizi qoyun hesab edirdi. O, dedi ki, üstümüzə gələn qoyundur.
    Dostanə. Bura bax, Qıvraq, mənə şər atma ha. Əksinə, mən dedim ki, o gələn Marıqdır. Sən isə dedin ki, yaxşı fürsət düşüb əlimə, mən onu qoyun əvəzinə parçalayıb yeyəcəyəm, onsuz da, mədəm aclıqdan gur-gur guruldayır.
    Odqapan. Boğazım ağrıyır. (“Pəncəsi” ilə onun boynunu ovuşdurur.) Qıvrağın dişlərinin yeri göynəyir...
    Mərdanə. Bozaq, sən başdan-ayağa şər yuvasısan ki? Bəyəm özün demədin ki, sən o qoyuna hücum et, mən də pusqudayam? Demədin bəyəm?
    Dostanə. Yox. Nə vaxt dedim ki? Yaxşı ki, sürümüzdə sənin bir vəzifən yoxdur. Yoxsa şərləyib hamımızın başını əkərdin. Qıvraq, onsuz da, Marıq özü yaxşı bilir ki, mən onun xətrini necə istəyirəm.
    Mərdanə. Bu, xətir istəməkdir bəyəm? Sən onu qoyun yerinə qoymusan.
    Odqapan. Bir-birinizi az lənətləyin. Bəsdir.

    Odqapan əsə-əsə ayağa durur.

    Dostanə. Şükür, ayağa durdunuz.
    Mərdanə. Marıq, mən gecə-gündüz sizin qulluğunuzda duracağam. Ta siz sağalana qədər. Məni bağışlayın... Bilməmişəm. Səhv etmişəm.
    Dostanə. Sən nə utanmaz canavarsan. Hələ bir dil tökməyinə bax bunun. (Yamsılayır.) “Gecə-gündüz sizin qulluğunuzda duracağam”. Xeyr. Dura bilməyəcəksən. Mən bu barədə Topalımıza da deyəcəyəm. Qoy sənin cəzanı o özü versin.
    Odqapan. Heç kəsə heç nə demək lazım deyil. Bu mənim öz səhvim idi. Sən demə, sürüyə birinci dəfə qatılan vaxt çoban məndən şübhələnibmiş. Çünki mən ikinci həmlə zamanı çobanı əlitüfəngli gördüm. Deməli, o hiyləgər çoban mənim qoyun olmadığımı dəqiq bilirmiş.
    Dostanə. Axı o nədən bilibmiş ki, siz qoyun dərisi geymiş “canavarsınız”?
    Odqapan. Yəqin ki, yerişimdən bilib. Axı mən onu ilk dəfə görəndə dabanıma tüpürüb qaçmışdım. Yəqin ki, canavar kimi qaçmışam onda. Hələ yaxşı ki, çobanın gülləsi dəyməyib mənə. Yarğandan sürüşüb bu hala düşdüm. Pəncəm sıyrıldı, dizlərimə tikan batdı...
    Dostanə. Siz canavar oğlusunuz...
    Mərdanə. Qurd oğlu qurd qoyun kimi qaça bilməz ki... Dostanə (hirslə). Qıvraq, amma sən onu qoyunla dəyişik salmısan. Ar olsun sənə.
    Mərdanə. Yenə başladın... Mən onun yerişinə fikir vermirdim ki...
    Odqapan. Gəlin mübahisə açmayaq. Nə qulağını dişlədiyim keçi günahkardır, nə də mənə güllə atan çoban. Mən sizi də təqsirli bilmirəm. Hərəkətimdən belə çıxır ki, elə mən özüm canavar kimi yox, qoyun kimi hərəkət etmişəm. Ona görə də heç kəsi təqsirləndirə bilmərəm. Günahkar elə özüməm.
    Dostanə. Mən bu işdə düşmən əli görürəm.
    Mərdanə. Düşmənsə göz qabağındadır.
    Dostanə. O kimdir elə?
    Mərdanə. Əlbəttə, sən...
    Dostanə. Kəs səsini, Qıvraq.
    Mərdanə. Bozaq, mən səni parça-parça edərəm ha..
    Odqapan. Axı niyə dalaşırsınız? Bəyəm ortada bölünməz ma lınız var?
    Dostanə. Mənim heç kəslə şərikli malım yoxdur.
    Mərdanə. Mən heç kəslə dalaşmıram.
    Dostanə. Mənim heç kimlə düşmənçiliyim yoxdur.
    Mərdanə. Mənim öz yuvam...
    Dostanə. Mənim öz dərdim, öz azarım...
    Mərdanə. Görüm səni həmişə azarlı olasan!
    Dostanə. Nə? Bunu mənə deyirsən?
    Mərdanə. Əlbəttə, sənə...
    Odqapan. Bir dayanın görüm. (Pauza).Ay qız, axı əsərin mətnində belə şeylər yoxdur. Siz özünüzdən əlavələr edirsiniz.

    Mərdanə və Dostanə bir-birinə hücum edirlər. Odqapan irəli cumub onları ayırmağa çalışır. Onların hamısının maska və əlbəsələri çıxır, yerə düşür. İndi onlar oynadıqları roldan çıxıblar.

    “Qoyun”

    Odqapan. Ay qızlar, sizə nə olub? Dostanə, Mərdanə... Nəyi bölə bilmirsiniz axı?
    Dostanə. O sualı bax buna vermək lazımdır.
    Mərdanə. Mən o suala necə lazımdır, harada lazımdır cavab verəcəyəm.
    Odqapan. Yaxşı, yaxşı... Ta canavarlar rədd olub getdi. Gəlin öz işimizlə məşğul olaq.
    Dostanə. Qoy Allah pis adamların cəzasını versin.
    Mərdanə. Amin.
    Odqapan. Yorulmuşuq, gəlin bir az dincələk. Mədəni istirahət edək ey... Axı biz hər şeydən əvvəl mədəniyyət adamlarıyıq. Bununçün əldə bəhanəmiz də var...
    Dostanə. O nə “bəhanədir” elə?
    Odqapan. Bu gün mənim anadan olan günümdür. İstəyirəm, sizin hər ikinizi restorana dəvət edim. Axı biz burada həm də bir kollektivin üzvləriyik.
    Mərdanə. Oooo... Təbrik edirəm. Restoran nə üçün? Elə burada qeyd edərik.
    Odqapan. Burada?
    Dostanə. Təbrik edirəm. İstədiyin qədər yaşayasan.
    Odqapan. Təşəkkür edirəm hər ikinizə.
    Dostanə. Mərdanə düz deyir. Restoranda nə işimiz? Buradan yaxşısı yoxdur.
    Mərdanə. Sakit yerdir.
    Dostanə. Nə gələn var, nə gedən.
    Odqapan. Yaxşı. Mən çoxluğun təklifinə təslim oluram. Onda gedim bir dükan-bazara baş çəkim.
    Mərdanə. Əlimizin altında olan bəsimizdir.
    Dostanə. Məndə qoz-fındıq ləpəsi, badam içi...
    Mərdanə. Məndə alma-armud...
    Odqapan. Mənim çantamda da ananas, banan, kivi, portağal var. Hə, qaldı bircə şey...
    Dostanə. O nə şeydir elə?
    Mərdanə. Axı hər şey var...
    Odqapan. Yox... Nəsə çatışmır. Dostanə. Nə?
    Mərdanə (çiynini çəkir). Görəsən, nədir elə?
    Odqapan. Şərab. Şərab çatışmır.
    Dostanə. Hımmm. Məndə gözəl bir şərab var.
    Odqapan. Nə gözəl.
    Mərdanə. Məndə də...
    Odqapan. Bu lap əla oldu ki...
    Dostanə. Məndəki qara şərabdır.
    Mərdanə. Məndəki şərabın rəngi dümağdır.
    Odqapan. Hər ikisi işə yarayandır. Onda stol düzəlsin.

    Musiqi. Qadınlar süfrəni bəzəyir. Şərablar süfrəyə gəlir. Odqapan şərablarıdan birini açıb baxır, özünə hər iki şərabı qarışdıraraq, qızların hərəsinə isə özlərinin gətirdiyi şərbdan süzür. Onlar badələri qaldırıb rəqs edə-edə içirlər.

    Dostanə. Bir daha təbrik edirəm.
    Mərdanə. Mənim sənə bir hədiyyəm olacaq.
    Dostanə. Mən də bir hədiyyə verəcəyəm.
    Odqapan. Məni utandırırsınız.
    Mərdanə. Qoy sənin düşmənlərin utansın.
    Dostanə. Mən səni hədsiz dərəcədə çox istəyirəm, Odqa
    Mərdanə. Sən çox gözəl insansan. Sən əvəzsizsən. Amma mən hədiyyəmi sənə sonra verəcəyəm.
    Dostanə. Mən də hədiyyəmi sonraya saxlayıram. İndilikdə isə səni bir öpüşlə təbrik etmək istəyirəm.
    Odqapan. Bundan gözəl nə hədiyyə?

    Musiqi. Badələr dolur. İçirlər. Üçlükdə əl-ələ tutub rəqs edirlər.
    Qazların hərəsi Odqapanın bir qoluna girir.

    Mərdanə. Mənim gözəl canavarım... Odqapan, sənə isti deyil ki?
    Dostanə. Qızda sifətə bir bax ey... Odqapan, sənə soyuq deyil ki?
    Odqapan. Mənə həm istidir, həm də soyuq.
    Mərdanə. İsti hansı tərəfdədir?
    Dostanə. Hansı tərəfdən hiss edirsən soyuğu?
    Odqapan. Bunu dəqiqləşdirmək üçün gərək termometr gətirəm.
    Mərdanə. Sənin əlin çox soyuqdur. (Onun sağ əlini sıxır.) Mən üşüyürəm.
    Dostanə. Sənin əlin od kimi yanır. (Onun sol əlini sıxır.) Sanki hərarətin var.
    Odqapan. İcazə verin, mənə verilən hədiyyəni sizə də göstərim.
    Mərdanə. Hə, göstər.
    Dostanə. Görək o nə hədiyyədir elə.

    Musiqi. Odqapan bağlamanı açır. Çərçivədəki şəkli qızlara göstərir: şəkildə canavar təsvir olunub. Odqapan şəkli divara söykəyir.

    Mərdanə. Onda mən də öz hədiyyəmi bu şəklin yanına qoymaq istəyirəm.

    Mərdanə cəld stolun yeşiyindən öz hədiyyəsini çıxarır: bu, qara fonda ağ canavar şəklidir. Həmin şəkli iri canavar şəklinin yanına qoyur.

    Dostanə. İndi növbə mənim hədiyyəmə çatdı.

    Dostanə cəld hərəkətlə stolun o biri gözündən şəkil çıxarır: bu, ağ fonda qara canavar şəklidir.

    Odqapan. Bu gün hər şey canavarla bağlı oldu ki... (Şəkillərə baxır.) Özü də üç canavar bir yerdə.
    Dostanə. Mən canavarları sevməyə başlayıram.
    Mərdanə. Mənim də onlara rəğbətim get-gedə artır.
    Odqapan. Ən dəhşətlisi budur ki, bəzən o canavarlar adamların qəlbində yuva qurur.
    Dostanə. Sən bununla nə demək istəyirsən, Odqapan? Mərdanə. Kimdir o yırtıcı canavar? Sən kimi nəzərdə tutursan, Odqapan?
    Odqapan. Mən konkret bir adamı nəzərdə tutmuram ki...
    Musiqi. Dostanə və Mərdanə Odqapanın əlindən yapışırlar.

    Dostanə. Sən oxu atıb yayı gizlədirsən. Kimdir o canavar? Mərdanə. Əlini canavara uzat. Biz də öz işimizi bilək.
    Odqapan. Axı mən nə dedim ki? Əlimi buraxın...
    Dostanə. Xeyr. Sən cavab verməlisən.
    Mərdanə. Bu yana gəl. Qulağıma pıçılda: o canavar kimin qəlbindədir?
    Dostanə. Bu tərəfə gəl. Zəhmət olmasa. Bax belə...

    Musiqi. Əvvəlcə qızlar qollarını Odqapanın boynuna dolayırlar. Odqapan fırlanır, qızlar da onunla birlikdə havada dövrə vururlar. Sonra Odqapan tədricən dayanıb ayaq saxlayır. Qızlar indi Odqapanın əlindən, daha doğrusu, pencəyinin qolundan yapışırlar. Odqapan gah sağa, gah da sola doğru ləngər vurur. Birdən pencək Odqapanın əynindən çıxır, pencəyin qolundan tutan qızlar dalı-dalı yeriyir, amma yıxılmırlar, müvazinətlərini təzədən düzəldirlər. Qızlar təzədən irəli cumub Odqapanın köynəyinin qolundan tutub dartışdırırlar.

    Odqapan. Buraxın mənim qolumu.
    Mərdanə. Canavarı göstər mənə?
    Dostanə. Kimdir canavar?

    Qızlar onun qolundan yapışıb sağa-sola dartırlar. Birdən Odqapanın əynindəki köynək cırılıb iki yerə şilimlənir. Köynəyin hər qolu qızlardan birinin əlində qalır. Qızlar şaqqanaq çəkib gülürlər. Odqapan əli ilə sinəsini örtərək divara söykədilmiş canavar şəkillərinin qarşısına gedir.

    Odqapan. Mən kimin canavar olduğunu deyə bilmərəm. Amma kimin qoyun olduğunu dəqiq bilirəm. Budur, qoyun canavarların pəncəsindədir.

    Epiloq əvəzi

    Musiqi. Səhnəyə qoyulmuş üç canavar şəklinin üstünə gur işıq düşür. Uzaqdan canavar ulaşması eşidilir. İştirakçıların hərəsi bir şəklin arxasında dayanır.

    Pərdə

    SON

    Dekabr, 2014












    TIXAC

    (İki hissəli dram)


    İŞTIRAKÇILAR :

    BƏYİN ATASI
    GƏLİNİN ATASI
    KIŞI
    QADIN
    TAMADA

    I HISSƏ

    (Salon. Şadlıq evinin zalı. Tamaşaçıların əyləşdiyi zal bir növ səhnənin davamıdır: tamaşaçılar sanki toyun iştirakçılarıdır. Əsərin əsas iştirakçıları zaldan-tamaşaçılar arasından keçib səhnəyə çıxırlar. Səhnədə toy şənliyini əks etdirən mizan: cərgə ilə düzülmüş stol və stullar. Yuxarı başda-bəylə gəlinin əyləşəcəyi stullar hələlik boşdur. Tamaşanın (toyun) əsas iştirakçıları səhnədədir: Gəlinin Atası, Bəyin Atası, Kişi, Qadın, bir qədər sonar isə Tamada və toy iştirakçıları. İştirakçıların-toya gələnlərin narahatlığı hiss olunur. Əsas iştirakçılar ayaq üstədir, vurnuxurlar).

    TAMADA (əlində mikrafon zaldan səhnəyə doğru gedərək): -Toyumuz mübarək! Subaylarımızdan görək! Gözünüz aydın olsun! Həmişə toylarda!
    SƏSLƏR: -Mübarək! Mübarək! Təbrik edirik!..

    (Alqış səsləri. Kiçik musiqi parçası).

    TAMADA: -Alqışlar! Yenə alqışlar!

    (Fonoqrama yazılmış gurultulu alqış səsləri eşidilir).

    BƏYİN ATASI (Tamadaya): -Hələ bir az gözləyək… Gecikirlər… Sən tələsmə.
    TAMADA:- Görəsən, nə olub? … Allah eləməmiş, bir hadisə-zad baş verməyib ki?..
    BƏYİN ATASI: -Yox … Deyəsən, hələlik yol bağlıdır… İndi gəlib çıxarlar…
    TAMADA (toy iştirakçılarına mikrafonla): -Bəyimizin atası bir qədər narahatdı, nigarandır. Çünki bəylə gəlin toya gecikir. Biz bunu təbii hal kimi qəbul edirik. Bəs necə?.. Ata öz övladı üçün həmişə narahat olmalıdır. Elə onun əziz qardaşı-gəlinimizin atası da narahatdır…
    GƏLİNIN ATASI:-Mən qətiyyən narahat deyiləm, cənab tamada! Narahatçılıq üçün heç bir əsas yoxdur.
    TAMADA: -Təki elə olsun!.. (Bəyin Atasına -mikrafonsuz). Bəlkə bəylə gəlin
    gələnəcən siz bir-iki kəlmə söz deyəsiniz? Axı, musiqiçilər gəlinin arxasınca gedib.
    BƏYİN ATASI:-Yox, hələ gözləyək…
    GƏLİNİN ATASI: -Niyə gözləməliyik ki? Qoy çalıb-oxusunlar.
    TAMADA (çaşqın halda):- Mən bilmirəm kimə qulaq asım? Bizim öz proqramımız, ssenarimiz var… Farsların bir sözü var, deyir…
    BƏYİN ATASI: -Qaça-qaç deyil ki?.. Bir az səbr edək…
    GƏLİNİN ATASI (incik halda): -Özünüz bilən məsləhətdi…
    TAMADA (qudalara):- Onda bəlkə belə edək: özüm sintizatorda bir tuş çalım… Olarmı?..
    BƏYİN ATASI: -Olsun də…
    GƏLİNİN ATASI:-Qoy çalsın…
    TAMADA (mikrafonla): -İndi sizinçün bir tuş…

    (Kiçik musiqi parçası səslənir).

    QADIN (əlini qulağına tutub qarşısında əyləşmiş Kişiyə sarı əyilir): -Nə olub?...Niyə gecikirlər?.. Bəylə gəlini deyirəm…
    GƏLİN:-Nə bilim?.. Deyəsən, yolda nəsə olub…
    QADIN: -Bir az ucadan danışın… Səs-küydən eşitmək olmur…
    KİŞİ (ucadan):-Deyirəm ki, indi gəlib çıxarlar…
    QADIN:-Kim?..
    KİŞİ:-Kim? Bəylə gəlin. Onların toy maşını…
    QADIN: -Görən qəza-zad olmayıb ki? İndiki cavanlar maşını elə qovurlar ki, elə bil təyyarə sürürlər…
    KİŞİ:-Yox , heç nə olmayıb… Yoldu də…
    QADIN:-Təki elə olsun…
    KİŞİ:-Nə olsun?
    QADIN: -Heç… Deyirəm, təki salamatçılıq olsun, qalan hər şey düzələr…
    KİŞİ:-Dünyada düzəlməyən iş yoxdur, xanım…
    TAMADA (Gəlinin Atasına ): -Bəlkə başlayaq?..
    GƏLİNİN ATASI:-Əşi, nəyə başlayaq? Qoy gəlib çıxsınlar də!
    BƏYİN ATASI:- İndi gələrlər… Bir az səbrli olaq… Belə şeylərə fikir verməyin…
    TAMADA: -Axı, camaat bizi gözləyir.
    GƏLİNİN ATASI:- Sənə nə var ey?.. İstəyirsən beş-üç kəlmə deyib məclisi qızışdırasan, sonrası da nə olar-olar…
    TAMADA: -Söhbət beş-üç kəlmədə deyil…
    GƏLİNİN ATASI:- Bəs söhbət nədədir?.. Beş-on manatda? Qorxma, çənə vurmağının pulunu ödəyərlər. Guya tamada qəhətliyidir?..
    TAMADA:-Söhbət pulda da deyil!..
    GƏLİNİN ATASI:-Bəs nədədir?.. Sən niyə narahat olursan?.. Qoy uşaqlar gəlsinlər, sonra sənə söz verilər…
    TAMADA:-Mənə söz vermək lazım deyil. Mən özüm başqalarına söz verirəm… Xahiş edirəm, məni təhqir etməyin…
    BƏYİN ATASI: -Əşi, burada nə var ki?.. Biz nə üçün mübahisə edirik?.. Məncə, tamada öz işinə başlaya bilər…
    TAMADA: -Möhtərəm qudalar! Siz məni bağışlayın… Doğrusu, mən çox çətin vəziyyətə düşmüşəm; bilmirəm iclasımızı, e-e-e, bağışlayın… toyumuzu açıq e’lan edim, yoxsa…
    GƏLİNİN ATASI:-Ta mənim deməyə sözüm yoxdur…
    TAMADA:- Bəlkə sözü bəyin atasına verək?.. Qoy o öz xeyir-duasını versin… Qayda belədir…
    GƏLİNİN ATASI:-Axı, bəy hələ gəlib çıxmayıb…
    BƏYİN ATASI:-Elə gəlin də…
    TAMADA:-İndi gəlib çıxarlar… Darıxmayın…
    GƏLİNİN ATASI:-Onlar evdən çoxdan çıxıblar… Mən evə zəng vurmuşdum…
    BƏYİN ATASI:-Mən də zəng vurmuşdum… Uşaqlarla danışdım. Deyirlər ki, yoldayıq, yubanırıq…
    TAMADA:-Niyə yubanırlar, axı?..
    BƏYİN ATASI:-Nə bilim ey?! Nəsə tixac yaranıb yolda…
    TAMADA:-Nə tıxac?..
    BƏYİN ATASI:-Tıxac də… Probka… Yollar bağlıdır… Qoy bir də zəng vurum… (Tamadaya). Sizdə telefon var?..
    TAMADA:-Var. (Mobil telefonu ona verir). Buyurun… Nömrəni bilirsiniz?.. Kiminlə danışacaqsınız?..
    BƏYİN ATASI:- Oğlumun telefonu yoxdur… Qoy kürəkənimə zəng vurum. (Telefonda nömrəni yığıb danışır). Salam. Hə, mənəm.. Nə olub, niyə gecikirsiniz?.. (Pauza). Düzünü deyin, bir hadisə-zad baş verməyib ki?.. Bəlkə kiməsə ilişmisiniz? (Pauza). Yol nə vaxt açıla bilər? Bilmirsiniz?.. Bəs biz nə edək?.. Sizi gözləyək?.. (Pauza). Yaxşı, yaxşı, oldu…
    GƏLİNİN ATASI:-Nə deyir? … Bəlkə nəyisə gizlədirlər?..
    BƏYİN ATASI:- Yox, heç nə olmayıb. Hər şey qaydasındadır… Məsələ dediyim kimidir: yolda tıxac yaranıb…
    TAMADA:- Canım, tıxac olar beş dəqiqə, on dəqiqə… Hər nə isə… İndi nə edək?..
    GƏLİNİN ATASI:-Nə etməliyik?... Gözləyək…
    BƏYİN ATASI:- Uşaqlar deyir ki, siz işə başlayın… Qoy camaat yeyib-içsin… Yəqin ki, tezliklə yol da açılar…
    TAMADA:-Bu nə tıxacdır ey?... Yolu niyə bağlayırlar?.. Niyə qoymurlar ki, camaat öz iş-gücüynən məşğul olsun?..
    BƏYİN ATASI:-Nə bilim, vallah?... Deyirlər, şəhərə haradansa böyük bir nümayəndə heyəti gəlir, başçısı da hansı təşkilatınsa, ya hansı ölkəninsə rəhbəridir…
    TAMADA:-Xoş gəlib, səfa gətirirlər. Nə olsun ki? Bəyəm şəhərə qonaq gələndə camaat öz toyunu etməməlidir? Almanların məsəli var, deyir…
    GƏLİNİN ATASI:-Əşi, sən öz işinlə məşğul ol… Bu cür şeylərə niyə müdaxilə edirsən?
    TAMADA:-Nə müdaxilə, canım?... Bəyəm şəhərə gələn hər qonağa görə yol-izi bağlamaq lazımdır?.. Bu gülünc işdir…
    GƏLİNİN ATASI:-Sənə dedim, öz işinlə məşğul ol… Sənə nə dəxli var ki, kim gəlir, kim gedir?... Sən tamadasan, yoxsa siyasi xadim?..
    TAMADA:-Mən tamadayam…
    GƏLİNİN ATASI:-Tamadasan lap yaxşı. Elə isə öz vəzifəni icra et!..
    TAMADA:-Onda siz mənə imkan yaradın, qoyun öz sözümü deyim. (Saata baxır). Görün bir nə qədər vaxt keçib?.. Axı, yaxşı deyil. Hamı narahatdır…
    GƏLİNİN ATASI:-Səni kim tapıb gətirib bura?.. Sən niyə çalası kimi çalxalayırsan bu məclisi?.. Sənə kim hansı səlahiyyəti verib?
    BƏYİN ATASI:-Gəlin, boş yerə mübahisə etməyək. Məncə, qonaqlara bir neçə kəlmə demək olar…
    TAMADA (mikrafonla):-Əziz dostlar, əziz qonaqlar!.. Obyektiv səbəblərə görə bəylə gəlin toya gecikir… Əlbəttə, biz onları bura gələndən sonra cəzalandıracağıq… Amma nəzərə alın ki, bu, bir zarafatdır…
    GƏLİNİN ATASI:-Zarafat olan nədir?..
    TAMADA:-Bizim cəza tədbiri görməyimiz… Bu cəza təriqi ilə biz onları-yəni bəylə gəlini şıdırğı bir rəqsə dəvət edəcəyik. Nə isə… Bu gün bu məclisdə ən çox sevinən, ürəkləri həyacan və qürur hissi ilə döyünən bəylə gəlinin atasıdır-yəni qudalardır… İcazə verin, ilk badələri onların sağlığına qaldıraq… Sözü qudalardan birinə…
    GƏLİNİN ATASI:-Mənim sözüm yoxdur…
    BƏYİN ATASI (Tamadaya):-Mənim əvəzimə siz özünüz danışın…
    TAMADA:-Qudaların əvəzindən hamınızı təbrik edirəm… Eləcə də hamınızın adından qudaları təbrik edirəm… İndi isə icazə verin sözü musiqiyə verim. Sizi rəqsə dəvət edirəm…

    (Tamada və toy iştirakçıları rəqs edir).

    TAMADA:-Sağ olun, əziz qudalar! Sizi bir daha təbrik edirəm, əziz məclis iştirakçıları!..
    QADIN (Kişiyə):-Bəylə gəlin hələ gəlib çıxmayıb?..
    KİŞİ:-Yox… Hələ bir soraq yoxdur. Deyirlər, yolda tıxac yaranıb…
    QADIN:-Tıxac?.. Yolu bağlayıblar? Bəlkə bəydən nəmər-zad istəyən var?..
    KİŞİ (gülür):-Yox, yox… Şəhərə qonaq gəlir… Ona görə yollar bağlıdır…
    QADIN:-Paho! Bu da təzə çıxdı… Heç olmasa bəylə gəlinə yol versinlər…
    KİŞİ:- Axı, bu mümkün deyil…
    QADIN:-Niyə mümkün deyil?..
    KİŞİ:- Bəyi gətirən maşın ortada qalıb yəqin… Hərəkət edə bilmir…
    Qadın:-Düşüb piyada gəlsinlər…
    KİŞİ:- Piyada?.. Axı, onlar uzaqdadırlar… Oradan maşınla bəlkə də bir saatlıq yol var… Necə gələ bilərlər?..
    QADIN:-Qol-qola tutub yola çıxsınlar. Ya da bir at tapıb tərkləşsinlər…
    KİŞİ (gülür):-Yaxşı fikirdir… Köhnə toylara gəlini faytonla, ya da at belində gətirərdilər… İndi dünya dəyişib…
    QADIN:-Siz hansı tərəfdən gəlmisiz…
    KİŞİ:- Necə yəni, hansı tərəfdən?..
    QADIN:-Deyirəm, bəy tərəfin adamısız, yoxsa gəlin tərəfin?..
    KİŞİ:-Bəylə eyni yerdə işləyirəm…
    QADIN:-Doğrudan?.. Mənsə hər iki tərəfi təmsil edirəm. Gəlinin şöbə müdiriyəm…
    KİŞİ:- Bəs bəyi haradan tanıyırsınız?..
    QADIN:-Onun günü bizim poliklinikada keçir…
    KİŞİ (gülür):-Yəni o, belə tez-tez xəstələnir?
    QADIN:-Yox, tez-tez öz nişanlısının yanına gəlir… Hə, əvvəllər o, bir-iki dəfə zökəm olub gəlmişdi. İynə-dərman yazdıq. Sonra eşq-məhəbbət məsələsi ortaya çıxdı… Hər gün nişanlısına baş çəkir. Üz-gözümüz öyrənib ona. Çox yaxşı oğlandır. Sizin kollektivə xüsusi təşəkkür düşür.
    KİŞİ:- Nə üçün?..
    QADIN:-Belə ağıllı, tərbiyəli gənc yetişdirdiyinizə görə…
    KİŞİ:-Bizə təşəkkür yox, töhmət düşür…
    QADIN:-Töhmət?..
    KİŞİ:-Bəli, töhmət! (Pauza). İndi cəmiyyət bu cür sakit, mərifətli adamları həzm edə bilmir…
    QADIN:-Sizin sözünüzdən belə çıxır ki, biz canavar yetişdirməliyik, hə?..
    KİŞİ:-Cavab verməyə çətinlik çəkirəm. İndi belə adamları çox ağır sınaqlar gözləyir…
    QADIN:-Cavandırlar, çətinliyə dözərlər…
    KİŞİ:-Atası da özü kimi sakit, fağır adamdır… Halal əməklə böyüyən ailədir. Amma, deyirlər, qayınatası imkanlı kişidir, hər halda qudasına, kürəkəninə əl tutar, kömək edər…
    QADIN:-Gəlinin atasını deyirsən? (Pauza). Hə, elədir, varlı-hallı adamdır. Mən bu ailəyə yaxşı bələdəm… Elə bəyin də ailəsini az-çox tanıyıram. Məncə dil taparlar. Allah xeyir versin…
    KİŞİ:-Əlbəttə, biz hamımız onlara xeyir-dua verməyə toplaşmışıq… Təki xoşbəxt olsunlar…
    QADIN:-Bir az ucadan danışın, yaxşı eşitmirəm… Yaman səs-küy var…
    KİŞİ (ucadan):-Deyirəm, mübarək olsun!..
    QADIN:-Nəsə səsiniz, ləhcəniz yaman tanış gəlir… Elə bil nə vaxtsa görüşmüşük…
    KİŞİ (diqqətlə onu süzür):-Mənə də elə gəlir… Deyəsən, tanışıq… (Pauza). Aha, deyəsən yadıma düşür…
    QADIN:-Xatırlaya bildiniz?..
    KİŞİ:-Qatarda…
    QADIN:-Harada?..
    KİŞİ:- İki sutka bir kupedə yol getmişik… Mən əsgəri məzuniyyətdən geri qayıdırdım… Hərbi hissəyə… Sizsə, deyəsən ananızın yanına gedirdiniz… Səhv etmirəmsə-o Şimal şəhərlərinin hansındasa xəstələnmişdi… Xəstəxanada idi…
    QADIN:-Gör bir neçə il ötüb keçib?..
    TAMADA (mikrafonla):-Artıq bir saat keçib!..
    QADIN:-Nə… bir saat?.. (Pauza). Hə, tamadadır danışan?.. İlahi, vaxt nə tez keçir?..
    KİŞİ:-Elədir… Mən artıq qızımı köçürmüşəm… Amma sizinlə tanış olanda sütül bir oğlandım…
    QADIN:-Xatırlayıram… Sən ünvanını vermişdin… Hətta, orada bir müddət məktublaşdıq da…
    KİŞİ:-O məktublar indi də mənim arxivimdə qalmaqdadır…
    QADIN:-Qorxmursunuz ki, arvadınızın əlinə düşər…
    KİŞİ:-O, çoxdan rəhmətə gedib... Qızımın üç yaşı olanda...
    QADIN:-Allah rəhmət eləsin... Bu yaxınlarda köhnə albomda bir əsgər şəkli dəydi gözümə... Zorla xatırlaya bildim-sizin şəkliniz idi... Eh, huş qalıb ki?..
    KİŞİ:-Yaxşı ki, xatırlaya bilmisiniz... Gör üstündən neçə il keçib...
    QADIN:-Səsinizdən tanıya bildim sizi... Təsadüfə bir bax...
    KİŞİ:-Sifətinizin cizgiləri elə o vaxtkı kimidir...
    QADIN:-Yox bir!... İndi mən özüm-özümü tanımıram... Nə sifət, nə cizgi?..

    (Tamada Bəyin Atasına və Gəlinin Atasına yaxınlaşır. Kişi ilə Qadın əl-qollarını ölçə-ölçə nə barədəsə söhbət edirlər).

    TAMADA: -Mən özüm danışım, yoxsa siz...
    GƏLİNİN ATASI:- Mən sizin səsinizi eşitmək istəmirəm...
    TAMADA: -Axı, mənlik bir iş var ki?... Bəyəm yolun bağlanmasında günahkar mənəm?..
    GƏLİNİN ATASI:-Əşi, məsələ təkcə yolda deyil...
    BƏYİN ATASI:- Gəlin, səbrli olaq: Axı, tıxacı biz yaratmamışıq... Bu tıxacı yaradanlar var... Onların özləri də bir tıxac olub keçiblər boğazımıza...
    GƏLİNİN ATASI (Bəyin Atasına):- Bura baxın, xahiş edirəm, toy məclisini siyasi diskussiya klubuna çevirməyin.
    BƏYİN ATASI:- Axı, ən çox narahat olan siz özünüzsünüz...
    GƏLİNİN ATASI:-Mən... Bəli narahatam... Mən öz övladım üçün narahatlıq keçirirəm... Düşünürəm ki, qızım kimə qismət olub; onun sabahı necə olacaq?.. Mən atayam... Sizsə başlamısınız tıxac belə gəldi, boğaz elə getdi...
    BƏYİN ATASI:-Bəlkə yalan deyirəm? Bu cür qarşılaşma, yolasalma mərasimi, bu vur-çatlasın kimə gərəkdir?..
    GƏLİNİN ATASI:-Mən sizə dedim ki, özünüzə aid olmayan işlərə baş qoşmayın. Axı, siz mühəndissiniz... Nə bilirsiniz politika nədir, diplomatiya nədir?..
    BƏYİN ATASI:- Mən nə siyasətçiyəm, nə də diplomat. Amma mən həyatın nə olduğunu yaxşı dərk edirəm... Məncə...
    GƏLİNİN ATASI:-Öz işinizlə məşğul olun... Dünyanın böyük oyunları, nəhəng siyasəti, xırda qeybətləri var... Gəlin, qeybətlə məşğul olmayaq... Böyük okeanlarda böyük balinalar üzür...
    TAMADA:-Xırda kilkələri xırda akulalar yeyir...
    GƏLİNİN ATASI:-Okeanların aysberqləri var... Suyun altında görünməyən buz dağları olur...
    BƏYİN ATASI:-Deyəsən, siz böyük siyasətlə ciddi məşğul olursunuz?..
    GƏLİNİN ATASI:-Mən siyasətlə məşğul olmuram. Mən siyasəti öz mətbəximdə bişirib boşqaba çəkirəm... Onunsa öz müştəriləri var...
    TAMADA:-Nəyin müştərisi var?
    GƏLİNİN ATASI:- Nəyin?.. Toyuğun müştərisi tülkü, qoyunun müştərisi qurd olan kimi, böyük və kiçik siyasətin də öz müştəriləri olur. (Tamadaya). Bir də ki, sən get öz işinlə məşğul ol...
    TAMADA:-Doğru buyurursunuz... Amma heç özüm də bilmirəm ki, neyləyim? Burada mənə bir səlahiyyət verən var ki?..
    GƏLİNİN ATASI:- Pahoo! İşimizə bir bax! Allahın tamadası da səlahiyyət istəyir...
    TAMADA:- Bəlkə sözü çəngəl-bıçağa, e-e-e, bağışlayın mikrafona, e-e-e, mikrafonu çıxışçılardan birinə verək...
    GƏLİNİN ATASI:-Kim tapıb gətirib bu tamadanı?.. Ağzı qatıq kəsmir bunun!..
    TAMADA:-Xahiş edirəm, təhqirə keçməyin... Hərənin özünə görə ləyaqəti var... İstəmirsinizsə, çıxıb gedim...
    BƏYİN ATASI:- Axı, söz güləşdirməyin nə mənası var?.. Bir də ki, ortada mübahisəli bir məsələ yoxdur... Toy karvanı bizim istəyimizdən asılı olmayaraq gecikir... Faciə-zad baş verməyib ki?! Qoy camaat yeyib-içsin, deyib-gülsün, söz desin, oynasın...
    GƏLİNİN ATASI:- Yaxşı, mənzil məsələsi nə yerdədir?..
    BƏYİN ATASI:- Nə mənzil?.. Hə, uşaqların mənzil məsələsini deyirsiniz?.. Hələlik, kirayədə yaşayarlar... Sonra yavaş-yavaş pul toplayıb özlərinə yuva qurarlar!..Tələsmək lazım deyil... Allaha şükür, hər ikisi təhsilli, ağıllı uşaqlardır...
    GƏLİNİN ATASI:-Bütün günahlar məndədir...
    BƏYİN ATASI:- Niyə bu cür düşünürsünüz?..
    GƏLİNİN ATASI:-Bilmirəm bu uşaq kimə oxşadı? Bəyin evi yox, eşiyi yox, maşını yox... Düz əməlli bir işi yox... Axı, nə var elmi-tədqiqat institutunda?
    BƏYİN ATASI:- Mən öz övladımdan yerlə göy qədər razıyam. Əziyyət çəkib tərbiyəli uşaq böyütmüşəm. Var-dövlət gəldi-gedərdi... Təki xoşbəxt olsunlar...
    GƏLİNİN ATASI:- Möhtərəm quda, xətrinizə dəyməsin... Elə bil siz yüz il əvvəlin adamısınız... Mühakimələrinizdə arxaiklik var... Mənim qızımın yaşamağa bir koması olmalıdır, ya yox?
    TAMADA:- Bəlkə bir-iki kəlmə söz deyəsiniz?..
    GƏLİNİN ATASI (Tamadaya):- Əşi, əl çək yaxamdan! Mən nə hayda, sən nə hayda! (Bəyin Atasına). Bax, gizlətmirəm... Mənim üç yerdə mənzilim var... Öz qızımada, sizin oğlunuza da dedim ki, gedin o evlərin birində yaşayın... Sizin oğlunuz özünü çəkib qoydu dağın başına: mən qayınata evində yaşaya bilmərəm... İndi siz deyirsiniz ki, kirayədə yaşayacaqlar. Neçə ilin mühəndisisiniz, sex rəisi olmusunuz, direktor müavini işləmisiniz... Özünüzə bir gün ağlamamısınız... Xətrinizə dəyməsin ey... Ta iş-işdən keçib, qohum oluruq. Günah məndə, bir də qızımdadır... İki ayağını bir başmağa dirədi... Guya oğlan qəhətliyi idi... Mənim öz dostumun oğlu vardı: boy-buxunlu, xətir-hörmətli... Özü də milyonçu, kommersant... Bəyənmədi... İndi get, yaşa... Elə maşınların tıxaca düşməyi nədənsə xəbər verir... Bunun özü də nəyəsə bir işarədir...
    BƏYİN ATASI:-Gəlin, səbrli olaq. Axı, biz bura toya yığışmışıq... Eşidib-bilən nə deyər?..
    TAMADA (mikrafonla):-Bu gün bizim hamımızın, ələlxüsus qudaların- bəylə gəlin atasının ən xoşbəxt günüdür. Bu gün gözəl bir ailənin bünövrəsi qoyulur. İki nəsil qohum olur. İki könül birləşir. İki əl uzanır bir-birinə sarı. Bu gündən e’tibarən iki ürək bir canda çırpınacaq. Mən bir daha valideynlərin sevincinə şərik olmaq istəyirəm. Sizə məlum olduğu kimi, musiqiçilər də gəlini gətirən dəstəyə qoşulub gedib. Onlar obyektiv, bəlkə də subyektiv səbəblərə görə gecikirlər. Yolda tıxac yaranıb. Maşınların hərəkəti dayanıb. İnşallah, tezliklə yol açılar, bəyimizlə gəlinimiz gələr, biz onları alqışlarıq... İndilikdə isə, qaldırın badələri! Biz bu səmimiyyətin, bu qohumluğun şərəfinə içək!..
    QADIN:-Mən ömrümdə bu cür toy görməmişəm: gəlin hanı, bəy hanı?!
    KİŞİ:- Görünür, hələ tıxacdan çıxa bilməyiblər... Bizim əlimizdən nə gəlir?.. Siz niyə yemirsiniz?.. Bəlkə şampan içəsiniz?.. (Qadının qarşısındakı qədəhə şampan, özünə isə şərab süzür). Mən şəraba daha çox üstünlük verirəm...
    QADIN:-Deyirsiniz, içək?..
    KİŞİ:- İçək öz sağlığımıza... Köhnə xatirələrimiz təzələndi. Heç yatsam yuxuma da girməzdi ki, nə vaxtsa görüşək... (İçir). Bizim o vaxtkı məktublaşmağımız davam etsəydi, bəlkə də həyatımız ayrı cür qurulardı.
    QADIN:- Nə bilmək olar? Bəlkə də...
    KİŞİ:-Oğul-uşaqdan nəyiniz var?...
    QADIN (tutulur):- Üç uşaq böyütmüşəm...
    KİŞİ:-Alah saxlasın...
    QADIN:- Qardaşımın uşaqlarıdır... Qardaşım maşın qəzasına düşdü-öz arvadı ilə... Uşaqları götürüb mən saxladım...
    KİŞİ:-Bəs öz ailəniz?..
    QADIN:- Özüm ailə qurmadım. (İçir). Bütün həyatımı o uşaqlara həsr elədim... İndi maşallah, üçü də böyüyüb ailə sahibi olub... Nəvələrim var...
    KİŞİ:- İndi təksiniz?..
    QADIN (gülür):- Tək niyə?.. Dedim ki, nəvələrim var... Nənəyəm...
    KİŞİ:- Bəlkə növbəti badələri nəvələrin, balaların sağlığına içək?.. Axı, mənim də nəvələrim var...
    QADIN: -Yaxşı sağlıqdır... İçək...

    (Kişi və Qadın içir. Qudalar bə barədəsə danışır, mübahisə edirlər. Tamada gah stollara, gah da qudalara yaxınlaşır).

    KİŞİ:- Deyəsən, qudalar mübahisə edirlər...
    QADIN:-Deyəsən...
    KİŞİ:-Yolda tıxac yaranıb... Nə etmək olar?.. Hər halda səbr etmək lazımdır... Elə deyilmi?..
    QADIN:- Yox, məsələ təkcə yolda deyil... Elə onların münasibətlərində də tıxac yaranıb...
    KİŞİ:- Kimin? Bəylə gəlinin?.. Bəy yaxşı oğlandır...
    QADIN:- Elə qız da yaxşı uşaqdır. Amma atası bu xeyir işə razı deyildi...
    KİŞİ: -Nə üçün?..
    QADIN:- Öz aramızda qalsın: oğlan kasıb ailədəndir... Atası siravi mühəndisdir...
    KİŞİ:- Bilirəm... Bəy dörd ildir ki, bir dəst kostyumdadır... Elə əyin-başından görünür... Amma istedadlı, ağıllı oğlandır...
    QADIN:- Qızın atası varlı-hallıdır. Yuxarılarda da qohum-əqrabası çoxdur. Qızı imkanlı bir ailənin oğlu istəyirdi... Amma qız razı olmadı...
    KİŞİ:- Niyə?.. Ağılsız olub...
    QADIN:- Düz deyirsiniz?..
    KİŞİ:-Doğru sözümdür. Kasıb ailələrdə həmişə söz-söhbət olur...
    QADIN:- Kasıb ailənin söz-söhbətlərini elə söz-söhbətlə də yerinə qoymaq olur... Amma varlıların münaqişəsini top-tüfənglə də səngitmək olmur. Böyük faciələrin hamısı böyük sərvətdən, böyük pullardan törəyir...
    KİŞİ:- Qəribədir... Elə bil ki, sizdə var-dövlətə qarşı bir allergiya var...
    QADIN: - Allergiya yox, nifrət... Mən həkiməm... Müşahidə edib görürəm ki, indi az qala bütün ölüm, qəti-qarət hadisələrinin kökündə pul, var-dövlət, sərvət dayanır. Padşahların da, dilənçilərin də həyatının mənası puldur, pul...
    KİŞİ:- Birdən siz elə fikirləşərsiniz ki, mə özüm dövlətli adamam... Yox, elə deyil. Sadəcə olaraq, mən də sizin kimi öz müşahidələrimi söyləyirəm. Axı, indi pul az qala hər şeyi üstələyib...
    QADIN:-Dünyada elə şeylər var ki, pulun oraya nüfuz etməsi qeyri-mümkündür.

    (Kişi və Qadın ayağa durub foyeyə doğru gedirlər).

    KİŞİ:- Yadımdadır, sizinlə o uzun səfər zamanı-Şimala üz tutub gedən o qatarda da biz bu cür söhbətlər eləmişdik...
    QADIN: - İki günlük yol yoldaşlığı zamanı biz çox şeylərdən danışmışıq. İndi çoxu yadımdan çıxıb. (Pauza). O vaxt sizinlə eyni kupeyə düşəndə düzü çaşıb qalmışdım...
    KİŞİ:-Xatırımdadır, sizi vağzaldan bir oğlan yola salırdı. Mən əvvəlcə elə bildim ki, o, sizin ya atanız, ya da əminizdir...
    QADIN:-Yox, o, mənim böyük qardaşım idi...
    KİŞİ:-Hə, siz kupedə mənə bu barədə danışmışdınız.
    QADIN:- O, sonra qəzaya düşüb öldü... Hə, onda qardaşım mənə dedi ki, gəl sənin yerini dəyişək... Amma qonşu kupelərdə boş yer tapa bilmədik.
    KİŞİ:- Sonra o mənə yaxınlaşıb dedi ki, bu uşaq yolda, filan şəhərdə düşəcək, ondan muğayat ol. Mən əsgəri qaydada təzim edib dedim ki, baş üstə, arxayın olun... Amma sonra baxıb gördüm ki, yol yoldaşım heç də uşaq deyilmiş. (Gülür). Hamısı indi yadıma düşür. Bəlkə də ayrı vaxt bunları xatırlaya bilməzdim. Görünür, indi sizinlə üz-üzə dayanmışam deyə, yaddaşım itiləşib...
    QADIN:- Yadımdadır, o vaxt biz sizinlə çox şeylər barəsində danışdıq...
    KİŞİ:-Tək bircə şey haqqında söhbət açmadıq... (Pauza). Amma mən məktublarımda o toxunmadığımız mövzuya işarələr edirdim... üstüörtülü...
    QADIN:-Ola bilər. (Utanır). Nəsə başa düşməmişəm görünür...
    KİŞİ (gülür):-Yəqin ki, o sizə vaxt başa düşmək sərf etmirmiş... Deyəsən, qardaşınız sərt adam idi...
    QADIN:- Elədir... Məni o böyütmüşdü, bir növ atalıq etmişdi.
    KİŞİ:-Bəs indi təklik, tənhalıq sıxmırmı sizi?..
    QADIN:-Yox ... Öyrənmişəm təkliyə... Ta heç nədən qorxum yoxdur... Bəs siz?
    KİŞİ:- Elə mən də... (Pauza). Çox qəribədir, bu ötən illərdə biz bir dəfə də üz-üzə gəlməmişik...
    QADIN:-Bəlkə də rastlaşmışıq. Görünür, tanımamışıq bir-birimizi... Əgər indi danışmasaydınız, yenə də tanımayacaqdım... Mənim güclü səs yaddaşım var. Diktorları, aktyorları elə səslərindən tanıyıram. Sizin də özünəməxsus ləhcəniz, səs tembriniz var. Bu neçə ildə səsiniz zərrəcə də dəyişməyib.
    KİŞİ:- Əslində siz də az dəyişmisiniz. (Pauza). Hə, o vaxt mən sizi vağzaldan yola salandan sonra kupeyə qayıtdım... Dəsmalınızı unudub orada qoymuşdunuz...
    QADIN (gülür):- Aman Allah, siz hər şeyi xatırlayırsınız. Sonra bu barədə məktubda da yazmışdınız...
    KİŞİ:- Hə, yazmışdım... Ətirli bir dəsmaldı... Mən o dəsmalı uzun müddət qoruyub özümdə saxladım. Sonra hərbi xidməti başa çatdırıb elə qulluq elədiyim şəhərdə universitetə girdim... Bir neçə il buralarda olmadım... Bax, elə o vaxtdan əlaqələrimiz kəsildi...
    QADIN:- Az sonra anam vəfat elədi... Biz evimizi dəyişdik... Sonra qardaşımın başına faciə gəldi... Onun uşaqlarını mən böyütməli oldum... Eh, nə isə... Həyatdır-sevinci də var, kədəri də...
    TAMADA (mikrafonla):- İndi bizim şahidliyimizlə gözəl bir ailənin təməli qoyulur... Bu məclisdə ağsaqqallar, ağbirçəklər var... Onlar bizə örnəkdir. Gəlin, bu badələri içək ağsaqqalların sağlığına!...
    QADIN:-Keçək əyləşək... Bizim sağlığımıza içirlər...
    KİŞİ:-Bizim?
    QADIN:- Hə də... Ağsaqqalların, yaşlıların, qocaların...
    KİŞİ:- Mən hələ özümü qoca hesab etmirəm. Məncə, elə siz də...
    QADIN:- Yox, mən artıq qocalmışam... Siz özünüzə baxmayın-kişilər gec qocalır. Amma qadınlar... Onlar pensiyaya da kişilərdən əvvəl çıxır...
    KİŞİ:-Özünüzə böhtan atmayın... Siz hələ qocalmamısınız...
    QADIN:- Deyəsən, şərab sizi tutub... Bayaq çox içdiniz?..
    KİŞİ:-Xeyr... Mən nə içdim ki?.. Mən hələ rəqs edəcəyəm, mahnı oxuyacağam...
    QADIN (gülür):-Yəni elə işləriniz də var?!.
    KİŞİ (gülür):-Əlbəttə!.. Bəyəm bizə olmaz?!.
    GƏLİNİN ATASI (Tamadaya):- Sən tamada yox, əngsən, əng! Zəvzək, boşboğaz! ..
    TAMADA (təmkinlə):-Sizi anladım. Bəlkə nəsə bir sifarişiniz var? (Bəyin Atasına yaxınlaşır). Sizin qudanız xəstə deyil ki?..
    BƏYİN ATASI:- Yox... Yenə nə olub?..
    TAMADA:-Heç... Deyəsən, oynamaq istəyir...
    BƏYİN ATASI:-Doğrudan?.. Bir hava çalın, qoy oynasın ...
    TAMADA:-Kim? Mən özüm?..
    BƏYİN ATASI:- Bəs kim?.. Axı, musiqiçilər yoxdur... Gecikirlər...
    TAMADA:- Hazır fonoqramamız var... Olar?..
    BƏYİN ATASI:- Olar! Niyə olmur?!. Onsuz da indi çoxları fonoqram ilə çalıb-oxuyur...
    TAMADA:-Məsləhət sizindir. (Mikrafonla). İndi isə qudaları rəqsə dəvət edirik...

    (Tamada fonoqram oxudur:rəqs havası çalınır. Bəyin Atası oynaya-oynaya Gəlinin Atasına yaxınlaşır. Gəlinin Atası sürətli addımlarla Tamadaya yaxınlaşır. Tamada elə bilir ki, Gəlinin Atası onunla rəqs etmək istəyir. Tamada qollarını yana açıb Gəlin Atasına doğru irəliləyir. Gəlin Atası Tamadaya çatanda şillə ilə onu vurur. Tamada səntirləyir, amma yıxılmır. Gəlinin Atası Tamadanın yaxasından yapışıb nəsə deyir, yəqin ki, onu söyür. Bəyin Atası onlara doğru qaçır. O da nəsə deyir. Amma gur musiqidə onların heç birinin səsi eşidilmir. Onlar dartışır, yumruqlaşırlar... Kişi ilə Qadın onlara yaxınlaşıb harayçılıq edir, onları ayırırlar. Musiqi susur. Lirik melodiya eşidilir. Kişi mikrafonu əlinə alır).

    KİŞİ (mikrafonla):- Bir daha toyunuz mübarək olsun! Alqışlar! (Alqış səsləri eşidilir). Alqışlar! İndi isə icazə verin, sizə öz musiqi salamımı yetirim!..

    (Kişi mikrafonda şeirin mətnini bənd-bənd deklomasiya kimi ifa edərək oxumağa başlayır və sonra oxuya-oxuya Qadınla rəqs edir).

    KİŞİ (mikrafonla oxuyur):

    -Burada yel əsməz, yengələr oynar,
    Küçələr qol açar, döngələr oynar,
    Biz durub baxırıq-kölgələr oynar,
    Açaq könlümüzü doğmaya, yada,
    Ey cənab tamada, cənab tamada!

    Mən hələ susuram, sənsə kükrə, coş,
    Ürəyim doludur, badələrsə boş.
    Sən indi ayıqsan, mən isə sərxoş,
    Bu gün xatirələr düşəcək yada
    Ey cənab tamada, cənab tamada!..

    Bu məclisdən olmaz, bu gündən olmaz,
    Nədir məclisinki?-şərab, xoş avaz!
    Qoy hələ gözəllər rəqs etsin bir az.
    Ruhum bir dənizdir, ürəyim-ada
    Ey cənab tamada, cənab tamada!

    İzn ver, sonuncu badəni içim,
    Sonrasa ağlayım mən için-için.
    Bir gülüş, bir görüş, bir öpüş üçün
    Mən bütün ömrümü verərəm bada
    Ey cənab tamada, cənab tamada!..

    (Alqış səsləri. İştirakçılar əl çalır).

    SƏSLƏR:-Sağ ol! Var ol. Bravo! Əla!
    KİŞİ:-Toyumuz davam edir!

    Pərdə









    II HİSSƏ

    (Yenə həmin məkan Bəylə Gəlinin əyləşəcəyi stullar yenə də boşdur. Tamada başı sarıqlıdır. Bəyin Atası və Gəlinin Atası bikefdir. Qadınla Kişi foyedə şən halda nə barədəsə söhbət edir.)

    TAMADA (Bəyin Atasına):- İndi biz nə edək?.. Nə musiqiçilər gəlib çıxdı, nə də bəylə gəlin...
    BƏYİN ATASI :- Heç özüm də bilmirəm nə edim... Qudamla da ki, söhbət etmək qeyri- mümkündür...
    TAMADA :- Zalım balası elə bil ki, zəhər tuluğudur. Xətrinizə dəyməsin, belə adamla qohum olmaq hər oğulun işi deyil... Elə “qan-qan” deyir. Hövsələsiz, hirsli, jırtqoz adamdır. Mən sizin xətrinizə qalmışam burada... Yoxsa hər şeyə tüpürüb getmişdim. Özünü elə aparır ki, elə bil dədəmin dədəsinə, ozümün özünə borcum var...
    BƏYİN ATASI:- Bir az səbr edək, dözək... Camaatdan ayıbdır. Eşidib-bilən lənətləyər, söyər bizi...
    TAMADA:- Elə bil mən uşağım, bəbəyəm...Üstümə xoruzlanmağına, yumruq-təpik atmağına bax bunun. Deyəsən, hələ boynu qoltuq görməyib... Mən bu təhqirlərə yalnız sizə görə dözürəm: O biri tamadalar kimi beş-üç manatın zəlili deyiləm... Sizə mənim xüsusi hörmətim var. Gör neçə ilin tanışıyıq...
    BƏYİN ATASI :- Sağ olun. Xətriniz artıq olsun. Bir o telfonu bəri ver, görüm. (Tamadadan mobil telefonu alıb kiminlə isə danışır). Hə, nə oldu?... Əşi, bəs nə edək?... (Pauza). Vertalyot göndərək?!. Belə də iş olar?... Tıxac?!. Belə məclisdə də tıxac yaranıb... Nə? (Pauza). Hə, yaxşı, sonra danışarıq bu barədə... Yol açılan kimi zəng vurun, xəbər verin! Oldu!... (telefonu tamadaya verir). Yol hələ bağlıdır... Məclisi bir təhər yola verin...
    TAMADA (mikrafonla):- Bizim gəlinimizin atası, əziz quda, gözəl insan, böyük ürək sahibi, ləyaqətli ağsaqqal, nəsillərə örnək, qəlbi kövrək...
    GƏLİNİN ATASI (tamadaya):- Nə rəqs?.. Nə mahnı?.. Siz kimi ələ salırsınız?.. Siz tanıyırsız məni?...
    TAMADA:- Əlbəttə!.. Siz dünyanın ən gözəl, ən munis, ən təmiz, ən ləyaqətli bir insansınız... Eşq olsun sizə!.. (mikrafonda). Eşq olsun gəlinimizin atasına, hörmətli qudamıza!.. Gəlin növbəti badələri bir daha gəlinin atasının... atasının... sağlığına içək!...
    KİŞİ (Qadına):- Gedək əyləşək yerimizdə...
    QADIN:- Salon yaman istidir... Bəlkə içmək istəyirsiniz?.. (Gülür). Amma içənə oxşamayarsınız...
    KİŞİ:- Yox, çox içən deyiləm. Amma bu gün sərxoş olmaq istəyirəm...
    QADIN:- Niyə məhz bu gün?...
    KİŞİ:-Adam hərdən içib unutmaq istəyir dünyanı. Axı, ətrafa həmişə ayıq, aydın nəzərlərlə baxmaq da düzgün deyil...
    QADIN:- Sərxoşların gözündə dünya baş-ayaq görünür...
    KİŞİ:- Hərdən baş-ayaq görmək lazımdır dünyanı... Yoxsa adamın ürəyi partlayar...
    QADIN:- Nə üçün?...
    KİŞİ:- Aradabir dünyanın qəbul olunmuş əbədi qanunlarını vurub alt-üst etmək lazımdır...
    QADIN:- Nəyə görə?..
    KİŞİ:- Həmişə ağıllı görünmək olmaz; hərdən dəlilik etmək lazımdır!...
    QADIN:- Nədən ötrü?!.
    KİŞİ:- Bəyəm dünya təkcə ölülərdən və dirilərdən ibarətdir?..
    QADIN:- Bunun bizə nə dəxli var?..
    KİŞİ:- Bəyəm təbiətin cəmi iki rəngi var?.. Ağ və qara?..
    QADIN:-Mən heçnə başa düşmürəm.
    KİŞİ:- Bəyəm sevilməyin, şadlanmağın konkret bir zamanı var?..
    QADIN:- Mən sizi yenə anlamadım.
    KİŞİ:- Bəyəm ürəyin vahid bir düsturu var?..
    QADIN:- Mən riyaiziyyatçı deyiləm; düsturdan başım çıxmır...
    KİŞİ:- Bəyəm ürək təkcə fizioloji- tibbi bir anlayışdır?..
    QADIN:- Hə, bu başqa məsələ... Mən ürək həkimiyəm...
    KİŞİ:- Hə, şükür, mətləbə yaxınlaşdıq... Ürək nədir?.. Ürək nə vaxt bayram etməlidir?..
    QADIN:- Ürəyin vurması-elə onun bayramı deməkdir...
    KİŞİ:- Səhv edirsiniz! Mənim ürəyim vurur, amma o çoxdandır ki, bayram etmir. Mənim ürəyim yas saxlayır, qovrulur, yanıb külə dönür...
    QADIN:- Nə üçün?..
    KİŞİ:- Axı, mən sizə dedim ki, biz bəzən əbədi qanunlara qarşı getməliyik...
    QADIN:- Mən sizi heç cür anlamadığımı bildirdim...
    KİŞİ:- Mən indi sizə deyirəm: ürəyin düsturu yoxdur. O, hər yaşda bayram etmək istəyir. Nə qədər bayağı səslənsə də mən belə başa düşürəm...
    QADIN:- Siz dediyiniz o bayramlar indi mənim üçün əlçatmaz, ünyetməzdir...
    KİŞİ:-Biz yaşamalıyıq, yaşatmalıyıq o bayramları...
    QADIN:-Siz çox nikbin adamsınız. Elə oxuyub-oynamağınızdan da görünür...
    KİŞİ:- Mənim ürəyimdə bir boşluq var... İndi o boşluğa bir işıq, bir hərarət axmaqdadır.
    QADIN:- Siz çox maraqlı şeylər barədə danışırsınız...
    KİŞİ:- Mən sizin istehzanızı başa düşürəm. Bilirəm, siz demək istəyirsiniz ki, mən gülünc şeylər danışıram... Amma indi mən gülünc görünməkdən qorxmuram. Qoy mənə gülsünlər, qoy məni ələ salsınlar, qınasınlar məni... Bəzən insan öz xöşbəxtliyini özünün gülünc görünə biləcəyinin qorxusundan itirir; mən indi qorxmuram bundan. Qoy mən gülünc görünüm.
    QADIN:- Siz, deyəsən, sərxoşsunuz...
    KİŞİ:- Mənim beynimdə nəsə uğuldayır, yaddaşımda nəsə çaqqıldayır: bu Şimala gedən bəyaz bir qatarın, o qatarın təkərlərinin səsidir... Hər tərəfi qar örtüb. İsti kupedə utancaq bir əsgər və məlaikə kimi məhsum bir qız var. Onlar həyat haqqında, gələcək haqqında danışarlar. Həyat hələ onların öz zəhərli dişlərini qıcamayıb. Onlar üçün hər cür səadət, xoşbəxtlik hələ irəlidədir... Onların arzuları da qatarın pəncərəsindən görünən bəmbəyaz qar təpələri kimi safdır, təmizdir. Bəlkə də o anlarda- o təsadüfü səfər zamanı onların ürəyindən tamam ayrı bir istək, başqa bir arzu keçir... Amma...amma... onlar çox tezliklə ayrılmalı olurlar...Bu ayrılıq illərin, onillərin üstündə körpüyə çevrilir və günlərin bir günü bu körpü onları təzədən üz-üzə gətirir, görüşdürür... İndi o günlər sifətləri qırışlar doğrayıb, indi o sərt qışın bəmbəyaz qarı şəvə saçlara yağıb... İndi o qatarın fiti qulaqlarda əks-səda verir, indi o qatarın təkərləri xatirələrin üstündən ötüb keçir... Amma dəyişən təkcə zamandır, zahiri görüntülərdir... Ürəksə elə həmin ürəkdir...
    QADIN:- Siz elə şeylərdən danışırsınız ki... Axı, ayıbdır...
    KİŞİ:-Nədən?..
    QADIN: -Ağaran saçımızdan, ötüb keçən yaşımızdan...


    (Kişi Tamadaya yaxınlaşıb mikrafonu alır).

    KİŞİ:- Məclis əhlinə bir nəğmə sovqatı-“Yaşımdan utanıram”. (Oxuyur).

    Taleyimə qar yağır-
    Qışımdan utanıram.
    Huşum başımdan çıxır
    Huşumdan utanıram.

    Qollarım budaq olub,
    Əllərim yarpaq olub...
    Qara tellər ağ olub-
    Saçımdan utanıram.

    Xətrinə dəyəmmirəm,
    Qapını döyəmmirəm.
    “Sevirəm”-deyəmmirəm,
    Yaşımdan utanıram.

    (Kişi mahnını ifa edəndən sonra Qadına yaxınlaşır. Zaldan alqış səsləri eşidilir).

    SƏSLƏR: Ura! Sağ ol! Yaşa! Bravo! Molodes!..
    TAMADA (mikrafonla):-Gördüyünüz kimi, məclisimiz öz axarıyla gedir. Amma, necə deyərlər, sevgi nə yaşa baxır, nə də saça. Mən sizin hamınıza sevgi, məhəbbət dolu bir ömür arzulayıram. (Kişiyə). Sağ ol, cavan oğlan! Məhəbbət həmişə vaxtında gəlir. Sevgidə heç vaxt gecikmək söhbəti yoxdur.
    KİŞİ (Qadına):- Görürsünüz, tamada nə deyir?..
    QADIN:-Məhəbbət həmişə vaxtında gəlir?..
    KİŞİ:-Mən bunu öz ruhumla, öz ürəyimlə hiss edirəm...
    QADIN:-Axı, siz nə demək istəyirsiniz?..
    KİŞİ:-Artıq mən öz sözümü dedim... Özü də Süleyman dilində. Axı, Süleyman peyğəmbər quş dilini də bilirdi... Mən hər şeyi xırdalamaq istəmirəm...
    QADIN:-Siz həmişə bu cürsünüz?..
    KİŞİ:-Necə yəni-“bu cür”?..
    QADIN:-Belə gülər, şən, şux, nikbin?..
    KİŞİ:- Yox, qətiyyən! Mən dünyanın ən əzabkeş, ən ciddi, bəlkə də ən bədbin adamıyam...
    QADIN:-Bəs sizə bu gün nə olub?..
    KİŞİ:- Bu gün ağlım hissimi üstələyib. Bu gün mən dünyaya başqa gözlə baxıram... Dünya mənə olduqca gözəl, gənc, munis görünür... Sanki mən təzədən doğulmuşam...
    TAMADA (mikrafonla):- İtaliyanların bir yaxşı sözü var, deyir...
    GƏLİNİN ATASI (hirsli):- Əşi, bizə italyanların, çukçaların nə dəxli? Bayaqdan fikir verirəm, ağzını qoymusan Allah yolunda; elə bir yandan hüdüləyib tökürsən... Bəyəm burada böyük-kiçik yoxdur?.. Yoxsa öz biliyini nümayiş etdirirsən bizə?.. Yoxsa elə hesab edirsən ki, biz kitab-zad oxumamışıq?.. Yoxsa buradakıların hamısı bambılıdır səninçün?.. Adam bir söz deyəndə ağzında bişirər onu, yüz dəfə ölçüb-biçər...
    TAMADA:- Mən sizdən xahiş edirəm, öz sözünüzə, hərəkətlərinizə fikir verin!..
    GƏLİNİN ATASI:- Nə sarsaqlayırsan?.. Nə demək istəyirsən?..
    TAMADA:- Mən belə hesab edirəm ki, siz içməmisiniz...
    GƏLİNİN ATASI:- Mən içən deyiləm. Bildin?.. İçsəydim mən də bəziləri kimi bu yaşımda ortaya düşüb dingildəyər, ya da mahnı oxuyardım. (Kişiyə işarə ilə). Mən öz məclisimə heç vaxt yüngül, qeyri-ciddi adamları dəvət etmirəm. Kişi gərək öz çəkisini, öz yerini bilsin!.. Bildin?..
    TAMADA:- Ermənilərin bir sözü var, deyir: “Hingi hing dasnı hing”.
    GƏLİNİN ATASI (qışqırır):- Nə erməni?.. De görüm sən kimsən, haradan gəlmisən?!
    TAMADA:- Gürcülərin bir sözü var, deyir...
    GƏLİNİN ATASI:-Əşi, sən nə sərsəm-sərsəm danışırsan?.. Nə erməni, nə gürcü?.. Sən özünü harada hiss edirsən?..
    TAMADA: -Farsların bir sözü var, deyir: “Xər həmin xər əst, çuli digər əst”.
    GƏLİNİN ATASI:-Əşi, bu heyvərəni hansı meşədən tutub gətiriblər?..
    TAMADA: -Türklərin bir məsəli var, deyir...
    GƏLİNİN ATASI:- Rədd ol gözümün qabağından!..
    TAMADA (mikrafonla):- Bizim gəlinimizin atası-möhtərəm qudamız növbəti badələr qonaqların sağlığına qaldırmağı təklif edir. Bizim bugünkü məclisimizdə fransızlar, farslar, ruslar, türklər, gürcülər, çukçalar iştirak edir... Qonaqların sağlığına!.. Bir musiqi antraktı!..

    (Musiqi antraktı. Alqış səsləri).

    GƏLİNİN ATASI:- Mən bu məclisə heç kəsi dəvət etməmişəm! Nə rus, nə türk, nə fransız?.. Məni dolayırsan?..
    BƏYİN ATASI:-Nə fərqi var: ya siz, ya mən?..
    GƏLİNİN ATASI: -Yox, mən belə qohumluqdan heç nə gözləmirəm. Bəlkə də bu tıxac elə Allahın əmridir... Bəlkə də elə bu cür məsləhətdir...
    BƏYİN ATASI:-Axı, bura toy məclisidir. Burada zarafat da olar, şuxluq da, deyib-gülmək də...
    GƏLİNİN ATASI:- Hətta, təhqir də?..
    BƏYİN ATASI:-Təhqir?.. Kim kimi təhqir edir?..
    GƏLİNİN ATASI:- Burada nə böyük var, nə kiçik?.. Biri icazəsiz durub yaşına yaraşmayan hərəkət edir. (Kişiyə işarə edir). Biri ağlına gələni üyüdüb tökür. (Tamadaya işarə ilə). Biri məclisi siyasi diskussiya klubuna çevirmək istəyir... Hərənin öz səviyyəsi var... Hərə öz səviyyəsində adamla oturub-durmalıdır!..
    TAMADA (mikrafonla):- Rusların bir sözü var, deyir, net dobro bez xuda... Hər qaranlığın bir işığı, hər axşamın bir səhəri var. Hər əvvəlin bir davamı, bir sonu olur... Hər övlad öz valideynin sonudur. Hər bir valideyn, yəni ata-ana özü həyatda əldə edə bilmədiyini çalışır ki, övladının simasında tapsın. Bu gün iki gül balanın, iki övladın, iki vəliəhdin, iki varisin, iki gəncin, iki növcavanın toy günüdür. İçək növbəti badələri övladların sağlığına!..
    QADIN:- Deyəsən, məsələ bir qədər qəlizdir. Nəsə qudaların sözü düz gəlmir...
    KİŞİ:- Gəlinin atası çox özündənrazı, təkəbbürlü adama oxşayır...
    QADIN:- O, əvvəllər kasıb bir adam idi. Sonralar alverlə məşğul olmağa başladı...
    KİŞİ:- Kommersantdır?..
    QADIN:- Yox... Alverçidi... Hə də, kommersant... Yuxarıda qohum-əqrabası çoxdur. İndi fələklə əlləşir... Qızını kasıb kişinin oğluna vermək istəmirdi. Amma qızı yaxşı uşaqdı: ağıllı, uzaqgörən... Dedi ki, məni istəmədiyim oğlana verməsəniz ya qoşulub qaçacağam, ya da özümü öldürəcəyəm...
    KİŞİ:- Əhsən!.. Əhsən belə qıza!..
    QADIN:-Doğru sözünüzdür?..
    KİŞİ:-Əlbəttə!.. İnsan iradəli olmalıdır: həm cavanlıqda, həm də qocalıqda...Mən özüm vaxtilə çox əfəl, utancaq, qorxaq olmuşam... İndi söyürəm öz-özümü!..
    KİŞİ:-Elə öz cəsarətsizliyim üçün...

    (Gəlinin Atası, Bəyin Atası və Tamada nə barədəsə mübahisə edirlər. Kişi ilə Qadın stola yaxınlaşır).

    QADIN:- Məncə bu toyun sonu yaxşı qurtarmayacaq...
    KİŞİ:- Hər şey yaxşılığa doğru gedir...
    QADIN:- Qudalar yaman mübahisə edir, dartışırlar...
    KİŞİ:- Eybi yoxdur, dartışıb barışarlar... Qohumluq özü də sərt sınaqlardan, bərkdən-boşdan keçməlidir... Əsas məsələ isə budur ki, bəylə gəlin bir-birini başa düşür, anlayır...
    QADIN:- Amma qudalar az qala yumruq davasına çıxıblar... Ayıbdır, camaat onlara baxır.
    KİŞİ:- Bizim öz problemlərimiz var. İndi onların bizə dəxli yoxdur...
    QADIN:- Bizə, daha doğrusu, mənə dəxli çoxdur... Axı, gəlin mənim şöbəmdə işləyir.
    KİŞİ:- Bəysə mənimlə bir idarədə çalışır... Biz onlara yalnız xeyir-dua verə bilərik... Gəlin, içək bu badəni bəylə gəlinin sağlığına! Yox, elə öz sağlığımıza da içmək olar...
    QADIN:- Mən içmirəm... Bəsdir...
    KİŞİ:- Mən isə içirəm... Sizin sağlığınıza... Sağ olun... Sizin əbədi gözəlliyinizin sağlığına (İçir). Siz həmişə gəncsiniz...
    QADIN:- Kənardan sizə baxan elə fikirləşər ki, dünyanın ən qayğısız adamısınız ...
    KİŞİ:-Qətiyyən elə deyil. Mən bütün ömrüm boyu ehtiyac, qayğı içində yaşamışam.
    Elə indi də...
    QADIN:-Doğrudan?..
    KİŞİ:-Bu, həqiqətən belədir. Ehtiyac-mənim gündəlik məşqimdir. O, məni bir idmançı kimi daim formada saxlayır...
    QADIN:- Amma nədənsə zahirən xoşbəxt adam təsiri bağışlayırsınız... Bəlkə də mənə elə gəlir...
    KİŞİ: -Yox, təkcə sizə yox... Elə mənim özümə də hərdən elə gəlir... İnsan ürəyinin qəribə sirrləri olur. Biz çox şeyi vaxtında dərk edib qiymətləndirə bilmirik...
    QADIN:- Məsələn, nəyi?..
    KİŞİ:- Məsələn, elə xoşbəxtliyin nə olduğunu...Bax, mən artıq müəyyən bir ömür yaşamış adamam. Hətta, bəzilərinin nəzərində ahıl, ağsaqqal bir şəxsəm...
    QADIN (gülür):- Bəyəm elə deyil?...
    KİŞİ:- Bəlkə də elədir. Bilmirəm... Amma mən hər gün xoşbəxtlik barədə düşünürəm. Mənə elə gəlir ki, o xoşbəxtlik yol gəlir, mən hələ onu tapa bilməmişəm... Məncə hər bir adam öz xoşbəxtliyini gözləyir-bütün ömrü boyu... Hətta, ən xoşbəxt adam belə...
    QADIN:- Əslində isə xoşbəxtlik insanın burnunun ucunda olur...
    KİŞİ:- Biz sadəcə olaraq o xoşbəxtliyi görmürük. O xoşbəxtlik deyilən şey bir qatar kimi tüstülənə-tüstülənə, fit çala-çala bizdən uzaqlaşır. Bizə isə o qatarın arxasınca əl etmək qalır... Bir də bəm-bəyaz qar təpələrini xatırladan soyuq xatirələr...
    QADIN:- Siz çox obrazlı danışırsınız.
    KİŞİ:- Mən öz düşündüyümü, öz ürəyimdən keçənləri söyləyirəm...Mən öz xoşbəxtliyimi axtarıram... Mən onu biləcəyəmmi?.. (Pauza). Bilmirəm...
    TAMADA (mikrafonla):- Müdriklərdən biri deyib ki, məhəbbətdə sağ və sol, qalib və məğlub olmur. Məhəbbət ürəklə bağlı məsələdir. Sevən adam dünyanın ən xoşbəxt, ən böyük, ən nəhəng adamdır... İspanlarda bir söz var...
    GƏLİNİN ATASI (Tamadaya):- Yenə gicləyirsən. Bəsdir! (Bəyin Atasına) Bu nə çərənliyir yenə?.. Böyük adam demişkən... Siz hansı partiyanın üzvüsünüz?...
    BƏYİN ATASI:-Heç bu söhbətin yeridir?..
    GƏLİNİN ATASI:-Deyirəm iqtidarı dəstəkləyirsiniz, yoxsa müxalifəti?..
    BƏYİN ATASI:-Başa düşmürəm..
    GƏLİNİN ATASI:- Nəyi başa düşmürsünüz?.. Dediyim odur ki, mövqeyinizi bildirin...
    BƏYİN ATASI:- Biz qohum, oluruq... Məncə artıq əskik danışmağa heç bir ehtiyac yoxdur.
    GƏLİNİN ATASI:- Qohum oluruq... Bəyəm qohum olanda adamı ələ salır, dolayarlar?..
    BƏYİN ATASI:- Kim kimi ələ salır?..
    GƏLİNİN ATASI:- Tamada... O, məclisdəkilərin hamısını, o cümlədən məni təhqir edir!..
    BƏYİN ATASI:- Mənə elə gəlir ki, siz özünüz məclisin pozulmasına cəhd edirsiniz...
    GƏLİNİN ATASI:- Mən?..
    BƏYIN ATASI:- Bəli, siz!.. Axı, nədir sizi qane etməyən?.. Siz nədən narazısınız?!
    GƏLİNİN ATASI:- Madam ki, belə oldu onda mən bu cür qohumluğun üstündən xətt çəkirəm.
    BƏYİN ATASI:- İndi elə bir zamandır ki, ailə problemlərini ailə üzvlərinin özləri həll edir.
    GƏLİNİN ATASI:- Nədir, yoxsa mənim ailə məsələmi siz həll etmək istəyirsiniz?..
    BƏYİN ATASI:-Qətiyyən!.. Mənim elə bir istəyim yoxdur. Qoy öz problemlərini cavanlar özləri yoluna qoysunlar...
    GƏLİNİN ATASI:- Mənim öz ailəmin... Öz qızımın öhdəsindən gəlməyə gücüm çatar... Mən bir ata kimi... Əgər o, mənim sözümdən boyun qaçırsa... Mən onu da məhv edərəm onun seçdiyi o oğlanı da... Mənim gücüm, iradəm çatar buna!..
    BƏYİN ATASI:-Mənə elə gəlir ki, bu cür məsələləri top-tüfənglə, qılınc-qalxanla həll etmirlər... Bir də ki, biz orta əsrlər də yaşamırıq...
    TAMADA (mikrafonla):- Ataların bir zərb-məsəli var, deyir-“bir qız bir oğlanındı”. Bizim xalqımızın gözəl adətləri var. O adətlərdə bizim dünənimiz, keçmişimiz yaşayır. Biz bu gün dünənimizin ən saf, ən təmiz, ən gərəkli zərrələrini yaşadırıq... Bir qız –bir oğlanındır!. Sevən ürəkləri heç bir qüvvə bir-birindən ayıra bilməz! Məhəbbət pula, sərvətə, dövlətə baxmır. Məhəbbətin ilk ünvanı, son ünvanı ürəkdir!
    GƏLİNİN ATASI:- Mən göstərərəm sizə o ilk ünvanı, son ünvanı (mobil telefonla zəng vurur). Alo! Hə, mənəm. Hələ yol açılmayıb? Yox?.. Yaxşı ki, hələ açılmayıb! Elə tıxac olsa yaxşıdır! (Pauza). Əlbəttə, daxili-xarici siyasət, qlobal problemlər həll olunur. Yol da bağlanar, tıxac da olar... Ə, bunu çoxları qanmır, axı! Kim qanmır? Elə mənim bu qudam... Ə, bunlar siyasi cəhətdən çox savadsızdır... Hələ siyasətin nə olduğunu qanmırlar... (Pauza). Yox ey, yol açılan kimi maşını geri sürdürün... Hə də, evə... Mən belə istəyirəm. Gəlib hər şeyi izah edərəm. Bizimkiynən bunlarınkı tutmaz! Niyə?! Niyəsini sonra deyərəm. Ə, ən böyük tıxac elə buradadır! (Pauza) Bildin? Qandın?
    KİŞİ:- Deyəsən, qudalar bir-biri ilə dil tapa bilmirlər...
    QADIN:- Əsas məsələ qızla oğlanın dil tapmasıdır...
    KİŞİ:-Məncə onlar dil tapacaqlar...
    QADIN:- Gəlinin atası çox cığallıq eləyir.
    KİŞİ:- Bəyin atası da tərs adamdır. Dediyindən dönən deyil... Mən bunu hiss edirəm...
    QADIN:- Mənim çoxdan ürəyimə dammışdı ki, bu işi pozmağa çalışacaqdır... Qız hər gün ağlayıb deyirdi ki, atam məni bu fikirdən daşındırmağa çalışır. Onun atası varlı-hallı bir adamla qohum olmaq istəyirdi.
    KİŞİ:- Hım-m-m... (Pauza). Bütün bunlar öz yerində... Belə çıxır ki, indi siz tamamilə tək yaşayırsınız...
    QADIN:-Hə, təkəm... Hərdən nəvələrim gəlir baş çəkir...
    KİŞİ:- Nəvələriniz?..
    QADIN:-Hə də... Qardaşımın nəvələri... Axı, mən sizə dedim: qardaşım vəfat edəndən sonra onun övladlarını mən böyütmüşəm... Siz necə?... Uşaqlarla bir yerdəsiniz?..
    KİŞİ:-Yox... Elə mən də təkəm... Qızımı köçürmüşəm. Təklik üzür məni...
    QADIN:-Siz arvadınızı tez itirmisiniz... Gərək vaxtında ailə quraydınız...
    KİŞİ:-Vaxtinda?.. Bəlkə elə indi gəlib yetişib o vaxt deyilən şey?..
    QADIN:-Mən başa düşmürəm ki, siz nədən, kimdən danışırsınız?..
    KİŞİ (gülür):- Yəni bunu başa düşmək üçün böyük münəccim olmaq lazımdır?..
    QADIN:- Deyəsən, siz doğrudan da sərxoşsunuz...
    KİŞİ:-Sərxoşam... Amma şərabdan yox...
    TAMADA (Bəyin Atasına):- Bəlkə deməyə bir sözünüz var?.. Mən məclisdə demokratizmin tərəfdarıyam... Kimin ürəyindən nə keçirsə, buyurun...
    BƏYİN ATASI:- Mənim elə bir sözüm yoxdur...
    TAMADA (mikrafonla):- İndi isə sözü, gəlinimizin atasına veririk! Alqışlar!..
    GƏLİNİN ATASI:-Mən artıq öz sözümü demişəm!..
    TAMADA (mikrafonla):- Yenə alqışlar!.. Mikrafonu gəlinin atasına təqdim edirik!..

    (Gəlinin Atası çaşıb mikrafonu götürür).

    GƏLİNİN ATASI (mikrafonla):- Alo! Alo!.. Kimdir danışan?.. (Hiss olunur ki, o mikrafonu telefonla dəyişik salıb). Ə, kimdir danışan?.. Niyə cavab vermirsiniz?!, (Tamadaya hücum çəkir, yenə mikrafonla danışır). Məni axmaq yerinə qoyursan?.. Mən sizin hamınızın dərsini verərəm!.. Yaxşı, olsun!.. Dəyyus! Yaramaz!..

    (Gəlinin Atası əlində mikrafon Tamadanın arxasınca qaçır. Toy iştirakçıları onları alqışlayır-onlar çoxu bütün bunların bir zarafat olduğunu zənn edir. Gəlinin Atası Tamadanın boğazından yapışır. Tamada onun əlindən mikrafonu qapır, sintizatora yaxınlaşıb bir oyun havası çalır. Bəyin Atası Gəlinin Atasını sakitləşdirir. Alqış səsləri eşidilir. Toy iştirakçılarından bəzisi rəqs edir).

    QADIN:- Mən heç bir şey anlamıram...
    KİŞİ:-Deyəsən, gəlinin atası əməlli-başlı gicdir...
    QADIN:- O, toyu pozmaq istəyir...
    KİŞİ:- Bu, toydan daha çox, məzhəkəyə bənzəyir. Belə də toy olar?..
    QADIN:- Yazıq qızın ürəyinə dammışdı...
    KİŞİ:- Nə?.. Nə dammışdı?..
    QADIN:-Toyun bu cür alınacağı...
    KİŞİ:- Elə mənim də ürəyimə dammışdı ki, bu toyun finalı ayrı cür olacaq...
    QADIN:-Ayrı cür?.. Necə yəni?..
    KİŞİ:- Mən bunu izah etməyə çətinlik çəkirəm...
    TAMADA (Bəyin Atasına):- Bağışlayın ey... Xətrinizə dəyməsin... Siz belə heyvərə qudanı haradan tapmısınız?..
    BƏYİN ATASI:- Yavaş danışın... Eşidər... Onsuz da o, özünü bizimlə qanlı-bıçaq hesab edir... Eh, günah oğlumdadır. Sonulayıb-sonulayıb özünə elə yerdən qız seçdi ki... Bunlar başqa tərbiyə yiyəsidirlər...
    TAMADA:-Elə məclisi pozmağa bir bəhanə axtarır... Məncə elə pozacaq da... Hikkəli adamdır...
    BƏYİN ATASI:-Gərək birtəhər yola verək... Özün görürsən ki, qan-qan deyir...
    TAMADA:-O kiminləsə telefonla danışırdı... Deyəsən, toy karvanının ağzını geri döndərmək istəyir... Hər halda, özünüz danışıb məsələni yoluna qoyun.
    BƏYİN ATASI:- Gör bir mənim oğlum sümüyümüzü kimin sümüyünə caladı?.. Amma, insafına gəlin yaxşı uşaqdır... Əgər qudam yenə hay-küy salsa oğluma deyəcəm, qoy qızı götürüb aradan çıxsın...
    TAMADA:-Bəs onda biz bu toyu kimin üçün edirik?.. Mən kimin sağlığına tost deyirəm?.. Vallah, bu məclisdən bir şey anlamıram: yolda tıxac yaranıb, burda da belə...
    BƏYİN ATASI:- Elə burda da tıxac yaranıb. Qudamız bir tıxac olub keçib bizim boğazımıza... Bir dəli şeytan deyir, tüpür hər şeyə, bu tıxac oğlu tıxacı sal təpiyin altına...
    TAMADA:- Yox, səbrli olun... Elə mən özüm də yığmışam bunun əlindən... Amma neyləmək olar... Gərək indi gəlin tərəf deyən havaya oynayaq... Doğrusu, heç tərif deməyə də dilim gəlmir. Bu heyvərənin nəyini, harasını tərifləyəsən?..
    BƏYİN ATASI:- Sən öz işində ol.
    TAMADA (mikrafonla):- Farsların böyük bir şairinin ibratamiz sözləri var, deyir:
    Əgər adəmi beçeşməsto dəhano kuşa bani,
    Çe miyan nəqş divar və miyane ədəmiyyət?
    Ki, yəni ağız-burun-qulaq adamı adam eləsəydi, onda naxışlı divarla adam arasında nə fərq olardı? Mən tam qətiyyətlə deyə bilərəm ki, bizim gəlinimizin atası, hörmətli qudamız məhz bu cür insanlardandır... Yəni bu cür adam deyil... O qulağı-burnu, dili-ağzı yerində olan bir şəxsdir. Gözəl xasiyyəti, incə rəftarı, şirin dili var bizim qudamızın. Şəxsən mən özüm onunla qısa bir vaxtdır tanış olmuşam. Amma okeandakı suyun tamını bilmək üçün ondan bir damcı içmək kifayətdir. Bir okeandır bizim gəlinimizin atası, bizim möhtərəm qudamız... Mən belə hesab edirəm ki, bu gözəl insanın sağlığına nə qədər xoş sözlər desək, nə qədər badələr boşaltsaq yenə azdır. Biz növbəti badələri yenə qudaların, ələlxüsus gəlinin atasının sağlığına içirik. (İçir). İndi isə bir rəqs havası!..

    (Oyun havası çalınır. Tamada oynaya-oynaya, daha doğrusu səntirləyə-səntirləyə Gəlinin Atasına yaxınlaşır. Gəlinin Atası özünü dartıb qırağa çəkir, mobil telefonla kiminləsə danışır, əl-qolunu ölçür-onun ağzı köpüklənib. Hiss olunur ki, bərk qəzəblənib. Toy-tamaşa iştirakçılarından bəzisi tamadaya qoşulub rəqs edir. Rəqs başa çatır. Qadınla Kişi foyedə gəzişir).

    KİŞİ (Qadına):- Sizə bir təklif etsəm qəribə görünməz ki?..
    QADIN:- Nə təklif?..
    KİŞİ:- Deyirəm, birdən xətrinizə dəyər...
    QADIN:- Elə təklif irəli sürün ki, xətrə dəyən olmasın...
    KİŞİ:- Bəlkə bu toydan sonra bizə gedək?..
    QADIN:- Sizə?.. Nə üçün?..
    KİŞİ:- Lap elə sizə də getmək olar...
    QADIN:- Bizə?.. Niyə məhz bu gün?..
    KİŞİ:- Mən istəyirəm ki... İstəyirəm ki...
    QADIN:-Axı, nə istəyirsiniz?..
    KİŞİ:- Məncə bu toyun axarı, istiqaməti dəyişir.
    QADIN:-Necə bəyəm?..
    KİŞİ:- Görmürsünüz necə mübahisə gedir?.. Tamada qudaların arasında qalıb.

    (Qudalar əl-qollarını ölçə-ölçə nə barədəsə danışır, mübahisə edirlər. Tamada qudalardan gah birini, gah da digərini kənara çəkir. Bəyin və Gəlinin atası döyüşkən xoruz kimi bir-birilərinin üstünə atılırlar).

    QADIN (qudalara işarə ilə Kişiyə):- Paho! Doğrudan da!... Axı, onlar niyə dalaşqan xoruz kimi bir-birilərinin üstünə atılırlar?!. Ayıbdır, yekə kişidirlər, utanmırlar... Özləri öz toylarına qan-qaralıq salırlar...
    KİŞİ:- Elə ona görə deyirəm ki, bu məclisin axarı dəyişməkdədir.
    QADIN:-Məncə artıq dağılışmaq vaxtıdır. Çıxıb getmək lazımdır.
    KİŞİ:- Haraya?..
    QADIN:-Əlbəttə, evə!
    KİŞİ:- Siz necə təklif edirsiniz-sizə gedək, yoxsa bizə?..
    QADIN:-Hərə öz evinə...
    KİŞİ:- Bəlkə evləri birləşdirək?..
    QADIN:-Başa düşmədim. Çox qəliz danışırsınız.
    KİŞİ:- Başa düşmədiniz? Deyirəm, bəlkə ürəkləri birləşdirək. İndi başa düşdünüz?!.
    QADIN:-Əlbəttə, siz sərxoşsunuz. Sabah yuxudan ayılacaqsınız, indi dediyiniz sözlər özünüzə də gülməli gələcək...
    KİŞİ:- Mən indi dediyim hər söz üçün bütün həyatımla məsuliyyət daşıyıram. Mən uşaq deyiləm... Saç-saqqalımın ağ vədəsində məsuliyyətsiz söz danışa bilmərəm...
    QADIN:-Unutmayın ki, hər dövrün, hər yaşın öz ahəngi olur.
    KİŞİ:- Mən artıq bu barədə ətraflı danışdım. Məncə siz əsassız mühakimələr söyləyirsiniz.
    QADIN:-Əsassız?..
    KİŞİ:- Bəli, əsassız, həm də absurd. Yaxşısı budur, gəlin, məsələnin ikinci mərhələsini müzakirə edək...
    QADIN:- O, nə mərhələdir elə?..
    KİŞİ (ətrafa boylanır) :- İndi deyərəm, qoy görək bu işin axırı necə olur?..

    (Musiqi. Toy sahibləri yumruq davasına çıxırlar. Arada Bəyin və Gəlinin Atasının yumruğu tamadanın başına enir. Tamada vuruşanları ayırmaq istəyir. Məclis bir-birinə dəyir).

    TAMADA:-Elə ikiniz də bir yuvanın quşusunuz! Mən bu cür məclisi idarə edə bilmərəm. Mən öz postumdan istefa verirəm! Gedin özünüzə layiq tamada tapın!
    BƏYİN ATASI (Tamadaya):- Əşi, bir dayan görək! Lap biabır olduq! Sən məclisi idarə et! Qudamla mən özüm dil taparam.
    GƏLİNİN ATASI:- Biz heç o dünyada da dil tapa bilmərik. Yaxşı ki, bu qohumluğa elə bəri başdan nöqtə qoyuldu. Yoxsa bu işin sonu qanla qurtara bilərdi.
    BƏYİN ATASI:-Əşi, dayanın bir görək! Deyəsən, tıxac qurtarıb, yollar açılıb.
    GƏLİNİN ATASI:- Mən artıq öz kamandamı vermişəm: qızım evə qayıtmalıdır. Biz qohum ola bilmərik. Hərə gedib öz tayını tapsın. Mənim qızım bu ocaqda qala bilməz...
    BƏYİN ATASI:-Əziz quda, mənə hərbə-zorba gəlmə! Yadında saxla ki, o qız mənim ocağıma qismət olacaq. Bu, bizdən asılı deyil. Cavanlar sevişib ailə qururlar. Bizdənsə onlara xeyir-dua vermək qalır.
    GƏLİNİN ATASI:- Xeyir! Bu izdivac baş tutan deyil! (Ona yaxınlaşan Tamadaya). Sən nə istəyirsən məndən?.. Əl çək yaxamdan! Sırtıq, həyasız!..
    TAMADA:-Əşi, mərifətli danış...
    BƏYİN ATASI (Tamadaya):- Yaxşı, sən çəkil bu yana. İndi məsələ tamadalıq deyil.
    TAMADA:- Bu məclisə Tamada yox, ordu generalı gətirmək lazımdır, özü də top-tüfəngli...
    QADIN (Kişiyə):- Dünən radioda deyirdilər ki, şəhərə hansı ölkəninsə ordu generalı gəlib, bəlkə indi yolda ona görə tıxac yaranıb...
    KİŞİ:- Ta tıxac yoxdur, yollar açılıb deyəsən...
    QADIN:-Təki elə olsun...
    KİŞİ:- Qalır ikinci mərhələ...
    QADIN:-O nə mərhələdir, axı?..
    KİŞİ:- Toyu harada etməli?..
    QADIN:-Bəyəm bu, toy deyil elə?..
    KİŞİ:- Doğrudan da... (Pauza). Bəlkə məclisin axarını dəyişdirək?!.
    QADIN:-Ağlım bir şey kəsmir bu toydan. Bir ora baxın! Qudalar atışırlar. Lap biabırçılıqdır. Paho!.. Gəlinin atası lap gic imiş ki! Elə bəyin atası da səbrsiz adamdır. Heyif o qıza, o oğlana ki, bu cür ataları var.

    (Bəyin və Gəlinin atası əlbəyaxa olurlar).

    TAMADA:-Bəsdir, ayıbdır! Camaat sizə gülür.
    GƏLİNİN ATASI (zəng vuran mobil telefonla danışır):- Alo! Alo! Eşidirəm! Kim!.. Hə, nə olub?!. Nə tıxac?! . Bəs qız hanı?.. Sənə demədimmi qızı evə apar? Getmədi?.. Hara qaçdılar?!. Maşınla?!. Maşını oğlan özü sürürdü? Mən ona göstərərəm kimliyimi!.. İkisini də güllələyəcəm!..

    (Gəlinin Atası sürətli addımlaral çıxıb gedir. Bəyin Atası Tamadadan mobil telefonu alıb danışır).

    BƏYİN ATASI (mobil telefonla danışır):- Hə, yollar açılıb?!. Bəylə gəlin qoşulub qaçdılar? Hara?.. Şəhərdən kənara?.. Əşi, bizim bu qudamız lap həngamə imiş!.. Elə qoşulub qaçdıqları yaxşıdır. Əlbəttə, vaxt gələr atəşkəs elan edib barışarıq. (Telefonu Tamadaya uzadaraq). Hə, aradan çıxıblar... Bəylə gəlini deyirəm. Bəlkə də belə yaxşıdır.
    TAMADA:-Yaxşı, bəs mən nə edim?..
    BƏYİN ATASI:- Gör bir neyləyirsən. Hələ camaatın başını bir az qat, sonra da məclisi bağlı elan edib de ki, toyumuz başa çatıb.
    TAMADA:- Artiq hamı vəziyyəti başa düşüb, görmürsünüz məclisdə nə pıçhapıç var?!. Mən yalançı məclisin tamadası olmağa öyrənməmişəm.
    BƏYİN ATASI:-Özün bilən məsləhətdir.
    TAMADA:- Bəs pul?..
    BƏYİN ATASI:- Nə pul?..
    TAMADA:-Tamadanın nəməri... Mənə çatacaq zəhməthaqqı...
    BƏYİN ATASI:- O xırda məsələdir... Pul əl çirkidir. Mən gedim görüm uşaqların başına nə iş gəldi... Sən öz işində ol...
    TAMADA:- İş var ki?... Qoyursuz ki, işləyək?!
    BƏYİN ATASI:-Yaxşı... Hələlik! Görüşərik!

    (Bəyin Atası çıxır. Çaşabaş qalmış Tamada mikrafonu götürür).

    TAMADA (mikrafonla):- Əziz dostlar, soydaşlar, qohumlar, qonşular!.. Bu gün biz iki gözəl ailənin... iki gəncin...iki qudanın... məclisinə toplaşmışıq... Deyirəm əvvəlcə bir tuş çalınsın, sonrasına baxarıq. İndi isə badələri qaldırın!

    (Musiqi. Kişi ilə Qadın nə barədə isə mübahisə edir. Deyəsən, nəhayət, deyəsən Qadın Kişi ilə ümumi fikrə gəlir. Onlar gülümsəyib əl-ələ tuturlar. Sonra Kişi Tamadaya yaxınlaşır, ona nəyisə izah edir: əvvəlcə təəccüblənən Tamada sonra qəh-qəhə çəkib gülür. Tamada qol götürüb oynayır, Kişi ilə Qadını rəqsə dəvət edir).

    QADIN:- Lap biabır oldum!..
    KİŞİ:- Niyə?.. Onsuz da bu toy gec-tez baş tutmalı idi.
    TAMADA (Kişi ilə Qadına):-Xahiş edirəm yerlərinizi tutun!

    (Kişi ilə Qadın-bəylə gəlin üçün nəzərdə tutulmuş kreslolarda əyləşirlər. Alqış səsləri eşidilir).

    TAMADA (mikrafonla):-Mənim əzizlərim, toyumuz davam edir. Daha doğrusu, məclisimiz indi-indi qızışır. Daha tıxac yoxdur. Yollar açılıb... Bəylə gəlinimiz öz yerlərini tutub. Biz bu toyda şahid kimi iştirak edirik. Gəlin bəylə gəlini alqışlayaq. Gəlin, hamımız bir ağızdan deyək: toyunuz mübarək! Qoşa qarıyasınız! Gəlin hamımız “Yallı” gedək!

    (Musiqi. İştirakçılar əl tutub rəqs edir, yallı gedir).


    PƏRDƏ
    SON

















    QARIŞQA TƏLƏSİ

    (İki hissəli dramatik komediya)

    İştirak edənlər:

    XANIŞ
    AMİRƏ
    BORAN
    DELFİNƏ


    I HİSSƏ

    Təbiətin mənzərəli guşəsi. Öndə rəqs meydançası. Arxada sanatoriya evciyi (kottec). Musiqi. Sanatoriyada dincələnlər rəqs edirlər. Amirə və Delfinə də rəqs edənlər arasındadır. Boran rəqs edən dəstənin ortasındadır. O, kişi-qadın cütlüyündən fərqli olaraq tək rəqs edir. Rəqs başa çatır. Hamı dağılışıb gedir. Amirə öz otaqlarına keçib pəncərəyə yaxınlaşır. Musiqi dəyişir. Az sonra qadının baxışları bir nöqtəyə sancılır. Bayaqdan qayğısızlıq yağan sifəti əvvəlcə ciddi, sonra qəzəbli ifadə alır. Uzaqdan eşidilən melodiya get-gedə güclənir. Qadın gözünü naməlum nöqtədən çəkmədən əsəbi halda yırğalanır, yerində qurcalanır. Amirə gördüyü mənzərəyə inanmırmış kimi əlini gözünün üstünə qoyub başını pəncərədən bayıra çıxarır, sonra yenə əzəlki pozanı alır. Nəhayət, başını yır- ğalaya-yırğalaya otaqda var-gəl edir.
    Xanış gəlir. Melodiya dəyişir. Amirə geri çəkildiyindən Xanış onu görmür; Xanış sanki sadə idman təmrinlərini yerinə yetirərək qollarını yana açır, ayağının birini yuxarı qaldırıb yerində fırlanır. Sonra fit çala-çala açıq pəncərəyə yaxınlaşır. O da Amirə kimi harasa boylanır və sonda baxışları məchul nöqtəyə dikilir. Amma Xanış, qadından fərqli olaraq şəndir. Xanış başını pəncərədən bayıra çıxarıb əlini yellədir. Sanki kimisə səfərə yola salır. Qadın Xanışa yaxınlaşıb onun çiyninin üstündən uzaqlara baxır, sonra yenə uzaqlaşır. Hələlik Xanış qadını görmür. Qadın qəzəblə Xanışı süzür. Xanış başını çiyinlərinə qısıb gülümsəyir, əlini əlinə sürtür və yenə fit çalır.

    AMİRƏ. Hara boylanırsan belə? Gözün kimi axtarır? XANIŞ. Hə?.. Sən buradasan?..

    Xanış özünü itirib cəld pəncərənin önündən çəkilir. O yana-bu yana boylanıb irəli yeriyir. Gəlib Amirənin qənşərində dayanır.

    AMİRƏ. Ayrı vaxt deyirsən ki, gözüm zəifdir, nə bilim qulağım ağır eşidir... Amma indi pəncərə önündən çəkilmirsən... Xeyir ola?
    XANIŞ. Bəs sən hələ dükana getməmisən?..
    AMİRƏ. Bura bax, mən səndən nə soruşuram, sən mənə nə cavab verirsən?.. Deyəsən, doğrudan, ağır eşidirsən...
    XANIŞ. Kim deyir ki, mən ağır eşidirəm? Mənim qulaqlarım necə lazımdır qulluğumda dayanır. Mən bir az gözümdən şikayət- liyəm: yaxını pis görürəm.
    AMİRƏ. Belə çıxır ki, uzaqgörənsən, Xanış Xostanoviç!
    XANIŞ. Mən həm uzaqgörənəm, həm də uzağı görənəm, Amirə xanım!
    AMİRƏ. Elə isə sualıma cavab ver. (Pauza.) Niyə susursan?
    De görüm bayaqdan pəncərədən kimə baxırsan?..
    XANIŞ. Amirə, yenə nə olub sənə?.. Axı biz buraya istirahətə gəlmişik.
    AMİRƏ. Deyəsən, sən istirahət deyəndə ayrı şeylər barədə düşünürsən.
    XANIŞ. O “ayrı şey” nədir elə? De, qoy biz də bilək.
    AMİRƏ. Bura bax! Saç-saqqalını ağartmısan, amma özünü uşaq kimi aparırsan!..
    XANIŞ. Bıy, işə düşmədik!.. Nə olub axı, Amirə?
    AMİRƏ. Yaxşı, elə isə de görüm, bayaq bağın içində kiminlə elə şirin-şirin xosunlaşırdın, Xanış Xostanoviç?..
    XANIŞ. Bayaq?.. Bağın içində?.. Hə, bayaq, bayaq... Mən özüm-özümlə danışırdım.
    AMİRƏ. Özün-özünlə... danışırdın? Nə barədə?..
    XANIŞ. Yox ey, nazirlə söhbətləşirdim...
    AMİRƏ. Nazirlə söhbət edirdin?.. Naziriniz qadındır bəyəm?..
    O da sanatoriyadadır?..
    XANIŞ. Yox ey... Nazirin özü yoxdur burada... O məni sabah qəbul edəcək. Mən indidən o görüşə hazırlaşıram... O mənə sual verirdi, mən isə ona cavab...
    AMİRƏ. Harada?.. Bağda?..
    XANIŞ. Əlbəttə... Bağda... Yox ey, nazir nə gəzir bağda? Mən sabahkı görüşə hazırlaşıram, bir növ məşq edirəm.
    AMİRƏ. Bəs o qadın kim idi elə?.. Sənin yanında əyləşmişdi.
    XANIŞ. Qadın?.. Hansı qadın?.. Hə, skamyada əyləşən qadını deyirsən, yəqin... Mən onu heç düz-əməlli görməmişəm də...
    AMİRƏ. Axı sən yaxını pis görürsən, Xanış Xostanoviç... Doğrumu deyirəm?..
    XANIŞ. Doğru deyirsən... Amma o qadın öz aləmində idi... Mən onu sonra gördüm.
    AMİRƏ. Xanış, bura bax, mən yaxını da yaxşı görürəm, uzağı da. Sən o qadınla söhbət edirdin axı... gözünün içinəcən yalan deyirsən!
    XANIŞ. Hə... Yox... Bilirsən, məsələ nə yerdədir?.. O qadın lap sonra gəlib əyləşdi mənim yanımda.
    AMİRƏ. Sonra?.. Necə yəni sonra?
    XANIŞ. Mən nazirimizlə söhbəti qurtarandan sonra başımı qaldırıb gördüm ki, yanımda bir qadın əyləşib. Vəssalam!
    AMİRƏ. Yəqin, o qadın da özü-özünə kiminləsə danışırmış... Bəlkə, o da sənin kimi öz nazirinin suallarına cavab verirmiş... Hə-ə-ə?..
    XANIŞ. Mən o qadınla... O qadın mənimlə... Yox... biz danış- mırdıq...
    AMİRƏ. Elə isə de görüm, sən bayaq içəri keçəndən sonra nə üçün tez-tələsik özünü pəncərənin yanına təpdin?.. Kimə baxırdın oradan?..
    XANIŞ. Pəncərədən kimə baxırdım?.. Uzaqlara... Təbiətə... AMİRƏ. Axı sən uzaqgörənsən...
    XANIŞ. Uzaqgörən olmasam da, uzağı görürəm...

    Amirə iti addımlarla otaqda var-gəl edir, deyəsən, nəyisə axtarır. Asılqandan pencəyini götürüb geyir. güzgü qarşısında dayanıb özünü səliqəyə salır, saçını darayır, dodağına pomada çəkir. Xanış təəccüblə Amirəni süzüb, başını bulayır, keçib kresloda əyləşir. Amirə gəlib onun qarşısında dayanır, əlini belinə qoyub təkkəbbürlə Xanışa baxır.

    AMİRƏ. Deməli, yaxını pis görürsən.
    XANIŞ. Kimi pis görsəm də, səni yaxşı görürəm, Amirə. Hara belə? Hə, dükana?.. Mənə piyama almağı unutma. Sənin zövqün yaxşıdır...
    AMİRƏ. Heç olmasa zövqümü qiymətləndirirsən... Buna da şükür...
    XANIŞ. Mən obyektiv adamam...
    AMİRƏ. Yaxşı, bir şey ver görüm, ay obyektiv adam. Axı arvadın dükana gedir...
    XANIŞ. Dünən sənə bir ətək pul vermədim?
    AMİRƏ. Özün bil...

    Amirə hirsli-hikkəli halda qapıya yaxınlaşır. Əl çantasını götürür. Musiqi. Xanış kreslodan durub onun arxasınca gedir. Amirə qəzəblə onu süzür. Xanış gülümsəyir. Amirə də gülümsəyir. Xanış əlini qoltuq cibinə salıb telefon kitabçasının arasından çıxartdığı şax əsginası Amirəyə uzadır. Qadın üz-gözünü turşudub əli ilə Xanışın əlini geri itələyir. Xanış kitabçanın arasından çıxartdığı pul dəstini onun ovcuna basır. Qadın gülümsəyib pulu çantasına qoyur, sonra başını irəli uzadıb Xanışın yanağından öpür.

    XANIŞ. Piyama yadından çıxmasın.
    AMİRƏ. Arxayın ol. (Barmağını silkələyir.) Gözün orada-burada olmasın ha!

    Amirə birdən nəyisə xatırlayıbmış kimi cəld pəncərəyə yaxınla- şır, onu daha da kip örtür və pəncərənin tülünü çəkir, sonra tünd örtüyünü (pərdəsini) qapayır. Xanış başını bulayır. Amirə çıxır. Xanış güzgüyə yaxınlaşıb yanağını (indicə arvadının öpdüyü yeri) əli ilə bərk-bərk təmizləyir. Sonra pəncərəyə yaxınlaşır. Bayıra boylanır. Baxışları kimisə arayır. Amma deyəsən, axtardığını tapa bilmir. Keçib kresloda əyləşir. Qapı döyülür. Xanış qapıya yaxın- laşır. Delfinə gəlir. O, bəzək-düzəkli bir qadındır. Xanış diqqətlə qadını süzür, gülümsəyir.

    XANIŞ. Buyurun... Xahiş edirəm, keçin içəri...
    DELFİNƏ. Bəs Amirə xanım hanı?..
    XANIŞ. Amirə?.. Hə, Amirə... Sizə Amirə lazımdır, yoxsa...
    DELFİNƏ. Yox... Hə... Dedim, bəlkə, otaqları yığışdırmaq lazımdır...
    XANIŞ. Amirə özü yığışdırar, eybi yoxdur. Sizə zəhmət olar.
    DELFİNƏ. Nə zəhmət?.. Bu mənim vəzifəmdir...
    XANIŞ (mənalı-mənalı). Siz daha böyük vəzifəyə layiqsiniz...
    DELFİNƏ (gülümsəyir). Doğrudan?
    XANIŞ. Əlbəttə, doğrudan. Yəqin ki, təhsiliniz də var...
    DELFİNƏ. Var... Təhsilliyəm. Amma həmişə müdir katibəsi işləmişəm.
    XANIŞ. Yəqin ki, bilirsiniz, mən də müdirəm...
    DELFİNƏ. Eşitmişəm...
    XANIŞ. Katibəm də dekretə çıxıb.
    DELFİNƏ. Doğrudan? Nə yaxşı!..
    XANIŞ. Yəqin ki, subaysınız...
    DELFİNƏ. Yox, niyə ki? Ərim var...
    XANIŞ. Mənim katibəm subay idi...
    DELFİNƏ. Subay idi?.. Bəs o necə olub ki, dekretə çıxıb?.
    XANIŞ. Hə... Həqiqətən, bu necə olub? Düzü, mən bu barədə heç düşünməmişəm.

    Delfinə şaqqanaq çəkib gülür. Xanış əvvəlcə təəccüblə, sonra təbəssümlə qadını süzür. Daha sonra özü də Delfinəyə qoşulub gülür, qəşş edir. Qadın ciddiləşir, Xanış da özünü ələ alır.

    DELFİNƏ. Siz nəyə gülürsünüz?..
    XANIŞ. Heç... Elə-belə... Sizin gülüşünüz mənə də sirayət etdi. Mən sizi arabir dəhlizdə, həyətdə görürəm. Düzü, salam verməyə cürət etmirəm...
    DELFİNƏ. Niyə?..
    XANIŞ. Qorxuram.
    DELFİNƏ. Kimdən?
    XANIŞ. Sizdən...
    DELFİNƏ. Məndən?.. (Təəccüblə güzgüyə yaxınlaşır.) Mən elə qorxuncam bəyəm, Xanış Xostanoviç?..
    XANIŞ. Deməli, siz mənim adımı da bilirsiniz?..
    DELFİNƏ. Sizi kim tanımır ki? (Nazlanır.) Siz məşhur adam-sınız, Xanış Xostanoviç!
    XANIŞ. Məşhur adam olmaq özü də bir faciədir, Delfinə xanım.
    DELFİNƏ. Hım-m-m... Belə çıxır ki, siz də məni tanıyırsınız...
    XANIŞ. Sizi necə tanımamaq olar, Delfinə xanım?..

    Xanış irəli yeriyib Delfinə ilə üz-üzə dayanır, mənalı-mənalı gülümsəyib qadını süzür: Delfinə də gülümsəyir. Pauza. Musiqi. Səs-küy. Xanış bayırdan eşidilən hay-küyü eşidib tez kresloya çökür. Boran özünü içəri təpir. Onun çiynində radio, qoltuğunda santexnika alətləri və uzun boru var. Xanış ayağa durur. Boran onun qənşərində dayanır.

    BORAN. Sən çağırmısan məni?
    XANIŞ. Mən?.. (Təəccüblə.) Mənim sizinlə nə işim?.. BORAN. Unitazın tutulmayıb?..
    DELFİNƏ. Camaatın unitazı ilə sənin nə işin?..
    BORAN. Mən səndən soruşmuram...
    XANIŞ. Bizim unitaz normaldır, qaydasında işləyir... BORAN. Bəs borudan su axmır ki?..
    XANIŞ. Hansı borudan? Kimin borusundan?..
    BORAN. Sənin borundan!..
    XANIŞ. Mənim borumdan?..
    DELFİNƏ. Sənin camaatın borusu ilə nə işin?..
    BORAN. Mən səndən soruşmuram...
    XANIŞ. Bizim borumuz normaldır...
    BORAN. Normaldır?.. Yoxlayarıq!..
    XANIŞ. Nəyi?.. Nə yoxlayırsınız?..
    BORAN. Sənin borunun vəziyyətini.
    DELFİNƏ. Sən get öz borunu təmir elə!
    BORAN. Mən səndən heç nə soruşmuram.
    XANIŞ. Deyin görüm, sizə nə lazımdır?..
    BORAN. Sizin tualetin vəziyyətini yoxlamalıyam. Sanatoriyanın rəhbərliyinə yazmısınız ki, orada vəziyyət ürəkaçan deyil.
    XANIŞ. Harada?..
    BORAN. Tualetdə!
    XANIŞ. Tualetdə?.. Mən heç kəsə heç nə yazmamışam. DELFİNƏ. Xanış Xostanoviç, bəlkə, sizdən əvvəl burada yaşayanlar yazıblar?..
    XANIŞ. Ola bilər.
    DELFİNƏ. Oradan iy-zad gəlmir ki?..
    XANIŞ. Haradan?.. Hə, oradan...
    BORAN. Yoxlamaq lazımdır...
    XANIŞ. Nəyi? Haranı?..
    BORAN. Borunu, tualeti...
    XANIŞ. O tualet, o da siz. Nə qədər istəyirsiniz yoxlayın... DELFİNƏ. Qoy həm yoxlasın, həm də qoxulasın. Bəlkə, doğrudan da, boru su buraxır.
    XANIŞ. Mənim etirazım yoxdur...
    BORAN. Özün çağırtdırmısan məni... Amma indi yaxanı kənara çəkirsən.
    XANIŞ. Mən heç bir santexnik-zad dəvət etməmişəm bura. Bəlkə, burada bizdən əvvəl yaşayanlar dəvət ediblər? Bax, bu ola bilər.
    BORAN. Mənə bu gün məlumat veriblər. Öz əlimdəki işi ya rımçıq qoyub bura gəlmişəm.
    DELFİNƏ. Sənin də işin olarmış.
    BORAN. Məndən çox işi olan var ki? (Xanışa.) Heç soruşmur- san əlimdəki iş nədir?
    XANIŞ. Hə, o nə işdir elə?
    BORAN. Bir bəri dur, qulağına deyim: mən bu saat bir layihə üzərində işləyirəm... Fil tələsi hazırlayıram.
    XANIŞ. Nə hazırlayırsan?
    BORAN. Fillər üçün tələ!
    XANIŞ (başını bulayır). Hə, bildim.
    DELFİNƏ. O nə deyir elə?
    BORAN. Heç... sənə aid deyil.
    DELFİNƏ. Yaxşı, yaxşı, get işinlə məşğul ol.
    BORAN. Mən səndən heç nə soruşmuram.

    Boran çiynindən asdığı radionu kreslonun üstünə atıb tualetə keçir. Su şırıltısı eşidilir.

    DELFİNƏ. Mən gedim...
    XANIŞ. Mən şad oldum...
    DELFİNƏ. Nəyə?..
    XANIŞ. Sizinlə əyani tanışlığa.
    DELFİNƏ. Mən qiyabi oxumuşam...
    XANIŞ. Nə?..
    DELFİNƏ. Heç... Sonra gəlib yır-yığış edərəm...
    XANIŞ. Hə, gəlin... Tez-tez gəlin. O ki qaldı yır-yığışa, Amirə özü də yığışdıra bilər. Lap elə mən özüm də... Eh, bu gic haradan gəlib çıxdı?..
    DELFİNƏ. Kim?..
    XANIŞ. Boru düzəldəni deyirəm...
    DELFİNƏ. Düzəldir, qoy düzəltsin...
    XANIŞ. Orada düzəltməli bir şey yoxdur...
    DELFİNƏ. Xanış Xostanoviç, hələlik...
    XANIŞ. Getdiniz?.. Yaxşı... Görüşərik...

    Delfinə çıxır. Xanış tualetə sarı baxıb geri qayıdır, kresloda əyləşmək istəyir, amma oradakı radionu görüb oturmaq fikrindən vaz keçir. Radionu götürüb qurdalayır: radiodan qarışıq səs-küy eşidilir. Boran gəlib radionu onun əlindən alır; hansısa düyməni basır, oyun havası çalınır. Xanış təəccüblə onu süzür. Boran iti addımlarla tualetə gedir və az sonra geri qayıdır: onun əlində dəmir parçaları, kəsik borular, çəkic-kəlbətin var. Boran gətirdiyi “alətləri” bir-birinə vurub cingildədir, radioda çalınan musiqinin ritminə uyğun olaraq çiyinlərini oynadır, sonra şıdırğı rəqs etməyə başlayır. Xanış qorxu qarışıq heyrətlə ona baxır. Boran “alətləri” qoltuğuna vurub tualetə keçir, oyun havası dəyişir. Boran yenə qoltuğu dəmir-dümürlü gəlir, yenə rəqs edir. Rəqs başa çatandan sonra Boran boru parçalarından birini götürüb Xanışa yaxınla- şır. Xanış geri çəkilir. Boran əyilib boru parçasını Xanışın dizinə yaxınlaşdırır. Xanış yerində donub qalır. Boran boru parçasını hansısa ölçü vahidi kimi onun qaməti boyunca tutub sanki boyunu ölçür, hesablayır. Sonra Boran boru parçası ilə Xanışın boyunu onun kürəyi boyu (arxadan) ölçür. Xanış dinməzcə, qorxa-qorxa Boranın “boyunölçməsini” müşahidə edir. Daha sonra Boran yenə tualetə keçir. Yenə oyun havası səslənir. Və bu əsnada Amirə gəlir. Qadın bir müddət rəqs edən kişiyə ‒ Borana təəccüblə baxır. Musiqi xırp kəsir. Xanış sanki qəflət yuxusundan oyanır. Boran əlindəki dəmir parçasını bir-birinə vurur. Amirə əlini belinə qoyub Xanışın qarşısında dayanır. Xanış sanki Amirəni elə indicə görür.

    AMİRƏ. Bu kimdir belə?..
    BORAN. Kim kimdir?..
    AMİRƏ. Bu nə gəzir mənim otağımda?..
    BORAN. Bu kimin otağıdır?
    AMİRƏ. Mənim!.. Mənim otağımdır!..
    BORAN. Bu, dövlətin sanatoriyasıdır.
    AMİRƏ. Bəs sən kimsən?..
    BORAN. Mən Boranam...
    XANIŞ. Bu, santexnikdir.
    AMİRƏ. Bəs deyir ki, guya borandır...
    XANIŞ. Bəlkə də, borandır, nə bilim...
    AMİRƏ. Ey, boransan, tufansan - nəsən bilmirəm, yığışdır zir-zibilini... Özün də xoş getdin... Bildin?..
    BORAN. Orada iş yarımçıq qalıb...
    AMİRƏ. Harada...
    BORAN. Tualetdə...
    AMİRƏ. Cəhənnəmə ki, yarımçıq qalıb!.. (Tualetə yaxınlaşır.) Sən nə iş görürsən?.. (Qapıdan baxır.) Nə günə salmısan buraları? (Burnunu tutub qışqırır.) Tfu! Unitazı niyə sökmüsən?.. Bu nə iydir, bu nə qoxudur?.. Puf-f-f!.. Tez ol unitazı qoy yerinə!..
    XANIŞ. Unitazı söküb?..
    AMİRƏ. Bəs görmürsən, buranı nə günə salıb?..
    XANIŞ. İndi o unitaz mənə lazımdır, bəs nə edim?..
    BORAN. Unitaz lazımdır sənə?.. Məndə əntiqə bir unitaz var...
    XANIŞ (büzüşüb şalvarının belini yuxarı dartır). Neynirəm sizin unitazı? Mənə öz unitazım lazımdır.
    BORAN. Hə, indi düzəldərəm. Təşkil edərəm sənin üçün... AMİRƏ. Tez ol unitazı qoy yerinə...
    BORAN. Boru çürüyüb, heç nəyə yaramır. (Tualetə girib tez geri qayıdır; əlində tutduğu borunu Xanışa sarı uzadır.) Görürsən, nə vəziyyətdədir.
    AMİRƏ. O, yaxını yaxşı görmür.
    BORAN. Kim? Bu?.. (Xanışa.) Borunu görmürsən?.. (Amirəyə.) Bəs sən necə, görürsən?..
    AMİRƏ. Pu-f-f-f... Rədd elə bu zibili! İyisindən adamın ciyəri partlayır.
    BORAN. Dəyişmək lazımdır...
    AMİRƏ. Dəyişmək lazımdır, dəyişdir. Kimi gözləyirsən?.. BORAN. Nə deyirəm ki, dəyişdirim də! İşimin adı nədir?.. XANIŞ. Kömək lazımdır?..
    BORAN. Ay sağ ol! Arif adamsan...
    XANIŞ (qolunu çırmayır). Mən sizə kömək edərəm. BORAN. Elə kömək yox ey... (Barmaqlarını bir-birinə sürtür.)
    Təzə boru almaq lazımdır.
    XANIŞ (Amirəyə). Mənə piyama aldın?..
    AMİRƏ. Piyama qaçmır ki? Alınar də...
    BORAN. Əlbəttə, piyamanı istənilən vaxt almaq olar. AMİRƏ (tərs-tərs Boranı süzür). Sən get öz işinlə məşğul ol...
    BORAN. Mən öz işimi qurtarmışam. (Alətləri yığışdırır.) İndi qalır sizin işiniz...
    XANIŞ. Nə iş?..
    BORAN. Necə yəni nə iş?.. Hə, az qala unutmuşdum, sən yaxını yaxşı seçmirsən axı! (Gedib kənarda dayanır, barmaqlarını bir-bi- rinə sürtür.) İndi gördün, nə lazımdır?.. Mani-mani!..
    XANIŞ (Amirəyə). Piyamanın pulunu...
    AMİRƏ. Nə pul, nə piyama?.. Qoy o da rədd olsun, sən də...
    BORAN. Kim rədd olsun? (Dəmir parçasını götürüb Xanışın üstünə yeriyir.) Kimi təhqir edirsən?..
    XANIŞ. Mən?.. Mən sizə bir söz demədim ki?..
    BORAN. Bu qadın sənin arvadın deyil?
    XANIŞ (qorxa-qorxa). Arvadımdır...
    BORAN. Bəs sən öz arvadına nə üçün düz-əməlli ərlik etmirsən?..
    AMİRƏ. Yaxşı, bizim sənə nə qədər borcumuz var, qardaş?..
    BORAN. Qardaş yox, “Boran”... Ən yaxşı halda - Borya... XANIŞ. Yaxşı, hirslənməyin...
    BORAN. Neyləyim hirsləndirirsiniz də...
    AMİRƏ (sumkasını qurdalayır). Borcumuz...
    BORAN. Borcu deyirsən? Elə bir piyamanın pulu ancaq eləyər.
    AMİRƏ. Ala, mən pulu verirəm. (Pulu uzadır.) Amma incimə,
    sanatoriya rəhbərliyinə şikayət edəcəyəm.
    BORAN (pulu cibinə qoyur). İndi istəyirsən, lap ölkə rəhbərliyinə şikayət elə! (Xanışa.) O açarı bura ver!.. Hə, az qala unutmuşdum, sən yaxını görmürsən axı! Qoy onda uzağa qoyum ki, görə biləsən. (Açarı aparıb kənara qoyur.) Hə, indi görürsən o çəkici?.. Uzaqdadır, hə, bax orada. Ay sağ ol, onu gətir ver mənə! (Amirəyə.) Sən necə, yaxını yaxşı görürsən?.. Onda o radionun düyməsini bas! Forslu xanıma oxşayırsan... Eybi yox, sənin qazını alan tapılar!.. (Xanışa.) Elə sənin də... Bir az cəld olun!..

    Musiqi. Boran tez-tez tualetə girib-çıxır, əlini müxtəlif alət və ehtiyat hissələrinə sarı uzadır; Xanış və Amirə musiqinin ritminə və Boranın tapşırığına müvafiq olaraq sağa-sola, irəli-geri qaçır, lazım olan işi görür, alətləri verir, ətəkləri və yaxalıqları ilə tərlə- rini silir, bir-birilərinə toxunur, çəmkinir, qışqırır, yenə işləyirlər. Boran arabir əlinə götürdüyü alət və boru ilə onları hədələyir, ça- lınan musiqinin ritminə uyğun rəqs edir, əlindəki dəmir parçalarını bir-birinə vurub cingildədir, sanki bununla işin ritmini sürətləndirir. Nəhayət, musiqi susur. Hamı alnının tərini silir.

    AMİRƏ. Of-f-f... Lap əldən düşdüm...
    BORAN (Xanışa). Bura bax, sən bu instrumentləri buradan yığışdır, get orada üst-üstə yığ...
    XANIŞ. Niyə orada?.. Elə burada da yığmaq olar...
    BORAN. Axı sən uzağı yaxşı görürsən... Apar uzaqda yığ bunları.
    XANIŞ. Oldu... Hirslənməyin...
    AMİRƏ. Mən hirsimi tökməyə adam gəzirəm.
    XANIŞ. Elə mən də... (Borana). İndi istifadə etmək olar?.. BORAN. Nə-ə-ə?.. Nə dedin?..
    XANIŞ. Tualeti deyirəm...
    BORAN. Get, nə qədər istifadə edirsən, et...
    XANIŞ. Yaxşı, sonra...
    BORAN. Sonra niyə?.. Get indi yoxla ki, sonra protenziyan olmasın...
    XANIŞ. Piyamasız olmaz...
    AMİRƏ. Nə piyama-piyama salmısan?.. Hökumətin əvəzinə sanatoriya təmir etdirirsən! Gör bir sənin başın işləyir?..
    XANIŞ (Borana). Görürsünüz də...
    BORAN. Fikir vermə. Arvadların hamısı elə bu cür olur... XANIŞ. Sizinki də belədir?..
    BORAN. Nə?.. Tualet?..
    XANIŞ. Yox ey... Ailənizi deyirəm...
    BORAN. Bundan da betərdir.
    XANIŞ. Onda bizimkinə şükür.
    AMİRƏ. Arvad kimi boş-boş danışan kişilərdən zəhləm gedir...
    BORAN. Elə mənim də... (Xanışa.) O alətləri bir yerə yığdın? Di bəri ver! Hə, bax belə!.. O radionu da keçirt çiynimə... Bir az cəld ol... Di hələlik, görüşənəcən...

    Xanış tərini silir. Amirə diqqətlə Boranı süzür.

    AMİRƏ. Mən bunu haradansa tanıyıram... İt oğlu it!.. XANIŞ. Kimi söyürsən, Amirə?..
    AMİRƏ. Sən kəs səsini. Bildin?..
    XANIŞ. Axı nə olub?.. Hara hazırlaşırsan belə?..
    AMİRƏ. Univermağa gedirəm. Oradan da bacımgilə gedəcəyəm.
    Bəlkə, heç bu gün gəlmədim.
    XANIŞ. Mənə piyama...
    AMİRƏ. Piyama? Yenə piyama? Görmədin, piyamanın pulunu o əyyaş fırıldaqçıya verdim.
    XANIŞ. Yaxşı, o biri otaqda pencəyin qoltuq cibində pul var, onu götür. Amma piyama almaq yadından çıxmasın... Mən sabahkı görüşə hazırlaşmalıyam. Nazir qəbul edəcək...

    Amirə cəld qonşu otağa girib çıxır. Sumkasını qolunun üstünə atıb çıxır. Musiqi. Xanış güzgü qabağında dayanıb qaş-gözünü oynadır, əyilir, düzəlir, gülümsəyir, dişini ağardır. Sonra ucadan qəhqəhə çəkir. Biz az keçmiş kədərli görkəm alır. Əlini cibinə qo- yub otaq boyu əvvəlcə asta, sonra cəld addımlarla hərəkət edir. Bu hərəkət tədricən qaçışa çevrilir. Nəhayət, Xanış ayaq saxla- yıb üzünü divara çevirir, öz-özünə nəsə pıçıldayır. Musiqi dəyişir. Delfinə gəlir. Qadın kənardan Xanışa göz qoyur. Xanış ya qadının gəlişindən bixəbərdir, ya da özünü elə göstərir ki, guya Delfinənin otağa daxil olduğunu hiss etməyib. Xanış əli ilə kimisə hədələyir, şəhadət barmağını yuxarı qaldırır, qəddini düzəldir. Delfinəni gülmək tutur, o, əli ilə ağzını qapayıb pəncərənin tül pərdəsinin arxasında gizlənir. Xanış öz işindədir: o, yenə kimisə hədələyir, (yəqin ki, bu “kimsə” ona tabe olan işçilərdəndir) sonra əllərini kürəyinin arxasında çarpazlayıb otaqda gəzişir. Delfinə gülməyini saxlaya bilməyib pıqqıldayır. Xanış ayaq saxlayıb ətrafa boylanır, sonra asta addımlarla gülüş səsi gələn səmtə ‒ pərdəyə yaxınlaşır.

    XANIŞ. Bıy, sən hələ getməmisən? Deyəsən, məni izləyirsən, hə?..

    Xanış əlini uzadıb pərdənin üstünü sığallayır. Bundan sonrakı söhbətdə Xanış guya arvadı ilə danışır, amma hiss olunur ki, o, pərdə arxasındakı qadının Delfinə olduğunu bilir.

    DELFİNƏ. Hım-m-m...
    XANIŞ. Hım-m-m... Deməli, sənin belə işlərin də varmış. Mənə bayaqdan göz qoyurmuşsan, hə?..
    DELFİNƏ. Hım-m-m...

    Xanış pərdənin arxasından Delfinənin qolundan tutur, sonra əlini onun çiyninə qoyur.

    XANIŞ. Bir bəri dur görüm. Nədir, niyə dartınırsan?.. İlahi, səndən nə gözəl ətir gəlir! Qoy bir maç edim səni. Eybi yoxdur, qoy elə pərdənin bu üzündən o üzünə öpüş payı göndərim. Aman Allah, aramızdakı bu pərdə lap Çin səddindən də qalındır. Bəlkə, aramızdan pərdəni götürək?.. Hı-ı-ı?.. Yox?.. Paho, lap bihuş oldum! Bu sənin saçının öz təbii ətridir?
    DELFİNƏ. Siz nə edirsiniz?.. Dayanın, əlinizi çəkin, Xanış Xostanoviç!..
    XANIŞ. Nə-ə-ə?.. Bəyəm sən... sən... mənim arvadım deyilsən?..
    DELFİNƏ. Sənin arvadın?.. Xeyr, sənin arvadın Amirədir... Mən sənin arvadın deyiləm.

    Xanış pərdənin bu üzündən o üzünə sığal çəkə-çəkə danışır.

    XANIŞ. Yaxşı, yaxşı... Bəyəm mən görmürəm, sən kimsən?.. Sən elə əsl mənim... e-e-e... əsl adamımsan...
    DELFİNƏ. Xahiş edirəm, dinc durun, Xanış Xostanoviç!.. Mən başqasınınam...

    Xanış pərdəni qucaqlayır.

    XANIŞ. Necə yəni “başqasınınam?”.. Sən mənimsən!.. Sən mənim olmalısan... Axı sən necə başqasının olmalısan?.. Yox, bu ola bilməz.
    DELFİNƏ. Hım-m-m... Yox... Xanış Xostanoviç, axı siz... siz... ailəli adamsınız... Arvadınız, uşağınız, nəvəniz...

    Xanış üzünü pərdəyə sürtür...
    Həzin musiqi. Amirə gəlir. Diqqətlə ətrafa nəzər salır. Üzünü pərdəyə söykəmiş Xanışı görüb əlini sinəsinə qoyur. Elə bilir ki, ərinə nəsə olub. Amma pərdə arxasından qadın səsi eşidib kənara çəkilir, söhbətə diqqət kəsilir. Üz-gözünün ifadəsindən Amirənin möhkəm əsəbiləşdiyi bilinir.

    XANIŞ. Sən mənim hər şeyimsən... Həm arvadım, həm dostum, həm ruhum, həm ürəyim...
    DELFİNƏ. Xanış Xostanoviç, yaxşı deyil, arvadınız gələr bir- dən... Əlinizi çəkin...
    XANIŞ. Bəlkə, çıxasan pərdənin arxasından?.. Bəlkə, işıqda baxım sənin o ay üzünə?.. Of-f-f... Bircə yetsəydim sənin vüsalına... Məni üzəcək bu həsrət, bu həsrətin odu.
    DELFİNƏ. Sakit olun, Xanış Xostanoviç, xahiş edirəm... Çəkilin... Birdən arvadınız...
    XANIŞ. Of-f-f... Mən mələklər aləmindən şeytanlar aləminə düşmək istəmirəm... Mənə rəhminiz gəlsin...

    Amirə yaxınlaşıb əli ilə ərini qaramatlayır. Sonra yenə geri çəkilir. Xanış pərdənin arxasından başını Delfinənin çiyninə qoyur.

    DELFİNƏ. Xanış Xostanoviç, mən bilməzdim ki, sizin belə incə ürəyiniz var?..
    XANIŞ. Məni çoxları başa düşmür. Of-f-f... Mənim ürəyim... Mənim qəlbim, ruhum... Bura bax... Xahiş edirəm, qulaq as mənə... Artıq mənim ayaq üstə durmaq taqətim yoxdur... Eşidirsənmi?.. Gəl çıx o pərdənin arxasından...
    DELFİNƏ. Yox, çıxa bilmərəm...
    XANIŞ. Niyə?.. Utanırsan?..
    DELFİNƏ. Hım-m-m...
    XANIŞ. Eybi yoxdur... Onda qaranlıqda söhbətləşərik... DELFİNƏ. Birdən arvadınız...
    XANIŞ. Nə arvad-arvad salmısan?.. Arvad kimdir?.. Bəyəm arvad mənim ürəyimin hökmdarıdır?.. Bir də ki sənə dedim, axı mənim dostum da, arvadım da, qəlbim də, ruhum da sənsən, sən...

    Amirə qəzəblə irəli cumur, sonra nəsə fikirləşib geri qayıdır, işığı söndürüb kənara çəkilir. Qaranlıq. Təkcə Xanışın üstünə işıq düşür.

    DELFİNƏ. İşığı siz söndürdünüz?
    XANIŞ. Yox... Deyəsən, bütün işıqlar söndü... Bəlkə də, elə bu yaxşıdır. Axı sən qaranlıqda üzə çıxmaq istəyirdin... Bir də ki elə sənin öz işığın bizim bəsimizdir. Bura bax... Qulaq as... Keçək o biri otağa... Orada söhbətləşək... Başa düşürsən məni?.. Qoy əvvəlcə bir üz-gözümə su vurum... İndi gəlirəm.

    Xanış hamama keçir. Su şırıltısı, sonra gərgin musiqi səsi eşidilir. Amirə pərdəyə yaxınlaşır, onu yana çəkib Delfinənin qolundan ya- pışır. Hər iki qadın əlbəyaxa olur. Vuruşurlar. Sonra sakitlik çökür. Qadınlar gülüşürlər. Yenə musiqi. Amirə Delfinəyə nəyisə izah edir.
    O, (Delfinə) başı ilə təsdiq edir. Amirə Delfinənin ovcuna nəsə (yəqin ki, pul) basır. Delfinə çıxır. Amirə pərdənin arxasına keçir. Xanış çiynində dəsmal hamamdan çıxır: o, alt paltarındadır. İndi işıq təkcə Xanışın üstünə düşür; o, pərdəyə yaxınlaşır.

    XANIŞ. Hələ buradasan?..
    AMİRƏ. Hım-m-m...
    XANIŞ. Gəl, utanma... Niyə çəkinirsən... Qaranlıq istəyirdin, bax, bu da qaranlıq... Əsl sevib-sevilmək məqamıdır...
    AMİRƏ. Hım-m-m...

    Xanış əli ilə pərdəni, daha doğrusu, pərdənin o biri üzündə dayanmış Amirənin çiynini sığallayır. Qadın gülüşü eşidilir. Sonra bu gülüşə Xanışın şən qəhqəhəsi qarışır. Onların səs-küyünü qarışıq musiqi sədası müşayiət edir. Bir qədər keçmiş Amirə pərdənin da- lından çıxır və Xanışla qoşa, qol-qola qonşu otağa doğru gedirlər. İndi onların təkcə silueti görünür. Musiqi tədricən gurlaşır. Xanış və Amirə çıxan kimi qaranlıqdan Delfinə zühur edir. Onun sifətinə işıq düşür. Delfinə sakit, yumşaq addımlarla qonşu otağa sarı gedir, boynunu uzadıb qulağını şəkləyir. Qonşu otaqdan əvvəlcə gülüş, qəhqəhə, sonra hıçqırıq səsləri gəlir. Delfinənin sifətinə gah gülüş, gah kədər, gah təbəssüm, gah qəzəb qonur. O, qulağını qapıya söykəyib içəridən gələn səs-küyü dinləyir. Bir azdan Xanışın səsi eşidilir, sanki bu səs reproduktordan gəlir. Və həmin səsin intonasiya, tembr və plastikasına uyğun olaraq Delfinənin jest və mimikaları dəyişir, “rəngdən-rəngə” düşür: qadın gah qaşlarını çatır, gah sifətini turşudur, gah dilini çıxarır, gah gözünü yumur, gah əli ilə üzünü qapayır, gah irəli gedir, gah da ayaq saxlayıb heykəl kimi yerində donub qalır.

    XANIŞ (səsi eşidilir).
    Sən mənim taleyim, mənim ruhumsan,
    Dəli ceyranımsan, şıltaq ahumsan.
    Gəl ovla könlümü, gəl al canımı,
    Gəl ovut hissimi, həyəcanımı.
    Nə gözəl adın var: Delfinəsən sən!
    Suyun yox, qurunun delfinisən sən!
    Gərdənin oxşayır zirvə qarına,
    İzn ver, qoy düşüm ayaqlarına.
    Bu gecə quş kimi azadam, azad...
    Ya Rəbb, bu gecənin ömrünü uzat!

    Xanışın səsini musiqi müşayiət edir. Delfinə musiqi sədasına uyğun yüngül rəqs edir; o, sanki yuxuda uçur. Xanış və Amirə görünür. Delfinə çıxır.

    AMİRƏ. Hım-m-m...
    XANIŞ. Bu işıq da yanmadı ki, bir üzünü düz-əməlli görüm. Yəqin, o santexnik köpək oğlu elektrik xəttini korladı bayaq... Amma bir yana baxanda elə qaranlıq yaxşıdır. Bunun da öz ro- mantikası var... Xoşum gəldi səndən. Sənin kimi qadından ötrü adam nəinki pulundan, lap canından da keçər. Mənim abır-həyalı qadınlardan xoşum gəlir. Yoxsa mənim arvadım... Elə bil ailə tər- biyəsi almayıb zalımın balası. Öz günahımdır, nə edim... Pal-pal- tarını geyinə bildin?.. Bir şey unutmamısan ki?.. Mənimki elə iy biləndir ki, gəl görəsən. Əgər o, zastavada, yaxud gömrükdə işləsə, sərhəddən bir çöp də keçirmək olmaz. Yəqin, bütün qaçaqmalçıların axırına çıxar. Mənimki arvad deyil ki, taundur, vəbadır, sarılıqdır.
    Bir sözlə, başdan-ayağa xəstəlik mənbəyidir. Ərin var sənin?.. Utanırsan?.. Bıy, hə, bayaq demişdin, axı ərin var... Əlbəttə, belə gözəl xanım ərsiz olmaz ki. Düzü, heç ayrılmaq istəmirəm səndən. Amma neyləyəsən ki, hər anın öz hökmü var. Əminəm ki, yenə görüşəcəyik. Bu, sonuncu görüş ola bilməz... Qaranlıqda bir şey seçə bilirsən?.. Bax, qapı o tərəfdə olmalıdır. Yəqin ki, dəhliz də qaranlıqdır. Gedəndə ehtiyatlı ol... Birdən yıxılarsan. Səni özüm ötürmürəm ki, birdən görüb-eləyən olar. İndi axmaq adamlar çoxdur. Nə üçün namuslu bir qadın haqda boş-boş şayiələr yayılmalıdır?.. Elə deyilmi? Ay sağ ol... Qoy bir maç eləyim səni... Di hələlik. Sağ ol... Tezliklə görüşərik.

    Amirə çıxır. Bayırda səs-küy. Hiss olunur ki, qapıdan çıxan Amirə dəhlizdə Delfinə ilə rastlaşıb. Xanış səs-küyü eşidib büzüşür. cəld əynini geyinib kresloda əyləşir, əlinə kitab götürür. İşıq artır. Amirə gəlir. Qadın “kitab oxuyan” Xanışın başı üzərində dayanır. Xanış gözlərini ovuşdurub təəccüblə Amirəyə baxır.

    AMİRƏ. Hım-m-m... Oxuyursan?.. Özü də eynəksiz? Deməli gözün açılıb.
    XANIŞ. Mane olma!..
    AMİRƏ. Nə?..
    XANIŞ. Dedim, mane olma!..

    Amirə yaxınlaşıb kitabı Xanışın əlindən alır və bir kənara atır. Xanış ayağa durub qadınla üz-üzə dayanır.

    AMİRƏ. Əxlaqsız!
    XANIŞ. Nəsə təzə şeylər eşidirəm.
    AMİRƏ. Şərəfsiz!
    XANIŞ. Bax bu da təzə oldu.
    AMİRƏ. Həyasız!
    XANIŞ. Sənə nə olub? Niyə mənim ovqatımı korlayırsan, Amirə xanım? Özün bilirsən ki, görüşə hazırlaşıram.
    AMİRƏ (gülür). Görüşə hazırlaşırsan? Hansı görüşə?.. Axı sən görüşü indicə başa vurmusan...
    XANIŞ (çəkinə-çəkinə). Hansı görüşü deyirsən?..
    AMİRƏ. Bilmirsən, hansı görüşü deyirəm?.. Bilmirsən, hə? Yaxşı-yaxşı fikirləş, Xanış Xostanoviç!.. gözün zəifləyib, ağlın ki, yerindədir. Bəlkə, yaddaşın da zəifləyib? Elə isə yadına salaram: “dəli ceyranımsan, şıltaq ahumsan”.
    XANIŞ. Nə ahu, nə ceyran?.. Sən nə sayıqlayırsan? Ağlın çaşıb, nədir?..
    AMİRƏ. İndi görərik kimin ağlı çaşıb! (Qapıya yaxınlaşır.) Delfinə, bir buraya gəl görüm!

    Delfinə təzə geyimdə daxil olur.

    DELFİNƏ (utana-utana). Eşidirəm.
    AMİRƏ. Sən bayaq burada nə gəzirdin, Delfinə?.. Utanma, düzünü de...
    DELFİNƏ. Bayaq?.. Nə vaxt?.. Mən... mən...
    XANIŞ. Bu qadını mən ilk dəfədir ki, görürəm...
    AMİRƏ. Yalançının atasına lənət!
    XANIŞ (Delfinəyə). Vətəndaş, məni tanıyırsan? (Pauza.) Yox! (Amirəyə.) Görürsən?!.
    DELFİNƏ (Xanışa). Tanımırsan məni?..
    XANIŞ (Delfinəyə eyhamla, yalvarıcı nəzərlərlə). Yox... O mənada yox... Əlbəttə, mən sizi sanatoriyanın həyətində, dəhlizdə-fi- landa görmüşəm. O mənada yox...
    DELFİNƏ. Sən məni hər mənada tanıyırsan!..
    AMİRƏ (Xanışı yamsılayır). Dəli ceyranımsan...
    DELFİNƏ. Şıltaq ahumsan...
    AMİRƏ. Nə gözəl adın var: Delfinəsən sən.
    DELFİNƏ. Suyun yox, qurunun delfinisən sən.
    AMİRƏ. Bu gecə azadam, azad...
    DELFİNƏ. Bəs kim idi deyən ki, “bu gecənin ömrünü uzat?!”
    XANIŞ (qadınların qarşısında diz çökür). Yalvarıram, xahiş edirəm, məni biabır etməyin...
    AMİRƏ. Mən səni biabır yox, ifşa edəcəyəm!
    DELFİNƏ (Xanışa). Onsuz da, mən camaat içində rüsvay olmuşam... Hələ ərim bilsə...
    AMİRƏ. Ay qız, sənin ərin də var?..
    DELFİNƏ. Əlbəttə, var! Heç mənim kimi qadın ərsiz ola bilər? Borya bilsə, hamımızı qıracaq.
    AMİRƏ. Borya kimdir?..
    DELFİNƏ. Boryanı tanımırsınız? Boranı deyirəm də... Bayaq sizin tualetin borusunu dəyişdirən oğlan mənim ərimdir...
    XANIŞ. Paho... İşə düşmədik...
    DELFİNƏ. Mənim namusuma toxunulub.
    XANIŞ. Bacı, sakit ol!
    DELFİNƏ. Mən təhqir olunmuşam!
    AMİRƏ. Yaxşı, yaxşı, haray-həşir salma...
    DELFİNƏ. Ərin mənə sataşıb. Kimsəsiz bir qadına...
    AMİRƏ. Ay qız, sakit ol, gicləmə... Sənə deyilmədi ki, haray-həşir qoparasan.
    DELFİNƏ (Xanışa). Dil töküb məni yoldan çıxarmısan: “gərdəyin oxşayır zirvə qarına”.
    XANIŞ (diz çökür). Delfinə xanım, məni biabır etməyin. “İzin ver, qoy düşüm ayaqlarına”.
    AMİRƏ (Xanışa). Ayağa dur, utanmaz...
    DELFİNƏ. Mən rüsvay olmuşam, mən təhqir edilmişəm. Mən... Kimsəsiz bir qadının namusuna toxunulub!

    Hay-küy. Boran qoltuğu alətlərlə dolu, çiynində radio daxil olur. gətirdiyi ehtiyat hissələrini kreslonun üstünə atıb hiddətlə otaqda var-gəl edir və qəfildən Xanışın qarşısında dayanır.

    BORAN. Mənim arvadımın namusuna toxunublar! Mən bu işi belə qoya bilmərəm! Burada baş əziləcək, diş töküləcək, qan axıdılacaq!..
    DELFİNƏ. Boran, Borya! Yalvarıram, hirslənmə!
    XANIŞ. Qardaş, bir sakit ol!..
    AMİRƏ. Bu nə oyundur çıxarırsınız?.. Rədd olun buradan! BORAN. Mənim qeyrətimə kim sataşıb?..

    Boran əvvəlcə alətlərdən birini, daha sonra başqasını qapıb Xanışın üstünə hücum edir. Musiqi. Dəmir cingiltisi. Səs-küy. Süpürləşmə. Boran Xanışı yerə yıxır. Amirə Delfinəni yumruqlayır. İşıqlar sönür.
    Pərdə






    II HİSSƏ

    Yenə həmin məkan. Otaqda səliqəsizlik hiss olunur. Xanış pəncərə pərdəsinin arxasından çıxır, qorxa-qorxa, çəkinə-çəkinə ətrafa boylanır. Onun əli sarıqlıdır, üz-gözünə leykoplastır yapışdırılıb. Xanış güzgünün qarşısında dayanıb leykoplastırı sifətindən ehmal- lıca qoparır, ufuldaya-ufuldaya əlinin sarığını açır. Sonra gedib pəncərədən bayıra baxır. Amirə gəlir. Otağın ortasında dayanıb əlini amiranə şəkildə belinə qoyur, boylanıb pəncərə önündə da- yanan Xanışı görür, əli ilə onu qaramatlayır, sonra güzgü önündə dayanaraq üst-başını sığallayır.

    AMİRƏ. İndi kimi axtarırsan?..
    XANIŞ (diksinir). Nə?..
    AMİRƏ. Deyirəm, kor olmuş gözlərin indi kimi axtarır? XANIŞ. Vallah, durduğum yerdə şərə, böhtana düşmüşəm. AMİRƏ. Hələ bir danışmağa dilin də var.
    XANIŞ. Sən mənə inanmaq istəmirsən, Amirə...
    AMİRƏ. Mən sənə nə üçün inanmalıyam, Xanış Xostanoviç?
    XANIŞ. Biz neçə ilin ailəsiyik. Mənim sənə ikidən-birdən xəyanət etdiyimi eşitmisən indiyəcən?..
    AMİRƏ. Eşitməyə ehtiyac yoxdur ki... Mən səni yad qadınla öz yatağımda tutmuşam.
    XANIŞ. Yalandır!
    AMİRƏ. Yalan olan nədir, Xanış?..
    XANIŞ. O qadının dedikləri!
    AMİRƏ. Bəlkə, gedim Delfinəni yenə çağırım?..
    XANIŞ. Yox... Sən canın... Yox... O, həyasızın biri imiş...
    AMİRƏ. Bura bax, Xanış... Sən öz günahını boynuna almasan mən birdəfəlik çıxıb gedəcəyəm.
    XANIŞ. Sən məni məhv etmək istəyirsən?..
    AMİRƏ. De görüm, günahını dərk edirsən, ya yox?
    XANIŞ. Bağışla məni, Amirə. Bu dünyada hər bir kişinin öz qadını qarşısında bir günahı olur. Elə mən də... səhv etmişəm...
    AMİRƏ. Yaxşı... İndi danış görüm hadisə necə oldu?..
    XANIŞ. Hamısını o it qızı danışdı ki... Özü də ərinin qulağı eşidə-eşidə..
    AMİRƏ. Deməli düz danışırmış...
    XANIŞ. Xahiş edirəm, yalvarıram, gəl qurtaraq bu söhbəti...
    AMİRƏ. Xeyr... Bu söhbət qurtaran deyil hələ. Onlar səni məhkəməyə vermək istəyir. (Pauza.) Niyə susursan? Eşitmirsən? Yoxsa sənə sərf etmir bu cür söhbətlər? Neyləyək? Öz günahındır, əzabını da özün çəkməlisən. Belə deyilmi? Görünür sənin artıq pul-paran olduğunu öyrəniblər.
    XANIŞ. Məndə artıq pul nə gəzir. Öz ailəmi zorla dolandırıram.
    AMİRƏ (Xanışı yamsılayır). “Sənin kimi qadından ötrü adam nəinki pulundan, lap canından da keçər”. Bəlkə, bu sözləri deyən də sən olmamısan?..
    XANIŞ. Mən indi anladım ki, qadınların hamısı iblis imiş! AMİRƏ. Hamısı?!.
    XANIŞ. Hamısı deyəndə ki... (Qorxa-qorxa.) Bəzisi...

    Amirə əvvəlcə güzgü qarşısında, sonra Xanışın önündə dayanıb astadan gülür. Xanış təəccüblə qadına baxır. Asta gülüş get-gedə qəhqəhəyə çevrilir. Amirənin şaqqanaq çəkib gülməsi Xanışı qorxu- ya salır. Qadın güldükcə, Xanış geri-geri qapıya sarı çəkilir və Amirə eləcə gülə-gülə Xanışın üstünə sarı gedir. Xanış yazıq-yazıq, gözlərini qırpa-qırpa divara söykənir, sanki kimdənsə, hansı gö- rünməz qüvvədən imdad istəyir. Qadın Xanışın qənşərində dayanıb sinəsini onun sinəsinə söykəyir və dəlicəsinə qəhqəhə ilə gülməkdə davam edir. Xanış qoruxdan əsir, onun dizləri titrəyir. Qadın gülsə də qəzəblə Xanışın gözlərinin içinə baxır. Xanış tədricən, yavaş-ya- vaş yerə çökür. Qadın onun yaxasından yapışıb yuxarı dartır, ayaq üstə qaldırır. Onlar üz-üzə dayanırlar. Amirə qəfildən susur. Ciddi və diqqətli nəzərlərlə Xanışı süzür.

    AMİRƏ. Demək, günahını etiraf edirsən...
    XANIŞ. Əlacım nədir ki... Etiraf etməliyəm. Bir də ki, bu məsələ böyüyüb yuxarıların qulağına çatsa hər şey alt-üst olar, bütün plan larım pozular.
    AMİRƏ. Əgər yuxarılar eşidib tələb etsə, sən həqiqəti olduğu kimi danış. Çəkinmə, qorxma...
    XANIŞ. Hansı həqiqəti?.. Hə, yenə başladın? Amirə, sən canın qurtar bu söhbəti.
    AMİRƏ. Xeyr! Elə şey yoxdur... (Pauza). Əgər sən həqiqəti danışmaq istəmirsənsə... onda qoy mən danışım.
    XANIŞ. Yenə o söhbət?.. Yenə həqiqət?.. Axı mən hər şeyi boynuma aldım. Günahkaram, qələt eləmişəm. Əl çək mənim yaxamdan!..
    AMİRƏ. Əvvəla, əl çəkən deyiləm. İkincisi də əsl həqiqət heç də sən deyən deyil.
    XANIŞ. Of-f-f!.. Həqiqət, həqiqət...
    AMİRƏ. İndi danışaram sənə o həqiqəti...

    Qəfil musiqi taktı. Xanış hürküb əli ilə başını tutur. Bundan sonrakı hərəkət və jestləri musiqi müşayiət edir. Əslində, indi baş verənlər artıq baş vermişlərin təkrarıdır. Amirə səssiz hərəkətlərlə Xanışa baş vermiş həmin hadisəni təzədən xatırladır. Musiqi dəyişir. Səhnə azacıq qaranlıqlaşır və təzədən işıqlanır. Tamaşaçılara əsərin birinci hissəsindən tanış olan səhnə: Xanış pəncərə pərdəsinin bu üzündən o üzünə sığal çəkə-çəkə nəsə deyir. Və məlum olur ki, pər- dənin arxasında kimsə var. Artıq tamaşaçı “o üzdəki”, “o tərəfdəki” adamı tanıyır: bu, Delfinədir. Xanış üzünü pərdəyə sürtür və bu əsnada Amirə gəlir. Qadın üzünü pərdəyə söykəyən Xanışı görüb əlini sinəsinin üstə qoyur: Amirəyə elə gəlir ki, ərinə nəsə olub. Amma pərdə arxasından qadın səsi eşidib kənara çəkilir, söhbətə qulaq asır. Üz-gözünün ifadəsindən Amirənin möhkəm əsəbiləşdiyi hiss olunur. Xanış pərdəyə sığal çəkir. Təbii ki, o, arvadının gəli- şindən xəbərsizdir. Amirə yaxınlaşıb əli ilə ərini qaramatlayır və geri çəkilir. Xanış pərdənin arxasından başını Delfinənin çiyninə qoyur. Amirə qısqanclıq və qəzəb içində qovrula-qovrula irəli cumur, amma nəsə fikirləşib yenə geri qayıdır, əlini atıb işığı söndürür və kənara çəkilir. Qaranlıq çökür. İndi təkcə Xanışın üstünə işıq düşür. Xanış hamama keçir. Su şırıltısı. Və bu zaman Amirə Delfinəyə yaxınlaşıb onun qolundan yapışır. Qadınların əlbəyaxa döyüşü. Son- ra sakitlik. Qadınlar gülüşür. Amirə Delfinəyə nəsə deyir və onun ovcuna pul basır. Delfinə gülümsəyib otaqdan çıxır. Amirə pərdə arxasına keçir. Xanış çiynində dəsmal, alt paltarında hamamdan çıxır; o, pərdəyə yaxınlaşıb Delfinə hesab etdiyi Amirənin çiyninə sığal çəkir. Qadın gülüşü. Xanış da gülür. Az sonra onlar (Xanış və Amirə) qol-qola qonşu otağa keçirlər. Delfinə sanki rəqs edə-edə gəlir. Musiqi qəfildən kəsir. Qaranlıq çökür və işıq yanarkən Del- finə artıq yoxdur. Amirə və Xanış yenə “səssiz səhnədən” əvvəlki “statusda” zühur edirlər. İndi onların hər ikisi gülür.

    XANIŞ. Deməli, o qadın sən imişsən?!.
    AMİRƏ. Yoxsa buna təəssüf edirsən?..
    XANIŞ. Sən də söz danışdın. Bircə ondan yaxamı qurtarsaydım. AMİRƏ. Amma... Amma mən bir şeyi də dəqiqləşdirmək istə-
    yirəm. Delfinənin səninlə əvvəllər əlaqəsi olubmu?..
    XANIŞ. Sən nə danışırsan, Amirə?.. Mən o qadını o vaxtacan uzaqdan-uzağa, arabir dəhlizdə ‒ həyətdə görmüşdüm. İlk dəfə idi ki, onunla üz-üzə gəlirdim.
    AMİRƏ. Axı sən özün eşitdin ki, o abırsız qadın o otaqda (əli ilə qonşu otağa işarə edir) sənin mənə dediklərini az qala söz-söz, kəlmə-kəlmə təkrar edirdi. Mənə elə gəlir ki, sən o sözləri vaxtilə ona da söyləmisən.
    XANIŞ. Ay tövbə! Yalan deyirəmsə, Allah mənə qənim olsun. Mənim o qadınla əvvəllər heç bir əlaqəm, ünsiyyətim olmayıb.
    AMİRƏ. Bəs o sənin mənə dediyin o komplimentləri kimdən eşidib?..
    XANIŞ. Ona nə var ki, ey?.. Yəqin bu sanatoriyadakı kişilərin çoxu ilə görüşüb.
    AMİRƏ. Yəni başqa kişilərdən eşidib o cür qiymətli sözləri?..
    XANIŞ. Hər şey ola bilər.
    AMİRƏ. Sənin sözündən belə çıxır ki, kişilərin hamısının şparqal- kaları eyni mənbədəndir?
    XANIŞ. Nə şparqalka, nə mənbə? Heç nə anlamıram! AMİRƏ. Bəyəm kişilərin hamısı qadınlara eyni sözləri deyir?
    XANIŞ. Əlbəttə! O qadınlardır ki, hər kişi ilə bir dildə danışır.
    Kişilərin söz ehtiyatı azdır. Ona görə bütün kişilər bütün qadınlarla eyni cür danışır.
    AMİRƏ. Yaxşı, yaxşı, kişiləri az müdafiə elə. Bəyəm tanımırıq bu qırılmışları.
    XANIŞ. Amirə, az qarğış elə kişilərə! Bu yazıq kişilər qadınların bildiyini, heç milyonda birini də bilməz!
    AMİRƏ. Görüm yazıq ilan vursun kişiləri!..

    Qapı döyülür. Amirə qapıya sarı gedir. Boran gəlir. Hamı bir-birinə sualedici nəzərlərlə baxır.

    AMİRƏ. Sənə nə lazımdır?
    BORAN. Mənə bu evin kişisi lazımdır.
    XANIŞ. Əvvəla, bura ev yox, sanatoriyadır. İkincisi də eşidirəm sizi.
    BORAN. Deməli, burada kişi sənsən?
    AMİRƏ. Boş-boş çərənləmə!.. Nə sözün var, onu de! BORAN. Mən kişiyəm, ona görə də kişi ilə söhbət etmək istəyirəm. (Amirəyə.) Sənə isə məsləhətim budur ki, kişi işinə qarışma.
    AMİRƏ. Kül olsun sənin kişi başına!
    XANIŞ. Xahiş edirəm çıxın gedin... Mənim sizə deyiləcək heç bir sözüm yoxdur.
    BORAN. Amma mənim sözüm var!
    AMİRƏ. Get sözünü evdə arvadına de!
    BORAN. Mənim arvadıma heç bir sözüm yoxdur! Mənim sözüm sənin ərinədir!
    AMİRƏ. Rədd ol dedim! Bu gen dünyanı başına dar edərəm ha!
    BORAN. Paho! Qorxdum! (Dirsəyini göstərir.) Qorxdum sizdən. (Amirəyə.) Sən get arvad işi ilə məşğul ol! Kişi işinə qarışma.
    XANIŞ. Əzizim, vətəndaş, yoldaş, xahiş edirəm bizə mane olmayın. Onsuz da qayğılarımız, iş-gücümüz çoxdur... Sən də bu yandan...
    BORAN. Elə bilirsən camaat boş-bekardır! Bəyəm mənim iş-gücüm yoxdur? Yoxsa başqasını avara hesab edirsən?..
    AMİRƏ. De görüm, nə istəyirsən ey?..
    BORAN. Nə istəyirəm? Kopensasiya tələb edirəm.
    XANIŞ. Nə?.. Nə tələb edirsiz?..
    BORAN. Kom-pen-sa-si-ya!.. Aydındır? Yoxsa yenə təkrar edim?
    XANIŞ. Nədən ötrü?..
    BORAN. Nədən ötrü?.. (Gülür.) Özün yaxşı bilirsən nədən ötrü!
    Xanış diqqətlə Boranın üzünə baxır…
    XANIŞ. Kompensasiya?.. Hım-m-m...
    BORAN. Bəli, bəli, kompensasiya: özü də mənə dəyən mənəvi zərər üçün.
    AMİRƏ. O hansı zərərdir elə? Bəlkə, deyəsən, biz də bilək. BORAN. Arvadımın namusuna təcavüz edilib.
    AMİRƏ. Bundan sənə nə?
    XANIŞ. Ayıbdır... Çıxın gedin.
    BORAN. Nə? Ayıbdır? Kimə ayıbdır? Sənə, yoxsa mənə? AMİRƏ. Get arvadından tələb elə?..
    BORAN. Nəyi? Kompensasiyanı?..
    AMİRƏ. Elə hər şeyi...
    XANIŞ. Böhtançılıqla məşğul olmayın... Özünüzə hörmət edin.
    BORAN. Böhtançı kimdir? Mən zərərçəkənəm, özüm də tələ-
    bimdə israrlıyam. Lazım gəlsə, bu işi məhkəməyə verəcəyəm!
    AMİRƏ. Hara istəyirsən ver.
    BORAN. Mən hələlik sizinlə adam dilində danışıram. AMİRƏ. Amma özün adam deyilsən.
    XANIŞ. Amirə, sən canın, baş qoşma. Görmürsən bu, dava-dava deyir?..
    BORAN. Mən mənəvi zərər üçün...
    AMİRƏ. Deməli sən öz arvadının axmaq hərəktləri üçün başqasından pul tələb edirsən?
    BORAN. Pul niyə? Axı mən dedim: kompensasiya! AMİRƏ. Yaxşı ki, pul tələb etmirsən.
    BORAN. Kompensasiyanı mən beynəlxalq pul vahidi ilə tələb edirəm.
    AMİRƏ. Bərəkallah!.. Yəqin dollarla...
    XANIŞ. Bəlkə də, yevro istəyir...
    BORAN. Hər ikisi ilə olar. Elə bir fərqi yoxdur.
    AMİRƏ. İddiaçı sənsən?. .
    BORAN. Bəli! Mənəm!
    AMİRƏ. Bəs niyə məhz sən, arvadın yox?..
    BORAN. Çünki mənəvi zərər mənə dəyib. Bütün sanatoriya mənə gülür, məni ələ salır. Mənə mənəvi-psixoloji təzyiqlər var. Delfinənin nə vecinə? Zərərçəkən mənəm! Deməli, iddiaçı da mən olmalıyam.
    XANIŞ. Ayıbdır, vallah ayıbdır. Adam bir az abırlı olar. BORAN. Nə?.. Kim abırlı olar? Sənsən abırlı? Paho! Abırlıya-həyalıya bir bax! Camaatın qanuni arvadını günün günorta çağı... Yox, deyəsən, onda hava qaralmışdı...
    XANIŞ. Rədd olun!
    BORAN. Kim? Mən?
    AMİRƏ. Xanış Xostanoviç, görürsən də sənin zarafatının sonu necə oldu?..
    XANIŞ. Axı mən... Mən o qadını heç düz-əməlli tanımıram da...
    BORAN. Nə?.. Tanımırsan? (Şaqqanaq çəkib gülür, əlini şappıltı ilə əlinə vurur). Bu, Delfinəni tanımırmış! Mənim arvadımı nəinki sanatoriya, az qala bütün şəhər tanıyır.
    XANIŞ. Qadın xeylağını təhqir etməyin.
    BORAN. Kim təhqir edə bilər mənim arvadımı?
    AMİRƏ. Deyəsən, bu xəstədir...
    BORAN. Kim? Sənin ərin? Elə mən də bunun sağlam adam olmasına şübhə edirəm...
    AMİRƏ. Elə isə əl çək bu xəstədən.
    XANIŞ. Ayıbdır, vallah, ayıbdır.
    BORAN. Deyəsən, utanır.
    AMİRƏ. Yəqin ki...
    BORAN. Özü də ki, xəstə...
    AMİRƏ. Elədir...
    XANIŞ. Ayıbdır...
    BORAN. Xəstəliyinə görə müəyyən qədər keçmək olar. AMİRƏ. Günahından?..
    BORAN. Yox... Kompensasiyanın məbləğindən.

    Amirə diqqətlə Boranı süzür: bu, bir növ həkimin xəstəni mü- şahidə etməsinə bənzəyir. Amirə gülümsəyir. Boran da gülümsəyir, sonra gülür. Xanış və Amirə də ona qoşulub mənalı-mənalı gülürlər. Amirə əlini Boranın çiyninə qoyur.

    AMİRƏ. Yaxşı... Danışdıq.
    BORAN (geri çəkilir). Əlinizi çəkin... Mən qadın şərindən qorxuram... Bir də ki, nəyi danışdıq? Yalnız kompensasiyanın məbləğinin azaldılmasından söhbət gedə bilər.
    AMİRƏ. Oldu, oldu... Bu barədə də sonra danışarıq. BORAN. “Sonra” deyəndə ki... Çox da sonraya saxlamayın.
    Əlimdə yarımçıq işim var.
    AMİRƏ. Nə iş?..
    BORAN. Ərin yaxşı bilir o işin nədən ibarət olduğunu.
    AMİRƏ (Xanışa). Sən haradan bilirsən ki, bu nə işlə məşğul olur. XANIŞ (çiynini çəkir). İş? Nə iş?..
    BORAN. Sənə demişdim, axı. Nə tez unutmusan? Yaddaşın zəifdi deyə hər şeyi tezcə unudursan.
    AMİRƏ. Bax, bunu düz deyirsən. Bəlkə, özün xatırladasan o işi?.. Bu, sklerozdur.
    BORAN (Xanışa). Sklerozsan?.. Onda notratil at. Bildin? Not- ra-til...
    AMİRƏ. İçər, mütləq içər... Sənin həkimliyin də varmış ki...
    BORAN. Keçmiş formasepəm. İndi santexnika ilə məşğulam. XANIŞ. Hə, yadıma düşdü!..
    AMİRƏ. Niyə qışqırırsan?.. Yadına düşən nədir?
    XANIŞ. Fil məsələsi!..
    BORAN. Ay sağ ol!
    AMİRƏ. Nə?.. Fil nədir?..
    XANIŞ. Fil üçün tələ hazırlayır.
    AMİRƏ (gülür). Fil üçün?.. Tələ?.. Bəyəm fil tələsi də olur?..
    XANIŞ. Yəqin ki, olur...
    BORAN. Necə yəni “yəqin ki...”? Əlbəttə, fil tələsi olur. Siçan tələsi olursa, fil tələsi niyə olmasın?..
    XANIŞ. Lap at tələsi, it tələsi, çaqqal-tülkü tələsi də olur. BORAN. Ay sağ ol! Mənə indi təkcə fil tələsi sifariş veriblər.
    AMİRƏ. Kim sifariş verib?..
    XANIŞ. Yəqin ki, Hindistan səfirliyi.
    BORAN. Yox... Nə Hindistan?. Nə səfirlik? Bu, qvineyalıların sifarişidir.
    XANIŞ. Qvineya?..
    BORAN. Bəli, bəli, Qvineyadan. Özü də Konakri şəhərindən.
    AMİRƏ. Maraqlıdır...
    XANIŞ. Doğrudan, maraqlı təklifdir.
    AMİRƏ. Hiss olunur ki, siz çox ağıllı adamsız...
    BORAN (gülümsəyir). Əlbəttə... Buna şübhəniz olmasın... AMİRƏ (gülür). Qətiyyən...
    XANIŞ. Materal nədəndir?..
    AMİRƏ. Nə?..
    XANIŞ (Borana). Deyirəm hansı materialdan hazırlayırsan?
    BORAN. Nəyi?
    XANIŞ. Fil tələsini...
    BORAN. Hə, tələni deyirsən?.. Yox, bunu deyə bilmərəm. Bu, sirrdir...
    AMİRƏ. Eybi yoxdur... Hələ qoy hazır olsun...
    BORAN. Elədir. Hələ proses gedir... Gələcəkdə geniş açıqlama verəcəm. Yəqin ki, o vaxt siz də eşidərsiniz.
    XANIŞ. Bu böyük kəşfə bənzəyir.
    AMİRƏ. Böyük yox ey, nəhəng...
    BORAN. Yaxşı, onda mən gedim...
    XANIŞ. Sizə yaxşı yol…
    AMİRƏ. Sağ olun...
    BORAN. Sonra görüşüb həll edərik...
    AMİRƏ. Nəyi?.. Fil məsələsini?..
    BORAN. Fil?.. Nə fil?.. Nə məsələ?.. Mən kompensasiya məsələsini deyirəm...
    AMİRƏ. Yaxşı... Yaxşı... Oldu... Sağ olun...

    Boran təzim edib gedir. Amirə hikkəli-hikkəli Xanışla üz-üzə dayanır.

    XANIŞ. Maraqlı məsələdir.
    AMİRƏ. Nə? Kompensasiya?..
    XANIŞ. Yox ey... Fil üçün tələni deyirəm.
    AMİRƏ. Başın xarab olub sənin?..
    XANIŞ. Doğru sözümdür...
    AMİRƏ. Ta mənim sənə sözüm yoxdur, Xanış! Əsəbdən əl- ayağım əsir... Qorxuram infarkt keçirim! Sənin nə vecinə?.. Arsız adamsan...
    XANIŞ. Yaxşı... yaxşı... Hirslənmə... əyləş... (Onun qolundan tutur).
    AMİRƏ. Rədd ol! Mənə xidmət göstərməyinə bir bax bunun! gör sənin ucbatından kimlərlə ağız-ağıza verməli olmuşam?.. Də- lilərlə, həyasızlarla...
    XANIŞ. Yox, o, dəliyə oxşamır...
    AMİRƏ. Əlbəttə, oxşamaz!.. Bu, öz xeyrini bilən dəlidir! Of- f-f... Mən gedirəm.
    XANIŞ. Hara?..
    AMİRƏ. Masaja, saunaya... Sonra dişlərimi göstərəcəm hə- kimə. Elə bil ki, mən sanatoriyaya yox, dava-dalaş məntəqəsinə gəlmişəm. Nə istirahətim istirahətdir, nə də müalicəm müalicə... Mənim taleyim elə əzəldən gətirməyib... (Pauza.) Gözünü döymə, Xanış! Tez ol!
    XANIŞ. Nə olub? Neyləyim?..
    AMİRƏ. Pul ver!
    XANIŞ. Pul? Nə pul?
    AMİRƏ. Bəs elə bilirsən müalicə prosedurları pulsuzdur? XANIŞ. Mən ki, dünən pul verdim sənə...
    AMİRƏ. Dünən verdiyin dünən xərcləndi... İndi dünən deyil, bu gündür.
    XANIŞ. Get sumkamın içindəki kağızın arasından götür... Vallah, bu xarabaya gələndən talanmışam...
    AMİRƏ. Mənasız şeylər danışırsan...

    Amirə hikkəli-hikkəli qonşu otağa keçir. Xanış əlini belinə qoyub düşüncəli halda gəzişir. Amirə cəld addımlarla çıxıb tez də geri qayıdır, gəlib Xanışın qarşısında dayanır.

    XANIŞ. Nə olub?.. Niyə belə baxırsan mənə?
    AMİRƏ. Gör yenə bir hoqqa çıxara bilirsənmi?
    XANIŞ. Nə hoqqa?.. Hə?.. Mən fil tələsi barədə düşünürəm...
    AMİRƏ. Nə?.. Hə, fil üçün tələ!.. Elə sənin özünə tələ hazırlamaq lazımdır!

    Amirə əlini Xanışın alnına qoyur, sanki onun qızdırmasını yoxlayır, sonra şəhadət barmağını termometr kimi silkələyib baxır: “ölçdüyü” hərarətin “dərəcəsini yoxlayır”. Və gülə-gülə çıxır. Xanış təəccüblə Amirənin arxasınca baxır. Musiqi. Xanış otaqda gəzi- şir. Delfinə gəlir. Təzə, yaraşıqlı geyimdədir. Xanış qadını görüb qorxa-qorxa geri çəkilir. Delfinə qəti addımlarla Xanışa yaxınlaşır.

    XANIŞ. Sizsiniz?.. Əriniz indicə getdi...
    DELFİNƏ. Ərim? Borya?..
    XANIŞ. Hə... Boran...
    DELFİNƏ. Bəs sənin arvadın hanı?
    XANIŞ. Nə?.. Kim?..
    DELFİNƏ. Deyirəm Amirə gözə dəymir...
    XANIŞ. İndi gələr... Bir azdan...
    DELFİNƏ. Gəlsin də... Qorxan var ondan bəyəm?
    XANIŞ. Yox... Kim dedi ki, siz ondan qorxursuz? DELFİNƏ. Nə siz-biz salmısan, Xanış Xostanoviç?
    XANIŞ. Mən yaxından tanımadığım adamlara həmişə bu cür müraciət edirəm.
    DELFİNƏ (gülür). Nə?.. Yaxından? Ta bundan da yaxın tanışlıq olar?..
    XANIŞ (diqqət kəsilir). Deyəsən, Amirə gəlir... Bəlkə, siz... xahiş edirəm... Deyirəm sonra gələrsiniz...
    DELFİNƏ. Nədir, qorxursan məndən? (Gülür.) Ay səni, Xanış Xostanoviç... Elə bil sən heç o adam deyilsən.
    XANIŞ. Hansı adam?..
    DELFİNƏ. Hansı adam? Delfinəyə dil tökən, yalvaran adam! Diz çöküb ilan dili çıxaran adam!.. İndi bildim hansı adamı deyirəm, Xanış Xostanoviç?..
    XANIŞ. Bəyəm mən sizə dil tökmüşəm?.. Bu cür qadına... Sizin kimi bir xanıma yalan demək yaraşmaz...
    DELFİNƏ. Mən yalan danışıram?
    XANIŞ. Hadisələrin təhlili belə göstərir...
    DELFİNƏ (gülür). Nə?.. Nəyin təhlili?.. Sənin ağlın yerindədir, Xanış Xostanoviç?
    XANIŞ. Mən abırlı adamam. Xahiş edirəm şərə salmayın məni!..
    DELFİNƏ. Abır-həya sahibinə bir bax... Bəlkə, biz abırsızıq?..
    Yoxsa məni axmaq hesab edirsən?
    XANIŞ. Niyə ki... Yox... Sadəcə olaraq biz ayrı dünyagörüşlü adamlarıq... Mən ailəli adamam... Siz də ailəli qadınsınız...
    DELFİNƏ. Bunu indi yadına salmısan?.. Bəyəm bilmirdin ki, mən ailəliyəm... Orada, o otaqda diz çöküb yalvaranda.
    XANIŞ. Mən diz çöküb yalvarmışam? Bu, ola bilməz... Mən öz arvadımla...
    DELFİNƏ. Arvadınla?.. (Gülür.) Yoxsa arvadın sənə deyir ki, onu oxşamısan, onu əzizləmisən?.. Ona şeir demisən, ona yalvarmısan? Hə?..
    XANIŞ. Yox ey... Mən dəqiq bilirəm ki, Amirə gələndən sonra siz çıxıb getdiniz...
    DELFİNƏ. Amirə nə gəzirdi burada?.. Sənin arvadın mən yataqdan çıxandan sonra gəldi. Yoxsa xatırlamırsan?..
    XANIŞ. Yox... Bu belə deyil axı...
    DELFİNƏ. Arvadın məsələni ört-basdır eləmək istəyir.
    XANIŞ. Yox... İnanmıram buna. Əksinə, adətən qadınlar od olmayan yerdə tüstü axtarmağı xoşlayırlar.
    DELFİNƏ. Sənin arvadının tüstüsü hələlik öz təpəsindən çıxır... İndi onun başqa yerdə tüstü axtarmağa üzü yoxdur.
    XANIŞ. Sizin sözünüzdən belə çıxır ki, Amirə dediklərini özündən uydurur...
    DELFİNƏ. Əlbəttə... Xanış Xostanoviç, bir diqqət yetir... Özün də yadına sal...
    XANIŞ. Mən başımı itirmişəm...

    Musiqi. Hiss olunur ki, Delfinə Xanışa onların “ilk görüşünü” yada salır. Xanış üzünü divara çevirib öz-özünə nəsə pıçıldayır. Delfinə ondan ayrılıb qapıya yaxınlaşır, guya otaqdan “çıxır”, sonra asta addımlarla yenidən otağa “daxil olur”. Qadın təəccüblə öz-özünə nəsə pıçıldayan Xanışa göz qoyur. guya onun gəlişindən Xanış xəbərsizdir. Xanış kimisə hədələyir, “asıb-kəsir”. Kişinin qəribə hərəkətlərinə göz qoyan Delfinəni gülmək tutur; qadın əli ilə ağzını qapayıb pəncərənin tül pərdəsinin arxasında gizlənir. Xanış yenə bir müddət kimisə hədələyib (yəqin ki, bu “kimsə” onun tabeçiliyində olan işçilərdən biridir) otaqda gəzişir. Delfinə özünü saxlaya bilməyib gülür. Xanış ətrafa göz gəzdirib gülüş səsi gələn səmtə ‒ pərdəyə yaxınlaşır.

    XANIŞ. Bıy, sən hələ getməmisən? Deyəsən, məni izləyirsən, hə?..

    Xanış əlini uzadıb pərdəni sığallayır. Guya pərdə arxasındakı Delfinə yox, Amirədir. O, əli ilə pərdəni sığallaya-sığallaya nəsə deyir, amma onun səsi eşidilmir, daha doğrusu səslənən musiqi onun (və Delfinənin) söhbətini eşitməyə imkan vermir. Xanış pər- dəni qucaqlayır. Musiqi xırp kəsir.

    DELFİNƏ. Yoxsa bunların hamısını mən özümdən uydururam?..
    XANIŞ. Yox... Məncə sən pərdənin arxasından çıxandan sonra Amirə gəlib çıxdı...
    DELFİNƏ. Bunu sənə kim deyir? Amirə? O, qələt eləyir. Amirə nə gəzirdi burada? Bəyəm öz ərini başqa qadınla bir otaqda görən qadın sakit dayana bilər? Yox!.. Bax, sən burada dayanmışdın. Sonra sən hamama keçdin. Bəlkə, bunu da yalan deyirəm? Sonra sən hamamdan çıxıb mənim qoluma girdin, biz qonşu otağa keçdik. Bax oraya!..
    XANIŞ. Yox, o otağa mən öz arvadımla keçmişəm! DELFİNƏ. Yox bir, bəlkə, Borya ilə mən olmuşam orada?!. XANIŞ. Boran gəlmişdi bayaq...
    DELFİNƏ. Nə olsun ki?..
    XANIŞ. O, kompensasiya tələb edir...
    DELFİNƏ (gülür). Əcəb eləyir!
    XANIŞ. O, həqiqətən, fil üçün tələ hazırlayır?..
    DELFİNƏ. Bəli, hazırlayır...
    XANIŞ. Maraqlıdır...
    DELFİNƏ. Əlbəttə, maraqlıdır... Amma sən araya söz qatma. Bildin?.. Hə... Sən mənim qolumdan tutub bax o otağa çəkdin. gözünü niyə döyürsən? Bir qoluma gir görüm. Tez ol!..

    Xanış çəkinə-çəkinə Delfinənin qoluna girir. Qadın qonşu otağa üz tutur.

    XANIŞ. Dayanın bir! Haraya belə?..
    DELFİNƏ. Mən hər şeyi sənə təkrarən, olduğu kimi göstərmək istəyirəm. gəl arxamca. Tez ol!
    XANIŞ. Xahiş edirəm... Yalvarıram... Axı, ayıbdır. Birdən Amirə gələr. Siz bilirsiniz, o necə qadındır?
    DELFİNƏ. Ona qalmış elə Borya da gələ bilər...
    XANIŞ. Bəli.. Sizin əriniz də gəlib çıxa bilər...
    DELFİNƏ. Dəxli yoxdur. Kim gəlir gəlsin... Mən sizə həqiqəti sübut etməliyəm...
    XANIŞ. Belə də sübut olar?..
    DELFİNƏ. Axı sən boynuna almaq istəmirsən...
    XANIŞ. Mənim nazirlə görüşüm var. Mən qayğılarla yaşayıram...
    DELFİNƏ. Mən lazım gələrsə sənin nazirinə də həqiqəti sübut edərəm.

    Delfinə Xanışın qolundan tutub qonşu otağa çəkir. Xanış dartınır, qadın buraxmır. Onlar az qala süpürləşirlər. Musiqi. Delfinə Xanışı çəkib qonşu otağa aparır. Onların səs-küyü. Şıdırğı musiqi. Bu əsnada Boran əlində santexnika alətləri, çiynində radio gəlir. O, radionu qurur. Musiqi daha da güclənir. Boran alətləri bir-birinə vurub cingildədə-cingildədə oynaq bir rəqs ifa edir. Bu əsnada Amirə gəlir. Heyrətlə Borana baxır. Qonşu otaqdan gülüş və hıçqırıq səsləri eşidilir. Sonra Xanışın səsi gəlir. Sanki o, rekroduktorla danışır.

    XANIŞ (səsi eşidilir).
    Sən mənim taleyim, mənim ruhumsan,
    Dəli ceyranımsan, şıltaq ahumsan.
    Gəl ovla könlümü, gəl al canımı,
    Gəl ovut hissimi, həyəcanımı.
    Nə gözəl adın var: Delfinəsən sən!
    Suyun yox, qurunun delfinisən sən!
    Gərdənin oxşayır zirvə qarına,
    İzn ver, qoy düşüm ayaqlarına.
    Bu gecə quş kimi azadam, azad...
    Ya Rəbb, bu gecənin ömrünü uzat!

    Xanışın səsini musiqi müşayiət edir. Boran musiqiyə uyğun yüngül rəqs edir. Amirə sanki yerində quruyub qalıb. Sonra Boran alətləri atıb onun qarşısında referans edir; qadın əvvəlcə geri çə- kilsə də sonra əlini irəli uzadır. Boran onun qolundan tutur. Onlar birlikdə rəqs edirlər.
    Rəqs başa çatır. Amirə qəfil kəskin hərəkətlə qonşu otağın qapı- sına sarı gedir. Amma nədənsə ayaq saxlayır. Gülüş səsləri eşidilir.

    BORAN. Deyəsən, kefdədilər.
    AMİRƏ. Nə?..
    BORAN. Səs-küyü eşitmirsən?..
    AMİRƏ. Yox... Nə səs-küy? Mən heç nə eşitmirəm...
    BORAN (qonşu otağa keçmək istəyir). Gedim görüm kimdir oradakı...
    AMİRƏ. Sənin nə itin azıb mənim yatağımda?.. (Onun qarşısını kəsir.) Çıx get buradan!
    BORAN. Mən öz arvadımı gəzirəm!
    AMİRƏ. Get arvadını öz evində axtar!
    BORAN. Bu sanatoriya mənə evimdən də doğmadır...
    AMİRƏ. Əşi, yekə kişisən, boş-boş danışıb mənim başımı xarab eləmə. Çıx get deyirəm sənə!
    BORAN. Üstümə niyə qışqırırsan?.. Sən mənim arvadım-zadsan bəyəm?..
    AMİRƏ. Sənə dedim get öz iş-gücünlə məşğul ol!.. (Onun yaxasından tutur.) Yoxsa sənə bir toy tutaram ki!..
    BORAN. Əlini çək yaxamdan!.. Yox bir qorxdum səndən!.. AMİRƏ. Qorxarsan, hələ bir o yana da keçərsən!
    BORAN. Ay qorxdum ha!

    Amirə Boranın yaxasından tutub bayıra itələyir. Musiqi. Boran təzədən özünü içəri təpmək istəyir. Qadın onu təzədən qovur, özü də bayıra çıxır; zərbə səsləri, kişi qışqırtısı eşidilir. Hiss olunur ki, Amirə Boranı döyür. Qadın yumruğunu düyünləyib bir-iki dəfə bayıra çıxıb-içəri girir. Boranın uzaqlaşan addım səsləri eşidilir - deyəsən, o, qaçıb canını Amirənin əlindən qurtarır. Qonşu otaqdan yenə kişi və qadın səsləri eşidilir. Amirə hiddətlə həmin otağa sarı gedir və yenə ayaq saxlayır. Musiqi dəyişir: həzin, asta melodiya səslənir. Amirə yumşaq, ahəstə addımlarla, sanki ayağının ucunda qonşu otağa doğru getməyə başlayır. Boran görünür. O da Amirə kimi asta, ehtiyatlı addımlarla yeriyir; ayağının ucunda, əyilə-ə- yilə Amirənin arxasınca irəliləyir. Boranın gəlişindən Amirənin xəbəri olmur. Amirə gedir, Boran gedir, Amirə dayanır, Boran da dayanır. Nəhayət, Amirə qonşu otağa keçir, amma Boran qapı ağzında ayaq saxlayır, o biri üzə keçməyə cürəti çatmır. Az sonra Amirənin qışqırığı eşidilir. Boran qorxudan döyükə-döyükə qalır. Amirə qaça-qaça gəlir, Boranla toqquşur.

    AMİRƏ. Sən yenə gəldin?..
    BORAN. Dedim birdən qorxub eləyərsən...

    Amirə kreslonun üstünə atılmış dəmir borunu götürüb yenə bayaqkı asta, ehtiyatlı addımlarla irəli gedir. Onun hərəkətlərini Boran da olduğu kimi təqlid edir: dəmir borunun birini çiyninə tüfəng kimi qoyub Amirənin arxasınca addımlayır. Amirə dövrə vurub yavaşca geri qayıdır. Boran isə istiqamətini dəyişmədən düz gedir, qonşu otağa daxil olur. Amirə heyrətlə qonşu otağa boylanır: o biri üzdən Boranın qışqırığı gəlir. Amirə qorxub geri qaçır. Boran da gəlir. Amirə və Boran tövşüyə-tövşüyə üz-üzə dayanırlar. Amirə başı ilə Borana işarə edir ki, yenə qonşu otağa keç! Boran qorxur. Amirə özünü irəli verib qətiyyətli addımlarla o biri üzə keçmək istəyir. Boran qadının qarşısını kəsir. Qadın dayanır. Boran əlindəki borunu bir kənara atıb qolunu çirməyir, çiyinlərini idmançılarsa- yaq oynadıb o biri otağa keçir. Amirə geri çəkilib əlindəki borunu döyüşə hazır vəziyyətdə tutur. Boran yataqdakı çarpayını (və ya yorğan-döşəyi) sürüyə-sürüyə gətirir. Sanki yataqda, örtüyün altda iki nəfər yanaşı uzanıb.

    AMİRƏ. Yatıblar deyəsən...
    BORAN. Yox... Özlərini yuxuluğa vurublar.
    AMİRƏ. İndi oyadarıq onları.

    Amirə əlindəki borunu tüfəng kimi yatağa sarı tuşlayır. Boran əlini örtüyün üstündən “yatanların” bədəninə toxundurur; örtüyün altındakıların heç biri tərpənmir. Amirə təəccüblə yatağa baxır, sonra əlindəki borunu kənara atıb çarpayıya (yatağa) yaxınlaşır; o da əlini yatağa sürtür.

    BORAN. Tərpənmirlər...
    AMİRƏ. Tərpənərlər... Darıxma...

    Amirə yatağı yumruqlayır.

    BORAN. Bəlkə...
    AMİRƏ. Nə bəlkə?.. Bəlkə nədir?..
    BORAN. Deyirəm ölüblər, bəlkə...
    AMİRƏ. Ölüblər?.. Ola bilməz!..

    Amirə ehtiyatla yatağın üstünə atılmış örtüyü qaldırır. Yataqda iki mütəkkə və ya uzunsov balış yan-yana qoyulub. Amirə qorxa- qorxa mütəkkələrdən (balışlardan) birini qucağına götürüb o üz-bu üzünə baxır. İkinci mütəkkəni Boran götürür: o da qucağındakı “əşyayi-dəlili” diqqətlə nəzərdən keçirir.
    Onlar mütəkkələri yerinə qoyub tez çarpayının (yatağın) altını, yorğan-döşəyin arasını axtarır, amma heç bir şey tapa bilməyib məyus halda bir-birlərinə baxırlar. Boran əyilib yenə mütəkkəni götürür. Qadın da onu təqlid edir. Hər ikisi eyni vaxtda mütəkkəni “yoxlayır”, üzlükləri çıxarır, astarı de- şib tükü ovuclayır, qoxulayır, təəccüblə çiyinlərini çəkirlər. Sonra onlar ovucladıqları tükü hiddətlə yatağa çırpırlar. Ritmik musiqi. Amirə və Boran səslənən musiqinin sədaları altında yorğan-döşəyi, yataq dəstini ələk-vələk eləyir, bir şey tapa bilməyərək qaça-qaça qonşu otağa keçir, yenə qayıdırlar. Onların bu hərəkətləri bir neçə dəfə təkrar olunur.
    Onlar növbəti dəfə qonşu otağa keçəndə Xanış və Delfinə qəfildən gəlir, o bir üzdə səs-küy eşidib tez pəncərə pər- dəsinin arxasında gizlənirlər... Boran və Amirə qonşu otaqdan çıxır, yorğun halda çarpayının üstünə (yatağa) çöküb, əlləri ilə başlarını tuturlar: təbii ki, onlar hələlik “yeni gələnləri” görmürlər. Delfinə və Xanış ehtiyatla pərdəni qaldırıb yataqda yanaşı oturub əlləri ilə başlarını tutmuş “cütlüyə” baxırlar. Amirə və Boran tədricən ayağa durur, əllərini üzlərindən çəkir, diqqətlə bir-birilərinə baxır və qəfildən şaqqanaq çəkib gülüşürlər. Sonra onlar yataqdakı ba- lışları götürüb bir-birlərinin üstünə atır, yerə səpələnən tüklərin arasında atılıb-düşür, sanki rəqs edirlər. Xanış və Delfinə pərdənin arxasından çıxır, tüklərin içində “üzənlərə” yaxınlaşırlar.

    DELFİNƏ. Ey-y-y! Əllər yuxarı!
    AMİRƏ (geri çəkilir. Borana). Aha! Axı mən sənə dedim ki, bunlar haradasa ‒ buralarda gizləniblər.
    DELFİNƏ (Xanışa). Xanış Xostanoviç, mən sənə demişdim axı...
    XANIŞ. Unutmuşam... Nəyi demişdin mənə?..
    DELFİNƏ. Mən sənə demişdim ki, biz onları mütləq birlikdə tutacağıq!
    BORAN. Delfinə, sən harada idin?..
    DELFİNƏ. Harada olasıyam ki?.. Mütəkkənin içində, tüklərin arasında gizlənmişdim.
    BORAN. Mən dedim axı... Bunun cindarlığı da var... XANIŞ. Balışı-mütəkkəni niyə bu kökə salmısınız?..
    DELFİNƏ. Onlar, yəqin, qorxublar ki, mən bu yatağı, yorğan-döşəyi, mütəkkələri cadulamışam.
    AMİRƏ. Boran, sənin arvadın cadu ilə məşğul olur. BORAN. Onun məşğul olmadığı iş var ki?..
    XANIŞ. Delfinə, sən, doğrudan, cadugərsən?..
    DELFİNƏ (gülür). Bəs indiyəcən bilmirdin bunu?..
    AMİRƏ. Xanış, bu cadugəri haradan tapıb-gətirmisən bura?..
    XANIŞ. Bəyəm mən gətirmişəm?..
    DELFİNƏ. Mən özüm gəlmişəm!..
    BORAN. O, lazım olan yerə özü gedir...
    XANIŞ. Bəs sən?..
    BORAN. Məni hər yerdə gözləyirlər.
    AMİRƏ. Bunların hər ikisi eyni ağıldadır, deyəsən... XANIŞ. Amma Boranın sənəti pis deyil.
    DELFİNƏ. İndi kimdir onun sənətinə qiymət verən?.. (Gülür.) Əsl sənət səninkidir, Xanış Xostanoviç.
    AMİRƏ. Nədir Xanışın sənəti?..
    DELFİNƏ. Heç bir işlə məşğul deyil, amma cibi həmişə pulla dolu olur.
    AMİRƏ. Bəs o, evdə həmişə şikayətlənir ki, pulum yoxdur. BORAN. Nə olsun, mən də şikayətlənirəm ki, kasıbam...
    DELFİNƏ. Borya, bəyəm sənin də pulun olur?..
    BORAN. İndi yoxdur, amma bu yaxınlarda olacaq... XANIŞ. Mən Borana inanıram...
    DELFİNƏ (gülür). Ha-ha-ha... Borana da inananlar olarmış!
    XANIŞ. O, nadir bir işlə məşğul olur.
    DELFİNƏ. O nə işdir elə?..
    XANIŞ. Fillər üçün tələ düzəldir...
    DELFİNƏ. Hım-m-m...
    AMİRƏ. Hım-m-m...
    BORAN. İndi təzə sifariş də almışam. (Pauza.) Qarışqalar üçün tələ hazırlamaq lazımdır.
    HAMI. Qarışqa üçün tələ?..
    BORAN. Bəli!.. Axı qarışqalar yaman sürətlə artır.
    XANIŞ. Mən sizə dedim axı... Təəssüflər ki, biz istedadlı adam- ların qədrini bilmirik.
    AMİRƏ. İstedada bir bax!..
    DELFİNƏ. İstedadların qədri harada bilinir ki?..
    BORAN. Heç olmasa siz sağ olun ki, mənim kiçik işimə belə böyük qiymət verirsiniz...
    AMİRƏ. Xanış, xeyir ola, yaman boylanırsan ora-bura?..
    XANIŞ. Deyəsən, yataq otağından səs gəlir... Yoxsa mənim qulağım səsə düşüb?..

    Qonşu otaqdan səs-küy, gülüş səsləri eşidilir.
    Xanış və Amirə çəkinə-çəkinə əvvəlcə Delfinəyə, sonra Borana baxırlar.
    Boran ilə Delfinə şaqqanaq çəkib gülür, yatağa çökür, sonra hərəsi bir mütəkkə (balış) götürüb ayağa dururlar; onlar Xanış və Amirə ilə üz-üzə dayanırlar.
    Yenə gülüş səsləri. Xanış və Amirə də gülür. Hamı səs-küy sədaları altında qonşu otağa sarı gedir. Səs-küy tədricən azalır.

    Pərdə

    SON










    İLĞIM
    (İki hissəli dram-fantaziya)


    IŞTIRAK EDIRLƏR:

    ÇAPAR
    MAYA
    ALPAY
    ULDUZƏ
    NURAN
    ZƏNCİ

    I HISSƏ

    (Emalatxana. Üst-üstə qalaqlanmış şəkillər. Döşəmədə müxtəlif heykəllər, büstlər. Divardan iri dekorativ qılınc asılıb. Emalatxananın ortasında dayaq üstə qoyulmuş iri qadın portreti. Adam boyda olan bu portretdə təsvir olunan gənc qadın şəkildən çox, canlı adama bənzəyir. Uzun, ağ saçları çiyninə tökülmüş rəssam Çapar əlində fırça həmin şəklin önündə dayanıb; deyəsən, portretdə son tamamlama işləri aparır. Qapı döyülür. Alpay gəlir. Çapar onu qarşılayır).

    ÇAPAR: - Gəl, gəl, keç içəri. Xoş gəlmisən...
    ALPAY: - Salam, Çapar... Nə var, nə yox?..

    (Onlar görüşürlər).

    ÇAPAR: - Hər şey qaydasındadır... Sənin işlərin necədir?..
    ALPAY: - Iş var ki, necə də olsun?.. Evdə darıxdım... Fikirləşdim ki, boş-boşuna oturmaqdansa gedib köhnə dosta baş çəkim...
    ÇAPAR: - Əcəb eləmisən... Əyləş... Indi səni çaya qonaq edərəm...
    ALPAY (gülür): - Çayı əzizlərin içsin... Mən bir əsrdən çoxdur ki, çay içmirəm.
    ÇAPAR: - Çay içmirsən?.. Nə olar, onda kofe dəmləyərəm səninçün...
    ALPAY: - Saü ol... Heç nəyə ehtiyac yoxdur...
    ÇAPAR: - Bura bax, Alpay... Yaxşı konyakım var... Yüz-yüz vuraq...
    ALPAY: - Konyak?.. Nə konyak, balam?.. Axı, sənə içmək olmaz. Həkim icazə vermir. Bir də ki, Ulduzə bacı eşitsə...
    ÇAPAR: - Ulduzə haradan eşidəsidir ki? Bəlkə sən özün çuüullayasan, o da bilə. (Gülür)
    ALPAY: - Mən niyə?.. Qadınların hamısı psixoloqdur, ekstrasensdir... Onlar kişinin gözünə baxan kimi hər şeyi oxuyurlar. Məsələn, şəxsən mənim arvadım belədir.
    ÇAPAR: - Düz deyirsən... Ulduzə lap ondan da betərdir. Ta ürəyimdə elə bir sirr qalmayıb ki, ona agah olmasın...
    ALPAY: - Axırıncı sirrini heç vaxt bildirmə arvada...
    ÇAPAR: - Hansı sirri deyirsən?..
    ALPAY: - Yəni dediyim odur ki, özünün heç olmasa bir sirrini qəbr evinəcən saxla... Hətta, köhnə pəhləvanlar da öz şagirdlərinə qırx fəndin otuz doqquzunu öyrədirdilər. Bir sirr ehtiyatda qalırdı həmişə...
    ÇAPAR (gülür): - Ha-ha-ha... Doüru deyirsən... Elə mən də bir sirrimi məxfi saxlayıram...
    ALPAY: - O nə sirrdir elə?..
    ÇAPAR: - Özün demirsən ki, birini ehtiyatda saxla?.. (Gülür). Məxfidir!
    ALPAY: - Mən sənə dedim ki, sirrini arvaddan gizli saxla... Demədim ki, dostlara da, o söz...
    ÇAPAR (şkafdan konyak çıxarır): - Yaxşı, yaxşı... Gəl, yaxın otur... Yüz-yüz vuraq...
    ALPAY: - Bu nədir?.. Yenə Afrika konyakı?..
    ÇAPAR: - Elədir... Yenə gözəl Afrika nəşəsi...
    ALPAY: - Çapar, Afrika nə vaxtdan gözəl olub?.. Mən ölüm, düzünü de, səni Afrikaya baülayan nədir?..
    ÇAPAR: - Kim deyir ki, mən Afrikaya baülıyam?..
    ALPAY: - Içdiyin konyak deyir bunu! Axı, sən həmişə Afrika içikləri vurursan... Ən çox da konyak. Icazə ver, şübhələnim səndən. Bəlkə xəbərimiz yoxdur, orada qohumun-zad yaşayır?..
    ÇAPAR: - Alimlər, arxeoloqlar sübut edib ki, bəşəriyyət öz mənşəyini Afrikadan götürüb... Afrika hamının tarixi vətənidir.
    ALPAY: - Yox bir... Sənin fərziyyən düzdürsə hamı qaradərili olmalıydı...
    ÇAPAR: - Dəri?.. Dəri boş şeydir... Heykəllərin çoxu qara mərmərdən hazırlanır. Nə olsun? Bəyəm rəngin ürəyə, ruha bir dəxli var ki?..
    ALPAY: - Heykəlin adama nə dəxli? Çox əcaib, özü də mistik şeylər danışırsan, mən ölüm. Süz... Konyakı süz...
    ÇAPAR (konyak süzür): - Hə, əziz dost. Badəni qaldır, içək öz saülıüımıza...
    ALPAY: - Bəlkə zəncilərin sağlığına vuraq?..
    ÇAPAR: - Zəncilərin?.. Nə üçün?..
    ALPAY: - Axı, Afrika daha çox onların vətənidir...
    ÇAPAR: - Orada - Afrikada təkcə zəncilər yaşamır ki...
    ALPAY: - Elədir... Gərək biz özümüz də Afrikada doüulaydıq... Öz tarixi vətənimizdə...
    ÇAPAR: - Nə üçün?..
    ALPAY: - Bəlkə onda daha xoşbəxt olardıq...
    ÇAPAR: - Bəyəm sən indi xoşbəxt deyilsən, Alpay?..
    ALPAY: - Bəs sən özün necə, xoşbəxtsən?..
    ÇAPAR: - Təkcə axmaqlar xoşbəxt ola bilər bu dünyada...
    ALPAY: - Bir də afrikalılar...
    ÇAPAR: - Nə üçün məhz afrikalılar?..
    ALPAY: - Axı, qaradan o yana rəng yoxdur...

    (Hər ikisi gülür. Içirlər.)

    ÇAPAR: - Görürsən, necə konyakdır?..
    ALPAY: - Əladır, əla!.. Hə, Çapar, təzə nə çəkirsən?..
    ÇAPAR: - Görmürsən nə çəkirəm?.. (Əli ilə şəkli göstərir).
    ALPAY (geri dönüb gənc qadın portretinə baxır və diksinir): - A-a-a... Bu qız bayaqdan bizə qulaq asırmış ki...
    ÇAPAR: - Bu şəkildir... Narahat olma...
    ALPAY: - Nə şəkil?.. Bu ki, canlıdır... Adamın nəsə inanmaüı gəlmir...
    ÇAPAR: - Nəyə?..
    ALPAY: - Bunun şəkil olduüuna... Özü də lap tanış gəlir ki... Bu, kimdir, Çapar?..
    ÇAPAR: - Nə bilim?.. Bir Allah bəndəsidir...
    ALPAY: - Bura bax, Çapar... Mənə kəf gəlirsən?.. Axı, bu... bu ki, odur...
    ÇAPAR: - Odur?.. O?.. “O” yəni kim?..
    ALPAY: - Bir vaxt səni dəli-divanə eləyən... Gör aradan neçə il keçib, unutmamısan hələ...
    ÇAPAR: - Yox... Bu, elə-belə adi şəkildir, Alpay... Adi qadın portreti...
    ALPAY: - Nə “adi qadın”?.. Sən məni axmaq yerinə qoyursan? Bu, odur!..
    ÇAPAR: - O?.. Yəni kim?.. Kim?..
    ALPAY: - Eh... Adını az qala unutmuşam... Indi yadıma düşər. Gör bir neçə il keçib... Bir yandan da skleroz... Yaş öz işini görür...
    ÇAPAR: - Mən bu şəkli elə-belə çəkmişəm...
    ALPAY: - Hım-m-m... Elə-belə... Ulduzə bacının yolu düşür bu tərəflərə?.. Sənin emalatxanana?..
    ÇAPAR: - Yox... Çox nadir hallarda gəlir bura.
    ALPAY: - Gəlib bu şəkli görsə qiyamət qopacaq...
    ÇAPAR: - Nə üçün?.. Nə qəbahət etmişəm?..
    ALPAY (qışqırır): - Evrika! Tapdım! Onun adı Maya idi!.. Maya!..
    ÇAPAR: - Maya?.. Hə, deyəsən elə idi...
    ALPAY: - Sən ona o vaxtlar “Mayak” deyirdin! O, sənin Mayakın idi...
    ÇAPAR: - O, doürudan da mayak idi...
    ALPAY: - Konyak süz, Çapar... Qoy növbəti badəni Mayanın saülıüına içək...
    ÇAPAR (süzür): - Içək... O, mayak idi...

    (İçirlər).

    ALPAY: - Görəsən o indi saüdır?..
    ÇAPAR: - Kim? Sən kimi deyirsən Alpay?..
    ALPAY: - Mayanı deyirəm. (Əlini şəklə sarı uzadır). Burada ondan başqa kim var ki?.. Bir ona bax!.. Nəyə desən and isə bilərəm: o şəkil yox, canlı adamdır! Xanım, sənin saülıüına! Çapar, yəqin ki, indi o da bizim təki qocalmış olar...
    ÇAPAR: - Kim?..
    ALPAY: - Kim? Söhbət kimdən gedir? Əlbəttə mən o şəkildəki xanımı deyirəm... (Şəklə). Xanım, baüışla... Sən daim gənc və gözəlsən... Sən qocala bilməzsən... Çapar, mən qorxuram... Məni titrəmə tutub...
    ÇAPAR: - Nə üçün?.. Bəlkə soyuqlamısan?..
    ALPAY: - Yox... Soyuq məsələsi deyil... Mən üşüdürəm... Qorxuram... Mən o şəkildəki qadından qorxuram...
    ÇAPAR (gülür): - Qorxma, Alpay, qorxma!.. O şəkildəki gözəl yəqin ki, indi qocalıb, əldən düşüb, sifətini qırışlar örtüb...
    ALPAY: - O iblisanə gözəllik ki, onda var, çətin qocalar...
    ÇAPAR: - Iblisanə?.. Yox, o mələk kimi, ilahə kimi gözəl, munis, təravətlidir... O vaxt elə idi, indisini deyə bilmərəm...
    ALPAY (diqqətlə şəklə baxır): - Daha nə üzərində işləyirsən Çapar?..
    ÇAPAR: - Heç nə... Öz üzərimdə işləyirəm...

    (Gülüşürlər).

    ALPAY: - Yaxşı, elə isə icazə ver mən gedim... Sən isə öz üzərində işlə...
    ÇAPAR: - Doürudan xoşuna gəldi şəkil?..
    ALPAY: - Yaxşısı budur, o şəkli götür buradan... Apar başqa yerə qoy. Arvad-uşaq görüb eləyər...
    ÇAPAR: - Deyirsən yəni bu yaşda da qısqanclıq ola bilər?..
    ALPAY: - Insanın xisləti elədir ki... O hər yaşda nifrət də edir, sevir də... Əgər nifrət, məhəbbət varsa, qısqanclıq da olmalıdır...
    ÇAPAR: - Bunlar quru sözlərdir, Alpay... Ta biz qocalmışıq... Nə sevgi, nə məhəbbət?.. Nə eşq, nə aşiq?..
    ALPAY: - Amma bu şəkil başqa şey söyləyir...
    ÇAPAR: - Nə? Nə söyləyir bu şəkil Alpay?..
    ALPAY: - Nə isə... Icazə ver mən gedim, Çapar...
    ÇAPAR: - Nəsə çox qəribə şeylər danışdın, Alpay... Sən məni də xofa saldın...
    ALPAY: - Üşütməm var, Çapar...
    ÇAPAR: - Elə mənim də başım dumanlıdır.
    ALPAY: - Bəlkə yuxusuzsan?..
    ÇAPAR: - Neçə gündür yatmıram... Emalatxanada gecələyirəm... Bu şəklə görə...
    ALPAY: - Yat dincəl, Çapar... Bu yaşda çox işləmək olmaz...Üzülüb gedərsən... Ta yaşımız o yaş deyil...
    ÇAPAR: - Yaxşı, oldu, Alpay... Yolunu tez-tez sal bu tərflərdən... Mən sənin də portretini işləyəcəyəm...
    ALPAY: - Bunu elə ötən əsrdən deyirsən, amma ortada bir şey yoxdur...
    ÇAPAR: - Inşallah, bu əsrdə bütün arzular çin olar...
    ALPAY: - Inşallah... Təki sən deyən olsun... Mən getdim... Hələlik, Çapar... (Şəklə). Xanım qız, qud bay... Görüşənədək...
    ÇAPAR: - Yaxşı yol, Alpay... Hələlik...

    (Görüşürlər. Alpay gedir. Musiqi. Çapar əsnəyir. Qadın şəklinə diqqətlə baxıb geri çəkilir, gedib kresloya çökür. Qaranlıq düşür. Işıq yananda çərçivədəki “portretin” tərpənişi hiss olunur. Qadın ehtiyatla “çərçivədən” çıxıb asta, yüngül addımlarla otaqda gəzişir. Eyzən portreti çəkilən adamın “surəti” olan gənc qadın Maya musiqiyə uyüun hərəkət və rəqs edərək həzin melodiya sədalarının müşayiəti altında kresloya yayxınmış Çapara yaxınlaşır, qəribə əl-qol hərəkətləri ilə sanki dərin yuxuya getmiş rəssamı səssiz-küysüz tərzdə oyatmaq istəyir.
    Çapar gözlərini yavaş-yavaş açır, kipriklərini qırparaq təəccüblə qadına baxır. Eyni hərəkətlə irəli yeriyib “şəklə” yaxınlaşır. Amma “şəkil” yoxdur, çərçivə boşdur... Çapar hələ də yuxu görürmüş kimi üzünə konyak, sonra su vurur. Indi onun hərəktləri cəldləşib; sanki bir qədər “cavanlaşıb”. Maya onun qarşısında dayanıb sirli tərzdə gülümsəyir. Çapar tərəddüdlə qadına yaxınlaşır).

    ÇAPAR: - Siz... Sən kimsən?.. Kim lazımdır sənə?..
    MAYA: - Salam! Məni tanımadın?..
    ÇAPAR: - Sən haradan gəlmisən?.. Qapı açıq idi?..

    (Çapar qapıya yaxınlaşır. Qorxu içində ətrafa boylanır).

    MAYA: - Sənə nə olub, Çapar?..
    ÇAPAR: - Sən haradan bilirsən mənim adımı?..
    MAYA: - Bıy! Çapar, doürudan tanımırsan məni?.. Yəni yaddaşın belə xarab olub sənin?..
    ÇAPAR: - Deyəsən, mənim təkcə yaddaşım yox, başım da xarab olub.
    MAYA: - Belə görürəm, mənim gəlişim səni qətiyyən açmır, Çapar. Istəyirsən çıxım gedim... Gedim?..
    ÇAPAR: - Haradan gəlmisən, hara gedirsən? (Boş çərçivəyə baxır). Sənin yerin buradır... Indi çərçivənin içi boşdur. Kətanı sən cırıb götürmüsən?..
    MAYA: - Nə çərçivə, nə kətan?.. Sən nə danışırsan?..
    ÇAPAR: - Allah xatirinə, düzünü de... Sən kimsən, sənə kim lazımdır?..
    MAYA: - Doürudan tanımırsan məni?.. Tanımırsan öz Mayanı?..
    ÇAPAR: - Maya? Bu, sənsən? Yox... Bu, qətiyyən ola bilməz. Axı, sən Maya ola bilməzsən...
    MAYA (gülür): - Ha-ha-ha!.. Onda sən də Çapar ola bilməzsən!..
    ÇAPAR: - Mən heç nə anlamıram... Heç nə?.. Axı, kim dəvət edib səni bura?..
    MAYA: - Neçə dəfə məktub yazmısan, teleqram göndərmisən...
    ÇAPAR: - Kim?.. Mən?.. Axı, mən... Mən sənin yerini-yurdunu bilirdim ki, teleqram da göndərim?..
    MAYA: - Mənə gələn teleqramların, məktubların üstündə heç vaxt ünvan olmurdu; orada cəmi iki kəlmə söz yazılırdı: “Çatacaq Mayaya”. Poçtalyon o ünvansız məktubları mənə həmişə vaxtında çatdırardı.
    ÇAPAR: - Yəni sən doürudan Mayasan?..
    MAYA: - Bu, sənin Çapar olduüun qədər həqiqətdir.
    ÇAPAR: - Bu, ola bilməz... Ola bilməz...
    MAYA: - Nə üçün?..
    ÇAPAR: - Gör bir aradan neçə il keçib...
    MAYA: - Nə olsun ki?.. Yoxsa mənim belə uzun ömür yaşamaüıma inanmaq istəmirsən?.. Sən yaşaya bilərsən, mən yox?..
    ÇAPAR: - Məsələ təkcə bunda deyil...
    MAYA: - Bəs nədədir məsələ?..
    ÇAPAR: - Sadəcə olaraq bu, mümkün olan iş deyil. Hesabnan sən çoxdan qocalmalı idin... Çoxdan... Axı, biz təxminən eyni yaşda olmalıyıq... Əlbəttə, əgər sən həqiqətən Mayasansa...
    MAYA: - Qocalmaq deyəndə ki... Elə sən də çox qocalmamısan... Düzdür, saçın aüarıb... Ancaq nə olsun ki? Gözlərin yenə qıüılcım saçır...
    ÇAPAR: - Xanım qız, səni and verirəm Allaha, dolama məni! Bəlkə sən Mayanın qızısan, o, göndərib səni bura?..
    MAYA: - Mənim bu dünyada heç kəsim yoxdur: nə qızım var, nə oülum...
    ÇAPAR: - Bəlkə heç ərin də yoxdur?..
    MAYA: - Əlbəttə, yoxdur...
    ÇAPAR: - Elə isə çıx get... Mən ailəli, yaşlı adamam. Zarafat etməyə isə nə həvəsim var, nə də... vaxtım...
    MAYA: - Yaşlısan?.. (Gülür). Ha-ha-ha... Bəlkə əldən düşmüş qocasan?!. Bəs məktublarında eşqin ölməzliyindən dəm vururdun...
    ÇAPAR: - Nə məktub?.. Nə eşq?.. Mən heç nə anlamıram...
    MAYA: - Nə məktub?.. (Çantasını açıb cırılmış kaüızı göstərir). Bu da əşyayidəlil. Sənin göndərdiyin məktublardan biri... Yoxsa bunu da sən yazmamısan?..
    ÇAPAR (Diqqətlə kaüıza baxır). Bu məktub haradan keçib sənin əlinə?..
    MAYA: - Paçtalyon gətirib... Belə məktublar çoxdur: qəribədir, əksəriyyəti ya cırılıb, ya da əzilib... Tanıdın öz xəttini?..
    ÇAPAR: - Tanıdım... Ta mənim sözüm yoxdur...
    MAYA: - Ona görə ki, sözünü məktubda demisən hə?..
    ÇAPAR: - Yox... Deyəsən, mən xəstələnmişəm...
    MAYA: - Niyə ki?.. Maşallah, üz-gözündən gümrahlıq yaüır. Heç xəstəyə oxşamırsan...
    ÇAPAR: - O məktubu doürudan da mən yazmışam.
    MAYA: - Əlbəttə, sən yazmısan. Bəs mən nə deyirəm?..
    ÇAPAR: - Bəs sənə necə gedib çatıb o məktublar?..
    MAYA: - Poçtalyon gətirib... Mən ki, sənə dedim...
    ÇAPAR: - Mən o məktubları Mayaya yazırdım...
    MAYA: - Yəni mənə!..
    ÇAPAR: - Yox! Elə deyil... Qulaq as... Mən onları yazandan sonra ya cırıb atır, ya da yandırırdım...
    MAYA: - Elədir. Mənə gələn məktubların içində cırılanlar, yananlar da var. (Sumkasını açıb zərfləri göstərir). Istəyirsən verim sənə, təzədən oxu özünçün...
    ÇAPAR (yuxülü adamlarsayaq): - Mən bəzən o məktubları zərfin içinə qoyub poçt qutusuna atardım. Üstünə isə yazardım: “Mayaya çatacaq”. Yaxud “Çatacaq Mayaya”. Mən bu hərəkətimlə bir növ özümü dolayırdım. Ələ salırdım özümü. Ürəyimdən keçənləri yazırdım o məktublarda. Və, qəribədir ki, ürəyimdə gizli bir inam hissi vardı: mənə elə gəlirdi ki, o məktubları mütləq Mayaya çatdıracaqlar. Əslində o yazılar mənim özümün özümə məktublarım idi. Bir növ mən o məktublarda öz günahlarımı etiraf edirdim... O yazılar mənim tövbələrim idi... Yox, bu qətiyyən ola bilməz. Nə çoxdur dünyada Mayalar. (Qıza). Xanım qız, bu məsələlərdə nəsə bir anlaşılmazlıq, dolaşıqlıq var...
    MAYA: - Sən məktublarında ilan dili çıxarırsan, az qala özünü edam edirsən, çarmıxa çəkirsən... Guya məni ömrün boyu sevmisən, son ana qədər də bu sevgiyə sadiq qalacaqsan... Gözlərin hər gün məni axtarır, fikir-xəyalın mənim yanımdadır. Məni bircə dəfə görsən özünü ölüm ayaüında da xoşbəxt hesab edəcəksən... Əgər mənim hənirimi eşitsən qurd kimi ulayacaqsan. Sən yazırsan ki, qarşımda diz çöküb ilan kimi sürünəcəksən... Ta nə bilim nələr, nələr... Elə şeylər yazmısan ki, çoxunu dillə ifadə etməyə çətinlik çəkirəm... Hə, bu da mən... Gəlmişəm... Niyə yaxanı qıraüa çəkirsən? Arvadından, onun hay-küyündən, göz yaşından qorxursan?!. Qorxma! Arvadların göz yaşı - bahar yaüışına bənzəyir. Buludlar çəkilib gedəndən sonra göyün üzü açılır...
    ÇAPAR: - Mən o məktublarda çox şeylər yazmışam. Amma sadəcə olaraq onların öz ünvanına çatacaqlarına inanmamışam... Bir də ki, ünvan yazılmayıb o məktubların üstündə. “Mayaya çatacaq”... Vəssalam. Axı, mənimçün indi də sirdir: görəsən Maya hansı ölkədə yaşayır?.. (Gülür). Afrikada?.. Məncə sən Afrikada yaşayırdın. Bəs hansı şəhərdə, hansı küçədə, hansı evdə, hansı mənzildə? Mənə heç nə məlum deyil... (Qıza). Hə, xanım qız, deyəsən, mən yavaş-yavaş bu dünyada möcüzələrin olduüuna inanmaüa başlayıram...
    MAYA: - Elə biz özümüz təpədən-dırnaüa möcüzəyik, o ki, dünya ola... Hə, Çapar məni bu cür qarşılamaüın xoşuma gəlməsə də, təqsirindən keçməyə məcburam. Görünür nəsə stress keçirirsən. Hər şey düzələr. Fikir etmə... Özündən, işlərindən danış görüm: necəsən?.. Nə çəkirsən?..

    (Çapar əsəbi halda gəzişir).

    ÇAPAR: - Bu, mümkün olan iş deyil! (Pauza). Indi mən sənə necə müraciət edim?..
    MAYA: - Yenə başladın, Çapar?!.
    ÇAPAR: - Axı, mən ən azı sənin atan, bəlkə də baban yaşındayam. “Çapar”... Yox bir, “cavan oülan”...
    MAYA: - Vallah, sən o qədər də dəyişməmisən. Niyə özündən bu qədər bədgümansan?.. Sənə nə olub? Özünü ələ al!.. Bəlkə həyacanlısan? O cür məktubları ki, sən yazmısan... ürəyinə təzədən bələd oldum sənin. Sən əsil psixoloq, filosof, nə bilim... yazıçı imişsən... Mən o məktubları oxuduqca göz yaşları axıdırdım. Istəyirdim cavab yazam. Amma ünvanını unutmuşdum.
    ÇAPAR: - Hım-m-m. (Istehza ilə). Eləcə yazaydın: “Çatacaq Çapara”. Yəqin gəlib öz sahibinə yetişərdi.
    MAYA: - Çətin... Çox çətin. Bu, hər adma qismət olmur. Hər yazılan məktub öz sahibinə yetişmir ki... Bu, bir növ tale işidir... Hə, Çapar, de görüm nə yaradırsan, nə çəkirsən?.. (Boş çərçivəni göstərir). Bu çərçivəni doürudan mənim portretim üçün hazırlayırsan?..
    ÇAPAR (çərçivəyə baxır): - Bir az əvvəl sən o çərçivənin içində idin. Mənim başıma gələnlər - lap fantastik filmlərdə baş verən əhvalatlara bənzəyir.
    MAYA: - Yəqin çox işləyirsən, Çapar... Görünür az yatırsan...
    ÇAPAR: - Əksinə... Son vaxtlar çox yataüan olmuşam. Adətən, adam qocalanda az yatır... Amma mən əksinə...
    MAYA: - Elə isə sən get-gedə cavanlaşırsan... Üzü gəncliyə doüru gedirsən...
    ÇAPAR (istehza ilə): - Sənin kimi... Elə deyilmi?..
    MAYA: - Məni dolayırsan?.. Göndərdiyin məktublarda məni əbədi solmayan çiçəklərə, sönməyən ulduzlara bənzədirsən... Amma indi... Sənin səmimiyyətin bu qədər imiş hə?.. Mən səni heç cürə başa düşə bilmirəm, Çapar. Sənin o ah-nalən hara, mənə indiki münasibətin hara?..
    ÇAPAR: - Elə mən də səni başa düşə bilmirəm! Mənim yaddaşımda yaşayan o Maya hara, sən hara?..
    MAYA: - Nə olub ki, mənə?..
    ÇAPAR: - Elə məsələ də burasındadır ki, heç nə olmayıb. Sanki sənin yanından illər ötüb keçməyib. Necə deyərlər üstündən nə qış ötüb, nə yay... Mən quruyub qalmışam... Düzünü deyim ki, sən elə həmin Mayasan... Daha doürusu, indi mənimlə üz-üzə dayanan o Mayadır... Bəs indiki Maya haradadır? Mənim yaşıdım Mayanı deyirəm...
    MAYA (gülür): - Ha-ha-ha... Çapar, məni çox da cavanlaşdırma... Elə o Maya da mənəm, bu Maya da... Görünür, sənin gözünə elə həminki kimi görünürəm...
    ÇAPAR: - Belə görünür ki, mən də sənin gözünə həminki Çapar kimi görünməliyəm...
    MAYA: - Əlbəttə! Sən də elə həminki Çaparsan!
    ÇAPAR: - Hım-m-m... Bəs bu bəyaz saçlar, bu qırışlar, əzik pula dönmüş bu sifət çuxura düşmüş bu gözlər, bu aüarmış qaşlar, bu gücsüz qollar, əyilmiş çiyinlər?.. Bu - mən, bu da - sən!.. Sən ömrün baharını yaşayırsan, mənsə xəzana düşmüşəm... Sən parlayan dan yeri, mən saralan qürub... Mən - dünənə çevrilmiş tarix, sən bu günə gələn sabah... Sən mənim xəyalımdakı Maya ola bilərsən. Həyatdakı Maya isə, Allah bilir indi... haradadır?..
    MAYA: - Yoxsa məni dəfn etməyə hazırlaşırsan?..
    ÇAPAR: - Yox, elə deyil... Elə deyil... Bəlkə də sən əsil Mayasan... Ancaq... Mən səni olduüun kimi qavraya bilmirəm... Nəsə bütün bunlar mənə yuxu kimi gəlir. Doürusu, öz halıma həm aülamaüım, həm də gülməyim tutur.
    MAYA: - Elə isə həm aüla, həm də gül...
    ÇAPAR: - Sən hər şeyi zarafata salırsan... Mənim vəziyyətimi başa düş: saç-saqqalım aüarmış, başı gora titrəyən qoca və üz-gözündən bahar təravəti tökülən qız, qol-qola tutub küçəyə çıxırlar. Və bu səfeh qoca rastlaşdıüı dost-tanışlarına öz gənclik rəfiqəsini təqdim edir: “tanış olun, bir vaxtlar bu xanımla birlikdə oxumuşam”. Yəqin ki, mənə gülərlər. Fikirləşərlər ki, ya aülım çaşıb, ya da qocalıqda yorüalamaüa başlamışam. Elə deyilmi?..
    MAYA: - Sən nə yaman vasvası olmusan, Çapar!..

    (Musiqi. Çaparla Maya üz-üzə dayanıb diqqətlə bir-birlərini süzürlər. Sonra onlar əl-ələ tutub rəqs edir, mahnı oxuyurlar).

    ÇAPAR: - Elə zərifsən ki, sən
    Çiçəyə bənzəyirsən.
    Bu qəfil gəlişinlə
    Şilimə bənzəyirsən.

    MAYA: - Ömür bənzər limana,
    Tale bənzər dumana.
    Sən bir dəli tufana,
    Küləyə bənzəyirsən...

    ÇAPAR VƏ MAYA: - Bizik ömrə şərəf-şan,
    Bizik sevgiyə nişan.
    Gecə-gündüz alışan
    Ürəyə bənzəyirsən...

    (Musiqi azalır. Çapar fikirli-fikirli var-gəl edir).

    ÇAPAR: - Yaxşı, de görüm, birdəfəlik gəlmisən, yoxsa...
    MAYA: - Sən çaüırmısan, mən də gəlmişəm. Istəyirsən qayıdıb gedim gəldiyim yerə...
    ÇAPAR: - Yox, məsələ onda deyil... Sadəcə olaraq, mən bütün bunların doürudan da həqiqət olduüunu özümçün dəqiqləşdirmək istəyirəm. Həqiqətən sən Mayasan? Yəni Mayasan?..
    MAYA: - Həqiqətin buynuzu olmur ki?.. Bəyəm mənim gəlişimdə möcüzəyə bənzər bir şey var?
    ÇAPAR: - Heç nə anlamıram, heç nə... Axı, bu, mümkün olan şey deyil. Bir özünə bax, mənə nəzər sal. Sən cavan, gözəl, təravətli bir xanım... Mən isə... əldən düşmüş zəif bir qoca...
    MAYA: - Dəqiqədə bir öz yaşını, qocalıüını gözə soxma. Sən yenə cavan, dəliqanlı bir oülansan. Mənim nəzərimdə sən yenə əzəlki Çaparsan: sevən, sevilən, deyən-gülən, alışıb-yanan Çapar... Sənin yazdıüın o məktubları oxuyarkən mən bir daha əmin oldum ki, sən qətiyyən qocalmamısan. Indi isə bunu öz gözlərimlə görüb inandım.
    ÇAPAR: - Görəsən, bütün bunlar məzhəkədir, ya faciə?.. Görəsən, mən aülamalıyam, yoxsa gülməli?..
    MAYA: - Bu, sənin öz işindir, Çapar! Göz yaşları sevincdən də ola bilər, kədərdən də... Mənim ürəyimdəsə tumurcuqlar təzədən çırtlayır. Sevinc və sevgi tumurcuqları...
    ÇAPAR: - Bütün bunlar necə də qəribədir... Doürudanmı mən yuxu görmürəm?..

    (Musiqi. Maya Çapara yaxınlaşır, onun əlindən tutur. Çapar döyükür, çəkinir, ətrafa boylanır, əlini geri çəkir. Maya qəhqəhə çəkib gülür. Çapar daha da məyus olur: şübhəli nəzərlərlə qızı süzür).

    MAYA: - Nə olub sənə, Çapar?.. Deyəsən kimdənsə, nədənsə qorxursan. Bəlkə kimisə gözləyirsən?..
    ÇAPAR: - Yox... Ayıbdır. Görən olar... Mənə yaraşmaz...
    MAYA: - Bəs mənə yaraşar? (Pauza). Məncə yaraşar...

    (Qapı döyülür).

    MAYA: - Deyəsən gələn var. Mən keçim qonşu otaüa...
    ÇAPAR: - Yox... Heç yana getmə. Yəqin tanışlardandır.

    (Ulduzə gəlir. Hikkəli-hikkəli ətrafa boylanır, sonra diqqətlə Mayanı süzür).

    ULDUZƏ: - Deyəsən gününüz pis keçmir...
    ÇAPAR: - Xeyir ola?.. Özgə vaxt illərlə yolun düşməzdi buralara, indi nə olub belə?..
    ULDUZƏ: - Heç... Gəldim ki, görüm kişimin kefi necədir? Ta ev-eşikdən perik düşmüsən...
    ÇAPAR (əlini boş çərçivəyə uzadır): - Neçə gün idi ki, işləyirdim... Çəkirdim...
    ULDUZƏ: - Görürəm, nə çəkirsən... Deyəsən ta ürəyinin aürısı ötüb keçib...
    MAYA: - Of-f-f... Elə bil emalatxananın havası çatışmır.
    ÇAPAR: - Elədir...
    ULDUZƏ: - Bu gözəlçə mənə çox tanış gəlir.
    MAYA: - Elə sən də tanış gəlirsən.
    ULDUZƏ (Mayaya): - Mən səndən soruşmuram... Çapar, kimdir bu qız?..
    ÇAPAR: - Elə-belə... tanışdır... Úurnalistdir - qəzetdən gəlib...
    ULDUZƏ: - Yəqin intervü götürür hə?..
    ÇAPAR: - Əsil intervü götürən sənsən, Ulduzə. Dil aüıza qoymursan. Nə lazımdır sənə?..
    ULDUZƏ: - Mənə nə lazımdır?.. Mənə... Heç nə... Bəs bu xanım qıza nə lazımdır?.. (Mayaya). Sənə nə lazımdır, xanım qız?
    MAYA: - Mənə... Mənə heç nə lazım deyil...
    ULDUZƏ: - Çapar, bəlkə elə fikirləşirsən ki, ta qocalmışam - yaddaşım korşalıb, başım xarab olub. Bu qız nə gəzir burada?.. Anası ilə qurtarıb indi də balası ilə oynaqlaşırsan hə?..
    ÇAPAR: - Nə ana, nə bala?.. Sən nə danışırsan?..
    ULDUZƏ: - Bəyəm mən Mayanı tanımırdım?.. Məni kor hesab edirsən?.. Bu, onun qızıdır, Çapar!
    MAYA (gülür): - Mən Mayanın qızıyam? Yox bir, nəvəsiyəm onun!..
    ULDUZƏ: - Istəyir lap nəticəsi ol! Gözüm aydın! Atan yaşında kişinin yanında nə gəzirsən?..
    MAYA: - Atam yaşında kişi?.. Sən Çaparı deyirsən?.. Xeyr, o atam yaşında deyil. Biz onunla yaşıdıq. Əksinə, sən özün nənəm yaşında görünürsən, Ulduzə xanım! Aç gözlərini yaxşı-yaxşı bax: mən Mayayam!..
    ÇAPAR: - Yaxşı, Maya... Sakit ol...
    ULDUZƏ: - Maya?.. Sən - Mayasan? Yox, sən ifritəsən!.. Maya... Nə Maya?.. Maya məndən də yaşlı idi... Axı, sən necə Maya ola bilərsən?!. Bəlkə səni mumiyalayıblar, ona görə belə cavan qalmısan?.. Bu kimdir, Çapar?.. Düzünü de mənə!..
    ÇAPAR: - O... Mayadır... Düz deyir... Əvvəlcə mən də inanmırdım...
    ULDUZƏ (mənalı tərzdə): - Amma sonra səni inandırdı, hə?.. Eləmi?.. Yaxşı, indiyəcən harada imiş bu həmişəcavan xanım?.. Neçə il idi səs-soraüı yox idi, birdən-birə haradan zühur elədi bu gözəlçə?.. Bəlkə məktublaşırmışsınız?..
    ÇAPAR: - Məktublaşmaq deyəndə ki... Mən arabir yazırdım...
    ULDUZƏ: - Amma o yazmırdı hə?
    MAYA: - Xeyr... Mən sadəcə olaraq Çaparın ünvanını unutmuşdum...
    ÇAPAR: - Yox, mən də onun ünvanını bilmirdim...
    ULDUZƏ: - Yəqin ki, sən məktubu elə-belə, ünvansız ünvana göndərirmişsən...
    ÇAPAR: - Məktub deyən də ki... Bu elə-belə cızmaqaralar olurdu... Yox, ünvan-zad yazmırdım...
    ULDUZƏ: - Yəqin ki, zərfin üstünə sadəcə olaraq “Çatacaq Mayaya”- yazırmışsan...
    MAYA: - Elədir!..
    ÇAPAR: - Sən bunu hardan bilirsən, Ulduzə!..
    ULDUZƏ: - Yəqin ki, o məktubların hamısı gedib Mayaya çatırmış?..
    MAYA: - Poçtalyon o məktubları gətirib mənə çatdırırdı...
    ULDUZƏ: - Özü də sən uzaq, yad bir ölkədə yaşayırdın... Özgə dil, özgə xalq. Amma üstünə “Çatacaq Mayaya” - kəlməsi yazılmış həmin məktublar o uzaq ölkəyə gedib çatırmış...
    ÇAPAR: - Doürusu, bu mənim özümə də qəribə gəlir...
    MAYA: - Burada qəribə nə var ki?.. Məktub öz yazıldıüı ünvana gəlib çatırdı. Bu dünyada bircə Çapar, bircə nəfər də Maya var...
    ULDUZƏ: - Iki sevən ürək, iki gənc, iki aşiq...
    ÇAPAR: - Nə gənc?.. Nə aşiq?.. Mən əslində o məktubları Mayaya yazmırdım...
    ULDUZƏ: - Bəlkə elə özünə yazırmışsan o məktubları?..
    ÇAPAR: - Sən hardan bilirsən bunu?..
    ULDUZƏ: - Bunu bilməyə nə var ki?.. Sevənlərin hamısı özü-özünə məktublar yazır...
    MAYA: - Arabir mən də özüm-özümə məktublar yazmışam... Amma bunlar məktubdan çox ittihamlara bənzəyir...
    ÇAPAR: - Əslində mən məktub yazmaüı o qədər də xoşlamıram...
    ULDUZƏ: - Amma buna baxmayaraq tez-tez məktub yazmalı olmusan... Lap ilk gəncliyində olduüu kimi...
    ÇAPAR: - Doürusu, mən Mayanın harada yaşadıüını bilmirdim. Heç onun saü olmaüından da xəbərim yox idi... O məktubları isə elə-belə, maraq üçün yazırdım. Bəyəm burada bir qəbahət var?..
    ULDUZƏ: - Bəlkə o məktubları birlikdə oxuyaq?..
    MAYA: - Xeyr! Elə şey yoxdur. O məktublar mənə ünvanlanıb... Elə deyil, Çapar?..
    ULDUZƏ: - Deyəsən, ikiniz də birləşib məni dolayırsınız!.. Yoxsa məni dəli yerinə qoymusunuz?.. Yəni məni bu qədər sadəlövh, axmaq, gic hesab edirsiniz?!. Ay-hay!.. Öləsiniz sizi!..
    MAYA: - Təhqirə keçmə...
    ÇAPAR: - Ulduzə, o qonaqdır, qərib yerdən, uzaq ölkədən gəlib... Bir az asta danış... Niyə qışqırırsan?..
    ULDUZƏ: - Ay camaat, mənim ərimin başı xarab olub! Onun evlənəsi oülu var, amma özü eşqə düşüb. Bu da sizə əsrin böyük rəssamı, dahi heykəltəraşı!..
    ÇAPAR: - Dedim, qışqırma!..
    MAYA: - Cəhənnəmə qışqırsın!..
    ULDUZƏ: - Çapar gəl düş qabaüıma!.. Getdik!..
    ÇAPAR: - Hara?..
    ULDUZƏ: - Öz xarabana...
    ÇAPAR: - Bəyəm bura da mənim xarabam deyil?
    MAYA: - Ulduzə, get öz işinlə məşüul ol!.. Hara dartıb aparırsan Çaparı?.. Çapar, sən gedirsən?..
    ÇAPAR: - Yox!.. Mən heç yana, heç yerə getmirəm... Ulduzə, sən özün çıx get...
    ULDUZƏ: - Yaxşı, qoy olsun... Mən çıxıb gedirəm!.. Siz qalın burada!. Sevişin!.. Qoca kaftar! Görüm yenə infarkt keçirəndə kim dayanacaq Sənin başının üstündə?!..
    MAYA: - Çapar, sən infark keçirmisən?..
    ULDUZƏ: - Cəmi iki dəfə!.. Yaxşı, mən sizin başınıza elə bir oyun açım ki...

    (Ulduzə gedir)

    MAYA: - Bu ki, əməlli-başlı dəlidir. O vaxt belə deyildi...
    ÇAPAR: - Hirsli-hikkəlidir... Əsəbləri pozulub...
    MAYA: - O, əzəldən elə bu cür idi. Nə tez unutmusan?.. O, eqoistin biridir. Yalnız özünü düşünən qadındır. Gör bir ömrünü-gününü kiminlə çürütmüsən, Çapar?..
    ÇAPAR: - Neyləyim?.. Bu qismətdir, Maya...

    (Qapı döyülür).

    MAYA: - Deyəsən yenə odur...
    ÇAPAR: - Yox... O, çıxıb getdi... Çətin ki, bir də qayıtsın... Amma nə bilmək olar? Bəlkə də odur...
    MAYA: - Istəyirsən mən arxa qapıdan çıxıb gedim..
    ÇAPAR: - Arxa qapıdan?.. Sən oranı da tanıyırsan?.. Yox , getmə... Dayan... Kresloda əyləş. Hə, bax belə... (Qapıya sarı).. Gəlirəm, gəlirəm...

    (Çapar qapını açır. Nuran gəlir).

    NURAN: - Salam.
    ÇAPAR: - Hə, sənsən Nuran?.. Gəl, keç içəri... Xeyr ola günün bu vaxtı?..
    NURAN: - Heç, elə-belə... Bu yandan keçirdim, dedim bir sənə baş çəkim... (Mayaya). Salam ... Xoş gəlmisiz...
    MAYA: - Salam... Çapar, bu oülan yaman oxşayır sənə...
    NURAN: - “Çapar”?.. (Mayaya). Siz aüsaqqal kişiyə adıyla müraciət edirsiniz...
    MAYA: - Mən öz yaşıdıma necə müraciət etməliyəm?..
    NURAN: - Yaşıdınıza?..
    ÇAPAR: - Oülum, bu qız çox zarafatcıldır... Fikir vermə...
    MAYA: - Bu oülundur?..
    NURAN: - Bu, naturadan çəkilmək üçün gəlib?..
    MAYA: - Mən öz köhnə dostumun yanına gəlmişəm...
    NURAN: - Dostunuzun?.. (Mayaya). Mən sizi haradasa görmüşəm...
    MAYA: - Yəqin yuxuda görmüsən... Çapar, bu, doürudan sənin oülundur?..
    ÇAPAR: - Hə, oülumdur...
    MAYA: - Mən təsəvvür etməzdim ki, sənin bu boyda övladın olar...
    NURAN: - Atam vaxtında evlənsəydi mən bir az da böyük olardım...
    MAYA: - Çapar, sənin nə zarafatcıl oülun var?..
    ÇAPAR: - O, çox tərbiyəli uşaqdır... Amma bu gün nəsə yaman deyib-gülür...
    NURAN: - Ata, mən başıaşaüı, sakit olmaüımın heç bir xeyrini görməmişəm.
    MAYA (gülür): - Hə, Çapar deyəsən oülun bundan sonra imicini dəyişmək qərarına gəlib...
    ÇAPAR: - Ola bilər... Siz söhbət edin. Mən bir çay dəmləyim.
    MAYA: - Qoy çayı mən dəmləyim...
    ÇAPAR: - Yox, özüm dəmləyəcəyəm... Oülum, yolda ananla rastlaşdın ki?..
    NURAN: - Anam öz anasıgildədir...
    MAYA: - Çapar, qaynanan hələ saüdır?..
    NURAN: - Lap qaynatası da saüdır...
    ÇAPAR: - Hər ikisi saüdır. Amma ayrılıblar...
    MAYA: - Yəqin Ulduzənin anası da özünə oxşayıb: məkrli, davakar...
    NURAN: - Siz nə tanıyırsınız onları?..
    ÇAPAR: - Oülum, O, zarafat edir... Hə, mən çay qoyum... Deyəsən, suyumuz qurtarmaq üzrədir...

    (Çapar qonşu otaüa keçir. Maya radionu qurur. Musiqi).

    MAYA: - Əla havadır. Özü də Afrika melodiyasıdır...
    NURAN: - Bəlkə rəqs edək?..
    MAYA: - Bacarırsan?..
    NURAN: - Bir az...

    (Maya və Nuran rəqs edir).

    MAYA: - Sən çox gözəl rəqs edirsən, Nuran...
    NURAN: - Mən rəqs etmirəm... Mən uçuram... Mən göyün yeddinci qatındayam...
    MAYA: - Sənin əllərin titrəyir. Sənin ürəyin göyərçin kimi çırpınır...
    NURAN: - Hamısı həyəcanandır...
    MAYA: - Nədir səni həyəcanlandıran?..
    NURAN: - Sənsən, Maya...
    MAYA (qəhqəhə çəkir): - Mən?.. Başıma xeyir!..
    NURAN: - Niyə gülürsən?..
    MAYA: - Gülməyim neyləyim... Elə söz deyirsən ki, lap bişmiş toyuüun da gülməyi gəlir...
    NURAN: - Sən dünyanın ən gözəl, ən cazibədar qadınısan... Mən səninlə dünyanın lap o başına çıxıb gedərəm...
    MAYA: - Mən dünyanın o başından qaçıb gəlmişəm bura... Mən bir daha gəldiyim yerə qayıtmaq istəməzdim...
    NURAN: - Sən Afrikadan gəlmisən yəqin?..
    MAYA: - Nədən bilirsən bunu?..
    NURAN: - Əlinin, sinənin, nəfəsinin hərarətindən. Axı, deyirlər Afrika isti ölkədir.
    MAYA: - Afrikada əbədi yaydır... Oranın havası da od tutub yanır, torpaüı da...
    NURAN: - Insanları da...
    MAYA: - Hə, bəsdir, oynadıq-yorulduq. (Geri çəkilir). Bir az dincəl...
    NURAN: - Yox, mən səninlə rəqs etməkdən heç vaxt yorulmaram...
    MAYA: - Sən mənimlə elə danışır, elə rəftar edirsən ki...
    NURAN: - Necə?.. Heç nə anlamıram...
    MAYA: - Axı, atandan ayıbdır...
    NURAN: - Atam cavan olmayıb bəyəm?
    MAYA: - Atan yenə cavandır... Əslində elə mən də cavanam...
    NURAN: - Sənə kim qoca deyir ki?..
    MAYA: - Sən mənim oülum yerindəsən...
    NURAN (gülür): - Yox bir, sən də mənim qızım yerindəsən...
    MAYA: - Mən sənin atanın uşaqlıq dostuyam...
    NURAN (gülür): - Mən də sənin ananın uşaqlıq yoldaşıyam...
    MAYA: - Mən sənin atanla ailə qursaydım sən mənim övladım ola bilərdin...
    NURAN (hirslənir): - Məni gic yerinə qoymusan?!. Bu nə söhbətdir edirsən mənimlə?!.
    MAYA: - Mən Çaparla xoşbəxt ola bilərdim...
    NURAN: - Bəs niyə olmamısan?..
    MAYA: - Görünür qismət beləymiş...
    NURAN: - Bura bax, Maya gəl mənimlə adam balası kimi danış. Məni cin atına mindirmə! Az oyna mənim əsəblərimlə!..
    MAYA: - Sən hələ körpəsən, Nuran... Sənin ömrün irəlidədir... Amma mən... biz sonuncu dayanacaüa çatmaqdayıq...
    NURAN: - Nə dayanacaq?.. Bəsdir!.. Bəsdir!.. Mən uşaq-zad deyiləm sənə...
    MAYA: - Qışqırma! Atan eşidər... Bilər...
    NURAN: - Qoy eşitsin!.. Qoy bilsin!.. Mənim öz aülım, öz düşüncəm var... Mən öz seçdiyim yolla gedəcəyəm... Hər kəs öz seçimində azaddır...

    (Çapar gəlir. Əlində stəkan-nəlbəki).

    ÇAPAR: - Hə, oülum, əyləş... Indi çay gətirəcəyəm...
    NURAN: - Mən gedirəm... Işim var...
    MAYA: - Mənim də işim var...
    ÇAPAR: - Heç nə anlamıram... Maya, sən hara gedirsən?..
    MAYA: - Mən bir azdan qayıdıb gəlirəm. Poçta getməliyəm...
    ÇAPAR: - Poçta?.. Teleqram vurursan?..
    MAYA: - Hə... Teleqram vuracaüam...
    NURAN: - Gedək... Mən poçtu sənə göstərərəm...
    ÇAPAR: - Oülum, sən get öz işinlə məşüul ol...
    MAYA: - Nuran, mən özüm bilərəm hara getmək lazımdır...

    (Nuran hirsli tərzdə çıxıb gedir. Maya əyilib Çaparın boynunu qucaqlayır, onu oxşayır və gedir. Musiqi. Həmin musiqinin sədaları altında addım səsləri. Zənci gəlir. Çapar təəccüblə ona baxır).

    ÇAPAR (Zənciyə): - Sən kimsən?.. Nə lazımdır sənə?..
    ZƏNCI: - Mənə Maya lazımdır...
    ÇAPAR: - Sən Afrikadan gəlmisən?..
    ZƏNCI: - Bəli. Nədən bildiniz bunu?..
    ÇAPAR: - Yəni bunu bilmək elə mürəkkəb işdi?.. Bəyəm sənin üzünə baxanda kim olduüun, haradan gəldiyin məlum olmur? Zəncinin vətəni Afrikadır... Bunu ki, hamı bilir... Yaxşı, bəs sən Mayanı haradan tanıyırsan?
    ZƏNCI: - Haradan?.. Afrikadan...
    ÇAPAR: - Hə, elədir o Afrikada yaşayıb... Mayanın burada olduüunu kim deyib sənə?
    ZƏNCI: - Heç kim... Özüm öyrənmişəm onun yerini...
    ÇAPAR: - Çoxdan tanıyırsan Mayanı?..
    ZƏNCI: - Çoxdan... Lap çoxdan... Bəlkə də qırx-əlli il olar...
    ÇAPAR: - Nə qırx-əlli il?.. Sənin heç otuz yaşın olmaz, amma dədənin yaşından əvvəlki tarixi danışırsan... Bəlkə Afrikada vaxt ayrı cür hesablanır...
    ZƏNCI: - Ayrı cür? Necə yəni?..
    ÇAPAR: - Deyirəm bəlkə zəncilər bir ili iki-üç il kimi hesablayırlar?..
    ZƏNCI: - Vaxt hər yerdə eyni cürdür...
    ÇAPAR: - Yaxşı, de görüm, sənin fikrin nədir?.. Görürsən ki, burada Maya-zad yoxdur...
    ZƏNCI: - Bəli, indi yoxdur... Amma yəqin ki, bir azdan olacaq. Mən gözləyərəm...
    ÇAPAR: - O, axtarışda deyil ki?..
    ZƏNCI: - Mən onu axtarıram...
    ÇAPAR: - Deyirəm bəlkə interpoldan-zaddan gəlmisən...
    ZƏNCI: - Lazım olsa interpola da verəcəyəm onu?..
    ÇAPAR: - Nədir, cinayət edib? Adam öldürüb?..
    ZƏNCI: - O, adam öldürməyib... Amma belə getsə mən onu öldürməli olacaüam...
    ÇAPAR: - Rədd ol, alçaq zənci...
    ZƏNCI: - Mən heç yerə gedən deyiləm. Mən Mayanı gözləyəcəyəm...
    ÇAPAR: - Çıx get, dedim sənə. Tərk et mənim emalatxanamı...
    ZƏNCI: - Mən bilirəm ki, Maya gec-tez bura gələcək.
    ÇAPAR: - Nədir, yoxsa qanını mənim üstümə tökmək istəyirsən?.. Yoxsa səni əcəl hərləyib gətirib bura?.. Bəlkə Afrikadan elə ölmək üçün gəlibsən, axmaq?!.
    ZƏNCI: - Ölüm haqdır... Mən ölümdən qorxmuram!
    ÇAPAR: - Mən sənə qandıraram ölüm nədir?..
    ZƏNCI: - Mənə hədə-qorxu gəlməyin!.. Siz kimsiniz?!.
    ÇAPAR: - Dayan, indi göstərərəm sənə kimliyimi...

    (Çapar divardan asılmış dekorativ qılıncı götürür, Zəncinin üstünə hücum çəkir. Zənci qışqıra-qışqıra qaçır. Musiqi... Çapar qayıdıb qılıncı divardan asır. Kresloya çöküb fikrə gedir. Çərçivəyə baxır. Şəkil öz “yerindədir”. Çapar heyrətə gəlir. Musiqi sədası artır).

    PƏRDƏ



    II HISSƏ

    (Yenə həmin emalatxana. Musiqi. Indi hər tərəfdə bir səliqə-sahman hiss olunur. Çaparla Maya təzə kostyumda. Onların üz-gözündən fərəh, sevinc tökülür. Musiqinin ritminə uyüun rəqs edirlər. Gülüb-şənlənirlər).

    ÇAPAR: - Ilahi, doürudan da dünyada möcüzələr olurmuş...
    MAYA: - Möcüzə? Yox, bu, möcüzə-zad deyil.
    ÇAPAR: - Onda mən yuxu görürəm... Bütün bunlar yuxudur, Maya...
    MAYA: - Nə yuxu?.. Bax, bu sənsən, bu da mən...
    ÇAPAR: - Amma mənə elə gəlir ki, sən çərçivədəki şəkilsən... Sən o çərçivənin içindən çıxıb gəlibsən... Başqa cür də ola bilməz...
    MAYA: - Nə şəkil?.. Bu, mənəm Çapar... Mayayam.
    ÇAPAR: - Mən səni şəkildə necə çəkmişəmsə, necə yaratmışamsa eləsən... Elə geyimin də o cürdür. Nə yaxşı ki, səni ayrı qiyafədə çəkməmişəm...
    MAYA (gülür): - Bilirəm hansı qiyafəni nəzərdə tutursan. Deyim?..
    ÇAPAR: - De...
    MAYA: - Həvvanın qiyafəsini demək istəyirsən, elə deyilmi? (Gülür).
    ÇAPAR: - Ayıbdır... Belə şeylər danışma...
    MAYA: - Mən ürəkoxuyanam, Çapar... Sən ki, bunu bilirsən...
    ÇAPAR: - Yaxşı, bir mənə de görüm o zənci nə istəyir səndən?..
    MAYA: - Yoxsa yenə gəlmişdi?
    ÇAPAR: - Gəlmişdi, qovdum getdi... Deyəsən, axırda o mənim əlimdə öləcək... Hər dəfə sən çıxıb teleqram vurmaüa gedən kimi o haradansa peyda olur. Düzü, mən şübhələnməyə başlamışam...
    MAYA: - Nədən? Kimdən?..
    ÇAPAR: - O zəncidən. Səndən... Özümdən...
    MAYA (gülür): - Nə üçün?..
    ÇAPAR: - Axı o, Afrikadan gəlib... Şübhəsiz ki, siz tanışsınız...
    MAYA: - Bəyəm məni bütün afrikalılar, zəncilər tanımalıdır. Mənim heç bir zənci tanışım yoxdur.
    ÇAPAR: - Afrikada yaşayasan, zənci tanışın olmaya... Bu, mümkün olan iş deyil...
    MAYA: - Niyə ki?.. Mənim bu yer üzündə heç bir kişi tanışım yoxdur. Ola da bilməz. Yalnız bir nəfərdən başqa... Onu da təkcə sən tanıyırsan. (Çaparı oxşayır).
    ÇAPAR: - O, kimdir elə?
    MAYA: - O adam bütün şüurlu həyatı boyu bir qadın barədə düşünüb; həmişə əmin olub ki, aradan illər, lap onillər keçsə də o qadınla qovuşacaq. Zaman - onlar üçün axıb gedən vaxt deyil, adi bir sınaq meydanı olub. Indi onların əbədi xoşbəxtliyinə az, lap az qalıb.
    ÇAPAR: - Sən yenə o vaxtkı kimi dilli-dilavər, deyib-gülənsən, Maya... Üstəlik indi ürəkoxumaq elmini də öyrənmisən... Sənin yanında nə barədəsə danışmaq bir yana, hətta düşünmək belə təhlükəlidir...
    MAYA: - Ona görə də çalış ki, həmişə yaxşı şeylər barədə fikirləşəsən.
    ÇAPAR: - Yaxşı şeylər?.. Bəyəm bu dünyada insanı sevindirə biləcək nəsə bir şey varmı?..
    MAYA: - Bəyəm mənim gəlişim sənin ürəyini açmayıb?.. Axı, mən görürəm ki, şadlıqdan çiçəyin çırtlayıb...
    ÇAPAR: - Düz deyirsən, Maya... Sənin gəlişin ürəyimin bayramına çevrilib. Mən neçə illər idi ki, bu cür sevinməmişdim. Elə bil sən uzaq Afrikadan günəş, hərarət, işıq gətirmisən. Mən indi afrikalıları da ayrı cür təsəvvür edirəm. Bilirsən necə?.. Mənə elə gəlir ki, artıq onlar da sənə görə zərif olublar, gözəlləşiblər...
    MAYA: - Zəncilərin də öz gözəlləri olur...
    ÇAPAR: - Yəqin ki, o gözəllərin qalın dodaqları, aü ovucları, par-par yanan dişləri, mismar kimi bərk saçları, iri pərli burunları olur... Səni axtaran o zənci kimi...
    MAYA: - Onların sadəcə olaraq dəriləri qarabuüdayıdır. Öz dərimizin altında biz hamımız eyniyik.
    ÇAPAR: - Sənin dərin yenə o vaxtkı kimi zərif, hamar, cazibədardır...
    MAYA: - Elə sən də yenə əzəmətli, güclü, məürursan... Üz-gözündə həyat, gənclik eşqi qaynayır. Hiss olunur ki, enerúin aşıb-daşır... Yaxşı, Çapar, düzünü de, sən Ulduzə ilə necə yaşayırsan? Xətrinə dəyməsin, o, dözülməz adamdır.
    ÇAPAR (gülür): - Birtəhər dözürük. Ayrı əlac yoxdur.
    MAYA: - Ilahi, mən o qızı düşünəndə tüklərim biz-biz olur...
    ÇAPAR: - Nə üçün? Ulduzə o qədər də qorxulu varlıq deyil... Özün ki, gördün...
    MAYA: - O, necə aravuran, necə xəbis idi... Baüışla, Çapar... Sənin arvadın barədə belə sözlər deyirəm...
    ÇAPAR: - Mən onun səninlə necə münasibətdə olduüundan xəbərim yoxdur. Bunlar mənimçün təzə şeylərdir.
    MAYA: - Bəs sən indiyəcən düşünməmisən ki, bizim aramızı vuran kim olub?.. Bəs biz nə üçün ayrıldıq, o vaxt?..
    ÇAPAR: - Səndə maraqlı məlumatlar varmış ki... Hə, de gəlsin...
    MAYA: - Məlumat deyəndə ki... Çapar, sən onda da sadəlövh idin, indi də... Ulduzə gecə-gündüz mənim qulaüımı doldurmaqla məşüuldu. O, həmişə səni ələ salırdı. Sənin haqqında çoxlu iftiralar düzəldirdi: guya sən eqoistin, əclafın birisən. Qızları aldadıb yoldan çıxarırsan... Daha nə bilim nələr, edirsən... Xülasə, sənin simanda dinazavr obrazı yaradırdı. Səni gözdən salırdı.
    ÇAPAR: - Kim?.. Bunları edən kimdi? Ulduzə?.. Mənim arvadım?..
    MAYA: - Bəli... Indi belə çıxır ki, o, səni ələ keçirmək istəyirmiş o vaxt!..
    ÇAPAR: - Mənim bunların heç birindən xəbərim olmayıb... Ulduzə o zaman deyirdi ki, guya mən əsrin ən böyük heykəltaraşı, rəssamı olacaüam. O, daim kölgə kimi izləyirdi məni: qarbara, addım-addım... Bəs sən niyə mənə demirdin bunları?..
    MAYA : - O vaxt üzüm gəlmirdi, cəsarətim çatmırdı...
    ÇAPAR: - Həqiqəti demək üçün insana bir ömürmü gərəkdir?
    MAYA: - Sən hansı ömürdən danışırsan? Bəzən bir ömür də bəs etmir həqiqətin üzə çıxması üçün... Əslində bu dünya həqiqətlərin yox, sirlərin, müəmmaların dünyasıdır, Çapar.
    ÇAPAR: - Nə yaxşı ki, o sirlərdən biri bu gün mənə agah oldu?.. Yoxsa gorum da od tutub yanardı, Ulduzə!..
    MAYA: - Nədir, yoxsa təzədən ailə qurmaq niyyətindəsən?..
    ÇAPAR: - Onsuz da mənim ailə ocaüımın közü çoxdan sönüb, közövü tüstülənir...
    MAYA (gülür): - Birdən təzə eşqə düşərsən!
    ÇAPAR: - Nə qədər yalan içində boüulmaq olar?.. Nə vaxtacan riyakarlıüa meydan vermək olar?.. Mən özüm öz əlimlə qismətimi boüub, xoşbəxtliyimi şikəst etmişəm. Daha bəsdir! Dözə bilmirəm! Mən tək bir gün, lap elə bir saat, bircə an da olsa belə xoşbəxt olmaq istəyirəm.
    MAYA: - Sənin dediyin o xoşbəxtlik heç yerdə yoxdur... Yer üzü tamarzıdır əsil xoşbəxtliyə!.. Bəlkə göydə ola sənin aradıüın o səadət, o xoşbəxtlik!..
    ÇAPAR: - Mən o səadətə səninlə qovuşacam, Maya!.. Bunu ki: sən özün deyirsən... Mənim axtardıüım o xoşbəxtlik səninlə, sənin adınla baülıdır. Daha doürusu, sən özünsən mənim xoşbəxtliyim... Mən indi, məhz yaşımın bu çaüında hiss edirəm ki, nə qədər bədbəxtəm. Mən xoşbəxt olmalıyam, Maya. (Mayanın əlindən tutur). Əslində bu anlarda mən dünyanın ən xoşbəxt insanıyam.
    MAYA: - Əslində xoşbəxtlik bizim öz içimizdə olur, Çapar... Elə bədbəxtlik də... Amma nədənsə biz onu həmişə kənarda axtarırıq...
    ÇAPAR: - Doüru deyirsən, Maya... Bütün bunların həqiqət olduüuna inanmıram! Inanmıram...

    (Musiqi. Çaparla Maya əl-ələ tutub oxuyurlar).

    MAYA: - Səni arayıb tapan
    Gözümə inanmıram...
    Adın dilimdə bitib,
    Sözümə inanmıram...

    ÇAPAR: - Güman yoxdur gümana,
    Gülüm, məni qınama:
    Özümdəki inama
    Dözümə inanmıram.

    MAYA VƏ ÇAPAR: - Ümidimiz əzilib,
    Qismətimiz yazılıb.
    Əlim göydən üzülüb,
    Özümə inanmıram.

    ÇAPAR: - Gəl keçək o biri otaüa...
    MAYA: - Nə üçün?..
    ÇAPAR: - Mən səni yaxından görmək istəyirəm... Olduüun kimi.
    MAYA: - Mən sənin qarşında elə olduüum kimi dayanmışam...

    (Çapar Mayanı qolları üstünə alıb qonşu otaüa keçir - Musiqi. Ulduzə gəlir. Saçı üzünə daüılıb. O, qəzəbli nəzərlərlə emalatxananı nəzərdən keçirib qonşu otaüa sarı gedir. Sanki orada gördüyü mənzərədən dəhşətə gəlib qışqırır, bayılır, kresloya çökülür. Çapar gəlir. Ulduzənin nəbzini tutur).

    ÇAPAR: - Ulduzə... Yaxşı özünü ələ al... Eşidirsənmi?..
    ULDUZƏ: - Of-f-f... Mənə yaxın gəlmə...
    ÇAPAR: - Hə, deyəsən, qorxulu bir şey yoxdur... Hay-küy salma!..
    ULDUZƏ: - Hanı, o ?.. O, haraya getdi?..
    ÇAPAR: - Kim?.. Sən kimi deyirsən...
    ULDUZƏ: - O ləçəri, o iblisi deyirəm...
    ÇAPAR: - Yaxşı, ayıbdır...
    ULDUZƏ: - Ayıbdır?... Kimə ayıbdır? Mənə, yoxsa sizə?.. Mən səni də, onu da öz əllərimlə boüub öldürəcəyəm. Deyəsən, sən qoca vaxtında quduzluüa tutulmusan?..
    ÇAPAR: - Yaxşı... astadan danış...
    ULDUZƏ: - Xeyr!.. Mən qışqıra-qışqıra danışacaüam!.. Qoy sənin o gözəlçən də eşitsin!
    ÇAPAR: - Elə isə, nə qədər bacarırsan qışqır, baüır... Hamıya! Hamıya! Hamıya!

    (Ulduzə qonşu otaüa keçmək istəyir. Çapar onun qarşısını kəsir).

    ULDUZƏ: - Çəkil qabaüımdan! Mən onun başına bir oyun açım ki!..
    ÇAPAR: - Dayan! Hara soxulursan!

    (Maya gəlir: yaxası açıqdır).

    MAYA: - Hə, de görüm nə istəyirsən, Ulduzə?..

    (Maya Ulduzənin üsütünə yeriyir, Ulduzə dalı-dalı çəkilib qışqıra-qışqıra gedir).

    ULDUZƏ: - Ifritə! Ilan! Əqrəb!..
    MAYA: - Get! Rədd ol!.. Ha-ha-ha!.. Bax belə...

    (Ulduzə gedir. Maya Çaparın sinəsinə sıüınır. Nuran gəlir).

    NURAN: - Salam! (Boş çərçivəyə işarə ilə) Ata, nə əcəb işləmirsən?.. Bu çərçivə niyə boşdur?..
    MAYA: - O çərçivədəki şəklin özü öz ayaüı ilə gəlib...
    NURAN: - Yəqin ki, o şəkil sən olmalı imişsən...
    MAYA: - Yoxsa buna şübhə var?..
    ÇAPAR: - Əyləş, oülum...
    MAYA: - O, nədənsə həyəcanlıdır... (Nurana) Bəlkə sözün var bizə?..
    NURAN: - Sözüm?.. Var!.. Ələlxüsus sənə...
    MAYA: - Buyur, eşidirəm...
    NURAN: - Mən səninlə ayrılıqda danışmaq istəyirəm...
    MAYA: - Atandan icazə al, sonra...
    NURAN: - Elə atam da ayrılıqda deyiləsi sözüs var...
    MAYA: - Bundan sonra Çaparla məni bir-birimizdən heç kəs ayıra bilməyəcək...
    NURAN: - Mənim sənə bir-iki kəlmə sözüm var, Maya...
    MAYA: - Artıq mən öz sözümü dedim...
    NURAN: - Yaxşı! Elə isə bizimki səninlə qalsın sonraya...

    (Nuran çıxır).

    ÇAPAR: - Bu uşaüın başı xarab olur deyəsən... Maya, sən hara hazırlaşırsan?..
    MAYA: - Poçta... Teleqrafa...
    ÇAPAR: - Sən nə çox teleqram vurursan?..
    MAYA: - Mənim Afrikada öz iş-gücüm, problemlərim var... Sən narahat olma, Çapar... Mən tezliklə qayıdıb gəlirəm...

    (Maya gedir. Ulduzə gəlir: o, indi çox səliqəli geyib: özü də elə bil ki, xeyli cavanlaşıb).

    ÇAPAR: - Ulduzə?.. Nə lazımdır sənə?..
    ULDUZƏ: - Mənə heç nə lazım deyil, Çapar.
    ÇAPAR: - Bəs onda nə izləyirsən məni qarabaqara? Niyə qoymursan öz iş-gücümlə məşüul olum, öz dərdimi çəkim?..
    ULDUZƏ: - Mən Alpay qardaşı gözləyirəm. Qoy o da gəlsin. Görüm sənin dərdin nədir?.. Nə olub sənə?..
    ÇAPAR: - Mənə heç nə olmayıb. Hər şey öz qaydasındadır..
    ULDUZƏ: - Abır-həyan olsun, kişi.. Hələ bir danışmaüa dilin də var...
    ÇAPAR: - Bəs dil nədən ötrüdür?..
    ULDUZƏ: - Başqa vaxtlar dilin çıxmır, ah-uf edirsən... Evə-eşiyə yaxın gəlmirsən... Dillənəndə deyirsən ki, hay-hayım gedib, vay-vayım qalıb. Illərlə yadına arvad düşmür. (Onun yamsılayır). “Ulduzə oram aürayır, Ulduzə buramı ovxala. Gözəlim, ta əldən düşmüşəm, məndən nə umacaüın?” (Ucadan). Hə , deyəsən, ta aürıyan yerin yoxdur?!. Yaman qıvraqlaşmısan!.. Maşallah, üz-gözündən təravət tökülür. Kişi, gözünü aç, ətrafına tamaşa elə, güzgünün qabaüında dayanıb özünə bax...
    ÇAPAR: - Yox bir, bəlkə sənə baxım?.. Mən nəinki sənin üzünə baxmaq, heç sənin səsini belə eşitmək istəmirəm. Sən mənə həmişə yad olmusan, yad!..
    ULDUZƏ: - Yad olmuşam eləmi? Qoy yenə yad olum, eybi yoxdur... Amma bu gün hamı bizə gülür, bizi ələ salır,... Çapar!..
    ÇAPAR: - Nə üçün?..
    ULDUZƏ: - Sənin hərəkətlərinə görə...
    ÇAPAR: - Qoy gülsünlər! Aülasalar - bu, daha pis olardı, Elə deyilmi?..
    ULDUZƏ: - Sən ya özünü arsızlıüa qoymusan, ya da həqiqətən aülın qıcqırıb?..
    ÇAPAR: - Bura bax, arvad, mənə aüıl vermə. Bildinmi? Onsuz da bir dəfə sənin istəyinə əməl edib əbədi bədbəxtliyə düçar olmuşam...
    ULDUZƏ: - Sən hansı bədbəxçilikdən danışırsan, Çapar?..
    ÇAPAR: - Özün hər şeyi yaxşı bilirsən... Olub-keçənləri nə tez unutmusan?.. Bəlkə Maya haqqında mənə dediklərin yadından çıxıb?..
    ULDUZƏ: - Nə Maya?.. Nə olub-keçən?.. Sən yenə nə uydurursan?..
    ÇAPAR: - Mən heç nə uydurmuram!.. Mən hər şeyi yaxşı xatırlayıram: sən gecə-gündüz qulaüımı doldurub məni inandırmaq istəyirdin ki, Maya gəzəyəndir, pozüundur... Gündə birinin qucaüındadır. Nə bilim, elədir, belədir... Elə o vaxtdan qoyuldu mənim bədbəxtliyimin əsası. Sən namuslu, əxlaqlı bir qızı mənim gözümdən salmısan. Mən sənə görə günaha batmışam...
    ULDUZƏ: - Günaha batmısan?
    ÇAPAR: - Bəli, günah içindəyəm... Gör mən onun barəsində nələr düşünmüşəm, nələr?!. Halbuki o aydan arı, sudan duruymuş... Bütün bunların hamısı üçün sən cavabdehsən... Əslində Sənsən günahkar, sən...
    ULDUZƏ: - Ay Tanrı, bu, nə oyundur gətirmisən mənim başıma?!. Bu, nə müsibətdir mən çəkirəm?!. Niyə mənim canımı almırsan, ilahi?!. Niyə düşmənləri mənə güldürürsən, ya rəb?..
    ÇAPAR: - Yaxşı, yaxşı... Haray-həşir qoparıb aləmi yıüma bura!.. Nə istəyirsən məndən?.. Mən burada yaradıcılıqla məşüulam: şəkil çəkirəm, heykəl yapıram.. Mane olma mənə...

    (Çapar çıxır. Alpay gəlir).

    ULDUZƏ: - Yəqin ki, xəbərdən xəbərin var, Alpay qardaş...
    ALPAY: - Bu, nə məsələdir belə?.. Heç nə anlamıram...
    ULDUZƏ: - Dostun bu yaşında aşiq olub...
    ALPAY (Gülür):- Cavanlıqda başı qarışıq olub... Indi vaxtı çox olur, qoy sevib-sevilsin...
    ULDUZƏ: - Sən zarafat edirsən, Alpay qardaş... Çapar bizi el içində xor edir. Özü də bilirsən kimdir onu başdan çıxaran?..
    ALPAY: - Kimdir?..
    ULDUZƏ: - Maya var idi ey...
    ALPAY: - Maya... Bizim oxuyan Maya...
    ULDUZƏ: - Hə də... Bəlkə də o deyil... Amma özü deyir ki, Mayayam...
    ALPAY: - Özü deyir?.. Bəyəm sən tanımırsan Mayanı?..
    ULDUZƏ: - Elə bil Mayanın özüdür. Yerişi-duruşu, üz-gözü, danışıüı...
    ALPAY: - Yəqin qocalmış olar...
    ULDUZƏ: - Nə qocalmaq, Alpay qardaş?! Elə bil üstündən yel keçməyib. Elə məni də qorxuya salan budur: necə ola bilər ki, aradan bu qədər vaxt keçsin, amma bu şeytan qızı qocalmasın...

    (Alpay boş çərçivəyə baxır-təəccüblənir).

    ALPAY: - Qəribədir... Bəs şəkil hanı? Çərçivə niyə boşdur...
    ULDUZƏ: - Bu çərçivədə şəkil vardı?...
    ALPAY: - Hə.. Yox.. Çərçivədə kətan vardı... Yəqin Çapar özü çıxarıb atıb... Deyirsən, Maya elə həmin Mayadır?..
    ULDUZƏ: - Allah bilir o Mayadır yoxsa yox... Amma mənim başıxarab kişim dördəlli yapışıb onun ətəyindən. Ikisi də özünü çox abırsız aparır... Elə bil başqa dünyanın adamlarıdır...
    ALPAY: - Çapar ki, sakit adamdır...
    ULDUZƏ: - Sakit ilan vursun onu. Indi görsən tanımazsan. Elə bil danışmır, sayıqlayır...
    ALPAY : - Bəlkə zarafat edirlər?
    ULDUZƏ: - Alpay qardaş nə zarafat? Gör bu qoca axmaüın başına aüıl qoya bilirsənmi? Xalqı üstümüzə güldürür.
    ALPAY: - Vallah, heç nə başa düşə bilmirəm: birdən-birə nə oldu buna?..
    ULDUZƏ: - Hələ özü bir yana, uşaüın da başını pozub...
    ALPAY: - Uşaq kimdir?..
    ULDUZƏ: - Nuranı deyirəm də... O da bir yandan vurulub... Eşqə düşüb.
    ALPAY (gülür) : - Qoy vurulsun... Cavan oülandır... Kişi vurulur - vay, oüul vurulur - vay...
    ULDUZƏ: - Yox ey, Alpay qardaş, məsələ burasındadır ki, Nuran da o ifritəyə vurulub...
    ALPAY: - Hansı ifritəyə?..
    ULDUZƏ: - Dədəsi vurulan ifritəyə. Özünü “Maya” kimi sırımaq istəyəni deyirəm də... Ay Allah, görəcək günlərim varmış... Bilmirəm atanın dərdini çəkim, yoxsa oüulun?..
    ALPAY: - Sən haradan bilirsən ki, Nuran vurulub... Mayaya?.. Kim deyir bunu?..
    ULDUZƏ: - Uşaüın özü deyir... Özü də elə bil aüzında dədəsinin dili bitib: “Mən Maya ilə ailə quracam, vəssalam... Ölsəm torpaüınam, qalsam Mayanın”. El içində xar olacaüam, Alpay qardaş (Aülamsınır). Kömək et mənə...
    ALPAY: - Mən özüm də heç nə anlamıram... (Pauza). Yaxşı qoy gəlsin, söhbətləşim. Görək bu işin axırı nə olur. Nəsə inanmaüım gəlmir? Ata-oüul bunlara nə olub birdən-birə?.. Maya haradan peyda oldu birdən-birə?.. Çapar niyə belə iş tutur?..
    ULDUZƏ: - Belə getsə mən özüm o ifritəni öz əlimlə boüub öldürəcəyəm... Mayanın birindən yarımışdıq, qalmışdı o birisi...
    ALPAY: - Hansı birisini deyirsən?..
    ULDUZƏ: - O vaxt bizimlə oturub-duranı deyirəm də... O, hansı cəhənnəməsə vasil olub getdi, əvəzində bu gəlib çıxdı...
    ALPAY: - Bəlkə bu, həqiqətən elə həmin Mayanın özüdür...
    ULDUZƏ: - Sən nə danışırsan, Alpay qardaş?!. Indi o Mayanın hay-hayı gedib , vay-vayı qalıb yəqin-əlbəttə, əgər saüdırsa. Qoy gəlsin özün görəcəksən ki, bu ifritə cavan qızdır, gəlindir... Hə, deyəsən gəlirlər...

    (Çapar gəlir).

    ÇAPAR: - Salam, Alpay..
    ALPAY: - Çapar, gözümə birtəhər dəyirsən...
    ÇAPAR: - Niyə ki?.. Hər şey qaydasındadır...
    ULDUZƏ: - O, hanı?.. Haraya getdi?..
    ALPAY: - Eşitmişəm qonaüın var...
    ÇAPAR: - “ Qonaq” deyəndə ki... Maya gəlib, Alpay.
    ULDUZƏ: - Onu görüm xoş gəlməsin... Gör bir onun başına nə oyun açacaüam... Hanı, o?.. Harada itib qaldı?..
    ÇAPAR: - Deyəsən, Ulduzə bütün ölkəni bu emalatxanaya toplayacaq...
    ALPAY: - Ölkə niyə?.. Buraya sənin ən yaxın, doüma adamların gəlir.
    ULDUZƏ: - Eşidirsən də, Alpay qardaş ...
    ÇAPAR: - Kəs səsini!..
    ALPAY: - Çapar, sənə nə olub? (Ulduzəyə) Ulduzə bacı, bəlkə sən bir çay süfrəsi düzəldəsən... Mən də Çaparla söhbət edim...

    (Ulduzə qonşu otaüa keçir)

    ÇAPAR: - Eşidirəm səni, Alpay...
    ALPAY: - Çapar, istəyirəm ki, məni düzgün başa düşəsən... Bütün bunlar mənim ürəyimi aürıdır. Axı, gör bir neçə ilin dostuyuq... Özü də gənclik dostları: Sən, Mən, Ulduzə...
    ÇAPAR: - Bəs Mayanı niyə demirsən?
    ALPAY: - Maya hə... Maya da bizim o vaxkı dostlardandır... Gör bir neçə illərdir görmürdük onu...
    ÇAPAR: - Görüşmürdük, bəli... Amma o indi qayıdıb gəlib... Həmişəlik...
    ALPAY: - Gəlib, xoş gəlib, səfa gətirib. Elə mən o şəkli sənin emalatxananda görəndə dalaüım sancdı...
    ÇAPAR: - Niyə?..
    ALPAY: - Bildim ki, bu işin bir hoqqası çıxacaq... Elə çıxdı da... (Pauza) Bura bax, Çapar, bəlkə bütün bu illər ərzində sən onunla görüşmüsən?
    ÇAPAR: - Mən onunla hər gün, hər an birlikdə olmuşam. O, mənim gözlərim önündən bir an da olsun getməyib...
    ALPAY: - Sən zarafat edirsən, Çapar?..
    ÇAPAR: - Mən onunla daim təmasda olmuşam...
    ALPAY: - Təmas-ayrı şeydir, görüş ayrı... Düzünü de, Maya indiyəcən harada imiş?..
    ÇAPAR: - Düzünü bilmək istəyirsən? O, Afrikada yaşayırmış...
    ALPAY: - Afrikada?..
    ÇAPAR: - Bəli, qara Afrikada. O, qara dərilərin içində imiş...
    ALPAY: - Haradan gedib çıxıbmış o yerlərə?..
    ÇAPAR: - Axı, sən ki, yaxşı bilirsən: Mayanın atası diplomat idi, tərcüməçi idi... Onu Afrikaya səfirliyə göndərmişdilər: qızını - yəni Mayanı da özü ilə aparmışdı...
    ALPAY: - Afrikaya?..
    ÇAPAR: - Hə də... Afrikaya... Elə o vaxtdan Maya orada qalmışdı...
    ALPAY: - Yəqin ki, ailə-zad qurubmuş...
    ÇAPAR: - Nə ailə?.. O, daim məni düşünüb...
    ALPAY: - Özü deyir?...
    ÇAPAR: - Onun deyib-demədiyinin fərqi yoxdur... Mən özüm hər şeyi bilirəm...
    ALPAY: - Yəni sənin bu Mayan indiyəcən subaydır, bakirədir, eləmi?..
    ÇAPAR: - Bəlkə sənin şübhən var buna?..
    ALPAY: - Yox... Niyə ki?.. Hər şey ola bilər...
    ÇAPAR: - Deyəsən, sən mənə gülürsən? Deyəsən sən məni ələ salmaq istəyirsən, Alpay!..
    ALPAY: - Yox.. Elə şey yoxdur... Gör bir nə vaxtın dostlarıyıq biz?.. Sadəcə olaraq, sən özünü uşaq kimi aparırsan... Bu işdən əl çək Çapar...
    ÇAPAR: - Siz özünüz əl çəkin məndən!..
    ALPAY: - Aülını başına yıü, Çapar... Ayıbdır. Sənin arvadın, uşaüın... Oülunun evlənmək vaxtı çatıb ...
    ÇAPAR: - Nə olsun ki?..
    ALPAY: - O olsun ki... Xərifləyirsən... (Pauza) Hə, mən indi bildim sən niyə həmişə Afrika konyakı içirmişsən!..
    ÇAPAR: - Bildin?..
    ALPAY: - Bildim, Çapar, bildim...
    ÇAPAR: - Elə mən özüm də əvvələr bunun fərqinə varmırdım... Gözümə sataşan xəritələrdə həmişə Afrika qitəsini axtarırdım.
    ALPAY: - Axır ki, Afrikanı da tapdım, afrikalını da!..
    ÇAPAR: - Alpay, bilirsən səni mənim yanıma minnətçi göndəriblər. Sən mənim başıma aüıl qoymaq istəyirsən... Amma bil ki, mənim aülım başımdadır. Mən innən sonra özüm bildiyim kimi yaşamaq istəyirəm.
    ALPAY: - Bəs bu vaxtacan ürəyin istəyən kimi yaşamamısan?..
    ÇAPAR: - Yox! Yox! Yox! Mən bütün ötən ömrümün üstündən qara bir xətt çəkirəm... Mən bundan sonra adam kimi yaşamaq istəyirəm! Mən indiyəcən öz ömrümü yaşamamışam, Bu, saxta, süni bir ömür olub. Mən ikiüzlülük etmişəm bu çaüacan - etiraf edirəm. Amma...
    ALPAY: - Nə amma?.. Sən nə danışırsan?..
    ÇAPAR: - Amma... Amma gec də olsa mən hər şeyi təzədən başlamaq istəyirəm...
    ALPAY: -Təzədən sevmək?.. Təzədən ailə qurmaq?.. Təzədən uşaq əkib-becərmək istəyirsən, eləmi, Çapar?..
    ÇAPAR: - Hər şeyi mən özüm həll edəcəyəm! Özüm!...

    ( Ulduzə əlində stəkan-nəlbəki gəlir).

    ULDUZƏ: - Alpay qardaş, aülın nə kəsir bundan? Üzübəridir, yoxsa...

    (Alpay çiyinlərini çəkir).

    ÇAPAR: - Yəni deyirsiniz mənim aülım çaşa bilər?..
    ALPAY: - Yox... Kim deyir ki?..
    ULDUZƏ: - Aülı çaşmaq nədir?.. Lap əməlli-başlı gicləmisən, ay bədbəxtin oülu...
    ÇAPAR: - Ha-ha-ha... Ilahi, bütün bəndələrini hifs elə... Hamıya aüıl kamal ver!
    ULDUZƏ VƏ ALPAY: - Amin!..
    ÇAPAR: - Mən başa düşə bilmirəm, biz insanlar niyə bu cürük?..
    ALPAY: - Insanlar nə cürdür, Çapar?..
    ULDUZƏ (Çapara): - Paho! Kişi, deyəsən bütün insanlara, insanlıüa sözün var?!.
    ÇAPAR: - Siz mənə gülürsünüz?.. Nahaq yerə! Vallah, bu insanların hamısı rəzildir. Heç kəs başqasının xoşbəxtliyini istəmir! Hamı bir-birə nifrət eləyir... Sizin hamınız...
    ALPAY: - Deyəsən, sən doürudan da bəşəriyyətə müraciət etmək istəyirsən...
    ULDUZƏ: - Bunun aülı çaşıb...
    ÇAPAR: - Əl çəkin məndən! Qoyun öz ömrümü özüm bildiyim kimi yaşayım. Siz mənim ölümümü istəyirsiniz...
    ULDUZ: - Ölsən nə vardı ki!.. Üstündə aülayardıq.
    ÇAPAR: - Sizin o göz yaşlarınız da saxtadır... Mən inanmıram o tökülən yaşlara!.. Siz kiminsə ölümünə sevinib aülaya bilərsiniz... Siz... Siz ələ salmaüa dəli, aülamaüa ölü axtaran adamlarsınız...
    ULDUZƏ: - Alpay qardaş, vallah, bu qoca səfeh havalanıb...
    ALPAY: - Çapar, bir məni başa sal görüm, sən nə istəyirsən, nə?..
    ULDUZƏ: - O, bizi biabır etmək istəyir. Öz oülunun sabahını görə bilməyən, öz ailəsinin adını batıran adamdan nə gözləmək olar?.. Kişi, bir öz yaşına, aüarmış başına bax - utan!.. Bu sinnində eşqə düşmüsən?!.
    ÇAPAR: - Kəs səsini!.. Sən hansı yaşdan danışırsan?!. Xoşbəxtliyin yaşı olmur... Yaşın buna nə dəxli var ki?..
    ULDUZƏ: - Bəlkə - sevginin nə dəxli var - demək istəyirsən?..
    ÇAPAR: - Necə başa düşürsən, düş...

    (Ayaq səsləri. Qapı açılır. Maya gəlir. Hamı qeyri-ixtiyari faraüat vəziyyəti alır).

    ULDUZƏ: - Hım-m-m... Gəldi... Özüdür.
    MAYA: - Əlbəttə, burada hamı özüdür, hamımız özümüzük... Elə deyilmi?..
    ÇAPAR: - Elədir... Alpay... Maya... Bəyəm tanış deyilsiniz?
    ULDUZƏ: - Tanış olun...
    MAYA: - Alpay, deyəsən tanımadın məni?
    ALPAY: - Tanımadım... Doürudan sən Mayasan? Heç dəyişməmisən... Həmişəki kimisən...
    ÇAPAR: - ...gözəl, məlahətli, zərif...
    ALPAY: - Bəli... Elədir... Yox... Əlbəttə...
    ULDUZƏ: - Deyəsən, bu ifritə hamınızı pis günə qoyacaq...
    ALPAY: - Yox, Ulduzə bacı... Elə deyil... Bu, bizim Mayaya həm oxşayır, həm də oxşamır...
    MAYA: - Alpay, sən də az dəyişmisən...
    ULDUZƏ: - Yox, heç dəyişməyib, cavan oülandır...
    ÇAPAR: - Ulduzə, təmkinli ol... Sakit...
    ULDUZƏ: - Gör bir nə günlərə qalmısan, ay bədbəxt Ulduzə?..
    MAYA: - Bədbəxtlik və xoşbəxtlik nisbi məfhumdur. Biri özü gəlir, o birinin yolundasa daim vuruşmaq lazımdır.
    ALPAY: - Vuruşmaq?..
    ULDUZƏ: - Kiminlə?..
    MAYA: - Biz xoşbəxtliyimiz üçün vuruşmuşuq...
    ÇAPAR: - Biz ömrümüz boyu bir-birimiz axtarmışıq...
    MAYA: - Biz neçə illərdir ki, bir-birimizə doüru yol gəlməkdəyik.
    ALPAY: - Adamın həm inanmaüı gəlir, həm də inanmamaüı...
    ULDUZƏ: - Deyəsən siz hamınız birləşib mənim ürəyimi partlatmaq istəyirsiniz...
    MAYA: - Bütün bu illər ərzində mən hər gün Çaparı düşünmüşəm. Və həmişə əmin olmuşam ki, o, məni gözləyir...
    ÇAPAR: - Gizlətmirəm... Ta bunu gizlətməyin bir mənası da yoxdur: Mayanı mən heç cür başqa şəkildə təsəvvürümə gətirmirdim... O, daim cavan, gənc, gözəl olmalı idi. Biz onunla yenidən görüşməli idik. Qovuşmalı idik bir-birimizə...
    MAYA: - Uzaq, qızmar Afrikada Çaparla baülı olan isti, təzə-tər xatirələr məni heç vaxt tərk etməyib. O xatirələr yaşadıb məni... Çaparsız mənim bir anım da olmayıb...
    ULDUZƏ: - Bunların ikisinin də başı xarab olub...
    ALPAY: - Mənim nə gözümə inanmaüım gəlir, nə də qulaüıma... Axı, bu, necə ola bilər?.. Çapar, bu qız doürudan Mayadır?
    ÇAPAR: - Çapar, bəyəm sən özün tanımırsan Mayanı?..
    MAYA: - Alpay, gör biz neçə ilin tanışı, dostuyuq... Sənin yoldaşın nə tez pozulub?..
    ULDUZƏ: - Alpay qardaş, o səninlə də dost olub, yaxın olub?..
    ALPAY: - Yox... Dost deyəndə ki... Biz hamımız eyni vaxtda oxumuşuq...
    ULDUZƏ: - Alpay qardaş, sən buraya nə üçün gəlmisən?.. Bəyəm Çapara deməyə bir sözün yoxdur?..
    ÇAPAR: - Alpay, nə sözün var, de, utanıb çəkinmə... Maya özümüzünküdür...
    ALPAY: - Çapar, bu gün sən özünü olduqca qəribə aparırsan. Elə bil başqa adam olmusan.
    ÇAPAR: - Nə üçün qəribə?.. Əksinə, mən indi özümə həmişəkindən daha çox oxşayıram.
    ALPAY: - Belə çıxır ki, sən indiyəcən rolda imişsən...
    ÇAPAR: - Bəlkə də... Amma bu dəqiqə siz əsil Çaparı görürsünüz.
    ULDUZƏ: - Alpay qardaş, bu nə müsibətdi gəldi mənim başıma? Mən nə edim?.. Dərdimi kimə deyim?..
    MAYA: - Siz hansı dərddən dəm vurursunuz? Siz Çapardan nə istəyirsiniz?..
    ULDUZƏ: - Sən kəs səsini!.. Hələ bir danışmaüa dilin də var. Ifritə! Qoca vaxtında bunun aülını başından çıxarıb xalqı güldürmək istəyirsən üstünə?!.
    ÇAPAR: - Mənim aülım yerindədir...
    MAYA: - Onun hər şeyi yerindədir... Bura bax, Ulduzə, belə bilmək istəyirsənsə, Çapar səni heç zaman sevməyib...
    ALPAY: - Əstəfürullah!.. Bu yaşda olan adamın yadına sevgi düşür?.. Vallah, məəttəl qalmışam, bu, həmin Mayadır, yoxsa...
    MAYA: - Mən həmin Mayayayam, Alpay... Bu da həmin Ulduzədir. Elə sən də həmin Alpaysan. Heç Çapar da dəyişməyib...
    ULDUZƏ: - Alpay qardaş, o əcinnə, şeytanı deyirlər... Yəqin bu qız onnandır...
    MAYA: - Sənsə küpəgirən qarısan...
    ALPAY: - Maya... Baüışlayın, siz doürudan Mayasız?.. Nəsə hər şey gülməli, həm də aülamalıdır.
    ULDUZƏ: - Alpay qardaş, elə o Maya da həyasız idi, bu Maya da o cürdür.
    ÇAPAR: - Özünü tərbiyəli apar, Ulduzə.
    MAYA: - O, xeyli dərəcədə tərbiyələnib...
    ALPAY: - Doürusu, mən sənin Maya olduüuna inanmaq istəmirəm...
    ÇAPAR: - Alpay, o, Mayadır...
    MAYA: - Mən özümün kim olduüumu sübut etmək iddiasından çox uzaüam.
    ULDUZƏ: - Elə o Maya da bu cür həyasız idi.
    ÇAPAR: - Kəs səsini, Ulduzə... Kimin kim olduüunu hamı yaxşı bilir.
    MAYA: - Alpay, mən səni yaxşı başa düşürəm. Sən öz köhnə dostunun ailəsini daüılmasını istəmirsən. Sən təbiətən xeyirxah adamsan... Elə o vaxtlar da bu cür idin: həlim, ürəyiyumşaq. Amma mən buraya kiminsə yerini dar etməyə gəlməmişəm. Mən çıxıb gedə də bilərəm...
    ÇAPAR: - Dayan! Sən hara gedirsən, Maya?.. Sən heç yerə getməyəcəksən... Sən mənimlə qalacaqsan... Biz birlikdə xoşbəxt olacaüıq.
    ALPAY: - Özünü ələ al, Çapar...
    ULDUZƏ: - Biabır olduq, ay Tanrı!.. Görəsən nə günahın yiyəsiyəm ki, bu müsibətlər mənim başıma gəlir?..
    MAYA: - Sən büsbütün günah içindəsən!..
    ÇAPAR: - Maya doüru deyir.
    ULDUZƏ: - Rədd olun ikiniz də...
    MAYA: - Siz özünüz rədd olun!.. Axmaqlar!..
    ALPAY: - Mən getdim, Ulduzə bacı...
    ULDUZƏ: - Dayan... Mən də gedirəm, Alpay qardaş...

    (Alpay və Ulduzə qorxa-qorxa çıxırlar).

    ÇAPAR: - Getdilər...
    MAYA: - Qoy rədd olub getsinlər...
    ÇAPAR: - Mənim ürəyim aürıyır...
    MAYA: - Nə üçün? Sən ki, güclüsən, qüvvətlisən...
    ÇAPAR: - Mən həmişə səni arzu lamışam, səni, mənim mayakım, Maya... Amma indi sənin bu gəlişin qəfil oldu. Deyəsən mən hazır deyildim bu görüşə... Ürəyim aürayır... Içimdə bir təlatüm var.
    MAYA: - Sənin daxilində işıqlı, sirli-sehrli bir dünya var. Həmin dünyanı sən özün yaratmısan... O dünyanın qulu da sən özünsən, aüası da... Sən azad adamsan, Çapar...
    ÇAPAR: - Sənə elə gəlir.
    MAYA: - Sən öz eşqini ömrün boyu qoruyub saxlamısan...
    ÇAPAR: - Hər bir kişinin ürəyində gizli bir sevgi yaşayır. Gizlətmirəm, mən də qəlbində bu sevgini yaşadanlardan biriyəm... O sevgi nə vaxt göyərib, necə cücərib, qol-budaq atıb - deyə bilmərəm. Bəlkə bu sevgi olmasaydı elə mən özüm də yaşayıb mövcud ola bilməzdim...
    MAYA: - Elə hər bir qadının ürəyində də bu cür sevgi olur...
    ÇAPAR: - Heç bilmirəm bu işlərin sonu nə cür olacaq?..
    MAYA: - Hər şey yaxşı olacaq, Çapar...
    ÇAPAR: - Sən əminsən buna?..
    MAYA: - Əlbəttə!.. Biz artıq dünyanın ən xoşbəxt adamlarıyıq! Gəl səni öpüm.
    ÇAPAR: - Sən hara hazırlaşırsan, Maya?..
    MAYA: - Sonuncu teleqramı vurub gəlirəm...
    ÇAPAR: - Yox, Maya... Mənə elə gəlir ki, sən bir daha qayıtmayacaqsan...
    MAYA: - Arxayın ol, qayıdacaüam, Çapar... Ürəyimi sənin yanında qoyub gedirəm...

    (Onlar öpüşüb ayrılırlar. Musiqi. Zənci gəlir).

    ÇAPAR: - Sən yenə gəldin? Nə həyasız adamsan?..
    ZƏNCI: - Mənə Maya lazımdır. Mən onunla görüşməliyəm.
    ÇAPAR: - Mən sənə dedim ki, burada Maya yoxdur, ay adamyeyən!
    ZƏNCI: - Mən adamyeyən deyiləm... Biz mədəni xalqıq... Mən sadəcə olaraq, xəyanəti baüışlaya bilmirəm...
    ÇAPAR: - Kim sənə xəyanət edib?..
    ZƏNCI: - Maya... O, məni aldadıb... O, mənə daü çəkib... Özü isə aradan çıxıb... Mən onun izi ilə gəlmişəm bura...
    ÇAPAR: - Xəyanət deyəndə ki... O, bəlkə sənin arvadın olub?..
    ZƏNCI: - Yox... O, ərə getməyib...
    ALPAY (Zənciyə): - Onunla yaxın əlaqən olubmu?..
    ZƏNCI: - Əlaqəm?.. Yalnız işgüzar əlaqələrim olub. Amma gizlətmirəm... Mən onu sevmişəm... Ondan ötrü dəli-divanə olmuşam... O isə məni aldadıb, çıxıb aradan...
    ÇAPAR: - Axı, bu, necə ola bilər? Maya elə qadın deyil... Məncə... Bu, ola bilməz...
    ZƏNCI: - Onun mənə nə etdiyini bir özü bilər, bir də mən. Amma o mənim əlimdən heç yerə qaçıb gedə bilməyəcək... Mən afrikalıyam - öz şərəfimi qorumaüı bacarıram.
    ÇAPAR: - Mən də asiyalıyam... Lazım olsa öz şərəfimi də qoruya bilərəm, hələ üstəlik başqalarının şərəfini də...
    ZƏNCI: - Siz dəqiq deyə bilməzsiniz Maya nə zaman olacaq?..
    ÇAPAR: - Deyə bilmərəm... Bəlkə Maya bir daha gəlmədi... Bir də ki, bura məlumat bürosu deyil!
    ZƏNCI: - Mən bilirəm ki, o, mütləq bura gələcək...
    ÇAPAR: - Sən bunu haradan bilirsən?.. Ümumiyyətlə, sən burada nə gəzirsən?.. Bəlkə cəsussan, xəfiyyəsən?.. Səni mərkəzi kəşfiyyat idarəsi göndərib bəlkə?..
    ZƏNCI: - Qışqırmayın!.. Özü də hədə-qorxu gəlməyin mənə! Mən Mayanı gözləyəcəyəm! Mən mütləq onu görməliyəm!..
    ALPAY: - Sürük, rədd ol buradan...
    ZƏNCI: - Dedim ki, mən Mayanı gözləyəcəyəm!..
    ÇAPAR: - Bura bax, Zənci qardaş, çıx get... Xahiş edirəm. Dünən pis yuxu görmüşəm... Məni xataya salma!..
    ZƏNCI: - Mən heç yerə gedən deyiləm!
    ÇAPAR: - Deyəsən, sən heç nə qanmaq istəmirsən, qara köpək! Indi qanarsan! Bir dayan!

    (Musiqi. Çapar divardan dekorativ qılıncı götürüb Zəncinin üstünə cumur. Zənci qaçır. Çapar onu qovur. Zəncinin haray-həşiri eşidilir. Çapar qayıdır. Onun qılıncından qan damır. Işıq azalır. Çapar kresloda başını ovcunun içinə alıb. Qadın portreti öz yerində-çərçivədədir. Çapar başını qaldırıb diqqətlə şəklə baxır. Qapı döyülür. Çapar qapıya sarı gedir. Alpay gəlir. Görüşürlər).

    ALPAY: - Salam.. Son vaxtlar səni görməyəndə darıxıram, Çapar yəqin bu qocalıq əlamətidir...
    ÇAPAR: - Nə var, nə yox, Alpay?..
    ALPAY: - Sənə qəribə bir şey demək istəyirəm... Deyim?
    ÇAPAR: - O nə qəribə şeydir elə?..
    ALPAY: - Qəhrəmanını tapmışam. (Mayanın portretinə baxır). Amma yaman dəyişib... Qocalıb... Sınıxıb...
    ÇAPAR: - Kim?.. Sən kimi deyirsən?..
    ALPAY: - Kimi? Əlbəttə Mayanı: köhnə tanışımızı, dostumuzu... Ancaq bir-birimizi zorla tanıdıq...
    ÇAPAR: - Bəyəm sən onu burada görməmisən?..
    ALPAY: - Burada?.. Harada? Sən nə danışırsan, Çapar?..
    ÇAPAR: - O, Afrikada yaşayıb?..
    ALPAY: - Kim?.. Nə Afrika? Mən Mayadan danışıram ey, Mayadan... Bildin?
    ÇAPAR: - Axı... O, özü belə deyirdi...
    ALPAY: - Deyəsən, gecələr işləyirsən... Yuxusuz qalmısan, Çapar... Yaxşı, mən gedim, sən yat dincəl... Saü ol!

    Alpay sakitcə çıxıb gedir. Musiqi. Maya asta addımlarla gəlir. Əlini Çaparın çiyninə qoyur. Onlar xoşbəxtcəsinə gülümsəyirlər. Maya əvvəlcə öz şəklinin qarşısında, sonra Çaparın önündə təzim edir. Onlar əl-ələ tuturlar.



    PƏRDƏ


    SON



























    PƏLƏNG ILI
    (iki hissəli dram)


    İŞTİRAKÇILAR :

    NİHAD
    TUMAŞ
    ÇİNAR
    ELAYƏ
    SEVDA
    TÜRFƏ
    AĞA

    I HISSƏ

    Meşə ətəyi. Arxada çadır, yaşıllıq. Kənarda şüşəli yeməkxana. Stul və kötüklərlə dövrələnmiş iri stol. Yerə- göy çəmənliyin üstünə xalça sərilib. Arabir quşların cəh- cəhi eşidilir. ÇİNAR və AĞA gəlirlər. Çinar səfər geyimində, Ağa kostyumdadır. Onlar əllərindəki kağız qutuları yerə qoyub dərindən nəfəs alırlar.

    ÇİNAR:- Deməli, belə çıxır ki, bu tərəflərə maşın yolu yoxdur.
    AĞA:- Yox… Maşın nədir, heç araba yolu da yoxdur.
    ÇİNAR:- Bəs siz buraya necə gəlib-gedirsiniz?..
    AĞA:- Yalnız atla … (Gülür). Hə, bir də ki, sizin üsulla, yəni piyada…
    ÇİNAR:- Biz maşınları orada (əlini uzadır), gözətçinin komasının ağzında saxladıq. Görəsən dəyib-dolaşan olmaz ki?..
    AĞA:- Yox, arxayın olun. Heç bir şey olası deyil. Gözətçi etibarlı adamdır.
    ÇİNAR:- Yaxşı… Hım-m-m… Bizimkilər indi gələcək. De görüm, günortaya nə hazırlaya bilərsən?..
    AĞA:- Hər şeyimiz var…
    ÇİNAR (gülür):- Yəqin ki, meşədə hər şey təbii, yəni öz “libasında” olmalıdır…
    AĞA:- Əlbəttə… Kəklikdən tutmuş qaban ətinəcən hər şeyimiz var… Qaymağımız, balımız da ki, öz yerində…
    ÇİNAR:- Şələlənib özümüzlə alpinistlər kimi çadır da gətirmişik. Birdən gecə soyuq olsa…
    AĞA:- Narahat olmayın, yatmaq üçün rahat yerimiz-yurdumuz var. Otaqlardasa gurhagur sobalar yanır.
    ÇİNAR:- Doğrudan da əsl cənnətə düşmüşük…
    AĞA:- Deməli, altı nəfərsiz: üç kişi, üç qadın…
    ÇİNAR:- Kişi-qadın məsələsini birtəhər dedin ey… Düzdür, dəstəmiz üç kişi-üç qadından ibarətdir. Amma hərə öz qanuni əri və öz dost-doğmaca arvadıynan gəlib. Ağlına başqa şey gəlməsin, oğlan!
    AĞA:- Ağlıma başqa nə gələsidir ki?.. Buraya təşrif buyuran kişilərin hamısı bizim qardaşımız, qadınlarsa bacımızdır.
    ÇİNAR (Ağanı başdan-ayağa süzüb gülür):- Paho! Sənin nə səliqəli geyimin var?.. Müəllim-zad deyilsən ki?..
    AĞA:- Hə, bir vaxtlar müəllimlik də etmişəm…
    ÇİNAR:- Doğrudan? Bəs indi bu meşədə kimə dərs deyirsən?.. (Gülür). Heyvanlara?..
    AĞA (mənalı tərzdə gülümsəyir):- Hə, belə çıxır ki, heyvanlara tərbiyə verirəm…
    ÇİNAR:- Arabir öz pedaqoji təliminlə ikiayaqlıları da tanış elə.
    AĞA:- Ha-ha-ha… (Gülür). Bunu yaxşı dediniz… Mən yumoru sevirəm…
    ÇİNAR:- Deyəsən gəlirlər… Yox, Tumaş Safoyeviç təkdir.

    Tumaş gəlir. Əlindəki kiçik çantanı yerə qoyur.

    TUMAŞ:-Dünyanın heç bir gözəlliyi təbiətin əvəzini verə bilməz.
    ÇİNAR:- Bəli, elədir, Tumaş Safoyeviç… Elədir…
    AĞA:- Xoş gəlmisiz bizim tərəflərə…
    TUMAŞ (Ağaya):- Sən kim oldun belə?..
    ÇİNAR:- Bunun adı Ağadır. Buraların ağasıdır, böyüyüdür…
    AĞA:- “Böyük” demək bir az yekə çıxır. Əslində mən gəlib-gedən qonaqaların qulluğunda duran balaca bir adamam.
    TUMAŞ:- Aydındır. Elə isə get ocağı çat, şişləri hazırla, “balaca adam”!..
    AĞA:- Baş üstə!

    Ağa gedir.

    ÇİNAR:- Bəs Nihadgil harada qaldı?..
    TUMAŞ:-Nihad yazıçı adamdır. Qadınlara təbiətlə bağlı dərin məzmunlu mühazirələr söyləyir.
    ÇİNAR:- Nihad elə uşaqlıqdan təbiətin vurğunudur.
    TUMAŞ:-Hə, o, yeni dövrün Russosudur.
    ÇİNAR:- Russo? O, kimdir elə?..
    TUMAŞ:- Russo- təbiət aşiqidir.
    ÇİNAR:- Sağdır?..
    TUMAŞ:- Düzü, bilmirəm sağdır, ya ölüb. (Gülür). Amma bizim nazirimiz ondan tez-tez sitatlar gətirir.
    ÇİNAR:- Onda yəqin ki, sağ olar. İndi ölən adamın dediklərini, yazdıqlarını kimdir yada salan?.. Öldün, demək hər şey bitdi!
    TUMAŞ:- Sənin sözündən belə çıxır ki, Nihad ölən kimi yazdıqları da yaddan çıxacaq?.. Hə?.. (Gülür). Xa-xa-xa! Hə?.. Belədir?..
    ÇİNAR:- Biz ölmüşük ki, Nihad yaddan çıxsın? (Gülür). Ha-ha-ha!

    NİHAD, ELAYƏ, TÜRFƏ və çiyni sumkalı SEVDA gəlirlər.

    TUMAŞ:- Hə, gəldiniz? İndi deyin görək bu səfərin təşəbbüskarı kim oldu?..
    ÇİNAR: - Əlbəttə ki, Tumaş Safoyeviç…
    TUMAŞ:- Bəs bu təşəbbüsü ilk dəfə bəyənən kim olub?..
    ÇİNAR:- Söz yox ki, Sevda xanım…
    TUMAŞ:- Bəs onu həyata keçirən?..
    ÇİNAR: -Əlbəttə, Tumaş Safoyeviç!..
    TUMAŞ:-Yox… Bu düz olmadı, Çina. Bu təşəbbüsü biz hamımız bu gün birlikdə realizə edirik.
    ÇİNAR:- Sevda xanım, sizə soyuq olar. Ağlınız şəhərə getməsin… İcazə verin, çiyninizə bir şey atım…
    SEVDA:-Yox… Yaxşıdır… Sağ olun… Narahat olmayın…
    TUMAŞ:- Hər şeyin köhnəsi, qonşunun təzəsi… (Gülür). Deyəsən qonşuluq dostluqdan irəlidir, Çina… Elədirmi?
    ÇİNAR:- Elədir, Tumaş Safoyeviç…
    TUMAŞ:-Görürsünüz də… (Pauza). Nihad, gözümə birtəhər dəyirsən… Deyəsən, yorğunsan…
    NIHAD:- Hər şey qaydasındadır.
    ÇİNAR:- Başqa cür ola da bilməz! Buralar əsl cənnətdir. Bayaq gördünüz o şəlaləni? Harada belə gözəl mənzərə var?!. Heç yerdə!..
    SEVDA:-Keçən il Tumaşla İsveçrəyə getmişdik… Orada da bu cür mənzərələr var…
    TUMAŞ:-Hələ Norveçi demirsən…
    ÇİNAR:- Hər halda bura vətəndir…
    SEVDA:-Çinar, vətən olmasına vətəndir… Təbiəti də gözəldir. Amma… Belə, necə deyim ey… Bizim adamlar bir az görməmişdirlər…
    ÇİNAR:- Hə… Ta orasını demə…
    NİHAD:- Nə olub ki, bizim adamlara?..
    TÜRFƏ:- Müəyyən mənada mən də bizimkilərin bəzi hərəkətlərini xoşlamıram…
    ELAYƏ:- Hər yerin öz yaxşısı da olur, pisi də…
    SEVDA:-Yox… Elayə… Bilirsən nə var?.. Söhbət yaxşıdan-pisdən getmir. Mən mentalitet məsələsini nəzərdə tuturam.
    ÇİNAR:- Hə, mentalitet… Elədir…
    NİHAD:- Nə olub mentalitetimizə?..
    TUMAŞ:-İcazə verin mentalitetimizin naqisliyinə aid bircə misal çəkim. Bax, bizim hər şeyimiz var. Elə bu meşənin özü nəyə desən dəyər. Amma biz ondan lazımi qaydada istifadə edə bilirikmi?.. Yox!.. Nə üçün?.. Çünki mədəni səviyyəmiz çox aşağıdır… Çox… Sizə sual verirəm: əgər bu meşədəki ağaclar başqa yerdə bitsəydi bilirsiz ondan necə səmərəli istifadə edərdilər? Biz nə üçün başqa ölkələrdən mebel almalıyıq? Öz meşəmizə, öz ağaclarımıza nə gəlib? Xeyrimizi bilmirik… Bax, elə ona görə deyirəm ki, səviyyəmiz çox aşağıdır.
    SEVDA:- Eh, Tumaş sən də… Nə səviyyə?.. Bəyəm biz fransız olasıyıq? Ay olduq ha! Ötən ay Tumaşla Parisə getmişdik. Doğrudan da adam Parisdə ölmək istəyir… Eh, gəlin mövzunu dəyişək… Düzü, mən hərdən bu millətin nümayəndəsi olduğum üçün xəcalət çəkirəm. Bizimkilərdə səviyyə nə gəzir?
    TUMAŞ:- Yaxşı görək, sən də ağ eləmə…
    SEVDA:- Hərdən deyirəm ki, Tumaş, gəl buradan baş götürüb sivil ölkələrin birinə gedək. Bu xarabadan canımızı qurtaraq. Nəsə razı olmur.
    TUMAŞ:- Üz-gözüm öyrəşib buralara. İstəsəm o mədəni, varlı ölkələrin birinə səfir də gedə bilərəm. Amma hiss edirəm ki, hələ burada lazımam… Düzdür, hərdən əsəbiləşirəm, ürəyim sancır, şəkərim qalxır… Di gəl ki, neyləyəsən… Gərək dözəsən. Millətin xidmətində durmaq elə də asan iş deyil…
    SEVDA:-Gərək millət də qana, dərk edə, adamın əməyini qiymətləndirə…
    ÇİNAR:- Sən balığı at dəryaya, balıq bilməsə də xalıq bilər.
    SEVDA:- Bizim millət hələ yaxşılıqla pisliyi bir-birindən ayıra bilmir. Heç ayırmayacaq da… Elə ona görə də nə vaxtsa buradan köçmək lazımdır…
    TÜRFƏ:- Nəsə son vaxtlar xaricə getmək istəyənlərin sayı yaman artıb… (Elayəyə). Siz də getmək istəyirsiniz?..
    ELAYƏ:- Yox… (Gülür). Biz hələlik heç yerə hazırlaşmırıq.
    ÇİNAR:- Düzü, cavan olsaydım mən də köçüb gedərdim. Ta gecdir. Amma çalışacağam ki, uşaqlar o mədəni ölkələrin birində yaşasınlar. Buralarda yaxşı nə var ki?..
    SEVDA:- Tumaşın bir işçisi bu yaxınlarda Hollandiyada ev alıb… Bizim də fikrimiz var…
    TUMAŞ:- Baxaq görək… Sağlıq olsun… Oxxay… Buranın havasına söz yoxdur… Şəhərin havası zəhər kimidir. Bir yandan da səs-küy, haray-həşir. Doğrudan da şəhər əsəb yuvasıdır. Gecələr yuxusuzluqdan əziyyət çəkirəm. Özümlə bir çanta dərman gəzdirirəm… Hə, yaxşı yadıma düşdü. Sevda, gətirmisən mənim dərmanlarımı?..
    SEVDA:- Arxayın ol, gətirmişəm. Buradadır. (Sumkanı göstərir). Amma mənə elə gəlir ki, belə gözəl yerdə sənin iynə-dərmana heç bir ehtiyacın olmayacaq… Yəqin ki, doyunca yatacaqsan, əsəblərin də dincələcək…
    ÇİNAR:- … və olacaqsınız cavan bir oğlan.
    TUMAŞ:-Yaxşı, bizim hazırlığımız nə vəziyyətdədir?..
    ÇİNAR (ucadan):- Bu dəqiqə… Ey!.. Ağa, işlər necə gedir?..
    AĞA (uzaqdan):- Hər şey əladır!.. Darıxmayın!..
    TUMAŞ:-Amma mən yüz faiz əminəm ki, Nihad heç vaxt xaricdə yaşaya bilməz! Bilirsiniz nə üçün?.. Sadəcə olaraq onun oxucuları buradadır… Bəlkə səhv edirəm, Nihad?.. Ha-ha-ha… Düz tapdım?
    NİHAD:-Mənim təkcə oxucularım yox, əcdadlarım, köküm də buradadır. Bax, o palıdı bu torpaqdan qoparıb başqa yerdə əksən qol-budaq atmaz, quruyar. Mən də elə o cürəm: yad ölkədə quruyaram, məhv olaram. Mən öz şəcərəmə yaxşı bələdəm, doqquzuncu babama qədər tanıyıram. Onların bir çoxu torpaq uğrunda vuruşublar, qan töküblər, ölüblər, öldürüblər… Onlar burada kök atıblar. Deməli, mən də burada yaşamalıyam, əcdadlarımla birlikdə…
    TUMAŞ:-Bəyəm bizim də kökümüz bu torpaqda deyil?..
    ÇİNAR:- Biz göydən-zaddan düşmüşük bəyəm?..
    ELAYƏ:- Məncə mübahisəyə ehtiyac yoxdur.
    ÇİNAR:- Hə, Elayə xanım düz buyurur…
    TUMAŞ:-Amma Türfə xanım nədənsə susur…
    TÜRFƏ: - Mən quşların səsinə qulaq asıram… Nə gözəl oxuyurlar.
    ÇİNAR:- Görürsünüz mənim uşaqlarımın anası necə romantikdir?!. Bəlkə də bizim əcdadımız elə quşlar olub?..

    Hamı gülür.

    NİHAD:-Vaxtilə burada tala yox idi…
    ÇİNAR:- Bıy, Nihad, sən olmusan buralarda?..
    NİHAD:- Hə, olmuşam… Bir neçə il əvvəl… O vaxt burada bu qədər budanmış ağac, elə bu qədər kötük də yox idi. İndi o qaralmış kötüklərə baxdıqca qanım qaralır.
    ÇİNAR:- Fikir eləmə, Nihad. Ağac da adam deyil ki, başını vuranda birdəfəlik ölüb getsin. Görürsənmi hər kökdən neçə şiv qalxır?.. Diriləcək o ağaclar…
    NİHAD:- Təzə şivlərin köhnə ağaclara dəxli yoxdur. Ölən ağaclar heç vaxt dirilmir… Elə adamlar kimi… Düzü. Hərdən ağlıma qəribə bir fikir gəlir.
    ÇİNAR:- O, nə fikirdir elə?..
    NİHAD:-Deyirəm, görəsən bu ağaclar niyə adamlar kimi addımlamırlar…
    TUMAŞ:-Paho… (Gülür). Bu da təzə çıxdı: “ağaclar niyə addımlamır”?
    SEVDA:- Belə getsə ağaclar da ayaq tutub yeriyəcək…
    ÇİNAR:- Mən eşitmişəm ki. Haradasa yeriyən ağaclar da bitir. Doğru sözümdür…
    TUMAŞ:- Yaxşı, yaxşı, mənasız şeylər danışmayın. “Yeriyən ağaclar”… Yox bir, “qaçan ağaclar”. Bu yazı-pozu adamlarının çoxunda hər şeyə bir rəng, bir məna vermək xəstəliyi var… Xətrinə dəyməsin, Nihad… Mən tanıdığım qələm adamlarının çoxunu belə görmüşəm. “Yeriyən ağaclar”… Hımmm… Ağaclar ayaq tutub yerisəydi, meşələr üstümüzə gələrdi. İncimə e, Nihad…
    ÇİNAR:- Yox, Nihad inciməz… Niyə inciyir ki? Elə mən də sizinlə şərikəm, Tumaş Safoyeviç. Ağacların adam kimi ayaq tutub yeriməsi böyük təhlükə yaradardı, necə ki, indi insanlar bu cür təhlükəni yaradırlar. Ona görə də mənim əlimdə imkan olsaydı adamları da ağaclar kimi torpağa basdırıb böyüdərdim. İndi təsəvvür edin: dizəcən torpağa basdırılmış ağac… Yox e… adam… Amma yerindən tərpənə bilməyən o adam qonşularla söhbət edir. Təbii ki, qonşuların da kökü yerin altındadır. Hə, necədir?.. Yeriyən ağaclar yaxşıdır, yoxsa yeriməyən adamlar?.. Əlbəttə, yeriməyən adamlar!

    Gülüşürlər.

    TUMAŞ:- Çina, sən dostumuz Nihadın “yeriyən ağaclar” nəzəriyyəsinin kökünə balta çaldın ki!..
    ÇİNAR:- Tumaş Safoyeviç, mən Nihadın xətrini çox istəyirəm... Tumaş Safoyeviç, mənə elə gəlir ki...
    TUMAŞ:- Ağlıma maraqlı bir fikir gəldi, qoy sizə də deyim; Mən şəhərə qayıdan kimi idarədə məsələ qaldıracağam. Nə barədə? Xaricdəki mebel fabriklərindən biri ilə müqavilə bağlamalıyıq. Qoy onlar bu ağaclardan mebel hazırlasınlar. Bizimkilər kütdür, xaricdəkilər belə ağacların qədrini yaxşı bilir.
    ÇİNAR:- Hə gözəl ideyadır, Tumaş Safoyeviç! Tumaş Safoyeviç, mənə elə gəlir ki...
    TUMAŞ:- Çina, bura bax, sənə neçə dəfə demişəm ki, mənə öz adımla müraciət elə: sadəcə Tumaş. Vəssalam!
    ÇİNAR:- Vallah, sizə başqa cür müraciət edə bilmirəm, Tumaş Safoyeviç!
    TUMAŞ:- Çina, biz məktəb dostlarıyıq... Bir yerdə oxumuşuq, bir məhəllədə böyümüşük...
    ÇİNAR:- Nə olsun ki?.. Hər halda subardinasiya deyilən bir şey var... Ona əməl etmək lazımdır. Düzdür, mən Nihada öz adı ilə müraciət edirəm. Nihad başqa... Amma sizə...Yox, məni bağışlayın, Tumaş Safoyeviç, bu, sadəcə olaraq mümkün deyil. Bir də ki, indi sizinlə təkcə bir məktəb yox, bütün ölkə fəxr edir. Mən əminəm ki, vaxt gələcək, sizi bütün dünya tanıyacaq. Siz buna tamamilə layiqsiniz...
    SEVDA:- Tumaş Safoyeviçin bu həftə xaricə səfəri olmalı idi...
    TUMAŞ:- ... amma təxirə saldım. Mənim üçün öz uşaqlıq, gənclik dostlarımla görüş hər cür səfərdən irəlidir.
    TÜRFƏ:- Siz doğrudan da hamının fəxrisiniz, Tumaş Safoyeviç... Elə təkcə bayaq dediyiniz o mebel fabriki ideyasına görə bu xalq sizə heykəl qoymalıdır.
    SEVDA:- Bu xalq heç vaxt pisi yaxşıdan seçə bilməyəcək. O, Tumaş kimi oğlunu hələ düz-əməlli tanımır.
    TUMAŞ:- Xahiş edirəm, məni çox da tərifləməyin. (Gülür). Sonra tərifdən başgicəllənmə yaranar. Elə deyilmi, Nihad?.. (Pauza). Sən niyə incik-incik susursan?..
    NİHAD:- Mən dinləməyi daha çox sevirəm...
    TÜRFƏ:- Düzü, Nihad Farizin kitablarını oxuyanda mənə nədənsə həmişə elə gəlib ki, o, çox söhbətcil adamdır. (Nihada). Amma indi, xətrinizə dəyməsin, mən müşahidə edib görürəm ki, siz bir az qaraqabaq adamsınız.
    SEVDA (Elayəyə):- O, evdə də bu cürdür?
    ELAYƏ (gülür):- Nihad, sən evdə də bu cürsən?

    Hamı gülür.

    NİHAD:- Deyəsən, mən hər yerdə eyni cürəm...
    TUMAŞ:- Səncə bu yaxşı haldır?..
    NİHAD:- Elayə, səncə bu yaxşı haldır, ya pis?..

    Hamı gülür.

    TÜRFƏ:- Məncə bizim aramızda yumoru ən çox sevən Nihad Farizdir.
    SEVDA:- Tumaş, elə bir yana baxanda yaxşı ki, gəldik bu yerlərə. Bəzən adam başqa ölkələri gəzib-dolaşır, öz vətənini düz-əməlli tanımır. İndi baxıb görürəm ki, həqiqətən bizdə də gözəl, səfalı yerlər varmış...
    ÇİNAR:- Özü də xaricdəki yerlərdən geri qalmır.
    SEVDA:- Elədir...
    TÜRFƏ:- ...üstəgəl həm də yaxından tanış olduq.
    TUMAŞ:- Biz kişilər çoxdan tanışıq. Gənclik dostlarıyıq. Nə qədər pis-yaxşı günləri bir yerdə keçirmişik... Mən şadam ki, belə çətin zamanda bu mürəkkəb şəhərdə hərə özünə bir karyera düzəldib...
    ÇİNAR:- Mənim uşaqlarımın anası düz deyir. Bu tanışlığın özü nəyə desən dəyər. Biz özümüz, mən kişiləri nəzərdə tuturam, neçə illərin dostlarıyıq. Amma qadınlarımız bir-biri ilə təzə tanış olurlar. Doğrusu, Elayə xanımla mən özüm də ilk dəfədir ki, üz-üzə gəlirəm. O ki qaldı Sevdaya... O, bizim xalqımızın ən gözəl, ən nümunəvi, ən əxlaqlı, ən tərbiyəli qadınlarından biridir. Mənim əziz bacım Sevda xanım... Mən bu gün...
    TUMAŞ:- Yaxşı, yaxşı, qohumbazlıq edib bacını çox da tərifləmə!..

    Hamı gülür.

    SEVDA:- Əlinə fürsət düşüb, qoy tərifləsin. Məncə, haqlı tərifdən heç kəs inciməz; elə deyilmi, əzizlərim?..
    ÇİNAR:- Artıq sizə məlum olduğu kimi, Sevda xanım vaxtilə mənim qonşum olub. Daha doğrusu, onların evi bizim köhnə idarənin yaxınlığında yerləşirdi. Mən tam səmimiyyətlə deyirəm ki, Sevda xanım həmin məhəllənin ən gözəl, ən tərbiyəli, ən nümunəvi qızı idi. O, əlçatmaz idi. O, yenə də əlçatmazdır... Tumaş Safoyeviç, siz dünyanın ən xoşbəxt ərisiniz. Mən bunu tam səmimiyyətlə deyirəm.
    TUMAŞ:- Yəqin ki, dediklərinizdə bir az qibtə hissi də var.

    Hamı gülür.

    ÇİNAR:- Yox... Heç bir qibtədən söhbət gedə bilməz... Mən də özümü çox xoşbəxt hiss edirəm: çünki mənim əziz bacım Sevda xanım gözəl bir insanla- hamının tanıyıb sevdiyi Tumaş Safoyeviçlə ailə həyatı qurub. Qoy bir yemək-içmək hazır olsun, mən Sevda xanımla Tumaş Safoyeviçin əbədi sevgisinin şərəfinə badə qaldıracağam. (Ucadan). Ey-y-y... Ağa!.. Kösövü qurdala!.. Tez ol...
    TÜRFƏ:- Çinar, kişini tələsdirmə... O, öz işini yəqin ki, hamıdan yaxşı bilir.
    ÇİNAR:- Bu da kitab oxumaq, internetlə işləmək deyil ki, başım çıxmasın. Mən ömür boyu yemək-içmək işinə baxmışam...
    SEVDA:- Çinar, sən deylənlərə fikir vermə, arabir o kişinin işinə nəzarət elə...
    TÜRFƏ:- Kişinin nəyinə nəzarət eləmək lazımdır ki?..
    SEVDA:- Elə hər şeyinə...

    Hamı gülür.

    ÇİNAR:- Sevda xanım düz buyurur... Nəzarət mütləq lazımdır.
    SEVDA:- Siz niyə elə düşünürsünüz ki, burada-bu meşədə, bizim düşmənlərimiz yox deyil?
    TÜRFƏ:- Düşmən?.. Bizim düşmənlərimiz də var bəyəm?..
    ÇİNAR:- Niyə yoxdur ki? Siz elə bilirsiniz Tumaş Safoyeviçin düşmənləri yoxdur?.. Var!.. Özü də lap çoxdur!.. Hədsiz dərəcədə... Əlbəttə...


    Tumaş əlini belində çarpazlayıb düşüncəli bir görkəm alır, gəzişir.

    TUMAŞ:- Düşmənlərdən danışma heç... Onlar saysız-hesabsızdır.
    SEVDA:- Yaxşı ki, Çinar belə şeyləri az-çox başa düşür. (Mənalı). Amma elələri var ki, bunu anlamır və ya anlamaq istəmir. Heç bilirsiniz Tumaşı gözügötürməyən nə qədər paxıllar, xəbislər var?!. Onların imkanları olsa kişini diri-diri yeyərlər. Neçə dəfə sui-qəsd ediblər, zəhərləmək istəyiblər. Çinar, sən arabir göz qoy o kababbişirənə, ətə ayrı şey vurar. Onsuz da Tumaşın çörəyini yeyib kölgəsini qılınclayanlar çoxdur.
    ÇİNAR:- Onlar heç bir şey edə bilməyəcəklər Tumaşa! Çünki onun arxasında dostları dayanıb.
    SEVDA:- Eh, dostları var ki, Tumaşın?!. Hanı? Xətrinizə dəyməsin ey, Nihad qardaş. İndi yazıçı sözü keçmir. Kimdir yazı-pozuya baxan? Gərək arxada güclü adamın olsun.
    ÇİNAR:- Tumaşın arxasında bütün xalq dayanıb... Əgər lazım gəlsə...
    SEVDA:- Eh, sən də... Xalq kimdir ey?.. Nə xalq?.. Kimdir xalqın üzünə tüpürən? Bir də ki, xətrinizə dəyməsin, bizim xalq çox paxıl, dargöz xalqdır.

    Hiss olunur ki, Nihad əsəbiləşir, ayağa durub kənarda gəzişir, qəlyanını tütünlə doldurur.

    TUMAŞ:- Bu, xalqdır bəyəm?..
    SEVDA:- Ta demə...
    TÜRFƏ:- Niyə ki?.. Yaxşılarımız da az deyil.
    SEVDA:- Bizdə başqasının uğruna sevinmək yoxdur, Türfə. Tumaş Safoyeviç təzə vəzifəyə keçir, o dəqiqə donos yazırlar. Tumaş Safoyeviç təzə maşın alır, yuxarılara imzasız məktublar gedir. Tumaş Safoyeviç bağ evi tikdirir, villa ucaldır, bu xalqın gözü götürmür. Belə də alçaq xalq olar? Niyə sən özünün irəli çıxan övladınla öyünmək əvəzinə, onun ayağından geri çəkirsən, ay xalq?.. Niyə?.. Ayıb olsun sənə, ay belə millət!..
    TUMAŞ:- Hələ kompromat toplayanları, dosye yığanları demirsən...
    SEVDA:- Bəyəm bu xalqdır?.. Xalqa bax ey...
    ÇİNAR:- Doğrudan da, heç belə xalq olar?.. Nihad Fariz, sən nə fikrə getmisən?.. Bəlkə bu xalqa bir-iki kəlmə sözün ola?.. Bu sevimli xalqa... Axı, məncə bu xalqı sən çox vəsf eləmisən...

    Nihad qəlyanını tüsdülədir.

    TUMAŞ:- Hımmm... Xalq... Xalqa bir bax...
    ÇİNAR:- Hə, xalq dedim, yadıma bir əhvalat düşdü. Bir neçə il əvvəlin sözüdür. Doğrusu, o vaxt işlərim çox pis gedirdi. Türfə o günlərimin canlı şahididir. Nə isə... Onda oğlum hələ kiçik idi. Uşaq mənə tez-tez suallar verirdi; məsələn soruşurdu ki, ata, qonşumuz təzə maşın alıb, bəs bizim niyə yoxdur? Deyirdim ki, bala, o, yaramazın biri-dir, alçaqdır. Oğlum deyirdi ki, filan dostu valideynləri ilə xaricdə dincəlib, amma biz heç yerə getmirik. Deyirdim ki, ay oğul, sənin dostunun valideynləri alçaqdır. Yazıq uşaq evdə bərk gedənlərin, pullu adamların hansı barədə söz salırdısa elə bircə kəlmə cavab eşidirdi: “alçaqdır”. Axırda bir gün uşaq dedi ki, ata, mən böyüyəndə mütləq alçaq olacağam. Dedim, nə danışırsan, “alçaq”?.. Dedi, ata, görmürsən alçaqların işi necə əla gedir?

    Hamı gülür.

    TUMAŞ:- Yaxşı anekdotdur. Elə deyilmi, Nihad?
    NİHAD:- Hə, pis deyil... İbrətamiz söhbətdir.
    SEVDA:- Yaxşı, dedik, güldük. İndi qulaq asın. Mənim ağıllı bir təklifim var.
    ÇİNAR:- Buyurun, Sevda xanım.
    SEVDA:- Mənim sözüm qadınlaradır: bayaq yolüstü bir bulaq gördük. Ətrafı da sapsarı çiçəklərlə dolu idi... Deyirəm bəlkə gedib o bulağa baş çəkək... Etiraz yoxdur ki?..
    ÇİNAR:- Nə etiraz ola bilər?..
    SEVDA:- Mən qadınların adından danşıram, Çina!
    TÜRFƏ:- Mən razı!.. (Elayəyə). Gəlin gedək!.. Kişilərin mübahisəsinə nə qədər qulaq asmaq olar? (Gülür). Düz demirəm?..
    ELAYƏ:- Pis təklif deyil...
    ÇİNAR (ucadan):- Ağa, bura gəl!..
    AĞA:- Eşidirəm sizi... Amma əvvəlcə sizdən bir söz soruşmaq istəyirəm...
    ÇİNAR:- Qoy əvvəlcə mən soruşum, sonra səni dinləyərik.
    AĞA:- Buyurun...
    ÇİNAR:- De görüm bu meşələrdə vəhşi heyvan-zad olur?..
    AĞA:- Meşə çaqqalsız olmaz...
    ÇİNAR:- Hə, onda bizim qızları bulağacan müşayiət edərsən. Oldu? İndi buyur sualını ver!
    AĞA:- Mən üzr istəyirəm: o kişi yazıçı Nihad Fariz deyil ki?..
    ÇİNAR:- Düz tapmısan... Özüdür ki, var!.. Nihad, burada sənin bir oxucunu tapmışam!..
    NİHAD:- Böyük tapıntıdır! (Gülür). Hər ikinizə təşəkkür. Düzü, məni o boyda şəhərdə çox az adam tanıyır, amma burada...
    TUMAŞ:- Amma burada, bu ucqar meşədə səni tanıyan tapıldı. (Gülür). Nihad, gərək oxucuna qonaqlıq verəsən!
    AĞA:- Niyə ki? Mən sizin qulluğunuzda hazıram. Doğrusu, (Nihada) mən sizi üzdən tanımıram. Amma səsinizi eşidəndə bildim ki, bu siz ola bilərsiniz. Səsinizdən tanıdım. Radioda tez-tez çıxış edirsiniz. Mən gecələr radioya qulaq asıram. Sizin söhbətinizi dinləməkdən heç vaxt yorulmuram. Çox şadam ki, sizi belə yaxından gördüm.
    TÜRFƏ:- Düzü, mən radioya qulaq asmıram... Amma Nihad Farizin bir-iki kitabı əlimə düşüb; çox maraqla oxumuşam.
    TUMAŞ:- Hə, bax bu da ikinci oxucu...
    NİHAD:- Bu, daha böyük tapıntı oldu! (Gülür).
    SEVDA:-Mən bizim yazıçıların əsərlərini oxuya bilmirəm. Bilirsiz, nə üçün?.. Belə, necə deyim ey, bir primitivizm, arxaizm var bizimkilərin özündə də, yazdıqlarında da... (Nihada). Yəqin ki, siz məni anladınız. Elə deyilmi?..
    NİHAD:- Siz fərdlər haqqında yox, məncə kollektiv barədə danışırsınız. Özünüz də hökm və postulatlarla!
    ÇİNAR:- Əgər bir şey anladımsa atama lənət!.. Hə, Ağa, sən qızlara bələdçilik elə...
    SEVDA:- Nihad Fariz, bizim ədəbiyyat haqqında söhbətimiz qalsın sonraya... Hələlik bir bu meşəyə baş vuraq... Getdik... Getdik!... Of-f-f... Nədənsə İspaniyanın meşələrini xatırlayıram... (Sumkasını götürür). Qızlar, gəlin qoluma girin... (Ağaya). Gəl, sən irəli keç, yol göstər. Hələlik, kişilər!..

    Ağa və qadınlar gedir.

    TUMAŞ (gəzişərək):- Bayaqdan bəri bir şey barədə düşünürəm. İndi deyim, siz də eşidin: görəsən Allah-taala bu cür adamları, hə, nə oldu onun adı? Ağa? Paho, Ağa!.. Hə, bax bu cür adamları nə üçün yaradıb? (Pauza). Bəyəm bu meşədə, heyvanlar arasında yaşamağın bir mənası var ki?.. Bu adam bəlkə ömründə heç televizor da görməyib. Mən hələ kompüter-filan barədə danışmıram. (Gülür). Amma yaxşı ki, radioya qulaq asır, Nihadı səsindən tanıdı! Bax ha...
    ÇİNAR:- Doğru deyirsiz, Tumaş Safoyeviç!.. Bu, əsl heyvan həyatıdır!..
    NİHAD:- Tanımadığınız adam barədə nahaq bu cür danışırsınız.
    ÇİNAR:- Nihad, vallah, Tumaş Safoyeviç haqlıdır! Bu adam televizora baxmır, yalnız radioya qulaq asır.
    TUMAŞ:- Çinar, sənə dedim ki, rəsmi müraciəti qurtar, məni öz adımla çağır... Hə, dediyim odur ki, bu cür adamlar cəmiyyətdən, inkişafdan kənarda qalırlar. Sonra da deyirik ki, xalq niyə bu gündədir...
    ÇİNAR:- Belələri adamın yadına bataqlığı salır...
    NİHAD:- Bu kişi meşəni, yaşıllığı qoruyan adi bir adamdır... Hətta, olsun ki, bizdən də vətənpərvər, ağıllı bir şəxsdir.
    ÇİNAR:- Eh, sən də söz danışdın, Nihad. Onun nə ağlı, nə düşüncəsi ola bilər ki?.. Meşə heyvanından onun fərqi nədədir?..
    TUMAŞ:- Cəmiyyət zəif, gücsüz adamlardan imtina edir. Belələrini yalnız təbiət mühafizə edə bilər. Belələri heç vaxt təbiəti mühafizə edə bilməz.
    NİHAD:- Sən güc deyrkən nəyi nəzərdə tutursan?
    TUMAŞ:- Əlbəttə, ilk növbədə ağlı... Sonra iradəni... Lap sonda isə fiziki qüvvəni...
    NİHAD:- Mən də səninlə şərikəm: o mənada ki, ağıl, idrak, iradə sahibləri həmişə hörmətə layiq olmalıdır.
    TUMAŞ:- Yox, söhbət təkcə hörmətə layiq olub-olmamaqdan getmir... Söhbət ondan gedir ki, güclə hamı hesablaşır. Güc hamını özünə tabe edir.
    NİHAD (gülür):- Tumaş, düzü mən sənin bu “tabeçilik” nəzəriyyəni düz-əməlli başa düşmürəm. Ağla hörmət varsa, ta tabeçiliyə-gücə nə ehtiyac?..
    TUMAŞ:- Mənim dediyim odur ki, hakim varsa-məhkum da olmalıdır.
    ÇİNAR: Elədir... Zəiflərə heç nəyi etibar etmək olmaz.
    TUMAŞ:- Əgər zəiflərə imkan verilsə, onlar birləşib güclülərin nəfəsini kəsərlər. Bu, cəmiyyətdə də belədir, təbiətdə də... Bu cəhətdən vəhşi heyvanların yaşadığı meşə ilə insanların yaşadığı cəmiyyət arasında elə bir fərq yoxdur. Məmləkətin böyüyü olan kimi, meşənin də öz böyüyü olur. Meşənin ağası pələngdir. Burada hamı pələnglə hesablaşır.
    ÇİNAR:- Bu, elə belə də olmalıdır! Heç bir heyvan pələngin bir sözünü, e-e-e, yəni tapşırığını iki eləyə bilməz! Pələng-pələngdir!
    TUMAŞ: - Amma insan pələngdən də güclüdür. Əlbəttə, söhbət güclü insandan gedir!.. O, pələngi tələyə də salar, öldürə də bilər.
    NİHAD:- Məncə biz ağılla hiylə anlayışını qatışdırırıq. Axı, bunlar eyni şeylər deyil...
    TUMAŞ:- Ağıl, əslində elə hiylə deməkdir...
    NİHAD:- Hiyləgərlik heç vaxt müsbət əlamət hesab olunmur. Doğrudur, insanlar kimi heyvanların da hiyləgər nümayəndələri olur. Məsələn, tülkü belələrinə aiddir. Pələngi isə həmin qrupa aid etmək olmaz. Pələng-cəsurdur, mərddir, qorxmazdır, amma, o, qətiyyən hiyləgər deyil.
    TUMAŞ:- Sən haradan bilirsən ki, pələng hiyləgər deyil?.. (Gülür). Hə, az qala unutmuşdum: axı, sən təkcə yazıçı yox-həm də təbiətşünassan, rəssamsan, psixoloqsan, filosofsan...
    ÇİNAR:- Maşallah, Nihadın məşğul olmadığı sahə yoxdur: yazıçı, rəssam, filosof, psixoloq... Bunlar mənə çoxdan məlum idi... İndi bildim ki, onun, hətta, təbiətşünaslığı da varmış. Nihad, gərək o yazdıqların üçün sənə çoxdan Nobel mükafatı verəydilər. (Gülür). Həqiqi sözümdür.
    TUMAŞ:- Böyük mükafatları böyük ağıl... e-e-e, böyük hiylə sahiblərinə verirlər.
    NİHAD:- Doğrusu, mən indiyəcən heç bir mükafat barədə düşünməmişəm...
    TUMAŞ:- Düşünsəydin belə nə olacaqdı, əziz dost?.. Guya böyü bir mükafat verəcəkdilər sənə? (Gülür). Xətrinə dəyməsin, Nihad. (Ciddiləşir). Bəyəm bu saat insanlara kitab gərəkdir?.. Çina, sonuncu dəfə nə vaxt kiatb oxumusan?..
    ÇİNAR:- Ümumiyyətlə, nə vaxtsa kitab oxuduğumu xatırlamıram. Düzdür, evdəki rəflərim kitablarla doludur, çoxu da müəllif avtoqrafları ilə. Amma oxumağa həvəsim yoxdur. Əlimə kitab alanda məni həmişə yuxu tutur.
    TUMAŞ:- Ta denən ki, kitablar səninçün yuxu dərmanıdır. (Gülür). Bəs onda bizim əziz dostumuz Nihad Fariz kimin üçün və nə üçün yazır?
    ÇİNAR:- Bu suala bizim dostumuzun özü cavab verə bilər.
    NİHAD:- Həqiqətən, mən nə üçün yazıram? Pul üçün?.. (Düşüncəli halda). Yox, indi yazı-pozuda pul yoxdur. Şöhrət üçün?.. Məncə, yalnız komplekslərlə yaşayan adam şöhrət barədə düşünə bilər. (Var-gəl edir, sonra ayaq saxlayır). Doğrusu, mən nə üçün yazdığımı əsaslandırmaqda acizəm.
    TUMAŞ:- Xalq üçün yazmırsan, şöhrət üçün yazmırsan, pul üçün yazmırsan, onda belə çıxır ki, özün üçün yazırsan...
    NİHAD:- Ola bilər... Bəlkə də... Təkcə onu deyə bilərəm ki, bir qüvvə məni daim yazmağa təhrik edir. Bəlkə də mən yazı-pozu ilə məşğul olmasaydım artıq bu dünya ilə çoxdan vidalaşmışdım.
    TUMAŞ:- Mən səni anlayıram, Nihad... Sən öz əsərlərində pis adamları ifşa etməli, yaxşıları tərifləməlisən.
    ÇİNAR:- Nihad, səncə mən hansı qrupa aidəm?.. (Gülür). Pislərə, yoxsa yaxşılara?
    NİHAD:- Bu, bir az nisbi bölgüdür. Bəzən pis yaxşıya, yaxşı isə pisə çevrilə bilər.
    ÇİNAR:- Mən də bu məsələdə Nihadla şərikəm. Dünyada tam pis və ya tam yaxşı adam yoxdur. Dünyada var insanlar, bir də ki, insan cildində heyvanlar. İnsanlar o ikiayaqlı heyvanları otarmalı, işlətməli, döyməli, söyməlidir... (Pauza). Bağışlayın, sizin yanınızda bir az böyük-böyük danışdım... Hər halda, mən düşündüyümü deyirəm.
    NİHAD:- Hiss olunur ki, məlumatlısan. (Gülür). Özün də deyirsən ki, əlinə kitab götürəndə səni yuxu tutur. Bəs bu məlumatları haradan toplayıbsan?.. Yuxuda?
    ÇİNAR:- Hansı məlumatları deyirsən?..
    NİHAD:- İnsan-heyvan münasibətlərini...
    TUMAŞ:- İndi internet vasitəsilə də istədiyin məlumatı ala bilərsən...
    NİHAD:- Çina, sən internetdən istifadə edirsən?
    ÇİNAR:- İnternetdən?.. (Gülür). Ha-ha-ha... Əlbəttə... İnternet...
    TUMAŞ:- Çina, niyə gülürsən, nə olub?..
    ÇİNAR:- Heç... İnternet dedin, yadıma gülməli bir şey düşdü.
    TUMAŞ:- O, nə şeydir elə?
    ÇİNAR:- Deyim?.. Hə, Nihad, icazə verirsən danışım? Sən yazıçısan, belə şeylər lazımın olar...
    NİHAD:- Danış, danış...
    ÇİNAR:- Mənim yaxın bir dostum var. Əlbəttə, sizdən yaxın ola bilməz... Hə, nə isə... Həmin dostum iri bir vəzifə sahibidir.
    TUMAŞ:- Nə olsun ki, vəzifəlidir? (Əsəbi halda). Çina, mən fikir verirəm, sən bu vəzifə adamları ilə dostluğundan-tanışlığından yaman fəxr duyursan. Yadda saxla ki, onların bütün vücudu mənim... lap elə Nihadın ortaya qoyduğu hər hansı bir işin milyonda birinə dəyməz.
    ÇİNAR:- Tumaş, sənin dediklərin böyük həqiqətdir. Üzr istəyirəm... Amma gör məsələ nə yerdədir: mənim həmin dostum ayda bir, iki ayda bir internetlə evlənir.

    Hamı gülür.

    NİHAD:- Bu, lap qiyamətdir ki!..
    TUMAŞ:- Hə, deməli, dostum internet səhifələrində qəşəng qızların ünvanını tapır. Sonra məktublaşıb dəvət edir buraya, onların - o qızların əksəriyyəti isə gələndə bizim hoteldə qalırlar... Ta dünyanın hansı bir ölkəsi var ki, oradan qızlar gəlməsin!

    Hamı gülür.

    TUMAŞ:- Nihad, sənin internet saytın var?..
    NİHAD:- Yox...
    TUMAŞ:- Bəs kompüterin necə?.. İstifadə edə bilirsən ondan?
    NİHAD:- Yoxumdur... İstifadə edə bilmirəm.
    TUMAŞ:- Deməli, böyük dünyaya çıxış kanalın yoxdur...
    NİHAD:- Belə çıxır...
    TUMAŞ:- Amma ömründə kitab ağzı açmayanın birisi dünyanın bütün ölkələri ilə məktublaşır, gözəl-gözəl qızların kolleksiyasını toplayır, millətlər arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirir, qloballaşmanı sürətləndirir. Düzünü de, Nihad, cəmiyyət qarşısında kimin xidmətləri böyükdür- sənin, yoxsa o internet aşiqinin?.. Ölkəmizi dünyada kim daha layiqincə təmsil edir: sənin kimi təvazökar bir yazıçı, yoxsa Çinanın o hörmətli dostu?..
    NİHAD:- Əlbəttə, Çinarın o vəzifəli dostu daha vacib işlə məşğuldur. Onu, hətta, o səmərəli xidmətlərinə görə xarici işlər naziri də təyin etmək olar...
    TUMAŞ:- Doğru sözə nə deyəsən? Tamamilə haqlısan. Gərək işi işbilənə tapşırasan.
    ÇİNAR:- Mən də elə sizin kimi düşünürəm: “Gərək işi işbilənə tapşırasan”. Bu gün öz postunda, öz yerində özünü sizin kimi rahat hiss edənlər azdır. Tumaş Safoyeviç, siz bu gün ölkənin ən nüfuzlu, ən populyar vəzifə sahiblərindən birisiniz. Mən əminəm ki, siz bu yaxın zamanlarda daha böyük post tutacaqsınız. Hətta, mən deyərdim ki, siz öz sahənizdə birinci və ya ikinci şəxs ola bilərsiniz. Mən belə bir günün gələcəyinə inanıram. İnanıram ki, biz, yəni sizin köhnə dostlarınız bir vaxt deyəcəyik: “Tumaş Safoyeviç, biz sizinlə fəxr edirik”. “Tumaş Safoyeviç, bütün xalqımız sizinlə öyünür”.

    Çinar danışdıqca Tumaş sinəsini qabağa verib əda ilə gəzişir və sanki dərin düşüncələrə dalır.

    TUMAŞ:- Ümumiyyətlə, mənim nazir postunu tutmaq məsələm bir neçə dəfə gündəmə gətirilib. Sadəcə olaraq, mənə həmişə düşmənlərim mane olub. Amma qəti əminəm ki, yaxın zamanlarda mənə çox mühüm bir post etibar ediləcək.
    ÇİNAR:- Elə biz də buna əminik. Biz sizinlə fəxr edirik, əziz dost. (Yaxınlaşıb Tumaşın qoluna girir, onu kənara çəkir, onunla yanaşı addımlayır). Tumaş Safoyeviç, bir məsələ ilə bağlı sizinlə məsləhətləşmək istəyirəm.
    TUMAŞ:- O, nə məsələdir elə?..
    ÇİNAR:- Bizim idarənin rəisi bütün il boyu xəstə olur, işə çıxmır. Özünün də təqaüd yaşı ötüb. Deyirəm, bəlkə onun yerinə... əgər məsləhətsə...
    TUMAŞ:- Hım-m-m... Aydındır... heç bilirsən o yerin qiyməti neçəyədir?..
    ÇİNAR:- Bilirəm, Tumaş Safoyeviç... Bilirəm...
    TUMAŞ:- Sənin gücün çatar lazım olan məbləği verməyə?..
    ÇİNAR:- Əlbəttə, verərəm... (Pauza). Amma əvvəlcədən yox, sonra, işlədikcə, tədricən...
    TUMAŞ (gülür):- Ha-ha-ha... “Sonra”... “Tədricən”... Xeyr, əzizim... Nisyə-girməz kisəyə... Əgər nağd söhbəti olsaydı, yuxarılara saqqal tərpətmək olardı, amma nisyə...
    ÇİNAR:- İndi heç kəs vəzifəyə nəğd pul verib getmir. (Pauza). Hər yerdə faizə oturublar.
    TUMAŞ:- Baxır o hansı işdir. İş var haqqını əvvəlcədən ödəmək lazımdır, iş də var ki, sən deyən kimi: “tədricən”, “işlədikcə”... Sənin işin elədir ki, haqq-hesab lazımi yerə mütləq əvvəldən çatdırılmalıdır. Tələb belədir. Bildin?..
    ÇİNAR:- Bildim... Bildim, Tumaş Safoyeviç... Aydındır... Məsləhətiniz üçün çox sağ olun...
    TUMAŞ:- Mən sənə konkret vəziyyəti izah etdim. Obyektiv reallıq belədir.
    ÇİNAR:- Mən sizin obyektivliyinizə çox inanıram, Tumaş Safoyeviç...
    TUMAŞ:- Əlbəttə, inanmalısan, Çina... İndi vəzifə məsələsi çox mürəkkəb məsələdir. Şərtlər çoxdur. Amillər çoxdur. Bir də ki, hər adam vəzifənin öhdəsindən gələ bilməz... Bu, ciddi adamların işidir...

    Çinar mənalı və istehzalı tərzdə Tumaşı süzür.

    ÇİNAR:- Doğrudan da... Axı, mən qeyri-ciddi adamam... Mənə nə məsul vəzifə... Mən...
    TUMAŞ:- Yaxşı ki, özün bunu dərk edirsən...
    ÇİNAR (ucadan):- Nihad, mən bulağa gedirəm...
    NİHAD:- Birlikdə gedək...
    TUMAŞ:- Mən isə bir çadıra baş çəkim...
    ÇİNAR:- Biz qayıdanacan manqalın gözü də hazır olar.
    TUMAŞ (gedə-gedə):- Çina, manqala özün nəzarət elə. Bildin?..

    Çinar qəribə, bir qədər qəzəbli və istehzalı baxışlarla Tumaşın arxasınca baxıb başını yellədir.

    ÇİNAR:- Lənət sənə kor şeytan!..
    NİHAD (gülümsəyir):- Nə olub ki?..
    ÇİNAR:- Heç... Gedin... Nihad, ləngimə, sən də get... İndi mən də gəlirəm.

    Tumaş, sonra isə Nihad gedir. Çinar çantadan çıxartdığı şüşədən stəkana araq süzüb içir. Və gedir.
    Musiqi.
    Lirik melodiyanı həyəcanlı notlar əvəz edir. Ağacların arasından pələng başı görünür. Pələng qabaq pəncələrini yavaş-yavaş yuxarı qaldırıb bir müddət dal pəncələrinin üstündə dayanır. Onun gözlərinə işıq düşür, bəbəkləri bərq vurur. Nərilti səsi eşidilir. Pələng eyni hərəkət və jesti bir neçə dəfə təkrar edir. Nərilti sədası artır. (Hələlik pələngi heç kəs görmür).
    Pələng qeyb olur.
    Səs-küy.
    Musiqi səsi tədricən uzaqlaşır.
    İştirakçıların hamısı qaça-qaça təngənəfəs halda gəlir. Lap sonda paltarlarını dəyişmiş Tumaş və Sevda gəlir.

    ÇİNAR:- Bir dayanın... Nəfəs dərin... Nə olub?..
    TÜRFƏ:- Qorxuya düşdük...
    TUMAŞ:- Kim qorxuzdu sizi?..
    SEVDA:- Meşənin dərinliyindən qəribə bir səs gəlirdi.
    ÇİNAR:- Bu cür, hə? (Nərildəyir). Bö-ö-ööö!..
    TÜRFƏ:- Burada da eşidilirdi?..
    ÇİNAR (gülür):- Yox, əşi. Mən zarafat edirəm... (Ağaya). Nədir, yoxsa meşədə pələng-zad saxlayırsınız?..
    AĞA:- Doğrusu, son günlər mən də arabir nərilti səsləri eşidirəm...
    TUMAŞ (gülür):- Meşə pələngsiz olmaz ki! Qorxmayın, mən sizin kimi ağciyər və əliyalın deyiləm.
    SEVDA:- Tumaşın yaxşı ov tüfəngi var...
    TUMAŞ:- Özü də üçü birdən!.. Əlbəttə, buraya tək bircəciyini gətirmişəm. (Nihada). Ədib, sən necə atıcısan?..
    NİHAD:- Mən ömründə əlimə tüfəng almamışam.
    TUMAŞ:- Bəs pələng üstünə cumsa nə edəcəksən?..
    NİHAD:- Diz çöküb yalvaracam ki, cənab pələng, sən canın mənimlə işin olmasın...

    Hamı gülür.

    ÇİNAR:- Pələngə yalvarmaq yox, onu əzmək lazımdır...
    TUMAŞ:- Bax, söz budur!.. Əsl kişi pələnglə əlbəyaxa döyüşə çıxar... Gücün qabağına güc çıxartmaq lazımdır.
    SEVDA:- Bilirsiz mənim yadıma nə düşdü?.. Ötən il Madriddə gördüyüm korrida döyüşü... Tumaş döyüşçünün əlindən oxu qapıb bir an içində vəhşi öküzün belinə sapladı... İspanlar məəttəl qalmışdılar.
    TÜRFƏ:- Ta onda qorxumuz yoxdur ki!..
    ÇİNAR:- Tumaş Safoyeviç olan yerdə nə qorxu, nə hürkü?.. Heç tüfəngə də ehtiyac yoxdur!..
    TUMAŞ:- Özünütərif kimi çıxmasın, mən bu meşənin pələngini o ispan öküzündən də pis günə salaram... Dostumuz Nihad Farizsə pələngin önündə indidən diz çökmək istəyir.

    Hamı gülür.

    ÇİNAR:- İnsan gərək heç kəsin, heç nəyin qarşısında diz çökməsin. Əlbəttə, söhbət zəif yox, güclü insanlardan gedir. Biz ki, bayaq bu barədə danışdıq. Mən Tumaş Safoyeviçlə min faiz şərikəm!.. (Dizi üstə çökür). Tumaş Safoyeviç, ayaqqabınızın qaytanı açılıb... (Yalançı bir əda ilə). İcazənizlə...
    TÜRFƏ:- Çinar!.. Sən nə edirsən?
    TUMAŞ (geri çəkilir):- Dayan... (Ucadan). Ağa, gəl bu ayaqqabının qaytanını bağla!
    AĞA (yaxınlaşır):- Nə dediniz? Eşitmədim.
    ÇİNAR:- Karsan byəm?.. Niyə eşitmirsən?.. (Nərilti səsi eşidilir). Eşitmirsən o səsi?.. (Gülür). Eşidirsən? (Ayağa durur). Hə?..
    AĞA (əsəbi halda):- Hə, eşidirəm.
    SEVDA:- Bayaqkı nəriltidir.
    NİHAD:- Həqiqətən, pələng nəriltisidir.
    TÜRFƏ:- Dizlərim əsir.
    ELAYƏ:- Deyirlər, pələng yalnız qorxaq adamlara hücum edir...
    ÇİNAR:- Ay sağ ol, Elayə xanım!.. İndi gəlin oturub gözləyək. Görək pələng kimə hücum edəcək.

    Gülüşürlər.

    TUMAŞ:- Mənim ayaqqabımın bağı... (Hikkəli-hikkəli Ağanı süzür). Yemək hazırdır?..
    AĞA:- Hazırdır... (Qəzəblə onu süzür).
    TUMAŞ (əyilib ayaqqabının qaytanını bağlayır):- Süfrə açılıb?..
    AĞA (əsəbi):- Açılıb...
    ÇİNAR:- Hər şey hazırdır! (Təntənəli şəkildə). Özü də mən qulluq edəcəyəm!.. Neçə ilin iaşə işçisiyəm! Di başladıq!.. Ağa, mənə kömək elə!..

    Musiqi. Çinar tez-tələsik gedib ağ xalatda qayıdır; onun başında ağ kalpak var. Əlindəki iki iri qaşığı qılınc kimi bir-birinə vurub havada oynadır. Hamı gülür. Çinar və Ağa cəld iri qazanı çəkib ortaya gətirirlər. Bundan sonrakı hissə musiqi sədaları altında davam edir. “Yeyib-içmə” səhnəsi sonrakı mərhələdə surətləndirilmiş kinolentini xatırladır: iştirakçılar Çinarın boşqablara çəkdiyi yeməyi qabaqlarına çəkib surətlə yeyir, badələri doldurub başlarına çəkir, deyib-gülür, qəhqəhə çəkirlər. Tumaş Sevdanı qucaqlayıb öpür. Sevda gülür. Sonra hamı əl-ələ tutub rəqs edir. Musiqi sədası artır. Şıdırğı rəqs. Bir-birini zarafatla itəliyən kim, dombalaq aşan kim, musiqinin ahənginə uyğun atılıb-düşən kim. Sonra, Ağadan başqa, hamı çəkilib gedir. Ağa cəld yır-yığış edir: qabları üst-üstə qalaqlayır, səliqə-səhman yaradır. Sərxoş adamların səs-küyü eşidilir. Ağa nifrət və qəzəblə gedənlər səmtə baxır. Sonra o da çəkilib gedir.
    Çinar gəlir; o, artıq xalatı soyunub, kalpaqsa başındadır. O, fit çala-çala əli cibində gəzişir. Musiqi sədası bir qədər azalır. Az sonra Sevda gəlir. Onlar xeyli müddət səssiz, sınayıcı baxışlarla bir-birini süzürlər. Çinar asta, yumşaq addımlarla Sevdaya yaxınlaşır, Sevda təəccüblə geri çəkilir, nəhayət, ayaq saxlayır. Çinar onun qənşərində dayanır. İndi onlar az qala döş-döşə durublar. Hər ikisi tövşüyür.

    Musiqi səsi uzaqlaşır.

    SEVDA:- Nədir? Nə olub sənə?..
    ÇİNAR:- Heç ağlıma gətirməzdim...
    SEVDA:- Nəyi?
    ÇİNAR:- Sənin nə vaxtsa Tumaşla ailə həyatı qurmağını...
    SEVDA:- Yəni, bu o qədər təəccüblüdür?..
    ÇİNAR:- Təəccüblü deyəndə ki... Bu, sadəcə olaraq ağlabtan deyil...
    SEVDA:- Çoxları belə düşünür...
    ÇİNAR:- Doğrudan?..
    SEVDA:- Hə... Hamı deyir ki, mənim kimi adlı-sanlı, varlı ailədən çıxmış bir qız, Tumaş kimi yetimə nə üçün ərə gedib? Yəqin sən də bu cür fikirləşirsən...
    ÇİNAR:- Yəqin ki... (Gülür)... Ax, Sevda. Sevda... Əlbəttə ki...
    SEVDA:-Allaha şükür, sən ki, mənim ailəmi hamıdan yaxşı tanıyırsan...
    ÇİNAR:- Elədir... Elə sənin özünü də...
    SEVDA:- Bayaq mənim barəmdə söylənilən sözlər yəqin ki, boğazdan yuxarı deyilmirdi...
    ÇİNAR:- Yəqin ki... (Gülür)... Ax, Sevda Sevda... (Zümzümə edir). Sevdacan- Sevda...
    SEVDA:- Nədir, yoxsa ələ salmısan məni?..
    ÇİNAR:- Yox... Niyə ki? Biz köhnə dostlarıq...
    SEVDA:- Dost yox, qonşu...
    ÇİNAR:- Qonşu?.. Hə, əlbəttə, qonşu olmuşuq.
    SEVDA:- Bəli, sadəcə qonşu...
    ÇİNAR:- Başqa heç nə!..
    SEVDA:- Başqa nə ola bilər ki?..
    ÇİNAR:- Dedim ki, heç nə...
    SEVDA:- Əlbəttə, heç nə!..
    ÇİNAR (əli cibində surətlə var-gəl edir):- Nə sevgi, nə göz yaşları, nə iztirab... (Pauza). Əlbəttə... (Zümzümə edir). Əlbəttə... (Zümzümə edir). Sevdacan-Sevda...
    SEVDA:- Sən alçaq adamsan...
    ÇİNAR (qəfildən ayaq saxlayır):- Əlbəttə... Nə gəmi səfərləri olub, nə təyyarə... Bizim ayağımız heç bahalı hotellərin kandarına da dəyməyib... Eləmi?.. Əlbəttə...
    SEVDA:- Sən murdarsan...
    ÇİNAR (onun qarşısında dimdik dayanır):- Sən ağlın kəsəndən yalnız bir adamı sevmisən... Əlbəttə... Əlbəttə...
    SEVDA:- Nə olsun ki?..
    ÇİNAR:- O adamsa Tumaş Safoyeviçdir... Sənin sevdiyin yeganə adam... Düz tapmışam? Əlbəttə... (Zümzümə edir). Əlbəttə...
    SEVDA:- Yaltaq, yaramaz!.. Bayaq mənə “bacı” deyirdin... Sən... Sən...
    ÇİNAR:- Tumaş Safoyeviç də səni ilk dəfə mənim yanımda görəndə “bacı” deyirdi...
    SEVDA:- Böhtandır!..
    ÇİNAR:- Bu boyda böhtan? (Yamsılayır). “Çina, bu dünya gözəli sənin nəyindir? Kimdir bu bacı?” Hə, indi xatırladın o görüşü? Bəs o vaxt mən nə dedim? Bəlkə unutmusan? “Bu dünya gözəli Marsdan gəlib”. Tumaş soruşdu ki, Çina, düzünü de, kimdir bu bacı?.. Mən dedim ki, ay yetim, qonşumdur... Tumaş bizdən ayrılıb getdi. Xatırlayırsan?.. Sonra, aradan bir müddət keçmiş sizi qol-qola gördüm. (Onun qoluna girir). Əlbəttə...
    SEVDA:- Əlini çək! Axmaq! Mənim həyatda sevdiyim birinci və sonuncu adam Tumaş olub.
    ÇİNAR:- Allah sizin sevginizi əbədi eləsin... (Kənara çəkilir). Mən xoşbəxtəm ki, sizi xoşbəxt görürəm... Mən bunu ürəkdən deyirəm... (Zümzümə edir). Əlbəttə... Əlbəttə...
    SEVDA:- Amma bayaq mənim ürəyimi yaraladın, Çinar...
    ÇİNAR:- Sən zarafatı ciddi qəbul edirsən, Sevda... (Çinar öz başından kalpaqı Sevdanın başına geydirir. Gülüşürlər).
    SEVDA:- Sən həmişə bu cür olmusan. Ciddi sözünlə zarafatını ayırd etmək olmur... Evdə də bu cürsən?.. Hə?..
    ÇİNAR:- Bunu Türfədən soruşmaq lazımdır.

    Gülüşürlər. Türfə gəlir.

    TÜRFƏ:- Çinar, nə olub, yaman ürəkdən gülürsən?..
    ÇİNAR:- Heç... Elə-belə... Sevda xanım mənə deyirdi ki, nədənsə qaşqabaqlısan. Mən ona sübut etmək istəyirəm ki, gülməyi də bacarıram. Və başlayıram gülməyə! (Gülür). Xa-xa-xa!.. Gülə bilirəm? (Gülür). Xa-xa-xa!.. Hə, necədir? Xa-xa-xa... Əlbəttə... Əlbəttə...
    TÜRFƏ:- Yaxşı! Ayıbdır...
    ÇİNAR (gülür):- Xa-xa-xa!.. Sevda xanım, hə, necədir, gülə bilirəm?..
    SEVDA:- Görürəm ki, əla gülürsüz... (gülür). Ha-ha-ha...

    Gülüşürlər. Tumaş gəlir, hiss olunur ki, bir qədər sərxoşdur.

    SEVDA (yaxınlaşıb əlini Tumaşın çiyninə qoyur):- Şükür, rəngin açılıb. Hiss olunur ki, buranın havası düşüb sənə. Gecə yaxşı yatacaqsan...
    TUMAŞ (Sevdaya):- Bizimki hansı çadır olacaq?.. Mən ağ çadırı xoşlayıram. (Sevdanın başındakı kalpaqı götürüb öz başına qoyur).
    SEVDA:- Belə qərara gəldik ki, qadınlar yeməkxananın kabinələrində, kişilərsə çadırda yatsınlar.
    TUMAŞ:- Elə şey yoxdur. Mən ağ çadırda yatacağam. Həm də öz arvadımla. (Ucadan). Qoy kim harada istəyir gedib yatsın! Mən ulduzlara baxa-baxa yatacağam.
    SEVDA:- Məndən olsa hamımız kabinələrdə yatarıq.
    TUMAŞ:- Nə üçün?..
    SEVDA:- Ətrafda it-qurd olar birdən...
    TUMAŞ:- Məsələn, pələng hücum edər, hə?.. Qoy hücum etsin! Mən indi özümü pələngdən güclü hesab edirəm. Mənim yerimi ağ çadırda açarsan, Sevda!.. Mən öz arvadımla yatacağam. (Sevdanı qovur. Gülüşürlər).
    ÇİNAR (Türfəyə):- Bir bu alçaq oğlu alçağa bax... Başqa vaxtlar dostluqdan, yoldaşlıqdan odlu-odlu-danışır... Guya əliaçıqdır, xeyirxahdır, hamıya əl tutandır... Amma əslində acgözün, xəsisin biridir. Binamus, bişərəf, alçaq...
    TÜRFƏ:- Kimin barəsində danışırsan, Çinar?..
    ÇİNAR:- Burada neçə alçaq var ki?..
    TÜRFƏ:- Mən nə bilim ki? Bəyəm mən alçaqların siyahısını tuturam?..
    ÇİNAR:- Eh, sən də... Tumaşı deyirəm də...
    TÜRFƏ: Birdən-birə nə oldu?
    ÇİNAR:- Alçaq mənim xırdaca bir xahişimi eləməkdən boyun qaçırdı. Pul tələb edir...
    TÜRFƏ:- Səndən pul istəyir?..Özü üçün?..
    ÇİNAR:- Əlbəttə... O, başqasına pul verəndir bəyəm?
    TÜRFƏ:- Özündən yaman müştəbehdir. Yekəxana adamdır...
    ÇİNAR:- Arvadın yanında kişilənir. Paho, pələngdən güclüymüş, bilməmişik... Onu məndən yaxşı tanıyan yoxdur. Qorxaqın biridir bu impotent oğlu impotent...
    TÜRFƏ:-Yaxşı, sakit ol. (Gülür). Soruşmaq ayıb olmasın, onun impotentliyini haradan bilirsən?..
    ÇİNAR:- Elə üz-gözündən... Görmürsən necə çürük almaya oxşayır. Gündə bir ovuc dərman içəndən nə kişilik gözləyirsən?..
    TÜRFƏ:- Bəs əvvəlcə yaman tərifləyirdin onu: “Tumaş Safoyeviç, elə durma belə dur... Tumaş Safoyeviç, sizə soyuq olar”. İndi tamam ayrı hava çalırsan.
    ÇİNAR:- Gördüm ki, mən onu təriflədikcə ayağı yer alır. Guya bu çox böyük adamdır... Lap bir də olsun böyük bir vəzifə sahibi. Gözüm aydın!.. Hələ bir mənimlə yuxarıdan aşağı danışmağına bax bunun! Tüpürüm sənə də, sənin vəzifənə də!.. Ona-buna yaltaqlana-yaltaqlana tutmusan də o postu! Guya tanımıram səni!.. Yala-sümüyə hərdən olmusan həmişə! Sənin bütün həyatın mənim gözümün qabağında keçib. Üçümüz də bir-birimizi yaxşı tanıyırıq. Nihad da, o da, mən də... Bilirik kim kimdir...
    TÜRFƏ:- Amma deyəsən Nihad mərifətli adama oxşayır...
    ÇİNAR:- Əlbəttə... Nihad hara, bu dəyyus hara?... Nihad abırlı, tərbiyəli bir adamdır... Bu isə əsl qazan dibi yalayandır.
    TÜRFƏ:- Nə mənada?..
    ÇİNAR:- Elə hər mənada...

    Nihad və Elayə gəlirlər.

    TUMAŞ:- Böyük sənətkar, deyəsən təbiət səni sözün əsl mənasında hayıl-mayıl edib, hə?..
    SEVDA: Mən Bolqarıstanda da bu cür meşə zolağı görmüşəm.
    TÜRFƏ:- Mən öz yerlərimizi gəzib-dolaşmağı xoşlayıram.
    SEVDA:- Eh, sən yerlər görməmisən...
    ÇİNAR:- Niyə görməyib ki?.. Görüb..
    TÜRFƏ (gülür):- Görmüşəm, televizor ekranında...
    SEVDA:- Mən baxa bilmirəm bizim proqramlara. Oradakı sifətlərdən zəhləm gedir. Ona görə evin üstündə böyük “tarelka” antenna qoyub başqa ölkələrə baxıram.
    TÜRFƏ:- Uşaqlar da xaricə baxır?..
    SEVDA:- Uşaqlarım xaricdə təhsil alır.
    NİHAD (yüngül istehza ilə):- Belə çıxır ki, evinizin içi tamamilə xaric üstə köklənib...
    SEVDA:- İçi niyə? Evin özü də xarici proyekt əsasında tikilib. Elə ustalarımız da xaricdən gətirilmişdi. Tikinti materialları, mebellər də...
    ÇİNAR:- Adamın imkanı ola, qonum-qonşunu da xaricdən gətirə...
    SEVDA (gülə-gülə):- Təkcə qonşuları yox, elə təbiətin özünü də...
    ÇİNAR:- Dağı, meşəni, bulağı...
    SEVDA:- Hə... Elədir...
    TUMAŞ:- Bir baxın... Bizim dağlar, meşələr nəsə bir az vəhşidir.
    SEVDA:- Təbiət hər yerdə öz adamlarına oxşayır.
    TÜRFƏ (Hirsli-hirsli):- Baxır kimə...
    ÇİNAR:- Baxır kim özünü nəyə oxşadır...
    ELAYƏ:- Mənə yer üzündə ən əziz olan yer - öz vətənimdir.
    NİHAD:- Əslində elə bütün yer üzü bizim hamımızın vətənimizdir. (Elayəyə). O cümlədən sənin...

    Gülüşürlər.

    ÇİNAR:- Özü də təkcə insanların yox, elə quşların, heyvanların da vətənidir...
    TÜRFƏ:- O cümlədən pələnglərin...
    NİHAD:- Bəli, bəli, elədir...
    TUMAŞ:- Görəsən, doğrudan bu meşələrdə pələng olur?..
    SEVDA:- Bizim pələnglərimiz (Tumaşı göstərir) özcə yanımızdadır... Qoy o vəhşi pələnglər bizimkilərdən qorxsun! Düz demirəm, Tumaş?..
    TUMAŞ (amiranə):- Bunu dərk etmək lazımdır. (Var-gəl edir). Gecə pələng ovuna çıxacağam.
    ÇİNAR:- Gecə nə üçün, Tumaş Safoyeviç?
    NİHAD:- İki pələng təkbətək görüşəcək: meşə pələngi və ev pələngi...

    Gülüşmə.

    SEVDA:- Mənim pələngim hamıdan güclüdür. (Əlini Tumaşın çiyninə qoyur).
    ÇİNAR (istehza və saxta təbəssümlə):- Buna heç kəsin şübhəsi ola bilməz. O cümlədən pələngin.
    TUMAŞ:- Mən işə qayıdan kimi aparatda məsələ qaldıracağam. Düz bu meşənin ortasında mebel fabriki açılmalıdır. Bayaq dediyim kimi, ustalar xaricdən gətirilməlidir. Qoy bizim küt vətəndaşlar o xaricilərin işinə baxıb özləri üçün nəticə çıxarsınlar. Heç bilmirsiz bu ağaclardan necə gözəl taxtlar, divanlar, kreslolar çıxar?.. Təsəvvürə gətirirsinizmi?..
    SEVDA:- ...və o kresloların üstünü pələng dərisi ilə bəzəmək olar...
    ÇİNAR (mənalı tərzdə):- Hansı pələngin dərisi nəzərdə tutursunuz?.. Axı, bizdə pələnglər çoxdur!

    Gülüşür. Ağa gəlir. Diqqətlə ətrafa baxır.

    SEVDA:- Buna nə olub?..
    TUMAŞ:- Qulaqlarını niyə şəkləyib?
    TÜRFƏ:- Bəlkə bir hadisə baş verib?..
    ÇİNAR:- Ağa, ağzın niyə açıq qalıb? (Əli ilə Ağanın alt çənəsini yuxarı qaldırır). Hə, deyəsən çənən yerinə düşdü... Şükür... İndi danış görək...
    NİHAD:- Deyəsən səs gəlir?
    TUMAŞ:- Nə səs?..
    AĞA:- Eşitmirsiz?..
    NİHAD:- Pələng nəriltisi eşidilir...
    HAMI:- Nə?.. Pələng?.. Ola bilməz...
    AĞA:- Hə... Pələng... Meşədə pələng var.
    TUMAŞ:- Xa-xa-xa... Pələng... Pələng ha... Xa-xa-xa... Qoy görək əşi!.. Bəlkə gedim çadırdan tüfəngi götürüm?.. Hə... Pələng! Pəə-ləng!.. Xa-xa-xa!.. Pələng...

    Musiqi. Nərilti səsi. Pələngin başı görünür. Səslər kəsilir. Gülüb qəşş edən Tumaşın açılı ağzı heyrətdən daha da geniş açılır. Yeməkxananın arxasından pələng görünür- o, arxa pəncələri üstə şahə qalxıb. Musiqi xırp kəsir. Sükut. Hamı qaçıb kənardakı yeməkxanaya doluşur. Musiqi yenə səslənir. Musiqi səsinə pələngin nəriltisi qarışır.

    PƏRDƏ




    II HİSSƏ

    Yeməkxana. Həyəcanlı musiqi. İştirakçılar ayaq üstə. Yeməkxananın iri şüşə fasadının o biri üzündə-bayırda şahə qalxmış pələng. Hamı qorxu içindədir. Pələng pəncələrini şüşəyə söykəyib nərildəyir. İçəridəki adamlar döyükür, vurnuxur, təlaş keçirirlər. Qadınlar öz ərlərinin sinəsinə sığınıblar. Pələng istiqamətini dəyişir, sağa doğru hərəkət edir, adamlar sola çəkilir. Sonra vəziyyət dəyişir- pələng sola, adamlarsa sağa doğru hərəkət edir. Pələngin nəriltisini eşidən qadınların səsi- həyəcan ifadə edən nidaları səslənir: “Ayy!” “Oy-y-y!” və s.

    ÇİNAR:- İçəridə su var?.. Bir içim su ver, Ağa!
    AĞA:- Yox, burada heç nə yoxdur... Su bayırdadır...
    ÇİNAR:- “Bayırda”... Bayırda çox şey var.
    TUMAŞ:- Ay heyvan oğlu heyvan, buralarda vəhşi heyvan olduğunu niyə əvvəlcədən deməmisən bizə?..
    AĞA:- Bura bax, tərbiyəsiz... Qapını açıb buraxaram o heyvanı içəri, səni xurd-xəşil edib sümüklərini gəmirər...
    SEVDA:- Tumaş, xahiş edirəm əsəbiləşmə... Yalvarıram, Tumaş...
    TUMAŞ:- Bilsəydim belə iş var, heç olmasa tüfəngi çadıra qoymazdım... Alçaq...
    ÇİNAR:- Məncə, hətta, tüfəng burada olsaydı belə, onu vurmaq mümkün olmayacaqdı.
    SEVDA:- Niyə ki?.. Tumaş yaxşı atıcıdır, quşu gözündən vurur.
    ÇİNAR:- “Quşu vurur”... Bu, quş deyil ey, pələngdir... Pələng... Tutaq ki, şüşənin bu üzündən güllə atdın: şüşə çiliklənib qırılacaq, güllə hədəfə dəyməyəcək; belə olanda qızmış pələng özünü sınıq şüşənin arasından içəri təpib hamımızı tikə-parça edər.
    TÜRFƏ:- Nəsə fikirləşib bir çıxış yolu tapmalıyıq... Bir onun pəncəsinə baxın... Hələ gözləri... Əslində pələng çox gözəl heyvandır...

    Pələng nərildəyir.

    SEVDA:- Gözələ bir bax!.. “Gözəl”. (Ağlamsınır)... Of-f-f...
    TUMAŞ:- Bu meşə məsələsi birinci kimin ağlına gəldi?..
    ÇİNAR:- Mən nə bilim?.. (İstehza ilə). Deyəsən, ideyanın müəllifi Nihad olub. (Göz vurur). Hə. Nihad... Bu ideyanı ortaya sən atmısan?..
    SEVDA (Hikkəli):- Bu da yazıçı fantaziyasının nəticəsi...
    NİHAD:- İndi burada ideya müəllifi axtarmağa ehtiyac yoxdur. Heç kəs bir an sonra başına nə gələcəyini əvvəlcədən deyə bilməz...
    TUMAŞ:- Bəs yazıçı uzaqgörənliyi?..
    ÇİNAR:- Bəs filosof fəhmi?.. (Nihada göz vurur).
    SEVDA:- Hələ deyirlər bunun rəssamlığı da var!..
    ÇİNAR:- Hə, Nihad həm də rəssamdır...
    TÜRFƏ:- Doğrudan da gözəl canlıdır. Elə bil rəssam fırçasından çıxıb!..
    ELAYƏ:- Pələng qorxaqlara hücum edər. (Gülür). Məncə bizim aramızda qorxaq yoxdur.
    AĞA:- Elə bil dünyanın sonudur! Bir az dözümünüz olsun!.. Pələngdir də, yəqin bir az nərildəyib-guruldayıb, sonra çıxıb gedəcək öz iş-gücünün dalısıyca. Adam ağciyər olmaz!.. Yanınızda qadın xeylağı var, özünüzü kişi kimi aparın...
    TUMAŞ:- Sən kəs səsini!.. Bizə moral oxuma...
    AĞA (kənara çəkilib hirsli-hirsli):- Mənim çox sərrast başım yoxdur ha, and olsun Allaha, bu saat o arxa qapını açıb pələngi içəri buraxaram!.. Onda bilərsiniz kimnən danışırsınız!..
    SEVDA (Tumaşa):- Görmürsən bu qantujnının biridir... Bizi zibilə salma görək...
    TUMAŞ:- Bu haranın zibilidir axı?..
    SEVDA (Tumaşa):- Tumaş, qadan alım, hirslənmə, özünü ələ al... Təzyiqin qalxar... (İşarə ilə Ağanı göstərir). Bu kişi yaman axmaq adama oxşayır... Görmürsən bayaqdan elə ilan kimi fıs-fıs fısıldayır...
    TUMAŞ:- Mən onun başını əzərəm... İlana bir bax...
    SEVDA:- Sonra əzərsən, əzdirərsən... İndi sakit ol...
    AĞA:- Adam kişi olar! Bir baxın Nihad Farizə!.. Görün özünü necə sakit, təmkinli aparır. Elə arvadı da onun özü kimi ağayana, ağırtaxtalıdır. Yoxsa ki, siz... Hamınız bambalısınız!.. Qorxaqsınız dovşan kimi...
    ÇİNAR:- Nə?.. Nə dedin!..
    TÜRFƏ:- Çinar, sakit ol!..
    TUMAŞ:- O tüfəng indi olaydı əlimin altında, pələngdən əvvəl bu heyvərənin təpəsinə atardım!..
    SEVDA:- Tumaş, əsəbiləşmə!..
    AĞA:- Nə dedin?.. Mənim təpəmə güllə atardın?!. Bu saat səni milçək kimi o şüşəyə yapışdıraram! (Hücum çəkir). İndi sənə həyatı başa salaram, göstəbək!.. Çəkilin kənara... Yaxın gəlməyin!..

    Hamı irəli atılıb Tumaşa hücum edən Ağanı tutub saxlayır. Pələng nərildəyir. Hərə “öz” yerinə çəkilir. Qadınlar yenə kişilərin sinəsinə sığınırlar.

    NİHAD:- Gəlin bir az səbrli olaq. Ağıl insana ona görə verilib ki, çətin vəziyyətə düşəndə fikirləşib çıxış yolu tapsın.
    TUMAŞ:- Onda elə sən özün fikirləşib bir yol tap!..
    ÇINAR:- Tumaş düz deyir: onda sən bizə bir yol göstər!..
    AĞA:- Qurban olun bu kişiyə! (Nihadı göstərir). Yoxsa sizə elə bir yol göstərərəm ki, heç yuxuda da görə bilməzsiniz o yolu! Siz adam deyilsiniz ki!..
    NİHAD:- Ağa, əzizim, sən də səbrini bas... Hirs-hikkə ilə heç bir şey əldə etmək olmaz...
    AĞA:- O sözləri bu dil pəhləvanlarına demək lazımdır. Bayaqdan basıb-bağlayırdılar, güləşməyə şir, yıxmağa pələng axtarırdılar!.. Hə, bu da pələng!.. Bəs niyə diliniz qarnınıza girdi? Bəs niyə əsirsiniz?.. Siz dovşan kimi qorxaq, tısbağa kimi maymaqsınız!.. Nə oldu? Gözünüzü niyə döyürsünüz?
    TUMAŞ (Sevdaya):- Niyə qoymursan bu çaqqalın nəfəsini kəsim!..
    ÇİNAR (Türfəyə):- Kənara çəkil, qoy onun dərsini verim!
    SƏSLƏR:- Yaxşı... Yaxşı... Sakit olun!..
    AĞA:- Paho, guya qorxdum. (Tumaşa). Qəhrəmanlığı imitasiya edənlər indi yaman çoxalıb.

    Adamlar irəli atılıb Çinarla Ağanın arasında canlı sədd yaradırlar. Türfə Çinarın qoluna girib kənara çəkir. Əvvəlcə sakitlik yaranır. Sonra uzaqdan hüznlü musiqi səsi eşidilir.

    NİHAD:- Bir azdan yağış yağacaq...
    SEVDA:- Heç dəxli var?..
    ELAYƏ:- Hə, göyün üzündə buludlar qaynaşır...
    AĞA:- Buralara hər gün yağır.
    NİHAD:- Qəribədir, göyün üzündəki buludlar da pələngə oxşayır. Bir diqqətlə fikir verin... Görmürsünüzmü?..
    ELAYƏ:- İndi yadıma düşdü: bu il –pələng ilidir... İl pələng üstə dönüb. Yəqin ona görə pələng bolluğuna düşmüşük. (Gülür). Yerdə də pələng, göydə də...
    AĞA:- Yaxınlıqda kiçik göl var. Meşəbəyi danışırdı ki, bu yaxınlarda orada da pələng varmış.
    TÜRFƏ (maraqla):- Harada?.. Göldə?..
    AĞA:- Hə də...
    ÇİNAR:- Bəs bunu niyə bizə əvvəlcədən deməmisən ki, işimizi ehtiyatlı tutaq...
    TUMAŞ (öz-özünə):- Alçaqlar...
    ÇİNAR:- Tumaş, sənə soyuq deyil ki?..
    TUMAŞ (təəccüblə):- Yox... Necə bəyəm?.. (Öz-özünə). Bayaqdan mənə Tumaş Safoyeviç deyirdi... Amma indi... Alçaq... (Çinara). Dedim üşümürəm...
    ÇİNAR:- Onda əynindəki pencəyi soyun bəri ver... Türfə üşüyür deyəsən...
    TÜRFƏ:- Yox... Üşümürəm...
    SEVDA:- Yəqin qorxudan əsir...
    TÜRFƏ:- Hə, düzü bir az qorxuram...
    SEVDA:- Çinar, sən də əsirsən...
    ÇİNAR:- Hamı sənin ərin kimi igid ola bilməz ki...
    SEVDA:- Nə olub mənim ərimə?..
    TUMAŞ:- Çina, nədir, deyəsən mənə sataşırsan... (Pencəyi soyunub Çinara verir).
    ÇİNAR:- Əvvəla, Çina-yox, Çinar. İkincisi, sənə sataşmıram, sözün düzünü deyirəm... Üçüncüsü də ki, biz bu xarabaya sənin təklifinlə gəlmişik...
    SEVDA:- Ey, bura bax... Ağzına yiyəlik elə ha!.. Bildin?..
    TÜRFƏ:- Sevda, gəl sən kişilərin söhbətinə qarışma...
    SEVDA:- Əvvəla, Sevda-yox, Sevda xanım; sonrası da ki, elə ağıllısansa, öz ərinə ağıl ver!..
    ÇİNAR (qəhqəhə çəkib gülür):- Xa-xa-xa!.. Gör bir kim kimə ağıl verir?! Şükür sənə, xudaya!.. (Pencəyi Türfənin çiyninə atır).
    ELAYƏ:- Pələng bizə yaman diqqətlə baxır...
    AĞA:- Pələng adamların çoxundan tərbiyəlidir...
    NİHAD:- O, indi ürəkdən nərə çəkəcək!..
    ÇİNAR:- Nihad, bunu haradan bilirsən?..
    TUMAŞ (istehza ilə):- Yəqin Nihadın pələnglə gizli müqaviləsi var.

    Pələng nərildəyir. Nihad gülür. Hamı qorxa-qorxa ona baxır.

    SEVDA:- Bu, niyə gülür?..
    TUMAŞ:- Yəqin havalanıb...
    ÇİNAR:- Hə, Sevda, bayaq nəsə deyirdin...
    SEVDA:- Mən səninlə yox, arvadınla danışıram...
    ÇİNAR:- Sən kimsən ki, mənim arvadıma yol göstərirsən, məsləhət verirsən?..
    SEVDA:- Necə bəyəm, olmaz?..
    ÇİNAR:- Yox ey, sən əvvəlcə de görüm, kimsən, nəçisən, haranın... nəyisən?.. Səni başqaları tanımasa da yaxşı bilirsən ki, mən sənin dabbaqda gönünə bələdəm!
    TUMAŞ:- Ağzını təmiz saxla, Çinar!..
    ÇİNAR:- Hə, bu, başqa məsələ: bəli, Çina - yox Çinar!..
    AĞA:- Bunlara nə oldu birdən-birə? Bayaq tamam ayrı adamlar idilər: ayrı cür xosunlaşır, ayrı cür xısınlaşırdılar. Qəfildən qanlı bıçaq oldular ki... Vallah, bunlar adamdan çox, meşə meymunlarına bənzəyirlər... Yaxşı ki, bizim meşədə o cür heyvanlar olmur... Bizimki budur ey, pələngdir: mərd, qorxmaz, igid. (Nihada). Yaxşı, necə bilirsiniz, bu əlahəzrət pələng bizi hələ çox qoruyacaq?.. (Gülür).
    NIHAD (gülür) :- Onu əlahəzrətin özündən soruçmaq lazımdır! (Bayıra sarı). Eşidirsən məni, əlahəzrət?.. Bizim təhlükəsizliyimizi nə vaxtacan təmin edəcəksən? (Gülür). O, susur... Nəsə fikirə gedir...
    ELAYƏ:- Nihad, indi yadıma düşdü: sən pələng ilindənsən!..
    NİHAD:- Hə, tamam unutmuşdum...
    AĞA:- Yaxşı yadıma düşdü: elə mən də pələng ilindənəm...
    ÇİNAR:- Pələngin qohumları qoy onu yola gətirsin!
    AĞA:- Bunun heç mətləbə dəxli var ki?
    TUMAŞ (Sevdaya):- Yaxşı, bayaq Çinar sənin barəndə nəsə deyirdi...Bir məni başa sal görüm...
    SEVDA:- Çinar gicin biridir. Uşaq vaxtı eyvandan yıxılıb, beyni tərpənib. Bunu bizim köhnə məhəllədə hamı bilir...
    TUMAŞ:- Bəzən dəlidən doğru xəbər olur...
    SEVDA (xisin-xisin gülür):- Görmürsən gözlərindən giclik yağır onun!
    TÜRFƏ (Çinara):- Sən o gözəlçəni əməlli-başlı cında eləyib atdı ki...Doğrudan, o, qonşunuz olub hə?..
    ÇİNAR:- Hə...Nə olsun ki?..
    TÜRFƏ:- Bəs onun nə yuvanın quşu olduğunu sən haradan bilirsən?..
    ÇİNAR:- Dedim ki, qonşu olmuşuq də... Məndən başqa hamı fırlanıb onunla... O,özü mənə girişirdi bir vaxt...
    TÜRFƏ:- Heç adama da oxşamır. Kimdi ona tamah salan?..
    ÇİNAR:- Ta demə...
    TÜRFƏ:- Amma bir özünü çəkməyinə bax bunun!
    ÇİNAR:- Baxır kimin yanında...
    TÜRFƏ:- Amma Nihadın arvadı görüb-götürən qadına oxşayır...
    ÇİNAR:- Hım-m-m... Mənə də elə gəlir...
    SEVDA:- Tumaş, bizim nə itimiz azmışdı bu meşədə? Mən deyənə qulaq assaydın indi ya Kanar adalarında idik, ya da Hind okeanının sahillərində.
    TUMAŞ:- Mən nə bilirdim ki, belə olacaq? (Əsəbi halda uzaqlara baxır). Dedim qoy öz vətənimizi, öz təbiətimizi də görək... Onsuz da elə bir ayağımız xarici səfərlərdə olur... Hər halda vətəndir...
    SEVDA:- Bu da sənə vətən... Adamları da yırtıcıdır, heyvanları da...Vətən...Vətən bizə bircə şey üçün əzizdir... Pul qazanmaq üçün... Burada qazanıb kənarda xəcləyəsən...Yoxsa sən də başlamısan vətən... Arada neçə il işsiz qaldın; sənə neylədi bu vətən?.. Yaxşı ki, atamın köhnə tanışları köməyə gəldi. Hətta, sən özün gördün ki, heç onlar belə, təmənnasız iş düzəltmədilər, bir ətək pulumuzu, qızılımızı, brilyantımızı alandan sonra səni bu vəzifəyə qoydular.
    TUMAŞ (Həyəcandan əsə-əsə):- Sevda, ora bax, pələng gözlərini düz mənim gözümə zilləyib...
    SEVDA:- Hə, nə olsun ki?..
    TUMAŞ:- O, mənim üstümə atılmaq istəyir...
    SEVDA:- Pələng bu boyda şüşəni deşib içəri keçəsi deyil ki...
    TUMAŞ:- O, istəsə bu şüşəni bir zərbə ilə vurub parçalayar. Ağzında pələng deyirsən... Pələng...
    ÇİNAR (gülür):- Ha-ha-ha... Pələngin gözü Tumaş Safoyeviçi yaman alıb ha! Deyəsən zalım oğlu axtarıb-arayıb axırda özünə layiqli bir müttəfiq tapdı bu meşədə!.. Ha-ha-ha...

    Tumaş yuxulu və ya sərxoş adamlar kimi ləngər vura-vura baxışlarını pələngin gözündən çəkmədən aramla, ehtiyatla irəli-geri hərəkət edir. Sanki pələng onu sehrləyib, tilsimə salıb. Sevda yaxınlaşıb ərinin çiynindən yapışır, onu kənara çəkmək, pələngin “aurasından ”- “təsir dairəsindən” aralamaq istəyir, amma Tumaş gözlərini pələngin gözlərindən yayındıra bilmir ki, bilmir. Pələng sakitcə Tumaşın- “oz müttəfiqinin” hərəkətlərini müşahidə edir. Nəhayət, Tumaş və pələng bir müddət üz-üzə dayanırlar. Sevda xoflanıb geriyə doğru çəkilir. İçəridəkilər heyrət və qorxu ilə gah pələngə, gah da Tumaşa baxırlar. Hiss olunur ki, Tumaşın əcaib hərəkətləri, əyilən sifəti, döyükən gözləri, titrəyən əl-ayağı adamlarda ona qarşı mərhəmət hissi ilə yanaşı bir istehza da doğurur. O da, hiss olunur ki, Tumaş bu cür hərəkəti təkcə qorxudan yox, həm də biclikdən edir. Tumaş əlini ürəyinin üstünə qoyub yavaş-yavaş dizi üstə çökür. Pələng geri çəkilir, gözdən itir, amma onun nəriltisi eşidilir. Həyəcanlı, müdhiş musiqi səsi bu nəriltiyə qarışır. İçərdəkilər tez əl-ayağa düşür. Adamlar yerə çökmüş Tumaşın əl-ayağını ovxalayır, ona süni nəfəs verir, üz-gözünü şapalaqlayırlar. Ağa ilə Çinar köməkləşib Tumaşın ayağından yuxarı dartır, havada yellədirlər. Sonra Tumaş yenə yerə uzadılır. Hamı geri çəkilir. Tumaş gözlərini açıb tərpənir, yerdən qalxır, sanki əsnəyir, birinci dəfə görürmüş kimi təəccüblə ətrafındakı adamları süzür. Qorxa-qorxa pələngin bayaq dayandığı səmtə boylanır; pələngsə hələ görünmür. Tumaş gülümsəyir. Qalib kimi sinəsini irəli verir. İçəridəkilər qəhqəhə çəkib gülürlər.

    SƏSLƏR:- Deyəsən pələng getdi!.. Pələngin Tumaşa yazığı gəldi!.. Yox, pələng qorxdu Tumaşdan!..

    Bu əsnada pələng yenə görünür. Qəfil sükut çökür. Hamı qorxa-qorxa bir birinə baxır. Tumaş hürkə-hürkə arxası pələngə, üzü zala doğru dayanır. O, sanki pələnglə bir daha göz-gözə gəlmək istəmir. Sükut davam edir. Pələng sakit tərzdə irəliyə doğru hərəkət edərək pəncələrini yeməkxananı əhatə edən (vitrini xatırladan) şəffaf materialın (şüşənin) üstünə qoyub sanki diqqətlə içəridəkiləri süzür. İçəridəki sakitliyi uzaqdan ağır damcı səsləri pozur: tap- tapp-tapp... Elə bil bu damcılar buz salxımlarından qopub hansısa həssas bir materiala dəyir və əks- səda verir: tup- tupp-tupp... Sonra bu “damcı” səsləri get-gedə yaxınlaşır, ağır, ləngərli və həyəcanlı melodiyaya çevrilir. Və sanki bayırdan- şüşə örtüyün o biri üzündə içəri boylanan pələng həmin musiqinin ritminə müvafiq olaraq asta-asta, tələsmədən dövrə vurmağa başlayır. İndi pələng təkcə pəncələrini yox, alnını da şüşəyə söykəyərək sakit-sakit içəridəkiləri süzür: onun baxışları adamlardan gah birinin, gah digərinin sifətində donub qalır . Qadınların hıçqırığı səslənən musiqinin həyəcanlı ritminə qarışır. Nəhayət, pələngin ağır, sınayıcı baxışları Nihadın üzündə donub qalır . Hamı qeyri- ixtiyari geri çəkilir. Nihad sanki sövq- təbii irəliyə doğru addımlayır: indi pələnglə o, üz-üzə dayanıb: pələng şüşə arakəsmənin o biri üzündə, Nihadsa bu üzündə. Pələnğ gözünü Nihadın üzündən çəkmədən asta addımlarla bayırdan yeməkxana boyu var- gəl edir. Nihad da pələngi izləyir. Onlar üz-üzə, göz-gözə eyni istiqamətə doğru irəliləyirlər. Onların yavaş, ağır tərpənişləri istər-istəməz kinolardakı yavaşıdılmış kadrları xatırladır. Nəhayət, Nihad da pələng kimi alnını pəncərəyə dirəyib diqqətlə vəhşinin üzünə baxır. İçəridəkilər heyrət və maraqla Nihadı süzürlər. Nihad əllərini yeməkxananın şüşə “divarına” sürtür. Pələng də eyzən həmin hərəkəti təkrar edir-pəncəsi ilə şüşəni “silir”. Sonra pələng geri çəkilib qəfildən gözdən itir.

    SEVDA:- Urra!.. Şükür, deyəsən getdi.
    TÜRFƏ:- Yox, o, heç gedənə oxşamır.
    ÇİNAR:- Odur, cəmdəyə yaxınlaşır...
    AĞA:- Hansı cəmdəyə?..
    ÇİNAR:- Bayaq sənin ağacdan asdığın təzə-tər qoyun cəmdəyinə...
    TUMAŞ:- Görünür, o da kabab həvəskarıdır...
    AĞA:- Hər halda pələng öz menyusunu bizdən pis bilmir... Amma o cəmdəyin bir qolu buradadır...
    ÇİNAR:- Hanı?.. Haradadır?..
    AĞA:- Bax orada küncdədir.
    TUMAŞ:- Deməli, burada bizim azuqəmiz var... Hələ bir müddət yaşaya bilərik...
    ÇİNAR:-...özü də çiy ətlə.
    SEVDA:- Amma suyumuz yoxdur... Dodaqlarım çatlayıb.
    TÜRFƏ:- Mənim də ciyərim yanır.
    ÇİNAR:- Ağa, qətiyyən sənin ağlın yoxdur. Bilirsən niyə? Əşi, o bulağın suyunu niyə bu yeməkxananın içinə çəkib gətirməmisən?..
    TUMAŞ:- Ta demə...
    AĞA:- Bəyəm mən ovcumu iyləmişəm, fala baxmışam ki, nə vaxtsa pələngin hücum edəcəyini əvvəlcədən bilib, dar gün üçün yeməkxanaya su çəkdirəm?!. Siz çox əcaib adamlarsınız, vallah...
    TUMAŞ:- Nihad, deyəsən “dostun” birdəfəlik çıxıb getdi...
    NİHAD:- Darıxma, bir azdan qayıdıb gələcək...
    SƏSLƏR:- A-a-a... Doğrudan gələcək?... Vay-vay-vay.... Görəcək günlərimiz varmış ki...
    TUMAŞ:- Heyf...
    SEVDA:- Niyə heyfsilənirsən, Tumaş?
    TUMAŞ:- “Vinçestri” çadırda qoyduğuma... İndi tüfəng burada olsaydı çıxıb iki güllə sıxardım o murdar heyvanın cəmdəyinə, hər şey də bununla bitərdi.
    NİHAD:- O cür canlıya əl qaldırmaq günahdır.
    SEVDA:- Bu da qəribə adamdır ha!.. Vəhşi heyvanı öldürmək nə vaxtdan günah hesab olunur?
    TUMAŞ:- Sözdür deyir də... Guya humanistdir, heyvanlara yazığı gəlir.
    ELAYƏ:- Nihad, sən diqqət yetirdin o heyvanın bəbəklərinə?.. Aman Allah, o necə də kədərli idi...
    NİHAD:- Allah bilir, bəlkə də o, həqiqətən dərd çəkir. Olsun ki, balasını vurublar, ya da, məsələn, sürüdən aralı düşüb, yol azıb... Adamın ağlına yüz cür fikir gəlir. Heyvanlar da adamlar kimidir: söz yox ki, onların da bizim kimi öz problemləri, dərd-səri, ağrı-acısı olur.
    ELAYƏ:- O, lap kömək ummaq məqsədi ilə də bizə yaxınlaşa bilər. Nə olsun ki, nərildəyir, daşı-divarı cırmaqlayır, əsib-coşur... Axı, yazıq heyvanın dili yoxdur ki, ürəyindən keçənləri açıb söyləsin...
    TÜRFƏ:- Çinar, sənin bayaq dediyin o sözlər mənim qulağımdan çəkilmir...
    ÇİNAR:- Hansı sözləri deyirsən, Türfə?..
    TÜRFƏ:- Sevdaya dediyin sözləri... Deyəsən, sən onu həqiqətən, çox yaxşı tanıyırsan...
    ÇİNAR:- Deyəsən, sənin başına danışmağa söz qəhətdir...
    TÜRFƏ:- Əvvəlcə onunla ayrı cür rəftar edirdin: “Sevda xanım, orada oturmayın, burada oturun... Sevda xanım, siz Tumaşa layiqsiniz, Tumaş da sizə”. Bəs birdən-birə nə oldu sənə?
    ÇİNAR:- Onlar həqiqətən bir-birinə layiq adamlardır... İkisi də bir bezin qırağıdır. Tumaş onun atasının vəzifəsinə görə aldı. (Pauza). Atası spirt alverçisi idi Sevdanın. Bir-iki dəfə də türməyə girib-çıxmışdı. Gündə birisi ilə gəzirdi!..
    TÜRFƏ:- Kim?.. Sevdanın atası?..
    ÇİNAR:- Hər ikisi. Bütün ailələri pozğundur.
    AĞA:- Yenə nərilti gəlir...
    NİHAD (ucadan):- Doğrudan da adam təbiətin qoynunda özünü tamam ayrı cür hiss edir!
    TUMAŞ:- “Ayrı cür”?.. Necə yəni “ayrı cür”?..
    NİHAD:- Yəni azad, xoşbəxt, güclü... Yalnız belə yerlərdə anlayırsan ki, sən təbiətin bir hissəsisən. Burada hər şey, hamı bizim ilə qohumdur: o bulaq da, o çay da, o ağac da... Lap elə qarışqa da, sərçə də, ağacdələn də...
    ÇİNAR:- Hətta, o pələng də...
    NİHAD:- Elədir... Pələng də...
    SEVDA:- Bəs biz bu cür yaxın “qohumumuzdan” niyə qorxuruq?..
    ELAYƏ:- Çünki qohumların da qorxulusu olur.
    ÇİNAR:- Lap elə qonşuların da...

    Gülüşmə.

    TÜRFƏ:- Mən özüm pələngləri çox sevirəm... Amma... Əlbəttə, kinoda...

    Gülüşmə.

    AĞA:- Vallah, adamlar var ki, pələngdən min qat qorxuludur. Pələngdə nə günah?.. O da Allahın yaratdığı bir canlıdır. Özü də qalın meşələrin dərinliyində yaşayan heyvandır. Hər dəqiqə üzdə görünən deyil... İndi öz-özümə fikirləşirəm ki, bu heyvana nə olub ki, birdən-birə bu talada zühur eləyib?.. Əslində bu, səbəbsiz deyil. Çünki ta meşə deyilən şeyin az qala kökünə balta vurulub. Əgər meşə yoxsa, pələng nə etməlidir? Gəlib adamlara qoşulmalıdır. Elə deyilmi? (Nihada). Siz düz deyirsiniz, pələnglər də bizim dostumuzdur...
    SEVDA (Tumaşa):- Bu nə gic-gic danışır?!. İndi o “dost” dediyiniz sizin axırınıza elə çıxsın ki, heç ruhunuz da inciməsin.
    TUMAŞ (Sevdaya):- Bura bax... Çinar doğrudan sizin qonşunuz olub, yoxsa?..
    SEVDA:- Guya özün bilmirsən?.. Onu da bilmirsən ki, Çinar bir vaxt mənim dərdimdən dəli-divanə olub?.. Mən sadəcə olaraq onu heç vaxt adam yerinə qoymamışam... Nə onda, nə də indi. Çünki gicin, axmağın birisidir. Qadam onun ürəyinə... İndi arvadının yanında kişilənməyinə bax bu nakişinin?.. Gördüksüzün, tərbiyəsizin biridir! Parabeyin! Gic! Sən də danışmağa söz tapdın də!..
    TÜRFƏ:- Çinar, yox ey... Bura bax, nəsə mən inanmıram...
    ÇİNAR:- Nəyə?.. Nəyə inanmırsan?..
    TÜRFƏ:- Sevdayla sənin səmimiyyətinə!..
    ÇİNAR:- Heç səmimiyyət yeridir bura?..
    TÜRFƏ:- Bəli, biz məhz indi daha çox səmimi olmalıyıq.
    ÇİNAR:- Niyə?..
    TÜRFƏ:- Allah bilir, bir azdan sonra nə olacaq?.. Bəlkə pələng elə hamımızı parçalayıb yedi. Burada lap acından da ölə bilərik: ehtiyat ərzağımız yox, ətrafla əlaqəmiz yox... Heç olmasa səmimiyyətimizi qoruyub saxlamalıyıq.
    ÇİNAR:- Paho!.. “Səmimiyyət”! Bu hansı səmimiyyətdən danışır görəsən?.. İndi namus, qeyrət alveri edənlərin hamısı səmimiyyətdən danışır.
    NİHAD:- Ağa, sən çoxdan buralardasan?.. Bu meşədə...
    AĞA:- Çoxdan... Lap çoxdan...
    NİHAD:- Bəs necə gəlib düşmüsən bu əlçatmaz yerlərə?..
    AĞA:- Mən özüm ali təhsilli təbiətşünasam. Bir müddət müəllim işlədim. Sonra meşə idarəsinə gəldim, meşəbəyi oldum... Hər ağacın üstə əsirdim. Amma mənə məhəl qoyan kim idi? Elə bir yandan ağacları qırıb çatırdılar. Pullu adamlar qiymətli ağacları kəsdirib öz evlərinin döşəməsi, parketi üçün daşıdır, aparırdılar. Səsimi eşidən yox idi. Mən ağacların kəsilmiş başlarından süzülən qana nə qədər tamaşa edə bilərdim?.. Bir baxın, hər tərəf kötükdür... Yuxarıdakılar məndən pul tələb edirdilər. Mən bu pulu hardan tapmalı idim? Gərək özüm qayğısını çəkib böyütdüyüm ağacları öz əlimlə doğrayıb sataydım. Məncə bunu edə bilməzdim. Mən hər ağaca canlı bir adam kimi baxıram. Nə isə... Ərizə yazıb işdən çıxdım. Meşəbəyiliyin daşını atandan sonra bu yeməkxananı işlətməyə başladım... Əslində bu, heç iş də deyil... Sadəcə olaraq, üz-gözüm bu yerlərə öyləşib... Çıxıb getməyə iradəm çatmır. Axı, ömrüm-günüm burada- bu ağacların, bu kötüklərin arasında keçib... Ayrıla bilmirəm... Özümü təbiətsiz təsəvvür edə bilmirəm...
    NİHAD:- Bu, elə bu cür də olmalıdır. Təbiətə bir dəfə vurulan adam ondan heç vaxt üzülə bilmir. Bu, ilk məhəbbət kimi bir şeydir...
    ELAYƏ:- Çox qəribədir... Bax, buradan o dağlara, o uçub gedən buludlara, o ağaclara baxıram; sanki bu yerləri nə vaxtsa görmüşəm. Doğrudan da biz öz təbiətimizin qədrini bilmirik...
    SEVDA (Tumaşa):- Tumaş, sən buradan xilas olmaq üçün bir yol fikirləşirsən, ya yox?..
    TUMAŞ:- Yox ey... Bir sən mənə de görüm, Çinarla sənin əlaqən hansı müstəvidə olub?..
    SEVDA:- Sən vəzifəyə keçəndən sonra, deyəsən mənimlə siyasi dildə danışmağa başlamısan!.. (Yamsılayır). “Hansı müstəvidə”?.. Bəs səninlə əlaqəm hansı “müstəvidə” olub?!. Unutmusan bəlkə?
    TUMAŞ:- Qışqırma... Eşidirlər axı... Sevda, əzizim...
    SEVDA:- Cəhənnəmə eşitsinlər!.. Guya qorxasıyam!.. Ya bəlkə utanmalıyam?..
    TUMAŞ:- Yaxşı, yaxşı... Səsini qaldırma!..
    TÜRFƏ:- Çinar, onlara nə olub?.. Yaman didişirlər...
    ÇİNAR:- İkisinin də başı xarab olub...
    AĞA:- O qadının sir-sifətindən zəhər tökülür... Hım-m-m... Deyəsən, işlər fırıqdır... (Ucadan). Nəriltini eşidirsiniz?!.

    Nərilti eşidilir.

    ELAYƏ:- Pələng... Bir ora bax...
    NİHAD:- Hə, deyəsən yenə qayıdıb gəlir...
    SEVDA:- Heç xoş gəlməsin onu!..

    Tumaş hürkə-hürkə gözucu ətrafı süzür.

    TUMAŞ:- Tüfəngi özümlə götürmədim... Axmağam...
    SEVDA:- Birdən tüfəng onun əlinə düşə necə?..
    TUMAŞ:- Kimin?..
    SEVDA:- Pələngin...
    TUMAŞ (qorxa-qorxa):- Nə desən ola bilər. (Pauza). Amma inanmıram ki, pələng atəş aça bilsin. (Ucadan). Tüfəngsiz adamın meşədə nə işi?.. (Ağaya). Bəs sənin niyə tüfəngin yoxdur?(Sonra sanki pələngin eşidəcəyindən ehtiyat edib səsinin tonunu endirir). Silahsızsan? Niyə?..
    AĞA:- Mənim silah nəyimə gərəkdir?..
    TUMAŞ:- Bax, indi gərəyimiz olardı...
    AĞA:- Onsuz da mən o pələngə silah qaldıra bilməzdim.
    SEVDA:- Silah burada olsaydı Tumaş onu düz gözündən vurardı.
    ÇİNAR:- Yəni elə mahir ovçudur Tumaş?.. (Əsəbi). Hə?..
    SEVDA:- Bəli, Tumaş əsl ovçudur. (Mənalı tərzdə). O, həmişə gülləni hədəfə düz atır. Bildin, Çinar?!. Hə?.. Aydındır?..

    Türfə mənalı tərzdə gah Çinara, gah da Sevdaya baxır. Əvvəlcə pərt olan Çinar, sonra əllərini bir-birinə vurub qəhqəhə çəkir.

    ÇİNAR:- Əla! Əliyül əla!.. Ta mənim sözüm yoxdur! Tumaş əsl ovçudur: quşu lap gözündən vurur. Mən isə iylənmiş leşi dartışdırıram, hə?!. (Oxuyur). Əlbəttə... Əlbəttə... (Mənalı). Vallah, mən bəzi-bəzi adamları görəndən, onların iç üzünə bələd olandan sonra heyvan olmağa üstünlük verirəm... Mənim içim yanır... Ağa, mən heyvana bir qurtum su tapa bilərsən?.. Yox?.. Su yoxdur? (Araq şüşəsini götürür). Bəs bu nədir?
    TÜRFƏ:- O, sudur bəyəm?..

    Çinar şüşəni başına çəkir.

    ÇİNAR:- Of-f-f... Əsl cənnət suyudur!..
    SEVDA:- O, sərxoşdur...
    TUMAŞ:- Bayaqdan sayıqlayır...
    TÜRFƏ:- Çinar, bəsdir!..
    ÇİNAR:- Doğru sözümdür... Mən insan olduğum üçün bax indi özüm-özümə nifrət edirəm... Şəxsən mən... Mən gərək heyvan kimi doğulaydım. Bu dünyada heyvan olmaqdan gözəl, insan olmaqdan iyrənc bir şey varmı?.. (Nihada). Nihad, mən ölüm bağışla, dediklərimin sənə qətiyyən dəxli yoxdur. Mən özüm barədə danışıram... Bax, o heyvanın, o pələngin şəxsən məndən nəyi əskikdir? O, məndən güclüdür, gözəldir... və yəqin ki, ağıllıdır. Əlbəttə... (Əlini bayıra sarı uzadır). Öpürəm səni, pələng!..
    TÜRFƏ:- Çinar!..
    TUMAŞ (Sevdaya): -O, heyvan olmaq istəyir...
    SEVDA:- O, elə əsl heyvandır. Sənsə heyvanın birinə baş qoşmaq istəyirsən...
    AĞA:-Onsuz da ikiayaqlı heyvanlar istənilən qədərdir. Bir yana baxanda elə bu cür də olmalıdır.. Axı, cəmiyyət cəngəlliyə çevriləndə, insan da heyvana çevrilir...
    ÇİNAR:- Əsl heyvanların bir üzü olur, amma bu ikiayaqlı heyvanların çoxunun min üzü var! Nihad, mən ölüm, bağışla! Yenə deyirəm, bu söhbətin sənə qətiyyən dəxli yoxdur!
    NİHAD:- Çinar, ayıbdır!..
    TUMAŞ:- Bəs kimə dəxli var sənin o söhbətinin?.. (Çinara yaxınlaşır). Bəlkə deyəsən, biz də bilək, Çinar!..
    ÇİNAR:- Dedim də, kimə dəxli var... Birinci mənim özümə aiddir bu sözlər və elə buna görə də heyvan olmaq istəyirəm! Tumaş, bəs sən necə, heyvan olmaq istəyirsən?.. Yox!.. Çox təəssüf!.. Sənin taylarının əksəriyyəti artıq çoxdan heyvan olublar. (Tumaşın yaxasından tutur). Sənin bundan xəbərin yoxdur?.. Bax, indi mən hazırlaşıram heyvan olmağa... İstəyirəm ki, ətrafımda baş verənləri başa düşməyim. (Mənalı tərzdə Sevdaya). Mən mütləq heyvan olacağam!.. (Geri çəkilir). Mən sizə təntənəli şəkildə söz verirəm. (Türfəyə). Arvad, əzizim, əgər günlərin bir günü, lap elə indi, bu saat mən heyvan olsam, məsələn, çevrilib pələngə- zada dönsəm, qəm yemə! Oldu?
    TÜRFƏ:- Belə getsə, qorxuram ki, sən eşşəyə dönəsən, Çinar... Ayıbdır axı...
    ÇİNAR:- Elə eşşək olmaq da adam cildində olan bəzi ikiayaqlılardan daha üstündür. (Eyhamla). Yaşasın eşşək!
    TUMAŞ:- Bu səfehə nə oldu birdən-birə?..
    SEVDA:- Pələngin xofundan havalanıb yəqin.
    ÇİNAR:- Eşşək!.. Yaxşı qoy mən lap eşşək olum!.. Eşşək pis heyvandır bəyəm?.. Mənim bir şair dostum var, eşşəyə böyük bir poema yazıb. Özü də necə poema!.. Bəh-bəh!..
    Sirli baxışların, şux addımların,
    Dodaqların incə, gözlərin qəşəng.
    Bəs niyə yarımçıq, küt adamları
    Sənə bənzədirlər, əzizim eşşək?..

    Hə, necədir?!. (Tumaşa). “... əzizim eşşək”. Pələng və eşşək... (Oxuyur). Biri sənsən, biri mən... Əlbəttə... Əlbəttə...
    SEVDA:- Türfə, niyə bu eşşəyin ipini çəkib ayağına bağlamırsan?..
    ÇİNAR:- Vallah, ər-arvad hər ikinizi təpikləyib qol-qabırğanızı qıraram. Axı, mən eşşəyəm!.. (Pauza). Yox?.. Elə deyil?.. Onda elə siz özünüz eşşəksiniz. Eşidin və bilin: camaat sizin üçün eşşək deyil!..

    Çinar Tumaşla Sevdanın üstünə yeriyir: onlar dalı-dalı çəkilirlər. İçəridəkilər Çinarın qarşısını kəsirlər. Tumaşla Sevda kənara çəkilirlər.

    TUMAŞ (Sevdaya):- Mən bu alçağı öldürəcəyəm...
    SEVDA:- Görürsən gicin biridir, baş qoşma.
    ELAYƏ (Nihada):- Nihad, bilirsən yadıma nə düşdü?..
    NİHAD:- Nə?..
    ELAYƏ:- Xatırlayırsanmı, bir dəfə zooparka getmişdik. Sən qəfəsdəki pələngə baxıb dedin ki, əziz qohum, indi əlim sənə çatmır, amma ümidvaram ki, nə vaxtsa sənin vətənində üz-üzə gələcəyik və o vaxt hər ikimizin azad, müstəqil dövrünə təsadüf edəcək. Bax indi pələngin vətənində onunla üz-üzə gəlmisən...
    NIHAD:- Nədir, çox qorxursan?..
    ELAYƏ:- Elə də yox...
    NİHAD:- Hım-m-m... Yəqin ki, bu, elə həmin pələngdir, Elayə. Zooparkda gördüyümüz pələngdir... Görürsənmi, o, öz sözünə kişi kimi əməl edib buraya bu meşəyə mənimlə görüşə gəlib. Mən birazdan onun pişvazına çıxacağam...
    ELAYƏ:- Zarafat edirsən yəqin...
    NİHAD:- Yox, Doğru sözümdür...
    TUMAŞ (Sevdaya):- Dərmanlar çantadadır?
    SEVDA:- Hansı dərmanlar?.. Hə... Bildim... Buradadır. Özümlə gəzdirirəm. Belə yerdə dərman içməyib neyləyəsən?.. (Kənara qoyduğu sumkanı götürüb eşələyir). Elə mən də həb atacağam: əsəbə qarşı...
    TUMAŞ:- Sonra içərsən... Hələlik ver görüm bura... Tez ol... Tez...
    SEVDA:- Hansını verim?.. Elenium, fanizapam, insulin, demidrol, imovane...
    TUMAŞ:- Elə hamısını ver bura. Şpris də götürmüsən?..
    SEVDA:- Hə, götürmüşəm... Axı, həkim deyib ki, insulini həmişə özünlə gəzdir. Şəkərə etibar var ki?.. Bir də gördün vurub çıxdı kəllə-çarxa... Elə deyil?..
    TUMAŞ:- Şprisləri də ver...
    SEVDA:- Yenə qalxıb?..
    TUMAŞ:- Hə?..
    SEVDA:- Təzyiqini deyirəm...
    TUMAŞ:- Hə... Yox... Şprisin iynəsi lazımdır mənə...
    SEVDA:- İynəni neynirsən?..
    TUMAŞ:- Dedim ki, lazımdır... İynə-dərman nəyin var, ver bura...
    SEVDA:- Yaxşı... Yaxşı... Hirslənmə!.. Bu dəqiqə... Susuzluqdan lap dodaqlarım çatladı... Hə, Tumaş, götür, hamısı buradadır...

    Sevda iynə-dərman qutularını Tumaşa verir. Onlar bir tərəfə çəkilib söhbət etdiklərinə görə içəridəkilərin diqqətini o qədər də cəlb etmirlər.

    AĞA (Nihada):- Hərdən mənim ağlıma çox qəribə, lap elə əcaib fikirlər gəlir.
    ÇİNAR:- O, nə fikirlərdir elə? (Gülür). De, biz də bilək!.. Bəlkə bir əncam çəkəsi olduq.
    AĞA:- Səhv etmirəmsə, mən sizdən heç nə soruşmadım. (Nihada). Məsələn, mən son vaxtlar özüm özümə tez-tez belə bir sual verirəm: Allah insanı dünyaya nə üçün gətirib?.. Bu yer üzündə heyvanların-quşların hamısının öz iş-gücü var. Özü də onların hamısı təbiəti qorumağa, yaşatmağa xidmə tedir. Biri torpağı şumalayır, biri zərərli həşaratları qırır. Hətta, meşələrin öz “sanitarlar”ı da olur. Məsələn, canavarlar; onlar təbiəti xəstələrdən və xəstəliklərdən təmizləyir... Yaxşı, bəs insanların vəzifəsi nədən ibarətdir?.. Biz bəlkə təbiətə ziyan vurmaq üçün gəlmişik bu dünyaya?.. Təbiət bir yana, heç özümüz-özümüzlə düz-əməlli yola gedə bilmirik. Az qala hamımız bir-birimizin qanına susamışıq! Qəribədir, insanların çoxunun daxilində bir meymun xisləti var, amma onlar nədənsə özlərini pələngə oxşatmağa çalışırlar. Di gəl onlar unudurlar ki, pələngə oxşamaq üçün pələng ürəyin olmalıdır. Əgər pələngi görəndə dizlərin əsirsə, deməli, sən çaqqalsan... Bəlkə elə deyil?..
    NİHAD:- Sənin dediklərində bir həqiqət var... Mənə də elə gəlir ki, insan təbiətdə öz yerini hələ tam müəyyənləşdirməyib; bəziləri təbiətə bir dost kimi yox, düşmən kimi yanaşır. Belə bir fikir də var ki, insanlar bu yer üzünə başqa planetlərdən, başqa qalaktikalardan gəlib. Bu, bəlkə həqiqətdir?.. Yoxsa biz təbiətə nə üçün bu qədər divan tutmalıyıq?.. (Ağaya). Sən düz deyirsən; meşəsini itirən pələng nə etməlidir? O, harada yaşamalı, harada daldalanmalıdır?.. O pələngin üzə çıxması, insanlara üz tutması bəlkə də təbiətin bir siqnalıdır bizə?..
    ÇİNAR:- Bizə nə üçün?.. Bizim nə günahımız?.. Meşəni qıranlar qalıb qıraqda, bu gic heyvan bizim üstümüzə hücum çəkib!.. Elə heyvanların da çoxu insanlar kimi vicdansızdır!

    Tumaş kənara çəkilib kətilin üstünə çıxır, yeməkxananın açıq nəfəsliyindən bayıra nəsə atır. Sonra yerə atılıb şən halda əlini-əlinə vurur.

    TUMAŞ (Sevdaya):- Hə, tezliklə hər şey qurtaracaq!.. Sonluq yaxşı olmalıdır!
    SEVDA:- Birdən pələng gəlmədi o ət parçasına? Onda nə olsun?..
    TUMAŞ:- Pələng də adam deyil ki, hər cür bicliyi bilsin... Məncə o heyvan çox acıb. Bayaq çöldəki əti həzmi-rabedən keçirdi, indi isə mən atan əti udacaq...
    SEVDA:- Ətə iynə də sancdın?..
    TUMAŞ:- Əla bir assorti hazırlamışam pələng üçün: bir ovuc demidrol, insulin, elenium və üstəgəl bir qutu şprisin “şəfaverici” iynəsi... Ta pələngə bundan gözəl nə menyu?.. Düz demirəm, Sevda?..
    SEVDA:- Baxaq görək...
    TUMAŞ:- Hələ bunlara heç nə demə. Nihadla o meşə bayquşu (əli ilə Ağanı göstərir) bilsə ki, mən bu cür sürpriz hazırlamışam, gedib pələnglə sazişə girərlər. (Çinara işarə ilə). Hələ o eşşəyi demirəm...

    Nərilti eşidilir.

    SEVDA:- Pələng əti qapdı. (Ucadan). Ura!..
    TUMAŞ:- Hə, təbriklər!..
    TÜRFƏ (Çinara):- Bunlara nə olub belə?..
    TUMAŞ:- Sevda, bir o yana bax... O nə tüstüdür elə?.. Görürsənmi?..
    SEVDA:- Hə tüstüdür... Mən bayaq bulağın başında tonqal çatmışdım; tüstü o tərəfdən gəlir.
    TUMAŞ:- Alova bir bax... Deyəsən meşədə yanğın var.
    SEVDA:- Elə yanıb kül olasıdır bu meşə...
    TUMAŞ:- Qoy ağacları yansın, pələngləri tüstüdə boğulsun bu meşənin! Uraaa!.. Ar olsun qorxaqlara...
    SEVDA:- Xarabaya dönsün bu meşəni! Bax belə... Uraaa!..
    ÇİNAR (ucadan):- Doğrudan, nə olub ki?..
    SEVDA:- Heç... Elə-belə...
    TUMAŞ:- Adam ən dar günündə belə gərək öz nikbinliyini saxlasın. Pələng qapının ağzını kəsdirib deyə, biz qorxudan vay-şivən qoparmalıyıq bəyəm?
    SEVDA:- Cəsurlar dar gündə tanınır!
    ÇİNAR:- “Cəsurlar”? Onlar kimdir elə?.. O “cəsurlar”?
    SEVDA:- Tezliklə bilərsiz...
    TUMAŞ:- Lap tezliklə...
    ÇİNAR (Nihada yaxınlaşır):- Nihad, mən ölüm, səni ürəkdən öpmək istəyirəm. Mən indi bildim ki, sən böyük adamsan. Bayaqdan özünü necə də təmkinli aparırsan. Susmağından da müdriklik yağır, danışmağından da. Nə olsun ki, kasıb yazıçı babasan?.. Əvəzində Tanrı sənə böyük bir səmimiyyət verib. Mən səmimiyyət aşiqiyəm, Nihad Fariz! Qoy bir öpüm səni! (Nihadı qucaqlayıb öpür). Bəyəm hər adamda səmimiyyət olur ki?.. Çoxu heç bilmir ki, nədir bu səmimiyyət...
    NİHAD:- Səmimiyyət qanaddır. İnsan onunla uçur... Ən böyük faciə qeyri-səmimi olmaqdadır.
    AĞA:- Elədir.
    ÇİNAR:- Bura bax, Nihad, sən uçmaqdan danışırsan, amma bir çoxları sürünməyi xoşlayır... (Eyhamla). Buna nə deyəsən?..
    SEVDA (Tumaşa):- Deyəsən, sənin bu səfeh yazıçı dostun mühazirə söyləməyi xoşayır.
    TUMAŞ:- Yox, o, elə də çoxdanışan adam deyil. Görünür, bu gün təbiətin qoynunda nə vaxtsa uçub getmiş, üz döndərmiş ilhamı ona təzədən qonaq gəlib.
    TÜRFƏ (Çinara):- Çinar, ayıbdır...
    ÇİNAR:- Nə olub ki?..
    TÜRFƏ:- Yersiz suallar verirsən, mənasız şeylər danışırsan, Çinar... Of-f-f...
    ÇİNAR (Nihada):- Nihad, mənim sualım cavabsız qaldı, axı... Sürünənlərlə bağlı...
    NİHAD:- Kimi uçmağı, kimi yeriməyi, kimi də sürünməyi xoşlayır. Amma cəmiyyətdən tam yaxa qurtarmaq... bu mümkün deyil...
    ÇİNAR:- Nə üçün?..

    Hamı gülür.

    NİHAD:- Ona görə ki, insan özü öz qarşısındakı günahını heç vaxt ört-basdır edə bilmir. Bəlkə də başqa birisini aldatmaq, kiməsə xəyanət etmək mümkündür. Amma özünə qarşı xəyanət-bu, mümkün deyil.
    ÇİNAR:- Mən hətta, özü özünə kəf gələn adam da tanıyıram...

    Gülüş.

    Niyə gülürsünüz?.. Bəyəm siz beləsini tanımırsınız?..
    TÜRFƏ:- Çinar, bəsdir...

    Çinar stəkana araq süzüb içir, Nihad qəlyan çəkir.

    ELAYƏ:- Xəyanətkar adamların istər-istəməz vicdanları ağrımalıdır.
    ÇİNAR:- Olan şey ağrıyar!.. Xa-xa-xa... O qədər vicdansız, şərəfsiz adamlar var ki...

    Tumaş hiddətlə Çinara yaxınlaşır.

    TUMAŞ:- Sən bayaqdan bəri kimin bostanına daş atırsan, hə?..
    ÇİNAR:- Heç sənin adını çəkən oldu ki?..
    TUMAŞ:- Bilirsən mən nə edərəm?.. Mən sənin başını sərçə başı kimi qoparıb ataram ha!.. “Səmimi” adam...
    ÇİNAR:- Sən?.. Mənim?.. Nəyimi? Başımı?.. Nə edərsən? Qoparıb atarsan?.. Ha-ha-ha... Ay qopardın ha!..
    TUMAŞ:- Yoxsa inanmırsan?
    SƏSLƏR:- Yaxşi! Sakit olun!.. Ayıbdır!.. Tumaş!.. Çinar!..
    AĞA:- Neçə ilin dostlarısız!.. Heç olmasa Nihad Farizdən utanın...
    TÜRFƏ:- Bir yandan pələngin hücumu, bir yandan da siz belə... Biz buraya istirahətə gəlmişik, yoxsa?..
    SEVDA:- Tumaş, bu yana çəkil!.. Hər yoldan keçən it-qurdla ağız-ağıza vermə!..
    ÇİNAR:- Nə dedin, Sevda xanım?.. İndi də “it-qurd” olduq hə?.. Əlbəttə! Əlbəttə... Bəs bu sözləri niyə o vaxt demirdin? (Yamsılayır). “Sən mənim pələngimsən, bəbirimsən, şirimsən...” İndi pələng çevrilib itə dönüb?.. Qurda dönüb? Nə tez?.. Baxmaram sənin dədənin var-dövlətinə, ərinin oğraşlıqla, adam sata-sata tutduğu vəzifəyə, hər ikinizi ataram o pələngin ağzına. Murdarlar! Şərəfsizlər! Sürünənlər!..

    Pələng nərildəyir.

    SEVDA (Tumaşa):- Yaxşı, Tumaş... Bəri gəl... Görmürsən o, sərxoşdur...
    TÜRFƏ (Çinara):- Əzizim, Çinar... Sən Allah, hirslənmə...
    TUMAŞ (əsəbi halda bayıra tərəf baxır):- Hələ ölməyib?..
    SEVDA:- Kimi deyirsən?..
    TUMAŞ:- O heyvanı deyirəm... O qədər iynə-dərman qəbul eləyib, amma hələ də nəriltisi gəlir... Qoy onun səsi kəsilsin, onda mən bunların da səsini kəsəcəyəm!.. (Ucadan). Alçaqlar!..
    ÇİNAR:- İndi görək kim kimin səsini kəsir! Al gəldi!.. Sürünən... İndi sürüyəcəm səni- olmayan ağlın başına gələr.

    Çinar irəli cumub Tumaşın yaxasından yapışır. Onu sürüyüb qapıdan bayıra atmaq istəyir. Tumaş geri-geri dartınır.

    NİHAD:- Çinar!
    ÇİNAR:- Ağa, aç o qapını, bu saat bu sürünən alçağı o pələngə yem edəcəyəm...
    TUMAŞ:- Burax yaxamı!.. Ay aman!.. Çinar, xahiş edirəm... Axı, biz dostuq...
    ÇİNAR:- Əlbəttə... Əlbəttə... dostuq...

    Çinar yeməkxananın qapısını qəzəblə açıb təzədən Tumaşın üstünə cumur. Bayırdan pələngin nəriltisi eşidilir. Çinar Tumaşı açıq qapıdan bayıra doğru dartır. İçəridəkilər Tumaşın ayağından yapışıb geri çəkir, Çinarın onu bayıra atmasına mane olmağa çalışır. İçəriyə tüstü dolur. Sevda tez qaçıb qapını örtür. Pələng şahə qalxıb pəncəsini yeməkxananın iri şüşə örtüyünün üstünə qoyaraq astadan zarımağa başlayır. Çinar geri çəkilir. Hamı yerində donub qalır; Tumaşsa yerə uzanıqlı halda yazıq-yazıq başını qaldırıb diqqətlə pələngə baxır. Pələngin başı şüşə örtüyün üstünə düşür, onun səsi xırıldayır. Az sonra pələng uzanıqlı qalır, səsi xırp kəsir. İçəridə səssizlik yaranır.

    AĞA:-Buna nə oldu belə?..
    TUMAŞ (ayağa durur):- Xa-xa-xa!.. “Dostunuzun” nəfəsi kəsildi...
    SEVDA (gülür):- Bu qədər iynə-dərmanın qabağında, o, nə edəsiydi ki?..
    ÇİNAR:- Alçaq!.. Onu sən zəhərləyib öldürdün, hə?..
    AĞA:- Bu, doğrudan da alçaqlıqdır!
    ELAYƏ:- Yazıq heyvan, deyəsən can verir...
    TÜRFƏ:- Üz-gözümüz öyrəşmişdi ona...
    ÇİNAR:- O, bu meşənin şahı, sultanı idi!.. (Tumaşa). Bəs sən kimsən?.. Murdarın, alçağın, satqının biri! Sən cinayətkarsan! Törətdiyin cinayət üçün cavab verməli olacaqsan!..
    TUMAŞ:- Ha-ha-ha!.. Cinayət?..
    NİHAD:- Tumaş, sənin bu cür hərəkətinə heç cür haqq qazandırmaq olmaz!
    TUMAŞ:- Ha-ha-ha!.. Deyəsən hamınız pələnglə qohum çıxdınız!
    AĞA:- Yazıq heyvanın ağzından qan açılıb deyəsən...
    SƏSLƏR:- Meşəni yanğın bürüyüb!.. Alova bax!.. Ağaclar od tutub yanır!.. Yanğın!..

    Nihad qətiyyətlə qapıya yaxınlaşır.

    ÇİNAR:- Nihad, dayan!..
    AĞA:- Ehtiyatlı olun... Xahiş edirəm...
    TUMAŞ:- Bu, nə edir?.. Ey, haraya gedirsən?.. Nihad... Ayaq saxla! Onu buraxmayın!.. Pələng hələ sağ ola bilər.
    SEVDA:- Qapını açmayın! Pələng içəri soxular...
    ÇİNAR:- Mən də gedirəm... Əlbəttə... Əlbəttə...
    TÜRFƏ:- Çinar, kənara çəkil... Sən sərxoşsan...
    ELAYƏ:- Nihad! Hara gedirsən?..
    NİHAD:- Yaxşı! Sakit olun... İndi gəlirəm...

    Musiqi. Ağa və Çinar qəzəblə, hiddətlə Tumaşa yaxınlaşırlar, Tumaş qorxa-qorxa geri çəkilir, gözucu bayırda can verən, bəlkə də artıq ölmüş pələngə sarı baxır. Nihad qətiyyətli addımlarla irəliləyib qapını açır, pələngə yaxınlaşır, şüşənin üstündə sərələnmiş heyvanı sakitcə qaldırır, onu əvvəlcə qucağına götürür, sonra çiyninə atır və aramla geri dönür. Hamı diqqət və qorxu ilə Nihadı və onun çiynindəki pələngi süzür. Nihad otaqda dövrə vurur. Tumaş qorxub geri çəkilir. İşıq pələngin açıq gözlərinə düşür, sanki heyvan hələ sağdır-onun bəbəkləri alışıb-yanır. İçəridəki tüstü get-gedə artır. Uzaqdan titrəyən alov dilləri görünür. Səslər: “Dəhşət!”, “O, bəlkə sağdır?”,“Gözləri alışıb-yanır!”,“Ehtiyatlı olun!”, “Deyəsən gəbərdi!” və s. Uzaqdan eşidilən qəzəbli pələng nərələri musiqi sədasına qarışır. Sonra sürəkli ayaq tappıltıları və atəş səsləri eşidilir. İçəridəkilərin hamısı əvvəlcə xaotik hərəkət edir, vurnuxur, sanki çıxış yolu axtarır, sonra isə küncdə topalaşırlar. Nərilti səsləri yaxınlaşır. Tüstü. İşıqlar sürətlə yanıb-sönür. Musiqi.



    SON

































    QARA QUTU
    (Mistik dram)


    İŞTIRAK EDİRLƏR:

    KİŞİ
    MƏRYƏM
    MARİYA
    YASƏMƏN (JASMEN)
    ƏRƏSTÜN (ARİSTOTEL)
    ADAMLAR (KİŞİ VƏ QADINLAR)


    DOĞULUŞ VƏ YA FACİƏ

    Musiqi. Səhnənin önü . Vals çalınır. Kişi və qadınlardan ibarət cütlüklər rəqs edir. Daha sonra təyyarə uğultusu və fasiləsiz həyəcan siqnalı. Rəqs başa catır. Əlində xəstəxana xörəyi ora-bura qaçıb vurnuxan ağ xalatlı adamların siluetləri: Həmin adamlar sanki havada uçuşurlar; bu, bir növ yavaşıdılmış kino kadırlarını xatırladır. Səs-küy tədricən azalır. Həzin, sakit musiqi. Kiçik sabun qovucuqlarını xatırladan rəngbərəng zərrəciklər havada uçuşur; sanki fəzanın boşluğunda mikroplanetlər, ulduzlar və yaxud kometlər axışır.
    İşıq MƏRYƏMİN üstünə düşür. Qadın qollarını yana açıb səhnənin önünə gəlir, başını qaldırıb yuxarı baxır, uçan “ulduzcuqları” seyr edir. Onun sifətinin qəribə ifadəsindən əzab çəkdiyi və ya gülümsədiyi bilinmir. Musiqi sədası yavaşıyır.
    Otaq tədricən işıqlanır. Divardan naməlum kişi şəkli asılıb.
    YASƏMƏN qəlir. Diqqətlə Məryəmə baxır.

    YASƏMƏN:- Deyəsən tanımadın, hə?...
    MƏRYƏM (diqqətlə onu süzür):- Doğrusu, tanımadım...
    YASƏMƏN:- Mən Yasəmənəm, Məryəm. Tanıdın?..
    MƏRYƏM:- Yasəmən?.. Hansı Yasəmən?..
    YASƏMƏN:- Sənin Yasəmən adlı tanışların çoxdur bəyəm?..
    MƏRYƏM:- Xatırlaya bilmirəm nəsə... Bir də ki, indi az qala öz adımı da unutmuşam, Yasəmən...
    YASƏMƏN:- Əlbbəttə, mən səni yaxşı başa düşürəm, Məryəm... Bu cür dərdə tab gətirmək hər adamın işi deyil.
    MƏRYƏM:- Elədir... Demək sən də mənim başıma gələn müsibətdən xəbərdarsan...
    YASƏMƏN:- Əlbəttə... İndi bunu az qala hamı bilir...
    MƏRYƏM:- Bəlkə də soruşmaq yaxşı düşmür: biz haradan tanışıq səninlə?
    YASƏMƏN:- Uşaqlığımız bir bağçada keçib... Unutmusan?
    MƏRYƏM:- Unutmuşam... Eh, uşaqlıq... Doğrusu, mən çox şeyi yaddan çıxarmışam.
    YASƏMƏN:- Amma mən səni o dəqiqə tanıdım. O qədər də dəyişməmisən...
    MƏRYƏM:- Dəyişməmişəm?.. (Pauza). Məni sonuncu dəfə nə vaxt görmüsən?..
    YASƏMƏN:-Elə o vaxt bağçada gördüyümdü.... Düzdür, sonralar bir-iki dəfə
    təsadüfən rastlaşmışıq... Amma nədənsə yaxınlaşmağa cürət etməmişəm.
    MƏRYƏM:- Nə üçün yaxınlaşmamısan?.. Yəni mən belə qorxuncam?..
    YASƏMƏN:- Yox... Sadəcə olaraq, mənim təbiətim elədir ki, adlı-sanlı
    adamlarla təmasda olmağa o qədər də can atmıram...
    MƏRYƏM:- Mən qətiyyən adlı-sanlı adam deyiləm. Sadə bir həyat
    yaşayıram ...
    YASƏMƏN:- Amma nədənsə mənə həmişə elə gəlib ki, səninlə ümumi dil tapmaq çətindir.
    MƏRYƏM:- Özüm haqqında qəribə şeylər eşidirəm. Hər halda mən özümü
    təkəbbürlü qadın hesab etmirəm. Yaxşı, bəs indi sən nə əcəb bu cür adamayovuşmazqadını axtarıb tapmısan?
    YASƏMƏN:- Sənin başına gələn faciəni eşidib sarsıldım... Gəldim ki, dərdinə şərik olum... Sən hələ yaşamalısan... Ölənlə ölmək olmaz ki, Məryəm...
    MƏRYƏM:- Yox, Yasəmən... Açığı, ta bu həyatın, bu dünyanın mənimçün heç bir mənası qalmayıb. Sadəcə olaraq, günlərimi sayıram. Mikayıldan sonra mənimçün yaşamağın nə mənası ola bilər ki?
    YASƏMƏN:-Məryəm, əzizim, gərək adam özü özünü yıxılmağa qoymasın. İçi sınan adamın ayağa durması çətin məsələdir...
    MƏRYƏM:- Elə iş də orasındadır ki, mənim içim çilik-çilikdir.
    YASƏMƏN:- Sən bu cür faciəni yaşayan nə birinci adamsan, nə də sonuncu.
    MƏRYƏM:- Elədir... Amma eyni müsibəti hamı eyni cür yaşamır ki....
    YASƏMƏN (divardan asılmış şəklə baxaraq):- Bax, Mişanın arvadı da sənin kimi gecə-gündüz ağlayır... Amma nə olsun ki?
    MƏRYƏM:-Mişa kimidir?..
    YASƏMƏN:- Mixail Yusupovu deyirəm. O da Mikayıl olan təyyarədə imiş...
    MƏRYƏM:- Hə, hə, bildim kimi deyirsən... Heç huşum qalıb ki?.. O bədbəxt qadın neyləyir görəsən?..
    YASƏMƏN:- Sən demə o, mənim qonşum imiş. Təyyarə qəzaya düşən günü bilmişəm bunu.
    MƏRYƏM:- O qadının adı nədir?..
    YASƏMƏN:- Mariya... Mariya Yusupova... Yar-yaraşıqlı, boy-buxunlu bir qadındır. Sağlıq olsun, bir gün tanış eləyərəm sizi... O da yaman dərd çəkir sənin kimi... O günləri dükanda rastlaşdıq. Xeyli ürək-dirək verdim; dedim ki, Mariya, ölənlə ölmək olmaz ki...gördüm bir az dirçələn kimi oldu.
    MƏRYƏM:- Allah sənin köməyin olsun, xoşbəxt olasan, Yasəmən... Bəs sən harada, işləyirsən, nəylə məşğulsan?
    YASƏMƏN:- Qəzetdə müxbirəm.
    MƏRYƏM:- İndi qəzetlərdə maraqlı bir şey olur ki?
    YASƏMƏN:- Çalışırıq ki,oxunaqlı məlumatlar dərc edək.
    MƏRYƏM:-Maraqlı məlumat? Məsələn, nə?...
    YASƏMƏN:-Məsələn... (Pauza). Bu günlərdə qəribə bir informasiya verdik, oxucular şoka düşdü... Bəlkə də eşitmiş olarsan. Xəstəxanaların birində qeyri-adi bir əməliyyat ediblər: bir nəfərin beynini başqasına köçürüblər.
    MƏRYƏM:- Bu məlumatı mən də eşitmişəm... Amma inanmağım gəlmir.
    YASƏMƏN:- Niyə ki? Əvvəllər ürək köçürülməsinə də inanmırdılar. Ancaq indi...
    MƏRYƏM:- Ürək ayrı, beyin ayrı...
    YASƏMƏN:- Hə, nə isə,bax biz bu cür şok -xəbərlər yazıb birtəhər dolanırıq...
    MƏRYƏM:-Hə, sizin də işiniz yüngül deyil...
    YASƏMƏN:-Elədir...İndi yüngül iş var ki?..
    MƏRYƏM:-Of-f-f...Ürəyim sinəmə sığmır...Yox, daha dözə bilmirəm...
    YASƏMƏN:-Səbirli olmaq lazımdır, Məryəm...
    MƏRYƏM:-Eh, səbr qalıb ki, səbrli də olam? Bax, sən deyirsən ki, mən bu cür müsibətə düçar olan nə birinci, nə sonuncu adamam... Elədir. (Pauza). Amma bu faciə niyə məhz mənim başıma gəlməli idi? Niyə? Bəlkə də günahkar mən özüməm? Yəqin soruşacaqsan ki, nə üçün belə düşünürəm? Doğrusu... Heç bilmirəm sənə nə cür izah edim?.. Məsələ burasındadır ki, Mikayıl o tədbirə getmək istəmirdi. Elə bil ürəyinə nəsə dammışdı. Onu mən dilə tutdum. (Divardan asılmış şəklə baxır). Dedim ki, mütləq getməlisən! Beynəlxalq festival kecirilirdi. Qaliblərə böyük məbləğdə mükafatlar vəd olunmuşdur... O, mənim sözümdən çıxmadı. (Kövrəlir). Biz qadınlar şöhrətpərəstik, Yasəmən! O, getdi... (Pauza). Elə həmin gün eşitdim ki, təyyarə qəzası baş verib... Ürəyimə damdı ki, bu, Mikayıl uçan təyyarə olacaq... Ağlıma gələn-başıma gəldi: təyyarə yerə enərkən... (Ağlayır). Qalanını özün bilirsən... İndi bunu bütün dünya bilir.
    YASƏMƏN:-Deyirlər sağ qalanlar da olub...
    MƏRYƏM:-Deyirlər...Deyirlər... Nə olsun ki, deyirlər?.. Qəzetlər həlak olanların siyahısını vermişdilər... (Divardan asılmış şəklin önündə dayanır). İndi mən nə edim, Mikayıl?.. Lap başımı itirmişəm...
    YASƏMƏN:-Qəzadan sağ çıxanlar olubmu, Məryəm?..
    MƏRYƏM:-Deyilənə görə, təyyarə meydançaya enəndə motor sıradan çıxıb. Mən də hamı kimi televizordan-qəzetdən məlumat aldım. Dedilər ki, sərnişinlər həlak olub. Deyəsən, təkcə ekipaj üzvlərindən sağ qalan olub. Onlar da ölümcül vəziyyətdədir... Mikayıl isə ekipaj üzvü deyildi. O, pianoçu idi...
    YASƏMƏN:- Bilirəm... Mən onu həmişə televizorda görəndə tanışlarıma deyirdim ki, bax bu, mənim uşaqlıq rəfiqəmin əridir...
    MƏRYƏM:- Eh... Mikayıl...Mikayıl...Yaxşı, Yasəmən, de görüm ailə qurmusan?..
    YASƏMƏN:-Yox... Daha doğrusu, alınmadı...
    MƏRYƏM:- Alınmadı?..
    YASƏMƏN:- Hə...Tez ayrıldıq... Nəsə mənim də taleyim gətirmədi... Amma bunu özümə faciə hesab etmirəm. Bu, həyatdır. Onun şirini də olur, acısı da...
    MƏRYƏM:- Elədir.. Bu, həyatdır... (Şəklin önündə dayanır). Of-f.. Mikayıl... Mən həyatın əsl üzünü indi-indi görməyə başlamışam...

    Qapı döyülür.

    YASƏMƏN:-Deyəsən, qapı döyülür...
    MƏRYƏM:- Nəsə eşitmirəm...

    Qapı yenə döyülür.

    YASƏMƏN:- Qapıdır...
    MƏRYƏM:-Hə, deyəsən həqiqətən qapıdır...

    Məryəm gedib qapını açır. ƏRƏSTUN gəlir. Diqqətlə ətrafı nəzərdən keçirir. Əvvəlcə divardan asılmış şəklə , sonra Məryəmə və Yasəmənə baxır. Qadınlar çəkinə-çəkinə,döyükə-döyükə onu süzürlər. Ərəstun əlini sinəsinin üstünə qoyub kədərli halda başını aşağı salır.

    ƏRƏSTUN:- Təəssüf... Min təəssüf... Qoruya bilmədik...
    YASƏMƏN (çaşqın halda):- Bəlkə mən gedim?

    Məryəm əvvəlcə Yasəmənə, sonra Ərəstuna baxır. Bilmir ki, nə cavab versin.

    ƏRƏSTUN (Yasəmən):- Getməyiniz məsləhətdir. (Məryəmə). Bəzi detalları dəqiqləşdirmək lazımdır.
    MƏRYƏM:-Yaxşı,Yasəmən, get... Sonra görüşüb söhbətləşərik.
    YASƏMƏN:- Hələlik... (Müəmmalı tərzdə). Sağ olun...
    MƏRYƏM:-Hələlik...
    ƏRƏSTUN:-Hələlik...

    Yasəmən gedir. Ərəstun fikirli halda yenə şəklə dodaqaltı nəsə mızıldanır.

    MƏRYƏM:-Mən sizi eşidirəm.
    ƏRƏSTUN:- Mən “Elaynz” şirkətinin yerli nümayəndəsiyəm .
    MƏRYƏM (çiynini çəkir):-Heç nə anlamadım.
    ƏRƏSTUN:- Şirkətin rəhbərliyi baş verən qəza ilə maraqlanır...
    MƏRYƏM:-Qəza ilə maraqlanırlar?..
    ƏRƏSTUN:-Daha doğrusu, qəzaya düşənlərin kimliyi ilə...
    MƏRYƏM:-Bu, nə üçün lazımdır?..
    ƏRƏSTUN:-Sığorta müqaviləsi onların ailəsinə kompensasiya ödəniləcək...
    MƏRYƏM:-Kiminlə sığorta müqaviləsi olmalıdır ki?..
    ƏRƏSTUN:-Təbii ki, aviasiya şirkəti ilə...
    MƏRYƏM:-Bəlkə sığorta şirkəti ilə müqavilə tələb olunur...
    ƏRƏSTUN:-Təbii ki, o da tələb olunacaq...
    MƏRYƏM:-İndi deyin görüm, siz hansı şirkəti təmsil edirsiniz?..
    ƏRƏSTUN:-Hansı?.. Necə yəni hansı şirkəti?..
    MƏRYƏM:-Siz aviasiya şirkətinin, yoxsa sığorta şirkətinin nümayəndəsisiniz?..
    ƏRƏSTUN:-Doğrusu, siz mənə lap müstəntiq kimi sual verirsiniz...
    MƏRYƏM:-Bura baxın!.. Siz kimsiniz və sizə nə lazımdır?..
    ƏRƏSTUN:-Mənim kimliyim maraqlandırır sizi? .. Adım Ərəstundur.
    MƏRYƏM:-Ərəstun... Hım-m-m...Lap yaxşı... Eşidirəm sizi. Buyurun.
    ƏRƏSTUN:-Mikayıl Yusifovun uçduğu təyyarə qəzaya uğrayıb. Siz onun həyat yoldaşısınız, elə deyilmi?..
    MƏRYƏM:-Kimin?.. (Pauza). Mikayılın, yoxsa, yoxsa... təyyarənin?...
    ƏRƏSTUN:-Mən yumor hissi olan insanları çox sevirəm. Xüsusən qadınları...
    MƏRYƏM:-Elə mən də...
    ƏRƏSTUN (Məryəmə yaxınlaşır):-Yəqin ki, siz də yumor hissi olan kişiləri sevirsiniz...
    MƏRYƏM:-Xeyr! Mən də sizin kimi yumolu qadınları sevirəm.
    ƏRƏSTUN:-Təəssüf... (Məryəmlə üz-üzə dayanır). Gərək ki, sizin adınız Məryəmdir. Elə deyilmi?
    MƏRYƏM:-Sizinsə adınız Aristoteldir, elə deyilmi?
    ƏRƏSTUN:- Hə..Daha doğrusu Ərəstun...Deməli siz mənim adımı bilirsiniz. (Məryəmin əlindən tutur). Hə, yox...Deyəsən adımı mən özüm dedim...Yoxsa siz məni tanıyırsınız?.. Mən məşhur adamam.Yəqin ki, televizorda çox görmüsüz...
    MƏRYƏM:-Müğənnisiz?..
    ƏRƏSTUN:- Yox... Ekstrasensəm.
    MƏRYƏM:-Fala baxansız?...
    ƏRƏSTUN:-Ürək oxuyanam...
    MƏRYƏM:-Şirkətin falına baxırsınız?
    ƏRƏSTUN:-Hansı şirkətin?.. Hə, sığorta, aviakompaniya... Əlbəttə, mən çox vaxt baş verən qəzalar barədə əvvəlcədən xəbər verirəm. (Qadının hər iki əlindən yapışır). İnanırsınız?..
    MƏRYƏM:- Nəyə?... Hə, sizin öncəgörməyinizə?... İnanmıram!
    ƏRƏSTUN:-Nə üçün?...
    MƏRYƏM:-Bax, bu dəqiqə qəza baş verəcək...Amma siz bunu əvvəlcədən proqnozlaşdıra bilməlisiniz...
    ƏRƏSTUN:-Nə qəza?... Heç bir qəza baş verməyəcək...

    Məryəm əlini geri çəkib qəfildən Ərəstunu şillə ilə vurur. Ərəstun dabanı üstə fırlanıb qapıya doğru qaçır.

    MƏRYƏM:-Yəqin ki, belə bir qəzanı siz qətiyyən gözləmirdiniz, eləmi?...
    ƏRƏSTUN:-Qətiyyən!..
    MƏRYƏM:- Bəs niyə?.. Siz ki, ürəkoxuyansınız... Bəs niyə oxumadınız ürəyimdən keçəni?
    ƏRƏSTUN:-Mən qara qutuları oxuya bilmirəm...
    MƏRYƏM:-Nə?...
    ƏRƏSTUN:-Sizin sinənizdən ürək yox, qara qutu asılıb...
    MƏRYƏM:-Deyəsən, başı xarab olanların hamısı axtarıb məni tapır...
    ƏRƏSTUN:- Mənim başım yerindədir...
    MƏRYƏM:-Yerindədir, amma içi boşdur...
    ƏRƏSTUN:- İndi boş qafalara da beyin qoyurlar. Televizora- radioya qulaq asmırsız bəyəm? Bu yaxınlarda alimlər birisinin beynini başqasına köçürüblər. Eşitməmisiniz?..
    MƏRYƏM:- Xeyir ola, bu gün hamı beyin köçürməsindən danışır?!.
    ƏRƏSTUN:-Adamların köçürülməyən yeri qalmamışdı... Əl çatmayan bircə beyin idi, indi onu da bir başdan başqasına yamamağın yolunu tapıblar...
    MƏRYƏM:-Sizin kimisinin beyni kimə gərəkdir ki?
    ƏRƏSTUN:- Kiməsə lazım olar bir gün...
    MƏRYƏM:-Yaxşı, yaxşı... Boş-boş çərənlədiniz yetər. (Onun üstünə doğru gedir). Gedə bilərsiniz...
    ƏRƏSTUN (geri-geri çəkilir):- Oldu...Oldu... Niyə hirslənirsiniz?...Mən gedirəm.

    Ərəstun qapıya yaxınlaşır. Kişi gəlir. Onun çiynində çanta var. Əlinə ağ əlcək geyib. Musiqi. Kişi və Ərəstun üz-üzə gəlib xeyli müddət baxışırlar. Ərəstun gedir. Kişi divardan asılmış şəklə baxır. Məryəm təəccüblə Kişini süzür.

    MƏRYƏM:-Eşidirəm sizi.
    KİŞİ:-Bağışla...Salam...
    MƏRYƏM:-Yol azıb gəlmisiniz bura?...
    KİŞİ:-Məryəm...

    Kişi əllərini kürəyinin arxasında çarpazlayıb gəzişir. Məryəm ehtiyatlı addımlarla onu müşayiət edir . Sonra onlar qarşı- qarşıya dayanırlar.Kişi başını aşağı salır. Həzin musiqi sədası.

    MƏRYƏM:-Sizə kim və ya nə lazımdır?..
    KİŞİ:-Məryəm, əzizim...
    MƏRYƏM (diqqətlə Kişiyə baxır):- Yəqin ki, siz də hansısa şirkətin nümayəndəsisiniz... (Kənara). “Əzizimə” bir bax! Yəqin ki, bu da növbəti giclərdən biridir.
    KİŞİ:-Məryəm...
    MƏRYƏM (İstehza ilə):- Deyəsən, bu gün havada maqnit qasırğası var.
    KİŞİ:-Ola bilər... Amma bunun mənə heç bir dəhli yoxdur.
    MƏRYƏM:-Bəlkə də... Mümkünsə gəlişinizin məqsədini açıqlayın...
    KİŞİ:-Mən hər şeyi danışacağam, Məryəm...Tələsmə... Məni də tələsdirmə.
    MƏRYƏM:-Xahiş edirəm, mənim mənzilimi tərk edəsiniz. Onsuz da əsəblərim pozulub. Bu yandan da siz...
    KİŞİ:-Bəlkə məni qovmayasan hələ?...Bir az səbrini bas...
    MƏRYƏM (qışqırır):- Bu, nə danışıqdır belə? Siz mənimlə elə danışırsınız ki, elə bil...
    KİŞİ:-Elə bil ən yaxın adamınam, eləmi ?... Belə demək istəyirsən?...Bəlkə də elə ən adamın həqiqətən mənəm, Məryəm...
    MƏRYƏM:-Çıxın...Xahiş edirəm... Onsuz da mənim son günlərim müsibətlərlə dolu olub..
    KİŞİ:-Mən səni yaxşı başa düşürəm, əzizim. Sən həqiqətən dünyanın ən vəfalı qadınısan. (Şəklə baxır). Sən onu- öz ərini həmişə ürəkdən sevmisən. Yenə də sevirsən... Amma görünür, sevmək üçün təkçə ürək kifayət deyilmiş, Məryəm...
    MƏRYƏM:-Sizə nə lazımdır?.. Siz... Siz... Xəstə deyilsiniz ki?..
    KİŞİ:-Artıq xəstəlik arxada qalıb... Amma nə olsun ki, ən böyük xəstəlik hələ irəlidədir... Məryəm, sən bəlkə də qorxuya düşəcəksən... Xahiş edirəm özünü ələ al, əzizim. Görünür bu dünya möcüzələrdən xali deyilmiş... Ax-x, Məryəm... Mənə elə baxma... Heç özüm də bilmirəm ki, sənə necə izah edim. Həyəcanlanma... Qorxmaq da lazım deyil. Mən Mikayılam, Məryəm!.. (Qışqırır). Mən Mikayılam, Mikayıl!.. Sənin bədbəxt ərin!... Of-f-f!..
    MƏRYƏM:- Nə?..Nə?..

    Məryəm əlini ürəyinin üstünə qoyub kresloya çökür. Kişi onun biləyindən tutub sanki nəbzini yoxlayır. Musiqi.

    KİŞİ:-Aç gözlərini, əzizim. Axı, mən sənə xəbərdarlıq elədim. Mən nə edə bilərəm, Məryəm?... Gec- tez sən bunu bilməli idin... Neçə gündür ki, əzab içində qovruluram. Elə bilirsən mənimçün asandır bu faciəni yaşamaq?... Bəlkə də ölsəm bundan yaxşı olardı. Amma neyləyim ki, məni ölməyə qoymadılar?...
    MƏRYƏM (gözlərini açır, asta-asta ayağa durur):- Bura baxın... Sizə nə lazımdır? Bəlkə mənim ürəyimi partlatmaq istəyirsiniz?
    KİŞİ:- Qulaq as, Məryəm. Biz taleyin bu amansız zarafatı ilə istər-istəməz barışmalıyıq. Qulaq as... O vaxt evdən çıxanda sən mənim arxamca su atdın. Bax, orada-qapı ağzında. Bu, bizim sonuncu görüşümüz oldu... (Pauza). Mən uçan təyyarə yerə enəndə qəzaya uğradı... Mən indi heç nə xatırlamıram... Gözlərimi xəstəxanada açdım... Öz bədənim, öz əl-ayağım özümə yad göründü... Həkimlər tərcüməçilər vasitəsi ilə məni inandırmağa çalışırdılar ki, qəzaya düşəndən sonra bədənimdə bəzi plastik əməliyyatlar aparıblar... Mənə hətta uzun müddət güzgüyə baxmaq da qadağan olundu. Deyirlər ki, sifətim dəyişib, özüm-özümü görsəm, psixoloji sarsıntı keçirə bilərəm... (Pauza). Hə, eşidirsən, Məryəm?.. Mən sənə gərək həqiqəti deyəm. Başqa əlac yoxdur. Nəhayət, müalicə başa çatdı. Sonra uzun müddət mənim psixoloji rebalitasiyamla məşğul oldular. Mənə əzalarımın, sir-sifətimin dəyişdiyini deyir, ürəkli olmağı, sarsılmamağı təlqin edirdilər... Axır ki, günlərin bir günü özüm-özümü gördüm: güzgüdən mənə yad bir adam baxırdı. Əslində bu adam mənə qismən tanış idi: biz onunla eyni təyyarədə iki sutkaya yaxın uzun bir yol qət eləmişdik. O, biznesmen idi. Adıda Mixail... İndi güzgüdəki adam Mixail idi... Mən qorxuya düşdüm, dəhşətə gəldim. İnsan yatır, durur və ozünü tapa bilmir... Həkimlər mənə izah etdilər ki, qəza zamanı mənim bədənim şil-küt olub sıradan çıxıbmış, təkcə beynim salamat qalıbmış; Mixailin bədəni sağ qalıbmış, beyni ölübmüş. Mənim beynimi Mixailin bədəninə köçürüblər. (Pauza. Musiqi). Mən öz faciəmdən xəbər tutanda sarsıldım, həkimlərin üstünə hücum çəkdim. Dedim ki, mən ölsəydim bundan min dəfə yaxşı idi... Bu nə eksperimentdir, bu nə bəladır mənim başıma açmısınız?.. Onlar mənə təlqin etmək istəyirdilər ki, bu, o qədər də böyük faciə deyil: güya bədən paltar kimi bir şeydir, onu geyinmək də olar, soyunmaq da... Bax, beləcə mənim beynimə başqa bir “paltar”, yəni yad bir bədən geyindirdilər... Və günlərin bir günü mən xəstəxanadan qaçıb yola düzəldim... (Pauza). Min bir müsibətlə gəlib çıxmışam öz evimə... Düzdür, arabir öz-özümə qəsd etmək keçir ürəyimdən. Amma bacarmıram. Bəlkə də sinəmdəki ürək özümünki olsaydı bacarardım bunu Di gəl ki, bacarmıram. Axı, bu mənim öz ürəyim deyil. (Əlini sinəsinə qoyur). Bu bədəndə heç nə mənimki deyil. Təkçə beyindən savayı... Lap fantastik filmlərə bənzəyir mənim başıma gələnlər. Güzgüyə baxmağa da qorxuram: oradan mənə başqa bir adam baxır... İndi bilmirəm mən kiməm: Mikayıl Yusifov, yoxsa Mixail Yusupov? Çaş- baş qalmışam... Bax, mənim sənə demək istədiklərim bunlar idi, Məryəm... İndi son qərar sənindir...

    Məryəm geri-geri çəkilib diqqətlə divardakı şəklə və Kişiyə baxır. Hıçqırır.

    MƏRYƏM:-Bu, nə oyundur çıxarırsınız?..
    KİŞİ:-Nəyə istəsəniz and içərəm ki, mən Mikayılam...
    MƏRYƏM:-Mikayıla bir bax!.. (Diqqətlə Kişini süzür). Paho!..
    KİŞİ:-Sən mənim sifətimə niyə baxırsan?.. Mən Mikayılam... Bilmirəm sənə necə izah edim ... Bilmirəm...
    MƏRYƏM:- Lap tutaq ki, həqiqətən, özünüz dediyiniz kimi, siz Mikayılsınız... İndi kimdir beyinə-başa baxan?.. Hətta, bu gün mən sizi qəbul etsəm də, sabah hamı məni ələ salacaq... Elə lap birinci sizin öz qohumlarınız... Hamısı danışacaq ki, Məryəm hansısa kişiyə ərə gedib, özü də deyir ki, bunun içi Mikayıldır, çölü Mixayıl... Yox, əzizim... Mən sizin arvadınız deyiləm. Yaxşısı budur siz öz arvadınızın yanına gedəsiniz... Mənə bu cür maskarad, bu cür ər lazım deyil...
    KİŞİ:-Bəs mən nə neyləyim?..
    MƏRYƏM:-Bilmirəm... Hər halda siz bu saat Mixayıl Yusupovsunuz. Hətta, özünüzün... daha doğrusu, beyninizin mənim mərhum ərim Mikayıla məxsus olduğunu iddia etsəniz də...
    KİŞİ:-Məryəm, qulaq as, mən heç nəyə iddia etmirəm. Mən həqiqəti deyirəm sənə: mən Mikayılam... Bax o sənin cehiz gətirdiyin bufetdir. (Əli ilə göstərir). Orada-balkondakı paltaryuyan maşını biz kreditə almışıq. Əvvəlcə yataq otağımız kiçik idi, sonra köçdük böyük otağa. Mən bu son səfərə uçmazdan bir həftə qabaq mübahisəmiz olmuşdu, xatırlayırsanmı? Guya məni hansı qadınınsa evindən çıxanda görüblər. Mən səni o vaxt acıladım... Amma elə həmin gecə barışdıq. Sən onda o zərif üzünü mənim üzümə qoyaraq nə dedin?.. (Səsini dəyişir). “Bağışla, Mikayıl, mənim cəngavərim!” Bax, indi sənin cəngavərin bu sir-sifətdə qayıdıb gəlib. İndi mən nə edim?
    MƏRYƏM:-Gedə bilərsiniz, əziz qonaq...

    Musiqi. Onlar uzun müddət bir-birilərinə baxır. Məryam hıçqırır. Yasəmən gəlir, Kişini görüb duruxur.

    YASƏMƏN:-Mən gəldim ki... Ah, bağışlayın... Bayaq ki, tip getdi?..

    Kişi və Məryam təəccüblə Yasəmənə baxırlar.

    KİŞİ:-Hansı tip?.. hə... Bayaqkı... Doğrudan o, kim idi elə?..
    MƏRYƏM:-Mən artıq kimin kim olduğunu təyin edə bilmirəm.
    YASƏMƏN:-O, fırıldaqçının biridir.
    MƏRYƏM:-Kim?..
    YASƏMƏN:-Ərəstun...
    MƏRYƏM:-Onun mənə nə dəxli?..
    YASƏMƏN:-Yaxşı, bağışlayın... (Onlara baxıb gülümsəyir)... Deyəsən, mane oldum... İcazə verin mən gedim.

    Yasəmən gedir.

    MƏRYƏM:-Guya gələndə icazə istəmişdi, indi də getməyinə icazə istəyir... (Əsəbi şəkildə vurnuxur, var-gəl edir). Yox, deyəsən mən ya yuxu görürəm, ya da ağlımı itirmişəm. (Kişiyə). Siz hələ buradasınız?..

    Musiqi. Kişi tərəddüdlə gedir. Məryəm divardan asılmış şəklə baxıb fikirə gedir. İşıq sönür.
    İşıq yananda Mariyanın mənzili görünür; bu, eyzən Məryəmin mənzilinə bənzəyir. Divardan Kişinin şəkli asılıb. Mariya şəklə baxır. Zəng. Yasəmən gəlir. Diqqətlə Mariyanı süzür.

    YASƏMƏN:-Deyəsən tanımadın, hə?..
    MARIYA (diqqətlə onu süzür). Doğrusu, tanımadım...
    YASƏMƏN:-Mən Jasmenm, Mariya... Tanıdın?..
    MARIYA:--Jasmen?.. hansı Jasmen?..
    YASƏMƏN:- Sənin Jasmen adlı tanışların çoxdur bəyəm?..
    MARIYA:-Xatırlaya bilmirəm nəsə... Birdə ki, indi az qala öz adımı da unutmuşam, Jasmen ...
    YASƏMƏN:-Əlbəttə, mən səni yaxşı başa düşürəm, Mariya ... Bu cür dərdə tab gətirmək hər adamın işi deyil.
    MARIYA:-Elədir... Demək sən də mənim başıma gələn müsibətdən xəbərdarsan...
    YASƏMƏN:- Əlbəttə... İndi bunu az qala hamı bilir...
    MARIYA:-Unutmuşam... Eh, uşaqlıq... Doğrusu, mən çox şeyi yaddan çıxarmışam.
    YASƏMƏN:-Amma mən səni o dəqiqə tanıdım. O qədər də dəyişməmisən...
    MARIYA:-Dəyişməmişəm?.. (Pauza). Məni sonuncu dəfə nə vaxt görmüsən?..
    YASƏMƏN:-Elə o vaxt bağçada gördüyümdü... Düzdür, sonralar bir-iki dəfə təsadüfən rastlaşmışıq... Amma nədənsə yaxınlaşmağa cürət etməmişəm.
    MARIYA:-Nə üçün yaxınlaşmamısan?.. Yəni mən o qədər qorxuncam?..
    YASƏMƏN:-Yox... Sadəcə olaraq, mənim təbiətim elədir ki, adlı-sanlı adamlarla təmasda olmağa o qədər də can atmıram...
    MARIYA:-Mən qətiyyən adlı-sanlı adam deyiləm. Sadə bir həyat yaşayıram...
    YASƏMƏN:-Amma nədənsə mənə həmişə elə gəlib ki, səninlə ümumi dil tapmaq çətindir.
    MARIYA:- Özüm haqqında qəribə şeylər eşidirəm. Hər halda mən özümü təkəbbürlü qadın hesab etmirəm. Yaxşı, bəs indi sən nə əcəb bu cür adamayovuşmaz qadını axtarıb tapmısan?
    YASƏMƏN:-Sənin başına gələn faciəni eşidib sarsıldım... Gəldim ki, dərdinə şərik olum... Sən hələ yaşamalısan... Ölənlə ölmək olmaz ki, Mariya...
    MARIYA:-Yox, Jasmen... Açığı, ta bu həyatın, bu dünyanın mənim üçün heç bir mənası qalmayıb. Sadəcə olaraq, günlərimi sayıram. Mixayıldan sonra mənimçün yaşamağın bir mənası qalmayıb.
    YASƏMƏN:-Mariya, əzizim, gərək adam özü özünü yıxılmağa qoymasın. İçi sınan adamın ayağa durması çətin məsələdir...
    MARIYA:-Elə işdə orasındadır ki, mənim içim çilik-çilikdir.
    YASƏMƏN:-Sən bu cür faciəni yaşayan nə birinci adamsan nə də sonuncu.
    MARIYA:-Elədir... Amma eyni müsibəti hamı eyni cür yaşamır ki...
    YASƏMƏN (Divardan asılmış şəklə baxır):- Bax, Mikayılın arvadı da sənin kimi gecə-gündüz ağlayır... Amma nə olsun ki?
    MARIYA:-Mikayıl kimdir?..
    YASƏMƏN:-Mikayıl Yusifovu deyirəm. O da Mixayıl olan təyyarədə imiş...
    MARIYA:-Hə, hə, bildim kimi deyirsən... Heç huşum qalıb ki?.. O bədbəxt qadın neyləyir görəsən?..
    YASƏMƏN:-Sən demə, o, mənim qonşum imiş. Təyyarə qəzaya düşən günü bilmişəm bunu.
    MARIYA:-O qadının adı nədir?..
    YASƏMƏN:-Məryəm... Məryəm Yusifova... Yar-yaraşıqlı, boy-buxunlu bir qadındır. Sağlıq olsun, bir gün tanış eləyərəm sizi... O da yaman dərd çəkir sənin kimi... O günləri dükanda rastlaşdıq. Xeyli ürək-dirək verdim, dedim ki, Məryəm, ölənlə ölmək olmaz ki... Gördüm bir az dirçələn kimi oldu.
    MARIYA:-Allah sənin köməyin olsun, xoşbəxt olasan, Jasmen... Bəs sən harada, işləyirsən, nəylə məşğulsan?
    YASƏMƏN:-Qəzetdə müxbirəm.
    MARIYA:-İndi qəzetlərdə maraqlı bir şey olur ki?
    YASƏMƏN:-Çalışırıq ki, oxunaqlı məlumatlar dərc edək.
    MARIYA:-Maraqlı məlumat? Məsələn, nə?..
    YASƏMƏN:-Məsələn... (Pauza). Bu günlərdə qəribə bir informasiya verdik, oxucular şoka düşdü... Bəlkə də eşitmiş olarsan. Xəstəxanaların birində qeyri-adi bir əməliyyat ediblər: bir nəfərin beynini başqasına köçürüblər.
    MARIYA:-Bu məlumatı mən də eşitmişəm... Amma inanmağım gəlmir.
    YASƏMƏN:-Niyə ki?.. Əvvəllər ürək köçürülməsinə də inanmırdılar. Ancaq indi...
    MARIYA:-Ürək ayrı, beyin ayrı...
    YASƏMƏN:-Hə, nə isə, bax biz bu cür şok-xəbərlər yazıb birtəhər dolanırıq...
    MARIYA:-Hə, sizin də işiniz yüngül deyil... Elədir... İndi yüngül iş var ki?..
    YASƏMƏN:- Elədir... İndi yüngül iş var ki?..
    MARIYA:-Of-f-f... Ürəyim sinəmə sığmır... Yox, daha dözə bilmirəm...
    YASƏMƏN:-Səbrli olmaq lazımdır, Mariya...
    MARIYA:-Eh, səbr qalıb ki, səbrli də olam? Bax, sən deyirsən ki, mən bu cür müsibətə düçar olan nə birinci, nə də sonuncu adamam... Elədir. (Pauza). Amma bu faciə niyə məhz mənim başıma gəlməli idi? Niyə? Bəlkə də günahkar elə mən özüməm? Yəqin soruşacaqsan ki, nə üçün belə düşünürəm? Doğrusu... heç bilmirəm sənə nə cür izah edim?.. Məsələ burasındadır ki, Mişa o tədbirə getmək istəmirdi. Elə bil ürəyinə nəsə danmışdı. Onu mən dilə tutdum. (Divardan asılmış şəklə baxır). Dedim ki, mütləq getməlisən! Beynəlxalq biznes seminarı keçirilirdi. O, mənim sözümdən çıxmadı. (Kövrəlir). Biz qadınlar şöhrətpərəstik, Yasəmən! O, getdi... (Pauza). Elə həmin gün eşitdim ki, təyyarə qəzası baş verib... Ürəyimə damdı ki, bu, Mişa uçan təyyarə olacaq... Ağlıma gələn-başıma gəldi: təyyarə yerə enərkən... (Ağlayır). Qalanını özün bilirsən... İndi bunu bütün dünya bilir.
    YASƏMƏN:-Deyirlər sağ qalanlar da olub...
    MARIYA:-Deyirlər...Deyirlər... Nə olsun ki, deyirlər?.. Qəzetlər həlak olanların siyahısını vermişdilər... (Divardan asılmış şəklin önündə dayanır). İndi mən nə edim, Mişa?.. Lap başımı itirmişəm...
    YASƏMƏN:-Qəzadan sağ çıxanlar olbmu, Mariya?..
    MARIYA:-Deyilənə görə təyyarə meydançaya enəndə motor sıradan çıxıb. Mən də hamı kimi televizordan, qəzetdən məlumat aldım. Dedilər ki, sərnişinlər həlak olub. Deyəsən, təkcə ekipaj üzvlərindən sağ qalan olub. Onlar da ölümcül vəziyyətdədir... Mişa isə ekipaj üzvü deyildi. O, biznesmen idi...
    YASƏMƏN:-Bilirəm... Mən onu həmişə yolda-izdə görəndə tanışlarıma deyirdim ki, bax bu, mənim uşaqlıq rəfiqəmin əridir...
    MARIYA:-Eh... Mişa... Mişa... Yaxşı, Jasmen, de görüm ailə qurmusan?..
    YASƏMƏN:-Yox... Daha doğrusu alınmadı....
    MARIYA:-Alınmadı?..
    YASƏMƏN:-Hə... Tez ayrıldıq... Nəsə mənim də taleyim gətirmədi... Amma bunu özümə faciə hesab etmirəm. Bu, həyatdır. Onun şirini də olur, acısı da...
    MARIYA:-Elədir... Bu, həyatdır... (Şəklin önündə dayanır). Of-f... Mişa... Mən həyatın əsl üzünü indi-indi görməyə başlamışam.

    Qapı döyülür.

    YASƏMƏN:-Deyəsən, qapı döyülür...
    MARIYA:-Nəsə eşitmirəm...

    Qapı yenə döyülür.

    YASƏMƏN:-Qapıdır...
    MARIYA:-Hə, deyəsən həqiqətən qapıdır...

    Mariya gedib qapını açır. Ərəstun gəlir. Diqqətlə ətrafı nəzərdən keçirir. Əvvəlcə divardan asılmış şəklə, sonra Mariya və Yasəmənə baxır. Qadınlar çəkinə-çəkinə, döyükə-döyükə onu süzürlər. Ərəstün əlini sinəsinin üstünə qoyub kədərli halda başını aşağı salır.

    ƏRƏSTUN:-Təəssüf ... Qoruya bilmədik...
    YASƏMƏN (Çaşqın halda). Bəlkə mən gedim?

    Mariya əvvəlcə Yasəmənə, sonra Ərəstuna baxır. Bilmir ki, nə cavab versin.

    ƏRƏSTUN (Yasəmən):- Getməyiniz məsləhətdir. (Mariyaya). Bəzi detalları dəqiqləşdirmək lazımdır.
    MARİYA:- Yaxşı, Jasmen... get... Sonra görüşüb söhbətləşərik.
    YASƏMƏN:-Hələlik... (Müəmmalı tərzdə). Sağ olun...
    MARİYA:- Hələlik...
    ƏRƏSTUN:- Hələlik...

    Yasəmən gedir. Ərəstun fikirli halda yenə şəklə baxaraq dodaqaltı nəsə mızıldanır.

    MARİYA:- Mən sizi eşidirəm.
    ƏRƏSTUN:- Mən “Elaynz” şirkətinin yerli nümayəndəsiyəm .

    Musiqi. Ərəstun əl-qolu ilə Mariyaya neysə izah edir. Qadın onu dinləyir. Ərəstun qadına yaxınlaşır, əvvəlcə onun bir əlindən, sonra iki əlindən yapışır.Mariya əlini geri çəkib qəfildən Ərəstunu şillə ilə vurur. Ərəstun dabanı üstə fırlanıb qapıya doğru qaçır. Bu zaman Kişi əzəlki geyimində gəlir. Ərəstun Kişini görüb diksinir və cəld çıxıb gedir. Mariya sanki yerində donur. Heyrətlə Kişiyə baxır. Sonda özünü onun üstünə atıb hönkürür.

    MARİYA:- Mişa, əzizim!.. Mixayıl!..Mənim əzizim! Ruhum, həyatım!..
    KİŞİ:-Necəsən, mənim mələyim?..
    MARİYA:- Heç inanmağım gəlmir. Axı, sənin barəndə burada tamam özgə məlumat çatdırmışdılar.
    KİŞİ:-Eh, Mariya... Çıxmayan cana ümid çoxdur...
    MARİYA:- Mən necə də xoşbəxtəm, Mişa! Amma elə bil səsin xırıldayır bir az...
    KİŞİ:-Ola bilər... Ötüb keçər yəqin...
    MARİYA:- Əlbəttə, səs-zad boş şeydir... Əsas məsələ odur ki, sağ qalmısan, ayaq üstəsən... O boyda qəzadan çıxmısan zarafat deyil ki...
    KİŞİ:-Elədir... (Əli ilə başını tutur). Of-f-f... Başım yaman ağrıyır.
    MARİYA:- Mişa, yol gəlmisən... (Onu öpür). Yorğunsan yəqin... İstəyirsən keç öz otağına yat dincəl bir az...
    KİŞİ:-Eybi yoxdur... Sonra...
    MARİYA:- Ay Allah, mən bu gün dünyanın ən bəxtəvər qadınıyam. (Onu oxşayır). Bu səhər Valya zəng vurmuşdu... Dedi Mixaylı yuxuda görmüşəm. Gərək ona sənin adından əla bir hədiyyə alam!.. İki gündən sonra isə Volodyanın toyudur. Onun xahişi yadındadır yəqin... Bilirsən sənin üçün ən çox dərd çəkən kim olub: Yuri Vasilyeviç! O, qızıl adammış, Mişa!.. Sənin gəlişini eşidib necə sevinəcək! O günləri telefonda ağlaya-ağlaya deyirdi ki, Mixailin xahişini yerinə yetirmişəm. O, hansı xahişdir elə?..
    KİŞİ (Çiynini çəkib duruxur). Nəsə xatırlamıram...
    MARİYA:- Mişa! Mənim sevincim, mənim sevgim!.. (Onu qucaqlayır). Baxıram, yaman sınıxmısan. Əlbəttə, eybi yoxdur. Mən səni necə lazımdır yemləyəcəyəm... Yenə ətə-qana gələcəksən... Hə, sənə bir xəbər də verim: Yuri Vasilyeviçin oğlu gəldi... Düz iki ildən sonra. Təbrik edərsən.
    KİŞİ:-Əlbəttə... Zəng çalaram... Şərəfli borcunu yerinə yetirib.
    MARİYA:- Hə? Şərəfli borc?..
    KİŞİ:-Onun oğlu əsgərlikdə deyildi?
    MARİYA:- Yox, Mişa. Nə əsgərlik?.. Onu tutmuşdular, türmədə idi... (Unutmusan bəyəm?). Valyanın qızının da başına iş gəldi...
    KİŞİ:-Hansı qızının?..
    MARİYA:- Necə yəni “Hansı qızının” ? Valyanın cəmi-cümlətanı bir qızı vardı...
    KİŞİ:-Hə... Yadıma düşdü...
    MARİYA:- Mişa... Bəlkə də heç indi bu cür söhbətin yeri deyil, amma gərək soruşam: o krediti ödəyə biləcəksən?..
    KİŞİ:-Hansı krediti?..
    MARİYA:- Bankdan maraqlanırdılar... (Kənara çəkilib diqqətlə onu süzür).
    KİŞİ:-Hım-m... Baxarıq...

    Telefon zəngi. Mariya dəstəyi götürür.

    MARİYA:- Alo!.. Salam, Yuri Vasilyeviç!.. Necəsiniz!.. Ürəyiniz möhkəmdirmi? (Pauza). Onda sizə bir şad xəbər verim! Mişa gəlib!.. Necə yəni hansı Mişa?.. Mənim Mixailim! Əlbəttə, yanımdadır! İnanmırsan!.. İndi özü danışar sizinlə. (Kişiyə). Gəl, dəstəyi götür. Yuri Vasilyeviçdir!..
    KİŞİ (dəstəyi könülsüz götürərək):- Bəli! Salam, Yuri Vasilyeviç! Təşəkkür edirəm!.. Sağ olun! Kimi görmüsüz?.. (Pauza). Nə? (Mariyaya). Nadejda Aleksandrovna kimdir?..
    MARİYA:- Necə yəni kimdir?.. Sən öz bacını tanımırsan?..
    KİŞİ (dəstəyə):- Hə, hə, mənim bacımı deyirsiniz?.. Sağ olun. Kim?.. Vanya dayı?.. O, kimdir elə?.. Hə?.. (Pauza). Kim?.. (Mariyaya). Kimdir Vanya dayı?..
    MARİYA:- Mişa, sənə nə olub?.. Bəyəm qonşumuzu unutmusan?..
    KİŞİ (dəstəyə):- Hə, qonşumuzu deyirsiz yəqin. Mənim maşınım?.. (Mariyaya). Mənim maşınım hansı rəngdədir?..
    MARİYA (gülür):- Ağ rəngdədir?..
    KİŞİ (dəstəyə):-Hə... Ağdır, ağ... (Mariyaya). Maşının nömrəsi neçədir?..
    MARİYA (Hirsli):- Bilmirəm...
    KİŞİ (dəstəyə):- Bilmirəm... Unutmuşam... Hə?.. (Mariyaya). Biz neçə ildir bu evə köçmüşük?..
    MARİYA (diqqətlə Kişiyə baxaraq):- İl? İl nədir? Cəmi səkkiz aydır!..
    KİŞİ (dəstəyə):- Cəmi səkkiz aydır buraya köçdüyümüz. (Pauza). Bilmirəm... Onu da deyə bilmərəm. Mənim əvvəlki arvadım?.. (Mariyaya). Bu, nə deyir?... Hansı arvadım soruşur məni? Məryəm?.. Alçaq qadın!..
    MARİYA:-Sənin Ninadan başqa arvadın da olub?
    KİŞİ (Mariyaya):- Yox... Olmayıb...
    MARİYA:- Bəs Məryəm kimdir?..
    KİŞİ (hirslə dəstəyi çırpır):- Mariya!..
    MARİYA:-Mişa, Mixail... Əzizim, nə olub sənə?..
    KİŞİ:-Mənə?.. Mən Mixail deyiləm...
    MARİYA:-Özünü pis hiss edirsən?.. Bəlkə Fedyanı çağırım?.. Tanıyırsan onu?..
    KİŞİ:-Yox... Fedyanı da tanımıram...
    MARİYA:-Elə isə Nadyanı çağırım...
    KİŞİ:-O, kimdir elə?..
    MARİYA:-Dost-doğma bacını da tanımırsan?.. Axı, indicə...
    KİŞİ:-Tanımıram, Mariya... Mən sənin tanıdığın adamların heç birini tanımıram... Elə mənim tanıdıqlarımı da sən tanımırsan... Mən Mişa deyiləm... Doğru sözümdür. Mən zarafat etmirəm...
    MARİYA:-Bəlkə keçib dincələsən öz otağında...
    KİŞİ:-Mən öz otağımı da tanımıram...
    MARİYA:-Məni necə, tanıyırsanmı, Mişa?..
    KİŞİ:-Yox... Doğrusu, heç səni də tanımıram... Həqiqətən...
    MARİYA:-Mən görürəm ki, sən həqiqəti deyirsən... Zarafat etmirsən... Amma heç nə başa düşmürəm...
    KİŞİ:-Mən görürəm ki, sən xeyirxah qadınsan, Mariya... Amma həqiqət gec-tez faş olmalıdır... Mən... Mən həqiqətən heç də sənin tanıdığın Mixail deyiləm...
    MARİYA (dəlicəsinə gülür):- Xa-xa-xa!.. Bəs elə isə sən kimsən, əzizim?..
    KİŞİ:-Mən yalnız zahirən Mixailəm...
    MARİYA:-Necə yəni “zahirən”? .. Bağışla məni, onda sən daxilən kimsən?..
    KİŞİ:-Mən daxilən başqa adamam... Sənin tanımadığın yad bir adam... Onsuz da sən gec-tez bunu biləcəkdin... Mənsə qətiyyən başqa rolda çıxış edə bilmirəm. Gərək həqiqəti vaxtında deyəsən...
    MARİYA:-Əgər mən bir şey qandımsa, Allah mənə lənət eləsin!.. Necə yəni sən Mixail deyilsən?.. (Əli ilə onun üz-gözünü sığllayır). Bəs kimsən onda?.. (Gülür). Bəlkə doğrudan daxilən ayrı adamsan?..
    KİŞİ:-Elədir! Nə qədər gülməli də olsa mən daxilən Mixail yox, Mikayılam...
    MARİYA:-Mikayıl?.. Bəs eləsə mənim ərim Mixail haradadır?.. Bəlkə sən onun sir-sifətini oğurlamısan?.. Sən şarlatansan, fırıldaqçısan, şeytansan, rəmmalsan bəlkə?..
    KİŞİ:-Qulaq as, qoy hər şeyi olduğu kimi, yerli-yataqlı danışım. Əlbəttə, əgər istəsən...

    Musiqi sədası tədricən artır; göy gurultusu, təyyarə uğultusu eşidilir. Kişi mimika və jestlərlə nəyisə izah edir; hiss olunur ki, o qəzaya düşdüyü, cərrahiyyə əməliyyatına məruz qaldığını başa salır. Kişi öz şəklinin önündə dayanıb əlini gah başına, gah sinəsinin üstünə qoyur, hiddətlənir, ağlayır. Nəhayət, musiqi qəfildən kəsir.

    MARİYA:-Hım-m-m... Belə-belə işlər... Bu gün çox qəribə gündür. Mən səndən o dəqiqə şübhələndim... Adi şeyləri bilməyib gözünü döyəndə bildim ki, burada nəsə bir sirr var.Yuri Vasilyoviçlə danışanda isə lap sarsıldım...Ürəyimə nəsə damdı... Deməli, qazetlərin yazdığı o mutant sən imişsən... İçin bir adama, üzünsə başqasına məxsusdur. Amma, hər halda, əgər sənin dediklərin həqiqətdirsə, o Mikayıl deyilən şəxs vicdanlı adam imiş; çünki sən həqiqəti danışdın... Sənə məsləhətim budur: get, hər şeyi Mikayılın arvadına olduğu kimi danış. O, ağıllı qadın olsa, səni qəbul edər. Axı, sən onun ərisən...
    KİŞİ:- Mən getmişdim. Məryəm məni qəbul etmədi... Mənim arvadım, daha doğrusu, Mikayıl Yusifovun arvadı...
    MARİYA:-Mənim Mikayıl Yusifov adlı ərim yoxdur; mənim ərim Mixail Aleksandroviç Yusupovdur, əziz qonaq?..
    KİŞİ:-Yaxşı, bəs indi mən nə edim?..
    MARİYA:-Təəssüf ki, mən sizə heç nə ilə kömək edə bilmərəm...

    Kişi çantasını götürüb qapıya yaxınlaşır.Musiqi. Yasəmən gəlir.Kişi ani olaraq ayaq saxlayir sonra sürətlə qapıdan çıxır.

    HƏYAT və ya TILSIM

    Böyük zal. Musiqi. Adamlar-kişi və qadınlardan ibarət cütlüklər rəqs edir. Ərəstun yeməkxana işçisi (ofisiant) geyimində- ağ kalpak və xalatda gəzişir. Yasəmən gəlir. Keçib boş stollardan birinin arxasında əyləşir Ərəstun ona yaxınlaşır. Musiqi yavaşıyır, tədricən eşidilməz olur. Rəqs davam edir.

    ƏRƏSTUN: -Buyurun, eşidirəm. Sifarişinizi deyin?..
    YASƏMƏN:- Kofe gətirin... (Siqaret çıxarıb irəli uzadır, Ərəstun onun siqaretini alışqanla yandırır). Sağ olun! (Qadın qəfildən diksinir). Bu sənsən?.. Məni nə vaxtadək izləyəcəksən? Xahiş edirəm, rahat burax məni...
    ƏRƏSTUN: -Az qala tanımayacaqdım... Hə, de görüm necəsən? Əvvəla, səni görməyimə çox şadam ikincisi də, hələ bilmək olmaz kim kimi izləyir.
    YASƏMƏN:- Yox bir, bəlkə mən səni izləyirəm?..
    ƏRƏSTUN: -Hər şey ola bilər...
    YASƏMƏN:- Bu, ola bilməz... Çünki mən hansı tanışımın evinə gedirəmsə dabanbasaraq sən də orada zühur edirsən...
    ƏRƏSTUN: -Nə olsun ki? (Gülür). Mən də hansı tanışımın evinə gedirəm, qəribə bir tip dabanbasaraq özünü ora çatdırır. Mənə elə gəlir ki, sənin xəfiyyən məni izləyir.
    YASƏMƏN:- Sən kimə deyirsən?..
    ƏRƏSTUN:- O çiyni sumkalını, ağ əlcəklini deyirəm. Əməlli-başlı xarabdır onun...
    YASƏMƏN:- Haradan bilirsən?..
    ƏRƏSTUN: -Nəyi?.. Onun başının xarablığını?.. Çünki o, tez-tez baş çəkir bura.
    YASƏMƏN:- Doğrudan?..
    ƏRƏSTUN:- Mənim səninlə zarafatım var?.. Bax, gəlir, keçir ora... Əyləşir, bir fincan çay sifarişi verir, mən artıq onun menyusuna bələdəm, sonra əlini söykəyir, alnına (göstərir), bax belə, lal-dinməz donub qalır. Ürəyimdə öz-özümə deyirəm ki, şükür heyvanına, xudaya, bu da adamdır bəyəm?!.
    YASƏMƏN:- Sən özün bir adamsan ki, hələ başqasına da lağ eləyirsən?.. Bəlkə o, doğrudan səni izləyir?..
    ƏRƏSTUN:-Yox əşi! Bayaq zarafat elədim. Əvvəlcə, elə bildim doğrudan məni izləyir: çünki mən hara gedirdim o da oraya dürtülürdü. Sonra baxıb gördüm yox, dostum heç mənim üzümə də baxmır, öz aləmindədir.
    YASƏMƏN:- Bəs sənin nə itin azıb tanımadığın qadınların evlərində? Utanmırsan?..
    ƏRƏSTUN (gülür):- Gözəl və dul qadınlarla tanış olmaq mənim borcumdur. Yox, ürəyinə başqa fikir gəlməsin... Mən sadəcə olaraq onları buraya-bu göydələnə, öz şirkətimizin ofisinə cəlb edirəm...
    YASƏMƏN:- O nə şirkətdir elə?..
    ƏRƏSTUN: -Sən özün çoxdan o şirkətin üzvüsən. (Gülür). Əlbəttə, bunu heç özün də bilmirsən hələ. Unutma ki, bura gələn qadınların elə hamısı bizim şirkətə işləyir.
    YASƏMƏN:- Elə isə ta mən bu tərəfə üz tutan deyiləm.
    ƏRƏSTUN: -Gələcəksən. Bu, təkcə səndən asılı deyil ki...
    YASƏMƏN:-Bəs kimdən asılıdır?..
    ƏRƏSTUN: -Bu, sirdir. Sirri isə açmazlar...
    YASƏMƏN:-Elə isə... Mən getdim...
    ƏRƏSTUN: -Özün bilərsən.

    Yasəmən durub getmək istəyir. Bu vaxt Kişi gəlir; sakitcə keçib stol arxasında əyləşir. Yasəmən Kişini görüb ayaq saxlayır. əlindəki siqareti külqabıya basıb nazlana-nazlana Kişiyə yaxınlaşır. Ərəstun gedir.

    YASƏMƏN:- Salam...
    KİŞİ (diksinir):- Hə, salam...
    YASƏMƏN:- Deyəsən, tanımadız məni...
    KİŞİ:-Yox...
    YASƏMƏN:- Bir-iki dəfə rastlaşmışıq... (Pauza). Məryəmgildə, sonra Mariyagildə... Bəlkə də unutmusuz...
    KİŞİ:-Hə, hə, xatırladım. Bağışlayın. Son vaxtlar unutqan olmuşam... Deməli, artıq biz sizinlə tanışıq.
    YASƏMƏN:- Bəli...
    KİŞİ (gülür):- Siz təsadüfən məni izləmirsiz ki?..
    YASƏMƏN (gülür):- Hər şey ola bilər... Sizin kimi yaraşıqlı, boy-buxunlu bir kişini nə üçün də izləməliyəm?..
    KİŞİ:-Komplimenti, hətta, kişilər də xoşlayırlar.
    YASƏMƏN:- Mən qətiyyən kompliment demirəm. Siz istənilən qadının ürəyini fəth edə bilərsiniz...
    KİŞİ:-Bu, lap ağ oldu ki...
    YASƏMƏN:- Biz qadınlar bəzən ürəyimizdən keçənləri gizlədirik. Nə üçün? Mən özlüyümdə sizi ideal bir kişi hesab edirəm. Qoy bəziləri mənimlə heç razılaşmasınlar. Eyb etməz...
    KİŞİ:-Siz harada işləyirsiniz?..
    YASƏMƏN:- Qəzetdə çalışıram.
    KİŞİ (ayağa durub xeyli gəzişir, sonra onunla üz-üzə dayanır):- Qəzetlər bilsə ki, onların düz burnunun ucunda sensasiya dolu bir mövzu var, yəqin ki, heyrətə gələrlər...
    YASƏMƏN (ayağa duraraq):-Mən indi o sensasiyanın yarım addımlığındayım. Əlimi uzatsam ona çatar. (Əlini uzadıb Kişinin çiyninə qoyur). Hə, necədir?
    KİŞİ:- (geri çəkilərək):- Deməli, siz... Deməli... (Pauza). Siz nəyi nəzərdə tutursunuz?
    YASƏMƏN:- O dediyiniz sensasiyanın qəhrəmanı sizsiniz...
    KİŞİ:-Bəyəm siz... siz... mənim barəmdə nəsə bilirsiniz?..
    YASƏMƏN (başını tərpədir):- Bəli... (Pauza). İnanmırsız?..
    KİŞİ:-Bəs nə əcəb susursunuz?.. Niyə bu barədə yazmırsınız?(Qəzəblə). Niyə aləmə car çəkmirsiniz?..
    YASƏMƏN:- Nəyi?.. Sizin başınıza gələnləri?.. Sizin qəhrəmanlığınızı?
    KİŞİ (gülür):- Qəhrəmanlıq?.. Kimdir qəhrəman?..
    YASƏMƏN:- Əlbətdə, siz qəhrəmansız!..
    KİŞİ:- Kim? Mən?. Heç özümdə bilmirəm ki, mən kiməm?..
    YASƏMƏN:- Ola bilər... Amma mən sizi yaxşı anlayıram...
    KİŞİ:-Məni heç kəs anlaya bilməz... Heç kəs...(Pauza). Deməli, artıq mənim kimliyim sizə məlumdur... Adınız nə oldu sizin?..
    YASƏMƏN:- Yasəmən... Jasmen də deyə bilərsiz...
    KİŞİ:-Yasəmən... Jasmen. Yaxşı addır... Siz isə mənim adımı soruşmursunuz...
    YASƏMƏN:- Sizə Mikayıl da deyirlər, Mixail də... Əslində isə siz... siz... nə Mikayılsız, nə də Mixail... Elə deyilmi?..
    KİŞİ (heyrətlə ona baxır):- Görürəm ki, artıq mənim kimliyim sizə bəllidir... Amma... Doğrudan mən kiməm?
    YASƏMƏN:- Siz bu suallarnan özünüzü üzməyin. İndi siz necəsinizsə, elə əslində o cürsüz.
    KİŞİ:-Axı, məni olduğum kimi qəbul etmirlər.
    YASƏMƏN:- Kim?..
    KİŞİ:- Arvadım... Yox... Arvadlarım...(Pauza). Aman Allah, bu nə fəlakətdir? İndi heç özümdə bilmirəm onlardan hansı mənim arvadımdır?.. İksi də?.. Yoxsa... Bəlkə heç biri?..
    YASƏMƏN:- Əlbətdə, heç biri arvadın deyil. Vaxtilə onlardan biri Mixailin arvadı olub, digəri Mikayılın. İndi isə nə Mikayıl var, nə də Mixail. İndi siz bu cürsüz. Sizi yalnız bu cür qəbul etmək lazımdır.
    KİŞİ:-Doğrudan da... Əslində mən o qadınların hər ikisinə yadam. Daha doğrusu, (pauza) birisinə çölüm yaddır, o birisinə içim... Amma axmaqlıq edib onlardan başqa şey tələb edirəm...
    YASƏMƏN:- Onları qınamaq olmaz. Gərək sən də onları başa düşəsən, əzizim...
    KİŞİ:-Tutaq ki, mən onları anladım... Bəs mənim özümü necə, bir anlayan olacaqmı bu lənətə gəlmişi dünyada?..
    YASƏMƏN:- Yəqin ki, belə bir qadın tapılar...

    Lirik musiqi. Onlar xeyli müddət bir-birinə baxır, sonra gülümsəyirlər. Bal rəqsi. Onlar əl-ələ tutub rəqs edirlər. Ərəstun gəlir. Fincanları stolun üstünə qoyur. Kişi və Yasəmən qol-qola çıxırlar. Məryəm gəlir. O şalvar geyib. Qadın Ərəstuna yaxınlaşır. Musiqi sədası onların nə barədə danışdığını eşitməyə mane olur; hər ikisi əl-qol hərəkətləri ilə bir-birinə nəyisə izah edirlər. Rəqs edənlər tədricən uzaqlaşır. Musiqi kəsir. Ərəstun və Məryəm səhnənin önünə gəlirlər.

    MƏRYƏM:- O, kiminlə getdi?..
    ƏRƏSTUN: -Yasəmənlə. Siz ki, onu tanıyırsınız. Hərdən ona Jasmen də deyirlər...
    MƏRYƏM:- Hə...Yasəmən... İndi o, Jasmen olub?.. Bəs bilmədiniz onlar hara getdilər?..
    ƏRƏSTUN:- Deyə bilmərəm. (Mənalı tərzdə). Bəyəm getməyə yer azdır?..
    MƏRYƏM: - Siz bilirsiniz kimdir o Kişi?..
    ƏRƏSTUN (çiynini çəkir):- Məni qadınlar daha çox maraqlandırır... Mənim nəyimə lazımdır o kişi kimdir, nəçidir?..
    MƏRYƏM:- O, mənim ərimdir.
    ƏRƏSTUN:- Ərinizdir? Hım-m... Bəyəm siz ərlisiniz?..
    MƏRYƏM:- Mənə nə olub ki?..
    ƏRƏSTUN: -Heç... Elə-belə soruşuram. Bəs indiki qarışıq zamanda heç adam da öz ərini gözündən kənara qoyar?..
    MƏRYƏM:-Doğrusu, son vaxtlar aramızda bir az anlaşılmazlıq yaranmışdı... Ona görə...
    ƏRƏSTUN: -Camaat bu saat əliçıraqlı ər axtarır... Özü də belə (əli ilə təsvir edir) boy-buxunlu, enlikürək kişi...
    MƏRYƏM:- O, əvvəllər bir az arıq idi... İndi boyu artıb...
    ƏRƏSTUN: -Yəqin rəngi-rufu da dəyişib. Əvvəllər o, qaraşın deyildi ki?
    MƏRYƏM:-Siz bunu haradan bilirsiniz?..
    ƏRƏSTUN: -Baxan kimi bilinir ki, o, heç də həmişə kürən olmayıb...
    MƏRYƏM (Heyrətlə):- Siz düz deyirsiniz. Deməli, onu əvvəllər də tanımısınız?
    ƏRƏSTUN: -Belə də... Gör bir siz necə nəhəng bir kişini qoruya bilmirsiniz! Ax, qadın ki, qadın...
    MƏRYƏM:-Doğrusu, o, son vaxtlar bir az xəstələnmişdi... Ona görə də...
    ƏRƏSTUN:-Adam xəstələnər də... Burada nə var ki?.. Bu saat adam var ki, astarını üzünə çevirirlər, yaxud hər “hissəsini” bir yerdən tapıb bir təhər ayağa durğuzurlar, amma yenə ailəsi tərəfindən sevilir.
    MƏRYƏM (Heyrətlə):- Siz Mikayılı tanıyırdınız?..
    ƏRƏSTUN: -Bunun nə mənası var ki?.. Mən daha çox qadınları tanıyıram. Mənim sizə tövsiyyəm budur: ərinizi qoruyun!
    MƏRYƏM:-Mənim də zəhləm gedir ərinə diqqət yetirməyən qadınlardan. Adamın başına lap müsibət də gələr, elə deyilmi? (Pauza). Bəyəm çətin gündə adam bir-birini atar?.. İnsan üçün ən vacib şey nədir? Ağıl! Şükür Allaha, mənim ərimin ağlı yerindədir! O, qəzaya uğramışdı, ağır travma almışdı. İndi sap-sağlamdır... Mən sizi yaxın bilib deyirəm bunları! Hə, bir balaca plastik əməliyyat aparıblar onun üz-gözündə... Əvəzində boyu daha da uzanıb, rəngi açılıb. Lap yaxşı! Mən nə itirirəm ki?.. Bəlkə elə deyil?.. Mən bu cür şeyləri başqa yerdə danışan deyiləm.
    ƏRƏSTUN: -Bilirəm... Hər şeyi anlayıram... Siz arada yenə buraya-bizim şirkətə baş çəkin, mən sizi mütləq ərinizlə barışdıraram. Yəqin ki, bizə bir hədiyyə, mağarıc da düşəcək... (Gülür). Siz elə bilirsiniz ki, ərlə arvadı barışdırmaq asan məsələdir?..
    MƏRYƏM:-Siz ərimi mənə qaytarın... Gözəl bir hədiyyə qazanacaqsınız... İnanın mənə!
    ƏRƏSTUN: -Oldu... Məndə telefonunuz, ünvanınız var... Zəng edərəm...
    MƏRYƏM:-Eləsə, hələlik. Sağ olun!
    ƏRƏSTUN: -Sağ olun!

    Məryəm getmək istəyir. Bu zaman Madriya gəlir: o da Məryəm kimi şalvar geyib. Məryam maraqlı nəzərlərlə Mariyanı süzür, kənara çəkilir. Mariya Ərəstuna yaxınlaşır. Gur musiqi sədası. Ərəstun Mariyaya nəyisə izah edir. Mariya gülümsəyib başı ilə Ərəstun deyənləri təsdiq edir. Musiqi azalır.

    MARİYA:- Yaxşı, onda mən gedim, sonra gələrəm...
    ƏRƏSTUN:-Əyləşin, sizə qulluq eləyim...
    MARİYA:-Onda bir fincan çay gətir.
    ƏRƏSTUN:-Oldu... Bu dəqiqə...

    Mariya əyləşir. Ərəstun kənarda dayanmış Məryəmə nəsə işarə edir; qadın Mariyaya yaxınlaşır.

    MƏRYƏM:-Burada əyləşmək olar?..
    MARIYA:-Allah xatirinə...Əyləşin... Elə bayaqdan ürəyimdən keçirdi ki, kaş bu boş stulda bir qadın gəlib əyləşəydi.
    MƏRYƏM:- Elə mən də düşünürdüm ki, kaş tək bir qadın ola, keçib yanında əyləşəm. Ailəli qadının yad kişilərlə bir yerdə oturmasını qəbul edə bilmirəm.
    MARIYA:- Lap ürəyimdən tikan çıxartdınız. Yəqin ki, ərinizi gözləyirsiniz?..
    MƏRYƏM:- Bəli... Siz də?..
    MARIYA:- Əlbəttə... Xoşum gəlir ərinin üstündə yarpaq kimi əsən qadınlardan...
    MƏRYƏM:- Elə də olmalıdır. Amma bəziləri elə düşünür ki, guya yalnız kişilər qadınların qayğısına qalmalıdır.
    MARIYA:- Bu, kökündən yanlış fikirdir! Bu, patriarxal, Allah bilir, bəlkə də matriarxal düşüncədir.
    MƏRYƏM:- Mənə elə gəlir ki, qadının başına gələn hər bir faciədə günahkar qadının özüdür.
    MARIYA:- Sözsüz ki, elədir!.. Şükürlər olsun, indiyəcən ərimlə mənim aramda heç bir qanqaraldan söh-söhbət olmayıb.
    MƏRYƏM:- Niyə də olmalıdır ki? Üzünüzə baxan kimi bilinir ki, dünyagörüşlü, ziyalı, aristokrat bir qadınsınız...
    MARIYA: Hiss olunur ki, siz də əsil-nəcabətli ailədənsiniz.
    MƏRYƏM:- Amma təəssüf ki, indi ev yıxan qadınlar da az deyil.
    MARİYA:-Ta onu demə!.. O qədər ailə dağıdan qadınlar var ki! Siz lap mənim yaramın gözünü qopartdınız, vallah! Mən düzünəqulu, səmimi adamam. Bilirsiniz buraya nə üçün gəlmişəm?.. Eşitmişəm ki, fırıldaqçı bir qadın ərimi tora salmaq istəyir... Yox, əlbəttə, mən buna görə ərimdən inciyən deyiləm...
    MƏRYƏM:- Mənim ərim də bir qadının fitnə-felinə uyub. Dəqiq bilmirəm... Bəlkə də yalan söhbətdir.
    MARIYA:- Eybi yoxdur. Kişi xeylağıdır... Siz Allah xətrinə dəyməyin...
    MƏRYƏM:- Siz nə danışırsınız. Mən ona güldən ağır söz demərəm! Sevgi olan yerdə nə söz nə söhbət?..
    MARIYA:- Ağıllı qadınlar hərdən kişinin marşrutdan çıxmasına da şərait yaratmalıdırlar. (Gülür). Elə deyil?
    MƏRYƏM:- Razıyam sizinlə! Həmişə plov yemək olmaz ki! Bəlkə mən düz demirəm?..
    MARIYA:- Hamı sizin kimi müdrik deyil ki!..
    MƏRYƏM:- Görürəm ki, siz çox ağıllı qadınsınız...
    MARIYA (şən halda):- Of! Kişilər, kişilər! Sizinlə yaşamaq nə qədər çətindir!..
    MƏRYƏM (gülərək):- Of! Kişilər, kişilər! Sizsiz yaşamaq sizinlə yaşamaqdan da çətindir!..

    Gülüşürlər. Musiqi. Onlar əl-ələ tutub rəqs edirlər. Ərəstun gəlir. Onlara nəsə deyir. Qadınlar qəhqəhə çəkib gülürlər. Ərəstun hər iki qadınla əl-ələ tutub rəqs edir. Sonra qadınlar ikilikdə vals oynayırlar.

    ÖLÜM VƏ YA XOŞBƏXTLIK

    Kişi və Yasəmən qol-qola gəlirlər. Yasəmən uzun, geniş ətəkli don geyib. Mariya və Məryəm əl-ələ tutub bir-birilərinə nəsə deyir, qəhqəhə çəkib gülüşürlər. Onlar qəfildən Kişini və Yasəməni görüb duruxur, ciddiləşir, sonra cəld addımlarla irəli yeriyirlər... Yasəmən Kişinin qolundan daha bərk yapışır. Ərəstun onlara yaxınlaşır, döyükür, yerində qurcalanır.

    MARİYA:- Mişa! Əzizim!..
    MƏRYƏM:- Mikayıl!.. Harada itib-batmısan?..
    YASƏMƏN:- Bunlar kimdir belə?.. Hə, bildim...
    MARİYA:- Bura bax, Jasmensən-nəsən?.. Nə ortaya düşmüsən?
    MƏRYƏM:- Yasəmən?.. Bu, nə oyundur çıxarırsan?..
    KIŞI:- Qışqırmayın! Sakit olun! Ayıbdır!..
    MARİYA (Məryəmə):- Sənə nə lazımdır?..
    MƏRYƏM:- Bıy! Bəs sən kimsən belə? Özünü nə yuyulmamış qaşıq kimi atmısan ortaya?
    ƏRƏSTUN: -Sakitliyi bərpa edin!..
    YASƏMƏN (Kişiyə):- Bunlar səndən nə istəyirlər?
    MƏRYƏM:- Qadında üzə bir bax ey!..
    MARİYA:- Kənara çəkilin!.. Mişa, bir bəri gəl görüm...
    YASƏMƏN:- Ay gəldi ha!
    MƏRYƏM:- Ay qız, Yasəmən, sən nə istəyirsən mənim ərimdən?..
    MARİYA:- Jasmen, bu nə biabırçılıqdır belə?
    YASƏMƏN:- Niyə gedib öz işinizlə məşğul olmursunuz?.. (Kişiyə).
    Əzizim, sən niyə bunların cavabını vermirsən?..
    KİŞİ:-Doğrudan da... Siz məndən nə istəyirsiniz?
    ƏRƏSTUN (şən-şən gülümsəyir, yerində dingildəyir):- Nə buyuracaqsınız? Kofe, çay, şampan, şirə, şərab!
    SƏSLƏR:-Rədd ol!.. Şərab nədir?.. Nə şampan?..

    Hamı Ərəstunun üstünə cumur. Səs-küy. Ərəstun qaçıb aradan çıxır.

    MƏRYƏM:- Mikayıl, ailəmizin adını biabır etmə... Gəl, getdik...
    YASƏMƏN:- Nə?.. Mikayıl kimdir?.. Sənin ağlın çaşıb deyəsən?..
    MARİYA:- Əlbəttə, bu qadının ağlı çaşıb!.. Mişa, əzizim, gəl gir qoluma, evə gedək...
    YASƏMƏN:- Mişa kimdir?.. Bu, nə deyir?.. (Kişiyə). Əzizim, bəlkə sən özün verəsən bunların cavabını?..
    MƏRYƏM:- Mikayıl!
    MARİYA:- Mişa! Mixail!..
    YASƏMƏN (gülür):- Ha-ha-ha!.. Nə Mişa? Nə Mikayıl?.. Siz niyə anlamaq istəmirsiniz ki, burada nə Mikayıl var, nə də Mixail!..
    MƏRYƏM (Yasəmənə):- Sən nə həyasız qadınsan!..
    MARİYA (Yasəmənə):- Mən başa düşə bilmirəm, sən başqasının həyatına niyə burnunu soxursan?..
    YASƏMƏN (Kişiyə):- De görüm, sən niyə bunların cavabını vermirsən?.. (Kişinin yaxasından tutur). Niyə? Niyə?.. Cavab versənə!..
    MƏRYƏM:- Burax onun yaxasını!..
    MARİYA:- Mişa, əzizim!.. Gör bir sən yaxanı kimin əlinə vermisən!

    Ərəstun gəlir. Kənardan qışqırır.

    ƏRƏSTUN:-Nə buyuracaqsınız? Kofe, çay, şampan, şirə, şərab!..
    YASƏMƏN (Ərəstuna yaxınlaşır):- Ərəstun! Bura bax! (Kişini göstərir). Sən tanıyırsan bu kişini?...
    ƏRƏSTUN:- Əlbəttə! (Duruxur). E-e–e-e...Yox!...
    YASƏMƏN:- Bu, bəyəm Mişadır?...
    ƏRƏSTUN:- Nə?.. Mişa kimdir?.. Mixaili deyirsən? Yox, yox, yox!...
    YASƏMƏN:- Ucadan de!...
    ƏRƏSTUN:- Bu, Mixail deyil!...Qətiyyən!
    YASƏMƏN (Mariyaya):- Gördün? Eşitdin?...
    MƏRYƏM:- Əlbəttə ki, Mixail deyil!...
    YASƏMƏN:- Yox bir, bəlkə Mikayıldır bu?...
    MƏRYƏM:-Bəlkə mən öz ərimi tanımıram?
    YASƏMƏN:- Ərəstun, bu kişi Mikayıldır bəyəm?..
    ƏRƏSTUN:- Nə?.. Mikayıl kimdir? (Kişiyə). Bəyəm sən Mikayılsan?...
    Əlbəttə, yox... Burada mikayıl nə gəzir, balam !..
    MARİYA (Ərəstuna):- Sən itil buradan!...
    MƏRYƏM (Ərəstuna):- Sənin başına bir oyun açaram ki!... (Kişiyə). Mikayıl, şən niyə susursan?.. (Kişinin qolundan tutur). Gəl bəri...
    MARİYA:-Mişa! (Kişinin o biri qolundan tutur): - Mişa, gəl getdik!... (Ərəstuna). Alçaq, bəyəm mən öz ərimi tanımıram?...

    Mariya və Məryəm Kişinin qolundan tutub müxtəlif tərəflərə dartdılar.

    KİŞİ:- Buraxın qolumu!.. Siz məni öldürmək istəyirsiniz?...
    MƏRYƏM:- Burax kişinin qolunu!...
    MARİYA:-Doğurdan da, hamınız ağlınızı tirmisiniz. Bəyəm mən tanımıram öz ərimi? Bəlkə onunla birlikdə çəkdiyim şəkli göstərim sizə? (Sumkadan şəkil çıxarıb göstərir). Baxın! Bu, şəkildir?.. Şəkildir! Mişadır?.. Mişadır! Yanındakı kimdir? Mənəm?.. Mənəm!.. Bəlkə onun bədəninin harasında xal var, harasında çapıq var-onları da açıb göstərim sizə? Lap lazım gəlsə başqa yerlərini də təsvir edə bilərəm... İnanmırsınız ? İstəyirsiniz lap qonum-qonşunu da şahid gətirim: bu, Mişadır, Mixaildir! Mənim ərimdir!
    MƏRYƏM:- Deyir oğru elə bağırdı ki , doğrunin bağrı yarıldı!... Ay qız, nə “Mişa-Mişa!”- salmısan?.. Bəyəm mən tanımıram öz ərimi ?.. Bəyəm mən bələd deyiləm Mikayılın ağlına ?.. (Mariyaya). Elə isə gəl soruşaq görək sizin toyunuz nə vaxt olub? Mikayılın ata-anası kimdir?.. Hə, niyə susursan ?..Tanımırsan öz qayınatanla-qayınananı ?.. Görürsünüz də, bu, necə “gəlin” dir? Hələ arsız -arsız mənə şəkil göstərir! (Mariyanı yamsılayır). “Bu Mişadır, bu da mən!” Mikayıl ağıllı, dərrakəli, cazibədar kişidir; çox qadınlar onunla şəkil çəkdirə bilə. Nə olsun ki ?.. Ona qalmış mənim də çox kişilərlə... daha doğrusu, çox kişilərin mənimlə şəkil çəkmək arzusu olub! Paho!... Şəkilləri var! Sənin ərin nəçi olub?.. Biznesmen! Elə deyilmi?.. Amma mənim ərim pianoçudur!.. Mikayıl, tez ol, keç royalın arxasına!... (Kişinin qolundan tutub küncdəki royala sarı çəkir ). Tez ol deyirəm sənə! Deyəsən, bunlar burada maskarad qurmaq istəyirlər!
    ƏRƏSTUN (yaxınlaşır):- Bəlkə mənə bir qulluğunuz var?!. Eləsə buyurun!..
    MARİYA:- Bura bax, Aristotel, özünü gicliyə qoyma! Sən ki, mənim Mişamı yaxşı tanıyırsan...
    ƏRƏSTUN:- Tanıyıram, əlbəttə, tanıyıram...
    MARİYA:- Bəs niyə susursan, Aristotel?...
    ƏRƏSTUN:- Heç mənə qulaq asan var ki ?...
    MARİYA:- Sakit olun !.. Görün bir Aristotel nə deyir?!. Sakit olun !..
    ƏRƏSTUN:- Sakit olun !..
    MƏRYƏM:- Ərəstu –u –u –un!.. Sən Mikayılı tanımırsan bəyəm?..
    ƏRƏSTUN:- Əlbəttə, tanıyıram...
    MƏRYƏM:-Tanıyırsansa niyə susursan, Ərəstun?.. Niyə həqiqəti demirsən? Düz söz desən dilin yanar sənin?..
    ƏRƏSTUN:- Burada heç kəs doğru sözü eşitmək istəmir...
    YASƏMƏN:- Ərəstun, sən nə çərənliyirsən? Bəyəm burada Mişa adlı bir ins–cins var?..
    MARİYA:- Nə-ə-ə ?..
    YASƏMƏN:- Burada Mikayıl adlı adam var bəyəm?..
    MƏRYƏM:- Nə-ə-ə ?..
    ƏRƏSTUN:- Burada nə Mikayıl var, nə də Mixail!.

    Mariya və Məryəm Ərəstunun boğazından yapışırlar. Ərəstun qışqırır, çabalayır, ayağını yerə döyür . Musiqi. Kişi yaxınlaşır.

    MARİYA:- Hə, indi de görüm bu, Mişadır, yoxsa...
    MƏRYƏM:-Bax, indi deyərsən bu, Mikayıldır, yoxsa...
    ƏRƏSTUN:- Bu, Mikayıldır! (Mariyaya). Bu, həm də Mişadır...
    YASƏMƏN:- Ərəstun!...
    ƏRƏSTUN (Yasəmənə):- Axı, mən neyləyim? Görmürsən boğazımı üzürlər. (Kişiyə). Niyə sən özün danışmşrsan? Niyə demirsən kimsən?... Qorxursan?...
    KIŞI :- Bir sakit olun!... Başım ağrayır...
    MƏRYƏM:- Onun başını ağratmayın!...
    MARİYA:- Mişa, əzizim, ürəyini qoru...
    YASƏMƏN (Kişiyə):- Başını da qoru, ürəyini də... Bunlar səni əsəbləşdirib özündən çıxartmaq istəyirlər!... (Ərəstuna). Ərəstun, deməli sən kim olduğunu deməyə qorxursan?..

    Kişi və Ərəstun yazıq-yazıq bir-birlərinə baxırlar .

    ƏRƏSTUN:- Mənim bir təklifim var. Deyim?...
    YASƏMƏN:- O nə təklifdir elə?...
    ƏRƏSTUN:- Təklifi sonra səsə qoyarıq. Əvvəlcə bir mənə deyin görüm, təklifimi deyim, ya deməyim ?...
    MARİYA :- Sənin edəcəyin təklifin bizə bir dəxli var, ya yox?...
    MƏRYƏM:- Ağıllı təklifsə de ...
    YASƏMƏN:- Bunun öz ağlı var ki, təklifi də ağıllı olsun? (Kişiyə). Əzizim, yəqin ki, təklif səninlə bağlıdır. İndi söz sənindir.
    MARİYA:- Mişa!
    MƏRYƏM :- Mikayıl!...
    ƏRƏSTUN (Kişiyə) .. Deməli, belə bir təklifim var...
    MARİYA :- Aristotel!...
    MƏRYƏM:- Ərəstun!...
    ƏRƏSTUN:- Deyim təklifi?..
    SƏSLƏR:- Yaxşı, yaxşı de...
    ƏRƏSTUN:- Mən mövcud vəziyyəti özüm üçün təhlil edib görürəm ki, situasiyadan cəmi bir çıxış yolu var.
    SƏSLƏR:- Nə yol? Hansı yol?.. O, nə yoldur elə ?...
    ƏRƏSTUN:- Püşk atmaq lazımdır ...
    SƏSLƏR:- Püşk ?.. Nə püşk ?...
    ƏRƏSTUN:- Püşk də püşk! Bilmirsiniz püşk nədir? Biz heç cür müəyyən edə bilmirik ki, bu kişi oğlu kişi kimə, hansı tərəfə məxsusdur? O, Mixail Yusupovdur, yoxsa Mikayıl Yusifov? Biz heç onun doğma arvadının kim olduğunu da müəyyənləşdirə bilməmişik.
    YASƏMƏN:- Burada onun arvadı-zad yoxdur!
    MARIYA (Yasəmənə):- Yasəmən! Sən kəs səsini!..
    MƏRYƏM (Yasəmən):- Jasmen! Qadın olasan, özün də bu qədər həyasız olasan...
    ƏRƏSTUN:- Deyin görüm, mən püşk atım, ya yox ?...
    SƏSLƏR :- Yaxşı püşk ataq ... Olsun...
    YASƏMƏN:- Onda üç yerə...
    SƏSLƏR:- Üç niyə?... Yoxsa sən də...
    YASƏMƏN:- Bəli, bu məsələdə mən daha çox iddialıyam...
    ƏRƏSTUN:- Onda püşk üç qadın arasında atılır. (Kişiyə). Razısanmı, hörmətli insan?
    KIŞI:- Neyləyim, razı olmaqdan başqa bir əlacım yoxdur .
    MARIYA (qışqırır) :-Mişa !
    MƏRYƏM (Hikkəli):-Mikayı-ı-ıl!..
    KIŞI:- Mən neyləyim ey ?..
    ƏRƏSTUN:- Aydındır... Elə təsəvvür edin ki, püşk hazırdır ... (Cibindən kağız-qələm çıxarıb nəsə yazır). Bax, buraya üç ad yazılmalıdır. (Yaza-yaza.) Əvvəlcə kimin adını yazım?..
    YASƏMƏN:- Əlbəttə, mənim...
    MƏRYƏM :- Nə-ə-ə ?... Mən ölmüşəm bəyəm ?...
    MARIYA:- Bəs mən?.. Ay Allah, özün kömək ol, mənim ərimi gözgörəsi qumara qoyublar!...
    YASƏMƏN:- Yaxşısı budur, əlifba sırası ilə yaz...
    ƏRƏSTUN :- Sənin adının baş hərfi nə olacaq: “J” yoxsa “Y”?..
    YASƏMƏN:- Hansı hərf irəlidədir onu yaz!..
    MARİYA:- Nə?:
    MƏRYƏM:- Nə?..
    ƏRƏSTUN:- Sakit olun! Bəlkə yaş məsələsinə görə yazaq: qadınların hansı yaşlıdır, əvvəlcə onun adını qeyd edək...

    Qadınlar duruxur.

    YASƏMƏN:- Mənim nə yaşım var ki?..
    MƏRYƏM:- Ən kiçik mən olaram.
    MARIYA:- Yəqin ki, məndən kiçiyi yoxdur burada...
    ƏRƏSTUN (Başını bulayır):-Deməli, buradakıların hamısı bir-birindən kiçikdir...Elə isə neyləyək?.. Bəlkə başqa bir yol seçək?..
    SƏSLƏR:-Yenə yol? Nə yol ?... O , nə yoldur elə ?..
    ƏRƏSTUN :- Deyəsən bircə yol qalıb ... Kim güclüdürsə ... (Pauza ). Bu kişi (Kişini göstərir) yalnız güclü qadına məxsus ola bilər. Arığın qoruqda nə işi?!. Mən başqa bir yol görmürəm!.. Bəs siz necə?..

    Yasəmən irəli çıxıb qollarını idmançılarsayaq yellədib gərdiş edir .

    YASƏMƏN:- Mən razı!.. Kim istəyir irəli çıxsın! (Kişiyə). Sən qorxma, əzizim! Mən səni şər qüvvələrdən necə lazımdırsa qoruyacağam!..
    MƏRYƏM:- Elə əsl şər qüvvə sən özünsən...
    MARIYA :- Xeyir həmişə şərin üzərində qələbə çalıb !..

    Musiqi. Mariya irəli çıxır , Yasəmən onun üstünə hücum çəkir . Onlar əlbəyaxa olurlar. Yasəmənin daha güclü olduğu hiss olunur .

    ƏRƏSTUN (Məryəmə):- Təklikdə Yasəmənlə döyüşmək mümkün deyil ... Bəlkə onun öhdəsindən ikilikdə gələ bilərsiniz...

    Məryəm də irəli atılır . Mariya və Məryəm birləşib Yasəməni yerə yıxaraq sürüyürlər. Səs – küy . Yasəmən yerə uzanılı halda zarıyır. Indi Mariya ilə Məryəm üz-üzə dayanırlar. Onlar tövşüyürlər. Hər ikisi geri-geri çəkilib musiqi sədaları altında döyüşkən qoç kimi irəli cumub bir-birinin üstünə atılır. Əlbayaxa döyüş başlayır. Kişi cəld addımlarla pianoya yaxınmlaşır, şıdırğı və gərgin bir hava çalır. Ərəstun əllərini yuxarı qaldırıb qadınlar arasında gedən “döyüşü” bir növ “nizamlayır”- hakimlik edir. Qadınlar əsil idmançı kimi vuruşur. Biri digərini məğlub etməyə çalışır. Onlar bir-birinin kəmərindən tutur, biri-digərini çiyninə alıb fırlayır, yıxıb dizinin altına alır, sonra yenə ayağa durub üz-üzə dayanırlar... İndi Kişi pianoda oynaq hava çalır, Ərəstun cibindən çıxartdığı fiti arabir üfürərəg “döyüşçüləri” idman “qayda-qanuna” riayət etməyə çağırır. Bu əsnada Yasəmən ayağa durub döyüşən qadınlara yaxınlaşır. İndi qadınların hamısı yorulub tövşüyür: onların hər üçü əl-ələ verib çiyin-çiyinə dayanır, yerə yıxılmağa çalışırlar. Ərəstun geri çəkilir. Kişi piano arxasından durub qadınlara yaxınlaşır. Uzaq və qəmli musiqi sədası eşidilir. Kişi diqqətlə tövşüyən qadınları bir-bir nəzərdən keçirərək gəzişir. Uzun bir fasilə.

    KIŞI (Sanki öz-özünə):- Doğrudan da, mən kiməm?.. Mixail?.. (Onun üzünə gülümsəyən Mariyaya yaxınlaşır). Yox!.. Mən Mixail deyiləm! Bəlkə Mikayılam?.. (Onun üzünə gülümsəyən Məryəmə yaxınlaşır). Yox! Mən Mikayıl deyiləm! Mən nə Mikayılam, nə də Mixail! .. (Şən əhval- ruihiyyəli Yasəmənə yaxınlaşır). Yox!.. Yox!.. Mən sən dediyin, sən axtardığın adam da deyiləm!..

    Qadınların hər üçü mütəəssir olur, qaş-qabaqlarını tökürlər. Ərəstun yüyürüb nimçədə çay gətirir. Hərə çaydan bir-iki qurtum alır.

    SƏSLƏR:- Bəs sən kimsən?.. Kimsən sən?.. Kimsən?..
    KIŞI:- Mən kiməm?.. Mən kiməm?.. Bəyəm mən varam?.. Bəlkə mən sizin içinizdəki niskiləm?.. Bəlkə mən əzabam, ağrıyam, dərdəm?.. Elədir!.. Elədir! Mən yoxam! Məni siz yaratmısız!.. Amma... Amma... Siz məni yaşada bilməzsiniz!.. Siz məni yaşatmamalısınız!.. Hərə öz ömrünü yaşamalıdır bu dünyada... Mən artıq öz ömrümü yaşamışam. Mənim üçün hər şey bitib, amma sizin üçün yox!.. Siz hələ yaşamalısınız. Siz yaşayın... Yaşayın siz!.. Onsuz da hamımızın sonumuz əbədiyyətdir... Var olsun əbədiyyət!..

    Kişi pencəyini soyunub Ərəstunun üstünə atır. Hamı təəccüblə ona baxır. Kişi qollarını yana açır; onun ağ köynəyinin enli, geniş qolları qanad kimi açılır. Sanki bu “qanadlar” Kişini yerdən götürüb harasa “uçuracaq”. Deyəsən, Kişi doğrudan da “uçmağa” hazırlaşır. O, qollarını (“qanadlarını”) geniş açaraq “uça-uça” pəncərəyə yaxınlaşır: onun qaçışı bir növ kinofilmlərdəki yavaşıdılmış kadrları xatırladır. Uzaqdan təyyarə uğultusu eşidilir. Kişi də uçmağa hazırlaşan təyyarə kimi yerində bir neçə dəfə dövrə vurub pəncərədən atılır. Təyyarə uğultusu adamların heyrət ifadə edən nida və qışqırığına qarışır. Uğultu bütün zalı bürüyür. Ərəstun qoltuğunda Kişinin pencəyi irəli cumub pəncərədən baxır. Uğultu tədricən uzaqlaşır.

    ƏRƏSTUN:- Odur,o, havada təyyarə kimi, quş kimi uçur!..
    SƏSLƏR:- O, özünü yerə atdı!.. O, məhv olacaq!.. Of-f-f... Aman Allah!..

    Ərəstun cəld çıxır. Hamı bir-birinin üzünə qorxu, təəccüb və peşmançılıq hissi ilə baxır.

    YASƏMƏN:- Mənəm günahkar...Mən !..
    MARİYA:- Xeyr!.. Təqsirin hamısı məndədir!..
    MƏRYƏM:- Burada bircə adam günahkardır: o da ki, mənəm, mən, mən!..

    Musiqi. Bu melodiyada bir kədər və hüzn var: sanki çaylar daşır, tufan qopub, ildırımlar çaxnaşır. Qadınlar əl-ələ tutub dövrə vurur, başlarını bir-birinin çiyninə qoyurlar. Onların qalın, gur saçları coşqun şəlalələr kimi bir-birinə qarışır. Ərəstun gəlir. O, Kişinin pencəyini və əlcəyini geyib. Əlində kiçik qutu var. Qadınlar təəccüb və qəribə bir təbəssümlə ona baxırlar.

    ƏRƏSTUN:- O, deyəsən, həqiqətən uçub getdi. Bayaq təyyarə səsini özünüz eşitdiniz... Amma qəribədir bu tərəflərə nə təyyarə enib, nə də ki, başqa bir naməlum uçan obyekt... Yerə də heç kəs düşməyib... Əslində göydələnin bu qatından yerə düşən adamın salamat qalması da mümkün deyil... Mən yerdə heç bir iz, heç bir qan ləkəsi görmədim... Bax, təkcə öbu qutunu tapdım. (Qutunu göstərir). Deyəsən, bu, qara qutudur. Adətən, bu cür qutular təyyarələrdə olur. Çox vaxt təyyarələrin qəzaya düşməsinin səbəbini qara qutulardan öyrənmək olur... Bax, budur, baxın... Əsl qara qutudur.
    YASƏMƏN:- Yəqin bu dünyadakı adamların da hər birisinin öz qara qutusu olur.

    Hamı növbə ilə qutunu əlinə alıb, diqqətlə və heyrətlə onu nəzərdən keçirir. Musiqi sədası tədricən artır.


    Pərdə
    SON


























    ƏQRƏB BÜRCÜ

    (İki hissəli dram)




    İŞTİRAK EDİRLƏR:

    QADIN
    KİŞİ
    QONŞU QADIN
    QONŞU KİŞİ
    POLİS
    OĞLAN

    I HİSSƏ

    Kiçik, alaqaranlıq mənzil. Pəncərələrdən biri həyətə, digəri küçəyə açılır. Küçədə səs-küy; alverçi və dilənçilərin çağırışı eşidilir: “ucuz qiymətə qab-qacaq”, “ təzə dəbdə qadın corabı”, “Allah eşqinə kömək edin”, “təzə kasetlərdən alın” və s. Küçədə, daha doğrusu, səkidə stolun üstünə köhnə patefon qoyulub. Bu patefon indki halda maqnitafonun rolunu ifa edir: orada kasetə yazılmış mahnılar, musiqi nömrələri səsləndirilir. Amma patefonu işlədən Oğlan indi gözə dəymir:ola bilsin ki, o haradasa yaxınlıqdadır; bəlkə də arabir görünüb sonra yenə yoxa çıxan Polisin gözünə görünmək istəmir. Polis nəfərinin enli kəmərinin altından tapança qoburu və telefon(ratsiya) görünür, əlində dəyənək var: o, kepkasını gözünün üstünə basıb, çəkməsinin boğazına şallaqlı qamaçı keçirıb. Polis patefona yaxınlaşıb musiqiyə qulaq asır, ritmə uyğun çəkməsinin dabanını astaca yerə döyəcləyir. Hiss olunur ki, səslənən klassik melodiya polisi qane etmir. O, deyəsən ayrı cür, daha şıdırğı bir mahnıya qulaq asmaq istəyir, elə qulaq asmaq istədiyi mahnıya uyğun olaraq get-gedə ayaqlarını yerə daha möhkəm və sürətlə döyəcləyir; əyilib diqqətlə patefona baxır, deyəsən ağlı bir şey kəsmir bu cihazdan: kepkasını başından götürüb kiminsə arxasınca cumur. Yenə səs-küy, haray-həşır eşidilir. Yenə klasik mahnı səslənir. Bütün bunlar küçədə baş verir. İndi isə qayıdaq mənzilə.
    Kiçik, alaqaranlıq mənzilin işığı gurlaşır. Deyəsən, yuyulan pal-paltar elə evin içində qurudulur: çünki otaqdan zivə, zivədənsə (kəndirdən) qadın geyimləri asılıb. Paltarın aşağısından qadın ayaqları görünür. Hələlik qadının sifəti seçilmir: çünki qadın pal-paltarın arxasındadır. Deyəsən, qadın əynini dəyişir: onun donu aşağı düşür; bir lüt ayaq işıqda aydın görünür. Sonra daha bir lüt ayaq görünür: bu, şalvarlı, ayaqqablı kişi ayaqlarıdır. Kişi və qadın ayaqları bir-birinə yaxınlaşır. Sonra qadın ayaqları yerdən üzülür: deyəsən, qadın kişiyə sığınır, kişinin boynundan tutub yuxarı dartınır. Çöldə səslənən musiqinin ritminə uyğun olaraq ayaqlar tərpənir. Yerə düşmüş donu götürürlər. Hiss olunur ki, Qadın paltarını geyinir. Daha sonra Qadın zivədəki pal-paltarı bir tərəfə çəkir. Səhnədə Qadın və Oğlan görünür.Oğlan üst-başını səliqəyə salır.

    QADIN:- Gedə bilərsən... Razı qaldın? Heç gözləmirdim səni. Qəflətən gəldin. Hər gün pəncərədən görürəm səni. Əgər ürəyinə düşsəm əvvəlcədən de, sonra gəl. Bəzən evdə olmuram... Görürsən də, hələ yır-yığış etməmişəm. Vaxtım hardadır ki? Di sağ ol... Hələlik...

    Oğlan cibindən pul çıxarıb Qadının ovcuna basır. Qadın pulu sayıb çantasına qoyur. Oğlan qadını süzüb gülümsəyir, təzim edib çıxır. Küçədə Polislə Oğlan üz-üzə gəlir. Polis tərs-tərs Oğlanı süzür. Oğlan sakitcə aralanıb patefona yaxınlaşır. Patefon oxuyur. Polis yenə kiminsə üstünə cumur.
    Qadın evdə səliqə-səhman yaradır: zivəni açır, pal-paltarı stolun üstünə yığır. Keçib divanda əyləşir. Qapı döyülür. Polis görünür. Qadın ayağa durub Polisə yaxınlaşır. Polis diqqətlə ətrafa nəzər salır.

    POLİS:- Salam!
    QADIN:- Sizə kim lazımdır?
    POLİS:- Cinayətkar axtarıram...
    QADIN:-Harada? Mənim evimdə?..
    POLİS:- Bayaq bu həyətə doğru qaçdı... Deyirəm bəlkə bu evlərdən birinə girib?..
    QADIN:- Burada heç kəs yoxdur...
    POLİS:- Təksiniz?..
    QADIN:- Bunun sizə nə dəxli?

    Polis əyilib stolun, stulun, divanın altına baxır, pal-paltarı qoxulayır, aşağıdan-yuxarıya Qadını süzür, sonra qəddini düzəldib Qadına yaxınlaşır.

    POLİS:- Deməli, heç kəs yoxdur. Lap yaxşı. Bəs o, haraya qaçıb gizləndi? Bəs siz niyə təksiniz? Öünüz də belə cavan, gözəl, boy-buxunlu, yar-yaraşıqlı... Mən bu əraziyə təzə gəlmişəm... Əvvəllər başqa yerdə işləyirdim. Qabiliyyətimi nəzərə alıb böyütdülər, göndərdilər bura. (Qürrələnir, əlini sinəsinə döyür). İndi həm bu ərazi, həm də ərazidəkilərin hamısı mənə tabedir!.. Qanunla hesablaşmaq lazımdır.
    QADIN:- Başqa bir sözünüz yoxdur ki?..
    POLİS:- Başqa sözüm?.. Sözüm çoxdur, sinəm doludur... Bilirsinizmi, vəzifəm elədir ki, mən hər şeyə sivil qaydada göz qoymalıyam. Sizin evə, bu həyətə tez-tez yad adamlar gəlir. Düzünü deyin, kimdir onlar- buraya gələnlər?..
    QADIN (diqqətlə onu süzür):- Yad adamlar? Siz yaxın və yaxud yad adamları necə ayırd edirsiniz?..
    POLİS:-Yad adamlar- bu həyətdə daimi yaşamayanlardır.
    QADIN:- Hım-m-m... Aydındır. Bəlkə siz mənim qəbuluma gələnləri nəzərdə tutursunuz?..
    POLİS (geri çəkilib farağat qaydasında dayanır):- Qəbulunuza? Soruşmaq ayıb olmasın, siz harada işləyirsiniz?..
    QADIN (əli yuxarıya işarə edir):- Mənim işim, vəzifəm elədir ki, yanıma tez-tez şikayətçilər gəlir.
    POLİS:- Şikayətçilər?..Onlar kimdir elə?..
    QADIN:- Adi adamlar da olur, vəzifəlilər də... Mən öz xalqıma xidmət edirəm.
    POLİS (Qadına sarı əyilir):- Mən də xalqın bir sıra nəfəri, adi, sivil bir vətəndaşıyam. İmkanınız varsa mənə də kömək edin. Əl tutun... Borclu qalan oğul deyiləm...
    QADIN:- Şikayətiniz nədən və kimdəndir?
    POLİS:- Şikayətim?.. Yox, mən ad çəkmək istəmirəm... Əgər lazım gəlsə... (Ətrafa baxır). Siz belə adlı-sanlı, vəzifəli qadın ola-ola, deyəsən o qədər də imkanlı deyilsiniz... Sadə yaşayırsınız...
    QADIN:- Xalqım necə yaşayırsa, mən də o cür dolanıram. Sadə həyat tərzini xoşlayıram... (Ciddi). Buyurun, eşidirəm sizi...
    POLİS:-Mən çiynimi yüksəltmək istəyirəm. (Barmağını paqonuna sarı tuşlayır). Nədənsə xeyli vaxtdır süründürürlər... Yuxarıdan bir kəlmə söz demək, kiçik bir işarə vermək lazımdır... Qalan şeyləri mən özüm həll edəcəyəm... Lazımi səviyyədə, sivil qaydada... Mən arqumentli danışmağı xoşlayıram.
    QADIN:- Məşğul olarıq... Məsləhətləşmək lazımdır... Nəticəsini sizə deyərəm...
    POLİS (farağat qaydasında dayanır). Mən sizin qulluğunuzda həmişə hazır... Düzdür, əvvəlcə ağlıma ayrı şey gəldi. Bağışlayın, bacı!..
    QADIN:- Buyurun, buyurun... Allah bağışlasın...

    Polis çıxır... Qadın güzgü qarşısında özünü səliqəyə salır. Qapı döyülür. Qadın gedib qapını açır. Kişi çəkinə-çəkinə daxil olur: onun qoltuğunda qəzet var.

    KİŞİ:- Salam... Olar?..
    QADIN:- Sən kimsən? Nə lazımdır?..
    KİŞİ:- Bilirsizmi?.. Mən...Yaponun tanışıyam... Elə-belə gəlmişəm...
    QADIN:- Hə, buyurun, keçin içəri...

    Kişi utana-utana keçib ayaq üstə dayanır. Qadın ona işarə ilə oturmağı təklif edir.

    KİŞİ:- Hə, çox sağ olun... Üzr istəyirəm... Bağışlayın...
    QADIN:- Eşidirəm... Buyurun...
    KİŞİ:- Mən... Bağışlayın... Üzr istəyirəm...
    QADIN (diqqətlə onu süzür):- Səni bura kim göndərib dedin?
    KİŞİ:- Dedim ki, Yaponun tanışıyam.
    QADIN:- Yapon? O qırğı gözü deyirsən? Nəsə tanış gəlirsən... Deyəsən, biz haradasa görüşmüşük, hə?..
    KİŞİ:- Bəlkə də görüşmüşük... Amma nəsə xatırlamıram...
    QADIN:- Bura bax, artist-zad deyilsən ki?
    KİŞİ:- Xeyr... Üzr istəyirəm...
    QADIN:- Bəlkə müğənnisən?..
    KİŞİ:- Yox, yox, müğənni də deyiləm... Bağışlayın... Mən yazıçıyam...
    QADIN:- Yazıçı? Nə yazırsan? Mənim də bir yazıçı tanışım var, həmişə ad günümə onu çağırıram, məclisimizdə tamadalıq edir. Bəs sənin əlindən nə gəlir?..
    KİŞİ:- Mən... Mən yazı-pozu ilə məşğul oluram.
    QADIN:- Heç kitabın-zad var?..
    KİŞİ:- Hə... yox... Üzr istəyirəm... Bağışlayın..
    QADIN:- Aydındır... Hə, eşidirəm.(Pauza). Sənə nə olub?.. Çəkinmə, de...(Pauza). Niyə susursan?..(Gülür). Ha-ha-ha...
    KİŞİ:- Bağışlayın... Mən elə-belə...
    QADIN:- Bəs gəlişinin məqsədi nədir? Yoxsa məndən kitab yazmaq istəyirsən?
    KİŞİ:- Kitab deyəndə ki... Yox, məni başqa şeylər maraqlandırır...Bağışlayın...
    QADIN:- Nədir səni maraqlandıran şey?..
    KİŞİ:- Mənim sizə bəzi suallarım var... Əgər etiraz etməsəniz... Üzr istəyirəm...
    QADIN:- Sualın var?.. Mən imtahanları çoxdan verib qurtarmışam... Mənim heç bir suala cavab vermək həvəsim yoxdur... Əgər başqa işin, ayrı sözün yoxsa, gedə bilərsən. Xoş getdin! Mənim vaxtım yoxdur. İş-güc adamıyam. Mənim boş-boş danışan avaralardan zəhləm gedir...
    KİŞİ (tutulur):- Xahiş edirəm, əgər mümkünsə, mənim suallarıma cavab verin...
    QADIN:- Nədir, bura səninüçün hüquq məsləhətxanasıdır? Nə sual, nə cavab?..
    KİŞİ (ayağa durub qapıya yaxınlaşır):- Yaxşı, elə isə salamat qalın... Bağışlayın...
    QADIN (ona yaxınlaşır): -Dayan!.. Nə soruşmaq istəyirsən məndən?.. Hə, di de görüm... Eşidirəm.
    KİŞİ (Kişi tərini silib əyləşmək istəyir):- İcazə verirsiniz əyləşim?..
    QADIN:- Əyləş, əyləş. Yaman mədəni, yox ey, qır-saqqız adama oxşayırsan. Sualını ver görüm...
    KİŞİ (əyləşib cibindən bloknont - qələm çıxarır):- Məni sizin həyatınız, taleyiniz maraqlandırır...
    QADIN:- Nədir, məndən intervü götürürsən?.. Yığışdır o qələm-kağızı!.. Tez, tez...
    KİŞİ (cibindən pul çıxarıb stolun üstünə qoyur):- Xahiş edirəm, imkanınız varsa özünüzdən danışın.
    QADIN (pulu götürüb sayır,çantasına qoyur,çarpayıya yaxınlaşıb əyləşir,ayağını-ayağının üstünə aşırır): -Hə, indi yaxın gəl, suallarını ver görüm. Mən hazır... Gəl, gəl... Ağlım səndən bir şey kəsmir.
    KİŞİ (stulu yaxına çəkir):- Bağışlayın... Siz bu sənəti... Bu peşəni necə oldu ki, seçdiniz?.. Özünüz barədə bir neçə kəlmə danışın... Zəhmət olmasa... Xahiş edirəm...
    QADIN (tərs-tərs onu süzür):- Sən xəstə-zad deyilsən ki?.. Səni kim göndərib bura...
    KİŞİ:- Dedim ki, Yapon... Mənim tanışım... O, sizin də tanışınızdır...
    QADIN:- Nə yapon, nə ispan, nə fransız?.. Sən nə sayıqlayırsan?.. Sənə nə lazımdır?
    KİŞİ:- Siz lazımsınız mənə... Sizin həyatınız...
    QADIN (gülür):-Ha-ha-ha...Mən həyatımda hər cür adam görmüşəm... Amma sənin kimisi, yəqin ki, yeganə nüsxədir... Qoy mən sənə sual verim: pulu nədən ötrü vermisən mənə?.. Üntervü üçün?.. Kitab yazırsan məndən?.. Nəhayət, sən nə üçün gəlmisən bura?..
    KİŞİ:- Qulaq asın. Bəlkə mənim deyəcəklərim sizə qəribə gəlsin. Mən istərdim ki, siz öz problemlərinizdən danışasız. Üzr istəyirəm... Sizi bu yolu seçməyə vadar edən səbəbləri göstərə bilərsinizmi?.. Axı, niyə başa düşmək istəmirsiniz ki, siz cəmiyyətin bir parçasısınız? Siz ərə gedə, övlad böyüdə, nümunəvi ailə başçısı ola bilərsiniz. Siz halal zəhmətlə də yaşaya bilərsiniz... Bağışlayın... Mən başa düşürəm, sizin bu yola düşməyinizdə bizim də günahımız böyükdür...
    QADIN:- Bura bax... Deyəsən, sən mənə əxlaq dərsi keçmək istəyirsən?!. Sən leksiya demək niyyətindəsən, hə?.. Müəllim deyilsən ki?.. Mən çox görmüşəm bu cür müəllimləri. Mən özüm ali təhsilliyəm. O əxlaq dərsi deyən müəllimlərin də iç üzünə bələdəm. O müəllimlərin ki, öz tələbəsindən zəli kimi yapışıb bir şey qoparmayınca əl çəkmirlər... Mən çox görmüşəm bizim hüququmuzu qoruyan o qanun keşikçilərini də...(Pauza). Bəlkə sən də mənim hüququmu qorumaq istəyirsən?..
    KİŞİ (bloknota nəsə yaza-yaza):- Hə, danış... Mənim üçün maraqlıdır...
    QADIN:- Nə maraqlıdır, nə?!. Qadının bir tikə çörək üçün öz namusunu satması? Üzünə tüpürmək belə istəmədiyi adama pişik kimi yalmanması?.. Öz həyatını,öz taleyini min bir təhlükə altına qoyması?.. Əzilməyi, təhqir olunmağı, alınıb-satılması, əşyaya-ouynacağa çevirilməsi?.. Rədd olun hamınız!..
    KİŞİ (kövrəlir):- Siz haqlısınız... Üzr istəyirəm...Çoxları sizə başqa gözlə baxa bilər... Bağışlayın... Amma, inanın ki, mən bu niyyətdən çox-çox uzağam... Bilirəm, cəmiyyət özü sizi buna məcbur edib... Cəmiyyətin özü pozulub... Əvvəlcə biz cəmiyyəti müalicə etməliyik... Axı, siz hər şeydən əvvəl ana olmalısınız... İnsanlıq sizin döşünüzdən süd əmib... Siz doğru olaraq bizi, bizim yaşadığımız cəmiyyəti ittiham edirsiniz...Xahiş edirəm, bağışlayın... Siz qayıdın öz əzəli saflığınıza, öz bakirəliyinizə... Siz bu peşənin daşını atın... Üzr istəyirəm... O zaman mən də özümü xoşbəxt hesab edərəm...
    QADIN (təəccüblə):- Sən xoşbəxt hiss edərsən özünü?.. Sən niyə?.. Bəyəm sən qadınsan?..
    KİŞİ:- Yox... Sadəcə olaraq mən hər hansı bir qadını düz yola qaytardığım üçün rahat olaram... Bundan məmnunluq duyaram. Hər bir qadının xoşbəxtliyi, elə hər bir kişinin, lap elə cəmiyyətin, xalqın, insanlığın xoşbəxtliyi deməkdir...Yalvarıram sizə, atın bu yolun daşını...
    QADIN (ona yaxınlaşır):- Bəs mən hansı yolu seçməliyəm?..
    KİŞİ:- Xoşbəxtlik yolunu... Təmizlik yolunu...
    QADIN:- Elə bir yol varmı?.. Axı, sən özün deyirsən ki, bütün cəmiyyət pozulub...
    KİŞİ:- Mənə elə gəlir ki, biz qayıda bilərik o yola... Əgər qayıtmasaq... onda hamımızı fəlakət gözləyir. Biz hamımız bir gəminin sərnişinləriyik. Çuma gələndə, vəba yayılanda, epidemiya qasırğası qopanda bəla gəmidəki sərnişinlərin heç birindən yan keçə bilməz. Biz hamımız o fırtınanın qurbanı ola bilərik, hamımız! Başa düşdünüz?..
    QADIN:- Sən dəlixanalıqsan,vallah!..
    KİŞİ:- Ola bilər... Üzr istəyirəm... Mənim bir sualımada cavab verin; dolanışığınız, yəni qazancınız necədir?
    QADIN (diqqətlə onu süzür):- Sən məni dolayırsan? (Sumkasından pulu çıxarıb Kişinin üstünə atır). Rədd ol get burdan!..

    Kişi Qadının üzünə baxır. Kövrəlir. Hönkürüb, dizi üstə yerə çökür
    .
    KİŞİ:- Bağışlayın...Xahiş edirəm... Mən bəlkə də çox kobud sual verdim...Mən qətiyyən sizi təhqir etmək niyyətində deyiləm. İnanın mənə...
    QADIN:- Rədd ol, dedim... Götür verdiyin o pulu da... Məni axmaq yerinə qoyduğun yetər!... Çox görmüşəm sənin kimilərini! Mənə moizə deməyinə, ağıl verməyinə bax bunun... (Kişini yamsılayır). “At bu yolun daşını”. “Düz yola qayıt”... Mən düz yoldayam. Qoy sənin kimiləri düz lola qayıtsın!... Əxlaqsızlar!... Siz özünüzsüz əxlaqsız. Siz...
    KİŞİ:- Düz deyirsiniz. Qadınını yaşada bilməyən cəmiyyətin özü ölümə məhkumdur... Əxlaqsızdır bu cür cəmiyyət... Ən böyük günahkar bizik. O cümlədən mən özüm... Biz hamımız... Bağışlayın, uzr istəyirəm...

    Kişi çıxır. Musiqi. Qadın Kişinin yaddan çıxarıb evə qoyduğu qəzetləri ötəri nəzərdən keçirir. Başlıqları ucadan oxuyur.

    QADIN (oz-ozünə):- Nə qəribə adamdır?..Bəlkə də gicdir? Dünyanın bütün axmaqları həmişə axtarıb məni tapır...(Oxuyur).”Qız özünü eyvandan atdı”, “Ər arvadını boğub öldürdü”, ”Tufan gözlənilir”... (Öz-özünə). Cəhənnəmə ki! (Oxuyur). “Ulduz falı”. (Öz-özüə). Hə, mənimki əqrəb bürcüdür. Görüm nə yazıp (Oxuyur): “Azacıq fəallıq göstərsəniz pul qazana bilərsiniz. Qonşularla ehtiyyatlı davranın. Axşam gəzintiyə çıxın. Gərginlik tələb edən işlərdən qaçın, əsəblərinizi qoruyun”. (Öz-özünə). Vəssalam. (Bayaq Oğlanın və Kişinin ona verdiyi pulu bir də sayır). Deyəsən, düz yazıblar. Pul məsələsini deyirəm... Qalır qonşularla ehtiyatlı davranış. Mənim qonşularla nə işim?.. Hərə öz başının hayındadır. (Qapı döyülür. Qadın qapıya yaxınlaşır). Hə, deyəsən, qonşudur... Qonşularla ehtiyatlı davranmalıyam. Gəlirəm, gəlirəm!..

    Qadın qapını açır. Qonşu Qadın daxil olur.

    QONŞU QADIN:- Salam, qonşu!
    QADIN:- Salam... Hə, keç içəri... Xoş gəlibsən. Çoxdandır ki, görünmürsən.
    QONŞU QADIN:- Eh, heç evdən çıxıram ki? Özümün özümdən zəhləm gedir. Ta bezmişəm yaşamaqdan... Belə də gün-güzəran olar? ..
    QADIN:- Nədən narazısan, qonşu?..
    QONŞU QADIN:- Elə hər şeydən, hamıdan. Allahdan, bəndədən... Qohumdan, qonşudan... Oğuldan, qızdan...
    QADIN:- Hım-m-m... Sən hansı bürcdənsən, qonşu?..
    QONŞU QADIN:- Nə bürc, hansı bürc?.. Başa düşmürəm, nə deyirsən?..
    QADIN (qəzeti götürür):- Bürc də... Ulduz falına baxmaq istəyirəm...
    QONŞU QADIN (gülür):- Eh, sən də... Yəni elə şeylərə inanırsan?..
    QADIN:- İnanıram... Sən öz bürcünü de... Görüm nə yazılıb?.. Yazıya pozu yoxdur, qonşu...
    QONŞU QADIN:- Xərçəng bürcündənəm...
    QADIN:- Xərcəng... Hə, gör nə deyir? (Oxuyur): “Sevgi üçün ən əlverişli gündür. Dostlardan səxavətinizi əsirgəməyin. Televizora baxmayın... Küsdüyünüz adamla barışmağa çalışın”. (Pauza). Hə, bax belə...
    QONŞU QADIN (gülür):- Hamısı yalandır. Bəyəm mənim sevən vaxftımdır? Oğlum, qızım böyüyüb ailə sahibi olub, amma neyləyim, heç biri üzümə baxmır. Buna əslində heç imkanları da çatmır... Dostum-filanım da ki, yoxdur. Televizorum xarab olub, işləmir. Küsü saxladığım adamsa yoxdur... İnanma belə şeylərə, əzizim...
    QADIN:- Yox, mənim bürcüm haqda yazılanlar çox vaxt düz çıxır. Mən ulduzlara inanıram... Öz ulduzlarıma...
    QONŞU QADIN:- Təki elə olsun... Bilirsən nə üçün gəlmişəm sənin yanına?..
    QADIN:- Deyərsən-bilərəm...
    QONŞU QADIN:- Əvvəla, bir az borc ver mənə...
    QADIN (qəzetə baxır):- Aha... Burada mənə xəbərdarlıq edirlər ki, qonşularla ehtiyatlı davranım... Hə, sonra...
    QONŞU QADIN:- Sonra da ki... Bizim binaya təzə adamlar gəlib... O tərəfdəki qonşu öz mənzilini satıb. Aptek müdiri...
    QADIN:- Hə?.. Onun neçə otağı vardı?..
    QONŞU QADIN:- Dörd... Bundan başqa, üç otaq mədədir, iki də səndə... Hamısı bir yerdə eləyir doqquz otaq...
    QADIN:- Bizim onlara nə dəxlimiz?
    QONŞU QADIN:- Təzə qonşular bütün həyəti almaq istəyirlər... Deyəsən, imkanlı adamlardır. Aptek müdirinə deyiblər ki, soruş, maraqlan, satmaq istəsələr bu mənzillərin hamısını ala bilərlər... Yaxşı da pul təklif edirlər.
    QADIN:- Bu məsələyə sonra baxarıq. Kimdir, nəçidir, bu təzə qonşu?..
    QONŞU QADIN:- Nəsə imkanlı, vəzifəli adamdır. Bir-iki dəfə ötəri görmüşəm... Hə, qonşu, borc məsələsi... İmkanın varsa...
    QADIN:- Özün gördün ki, mənim bürcüm haqda nə yazılıb?.. Orada borc barədə bir şey deyilmir. Ona görə də borc verə bilmərəm... Amma qonşularla ehtiyatlı olmaq məsləhət bilinir. Bu, bəlkə yeni qonşulara aiddir? Nə bilim? .. Mən sənə borc vermirəm. Amma əliboş da qaytara bilmərəm... (Əlini çantasına atıb pul çıxarır). Al, götür bunu. Elə-belə verirəm... Bilirəm ki, sən borc almağı xoşlamırsan...
    QONŞU QADIN:- Yox... amma mən indi borc istəyirəm...
    QADIN:- Dedim ki, borc vermirəm. Götür xərclə. Halal xoşun olsun...
    QONŞU QADIN:- Bu, olmadı ki ...
    QADIN:- Götür, götür... Mən bu gün qonşulara hörmətlə, daha doğrusu, ehtiyatla yanaşmalıyam. Burada belə yazılıb... Qəzetdə...

    Qonşu Qadın tərəddüdlə pulu götürür.

    QONŞU QADIN:- Allah sənin ömrünü uzun, gününü ağ eləsin... Çörək pulum qurtarmışdı. Özün bilirsən ki, heç yerdən gəlirim yoxdur. Pensiya pulu heç bir həftəyə də çatmır. Bilmirəm hara baxırlar?
    QADIN:- Kim? Uşaqlar?..
    QONŞU QADIN:- Uşaqlar bir şey qazanırlar ki, mənə də əl tutsunlar? Onlara imkan verirlər ki... Mən yuxarıdakıları deyirəm...
    QADIN:- Yuxarıdakıları? Eh... Məni siyasətə qatma. Mən indi öz peşəmi təkmilləşdirməklə məşğulam...
    QONŞU QADIN (gülür):- Nəyi? Peşəni? (Yenə gülür). Təzə peşə seçmisən? Nədir elə o peşə?..
    QADIN (ciddi tərzdə):- Niyə gülürsən? Elə bilirsən asandır bu sahədə işləmək? İndi elə bil rəqabət var ki, gəl görəsən! Qıraqdan baxana döyüş asan gəlir...
    QONŞU QADIN:- Bəyəm sən də döyüşürsən?..
    QADIN:- Bəs necə bilirsən? Mən hər gün döyüşürəm... Pul qazanmaq elə də asan iş deyil, əziz qonşum. Bu, əsl müharibədir. Bəs gör mənim qazandığım pullar hara gedir?.. Saunaya, masaja, manikürə, pedikürə, porikmaxerə... Hələ polisi, prokuroru, həkimi, vəkili, nə bilim ta kimi, kimi demirəm... Özün bilirsən ki, uşaqlar mənim yaralı yerimdir... Ona görə də imkan olanda yetim uşaqlara da əl tuturam. Sən özünə götürmə, qonşu... Adamlar yaman acgöz olub. Çox pis zamanadır... Hamı pul tələb edir, pul... Eh, qonşu... Elə bilirsən xalqa xidmət etmək asan məsələdir?
    QONŞU QADIN:- Nə bilim, vallah? Allah zəmanənin üzünü qara eləsin. Vaxtilə gül kimi uşaq idin. Tər-təmiz, ailən-filan...
    QADIN:- İndi nə olub mənə? Yenə tərtəmizəm. Mənim üzüm xalqımın yanında həmişə ağdır. Pulu öz halal əməyimlə, öz alın tərimlə qazaıram. Bəziləri kimi ev yıxmıram, rüşvət almıram, adam satmıram...
    QONŞU QADIN:- Özün bilirsən ki, elə mən də ömrüm boyu xalqa xidmət etmişəm... Amma qazandığım nə olub?..
    QADIN:- Niyə ki?.. Sənin günün vaxtilə çox gözəl keçib. Cavanlığını yaxşı xatırlayıram. Həmişə adlı-sanlı adamalrın əhatəsində idin. Qucağında da iri gül buketləri, çiçək dəstələri. Televizordan düşmürdün...
    QONŞU QADIN:- Qazancım elə o güllər olub. Özğə heç nə... (Pauza). Düzdür, dərdimdən ölən kişilər də az olmayıb.
    QADIN:- Ta başqa nə istəyirsən? Rəqs edə-edə dünyanı gəzib dolaşmısan. Həmişə ballarda, ziyafətlərdə, qonaqlıqlarda, böyüklərin məclisində olmusan. Allaha şükür, yenə qıvraqsan, yaxşısan...
    QONŞU QADIN (qəddini düzəldir, qürurla):- O günləri köhə taışlarımdan biri rast gəlmişdi...
    QADIN:- Kişi tanışın?
    QONŞU QADIN:- Hə, əlbəttə... Eh, sən də... Mənim üçün indi kişi ilə qadının nə fərqi? Hə, onu deyirəm, axı... Qayıdasan ki, bəs sən qətiyyən dəyişməmisən, elə əzəlki kimisən...
    QADIN:- Tanışın deyirdi bunu?..
    QONŞU QADIN:- Hə də... Guya yenə gözələm, qədd-qamətliyəm, füsünkaram. Nə bilim nəyəm... nəyəm... Guya...
    QADIN:- Düz deyir də!.. O vaxt, uşaqlıqda, mən də sənin kimi rəqqasə olmaq istəyirdim... Amma alınmadı... Daha doğrusu, evdən qoymadılar... Heç olmasa gəzib-dolaşardım bu dünyanı.
    QONŞU QADIN:- Düz deyirsən, çox yerləri gəzmişəm... Mən öz sənətimin vurğunu, lap elə qulu olmuşam... Mən yenə də hər gecə yuxuda böyük-böyük salonlarda rəqs edirəm...
    QADIN:- Yuxuda niyə? Arabir pəncərədən görürəm: kefin yuxarı olanda eyvanda da rəqs edirsən, süzürsən... Sənə baxanda ürəyim açılır, özüm də qol götürüb oynamaq istəyirəm. (Diqqətlə onu süzür). Həvəsin varsa bir musiqi nömrəsi sifarişi verə bilərəm...
    QONŞU QADIN:- Sən nə danışırsan?.. Yəni elə yüngül hesab edirsən məni?.. İndi mənim yadıma rəqs düşür bəyəm? Elə bil boğuluram, havam çatmır... Bir tikə çörəyə möhtac qalmışam... (Əlindəki pula baxır).
    QADIN:- Rəqs olanda –çörək də olar...

    Qadın pəncərəyə yaxınlaşıb küçədə patefon oxudan Oğlana əli ilə nəsə işarə edir... Oğlan klassik rəqslərdən birini oxudur. Bayqdan əlindəki pulu saymaqla məşğul olan Qonşu Qadın başını qaldırıb Qadına baxır, səslənən musiqiyə diqqət kəsilir, musiqinin ahənginə qulaq asa-asa çiyinlərini oynadır, ləngərlənir.

    QONŞU QADIN:- Klassik valsdır... Vaxtilə çox sevirdim bu havanı. Hərdən rəhmətlik ərim bikef olanda patefonu qurub deyərdi ki, gözəl, gəl məni çıxart bu zülmətdən. Mən onun məcazını bilirdim. Qollarımı qaldırıb ortaya düşəndə elə bil ki, rəhmətliyin üzünə nur çilənərdi...
    QADIN:- Gəlsənə, indi də məni çəkib çıxarasan bu zülmətdən?.. Hə, nə olar, qonşu?..
    QONŞU QADIN:- Ta o vaxtlarım deyil, mənim əzizim... Qocalmışam, yaşlaşmışam...
    QADIN (ərklə qaş-qabağını tökür):- Hə, nolar? İstəmirsən, oynama... Məcbur etmək olmaz ki?..
    QONŞU QADIN (Qadına yaxınlaşır):- Yaxşı, yaxşı, sən Allah... Deyəsən, incidin?.. Ta neyləyim? Ürəyini qıra bilmərəm ki...

    Qonşu Qadın valsın ritminə uyğun rəqs edir. Bir azdan Qadın da ona qoşulur. Onlar qucaqlaşıb rəqs edirlər. Qapı səssiz açılır. Kandarda Polis görünür. O, təəccüblə rəqs edən qadınlara baxır. Az sonra Polis də həmin havaya uyğun tərzdə oynamağa başlayır. Qadın və Qonşu Qadın Polisi görüb dayanırlar. Polis öz işindədir-ortaya düşüb süzür. Musiqi kəsilir. Polis qadınlara yaxınlaşır.

    POLİS- Hə, necədir?
    QADIN:- Nə necədir?
    POLİS:- Mənim rəqsim... Rəqqas ola bilərəm?..
    QADIN:- Elə əsl rəqqas sənsən...
    QONŞU QADIN (qapıya yaxınlaşır):- Di sağ olun, mən getdim. (Qadına). Ömrün uzun olsun, qonşu... Yaman yerdə əl tutdun mənə...
    QADIN:- Otur, əyləş... Haraya tələsirsən belə?..
    QONŞU QADIN:- Dükan-bazara baş çəkim... Aptekə də dəyməliyəm: bir-iki dərman lazımdır.
    POLİS (Qonşu Qadına):- Maşallah, göyərçin kimi süzürsən, iynə-dərman nəyinə lazımdır sənin?.. Hələ canın suludur...
    QADIN (Polisə):- Sən nə həyasız adamsan?.. Kim dəvət edib səni bura?..
    QONŞU QADIN:- Sağ olun, mən getdim...

    Qonşu Qadın çıxır. Qadın Polisin qənşərində dayanır.

    QADIN:- De görüm, nə gəzirsən mənim evimdə?..
    POLİS (duruxur):- Elə bilirsən, sənin kim olduğunu mən bilmirəm?.. Axmaq yerinə qoyursan məni?..
    QADIN:- Axmağı axmaq yerinə qoymağın bir mənası var ki?..
    POLİS:- Bura bax, mən sənin yanına xeyirli, sərfəli bir təklifə gəlmişəm...
    QADIN:- Mən heç kəsin heç bir təklifini qəbul etmirəm. Mən özüm başqalarına təkliflər verirəm. Bildin?!.
    POLİS:- Bura bax, gəl sivil qaydada söhbət edək, arqumentsiz danışmayaq.
    QADIN:- Buyur, eşidirəm...
    POLİS:- Sənin mənzilinə müştəri tapmışam. İmkanlı, sivil yoldaşdır...
    QADIN:- Sən kimsən ki, mənim mənzilimə müştəri axtarıb tapırsan?
    POLİS:- Bir dəqiqə! Məsələ bundan ibarətdir ki, mənim rəisim sizin qonşu mənzili alıb.
    QADIN:- Mənə nə?
    POLİS:- Mənə tapşırıq verilib ki, görüm bu həyətdə yeni mənzil satan varmı? Mən bunu dəqiqləşdirməliyəm. Məsələ sivil qaydada həll olunmalıdır.
    QADIN:- Mənim belə bir niyyətim yoxdur. Sənə isə tövsiyyəm budur: get öz işinlə məşğul ol, özü də sivil qaydada...
    POLİS:- Xanım, gəl arqumentli danışaq. Sənin iki otaqlı mənzilin var, eləmi? Şəhərin istənilən yerində üç otaqlı mənzillə təchiz olunursan. Necədir? Məncə əla təklifdir... Başqa variant da var.
    QADIN:- Sən get öz problemlərinin həlli ilə məşğul ol... Görürsənmi, evin içində səs-küydən dayanmaq olmur... Bütün küçəni bazara döndəriblər: alan kim, satan kim... Bir yandan da sənin haray-həşirin... Fitin də ki, həmişə dodağının arasında... Sən get asayişi qoru, sakitliyi bərpa et, sivil qaydada...
    POLİS:- Nolar, nolar... Məndən təklif irəli sürməkdir...
    QADIN:- Şəxsi işimə kiminsə qarışmasına icazə vermirəm. Nəyi alıb-satmağı mən özüm bilirəm...
    POLİS:- Olsun, olsun... Nə deyirəm ki? Madam ki, şəxsi məsələyə kiminsə qarışmasını istəmirsən, onda keçək ictimai məsələlərin həllinə... Sivil qaydada, arqumentli...
    QADIN:- O, nə məsələdir elə?..
    POLİS:- İctimai məsələ?.. Yəni təkcə sənə yox, həm də mənə aid olan məsələni nəzərdə tuturam... Anladın?
    QADIN:- Həmin məsələni ictimaiyyət özü həll edir. Sən kimsən, axı?..
    POLİS:- Mən bu xalqın bir sıra nəfəriyəm... (Əlini bayıra sarı uzadır). İndi bu ərazi, bu ərazidəkilərin hamısı mənə tabedir. Elə sən də...
    QADIN:- Hətta, qonşu mənzili alan rəisin də?..
    POLİS:- Rəis?.. Yox! Bəli! Yox!.. Xahiş edirəm, dolaşıq suallar vermə. Gəl arqumentli danışaq... (Qadına yaxınlaşır). Məsələni sivil qaydada həll edək. İctimai qaydada...
    QADIN (geri çəkilir):- Rədd ol!.. Əliuzunluq eləmə!.. Səninçün pis olar ha!..
    POLİS:- Mən uşaq-zadam səninçün? Bəyəm bilmirəm sən burada nə işlə məşğul olursan?.. Mən olmasam kim qoruyar sənin ictimai təhlükəsizliyini?.. Sən niyə razı olmursan ki, mən məsələni sivil qaydada yoluna qoyum...
    QADIN (qışqırır):- Çəkil dedim sənə! Qammaz!

    Musiqi. Polis Qadına yaxınlaşır, onu qamarlayır. Qadın müqavimət göstərir və qəfildən əlini atıb Polisin belindəki tapançanı qoburdan çıxarır. Qadın onun əlindən xilas olub geri çəkilir. Polis Qadının əlindəki tapançanı görüb əlini qobura atır. Qoburun boş olduğunu görüb sarsılır; əsir düşmüş adamlar kimi əllərini yuxarı qaldırır, geri-geri addımlayır. Qadın tapançanın lüləsini ona sarı tuşlayır. Polis dizi üstə yerə çökür, iməkləyir. Qadın tətiyi çəkir. Otağa tüstü, duman çökür. Polis yerə yıxılır. Qadın heyrətə gəlir, qorxur... Silahı yerə atıb Polisə yaxınlaşır. Qapı açılır. Qonşu Kişi daxil olur. Təəccüblə Qadını və Polisi süzür.

    QONŞU KİŞİ (Qadına):- Salam... (Yerə yıxılmış Polisə işarə ilə). Bəs buna nə olub belə?.. Yaralanıb? O, nə axtarır burda?..
    POLİS (cəld ayağa durub farağat qaydası alaraq əlini gicgahına aparır):- Eşidirəm, cənab rəis!..
    QADIN:- Ay aman, bu ki, sağ imiş!..
    QONŞU KİŞİ (Polisə):- Rədd ol buradan...

    Polis tapançanı götürüb təzim edərək cəld otaqdan çıxır. Qonşu Kişi ilə Qadın diqqətlə bir-birini süzürlər.

    QADIN:- Yeni qonşu sənsən?..
    QONŞU KİŞİ:- Hə... Deyəsən tanış çıxdıq...
    QADIN:- Deyəsən... Xeyli dəyişmisən...
    QONŞU KİŞİ:- Sən elə həmişəki kimisən... Çoxdan burada yaşayırsan?..
    QADIN:- Çoxdan... Lap çoxdan...
    QONŞU KİŞİ:- Heç gözləmirdim bu görüşü... Düz deyiblər ki, dünya çox balacadır... Gör bir neçə illər keçib?..
    QADIN:- Nədir, yoxsa peşiman olmusan?
    QONŞU KİŞİ:- Yox... Nə bilim?... Həyatdır... Heç kəsin taleyi təkcə özündən asılı olmur... Dünya bizi öz çaldığı havaya da oynadır... Biz hamımız gözübağlı bir köləyik, bir quluq bu dünyada.
    QADIN:- Hər kəs özü özünün qulu olmalıdır... Bəlkə səhv edirəm?..
    Musiq.)

    PƏRDƏ




    II HİSSƏ

    Qadının mənzili. Daha doqrusu, mənzilin otaqlarından biri. İndi burada bir səliqə-səhman hiss olunur. Pəncərə küçəyə açılır: arabir küçədə-səkidə stolun üstünə qoyulmuş köhnə patefonda musiqi çalınır.
    Qadın Qonşu Qadınla söhbətləşir.

    QADIN:- Sənin sözündən belə çıxır ki, mən öz halal evimi dəyər-dəyməzinə satıb getməliyəm. Elə şey yoxdur... Mən buradan heç yerə gedən deyiləm...
    QONŞU QADIN:- Özün bilən məsləhətdir... Doğrusu, indi mənə pul hava-su kimi lazımdır. Yaşımın bu vaxtında küçələrə düşüb dilənəsi deyiləm ki... Evi dəyər-dəyməzinə satıb köçəcəyəm uşaqların evinə...
    QADIN:- Hansı uşaqların?..
    QONŞU QADIN:- Necə yəni hansı uşaqların?.. Öz uşaqlarımın-oğlumun, qızımın...
    QADIN:- Eh, sən də... Mənə tanıdırsan öz uşaqlarını?... Onlar anaya baxandırlar bəyəm?.. Gəlinin, kürəkənin neçə dəfə söyüb qovdu səni öz evlərindən?..
    QONŞU QADIN:- Mən günahı özümdə görürəm, onlarda yox...
    QADIN:- Yaxşı ki, öz təqsirini boynuna alırsan... Bəs mən?.. Mən də günahkaram?..
    QONŞU QADIN:- Günahsız adam olmur, qonşu... Sən hələ cavansan... Düz yola qayıda bilərsən...
    QADIN:- Düz yola?.. Bəyəm mən əyri yoldayam?..
    QONŞU QADIN:- Yox ey... Dediyim odur ki, sən ərə gedə, övlad böyüdə, ailə başçısı ola bilərsən...
    QADIN (diqqətlə onu süzür):- Mən halal zəhmətlə yaşaya bilərəm, hə?..
    QONŞU QADIN:- Elədir... Elə mən də bunu deyirəm...
    QADIN:- Sən təsadüfən bir yazıçı ilə sözləşməmisən ki?..
    QONŞU QADIN (təəccüblə):- Nə yazıçı?.. Sən nə danışırsan?..
    QADIN:- Heç... o günləri bir yazıçı ilə tanış olmuşam. O da sənin kimi danışırdı...
    QONŞU QADIN:- Mən öz ürəyimdən keçəni deyirəm... Tutuquşu deyiləm ki, başqalarının dediyini təkrar edəm...
    QADIN:- Elə isə sən niyə məni qınayırsan? Niyə demirsən ki, bizim bütün bəlalarımızın baiskarı cəmiyyətdir?.. Niyə demirsən ki, biz əvvəlcə cəmiyyəti müalicə etməliyik?.. Bu zəmanənin üzü qara olsun...
    QONŞU QADIN:- Mənim cəmiyyətlə nə işim, qonşu?
    QADIN:- Çünki qadını yaşada bilməyən cəmiyyətin özü ölümə məhkum olmalıdır. Əxlaqsızdır bu cəmiyyət... Biz hamımız tufana, qasırğaya düşmüş bir gəminin sakinləriyik... Başa düşürsən?..
    QONŞU QADIN:- Başa üdşməyinə düşürəm... Amma nə olsun ki? Hərə öz dərdinə çarə qılmalıdır... Görürsən təzə qonşuları?.. Deyirlər şəhərin üç-dörd yerində mənzilləri var. İndi də bu həyətdəki evlərin hamısını almaq istəyirlər...
    QADIN:- Kim deyir bunu?..
    QONŞU QADIN:- Polis deyir... Odu ey, küçədə səhərdən-axşamacan bar-bar bağırıb fit çalan o yekəqarını deyirəm... Deyəsən, təzəlikcə gəlib bu məhəlləyə... Təzə qonşumuz onun rəisidir. O günləri arvadı ilə də tanış oldum...
    QADIN:- Kimin arvadı ilə? Polisin?..
    QONŞU QADIN:- Yox, rəisin- təzə qonşunun arvadını deyirəm... Bir iddialı, yekəxana qadındır ki, gəl görəsən...
    QADIN:- Haradan bilirsən?
    QONŞU QADIN:- Elə təhər-töhüründən, rəftarından, danışığından, duruşundan...
    QADIN:- Paho! Sən lap adam sərrafısan ki?..
    QONŞU QADIN:- Bəs nə bilmişdin? Mən az qala bütün dünyanı gəzib-dolaşmışam. Gör kimlərlə oturub-durmuşam... Belələrini mən yüz kilometrlikdən tanıyıram...
    QADIN (gülür):- Sənə belə nə olub ey?.. Yaman kinli, hikkəli danışırsan təzə qonşumuz barədə...
    QONŞU QADIN:- Dünən kəsib qarşımı deyir ki, xala, bu həyətdəki evlərin hamısını alacağıq...
    QADIN:- Sənə xala deyir?..
    QONŞU QADIN:- Hə də... Bəs kimə deyir?.. Bəyəm mən elə qocalmışam?..
    QADIN:- Yəqin tərbiyəsiz qadındır. Əxlaqsız...
    QONŞU QADIN:- Elə baxan kimi görürsən ki, gördüksüzün biridir... Deyir, həyətin ortasıda elə hovuz tikdirəcəyəm, çardaqda belə sauna düzəltdirəcəyəm... Ürəyimdə deyirəm ki, ay yekəxana qadın, bütün bunları kimin üçün edirsən?.. Vur-tut bir övladları var... Üç-dörd yerdə də evləri... Gözləri doymur ki, doymur...
    QADIN:-Yəqin o da elə xəstədir...
    QONŞU QADIN:- Ta demə... Nə isə, mən qərara almışam ki, evi satıb gedəm. Sənə də məsləhət görürəm...
    QADIN:- Mən heç yerə köçən deyiləm... Kimdən əskiyəm ki?.. O yekəxana qadından?..
    QONŞU QADIN:- Yox, əşi... O, sənin heç bir kəsinti dırnağına da dəyməz. Allah vurmuşdu onu...

    Qapı döyülür. Qadın qapıya yaxınlaşır. Kişi görünür. Onun əlində qəzet var.

    QADIN:- Gəlin, gəlin, buyurun, keçin içəri...
    KİŞİ:- Salam... Olar?..
    QADIN:- Olar... Keçin əyləşin...
    QONŞU QADIN:- Hə, qonşu, mən gedim, işim var...
    QADIN:- Özün bilən məsləhətdi...
    KİŞİ:- Xahiş edirəm, narahat olmayın... Bilsəm mane oluram, gəlməzdim...
    QADIN (Qonşu Qadına):- Bayaq sənə dediyim yazıçı budur... Mənim barəmdə kitab yazmaq istəyir...
    QONŞU QADIN:- Kitab?.. Sənin nəyin barəndə?..
    QADIN:- Mənim ictimai-siyasi fəaliyyətimlə əlaqədar... Olmaz bəyəm? (Kişiyə). Hə, bu gözəl xanım da mənim qonşumdu... Həm də rəfiqəyik... Keçmiş rəqqasədir. Bir qədd-qamətinə bax onun: ceyran duruşlu, ahu baxışlı... Aya deyir sən çıxma mən çıxım, günə deyir sən baxma, vaxtım olanda mən baxacam sənə... Bəlkə bir kitab da bundan yazasan?.. Mümkündürmü?..
    KİŞİ:- Əlbəttə, mümkündür... Mən bu gözəl xanımı çoxdan, lap çoxdan tanıyıram. O, öz rəqsləri ilə neçə-eçə ölkələri, neçə-neçə ürəkləri fəth edib...
    QADIN:- A-a-a... Deyəsən, vurulmusan mənim qonşuma...
    KİŞİ:- Mən onun rəqslərinin vurğunu olmuşam... (Qonşu Qadına). Yenə əzəlki kimi gözəlsiniz...
    QONŞU QADIN:- Eh, rəhmətliyin nəvəsi... Bəxtəvərlikdən danışırsınız... Ta mənim hay-hayım gedib, vay-vayım qalıb. Ələyim ələnib, xəlbirim göydə fır-fır fırlanır... Yaxşı, mən getdim...
    QADIN:- Özün bilən məsləhətdi... Bizim yazımız o gündən yarımçıq qalıb. Kitabı tez yazmaq lazımdır. (Kişiyə). Yəqin oxucular səni tələsdirir, hə?..
    KİŞİ:- Yox... Hə... Üzr istəyirəm... (Qonşu Qadına). Xahiş edirəm, əyləşin. Sizinlə söhbət etmək, sizə qulaq asmaq mənə olduqca xoşdur... Siz canlı tarixsiniz... Ensiklopediyasınız...
    QADIN (gülür):- Paho! Paho!.. (Kişiyə). Deyəsən, həqiqətən aşiq olmusan mənim rəqqasə qonşuma...
    QONŞU QADIN:- Yaxşı, yaxşı, siz Allah... Biabır eləməyin məni... Mən getdim... İşim var...
    QADIN:- Bax də... Boş olanda baş çəkərsən mənə...
    QONŞU QADIN:- Oldu... Sağ olun...

    Qonşu Qadın çıxır.

    QADIN (Qonşu Qadının arxasınca):- Maşallah, tovuz quşu kimi süzürsən... (Kişiyə). Hə, eşidirəm... Kitabın nə yerdədir?..
    KİŞİ:- Nə kitab?..
    QADIN:- Bəs məndən kitab yazmırsan?
    KİŞİ:- Yox... Məsələ kitabda deyil ki...
    QADIN:- Bəs məsələ nədədir?.. Kitab yazmırsan, ayrıbir istəyin də yoxdur...
    KİŞİ:- Bilirsizmi, mən buraya başqa məqsədlə gəlmişəm.
    QADIN:- O nə məqsəddir elə?..
    KİŞİ:- Üzr istəyirəm... Bağışlayın... Mən sizi işə düzəltmək istəyirəm...
    QADIN (gülür):- Sən işəüdzəltmə bürosu-zadsan?.. Bir də ki, sən haradan bilirsən ki, mən işləmirəm?..
    KİŞİ:- İşləyirsiniz?.. Harada?.. Axı məncə işləmirsiniz...
    QADIN:- Bunun sənə nə dəxli?.. Lap elə burada, öz mənzilimdə işləyirəm... Yoxsa sən də məndən haqq almaq istəyirsən?..
    KİŞİ:- Nə haqq?.. Bağışlayın... Qadınlarımızın taleyi bir vətəndaş kimi, bir yazıçı kimi məni narahat edir...
    QADIN:- Bu barədə ötən dəfə danışdın... De görüm, indi nəyə gəlmisən bura?.. Nəsə səndən ağlım bir şey kəsmir...
    KİŞİ:- Mən gəlişimin məqsədini dedim... Üzr istəyirəm... Mən qadınlarımızın hamısını xoşbəxt görmək istəyirəm... Bəlkə də mənim dediklərim kiminsə gülüşünə, istehzasına səbəb ola bilər... Amma nahaq yerə... Bəli, əslində siz düz deyirsiniz. Mən qadınlar haqqında kitab yazıram. Kiminsə ehtirasının qurbanına çevrilən, təhqir və təhdidlərə məruz qalan, əzilən, döyülən, söyülən qadınlarımızın, ana və bacılarımızın, gəlin və qızlarımızın taleyi, həyatı o kitabın əsasını təşkil edəcək. Mən o kitabın böyük bir fəslini cəmiyyətin ikinci növə çevirdiyi adamlara- namusunu, bədənini satmaqla yaşayan qadınlara həsr etmək niyyətindəyəm. Mən diqqəti bu böyük faciəyə cəlb etmək, çıxış yolu aramaq arzusundayam... Bağışlayın... Üzr istəyirəm...
    QADIN:- Elə bunları deməyə gəlmisən?.. Pulun var?..
    KİŞİ:- Bağışlayın... Məsələ pulda deyil...
    QADIN:- “Məsələ bunda deyil”, “məsələ onda deyil”... Bəs nədədir məsələ?.. Sən məni nə hesab edirsən?.. Əxlaqsız?.. Fahişə? Pozğun? Küçə qadını? Hə?.. (Qışqırır). Rədd ol buradan!..
    KİŞİ:- Bağışlayın...
    QADIN:- Mənim necə yaşamağımın sənə nə dəxli var?.. Sən kimsən? Nə işlə məşğul olmağı, necə yaşamağı mən özüm bilərəm. Belə bilmək istəsən, bu dünyadan, bu dünyadakı kişilərdən mən də bu cür intiqam alıram. Bildin?.. Mən halal əməklə pul qazanıram... Lap yeri gələndə pul da xərcləyirəm sənin kimilərinə!.. Yetim-yesirə, əlsiz-ayaqsıza əl tuturam... Mən özüm bilərəm necə yaşamağın qaydasını... Tüpürüm belə əxlaqsız cəmiyyətə! Elə sənə də!.. (Qışqırır). Rədd ol! Rədd ol! Əxlaqsız!.. Tərbiyəsiz!..
    KİŞİ:- Bağışlayın... Üzr istəyirəm...

    Kişi döyükə-döyükə qapıdan çıxır. Bayırda Oğlan patefon oxudur. Qadın pəncərədən Oğlana əl edir: yəni necəsən, işlərin necədir?.. Oğlan Qadının yanından çıxan Kişini tərs-tərs süzür. Qadın Oğlana baxıb gülümsəyir. Musiqi davam edir. Az sonra Qonşu Kişi gəlir. Qadın onu soyuq nəzərlərlə süzür. Qonşu Kişi Qadına yaxınlaşır.

    QONŞU KİŞİ:- Doğrudan da dünya çox balacadır...
    QADIN:- Yəqin heç vaxt ağlına gəlməzdi ki, günlərin bir günü mənimlə qonşu olacaqsan, elə deyilmi?..
    QONŞU KİŞİ:- Desəm ki, səni bir yolluq unutmuşdum, bu, yalan olar...
    QADIN:- Qorxmursan ki, birdən arvadın sənin qonşu mənzilə getməyini görər, eşidər, dava-dalaş salar?..
    QONŞU KİŞİ:- Arvad, indi uşağı yatızdırır... Bir də ki, mən özüm demişdim ki, qonşularla görüşüb tanış olacağam...
    QADIN:- Daha doğrusu, görüşüb mənzillərini almaq istədiyini bildirəcəksən...
    QONŞU KİŞİ:- Bəli, elədir, planda həmin məsələ də var...
    QADIN:- Amma mənim planımda ev satmaq məsələsi yoxdur... Mən bu evdə, həyətdə çoxdan yaşayıram, heç yerə də getmək fikrində deyiləm...
    QONŞU KİŞİ:- Olsun... Sən elə o vaxtlar da bu mənzildə yaşayırdın?..
    QADIN:- Bura mənim ata mümkümdür... Biz tanış olan vaxtlar başqa yerdə- kirayədə qalırdım...
    QONŞU KİŞİ:- Deyirəm, axı... Bura həmin yer deyil... Xatırlayıram, o zaman mən səni bir neçə dəfə yaşadığın binanın yanınacan ötürmüşəm.
    QADIN:- Xatırlayırsan hə?
    QONŞU KİŞİ:- Əlbəttə... Maşallah, yenə gəncsən... Dəyişməmisən...
    QADIN:- Elə sən də... Deyəsən, vəzifən böyüyüb...
    QONŞU KİŞİ:- Belə də... De görüm, bir yerdə işləyirsən?..
    QADIN:- Sən mənə elə sənət öyrətmisən ki, bütün həyatım boyu pul qazanacam...
    QONŞU KİŞİ:- Nə sənət?.. Nə pul?.. Yox, elə deyil... Biz onda cavan idik... Ağlımız o qədər də kəsmirdi... Cavanlıqda belə şeylər olur...
    QADIN:- Cavanlıqda kimisə aldadıb yoldan çıxarmaq adi işdir, hə?.. Kiminsə namusuna toxunmaq, sonra dil töküb yalvarmaq, pul təklif etmək... yasaq deyil, eləmi?.. Bu gün-sabah dünyaya gələcək uşağı ana bətnində doğradıb məhv etdirmək, sonra aradan çıxmaq, ünvanı dəyişmək, nəhayət, hədə-qorxu gəlmək cavanlıq səhvləridir, elə deyilmi?..
    QONŞU KİŞİ:- Sən məni ittiham etmək istəyrsən?..
    QADIN:- Sonra mənim heç vaxt uşağım olmadı... (Pauza). Bilmək istəsən, səndən sonra, sən əclaflıq edəndən sonra, lap elə sənin acığına mən kişiləri əlcək kimi dəyişməyə başladım... Hətta, arada ərə də getdim... Nə isə, alınmadı... Mən dünyaya övlad gətirə bilmədim... Sən öldürdün mənim uşağımı... Dünyaya gəlməmiş, üzünü belə görmədiyim o körpəni mən tez-tez yuxuda görürəm... Sən indi mənə adamdan daha çox qatil təsiri bağışlayırsan... Elə ilk məhəbbətimi, kişilərə olan ülvi, təmiz hisslərimi də sən öldürmüsən...
    QONŞU KİŞİ:- Sən keçmişdən qopa bilməmisən... Hər şey ötüb-keçib, arxada qalıb...
    QADIN:- Mən tez-tez yetim uşaqların böyüdüyü baxçaya gedirəm, uşaq evinə hədiyyələr aparıram. Mən uşaqları çox sevirəm...
    QONŞU KİŞİ:- Bunları söyləməkdə sənin məqsədin nədir?..
    QADIN:- Bəs sənin gəlişinin məqsədi nədir?..
    QONŞU KİŞİ:- Heç, elə-belə... Mənzil məsələsi ilə bağlı söhbət etmək istəyirəm... Qonşu qadınla da danışmışam, rəqqasə ilə... O, mənzilini satmaq istəyir. Dedim, bir sənin də rəyini öyrənim...
    QADIN:- Əlbəttə, sən mənim bütün şərtlərimə razı olacaqsan...
    QONŞU KİŞİ (gülür):- Hər halda biz köhnə tanışlarıq...
    QADIN:- Sən öz köhnə tanışına hörmət etmək istəyirsən... Aydındır...
    QONŞU KİŞİ (Qonşu Kişi yenə gülür):- Ta özün bilərsən...
    QADIN:- Bəli, özüm bilirəm... Bilirəm ki, sən mənimlə qonşuluqda yaşamaq istəmirsən... Təkcə ona görə yox ki, mənzil sahəsini genişləndirmək fikrindəsən... Həm də ona görə ki, pozğun bir qadınla qonşu olmaq istəmirsən... Artıq sənə mənim nə işlə məşğul olmağım barədə məlumat çatıb. Orasını da fikirləşirsən ki, gələcəkdə ədalı, iddialı arvadın səninlə o küçə qadınının keçmiş əlaqəsindən xəbər tutub dünyanı başına dar edər... Elədirmi?..
    QONŞU KİŞİ:- Sən özündən versiyalar uydurur, fərziyyələr irəli sürürsən... Mən səninlə sırf işgüzar bir söhbət etmək istəyirəm... Keçmiş çoxdan keçmişdə qalıb...
    QADIN:- Sən elə düşünürsən, hə?.. Yox, mən səni ittiham etmirəm... Sən mənimçün artıq çoxdan yoxsan... Ölmüsən... Sənin səsin sanki o dünyadan gəlir...
    QONŞU KİŞİ:- Mən istəməzdim ki, biz qarşılıqlı ittihama keçək... Yaxşısı budur ki, gəl öz problemlərimizin həlli ilə məşğul olaq... Mən sənin təklifini gözləyirəm... Bəlkə sənə ayrı yerdən iki, ya üçotağlı mənzil alım?.. Belə bir variant da seçmək olar: mən sənə ikiotaqlı, özü də elə bu cür bir mənzil alır, üstəlik müəyyən məbləğdə pul verirəm. Bu şərtlərin hər ikisi məqbuldur... Məncə, biz ümumi məxrəcə gələ bilərik...
    QADIN:- Mən hələlik qəti söz deyə bilmərəm. Fikirləşmək lazımdır...
    QONŞU KİŞİ:- Fikirləş, yaxşı-yaxşı fikirləş... (Pauza). Mənə başqa bir sözün yoxdur ki?..
    QADIN:- Sənə nə sözüm ola bilər ki? (Pauza). Hə, bayırda haray-həşir qoparan işçinizə-o polis nəfərinə de ki, burnunu hər yerə soxmasın...
    QONŞU KİŞİ:- Deyərəm... Arxayın ol... (Qapıya yaxınlaşır). Yaxşı, hələlik... Görüşərik...

    Qonşu Kişi çıxır. Qadın qəzeti götürüb divana uzanır. Səhifələri gözdən keçirir.

    QADIN (öz-özünə):- Hə, tapdım... Budur... Əqrəb bürcü...

    Qapı döyülür. Qadın ayağa durub qapıya yaxınlaşır. Polis kandarda görünür.

    POLİS (təzim edir):- Olar?.. Mümkünsə məni iki dəqiqəliyə qəbul edin...
    QADIN (ciddi və qəzəbli):- Eşidirəm...
    POLİS:- Mən öyrənmjşəm... Siz həqiqətən çox hörmətli, nüfuzlu adamsınız. Siz bizim kişilərin çoxundan qeyrətlisiniz.
    QADIN:- Eşidirəm...
    POLİS:- Xahiş edirəm, mənim məsələmin yuxarı dairələrdə müsbət həll olunması üçün əlinizdən gələni əsirgəməyin... Mən istəyirəm ki, bu məsələ sivil qaydada həll olunsun...
    QADIN:- Hansı məsələ?..
    POLİS (əlini şəhadət barmağını tapança kimi öz çiyninə-paqona sarı tuşlayır):- Çin məsələsi... Mənim rütbəmi çoxdan artırmalıdırlar... Bəlkə bu barədə rəisə bir göstəriş verəsiz?..
    QADIN:- Rəisə?..
    POLİS:- Bəli, rəisə... Mən öyrənmişəm, o, sizin tabeçiliyinizdə işləyir.
    QADIN (gülür):- Bunu kim deyir?..
    POLİS:- Bunu deməzlər... Biz uşaq deyilik ki... Mən əminəm ki, o, sizin xahişinizə can-başla əməl edər. Mən də borclu qalan oğlan deyiləm. Çalışaram ki, qulluğunuzda dayanım. Özü də sivil qaydada....
    QADIN:- Yaxşı, oldu.. Nəzərə alarıq..
    POLİS:- Mənə dair qulluğunuz...
    QADIN:- Sağ olun...
    POLİS:- Siz çox sivil qadınsız... Belə sadə, adi, gözü-könlü tox...
    QADIN:- Haradan bilirsən?..
    POLİS:- Niyə bilmirəm ki?.. Gündə min adam görürəm... Mənim işim elə budur...
    QADIN:- Hə, sənin də işin çətindir...
    POLİS:- Çətin də sözdür bəyəm... Elə ona görə çin alıb başqa işə keçmək istəyirəm... Gərək rəisə sanballı bir adam göstəriş versin...
    QADIN:- Elədir...
    POLİS:- Ümidim sizdədir...
    QADIN:- Niyə ki?.. Elə rəisinin arvadına da deyə bilərsən...
    POLİS (diksinir):- Amandır... O qadının adını mənim yanımda çəkməyin...
    QADIN (gülür):- Niyə ki? Nə olub?..
    POLİS:- O qadını görədə caıma vəlvələ düşür. Onun adını eşidəndə dizlərim əsir.
    QADIN:- Nə üçün?
    POLİS:- Bir sözdü deyirəm də... (Pauza). Yəqin ki, siz onu düz-əməlli tanımırsınız...
    QADIN:- Yox... Haradan tanıyasıyam ki? Onlar qonşuluğa təzə köçüb gəliblər...
    POLİS:- Köçlərini mənn gətirmişəm... Rəis özü pis adam deyil. Siz vəzifə adamısız, yəqi ki, onu yaxşı tanıyırsınız...
    QADIN:- Belə də... O qədər də yox...
    POLİS:- Mə bilirəm ki, o, sizi tanıyır, sizə hörmət edir, sizdən çəkinir...
    QADIN (gülür): Nədən bilirsən?..
    POLİS:- Bunu deməzlər... Amma onun arvadı (Pauza). Aman, aman... Yəqin ki, sirr saxlayan adamsınız...
    QADIN:- Yəqin ki...
    POLİS:- Elə isə bir söz deyim, amma öz aramızda qalsın. O qadın rəisin özünə də rəislik eləyir. Ona ot yoldurur... Sivil qaydada... Necə lazımdırsa... Yazıq kişinin yeyib-içdiyini qana-irinə döndərib. Elə bu əraziyə köçüb gələndən sonra mənim də günüm qara olub... Amma bu dediklərim öz aramızda qalsın, ha...
    QADIN:- Əlbəttə...
    POLİS:- Məni lap əl buyruqçusuna çevirib... o arvad... Uşağa süd al... Paltarları camaşırxanaya apar... Bazarlıq elə... Pul-zad da vermir. Sivil qaydada... Elə onun üçün işləyirəm. Qazandığımı ona xərcləyirəm... Öz arvad-uşağım yadımdan çıxıb...
    QADIN:- Bəs rəisin bilmir bunları?..
    POLİS:- Axı, mən sizə dedim... O, rəisin özünə rəislik edir...
    QADIN:- Qəribədir...
    POLİS:- Qəribə nədir ey, lap zırıltıdır... Bağışlayın məni, sivil qaydada minib çapır kişini...
    QADIN:- Yəni rəisin elə əfəldir?..
    POLİS:- Rəis neyləsin ey?.. Onu da qınamıram... Arvadın atası vaxtilə böyük vəzifə sahibi olub, ona kömək edib, irəli çəkib... O da indi, özü demiş öz keçmişinin girovuna çevrilib...
    QADIN:- Kimin özü demiş?
    POLİS:- Rəisin... Amma öz aramızda qalsın ha... Qadın bilsə ki, indi mən buradayam, özü də onun barəsində söhbət gedir, evimi yıxar... Özü də, necə lazımdır, sivil qaydada... Heç öz arvadımdan elə qorxmuram... Bu qadın Allahın bəlasıdır... Doğrusu, Kişiyə yazığım gəlir. İlişib də... Vaxtilə bir səhv edib. Paza keçib... Sivil qaydada... Aman günüdür... Bu söhbət evdən bayıra çıxmasın... Eşidib bilsə paqonumu sökər... Bir çətən külfətim var...
    QADIN:- Arxayın ol...
    POLİS:- Doğrusu, əvvəlcə mənə sizin haqqınızda başqa informasiyalar vermişdilər... Amma sonra dəqiqləşdirib gördüm ki, çox nüfuzlu adamsınız... Kasıb-kusuba əl tutursunuz, yazıçılar sizin haqqınızda kitab yazır... Rəisin sizə xüsusi hörmətli var...
    QADIN:- Bunu o özü deyir?..
    POLİS (özünü dartır):- Yox... öz kanallarım vasitəsi ilə öyrənmişəm. Mən neçə ildir bu vəzifədə işləyirəm... Üzünüzə baxan kimi bilinir ki, necə adamsınız. Bəs rəfiqəniz necədir?.. Qonşunuzu deyirəm-rəqqasə xanımı...
    QADIN:- Yaxşıdır...
    POLİS:- Xoşum gəlir elə incə, zərif qadınlardan. Mənim arvadım... (Pauza). Hım-m... (İçini arıtlayır). Oho-oho...
    QADIN:- Sizin arvadınız zərif deyil bəyəm?..
    POLİS:- Öhö-öhö... Yox... Niyə ki?... Məsələ onda deyil... (Qəzeti göstərir). O qəzetdə oxumalı şey var? Bəlkə sizdən yazıblar?..
    QADIN:- Mənim bürcümdən yazıblar...
    POLİS:- Sizin bürcünüz də var?..
    QADIN:- Əlbəttə... Bəs sizin bürcünüz yoxdur?
    POLİS:- Eh, mənim gorum var ki, kəfənim də olsun?.. Bürcüm nə gəzir mənim?.. Haradadır məndə o bəxt?.. Siz Allah, oxuyun görüm bürcünüzə nə olub?..
    QADIN (gülür):- Mən əqrəb bürcündənəm. Görüm nə yazırlar (oxuyur): “Ulduzlar xəbər verir ki, sizi böyük, ağır sınaq gözləyir. Özünüzü təmkinli aparın. Rəhbərliklə münaqişəniz yarana bilər. İmkanınız varsa bu gün evdən bayıra çıxmayın... Sevgi və əyləncə üçün münasib gün deyil. Ciddi planları təxirə salın...”
    POLİS:- Mən deyirəm də... Sizin yuxarılarla sivil əlaqələriniz var... Sizə çox şeyi əvvəlcədən xəbər verirlər... Faksla çatdırırlar bu məlumatları, yoxsa?..
    QADIN:- Yox, internetlə...
    POLİS:- Qandım... Sizin ayağınız biləni mənim başım bilməz...

    Qapı döyülür.

    QADIN (qapıya yaxınlaşır):- Gəl, gəl!..

    Qonşu Qadın gəlir.

    QONŞU QADIN:- Qonşu, dükan-bazara çıxmaq istəmirsən?..
    POLİS (Qonşu Qadına yaxınlaşır):- Salam, gözəl xanım! Sizi görməyimə çox şadam.
    QONŞU QADIN:- Salam... (Qadına). Getmirsən?..
    QADIN:-Yox... Ulduzlar deyir ki, bu gün evdən çıxmaq, eyş-işrətlə, məhəbbətlə məşğul olmaq məsləhət deyil...
    QONŞU QADIN:- Qəribə adamsan, ha... Nə ulduz, nə eyş-işrət?... Çıxaq gəzişək bir az...
    POLİS:- Yuxarıdan belə məlumat gəlib. Faktları dəqiqləşdirib sonra hərəkət etmək lazımdır... (Qadına) Elə deyilmi?..
    QADIN:- Elədir...
    POLİS:- Əgər etiraz etməsəniz, mən sizə sivil bir təklif edərdim...
    QONŞU QADIN:- Buyurun...
    QADIN:- Eşidirik.
    POLİS:- Madam ki, yuxarıdan məsləhət görürlər, onda heç evdən çıxmayın. Mən bu dəqiqə çıxıb yüngülvari bir bazarlıq edim... Sonra əyləşib sivil qaydada söhbət edərik...
    QONŞU QADIN:- Zəhmət çəkməyin.
    POLİS:- Nə zəhmət, xanım?.. Sizin qulluğunuzda durmağı mən özümə şərəf bilirəm... Siz bəzi-bəzi adamların arvadları kimi mənə əmr vermirsiniz ki... Siz sivil qadınlarsınız... Bu dəqiqə... Gözləyin...

    Polis çıxır. Pəncərədən patefon oxudan Oğlan görünür. Polis ona yaxınlaşıb nəsə deyir. Oğlan musiqi səsləndirir. Qadınla Qonşu Qadın stolun üstünə stəkan-boşqab, çəngəl-bıçaq düzür: onlar musiqinin ritminə uyğun hərəkət edirlər... Polis dolu zənbillə qayıdır. Gətirdiyi meyvələri vaza (boşqaba) yığır. Musiqi tədricən azalır.

    QONŞU QADIN (Polisə):- Zəhmət çəkdiniz...
    POLİS:- Borcumuzdur, nə zəhmət? (Pauza). Yaxşı ki, o hələ yatır, istirahət edir, yoxsa günümü qara eləyərdi...
    QONŞU QADIN:- Kim? Kimdir elə o yatan?..
    POLİS:- Heç... Rəisimin rəisini deyirəm. Oyanan kimi tapşırıqlar, sərəncamlar, əmrlər dalbadal gələcək...
    QONŞU QADIN:- Ağzında rəisinin rəisi deyirsən... Elə o cür olmalıdır də... Bizim bu təzə qonşunun arvadından da yaxşı rəis çıxarmış. Hamı ilə əmr tonunda danışır... Bircə bu evi tez satıb getsəydim...
    QADIN:- Niyə tələsirsən?.. Yoxsa təzə qonşular qorxuzub səni?..
    QONŞU QADIN:- Yox, elə deyil... Mənimki bu cür adamlarla tutmaz... Yekəxana, tərbiyəsiz, iddialı, hikkəli, görməmiş...
    POLİS:- De, dilinə qurban olum, de. Mən sivil qadınları xoşlayıram... Yoxsa ki, o. Hə, di stola yaxınlaşın... Şərabımız da var. İstəsəniz birlikdə nuş edərik.
    QADIN:- Mən içməyəcəyəm.
    POLİS:- Necə buyurursunuz, elə də olsun. (Qonşu Qadına). Bəs siz?..
    QONŞU QADIN:- Mənim də içmək həvəsim yoxdur...
    QADIN:- Siz için. Mənə fikir verməyin. Mən bu gün təmkinli olmalıyam...
    QONŞU QADIN:- Təmkinli olmalısan?..
    QADIN:- Hə... Bürcüm belə göstərir...
    POLİS:- Yuxarıların tapşırığına əməl etmək lazımdır.
    QADIN:- Elədir... Orada yazıblar ki, rəhbərliklə münaqişə yaratmayın...
    POLİS:- Mən içməyi xoşlamıram... Amma sivil adamlarla stəkan-stəkana vurmağı özümə borc bilirəm... Sizin kimi qadınlar bizim fəxrimizdir.
    QONŞU QADIN:- Çox sağ olun- qadınlar haqqında dediyiniz sözlərə görə... İndi bizim əməyimizi kimdir qiymətləndirən?..
    QADIN:- Yaxşı, yaxşı... Az şikayət elə...
    QONŞU QADIN:- Bəlkə düz demirəm?..

    Polis stəkanlara şərab süzür.

    POLİS:- Ya Allah... İnşallah, hər qaranlığın bir işıqlı sonu olar... (Stəkanı başına çəkir). Əla şərabdır... İçin... Məsləhət görürəm...
    QONŞU QADIN (stəkanı götürür):- Hə, ətrindən hiss olunur. Madam ki, israr edirsən, onda azca içmək olar. (İçir). Oxxay... Ürəyimə bir sərinlik axdı. (Qadına). Sən də deyirsən ki, şikayətlənmə... Bəs dərdimi kimə deyim?.. Bəlkə sən özün yaxşı yaşayırsan?.. Axı, mən bilirəm sən nə zülmlə pul qazanırsan...
    POLİS:- Xalq üçün işləmək belədir... İndi sivil yolla pul qazanmaq olmur...
    QONŞU QADIN:- Eh, nə sivil yol?.. Bəyəm özünü, öz mənliyini, öz bədənini satmaq...
    QADIN (Qonşu Qadına):- Bəsdir! Az danış!..
    POLİS:- Hirslənməyin... (Qonşu Qadına). Deyəsiz, içki sizə təsir göstərir.
    QADIN:- Elədir... O, içməyi bacarmır...
    QONŞU QADIN:- Mən içə bilmirəm?.. Mən içəndə siz hələ körpə idiniz... Hər ikiniz... Mən köhnənin adamıyam...
    POLİS:- Maşallah, göz dəyməsin qıvraq qalmısız... Durna kimi süzürsüz...
    QONŞU QADIN (nazlanır):- Doğrudan?.. Yox, mən artıq qocalmışam... Yaşım keçib... (Qadına işarə ilə). İndi cavanların meydanıdır... Bizim zamanımız ötüb getdi...
    QADIN (sanki öz-özünə):- Bu gün məni ağır sınaq gözləyir... Mən bu gün özümü təmkinli aparmalıyam...
    POLİS:- Yenə şərab süzüm?..
    QONŞU QADIN:- Süzün...
    QADIN (öz-özünə):- Bu gün sevgi-əyləncə üçün münasib gün deyil... (Ucadan). Bu gün eyş-işrətlə məşğul olmaq düzgün deyil.
    QONŞU QADIN:- Haradan bilirsən?..
    QADIN:- Haradan?.. Əqrəblər haqqında belə yazıblar...
    POLİS (şərab süzür):- Əqrəb? Nə əqrəb? Kimdir əqrəb?..
    QADIN:- Mən... Mən- əqrəbəm...
    POLİS:- Onda mən kiməm?.. Siz sivil bir qadınsız. Bizik əqrəb, ilan, çayan... Mənim özüməm... Sizin qonşunuzdur əqrəb...
    QONŞU QADIN:- Kim? Məni deyirsən?..
    POLİS:- Yo-o-x!.. Siz yox! Qonşunuz. Təzə qonşunuz. Bizim rəisin rəisini deyirəm...
    QONŞU QADIN:- İçək əqrəblərin sağlığına...
    POLİS:- Mən sivil insanların, yaxşı adamların sağlığına içmək istəyirəm, əqrəblərin yox!..
    QONŞU QADIN:- Olsun! İçək!..

    (Polis və Qonşu Qadın içir).

    POLİS:- Əla...
    QONŞU QADIN:- Mən xeyli yüngülləşdim...
    POLİS:- Elə mən də... (Qonşu Qadına). Xanım, bəlkə bir rəqs edək... Sivil qaydada...
    QONŞU QADIN:- Mümkündür... Musiqi!..

    Polis pəncərədən küçəyə boylanır, Oğlan onun işarəsini başa düşüb patefonu qurur. Musiqi. Qadınla Polis rəqs edir. Qadın düşüncəli halda onları süzür. Musiqi azalır. Həyətdən səs-küy eşidilir. Kimsə fasiləsiz qışqırır: “Kömək edin!”.

    QADIN (pəncərədən boylanır):- Görəsən, nə olub belə?
    QONŞU QADIN:- Qadın səsidir... Deyəsən, təzə qonşudur.
    POLİS (pəncərədən bayıra baxır):- Həyəti tüstü bürüyüb. Güclü yanğın var... Qoy bir görüm nə olub?.. Kimdir yanan?..

    Polis çıxır. Qadınlar pəncərədən boylanır. Tüstü, alov görünür.

    QADIN:- Deyəsən, qonşunun evi od tutub...
    QONŞU QADIN:- Od tutar da... Qan-irinlə alınan ev-eşik yanıb kül olmalıdır...
    QADIN:- Kəs səsini! Tanımadığın adam haqqında bu cür...
    QONŞU QADIN:- Bəlkə sən tanıyırsan o rəisi, onun gözəlçəsini?!
    QADIN:- Dedim sənə: sus!..
    QONŞU QADIN:- Paho, yaman müdafiə edirsən tanımadığın adamı... (Pauza). Birdən bizim evə də od düşər... Yanğınsöndürənə zəng etmək lazımdır.

    Polis qayıdıb gəlir... Əlindəki telefonla kiməsə zəng vurur.

    POLİS:- Bəli, cənab rəis... Yanğın olub... Bəli! Bəli! (Pauza). Arvadınız bayırdadır... Uşaq içəridə qalıb. (Pauza). Mən?.. Mən nə edə bilərəm ki?.. (Pauza). Xeyir, mən sərxoş-zad deyiləm... Mən?.. Axı, mən neyləyim?.. Mən yanğınsöndürən deyiləm ki. Oldu, cənab rəis oldu! (Yenə harasa zəng edir). Yanğınsöndürmə idarəsidir? Yanğın baş verib. Ünvan? Şimal küçəsi, yeddi. Rəisin evidir. Bəli, bəli, rəisin!
    QADIN:- Nə olub?
    POLİS:- Yanğın baş verib... Uşaq içəridə qalıb.

    Bayırdan qadın harayı eşidilir: “Kömək edin... Balamı xilas edin... Ay qonşular... Ay aman! Ay Allah!”. İçəridəkilər pəncərədən boylanır...

    QADIN (qapıya yaxınlaşır, öz-özünə):- Bu gün məni ağır bir sınaq gözləyir... Əqrəblər bu gün evdən çıxmamalıdır...
    QONŞU QADIN (Qadına):- Sən hara gedirsən?..
    QADIN:- Uşağı xilas etmək lazımdır!..
    QONŞU QADIN:- Uşağı? Qoy anası xilas etsin!
    QADIN:- Görmürsən, o qadın özünü itirib?! Uşaq boğular, yanar, məhv ola bilər... Axı o, yazıqdır...
    QONŞU QADIN:- Kim?..
    QADIN:- Kim? Kim? O uşaq... Lap elə o qadının əri, o uşağın atası, anası...
    QONŞU QADIN:- Heç bilirsən o uşağın anası sənin barəndə nələr danışır?
    QADIN:- Nə danışır danışsın!..
    QONŞU QADIN:- O, günləri deyirdi ki, bu həyətdən o fahişəni qovacağam... Yəni səni. Hətta, səni tutdurmaqla da hədələyirdi... Mənə deyirdi bunları...
    POLİS:- Elə mənə də demişdi... Guya bu həyətdə pozğun, küçə qadını yaşayır... Amma o ilan özünü çox sivil bir xanım hesab edir... Guya...
    QADIN:- Qoy nə deyir desin... Eybi yoxdur. Onsuz da mən öz peşəmi heç kəsdən gizlətmirəm...
    POLİS:- Axı, siz sivil qadınsınız!
    QADIN:- Çəkilin! Mane olmayın!..

    Qaxdın onların arasından keçib qapıya yaxınlaşır. İti addımlarla bayıra çıxır.

    QONŞU QADIN:- O, özünü tüstünün içinə təpdi.
    POLİS:- Alovdan heç bir şey seçmək olmur...
    QONŞU QADIN:- Mənə elə gəlir ki, o içəridə boğulub öləcək... Bədbəxt qız...
    POLİS:- Belə bir gözəl qadın... Onun vəzifəsi nədir? Harada işləyir?..
    QONŞU QADIN:- Vəzifəsi?.. Nə vəzifə? Nə iş?..
    POLİS:- İş də... İş yeri?.. Rütbəsi?.. Çini?..
    QONŞU QADIN:- Onun gözəlliyi- iş yeridir...

    Bayırda qadın səsi, hay-küy, şivən. Uşaq qışqırtısı.

    POLİS:- Hə, deyəsən, uşağı çıxartdı.
    QONŞU QADIN:- Aman Allah! O, od tutub yanır. Sifəti qapqaradır... Yerə yıxıldı...
    POLİS:- Qoy bir çıxım, kömək edim... Deyəsən rəis özü də gəldi...

    Polis çıxır.

    QONŞU QADIN (bayıra sarı):- Ona kömək edin! (Qışqırır). Paltarını soyundurun! Odeyala bükün!.. O od içindədir!.. Eşitmirsiniz?.. Barı uşaq sağdırmı?..
    POLİS (bayırdan):- Sağdır! Sağdır!..
    QONŞU QADIN (bayıra):- Tez həkim çağırın!.. Tez! Tez!..

    Əvvəlcə qucağında bələkli uşaq tutmuş Polis daxil olur. Sonra Qonşu Kişi görünür. O alovdan çıxıb pal-paltarı cırılıb yanmış yarımçılpaq Qadını qollarının üstünə alıb. Qadın inildəyir. Polis və Qonşu Qadın hıçqırır. Qonşu Kişi Qadını çarpayının üstünə uzadıb telefonla zəng vurur.

    QONŞU KİŞİ (dəstəkdə):- Xəstəxanadır?.. Baş həkimlə calaşdırın! (Pauza). Salam, doktor! Bəli, mənəm. Evdə yanğın olub... Təcili surətdə tibbi yardım göstərmək lazımdır. (Pauza). Bir qadın, bir uşaq... Ünvan?.. Şimal küçəsi, yeddi. Oldu!..
    POLİS (qucağındakı bələkli uşağı yellədir):- Şükür, sağdır...
    QONŞU QADIN (çarpayıda uzanmış Qadının üzünü yelpikləyir):- Sir-sifəti tamam yanıb... Görəsən o sağalacaqmı?..
    POLİS:- Sifət heç... Kimdi indi sifətə, gözəlliyə baxan?.. Özü salamat qalsın...
    QONŞU QADIN:- O, öz gözəlliyi hesabına yaşayırdı... Bundan sonra... o, bu üz-gözlə, yanmış sifətlə kimə lazımdır?..
    QONŞU KİŞİ:- Mən onu müalicə etdirəcəyəm... Lazım olsa hər şeydən, bütün var-yoxumdan keçəcəyəm... O yenə əzəlki kimi gözəl olacaq... Onsuz da o daxilən hamıdan gözəl olub...
    QADIN SƏSİ (bayırdan):- A kişi, haraya yox oldun?.. Uşağı xəstəxanaya çatdırmaq lazımdır!..
    QONŞU KİŞİ (bayıra):- Həkim çağırmışam... Bunların heç birini təpətmək olmaz... Deyəsən, ağır yanıq alıblar!..
    QADIN SƏSİ (bayırdan):- Tez ol çıx oradan... Əxlaqsız bir qadının evində nə işin var sənin?!. Eşitmirsən?!.
    QONŞU QADIN (bayıra):- Sən özünsən əxlaqsız. Bildin?.. O, sənin övladını xilas edib! Utanmaz! Bir bax gör kimdir əxlaqsız? Kimdir pozğun? Öz doğma övladını odun-alovun içində qoyub öz canını götürüb qaçan, yoxsa... yoxsa başqasının övladı üçün öz həyatından keçən?.. Kimdir əxlaqsız?.. İçi çirkabla dolu ikən özünü mələk donunda göstərən, yoxsa... yoxsa mələk kimi doğulub şeytanların fitvasına qurban gedən?.. Kimdir əxlaqsız?.. (Qadına işarə ilə). Onun yeganə güvənc yeri öz gözəlliyi idi. O, indi öz gözəlliyini də itirdi... Aman Allah, özün kömək ol!.. Onun ürəyinə nəsə dammışdı (Pauza). Özü deyirdi ki, bu gün onu ağır sınaq gözləyir. Axı, o, əqrəb bürcündəndir...

    Kişi (yazıçı) daxil olur. Heyrətlə içəridəkiləri süzüb Qadına yaxınlaşır, çarpayının önündə diz çökür, hönkürür. Polis, Qadın və Qonşu Kişi sarsılıb. Bayırda maşın səsi eşidilir.

    QONŞU KİŞİ:- Deyəsən, təcili yardım gəldi.
    POLİS:- Bəli, təcili yardımdır...
    KİŞİ:- Axı, nə baş verib?.. (Qonşu Qadına). Onu kim bu kökə salıb?..
    QONŞU KİŞİ:- Mən!

    Bayırdakı Oğlan patefonu qurur. Musiqi. Qonşu Kişi başını əlləri arasına alıb sıxır. Polis farağat vəziyyətində dayanır. Kişi təəccüblə otaqdakı adamları süzür. Qonşu Qadın çarpayıya yaxınlaşır. Qadın ağır-ağır çarpayıdan qalxır, ayaqlarını döşəməyə qoyur... Müvazinətini itirir, az qalır yıxılsın... Qonşu Kişi Qadının əl-qolundan möhkəm-möhkəm yapışır... Qadın yavaş-yavaş qəddini düzəldir. Və onlar, Qonşu Kişi ilə Qadın ağır-ağır rəqs edirlər

    SON











    SEHRBAZ

    İki hissəli dram-seans


    İŞTİRAKÇILAR:

    KİŞİ
    ŞƏHLA
    SAMİT
    AYSU
    TAMAŞAÇILAR




    I HİSSƏ


    Təntənəli simfonik musiqinin müşayiəti altında pərdə qalxır. Məkan abstrakt təsir bağışlasa da, səhnədəki bəzi dəqiq detallar nəzəri cəlb edir: arxa planda royal, yan tərəflərdə (sağ və solda) sönmüş məşəllər görünür. Bir-biri ilə kəsişən, çarpazlaşan işıq zolaqları bir növ hallüsüniativ mənzərə yaradır. Projektor şüaları tədricən bir nöqtədə kəsişir. Və həmin kəsişmə nöqtəsində ucaboy, iri şlyapalı, qara mantiyalı KİŞİ ayaq üstə dayanıb. O, əlində tutduğu par-par yanan metal çubuğu tez-tez havada yellədir. Kişi hələlik üzü səhnənin dərinliyinə (arxası tamaşaçı zalına) tərəh dayanıb. O, sanki dirijorluq edir, səhnənin dərinliyində ifa olunan musiqinin ritmini tənzimləyir, onu müəyyən bir axara salır. Ümumiyyətlə, tamaşa boyu musiqidən geniş istifadə olunur.
    (Yeri gəlmişkən qeyd etmək lazımdır ki, əsərdəki Kişi obrazı poetik mətnlə danışır, onun çıxışında qafiyə olmasa da, heca və vəzn prinsipi ciddi qorunur).
    Bunu da nəzərə almaq lazımdır ki, “diriyorluq” edən Kişi təkcə səhnədəki iştirakçıları yox, habelə zaldakıları da tamaşa boyu gipnozçu (ekstrasens, maq və ya telepat) təsiri altında saxlamağa çalışır.
    Repreduktordan elan eşidilir: “Diqqət! Diqqət! Bugünkü seansda siz öz keçmişinizə - uşaqlığınıza və gəncliyinizə qayıdacaq, o şirin, unudulmaz çağları bir daha yaşayacaqsınız. Biz sizin hamınıza xoş istirahət arzulayırıq!”.
    Elan səsləndirilən zaman Kişi əl-qolunun hərəkətini müvəqqəti ləngidərək sönmüş məşəllərdən birinə (soldakına) yaxınlaşır, onu alışdırır və geri-geri addımlayıb şölələnən alova baxır.
    Zalda səs-küy, canlanma hiss olunur.

    TAMAŞAÇILAR (zaldan):
    - Biz buraya nə üçün gəlmişik?
    - Camaat, bir sakit olun! Bura bazar deyil, axı!
    - Amma musiqiyə söz yoxdur ha! Qulaq asın!
    - O, niyə üzünü o tərəfə - divara çevirib?..
    - Çünki o, bizi keçmişə aparır. Ha-ha-ha…

    Musiqinin melodiyası tədricən dəyişir. Ağ kostyumlu, qara mantiyalı Kişi qəfildən dabanı üstə geri fırlanıb üzünü zala tərəh tutur; onun alnına sarı dartılmış çatma qaşları, uzun kirpikləri, çənəsinə doğru uzanmış qalın birçəyi (bakenbortu), zəhmli gözləri diqqəti çəkir. Onun danışıq və hərəkətləri sehrbazı, foksçunu və ya ekstrasensi xatırladır. Kişi çubuğu havada ahəstəcə yellədir. Əvvəlcə zaldakı ayrı-ayrı adamlar, sonra isə az qala bütün zal əhli musiqinin ritminə uyğun olaraq tərpənməyə, sağa-sola doğru yellənib yırğalanmağa başlayır. İndi sanki orkestr səhnədə yox, zalda çalır və Kişi musiqiçiləri (əslində isə tamaşaçıları) “idarə” edir. Kişi əlindəki çubuğu havada oynada-oynada ehmal, asta, yumşaq addımlarla səhnənin önünə gəlir.

    KİŞİ: - Siz o çay səsini eşidirsizmi?
    Sizin saçınızı oxşayırmı meh?
    Heç nə eşitmirsiz? Çox qəribədir!
    Yumun gözünüzü... Bax belə, bu cür.
    (Başını arxaya doğru əyib, gözlərini yumur).
    Aha, indi necə? Eşidirsizmi?
    (Gözünü açır).
    Ehey, sən nə üçün gülürsən orda?
    Bəli, səninləyəm, alagöz xanım!
    (Çubuğu irəli uzadır).
    Gözünün rənginin görürəm burdan.
    Ey, sən də sakit ol, ərköyün oğlan!
    O üzün görünür sənin bu üzdən...
    Anam, bacım, siz də səbrli olun.
    Elə siz də susun atam, qardaşım.
    (Dua oxuyurmuş kimi pıçıltıyla danışır).
    Hamınız, hamınız dincəlin bir az,
    Heç nə yük olmasın qoy başınıza.
    Hər şeyi unudun, unudun getsin...
    (Sürətlə danışır).
    Qoy hamı tək qalsın özü-özüylə.
    İndi burda kim var? - Bir mən, bir də siz.
    Bax belə, bax belə... Sakitləşdiniz...
    Sizinçün oxuyur indi o çay da,
    Sizə nəğmə deyir o meh, o külək...
    İndi biz şənlənək, sevinək, gülək.
    İndi ürəyiniz gül kimi açır,
    İndi su çilənir əsəbinizə,
    Təravət tökülür üz-gözünüzdən.
    Burda bizdən başqa bir kimsə yoxdur.
    Bir mənəm, bir də siz, bir də ki... ruhlar.
    (Asta templə danışır).
    Bəli, qərib ruhlar dolaşır burda,
    Bir vaxt o ruhlarla yaşamışıq biz,
    O ruhlar yaşadıb bir zaman bizi,
    Sonra tərk ediblər bədənimizi.
    İndi aramızda ruhsuz bədən var, -
    Bədənsiz ruhlar da az deyil, bəli.
    Ah, ruhsuz bədənlər, bədənsiz ruhlar!..
    (Pauza).
    Açın gözünüzü siz yavaş-yavaş.
    Bax belə, bax belə... Heç tələsməyin.
    Siz indi diqqətlə seyr edin məni.
    Aha, sən nə üçün qəmlisən, dostum?
    (Çubuğu irəli uzadır).
    Bəli, səninləyəm... Niyə susursan?..

    TAMAŞAÇILAR (zaldan):
    - Sən kimi deyirsən?
    - Sən kimsən? Cadugər? Sehrbaz? Falçı?..
    SAMİT (zaldan): - Deyəsən, siz mənə işarə edirsiniz.
    KİŞİ: - Bəli, səninləyəm, düz buyurursan.
    SAMİT (zaldan): - Soruşursunuz ki, niyə qəmliyəm, hə? Sadəcə olaraq başım ağrıyır.
    KİŞİ: - Yaxın gəl, qoy ölçüm hərarətini.

    Samit iti addımlarla səhnəyə qalxır. Melodiya dəyişir...

    SAMİT: - Hə, gəldim. Bu da mən.
    KİŞİ: - Bax, mənim üzümə diqqətlə bax sən,
    Qəlbindən keçəni oxuyum indi.
    SAMİT: - Siz doğrudan adamları öz keçmişinə qaytara bilirsiniz, yoxsa?..
    KİŞİ: - Yoxsa inanmırsan mənə, əzizim?
    SAMİT: - Yox... Niyə ki?.. İnanıram.

    Kişi çubuğu ehmallıca Samitin kürəyinə, sinəsinə sürtür, onun başı üstündə fırladır, diqqətlə onu süzür.

    KİŞİ: - Görürəm, görürəm, əzab çəkirsən,
    Demək, dərk edirsən günahlarını.
    SAMİT: - Nə günah?.. Mənim günahlarım yoxdur. Amma, təbii ki, adi bir insan kimi səhvlərim olub. Bir də ki, xahiş edirəm, mənimlə bu tonda danışmayın!
    KİŞİ: - Bura bax... Eləsə mənə qulaq as...
    Əlini irəli uzat görüm bir...

    Samit əlini Kişiyə sarı uzadır.

    SAMİT: - Hə, bu da əllərim. (Gülür). Bəlkə ovcuma baxıb alın yazımı oxumaq istəyirsən?
    KİŞİ: - Heç nə deyəmmərəm gələcək haqda,-
    Allahın işinə qarışmırım mən.
    Amma söz açaram mən keçmişindən.
    SAMİT: - Keçmişim barədə? (Gülür). Ha-ha-ha!.. Bəlkə bunu gələcəyə saxlayaq?
    KİŞİ: - “Gələcək” nə üçün?.. Bax, elə indi -
    Səni görüşdürüm öz keçmişinlə.
    Kimi istəyirsən çağır yanına,
    Nəyi istəyirsən yaşa onunla.
    SAMİT (getmək istəyir): - Yox... Mən heç nə istəmirəm... İcazə verin...
    KİŞİ: - Dayan! Sən heç yerə getməyəcəksən! (Qətiyyətlə).
    Bəs onda nə üçün gəlmisən bura?
    Bura gələnlərin bil ki, hər biri
    Görüşmək istəyir öz keçmişiylə!
    SAMİT (qorxa-qorxa ayaq saxlayır): - Mən... Mən... Mən özümü yaxşı hiss etmirəm.
    KİŞİ: - İndi kim özünü yaxşı hiss edir?
    (Üzünü zala tutur).
    İçini yeyirsə şübhə qurd kimi,
    Rəzalət qoynunda vurnuxursansa,
    Şəhvətin, şöhrətin əsirisənsə,
    Sənə hakimdirsə riya, paxıllıq-
    Özünü sən necə hiss etməlisən?
    (Samitə doğru çevrilir).
    Heç yerə tələsmə, hörmətli adam,
    Yaxşısı budur ki, özündən danış.
    SAMİT: - Nə danışım özümdən? Mənim peşəm, sənətim eldir ki...
    KİŞİ: - Mən səhv etmirəmsə, sən həkimsən, hə?
    SAMİT: - Elədir. Düz buyurursunuz. Siz bunu nədən, haradan bilirsiniz?.. Bəlkə biz tanışıq. (Pauza). Yox, deyəsən sizi ilk dəhədir ki, görürəm... Hə, deməli belə; mən öz sənətimlə, öz peşəmlə əlaqədar müxtəlih insanlara yardım göstərməli oluram. Həyatımda nə qədər xəstələr görmüşəm! Bə’zən heç göstərilən tə’cili yardımın, ciddi müalicənin də xeyri olmayıb.
    KİŞİ: - Yəni o xəstələr sağ qalmayıblar?..
    SAMİT: - Bəli, bu cür hallar da olub. Mən bunu gizlətmirəm ki...
    KİŞİ: - Bax bunlardan danış, mümkünsə əgər...
    SAMİT: - Necə yəni “bunlardan” danışım? Nədən? Xəstələrdən? Xəstəliklərdən?
    KİŞİ: - Yox, yox, ölənlərdən, möhtərəm həkim...
    SAMİT: - Ölənlərdən? Ölünün nəyindən danışmaq olar?.. Yoxsa siz “günah” deyərkən həkimlərin heç də hamıya şəha verə bilmədiyini nəzərdə tutursunuz. Hər bir insanın əvvəli və sonu olur. İnsan günlərin bir günü xəstələnir, yatağa düşür və istər-istəməz həkimə müraciət etməli olur. Bəs həkimin borcu nədən ibarətdir? Təbii ki, xəstəni müalicə etməkdən. Amma elə xəstə olur ki, sağalmır. Onda həkim neyləsin?
    KİŞİ: - Söhbət başqa şeydən gedir, əzizim.
    Sən deyən xəstələr qalsın sonraya...
    SAMİT: - Bəs siz nəyi, kimi soruşursunuz? Mən heç nə anlamıram.
    KİŞİ: - Doğrudur, insanlar ölür nə vaxtsa;
    Bəziləri ölür öz əcəliylə.
    Amma bəzisini.
    (Pauza)
    ... sən öldürmüsən.
    SAMİT: - Xahiş edirəm, məni şərə, böhtana salmayın. (Getmək istəyir).
    KİŞİ: - Dayan! Sən heç yerə getməyəcəksən!..
    Getsən də - keçmişə gedə bilərsən...
    SAMİT: - Nə “keçmiş” - “keçmiş” salmısınız? Açıq deyin görüm, siz məndən nə istəyirsiniz?..
    KİŞİ: - Mən nə istəyirəm? Tək həqiqəti!..
    SAMİT: - Nə həqiqətbazlıqdır? Bir də ki, siz kimsiniz? Hakim, müstəntiq, yoxsa ki, xəstə?
    KİŞİ: - Sən mənə sual yox, həkim, cavab ver:
    Diri ölülərdən danış bizlərə.
    Ölü uşaqların “diri” qalması,
    Diri uşaqların öldürülməsi,
    Bütün bunlar haqda danış, əzizim!
    Hə, niyə susursan?.. Eşidirəm mən...
    SAMİT: - Vallah, mən bunun dediklərindən heç nə anlamıram. Nə ölü, nə diri? Mən adi bir həkiməm və öz borcumu daim vicdanla yerinə yetirirəm. (Zala). Bu adam deyəsən şarlatandır!
    KİŞİ (asta səslə): -
    Sakit ol, sakit ol, qeyzlənmə gəl.
    Bir az səbrli ol, çıxma özündən.
    Sirr kimi qalmayır dünyada bir sirr.
    Elə gün gəlir ki, sirr pərdəsini
    Sirlərin üstündən götürür tanrı;
    Onda çılpaq qalır sirlər, əzizim,
    Təzəcə doğulan körpə uşaq tək...
    (Səsinin tonunu tədricən qaldırır).
    Burda ölülər də, dirilər də var.
    Rica eləyirəm, səs-küy salmayın...

    Əlindəki çubuğu zala doğru uzadıb gözlərini yumur. Danışdıqca avazı get-gedə yüksəlir. Səslənən musiqi melodiyası onun səs tembrini müşayiət edir.

    Yumun gözünüzü siz də mənim tək;
    Hər kəs xatırlasın öz keçmişini:
    Dünyanı nə vaxtdan dərk edirsiniz?
    (Əlini zalda əyləşən qadına sarı uzadır).
    Məsələn, üzümü sənə tuturam:
    İlk dəhə gördüyün sifət kimindir?
    İlk dəhə hansı söz qonub dilinə?
    Di yum gözlərini, bir xəyala dal.
    (Əlindən çubuğu pianinonun üstünə qoyur).
    Aha, eşidirsən o səsi indi!
    İndi o sifəti aydın seçirsən!
    (Yanan məşəli götürür).
    Ordan – uşaqlıqdan bir ağ yol keçir,
    (Qadına işarə ilə).
    Sən o bəyaz yolla üzübəri gəl.
    Hə, bir az da gəlsən yollar ayrılar;
    Bir yol sağa gedər, bir yolsa sola.
    Sən elə sağ yolla hərəkət elə...
    Bax belə, bax belə...sən o yoldasan...
    O yol gəncliyinə aparır səni.
    Hələ bu gününə - qocalığına
    Çox qalıb, əzizim, çox qalıb sənin.
    Sən öz gəncliyində bir ayaq saxla,
    (Məşəli qadına sarı tutur).

    Bir azca nəfəs dər, bir azca dincəl.
    İndi o işıqla-gənclik yoluyla.
    Gedirsən, gedirsən sən yavaş-yavaş.
    Hamı öz ömrünə diqqət eləyir,
    Hamı keçmişinə qayıdır indi.
    Qoy ölü sükutla barışsın hamı,
    Qoy öz keçmişiylə danışsın hamı.
    (Məşəl işığında sanki keçmişə “yol” axtarır).

    Sənsə gəl söhbət aç öz taleyindən,
    Sirlərin üstündən götür pərdəni.
    (Səsinin tonu get-gedə daha da yüksəlir).

    İndi həqiqətə tapınsın hamı,
    Hər kəs öz-özünə
    hesabat versin!
    Yalanı, riyanı çarmıxa çəkin!
    Həqiqət önündə gəlin diz çökün!
    Sizin içinizi didən yalandı,
    Sizi tərki-dünya edən yalandı!
    Əgər o yalandan xilas olsanız,
    İnanın, əbədi yaşayarsınız!..
    (Zaldakı qadına işarə ilə).

    Niyə duruxursan, niyə susursan?
    Nə üçün tərəddüd
    eləyirsən sən?
    Sən o sifətləri aydın seçirsən?
    Aydın eşidirsən sən o səsləri?..
    Eləsə ləngimə, indi gəl bəri...
    Sağ yolla - işıqla sən get irəli...

    Kişi məşəli yerinə qoyub çubuğu götürür.

    Musiqi Kişinin avaz və hərəkətinə uyğun olaraq gurlaşır. Zaldakı qadın - ŞƏHLA döyükə-döyükə, ətrafına boylana-boylana, tərəddüdlə ayağa durur, əvvəlcə inamsız - asta, daha sonra qəti-iti addımlarla səhnəyə çıxır, Kişiyə yaxınlaşır. Qadın təəccüblə Samitə baxır. Kişi cəld çevrilərək üzünü səhnənin dərinliyinə tutub (arxası zala sarı dayanaraq), əlindəki çubuğu əsəbi halda yellədir, sanki orkestri idarə edir; səslənən melodiya “nizamlanır”. Sonra Kişi yenə eyni qaydada - cəld bir halda dabanı üstə geri hırlanıb hər iki əlini irəli uzadaraq zalı “idarə edir”.
    Musiqi qəfildən susur.
    Sanki qadın boşluğa - vakuuma düşür. Sonra astaca səslənməyə başlayan həzin melodiya sanki qadını qanadlarına alaraq uzaqlara aparır. Zaldakıların əksəriyyəti melodiyanın axarına uyğun olaraq astaca ləngərlənir. Qadın gözlərini yumub ayaqüstəcə düşüncələrə dalır. İndi Kişi bir əlindəki çubuqla zalı “idarə edir”, o biri əlini qadının çiyninə qoyur. Sonra Kişi əlini ehmallıca qadının - Şəhlanın çiynindən götürüb Samitin çiyninə qoyur. Samit də gözlərini yumur; onun üz-gözündən hiss olunur ki, psixoloyi gərginlik keçirir. Musiqinin səsi iştirakçıların hamısını cəzb edir, öz “arxasınca” çəkib aparır. Daha sonra Kişi əlini Samitin çiynindən götürür və yavaşca dalı-dalı çəkilir. O, bu hərəkəti ilə meydanı - səhnəni Şəhla və Samitə təhvil verdiyini bildirmək istəyir. İştirakçılar sanki onları (tədricən) yuxuya verən, düşüncələrə qərq edən musiqinin sehrli cazibəsindən silkinib çıxır, təəccüblə ətraha baxırlar. Şəhla və Samit bir-birlərini sınayıcı nəzərlərlə süzürlər. Arxaya doğru çəkilmiş Kişi dodaqaltı nəsə pıçıldayır, əllərini havada-boşluqda yüngülcə yellədir; o, sanki ya sehrli bir dua oxuyur, ya da sehrbazlıq, cadugərlik eləyir. Sonra Kişi irəli çıxıb Samitlə Şəhlanın arasında dayanır; sanki onların arasında görünməz əlaqə-kontakt yaradır. Samitlə Şəhlanın sihətinin ihadəsi dəyişir: indi onlar yad adamlardan daha çox, bir-birindən küsmüş köhnə tanışlara bənzəyirlər. Kişinin üzünə hiylə, məkr qarışıq bir təbəssüm qonur və o, yüngülcə tə’zim edərək yenə səhnənin dərinliyinə çəkilir; o, elə bil bununla (işarə edib) bildirmək istəyir ki, ikilikdə qalıb danışa bilərsiniz, sizə mane olan heç nə, heç kəs yoxdur.

    ŞƏHLA: - Deyəsən, yavaş-yavaş xatırlamağa başlayıram... Elə bil beynimdən ağ bir işıq zolağı keçir. O, ağ yoldur. O yolla bir qadın irəliləyir. Tək-tənha... Odur, o qadın üzü bəri gəlir. (Əli ilə başını tutur). Aman Allah, o qadın mən özüməm ki... Bu, yuxu deyil ki, görəsən? (Gözlərini yumub-açır). Bəlkə də bu, yuxu içində yuxudur?..
    SAMİT: - İndi falabaxanların, cadugərlərin sayı o qədər artıb ki, gəl görəsən. Ta xəstələr həkim yanına yox, fırıldaqçı rəmmalların yanına gedirlər.
    ŞƏHLA (sanki öz-özünə danışır): - Odur, mənə bir kişi yaxınlaşır. Əllərini irəli uzadır, mənə sarı. Məni boğmaq istəyir... (Diqqətlə Samitə baxır). O kişi sənsən!
    SAMİT: - Xahiş edirəm məni bu oyuna qatmayın, bacı!..
    ŞƏHLA: - Sən məni öldürmək istəyirsən!.. Əlini çək!
    SAMİT: - Mən?.. Mənim sizinlə nə işim?.. Məndən aralı durun, məni şərə salmayın!..
    ŞƏHLA: - Sənin adın Samitdir! Bəlkə səhv deyirəm?..
    SAMİT: - Nə?.. Hə, lap tutaq ki, adım Samitdir! Nə olsun ki?..

    Bütün bu dialoq zamanı və, ümumiyyətlə, əsər boyu aramsız “diriyorluq” edən Kişi ehmallıca Samitə yaxınlaşır, əlini onun başı üzərində yelləyir; sanki beləliklə onun itmiş yaddaşını “bərpa” edir. Samit qorxa-qorxa, acizanə halda başını yerə dikir, sanki o, “sehrli” əlin hərəktlərinə tabe olur.

    ŞƏHLA: - Bəs mənim adım?..
    SAMİT: - Tutaq ki, sizin adınız Şəhladır... Şəhla... Hə... Nə olsun ki?..

    Kişi geri çəkilir. Çubuğu küncdəki pianonun üstünə qoyub hər iki əlini irəli - zala sarı uzadır, işarə ilə melodiyanı “dəyişir” və beləliklə sanki gərgin, inilti dolu musiqi sədası altında xəyala dalmış iştirakçı və tamaşaçıları keçmişə - hər kəsi öz yaddaşının dərinliyinə çəkib aparır. Samit və Şəhla üz-üzə dayanır.

    ŞƏHLA: - Doğrudanmı sən vaxtilə bu cür cinayətə əl qatmısan?..
    SAMİT: - Bu da təzə xəbərdir? Sizin adınız həqiqətən Şəhladır? Mən elə-belə ixtiyari bir ad dedim, o da tərs kimi, düz çıxdı. Bacı, xahiş edirəm mənim təmiz adıma ləkə yaxmayın, imicimə zərbə vurmayın!.. Mən həkiməm, öz pasientlərim, xəstələrim var, onların yanında mənə qarşı antitəbliğat kompaniyası aparmayın!.. Xahiş edirəm!..
    ŞƏHLA: - Sən qatilsən!
    SAMİT: - Nə? Qatil? Mən?..
    ŞƏHLA: - Bəli, qatil! Sən mənim körpəmin qatilisən!..
    SAMİT: - Bu, nə provokasiyadır? Bu, nə böhtandır?.. (Qışqırır). Əl çəkin mənim yaxamdan! Sizin kimilərini çox görmüşəm. (Kişiyə). Ay kişi, ay adam balası, məndən nə istəyirsiniz?..

    Kişi onu eşitmirmiş kimi, çubuğu sakitcə pianonun üstündən götürüb üzünü səhnənin dərinliyinə sarı çevirərək görünməyən “orkestri” idarə edir. Samit və Şəhla əks istiqamətlərə doğru üz tuturlar. Onlar asta, yumşaq addımlarla çıxır və az sonra yenə eyni yerişlə səhnəyə qayıdırlar; amma indi onların geyimindəki müəyyən hərq nəzərə çarpır: Samit ağ xalatdadır, başında ağ rəngli beret var. Şəhla yüngül yay geyimindədir. Hiss olunur ki, onlar keçmişə “qayıdıblar”. hər ikisinin nisbətən gənc olduğu da diqqəti çəkir.

    ŞƏHLA: - Həkim... Həkim...
    SAMİT: - Siz yenə gəlmisiz?.. Xahiş edirəm, məndən əl çəkin. Axı, mən hər şeyi sizə izah etdim.
    ŞƏHLA: - Mən öz körpəmin səsini eşidirəm. O səs bir an da olsun qulağımdan çəkilmir, həkim...
    SAMİT: - Nə olsun ki?.. Mənim də qulağıma çoxlu səslər gəlir və yaxud gələ bilər...
    ŞƏHLA: - Həkim, bir mənə qulaq as. Mənə elə gəlir ki, körpəm sağdır. O, indi nalə çəkir, haray qoparır.
    SAMİT: - Bəzən mənə də elə gəlir ki, çoxdan ölmüşəm... Nə olsun ki?..
    ŞƏHLA (heyrətlə ona baxır): - Necə yəni çoxdan ölmüsən?.. Siz... Siz... Sən... Sən ki, sağsan!
    SAMİT: - Bax, görürsüzmü?.. Sizin uşaq da çoxdan ölüb, amma sizə elə gəlir ki, o, sağdır. Bəzən adama hər şey tərsinə görünür.
    ŞƏHLA: - Yox, yox!.. Onun çöhrəsi bir an da olsun gözümün qarşısından çəkilmir. Onun körpə təbəssümü, totuq əlləri, üzü, gözü.. Hələ dodağından qopan “ana” kəlməsi... O səs...
    SAMİT: - O, nə tez “ana” deməyə başlayıb?.. Sizin xəstəxanadan çıxdığınız cəmi bir neçə gündür.
    ŞƏHLA: - Mənə elə gəlir ki...
    SAMİT: - Hə, sizə elə gəlir... Bura baxın... Neçə gündür ki, bura gəlib-gedir, hər dəhə də eyni şeyi təkrarlayırsınız. Eşidib-görən elə zənn edər ki, siz doğrudan da nədəsə haqlısınız.
    ŞƏHLA: - Mən öz ana ürəyimə etibar edirəm.
    SAMİT: - Siz canlı adama inanmırsınız, amma mücərrəd bir şeyə, ürəyə, qulağa, ta nə bilim nəyə, nəyə... etibar edirsiniz. Açığını deyim ki, sizin hərəkətləriniz məndə müyyən şübhələr doğurur.
    ŞƏHLA: - Sən nədən şübhələnirsən, həkim?
    SAMİT: - Sizin mühakimə və hərəkətlərinizdən... Mən sizə neçə dəhə demişəm və dediklərimi yenə təkrar etməyə məcburam: körpə doğuşdan az sonra öldü... Sizin körpəniz...
    ŞƏHLA: - Axı, mən onun qışqırtısını eşitmədim.
    SAMİT (gülür): - Ha-ha-ha... Bəyəm qışqıran ölmür? Bə’zən ən sağlam insan da bir anın içində, bir göz qırpımında dünyasını dəyişir. İnsan var idi, indi isə yoxdur! Dünyanın öz məntiqi var...
    ŞƏHLA: - Mən hər şeyi yuxu kimi xatırlayıram. Sən körpəni tutdun sonra o, qışqırdı...
    SAMİT: - Yenə də “qışqırıq”?
    ŞƏHLA: - Bəli, o qışqırırdı. Onun səsi hələ qulaqlarımdan çəkilməyib...
    SAMİT: - Yenə “səs”, yenə “qulaq”?..
    ŞƏHLA: - Həmin gecə bizim palatada təkcə sən qalmışdın. (Sanki onu eşitmir). Halbuki...
    SAMİT: - Nə olsun ki?.. “Sən qalmışdın...”
    ŞƏHLA: - ...halbuki o vaxtacan palatada həmişə iki həkim olurdu.
    SAMİT: - Bəyəm bunun sizə bir dəxli var?
    ŞƏHLA: -...mənim yanıma qonşu palatadan bir qadın gətirdiniz.
    SAMİT: - Yaxşı ki, kişi gətirməmişəm...
    ŞƏHLA: - ...əvvəlcə mənim ağrılarım başladı...
    SAMİT: - Paho! İşə düşmədik?!
    ŞƏHLA: - ... sonra qonşu çarpayıdakı qadının...
    SAMİT: - Sözünüzün canı nədir?
    ŞƏHLA: - ... sonra mən o körpə qışqırtısını qonşu çarpayıdan eşitdim.
    SAMİT: - Yenə də “qışqırtı”? Yəqin ki, sonra ortaya yenə “səs”, yenə “qulaq” gələcək?
    ŞƏHLA - ...qonşu çarpayıdan qopan səsin sədası yenə mənim qulağımdadır. O, mənim körpəmin səsiydi...
    SAMİT: - Deyirəm də... (Əlini yellədir). “Qışqırıq”, “səs”, “qulaq”... Siz məni əsəbiləşdirirsiniz.
    ŞƏHLA: - ...amma az sonra sən mənə dedin ki...
    SAMİT: - ... “sizin körpəniz ölüb”.
    ŞƏHLA: - ... “sizin körpəniz ölüb”... Bəli, belə dedin...
    SAMİT: - Bəli, dedim! Bəs nə deyəydim? Yox, bəlkə deyəydim ki, o, diridir?..
    ŞƏHLA: - ...amma qonşuluqdakı qadının çarpayısından...
    SAMİT: - ... “körpə səsi gəlirdi”. Hə?.. Elədirmi?..
    ŞƏHLA: - ...körpə səsi gəlirdi. Amma mənim...
    SAMİT: - ... “amma mənim körpəm ölmüşdü”. Eləmi?
    ŞƏHLA: - ...“ölmüşdü”... “ölmüşdü”...
    SAMİT: - ... “ölmüşdü”. Bəli, bəli, ölmüşdü!..
    ŞƏHLA: - Mən dedim: “Yox, ola bilməz”! Bu, yalandır!

    Kişi qəhildən çevrilib üzünü zala tərəh tutur, əlindəki çubuğu kəskin şəkildə havada oynadır. Onun özünün və əlindəki çubuğun hərəktinə uyğun olaraq səslənən musiqinin melodiyası da kəskin şəkildə dəyişir. Fonoqramda əvvəlcə körpə qışqırtısı eşidilir: “inqa-a-a-a-a-a-a!” Sonra kişinin əks-səda verən səsi: “Sizin körpəniz ölüb... Körpəniz ölüb... €lüb... ölüb...” Sonra qadın səsi eşidilir. O səs də əks-səda verir: “Mənim körpəm ölüb?.. Körpəm ölüb? Ölüb?.. Ölüb? Yox, ola bilməz! Ola bilməz! Bilməz!” Əks-səda verən bu dialoq bir neçə dəhə təkrarlanır. Və lap sonda Şəhlanın dilindən qopan: “Ola bilməz!” - nidası eşidilir. Şəhla sanki isterika vəziyyətində səhnənin önünə gəlib qışqırır.

    ŞƏHLA: - Ola bilməz!

    Samit heyrətlə ona baxıb dalı-dalı çəkilir.

    SAMİT: - Sakit olun!..
    ŞƏHLA: - Ola bilməz! İnanmıram!..

    Şəhla Samitin üstünə yeriyir. Samit dalı-dalı çəkilir, sonra addımlarını sür’ətləndirib səhnədən çıxır. Şəhla əvvəlcə onun arxasınca gedir, sonra ani ayaq saxlayıb, istiqamətini dəyişir, əks tərəhə üz tutur. Səhnədə bir müddət tək qalan Kişi qollarını qanad kimi yana açaraq iha edilən musiqini “tənzimləyir”, sanki zala layla çalır. Az sonra Şəhla və Samit əks tərəhlərdən gəlirlər; indi onlar ilk gəlişdə olan əlbəsədə - indiki, nisbətən yaşlı dövrün qiyahəsində qayıdırlar. Kişi onları görmürmüş kimi öz “dirijorluğunu” davam etdirir.
    Uşaq səsi - qışqırtı eşidilir: “inqa-a-a-a-a...”

    ŞƏHLA: - Aman Allah, mən yenə o səsi eşidirəm!
    SAMİT: - Hansı səsi?..
    ŞƏHLA (dinləyir): - S-s-s... Sakit ol! Bu, mənim körpəmin səsidir...
    SAMİT: - Yenə “səs”?.. Yenə “körpə”?.. Birçəyiniz ağarıb, amma yenə...
    ŞƏHLA: - O, buradadır! Mənim balam haradasa lap yaxınlıqdadır. Mən anayam... Ana ürəyi heç vaxt yanılmaz... Bu ötən illər ərzində mən hər gün onun haqqında düşünmüşəm. O, ölməyib! O, sağdır! Mən buna yüz haiz, min haiz əminəm.
    SAMİT: - Faizin dozasını bir az çoxaldırsınız...
    ŞƏHLA: - Mənə gülürsən?..
    SAMİT: - Yox... Allah eləməsin... Yox...
    ŞƏHLA: - Sakit ol... Sakit... Qoy qulaq asım...

    Kişi səhnənin önünə gəlib əlindəki çubuğu irəli uzadır. Musiqinin ritminə uyğun olaraq başını-bədənini yellədir, dodaqlarını dua oxuyurmuş kimi tərpədir. Sanki zalda əyləşənlər də onun hərəkətlərini təqlid edir. Şəhla həyəcanla boşluğa sarı - sanki eşitdiyi qaibanə səsin ardıyca gedir və səhnəni tərk edir. Zaldakı tamaşaçılardan biri, yaraşıqlı paltarda olan qız - AYSU ayağa duraraq qu quşu kimi süzə-süzə, sanki boşluqda uça-uça səhnəyə qalxır. Kişi sakitcə Şəhla gedən səmtə üz tutur, gözdən itir. Samit və Aysu üz-üzə dayanırlar. Hüznlü musiqi sədası. Samit heyrətlə qızı - Aysunu süzür.

    SAMİT: - Aysu?.. Sənsən? Sən haradan gəlib çıxdın?
    AYSU: - Haradan gələsiyəm ki? (Gülür). Bəyəm məni görməyiniz sizi belə narahat edir?
    SAMİT: - Yox... Niyə ki?.. Sadəcə olaraq, mən istəməzdim ki, bizi birlikdə görsünlər...
    AYSU: - Görürlər, görsünlər... Bunun mənə elə bir isti-soyuğu yoxdur...
    SAMİT: - Aysu... Qulaq as... Axı, mən sənə hər şeyi izah etmişəm. Sən ki, uşaq deyilsən.
    AYSU: - Doğru buyurursuz: mən artıq uşaq deyiləm...
    SAMİT: - Mən isə artıq gənc deyiləm. Saç-saqqalım ağarıb, üstümdən zamanın qara küləkləri əsib keçib.
    AYSU: - Qara küləklər niyə?.. Əgər əsibsə də, o, bəyaz külək olub. Elə üz-gözünüzdə də həmin küləyin izi qalıb: ağappaq, bəmbəyaz. (Gülür). Tərs kimi, mən də bəyaz rəngi sevirəm.
    SAMİT: - Qulaq as, Aysu. Mən ailəli adamam. Sən ki, bunu yaxşı bilirsən.
    AYSU: - Ailəlisiniz?.. Sizə yalan danışmaq yaraşmaz. Arvadınız sizdən çoxdan ayrılıb! Mən hər şeyi öyrənmişəm.
    SAMİT: - Mənim böyük övladım az qala səninlə yaşıddır.
    AYSU: - Nə olsun ki? Bəyəm bütün bunların mənə bir dəxli var?.. Siz məni ölümün pəncəsindən qurtarmısız. Deməli, mənim xilaskarım sizsiz... sənsən... Bura baxın, mən sizə “sən” - desəm inciməzsiz ki?
    SAMİT: - Necə istəyirsən elə o cür də de... Amma...
    AYSU: - Hə, lap yaxşı. Elə isə qulaq as, Samit... Bu dünyada yəqin ki, hər bir kəsin nəyisə istəmək, kimisə sevmək hüququ var, elə deyilmi?.. (Pauza). Bəlkə sən mənim hüququma təcavüz etmək istəyirsən?
    SAMİT: - Yəqin ki, bu dünyada hər kəsin bir istəməmək, sevməmək hüququ da var, elə deyilmi?.. İcazə ver, mən də öz hüququmdan istihadə edim.
    AYSU: - Yaxşı... (Gülür). Mən qarşı tərəhin də hüququna hörmətlə yanaşıram. (Ah çəkir). Qoy belə olsun. Amma unutma ki, hər kəsin öz hüququ uğrunda mübarizə etmək hüququ da gündəmdə qalır.
    SAMİT: - Bura bax... (Diqqətlə Aysunu süzür). Mən xahiş edirəm, yalvarıram... (Səsi titrəyir). Məndən nə istəyirsən? (Musiqi sədası sanki onun səsinin ahəngini müşayiət edir). Məni günaha batırma. Onsuz da günahlar içində boğuluram. Qoy heç olmazsa qalan ömrümü istədiyim kimi - sakit, rahat yaşayım; artıq mənim taleyimin hırtınalı, tuhanlı anları arxada qalıb. İndi mən səssiz-küysüz bir həyat yaşamaq istəyirəm... Mən az qala məzarlıq sakitliyi, qəbir sükunəti arzusundayam. (Pauza). Qulaq as... Mən səni müalicə edib sağaltmışam... Bu, mənim adi həkimlik borcumdur. Mən öz borcumu yerinə yetirmişəm. Sən isə... Yox, əlbəttə, mən səni ittiham etmək istəmirəm. Amma... Xahiş edirəm, yalvarıram məni rahat buraxasan, Aysu.
    AYSU: - Sən əvvəlcə bu cür deyildin. (Pauza). Mənə dil tökən, məni öz dünyamdan qoparan, yerimdən-yatağımdan oynadan sən olmadınmı?.. İndi bu nə sihətdir mənə göstərirsən?
    SAMİT: - Yox... Elə deyil... Elə deyil, Aysu... Hə, doğrudur, mən sənə xoş sözlər demişəm, lap elə işıqlı və’dlər vermişəm. Amma... Bütün bunlar səndə xoş emosiyalar oyatmaq üçün olub.
    AYSU: - Yəni sən məni axmaq hesab edirsən?.. Ya bəlkə mən bəbəyəm, körpəyəm, çocuğam?..
    SAMİT: - Aysu, eşit və bil: yerlə göy birləşsə belə, bizi heç bir qüvvə birləşdirə bilməz. (Diqqətlə qızı süzür). Lap elə... bilmək istəsən, ayıra da bilməz.
    AYSU: - Bax, elə mən bunu eşitmək istəyirdim.
    SAMİT: - Amma bu “birləşmə” sənin düşündüyün kimi ola bilməz, Aysu. İndi yalnız... keçmiş xəstə ilə... həkimin, lap elə ata ilə... övladın birliyindən söhbət gedə bilər.
    AYSU: - Utanmaz!.. Bu, nə söhbətdir? (Pauza). Bağışla, Samit... Bağışla...

    Aysu diqqətlə Samiti süzür. Samit başını günahgarcasına aşağı salır. Qız hiss olunmadan çıxıb gedir. Musiqi. Kişi Samitə yaxınlaşır. Samit başını qaldırıb Kişini görür. Gərgin musiqi sədası qəhildən susur və sanki Samit də boşluğa düşüb çaşır, səntirləyir. Sonra, o, qorxa-qorxa Kişinin üzünə baxır. Kişi əsrarlı, təbəssümlü nəzərlərlə Samiti uzun-uzadı süzür. Samit baxışlarını gizlətməyə yer axtarırmış kimi döyükür.

    KİŞİ: - Siz tanımırsınız bir-birinizi,
    Amma hamınızı tanıyıram mən.
    SAMİT: - Mən sizi ilk dəhədir ki, görürəm. Siz məni haradan tanıya bilərsiniz?
    KİŞİ: - Hər şey əks olunub bəbəklərində,
    Orada bir ömrün tarixi yatır.
    Yadında saxla ki, bu gen dünyada,
    Ömrün arxividir hər kəsin gözü...
    (Diqqətlə Samiti süzür).
    Sənin gözlərin də öz tarixindir:
    Aydınca oxunur orada hər şey.
    SAMİT: - Amma sizin gözləriniz... (Kişinin gözlərinə baxıb, tez də baxışlarını kənara yayındırır). Sizin gözləriniz böyük bir ekrana bənzəyir... Həqiqətən...
    KİŞİ: - Bəs sən o ekranda nələr görürsən?..
    SAMİT: - Mənə elə gəlir ki, orada - yə’ni sizin gözlərinizdə qorxulu hilmlər nümayiş olunur. Bəlkə elə ona görədir ki, sizin bəbəklərinizə diqqətlə baxanda adamı vahimə bürüyür. Ümumiyyətlə, siz qorxulu, təhlükəli adama oxşayırsınız..
    KİŞİ : - Demək, çox qorxuncdur mənim gözlərim?
    Orada qorxulu hilmlər gedir?
    Eləmi? Qoy olsun! Amma unutma:
    O qorxunc şəkillər,
    dəhşətli hilmlər-
    Sizin ömrünüzün kadrlarıdır.
    Sizsiz qəhrəmanı o hilmlərin!
    O pis əməllərin sahibi mən yox
    Sizsiniz, sizsiniz, sizsiniz, bəli!
    SAMİT: - Mən başa düşmürəm, siz hansı pis əməllərdən danışırsınız? Bəyəm biz buraya, bu salona sizin cəhəng söhbətlərinizə qulaq asmaq üçün toplaşmışıq?
    KİŞİ: - Nə dedin? Nə dedin?..
    “Cəfəng söhbətlər”?
    (Get-gedə səsini ucaldır).

    Ha-ha-ha!... Bu sözü
    sənsən söyləyən?

    (Əlini yana uzadır).

    De görüm nəyindir
    bayaqkı qadın?
    Səndən nə istəyir bəs
    o cavan qız?..
    Hardan tanıyırsan
    onları, söylə?
    De, niyə susursan?
    Cavab ver, arsız!
    SAMİT: - Doğrudan da, mən onları haradan tanıyıram? (Sanki öz-özünə danışır). Axı, qadın özü dedi: biz xəstəxanadan tanışıq. (Əlini alnına qoyub düşünür). O, doğum evinə gəlibmiş; özü deyir... Bu, lap çoxdanın əhvalatıdır... Uşağının guya sağ-salamat qaldığını o, özü uydurur. Axı, uşaq ölmüşdü... ölmüşdü...
    KİŞİ: - Sən yalan deyirsən! Yalan deyirsən!
    SAMİT: - Yalan? (Yazıq görkəm alır). Yox, mən yalanı xoşlamıram... (Pauza). Hə, o ki, qaldı bayaqkı qıza... Axı, mən dedim: o, məni daim tə’qib edir, izləyir. Amma, o, nə üçün belə edir, - deyə bilmərəm... (Pauza). Yox, bəlkə düzünü deyim: o, mənə vurulub. Məni sevir. Amma mən... Mən evli adamam. Onu aldatmaq mənə yaraşmaz. Bu yaşımda mənə nə deyərlər? Deməzlər ki, qızı yaşında bir qızla eşq macərası yaşayır?
    KİŞİ: - Alçaq? Bilirsənmi heç kimdir o qız?..
    Bilmirsən? İndi bil:
    sənin qızındır?
    Hə, niyə susursan?
    Lal oldu dilin?..
    Bəs hələ o qadın?
    Bəli, əzizim,
    Şəhlanı deyirəm:
    bəs, o, kimdir? Hə?
    O da anasıdır həmin o qızın.
    Bəli, Aysunun!..
    Aysunun doğmaca anasıdır, o.
    Aysu qızındırsa kimdir o qadın?
    Cavab ver, nə üçün
    susursan, Samit?
    Söylə, Şəhla kimdir?
    Nəyindir sənin?!.
    Nəyindir, kimindir o qadın?.. O qız?..
    SAMİT : - Heç nə anlamıram... Bu, nə böhtandır belə?.. Əl çəkin mənim yaxamdan... Məni rahat buraxın! (Tamaşaçılara). Siz buna inanmayın!.. Məni xilas edin bu fırıldaqçının cəngindən!..

    Samit qaçıb getmək istəyir. Kişi işıq zolağı altında par-parıldayan çubuğu irəli uzadır. Göy guruldayır, ildırım çaxır və sanki bu qorxunc səsləri də Kişi öz çubuğu ilə “idarə edir”. Samitin səs-küyünə, naləsinə Aysu və Şəhla gəlir. Samit yazıq-yazıq onların üzünə baxır. Aysu yaxınlaşıb Samitin əlindən yapışaraq sağa doğru çəkir; bunu görən Şəhla qəzəblə irəli çıxaraq Samitin çiynindən tutub sola doğru dartır. Beləliklə, Samit iki qadının təzyiqinə mə’ruz qalır - gah sağa dartınır, gah da sola. Musiqi tədricən güclənir.
    Kişi onlara yaxınlaşıb “sehrli çubuğu”nu irəli uzadır, sakitliyi bərpa edir. Aysu və Şəhla geri çəkilir. Samit və Kişi səhnənin ortasında qalırlar.
    Bundan sonrakı səhnələrdə (epizodlarda) Kişi sanki açıq-aşkar sehrbazlıq missiyasını həyata keçirir: o, çubuğu stola tərəh uzadır, stol kənara doğru sürüşür. Kişi çubuğu yuxarıdan asılmış çilçırağa doğru uzadır, çilçıraq əvvəlcə aşağı enir, sonra çubuğun “işarəsi” ilə yuxarıya doğru qalxır və daha sonra çubuğun hərəkətinə uyğun olaraq nənni kimi irəli-geri yellənir...
    Sonra Kişi çubuqla görünməyən musiqi alətlərinin səsini “hərəkətə” gətirir. Çubuq enib-qalxdıqca müxtəlih melodiyalar eşidilir; sanki pianino, kaman, gitara, skripka (bir sözlə, zərb və nəhəsli alətlərin) ritmləri eşidilir. Nəhayət, Kişi əlindəki çubuğun ucunu ehmalca yerə vurur və döşəmədən ayaq tappıltısını xatırladan gur səslər eşidilir: tap-tap, gup-gup... Lap sonda Kişi zaldakı adamları hərəkətə gətirir. Çubuğun istiqamətinə müvahiq olaraq tamaşaçılar musiqi sədası altında tərpənir, hərəkətə gəlir, oturub-durur. Samit heyrətlə Kişini süzür.

    Pərdə







    II HİSSƏ

    Birinci hissənin sonunda baş verənlər sanki təzədən təkrarlanır: Kişi çubuğu stola tərəf uzadır, stol kənara “qaçır”. Kişi çubuğu yuxarıdakı çilçırağa doğru uzadır: çilçıraq çubuğun işarəsi ilə aşağı-yuxarı yellənir. Sonra Kişi çubuğun işarəsi ilə görünməyən musiqi alətlərini “dilləndirir”; çubuğun hərəkətinəuyğun olaraq müxtəlif melodiyalar eşidilir. Nəhayət, Kişi çubuğun ucunu yerə vurur və döşəmədən ayaq tappıltısını xatırladan səslər eşidilir: tap-tap, gup-gup... Lap sonda Kişi çubuğun “sehri” ilə zalı hərəkətə gətirir: tamaşaçılar səslənən melodiyaya müvahiq olaraq tərpənir.
    Samit bayaqdan kənarda dayanıb heyrət və qorxu ilə Kişinin əcaib hərəkətlərini süzür.

    KİŞİ: - Heç nə yayınmayır
    mənim gözümdən.
    Heç kəs aldadammaz
    məni, yaxşı bil.
    Sənin ürəyindən
    keçənləri də
    Elə üz-gözündən
    oxuyuram mən.
    Deyimmi indi sən
    nə düşünürsən?
    Qəlbində deyirsən:
    görən bu iblis
    Məndən nə istəyir?
    Düzmü bilmişəm?..
    Hə, niyə susursan?
    Cavab versənə...
    Səndən heç nə, heç nə
    istəmirəm mən...
    Amma Yer üzünün
    bir nizamı var,
    Qaydası-qanunu,
    intizamı var.
    Burda qoşa gəzir
    yalanla doğru,
    Bəzən üstələyir
    doğrunu oğru.
    Hər şeydən ucadır
    amma həqiqət,
    O, hətta, Allahdan
    ucadır, əlbət...
    SAMİT: - Əstəğfürullah...
    KİŞİ: - Allaha yalandan
    isnad etmə sən,
    Bu sayaq məzhəkə
    kimə gərəkdir?
    Sən elə sanırsan
    kardır bu dünya?
    Sən elə bilirsən
    kordur bu aləm?
    Axı bu, dünyada
    bir həqiqət var;
    Bəlkə o həqiqət
    Allahdır elə?
    Məncə həqiqətdir
    Allahın adı...
    SAMİT: - Əstəğfürullah...
    KİŞİ: - Nə vaxt həqiqəti
    danışacaqsan?
    Nə vaxt yetişəcək
    tövbə anları?
    (Pauza).
    Hə, niyə susursan?
    Elə bilirsən.
    Daha götürülüb
    mizan-tərəzi?
    Bəlkə görən yoxdur
    bizi kənardan?
    Bizi bizdən başqa
    izləyən yoxdur?
    Qulaq as, dünyada
    gizlinlər yoxdur,
    Heç nəyi heç kəsdən
    gizlətmək olmaz.
    Sənin etdiklərin
    sənə bəllisə
    Demək, bu, dünyaya
    çoxdan bəllidir.
    Yerin sirri yoxdur,
    sirr göylərdədir.
    Amma... göylərin də
    kökü yerdədir.
    SAMİT: - Əstəğfürüllah!
    KİŞİ: - Danış, söz sənindir.
    Bax, mən gedirəm...
    Amma... səmimi ol
    özün özünlə.

    Kişi əllərini yuxarı qaldırır, sanki get-gedə coşan həzin musiqini öz əzəli məcrasına “salmağa” çalışır. Sonra Kişi tədricən səhnənin dərinliyinə çəkilir. Samit səntirləyir, başını əlləri arasında sıxır. Musiqinin ritmi dəyişir, Şəhla melodiyanın sədaları altında, asta və yüngül addımlarla Samitə yaxınlaşır.

    SAMİT: - Yox, bu, ola bilməz!..
    ŞƏHLA: - Nə ola bilməz?..
    SAMİT: - Heç... Mən elə-belə özüm-özümlə...
    ŞƏHLA: - Bu səs mənə çox tanış gəlir...
    SAMİT: - Yenə səs?.. Yenə tanışlıq?.. Yenə o köhnə həngamə?..
    ŞƏHLA: - Yox, mənim ağlım çaşmayıb... Elə yaddaşım da öz yerindədir. Əksinə, zaman keçdikcə keçmişin bütün rəngləri öz parlaqlığı ilə təzədən yaddaşımdan boy verib boylanır. (Qışqırır). O, sən idin! Sən! Sən! Sən!
    SAMİT: - Bir sakit olun görüm... Axı, sizə nə oldu?..
    ŞƏHLA: - Nə “siz-biz” salmısan!.. Mən səni tanıdım... O, sən idin...
    SAMİT: - Axı, siz...
    ŞƏHLA: - “Siz” yox, “sən”...
    SAMİT: - Yaxşı, olsun “sən”... Deyin görüm, siz... sən...
    ŞƏHLA: - Alçaq, sən məni aldatmısan...
    SAMİT: - Bunu eşitdik... Yetər...
    ŞƏHLA: - Yox, sən bunu eşitməmisən hələ... (Musiqi... Pauza. Sanki qadın uzaqdan eşidilən melodiyanı dinəlyir). Qulaq as... Eşidirsənmi?.. Mən sənə həqiqəti deməliyəm... Axı, sən mənim uşağımın atasısan...
    SAMİT: - Nə?.. (Qışqırır). Nə dedin?..
    ŞƏHLA: - Bəli... Düz eşitdin... (Bundan sonra sanki qadın öz-özü ilə danışır). Mənim ərim alicənab bir adam idi. Özü də sakit, hağır, dili-ağzı özündə... Evlənməyimizdən beş-altı il keçsə də uşağımız olmurdu... Qonşuluğumuzda qoca, əyriqıç bir qadın vardı. Uşaqlar ona nədənsə “küpəgirən qarı” deyirdilər. „ünlərin bir günü... Yaxşı yadımdadır. Axşamüstü idi. Mən həyətdə oturub alma yeyirdim. O gün ərim gecə növbəsində işləyəcəkdi. Tənha idim. “Küpəgirən” darvazanın o üzündən mənə sarı boylandı. Onun sifətini görəndə ətim ürpəşdi. Amma özümü saxlaya bilməyib, heç bilmirəm nədənsə, onu içəri dəvət etdim. “Küpəgirən” mənimlə bir xeyli oradan-buradan danışdı. Ərimin iş-gücüylə maraqlandı. Arada soruşdu ki, bəs niyə uşağın olmur? Dedim ki, səbəbini bilmirəm.
    SAMİT: - Sənin dediklərinin mənə nə dəxli?
    ŞƏHLA (sanki öz-özünə): - Qarı mənə dedi: “cavan gəlinsən, niyə müalicə olunmursan?” Dedim ki, müalicənin nəticəsi olmayıb. (Kimisə yamsılayır). “Mən səni yaxşı bir həkimin yanına apararam”. Bu sözləri “küpəgirən” dedi. Mən razılaşdım. Amma bu barədə ərimə bir söz demədim. İki gündən sonra, mən qarı ilə birlikdə onun tanış həkiminin yanına getdim. Bu, gözlərinə qara eynək taxmış, cavan, gülərüz, qılıqlı bir adam idi. Asta, həzin səsi vardı. O, mənə əyləşməyi işarə etdi, qarıya isə dedi ki, çıx bayırda gözlə.
    SAMİT: - Axı, nə olsun?..
    ŞƏHLA: - O olsun ki... Bir qulaq as...
    SAMİT: - Ha-ha-ha... Bəs sonra?.. (Gülür). “Küpəgirən?“ (Davamlı qəhqəhə). Ha-ha-ha!..

    Kişi onlara yaxınlaşır.

    KİŞİ: - Bəyəm tanımırsan sən o həkimi?..
    SAMİT (qorxa-qorxa): - Mən?.. Mən... Mən... (Şəhlaya).. Sən.. Sən... Siz... Siz...
    KİŞİ: - Bəli... Şəhla idi
    o qadın, bəli...
    Bəlkə unutmusan
    bunları, Samit?
    Hə, niyə susursan?..
    Yoxsa lal oldun?
    Bəlkə mən danışım
    o olayları?
    Bəlkə utanırsan,
    qorxursan indi?
    Amma cürətliydin
    o zaman, Samit!
    Yox, cürətli deyil,
    qəddar olmusan,
    Sən vəhşi olmusan,
    barbar olmusan...
    Sevə bilməmisən
    sən insanları,
    Duya bilməmisən
    sən insanları.
    Bəlkə də sən ruhsuz
    bədən olmusan,
    Cisminlə ruhuna
    kəfən olmusan.
    (Səsini get-gedə ucaldır).

    “Küpəgirən”qarı çıxandan sonra
    Bihuşdarı verdi həkim, qadına.
    Sonrasa əl atdı ən iyrənc yola -
    Onun namusuna təcavüz etdi...

    ŞƏHLA: - Mən onda heç nəyi anlamadım. (Samit). Həkim bir qab mayeni mənə sarı uzatdı, dedi ki, qorxma- iç, hər şey yaxşı olacaq. Mən qabı başıma çəkdim. Ayılanda “küpəgirəni” başımın üstündə gördüm. Sonralar nə qədər istədimsə olub-keçənləri olduğu kimi yadıma sala bilmədim. Amma arabir gözlərim qarşısında bir cüt tüklü əl, təbəssümü əriyib gedən qorxunc bir sihət canlanırdı. Bu kimin əlləri, kimin sihəti idi?!

    Samit qorxa-qorxa öz əllərinə baxır.

    SAMİT: - Yox... Yəqin ki, həkim sənə adi dərman verib... Axı, sonra sənin uşağın olub. Bunu özün deyirsən ki...
    ŞƏHLA (sanki öz-özünə): - Sonra mənim körpəm dünyaya gəldi. Amma kim idi bu uşağın atası?
    SAMİT: - Kim idi? Sən... Siz... Siz...
    KİŞİ: - Kimin övladıydı doğulan uşaq?
    Kimdən törəmişdi günahsız körpə?..
    ŞƏHLA: - Mən indi bilirəm ki, o uşağın dünyaya gəlməsindən ərimin xəbəri olmayıb. Doğrudur, ərim bilirdi ki, mən hamiləyəm, o isə tezliklə ata olacaq. Amma o uşaq mənim ərimdən xəbərsiz dünyaya gəlirdi. Kimin idi o uşaq?..
    SAMİT (qorxa-qorxa): - Axı, mən nə deyə bilərəm?..
    KİŞİ: - Deyimmi kim idi onun atası?
    Qoy deyim: o körpə sənindi, Samit...
    SAMİT: - Mənim?..
    ŞƏHLA: - Bəli, onun atası sən idin...
    KİŞİ: - Sən!..
    SAMİT: - Mən?..
    ŞƏHLA: - Bəli, sən!
    KİŞİ: - Bəs sonra nə oldu? Bəlkə indi sən
    Olub-keçənləri xatırlamırsan?
    ŞƏHLA (sanki öz-özünə): - Mənim övladım dünyaya gəldi. O, həm də sənin övladın idi.

    Aysu gəlir. Qız içəridəki adamları kənardan diqqətlə süzüb tərəddüdlə geri qayıtmaq istəyir.

    KİŞİ: - Gəl, gəl, içəri keç,
    niyə duruxdun?
    Doğma adamlardır
    buradakılar.
    AYSU: - Doğma adamlar? Mən burada tək bircə adamı tanıyıram.
    ŞƏHLA (sanki öz-özünə): - Bu səs illər uzunu mənim qulağımda səslənib.
    AYSU: - “Doğma adamlar”, icazə verin mən gedim. (Samitə). Sonra gələrəm.
    KİŞİ: - Haraya gedirsən,
    bir səbrli ol,
    Məsləhət budur ki,
    burda qalasan.
    AYSU: - Mən başa düşə bilmirəm: siz kimsiniz? Telepat, cadugər, sehrbaz, halçı, maq, gipnozçu, yoxsa şarlatan?
    SAMİT: - Doğrusu, mən özüm də bu adamı düz-əməlli tanımıram.
    KİŞİ: - Demək tanımayır heç bir kəs məni,
    Yaxşı tanıyıram amma sizi mən.
    Bəlkə də siz məndən qaça bilərsiz,
    Amma qaçmmazsız öz özünüzdən.
    Gəlin tərk eləyin qılafınızı,
    Çıxın bir anlığa öz qınınızdan;
    Özünüzə bir az kənardan baxın, -
    Baxın başqasının gözləri ilə.
    Məkrdən, riyadan, yalandan qaçın,
    Gəlin həqiqətə pənah gətirin.
    AYSU: - Mən sizin dediklərinizdən heç nə başa düşmürəm...
    KİŞİ: - İndi anlayarsan, bir az səbr elə,
    Əvvəlcə tanış ol bu qadınla sən.
    AYSU (əlini Şəhlaya uzadır): - Tanış olaq. Mənim adım Aysudur.
    ŞƏHLA (tərəddüdlə əlini irəli uzadır): - Şəhla...
    KİŞİ (Aysuya): - Bu, sənin anandır,
    (Şəhlaya)
    Bu, sənin qızın...
    Ana-balasınız siz, əzizlərim.
    ŞƏHLA: - Siz məni ələ salırsınız?
    KİŞİ: - Sakit ol, qışqırma... Bu kişi isə...
    AYSU (gülür): - Bəlkə bu da mənim atamdır, hə?
    KİŞİ: - Bəli, düz tapmısan, busa... atandır.
    ŞƏHLA: - Yox!.. Nə?.. Necə? Bu, bu... Bu, mənim qızımdır? (Diqqətlə Aysunu süzür). Mənim qızım?.. Mənim qızım! Odur! O, özüdür!
    SAMİT: - Mənim qızım?.. Kim? Aysu?.. (Dəlicəsinə gülür). Ha-ha-ha... Bir mənim qızıma, (Aysunu göstərir) mənim arvadıma (Şəhlanı göstərir) baxın! (Ciddiləşir). Kişi, kühr danışma! Bu boyda böhtan olmaz? Əstəğhürullah!
    AYSU: - Mən heç nə anlamıram... Doğma ata-anam olub mənim... Bəs bu təzə valideynlərim haradan çıxdı belə?
    ŞƏHLA: - Qızım! Mənim balam!..
    AYSU: - Necə yəni “mənim balam”?.. Mənim öz ata-anam öz valideynlərim olub. Bu, nə oyundur çıxarırsınız?.. Bu, nə hoqqadır? Mən öz valideynlərimi yaxşı tanıyıram.
    ŞƏHLA: - Sənin anan mənəm, mənim balam... (Ürəyini tutur). Mənim qızım... Mən bilirdim ki... sən sağsan...
    KİŞİ: - Özünü ələ al, səbrini bas bir...
    SAMİT: - Əslində bu dünyada hamının bir-biri ilə qohumluğu var... Nə olsun ki?..
    ŞƏHLA: - Mənim qızım... Mənim balam... (Müvazinətini itirir).
    KİŞİ (Samitə):
    - Nəyi gözləyirsən? Niyə durmusan?
    Deyirsən bu qadın bayılsın, ölsün?..
    SAMİT: - Mən bir böhtandan qurtulmamış, o birisinə düşmək istəmirəm.
    AYSU: - Bunun rəngi qaçıb ki... Deyəsən, ürəktutması var...
    ŞƏHLA: - Oh-h-h... Ya rəbbim, bu nə müsibətdir mənə göstərirsən?
    KİŞİ: - Özünü ələ al, darıxma, Şəhla,
    Nə Allahı qına, nə də bəndəni.
    Bunların hamısı tale işidir:
    Olum da, ölüm də göylərdən gəlir.
    Bizim xoşbəxtliyin mənbəyi göydə,
    Bizim bədbəxtliyin mənsəbi yerdə.
    AYSU: - Əl çəkin məndən! Fırıldaqçılar.
    ŞƏHLA: - Yox, qızım, bu Kişi fırıldaqçı deyil. Bax, fırıldaqçı budur. (Samiti göstərir).
    AYSU: - Fırıldaqçı?.. O, həm də mənim atamdır, hə? Sən isə mənim anamsan! Elə deyilmi?.. Özün də fırıldaqçı deyilsən?!. Alçaqlar!.. (Dəlicəsinə gülür). Ha-ha-ha!.. Ataya bax! Anaya bax! Sehrbaza, rəmmala bax! (Kişini göstərir). Hamınız rədd olun! Rədd olun!..

    Aysu hiddətlə çıxır, Şəhla ürəyini tutub onun ardıyca qaçır.

    KİŞİ: - Mənim ünvanıma nələr demirlər -
    Guya cadugərəm, sehrbazam mən.
    Hətta, bəziləri güman edir ki,
    Şeytanla, iblislə işbirliyim var.
    Bunların hamısı yalandır, yalan!
    Mən nə şarlatanam, nə də ki, maqam,
    Hamının yanında mən üzüağam;
    İndi şeytanlar var mələk donunda.
    Onlardan biri də budur, burdadır.
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Həkimlər insana şəha verirkən,
    Sən bəla verirsən, əzab verirsən.
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Sən əsl şarlatan, əsl canisən!..
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Bəlkə unutmusan əməllərini?
    Bəlkə o qadın da çıxıb yadından?
    SAMİT: - Siz hansı qadını deyirsiniz?.. Mən heç nə anlamıram. Əstəğfürullah!
    KİŞİ: - Sənin ayağına düşən qadını,
    Diz çöküb yalvaran bədbəxt qadını.
    Bəlkə unutmusan? Yox! Ola bilməz,
    Bəyəm bu işləri unutmaq olar?
    Səndən nə umurdu o qadın? Söylə!
    SAMİT: - Qadın? Hansı qadın? Mən elə bütün ömrüm boyu qadınlarla işləmişəm. Deyəsən, mənim nə işlə məşğul olduğumu siz də bilirsiniz?.. Hə? Yəqin kimsə bu barədə sizə məlumat verib. İşlədiyim xəstəxanada dünyaya göz açan neçə-neçə körpəni ilk dəhə mən tutmuşam. Mən nə qədər anaya şəha bəxş etmişəm. Bəlkə o qadınlardan biri elə bu olub... Њər şey ola bilər... Amma siz mənim təmiz adımı ləkələməyin! Mən müqəddəs bir sənətin sahibi olmuşam.

    KİŞİ: - Bura bax, sualdan gəl yayınma sən!
    Çox şeyi unuda bilərsən, amma
    Unuda bilməzsən sən bir qadını.
    Varlı bir kişinin arvadıydı o,
    Amma bədbəxt idi, talesiz idi.
    Çünki o qadından olan uşaqlar
    Ölürdü dünyaya göz açan kimi.
    Yenə hamiləydi həmin o qadın,
    Yenə bədgümandı həqət özündən.
    Yaxşı bilirdi ki, onun körpəsi
    Yenə tələh olsa, hər şey bitəcək:
    Evdən baş götürüb gedəcək əri,
    Osa tək qalacaq yalquzaq kimi.
    O qadın dərdini danışdı sənə,
    Qarşında diz çökdü, imdad dilədi,
    Sonrasa pul-para... qiymətli qaş-daş...
    SAMİT: - Axı, siz... Siz... Əstəğfürullah!..
    KİŞİ: - Bəli, düz deyirsən: əstəğfürullah!..
    Yenə ölü uşaq gəldi dünyaya,
    Sənsə o uşağı diriltdin... Alçaq!
    SAMİT: - Heç ölü də dirilər?.. Axı, siz... mən...
    KİŞİ: - Sən ölü uşağı Şəhlaya verdin -
    Qonşu çarpayıda yatan qadına.
    Şəhlanın qızını dəyişdin, Samit,
    Onun körpəsini yad ələ verdin.
    Beləcə körpələr dəyişdirildi,
    Beləcə analar dəyişdirildi.
    Ölü diri oldu, dirisə ölü...
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - İndi böyüyübdür körpə qızcığaz,
    Bilirsən kimdir o? Yaxşı bilirsən:
    Aysudur, Aysudur o qızın adı!..
    SAMİT: - Əstəğfürullah!..
    KİŞİ: - Bəli, o, Aysudur, Ay parçasıdır,
    Yaxşı tanıyırsan sən o mələyi.
    Nə üçün insanlar belə riyakar,
    Naxələf, məkrli olur, ilahi?..
    Sən qaça bilərsən gələcəyindən,
    Amma keçmişindən qaça bilməzsən!..
    Yenə keçmişinə qaytarım səni? -
    O zaman hər şeyi xatırlayarsan...

    Kişi geri çəkilir. Tül pərdə (və ya tüstü) arxasında ağ xalatlı Samit və müasir dəbdə geyinmiş Aysu görünür. Danışıq və səhnə detallarından söhbətin keçmiş zamanda baş verdiyi hiss olunur. Aysu və Samit üz-üzə.

    SAMİT: - Sən indi tamamilə sap-sağlamsan, Aysu...
    AYSU: - Siz məni ölümün pəncəsindən xilas etdiyiniz. Bu xəstəlikdən salamat ötüşəcəyimə inamım qalmamışdı.
    SAMİT: - Amma indi inana bilərsən... Həm özünə, həm də mənə... Ta hər şey ötüb keçib. Sənin xoşbəxtliyin irəlidədir.
    AYSU: - Siz hansı xoşbəxtliyi nəzərdə tutursunuz?..
    SAMİT: - Təbii ki, söhbət sənin gələcək ailə səadətindən gedir... Sənin uşaqların olacaq.
    AYSU: - Amma o biri həkimlər mənə əksini demişdilər...
    SAMİT: - ...Guya sənə ailə qurmaq, ana olmaq məsləhət deyil, eləmi?..
    AYSU: - Bəli... Elədir... Amma indi... Doğrusu, heç inanmağım gəlmir...
    SAMİT: - Bu yaşda sənin inamını öldürüblər... („ülür). „ör bir indi mənim sinnimdə olanlar nələr çəkir.
    AYSU: - Sizə nə olub ki?.. Maşallah, hələ cavansınız.
    SAMİT: - Doğrudan? (Mənalı tərzdə). Məncə sizə elə gəlir.
    AYSU: - Yox, sizə elə gəlir... (Gülür). Sizə elə gəlir ki, hər şey arxada qalıb.
    SAMİT: - Hər halda çox şey arxada qalıb... Hərdən öz-özümə hikirləşirəm: mən bu dünyada nə qoyub gedirəm?..
    AYSU (gülür): - Siz haraya getmək istəyirsiniz? Bu, nə yır-yığışdır belə?..
    SAMİT: - Hər halda ömrün müəyyən çağından sonra ağıllı adamların çoxu üz tutmağa hazırlaşdıqları bir ünvanın işartılarını aydınca görürlər...
    AYSU: - O, hansı ünvandır elə?..
    SAMİT: - O ünvana qədəm basanlar bir daha geri dönmürlər.
    AYSU: - Aha!.. Məncə siz “işartıları aydın görünən ünvan” - deyərkən, son sevgi limanını nəzərdə tutursunuz, elə deyilmi? (Gülür). Yoxsa, mən səhv edirəm?

    Aysu şaqqanaq çəkib gülür, Samit də ona qoşulur. Onların gülüş səsləri səslənən valsın melodiyalarına qarışıb əriyir. Samit və Aysu əl-ələ tutub rəqs edirlər. Onlar musiqinin ritminə uyğun olaraq səhnədə dövrə vurur, gah asta, gah da sürəkli temperamentlə çevik hərəkətlər edirlər. Aysu və Samit rəqs edə-edə nə barədəsə danışır, nəyisə təsdiq, nəyisə inkar edirlər. Asta addımlarla səhnəyə çıxan Kişi əllərini rəqsin melodiyasına uyğun olaraq tərpədir, sanki ihaçılarla musiqi arasında bir “əlaqə” yaradır; sonra Kişi bu cür “əlaqəni” zalla səhnə arasında yaradır: “diriyorluq” edir. Təbii ki, rəqs edənlər qəhildən gələn Kişini görmürlər - onlar öz aləmlərinə qapılıblar. Kişi əcaib əl-qol hərəkətləri ilə sanki təkcə musiqini yox, həm də rəqs edənləri “idarə edir” - belə ki, Aysu ilə Samitin əvvəlcə qarşılıqlı mehribanlıq, “əmin-amanlıq” şəraitində keçən söhbəti tədricən hiss olunacaq dərəcədə “tündləşir”: belə ki, rəqs edənlər əsəbi halda bir-birindən ayrılır, elə rəqs edə-edə əks tərəhlərə üz tutur, sonra yenə üz-üzə dayanıb hansı məsələnisə müzakirə edərək bir-birinə hədələyici tonda nəyisə aydınlaşdırmağa çalışırlar. Aysu Samitə yaxınlaşıb onu ələ almağa, dilə tutmağa çalışır... Amma Samit əsəbi halda ondan uzaqlaşır. Qız - Aysu əlini üzünə tutub hönkürə-hönkürə səhnəni tərk edir. Bu zaman Şəhla gəlir. O, sanki səhnənin arxa planında dayanıb “diriyorluq” edən Kişini görmür.

    ŞƏHLA: - O, mənim qızımdır! Buna zərrə qədər də olsa şübhə yoxdur. Mən bu ötən illər ərzində nələr çəkmişəm, bunu bircə göydəki Allah bilir. (Əllərini göyə qaldırır və bu zaman arxa planda dayanıb zalı “idarə edən” Kişini görür, ona yaxnılaşır). Yəqin ki, mənim əzablarımın Yer üzündəki yeganə şahidi sizsiniz. Sizə hər şey əyandır. Bəlkə siz Allahın Yerdəki kölgəsisiniz? Bəlkə siz bizim üzünü görmədiyimiz təzə peyğəmbərsiniz? (Kişinin önündə diz çökür). Qoy hüzurunuzda diz çöküm, səcdə edim!
    KİŞİ (əlini göyə qaldırıb, ucadan): - Əstəğfürullah!
    ŞƏHLA: - Sizə hər şey əyandır. Mən bunu bilirəm! Samit o uşağın atasıdır. Mənim öz ərim bu dünyadan övlad həsrəti ilə getdi. Mənsə bu ötən illər ərzində daim əmin olmuşam ki, övladım sağdır. Bu gün bu zala daxil olarkən mən bir daha inandım ki, burada bir möcüzə baş verəcək - görünməmiş, eşidilməmiş bir möcüzə! Artıq o mö’cüzə baş verib: mən öz övladımı tapmışam! Aysu mənim övladımdır. O, əlbəttə, bu həqiqətə inanmaq istəmir. O, deyir ki, öz doğma ata-anası olub. İndi valideynləri ölüb, tənha qalıb. (Kişinin qarşısında dizin-dizin sürünür: sanki hansısa məbəd qarşısında təzim edir. Kişi onun qolundan tutub qaldırır. Şəhla ayağa durub hürkə-hürkə ətraha baxır). Siz mənə kömək edin! Siz həqiqəti ona - mənim balama deyin! Qoy o, bu alçaq, bu rəzil dünyanın mənim başıma açdığı müsibətlərdən xəbər tutsun! Qoy o, hər şeyi bilsin! Kömək edin, yalvarıram sizə!

    KİŞİ: - Artıq keçmişinə bələddir Aysu,
    Amma xəbəri yox gələcəyindən.
    Bəli, yad ocaqda böyüyüb qızın,
    Ata da yad olub orda, ana da.
    Bir qadın cinayət törədib bir vaxt -
    Yad uşaq götürüb uşaq evindən;
    O, pulla özünə
    “xoşbəxtlik” alıb,
    Fəqət bədbəxtliyə düçar olub, o.
    Bilib ki, bu uşaq onun deyildir,
    Bilib ki, bu uşaq ona yaddı, yad.
    Ərisə bu işdən bixəbər olub,
    Aysunu böyüdüb öz övladı tək.
    Qadın xəstə düşüb
    dərddən, xiffətdən,
    Sonra bu dünyadan
    köç edib, gedib.
    Az sonra əri də ölüb, o vaxtdan
    O evdə tək qalıb sənin övladın...

    ŞƏHLA: - Bəs sonra? Bəs o, Samiti necə tapıb? Yalvarıram, bunu da deyin...
    KİŞİ: - Ağır xəstəliyə düçar olub, o,
    Samit xilas edib, qurtarıb onu
    Ölümün cəngindən... Zərih qızcığaz
    Samitə meylini salıb o vaxtdan.
    Bir gün Samit bilib, öyrənib kimdir,
    Nəçidir bu gənc qız? Anası kimdir?
    Təsadüh hər şeyi əyan eləyib.
    Bir kəlmə çox şeyi bəyan eləyib,
    Samit xoha düşüb, qorxuya düşüb,
    Qızdan üz döndərib, haqqa üz tutub.

    ŞƏHLA: - Yer üzündə bundan da böyük haciə ola bilərmi, İlahi? (Əlini göyə qaldırır). Sən öz bəndələrini necə allahsız olduğunu görürsənmi, ilahi?.. (Əlini göyə qaldırır). İlahi, bəyəm sən öz bəndələrinn necə allahsız olduğunu görmürsənmi? Allahım, barı sənin Allahın olsun.Allahım, barı sənin Allahın olsun! O alçaq öz övladını başqasına - yad bir qadına bağışlayıb! O, əslində cinayət ardıyca cinayət törədib! O, öz əməlinə görə cavab verməlidir! Bəs bu işlərin sonu necə olacaq?..
    KİŞİ: - Mən yalnız keçmişdən xəbər verirəm,
    Baş vura bilmərəm mən gəlcəyə.
    Sabah nə olacaq? Deyə bilmərəm!
    Sabahın öz sirri, öz açarı var...
    Mənimçün əyandır dünən olanlar,
    Yəqin sabahın da bilicisi var.
    Dünəni zülmətdə əriyənlərin
    Çətin ki, bugünü nura bələnə.
    Dünənə işləyib bugünün kökü,
    Sabahın köküsə bax bugündədir.

    Aysu gəlir. Musiqi. Qız sönməkdə olan soldakı məş’əli təzədən yandırır, onu əlinə götürərək səssiz-səmirsiz dayanıb Şəhlanı və Kişini süzür. Musiqi qəhildən susur. Sanki Aysu boşluğa düşür, səntirləyir. Sonra özünü ələ alıb cəld səhnəni tərk edir.

    ŞƏHLA: - Qızım!.. Mənim balam, hara gedirsən?.. Yazıq qızım! Aman Allah! O, inanmır ki, mən onun anasıyam!

    Şəhal gedir. Samit Kişiyə yaxınlaşır. Onlar üz-üzə dayanırlar.

    SAMİT: - Sizin dediklərinizin hamısı uydurmadır, ihtiradır!
    KİŞİ: - Mənim dediklərim uydurmadırsa,
    Şəhlanın dediyi onda nədir bəs?
    SAMİT: - Elə onun dedikləri də... Görmürsünüzmü o, ağlı çaşmış bir qadındır. Bəlkə də, həqiqətən, nə vaxtsa onun uşağını mən tutmuşam. Њər şey ola bilər... Axı, mən uzun illər doğum evlərində çalışmışam. Lap ola bilsin ki, bu qadının övladı doğrudan da xəstəxanada keçinib. Bəyəm həyatda belə şeylər az olur? Amma hansı həkiminsə hansısa uşağı dəyişdirməsi - bu, mümkün deyil. Guya mən hansı qadınınsa ölü uşağını bunun diri uşağı ilə dəyişdirmişəm. Və guya o diri qalan uşağın - o qızcığazın atası mən özüməm... (Gülür). Ha-ha-ha... Ən qəribəsi isə budur ki, həmin diri qalan uşaq böyüyüb məni - öz atasını tapıb. Guya o, Aysudur... Aysu...
    KİŞİ: - Diriylə ölünü dəyişən adam
    Yalanla doğrunu lap tez dəyişər.
    Səninçün eynidir ağ ilə qara,
    Gecə ilə gündüz, xeyir ilə şər.
    Mən belə görürəm,
    səninçün yəqin
    Həyatla ölüm də eynidir, Samit.
    Sevinclə kədərin hərqi yox sənə,
    Fərqi yox düşmənlə
    dostun da, əlbət...
    SAMİT: - Məni mənasız söz-söhbətlərlə təngə gətirdiniz. İcazə verin, çıxım gedim öz iş-gücümün dalısıyca. Sizin keçmişə bu cür səyahətiniz adamlara həlakətdən başqa heç nə gətirə bilməz.

    Şəhla qışqıra-qışqıra, əlində məşəl gəlir.

    ŞƏHLA: - O, özünü yandırdı!
    KİŞİ: - Kim yandırdı özünü?..
    ŞƏHLA: - Aysu!.. Mənim Aysum! İndi onun özü məşəl kimi yanır!..
    KİŞİ: - Ax, bədbəxt qızcığaz!..
    SAMİT: - Bu da sizin çıxartdığınız hoqqların sonu. Bu da sizinçün keçmişə səyahət.
    ŞƏHLA: - Mənim balamı xilas edin!.. (Samitə). Kömək elə, həkim!.. (Zala). Yalvarıram, özümə qaytarın mənim balamı!.. Kömək edin! Bu nə bəladır mənim başıma gəlir?.. Axı, mən bu cür keçmişi istəmirdim.

    Samit və Kişi çıxırlar. Şəhla əlində məşəl vurnuxur, qışqırır, kömək və imdad diləyir. Sonra, o, məşəli yerinə qoyur. Sonra təzədən həmin məşli götürüb onun odu ilə sağ tərəhdəki məşəli yandırır. Və məş’əli öz yerinə qoyandan sonra əllərini göyə açır. Samit gəlir. O, indi Kişinin məlum libasındadır: iri şlyapa, ağ kostyum, qara mantiya geyib. İndi Samit zahirən Kişiyə bənzəyir. Şəhla diqqətlə Samiti süzüb qorxuya düşür.

    ŞƏHLA: - Aman Allah! Sən Samitsən?.. Bəs Aysu hanı?.. O Kişi hara getdi bəs?.. Ay-y-y!.. Kömək edin!..

    Kişi asta addımlarla əvvəlcə Şəhlaya, sonra sağ tərəhdə yanan məşələ yaxınlaşır. Məşəli götürüb məmnun halda gülümsəyir. Musiqi guruldayır.
    Libasını dəyişmiş Aysu və Samitin kostyumunu geymiş Kişi gəlirlər. Onlar heyrətlə Samiti süzürlər.
    Musiqi qəfildən kəsilir. İştirakçıların hamısı (Samitdən başqa) sanki boşluğa düşüb müvazinətlərini itirirlər. Samit (əlində məşəl) irəli çıxır, diqqətlə zalı nəzərdən keçirir, gülümsəyir.
    Ahəstə musiqi melodiyası eşidilir: sanki uzaqdan eşidilən zərif bir pıçıltı, xəfif bir meh zala layla çalır.

    SAMİT: - Siz o çay səsini eşidirsizmi?
    Sizin saçınızı oxşayırmı meh?..
    Dünyamız sirlidir qaranlıq kimi,
    Sizsə bu zülmətə olmusuz valeh...
    Çoxları keçmişə edir səyahət,
    Zülmətin qoynuna aparır bizi.
    Mənimsə keçmişlə işim yox. Fəqət
    Gəlin gələcəyə aparım sizi.
    Gələcək keçmişdən daha sehrli,
    Daha maraqlıdır. Eləmi?..

    KİŞİ}
    SAMİT}: - Bəli!
    AYSU}

    Samit məşəli yerinə - sağ tərəfə qoyub Kişiyə yaxınlaşır, Kişi əlindəki “sehrli” çubuğu Samitə uzadır.
    Samit çubuğu alıb “dirijorluq” etməyə başlayır: o, əvvəlcə üzünü səhnənin dərinliyinə tutur, sonra isə qəhildən çevrilib zala baxır.
    Musiqi. Hamı əl çalır.
    Pərdə tədricən enir.

    PƏRDƏ

    SON
















    ADSIZ

    (İki pərdəli altı şəkildə dram)

    İştirak edənlər:

    ADSIZ (LAL)
    QADIN
    QIZ
    İBİL
    TARXAN

    Hələ pərdə açılmayıb. Səhnənin önündə tərkibi kişi və qadınlardan ibarət xor. Xor oxuyanların geyimində matəm elementləri hiss olunur.

    XOR:
    Adamlar yatmaq istəyir,
    Röya qaçır adamlardan.
    Adamlar dünyaya gəlir,
    Dünya qaçır adamlardan.

    Mələklər kələkdən bezib
    Göyə qaçır adamlardan.
    Bir Tanrıdan soruşan yox
    Niyə qaçır adamlardan?

    PROLOQ

    Pərdə tədricən, qismən yarımçıq açılır. Uzaqdan həzin, üzüntülü musiqi eşidilir. İşıqların çarpazlaşdığı nöqtədə qaraltı görünür.
    Sonra bu qaraltı tərpənir. Bu adam Adsızdır. O, yerə çöküb, yavaş-yavaş, büdrəyə-büdrəyə ayağa durur, ətrafa boylanır. Az sonra Qızın silueti görünür. O, canlı adamdan daha çox xəyala bənzəyir. Oğlan yuxuda uçan adamsayağı asta yerişlə, yavaş-yavaş Qıza sarı addımlayır. Qız tədricən görünməz olur, daha doğrusu, ağacın arxasında gizlənir. Qıza doğru addımlayan Oğlan (Adsız) səhnə- dəki ağacı qucaqlayır, diz çöküb hıçqırır. Musiqi sədası get-gedə uzaqlaşır. Oğlan ayağa durub əllərini göyə açır. Sanki o, səssizcə dua edir, göylərdən imdad diləyir. İşıq sönür. Pərdə tam qapanır.

    BİRİNCİ PƏRDƏ
    BİRİNCİ ŞƏKİL
    BİRİNCİ MƏCLİS

    Pərdə açılır. Bağ evi. Səliqəli otaq. Qadın divanda əyləşib. Qız otaqda gəzişir. Onlar yüngül yay geyimindədirlər.

    QADIN. Qızım, bu səhərdən heç nə yeməmisən. Yenə nə olub sənə? Niyə qanın qaradır?
    QIZ. Heç... Hava istidir. İştaham yoxdur.
    QADIN. İştaha diş altında olur. Özünü niyə üzürsən? Yoxsa kökəlməkdən qorxursan?..
    QIZ. Eh, ana, sən də... Yaxşı, görək... Nə kökəlmək, nə yemək?..
    Mən nə hayda, sən nə hayda?!.
    QADIN. Qızım, Allaha şükür, atan sağ, anan salamat. Özün də ki, maşallah, ay parçası kimi... Gözəl-göyçək qızsan... Əlin yerində, ayağın yerində. Nəyin çatışmır sənin?..
    QIZ. Ağlım çatışmır...
    QADIN (gülür). Ağlın?.. Ha-ha-ha! Ağıl indi kimə gərəkdir ki?.. (Ciddiləşir.) Doğrudan, niyə bikefsən?.. Sən mənim canım, düzünü de, qızım... Nə olub sənə?..
    QIZ. Ta bundan artıq nə olacaq ki?..
    QADIN. Yoxsa o narkomanın fikrini eləyirsən?.. Bura gəl görüm. (Qızı qucaqlayır.) Qoy rədd olsun! Hər yarağımız vardı, bircə saqqal darağımız çatışmırdı. Elə yaxşı ki, bu iş vaxtında xətm olundu. Onsuz da, bizimki onlarla tutan deyildi.
    QIZ. Bizimki onlarla tutan deyildi? Bəs bunu niyə indi deyirsən?..
    QADIN. Zərərin yarısından qayıtmaq da xeyirdir... Bir də ki belə boş-boş şeylər üçün qanını niyə qaraldırsan?..
    QIZ. Sən bunu boş şey hesab edirsən?..
    QADIN. Əlbəttə... Rəsmi nişanlanmamısan, ərə getməmisən...
    Yox bir, narkomanın dərdini çəkəcəyik...
    QIZ. Mən biabır olmuşam... Xəcalətimdən evdən çıxa bilmirəm...
    Gözə görünmək istəmirəm...
    QADIN. Axmaqsan, vallah... Axı kim bilir ki, sən deyiklisən? Qızı yüzü istəyər, biri alar. Bəyəm səni indiyəcən istəyənlər az olub? O narkoman da olsun onlardan biri... Oturub yas saxlayası deyilsən ki...
    QIZ. Axı sən haradan bilirsən ki, o, narkomandır?..
    QADIN. Paho! Haradan bilirəm?.. Bəyəm gözüm kordur, qu- lağım kardır?.. Görürəm, eşidirəm... İndi yer də qulaqlıdır, bala... Allaha şükür, hələ ağlım özümdədir. Öz uşağımın başından keçməmişəm ki?..
    QIZ. Sən cəmi beş-altı ay əvvəl onun haqqında, onun ailəsi barədə danışanda dilin ağzına sığmırdı... Amma indi...
    QADIN. Axı mən haradan biləydim ki, bu belə olacaq?..
    QIZ. Onun atası ilişənə qədər belə danışmırdın. Elə ki onlar dilə-ağıza düşdülər...
    QADIN. Elə onun atası da bu işlə məşğul olurmuş...
    QIZ. Narkomaniya ilə?..
    QADIN. Hə də... Yox... Atası narkomaniya ilə yox, narkobizneslə məşğul olurmuş. Bunu atana yuxarılardan deyiblər...
    QIZ. Axı atam neçə illərdir ki, bu ailə ilə dostdur. Bəyəm o, indiyəcən öz dostunun nə işlə məşğul olduğunu bilmirmiş?..
    QADIN. Atan yazıq ömrü boyu hökumət işində çalışıb. O ha- radan bilsin ki, onun bağ qonşusu nə işlə məşğuldur? Biz bu ailəni yaydan-yaya görmüşük. Elə sən özün də...
    QIZ. Ona qalmış mən sizin təklifinizə heç əvvəldən razı deyil- dim. Bəyəm siz onlara söz verəndə heç mənim razılığımı soruşmuşdunuz?.. Mən də məcbur olub sizin təklifinizə...
    QADIN. Yaxşı, qurtar bu söhbəti! Axı hansı ata-ana öz övladının xoşbəxtliyini istəməz?.. İki ailə arasında ötəri söhbət olmuşdu. Qohum olmağı təklif etmişdilər. Biz də belə hesab eləyirdik ki, normal adamlardır: imkanlı, zəngin...
    QIZ. Sizi elə onların var-dövləti başdan çıxarmışdı.
    QADIN. Dedim, yığışdır bu söz-söhbəti. Nə olub? Qarıyıb evdə qalmısan?! Sənin həyatın hələ irəlidədir.
    QIZ. Xəcalətdən qızların üzünə çıxa bilmirəm...
    QADIN. Hansı qızların?!.
    QIZ. Rəfiqələrimin... Dost-tanışlarımın...
    QADIN. Hər şeyi ürəyinə salma, qızım, Allah qoysa, ondan da yaxşı oğlan tapacağıq...
    QIZ. Tapacağıq... Mənə heç kəsi tapmaq lazım deyil.
    QADIN (gülür). Ha-ha-ha!.. Qızım, atanla mən bir az köhnə dəbli adamlarıq...
    QIZ. Bilirəm, necə köhnə dəblisiniz. Xüsusən də sən... QADIN. Nə olub mənə?..
    QIZ. Həmişə özün demirsən ki, o vaxt atanı zorla ram etmişəm, o, xam at kimi idi...
    QADIN. Mən ayrı, sən ayrı... Yox... Yəni... dövr ayrıdır. Bu gün zəmanə dəyişib. Onda vəfa vardı, etibar vardı. İndi tanımadığın adamla necə qohum olasan?.. Fırıldaqçılar aləmi başına götürüb... Atan fağır, mədəni bir adam idi o vaxt. İndi elə oğlanları yalnız yuxuda görmək olar, qızım.
    QIZ. Hamıya eyni gözlə baxmaq olmaz...
    QADIN. Yaxşı, görürəm əsəbisən... Çıx bir az bağda hərlən, havanı dəyiş. İki gündür gəlmisən bağ evinə, hələ bir dəfə bayıra çıxmamısan.
    QIZ. Mən burada boğuluram. Atama zəng vur, sürücünü gön- dərsin, mən şəhərə getmək istəyirəm.
    QADIN. Sürücü gəlməyinə gələcək. Amma atan şəhərdə qalacaq... İşi var, xaricdən qonaqları gəlib yenə... Çıxa bilmir...
    QIZ. Bəs elə isə sürücü nəyə gəlir bura?..
    QADIN. İbili gətirəcək.
    QIZ. İbil nədir?..
    QADIN. İbil də İbildir də. Bəyəm tanımırsan atanın idarə rəisini?.. (Onu yamsılayır.) İbil nədir? İbil canlara dəyən bir oğlandır.
    QIZ. O nə gəzir buralarda?..
    QADIN. Özünə bağ evi axtarır. Belə məsləhət görmüşük ki, onların evini alsın... O narkobaronun evini... Niyə başqasına qismət olsun o ev?.. İbil özümüzünküdür... Qonşu olarıq. Elə deyilmi?.. İbil elə-belə oğlan deyil. İşləyəndir, qazanandır...
    QIZ. İşi avand olsun o... İbildi- zibildi, nədi onun.
    QADIN. Yaxşı, ağzını təmiz saxla. Zibil nədir? Eşidib inciyər...
    QIZ. Mən onu görəndə yadıma həmişə zibil düşür. Elə özü də zibilə oxşayır, söz-söhbəti də...
    QADIN. Dedim, axmaqlama! Bu şəhərin beş kişisindən biridir o!..
    QIZ. Kim?..
    QADIN. İbil!..
    QIZ. Yox bir, zibil! (Pəncərəyə yaxınlaşır.) Odur, bağın o başında zibil yandırırlar. Kimdir o oğlan?.. Tonqal qalayıb, deyəsən...
    QADIN (pəncərəyə yaxınlaşıb bağa sarı baxır). Hə, onu deyirsən?.. Tarxanın qohumudur də...
    QIZ. Tarxan kimdir?..
    QADIN. Tarxanı tanımırsan?.. Qonşuların bağbanını deyirəm. Sənin o narkoman... Hə, o narkobaronun bağında işləyir neçə illərdir. Əvvəllər sürücü idi. Uşaq vaxtı maşınına çox minmisən... Atan xahiş etmişdi ki, bizim bağımızdakı ağaclara da əl gəzdirsin. O da dedi ki, özünün işi çoxdur, əvəzində bu oğlanı göndərib...
    QIZ. Neçə vaxtdır fikir verirəm, heç səsi də çıxmır... Başını aşağı salıb ağacların dibini belləyir, çır-çırpını yığıb yandırır.
    QADIN. O, laldır də... Dili-ağzı yoxdur. Yemək-içməyini də özü ilə gətirir. Özü də qız kimi həyalıdır, adamın üzünə baxanda çuğundur kimi qızarır.
    QIZ. Axı o, bəzən elə bil ki, kiminləsə danışır.
    QADIN. Yəqin, ağaclarla, quşlarla söhbət edir. (Gülür.) Mən deyirəm o, lal-kardır, sən də deyirsən ki, o danışır... Düş aşağı, bəlkə, səni görüb dili açıldı.
    QIZ. Qoy rədd olsun! Elə lalımız əskik idi!
    QADIN. Heyif ki, qulağı eşitmir, yoxsa çağırardım... Adamın yazığı gəlir... Bu səhərdən qarışqa kimi eşələnir ağacların arasında. Olsun ki, heç nahar da eləməyib...
    QIZ. Soruşaydın da... Bəlkə, acdır...
    QADIN. Necə soruşum? Deyirəm, laldır. Aşağı düşməyə də ərinirəm. Bir də görmürsən, göydən od yağır. Günün altına çıxmaq istəmirəm. Dərim zərifdir, o dəqiqə yanır...
    QIZ. İstəyirsən, mən çağırım...
    QADIN. Get çağır...
    QIZ. Yox, ey... Elə buradan çağırım... Yox bir, gedib minnət eləyəcəm ona...
    QADIN. Buradan necə çağırmaq olar?..
    QIZ. Çox sadə... Oradan mənə qaşıqdan-çəngəldən bir şey ver, atım... Ya da bilyard topu...
    QADIN. A-a-a!.. Sən nə deyirsən?!. Nəsə atarsan, gedib baş-gözünə dəyər, biabır olarıq... Özü heç, Tarxanın əlində qalarıq...
    QIZ (pəncərədən baxır). Odu ey, ağacın altından evə sarı boylanır... İstəyirsən, sən əl elə çağır...
    QADIN. Çağır deyirsən, çağırım. (Pəncərədən əl edir.) Ey, lal... Ay lal!.. (Qıza.) Adını da bilmirəm... Gərək Tarxandan soruşaydım. (Bayıra.) Lal, eşidirsən məni?!. (Qıza.) Hə, deyəsən eşitdi... qandı... (Bayıra.) Ay lal, bura gəl! Acmısan?.. Bəri gəl! (Qıza.) Yazıqdır... Birdən su-zad içmək istəyər... Qoy gəlib bir az kölgələnsin... Hə, deyəsən, gəlir yavaş-yavaş. Neçə gündür buradadır, elə quzu kimi başını aşağı salıb qurdalanır... Zəhmət adamıdır... Köhnə vaxt ol- saydı, beləsinə orden-medal verərdilər...
    QIZ (pəncərədən baxır). Hə, pilləkənin ayağında ayaq saxladı. Deyəsən, yuxarı qalxmaq istəmir. Elə qalxmasa, yaxşıdır. Üst-ba- şından İbil, e-e-e, zibil yağır.
    QADIN. Yaxşı, gicləmə! “İbil”, “zibil”... Soruş, gör su-zad istəmir ki?..
    QIZ (pəncərədən qışqırır). Ey, lal, su istəmirsən ki? (Qadına.) Başını aşağı salıb susur...
    QADIN. Xoşbəxt adamdır ki, dili-ağzı yoxdur. Nə bir pis söz eşidir, nə də yaman söz danışır. (Pəncərədən əl edir.) Ay Allahın lal-karı, yuxarı qalx! (Qıza.) Bıy o, niyə qayıtdı? Bəyəm pis söz dedik bu axmağa?.. Hə, gedib özünü səliqəyə salır... Odur ey, əl-üzünü yuyur, əyin-başının toz-torpağını çırpır. Halal olsun sənə, ay lal! Çoxlarından mərifətli-qanacaqlısan!.. O narkoman içəri keçəndə heç ayaqqabısını da soyunmurdu... Narkobaronun oğlunu deyirəm... Ona bax, buna bax... Görürsən, lalın səliqə-sahmanını?!. Lal olanda nə olar ki? Gərək adamın mədəniyyəti olsun... Hə, əl-üzünü yudu. Yenə dayandı pilləkənin ayağında. (Əl edir.) Yuxarı qalx! Hə, yuxarı, evə!.. Sən nə dilbilməzssən! Doğrudan da, lal ki, lal!.. Gəl! Gəl!.. Hə, bax belə... Nə həyalı adamdır bu!.. Ona bax, gör bir necə qızarıb...
    QIZ. Yəqin, gün vurub... üz-gözü ona görə qızarıb... QADIN: Yox, fikir vermişəm, təkcə söhbət edəndə qızarır...


    II MƏCLİS

    Adsız oğlan (lal) gəlir. Qapı ağzında dayanır, Qız, Qadın və Adsız.

    QIZ. Keçin içəri, keçin...
    QADIN (gülür). A-a-a... Deyirəm, xədiməm, deyirsən, neçə uşağın var... O eşitmir, laldır, ay qızım...
    QIZ. Nə olsun eşitmir? Axı o necə olsa başa düşməlidir... (Əli ilə oğlana oturmaq işarəsi verir.) Əyləşin, ayaq üstə durmayın...

    Həmin söhbət əsnasında və ümumiyyətlə, tamaşanın sonunacan oğlan (Adsız) əyləşmir, ya ayaq üstə dayanır, ya da gəzişir.

    QADIN. Gərək adını Tarxandan soruşaydım... Hə, onsuz da, soruşmağın bir mənası da yoxdur. Özü-özünü eşitmir, bizi haradan eşidəcək?..
    QIZ. Bəlkə də, heç adı yoxdur bunun?..
    QADIN. Elə şey olar?.. Yəqin ki, bir adı var da... Bəs necə çağırırlar evdə-eşikdə?..
    QIZ. Beləsinə nə ad?.. Yəqin ki, elə adı Adsızdır...
    QADIN. Adsız? Qoy olsun Adsız. (Əli ilə işarə edir.) Ay Adsız, bir şey yemirsən? Bəlkə, çaydan-sudan içmək istəyirsən? Birdən ac qalarsan, biz qan-qarğış yiyəsi olarıq... Sonra sənin sahibinin əlində qalarıq...
    QIZ. Sahibinin?.. Bu heyvan-zaddır ki, sahibi olsun? Kimdir sahibi?..
    QADIN. Tarxanı deyirəm də... Sənə demədim ki, bunu o gətirib çıxarıb buralara?.. Amma çox həyalı oğlana oxşayır. Lal olanda nə olar? Gör nə incə sifəti, ağıllı gözləri var?..
    QIZ. Doğrudan da... Ana, bir onun əllərinə bax barmaqları necə uzundur...
    QADIN. Hə, lap pianoçu barmaqlarıdır ki... Bəlkə də, imkanlı bir ailədə doğulsaydı, musiqiçi ola bilərdi...
    QIZ. Musiqiçi?.. Yox, laldan nə musiqiçi?.. O, səsləri eşitmir...
    Amma lallar arasında rəssamlar, heykəltaraşlar var.
    QADIN. Görəsən, yazığın ailəsi varmı? Eh, bir də ki beləsinin nəyinə lazımdır arvad-uşaq?..
    QIZ. Niyə ki?..
    QADIN. Axı çətin olar... Onunla ailə quran nə gün görəcək?..
    QIZ. Hər halda özü kimi bir lal qızla ailə qura bilər...
    QADIN. Yəqin, uşaqları da lal olar...
    QIZ. Yox, mən oxumuşam ki, çox vaxt lalların istedadlı, dil- li-dilavər uşaqları olur.
    QADIN. Başını aşağı dikib... Ona bax... Elə bil suçlu uşaqdır...
    QIZ. Adamın yazığı gəlir. Yəqin ki, onun-bunun həyət-bacasında işləyib çörəkpulu qazanır. Ana, bir şey verəcəksiniz buna?..
    QADIN. Nə verəsiyik ki?..
    QIZ. Pul-para...
    QADIN. Hər halda bir hörmət eləyərik... Ya da məsləhətləşərik Tarxanla. O özü bilər...
    QIZ (Adsıza). Ay Adsız, əyləş də! Ağac kimi bitmisən qapının ağzında...

    Adsız çiynini çəkir. Əlini sinəsinə qoyur, deyəsən, diqqətə görə onlara təşəkkür edir.

    QADIN. Əyləşmək istəmir. Bizə təşəkkür edir. Görürsən, nə mədəni oğlandır!.. Yoxsa o narkoman...
    QIZ. Yoxsa o İbil... Zibil, Dibil...
    QADIN. Sən canın, İbilin kölgəsini qılınclama... Eşidər, inciyər birdən...
    QIZ. Cəhənnəmə eşidib incisin...
    QADIN. İbilin yaxşı gələcəyi var. Çox bacarıqlı oğlandır. Gö- rürsənmi, o öz gücünə haraya qalxıb...
    QIZ. O danışanda mənim ətim tökülür, xəcalət çəkirəm... QADIN. Nə üçün?..
    QIZ. Fikir verməmisən ədalarına?!. Səninlə elə danışır ki, elə bil qadın rəfiqələrindən biridir. Əzilir, büzülür, gözlərini süzdürür...
    QADIN. Mədəni, ziyalı adamdır də...
    QIZ. Paho! Mədəni!.. O, yaltaqdır!..
    QADIN. İndi yaltaq olmayan var ki?.. Bir də ki hərə özündən böyüyünün hörmətini saxlamalıdır... Görürsənmi, hətta bu Allahın lal-karı da mədəniyyət nümayiş etdirir...
    QIZ. Hiss olunur ki, bu, təbiətən utancaq adamdır... Amma İbil... Bircə sabunu çatışmır... Ötən dəfə fikir verirəm, atama deyir ki, siz mənim idealımsınız, mən həyatda hər şeyi sizdən öyrənmişəm... Nə bilim, mən sizin ayağınızın tozu da ola bilmərəm... Siz mənə çörək vermisiniz...
    QADIN. Nə olsun ki, ay qızım?.. Elə atan da öz böyükləri ilə ehtiyatla davranır... Konfiliktə girmir... Neyləsin?.. Zəmanə belədir.
    QIZ. Yaxşı, yaxşı... İbilə haqq qazandır görək...
    QADIN. Yox... Vallah, İbil yaxşı oğlandır... Sənin sözündən belə çıxır ki, İbil danışmasın... Bu bədbəxt kimi lal-kar olsun?..
    QIZ. Elə əttökən, mənasız söhbətlər edən adamdan bu cür lal daha yaxşıdır...
    QADIN. Boy, iraq olsun, qızım... (Maşın siqnalı eşidilir.) Deyəsən, gələn var... Yəqin, atanın şoferidir. İbil onunla gəlməlidir... Bax, onun yanında özünü yaxşı apar ha!..
    QIZ. Yaxşı aparım? İbilin, zibilin yanında? Mən hara, o hara?..


    III MƏCLİS

    Maşın siqnalı eşidilir. Az sonra İbil gəlir. Adsız yenə ayaq üstədir, ətrafa baxır, döyükür, hiss olunur ki, sıxılır. Qadın, Qız, Adsız və İbil.

    QADIN. Xoş gəlmisən, İbil. Necəsən? Bəs sürücü hanı?..
    İBİL. Salam... Salam. (Qadına.) Sürücü şəhərə qayıtdı. Maşını yola saldım getdi... Gərək öz maşınımla gələydim... (Qıza.) Hə, siz necəsiniz?.. İşləriniz?.. (Ayaq üstə durmuş Adsıza işarə ilə.) Bu kimdir belə?.. Niyə keçib əyləşmir?
    QADIN. Bağda işləyir. Həyət-bacada təmizlik işləri aparır. İBİL. Bağbandır?
    QADIN. Hə... Tarxanın qohumudur.
    İBİL. Tarxan kimdir?..
    QADIN. Qonşu bağda gözətçidir... Dediyimiz bağda...
    İBİL (Adsıza). İndi o bağda yaşayan var?..
    QADIN. Yox... Təkcə Tarxan oradadır... Yəqin, bağın sahibi də gəlib çıxar... Bağa baxmısan?..
    İBİL. Baxmışam... Gərək bu gün beh verəm...
    QADIN. Hə... Danışarsınız... Əla bağdır... Uduzmazsan... (Gülür.) Məncə, bizimlə qonşu olmağa dəyər...
    İBİL. Əlbəttə...
    QADIN. Əyləş... Keç otur...
    İBİL. Əyləşərəm. (Adsıza baxır.) Bəs bu niyə heykəl kimi ayaq üstə donub qalıb?..
    QADIN. Bayaqdan deyirik, keç əyləş, nədənsə oturmaq istəmir...
    İBİL (Adsıza). Əşi, keç əyləş də!.. (Qadına). Bunun adı nədir?..
    QADIN (gülür). Adını elə Adsız qoymuşuq...
    İBİL. Adsız?.. Pəh-pəh... Əntiqə addır!..
    QIZ (ciddi). Hər halda İbil adından pis deyil...
    QADIN (Qıza qaş-göz edir). Niyə ki?.. İbil orijinal addır. Qızım zarafat edir...
    İBİL. Doğrudan da... Mənim öz adımdan xoşum gəlir... QADIN. Yeni, müasir addır...
    İBİL. Bilirsiniz, adımın mənası nədir?..
    QADIN. Yəqin ki, ərəb, ya da fransız adıdır...
    İBİL. Yox... Bu adı mənə anam verib. Dörd dayım var. Anam öz qardaşlarının adlarının baş hərflərini yığıb bu adı düzəldib...
    QIZ. Əgər beş dayınız olsaydı... Onda necə?..
    İBİL. Onda yəqin ki, adım beş hərfli olardı...
    QIZ. Belə çıxır ki, dayılarınızdan birinin adı “d” hərfi ilə başlasaydı “dibil”, ya da “z” hərfi ilə başlasaydı “zibil” ola bilərdiniz...
    QADIN (Qıza). Sən hərdən elə zarafat edirsən ki... qətiyyən yerinə düşmür. Əlbəttə, İbil evin öz adamıdır, bundan inciməz.
    Amma səni düz-əməlli tanımayan adam elə bilər ki, sözünün yerini bilmirsən...
    İBİL. Yox, mən hər sözdən inciyən deyiləm... (Adsıza.) Sən niyə gözünü döyürsən?.. Ya keç əyləş, ya da çıx get...
    QADIN. Bəlkə, elə biz də bağa düşək... Burada hava istidir...
    Siz istirahət edin, mən də çay-çörək hazırlayım...

    Çıxırlar.

    II ŞƏKİL

    Bağ. Yaşıl ağaclar. Yelləncək-kreslo. Yüngül stullar.

    I MƏCLİS

    Adsız, Qız, İbil. Qız şortik geyib, yelləncək-kresloda əyləşib.
    İbillə Adsız ayaq üstədir.

    İBİL (Adsıza işarə ilə Qıza). Bu niyə kölgə kimi düşüb bizim arxamızca?..
    QIZ. O bəyəm kiməsə mane olur?..
    İBİL. Bəlkə, bizim xəlvəti bir söhbətimiz var...
    QIZ. Xəlvəti söhbət?.. Əvvəla, o söhbətin Adsıza heç bir dəxli yoxdur, ən azı ona görə ki, o, eşitmir...
    İBİL. Adsız! Adsız! .. Pəh-pəh!.. Nə gözəl addır!..
    QIZ. İkincisi də, bizim aramızda xəlvəti nə söhbət ola bilər?..
    İBİL. Mənə elə gəlir ki, o hər şeyi başa düşür. (Adsıza əli ilə işarə edir.) Bura bax, ürəyim yanır, get bir az su gətir içək...

    Adsız sualedici nəzərlərlə Qıza baxır. Qız başını tərpədir, yəni su gətirə bilərsən. Adsız bağın o başındakı krana yaxınlaşıb, qra- finkanı su ilə doldurur.

    QIZ. Siz onunla kobud danışmayın...
    İBİL. O, bəlkə də, özünü bicliyə vurub...
    QIZ. Nə üçün?..
    İBİL. Guya lal-kardır, amma ola bilsin ki, eşidir... (Gülür.) Ha- ha-ha... Yox... Zarafat edirəm. Adam üzünə baxan kimi, onun küt olduğunu bilir...
    QIZ. Əksinə, hiss olunur ki, o çox həssas adamdır... Hər şeyi ürəyinə salır. Siz bir onun gözlərinə baxın... Əllərinə fikir verin...
    İBİL. Gözləri.... Əlləri... Ayaqları... Zahirən hər şeyi yerindədir. Görəsən, ağlı necə, qaydasındadırmı?..
    QIZ. Siz tanımadığınız adam haqqında nə üçün belə şeylər danışırsınız?.. Bəlkə də, o çox ağıllı-dərrakəli bir adamdır...

    Adsız onlara yaxınlaşır. Qrafindən fincana su töküb Qıza uzadır.

    QIZ (suyu içib). Sağ olun, əsl centlmensiniz... (Adsız fincanı İbilə uzadır.)
    İBİL (suyu başına çəkib). Hə, bax belə, özün də içə bilərsən...

    Adsız başını tərpədir, yəni sağ olun, içmirəm.

    QIZ. O bütün günü işləyir... Zəhmətkeş oğlandır...
    İBİL. Əlindən ayrı nə iş gəlir ki?... Yəqin, oxuyub, yazmağı da bilmir... Qoy gedib öz işiylə məşğul olsun. (Adsıza əli ilə işarə edir). Hə, get bağın kol-kosunu təmizlə, boş dayanma... Üzümə niyə elə baxırsan?.. Gözünü bərəltmə, dedim get... Belini-dırmığını götür...

    Adsız onlardan aralanıb bağın səliqə-sahmanı ilə məşğul olur.

    QIZ. Yazıq... Kasıbçılıqdan onun-bunun qapısında işləməyə məcburdur...
    İBİL. Nə olsun ki?.. Hərə bir yerdə işləməlidir də... Hələ se- vinsin ki, belə bir ailə onu qapıdan içəri buraxıb... Xanım-xatın bir qadın onu nəyəsə buyurur... Belə bir gözəl qız onun əlindən su içir. Elə deyilmi?..
    QIZ (kinayəli). Belə bir gözəl oğlan onunla üzbəüz söhbət edir...
    İBİL. Siz nədənsə mənimlə həmişə birtəhər danışırsınız...
    QIZ. Birtəhər?..
    İBİL. Bəli.. Tikanlı sözlərlə... İstehza ilə...
    QIZ. Mənim üslubum belədir...
    İBİL. Bəlkə də... Amma sizin hər tikanlı sözünüzü mən ən qiy mətli hədiyyə kimi qəbul edirəm...
    QIZ. Doğrudan?..
    İBİL. Həqiqətən... Mənim sizdən inciməyə qətiyyən haqqım yoxdur... Çünki sizin çox təmiz ürəyiniz var...
    QIZ. Bəs öz ürəyiniz necə?..
    İBİL. Mən həssas adamam... Mənə elə gəlir ki, biz bir-birimizi yaxşı başa düşərik...
    QIZ. Nə mənada?..
    İBİL. Elə hər mənada ... Dedim ki, mən həssas adamam... QIZ. Həssas?.. Siz, doğrudan, həssas adamsınız?..
    İBİL. Əlbəttə... Mən həm də səbirli, təmkinli adamam... Gözəl- lərin hər bir tənəsinə dözməyə hazıram... Xüsusən də sizin...
    QIZ. Gözəllər... Hım-m-m... Gözəl o ağacdır, o yarpaqdır, o çiçəkdir...
    İBİL. Hə, bir də o laldır gözəl... (Gülür.) O, ağacdan da gözəldir.
    Ey, lal!... Adsız!..
    QIZ. Nə işiniz var onunla?..
    İBİL. Elə-belə məzələnirəm...
    QIZ. O öz işi ilə məşğuldur...
    İBİL. Zəhmət adamıdır...
    QIZ. Nə olsun ki?
    İBİL. Lal bura gəl!..

    Adsız yaxınlaşır.

    QIZ. Axı siz ona nə demək istəyirsiniz?..
    İBİL (Adsıza). Ey, bura bax!.. Qayçını götür, o ağacların quru budaqlarını buda! Qandın?.. Hə, di gedə bilərsən...

    Adsız onlardan aralanır, ağacların arasında qurdalanır.

    QIZ. O nəsə bikefdir.
    İBİL. Çoxdan tanıyırsınız onu?
    QIZ. Yox... Bir-iki gündür... Bağ evinə gələndən...
    İBİL. Heyvan kimi bir şeydir. Nə deyirsən, elə küt-küt adamın üzünə baxır... Yəni beləsinin yaranmasına ehtiyac vardımı?..
    QIZ. Niyə elə deyirsiniz?.. Onun çox ağıllı gözləri var.
    İBİL. Onda heç bir ağıl nişanəsi yoxdur... Ona bax, yenə gözlərini bərəldib bura baxır. (Adsıza sarı qışqırır)... Ey adsız qanmaz, bir bura gəl görüm!..
    QIZ. Nə sözünüz var ona?.. öz işi ilə məşğuldur...

    İbil yerdən daş götürüb bağın dərinliyinə ‒ Adsıza sarı atır; oğlan onlara yaxınlaşır.

    İBİL. Gəl, gəl, bura... Deyirəm, axı... Bu hər şeyi anlayan lallardandır. Özü də bicin biridir...
    QIZ. Tanımadığınız adam barədə belə sözlər danışmayın... İBİL. Bizim dediyimiz sözlərin ona nə isti-soyuğu?.. Onsuz da, o heç nə eşitmir...
    QIZ. Onun eşidib-eşitməməyinin fərqi yoxdur. Mən ki eşi- dirəm Hətta ola bilsin ki, mən də lalam. Özünüz ki özünüzü
    eşidirsiniz... Hər kəs özü öz qarşısında qəbahətə yol verməməlidir...
    İBİL. Bəyəm kiminsə lal olmağında mənim bir günahım var?.. Mən neyləyim ki, Allah buna o boyda qulaq verib, amma eşitmək qabiliyyəti verməyib?. (Adsıza əli ilə işarə edir.) Bura bax, gedib siqaret ala bilərsən? Hə?.. Anladın? Yaxşı, götür bu pulu, bağın o biri üzündə dükan var, oradan bir-iki qutu siqaret al. Özü də yaxşısından al ha.... Qandın?.. (Pulu uzadır.) Gedə bilərsən. Ə, nə dik-dik baxırsan üzümə?..

    Adsız iti nəzərlərlə onu süzüb pulu götürmür, geri çevrilir, asta addımlarla uzaqlaşır. İbil əlində pul Adsızın arxasınca getmək istəyir. Qız ayağa durub İbilin qarşısında dayanır...

    QIZ. Siz ondan nə istəyirsiniz?..
    İBİL. Buna bax bir!.. Deyəsən, qudurub!.. Bu saat mən onu təpiyin altına salıb əzişdirəcəyəm... Onda dili açılar köpəkoğlunun! Tərbiyəsiz!.. Allah özü bilir, kimi lal-kar yaratmaq lazımdır!.. Dəvənin qanadı olsaydı, uçurmadığı ev qalmazdı.
    QIZ. Qanadlı dəvələr də var ‒ dəvəquşu, amma ev-eşik uçuran deyil...
    İBİL. Siz də zarafata vaxt tapdınız!.. Mane olmayın, qoyun onun ağlını başına gətirim!.. Heyvan!.. Heyvərə!.. Tərbiyəsiz!..

    İbil Adsıza sarı gedir. Adsız ağır addımlarla geri dönür, İbilin qarşısında dayanıb iti nəzərlərlə onu uzun-uzadı süzür.

    QIZ. Mənə elə gəlir ki, o sizin ağzınızın tərpənişindən, əl-qolunuzun hərəkətindən hər şeyi anlayır. Axı lallar çox həssas olurlar. Deyilənə görə, onlar hətta adamların gözlərindən ürəklərini oxuya bilirlər.
    İBİL. Axı mən nə dedim ona?.. Sadəcə olaraq, siqaret alamağa göndərirəm. (Adsıza.) Yaxşı, get rədd ol buradan! Sonra danışaram səninlə!..
    QIZ. Aman Allah! Bir onun gözərinə baxın, necə də pələng kimi vurnuxur!..
    İBİL. Gərək onun qulaqları ilə yanaşı gözləri də tutulaydı!.. (Adsıza.) Rədd ol, dedim sənə!..

    Adsız İbilə yaxınlaşır. Hiss olunur ki, hirsli, qəzəblidir: Qız onların arasında dayanır.

    QIZ. O çox qəzəblidir. Deyirlər, lallar hirslənəndə çox qorxulu olurlar... (Adsıza.) Siz öz işinizlə məşğul olun... Xahiş edirəm, hirslənməyin...

    Adsız bağın dərinliyinə çəkilir.

    İBİL. Hə, o sizi yaxşı anlayır...
    QIZ. Elə sizi də...
    İBİL. Siz mənimlə həmişə qeyri-ciddi davranırsınız?..
    QIZ (gülür). Qeyri-ciddi? Mən özümü kifayət qədər ciddi adam hesab edirəm.
    İBİL. Bəlkə də, fikrimi düzgün ifadə etmədim; əksinə, siz mənə ciddi, rəsmi adam kimi yanaşırsınız...
    QIZ. Siz nə üçün belə qənaətə gəlmisiniz?..
    İBİL. Allaha şükür, gözüm görür, ağlım kəsir... Özüm də ki lal-kar deyiləm...
    QIZ. Bilirsinizmi, mən həqiqəti demək istəyirəm. Məncə, sizdə, daha doğrusu, sizin xarakterinizdə sadizm elementləri var...
    İBİL. Sadizm?.. (Gülür.) Yəni mən sadistəm?..
    QIZ. Dedim ki, mənə elə gəlir...
    İBİL. Xətrinizə dəyməsin, elə mən də sizdə bu cür hallar müşahidə edirəm...
    QIZ. Doğrudan?..
    İBİL. Bəli, doğrudan. Məsələn, siz məni başqalarının yanında təhqir etməkdən həzz alırsınız... Mənə “dibil”, “zibil” deyirsiniz... (Pauza.) Amma təbii ki, mən belə şeylərdən inciyən deyiləm...
    QIZ. Bunun özü qeyri-təbii haldır. Əksinə, normal adam bu cür hallarda inciməlidir.
    İBİL. Yox, mən heç vaxt sizdən incimərəm... Bütün ömrüm boyu...
    QIZ. Ömrünüz boyu?.. Yəni siz uzunmüddətli bir döyüşə ha- zırlaşırsınız?..
    İBİL. Döyüş deyəndə ki... Mən nə sadistəm, nə də döyüşçü. Mən ürəyiaçıq bir adamam. Özü də bilmirəm ki, məni nə üçün sadist adlandırırsınız?..
    QIZ. Mən sizin ədanızı, rəftarınızı müşahidə edib bu qənaətə gəlmişəm. Doğrudur, hər bir adamda sadizm əlamətləri ola bilər, bəlkə, elə mənim özümdə də... Amma bu sizdə daha qabarıq hiss olunur. Elə o lalla, Adsızla rəftarınız da çox şeydən xəbər verir...
    İBİL. Ha-ha-ha... Düzü mən istəməzdim ki, bizim söhbətimizin mövzusu bu gicbəsər lal olsun...
    QADIN (kənardan səsi gəlir). Gəlin, çay-çörək hazırdır...

    İbillə Qız gedirlər. Musiqi. Adsız görünür. Hadisələrin sonrakı gedişi bir növ yuxuda baş verir. Qız sanki uça-uça gəlir. O, şəffaf paltardadır. Bəlkə, bu da reallıq deyil, bir yuxudur ‒ Adsızın yuxusu. Qız yelləncək-kresloya yaxınlaşıb əyləşir, asta-asta yellənir. Musiqi sədası altında tərpənən yelləncək birdən dayanır. Adsız ağacların arasından çıxıb Qıza yaxınlaşır. Əlini uzadıb yelləncəyi astaca yırğalayır. Qızın üzünə işıq düşür. Bu, bəlkə də Ay işığıdır. Sonra qız gözlərini yumub; o, sanki yuxuya gedib. Bir qədər sonra qız gözlərini açıb ətrafa boylanır. Arxa tərəfdə hənirti duyub qanrılır. Adsızı başının üstündə görüb gülümsəyir. Oğlan ona baxıb sanki ürəklənir, onun da üzündə təbəssüm işırtıları görünür. Qız ayağa durub Adsızla üz-üzə, göz-gözə dayanır. Qız əlini oğlanın çiyninə qoyur. Adsız qızın əllərini öpüşlərə qərq edir. İşıq azalır və yenidən güclənir. İndi yelləncək-kresloda Adsız təkdir. Qız yoxdur. Bəlkə də, heç Qız yerli-dibli olmayıb, sadəcə olaraq oğlan yuxu görürmüş. Oğlan gözlərini geniş açıb ətrafa yerə, göyə baxır. Kreslonun önündə diz çökür, kreslonu öpür, başını qoltuqluğa söykəyib nə barədəsə fikirləşir. O nəyisə xatırlayıbmış kimi yerə sarı əyilir və qızın yerdəki ayaqqabısını götürür, ayaqqabını qoxulayır, sığallayır, öpür. Ayaqqabını yerə qoyub qollarını yana açır. Göydən düşən bir parça işığı sanki qucaqlayıb bağrına basmaq istəyir. Bəlkə də, o işıq Adsız üçün elə o Qızın özü deməkdir. Adsız xəyalındakı Qızı, əslində isə bir parça işığı tumarlayır, əzizləyir, oxşayır, öpür. Sonra o, öz aləmində sanki başını qızın sinəsinə qoyub hönkür-hönkür ağlayır. Onun çiyinləri titrəyir. Onun göz yaşları yanaqlarına sü- zülür. Qız bağ evinin kandarında görünür, o, yenə əzəlki geyimin- də ‒ şortikdədir. O bağa, bağdakı kresloya, o kreslonun yanında dayanıb qəribə hərəkətlər edən Adsıza baxır. Əvvəlcə gülümsəyir, sonra ciddiləşir. Sonra isə sanki dəhşətə gəlir, qorxuya düşür. Qızın gözləri təəccübdən böyüyür, hədəqəsindən çıxır. O, asta addımlarla Adsıza yaxınlaşır. Adsız qəfildən xəyal aləmindən ayrılır, Qızı görüb utanır, xəcalət çəkir. Qız ona yaxınlaşır. Adsız addım-addım geri çəkilir. Qız əllərini ona sarı uzadır, amma Adsız cavab hərəkəti etmir, geriyə doğru addımlayır... addımlayır və kreslo-yelləncəyə çökür. Qız qəşş edib gülür. İşıq azalır... İşıq artır. Musiqi azalır. İbil görünür...


    II MƏCLİS

    İbil və Qız.

    İBİL. Deyirlər qonşunuz narkobizneslə məşğul olurmuş... QIZ. Kim deyir?..
    İBİL. Oğlu da narkoman imiş...
    QIZ. Bunları kim deyir?..
    İBİL. İndi ilişiblər...
    QIZ. Kim?..
    İBİL. Qonşularınız... İndi bağlarını satırlar... Borca düşüblər. İstəyirəm onların bağını mən alım. Necə məsləhət görürsünüz?..
    QIZ. Kim?..
    İBİL. Siz... Hər halda qonşu olmusunuz...
    QIZ. Nə olsun ki?.. Bunların mənə nə dəxli var?.. Satan o, alan siz...
    İBİL. Axı biz qonşu olacağıq. Elə deyilmi?
    QIZ. Mən bağda aradabir oluram... Nadir hallarda...
    İBİL. İnnən sonra tez-tez olarsınız. Mənim xətrimə... Deyirlər, qonşunuzun ‒ o narkobiznesin oğlu axmağın birisidir...
    QIZ. Xeyr, o çox alicənab oğlandır, özü də bəziləri kimi tanımadığı adamlar barədə iftira söyləmir. Ümumiyyətlə, mən qeybətcil kişiləri xoşlamıram...
    İBİL. Elə mən də...
    QIZ. Hə, o dəqiqə hiss olunur...
    İBİL. Qəribə tiplərlə qonşusunuz: biri narkoman, biri lal-kar...
    QIZ. Biri axmaq, biri dibil...
    İBİL. Mən sizin hər bir sözünüzü ən qiymətli ərməğan kimi qəbul edirəm... Mənə elə gəlir ki, bizim bu cür mübahisələrimizin gələcək həyatımızda yalnız əhəmiyyətli rolu ola bilər.. .
    QIZ. O nə həyatdır elə?.. Şəxsən mənim gələcəyim artıq keçmişdə qalıb... Ola bilsin ki, sizin keçmişiniz gələcəkdədir...
    İBİL. Sizin çox orijinal mühakimələriniz var... İndi isə icazə verin, mən gedim... Qonşu bağa baş çəkməliyəm... Tezliklə qayıdacağam... Hələlik...

    İbil gedir, Qadın gəlir.


    III MƏCLİS

    Qadın və Qız.

    QADIN. O lal gədənin başı xarabdır, deyəsən...
    QIZ. Nə olub ki?..
    QADIN. Neçə gün idi başını aşağı salıb öz iş-gücü ilə məşğul olurdu. Amma dünəndən bəri dəyişib, elə bil...
    QIZ. Dünəndən... dəyişib?..
    QADIN. Hə də, sən gələndən...
    QIZ. Mən gələndən?..
    QADIN. Fikir verirəm, elə gözü buradadır. Kölgə kimi sənin arxanca sürünür...
    QIZ. Mənsə heç nə hiss etmirəm. Bəlkə, elə əvvəldən bu cürdür...
    Yəqin, qəribəliyi var...
    QADIN. Bəs onun bu qəribəliyi neçə gün idi niyə üzə çıxmırdı?.. Gah sən əyləşən kresloya yayxanıb yellənir, gah ağacı qucaqlayıb öz-özünə nəsə danışır...
    QIZ (gülür). Danışır?..
    QADIN. Öz dilində nəsə mızıldanır... Gah əllərini göyə uzadıb gözlərini yumur, elə bil ki, dua oxuyur, gah da gülür... Allah bilir, bəlkə başı xarabdır... Qoy Tarxan gəlsin, qovacağam onu buradan...
    QIZ. Yox... O ki sakit oğlana oxşayır...
    QADIN. Sakit? Əlbəttə, sakit olmalıdır. Dili yox, ağzı yox... Məni onun hərəkətləri şübhələndirir... (Pauza.) İbil də buradan nəsə qanıqara getdi. Nə olmuşdu görən?.. Yenə sancaqlamamışdın ki, onu?..
    QIZ. İbil... Zibil... E-e-e... Bağışla, sən Allah... Dilim öyrənib... Yox, İbil bizimlə bağda deyib-gülürdü... Özü də Adsızla dostlaşmışdı, deyəsən...
    QADIN. Dostlaşmışdı?.. Əksinə, İbil mənə dedi ki, o gici burada rədd eləyin, getsin.
    QIZ. Axı kimdir İbil?.. O nə vaxtdan bu evdə ağalıq etmək fikrinə düşüb?.. Vallah, atama deyərəm, onu işdən iti qovan kimi qovar.
    QADIN. Gicləmə!.. Atan da onun xətrini çox istəyir.
    QIZ. Nə oldu sizə birdən-birə?.. Həmişə onu ələ salıb gülürdünüz! Dünən pıxı olan zibil e-e-e... İbil indi çiçi olub?..
    QADIN. Sənə dedim, gicləmə!.. Allahına şükür elə ki, İbil kimi bir oğlan sənə ağız açmaq istəyir.
    QIZ. Onun ağzı həmişə açıqdır. Axı istəyi nədir sənin o İbilinin?..
    QADIN. O niyə mənim olsun ki?.. İbil səninlə ailə qurmaq istəyir...
    QIZ. İbil qələt eləyir, başını da daşa döyür!..
    QADIN. Sən özün qələt eləyirsən. Bildin?.. Ölünü özbaşına qoysan kəfəni yırtar. Sən də özbaşına olsan, ya kora gedərsən, ya keçələ... ya da lala...
    QIZ. Kor da İbildən yaxşıdır, kar da, lal da...
    QADIN. Rədd ol buradan! Bilmirəm gedib kimə oxşamısan?!. Oxşadıqlarına lənət!..

    Qız çıxır Tarxan gəlir.


    IY MƏCLİS

    Qadın və Tarxan.

    TARXAN. Məni niyə söyürsən, balam?..
    QADIN. Sən canın, o lalını da götür, get buradan. TARXAN. Nə olub ki?.. Niyə hirslənmisən?..
    QADIN. Bu qız mənim başıma oyun açır...
    TARXAN (diqqətlə ətrafa nəzər salıb). Mənə oxşayıb yəqin...
    QADIN. Sən də yaşlaşdıqca xərifləyirsən, deyəsən!..
    TARXAN. Hər şey ola bilər... Dəryaca ağlın olsa, kasıb olsan gülərlər...
    QADIN. Get öz iş-gücünlə məşğul ol, Tarxan. Onsuz da qanım qaradır.
    TARXAN. Balam, niyə əsəbləşirsən? Maşallah, qu quşuna bənzəyirsən. (Qadına yaxınlaşır.) Səni görəndə elə bilirəm ki, ikimiz də hələ subayıq...
    QADIN (geri çəkilir). Yaxşı, dinc dur. Gələn olar. Deyəsən, başına at təpib sənin.
    TARXAN. Xahiş edirəm, məni təhqir etmə.
    QADIN. Özünü yüngül aparma. Elə bil öz arvadınla danışırsan...
    TARXAN. Hər halda öz qızımın anası ilə danışıram...
    QADIN. Kəs səsini!.. Sən nə həddlə bu cür danışırsan mənimlə?.. Sən kim, mən kim?!.
    TARXAN. İndi belə oldu?.. Mənim qızım... Mənim qızım haqqında...
    QADIN. Kimdir axı sənin qızın?.. Sən özün kimsən?!. Get işinlə məşğul ol, dedim!
    TARXAN. Elə etmə ki, açım pambığı, töküm sandığı! Heç kəs bilməsə də sən yaxşı bilirsən ki, kimdir sənin qızının atası!..
    QADIN. Bu sənin uydurmandır!.. Gicləmə!..
    TARXAN. Mənimlə bir yerdə keçirdiyin o gecələr də uydurmadır?!. Mənə məndən uşağa qaldığını dediyin o gün, o an da uydurmadır?..
    QADIN. Mən ərli qadın olmuşam...
    TARXAN. Bəli, ərli olmusan! Ərin səndən əvvəl də evli olub... Elə səninlə də yeddi-səkkiz il yaşayıb... Amma o uşaq bizim görü- şümüzdən sonra dünyaya gəlib! O, mənim qızımdır! Bildin?! Sən məni bu qədər qanmaz, bu qədər eşşək hesab edirsən?!.
    QADIN. Mən qələt eləyib səninlə bir-iki dəfə görüşmüşəm... Qanmamışam... Nə olsun ki?.. İndi özündən nağıllar uydurursan... Bir də ki, kişi olan kəs ağzını Allah yolunda açıb boş-boş danışmaz...
    TARXAN. Sən özün məcbur edirsən məni bu cür danışmağa...
    QADIN. Sən nə demək istəyirsən?.. Ümumiyyətlə, sən məndən nə istəyirsən?
    TARXAN. Mən?.. Heç nə... Elə səni görmək istədim... QADIN. Hım-m-m... Ta bağda elə bir görüləsi iş yoxdur. TARXAN. Hələ ağacların çoxu budanmayıb...
    QADIN. Eybi yoxdur... Qalan işləri sən özün görərsən. O lala da beş-on manat verib yola salarıq...
    TARXAN. O, kənar adam deyil... Mənim oğlumdur...
    QADIN (heyrətlə). Sənin oğlundur?.. Axı mən sənin uşaqlarını tanıyıram...
    TARXAN. O, əvvəlki arvadımdandır. Nənəsi böyüdüb onu. Mənim doğma övladımdır...
    QADIN. Hə, belə de... Qəribədir... Elə ilk gündən hiss etmişdim ki, sizin ümumi, oxşar cəhətləriniz var.
    TARXAN. Nə mənada...
    QADIN. O da sənin kimi tərsdir, deyəsən...
    TARXAN. Tərs?.. Yox, o, tərs deyil. Amma ürəyinə yatma- yan adama qarşı kinini gizlətmir. Xoşuna gələn adama isə ürəyini çıxarıb verər. Xasiyyəti bu cürdür. Neyləmək olar?.. İndi vəziyyət çətindir. Qapılarda işləyib birtəhər öz çörəkpulunu qazanır... Ağac- ları, otları çox sevir. Hərdən mənə elə gəlir ki, o, təbiətin dilini bilir, quşlarla, qarışqalarla, çiçəklərlə danışır... Olduqca həssasdır. Neyləyim, Allah onu belə yaradıb. Oğlum olduğu üçün demirəm, çox ağıllı, dərrakəli uşaqdır...

    Ayaq səsləri. Qadın pəncərədən bayıra boylanır.

    QADIN. Deyəsən, gələn var... Hə, sonra gələrsən, bu barədə danışarıq... Get, get, tez ol... Tez ol!.. Tez ol - dedim sənə... Arxa qapıdan çıx...

    Pərdə
    II PƏRDƏ
    I ŞƏKİL
    I MƏCLİS

    Bağ evi. Qadın və Qız.

    QADIN. İbil qonşunun bağına baxıb, bəyənib. Deyəsən, beh də verib...
    QIZ. Mənə nə?.. Bizə nə?..
    QADIN. Bilmirəm İbilin adını eşidəndə ağzın niyə əyilir?..
    QIZ. Bilmirəm İbilin adını çəkəndə sənin üzün niyə, nə üçün gülür…
    QADIN. İbil ağıllı, fərasətli oğlandır. O, atanın tabeliyində işləsə də, atan onun əlinə baxır.
    QIZ. Dilənçi-zaddır bəyəm atam?..
    QADIN. Alqı-satqı məsələlərinə, maliyyə işlərinə İbil rəhbərlik edir. Bir də ki, o, gözümüzün qabağında böyümüş adamdır. Cikini də bilirik, bikini də...
    QIZ. İbilin üz -gözündən hiylə, yalan, dələduzluq tökülür. QADIN. Bunun sənə nə dəxli?.. Bəs o, sadəlövh olsa yaxşıdır?.. İndi adamların əksəriyyəti başını yalan-pilanla, yaltaqlıqla girləyir. Heç kəs dikbaş, yekəxana adamı xoşlamır. İbil uzaqgörən, müdrik oğlandır. İdarənin adi kuryerliyindən rəisliyə qədər yüksəlib. Ona kim kömək edib? Heç kim! Yetim oğlandır, heç kəsi yoxdur. İdarədə atan başda olmaqla hamı onunu xətrini istəyir.
    QIZ. Mən onun ilk iş günlərini yaxşı xatırlayıram. Qapılarda boyun bükdüyü vaxtları deyirəm. Hamının da üzünə irişərdi. O vaxt mən atamın kabinetində əyləşib gəlib-gedənləri müşahidə edərdim. İbil atamın yanına gələndə qəddi əyilər, sifəti rəngdən-rəngə düşərdi. Ağzı qulağının dibinə gedər, dişlərinin üstü isə həmişə açıq olardı…
    QADIN. Nə olsun ki? İndi İbilin qəbuluna düşmək üçün çoxları onun qapısında boyun bükür...
    QIZ. O da xatırımdadır ki, idarədə onu nədənsə “aftafa” ad landırırdılar.
    QADIN. İndi o idarədəkilərin çoxu İbilin özünə aftafa daşıyır.
    QIZ. İbil cəmiyyətdəki normal adamlara bir karikaturadır...
    QADIN. Cəmiyyət özü İbil üçün bir karikaturadır.
    QIZ. Nədir, yoxsa cəmiyyət İbilləşir?..
    QADIN. Cəmiyyətin İbilə çatmağına hələ çox var. Bir də ki, nə cəmiyyət-cəmiyyət salmısan ey?.. Tüpürəsən cəmiyyətə!.. Cəmiy yət!.. Yox bir təbiət!..
    QIZ. İbil təbiətə daha yaxındır, nəinki cəmiyyətə...
    QADIN. Yaxşı, yaxşı, boş-boş danışma... (Maşın səsi eşidilir.) Deyəsən, İbildir. Maşın səsi gəlir... (Qapıya sarı çıxır. Bayıra.) Hə, salam! Xoş gəlmisən! Keçin bağda əyləşin. İndi mən də gəlirəm. Ev yaman bürküdür...

    II ŞƏKİL
    I I MƏCLİS

    Qız və İbil bağda. Adsız kənarda ağacların arasında qurdalanır, arabir görünüb gözdən itir.

    İBİL. Mənə elə gəlir ki, biz artıq bəzi məsələləri özümüzçün aydınlaşdırmalıyıq.
    QIZ. Özümüzçün?..
    İBİL. Bəli.
    QIZ. Siz nəyi nəzərdə tutursunuz?..
    İBİL. Mənə elə gəlir ki, biz artıq bir-birimizə “siz” yox, “sən” deyə müraciət edə bilərik.
    QIZ. “ Siz” daha münasib müraciət formasıdır.
    İBİL. O, baxır kimin üçün sərfəlidir. Məncə, biz bir-birimizə yad adam deyilik.
    QIZ. Heç doğma da deyilik.
    İBİL. Hər halda belə bir perspektiv görünür...
    QIZ. Hansı tərəfdən?.. İBİL. Hər iki tərəfdən...
    QIZ. Sizin proqnozunuz o qədər də düzgün deyil.
    İBİL. Yenə “siz”? Yaxşı, nə edək qoy belə olsun... Mənə elə gəlir ki, bizim münasibətlərimizin korlanması üçün elə bir əsas yoxdur.
    QIZ. Əlbəttə... Bizim münasibətlərimiz həmişə olduğu kimi qalacaq...
    İBİL. Və bir qədər də dərinləşəcək, inkişaf edəcək... Elə de- yilmi?..
    QIZ. Mən öhdəlik götürməyi xoşlamıram...
    İBİL. Gəlin bir qədər açıq danışaq.
    QIZ. Buyurun...
    İBİL. Mən sizinlə ailə qurmaq istəyirəm...
    QIZ. Elə bu ... (Gülür.) Amma mən sizdən nəsə daha mühüm bir xəbər eşidəcəyimi düşünürdüm...
    İBİL. Bundan daha mühüm xəbər nə ola bilər?..
    QIZ. Məsələn, siz intihar etmək istəyirsiniz?..
    İBİL. İntihar? Mən özümü nə üçün öldürməliyəm ki?.. Mənim günahım nədir?..
    QIZ. İctimayyətin diqqətini özünüzə cəlb etmək üçün.
    İBİL. Mən heç nə başa düşmürəm. Siz ciddi danışırsınız, yoxsa mənimlə zarafat etmək istəyirsiniz?..
    QIZ. Əlbəttə, ciddi sözümdür. Əgər intihar etsəniz, bütün dün- yanın, ən azı, ölkənin diqqəti sizə yönələr.
    İBİL. Siz məni gic yerinə qoymayın. Mənə elə gəlir ki, kifayət qədər ağıllı adamam...
    QIZ. Bunu hardan bilirsiniz?..
    İBİL. Gəlin söz güləşdirməyək. Mən artıq öz sözümü dedim...
    Ürəyimi sizə açdım...
    QIZ. Siz belə bir seçimi öz ürəyinizin hökmü ilə edirsiniz?.. İBİL. Təbii ki... Mən uşaq deyiləm. Bunu nə üçün soruşursunuz?..
    QIZ. Nə üçün?.. Bəzən adamaları kənardan idarə edirlər... (Pauza.) Yeri gəlmişkən, sizin seçiminizin əsasında nə durur?.. Yəni hansı amil?..
    İBİL. Rəğbət... İstək... Sevgi...
    QIZ (gülür). Doğrudan?..
    İBİL. Şübhəsiz...
    QIZ. İnanan daşa dönsün...
    İBİL. Deyəsən, mən sizin nəzərinizdə çox mənfi çalarlı adamam...
    QIZ. Xeyr... Ümumiyyətlə, siz mənim nəzərimdə heç bir çalara malik deyilsiniz...
    İBİL. Olsun... Çalışaram ki, bundan sonra ürəyinizin hansı bir guşəsindəsə özüməməxsus yer tutum...
    QIZ. Buna ehtiyac yoxdur... Siz çalışın ki, başqa ürəklərdə yeriniz olsun...
    İBİL. Mənə elə gəlir ki, ata-ananız bizim gələcəkdə möhkəm bir ailə qurmağımız üçün...
    QIZ. Ata-anam?.. (Gülür.) Ata-anamın bu cür məsələlərə baş qoşmasına ehtiyac yoxdur. Mən özüm öz taleyimin ağasıyam...
    İBİL. Mənə ən çox xoş gələn cəhət sizin sərbəstliyinizdir... Elə buna görə də ürəyimi birbaşa sizin özünüzə açmağa qərara aldım.
    QIZ. Mənə elə gəlir ki, siz imkanlı adamsınız, elə deyilmi?.. İBİL. Bunun mətləbə nə dəxli?.. Tutalım ki, imkanlıyam...
    QIZ. Lap yaxşı... İndi qızların çoxu imkanlı, sərvətli oğlanları sevir... Siz başqa birisi ilə də ailə qura bilərsiniz...
    İBİL. Qəribə adamsınız... (Gülür.) Siz məni ələ salmırsınız ki?..
    QIZ. Əlbəttə, yox...
    İBİL. İmkanın məhəbbətə nə dəxli?..
    QIZ. Mənim bu cür bayağı söhbətlərdən zəhləm gedir...
    İBİL. Amma mənim sizdən xoşum gəlir. Özü də nəzərə alın ki, mən qarşısına qoyduğu məqsədə çatmaq üçün hər şeydən keçməyə hazır olan adamlardanam...
    QIZ. Məhəbbət qarşıya qoyulan məqsəd ola bilməz... Görünür, siz onu vəzifəyə çatmaq üçün göstərdiyiniz səylə qarışıq salırsınız...
    İBİL. Nəzərə alın ki, mən hər bir istəyimə öz gücümlə çatmışam.
    Mən möhkəm iradəli adamam...
    QIZ. Özünüzü mənə tanıtmaq istəyirsiniz?.. Şükür Allaha, mən sizə az da olsa bələdəm...
    İBİL. Xeyr, siz məni o qədər də yaxşı tanımırsınız...
    QIZ. Mən sizin xarakterinizə müəyyən qədər...
    İBİL (gülür)…bələdsiniz, eləmi?.. Yanılırsınız. Mən sizing təkcə üzdən tanıdığınız İbil deyiləm. Siz məni ələ salırsınız: İbil, zibil, dibil... Nə bilim, daha nə Mənsə hər şeyi uduram. Mən bu mərtəbəyə çox şeyi uda-uda gəlmişəm. İndiyəcən məni təhqir edənlərin, mənə quyu qazanların çoxu aradan çıxıb. Amma mən irəliləyirəm. Məni hələ qarşıda çox pillələr, çox mərtəbələr gözləyir. Bir vaxt mənə badalaq vuranların çoxu mənim arxamca çap- maqdadır. Amma onlar mənə heç vaxt çata bilməyəcəklər. Mənim ayaqqabımı geymək olar, amma mənim yerişimi yerimək olmaz...
    QIZ. Elə buna görə də biz eyni yolla gedə bilmərik. Yerişimiz ayrıdır...
    İBİL. Məni öz yolumdan heç bir qüvvə döndərə bilməz. Bəlkə də, sənin nəzərində mən mənfi bir tip kimi canlanıram. Amma əslində elə deyil. Mənim kimliyimi sənin ata-anan qismən bilir. İndi böyük bir idarənin maliyyə sütunları mənim çiynimdə dayanıb. Mənimlə hesablaşmağa çoxları məcburdur. Mən bu mərtəbəyə öz gücümlə gəlib çıxmışam... Öz dişimlə-dırnağımla. Etiraf edirəm, kiminsə qarşısında əyilmişəm, boyun bükmüşəm, amma sonda öz məqsədimə çatmışam... İndi çoxları mənim qarşımda baş əyir, mənə quyruq bulayır, mənə yalmanır, yaltaqlanır... Mən neyləyim ki, dünya belədir... Bəli, düz buyurursunuz, indi mənim çox şeyim var: vəzifəm, pulum, maşınım, mülküm... Bu gün gördüyün o üçmərtəbəli bağ evini də alacağam... (Pauza.) İndi söz sənindir. Mənə elə gəlir ki, biz artıq hər şeyi müzakirə etdik. Elə deyilmi, mənim əzizim?..

    İbil Qızın əlindən tutur. Qız qəzəblə ona baxıb əlini çəkir. Adsız arxadan onlara yaxınlaşır. Onun əlində oraq var.

    QIZ. Xahiş edirəm, artıq-əskik hərəkət etməyəsiniz... Ayıbdır...
    İBİL. Kimdən ayıbdır?..
    QIZ. Hamıdan...

    İbil geri dönüb Adsızı görür.

    İBİL. Bu axmağı hələ qovmamısız buradan?..
    QIZ. O nə üçün qovulmalıdır?..
    İBİL. Axmaqlığına, bicliyinə, gicliyinə görə. (Adsıza.) Ey, bura gəl! Gözlərini bərəltmə!.. Bildin?..
    QIZ. Onunla işiniz olmasın...
    İBİL. Mənim onunla nə işim?..
    QIZ. Bəs nə istəyirsiniz ondan?..
    İBİL. Heç... (Adsıza maşın açarı uzadır.) Bura bax, bu açarı görürsən?.. (Əli ilə başa salaraq.) Hə, get mənim maşınımdan bir-iki şüşə soyuq su götür, gəl bura. Başa düşdün?.. (Mehriban, yumşaq tonda danışır.) Hə, yük yerindən... Anladın?.. Deyəsən, qandı. Hə, di get... Tez ol!.. Ay sağ ol...

    Adsız açarı götürüb sakit addımlarla gedir.


    II MƏCLİS

    Qız və İbil.

    QIZ. Sizdə adamlara qarşı bu cür nifrətin səbəbi nədir?.. İBİL. Adamlara?.. Bəyəm o, adamdır?..
    QIZ. O çoxlarından təmiz, xeyirxah adamdır. İBİL (gülür). Ha-ha-ha... Adam tapdınız ha!..

    İbil Qıza yaxınlaşıb əlini onun boynuna dolayır...

    QIZ. Sizə dedim əliuzunluq eləməyin!..
    İBİL. Siz də boş yerə hay-küy salmayın!.. Mən uşaq deyiləm... Elə siz də...

    Qız geri çəkilir. İbil kreslo-yelləncəyə çökür.

    QIZ. Deyəsən, siz mənim o biri üzümü görməmisiniz?..
    İBİL. Mənə adamların hər üzü bəllidir. O cümlədən sizin... Mən öz məqsədimə çatmaq üçün...
    QIZ….hər şeydən keçən adamsınız. Hə? Artıq bunu dediniz, biz də eşitdik. Doğrudan da siz hər şeyinizdən keçib qurtarmısınız...
    İBİL. Bilmirəm siz nəyi nəzərdə tutursunuz?..
    QIZ. Elə sizin nəzərədə tutduğunuzu...
    QADIN SƏSİ (kənardan). Süfrə açmışam... Odu ey, ağacın altında, gedin əyləşin... Eşidirsən, qızım? İbil, eşidirsən?..

    Qız və İbil gedir.

    III ŞƏKİL
    I I MƏCLİS

    Bağ evi. Tarxan və Qadın.

    QADIN. Bəs o bağ satılandan sonra sən nə etmək fikrindəsən?
    TARXAN. Bağı başqasına, yad adama satmırlar ki?..
    QADIN. Sən hardan bilirsən bunu?..
    TARXAN. Sənin kürəkəninə satırlar bağı.
    QADIN. Kürəkənimə?..
    TARXAN. Olsun gələcək kürəkənin...
    QADIN. O kimdir elə?..
    TARXAN. Deyəsən, sən özünü ağıllı, başqalarını gic hesab edirsən?.. Bəs o İbildi nədi, buralara nə üçün gəlib-gedir?.. Bəyəm o, sənin kürəkənin olmağa hazırlaşmır?..
    QADIN. Niyə məhz mənim?.. Mənim ərim var... O, özü bilər.
    TARXAN. Ona qalmış, o İbil mənim kürəkənim hesab oluna bilər...
    QADIN. Tarxan, sənə indiyəcən neçə dəfə demişəm, yenə təkrar edirəm: bu atmacalardan əl çək... Eşidib-bilən olar...
    TARXAN. Mən heç kəsdən qorxmuram... Əvvəllər cavan idim, güclü idim, imkanlı adamın sürücüsü idim, məni adam yerinə qoyurdun... İndi o adam müflisləşib, mənsə adicə bağ qoruqçusuna çevrilmişəm... Sən qızını onun oğluna vermək istəyirdin... Qızın da bağlanmışdı o uşağa... Sonra narkobizneslə bağlı söz-söhbət çıxdı ortaya, sən qızın qulağını doldurub uzaqlaşdırdın. Halbuki o oğlan İbildən milyon kərə ağıllı, dərrakəli idi. Bu söz-söhbəti də yalandan atmışdılar ortaya. O ailənin əlləm-qəlləm işlərlə əlaqəsi yox idi. Sadəcə olaraq yuxarıların sifarişi ilə şərə saldılar, dolaşdırıb bankrot elədilər...
    QADIN. Bunların mənə nə dəxli?..
    TARXAN. Dəxli çoxdur. Siz uzun illər qonşu olmusuz, ailəvi dostluq etmisiz, get-gəliniz olub. Belə bir hadisə hər kəsin başına gələ bilər...
    QADIN. Əgər o bağı İbil alsa, tapşıraram ev-eşiyə yenə sən göz-qulaq olarsan...
    TARXAN. Doğrudan?..
    QADIN. Həqiqətən... Onsuz da indi iş tapmaq müşkül məsələ- dir... İbil də az-çox tanıyır səni...
    TARXAN. Yadında saxla, mən acından ölsəm də, İbil kimisinin qapısıda işləmərəm...
    QADIN. Sənə nə fərqi? İbil, ya başqası?..
    TARXAN. Mən o kişi ilə yaxın dost olmuşam... Bir də ki, məni buralara bağlayan ayrı səbəb olub...
    QADIN. O nə səbəbdi elə?..
    TARXAN. Lap elə sənə görə bağlanmışam...
    QADIN. Tarxan, sən də ailə başçısısan, mən də... Bu cür söhbətlər yaraşmaz bizə...
    TARXAN. Yaraşmaz... Niyə yaraşmaz?.. Əgər mən yenə şəhərin ən varlı adamının dostu olsaydım, əgər yenə pul selində üzsəydim...
    QADIN. Sən adi sürücü olmusan...
    TARXAN. Sürücü olmuşam... Amma adi yox... Çoxları mənə salam vermək üçün növbədə dayanıb... Sən ki, bunları yaxşı bilirsən?..
    QADIN. Axı sənin dediklərinin mənə nə dəxli?
    TARXAN. Dəxli var! Mən sənə övlad bəxş etmişəm... QADIN. Kəs səsini!
    TARXAN. O mənim qızımdır!..
    QADIN. Bura bax, niyə qışqırırsan? Lap olsun sənin qızın. Sonra? İstəyin nədir?..
    TARXAN. O İbilə getməməlidir...
    QADIN. Paho! Bu da təzə çıxdı!.. Sən hökm verirsən... TARXAN. Mən sözümü dedim sənə...
    QADIN. Vallah, sənin sözlərinə bişmiş toyuğun da gülməyi gələr... Bəs elə isə de görüm, cənab Tarxan, qız kiminlə ailə qurmalıdır?..
    TARXAN. Öz deyiklisi ilə... O çox namuslu oğlandır... QADIN. Axı, o, narkomandır...
    TARXAN. Bunlar uydurmalardır... Nə narkoman, nə taksoman?.. O heç siqaret belə çəkmir... Deyir ki, qız başqasına getsə özümü də öldürəcəm, onu da...
    QADIN. Elə bu bəyanatından aydınca görünür ki, o gədənin ağlı özünü idarə etmir...
    TARXAN. Sizin bu hərəkətiniz onun atasına da pis təsir edib. Düzdür, borca düşüb bağını İbil kimi zibilin birinə satmağa məcbur olub... Amma dünya həmişə belə olmayacaq ki... Su gedən arxa bir də gedər...
    QADIN. Xahiş edirəm, sən heç kəsə vəkillik etməyəsən... Hər kəs öz övladının xoşbəxtliyinə çalışır: sən də, mən də, o dilənçi də, o narkobaron da... Hamı, hamı...
    TARXAN. Mən sənə öz fikrimi dedim. Hələ gec deyil... Yaxşı-yaxşı fikirləş...
    QADIN. Hər halda mən tək deyiləm, ərim var...
    TARXAN. Ərin var... Bilirəm... Amma bu evin sükanı sənin əlindədir.
    QADIN. Yaxşısı budur, hərə öz işi ilə məşğul olsun... TARXAN. Bu gündən etibarən mənim heç bir işim yoxdur...
    Mən dünyanın sərbəst, azad adamıyam... (Pəncərəyə yaxınlaşır, kiməsə əl edir.) Eyyy!.. Bura gəl...
    QADIN. Kimi çağırırsan elə?..
    TARXAN. Oğlumu... Deyəsən, ona nəsə tapşırıblar... Hə, gəlir...
    QADIN. O səni eşitdi?..
    TARXAN. O çox həssas uşaqdır... Hər şeyi anlayır, dərk edir...

    II MƏCLİS

    Adsız gəlib qapı ağzında dayanır. Tarxan, Qadın, Adsız.

    QADIN (Adsıza). Keç əyləş...
    TARXAN. Yox, lazım deyil... (Adsıza). Hara gedirsən?.. Hara?..

    Adsız əli ilə anladır ki, ona iş buyurublar.

    QADIN. O səni əməlli-başlı anlayır...
    TARXAN. O hamını anlayır... Hər bir adamın üz-gözündən onun kimliyini, nə yuvanın quşu olduğunu bilir. (Adsıza.) Hə, oğlum, get işini qurtar... Bu gün çıxıb gedirik buradan. Bildin?.. Elə mən də gedim, yır-yığış edim, birlikdə gedərik... Oldu?..

    Adsız başını tərpədir, qapıya yaxınlaşıb geri qanırılır, Qadına baxır.

    QADIN. Gedirsiniz?..
    TARXAN. Gedək... Bəlkə, bir daha görüşmədik...
    QADIN. Niyə ki? Yenə qalarsınız bağda, göz-qulaq olarsınız... İbilə də deyərəm... Onsuz da, kimsə baxmalıdır bu bağ evlərinə... Sahibsiz evləri çapıb-talayarlar, dağıdarlar... Maşallah, oğlunun çox ağıllı gözləri var... Neçə gündür, fikir verirəm, səliqə-sahmanı xoşlayır... Tərbiyəlidir... Heyif bu uşaqdan...
    TARXAN. Nə olub bəyəm?..
    QADIN. Laldır də... Eşitmir...
    TARXAN. Allah günaha yazmasın, hərdən fikirləşirəm ki, elə bir yandan lal olmağı yaxşıdır. Heç olmasa bu iyrənc dünyada söylənilən yalanları eşitmir. Adamların bir-birinin ünvanına yağdırdığı söyüşləri, qarğışları, nifrətləri dinləmir. O hər yerdə gözəllik axtarır, səliqə-sahman yaradır... Çiçək əkir, gül becərir, bağ-bağça salır... Otlarla, qarışqalarla, quşlarla danışır. Öz sözünü suya deyir, aya deyir, ulduza deyir. O nə yaxşı ki, bu min dilli, min sifətli insanların səsini eşitmir. Bəlkə də, mənim bu bədbəxt oğlum dünyanın ən xoşbəxt insanıdır... Hərdən mən qibtə edirəm ona: özüm də lal-kar olmaq istəyirəm... Bəlkə də, dünyadakı adamların hamısı lal olsaydı, daha yaxşı olardı. İftiradan, yalandan, şərdən, böhtandan canımız qutarardı. Başımıza gələn bəlaların çoxu dilimizdən gəlir. Dilsizin nə vecinə?.. (Adsıza.) Get, işinlə məşğul ol... Mən də gəlirəm...

    Adsız çıxır. Adsız ağacların, kolların arasında bağda. Uzaqdan, lap uzaqdan melodiya eşidilir: sanki kimsə musiqi dilində pıçıltı ilə danışır. Qadın və Tarxan görünürlər. Onlar qol-qola gəzişərək nə barədəsə danışırlar. Az sonra onlar gedir, Qız və İbil görünür. Onlar əl-ələ tutublar. Yenə musiqi. Adsız onları nəzərləri ilə müşaiyət edir.



    IV ŞƏKİL
    I MƏCLİS

    Bağ. Qız, İbil, Adsız.

    İBİL. Bu gədə yenə ağac kimi bitib başımızın üstündə... (Pauza.) Hə, onu deyirdim, bu gün bağın pulunu verib bir-iki günə köçürəm... Qonşu olacağıq... Etirazın yoxdur ki?..
    QIZ. Mən başqalarının işinə qarışmağı xoşlamıram...
    İBİL. Mən başqası deyiləm ki... (Şüşədən stəkana su süzərə). İç, sərin sudur...
    QIZ. İçmirəm. Sağ olun. (Adsıza.) Su içmək istəyirsən? (İbilə). Ona da su təklif edin də...
    İBİL (Adsıza). Bura bax, su içəcəksən?..

    Adsız başını yelləyir, yəni yox.

    QIZ. Siz onunla elə danışırsınız ki...
    İBİL. Onunçün nə fərqi?.. Onsuz da, heç nə eşitmir, heç nə qanmır...
    QIZ. Sizə elə gəlir. O hər şeyi başa düşür...
    İBİL. Bunu haradan bilirsən?..
    QIZ. Elə onun üz-gözünün ifadəsindən...
    İBİL. Nə ifadə?.. Onun üz-gözündən ifadəsizlik yağır.
    QIZ. Siz zəif adamlarla həmişə bu cür rəftar edirsiniz?.. İBİL. Nə cür?..
    QIZ. Kobud... Qaba...
    İBİL. Bəyəm o zəifdir?.. Bir peysərinə, əzələlərinə bax... QIZ. Hər halda təbiət ondan müəyyən şeyləri əsirgəyib...
    İBİL. Təbiət özü kiminlə nə cür rəftar etməyi bizdən yaxşı bilir... QIZ. Heç olmasa biz öz rəftarımızla təbiətin səhvini düzəltməliyik...
    İBİL. Biz elə öz səhvlərimizi düzəltməklə məşğul olsaq, bu kifayətdir...
    QIZ. Elə mən də onu deyirəm...
    İBİL (əlində maşın açarını oynadaraq Adsıza). Maşının qapısını bağladın?..

    Adsız başını tərpədir, yəni bəli.

    QIZ. Maşın həyətdə deyil bəyəm?
    İBİL. Nə olsun ki?.. Pul maşındadır, bağın pulu... (Qonşu həyətə işarə ilə.) Bu narkobaron niyə gəlib çıxmadı görən?..
    QIZ. Yaxından tanımadığınız adam haqqında belə şeylər söy- ləməyin...
    İBİL. Bütün ölkə danışır ki, o, narkobizneslə məşğuldur... QIZ. Bu onu sevməyənlərin iftirasıdır...
    İBİL. Yaxşı, elə isə mən pəs... (Dinşəyir). Deyəsən, qonşu darvaza açıldı. Yəqin, gələn var. Olsun ki, narkobarondur... Gedim, söhbətləşim, bir azdan gələcəyəm...

    İbil gedir. Adsızla Qız üz-üzə dayanırlar. Qız nəyəsə qəhqəhə çəkib gülür. Adsız təəccüblə Qıza baxır. İbil hövlnak qayıdır, qışqı ra-qışqıra Adsıza sarı yeriyir.

    QIZ (ciddiləşib İbilə baxır). Nə olub? Niyə qışqırırsınız?.. İBİL (Adsızın yaxasından yapışır). Pul hanı, əclaf?..
    QIZ. Nə pul?.. Hansı pul?..
    İBİL. Bu özü yaxşı bilir, hansı pulu deyirəm...
    QIZ. Mən heç nə anlamıram...
    İBİL. Bu da anlamır?!. (Adsıza). Gözünü niyə bərəldirsən?.. Hanı pul?.. Bağın pulu! Pullar bağlamada idi. Yoxdur! Bu götürüb pulu!.. Bu əclafın işidir! Öldürərəm səni! Bura ver pulları!..
    QIZ. Axı bu necə götürə bilər pulu?..
    İBİL. Çox asanca... Arxa oturacaqda idi pul bağlaması. İndi yoxdur. Mən açarı buna verib dedim ki, yük yerindən mineral su gətir. Bu isə pulları götürüb. Elə buna oxşayan o kişi də bayaq maşının həndəvərində fırlanırdı...
    QIZ. Kim?..
    İBİL. Tarxandı, nədi... Elə o da düz-əməlli adama oxşamır. Hanı pul?..

    İbil Adsızın yaxasından tutub silkələyir, cibindən pul çıxarıb onun sifətinə çırpır...

    QIZ. Dayanın! Siz nə edirsiniz?!.
    İBİL (Adsıza). Mən bunun nəfəsini kəsəcəyəm!..
    QIZ. Bəlkə, heç o götürməyib... Bəlkə, onun xəbəri yoxdur. Buraxın onun yaxasını!..
    İBİL. Mən uşaq deyiləm ki... Mən bu alçağın üzünü görən kimi bildim ki, düz əməlin yiyəsi deyil... (Adsıza.) Tez ol, pulu qay- tar bura! Yoxsa sənin başını maşının təkərinin altına qoyacağam! Eşitmirsən, hə?.. Lal-karsan?.. İndi açaram sənin dilini!.. Özünü axmaqlığa qoyub aradan çıxmaq istəyirsən?!. Xeyr! Sənin nömrələ- rin keçməz. Sən axtaran adam mən deyiləm! Nəfəsini kəsəcəyəm sənin!.. Tez ol, pulu qaytar bura!.. Qanırsan, yoxsa yox?!.

    İbil Adsızın boğazından yapışıb boğur. Adsız onun əlindən qopub dəli kimi var-gəl edir, xilas yolu, kömək axtarırmış kimi vurnuxur. Onun gözləri hədəqədən çıxıb. Sonra o diz çökür, dizin-dizin sü- rünə-sürünə yaxınlıqdakı ağaca yaxınlaşır, ağacı qucaqlayır, nəsə pıçıldayır, sanki ağaca nəsə deyir, ağacdan kömək umur... Göyə əl açır, sanki göydən imdad diləyir.

    QIZ. Yox! Mən inanmıram! O elə adama oxşamır!
    İBİL. Oğrunun, fırıldaqçının buynuzu olur bəyəm?!. Mənim pullarımı bu əkib, bu! (Adsıza). Sən nə hoqqa çıxarırsan?.. Nə oyunbazlıq edirsən?!. Qaytar mənim pulumu!.. Alçaq!..

    İbil yenə Adsızın üstünə hücum çəkir, onu yumruqlayır, şillələyir, təpikləyir. Adsızın üst-başı cırılır. Adsız səndələyir, ağaca söykənir; onun gözləri pələng bəbəkləri kimi vurnuxur. Nəhayət, Adsızla İbil üz-üzə, döş-döşə dayanırlar. Onların hər ikisi tövşüyür.

    QIZ. Yox! Ola bilməz!.. Mən inanmıram!.. Dayanın! Əl saxlayın! (İbilə.) Maşına yaxşı-yaxşı baxın... Bəlkə, heç götürməmisiniz pulu! Bəlkə, evdə qalıb, unutmusunuz?..Hər şey ola bilər!.. Bəlkə, başqası edib bu işi... Bir az səbrli olun!..

    İbil yenə Adsızın üstünə yeriyir. Musiqi. Adsız sür’ətli addımlarla ondan aralanıb bağın dərinliyinə gedir, az sonra qayıdır; onun əlində oraq parıldayır. Qızla İbil heyrət və qorxu ilə onu süzür. İbil geriyə doğru addımlayır. Qız onların arasında dayanır. Adsızın ilk dəfə səsi eşidilir. O, dəlicəsinə qəhqəhə çəkir, gülür, qəşş edir: sanki göy guruldayır. Adsız sanki dağların-dərələrin qoynunda haray qoparır, onun səsi dalğalanır, əks-səda verir. Bu əks-səda bütün zalı başına götürür. Sanki yer-göy lərzəyə gəlir. Elə bil təbiət də onun harayını eşidir: uzaqdan göylərin qəhqəhəsi eşidilir, şimşək çaxır, göy guruldayır. Qız və İbil yerlərində donub qalıblar. Adsız əlindəki orağı bir neçə dəfə qılınc kimi oynadıb öz sinəsinə sancır. Musiqinin sədası artır. Adsız səntirləyir, büdrəyir, müvazinətini itirib yerə sərilir. Səs-küy... Haray-həşir. Qız orağı dartıb Adsızın sinəsindən çıxarır.


    II MƏCLİS

    Qadın iti addımlarla gəlir. Qız, İbil və Qadın.

    QADIN. Bu nədir?!. Nə baş verib burada?.. Bu tifili kim yıxıb?..
    Ona nə olub?.. Ay aman!..
    İBİL (kəkələyir). Mənim pulumu... Bağın pulunu... Bu, oğrudur... Maşından pulu götürüb...
    QADIN. Nə pul?.. Maşında nə işi vardı bunun?..
    İBİL. Mən onu bir-iki şüşə su gətirmək üçün maşına göndərmişdim. Açarı da vermişdim... Gedib gördüm pul yoxdur... Axı pul bağlaması maşında idi...
    QADIN. Ay aman!.. Həkim çağırmaq lazımdır... Tez olun!.. O, qan qusur!.. O, can verir...
    QIZ. Mən inanmıram... İnanmıram...
    QADIN (Qıza). Qızım, tez ol, zəng vur, qoy həkim gəlsin... Bu nə müsibətdir başımıza gəldi?! Əgər Tarxan bilsə... Bu işdən qan qoxusu gəlir... Onu kim vurdu?...Özü?... Hə?...
    İBİL. Hə, özü vurdu özünü... Orağı sinəsinə sancdı... QADIN. Tez ol, qızım... Zəng vur...


    III MƏCLİS

    Qız gedir. Tarxan gəlir. Qadın, İbil, Tarxan.

    TARXAN. Bu uşağa nə olub?..
    İBİL. Hirslənib özü-özünü vurdu... Oraqla...
    TARXAN. Kim hirsləndirib onu?.. (Adsızın önündə diz çökür.) Onunla kimin ədavəti ola bilər axı?.. Kim?.. Mənim balama kim əl qaldırıb?..
    QADIN. Nəsə hirslənib...
    İBİL. Mənim pulum yoxa çıxıb... Bundan soruşdum... TARXAN. Nəyi?.. (Ayağa durur.) Nəyi soruşdun?..
    İBİL. Pulu... Pulun yerini.... Dedim, bəlkə...
    TARXAN. Nə bəlkə?.. Bəlkə, o, oğrudur? Bəlkə, o götürüb, hə?..
    İBİL. Dedim, bəlkə...
    QADIN. Deyib bəlkə...
    TARXAN. Bəlkə?.. Bəlkə elə siz vurmusunuz onu?..
    QADIN. Yox, Tarxan... O, özü-özünü vurub... Budur, bu oraqla... Oraq qanlıdır...
    TARXAN (orağı alır). Oraq qana bulaşıb... Oraq qanlıdır... (Adsıza sarı əyilir.) Səni kim vurdu, mənim balam, Mənim dilsiz-ağısız balam !.. Oğlum mənim... O, gözlərini yumub!.. O, huşunu itirib!.. (Orağı atır). O can verir!..


    IY MƏCLİS

    Qız qaça-qaça gəlir - onun əlində çanta var. Tarxan, İbil, Qadın, Qız.

    QIZ (İbilə). Çantanı evdə qoymusuz... Deyəsən pul buradadır... Sizin pulunuz... (Çantanı açıb baxır.) Hə, puldur... Çanta evdə idi-pəncərənin önündə... (Çantanı İbilə verir.)
    QADIN. Həkim çağırdın, qızım?..
    QIZ. Zəng vurdum...
    TARXAN. Mənim oğlum can verir! Mən bu qanı yerdə qoya bilmərəm! Mən sizin hamınızı qıracağam! Mən bu canavar yuvasını dağıdacağam. Siz hamınız cavab verməlisiniz... Hamınızın kökünü kəsmək lazımdır! Ax, ilanlar!.. Canavarlar!.. Bir dayanın... Mən indi sizə göstərərəm... Mən bu tifilin qanını sizdən alacağam...

    Tarxan qışqıra-qışqıra dəlicəsinə gedir.


    Y MƏCLİS

    Adsız yerə uzanıb. Qız, Qadın və İbil.

    QADIN (İbilə). İbil, sən tez ol get...
    İBİL. Hara?.. Hara gedim?..
    QADIN. Aradan çıx... Get!.. Sən Tarxanı tanımırsan... O, çox tərs adamdır...
    QIZ. Deyəsən, o canını tapşırdı. (Adsıza doğru əyilib onun nəbzini tutur). Nəbzi vurmur...
    QADIN. İbil, tez ol... Pulu götürdün? Hə?.. Di tez ol... Ləngimə... Maşına əyləş... Get, get!..

    İbil iti addımlarla gedir. Atəş səsi eşidilir. İbil əli ilə sinəsini tutub geri qayıdır, Adsızın yanında diz çöküb yerə sərilir...

    QIZ. Ay aman!..
    QADIN. Tarxan vurdu onu... Axı mən deyirdim...
    QIZ. Günah bizdədir, ana...
    QADIN. Bizim nə günahımız var, İlahi?!.




    EPİLOQ

    Qadın və Qız bağçada gəzişirlər. Musiqi sədası eşidilir. Sonra bu sədanı göy gurultusu əvəz edir. Üç qaraltı görünür: bunlar uzun əba geymiş kişilərdir. Yerişlərindən Adsıza, Tarxana və İbilə bənzəyirlər. Kişilər əl-ələ verib qadınlara sarı yeriyirlər; qadınlar onların əhatəsində qalır.

    Pərdə enir.
    Pərdənin önündə xor: Kişilər qara, qadınlar bəyaz paltarda.

    XOR:
    Nə çən-duman, nə qar-yağış,
    Nə sis qovur adamları.
    Elə bil ki, haqdan gələn
    Bir hiss qovur adamları.
    Gah ağıllı, gah da nadan,
    Xəbis qovur adamları.
    Mələklər baxır göylərdən,
    İblis qovur adamları.

    Pərdə

    SON












    AYI TƏBƏSSÜMÜ

    (İki hissəli dram)


    İştirak edənlər:

    ZAMANOV
    LEYLA
    YILMAZ
    İLAHƏ
    KİŞİ
    QADIN




    BİRİNCİ HİSSƏ

    Meşə ətəyi. İstirahət guşəsi. Quşlar oxuyur. Zamanov və Leyla söhbət edərək gəzişirlər.

    LEYLA. Bir başını qaldır göyə, o göyün üzündəki buludlara bax...
    ZAMANOV. Baxıram...
    LEYLA. Bir ətrafdakı yaşıllığa, uca dağlara tamaşa elə... ZAMANOV. Aha... (Ətrafa boylanır.) Tamaşa edirəm... LEYLA (gülümsəyir). Quşların nəğməsinə, bülbüllərin cəhcəhinə qulaq as...
    ZAMANOV. Qulaq asıram... Sonra?..
    LEYLA. Özünü təbiətin bir parçası kimi hiss et... ZAMANOV. Təbiətin bir parçası... (Gülür.) Axı mən təkcə təbiətin yox, həm də cəmiyyətin bir parçasıyam...
    LEYLA. Biz buraya nə üçün gəlmişik? İstirahətə! Elə deyilmi?..
    ZAMANOV. Elədir...
    LEYLA. Biz indi təbiətin qoynundayıq. Cəmiyyət-filan... Bir neçə günlüyə iş-gücü unut... Görürəm ki, fikrin yenə öz qəhrəmanlarının yanıdadır.
    ZAMANOV. Qəhrəmanlarımın?..
    LEYLA. Hə də... Dostlarının... Oğruların, quldurların, baş- kəsənlərin...
    ZAMANOV (gülür). Ha-ha-ha... Leyla, vallah, sən əsil ekstrasenssən, ürəkoxuyansan... Gərək rəssam yox, psixoloq olaydın...
    LEYLA. Elə rəssam da psixoloq deməkdir...
    ZAMANOV. Lap elə prokuror, müstəntiq də ola bilərdin... LEYLA. Sənin çörəyinə şərik olmaq istəməzdim...
    ZAMANOV. Eh-h-h... Qıraqdan baxana döyüş asan gəlir...
    LEYLA. Kişi, vallah, həqiqi sözümdür, gərək sən də mənim kimi rəssam olaydın...
    ZAMANOV. Rəssam?.. Rəssam gərək sənin kimi buludları, dağları, meşələri görə bilsin... Bülbüllərin səsini eşitsin...
    LEYLA. Sənin gözlərinə nə olub?.. Sənin fikrin haralarda gəzib-dolaşır?.. Lap bizim qonşumuzdakı o filosofun günündəsən...
    ZAMANOV. Necə bəyəm?..
    LEYLA. Necəsi yoxdur ki... Bilmirəm o, təbiətən o cürdür, yoxsa özünü elə əcaib aparır?..
    ZAMANOV. Kimi deyirsən?..
    LEYLA. Kimi? Kimi deyəsiyəm ki?.. O filosofu deyirəm də... Qonşumuzu. O günləri küçədə üz-üzə gəlmişik. Gözlərini döyə-döyə soruşur ki, xanım, deyəsən, biz haradansa tanışıq. Uğunub getdim. Deyirəm ki, biz bir binada yaşayırıq, özü də iyirmi ilin qonşusuyuq. Bəyəm tanımırsınız məni?.. Aüzını büzüb getdi. Yəqin elə bildi ki, onu ələ salıb dolayıram.
    ZAMANOV (gülür). Hə, bir az qəribəlikləri var onun. Nə olsun ki, o da elə adamdır...
    LEYLA. Nə olsun ki?.. O günləri televizorda çıxış edir, deyir ki, mən öz ideyalar aləmimin ağuşunda yaşayıram... İndi sən də... Deyəsən, öz qəhrəmanlarının arasında yaşayırasn...
    ZAMANOV. Düz tapmısan. Doğru sözə nə deyə bilərəm?.. LEYLA. Vallah, incimə, kişi, sənin işin bir iş deyil...
    ZAMANOV. Nə mənada?..
    LEYLA. Elə hər mənada... Beş-üç günlüyə gəlmişik bu xarabaya, qoy istirahətimizi edək...
    ZAMANOV. Axı mən sənə mane olmuram... Özünçün meşəni gəz-dolaş, buludlara tamaşa et, bülbüllərə qulaq as... Kim sənə nə deyir ki?..
    LEYLA. Mən hər şeyi görürəm... Sən fikir-xəyal aləmindəsən...
    ZAMANOV (gülür). Bəs başın vəzifəsi nədir?.. Mən düşünməliyəm, götür-qoy etməliyəm, nəticə çıxarmalıyam...
    LEYLA. Yaxşı, sən Allah... Əl çək bu xasiyyətindən. Sən hamıya cinayətkar kimi yanaşırsan...
    ZAMANOV. Qətiyyən... Sən, deyəsən, mənə yaxşı bələd deyilsən...
    LEYLA. Mən ha!.. A kişi, müstəntiqdən çox müstəntiq, prokurordan çox prokuror var... Mən görürəm ki, sən bütün günü öz aləmindəsən... Kombinasiyalar qurursan, versiyalar hazırlayırsan... Başqaları öz kef-damağındadır, sənsə quldurlarla cəng-cidaldasan... Axırda öz əlinlə öz başına bəla açacaqsan. (Pauza.) Biz buraya istirahətə gəlmişik. Gözünü aç, ətrafa bax... Uzaqlaş o mənasız ideyalar aləmindən...
    ZAMANOV. Yaman hücuma keçmisən, arvad! Xeyir ola? Bəlkə nəsə təzə söz-söhbət eşitmisən?..
    LEYLA. Xeyr... Heç bir söz-söhbət yoxdur... Sadəcə olaraq, mən istəyirəm ki, sən heç olmasa burada işdən ayrılasan, din- cələsən, istirahət edəsən... Barı həkimlərin məsləhətinə qulaq as... Sağlamlığın əldən gedir. Əsəblərin tamam pozulub...
    ZAMANOV. Narahat olma... Mən köhnə idmançıyam... LEYLA. İdmançıların ömrü qısa olur...
    ZAMANOV. Bu artıq mənim problemim deyil...
    LEYLA. Bəs kimin problemidir?..
    ZAMANOV. Yəqin ki, Allahın... Bizim ömrümüzün məsafəsi yuxarılarda hesablanır...
    LEYLA. Elə yuxarıların dərd-azarı səninlədir. Hərə öz kef-da- mağındadır... Sənsə...
    ZAMANOV. Mən nə etməliyəm axı?..
    LEYLA. Gedək o dağlara sarı, meşənin dərinliyinə doğru. ZAMANOV. Meşənin dərinliyində nə işimiz var? (Gülür.)
    Azıb-eləyərik. Bir də ki, oralarda ayı-zad olar. Hücum çəkər bizə.
    LEYLA. Ayının bizimlə nə işi?..
    ZAMANOV. Bəyəm ayı qanır ki?.. Elə buralar da mənzərəli yerlərdir.
    LEYLA. Mənə elə gəlir ki... Bayaqdan sənə göz qoyuram... Bir təhər görünürsən...
    ZAMANOV. Bir təhər? Necə yəni?..
    LEYLA. Elə bil ki, kimisə güdürsən...
    ZAMANOV (gülür). Güdürəm?..
    LEYLA. Hə də... Elə gözün kimisə axtarır. Nə bilim, vallah, bəlkə də, təzə eşqə-zada düşmüsən...
    ZAMANOV. Hər şey ola bilər. Təmiz dağ havası, saf təbiət...
    LEYLA. Zarafata salma... Mən uşaq deyiləm.
    ZAMANOV. Güclü intuisiyan var, Leyla... Həqiqətən... Doğru sözümdür...
    LEYLA. Bilmirəm sən hansı intuisiyadan danışırsan... Təkcə onu bilirəm ki, fikrin başqa yerdədir... Dalğınsan... Bayaqdan göz qoyuram, hiss edirəm ki, dağı arana, aranı dağa köçürürsən... Nədir, dəryada gəmilərin batıb?.. Kiməsə borcun var? Ya bəlkə, kimdənsə borcunu ala bilmirsən?.. Sən istirahət etməlisən! Bildin?..
    ZAMANOV. Möhtərəm Leyla xanım, dediklərinin hamısını səmimiyyətlə qəbul edirəm... Amma mən neyləyim ki, sənin dediyin o qəhrəmanlarımın hamısı məni qarabaqara izləyirlər...
    LEYLA. Nə qəhrəman?.. Sən nə deyirsən?..
    ZAMANOV. Sənin xatırlatdığın o “dostları” deyirəm də... Oğ- rubaşılar, quldurlar... Nə bilim, başkəsənlər...
    LEYLA. Heç nə anlamıram...
    ZAMANOV. Anlamırsan?.. O qonşu çadırı görürsən?.. LEYLA. Hansı çadırı?.. Hə, onu?.. Görürəm... Nə olsun ki?..
    ZAMANOV. O çadırda yaşayanları necə, görmüsənmi?..
    LEYLA. Mənim nə işimə qalıb ki?.. Mən başqalarına göz qoy- mağı xoşlamıram...
    ZAMANOV. Vallah, mən də xoşlamıram... Amma neyləyim ki, bu tiplər özləri mənim gözümə girirlər... Onlar özləri mənə bax-bax deyirlər...
    LEYLA. Kim?.. Sən kimdən danışırsan? Mən heç nə anlamıram...
    ZAMANOV. Elə mən özüm də başa düşmürəm... Bu əclaf hara- dan gəlib çıxdı mənim qarşıma?.. Düzdür, biz onu çox axtarmışıq... Amma burada üz-üzə gələcəyimizi heç ağlıma da gətirməzdim... Özü də, deyəsən, yır-yığış edir...
    LEYLA. Sən Allah, bu meşədə, bu dağın başında oğru-quldur axtarışını boşla getsin. Qoy istirahətimizi edək... Hara gedirsənsə özün özünə problem yaradırsan.
    ZAMANOV. Leyla, axı, mən neyləməliyəm? İşləməyim? LEYLA. Bura sənə iş yeridir bəyəm?
    ZAMANOV. Gəl səni yola salım, çıx get... Burada mənim görüləsi işlərim var...
    LEYLA (gülür). Ha-ha-ha... Deyəsən, sən doğrudan da bura istirahətə yox, işləməyə gəlmisən. De görüm, nə olub axı? Kiminlə davan var sənin?..
    ZAMANOV. Gəl gedək buradan... Hiss edirəm ki, bizə göz qoyur... Bəlkə də, aradan çıxmağa hazırlaşır...
    LEYLA. Kim? Sən kimin barəsində danışırsan? Sayıqlamırsan ki?..
    ZAMANOV. Gəl... Gəl gedək... Sonra danışaram. Səni başa salaram...
    LEYLA. Bəlkə, elə birdəfəlik çıxıb gedək? Vallah, ürəyim əsir. Sonra bir hadisə-zad baş verər... Bura dünyanın qurtaracağıdır. İkimizi də öldürüb atarlar o dərələrin ağzına, heç meyitimiz də ələ keçməz...
    ZAMANOV. Gəl... Gəl deyirəm sənə... Bəlkə, belə edək... Sən get çadıra dincəl... Mən bir azdan gələcəyəm...
    LEYLA. Çadıra gedim? Dincəlim?
    ZAMANOV. Elə isə sən özün üçün gəziş, Leyla...
    LEYLA. Mən gəzişim, sənsə özünü canavar ağzına təpəsən, hə?..
    ZAMANOV. Canavar?..
    LEYLA. Olsun quldur... İndi elə adamlar var ki, canavardan da betərdir...
    ZAMANOV. Mən belə canavarları çox görmüşəm. Sən narahat olma... Yaxşısı budur sən çıx get. Yarımçıq mənzərəni tamamla... Şəkil çək... Kitab oxu...
    LEYLA. Sonra?.. Hə de...
    ZAMANOV. Deyilənlərə qulaq as... Eşidirsən, ceyran?.. LEYLA. Ceyran təhlükə qarşısındadır. Bu meşədə çoxlu yırtıcılar var...
    ZAMANOV. Mən o yırtıcıların dişini tökərəm... (Gülür.) Xahiş edirəm, get. Mən indi iş başındayam... Mane olma. Get... Mən də bir azdan gəlirəm... Hər şey yaxşı olacaq. Gəl ötürüm səni...
    LEYLA. Heç yerə gedən deyiləm. Əvvəlcə de görüm o kimdir?
    ZAMANOV. O, narkotik alverçisidir. Biz onu yaxalamışdıq. Bir neçə il əvvəl. Əməliyyata mən rəhbərlik edirdim.
    LEYLA. Yoxsa sizi qorxuzub aradan çıxan budur?..
    ZAMANOV. Qorxudub?.. Sən hansı qorxaqlıqdan danışırsan?.. Bu adam silahlı idi. Gizləndiyi evi mühasirəyə almışdıq. Xeyli danışıq apardıq. Biz onu diri tutmaq istəyirdik. O, sadəcə olaraq bizi aldatdı.
    LEYLA. Aldatdı?..
    ZAMANOV. Özün bilirsən ki, mən adamlara həmişə inanmışam. Hətta cinayətkarlara da. Bu adam ‒ onun adı Yılmazdır, əllərini yuxarı qaldırıb təslim oldu. Biz onu maşına əyləşməyə dəvət etdik. O, razılaşdı. Sən demə, qoltuğundakı tapança ayaqda imiş. Bir göz qırpımında atəş açıb aradan çıxdı. Əməliyyat işçilərimizdən biri yaralandı. Amma yaxşı ki, sağ qaldı... Bax, elə o vaxtdan bu Yılmaz dediyim adam axtarışdadır...
    LEYLA. Deyəsən, pis yerdə axşamlamışıq...
    ZAMANOV. Kim? Mən, yoxsa o?
    LEYLA. Elə hamımız...
    ZAMANOV. Bu dəfə o, yaxasını mənim əlimdən qurtara bil- məyəcək...
    LEYLA. Ya istirahətimizi edək. Ya da çıxıb gedək. Bu meşədə sənə kim arxa duracaq?.. Allah bilir, yəqin ki, o yenə silahlıdır. Sən necə? Bilirəm ki, əliyalınsan...
    ZAMANOV. Eybi yoxdur, silahsız da ötüşərik... Yaxşı, gəl ötürüm səni...
    LEYLA. Məni ötürmək lazım deyil. İkimiz də gedəcəyik...
    ZAMANOV. Gedək... Etirazım yoxdur. Amma mən onu gözdən qoya bilmərəm... Aradan çıxa bilər.
    LEYLA. Gəl, gəl, sən Allah... Eh, Zamanov, həmişə özünə problem tapırsan.

    Zamanov və Leyla gedir. Yılmaz və İlahə gəlir.

    İLAHƏ. Nə oldu sənə birdən-birə?.. Qanın niyə qaraldı?.. YILMAZ. Heç. (Pauza.) Deyəsən, getməli olacağıq...
    İLAHƏ. Bəs deyirdin hələ beş-on gün buradayıq...
    YILMAZ. Deyirdim... Amma indi deyirəm ki, hazırlaş... gedirik...
    İLAHƏ. Hara, hara gedirik, Yılmaz?..
    YILMAZ. İlahə, qulaq as. Artıq-əskik suallara ehtiyac yoxdur. Hazırlaş, vəssalam! Anladın?
    İLAHƏ. Sən nəyisə məndən gizlədirsən...
    YILMAZ. Mən nə üçün sənə hər şeyi açıb deməliyəm? İLAHƏ. Niyə də deməyəsən ki?
    YILMAZ. Sonra deyərəm... İndi vaxt yoxdur... Başa düşürsən məni, yoxsa yox?..
    İLAHƏ. Eləsə sən çıx get. Mən hələ qalıb istirahət edəcəyəm. Buralar çox xoşuma gəlir mənim. Yaşıllıq, sakitlik, gözəllik. Şəhərin səs-küyü bezdirib məni. Qınayan olmasa ömrümün sonunacan burada yaşayaram... Doğru sözümdür, Yılmaz... Sən çıx get, mənim hələ getmək fikrim yoxdur.
    YILMAZ. İkimiz də tələdəyik, İlahə...
    İLAHƏ. Nə tələ? Kimin mənimlə nə işi?..
    YILMAZ. Səninlə?.. Səninlə yox, mənimlə işləri var... İLAHƏ. Kimin?..
    YILMAZ. Polkovnik Zamanovun...
    İLAHƏ. O kimdir elə?..
    YILMAZ. Polkovnik Zamanovu deyirsən? Cinayət-axtarış şöbəsinin rəisi...
    İLAHƏ. Sənin nə işin var o polkovniklə?..
    YILMAZ. Mənim? Mənim heç bir işim yoxdur onunla. Dedim ki, onun mənimlə işi var. Sonra danışaram sənə bu barədə. İndi vaxt yoxdur. (Pauza.) Köpək oğlu aşağı düşdü, yəqin, maşını nəzarətə götürür. Bəlkə də, harasa zəng vurub adam çağırır?..
    İLAHƏ. Nə maşın? Nə adam?..
    YILMAZ. Yaxşı ki, bu dərələrin arasında mobil telefon heç yeri tutmur... Bəlkə, elə onun özü aradan çıxmaq istəyir? Bəlkə, məni heç tanımayıb?.. Amma buna inanmıram... O, it kimi iy biləndir. Özü də məndən yanıqlıdır. Axırıma çıxmağa fürsət axtarır... İt oğlu it ...
    İLAHƏ. Sən kimi söyürsən? Polkovniki?..
    YILMAZ. Həm də özümü... Heç ağlıma gəlməzdi ki, bir də onunla üz-üzə gələm. Özü də belə yerdə: cəngəllikdə, meşədə, dərə içində... Bir dəli şeytan deyir, təpəsinə bir güllə sıx, sonra çıx aradan...
    İLAHƏ. Sən nə danışırsan?.. Nə güllə, nə tapanca?.. Ağlın başındadır?.. Sən məni buraya nə üçün gətirmisən, Yılmaz?.. Da- va-şavaya? Döyüşə?.. Ölümə?..
    YILMAZ . Yox, məsələ sənlik deyil... Mən öz şəxsi düşmənimlə üz-üzə gəlmişəm. İndi nə etməliyəm?.. Əllərimi qaldırıb təslim olmalıyam?
    İLAHƏ. Kim sənə deyir ki, əllərini qaldırasan?... “Şəxsi düş- mən”... O nə düşmənçilikdir. O nə ədavətdir elə?.. Bəlkə, elə dava-dalaşsız o polkovniklə üzbəüz oturub məsələni aydınlaşdırasan?..
    YILMAZ. Elə məsələlər var ki, onu sakit tərzdə yoluna qoymaq mümkün deyil. Bu cür məsələlərdə mütləq iki tərəfdən biri öz başından keçməyə məhkumdur.
    İLAHƏ. Yer üzündə elə iş yoxdur ki, onu sülh yolu ilə həll etmək mümkün olmasın. (Gülür). Bəlkə, mən sizin aranızda vasitəçilik edim?... Olar?...
    YILMAZ. Sən zarafat edirsən... İndi mənim dəqiqələrimin, saniyələrimin haqq-hesabı gedir.
    İLAHƏ. Mən səni bu qədər qorxaq bilməzdim...
    YILMAZ. Qorxaq? Kimdir qorxaq?.. Mən heç kəsdən qorxan adam deyiləm. Amma mənasız ölümə, təsadüfi gülləyə də tuş olmaq istəməzdim...
    İLAHƏ. Söhbət kimdən gedir?.. O qaraqabaq kişidən? Polkovnikdən?.. Yəni o adam ovçusu-zaddır?.. Bəyəm dünya dərəbəylik dir?.. Qayda-qanun yoxdur?..
    YILMAZ. İlahə, əzizim, sənin bilmədiyin çox şeylər var. Vaxtı çatanda danışaram... Hər şeyi izah edərəm sənə...
    İLAHƏ (gülür). Bəlkə, heç qismət olmadı. Bəlkə, doğrudan da, təsadüfi gülləyə tuş olduq. Olmaz ki, məni də öz sirrindən agah edəsən?.. Qoy öləndə də hər ikimiz rahat ölək...
    YILMAZ. Yox, mən ölümə elə-belə təslim olan oğullardan de- yiləm... Mənim axırıma çıxmaq elə də asan məsələ deyil. (Pauza.) Amma tezliklə bu dərədən çıxıb getməliyik. Buradan ölüm, qan qoxusu gəlir.
    İLAHƏ. Nə ölüm? Nə qan?.. Sən məni hara gətirmisən?.. Sən nə danışırsan?.. Sən nə işlə məşğulsan?.. Ümumiyyətlə, sən kim- sən, nəçisən, Yılmaz?.. Başa sal məni?.. Aman Allah, mən kiminlə oturub-dururam?.. İlahə, gör bir nə günlərə qalmısan?.. Gör sən kiminlə tanış olmusan?.. (Ağlamsınır.) Cavab ver: sən kimsən?..
    YILMAZ. Mən?.. Mən kiməm?.. Mən Yılmazam... Mən axtarışda olan... Mən şərə-böhtana düşümüş adamam. Mən nə oğruyam, nə də quldur. Məni qova-qova namərd ediblər...
    İLAHƏ. Bəs onda niyə qorxursan? Kimdən çəkinirsən?.. (Ağlayır.)
    YILMAZ. Heç kimdən qorxmuram! (Pauza.) Eh, sən də... Yaxşı, yaxşı... Gözündən leysan tökmə...
    İLAHƏ. Mən səni heç cür başa düşmürəm...
    YILMAZ. Mən səni sonra başa salaram. Hər şeyi danışaram
    İLAHƏ. Bəs indi mən nə edim?..
    YILMAZ. Sən... İndi sən nə edəsən?..
    İLAHƏ. Hə, de görüm mən indi nə etməliyəm?..

    Yılmaz əli ilə başını tutub gəzişir. Sonra İlahə ilə üz-üzə dayanıb diqqətlə qızı süzür.

    YILMAZ. İlahə, sən çıx get...
    İLAHƏ. Hara?..
    YILMAZ. Evə get...
    İLAHƏ. Evə?.. Bu meşədən mən necə, kiminlə çıxım? Bir də ki, mən nə üçün getməliyəm?.. Sən mənə düzünü de: nə olub axı?
    YILMAZ. Dedim ki, indi izah etməyə vaxt yoxdur. Vaxt azdır...
    İLAHƏ. Mən heç yerə gedən deyiləm. Gedirəm çadıra, orada səni gözləyirəm... Bildin?..
    YILMAZ. Çıx get buradan deyirəm sənə... Bəlkə, elə mən özüm də tezliklə gedəsi oldum... Qoy görüm məni nə üçün güdür bu alçaq!..
    İLAHƏ. Yılmaz... Mən səni çadırda gözləyirəm. Sənsə özünü təmkinli apar.

    İlahə hirslə çıxıb gedir.

    YILMAZ. Get deyirəm sənə! (Öz-özünə.) Eşidirsənmi?.. Axmaq qız!.. Sən indi mənim üçün buxova çevrilmisən.

    Zamanov gəlir. Onlar bir müddət sınayıcı nəzərlərlə bir-birilərini süzürlər. Musiqi. Hər ikisinin üz-gözündən gərginlik oxunur.

    ZAMANOV. Güman edirəm ki, tanıdınız...
    YILMAZ. Nə lazımdır?..
    ZAMANOV. Getməyimiz lazımdır...
    YILMAZ. Hara?.. Mən heç yerə getməyə hazırlaşmıram.
    ZAMANOV. Gec-tez getməli olacaqsınız... Yəqin ki, hər şeyi özünüz yaxşı dərk edirsiniz. Belə olan halda işiniz də yüngülləşər...
    YILMAZ. Bura bax, gəl bu “siz-biz”i ataq bir kənara. ZAMANOV. Olsun. Lap olsun “sən”. Başqa sözün yoxdur ki?
    YILMAZ. Səhv etmirəmsə, sən polkovnik Zamanovsan, elə deyilmi?..
    ZAMANOV. Səhv etmirsən...
    YILMAZ. İndi de görüm, sənin istəyin nədir, Zamanov?.. ZAMANOV. Artıq mən istəyimi sənə izah etdim, Yılmaz... YILMAZ (gülür). Hım-m-m. Adımı unutmamısan. Sənin sözündən belə çıxır ki, mən təslim aktına qol çəkməliyəm...
    ZAMANOV. Əgər bu cür qəbul edirsənsə, qoy belə olsun. Söhbət işin mahiyyətindən gedir...
    YILMAZ. Səhv etmirəmsə, sən burada tək deyilsən. Qadınların burada olması bizə artıq-əskik hərəkət etməyə imkan verməz. Söhbətimiz qalsın sonraya...
    ZAMANOV. Sən hansı hərəkətləri nəzərdə tutrsan?.. YILMAZ. Elə sənin nəzərdə tutduğunu, Zamanov.
    ZAMANOV. Mən Ezop dilində danışmağı sevmirəm... Kon- kretliyi xoşlayıram.
    YILMAZ. Elə mən də sən deyənləri başa düşmürəm. ZAMANOV (pauza). Deyəsən, sən də istirahətə tək gəlməmisən...
    YILMAZ. Elədir...
    ZAMANOV. Səhv etmirəmsə, evli deyilsən...
    YILMAZ. Görürəm ki, informasiyan çoxdur.
    ZAMANOV. Elə də yox...
    YILMAZ. Başqa bir sual yoxdur ki?..
    ZAMANOV. Biz getməliyik!
    YILMAZ. Hara?..
    ZAMANOV. Sən axtarışdasan...
    YILMAZ. Bilirəm.
    ZAMANOV. Sualların qalanını saxlayırıq sonraya. Oldu?.. YILMAZ. Zamanov, sən məni gic hesab etmirsən ki?..
    ZAMANOV. Qətiyyən!
    YILMAZ. Mən səninlə heç bir yerə getməyə hazırlaşmıram.
    Mən istirahətdəyəm, polkovnik.
    ZAMANOV. Mən səninlə qanunun dili ilə danışıram.
    YILMAZ. Mənsə sənə öz dilimlə deyirəm: heç yerə getmək niyyətində deyiləm!.. Sənsə öz işinlə məşğul ol...
    ZAMANOV. Mən elə öz işimlə məşğulam...
    YILMAZ. Mənimlə işin olmasın... Başa düşürsən?..
    ZAMANOV (Yılmazla üz-üzə dayanır). Bura bax, yaxşısı budur, ağlını başına yığ.
    YILMAZ. Ağlım başımdadır, polkovnik! Sənin sözündən belə çıxır ki, özüm qolumu qandallayıb toy toğlusu kimi sənin qabağına düşüməliyəm, hə?.. Öz boynumu özüm kəndirə salmalıyam, eləmi? Nə üçün?..
    ZAMANOV. Bilirsən, nə üçün? Sən narkotik alveri ilə məşğulsan. Bilirsən, bu nə deməkdir?.. Bəlkə, bunun da nə olduğunu bilmirsən? Bəlkə, adamları ölümə, cinayətə təhrik etdiyindən də xəbərin yoxdur? Sənin kimilərin ucbatından insanlar şikəst olur, beyinlər dumanlanır, mənəviyyat pozulur, ailələr dağılır, əxlaqsızlıq tüğyan edir...
    YILMAZ. Bəlkə, cəmiyyətin bütün günahlarını mənim belimə şəlləyəsən, hə?!. Bəlkə, ölkədə, lap elə dünyada baş verən bütün cinayətlərin başında mən dururam! Bəlkə, elə mənə görə bu dünya, insanlar bu qədər alçaq, qanunlar bu qədər eybəcər, mühit bu qədər yırtıcı və amansızdır?..
    ZAMANOV (hirsli). Boş-boş danışma! Bunları sən kimə de- yirsən?!.
    YILMAZ. Zamanov, bu iki dağın arasında, bu vəhşi meşənin dərinliyində indi biz ikimizik. Doğrudur, qadınlar bizə, ola bilsin ki, kənardan göz qoyurlar. Amma indiki halda biz təklikdə üz-üzə, göz-gözəyik. Gəl bir qədər səmimi olaq...
    ZAMANOV. Etirazım yoxdur... Buyur, eşidirəm...
    YILMAZ. Nə mən uşağam, nə də sən... Mənə elə gəlir ki, biz hər şeyi yoluna qoya bilərik...
    ZAMANOV. Əlbəttə. Elə söhbət də bundan gedir.
    YILMAZ. Əgər söhbət bundan gedirsə, nə üçün bir-birimizi acılamalı, təhqir etməliyik?.. Məncə hədə-qorxuya, xox gəlməyə də ehtiyac yoxdur...
    ZAMANOV. Elədir...
    YILMAZ. Biz ümumi dil tapıb, siyasətçilər demiş, konsensusa gələ bilərik...
    ZAMANOV. Nə mənada?..
    YILMAZ. Elə hər mənada... İmkanları götür-qoy edib müəyyən bir qənaət...
    ZAMANOV. Bu, sonranın söhbətdir, Yılmaz.
    YILMAZ. Xeyr, bu söhbət indi, bax burada bizim ikimizin ara- sında dağ olmalıdır.
    ZAMANOV. Eləsə, buyur, səni eşidirəm.
    YILMAZ. Məncə, açıq danışmaq olar. Necə deyərlər, örtülü bazar dostluğu pozar.
    ZAMANOV. Dostluq barədə danışmaq hələ tezdir.
    YILMAZ. Mən öz təklifimi qısaca deyirəm: elə bu dəqiqə hər ikimiz şəhərə yola düşürük. Mən lazım olan əmanəti tapıb sənə çatdıraram. Bu, birinci vairant. İkinci variant belədir: bir-birimizə qarşılıqlı inam olsun deyə mənim dostum burada qalar...
    ZAMANOV. Dostun? O kimdir elə?..
    YILMAZ. İlahə... Mənim yanımda gördüyün qadın... O mənim dostumdur... Belə deyək: istədiyim qadın. Çox güman ki, mən onunla ailə quracağam.
    ZAMANOV. Nədir, sən ailə qurmaq istədiyin qadını girov qo- yursan?..
    YILMAZ. Polkovnik eyhamla danışmağa ehtiyac yoxdur! ZAMANOV. Sənin təklifin qəbul edilmir. Ən yaxşı təklif budur: biz birlikdə lazımi yerə gedirik... Onsuz da, sən axtarışdasan...
    YILMAZ. Çox güman ki, mənim təklif edəcəyim məbləğ səni razı salacaq.
    ZAMANOV. Yəqin ki, sən zarafat edirsən...
    YILMAZ. Belə mövzular ətrafında zarafat etmək təhlükəlidir. Allaha şükür, özün təcrübəli adamsan.
    ZAMANOV. Mənə elə gəlir ki, söhbətə nöqtə qoymağın vaxtı yetişib...
    YILMAZ. Sənin dediklərindən belə çıxır ki, təklifim rədd olunur.
    ZAMANOV. Mən başa düşmürəm: sən qarşındakı adamı nə hesab edirsən?.. Həm də düz-əməlli tamadığın bir adamı...
    YILMAZ. Zamanov, deyəcəyim söz üçün əvvəlcədən üzr ist yirəm: yəqin ki, bizim heç birimiz bakirə deyilik.
    ZAMANOV. Məncə, söz güləşdirməyə ehtiyac yoxdur. YILMAZ. Bura bax! Yoxsa işlədiyin idarənin, o idarədəki işçilərinin nə işlə məşğul olduğunu bilən yoxdur?!. Elə fikirləşirsən ki, camaat çörəyi qulağına yeyir?!. Yoxsa göydən gəlmisən?!. Bəlkə, məlakəsən?.. Angelsən?!.
    ZAMANOV. Əgər suallarına cavab almaq istəyirsənsə, hay- küy salma, diqqətlə qulaq as, eşit və bil: bəli, polkovnik Zamanov sənin dediyin mənada heç bir çirkli işdə suçlandırıla bilməz. Heç kəs iddia edə bilməz ki, mən ondan nəsə ummuşam. Əgər barəmdə nəsə eşitmisənsə, deyə bilərsən.
    YILMAZ. Bəlkə, quru maaşla dolanmısan ömrü boyu?.. Hə?..
    ZAMANOV. Sənə hesabat vermək mənim borcum deyil. Amma hər nəyə desən and içə bilərəm ki, mən həyatım boyu heç kəsdən bir qəpik də olsun rüşvət almamışam. Bəli, mən həmişə maaşa qol çəkmişəm. Yaxşı bilirəm ki, işlədiyim idarənin özündə belə, bəziləri mənə əcaib adam kimi yanaşır. Amma mən belə şeyləri eynimə almıram. Görünür, elə buna görədir ki, mənimlə eyni vaxtda xid- mətə başlayanların bəzisi çoxdan öz paqonlarından məhrum olub, bir çoxu isə həbsxanalara atılıb. Mən heç vaxt öz nəfsimin qulu olmamışam. Mən özümün sadə həyatımdan həzz alıram. Rüşvət insanı gözükölgəli edir. Mənsə adamların gözünə həmişə dik baxmaq arzusunda olmuşam.
    YILMAZ. Zamanov, onda necə edək? Pul almırsan, ürəyində də rəhm hissi yoxdur...
    ZAMANOV. Günahsız adamları öz qanımla-canımla qorumağa hazıram. Amma günahkarlar öz cəzasını çəkməlidirlər!.. Axı bir də kiməsə verilən cəza təkcə həmin adamın özü üçün deyil...
    YILMAZ. Bəs kimin üçündür?..
    ZAMANOV. Bu həm də başqaları üçündür. Qoy eşidib-bilənlər də nümunə götürsünlər... Yadda saxla: mənə hər bir insanın həyatı milyonlardan qiymətlidir, o cümlədən cinayətkarların həyatı...
    YILMAZ. Elə isə mənim həyatımı niyə məhv etmək istəyirsən, Zamanov?..
    ZAMANOV. Əksinə, mən sənin həyatını xilas etmək istəyirəm. Mən səni düşdüyün bataqlıqdan çəkib çıxarmaq istəyirəm. İstəyirəm ki, sən bu cəmiyyətin tamhüquqlu bir vətəndaşı olasan.
    YILMAZ. Bunun üçün mən hökmən tutulmalı, əzilməli, döyülməli, təhqir olunmalıyam? Sən saçımla birlikdə mənim başımı da kəsmək istəyirsən, polkovnik?
    ZAMANOV. Mən başkəsən deyiləm! Sözlərinə sərhəd qoy, Yılmaz!
    YILMAZ. Üstümə qışqırma! İndiki halda nə mən caniyəm, nə də sən hakim!
    ZAMANOV. Səsini qaldırma!
    YILMAZ. Unutma ki, biz meşəlikdəyik.
    ZAMANOV. Unutma ki, biz meşə qanunları ilə yaşamırıq. YILMAZ. Elə bu cəmiyyətin özü də bir meşədir.
    ZAMANOV. Mən səni bu meşədən çəkib çıxıracağam... YILMAZ (gülür). Ha-ha-ha... Qorxuram, əksinə olsun... ZAMANOV (gülür). Qələbə sonda gülənindir...
    YILMAZ. Sən hansı qələbədən danışırsan, Zamanov? Hələ tezdir qələbədən-məğlubiyyətdən danışmaq. Hələ sənin sevinməyin tezdir, polkovnik!..
    ZAMANOV. Sən haradan bilirsən ki, mən sevinirəm?..
    YILMAZ. Gözlərindən. Oradakı sevinc işartıları çox aydın görünür.
    ZAMANOV. Səhv edirsən...
    YILMAZ. Yəqin, sevinirsən ki, qorxulu bir canini ələ keçirmisən. Ola bilsin, tezliklə rütbən, çinin, vəzifən artacaq. Lap general da ola bilərsən…
    ZAMANOV. Yenə səhv edirsən... Mən tezliklə ehtiyata çıxmaq istəyirəm.
    YILMAZ. Sən işdən çıxmağa hazırlaşan adama oxşamırsan, Zamanov.
    ZAMANOV. Nə üçün belə hesab edirsən?..
    YILMAZ. Bunu sənin hərəkətlərindən görmək o qədər də çətin deyil. Elə bil hələ min il innən sonra da adam tutmaqla məşğul olacaqsan. Sanki yerini hələ indi-indi möhkəmlədirsən...
    ZAMANOV. Əvvəla, mən adam tutan deyiləm. İkincisi də, hər kəs öz işində son anadək vicdanla işləməlidir.
    YILMAZ. Necə yəni adam tutan deyilsən, Zamanov?! Məni öz yuvamdan didərgin salmısan, mənim həyatımı zəhərləmisən...
    ZAMANOV. Mən? (Gülür.) Ha-ha -ha!.. Sən nəyisə çaşbaş salırsan, Yılmaz! Mən heç kəsə pislik etməmişəm... Heç kəsə...
    Axı bir də ki biz heç düz-əməlli tanış da olmamışıq...
    YILMAZ. İnşallah, daha yaxından tanış olarıq. Hələ vaxtımız var... İstirahət edirik.
    ZAMANOV. Deyəsən, istirahət yarımçıq qalacaq. YILMAZ. Kimin istirahəti?
    ZAMANOV. Həm sənin, həm də mənim...
    YILMAZ. Mən həyatımda, bəlkə də, ilk dəfədir ki, istirahət etməyə hazırlaşıram.
    ZAMANOV. Elə mən də...
    YILMAZ. Onda gəl bir-birimizə mane olmayaq, Zamanov.
    ZAMANOV. Yəqin ki, heç bir problem olmayacaq. Sadəcə olaraq qanun-qaydaya əməl etmək lazımdır.
    YILMAZ. Hansı qanundan söhbət gedir?
    ZAMANOV. Mövcud qanundan...
    YILMAZ. Nə demək istəyirsən?
    ZAMANOV. Cinayət varsa, cəza da olmalıdır.
    YILMAZ. Cinayət varsa... Əgər yoxsa, onda necə?..
    ZAMANOV. Heç kəsin boynuna zorla cinayət işi qoymurlar.
    YILMAZ. Sən elə bil ki Aydan gəlmisən, Zamanov.
    ZAMANOV. Əslində, sən özün cinayətkar bir aləmdə işləyirsən, polkovnik! Ətrafına yaxşı-yaxşı nəzər sal... Onda görərsən, kimdir cinayətkar.
    ZAMANOV. Sən nə demək istəyirsən?..
    YILMAZ. Mənim nə demək istədiyimi sən çox yaxşı anlayırsan.
    ZAMANOV. Əlbəttə, qismən anlayıram... Və bildirirəm: bəli, işlədiyim təşkilatda natəmiz adamların olduğunu istisna etmirəm... Mən ki bayaq bu barədə dedim...
    YILMAZ. Elə isə axtarışlara öz ətrafınızdan başlayın. ZAMANOV. Mən mücərrəd şeylər barədə danışmağı xoşlamıram. Və yenə təkrar etməyə məcburam: cinayət cəzasız qala bilməz!
    YILMAZ. Zamanov, özün həyat görmüş adamsan. Heç kəs dünyaya nə cinayətkar kimi gəlir, nə də cinayətkar olmaq istəyir.
    Amma nə edəsən ki, həyatın öz qanunları var...
    ZAMANOV. “Həyatın qanunları”... Xeyr, həyatın heç bir qanunu-filanı yoxdur. O qanunları biz özümüz yazırıq! Elə özümüz də pozuruq, Yılmaz!.. Amma nədənsə həmişə günahlarımızın səbəbkarını kənarda, özü də mücərrəd şeylərdə axtarırıq.
    YILMAZ. Yaxşı, həyatın qanunları olmasın, olsun dövlətin qa- nunları. Lap elə sən deyən kimi, adamların yazıb-pozduğu qanunlar olsun. Nə fərqi var ki?
    ZAMANOV. Mən söz güləşdirmək istəməzdim...
    YILMAZ. Bəs sənin istəyin nədir?..
    ZAMANOV. Sən təslim olmalısan...
    YILMAZ. Kimə?.. Sənə?.. Sənin dediyin o qanunlara? Yox, Zamanov, mən bir daha o dəmir barmaqların arasında əzilmək istəməzdim...
    ZAMANOV. Qışqırma! Gəl orada ‒ o kötüyün üstündə oturub düz-əməlli söhbət edək...
    YILMAZ. Nə olar, gedək...

    Onlar söhbət edə-edə uzaqlaşırlar. Səs-küy. Bir azdan Kişi və Qadın görünürlər. Onlar əl-ələ tuturlar.

    KİŞİ. Bilmirəm, bu camaatın əlindən hara qaçıb gizlənim?.. QADIN. Camaat neyləyir sənə?
    KİŞİ. Qarşıma çıxanın hamısı gözünü bərəldib üzümə baxır. QADIN. Nə üçün?
    KİŞİ. Məşhur olmaq da bir şey deyil, Miliçka.
    QADIN. Kimdir elə məşhur olan? Sən?
    KİŞİ. Bəs kim?
    QADIN (qəhqəhə çəkib uğunur). Bəxtəvər başıma!.. Sən haranın məşhuru oldun?
    KİŞİ. Necə yəni haranın? Camaat efirdə-ekranda səsimə qulaq asıb, üzümü görüb.. .
    QADIN. İki -üç dəfə televizorda görünmüsən, elə bilirsən, bütün dünya səni tanıyır... Deyirəm axı, son vaxtlar yerişin-duruşun da dəyişib.
    KİŞİ. Xalq sənətə həmişə yüksək qiymət verir.
    QADIN. Sənət, incəsənət öz yerində... Həkimin dediklərinə rayət etmək lazımdır.
    KİŞİ. Prosedurların hamısına necə lazımdırsa, əməl edirəm... Amma mən iynə-dərmandan daha çox təbiətin ‒ bu otların, çiçəklə- rin hökmünə inanıram. Mən bu suya, bu təbiətə pənah gətirmişəm...
    QADIN. Axı həkim sənə tapşırmışdı ki, spirtli içkiləri yaxın qoyma, yağlı xörəklərə meyil etmə...
    KİŞİ. Mənim həkimim bu dağlar, bu meşələrdir. O ki qaldı yeyib-içməyə, məndən çox-çox əvvəl deyiblər: kef-damaqdır bu dünyanın ləzzəti... Mənim ümidim var ki, qurbanı olduğum bu təbiət mənə bir övlad əta eləyəcək. Bir də ki hələ nə yaşımız var?..

    Qadın ağacların arasında uzaqlara boylanır, ətrafa göz gəzdirir.

    QADIN. Bilmirəm, fikir vermisənmi, o ağacların altında iki kişi bayaqdan yaman çənə-boğaz edirlər. Əl-qollarını ölçə-ölçə danışır, elə bil nəyisə bölüşdürə bilmirlər...
    KİŞİ. Hə, mən də bayaq fikir verdim... Yəqin, biznes şərikləridirlər.. Olsun ki, “razborka” aparırlar... Deyəsən, məni yaxşı tanı- yırlar. O günləri üz-üzə gəldik, papaqlarını çıxarıb təzim etdilər...
    QADIN. Onlar papaq-zad geymirlər, özləri də bura təzə gəliblər...
    KİŞİ. Nə bilirsən?..
    QADIN. Çünki o çadırlar bu gün quraşdırılıb.
    KİŞİ. Ola bilər... Sifətlər yadımda düz-əməlli qalır ki?.. Camaat gözünü zilləyib üzümə tamaşa edir. Gərək qara eynək taxam...
    QADIN. Nə üçün?..
    KİŞİ. Belədə tanımazlar... Mən burada istirahət etmək istəyirəm.
    QADIN. Bəlkə, dincələnlər üçün bir konsert verəsən?.. (Gülür).
    Daha çox tanınarsan...
    KİŞİ (fikrə gedir). Yaxşı ideyadır. Amma burada iki cüt bir tək çadır var... Mənim konsertlərimsə həmişə anşlaqla keçib...
    QADIN. Bəs qazancın-zadın hanı? Bir həsirsən, bir Məmməd- nəsir...
    KİŞİ. Qazancın hamısı reklama gedir... Özün ki bunları yaxşı bilirsən...
    QADIN. Bilirəm, bilirəm... Üzüyümü satıb özünə klip çəkdirdin, o da göstərilmədi televiziyada... Gərək boyunbağımı da satıb oradakılara verəydin...
    KİŞİ. Kimə?..
    QADIN. Telequldurlara...
    KİŞİ. Telequldur. Hə, bax bu yaxşı ifadədir, lap mahnı mətninə də salmaq olar...
    QADIN (boylanır). Yenə onlardır... Bura gəlirlər...
    KİŞİ. Kim? Kimdir gələn?..
    QADIN. O mübahisə edənlər...
    KİŞİ. İmkanlı adama oxşayırlar. Sponsorluq etsəydilər, yaxşı bir proqramla çıxış edərdim...
    QADIN. Bəs deyirsən, tanıyırlar səni...
    KİŞİ. Bir var ekranda görələr, bir də var həyatda Hə, qoy
    gəlsinlər... Baxaram...
    QADIN. Özün bilən məsləhətdir...

    Zamanov və Yılmaz gəlirlər. Kişi onlara yaxınlaşaraq təzim edir.

    KİŞİ. Salam əleyküm... Necəsiniz?.. İşləriniz necədir?.. Xoşunuza gəlir bizim bu dağlar, dərələr, bulaqlar?.. İstirahətiniz necə keçir?.. Ev-eşik üçün darıxmırsınız ki?.. Balalar necədir?.. Səhhətiniz, durumunuz necədir?..
    ZAMANOV (diqqətlə kişini süzüb gülümsəyir). Salam. Sualla- rınızın hamısına birdəfəlik cavab verim, yoxsa hər suala ayrı-ayrılıqda cavablandırım?..
    KİŞİ. Hər ikisi məqbuldur! Mən xalqımızın ləyaqətli övladları ilə həmişə fəxr edirəm. Mən vurğunuyam, dəlisiyəm qanan adamların. Tanış olun, bu da mənim can-ciyərim Miliçkadır.
    ZAMANOV. Tanışlığa şadıq.
    KİŞİ. Bəlkə, bir tikə çörək kəsək, daha yaxından tanış olaq...
    QADIN (kişiyə). Bəlkə, vaxtları müsaidə etmir.
    ZAMANOV. Elədir... Sonra yaxından tanış olarıq... İndi məş- ğuluq...
    YILMAZ (kişiyə). Keçi can hayında, qəssab piy axtarır... Çıx get öz iş-gücünün dalınca...

    Kişi və Qadın hürkə-hürkə çıxıb gedirlər.

    ZAMANOV. Yılmaz, məncə artıq bir-birimizə hərbə-zorba gəlməyə heç bir ehtiyac yoxdur...
    YILMAZ. Əlbəttə, biz kifayət qədər təcrübəli adamlarıq. Elə ona görə də mən öz təklifimi sizə bildirdim.
    ZAMANOV. Elə mən də...
    YILMAZ. Zamanov, yenə deyirəm, mən qətiyyən ömrümün qalan hissəsini həbsxanada çürütməyə hazırlaşmıram.
    ZAMANOV. Mənsə əsassız yerə mübahisə etməyə...
    YILMAZ. Eləsə xahiş edirəm, mənə mane olma! Mən ağır bir həyat yolu keçmişəm, yetimliklə böyümüşəm, dəfələrlə ölümlə üz-üzə, göz-gözə gəlmişəm... Ölüb-dirilmişəm. İnnən sonra sakit bir ömür yaşamağa hazırlaşıram. İstəyirəm ki, keçmişdən, öz keç- mişimdən uzaqlaşım, adam həyatına qayıdım. İstəyirəm ki, ailə qurum, övlad böyüdüm, qulağı dinc yaşayım. Mənim planlarımı pozmaq istəyirsən, Zamanov. Məni cinayətə sövq edirsən...
    ZAMANOV (gülür). Cinayətə?!.
    YILMAZ. Bəli, cinayətə... Vaxtilə mənim gənclik səhvlərim olub. Etiraf edirəm...
    ZAMANOV. Səhvlərin olub?.. Sən cinayəti səhvlə qarışdırırsan?.. Sən narkotik alveri ilə məşğul olmağı adi bir səhv adlandı- rırsan? Ailə qurmaq istəyirsən, eləmi? Heç fikirləşmirsən ki, sənin əməlinə görə nə qədər ailə dağılıb?.. Övlad-uşaq sahibi olmaq istəyirsən, hə?.. Heç bilirsən ki, sənin biznesin neçə adamın həyatına son qoyub? Sən düz yola qayıtmaq istəyirsən?.. İndiyəcən düşünmüsən ki, neçə adamı öz yolundan çıxarmısan? Sən gətirdiyin fəlakətlər, ölümlər barədə fikirləşmisənmi?..
    YILMAZ. Belə görürəm ki, bu məmləkətdə baş verən bütün cinayətlərin səbəbkarı mənəm. Əlinə yaxşı fürsət düşüb, polkovnik. Aparıb məni lazım olan yerə təhvil versən, böyük mükafata layiq görüləcəksən. Əlbəttə, əgər apara bilsən...
    ZAMANOV. Yılmaz, səni bəri başdan xəbərdar edirəm: qaçmaq cəhdi əbəsdir.
    YILMAZ. Bilirəm, polkovnik. Yəqin ki, sən artıq mənim barəmdə lazımi yerə məlumat vermisən. Amma yadda saxla, biz kişi söhbəti etməliydik, hakim-məhkum söhbəti yox.
    ZAMANOV. Mən sadəcə olaraq bu yerlərin mürəkkəb relyefini xatırladıram sənə, bir tərəf uçurum, bir tərəf meşə. Adam aza bilər, vəhşi heyvanlara yem ola bilər burada...
    YILMAZ. Maşın yolu da ki nəzarətdə... Hə, bəs bunu niyə de- mirsən?..
    ZAMANOV. Yılmaz, mən sənə özümün bütün təkliflərimi de mişəm...
    YILMAZ (geri çəkilir). Mən isə sənə hələ öz təkliflərimin hamısını deməmişəm.

    Yılmaz köynəyinin altından tapança çıxarıb Zamanova tuşlayır.

    ZAMANOV. Sən nə elədiyini anlayırsanmı?..
    YILMAZ. Mənim başqa yolum yoxdur, Zamanov! Mən öz ayağımla əcəlin ağzına gedə bilmərəm! Əllər yuxarı, polkovnik!..

    Zamanov əllərini yuxarı qaldırır və gözlənilmədən Yılmazın üs- tünə atılır, onun biləyindən yapışır, silahın lüləsi göyə sarı tuşlanır.

    ZAMANOV. Silahı yerə at!..
    YILMAZ. Yox, bunu görməyəcəksən!..
    ZAMANOV. Gicləmə!..
    YILMAZ. Zamanov, səni əcəl hərləyir!..
    ZAMANOV. Elə səni də!..
    YILMAZ. Biləyimi burax! Kənara çəkil!..

    Yılmaz tətiyi çəkir. Atəş səsi eşidilir. Zamanov Yılmazın biləyin- dən vurur. Tapança kənara düşür. Onlar süpürləşirlər. Hər ikisi tapançanı götürməyə cəhd göstərir. Hər ikisi bir-birinə mane olur. Zamanov yerə uzanmış halda tapançanı ayağı ilə vurub kənara tolazlayır. Yılmaz əlini silaha sarı uzadır, Zamanov dizi ilə onun biləyini sıxır. Yılmaz qışqırır. Onlar təzədən ayağa durub əlbəyaxa olurlar. Səs-küyə qadınlar: İlahə və Leyla gəlirlər.

    İLAHƏ. Siz nə edirsiniz?!.
    LEYLA. Aman Allah!.. Axı nə olub sizə?!.
    YILMAZ. İlahə, tapançanı götür yerdən!..
    ZAMANOV. Silaha əl vurmayın!..

    İlahə tez irəli qaçıb silahı yerdən götürür. Lüləni Zamanova tuşlayır.

    İLAHƏ. Əllər yuxarı!..
    LEYLA (İlahəyə). Dayan!.. Silah açıla bilər!.. Axmaq qız!..
    İLAHƏ. Axmaq sən özünsən! Geri çəkil! Bu saat ikinizi də gəbərdəcəyəm.

    Zamanov əllərini yuxarı qaldırıb Yılmaza sarı baxır.

    ZAMANOV. Sizə yeni bir cinayət törətməyi məsləhət bilməzdim. (İlahəyə.) Silahı kənara atın!
    YILMAZ. Yox, bunu görməyəcəksən, Zamanov!..

    Yılmaz irəli cumub İlahənin əlindən silahı alır.

    LEYLA. Ay aman! Kömək edin!..
    YILMAZ. Zamanov, axı sən niyə burnunu mənim işlərimə uzadırsan, niyə? Mən sənə dedim ki, mane olma mənə! Zəhərləmə mənim həyatımı! Allah özü şahiddir ki, mənim günahım yoxdur!.. Sən özün əcələ çapırsan!.. Mən, bəlkə də, lap elə zəhərli ilanam. Amma sürünüb kənardan keçirəm. Sən nə üçün mənim quyruğumu tapdalayırsan, Zamanov?!. Bəlkə, zəhərsiz dura bilmirsən?!. Elə isə, al gəldi...

    Yılmaz silahı qaldırır. Leyla onun üstünə cumur.

    LEYLA. Dayanın!..
    İLAHƏ. Yılmaz, atma!..
    ZAMANOV. Leyla, sən nə edirsən?!.
    YILMAZ. Axmaq qadın, geri çəkil!.. Eşitmirsən?!. Burax yaxamı!..

    Yılmaz Leylanı kənara itələyir. Zamanov Leylanın qolundan tutub ayağa durğuzur. Yılmaz İlahənin əlindən yapışıb geri-geri addımlayır. Silah Zamanova doğru tuşlanıb.

    ZAMANOV. Sən nə etmək istəyirsən, Yılmaz?
    YILMAZ. Zamanov, qan tökmədən çıxıb getmək istəyirəm. Mane olma mənə! Bildin?.. Əgər bir addım da irəli atsan, gülləyə tuş olacaqsan. Son dəfə xəbərdarlıq edirəm: o yan-bu yan etsəniz, hər ikiniz həyatla vidalaşacaqsınız. Çıxın gedin öz işinizin dalısıyca. İstirahətinizi edin!.. Təkcə mənə mane olmayın, mənə!.. Ox-x-x!.. Zamanov, sən nə əclaf adamsan!..
    ZAMANOV. Dayan!..
    YILMAZ. Zamanov!
    ZAMANOV. Sən özün-özünə quyu qazırsan! Mənim məsləhətim budur sənə: silahı təhvil ver, özün təslim ol...
    YILMAZ. Paho! Nə gözəl təklifdir: silahı təhvil ver, özünü təslim et... Xeyr, Zamanov, sənin məsləhətlərin işə yaramır.

    Səs-küy. Hamı ətrafa boylanır. Yılmaz tapançanı kəmərin altına keçirib gizlədir. Leyla və İlahə bir-birilərinə sığınırlar. Zamanov təəccüblə Yılmaza baxır. Kişi və Qadın yüyürə-yüyürə gəlirlər: hövlnak və həyəcanlıdırlar. Onlar daha çox sadəlövh uşaqları xatırladırlar.

    ZAMANOV. Nə olub?.. Bir hadisə-zad baş verməyib ki? KİŞİ. Meşədə ayı var!..
    QADIN. Ayı var! Ayı! Ayı!..
    YILMAZ. Nə? Ayı?.. Nə ayı?.. Mənə nə var? Gedin işinizlə məşğul olun!..
    LEYLA VƏ İLAHƏ (qışqırırlar). Gəlin gedək!..
    KİŞİ VƏ QADIN. Ayı hücum edə bilər!..
    İLAHƏ. Yılmaz!.. Gedək buradan!..
    YILMAZ. Hara gedək axı?..
    ZAMANOV (Kişi və Qadına). Özünüz gördünüz ayını? QADIN. Bəli...
    KİŞİ. Nəsə ayıya oxşayırdı...
    YILMAZ (Kişiyə). Elə sən də ayıya oxşayırsan. Rədd olun bu- radan!..

    Yılmaz hücum çəkir. Qadın və Kişi qaçırlar. Musiqi.

    Pərdə





    İKİNCİ HİSSƏ

    Yenə həmin məkan. Musiqi. Kişi və Qadın görünürlər. Onlar uşaq kimi bir-birilərini qovur, sanki gizlənpaç oynayırlar. Onlar gedən- dən sonra Leyla və İlahə əks tərəfdən çıxıb üz-üzə gəlir, nifrətlə bir-birilərini süzüb ayrı-ayrı istiqamətlərə üz tuturlar.
    Zamanovla Yılmaz gəlirlər. Onlar ətrafa boylanır, sanki kimisə gözləyirlər. Hər ikisi əsəbidir.

    YILMAZ. Mənim axırıma çıxmaq elə də asan olmayacaq, Zamanov...
    ZAMANOV. Heç kəs sənin axırına çıxmaq niyyətində deyil. YILMAZ. Mane olma mənə. Qoy qalan həyatımı özüm istədiyim kimi yaşayım.
    ZAMANOV. Sən özün başqalarına mane olursan.
    YILMAZ. Mən adam ömrü yaşamaq istəyirəm. Amma sən və sənin kimilər məni təzədən cəngəlliklərdə, vəhşi heyvanlar arasında yaşamağa təhrik edir. Əl çək məndən, Zamanov!..
    ZAMANOV. Heç kəs səni heç nəyə vadar etmir. Əksinə, sən özün başqalarını pis yollara çəkmisən. Sənə görə çoxları əbədi əzablara düçar olub. Hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir.
    YILMAZ. Mən, əlbəttə, səninlə başqa qaydada da danışa bilərəm.
    İndi buna mənim daha böyük imkanım var. Amma...
    ZAMANOV. Sən hansı imkanlardan danışırsan? Öldürmək istəyirsən məni? Yadında saxla: mən bütün həyatım boyu ölümlə göz-gözə yatmışam.
    YILMAZ. Elə mən də...
    ZAMANOV. Amma unutma ki, ölüm xilas yolu deyil. YILMAZ. Bəs nədir, nədədir xilas yolu?..
    ZAMANOV. Kimin üçün?
    YILMAZ. Elə hər ikimizi nəzərdə tuturam.
    ZAMANOV. Mənim üçün qanunlara baş əymək, sənin üçünsə tövbə...
    YILMAZ. Mən artıq tövbə etmişəm...
    ZAMANOV. Harada?
    YILMAZ. Tanrı qarşısında.
    ZAMANOV. Sən qanun və qurbanlar qarşısında tövbə etməlisən. YILMAZ (acı-acı gülür). Hansı qurbanları deyirsən?
    ZAMANOV. Hansı? Bilmirsən bəyəm?.. Sənin ağ ölümə düçar etdiyin qurbanları deyirəm. Gör bir sən adamları nəyə təhrik etmisən? Sənin ucbatından bu gün nə qədər adam əzab çəkir.
    YILMAZ. Zamanov, sən öz dediklərinə, həqiqətən, inanırsan, yoxsa...
    ZAMANOV. Yoxsa mənim dediklərim sənə mənasız görünür?.. Bəlkə, mən nəyisə düz demirəm?
    YILMAZ. Bəlkə də, sən özlüyündə haqlısan. Amma elə şeylər var ki, onların olub-olmaması nə sənin, nə də mənim iradəmdən asılıdır.
    ZAMANOV. Bəs kimdən asılıdır şeylər?..
    YILMAZ. Kimdən? Əgər bilmək istəyirsənsə, deyim. Səni, məni, lap elə bütün bu cəmiyyəti idarə edənlərdən! Zamanov, qanunların icrasını tələb edənlər elə o qanunların pozulmasında da maraqlıdırlar. Bəyəm sən bilmirsən bunları?.. Əgər bilmirsənsə, o idarədə nə üçün işləyirsən?
    ZAMANOV. Axı mən dedim sənə, mücərrəd şeylər danışırsan, Yılmaz. Həm də mənasız, absurd...
    YILMAZ. Sən mənə tanıdırsan o çiyni paqonlu, qoltuğu konstitusiyalı caniləri?!. Mən uşaq deyiləm. Mən axmaq deyiləm. Mən kor da deyiləm! Bildin! Yox?!. Elə isə cavab ver mənim sualıma. Şəhərin mərkəzində ucalan o qəsrlərin, təzə göydələnlərin sahibləri kimdir? Bəlkə, o xanimanlar halal pulla, maaşla tikilib? Bəlkə, qiyməti ilə bir kəndin satın almaq mümkün olan o zirehli maşınlar halal zəhmətlə alınıb?.. Bəlkə, günü eyş-işrətdə, kef-damaqda keçən əyyaşların alın təri ilə yığılıb o milyonlar? Zamanov, deyirsən ki, cinayət cəzasız qala bilməz. Qoy olsun! Bəs niyə əsl cinayətkarlar cəzasız gəzirlər?.. Niyə susursan?
    ZAMANOV. Mən diqqətlə səni dinləyirəm. Bəlkə də, dediklərində həqiqət var. Amma mən sənə bir daha tam səmimiyyətlə deyirəm: vicdanım qarşısında alnım açıqdır. Heç kəs məni nəyə görəsə suçlandıra bilməz. Əgər söhbət məndən gedirsə, eşit və bil: mənə həyatım boyu heç kəs qəyyumluq etməyib. Mən ağır, çətin bir həyat yolu keçmişəm.
    YILMAZ. Elə mən də...
    ZAMANOV. Mən ata-ana nəvazişi görməmişəm.
    YILMAZ. Elə mən də...
    ZAMANOV. Mən yetim olmuşam...
    YILMAZ. Mənsə yetimxanada böyümüşəm.
    ZAMANOV. Yetimxanada?..
    YILMAZ. Bəli...
    ZAMANOV. Mən də...
    YILMAZ. Yetimxanada? (Pauza.) Düz deyirsən? ZAMANOV. Bəli...
    YILMAZ. Qəribədir...
    ZAMANOV. Qəribə olan nədir?
    YILMAZ. Taleyimizin oxşarlığı... Zamanov, sən hansı yetimxa- nada böyümüsən?..
    ZAMANOV. Qara şəhərdə...
    YILMAZ. Mənsə Ağ şəhərdə. Amma indi diqqətlə baxıram, yaman tanış gəlirsən... Elə bil nə vaxtsa görüşmüşük...
    ZAMANOV (gülür). Axı biz həqiqətən görüşmüşük. Amma o vaxt sən aradan çıxdın.
    YILMAZ. Yox, sanki çoxdan, lap çoxdan olub bu görüş...
    ZAMANOV. Ola bilər... Ola bilər... Bəlkə də, elə uşaq vaxtı görüşmüşük. Axı o zamanlar xüsusi məktəblərdə, yetimxanalarda təhsil alan uşaqları bir yerə toplayıb tədbir keçirmək dəb idi. Mənim yaxşı əl qabiliyyətim vardı. İdman uğurlarım da az deyildi.
    YILMAZ. Mən də dərs əlaçısı idim. Amma nə olsun ki?.. İndidən danış...
    ZAMANOV. Valideynlərini çoxdan itirmisən?..
    YILMAZ. Xatırlamıram. Onlar həlak olanda mən lap körpə imişəm. Bəs sən necə, Zamanov? Niyə düşmüşdün yetimxanaya?
    ZAMANOV. Niyə?.. Hər halda özüm getməmişdim...
    YILMAZ. Bilirəm, özün getməmisən. Aparıblar. Yetimxana da həbsxana kimi bir yerdir. Oranı heç kəs könüllü seçmir, Zamanov.
    ZAMANOV. Elədir. Nə yetimliyi, nə də yetimxananı heç kəs özü seçmir. Mənim valideynlərim qəzaya düşüb həlak olublar. Ağır vaxtlar idi...
    YILMAZ. Mənim ata-anam da özüm kimi yetim olublar. İşlədikləri qəsəbədə elə bir qohum-əqrəbaları olmayıb. Onlar da sənin, sənin valideynlərin kimi maşın qəzasına düşüb həlak olublar.
    ZAMANOV. Qəribədir... Bəs siz ailədə neçə nəfər olmusunuz?..
    YILMAZ. Ata-anam olub... İki də uşaq...
    ZAMANOV. Dayan, dayan!.. Bəs ailənin ikinci uşağı haradadır?.. Ölüb, yoxsa sağdır?..
    YILMAZ. Allah bilir... Mən öz keçmişim barədə çox az şey bilirəm. Ata-anamı xatırlamıram. Mənə hərdən elə gəlir ki, ümumiyyətlə, ata-anam olmayıb, o kol kimi, o ağac kimi torpaqdan öz-özünə çıxmışam. Bəs sən necə, Zamanov, valideynlərini xatır- layırsanmı?..
    ZAMANOV. Onlar yadımda yuxu kimi qalıb... Hə, bəs ailənizin ikinci uşağı kim olub. Oğlan, yoxsa qız?..
    YILMAZ. Mənim böyük qardaşım olub... Mən ondan iki yaş kiçik olmuşam... Eh, yaralarımı qoparma, Zamanov... (Pauza.) Üzümə niyə elə baxırsan?.. İkimiz də yetimxanada böyümüşük... Yetimi yetim anlayar. Mən öz çəkdiyim müsibətləri heç düşmənimə də arzulamıram.
    ZAMANOV. Heç qardaşını axtarmısan?..
    YILMAZ. Axtarmışam... Amma nə olsun ki?.. Allah bilir, o tifil harada ölüb-itib...
    ZAMANOV. Harada axtarmısan onu?..
    YILMAZ. Elə hər yerdə... Bütün yetimxanalarda. Doğulduğum qəsəbədə.
    ZAMANOV. Hansı qəsəbədə doğulmusan?..
    YILMAZ. Çaylıda... Eh... Deyəsən, sorğu-sualsız dayana bilmirsən, Zamanov...
    ZAMANOV (Yılmaza yaxınlaşır). Köynəyinin yaxasını aç, Yılmaz...
    YILMAZ. Nə üçün?..
    ZAMANOV. Aç deyirəm!..
    YILMAZ. Üstümə qışqırma!..
    ZAMANOV (astadan). Xahiş edirəm...
    YILMAZ (yaxasını açır). Hə, açdım. Nə axtarırsan?.. ZAMANOV (onun sinəsinə baxır). Yılmaz... Qardaşım mənim!..

    Zamanov Yılmazı qucaqlayır. Görünür, Yılmaz onun “fənd” işlətmək arzusuna düşdüyünü zənn edib əli ilə belindəki tapançanı bərk-bərk sıxır. Zamanov onu uşaq kimi atıb-tutur, hönkürüb ağlayır. Sonra Yılmaz geri-geri addımlayıb Zamanova baxır, qollarını açıb irəli cumur. Onlar qucaqlaşıb uşaq kimi ağlayırlar.

    YILMAZ. Doğrudanmı, bu sənsən?.. Bu, yuxu deyil ki?.. Ax-x-x!.. Mənim qardaşım!.. Of, əclaf tale!.. Bu nə oyundur belə!.. Mən dəli olmamışam ki?..
    ZAMANOV. Yılmaz... Yılmaz... Danış görüm, özündən danış mənə...
    YILMAZ. Nə danışım?.. Özün hər şeyin şahidisən. Daha mən ölsəm də, heyifsilənmərəm... Sən danış, sən... Bu vaxtacan niyə axtarıb tapmamısan məni?.. Mən ömrüm boyu yalquzaq kimi yaşamışam: gah orada, gah burada... Bəs sən?.. Sən niyə axtarmamısan məni?.. Həmişə cinayətkar axtarmısan... Niyə öz dost-doğma qardaşını soraqlayıb tapmamısan indiyəcən?.. Niyə?.. Axı sənin buna imkanın olub.
    ZAMANOV. Qulaq as! Əgər bilmək istəyirsənsə, mən səni bütün ömrüm boyu axtarmışam. Hər yerdə... Gəzdiyim şəhərlərin, kəndlərin hamısında səni soraqlamışam. Baş çəkdiyim yetimxana qalmayıb. Doğulduğumuz Çaylı qəsəbəsinə də getmişəm: amma orada bizim heç bir qohum-əqrəbamız olmayıb. Sənin yerini tez- tez dəyişblər. Elə mənim də... Sənin ad-familiyanı da dəyişiblər. Elə mənimkini də dəyişmişdilər, sonralar ‒ ağlım kəsəndən bərpa elətdim. Bizim familiyamız Zamanovdur. Atamızın adı İman, ana- mızın adı Abidə olub. Sənin əsl adın İlqar, mənimki isə Vüqardır. Yılmaz da yaxşı addır...
    YILMAZ. Bu adı mənə yetimxananın tərbiyəçisi verib... ZAMANOV. Tale bizim hərəmizi bir tərəfə atıb, qardaş. Bilirsənmi, mən sənin yaxanı niyə açdırdım?
    YILMAZ. Yox... Amma sinəmdə çapıq yeri var.
    ZAMANOV. Elə ona baxmaq istəyirdim... Sən məndən iki yaş kiçiksən. Xatırlayıram ki, sən lap körpə olanda beşikdən yerə yıxılmışdın. Sinən yerdəki ütüyə dəyib parçalanmışdı. Mən dumanlı şəkildə xatırlayıram ki, ata-anam həkim çağırdı, sənin sinənə tikiş qoydular. O vaxt mən qışqır-bağır salıb haray qoparmışdım. Elə bilirdim ki, sən ölmüsən...
    YILMAZ. Elə gərək o vaxt öləydim...
    ZAMANOV. Nə üçün?..
    YILMAZ. Çünki sonralar dəfələrlə ölümə tuş oldum... Amma həmişə sağ qaldım, ölə bilmədim. Bəlkə də, ölsəydim, bu qədər əzablara düçar olmazdım. Ölmək mənim çəkdiyim o əzablarımın yanında toy-bayramdır.
    ZAMANOV. Bu, həyatdır... Nə etmək olar?.. Mən vaxtilə sənin izinə düşəndə elə bil ürəyimə nəsə dammışdı...
    YILMAZ. Nə? Nə dammışdı?
    ZAMANOV. Sənin tərcümeyi-halınla bağlı müəyyən faktları dəqiqləşdirmək istəyirdim. Amma o vaxt heç bir qohum-əqrəban haqqında heç nə öyrənə bilmədim. Hətta, təhsil aldığın məktəbə də getmişdim. Sən oranı yarımçıq qoymusan...
    YILMAZ. Elədir. Mən bu ölkədən baş götürüb getmişdim. Özüm öz əlimlə qurmaq istəyirdim öz taleyimi. Amma qismət olmadı.
    ZAMANOV. Görünür, cinayət aləminə ilişibsən...
    YILMAZ. Cinayət, ya cinayətkar aləmi deyəndə ki... Əslində, belə bir aləm yoxdur...
    ZAMANOV. Necə yəni yoxdur?..
    YILMAZ. O mənada yoxdur deyirəm ki, heç kəs anadan ci- nayətkar kimi doğulmur. Bax, biz iki qardaşıq, özü də dost-doğma, eyni ata-anadan olmuşuq. Amma bu gün, bir neçə saat bundan əvvəl iki düşmən kimi üz-üzə gəlmişik. Bəyəm mən sənin üçün yenə cinayətkaram?..
    ZAMANOV. Mənim üçün?.. Niyə məhz mən?.. Cinayətkarı qanun müəyyənləşdirir. Sən isə uzun müddətdir ki, axtarışdasan.
    YILMAZ. Eh-h-h... Zamanov, Zamanov... (Gülür.) Sən istəyirsən ki, mən yenidən aradan çıxım? Bir də belə hadisə baş versə, çox güman ki, sən məni bir daha heç yerdə tapa bilməyəcəksən!
    ZAMANOV (gülür). Yox, ta belə şey ola bilməz! Mən buna imkan verməyəcəyəm... Səni heç yerə buraxan deyiləm.
    YILMAZ. Amma bayaq az qaldı ki, gülləyə tuş olasan. Şükür sənə, Ilahi, şükür... Amma elə başa düşmə ki, mən qorxdum...
    ZAMANOV (gülür). Əlbəttə, qorxdun...
    YILMAZ. Yox... Mən, bəlkə də, səni vurub aradan çıxacaqdım. Həqiqətən... Amma gözlərinin dərinliyində qəribə bir həlimlik, istilik duydum. Mənə bir anlığa elə gəldi ki, doğma bir adamla üz-üzə, göz-gözə dayanmışam.
    ZAMANOV. Qəribədir... Elə mən də... (Pauza.) Hə, səninlə buraya gələn qadın kimdir?..
    YILMAZ. Tanışımdır... Dostumdur. Mənə görə çox əzablar çəkmiş bir insandır.
    ZAMANOV. İndiyəcən evlənməmisən?..
    YILMAZ. Yox... Vaxtım olub ki?.. (Gülür.) İmkan vermisiniz ki?.. Bəlkə, İlahə ilə ailə qurdum. Əlbəttə, imkan olsa... Bəs sən necə?..
    ZAMANOV. Evliyəm... Leyla həyat yoldaşımdır. Bayaq özün gördün...
    YILMAZ. Uşaqdan-zaddan nəyin var?..
    ZAMANOV (pauza). Doğma övladımız yoxdur. Amma iki uşağa valideynlik edirik...
    YILMAZ. Bu necə olur?..
    ZAMANOV. Yetim uşaqlardır... Birini yetimxanadan götürmüşəm. O birisi də küçədə dilənirdi. Əlindən tutub əvvəlcə işə, sonra da evə gətirdim...
    YILMAZ. Küçədən götürmüsən?..
    ZAMANOV. Bəli, küçədən... Axı onun tərbiyəsi ilə məşğul olan olmasa o küçə uşağı ola bilər... Gələcəyin cinayətkarları çox vaxt küçədə yetişir...
    YILMAZ. Mənim kimi... Bəlkə də, səhv edirəm... Ayrı cür də ola bilərdi. Biz qardaşıq. Amma sən qətiyyən mənə oxşamırsan. Təmkinli, ağıllı, iradəli... Sən heç öz paqon yoldaşlarına da bən- zəmirsən. Onların çoxu cinayətkardan da betərdir.
    ZAMANOV. Səhv edirsən... Onların arasında ölümün gözünə dik baxan uşaqlar var. Elə sənin yaraladığın o polis nəfəri... O canlaradəyən oğlandır...
    YILMAZ. O sağ qaldı?..
    ZAMANOV. Sağdır... Tanış edərəm səni onunla...
    YILMAZ. Tanış edərsən?.. Yox, yox... Belə tanışlıq mənə lazım deyil... Mən öldürmək istədiyim adamla necə görüşə bilərəm. Bu mümkün deyil...
    ZAMANOV. Bu cür halla heç üzləşməmisən?
    YILMAZ. Sən məni nə hesab edirsən? Mən nə qatiləm, nə də cəllad... Sənin dostuna güllə atmağım təsadüf idi. Özümü xilas etməliyəm, ya yox? Boynuma alıram: hər cür alverlə məşğul olmu- şam: silahdan tutmuş ta dərmana kimi hər şey satmışam... Amma qətl-qarət...
    ZAMANOV. Sən dərman deyəndə nəyi nəzərdə tutrsan?.. YILMAZ. Elə sənin nəzərdə tutduğun şeyi...
    ZAMANOV. Bəyəm sən narkotik alveri ilə məşğul olmağın necə ağır nəticə ilə bitəcəyini əvvəldən bilmirdin?..
    YILMAZ. Əlbəttə, bilirdim... Amma bu işin elə nüansları var ki, indi bunu xırdalamağa imkan yoxdur. Bəzən insan elə dairəyə, elə oyuna düşür ki, sonra oradan çıxmaq müşkül bir işə çevrilir...
    ZAMANOV. İradəli insanlar belə oyunlardan xilas ola bilirlər...
    YILMAZ. Mən heç də iradəsiz adam deyiləm. Elə buraya da xilas olmaq üçün gəlmişəm. İstəyirəm ki, bu təmiz dağların qoynunda, bu saf təbiətin qucağında özüm də təmizlənim. Tövbə edim, günahlarımı yuyum...
    ZAMANOV. Bu qədər işlərdən sonra?..
    YILMAZ. Bəli, bu qədər həngamələrdən sonra. Mən ömür boyu vuruşdum, döyüşdüm, aldım, satdım və günlərin bir günü dərk etdim ki, bu ömrü mənasız yerə xərcləyib qurtarıram. Sən demə, mənə nə pul lazım imiş, nə sərvət, nə də o cür “dostlar”...
    ZAMANOV. Bəs nə lazımdır sənə? Bunu dərk edə bildinmi?..
    YILMAZ (gülür). Özümün olmayan ağlıma görə dərk etdim ki, mənə yalnız bircə şey lazımdır...
    ZAMANOV. Nə?.. Nədir o şey?..
    YILMAZ. O şeyin adı heç nədir...
    ZAMANOV (gülür). Bu çox orijinal cavab oldu... Hə, yaxşı, di gəl gedək...
    YILMAZ. Hara?.. Yoxsa o dediyin yerə aparırsan məni?.. ZAMANOV. Hələ ailəvi tanış olaq, əyləşək, söhbətləşək, sonra... Gedək qızları gətirək.
    YILMAZ. Olar. Mən razı...

    Zamanov və Yılmaz gedirlər. Qadın və Kişi görünür. Kişi əlində radiomaqnitofon. O, maqnitofonu kötüyün üstünə qoyur. Musiqi.

    KİŞİ. Belə getsə, mən buradan qırağa heç bir addım da atmayacağam...
    QADIN. Doğru sözündür?..
    KİŞİ. Əlbəttə!..
    QADIN. Bəs proqramın, çıxışların?..
    KİŞİ. Qoy televiziyadan gəlib məni burada ‒ bu meşədə, təbiətin qoynunda çəksinlər. Qoy milyonlarla azarkeş görsün ki, onların kumeri meşəyə çəkilib.
    QADIN. Boy, mən beş-on gündən artıq qala bilmərəm bu meşədə. Gecələr adamı vahimə basır burada.
    KİŞİ. Sən nə danışırsan?.. Hələ ən azı bir ay buradayıq. QADIN. Yox, mən qala bilmərəm...
    KİŞİ. Darıxma, Miliçka. Biz hələ o dağın başına çıxacağıq. Orada bir bulaq var, o bulağın suyunu içəcəyik. O suyu içəndən sonra hər şey yoluna düşəcək... (Qadını qucaqlayır.) Fikir etmə, mənim ürəyim...
    QADIN. Dayan, sən nə edirsən?..
    KİŞİ. Deyirəm, bəlkə...
    QADIN. Nə bəlkə?..
    KİŞİ. Elə buradaca...
    QADIN. A-a-a... Sən nə deyirsən?..
    KİŞİ. Elə bu təbiətin qoynundaca...
    QADIN. Ayıbdır... Görən olar...
    KİŞİ. Buralarda kim var ki?.. Özümüzük...
    QADIN. Bayaqkı kişilər yenə gəlib çıxarlar...
    KİŞİ. Mən əminəm ki, onlar mənə sponsorluq edəcəklər... QADIN. Heç yaxalarını ələ verənə oxşamırlar...
    KİŞİ. Qələt eləyirlər... Heç yana qaça bilməzlər. Xalq öz sənətkarını yaşatmalıdır... Ölkənin gözü məndədir. Amma bir şeyi unutmuşam...
    QADIN. Nəyi?..
    KİŞİ. Biz əvvəlcə o bulağın suyundan içib, sonra...
    QADIN. Əlbəttə!..
    KİŞİ. Məncə bulağın suyundan sonra içmək lazımdır. Əvvəlcə...
    QADIN. Yox, yox...
    KİŞİ. Təbiətin qoynu, saf hava... İki sevən ürək... İnanmıram ki, bundan sonra sən ana olmayasan.
    QADIN. Mən əminəm ki, sənin ata olmağına çox az qalıb...
    KİŞİ. Elə söhbət ondan gedir də... Gərək bünövrəni indidən qoyaq...
    QADIN. Yox, əvvəlcə o sudan içək, sonra...
    KİŞİ. Axı o bulaq çox uzaqdır...
    QADIN. Eybi yoxdur. Bir adam göndərərik, gedib gətirər o sudan. İçərik, sonra...
    KİŞİ. Sonra?..
    QADIN. Hə də...
    KİŞİ. Amma ürəyim səni elə istəyir ki...

    Kişi radiomaqnitofonun səsini qaldırır. Musiqi. Rəqs. Qadın və Kişi qol-qola tutub rəqs edirlər. Musiqi get-gedə azalır. Kişi maqnitofonu söndürüb qoltuğuna vurur. Nəsə səs-küy eşidilir. Kişi və Qadın kənara çəkilirlər. Leyla və İlahə görünürlər. Onlar üz-üzə gəlsələr də, bir-birilərini tanımırlarmış kimi soyuq baxışlarla biri digərini süzüb uzaqlara nəzər salırlar.

    İLAHƏ. (ətrafa boylanır). Yılmaz! Yılmaz, hey!...
    LEYLA (öz-özü ilə). Görəsən, bunlar hara getdilər?.. İLAHƏ (Leylaya yaxınlaşır). O sənin adamındır?..
    LEYLA. Kimi deyirsiniz?
    İLAHƏ. Bayaqkı kişini...
    LEYLA. O mənim ərimdir.
    İLAHƏ. Amma elə bil təzə tanış olmusunuz...
    LEYLA (gülür). Təzə?.. Sizə nə üçün elə gəlir?
    İLAHƏ. Heç.. Ər-arvadın bir-birinə mehribanlıq göstərməsi nadir şeydir.
    LEYLA. Bəs bayaqkı kişi sizin əriniz deyil?..
    İLAHƏ. Eh... Nə sorğu-suala tutmusan məni?.. (Pauza.) Mənə elə gəlir, onlar dil tapdılar...
    LEYLA. Kimi deyirsiniz?..
    İLAHƏ. Mənimki ilə sənin ərini. (Ətrafı dinləyir.) Quş quşla dil tapır, adamlar nə üçün dil tapmasın?..

    Qadın və Kişi yaxınlaşırlar.

    KİŞİ. Xanımlara salam olsun!..
    QADIN. Salam...
    KİŞİ. Bu mənim Miliçkamdır... Tanış olun...
    LEYLA. Salam...
    İLAHƏ. Bayaq burada iki kişi vardı, onları görməmisiniz ki?.. KİŞİ. Məncə, onlar o dağın başındakı bulağa getdilər.
    İLAHƏ. Nə dağ, nə bulaq?.. (Sanki öz-özünə.) Bunlar nə gic- gici adamlardır...
    LEYLA. Siz onları, həqiqətən, gördünüz?..
    QADIN. Kimi?..
    LEYLA. Buradakı kişiləri...
    QADIN. Məncə, onlar dərəyə endilər..
    İLAHƏ. Dərəyə?..
    KİŞİ. Hə.. Deyəsən, endilər...
    İLAHƏ. Siz dağla dərəni ayırd edə bilmirsiniz?..
    KİŞİ. Dağla dərə elə bir yerdə olur də...
    QADIN. Dərə olmayan yerdə dağ olar ki?..

    Musiqi. Leyla və İlahə gedirlər.
    Qadın və Kişi yenə rəqs edirlər.
    Az sonra Zamanov, Yılmaz, Leyla və İlahə gülə-gülə gəlirlər.

    LEYLA. Adamın inanmağı gəlmir...
    ZAMANOV. Nəyə?
    LEYLA. Bütün bunlara... Sənin dediklərinə...
    ZAMANOV. Görünür qismət beləymiş. Axı mən sənə həmişə deyirdim...
    LEYLA. Yılmaz qardaş, doğrudan da, sənin adın bizim evimizdə həmişə çəkilib.
    ZAMANOV. Amma Yılmaz kimi yox...
    LEYLA. İlqar kimi... Görəsən, İlqar haradadır, sağdırmı?.. Bu boyda kişi bəzən gecələr göz yaşı tökür, ağlayırdı...
    İLAHƏ. Şükür Allahın böyüklüyünə. İnnən sonra hər şey yaxşı olacaq. Dünyada bundan böyük sevinc nə ola bilər?..
    LEYLA. Elədir.
    YILMAZ. Bundan sonra ölsəm də, heç bir dərdim ola bilməz. Gərək elə günü bü gün qurban kəsəm. Mən indi dünyanın ən xoşbəxt insanıyam. (Zamanovu qucaqlayıb hönkürür.) Mənim əziz qardaşım! Ürəyim mənim!.. Mən istəyirəm ki, sən ürəyindən keçəni dilinə gətirəsən.
    ZAMANOV. Ürəyimdən keçəni... Mənim ürəyimdən çox şey keçə bilər. Amma dünyanın elə işləri var ki, onu təkcə ürək qanunları ilə həll etmək mümkün deyil...
    LEYLA. Siz Allah, başqa şeydən danışın. Neçə illik həsrətdən sonra görüşübsünüz. Onda da başlamısınız ürək belə getdi, qanun elə getdi.
    İLAHƏ. Elədir. İlqar qardaş, Yılmaz bir az əsəbidir. Bəlkə, in dilikdə mövzunu dəyişək?..
    YILMAZ. Yox, qoy Zamanov ürəyindən keçənləri açıq söyləsin.
    Deyir, örtülü bazar, dostluğu pozar.
    ZAMANOV. Əziz qardaşım, mən səninlə ürək söhbəti edirəm, bazar söhbəti yox...
    YILMAZ. Onsuz da, bu dünya özü boyda bir bazardır. Elə bizim söhbətimiz də o bazardan gedir.
    İLAHƏ. Yılmaz, yaxşı da. Biz sevindik ki, siz bir-birinizi tapıb...
    YILMAZ. Bunun məsələyə dəxli yoxdur. Mənim qardaşım bu gün cinayətkar tapıb. Elə deyilmi, Zamanov?..
    ZAMANOV. Məncə, bu tikanlı atmacalara ehtiyac yoxdur. Allah özü şahiddir ki, mən səni tapdığım üçün nə qədər sevinirəm...
    YILMAZ. Əlbəttə, polis cinayətkarı tapanda məmnun olmalıdır.
    İLAHƏ. Yılmaz, bəsdir!
    LEYLA. Gəlin bu söhbətlərə embarqo qoyaq... Gözəl havadır, gedək gəzişək meşədə.
    İLAHƏ. Ağıllı təklifdir...
    YILMAZ. Siz gedin hava alın. Mən öz qardaşımla tet-a-tet qal- maq istəyirəm. (Zamanova.) Etirazın yoxdur ki?..
    ZAMANOV (gülür). Axı bizə arbitr də lazım olacaq. LEYLA. Məncə, ortada mübahisəli heç nə yoxdur.
    İLAHƏ. Axı biz bu gün sevinməli, gülməliyik... Siz qəribə qardaşlarsınız vallah...
    YILMAZ. Biz yalnız fizioloji cəhətdən qardaşıq. Əslində isə, ayrı-ayrı dünyanın adamlarıyıq. Birimiz hakim, birimiz məhkum... Belə olan halda hansı qardaşlıqdan söhbət gedə bilər?.. Elə deyil, cənab Zamanov?..
    İLAHƏ. Yılmaz, bəsdir, yalvarıram!. .
    LEYLA. Boş yerə mübahisə etməyin. Yaxşı, İlahə, gəl biz gedək. Qoy bunlara sərbəstlik verək.
    İLAHƏ. Elə isə dava-dalaş olmasın ha...
    YILMAZ. Arxayın olun... Gedin gəzişin.

    İlahə və Leyla gedirlər.

    ZAMANOV. Qəribədir. Çox qəribədir...
    YILMAZ. Əlbəttə. Ən qəribə olanı isə budur ki, iki doğma qardaş bir-biri ilə dil tapa bilmir.
    ZAMANOV. Yox, mən başqa şey haqqında düşünürəm... YILMAZ. O nədir elə?
    ZAMANOV. Biz nə üçün məhz belə bir anda üz-üzə gəlməli idik?..
    YILMAZ. Bu da Allahın işidir. Sən öz qardaşını ‒ çoxdan axtardığın bir cinayətkarı tapıb sevinməli idin.
    ZAMANOV. Mən sənin həyatın, fəaliyyətin barədə xeyli məlumat toplamışdım... Gizlətmirəm, sən cinayətkar kimi axtarışda idin... Amma bu cür sonluğu gözləmirdim. Belə şeylər filmlərdə, kitablarda olur.
    YILMAZ. Belə görürəm ki, bu görüşdən sən elə də məmnun deyilsən. Amma özünü üzmə. (Pauza.) Hər şey yaxşı olacaq.
    ZAMANOV. Nə mənada?..
    YILMAZ. Yəni hər şey sənin ürəyincə, istəyincə olacaq. Sən öz qardaşının qolunu zəncirləyib lazım olan yerə təhvil verəcəksən.
    ZAMANOV. Sən məsələni çox primitivləşdirirsən.
    YILMAZ. Razıyam. Sənin qardaşının özü primitivdir. Axı mən oxumuş, ziyalı, tərbiyəli adam deyiləm ki!.. Mən heç orta məktəbi də bitirməmişəm. Mənim ömrüm oğru-quldurlar arasında keçib. Mən narkotik alveri ilə məşğul olmuşam. Amma sən... Maşallah, yüksək savadın, təhsilin, biliyin. Hələ çiynini, paqonunu demirəm. Özü də rüşvət almayan polis polkovniki! Yeganə təmiz orqan işçisi. Yetimliliklə böyüyüb indi yetimxana açmış xeyriyyəçi. Mənən zəngin, ideal, əlçatmaz bir vücud! Bu sən, bu da mən...
    ZAMANOV. Yaxşı, yaxşı, dolama məni...
    YILMAZ. Sən qanun keşikçisi, mən hər cür qanun-qaydaya tüpürən bir cani. Sən cəmiyyətin nüfuzulu bir adamı, mən cəmiyyətin qəbul etmədiyi həşərat. Sən dahi, mən cahil. Sən haqlı, mən haqsız. Sən doğru, mən oğru. Sən dövlət qanunları ilə işləyən bir şəxs, mən cəngəllik qanunları ilə yaşayan cinayətkar. Əlbəttə, haqq da sənin tərəfindədir, qanun da, konstitusiya da.
    ZAMANOV. Sənin monoloquna heç bir ehtiyac yoxdur. YILMAZ. Elə isə, əziz qardaş, gəl sonacan səmimi olaq. ZAMANOV. Mən kifayət qədər səmimi adamam.
    YILMAZ. Sən mıs-mıs deyincə Mustafa de. Mən nə etməliyəm?.. Və sən nə etməlisən?..
    ZAMANOV. İndiki halda biz hər şeyi həqiqətin öhdəsinə buraxmalıyıq.
    YILMAZ. O nə həqiqətdir elə?
    ZAMANOV. Həqiqət qanunlara söykənir.
    YILMAZ. O nə qanundur elə?
    ZAMANOV. Qanunlar bizi tövbəyə çağırır.
    YILMAZ. Tüpürüm sizin o həqiqətə də, o qanunlara da! Mən buraya tövbə etməyə gəlmişəm. Mənə imkan verin qalan ömrümü insan kimi yaşayım. Bəlkə, sənə elə gəlir ki, mən narkotik alverin- dən milyonlar yığıb indi dinc bir həyat arzusuna düşmüşəm. Yox! Qətiyyən! Bəli, mənim milyonlarım olub. Mən pul da görmüşəm, sərvət də. Amma indi Adəm babamızın günündəyəm ‒ lümbələn- lütəm! Bildin? İndi mən gec də olsa, anlamışam ki, insana yalnız sakit, dinc bir həyat lazımdır.
    ZAMANOV. Bəs bayaq mənə nəsə təklif edirdin...
    YILMAZ. Edirdim, bəli!.. Mən əlimdəki milyonların bir qismini öz həris “dostlarıma”, qalanını da sənin həmkarlarına ‒ paqon dostlarına paylayıb bu dağlara çəkilmişəm. Mən bilirəm ki, əl açsam, yenə də sözümü tutan adamlar tapılar. Sənə qəribə gəlir, eləmi?.. Fikirləşirsən ki, tövbə etməyə gəlmiş, var-yoxundan imtina etmiş narkobaron nə danışır belə?.. Düşünürsən ki, tövbə hara, ayağa çəkilmiş silah hara, eləmi?.. Düz fikirləşirsən, Zamanov!.. Mən öz keçmişimdən hələ tam ayrılmamışam. Elə bu son günlərdə həmişə fikirləşmişəm ki, mənə yenə kimsə ilişəcək. Məni yenə kimlərsə qaçaq salacaq. Vallah, mən qalan ömrümü sakit, qorxu-hürküsüz yaşamaq istəyirəm. İnan mənə!.. Sən and-aman edirsən ki, ömründə haram tikə yeməmisən. İnanıram sənə! Sən də mənə inan! İnan ki, mən də tövbəyə gəlmişəm bura, bu müqəddəs dağın qoynuna. Bu cür həyata ‒ təmizliyə maya, bəlkə, elə bizim genimizdən gəlir. Axı biz namuslu, vicdanlı insanların övladıyıq. Kökümüzdəki, genimizdəki təmizlik nə vaxtsa vurub üzə çıxmalı idi. Birimizdə tez, birimizdə gec... (Pauza.) Gəl sən də mənə qanun dərsi-zad keçmə!.. Mənim ürəyimin öz qanunları var. O qanunlar sizin ya- zıb-pozduğunuz məcəllələrdən daha ədalətlidir.
    ZAMANOV. Mən sənin ürəyinə də inanıram, oradakı “qanun- ların” ədalətli olmağına da. Amma gəl sən də mənə inan: hər kəs öz əməli üçün Allah və qanun qarşısında cavab verməlidir...
    YILMAZ. Səndən bir daha xahiş edirəm: mənimlə kitab dilində danışma, adam dinlində danış...
    ZAMANOV. Mən kifayət qədər sadə dildə danışıram. YILMAZ. Yox ey, dəqiqədə bir mənim gözümə soxma o qondarma qanunları! Bildin?.. Mən bu yaşımacan bu iyrənc dünyada “qanun-qayda” libasında o qədər yalanlarla üzləşmişəm ki, ta bu barədə söhbət eşidəndə allergiyam tutur. Mən indi sən dediyin o şeylərə bir zireh kimi yanaşıram. Yəni qanun bu gün çoxlarının əlində bir qamçı, bir qırmancdır. Ona görə sənə deyirəm ki, gəl adam dilində danışaq. Axı biz dost-doğma qardaşıq.
    ZAMANOV. Elə isə sən öz təklifini de...
    YILMAZ. Nə təklif? Hansı təklifdən söhbət gedir. Bəlkə, sən doğrudan, istəyirsən ki, mən sənə təslim olum, öz ayağımla zin- dana gedim?
    ZAMANOV. Axı sən axtarışdasan...
    YILMAZ. Nə olsun ki?.. Qoy axtarsınlar...
    ZAMANOV. Sən qalan ömrünü də səksəkə içindəmi yaşamaq istəyirsən? Özün dediyin kimi, yalquzaq kimi...
    YILMAZ. Bəlkə, qalan ömrümü daş divarlar, barmaqlıqlar arasında çürüdüm?..
    ZAMANOV. Hər şeyi özün etiraf etsən, nəzərə alarlar...
    YILMAZ. Əziz qardaş, sən, doğrudan, məni bu qədər axmaq hesab edirsən?
    ZAMANOV. Qətiyyən !
    YILMAZ. Bəlkə, mənim tövbə etməyə hazırlaşdığımı bilib ruhuma ilan salmaq istəyirsən?..
    ZAMANOV. Heç nə anlamıram!
    YILMAZ. Bəlkə, biz heç qardaş deyilik?..
    ZAMANOV. Biz qardaşıq. Dost-doğma!..
    YILMAZ. Elə isə sən qardaşını məhv etmək istəyirsən?.. ZAMANOV. Mən qardaşımı xoşbəxt görmək istəyirəm... YILMAZ. Sənin qardaşın öz xoşbəxtliyini həbsxanada tapmalıdır?..
    ZAMANOV. Sən niyə başa düşmək istəmirsən ki, cinayət etmisən, axtarışdasan?!. Niyə?.. Sənin dediyin o tövbə ilə iş bitmir. Belə çıxır ki, mən silah götürüb günahsız adamaları məhv etdikdən sonra meşəyə çəkilib tövbə etsəm, bu, cəzadan çəkilməsi deməkdir. Xeyr! Gəl özümüzü aldatmayaq!
    YILMAZ. Mən heç kəsi öldürməmişəm. Doğrudur, kimisə qorxuzmuşam... Hətta yaraladığım adam da olub. Amma ölüm hadisəsi... Bu olmayıb. Halbuki bu dünyada çoxlu öldürməli adamlar var. Kökü, nəsli kəsilməyə layiq ilanlar, əqrəblər var!
    ZAMANOV. Sakit ol. Hələ düşünmək üçün sənin vaxtın var.
    YILMAZ. Sağ ol ki, mənə belə bir imkan verirsən... Düşünübdaşınmaq imkanı...
    ZAMANOV. Sən qəti qərar qəbul etməlisən...
    YILMAZ. Mən belə bir qərarı artıq qəbul etmişəm. Mən heç kəsə tabe olmayacağam!.. Bir qardaş kimi sənin yolunda ölməyə hazıram, amma sənin təklif etdiyin yolu seçə bilməyəcəm. Mən mənasız ölümü qəbul edən deyiləm.
    ZAMANOV. Ölüm?.. Yox, sən öz günahını etiraf etməlisən...
    YILMAZ. Kimə?.. Sizin qanun keşikçilərinə?.. Sən məni təzədən tüpürüb gəldiyim o yola qaytarmaq istəyirsən?.. Sən məni cinayət aləminə yenidən sövq edirsən?.. Sən mənim axırıma çıxmaq istəyirsən? Ax, zalım qardaş, amansız qardaş...
    ZAMANOV. Mən zalım deyiləm...
    YILMAZ. Sən qansızsan, qəddarsan.
    ZAMANOV. Mən sənə kömək etmək istəyirəm...
    YILMAZ (Gülür). Məni ələ verməklə? Məni həbs etməklə?.. Belə kömək edirsən mənə?..
    ZAMANOV. Axı mən başqa nə edə bilərəm?.. Mən səni xilas etmək istəyirəm. Sən təslim olmalısan...
    YILMAZ. İcazə ver, sənin dediklərinin hamısını zarafat kimi qəbul edim.
    ZAMANOV. Zarafat? Yəqin, sənə belə gəlir. Amma mənim ürəyimdən qara qanlar axır. Nə üçün belə olmalıydı?
    YILMAZ. İndi bu suala cavab axtarmağın yeri deyil. (Pauza.) Deyəsən, bu bizim bir qardaş kimi ilk və sonuncu görüşümüz olacaq.
    ZAMANOV. Mən öz qardaşımdan imtina etmək niyyətində deyiləm. Eləcə də öz qardaşlıq borcumdan...
    YILMAZ. O nə borcdur elə?.. Məni həbs etmək? Yaxamı ment- lərin əlinə vermək? Öldürtmək?..
    ZAMANOV. Mən səni müdafiə edəcəyəm... Çalışacağam ki, hər şeyi ədalətlə yoluna qoyaq. Amma...
    YILMAZ. Nə amma?..
    ZAMANOV. Cinayət cəzasız qala bilməz...
    YILMAZ. Deməli, sənin son qərarın belədir?
    ZAMANOV. Bəli.
    YILMAZ. Sənin niyyətin baş tutmayacaq, Zamanov. Elə isə gəl belə danışaq: nə sən məni görmüsən, nə də mən səni. Elə təsəvvür et ki, sənin qardaşın çoxdan gəbərib, cəhənnəmlik olub...
    ZAMANOV. Mən bunu arzulamazdım...
    YILMAZ. Bəs nədir sənin niyyətin?
    ZAMANOV. Sənin xilasın... Bunu isə istintaq müəyyən edəcək...
    YILMAZ. Xeyr! Mən heç bir istintaqa ifadə verməyəcəm...
    ZAMANOV. Axı sən niyə qorxursan istintaqdan?..
    YILMAZ. Mən heç kəsdən, heç nədən qorxmuram! Amma unutma: mən həbsxanaya düşməkdənsə, intihara daha çox üstünlük verirəm. Və lazım gələrsə, belə bir yolu tərəddüdsüz seçəcəyəm.
    ZAMANOV. Belə bir seçimin özü də qorxaqlıq əlamətidir. YILMAZ. Mən ölümü təhqirdən daha şərəfli hesab edirəm. ZAMANOV. Məni məcbur edirsən ki, səninlə qardaş kimi yox,
    cinayət axtarışı şöbəsinin əməkdaşı kimi danışım...
    YILMAZ. Mənə xox gəlmə, Zamanov! Səndən xahiş edirəm: əl çək məndən! Burax mənim yaxamı!
    ZAMANOV. Səsini qaldırma! Sakit ol!
    YILMAZ. Mən hər şeyə tüpürə bilərəm! Səni də məhv edərəm, özümü də!
    ZAMANOV. Kəs səsini! Nə haray-həşir qoparmısan?!. YILMAZ. Gəl mənim əsəblərimlə oynama, Zamanov! Sən mənim qardaşım yox, qənimimsən! Sənin beynin zəhərlə, ürəyinsə kinlə doludur! Bəlkə də, Tanrı elə sənin bu cür xislətinə görə bizim bütün nəslimizi məhvə məhkum edib! Bəlkə, elə sənin üzündən bizim kökümüzə balta calınıb!
    ZAMANOV. Sən nə çərənləyirsən belə? Sən təkcə məni yox, ölülərin ruhunu da təhqir edirsən.
    YILMAZ. Sən ölü-diri qədri bilən deyilsən, Zamanov! Sən stukaçsan! Sən çuğulçusan! Sən satqınsan! İşverənsən!
    ZAMANOV. Sus! Alçaq!
    YILMAZ. Özünsən alçaq!..

    Zamanov özünü saxlaya bilməyib Yılmazı şillə ilə vurur. Musiqi Yılmaz səndələyir. Zamanov diz üstə çökür ‒ əli ilə üzünü tutub hıçqırır. Yılmaz kəmərinin altından tapançanı çıxarıb Zamanova tuşlayır. Zamanov gözlərini qırpmadan alnına tuşlanan silaha baxıb gülümsəyir.

    ZAMANOV. Vur! Əlin əsməsin!..
    YILMAZ. Ax-x-x!.. Sən haradan gəlib çıxdın?.. Niyə zəhərlədin mənim həyatımı? Niyə?..
    ZAMANOV. At!.. Tətiyi çək!.. Qorxma!..

    Yılmaz lülənin istiqamətini dəyişir. Onu öz alnına tuşlayır.

    YILMAZ. Mən qorxaq deyiləm!..
    ZAMANOV. Dayan! Əl saxla! Yalvarıram sənə!.. Yalvarıram!Qardaş!

    Zamanov Yılmazın üstünə atılır, silahı ondan almaq istəyir. Hay- küy. Qışqırıq. Leyla və İlahə qaça-qaça gəlirlər. Yılmaz tapançanı cibində gizlədir. Zamanov özünü səliqəyə salır, üst-başını çırpır, soyuqanlılıq göstərir.

    LEYLA və İLAHƏ. Oy-y-y! Ayı! Ayı!..
    ZAMANOV. Nə olub?.. Nə ayı?
    YILMAZ. Hansı ayını deyirsiniz?..
    LEYLA. Ayı qadını qovur!..
    İLAHƏ. Odur ey!.. Bayaqkı qadını parçalamaq istəyir. Qara, yekə, qıllı bir ayıdır!..
    ZAMANOV (boylanır). Hə, doğrudan da... Qadın qaçır. Amma elə bil o gülür.
    LEYLA. Necə yəni gülür? Eşitmirsiniz, o qışqırır?!. ZAMANOV. Axı o heç kəsi köməyə çağırmır...
    YILMAZ. Bu da bizim ağıllımız!.. (Gülür.) Görmürsən, qadın necə qaçır!..
    İLAHƏ. Doğrudan da, qadın gülür.
    YILMAZ. Bəlkə, qorxudan ağlını itirib, başına hava gəlib?!.
    LEYLA. Ona kömək etmək lazımdır!
    YILMAZ. İndi kömək edərik. Bu saat! Qorxmayın!..

    Yılmaz tapançanı cibindən çıxarıb nişan alır, tətiyi çəkir. Atəş açılır. Qışqırıq səsi eşidilir. Yılmaz tapançanı təzədən gizlədir.

    İLAHƏ. Ura!..
    ZAMANOV. O nə səsdir elə?..
    LEYLA. Ayıdır, böyürür...
    ZAMANOV. Bu ayı səsinə oxşamır...
    YILMAZ. Ayı gəbərdi, deyəsən...
    İLAHƏ. Qadını gətirmək lazımdır...
    LEYLA. Gəlin gedək onun yanına...
    YILMAZ. O özü bizim yanımıza gəlir...

    Qadın qışqıra-qışqıra gəlir. O ağlayır, üz-gözünü cırmaqlayır.

    ZAMANOV. Nə olub, bacı?..
    QADIN. Siz mənim evimi yıxdınız!..
    YILMAZ. Niyə?.. O sənin ayın idi?..
    QADIN. Ayı nədi? O mənim ərimdir.
    LEYLA. Ərin?..
    İLAHƏ. Ayı sənin ərindir?..
    YILMAZ. Görünür, indi ayı ilə də ailə quranlar olur. ZAMANOV. Sakit olun! Görək nə baş verib?..
    YILMAZ. Onun dərisini soymaq lazımdır.
    İLAHƏ. Mən ayı dərisini çox xoşlayıram... Özü də belə iri, qıllı ayıların...
    QADIN. Ayı sənin ərindir!.. Mənim ərim... Of-f-f!.. O, sadəcə olaraq ayı dərisini geymişdi. Bir ovçu dostu bağışlamışdı ona bu dərini... O mənimlə zarafat edirdi... O, buradakıları əyləndirmək istəyirdi...
    İLAHƏ. Bura sirk-zaddır bəyəm?..
    QADIN. Hə, əvvəllər o sirkdə işləyib...
    İLAHƏ. O, həqiqətən, ayı imiş ki...
    QADIN. Ayı sənin ərindir! Qancıq!.. Kəs səsini!.. Of-f-f!.. O, ölə bilər...

    Qadın qaçır. Zamanov və Leyla onun arxasınca gedirlər.

    YILMAZ. Bu nə işdi düşdüm?..
    İLAHƏ. Səbirli ol, Yılmaz... Deyəsən, o ölməyib... YILMAZ. Bu bəxt ki, məndə var...

    Zamanov ayını ‒ dəriyə bürünmüş Kişini sürüyə-sürüyə gətirir.
    Leyla və Qadın da gəlirlər.
    “Ayını” ‒ Kişini yerə uzadırlar. O zarıyır.

    İLAHƏ. Ayı gülümsəyir... Deyəsən, sağdır...
    LEYLA. O, qan itirib... Şükür, salamatdır.
    ZAMANOV. Deyəsən, yarası yüngüldür. Amma onu təcili xəstəxanaya çatdırmaq lazımdır.
    YILMAZ. Hə, əziz qardaş, bax indi həbsxanaya getmək olar. Deyəsən, arzun çin oldu. Mən təslim! Qismətdən qaçmaq olmazmış...

    Sükut. Sonra.
    Musiqi.

    Pərdə

    SON










    ZAMAN

    (İki hissəli dram)


    İştirak edənlər:

    ZAMAN
    MƏDİNƏ
    RƏSUL
    SONA
    RAMİZ
    ZƏHRA
    CƏRULLA


    I HİSSƏ

    Pərdə qalxır. Mənzil. Rəsul və Sona. Rəsul ağır, ləngərli addımlarla gəzişir. Sona baxışları ilə onu müşayiət edir.

    RƏSUL (əsəbi). Sən niyə öz oğlunun başına ağıl qoymursan? Niyə?..
    SONA. Öz oğlumun? (Gülür.) Bəyəm o həm də sənin oğlun deyil?
    RƏSUL. Belə getsə, mən onu oğulluqdan çıxaracağam!..
    SONA. Onu oğulluqdan çıxaranacan, yaxşısı budur, özünü atalıqdan çıxarasan.
    RƏSUL. Deyəsən, sən də oğlun kimi məni dolayırsan!.. SONA. Bura bax, Rəsul, nə olub sənə?..
    RƏSUL. Ta bundan artıq nə olasıdır ki?.. Hara gedirəm, Za- mandan danışırlar... Zaman belə getdi, Zaman elə getdi... Zaman filan şeyi elədi, filan şeyi eləmədi... Zaman döydü, Zaman söydü...
    SONA. Yəqin, oğlun, sizin öz nəslinizə çəkib.
    RƏSUL. Boş-boş danışma! Bizim nəsildə belə nadürüst yoxdur...
    SONA. Cavanlıqda sən özün də kür olmusan...
    RƏSUL (duruxur). Kür olmuşam?.. Xeyr! Mən həmişə öz sözümün, öz hərəkətimin yerini bilən adam olmuşam. Amma bu... sənin oğlun... O özünü idarə edə bilmir... Sona, qulaq as... (Barmağını silkələyir.) Mən arada olan pərdəni götürmək istəmirəm. Oğluna de ki, özünü yığışdırsın. Qulağıma onun barəsində cürbəcür sözlər çatır.

    Zaman gəlir. Görünüşündən enerjili, güclü, sağlam adam olduğu aydın bilinir. Zaman diqqətlə öz valideynlərini: Rəsulu və Sonanı nəzərdən keçirərək qəti addımlarla qapıya yaxınlaşıb qonşu otağa keçmək istəyir. Sona onun qarşısını kəsir.

    SONA. Zaman... Oğlum, bir ayaq saxla görüm...
    ZAMAN. Eşidirəm, ana... Nə olub?..

    Rəsul içini arıtlayıb öskürərək otaqdan çıxmaq istəyir. Sona cəld qapının önündə dayanıb onun da yolunu kəsir.

    SONA. Rəsul, sən də dayan. Hara gedirsən?.. Mən başa düşə bilmirəm, bu evdə nə vaxtacan gizlənpaç oynanılacaq?..
    ZAMAN. Kimdir oyun oynayan?..
    SONA. Elə hamımız... Rəsul da, Zaman da, Mədinə də... Lap elə mən özüm də... (Qonşu otağa.) Mədinə, qızım, bir bura gəl görüm!

    Mədinə gəlir. Başını aşağı dikir.

    ZAMAN. Ana, nə olub yenə?.. (Gülür.) Deyəsən, qərargahın fövqəladə iclasını çağırıbsınız? Yoxsa düşmən tərəfdən hücum gözlənilir?..
    SONA. Hamının sənə sözü var.
    ZAMAN. Hamının? Təsadüfən məni mükafat-zad təqdim et- mirsiniz ki?
    RƏSUL. Kəs səsini!..
    ZAMAN. Yox, deyəsən, mükafat məsələsi deyil. Bu daha çox hərbi tribunalın təcili toplantısına bənzəyir. Buyurun, eşidirəm sizi, cənablar... (Əlini belinə qoyub sinəsini irəli verir.)
    SONA. Zaman, oğlum... Əyləş, qulaq as...
    ZAMAN. Təsəvvür edin ki, əyləşmişəm... Amma bir deyin görüm, nə olub?..
    RƏSUL. Bunun hələ bir danışmağa dili də var.
    SONA. Rəsul, bir səbrini bas... Qızım, Mədinə, bir yaxın gəl görüm... Hə, bax belə... Zaman, oğlum, de görüm, nəyin çatışmır sənin?.. (Pauza.) Niyə susursan?.. Nə üçün sualıma cavab vermir sən?.. Hamı səndən danışır... Zaman elə gəldi, Zaman belə getdi... (Pauza.) Bəlkə, dediklərim yalandır?
    ZAMAN. Necə yəni, Zaman elə gəldi, Zaman belə getdi? Siz hansı mənbəyə isnad edirsiniz?
    SONA. Mənbə nədir? Nə mənbə?..
    ZAMAN. Yəni mənim haraya gəlib-getdiyim barədə sizə hansı kəşfiyyat agentliyi məlumat verir?
    RƏSUL. Bir bunun danışığına fikir ver! Belə bilmək istəyirsənsə, bütün mənbələr sənin əməllərindən danışır! Özünü elə aparırsan ki... (Şəhadət barmağını silkələyir.) Mən sənə bir dəfə demişəm, yenə də deyirəm: özünü yığışdır, uşaq-muşaqla oturub-durma, ağ- lını başına topla!
    SONA. Rəsul, əsəbiləşmə, bir səbrin olsun!..
    RƏSUL. Səbrim haradan olmalıdır?.. O vaxt sözümə baxmadı, könüllü əsgərliyə getdi. Yaxasından tutub atdılar uzaq, yad bir ölkəyə... Bəs sonra nə oldu? Xəbər çıxdı ki, oğlunuz beynəlmiləl borcunu yerinə yetirərkən itkin düşüb...

    Mədinə kənara çəkilir.

    SONA. Yaxşı, yaxşı, sən də köhnə palaz içi tökmə görək... RƏSUL. Yox, qoy mən deyim, bu da qansın... Yoxsa elə bilər ki, hamı gicdir, dünyada bircə ağıllı adam varsa, elə budur... (Zamana). İtkin düşdün? Düşdün!.. Bəs əziyyətini çəkən kim oldu?.. Əlbəttə, biz. Həftə səkkiz-mən doqquz, təhlükəsizlik idarəsinin işçiləri evi- mizin qapısını yağır etdilər: oğlunuz nə üçün itkin düşüb?.. Onun mücahidlərlə nə əlaqəsi? Sizin xaricdə qohum-əqrəbanız varmı?.. Axırda dözməyib bütün beynəlxalq təşkilatlara teleqram vurmağa başladım. BMT-dən tutmuş Qrmızı Xaçacan...
    SONA. Yenə sağ olsun o Qırmızı Xaçın işçiləri...
    RƏSUL (tərs-tərs Sonanı süzür). Heç sağ olmasınlar! SONA. Niyə elə deyirsən, Rəsul?..
    RƏSUL. Əcəb eləyirəm! Onlar olmasaydı... Qırmızı Xaç bunu axtarıb tapmasaydı, qulağımız da dinc olardı, başımız da...

    Mədinə hıçqırır.

    SONA. Yaxşı, yaxşı, gəlinin yanında belə sözlər danışma... Ayıbdır...
    ZAMAN. Ana, mane olma... Atamın dediklərinin hamısı həqiqətdir... Qoy sözünə davam eləsin...
    RƏSUL. Yoxsa məni ələ salırsan?.. (Pauza.) Yadında saxla... (Barmağını silkələyir.) Təkcə sənin axtarışın üçün yuxarılara vurduğum teleqramların pulunu toplasaydım, indi evimin dirəkləri qızıldan olardı!
    SONA. Oğlundur, axı... vurmalı idin o teleqramları...
    RƏSUL. Qısası, axtarıb tapdıq səni? Tapdıq! Mücahidlərin pəncəsindən xilas etdik səni? Etdik! Sənə ev aldıq? Aldıq! Səni evləndi
  • sentyabr 2026, Firuz M.

  • 3
Fəlsəfə Işığında

Firuz Mustafa

Fəlsəfə Işığında (İkinci nəşr) Bakı-2025 Bakı., 2025.səh.558 nın yeni kitabına daxil edilmiş yazılarda bədii və mənəvi mədəniyyətin aktual......

proza. rusca. roman. povest.

Firuz Mustafa

Фируз МУСТАФА ПРОЗА Романы Повести Рассказы Bakı-2026 Фируз МУСТАФА Фируз Мустафа. Проза. Романы.Повести.Рассказы 2026.с.510.Баку. Редактор: Г.Мустафаева В книге представлена проза (романы, повести и рассказы) известного......

Пьесы. Pyeslər. rusca

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Pièce Баку -2026 Фируз Мустафа пьесы Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому кругу читателей и зрителей.......

Misra. poeziya

Firuz Mustafa

Misra poeziya ποίησις Bakı-2026 .Misra.Poeziya ποίησις Geniş oxucu və tamaşaçı auditoriyası nı əsasən filosof, nasir və dramaturq kimi tanıyır.......

Tarixi dramlar

Firuz Mustafa

Tarixi Dramlar TarixiN Kölgəsi Savaş Fəsli Üçüncü Sahil Qara Zolaq Bakı-2026 Redaktor: Fazil N. Mustafayev Yeni kitaba nın......

Nəsr. roman. povest. hekayə

Firuz Mustafa

Nəsr romanlar povestlər hekayələr Bakı-2025 .Nəsr. Romanlar.Povestlər.Hekayələr Bakı.2025, s.1330 Tanınmış yazıçı-filosof nın yeni kitabına müəllifin müxtəlif dövrlərdə qələmə aldığı nəsr əsərləri......

Pyeslər. 1-ci cild

Firuz Mustafa

Pyeslər 1-ci cild Üç cilddə Bakı-2026 Pyeslər 1-ci cild Üç cilddə Təqdim edilən kitaba nın seçilmiş dram əsərləri daxil edilmişdir.......

Pyeslər. 2-ci cild

Firuz Mustafa

Pyeslər 2-ci cild Üç cilddə Bakı-2026 Pyeslər 2-ci cild Üç cilddə Təqdim edilən cildə nın seçilmiş dram əsərləri daxil edilmişdir.......

Pyeslər. 3-cü cild

Firuz Mustafa

Pyeslər 3-cü cild Üç cilddə Bakı-2026 Pyeslər 3-cü cild Üç cilddə Təqdim edilən cildə nın tarixi dramları, monopyes və monohekayələri, yaradıcılığının ilkin......

Saatsaz

Tural İsmayılov

Payızın axırı idi. Tural Əli babasının köhnə evinə gələndə həyətdəki nar ağacında bircə nar qalmışdı. Quş dimdikləməmişdi, yalnız yarıqlanıb qızarmışdı. Ev satılırdı. Bunu atası Rəşid......