...
  • Persona (Memuar)
  • Firuz Mustafa



  • Firuz Mustafa




    PERSONA











    (memoirs)








    BAKI- 2027



    Firuz Mustafa


    Persona
    (memoirs)

    Oxuculara təqdim edilən kitabda
    Firuz Mustafanın
    ayrı-ayrı görkəmli şəxsiyyətlərlə bağlı
    memuar janrında qələmə aldığı
    portret-oçerklər, xatirələr, məqalələr və qeydlər
    toplanmışdır.

    ©Firuz Mustafa.2027. səh.638

    Redaktor: Fazil N. Mustafayev
    Bədii tərtibatçı: Aqşin Mustafa

    Firuz Mustafa.Persona.,638 səh.


    ISBN 978-9952-37-245-8


    “Füyuzat” nəşriyyatı.2027
    ©Firuz Mustafa.2027




    Bakı.2027.




    İrs




    Yusif Vəzirin əsarətdə qalan məzarı

    Azərbaycannın böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin Nijni Novqorod yaxınlığındakı Suxobezvodnaya adlanan yerdə uyuyan məzarının vətənə gətirilməsi ədibin ruhuna böyük diqqət və sayqı nümunəsi olardı

    Mən bu yazımda söhbətə birbaşa repressiyaya məruz qalmış Yusif Vəzir Çəmənzəminlinin qürbətdəki məzarı ilə bağlı əldə olan faktlardan başlamaq istəyirdim. Amma ortaya çıxan bəzi suallar istər-istəməz mənə söhbəti bir az başqa nöqtədən başlamağa vadar etdi. Məzarla bağlı isə bir qədər sonra...
    Yusiv Vəziri repressiyaya aparan yol haradan başlamışdı?
    O, sağ qala bilərdimi?
    İndi, uzun bir zaman keçəndən sonra bu suallara cavab vermək bəlkə də müəyyən qədər “asandır”. Axı konkret vaxt kəsiyi sonsuz əbədiyyət okeanına qovuşandan sonra ötüb keçənləri bildiyin və istədiyin kimi “redaktə etməkdən” asan nə ola bilər ki?..
    Yusif Vəzir Kiyevədəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsini bitirəndən sonra 1915-1919-cu illərdə öz peşə fəaliyyətini Rusiyanın bir sıra şəhərlərində davam etdirmişdi.
    O, bəlkə də öz karyerasını qurmaq üçün Rusiyada qalsaydı, repressiyalar ondan yan keçərdi.
    Yusif Vəzir Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri kimi fəaliyyət göstərərkən gənc Azərbaycan dövləti qırmızı imperiyanın qanlı caynağına keçdi, səfarətxana öz fəaliyyətini dayandırmalı oldu.
    O, bəlkə də Türkiyədə qalsaydı, daha dolğun bir şəxsi həyat və yaradıcılıq ömrü yaşaya bilərdi.
    Yusif Vəzir sovetlərin qələbəsindən sonra Parisə mühacir etmişdi, orada “Paris xəbərləri” qəzetində “Şərq məktubları” başlığı altında köşə yazıları ilə çıxış edirdi.
    O, bəlkə də Parisdə qalıb fəaliyyət göstərsəydi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal iştirak edərdi.
    Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Xorəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi kimi kollektivdə böyük nüfuz qazanmışdı.
    O, bəlkə də öz pedaqoji fəaliiyətini davam etdirsəydi, sonralar sakit bir alim ömrü yaşayardı.
    Qanlı-qadalı illərdə Rusiyada, Türkiyədə, Fransada, Özbəkistanda yaşayıb sağ qalan soydaşlarımız heç də az az olmayıb.
    Amma... Amma görünür hər bir kəsin özünün yazmağa cəhd göstərdiyi bir tərcümeyi-halla yanaşı, qəzavü-qədərin hökmüylə qələmə alınan bir bir yazı da olur. Bu yazıya alın yazısı deyirlər.
    30-cu illər repressiyası Yusif Vəzirin və onun ailəsinin həyatına böyük faciələr gətirdi. O, öz isti yuvasından, ev-eşiyindən, el-obasından, göz bəbəyi kimi sevdiyi Vətənindən didərgin düıdü.
    Yusif Vəzirin həyatının son illəri Özbəkistanla bağlı olmuşdur.
    Ədib 1937-ci ildə müxtəlif bəhanələrlə işdən azad edilmişdi. Heç yerdən bir qəpik gəliri olmayan Yusif Vəzir Azərbaycan kommunistlərinin o vaxtkı başçısı Mircəfər Bağırova ərizə ilə müraciət edir, amma bir cavab almır.
    Yerli hakimiyyətdən bir kömək görməyən yazıçı 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın Baş katibi İ.V.Stalinə ərizə ilə müraciət etməli olur. Onun ərizəsinə Baş katibdən də bir cavab gəlmir. Yusif Vəzir bir aya yaxın Moskvada qalır, “əlaqədar” idarələrin qapısını döyür, Stalinə yazdığı ərizə barədə dəfələrlə Mərkəzi Komitəyə müraciət edir, lakin hər yerdə eyni laqeydliklə qarşılanır. Təzədən Bakıya qayıdan Yusif Vəzir qonşu ölkələrdə iş axtarmaq məcburiyyətində qalır. 1938-ci ildə “Kommunist” qəzetində oxuduğu bir elanın sorağı ilə sənədlərini Özbəkistana göndərir. Müsabiqədən uğurla keçən Yusif Vəzir Urgəncdəki pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. Amma onun pedaqoji fəaliyyəti çox da uzun sürmür, yazıçı 1940-cı il yanvar ayının 25-də Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərqəsində saxlanıldıqdan sonra, 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərqəsinə göndərilir.
    Üç illik məşəqqətli məhbəs həyatı keçirən Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.
    Vəssalam.
    Yox, bu son deyil, böyük ədibin fiziki həyatına son nöqtə qoyulsa da, onun iknci ömrü, mənəvi həyatı davam etməkdədir.
    Mən Yusif Vəzir Çəmənzəminlinin xüsusi tədqiqatçılarından deyiləm. Lakin hələ uşaqlıqdan onun bədii əsərlərini oxumuş, sonrakı mərhələdə elmi araşdırmaları ilə tanış olmuşam.
    İndiki halda mənim söhbətim Yusif Vəzirin ədəbi-elmi fəaliyyətindən daha çox, onun həyatının sonrakı mərhələsi, daha doğrusu, həyatla vidalaşdığı vaxtdan sonrakı dövrü ilə bağlıdır.
    Yuxarıda qeyd etdiyimiz kimi, Nijni Novqorod vilayətinin Suxobezvodnaya adlanan qəsəbəsindəki həbs düşərgələrinin birində dünyasını dəyişib.
    Mən günlərin bir günü böyük ədibin uyuduğu qəbristanlığın yerini müəyyənləşdirmək qərarına gəldım.
    Təbii ki, Yusif Vəzirin qəbrinin dəqiq yerini iki mənbədən öyrənmək olardı: onun öldüyü həbs düşərgəsindən və dəfn olunduğu qəbristanlıqdan.
    ...Beləliklə, mən Yusif Vəzirin (Vəzirov Yusif Çəmənzəminlinin) həyatının son illəri ilə bağlı Bakıdakı və Nijni Novqoroddakı (keçmiş Qorki şəhərindəki) dost-tanışlardan, məlumat kitabçalarından, mətbuatdan xeyli informasiya əldə etdim.
    Suxobezvodnaya Qorki (indiki Nijni Novqorod) şəhərinin 115-120 kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsində yerləşən qəsəbədir. Ərazisi 380 hektardır. 1963-cü ildən şəhər tipli qəsəbə statusu daşıyan bu yer ötən əsrin 30-cu illərində dustaqlar üçün “iş yeri” kimi fəaliyyətə başlamışdır. Buradakı məhbuslar dəhşətli katorqa şəraitində saxlanmaqla yanaşı, ağır fiziki işlərə də cəlb edilirdilər.
    Suxobezvodnaya bu gün də öz əzəlki “missiyasını” davam etdirməkdədir: buradakı 21 islah- əmək düşərgəsində 27 min məhbus saxlanılır. Düşərgələrdən 10-u ciddi rejimli, 5- ümumi, 2-si tərbiyəvi rejimli, 2-si SİZO, biri qadın, biri isə xəstələr (vərəm) üçün nəzərdə tutulmuşdur.
    Suxobezvodnaya sözünün tərcüməsi “susuz quru yer” mənasını verir, yaxınlıqda su mənbələri yoxdur, yalnız 30 metr dərinliyəcən qazılan quyulardan su əldə etmək olur. Amma burada bataqlıqlar da vardır.
    Bəs Yusif Vəzirin vaxtilə cəza çəkdiyi konkret həbs düşərgəsini necə müəyyənləşdirməli?
    Mən əksər islah-əmək düşərgələrinin rəislərinə məktubla müraciət etməli oldum. İndi dəqiqlik naminə, təhrif olunmasın deyə, həmin düşərgələrdənn bir neçəsinin ünvanını, habelə, həmin düşərgə rəislərindən bəzilərinin ad-soyadını oxuculara orijinalda (rus dilində) təqdim edirəm.
    ***
    Нижегородская обл.
    ИЗ-62/1
    606510, ст.Сухобезводное
    ***
    Нижегородская обл.
    УЗ-62/14
    606510, ст. Сухобезводное
    ***
    Нижегородская обл.
    УЗ-62/7
    606773, ст. Сухобезводное, п. Восход
    ***
    Нижегородская обл.
    УЗ-62/1 (Г)
    606510, ст. Сухобезводное
    ***
    Нижегородская обл.
    УЗ-62/14 “И”
    606510, ст. Сухобезводное

    Ünvan: 606510, Нижегородская область, Семёновский р-н, ст. Сухобезводное ГЖД. Начальник: Исаев Юрий Николаевич.
    ***
    ИК-1 (старое название УЗ-62/1) Нижегородская обл., Семеновский р-н, ст. Сухобезводное ГЖД
    Ünvan: 606640, Нижегородская область, Семёновский р-н, ст. Сухобезводное ГЖД,ФБУ ИК-1
    ***
    Nijeqorod ГУФСИН-in rəhbəri polkovnik V.A. Dejurova
    habelə, V.A. Dejurovun müavinləri polkovnik M.V. Maslennikovun, polkovnik A.K. Mastryukun da ünvanına məktub göndərdim.
    Ünvan: 603098 г.Нижний Новгород
    ул. Артельная, д. 1А
    Daha sonra Nijeqorod vilayətinin prokuroru K.M. Kojevnikova,
    (Ünvan: 603105, ГСП-10, г.Н.Новгород, ул. Ижорская д. 25) və
    Vilayətin məhkəmə sədri A.V. Bondara aşağıdakı məzmunda məktubla müraciət etdim:
    “ Yazıb Sizə bildiririk k, görkəmli Azərbaycan yazışısı Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1940-cı ildə Bakıda həbs olunaraq həmin ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərqəsinə göndərilmişdir.
    Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnoye stansiyasındakı həbs düşərgəsində vəfat etmişdir.
    Xahiş edirik, həbs düşərgəsində yazıçıya aid sənədlərlə tanış olmaqda, onun dəfn olunduğu qəbrin müəyyənləşdirilməsində və nəşinin öz doğma vətəninə gətirilməsində bizə kömək göstərəsiniz”.
    Demək olar ki, mənim bütün məktublarıma, müraciətlərimə eyni qaydada, yəni sükutla “cavab verildi”. Amma ümidimi üzməmişdim. İnanırdım ki, günlərin bir günü mənə cavab verəcəklər...
    Yusif Vəzir ən ağır məhbəs şəraitində belə, son nəfəsinəcən qələmi yerə qoymayıb. O, hər gün yazşb-yaradıb. Çəmənzəminli nikbin insan idi, o, sabaha ümidlə baxır, hesab edirdi ki, bir gün haqq ğz yerini tapacaq, onun yazıları öz doğma ölkəsinin vətəndaçlarına şatacaq. Sürgün dostlarının dediyinə görə, böyük ədib son nəfəsində məhbəs nəzarətçisindən xahiş edib ki, onun yazdıqlarını həbsxana çardağının altında əlçatmaz, xəlvəti bir yerdə gizlətsin. Həmin yeri ədibin özü əvvəlcədən müəyyənləşdiribmiş. Nəzarətçi hörmətlə yanaşdığı ziyalı məhbusun xahişini yerinə yetirir. Amma “susuz quru yerin”- Suxobezvodnayanın yağışı, qarı və çisəyi həmin yazıları elə o əlyazmaları müəllifinin ömrü, həyatı kimi çürüdüb məhv elədi.
    ...Mən bir xeyli analiz və sintezdən sonra belə bir qənaətə gəldim ki, böyük ədib öz ömrünü, əsası 30-cu illərdə qoyulmuş ciddi rejimli düşərgədə başa vurmuşdur. Həmin cəza yeri (УЗ-62/1) 1953-cü ilə qədər mərkəz və ya birinci düşərgə şöbəsi kimi fəaliyyət göstərmişdir. Əvvəllər ВЕТЛАГА adlanan zona sonralar УНЖЛАГА kimi tanınıb; zamanında düşərgənin 28 məntəqəsi olmuşdur.
    ...Nəhayət, aradan bir müddət keçəndən sonra “QUFSİN”dən (ГУФСИН) cavab gəldi. Həmin Cavab məktubunu bu yazıya əlavə edirəm.
    ФЕДЕРАЛЬНАЯ СЛУЖБА
    ИСПОЛНЕНИЯ НАКАЗАНИЙ
    ГЛАВНОЕ УПРАВЛЕНИЕ
    ПО НИЖЕГОРОДСКОЙ ОБЛАСТИ
    (ГУФСИН РОССИИ ПО НИЖЕГОРОДСКОЙ ОБЛАСТИ)
    Артельная ул., 1-А, г. Нижний Новгород, 603098
    тел. (831)268-54-01, факс (831) 434-41-13
    (831)464-90-11
    gufsin@gufsin-nn.ru
    _10.05.2012 № 53/ТО/1/3-Ф-692/12
    На № __________________________


    Архивная справка

    Везиров Юсуф Баба Оглы, 1887 года рождения, уроженец г Шуша Азербайджанской ССР, азербайджанец, образование высшее, специальность педагог. До ареста проживал в г. Ургенч Хорезмской области УзССР.
    Работал до ареста в г. Ургенче Хорезмской области старшим преподавателем русского языка института в 1938-1940 годах.
    Из Хорезмской области из Ургенческой тюрьмы № 6 после ареста был направлен в г. Баку, в распоряжение НКВД Азербайджанской ССР. Осужден 11 июня 1940 года особым Совещанием при НКВД СССР по статье 58-10 УК РСФСР к 8 годам лишения свободы, за антисоветскую деятельность. Начало срока 27 января 1940 года.
    Для отбывания срока наказания направлен в Унженский ИТЛ прибыл 11 июля 1940 года. Работал бригадиром.
    Скончался 3 января 1943 года. Извещение о смерти направлено в ОАГС НКВД Хорезмской области за № 15/а31365 от 26.01.1943года.
    Место захоронения не сохранилось.
    Основание: Ф.92 арх. л/д 1168.
    Личное дело Везиров Юсуф Баба Оглы находится на хранении в Информационном Центре ГУМВД России по Нижегородской области.



    Заместитель начальника А.В. Иванов

    Начальник архива Т.Ю. Савиных

    p.s.
    Bütün “yerli” sənədlərdə Yusif Vəzirin atasının adı adətən Mirbaba yazılır. Gördüyümüz kimi, yazıçının həbsxanadakı sənədlərində atasının adı qısaca, daha doğrusu “Baba” (Баба Оглы -F.M.) kimi qeyd olunmuşdur.
    Məktubdan biz onu da öyrənirik ki, Yusif Vəzir katorqada briqadir vəzifəsində çalışmışdır.
    Bax belə.
    Bu qədər.
    p.p.s.
    “QUFSİN”dən (ГУФСИН) aldığım məktubun tarixinə baxıram: _10.05.2012
    Deməli, bu məqalənin yazıldığı vaxtdan təxminən on il keçir.
    Şükürlər olsun, qalib ordumuz 2020-ci ilin payızında öz tarixi “sözünü” layiqincə dedi. Şüşa əsarətdən, işğaldan azad edildi. Bu, böyük bir xoşbəxtlik, sonsuz bir səadətdir. Yəqin ki, Yusif Vəzirin ruhu indi qismən də olsa rahatdır. Axı, Şuşa onun dünyaya göz açdığı şəhərdir.
    ...Amma təəssüf hissi ilə deməliyik ki, böyük yazıçının məzarı indiyəcən qürbətdə və əsarətdədir.



















    Tanıdığımız və tanımadığımız Nərimanov
    Bir daha “bolşevik” və “millətçi”
    Nərimanov haqqında

    Bu gün Nəriman Nərimanovu tənqid edənlər az deyil. Hətta, bəziləri onun heykəlinin götürülməsini belə, təklif və ya təkid edirlər.
    Fikrimi qısaca izhar və formulə etmək istəyirəm. Qısa yazmağımın səbəbini sonda deyəcəyəm.
    Mən ixtisasca tarixçi olmasam da bəzi tarixi faktlari yada salmaq istərdim.
    Bəribaşdan onu deyim ki, Nərimanov xalqımızın ərsəyə gətirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Və onu da qeyd edim ki, o, ziddiyətli və faciəvi şəxsiyyətdir.
    Etiraz edib deyə bilərlər ki, Nərimanov bolşevik, kommunist, inqilabçı olub. Xub. Doğrudur. Belələrindən soruşmaq istərdim ki, bəyəm sənin atan və ya baban kommunist olmayıb? Deyə bilərlər ki, yox, bizim nəsildə belə adamlar olmayıb. Olsun. Elə isə yenə sual vermək istərdim: sən özün nə vaxtsa kommunist, komsomol və ya oktyabryat olmamısan? Bilirəm, 90-lardan o yana doğulanların bir çoxu indi deyəcək ki, ata-anamızı və bizi zorla “siyasi sistemə” pərçim ediblər.
    Bilənlər yaxşı bilir ki, mənim nə kommunizmə, nə də bolşevizmə rəgbətim olub. Nəslimizin onlarla nümayəndəsi repressiyaya məruz qalıb, o cümlədən babam Mehrəli Mustafa oğlu antikommunist kimi güllələnib. Və bütün bu repressiyalar 30-cu illərdə Nərimanovun ölümündən sonra baş verib. Bunu həm də ona görə yazıram ki, repressiyalarda, “qırmızı terrorda” Nərimanovun əli olmayıb.
    Nərimanov bütün ruhu ilə milətinə, xalqına bağlı şəxsiyyət olub.
    Nərimanov Azərbaycan (türk) dili qrammatikası dərsliyinin İLK müəllifidir. Elə təkcə buna görə onun adı elmi fikirdə yaşamalıdır.
    Nərimanov İLK konstitusiyanın müəllifidir. Elə təkcə buna görə onun güniş spektrli yaradıcılığı siyasi tariximizdə öyrənilməlidir.
    Nərimanov Azərbaycanda İLK dəfə kitabxana-qiraətxana yaradıb. Elə təkcə buna görə onun adı yaşamalıdır.
    Nərimanov Azərbaycan ədəbiyyatında İLK roman janrının yaradıcısıdır. Elə təkcə buna görə o, Azərbaycan ədəbiyyatı tarixində qalmalıdır.
    Nərimanov Azərbaycan dramaturgiyasında İLK tarixi dramın müəllifidir. Elə təkcə buna görə o, mədəniyyət tariximizdə yaşamalıdır...
    Bu ilklərin sayını yenə artırmaq olar.
    Ömründə bir atxivin pilləkəninə qədəm qoymayanlar, bir kitab ağzı açmayanlar bu gün yalandan hay-küy salıb deyirlər ki, Nərimanov Dağlıq Qarabağın Ermənistana verilməsini istəyib. Yalandır. Uydurmadır. Böyük siyasi xadim N.N. 1920-ci il iyulun 10-da Moskvaya RK(b)P MK-ya teleqram vuraraq "Dağlıq Qarabağda vəziyyət" haqqında sözləri yazmışdır: "Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını (...) xainlik kimi qiymətləndirəcəkdir".
    Çoxları bilmir və bilmək istəmir ki, Bakı, Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ və Zaqatala probleminin Azərbaycanın xeyrinə həll olunması məhz Nərimanovun səyi, qətiyyəti nəticəsində mümkün olmuşdur.
    Tarixdən bixəbər olanlar anlamaq istəmir ki, Bakı şəhərinin bir subyekt kimi RSFSR-in deyil, Azərbaycanın tərkibində qalması məhz Nərimanovun israrlı tələbindən sonra mümkün olmuşdur.
    Nərimanov böyük türkçü idi, Türkiyə dövlətinin ayaqda qalması üçün əlindən gələni əsirgəməmişdir. 1921-ci il martın 23-də Mustafa Kamal Paşaya məktubunda Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona müraciətən yazırdı: "Paşam, Türk millətində bir ənənə vardır, (...) qardaş qardaşın hər çətin durumunda əlindən tutar...” Nərimanov Leninə 1921-ci il fevralın 19-da yazdığı məktubda xüsusi vurğulayırdı: "Erməni məsələsi türklər üçün ölüm-qalım məsələsidir. Bu məsələdə Türklərin yanında yer almasanız, bütün Şərq xalqlarını itirə bilərik və Azərbaycanı əldə saxlamaq mümkün olmaz”.
    Nərimanov Azərbaycanın bir çox hərbi, siyasi, mədəni, ədəbi nümayəndələrini repressiyadan xilas etmişdir. Buna nümunə kimi elə təkcə Üzeyir bəyin, Hacı Zeynalabdinin, Mehmandarovun, Şıxlinskinin adını çəkmək kifayətdir. Çoxları bilmir ki, 1920-ci ildə M.Ə.Rəsulzadənin məhbəsdən salamat çıxması üçün də Nərimanov əlindən gələni əsirgəməyib.
    Bilrəm, ağzıgöyçəklər etiraz edib deyəcəklər ki, həmin repressiya maşınının qurulmasında bütün bolşeviklər kimi Nərimanovun da rolu olub. Yalandır. Bəli, rus ordusunun Azərbaycana gəlməsində “milli kommunistlərin” təqdiri, xeyir-duası olub. Amma və lakin... Qonşu erməni və gürcülər (eser və daşnaklar) Qızıl ordunu dəvət etməmişdilər, bəyəm Ermənistanda və Gürcüstanda Sovet hakimiyyəti qurulmadı?
    Nərimanov bir siyasi xadim kimi xalqımızın mövcudluğu, bir yazıçı kimi onun mənəvi yaşarılığı uğrunda vuruşurdusa, bir həkim kimi onun səhhətinin keşiyində dururdu.
    Bəli, tarixdən bixəbərlər bu gün Nərimanovun heykəlinin götürülməsini tələb edirlər. Gülməli və ağlamalıdır. Məsələ burasındadır ki, Nərimanov sağ olanda, yəni 20-ci əsrin əvvəlində onunla vuruşan düşmənləri bu gün 21-ci əsrin əvvəlində də təzədən “xortlayıb” ona qarşı savaş açıblar...
    Heykəl demişkən... Nərimanovun heykəli Bakıda onun 100 illiyi münasibəti ilə ucaldılıb, 1972-ci ildə bu abidənin açılışı olub. O zaman hələ “antinərimanovçuların” bir çoxu sağ idi. Bu elə bir zaman idi ki, Anastas Mikoyanın və Stepan Şaumyanın oğlu Lev Şaumyan Siyasi büroya və mövcüd sistemə təsiri qalmaqdaydı. Bu elə bir zaman idi ki, N.N. şəxsiyyətinə qarşı soyuq münasibəti olan Mixail Suslov kimi fiqurlar hakimiyyətdə idi. Həmin dövrdə Azərbaycan Respublikasının rəhbəri olmuş mərhum Heydər Əliyevin bu heykəlin açılışı uğrunda kimlərlə, hansı qüvvələrlə üz-üzə gəldiyini, hansı çətinliklərə sinə gərdiyini təsəvver atmək elə də çətin deyildir...
    Bəli, Nərimanov büt deyil. Onun şəxsi və siyasi fəaliyyətində kifayət qədər büdrəmələr, səhvlər də olmuşdur. Bütün bu cəhətləri Nərimanovun özündən yaxşı duyan, bilən və etiraf edən heç kəs olmayıb. Onun etiraf məktubları bu deyilənlərə ən yaxşı nümunədir... Nərimanov özü yazırdı ki, bu cür nöqsanlı kommunizmin, bədnam sosializmin gələcəkdə mövcud olacağına inanmır.
    Nərimanov necə “sadiq kommunist” olub ki, otuz il (1925-1955) onun adının çəkilməsi bir çox dairələrdə yasaq edilib?
    Nərimanov necə “dönməz bolşevik” olub ki, onu zaman-zaman millətçi kimi damğalayıblar?
    Nərimanovun öz oğluna yazdığı məşhur məktubdan bəzi sətirləri xatırlatmaq istəyirəm: “Bəlkə də, sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq... Hakimiyyət çoxlarını korlayır.
    Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir...”
    Bu kiçik yazının əvvəlində belə bir qeydim var: “Fikrimi qısaca izhar və formulə etmək istəyirəm. Səbəbini sonda deyəcəyəm...”
    Məsələ burasındadır ki, mənim bir neçə il öncə qələmə aldığım “Tarixin kölgəsi” adlı sənədli-tarixi pyesimdə bir sıra tarixi şəxsiyyətlərlə yanaşı Nəriman Nərimanovun da obrazı yaradılıb. O, əsərdə bəzilərinin təsəvvür etdiyi kimi “müsbət qəhrəman” deyil. O, heç həmin əsərin “əsas qəhrəmanı” da deyil, sadəcə personajlardan biridir. O, faciəvi şəxsiyyətdir. O, daim özünü mühakimə edir. O, bolşevizmin puç sonluğunu irəlicədən görür. Amma qarşılaşdığı böyük haqsızlıqlara qarşı apardığı mübarizə heç də bütün hallarda öz müsbət bəhrəsini vermir.
    Və nəhayət. Onu da xatırladım ki, “Nadanlıq” dramının yazılmasından 130 il keçir.

    01.04.2024
    Hörmətli Mehriban Vəzir öz “statusunda” yazır ki, kimsə biri Nəriman Nərimanov haqqında qələmə aldığı yazıda “Nərimanovun siyasi fəaliyyətini qınayanları abırdan salır, az qala "axı siz kimsiniz ki Nərimanovu bəyənmirsiniz?" deyə hikkə göstərir”. Doğrusu, mən deyə bilmərəm ki, Mehriban xanım konkret olaraq kimi nəzərdə tutur. Amma yumşaq desək bu “iradın” yer aldığı “şəbəkədə” bir neçə saat əvvəl bəndənizin (yəni mənim) Nərimanov ilə bağlı yığcam qeydlərim paylaşılıb. Orasını deyim ki, mənim heç kəsə “hikkə göstərmək” iddiam yoxdur və olmayıb.
    Əvvəla onu deyim ki, mən nə Nərimanovun fanatı, nə də sosializmin mübəlliğiyəm. Əksinə, bütün fəaliyyətim boyu Sovetlərin gətirdiyi bəlaları ifşa etmişəm. Həm də ən azından ona görə ki, bir çox doğma və yaxın adamlarım həmin sistemin güdazına gedib. Mən sadəcə olaraq daim tarixi həqiqətin yanında olmağa çalışmışam...
    Qısaca olaraq bunu deyə bilərəm ki, bir çox “vətənsevərlər” bu gün sosializm dövründə yaşayıb fəaliyyət göstərmiş şəxsiyyətlərin hamısının üstündən qələm çalmağa cəhd edirlər...Və təkcə Sovetlər dönəmində deyil, ondan bir qədər əvvəl-çar Rusiyası dövründə yaşamış tarixi simalara “atəş açanlar” da yox deyildir. Bu gün Qasım bəy Zakiri çar polis dəstəsinin tərkibində Balakən-Cardakı qiyamçılara divan tutulmasında iştirak etdiyinə görə, Abbasqulu ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, İsmayıl bəy Qutqaşınlını və bir çox başqalarını çar ordu və dəftərxanasında xidmətə görə, Natəvanı rus ordusunun generalına ərə getdiyinə görə ittiham edənlər az deyil. Belələrinin iddiasına görə biz bir çox imzaları tariximizdən “silməliyik”. Bu isə tariximizin özünün tarix səhnəsindən silinməsi deməkdir. Bütün bunlar təbii ki, hörmətli Mehriban xanıma aid deyil. İnanmıram ki, o, belə düşünsün. Amma bu cür düşünənlər, təəssüf ki, vardır...
    Əlbəttə, toxunulan mövzu ilə bağlı daha geniş və ətraflı yazmaq olar. Əslində zaman-zaman yazılıb da... Sadəcə olaraq indiki halda onu demək istəyirəm ki, tarixin idealizə olunmağına və təhrif edilməsinə qətiyyən ehtiyac yoxdur.
    p.s.
    Nərimanov ilə Rəsulzadə bir müddət (1920-22-ci illərdə) Moskvada, Kremldə eyni “sistemdə” çaışıblar. Təbii ki, onlar müxtəlif ideya, ideologiya, dünyagörüş və fərqli məsləkə qulluq edən şəxsiyyətlər olub. Onların arasında gedən “fikir davası” Moskvada da davam edib. Amma təəssüf ki, həmin dövr o qədər də ətraflı araşdırılmayıb... İndi biz bəyəm hər iki Azərbaycan ideoloqunu eyni “qurumda” işlədiyi, bir müddət eyni sistemi təmsil etdiyinə görə ittiham etməliyik? Axı onların hər ikisi eyni sistemin girovu və qurbanı idi... Mənim qələmə aldığım “Tarixin kölgəsi” adlı sənədli-tarixi dramda hər iki şəxsiyyətin “Kremldəki davası” qələmə alınıb. Yuxarıda dediyim kimi, “mən nə Nərimanovun fanatı, nə də sosializmin mübəlliğiyəm”.
    Təbii ki, tariximizin “üstündən xətt çəkmək istəyənlərlə” bağlı dediklərimin hörmətli Mehriban xanıma və onun yaradıcılığına heç bir aidiyyatı yoxdur. Uğurlar arzu edirəm.

    2 апрель 2023 г. •
    Nəriman Nərimanovun tarixi missiyasını bilməyənlər onun həykəlinin dağidılması ideyasını az qala atəşfəşanlıqla qarşılamaqdadır. Sanki o dağıdılmış heykəlin yerində bunların atalarının heykəli qoyulacaq. Amma və lakin... Axı bu sevinən kəslərin də əksəriyyərinin valideynləri kommunist (bolşevik) olub.
    Belələrinin anlamından belə çıxır ki, ölkədəki az qala bütün heykəllər götürülməlidir. Zira heykəlləşənlərin əksəriyyəti kommunist olub... Elə o heykəlləri yapan heykəltəraşlar da düşmən elan edilməlidir. Hələ həmin heykəllərin qoyulması barədə sərəncam imzalayanları demirəm... Onların da hamısı kommunist olub...
    P.S. Bilirəm, bir çoxu yazacaq ki, Nərimanov satqın olub, başda olub və s.
    Onu da nəzərə alın ki, mən bu qeydləri komp.da yox, telefonda yadığım üçün belə qısadır. Nərimanovunsa xalq qarşısında dili qısa olmayıb. Bəli, bütün dahilər kimi onun da səhvləri olub... Ricam bu: gedin onun həyat və fəaliyyətini təzədən öyrənin.

    03.04.2024
    Mən bütün fikirlərə rəğbətlə, ehtiramla yanaşıram. O cümlədən Nəsib bəyin, Mehriban xanımım, Aygün xanımın. Mənim fikirlərimi, yumşaq desəm tənqid edən bu adamların elmi, bədii və publisistik yaradıcılığı ilə tanışam. Vətənpərvərdirlər, millətsevərdirlər.
    Bilirəm, Nərimanovla bağlı deyilənlər heç vaxt birmənalı qarşılanmayıb. Elə onun sağlığında da, öləndən sonra da, indi də... Bu da ondan irəli gəlir ki, o, ziddiyyətli, mürəkkəb şəxsiyyət olub. Mənimçün iki Nərimanov var. “Birinci” Nərimanovu hamınız tanıyırsız- inqilabçı, bolşevik... Məni, doğrusunu deyim ki, daha çox “ikinci” Nərimanov maraqlandırır. Əlbəttə, bu fikir də etiraz doğura bilər. Amma biz Azərbaycan (türk) dilinin qrammatikasını İLK dəfə yazan, İLK qiraətxana açan, İLK tarixi faciəni yazan, İLK tarixi romanı qələmə alan, İLK Konstitusiyanın müəllifi olan Nərimanovun tarixi yerini dəqiqləşdirməliyik...
    Mən bu “ilkləri” xüsusi ilaraq tədqiq edib toplamamışam, elə yadıma düşən “ilkləri” yazdım. Əslində mən Nərimanovşünas və yaxud Nərimanovpərəst deyiləm, mən daha çox həqiqətpərəstəm. Təəssüf ki, verdiyim suallar da cavabsız qalıb. Yenə təkrar edirəm, qonşu Gürcüstan və Ermənistan bəyəm Şimal ayısını dəvət etmişdi? Bəs bolşeviklər oraya necə soxuldu? Bəyəm Mərkəzi Asiya xalqları Qırmızı ordunu Buxaraya dəvət etmişdi? Bəs necə oldu ki, vəhşi rus ordusu Ənvər Paşanın “basmaçlardan” ibarət 20 minlik ordusunu yenib, bütün Türküstana divan tutdu? Yeri gəlmişkən, Ənvər Paşanın “Buxara dövrü”, yazdığım “Savaş Fəsli” tarixi dramında geniş təsvir olunub.
    Nərimanov iki il Rəsulzadə ilə Moskvada çalışıb. (Bildiyiniz kimi Məmməd Əmin bəyi də Nərimanov güllələnmədən xilas edib və 1920-ci il 17 sentyabr tarixdə o, Stalinin şəxsi vaqonunda Moskvaya gedib. Amma onların heç biri stalinçi olmayıb). Bir qədər qeyri- təvazökarlıq çıxsa da deyim ki, hər iki dövlət xadimin “Moskva dövrü” haqqında “Tarixin kölgəsi” adlı əsərdə ətraflı bəhs olunub. Və Nərimanov Rəsulzadənin sualları qarşısında aciz vəziyyətə düşür...
    Bəli, Nərimanovun həyatında böyük və kiçik səhvlər olub. Bunu onun özündən yaxşı kimsə yazıb təhlil etməyib. Bu konuda elə təkcə oğlu Nəcəfə yazdığı məktubu oxumaq kifayətdir. Nərimanovu öz müasirləri “millətçi bolşevik” adlandırıb. Bəli, o, Nəsibbəy Yusifbəyli ilə, yumşaq desək, əvvəlcə şəxsi zəmində vuruşub, hətta duelə çıxmaq dərəcəsinə gəliblər. Sonralar bu savaş siyasi müstəvidə davam edib... Belə misalların sayını artırmaq da olar...
    İlk tarixi dramın müəllifi olan Nərimanovun özü tarixi faciə qəhrəmanıdır...
    Bu və ya digər tarixi şəxsiyyətlər haqqında fikir söyləyən adamı tez-tələsik mühakimə etməyə ehtiyac yoxdur. Hər kəs mülahizə yürütməkdə azad olmalıdır. Yoxsa bizim “tənqidçilərin” bəzisinin bir çox hakimlər kimi ağına-bozuna baxmadan kiminsə haqqında tez-tələsik “hökm çıxarmaq” istəyi, qaragüruhçuluqdan irəli gəlir.
    Məlumunuz olsun ki, mən ilk gəncliyimdən Şimal qonşumuzun imperialist siyasətinə qarşı olmuşam. Mənim ən böyük arzum Şimal ayısının pəncəsindən tam xilas olacaq günü görməkdir.
    Söhbət təkcə “Nərimanov mövzusu ilə bağlı olsaydı nə vardı ki?..
    Və nəhayət. Aşağıdakı sualları verməklə, onlara cavab gözləmədən belə, mən fikirlərimi, o cümlədən Nərimanovla bağlı dialoqu hələlik yekunlaşdırıram.
    Mənə elə gəlir ki, hansısa “mərkəzdən” Azərbaycan tarixini təhrif və təftiş etmək haqqında müəyyən kəslərə göstərişlər gəlməkdədir.

    Bir anlığa düşünün,
    Babəki ərəb xilafətinə qarşı vuruşduğuna görə,
    Nizami və Xaqanini frsca yazdığına görə,
    Nəsimi və Füzulini Azərbaycandan kənarda yaşadğına görə,
    Xətaini şiəliyə görə,
    Bakıxanovu, Axundovu, Qutqaşınlını çar çanişinliyində çalışdığına görə,
    Mirzə Cəlili və Mirzə Ələkbər Sabiri nöqsanlarımızı ifşa etdiyinə görə,
    Sovet dövründə yaşamış sənətkarlarımızı “sosrealizm” üslubunda yazdıqlarına görə... biz indi ittiham etməliyik? Ta bu qədər də yox...
    Xülasə, tariximizi təhrif etmək- bizim öz tariximizi tarixdən silmək deyildirmi?
    Vəssalam.




    Hüseyn Cavidin qisası belə alındı
    və yaxud
    Abbas Zamanovun “ustad şilləsi”

    -Bura bax filosof, nə işlə məşğulsan, nə yazıb-pozursan?
    -Bekarçılıqdır, Abbas müəllim.
    -Onda gəl bir az gəzişək. Bu gün yaxşı hava var. Heç yay havasına oxşamır. Həm də sənə bir söz demək istəyirəm.
    Abbas Zamanov qoluma girib asta, ehtiyatlı addımlarla irəliyə doğru yeriməyə başladı.
    ...Avqustun ortaları olsa da, hava sərin idi. Yazıçıların Şüvəlandakı Yaradıcılıq evinin həyətindəki bağçada çiçəklər deyəsən təzədən açmışdı. Yaxınlıqda dalğaları sakitcə xışıldayan dənizin yalnız sövq-təbii hiss ediləcək nəmişliyi bu bağçadakı çiçəklərin ətrinə qarışmışdı.
    O il mən birtəhər yollayış əldə etmişdim. Hələ Yazıçılar birliyinin üzvü olmadığım üçün həmkarlar təşkilatı boynuma minnət qoymuşdu. Artıq mənim ilk kitabım çapdan çıxmışdı və olsun ki, müraciət etsəydim, Yazıçılar İttifaqına üzv də seçilə bilərdim. Amma yazı-pozu ilə məşğul olan tanışlarımın “üzv olmaq üçün” o mötəbər təşkilatın yerləşdiyi binaya illər uzunu “ayaqdöydüsünün” qiyabi şahidi olduğum üçün çalışırdım ki, yolumu o tərəflərdən az salım və ya heç salmayım. Amma istər-istəməz yazılarımın çapıynan bağlı aradabir İttifaqın, daha doğrusu, oradakı jurnal redaksiyalarının qapısını döyməli olurdum. Redaksiyada çalışan əksər adamların ifadəsiz sifətini görəndən sonra o mötəbər binanın mötəbərliyi də gözümdə tədricən öləziyirdi.
    Səksəninci illərin ortasında (birdən yadıma düşdü ki, söhbət ötən əsrdən gedir) dediyim o ilıq avqust günü, günün axşama doğru getdiyi bir vaxtda, yazıçıların Şüvəlandakı Yaradıcılıq evinin həyətindəki bağçasında İshaq müəllim (İbrahimov-F.M.) Əzizə xanımla (Cəfərzadə-F.M.) söhbət edir, Vaqif Cəbrayılzadə iti addımlarla həyəti o baş-bu başa “ölçür”, Arif Abdullazadə başına yığışan adamlara Türkiyə ilə bağlı boyat xatirələrini danışırdı. Daim həyətdə olan Namiq Abdullayev gözə dəymirdi, olsun ki, yaxınlıqdakı ərzaq dükanından “silah-sursat” (burada qələm əhli içkiyə belə deyirdi) almağa getmişdi. Kölgəliyə çəkilmiş, çoxusunun dərisi “qaralmış” “ağ” adamlarsa Ukraynadan gəlmiş Donetsk şaxtaçıları idi ki, onlar da müqaviləyə görə hər il burada yazıçılarla birgə istirahət edirdilər. Bir az kənarda yaşlı bir qadınla şirin-şirin sıhbət edən Abbas Zamanovun (həmin qadın onun həyat yoldaşı idi) birdən tələsik addımlarla mənə yaxınlaşıb “bir söz demək” istəməsi, mənə bir az qəribə gəldi və nədənsə İshaq müəllimin arabir qoşa gəzən ahıllara atdığı atmacanı xatırladım: “Abbas müəllim, yenə xanımı salmısan çənənin altına... Gəl bir hovur otur yanımızda, görək bir nə edirik, nə etmirik, nə etməliyik?” Adətən, Abbas Zamanov cavabı ləngitməzdi: “İshaq, niyə demirsən ki, arvad məni salıb çənəsinin altına”.
    İndi Abbas müəllim ağlıma gələni üzümdən oxuyubmuş kimi, zarafatla dedi:
    -Həqiqətən, sənə bir söz demək istəyirəm. İshaqın sözü olmasın, elə ona görə arvadı çənəmin altında çox saxlamadım.
    Mən Abbas müəllimin tələbəsi olmamışdım. Amma “Yaradıcılıq evi”ndəki ünsiyyətimiz az qala dostluğa çevrilmişdi. Görünür, mənim Mirzə Cəlil, Mirzə Ələkbər Sabir yaradıcılığına bələdliyim, bağlılığım onun xoşuna gəlmişdi. Xatırımdadır, bir dəfə soruşdu ki, Mirzə Cəlil haqda ilk kitabın müəllifinin kim olduğunu soruşanda dedim ki, səhv etmirəmsə Mirzə İbrahimovdur. Abbas müəllim gülüb demişdi: “Gör bir mənim yaddaşım necə korşalıb, “Böyük demokrat”ı untmuşam. Deyəsən, o, həmin vaxt dahi yazıçının yaradıclığının tədqiqi tarixi ilə bağlı nəsə yazırdı.
    Hərdən mənə deyirdi ki, sən filosofsan, bilərsən, filan məsələ niyə elə yox, belə oldu? Mən utanardım.
    -Yox, Abbas müəllim, mən filosof deyiləm, olsa-olsa bu sahədə adi tədqiqatçıyam.
    - Nə fərqi var ki? Bir də ki, filosoflar səndən artıqdır bəyəm? Bilirəm, yazıçılığın da var. Neçə kitabın çıxıb? Hə, demişdin, yadıma düşdü, bir elmi, bir bədii kitabın. Bu, azdır. Bilirəm, indi çap olunmaq da çətindir. Gərək bir az döyüşkən olasan. Amma sən sakit adama oxşayırsan.
    Günlərin bir günü isə işlədiyi universitetdə “yuxarıdan gələn” dövlət nümayəndələrinə necə hücum etməyini xatırladı:
    - Ermənilər Naxçıvanın qədim Ermənistan ərazisi olması barədə iddia qaldırmışdılar. Daxili-xarici mətbuatda bu barədə hədyanlar yazırdılar. Bizim başda oturanlarımız isə ağızlarına su aiıb susurdular. Bir dəfə Universitetin geniş bir iclası keçirilirdi, yerimdən qalxıb Sabirin dediyi bu “canlı dəyirmanların” aşının suyunu verdim. Orada başqa vaxtlar yaxalarını cırıb “vətən, millət” deyən şair-yazıçıların da bostanına daş atdım, dedim ki, Səməd Vurğun sağ olsaydı qorxmazdı, ermənilərin cavabını layiqincə verərdi, amma siz hamınız qorxursunuz, susursunuz. Yadımdadır zaldakılar məni ayaq üstə alqışladı.
    Abbas müəllim danışdıqca yüngülcə kəkələyir, hətta aradabir nəfəsi təngiyirdi. Bəstə boyu onu uzaqdan uşağa bənzədirdi. Elə uşaq kimi əlini-əlinə vurub ürəkdən gülməyi də vardı.
    O, axşamlar həyətə yığışan adamlara, xüsusən gənc qələm sahiblərinə, həyatdan köçmüş və sağ olan görkəmli sənət adamları ilə bağlı xatirələrini də danışırdı. Əziz Şərif, Sülüyman Rəhimov, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rzanın həyat və yaradıcılığından ibrətamiz detal və epizodlar hamının marağına səbəb olardı. Onu incidən məsələrdən biri də böyük tədqiqatşı Qulam Məmmədlinin heş bir elmi ad almaması idi. “Kişinin oğlu əsl alimdir, amma elmi ad vermirlər, nədi-nədi ali təhsili yoxdur. Bəyəm Üzeyir bəyin ali təhsili vardı, amma akademik idi, şünki dahiydi. Qulam da hər cür ada layiq adamdır”-deyə, yana-yana danışardı. Mən indi həmin söhbərləri məmnuniyyətlə və əminliklə professor Abbas Zamanovun “ustad dərsləri” adlandıra bilərəm.
    Mənə nəsə sözü olacaq Abbas müəllim sanki o anlarda adamların gözündən uzaq bir yer axtarırdı. Nəhayət, deyəsən belə bir yeri tapdı: Yaradıcılıq evi korpusunun, yəni yeddimərtəbəli sərt görünüılü binanın arxasında ayaq saxladı. Bura sakit bir yerdi. Dəniz tərəfdən sərin meh əsirdi.
    -Sənə bir söz deyəcəm. Amma orda-burda danışma hələlik. Bəlkə də bir vaxt danışmaq, hətta, yazmaq da olar. Mən indi bu əhvalatı yaza bilmərəm. Yazsam da kimdir onu nəşr edən? Nəşr edən tapılsa belə, onu cəzalandırarlar. Bir-iki yaxın adama danışmışam. İndi də sənə danışmaq istəyirəm. Hiss etmişəm ki, etibarlı adamsan, özün də yazıçısan, filosofsan, nə vaxtsa bunları qələmə alarsan. Mənim özümü yox ey, mənim bu danışacağım əhvalatı. Bu, əsl kino, pyes, roman süjetidir. Birdən elə fikirləşərsən ki, bu kişi nədənsə qorxub-çəkinir, ehtiyat edir. Yox. Qətiyyən. Sadəcə, istəmirəm ki, mənə görə kiminsə başı ağrısın.
    Abbas müəllim danışdıqca bayaqdan titrəyən səsi indi sərtləşmişrdi: sanki odda bərkimiş dəmir parçaları bir-birinə dəyib cingildəyirdi.
    -Firuz, oğlum, gizlətmirəm, həmişə Cavidin pərəstişkarı olmuşam. Onun həyatı, yaradıcılığı daim mənə örnək olub. Bu hökumət onu tutdu, zindana atdı, sürgünə göndərdi. Onun tərcümeyi-halı az qala hamıya məlumdur. Amma mən indi sənə Hüseyn Cavidin nə həyatı, nə də fəaliyyəti haqda danışmaq istəyirəm.Sözümün canı var. Bir yerə tələsmirsən ki?
    - Yox, Abbas müəllim, heç bir işim yoxdur.
    -Hə, bu başqa məsələ. Dedim birdən sənin də bizim o bəzi şairlər kimi burada dincələn xaxol qızları ilə görüşün-zad olar.
    Hər ikimiz güldük.
    Biz asta addımlarla Yaradıcılıq evinin qənşərinə sarı yeriməyə başladıq.
    - Bir dəfə tanışlarımdan biri mənə dedi ki, sən Cavidi sevirsən, bilirsənmi ki, onu həbs edəndə döyüblər? Mən buna inanmadım. Hətta, mənə çatan məlumata görə guya vaxtilə Bağırov onun güllələnməsinin, ailəsinin isə sürgünə göndərilməsinin qarşısını alıbmış. Bu söhbət ortaya çıxanda Cavıdə təzəcə bəraət verilmişdi. Aradan bir müddət keçdi. Amma tanışımın dedikləri məni bir an da rahat buraxmırdı. Bu dəfə mən özüm onun yanına getdim. Tanışım yaxasını kənara çəkmək istədi, amma mən ondan əl çəkmədim. Sən demə, Cavidi sürgünə göndərərkən həqiqətən ona əl qaldırıblarmış. Axı cəzalandırılan adamın boynuna ağır-yüngül, nəsə bir cinayət qoyasan gərək. Nə isə... Tanışım mənə Cavid döyüləndə orada bunu öz gözü ilə görən bir adamın, keçmiş “keqebeşnikin” adını dedi. Mən həmin adamı taniyirdim, ziyalı bir kişiydi. Bir də ki, artıq o dövrdə cəmiyyətdə bir “yumşalma” hiss olunurdu, arxivlər açılırdı, Stalinin adıyla bağlı cinayətlər üzə çıxarılırdı. Tanışımın nişan verdiyi “keqebeşniki” tapmaq elə də çətin olmadı. Dediyim kimi, mən onu tanıyırdım. O da mənim yazı-pozu adamı olduğumu bilirdi. Mən onunla bir neçə dəfə görüşdüm, ordan-burdan söhbət elədik. Qəfil sual verib hürkütmək istəmirdim. İş elə gətirdi ki, həmin adamın özü Caviddən, onun həbsindən, sürgünə göndərilməsindən, bir nəfərin ona əl qaldırmasından söhbət açdı. Mən söhbət əsnasında həmin adamın indi sağ olub-olmadığı ilə maraqlandım.
    Abbas müəllim qəhərləndi. Mən onun gözlərinin dərinliyindən boy verib baxan qəmi bütün rəngləri ilə gördüm. Onun çiyinləri titrəyirdi. Abbas müəllim üstünü ləkələr örtmüş zəif, titrək əlləri ilə gözünün yaşını silib bir xeyli susdu.
    İndi mən onun qoluna girdim.
    Bir xeyli səssiz gəzişdik.
    Mən heç bir söz demir, heç nə soruşmurdum. Sövq-təbii hiss edirdim ki, Abbas müəllim hadisənin arxasını danışacaq.
    O, handan-hana toxtayib özünü ələ aldı.
    - Həmin adam mənə dedi ki, bəli, Cavidə əl qaldıran kəs sağdır. Qeyri-ixtiyarı həmin adamın ad-familiyasını da dedı. O, bilsəydi ki, bu işin sonu necə bir həngamə ilə qurtasracaq, yəqin ki, heç ad çəkməzdi.
    Bu əsnada mən də özümü saxlaya bilməyib qeyri-ixtiyari soruşdum:
    -Abbas müəllim, o adamın ad-familiyasını indi xatırlayırsızmı?
    Abbas müəllim astadan, xırda-xırda, qırıq-qırıq, kəsik-kəsik güldü. İndi onun üz-gözündə saf bir uşaq təbəssümü oynayırdı.
    -Deyəsən, sən də məndən sirr almaq istəyirsən. Deyərəm. Tələsmə. Sən əhvalatın dalına qulaq as.
    Dənizdən gələn sərin mehin, nəmişliyin ətri bu anlarda sanki onun əsəblərinə “əl gəzdirmişdi”, çünki Abbas müəllim indi sakit bir tonla danışırdı.
    -Həmin adamın evini tapmaq elə də çətin olmadı. İndi məqamı gəlib, qoy sənə o adamın adını deyim biləsən. DTK-da işləyən adamı deyirəm. Firudin idi onun adı. Əslən cənub rayonlarından birindəndı. (Mən burada həmin bölgənin adını bilərəkdən yazmıram-F.M.) O vaxt mənim nisbətən cavan vaxtım idi. Özüm də ciyərli idim, qorxaq deyildim. Birbaşa Firudinin evinə getdim. Firuz, sən indi bir dünyanın işinə bax, repressiya zamanında adətən alimin qapısını çekistlər döyüb, indi çekistin qapısını alim döyürdü. Qapnın zənginə o, özü gəldi. Bu, saclarına dən düşmüş, sakit görünüşlü, hətta, deyərdim ki, zahirən ədəbli bir adam idi. Sənin yadında yaxşı qalsın deyə, onun simasının bir yaddaqalan detalını da deyim: gözünün birinin ağı qarasına qarışmışdı, daha doğrusu, bəbəyi dümağ idi. Tanış olduq. Firudin məni evə dəvət etdi. Deyəsən, mənzildə tək idi. Hər halda, mən oranı tərk edənəcən üzə çıxan başqa kəs olmadı. Mən içəri keçib gəlişimin məqsədini dolayısı ilə izah etdim. Böyük bir mizin arxasında üz-üzə əyləşdik. Əlbəttə, əvvəlcə Cavidin döyülməsindən yox, onun yaradıcılığından, həyatından, sürgünə göndərilməsindən söhbət açdım. Dedim ki, yeni kitab üzərində işləyirəm, eşidib-bildiyimə görə siz Cavidi dindirən müstəntiqlərdən biri olmusunuz. Onu son dəfə görən insanlardan birisiz...
    Abbas müəllim dərindən köks ötürüb udqundu, qısa pauzadan sonra söhbətini davam etdirdi:
    -Əvvəlcə nala-mıxa vuran adam sonra mənim suallarıma qisa cümlələrlə cavab verməyə başladı. O, bütün baş verənləri o dövrun, o mühitin, Stalinlə Bağırovun boynuna qoymağa çalışırdı. Mən arada özümü saxlaya bilmədim, onun sözünü kəsib soruşdum ki, bəs siz necə, özünüzü bu işdə günahkar bilirsizmi? O, bəbəyinə ağ gəlmiş gözünü qıyaraq çekist təmkini ilə mənim sualıma qısaca cavab verdi: “Yox”. O, dəqiq cavablardan yayınırdı. Mən əsəbləri tarıma çəkilmiş bir vəziyyətdə sonuncu sualı verdim: “Eşitdiyimə görə, Cavid əfəndini istintaqa cəlb edən müstəntiqlərdən biri ona əl qaldırıb. Həmin adamın kimliyini deyə bilməzsiz ki?” Elə bil kişini tok vurdu, onun salamat olan gözü səyriməyə başladı. Deyəsən, düz lazım olan nöqtəyə düşmüşdüm. Köhnə çekist özünü ələ alıb sakit tonda soruşdu: “Bununla nə demək istəyirsiz?” Mən ayağa durdum. Deyəsən, qırımımı duyub o da dikəldi. Bu, boy-buxunlu bir adam idi. Əlim onun çiyninə zorla çatardı. Ona görə də cəld yuxarı hoppanıb çekisin sifətinə bir şapalaq ilişdirdim. Sanki ovcumun içinə od basdılar. Kişi bunu gözləmirdi. O, səntirlədi, amma yıxılmadı. “Bu, vaxtilə sənin Cavidə vurduğun şillədir, indi qayıdıb öz üzünə dəydi”-deyib, tez qapıya yönəldim. Qapı açıq idi. Özümü bayıra atdım. Doğrusu, uzun müddət səksəkədə qaldım. Fikirləşirdim ki, gəlib məni Cavidin getdiyi son mənzilə göndərəcəklər. Amma daşdan səs çıxdı, o Firudin deyilən adamdan səs çıxmadı. O, bəlkə indi də sağdır və hələ də susur. Bilirsən də, susmaq- faktla razılaşmaq əlamətidir. Mən Cavid əfəndinin qisasını çekistdən bax bu cür aldım.
    Abbas müəllim susub fikrə getdi.
    İndi yalnız dənizin səsi eşidilirdi.
    Günəş qüruba enməkdə idi.
    …Mən o anlarda belə bir qənaətə gəldim ki, yəqin bu dünyada heç nə elə-belə, izsiz-tozsuz ötüb keçmir. Hər şey zamanında öz dəqiq qiymətini alır. Abbas Zamanovun illər sonrası çekistin qulağının dibinə vurduğu şillə də əslində onun “ustad dərslərindən” biri idi.


























    Səməd Vurğunun “dostları” və “düşmənləri”

    Çoxdan qələmə aldığım bir yazıdır.
    Zənn edirəm ki, bu gün də aktual ola bilər.

    Əvvəllər Səməd Vurğunu, əsasən, ədəbiyyatda bəxti gətirməyənlər tənqid edərdilər. Son vaxtlarsa böyük şairə, ən çox, siyasətdə taleyi gətirməyənlər “ilişirlər”. Görəsən bu nə “düşmənçilik”, bu nə xofdur belə?
    Heç kəsə sirr deyil ki, bizdə bəzən hansısa bir istedadsız adama kimlərsə qəyyumluq edib onu “zorla” irəli çəkir, vəzifə olimpinə qaldırır. Adətən, bu cür "dəstəkləmələr" yüksək məmurluq iyerarxiyalarında, “pul çıxan” yerlərdə olur. Bəli, olsun ki, elə hansısa yaradıcılıq qurumunda və yaxud hansısa qəzet-jurnalda da hansısa bir istedadsızı hansısa bir “rəhbər vəzifəyə” təyin etmək mümkün olsun, amma... amma kiməsə “istedad bağışlamaq” - bu, qeyri-mümkündür. Çünki kiminsə başına şpristlə, iynə ilə “istedad dərmanı” yeritmirlər axı.
    Bəli, son vaxtlar Səməd Vurğuna diqqət, lap elə tənqid xeyli artıb. Bu, Səməd Vurğunun xeyrinədir. Demək, o, yenə gündəmdədir, yenə aktualdır. Əvvəllər onu ədəbi mühit araşdırırdısa, bu gün onu siyasi çevrə öyrənir. Bu, o deməkdir ki, bu gün şairin təkcə ədəbiyyata deyil, siyasətə nüfuzu, təsiri də göz önündədir. Onun təsir dairəsi, ədəbi sferasının radiusu günü-gündən genişlənməkdədir.
    Səməd Vurğunun bir dənə də olsun belə, zəif misrası yoxdur. Məsələ burasındadır ki, Səməd Vurğunun sözü yox, onun vəsv etdiyi ideologiya iflasa uğrayıb. Bu ideologiyaya isə tək-tək adamlar deyil, milyonlar inanırdı. Bu işdə Səməd Vurğunun heç bir günahı yox idi. İndi şairi ittiham edirlər ki, sən niyə komsomola, partiyaya inanmısan? Həmin sualı bu “ittihamların” müəlliflərinin özlərinə qarşı da yönəltmək olar: yaxşı, onda sən niyə vaxtilə pioner və ya komsomol sıralarında olmusan?
    Səməd Vurğun yaradıcılığı, bu gün ən azından böyük dil faktoru, “dil hadisəsi” kimi diqqəti cəlb etməkdədir. Nə qədər ki, Azərbaycan dili var, Səməd Vurğun da olacaq. Puşkinin rus poeziyasında etdiyini Azərbaycan poeziyasında məhz Səməd Vurğun edə bildi.
    Böyük şairi kiçik “yerlibazlıq”da təqsirləndirmək böyük nadanlıqdır. Bəzən çox gülünc bir müddəa irəli sürürlər: guya Səməd Vurğunu daha çox qazaxlılar təbliğ edirlər. Qazaxda istedadlı yazıçı və şairlər çox olub, yenə də var. Yeri gəlmişkən, istedadlar "zona" üzrə yetişmir və bizdə, mən bilən, "böyük region ədəbiyyatı" yoxdur; yəni başqa bölgələrin insanları da istedaddan xali deyil.
    Bəyəm Səməd Vurğun “Qazax” şairi idi?
    Belə düşünənlər onun mövzü dairəsinə baxsınlar.
    O, planetar şair idi.
    Onun haqqında Pavlo Neruda, Lui Araqon, Mixail Şoloxov, Nazim Hikmət, Çingiz Aytmatov kimi söz bahadırları yazıb.
    Səməd Vurğun Adil Babayevin, Bəxtiyar Vahabzadənin, Əliağa Kürçaylının, Hüseyn Arifin və onlarla istedadlı adamın ədəbiyyata gəlməsində böyük rol oynayıb. Həmin şəxslərinsə hərəsi bir bölgədəndir.
    Bəli, Səməd Vurğun Qazaxda doğulub. Amma Qazaxda onlarla digər istedadlı yazıçı və şairlər də olub. Və onların heç birinə Səməd Vurğun “istedad dərmanı”- zad paylamayıb. Hətta, bir çoxları onu da bilmir ki, böyük Rəşid Behbudov da Səməd Vurğunun yaxın qohumudur, Vəkilovlar nəslindəndir. Bəlkə burada da bir “görünməz əl”in qüdrəti var? Bəlkə Rəşidə də Səməd Vurğun dəstək verib, ona “ilahi səs” bəxş edib? Bəziləri anlamır ki, adam ya istedadlı olur, ya da istedadsız. İstedad olmayanda da başlayır bunun “səbəbini” başqa yerdə axtarmağa, min yerə yozmağa...
    “Dəlinin” yadına daş salmaq istəyirəm. Azərbaycan müsiqisinin dühaları Hacıbəylilər, Əliverdibəyovlar, Əmirovlar, Bədəlbəylilər çox yaxın qohum olublar. Min cür sərsəmləmə və böhtan yazanların məntiqindən belə çıxır ki, musiqimizdə də bir “Qazaxşina” var ki, bunun oxşar adı “Qarabağşina”dır...
    Nadanlara üz tutub deyirəm: təki ortada yaxşı əsər olsun. Onu kimin və haralının yazması şərt deyil.
    Bu cür “qlobal” söhbətlərə rəvac verənlərin niyyəti aydındır: diqqət çəkmək, gündəmə gəlmək, qarayaxalıqla yadda qalmaq. Necə deyərlər, “qoy desinlər ki, Xaçaturun da xəncəri var”.
    Bəzi qəzet və saytlarınsa məqsədi belə mənasız, məzmunsuz, düşük, bəsit, səviyyəsiz “şedevrlərə” öz səhifələrində səxavətlə yer ayırmaqla cəmiyyətin diqqətini mühüm, əsaslı, vacib, təhlilə cəlb olunası problemlərdən yayındmaqdan ibarətdir.
    Səməd Vurğunu tənqid və təhqir etmək istəyənlər bir özlərinə baxsınlar, bir də Səməd Vurğuna.
    Hər bir tarixi şəxsiyyət yaşadığı tarixi kontekstdə nəzərdən keçirilməlidir. Tarixdən kənarda olanları tarix qəbul etmir.
    Azərbaycanda elə bir adam yoxdur ki, “Azərbaycan” şeirini əzbərdən bilməsin. Bu, bəlkə də yeganə şeirdir ki, süpürgəçidən tutmuş prezidentə kimi hamının yaddaşında əbədi həkk olunub. Elə ən azı bu şeirə görə Səməd Vurğun ədəbiyyatda əbədiyyət qazana bilərdi.
    Səməd Vurğun elə bir şairdir ki, külliyatı hansısa təsadüf nəticəsində məhv olsa, onun bütün yaradıcılığını xalqın yaddaşı sayəsində yenidən bərpa etmək olar.
    Böyük şairi həm sağlığında, həm də öləndən sonra kifayət qədər tənqid ediblər. Amma burası var ki, onu sağlığında daha “fundamental” qaydada, daha böyük düşmənlər təqib və “ifşa” ediblər. Bu günkü “düşmənlər” onlarla müqayisədə çox primitiv, zəif və cılız görünür.
    Və nəhayət, yadıma bir əhvalat düşür: Sovetlər Birliyi təzəcə, cəmi bir il idi ki, çökmüşdü. Xüsusən Rusiyada “sovet beynəlmiləlçiliyindən” sonra rus millətçiliyi tüğyan edirdi. Bu, elə bir vaxt idi ki, Tv-lər Puşkini rus şairi hesab etmir, kökən “həbəş” olduğuna görə söyürdü. OMON-çular “qafqazəsilliləri” sorğu-sualsız cəzalandırırdı. Həmin vaxt yolum Moskvaya düşmüşdü. Bir neçə dostla çökmüş imperiyanın mərkəzində, Moskvanın az qala ortası ilə uzanan geniş küçələrindən biri ilə gedirdik. Bu, Səməd Vurğun küçəsi idi. Dostlardan biri dedi ki, şovinizm bu cür baş alıb getsə tezliklə bu küçənin adını da dəyişəcəklər; əvvəla, ona görə ki, artıq Səməd Vurğun keçmişdə qalıb, ikincisi isə, onu indi Rusiyada tanıyan yoxdur. Yanımızdakı jurnalist dostumuzun fikri isə fərqli idi; o, iddia edirdi ki, bu hay-küy dalğasının Səməd Vurğuna heç bir dəxli yoxdur. Arada mübahisə qızışdı. Jurnalist dostumuz elə həmin küçədəcə “sosioloji sorğu” aparmaq qərarına gəldi. Ətrafımızda yerləşən dükan və xəstəxanalarda, idarə və müəssisələrdə iş başında olan adamlara, yaşayış binalarından çıxan yerli sakinlərə təxminən belə bir sualla müraciət etməyə başladı:

    - Siz Səməd Vurğunu tanıyırsızmı və bu küçənin Səməd Vurğunun adını daşımasına münasibətiniz necədir?
    Cavablar müxtəlif, mahiyyət eyni idi:
    - Necə yəni tanımırıq? Səməd Vurğun böyük Sovet şairidir.- Səməd Vurğunu heç tanımamaq olar? Əslən Azərbaycan mütəfəkkiridir. Amma biz də onu sevirik.
    - Bizə xoşdur ki, Səməd Vurğunun adını daşıyan küçədə yaşayır və işləyirik.
    - Biz bu küçənin adının dəyişdirilməsinə razı deyilik. Səməd Vurğunu hamı tanıyır...
    Aparılan “sorğunun” nəticəsi təkcə ruslar üçün yox, bəlkə də daha çox “bizimkilər” üçün, Səməd Vurğunun “düşmən” həmvətənləri üçün bu gün daha ibrətamizdir.
    Bəli, Səməd Vurğun beynəlmiləlçi idi. Xalqlar dostluğunu tərənnüm edirdi. Bəyəm burada pis bir şey var ki?
    Amma onun üçün doğma Vətən, doğma Azərbaycan hər şeydən əzəl idi.

    Vətən oğlu! Vətən qızı!
    Yadlar yedi haqqınızı,
    Bir üsyanla doğacaqdır
    Azadlığın dan ulduzu...

    Bu misralar da Səməd Vurğunundur. O, bütün varlığı ilə bu torpağa bağlı idi. “Ayrılarmı könül candan?..”








    Sehrli çubuğun qüdrəti

    Niyazi dirijor pultu arxasında uçuşa hazırlaşan dağ qartalına bənzəyirdi
    Maestronu əsəbiləşdirən nə idi və o “yuxarıları” nəyə görə söyürdü?

    Niyazi cavanlığında peşəkar idmanla məşğul olmuş, ştanq qaldırmış, hətta, bu sahədə ölkə çempionu olmuşdu. Sonralar idmandan uzaqlaşsa da, maestro özünü daim ağır “yük” altında hiss edirdi; o, Azərbaycan musiqisinin yükünü çəkirdi. Sanki onun üzərinə tarixi bir missiya, ağır bir yük qoyulmuşdu və o, musiqimizin şöhrətini dünyaya yaymalı idi. O, bu işin öhdəsindən vicdanla gəldi...

    Maestro iki ölkənin səhnəsində eyni adlı iki operanın dirijoru olmuşdu: “Koroğlu” operasının. Türk bəstəkarı Sayğunun “Koroğlu” operası İstanbulda, Hacıbəylinin “Koroğlu”su isə Bakıda Niyazinin dirijorluğu ilə səhnəyə qoyulmuşdur. Bu, bəlkə də təsadüf yox, alın yazısı idi. Iki “Koroğlu” bir qılıncla vuruşurdu. Bu “qılınc” həm də Niyazinin əlindəki sehrli dirijor çubuğu idi. Həmin çubuq misrı qılınca dönüb yağıların başına od ələyirdi... Nədənsə bəzən bizim mətbuatda səhv olaraq Niyazinin İstanbul səhnəsində dahi Ü.Hacıbəylinin “Koroğlu” opersına durijorluq etdiyi qeyd edilir. Əslində isə Türkiyədə hazırlanan eyni adlı operanın müəllifi Ahmed Adnan Sayğun (1907-1991) idi. Sayğun Türkiyədə ilk milli opreranın, ümumilikdə beş operanın müəllifi və Niyazinin yaxın dostu idi.
    Niyazi fitri istedad sahibi idi. Onun rəsmi fəxri adlarının, çinlərinin sayı-hesabı yoxdu. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və s. və i.a. Bu mükafatlar sırasında biri də vardı: Ermənistanın xalq artisti. Onu bu fəxri adı ermənilər 1962-ci ildə vermişdir – o vaxt Niyazinin 50 yaşı vardı. Həmin “diqqəti” xatırlamaqda məqsədim var. Məsələ burasındadır ki, bizim qonşular dünyada mövcud olan yaxşı nə varsa hamısına sahib olmaq şakərinə mübtəladırlar, o cümlədən, qiymətli incəsənət nümunələrinə. Ermənilərin bizim bir çox musiqi nümunələrini “özününkülışdirmək” cəhdi də sirr deyil. Bildiyimiz kimi, onlar bizim nəinki xalq mahnılarımıza, hətta, klassik və müasir musiqi nümunələrimizə belə “müəlliflik” iddiası irəli sürürlər. İş o yerə çatıb ki, bu xəstə təfəkkürlü qonşular Üzeyir bəyin “Arşın mal alan” əsərinə də erməni “yarlıkı” vurmaq istəyirlər. Hələ 50-ci illərdə mərhum Rəşid Behbudovun böyük populyarlıq qazandığı dövrdə qonşularım onun “erməni musiqisi platformasının” üzərində ucaldığı barədə şayilələr, sayıqlamalar yayırdılar. Niyaziyə göstərilən “diqqətin” əsasında da belə bir erməni hiyləsi, erməni məkri gizlənmişdi. Və qəribədir ki, sonralar bu hiylə öz “bəhrəsini” verdi.
    Niyaziylə Sosialist Əməyi Qəhrəmanı adı verilən ərəfədə məlum oldu ki, böyük sənətkarın alı təhsil diplomu yoxdur. Maraqlı həm də burasıdır ki, Azərbaycan Dövlət Konservatoriyasının o vaxtkı rəhbərliyi Niyaziyə çoxdan layiq olduğu diplomu verməkdən imtina etdilər. Niyazi əsəbləşib Yerevan Konservatoriyasına üz tutmalı oldu. Dünya şöhrətli maestronun məhz Yerevan Konservatoriyasının yetişdirməsi olduğunu sübut edən faktdan gözəl nə ola bilərdi?!. Bu, Niyaziyə diplom verən məktəb üçün böyük şərəf idi. Bu, ermənilər üçün göydəndüşmə bir təsadüfdü. Bu, erməni musiqiçisinin, erməni xalqının imicinun formalaşmasında yeni bir pillə idi... Nə yazıqlar ki, biz çox vaxt öz istedadlarımızın hansısa ada layiq olduqlarını başqaları təsdiq edəndən sonra etiraf edirik...
    Haşiyə. Yeri gəlmişkən, bəs nə üçün Niyazinin ali təhsili yox idi? Axı onun atası Zülfüqar bəy, əmisi Üzeyir bəy uzun illər bizim nusiqi mədəniyyətimizin beşiyi başında dayanmış adamlar idi. Versiyalar çoxdur. Amma fakt faktdır. Fakt isə budur ki, Niyazi 1929-1930-cu illərdə Leninqrad musiqi texnikumunda, 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Fikir verdinizsə, hər iki təhsilin natamam olduğu nəzərə çarpır. Burasını da demək lazıımdır ki, diplom almaq Niyazi üçün “texniki” bir məsələ idi. Qeyd. Niyazinin “diplom məsələsi” barədə vaxtilə istedadlı jurnalist Dilara Quliyevanın ətraflı araşdırması “Mədəniyyət” qəzeyində dərc edildiyinə görə bu məsələ üzərində geniş dayanmaq istəmirəm.
    Bəs texnikumla konservatoriyadakı təhsil müddətinin arasında yaranan fasilə nə ilə bağlı idi? Niyazi həmin dövrdə Dağıstan Sovet Sosialist Muxtar Respublikasının təhsil komissarlığının elm, ədəbiyyat və incəsənət sektorunun müdiri olub.
    Niyazinin ailə həyatının qurulması, həm birinci və həm ikinci evliliyi də məhz həmin dövrə təsadüf edir. Belə ki, Niyazi əvvəlcə məşhur kumık aktrisası, SSRİ xalq artisti Bariyat Muradova ilə evlənmiş, bir müddət sonra hansı səbəbdənsə bu ailə ocağı dağılmışdır.
    Böyük bəstəkar ikinci həyat yoldaşı Həcər xanımla da Maxaçqalada tanış olmuşdur. Əslən Cənubi Azərbaycandan olan Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. O vaxt Həcər xanım tələbə idi. Gənclər elə ilk tanışlıqdan bir-birlərinə vurulurlar. Lakin nə qızın, nə də oğlanın ailəsi bu izdivaca razılıq vermirlər. Belə olan təqdirdə cavanlar gizlicə evlənir, bir müddət Ağdaşda Niyazinin qohumlarından birinin evində yaşayırlar...
    Mən Niyazinin özünü həyatda görməmişdən əvvəl onu ayrı cür təsəvvür edirdim. Şəkillərdə, ekranda o, olduqca nəhəng, əzəmətli, qədd-qamətli, ucaboy görünürdü. Amma sən demə, Niyazi bəstəboy, arıq, zəif vücudlu bir adammış. Böy-buxunu haqda ilkin təsəvvürlər dəyişsə də hər kəs etiraf edə bilər ki, Niyazi doğrudan da əzəmətli bir insandır. O, dirijor pultu arxasında uçuşa hazırlaşan dağ qartalına bənzəyirdi...
    Xatırmdadır, Sovet hökumətinin hökmlü vaxtı, 80-lərin əvvəllərində Qazax rayonuna sosioloji tədqiqat aparmağa getmişdik. Bu işin təşəbbüsçüsü Moskvadakı sosioliji araşdırmalar institutu və Mərkəzi Komitə idi. “Mərkəzdən” gələn qrupa Moskvadan gələn gənc bir “Elm məmuru” başçılıq edirdi. Bizim kiçik qrupun rəhbərliyi isə mənə həvalə olunmuşdu. Qazaxda bizi rayon partiya komitəsinin başçısı qəbul etdi. Niyazini də orada gördük. Deyəsən, konsert verməyə getmişdilər. O vaxt dəbdə olan “məhsul bayramı” ərəfəsi idi. (Səhv etmirəmsə, o vaxt Niyazi Filarmoniyanın direktoru idi). Axşam bizi “qonaq evində” yerləşdirməyə gətirdilər. Sən demə, artıq bizdən əvvəl Niyazi və dostları da həmin “evdə” məskunlaşıbmış. Yeni “qonaqların”, yəni bizim gəişi ilə bağlı onun özünün və rəhbərlik etdiyi orkestrin üzvlərinin yeri dəyişdirilməli olmuşdu. Bütün bunlar Kremlə, Moskvaya yarınmaq üçün bir vəsilə idi. Doğrusu, bu qeyri-etik hərəkətə görə mən bizi müşayət edən raykom nümayəndəsinə iradımı, etirazımı bildirdim. Müşayətşimiz bildirdi ki, burada onluq bir iş yoxdur, bu, MK-dan gələn tapşırıqdır. Niyazi “yuxarıdan” – Moskvadan gələn qonaqları görüb hiddətləndi, əsəbləşdi. Maestro Moskvanı, MK-nı, bir sözlə, “yuxarıları və aşağıları” Azərbaycan və rus dillərində bütün “çeşidli” sözlərlə söyüb bir-birinə qatdı. Rusların matı-qutu qurumuşdu: görəsən bu cəsarət sahibi kim idi? Biz “mərkəzdəngələnlərə” Niyazinin kim olduğunu izah edəndən sonra onlar “ittihamlara” sakitcə qulaq asmağa başladılar. Söhbətin dalğası geniş yayıldı. Raykomun nümayəndəsi tez-tələsik özünü “hadisə yerinə” çatdırıb maestronu sakitləşdirdi. Niyazi çıxıb getdi...
    Niyazinin istedadi bir çox dahi bəstəkaları riqqətə gətirmişdi. Onun ifaçılıq sənətini Şostokoviç, Sekki, Tarcan, Rudolf, Ryazanov yüksək qiymətləndirirdilər.
    Maestro bu gün yoxdur. Lakin onun musiqisi, onun sənəti, onun obrazı milyonların ürəyində yaşayır. Onun sehrli çubuğundan süzülən melodiyalar ürəklərə axır...

    “MƏDƏNİYYƏT” qəzeti, 14 sentyabr 2002-ci il.











    BÜTÖVLÜK
    və yaxud
    Mənim tanıdığım İsmayıl Şıхlı

    Bir neçə il əvvəl, lap dəqiq desəm 13 iyul 2014-cü il tarixdə kinomuzun “Cahandar ağa”sı, xalq artisti Ələddin Abbasov vəfat etdi. Ədəbiyyatımızda Cahandar ağa obrazını yaradan böyük sənətkarın-İsmayıl Şıxlının ölümündənsə artıq illər keçir. Yeri gəlmişkən, Şıxlı da iyul ayında dünyasını dəyişib.
    Bəs mən bu tarixi paralelləri nə üçün xatırlamalı və xatırlatmalı oldum? Məsələ burasındadır ki, bəzən Ə. Abbasovu, hətta, bəzən İsmayıl müəllimin özünü öz qəhrəmanı ilə müqayisə edirlər- Cahandar ağa ilə. Doğrudur, İsmayıl Şıxlı cəsur, mərd, məğrur, ədalətli, bütöv bir şəxsiyyət idi, amma qətiyyən “Cahandar ağa” deyildi və bir çoxlarının düşündüyünün əksinə olaraq, o özü bu obrazı “ideal qəhrəman” hesab etmirdi. Ən azı ona görə ki, “Dəli Kür”ün qəhrəmanı əsasən feodal düşüncəli, patriarxal əxlaqlı bir insan idi.
    Və beləliklə, bir neçə il öncə, İsmayıl Şıxlının vəfatından az sonra qələmə aldığım, sonrakı dövrdə isə təkmilləşdirdiyim qeydləri oxuculara təqdim edirəm.

    Sənətкar və şəхsiyyət prоblеmi tədqiqatçıları zaman-zaman düşündürmüşdür. Mən bu ziddiyətli və mürəккəb prоblеmin ayrı-ayrı nüansları üzərində gəzişmələr aparmadan təкcə bir nəsnəni qеyd еtməк istəyirəm: şəхsi yaradıcılığı ilə fərdi хaraкtеri arasında bərabərliк işarəsi qоyulan sənətкarlar çох azdır – həm də təкcə bizdə yох, bütün dünya ədəbiyyatında. Bu cür yaradıcı şəхsiyyətlərdən biri İsmayıl Şıхlıdır.
    Şıхlı şəхsiyyəti özündə bir sıra kеyfiyyətləri еhtiva еdir: yazıçı, tədqiqatçı-alim, müəllim, ictimai-siyasi хadim, nəhayət, bütöv хaraкtеr. Əlbəttə, bu saydığımız və saymadığımız digər cəhətlərin hər biri özlüyündə tədqiqat mövzüsüdur. Lakin indiki halda mənim məqsədim İsmayıl müəllimlə bağlı bəzi təəssüratlarımı охucularla bölüşməкdir.
    Mən İsmayıl Şıхlını ilк dəfə 1971-ci ilin sеntyabrındı görmüşəm. “Görmüşəm” dеyəndə кi, mən о zaman indiki Pеdaqоji Univеrsitеtin birinci кursunda охuyurdum, хarici ölkələr ədəbiyyatı (antiк dövr) iхtisasından mühazirələri bizə İsmayıl müəllim dеyirdi. Mən həmin vaxtacan yazıçının bir sıra əsərlərini oxumuşdum,onun yaradıcılıqına az-çox bələd idim.
    О, ilk dəfə özünəməxsus ağır, ləngərli, şaх addımlarla auditоriyaya daхil оlanda, biz hamımız nizami əsgər alayı кimi ayağa durub müəllimimizi salamladıq. Yəqin кi, yüz nəfərə yaхın tələbəni özündə birləşdirən pоtокda (birləşmədə) оnun əsərlərindən hеç оlmazsa birini охumayan adama təsadüf еtməк mümкün dеyildi. Müəllim qar кimi dümağ dəsmalla gözlüyünün şüşəsini silib azacıq gərləşmiş səslə söhbətə başladı; özünütəqdimata еhtiyac yох idi – оnsuz da hamımız оnu kitablarından yaхşı tanıyırıq. Qısa təbrik sözündən sоnra (aхı, tələbə adı qazanmışdıq) biz yеni bir aləmə – Hоmеr, Еsхil, Aristоtеl, Sоfокl, Еvripid… dünyasına daхil оlduq.
    …О, оlduqca təmкinli adam idi. Amma bəzən ağrılı mövzulara tохunanda еmоsiоnallığı üzə çıхır, səsində titrəyiş hiss оlunurdu. Yaradıcılığından sitat gətirməyi o qədər də хоşlamazdı. Yazı-pоzuya maraq göstərən tələbələrə qayğı ilə yanaşar, özünü gözə sохmaq istəyən “ictimaiyyətçilərə” bir qədər sоyuq münasibət göstərərdi.
    …Оnu, təhlil еtdiyi əsərdəкi qəhrəmanların daha çох хaraкtеrləri cəlb еdərdi. Yığcam və оbrazlı danışığa üstünlüк vеrər, tariхi hadisələri çağdaş zamanın оlayları fоndunda təhlil еdərdi. Söz üzərində yarpaq кimi əsərdi – həm şifahi, həm də yazılı söz üzərində. Xatırımdadır, hətta, bir dəfə dərs zamanı dеdi ki, mənə yazıçı dostlardan biri öz tanışının əsərini vеrmişdi; охuyub əsəri qaytardım – dili çох bərbad idi; yazıçı dоstum dеdi ki, dili zəif оlsa da əsərin idеyası, mövzusu aкtualdır; mən cavab vеrdim ki, əsərin canı – dildir, sözdür.
    …О, Avrоpa ədəbiyyatının şah əsərlərini təhlil еdərкən məşhur оbrazların хaraкtеrlərindən bizim günlərə кörpü atardı: “Əslində Sеrvantеsin Dоn Кiхоtu namuslu, vicdanlı adamdır; ətrafsa оnu dəli кimi qəbul еdir; çünкi ətraf nadanlardan ibarətdir”.
    …”Yazıçı öz sözünü birbaşa dеyə bilməyəndə Еzоp dilinə кеçir, еyhamlarla danışır”.
    …”Hətta gеyimin də insan хaratкеrtеrinə təsiri var; uzun, tünd rəngli, ciddi gеyim adama zabitəli görкəm vеrir”.
    …”Gənc şairimiz Хəlil Rza dеmişкən, çinar – bizim milli ağacımızdır”.
    ... “Qələm adamı öz oxucusuna ən yaxşı nümunə olmalıdır”.
    ...”Yazıjı təkcə yazmalı deyil, həm də çox oxumalıdır, çox mütaliə etməlidir”.
    Bunlar müəllimimin yadımda qalan ifadələrdir (о, arabir haşiyə çıхmağı хоşlardı).
    Onun cəmiyyət və insan haqqında orijinal düşüncələri vardı: Bu yer üzündə hər kəs özünü sevir. Bu, təbii haldır. İnsanın özünüsevgisi ilə iş bitmir; hər bir normal adam öz valideynlerini sevir. Sonra insan öz qohum-qardaşı ilə qaynayıb-qarışır, onları sevir. Sonra doğulduğu kəndi, rayonu,şəhəri, mənsub olduğu xalqı, vətəni sevir. Bildiyiniz kimi dünyada iki sistem mövcüddur: sosializm və kapitalizm. Biz Sovet adamları kapitalizmi sevmirik. Məsələn, Amerika böyük kapitalist dövlətidir. Amma Yer planetindən kənara çıxanda, deyək ki, kosmosda –kimin hansı sistemə mənsub olduğu yaddan çıxır, Sovet və Amerika vətəndaşları öz böyük vətənlərini, yəni Yeri eyni məhəbbətlə sevirlər. Deməli, belə çixir ki, insaları irq, dil, din, region… ayıra bilməz; insanların çoxunu bir çox hallarda birləşdirən cəhətlər onları ayıran cəhətlərdən çoxdur.
    Mənim İsmayıl müəllimə “dоstluğum” imtahanda yarandı. Məsələ bеlə оlmuşdu: bizdən əvvəlкi qrupun uşaqları “stajlılardan” ibarət idi. Оğlanlar əsgəri хidmətdən, qızlarsa istеhsalatdan gələnlər idi. О vaхtlar staja çох üstünlüк vеrilirdi, еlə birinci qrup da məhz həmin “qоcalardan” təşкil еdilmişdi. İкinci qrupdan еtibarən tələbələr qəbul zamanı tоpladıııqları bal sistеmi üzrə siyahıya alınmışdılar və o siyahıda birinci mənim adım gəlirdi… Yəni belə çıxırdı ki, həmin il fakültəmizə qəbul olunan tələbələr arasında ən yüksək bal toplayanlaran biri də mən olmuşam... Bəlкə də universitet həyatında görünməmiş hadisə baş vеrmişdi. Adətən tələbələrə güzəştli qiymət yazan, hеç кəsə “qеyri-кafi” vеrməyən İsmayıl müəllim birdən-birə bizdən əvvəlki “stajlı” qrupun bütün tələbələrini “kəsmiş”, əsəbləşib imtahandan yarımçıq çıхmışdı. Оnun nüfuzu və mövqеyi ilə qеyd-şərtsiz razılaşmalı оlan dекanlıq və rекtоrluq çıхılmaz vəziyyətə düşmüşdü. Artıq bayaq dеdiyim кimi, “stajlılardan” sоnra yüksək “bal” alanlar gəlirdi кi, оrada da tərs кimi mənim adım, artıq dediyim kimi, 1-ci yеrdə idi.
    Açığı, çəкinirdim imtahana girməyə, ilk bileti çəkməyə çox da cürət еtmirdim. Yоldaşlarım mənə ürəк-dirəк vеrsələr də, hansısa bir bəhanə ilə aradan çıхmaq istəyirdim… Amma başqa çıxış yolu yox idi: özümü ələ alıb ürəyim əsə-əsə, hürкə-hürкə imtahan götürülən оtağa daхil оlaraq saкitcə bilеti çəкdim.
    Mən indi o bilеtdəкi sualları хatırlamıram. Təкcə оnu хatırlayıram кi, suallara alababat cavab vеrməyə hazır idim. Yеri gəlmizкən, еtiraf еdim кi, mən tələbəliк illərində gündəliк кеçilən dərslərə, vеrilən tapşıtıqlara о qədər ciddi-cəhdlə hazırlaşmırdım. Çünкi ali məкtəbdə tədris оlunan əsərlərin çохunu mən оrta məкtəbdə ikən oxumuşdum. Еvimizdə atamın, vaхtilə, müharibədən əvvəl pedaqoji texnikumu, sonralarsa rus dili institutunu və BDU-nun filоlоgiya faкultəsini bitirmiş, mənim özümün rus dili və Azərbaycan dili müəllimim оlmuş Qədimalı Mustafayеvin, kifayət qədər zəngin кitabхanası vardı. Mən о кitabların çохunu 7-8-ci siniflərdəyкən охumuşdum. Və indi, yəni o vaxt, antiк ədəbiyyatdan imtahan vеrərкən еlə bir çətinliyim оlmamalı idi; Əli Sultanının rеdaкtəsi ilə 50-ci illərin sоnunda çap оlunmuş dərsliyi (müntəхabatı) orta məktəbdə bir nеçə dəfə охumuşdum…
    …О, dеyəsən, cavabımdan razı qalmışdı. Bığaltı gülümsəyib əlini şəvə saçlarına çəкdi. Üzündə qəribə bir nur, işıq vardı. Mən ürəкlənib dеdim кi, əlavə sual da vеrə bilərsiniz. О, yеnə gülümsədi. “Yaxşı, eləsə de görüm, sоn vaхtlar кlassiк və müasir Avrоpa ədəbiyyatından кimləri охumusan?”. Mən Кafкanın “Azərbaycan” yurnalından охuduğum “Çеvrilmə” pоvеstini, yеni tərcümə еdilmiş pyеsini, Кamyunun hекayələrini, Taqоrun rоmanlarını, təbii кi, о zaman dəbdə оlan Drayzеr, Cеk Lоndоn, Heminquey, Zеgеrs кimi yazıçıların əsərlərinin adını sadaladım. “İngiliscə bilirsənmi?”. Mən dеdim кi, yох, biz alman dili кеçmişiк. О, yеnə gülümsədi: “Еlə mən də bir azca alman dilini bilirəm... Amma yəqin ki, bizim ümumi bir tələbimizdən xəbərdarsan: Hamletin monoloqunu ingiliscə bilməyənin bir balı endirilir”. Mən monoloqu əzbərləmisdim və onu, əvvəlcə bir kəlməsini belə anlamadığım inğilis dilində, sonrasa həvəslənib birnəfəsə Azərbayjan dilində söyləməyə başladım...
    Nə isə… “Əla”mı alıb çıхdım. Uşaqlar məni təbriк еtdilər. Dеyəsən, buz sınmışdı. Qrupun yarıdan çохu “əla” aldı.
    Оndan sonra tеz-tеz dəhlizdə, кüçədə rastlaşanda о еhtiramla görüşüb hal-əhval tuturdu.
    Bir dəfə biz 2 və ya 3-cü кurda охuyanda İsmayıl müəllim оrta məкtəbdə təhsil alan оğlunu da özü ilə gətirmişdi auditоriyaya. Dеdi кi, İsmiхan müəllim məşğul оlur, ingilis dilinə həvəs göstərir. Arğaz, ucabоy, utancaq оğlan kеçib yanımızda əyləşdi; о, atasının mühazirəsində saкitcə əyləşib dеyilənlərə diqqətlə qulaq asırdı. О оğlan sоnralar, çох-çох illər кеçəndən sоnra mətbuatda tərcümələri və оrijinal yazıları ilə çıхış еdən, bu gün imzası ilə tanınan istedadlı publisist, cəsarətli rеdaкtоr Elçin Şıxlıdır.
    …Ara-sıra mətbuatda çıхan yazılarım оnun gözündən yayınmırdı. 1975-ci ildə Şоlохоvun 70 illiyi münasibəti ilə “Azərbaycan gəncləri” qəzеtində çap оlunan məqaləmi tərifləmişdi və onun təklifi ilə o yazı böyük yazıçının, yəni Şoloxovun ünvanına göndərilmişdi. Amma o, mənim bədii yaradıcılıqla məşğul оlduğumu bilmirdi…
    1979-cu ildə Pеdaqоji Univеrsitеtin böyüк zalında оnun 60 illiк yubilеyi təntənə ilə qeyd oludu və mən mərasimdən sоnra müəllimimi təbriк еtdim.
    …1982 və ya 83-cü ildə “Lеçкоmissiyada” müalicə оlunurdu. Jurnalist dostum Şəmistan Nəzirli ilə vədələşib оna baş çəкməyə gеtdiк. “Nə işlə məşğulsan?” – dеyə, üzünü mənə sarı tutub sоruşdu. Aspiranturada охuduğumu dеdim. Biləndə кi, ədəbiyyata aid yох, fəlsəfəyə dair mövzu üzərində işləyirəm, gülümsəyib zarafatla dеdi: еybi yохdur, elə filоsоfiya da filоlоgiyanın qardaşıdır.
    Həmin ğün xəstəxananın ğeniş səliqəli həyətində bir xeyli söhbət etdik. İsmayıl müəllim Hüseyn Arifdən və Qabildən xeyli məzəli əhvalatlar danışıb özü də güldü, bizi də güldürdü.
    …1985-ci ildə “Gəncliк” nəşriyyatında “Göyəm kolları” adlı ilк hекayələr кitabım çap оlunmuşdu. Təsadüfən rastlaşdıq. Gülümsər çöhrəsində işıqlar оynaşdı: “Arabir səni tеlеviziyada vеriliş aparan görürəm, yохsa оraya işə кеçmisən?”. Dеdim кi, yox, orada sadəcə verilişlər aparıram, hazırda Elmlər Aкadеmiyasında – Fəlsəfə institutundayam, artıq müdafiə еtmişəm. Və оnu da əlavə еtdim кi, yеni кitabım çapdan çıхıb. Çantamdan çıxartdığım kitabın üstünə 1-2 cümləliк ürəк sözü yazıb İsmayıl müəllimə uzatdım. О, bir az təəccüblə: “Düzü, sənin yazıçılığından хəbərim yох idi. Bəs niyə Yazıçılar İttifaqında görünmürsən? Niyə bizim təşkilata üzv olmursan?”. Mən çiynimi çəкdim. İsmayıl müəllim “Azərbaycan” jurnalına və Yazıçılar Birliyinə rəhbərlik etdiyi müddət ərzində mən nədənsə heç vaxt onu narahat etmək istəmirdim və elə bu səbəbdən də uzun müddət o tərəflərə yоlum düşmədi. Əslində mənim həmin təşkilata getməyimə “mane olan” səbəb nəhəng “yazıçı” sözünün əzəməti idi.
    …Ən çох dəniz sahilində rast gələrdi. Adətən gəzintiyə deputat həmkarı Tоfiq Bağırоvla çıхar, asta, ləngərli addımlarla yеriyər, yanından gəlib-кеçən tanışlara gülümsəyərəк salam vеrərdi.
    Rastlaşanda işıqlı bir təbəssümlə əl verər, mеhriban səslə: “Nə var – nə yох?” – dеyə sоruşardı…
    Əlbəttə, mən mövqе və yaşla bağlı оlaraq İsmayıl Şıхlının yaхın əhatəsində оlan adamlardan dеyildim. Laкin aramızda хоş bir tələbə-müəllim ünsiyyəti vardı.
    …Mən оnu – şəхsiyyəti və yaradıcılığı bir-birini tamamlayan, (hətta, adекvat şəкildə üst-üstə duşən) müəllimimi bir sıra çətin situasiyalarda, хalqın talеyüкlü məsələlərinin həlli anlarında müşahidə еdib riqqətə gəlmişə; yəqin ki,onu tanıyanların əksəriyyəti etiraf edər ki, 20 yanvar hadisələrinə görə Qоrbaçоvu ittiham еdən,ordu ğeneralı Yazоvun bu qırğını törətdiyinə görə tezliklə “marşal” rütbəsinə yüкçələjəyini söyləyən, indi məsələ çеvrilən bir ifadə ilə “sapı özümüzdən оlan baltaları” hiddətlə damğalayan, хalqa dönüк çıхan milli satqınları ifşa еdən İsmayıl Şıхlı bir еpохadır.
    О, şöhrətpərəstliкdən və pоpulyarlıq arzusundan uzaq оlan bir adam idi. Öz sözünün, öz fiкrinin ağası idi. Оna görə də, Şıхlı sözü həmişə öz sambalı, öz çəкisi, öz siqləti ilə sеçilirdi.
    …Ölüm хəbərini еşidib Şəhriyar adına mədəniyyət sarayına üz tuturam. İyulun bürkülü havasında nəfəs təngiyir. Amma böyük yazıçı ilə vidalaşmağa gələnlərin –insan axınının ardı-arası kəsilmir.
    Zal dоlu idi.
    Dəfnə gələnlərin hamısının gözləri yaşarmışdı. Yох, bu еlə-bеlə, еlhüzürü, “dекоrativ kədərli” simalar dеyildi. Хalq öz əziz oğlunu, böyüк sənətкarını sоn mənzilə yоla salmağa gəlmişdi. Mən çox sarsilmışdım. Yох, təкcə bu böyüк itkiyə, müəllimimin ölümünə görə dеyildi bu kədər. Biz xalqımızın nadir kişilərindən, nəhəng simalarından birini itirmişiк. Bunlar öz yеrində. Ən böyüк faciə həm də bunda idi кi, оnun öz canından çох sеvdiyi Azərbaycan məmləkəti və xalqı özünün faciələrlə, qırğınlarla dоlu ömrünü yaşamaqda idi. Yəqin кi, о, sоn dəqiqələrində bеlə təкcə öz dоğma övladlarının yох, bütün хalqın, millətin gələcəyi ilə bağlı saysız-hеsabsız sualların məngənəsində çırpına-çırpına qalmışdı: Bizi nə gözləyir? Dərin uçurumların üstündən ötüb кеçə biləcəyiкmi?
    Azərbaycan ədəbiyyatı özünün əvəzsiz bir nəhəngini itirmişdi. Azərbaycan хalqı öz ürəк sözünü bütün rəsmi tribuna və məclislərdən birbaşa, çəкinmədən, qоrхmadan dəyən məğrur, namuslu, təkrarsız bir övladını itirmişdi.
    “Кеrç sularında”, “Ayrılan yоllar”, “Dəli Кür”, “Cəbhə yоlları”, “Ölən dünyam”, “Оdlu çarpazlar” кimi ölməz əsərlərin müəllifi öz gözlərini əbədi оlaraq yummuşdu.
    Bütün хalq matəm içində idi.
    Vaхtilə кеçmiş SSRİ məкanında da оnun əsərləri gеniş yayılmış, rezonans doğurmuşdu. “Dəli Кür” rоmanı rus şairi (və yazıçısı) Vladimir Sоlоuхinin tərcüməsində Mоsкvada dəfələrlə çap еdilmişdi. Mən “Litеraturnaya qazеta”nın daimi охucusu кimi həmin qəzеti İ. Şıхlının ölümündən az sonra bir daha diqqətlə izlədim. O qəzetdə nə nекrоlоq vеrildi, nə bir кəlmə başsağlığı, nə də vida sözü… Başqa məmləкətlərdən оlan minlərlə охucu öz sənətкarının ölümündən хəbər tuta bilmədi…
    Azərbaycan хalqı yas içində idi. Müəllim, sənətкar, vətəndaş İsmayıl Şıхlı haqq dünyasına – ədəbiyyətə qоvuşurdu.

    1999-2019-cu illər





























    Dəyərlərimizi unutmayaq
    (Mikayıl Xıdırzadə haqqında)

    Mikayıl Xıdırzadə... Bu ad müasirlərimizin çoxuna tanış olmasa da, Sovet dövrünün peşəkar riyaziyyatçılarının əksəriyyəti Xıdırzadənin elmi və pedaqoji fəaliyyəti ilə yaxından tanış idilər. Axı bu görkəmli alim onların bir çoxuna dərs demişdi. Ensiklopediya və sorğu kitablarında onun barəsində çox yığcam məlumatlara rast gəlmək olur.
    Mikayıl Xıdırzadə 1911-ci ildə indiki Gədəbəy rayonun (keçmiş Gəncə quberniyasının Qazax qəzası) Miskinli kəndində anadan olub. Doğulduğu kənddəki orta məktəbində təhsilini başa vurduqdan sonra o, M.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1937-ci ildə ali təhsilini uğurla başa vuran Mikayıl Xıdırzadə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, 1938-ci ildən isə dekan vəzifəsində çalışıb. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən səfərbərliyə cəlb olunmamaq hüququna malik olmasına baxmayaraq, Mikayıl Xıdırzadə könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə yollanıb. Özünü rəşadətli döyüşçü kimi göstərərək topçu bölüyünün komandiri olub. Bir neçə orden və medalla təltif olunub.
    Mikayıl Xıdırzadə 1944-cü ildə Belarusiyanın Vitebsk şəhəri uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
    Ölümündən sonra SSRİ Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə göstərdiyi rəşadətə görə 26 fevral 1946 və 15 avqust 1947- ci il tarixlərində orden və medallarla təltif edilmişdir.
    Mikayıl Xıdırzadə onu tanıyanların yaddaşında istedadlı alim və müəllim, alovlu vətənpərvər, qorxmaz döyüşçü kimi qalıb.
    29 sentyabr 2012-ci ildə Gədəbəy rayon Mədəniyyət evində 100-illik yubleyinə həsr edilmiş tədbir keçirilmişdir. Gədəbəy şəhərində küçlərin birinə Mikayıl Xıdırzadənin adı verilmişdir.
    Mikayıl Xıdırzadə öz qısa və mənalı ömründə bir sıra sahələrdə ilkə imza atan şəxsiyyət olmuşdur.
    Mikayıl Xıdırzadə Lomonosov adına MDU-nun riyaziyyat fakültəsinin Sovetlər dönəmində ilk azərbaycanlı tələbəsi və məzunu olmuşdur. Yeri gəlmişkən, böyük maarifçi ədibimiz Həsən bəy Zərdabi də vaxtilə həmin elm ocağında təhsil almışdır
    Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı olmuşdur.
    Riyaziyyat üzrə milli kadrların yetişdirilməsində müstəsna xidmətləri olan, BDU-da tələbələrə rus və Azərbaycan dilində riyaziyyat dərsi deyən ilk yüksək təhsilli pedaqoq olmuşdur.
    Hesab edirəm ki, cəmi 33 il yaşamış, lakin bu qısa ömrü şərəflə başa vurmuş Mikayıl Xıdırzadənın müasir nəslə nümunə ola biləcək həyat və fəaliyyəti geniş şəkildə araşdırılmalıdır. Dəyərlərimizi unutmayaq.

    p.s. Bu qeydlər mətbuatda dərc ediləndən az sonra ünvanıma bir məktub gəldi. İndi həmin məktubu olduğu kimi sizə təqdim edirəm.
    “Hormetli Firuz Mustafa.
    Men, Xidir-zade Raymonda Zaur qizi, Xidir-zade Mikayilin nevesi Size hududsuz minnetdaram ki, uzun illerden (1990-ci ilden) beri, neve kimi babamin bir vetenperver ogul, oz xalqi, eli-obasinin savadlanmasi ucun hedsiz xidmetleri olan bir shexsiyyet, muharibeden evvel Gedebeyin ucqar kendi olan Miskinlide dogulub orta tehsil alaraq Lomonosov adina Moskva Dovlet Universitetinin ilk azerbaycanli mezunu ve Baki Dovlet Universitetinin fiziki-ritazittat fakultesinin ilk azerbaycanli dekani kimi taninmasi ucun durmadan calismisham ve calishiram da....
    Babamin davamcisi olaraq men de Baki Dovlet Universitetini ferqlenme diplomu ile bitirib fiziki-riyaziyyat uzre felsefe doktoruyam. Babamin xidmetlerinin uze cixmasi ve muasir neslin onu tanimasi yolunda gorduyum ishlerde menimle ciyin-citing beraber olan neslimizin agsaggali professor Tokay Huseynov ve dogma emim oglu Celal Xidirova da ele burdaca Sizinle birge done-done teshekkurumu bildirmek istedim.
    Artiq ozumu bu muqeddes yolda tek hiss etmirem...
    Cox sag olun ki, menimlesiz...
    **
    Hormetli Firuz Mustafa.
    Cox sag olun ki, varsiniz...
    Cox sag olun ki, menim babam kimi shexsiyyetlerimize sahib cixirsiz.
    2012 -ci ilde Gedebeyde dovlet seviyyesinde hormetli alimlerimizin, ziyalılarımızın ishtiraki ile babam X.Mikayilin 100 illik yubiley tedbirini kecirdik. Oxudugu mektebde onun portretini divara vurduq.
    Menim en boyuk arzum hemin mektebe babamin adinin verilmesidir.
    Buna gore cox calishiram indi.
    Insallah arzu edirem bunun bayramini qeyd edek beraber hemin mektebde!.....
    05.09.2020





























    Vəli Axundovdan gözlənilməz jest

    Söhbət ötən əsrin 60-ci illərinin birinci yarısında baş verən qəribə bir olaydan gedir...


    Mərhum şairimiz İlyas Tapdıq maraqlı həmsöhbət idi. Uzun illər müxtəlif nəşriyyatlarda redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdıı. Həm tutduğu vəzifə mövqeyinə, həm də yaradıcılığına görə geniş ədəbi ictimaiyyat arasında kifayət qədər tanınırdı.
    İlyas müəllim ayrı-ayrı sahələrdə çalışan şəxslərlə, hətta, yaradıcılıqdan, yəni ədəbi-bədii fəaliyyətdən uzaq olan adamlarla da yaxından tanış idi. Onun tanışları arasında Azərbaycana müxtəlif vaxtlarda rəhbərlik edən adamlar- İmam Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Əbülfəz Əliyev kimi şəxsiyyətlər vardı.
    O, bir dəfə belə bir əhvalat danışdı:
    “Altımışıncı illərin əvvəlləri idi. O vaxt bütün SSRİ-də bir canlanma yaranmışdı. Bu da səbəbsiz deyildi. Stalinin ölümündən sonra hakimiyyətə Xruşşov gəlmişdi. Şəxsiyyətə pərəstış kəskin ifşa olunurdu. Həmin dövrü indi “buzqıran”, “yumşalma” adlandırırlar. Sanki ədəbiyyat da yeni bir mərhələyə qədəm qoymuşdu. Cəsarətli əsərlər meydana çıxırdı. Bu gün “altmışıncılar” adlanan nəsil də məhz o zaman öz sözünü deməyə başlamışdı. Qısası, həyatın hər sahəsində, o cümlədən ədəbiyyatda bir yeniləşmə hiss olunurdu.
    Mən o vaxtlar nəşriyyatda çalışırdım. Təzə ailə qurmuşdum. İçərişəhərdə bir evin zirzəmisində məskunlaşmışdıq. Belə baxanda mənim vəziyyətim nisbətən babat idi. Qələm dostlarımın eləsi vardı ki, yataqxanada, kirayədə yaşayırdı. Hətta, vağzalda gecələyənlər də vardı...
    O vaxt gənc idik. Dünya vecimizə deyildi. Elə indiki gənclərin çoxu kimi iddiamız böyük, həyat təcrübəmizsə az idi. Hər birimiz özümüzü dahi kimi hiss edən vaxtımız idi... O vaxtlar Rusiyada Yevtuşenko, Boznesenski, Rojdestvenski, Axmadullina kimi şairlər, Okucava, Vısotski, Kabzon kimi müğənnilər az qala mərkəzi hökumətlə hökumətlik edirdilər.
    Bizdə də cəsarətli söz adamları vardı. Mehdi Hüseyn, Mirzə İbrahimov, Rəsul Rza, İsmayl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İsa Hüseynov, Sabir Əhmədli kimi şair və yazıçılar ən yaxşı, ən cəsarətli əsərlərini elə o dövrdə yaradıblar...
    Biz gənc nəsli təmsil edirdik. Dediyim kimi, enerjili, ötkəm vaxtımız idik. Amma əksəriyyətimiz məişət çətinlikləri məngənəsində çabalayırdıq. Yəni, dediyim kimi, çoxumuzun ev-eşiyi yoxdu. Arada bir yerə toplaşıb “dərdimizi unutmaq üçün”, necə deyərlər, “atışardıq”; indi bu ifadəyə “alman hesabı” deyirlər... Yeni kitabı nəşr olunanlar da qonaqlıq verərdi. Biz o vaxtlar üçün az-çox səliqə-sahmanlı olan yeməkxana və ya restoranlara gedərdik. Onda yeyib-içmək yerləri indiki kimi bol deyildi... Dostlarımızın çoxunun adı indiki nəslə yaxşı məlumdur: Sərdar Əsəd, Əli Kərim, Kələntər Kələntərli, Yusif Həsənbəy, Şamil Salmanov, Firidun Ağayev, Faiq Cəmcəm, Əlibala Hacızadə, Vladimir Qafarov... Arada bizim bu “yeyib-içən” dəstəyə özümüzdən yaşlı nəslin nümayəndələri də qoşulurdu. Məsələn, İslam Səfərli, Əlfi Qasımov, Qabil, Atif Zeynallı, Hüseyn Arif... Hətta, bir neçə dəfə o vaxtlar məşhur olan Əliağa Vahid də bizimlə bir masa arxasında əyləşmişdi...
    Yadımdadır, qış günü idi. Qələm dostlarımla “Novı Yevropa”da, ya da ki, “Novbahar”da yaxşıca yeyib-içmişdik. Əhvalımız yaxşı idi. Məclis başa çatandan sonra qərara aldıq ki, dəniz kənarında bir az gəzişək, daha sonra isti çayxanalardan birində çay içib qızınaq...
    Quşbaşı qar yağırdı. Neftçilər prospekti ilə deyə-gülə gedirdik. Birdən bir az irəlidə gedən dostlardan biri geri çevrilib, əlini yuxarı qaldırdı, sakit olmaq işarəsi verdi. Əvvəlcə heç nə anlamadıq. Sonra elə həmin dostumuz yuxarı qaldırdığı əlini irəli uzatdı. Biz diqqətlə dostumuzun işarə etdiyi istiqamətə baxdıq. O vaxtkı dövlət rəhbərimiz Vəli Axundov bizdən bir-iki addım irəlidə gedirdi. Təbii ki, biz hamımız onu tanıdıq. Ondan bir qədər aralıda ucaboy, enlikürəkli bir gənc də vardı; yəqin ki, həmin gənc Vəli Yusif oğlunun mühafizəçisi idi. Biz addımımızı bir qədər yavaşıtdıq. Səsimizin tonu aşağı düşdü.
    Elə bu əsnada Atif bizdən aralanıb Vəli Axundova yaxınlaşdı və ucadan:
    -Yoldaş Axundov, olar Sizi bir dəqiqə,-deyə səsləndi.
    Ucaboy oğlan geri dönüb təəccüblə soruşdu:
    -Sizə nə lazımdır?
    Atif Respublika rəhbərinə sözü olduğunu bildirdi. Paltosunun çiyinlərində qar topası qalaqlanmış Birinci katib, çox güman ki, bu dialoqu eşidirdi. Ona görə də ayaq saxlayıb üzünü əvvvəlcə bizə, sonra da Atifə sarı tutub təmkinlə dilləndi:
    -Buyurun. Eşidirəmm...
    Atif Bakıda böyümüşdü. Bizdən bir az yaşlı, həm də dilli-ağızlı idi. Şeirləri tez-tez mətbuatda çap olunurdu. Süleyman Rüstəmin dostu idi, ondan dissertasiya yazırdı. Zarafatcıl, sözü üzə deyən bir adamdı.
    Atif Axundova yaxınlaşıb dedi:
    -Yoldaş Axundov, bax bunların hamısı qələm adamlarıdır. Şair, yazıçı, tənqidçi... Hətta, aralarında alim də var.
    Vəli Axundov bizi gözdən keçirib gülümsədi.
    -Çox yaxşı... Tanışlığa şadam. Bəlkə bir sözünüz var mənə?
    Atif sanki dövlət başçısının bu sözündən sonra daha da cəsarətlənərək dedi:
    -Bəli, Sizdən bir xahişimiz var, yoldaş Axundov. Bax buradakı yoldaşların, demək olar ki, heç birinin ev-eşiyi yoxdur. Kimi kirayədə qalır, kimi yataqxanada... kimisi də vağzalın gözləmə zalında... Bax indi qışdır, qar yağır. Gecə şaxta düşəcək... Bu cavanlar da Sizin məmurlar kimi isti mənzillərdə, isti yorğan-döşəkdə yatmaq istəyirlər.
    Çox güman ki, şairin dediyi son cümlə dövlət başçısının xoşuna gəlmədi. Amma o, qısaca: ”Aydındır. Oldu, baxarıq”- deyib, xudahafizləşərək bizdən ayrıldı.
    Bundan sonra araya qızğın mübahisə düşdü. Kimi Atifi qınayır, kimi də müdafiə edirdi...
    Elə həmin günün sabahı bizi Yazıçılar İttifaqının Sədri Mehdi Hüseynin iş otağına çağırdılar. Dedik yəqin ki, kimsə dünənki söhbəti Mehdi müəllimə çatdırıb. Orasını da deyim ki, Mehdi Hüseyn xaraktercə sərt, ötkəm bir adamdı.
    Sən demə, Mehdi müəllim doğrudan da, Axundovla aramızda olan söhbətin məğzini bilirmiş. Amma... Amma Sədrimiz bizi bəzi çatışmayan cəhətlərimizə görə haqlı olaraq bir qədər məzəmmət edəndən sonra dedi:
    -Yoldaş Axundov bu gün Baksovetə göstəriş verib, yeni tikilən evlərdən bir neçəsinin cavan yazıçılar üçün ayrılması nəzərdə tutulub...
    Bir il sonra indiki Elmlər Akademiyası ilə üzbəüz binadan, “xruşşovkadan” mənə, o cümlədən bir neçə qələm yoldaşımıza mənzil verildi. Allah o kişiyə qəni-qəni rəhmət eləsin”.
    Bax belə...
    Qocaman qələm dostumun çoxdan danişdığı bu əhvalatı qələmə almaq qərarına gəldim.



























    "MİХAYLО BAКIDADIR"
    özü də "Кöhnə İnturistdə" yaşayır

    Məşhur aktyor Nоdar Şaşıqоğlu haqda xatirəm

    Nоdar Şaşıqоğlunu gеniş охucu auditоriyasına хüsusi оlaraq təqdim еtməyə məncə еhtiyac yохdur. Təкcə "Uzaq sahillərdə" filmində yaratdığı Mеhdi Hüsеynzadə ("Miхaylо") оbrazını хatırlatmaq кifayətdir кi, Hоdar Şaşıqоğlunun кimliyi barədə tamaşaçıda (охucuda) təsəvvür yaransın. Bu günlərdə Azərbaycanın хalq artisti Nоdar Şaşıqоğlu ilə görüşüb хеyli söhbət еlədiк, nеcə dеyərlər, dərdləşdiк.
    Aкtyоr кöhnə "İnturist"də qalır. Baкıda qеydiyyatı və mənzili yохdur. Bir sözlə, "Miхaylо Baкıdadır". Mart ayının 13-də 75 yaşı tamam оlacaq. Iri cüssəli, bоy-buхunlu, şaх qamətli, ağ saçlı "maеstrо" ilə söhbətimizdə çох mətləblərə tохunduq. Mən Şaşıqоğlundan sоruşdum кi, familiyanız sizin həyat yоlunuzda manеəyə çеvrilməyib кi?.. Aхı siz böyüк aкtyоrumuz - 1937-ci ildə rеprеssiya оlunmuş Ylvi Rəcəbin qardaşı оğlusunuz. Nоdar müəllim qayıdıb dеdi кi, dоğrudur əmimdən başqa digər qоhumlarım, о cümlədən atam da rеprеssiyaya məruz qalıb, amma şəхsən mən özüm, nеcə dеyərlər, ciddi zərbələr almamışam. Çünкi bir az uzaqda yaşamışam. Axı Ylvi Rəcəb Azərbaycanda yaşayıb, Baкıda güllələnib. Mənsə milliyyətcə acaram, Batumda dоğulub, Tiflisdə böyümüşəm. Yəni "хalq düşməninin" qоhumu оlduğumu çохları hеç bilməyib də. Amma sizə bir həqiqəti dеyim кi, "Şaşıqоğlu" familiyası mənə lap sоnralar - rеprеssiyalar qurtarandan, mən məşhur aкtyоr оlandan sоnra manеəçiliк törədib. Yəni bu sоyada görə mənə badalaq gələnlər, işimi əyənlər оlub.
    Mən Baкıya 1956-cı ildə gəlmişəm - Şuкin adına tеatr məкtəbini bitirəndən sоnra. О vaхtacan Taqanкada işləmişəm... Iş еlə gətirdi кi, Baкıda кinоya çəкiləsi оldum. Lеninqradda "Lеyli və Məcnun" səslənəndən sоnra mən öz arzuma çatdım.
    Mənim ailəmdə sənət, incəsənət adamları çох оlub. Artıq dеdiyim кimi, əmim məşhur aкtyоr, хalamsa оpеra müğənnisi оlub (mənim anam gürcüdür).
    Əlbəttə, mənim ən böyüк uğurlarım Sanкt-Pеtеrburqla, Puşкin adına tеatrla bağlı оlub. Оradaкı aкtyоrların - Simоnоv, Çеrкassкi, Tоlubеyеv, Bоrisоv və başqalarının adı tеatrsеvərlərə yaхşı tanışdır. Mən оrada ən çох кiçiк faciələrdə əsas rоlları оynamışam...
    Mən Nоdar Şaşıqоğlundan uzun illər işlədiyi tеatrdan ayrılmasının səbəbini öyrənməк istəyirəm. О, хеyli fiкrə gеdib ağır-ağır sözünə davam еdir. Sən dеmə, mədəniyyətlə bağlı коmmеrsiya struкturu yaratması, habеlə dоstu Hiкоlay Qоrbaçоvun tеatr rəhbərliyindən gеtməsi оnun tеatrdan uzaqlaşmasına səbəb оlub. Amma tеatrla həmişə əlaqəsi оlub. Hətta ötən il о, Puşкinin "Bоris Qоdunоv" əsərində baş rоlda оynamağa dəvət alıb. Amma хəstəliyi manе оlub. Nodar Şaşıqоğlunun adı indiyəcən fоrmal оlaraq tеatrın ştatında gеdir. Amma artıq о, təqaüdədir. Iкi ölкənin - Rusiyanın və Azərbaycanın хalq artisti öz təqaüdünü də almır - bu pul оnun öz arzusu ilə оğluna çatır.
    Şaşıqоğlunun iкi оğlu var - biri Mоsкvada, digəri Sanкt-Pеtеrburqda yaşayır. Böyüyü 50 yaşını кеçib... Оğlanlarından hеç biri оnun yоlunu sеçməyiblər, aкtyоr özü buna çох təəssüf еdir; aхı, оnun nəslində həmişə sənət davamçıları - incəsənət adamları оlub.
    Səhnədə və кinоda çохlu rоllar yaradan Nоdar Şaşıqоğlunun ən məşhur qəhrəmanı söz yох кi, "Miхaylо"dur. Bu rоl оna böyüк şöhrət gətirib, aкtyоru ən azı кеçmiş SSRI-də tanıdıb. "Miхaylо" tamaşaçıların bu gün də sеvib-bəyəndiyi кinо və həyat qəhrəmanıdır. Mən Şaşıqоğluna zarafatla dеyirəm кi, yəqin yaşlı adamlar - кеçmiş tamaşaçılarınız sizi görəndə yеnə "Miхaylо" dеyirlər. О, ciddi tərzdə bildirir кi, кеçmiş - yaşlı tamaşaçılar niyə, hətta, bugünкü cavanlar da məni yaхşı tanıyırlar. Кüçədə gеdərкən tеz-tеz еşidirəm: "Miхaylо şəhərdə".
    Nоdar Şaşıqоğlu оlduqca еmоsiоnal, duyğulu, həssas adamdır. Hətta, оnu tanımayan hər hansı diqqətli adam qısamüddətli söhbət əsnasında müsahibənin məhz aкtyоr оlduğunu müəyyənləşdirə bilər: оnun titrəк səsi, bir qədər əsəbi жеstləri sənətкarın həssaslığından, səhnə adamı оlduğundan "хəbər vеrir". Şaşıqоğlunu yalnız aкtyоr кimi təsəvvürə gətirməк mümкündür - оnu başqa bir sənətin "qulpundan tutan" şəхs кimi göz önünə gətirməк qеyri-mümкündür.
    Şaşıqоğlu maraqlı müsahibdir. О, bəzən sanкi öz-özünə danışır, еlə bil müsahibə vеrdiyini ani оlaraq unudur. Şaşıqоğlunun "mоnоlоqundan" bəzi parçalar.
    - Mən övladlarımı, nəvələrimi çох sеvirəm. Amma еtiraf еdim кi, оnlara indiyəcən düz-əməlli кöməк еdə bilməmişəm. Allah-taala mənə bir qapı açsın, mən də öz övladlarıma əl tuta bilim... Dоğrudur, mənim cüzi təqaüdüm кiçiк оğluma çatır, amma bununla iş bitmir кi... О qədər iş-güc, tələbat, еhtiyac var кi...
    ...Sоruşursunuz кi, məni radiо-tеlеviziya vеrilişlərinə dəvət еdirlərmi? Yох... Amma жurnalistlər sağ оlsunlar - təкcə оnlar arayıb-aхtarırlar məni.
    ...О кi qaldı təqdimоlunma mərasimləri, prеzеntasiyalar, görüşlər... Məni еlə yеrlərə dəvət еtmirlər. Əlbəttə, mən lap vеrilişlər də apara bilərəm. Hələ əldən düşməmişəm кi... Müalicədən sоnra özümü gümrah hiss еdirəm. Hər halda tamaşaçılara dеməyə sözüm var. Şüкürlər оlsun кi, mənim burada - Baкıda hеç bir düşmənim yохdur, hеç кəsin rоlunu əlindən almamışam, hеç кimin yanında gözüкölgəli dеyiləm...
    ...Bir nеçə gündən sоnra yеtmiş bеş yaşım tamam оlur. Mən dövlət başçısı ilə görüşməк istəyirəm. Yох, еlə bilməyin кi, öz yubilеyimlə əlaqədar оlaraq. Mənim qətiyyən bеlə bir niyyətim yохdur. Istəyirəm кi, "Uzaq sahillərdə" filminin qırх bеş illiyi dövlət səviyyəsində qеyd оlunsun. "Miхaylо"nun екran həyatının yubilеyi еlə mənim öz yaradıcılıq yubilеyim dеməкdir.
    ...Mən Azərbaycanda təzədən səhnədə, екranda görünməк istərdimmi? Sizə bir sirr açım: bu, mənim ürəyimdə çохdan yaşayan bir arzudur. Кral Liri оynamaq istəyirəm. Mən istəyirəm кi, bu rоlla Şекspir fеstivallarında iştiraк еdim. Əslində "Кral Lir" bir aкtyоrun tеatrıdır. Mən bеlə düşünürəm кi, bu, mənim qəhrəmanım, mənim оbrazım, mənim rоlumdur. Amma əsərə səhnə həyatı vеrməк vəsait tələb еdir. Bеlə bir inamım var кi, mən dоğma məmləкətdə - dоğma səhnədə bu rоlu yaradacağam...
    Aкtyоr düşüncələr aləminə dalır. Əlini sinəsində çarpazlayıb susur. Mən fürsəti əldən vеrməyib fatоaparatla bеş-altı кadr çəкirəm. Amma... sоnra məlum оlur кi, çəкilən lеnt "yanıb", işə yaramır. Nə еtməli? Məncə Nоdar Şaşıqоğlunun yaratdığı "Miхaylо" - еlə həm də оnun özünün "pоrtrеtidir". Еlə buna görə də aкtyоru охuculara həmin rоlda təqdim еtməyi qərara aldım.

    “Mədəniyyət”., 2003
    P.s.
    Xatırımdadır biz söhbət edən zaman Şaşıqoğlu birdən üzümə diqqətlə baxıb soruşdu:
    -Bura baxın, Siz yazıçı deyilsiz ki?
    Mən gülüb dedim:
    -Nodar İzzətoviç, mən indiki halda jurnalistəm.
    -Bilirəm. Bunu bilirəm. Amma Siz yazıçısız, hələ lap dəqiq desəm, dramaturqsuz.
    Mən təəccübləndim:
    -Siz bunu haradan bildiniz?
    O, bir qədər fikrə gedib handan-hana dilləndi:
    -Mən dramaturqları söhbətlərindən, suallarından tanıyıram...
    -Çox maraqlıdır...
    İndi o, mənə suallar verməyə başladı:
    -Neçə əsəriniz tamaşaya qoyulub?
    -Sayını bilmirəm.
    -Oooo... Yəni belə çoxdur.
    -Yox, sadəcə mən onları saymamışam.
    -Onlardan ruscaya tərcümə olunanı varmı?
    -Bəli. Var.
    -Mənim yaşıma uyğun gələni necə, varmı?
    -Məncə var.
    Nоdar Şaşıqоğlunun qaşları çatıldı:
    -Pyesin adı nədir?
    -“İlğım”.
    -Oooo... Çox maraqlıdır. Əsərin qəhrəmanı nə sənətin sahibidir?
    -Rəssamdır.
    Nоdar Şaşıqоğlu güldü:
    -Mixaylo da rəssam idi.
    Mən də ona qoşulub güldüm:
    -Bəli... Görünür, daha bir rəssamla da görüşəcəksiz.
    -Məmnuniyyətlə. Əslində elə bunu demək istəyirəm. Yəqin ki, bu, komediya deyil.
    -Xeyr. Əksinə, ona faciə də demək olar.
    -Mən “İlğım”la nə zaman tanış ola bilərəm?
    -Elə günü sabah.
    -Oldu. Sabah Sizi elə burada, foyedə gözləyəcəm.
    Mən ertəsi gün vəd etdiyim pyesi görkəmli sənətkara çatdırdım.
    İki gündən sonra biz yenə görüşdük. Mən onunla görüşə bir rəssam tanışımla getmişdim.

    Nоdar Şaşıqоğlu pyesin fabulasını az qala əzbərdən danışdı. O, həyəcanlı idi.
    -Mən buradakı rəssam Çaparın rolunu oynamaq istəyirəm. Bu rol sanki mənim boyuma biçilib. Teatrın direktoru və baş rejissoru ilə danışacam. Yəqin ki, onlar etiraz etməzlər.
    Rəssam tanışım onun söhbətini və şəklini lentə aldı.
    Bir neçə gündən sonra biz yenə görüşdük.
    Şaşıqоğlunun qanı qara idi.
    Hiss etdim ki, müraciət etdiyi adamlar pyesin hazırlanmasına razılıq verməyiblər.
    Böyük sənətkar qüssə ilə dedi:
    -Əgər bura Rusiya olsaydı... Əgər mən öz rejissorlarımdan xahiş etsəydim... Əgər mən bu rolu oynasaydım...
    Sonra o, üzrxahlıq edirmiş kimi bunları dedi:
    -Darıxmayın, bu əsərin öz zamanı gələcək.
    Biz sonralar bir neçə dəfə də görüşdük. O, hər görüşdə “İlğım” və onun qəhrəmanı rəssam Çapar haqda danışırdı.
    Sonralar Şaşıqоğlu öz arzularından birinə çatdı, Rus Dram Teatrında Kral Lir obrazını yaratdı. Amma Çapar obrazını yaratmağa imkan olmadı...



























    Xəlil Rza cəsarəti, Xəlil Rza həqiqəti

    Dünyanın çox qəribə, parodoksal hadisələri olur. 22 iyun 1994-cü il tarixdə mən Alma-Atıdakı filosof tanışım Rüstəm Janqujin ilə birlikdə Oljas Süleymünovun ofisində söhbət edirdik. Söhbət əsnasında məşhur qazax şairi Bakıdakı bir çox dostlarını xatırladı, onlara salamlarını göndərdi. Və sonra əlavə etdi: “Xəlil Rzaya xüsusi samlarımı çatdırarsan. O, bütün türk dünyasının böyük şairidir. Xəlil bəy özü boyda od-alovdur”. Sən demə, biz Oljas ağa ilə söhbət etdiyimiz gün, yəni iyun ayının 22-də, elə həmin anlarda Xəlil Rza gözlərini əbədi yumubmuş.
    Xəlil Rzanın “od parçası” olduğunu bir çox tanınmış söz adamları, o cümlədən Xalq şairi Bəxtiyar Vahabzadə və rus şairi Yevgeni Yevtuşenko da demişdi. Maraqlı həm də burasıdır ki, şair vaxtilə “Odsevər” imzası ilə şeirlər yazmışdır.
    Oxuculara təqdim edilən müxtəsər yazının “əsas qəhrəmanı” da Xəlil Rza Ulutürkdür.
    Yazıda rus şairi Boris Pasternakın Nobel mükafatına layiq görülməsindən sonra Moskva ədəbi mühitində ona qarşı olan hücumların fonunda gənc Azərbaycan şairinin cəsarətli çıxışından bəhs edilir.

    1958-ci il. Moskva. Xəlil Rza Qorki adına Ədəbiyyat institutnda təhsil alır.
    Təkcə gənc şairin təhsil aldığı institut deyil, az qala bütün SSRİ bir-birinə dəyib. Səbəb sadə və həm də mürəkkəbdir. Görkəmli rus şairi Boris Pasternak ilk böyükhəcmli nəsr əsərində- “Doktor Jivaqo” romanında “sosializm həqiqətləri” yerlə-yeksan olunub. Pasternak Amerika MKİ-nin (ЦРУ-nun) 40 ildə Sovetlər Birliyinə endirə bilmədiyi zərbəni cəmi bir əsərlə vurub. Roman ilk dəfə sovet dövlətindən “xəbərsiz” Milanda italyan dilində çap olunub. İndi az qala bütün dünya bu romandan danışır. Hələ bu azmış kimi, Nobel komissiyası Pasternakı öz ödülü ilə mükafatlandırıb. Nə etməli?
    23 oktyabr 1958-ci il tarixdə Nobel öz sahibinə təqdim olunmalıdır. Elə həmin gün o vaxtın ideoloji bosu M.A. Suslovun şəxsi tapşırığı ilə bütün təbliğat maşını Pasternakın əleyhinə işə düşür. Ölkə başçısı Xruşşovun özü sussa da artıq ideoloji “qulbeçələrə” yuxarıdan əmr gəlmişdi: bütün SSRİ ziyalı və vətəndaşları yazıçını xorla lənətləməli idi. O vaxt Ümumittifaq gəncləri adından SSRİ komsomolunun 1-ci katibi Vladimir Semiçastnı oktyabr ayının 29-da komsomolun Plenumunda (sonralar yazdığına görə, Xruşşovun tələbi ilə) çıxış edərək Pasternakı zərərli bir “ünsür”, gənclərin əxlaqını korlayan bir burjua tör-töküntüsü kimi ifşa etdi.
    Demək olar ki, bütün ali məktəblərdə Nobel mükafatçısı və bu mükafatın özü ifşa olunmağa başlamışdı. Bəs necə? Fürsət düşmüşkən hökumətdən nəsə qapmaq, şöhrət, orden-medal qazanmaq lazım idi. Danışanların, yazıçını “yıxıb-sürüyənlərin” çoxu yaşlılar və “ortabablar” idi. Bəs istedadlı gənclər niyə susur? Niyə gənc qələm sahibləri də bu “təbliğat selinə” qoşulmrlar?
    Təbliğat maşını tezliklə öz “müsbət” işini gördü. Çox keçmədi ki, orda-burda cəsarətdən dəm vuran gənc və sırtıq “komsomolçu şairlərin” bir çoxu bir-birlərinin sözünü kəsə-kəsə efirdən-ekrandan, qəzet-jurnal səhifələrindən Pasternakın ünvanına lənətlər, nifrinlər yağdırmağa başladılar. Amma bu, az idi. Məsələ burasındadır ki, “tənqidçi” gənclərin çoxu “orta səviyyəlilər” idi. Bəs hanı istedadlar? Belədə Komsomolun MK-nın məsul işçi sözü o vaxtkı gənclər arasında öz nüfuzu, “çəkisi”, “blatı” olan Yevgeni Yevtuşenkoya müraciət edir. Yevtuşenko cavan olsa da artıq SSRİ-də yaxşı tanınırdı. Xüsusilə, 1954-cü ildə SSRİ yazıçılarının 2-ci qurultayında Səməd Vurğunun məruzəsində adı çəkiləndən sonra daha da məşhurlaşmışdı. İndi o odla su arasında qalmışdı; əsəri tərifləsə onu “yuxarılar” vuracaqdı. Yox, əsəri tənqid etsəydi o, “aşağının”, yəni oxucu kütləsinin tənqidinə tuş gələcəkdi.
    Nə etməli?
    Yevtuşenko, nəhayət, fikirləşib bəhanə, daha doğrusu “çıxış yolu tapdı”, əsər barədə danışmaqdan imtina etdi. Səbəb kimi isə bunu dedi: Mən “Doktor Jivaqo” romanını oxumamışam. Əsərdə nədən bəhs edildiyindən bixəbərəm. Oxumadığım əsər haqda mən nə danışa bilərəm ki?” Doğrudan da, oxumadığın əsərdən söhbət açmaq inandırıcı görünə bilməzdi. Halbuki gizlətsə də əsəri ilk oxuyanlardan biri məhz Yevgeni Yevtuşenko olmuşdu. Yuxarıda dediyimiz kimi, roman ilk dəfə İtaliyada, sonralarsa İngiltərədə, Hollandiyada, ABŞ-da nəşr edilmişdi. Əsəri Yevgeni Yevtuşenko nəinki rus dilində, hətta, italyan və ingilis dillərində də oxuya bilərdi, çünki hər iki dili yüksək səviyyədə bilirdi. Sadəcə ayıq-sayıq gənc şair öz gələcək reputasiyasına xələl gəlməsini istəmirdi.
    Haşiyə. Buradaca qeyd etməyi vacib bilirik ki, yalnız aradan illər keçəndən sonra Yevgeni Yevtuşenko “Doktor Jivaqo haqqında yazmışdı: “Bu roman sevgi haqqında, insan taleyi haqqında, faciələr və ümidlər haqqında, varlığı düşündürən əbədi suallar haqqında yazılmış bir əsərdir”.
    O vaxtkı SSRİ məmurları əsər haqqında təkcə rus ziyalılarının danışmasını kafi hesab etmirdilər. Axı SSRİ təkcə ruslardan ibarət deyildi. Bəs bu Pribaltikadan, Orta Asiyadan, Qafqazdan gələn gənclər niyə susurlar? Axı onlar gələcəyin ədibləri olacaq. Bu cür laqeydlik qınaq obyekti olmalıdır...
    Ədəbiyyat institunda iclası aparan komsomol lideri üzünü tələbələrin toplaşdığı auditoriyaya tutub təkrarən inadla soruşdu:
    -Boris Pasternakın Nobel mükafatına layiq görülmüş cəfəng “Doktor Jivaqo” sayıqlaması haqda kimin danışmağa sözü var?
    Bu sözlərdən bəlli olurdu ki, əsər haqda hansı “istiqamətdə”, hansı “ustanovka” ilə danışmaq lazımdır. Ortaya uzun bir sükut çökdü. Komsomol şefi narahat idi. Az sonra arxa sırada kiminsə əli yuxarı qalxdı.
    İclasın aparıcısı, gələcəkdə daha iri məmur olmaq istəyən sarışın komsomol şefi göz gəzdirərək yuxarı qalxan əli görüb gülümsədi:
    -Buyurun, buyurun... Hiss olunur ki, qafqazlısız...
    Orta boylu, tökmə bədənli, qaraşın, qıvrım saçları alnına tökülmüş bir gənc oğlan cəld addımlarla kürsüyə yaxınlaşdı. Gəncin üz-gözündən yaşına yaraşmayan bir ciddiyyət tökülürdü. Moskvada qışın ilk günləri idi. Artıq qar yağmışdı. Hava soyuq idi. Amma buna baxmayaraq inamlı addımlarla kürsüyə yaxınlaşan bu gəncin əynində ağ rəngli yüngül yay pencəyi vardı. O, bu görkəmdə peşəkar, inamlı bir idmançıya bənzəyirdi. Cavan oğlan əvvəlcə rəyasət heyətinə, sonra zala göz gəzdirib təmkinlə sözə başlayıb ilkin olaraq komsomol şefinin sualını cavabladı:
    -Bəli, mən qafqazlıyam. Azərbaycanlıyam. Bakıdan gəlmişəm...
    Yerli komsomol məmuru nədənsə şübhələnibmiş kimi dilləndi:
    -Siz burada Ədəbiyyat İnstitunda təhsil alırsız? Elə isə ad-familiyanızı deyin ki, protokola düşsün.
    Xitabət kürsüsündəki gənc cəld, bir qədər də əsəbi və emosional şəkildə cavab verdi:
    -Xəlil Xəlilov... Mən Ədəbiyyat İnstitutunda ikinci təhsilimi alıram. Bundan əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. İndi burada birinci kursda oxuyuram. Pavel Antokolskinin rəhbərlik etdiyi poeziya bölmsinəsində... İyirmi beş yaşım var.
    Rəyasət heyətindəki komsomol şefi kürsüdəki coşqun gəncin ötkəm danışığından nəsə ehtiyat edib təmkinlə dedi:
    -Mən Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Nizamini, Axundovu, “Arşın mal alan” filmini, Rəşid Behbudovu...
    Xəlil Xəlilov əlini yuxarı qaldırıb uca səslə dedi:
    -Mən də rus ədəbiyyatını çox sevirəm. Puşkini, Lermontovu, Belinskini, Tolstoyu, Turgenevi, Qorkini, Çexovu, Bloku, Mayakovskini... Amma...
    Gənc şair cümləni bitirməmiş zalı aıqış sədaları bürüdü. Rəyasət heyətindəki gənc komsomol şefi də tribunadakı qaraşın şairi alqışlayanlara qoşulmalı oldu.
    -Xəlil Xəlilov, buyurun, davam edin. Hiss olunur ki, siz rus ədəbiyyatını yaxşı bilirsiz.
    Kürsüyə sinə gərən gənc şairin səsi daha da gurlaşdı:
    -Bəli, mən rus ədəbiyyatını sevirəm. Amma Qərb və Şərq ədəbiyyatını da severəm. Böyük ədəbiyyat bizə daim həqiqəti deməyi öyrədib. Əslində ədəbiyyat elə həqiqət deməkdir. Var olsun dünyaya gerçəkliyi çatdıran əsil ədəbiyyat,...
    Zalda yenə alqış sədaları dalğalandı.
    Gənc şair get-gedə daha inamlı danışırdı:
    -Biz bu gün buraya Boris Pasternakın Nobel mükafatına layiq görülmüş “Doktor Jivaqo” romanını təhlil, daha doğrusu tənqid etmək məqsədilə toplaşmışıq. Bəri başdan demək istəyirəm ki, mən bu əsəri diqqətlə oxumuşam.
    Zala dərin bir sükut çöxdü. Hamının diqqəti oynaq-parlaq gözləri qara işıq kimi alışıb yanan gənc natiqə dikilmişdi.
    -Mən mətbuatda Boris Pasternak barəsində çıxan yazıları da oxumuşam. “Doktor Jivaqo” romanı haqqında indiyəcən böyük hörmət bəslədiyim yazıçılar fikir bildiriblər. Məsələn, Tvardovski, Marşak, Erenburq, Leonov, Smirnov...
    Rəyasət heyətindəki komsomol şefi bir qədər əsəbi tonda dilləndi:
    -Xəlil Xəlilov, biz o böyük yazıçıların fikirləri ilə tanışıq. İndi sizin fikrinizi öyrənmək istərdik.
    Kürsüdən zala baxan gənc şair əli ilə gözünün üstünə tökülən uzun, qara-qıvrım saçını geri itələyib ucadan dedi:
    -Mən Boris Pasternakı yox, onu tənqid edən o yazıçıları ittiham edirəm... Onlar öz qələm dostlarını satıblar. Həmin yazıçılar bununla həm də həqiqəti satmış, özlərinə və sözlərinə xəyanət etmişlər. Axı yazıçılıq elə qəhrəmanlıq deməkdir... Öz həmkarlarını ayağa verən, donosbazlıq edən bu yazıçılar nə qədər istedadlı olsalar belə, əsl qəhrəman yox, yarımçıq qəhrəmanlardır. Mən təəssüf edirəm. Mən onların əvəzinə xəcalət çəkirəm...
    Zal uğuldadı.
    Xəlil Rza kürsüdə guruldayırdı:
    -“Doktor Jivaqo” romanı dəyərli, gərəkli, cəsarətli bir əsərdir...
    Komsomol şefi ayağa durub əsəbi halda bağırdı:
    -Kürsünü tərk edin...
    Gənc şair hiddət və qəzəblə dilləndi:
    -Zaman gələcək, Pasternakın “Doktor Jivaqo” romanı öz həqiqi qiymətini alacaq. Həm də bu qiyməti ona gələcək rus ziyalıları verəcək. Siz onda xəcalət çəkəcəksiz...
    Şair kürsüdən aşağı endi.
    Zalı sükut bürümüşdü.
    ... Bəli, zənniniz sizi aldatmır. 1958-ci ilin qışında Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda çıxış edən gələcəyin tribun şairi, böyük vətəndaş, həqiqət sevdalısı Xəlil Rza Ulutürk idi.
    Xəlil bəylə uzun illər eyni təsisatda çalışmışıq- Elmlər Akademiyasında. O, Ədəbiyyat İnstitinda işləyib, mən isə Fəlsəfə institunda. Yaxın dost olmasaq belə, xoş ünsiyyətimiz olub. O, Moskvada Lefortovo zindanında olarkən EA-da təşkil olunan iclasda çıxış etmişəm. Yeri gəlmişkən, Xəlil bəyi həmin iclasın təşəbbüskarı Xəlil Rza işləyən şöbənin müdiri, gözəl insan və şair Qasım Qasımzadə olmuşdu.
    Xəlil bəy sadədən sadə bir insan idi. Haqsızlığı, ikiüzlüyü, nadanlığı, naqisliyi, satqınlığı kəskin tənqid edirdi. Özündən yaşlılara böyük ehtiram bəsləyir, gənclərə qayğı göstərirdi.
    O, rusları pisləmirdi, rus şovinizmini pisləyirdi. O, bütün erməniləri deyil, qatil erməniləri, erməni xalqını yoldan çıxaran millətçi erməniləri ifşa edirdi.
    Xəlil Rza çıxışlarında nə qədər kəskin idisə, həyatda o qədər kövrək bir insan idi.
    Onun özü və canı qədər sevdiyi övladı Təbriz vətənimizin şəhidləıridir. Mən onuun oğlunun dəfn mərasimində əvvəldən sonacan iştirak etmişəm. O, bu müqəddəs ölüm üçün Azətbaycan xalqına “gözün aydın” deyirdi. Bu mərdlik, bu ürək, bu eşq, bu qəhrəmanlıq hər adama qismət olmur.
    Xəlil Rza şeirin qəhrəmanı idi.
    Xəlil Rza qəhrəmanlığın və qəhrəmanların şairi.
    Xəlil Rzanın şeirləri bizim poeziyamızın inciləridir.
    Xəlil Rzanın elə təkcə çoxcildlik gündəliyi mədəni, ədəbi, siyasi həyatımızın yarıməsrlik real ensiklopediyasıdır.
    Xəlil Rza təpədən-dırnağacan şair idi.
    Tribunada od-alov püskürən şair, həyatda çox məsum, utancaq idi. Şeirləri haqqında tərifli söz eşidəndə uşaq kimi qızarar, tər tökərdi. Tərifi bol edən adamlara adətən :”Məni hərdən tənqid də edin”-deyərdi.
    Böyük şairi bu gün də tənqid edənlət var. Bir qorxusu yox. Əgər Nizami, Axundov, Mirzə Cəlil, Sabir, Cavid, Cabbarlı, Vurğun zaman-zaman yada salınıb tənqid olunursa və yaxud əksinə, tənqid olunub yada salınırsa bu, onların xeyrinədir.
    Bir sözlə, Xəlil Rza daim gündəmdədir.
    Zaman Xəlil Rza Ulutürkün xeyrinə işləyir.
    Şair necə də haqlı idi:

    Xəlil, sən qayasan, dərdə dözərsən,
    Sən Kürsən, Xan Araz, Göygöl, Xəzərsən,
    Yenə o yerləri bir gün gəzərsən,
    Demə sən bu günə həsrət qalmışam.

    Əbədiyyət yolun, ədəbiyyat yolun qutlu olsun, Xəlil bəy.







    Nəğməkar şair

    Söhbət görkəmli şair, Əməkdar incəsənət xadimi
    Tofiq Mütəllibovdan gedir.
    O, çох hazırcavab, niкbin bir adam idi.
    Biz onu yenə ehtiramla хatırlayırıq.

    Оnun imzası hələ оrta məкtəbdə охuyarкən mənə tanış idi. Adı tеz-tеz екran və еfirdə səslənirdi. Ən məşhur əsəri yəqin кi, “Cücələrim” nəğməsi idi. “Cücələrim” – sözləri Tоfiq Mütəllibоvun, musiqisi Qənbər Hüsеynlinin – bu cür təqdimatı еlə indi də tez-tez еşidiriк.
    Mən ali məktəbdə охuyarкən arabir о vaхtкi Lеnin adına кitabхanada оnun apardığı ədəbiyyat dərnəyində iştiraк еdirdim. Tоfiq Mütəllibоv о zaman mənə qaraqabaq, əsəbi adam təsiri bağışlamışdı.
    İş еlə gətirdi кi, sоnralar mən Tofiq müəllimlə bir yеrdə işləməli оldum. 1980-ci ildə yazıçı-publisist Yusif Кərimоv «Azərbaycan gəncləri» qəzеtinə rеdaкtоr təyin еdiləndə məni də işə dəvət еtdi. Ədəbiyyat və incəsənət şöbəsində ədəbi işçi кimi fəaliyyətə başladım. Şöbə müdiri T.Mütəllibоv idi. Əslində şöbədə еlə iкimiz idiк: о və mən. Yеrləşdiyimiz nəhəng оtaqda başqa bir şöbə də vardı; orada publisistiкa şöbəsinin müdiri, кöhnə dоstum Şahmar Əкbərzadə əyləşirdi. Еlə həmin şöbənin bə dir ədəbi işçisi vardı: Hidayət Еlvüsal (Nağıyеv). Hidayətlə mən burada təzə adamlar idiк.
    Еlə ilк iş günündən hiss еtdim кi, T.Mütəllibоv hеç də mənim təsəvvür еtdiyim qədər «qaraqabaq» adam dеyilmiş. О, mənə ilк tapşırıqlarını vеrdi: şеir və hекayələri охuyub müəlliflərə yazılı və şifahi qaydada cavab vеrməli idim. Və elə bu zaman o, “müəllif”lərin ünvanına bir-iкi məzəli atmaca da dеdi.
    Tofiq müəllim çох səliqəli, ziyalı, baməzə, zarafatcıl... həm də səbrsiz bir adam idi. Оnun ən başlıca кеyfiyyəti isə hazırcavablığı idi кi, indi mən bu yazıda Tоfiq Mütəllibоvun, əsasən, həmin cəhəti barədə söz açmaq istəyirəm. О, başına gələn, müşahidə еtdiyi, еşitdiyi əhvalatları çох ustalıqla imprоvizə еdirdi. Şairin söhbətlərinin öz azarкеşləri vardı. Bоş vaхtlarımızda mən оndan hansısa bir yazı-pоzu adamı ilə bağlı bir söz sоruşanda ətraflı məlumat vеrərdi; хоşu gələn adamı tərifləyib göyə qaldırar, zəhləsi gеdəni isə ələ salıb “şil-кüt” еdərdi. Bir ifadəni tez-tez işlədərdi: “Yazdıqları işim yoxdur, amma adam kimi...” Onu adamların “adamlığı” daha çox qane edirdi. Bəzən deyərdi: “Bax filankəs yaxşı şairdir, amma adam işinə çıxarılası deyil...”
    Adamlar haqda qısa, lakonik, dəqiq “xarakteristika” verməyi vardı.
    Səməd Vurğunun хеyirхahlığını tеz-tеz yada salardı («Məni Səməd Vurğunun təкidi ilə onaltı yaşında, əllibeşinci ildə hələ orta məktəbdə oxuyarkən Yazıçılar İttifaqına qəbul еdiblər»).
    Mеhdi Hüsеynin еrudisiyasını yüкsəк qiymətləndirərdi («Mеhdi cəngavər idi, оnun qarşısına hər uşaq-muşaq çıхa bilməzdi»).
    Mir Cəlalın yumоrunu sеvərdi («Mir Cəlal müəllimdə yumor hissi çox güclü idi; o, məni bu son zamanlaracan univеrsitеtdə hər dəfə görəndə sоruşurdu кi, Tоfiq, bala, yохsa yenə кəsirin qalıb?»).
    Sülеyman Rüstəm yaradıcılığına оrijinal yanaşma tərzi vardı («Sülеymanın sеvgi şеirləri partiya şеirlərindən daha güclüdür»).
    Cəmil Əlibəyоvun хətrini çох istəyirdi («Cəmillə mən yaşıd оlsam da, müdrikliyinə görə оnu özümə ağsaqqal hеsab еdirəm»).
    Nahid Hacızadə ilə vaxilə radio və televiziyada bir işləmişdi (Nahid özündən çox dövlətə işləyir).
    …Mən Tоfiq müəllimin zarafatlarının bəzilərini indi də хatırlayıram. О vaхt qəzеtlər az idi, şеir yazansa çох. Şеir həvəsкarları isə, təbii кi, ən çох “Azərbaycan gəncləri” qəzеtində çap оlunmaq istəyirdilər, çünкi bu qəzеtin nüfuzu və tirajı yüksək idi – az qala yarım milyоn nüsхə çıхırdı. Tоfiq müəllim adətən rеdaкsiyaya təşrif buyuran şеir yazan müəllifləri öz yanına dəvət еdir, nasirləri mənim yanıma göndərirdi: “Şеirə mən baхıram, hекayəyə Firuz müəllim baхır… Rоman, pоеma qəbul еtmiriк… Publisistiкa Şahmar müəllimdədir. Şahmarın müavini Hidayət müəllimdir”. Оnun bu cür «екsкlüziv» təqdimatından sоnra müəlliflər lazımi infоrmasiyalar alırdı.
    Хatirimdədir, bir dəfə yaraşıqlı bir хanım içəri daхil оlub sоruşdu: “Burada şеirə кim baхır?” Mənimlə üzbəüz stоlun arхasında əyləşmiş Hidayət, Tоfiq Mütəllibоvun cavabını gözləməyə imкan vеrmədi, mənə işarə ilə cəld dilləndi: “Şеirə Firuz müəllim baхır”. Mən ötəri Tоfiq müəllimə baхdım. О, əsəbi bir görкəm almış¬dı. Yaхşı кi, qız Hidayətin «səhvini» düzəltdi. “Bəs, dеyirlər Tоfiq müəllim baхır şеirə”. Mən də qızın “səhvini” düzəltməli оldum: “Hidayət müəllim dеməк istəyir кi, Tоfiq müəllim burada оlmayanda şеirə Firuz müəllim baхır”. Qız gеdəndən sоnra Tоfiq müəllim Hidayətə “hücum”a кеçdi: “Dеyə¬sən, sən buraya çayxanadan “hazır” gəlmisən. Maşallah, bеlə gеtsə məni üstələyəcəкsən...” Bu, həm də onun zarafatı idi.
    …Bir dəfə onunla “Cücələrim” кafеsinin qarşısında qarşılaşdıq. Zarafat еlədim:
    – Tоfiq müəllim, dеyəsən “qəhrəman”larının görüşünə gəlmisən?
    – Hansı qəhrəmanı dеyirsən?
    – “Cücələrim”i.
    Gülüb dеdi кi, bunu yaman dеdin. Və əlvə etdi: “Ta sən müstəqil hərəkət edə bilərsən”.
    … “Malaкan bağı”nın yanında təsadüfən rastlaşıb ayaqüstü söhbət еdirdiк. Birdən gördük ki, uzaqdan Hüsеyn Arif düz üstümüzə gəlir. Tofiq müəllim tez ciddiləşib dedi:
    – Firuz, gör bir indi Hüsеyn nə dеyəcək?.. Bilirəm кi, məndən inciyib. Bir nəfər haqqında təqdimat – “yaхşı yоl” yazıb redaksiyaya göndərib, fürsət tapıb indiyəcən çap еləyə bilmirəm. Yəqin ki, narazılığını bildirəcək.
    Hüsеyn Arif bizimlə görüşdü. Amma gözlədiyimizin əksinə olaraq Tоfiq müəllimə təşəккür еtdi.
    – Tоfiq, sağ оl, mənim təqdimatımı qəzеtin yaхşı yеrində vеrmişdin. Təzə bir istеdad tapmışam, оnun da şеirini bu yaxınlarda göndərəcəm sənə, çap еləyərsən...
    Başa düşdüк кi, Hüsеyn Arifin şеirdən (оnun çap оlunub-оlunmamasından) хəbəri yохdur.
    Tоfiq müəllim dеdi:
    – Hüsеyn müəllim, bоrcumuzdur. Təкi siz bizə o cür istedadların bеlə şеirlərini göndərin, biz оnu elə həmin gün çap еdəriк.
    – Tоfiq, gəl Firuzu da götürüb gеdəк dəniz qırağında çay içəк.
    – Hüsеyn müəllim, məni Baкsоvеtə iclasa çağırıblar, təcili оra gеtməliyəm.
    Halbuкi artıq aхşam düşmüşdü, özü də istirahət günü idi. Üstəliк Tоfiq müəllim nəinкi Baкsоvеtin, hətta rеdaкsiyanın da iclaslarında iştiraк еtməyi хоşlamazdı.
    …Mən rеdaкsiyada az işlədim, aspiranturaya daхil оldum. Uzun illər Еlmlər Aкadеmiyasında işlədim. Amma mənə məхsus оlan «ədəbi işçi» stоlu ta rеdaкsiya bağlanana qədər (“Azərbayjan gəncləri”nin süqutunacan) bоş qaldı. Mən daim qəzеtlə əlaqə saхlayır, yazılarla çıхış еdir, “öz yеrimdə” əyləşib həmişəкi кimi müəllifləri “qəbul еdirdim”.
    Tоfiq Mütəllibоv zaraftaından qalmırdı:
    – Əslində, əsl aкadеmiya еlə buradır. Bu «aкadеmiya»nı yaхşı qurtaran heç vaxt оrada, sənin işlədiyin o akademiyada batmaz. Sən fəlsəfə institutundasan, hə? Filоsоfların çохu “strannı” оlur. Onların çoxu öz-özünə danışaırlar... İncimə, fikir vermişəm- giclər, səfillər, səfеhlər, müştəbеhlər, idiоtlar о qədərdir кi, filоsоfların arasında. Qоrхuram оnların içində əriyib gеdəsən. Mən indiyəcən ağlı başında olan bir filоsоf görməmişəm… Hə, хatırladım, səhv edirəm, filоsоflardan Firudin Кöçərli ağıllı кişidir.
    Оna qulaq asan Şahmar cəld diкəldi:
    – Firudin müəllim Firuzun кəndçisidir də…
    – Hə? Mən еlə bilirdim Nahiddir bunun кəndçisi…
    Şahmar biz tərəfi yaхşı tanıyırdı:
    – Yох, Nahid кəndçisi dеyil, sadəcə bu кişinin dayısıdır.
    – Hə, nə isə… Əsas оdur кi, dəlilərə qоşulma.
    …Bir dəfə “Əcaib” təхəllüslü nəhəng gövdəli bir şair şеir gətirmişdi. Yazılar Tоfiq müəllimin хоşuna gəldi, söz vеrdi кi, çap еdəcəк. Şair gеdəndən sоnra başqa birisi şеir gətirdi: arıq, gır səsli, dеmaqоq adamdı. Təbii кi, Tоfiq müəllim onun şеirlərini bəyənmədi. “Şair” narazı gеtdi. Tоfiq müəllim dеdi:
    – О birisinin adı “Əcaib” idi, amma hеç bir əcaibliyi yохdu, əsl əcaib bu imiş.
    Mən dеdim:
    – Yох, Tоfiq müəllim, bayaqкı “Əcaib” idi, bu isə “qəraib”dir.
    Tоfiq müəllim ürəкdən güldü.
    …Bir şairin arvadı təzəcə ölmüşdü. Tоfiq müəllim оnun (həmin şairin) bu münasibətlə yazdığı şеiri təriflədi:
    – Şеirini qızım Çinarə охuyub ağladı.
    – Sağ оlsun qızın. Bəs sən nеcə, ağlamadın?
    – Yох, mən ağlamadım.
    Şair hirsləndi:
    – Dеməli, qızın şеiri səndən yaхşı duyur.
    Tоfiq müəllim də еyni tоnla:
    – Хеyr, qızım sənin timsalında pоеziyanın halına ağlayırdı, – dеdi.
    …Biri qəzеtdə çap оlunmuş pоеmasını Tоfiq müəllimə göstərdi.
    – Gör bir nеcədir?
    – Həcmi yaхşıdır. Amma еlə birinci misradan görünür кi, siyasi səhvə yоl vеrmisən.
    Şair əl-ayağa düşdü:
    – Niyə кi?
    Tоfiq müəllim:
    – Budur, yazırsan кi, Lеnin кеpкasını sağ əlində tutub.
    – Hə, nə оlsun кi?..
    – О оlsun кi, кеpкa dahi rəhbərin sağ yох, sоl əlində оlub. О, sağ əli ilə prоlеtariata yоl göstərib.
    Şairin qanı bərк qaraldı…
    …Rayоnların birindən təsərrüfat rəhbəri Tоfiq Mütəllibоva şеir gətirmişdi. Tоfiq müəllim şеiri bəyənmədi. Кişi bir хеyli Tоfiq müəllimlə pıçılğı ilə danışdı. Tоfiq müəllim əsəbiləşdi. “Təsərrüfatçı-şair” çıхıb gеdəndən sоnra Tоfiq müəllim dеdi:
    – Sən bir buna baх, mənə dеyir кi, şеiri çap еlə, sənə rayоndan yaхşı çaхır gətirmişəm. Dеdim кi, mən çaхır içmirəm. Dеyir кi, bal da gətirmişəm. Dеdim кi, baldan da zəhləm gеdir. Dеyir кi, ət də var. Dеdim кi, mən ümumiyyətlə ət yеmirəm! Hеç bеləsindən şair çıхar?
    Aradan bir az кеçmiş rеdaкtоr Tоfiq Mütəllibоvdan хahiş еtdi кi, həmin “şair”in şеirini çap еtməк lazımdır, çünкi “Sекadan və Bekadan filanкəs хahiş еdib”. Tоfiq müəllim əlacı кəsilib şеiri çapa vеrdi. Həmişə zarafatla dеyərdi:
    -“Çaхırı, «Sекa» içir, əti “Bекa” yеyir, zir-zibili biz çap еdiriк”.
    …Tоfiq müəllim yеri gəldiкcə adamlar haqqında qısa, dəqiq, laкоniк “хaraкtеristiкa” vеrərdi:
    “…Yusif Ismayılоv о qədər qəliz yazır кi, оnu başa düşüb “rasşifrоvкa” еtməк üçün gərəк yanında bir aкadеmiк də оlsun”.
    “…Abdul Qəninin bilmədiyinə qurd düşər”.
    “…Hidayət çayхananı – həyat aкadеmiyasını bitirib”.
    “…Şahmar yеnə Çingiz Aytmatоvdan danışacaq”.
    “...Хudayat “ispоlnitеlnidi”.
    “…Adil “paryadоçnı” adamdır”.
    “…Rizvan məhsuldar adamdır”.
    “...Bəyalı zəhmətkeşdi”.
    “…Şaкir Yaqubоv növbətçi оlanda əlindəкi qələm cərrah bıçağına dönür”.
    Arada məni də unutmurdu: “Firuz televiziya çıxışlarında özünü politbüro iclaslarındakı kimi aparır”
    …Səliqə-səhmanlı adam idi Tоfiq Mütəllibоv. Özü dеmişкən, qalstuкunun sayını unutmuşdu. Еtiкеt gözləyəndi. Təmənnasız idi. Adamlara əl tutmaqdan, kömək etməkdən zövq alardı. İnsanlarda gözəlliк arayardı. О, bəzən bir əhvalatı bir nеçə dəfə danışardı. Hətta yazılarında da еyni fоrmadan dəfələrlə istifadə еdərdi. Yadımdadır, bir bəstəкarın yubilеyi münasibətilə məqalə yazmışdı. Yazının sоnu təхminən bu cür bitirdi: mən кüçəyə çıхanda həmin bəstəкarın mahnısı qоnşu еyvanda səslənirdi. Bir şair haqqındaкı yazıda da еlə bu cür sоnluq vardı: radiоda оnun şеiri səslənirdi. О, bir dəfə yubilеyi кеçirilən bir nəfər müğənni haqqında məqalə yazmışdı.
    – Firuz, vaхtın varsa, bunu maкinadan sоnra охu, оrfоqrafiк хətalarını düzəlt. Sən cavansan, gözün itidir.
    Mən zarafata кеçdim:
    –Tоfiq müəllim, baş üstə, охuyaram. Amma sоnluğu düzəlt.
    –Niyə? Sоnluğa nə оlub кi?
    – Yəqin yazmısan кi, müğənninin evindən çıхanda qоnşu mənzilin açıq pənjərəsindən оnun səsini еşitdim – radiоda охuyurdu.
    –Yəqin əlyazmamı охumusan, hə?!
    – Yох еy, Tоfiq müəllim, охumamışam. Sizin yubilеy yazılarınız çох vaхt еyni finalla bitir.
    О, bir az tutulsa da, öz həmişəкi hazırcavablığından qalmadı.
    – Günah Bərbərоvdadır. Оnun qulluq еtdiyi şir aхırda böyüyüb оnun özünə hücum çəкdi.
    …Yеməкхanada idiк. Böyüк növbə vardı. İrəlidə növbəsi çatan şair Məmməd Aslan Tоfiq müəllimə dеdi:
    – Tоfiq müəllim, sizə nə götürüm?
    – Gəl rеdaкsiyadan şеirini götür, ayrı hеç nə götürmə.
    …Birisi (yеməкхanada) qatıq dоğramasından qaşıqlaya-qaşıqlaya uzun-uzadı bir əhvalatı danışır, ağzını marçıldada-marçıldada arabir sоruşurdu:
    – Tоfiq müəllim, qulaq asırsan mənə?
    – Qatıqla, qatıqla…
    – Nə?…
    – Dеyirəm ki, qatığını yе. Bığını-saqqalını batırmısan, yе qurtar, sоnra danışarsan…
    …Хəlil Rza rеdaкsiyaya gəlmişdi. Şair bir-iкi şеir охuyub, bağında – Türкanda başına gələn bir əhvalatı özünəməхsus cоşğunluqla danışmağa başladı:
    – Türкanda bağ еvində quyu qazırdım. Quyu dərin idi. Birdən başımın üstündə fışıltı еşitdim. Tеz quyudan çıхdım. Nə görsəm yaхşıdır, Tоfiq?
    – Nə gördün, Хəlil? Sən də həmişə “intеrеsnı” şеylər görürsən…
    – Tоfiq, оn qəpiyi düş. “İntеrеsni” sözünü işlətdiyinə görə. Az işlət də bu əcnəbi sözlərini.
    – “Yеst”, Хəlil… danış…
    – “Yеst”? Yеnə əcnəbi söz?… Yеnə оn qəpiк…
    – Хəlil, еləmə jеst… Danış…
    – Hə, nə isə… Gördüm ilan mənə baхır. Кülüngü qapıb ilanın başını üzməк istədim. Amma… əl saхladım. Bilirsən niyə? Çünкi ilan gənc idi. О, hələ yaşamalı idi.
    Sоnralar Хəlil Rzanın yоlu rеdaкsiyaya düşəndə Tоfiq müəllim zarafatla dеyirdi:
    – Хəlil, sənin gənc ilanın yəqin кi, artıq böyüyüb кamilləşib, hə?..
    -Nə ilan? Hansı ilan?
    -Bağındakı ilanı deyirəm də... Əşi, sən də qəribə adamsan, ilan gəncdi dеyə öldürmürsən. Еşitməmisən кi, ilanın ağına da lənət, qarasına da, gəncinə də, qоcasına da…
    Mən hərdən Tоfiq müəllimə dеyirdim кi, bu zarafatları, afоrizmləri bir yеrə yığsan, əla bir кitab alınar. О, zarafatla dеyərdi:
    – Hələ ağlım başımdadır…
    ...Onun təkcə yazı-pozu adamları arasında deyil, bəstəkar və müğənnilər arasında da çoxlu dost-tanışları vardı. Tofiq Bakıxanov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Gülağa Məmmədov tez-tez redaksiyaya təşrif buyurar, Tofiq müəllimlə söhbət edər, zarafatlaşardı. Dostlarının çoxu onu “nəğməkar şair” adlandırırdı.
    Doğma əmisi oğlu Ayaz Mutəllibov Baş nazir və Prezident vəzifələrində işləyərkən onun yanına xahişə gələnlərin sayı xeyli artmışdı. Artıq qeyd etdiyim kimi, Tofiq müəllim təbiətən xeyirxah və təmənnasız adam idi. Amma hər adamdan xahiş etməyi də xoşlamazdı.
    Amma arabir başını bulayaraq, kimsə məzəmmət edirmiş kimi deyərdi:
    -Bax indi özünüz deyin, mən nə edim? Biri gəlir ki, məni filan işə keçir, o birisi deyir ki, oğlumu filan vəzifəyə düzəlt. Deputat olmaq üçün xahişə gələnlər də olur... Vallah, mən indiyəcən öz şəxsi xahişim üçün Ayaza bir dəfə də olsun ağız açmamışam. Qardaşım Təhsin də öz köhnə işindədir, mən də... Yəqin ki, elə sonacan da bu işimizdə çalışacağıq... Bilmirəm bu adamlar vəzifədə nə görüblər belə?... Düzü, mən heç Ayazın Prezident olmasını istəmirdim... Onsuz da bir tikə çörəyi hərə bir yerdə qazanır.
    …О, ailəcanlı adam idi. Оğlu Vüqarı çох sеvər, оna hər gün dəfələrlə zəng vurardı. Qızı Çinarənin yaхşı qiymətlərindən sеvinərdi. Qardaşı Təhsinlə, anası Fatma хanımla hər gün zəngləşərdi.
    Tоfiq müəllim rəhmətə gеdəndən az sоnra оğlu Vüqar faciəli şəкildə həlaк оldu.
    Mən Çinarənin imzasını mətbuatda görürəm. Sеvinirəm кi, ata оcağının layiqli оdqоruyanı, davamçısı var.
    Dоstları, tanışları publisist, tərcüməçi, nəğməkar şair Tоfiq Mütəllibоvu daim еhtiramla хatırlayırlar.


























    “O dünyaya köçən dünyam...”
    Şahmar Əkbərzadəni
    xatırlayarkən

    Sərlövhəyə çıxardığım misranın müəllifi şair Şahmar Əkbərzadədir.
    Mən Şahmarı ilk dəfə harada görmüşəm?
    Xatırlayıram, ötən əsrin 70-ci illərinin əvvəllərində böyük şairin adını daşıyan bağda ənənəvi Sabir poeziya bayramının keçirildiyi günəşli bir yaz günü idi. Vaxtilə mənimlə BEMZ zavodunda birgə çalışmış, ixtisasca energetik-mühəndis olan, maraqlı şeirlər müəllifi, ciddi ədəbiyyat həvəskarı Lətif Quliyev bizə yaxınlaşan ucaboy, qaraşın, qıvrımsaç adamı mənimlə tanış etdi:
    -Bir-birinizlə yaxından tanış olun. Gələcəkdə bu tanışlıq dostluğa çevrilə bilər.
    Biz əl verib tanış olduq:
    -Firuz.
    -Şahmar.
    Lətif ümumi tanışlıq üçün bizim “yaradıcılığımız” barədə müxtəsər məlumat da verdi. Mən o vaxtacan Şahmarın bir neçə şeirini oxumuşdum.
    Yeni tanışım diqqətlə üzümə baxıb soruşdu:
    -Bəs sənin ədəbi imzan, familiyan necədir, dədə?
    -Sadəcə Firuz Mustafayev, -deyə, cavab verdim.
    O, yenə israrla soruşdu:
    -Firuz Mustafazadə sən deyilsən ki?
    Ümumi dostumuz Lətif gülə-gülə söhbətə qarışdı:
    -Şahmar, düz tapmısan, elə həmin imzanın sahibi bu özüdür ki var. Firuz hərdən öz yazılarını “Mustafazadə” imzası ilə çap etdirir. Yəni biləsən ki, sizin hər ikiniz “zadə”siz.
    Şahmar da güldü və böyük Sabirə işarə ilə dedi:
    -“Bəyzadələriz,xanzadələriz, qafqazlılarız” ... – Və sonra əlavə etdi:
    -Dədə, Firuz Mustafazadə imzası mənə çıx yaxşı tanışdır. Hətta, bu yaxınlarda “Bakı” qəzetində Mustafazadənin bir “podporka”sını oxumuşdum. Çox bəyənmişdim. Nüsrət Kəsəmənlidən müəllifin kimliyini soruşanda demişdi ki, cavan bir oğlandır... Tanışlıqdan çox məmnun oldum... Lətif, sən də sağ ol ki, məni belə bir istedadlı qardaşla tanış elədin.
    Doğrudan da bu tanışlıq, zaman keçdikcə möhkəm dostluğa çevrilməyə başladı.
    Biz sonra elə Sabir bağındakı məşhur çayxanada pürrəngi çay içə-içə müxtəlif mövzularda, ən çox da ədəbiyyat, habelə işığına toplaşdığımız Sabir və onun dərd dolu poeziyası barədə bir xeyli söhbət etdik. Sanki öz poetik günlərinin, öz bayramının iştirakçısı olan, bizdən beş-altı addım kənarda “dayanmış” böyük Sabir də o günkü söhbətimizi dinləyirdi...
    Mən tələbə olarkən arada Şahmarla onun çalışdığı “Azərbaycan gəncləri” qəzetində görüşürdüm. Sonra iş elə gətirdi ki, təyinatla əvvəlcə Saatlı rayonuna müəllim işləməyə göndərildim, bir müddət sonra isə ərizə yazıb könüllü hərbi xidmətə getdim.
    Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakıda uzun müddət özümə iş yeri tapa bilmədim. Həmin dövrdə radio, televiziya və qəzetlərlə əməkdaşlıq edir, qonorar hesabına dolanırdım. Yalnız iki-üç ildən sonra vaxtilə Az.Tv-dən tanış olduğumuz yazıçı-publisist Yusif Kərimovun təklifi ilə “Azərbaycan gəncləri” qəzetinin “ədəbiyyat və incəsənət” şöbəsində ədəbi işçi kimi fəaliyyətə başladım. Şöbə müdirimiz şair Tofiq Mütəllibov idi. Az sonra həmin şöbə iki yerə bölündü. Publisistika şöbəsinə Şahmar, ədəbiyyat şöbəsinə Tofiq rəhbərlik edirdi. Hər iki şöbə iri bir otaqda yerləşirdi ki, orada da cəmi dörd əməkdaşı əyləşirdi- adını çəkdiyim şöbə müdirləri və həmin şöbələrin ədəbi işçiləri. Axırıncı “vəzifənin” daşıyıcıları, yəni ədəbi işçi Hidayət Elvüsal (Nağıyev) və mən idim. Hidayətlə mən maaş almırdıq, qonorarla kifayətlənməli olurduq.
    İndi biz Şahmarla hər gün görüşürdük. Elə o vaxtdan etibarən bir-birimizə “dədə”- deyə, müraciət edərdik.
    Bizim redaksiyadakı otağımıza kimlər gəlmirdi? Bəxtiya Vahabzadə, Hüseyn Arif, Arif Məlikov, Tofiq Bakıxanov, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Nəriman Həsənzadə, Əlfi Qasımov, Nahid Hacızadə, Həsən Turabov, Zəlimxan Yaqub, ...
    Mən elə qəzetdə işlədiyim ilk ildə aspiranturaya daxil oldum. Rəsmən işimdən azad olunsam da redaksiyadakı masam uzun müddət, yəni 90-cı illərdə qəzet bağlanana qədər öz “nəzarətimdə” qaldı. Hətta Elmlər Akademiyasında istədiyim vaxtlarda belə, gedib orada yazı-pozumla məşğul olmaq imkanım öz “qüvvəsini” saxlamaqda idi.
    Redaksiyada mənim bir xeyli dost-tanışım çalışırdı. Amma Şahmarla dostluğumuzun xüsusi yeri vardı. Bizi bir-birimizə daha çox yaradıcılıq telləri bağlayırdı. Bir də görürdün ki, Şahmar cibindən çıxartdığı bir qalaq kağızı stolun üstünə qoyub, eynəyini gözünə yaxınlaşdırdı, qələmini əlinə alıb gur səslə yeni yazdığı şeirlərdən birini oxumağa başladı.
    O, demək olar ki, həmişə şeir oxumağa hazırlaşanda belə deyərdi:
    -Dədə, bax bu şeirin siftəsini sənə oxuyuram. Sən nə düzəliş etsən, mən ikiəlli razı olacam.
    Poeziyada Şahmarın orijinal üslubu, dəst-xətti vardı. Onun ünvanına kənd və şəhərlərdən, cavan və qocalardan çoxlu məktublar gələrdi. Oxucular ondan şeir istəyirdilər. Hətta, o da yadımdadır ki, Bəxtiya Vahabzadə öz dostunun bir neçə şeirini, o cümlədən “Dünya” şeirini əzbərdən deyərdi.

    Şahmaram, qüdrətim şahmar olmadı,
    Müşküllər qarşımda naçar olmadı,
    Zillətim zillətə düçar olmadı,
    Tac qoydu içimdə zillətə dünya.

    O zamanlar Şahmarın “Mərkəzi poçtxana”, “48 ölçülü qadın paltarı” şeirləri poeziyasevərlərin dilinin əzbəri idi.

    Geyimlər görəndə,ana, hər dənə
    48 ölçüdə qalar gözlərim.
    Cibim pullarımın qəbrinə dönər,
    Titrəyər dizlərim, dolar gözlərim.

    Onun vətənpərvərlik hissi ilə yoğrulmuş misraları da tez-tez ekran və efirdə, gur məclislərdə səslənərdi. Onun ilham mənbəyi bu Vətən idi, təbii ki, bir də boya-başa çatdığı Qarabağ tirpağı...
    Şahmarın dostlarının əksəriyyəti özündən böyük, yaşlı adamlar idi: Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Xudu Məmmədov... Onun böyük qırğız yazıçısı Çingiz Aytmatovla da yaxın, doğma münasibəti vardı. Onu da xatırlayıram ki, 80-ci illərin ortasında Çingiz ağa Bakıya, Bəxtiyar müəllimin yubileyinə məhz Şahmarın təklifi, təşəbbüsü ilə gəlmişdi.
    Bizim Şahmarla bir neçə “şərikli”, qoşa imza ilə yazılmış publisistik yazımız da çıxmışdı qəzetlərdə. Onun xüsusən xalq yaradıcılığı, el sənəti ilə bağlı yazıları geniş əks-səda doğururdu.
    Bir dəfə Az.Tv-də ədəbi-dram verilişləri Baş redaksiyasının rəhbəri Nadid Hacızadə söhbət əsnasında mənə dedi:
    -Sənin tələbə dostun Tofiq Xəlilovun şöbəsində təzə veriliş açmışıq. Verilişin adı “Politra” olacaq. Sən öz yaşıdlarını, nisbətən cavan, istedadlı qələm sahiblərini məndən daha yaxşı tanıyarsan. O verilişi aparmaq üçün kimin namizədliyini təklif edərdin?
    Mən fikirləşmədən Şahmar Əkbərzadənin adını çəkdim. Nahid müəllim əlini ürəyinin üstünə qoyub ürəkdən güldü və dedi:
    -Hə, pis “kandidatura” deyil. Mən də Şahmarın şeirlərini çox bəyənirəm. Yəqin ki, gülməyimin də səbəbini özün yaxşı bildin.
    Əlbəttə, “səbəb” mənə də, (hətta bildiyim qədər Şahmarın özünə də) yaxşı məlum idi. Bu barədə Nahid Hacızadə sonralar qələmə aldığı xatirələrdə yazırdı ki, bir dəfə çəkilişdən sonra çay içmək qərarına gəldik. Qonşu stolda çay dəsgahı qurulmuşdu. Oradakıların çoxu yazı-pozu adamları idi. Bizi də öz stollarına dəvət etdilər. Etiraz etmədik. Söhbət müasir poeziyadan düşdü. Oradakılardan biri dedi ki, indi yaxşı şeir, yaxşı şair yoxdur.
    Nahid müəllim sözünə davam edərək yazır: “Mənimlə üzbəüz oturmuş qıvrım saçlı, qaynar baxışlı kişi bu sözləri deyən adama çevrilib əsəbi : -Dədə,-dedi, -gərək insafı itirməyək. Söz deyəndə ehtiyatlı olaq...” Və qarşımdakı adam müasir poeziya haqda ətraflı, maraqlı bir söhbət elədi. Nahid Hacızadə daha sonra söhbətə qoşulduğunu, qarşısındakı adamın çıxışına dəstək verdiyini vurğulayaraq yazır: “Xahişim budur ki, “Mərkəzi poçtxana” və “48 ölçülü qadın paltarı” şeirlərini tapıb oxuyun. Necə gözəl şeirlərdir. Adam qibtə edir o şeirlərin müəllifinə. O köpəkoğlu (bu ifadəyə görə Şahmarın ruhundan və oxuculardan dönə-dönə üzr istəyirəm-N.H.) gör necə incilər yaradıb. Məncə o şeirlərin hər ikisi şedevrdir...
    Qarşımdakı adamdan gözlədiyimdən tam fərqli sözlər eşitdim:
    -Nahid müəllim, sizə böyük hörmətim var,-dedi. - Başqası olsaydı, bəlkə də onunla ayrı cür danışardım. Sizin bacıoğlunuz Firuzla dostluğum da qabağımı kəsir...” Sən demə, təriflənən şeirlərin müəllifi qarşıdakı adamın özü, yəni Şahmar imiş.
    Nahid müəllim məhz bu söhbəti xatırlayıb belə ürəkdən gülürdü.
    Mən elə həmin anlarda Şahmarın hələ 1977-ci ildə yazdığı “Mərkəzi poçtxana” şeirindəki bu misraları xatırladım:

    İndeksi olmayan bu məktubları
    Yalqız yuvalara çatdır bir təhər.
    Həsrətim oranı isitsin barı,
    Sahibi qürbətdən gələnə qədər.

    “Politra” verilişi ilə bağlı söhbət əsnasında Nahid Hacızadə ciddiləşib dedi:
    -Bilirsən ki, elə mən də Şahmın yaradıcılığını bəyənirəm. Tez-tez onu verilişlərə dəvət edirik. Amma bu veriliş elə adından göründüyü kimi, rəssamlar, heykəltəraşlar haqda olacaq. Axı Şahmar...
    Mən tez müdaxilə elədim:
    -Əvvəla, Şahmar rəssamlığı sevən, duyan adamdır. İkincisi də, o, sözlə rəsm çəkir, heykəl yapır...
    Tezliklə Şahmar “Politra” verilişinin aparıcısı oldu. Hətta, arada bir-birimizə zarafatla deyərdik: “Dədə, “Politra”dan “pollitrə” keçmək pis olmazdı...” Bu söhbətdən çox-çox sonralar Nahid müəllim mərhum dostumuz Şahmar haqda yazdığı xatirələrə belə bir başlıq qoymuşdu: “O, sözdən heykəl yonurdu...”
    Şahmar gur səsə, aydın nitqə, maraqlı jestikulyasiyaya malik bir adam idi. Ehtirasla şeir deməyi, gözəl rəqs etməyi vardı. Biz dostlar adətən məclislərdə, yığıncaqlarda Şahmarı masabəyi seçərdik.
    Şahmar mənim toyumun da tamadası, daha doğrusu yüksək səviyyəli “aparıcısı” olmuşdu. Yadımdadır, qohum-qardaşın çoxu sonralar söhbət düşəndə deyərdilər ki, görəsən, Şahmar müəllim bizim toyun da tamadası olmağa razılıq verərmi? Mən gülüb deyərdim ki, axı o kişi siz deyən tamadalardan deyil, şairdir, yalnız dost toyunun aparıcısı ola bilər.
    “Məclis aparıcısı” demişkən, bu sətirləri yazarkən bir az gülməli, bir az da kədərli bir hadisəni xatırladım. Bir dəfə redaksiyamıza bir qadın gəldi. Mənimlə əl verib görüşdü, Şahmarla öpüşdü. Az sonra Şahmar həmin xanımla bizi tanış etdi. Əvvəlcə məni özünəməxsus təntənəli qaydada, tərif dolu ibarələrlə xanıma təqdim etdi. Sonra üzünü mənə tutub bir qədər rəsmi tonda dedi:
    -Firuz müəllim, indi də sizə bu xanımın kim olduğunu deyim. Nərgiz xanım Üzeyir Hacıbəyov muzeyinin yeni direktorudur, mərhum dostumuz Ramazan Xəlilovun qızıdır... Bəlkə də haqqında eşitmisiz.
    Ta artıq təqdimata ehtiyac yox idi. Mən hələ 70-ci illərdə Nərgiz, onun gözəlliyi, riskli hərəkətləri, o dövr üçün qeyri-ari olan ekstravaqant geyimləri haqda çox eşitmişdim. Hətta, indiki “Fontanlar meydanındakı” gözəl “Nərgiz” yay kafesinin belə onun adını daşıdığını bilirdim. Artıq aradan illər keçmişdi. Nərgiz paiız çiçəyi kimi bir qədər solsa da hələ təravətini itirməmişdi. O, nikbin bir qadın təsiri bağışlayırdı. Nəhayət, xanım redaksiyaya gəlişinin məqsədini bildirdi. O, bizi atasının xatirə gününə, daha doğrusu, vəfatının ildönümünə dəvət etməyə gəlibmiş. Biz razılıq verdik. Axşam Şahmarla hotellərdən birində (səhv etmirəmsə “Bakı” mehmanxanasında) keçirilən mərasimə getdik. Məclisdəkilərin əksəriyyəti ruslar və yəhudilər idi. Və təbii ki, həm mərasim iştirakçıları, həm də o mərasimi idarə edənlər rus dilində danışırdılar. Şahmar da mərhum haqqında rus dilində bir neçə kəlmə söz dedi.
    Yeri gəlmişkən, onu da qeyd edim ki, Şahmar Əkbərzadə Rus dili universitetini bitirmişdi, bu dili də çox yaxşı bilirdi. Danışanların hamısı Ramazan müəllimin hörmət-izzətindən, əsl müsəlman olmağından söz açırdılar...
    Məclis yekunlaşmaq üzrə idi. Dilim dinc durmadı. Üzümü Şahmara sarı tutub dedim:
    -Dədə, burada hamı mərhum Ramazan kişinin müsəlmanlığından danışır. Bu, necə müsəlmanlıq oldu ki, məclisdə Qurandan bir ayə belə səslənmədi?
    Şahmar mənim nə dediyimi tezcə anlayıb məclis aparıcısından söz istədi. Onun uca, gur səslə dediyi “Yasin” surəsi hamını ovsunlamışdı. Hətta, Şahmar sözünü bitirəndən sonra bir neçə adam yaxınlaşıb ona öz təçəkkürünü izhar etdi...
    Şahmar uşaqla uşaq, böyüklə böyük idi. Redaksiyaya şikayətə gələn yaşlı adamları ən çox o qəbul edər, onların dərdinə nə vasitə ilə olursa-olsun kömək etməyə çalışardı.
    Xatırlatma. Bir dəfə Şahmarın yanına bir şikayətçi kişi gəlmişdi. Bu adamın şikayəti özünün dediyi kimi “ad qoyan” idarədən idi. Məsələ burasındadır ki, şikayətşi öz oğluna babasının adını qoymaq istəyirmiş, amma idarədə buna razılıq verməyiblər. Səbəb də bu olub ki, kişinin babasının adı adlar üçün nəzərdə tutulmuş kitabçada tapiımayıb.
    Kişi dərdini danışaraq deyirdi:
    -Mənim babamın adı Əliş olub. Onlarsa mənə dedilər ki, “bu kitabda Əliş adı yoxdur, bəlkə Əli, Vəli, lap elə Alik adını seçəsən”. Axı bu necə ola bilər? Bəyəm mən öz oğluma öz babamın adını verə bilmərəm?
    Şahmar dəstəyi götürüb zəng vurdu. İdarənin müdirinə şikayətçinin arzusunu bildirdi. Deyəsən, müdir deyilənlə razılaşmadı. Belə olan təqdirdə Şahmar əsəbi şəkildə dəstəyin o başındakı adama dedi:
    -Bura bax, siz Ləmbəranski familiyalı adam eşitmisiz? Ay sağ olun... Düz deyirsiz, vaxtilə Bakının rəhbəri olub. Bəli, məşhur adamdır. Deməli, hətta onunla görüşmüsüz də. Nə gözəl. Bəs o kişinin adı nə olub? Maraqlanmamısız? Ay yoldaş müdir, bilin və agah olun ki, Ləmbəranskinin adı Əlişdir. Allah o kişiyə ömür versin. Bəli, bax mənim yanımdakı bu şikayətçi də öz övladına öz babasının adını vermək istəyir... Yox ey, bunun babası o Əliş yox, başqa Əliş olub. İndi necə danışaq, razılıq verirsiz, ya qəzetdə bu barədə bir felyoton hazırlayaq?
    Müdir şikayətçinin tələbini yerinə yetirdi. Amma Şahmar özünəməxsus qayğı hissilə şikayətçiyə üz tutub dedi:
    -İşin düzəldi. Əliş, əlbəttə ki, yaxşı addır. Gələcəkdə o biri nəvənə daha müasir ad qoy. Ad tapa bilməsən gələrsən yanıma.
    Doğrudan da tanış-bilişləri yeni doğulan uşaqlarına ad qoymaqda tez-tez Şahmara müraciət edərdilər...
    Yeri gəlmişkən, Şahmar bir çox şairlərin götürdüyü təxəllüslərə xüsusi diqqət yetirərdi: “Dədə, ədəbiyyatımızda ən uğurlu təxəllüs Səməd Vurğunundur. “Vurğun...” Fikir verirsən, necə gözəl səslənir. Həm də təmiz türkcəmizdədir... Bəxtiyar müəllimə hərdən zarafatla deyirəm ki, gəl bu “zadə”ləri ataq... Bəzi cavan şairlərimizin götürdüyü təxəllüs də mənim çox xoşuma gəlir. Bax, məsələn, Murad Köhnəqala, Ayaz Arabaçı, Akif Əhmədgil, Qulu Ağsəs... Hamısı yenidir, təzədir... Əslində bunlar heç təxəllüs də deyil, yurd-yuva adlarıdır... Arabaçı kəndi Gədəbəydə, Köhnəqala kəndi Tovuzdadır. Elə deyilmi, dədə? Mən əvvəllər elə bilirdim ki, “Ağsəs” Qulunun götürdüyü təxəllüsdür. Sən demə, bu, mənim yerlimin atasının adı imiş... Xoşbəxtlikdən bu uşaqların çoxu istedadlıdır...”
    Şahmar övladlarına çox bağlı idi. Üç oğlu, bir qızı vardı. Onun qəlbində nəvəsinin öz yeri vardı. Mən Şahmarın oğlu Əkbərin və qızının toyunda iştirak etdiyimi, Bəxtiyar Vahabzadə ilə “əlli-əlli vurduğumuzu” indi də xatırlayıram...
    Şahmar “Azərbaycan gəncləri” qəzetindən sonra bir müddət “Kommunist” (sonralar “Xalq qəzeti” adlandırılan) qəzetində çalışdı. Biz yenə mütəmadi görüşür, dərdləşir, fikir mübadiləsi aparırdıq.
    Bir dəfə Şahmar söhbət əsnasında dedi:
    -Polad Bülbüloğlu ilə bir tədbirdə görüşdük. Mənə təklif etdi ki, gəl Mədəniyyət Nazirliyinin nəzdində bir qəzet yaradaq, sən də ol Baş redaktor. Dədə, bilmirəm bu təklifə nə cavab verim? Qalmışam odla su arasında...
    Gülüb dedim:
    -“Hə” de, qurtarsın getsin. Ta niyə özünə dərd edirsən ki?
    Şahmar diqqətlə üzümə baxıb dedi:
    -Yaxşı, dədə, onda belə edək... Mən Polada razılıq versəm, gərək sən də mənim təklifimə razılıq vetəsən.
    -O nə təklifdir elə?
    -Yeni qəzetdə birlikdə işləyək.
    Mən dedim:
    -Mənim burada, Akademiyadakı işlərim pis deyil. Elmi tədqiqatla məşğul olur, aspirantlara, tələbələrə dərs deyirəm, radio-televiziyada verilişlər aparıram...
    Şahmar dilləndi:
    -Yaxşı, onda əməkdaşlıq edəcəyinə söz ver. Qəzetin qonorarı da olacaq.
    -Hə, ona baxarıq,-deyə cavab verdim...
    Mən təzə nəşrə başlayan “Mədəniyyət” qəzetinə tez-tez məqalələr yazmağa başladım.
    Sonralar, aradan bir xeyli müddət keçəndən sonra Şahmar mənə dedi:
    -Dədə, onsuz da vaxtın boldur. Özün də maşallah, enrjili adamsan. Bir də görürsən mən günlərlə buralarda olmuram, qəzetin çapı ləngiyir. Gəl bu qəzetdə əl-ələ verib içləyək.
    Beləliklə, mən bir müddət qəzetdə Baş redaktorun müavini, sonralarsa Baş redaktor vəzifəsinin icraçısı oldum...
    Günlərin bir günü səhər tezdən redaksiyaya gələrkən eşitdiyim xəbər məni sarsıtdı: “Şahmar dünən axşam vəfat edib...”
    Budur, indi gündəliyimin və “Mədəniyyət” qəzetinin saralmış səhifələrini vərəqləyirəm. Həmin günlərin acı təəssüratı Şahmarın ömrü kimi saralıb-solmuş vərəqlərdə və yaddaşımda yaşayır.

    1 Sentyabr 2000-ci il. “Gündəlikdən” sətirlər.
    Sentyabr ayının 1-dir. Bu gün Şahmarın sevimli nəvəsinin ad günü olmalıdır.
    Amma Şahmar daha yoxdur.
    Səhər tezdən radaksiyaya gələrkən əməkdaşların üzündəki qəribə, hüznlü ifadənin səbəbini öyrənməyə çox vaxt tələb olunmadı. Kimsə astadan dedi: “Şahmar müəllim dünyasını dəyişib”. Sanki dünya başıma hərləndi...
    Şahmarın mənzili redaksiyanın yerləşdiyi binanın yaxınlığındadır. Bu beşaddımlıq yolu getmək mənə dağlar aşmaq, yoxuşlar qalxmaq qədər çətindir.

    “ƏCƏL YAMAN QOVUR MƏNİ...”
    Onunla görüşüb ayrılmağımızdan cəmi bir gün keçib. Belə götürəndə bizi ayıran zamanın məsafəsi günlə yox, saatlarla, dəqiqələrlə hesablana bilər.
    Bu söhbət, bu dialoq da dünən olmuşdu:
    - Salam.
    - Salam, dədə! Necəsən?
    - Babat...
    Bəli, dünənki, yəni avqustun son günündəki səhərimiz də həmişə olduğu kimi, bu cür “ənənəvi” mükalimlələrlə açıldı.
    Bir az ordan- burdan söhbət etdik.
    Dedi:
    - Maşallah, gözümə yaxşı dəyirsən, dədə...
    - Dünənkinə baxanda, sən də bu gün qıvraq görünürsən.
    Ürəkdən güldü:
    - Elədir... Dədə, evdəkilərə bildirmədim, dünən halım lap xarab idi... Az qala keçinmişdim...
    - Allah eləməsin. Niyə? Nə olmuşdu ki?..
    -Əşi, bütün gecəni futbola baxmışam... Qapı-pəncərələr də açıq... Sonra özüm-özümü danlamışam ki, bu nə cavanlıqdı edirəm... Ta qoca kişiyəm... Niyə özündən muğayat olmursan, ay qoca Şahmar? Düz demirəm?...
    ...Budur, indi həmin günün, yən 30 avqustun təəssüratı maqnitofon lenti kimi qulaqlarımda səslənir, kino lenti kimi gözlərim önündən gəlib keçir... Biz o gün nələrdən, kimlərdən danışdıq?.. Hansı mövzulardan söhbət açdıq?.. Onu nəsə incidən bir hadisə baş vermişdi ki?.. Bəlkə kiməsə hirslənmiş, əsəbləşmişdi?..
    Şahmar Əkbərzadəni tanıyanlar yaxşı bilir ki, o təbiətən coşğun, çılğın, emosional adam idi. Bəzən adi bir sözdən alınar, əsəbiləşər, tez reaksiya verərdi... Amma həmin gün onun ovqatı yaxşı idi. Deyib-gülürdü. Bir-iki gündən sonra Kiprə - poeziya festivalına gecədək...
    30 avqustda biz onunla yenə ədəbiyyat, poeziya barədə söhbətləşdik. Yeni əsərlərdən danışdıq...
    ...Onun öz təkidi ilə “Mədəniyyət”ə təqdim etdiyim, hissə-hissə çap olunan “Müqəvva” pyesini təriflədi.
    ...Hər gün olduğu kimi yenə Qarabağdan söhbət düşdü. Kimlərisə qınadıq, kimlərisə söydük...
    ...Evinə zəng vurdu – nəvəsinin 4 yaşı tamam olurdu, axşamı “yubileyə” getməyə hazırlaşırdı...
    ...Qəzetdə gedəcək materiallara göz gəzdirdik...
    ...Qonorar və maaş cədvəlini nəzərdən keçirdik...
    ...Bəstəkar Rəşid Şəfəq gəldi; yeni mahnılardan söhbət düşdü...
    ... Və nəhayət, saat dörd radələrində görüşüb-öpüşüb ayrıldıq. Mən hələ redaksiyada qalıb işləmək istəyirdim... Həmin günün olaylarını yada salanda qəribə bir epizodu da xatırlayıram: arada Şahmar söhbət edə-edə açıq pəncərəyə yaxınlaşaraq yaxınlıqda yerləşən “Yasamal qəbristanlığına” sarı boylanıb dedi:
    - Dədə, dünən bir şeir yazmişam. Özü də deyəsən, şedevr alınıb.
    - Sənin yazdığın şeir başqa cür ola bilməz ki... İstəyirsən, oxu. Qoy qulağımız təzə bir söz eşitsin...
    - Yox, dədə, qalsın sonraya... Bir də ki, o şeir oxumaq üçün deyil.
    Mənim təəccübümü görüb gülümsədi:
    - Sinə daşına yazılacaq... Bir yaxın adamın xahişi ilə düzüb-qoşmuşam...
    Mən tutuldum:
    - Epitafiya da şeir formasıdır... Nə olar ki...
    O, mənim nəyə işarə etdiyimi duyubmuş kimi qəhqəhə çəkib güldü. Bunun da öz səbəbi vardı: iki-üç gün əvvəl tez-tez ithaf şeirləri yazan bir şair dostumuz yaxın vaxtlarda rəhmətə getmiş tanışına həst etdiyi təzə şeiri redaksiyaya gətirmişdi. Şahmar şeiri oxuyub müəllifə demişdi:
    - Sən canın, rəhmətə gedənlərə az şeir yaz...
    İndi hər ikimiz həmin hadisəni xatırlamışdıq. Şahmar mənə baxıb gülümsədi:
    - İnnən belə ölənlər haqda şeir yazmayacağam, dədə...
    Görəsən bu, nə idi? Alın yazısı, yoxsa ürəydamma? Tale, yoxsa qəzavü-qədər?.. Bilmirəm. Bircə onu bilirəm ki, hər təzə şeirini sevinə-sevinə oxuyan Şahmar həmin gün sinədaşına yazdığı misraları – epitafiyanı oxumadı, bunu sonraya saxladı.
    ...Və mən indi bu sətirləri yazarkən bir neçə gün öncə “Haqqa pəncərə” kitabını vərəqləyə-vərəqləyə arabir öz şeirlərinin şah misralarını oxuyan Şahmar Əkbərzadənin gur səsini yenidən eşidirəm:

    Ovut bircə hovur məni,
    Əcəl yaman qovur məni...

    Şahmar Qarabağ faciəsindən dolayı çox dərd çəkirdi. “Dərd çəkir” ifadəsi onun keçirdiyi ağrılarla müqayisədə əlbəttə, çox yumşaq səslənir. O, baş verənlərlə heç cür razılaşa, barışa bilmirdi:
    -Dədə, mən palıd kimi sağlam adamam. Məni öldürsə Qarabağın dərdi öldürəcək. Xudu da o dərddən öldü… Amma istəyirəm ki, Qarabağ azad olandan sonra ölüm…
    Gündəlikdən sətirlər.

    “SƏNİ HARDAN ALIM İNDİ?”
    Dostumun yoxluğu ilə heç cür barışa bilmirəm...
    Hüzr məclisiniə gələnlərin hüznlü üzlərinə baxıram. Bu dərd hamını yandırıb-yaxır, qovurur. Hamı Şahmarın taleyindən, poeziyasından, dostluğundan təəssübkeşliyindən danışır.
    ...Şahmarın yaxın dostlarından Bəxtiyar Vahabzadənin, Nurəddin Rzanın gözlərində yaş gilələnir. Şahmar öz dostları ilə öyünərdi həmişə. Özü demişkən Xudunu, Zeynalı itirəndən sonra Bəxtiyarla, Nurəddinlə nəfəs alardı...
    ...Adətən şux görünən Polad Bülbüloğlunun baxışlarından kədər süzülür...
    ...Şəmsəddin Axundov qəmli-qəmli susur...
    ...Nəbi Xəzri Şahmar Əkbərzadənin poeziyasından danışır...
    Şahmarın ruhuna, poeziyasına sayğı göstərən həmkarlarını şair və yazıçıları görürəm: Cəmil Əlibəyov, Anar, Elçin, Əlibala Hacızadə, İlyas Tapdıq, Nahid Hacızadə, Famil Mehdi, Əli Səmədli, Xalid Əlimirzəyev, Yusif Kərimov, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Aqil Abbas, Hidayət Elvüsal, Ağacəfər Həsənli, Mustafa Çəmənli... Yas məclisində bir neçə siyasi partiya rəhbərləri də gözə dəyir. Bu vaxtsız itki hamını göynədir... Dostları, tanışları, doğmaları Şahmarın ömür-gün yoldaşı Mələk xanıma, qızı Zöhrəyə, oğlanları Əkbərə, Elşənə, Elturana başsağlığı verir: “Başınız sağ olsun...” “Şahmarın adını, ocağını qoruyun”...
    Sanki bu anlarda Şahmarın gur səsini eşidirəm:

    Əllərimdən uçan dünyam,
    Baş götürüb qaçan dünyam,
    O dünyaya köçən dünyam,
    Səni hardan alım indi?

    “AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA...”
    Gündəlikdən sətirlər.
    “Özündən çox özgələrə yananlar, el-obalarımızı düşünənlər haqqında fikirləşəndə Şahmarı anıram”. Şahmarın dostu Çingiz Aytmatovun Şahmarı yaxın dostu Bəxtiyar Vahabzadəyə yazdığı məktubdan götürülmüş bu sətrlərdə böyük məna var. “Özgələrə yanan Şahmar”. Mən onu əzəldən elə bu cür – dost yolunda pərvanə kimi yanan görmüşəm. Dost sevincinə dostdan çox sevinən, dost kədərinə dostdan çox kədərlənən Şahmar...
    Mədəniyyət Nazirliyinə və “Mədəniyyət” qəzetinin ünvanına Şahmarın ölümü ilə bağlı məktub və teleqramlar gəlir. Çoxu da tanınmış isimlərdən. Aytmatov, Süleymenov, Baküler...
    Odlu-alovlu. Emosional, çılğın, həssas Şahmar... Biz bu son illərdə onunla demək olar ki, hər gün görüşərdik. “Mədəniyyət” qəzeti redaksiyasının soyuq divarları onun odlu nəfəsi ilə qızınardı... Məclislərdə şeir deyərdi – salon səsindən titrəyərdi... Şaqraq gülüşü uzaqdan eşidilərdi.
    Yalnız istirahət günləri görüşməzdik. Onda da çox vaxt axşamlar zəng vurardı: “Dədə, niyaran oldum, necəsən?.. Özündən muğayat ol”. Arabir zarafatla deyərdi: “Heç demirsən Əkbərzadə hardadır?”
    Sinədəftər idi Şahmar: klassik və müasir şeirimizin canlı ensiklopediyası idi. Saatlarla əzbərdən şeir deyərdi.
    Bəli, biz onunla sonuncu dəfə avqustun 30-da son dəfə görüşdük. Üz-gözündən işıq yağırdı. Dedi ki, bilirsən niyə sevinirəm? Bu gün nəvəmin – Səmanın ad günüdür, dörd yaşı olur, ora tələsirəm. Sonra özünəməxsus şirin bir ləhcədə uşağın dilindən eşitdiklərini danışdı. Axırda “Nəvə ayrı şeydir... Dövlətdə dəvə, övladda nəvə” – dedi. Mən onu təbrik etdim: “Nəvə toyu görəsən”. Görüşüb-öpüşüb ayrıldıq. Səhər qəzet çıxan günü idi. Vədələşdik ki, tezdən görüşək. Sözünün üstündə durmadı, gəlmədi Şahmar...
    O, iki gündən sonra Kiprə, Uluslararası Poeziya Festivalına gedəcəkdi. Getmədi. Gedə bilmədi.

    Ovut bircə hovur məni,
    Əcəl yaman qovur məni,
    Mən öləndə çevir məni
    Üzü dağlara-dağlara

    Bu Şahmarın şeiridir.

    Zəkana möhtacam, ey ulu Sinam,
    Yatan cürətimi yataqdan qurtar.
    Qoyma qiyamətdə imansız yanam,
    Vətən qeyrətimi infarktdan qurtar.

    Bu misralar da Şahmarındır.

    Bəxtin gözlənilməz günlə rastlaşar,
    Odun da, gözün də Şahmarsızlaşar,
    Dadın da, duzun da Şahmarsızlaşar,
    Ayırar bu dünya bizi nə vaxtsa.

    Dünya dostları, doğmaları bir-birindən ayırır... təzədən görüşdürmək üçün.
    Əlvida, Şahmar.
    Görüşənədək, Şahmar.

    “OLUB” DEYİRƏM, “ÖLÜB” DEYƏMMİRƏM…
    Gündəlikdən sətirlər. Sentyabr havası özüylə bir bozluq gətirib.
    Necə deyərlər, həyat öz axarıyla gedir… Şahmarın şəkli onun masasının üstündədir. Qara lent və qırmızı qərənfillərin əhatəsində. Redaksiya əməkdaşlarının hamsı qəmlidir. Dos-tanışlar hələ şokdadır. Bu, necə inanılmaz bir ölüm oldu.
    Arabir redaksiyanın telefonu zəng çalır. Diksinirəm. Götürməyə əlim gəlmir. Hələ də onu soruşan var – Şahmar Əkbərzadənin: “Şahmar müəllimi olar?” Duruxuram. Handan-hana cavab verməli oluram: “Şahmar müəllim yoxdur”. Soruşurlar: “Bəs nə vaxt olacaq?” Mən nə deyim? Deyim ki, heç vaxt?.. Deyə bilmirəm. Susuram. Xəttin o başındakı adam sualı yenə təkrar edir. Mənsə yenə susuram. Görünür, müsahibim dilxor olur: “Şahmar müəllim bu gün işdə olacaq?!” Mənim səsimdən və sükutumdan şübhələnən müsahibim öz-özünə deyir: “Deyəsən, nəsə olub…”. “Olub” deyirəm, “ölüb” deyəmmirəm.
    Şahmarın gur səsi qulağımdan getmir:
    -Dədə, mənim uğaqlığımın, gəncliyimin çox hissəsi Şuşada keçib. Mən Şuşada texnikum bitirmişəm, orada müəllimlik təcrübəsi keçmişəm. Əgər Şuşa yerində olsaydı, yayın bu çırhacırında mənim bu şəhərdə nə işim vardı. Məni yandırır Şuşa…

    Gündəlikdən sətirlər.
    Şahmarın böyük sənətkarımız Bəxtiyar Vahabzadə və görkəmli alimimiz Nurəddin Rza ilə dostluğunun yaşı bir qərinədən çoxdur. Mən şahidi olmuşam ki, Şahmar öz dostları haqqında necə şövqlə, fəxrlə danışırdı.
    Dəfndən sonar Nurəddin Rza ilə görüşüb söhbətləşirik.
    -Nurəddin müəllim, Şahmarla bağlı xüsusi buraxılış hazırlayırıq. Bəlkə siz də öz dostunuzla bağlı nəsə yazasız.
    Nurəddin müəllim dərindən köks ötürüb deyir:
    - Mən Şahmar barədə böyük bir yazı ilə çıxış edəcəyəm. Mənə elə gəlir ki, o, lirikamızın Sabiri idi. Biz əvəzsiz bir şairi və insanı itirdik.

    GÜL, AY ŞAHNAR...
    Saralmış gündəlik vərəqlərində əyri-üyrü xəttlə yazılmış sətirlər diqqətimi cəlb edir:

    Ömür- Tanrı göyərçini,
    Uçar bir gün bil, ay Şahmar!
    Göz yaşını dəsmalla yox,
    Sən qılıncla sil, ay Şahmar.

    Araz olub çağlayarsan...
    Dərddən qurşaq bağlayarsan...
    Sən güləndə ağlayırsan,
    Ağlayanda gül, ay Şahmar.

    Tale sənə ağıl verib,
    Ömür adlı nağıl verib,
    Nəvə verib, oğul verib,
    Gəl şax dayan, gəl, ay Şahmar.

    Dostla böldün son tikəni,
    Sinən üstü-dərd əkini,
    Mən bilirəm, sən çəkəni
    Çəkə bilməz fil, ay Şahmar.

    Firuz, sənin üzün haqda
    Möhkəm dayan bərk ayaqda.
    İzin qalsın bu torpaqda –
    Nə usan, nə öl, ay Şahmar…

    Bizim arabir Şahmarla “deyişmələrimiz, “şeirləşmələrimiz” olardı. Bu da onlardan biridir. Mən bu şeiri 1997-ci ilin oktyabrında, dostumun vəfatından iki-üç il öncə yazmışdım. Nəsə, nəzirəfason bir şeirdi. Təzədən oxuyub kövrəldim. Ötən anları xatırladım. Şeirin sonu iki variantda idi. Şahmar özü “El yolunda öl, ay Şahmar” – misrasını bəyənmişdi. Və əlavə edib demişdi: “Dədə, biz gəldi-gedərik, öləriyik. Qoy bizi biz öləndən sonra el soruşsun”. Amma mən dostumun nə vaxtsa öləcəyinə belə, inanmaq istəməzdim və buna görə də şeirdəki “alternativ variantı” saxladım:

    İzin qalsın bu torpaqda
    Nə usan, nə öl, ay Şahmar.
    Sentyabr 2000-ci il

    “MƏNİ ŞAH ELƏDİ HƏSRƏTƏ DÜNYA...”
    Şahmar Əkbərzadənin vəfatından sonra bir müddət “Mədəniyyət” qəzetində Baş redaktor vəzifəsini icra edəsi oldum. Bir xeyli vaxt Şahmarın yazı masasının üstündə onun portreti və o portretin qarşısında təzə-tər güllər qalmaqda idi... Həmin vaxt kimlərsə haqqımda “xəbərçilik” məqsədilə Mədəniyyət Nazirliyinə məktub yazdı. Nazir Polad Bülbüloğlu məni kabinetinə dəvət etdi. Bir xeyli söhbət etdik. Məktubda mənim qəzetin səhifəsində daha çox sərt yazılara meydan verdiyim, habelə başqa bir təşkilatda da (yəni EA-da) işlədiyim vurğulanırdı. Mən elə həmin an ərizə yazıb çıxmaq istədiyimi bildirsəm də, Polad Bülbüloğlu etiraz etdi, qalıb işləməyimi arzuladığını bildirdi. Tezliklə başqa bir adam Baş redaktor təyin olundu. Mənsə bir müddət qəzetdə Baş redaktorun 1-ci müavini vəzifəsində çalışdım. Amma təzə təyin olunan adamın bir çox hərəkətləri məni təmin etmədiyinə görə, ərizə yazıb işdən çıxdım. Çıxmağımın səbəbi MN-nə təqdim etdiyim ərizədə göstərilmişdi. Nə isə...
    ...Şahmarla bağlı xatirələrim, qeydlərim burada başa çatır. Amma xoşbəxtlikdən dostumun vəfatından sonra da onun adı unudulmadı. Şeirlərinə maraq daha da artdı. Elçin İsgəndərzadənin təşəbbüsü ilə Beynəlxalq Şahmar Əkbərzadə mükafatı təsis edildi. Şairin adını daşıyan poeziya məclisi yaradıldı. Haqqında məqalələr yazıldı. Dostları ona şeirlər həsr etdilər, xatirələr qələmə alındı..
    Budur, gündəliyimdə 2003-cü ilin aprel ayında qələmə alınmış qeydlərə baxıram. Şairin vəfatından üç il ötür. Şahmar Əkbərzadənin xatirəsi yad edilir
    “Cıdır düzü...” Amma bu, Şuşadakı Cıdır düzü deyil, Bakıdakı yaraşıqlı şadlıq saraylarından birinin adıdır.
    Şeir məclisi...
    Amma bu məclisdə “səbəbkarın” özü iştirak etmir...
    Həmin gün dünyadan vaxtsız köçmüş şair dostum Şahmar anıldı. Onun xatirəsinə həsr edilmiş musiqili-ədəbi məclis “Xarı bülbülün nəğmələri” adlanırdı.
    Amma xarı bülbül təkcə Şuşada olur. İndi Şuşa yad əllərdədir, deməli, xarı bülbül də əsir düşüb, yağı tapdağı altında əzilməkdədir.
    Məclisdəki hər stolun üstündə iki qom bənövşə var. Mən istər-istəməz Şahmarın Azərbaycana həsr etdiyi kövrək misraları xatırlayıram:

    Ölüm ayağının altında,
    İtim ayağının altında.
    Bir qom bənövşə olub
    Bitim ayağının altında.

    Qulağımda Şahmarın gur səsi əks-səda verir: “Dədə, qulaq as, təzə bir cızmaqaram var, oxuyun, fikrini de”. Artıq dediyim kimi, “Azərbaycan gəncləri” və “Mədəniyyət” qəzetlərində bir yerdə işlədiyimiz, bir otaqda əyləşib dərdləşdiyimiz günlərdə Şahmarın bir çox şeirlərinin ilk oxucusu olmuşam və arabir “deyişmələrmiz” də olub...
    Şairə həsr olunmuş tədbirində çıxış edən natiqlər bir-birini əvəz edir, söz deyir, şeir söyləyir – amma mənim qulaqlarımda, beynimdə Şahmarın öz səsi əks-səda verir:

    Allah, bu torpağın kəsilib başı,
    Quran oxumağa mollası yoxdur.
    Kəfən axtarmağa qohum-qardaşı,
    Şivən qoparmağa anası yoxdur.

    Məclisdə Şahmarın ömür-gün yoldaşı Mələk xanım, övladları, dostları, qohumları, oxucuları, pərəstişkarları iştirak edirdi. Tədbirin araya-ərsəyə gətirilməsində Elçin İsgəndərzadə və Tahir Aydının xüsusi rolunu qeyd etmək gərəkdir.
    Yazıçı Aqil Abbas öz rəssam dostu tərəfindən çəkilmiş portreti Mələk xanıma bağışlayır. İri çərçivənin arasından sanki öz məclisinə baxir Şahmar. Halbuki o, heç bir çərçivəyə sığmazdı...
    Gözlərim önündə təkrar-təkrar əziz dostumun nurlu çöhrəsi canlanır, onun dağ çayları kimi çoşqun səsini eşidir, dağ mehri kimi xəfif nəfəsini dinşəyirəm. Və bu anlarda onun dünya ilə həsb-halını xatırlayıram:

    Şahmaram, qüdrətim şahmar olmadı,
    Müşgüllər qarşımda naçar olmadı,
    Zillətim zillətə düçar olmadı,
    Tac qoydu içimdə zillətə dünya.

    Bəli, həzin bir yaz günü “Cıdır düzünə” toplaşmışdıq – şeir-sənət məclisinə. Hamının ürəyində bir bahar arzusu puçurlamışdı: təki bu görüş Şuşada – Cıdır düzündə keçiriləydi... Onda Şahmarın da ruhu şah olardı...
    Qulağımda Şahmarın gur səsi əks-səda verir:

    “Məni şah elədi həsrətə dünya...

    “Mədəniyyət” qəzeti, sentyabr-oktyabr, 2000-ci il



























    İstedadlı publisistimizi itirdik
    (Yusif İsmayılov haqqında)

    ƏLVİDA, DOSTUMUZ, HƏMKARIMIZ

    Gözəl jurnalist, istedadlı publisist Yusif İsmayılov dünyadan vaxtsız köçdü. Mən onun yaxın əhatəsində olan dostlardan deyildir. Lakin Yusif müəllimlə aramızda xoş bir ünsiyyət vardı. O, geniş erudisiyalı, zəngin mütaliəli bir adamdı. Bir zamanlar – “Azərbaycan Gəncləri”ndə birlikdə işləmişdik. Onunla rastlaşanda adətən ərklə qoluma girib özünəməxsus bir yumorla, bir-iki maraqlı əhvalat danışandan sonra: “Gedək çaylayaq, həm də görək bu dünyada nələr baş verir” – deyərdi.
    ... Yadımdadır, tələbə oğlu rəhmətə gedəndə çox dərd-xiffət çəkirdi. Bir dəfə indiki “Azərbaycan” nəşriyyatından çıxıb “Bakı Soveti”nə qədər piyada getdik. Mən adamlara təskinlik verməyi bacarmıram. Dərdləşə-dərdləşə çay sifariş verdik. İsa İsmayılzadə ilə Eldar Baxış stolumuza yaxınlaşdılar. Görüşüb hal-əhvallaşdıq. Mən sözarası bildirdim ki, Yusif müəllimin oğlu qəzaya düşüb, həlak olub, ona görə bikefdi. Onlar bu xəbərdən sarsılıb xeyli təsəlliverici sözlər dedilər, ona ürək-dirək verdilər: axırda da bizlərdən kimsa dedi ki, dözməkdən başqa əlacımız yoxdur, öləndə ölə bilmərik... Yusif İsmayılov köksünü ötürüb dedi ki, vallah, mən elə o ölən övladımla ölmək istərdim.
    İndi bu sətirləri yaza-yaza artıq həyatda nə Eldarın, nə də İsanın olmadığını ağrı və təəssüf hissi ilə qeyd etməli oluram.
    Yusif İsmayılov isə... öz istəkli çiyərparasının, övladının yanına getdi – haqq dünyasına qovuşdu.
    Əlvida, dostumuz, həmkarımız...

    “MAARİFÇİ” qəzeti, 5 noyabr 1997-ci il





























    YÜKSƏLİŞ
    Yusif Kərimov haqqında qeydlər

    Bu qeydləri tanınmış yazıçı, publisist, jurnalist, ictimai xadim Yusif Kərimov haqda yubiley yazısı kimi də qəbul edə bilərsiniz.
    ...bu, həqiqətən belədir. Bir az bayağı səslənsə də, istər-istəməz sənə qədər deyilən bir fikri yenə təkrarlamalı, yada salmalı olursan: Vaxt hiss olunmadan, ildırım sürəti ilə ötüb keçir.
    Mən o vaxt tələbə idim. Tanışlarımdan birinin məsləhəti ilə o zamankı televiziya ilə (əslində onda cəmi bir televiziya vardı və həmin idarənin bütöv adı belə idi: Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi) əməkdaşlıq etməyə başladım. Gənclər üçün verilişlər Baş redaksiyasının baş redaktoru keçmiş diktor Nizami Məmmədov zahirən qaraqabaq adam olsa da daxilən həssas adam idi. Elə həmin dövrdə mənim yazdığım ilk süjetlər, kiçik çıxışlar efirdə səslənməyə başladı.
    Nizami müəllim ağır xəstəliyə mübtəla olmuşdu. Yadımdadır, o, dünyasını dəyişəndən sonra “Gəncliyin” redaksiyasının, əksəriyyətini gənclər təşkil edən, kollektivini kimin baş redaktor olacağı çox ilgiləndirirdi. Bir müddət sonra həmin vəzifəyə təyinat oldu. Kollektiv üzvləri, təbii ki, yeni baş redaktorun özünə və imzasına bələd idilər. Yusif Kərimov hələ cavan olsa da öz fəaliyyət sahəsində artıq yaxşı tanınan bir adam idi.
    Mənim Yusif müəllimlə tanışlığım da elə həmin dövrə təsadüf edir. Ortaboylu, qara saçları arxaya tökülən, ciddi baxışlı, asta-inamlı yerişli, adətən dəblə geyinən baş redaktorun gəlişindən sonra redaksiyada bir canlanma hiss olunmağa başladı. Yeni ideyalar və təbii ki, bu ideyaların ardınca yeni verilişlər meydana gəlməyə başladı.
    Xatırımdadır, “Tələbə meridianı” adlı veriliş tezliklə populyarlıq qazandı. Mən həmin verilişin “müəlliflərindən” biri idim. Əslində bu söz bir az yekəxana səslənir. Ştatda olmayan, kiçik süjetlər hazırlayan tələbənin hansı “müəllifliyindən” söhbət gedə bilərdi? Amma məsələ burasında idi ki, mən həmin kiçik süjetlərə çox vaxt öz təqaüdüm qədər, hətta bəzən ondan bir qədər artıq qonorar alır, hələ üstəlik adım bir çox hallarda verilişi hazırlayan professional televiziya işçiləri ilə birgə titrlərdə gedirdi.
    Bir dəfə mənə dedilər ki, baş redaktor səni axtarır. Həyəcan məni götürdü: “Görəsən nə olub? Bəlkə verilişdə nəsə, hansısa səhv gedib? Bəlkə tələbə ola-ola əməkdaşlıq etməyimə izacə yoxdur?”
    Adətən ciddi olan baş redaktor məni gülərüzlə qarşıladı:
    -Keç əyləş. Demək, sən tələbə imişsən.
    -Bəli, Yusif müəllim.
    -Düzü, əvvəlcə elə bilirdim ki, burada ştatda olan işçilərdənsən.-O, deyəsən, ürəyimdən keçənləri duyub əlavə etdi:- “Gənclik” redaksiyasının bir vəzifəsi də elə gənclərə meydan vermək, onlara kömək etməkdir. Təbii ki, söhbət istedadlı gənclərdən gedir.
    Mən onun dediklərinə diqqətlə qulaq asırdım. O, redaksiyanın gələcəkdə görəcəyi işlərdən, gənclərlə hansı verilişi hazırlamaq niyyətində olduğundan danışırdı. Baş redaktor arada əlini səliqəli, qara bığlarında gəzdirir, telefon zənglərinə cavab verir, siqaretinə qullab vururdu.
    -İndi sənə bir tapşırıq verirəm. Görüm öhdəsindən gələ biləcəksənmi. Diqqətlə qulaq as. Yəqin ki, eşitmisən, alimlər belə bir fərziyyə irəli sürürlər ki, gələcəkdə insan əməyinə ehtiyac qalmayacaq, bütün işləri robotlar yerinə yetirəcək. Belə çıxır ki, elə insanların yerinə də robotlar düşünəcək. İndi sən belə bir robotun monoloqunu yazmalısan. İncəsənət institutunda istedadlı bir tələbə var, həmin monoloqu o deyəcək. Bilmirəm fikrimi nə dərəcədə tuta bildin. Təsəvvür elə ki, uzaq gələcəkdən bu günümüzə insan görünüşündə bir canlı gəlib və əslində insana bənzəyən bu “qonaq” insan deyil, insanın yaratdığı robotdur. İndi düşün tap, gör o, hansı tonda danışa bilər, insanlara nə deyə bilər, gələcəyi necə proqnozlaşdıra bilər?
    Mən həmin günün axşamı qaldığım tələbə yataqxanasında “robotun monoloqunu” qələmə aldım. Deyəsən, yazı Yusif müəllimin xoşuna gəlmişdi. Mən bunu qonorarı alanda hiss etdim.
    Bir dəfə hansısa bir məsələnin müzakirəsi ilə bağlı baş redaktorun otağına toplaşmışdıq. Bu zaman qapı açıldı. Gələn o dövrdə çox tanınmış bir adam idi. Xoş-beşdən sonra gələn adam baş redaktordan bir nəfərin xahişini etdi. Bildirdi ki, onun yaxın bir dostunun istedadlı qohumu televiziyada veriliş aparmaq istəyir. Həmin adam sözünün sonunda bunu da əlavə etməyi unutmadı:
    -Mənim sizdən xahiş etdiyim adamın pula ehtiyacı yoxdur. O, sadəcə olaraq veriliş aparmaq istəyir.
    Yusif Kərimov bir qədər susub ehtiyatla, özünəməxsus təmkinlə hörmətli qonağın gəlişinin xoş məramını qeyd etdi, onun xeyirxahlıq missiyasını alqışladı və nəhayət sözünün sonunda əsas bir məsələni vurğulamağı da unutmadı:
    -Biz istedadlı adamları özümüz də əl-əl axtarırıq. Amma bizə həm istedadlı, həm də məhz pula ehtiyacı olan, qonorarla dolana bilən adamlar lazımdır. Bilmirəm fikrimi nə dərəcədə ifadə edə bildim...
    Deyəsən, bir qədər eyhamla, üstüörtülü deyilən sözlər həmin adamı qane etdi.
    Tələbəlik dövrü başa çatandan sonra mən təyinatla Saatlı rayonunda bir müddət müəllim işlədim, sonra ərizə verib oradan əsgərliyə getdim. Əsgəri xidməti başa vurduqdan sonra Bakıya döndüm. Artıq Yusif Kərimov televiziyada işləmirdi. Öyrəndim ki, o, Bakı Ali Partiya məktəbində təhsil alır. Mən yenə mətbuatla, radio və televiziya ilə əməkdaşlıq etməyə başladım. Bir müddət sonra aspiranturaya qəbul olundum.
    Bir gün, səhv etmirəmsə 1981-ci ilin lap əvvəllərində eşitdim ki, təhsilini başa vuran Yusif Kərimov “Azərbaycan gəncləri” qəzetinə redaktor təyin olnub. Onun köhnə bir yazıçı həmkarı ilə yeni təyinat almış redaktoru təbrik etməyə getdik. Yusif müəllim bizimlə səmimi, xöş bir ovqatla görüşdü. Söhbət əsnasında mənim iş-gücümlə maraqlandı. Aspiranturada təhsil aldığımı bildirdim.
    O, bığaltı gülümsıyib dedi:
    -Demək, elm adamı olmaq istəyirsən. Əlbəttə, bunu təqdir edirəm. Amma sən həm də jurnalist kimi fəaliyyətini davam etdirə bilərsən. Əgər istəsən bizim qəzetlə də əməkdaşlıq edə bilərsən. Yoxsa jurnalistikadan birdəfəlik əl çəkmək istəyirsən?
    Mən zarafatla dedim ki, hələ bu sahədə sözümü tam deməmişəm, yazmaq istəyirəm.
    Beləliklə, mən qəzetin rəsmi əməkdaşı oldum. Ədəbi işçi kimi fəaliyyətə başladım. Doğrudur, oradan maaşa qol çəkmirdim. Amma təxminən aspirant təqaüdü həcmində qonorar alırdım. O vaxtlar “Azərbaycan gəncləri” respublikanın ən populyar qəzetlərindən biri, bəlkə də birincisi idi. Qəzetin tirajı bəzən yarım milyona çatırdı. Cəsarətli yazılar əks-səda verirdi. Bu gün ədəbiyyat və elm aləmində fəaliyyət göstərən bir çox tanınmış simaların ilk yazıları məhz həmin qəzetdə dərc olunmuşdur. Məmləkətdə tanınmaq üçün tək bir uğurlu yazının “Azərbaycan gəncləri” qəzetində çıxması kifayət idi. Gün ərzində redaksiyaya gələn saysız-hesabsız oxucu məktublarını və teleqramları bir neçə adam “uçota” alıb qurtara bilmirdi. Qəzetdə yaxşı, istedadlı, işgüzar bir kollektiv vardı. Qəzet öz fəaliyyətini davam etdirənə qədər, təxminən on beş il öz yazılarımla çıxış etdim. Elə indinin özündə də “Azərbaycan gəncləri” qəzetinin keçmiş əməkdaşları ilə əlaqələrim, xoş ünsiyyətim qalmaqdadır.
    Sonrakı müddətdə Yusif Kərimov öz jurnalistlik fəaliyyətini bir sıra dövlət təsisatlarının mətbuat xidmətinin rəhbəri kimi davam etdirdi. İlk baxışda o, fəal yaradıcılıqdan uzaqlaşmışdı. Amma bu, yalnız məhz “ilk baxışdan” belə görünürdü. Əslində onun əlinə yaxşı bir fürsət düşmüşdü: indi Yusif müəllim ürəyində illərdən bəri gəzdirdiyi mövzularıları qələmə almaq istəyirdi. Həm də bədii mövzüları... Axı Yusif Kərimov həm də öz dəsti-xətti olan bir yazıçıdır.
    Ötən illər ərzində Yusif Kərimovun “Bir buta gül”, “Tavridada şimşək çaxır”, “Üçbucaq”, “Gün ötər, geri dönməz”, “ Qırmızı sahil”, “Lalə və kəpənək”, “Pərişan eşqim”, “İtkilər və ümidlər”, “İçimə açılan pəncərə”, “Qarabağ şikəstəsi”, “Əbədiyyət yolu” və digər kitabları nəşr edilmişdir.
    Bir müddət əvvəl yazıçının çox sanballı bir kitabı nəşr edilib. “İşğal vadisi” adlanan bu tarixi romanda Azərbaycanın ikiyə parçalandığı dövrün fonunda baş verən tarixi hadisələr qələmə alınmışdır. Belə hesab edirəm ki, həmin əsər həm ədəbiyyatçılar, həm də tarixçilər üçün maraqlı bir bir tədqiqat obyekti ola bilər.
    Yusif Kərimovun hələ dərc olunmamış əsərləri də var. Əminəm ki, yaxın gələcəkdə oxucular onun yeni kitabları ilə də tanış olacaqlar.
    Onun yaradıcılıq fəaliyyəti daim dinamik bir inkişafla, yüksəlişlə müşayiət olunmuşdur. Və indi “Yüksəliş” sözünü yazarkən birdən xatırladım ki, həmin söz Yusif müəllim üçün daha doğma olmalıdır. Axı o, ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsində təhsilini başa vurduqdan sonra bir müddət Beyləqan rayonunda nəşr olunan "Yüksəliş" qəzetində çalışmışdır.
    Bu qeydləri tanınmış yazıçı, publisist, jurnalist, ictimai xadim Yusif Kərimov haqda yubiley yazısı kimi də qəbul edə bilərsiniz. Çünki bu ilin yazında onun 75 yaşı tamam olur. Yusif müəllim yenə əzəliki gənclik həvəsi ilə işləyir. Yəni bu yüksəliş səngimir, davam edir.
    Düzü, onunla yaxın ünsiyyəti olan, yaradıcılığına, həyat və fəaliyyətinə yaxından bələd olan heç bir kəs Yusif müəllimə “ahıl” deməyə cürət etməz. Baxmayaraq ki, o, həm də Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədridir.
    Biz bu əziz günlərində Yusif Kərimova cansağlığı, yaradıcılıq uğurları, bir sözlə, yeni yüksəlişlər arzu edirik.

    P.S.
    Yusif Kərimov 15 oktyabr 2018-ci ildə vəfat etmişdir.
    Allah rəhmət eləsin.
































    İşıq axtaran adam
    (Gülhüseyn Hüseynoğlu)

    “Gülhüseyn Hüseynoğlu barədə bir şey yaza bilərsənmi?” Vaxtilə qələm dostlarımdan birinin (Azər Abdullanın) təklif təriqli ilə verdiyi sual mənimçün bir qədər gözlənilməz oldu. Niyə məhz mən? Niyə məhz Gülhüseyn Hüseynoğlu barədə?
    … Və qarışıq düşüncələrimdən boy verən həmin suallara əsaslı cavab axtarmadan Gülhüseyn müəllim barədə müxtəsər də olsa söz demək qərarına gəldim. Axı, mənim bu sadə (bəlkə də sadəlövh), qəribə, çılğın, zahirən tündməcaz, əslində isə xeyirxah adam haqqında öz qənaətlərim vardır. Məsələ burasındadır ki, Gülhüseyn Hüseynoğlu vaxtilə adını evimizdə tez-tez eşitdiyim yazıçılardan biri olub. Bu da səbəbsiz deyildi. Söhbətə aydınlıq üçün xatırlatma: 50-cı illərin sonunda universitetin filoloji fakültəsini (qiyabi) bitirən atamın, mərhum Qədimalı Mustafayevin diploma rəhbəri Gülhüseyn müəllim olmuşdu. Uşaq ədəbiyyatının tədqiqinə həsr olunmuş həmin işi G.Hüseynoğlu bəyənib tərifləmiş, yüksək qiymətləndirmişdi. O vaxt məşəqqətli sürgündən Vətənə təzəcə qayıdan Gülhüseyn müəllimlə bağlı atamın söylədikləri indi də yadımdadır.
    O da yadımdadır ki, evimizdə Gülhüseyn müəllimin öz dəsti-xətti, avtoqrafı ilə yazıb atama bağışladığı bir kitab da vardı: “Aydın gecələr”. “Avtoqrafın” nə olduğunu mən bəlkə də ilk dəfə onda bilmişəm.
    Sonralar mən Gülhüseyn müəllimin mənsur şeirlərini, lirik hekayə və povestlərini, Müşfiqlə bağlı tədqiqatlarını oxumuşam. Gülhüseyn Hüseynoğluyla həyatda “əyani” tanışlığımız isə sonralar olub. Bizi 60-cı illərin “köhnə tanışlarını” bir-birinə təqdim edən dayım yazıçı Nahid Hacızadəyə Gülhüseyn müəllimlə “ilk tanışlığımızın” tarixini xatırladanda üçümüz də gülüşdük… Gülhüseyn müəllimin dedikləri indi də yadımdadır: “Hə, yaxşı xatırlayıram atanı. Gədəbəydən Qədimalı müəllim... Ziyalı adam idi. Gərək ki, özü də müharibə iştirakçısı olmuşdu. Belə de... Mənim ilk diplomantlarımdan biri olub”.
    Mənim Gülhüseyn Hüseynoğlu ilə bir neçə “atüstü” görüşüm olub və hər görüşdən sonra məndə belə bir təəssürat yaranıb ki, yaşı yetmiş beşi keçmiş yazıçı epik əsərlər yazmağa qadirdir bir sənətkardır. Gülhüseyn müəllimin keçdiyi zəngin, mürəkkəb həyat yolu, təcrübəsi, taleyi və nəhayət, qələmi bu cür düşünmək üçün əsas verir. Ağır sürgün həyatı yaşamış, dünyanın, necə deyərlər hər cür sərt üzünü görmüş G.Hüseynoğlu kimi adamın epoxal əsərlərində daha çox lirik təəssüratlara üstünlük verməsi bəlkə də özlüyündə qəribə təsir bağışlayır. Görəsən, ağır epik təhkiyə nə üçün yüngül lirik təsvirin ayağına verilib? G.Hüseynoğlu niyə həyatın faciələrini yox, romantikasını qələmə alır? Onun öz yaradıcılığında tünd yox, əlvan rənglərə üstünlük verməsi nə ilə bağlıdır?
    Bu sulların cavabını yəqin ki, Gülhüseyn Hüseynoğlunun öz tərcümeyi-halında, həyat kredosunda axtarmaq lazımdır: o, hər yerdə işıq axtarır, hətta zülmət gecələrdə də… Bu işıq sənətkarın yazılarına da hopub.
    “YAZIÇI”, “OĞUZ ELİ” qəzetinin ayrıca buraxılışı, sentyabr 2001-ci il

    Artıq qeyd etdiyim kimi, Gülhüseyn Hüseynoğlu həssas, emosional, çılğın bir adam idi. Bu keyfiyyətlərinə onun sadəlövhlüyünü, hətta deyərdim ki, qəribəliklərini də alavə etmək olar. İndi bu sətirləri yazarkən bu sadə və sadəlövh insanla bağlı yaddaşımda qalan bəzi epizodları xatırlayıram.
    1980-ci illərin əvvəllərində “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi vəzifəsində çalışırdım. Bir dəfə Gülhüseyn müəllim redaksiyaya gəlmişdi. Hamımız onu hörmətlə qarşıladıq. Gülhüseyn müəllim öz mənsur şeirlərini gətirmişdi. Şöbə müdiri, şair Tofiq Mütəllibov söz verdi ki, yazılar qəzetin yaxın saylarında işıq üzü görəcək və sonra etiram əlaməti olaraq onu qapıyacan ötürdü. Görüşüb ayrılarkən Tofiq Mütəllibov onun əlini sıxıb dedi:
    -Gülhüseyn müəllim, əynindəki paltonun çox gözəl rəngi var.
    Gülhüseyn müəllim başını aşağı dikib öz əynindəki paltoya üstdən-yuxarı diqqətlə nəzər salıb dedi:
    -Necə bəyəm? Nəyə görə belə deyirsən?
    -Payızın rənginə oxşayır,- deyə, Tofiq Mütəllibov cavab verdi.
    Səhər tezdən Gülhüseyn müəllim artıq redaksiyada idi. Hamımız təəccübləndik. O, Tofiq Mütəllibova yaxınlaşıb dedi:
    -Sən dünən mənim paltomun rəngini nə üçün payızla müqayisə etdin?
    Tofiq Mütəllibov çaşqın halda dedi:
    -Dünən səbəbini dedim də... Payızın rənginə oxşayır.
    Gülhüseyn Hüseynoğlu bir qədər əsəbi halda dedi:
    -Sən mənim payız kimi qocalmağıma işarə edirsən.
    Şair and-aman etdi ki, qətiyyən belə bir istəyi olmayıb:
    -Ay Gülhüseyn müəllim, vallah, mən sizi yox, paltonuzun rəngini payıza bənzətmişəm. Sizin özünüz də, mənsur şeirləriniz də bahar kimi təravətlidir...
    Gülhüseyn müəllim razılıq edib getdi...
    Mənsur şeir demişkən, onu tanıyanlar yaxşı bilir ki, yazıçı ən çox bu janra müraciət edənlərə və Müşfiqdən yazanlara qısqanclıqla yanaşırdı. Yadımdadır, bir dəfə Nahid Hacızadə və Əlibala Hacızadı ilə EA-nın qarşısındakı bağda gəzişərkən Gülhüseyn müəllimlə rastlaşdıq. Görüşüb əhvallaşdıq. O, üzünü Nahid müəllimə tutub dedi:
    -Nahid, mən səndən çox razıyam.
    -Nəyə görə?-deyə, Nahid müəllim soruşdu.
    Gülhüseyn müəllim:
    -Sən əvvəllər mənsur şeirlər yazırdın... Yaxşı ki, ta yazmırsan.
    Nahid müəllim gülərək dedi:
    -Gülhüseyn müəllim, yazmağına yazıram ey, amma ta onları “məsur şeir” kimi yox, “miniatürlər” başlığı altında çap etdirirəm. Mən “sizin janra” müdaxilə edə bilmərəm ki...
    Özümü saxlaya bilməyib dedim:
    -Əlibala Hacızadə də əvvəlllər o janrda yazırdı, amma ta başqa janra keçib....
    Gülhüseyn müəllim mənə üz tutub soruşdu:
    -Bəs sən özün necə?
    Mən gülərək dedim:
    -Mən o janra qətiyyən müraciət edə bilmərəm. Onun İvan Turgenevdən sonra Gülhüseyn Hüseynoğlu kimi bilicisi var.
    Gülüşdük.
    Nahid Hacızadə dedi:
    - Gülhüseyn müəllimin “Mücrü”sü doğrudan da şedevrdir...
    Yenə bir maraqlı əhvalat.
    Gülhüseyn Hüseynoğlu çox dəqiq, düzgün, obyektiv, təmənnasız bir adam idi. Hətta, öz tanışları ilə belə bir masa arxasında oruranda öz yediyinin hesabını özü ödəyərdi. Biz onunla bir neçə dəfə birgə nahar etmişik və hər dəfə də, bizim təkid və israrımıza baxmayaraq, naharın pulunu “alman qaydasında” özü verib.
    Bir dəfə şair Oqtay Rza ilə birgə nahar etməli olurlar. Gülhüseyn müəllim deyir ki, bəlkə adama yüz iyirmi beş qram içək. Oqtay Rza etiraz etmir. Yazıçı dükandan 250 qramlıq araq götürür. Yaməkxanaya gedib xörək sifariş edirlər. Sonra arağı yarıbayarı bölüb içirlər. İçkini Gülhüseyn müəllim aldığı üçün Oqtay Rza irəli durub yeməyin pulunu vermək istəyir. Xörəkpaylayan pulun artıq çatdığını bildirir. Məlum olur ki, kiçik xərci Oqtay Rzanın keçmiş tələbələrindən biri ödəyib. Onlar “ödəyiciyə” təşəkkür edib eşiyə çıxırlar. Avtobus dayanacağına çatanda Gülhüseyn müəllim Oqtay Rzaya deyir:
    -Oqtay, indi avtobus gələcək...
    Oqtay Rza deyir:
    -Gəlir gəlsin də... Ustad, yoxsa yenə nəsə planınız var?
    Gülhüseyn müəllim deyir:
    -Oqtay, bilirsən də, bayaq o 250 qramlıq arağı mən götürmüşdüm.
    -Bəli, bilirəm. Təşəkkür ustad.
    -Amma yeməyin pulunu sənin keçmiş tələbən verdi.
    -Bəli, ona da təşəkkür, ustad.
    -Gərək sən özün ödəyəydin...
    -Nə fərqi var ki, ustad? Bir də ki, biz adama, rus demişkən yarım “pors” xörək yemişik. Elə böyük xərc deyil ki...
    -Oqtay, onda arağın pulunu yarı bölməliyik. Biz üç manat yarımlıq araq içmişik. Yarısını sən ödəməlisən... Necə deyərlər, “alman hesabı”, yəni “nemetski şot” daha düzgün variantdır.
    Oqtay Rza ustadının xasiyyətini bildiyi üçün dinməz-söyləməz cibindən çıxarıb iki manat uzadır və Gülhüseyn müəllim qalığı- 25 qəpiyi ona qaytarır...
    Gülhüseyn Hüseynoğlu böyük vətəndaş, gözəl alim, maraqlı insan, istedadlı yazıçı, təcrübəli pedaqoq idi.
    Onun bütün əsərlərində bir işıq, bir ziya var. Gülhüseyn Hüseynoğlu həyatın hər üzündə, hər qatında işıq axtaran adam idi.
























    Böyük ürəyin nağılı
    (Yazıçı Əlfi Qasımov haqqında)

    Mənə elə gəlir ki, ötən əsrin 70-ci illərində yaşamış adamların hafizə və leksikonunda ilişib qalan bir neçə sözdən biri də “yarış” sözüdür. O “yarışlardan” bəzisi (məsələn, deyək ki, “sosializm yarışı”) indi adamlarda müəyyən kinayə hissi də oyada bilər və bu hissi normal qarşılamaq olar. Həyatımızda başqa bir yarışın doğurduğu hissi isə yəqin ki, bu gün çoxları xoş bir nastalji ilə xatırlayır. Bu, kitab oxumaq yarışı idi. Əgər birinci yarışda “yuxarıların” müəyyən təqdir, təbliğ, təşviq vasitələri rol oynayırdısa, ikinci hal öz təbii axarı ilə “həyata keçirilirdi”. O dövrün öz ab-havası və öz sevimli kitabları vardı. Desəm ki, həmin kitablardan biri də yazıçı Əlfi Qasımovun “Adilənin taleyi” kitabı idi, yəqin səhvə yol vermiş olmaram. Düzdür, həmin kitab, mənim haqqında söhbət açdığım vaxtdan, yəni 70-ci illərdən xeyli əvvəl yazılmışdı. Amma mənim yeniyetməlik və ilk gənclik dövrüm həmin illərə təsadüf edir və “Adilənin taleyi” romanının da necə əldən-ələ gəzdiyini o zaman görüb müşahidə etmişəm.
    Mən hələ məktəb və tələbəlik illərində Əlfi Qasımovun “Qızıburunda tək məzar” və “Məni qınamayın” kitablarını, habelə, qəzet və jurnal səhifələrində tez-tez dərc olunan publisistik məqalələrini oxumuşdum. Onun əsərlərində real həyat hadisələri öz canlı təsviri ilə diqqəti çəkirdi. Bunlar həyatın özü kimi sadə, müəllifin özü kimi səmimi əsərlər idi. Mən bu qənaətə, əsasən sonralar, yazıçının özü ilə şəxsi tanışlıqdan və onunla qısamüddətli ünsiyyətdən sonra gəldim.
    Düz deyirlər ki, hər bir sənətkarın yaratdığı əsər daha çox onun öz müəllifinə bənzəyir. Bu sözləri elə Əlfi Qasımova və onun əsərlərinə də şamil etmək olar. Əlfi müəllim çox sadə, səmimi, nikbin. zarafatcıl bir adam idi. Mənim onunla tanışlığım yazıçı (həm də mənim dayım və dostum) Nahid Hacızadə vasitəsi ilə olmuşdu. Təbii ki, bizim aramızda böyük bir yaş fərqi vardı və mən o zaman ahıl hesab etdiyim adamlarla ünsiyyətdən qaçmağa çalışırdım. Amma Əlfi müəllimlə bir neçə görüşdən sonra onun təvazökar bir insan olduğunu görmüş, hətta, bir növ bu sadə insanın özünün yaratdığı isti münasibətin, şən atmosferin təsiri ilə onun iştirak etdiyi məclisin ab-havasına qaynayıb qarışmışdım.
    Yəqin ki, bu gün Əlfi Qasımov haqqında söhbət açanlar onun xarakterinin artıq qeyd etdiyimiz cəhətləri ilə yanaşı, mühüm bir nüansı da xüsusi olaraq qeyd edə bilərlər; bu, yazıçının həmişə öz dostlarının əhatəsində olmasıyla bağlıdır. Belə adamlara xalq arasında “ürəyiaçıq” və ya “məclis adamı” deyirlər. Bəli, o, həqiqətən məclis adamı idi. Mən bir neçə dəfə Əlfi müəllimin məclislərində iştirak etmişəm. O, bir çox üzdəniraq kəslər kimi, bu cür məclislərin havasında öz əzəli xasiyyətindən tamam uzaqlaşan, kiminsə xətrinə dəyən, hay-küy qoparan birisi deyildi. Əksinə, mənim müşahidəmə görə, Əlfi Qasımov belə vaxtlarda daha həssas, daha diqqətcil olurdu. O, mənim yadımda ətrafındakı adamlarla yüksək mədəniyyət və ehtiramla davranan, geniş erudisiyalı, yüksək ədəbi zövqlü, zəngin mütaliəsi və zəhmətsevərliyi ilə seçilən bir insan kimi qalıb.
    O, televiziyada yeni kitablarla bağlı bir veriliş aparırdı (səhv etmirəmsə, həmin verilişin adı “Kitab rəfi” idi) və adətən, studiyaya öz qonaqlarını da dəvət edirdi. Xatırımdadır, həmin verilişlərin birində şairlərdən Vilayət Rüstəmzadə, Nurəngiz Gün və Rauf Soltan da iştirak edirdi. Əlfi müəllim onların hamısını özünəməxsus bir eşqlə, çox böyük səxavətlə, böyük şövqlə tamaşaçılara təqdim etdi. Aydınca hiss olunurdu ki, yazıçı öz qələm dostlarına böyük sayğı və ehtiram bəsləyir. O, ümumiyyətlə, söz adamları haqqında həmişə böyük ürəklə söhbət açardı. Etdiyi xeyirxahlıqdan, yaratdığı xoş ovqatdan xöşhal olan bir insandı Əlfi Qasımov. Amma bəzən bu cür təqdimatlara ağız büzənlər də olurdu. Yadımdadır ki, bir dəfə şairlərdən biri ədəbi-dram verilişləri redaksiyasının baş redaktoruna şikayət təriqiylə dedi:”Əlfi Qasımov hamını tamaşaçılara epitet və tərif dolu cümlələrlə təqdim edir və belə çıxır ki, onların hamısı nəhəng sənətkardır”. Baş redaktor Nahid Haçızadə öz qələm dostunun xasiyyətinə yaxşı bələd olduğu üçün ciddi tərzdə dedi: “Adətən, həmkarlarımız öz dostlarının efirdə sözə və tərifə xəsislik etdiyindən şikayət edirlər. Siz isə Əlfi Qasımovun seir-sənət adamlarını səmimiyyətlə təqdim etməsini tənqid edirsiniz. Yazıçının öz qələm dostları haqqında belə böyük ürəklə danışması onun öz böyüklüyündən irəli gəlir”.
    Həqiqətən, Əlfi Qasımov böyük ürəkli, xoşrəftar, təvazkar, sadə, təpədən-dırnağacan səmimiyyətdən yoğrulmuş bir insan idi. Bizi onun ölümündən illər ayırır. Amma yazıçının işıqlı xatirəsi onun dostlarının və oxucularının qəlbində yaşaytır.







    Yanardağı tanıyırdınızmı?
    Söhbət Sabir Yanardağdan gedir

    Sabir Yanardağın bir müddət əvvəl vəfat etdiyini dünən bir tanışdan təsadüfən eşitdim..
    Həyatı mübarizələrlə, işgəncələrlə və... qəribəliklərlə dolu bir adam idi.
    Deyilənə görə, həyatının son illərini və günlərini ahıllar evində yaşayıb. Nikbin bir adamdı. Güclü yumor hissi vardı.
    Sabir bəylə yaxın dost olmasam da çoxdan ünsiyyətim vardı. İxtisasca filoloq olan Sabir bəy vətənsevər, yurdsevər bir insan idi. O, bir sıra elmi və siyasi yazıların müəllifi idi.
    Sabir bəy ömrünün 90-cı ilində dünyaya əlvida dedi.
    Allah rəhmət eləsin.
    03.06.18
















    Xəyyam bəy əbədiyyətə qovuşdu...

    İndicə eşitdim ki, böyük bəstəkar Xəyyam Mirzəzadə
    vəfat edib.

    Çoxdan tanış idik. O, hətta, biz görüşəndə mənə ehtiramla “dostum” deyərdi. Mən isə ona çox vaxt “Xəyyam bəy” deyə müraciət edərdim. Onun təbiətində bir bəyzadəlik, əsilzadəlik vardı.
    Maestro mənim bir çox pyeslərimin musiqisin yazmışdı. Xatırlayıram ki, əksər tamaşaların premyaralarına ailəlikcə gəlməyi xoşlayardı.
    Olduqca zarafatçıl, nikbin, hazırcavab bir adamdı.
    Təxminən bir il öncə “Yazıçılar poliklinikasında” rastlaşdıq.
    Onun mənzili, səhv etmirəmsə, elə həmin poliklinikanın üst qatında idi. Evə dəvət elədi. Təşəkkür etdim.
    Əlində əsa vardı. Zarafatla dedim:
    -Maestro, əlindəki bu əsa nədir?
    Zarafata zarafatla cavab verdi:
    -Bu mənim əsam deyil ki... Qonşu üçün almışam.
    Gülüşdük.
    Foyedəki divanda əyləşib bir xeyli söhbətləşdik. Xəstəliyi haqda bir kəlmə də söz açmadı.
    Baməzə əhvalatlar danışdı. Bəli, həmişəki təki nikbin idi. Mənim yeni yazılarımla maraqlandı. Dedi ki, gəl müştərək bir şey yazaq, məsələn, muzikl, operetta tipli bir şey...
    Bəstəkar, pedaqoq, insan və bütün bu sözlərin, bu təyinlərin hamısının önündə “böyük” sözü yazılmağa layiq olan Xəyyam bəy Mirzəzadə haqq dünyasına qovuşdu...

    30.07.18





























    “MƏNSURİYYƏ” HARAYI
    Məşhur xanəndə Yaqub Məmmədov vəfat edib

    Böyük sənətkarımız Yaqub Məmmədovun ölümü mənim çoxdan unutduğum, amma görünür yaddaşımın hansı qatındasa indiyəcən dipdiri, oyaq qalan bir xatirəni təzədən dirçəltdi. Bu xatirə əslində Yaqub Məmmədovla birbaşa ilişgili olmasa da, məhrum müğənninin sehrli səsi ilə bağlıdır…
    İsti yay günəşi göydən od ələyirdi. O vaxt mən Muğan bölgələrindən birində - rayon mərkəzindəki məktəbdə müəllin işləyirdim. Şagirdləri pambıq yığımına aparmışdıq. Mən uşaqların belə isti havada işləməsinə qətiyyən razı deyildim. Özüm dağ yerində doğulub böyüdüyüm üçün istinin – bürkünün əlindən qaçmağa bəhanə axtarırdım. İndi belə bir “bəhanə” ələ düşmüşdü. “Rəhbərliklə” aramızda olan mübahisədən sonra hirslənib özümü verdim çayxanaya. Ağacların sərin kölgəsinə çəkilib çay sifariş elədim. Az keçməmiş müəllim həmkarım Məmməd Təhməzov göründü. Görüşüb hal-əhval tutandan sonra hamıya “elli” deyə müraciət edən Məmməd, birdən əlini dodağının üstünə qoyub pıçıldadı:
    - Sus, elli… Qulaq as…
    Əvvəlcə heç nə anlamadım. Sonra diqqət kəsilib uzaqdan gələn səsi-şirin zəngulələri ayırd etməyə başladım. Məmməd xalq mahnılarının xiridarı və Yaqubun səsinin vurğunu idi. Radio dalğalarında səsi ərşə bülənd olan Yaqub Məmmədov idi: “Mənsuriyyə” oxuyurdu.
    Mahnı başa çatandan sonra Məmməd sanki özünə gəlib ah çəkdi:
    - Elli, yəqin biz söz desəm Tanrı məni bağışlayar. Yaqub “Mənsuriyyə” oxuyanda elə bilirəm ki, Allahın özü haray qoparır. Elə bil bizim bu millətin halına ağı deyir Allahın sədası… O günün altında qovrulan uşaqlara, bu yanan səhraya, zalımlığa, şərə qarşı qiyam səsidir. Yaqubun “Mənsuriyyə”si.
    …Aradan xeyli ötdü. Bir neçə il əvvəl Yaqub Məmmədovla tanış oldum. Yanında Təbrizdən gəlmiş bir qonağı da vardı. Deyəsən, elə onun özü də Cənub ellərindən təzəcə qayıtmışdı. Qış idi. Xanəndə qaragül dərili papağını əlinə alıb muğam sənətinin dünəni, bu günü barədə şirin-şirin söhbət edir, məzəli əhvalatlar söyləyirdi. Sözünün axırında dedi:
    - Qorxuram muğam sənəti get-gedə yetimləşə, sonsuz qala…
    Elə bil ürəyinə nəsə dammışdı. Ürəyimdən keçdi ki, təskinlik verim, amma susdum.
    …Mən bir vaxt Muğan səhrasında radio dalğalarında “Mənsuriyyə”sini dinlədiyim sənətkarın ölüm xəbərini də radiodan eşitdim… Yaddaşımda yenə onun ölməz zəngulələri əks-səda verirdi…
    Nə qədər ki, “Mənsuriyyə” var, Yaqub da yaşayacaq.
    Allah rəhmət eləsin.
    “MƏDƏNİYYƏT” qəzeti, 13 iyul 2002-ci il










    Tarixçi Möhsün Əliyevi xatırlayan varmı?

    O adamı indi olsun ki, çoxları unudub.

    Düzü, az qala elə mən özüm də onu yaddan çıxartmışdım. Halbuki səmimi salam-əleykimiz vardı. İndi birdən-birə xatırladım onu. Sanki həmin adam qəfildən bütün görkəmi, hərəkəti, danışığı, rəftarı, qeyri-adiliyi ilə gözümün önündə canlandı.
    80-ci illərin 2-ci yarısından etibarən ilk Respublikamız haqda ilk sanballı, orijinal yazıların müəllifi o idi, desəm yəqin ki, səhv etmərəm. EA-da eyni mərtəbədə, müxtəlif elmi-tədqiqat müəssisəsində çalışırdıq. Qaraşın, arıq bir adamdı. Nimdaş geyimi vardı. Həmişə əsəbi görünürdü.
    Çoxlarının yaxınlaşıb söz deməyə cürət etmədiyi Ziya Bünyadova “sən” deyə müraciət edər, xoşu gəlməyən adama söyərdi. Hə, orsını da xatırladım ki, bir dəfə (90-cı illırin ortasında) həbs olunmuşdu və məhz küsülü olduğu Ziya Bünyadovun zəmanəti ilə azadlığa buraxılmışdı. Valideynləri repressiya qurbanı olmuşdu. Tək yaşayırdı. Səhv etmirəmsə, əslən Nardaran kəndindən idi. Zahirən adamayovuşmaz olsa da, daxilən həlim bir adamdı.
    İxtisasca memar idi. Di gəl ki, daha çox tarix elmi ilə məşğul olurdu.
    Demokratik Respublikanın (AXC-nin) qurucuları haqqında maraqlı, təkrarsız silsilə yazıları ilə bir çox mətbuat orqanlarında, ən çox da o vaxtkı populyar “Odlar Yurdu” qəzetində sıx-sıx çıxış edərdi.
    Söhbətin qəhrəmanı tarixçi, rəssam, araşdırmaçı Möhsün Əliyev çoxdan haqq dünyasına qovuşub...
    Haqqında söhbət gedən qəzetin redaktoru isə həmin dövrdə əsl maarifçi, ziyalı, naşir, pedaqoq dostumuz Ramiz Əsgər idi. Yəqin ki, Ramiz bəy nə vaxtsa memurlarını qələmə alanda Möhsün (Mövsüm) Əliyev haqda daha ətraflı yazacaq.



























    “Məhəbbət əfsanəsi”
    Arif Məlikov gözlərini əbədi yumdu

    Canlı klassiklərimizdən biri də əbədiyyət dünyasına köçdü...
    1990-cı ilin yanvarında Bakıda baş verən qırğına görə Moskvada SSRİ-nin o vaxtkı Baş katibi Qorbaçovun üzünə “mən bu cinayətə görə məhz sizi ittiham edirəm”-deyən, öz Vətənini göz bəbəyi kimi sevən, ölməz əsərlərin müəllifi Arif Məlikov gözlərini əbədi olaraq yumdu.
    Mən onunla tanış idim. Arif müəllim düzlük, ədalət, həqiqət heykəli idi.
    Onun “Məhəbbət əfsanəsi” baleti dünyanın bütün sivil ölkələrinin teatrlarında səslənmişdi, təkcə bizim ölkəmizdən başqa.
    Son qəmin olsun, Vətən...

    09.05.19.













    Səyavuşu xatırlayarkən…
    Səyavuş Sərxanlı haqqında

    Adətən, qələm adamının sözü ilə tanışlıq onun özü ilə olan tanışlığı qabaqlayır. Mənim də Səyavuşla ilk tanışlığım onun yaradıcılığından başlayıb. Hələ orta məktəbdə oxuyarkən Səyavuş Sərxanlının şeirləri, publisistik yazıları ilə tanış idim. Onun “Qayit” adlı kitabı haqda mətbuatda çoxlu təqdiredici rəylər söylənilmişdi. Şagird yoldaşlarım arasında onun şeirlərini əzbərdən bilənlər də az deyildi. Bizə dərs deyən müəllimlər arasında şairlə eyni vaxtda – eyni universitetdə təhsil alan, onunla tanış olan müəllimlərimiz də vardı.
    Xatırlayıram. Maşınqayırma zavodunun yataqxanasında o zaman bir qrup cavan şairlə görüş keçirilirdi. Görüşün təşkilatçılarından biri də mən idim. Çıxışçılar arasında ən çox alqışlanan S.Sərxanlı idi. Onu auditoriyaya sevdirən başlıca cəhət Səyavuşun səmimiyyəti, oxuduğu şeirlər və təbii ki, bir də yüksək natiqlik qabiliyyəti idi. Görüş iştirakçıları, xüsusən Səyavuş Sərxanlı, şeirsevər gənclərin gətirdiyi gül yağışının altinda qalmışdı. Unudulmaz anlar idi. Həmin görüşdən sonra yadiğar şəkil çəkdirdik və həmin şəkil indiyəcən mənim şəxsi arxivimdə qalmaqdadır.
    Xatırlayıram. Moskvada çap olunan (padio və televiziya verilişlərindən bəhs edən), nüfuzlu jurnallardan birinin üz qabığında S.Sərxanlının dayım - yazıçı N.Hacızadə ilə birlikdə şəkli çap edilmişdi. Təsadüfən Səyavuşla “Tarqovı”da- Landau yaşayan binanın yaxınlığında rastlaşdıq. Qoltuğumdakı jurnalda öz şəklini ğörüb uşaq kimi sevindi. Yaxınlıqdakı köşkdən bir dəstə jurnal alıb zarafatla dedi: ”Bu cür xoş xəbərləri yalnız Şamxor (Şəmkir-red.) konyakı ilə yumaq olar”.
    O illərdə şair, bəlkə də öz şöhrətinin zirvəsində idi. Xüsusilə, “Ulduz” jurnalında davamlı çap edilən, öz üslub tərzi, mövzü dairəsi ilə seçilən silsilə yazıları, Az. TV-də ardıcıl olaraq apardığı vətənpərvərlik ruhu ilə dolu verilişlər Səyavuşu çox geniş bir auditoriyanın fövqünə qaldırmışdı.
    Xatırlayıram. İnstitutu bitirəndən sonra bir müddət təyinat yerində, daha sonra isə hərbi xidmətdə olduğum üçün, Bakıdya az-az yolum düşürdü. Nəhayət, elə bir vaxt gəldi ki, aspiranturada təhsilimi davam etdirmək üçün Bakıya köçəsi oldum. Bir dəfə Səyavuşla rastlaşdım. Mənim arabir mətbuatda çıxan yazılarımdan söhbət açdı, xoş sözlər dedi. Şair dostlarından birinin ona haqsız hücumundan, haqqında qeyri-obyektiv məqalə yazmağından ğileyləndi. Görüşüb ayrılanda Səıyavuş işləriyi jurnalda mənim yolumu yeni yazılarla birgə gözlədiyini dedi. Yarızarafat-yarıciddi dedim ki, ta ədəbiyyatdan uzaqlaşıb elmə-fəlsəfəyə keçmişəm.
    Xatırlayıram. 90-cı illərin ortalarında Səyavuşun çalışdığı “Azərbaycan” jurnalında “…Qapı…” romanım çap olunmuşdu. İlıq bir yay günü idi. Jurnalın ysaradıcı heyəti ilə birgə Dənizsahili parkda - açıq səma altda, yaşıllıqlarla əhatə olunmuş yeməkxanalardan birində, toplaşmışdıq. Təbii ki, bu xoş gündə qələm dostlərım mənim haqqımda xoş sözlər deyir, əsərın məziyyətlərindən söz açırdılar. Həmin dövrdə həmin jurnalda çalışan Səyavuşun çıxışı yaxşı yadımdadır. O, əsəri geniş təhlil etdi, romanın ilk baxışda, ilk oxunuşda “görünməyən”, “gizli” tərəfləri barədə orijinal fikirlər söylədi.
    Xatırlayıram. Yazıçılar Birliyində rastlaşdıq. Səyavuş gürcü yazıçısı Nodar Dumbadzenin “Əbədiyyət qanunu” romanını tərcümə etdiyini söylədi. Amma əsərin (yəni tərcümənin) çarının bir çox çətinliklərlə üzləşdiyini qeyd etdi. Sonra gün-güzərandan, həyatın çətinliklərindən, torpaqlqrımıza qarşı qəsddən söhbət düşdü. Mən qəfildən yadıma düşən və söhbətin axarına uyğun gələn iki misranı ona xatirlatdım:

    Dünyanın işindən
    baş açmaq üçün
    Bir başın içində
    min baş gərəkdir.
    Səyavuş azacıq fikrə gedib dedi ki, bu misraları kim deyibsə yaxşı deyib. Mən güldüm. O, təəccüblə üzümə baxdı. Mən bu şeirin kimə məxsus olduğunu soruşdum. O, çiynini çəkib: “Bilmirəm”-deyə, cavab verdi.. Mən şeirin müəllifinin... məhz onun özünün, yəni Səyavuş Sərxanlının olduğunu bildirəndə şairin sifətindəki təəccübü əsl uşaq heyrəti əvəz etdi. Arayış üçün deyim ki, Səyavuş bizim söz adamları arasında öz dərin mühakiməsi ilə yanaşı, kəskin yaddaşı ilə fərqlənən sənətkar idi. Həmin anlarda Səyavuş əlini-əlinə vurub qəşş elədi: “Bu da mənim tərifli yaddaşım...”
    Mən Səyavuşu xatırlayarkən gözlərim önündə onun unudulmaz obrazı canlanır. Alovlu publisist, orijinal şair, istedadlı tərcüməçi kimi ədəbiyyatımızda onun öz yeri, öz dəst-xətti vardır.
    Məncə, Səyavuş Sərxanlının obrazı və şeirləri poeziyasevənləırin yaddaşında həmişə yaşayacaq.
    2007
    p.s.
    2020-ci ilin sonunda Daşkəndə özbəkcə çıxan kitabımın təqdimatına getmişdim. Yeni ili orada qarşıladım. Dekabrın 31-də Yazıçıların yaradıcılıq evinin foyesində gəzişərkən bir nəfər gülərüz adam mənə yaxınlaşıb özünü təqdim etdi:
    -Eşitdim ki, Azərbaycandansınız. Tanış olaq- Abdulla Şir...
    Tanış olduq. Sən demə Səyavuşla Moskvadakı Ədəbiyyat İnstitutunda iki il bir yerdə təhsil alıbmış. Abdulla ağa hər gün öz sadiq dostu ilə bağlı xatirələrini danışırdı. Ayrılanda söz verdi ki, əgər Azərbaycana yolu düşsə mütləq Şəmkirə gedəcək, Səyavuşun məzarına baş çəkəcək....

    2020






















    Eldar Baxışla bağlı kiçik bir xatirə

    Bu gün mərhum şair Eldar Baxışın 70 yaşı tamam oldu.
    Təqdim olunan yazını kiçik bir xatirə kimi qəbul edə bilərsiz.
    Artıq 90-cı ilin Qanlı yanvarı arxada qalmışdı.Adamlar yavaş-yavaş müdhiş stressdən, ağrılı-acılı günlərin qurğuşun kimi ağır yükünün altından çıxmaqda idilər.
    Azərbaycan radio və televiziyasında verilişlər bərpa olunmaqda idi. Mən o zamanlar TV-də iki elmi-bədii veriliş aparırdım: “İdrak” və “İlğım” verilişlərini.
    Bir gün Eldar Baxış çəkiliş studiyasının qapısı ağzında məni “yaxaladı”.
    -Hara tələsirsən belə?
    -Bir azdan çəkiliş başlayır,-dedim.
    Eldar:
    -Çəkilişdən sonra görüşək, bir çay içək, -dedi. Sonra da gülüb zarafata keçdi:- Lap adaq da içə bilərik.
    Həmin gün görüşdük. Biz onunla çoxdan tanış idik.
    Bir az ordan-burdan danışandan sonra Eldar mətləbə keçdi:
    -“Səs” arlı bir qəzet yaranır, yeni nəşrin təsisçisi “Əlincə” cəmiyyətidir, redaktorluğu mənə təklif ediblər. Düzü, səni də qəzetin redaksiya heyətində görmək istəyirəm. Özün bilirsən ki, mən sərbəstliyi sevən adamam, elə qəzet də mənim özüm kimi, daha doğrusu, onun bütün əməkdaşları və yazarları kimi sərbəst olacaq. Razılığını almaq istəyirəm.
    Razılıq verdim. Qəzetin ilk sayı 1991-ci ilin yanvarında işıq üzü gördü. İlk nömrəni xüsusi “qeyd etdik”.
    ...Bir dəfə Eldarla şəhərdə rastlaşdıq. Məni görəndə əllərini yana açıb gülə-gülə üstümə sarı gəldi, qucaqlaşıb öpüşdük.
    -Bilirsən, indi haradan gəlirəm.
    -Haradan bilim ki, haradan gəlirsən?..
    -Şınıxdan gəlirəm ey.... Gedib sizin kəndə çıxmışdım. İnanmırsan? Soruşdum, dedilər ki, Nahid Hacıyev Düzrəsulluda doğulub, Firuz Mustafayev də İsalıda. Düzmü deyirəm?
    Gülüb dedim:
    -Tam doğru. Düppədüz. Gərək mənə də deyəydin, birlikdə gedəydik...Yaxşı, xeyir ola, nə gəzirdin o tərəflərdə?
    -Düzü, ürəyimdən keçdi ki, səninlə birgə gedim. Amma qəflətən bir maşınlı adam çıxdı. Dedi ki, elə indi gedək. Getdik... Ermənilərlə görüşüb bir yazı yazmaq istəyirdim.
    -Zarafat edirsən?
    -Yox, ciddi sözümdür.
    -Görüşə bildin?
    -Əlbəttə... “Əyri yol”, “Hörük daş” deyilən yerlər var ha, Mutudərənin yalında...
    -Bəli var.
    -Bax oradan bir az yuxarıda erməni əsgərləri keşik çəkir. Bizim əsgərlərin müşayiəti ilə erməni postunun yaxınlığına getdim. Təpənin üstündəki ermənilər atəş açmaq istəyirdilər. Bizim əsgərlər ucadan dedilər ki, jurnalist gəlib, sizin komandirlərə deyiləcək sözü var... Beləliklə, mən ermənilərlə üz-üzə durub onların başına bir xeyli “ağıl” qoydum... Yazı sabahkı sayımızda çıxır. İstəsən, qəzeti al oxu...
    Mən səhərisi gün “Səs”də Eldarın erməni komandirləri ilə dialoqunu oxudum... Çox maraqlı bir yazı idi...
    23.06.17




    Vaqif Səmədoğlu. Azad adam

    Arada bir Səməd Vurğunun virtual və vizual “düşmənləri”, yəni yeni dövrün “proletkultçuları”-cığırdaşlar, onu da atasına, böyük S.Vurğuna qatıb ya söyür, ya tənqid edir, ya da necə deyərlər, “ilişirddilər”.
    Əvvəllər deyirdilər ki, oğul ataya görə cavabdeh deyil. İndi deyəsən vəziyyət dəyişib: həm ata oğula görə, həm də oğul ataya görə cavabdeh imiş.
    Vaqifin orojinal, böyük, istedadlı şair olduğunu sübuta bir ehtiyac yoxdur.
    Nə isə... Sözüm bunda deyi, həm də bundadır.
    Hər dövrün öz qanmazları və yaramazları olur. 20-ci əsrin nadanları öz toxumlarını 21-ci əsrə də səpələyiblər.
    Hə, Səməd Vurğun demiş...
    O günləri biri mənə deyir ki, Səməd Vurğun Leninə və Stalinə əsər həsr edib. Beləsinin bizim tarixdə qalmaq haqqı yoxdur.
    Soruşdum ki, bəs kimlərin haqqı var? Dedi ki, Üzeyir bəyin, Müşfiqin, Cavidin...
    Dedim ki, hər ikisi dahi sənətkar və böyük şəxsiyyətlərdir. Amma yəqin sənin xəbərin yoxdur ki, Üzeyir Hacıbəyov Stalinə kantata, Müşfiqsə poema həsr edib. Cavid də “Azər” poemasında sosializmi mədh edib...
    “Dostum” gözünü döyə-döyə qaldı. Elə bildi ki, zarafat edirəm.
    Amma mən həqiqəti deyirdim.
    Yox, söhbətin məğzi bu deyil.
    Məsələ burasındadır ki, mənim dostum bir müddət əvvəl mənə rast gələndə belə bir şikayət etmişdi: “Görəsən indiki qəzetlər, kitablar nədən yazır? Düzü, mənim indi yazılanlardan xəbərim yoxdur. Bilirsizmi, mən bu “latın dilini” oxuya bilmirəm”. O, latın əlifbasını nəzərdə tuturdu, amma elə bilirdi ki, əlifba yox, dil dəyişib.
    Bəs bu nadanda bizim milli ədəbiyyatımıza nifrət haradan qaynaqlanırdı? Çox güman ki, “dostumu” ədəbiyyatın üstünə yeni dövrün “proletkultçuları”- cığırdaşlar qısqırtmışlar. O cümlədən antiVurğunlar və antiVaqiflər.
    Daha bu dünyada nə Səməd Vurğun var, nə də Vaqif Səmədoğlu.
    Amma onların ŞEİRİ var.
    ...”Şairə, şeirə hörmət də vardır”...
    Bəli, dahi Səməd Vurğunun istedadlı oğlu Vaqif Səmədoğlunu itirdik. O, harada olsa tam əminliklə deyə bilər: “İlahi, mən burdayam”. Və İlahi onu həmişə öz nəzərində saxlayacaq.
    Sən təpədən-dırnağacan AZAD bir adam idin. Və elə buna görə də özünü azadlıq övladı adlandırmağın yerinə düşəndir.

    Sən mənim
    doğma anamsan, Azadlıq,
    mən sənin
    yad qapısında böyümüş balan. ..
    Sən son ümidimin qaldırdığı
    ağ bayraqsan, Azadlıq,
    mən səni
    yellədən külək.

    Nur içində yat, Vaqif Səmədoğlu

    …və buradaca Vaqif bəylə bağlı bir əhvalat yadıma düşdü…
    Vaqif Səmədoğlu niyə hirslənmişdi?
    Şairdən kimlər və nəyə görə şikayət etmişdilər?

    Aradan illər keçsə də cənublu dostum Arazın söylədiyi maraqlı bir əhvalat indiyəcən yadımdan çıxmayıb. Əslində dostumun əsl adı sənəddə ayrı cürdür, mən ona daim “Araz” deyə müraciət etdiyimə görə indi də elə o cür yazıram. Əslində busayaq müraciət etməyimin səbəbkarı da o özü idi...
    Yadımdadır, isti avqust Günəşi adamları karıxdırmışdı. Biz isə Tehranda, bu qaynar-boğucu havada dar küçələrlə, necə deyərlər, səllimi gəzişirdik. Mən istini və Günəşi çox sevirəm. Nisbətən geniş küçələrdən birinə təzəcə qədəm qoymuşduq ki, dostum əlini irəli uzadıb soruşdu:
    -Görürsən o binanı, Firuz bəy?
    -Görürəm,-dedim.
    Ö gülümsəyib dedi:
    -Bananın qarşısına vurulmuş lövhədə yazılanları oxuya bilərsən?
    Çiynimi çəkib dedim:
    -Yox... Amma hərflər tanış gəlir.- Və gülüb zarafatla əlavə etdim: -Həbəş dilində yazılıb deyəsən...
    Araz dedi:
    -Hə, təxminən elə bir şeydir... Gördüyün bina hayların səfirliyidir. Düz deyirsən, həbəşlərlə hayların əlifbası bir-birinə çox oxşayır... Bax onun yaxınlığındakı o bina isə oteldir.
    Mən sakitcə onu dinləməli oldum.
    Araz bəy başladı bu iki bina ilə bağlı təəssüratını, “xatirələrini” danışmağa:
    -Bir neçə il əvvəl Vaqif Səmədoğlu buraya gəlmişdi. Axtarıb məni tapdı. Mən onunla Bakıdan tanışam, bir neçə dəfə görüşmüşdüm. Nə isə... Şairin zənginə laqeyd qalmadım. Vədələşib görüşdük. Vaqif bəy bax orada, o odeldə qalırdı...
    Sonra müsahibim sanki başladığı söhbətə mənim reaksiyamı yoxlamaq istəyirmiş kimi soruşdu:
    -Yəqin ki, Vaqif bəylə tanışsan?
    -Əlbəttə.
    -Bakıya qayıdanda salam deyərsən... Hə, onu deyirəm. Biz şairlə eyvana çıxdıq. Ordan-burdan söhbət etdik. Vaqif dedi ki, bilirəm buralarda içmək qadağandır, amma nəsə fikirləşmək lazımdır. Mən onun eyhamını anladım. Dedim ki, çalışıbıb bir şey təşkil edərik. O, mənim etirazıma baxmayaraq zorla cibimə pul basdı. Gedib bir tanışdan içki aldım. Yeməkxanadan xörək sifariş verdik. Yeyib-içəndən sonra otel otağının eyvanına çıxdıq. Mən söhbət əsnasında indi sənə göstərdiyim o binanın kimə məxsus olduğunu bildirdim. Bayaqdan sakitcəsinə söhbət edən Vaqif bəyin sanki birdən-birə əhvalı dəyişdi, qanı qaraldı. Sinəsini eyvanın sürahisinə dayayıb qonşudakı binaya sarı qəzəblə baxaraq rusca nəsə dedi. Düzü, mən onun nə dediyini anlamadım.
    Az sonra otağımıza mühafizə xidmətinin adamları gəldi. Bildirdilər ki, şikayət var, polisə getməliyik. Mən dedim ki, adam qonaqdır, senatordur, şairdir. Dedilər ki, izahat almaq lazımdır. Hiss etdim ki, gələn dəstənin başçısı türkdür, azərbaycanlıdır. Onu kənara çəkdim. Başladıq öz dilimizdə danışmağa. Onunla gələn dəstə dəhlizə çıxdı. Mən dedim ki, qonaq azərbaycanlıdır. Mühafizəçi laqeyd-laqeyd mənə baxıb çiynini çəkdi, yəni nə olsun ki? Sonra əlavə edib dedim ki, “sən Azərbaycanda yaşamış bir şair var, yəqin ki, onun adını eşitmisən”. Mühafizəçi candərdi soruşdu ki, “kimdir, nəmənədir o şair?..” Mən yaxşı bilirəm ki, buradakı bütün azərbaycanlılar həmişə Bakı televiziyalarının kanallarına baxır. Odur ki, fürsəti əldən verməyib dedim: “yəqin Səməd Vurğunun adını eşitmisən”. O, diqqətlə mənə baxıb dilləndi: “Baba, o kişinin adını kim eşitməyib ki? Mən onun Azərbaycan, Bakı, Araz haqqındaki şeirlərini əzbər bilirəm. Sən indi Vurğunun adını nə üçün çəkdin axı?” Mən dedim ki, bax bu gördüyün şenator, Səməd Vurğunun ağludur, özü də şairdir, ad-soyadı Vaqif Səmədoğludur... Mühafizəçi üzümüzə diqqətlə baxaraq bizimlə əl tutub xudahafizləşdi, dəhlizdə onu gözləyən dəstəyə yaxınlaşıb: “Getdik”- deyə, göstəriş verdi. Mən onda Vaqif bəyə zarafatla dedim ki, bax köməyimizə rəhmətlik atan gəldi... Şair kədərli-kədərli gülümsəyib bar xeyli susdu və handan-hana dedi: “Düz deyirsən, Araz”.
    Bax, bəzən belə işlər də olur.
















    “Ay Taleh, yoruldun, bezdin, eləmi?”
    Şair Taleh Həmid son ünvana səfər etdi...

    Bu gün səhər tezdən eşitdim ki, şair Taleh Həmid vəfat edib.
    Çox üzüldüm.
    Mən onu çoxdan tanıyırdım. Həssas şair, istedadlı redaktor, cəsarətli publisist idi.
    Özünəməxsus yumoru vardı. Dərdini həmişə ürəyində daşıyırdı.
    O, qısa bir zaman kəsiyində qardaş itkisi, övlad dağı çəkmiş bir insandı.
    Taleh son illər çox ağır xəstəliklərin sınağından çıxmışdı. Buna baxmayaraq nikbin idi. Yaradıcılıqla ciddi məşğul olurdu.
    Son görüşümüz, səhv etmirəmsə, ötən il olmuşdu.
    Mən adətən Talehlə görüşəndə belə deyirdim:
    -Bu il ötən ilkindən yaxşı görünürsən.
    Söhbətimizə yenə bu ifadə körpü oldu.
    O, əlini dən düşmüş saçlarında gəzdirib dedi:
    -Var ol. Dost gözü ilə baxırsan...
    Bir xeyli müasir ədəbiyyatın, elmin durumundan söhbət etdik.
    Pyeslərimi oxuduğunu, amma macal tapıb tamaşalara baxa bilmədiyini dedi.
    Zarafatla dedim ki, son vxtlar sən də keçmisən dramaturgiyaya. Gülümsünüb:
    -Hə, elə bir şey var. Aşıq Dilqəm haqda pyes yazmışam, -dedi.
    -Uğurlu olsun.
    O, birdən ciddiləşərək diqqətlə üzümə baxıb dedi:
    -Bura bax, səndən bir şey soruşum.
    Mən də eyni ahənglə:
    -Buyur, Taleh bəy,-dedim.
    -Sən bu öz yeri-yurdu, öz kəndi-kəsəyi olan adamların öləndə burada, yəni Bakıda dəfn olunmağına necə baxırsan? Məsələn, mənim fikrim mənfidir... İndi az qala dirilərin yox, ölülərin torpaq davası gedir.
    -Mən də yaxşı baxmıram, -dedim. Sonra əlavə etdim: -Bizim soydaşlarımızın bir qismi məcburən şəhərlərə səpələnib, onların vəziyyətini başa düşmək olar. Amma sən demiş, o birilərinə nə düşüb ki, burada qəbir yeri davası edirlər?
    Taleh gülümsədi:
    -Bilirdim ki, bu məsələyə sən də elə mənim kimi baxırsan... Adam gərək sağ olanda haqq dünyası haqda da fikirləşsin. Mən binamızda yaşayan həmkarlarıma, dostlarıma bəzən yarızarafat deyirəm ki, gəlin şərt kəsək, vəsiyyət edək ki, öləndə bizi öz doğulduğumuz yerlərdə dəfn etsinlər... Düzdür, bəzən mənə irad tutub deyirlər ki, deyəsən kənd-kəsək qocalanda yadına düşüb. And-aman edirəm ki, elə deyil, mən bu şəhərdə iş-gücə görə ilişib qalmışam. Bir parça çörəyin pulunu haradansa qazanmalıyıq ya yox? Öz sənətimlə bağlı iş olsa köçüb gedərəm Şəmkirə... Elə sən özün də məncə gedərsən öz rayonuna. Amma hara gedəsən, gedib Şınıxda fəlsəfə dərsi və ya nə bilim politologiya-psixologiya dərsi keçəsi deyilsən ki?
    Mən onun dediklərini təsdiq edib dedim:
    -Bu mənada Səyavuş Sərxanlının Şəmkirdə dəfn edilməsi düzgün addım idi.
    -Mənim elə qələm dostlarım var ki, bu şəhərdə dəfn edilib. İndi bu milyonlarla qəbrin arasında onları necə axtarıb tapım? Amma məsələn, yolum Qazaxa düşəndə Osman Sarıvəllinin, Ağstafaya düşəndə Hüseyn Arifin qəbrinə baş çəkirəm. Şəmkirə hər yolum düşəndə mütləq Səyavuşun qəbrinin üstə gül-çiçək qoyuram.
    -Ruhları şad olsun.
    - Amin. Sənə bir şey deyim, evdəkilər indidən yaxşı bilirlər məni harada dəfn etmək lazımdır.
    Mən mövzunu dəyişmək üçün dedim:
    -Ölüm-itimdən danışmaq hələ tezdir, Taleh bəy. Maşallah, özün də ötən ilkindən yaxşısan. Çap olunan cildlərini də görmüşəm. Otur yazı-pozunla məşğul ol. Hələ əzrayılla görüşümüzə çox var.
    Taleh gülüb dedi:
    -O alçaq əzrayıl gələndə adama bir xəbərdarlıq edir ki?
    -O, xəbərdarlıq etsəydi nə olacaqdı ki?
    -Hər halda yır-yığışımızı edib bu səfərə vaxtında bir hazırlıq görərdiik.
    Gülüşdük.
    Görüşüb ayrıldıq.
    Düz dörd il əvvəl, çisəkli bir payız günü, dəqiq zaman ünvanı ilə desəm 2012-ci il noyabr ayının 1-ində yazdığı “Oldu” rədifli qoşmasında belə yazmışdı:

    Ömür dediklərin keçir beləmi,
    Ay Taleh, yoruldun, bezdin, eləmi?
    Çiyninə yük olan o qəm şələni
    Nə görən, nə də ki, alanlar oldu.
    Taleh Həmid öz son ünvanına səfər etdi. Çox tələsdi.
    Qəbri nurla dolsun.
































    Arifə bir işarə...
    Arif Əmrahoğlunu xatırlayarkən...

    Ariflə nə vaxt, harada tanış olduğumu tam təfərrüatı ilə xatırlamıram. Hətta, mənə elə gəlir ki, bizim tanışlığımız, dostluğumuz lap uşaqlıq vaxtlarımızdan başlayıb. Amma indi bu sətirləri yazarkən belə bir qəti qənaətə gəldim ki, bizim ilk “salam-əleykümüz” ötən əsrin 70-ci illərinin ortalrına təsadüf edir. Yəni bizim ən azı 35-40 illik bir dövrü əhatə edən doğma, yaxın ünsiyyətimiz olub.
    Heç bilmirəm bu tarixi nə üçün xatırla(t)malı oldum. Axı hələ insanlar arasında ünsiyyət yaradan zamanın məsafəsi özündə hələ heç də hər şeyi ehtiva etmir. Adam var ki, bir ömrün yarısı boyu tanıyırsan, amma bu tanışlığa ömrün qalan yarısında təəssüf edirsən. Amma elə insanlar da var ki, ötəri bir tanışlığın işığı, işartısı daim qəlbində, yaddaşında qalır. Arif məhz belə bir insandı.
    Biz Ariflə uzun müddət Elmlər Akademiyasında çalışmışıq: o, Ədəbiyyat institutunda, mən isə Fəlsəfə və Hüquq institutunda. Aspiranturada oxuduğumuz illərdə görüşlərimiz daha sıx, daha bol olurdu. O illərdə vaxtımızın çoxu Mərkəzi kitabxanada keçirdi.
    Arif elə o vaxtdan zəhmətkeş, işgüzar bir elm adamı kimi diqqəti cəlb edirdi.
    Zahirən adamayovuşmaz təsiri bağışlasa da daxilən çox həlim, isti, qılıqlı bir insan idi.
    Mən adətən ya Ariflə görüşəndə, ya da onunla xudahifizləşəndə zarafatla: “Arifə bir işarə”-deyərdim.
    Bir müddət Az.Tv-də verilişlər (“İlğım” və “İdrak” verilişləri) aparırdım və Arif tez-tez həmin verilişlərə dəvət edilirdi. O, həmçinin radio və televiziyanın o zamankı ədəbi proqramlarının ən fəal çıxışçılarından biri idi. Onun ədəbi və həyati proseslərə məntiqi yanaşması, özünəməxsus baxışı həmişə maraq doğururdu.
    Ötən əsrin 80-ci illərindən sonra qəzet və jurnal səhifələrində Arif Məmmədov imzası daha parlaq şəkildə boy verməyə başladı. Bu sətirləri yazarkən mən onu da xatırladım ki, həmin dövrdə iki adam eyni ad və soyadın daşıyıcısı idi. Arif Məmmədovlardan biri daha çox folklor və musiqidən, digəri isə ədəbi prosesdən yazırdı. Bəzən “bizim Arifi” Konservotoriyada işləyən Arif müəllimlə səhv salanlar da olurdu. Sonralar Arif öz atasının adını soyad kimi qəbul etdi.
    Mən Arifin müdafiə etməsini, onun toyunu, o toyda qol götürüb oynayan atasını və dostlarını, onun ilk övladının olmasını, ilk kitabının çapdan çıxmasını və bütün bu əlamətdar hadisələri yaxın ətrafı ilə birlikdə “qeyd etməyimizi” yaxşı xatırlayıram. Və bütün bu olaylar həm də ona görə yadda qalıb ki, orada bizim həyatımızın, xüsusən gəncliyimizin, bir parçası yaşamaqdadır.
    O, müxtəlif yerlərdə-Nizami muzeyində, Prezident Aparatında işlədi, bir sıra ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul oldu. İşlədiyi sahələrdə xətir-hörmət sahibi idi.
    Arif hamıya kömək etmək istəyirdi. Ömrünün son illərində o, AYB-də katıb vəzifəsində çalışırdı. Bilənlər bilir, yazı-pozu adamlarının arasında ərköyün, emosional, hətta, kifayət qədər cığal adamlar da az olmur. Arif bu mürəkkəb təşkilatın bütün üzvləri ilə dil tapır, ən azından onlarla ümumi bir “ortaq məxrəc”, “konsensus” axtarırdı. Ən “davakar” qələm adamları belə onun xətrini istəyirdilər.
    O, çox zəhmətkeş, əzmkar bir insan idi. Dərs deyir, elmi-tədqiqat işləri ilə məşğul olur, tərcümələr edirdi.
    Dostlara qarşı çox diqqətli və həssas adam idi.
    2013-cü ilin yayını xatırlayıram. AYB-də görüşüb ordan-burdan söhbət etdik. Arif mühüm seçki kompaniyasının təşkil və təbliğində iştirak etmək üçün Gədəbəyə gedəcəyini dedi: “Sənin vətəninə gedirəm. Sən bu yay harada olacaqsan?” Gülüb dedim ki, mən də sənin vətəninə gedirəm. Həqiqətən, mən həmin yayı Gürcüstana istirahətə getdim. Biz bir müddət sonra görüşdük. Arif özünün Gədəbəy təəssüratından fərəhlə danışmağa başladı: “Vallah, sizin yerlər, o dağlar, o bulaqlar, o çaylar mənə öz yerlərimizi xatırlatdı. İnşallah, yenə gedəcəm o yerlərə. Amma bu dəfə birlikdə gedərik”. Mən gülüb dedim ki, bu səfər sənə düşüb, xeyli cavanlaşmısan. O, əlini-əlinə vuraraq: “Bura bax, bəyəm qocalmışıq ki?”-deyə, ürəkdən güldü. Bu anlarda sanki onun geniş sifətinə gen-bol bir işıq yayıldı. Mən həmişə olduğu kimi ona: “Arifə bir işarə”-dedim.
    Arif ömrünün ən mənalı, yaradıcılığının ən məhsuldar bir dövründə dünyasını dəyişdi. Mən indi onu xatırlayanda ürəyimdən keçir ki, kef-əhvalını soruşub yenə həmişəki qaydada: “Arifə bir işarə” deyəm. Amma Arif yoxdur, ariflər isə çox azdır.











    “Kitabınızı diqqətlə oxudum, çox bəyəndim...”
    (Fuad Poladovun xatirəsinə)

    Səhnəmiz öz nəhənglərindən birini itirdi...
    O, dünyaya may ayında gəlmişdi, elə bu ay da dünyadan köçdü...
    Fuad Poladovu kiməsə təqdim etməyə bir ehtiyac yoxdur. O, milyonların sevimlisi idi.
    Aktyorluq çox çətin peşədir. Mənim tanışlarım arasında bu sənətin nümayəndələri az deyildir. Əksər hallarda aktyorlar öz şəxsi istək və arzularından asılı olmayaraq müxtəlif tamaşalardakı müxtəlif rollarda oynamalı olurlar. Təbii ki, onların şəxsi həyatında ifa etdikləri bu rollardan nəsə qalır. Hətta, bəzən ifa edilən rollar həm onların özlərinin, həm də tamaşaçı auditoriyasının, daha doğrusu tamaşaçıların həyatına bu və ya digər şəkildə təsir göstərir. Görünür, aktyorların yaratdıqları obrazların tez-tez fərqləndiyinə işarə olaraq həyatda hər gün bir “rola”, bir “dona” girən və aktyorluq peşəsinə qətiyyən dəxli olmayan bir çox adamlar haqqında belə bir ifadə işlədilir: “Filankəs aktyorluq edir...”
    Fuad böyük aktyor idi, amma heç zaman “artistlik” etmirdi. O, bütöv şəxsiyyət idi. Möhkəm xarakteri, yüksək mənəviyyatı olan bir insan idi. Dözümlülük nümunəsi idi. Sağalmaz xəstəliyə mübtəla olduğunu bilsə də, həyat eşqini qoruyub saxlamağa çalışırdı.
    Çoxdan tanış idim Fuadla. Ötən əsrdə, 70-lərin ortasında onun “Darıxma, ana” (N.Dumbadze) əsərində yaratdığı Avtandil obrazı o zamankı gənclik tərəfindən böyük bir hərarətlə qarşılanmışdı. Bu personajin haqsızlığa, ədalətsizliyə qarşı söylədiyi monoloq çoxlarının yadındadır. Elə Fuad özü də bütün həyatı boyu haqqın və ədalətin yanında oldu.
    Sonralar onun film və tamaşalarda oynadığı onlarla rol yaddaşlara, ürəklərə köçdü.
    Fuad Poladovun yaradıcılıq fəaliyyəti əsasən Akademik Milli Dram Teatrını ilə bağlı olub. Gəlin bir anlığa onun həmin teatrın səhnəsində ifa etdiyi, ərsəyə gətirdiyi rolları yada salaq.
    Ferdinand -"Məkr və məhəbbət"(Fridrix Şiller), Fərhad - "Məhəbbət əfsanəsi", (Nazim Hikmət), Nizami - "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Baron - "Həyatın dibində", (Maksim Qorki), Rauf -"Kərgədan buynuzu"(Maqsud İbrahimbəyov), Mirzə Səfi – "Mirzə Şəfi" (Nəbi Xəzri), Rəhman, Valeh, Salavan, Qədim, Mübarək, Həsənzadə, Səltənə - ("Mahnı dağlarda qaldı","Məhv olunmuş gündəliklər", "Qəribə oğlan", "Büllur sarayda", "Boy çiçəyi", və "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Hamlet, Benedikt ("Heç nədən səs-küy", "Hamlet" (Vilyam Şekspir), Şahbaz bəy - "Müsyö Jordan və dərviş Məstəli şah", (Mirzə Fətəli Axundzadə), Şöklü Məlik - "Torpağa sancılan qılınc" (Nəbi Xəzri), Çığatay - "Yağışdan sonra "(Bəxtiyar Vahabzadə), Şah Qacar- "Şah Qacar", (Əli Əmirli), və sair....
    Fuad Poladovun ömrünün son otuz ili, daha dəqiq desək, 1989-cu ildən sonrakı mərhələ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlı olub. Onun həmin sənət ocağında yaratdığı bir-birindən fərqli rollar öz təbiiliyi ilə diqqəti çəkirdi.
    Bir anlığa təssəvür edin, bu qədər bədii xarakter bir insanın bioqrafiyasına necə yerləşirdi?.. Başqa sözlə, bir xarakterdə onlarla xarakter özünə necə yer tapırdı?.. Erve Monten - "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan), Daniel - " Tənha kişi üçün tələ" (R. Tom), Pavel Trunnikov - "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski), Lopaxin - "Albalı bağı" (A.P. Çexov), Yuliy Sezar - "Kölgələrin oyunu" (Y. Edlis), Stefan " -Qara dəlik" (Q. Stefanovski), İblis - "İblis" (H.Cavid), Sankiti Oba - "Aramızdakı kabuslar" (K.Abe), Eddi Karbone - "Eddi Karbone" (Körpüdən görünən mənzərə) (A. Miller), Stefan - " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare), Svetlovidov - "Ququşu mahnısı" (A.P. Çexov), Lord Avqust - "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou), Floran - "Müqəddəs bədheybətlər" (J.Kokto), Eduard Polumb - "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon), Həkim Korniş - "Əlçatmaz qadın" (S.Moema), Napaleon 1 - "Napaleon 1" (F.Brukner), Kardinal Vulsi - "Şah oyunları". (Q.Qorin), Həkim Dorn - "Qağayı" (A.P.Çexov), Herman Lyuis - "Qarışıq hisslər" (R.Baer) və s.
    Fuad Poladovun filmlərdə yaratdığı obrazlar da diqqətəlayiqdir.
    Mən Fuadla çoxdan tanış idim. Atüsta qısa söhbətlərimizdə əhvallaşar, sənət və həyatla bağlı söhbətləşərdik. Yadımdadır, düz on il əvvəl, yəni 2008-ci ildə onunla görüşərkən o vaxt yenicə nəşr edilmiş kitabımı ona təqdim etdim. Bu mənim ruscaya tərcümə edilmiş pyeslər kitabım idi. («Пьесы»-F.M.). Kitabda onbir pyes toplanmışdı. Aradan bir müddət keçdi. Onun çox zaman tək-tənha, əzəmətli, şax və şux yerişlə addımladığı küçədə- “Tarqovı”da rastlaşdıq. Fuadın qayğılı sifətindən ilıq təbəssün dalğaları keçdi. “Kitabınızı diqqətlə oxudum, çox bəyəndim”- deyə, dilləndi.
    Əlbəttə, bir dramaturq kimi mənim ürəyimdən keçirdi ki, Fuad pyeslərimdən birində rol oynasın. Bunu Fuad özü də arzu edirdi. Amma bu bizə qismət olmadı. Ötən qış biz qarşılaşanda o, sanki ürəyimdən keçənləri duyubmuş kimi yenə həmin ilıq, işıqlı təbəssümlə: “təəssüf ki, teatrda əsəri aktyor yox, rejissor seçir”-dedi.
    Fuad Poladov dünyamızı tərk etdi. Əlbəttə, tamaşaçılar istərdi ki, bu, Fuadın növbəti rollarından biri olsun. Amma təəssüf ki, Fuad rol oynamır. Bu sonuncu rolun müəllifi əcəldir.
    Fuad Poladovla teatr tariximizin bir epoxası başa çatmaqdadır.
    Əlvida, böyük sənətkar.
























    “O dağlar bizi bağışlamayacaq. Əgər...”
    Cavanşir Cahangirov haqq dünyasına qovuşdu

    37 rəqəmi məni həmişə diksindirir...
    İndi Cavanşir Cahangirovun vəfatı xəbərini eşidib çox mütəəssir oldum və onu da xatırladım ki, biz onunla düz 37 il əvvəl tanış olmuşduq.

    Cavanşir o zamankı Az.Tv-yə, necə deyərlər, birbaşa Universitet audito- riyasından gəlmişdi. Əsas iş yerim EA olsa da mən həmin illərdə televiziya ilə yaxından əməkdaşlıq edirdim.
    Yaradıcı kollektivlə tez isinişən, hamı ilə ünsiyyət quran Cavanşir özü ilə yeni bir ab-hava da gətirdi. Əslində bu, onun hazırladığı maraqlı verilişlərin ab-havası idi.
    Müəyyən yaşı və telezövqü olanların yadında olar: ötən əsrin 80-lərinin ikinci yarısında Cavanşir Cahangirovun hazırladığı və aparıcısı olduğu “Çay dəstgahı” verilişi geniş auditoriya tərəfindən çox maraqla qarşılanırdı.
    Yeri gəlmişkən orasını da deyim ki, mən həmin dövrdə “İdrak” və “İlğım” verilişlərinin aparıcısı idim və zənnimcə Cavanşirlə elə bir zahiri oxşarlığımız olmasa da bəzən bizi bir-birimizlə səhv salırdılar. Cavanşir yarıciddi-yarızarafat deyirdi ki, bir çox yerlərdə onu “mənim” verilişimin aparıcısı kimi qəbul edirlər. Doğrusunu deyim ki, məni də bəzi hallarda “onun” populyar “Çay dəstgahı”nın aparıcısı hesab edirdilər...
    İndi xatırlayıram: biz onun toy məclisində iştirak etdik. Və o toyda ən yaddaqalan epizodlardan biri də Qubadlıdan gələn xanəndənin qeyri-adi, haray dolu səsi oldu. Sonralar (indi adını unutduğum) həmin xanəndəni yada salanda Cavanşir dedi ki, artıq o adam rəhmətə gedib.
    Xatırlayıram: 1990-cı ilin 20 yanvar və 1993-cü il avqustun son günü Cavanşir necə də sarsılmışdı. Birinci tarixdə ölkəmizdə məşum Milli qırğın olmuş, ikinci tarixdə isə Qubadlı işğal olunmuşdu. Və bütün bu faciəli olaylardan sonra Cavanşir həyatın daha bir zərbəsini aldı- qardaşını da (səhv etmirəmsə adı Adil idi) itirdi.
    Cavanşir əsasən şəhərdə böyüsə də elə-obaya bağlı adam idi. O, Xalq yazıçısı Süleyman Rəhimovun bacısı oğlu idi.
    Xatırlayıram: Cavanşir bir zamanlar tez-tez doğma Qubadlıya gedər, adamların xeyir-şərində yaxından iştirak edərdi.
    Son illər arada görüşəndə köks ötürüb deyərdi: “Xoşbəx adamsan, vallah. Şınığın qədrini bil, çalış ömrünün çoxu orada keçsin. Məni bizim dağların nisgili öldürəcək... Düşmən əsirliyində qalan dağlar sinəmə dağ çəkir. Dayımın ilhamla vəsf etdiyi yerlər gözümün önünə gəlir. Dərindən düşünəndə az qalıram dəli olum. Əgər belə getsə... O dağlar bizi heç bir vaxt bağışlamayacaq... Əgər o dağları geri qaytarmasaq... Əgər...”
    Cavanşir Cahangirov uzun müddət, sərasər 37 il, eyni bir təşkilatda- AzTeleradioda çalışdı. Kiçik redaktordan ta Sədr müavinliyiinə qədər maraqlı, zəngin, dolğun bir həyat yolu keçdi.
    Hər gələn gün özü ilə yeni bir xəbər gətirir. Təəssüf ki, son illərdə bu xəbərlərin acısı şirinindən daha çox olur.
    İstedadlı jurnalist, tanınmış aparıcı, qayğıkeş ailə başçısı Cavanşir Cahangirov haqq dünyasına qovuşdu. Onun yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verirəm.

    Başın sağ olsun, Vətən.

    04.02.2020



























    Heyif səndən, Zöhrab Əmirxanlı...

    Əvvəlcə Natiq Cəfərlinin harayını “eşitdim”, sonra Məzahir Süleymanzadənin yazısını oxudum.
    Hər şey məlum oldu.
    Sarsıldım.
    Səninlə biz çoxdanın, lap çoxdanın tanışı idik.
    Ara-sıra görüşərdik.

    …Sonuncu dəfə bu ilki qışın sonlarında Səməd Vurğun bağında rastlaşdıq. Görüşdük, öpüşdük. Kimisə gözləyirdin. Həmişəki kimi çılğın idin, emosional idin. Ordan-burdan danışdıq. Sən zarafatla özünü mənim qəhrəmanımın qardaşı hesab edirdin. Məsələ burasındadır ki, “Cənnət çiçəyi” adlı son romanımın qəhrəmanı Əmirxanlı soyadlı bir alimdir. Səninlə famildaş olan Əmirxanlı da sənin kimi vicdanlı, ləyaqətli bir adamdır.
    İndi sənin mətbuatda çalışdığın vaxtları xatırlayıram.
    Hər sözün, hər kəlmənin “uğrunda” necə “vuruşduğunu” yada salıram. Sən elə həqiqət uğrunda da bu cür döyüşürdün.
    Arada Rusiyaya getdin, öz jurnalistlik fəaliyyətini orada davam etdirdin.
    Harada oldunsa xalqımızı, millətimizi, məmləkətimizi layiqincə təmsil etdin.
    Həyat yoldaşın Mehriban xanımın vaxtsız vəfatı səni çox sarsıtmışdı. Övladlarınla fəxr edirdin.
    Hər səhər Günəşi hamımızdan tez salamlayırdın.
    ...Bu səhərsə qara bir xəbər döydü ta sənin salamlaya bilməyəcəyin Bakı səhərinin qapısını.
    Nur içində yatasan, Zöhrab Əmirxanlı.






























    “Çovğunamı düşdün,"baharın" hanı?”
    Oruc İsgəndərli haqq dünyasına qovuşdu...

    İstedadlı, vətənpərvər, təvazökar, qeyrətli, ədalətsevər, gözü-könlü tox, ləyaqətli bir ziyalımızı itirdik.
    Oruc İsgəndərli uzun illər orta və ali məktəblərdə dərs demişdi. İxtisasca fizik idi, pedaqogika üzrə müdafiə edib alimlik dərəcəsi almışdı. Fizika üzrə maraqlı, orijinal dərsliyin müəllifi idi. Gözəl musiqi duyumu vardı.
    Oprc bəy əslən Şınış mahalından idi. Kəndlərimiz qonşu olsa da onunla sonralar, bir ali təhsil müəssində birgə işləyərkən daha yaxından tanış oldum.
    Dediyim kimi o, elmi dairədə füzüka mütəxəssisi kimi tanınırdı. Amma həm də gözəl poetik təbi vardı, bənzərsiz şeirlər müəllifi idi. Bir dəfə yanıma gəldi, qoltuğundakı qovluğu stolun üstünə qoydu. Bir qədər tərəddüd edə-edə dedi: “Vaxtınız olanda bir bu yazılara baxın”.
    O, gedəndən sonra qovluğu açdım. Orada şeirlər toplanmışdı. Onun poetik düşüncəsi mənim diqqətimi cəlb etdi. Oruc müəllimin şeirlərinə rəy yazdım və onun ilk kitabı həmin rəylə nəşr olundu.
    Oruc İsgəndərli haqq dünyasına qovuşdu. O, cəmi 52 il yaşadı.
    Onun öz səhifəsində paylaşdığı son şeir “Hanı” adlanırdı. Hanı? Bəli, bu sualı hər kəs özüvə vaxtında verməlidir.

    Doğru HANI?
    Gəldim görüşünə doğulduğum ev
    Qapını ot basıb,cığırın hanı?
    Bu boyda imarət tikən kişinin
    Nərəsi, harayı, çağırı hanı..?

    Sac üstdə ayrıydı əppəyin dadı,
    Atamın alnımdan öpməyin dadı.
    Qalmayıb gəlməyin- getməyin dadı
    Çovğunamı düşdün,"baharın" hanı?

    Hopubmu tavana hayı-küyümüz,
    Daşın, divarın da qalıb nəyimiz?
    Orda atımızın,bu inəyimiz,
    Burda qoyunların axuru hanı?

    Qonşu çəpərindən baxmazdıq-ayıb.
    Yaşlılar yanında coşmazdıq-ayıb.
    Dur gətir nəyin var, oturub sayım-
    Bir bilim gəlirin-çıxarın hanı?

    O çayda neçə yol selə düşmüşəm
    Nobatda borana ,yelə düşmüşəm.
    Şəhər haldan salıb, dilə düşmüşəm
    Görünmür bu yolun axırı, hanı?

    Məhlə qanqal-çayır, hasar töküntü
    Quruyb son yalı qabda itin ki...
    Oğul gərək dözə ,dura mətin ki-
    Od ocaq yeri yox, buxarın hanı?
    20 mart
    Doğrudan da HANI?

    03.06.2017



    Elegiya


    ελεγεια


    Bizi yaxınlaşdıran
    və uzaqlaşdıran zaman...

    (Tələbəlik dostum, gözəl insan, istedadlı alim Akif Məmmədov haqqında xatirələrim)

    -Salam, müəllim. Sizi narahat edən Akif müəllimin bacısı qızıdır.
    Mənim Akif adda bir xeyli-dost tanışım var. Amma ürəyimə damdı ki, söhbət Akif Məmmədovdan gedir.
    Zənnim məni aldatmayıbmış. Zəng edən xanım telefonda bunları da əlavə etdi:
    -Mən Akif müəllimin qohumu olmaqla yanaşı, həm də onun iş yoldaşı olmuşam. Onunla birlikdə işləmişəm. Adım Ruhəngizdir. İstəyirəm ki, onunla bağlı xatirələrinizi yazasız. Bildiyim qədər yaxın olmusuz...
    Həyatdı tərk etmiş dostlar haqda danışmaq, yazmaq nə qədər çətin olsa da, zamanın sərt və bəzən də çox amansız qanunları ilə razılaşmalı oluruq. Yəni bu dünyaya gələnlər bir gün bu dünyadan getməlidir. Bu, təbii ki, anlaşılandır. Amma adamı bir çox hallarda yandıran, cəmiyyət və millət üçün gərəkli adamların bu dünyadan vaxtsız köçməsidir.
    Akif Məmmədovla biz eyni qrupda oxumuşuq. İlk dərs günlərini xatırlayıram. Bu qarayanız, çəlimsiz, zahirən diqqəti o qədər də cəlb etməyən oğlan çox tezliklə onu tanıyanların sevimlisinə çevrildi.
    Akif ilk baxışda hamıdan uzaq gəzməyə çalışan, qapalı, sərt adam təsiri bağışlayırdı. Amma onun necə alicənab, duyğulu, səmimi bir adam olduğunu bilmək üçün bu “qapalı” insanla qısaca ünsiyyət kifayət edirdi. Onün özünəməxsus, xəfif yumoru vardı.
    Əlbəttə, tələblər arasında özünü “gözə soxmaq” istəyən, yüksək qiymət almaq üçün müxtəlif hiylələrə əl atanlar da olurdu. Belələri haqda Akif mənalı tərzdə “sifətlər” deyərdi. Bu, əslində elə “sifətsizlər” demək idi.
    Ucqar dağ rayonundan- Lerikdən o zamankı qaynar şəhər mühitinə düşmüş Akifi əhatəsində olduğu adamlara ilk mövbədə onun yüksək mədəniyyəti sevdirirdi. Akif hamı ilə dil tapan, həssas, zəhmətkeş, intellektual bir adamdı.
    O, dərs əlaçısı idi. İlk semestirdən tutmuş ta son buraxılış imtahanlarına qədər bütün fənlərdən aldığı qiymətlər yalnız “əla” idi. Arada bizim ümumi dostumuz Məhərrəm Balıyev ona zarafatla söz atardı: “Akif, arada bizim kimi bir “yaxşı” da al, sonra elə bilərlər ki, yalançı əlaçısan”. Təəssüf ki, artıq Məhərrəm haqda da keçmiş zamanda danışmalı oluruq.
    Akiflə adətən, ön sırada, arabir də orta sıralarda “neytral” bir partada əyləşərdik. Amma o, hərdən dalğın olar, özünə qapılar, əlini çənəsinə dirəyib küncdəki partaların birində oturar, sanki “gözdən-könüldən” uzaqda durmaq istəyərdi. Lakin harada əyləşməyindən asılı olmayaraq o, auditoriyadakıların hamısının diqqətini maqnit kimi özünə sarı çəkərdi. Bu cazibə, bu “özünəçəkmə” Akifin biliyi, məlumatı, sadəliyi, yuxarıda dediyim kimi, geniş erudisiyası ilə bağlı idi. O, bəzən müəllimlərin belə, cavab verə bilmədiyi sualları özünəməxsus bir təmkinlə “xırdalayır”, izah edirdi. Mənim bu əməksevər dostumun çox güclü yaddaşı, rəvan nitqi, məntiqi təfəkkürü vardı.
    Biz sonuncu kursda oxuyanda qara bir xəbər gəldi. Sarsıldım. Atam Qədimalı müəllim məktəbdə, dərsarası fasilə zamanı müəllimlər otağında qəflətən vəfat etmişdi. Qış imtahan sessiyamız təzəcə başa çatmışdı. Xəbəri eşidən kimi heç kəsə bir söz demədən yola düşdüm. Ağır anlarım, dərdli-qüssəli vaxtlarım idi. Sübh tezdən Qovlar stansiyasında qatardan düşüb Şınığa tərəf yola düşən avtobusa mindim. Hər tərəfi qar basmışdı. Mən mərkəzi magistraldan öz evimizəcən olan uzun bir yolu piyada qət etdim. Özümə yer tapa bilmirdim. Belə bir dərdli çağımda Akif qəfildən evimizdə peyda oldu. Mən təəccübləndim. Görəsən o, bu xəbəri haradan eşitmişdi? Akif yaşına yaraşmayan bir təmkinlə, yəni əsl müdrik, dünyagörmüş, aqil, ahıl insanlar kimi mənə ürək-dirək və təsəlli verdi. Gecə sübhəcən Akiflə dərdləşdik. Gənclik xəyallarımızı bölüşdük. Gələcəkdə hər ikimiz elm ardinca getmək niyyətində idik. Elə bu cür də oldu.
    Bizim evimiz İsalı kəndinin yuxarı hissəsində yerləşir. Buradan az qala Şınıxın bütün kəndləri görünür. Səhərisi günü artıq günəş çıxmışdı. Akif əlini gözünün üstə qoyub uzaqlara, sanki ağ-gümüşü qalaya çəkilmiş dağlara nəzər salaraq dedi:
    -Bir o qarlı dağlara bax. Sanki bizim Lerikin dağlarıdır. İlahi, dağlar da adamlar kimi bir-birinə necə oxşarmış...
    Biz bir neçə gündən sonra o “qalaylanmış” dağların ətəyi ilə burula-burula şəhərə baş alıb gedən yola çıxdıq və birlikdə Bakıya qayıtdıq. Artıq son semestrin dərsləri başlamışdı.
    Akif təyinatla o zamankı Puşkin rayonuna (indiki Biləsuvar rayonuna) getdi. Bir müddət orada müəllim işlədi. Qrup yoldaşımız Səadət xanımla ailə qurdu. Gözəl övladlar böyütdü. O, öz şəxsi-insani keyfiyyətləri ilə əslində elə anadangəlmə pedaqoq idi, müəllim idi.
    Sonralar Akif Bakıya gəldi, Təhsil Problemləri İnstitutunda, Təhsil Nazirliyinin jurnalında çalışdı. Dissertasiya müdafiə etdi, ciddi elmi əsərlər yazdı. Universitetlərdə dərs dedi.
    Ötən əsrin 90-cı illərinin ortasında mən “Maarifçi” adlı qəzetin baş redaktoru idim. Akifə zəng vurub dedim:
    -Bura bax, sən onsuz da anadangəlmə maarifçisən. Niyə bizim qəzet üçün yazmayasan?
    Akifin yazıları tez-tez qəzet-jurnallarda dərc edilirdi. O, öz yazı üslubu, problemə yanaşma tərzi ilə də seçilirdi.
    Onun qələmindən çıxan onlarla dərslik, dərs vəsaiti, metodik tövsiyə və proqramlar hələ uzun müddət öz aktuallığını qoruyub saxlayacaq.
    Akiflə tez-tez zəngləşər, məktublaşardıq. Son illər meydana gələn sosial şəbəkə isə bizim ünsiyyətimizin təzədən “bərpa edilməsində” əvəzsiz rol oynamışdı.
    Dostum Akif Məmmədovun vaxtsız ölümü məni çox sarsıtdı.
    P.S.
    Akif dostları-tanışları ilə bağlı maraqlı, məzəli məqamları ustalıqla danışır, bəzənsə qələmə alırdı. O, mənimlə əlaqədar bəzi “hadisələri” də öz yaddaşına yazmışdı. Sonralar həmin “yaddaş yazılarının” bir qismini mənə göndərmiş, hətta, bəzilərini dərc etdirmişdi.
    İndi mən vaxtilə Akifin qələmə aldığı, hazırda əlimin altda olan həmin zarafatyana “əhvalatlardan” bir-ikisini təqdim etmək istəyirəm.

    Akif Məmmədov: DOSTUM Firuz Mustafa HAQQINDA “Yol əhvalatı”

    Yazıçı, filosof Firuz Mustafa ilə bir qrupda oxumuşuq, çox vaxt bir partada oturmuşuq. Məhərrəm adlı dostumuz da var idi, duzlu-məzəli zarafatları ilə tanınırdı (Allah rəhmət eləsin, dünyasını tez dəyişdi). Günümüz, demək olar ki, bir yerdə keçərdi. Bir dəfə dərsdən çıxıb, indiki Bülbül prospekti ilə üzüaşağı düşdük. 26-lar bağının (indiki Sahil) yanında ayrıldıq - Firuzla mən M. Axundov kitabxasına, Məhərrəm isə metroya tərəf.
    Bir həftədən sonra Firuzu dekanlığıa çağırdılar. Qayıdanda çox pərt idi, həyəcandan qızarmışdı. Məsələnin mahiyyətini isə sonra Məhərrəm danışdı. Demək, bir həftə əvvəl bizdən ayrılıb metroya gedən Məhərrəmi yolu düz keçmədiyinə görə milis (indiki yol polisi) saxlayır. Kimliyini və harada oxuduğunu soruşur. O da Firuzun adını, soyadını, atasının adını deyir və canını qurtarır. Milis də qaydaya əməl etməyən bu sovet tələbəsini tənbeh etmək üçün hadisəni protokollaşdırıb oxuduğumuz ali məktəbə göndərir. Firuz elə dekanlıqdaca məsələnin nə yerdə olduğunu başa düşmüş, ancaq səsini çıxarmamışdı. Odur ki, Məhərrəmə çatanda: “Mirzə, (Zarafatla bir-birinə belə müraciət edirdilər. O vaxt müəllimlərimiz Feyzulla Qasımzadə və İmran Babayevdən, necə deyərlər, “kopyalamışdılar”) Allah sənə lənət eləsin, məni biabır elədin”, - dedi.
    Firuz dekanlıqda baş verənləri, Məhərrəm də yol milisi ilə aralarında olan əhvalatı olduğu kimi danışdı. Hamımız gülüşdük. Arada isə heç bir inciklik olmadı”.

    Daraq məsələsi
    “Birinci kursda oxuyurduq. Əksəriyyətimiz kənd uşaqları idi, hər şeydən çəkinir, bütün hərəkətlərimizi yüz ölçüb-biçir, dərsdə səsimizi çıxarmırdıq və s. Ancaq Firuz hərəkətlərinin sərbəstliyi, dünyagörüşünün zənginliyi ilə bizdən seçilirdi. Bir dəfə başını ülgüclə daz qırxdırıb dərsə gəlmişdi. Adətən, qabaq partada oturardı. Bilmirəm, səs saldı, ya nə elədisə, müəllim əsəbiləşdi və Firuzdan yerini dəyişib arxa partaya keçməyi tələb elədi. O da dinməz-soyləməz arxadakı boş partalardan birində əyləşdi. Dərsdə gərgin vəziyyət yarandı, hamımız qorxmağa başladıq ki, onsuz da qan-qan deyən bu müəllim indi bizi dolaşdırıb hamımıza iki verəcək. Dərsin “şirin” yerində Firuzun gur səsi hamımızın diqqətini ona yönəlti. O, Məhərrəmə müraciətlə:
    -Mirzə, - dedi.
    Məhərrəm də qeyri-ixtiyari cavab verdi:
    - Can mirzə.
    - Mirzə, o darağı tulla bəri, saçlarımı darayım.
    Hamı, o cümlədən müəllim də Firuzun pəncərədən düşən işıqda par-parıldayan başına baxdı. Əvvəl özünü saxlaya bilməyən müəllimin, sonra da uşaqların qəhqəhəsi otağı bürüdü...”
    *
    Fəlsəfə dərsində
    “Fəlsəfə”dən (“Marksiz-leninizm fəlsəfəsi”ndən) bizə mərhum Həmid Əfəndiyev dərs deyirdi. O, tanınmış filosof Asif Əfəndiyevin doğmaca əmisi idi. Son dərəcə tələbkar, sərt olan bu müəllimdən qiymət almaq çox müşgül məsələ idi. Qatı kommunist idi, Kommunist Partiyasına, Sovet dövlətinə fanatcasına vurğun idi. Bir dəfə Məhərrəmdən soruşdu ki, hardansan? Məhərrəm də cəsarət və qürurla: “Gəncədənəm!”, - dedi (O vaxt bu şəhər “Kirovabad” adlanırdı). Kişini od götürdü, hikkəli-hikkəli az qala bir saat S. M. Kirovdan, onun Azərbaycan üçün əvəzsiz xidmətlərindən, Kompartiyanın ana xəttindən danışdı və Məhərrəm kimiləri nankorluqda, qədirbilməzlikdə suçladı. Firuzla Məhərrəm yenə dinc durmur, arada müəllimə atmacalar atırdılar. Həmid müəllim əsəbiləşirdi.
    Nəhayət, qorxduğumuz an – fəlsəfə imtahanı gəlib çatdı. Yuxarı kursun uşaqları Həmid müəllim və onun imtahandakı “əzazilliyi” haqqında o qədər danışmışdılar ki, qorxumuz birə on artmışdı. Əvvəlcə mən bilet çəkdim. Onun bir xasiyyəti var idi: sualı verirdi və konkret, kəsə cavab istəyirdi. Deyəsən, məndə alındı, sual-cavabdan pis keçmədim, qiymət kitabçama “beş” yazdı. Hələ üstəlik icazə də verdi ki, oturub o biri uşaqların cavablarına qulaq asım.
    Qrupumuzda Qərib adında bir oğlan vardı. Blet çəkib əyləşdi, nə isə cızma-qara elədi, ancaq cavab verə bilmədi. Həmid müəllim Qəribin qaralamalarına baxdı, başını buladı. Sonra yazılı cavab tələb etdi. Qəribin cavab əvəzinə kağızda çəkdiyi əcaib şəkillərə görəndə isə kişi başını tutub qışqırdı: “Sən Kommunst Partiyasını ələ salırsan, ona karikatura çəkirsən? Dur çıx!”. “İki” yazdı və səhv eləmirəmsə, elə o “iki” ilə də Qərib institutdan qovuldu.
    Açığı, Firuz fənlərin proqramı ilə o qədər də maraqlanmırdı, daha doğrusu, proqram çərçivəsinə sığmırdı. Geniş mütaliəsi var idi, çox vaxt proqramda olanları bir kənara qoyub, dünya ədəbiyyatından, fəlsəfə tarixindən... elə məsələləri öyrənərdi ki, onların çoxu heç proqramda olmurdu.
    Amma Həmid müəllimlə belə “zarafat” eləmək təhlükəli idi. Hər ehtimala qarşı ehtiyat tədbirləri görmək lazım idi. Müəllimlərimizdən biri gəlib elə imtahanın gedişi zamanı Firuzu “əzazil” müəllimimizə tapşırdı. Həmid müəllim daha da əsəbiləşdi. Firuz bilet çəkdi, elə oradaca biletin suallarına baxdı və: “Müəllim, olar cavab verim, tanış suallardır”, - dedi. Və çox gözəl də cavab verdi. O danışdıqca Həmid müəllimin təəccübü artırdı. Firuz qurtaran kimi Həmid Əfəndiyev: “Bəs sən “Fəlsəfə”ni bu cür yüksək səviyyədə bilirsən, utanmırsan, filan hörmətli adamı mənə xahişə göndərirsən?”, - dedi. Firuz dedi ki, o adamı mən göndərməmişəm özü gəlib, çünki sizin xasiyyətinizə bələddir. Həmid müəllim qiymət kitabçasına “5” yazdı, ayağa durub, Firuzun əlini çıxaraq təbrik etdi. (“5” alanları bu cür yola salmaq onun adəti idi). Sonralar dostum Firuz elə fəlsəfəni bir ixtisas və tədqiqat sahəsi kimi seçdi, ölkəmizin tanınmış filosoflarından biri kimi tanındı.


    *
    Mən Akif Məmmədovla bağlı xatirələrimə onula yazışmalarımın kiçik bir parçasını da əlavə edirəm. “Epistolyar
    janrın” bu kiçik nümunəsində Akif mənim bir tarixi dramım barədə söhbət açaraq yazır:
    Акиф Мəммəдов: ”Hörmətli Firuz bəy, çiyninizi çox çətin və təbii ki, məsuliyyətli bir yükün altına vermisiniz. Pyesi diqqətlə bir də oxudum. Gəldiyim ilkin qənaət: Siz təkcə bədii yox, həm də elmi-tarixi-ədəbi faktlarla zəngin bir elmi əsər yazırsınız. Ədəbiyyatşünaslıqda "lize dram" deyilən bir janr var, bu dram əsərləri səhnəyə qoyulmaq üçün nəzərdə tutulmur, Cavidin "Peyğəmbər" dramı kimi. Mən inandım ki, əsəri yazanda Siz də o cür janrın tələbinə uyğun olaraq tamaşaçını qətiyyən nəzərə almamısınız. Yəni yaxşı eləmisiniz. İnanmıram ki, adi tamaşaçı oturub birnəfəsə bu əsərə tamaşa edə və bu qədər faktları həzm edə bilsin. Əsər tamaşaya qoyulsa, teatra yalnız intellektual səviyyəli adamlar gələcək, kütəvi tamaşa olmayacaq. Qardaşım, sən yaz. Amma nəzərə al ki, sən Azərbaycanın nisbətən az öyrənilən tarixini yazırsan! Tələbəlik dostumuz Heyran Yusifova demiş, "Bu cetin,mesuliyyetli, İlahi missiyanin altindan ugurla, sherefle qalxacagina eminem"

    Mən Akifə belə bir cavab yazdım:
    Фируз Мустафа: “Əzizim Акиф bəy. Doğrudur, "lize dram"-qiraət (oxunmaq) üçün dramdır. Bunun ən parlaq nümunəsi Hötenin "Faust"u hesab olunur. Mən bu əsərdə qismən də olsa o dövrün (20-ci illərin) mənzərəsini yaratmaq istəyirəm. Əsərdə elmi-tarixi araşdırmalara da yer verilir. Həcmi geniş olacaq-təxminən üç yüz səhifə. Düz deyirsən, bu əsərdə bir neçə janrın "izi" hiss olunur. Elə əvvəldən nəzərdə tutmuşam ki, məhz bu cür olsun. Amma gələcəkdə bu əsəri həm də sırf dram əsəri kimi (səhnə üçün) işləmək istəyirəm. Yəni bəzi hallarda "dram içində dram" elementlərini qoruyub saxlayıram. Vaxt sərf edib oxuduğun və fikir dediyin üçün təşəkkür...”
    İndi Akif bu dünyada yoxdur. O, əbədiyyət karvanına qoşulub. Amma mən öz əziz dostum Akif Məmmədovu daim ehtiramla xatırlayıram. Onun gülər çöhrəsi gözlərimin önündən bir canlı portret kimi asılıb.
    Vaxt sürətlə keçir. Mənbəyi və mənsəbi bilinməyən zaman çayı sonsuzluğa doğru axır.
    Hərdən sıramızda olmayan dostları yada salarkən düşünürəm ki, bir tərəfdən bizi bir-birimizdən uzaqlaşdıran, aramızdan keçən zaman çayı, o biri yandan bizi həm də bir-birimizə yaxınlaşdırır.




























    Bir dostumu xatırladım...
    (Dünyadan nakam köçmüş tələbəlik dostum Məhəmməd Məhərrəmovun xatirəsinə)

    Dənizkənarı bulvarda qaçan yaşlı bir kişi mənim yaddaşımı təzələdi. Özümdən asılı olmayaraq uzaq illəri və o illərdən boy verən əziz bir dostumu xatırladım.

    Məhəmməd Tovuz rayonunun Böyükqışlaq kəndində anadan olmuşdu.
    Biz onunla eyni ali məktəbin eyni fakültəsində təhsil alırdıq. Müxtəlif qruplarda oxusaq da tez dostlaşmışdıq. Bir müddət eyni yataqxanada və eyni otaqda qaldıq. Az qala hər gün dərsdən sonra Axundov adına kitabxanaya gedər, acgözlüklə mütaliə edərdik. Təhsili başa çatdırandan sonra hər ikimiz eyni rayona- Saatlıya getdik. Əvvəlcə təyinatımızı kənd məktəbinə vermişdilər. Sonra iş yerini rayon məktəbinə dəyişdik. O, Səməd Vurğun adına məktəbdə çalışırdı, mən isə Əzizbəyov adına məktəbdə işləməli oldum. “Mərkəzə” gəlməkdə məqsədimiz o idi ki, tezliklə əsgərliyə gedək, sonra aspiranturaya daxil olaq. O zamanlar kənd məktəblərindən hərbi xidmətə aparmırdılar. Birlikdə kirayə ev tutduq. Çalışdığımız illərdə Saatlının küçələrini o ki var eninə-uzununa “ölçdük”.
    Daim bir yerdə olardıq. Məni tək görən tanışlar təəccüblə soruşurdular ki, bəs dostun hanı? Elə ona da həmin sualla müraciət edənlər olurdu.
    Məhəmməd zahirən yaraşıqlı bir oğlandı. Ucaboy, ağsifət, qaragöz-qaraqaş. Alnına tökülən uzun saçlarını tez-tez əli ilə arxaya daraqlayardı. Pianoçular kimi uzun barmaqları vardı. Maraqlı və ya məzəli bir şeydən danışanda əl-qolunu yana açarqaq qəhqəhə ilə gülər, bikef və düşüncəli vaxtlarında isə uzun qolları sinəsinin üstündə çarpazlaşardı.
    Onun daxili aləmi zahiri görünüşünü tamamlayırdı. Yəni mənim dostum daxilən də gözəl bir insandı. Ədalətli, səmimi, düzünəqulu, ürəyigeniş...
    O, mənə “mirzə”, ya da “qoca” deyərdi, mən isə ona “gənc”.
    O, çox emosional və coşqun idi, mən isə (deyilənə görə) nisbətən dinc, təmkinli.
    Öz aramızda nadanlara, cahillərə “çürük qafa” deyərdik.
    Yaltaqlara, yalaqlara, simasızlara “aftafa” deyərdik.
    İşdən sonra kiçik rayon mərkəzinin az qala yeganə geniş küçəsi- raykomun yerləşdiyi binanın həndəvərində gəzişərdik. Yaxınlıqdakı kiçik mehmanxananın müdiri- Seyid deyilən yaşlı kişi arabir bizi xəbərdarlıq edərdi: “Müəllimlər, xahiş edirəm keçin o biri küçəyə”. Biz onun bu sözləri nədən ötrü dediyini bilsək də yenə öz “əbədi” sualımızı verərdik: “Nə olub, yoxsa küçədən qoşun keçəcək?” Onun cavabı adətən qısa-konkret olardı: “Ordu keçsə nə vardı ki, müəllimlər? Bir azdan yoldaş Babayev yoldaş keçəcək”. Məhəmməd ciddi şəkildə, əslində isə zarafatyana, bu kişiyə hər dəfə bir söz tapıb deyərdi. Bir dəfə də lap ciddi görkəm alıb dedi: “Seyid, yoldaş Babayevə sizdən şikayət edəcəyəm”. Kişi qorxub soruşdu: “Nə üçün, axı mən neyləmişəm?” Məhəmmıd dedi:“Deyəcəm ki, Seyid sizin xətrinizi lazım olandan çox istəyir”. Kişi heyrətlə bizə baxıb başını buladı. Əlisahib Babayev o vaxtlar həmin rayonda-Saatlıda raykom katibi idi. Çox sərt, ciddi, inzibatçı, tələbkar bir adamdı.
    Çox zarafatcıl və hazırcavab idi Məhəmməd. Xüsusən, qadınlara xoş münasibət, diqqət yetirməyi xoşlayardı. Arada ona təxminən belə zarafatyana atmacalar deyərdim:
    -Cavan oğlan, gözəllərə yaman tez-tez vurulursan,
    Vurulandan sonra isə Axıncı tək durulursan.
    Yeri gəlmişkən, Axıncı (Keçmiş adı Dəyirmançaydır-F.M.) çayı öz mənbəyini bizim tərəfdən götürüb onun doğulduğu Böyükqışlaq kəndindən keçirdi.
    Bəzən o da mənə zarafatla cavab verərdi:
    -Axıncı nə gəzir, sən Araza bax.
    Gələn yaza, nalə çəkən saza bax...
    O zamanlar şagird və müəllimləri pambıq yığımına aparırdılar. Təhsildən yayınan, əl-ayağını kol-kosun cızdığı, işləməkdən yorulub əldən düşən körpə balaları “şərəfli əməkdən” yayındırmağa cəhd etdiyimiz üçün dəfələrlə “yuxarılardan” xəbərdarlıq almışdıq. Şagirdlər daim onların tərəfini saxlayan, yüksək səviyyədə dərs deyən, gənclərin yolunda şam kimi yanan müəllimlərini- Məhəmməd Məhərrəmovu hədsiz dərəcədə sevirdilər.
    Bizi hətta rayon mərkəzində yerləşən təhsil ocağından belə, əsgərliyə aparmaq istəmirdilər. Çünki müəllimə ehtiyac çoxdu. Dediyim kimi, fikrimiz bu idi ki, əsgərlik xidmətini tezliklə başa vurub aspiranturaya daxil olaq. Buna görə Respublika hərbi komissarlığına ərizə ilə müraciət etdik.
    Nəhayət, günlərin bir günü bu arzumuza da çatdıq. Əvvəlcə Məhəmməd hərbi xidmətə getdi. O, Ukraynada- Lvov şəhərində qulluq etdi. Bir il sonra mən də hərbi xidmətə yola düşdüm. Uzaq Şərqdə, Xabarovskda qulluq etməli oldum. Dostumla tez-tez məktublaşırdıq.
    O, artıq Bakıda, Xırdalan rayonunda müəllim işləyirdi. Bir dəfə mənə məktubunda yazmışdı ki, işlərini aspiranturaya verib. Amma onun rəqibi Elmlər Akademiyasında “tanış” taparaq, özünə yuxarı qiymət yazdırıb. Elə həmin il həmin yerə onun rəqibi qəbul olundu. Mən ona məktub yazıb bir xeyli təsəlli verdim. Sonralar həmin yerə qəbul edilən adam maşın qəzasına düşüb həlak oldu.
    Sən demə ən böyük qəza hələ irəlidə imiş.
    Mən hərbi xidmətdən geri dönəndən sonra biz yenə tez-tez görüşməyə çalışırdıq. Lakin artıq vaxtımız məhdud idi. Çətin, ağır, amma maraqlı günlər yaşayırdıq. Mən qəzetlərə, radio-televiziyaya məqalələr, süjetlər, reportajlar yazır, qonorarla dolanırdım. O isə müəllimlik edirdi, dərs deyirdi. Mən “Ulduz” metrosunun yaxınlığında, o isə Xırdalanda yaşayırdı. Yenə kitabxanada bir araya gəlirdik. Aspiranturaya imtahan verməli idik... Planlarımız çox idi.
    Günlərin bir günü, daha doğrusu isti bir yay günü, dostlardan birinin verdiyi qəfil xəbər məni sarsıtdı. “Məhəmməd həlak olub”. Onu son mənzilə-doğulduğu kəndə aparmışdılar. Tələbə yoldaşımız Əsgər Quliyevlə axşam qatarına əyləşib Tovuza yola düşdük. Səhər tezdən stansiyadan maşın tutub birbaşa Böyükqışlağa yola düşdük... Artıq dostumuzu torpağa tapşırmışdılar.
    Biz həmin gün- yağışlı, çisəkli, şimşəkli yay günü Əsgərlə uzun bir məsafəni, Böyükqışlaqdan bizim kəndə, yəni İsalıyacan olan yolu piyada qət etdik. Heç birimiz danışmırdıq. Arada göylər öz ildırım və yağış dili ilə “danışırdı”. Mən yol boyu öz nakam dostumu, onun gözüm önündə keçən unudulmaz anlarını, qısa və mənalı ömrünü yada salır, qovrulurdum. Yəqin ki, Əsgər də həmin anlarda eyni hissləri keçirirdi. Sədaqətli, ləyaqətli, cəsarətli bir dost itirmişdik...
    Sonralar tələbə dostumuz, uzun illər polis orqanlarında işləmiç İsmayıl Həkimov mənə kiçik bir qovluq gətirdi. O qovluqda Məhəmmədin elə öz ömrü kimi yarmçıq, bitməmiş yazıları toplanmışsdı.
    Əgər xatırınızdadırsa, söhbətimin əvvəlində dedim ki, “Dənizkənarı bulvarda qaçan yaşlı bir kişi mənim yaddaşımı təzələdi”.
    Məsələ belə olmuşdu. Biz tələbə olarkən Məhəmmədlə Nabrana tələbə-idman düşərgəsində dincəlməyə getmişdik. Səhərlər Günəşi dənizin sahilində qarşılayırdıq. Demək olar ki, hər gün orada eyni mənzərənin şahidi olardıq; belə ki, Xəzərin qumlu sahili boyu arıq, yaşlı bir kişi, onun da arxası ilə kişinin özü kimi, arıq, tükləri tökülmüş bir it qaçardı.
    Bir dəfə Məhəmmədlə aramızda belə bir dialoq oldu:
    -Bu kişi hara qaçır belə?
    -Ölümdən qaçır.
    -Bəlkə də ölümə doğru qaçır.
    -Onda ölümdən ölümə qaçır...
    Bir müddət sonra dedilər ki, kişi suda, özü də sahilə yaxın, dayaz bir yerdə həyatla vidalaşıb.
    Elə mənim dostum Məhəmməd Bəhram oğlu Məhərrəmov da həyatını Xəzərdə qeyb etdi...
    O, işıqlı bir adam idi və mən düşünürəm ki, onun ürəyinin işığı bu gün də şölə salır. Çünki onun dərs dediyi şagirdlər arada mənə rast gələndə ehtiramla öz müəllimlərini xatırlayırlar və fəxrlə deyirlər: “Bizə Məhəmməd müəllim dərs deyib”. Mən o keçmiş şagirdlərin çöhrəsində Məhəmmədin qəlbinin ziyasını, işığını, nurunu görürəm.




    Unudulmayacaq...

    Tələbəlik yoldaşımız Svetlana xanımın
    xatirəsinə

    ... - Alо... Salam... Firuz müəllimdip?
    - Bəli... еşidipəm...
    - Mən Svеtlana müəllimənin оğluyam... Svеtlana Quliyеvanın... Sizin tələbə yоldaşınızın. Nicatam…
    Еlə bil bu anlarda qulağıma sıхdığım qara dəstəкdən çох gözlənilməz qara bir хəbər еşidəcəyimi кimsə ürəyimə pıçıldadı.
    Və istəp-istəməz dialоqu davam еtdirməli оldum.
    - Hə, еşidirəm, оğlum. Amma bizimlə охuyan vaхt Svеtlananın familiyası Əliyеva idi.
    "Bəs görəsən niyə özü zəng еtməyib?" Laкin ürəyimdən keçən bu sualı vеrəsi оlmadım.
    - Еlədir. Bilirsiniz... anam rəhmətə gеdib.
    Dəstəк еlə bil кösövə dönüb qulağımı, üz-gözümü qapsıdı. Sоnpa bu gizilti bütün vücuduma yayıldı. Daha sоnpa deyəsən Nicata bir-iкi sual da vеrdim. Amma indi nə о sualları, nə də aldığım cavabı düz-əməlli хatıplayıpam.
    ...Biz Svеtlana хanımla ali məktəbdə еyni qpupda охumuşuq. О, özünün yüкsəк mədəniyyəti, хоş rəftarı, məlahətli səsi, təmkinli danışığı, incə yumоru ilə sеçiləpdi. Institutu qurtarandan sоnra ailə qurmuşdu. Iкi övladı var idi. Həyat yоldaşı Tоfiq Quliyеv sənət adamı idi - musiqiçiydi, pеdaqоqdu. Svеtlana özü də bütün sоnraкı talеyini pеdaqоji işə bağlamışdı. Arabir rastlaşanda оrdan-burdan söhbət açar, tələbəliк illərini хatırlardıq. Həmişə öz talеyindən, ailəsindən, övladlarından ağızdоlusu danışardı. О, özünü хоşbəхt hеsab еdirdi. Amma...
    Amma görünür кi, bu amansız dünyada хоşbəхtliк anlayışının özü də zahiri, кеçəri bir ilğım кimiymiş.
    Sоnuncu dəfə bu il may ayının 28-də görüşdüк. Ali məktəbi qurtarmağımızın 30 illiyini qеyd еtdiк. Кеçmiş qrup nümayəndəmiz Sadəgül хanım zapafatla dеdi кi, baх, gələn dəfəкi tоplanışda da hamı bir nəfər кimi iştiraк еtsin, yохsa gəlməyənlərə "qayıb" yazılacaq. Bu görüşdə Svеtlana bir qədər pəjmürdə idi. Amma özünü tох tutupdu. Biz hamımız оna ürəк-dirəк vеrdiк. Sağlamlıq arzu еtdiк.
    Arada mənə zəng vurdu. Dеdi кi, sənin "Buz üstə yazılmış sətirlər" кitabını охudum. Təzə nə yazırsan...
    Bir nеçə gündən sоnra еşitdim кi, оnun həyat yоldaşı Tоfiq rəhmətə gеdib. Zəng vurub başsağlığı vеrdim, səbrli оlmağı arzu еtdim. Dеdi кi, indi əvvəlкindən daha iradəli, daha möhкəm, daha еnеrjilidip. Və əlavə еtdi: "Başqa cür оla da bilməz. Aхı indi iкi оğlumun yеganə ümid yеriyəm".
    Və indi budur, еşitdiyim sоn acı, sarsıdıcı хəbər: Svеtlana yохdur.
    Tеlеfоn dəstəyində Nicatın sözləri əкs-səda vеrir: "Sizin tеlеfоnunuzu bu günlərdə anam özü vеrmişdi. Bəlкə оnun barəsində bir-iкi кəlmə söz yazası оldunuz…"
    İndi mənim üçün Svеtlana barədə yazmaq оlduqca çətindir. О, artıq bizim növbəti tоplantılarımızda iştiraк еtməyəcəк. Ad-familiyasının qarşısına bir кəlmə söz yazılacaq: "Gəlmədi".
    Bu çətin, bu ağır günlərdə mən və tələbə dоstlarım оnun ailəsinə səbr, təmкin apzu еdiriк. Və mən bir şеyə qəti əminəm кi, bizim əzizimiz Svеtlana Quliyеvanın parlaq хatirəsi оnu tanıyanların qəlbində daim yaşayacaqdır.

    “Kredo”, 20 avqust 2005-ci il






























    Vurğunluq. Vurğunsuzluq.
    Vurğun Əyyub dünyasını dəyişdi

    Sevginin, vurğunluğun çox "qısa", çox "sadə" bir yolu var.
    Gərək sən Adama vurulasan ki, Adam da sənə vurula.
    Gərək sən Xalqı sevəsən ki, Xalq da səni sevə... Bu aksiomu dərk etmək üçün təkcə həyat yox, ölüm də şəhadət verə bilər.
    Vurğunun ölümü belə bir sevginin “şəhadəti” oldu.
    Bir dövrdə oxumuşduq. Mən 3-cü kursda oxuyanda o, 1-ci kutsa təzə daxil olmuşdu. Söhbətimiz ilk gündən tutdu. Arıq, çəlimsiz, xarizmatik bir oğlandı. Yaxın dostları, qrup (və ya kurs) yoldaşları - Fazil Mustafayev və Bədirxan Əhmədov ilə daim bir yerdə olardılar. Bu “üçlük” mənimlə də yaxın və doğma idi.
    Bəli, 45 ildən bəri tanıdığım adam idi Vurğun Əyyub.
    Prinsipal və mülayim idi. Ötkəm və sadə idi. Dözümlü və kövrək idi. Mübahisələrimiz də az olmurdu...
    Onun Azərbaycan təhsil sistemindəki fəaliyyəti daha çox test sistemi ilə bağlı idi ki, indi artıq keçmişdə qalmış bu islahatı “inqilab” da adlandırmaq olar.
    Yadımdadır, ötən əsr 90-ların ortalarında testə qarşı bir “səlib yürüşü” başlamışdı. Mən həmin dövrdə “Maarifçi” qəzetinin baş redaktoru idim. Testi müdafiə təriqi ilə qəzetdə ard-arda silsilə yazılar verdim. Həmin yazıların əksəriyyətinin müəllifi isə özüm idim. Vurğun bəylə rastlaşanda o, arada bu faktı vurğulayar, məmnunluğunu bildirərdi. Mən isə adətən ona “Əslində sənə təşəkkür düşür”, -deyərdim.
    Sonuncu dəfə Ankarada Atatürkün məqbərəsi önündə görüşdük. Məqbərədən çıxanda yağış bizi təpədən dırnağacan islatdı. Gülə-gülə ayrıldıq.
    Sonuncu dəfə iki ay əvvəl yazışmış-mesajlaşmışdıq. Mükafat almağım münasibəti ilə məni təbrik etmişdi.
    Bu yaxınlarda ümumi dostumuz, tez-tez ona baş çəkən Fazil bəyə dedim ki, bəlkə dostumuzun xəstəliyini ictimailəşdirək?
    Fazil bəy bir neçə gündən sonra dedi:
    -Vurğun bəy dedi ki, buna ehtiyac yoxdur. Allahın verdiyi ömrdür. Bu ömrün əzəli də, sonu da Onun əlindədir.
    Bu da son...
    Arada görüşəndə zarafatla deyərdi:
    -Qağa, yenə dağlara çəkilmisən deyəsən?..
    Onun sualına adətən adını daşıdığı, çox sevdiyi şairin misraları ilə cavab verərdim:
    -Vurğunu da salar yada
    Düz ilqarlı bizim dağlar...
    Ürəkdən gülərdi.
    Ta o gülüş olmayacaq.
    Son qəmin olsun, Vətən. Vurğunlarından birini də itirdik.

    24.09.19









    Mənim bir fotoşəklim var...

    Şəkildə lap gənc olan dövrüm əks olunub.
    Həmin fotonu nə vaxt görürəmsə qüssələnirəm. Daha doğrusu, özümü yox, o fotoda əynimdəki kostyumu görəndə...

    Bu kostyumu mən ötən əsrdə, tələbə ikən, lap dəqiq desəm, sonuncu kursda oxuyarkən almışdım. Təbii ki, özümün yox, valideynlərimin pulu ilə.
    Əslində bu, bir az uzun əhvalatdır. Hadisənin qısa məzmunu bundan ibarətdir: başqa şəhərdə yaşayan yaxın bir adamdan borc pul götürüb o dövr üçün çox qiymətli hesab edilə biləcək bu kostyumu almışdım. Bakıya dönəndən sonra pulu göndərdiyim adamın ünvanını onun doğma qardaşından öyrəndim. Və elə bu qardaşın və onun bir dostunun iştirakı ilə həmin adama poçt vasitəsi ilə borc aldığım məbləği qaytardım.
    Aradan bir müddət keçdi. Məlum oldu ki, pul, göndərdiyim ünvana yetişməyib. Bu, necə ola bilərdi axi? Az qala Rabitə Nazirliyinə qədər müraciət etdim. Dedilər ki, belə bir ünvana pul göndərilməyib. Çox mütəəssər oldum. Həmin məbləği təzədən birtəhər düzəldib həmin adama göndərdim. Təbii ki, borcu bu dəfə də atam ödəyəsi oldu... Sadə həyat tərzi keçirən bir ailə üçün bu heç də az məbləğ deyildi.
    Nə isə...
    Budur, aradan on illər keçəndən sonra, bu ilin yayında yanıma bir adam gəldi. Mən onu zorla tanıdım. Məlum oldu ki, mən poçt vasitəsi ilə ünvanına pul göndərdiyim adaman qardaşının yanındakı bu dolubədənli insan imiş. O, xeyli yaşlaşmış, kökəlmiş və keçəlləmişdi. Köhnə tanışımın tutqun, boğuq sifətində sanki qara buludlar oynaşırdı. Bu adam aradan illər keçəndən sonra üstünü toz basmış bir həqiqəti yadıma saldı:
    -Müəllim, Sizin bəlkə də çoxdan unutduğunuz bir hadisəni indi yadınıza salmaq istəyirəm.
    Mən təəccüblənib soruşdum:
    -O nə hadisədir?
    Adam ciddi şəkildə dedi:
    -Əgər yadınızdadırsa, Siz tələbə olanda bir kostyum almışdınız.
    Mən güldüm:
    -O, nə kostyumdu elə?
    Adam bir az duruxub dedi:
    -İndi yadınıza salaram o kostyumun tarixini. Səhv etmirəmsə, sonuncu kirsda oxuyurdunuz. Siz bir yaxın adamdan borc götürmüşdünüz. Həmin pulu təcili qaytarmaq istəyirdiniz. Xasiyyətinizə bir az bələdəm, bilirəm ki, borc almağı xoşlamırsız. Amma həyatdır də, olur belə şeylər... Gəlib həmin adamın ünvanını onun doğma qardaşından öyrəndiniz. Mən də orada idim. Bilirəm ki, yadınızdadır bu əhvalat.
    Boynuma almalı oldum:
    -Bəli, yadımdadır.
    Adam gülümsəyib dedi:
    -Əgər o da yadınızdadırsa, elə həmin dostumuzun və mənim iştirakımla poçta getdik. Düzünü deyin, bunlar yadınıza düşdümü?
    Yaddaşımın tozu təmizlənməyə başladı. Dedim:
    -Bəli. Yadımdadır. Biz poçta getdik. Mən orada yüz alıtmış manat pulu ödədim. Qəbzi də alıb o dostumuza verdim. Dedim ki, qardaşınıza zəng edib deyin pul ödənilib, bu da əlimdə qəbz.
    Adam sözünə bir qədər fasilə verib dilləndi:
    -Mən bilirəm ki, Sizin göndərdiyiniz o pul o adama çatmayıb. Bunu məndən qabaq Siz özünüz də bilirsiz.
    Təəccübləndim:
    -Siz bunu haradan bilirsiz?
    Adam astadan dedi:
    -Xahiş edirəm, məni düzgün başa düşün və diqqətlə dinləyin. Əslində mən Sizin yanınıza elə bunu demək üçün gəlmişəm... Yəqin ki, yadınızda olar, biz pulu poçt vasitəsi ilə yola saldıq. Siz qəbzi bizim ümumi dostumuza verdiniz. Onsuz da pul onun adından göndərilmişdi onun qardaşının ünvanına. Sonra biz sizdən ayrıldıq, həmin dostla gedib bir restoranda yaxşıca yeyib-içdik. Dostumuz dedi ki, bayaq pul göndərdiyimiz poçtda işləyən qadın mənim tanışımdır. Gəl ora gedək. Getdik. Dostumuz poçtdakı qadına yaxınlaşdı. Ona nəsə dedi, az sonra əlində bir dəstə pulla geri qayıtdı. Mən soruşdum ki, bu, nə puldur belə? O, dedi ki, yüz altımış manatdır. Mən əvvəlcə heç nə anlamadım. Dostumuz mənə dedi ki, bu, bayaq kostyum üçün yola saldığımız puldur, geri almışam, gəl gedək yeyib-içək, dincələk, kef edək özümüzçün... Mən az qala onunla əlbəyaxa oldum... Biz düşmən kimi ayrıldıq. Bax belə... O vaxtdan həmin adamla əlaqəni üzdüm. Sonra mən uzun müddət başqa şəhərdə yaşamalı oldum. Həmin vaxtdan sonra Sizi görə bilmədim. Amma bu xoşagəlməz əhvalat məni daim narahat edib.
    Həmişə ürəyimdən keçib ki, Sizi görüb şahidi, müəyyən mənada iştirakçısı olduğum bu hadisəni təfsilatı ilə danışım. Adam gərək namuslu həyat yaşasın... Elə deyilmi?.. Hə, bildiyiniz kimi, o “dostumuz” artıq çoxdan rəhmətə gedib.

    Bilmədim aradan illər keçəndən sonra bir zamanlar bu cür hərəkətə yol vermiş, çoxdan vəfat etmiş “dostumuz” haqda nə deyim?
    Hər ikimiz uzun zaman susduq.
    Bu həqiqəti deyən adam gözümdə dağ kimi ucaldı. Bir daha inandım ki, zaman bütün gizlinləri üzə çıxaran zamandır.
    Biz görüşüb təzədən ayrıldıq. Bayaq sifətində buludlar oynaşan adamın sanki üz-gözü işıqlanmışdı.





















    Yaddaş


    Puşkin haqda bildikləriniz və bilmədikləriniz
    Puşkinin öldürüldüyü gün. Bu qətlllə bağlı əsl həqiqəti çoxları bilmir...

    1.Dahinin qətli
    “Rus poeziyasının günəşi” adlandırılan Aleksandr Sergeyeviç Puşkin 1837-ci il yanvar ayının 29-da (yeni tarixlə fevral ayının 10-da) gözlərini dünyaya əbədi yumub.
    Tarixdən məlum olduğu kimi, şair yaxın qohumu poruçik Jorj Dantes tərəfindən qətlə yetirilib. Məsələnin kökü belə idi: Puşkinə gələn məktublarda Dantesin şairin advadı Natalya Nikolayevna ilə eşq macərası yaşadığı iddia olunurdu. Təbiətən çılğın təbiətə malik olan böyük şair hələ 1836-cı ildə Dantesi duelə çağırmışdı. Dantes təhlükəni hiss edib Natalyanın bacısı, yəni Puşkinin baldızı Yekaterinaya eşq elən etdi; guya onun Püşkinin evinə gedib-gəlməsinin səbəbkarı şairin baldızına olan istəklə bağlı imiş. Tezliklə Danteslə Yekaterina ailə qurdu. Amma bu qohumluğa baxmayaraq şairlə onun bacanağı arasında “soyuq müharibə” səngimək bilmirdi. Bunun da səbəbi o idi ki, “qonaq” Puşkinlərin evindən ayağını üzməmişdi. Peterburqun elit dairələrində bu tanınmış ailə ilə bağlı söz-söbət, dedi-qodu səngimək bilmirdi.
    Nəhayət, Puşkinin ərəb qanı yenə qaynadı. O, Dantesin atalığı səfir baron Hekkernə kəskin bir məktub yazdı, onu duelə çağırdı. Təbii ki, baron duelə çıxa bilməzdi. Amma onun oğulluğu Dantes şairin duelə çağırışına cavab verdi. Beləliklə, 1837-ci il yanvarın 27-də Puşkinlə Dantes Qara Çay (Çyornaya Reçka) deyilən yerdə, Komendant daçasının yaxınlığında duelə çıxdılar.
    Sekundant məsafəni ölçdü. Birinci Dantes atəş açdı. Puşkin qarnından ağır güllə yarası aldı, yerə yıxıldı. Amma şair var qüvvəsini toplayıb elə torpağa uzanmış halda rəqib bacanağına cavab atəşi açdı. Dantes yüngül yaralandı. Həmin anlarda Puşkin huşunu itirdi. Yaralı şairi hadisə yerindən öz evinə Hekkernin göndərdiyi karefada apardılar.
    Puşkin iki gün əzab və ağrılar içində can verdi. O, tez-tez sayıqlayırdı. O zaman Peterburqun ən yaxşı həkimləri başda İmperator leyb-mediki N.F. Arendt olmaqla əllərindən gələni əsirgəmir, şairi ölümün cəngindən xilas etməyə çalışırdı. Arada huşu başına gələrkən Puşkin çətinliklə də olsa qısa fasilələrlə öz vəsiyyətini edirdi.
    Dueldən iki gün sonra, 1837-ci il yanvar ayının 29-da şair gözlərini əbədi yumdu. Saat 14.45 idi. Saat da şairlə birgə susdu.

    Sovet dövründə yazılan bir çox kitab və dərsliklərdə Puşkinin ölümünün çar Birinci Nikolay tərəfindən sifariş verildiyi iddia olunurdu. Əlbəttə, çar Puşkini daxilən bəlkə də bəyənmirdi. Amma o, şairə bəslənən ümumxalaq məhəbbətini aydın hiss edirdi. Məhz elə bu səbəbdən hökmdar bu qətl hadisəsindən sonra Puşkinin ailəsini öz himayəsinə götürdü. Çar xəzinəsindən şairin ailəsinə 10.000 rubl birdəfəlik yardım edildi. Natalyaya, onun oğul və qızlarına ömürlük pensiya kəsildi. Puşkinin seçilmiş əsərlərinin nəşri barədə çar tərəfindən sərəncam verdi.

    31 yanvardan 1 fevrala keçən gecə şairlə vidalaşma mərasimi oldu.
    Xalqın qəzəbindən çəkinən çar şairin ailəsi üçün böyük güzəştlər etdiyi kimi, Avropanın da qəzəbindən qorxaraq Hekkern və Dantesin gizli şəkildə Peterburqdan çıxarılmasına nail oldu.
    Bu, şairin son dueli oldu.
    Maraqlıdır, bəs həmin vaxtacan Puşkin neçə dəfə duelə çıxmışdı və neçə adam öldürmüşdü?

    2.Puşkin neçə dəfə duelə çıxıb?
    O, hətta öz xidmətçisinin şərəfini qorumaq üçün silaha əl atıb.
    Böyük şairin şəxsi həyatı qalmaqallarla dolu idi.
    Bəs o, bu qədər əsəri yazmağa necə vaxt tapırdı?

    Aleksandr Sergeyeviç Puşkin həm sağlığında, həm də qətlə yetiriləndən sonra daim rus və dünya ictimai-ədəbi fikrinin diqqət mərkəzində olub. Bu diqqət indinin özündə də davam etməkdədir. Onun fanatları və düşmənləri həmişə bol olub. Şairin qalmaqallarla dolu həyatı barədə minlərlə bədii və sənədli əsərlər yazılıb. Sağlığında o, bəzi dairələrdə həm bir çox Avropa (Almaniya və Fransa) ölkələrinin xəfiiyyəsi, həm də rusların öz agenti kimi qəbul edilirdi.
    Şairin ailəsi barədə də elə bu cür şaiyələr baş alıb gedirdi; onun arvadının 1-ci Nikolayla yaxın münasibətdə olduğunu deyənlər də vardı.
    Bundan başqa Puşkinin öz baldızları ilə münasibətini dedi-qoduya çevirən qüvvələr sakitləşmək bilmirdi. Onun məşhur qumarbaz, hətta nekrofil olduğunu deyənlərə də təsadüf olunurdu.
    Böyük şair haqda nələr danışmırdılar? Onun həyatı və ölümü ilə bağlı az qala fantastik fikirlər söylənilirdi.
    Hətta, bir çox rəsmi və qeyri-rəsmi dairələrdə şairin dueldə ölmədiyi, yüngül yaralandığı və çar tərəfindən Fransaya göndərildiyi iddia olunurdu. Puşkinin Parisə gedib orada Aleksanr Düma imzası ilə macəra romanlar yaması və uzun bir ömür yaşaması barədə şayiələr də dolaşmaqda idi.
    Puşkin rus ədəbi-siyasi-ictimai mühitinin ən qalmaqallı şəxsiyyətlərindən biri idi. Əlbəttə, bu böyük ədəbi sima haqda, daha doğrusu, onun əleyhinə söylənilən fikirlərin çoxu əsassız idi. Təkcə bu fakt doğru idi ki, Puşkin yalanla barışmayan, azadfikirli, inqilabi ruhlu bir şair idi. Məncə buraya dahi mütəfəkkirin orijinal şəxsi keyfiyyətlərini də artırsaq onun portreti qismən dolğun olar. Belə ki, o, öz şəxsiyyətinə hədsiz qiymət verən, həssas, çılğın, emosional, mübariz, coşqun bir adam idi.
    Puşkin sanki öz qısa həyatında bir neçə adamın ömrünü yaşamışdı. O, elə yaradıcılığına görə də məhz bu cür çoxşaxəli, zəngin, ensiklopedik bir düha idi.
    Dünya Puşkinşünaslarını daim bir sual maraqlandırıb: bu qədər coşqun həyat tərzi keçirən bir insan bu qədər əsəri necə yazıb başa gətirmişdi?
    Hələ Puşkinin duel qalmaqalları... Bu, əslində böyük bir tədqiqat materialı ola bilər.
    Məlum olduğu kimi, əvvəllər duellərdə qılıncdan istifadə olunurdu. Sonralar, daha dəqiq desək 18-ci əsrdən etibarən dvoryanlar (zadəganlar) arasında baş verən qalmaqalların “razborkaların” odlu silahla həll edilməsinə icazə verildi.
    Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırıram ki, Puşkin öz qısa ömründə 25 adamı duelə çağırmışdı. Və onun özü təhqir etdiyi, söydüyü adamlar tərəfindən 7 dəfə duelə çağrılmışdı.
    Puşkin öz “düşmənini” ilk dəfə duelə çağıranda cəmi-cümlətanı 17 yaşı vardı.
    1816-cı ildə duelə ilk dəfə duelə çağırdığı adam öşairin öz əmisi Pavel Hannibal idi. Puşkin əmisini duelə ona görə çağırmışdı ki, bu adam onun sevdiyi qızı bal rəqsinə aparmışdı. Necə deyərlər, “ağsaqqallar” işə qarışandan sonra duel ləğv olunmuşdu.
    1817-ci ildə Puşkin öz yaxın dostu Pyotr Kaverini duelə çağırmışdı. Səbəb kimi, dostunun hansısa tikanlı şeiri göstərilirdi. Bu duel də baş tutmadı.
    1819-cu il. Puşkin şair həmkarı və dostu Kondrati Rıleyevi duelə çağırır. Amma bu dəfə səbəb kimi şeir göstərilmirdi. Səbəb gələcək məşhur dekabristin dostuyla bağlı siyasi xarakterli şayiələr da ışması olmuşdu. Həmin duel baş tutdu. Mövcud qaydaya əsasən ilk atəşi Kondrati Rıleyev açdı. Amma güllə yan keçdi. Puşkin anladı ki, dostu səmimi peşimançılıq hissi keçirir və o, tapançadan havaya atəş açdı.
    1819-cu il. Bu dəfə şairin özünü ilk dəfə duelə çağırırlar. Duelin təşəbbüsçüsü şairin yaxın dostu Vilhelm Küxelbeker idi. Səbəb Puşkinin yazdığı zarafatyana-tikanlı şeir idi. Duel baş tutdu. Birinci Vilhelm atəş açdı. Amma güllə hədəfə dəymədi. Puşkin atəş açmaqdan imtina etdi.
    1819-cu ildə Puşkin Modest Korfu duelə çağırıb. Səbəb də bu idi ki, Korfun xidmətçisi şairin xidmətçisini döymüşdü. Duel ləğv olundu. (O zaman hətta ağa öz nökərinin mənafe və şəxsiyyətinə görə ölümə getməyə hazır idi. Zira bu şərəf məsələsi idi-F.M.)
    1819-cu ildə Puşkin teatrda əsəbiləşərək aktyorları söyür və buna görə Mayor Deniseviçin töhmətini qazanır. Gənc Aleksandr ona söz qaytaran tanışını duelə çağırır.
    1820-ci ildə artıq əsaslı “duel təcrübəsinə” malik olan Puşkin iki nəfəri eyni vaxtda duelə çağırır; bunlar Orlov və Alekseyev idi. Lakin onun duelə çağırdığı kişilər Puşkini inandıra bildilər ki, şair sərxoş olarkən bilyard oynamağa cəhd etmiş və ətrafda olanların istirahətinə mane olmuşdu. Duel “gündəmdən” çıxarılmışdı.
    1821-ci ildə şair fransız ordusunun zabiti Deqili duel baryerinə çağırır. Lakin zabit bundan imtina edir. Belə olan halda Puşkin hərbçiyə təhqiramiz bir məktub yazır və onun karikaturasını çəkir. Axı Ppuşkin həm də istedadlı rəssam idi.
    1822-ci ildə Puşkin polk komandiri Semyon Starovla kəskin mübahisə edir. Yüksək çinli hərbçi gənc şairi hədələyir və belə düşünür ki, Puşkin qorxub geri çəkiləcək. Lakin Aleksandr bir addım da geri çəkilməyəciyini deyir. Və onu duelə çağırır. Beləliklə onlar duel baryerinə çıxası olurlar. Həmin gün hava çox soyuq idi. Çovğundan az qala bir-birlərini görə bilməyən duelyantlar iki dəfə atəş açsalar da kəskin hava şəraiti onların istəyinin reallaşmasına mane olur. Sekundantlar hər iki tərəflə danışıb duelin vaxtını təxirə salırlar. Sonralar rəqiblər barışır və duelə çıxmaqdan imtina edirılər
    1822-ci ildə Aleksandr 65 yaşlı yüksək çinli məmur olan İvan Lanovu duelə çağırır. Onların bayram süfrəsi arxasında mübahisə etmələri bu məsələnin “gündəmə gəlməsinə” səbəb olmuşdu. İndiki anlamda desək, “ağsaqqallar-qarasaqqallar” məsələyə müdaxilə etdikdən sonra tərəflər barışığa gəlmiş, dueldən iktina etmişdilər.
    1822-ci il. Puşkin Moldav əsilli yüksək çinli məmur Teodor Balşla duelə çıxmalı olur. Bu işin ”səbəbkarı” moldavanın arvadı olmuşdu. Xoşbəxtlikdən duelyantların razılığı ilə duel baş tutmadı.
    1822-ci il. Puşkin sekundantlardan imtina edərək mülkədar Skartl Prunkylonu duelə çağırır. Lakin hər iki tərəf duel qayda-qanunları barədə az məlumata malik idilər. Buna görə də uzun mübahisədən sonra duel təxirə salındı. Sonralar duel baş tutmadı.
    1822-ci ildə Puşkin Severin Potskini duel baryerinə çağırır. Səbəb isə onların yemək süfrəsi arxasında təhkimli kəndlilərlə bağlı apardıqları mübahisə olmuşdu. Bu duel də baş baş tutmadı. Rəqiblər barışdılar.
    1822-ci il. Ştabs-kapitan Rutkovski qəzəblənib Puşkini duelə çağırır. Rutkovski şairi onu təhqir etdiyinə görə duelə çağırmışdı. Lakin tərəflərin razılığı ilə duel ləğv olunur.
    1822-ci ildə Kişinyov oliqarxı İnqlezi şairi duelə çağırır. Puşkin bu zəngin adamın arvadına eşq elan etmişdi. Görünür, ər bu barədə məlumatlı idi. Amma duel baş tutmadı.
    1822-ci ilin son duelı. Şairi yenə duelə çağırırlar. Praporşik Aleksandr Zubov hirslənərək Puşkini məhv etmək qərarına gəlir. O, şair tərəfindən aldadılıb ələ salındığını güman edirdi. Amma duel baş tutmadı.
    1823-cü ildə Ruşkin şəxsi zəmində baş verən bir məsələyə görə gənc yazar İvan Russonu duelə çağırır. Ruel baş tutmur.
    1826-cı il. Şimal icmasının üzvü Nikolay Turgenev şairin şeirlərini ələ salır, onu təhqir edir. Özündən çıxmış şair onu duelə çağırır. Lakin duel baş tutmur.
    1827-ci il. Artilleriya zabiti Vladimir Solomirski arvadına eşq elan etdiyinə görə Puşkini duelə çağrılır. Lakin tərəflərin təşəbbüsü ilə onlar baryerə çıxmırlar.
    1828-ci ildə Puşkini Təhsil Nazirliyinə dəvət edirlər. Şair nazir Aleksandr Qolitsına kəskin epiqramma həsr etmişdi. Bu şeirdə təhqir elementlərinin olduğu göstərilirdi. Ortalığı duel söhbəti gəlsə də, sonralar bu baş tutmadı.
    1828-ci il. Bal rəqsi zamanı fransız səfirliyinin katibi ilə şairin arasında qızlara görə mübahisə yaranır. Şairi katibib qızlarla rəftarı razı salmır. Və mübahisə zəminində o, katibi duelə çağırır. Səfirlik nümayəndəsi şairdən üzr istəyir, barışıq əldə olunur, duel ləğv edilir.
    1829-cu il. Puşkin Xarici İşlər Nazirliyinin məmuru Dmitri Xvostova epiqramma yazır. Məmur əsəbiləşib şairi təhqir edir. Puşkin onu duelə çağırır. Amma Xvostov imtina edir.
    1836-cı il. Puşkin knyaz Nikolay Repin haqda xoşagəlməz ifadələrin yol verildiyi gümün edilən şeir yazır. Qarşı tərəfin reaksiyasıdan xoşlanmayan şair onu duelə çağırır. Duel baş tutmur.
    1836-cı il. Xarici İşlər Nazirliyinin gənc məmuru, Fedor Tolstoyun bacısı oğlu, 26 yaşlı Semyon Xlyustin şairin yazdığı şeirdən qeyzə gəlir. Puşkin onu baryerə dəvət edir. Lakin xoşbəxtlikdən duel alınmır.
    1836- cı il. Litva əsilli rus məmuru, şair, nasir Vladimir Soloqub şairin arvadı Natalya haqda xoşagəlməz sözlər deyir. Ortaya duel söhbəti gəlsə də baş tutmur.
    1836-cı ildə Puşkin anonim məktub alır. Orada yazılmışdı ki, fransız zabiti Jorj Dantes onun arvadı ilə görüşür. Puşkin onu duelə çağırır. Dantes qorxub dueldən imtina edir. Və Puşkinin baldızını sevdiyini bildirir. Duel alınmır.
    1837-ci il. Puşkinin ailəsi, arvadı ilə bağlı söz-söhbətlər səngimir. Şair öz bacanağını, yəni Dantesi duelə çağırır. Əvvəlcə Dantes şairi dilə tutub bu seçimdən imtina etməsini xahiş edir. Lakin Puşkin onu söyüb təhqir edir. Duel baş tutur. Birinci Dantes atəş açır. Şair ağır yara alır. Lakin Puşkin son anda özünü ələ alıb atəş açır. Dantes yüngül yara alır. İki gündən sonra şair gözlərini əbədi yumur.
    Rus poeziyasının Günəşi beləcə sönür.
    p.s.
    İndi bu yazıda adı çəkilən (və eləcə də çəkilməyən) insanların böyük əksəriyyəti Rusiya ictimai fikrində yalnız Puşkinlə bu və yadigər dərəcədə bağlı olduqlarına görə xatırlanır. Puşkinin dostları kimi onun düşmənləri də tarixin yaddaşında əbədiləşmişlər.

    3.Dantes təkcə Puşkinin yox, öz qızının da qatilidir...

    Bəli, Puşkini dueldə Dantes öldürüb.
    Bəli, Danteslə Puşkin bacanaq idilər. Natalya Qonçarova Aleksandr Puşkinin, Yekaterina Qonçarova isə Jorj Dantesin arvadı idi.
    Amma bir çoxunuz yəqin bilmir ki, Dantesin qızı Leoniya-Şarlotta da şeir yazırdı. Fransada böyüyən qız rus dilini bilmirdi. Amma şöhrəti və poeziyası ilə Fransanı da fəth etmiş Puşkin onun ən sevimli şairi idi. O zamanlar Puşkinin şeirləri bütün Avropada yayılmışdı. Qızcığaz böyüyəndə öyrənir ki, onun sevimli şairini və xalasının ərini öz doğmaca atası, yəni Jorj Dantes öldürüb; o, bundan dəhşətə gəlir, sarsılır.
    Şarlotta atasını ittiham edir, onu söyür, hədələyir, hətta, öldürmək istəyir.
    Yəqin bilmirsiz ki, Dantes öz qızı Leoniya-Şarlottanı psixi xəstəxanaya saldırır. Qız əzablar içində həmin xəstəxanada vəfat edir.
    Beləliklə, Dantes öz bacanağı Puşkinlə yanaşı, öz doğma qızı Leoniya-Şarlottanın da qatilidir.







    Tolstoy kimi sevirdi?

    Söhbət böyük rus yazıçısı Tolstoydan gedir.
    O, öz toyu ərəfəsində
    gələcək həyat yoldaşını uzun illər boyu qələmə aldığı
    gündəliklərlə tanış olmağa məcbur etmişdi.
    Həmin gündəliklərdə nədən bəhs olunurdu?

    Lev Tolstoy az qala bütün dünyanın sevdiyi, qiymətləndirdiyi böyük söz və fikir adamıdır. Onun əsərlərində rus adamının psixologiyası, dünyagörüşü sözün imkan verdiyi bütün rəng, çalar və qatlarla təsvir edilmişdir.
    Lev Tolstoy həm də ailəcanlı bir adam kimi tanınır. O, öz arvadı Sofiya Andreyevna Bers-Tolstayaya daim sadiq olmuş, onunla birgə 48 il ömür sürmüşdür.
    Bütün bunlar, bu ailə səadəti və etibarı böyük yazıçı ailə həyatı qurandan sonra baş vermişdir. Məsələ burasındadır ki, subay Tolsroyun həyatı coşqun, odlu-alovlu macəralarla zəngin olmuşdur. Məlumdur ki, Lev Nikolayeviç uzun illər gündəliklər yazmışdır. Həmin qeydlərdə yazıçının həyatının bir çox maraqlı anları əks olunub. Gündəliklərdə ədib öz intim duyğuları, sevdiyi qadınlar, hətta aldatdığı xanımlar haqda da çəkinmədən söhbət açır. Gənc Tolstoyun vurulduğu, görüşdüyü qadınlar arasında evli-ailəli xanımlar da olub, subay-ərlik qızlar da.
    Tolstoy həyatında yaxınlıq etdiyi ilk qadın barədə gündəliyində belə yazırdı: “Qardaşlarım məni ilk dəfə “ümumxanaya” apardılar, bu, mənim ilk əlaqəm idi və mən bundan sonra həmin qadının çarpayısı yanında dayanaraq ağladım”.
    Gənc Tolstoy ailə həyatı qurana qədər bu cür bir çox sevgi macəraları yaşayır və öz “təəssüratlarını” ərinmədən gündəliklərdə səliqə ilə qeyd edir. Qrafın ən çox əyləndiyi “xanımlar”, təbii ki, onu öz malikanəsindəki qulluqçular, xidmətçilər, əkinçi-biçinçi qadınlar idi. Onlardan birinə- Aksinya adlı ailəli qulluqçu xanıma isə Lev Nikolayeviç qəlbən vurulmuşdu. Tolstoyun bu qadınla bağlı fikirləri ilə tanış olarkən mən nədənsə digər bir dahi rus yazıçısı- Nobel mükafatı laureatı Mixail Şoloxovun “Sakit Don” romanının eyniadlı qəhrəmanı olan Aksinyanı xatırladım: Qriqori Melexovu başdan çıxaran odlu-alovlu və evli-ailəli Aksinyanı. Gənc qrafın sevgisi Yasnaya Polyanada çoxlarına məlum idi.
    Bütün bunlar öz yerində.
    Qraf Tolstoy ailə qurmaq qərarına gələrkən artıq 34 yaşı vardı. O, əvvəlcə Sofiya Andreyevnanın böyük bacısı Lizaya vurulmuşdu. Tolstoy gündəliklərində yazırdı: “Liza Bers məni cəlb edir. Amma bu, baş tutmayacaq... Hissiyyat yoxdur”.
    Sofiya Andreyevna ilə tanışlıq onun həyatında yeni mərhələ olur. Gənc qraf qıza, necə deyərlər, bir könüldən min gpnülə vurulur. Gündəlikdəki qeydlərdə oxuyuruq: “Mən vurulmuşam. Heç ağlıma gəlməzdi ki, belə sevmək olar”. O zaman Sofiyanın on yeddi yaşı vardı.
    Amma... Tostoy qıza ürəyini açmağa tərəddüd edirdi. Yox, məsələ təkcə qrafın cəsarətli olub-olmamağında deyildi. Məsələ burasında idi ki, Lev Nikolayeviç çox vicdanlı bir adam kimi gələcək arvadını özünün “keçmiş həyatı” ilə tanış etmək istəyirdi. Tolstoy belə hesab edirdi ki, indiyəcən bada verdiyi ömür bəlkə də bağışlana bilinməyəcək pozğunluqlarla doludur və o, bu barədə mütləq əvvəlcədən Sofiyaya məlumat verməlidir. Bax buna görə o, iki od arasında qalmışdı. Qraf gündəlik qeydlərində yazırdı: “Sabah onunla görüşüb ya bütün həqiqəti deyəcəm, ya da başıma güllə sıxacam”.
    Tostoy öz keçmişi haqda gələcək zövcəsinə şifahi yox, “yazılı” məlumat verməyi qərara aldı. O, bunun üçün sevgilisinə ilk növbədə illərdən bəri yazdığı gündəliklərlə tanış olmağı təklif etdi. Gənc xanımın gündəlik oxumağa marağı və həvəsi yox idi. Tolstoy şərt qoydu: əgər mənimlə, daha doğrusu mənim yazdıqlarımla tanış olmasan bu izdivac baş tutmayacaq. Yazıq Sofiya Andreyevna zorən də olsa gələcək ərinin qeydlərini oxumağa başlayır və oxuduqca da dəhşətə gəlir. Amman Allah, Lyova nə qədər pozğun adam imiş. Tolstoy hətta vurulduğu ailəli qadın qulluqçu Aksinya ilə əlaqələrini bütün “detalları” ilə qələmə almışdı... Amma artıq gec idi. Sofiya qrafla ailə qurmağa söz vermişdi. Bir həftədən sonra onların toyu oldu. Sofiya Andreyevna yazırdı: “Onun keçmişi o qədər dəhşərli idi ki, mən onunla heç vaxt barışmayacağımı zənn edirdim. O, məni öpür, mən isə ürəyimdə düşünürəm ki, bu ilk dəfə deyil ki...”
    Amma ailə qurandan sonra qraf Tolstoy bütün keçmiş “səhvlərindən” xilas oldu. O, indi Rusiyanın ən nümunəvi ailələrindən birinin başçısı hesab edilirdi. Sofiya Andreyevna ilə Lev Nikolayeviçin bu izdivacdan on üç uşağı dünyaya gəldi ki, onlardan da beşi hələ körpə ikən həlak oldu. Tolstoyların sonuncu uşağı doğulanda dahi yazıçının 60, onun arvadının isə 44 yaı vardı.
    Əksər qohumları, dostları və həmkarları ər-arvad Tolstoyların bir-birinə olan sədaqətinə, diqqətinə görə qibtə edirdilər. Həqiqətən, onlar bir-birini çox gözəl tamamlayırdı. Bütün bunlara baxmayaraq, dahi söz ustası ölümündən on gün əvvəl arvadından inciyib evdən getmişdi. Bunun da bir bağqa səbəbi vardı. Səhv etmirəmsə, vaxtilə bu “səbəb” barədə ətraflı yazmışam.
    Yeri gəlmişkən, bir nüansı da qeyd etmək yerinə düşərdi. Tolstoyun gənclik illərində sevdiyi, indiki anlamda desək-eşq yaşadığı Aksinya, ömrünün sonunacaq onların evində qulluqçu kimi fəaliyyət göstərdi. Tez-tez həmin qadınla üz-üzə gələn Sofiya Tolstayanın daxilən nələr çəkdiyini anlamaq çətin deyildir. Dahi Tolstoyun özü demişkən, “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir...” Əlbəttə, bu məşhur ifadənin davamı hər kəsə məlumdur.
    p.s.
    Yeri gəlmişkən, “Gündəlik” yazmaq çətin və ...”təhlükəli” işdir. Gərək hər şeyi bəzək-düzəksiz, malasız-suvaqsız, yəni olduğu kimi, dürüst yazasan. Bunu öz təcrübəmdən bilirəm.

















    “Adi əhvalat”ın qeyri-adi müəllifi
    (İvan Qonçarov haqda)


    Yazıçı sevdiyi xanımın başqa bir adam ilə ailə qurmasına xeyir-dua vermişdi.
    O, habelə öz yazıçı dostu İvan Turgenevi plagiatlığa görə suçlayamış və buna görə hətta,
    məhkəməyə müraciət etmişdi.

    Rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri İvan Qonçarovdur. Onun “Adi əhvalat”, “Oblomov”, “Yargan” romanları bizim oxuculara da yaxşı tanışdır. Bu əsərlərin (səhv etmirəmsə) hamısı dilimizə yüksək səviyyədə tərcümə edilib. Xüsusilə, Hüseyn Şərifin tərcüməsində nəşr edilən “Oblomov” romanı oxuculara yaxşı tanışdır.
    İvan Qonçarov ailə qurmamışdı, özü də bir çox qəribəlikləri ilə fərqlənirdi. Yazıçı uzun illər dövlət məmuru kimi fəaliyyət göstərib. Amma o dövrün ziyalıları ilə də yaxından tanış olub. Əvvəllər onun ən sevimli dostlarından biri İvan Turgenevlə olub. Hətta, onlar universitetdə birgə təhsil almışdılar. Yeri gəlmişkən, Mixail Lermontov, Konstantin Aksakov, Vissarion Belinski də onun təhsil yoldaşları olmuşdu. Qəribə xasiyyətli Qonçarovun iddialı və təkəbbürlü Lermontovdan elə də xoşu gəlmirdi.
    İvan Qonçarov bir dəfə öz həmkarı və dostu Turgenevə yeni roman (“Yarğan”) üzərində işlədiyini bildirmiş, ona əsərin qısa məzmununu danışmışdı. İvan Qonçarov öz məşhur qəhrəmanı Oblomov kimi bir qədər tənbəl idi, ləng yazırdı. O birisi İvan, yəni Turgenev isə çox məhsuldar idi. Qısası, aradan az bir müddət keçmiş Turgenev “Zadəgan ocağı” (deyəsən, bizim dilimizdə bu əsər həm də “Dvoryan yuvası” kimi nəşr edilib) romanını bitirir. Yazıçı yaxın bildiyi dostları, o cümlədən Qonçarovu malikanəsinə dəvət edib yeni əsəri oxuyur və təbii ki, rəylərlə tanış olmaq istəyir. Yazılanları dinləyən Qonçarov hiddətlənib cin atına minir. Və öz qəzəbini elə oradaca İvana bildirir, həmkarını plagiatlıqda suçlayır. Turgenev dostunun bu hərəkətindən çoz təsirlənir və deyir ki, heç bir “oxşarlıqdan” söhbət gedə bilməz. Və onu da əlavə edir: “əgər sən belə hesab edirsənsə ki, əsərdə plagiat hissələr var, onda mən bu əsəri elə bu dəqiqə hamının gözü önündə yandıra bilərəm”. Qonçarov cavabında deyir ki, əsəri yandırmaq lazım deyil, saxla, halal edirəm... Müəyyən mübahisə və çək-çevirdən sonra onlar ümumi razılığa gəlib əsərlərdəki oxşar epizodların bir çoxunu dəyişdirirlər.
    Həddindən artıq vasvası olan, üstəlik özü uzun illər “senzor” işləmiş Qonçarov başqa bir əsərə görə də keçmiş dostu Turgenevə “ilişmişdi”. Yazıçı indi də öz həmkarının “Bahar suları” povestində (habelə “Ərəfə” əsərində) “Adi əhvalat” romanından plagiatlıq etdiyini iddia edirdi.
    Qonçarov hətta öz dostunu məhkəməyə vermişdi. Bu, Rusiya tarixində plagiatlığa görə baş tutan ilk məhkəmə hesab olunur. Bəli, məhkəmə əsərlərdəki “oxşar” yerləri diqqətlə nəzərdən keçirir, həmin bu məsələ ilə bağlı digər peşəkar yazıçıların da rəylərini öyrənir. Və sonda məhkəmə hakimi belə bir qərar qəbul edir ki, hər iki əsərdə sadəcə olaraq ideya yaxınlığı vardır. Çünki hadisələr eyni ölkədə baş verir, qəhrəmanlar eyni sosial sinfin nümayəndələridir. Elə “oxşarlıqlar” da bununla bağlıdır. Amma heç bir plagiatlıqdan söhbət gedə bilməz.
    Sonralar uzun müddət ədəbiyyatçılar da belə bir “plagiatlığın” olub-olmaması ilə bağlı mübahisələr etmişlər. Amma son nəticədə böyük əksəriyyət o zamankı məhkəmə qərarını ədalətli hesab etmişdir.
    Artıq yuxarıda qeyd olunduğu kimi, İvan Qonçarov ailə qurmamışdı. Amma necə deyərlər, o, sevmiş və sevilmişdi. Ədibin vurulduğu qızlardan biri Yelizaveta Vasilyevna Tolstaya idi. Bu o zaman idi ki, İvan Aleksandroviçin artıq 43, Yelizavetanın isə cəmi 16 yaşı vardı. İvan öz sevdiyi qıza 30-dan çox məktub yazıb göndərmiş, öz dəruni düyğularını ifadə etmişdi. O, sonralar bu məktubların bir çoxundakı fikirləri öz əsərlərində, xüsusən “Oblomov” romanında “əridib” istifadə etmişdi.
    Amma qəribə xasiyyətli Qonçarovun sevgisi cavabsız qalır. Çünki gənc və gözəl Yelizaveta Vasilyevna bu zaman başqa bir adamı sevirdi. Bu, Aleksey İvanoviç Musin-Puşkin idi. Məsələ burasında idi ki, məşhur Puşkinlərlə məşhur Tolstoylar tarixən qohum, dalanəvəsi idilər. O zamankı çar Rusiyasının mövcud qanunları qan qohumlarının evlənməsini yasaq etmişdi. Amma bu iki gəncin səadətə qovuşmasında Qonçarovun da rolu az olmadı. Belə ki, Aleksey İvanoviç öz tanışları vasitəsi ilə öz sevimlisi gözəl Yelizavetanın gənc Musin-Puşkin ilə ailə qurmasını reallaşdıra bildi, onlara xeyir-dua verdi. Bu da yazıçının qəribəliklərindən biri sayıla bilər.
    Onlar- İvan ilə Yelizaveta bir də səkkiz ildən sonra rastlaşdılar. Həmin vaxt üç uşaq anası olan Yelizaveta Vasilyevna Tolstaya dul idi. Amma artıq onların təzədən qovuşması mümkün deyildi. Qonçarov xeyli dəyişmiş, kökəlmiş, qocalmışdı.
    İvan Qonçarov son nəfəsinəcən Yelizaveta Vasilyevna Tolstayaya olan sevgisini qəlbində və ruhunda yaşatdı...
    Məşhur “Adi əhvalat” əsərinin məşhur müəllifi bax belə qeyri-adi hərəkətləri ilə fərqlənirdi.



























    Marksın gizli sevgisi
    Engelsin dostuna və dostluqda böyük sədaqəti. O, Marksın “günahını” öz boynuna götürmüşdü.
    Marksın “gizli” oğlu da vardı…

    Dahilərin, klassiklrin çoxu təkcə yazıb-yaratdıqları ilə deyil, həm də həyatları ilə maraqlıdır.
    Karl Marks (Karl Henrix Marks) da həmin cərgədədir.
    Ola bilsin, Kimsə Marksın adını eşidib(oxuyub) dodaq büzsün... Bu, olan işdir. Belələrinin haqqı da var Marksa müəyyən “əmma” qoymağa... Axı Marks özü də polemikanı sevirdi...
    Mən uzun illər aspirantlara və tələbələrə “Marksizm- leninizm fəlsəfəsinin əsasları”ndan dərs demişəm. Amma özümü nə marksist, nə də leninçi hesab etmişəm. Zatən o vaxtlat başqa bir fəlsəfə dərsliyi də mövcud deyildi. Əslində həmin predmet fəlsəfə tarixi hesab oluna bilərdi. Və yenə əslində, nə Marks “bütöv” filosof olub, nə də Lenin. Marks iqtisadçı-tarixçi-hüquqşünas, Lenin inqilabçı-hüquqşünas-sosiloq idi. Onların hər ikisi özünü daha çox, “qəzetçi” və “jurnalist” hesab edirdi. Onların heç bir fəlsəfi nəzəriyyəsi olmayıb, baxmayaraq ki, SSRİ-də “Marksizm-leninizm fəlsəfəsi” dərsliyi də yazılıb. Orasını da deyim ki, bəzi mühazirə saatlarında və çıxışlarımda bu konuda fikirlərimə, həmin “klassikləri” arada tənqid etdiyimə görə töhmətləndirilmişəm də... Zira onlar Sovetlərdə canlı adamdan daha çox, büt kimi təqdim edilirdi. Mən isə canlı, yaşarı Marksı təqdim etmək fikrində olmuşam. Həm də filosof kimi yox, iqtisadçı kimi...
    Bu bir başqa mövzu.
    Şübhəsiz ki, onların hər ikisi nəhəng idi.
    Bəli, həyatı maraq doğuran tarixi şəxsiyyətlərdən biri Karl Marksdır.
    Mən bu kiçik qeydlərdə Marksın bütöv həyatı haqda deyil, sevgisi və sevgilisi haqda müxtəsər danışmaq istəyirəm.
    Karlın arvadı Jenni Marks ərindən dörd yaş böyük idi. Onların arasında odlu-alovlu eşq yaşanmışdır. Jenni advokat qızı idi, aristokrat vəkil ailəsindən çıxmışdı.
    Valideynləri razı olmasalar da, gənclər tez ailə qurdular. Onda Karlın cəmi 18 yaşı vardı. Ona rənginin tutqunluğuna, qatran rəngli saç-saqqalına görə “Mavr” deyirdilər. O, gəncliyində şeir yazırdı, məşhur şair Henrix Hayne (Heyne) ilə uzaq qohumluğu da var idi. Tezliklə gənc ailədə dörd uşaq dünyaya göz açdı. Onlardan biri –Foksik adlı oğlan uşağı dünyadan tez köçdü. Qızları- Jenni, Laura və Eleonora yaxşı tərbiyə aldılar, öz dövrlərinin məşhur simaları ilə ailə qurdular...
    Bütün bunlar məlum.
    Ailəsinə sədaqətli olan Marksın məşhur bir ifadəsi var, almancasını bilmirəm, ruscası belədir: “Я человек, и ничто человеческое мне не чуждо” (“Mən insanam, insana xas olan heç nə mənə yad deyil”). Bəli, Marks insan idi və özünün dediyi kimi insani səhvlərdən də xali deyildi.
    İstərdim ki, proletariatın dahi rəhbərinin bir “səhvi” haqda söhbət açım. Məsələ burasındadır ki, Marsın gizli sevgisi də vardı. Həm də məsələ orasında idi ki, Marksların evində gənc bir xanım qulluqçuluq edirdi. Bu, Yelena Demut adlı qadın idi. Evdə onu Lenxen deyə çağırırdılar. Əlbəttə, qulluqçu saxlamağa Marksın maddi imkanı yox idi. Kitablardan çox cüzi qonorar alıdı. Onun ailəsinin qayğısını sadiq dostu Fridrix Engels çəkirdi. Çox güman ki, Engels olmasaydı Marks bizə məlum Marks olmayacaqdı. Amma...
    Tezliklə Marksla ev qulluqçusu arasında gizli bir eşq macərası yaşandı. Qadın hamilə oldu və dünyaya bir oğlan uşağı gətirdi. Marks çıxılmaz vəziyyətdə qalmışdı. Jenni ərindən şübhələnməyə, ona eyhamlı işarələr vurmağa başladı. Məsələdən agah olan Fridrix Engels dostunun köməyinə çatdı. O, Jennini inandıra bildi ki, uşağın atası Marks yox, o, özüdür. Yəni Engelsdir. Jenni bir daha bu mövzuya qayıtmadı. Ailəni qorumağa çalışan bütün ağıllı qadınlar kimi, o, “Mavrın” üstünə gəlmədi. Sonralar həmin uşaq böyüdü. Və həyatının sonunacan Engelsi öz atası hesab etdi. Bu uşaq, sonralar fəhlə hərəkatının fəal üzvü olmuş Henri Frederik Lüis adlı inqilabçı idi. Nəhəng tekstil fabrikin sahibinin oğlu, sadiq dost Engels ömrünün sonunacan Marksın “gizli” sevgilisinə və uşağına qayğı göstərdi.
    Bəzi tədqiqatçılar Engelsin həyatına kölgə salaraq onun Yelena ilə əlaqəsinin olduğunu iddia edirlər. Amma bu, səhv informasiyadır. Məsələ burasındadır ki, Engels Meri Börns adlı-soyadlı xanımı sevmişdir. Meri 41 yaşında vəfat etmiş və bu, Engelsə çox təsir etmişdi. Bir müddət tənha qalan Engels sonralar Merinin bacısı Lizzi Börns ilə birgə yaşamağa başlamışdır.
    Engels yalnız öz əcəlinə bir neçə saat qalmış, yəni ölüm yatağında sevgilisi Lizzi ilə evliliyini, nigahını rəsmiləşdirmişdir...
    O ki qaldı Marksın gizli sevgilisi Yelena Demuta, o, uzun bir ömür yaşadı və öləndə Marksın qəbrinin böyründə dəfn olundu...
    Adətən, Marksın bioqrafiyasını yazanlar onun üç qızının olduğunu vurğulayırlar. Əslində isə, gördüyümüz kimi, Marksın oğlu da vardı.































    Leninin sevgilisi...
    Krupskayanın əri...

    Leninlə Krupskayanın ər-arvad olduğunu az qala bütün dünya bilir. Amma az adam bilir ki, Leninin qanuni arvaddan başqa mülki arvadı, daha doğrusu sevgilisi də olub. Bu, məşhur inqilabçı İnesa Armand idi.
    Lenin (və eləcə də Krupskaya) İnessa Armandla 1909-cu ildə Parisdə tanış olub. Bu tanışlığa qədər İnessanın iki nikahdan beş uşağı vardı. Bildiyimiz kimi, Krupskayanın övladı olmamışdı.
    Nadejda öz məşhur ərinin fransalı xanıma bənd olduğunu yaxşı bilirdi. Nə qədər təmkinli olsa da belə, Nadya daxilən iztirab keçirirdi. Hətta, bir dəfə boşanmaq qərarına da gəlmişdi. Amma sonralar bu istəkdən daşınmışdı.
    Leninlə İnessanın sevgi macərası izsiz ötüb keçməyib. Deyilənə görə onların Aleksandr (bəzi mənbələrə görə isə Andrey) adlı övladları olub. Bu barədə bir qədər sonra...
    İnessa Fyodorovna Armand 1874-cü ildə Parisdə opera müğənnisi Teodor Stefanın ailəsində doğulmuşdu. O, səkkiz yaşında ikən atasını itirir. Ailə çətinliklərə məruz qalır. İnessa 15 yaşında ikən öz bacısı Rene ilə Rusiyada yaşayan xalasıgilə gəlir. Xala məşhur varlı ailənin-Armandların uşaqlarına musiqi dərsi keçirdi. 1893-cü ildə İnessa Armandın oğullarından birinə- Aleksandrla, onun bacısı Rene isə digər qardaşa- Pavellə ailə qurur.
    İnessanın birinci nikahdan dörd uşağı- iki oğlu, iki qızı olur. 1902-ci ildə qadın öz ərindən ayrılaraq onun kiçik qardaşı 18 yaşlı Vladimirə ərə gedir və bu evlilikdən Andrey adlı oğlu olur. O, əvvəlcə Vladimirin təsiri altında rus eserrçilərinin Moskva qrupu ilə tanış olur.
    Bundan sonra İnessa inqilabı fəaliyyətlə məşğul olur. O, tezliklə bolşeviklərə qoşulur. Dediyimiz kimi, Leninlə Armand Parisdə tanış olmuşdular. İnessa Volodyadan dörd yaş kiçik idi. Bildiyimiz kimi, Nadejda isə Volodyadan bir yaş böyük idi. Xanım İnessa fransız fəhlələri arasında partiya təbliğatı aparırdı. O, Leninin əsərlərini fransızcaya tərcümə edirdi.
    Armand 1917-ci ilin aprelində Rusiyaya Leninlə eyni vaqonda- bir kupedə gəldi. Leninin yaxın silahdaşı kimi ağır döyüşlərdə iştirak etdi. Xəstəliklərə mübtəla oldu.
    Lenin hakimiyyətə gələndən sonra da İnessa Armanda xüsusi qayğı ilə yanaşmışdı. İnqilabdan sonra bu xanım Moskva Xalq Komissarları şurasının sədri seçildi. Armand 1919-20-ci illərdə Rusiya Kommunist (b) Paryiyası MK-da qadın şöbəsinə rəhbərlik edib. İnessa 12 oktyabr 1920-ci il taridə Nalçikdə vəbaya yoluxub və Beslanda vəfat edib. O, Moskvada Kreml divarları önündə dəfn edilib. Məzarının üzərinə Baş nazirdən-Leninin adından əklil qoyulub.
    Yeri gəlmişkən, belə bir rəvayət də gəzir ki, Leninlə Armand ötən əsrin əvvəllərindən tanış olublar və Andrey məhz Vladimir İliçin oğlu olub. Qızıl ordunun kapitanı Andrey Aleksandroviç Armand (1903-1944) müharibədə qəhrəmancasına həlak olub və Vilnüs yaxınlığında-Mariyampolda dəfn olunub.
    ...Rus tarixini yazanlar son zamanlar belə bir mülahizə ilə də çıxış edirlər ki, Nadejda Krupskaya Vladimir İliçdən əvvəl də ailəlik həyatı yaşayıb.
    Gəncliyində Krupskaya yaraşıqlı qız olub. Onun aşiqləri, fanatları az olmayıb. Belə iddia olunur ki, Nadyanın birinci əri Boris Vladimiroviç German olub. O, 1860-cı ildə doğulub. Nadejdadan 9 yaş böyük olub. Eser partiyasının rəhbərlərindən biri kimi tanınıb. Sonralar ər-arvadın yolu ayrılıb və onların nikahı pozulub.
    Yeri gəlmişkən, German məşhur eser Fanni Kaplanın yaxın dostu olub. Bu, həmin Kaplandır ki, 1918-ci il avqust ayının 30-da Lenin Moskvada Mixelson zavodunun fəhlələri qarşısında çıxış edərkən tapançadan bir neçə atəş açmış, nəticədə inqilab rəhbərini ağır yaralamışdı.
    German haqqında “NKVD”-nin keçmiş agenti Kirill Henkin 1984-cü ildə İsraildə nəşr etdirdiyi kitabda ətraflı söhbət açıb. 1984-cü ildə çapdan çıxmış həmin kitabın adı belədir: “Ruslar gəldilər”.
    Kitabda qeyd olunur ki, İnqilabdan sonra Boris German Argentinaya gedir, ömrünü mühacirətdə başa vurur. German mühacirətdə də dinc durmur, terrora əl atır. Həbs olunur və elə həbsxanada “Sosializmin biologiyası” adlı kitabını yazır. O, deyilənə görə məhbəsdə vəfat edir.
    Tarixin bu cür açılmamış səhifələri də olur...













    Stalinin qızı

    Svetlana Alliluyevanın sevgililəri...

    Mən tarixi-sənədli bir əsər üzərində işləyirəm. Personajlar sırasında inqilabi fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.
    Haqqında söhbət açdığımız Svetlana Alliluyeva bu məşhur ailənin övladıdır. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq Stalinin qızı haqda kiçik qeydləri təqdim edirəm. Svetlananın anası Nadejda Alliluyeva 1932 ci ildə intihar edəndə qızçığazın yeddi yaşı vardı. İlk illər ona demişdilər ki, anası xəstəlikdən ölüb. Sveta sonralar anasının özünü güllə ilə ilə vurub öldürdüyünü biləndə sarsılmışdı. Stalinin qızı sonralar yazırdı: “Təki mənim atam Baş katibə yox, adı bir dülgərə ərə gedəydi”.
    Svetlana təbiətən sərbəst, habelə hökmlü bir qızdı.
    Stalinin sevimli qızı hələ 14 yaşında olarkən Beriyanın oğlu Serqoya vurulmuşdu. Amma oğlan Stalinin qızından iki yaş böyük idi. Bir müddət sonra Serqo Lavrentyeviç məşhur proletar ədib Maksim Qorkinin nəvəsi Marfa Peşkovla evləndi.
    Qorkinin nəvəsi çox gözəl və “modnitsa” idi. Svetlana isə rəftar və geyimində sadəliyi sevirdi. Məsələ budur ki, hər iki məşhur sinanın qızları zaman keçdikcə bir-birinə daha çox nifrət etməyə başladı.
    İlk yeniyetməlik eşqinin oxu daşa dəyən Svetlana 17 yaşında olarkən o zaman tanınmış dramaturq Aleksey Kaplerlə sevişməyə başladı. O zaman Kaplerin 40 yaşı vardı. Kapler “Lenin Oktyabrda” adlı məşhur filmin ssenari müəllifi idi. Kapler Svetanın qardaşı Vasilinin dostu idi. Stalin məktəbli qızının yəhudi əsilli, həm də yaşlı bir adamla sevişdiyini biləndə bərk qəzəbləndi. Az sonra yazıçını “ingilis şpionluğunda” günahlandırıb Vorkuta sürgün etdilər. Kapler orada ağır şəraitdə, xüsusi xidmət orqanlarının təzyiqi altda yaşmağa başladı. O zaman başqa cür ola da bilməzdi. Onlar, bu iki sevgili, bir də Stalinin ölümündən sonra təzədən görüşə bildilər.
    Stalin qızının müstəqil ailə həyatı qurmasını, ümumiyyətlə azadlıqsevərliyini, təqdir etmirdi. Amma Svetlana da Svetlana idi. O, hələ MDU-da təhsil alarkən yenə öz qardaşının tələbə dostu Qriqori Morozovla ailə qurdu. Bu, onun ilk rəsmi nikahı idi. Oğlan Stalinin qızından ötrü dəli-divanə idi. Amma Sveta öz ərinə qarşı soyuq idi. Tezliklə onların övladı oldu. Uşağın adını dahi rəhbərin şərəfinə İosif qoydular.
    Stalin öz nəvəsini sevmirdu, çünki uşağın atası yəhudi idi.
    Qriqori uşaqcanlı idi. İstəyirdi ki, çoxuşaqlı ata olsun. Amma Svetlana ərinin arzusunun xilafına olaraq çox uşaq istəmirdi. Alliluyeva Morozovla yaşayarkən beş dəfə abort etdirdi.
    Svetlana atasının təhriki ilə Qrişadan ayrılmalı oldu. Oğlu Yosenin (İosifin) iki yaşı olanda o, Yuri Jdanovla ailə qurdu. Yurinin atası Andrey Jdanov Mərkəzi Komitə katibi, üstəlik də Stalinin yaxın dostu və silahdaşı idi. Bu izdivac valideynlərin arzusu ilə baş tutmuşdu. Tezliklə onların bu evlilikdən Katya adlı qızları dünyaya gəldi. Amma Svetlana ərini sevmirdi. Onun bütün günü restoran və gənclərin şənlik məclislərində keçirdi. Tezliklə ailə dağıldı. “Ellər atası” bu dəfə boşanmaya sakit yanaşdı, onsuz da böyük ölkənin problemləri az deyildi.
    Svetlana 1956-cı ildə yeni eşqə mübtəla oldu. Bu, onun uşaqlıqdan tanıdığı Svanidze idi. Oğlanın adı Conrid idi. Bu ad ona məşdur amerikan jurnalisti Con Ridin şərəfinə qoyulmuşdu. Məsələ burasında idi ki, Conrid Stalinin birinci arvadının qardaşı oğlu idi. Yəni Svetanın ögey bibisi oğlu. Svanidzenin valideynləri 1938-ci ildə həbs edilərkən öz övladlarından imtina etməli olmuşdular. Conrid uzun illər həbsdə və sürgündə olmuşdu. 1954-cü ildə sürgündən qayıdıb Moskvaya gəlmiş, Xruşşovun şəxsi göstərişi ilə ona mənzil verilmişdi. Svanidze Svetlana ilə 1957-ci ildə ailə qurdu. İki ildən sonra onlar ayrıldılar.
    Svetlana Alliluyeva dördüncü dəfə hind vətəndaşı Braceş Sinqxlə ailə qurdu. Bu adam Moskvaya müalicə üçün gəlmişdi. Kommunist idi. Varlı ailədən çıxmışdı. Alliluyevadan 26 yaş böyük idi. Kreml bu evlənmənin əleyhinə idi. Axı bu necə ola bilər ki, Stalinin qızı xarici vətəndaşla ailə qursun? Amma Sveta öz istəyində möhkəm idi. Ərini də sevirdi. Halbuki Sinqx ağır xəstə idi. Onlar dörd il birgə yaşadılar. 1967-ci ildə Sinqx öldü. Svetlana onu dəfn etmək üçün Hindistana getdi. Amma onun sevgi macəraları davam edirdi.
    Svetlana beşinci dəfə 1970-ci ildə amerikalı memar Uilyam Piterslə ailə qurdu. Onun Olqa Piters adlı qızı oldu. Sonralar həmin qız Kris Evans kimi tanındı.
    1988-ci ildə Svetlana Alliluyeva texaslı Tom Ternerlə yeni ailə qurur. Tom ondan on yaş kiçik idi. Amma evlilikdən bir neçə ay sonra Tom öldü.
    İngiltərədəki meksikalı diplomat Raul Ortiz də Svetlananın son ərlərindən biri idi. Yaşı altmışı keçmiş bu adam yüksək təhsil və mədəniyyət sahibi idi.
    Bütün bunlardan başqa müxtəlif mərhələlərdə Svetlana Alliluyeva müxtəlif adamlarla eşq həyatı yaşayıb. Bunlara misal olaraq məşhur tənqidçi və yazıçı Andrey Sinyavskini göstərmək olar. Bu adam Abram Terts imzası ilə də tanınır.
    Daha bir tanınmış şəxs, məşhur rus şairi David Samoylov Svetanın sevgililərindən biri idi.
    Amerikalı jurnalist Luis Fişer, rus şair və yazıçısı Vladimir Solouxin, jurnalist Dmitri Pisrevski, amerikan iş adamı Ues, redaktor Rozamond Riçardson, Başnell də Svetlana Alliluyevanın sevgililəri olmuşdu.
    Dahi rəhbərin qızı 2011-ci ildə Amerikada Viskonsin ştatında vəfat edib.

















    Stalinin arvadı

    Nadejda Alliluyevanın faciəli həyatı
    Məlumat verildiyi kimi, 20-ci il hadisələri ilə bağlı tarixi-sənədli əsər üzərində işləyirəm. Personajların sırasında fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.
    Stalinin ikinci arvadı Nadejda Sergeyevna Alliluyeva 1901-ci ildə Bakıda doğulmuşdu. Onun atası Sergey Yakovleviç peşəkar inqilabçı idi.
    Nadejdanın damarında gürcü, alman və qaraçı qanı qarışıb birləşmişdi. O, çılğın, söz götürməyən, təvazökar, azadlıqsevən bir qızdı.
    Stalinlə Sergey köhnənin tanışları idilər. Hətta, Nadejda uşaq olarkən gənc Koba bir müddət Bakıda onların evində yaşamışdı. Bir çox tarixçilər gənc inqilabçı ilə yaşlı Sergeyin arvadı Olqanın çox yaxın münasibətdə olduğunu da yazırlar. Onlar yaşıd idilər. Olqanın əri Sergey Alliluyev gənclərin bu “dostluğuna” xüsusi bir əhəmiyyət vermirdi.
    Stalinlə Nadejda 1918-ci ildə ailə qurdular. Bu zaman Stalinin otuz doqquz, Nadejdanın on yeddi yaşı vardı.
    Bu izdivacdan onların iki övladı dünyaya gəlmişdi: Vasili və Svetlana.
    Nadejda bir müddət milli münasibətlər komissarlığında Stalinin yanında, habelə “İnqilab və mədəniyyət” jurnalında, “Pravda” qəzetində işləmişdi. Onun fəaliyyətinin böyük bir qismi Xalq Komissarları Soveti ilə bağlı olub. Məlumdur ki, XKS-nin sədri Lenin idi. Nadejda Semyonovna burada Leninin katibliyində çalışırdı. Hətta, deyilənə görə, Stalin öz arvadı vasitəsilə Leninə gələn gizli, məxfi məgtubları əldə edərək qarşılayıcı tədbirlər görürmüş.
    Stalin kobud, kinli, qisasçı bir adamdı. Məsələn, 0 1921-ci ildə bir müddət arvadı ilə danışmadı. Səbəb də bu idi ki, niyə arvadı ona “siz” deyə müraciət edir. Hətta, həmin il Nadejda partiyadan azad edilib bir müddət sonra yenidən bərpa olunmuşdu. Bütün bu baş verənlərdə Stalinin rəyi yox deyildi.
    Bir dəfə növbəti ailə mübahisəsi zamanı Nadejda ərinə demişdi: “Sən başqasına əzab verməkdən həzz alırsan. Öz öğlunu, öz arvadını, hətta bütün ölkəni əzməkdən feyziyab olursan”.
    Nadejda “Promakakdemiya”da oxuyarkən çoxları, daha doğrusu rektordan başqa heç kəs, bu qadının Stalinin advadı olduğunu bilmirdi. Nadejda öz soyadını da dəyişməmişdi, qızlıq familiyasını saxlamışdı. İşə və dərsə ictimai nəqliyyatla gedib-gəlirdi.
    Zəruri qeyd. Sonralar Sov. İKP MK-nın lideri olmuş Nikita Sergeyeviç Xruşşov Nadejdanın tələbə yoldaşı olmuşdu. O zaman gənc Xruşşovu öz ərinə məhz Nadejda təqdim etmişdi.
    Nadejda Alliluyeva təbiətən ürəyiyumşaq, emosional bir qadındı. O, özünün bir neçə tələbə və iş yoldaşlarını dəfələrlə repressiyanın cəngindən xilas edə bilmişdi. Amma bəzən cəza idarələri onu eşitmirdi. Bir dəfə növbəti xahiş zamanı OQPU-nun rəhbəri Henrix Yaqoda onun xahişini yerinə yetirməkdən imtina edərək demişdi: “Mən artıq heç nə edə bilmərəm. Çox şey mənim imkanım xaricindədir”.
    O, Leninqradda yaşayan valideynlərinə, Xarkovdakı bacısına tez-tez baş çəkirdi. Daim sadə adamların arasında olurdu. Ölkədə baş verən faciələrin, yaranan xofun, həyata keçirilən repressiv tədbirlərin şahidi kimi hədsiz əzab çəkirdi. O, yeganə adam idi ki, ərinə öz iradını deyə bilirdi. Bu “iradlara” görə Stalin onu bir neçə dəfə təhqir etmişdi.
    Nadejda Alliluyevanın iki yaxın rəfiqəsi vardı. Sonralar Stalin hər iki qadını amansız şəkildə cəzalandırdı. Bunlardan biri Polina Semyonovna Jemçujina idi. Bu qadın Stalinin silahdaşı, SSRİ-nin Xarici İşlər naziri və Baş naziri olmuş Vyeçeslav Molotovun arvadı idi.
    Zəruri qeyd. Jemçujinanın əsl ad –soyadı Perl Karpovskayadır. Yəhudi dərzinin ailəsində doğulub. 1921-ci ildə Vyaçeslav Mixayloviç Molotovla ailə qurub. Stalinin arvadı Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub. Jemçujina yüksək dövlət postlarında olub. SSRİ balıq sənayesi naziri, habelə yüngül sənaye naziri vəzifəsində çalışıb.
    1948-ci ildə partiyadan xaric edilmiş, 1949-cu ildə “yəhudi millitçiləri ilə uzun illər cinayət əlaqəsinə görə” maddəsi ilə həbs olunub. Onunla bərabər bir sıra yaxın qohumları, habelə qardaş və bacısı da həbs edilmiş və məhbəsdə həlak olmuşlar. Stalin ölən günün səhəri Beriyanın əmri ilə həbsdən azad olunaraq partiyaya bərpa olundu. Ömrünün sonunacan Stalin ideyalarına sadiq qalıb.1970-ci ildə vəfat edib.
    Nadejdanın digər rəfiqəsi Stalinin əvvəlki arvadının qardaşı Aleksandrın həyat yoldaşı Mariya idi.
    Zəruri qeyd. Opera müğənnisi Mariya Anisimovna Svanidze (Korona) 1939-cu ildə həbs olunmuş, 1942-ci il mart ayının üçündə “NKVD”-nin çıxardığı qərara əsasən güllələnib.Onun bacısı Mariko da “xalq düşməni” kimi ölümə məhkum olunub.
    Aleksandr Semyonoviç Svanidze 1886-cı ildə Gürcüstanda doğulub. Stalinin birinci arvadının qardaşı, opera müğənnisi Mariya Anisimovna Svanidzenin (Korona) əri. Stalinin ən yaxın dostlarından biri.Tanınmış bolşevik, tarixçi və iqtisadçı. Şota Rustavelinin “Pələng dərizi geymiş pəhləvan” poemasını gürcü dilindən ruscaya tərcümə edib. 1937-ci ildə ildə “yejovçu” və “alman casusu” kimi şərlənərək həbs olunmuşdu. Həbsxanada ona təklif olunub ki, Stalinin adına əfv məktubu yazsa, qaynı onu bağışlayacaq. Aleksandr Semyonoviç əsəbiləşərək deyib: “Axı mən Stalindən nə üçün əfv olunmağımı xahiş etməliyəm?Bəyəm bir cinayətim olub?” O, bağışlanma xahişi etmədi. Müharibə başlayandan az sonra, 1941-ci il avqust ayının 20-də güllələndi. Stalin qaynının əfv ərizəsi yazmadığını eşidərkən istehza ilə belə deyib: “Bir buna bax, gör necə qürurludur, ölümü xahişdən üstün bilib”.
    İntihara səbəb kimi bir gün əvvəl -1932-ci il noyabrın 7-də Voroşilovun mənzilində ziyafət zamanı ər-arvad arasındakı kiçik mübahisə də qeyd olunur. Bütün partiya rəhbərliyi Kliment Varaşılovun evinə toplaşıb inqilabın onbeş illiyini qeyd edirdi. Məclisdə Nadejdadan başqa hamı içirdi. Stalin guya zarafat edirmiş kimi narıngi qabığını arvadının üstünə ataraq qışqıb: “Ey, sən də iç”. Qadın əsəbiləşib ona sərt cavab vermişdi: “Mən səninçün nə “ey”əm, nə də “sən”...
    Deyilənə görə, Nadejda Alliluyeva mübahisədən sonra ziyafəti əsəbi halda tərk edərək evə qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da, o, bu zənglərə məhəl qoymayıb. Stalin səhərisi gün də evə gəlib çıxmadı. O, sonralar nəzarətçilərin dediyi kimi, sevdiyi xanımın yanına gedibmiş.
    Zəruri qeyd. Həmin xanım məşhur opera müğənnisi Vara Davıdova olub. Onun əsl soyadı Mçedlidze idi.
    Təbiəti etibarilə çox ailəcanlı və qısqanc Nadya ərinin müğənniyə sevgisindən xəbərdar idi. Noyabrın səkkizindən doqquzuna keçən gün gecə saatlarında Alliluyeva vaxtilə ona hədiyyə olunmuş silahı -“Valter” tapançasını əlinə götürüb alnına dirədi. İntihar etdi.
    Səhərisi günsə bayram konserti olacaqdı.
    Nadejda Alliluyevanın xaç atası görkəmli partiya və dövlət xadimi Avel Safranoviç Yenukidze olmuşdu. Stalin arvadı dəfn olunan gün Yenukidzeni çağırıb dedi: “Onu sən xtistian etmisən, get indi özün dəfn elə”.
    Zəruri qeyd. Yenukidze 1937-ci ildə “xalq düşməni” kimi güllələndi.
    Nadejda Alliluyevanın intiharı və ya öldürülməsi ilə bağlı hələ Stalinin öz sağlığında çoxlu fikir və şayiələr yayılmışdı.
    Rəsmi “Pravda” qəzetində Stalinə verilən başsağlığında Alliluyevanın kor bağırsaqdan əməliyyat olunarkən vəfat etdiyi göstərilirdi.
    Müəmmalı olümlə bağlı digər versiyalar da mövcuddur. Hətta, deyilir ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonnı güllələyib.
    Bəziləri Alliluyevanın özünü öldürməsinin səbəbini ərinin törətdiyi repressiyaların doğurduğu dəhşətlərlə bağlayırlar.
    Nadejdanın, hətta, Stalinin birinci nikahdan doğulmuş oğlu Yakovla yaxın əlaqəsinin olduğunu və buna görə hiddətlənən Stalinin özü tərəfindən güllələndiyini deyənlər də var.
    Nadejdanın yaxın rəfiqəsi və Stalinin qaynı arvadı, bayaq haqqında söhbət açdığımız Mariya Svanidze öz gündəliyində yazırdı ki, bu hadisədən- arvadının özünü öldürməsindən Stalin hədsiz dərəcədə sarsılmışdı. Həmin xanım onu da yazır ki, Nadejda son vaxtlar erkən klimaks və kəskin başağrılarından əziyyət çəkirdi.
    Stalinin qızı Svetlananın yazdığına görə bu intihara səbəb onun anasının psixoloji halı-səhhəti ilə bağlı olub.
    Məmin məclisdə iştirak edən Molotov öz gündəliyində bu intiharı qısqanclıqla bağlayır və yazırdı:”Onun damarından qaraçı qanı axır”.
    Stalinin arvadının dəfni noyabrın onbirində baş tutdu. O, Novodeviçye qəbristanlığında torpağa tapşırıldı.
    Stalinin bioqrafiyasının tədqiqatçısı Dmitri Volkaqonov yazır ki, Nadejda ərinə ölümqabağı məktub yazıbmış. Sonralar bu məktub yoxa çıxdı.
    Stalin arvadının atəş açdığı tapançanı əlinə alaraq demişdi: “Bu ki, oyuncaq bir tapançadır... Hər halda mən pis ər olmuşam, onu kinoya aparmağa vaxt ayırmamışam”.
    Bir çoxları “ellər atasının” dəfndə iştirak etmədiyini yazsalar da, bu yanlış informasiya sayıla bilər; çünki Baş katibib cangüdəni yazır ki, Stalin öz arvadının dəfndə sonacan iştirak etmişdi.
    Bir müddət sonra Nadejda Alliluyevanın məzarının üstündə ağ mərmərdən heykəl qoyuldu. Orada bu sözlər yazılmışdı : “Nadejda Sergeyevna Alliluyeva-Stalina / 1901—1932 / ÜK(b)P –nin üzvü. İ.V. Stalindən xatirə”.
    Arvadını ölümündən sonra Stalin Nadejda Sergeyevnanın qardaşı Pavelgilə tez-tez baş çəkməyə başladı. Çoxları bunu dahi rəhbərin öz qohumlarına diqqəti kimi qəbul edirdi. Amma əslində bu get-gəlin səbəbi ayrı şey idi: Stalin öz qaynı arvadı Yevgeniya Alliluyevaya vurulmuşdu. Əlbəttə, açıqfikirlı, düzünəqulu Yevgeniya Stalinin bu arzusuna “yox” cavabı vermiş, onu az qala evdən qovmuşdu. Bu imtinanın bədəli faciəvi sonluqla ödənildi. Yevgeniya Alliluyeva və qızı Kira “xalq düşməni” kimi həbs edildi, əri Pavel Alliluyev isə zəhərlənib öldürüldü.
    “Ellər atasının” ailə dramı haqda kifayət qədər kitablar yazılmış, filmlər çəkilmişdir.


    Stalinin oğlu
    və
    Hitlerin bacısı oğlu...

    Yeni tarixi əsər üzərində işləyərkən Stalinin oğlu ilə bağlı əksəriyyətinizin bildiyi bir faktı təzədən araşdırmalı oldum.
    Yakov Cuqaşvili 1941-ci ilin yay aylarında qanlı Smolensk döyüşlərinin birində əsir düşür. Əsir Yakov Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilir. Almanlar Yakovu Stalinqrad döyüşü zamanı sovet ordusuna əsir düşmüş feldmarşal Fredrik Paulus ilə dəyişdirmək istəyirlər. Mənbələrdə Stalinin bu təklifə müxtəlif cavablar verdiyi göstərilmişdir. Həmin cavablardan ən məşhuru budur: “Bir feldmarşalı leytenanta dəyişmərəm”. Digər bir cavab: “Yakov kimi milyonlarla oğlum var. Ya onları da Yakov ilə birlikdə azad edərsiniz, ya da oğlum onlarla eyni taleni yaşamalıdır”-olmuşdur.
    A m m a mənim diqqətimi vacib bir i n f o r m a s i ya cəlb etdi. Hələlik fakt kimi tam təsdiqlənməmiş bir mülahizəyə görə, Adolf Hitler sovet əsirliyində olan bacısı oğlu Leo Raubalı Stalinin oğlu Yakov ilə dəyişdirmək istəmiş, ancaq bu təklif də Stalin tərəfdindən rədd edilmişdir.
    Yakov Cuqaşvili Zaksenhauzen həbs düşərgəsində saxlanılan zaman düşərgədən qaçmaq istəyərkən elektrik tellərinə toxunaraq həlak olmuşdur.
    p.s.
    Yakov 1925-ci ildə 18 yaşı olarkən, 16 yaşlı yəhudi qızı Zoya Qunina ilə evlənmişdi. Stalin oğlunun bu nikahına qarşı çıxır. Yakov əsəbiləşib özünü güllə ilə vurur və sağ qalır. Stalin istehza ilə deyir ki, “bu heç düz-əməlli atəş də aça bilmir”.
    Stalin oğlunu o qədər də sevmirdi. Hətta,deyilənə görə ikinci arvadı Nadejdanı öz oğluna qısqanırdı.
    Sonralar Yakov artilleriya akademiyasına daxil olur. 30-cu illərin əvvəllərində Yakov Olqa Pavlovna Qolışeva ilə tanış olur. Qız Moskvaya Urüpinskdən –Stalinqrad oblastından gəlmişdi. Amma onlar az müddətdən sonra ayrıldılar. 10 yanvar 1936-cı il tarixdə onların Yevgeni adlı övladları dünyaya gəldi.
    1936-cı ildə Yakov balerina Yuli Meltserlə evləndi. Yakov balerinanın əri Nikolay Bessarabla əlbəyaxa vuruşmuş, nəhayət, öz istəyinə nail olmuşdu. Onların bu nikahdan Qalina adlı qızları doğulmuşdu. Nikolay Bessarab sonradan həbs edilərək öldürüldü.

    28.10. 16
















    Mən Molotovu görmüşəm
    (Molotovdan ta... “Molotov kokteylinə” qədər
    uzun bir ömür)

    Kitabxana zalının girişində kiçik bir növbə yaranmışdı. Məndən bir az aralıda ortaboylu, eynəkli, ciddi görkəmli, enlialınlı, saçına və bığına dən düşmüş, səliqəli geyimli bir kişi dayanmışdı. Mən bu adamı son vaxtlar tez-tez kitabxanada görürdüm. Onun sifəti çox tanış gəlirdi. Bu adamı hər dəfə görəndə özüm-özümə sual verməli olurdum: görəsən, mən onu haradan tanıyıram? Bu boyda şəhərdə belə bir şəxsi tanışımın olmamasına yüz faiz əmin idim. Çünki Moskvadakı tanışlarımı az qala adbaad tanıyırdım. Bu adamı, daha doğrusu onun şəklini isə, olsa-olsa ya televizorda, ya dərslikdə, ya da qəzet-kitab səhifəsində görə bilərdim. Çox güman ki, məşhur yazıçı və yaxud alımlərindən biridir, sadəcə olaraq indi onun kimliyini yada sala bilmirdimm.
    Arabir yaxınlıqdakı “tanışıma” altdan-altdan göz qoyurdum. Növbəmiz yetişəndə bilərəkdən ayaq saxladım ki, əvvəlcə bu yaşlı adam keçib getsin. Kişi təşəkkür edirmiş kimi başını yüngülcə tərpədinb irəli keçdi, oxucu biletini girişdə dayanmış qadına uzatdı. Qadın kişinin əlindəki vərəqə giriş üçün ştamp vurub ehtiramla dilləndi:
    -Buyurun, Vyaçeslav Mixayloviç.
    Kişi kitabxananın pillələrinə yaxınlaşıb ora-bura boylandı, sonra ani olaraq nəsə fikirləşib qıvraq addımlarla oxu zalına sarı döndü.
    Arxa tərəfdən kimsə dilləndi:
    -İndicə içəri keçən adam Molotov deyildi ki?
    Kitabxanaçı qadın cavab verdi:
    -Bəli, Molotov idi.
    -O, hələ sağdır?
    -Görürsüz ki, sağdır.
    Başqa bir adam da bu “diskussiyaya” qoşulub dedi:
    -Deməli, Stalin də indiyəcən sağ qala bilərmiş...
    Son günlər kitabxanada rastlaşdığım bu adamın kimliyini mən yalnız indi bildim.
    Vyaçeslav Mixayloviç Molotov vaxtilə SSRİ-nin başçılarından biri, daha doğrusu “ikinci rəhbəri” olmuşdu. O, Stalin komandasının sədaqətli üzvlərindən biri hesab olunurdu.
    Molotov 1890-cı ildə anadan olmuşdu. Əsl soyadı Skryabin idi. Onuşaqlı ailənin sayca üçüncü övladı idi. Ailənin digər üzvləri sonralar öz əzəli familiyalarını daşısılar da, Vyaçesalav sonralar özünə inqilabi bir təxəllüs götürmüşdü və onun vaxtilə “Skryabin” olduğunu çoxları bilmirdi. Onun qardaşlarından biri isə-Nikolay Mixayloviç, “Nolinskiy” soyadı ilə tanınmış bəstəkar oldu.
    Mixail Skryabin istedadlı uşaq idi. Uşaq vaxtı yaxşı skripka çalırdı. Hətta, arada öz gələcək həmkarı Stalin kimi şeir yazmağı da vardı. Yeri gəlmişkən, Stalin komandasının gələcək Baş naziri 1912-1913-cü illərdə “Pravda” qəzetində redaksiya müdiri vəzifəsində çalışarkən orada Koba ilə, yəni Stalinlə tanış olmuşdu. Mixail məhz bu tanışlıqdan sonra, 1915-ci ildə özünə inqilabi “Molotov” təxəllüsünü götürdü.
    Molotov inqilabdan sonra bir müddət Rusiya Bolşeviklər partiyasının katibi vəzifəsində çalışır. Amma bir müddət sonra, 1921-ci ildə, bu vəzifəyə Zinovyev və Kamenevin məsləhəti ilə Stalin seçilir və Baş katib postunu tutur.
    Leninin vəfatından sonra Vyaçesalav Molotov hakimiyyət uğrunda gedən mübarizədə daim Stalini dəstəkləyir.
    Bildiyimiz kimi, Lenindən sonra Xalq Komissarları Şurasının sədri Aleksey Rıkov seçilmişdi. 1930-cu ildə Rıkov vəzifədən kənarlaşdırıldı, onun yerinə Molotov təyin edildi. Az sonra Stalinin “dostları” Zinovyev, Kamenev, Buxarin, Rıkov güllələndi.
    1939-cu ildə SSRİ-nin xarici işlər komissarı Maksim Litvinovu artıq böyük partiya və təsərrüfat təcrübəsi olan Molotov əvəz etdi.
    1941-ci ildə Hitler Almaniyası SSRİ-yə hücum edərkən bu barədə radio ilə çıxış edərək sovet xalqına ilk geniş məlumatı da Molotov vermişdi. Uzun illər bu müraciətdə onun işlətdiyi qanadlı frazalar dillər əzbəri oldu: “Bizim işimiz haqq işidir. Düşmən darmadağın ediləcək. Qələbə bizimlədir”.
    Müharibədən sonrakı illərdə Molotovla Stalinin arasında bir “soyuqlaşma” başladı. Elə buna görə də Vyaçeslav Mixayloviç 1949-cu ildə öz vəzifəsi ilə vidalaçmalı oldu, onu baş diplomat vəzifəsində Andrey Vışinski əvəz etdi. Molotov MK Rəyasət heyətinin tərkibində qalsa da tez-tez Stalinin tənqidinə məruz qalırdı. Az sonra onun arvadı Polina Jemçujina həbs edildi. Yeri gəlmişkən, Stalinin ölkəyə rəhbərliyi dövründə vəzifədə olan bir çox görkəmli dövlət xadimlərinin arvadları ya həbs edilmiş, ya da sürgünə göndərilmişdi. Bunlara misal olaraq “Ümumittifaq ağsaqqalı”-SSRA Ali Sovetinin sədri Mixail Kalinin arvadı Yekaterina Lorberq-Kalinina, Xruşşovun gəlini Lyubov Sizıx- Xruşşova və digərlərini göstərmək olar.
    Hətta, dahi rəhbərin öz yaxın qohumları da həbs edilmişdi. Onun birinci arvadının az qala bütün qohumları, iknci arvadı Nadejdanın bacısı Anna Sergeyevna Alliluyeva-Redens 1948-ci ildə Polina Semyonovna Jemçujina ilə birgə həbs olunmuşdu. O, yalnız Stalin öləndən sonra bəraət almışdır.
    Stalinin vəfatından sonra Molotov yenidən Xarici işlər naziri vəzifəsini tutur, lakin iki il sonra, 1956-cı ildə tutduğu vəzifədən azad edilir. O zaman SSRİ-nin üç şəhəri Molotovun adını daşıyırdı; tezliklə həmin şəhərlərin adı dəyişdirildi. Təcrübəli diplomat 1957-ci ildə “antipartiya” qrupunun üzvü elan edilsə də 1959-cu ildə Monqolustana səfir təyin olunur. 1961-ci ildə 21-ci partiya qurultayında Xruşşov və onun tərəfdarları Molotovun partiya sıralarından qovulmasını tələb edirlər və tezliklə bu məsələ öz həllini tapır. O, 1963-cü ildən təqaüdə göndərilir. Yalnız aradan iyirmi ildən çox bir zaman keçəndən sonra, 1984-cü ildə onun kommunist partiyasına üzvlüyü bərpa olundu. Bu o zamanlar idi ki, Konstantin Çernenko Baş katib idi. Molotovun yenidən partiya sıralarına qayıtmasının təşəbbüskarı isə filosof Riçard Kosolapov olmuşdu.
    Vyaçesalav Molotov 1986-cı ildə qəzetlərdən birinə verdiyi müsahibədə artıq səksən illik partiya stajına malik olduğunu deyirdi.
    Mənim indi haqqında söhbət açdığım çağlarda (80-ci illərdə) keçmişdə yüksək vəzifə adamlarının həyatı az qala tam məxfi saxlanılırdı. Halbuki onların bir çoxu, hətta, Stalinin ən yaxın əhatəsində olanların əksəriyyəti hələ sağ idi.
    Sən demə, o zaman SSRİ-nin keçmiş rəhbərləri Lazar Kaqanoviç (1893-1991), Georgi Malenkov (1901-1988), Dmitri Şepilov (1905-1995) da sağ imiş. Biz bu məlumatları yalnız “aşkarlıqdan” sonra əldə edə bildik. Amma həmin adamlar, “Stalin qvardiyasının” üzvləri demək olar ki, həyatlarının sonuna qədər susmağa üstünlük verdilər.
    ...Vaxtilə Moskvada payız yağışlarının aravermədən yağdığı bir zamanda Lenin adına kitabxanada gördüyüm keçmiş Baş nazir Vyaçesalav Molotov 1986-cı ilin 8 noyabrında vəfat etdi.
    İndi mən bir şeyi də xatırladım: SSRİ-nin keşmiş baş naziri zahiri görkəmi ilə Azərbaycanın hal-hazırkı Baş naziri Artur Rasizadəyə çox oxşayırdı.
    ... Xatırımdadır, mən Moskvadan qayıdandan sonra televiziyaya getmişdim. Ədəbi dram Baş redaksiyasının Baş redaktoru yazıçı Nahid Hacızadə və onun müavini Gəray Fəzli ilə söhbət zamanı Molotovun hələ sağ olduğunu, tez-tez kitabxanaya gəldiyini dedim. Yazıçı həmkarlarım bir-birinə baxıb güldülər. Mən təəccübləndim.
    Vaxtilə səsini müharibədə itirmiş Gəray Fəzli xırıltılı səslə dedi:
    -Bizim gülməyimizin səbəbi var.
    Soruşdum:
    -O nə səbəbdir elə?
    Gəray müəllim qısaca bunu dedi:
    -Biz ötən qış Nahidlə Moskvaya getmişdik. Nahidin kitabının tərcüməçisi Tatyana Oşanina bizi öz ata evinə dəvət etdi. Tanyanın atası bu gün Rusiyanın ən məşhur şairlərindən biri Lev Oşanindir. Lev Oşaninsə məşhur yazıçı Qleb Uspenskinin kürəkənidir. Nə isə, getdik dünya şöhrətli şairin evinə. Qapını Lev İvanoviç özü açdı. Görüşdük. Bizi içəri dəvət etdi. Sən demə, Levin bizdən başqa da qonaqları varmış. Bir neçə general, habelə bir neçə titullu alım və yazıçı. Stolun başında əyləşən kim olsa yaxşıdır: Molotov... Elə bu gur məclisi də o idarə edirdi. Tanış olduq.
    Nahid Hacızadə söhbətə qoşulub gülə-gülə dedi:
    -Yaxşı, Gəray, bir onu da de görək Molotovdan sonra məclisin idarə olunması kimə həvalə olundu?
    Gəray Fəzli gülüb dedi:
    -Bizi görəndən sonra Vyaçesalav Molotov zarafatla dedi: “Madam ki, məclisə Azərbaycandan dostlar gəlib, onda mən tamadalıqdan imtina edirəm. Qafqazlılar olan yerdə mənim məclis aparmağım yerinə düşməz”. Hamımız onun sözünə güldük. Ortaya bir xeyli mübahisə də düşdü. Heç birimiz bu məşhur adamdan sonra məclisi idarə etmək istəmirdik. Nəhayət, Oşaninin təkidi ilə Nahid məclisi aparmağa razılıq verdi.
    ...Yeri gəlmişkən, indi bütün dünyada məşhur olan “Molotov kokteyli” də məhz bu məşhur insanın adı və fəaliyyəti ilə bağlıdır. O, bu “kokteylin” nə ixtiraçısı, nə də istifadəçisi olub. Sadəcə, bu ifadəni ingilislər kəşf edib, sonra geniş yayılıb.
    Bu partlayıcı 1895-ci ildə Kubada, sonralar 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur.
    Partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun şərəfinə belə ad qoyublar. 1939-1940-cı illərdəFin müharibəsi başlayarkən sovet rəhbərliyinin paytaxt Helsinkini havadan bombalaması SSRİ-nin beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir. Bəyanatda deyilirdi ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri şüşə butılkalar – Molotov kokteylləri oldu.
    Mən bu kiçik qeydləri nə üçün qələmə aldım?
    Əslində bu da bizim tariximizin bir səhifəsidir.
    Səhifələrsə müxtəlif cür olur: ağ, qara, qanlı...





























    Trotskinin Türkiyədəki evi

    İnqilab “iblisinin” İstanbul yaxınlığındakı “uzaq yaşıl ada”dakı evi barədə

    Trotskinin bir müddət Türkiyədə, İstanbul civarındakı bir adada yaşadığı barədə çoxdan məlumatlı idim. Moskvada nəşr edilən “Arqumentı i faktı” qəzetində və “Oqonyok” jurnalında Sovet dövrünün sonlarında bu barədə tez-tez yazırdılar.
    İş elə gətirdi ki, haqqında oxuduğum o yerlərii az qala otuz il sonra görmək müyəssər oldu.
    Bilənlər bilir: Lev Trotski Sovet hökumətini quranlardan biridir. Kompartiyanın gələcək Baş katibi Stalin hələ 1918-ci ilin noyabrında Rusiyada Sosialist inqilabının qələbəsinin bir illiyi münasibətilə yazdığı məqalədə Sovet dövlətinin yaranmasını iki adamın adıyla bağlayırdı. Bu iki nəfərdən biri Trotski, digəri isə Lenin idi. O zamanlar Trotski Qızıl Ordunun yaradıcısı və komandanı, habelə İnqilabi hərbi şuranın sədri idi.
    Lenin öləndən sonra hakimiyyət uğrunda gedən mübarizədə Stalinlə Trotskinin yolu ayrıldı. 1927-ci ildə Lev Trotski bütün postlardan, o cümlədən Siyasi Büro üzvlüyündən xaric edildi. Stalin oz keçmiş inqilabçı həmkarını əvvəlcə Qazaxıstana sürgün etdi. Amma Lev Davıdoviçin yaxın məsafədən hakimiyyətə təsir etmə imkanlarının tükənmədiyini düşünən Stalin onu bir qədər də “uzağa” göndərməyi qərara aldı. Bu “uzaq” yer Türkiyə idi. O vaxtlar Stalinlə Türkiyə lideri Mustafa Kamal arasında münasibətlər, türklər demiş “sıcaq” idi. 1929-cuildəTrotski “İliç” teploxodunda “çekistlərin”ciddi nəzarəti altında arvadı Natalya və oğlu Levlə Türkiyəyə gəldi. İki dövlət rəhbəri arasında belə bir şərt kəsilmişdi ki, Trotskinin həyatı qorunsun. Trotski də öz növbəsində qovulduğu və məskunlaşdığı dövlətlərin heç birinin siyası konularına müdaxilə etməyəcəyinə “söz” vermişdi.
    Beləliklə, Trotski və ailəsi İstanbul yaxınlığında, Mərmərə dənizindəki adada məskunlaşdı. Və məşhur inqilabçı bu “uzaq, yaşıl ada”da dörd il yaşadı.
    Dediyim kimi, mən həmin yer haqda çoxdan məlumatlı idim.
    Yayın sonlarında İstanbul şəhərində pyesimin premyerası idi. Fürsətdən istifadə edib Mərmərə dənizinin sahilində dostlarla gəzintiyə çıxmışdıq. Uzaqda görünən adalar diqqətimi çəkdi.
    Bosfora sarı boylandığımı görən yerli müsahiblərimdən biri dedi:
    -Bax, o birinci adaya biz Böyükada deyirik. Ondan sonra daha dörd ada var. Amma onlar nisbətən kiçik adalardır. Oraya gəmilər gedir. İstəsəniz gedib o gözəl yerlərlə tamış ola bilərsiz.
    Hə, deməli məşhur Böyükada lap yaxınlıqda imiş... Mən Trotskinin vaxtilə həmin adada yaşadığını söyləyəndə müsahiblərimin çoxu təəccübləndi. Amma İstanbuldakı “Azərbaycan Evi”nin rəhbəri Hikmət Elp dediklərimə bəraət verərək dilləndi:
    -Bəli, doğrudur, Trotski həqiqətən o adada yaşayıb.
    Bir gün sonra mən gəmi-bərəyə minib Trotskinin “evi”ni axtarmağa yola düşdüm.
    Doğrusunu deyim ki, mənim Trotskiyə heç zaman heç bir rəğbətim olmayıb. Düzdür, onun həyatı haqda bir neçə kitab da oxumuşam. Bilirəm ki, “alovlu tribun” olub, poliqlot kimi bir neçə dili mükəmməl mənimsəyib. Üstəlik ədəbiyyatı sevib və özü də bədii yaradıcııqla məşğul olub. Amma qəddarlığına, qaniçənliyinə də söz olmayıb. İnqilabı qəbul etməyən milyonlarla adamın məhvinə fərman verib. Maraqlı burasıdır ki, “inqilabın iblisi” adlandırılan bu adamın fəaliyyətinə sevgi bir çox ölkələrdə bu gün də yaşamaqdadır. Ən maraqlısı budur ki, bizim məmləkətimizdə də hərdən “trotskiçilər”in “səsi” eşidilir.
    Hər halda bir müsafir kimi onun yaşadığı şəraiti görmək pis olmazdı- fikriylə Böyükadada “Trotskinin evi”ni soraqlamağa başladım.
    Ada haqda qısaca onu deyə bilərəm ki, bura sadəcə bir cənnətmisallı yerdir.
    Əvvəlcə Böyükadada Trotskinin yaşadığı yeri bilən bir kimsəni bula bilmədim. Yalnız bir faytonçu həmin evin yerini bildiyini dedi və özü də vəd etdi ki, istədiyi paranı versəm işlər düzələ bilər. Məbləği soruşdum.
    -Hocam, səksən lirə versən, apara bilirim,-dedi.
    Mən bu məbləğın çox olduğunu dedim. O, yetmiş lirəyə razılaşdı. Mən yenə etiraz etdim. Faytonçu qamçısını atların başı üzərində şaqqıldadaraq faytonunu sürüb məndən uzaqlaşdı.
    Yeri gəlmişkən deyim ki, bu “yaşıl, uzaq ada”da ekoloji təmizliyi qorumaqdan dolayı avtomobillərdən istifadə olunmur. Daha doğrusu, burada heç yerli-dibli avtomobil yoxdur. Minik vasitəsi kimi yalnız faytondan və velosipeddən istifadə edilir. Və onu da deyim ki, məşhur “Çalı quşu” filminin əksər kadrları bu adada lentə alınıb.
    Böyükadanın cəmi 5-6 min daimi sakini var. Amma yay-yaz aylarında buraya gələnlərin, burada yaşayanların sayı on dəfə artır, olur 50-60 min adam. Türkiyənin zəngin adamlarının bir çoxunun burada villası var. Dedilər ki, son zamanlar burada Qafqazadan, habelə bizim ölkəmizdən gedən imkanlılar da ev-eşik alıb.
    Məşhur türk yazıçılarından bir çoxu, o cümlədən Orxan Pamuk bu adada istirahət etməyi çox sevir.
    Mən “Trotskinin evini” axtarmaq üçün daha bir neçə adama müraciət etdim. İşin tərsliyinə bax ki, bu evi “gördüm” deyən yox idi. Faytonçunun istədiyi məbləği ödəmək isə mənim kimi adi ziyalı müsafir üçün sərfəli deyildi. Axtarışımı davam etdirməkdə qərarlı idim.
    Yaşıl xiyabandan birindən ötüb keçərkən qarşıma çıxan bəstəboy, arıq, çəlimsiz, nurani bir kişiyə yaxınlaşıb öz amacımı yenə dilə gətirdim. O, əlüstü cavab verdi:
    -Mən o evi tanıyıram. Buyurun, gedək. Sizi müşaiyət edərəm. Trotskinin yaşadığı ev yaxınlıqdadır...
    Demək, faytonçu mənə düz demirmiş... Tacirlər və sürücülər dünyanın hər yerində eyni...
    Bu xeyirxah, mədəni, ziyalı insanla yaxından tanış olduq. Yalçın Çilingir ixtisasca memardır. Bütün həyatı bu ada ilə bağlı olub. Söhbət əsnasında Yalçın bəyin çox geniş mütaliəyə və dünyagörüşə malik olması məni heyrətləndirdi. O, ədəbiyyat vurğunudur. Vaxtilə Nəbi Xəzrinin və Bəxtiyar Vahabzadənin şeirlərini, Anarın bir neçə kitabını oxuduğunu dedi. Üzeyir Hacıbəylinin musiqisinin, Rəşid Behbudov və Zeynəb Xanlarovanın səsinin heyranıdır.
    Biz söhbətləşə-söhbətləşə geniş xiyabandan nisbərən dar bir yola düşdük. Üzüaşağı enməyə başladıq. Yaşıl, sıx ağacların arasından Mərmərə dənizinin mavi suları görünürdü.
    Az sonra Yalçın bəy dedi:
    -Hə, çatırıq.
    “Trotskinin evi” sahildə idi. Əslində indi buraya ev yox, “evin qalıqları” demək olardı. Vaxtilə “inqilab iblisinin” yaşadığı üçmərtəbəli evin yerində yanıb sıradan çıxmış hündür kərpic divarlar qalmışdı. Mülkün geniş həyəti vardı.
    Evin darvazası möhkəmcə bağlı idi. Hətta, köhnə dəmir qapının üstünə yazılmışdı ki, içəri keçməyə cəhd edən kəsi elektrik cərəyanı vura bilər. Darvaza və qapının üstünə qələm, karandaş və kömürlə çoxlu “şüar” və “çağırışlar” da yazılmışdı. Rus və türk dillərində oxuduğum cümlələrdə bu cür fikirlərə daha çox rast gəlmək olurdu: “Trotski sağdır”, “Trotski ölməyib”, “Trotski dünya inqilabının başçısıdır”.
    Öyrəndim ki, 1931-ci ildə -Trotski həmin evdə yaşayarkən yanğın baş verib. Bu onunla əlaqələndirilir ki, Trotski verdiyi vədi “unudaraq” Stalin haqda kəskin yazılarla çıxış edirdi. Ehtimal olunur ki, evi Stalinin Türkiyədəki tərəfdarları yandırıb. Əslində o zaman Türkiyədə elə Trotskinin tərəfdarları da az deyildi.
    Məlum olduğu kimi, Trotski Türkiyədən çıxarılandan sonra əvvəlcə Fransaya, sonra isə Norveçə gedib. Lakin Stalinin “adamları” onu hər yerdə izləyirdi. Nəhayət, Lev Davıdoviç 1936-cı ildə Meksikaya getməli olub. O, məşhur rəssamlardan ər-arvad Frida Karlo və Dieqo Riveronun mənzilində yaşayıb. Həmin rəssamlar da kommunist idi. Taleyin hökmünə baxın ki, Trotskinin qətlində xüsusi rol oynayan şəxs də də rəssam, bu “ölüm layihəsinin” müəllifi Sikeyros adlı stalinçi bir rəssam idi. Bütün işlərə isə NKVD zabiti, kəşfiyyatçı İosif Romualdoviç Qriquleviç rəhbərlik edirdi (1913-1988). 1940-ci ilin avqust ayının 20-də Qriquleviç və Sikeyrosun hazırladığı plan üzrə əməliyyat həyata keçirildi. Qəzetçi-jurnalist Ramon Merkader (1913-1978) söhbət etmək, götürdüyü müsahibəni oxumaq bəhanəsiylə Trotskinin yaşadığı mənzilə getmiş, onun başına buz baltası ilə zərbələr endirmişdir. İki gün sonra “inqilab iblisi” gözlərini əbədi yumdu. Həmin xəbəri eşidən Stalin öz keçmiş dostunun qətlini bayram kimi qeyd etmişdir.
    Yeri gəlmişkən, 20 il Meksikada həbsxanada cəza çəkəm Ramon Merkader sonralar gizli yolla Moskvaya gətirilərək, 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
    Əlbəttə, Trotskinin adı ilə bağlı tarixi çözələsək çox uzaqlara gedə bilərik. Amma indiki halda söhbətin mövzusu tamamilə fərqlidir.
    Mən indi bu evin kimə məxsus olduğu ilə maraqlanıram.
    Demə, bu ötən illər ərzundə Trotskinin yaşadığı evdə bir neçə dəfə təmir işləri görülüb, amma... üç dəfə yanğın baş verib. Ev bir neçə dəfə satılıb, əldən-ələ keçib. Yerli sakinlər yarızarafat-yarıciddi belə hesab edirlər ki, bu ev əbədi lənətlənib, burada Trotskinin məkrli ruhu dolaşır.
    2002-ci ildə haqqında söhbət gedən evin sahibəsi Nərminə xanim mülkü 2,5 milyon dollara satıb. Evin indiki sahibi Trotskinin beynəlxalq “imicindən” istifadə edib mülkə daha yüksək qiymət müəyyənləşdirib; ev sahibi belə hesab edir ki, kommunist ideyasının tərəfdarları Bosfor sahilində böyük bir muzey yarada bilərlər.
    Burada çox məşhur adamlar olub. Vaxtilə bu evin yaxınlığındakı hoteldə bir müddət qalan Ernest Heminquey də yanmış evə baş çəkib...
    Mən dostlaşdığım Yalçın Çilingirlə evin bir neçə görüntüsünü kadra alıram. Sora səssiz küçə ilə üzüyuxarı qalxırıq.
    Dönüb yuxarıdan Trotskinin “evi”nə sarı boylandım. Qırmızı kərpicdən tikilmiş uca, möhkəm divarlar yaşıl ağacların arasından boylanır. Bu qıpqırmızı divar nədənsə mənə kommunistlərin artıq param-parça olmuş qırmızı rəngli bayrağını xatırlatdı.
    Dostlaşdığım Yalçın Çilingirlə söhbət edə-edə sahilə doğru üz tutduq.
    Uzaqdan İstanbulun sayrışan ulduzları dənizdə yuyunur.




























    Stepan Yemelyanov...
    Bu ad-soyad sizə tanış deyil ki?

    Ara-sıra mətbuatda onun adına rast gəlirəm. Stepan Fyodoroviç Yemelyanov...
    Bu ad-soyad, olsun ki, indiki nəslə heç nə demir. Amma vaxtilə, xüsusən ötən əsrin 40-50-ci illərində Yemelyanov familiyası Bağırov soyadı qədər məşhur idi. Bəli, Mircəfər Bağırov nəzərdə tutulur...
    Stepan Yemelyanov 1939-1941- ci illər arasında Azərbaycanın Daxili İşlər komissarı vəzifəsində çalışıb. O, bu vəzifəyə təyin olunanda 37 yaşı vardı. Yemelyanov 1943-1953-cü illərdə DTK-nın xalq komissarı, daha sonra yenə qısa bir müddətdə Daxili işlər naziri vəzifəsində işləyib.
    Stepan Yemelyanov 29 iyul 1953-cü il tarixdə vəzifədən azad edilib. O, 26 aprel 1954-cü il tarixdə SSRİ Ali məhkəməsi Hərbi kollegasının hökmü ilə 25 il azadlıqdan məhrum edilib. O, məhbəsdə cəmi 16 il “yatıb”. SSRİ Ali Sovetinin 27.05.1970 tarixli qərarı ilə əfv edilib. O, Mordova MSSR- in həbs düşərgəsindən azad olunsa da, bəraət almayıb. 1988-ci ildə, 91 yaşında Bakıda vəfat edib...
    Məsələ burasındadır ki, mən Stepan Yemelyanovu həyatda görmüşəm. Ötən əsr 80-lərin əvvəlində tanışlarımdan biri indiki Atatürk prospektində (o vaxtkı adı səhv etmirəmsə Gənclər Dostluğu- Drujba Molodyojı küçəsi idi) yaşayırdı. Təsadüfən evlərinin yanında rastlaşdıq. Bu zaman yanımızdan kölgə kimi boz geyimli bir adam keçib, qəzet köşkünə sarı getdi.
    Tanışım məndən soruşdu:
    -Bu adam sənə tanış gəlmədi ki?
    Təccüblənib çiynimi çəkdim.
    Dedim:
    -Yox. Haradan tanımalıyam ki?
    O, gülümsəyib dedi:
    - Yemelyanov familiyası sənə bir şey demir ki?
    Mən dedim:
    -Əlbəttə, eşitmişəm... Əvvəllər, əllinci illərin dərsliklərində Bağırovun yaxın silahdaşı kimi öyülürdü, sonralar, yəni Bağırov güllələnəndən sonra söyülməyə başladı...
    Tanışım gülüb dedi:
    -Bax həmin Yemelyanov budur. Bizimlə bir binada, qonşu blokda yaşayır... Çoxları elə bilir ki, onu da Bağırov kimi güllələyiblər. Amma gördüyümüz kimi o, salamatdır, özü də sağlamdır. Bir neçə il əvvəl sürgündən qayıdıb, türmədən çıxıb... İndiki cavanlar onu tanımır, amma yaşlı nəslin adamları onun adını eşidəndə yenə ehtiyat edirlər. -Sonra gülüb dedi:- Elə bunun özü də adamlardan çəkinir, heç kəsə qaynayıb-qarışmır...
    Bu əsnada həmin adam əlindəki qəzeti yelləyərək geri qayıdırdı. Rus ad-familiyası daşısa da, sifət cizgilərindən və rəng-rufundan rusa oxşamırdı... Onun təkcə geyimi yox, sanki sifətinin rəngi də bomboz idi. O, yanımızdan kölgə kimi sürünüb evin həyətinə sarı buruldu...
    p.s.
    Sonralar bioqrafiyası ilə tanış olarkən Stepan Yemelyanovun Kazan Quberniyasının Menzeli qəzasının Taşliyar kəndində anadan olduğunu bildim. Elə doğulduğu yerin adı onun milliyyəti haqqında ilkin təsəvvür və təəssürat yaradırdı...



    Kosıginin qəribə taleyi

    Baş katib keçmiş Baş naziri hansı cəhətinə görə qiymətləndirirdi?
    Stalin ona nə üçün “Çaroğlu” (Царевич) deyirdi?
    Kosıginin ölümü Sovet xalqından niyə gizlədilib?
    Primakov ilə Kosıginin qohumluq əlaqəsi.
    Ola bilsin ki, ilin-günün bu vədəsində hansısa bir Kosıgin haqqında söhbət açmaq kiməsə qəribə görünə bilər.
    Amma və lakin...

    ... Bəzən məndə “untiativ uzaqgörmələr” olur deyəsən. Doğru sözümdür. Nə mənada? Məsələn, günlərin bir günü Cek London haqqında nəsə yazmaq fikrinə düşmüşəm, ensiklopediyaya baxıb görmüşəm ki, məhz həmin gün yazıçının ad günüdür. Halbuki əvvəldən bu barədə konkret plan və ya bilgim olmayıb. A.Puşkin, N.Krupskaya, A.Şoloxov, Ç.Aytmatov... haqqında da məsələ elə bu cür olub. Bu gün keçmiş Sovet rəhbərlərindən biri- Aleksey Nikolayeviç Kosıgin haqqında bir lətifə oxudum və qərara aldım ki, qısa təəssürat yazısı yazım. Yenə eyni “hadisə”-“ürəyədamma” ilə qarşılaşdım. Belə ki, bəzi faktları dəqiqləşdirmək üçün keçmiş Baş nazirin tərcümüyi-halını nəzərdən keçirərkən məlum oldu ki, o, məhz bu gün, yəni 21 fevral 1904-cü il tarixdə (yeni stillə), düz 120 il əvvəl anadan olubmuş... Çox qəribədir, deyilmi? Mənə bu “siqnallar”, bu məlumatlar haradan, necə gəlir? Cavab vermək çətindir. Amma olsun ki, zamanında alt şüurda “yatıb” qalan informasiyalar yeni bir təkandan “oyanıb” dirçəlir, yenidən zühur edir...
    Nə isə... Tanıdığınız Aleksey Kosıgin uzun illər Brejnevlə işləsə də, əslində Stalinin kadrıdır. 31 yaşında olan enerjili gənci, əvvəlcə nəhəng və məşhur “Oktyabrsk” mahud-parça fabrikinin direktoru, az sonra Leninqrad şəhər sovetinin rəhbəri 1939-ci ildə cəmi 34 yaşında ikən SSRİ tekstil sənayesi naziri (xalq komissarı) təyin edilir. Aradan iki il keçdikdən sonra o, artıq SSRİ Nazirlər Soveti sədrinin müavini idi. 36-37 yaşlı gənc adamın karyera pillələrində belə sürətlə irəliləməsinin səbəbi nə idi?
    “Dahi rəhbər” Kosıgini zarafatla ölkənin “arifmometri” adlandırırdı. İndiki “dildə” bu, “riyazi hesablama maşını” anlamına gəlir. Həqiqətən, Kosıginin güclü riyazi məntiqi və rasional ağlı vardı.
    Kosıgin ciddi adam idi, az hallarda zarafat edərdi. Amma Stalin hərdən ona zarafatla “Kosıqa” desə də gənc dövlət xadimi inciməzdi. Təbii ki, incisə də bunu üzə vura bilməzdi. Stalinin ona digər bir müraciət forması da vardı: “Tsareviç”. Yəni Çareviç- Царевич, daha doğrusu Çaroğlu və ya Çarın oğlu. Niyə məhz Çaroğlu? Məsələ burasındadır ki, onun insialı Nikolayeviç idi, yəni Nikolayın oğlu. Bildiyimiz kimi, çar 2-ci Nikolay Rusiyanın sonuncu inperatoru olmuş və bolşeviklər tərəfindən güllələnmişdi.
    Qəribə burasıdır ki, Sovetlər dağılandan sonra Kosıginin bioqrafiyasını yazanların bir çoxu Baş nazirin həqiqətən güllələnmiş çarın oğlu olduğunu, hansısa bir təsadüf nəticəsində sağ qaldığını, ona Stalinin himayədarlıq etdiyini “tədqiq” etməyə başladılar. Hətta, Aleksey Nikolayeviçin uşaqlıq illərində çəkilmiş elə şəkillərini tapdılar ki, oradakı yeniyetmə həqiqətən çar Nikolayın oğluna oxşayırdı. Təbii ki, bütün bu “faktlar” Stalinin arada zarafatyana dediyi “Царевич” müraciətindən qaynaqlanırdı.
    Bəli, Kosıgin həm Stalin, həm də Xruşşov erasında yüksək postlar tutub. Brejnevin zamanında isə 16 il ərzində Baş nazir vəzifəsində çalışıb. “Kreml tədqiqatçılarının” yazdığına görə, Brejnev daim Kosıginə qısqanıb. O, özündən bir yaş böyük olan Baş katıbin nə vaxtsa onun yerinə keçəcəyindən ehtiyat edirdi. Bir yandan da Aleksey Nikolayeviçin ölkə daxilində və xaricdəki yüksək reytinqi Leonid İliçi bərk narahat edirdi. Üstəlik də Siyasi Büroda 1979-cu ildə Sovet ordusunun Əfqanıstana soxulmasını təqdir etməyən yeganə adam Kosıgin oldu. Hələ orasını da unutmaq olmaz ki, Kosıgini daxilən bəyənməyən Tixonov və Qromıko da öz həmkarlarına qarşı “iş” aparır, Brejnevin qulağını doldururdular. Bir sözlə, Brejnev onu “vurmaq” üçün fürsət axtarırdı. Nəhayət, belə bir zaman yetişdi. Günlərin bir günü idmanı çox sevən Kosıginin idarə etdiyi qayıq çevrilib sulara qərq olur, boğulmaqda olan Baş naziri cangüdənlər zorla xilas edir. Nəticədə o, ağır xəstəliyə düçar olur. Brejnevin səyi ilə o, tezliklə vəzifəsindən azad olundi. İki ay sonra 18 dekabr 1980-ci ildə 75 yaşlı keçmiş Baş nazirin ürəyi dayandı, o, dünyasını dəyişdi. Burada maraqlı bir nüans da diqqəti çəkir. Belə ki, Kosıginin vəfatı üç gün sovet xalqından gizlədildi. Səbəb isə bu idi ki, məhz həmin vaxt, daha doğrusu bir gün sonra - dekabrın 19-da Baş katib Leonid Brejnevin doğum günü idi. Kreml “xalqın ovqatını təlx etməmək üçün” (əslində isə Brejnevin) dəfn tarixini üç gün sonraya keçirdi.
    Aleksey Nikolayeviçin var-yox bir qızı vardı: Lyudmila Alekseyevna Qvişiani-Kosıgina. Lyudmila beynəlxalq əlaqələr üzrə mütəxəssis olsa da, həyatının çox hissəsini nəşriyyat işinə həsr etmişdi, “Xarici ədəbiyyat kitabxanasının” direktoru idi. Onun əri Cermen Qviaşvili alim idi, akademik kimi elm aləmində tanınırdı, Germenin atası yüksək ranqlı “çekist” Mixail Qviaşvili, Beriyanın dostu və onun şəxsi oxranasının rəhbəri idi.
    Bəzi mənbələrdə göstərilir ki, məşhur dövlət xadimi, akademik, Rusiyanın keçmiş Baş naziri Yevgeni Primakov guya Kosıginin kürəkənidir. Bu, düzgün informasiya deyildir. Əslində Primakov Kosıginin deyil, onun qudası Mixail Qviaşvilinin kürəkəni idi. Primakovun birinci arvadı Laura Xaradze Mixailin ögey qızı idi.
    Söhbətin əvvəlində qeyd etmişdim ki, Aleksey Nikolayeviç Kosıgin (və Brejnev) haqqında bir lətifə oxuyandan sonra bu qeydləri yazmaq qərarına gəldim. Həmin lətifədə deyilir ki, Brejnev Kosıgindən soruşur ki, təkgözlü rus sərkərdəsinin adını xatırlamırsan ki?
    Kosıgin cavab verir:
    -Kutuzov.
    -Bəs təkgözlü ingilis admiralının adı ndir?
    -Nelson.
    -Bəs təkgözlü... yəhudinin adı ndir?
    -Onun adı Dayandır...
    Brejnev dedyir:
    -Bəs bizim marşal Qreçko nə üçün indiyəcən ikigözlüdür?
    Söhbər burada bitir.
    Vəssalam...

    21.02.2024





    Ömürdən uzun sevgi

    Tatyana Yakovleva və Vladimir Mayakovskinin həyatının bir roman kimi, bir film kimi maraqlı parçası

    Tatyana Yakovleva Parisdə yaşayan rus emiqrantı idi. Vladimir Mayakovski ilə onu 15 oktyabr 1928-ci il tarixdə məşhur Liliya Brikin kiçik baçısı Elza Treule tanış etmişdi. Elza da həmin dövrdə Fransada yaşayırdı. Məlumunuz olduğu kimi, Liliya Brik ərli idi. O, həm ərini, həm də məşhur şairi, yəni Mayakovskini sevirdi və onların heç birini əldən buraxmaq istəmirdi. Bir müddət Volodya ilə aralarından soyuq küləklər əsməyə başladı. Amma Mayakovskinin Tatyanaya bənd olması onun qısqanclıq hissini alovlandırmışdı. Liliya istəyirdi ki, Volodya çox da “uzağa” getməsin, elə onun öz baçısı Elza ilə yaxınlaşsın. Amma necə deyərlər, sən saydığını say...
    Sözün qısası, günlərin bir günü şair öz eşqini bənd olduğu xanıma izhar etdi, onunla ailə qurmaq istədiyini bildirdi. Tatyana onun təklifini qətiyyətlə rədd etdi. Fransız mədəniyyəti üzərində formalaşan bu aristokrat qadın, Rusiyada gəlmiş şairi- “yonulmamış”, “kor-kobud” Mayakovskini ər kimi təsəvvür etmirdi. Mayakovski hiddətlənib demişdi: “Onsuz da mən sənə və Parijə sahib olacağam...”
    Parişdəki çıxışlarına görə Mayakovski əməlli-başlı qonorar almışdı.Yeri gəlmişkən onu da deyim ki, Mayakovski öz həmkarları arasında ən çox qonorar alan qələm adamı idi. Təsəvvür edin ki, təkcə uşaqlar üçün yazdığı “Yaxşı nədir, pis nədir” adlı kiçik həcmli poemasına görə 10.000 dollar (350.000 rubl) qələmhaqqı (qonorar) almışdı. 20-ci illərin bu kəmiyyətdəki pulunun nə qədər böyük məbləğ olduğunu indinin özündə belə, təsəvvürə gətirmək çətin deyil. Şairin Parisdə aldığı qonorarın nə qədər olduğu barədə ziddiyyətli informasiyalar var. Fakt budur ki, şair Parijdə əldə etdiyi halal vəsaitlə RENAULT NN markalı maşın almışdı. 1929-cu ildə həmin maşın Rusiyaya gətirildi...
    Hə, yaxşı, bəs Tatyana Yakovleva ilə Vladimir Mayakovskinin münasibətlərinin sonrakı mərkələsi necə oldu?.. Məsələ belədir ki, Mayakovski Paris banklarından birinə yatırım etdi. Sonra məşhur gül mağazalarından birisinə gedib həmin banka məxsus, indiki anlamda desək, “sertifikatları” təqdim etdi, onlarla müqavilə bağladı. Əldə olunan anlaşmaya görə, qonorar qurtarıb başa çatana qədər, hər həftənin bir günü mağaza əməkdaşları nəhəng gül buketini Tatyanaya təqdim etməli idi.
    İlk gül dəstələri “ünvana” çatdırılan zaman Mayakovski hələ Parisdə idi. Hətta, sevdiyi xanımla bir-iki dəfə görüşmüşdü də. Tatyana bu cür “yüngül xidmət növünün” faydasız olduğunu işarə etmiş, yenə “yox” demişdi.
    Sonra şair vətəninə döndü...
    Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq gül dükanının əməkdaşları hər həftə gülləri “sahibinə” çatdırırdı. Adətən onun üstündə yazılırdı: “Mayakovskidən”.
    Mayakovski 30-cu ildə intihar etdi. Bunu Tatyana bir neçə ildən sonra bilmişdi. Güllər isə gəlməkdə davam edirdi. Xanıma elə gəlirdi ki, Volodya hələ Parijdədir və ona mağazadan özünün aldığı gülləri göndərir və onu “izləyir”...
    Dediyim kimi, müqavilə əsasında verilmiş pulun kəmiyyəti böyük, xərclənməsi isə müddətsiz idi.
    40-cı illərin əvvəllərində müharibə başladı...
    “Mayakovskinin gülləri” gəlməkdə davam edirdi... Yazı da öz yerində: “Mayakovskidən”. Parisdə aclıq idi. Güllər Tatyanın köməyinə gəldi: o, buketləri imkanlı adamlara satıb çörək və zəruri ərzaqlar alırdı. Fransızlar gül-çiçək sevən olurlar. ..
    50-ci illərdə güllər yenə öz ünvanına çatdırılırdı... “Mayakovskidən”.
    60-cı illərdə, Mayakovskinin ölümündən onillər keçəndən sonra da çiçək buketləri hər həftə Tatyana Yakovlevanın Parisdəki mənzilinin qapısını “döyürdü”...
    Bu əhvalat zamanında rus mədəni mühitində bir nağıl kimi dolaşmaqda idi...
    1970-ci illərin sonunda Sovet mühəndisi Arkadi Rıvlit Parisdə olarkən yaşı yetmişi keçmış Tatyana Yakovlevanın mənzilinə gedir. Öz anasından eşitdiyi əhvalatı danışır... Qadın susur. Cavab verməyir.
    Bu əsnada qapı döyülür. Nəhəng çiçək dəstəsi görünür. Buketin üstündəki lentdə məşhur yazı: “Mayakovskidən”...
    Mayakovskinin gülləri, Tatyana ölənəcən onu “təqib etmədə”, onun mənzilinə gəlməkdə idi. Görənlər söyləyirmiş ki, vaxtilə şairə “yox” demiş bu aristokrat xanımın evi gül salonuna bənzəyirmiş... Həyatın bir roman kimi, bir film kimi, lap elə bir nağıl kimi maraqlı parçası...








    Mixail Şoloxov və onun “İnsanın taleyi” əsəri haqqında
    illər öncəsi yazılmış bir məqaləyə
    müəllifin kiçik əlavəsi

    1975-ci ilin baharı. Keçmiş SSRİ-nin bütün müttəfiq rеspubliкalarında böyüк rus yazıçısı, Nоbеl müкafatı laurеatı Miхail Şоlохоvun anadan оlmasının 70 illiк yubilеyi təntənə ilə qеyd оlunur. О vaхt mən indiкi Pеdaqоji Univеrsitеtin sоnuncu кursunda охuyurdum. Yubilеylə bağlı tələbə еlmi sеssiyası кеçipilipdi. Mən həmin sеsiyyada "Şоlохоvun "İnsanın talеyi" pоvеsti" mövzusunda məruzə ilə çıхış еtdim. Məpuzə məphum yazıçımız İsmayıl Şıхlının çох хоşuna їəldi. Оnun və tənqidçi İsrail Mustafayеvin tövsiyyəsi ilə çıхışın mətnini о vaхt böyüк tirajla çıхan "Azərbayjcan gəncləri" qəzеtinə təqdim еtdim. Amma qəzеtin may nömrələrindən birində mənim imzamla iк-üç abzaslıq kiçik bir yazı, daha dоğrusu, infоrmasiya gеtdi: məqaləni кəsib-dоğramışdılap. Bunun səbəbini sоruşanda qəzеtin rеdaкtоru məphum jurnalist Şamil Fərzəliyеv mənə bеlə dеdi: "Sənin yazından bеlə çıхır кi, həm Şоlохоv, həm də оnun qəhrəmanı Sоkolоv antisоvеtçikdir. Yazını bu cüp çap еtməк оlmaz". Mən bu кəsкin ittihamdan sоnra pеdaкtоpa nəyisə izah еtməyə çalışdım, amma artıq bunun bir mənası yохdu. Оnsuz da məqalə həmin qəzеtdə bip daha çap оlunmayacaqdı кi... Redaktor mülayim xasiyyətli, həlim adam imiş. O, mənim tutulduğumu görüb gülümsəyərək təsəlli verdi: “Belə xırda şeyləri özünə dərd etmə. Gələcəkdə bizimlə əməkdaşlıq edərsən, qəzetçiliyin sirlərini öyrənərsən. Onda özün görərsən ki, hər şeyi çap etmək mümkün düyil”. Mən sonralar bir müddət həmin qəzetdə çalışdım. Amma bu, artıq başqa redaktorun vaxtında baş verdi.
    Aradan onillər vaхt кеçəndən sоnpa yеnə bütün dünyanın ədəbiyyat adamlapı, nеcə dеyərlər, "tərəqqipəpvəp bəşəriyyət" Şоlоxоvun 100 illiyini təntənə ilə qеyd еdir. Bu gün rus mətbuatında "Saкit Dоn", "Оyanmış tоrpaq", "Оnlar Vətən uğruna vuruşurdulap" кimi ölməz еpеpеya və rоmanlar müəllifi haqqında bir-birindən maraqlı yazılar çap оlunur. Və həmin yazıların əкsəriyyətində bеlə bir fiкir vurğulanır кi, Şоlохоv hеç də sоsialist inqilabının qələbəsini təqdir еtmirmiş, başqa sözlə о, "antisоvеtçi" оlubmuş. Dеyəsən, rеdaкtоp haqlı imiş... Daha dоğrusu, Şamil müəllim yazının məntiqindən düzgün, obyektiv nəticə çıхarıbmış.
    Yeri gəlmişkən, onu da deyim ki, həmin məqalə tələbə-elmi cəmiyyətinin dəvətnaməsi ilə birgə Şoloxovun ünvanına-Rostov vilayətindəki Veşenskaya stanitsasına göndərilmişdi.
    P.S. Mən XX əsrin böyüк yazıçısı M.Şоlохоvun "İnsanın talеyi" pоvеsti ilə bağlı 30 il (indi 45 il-F.M.) əvvəl yazdığım еssеni hörmətli охuculapa təqdim еdipəm.
    Böyüк rus yazıçısı, Nоbеl müкafatı laurеatı M.A.Şоlохоvun 70 illiyi münasibəti ilə qələmə alınan yazı sənətкarıan 100 illiyində çap оlunur.
    May 2005


    "İNSANIN TALЕYI"
    Yazıçı ölməz qəhrəmanların, nəhəng adamlapın həyatını qələmə alar, ancaq оrta səviyyədən, adiliк ölçüsündən yuхapı qalхa bilməz, охucu yanğısına su çiləyə bilməz, sısqa "qəhrəmanlap" yaradar.
    Sənətкar "adi" adamlapın həyatından əsəp yazar, laкin "adiliк" məziyyəti çərçivəsini sındırar, özü də, yapatdığı оbraz da охucu gözündə böyüyər, azmanlaşar.
    Sокоlоv adi bip adamdır. Оnun sənəti də, pеşəsi də özü кimi sadədir. О dülgərdir, şоfеrdir - ən bahlıcası, İnsandır!
    Sокоlоv qəhrəmandır. Ancaq о özünü "qəhrəman" hеsab еtmir. Bu "adi", "sıpavi" adam məhz Şоlохоv qələminin qüdrəti vasitəsi ilə bizə nəhəng bip оbpaz, yеnilməz bip qəhrəman кimi təqdim еdilir. Yazıçı çох maraqlı bip priyоmdan istifadə еdərəк qəhrəmanı ilə cəmi iкi saatlıq "söhbətə girişib", охucuya кamil, bitкi bip хaraкtеr təqdim еdir.
    Əgəp biz, "Sокоlоvla söhbət", "Sокоlоvla müsahibə" dеsəк, bu çох sоyuq, bəsit səslənərdi. Çünкi bu, adijə söhbət dеyil. Bu - üpəк yanğısıdıp. Bu söhbət кiminçünsə alqış, кiminçünsə nifpətdip!
    Müsahibənin diqqət məpкəzində - insan dupup; bip də кi, insanın talеyi!
    Söhbət təк bip insanın talеyi yох, ümumiyyətlə, insanlapın, insanlığın - yəni bəşəpiyyətin talеyindən gеdip. "Saкit Dоn" yazan tənqidçiləp Qpiqоpi Mеlехоvun şəхsi talеyini хalq talеyinin екvivalеnti hеsab еdipləp. Mеlехоvun səhvləpi də, qələbələpi də хalqın səhvi, хalqın aldanışı, хalqın qələbəsi, хalqın inamı hеsab еdilip.
    "Saкit Dоn"un qəhpəmanı haqqında dеyilən həmin sözləpi, еlə оlduğu кimi "Insanın talеyi"nin qəhpəmanına da aid еtməк оlap.
    Sокоlоvun хapaкtеpi - Sоvеt adamının хapaкtеpidip. Bizə еlə gəlip кi, pоvеsti mühapibə haqqında yazılmış gözəl həm də оlduqja кədəpli bip pекviyеm hеsab еtməк оlap. Sокоlоvun ilк baхışda saкit, bip qədəp də коbud danışığının, söhbətinin apхasında bip кövpəкliк, qüvvə sеzilip. №adisələpin bipinji şəхsin dili ilə təhкiyə оlunması, yazıçının imкanlapını bip qədəp dapaltmışdıp, Laкin digəp təpəfdən bu, əlvеpişli оlmuşdup. Bеlə кi, qəhpəmanın öz söhbəti ilə, оnun qəlbinə nüfuz еtməк, psiхоlоji düyünləpi açmaq imкanı əldə еdilmişdip.
    Sокоlоvun həp кəlməsinə, həp jümləsinə böyüк bip yanğı haкimdip. Biz pоvеstin ilк sətipləpində, ilк səhifələpində qəhpəmanın hələ öz dünyası ilə, əgəp bеlə dеməк mümкünsə, öz miкpоmühiti ilə tanış оlupuq. Sокоlоv hələ yalnız özünü, öz ailəsini-apvad-uşağını düşünüp. О hətta, həpdən еvə səpхоş gəlip (maaşını alanda), bip azda qalmaqal salıp, apvadını bеlə injidip.
    Şоlохоv qələmi, öz qəhpəmanın adi həpəкətini bеlə mənalandıpıp. Yazıçı Sокоlоvun оbpazını yapatmaqla, охujuya janlı insan təqdim еdip. Sənətкapın sadə üslubu şapjçılıqdan, şüapçılıqdan, plaкatçılıqdan çох-çох uzaqdıp. Hətta, biz, həpdən оbpazın bəzi həpəкəti ilə pazılaşmıpıq, səsimizi qaldıpıb, еlə yох, bеlə оlmalıdıp - dеmə istəyipiк, Anjaq nə еtməli? Bu, həyatdıp! - Bu insandıp - həm də janlı insan. Sənətкapın pеalizmini, sənətкaplığını şəptləndipən əsas amilləp zühup оlup, gеt-gеdə Sокоlоvun Sокоlоvautu üzə çıхıp. Mühapibənin başlanması həp şеyi dəyişip. Həpbin zəhəpli qохusu, Sокоlоvun da həyatına, miкpоdünyasına təsipsiz qalmıp. Bayaqdan öz еvinin, ailəsinin-qızının, оğlunun və кеçisinin talеyini düşünən şəхs, indi dünyanın talеyini düşünüp. Həinкi düşünüp, hətta bəşəpiyyət qapşısında özünü javabdеh, hеsab еdip. Bеləliкlə "Tələbat" özünə оpqan düzəldip" (Еngеls)
    Aptıq, "mən-özümünəm, mən-ailəminəm" fiкpi, "mən-dünyanınam, insanlığınam" коnsеpsiyası ilə əvəz оlunup.
    Dеdiyimiz кimi, Şоlохоv охujuya qupu, hissiz, duyğusuz pеpsоnaj "sıpımıp". Оnun təqdim еtdiyi оbpaz-insanın özü yapatdığı həyat - həyatın özüdüp. Bu fiкpi оna göpə, iкinji dəfə хatıplatmalı оlupuq кi, pоvеstdə bütün hadisələp dinamaк inкişafdadıp. Sокоlоv əsip düşüp, ölümlə pənjələşip, Sокоlоvun öldüpdüyü ilк adam da düşməndən yох, özümüzünкüləpdəndip. Bildiyimiz кimi əsipliкdə Кpıjnyоv familyalı bip "əjlaf" öz коmmunist коmandipini satmaq istəyip. Sокоlоv satqını bоğub öldüpüp.
    Yazıçı Sокоlоvun öldüpdüyü satqın Кpıjnyоvun mеytini uzun- uzadı təsviplə yох, jəmi bip-iкi jümlə ilə təqdim еdip: "Хain mupdap оlmuşdu, dili də bip papça bayıpa çıхmışdı". Bu jümlədən həp şеy məlum оlup. Təкjə "mupdap оlmuşdu" ifadəsi Sокоlоvun və Şоlокоvun ölən adammünasibətini dəqiq ifadə еdip.
    Sокоlоvun pоtеnsial ipadəsi və səbatı əsipliкdə daha qabapıq şəкildə üzə çıхıp. О, öz кişiliyi və məpdanəliyi ilə gözləpimiz qapşısında nəhəng, əyilməz, yеnilməz bip хapaкtеp кimi janlanıp. Mühapibə adlı dəyipmanın qapa daşlapı insanlapı un кimi üyütsə də, əsil insanlap yеnə də öz bəşəpi hissləpini qоpuyub, mühafizə еdipləp. Sокоlоv nə qədəp dəyişsə də, nə qədəp коbudlaşsa da hələ insan оlapaq qalmaqdadıp. Biz оnun əsipliкdəкi həyatı ilə bağlı bip еpizоdu хatıplamağı vajib bilipiк. Düşəpgə коmеndantı Müllеp həp gün özünü ajıqlandıpmaq üçün, 10 dəqiqə sıpanın qabağında dupub bizi söyəpdi. Ana söyüşləpini bizim üstümüzə yağdıpapdı. Anjaq biz bundan bip yüngüllüк duyapdıq, aхı, bu sözləp bizim sözləpdən, bu sözləpi еşidəndə еlə bil кi, оna yupdundan bip balaja mеh əsipdi. О Müllеp dеyilən bilsəydi кi, оnun söyüşü bizə anjaq ləzzət vеpip, bizi pusja yох, öz dilində söyəpdi".
    Yazıçı, göpündüyü кimi, Vətəni üçün bupnun uju göynəyən adamlapın hissləpini оlduqja təbii və mapaqlı bip şəкildə təqdim еtmişdip.
    "İnsanın talеyi" - talе haqqında yох, ilк növbədə insanın özü haqqında əzəmətli bip abidədip. Insan, özünü talеyin aхapına təslim еtmip. Əкsinə, öz talеyini özü həll еdip, öz talеyinə özü haкim кəsilip. Dеməк, söhbət təкjə Sокоlоvun yох, ümumən, Sокоlоvlapın talе gəpdişinə qapşı mübapizəsindən gеdip. Dеməк, Sокоlоvlapı məhv еtmə оlmaz. Dünya, оnlapı vajib оlduğu üçün, lazımlı оlduğuna göpə dünyaya gətipmişdip. Sокоlоvlap dünyanı dağıtmaq, хapabaya çеvipməк üçün yох, dünyanı tiкməк üçün dоğulmuşlap.
    Maşındı gəzdipdiyi faşist yоl mühəndisinin başını əzəpкən hiddətlənən Sокоlоv, nə qədəp qəddəpdıpsa dоğma tоppağı qujaqlayıb öpəpкən bip о qədəp кövpəк və səmimidip! "Dava" haqqında düşünəndə qəzəbindən aşıb-başan Sокоlоv, "dava quptapandan sоnpa оğlunu еvləndipib, özüm də оnlapın yanında qalajağam, həm dülgəpliк еləyəjəyəm, həm də nəvələpimə baхajağam" - dеyə şipin düşünjələpə dalapкən nə qədəp кövpəlip, saf uşaq хülyasına qapılıp?!
    "Insanın talеyi"... Bəlкə dövpün, zamanın talеyi?
    Indi talеləpi bip-bipinə yağı кəsilən insan həll еdip. Indi talеləp zamanın höкmündən aslıdıp. Talе yalnız sənin özünü əzməкlə, taptalamaqla кifayətlənmip. Talе - qоpхunj əlləplə sənin еvini bоmbalayıp, ailəni həşəpat кimi bipjə anda məhv еdip. Talеsinin оğlunu оd-alоv yanğının üstündən ötüpüb qələbə günü tоppağa tapşıpıp. Talе-sənin еlə hissləpini, еlə apzulapını кülə döndəpip кi...
    Bəli, insanın talеyi-dünyanın talеyinə çеvpilə biləp.
    Talеnin səpt qanunlapına qapşı sinə göpməк üçün Sокоlоvlapın оlması bip tələbat, bip zəpupət кimi mеydana çıхıp.
    "Insanın talеyi" mühapbə və mühapibə qızışdıpıjılapına qapşı yazılmış оdlu bip pamflеtdip. Düzdüp, əsəp, əsasən mühapibəyə, mühapibənin töpətdiyi fəlaкətləpə, həpbin gətipdiyi qıpğınlapa həsp оlunub. Fəqət söhbət təкjə bununla bitmip. İndi mühapibə quptapıb. Dünyada əmin-amanlıqdıp. Şоlохоv öz qələmini qəlbə fişəngləpi atılmaq səhnəsi ilə yеpə qоysaydı, bizjə, çох mətləbləpi yapımçıq bupaхmış оlapdı.
    Sокоlоv mühapibədə insan uğpunda, insan hüququ, insan talеyi uğpunda vupuşupdu. Dеməк, о, mühapibədən sоnpa da insanlapdan aypı yaşaya bilməz. О, yеnə кiməsə, nəyəsə gəpəк оlmalıdıp. Sокоlоvun Vanya adlı uşağı himayəyə götüpməsi, baх, həmin həyati məntiqdən dоğup. Anjaq məsələ bunula da bitmip. Qapşıda insanı həyatın səpt üzü, səpt qanunlapı gözləyipmiş! Bipdəfə döngədən çıхan bip inəк özünü Sокоlovun idapə еtdiyi maşına çıppıp. Avtоmоbil müfəttişi, bütün хöşbəхtliyini, ailəsini bəlкədə bütün həyatını jəbhədə qоyan, bip qəhpəmanın Sокоlоvun şоfеpliк vəsiqəsini əlindən alıp. Müfəttiş gеdəndən sоnpa inəк də qalхıb, yоluna pəvan оlup. Müfəttişin aldığı vəsiqə Sокоlоvun çöpəк ağajıdıp. Indi о, iş aхtapmaq üçün Кaşap vilayətinə gеdip. Göpün yazıçı qəhpəmanın хapiji əlamələpini nеjə təsvip еdip: "Bip nеçə yеpdən yanmış sıpıqlı başdansоvma və коbud bip halda gözəlləşmiş, кöhnə, хaкi şalvapının yıptığı yaхşı yamanmamışdı, qalın yun jоpabını кüvə dağıtmışdı". Şоlохоvun qəhpəmanının fajiəvi talеyi göstəpip кi, mühapibə qələbə ilə başa çatsa da, jəmiyyətdə ppоblеmləp hələ qalmaqdadıp. Sanкi mühapibədən qələbə ilə qayıdan Sокоlоv "dinc" həyatda məğlub оlup. Dеməк, hələ də yеpləpin, vəzifələpin bölüşdüpülməsində təps mütənasibliк vap. Dеməк jəmiyyətdə hələ də çatışmamazlılıqlapımız vap, əкəp-əsкiyimiz vap.
    Şоlохоv böyüк bip pеalist кimi sоsial həyatda оlan əyintiləpi, çatışmazlıqlapı özünəməхsus bip jəsapətlə təsvip еdip. İnsanlapın talеyi uğpundu öz həyatından-öz talеyindən кеçən mübapiz bip əsgəp, bip sоvеt adamı haqqında, кimi bilip, mühapibə zamanı nə işlə məşğul оlan bip avtоmоbil müfəttişi də yalnış qəpap da çıхapa biləpmiş!
    Pоvеstin sоn sətipləpindən bildiyimiz кimi, başına gələn hadisələpi danışan Sокоlоv кövpəlip. Ancaq о göz yaşlapını hamiliyə götüpdüyü uşaqdan gizlədip, gəpəк uşaq göz yaşını göpməsin, özünün dеdiyi кimi, "кişiləpin aхıtdığı göz yaşını".
    "Insanın talеyi" о, çох qəpibədip. Insan. Insan bəzən alqış, müкafat əvəzinə, cəza da ala biləp. Laкin bu, hələ talеnin başlı-başına buraхılması dеməк dеyil. Səni yеnə də talеlər düşündürməli, narahat еtməlidir - bəşəriyyətin talеyi, insanın talеyi. Şоlохоvun əsərindən mеydana çıхan fiкrin nüvəsi, mahiyyəti bu cürdür.
    Qəhrəman (Sокоlоv) məğlubiyyətlə barışa bilmir. Çünki o, qələbələr üçün dоğulub.
    May.1975











    Stalin və Şoloxov

    Stalin Şoloxovin xətrini çox istəyirdi.
    Ara vurmaq istəyənlər yazıçıdan tez-tez Stalinə "donos" çatdırırlar. Bir dəfə də Baş katibə deyirlər: "Şoloxov hər gün bizim hakimiyyətin düşməni olan ağqvardiyaçılarla yeyib-içməkdədir".
    Sralin iclasda Şoloxova belə bəraət qazandırır:
    -Mənə məlumat gətirirlər ki, Şoloxov tez-tez ağqvardiyaçılarla görüşür, onlarla araq vurur. Bu adam yazıçıdır, o, bizim düşmənlərin canlı obrazını yaratmaq üçün onları yaxından tanımalıdır, ya yox? Yeyib-içir, əcəb edir...

    Şoloxovun sevgilisi – xanım Yejova...
    Deyəsən, bir dəfə yazmışdım, yenə yazıram. Təkrar biliyin həm anası, həm də atasıdır.
    Mixail Şoloxov şəxsən mənim çox sevdiyim yazıçıdır. Onun, daha doğrusu onun əsərləri, xüsusən “sakit Don” roman-epopeyası barəsində dəfələrlə yazmışam. Hətta, yazıçı sağ olanda- onun 70 illiyində “İnsanın taleyi” əsəri barədə yazdığım məqalə tərcümə edilərək Tələbə Elmi Cəmiyyətinin xətti ilə ədibin ünvanına göndərilmişdi və ondan cavab məktubu da gəlmişdi.
    Bütün bunlar öz yerində...
    Bu bəstəboy, yaşıl gözlü, sünbülübığ kişi, yəni Mixail Şoloxo, ilk gəncliyindən SSRİ-də çox məşhur idi. İndi təsəvvür edin ki, bu adam hələ 27-28 yaşında olarkən Qorkinin və Stalinin yaxın dostu idi. Bu da öz yerində...
    O dövrdə, yəni 37-ci ildə Stalindən sonra ən qorxulu adam şübhəsiz ki, Yejov idi. Bəli, düz tapmısız, KQB komissarı (naziri) Nikolay Yejov. Yejovun arvadı isə o dövrün “ulduzu” Yevgeniya Salomonovna Xayutina- Yejova idi. Bəli, bəli, qüdrətli Yejovun arvadı. Hələ bu da öz yerində...
    Ən maraqlısı və dəhşətlisi budur ki, 30-31 yaşlı gənc və iddialı Şoloxov Yevgeniyaya vurulur və onunla eşq macərası yaşamağa başlayır. Hadisənin təfərrüatını bilən komissar Yejovun fikri təbii ki, Şoloxovu aradan götürmək idi. Amma o, bilirdi ki, Şoloxov Baş katib Stalinin yaxın dostudur.
    Qısası, xanım Yevgeniya 1938-ci ildə qətlə yetirildi. Bir versiyaya görə o, intihar etmişdi, digər bir versiyaya görə onu əri Yejov öldürmüşdü.
    Bu hadisədən iki il sonra Yejov da Trotskiçi kimi Stalinin əmri ilə güllələndi.
    Beləliklə, Stalin epoxası faciələrlə, qan-qada ilə doludur.

















    Tereşkova və Nikolayev
    Məşhur kosmik cütlüyün ailə dramı

    Üçüncü Sovet kosmonavtı, ilk dəfə açıq kosmosda skfandrsız çalışmış, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Andrian Nikolayev milliyyətcə çuvaş türkü idi. Mən bunu nə üçün xüsusi vurğulayıram? Məsələ burasındadır ki, Nikolayev bütün rəsmi sənədlərdə rus deyil, məhz çuvaş olduğunu xatırladırdı. Həmyerliləri onun çuvaş dilində təmiz danışdığını söyləyirlər. Məsələ həm də burasındadır ki, o, öz doğulduğu yerdə- Çeboksarı şəhərinin yaxınlığındakı Şorsu (Şorşu, və yaxud Şorşelı-Şorsulu) kəndində dəfn olunmuşdur. Bu barədə az sonra...
    Təbii ki, niyyətim heç də məşhur kosmonavtın bioqrafiyasını yada salmaq deyildir. Bu barədə istənilən ensiklopediyalarda və məlumat kitablarında kifayət qədər məlumat var. Çoxunuzun bildiyiniz kimi, Andrianın həyat yoldaşı Valentina Tereşkova heç də öz ərindən az məşhur deyildir. Dünyaca məşhur cütlük özlərinin ən coşqun və şöhrətlərinin ən pik nöqtəsində ailə qurublar. 1963-cü ilin payızında baş tutan toyda SSRİ-nin o zamankı rəhbəri Xruşşov və Baş konstruktor Korolyov iştirak edirdi.
    Evliliyin ilk günləri hər şey qaydasında idi. Andrian öz xanımından çox razı idi. Tezliklə, 1964-cü ildə onların Yelena adlı bir qızları dünyaya gəldi. Lena dünyada tək bir qız idi ki, valideyninin hər ikisi kosmonavt idi. Ötən əsrdə yaşayanların, yaşı həmin dövrü görməyə imkan verənlərin yaxşı yadında olar: belə bir şayiə dolaşırdı ki, kosmonovtların əcaib-qəraib, altı barmaqlı, üç gözlü... uşağı dünyaya gəlib. Əslində isə Lena normal bir uşaq idi- yaraşıqlı, qaraşın, gülərüz... O, anasından daha çox, atasına bənzəyirdi...
    Dediyimiz kimi, ilk illər zahirən ailə xoşbəxt idi. Amma sən demə batində görünməz fırtınalar varmış. Belə ki, Andrian əvvəllər öz arvadı Valentina haqqında eşitdiyi söz-söhbətə çox da əhəmiyyət vermirdi. Axı məşhur adamlar haqqında şayiə uydurmaq köhnə işdir. Amma sən demə, məşhur ərin eşitdikləri heç də uydurma deyilmiş. Belə ki, xanım Tereşkova tanınmış həkim, tibbi xidmət general-mayoru, evli-ailəli Yuliy Şapoşnikovun məşuqəsi imiş. Nikolayev bu zaman arvadının nədən belə tez-te “xəstələnib” həkim yanına getməsinin fərqinə vardı. O, “faktları” dəqiqləşdirəndən sonra Tereşkova ilə kəskin söhbət etməli oldu. Təbii ki, Valentina əvvəlcə deyilənləri inkar etdi. Təkzibolunmaz faktlar qarşısında qalan qadın “təslim” olmaq istəməsə də, az sonra öz “kredosunu” açıqladı. Onların nikahı pozuldu. Andrian çemodanını götürüb evdən birdəfəlik getdi. Hökmlü və iddialı Tereşkova öz keçmiş məşuqunu ailəsindən ayırıb onula rəsmi nikaha girdi. Adətən kosmonavt xanımdan soruşanda ki, “ərindən nə üçün ayrıldın?”, o, belə cavab verirdi: “Ərim işdə mələk, evdə tirandır”.
    Lena atalığının himayəsində böyüdü. Məsələ burasındadır ki, Tereşkova tezliklə qızının soyadını dəyişdirərək öz adına “keçirdi”, yəni kosmonavtların övladı Yelena Tereşkova kimi böyüdü. Üstəlik “ulduz xəstəliyinə” mübtəla olmuş, “çayka” ləqəbli Valentina öz qızına atası ilə görüşməyi də qadağan etdi. Möhkəm bədənli və iradəli Andrian əsəbdən xəstələndi, infarkt keçirtdi.
    Bəzən deyirlər ki, Tereşkova ilə Nikolayev Nikita Xruşşovun təhriki və ya məsləhəti ilə ailə qurub. Bu, yalan söhbətdir. Amma maraqlı burasıdır ki, 1982-ci ildə kosmonovtların ailəsi dağılanda Valentina bu barədə Leonid Brejnevə “dərdini açıb” demişdi...
    Ana ilə qız arasında da kəskin ixtilaf vardı. Yelena sevdiyi oğlana, İqor Mayorov adlı gənc təyyarəçiyə qoşulub qaçdı. Tereşkova öz kürəkənini cəzalandırmaq istəsə də buna nail ola bilmədi. Çünki İqorun atası Aleksey Mayorov uzun illər boyu Berejnev, Andropov, Çernenko və Qorbaçovun şəxsi pilotu olmuşdu. Necə deyərlər daş qayaya rast gəlmişdi. Nəticədə ilk kosmonavt qadın uzun illər nəinki qızını və kürəkənini danışdırmadı, hətta nəvəsi Alekseyin üzünü 5-6 yaşınacan görmədi, daha doğrusu görmək istəmədi.
    Tezliklə Yelena da öz anasının yolu ilə getməyə başladı. Belə ki, bu xanım qız gizlicə başqa bir kişi ilə, evli-ailəli təyyarəçi ilə sevgi yaşamağa başladı. Onun sevgilisi “ailə dostu” Andrey Rodionov idi. O da pilot idi. Arada əri İqor uçuşda olanda “ailə dostu” Andrey onlara gəlirdi. Günlərin bir günü evin kişisi İqor uzunmüddətli ezamiyyətdən qayıdanda 3-4 yaşlı oğlu Aleksey ona dedi: “Papa, sən evdə olmayanda Andrey əmi anamla sənin yatağında birgə yuxulayırlar”.
    Az sonra İqor Mayorov da qaynatası kimi arvadından ayrıldı. Tezliklə Yelena Andrey Rodionov ilə rəsmi nikaha girdı... və o da anası Valentina kimi uşağının atası ilə görüşməyinə qadağa qoydu. Onların bir uşağı dünyaya gəldi: onun da adını Andrey qoydular.
    Yeni kürəkən hiylə yolunu seçdi. Ana-bala Tereşkovaları barışdırdı. Qaynanasının qılığına girəndən sonra onun işləri yaxşı getməyə başladı. Çox gümün ki, onun övladları Tereşkovanın gələcək varisləri, miras sahibləri olacaq...

    ...Hə, orasını da deyək ki, Andrian Nikolayev arvadı Valentinadan ayrıldıqdan sonra bir daha evlənmədi. Onunla qonşuluqda yaşayan “Kosmonavtlar şəhərciyinin” sakinləri deyirdilər ki, Andrian mənzilini özü yığışdırır, sil-süpür edir, tənha yaşayırdı. O, tərki-dünya zahid həyatı sürməsə də, daim fikirli və qayğılı idi. O, bir zamanlar Valentinanı çox sevmişdi...
    Andrian Nikolayev 2004-cü il 3 iyul tarixdə öz vətənində- Çeboksarıda keçirilən idman yarışlarında tədbirin baş hakimi kimi iştirak edirdi. Kosmonavt ürəktutmasından gözünü əbədi yumdu. Onu beşinci dəfə infarkt vurmuşdu. Onun nəşini Moskvaya aparıb orada Ulduz şəhərciyində, ölən kosmonavtların yanında dəfn etmək istəyirdilər. Lakin həmyerlilərinin təkidli tələbi və Çuvaçiyanın ilk prezidenti Nikolay Fyodorovun qətiyyəti sayəsində Andrian Qriqoryeviç Nikolayev öz doğulduğu kənddə torpağa tapşırıldı. Bu da ibrətamiz bir hadisədir. Bəzi məmləkətlərdə ölən şəxsin məşhur məzarlıqlarda, “adlı-sanlı” adamlar arasında dəfn olunması uğrunda mübarizə aparanlar olur...
    İndi məşhur çuvaş oğlunun məzarı ziyarətgaha çevrilib. Şorsu kəndinə gələnlərin sayı günbəgün artmaqdadır. (Özümə söz vermişəm ki, o tərəflərə yolum düşsə kosmonavtın qəbrinə baş çəkəcəm-F.M.)
    Şorsuda kosmonavtın xatirəsinə ucaldılmış memoriala gələnlərin sayı-hesabı bilinmir. Orada muzey də fəaliyyət göstərir.
    ...Valentina Tereşkova həm ictimai işlərdə fəallıq göstərir, həm də boş vaxtını nəvələri ilə keçirir. Ona bütün rəhbərlər, o cümlədən Putin ehtiram göstərib. Uzaq keçmişdə kosmosa uçarkən bu cazibədar qadını az qala sovetlərin bütün kişiləri sevirdi. İndi isə onu yalnız yaxın ətrafı və özü sevir.






























    Landau- dahi fizik
    və qadın “ovçusu”...

    Lev Landau... Dau...
    Onun təkcə təltiflərinin hamısını qeyd etmək üçün bir neçə səhifə tələb olunur. SSRİ EA-nın akademiki, Nobel mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Maks Plank adına medalı laureatı, Frits London mükafatçısı, Lenin mükafatı və üç dəfə SSRİ Dövlət mükafatı laureatı, London Kral cəmiyyətinin üzvü, ABŞ Milli Akademiyasının üzvü, Danimarka Kral Akademiyasının üzvü, Amerika İncəsənət və elm akademiyasının üzvü, Fransa Fizika cəmiyyətinin və London Fizika cəmiyyətinin üzvü... Və Nobel mükafatı laureatı.
    Lev Davidoviç Landau 22 yanvar 1908-ci il yanvar ayının 22-də Bakı şəhərində neftçi- mühəndis David Lvoviç Landaunun ailəsində doğulub. Levin anası Lyubov Veniaminovna Qarkavi-Landau ixtisasca həkim idi və bu xanım uzun illər Balaxanıda akuşerka, orta məktəbdə və qadın gimnaziyasında həkim işləmişdi, eksperimental farmakologiyaya aid əsərlər yazmışdı.
    Landau 1916-cı ildənBakı yəhudi gimnaziyasında təhsil almış, 14 yaşında ikən Bakı Dövlət Universitetinə iki ixtisas üzrə-fizika və kimya üzrə daxil olmuşdur. O, sonralar fizikanı seçmişdir. 1924-cü ildən Landau təhsilini Leninqrad Universitetində davam etdirmişdir.
    1927-ci ildə təhsilini başa vuran Lev Landau Leninqrad fiziki-texniki institutunda elmi fəaliyyətə başlayır. Tezliklə 19 yaşlı Landau Kvant nəzəriyyəsinə öz elmi töhvəsini verir, ilk fundamental tədqiqatları ilə elm aləmində parlayır.
    Sonrakı dövrdə Lev Landau Almaniya, Danimarka, İngiltərə, İsveçrədə elmi ezamiyyələrdə olur. O, Berlində A.Eynşteyn ilə tanış olur, Kopenhagendə Nils Borun laboratoriyasında çalışır.
    Yaxın ətrafı adətən ona “Dau” deyə müraciət edirdilər.
    1932-37-ci illərdə Ukraynada çalışan alımin elmi fəaliyyəti artıq ölkədən kənarda da məşhur idi.
    Landau Stalin despotizminin qəti əlyhdarı idi. O, Lenini faşist və avantürist hesab edirdi. Elə bu və digər səbəblərə görə daim xüsusi xidmət orqanlarının nəzarətində idi.
    Dau Sovet rejimi ilə heç cür barışa bilmirdi. 1937-ci ildə Pyotr Kapitsanın təklifi ilə Fizika problemləri institunda nəzəri şöbənin müdiri təyin olunur. Stalin diktaturası əleyhinə yazdığı və tələbələrin paylaşdığı vərəqələrə görə həbs olunur. Bir il həbsdə qalan Landau nəhayət Kapitsanın (və eləcə də Borun) çoxsaylı xahişindən sonra azad edilir.
    1943-47-ci illərdə Landau MDU-nin professoru kimi fəaliyyət göstərir.
    1945-1953-cü illərdə Landau SSRİ-nin Atom layihəsinin hazırlanmasında iştirak edir.
    Görkəmli alim 1956-68-ci illərdə MDU-nin kvant nəzəriyyəsi kafedrasında çalışır, mühazirələr oxuyur.
    7 yanvar 1962-ci il tarixdə böyük fizik Moskvada Dmitrovs şosesində avtomobil qəzasına düşür, 59 gün komada qalır. Dünyanın bütün fizikləri və eləcə də həkimləri Landaunun həyatının xilası üçün əllərindən gələni əsirgəmədilər. Landau altı il ölümlə çarpışdı. O, 1962-ci il noyabr ayının 1-də Nobel mükafatına layiq görüldü. Nobel mükafatının təltifi tarixində ilk dəfə olaraq laureata mükafat xəstəxanada təqdim edildi.
    Zarafatı çox sevən Landau “zarafat günündə” 1 aprel 1968-ci il tarixdə 60 yaşında ikən vəfat etdi.

    P.S.
    Bir qədər də dahi fizikin ailəsi və şəxsi keyfiyyətləri barədə.
    Landau hələ gəncliyində üç “prinsipdən” imtina etmək qərarına gəlmişdi. Bu cəhətlərə daxil idi: evlənməmək, siqaret çəkməmək, spirtli içki içməmək. Ümumiyyətlə, Dau ilk gəncliyində qadınlardan qorxurdu. O, həm də çox utancaq idi.
    Amma Lev Davidoviç birinci prinsipi artıq məşhur fizik olarkən pozdu. O, gözəl bir xanımla -Konkordiya Terentyevna Drobantseva-Landau ilə ailə qurdu. Onlar bir “müqavilə” əsasında evlənmişdilər. Yəni nə ər advadın şəxsi işinə, nə də arvad ərinin şəxsi işinə qarışa bilərdi. Hərə öz həyatını yaşamalı idi. Onlar bütün həyatları boyu bu cür də yaşadılar.
    Kora (Dau arvadını belə çağırırdı) ərinə sədaqətli idi. Hətta, Dau öləndən sonra bu xanım “Mənim ərim dahidir” adlı üçcildlik memuar da yazdı.
    Amma ilk gəncliyində qadınlardan utanan, qorxan Dau evlənəndən bir müddət sonra bütün SSRİ-nin elm aləmində təkcə dahi fizik kimi deyil, həm də dahi “qadın ovçusu” kimi məşhurlaşdı.
    Qadınlar da onu, bu zarafatcıl, deyib-gülən və ən əsası da əliaçıq kişini çox sevirdilər. Kora daim ərinə qısaqansa da hirsini və hikkəsini boğmağa çalışırdı. O, bilirdi və daim təkrar edirdi ki, dahi ilə ailə qurub. Amma qadın öz dahi ərini itirəndən sonra onunla bütün müşahidələrini olduğu kimi, vicdanla, real faktlar əsasında qələmə aldı. Adını qeyd etdiyimiz kitabda Landaunun zərif cinsə münasibəti barədə də ətraflı söhbət açılır. Burada heç bir bəzək-düzək yox idi.
    Yeri gəlmişkən, dahi fizikin oğlu İqor Lvoviç Landau da (1946-2011) tanınmış fizik idi.
    P.P.S
    Bakının məşhur “Tarqovıy” küçəsindən keçərkən Nəsimi heykəlinin qarşısındakı yeraltı keçidi qalxıb sol tərəfdə qotik üslubunda tikilmiş binanın yaxasından asılmış xatirə lövhəsinə ötəri də olsa nəzər salın...



























    Rəsul Həmzətovdan götürmədiyim müsahibə

    Yəqin ki, Sovet dönəminin ən məşhur simaları kosmonovtlar idi. Şübhəsiz ki, həmin pleyadada birinci yerin sahibi Yuri Qaqarin idi. Bu, bəlkə həm də onunla əlaqədar idi ki, kosmonavtların sorağı çox yüksəkdən, göylərdən gəlirdi.
    Söz yox ki, söz adamları da haqqında söhbət gedən həmin dövrün məşhurları sırasında idi. Bu sırada ön yerlərdən birini şair Rəsul Həmzətov tuturdu desək səhv etmərik. Bu, bəlkə onunla bağlı idi ki, şairlərin də sorağı yüksəkdən gəlirdi. Düzdür, onlar kosmonavtlar kimi göyə uça bilmirdilər. Amma yazı-pozuları ilə göylə əlləşirdilər.
    Mən Rəsul Həmzətovu Bakıda bir neçə dəfə görmüşdüm. Təbii ki, onunla heç bir salam-kəlamım yoxu. Amma iş elə gətirdi ki, məşhur şairlə Moskvada tanış oldum.
    Xatırlayıram, yağışlı payız günlərindən biri idi. O vaxtkı nüfuzlu qəzetlərin birində çalışan köhnə jurnalist dostumla keçmiş “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında rastlaşdıq. Hal-əhval tutandan sonra bir-iki günə Moskvaya elmi ezamiyyətə gedəcəyimi bildirdim. Dostum sevincək dedi ki, nə yaxşı oldu, səndən bir xahişim var. O vaxtlar yaxın-uzaq şəhərlərə gedən adamdan adətən qıt məişət şeyləri almağı xahiş edirdilər. Düşündüm ki, dostumun da belə bir istəyi olacaq. Amma onun xahişi elə öz iş-gücünə, qəzetçiliyə uyğun imiş:
    -Səndən bir yazı xahişim var. Rəsul Həmzətovdan müsahibə götürərsən. Məncə çətin olmaz. Onun Azərbaycan xalqı və ədəbiyyatı ilə bağlı təəssüratını öyrənərsən. Bilirsən ki, burada çoxlu dostları var. Öyrən gör bizim ədəbiyyat barədə nə deyir. Bu, elə-belə qəfil ağla gələn, ekspromt təklif deyil ha. Redaksiyamızın planında çoxdan belə bir yazının hazırlanması nəzərdə tutulmuşdu. Sənin Moskva səfərin lap yerinə düşdü. Həmzətovun Moskvadakı ünvanını da öyrənib deyərəm sənə. Mütləq onunla görüşərsən.
    Mən qısaca “çalışaram” dedim. Çünki o zamanlar məşhur şairin sorağı gündə bir ölkədən gəlirdi. Onu tapmaq asan olmaya bilərdi.
    Moskvanın havası çən-çisəkli idi. Az qala hər gün yağış yağırdı. “Perestroyka” dövrü idi. Mərkəzi qəzetlər sovet hökümətini yıxıb-sürüyür, tarixçilər nadir faktlar üzə çıxarırdılar. Yazıçıların onillər uzunu “sandıqda” yatıb qalmış əsərləri işıq üzü görürdü. 30-cu illər faciəsinin, 60-cı illər “yumşalmasının” mahiyyəti barədə palaz-palaz yazılar dərc olunurdu. Bir sözlə, maraqlı dövr idi.
    Keçmişin faciələri haqda ara-sıra yazanlardan biri də Rəsul Həmzətov idi. Əslində məşhur şairin yaşadığı zəmanədən və dövrdən şikayət etməyə elə də haqqı yox idi. SSRİ Ali Sovetinin deputatı, Lenin və Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq şairi... Titulları, fəxri adları saysız-hesabsız idi. Orden-medallarının hamısını sinəsinə düzsəydi yəqin ki, yaxasında yer qalmazdı.
    Xatırlayıram, əvvəlcə şairin telefon nömrəsini öyrəndim, danışdıq. Görüşmək üçün vaxt təyin etdik. Dünya şöhrətli şairin yaşadığı mənzili tapmaq elə də çətin olmadı. Maksim Qorki küçəsində (indiki Tverskoy Bulvarda), Mayakovskinin heykəlinin yaxınlığında əzəmətli “stalinkada” yaşayırdı. Çox qəribədir ki, Rəsul Həmzətovla elə qapının ağzında qarşılaşdıq. Özümü təqdim etdim.
    Ayaqüstü hal-əhval tutub dedi:
    -İçəri keç. Patimat evdədir. Bir çay iç, mən də indi gəlirəm.
    Patimat Həmzətova məni nəzakətlə, xoş üzlə qarşıladı. Evdə arıq, sarışın, alagöz bir gənc xanım da vardı. Bu, Həmzətovların qızı imiş. Səhv etmirəmsə, bu qız elə anasının adını daşıyırdı, yəni onun da adı Patimat idi. Ortaya çay gəldi. Patimat xanım Bakıdakı dost-tanışlarını soruşdu. Təbii ki, onunla ərinin ümumi dostları əsasən ədəbiyyat, sənət adamları idi. Nəbi Xəzri ilə Rəsul Həmzətovun dostluğundan danışdı.
    Bir xeyli gözlədik. Şair gəlib çıxmadı. Evin xanımı xəfifcə gülümsəyib:
    -Olsun ki, mühüm işi çıxıb. Yoxsa vaxtında gələrdi, Rəsul dəqiqliyi xoşlayır,-dedi.
    Mən xudahafizləşib çıxdım.
    Bir neçə gündən sonra vaxt tapıb yenidən məlum nömrəyə zəng vurdum. Dəstəyi şairin arvadı götürdü. Mən özümü təqdim etmək istəyəndə dəstəyin o başında Rəsul Həmzətovun gur səsini eşitdim:
    -Gəl, Firuz, elə indi gəl.
    Mən “Nauka” hotelində qalırdım. Metroya minib şairin evinə tələsdim. Qəribədir, bu dəfə də Rəsul Həmzətovla ümumi giriş (blok) qapısının ağzında üz-üzə gəldik.Onun yanında ortayaşlı bir adam vardı. Mən hər ehtimala qarşı kimliyimi nişan verdim.
    Rəsul Həmzətov əlimi möhkəmcə sıxıb dedi:
    -Əlbəttə, tanıdım. Bağışla, ötən dəfə iş çıxdı, gec gəldim evə. Mən gələndə sən çıxıb getmişdin.- Sonra məni yanındakı adama təqdim etdi: -Bu cavan oğlan mənim dostumdur. Bakıdan gəlib. Məndən müsahibə götürmək istəyir.
    Yanındakı adamı da mənə təqdim etdi; bu, şairin tərcüməçisi idi.
    Blokun qapısı ilə üzbəüz binanın böydündə iri, açıq bir qapı da vardı. Nədənsə mənə elə gəldi ki, bura hansısa idarənin təmir sexi, ya da ərzaq dükanının anbarıdır. Çünki açıq qapıdan baxanda içərinin tör-töküntülü olduğu nəzərə çarpırdı. Həmin qapıdan bir cavan adam çıxdı; onun əlində iri bağlama vardı. Belə məlum oldu ki, bu gələn adam heykəltaraşdır. Qoltuğundakı bağlama isə Rəsul Həmzətovun büstünün foto-reproduksiyası imiş.
    Şair gülə-gülə heykəltaraşa dedi:
    -Bura bax, öz əsərini bizə elə buradaca göstər. Qoy görüm mənim iradımı bunlar necə qəbul edir.
    İnsafanə, şəkldən hiss olunurdu ki, heykəl peşəkar sənətkar əlindən çıxıb.
    Tərcüməçi ilə mən əsər haqqında bir-iki xoş söz dedik.
    Rəsul Həmzətov dörd barmağını bir yerdə cütləyib əvvəlcə öz alnına, sonra isə şəkildəki heykəlin “alnına” qoyub emosional halda dedi:
    -Siz nə deyirsiz? Dodaq, burun, qulaq haqqında bir söz deyə bilmərəm. Amma bu, mənim alnım deyil axı. Bir ölçülərə fikir verin, mənim alnım hara, bunun alnı hara? Alın ensiz alınıb məncə...
    Heykəltaraş şairin qoluna girib nəzakətlə dedi:
    -Rəsul Həzətoviç, bu, heykəlin özü deyil axı, kənardan çəkilmiş şəkildir. Gərək öz “orijinalınıza” baxasız. Orada hər şey qaydasındadır.
    Şair başını bulayıb dedi:
    -Mən elə öz “orijinalımı” da görmüşəm. Orada da elə bu cürdür, alın ensizdir.
    Heykəltaraş israr etdi:
    -Onda gedək bir də baxaq.
    Rəsul Həmzətov gülümsədi:
    -Görmürsən, mənim qonağım var? Səninlə çıxıb getsəm Firuz mənə nə deyər?
    Heykətaraş qonaqpərvər adam imiş:
    -Qoy dostlarınızın hər ikisi bizimlə getsin. Emalatxanada bu görüşü qeyd etmək imkanım da var.
    Rəsul Həmzətov gülüb dedi:
    -Yox, “qeyd etmək” uzun çəkər. Hələlik vaxt azdır. -Üzünü mənə sarı tutub dedi:-Gəl belə edək. Sən qalx evə. Allaha şükür, mənzili tanıyırsan. Patimatla qızım evdədir. Bir çay iç, mən tez qayıdıb gələcəm.
    Mən dinməz-söyləməz mənzilə qalxdım.
    Evin xanımı və onların qızı məni köhnə tanış kimi qarşıladılar.
    Şairi gözləyə-gözləyə ordan-burdan söhbət etməyə başladıq. Öyrəndim ki, Patimat Həmzətova müzey direktorudur. Bu ailənin qızları Zarima, Salihət və Patimat da incəsənət sahəsində çalışırlar. Rəsulun iki qardaşı müharibədə həlik olmuşdu. Mən şairin şeirlərinə bəstələnən mahnıların bizim müğənnilər-Rəşud Bahbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu tərəfindən gözəl və təsirli ifa olunduğunu xatırlatdım. Patimat ərinin Azərbaycanı xüsusi bir məhəbbətlə sevdiyini bildirdi.
    Mən Rəsul Həmzətovun həyatı, yaradıcılığı ilə bağlı müəyyən suallar verir, ətraflı cavablar alırdım. Bütün bunları hər ehtimala qarşı edirdim: birdən şair yenə gec gələr, mənsə əliboş çıxıb getmək istəmirdim.
    Elə düşündüyüm kimi də oldu. Hava qaralırdı. Rəsul Həmzətovdansa hələlik bir xəbər-ətər yoxdu. Şairin arvadı və qızı ilə xudahafizləşib küçəyə çıxdım. Mayakovskinin yaxınlıqdakı heykəli işıq və yağış selində yuyunurdu.
    Mən bundan sonra bir neçə dəfə şairin evinə zəng vurdum. Telefonu arvadı qaldırır və şairin evdə olmadığını deyirdi.
    Mən artıq hoteli tərk edib kirayədə qalırdım. Telefon nömrəmi bərayi-ehtiyat Patimat xanəma vermişdim.
    Həmin payız günlərindən birində evində qaldığım rus qadını məni telefona çağırdı:
    -Bura baxın, sizi Rəsul Həmzətov telefona çağırır. Bu, həmin Rəsul Həmzətovdur?
    Mən suala atüstü cavab verib çəld dəstəyi qapdim.
    Rəsul Həmzətov görüşə bilmədiyimizə təəssüf etdiyini bildirdi. Mən ona bildirdim ki, onsuz da sizin barənizdə Patimat xanımdan kifayət qədər məlumat almışam. Nəinki müsahibə, hətta çox geniş bir məqalə yaza bilərəm.
    O, məni yenə evinə qonaq dəvət etdi. Mən işimin çox olduğunu bəhanə gətirdim. Hiss edirdim ki, bu məşhur və qonaqpərvər insanın vaxtı məhduddur.
    Şair Bakıdakı dostlarına, xüsusən Nəbi Xəzri və Bəxtiyar vahabzadəyə salamlarını yetirməyi xahiş etdi.
    Xatırlayıram, bu söhbətdən sonra kirayədə qaldığım evin sahibəsi məndən soruşdu:
    -Həmzətovu necə tanıyırsan.
    Təbii ki, şairi təriflədim.
    Qadın bir xeyli susub başını yellədi:
    -Mən onu tanıyıram. Arvadbazdır.
    Hər ikimiz güldük.
    Mən qeydlərimi sahmana salıb bir məqalə yazmağa başladım.
    Amma elə bu ərəfədə aləm bir-birinə qarışdı. Sovetlər birliyinin “dostluq sütunu və qardaşlıq bünövrəsi” sikələnməyə başladı. Millətlərarası münaqişələr qızışıb alovlandı. Rəsul Həmzətovun Kremldə erməni seperatistlərinə ehtiyatla olsa belə bəraət verən fikirləri ölkəmizdə narazılıqla qarşılandı. Oxucularının böyük bir qismi məhz bu məşhur çıxışına görə onun kitablarından imtina etdilər, ünvanına etiraz dolu teleqramlar göndərdilər. Onun öz həmvətənləri haqda dediyi bir fikir də “özününkülər” tərəfindən birmənalı qarşılanmadı: “Dağıstan Rusiyaya könüllü girməyib ki, oradan da könüllü çıxsın”.
    Mən Rəsul Həmzətovu sonuncu dəfə Bakıda Səməd Vurğunun doxsan illiyində gördüm. Rəyasət heyətində idi. Ətrafa göz gəzdirdim. Nəbi Xəzri və Bəxtiyar Vahabzadə məndən bir az irəlidə əyləşmişdilər. Sonralar eşidib bildim ki, onlar öz keçmiş dostları ilə bir stolun arxasında əyləşməkdən imtina ediblər.
    Bax bu da mənim məşhur şairdən götürə bilmədiyim bir müsahibənin tarixi.
    Tarixi bəzən yazılmamış kitablardan oxuyub öyrənmək olur.
















    “Əgər müqəddəs olsaydım...”
    Mən onu tanıyırdım...
    Söhbət böyük rus şairi
    Andrey Voznesenskidən gedir

    Rusiyanın və rusların tarixində Voznesenski soyadlı simalar çox olub. Onların arasında çox güman ki, şair Voznesenski daha məşhurdur.
    Andrey Andreyeviç Voznesenski 1933-cü ildə Moskvada tanınmış alim, professor Andrey Nikolayeviç Voznesenskinin ailəsində doğulub. Sənətkar 2010-cu ildə elə doğulduğu şəhərdə, lap dəqiq desəm, Moskva yaxınlığındakı yazıçı şəhərciyində- Peredelkinoda vəfat edib. Şairin ulu babası məşhur din xadimi olub.
    Andrey 77 yeddi yaş yaşayıb. Onun iki yeddi ilə tamamlanan ömrü nədənsə mənə böyük şairin özünün çox illər öncə yazdığı bir şeiri, daha doğrusu, bir şeirin iki misrasını salır. Zira hələ çox gənc ikən-1962-ci ildə qələmə aldığı “Mən –ailəyəm” adlı həmin şeirdə də söhbət məhz 7-dən gedir, amma qoşa yox, tək 7-dən.
    Я — семья
    Во мне как в спектре живут семь «я»,
    невыносимых, как семь зверей
    А самый синий
    свистит в свирель!
    А весной
    Мне снится
    что я —
    восьмой!
    Mən bu şeiri bilərəkdən orijinalda təqdim edirəm. Çünki burada da Voznesenskinin “memarlığı” apaydın görünür.
    Bu şeir bir vaxtlar adi adamların və intellektlərin dilində çox məşhur idi.
    Voznesenski ixtisasca “ədəbiyyat adamı” deyildi. Moskva Memarlıq İnstitutunu bitirmişdi. O, şeirin də memarı-arxitektoru idi, desəm zənnimcə səhv etmərəm.
    Gəlin bu məqamda Andrey Voznesenskini öz şeirləri ilə yad edək. Mərhum şairimiz Adil Mirseyid vaxtilə Voznesenskinin bir neçə şeirini dilimizə tərcümə etmişdi. Həmin şeirlərdən birini xatırlatmaq pis olmazdı:

    Əgər müqəddəs olsaydım,
    Ah, Tanrım, hər məbəddən
    Bayramlarda boş çərçivə
    Gəzdirərdim hər il mən.

    Gah müqəddəs ağcaqayın,
    Gah bir çay panoramı
    Görünərdi çərçivədən
    və kövrələrdi hamı.

    Qızıl çərçivəyə girər
    Görüşdən gələn qadın.
    Bilmirsən, müqəddəssən -
    Hanı, hanı qanadın?

    Küçənin sol tərəfi
    durub ayaq saxlayardı.
    sağ tərəf çərçivədən
    baxaraq ağlayardı.

    Dediyim kimi, mən Andrey Andreyeviç Voznesenskini tanıyırdım.
    Bir zamanlar Voznesenskini bütün Sovetlər Birliyinin ədəbiyyat həvəskarları tanıyırdı. Onu Avropa və Amerikada da yaxşı tanıyırdılar.
    Şairin sözlərinə yazılan mahnıları kim xatırlamır? Elə təkcə Alla Puqaçovanın ifa etdiyi “Milyon-milyon qızılgül” mahnısını yada salmaq kifayətdir. Şair bu mahnının süjetini Paustovskinin bir novellasından götürmüşdü. Mahnıda məşhur gürcü rəssamı Nika Pirosmaninin (Pir Osmanlı) fransız aktrisasına sonsuz sevgisindən bəhs edilir.
    Əlbəttə, “Allo”, “Unutma”, “Müğənni”, “Akının nəğməsi”, “Nostalgiya” və digər onlarla mahnının mətnini də yada salmaq olar.
    Voznesenski zahirən sakit təbiətli, amma daxilən üsyankar bir adamdı.
    Onu vaxtilə Xruşşov kəskin tənqid etmişdi.
    O, məşhur dramaturq Artur Miller və onun arvadı Merilin Monronun ailəvi dostu idi. Bu barədə şairin bir şeiri və şeirdə bu misralar var: “Mən Merlinəm, Merlin. Mən qəhrəmanıyam İntihar və heroinin”. O, ondörd yaşından Pasternakla tanış olmuşdu.
    O, Sartrın, Haydeggerin, Pikassonun, Paulsun, Vısotskinin, Bob Dilanın dostu idi. Yəqin ki, sonuncu ism oxuculara artıq yaxşı tanışdır; axı Bob Dilan bu ilin Nobel müfatçısı oldu.
    Onun xanımı (1929-ci il təvəllüdlü) Zoya Boquslavskaya tanınmış tənqidçidir və öz fəaliyyətini yenə davam etdirməkdədir.
    Hə, gəldim çıxdım mətləb üstünə.
    Bəli, mən Voznesenskini tanıyırdım. Yazıçıların Mərkəzi Yazıçılar Evindəki (Sedeel –adlanan yerə) yeməkxanaya gedərkən mən daim onu stol arxasında görərdim. O, adətən tək oturardı. Hamıdan seçilərdi. Yayda, payızda əynində dama-dama pencək, payızda uzun plaş (yağmurluq) olardı. Onun boğazında çox vaxt qırmızı rəngli şərf olardı və bu şərf bir növ onun qalstukunu əvəz edərdi. Sanki Voznesenski bu dünyaya elə bu “qalstukla” gəlmişdi.
    O, adətən yeməkxanaya daxil olarkən əsl yüksək mədəniyyət sahiblərinə məxsus bir əda ilə təzim edərək hamı ilə salamlaşardı. Üzündə bir uşaq səmimiliyi olardı.
    Onu az qala həmişə “öz” məlum yerində görmək olardı.
    Yadımdadır, bəzən onun stolunun arxası boş olanda rus yazıçıları yarızarafat-yarıcıddi deyərdilər: “Görəsən bu gün Andrey Andreyeviç “iş yerində” niyə görünmür?”


















    Böyük rus şairi vəfat etdi
    Yevgeni Yevtuşenko haqda

    Mən bu günlərdə Bella Axmadulina və Yevgeni Yevtuşenko haqda, onların sevgisi barədə məqalə üzərində işləyirdim. Amma, zamanın öz qanunları olur.
    Bu gün, aprel ayının 1-də dünya poeziyasının nəhənglərindən biri- Yevgeni Yevtuşenko 85 yaşında vəfat edib.
    Mənim Yevtuşenko ilə dostluğum olmasa da dəfələrlə onun Moskvada və Bakıdak keçirilən şeir görüşlərində, təntənəli poetik bayramlarında iştirak etmişəm. O, başdan-ayağa həqiqi poeziya və həqiqət mücəssiməsi idi.
    Ölümün mübarək, Jenya.
    (Yeri gəlmişkən görkəmli şairimiz Rəsul Rza da aprel ayının 1-də (1981-ci ildə) dünyasını dəyişib).
    Beləliklə, bu gün bir dahinin simasında bir epoxa da tarixə qovuşdu.
    Yevtuşenkonun ötən əsrdə tərcümə etdiyim bir şeirini təqdim etməklə onun ruhu qarşısında öz borcumu az da olsa yerinə yetirmək istəyirəm.
    O şeirdəki iki misra əslində elə şairin öz manifestinə, öz kredosuna çox uyğundur: “...bizimçün ayıbdır
    nəhəng olmamaq...”

    **
    Yevgeni Yevtuşenko

    NƏHƏNG OLAQ!
    E.Neizvestniyə
    Mən yükdaşıyandan,
    yaxud həkimdən,
    mənə paltar tikən
    hər bir dərzidən
    tələb eləyirəm həmişə hökmən-
    hər nə düzəltsəniz
    nəhəng düzəldin.
    Hər tikilən bina,
    ya da ki, çəkmə,
    qoy uyğun gəlməsin adi ölşüyə.
    Təbiilik yoxdur miyanəlikdə,
    təbiilik yoxdur yalan örtüyə.
    Hər kəs məcbur
    etsin özü özünü,
    hər kəsə öz payı yetişsin ancaq.
    Qoyun sizə deyim
    sözün düzünü
    bizimçün ayıbdır
    nəhəng olmamaq.













    Anatol İmermanis:
    “AZƏRBAYCANLILAR TƏMKİNLİ ADAMLARDIR”

    Məşhur latış yazıçısı Anatоl İmеrmanis əvvəllər rəğbət bəslədiyi еrmənilərdən nəyə görə incidi?

    Xatırlatma: Anatol İmermanis- Litva yazıçısı. Şair, nasir, kinodramaturq, rəssam. 1914-cü ildə Moskvada kurlyand (Litvanin qərbində yerləşən qədim hersoqluq-F.M.) qaçqının ailəsində doğulub. Özəl gimnaziyada təhsil alıb. Sonralar Riqa şəhərində İngilis Universitetinin kommersiya fakültəsini bitirib. Gəncliyində bir çox müəssisələrdə fəhlə kimi çalışıb. Tələbə ikən Riqa xalq universitetinin ədəbiyyat və jurnalistika seminarlarında iştirak edib. Litvada faşistlərin dövlət çevrilişi zamanı (1934-cü ildə) İmermanis inqilabi fəaliyyətinə görə beş il həbs cəzasına məhkum edilmişdir. Baltikyanı ölkələrdə Sovet hakimiyyətinin qələbəsindən sonra (1940-cı illərdə) həmkarlar təşkilatının rəhbərlərindən biri olmuş, jurnal redaktoru işləmişdir. İkinci Dünya müharibəsi başlayarkən fəhlə atıcı batalyonnunu könüllülərindən biri kimi ön cəbhəyə yollanmış, latış diviziyasının döyüşçüsü olmuşdur. Müharibədən sonra bir müddət radio və qəzetlərdə əməkdaşlıq etsə də 1948-ci ildən sonra özünü tamamilə ədəbiyyata həsr edib. Yüzdən çox kitabın müəllifidir. Əsərləri onlarca dilə tərcümə olunub. Əsasən, detektiv yazıçı kimi məşhurdur. 1998-ci ildə 84 yaşında vəfat edib.
    Elə mənim söhbətimin qəhrəmanı da Anatol İmermanisdir.
    ... Bir vaхtlar Mоskvada – Ədəbiyyat İnstitutunun yataqхanasının birinci mərtəbəsində “Gəlmə yazıçılar üçün qоnaq еvi” vardı. Əslində bu еv səliqəli, хudmani bir mехmanхana idi və əsasən, əsasən əyalətlərdən gələn yazıçılar burada məskunlaşırdılar. Ötən əsrin sonlarında mən də bir neçə dəfə həmin “ev”də qalmalı olmuşam. Orada sonuncü dəfə qonaq olduğum çağları indi də bütün təfərrüatı ilə xatırlayıram.
    Əvvəlcə mən iri, dəm-dəstgahlı bir оtaqda tək-tənha qalırdım. Amma sоnra yanıma Еrmənistandan gəlmiş оrta yaşlı bir yazıçı göndərdilər. İndi familyasını unutduğum bu еrməni sakit, yaltaq bir adam idi; söhbətlərində Azərbaycanı, azərbaycanlıları tərifləyir, bizim qədim dоstluğumuzdan, qardaşlığımızdan danışırdı. Iki-üç gündən sоnra qоnşu оtağa başqa еrməni yazıçılar gəldilər. Оnlar iki nəfər idi. Mənim оtaq yоldaşım da köçüb оnların yanına gеtdi.
    Еlə həmin gün mənim оtağıma yaşlı bir yazıçı göndərdilər: bu, bеli əyilmiş, arıq, kеçisaqqal, bəstəbоy bir adam idi. Uzaq səfərlərə çıхan səyyahlara bənzəyirdi; çiyindəki iri əzik-üzük brеzеnt tоrbası оdun şələsinə bənzəyirdi. Yaşı yеtmişi ötmüş bu adamın çuхurda işıldayan gözlərində qəribə bir hiyləgərlik ifadəsi vardı. Çiyin sumkasını çarpayının üstünə atıb arıq, quru əlini mənə sarı uzatdı:
    – Anatоl İmemanis.
    Mən də özümü təqdim еtdim. O, diqqətlə üzümə baxib soruşdu:
    – Məncə, qafqazlısan?.. Səhv etmirəm ki?
    – Еlədir, düz tapmısız...
    О, dеyəsən оtaq yоldaşının (yəni mənim) haralı оlduğunu еlə mеhmanхananın növbəçisindən sоruşub öyrənmişdi.
    Məlum оldu ki, İmеrmanis la¬tış şairi və yazıçısıdır. Şеirlеrini rus, nəsrini isə latış dilində yazır. О, bir nеçə gün Mоskvada qalandan sоnra, səhv etmirəmsə, Çехоslоvakiyaya gеdəcəkdi – оrada оnun rоmanının nəşri gözlənilirdi.
    Mənim müşahidələrimə görə Anatоl, özündənrazı, cığal bir adamdı. Yaşına, saç-saqqalına yaraşmayan söhbətlər və hərəkətlər еdirdi. Təkcə bir faktı dеyim ki, оtaqda azacıq istirahət еdəndən sоnra о dəhlizə «оva» çıхdı; bu, оnun öz ifadəsi idi:
    – Gеdim görüm “оv” varmı?
    – Nə оv?..
    – Mən gözəl хanımların оvçusuyam.
    Qəribə хasiyyəti vardı Imеrmanisin. Güləndə siçan kimi civildəyir, arıq çiyinləri atılıb-düşürdü. Hirslənəndə öz-özünə danışır, latış dilində asıb-kəsirdi.
    Vaхtilə, qurultay və tədbirlərdə bir sıra Azərbaycan yazıçı və şairi ilə görüşüb tanış оlmuşdu. Mən arada istəyirdim ki, оnun Azərbaycan ədəbiyyatına münasibətini öyrənim. О, yalnız klassik Azərbaycan ədəbiyyatını təqdir еdirdi:
    – Nizami… Füzuli... Vəssalam... Nizami, şübhəsiz ki, dahidir. Amma müasirlər haqda bunu deyə bilmərəm. Vurğun istеdadlı idi. Amma mövzusu nədir: partiya, hökumət… Rüstəm də еləcə. (О, “Rüstəm” dеyəndə Sülеyman Rüstəmi nəzərdə tuturdu). Mirzəni, Mеhdini də tanıyıram. Оnlar da partiya yazıçılarıdır, özləri də çinli-titullu adamlardır. Onlardan, deyəsən Rüstəmlə Mirzə sağdır hə? Şərqlilər şahpərəst olurlar.Ümumiyyətlə, Şərqdə hansısa hadisənin, еləcə də şəsiyyətin mahiyyətinə yох, zahirinə qiymət vеrilir; məsələn, sizdə dеyirlər filan yazıçı Qızılulduzludur, filan mükafatın laurеatıdır və s. Baх, оnda о yazıçı daha hörmətli оlur. Amma şəхsən mənim vеcimə dеyil… Nə оrdеn, nə mеdal?.. Ad-filan da gərəyim dеyil. Mən hеç Latviya Mərkəzi Kоmitəsinin birinci katibini də hərləmirəm. Hə, Mərkəzi Kоmitə dеmiş, Mərkəzi Asiyanın, ümumiyyətlə, Asiya rеspublikalarının bütün birinci katibləri hər gеcə yuхuda özlərini siyasi bürоnun üzvü kimi görürlər. O biri katiblərsə özlərini birincinin yerində görmək istəyirlər. Sizinkilər üçün “Gensek” allah, partiya isə dindir. Həm də dərd burasıdır ki, nə allaha (rəhbərə) ürəkdən inanırlar, nə də dinə (yəni partiyaya). Asiyalılar mənsəbpərəstdir. Amma biz avrоpalıyıq… Biz hər şeyi öz adı ilə çağırmağı xoşlayırıq...
    Mən təbii ki, bir çox məsələrə münasibətdə оnunla razılaşmır, mübahiusə edir, еtirazımı bildirirdim. Adı ilə müraciət еtdiyim (о, özü bu cür müraciəti хоşlayırdı) bu kеçisaqqal qоcaya dеyirdim:
    – Anatоl, qulaq as. Düz demirsən. Sənin adını çəkdiyin yazıçılar çox istedadlı adamlardır. Onlar sovet cəmiyyətini məcburən tərənnüm edirlər.
    -Eləməsinlər.
    -Güya sən özün tərifləməmisən bu cəmiyyəti? Elə anadan gələndən antikommunistsən?
    Onun hiyləgər gözləri qıyılardı:
    -Düzünü bilmək istəsən, mən gəncliyimdə burjua Litvasında kommunist partiyasının fəal üzvü olmuşam. Buna görə dəfələrlə həbsə düşmüşəm. Amma biz SSRİ-yə qarışandan sonra bu cəmiyyətə nifrət etməyə başladım. Biz qərblilər dönüb şərqli olduq.
    -Bеlə görürəm ki, sənin Asiya və Şərqlə, еləcə də şərqlilərlə düşmənçiliyin var. Amma mənimçün Şərq və Qərb anlayışları nisbidir. Mənim üçün insan-şəхsiyyət anlayışı daha önəmlidi. Bir var vicdanlı, bir də var vicdansız adam. İstedadlı və istedadsız adam olur... Yaxşı və ya pis xalq olmur axı... Şərqin də öz dahiləri var, Qərbin də…
    – Yох, əzizim Firuz, еlə dеyil. Qərb ayrı aləmdir. Şərqdə isə təkcə еrmənilər о biri millətlərdən qismən fərqlənir. Nə üçün? Qədim mədəniyyətinə, sivilizasiyasına görə… Еrmənilər qədim mədəniyyətin daşıyıcılarıdır.
    – Anatоl, sən Еrmənistanda оlmusan?
    – Yох, оlmamışam. Amma еrməni dоstlarım çохdur. Еrməni mədəniyyətinə də yaxşı bələdəm.
    – Səni оnlarda cəlb еdən nədir?..
    – Nədir?.. Dеdim də… Bəyəm sən еrməniləri bəyənmirsən? Mən bilirəm, türklər vaхtilə еrmənilərə divan tutub…
    Aydınca hiss olunurdu ki, Latviyada (Riqada) еrməni dоstları Anatоlun qulağını əməlli-başlı dоldurmuşdular.
    – Anatоl, еrmənilər sənə mif, nağıl danışıblar. Ümumiyyətlə, hər hansı bir хalqın üstündən хətt çəkmək düzgün dеyil. Hər bir millətin tariхinə, mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır.
    – Mən еrməni mədəniyyətini sеvirəmsə, burada pis nə var?..
    – Hеç nə… Nuşi can…
    Хatırlatmaq istəyirəm ki, bizim bu mübahisələr 1988-ci ilin nоyabrında Mоskvada gеdirdi. Bir-iki gündən sоnra akadеmik Aqambеkyanın Dağlıq Qarabağın Еrmənistana birləşdirilməsi arzusunu ifadə еdən bəyanatı səslənəcəkdi. Qarşıda iki хalqın böyük qırğını hazırlanırdı. Sən dеmə, еlə о vaхtlar, о günlər, mənim latış yazıçısı Imеrmanislə mübahisə еtdiyim günlərdə Dağlıq Qarabağ ətrafında böyük təbliğat radiusu çох gеniş imiş; hətta, uzaq Pribaltikada yaşayan qоcaman latış yazıçısı da Еrmənistanın «yaraları» barədə danışırdı.
    Imеrmanis hər gün bir nеçə qutu siqarеt çəkirdi. Mənim Bakıdan gətirdiyim «Paytaхt», «Kоsmоs», «Avrоra», «Şirvan» siqarеtləri оnun çох хоşuna gəlmişdi. О, siqarеtdən tüstülədə-tüsdülədə, özünün «əl dəyirmanında» üyütdüb dəmlədiyi kоfеdən içə-içə yaradıcılıq söhbəti еdir, arabir şəhərə «оva» çıхırdı.
    Tanışlığımız dövründə mən öyrəndim ki, İmеrmanis həm də istеdadlı rəssamdır. Ən çох öz adı ilə, arabir də zarafata «Imеr- manıs» və ya qısaca “Manis”- dеyə çağırdığım riqalı yazıçının çəkdiyi şəkillər bir çох sərgilərdə nümayiş оlunubmuş. Sоnralar mən Bakıya qayıdandan sоnra əlimə düşən bir çох rus jurnallarında оnun rəngkarlıq əsərlərini gördüm. «Drujba narоdоv» jurnalında dərc оlunmuş silsilə rəsmlərə isə Imеrmanis, ruhuna «nastalgiya» hоpmuş bir ad qоymuşdu: «Еrmənistan yuхuları»…
    Amma İmеrmanisin еrmənilərə «simpatiyasının» ömrü çох оlmadı. Danışacağım əhvalat оnun еrmənilərə nifrətini yaratdı. Qоnşu оtaqda yaşayan еrməni «ədibləri» səhərdən-aхşama qədər qışqıra-qışqıra mübahisə еdirdilər: gündüzlər bir yana, hətta, gеcələr də оnların mübahisəsi kəsmək bilmirdi. Оnlar nə barədəsə danışır, sanki nəyisə bölüşə bilmir, söyüşürdülər. Həmin vaxtlar qоnşu оtaqda məskunlaşmış, еrmənicə еrmənilərdən pis bilməyən, Moskvada Ədəbiyyat institutunda təhsil alan oğluna baş çəkməyə gəlmiş şair Idris Zamanlı, bir-iki dəfə ermənilərin söhbətinə, qara-qışqırğına еlə dəhlizdəcə qulaq asandan sоnra dеdi ki, bunlar Mоskvadakı еrməniləri bir yеrə tоplayıb Еrmənistanın “dərdlərini” dünyaya çıхarmaq istəyirlər, amma aralarında fikir ayrılıqları var; birisi dеyir ki, Sоvеt hökuməti ilə hökumətlik еtmək оlmaz və еlə buna görə də digər iki nəfər üçüncünün üstünə düşüb оnu söyür, təhqir еdirlər. Qоnşu оtaqdan еşidilən səs-küy Anatоl Imеrmanisi lap özündən çıхarmışdı. О, bir dəfə “gеcə döyüşləri” zamanı dözə bilməyib еlə alt tuman-köynəkdəcə qоnşu qapıya cumdu, «dоstların» qapısını döyəclədi və kandara çıхan еrmənilərin aşının suyunu vеrmək istədi:
    – Pоçеmu vı nam spat nе dayоtе?.. (Niyə bizi yatmağa qоymursuz?).
    Еrmənistanlı yazıçıların hərəsi bir yandan qоcanın üstünə şığıyıb оnun yaхasından yapışdılar:
    – Vоn оtsyuda, storıy pyos!.. (Rəd dоl buradan, qоca it!).
    Оnlar əlbəyaхa оldular. Mən Imеrmanisi birtəhər оnların əlindən aldım. Növbətçi qadın da haray-həşirə gəldi. Anatоl tələb еdirdi ki, еrmənilər buradan qоvulsun. О, оtağa qayıdandan sоnra tərini silə-silə dеyinməyə başladı:
    – Bura bax, əzizim, еrmənilər nə əclaf adamlarmış… Siz оnlarla nə cür qоnşuluq еdirsiniz?... Оnları qоvmaq lazımdır özlərinin uydurduqları о mifоlоji yеrlərə… Mən indi bildim ki, azərbaycanlılar çох abırlı, təmkinli adamlardır. Əcəb qоnşularınız varmış…
    Bir neçə gün sonra Anatоl İmеrmanis çantasını çiyninə atıb qatarla Praqaya yоla düşdü. Biz onunla səmimi görüşüb ayrıldlq. Bir də görüşməyimizə ümid az idi. Amma aradan təxminən bir həftə keçəndən sonra o, yenə qayıdıb Mоskvaya gəldi: məni görüb çох şad оldu, növbətçidən хahiş еtdi ki, оnu «köhnə оtağa» qaytarsınlar. Biz yеnə bir müddət birlikdə qalası оlduq. Arıq dоstlaşmışdıq. Еrmənilər də çıхıb gеtmişdi. Imеrmanis indi böyük səmimiyyətlə öz talеyindən danışardı: sən dеmə о lap gənc ikən Latviyada kоmmunist hərəkatına qоşulub və buna görə 30-cu illərdə о vaхtkı «burjua Latviyası» tərəfindən həbs оlunub. Sоnalar Pribaltikaya Sоvеt hakimiyyəti gələndən sоnra İmermanis yeni hökuməti can-başla qəbul edib. Amma onun yeni qurulan hakimiyyətə sevgisinin də ömrü uzun çəkməyib. Özünün dediyinə görə, bu ötən illər ərzində оnu «antisоvеt təbliğatına» görə çox soröu-suala çəkib incitmişdilər. О, Sоvеt hökümətinə nifrət еdirdi. Arvadından (bir qızı ilə) ayrılmış Anatоl, Riqa ətrafnında bağ еvində yaşayırdı; Latviyanın Yazıçılar Birliyi tərəfindən ona yazı-pоzu işinə kömək etmək üçün kargüzar- katibə də ayrılmışdı. Dostum arabir öz katibəsi ilə eşq macəralarından danışmağı da xoşlayırdı.
    Dеdiyim kimi, о şair nasir və rəsam idi. Musiqidən də yaşхı başı çıхırdı. Dediyinə görə ən yaxın dostlarından biri Raymond Pauls idi.
    Nоyabrın sоnlarında biz оnunla хüdahafizləşib ayrıldlq: Imеrmanis Riqaya gеtdi, mən isə Bakıya…
    Mən Bakıya dönəndən sonar ərinməyib Axundov adına kitabxanada İmermanisin yazdığı əsərlərlə tanış oldum. Sən demə o, həqiqətən məhsuldar və bütün Avropada məşhur bir yazıçı imiş. Onun məşhur əsərləri bunlardır: “Yolşu gölgə salır”, “Təyyatələr okeana düşür”, “Hollivud” otelində qarabasmalar”, “Stadionda ölüm”, “Çətir altında ölüm”... Bunların əksəriyyəti detektiv romanlardır. Və o vaxtlar xatırladım ki, yazıçı qəhrəmanlarının arxasında partiya boslarının dayandığı Sovet mafiyası haqda roman yazmaq istəyirdi. Bilmirəm bu roman yazıldı, ya yox...
    Günlərin bir günü mənə pоçtdan bir bağlama – barat gətirdilər. Açdım. Çingiz Aytmatоvun Riqada rus dilində nəfis şəkillə çap оlunmuş «Əsrə bərabər gün» kitabı idi. Anatol, hələ Mоskvada ikən о vaхt çох «dеfisit» və pоpulyar оlan bu kitabı mənə göndərəcəyinə söz vеrmişdi. O, əsl centlemen kimi öz vədinə əməl etmişdi. Kitabın arasında kiçik bir məktub vardı. Anatоl Imеrmanis yazırdı ki, pоçtla оna göndərdiyim siqarеtləri alıb. О, bunun üçün öz təşəkkürünü bildirirdi… Məsələ burasında idi ki, mən Mоskvadan Bakıya qayıdan kimi Riqaya Imеrmanisin ünvanına bir nеçə blоk siqarеt göndərmişdim. О vaхtlar, ucuz, sərt tüstüsü оlan siqarеt vardı, adı da «Qarabağ»… O günlərdə Qarabağ hadisələri təzəcə başlamışdı.




























    Aytmatov. Özü, ailəsi, şəcərəsi, sevgisi... haqqında
    Böyük yazıçı haqda nəyi bilir və nələri bilmirik?


    Çingiz Aytmatov (Чыңгыз Төрөкул уулу Айтматов) sevdiyim yazıçılardan biridir. Onun zəngin yaradıcılığı təkcə qırğız ədəbiyyatına deyil, dünya mədəniyyətinə əvəzsiz töhfədir.
    Mən bir neçə dəfə Aytmatovla necə deyərlər, “eksklüziv” şəkildə görüşmüşəm. Böyük yazıçı ilə bağlı zaman-zaman qələmə aldığım parakəndə, dağınıq qeydlərin bir qismini Aytmatovsevənlərlə bölüşmək qərarına gəldim. Təbii ki, həmin qeydlərin bir çoxu mətbuatda gedən yazılar əsasında meydana gəlib. Xüsusən, Qırğızıstanın (ilk) Prezidenti olmuş Əsgər Akayevin mətbuat katibi Osmankun (Osmangün) İbraimovun yazdığı xatirələrdə Aytmatovla bağlı maraqlı detallar vardır.
    Aytmatov dünya şöhrətli sənətkar idi. Onun müxtəlif qitələrdə çoxlu dostları vardı: yazıçılar, rəssamlar, bəstəkarlar...və təbii ki, həm də siyasi xadimlər. Sonunculardan biri SSRİ-nin ilk və son Prezidenti Mixail Sergeyeviç Qorbaçov idi. Aytmatov məhz onun zamanında təsis edilmiş “şuranın” üzvü idi. Tez-tez Baş katib (və Prezident) ilə görüşməsi yazıçının ölkə daxilində ictimai-siyasi proseslərə təsir imkanını genişləndirilmişdi. Beləliklə, Əsgər Akayevin Qırğızıstan Prezidentliyi postuna irəli sürülməsi Aytmatovun təklifi və Qorbaçıvun təqdimatı ilə baş tutmuşdur. Ondan bir qədər əvvəl Nursultan Nazarbayevin Qazaxıstan Respublikasının rəhbərliyinə gətirilməsi də həmin qaydada icra olunmuş, yəni bu iki şəxsin təşəbbasü ilə reallaşmışdı...
    ...Çingiz Törökul (Terekul) oğlu Aytmatovun maraqlı şəcərəsi vardır. Aytmatovlar nəsli Şəkər aulu ilə bağlıdır. Çingizin bacısı Roza Aytmatovanın dediyinə görə onların ulu babası Karanay və Kıtay adlı şəxslər olub. Bəs nə üçün bu sonuncu şəxsin adı məhz Kıtay olub. Məsələ burasındadır ki, Karanay bir gün çinlilərlə (kitaylarla) döyüşdən sonra evə qayıdarkən eşidir ki, oğlu dünyaya gəlib. İndi yeni anadan olmuş uşağa ad qoymaq lazımdır. Karanay göyə baxanda gözünə yeni doğmuş parlaq Ay sataşır, çox fikirləşmədən uca səslə deyir: “Kutu Ay... Kutay...” Beləliklə, adı Kutay olan həmin şəxs sonralar Kitay (Kıtay) kimi tanınır. Kıtayın övladı Tulqu, onun oğlu Baytikə, Baytikənin oğlu Tontoğor, Tontoğorun oğlunun adı isə Şəkər olub. Şəkər bildiyimiz kimi Aytmatovun ata-baba yurdunun adıdır. Şəkərin oğlu Xudaynəzər, onun oğlu Asan, Asanın oğlu Tabıldı (Tapdıq), onun oğlu Koncujok, onun oğlu Tınalı, Tınalının oğlu Kimbildi, Kimbildinin oğlu Aytmat (və Birimkul) idi. Aytmatın oğlanlarından birinin adı Törökul idi. Törökulun iki oğlu və iki qızı olub ki, onlardan da biri Çingiz idi. Çingiz Aytmatov öz şəcərəsi və ulu babalarının həyatı ilə maraqlanırdı. O, bu barədə söhbət düşərkən həmişə zarafatla deyərdi ki, “mən Kitay imperatorluğunun varisiyəm... Mənim babam Kitay imperatoru olub...” Bununla da o, ulu babalarından birinin –Kutayın (Kitayın) adına işarə edərdi. Əslində isə Aytmatov nəslinin çinlilərlə heç bir qohumluğu olmayıb...
    ...Dünya şöhrətli aytmatovun əsərləri geniş oxucu kütləsinə yaxşı məlumdur. Amma çoxları bilmir ki, ədəbi və siyasi elitadakı kişilər arasında paxılları, düşmənləri çox olsa da, o, qadınların sevimlisi idi...

    ... Bəli, milyonlarla pərəstişkarı olan Aytmatov qadınların ürəyini də fəth etməkdə idi. O, daxilən zəngin olduğu kimi, zahirən də yaraşıqlı idi. Ucaboy, gursaçlı yazıçının dostlarının deməsinə görə o, idmançılara məxsus sağlam və tökmə bədən quruluşuna malik idi...
    Çingiz Terekuloviç (Чыңгыз Төрөкул уулу) rəsmən iki dəfə ailə qurub. Birinci həyat yoldaşı Kerez (Kərəz) Şamşibayeva ixtisca həkim idi. O, Çingizi və ədəbiyyatı ürəkdən sevirdi. Bu ədəbiyyat həvəskarı- həkim qız, hətta, bir müddət Moskvada ədəbiyyat İnstitunda təhsil almışdı. Lakin sonralar təhsilini davam etdirməmiş və onların bu qarşılıqlı sevgisi evliliklə nəticələnmişdi. Oların iki övladı – Səncər və Əsgər dünyaya gəlmişdi. Amma uzun, maraqlı, mənalı və çətin həyatın müəyyən bir dönəmində məşhur ədib həyat yoldaşından, indiki təbirlə desək, “dost kimi” ayrılmış, başqa bir xanımla ailə həyatı qurmuşdu. Çingizin ikinci həyat yoldaşı Mariya Urmatovna (çox güman ki, Məryəm Hörmət qızı-F.M.) da ona iki övlad bəxş etmişdir. Mariya Moskvada ssenarilik kursunu bitirmiş, bir yapon vətəndaşı ilə ailə qurmuşdu. Onun Çolpan adlı qızı birinci evlilikdən dünyaya gəlmişdi. Yapondan boşanan xanımın vətənə qayıtmasına kömək edən yazıçı ona vurulur və öz istəyini bildirir. Bu məsələdən xəbərdar olan Kerez dərin psixoloji böhran keçirir. Yaxınlarının dediyinə görə Aytmatov xanımın qarşısında diz çöküb üzrxahlıq edir, iki övlad bəxş etdiyinə görə təşəkkür edir və... yeni ailə qurmaqda israrlı olduğunu bildirir. Yeni evlilikdən iki ovlad dünyaya gəlir: oğlu Eldar və qızı Şirin.
    Amma... Çingiz Aytmatovun həyatının ən maraqlı və ən coşqun çağları məşhur bir qadınla bağlıdır. Bəs onbeş il davam edən bu gizlin sevginin ikinci “qəhrəmanı” kim və nəçi idi? Bibisara Beyşanəliyeva Qırğızıstanın ən gözəl və ən məşhur qadınlarından biri hesab olunurdu. O, Qırğızıstanın ilk peşəkar rəqqasəsi, SSRİ xalq artisti, SSRİ Ali Sovetinin deputatı, pedaqoq idi, vaxtilə Ulanovanın tələbəsi olmuşdu. İki dəfə ailə qursa da uğursuz bir tale yaşamışdı. Xanım az qala bütün kişilərdən uzaq gəzməyi qərara almışdı; oğlu Ərməkin (Ermek) tərbiyəsini isə həyatının başlıca qayəsi hesab edirdi..
    Lakin dünya şöhrətli yazıçı ilə yaxın tanışlıq onun həyatını tamamilə dəyişmişdi. Onlar uzun illər odlu-alovlu, təkrarsız, coşqun bir eşq yaşamışdılar.
    Yeri gəlmişkən, onu da deyim ki, bu eşq faş olandan sonra böyük ədibin düşmənləri ona qarşı hücuma keçmiş, onu “sovet həyat tərzinə” zidd çıxmaqda, məişət pozğunluğunda, “kommunistə-partiyaçıya yaraşmayan hərəkətdə” və nəhayət, bütün bu hərəkətləri cəmiyyətdən gizlədtməsində ittiham etməyə başladılar. Onu öz əsərinin qəhrəmanı Daniyarla, sevgilisini isə Cəmilə ilə müqayisə edir, hədyanlar yağdırırdılar. Çingiz Aytmatov öz “səhvini” etiraf etməli oldu. Amma necə? Yazıçı öz məşhur həmkarı- Qazax ədibi Muxtar Şaxanovla (Yeri gəlmişkən, mən Muxtar ağa ilə tanışam-F.M.) geniş söhbətində, habelə öz xatirələrində Bibisara Beyşenəliyeva ilə münasibətlərinə işıq salmış, aydınlıq gətirmiş, sevdiyi qadınla əlaqələrini parlaq bir üslubda təqdim edərək demişdir:
    “Əlbəttə, biz bu sevgidə bəxtəvər idik, amma ailədə yox... Mən özümə hərdən sual verirəm: buna dəyərdimi?.. Doğrusu konkret cavab verməyə çətinlik çəkirəm... Sevəndə evlənmək məsələsi nə zəfərdir, nə də qələbə; bu, bütün hisslərin mürəkkəb qammalarının təzahürüdür... Biz Bibisara ilə bir-birimizi axtarmadıq, hər şey birdən, öz-özünə baş verdi...Və bu gözlənilməz görüş mənim taleyimin ən qiymətli hədiyyəsi idi... Həyatıma işıq gətirmiş bu Qadın- qırğız incəsənətinin ulduzu, balerina- bu gün də yuxularıma gəlir, mənim qəlbimi keçmişə aparır... Bəs biz onunla niyə ailə qurmadıq? Mən ona bu təklifi edəndə Bibisara özünün uydurduğu, mənim ad-soyadımı birləşdirən müraciət forması ilə deyərdi: “Açinov, bir-birini ürəkdən sevənlər heç vaxt birləşə bilməz... Blkə də belə yaxşıdır. Axı gündəlik ailə məsələləri bütün böyük hissləri məhv edir...”
    Aytmatovun sevdiyi qadın 1971-ci ildə sağalmaz xəstəliyə düçar oldu, 1973-cü ildə Kreml xəstəxanasında- Çingizin gözləri önündə həyatla vidalaşdı... Bibisara Beyşenəliyeva ilə vida mərasimi Opera və balet teatrında təşkil edilmişdi. Çingiz Aytmatov cənazə önündə hönkürərək uşaq kimi ağlayırdı. Ümumiyyətlə, Aytmatov təbiətən iradəli adam idi, bütün ağrı və itkiləri təmkinlə, soyuqqanlıqla qarşılayırdı. Amma, deyilənə görə, o, həyatında üç dəfə göz yaşları tökərək ağlamışdı: anası Naqimə (Naqıyma) Həmzə qızı, ilk həyat yoldaşı Kerez və sevgilisi Bibisara vəfat edərkən...
    Sonralar bu sevgi tarixçəsi incəsənət adamlarının da diqqətini cəlb etmişdir. Belə ki, 2009-cu ildə rejissor-ssenariçi Canış Gülməmbətov tərəfindən lentə alınmış “Çingiz və Bibisara” film-lirik dramda, habelə publisist Canıbek Canızakın yazdığı “Aytmatovun qadınları” kitabçasında ədibin sevgi hekayəsindən bəhs edilir. Hər iki əsər tamaşaçı və oxucular tərəfindən birmənalı qarşılanmayib...
    ... Aytmatovun atası Terekul (Төрөкул) Qırğızıstan dövlətinin rəhbərlərindən biri olmuş,1938-ci ildə güllələnmişdir. Gənc Terekul Aytmatov 1921-25-ci ildə Moskvada, Şərq Xalqları Universitetində təhsil almışdır. Yeri gəlmişkən, Məhəmməd Əmin Rəsulzadə də 1922-ci ildə həmin tədris ocağında Şərq Ədəbiyyatından dərs demişdir. Ehtimal edirəm ki, “millətçi” damğası ilə güllələnən ata Aytmatovun müəllimlərindən biri də Rəsulzadə olmuşdur. Qeyd: Mən qələmə aldığım və nəşr edilmiş “Tarixin kölgəsi” adlı tarixi dramda bu məsələyə aydınlıq gətirməyə çalışmışam (F.M.)...
    Çingiz Aytmatov öz atasının nəşini yalnız əlli ildən sonra tapa bilmişdir; bu, DNK testi vasitəsilə dəqiqləşdirilmişdir.
    Ata-oğul Aytmatovlar Bişkek yaxınlığındakı “Ana-Beyit” məzarlığında dəfn edilmişdir.



















    Oljas Suleymenov:
    “AZƏRBAYCAN HƏMİŞƏ ÜRƏYİMDƏDİR...”

    (Oljas Süleymenov haqqında)
    Bu, o vaxtlar, Sovetlər biriliyi çökəndən sonra, mənim yaxın və uzaq xaricə, ümumiyyətlə, ölkədən kənara olan ilk səfərim idi. Bakıdan Qazaxıstanın o zamankı paytaxtı Almaatıya yola düşərkən planımda ünlü Qazax şairi Oljas Süleymenovla görüş nəzərdə tutulmamışdı. Amma iş elə gətirdi ki, almaatılı həmkarım- Qazaxıstan EA Fəlsəfə İnstitunun elmi işçisi, essesist-tənqidçi Rüstəm Janqujinlə dostlaşdım və o, təklif etdi ki, Oljas ağa ilə görüşüb söhbətləşək. Doğrusu, mənim Oljas Süleymenovla görüşməyə elə bir xüsusi həvəsim yoxdu; digər tərəfdən ona deyiləsi və ya ondan umulası elə bir xahişim-filanım da yoxdu. Bir də ki, Oljas məşhur adamdır, nə üçün onu iş-gücdən eləyək, vaxtını alaq? Amma Rüstəm dönə-dönə təkid etdi ki, mütləq bu görüş baş tutmalıdı;, axı, bu necə ola bilər ki, Almaatıya gələsən, türk dünyasının məşhur şairini görməyəsən?..
    Mən razılaşmalı oldum. Səfər yoldaşım Rafiq bəy özü ilə Bakı aeraportunun qəzet- kitab köşkündən yolda oxumaq üçün bir neçə jurnal və məcmuə, o cümlədən O. Sulemenovun “Az İ Ya” kitabını da alıbmış. Sovet dönəmində dissedent olmuş, vaxtı ilə Azərbaycanı gəzib dolaşmış, Bakı mitinqlərində çıxış etmiş, dilli-ağızlı Rüstəm Janqujin, sən demə Oljasla çox yaxın dostmuş. Biz akademiyanın beş addımlığında yerləşən, doqquzmərtəbəli, təkbloklu binaya- Oljasın ofisinə getdik. (Yeri gəlmişkən, qeyd edim ki, mənim son zamanlar rus mətbuatından aldığım məlumata görə, sonralar R.Janqujin Ukraynada siyasi mühacir kimi yaşamalı olub.-F.M.) Oljas ağa həm partiya sədri, həm Baykanur – Nevada ictimai təşkilatın rəhbəri, həm Yazıçıla İttifaqının katibi, həm də deputat idi. Ümumiyyətlə, Oljas iş- gücü başından aşan adamdır. Onun ofisi yaşadığı binanın birinci mərtəbəsində, düz liftin yanında yerləşirdi. Kiçik giriş otağında onun köməkçisi Bulat bizi gözləyirdi. O, dedi ki, Oljasın yanında adam var, bu, qocaman bir aktyordur (mən indi həmin aktyorun ad-familyasını unutmuşam), SSRİ xalq artisti və Dövlət mükafatı laureatıdır, vaxtı ilə tarixi qəhrəmanların, dövlət rəhbərlərinin,o cümlədən Leninin, Kirovun rolunu oynayıb; son vaxtlar bu aktyoru kinoya, səhnəyə dəvət etmirlər, güzəranı ağırdır, ona görə də reklamlara çəkilir, ekranda- efirdə gah hansısa firmanın yağ- pendirini, qənd-çayını tərifləyir, gah da ədasını-səsini dəyişib ad-sanına yaraşmayan hoqqalar çıxarır. Oljas ağa bir neçə gün əvvəl onu çağırib məzəmmət eləyib ki, sənə bu cür “rollarda” çıxış etmək yaraşmaz, hörmətli-nüfuzlu adamsan, reputasiyanı qoru. Həmin aktyor isə cavabında deyib ki, dolanışığım çətindir, məcburam ki, bu cür pəstahlar çıxarmaqla birtəhər başımı girləyim. Yenə də Bulatın dediyinə görə, onda Oljas çıxarıb ona altı yüz dollar pul verib və bərk-bərk tapşırıb ki, nəbadə bir də səni reklamda- filanda görüm, get öz iş-gücünlə məşğul ol, ciddi rollarda oyna. Amma aradan az keçməmiş həmin aktyor yenə reklama çəkilir və Oljas Süleymenov bunu görəndə çox əsəbləşir; indi budu ha, onu yenə çağırıb yanına, ya danlayır, ya da ola bilsin ki, təzədən cibxərcliyi təklif edirdi.
    Mən Oljasın köməkçisi, pəhləvan cüssəli Bulatdan soruşdum ki, sən öz adının mənasını bilirsənmi? O gülüb dedi ki, əlbəttə, bilirəm, bu rusca “stal” deməkdi. Mən dedim ki, bizdə Bulat yox, Polad deyirlər. O, cavabında dedi ki, bunu da dilirəm, üstəlik sizin müğənni Poladı da (Bülbüloğlunu) şəxsən tanıyıram, vaxtilə Moskvada tanış olmuşuq.
    Az sonra Oljasın otağından yaşlı bir kişi çıxdı: o, pərt idi, deyəsən, şair bu qocaman aktyoru möhkəmcə məzəmmət etmişdi. Və nəhayət, boy-buxunu ilə heç də öz köməkçisindən geri qalmayan ucaboy, idmançı görkəmli Oljas ağa qapıya sarı gəlib bizimlə əl tutaraq köhnə tanışlar kimi öpüşdü, bir az ləngitdiyinə görə üzrhaqlıq etdi. Keçib onun sadə, yığcam otağında əyləşdik: katibə qız kofe gətirdi. Mən bir il əvvəl “Azərnəşr”də azərbaycanca çap olunmuş “Az i Ya” kitabını Oljasa təqdim etdim. O soruşdu:
    -Bunu siz tərcümə etmisiniz?
    -Xeyr... Tərcüməçi Natiq Səfərovdur.
    -Bəs tərcüməsi necə çıxıb?
    -Əla.. Natiq çox istedadlı tərcüməçidir. Yaxşı, Oljas Öməroviç, bəyəm bu kitabdan sizdə yoxdur?
    -Vallah, mənə göndərməyiblər. Bəlkə də göndəriblər, hələ gəlib çatmayıb. İndi poçtlar düz-əməlli içləmir axı. Bu günlərdə “Az i Ya” Türkiyədə də çap olunub, amma orada müəyyən qeyri- dəqiqliklərə yol verilib. Hə, deyirsiz tərcüməçiyə söz yoxdur? Lap yaxşı. Şad oldum...
    Sonra Oljas öz iş-gücündən danışdı. “1001 söz” kitabı üzərində işlədiyini bildirdi. Sözarası mənzilinin də ofis yerləşən binada olduğunu xatırlatdı; hərçənd bu barədə artıq bizə Rüstəm bəy (mən Janqujinə bu cür müraciət edirdim) bu barədə məlumat vermişdi.
    -Beş otaqlı mənzilim var. Məndən aşağıdakı qonşum tək- tənha yaşayan bir qadındır, daha doğrusu, ona tək də demək olmaz,çünki bir iti də var. Mən ona başqa bir yerdə mənzil alıb oraya köçürmək istəyirəm...
    Mən zrafatla dedim:
    -Birinci mərtəbəni də zəbt etmisiniz, Oljas Öməroviç... İndi üst-üstə on beş otağınız olacaq.
    O qəhqəhə çəkib ürəkdən güldü:
    -Nə on beş otaq, canım? Bura balaca bir ofisdir. Əvvəllər pis gündəydi. Dalandarlar öz süpürgə- bellərini buraya yığırdılar. Üfunətdən durmaq olmurdu. Onları birtəhər dilə tutub cıxartdım. Buraları özüm təmir etdirmişəm. Partiyamıza isə digər ictimai təşklatlar üçün nəzərdə tutulan binada yer veriliblər.
    Sonra öyrəndik ki, vaxtı ilə “türk millətçısı” kimi ad çıxarmış bu məşhur türkoloq- şairin ailəsi beynəlmiləldir: arvadı yəhudidir, iki qızı var, özü isə qazax dilini o qədər də mükəmməl bilmir. Amma çox geniş erudisiyalı, enerjili, cəsur, qorxmaz adamdır; öz xalqını, ümumiyyətlə, bütün türk xalqlarını hədsiz dərəcədə sevir. Türkçü olmaqla yanaşı dünyanın bütün xalqlarına eyni dərəcədə ehtiram göstərir. Dünyanı sərhədsiz görmək istəyir. Sözarası xatırlatdım ki, mənim elmi-fəlsəfi yazılarımdan birinin adı məhz elə bu cürdür: “Sərhədsiz dünya”. Oljas ağa kitabın adını və ideyasını təqdir etdi.
    O. Süleymenov Kunayevlə sonralar dostluğa çevrilən tanışlığından, “Dimeke”nin (o, Qazaxıstanın keçmiş dövlət rəhbəri Dinmühmməd Kunayevə belə müraciət edirmiş) köməyindən , özünün uzun müddət DTK tərəfindən izlənməsindən danışdı.
    -Mənə o illərdə millətçi damğası vurub axırıma çıxmaq istəyirdilər. Guya mən ruslara nifrət edirmişəm. Bu, əlbəttə, əsassız ittiham idi. Mən ruslara niyə nifrət etməliyəm ki? Bu xalqın dilində təhsil almışam, onun mədəniyyətini, ədəbiyyatını sevirəm. Nə qədər rus dostlarım var! Yəqin ki, bilirsiniz, mən ixtisasca geoloqam. Amma iş elə gətirdi ki, təbiətin dilini öyrənə-öyrənə qədim dilləri də öyrənməyə başladım. Və öz axtarışlarımda özüm üçün də gözlənilməz olan faktlarla qarşılaşdım: sən demə, zahirən bir-birindən uzaq olan dillərin tarixi qohumluqları olurmuş. Məsələn, rus və türk dilləri kimi. Hər şey mənim “İqor polku haqqında dastan”la bağlı apardığım araşdırmalardan başladı. Bu əsərdə nə qədər qədim türk sözləri varmış!Amma mənim arqumentlərim, misallarım nədənsə çoxlarının xoşuna gəlmirdi. Onlar deyirdilər ki, türk dili hara, slavyan dilləri hara? Adımı pantürkist qoydular. Bilirsiniz də, otuzuncu illərdə “pantürkist” damğası ilə nə qədər alimi, ziyalı məhv ediliblər. Amma mən “pantürkist”olanda artıq 60-70-ci illər idi, yəni 37-ci il arxada qalmışdı. Məni açıq-açığına ittiham edə bilmirdilər, ona görə də yeni bir cəza metodu hazırlamışdılar. Necə olursa-olsun Süleymenovu məhv etmək. Az qala hər dəqiqəmi izləyirdilər. Amma bu güdülməyin bir sonu olmalıydı, ya yox? Bir dəfə öz evimə gələrkən qaranlıq girişdə mənə hücum çəkdilər: üstümə bir neçə nəfər düşüb məni amansızcasına döyməyə başladılar. Əllərində metal parçası da vardı. Məqsədləri məni öldürmək və ya heç olmasa şikəst etmək idi. Mən uzun illər idmanla məşğul olmuşam, fiziki cəhətdən güclüyəm, dağda-daşda gəzmiş geoloq adamam. Amma onlar da qüvvətli idi. Nə isə... Təsadüf nəticəsində sağ qaldım... Bir sözlə ”Az i Ya” əsərinə görə başım çox bəlalar çəkdi. Bu əsərlə bağlı çox alimlərə müraciət etdim. Səsimə səs verənlər az oldu. 1976-cı ildə əsər “Jajuşi” (Yazıçı) nəşriyyatı tərəfindən çap olunandan sonra bu kitab ətrafında böyük hay-küy qopdu. Moskva mətbuatında məni yıxıb sürüməyə başladılar. Dəqiq bilirdim ki, bu kompaniyanın başında o vaxtlar MK-da ideoloji sahəyə rəhbərlik edən Suslov durur. Mən dözə bilməyib Kunayevə müraciət etdim: ”Dimeke, xahiş edirəm ki, mənim yazdığım acıq məktubu Mərkəzi Komitənin büro üzvlərinə paylayasız”. Kunayev söz verdi ki, mənim kitabımla bağlı Brejnevə müraciət edəcək. Belə də oldu. O,”Az i Ya”nı şəxsən Baş katibə təqdim etdir. Kitab Brjnevin çox xoşuna gəlir. Hətta, o təəccübünü də bildirir: “Axı bu kitabı nə üçün tənqid edirlər? Burada ruslar əleyhinə heç nə yoxdur. Yaxşı kitabdır”. Doğrusu, Kunayev bunu mənə deyəndə əvvəlcə inanmadım. Amma az sonra Qazaxıstan Kompartiyasının XV qurultayına məni üzv secəndə hər şey məlum oldu. Kunayev bu yaxınlarda çap olunmuş memuarların da “Az i Ya”nı Brejnevə təqdim etməsi barədə ətraflı söhbət açıb. Əlbəttə, bu hadisədən sonra “keqebe” mənim yaxamdan əl çəkdi. Mən həyatım üçün Kunayevə minnətdaram. Amma, necə deyərlər, bəzən şahın da dilənciyə işi düşür; elə bir vaxt gəldi ki, mən də Kunayevi müdafiə edəsi oldum. Bilirsiniz ki, bir neçə il əvvəl Kolbin adlı birisini gətirib Qazaxıstanın birinci katibi təyin edəndən sonra Kunayevə qarşı güclü kompaniya başladı. Onu az qala bütün iclaslarda tənqid və ya təhqir edirdilər. Mən onun müdafiəsinə qalxmalı oldum. Keçmiş “dostlar”ı, onun tabeçiliyində işləmiş adamlar, indi Dimekeni az qala xalq düşməni elan etmişdilər. Günlərin bir günü mən ona dedim ki, siz dünyagörmüş adamsız, böyük həyat yolu keçmisiniz, öz xatirələrinizi qələmə alın, öz bioqrafiyanıza aydınlıq gətirin: axı, biz ölüb gedəcəyik, kitablar isə həmişə qalacaq. O, tezliklə öz memuarlarını yazdı, özü də bəzək-düzəksiz. Və kitabın ilk səhifələrindəcə qeyd etdi ki, xatirələrimi yazmağa mənə sövq və təhrik edən şair Oljas Süleymenov oldu...
    ... Oljas Süleymenov indi siyasətlə məşğul olduğunu vurğulayaraq bildirdi ki, onu bu işlə məşğul olmağa çoxlu tərəfdarları və əsasən də gənclər təşviq ediblər. “Mənim camaat içində belə nüfuz qazanmağıma siyasətçilərin bir çoxu qısqanır, paxıllıq edir. Məncə, hətta, Nursultanın özü də...”
    O, kiçik fincandakı kofedən qurtum-qurtum içərək uzun müştüklü, ağ “Marlboro” siqaretini tüstülədə-tüstülədə arabir ya söhbətin mövzusunu dəyişir, ya da ani fikrə gedirdi. Belə anlarda onun kağız kimi dümağ, az qala tüksüz, kosa sifəti sərtləşir, qartal bəbəklərini xatırladan ensiz, qıyıq gözləri zəhmli bir ifadə alırdı.
    Az sonra kədərlə köksünü ötürüb 20 Yanvar qırğınını və xəstə-xəstə Bakıya gəlməyini xatırladı.
    -Amma Bakıya gəlişim mənə baha başa oturub. Ermənilər məni hədələməyə başladılar: həm mətbuatda, həm də mənə göndərilən məktublarda. O vaxt çoxlu söyüş və şantajlar oldu mənə qarşı. Bu ermənilər ki var, düzünü düyək, səfərbər olmuş adamlardır. Amma sizə qəribə bir şey deməliyəm: mənə gələn erməni məktublarından yalnız birində yazdığım şeir və tədqiqatlar təriflənmişdi. Təsəvvür edin, bir erməni qadını türkün yazdıqlarını təqdir edir. Bax budur, o məktubu indi də əlimin altında saxlayıram. Qəribədir, məktub müəllifi Zori Balayanı söyür, onun ünvanına dişinin dibindən çıxanı deyir.
    -Bəlkə o erməni öz millətini mənsubiyyətini dəyişib qazax olmaq istəyir?
    Oljas ağa gülüb dedi:
    -Hər şey ola bilər... Hə, de görüm Əliyevlər necədir? Bilirsən də, sizdə iki məşhur Əliyev var.
    -Bilirəm...
    Mən sövq-təbii bildim ki, “Əliyevlər” deyərkən o, Əbülfəz Əliyevi (Elçibəyi) və Heydər Əliyevi nəzərdə tutur.
    -Hər ikisi dostumdur. Ümumiyyətlə, ədəbiyyatçı dostlarım olduğu kimi, siyasətçi dostlarım da az deyil. Axı, mən həm də siyasətçiyəm, partiya rəhbəriyəm... Hə, bəs mənim dostum Bəxtiyar necədir? Vahabzadəni deyirəm. Eşitmişəm Aydın Məmmədov rəhmətə gedib, bu xəbəri eşidəndə yaman kədərləndim. Elçinlə, Anarla, Şahmarla, Məmmədlə, Kamalla, Sabirlə də xoş münasibətim var. Ümumiyyətlə, mənim çoxlu azərbaycanlı dostlarım var: Bakıda, Moskvada, Almaatıda... Bir dəfə Moskva Televiziyası ilə çıxışda demişəm ki, Bakı dünyada sevdiyim iki şəhərdən biridir. Azarbaycan türkləri elə-belə adamlar deyil... Azərbaycan həmişə ürəyimdədir...
    Oljas ağa siqaretini tüstülədə-tüstülədə öz yaradıcılığından, arzu və düşüncələrindən danışırdı. Arabir geniş alnına, mefistofelsayağı dartılmış çatma qaşlarının üstünə axan uzun saçlarını, çəkdiyi siqaret kimi ağ, uzun barmaqları ilə geri darayırdı...
    Əl verib ayrılanda Oljas ağa dedi:
    -Dostlara salam deyərsən... Hə, deyirsən Xəlil Rza ilə eyni təşkilatda –akademiyada işləyirsən hə? Elə isə mənim ona xüsusi salamlarımı yetirərsən. O, olduqca vətənpərvər, öz xalqını hədsiz dərəcədə sevən bir insandır...
    Şairin yaşadığı yerin yaxınlığından keçərkən diqqətimizi, az qala hündür evlərin divarlarına dırmaşan fəhlə geyimli adamlar cəlb etdi. İstər-istəməz ayaq saxlayıb tamaşa etməli olduq; bir qrup adam küçədəki binaların üstünə vurulmuş lövhələri dəyişirdilər. Sən demə, uzun illər Karl Marksın adını daşıyan küçəyə indi D. Kunayavin adını qoyublarmış. Bu “addəyişmə” işini görənlər, hiis olunurdu ki, aşkarca tələsirlər. Sanki qazax qardaşlar tarixin təzədən təkrar olunacağından ehtiyat edirdilər. Amma, çox güman ki, tarix heç vaxt eyni qaydada təkrar olunmur...
    Qəribə işləri olur dünyanın: mən Bakıya qayıdanda eşitdim ki, Xəlil Rza Ulutürk rəhmətə gedib, özü də biz Almaatıda Oljas ağa ilə görüşən gün- 1994-cü il iyun ayının 22-də. Mən bir böyük şairin salamını başqa bir böyük şairə yetirə bilmədim.
    ... Aradan illər keçib. İndi Oljas Süleymenov öz ölkəsindən kənarda diplomatik missiyasını yerinə yetirir. Xalqımız onu- cəsur, qorxmaz, mərd qazax şairini ehtiramla yada salır. Ən azı ona görə ki, Oljas ağa 20 Yanvar qırğınında xəstə halda uçub Bakıya gəlmiş, xalqımıza başsağlığı və təsəlli vermişdi.
















    Salih Qurtiyevin ədəbi bioqrafiyası
    Balkar xalqının taleyi fonunda

    Salih Qurtuyev görkəmli balkar ədibidir, söz adamıdır, sənətkardır. O, Kabarda-Balkariya Respublikasının sayılan-seçilən, nüfuzlu simalarından biridir, Xalq şairidir.
    Salih Sultanbəy oğlu Qurtuyev (Qurtulanı) ləyaqətli və ibrətamiz həyat yolu keçmişdur. Elə həmin səbəbdəndir ki, yaşadığı məmləkətdə onun 80-illik yubileyi təntənə ilə qeyd edilməkdədir. Bu günlərdə şairin Nalçik şəhərində keçirilən yubiley törənində iştirak etmək mənə də nəsib oldu. Fevral ayının ortasında keçirilən tədbirdə yaxın və uzaq ölkələrin söz adamları öz qələm dostlarını təbrikə gəlmişdilər. İndilikdə isə şairin həyat və fəaliyyəti haqda müxtəsər də olsa məlumat verməyi özümə borc bilirəm.
    Salih Qurtuyev 1938-ci ildə Kabarda-Balkariya Res¬pub¬-likasının Nalçik şəhəri yaxınlığındakı Aksu (Belaya Reçka) kəndində anadan olub. Müharibə başlayanda cəmi üç yaşı vardı. Onun atası Sultanbəy təhsilli adam idi, Qırmızı professura institutunu müvəffəqiyyətlə bitirmiş, bir müddət zabit kimi Bakıda xidmət etmişdi. Müharibənin ilk günlərindən ön cəbhəyə göndərilən Sultanbəydən sonra Qurtulular ailəsinin bütün əzab-əziyyəti gələcək şairin anasının zərif çiyinlərinə düşür. Az sonra Stalinin tapşırığı və Beriyanın provakasiyası ilə bütün balkar xalqı sürgün olunur. 1944-cü il mart ayının 8-də balkarlar yük vaqonlarına doldurularaq Orta Asiyaya səhralarına aparılır. Sürgün olunanların dəqiq sayi məlumdur, 37.103 adam. Onların böyük əksəriyyəti yaşlılar və uşaqlar idi. Bu, o zaman idi ki, 15 mindən çox balkar əlində silah façistlərə qarşı vuruşurdu. Bu, həmin vaxt idi ki, cəsur balkar oğlu, təyyarəçi Alim Baysultanov Sovet İttifaqı Qəhrəmanı adını almiş, ikinci dəfə Qızıl ulduza təqdim edilmişdi. Böyük balkar şairi Qaysın Quliyev özünün ən alovlu şeirlərini yazdığı dövr də məhz həmin odlu-alovlu illərə təsadüf edir. Amma xalq o vaxtkı siyasilərin qəzəbinə düçar olmuşdu. Əgər çar dövründə ayrı-ayrı adamlar sürgün olunurdusa, indi bütöv xalq və millətlər sürgünə göndərilirdi. Cəmi 20 dəqiqə ərzində onminlərlə insanın taleyi “həll olunmuşdu”. 18 gün eşalonda yol gedən, aclığa-susuzluğa, əzab-əziyyətə dözə bilməyən günahsız balkarların 562 nəfəri elə bu “köç” zamanı həlak olmuşdu.
    Bəli, 8 mart 1944-cü il... Həmin vaxtdan, müdhiş deportasiyadan sonra, məğrur balkar xalqı Beynəlxalq qadınlar gününü qeyd etmir... Halbuki balkarlar üçün anadan müqəddəs heç nə yoxdur.
    İndi tarixçilər yazır ki, o zaman sürgün olunan əhalinin 52 faizini balkar uşaqları təşkil edirdi. Həmin uşaqlardan biri də məhz altı yaşlı Salih idi.
    Sürgündən düz bir ay sonra, 44-cü il aprel ayının 8-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti yeni bir qərar qəbul etdi: balkar xalqının dövləti ləğv olundu. Tezliklə balkarlara məxsus etnik ərazinin bir hissəsi Gürcüstana, yerdə qalan hissə isə Kabardin Muxtar vilayətinə verildi.
    Həmin dövrdən başlayaraq balkarlara qarşı münasibət dəyişməyə başladı. Onların bu və ya digər sahədə yüksəliş və inkişafına açıq-aşkar maneələr törədilirdi. Bütöv bir xalqa qarşı (həm də təkcə bir xalqa qarşımı?) törədilən bu repressiya “milli məsələlərin həlli üzrə böyük mütəxəssis” hesab edilən “ellər atası” Stalinin insanlığa nifrətinin bariz bir nümunəsi hesab edilə bilərdi.
    Orta Asiyada keçirdiyi sürgün həyatı balaca Salihin tərcümüyi-halının ən ağrılı dövrünü təşkil edir. Həmin illərdə gələcək şairin anası öz qaynanasını, oğlunu, qızını, iki qardaş və bacısı oğlunu itirdi. Salih və onun böyük qardaşı sanki bir möcüzə nəticəsində sağ qaldı.
    Həmin dövrün bütün ağri-acılarını balkar qadınları çəkməyə məhkum idi. Aclıq, xəstəlik, səfalət... Hətta, kişik uşaqlar üçün belə, hər cür iş tapılırdı; onlar öz valideynlərinə bütün sahələrdə kömək edir, samandan ev tikir, su daşıyır, əkin-biçinə gedirdilər.
    Salih bəy o günləri belə xatırlayır:
    -Adamlar göz qabağındaca acından qırılırdı. Bizim yaşadığımız yerin yaxınlığında bağ və əkin sahəsi vardı. Yadımdadır, bir dəfə qadınlar öz ac uçaqlarını yedizdirmək üçün yaxınlıqdakı tarladan gizlicə kartof qazıb gətirmişdilər. Qəfildən qoruqçu at belində zühur etdi. Qadınlar qorxub kartofu yerə boşaltdılar. Bununla iş bitmədi. Qoruqçu qamçı ilə qadınların birini vurdu. Biz ağlaşırdıq. Bu zaman cəbhədən yenicə qayıtmiş, orada minaya düşüb qolunun birini itirmiş yerlimiz Dattuka Çabdarov qadını vuran qoruqçunu tək əli ilə yəhərdən sürüyüv yerə atdı, onun əlindəki qamçını qapıb əzişdirməyə başladı. Qoruqcu onun əlindən zorla xilas olub qaçdı. Dattuka qadını evinəcən ötürüb əlindəki qamçını mənim böyük qardaşıma uzadaraq dedi ki, əgər kimsə sizin xətrinizə dəysə bu qamşı ilə onun cavabını verərsiniz...
    Muharibə başa çatdıqdan sonra belə, balkarların əzab-əziyyəti başa çatmadı. Kişilərin bir qismi cəbhədən geri qayıtdı. Amma Sultanbəy Qurtuyevdən bir xəbər gəlmədi. Salihin anası öz həyat yoldaşını yetmiş il, yəni son nəfəsinə qədər gözləməli oldu...
    Deportasiya olunanlarla bağlı 1948-ci ildə çıxan qərarsa daha sərt idi. Əgər əvvəllər sürgündəkilər hər ayda bir dədə “komendaturada” qeydiyyatdan keçirdisə, indi bu işi hər gün icra etmək tələb olunurdu. Adamların məhkum olduğu ərazidən bir addım kənara atmağı uzunmüddətli həbslə nəticələnirdi.
    Balkarların sürgündən öz doğma vətənlərinə dönməsində bu mübariz xalqın böyük şair oğlu Qaysın Quliyevin misilsiz xidmətləri olmuşdur. Belə ki, şair və onun dostları illər uzunu o zamankı dövlət idarələrinin qapısını döyməkdən yorulmamış, nəhayət öz ali məqsədinə nail olmuşdular. SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar 1957-ci il tarixdə Kabardin MSSR və Kabarda-Balkariya MSSR-nin yenidən təşkil olunub yaradılması barədə çıxan mühüm qərarından sonra balkarlar öz tarixi vətənlərinə qayıtmağa başladılar.
    Salih Qurtuyev orta təhsilini sürgünlük dövründə rus məktəbində alıb. Sürgündən sonra 1958-ci ildə Kabarda-Balkariya Dövlət Universitetinə daxil olmuş, 1963-cü ildə həmin ali məktəbin filologiya fakültəsini bitirmişdir. “Səhər” adlı ilk kitabı 1961-ci ildə nəşr olunub. Sonrakı dövrdə onun “Qonaq qəbul edin”, “Günorta”, “Keçilmiş yol”, “Ulduzların işığı”, “Mənim tanıdığım Qaysın” və digər kitabları da işıq üzü görüb.
    Salih Qurtuyev uzun illər məsul dövlət vəzifələrində çalışmışdır. 1986-1991-ci illərdə Kabarda-Balkariyanın nəşriyyat, poliqrafiya və kitab ticarəti Dövlət komitəsinə rəhbərlik etmiş, yəni həmin qurumda nazir postunu tutmuşdur.
    Salih bəy yorulmaz bir sənətkardır. O, onlarla kitabın müəllifidir. Şeirləri dillər əzbəridir. Nəsr əsərləri oxucuların stolüstü kitabıdır. Publisistik yazılarında həmvətənlərini və təkcə onarı deyil, elə hamımızı narahat edən problemlərə toxunulur. Dram əsərləri repertuarlarda özünə yer tutur. Memuarları tarixi salnamədir.
    Salih bəy həm də istedadlı bir tərcüməçidir. Məhz onun tərcüməsində Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanı, Şillerin “Məkr və məhəbbət” dramı, habelə Lermontovun, Mayakovskinin, Tixonovun, Simonovun,Yanka Kupalanın, Qabdulla Tukayın, Yevtuşenkonun, Rubtsovun, Nazim Hikmətin, Ataol Bəhramoğlunun şeirləri balkar dilində səslənib.
    Şair Azərbaycan ədəbiyyatına da yaxşı bələddir, xüsusən, Səməd Vurğun poeziyasının və şəxsiyyətinin vurğunudur. O, bizim Xalq sairimiz Sabir Rüstəmxanlının yaxın dostudur. Mənə təqdim etdiyi 5-cildlik seçilmiş əsərlərinin üçüncü cildində Sabir Rüstəmxanlının poetik yaradıcılığından nümunələri tərcümə edib.
    Tərcümələrdən söz düşmüşkən, Salih Qurtuyev türk xalqları qarşısında böyük bir missiyanın da öhdəsindən şərəflə gəlmiş, ölməz “Dədəm Qorqudun kitabı” abidəsini balkarcaya çevirmişdir. Onun öz əsərləri də dünyanın bir çox dillərinə (rus, polyak, serb, türk, macar, qırğız, qazax və digər dillərə) tərcümə olunmuşdur.
    Dünyanın bütün böyük sənətkarlarının şəxsi həyatı öz mənsub olduğu xalqın həyatının bir parçasını təşkil edir. Bu mənada Salih Qurtuyevin bioqrafiyası balkar xalqının həyatının adekvat inikasıdır. Azadlıq uğrunda mübarizə, represssiya, faciə, sürgün, qayıdış, dinc quruculuq, intibah... Bütün bunlar məğrur, dözümlü balkar xalqının və şəxsən Salih Qurtuyevin son səksən illik taleyinin mühüm hissəsini təşkil edir.
    Salih bəy bir sıra mükafat və fəxri adlara layıq görülüb. Belə ki, o, Kabarda-Balkariyanın Xalq şairi və Əməkdar Mədəniyyət işçisi, Karaçay-Çerkes Respublikasının Xalq şairi, Tiflisin Fəxri vətəndaşı, Rusiya Poeziya Akademiyasinin müxbir üzvü, Qafqaz Yazıçıları Klubunun fəxri prezidentidir.
    Salih Qurtuyev dostluğa sadiq bir şəxsdir. Öz ustadlarını daim ehtiramla xatırlayır. Özünün bir söz adamı kimi formalaşmasında Kazım Meçiyev və Qaysın Quliyevin müstəsna rolunu etiraf edir. O, bütün varlığıyla öz yurduna, öz vətəninə, öz ilkinliyinə sadiq bir söz adamıdır. Şair bir şeirində öz kredosunu belə ifadə edir:

    Qoy hər kəs gözləsin öz əcəlini
    Doğma beşiyinin olduğu yerdə.

    Salih bəyin mənsub olduğu xalq azsaylıdır. Amma biz ona kiçik xalq deyə bilmərik. Çünki nəhəng şəxsiyyətlər, o cümlədən Salih Qurtuyev kimi söz və fikir adamları yetişdirən xalq kiçik ola bilməz.
    ... İş elə gətirmişdi ki, mən cəmi bir ay əvvəl də Nalşikdə olmuş, hətta Yeni ili burada keçirmişdim. Bir ay sonra AYB-nin sədri Anarın təlifi ilə yenidən bu şəhərə getmək ürəyimcə oldu. Çünki Nalçikdəki Balkar Dram Teatrında mənim “Neytral zona” adlı pyesimin tamaşası hazırlanırdı. Baş rejissor Majit Janqurazovla görüşmək lap yerinə düşərdi...
    Budur, yenə sevdiyim şəhərdəyəm. Başlayacaq yubiley ttədbirindən əvvəl, necə deyərlər, “müşayətçim” Sultan Gekkiyevin təklifi ilə Elbursa tərəf yol alırıq. Sultan gənc olsa da məsul vəzifədə çalışır, Dövlət Universitetinin prorektorudur. Kanatla dağın zirvəsinə qalxırıq. Müxtəlif ölkələrdən gəlmiş xizəksürənlər Elbursun sinəsi boyunca çalın-çarpaz şırımlar açıblar. Hər tərəf bəmbəyazdır. Dərin dərələr qar yığınları ilə doludur. Bu anlarda öz yerlərimizi xatırlayıram. Şınıx tərəflərdə, doğulduğum İsalı kəndindəki dərələrdə hətta bəzən yayda belə əriməyən bu cür qalın qar laylarına “tar”deyirlər. Şaxtadır. Amma Günəşin şəfəqləri qar üstündə güzgüdəki kimi bərq vurur.
    Zirvədəki kişik, isti kafelərdən birində ətirli çay içib təzədən kanatdan asılmış kabinəyə yaxınlaşırıq. Mən zarafatla deyirəm ki, birdən bu təkxətli kanatda elektrik cərəyanı kəsilsə nə baş verə bilər görəsən?.. Səfər dostlarım deyirlər ki, əvvəla bu cür hadisələr çox nadir hallarda baş verə bilər və ikincisi, hətta belə bir fors-major baş versə belə, bunun bir qorxusu yoxdur, çünki “ehtiyat enerji mənbəyi” olur. Az keçmiş arzu etmədiyimiz hadisə baş verdi: cərəyan kəsildi, kanatla şütüyən kabinəmiz yarı yolda dayandı. Bir az həyəcanlansaq da, gülüşdük. Sanki “kimsə” bizim söhbətimizdəki şübhəni qar layları ilə siləbəsilə dolmuş qorxunc yarğanın üstündə reallaşdırmağa, yəni bizi sınağa çəkməyə imkan-fürsət gəzirmiş. Deyəsən, “ehtiyat enerji mənbəyi” işə salındı, az sonra kabinə yerindən tərpəndi...
    Yolda Sultana telefon zəngi gəldi. Gənc dostum dəstəklə kiminləsə bir qədər danışandan sonra üzünü mənə tutaraq soruşdu: “Firuz bəy, Siz Rusiyadakı səfiriniz Polad Bülbüloğunu tanıyırsız?”. Təəccüblənib cavab verirəm ki, əlbəttə. Üstəlik səfirimizin müğənni və bəstəkar olduğunu da bildirirəm. O, ciddi şəkildə söhbətini davam etdirir: “Bəs o, necə Sizi tanıyırmı?” Mən zarafatla deyirəm ki, “bunu onun özündən soruşmaq lazımdır”. Sultan deyir, elə isə buyurun Polad Bülbüloğlu ilə danışın. Deyəsən, Sultan zarafat etmir. Telefonda Polad Bülbüloğlunun səsini eşidirəm. Əvvəlcə rusca başlayan söhbət öz dilimizdə davam edir. Səfirimizlə çoxdan tanışıq. Vaxtilə Polad Bülbüloğlu Mədəniyyət naziri işləyərkən, mən bir müddət bu qurumun “Mədəniyyət” qəzetinin redaktoru işləmişəm və bəzən gün ərzində onunla dəfələrlə telefon söhbətlərimiz olub. Səfirimiz onun adından yubilyarı təbrik etməyimi xahiş edir. Onu da oyrənirəm ki, Polad Bülbüloğu Sultanın atası, Dövlət Dumasının deputatı Zaur Gekkiyevin dostdur.
    Axşam Salih Qurtuyevin təntənəli yubileyində iştirak etdik. Əslində bu yubiley törəni ötən ildən qeyd olunmağa başlamışdı. Belə ki, balkar xalqının böyük oğlunun şərəfinə Belarus Respublikasında, habelə Dağıstan, Dağıstan, Kalmık Respulikalarında yubiley törənləri təşkil olunmuşdur.
    Nalçikdəki yubiley şənliyində isə yaxın və uzaq xaricdən gəlmiş qonaqlar iştirak edirdi. Qonaqlar arasında Boris Qusalov, Raisa Didiqova, Miyasat Muslimova, Erdni Eldışev, Maqomed Nasrulayev, Adam Axmatukayev, Suliman Musayev, Kerimxan Umaxanov kimi tanınmış söz adamlarını görmək xoş idi.
    Haqqinda söhbət açılan törəndə Kabarda-Balkariya Respublikasının demək olar ki, bütün rəhbərlər işçiləri iştirak edirdilər. Və orasını da qeyd etmək yerinə düşər ki, gələn qonaqlar arasında ilk söz Azərbaycan nümayəndəsinə verildi ki, mən də bunu xalqımıza, ədəbiyyatımıza, mədəniyyətimizə göstərilən böyük bir diqqət və sayğı nümunəsi kimi dəyərləndirirəm.
    Öz çıxışımda Salih Qurtuyevin keçdiy parlaq həyat və yaradıcılıq yolu barədə müxtəsər şəkildə söz açdım, AYB sədri, Xalq yazıçısı Anarın təbrikini və Xalq şairi Sabir Rüstəmxanlının xatirə-hədiyyəsini çatdırdım...
    Nalçikin şaxtalı havası sanki “poeziya havasının” təsiri altında tədricən isinir, səslənən şeirlərin şəfəqləri misra-misra, söz-söz könüllərə axırdı... Artıq dediyim kimi, Salih bəyin ilk kitabının adı “Səhər”dir. Məslisdəki dostlardan biri zarafatla yubilyara xitabən dedi ki, Salih, növbəti kitabını hazırlayanda onu bu cüt adlandırarsan: “Hələ axşama şox var”... Hamı gülüşdü. Doğrudan da hələ axşama və gecəyə çox vardı. Axı söz adamı daim səhəri və işığı gözləyir, gecəni və qaranlığı yox.
    Nalçikin mənzərəli bir guşəsində yerləşən “Azimut” hotelindən Elbursu seyr edirəm. Bu əzəmətli dağ silsiləsi mənə Qafqazın məğrur, yenilməz adamlarını, o cümlədən min bir cür əzab-əziyyərə qatlaşsa da əyilməyən balkar xalqını xatırladır.
    Salih Qurtuyev rus, özbək, qazax dillərini mükəmməl bilir. Bütün türk dünyasına və bütün bəşər mədəniyyətinə ehtiramla yanaşır. Amma onun üçün Allahın bəxş etdiyi ən müqəddəs ərməğan doğma balkar dilidir. O, bu dili öz varlığı qədər sevir, bu dildə yazır və yaradır. Böyük sənətkar şeirlərinin birində belə deyir:

    Doğma dilim sağdırsa, demək özüm də sağam.
    Bayrağı qoruyubsa, alay da salamatdır.

    Və nəhayət, mən öz fikrimi yubileyi təntənə ilə qeyd olunan qələm dostumuzun dərinmənalı bir şeiri ilə yekunlaşdırmaq istəyirəm:


    Bu gün narahatdır dünyamız bizim,
    Yolların üstünü alıb toz-duman.
    Geriyə baxıram- gecəm, gündüzüm
    Geyilmiş paltara bənzəyir yaman.

    Qalsa da ömrümdə keçmişin izi,
    Daşların içində almaz gəzirəm,
    Mən nə yoruluram, nə də bezirəm,
    Zirvədə boşluğa zillənir gözüm.

    Daim zirvələrdə qərar tutasan, Qurtuyev Salih Sultanbəy oğlu.
    “Ulduz” jurnalı, say 6, 2019





















    Elina Bıstritskaya vəfat etdi

    SSRİ xalq artisti, teatr və kino artisti

    Ötən əsrin ən gözəl, ən məlahətli, ən görümlü qadınlarından biri.
    Mən onu “Sakit Don” filmindən tanıyıb sevmişəm. Elina həmin 3 seriyalıq kino-epopeyada Aksinya obrazını yaratmışdı. Filmin rejissoru Sergey Gerasimov əvvəlcə əsərdəki ən aparıcı rollardan birinə o qədər də məşhur olmayan aktrisanı çəkmək istəmirdi. Məhz romanın müəllifi Mixail Şoloxovun təkidi və təklifi ilə razılıq əldə olundu. Beləliklə, film çox şey qazandı. Belə ki, Elina kinoda 20-ci əsrin ən parlaq qadın obrazlarından birini yaratdı.
    Düzdür, Elina Bıstritskaya başqa rollara da çəkilib. Amma, məncə onun şah rolu Aksinya idi.
    Bir dəfə ailə qurmuşdu. Övladı yox idi.
    Əbədiyyət yolun mübarək, Elina.
    26.04.19












    Dissident yoxsa xəstə?
    Yevgeni Titarenko haqqında
    Söhbət Sov.İKP MK-nın sabiq Baş katibi Mixail Sergeyeviç Qorbaçovun qaynından, Raisa Maksimovna Qorbaçovanın qardaşı yazıçı Yevgeni Titarenkodan gedir.
    Hələ Qorbaçov Baş katib olarkən xarici informasiya agentlikləri onun qaynı, tanınmış yazıçı Yevgeni Titarenko haqda qəribə məlumatlar yayırdı. Deyildiyinə gərə, Mixail Sergeyeviç öz yaxın qohumunu “psixuşkaya”, yəni əsəb xəstəxanasına saldırıb.
    Bəs görəsən səbəb nə idi?
    Bəli, Yevgeni Maksimoviç Titarenko Sovetlər birliyinin məşhur birinci ledisi, mərhum Raisa Maksimovna Qorbaçovanın dost-doğmaca qardaşıdır.
    Yevgeni 1935-ci ildə Altay Vilayətindəki Rubtsov rayonunun Vesyolıy Yar (Yar- yargan sözündəndir) kəndində doğulub. Altay türkü olduğu ehtimal edilir. Titarenko doğma kənddə yeddilik təhsil aldıqdan sonra Leninqradda hərbi-dənizçilik məktəbində oxuyub. Sonra təhsilini bir müddət Ali hərbi-dənizçilik məktəbində davam etdirib. Amma təhsilini başa vurmadan hərbi xidmətə gedib, Zapolyeryedə matros olub. Sonralar Donbasa gələrək bir müddət daş kömür mədənində şaxtaşı kimi çalışıb.
    Yevgeni istedadlı adamdır. O, ilk gənclik illərindən ədəbi yaradıcılığa həvəs göstəririb. Elə bu arzu onu Moskvaya, Qorki adına Ədəbiyyat İnstitutuna gətirib.
    Bu təhsil ocağında Titarenko seçdiyi sənətin sirlərini dərindən öyrənməklə bərabər, başqa bir “peşənin” də sirlərinə vaqif olmağa başladı: alkaqol aludəçisinə çevrildi.
    O, institutu bitirəndən sonra, 1965-ci ildə təyinatla Voronejə göndərildi və həmin vaxtdan etibarən bir müddət nəşriyyatlarda redaktor kimi fəaliyyət göstərdi.
    Titarenkonun “Uçqun” (“Obval”) adlı ilk romanı nəşriyyat işçiləri tərəfindən yaxşı qarşılandı. Rəyçilər əsəri təriflədilər. Amma... “Uçqun” senzuradan keçmədi.
    Düzdür, sonrakı illərdə onun “Bazar meydanından olan dördlük”, “Kainatın kiçik bucağında”, “Minaçı” povestləri nəşr edildi və oxucuların diqqətini cəlb etdi. Amma “Uçqun”un, habelə bir çox cəsarətli əsərlərin nəşrinə nail ola bilməyən Titarenkonun içkiyə meyli get-gedə daha da artmağa başladı.
    O, osetin qızı Zoya Qaboyeva ilə evlənmişdi. Bu qız onun tələbə yoldaşı idi. Az sonra onlar ayrıldılar.
    Yevgeni Titarenkonun “yuxarıların” sifarişi ilə xüsusi nəzarətə götürülməsi barədə iki mülahizə var. Onlardan biri budur ki, Raisa Maksimovnanın qardaşının psixi durumu yerində deyil, özünü lazımi qaydada idarə edə bilmir. İkinci mülahizəyə görə isə, yazıçı hələ Sovet dönəmindən mövcud rejimlə barışmır, yəni dissidentdir və elə bu səbəbdən də onun “səsini kəsmək” üçün cəmiyyətdən təcrid ediblər.
    İrəli sürülən versiyalardan hansının daha dəqiq olduğunu bilmək çətin məsələdir. Çünki Sovet hökümətinin elə sirləri var ki, onlardan bir çoxundan heç Sovet hökumətini quranların özləri də baş aça bilmirlər.
    Deyilənə görə, artıq 80 yaşını arxada qoymuş yazıçı Titarenko ömrünün ahıllıq çağını hələ də xəstəxanada keçirməkdədir.
    p.s.
    Mən bu kiçik qeydləri yazarkən Titarenko hələ sağ idi. Rus mətbuatının verdiyi son məlumatlara görə o, 28 aprel 2018-ci il tarixdə Voronej şəhərindəki xəstəxanalardan birində vəfat etmiş və həmin şəhərdə dəfn olunmuşdur.




























    Özbək xalqına başsağlığı verirəm…
    Abdulla Arifovun xatirəsinə

    Mən özbək xalqını, onun ədəbiyyatını və mədəniyyətini çox sevirəm. 15 və 16-cı yüzilliyin böyük dühası Əlişir Nəvai və Babur, sonrakı mərhələdə Uveysi, Munis, Furkat, Həmzə Həkimzadə kimi sənətkarların yaradıcılığı ümumtürk ədəbiyyatının inkişafında mühüm rol oynayıb.
    20-ci əsr isə özbək ədəbiyyatının böyük gəlişmə dövrüdür. Şəxsən mən uşaqlıqdan evimizdəki kitabxanada Abdulla Qədirinin “Ötən günlər”, Aybekin “Müqəddəs qan”, Şərəf Rəşidovun “Güclü dalğa” Kamil Yaşenin “Həmzə” romanlarını, Uyğunun və Səid Əhmədin hekayələrini, Qafur Qulamın, Zülfiyyənin, Həmzə Niyazinin, Mirmöhsün Mirsəidovun, Erkin Vahidovun, Abdulla Arifovun poetik məcmuələrini maraqla oxumuşam.
    Azərbaycan xalqının oğlu Maksud Şeyxzadənin həyat və fəaliyyətinin mühüm bir dövrü Özbəkistanla bağlıdır.
    Yeri gəlmişkən onu da deyim ki, mənim də bu qardaş ölkədə bir çox əsərlərim nəşr edilib.
    Bu günlərdə özbək xalqı özünün iki müasir klassikini itirdi. Erkin Vahidov və Abdulla Arifov dünyasını dəyişdi.
    Mən Abdulla Arifovun şeirlərini daim maraqla oxumuşam. Xatırlayıram 3-4 il əvvəl Daşkənddə olarkən Özbəkistan YB-nin sədri Muhammad Ali və katib Sirociddin Sayid ilə görüşüm zamanı xahiş etdim ki, məni Abdulla Arifovla görüşdürsünlər. Azərbaycanda onun dostları çox idi və həmin dostlardan bir neçəsi böyük şairin şeirlərini dilimizə tərcümə etmişdilər. Mən onların salamını ustada çatdırmalı idim.
    Necə deyərlər, tezliklə Abdulla bArifovla telefon bağlantısı yaradıldı. O, uzaqda, bağda olduğunu bildirdi. Bir balaca səhhətindən gileyləndi. Qələmi əlindən qoymadığını bildirdi. Məni bağa dəvət etdi. Təşəkkürümü bildirdim. O, öz keçmiş dostlarını xatırladı. Səsindən qəhərləndiyini hiss etdim. Qaldığım yerlə maraqlandı.
    -Təşəkkür edirəm, Abdullah ağa. Hər şey qaydasındadır,-dedim.
    Mən onu Bakıya dəvət etdim. Sanki səsu gümrahlaşdı.
    -Bakını çox sevirəm. Söz verirəm ki, Azərbaycana gələcəyəm,- deyə, inam dolu bir səslə cavab verdi.
    Amma təəssüf ki, o, sözünə vəd edə bilmədi. Onu bu səfərdən xəstəlik və əcəl saxladı. Böyük şair Amerikanın Hyuston şəhərindəki xəstəxanada həyatla vidalaşdı.
    Abdulla Arifov “Cənnətə yol”, “Təbib və ölüm”, “Böyük Teymur” kimi məşhur poemaların müəllifi idi. Özbəkistanın himnini də o yazmışdı.
    Mən Abdulla Arifovun ölümündən dolayı çox təəssüflənirəm.
    Özbək xalqına və şairin ailəsinə başsağlığı verirəm.

    07. 11. 16











    Çekmaryovun dedikləri
    Gürcülərin qadınlara verdiyi bayram “qonaqlığının
    sonluğu necə oldu?

    Bu olmuş əhvalat əslində çox maraqlı bir hekayəyə bənzəyir...
    Aspiranturada oxuyan zaman gənclik dostlarımdan biri ilə Kislovodsk şəhərinə istirahətə getmişdik.
    Turbazada dincəlirdik. O il istirahətə gələnlərin sayı çox olduğundan bizim qaldığımız kiçik otağa müvəqqəti olaraq yaşlı bir adam da yerləşdirdilər. Adətən, cavanlar qocaları o qədər də sevmir. Amma biz tezliklə öz yaşlı otaq yoldaşımızla elə dostlaşdıq ki, sonralar onu qonşuluqda boşalan otağa köçürmək istəyənlərə “müqavimət” göstərməli olduq. Şair demiş, “belə qacalasan qocalanda da...” Çünki həyatda elə qocalar da görmüşəm ki, (yəqin ki, elə siz də belələrini görmüsüz), yaşadıqları illərdə yalnız məkr, hiylə, fırıldaq yığmaqla məşğul olublar.
    Qısası, bizim bu sadə, mehriban, təvazökar dostumuz istefada olan polkovnik idi. Vaxtilə Tiflisdə Zaqafqaziya sərhəd qoşunları komandanlığında qulluq edibmiş.
    Bu ucaboy, ağsaç, mavi gözlü, güləş sifətli, ələlxüsus yumoru sevən qoca “çekistin” familiyası Çekmaryov idi.
    Dostumuz Çekmaryov bizə hərdən başına gələn maraqlı əhvalatlardan danışırdı. Onun danışdığı diqqətiçəkən hadisələrdən biri mənim bu gün də xatırımdadır.
    -Hə, uşaqlar, çoxdan başıma gələn bir əhvalatı indi sizə də danışmaq istəyirəm. Gərək ki, səkkiz mart günü idi. Zastavada birgə xidmət etdiyimiz ukraynalı dostumla qərara aldıq ki, həmin gün arvadlarımızla birgə restorana gedək, qadınlar bayramını qadınlarla birlikdə qeyd edək. Amma tərs kimi bu ərəfədə bizi təcili olaraq zastavaya çağırdılar. Xidməti işlərdə belə axmaq hadisələr tez-tez olur. Biz xanımlarımıza dedik ki, axşam saat filanda Tiflisin “Araqva” restoranında görüşək. Onlar da bizimlə razılaşdılar. İşimizlə bağlı bir xeyli ləngiməli olduq. Xülasə, işimizi bir təhər yoluna qoyandan sonra gec də olsa vədələşdiyimiz restorana getdik. Artıq qaranlıq düşmüşdü.
    Restorana girəndə gözümüzə inanmadıq: hər ikimizin xanımımız restoranda stol arxasında rahatca əyləşib nahar edirdilər. Yox, məsələ bunda deyil. Əsas məsələ burasındadır ki, arvadlarımız iki nəfər lopa bığlı gürcü ilə birgə deyə-gülə yeyib-içirdilər. Bizim gəlməyimiz sanki burada heç hiss olunmadı. Çaşıb qalmışdıq. Bu əsnada xanımım mənə altdan-altdan göz vurdu. Bu, o demək idi ki, hələ üstünü vurma, burada iş var. Mən öz arvadımı yaxşı tanıyıram. O da mənim kimi yumoru sevən bir adamdır.
    Ukraynalı dostumla keçib qonşu stolda əyləşdik. Yemək sifariş verdik. Dostum bərk pərt idi. Mən ona dedim ki, narahat olma, mənim xanımım gözlənilməz sürprizlər etməkdə mahirdir. Bir də ki, burada nə var axı, Allaha şükür, sevimli xanımlarımız gözümüzün qabağında, qonşu stolda əyləşib içtaha ilə yeyib-içirlər. Əlbəttə, bu sözlər təskinlik üçün idi. Hələ heç özüm də bilmirdim ki, bu həngamə niyə və nə üçündür.
    Arada arvadımla onun rəfiqəsi, yəni dostumun arvadı, “bığlı qonaqların” stolunu tərk edib hansısa bir bəhanə ilə eşiyə çıxdılar. Mən tez özümü onlara çatdırdım. Arvadımdan soruşdum ki, bu, nə həngamə, nə məsələdir belə?
    Xanımlar tez-tələsik vəziyyəti izah etdilər. “Biz burada bir xeyli sizi gözləməli olduq. Stol arxasında əyləşib kofe sifarişi verdik. Bir qədər sonra isə bu iki bığıburma gürcü oğlan bizə yaxınlaşdı. Bizimlə tanış olmaq istədiklərini bəyan etdilər. Biz onlara dedik ki, burada öz ərlərimizi gözləyirik. Onlar buna inanmaq istəmirdilər. Elə hesab edirdilər ki, biz “ova” çıxmışıq. Biz nə illah etdiksə bir nəticə hasil olmadı, bunlar qır-saqqız olub yaxamızdan əl çəkmədilər. Hətta, israrla onu da dedilər ki, ərləriniz gəlib çıxsa bizi onlarla tanış edərsiz, biz onlarla dost olarıq... İndi siz gəlmisiz, bir deyin görək innən sonra biz nə edək?”
    Mən xanımlara dedim ki, işinizdə olun. Yəni öz “rolunuzu” oynamaqda davam edin.
    Hə, təzədən salona qayıtdım. Gürcülər bizim xanımları rəqsə dəvət etdilər.
    Xanımlar könülsüz də olsa öz “kavalerləri” ilə rəqs etməli oldular...
    Hər şeyin əvvəli olduğu kimi, bir sonu da olur.
    Yemək-içmək başa çatdı.
    Gürcü oğlanlar stolun xərcini səxavətlə ödəyib təzədən stola yaxınlaşdılar. Onlar arxayın-arxayın əlllərini centelmensayağı arvadlarımıza uzatdılar: yəni gəlin birlikdə gedirik. Arvadlarımız yenə altdan-altdan bizə baxırdılar. Mən gülümsədim, başımla işarə etdim ki, hələ sakit olun, biz də sizinlə çıxacağıq.
    “Lopabığlılar” deyə-gülə qadınların qoluna girib qapıya yaxınlaşdılar.
    Ukraynalı dostum hər ehtimala qarşı pencəyinin altındakı silahı qurdalayanda mən ona göz basıb sakit olmağını astadan rica etdim.
    Bəli, gürcü oğlanlarla bizim xanımlarımız qol-qola restorandan çıxdılar. Mən tez-tələsik öz stolumuzun hesabını ödəyib dostuma dedim ki, tez arxamca gəl.
    Bəli, cəld çıxdıq eşiyə.
    Gürcülər qapının ağzında xanımlarla nə barədəsə danışaraq ucadan gülüşürrdülər. Mən başımla dostuma təcili hərəkətə keçmək haqda göstəriş verdim. Hər ikimiz eyni vaxtda irəli şütüdük. Gürcüləri dirsəyimizlə kənara itələdik. Hərə öz xanımının qoluna girdi. Bütün bunlar bir andaca baş berdi. “Lopabığlılar” çaşıb qalmışdılar. Onlar əvvəlcə bizimlə dava etmək istəyirdilər. Xanımlar vəziyyəti izah etməli oldular. Arvadım öz “bığlısına” dedi ki, qatso, bəyəm bayaq biz sizə demədik ki, burada öz ərlərimizi gözləyirik, bəyəm siz demədiniz ki, ərləriniz gəlib çıxsa bizi onlarla tanış edərsiz, biz onlarla dost olarıq... İndi bax budur ərlərimiz gəlib çıxıblar, buyurun tanış və dost olun”.
    Onlar çox pərt olmuşdular. Əsəbdən hər ikisinin bığı titrəyirdi. Onlar elə düşünürdülər ki, bu “səhnəni” biz özümüz qəsdən düzəltmişik. Biz vəziyyəti ətraflı izah etdik. Onlar hər şeyi anladılar. Bir azdan kefləri açıldı və qəhqəhə çəkib güldülər.
    Hətta gürcülərdən biri zarafatla dedi ki, yaxşı, qatso, biz sizin bu xanımlara bir xeyli xərc çəkib diqqət göstərmişik, bəs bunun əvəzində indi nə edək?
    Mən də gülüb onlara belə dedim: “Siz pul xərcləyib xanımlara qonaqlıq vermisiz, amma bundan sonra onlarla nə etməyin lazım olduğunu biz özümüz ayrılıqda müəyyən edəcəyik”.
    Hərə öz xanımının qoluna girib öz evinə getdi.
    Bax belə.
    Dostumuz Çekmaryov söhbəti bitirib astadan güldü:
    -Hə, necədir, maraqlı əhvalatdırmı, uşaqlar?
    Biz qəhqəhə çəkib bir xeyli müddət güldük.
































    Yüz yaşlı alim yardıcılığının çiçəklənmə
    dövrünü yaşayır

    O, dünyanın nəhəng fikir generatorlarından biridir
    Akademik Patonu tanıyırsızmı?

    Bu ilin fevral ayında bir neçə gün Ukraynada qalası oldum. Kiyevdə havalar soyuq keçsə də adamların isti münasibəti qışa meydan oxuyurdu. Bu qədim şəhərdə köhnə dost- tanışlarla görüşdüm. Adətən, başqa şəhərlərə gedərkən teatrlara, muzeylərə, kitab dükanlarına baş çəkirəm. Bu dəfə də adətimə xilaf çıxmadım.
    Kiyevdə olarkən Ukrayna Milli Elmlər Akademiyasına getmək arzusuna düşdüm. Vaxtilə bu qüdrətli elm ocağında dəfələrlə olmuşam. Və bu dəfə məqsədim heç də “akademik təəssübkeşlik” səciyyəsi daşımırdı. Doğrusu, fikrim akademiyanın prezidenti Patonla görüşmək, imkan olarsa onunla söhbət etmək, ondan müsahibə götürmək idi. Tanışlarım böyük alimin enerjili fəaliyyətini qeyd etməklə yanaşı, onun vaxt məhdudıuğunun ola biləcəyini də qeyd etdilər. Əslində elə mənim də vaxtım çox məhdud idi, Xarkova getməli idim. Ona görə də fikrimdən tez daşındım. Amma bilirəm ki, israrlı olsaydım bu görüş baş tutacaqdı. İnşallah, qalsın gələn dəfəyə...
    Bəs kimdir Patop?
    Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırım ki, Boris Yevgenyeviç Paton 1918-ci ildə doğulub. Bu il bu nəhəng elmi simanın 100 yaşı tamam olur. Onun atası Yevgeni Oskaroviç Paton da görkəmli elm xadimi idi.
    Paton 1962-ci ildən UMEA-nın prezidentidir. O, 400 elmi ixtiranın, minə yaxın elmi əsərin müəllifidir. Paton dünya elm və sənayesində metal qaynağı və elektrometallurgiya sahəsi üzrə ən böyük mütəxəssislərdən biri hesab olunur.
    Paton həm də böyük təşkilatçıdır. Bu gün onun rəhbərlik etdiyi quruma 160 elmi-tədqiqat institut və müəssisəsi, 180 büdcə təşkilatı daxildir. Akademiyada 40 mindən artıq adam çalışır.
    Paton gününün birinci yarısını rəhbərlik etdiyi elekrosvarka sahəsinə, ikinci yarısını isə Akademiyanın ümumi işlərinə həsr edir. Alimin kəşfləri bu gün təkcə fizika sahəsində deyil, geniş bir arenada, habelə tibbi-səhiyyə sahəsində tətbiq olunur.
    Boris Yevgenyeviç Paton əsl elm adamıdır.
    Hələ ötən əsrdə onu SSRİ EA-nın prezidenti vəzifəsinə irəli çəkmək barədə Moskvada təşəbbüs irəli sürülmüşdü. 1975-ci ildə SSRİ EA-nın prezidenti, məşhur fizik Keldış ağır xəstə olduğuna görə işdən azad olunmağı barədə ərizə yazmışdı.
    Ölkə rəhbərliyi Mstislav Vsevolodoviç Keldışın yerini tutmaq üçün layıqli namizəd axtarırdı. (Yeri gəlmişkən Keldış milliyyətcə karaim türkü idi). Sov.İKP MK katibi Suslov o vaxt Ukraynaya rəhbərlik edən Şerbitski ilə danışaraq Siyasi Büronun rəyini ona çatdırmışdı. Vladimir Vasilyeviç Şerbitski İttifaq rəhbərliyinin təklifini Patona bildirərkən məşhur alim Moskvaya getməkdən qəti imtina etmişdi. Sonralar Boris Yevgenyeviç bu barədə öz xatirələrində belə demişdi: “Şerbitski məni kabinetinə dəvət etmişdi. Moskvadan gələn təklifi bildirdi. Mən israrla bu təklifdən boyun qaçırdım. O, mənim yanımdaca Suslovla danışmağa başladı. Fikrimi ona bildirdi. Dəstəkdən Suslovun səsi eşidildi: “Necə yəni boyun qaçırır? Axı bu, şəxsən Leonid İliçin təklifidir. Patona deyin ki, o sabah mənim yanımda olsun”. Səhərisi gün mən artıq Moskvada idim. SSRİ EA-nın vitse prezidenti məni elə vağzalda qarşılayıb MK-nın elm şöbəsinin müdiri Trapeznikovun yanına apardı. Biz üçlükdə “boz kardinalın” yanına getdik. Bir saatdan çox söhbətimiz oldu. Suslov məni nə qədər dilə tutsa da təklifə razılıq vermədim. MK katibi mənim təpki göstərdiyimi görüb dedi ki, onda hələlik öz işinizlə məşğul olun, biz yenə təkrarən, 9 Maydan sonra görüşüb bu məsələni müzakirə edərik. Mən oradan birbaşa Keldışın yanına getdim. Onunla söhbət əsnasında mənə edilən təklifi bildirdim. Keldış dedi ki, bu təklifi, yəni öz yerimə sənin namizədliyini mən irəli sürmüşəm, yuxarılara da bunu mən bildirmişəm... Qısası, mən yenə təklifi qəbul etmədim... Və az sonra Aleksandrov SSRİ Ea-nın prezidenti seçildi...”
    Bax, Paton belə insan, belə alim, bir sözlə belə Patondur.
    Paton öz xalqının böyük patriotu, vətənpərvər ziyalısıdır. Krımın Rusiya tərəfindən ilhaqını, Dontskdə gedən savaşı kəskin şəkildə pisləyir.
    Bir neçə il öncə alimin qızı vəfat edib. İndi onun yolunun davamçısı qız nəvəsi Olqadır.
    Paton bu gün də böyük bir enerji ilə öz fəaliyyətini davam etdirməkdədir.
    100 yaşın mübarək, Boris Yevgenyeviç.
    Səni ürəyincə yaşayasan.
    23.02.18

    Qeyd: Böyük alim Boris Yevgenyeviç Paton 19 avqust 2020-ci il tarixdə, 102 yaşında vəfat etmişdir.



    Qəzzafinin Ukrayna payızı

    Mən bu ekstravaqant lideri Kiyevdə gördüm...

    Səhv etmirəmsə, 2008-ci il payızının sonu idi. Kiyevin küçələri boyu uzanan qazon və yaşıllıqların üstünə “əl gəzdirən” dümağ qırov artıq qapını kəsdirən qışın ilk əlamətlərindən xəbər verirdi. O vaxt Ukraynada Yuşşenko prezident, Timoşenko isə baş nazir idi. Xatırlayıram, həmin günlərin ən mühüm hadisələrindən biri Obamanın Amerikada prezident seçilməsi idi. Seçkidən bir gün sonra Kiyevdəki qaradərili adamların hamısı-ali məktəb tələbələrindən tutmuş bazarlardakı alverçilərəcən, bütün gecəni fişəng atıb mahnı oxudular, çalıb oynadılar.
    Həmin günlərin yaddaqalan hadisələrindən biri də Liviya lideri Qəzzafinin Kiyevə gəlişi idi.
    Yadımdadır, Ukraynanın Yazıçılar Birliyinə getməli idim. Səhər tezdən durub qəlyanaltı etdim. Sonta televizotda yerli xəbərlərə qulaq asmağa başladım. Proqramlarda Qəzzafinin Kiyevə gəlişi barədə informasiyalar verilirdi. Mən heç yerə tələsmirdim. Görüşəcəyim yazıçı ilə də xüsusi bir işim yoxdu. Bir də ki, bu yazı-pozu tayfasının əksəriyyətinin təndəl olduğuna, günortayacan yatmağına olan inamımdan dolayı, özümçün hoteldən bir az gec çıxmağı qərarlaşdırmışdım.
    Nəhayət, günorta oldu. Gödəkcəmi geyib küçəyə çıxdım. Avtobusa minib şəhərin mərkəzinə yola düşdüm; Yazıçılar Birliyi orada yerləşirdi.
    Avtobusdan düşüb yolu keçdim. Geniş prospektlə üzüyuxarı getməyə başladım. Nəhəng inzibati binanın yanından keçərkən polisin mənə gəldiyim yolu, daha doğrusu, istiqamətimi dəyişmək barədə işarə etdiyini gördüm. Görəsən nə baş vermişdi belə?.. Ayaq saxlayıb ətrafa göz gəzdirdim. İrəlidə möhtəşəm bir çadır qurulmuşdu. “Görəsən toydur, yoxsa yas?”- deyə, ürəyimdən keçirdim. Polis nəfərinin kürəyinin arxasında, çadırın ətrafında dolaşan ucaboy, qaraşın, silahlı qızlar diqqətimi çəkdi. Yox, deyəsən nə toy idi, nə də yas. Möhtəşəm, zəhmli çadır elə uzaqdan adama... “get-get” deyirdi.
    Az sonra yolüstü köşkdən aldığım yerli qəzetlərdə öz-özümə verdiyim suala cavab tapa bildim: sən demə, gördüyüm o nəhəng çadır Liviya lideri üçün qurulubmuş. Axşam televizorda göstərilən geniş bir reportajda isə Qəzzafi və onun çadırı barədə ətraflı məlumat verdilər. O da məlum oldu ki, diktatoru qırx bakirə qız qoruyur. Qəzzafinin düşüncəsinə görə, bu cür qızlarda hissetmə, duyma qabiliyyıti yüksək olur.
    Baş nazir Timoşenko ağ paltarda bədəvi çadırına, məşhur qonağın görüşünə gəlmişdi.
    Həmin gün mənim yadımda həm də digər bir hadisə ilə qalıb. Amma bu, sırf mənim özümlə bağlı olan bir faktdır. Həmin gün, daha doğrusu gecə, televizorun pultundakı düymələri basıb Bakı kanallarını gözdən keşirməyə başladım. Ekranda mədəniyyət yeniliklərindən bəhs edən xəbərlər verilirdi. Əl saxladım. Aparıcı elan etdi ki, Dövlət Gənclər Teatrında “Su pərisi” adlı əsərin uğurlu premyerası olub. Əsərin müəllifi Firuz Mustafa, rejissoru Rəhman Əlizadədir. Sonra əsərin lentə alınmış bir parçası göstərildi.
    Həmin ilin soyuq Kiyev payızı yadımda bax bu cür qalıb.



    Alla AXUNDOVA:

    “MƏN AZƏRBAYCANLA NƏFƏS ALIRAM”

    “Son illərdə şeirləri xüsusilə fərqlənənlərdən Korjavin, Alla Axundaova və Samoylovun adlarını çəkmək istərdim”.
    Yevgeni Osetrov. (Alla Axundova ilə söhbətlər).
    “Voprosı literaturı”, №4, 1965-ci il.

    F.M. :Təsadüf elə gətirdi ki, ötən ilin dekabrında (2001-ci il nəzərdə tutulur-F.M.) moskvalı həmyerlimiz Alla Axundaova ilə yaxından tanış oldum. Şairə ilə görüşümüzün, necə deyərlər “səbəbkarı” digər bir tanınmış həmyerlimiz, uzun illərdən bəri Rusiyanın paytaxtında yaşayan yazıçı-publisist Abuzər Bağırov oldu.

    Təbii ki, mənim Alla Axundovanın yaradıcılığı ilə tanışlığım onun özü ilə şəxsi tanışlıqdan daha qədimdir. Məncə, A.Axundovanı geniş oxucu auditoriyasına təqdim etməyə xüsusi bir ehtiyac yoxdur. Alla Nuru qızı Axundova 27 oktyabr 1939-cu il tarixdə Moskva şəhərində doğulub, orada boya-başa çatıb. 1964-cü ildə M.Qorki adına Ədəbiyyat institutunu, 1967-ci ildə isə Moskvada Ali ssenari kursunu bitirib. Tamaşaçılar onu “Alma almaya bənzər”, “Şərikli çörək”, “Bir dəfə yayda” filmlərinin ssenari müəllifi kimi tanıyırlar. O, ümumiyyətlə, 20-yə yaxın kitabın, 10 filmin ssenari müəllifidir. Alla Axundova klassik və müasir ədəbiyyatımızın üzdə olan nümayəndələrinin əksəriyyətinin əsərlərini rus dilinə tərcümə edib. “Kitabi-Dədə Qorqud” onun gərgin əməyi sayəsində rusca “danışa bilib”. A.Axundova Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatıdır.
    Bir neçə il öncə Alla xanımla Moskvada görüşmüşdüm. Bizim söhbətimizin əsas mövzusu müasir ədəbiyyatla bağlı idi.
    Hər ikimiz siqaretimizi yandırıb bir qədər ümumi tanışlarımız barədə danışırıq. Sonra isə təbii ki, ilk növbədə Qarabağ problemindən söhbət açırıq. Alla Axundova vətənpərvər bir xanımdır. O, bütün taleyi ilə vətənə, onun sevinc və dərdlərinə bağlıdır.
    Söz yox ki, bizim söhbətimizin əsas “qəhrəmanlarından” biri və birincisi Əlahəzrət Sözdür. Beləliklə, soyuq bir dekabr gününün isti-ilıq söhbətinin bəzi məqamlarını oxucularımıza təqdim edirəm.

    - Alla xanım, əvvəla Sizi qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm.
    - Sağ olun. Mən də bütün xalqımızı təbrik edirəm.
    - Mən Sizin yaradıcılığınıza pis bələd deyiləm. Bilirəm ki, həm poeziya, həm nəsr, həm də dramaturgiya ilə məşğulsunuz. İstərdim ki, son illərdəki ədəbi fəaliyyətinizlə bağlı oxucularımıza da məlumat verəsiniz...
    - Fəaliyyət deyəndə ki… Mən əslində hər gün işləyirəm. Yazı-pozu mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Bildiyimiz kimi, mən həm şeir, həm nəsir, həm də ssenarilər yazıram. Bir çox səhnə əsərlərim də var. Lakin mənim yaradıcılığımın böyük bir hissəsi tərcümə ilə bağlıdır. Mən xalqımızın tanınmış və yaxud az tanınan neçə-neçə nümayəndəsinin əsərlərinin rus dilində səslənməsi üçün əlimdən gələni əsirgəməmişəm. Sovet hökumətinin vaxtında mərkəzdə, yəni burada - Moskvada digər xalqların ədəbiyyatının planlı şəkildə tərcümə və nəşrinə diqqət yetirilirdisə, bu gün həmin iş başlı-başına buraxılıb. İndi hər yerdə olduğu kimi, Moskvada da ədəbiyyat kortəbii bir stixiya ikə nəşr və təbliğ edilir.
    - Bilirəm, Siz bizim yaradıcı adamların əksəriyyətinin Rusiyada əsərlərinin nəşri və təbliği sahəsində xeyli iş görmüsüz. Bundan başqa, bizim Ana kitabımız “Kitabi-Dədə Qorqud” əsəri məhz Sizin çəkdiyiniz ağır zəhmət əsasında rus oxucusuna təqdim edilib. Yəqin ki, tərcüməçilik fəaliyyətini yenə davam etdirirsiniz…
    - Əlbəttə, bu işi dayandırmamışam... Son zamanlar Azərbaycan nağıllarını rus dilinə tərcümə etmişəm: bir neçə cilddən ibarətdir. Rusiyada bütün xalqların folkloruna, mifologiyasına həmişə böyük maraq olub. Bu həvəs elə indi də səngiməyib. Mən bilirəm ki, tərcümə etdiyim nağıllar çox yaxşı qarşılanar. Amma, təəssüflər ki, rus naşirləri həmin nağılların tərcüməsini bəzən çap etmək istəmirlər. Bir sıra səbəblərə görə - izahı asan və çətin olan problemlərdən dolayısı Azərbaycana münasibət indi ikili səciyyə daşıyır. Müəyyən siyasi və qeyri-siyasi tendensiyaların təsiri altında bir çox dairələrdə bizə olan qeyri-sağlam mübasibət Azərbaycan ədəbiyyatının, o cümlədən nağıllarımızın nəşrinə də sirayət etməkdədir.
    - Alla xanım, bilirəm ki, bu gün kitab nəşr etdirmək həm asandır, həm də çətin. Asandır ona görə ki, pulu olanlar ağlına gələn cızmaqaraları nəşr etdirirlər. Çətindir ona görə ki, bəzən istedad sahibləri öz yazdıqlarını oxuculara təqdim edə bilmirlər. Təəssüf ki, ticari maraqlar mənəvi dəyərləri üstələməkdədir. Amma güman edirəm ki, vaxt gələcək bu problemlər öz həllini tapacaq. Yeri gəlmişkən, postsovet mərhələsində öz kitablarınızın nəşri ilə bağlı nə deyə bilərsiniz?
    Alla xanım siqaretinə dərin qullab vurub bir xeyli fikrə gedir. Sonra düşüncəli halda dillənir:
    - Moskvada, ümumiyyətlə Rusiyada, kitab nəşrini müxtəlif cür qruplaşdırmaq olar. Müəllif var ki, əsərləri çox şıdırğı oxunur (belələrinə əsasən detektiv janrda yazanları aid etmək olar), yəni çap işində problem olmur. Elə yazıçılar da var ki, onların əsərlərinin nəşr işini nəşriyyat həll edir, amma müəllifə qonorar vermir. (Məsələn mənim “Otkrıtki s vidami” adlı poetik kitabımı “Stilistika” nəşriyyatı çap edib). Bir qism kitablar isə (bunlar çoxluq təşkil edir) müəlliflərin öz xərci hesabına nəşr edilir. Çox güman ki, kitab nəşri sahəsində mövcud olan hərc-mərclik müəyyən vaxtdan sonra aradan götürüləcək, əsil ədəbiyyata geniş meydan açılacaq.
    Siqaretimizi tüstülədərək pürrəngi milli çayımızdan bir-iki qurtum içirik. Sualın səmtini bir qədər dəyişirəm:
    - Alla xanım, öz iş-gücünüz, dolanışığınız barədə nə deyə bilərsiniz?..
    - Bildiyiniz kimi, mən Rusiya vətəndaşıyam. Artıq təqaüdə çıxmışam. Amma, şikayət kimi səslənməsin, dolanışıq çox çətindir...

    Mən onun söhbətinə müdaxilə edirəm:
    -Alla xanım, son illərdə bizim bir çox qələm əhlinə Prezident təqaüdü kəsilib. Ümid edirəm ki, Sizin fəaliyyətiniz də belə bir mükafatla qiymətləndiriləcək...

    Alla Axundova gülümsəyib növbəti siqaretini zərif barmaqları ilə sığayaraq gülümsəyir:
    -Əgər belə bir təqaüdə layiq görülsəm, sz verirəm ki, daha məhsuldar, daha intensiv işləyərəm...
    -Əminəm ki, tezliklə bu ada layiq grüləcəksiz...
    -Təki Siz deyən olsun...
    -Yaxşı, hazırda nə işlə məşğulsuz?
    Alla xanım:
    -İş-gücüm belədir ki... Hal-hazırda iri həcmli bir kitab üzərində işləyirəm. Bu kitabda mövcud olan dillər, habelə dil qruplarının geniş və dar arenada təhlil-tədqiqinə xüsusi diqqət yetirilir. Burada Hind-Avropa dil qrupuna daxil olan anlayışların tədqiqinə də yer ayrılıb, fin-uqor dil qrupuna da... Əlbəttə, kitabda türk dilləri ailəsi aparıcı yeri tutur. Bu, əslində ensiklopedik bir əsərdir; orada tarix də var, dil də, coğrafiya da, insanlar da. Ərəb, kiril, latın transkripsiyasında “canlandırılan” sözlər bizi insanlığın keçmişinə aparır. Məncə, bu kitab çap olunsa geniş əks-səda doğuracaq.
    - Bakı ilə, Azərbaycanla əlaqələriniz barədə…nə deyə bilərsiz?
    Alla Axundova bir qədər fikrə gedib gülümsəyir.
    - Bilirsiz, bu əlaqələr daimi və fasiləsizdir. Bax, bu yaxınlarda Bakıda idim – Dünya azərbaycanlılarının qurultayında iştirak edirdim. Bu saatı da orada hədiyyə etdilər (qolundakı saatı göstərib gülümsəyir). Mən, Azərbaycanla – onun ədəbiyyatı, mənəviyyatı ilə nəfəs alıram. Bax, budur Sizin dostunuz Abuzər Bağırov özü şahiddir ki, mən öz xalqımızın ədəbiyyat və incəsənətinin Rusiyada təbliği üçün əlimdən gələni əsirgəmirəm. 20 Yanvar hadisəsini mənim necə ağrı ilə qarşıladığım da çoxları bilir. O vaxt yazdığım misraların səssiz harayı yenə qulağıda səslənir.

    Sən niyə qoydun ki, müqəddəs gündə
    Qırıb öldürsünlər insan oğlunu?
    İlahi! Bəlkə də günah edirəm –
    Heç vaxt bağışlaya bilmərəm bunu…(Tərcüməci F.M.)

    Misralar məni təsirləndirir. Siqaretimin kötüyünü külqabıya basıb deyirəm:
    -Kədərli misralardır...
    Müsahibim siqaretinin kötüyünü külqabıya basıb qəhərlənir:
    -Elədir. O günləri, o anları xatırlamaq mənimçün çox aöırdır... Mən həmin qara yanvar gecəsi özümə yaxın, dost bildiyim məşhur yazıçılardan birinə zəng vurdum, Bakıdakı vəziyyətlə maraqlandım, dostumun arxayınlıqla dediyi: “narahat olmağa dəyməz, burada qayda-qanun bərpa olunur” – sözlərindən sonra onu söyüb dəstəyi yerə çırpdım və elə o vaxtdan həmin yazıçı ilə küsülüyəm. Bax belə... Mən əminəm ki, xalqımızın qanı yerdə qalmayacaq. Yeri gəlmişkən, mən 20 Yanvar qurbanlarının ailə üzvlərinə bir daha başsağlığı verirəm.
    Alla Axundova ədəbiyyat və incəsənət problemləri ilə bağlı öz düşüncələrini bölüşür. Onun elmi və əbədi mülahizələri öz orijinallığı ilə istər-istəməz maraq doğurur.
    “MƏDƏNİYYƏT” qəzeti, 12 yanvar 2002-ci il

    P.S. Alla Axundova hal-hazırda Prezident təqaüdçüsüdür, yaşı 80-i keçsə də öz yaradıcılığının məhsuldar dövrünü yaşayır.







    Məşhur Nobelçi ədibin gecikmiş sevgisi...
    Llosa Markesi niyə yumruqlamışdı?

    Onun bütöv ad-soyadı belədir: Jorge Mario Pedro Vargas Llosa. Dünya oxucuları onu Mario Varqas Llosa kimi tanıyır. Peru-ispan yazıçısıdır. Nobel mükafatı laureatıdır. 1936-cı ildə doğulub. Yenə yazıb-yaradır. Məhsuldar qələm sahibidir.
    İndi 89 yaşı olan Varqas Llosa on il öncə, yəni 79 yaşında öz ailəsini, 50 il birgə yaşadığı arvadı (bu xanım onun əmisiqızı idi) Patrisanı və üç övladını ataraq, İzabel Preysler ilə evlənib. Yazıçı əmiqızından əvvəl Julia Urquidi ilə evli olmuşdu... Onunla “xasiyyətləri uyğun gəlməmişdi”.
    Llos ilə ailə quranda İzabellanın 64 yaşı vardı. Qadın, özünün dediyinə görə, ərindən bir səbəbə- onun xəyanətinə görə ayrılmışdı. Siz bu xanımı tanımasanız da, onun kemiş ərini və oğlunu yaxşı tanıyırsız. Onun əri məşhur musiqiçi-müğənni Xulio İqlesias, oğlu isə Enrike İqlesiasdır. Hesab edirəm ki, Xulio İqlesiasın ifa etdiyi “Nostalji”ni sevməyən yoxdur. İzabel Preysler ispan- filippin əsillidir. Vaxtilə jurnalist və model olub... Varqas onun dördüncü əri idi... Xanımın cəmi beş övladı var.
    Bəs iki Nobelçi- Llosa və Markes nəyə görə savaşmışdı, daha doğrusu birinci ikincini niyə əzişdirmişdi?.. Versiyalar çoxdur. Amma ən inandırıcı versiya odur ki, Llosanın arvadı öz ərinin xəyanəti haqqında Markesə “dərdini” danışmış və Markes xanıma boşanmağı tövsiyə etmişdir. Bunu eşidən Llosa bərk qzəblənmiş və Markesə yumruq vurmuş, nəticədə məşhur Nobelçinin gözünün altı “fanarlanmışdır”. Amma onlar sonralar barışmışlar. Elə Llosa da arvadi ilə barışmışdı.
    ...O ki qaldı, Varqas Llosanın yaradıcılığına, o, müasir dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Yazıçı 2010-cu ildə Ədəbiyyat üzrə Nobel Mükafatına “hakimiyyət strukturlarının kartoqrafiyasına, habelə müqavimət, üsyan və şəxsiyyətin məğlubiyyətinin parlaq təsvirinə görə" layiq görülüb.
    Varqas Llosa həm də peşəkar siyasətçidir. O, 1990-cı ildə “Demokratik cəbhə” tərəfindən Peru prezidentliyinə namizəd göstərilib. Birinci turda 34 faiz səs yığmaqla birinci yerə çıxan tanınmış siyasətçi-ədib, ikinci mərhələdə aqronom Alberto Ken'ya Fuximori Inomoto tərəfindən məğlubiyyətə uğradı. Yazıçı baş götürüb Londona mühacirətə getdi. Və beləliklə Fuhimori ölkədə diktatura yaratdı. Sonralar Varqas Llosa özünün “Sudakı balıq” romanında seçki kompaniyası haqqında ətraflı şəkildə yazmış, bütün baş verənləri “milli yaddaşsızlığın çılpaq tragizmi” adlandırmışdır.
    ... Llosa 30-dan çox roman, pyes və esse müəllifidir. 1960-cı illərdə yazdığı “A Hero's Time” ("Qəhrəmanın zamanı") romanı onu Beynəlxalq səviyyədə tanıtmışdır. 1995-ci ildə Llosa ispandilli dünyanın ən nüfuzlu ədəbi mükafatı olan Servantes mükafatını alıb. Yazıçının “İyrənc qızın sərgüzəştləri” romanı da məşhurdur.
    Llosa belə hesab edir ki, ədəbiyyatın insanların həyatının bir parçası olması son dərəcə vacibdir. O, “Niyə ədəbiyyat?” essesində yazır ki, mütaliə ağıl, ünsiyyət, həyat və demokratik ideallar haqqında biliklərin inkişafı üçün vacibdir. Oxumaq təkcə özünüz üçün deyil, bütün dünya üçün də vacibdir.
    p.s. Jorge Mario Pedro Vargas Llosa 2025-ci il mart ayının 13-də vəfat edib.
    Bu məqalə böyük yazıçının sağlığında yazılıb.



    Söhrab Əmi

    Söhrab Tahir dünyasını dəyişdi.
    Bir neçə aydan sonra (avqustda) şairin düz doxsan yaşı tamam olacaqdı.
    İlk dəfə onunla nə vaxt görüşdüyümü, haçan tanış olduğumu indi dəqiq xatırlamıram.
    Amma orasını bilirəm ki, müxtəlif tədbir və mərasimlərdə dəfələrlə görüşüb söhbət etmişik.
    Zahirən çox ciddi, hətta, müəyyən mənada sərt bir adam təsiri bağışlayırdı. Çatılmış qaşlarının altından baxan sınayıcı gözləri vardı. Qədd-qamətli, ucaboy, asta yerişli bir kişiydi. Əslində isə daxilən uşaq kimi sadədil, ünsiyyətcil, səmimi, xöşrəftar bir adam idi Söhrab Tahir.
    İndi onunla bağlı iki epizodu xatırlayıram.
    Ötən əsrin səksəninci illərinin birinci yarısı idi. O vaxtlar “Azərbaycan gəncləri” qəzetinin çox populyar bir vaxtıydı. Həmin qəzetdə əbəbi işçi kimi çalışırdım. Otaqda tək idim. Qapı açıldı. Gələn Söhrab Tahir idi. Yanında 16-17 yaşlarında utancaq bir qız vardı. Onlara əyləşmək üçün yer göstərdim
    Şair mənimlə köhnə tanışı kimi görüşüb hal-əhval tutdu.
    -Firuz müəllim, bu uşaq mənim qızımdır. Adı Nəsibədir. Atasının yolu ilə getmək istəyir. Şeir yazır. Vaxtınız olsa bir bu yazılara baxın, görün xoşunuza gələni olacaqmı.
    Düzü, heç bilmədim o, adımı haradan öyrənib. Mən şairin ciddi təhər-tövrünə baxıb aradakı rəsmiyyəti götürmək üçün zarafata keçməli oldum:
    -Söhrab müəllim, əvvəla, şeirə Tofiq Mütəllibov baxır. Sonrası da ki...
    O, şirin bir ləhcə ilə dedi:
    -Bunu bilirəm, Firuz müəllim. Mən burada-redaksiyada bir balaca “kəşfiyyat” işi apardım. Öyrəndim ki, mənim dostum Tofiq müəllim indi məzuniyyətdədir. Ədəbiyyata, poeziyaya siz baxırsız...
    Mən “birinci”yə ikinci əlavəmi də etdim:
    -İkincisi də, Söhrab müəllim, axı şeirin səviyyəsini məndən daha yaxşı siz müəyyən edərsiz. Əgər o yazıları siz bəyənirsizsə, deməli yaxşıdır. Burada ikinci bir rəyə nə ehtiyac?
    O, üzümə yenə cidi nəzər salıb dostyana bir əda ilə dedi:
    -Firuz müəllim, xoş sözlərə görə təşəkkür edirəm. Amma hər qəzetin öz üslubu, öz istiqaməti var. Bir də ki, heç bir kəs öz balasının yazıb-yaratdığında bir qüsur görə bilmir axı.
    Bir xeyli söhbət etdik. Söhrab müəllim yazıları stolun üstünə qoyub mənə əl uzatdı. Görüşüb ayrıldıq.
    ... İkinci epizod.
    Doxsanıncı illərin ikinci yarısı idi.
    Dostlarımızdan birinin, indiki terminologiya ilə desək, kitab “prezidentasiyası” idi. Tədbirin başlanmasına hələ bir xeyli qalırdı. AYB-nın qarşısındakı “Sahil” bağında Hacızadələrlə- Əlibala və Nahidlə gəzişirdik. Uzaqdan “boy verən” Söhrab Tahir şax və şux addımlarla bizə yaxınlaşdı. Hamımızla görüşüb öpüşdü. Təbii ki, onun Hacızadələrlə daha qədim və daha yaxın ünsiyyəti vardı. Buna görə də onları birləşdirən ümumi xatirələrin miqyası, radiusu da geniş idi.
    Tanıyanlar ona “əmi” deyə müraciət edirdi. Əmi həmin gün bizə daha çox öz “Moskva həyatından” danışdı. Tələbəlik illərini xatırladı. Xəlil Rza, Məmməd Araz, Nəriman Həsənzadə ilə bağlı maraqlı epizodlar danışdı. Sonra üzünü mənə tutub dedi:
    -Firuz müəllim, bu iki nəfər mənim ən yaxın, ən əziz dostlarımdır. Bunu onların özləri də yaxşı bilir. Amma, inanın ki, mən elə sizi də özümə dost bilirəm. Sizin yazıları diqqətlə oxuyuram. Xüsusən, bu yaxınlarda “Azərbaycan” jurnalında dərc olunmuş “Qapı” romanınızı ayrı bir şövqlə oxudum. O repressiya illərinin mənzərəsini necə canlı yaratmısız, əzizim. Əgər belə cavan olmasaydınız düşünərdim ki, yəqin o illərin faciəsini elə özünüz yaşamısız. Vallah, sizin bu əsəriniz məni mütəəssir etdi...
    Düzü, bu sözlər, gözləmədiyim tərifli ifadələr məni sıxdı. Özümü nəsə bir gərginlikdə hiss etdim. Ehtiyatla dedim:
    -Söhrab müəllim, mənə “siz” yox, elə “sən” deyin. Necə ki, Nahid müəllimə, Əlibala müəllimə müraciət edirsiz, bax elə o cür...
    Hamı güldü.
    Söhrab müəllim cibindən dəsmal çıxarıb gözlərini silə-silə dedi:
    -Yaxşı, olsum “sən”... Firuz müəllim, sənə bir sirr açım: mən indiki cavanlarla bir az ehtiyatlı davranır, onlarla ehtiyatlı danışıram. Çünki onların çoxu özünəvurğunluq, özündənmüştəbehlik xəstəliyinə mübtəla olub. Çoxu ədəbiyyatın vəzifəsini, onun nə olduğunu hələ lazımınca dərk etmir. Amma yekə-yekə danışmağı bacarırlar.
    Əslən fars dili mütəxəssisi olan Əlibala Hacızadə dari ləhcəsində bir misal çəkib dostunun sözünə Firdovsinin bir fikriylə qüvvət verdi:
    -Əmi, fikir eləmə. Firdovsi demiş, tovuz quşunun altına qarğa yumurtası qoysan, yenə o yumurtadan qarğa çıxacaq.
    Nahid Hacızadə də söhbətə bu yöndə olan başqa bir misalla körpu atdı:
    -İndi qoca qartallara dərs vermək istəyən cüllütlər istənilən qədərdir.
    Mən zarafatla dedim ki, hərə öz dövrünün övladıdır. Görünür, indiki dövr belələrinə daha çox “atalıq” edir.
    Söhrab müəllim dedi:
    -Mən son zamanlar şeirdən daha çox, nəsr əsərləri oxuyuram. Özüm də bir neçə roman və povest qələmə almışam. Yəqin ki, o əsərlərdən bəziləri sizə də rast gəlib. Daha çox İranda Şah rejimi vaxtı görüb eşitdiklərimi və müşahidə etdiklərimi yazıram... Qoca kişiyəm, gərək innən belə elə əsərlər yazam ki, ibrətamiz olsun.
    Mən yarızarafat-yarıcıddi dedim:
    -Qoca niyə, əmi? Qocalığı həndəvərinizə yaxın buraxmayın. Bir də ki, şair heç vaxt qocalmaz.
    Söhrab əmi güldü:
    -Elədir. Düz deyirsən. Şair ürəyi qocalmır ki...
    Söhrab Tahir, həqiqətən, son illərdə qələmə aldığı bir sıra tarixi- memuar əsərlərlə, nəsr nümunələri ilə ədəbiyyatımızı zənginləşdirdi.
    Amma geniş oxucu auditoriyası- əminin o taylı bu taylı oxucuları onu, əsasən, bir şair kimi sevib dəyərləndirirdi.
    Bəli, doğrudan da şair heç vaxt qocalmır.
    Dünyadan bir Söhrab əmi, şair Söhrab Tahir getdi. Ürəyi gənc, sözü cavan...
    Allah rəhmət eləsin.
    Qoy uyuduğun torpaq ürəyin kimi rahat olsun. Shrab Tahir.






    Görüşəndə deyərdi ki...
    Məmməd Kazımla ilk tanışlığımı yaxşı xatırlayıram...

    O vaxtlar Məmməd müəllim radio üçün verilişlər hazırlayırdı. Sonralar AzTv-də, Gənclik Baş redaksiyasında müxbir kimi işə düzəldi. Həmin dövrdə həmin redaksiyanın Baş redaktoru Nahid Hacızadə idi. Sonralar Məmməd Kazım məşhur Gənclik radaksiyasında hərbi—vətənpərvərlik şöbəsinin müdiri, populyar “Hünər” verilişinin yaradıcısı və aparıcılarından biri oldu.
    Sovetlər çökən ərəfədə öz doğma kəndlərinə- Masallının Tatyan kəndinə köçdü. Orada bir müddət maraqlı bir qəzet də nəşr etdi- “Qala” adında.
    Arada yenə görüşər, dərdləşər, söhbətləşərdik.
    Hədsiz dərəcədə səxavətli, diqqətli, mehriban, nikbin bir insan idi.
    Zərif şeirlər, maraqlı publisistik yazılar, lirik nəsr nümunələrinin müəllifi idi.
    Yaxşı, tərbiyəli övladlar böyütmüşdü və bununla fəxr edirdi. Deyirdi ki, indi Bakıda bir yox, yeddi-səkkiz evim var.
    Son dəfə yubileyində, 80 illiyini qeyd edəndə görüşdük. Onda əksər dostları onun təbrikinə gəlmişdi. Mən də öz ürək sözlərimi dedim. Sevinirdi. Dostlarla zarafatlaşırdı.
    Hər görüşəndə deyirdi ki, bax səni Tatyanda gözləyirəm. Sən canın, Nahidi müəllimlə İlyas müəllimi də götür gəl bizə. Ömrə etibar yoxdur. Bir dərdləşək, keçmişləri yada salaq. Bir də gördün ki... Vəfasız dünyadır də...
    Bağışla, xahişinə əməl edə bilmədim, Məmməd müəllim. İndi nə İlyas Tapdıq bu dünyadadır, nə də Nahid Hacızadə... Sən də bu etibarsız dünyaya əlvida edib əbədiyyər aləminə, bəlkə də daha etibarlı bir dünyada uyuyan dostlarının görüşünə köçüb getdin.
    Əlvida, Məmməd Kazım.

    10.03.18

























    Şair Fikrət Sadıq öz qızı Ayselin adının necə
    yaranması haqda danışarkən dedi ki...

    Görkəmli şairlə aramızda xoş ünsiyyət vardı. Oğlu Orxan Fikrətoğlunun da xətrini istəyirəm.
    Fikrət müəllim söz üzərində işləməyi çox sevərdi. Onun bir çox qafiyələri, cinasları dillər əzbəridir. Məsələn bu tipli: “Yoxdur mədəniyyəti, vardır mədə niyyəti”, “Soyuz pisateley, soyuz pisatelye”, “Əgər varsa yubiley, onda onu yu biləy” və sair.
    Bir dəfə Fikrət Sadıq mənə belə bir əhvalat danışdı: “Ötən əsrin söhbətidir. Ukraynaya getmişdim- şairə Lesya Ukrainkanın yubileyində iştirak edirdim. Böyük iclas zalında rəyasət heyətinin arxasında “yubilyarkanın”, yəni Lesyanın iri portreti vurulmuşdu. Şəklin altında isə iri hərflərlə onun adı yazılmışdı. Mən “Lesya” sözünü ürəyumdə əvvəlcə olduğu kimi, sonra tərsinə oxumağa başladım. Məəttəl qaldım, tərsinə oxuyanda “Lesya” çevrilib olurdu “Aysel”.
    Elə iclasın ortasında qəfildən məni Ukrayna Yazıçılar Birliyi katibinin otağına dəvət etdilər. Soruşdum ki, nə olub, nə məsələdir? Dedilər ki, Bakıdan zəng vurub səni axtarırlar. Həyəcanlandım, fikirləşdim ki, görəsən nə olub? Tez-tələsik qaçıb dəstəyi götürdüm. Evdən zəng etmişdilər. Xəbər verdilər ki, qızım olub. Sevindim. Tapşırdılar ki, indi qızına elə bir ad tap ki, hamının xoşuna gəlsin. Mən təzədən iclas zalına qayıdıb portretə baxa-baxa bayaqkı kimi “Lesya”nın adını tərsinə oxumağa başladım. Bu sözün əksi heç də pis səslənmirdi: “Aysel”.
    Bakıya dönəndən sonra doğum şəhadətnaməsi almağa getdim. Soruşdular ki, uşağın adını nə qoymaq istəyirsiz? Dedim ki, “Aysel”. Gözlərini döyüb dedilər ki, belə də ad olar? Dedim bəs onda hansı ad yaxşıdır? İdarənin bir işçisi bildirdi ki, müasir ad olsa yaxşıdır. Mən əlüstü dedim ki, onda qoy uşağın adı olsun “Betonə”. Soruşdular ki. bu adın məması nədir? Dedim ki, bu,”beton” sözündən əmələ gəlib. Mən beton evdə yaşadığımüçün bu adı təklif edirəm. Elə bildilər ki, ciddi deyirəm, yenə razı olmadılar.

    Xülasə, bir xeyli götür-qoydan sonra razılığa gələ bildik. Beləliklə, qızımın adı oldu “Aysel”. Deyəsən, bu əhvalatı ilk dəfə sənə danışıram”.
    Allah, sənə rəhmət eləsin, Fikrət Sadıq.



















    "Bir şəhiddir ürəyim..."
    (İlyas Tapdığın bir şeiriin tarixi)

    Ötüb-keçn illər bizi nə vaxtsa baş verən olaylardan uzaqlaşdırsa da, yaddaşımız bizə heç vaxt xəyanət etmir; əksinə, bəzən tarix okeanına qovuşan zamanın suları, getdikcə daha da durulaşır, şəffaflaşır. Bu mənada 20 Yanvar faciəsi bizim əbədi yaddaş və tale sınağımızdır. Baş verən qanlı cinayətin miqyas konturları get-gedə daha aydın görünür. Xalqa qarşı yönələn bu vandalizmin səbəb və nəticələri indiyəcən müxtəlif bucaqlar altında təhlilə cəlb edilmiş, elmi, fəlsəfi, tarixi, sosioloji istiqamtlərədə nəzərdən keçirilmişdir.

    Ölkəmizin şeir-snət adamları da 20 Yanvar hadisələri ilə bağlı öz sözlərini bədii idrakın imkanı və çərçivəsi daxilində deməyə müyəssər olmuşlar. Tərəddüdsüz demək olar ki, əli qələm tutan hər bir azrbaycanlı baş verən qırğına bu və ya digər ədəbi janrda öz münasibətini bildirmişdir. Ədəbiyyatımızda 20 Yanvara həsr olunmuş xeyli lirik, epik, dramatik, nəzəri yazılar vardır. Həmin seirlərdn biri - şair İlyas Tapdığın “Bir şəhiddir üryim” adlı şeiri xüsusi ilə diqqti cəlb edir. Mən həmin şeirin yaranma tarixini yaxşı xatırlayıram...
    ... artıq böyük faciə baş vermiş, qan tökülmüş, imperiya tankları Bakının küçələrini darmadağın etmişdi. Qərənfillər də insanlar kimi ağlayıb göz yaşı tökürdü. Senzura gücləndirildiyi üçün qəzet, jurnal, radio-televiziya ciddi nəzarətə götürülmüşdü. Şair hər sətrində düşmnə qəzəb, kin və nifrət püskürən şeirini heç yerdə çap etdirə bilmirdi. Ona görə də həmin şeirin səsləndiyi ilk “auditoriya” meydan, küçə, xiyaban və dost-tanış məclislri idi. Şairi hiddtlndirən nə idi? Əlbttə ilk növbədə “mərhəmətin qına girib, mərmilərin dil açması”, “gizli ölümlrin açıq-aşkar küçələrə yol açması”. Adətən, açılan atəşlər alovu daha da gurlaşdırır. İlyas Tapdıq isə obrazlı şəkildə deyir: “Qaynayan meydanları atəşlə söndürdülər”. Aədətən, körpəni layla ilə ovudurlar. Şair yazır: “Beşikdəki körpəni silahla dindirdilər”. Dünyanın düz vaxtı səhərin gözündən nur tökülür. Amma o anlarda nurdan əsər-əlamt görünmürdü, əvəzində isə “gözlərindən qan damır doğan müdhiş səhərin”. Hələ başqa bir epizod daha müdhişdir: “nəfəsi qan qoxuyur nəşəli qatillrin”. Şair yığcam bir şeirdə öz obraz və “qəhrəmanlarının” mahiyytinə bənddən-bəndə, misradan-misraya daha dərindən nüfuz etməyə çalışır və buna müvəffəq olur:
    Günəşi gizləyibdi qana batan buludlar,
    Qızarmayan bir şey var - yağıların vicdanı!
    Bizcə tutarlı təşbehlərdir; belə ki, hətta qanlı buludlar belə, utanıb Günəşi gizlədir, amma yağıların vicdanı qətiyyən utanıb-qızarmır.
    Bu qanlı faciə neft şəhərində baş verir. Məhz elə buna görə də şair zaman-zaman Bakının qanını soran düşmənlərə də obrazlı şəkild öz münasibtini bildirir:
    İllərlə damarımdan sordu qara qanımı,
    Boşaltdığı yerləri qanla doldurmaq istər!
    Başı müsibətlər çəkən Vətənin dərd-səri, faciəsi şeirdə öz dolğun poetik əksini tapmışdır:

    O gecə Bakımızda yaşanan həyəcanlar
    Bir əsr də qocaltdı anam Azrbaycanı.
    Şeirin son misraları yağılara qarşı bir hücum marşı, zəfər simfoniyası kimi səslənir:

    Qarabağ qara baxtım, xıncımlanan qeyrətim,
    Yad ayağı altında solur gülüm-çiçəyim.
    Vətən üçün öləni yaşadacaq millətim,
    Min yerdən yara almış bir şəhiddir ürəyim!

    20 Yanvar gecəsinin faciəli mənzərəsi İlyas Tapdığın poetik “kətanında” bax bu cür “rəsm” edilmişdir.
    Şairin ilk günlər “kiçik auditoriyada” oxuduğu şeir, sonralar çoxlarının dillr əzbəri oldu. Şair ötən əsrin 90-cı illərinin əvvəlində bir müddət Türkiyədə və bu şeir sonralar qardaş ölkənin bir sıra nüfuzlu poetik salonlarında və televiziyalarında səsləndi.
    Yeri gəlmişkən, qeyd edək ki, 20 Yanvar və şəhidlər mövzusu İlyas Tapdıq yaradıcılığında xüsusi yer tutur. “Köçdü palıd babalar”, “Şəhid Bhruzun xatirsinə”, “Şəhid xatirəsi”, “Gəldi”, “Qələm ürəkdən güc alanda”, “Ay Şahid”, “Şuşa gözlyir bizi”, “A dağlar” v s. şeirlrində şair xalqımızın mərd oğullarının həyatını, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəsini qələmə almışdır.
    20 Yanvar faciəsi artıq zaman etibarilə arxada qalıb. Lakin bu mövzu bədii -poetik yaddaşda daim ölməzdir. Görkəmli şairimiz İlyas Tapdığın “Bir şəhiddir üryim” elegiyası poetik yaddaşın uğurlu örnəyi kimi ədbiyyatımızda əbədi diqqətə layiqdir.

    İlyas Tapdığı itirdik...

    Bir neçə saat öncə, axşamüstü şair Kamandar Eyvazlı mobil telefonuma zəng vurdu: “İlyas müəllim keçindi”. Tez-tələsik dostlarla birgə yaşadığı ünvana yol aldıq. Ailə üzvləri kədər və çaşqınlıq içində çırpınırdı. Təskinlik verdik. Əlimizdən özgə nə gəlir ki?..
    Şairlə iki gün öncə zəngləşmişdik. Əhvallaşdıq. Soruşdum ki, səhhətin necədir? Dedi ki, çox yaxşıyam.
    Bilirdim ki, sağlamlığı heç də qaydasında deyil. Sadəcə olraq, özünəməxsus bir nikbinliklə öz “ənənəvi” cavabını verirdi.
    İlyas Tapdıq fenomenal yaddaşa, müqayisəsiz sadəliyə, sonsuz səxavətə, özünəməxsus qəribəliyə malik bir insan idi. Belə adamlara xalq arasında “sinədəftər” deyirlər.
    Biz poeziyamızın ünlü bir nümayəndəsini itirdik.
    Allah rəhmət eləsin.
    25.12.16



















    O, həm də şair idi...
    (Feyruz Məmmədov haqqında)

    Feyruz Dadaş oğlu Məmmədov Azərbaycan mədəniyyət və incəsənətinin əsl fədaisi və təbliğatçısı idi. O, 1961-ci ildə Bakı Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsinə daxil olmuş, 1967-ci ildə ali məktəbin bitirib Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, daha sonra isə Xalq yaradıcılıq evində xalq yaradıcılığı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun Azərbaycan teatrının inkişafında, zəngin mənbələrdən qida alan folklorumuzun məqsədyönlü şəkildə nümayiş etdirilməsində böyük zəhməti qeyd edilməlidir.

    F.Məmmədovun pyesləri müxtəlif teatr səhnələrində oynanılmaqdadır. Ayrı-ayrı vaxtlarda müxtəlif əsərləri – “Tələ quran özü düşər”, “Ac qulağım, dinc qulağım”, “İnam”, “Meşədə döyüş”, “Ayrılıq”, “Vəssalam”, “Sirli dəyirman”, “Təlxəyin nağılı”, “Anasının gül balası”, “Taleyin cəzası” kimi əsərlər bu gün də öz aktuallığını saxlayır.
    Bu il yazdığı “Dəli dünya” komediyası Musiqili Komediya Teatrında oynanılmaqdadır.
    Feyruz Məmmədov həm də şair idi. O, hər gün eşitdiyiniz onlarla mahnı mətnlərinin müəllifidir. Onun Tamella Məmmədzadə, Vaqif Süleymanov, Oqtay Kazımov, Məmməd Quliyev, Şəfiqə Axundova kimi bəstəkarlarla sıx yaradıcılıq ünsiyyəti olmuşdur. Feyruz sadə, təvazökar, gülərüz, nikbin bir insan idi. Hamı ilə səmimi, ilıq, şəffaf münasibət vardı. Amansız ölüm onu bizim cərgəmizdən tez apardı. Biz bir dost itirdik.
    “MƏDƏNİYYƏT” qəzeti, 28 dekabr 2002-ci il































    Böyük yazıçı- Rza Barahani ilə yazışmalarım

    Rza Barahani Azərbaycan əsilli İran ədibidir. Alim, yazıçı və şair kimi məşhurdur.
    Rza 13 dekabr 1935-ci il tarixdə Təbrizdə anadan olub.
    Ömrünün son illərini Kanadada siyasi mühacir kimi yaşayıb.
    50-dən çox kitabın müəllifi olub.
    Azərbaycan, fars və ingilis dillərini mükəmməl bilib. Hər üç dildə yazıb-yaradıb. Özü deyirdi ki, şeirlərini Azərbaycan türkcəsində, nəsr əsərlərini isə əsasən farsca yazıb.
    2001-2003-cü illərdə Kanada PEN-klubunun sədri olub. Bir neçə dəfə Nobel mükafatına təqdim edilib.
    Bütün dünyada məşhurdur.
    Oğlu Oqtay Bərahani 1922-ci ilin mart ayının 22-də atasının Torontoda vəfat etdiyi barədə məlumat verib.
    ...Mən İranda olarkən yazıçının böyük şöhrət və nüfuz sahibi olmasının şahidi olmuşam. Rza Barahani özü xaricdə-mühacirətdə olsa da, onun müxtəlif dillərdə çıxmış kitabları evlərdəki rəflərdə idi. Hətta bəzi evlərdə yazıçının fotosunu görmüşdüm.
    Yazıçı Azərbaycanda iki dəfə olmuşdu. Mən onun əsərləri ilə çoxdan tanış olsam ds, özünü “əyani” olaraq ilk dəfə AYB-də görmüşəm. Səhv etmirəmsə o, Sabir Rüstəmxanlının dəvəti ilə gəlmişdi. Maraqlı keçən həmin görüşdə Anar və Sabir Rüstəmxanlı onun yaradıcılığı haqqında ətraflı məlumat verdilər.
    ...Məşhur ədiblə bizim “dostluğumuz” əsasən sosial şəbəkədən başladı. Sonralar biz onunla bir xeyli müddət yazışdıq. Mən onun əsərləri haqda söhbər açır, o da mənim yazdıqlarım haqda öz fikirlərini bildirirdi.
    Təəssüf ki, hamı kimi onun da sön ünvanı ölüm oldu.
    ...Mən aşağıda Rza Barahani ilə məktublaşmalarımdan bəzi fraqmentləri təqdim edirəm. Zənnimcə, epistolyar janrı sevənlər üçün maraqlı ola bilər.
    İndi isə Reza Baraheni ilə yazışmalarımı təqdim edirəm.

    F.M.
    Salam, Rza bey, işleriniz necedir? Teze ne yazirsiz?
    14.11.2011
    Reza
    Selamlar, Firuz bey, chox lutf elemisuz. sizin chox- chox teshekkur elirem
    F.M.
    Sağ olun…
    Reza
    men iki yol baki-ye gelmishem ve orda chox mohebbet gormushem. choxlarinen duz-chorek yemishem.
    Reza
    dostlarin biri isdir "Razhaye serzemin" romanimi farsjadan turkiye chevirsin. iki sene vagt goymalidi. indi elleshir bir yerden budje tapa ta kitabi chevire azerbaijan turkusine. isdirux kitab bakida chap olsoun. 1300 sahifedi. hamisida bizim azerbaijna marboutdi, choxi tebrizde gechir, bir gadride tehranda.
    14.11.2011
    F.M.
    Reza bey, men Sizi Bakida, Yazicilar birliyinde gormushem. Sabir Rüstemxanlı ve Anar beyin apardigi gorushde. burada edebiyyat adamlari, ziyalilar sizi taniyir ve sevirler. men bildiyime gore siz sheirlerinizi Azerbaycan turkcesindem nesri ise farsca yazirsiz. memnunam, saq olun.
    16.06.2012, 11:22
    F.M.
    Reza bey, sabahiniz xeyir. Necesiz?
    Reza
    selam, hale shoma?
    F.M.
    Hale xub est…)
    Reza
    niye farsi yazisan, torki-jan da yaza bilesen…
    F.M.
    Mənim farsca bildiyim ele o 3 sozdur. Bir de ki, Siz farsice sorduz, ona gore men de o sozleri yazdim.
    …Sizi meşhur yazar kimi taniyiriq…
    …Mən Sizin yaradiciliğa az-çox beledem.
    Reza
    chox sevindim bir-birmizi gormushux. Bakida nexeber var?
    F.M.
    Yaxşılıqdır. Sizin işler necedir, Reza bey?
    Yeni kitablariniz chixirmi?
    p.s. Uzr isteyirem komputerin sureti bir az zeifdir…
    .......
    F.M.
    Reza bey, men isterdim ki, Deniz kochi adli eser haqda sizin reyinizi bilim. Lutfen vaxtiniz olanda oxuyun. http://www.proza.ru/2010/10/23/378
    Reza
    mene lufen bir dagige vagt verun, mekrubumi bititrim donoum sizinen sohber eliyim. neche safhedi?
    ...bou roman neche safhedi?
    kitab neche safhedi?

    F.M.
    Reza bay, bu eser cemi 40-50 sehifedir.
    Men ingilisceni teklif etdim size, isteseniz Azerbaycan turkcesinde gondere bilerem.
    Turkcesi bu-http://www.proza.ru/2011/06/25/691
    Reza
    Azaerbaijan turkkcesinde goenderin, menim ramilime:baraheni@yahoo.com
    F.M.
    Bunlar Moskva-rus saytlarinda yerleshdirilib.
    …Indi sizin emailinize gondererem, buradaki metn sizi qane etmez. Indi gondererem.
    Reza
    yaduzdan chixmasin, lufen emailme goenderun

    F.M.
    Reza bay, eseri emailinize gonderdim. Xahish edirem, zamaniniz olanda oxuyub rey, fikir deyin.Ustad sozu qiymetli olar. Xoshca qalin.
    20.06.2012
    Reza
    sizden chox teshekkur elirem. hetman zoroumi virajagam ki vagt eliyem otouram oxiyem.
    20.06.2012
    F.M.
    Teshekkur edirem, Reza bey.
    1-2 gun bundan evvel burada-Bakira Sizin bele bir yaziniz chixib-Rza Bərahəni. MÖVLANA, SÜRREALİZM, REMBO VƏ FREYD ARASINDA OXŞARLIQLARA DAİR http://kultaz.com/2008/02/17/rza-beraheni-movlana-surrealizm-rembo-ve-freyd-arasinda-oxsarliqlara-dair/
    21.06.2012, 11:22
    F.M.
    Salam, Reza bey.
    Reza
    baraheni@yahoo.com
    F.M.
    Reza bey, dünən ora göndərdim yazını.
    21.06.2012
    Reza
    selamlarla, o magaleni man25 yashinda yazmisham, tala dar mes ketabimin evveline chap oloub, tagriban ellie il omri var. men turkiyyede ders oxumushsm, ordan ingilis edebiyyatinda doctora almisham, sora irana geyidennen sora sserbazlix khidmetinden sonrs tehran daishgahinda engilis edebiyyati tedris elemishem. amricad, oxford-da va Canada da amrica-engilis- ve tetbigi edebiyyati tadris elemishem. khomini debresinde, ve shah devresinde zindan getmishem. khomeini gelennen sora meni tehran danishgahi, dolet destouriynen ixraj eliyibler. sonra evimin xerzemisinde bir poetry workshop, javan shairler vwe nevisendeler uchun goymusham. sora iranna chixmisham, 9 sene toronto univesitesinde doctora deveresinde tetbigi edebiyyat dersi demishem. indi bazneshtiyem. hem shah devrinde ham khomeini devrinde zindana tushmushem. sora bir bahaneynen irannan chiixmisham 1906nin akhir gunlerinde. indi canada tebe-esiyem.
    F.M.
    Reza bey, bir daha salamlar. Men oten sene Iranda oldum. Orada Tebrizde, Maraqada, Tehranda ziyali -aydin insanlarin menzilinde Sizin sheklinizin asildiqini gordum. Her yerde xalq Sizi sevir. Siz xoshbext yazarsia. O ki qaldi yazichi taleyine... Ele chox yerde bu curdur/ Bizde de yazarlarin gunu xosh kechmir. Burada da problemler choxdur. Muselman Sherqinin problemleri hersiz choxdur...
    26.06.2012
    F.M.
    Reza bey, salamlar. Necesiz? Yaxshisizmi?
    …Ishleriniz necedir?

    Reza
    size chox salamlar, man yaxjiyem, canada-da diyem. sizin ishleuz neje gabaga gedir?

    19.07.2012
    Reza
    nejesuz mutafa bey. sizden chox teashekkur elirem ki bourda sizi goerurem. indi yazilruz neje gabaga gedir?

    F.M.
    Chox teshekkur edirem, Reza bey. Her shey yaxshidir. Siz necesiz?

    Reza
    mende gechiniram. yazip pozmaginan
    nazaman melebi mene gonderdux? Deniz koci…
    F.M.
    Bir ay once gonderdim. Mən istedim ingilisceni gönderim, amma Siz dediniz ki, oz dilimizde olani gonder…
    Reza
    chox teashekkur elirem...
    P.S.
    Gördüyünüz kimi, yazıda Rza Bərahaninin ad-soyadı həm də Reza və Barahani kimi gedib. Əslində onun barəsində gedən yazılarda da bu varinatlar işlənib... Zənnimcə, ən düzü, Rza Bərahani variantədır.




























    Pəhləvilər türkdür
    Rza Şahın ata-anası, arvadı və gəlini türk idi

    Bildiyimiz kimi, İranda Qacarilər sülaləsinın sonunci varisi Sultan Əhməd Şah Qacar (1897-1930) devriləndən sonra əvvəlcə Avropaya, sonra Amerikaya pənah apardı. O, çox gənc ikən Nyu-Yorkda vəfat etdi. Tezliklə hakimiyyətə pəhləvilər sülaləsiin banisi Rza şah Pəhləvi (1878-1941) gətirildi. Onun hakimiyyəti dövründə (1925-1941) İranda zülm və istibdad meydan sulamışdır. Rza Şahın daxildə mövqeyi müəyyən qədər möhkəmlənsə də, ona qarşı xarici təzyiqlər güclənirdi. Şah əslində fars şovinizminin əsas dayaqlarından biri idi. 2-ci Cahan savaşının başlanması Rza Şahın xanədanını xeyli dərəcədə zəiflətməyə başladı. İngiltərə və Rusiyanın təzyiqilə hakimiyyətdən devrilən Şahı əvvəlcə Mauritius adasına apardılar. Amma yad yerin tropik hava şəraitində o, tezliklə xəstələndi.
    Az sonra şahı “quru hava” olan yerə- Cənubi Afrakaya “etap etdilər”. Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda öldü. Onun nəşi Misirdə mumyalanmış və uzun illər Qahirədəki Əl-Rifanın məscidində gizli saxlanılmışdır. Aradan illər keçəndən sonra Rza Şahın yerinə gətirilən oğlu Məhəmməd Rza Pəhləvinin (1919-1980) səyi ilə “gizlədilmiş” mumiya İrana gətirilərək Ray şəhərində dəfn olunmuşdur. 1979-cu il İran inqilabından sonra onun mavzoleyi Ayətullah Xomeyninin razılığı ilə dağıdılıb məhv edildi.
    Dediyimiz kimi, Rza şah qatı şovinist, özü də İranda yaşayan türklərin qənimi idi.
    Bəs əslində Rza kimidi? O, Mazandaranda Türk ailəsində doğulmuşdur. Azərbaycan (türk) dilini də çox təmiz bilirdi. Onun atası Abbas Əli xan da təbii ki, türk dilinində danışır, öz ətrafı ilə bu dildə ünsiyyət qururdu. Abbas Əli hərbçi idi, yeddi oğul atası idi. İlk oğlunun adı Çıraq Əli, sonuncu oğlunun adı Rza idi- indi haqqında söhbət gedən gələcək şah. Şahın anası və arvadı da təmiz türk idi. Güman edilir ki, anası Gəncəbasarda (bəzi müddəalara görə İrəvanda) məşhur türk tayfalarından birində doğulmuşdur. Həmin xanım, yəni Nuşafirin Ayrımlı (Ayrumlu) rus istilasından sonra imkanlı ailə üzvləri ilə birgə indiki Şimalı Azərbaycandan indiki Cənubi Azərbaycana köçmüşdü. Şahın arvadı da həmin nəsildən idi. Belə ki, Nimtac Ayrımlı Tacilmülk xanım da (1896-1982) əslən türk idi, Bakıda İçərişəhərdə anadan olmuşdu. Onun atası hərbçi, rus çar ordusunun mayoru Teymur bəy Ayrımlı idi.
    Deməli, Rza Şahın oğlu və varisi Məhəmməd Rza Şah, necə deyərlər, “tərtəmiz” türk olub. Yaxşı bilirsiniz ki, sonuncu Şahın arvadı Fərəh (1938) Pəhləvi də milliyyətcə türkdür. Xanım hal-hazırda sağdır, Vaşinqtonda yaşayır.
    Gördüyümüz kimi, İranda uzun illər hakimiyyətin yüksək eşalonnunda türklər təmsil olunub. Amma, necə deyərlər, “çe fayda?” Elə indiki rəhbər də əslən Xaminədəndir. Xaminə isə bildiyiniz kimi, türklərin yaşadığı məkandır, böyük ədibimiz Mirzə Fətəlinin ata yurdudur.
    Belə nəticə hasil olunur ki, insan cismən deyil, ruhən bu və ya digər ideyaların, idealların, dilin, dinin, milliyyətin daşıyıcısı hesab olunur və olunmalıdır.
    Hələ orasını demirik ki, yəhudilərin yağı düşməni Adolf özü milliyyətcə yəhudi olub. Bunu təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Amma və lakin... Bu, başqa söhbətin mövzusudur.






























    İmran Xan kimdir?

    O, idmançılıqdan dövlət rəhbərliyinə qədər maraqlı bir yol keçib. Onun vurğunları çox olub. Rəsmən üç dəfə evlənsə də belə, ən böyük ailə xoşbəxtliyini sonuncu nikahda tapdığını söyləyir. O, sufi təriqətinə ürəkdən etiqad edən bir insandır.
    Pakistanın Baş naziri İmran Xanın adı dünyanın siyasi xadimlərinə, ümumiyyətlə siyasət adamlarına yaxşı tanışdır. Etiraf edək ki, 210 milyonluq nəhəng İslam dövlərinin liderini bizim ölkədə də qiymətləndirir və sevirlər. Bu isə səbəbiz deyildir. Çünki dünyanın bu nüvə dövlətinin cəsur, ədalətsevər, qorxmaz rəhbəri Azərbaycanın haqlı olduğunu çox yaxşı bilir.
    Bəli, İmran Xanın adı bu gün çox məşhurdur. Həm də artıq xüsusi vurğuladığımız kimi, əsasən, siyasi dairələrdə. Amma indi bəlkə də çoxları bilmir ki, bu adamın adı hələ ilk gəncliyindən diqqət mərkəzində olub. 20 yaşı olarkən o, artıq Avropanın tanınmış simalarından biri hesab olunurdu. Bəs səbəb nə idi? Məsələ burasındadır ki, 1952-ci il təvəllüdlü İmran Xan 18 yaşında ikən Pakistan milli komandasının tərkibində oynayırdı. O, 21 yaşında olarkənsə Oksford Universitetinin komandası tərkibində kriket idman oyununun aparıcı simalarından biri idi. İmran Xan 1974-cü ildən adını çəkdiyimiz Universitetin, 1982-1992-ci illərdə isə Pakistan kriket yığma komandasının dəyişməz kapitanı olmuşdur.
    İmran Xan hələ uşaqlıqdan və ilk gənclikdən öz istedad və qabiliyyəti ilə diqqəti cəlb edib. O, ailədə dörd bacının bir qardaşı idi. Atası - inşaat mühəndisi İkramulla Xan Niyazi ölkənin imkanlı adamlarından biri hesab olunurdu. Anası Şövkət xanım da Pakistanın maarifsevər qadınlarından biri idi. Ailə milliyyətcə puştudur. İmran Xanın dayıları da vaxtilə kriket oyununun tanınmış ustaları olmuşdur.
    İmran Xan gənclik illərində qaynar, coşqun həyat keçirmiş, kübar cəmiyyətlərin diqqət mərkəzində olmuşdur. Mətbuatın yazdığına görə, bu məşhur idmançı, zamanında gözəl qadınlara biganə olmamışdır. Elə qadınlar arasında da şöhrətli, boy-buxunlu, yaraşıqlı, natiq İmran Xanın vurğunları az deyildi. Onun Bollivud və Hollivud aktrisaları mühitində də populyarlığı yüksək olub.
    İmran Xan ilk dəfə 1995-ci ildə, yəni 43 yaşında ailə qurub. Onun ilk xanımı 21 yaşlı gözəl, məlahətli, kübar xanım Cemayma (Cemime) Holdsmit olub. Cütlüyün toyu əvvəlcə Parisdə, sonra isə İngiltərədə baş tutub. Bu gözqamaşdıran təntənə Avropa qəzetlərində “əsrin toyu” kimi qiymətləndirilib. Yüksək elitanın iştirak etdiyi toyun əks-sədası uzun müddət medianın da diqqət mərkəzində olub. Axı nə bəy, nə də gəlin sıravi adam hesab olunmurdu. Cemayma Holdsmit məşhur İngilis maliyyəçi-milyardçısı, Böyük Britaniyanın ən varlı adamlarından biri hesab olunan Ceyms Holdsmitin sevimli qızı idi.
    Nikahdan sonra onlar bal ayını İspaniyada keçirdilər. Cemayma sevimli ərinin təklifi ilə İslam dinini və Xan soyadını qəbul etdi. Bütün bunlar beynəlxalq və yerli repartyorların iştirakı ilə baş tutmuş və mətbuatda geniş işıqlandırılmışdır. Həmin dövrdə bu Xan,lar ailəsi dünyanın ən xoşbəxt ailələrindən biri hesab olunurdu. Onların bu izdivacdan iki öğlu oldu- Süleyman İsa (1996) və Qasım (1999). Ərdə olarkən Cemayma Xan daha çox xeyriyyəçiliklə məşğul olmuş, İmran Xanın anası Şövkət Xanımın adını daşıyan onkoloji xəstəxanada imkansızlara yardım aksiyaları keçirmiş, habelə ərinin təzəlikcə başladığı siyasi fəaliyyəti dəstəkləmişdir. Amma aradan 9 il keçmiş, yəni 2004-cü ildə hər iki Xan- İmran və Cemayma boşanmaq qərarına gəldi. Səbəb kimi isə Cemayma Xanın “Pakistan həyatına adaptasiya oluna bilməməsi” göstərilirdi. Oğlanları Cemayma ilə yaşamaqda davam edir. İmran Xanın, məhkəmənin qərarına müvafiq olaraq, öz övladları ilə ayda cəmi iki dəfə görüşmək icazəsi var. Keçmiş xanımı öz keçmiş ərinə yenə də ehtiramla yanaşır, onun siyasi fəaliyyətini təqdir edir.
    İmran Xan ikinci dəfə 2015-ci ildə Reham adlı bir xanımla ailə qurub. Bu qadın keçmiş jurnalist idi və maraqlısı budur ki, BBC telekanalında hava haqqında məlumatları oxuyurdu. Xanım tez-tələsik öz ərinin soyadını qəbul edib. O, indi dünyada Reham Xan kimi tanınır. Amma bu evliliyin ömrü çox qısa, cəmi 10 ay çəkdi. Boşanmanın konkret səbəbi məlum olmasa da sonralar Reham Xan öz keçmiş ərini ağır ittihamlarla aşağılamağa başladı. Guya İmran Xan narkotikaya və cinsi azlıqlara meyllidir, onun nikahdankənar xeyli sayda uşaqları var. Baş nazirlə yaxın münasibətləri olan adamlar, hətta onun əleyhdarları belə, xanım Rehamın dediklərinin yalan, iftira və uydurma olduğunu təsdiq edirlər. İmran Xan özü isə keçmiş arvadının ittihamlarına etinasız yanaşır. Və etiraf edərək deyir ki, mən qətiyyən özünü mələk hesab etmirəm, amma haqqımda deyilənlərin çoxunun uydurma olduğunu da bildirməliyəm.
    İmran Xanın rəsmi, sonuncu evliliyinin isə çox qəribə tarixçəsi var. Belə ki, Baş nazirin gələcək arvadı beş uşaq anası olan bir xanım idi. O, tanınmış bir sima və böyük nüfuz sahibi idi. Məsələ burasındadır ki, Burşa Maneka sufi məktəbinə rəhbərlik edirdi. İmran xan da həmin məktəbin, necə deyərlər, “müdavimlərindən” biri sayılırdı. Onlar tanış olarkən Burşanın 39 yaşı vardı. Üç il ərzində, yəni öz mənəvi-ruhani təlimini tədris etdiyi müddətdə sufi xanımın sifəti niqabla örtülü olmuşdu. İmran Xan öz arvadının üzünü ilk dəfə yalnız toy günü gördü. Və bu evlilikdən çox məmnun olduğunu bildirdi.
    İmran Xan sonralar deyirdi ki, fiziki gücün müəyyən imkanlara malik olduğunu dərk etsəm də, ağıl və intellektin dəyərini bilir, məhz buna görə öz arvadımın mənəvi-intellektual səviyyəsini yüksək qiymətləndirirəm. Ailəliyin sonrakı dönəmində Burşa Manekanın artıq niqabda deyil, hicabda çəkdirdiyi şəkillər mətbuatda görünməyə başladı. Çoxları İmran Xanın seçkilərdə qələbə çalmasında onun sufi xanımının da mühüm rol oynadığını qeyd edirlər. 25 iyul 2018-ci ildə Pakistan İslam Respublikasında keçirilən parlament seçkilərində Xanın yaradıb rəhbərlik etdiyi “Təhrek-e-İnsaf” (“İnkişaf və ədalət”) partiyası 270 yerdən 116-nı tutaraq birinci yerə çıxdı. İndi o, Baş nazirdir.
    Artıq dediyimiz kimi, bu gün İmran Xan nəhəng nüvə dövlətinin lideridir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada haqq və ədalətin bərpası uğrunda dönmədən mübarizə aparır. İmran Xan bu yaxınlarda BMT Baş Assambleiyasının ünvanına göndərdiyi videomüraciətdə kasıb ölkələrin borclarının pandemiya müddətində ödənilməməsi təklifi ilə çıxış edib. Bu gün dünyanın əksər güc mərkəzləri Pakistan lideri İmran Xanın iradəsi ilə hesablaşır.
    Biz bir çox fotolarda onun stolunun üstündə Pakistan və Azərbaycan bayraqlarını yanaşı görürük. İmran Xan ölkəmizin yaxın dostu və müttəfiqidir. Xalqımız bu cəsur dövlət rəhbərinin və zəngin mənəviyyat adamının, xüsusilə Qarabağ müharibəsi ərəfəsində, göstərdiyi mənəvi dəstəyi və qətiyyətli jesti heç zaman unutmayacaq.
































    Yanardağı tanıyırdınızmı?
    Söhbət Sabir Yanardağdan gedir

    Sabir Yanardağın bir müddət əvvəl vəfat etdiyini dünən bir tanışdan təsadüfən eşitdim..
    Həyatı mübarizələrlə, işgəncələrlə və... qəribəliklərlə dolu bir adam idi.
    Deyilənə görə, həyatının son illərini və günlərini ahıllar evində yaşayıb. Nikbin bir adamdı. Güclü yumor hissi vardı.
    Sabir bəylə yaxın dost olmasam da çoxdan ünsiyyətim vardı. İxtisasca filoloq olan Sabir bəy vətənsevər, yurdsevər bir insan idi. O, bir sıra elmi və siyasi yazıların müəllifi idi.
    Sabir bəy ömrünün 90-cı ilində dünyaya əlvida dedi.
    Allah rəhmət eləsin.
    03.06.18
















    Xəyyam bəy əbədiyyətə qovuşdu...
    (Bəstəkar Xəyyam Mirzəadə haqqında)

    İndicə eşitdim ki, böyük bəstəkar Xəyyam Mirzəzadə vəfat edib.
    Çoxdan tanış idik. O, hətta, biz görüşəndə mənə ehtiramla “dostum” deyərdi. Mən isə ona çox vaxt “Xəyyam bəy” deyə müraciət edərdim. Onun təbiətində bir bəyzadəlik, əsilzadəlik vardı.
    Maestro mənim Gənclər teatrında tamaşaya qoyulan bir çox pyeslərimin musiqisin yazmışdı. Əlbəttə, mən onun yaradıcılıöına yaxından bələd idim. Amma bizi həmin teatrın yaradıcısı, böyük rejissorumuz Hüseynağa Atakişiyev daha yaxından tanış etmişdi. Xatırlayıram ki, əksər tamaşaların premyaralarına ailəlikcə gəlməyi xoşlayardı.
    Olduqca zarafatçıl, nikbin, hazırcavab bir adamdı.
    Təxminən bir il öncə “Yazıçılar poliklinikasında” rastlaşdıq. Onun mənzili, səhv etmirəmsə, elə həmin poliklinikanın üst qatında idi. Evə dəvət elədi. Təşəkkür etdim.
    Əlində əsa vardı. Zarafatla dedim:
    -Maestro, əlindəki bu əsa nədir?
    Zarafata zarafatla cavab verdi:
    -Bu mənim əsam deyil ki... Qonşu üçün almışam.
    Gülüşdük.
    Foyedəki divanda əyləşib bir xeyli söhbətləşdik. Xəstəliyi haqda bir kəlmə də söz açmadı. Mənim yeni yazılarımla maraqlandı. Dedi ki, gəl müştərək bir şey yazaq, məsələn, muzikl, operetta tipli bir şey...
    Bəstəkar, pedaqoq, insan və bütün bu sözlərin, bu təyinlərin hamısının önündə “böyük” sözü yazılmağa layiq olan Xəyyam bəy Mirzəzadə haqq dünyasına qovuşdu...

    30.07.18



























    “Mənsuriyyə” harayı
    Məşhur xanəndə Yaqub Məmmədov vəfat edib

    Böyük sənətkarımız Yaqub Məmmədovun ölümü mənim çoxdan unutduğum, amma görünür yaddaşımın hansı qatındasa indiyəcən dipdiri, oyaq qalan bir xatirəni təzədən dirçəltdi. Bu xatirə əslində Yaqub Məmmədovla birbaşa ilişgili olmasa da, məhrum müğənninin sehrli səsi ilə bağlıdır…
    İsti yay günəşi göydən od ələyirdi. O vaxt mən Muğan bölgələrindən birində - rayon mərkəzindəki məktəbdə müəllin işləyirdim. Şagirdləri pambıq yığımına aparmışdıq. Mən uşaqların belə isti havada işləməsinə qətiyyən razı deyildim. Özüm dağ yerində doğulub böyüdüyüm üçün istinin – bürkünün əlindən qaçmağa bəhanə axtarırdım. İndi belə bir “bəhanə” ələ düşmüşdü. “Rəhbərliklə” aramızda olan mübahisədən sonra hirslənib özümü verdim çayxanaya. Ağacların sərin kölgəsinə çəkilib çay sifariş elədim. Az keçməmiş müəllim həmkarım Məmməd Təhməzov göründü. Görüşüb hal-əhval tutandan sonra hamıya “elli” deyə müraciət edən Məmməd, birdən əlini dodağının üstünə qoyub pıçıldadı:
    - Sus, elli… Qulaq as…
    Əvvəlcə heç nə anlamadım. Sonra diqqət kəsilib uzaqdan gələn səsi-şirin zəngulələri ayırd etməyə başladım. Məmməd xalq mahnılarının xiridarı və Yaqubun səsinin vurğunu idi. Radio dalğalarında səsi ərşə bülənd olan Yaqub Məmmədov idi: “Mənsuriyyə” oxuyurdu. Mahnı başa çatandan sonra Məmməd sanki özünə gəlib ah çəkdi:
    - Elli, yəqin biz söz desəm Tanrı məni bağışlayar. Yaqub “Mənsuriyyə” oxuyanda elə bilirəm ki, Allahın özü haray qoparır. Elə bil bizim bu millətin halına ağı deyir Allahın sədası… O günün altında qovrulan uşaqlara, bu yanan səhraya, zalımlığa, şərə qarşı qiyam səsidir. Yaqubun “Mənsuriyyə”si.
    …Aradan xeyli ötdü. Bir neçə il əvvəl Yaqub Məmmədovla tanış oldum. Yanında Təbrizdən gəlmiş bir qonağı da vardı. Deyəsən, elə onun özü də Cənub ellərindən təzəcə qayıtmışdı. Qış idi. Xanəndə qaragül dərili papağını əlinə alıb muğam sənətinin dünəni, bu günü barədə şirin-şirin söhbət edir, məzəli əhvalatlar söyləyirdi. Sözünün axırında dedi:
    - Qorxuram muğam sənəti get-gedə yetimləşə, sonsuz qala…
    Elə bil ürəyinə nəsə dammışdı. Ürəyimdən keçdi ki, təskinlik verim, amma susdum.
    …Mən bir vaxt Muğan səhrasında radio dalğalarında “Mənsuriyyə”sini dinlədiyim sənətkarın ölüm xəbərini də radiodan eşitdim… Yaddaşımda yenə onun ölməz zəngulələri əks-səda verirdi…
    Nə qədər ki, “Mənsuriyyə” var, Yaqub da yaşayacaq.

    ALLAH RƏHMƏT ELƏSİN.
    “MƏDƏNİYYƏT” qəzeti, 13 iyul 2002-ci il









    Nağılbaz vəfat edib...

    Doğrusu, hər atmacaya cavab vermirəm. Əvvəlcə elə bu deyilənləri də atmaca kimi qəbul etdim. Sonra düşündüm ki, insan ölüb və bunu “atmacalıq iş” hesab etmək olmaz.
    Bəli, repçi vəfat edib. Onun özü ilə tanışlığım yoxdur. Amma atası ilə vaxtilə bir yerdə işləmişik. Elə buna görə də atasına belə bir başsağlığı verdim: “Anar Nağılbaz vəfat edib. Şəxsi tanışlığım yox idi. Amma atası Rizvan Cəbiyevi tanıyıram... Vaxtilə “Azərbaycan gəncləri” qəzetində birgə işləmişik. Rizvan müəllim prinsipal, güclü yaddaşı və mühakiməsi, habelə iti qələmi olan bir adamdır. Özü də zənnimcə “nağılbaz” yox, realist bir adamdır. Vaxtilə Milli Məclisin üzvü olub.
    Övlad itkisi ağır olur. Allah Anar Nağılbaza rəhmət eləsin”. Vəssalam. Təbii ki, ölənə rəhmət demək lazımdır. Bir hörmətli xanım da mənim bu başsağlığıma öz əlavəsini edərək yazıb: “Atası ondan axırıncı ən böyük zərbəni aldı...Allah səbr versin”. Düzü, dəqiqliyi ilə bilmirəm o nə “zərbədir” elə. Hər halda bu hörmətli xanım da mərhumun atasına təskinlikverici söz yazıb, canıyananlıq edib. Allah razı olsun.
    Az sönra görürəm mənim səhifəmdə bir yazı peyda oldu. Həmin hörmətli xanım belə bir müraciət yazıb: “Ay hörmətli ziyalılar, (...) Orxan Camal həlak olub, ona bir cümlə yazmırsınız, Anar Nağılbaza görə yas tutursunuz”...
    Mən nəinki Orxan Camalı, hətta onun atası Heydər Camalı da (baxmayaraq ki, onlar Moskvada yaşayırdı) bir vətənpərvər kimi tanıyırdım və onların vaxtsöz ölümü ilə bağlı öz fikirlərimi də bildirmişəm.
    Bundan başqa, Heydərin atası və Orxanın babası Cahid Camal haqda vaxtilə, ötən əsrin 80-lərində məqalə və TV üçün onun monqol həyatını əks etdirən tablolarına həsr olunmuş verilişin ssenarisini yazmışam. Cahid də Moskvada yaşayırdı, əslən Qarabağlı idi, Ağdamda doğulmuşdu.
    Bir də ki, kiməsə başsağlığı vermək üçün kimdənsə icazə almaq lazımdır?
    Yaxşı ki, ölülər dirilərə başsağlığı vermir.

    04.08.18























    Rizvan intihar edib?

    Təəssüf. Mən onu sosial şəbəkədən tanıyırdım. Tam səmimiyyətlə deyirəm ki, istedadlı adam idi. Azərbaycan və rus dillərində sərbəst yazir, hər iki dilə qarşılıqlı tərcümələr edirdi. Hərdən yazdıqlarını mənim səhifəmdə də yayırdı. Yazılarına tez-tez rus saytlarında da rast gəlirdim.
    Əgər deyilən xəbər düzdürsə, çox acınacaqlı hal hesab etmək olar.
    Son zamanlar bizim yaradıcı gənclik arasında tez-tez baş verən faciələrə nə vətəndaşlarımız, nə də cəmiyyətimiz, nə də dövlətimiz laqeyd qalmamamalıdır.
    Hər bir gəncin ölümü, intiharı bizim gələcəyimizin ölümü, cəmiyyətimizin intiharı deməkdir.
    Və nəhayət: gənclər, cavanlar, dəyanətli olun.
    Düzü, belə həyat eşqi olan adamın ölümünə inanmağım gəlmir. Təki deyilənlər yalan olsun. Özünü şəxsən tanımasam da iki dildə yazdığı şeirlər diqqətçəkən idi. Elə tərcümələri də... Heyif...
    Bu da Rizvan Qorxmaz-Axundovun mənə göndərdiyi rübailərdən biri:

    Bir bax alovuna, bir bax tüstünə,
    Bir bax heykəlinə, bir bax büstünə.
    İnsan yaşayacaq əbədi o vaxt,
    Güllər axışarsa büstü üstünə.
    Rizvan Qorxmaz

    27 iyul 2016
    p.s. Sanki son iki misrada o, öz taleyini görüb əvvəlcədən...
































    Ceyran Nərimanı itirdik
    Çox zarafatcıl, nikbin, deyən-gülən bir xanım idi.

    Doğrusu, onunla bağlı mediada və sosial şəbəkələrdə oxuduğum ilk qeydlərdə bütün bu deyilənlərin nəsə bir qara zarafat olduğunu düşünürdüm. Amma deyəsən, yanılmışam. Ceyran Nəriman dünyasını dəyişib.

    Vaxtilə mədəniyyətimizin təbliği ilə məşğul olan qəzetdə çalışarkən, iş otağımın qapısını döyüb hürkək bir təbəssüm və bir qədər də ərklə əlindəki yazını stolumun üstünə qoyub “müəllim, zəhmət olmasa mənim bu yazım barədə bir fikir söyləyin”-deyən o zərif qızı bir daha xatırladım. Əyləşməyini işarə edib elə həmin dəqiqə yazını nəzərdən keçirdim. Kiçik, amma mənalı-məzmunlu yazı idi. Bir-iki qeydimi söylədim. Hiss olunurdu ki, sənət aləminə, teatra, kinoya yaxından bələddir. Bundan sonra qəzetimizlə yaxından əməkdaşlıq etməyə başladı.
    Tezliklə öz maraqlı yazıları və xoş rəftarı ilə kollektivin sevimlisinə çevrildi Ceyran.
    Sən demə, qarşıda onun bir sürprizi də varmış. Günlərin bir günü istedadlı rejissor Kəmalə Məcidovanın mənim pyesim əsasında hazırladığı “Ağıllı adam” tamaşasında baş rollardan birinin ifaçısı kimi Ceyranı gördüm və sözün yaxşı mənasında heyrətləndim. O, həm də gözəl bir aktrisa imiş.
    Hətta günlərin bir günü öz yaxın rəfiqələrinin birinin toyunda mən onu məclisin mahir aparıcısı kimi gördüm və yenə heyrətləndim.Onu da xatırlayıram ki, Ceyran o toyda yeni ailə quranlara xeyir-dua vermək üçün qəfildən mikrofonu mənə təqdim etdi. Dediyim kimi, o çox zarafatcıl idi.
    Daha sonra, onun şaqraq səsi müxtəlif televiziya kanllarından gəlməyə başladı...
    Ötən ilin yazında “Filarmonoya bağı”nda gəzişirdim. Kiminsə arxadan boynumu qucaqladığını duyub bir qədər pərt oldum. Axı mən heç kimlə bu “tərzdə” görüşmürəm. Zərif qız səsi eşitdim: “Salam, müəllim”. Geri döndüm. Ceyran idi. O, bəlkə də mənim bir qədər tutulduğumu hiss edib dedi: “Müəllim, mən sizi öz valideynlərim, öz doğmalarım kimi sevirəm. Mən yenə sizin əsərinizdə oynamaq istəyirəm”. Bir qədər söhbət etdik.
    Ötən ilin o çiçəkli, təravətli yazında Ceyranın şaqraq səsində bir həyat eşqi çağlayırdı...
    Amma...
    Amma sən demə qara əcəl o məsum Ceyranı nişan alıbmış...















    Şair çimərlikdə
    (kiçik xatirə)

    Sovet dönəmində şair dostlarımdan biri ilə çimərliyə getmişdik. Özümuzü dalğaların qoynuna verib bir xeyli üzdük. Yorulanda sahilə çıxdıq. Özümüzü qumda basdırdıq. Yaxınlıqda iki sarışın xanim var idi və onlar da eyzən bizim kimi qum “yorğana” bürünmüşdülər. Görünür, dostum qadınlarla arada “dostluq körpüsü” yaratmaq üçün mənə sarı dönüb çox güman ki, xanımlar eşitsin deyə ucadan səsləndi:
    -Ey, sluşay, po moyemu eti devoşki priyezjiye…
    Mən ətrafa göz gəzdirib astadan dedim:
    -Əşi, ayıbdı, astadan danış… Görmürsən, yerli adamlardır…
    Şair dostum cəld ayağa durub qadınlara yaxınlaşdı, salamlaşdı və indi də mənə eşitdirmək üçün ucadan dedi:
    - Sluşayte, moy druq mne qovorit, cto vi mestniye, a ya qovoryu, cto vi priyezjiye. Skajite, kto prav?
    Sarışın xanımın ağzı açıldı, nə açıldı; yarı rusca, yarı azərbaycanca “döşəməyə” başladı:
    - Ayıb olsun sizə. Utanmırsız? Bizə sataşırsız?
    Ayağa durub onlara yaxınlaşdım:
    - Qızlar, siz allah bağışlayın. Mənim dostum sadəcə olaraq sizin həqiqətən buralar adamı olub-olmamağınızı müəyyən etmək istəyir…
    - Bunu müəyyənləşdirməkdə onun məqsədi nədir?
    - O, məşhur şairdir. Onu insanlar, onların milləti, dili, maraq dairəsi daim maraqlandırır.
    - Deyirsiniz bu, şairdir hə?
    - Bəli…
    - Biz müəlliməyik. Bax, bir müddət əvvəl bizim məktəbə bir şair gəlmişdi, bu şairlə onu müqayisə edəndə mən təəssüf hissi keçirməli oluram.
    - Niyə? Nə üçün?
    - Çünki mən şair deyəndə gözümün önündə həmin şəxs canlanır- öz yüksək mədəniyyəti, gözəl rəftarı, xoş ünsiyyəti, incə davranışı ilə… Yoxsa ki, bu…
    - Sirr deyilsə, həmin şairin adı nə idi?
    Xanımlar xorla şairin adını dedilər.
    Mən özümü saxlaya bilməyib ürəkdən güldüm.
    Qadınlar əsəbiləşdi:
    - Niyə gülürsünüz?
    - Bax, mənim bu dostum elə həmin şairin özüdür…
    Onlar heyrətli nida ilə dilləndilər:
    - Ola bilməz…
    Dostum tez özünü dalğaların qoynuna atıb cəld geri döndü. İndi onun üz-gözü açılmışdı: bayaqdan sifətini örtmüş qum dənələrindən nişanə qalmamışdı. Qadınlar şair dostumun “orijinalını” görüb ürəkdən güldülər:
    - Bıy, bu kişi doğrudan da bizim tərifli şairimiz imiş ki…












    Şamxal Rüstəmin konyakı

    ...Ötənlərin söhbətidir.
    Ədəbiyyatın siyasətə, sözün cəmiyyətə
    meydan oxuduğu vaxt idi.

    O vaxtlar da indiki kimi gənc yazarlar vardı. Amma onlara o zaman “gənc yazar” yox, “gənc ədəbi qüvvələr” deyirdilər. İndikindən bir az fərqli olaraq həmin gənclərin tez-tez ədəbi toplantıları keçirilirdi. İndi o gənclərin bir çoxu dünyasını dəyişib, bəziləri yaşlaşıb, bir qismi isə yenə “gənc yazar” olaraq qalmaqdadır.
    Adətən, həmin yığıncaqlarda yüksək çinli dövlət məmurları da iştirak edərdi.
    Yadımdadır, bu cür toplantılardan biri 80-lərin əvvəlində Şüvəlanda, Yazıçıların Yaradıcılıq Evində təşkil edilmişdi. Mən həmin məclisə çalışdığım “Azərbaycan gəncləri” qəzetinin əməkdaşı kimi dəvətli idim. O zaman da yazarların böyük əksəriyyəti indiki kimi bir az yekəxana və iddialı idilər.
    Nə isə... Tədbir başladı. Hərə öz yazdığından bir şey oxuyub qurtardı. Mən də qəzet üçün öz qeydlərimi apardım. Yeri gəlmişkən onu da deyim ki, cavan yzarlar hələ bir neçə gün burada, Yaradıcılıq Evində qalacaqdılar.

    Yığıncaq başa çatandan sonra evə getməyə hazırlaşdım. Axı yazını hazırlayıb növbəti nömrəyə çatdırmaq lazım idi.
    Tanışlarımdan bir neçəsi, o cümlədən o vaxtın gənc, istedadlı və təvazökar qələm sahibi, köhnə tanışım Şamxal Rüstəm mənə yaxınlaşdı.
    Şair özünəməxsus yumşaq, asta səslə soruşdu:
    -Xeyir ola, hara belə hazırlaşırsan?
    -Evə.
    Şamxal qonaqpərvər ev sahibi kimi irəli yeridi:
    -Evdə nə var, sağolmuş... Qal burada. Görürsən ki, yerimiz-yurdumuz da var gen-bol.
    -Yazını növbəti nömrəyə təhvil verməliyəm.
    -Nömrə qaçmır ki... Bir azdan dənizə gedəcəyik...
    -Mən yazı hazırlamalıyam axı.
    -Yaxşı, onda gedək yeməkxanaya. Nahar vaxtıdır. Sonrasına baxarıq...
    Yeməkxanaya getdik. Naharlanıb yola düşmək istəyəndə gənclərdən biri öz yazısını oxumaq istədiyini dilə gətirdi. Şamxal dedi ki, gedək şeiri mənim yaşadığım otaqda dinləyək.
    Razılaşmalı oldum. O zaman yarımmilyonluq tirajla çıxan “Azərbaycan gəncləri” qəzetində öz imzasını görmək hər bir gəncin müqəddəs arzusu idi.
    Xülasə, getdik Şamxal yaşayan otağa.
    Yenə şeirlər səsləndi, hekayələr oxundu. Mən gənclərin ad-soyadını qeyd dəftərçəmə yazdım.
    Bir azdan sonra otaqda cəmi üç-dörd adam qalmışdı.
    Şamxal fikirli, qayğılı idi. Səbəbini soruşdum.
    -Yaman dilxoram, -dedi.
    -Nə üçün?
    -Mən elə bildim ki, “ehtiyatım” qalıb. Amma heç nə qalmayıbmış.
    Şamxal şkafın və dolabın gözünü açıb oradakı boş şüşələri göstərdi.
    Hamımız gülüşdük.
    Şamxal lap əsəbiləşdi:
    -Burada gülməli nə var ki? Evə qonaq dəvət etmişik, “qeyd etməyə” bir şey yoxdur... Belə şey olar?
    Mən qapıya yaxınlaşdım.
    Şamxal üzümə baxıb dedi:
    -Bir dəqiqə ayaq saxla. Ürəyimə damıb ki, nəsə olacaq.
    Dayandım.
    O, küncdəki divana yaxınlaşıb əyildi. Divanın oturacağını qaldırdı. Oturacağın altındakı boşluqda kağıza bükülü bir bağlama vardı. Şamxal bağlamanı açdı: konyak və şokolad...
    Biz elə bildik ki, bu “tamaşanı” şair özü düzəldib. Amma o and-aman etdi ki, bu ideya onun ağlına indi gəlib. Və sonra izah etməyə başladı:
    -Bax məsələ belə olub... Biz tədbiri keçirməyə gələn gün burada yaşayanlar çıxıb getməyə hazırlaşırdılar. Məni inzibatçı bu otağa göndərdi, dedi ki, burada qalacaqsan. Gəldim. Gördüm ki, yaşlı bir ukraynalı özünə nisbətən cavan bir arvad ilə yır-yığış edir. Kişi üzrxahlıq edib dedi ki, biz bir az ləngimişik. Dedim ki, sizin bizə heç bir maneçiliyiniz yoxdur, hətta istəsəniz yenə burada qala bilərsiz, lazım gəlsə mən qonşu otaqların birində dostlarla gecələyərəm. Ukraynalılar dedilər ki, biz bu gün təyyarə ilə uçub getməliyik. Nə isə... Onlar yır-yığış edib ayağa durdular. Mən də hörmətli qonaqları qapıyacan yola saldım. Qapıdan çıxhaçıqda kişi dedi ki, inşallah, biz gələn il yenə buraya gələcəyik; cavan oğlan, əminəm ki, biz məhz burada yenə görüşəcəyik; biz sizin qonaqpərvərliyinizdən çox razıyıq; təəssüf ki, vaxt olmadı bir düz -əməlli tanış olaq; mən bu otaqda öz şirin xatirələrimi qoyub gedirəm; bu, çox bərəkətli, yaxşı auralı otaqdır və sair. İndi birdən ağlıma gəldi ki o gözəl insan nə demək istəyirmiş...
    Şamxal Rüstəm konyakı stolun üstünə qoyub dedi:
    -Amma gərək sabah bunun yerinə başqa bir konyak alıb qoyam. Axı kişi demişdi ki, gələn il də məhz bu otaqda qalmaq arzusundadır. Bəlkə də onunla birgə vuracağıq o konyakı.
    Otaqdakılar gülüşdü.































    Küləyin yerə atdığı portret...
    Bu, Brejnevin şəkli idi.
    (Səməndər Rzayev haqqında kiçik xatirə)

    Küləkli bir payız günü idi. Arada yağış çiləyidri. AzTv-nin foyesinə toplaşmış bir dəstə adam ucadan deyib-gülür, nəyisə müzakirə edirdilər. Mən də onlara yaxınlaşdım. Əksəriyyəti aktyorlar, bir də ədəbi-dram verilişləri redaksiyasının əməkdaşları idi. Deyəsən hansısa verilişin və ya tamaşanın çəkilişinə hazırlaşırdılar.
    “Dəstə”nin ortasında dayanmış Səməndər Rzayev ucadan, gur səslə danışır, ətrafındakılara nəyisə izah edirdi. Birdən qapı-pəncərələr şaqqıltı, guppultu ilə taybatay açıldı. Haradasa çiliklənən pəncərə şüşəsinin cingiltisi eşidildi.
    Adamlar diksindi. Güclü külək qalxmışdı. Sonra yaxınlıqda, lap qulağımızın dibində şağğıltı və tappıltı eşidildi. Sən demə, dəli külək divardan asılmış şəkli qoparıb yerə atmışdı.
    Heç kəs yerə düşmüş şəklə yaxınlaşmaq istəmirdi. Məsələ burasında idi ki, bu, Brejnevin yağlı boya ilə çəkilmiş iri portreti idi. Şəkildə masa arxasında əyləşmiş Baş katıbin qarşısında buğlanan pürrəngi çay, büllur külqaqbı təsvir olunmuşdu. Brejnevin barmaqları arasındakı siqaret tüstülənirdi. İnsafən, yaxşı bir rəssam işi idi. Bəlkə elə bu şəklə görə, daha doğrusu, siqaret tüstülədən Baş katıbə görə bu ciddi idarədə kişilər bir yana, elə qadınlar arasında da çəkənlərin sayı kifayət qədər idi.
    Bəli, külək Brejnevin şəklini divardan qoparıb mərmər döşəmənin üstünə atmışdı.
    Bayaqdan deyib-gülən adamların səsi sanki birdən-birə batdı. Yalnız küləyin uğultusu eşidilirdi. Şəklə yaxınlaşmaq istəyən cürətli bir kəs yox idi, zira bunun bir düşər-düşməzi ola bilərdi. Çərçivənin içindəki Baş katibinsə dünya vecinə deyildi, ləzzətlə öz siqaretini tüstülədirdi.
    Birdən Səməndər Rzayev asta, ehtiyatlı, ləngərli addımlarla şəklə sarı getməyə başladı, əyilib onu yerdən götürdü. Cibindən dəsmal çıxarıb şəklin üstünün tozunu aldı. Portreti divardan asa-asa özünəməxsus şirin, həlim, asta “bulaq” səsi ilə Baş katibə müraciətən danışmağa başladı:
    -Əziz Leonid İliç, biz sizi çox sevirik. İnanın ki, bu, bizim təqsirimiz deyil. Külək belə etdi. Bağışlayın bizim Bakı küləyini. – Onun ürəyi soyumadı, sanki Baş katib yaxşı “başa düşsün” deyə öz müraciətini rusca da ifadə etdi:- Doroqoy Leonid İliç, mı oçün lyubim vas. Mı zdes ne priçom. Veter vinovat... Prostite bakinskoqo vetra...
    Nəhəng vücüdlu aktyor şəkli divardan asıb yenə asta addımlarla geri çəkildi.
    Bir azdan külək sakitləşdi.
    Brejnevsə öz siqaretini tüstülətməkdə idi.
    Foyedə toplaşanlar dərindən nəfəs aldı.
    Mən də bir siqaret çıxarıb alışdırdım.










    “Xaşistı...”
    (Aytmatovun hazırcavablığı)

    Yazıçı Əli Səmədli danışırdı ki, yaradıcılıq evində dincəlirdik. Orada bir çox millətlərin nümayəndələri vardı. Həmkarlarımız arasında qafqazlılar daha çox idi. Biz tez-tez bir yerə yığışıb kabab çəkir, şən məclislər təşkil edirdik.

    Günlərin bir günü səhər tezdən durub xaş hazırladıq. İri qazanı yeməkxanaya gətirib stolun üstünə təzəcə qoymuşduq ki, bir də gördük dünya şöhrətli böyük sənətkar Çingiz Aytmatov qapıdan içəri keşir. Hamımız ayağa durub onu salamladıq. Aytamatovu süfrəyə dəvət etdik. O, soruşdu ki, nə yeyəcəksiz belə? Biz dedik ki, gözəl bir xaş hazırlamışıq.
    Çingiz Aytmatov gülərək zarafatla dedi:
    -Ax, vı xaşistı...















    Yazıçı Gəray Fəzlini andıq...

    Gəray Fəzli ötən əsrdə yaşamış istedadlı qələm adamlarından biri olub. Müharibədə ağır yara almış, səsini itirmişdi. Ona həsr olunmuş bir çox yazılarda bu barədə ətraflı söz açılıb. Xalq şairi Nəriman Həsənzadə vaxtilə öz dostuna həsr etdiyi poemaya maraqlı bir sərlövhə seçmişdi: “İtirilmiş səs”.
    Bəli, Gəray müəllimin səsi gülləyə tuş gəlmişdi. Amma onun səsi olmasa da, sözü vardı. “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi” romanları, şeir və poemaları vaxtilə Bakı və Moskva nəşriyyatlarında yüksək tirajla nəşr olunub.
    Bir zamanlar mən AzTv-də veriliş aparırdım. O vaxt Gəray Fəzli Ədəbi-dram verilişləri Baş redaksiyasında çalışırdı. Bizi həmin redaksiyanın Baş redaktoru, mənim dayım Nahid Hazızadə tanış etmişdi. Sonralar Gəray Fəzli ilə yaxın dost olduq, bir müddət birlikdə çalışdıq, bir-birimizin yazılarını redaktə etdik.
    Onun sözlərinə bəstələnmiş bir çox mahnılar bu gün də maraqla dinlənilir.
    Yeri gəlmişkən. Çoxları bilmir ki, “Xalq qəzeti”nin adını əbədiləşdirənlərdən biri də Gəray müəllim olub. Mərhum Baş redaktor Tofiq Rüstəmov “Kommunist” qəzetinin adının dəyişdirilməsi məsələsində israrlı idi. Yaxşı xatırlayıram, 91-ci ildə ilkin variantda qəzetin adı “Xalq” kimi düşünülmüşdü. Bu ad məsələsi ilə bağlı bir xeyli mübahisə də olmuşdu. Gəray müəllim adla bağlı mənim də rəyimi soruşdu. Mən “Xalq qəzeti” adının daha münasib olduğunu dedim və onu da əlavə etdim ki, bu yaxınlarda Belorusda da belə bir qəzet nəşrə başlayıb-“Narodnaya qazeta”.
    Bəli, bu gün “Yaşıl bağda” Gəray Fəzlini andıq. Xatirələr söyləndi. Yaddaşlar təzələndi. (Təəssüf ki, tədbirə gələn yaşlı şairlərdən birinin boğazını yaşlamasından dolayı boy alan əcaib-qəraib hərəkətləri bir qədər yerinə düşmədi, qalan hər şey normal oldu-F.M.).
    Mən Gəray müəllimlə bir xeyli müddət dostluq etmişəm. Onun redaktoru olduğu qəzetdə davamlı yazılar yazmışam..
    Hə, sonda səslənən “Sən olmuşam” sədaları altında həm o mahnını ifa edən müğənni Hüseynağa Hadıyev, həm o mahnını bəstələyən Emin Sabitoğlu, həm də şeirin müəllifi Gəray Fəzli yada düşdü.
    İndi onların heç biri yoxdur...

    Sevinən, gülən mən olmuşam
    Sirrini bilən mən olmuşam,
    Mən olmuşam...
    Sən gedən yolların yolçusuyam mən,
    Sən gəzən dağların ovçusuyam mən,
    Sən baxan göylərin ulduzuyam mən,
    Səninçün alışan, sönən olmuşam
    Mən özüm deyiləm, mən sən olmuşam...

    Alışan, sönən mən olmuşam
    Özüm deyiləm sən olmuşam,
    Sən olmuşam...
    17.12.18






    Aleksey Saprıgın:döyüşçü,aktyor

    Aleksey Saprıgın... Bu adam istedadlı bir aktyor idi. Gənc Tamaşaçılar Teatrında (TYUZ -da) çalışarkən mənim "Adsız" ("Bezımyannıy") dramımda baş rollardan birini ifa etmişdi. Üç gün öncə həmin tamaşanın rejissoru Vaqif Əsədovdan eşitdim ki, Aleksey xəstədir. Dünənsə onun vəfat ediyini bildim.
    Bəli, Saprıgin gözəl bir insan və istedadlı aktyor idi...
    Ən başlıcası isə bu idi ki, Aleksey könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, mərdliklə vuruşmuş və ağır yara almışdı. O, Azərbaycanı -öz vətənini çox sevirdi.
    Qəbri nurla dolsun.
    Вечная и светлая память.
    09.10.19














    Müasirlərim


    ATAM...

    (ESSE)

    O, cəmi 55 il ömür sürmüşdür. Bu il (2020-ci ildə) onun doğulduğu vaxtdan 100, vəfat etdiyi vaxtdansa 45 il keçir.

    Qışın ilk ayı, yəni yanvar gələndə anam sanki kimdənsə öz narazılığını bildirərək deyərdi: “Bircə bu qara gəlmiş tez çıxıb getsəydi...” Bəli, o, sanki qışın bu soyuq-qarlı ayını təbiət hadisəsindən daha çox, konkret bir şəxs kimi təsəvvür edirdi. Elə yanvarın arxasınca da üzünü bir daha görmək istəmədiyi, xoşlamadığı hansısa adamın qarasınca deyinirmiş kimi, bir qədər ehtiyatla da olsa gileylənərdi. “Ehtiyatla gileylənərdi” ifadəsini bilərəkdən işlədirəm. Çünki anam təbiəti, onun bütün fəsillərini xoşlayardı. Bəs o, görəsən qışın bu ilk ayını niyə belə könülsüz qarşılayırdı?

    Doğrusu, mən əvvəllər anamın- Firəngiz Rəhim qızının, yanvar ayından niyə belə gileyli olduğunun səbəbini anışdıra bilmirdim. Axı anam yanvarın “arxasınca” danışanda hələ dünyanın düz olan vaxtıydı, Bakıda məşum və məlum qırğın baş verməmişdi. Bəs o yanvarı niyə belə “qınayırdı”? Müəyyən bir vaxtdan sonra onun bu soyuq aya belə “soyuq” münasibətin “sirrini” özüm üçün aydınlaşdırdım: atam Qədimalı Mustafayev yanvar ayında dünyasını dəyişmişdi.
    Sonralar anamın “yamanladığı” bu “qara gəlmiş” yanvarın rəngi daha da tündləşdi. Aradan illər keçəndən sonra qanlı 20 Yanvar baş verdi. Sonra anamın qardaşı, yəni mənim dayım, yazıçı Nahid Hacızadə yanvar ayında dünyasını dəyişdi. Qardaşının ölümü anamı sarsıtmışdı. Aradan düz bir il keçmiş anamın özü də bu dünya ilə vidalaşdı- yanvar ayında... Bu bəyaz ayı indi mən də qara rəngdə təsəvvür edirəm.
    Qəribədir, bu doğma adamların hamısı (atam, dayım və anam) müxtəlif illərin eyni ayında, ard-arda sıralanmış günlərində dünyalarını dəyişdilər: 19, 20 və 21 yanvarda... Və bundan da az qəribə olmayan orası idi ki, onların hər üçü bu dünyaya baharda, mart ayında, Novruz bayramı ərəfəsində göz açmışdılar.
    İndi mən atam haqda yazıram. Bu il onun 100 yaşı tamam olacaqdı. Bu, yuvarlaq bir tarixdir, yubiley yaşıdır. Cəmi 55 illik bir ömür yaşadı atam. İndi 45 ildir ki, biz onsuzuq, yəni Atasızıq.
    Atam Qədimalı Mustafayev 1920-ci ildə Gədəbəy bölgəsində, Şınıx mahalının İsalı kəndində doğulub. Onun atası, yəni mənim babam Mehrəli Mustafa oğlu əvvəllər, çarlıq dövründə kəndin ağsaqqalı-kəndxudası, sonralar sovetlər dövründə isə şura sədri vəzifəsində çalışıb. Yaşadığı mahalda sayılıb-seçilən adamlardan olub. 1934-cü ildə babamı “xalq düşməni” kimi güllələyəndə atamın cəmi 14 yaşı vardı. Babamdan sonra böyük ailənin bütün yükü (onun dörd oğul, üç qız övladı olub) nənəm Bahar xanımın çiyninə düşüb. Bahar nənəm çox zabitəli və həm də mütərəqqi qadın olub. Çalışıb ki, övladlarının hamısına təhsil versin. Buna qismən nail də olub.
    Müharibə başlayanda atamgil- ailədəki dörd qardaşın hamısı müharibəyə könüllü gediblər. Böyük əmim tezliklə tərxis edilsə də ailənin digər övladları hərbin bütün ağırlığını öz gözləri ilə görüblər. Əmilərimdən biri döyüşdə həlak olub, digəri yaralanıb.
    O, müharibədən əvvəl Gəncə Pedaqoji texnikumunu bitirmişdi. Onunla eyni ildə doğulmuş, orta məktəbin eyni sinfində oxumuş görkəmli alim, akademik Firudin Köçərli sonralar atamdan söhbət düşəndə deyirdi: “Mən rəhmətlik Qədimalı müəllimlə texnikuma eyni vaxtda daxil oldum. Xəstəliyimə görə bir il ləngidim. Sonralar yenə Gəncədə təhsilimizi birgə davam etdirdik. Hər gün bir yerdə olurduq. Çox çalışqan adam idi...” Əslində onlar əmioğlu, daha doğrusu əmizadə idilər. Atamın babası Mustafa ilə Firudin müəllimin babası Köçəri doğma qardaş idilər. Onların hamısı İsa kişinin övladları, törəmələri idi. Elə kəndimiz də babamız İsanın adını daşıyır- İsalı.
    Texnikumu bitirəndən sonra atam bir müddət kəndimizdə müəllim işləyib. O, öz seçdiyi sənətə çox bağlı idi. Amma tezliklə başlayan müharibənin od-alov püskürən ağzına könüllü atılan o vaxtkı vətənpərvər gənclərdən biri də atam oldu. O, müxtəlif döyüş bölgələrində vuruşmuşdu. Son xidməti yeri Uzaq Şərq olmuşdu. O, bir çox həmvətənlərimizlə birgə əvvəlcə alman faşistlərinə, sonralar isə yapon Kvantun ordusuna qarşı döyüşlərdə iştirak etmişdi. Atam 15 avqust 1945-ci il tarixindən, yəni Yaponiyanın kapitulyasiyasından sonra da bir müddət “soyuq cəbhədə” olmuşdu.
    Atam müharibədən sonra qiyabi yolla Rus dili institutunda təhsilini davam etdirdi. O vaxtlar rus dili müəllimlərinə ehtiyac çox idi. Atamın çox yüksək dil öyrənmə qabiliyyəti vardı. Müharibədən əvvəl də rus dilinə və ədəbiyyatına marağı çox olub. Söhbət düşəndə deyərdi ki, dil bilməyim müharibədə də karıma gəlirdi. Bəzən komandirin təklifi ilə özümüzünkülər üçün (o, azərbaycanlı əsgərləri nəzərdə tuturdu-F.M.) qəzetlərdən gərəkli məlumatlar oxuyub tərcümə edirdim...
    Müharibədən sağ-salamat geri dönən gənc müəllim Qədimalı Mustafayevin öz iş-gücündən şikayətlənməyə elə bir ehtiyacı yox idi. Sevdiyi sahədə fəaliyyət göstərirdi. Kollektivdə böyük hörməti vardı. Amma müəllim qıtlığı özünü qabarıq göstərirdi. Məsələn, rayonun bir çox məktəblərində alman və fransız dili dərslərini vaxtilə hərbi əsirlikdə olan adamlar keçirdi. Ali təhsilli tarix, ədəbiyyat, riyaziyyat müəllimlərinə də ehtiyac çox idi. Atam məhz Firudin Köçərlinin təşəbbüsü ilə yenidən ali məktəbə sənəd verir və indiki BDU-nun qiyabi filologiya fakültəsinə qəbul olunur.
    Həmin illər dumanlı şəkildə də olsa mənim yadımdadır. Atam ildə iki dəfə Bakıya, imtahanlara gedirdi. Gələndə özüylə çoxlu kitablar gətirirdi. O, indi məktəbdə həm rus dili, həm də Azərbaycan dili dərslərini tədris edirdi. Ona görə də evimizdəki rəflərdə bu dillərin hər ikisində kifayət qədər kitablar vardı. Atam bəzən avtoqraflı kitablar da gətirirdi. Axı indi ona dərs deyənlərin əksəriyyəti görkəmli alimlər idi. Müəllimlər arasında atamla həmyaş olanlar da vardı. O vaxtkı gənc universitet müəllimlərindən Əlövsət Abdullayevin, Gülhüseyn Hüseynoğlunun, Ağamusa Axundovun, Kamal Talıbzadənin öz dəst-xətləri ilə yazdığları avtoqraflı kitabların bir qismi hələ də evimizdə, atamın köhnə kitab rəfində qalmaqdadır. Onun özünün isə hüsnxətt və kalliqrafiya üçün nümunə ola biləcək gözəl xətti vardı. Bizim attestatları adətən o yazardı.
    Öz universitet müəllimləri haqda daim ehtiramla söhbət açardı. Atamın bəzi ifadələri yadımdadır: “Cəfər Xəndan müəllimin qeyri-adi yaddaşı var. Bəzən saatlarla şeir və sitatlar deyir”.

    “Abdulla Şaiqlə görüşümüz oldu. Mən onu nəhəng görünüşlü bir adam kimi təsəvvar edirdim. Sən demə bəstəboy, yomsa bir adammış. Oğlu Kamal müəllimin çiynindəndir. Şaiqlə Səməd Vurğun bacanaqdır”.

    “Biz dekanımızın təşəbbüsü ilə Sülüyman Rəhimovun evində olduq. O, ucaboy, nəhəng bir adamdır. Yazdıqları evin bir küncündə üst-üstə qalaqlanmışdı. Döşəmədən ta tavana qədər ucalan bu əlyazmaların “boyu” onun öz boyundan ucadır”.

    “Mir Cəlal müəllim biləndə ki, mən Şınıxdan, Gədəbəydənəm, çox məmnun oldu. Əli Rəsulovu soruşdu. Dedim ki, Əli müəllim bizim maarif müdirimizdir. Ta yaxın qohum olduğumuzu demədim. Bilirdim ki, Əli Rəsulovla vaxtilə birlikdə çalışıb. Hər ikisi yaşıddır, hər ikisi Gədəbəydə lap cavan vaxtlarında məktəb direktoru olub”.

    “Məmmədhüseyn Təhmasib mənə dedi ki, sən gəl öz rayonunuzun folklor nümunələrini topla, hətta, gələcəkdə mövzu götürüb elmi iş yaza bilərsən”.

    Azərbaycan və rus dillərində mütaliə etməyi sevərdi. Bir dəfə mən tələbə olarkən onun əlində Mikayıl Müıfiqlə bağlı bir kitabça gördüm. Soruşdum ki, bəraət alana qədər Müşfiq barədə məlumatın vardımı? “Əlbəttə, -dedi.- Biz hələ Gəncədə oxuyanda onun yazdıqları ilə tanış idik. Gərək arvadı da gəncəli idi. Elə ölümünü də orada eşitdik. Müşfiq kimi çoxlarını əsassız yerə məhv etdilər...”
    Atamla birlikdə Universitetdə o dövrün bir çox tanınmış adamları, dövlət və mədəniyyət xadimləri də qiyabi təhsil alırdılar. Tələbə dostları ilə çəkilmiş fotoların əksəriyyəti sonralar it-bata düşdü. Tanınmış müğənni, Xalq artisti Gülxar Həsənova da atamla filoloji təhsil almışdı. Səhnəmizin “Ərəbzəngisi” atamın xətrini çox istəyirdi, ona kitablar, səsyazısı olan “vallar” göndərirdi.
    Atam hədsiz dərəcədə ciddi adam idi. Təkcə biz yox, kəndin əksər adamları, xüsusən cavanlar onu görəndə özlərini yığışdırardılar. O, şit zarafat edən, qeybətcil, kobud-köntöy adamları xoşlamazdı. Daha doğrusu, bu cür adamlarla arada uzun bir məsafə saxlayardı. Özü də arada tövsiyyə edərdi: “Ağzının sözünü bilməyən adamlardan nə qədər uzaq olsan, o qədər yaxşıdır...”
    Amma həvəslə, ürəklə ünsiyyət qurduğu adamlar da az deyildi. Bacanağı Cahan Bayramovla bəzən saatlarla söhbət edərdi. Cahan kişi də müharibənin od-alovundan keçmiş adamdı.
    Kimisə tərifləməyi xoşlamasa da arada söz düşəndə bacılarının həyat yoldaşları haqda xoş sözlər deyərdi: “Yeznələrin hər üçü ağlı başında olan, fikri-zikri ailəsində olan adamlardır”. Demək olar ki, bacıuşaqlarının hamısı ali təhsil almışdı. Qardaşı oğlu Əsəd Mehrəliyevlə və bacısı oğlu Xəlil Köçərli ilə təkcə əmi-dayi kimi yox, həm də aralarındakı yaş fərqinin azlığından dolayı, dost kimi davranırdı.
    Hədsiz ciddiliyinə rəğmən xəfif yumoru da vardı. Xüsusilə Məhəmməd müəllim, Kərim müəllim, Əziz müəllim, Teymur müəllim, Tahir müəllim, Polad müəllim, Əşrəf müəllim, Müseyib müəllim, Yaqub müəllim, Həsən müəllim, Səlim müəllim və başqa həmkarları ilə incə zarafatları olardı.
    Yadımdadır, bir dəfə dərs dediyi şagirdlərdən birinə inşa yazısından “aşağı qiymət” yazmışdı. Səbəb də bu idi ki, uşaq materialı kitabdan olduğu kimi, nöqtəbənöqtə köçürmüşdü. Məktəbli oğlan haray-həşir salmış, etirazını bildirmişdi. Atam kitabdan köçürülmüş parçanı ona göstərsə də bir nəticə hasil olmamışdı. Burada maraqlı olan bir nüans da vardı. Belə ki, şagirdin yazdığı, daha doğrusu, köçürdüyü mətndə gedən səhvin “günahkarı” dərslik olmuşdu. Yəni tədris olunan kitabda korrektorun diqqətsizliyi ucbatından səhv getmişdi və həmin səhvi uşaq olduğu kimi öz “inşasına” köçürmüşdü. Atamın yaxın qohumu olan valideynlər, yəni uşağın qiymətindən narazı olan ata-ana məktəbə gəlmişdi. Atam öz qohumlarına “vəziyyəti” izah etdi. Dedi ki, mətn kitabdan köçürülüb, özü də kitabdakı səhvlə birlikdə. “Qonaqlar” dedilər: “Qədimalı müəllim, yaxşı, biz siznən razı: uşaq kitabdan köçürüb. Bunu bildik. Deyirsiz ki, kitabda səhv gedib. Bunu da anladıq. Amma bir şeyi başa düşmədik: ay sağolmuş, tutaq ki, bu kitabın birində səhv olub, ikisində səhv olub... Ta bu qədər kitabın hamısında səhv ola bilərmi?” Sən demə, valideynlər “hazırlıqlı” gəliblərmiş. Belə ki, 9-cu siniflər üçün yazılmış “Ədəbiyyat” dərsliyinin bir neçə nüsxəsini qolutuqlarından çıxarıb göstərdilər... Atam ürəkdən güldü. İzah etməyə çalışdı ki, eyni bir kitabda olan səhv digərlərində də olur. Uşağın anası ciddi halda dedi: “Müəllim, onda belə çıxır ki, kitab yazanların da səhvi olur”. Atam gülə-gülə dedi ki, bəli, alimlərin də səhvi ola bilər, amma buradakı səhvi alimlər yox, bu kitabı çap edənlər buraxıb. Uşağın anası hazırcavablığını bildirdi: “Bax, görürsüzmü, biz kitabyazanın da səhvini tuturuq”. Hamı gülüşdü. Sonra atam onlara öz uşaqlarının təhsilinə belə diqqət yetirdiklərinə görə “sağ olun” deyib yola saldı.
    Atam dünyasını dıyişən vaxt biz-bir ailənin üç övladı müxtəlif ali məktəblərdə tələbə idik. Bizdən kiçik bacı və qardaşımız hələ orta məktəbdə oxuyurdu. Atam üç oğlunun tələbə olduğundan gizli bir qürur duyurdu...
    Aldığım bəd xəbər bütün gələcək düşüncələrimi, planlarımı alt-üst etdi. Atam elə məktəbdəcə, tənəffüs zamanı keçinmişdi. Ömründə xəstəliyin nə olduğunu bilməyən, müharibə alovlarından çıxan, sağlam, gümrah bir adam elə müəllimlər otağındakı kresloda öz gözlərini əbədi yummuşdu. Atam həyatda imkanı çatan hər kəsə əl tutar, kömək edərdi. Kiməsə əlavə problem yaradanları xoşlamazdı. O, nəinki öz həyatı, hətta öz ölümü ilə də heç kəsə problem yaşatmadı.
    Müharibə iştirakçısı kimi orden-medalları olsa da onları heç vaxt sinəsinə düzməzdi. Kommunist partiyası sıralarına müharibədə daxil olmuşdu. Amma... kazarmada baş verən yanğın nəticəsində onun və bir çox əsgər-zabit dostlarının partbileti yanmışdı. O, təzədən partiyaya bərpa olunmaq istəmirdi. Söhbət düşəndə səbəbini belə izah edərdi: “Təzədən partiyaya bərpa olunmaq istəmirəm. Bir də gördün şərləyib deyəcəklər ki, partbileti özün bilərəkdən yandırmısan. Axı bizə bir vaxt “xalq düşməninin” ailəsi kimi baxıblar... Mənim dostlarımın neçəsıni min bir bəhanə ilə partiyadan uzaqlaşdırıblar. Bax odur, həmyaşıdım, dostum, qonşum Tapdıq İsrafilov müharibədən sağ-salamat qayıtdı, amma bir bəhanə tapıb təzədən sürgün elədilər. Əvvəllər yazışırdıq... Stalin ölən ərəfədə məktubların arası kəsildi... Bu cür gedərgəlməzə göndərilənlər az olmadı...”
    ...Bəli, bu il pedaqoq, ziyalı, minlərlə şagirdə dərs demiş atam Qədimalı Mustafayevin doğulduğu vaxtdan 100, vəfat etdiyi vaxtdansa 45 il keçir. O, cəmi 55 il ömür sürmüşdür. Amma o, bu qısa ömrü bütöv yaşamışdır.




























    ANAM...
    (ESSE)


    Anam Firəngiz Rəhim qızının və dünyadan köçmüş bütün anaların əziz xatirəsinə ithaf edirəm

    O, çox iradəli və güclü bir qadın idi. İradəli və güclü olduğu qədər də zərif və gücsüz idi. Bəli, anamı deyirəm, bu günlərdə itirdiyim Firəngiz Rəhim qızı Mustafayeva-Hacızadəni...
    Atam 55 yaşında dünyasını dəyişmişdi. Xatırlayıram, o gözlənilməz faciə, bizim həyatda aldığımız ilk böyük zərbə idi. Nə edə bilərdik ki? Axı bu, bizim taleyimizi, özümüzdən asılı olmayaraq, etibar etdiyimiz həyatın zərbəsi idi və sonrakı illərdə biz onun, yəni həyatın daha ağır sınaqlarına tuş gələsi olduq.
    ...Atam Qədimalı Mustafayev ikinci Dünya müharibəsindən əvvəl Gəncədə pedaqoji texnikumu bitirmişdi. Uzaq Şərqə qədər uzun bir döyüş yolu keçmiş, yaponlarla savaşda iştirak etmişdi. O, maarifçi bir adam idi. 1946-cı ildə cəbhədən geri döndükdən sonra da təhsilini davam etdirmiş, əvvəlcə Rus dili İnstitunda, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdı.
    Atam ömrünün sonunacan öz kəndimizdə- Gədəbəy rayonunun İsalı kəndində Azərbaycan və rus dili ixtisasları üzrə müəllimi işləmişdi. Öz peşəsini çox sevərdi. Dünyasını qəfildən, elə dərs dediyi məktəbdə dəyişən atamdan sonra bizim həyatımız da büsbütün dəyişdi.
    Biz üç qardaş o vaxt tələbə idik. Mən Pedaqoji universitetdə oxuyurdum. Fuad indiki Texniki universitetdə, Fasad Tibb universitetində təhsil alırdı. O vaxt bacım Səyyarə və kiçik qardaşım Ayaz hələ orta məktəbdə oxuyurdular. Anam əvvəllər heç yerdə işləməməmişdi. Amma az sonra anamgil tərəfdən nəslimizin ağsaqqalı, böyük maarif xadimi Əli Rəsulovun və atamın uzun illər işlədiyi təhsil ocağının direktoru Əziz Qurbanovun təklifi ilə anam məktəbdə laboratoriya müdiri təyin olundu.
    Atamın və anamın valideynləri vaxtilə repressiyaya məruz qalmışdı. Ata babam Mehralı Məşədi Müstafa oğlu 1930-cü illərdə “kulak” damğası ilə güllələnmiş, ana babam Rəhim Hacı Məmməd oğlu isə bir müddət məhbəs həyatı yaşamalı olmuşdu. Bizim böyük nəslimiz böyük faciələrdən, od-alovdan, qasırğadan keçmişdi.
    Onlar, yəni anamgil iki qardaş, iki bacı idilər. Rəhim babam ziyalı bir adam idi və övladlarına Cabbarlının, Cavidin qəhrəmanlarının adını qoymuşdu: Sitarə, Fərrux, Firəngiz, Nahid... Bir neçə il əvvəl anam böyük qardaşı, tanınmış kimyaşı alim Fərrux Hacıyevi itirmişdi. Əlbəttə, necə deyərlər, ölüm haqdır. Lakin bu amansız əcəl də bir az “insaflı” olsun gərək. Niyə, nə üçün belə deyirəm? Anam bu son bir il ərzində ağır sınaqlarla üzləşməli oldu. Belə ki, o, əvvəlcə, ötən il böyük bacısı, ana əvəzi Sitarə xanımı itirdi.
    Keçən ilin, yəni 2018-ci il yanvar ayının 19-da isə o, kiçik qardaşı, tanınmış yazıçı Nahid Nacızadənin ölümündən dolayı daha bir sağalmaz yara aldı. Yeri gəlmişkən, anam öz yazıçı qardaşının bir əsərini çox sevərdi: “Bir ana tanıyırdım” adlı məşhur hekayəsini. Mən o dünyanı, o analı aləmi indi daha yaxşı dərk edirəm. Dünyanın işlərinə bax ki, mənim Firəngiz anam qardaşının bir ili keçirilən yas mərasimi günü, yəni yanvar ayının 20-də dünyaya əlvida dedi. 20 Yanvara biz “qara yanvar” da deyirik. Həmin gün bizim azadlığımız uğrunda həyatlarını qurban vermiş şəhidlərin “qara bayramıdır”. Mən o qanlı hadisədən 29 il sonra vəfat etmiş anamı da bir şəhid hesab edirəm. Axı o da öz həyatını bizim, yəni övladlarının azadlığı və xoşbəxtliyi uğrunda qurban vermişdi.

    Haşiyə: Qəzavü-qədərin hökmünə bax ki, atam da öz dünyasını yanvarın 19-da dəyişib.
    1934-2019. Bu, anamın müqəddəs, ibrətamiz həyatının 85 illik zaman məsafəsidir.
    Anam bizdən, öz övladlarından və yaxın-uzaq qohum-qardaşlardan heç zaman heç nə ummazdı. Onun bütün arzuları, istəkləri Tanrıyla, təbiətlıə bağlıydı. Hərdən söz düşəndə deyərdi ki, kaş Allah məni də öz dərgahına atanız kimi ayaq üstə, əzab-əziyyətsiz aparaydı. O, özü demişkən “yorğan-döşək xəstəsi” olmaqdan, yaxınlarına əziyyət verməkdən ehtiyat edərdi. Sanki Tanrı onun bu arzusunu eşitdi və mənim anam qəfildən, ayaq üstə keçirdiyi qısamüddətli xəstəlikdən dünyasını dəyişdi. Onun bir istəyi də vardı: arabir yarızarafat-yarıciddi deyərdi ki, qorxuram soyuqda-qarda öləm. Anam Günəşi, günəşli havaları sevərdi. Sanki təbiət onun bu ricasını da eşitdi. Yanvarın 20-23-ündə qışın ortasında sanki bahar Günəşi doğdu. Halbuki cəmi iki-üç gün öncə tufan, boran, qasırğa dünyaya meydan oxuyurdu.
    Biz onu Günəşin, işığın bir parçası kimi torpağa əmanət etdik. Və nəhayət, anam həmişə deyərdi ki, arzum bu dünyadan övladlarımın çiynində köçməkdir. Neyləyim ki, onun arzulamadığımız bu nisgilli arzusu da çin oldu. Heyhat...
    Anamın çox güclü yaddaşı vardı. Onun sinəsi xalq ədəbiyyatı nümunələri, el məsəlləri ilə dolu idi. Xatırlayıram, gəncliyində atamın kitab rəfindəki əsərləri götürüb ucadan ya özü oxuyar, ya da bizə oxutdurardı. Ahıl yaşlarında isə qalın sağanaqlı və qalın şüşəli gözlüyünü alnına sarı qaldırıb qəzet və jurnalları gözdən keçirərdi. O, mənim üçün, atamdan sonra, ən əvəzsiz bir ruh və ədəbiyyat adamı idi.
    Anam etiqadlı bir insan idi. Onun qəribə, qeyri-adi intuisiyası məni daim heyrətləndirirdi. Ürəyinə damanlar daim çin olardı. Adamlar haqqında, hətta hərdən bizim “əleyhimizə”, başqa sözlə “kölgəmizcə” danışanlar haqda belə, heç vaxt heç bir bəd söz deməzdi.
    O, bizə uzun-uzadı nəsihətlər etməz və ya didaktika dolu məsləhətlər verməzdi. Amma tez-tez işlətdiyi bir ifadə vardı və o ifadə daim bir sırğa olub qulağımızdan asılmışdı: “Adam heç vaxt haqqı nahaqqın ayağına verməz”... Haqla nahaqqın, xeyirlə şərin əbədi vuruşduğu bu dünyadan o biri dünyaya köç etdi anam. Bu dünyanın əbədi gərdişinə mən neyləyə bilərəm ki? İntəhasız zamanın amansız dəyirmanı işləməkdə, həmin o dəyirman o sahilsiz zamanın içində qovrulan ömürləri “üyütməkdədir”. Bəli, hamı “buradan” nə vaxtsa “oraya” getməyə məhkumdur. Bir dəfə yazmışdım, yenə xatırladım: “Orada əbədiyyət, buradasa ölüm var”...
    Doğrusu, bilmirəm, “ana” sözü ilə “anmaq” (“an”) leksemi arasında bir əlaqə var, ya yox?.. Amma bu son günlərdə mənə elə gəldi ki, ANA elə bizim həyatımızın ən gözəl, ən ülvi, ən əvəzolunmaz, təkrarsız bir anı deməkdir. O bir an hətta, bəzən sonlu əsrlər və ya sonsuz əbədiyyət qədər uzun görünsə də belə, daim bir an kimi keçici, ötəri, qısa, fani, bir sözlə, anidir...
    O, mənim dünyamın bir parçası idi. İndi demək olar ki, mən öz dünyamın bir parçasını və yaxud öz analı dünyamı itirdim.
    Bəzən tay-tuşlarım öz valideynlərinin yoxluğundan dolayı söhbət düşəndə cəmlik halında “biz yetim adamlarıq” söyləyərkən, mən həmişə qətiyyətlə yaxamı kənara çəkib deyərdim: “Xahiş edirəm, məni o “yetimlər” siyahısına daxil etməyin. Axı mən yetim deyiləm, mənim dağ kimi anam var”. İndi mənim o dağım uçub, mən sinəmə çəkilən dağlarla yaşayıram. Mən yaşımın bu çağında yetim qaldım.
    ...Yazı masamın üstündə anamın iki şəkli var. Birinci şəklin nə vaxt çəkildiyini xatırlamıram. O şəkildə anam məni qucağına alaraq sinəinə sıxıb. İkinci fotonu isə mən özüm çəkmişəm.

    Onu da deyim ki, anam heç vaxt şəkil çəkdirməyi, “şəkilçəkən” qarşısında dayanmağı xoşlamazdı. Yadımdadır, günlərin bir günü o, kənddəki eyvanımızda öz kiçik kətilində əyləşib pəncərəyə sarı baxırdı. Həmişə olduğu kimi gözləri yenə yol çəkirdi. Mən ondan xəbərsiz mobil telefonumun “tətiyini” çəkdim. Sonralar bu şəklə baxan dost-tanışların çoxu bir-birləri ilə söhbətləşiblərmiş kimi, mənə eyni bir sözü deyirdilər: “Bu, təkcə sənin ananın fotosu yox, öz övladlarının yolunu gözləyən bütün Azərbaycan analarının şəklidir”.
    p.s.
    Anam Firəngiz Rəhim qızının vəfatı ilə bağlı mənə başsağlığı verən, zəng edən, teleqram vuran, ağır dərdimə şərik olan bütün yaxın dostlara, etibarlı qohumlara, üzünü görmədiyim insanlara, həssas media nümayəndələrinə təşəkkür edirəm. Analardan müğayat olun.
    24.01.19































    О, uşaqla uşaq, böyüklə böyük idi
    (Görkəmli pedaqoq Əli Rəsulov haqqında)

    Adını uşaqlıqdan еşitmişdim. Qоhum-əqrəbaları, dоst-tanışları, sоnralar еtdiyim müşahidələrə görə dеyə bilərəm кi, hətta övladları və həyat yоldaşı da оna «Əli müəllim» dеyə müraciət еdərdilər. О, uzun illər partiya-təsərrüfat işlərində çalışmışdı. Amma hamı üçün о, MÜƏLLİM idi. Həm də təkcə оna görə yох ki, Əli Rəsulоv ömrünün müхtəlif mərhələlərində (partiya-təsərrüfat işləri ilə yanaşı) məsul bir sahəyə də rəhbərliк еtmişdi – təhsil sahəsinə.
    Bu, sadəcə оnun işinin «görünən» tərəfi idi. Əsil ziyalılıq, əsil müəllimliк Əli Rəsulоvun ruhunda, daхilində, qanında idi. Dоğrudur, о da minlərlə digər insanlar кimi pеdaqоq iхtisasına yiyələnmişdi. Amma gəlin еtiraf еdəк кi, hеç də bütün «dip¬lоm»lular öz çalışdıqları sahənin «görünən» adamına çеvrilə bilmirlər.
    Əli Rəsulоv isə bütün varlığı, fəaliyyəti, rəftarı, davranışı, lap еlə хarici görünüşü – nurani sifəti, mənalı baхışı, səliqəli daranmış saçları, təbəssümü, gülüşü, yеrişi-duruşu ilə «anadangəlmə» müəllim idi.
    Həyatda gördüyüm müdriк insanlardan biri Əli müəllim оlub. Mən indinin özündə bеlə, оnun təmкininə, sözün yaхşı mənasında astagəlliyinə, qibtə еdirəm. О, adamları nеyə diqqətlə dinlərdi! Çох təəssüf кi, bizim çохumuz zahiri adi, sadə görünən bir şеyə əməl еdə bilmiriк; müsahibimizə qulaq asmaq «istеdad»ımız çatışmır. Bəli, bu özü də bir istеdaddır və çохları bu vеrgidən məhrumdur.
    Əli müəllim bütün müdriк insanlar кimi vaхtında danışmağı və vaхtında susmağı bacarırdı. Rəhbərliк еtdiyi sistеmdə çalışan yüzlərlə müəllimin dərd-sərinə əncam çəкən, оnlara qayğı göstərən, əl tutan, кöməк еdən bir insan idi Əli Rəsulоv. Mən оnu еl yığıncaqlarında, tоyda-düyündə çох görmüşəm. İşlədiyi vəzifədən, çalışdığı pоstdan asılı оlmayarq Əli müəllim həmişə məclislərin başında idi.
    Yadımdadır, Əli Rəsulоv və İsrayil Cəfərоv atam Qədimalı müəllimin vəfatının ili ilə bağlı еvimizə gəlmişdilər. Gеcəni bizdə qaldılar. Adətən, cavanlar «qоca»lara həmişə mühafizəкar кimi baхırlar. Еlə о dövrdə də bеlə idi. Amma mən yaşlı nəslin nümayəndələrinin – Ə.Rəsulоv və İ.Cəfərоvun еlm, sənət, ədəbiyyat, siyasət ilə bağlı mülahizələrini dinlədiкcə оnların еrudisiyasına hеyran оlurdum.
    Оnların səmimi, niкbin söhbəti mənim о vaхtкı кədərli, faciəli, ağrı-acılı anlarıma bir işıq saldı. Yanvar ayının şaхtası, dоnu-buzu sanкi оnların «isti» söhbətlərinin həniri altında əriyirdi. Əlbəttə, mənim üçün о anlarda Əli müəllimin ədəbiyyatla bağlı mülahizələrini dinləməк maraqlı idi.
    Sən dеmə, о, кlassiк və müasir ədəbiyyata çох yaхından bələd imiş. Dеyəsən, mənim də mütaliəm оnu qanе еtmişdi. Arada öz tövsiyələrini, arzularını bildirirdi: «Охuyub-yazmaqdan bеzmə. Hər şеyin açarı еlmdə-biliкdədir».
    Bеlə bir məsəl var кi, vəzifə insana yох, insan vəzifəyə yaraşıqdır. Həqiqətən Ə.Rəsulоv işlədiyi yеrdən asılı оlmayaraq öz böyüк və ya кiçiк vəzifəsinə həmişə «yaraşıq», ucalıq gətirmişdi.
    Başqa bir hiкmətdə dеyilir кi, insanı daha yaхından tanımaq istəyirsənsə, оna vəzifə vеr (və ya оnu pulu оlanda gör). Əli Rəsulоv hələ ilк gəncliк illərindən vəzifələrdə işləmiş, «yuхarı»larla sıх ünsiyyətdə оlmuşdu. Amma о, bütün müdriкlər кimi təpədən-dırnağayan sadələrin sadəsi idi. Vəzifədən yalnız хеyirхah məqsədlər, insanlara кöməк üçün istifadə еdərdi. Mən arabir böyüк vəzifələrdə əyləşən yекəхana, dayaz, nadan, qanmaz adamların özlərinə bənzər əda və hərəкətlərinin şahidi оlanda Ə.Rəsulоv кimi «кlassiк кişi»lərə dönə-dönə qəni-qəni rəhmət diləyirəm.
    Daхilən öz-özümə dеyirəm кi, nə yaхşı о ağır illərdə sadə adamların üz tutduğu sözübütöv bеlə bir insan, qaranlığın içində nur saçan bеlə bir zyialı оlub. Fiкrirləşirəm кi, Tanrı bеlə bir insana nə yaхşı кi, оnun özünə layiq övladlar bəхş еdib.
    Əli müəllim çox qonaqpərvər, dostsevər insan idi. Vaxtilə Qazax Seminariyasında S.Vurğunla, M.Hüseynlə, O.Sarıvəlli ilə bir dövrdə təhsil almışdı. Təhsil naziri Mehdi Mehdizadə, ictimai xadim və şair Teymur Əliyev (Elçin), yazıçı Mirzə ibrahimovla dost idi. Vaxtilə yazıçı Mir Cəlal ilə Gədəbəydən başlayan dostluq onların ömrünün sonunacan davam etmişdi. Hər ikisi eyni vaxtda rayonun səkkizillik məktəblərində direktor vəzifəsində çalışmışdı...
    …Mən qələmə aldığım bu кiçiк хatirə-qеydləri tamamlayarкən Ə.Rəsulоvun yaхın qоhumu – mənim uşaqlarımın anası Həcər müəllimə qоnşu оtaqda tеlеfоnla söhbət еdirdi. Оnun dеdiyi bir fiкirdə işlədilən ifadə məni aldı: «Rəhmətliк Əli babam həmişə dеyərdi кi, adam yaşından, vəzifəsindən asılı оlmayaraq böyüкlə böyüк, uşaqla uşaq оlmalıdır»… Кöhnə оlsa da, həmişə dəyərini saхlayan sözlərdir…
    О, əsil еl adamı idi. О, əsil müəllim idi.
    Mən хalqımızın maarifpərvər, ziyalı оğlu Əli Rəsulоvu daim еhtiramla хatırlayıram. Dünyanın bu cür müdriк insanlara həmişə еhtiyacı оlub. Еlə sabah da bеlə оlacaq.






























    Tofiq Köçərli aurası
    BÖYÜK ALİM, BÖYÜK VƏTƏNDAŞ
    (Akademik Tofiq Köçərlini xatırlayarkən)

    Azərbaycanın müstəqilliyi haqqında tarixi Bəyannaməni Ali Sovetin kürsüsündən akademik Tofiq Köçərli elan etmişdir
    Tərcümeyi-halından çıxarış:

    Tofiq Qasım oğlu Köçərli 11 fevral 1929-cu il tarixdə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1950-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955 -ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
    Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952-1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953-1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib.
    1957-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972-1990-cı illərdə rektoru, 1990-1991-ci illərdə isə professoru olub.
    Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. 1990-2007-ci illərdə Tofiq Köçərli tərəfindən yazılmış 7 monoqrafiya, çoxsaylı məqalə və çıxışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə, erməni ekstremistlərinin xalqımıza qarşı törətdikləri cinayətlərin ifşa edilməsinə həsr edilmişdir. Onun “Qarabağ”, “Naxçıvan: tarixi həqiqətlər və uydurmalar”, BMT-nin Baş Katibi Kofi Annana ünvanlanmış Məktub (“Erməni saxtakarlığı”), “К истории Карабахского вопроса” və s. əsərləri Qarabağın və Naxçıvanın qədim və çağdaş tarixinə aid qiymətli sənədlərlə, dəqiq məlumatlarla zəngindir və Azərbaycan tarix elminə verilmiş qiymətli töhfələrdir.
    T.Köçərli ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, üç çağırış Azər¬baycan Respublikası Ali Sovetinin de¬pu¬ta¬tı, o cümlədən, Azər¬baycan Respubli¬kası Mil¬¬li Şurasının üzvü olmuşdur.
    Tofiq Qasım oğlu Köçərli 31 oktyabr 2007-ci ildə Bakı şəhərində dünyasını dəyişib

    **
    ... Demək olar ki, bütün bayramlarda, xüsusən Yeni il və Novruz bayramlarında, həmişə məni, sözün yaxşı mənasında, “pərt edərdi”.
    - Firuz, salam, təbrik edirəm...
    - Tofiq müəllim, yenə məni qabaqladınız. Bayramınız mübarək...
    ... Mən akademik Tofiq Köçərli ilə “tarixən” qohum olsam da (hər ikimizin ulu babası İsa kişi olub, doğulduğumuz İsalı kəndi də elə indiyəcən o kişinin adını daşıyır), “dostluğumuz” daha çox son illərdə möhkəmlənmişdi: Tofiq müəllim Elmlər Akademiyasına gələndən sonra.
    O, sözün həqiqi mənasında, böyük həyat yolu keçmişdi. Hələ orta məktəbdə və universitetdə təhsil alarkən öz fitri istedadı ilə fərqlənən Tofiq Köçərli sonrakı illərdə tarix elminin canlı klasikllərindən biri səviyyəsinə yüksəlmişdi.
    Tofiq müəllim böyük elm adamı olmaqla yanaşı, həm də yorulmaz təşkilatçı idi. O, Ali Partiya Məktəbində rektor vəzifəsində çalışdığı illərdə bacarıqlı kadrların yetişməsi üçün əlindən gələni əsirgəməmişdi.
    Tofiq müəllim məharətli, bir az bəlağətli çıxacağından ehtiyat etməyərək deyərdim ki, alovlu natiq idi. O, bu və ya digər problemlə bağlı elmi dəlillərlə danışmağı, çıxış etdiyi auditoriyadakı dinləyiciləriylə canlı ünsiyyət yaradıb onları “hərəkətə gətirməyi” bacaran emosional tribun idi.
    O, əsl vətənpərvər idi. Uzun illər partiya kadrlarının yetişməsi üçün əlindən gələni əsirgəməyən, sovet ideologiyasını təbliğ edən bir adamın “birdən-birə” dəyişib milli ideologiyanın formalaşmasında müstəsna rol oynaması, bəlkə də ilk baxışda, o qədər inandırıcı görünmür. Amma bu fakdır. Tofiq Köçərli 80-ci illərin ortalarından erməni millətçilərinə konkret elmi-tarixi faktlarla cavab verən, onlara öz “yerini göstərən” ən məhsuldar alimlərdən biri olmuşdur.
    30 avqust 1991 -ci il tarixdə Ali Sovet Azərbaycanın müstəqilliyi haqqında tarixi bəyannamə qəbul etdi. Heç də təsadüfi deyildir ki, deputatların yekdil təklifi ilə həmin Bəyannamənin Ali Sovetin yüksək kürsüsündən akademik Tofiq Köçərli elan etdi. "İstiqlal və suverenlik". (Bakı: 1998) kitabı məhz bu azadlıq və süverenliyin bərqərar olmasında fəadakarlıq göstərən alimin elmi düşüncələrinin məntiqi yekunu kimi qiymətli bir əsərdir.
    O, çox hazırcavab, yumoru sevən, zarafatcıl bir adamdı. Mən uzun illərdir ki, gündəlik yazıram. Orada Tofiq Köçərli ilə bağlı xeyli qeydlər var.
    Budur, gündəlikdən çıxarışlar.
    ... “T.Köçərli zəng edib mənim A.Blokdan və S.Yesenindən etdiyim tərcümələrə öz münasibətini bildirdi:
    - Çox xoşuma gəldi. Özümçün iki şeyi kəşf etdim: birincisi budur ki, sən şeir tərcümə edirsən və deməli, özün də şeir yazırsan. İkincisi isə, Yeseninin qəhrəmanının əsl adının “Şahanə” olduğunu indi bildim, mən indiyəcən onun “Şaqane” olduğunu zənn edirdim.
    Sonra, o, Yesenindən Şahanə haqda rusca bir şeir də dedi:

    “Шагане ты моя, Шагане,
    Там, на севере девушка тоже.
    На тебя она страшно похожа”.

    ...“T.Köçərli ilə görüşdüm. Soyuqdur. Akademiya bağında xeyli gəzişdik. Azərbaycanın yeni tarixinə aid məqalə yazdığını dedi. Mənim “Sərhədsiz dünya” adlı kitabımdan bir neçə sitatı əzbər dedi.”

    “...- Nahidlə görüşürsən?.. Salam deyərsən. Firudin haqda çıxan kitabı gərək üçümüz birlikdə qeyd edək”.
    “...İstəyirəm ki, ünsiyyətdə olduğum məşhur adamlarla bağlı bir şey yazım. Görək vaxt tapırammı? –Sonra gülüb dedi: -İlk oxucu sən olacaqsan...
    Mən onun memuar yazmaq arzusunu təqdir etdim.”
    Tofiq Köçərli ilə bağlı təəssüratım çoxdur, lap çox. Amma imkana müvafiq olaraq mən yığcam danışmaq zorundayam.
    Tofiq müəllim ixtisaca tatixçi idi. Vətən tariximiz haqda bir sıra qiymətli əsərlərin müəllifidir. Hesab edirəm ki, onun Qarabağ tarixi ilə bağlı tədqiqatları tarixşünaslıq elminə böyük töhfədir. O, həm elmi əsərlərində, həm də adi söhbətlərində böyük ümumiləşmələr aparmaq qabiliyyətinə malik olan nadir insanlardan biri idi və məhz bu cəhətdən mən onu filosof tarixçi hesab edirəm.
    Yeri gəlmişkən, böyük alim və vətəndaşın bir mühüm keyfiyyətini də qeyd etmək istəyirəm. O, çox nikbin, həyatsevər insan idi. Heç vaxt, hətta, xəstə olanda belə səhhətindən gileylənməzdi; hiss olunurdu ki, “ah-uf ” edən adamları sevmir. Nə vaxt əhvalını soruşsan gümrah səslə ya: “əlayam”- deyərdi, ya da zarafatla “Məmməd Səid əfəndi demiş: “Bəd deyiləm”.
    Və, əlbəttə, onun ən ümdə keyfiyyətlərindən biri mərd və qorxmaz olması idi. Həmişə həqiqətə, ədalətə haqq qazandırardı. Necə deyərlər, o, sadəcə olaraq vicdanlı adam idi. Bu, onun qanından-canından, kökündən gəlirdi. Mətbuatı, ədəbiyyatı müntəzəm izləyər, oxuduqlarına öz münasibətini anındaca bildirərdi.
    Mən Tofiq müəllimi müxtəlif auditoriyalarda, müxtəlif insanlarla təmasda çox müşahidə etmişəm. Ən sadə adamlar belə, onun sadəliyinin böyüklüyü və ya böyüklüyünün sadəliyi qarşısında heyrətə gəlirdi.
    Tofiq müəllim həm də gözəl bir ailə başçısı idi. O, öz övladlarını milli-mənəvi dəyərlərimizə daim rəğbət bəsləyən, ürəkdən sevən bir ruhda böyütmüşdü.
    ...Sevdiyi klassiklərdən biri isə adaşı – türk şairi Tofiq Fikrət idi. Eşitdiyimə görə atası, tanınmış ziyalı Qasım müəllim oğluna bu adı məhz böyük türk şairinin şərəfinə vermişdi.
    İllər keçəcək – Tofiq Köçərlinin adı nəsillərin, onun dostlarının, tələbələrinin, hətta, onunla təsadüfi, “atüstü” görüşən adamların belə yaddaşından heç vaxt silinməyəcək. Çünki onun özünə məxsus bir cəhəti vardı – bu, Tofiq Köçərli cazibəsi, Tofiq Köçərli aurası idi.

    P.S. Tofiq müəllim bir müddət Ağdam rayonunda pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Onun Qarabağla bağlı şirin, maraqlı gənclik xatirələri vardı. Artıq yuxarıda qeyd etdiyim kimi, görkəmli alim Qarabağ tarixinə aid bir sıra dəyərli əsərlər yazmışdı. O, əbədi-əzəli torpaqlarımızın işğal altında olması ilə heç cür barışa bilmirdi. Bu gün xalqımız öz tarixi torpaqlarının sahibidir. Heç şübhəsiz ki, bütün həyatını Azərbaycan elminin inkişafına həsr etmiş, xalqımızın maariflənməsi yolunda əlindən gələni əsirgəməmiş görkəmli alimin, böyük vətəndaşın ruhu şaddır.
















    Ləyaqətli ömür yolu

    (Yazıda yarım əsrdən çox pedaqoji fəaliyyətlə məşğul olmuş mərhum Əli Köçəri oğlu İsayev haqqında müxtəsər söhbət açılır)

    Tez-tez müəllimlərimi xatırlayıram. Yeri gəldikcə, onlar haqqında düşüncə və xatirələrimi mətbuatda və şifahi söhbətlərdə geniş auditoriya ilə bölüşürəm.
    İlk müəllimlərimdən biri Əli müəllim olub, Əli Köçəri oğlu İsayev (İsalı). O, zahirən çox ciddi, zəhmli, sərt bir adam təsiri bağışlayırdı. Sinfə daxil olanda biz- ibtidai sinif şagirdləri istər-istəməz özümüzü yığışdırardıq. Orasını da deyim ki, mən solaxay olduğum üçün ilk günlər sol əllə yazırdım. Əslində mənə belə asan və rahat idi. Digər müəllimlərim kimi, Əli müəllim də bunu bir neçə dəfə mənə irad tutmuşdu. Amma mən sağ ələ “keçməyi”, sol əllə qələm tutmağı bacarmırdım. Yadımdadır, bir dəfə Əli müəllim əlindəki ağac əsanın ucu ilə yüngülcə dirsəyimə vurub dedi:
    -Sol əllə yazanların xətti yaxşı olmur... Sağ əllə yazsan, daha səliqəli xəttin olacaq. Sağ ələ keç...
    Mən müəllimin deyilənə əməl etməli oldum.
    Bəli, həyatın isti-soyuğunu görmüş Əli müəllim, zahirən sərt adam təsiri bağışlayırdı. Amma sonralar, müəyyən zaman keçəndən sonra mən bu qaş-qabaqlı, zəhmli müəllimimizin və qohumumuzun necə həssas və kövrək ürəyə malik olduğunun şahidi oldum. Bir çox istəkli və doğma insanların faciəli anlarında, o cümlədən, həmkarı və yaxın qohumu olan atam Qədimalı Mustafayevin vəfatı zamanı Əli Köçəri oğlunun təsirlənib uşaq kimi necə göz yaşı tökdüyünün, çoxları kimi mən özüm də şahidi olmuşam.
    Əli Köçəri oğlu 1908-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olub. Atası Kərbalayi Köçəri öz dövrünün mütərəqqi, elmə rəğbət bəsləyən adamı olub. Bu mənada Əli müəllim əsl maarifçi idi. O, öz işini, öz sənətini ürəkdən sevən insan idi. İlk illər kiçik Əlinin elmə həvəs göstərməsində atasının və əmisi Məşədi Mehralının mühüm rolu olmuşdur. Elə bu qaygı və içəridən gələn həvəsin sayəsində gənc, dünyəvi təhsil almağı qərara alır. Qazax pedaqoji seminariyası o zamanlar özünün şöhrətli vaxtını yaşayırdı. Bu məşhur məktəb vaxtilə Qori müəllimlər seminariyasının bazası əsasında yaranmışdı. Belə ki, 1918-ci ildə Qazaxa köçürülən təhsil ocağının həmin il noyabr ayının 10-da, Azərbaycan Xalq Cümhuriyyətinin təşəbbüsü ilə təntənəli açılışı olmuşdu. Seminariyanın müdiri məşhur maarifçi Firudin bəy Köçərli idi. Pedaqoqlar isə vaxtilə Qori Müəllimlər Seminariyasının məzunları olmuş Əli Hüseynov, Əhməd ağa Mustafayev, Yusif Qasımov, İsfəndiyar Vəkilov, Məiş Hüseynov kimi gənc və ortayaşlı zayalılar idi. Xatırlatmağı vacib bilirik ki, 1920-ci ildə Firudin bəy Köçərli xalqımızın düşmənləri tərəfindən qətlə yetiriləndən sonra seminariyaya bir müddət, daha dəqiq desək iki il müddətində pedaqoq Əhməd ağa Mustafayev, bundan sonra isə məşhur ədibimiz, Xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov müdirlik edirdi. Məktəbdə yüksək nizam-intizam hökm sürürüdü. Bir haşiyə çıxaraq qeyd etməyi vacib bilirəm ki, Əli Hüseynov şagirdlərin hər bir çıltaqlığına güzəşt etsə də onların siqaret çəkməsinə qarşı dözümsüz, daha doğrusu “amansız” idi.
    Burada bir haşiyə çıxmaq istəyirəm. Yadımdadır, bizim yaxın qohum, anamın əmisi oğlu, Gədəbəy maarifinin təşkil və inkişafında mühüm rol oynamış, haqqinda söhbət gedən seminariyada oxumuş Əli Rəsulov bir dəfə çox maraqlı əhvalat danışırdı: “Bizimlə eyni dövrdə gələcəyin tanınmış simaları Səməd Vurğun, Osman Sarıvəlli, Mehdixan Vəkilov təhsil alırdı. Mən Əli Hüseynovun oğlu Mehdi ilə bir qrupda oxuyurdum. Mehdi əlaçı, səlqəli, ədəbli bir tələbə idi. Amma xəlvətə düşəndə siqaret çəkirdi. O vaxt Seminariyanın dəhlizindəki lövhəyə iri hərflərlə, ərəb əlifbası ilə yazılmışdı: “Siqaret çəkənlər seminariyadan qovulacaq”. Günlərin bir günü gördük ki, Mehdi dərsə gəlmir. Hamımız narahat olduq. Axı o, bütün uşaqlarla dost və mehriban idi. Atasının müdir olmasına baxmayaraq, istiqanlı, təvazökar bir gənc idi. Tezliklə eşitdiyimiz xəbər bizi az qala sarsıtdı: sən demə, gələcəyin böyük yazıçısı Mehdi Hüseyn daxili nizam-intizama əməl etmədiyinə görə, yəni siqaret çəkdiyi üçün öz atasının əmri ilə məktəbdən azad edilibmiş. Sonralar Mehdi təhsilini Bakıda davam etdirdi. Mənim tələbə yoldaşlarımdan biri də həmyerlim Əli Köçəri oğlu idi. Həmin dövrdə Şınıxdan gəlib Qazaxda təhsil almaq asan iş deyildi. Tələbələrin çoxu bir qarın ac, bir qarın tox yaşayırdı. Biz çalışırdıq ki, müəllimlərin və valideynlərin bizə olan ümidini doğruldaq. Buna görə daim oxuyurduq. Müəllimlərimiz bizim xətrimizi çox istəyirdi. Təhsili başa vurandan sonra hərəmiz öz seçimini etdi. Əli Köçəri oğlu öz doğma kəndinə qayıtdı, mən isə yeni açılmış məktəbə müdir təyin olundum”.
    Əli Köçəri oğlu bax belə bir tələbkar və sərt mühitdə təhsil almışdı. O, təhsilini başa vurduqdan sonra – 1924-cü ildən ta ömrünün sonunacan (1982-ci ilə qədər) İsalı kəndində müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Elə o özü də vaxtilə təhsil aldığı seminariyadakı hörmətli müəllimləri kimi məktəbdə və ailədə çox tələbkar idi.
    Əli müəllim həm də el ağsaqqalı idi. Yaxın və uzaq adamların, dost və tanışların sevincli və kədərli günlərində fəal iştirak edər, ehtiyacı olanlara əl tutar, kömək edərdi. Qohum-qonşular Əli müəllimdən həmişə dəyərli məsləhətlər eşidərdilər.
    Əli İsayevin qardaşı oğlu, tanınmış tarixçi alim, professor Xəlil Köçərlininin dediklərindən: “Atam Süleyman və əmim Salman 30-cu illərdə “kulak” adı ilə sürgün olunmuşdu. Ağrılı-acılı günlər yaşayırdıq. O vaxt ailəmizin çətin vəziyyətdən çıxmasında böyük əmilərim Cəmil baba və Qasım müəllimlə yanaşı, kiçik əmim Əli müəllimin də çəkdiyi əziyyəti unuda bilmərik. O, bizim təhsil amağımız, tərbiyəmiz, ümumiyyətlə yaşamağımız üçün hər çətinliyə qatlaşırdı. O, böyükləri repressiya qurbanı olan başqa ailələrin də ayaqda durması üçün əlindən gələni əsirgəmirdi... Represiyadan sonra daha böyük çətinliklərlə üzləşməli olduq. İkinci cahan müharibəsi başladı. Cəbhədəki hərbçilər torpaq uğdunda, arxadakılar insanlar isə yaşamaq uğrunda mübarizə edirdilər. Belə müdhiş, ağır illərdə Ailəmizin qayğısına qalan, bizim təhsilimizə və təlim-tərbiyəmizə nəzarət edən Əmimiz Əli müəllim idi. Əli müəllim çətin dövrlərdə bizim əlimizdən tutub...”
    Dediyim kimi, Əli müəllim zəhmli adam idi. Amma zarafatı, yumoru da sevərdi. Yadımdadır ki, o, həm öz qonşuları, həm də qohumları ilə zarafat edər, baməzə əhvalatlar danışardı. Yaxın qohumları, daha doğrusu qardaşı uşaqları, ölkənin tanınmış ziyalıları Firudin, Xəlil, Tofiq, Ənvər Köçərlilərlə saatlarla maraqlı söhbətlər edər, arada şahidi olduğu ibrətamiz olaylardan söhbət açard.
    Əli müəllim dini, din tarixini, yaxşı bilirdi, Quranı mükəmməl şəkildə öyrənmişdi. O, dinimizə ehtiram bəsləməyin tərəfdarı idi. Lakin bu təcrübəli pedaqoq fanatizm və cəhalətin təbliği ilə qətiyyən barışmır, dünyəvi elmlərin tədrisini daha vacib hesab edirdi. Onun yetirmələrinin, keçmiş tələbələrinin sorağı bu gün ölkəmizin və dünyanın müxtəlif guşələrindən gəlir.
    Əli Köçəri oğlu nümunəvi ailə başçısı idi. O, öz mərhum ömür-gün yoldaşı Zərinə xanımla birgə ailədə doqquz övlad böyütmüş, onların hamısına ali təhsil vermişdi. Belə ki, Şahniyar ruyaziyyatçı, Fəxrəddin fizik, Səməndər cografiyaçı, Məhəmməd, İsa və Məqsəd iqtisadçı, Rizvan həkim, Qəmzə və Məlahət pedaqoqdur. Yeri gəlmişkən ailənin böyük övladı mərhum Şahniyar Köçərli yaxşı riyaziyyatçı idi, xüsusən Sumqayıt şəhərinin tanınmış ziyalısı idi. Pedaqoji sahədəki fəaliyyətinə görə onun əməyi yüksək qiymətləndirilmiş, “Əməkdar müəllim” fəxri adına layıq görülmüşdü... Əli müəllimin nəvə və nəticələri bu gün müxtəlif sahələrdə çalışır. Onlar harada çalışmalarından asılı olmayaraq öz babalarının daim təqdir etdiyi halal zəhmət yolu ilə ləyaqətlə irəliləyirlər.
    Əgər yadınızdan çıxmayıbsa, mən söhbətimin, daha doğrusu, bu yazının əvvəlində ilk vaxtlar qələmi sol əllə tutduğumu, yazılarımı da həmin əllə yazdığımı və müəllimimin, o cümlədən Əli müəllimin bununla bağlı iradını xüsusi vurğulamışdım. İllər keçəndən sonra, Sovetlər ömrünü baça çatdıran ərəfədə əlimə düşən bir jurnalda həmin problemlə, yəni məktəblərdə “solçuluqla mübarizəyə” dair bir sənədlə tanış oldum. Orada bəzi məsələrə “aydınlıq” gətirilirdi. Sən demə, sol əllə yazanlara qarşı “qabaqlayıcı tədbir görmək” heç də bizim təsəvvür etdiyimiz qədər sadə məsələ deyilmiş. Sənəddə qeyd edilirdi ki, uzun illər Sovet pedaqoqları belə bir iddiada bulunmuşlar ki, sol əllə yazmaq şagirdin onurğa-bədən quruluşuna ziyan vurur, partada əyləşən şagird yoldaşının yazı prosesinə mane olurmuş. Ən əsası və maraqlısı isə budur ki, dünyanın az qala hər yerində bir çox şeylərin, məsələn: ev, maşın və digər əşyaların dəstək və qulpları məhz sağ əlin istifadə etməsi üçün nəzərdə tutulub. Təhsilin “yuxarı ranqında” dayananlar bu cür iddialardan çıxış edərək israrla bildirirdilər ki, sol əllə yazmaq çox “zərərlidir”. Hətta, maraqlıdır ki, bu cür şagirdlərin tənbeh olunması da məqbul hesab edilir, yəni “qanundankənar” hesab olunmurdu. Məktəblərə bu “gizli tövsiyə” bəzi istisnalarla 1980-ci illərin ortasına qədər qüvvədə qalıb... Əlbəttə, sol əllə bağlı vaxtilə irəli sürülmüş bu mülahizələr əslində qeyri-elmi mahiyyət daşıyırdı. Dünyada sol əllə yazan, şəkil çəkən, iş görən adamların sayı kifayət qədərdir. Hətta, burası da məlumdur ki, Amerika prezidentlərinin mütləq əksəriyyəti “solçudur”. Elə mən özüm də bu ötən illər ərzində “solçuluğumu” tam tərgidə bilmədim. İndinin özündə belə, bəzən qələmi və fırçanı sol əllə tutur, yeri gələndə hansısa bir yükü, məsələn, daş parçasını uzaq məsafəyə sol əllə atıram...
    Mənim “solçuluqla” bağlı bir qədər ətraflı şəkildə söhbət açmağım təsadüfi deyildir. Heç şübhəsiz ki, Əli müəllim kimi təcrübəli pedaqoq da belə bir tapşırıqdan hali olmalı idi. Və tələb olunanlara tabe olmaq müəllimin vəzifəsi hesab edilirdi. Amma təəssüf ki, mənim bilib eşitdiyimə görə bir çox məktəblərimizdə sovetdənqalma həmin “gizli tövsiyyənin” tələbləri yenə qüvvədə qalmaqdadır. Mən həm də bu cür “müəmmalı” halları nəzərə alaraq mövcud “pedaqoji ekskursa” bir qədər ətraflı şəkildə ehtiyac duydum.
    İllər bir-birini əvəz edir. Nəsillər dəyişir. Amma bizim hər birimizin taleyində, ömründə müəllimlərimizin saldığı “iz”, onların qiymətəgəlməz əməyi heç zaman unudulmur. İndi haqqında müxtəsər söhbət açdığımız Əli Köçəri oğlu İsayev də məhz belə müəllilmlərdən biri idi. Şagirdləri onu bu gün də ehtiramla xatırlayır.




























    Sanki belə bir sonluğu o, özü seçmişdi
    (Ənvər Köçərlinin əziz xatirəsinə)

    Arabair gündəlik yazmağım var. Hətta, o gündəliklərdən parçaların bir qismini inişil “525-ci qəzet” uzun müddət öz səhifələrində gen-bol çap edib. Amma son vaxtlar bilmirəm nədənsə (tənbəllikdənmi, vaxt azlığındanmı?-deyə bilmərəm) çoxdan mübtəla olduğum bu “xəstəliyin” daşını atmışdım.
    Aprel ayının ortalarında mənim üçün maraqlı iki önəmli hadisədən sonra köhnə vərdişi (gündəlik yazmağı) təzədən bərpa etmək qərarına gəldim. Amma... belə yerdə deyiblər, sən saydığını say...
    Məsələ burasındadır ki, aprel ayının 16-da mənim Qazax Dövlət Dram Teatrında “Neytral zona” pyesimin, ondan cəmi üç gün sonra, ayın 19-da isə Gəncə Dövlət Dram Teatrında “Vida marşı” pyesimin tamaşası oldu. Yox, əslində “məsələ” bunda deyil. Məsələ orasınadır və ən qəribəsi də odur ki, həmin günlərdə tamaşanın getdiyi şəhərlərdə bir adamın adı daha çox çəkilirdi. Bu, Ənvər Köçərli idi. Yox, Doktor (biz ona çox vaxt belə müraciət edərdik), yəni Ənvər müəllim, necə deyərlər, incəsənət sahəsinin adamı deyildi (təəssüf ki, mən indi onun adını keşmiş zamanda çəkməyə məcburam), sadəcə olaraq Qazaxda onun çoxlu dost və qohumları vardı. Elə Gəncədə də Ənvəri xatırlayanlar az olmadı. Tanıyanların hamısı onun alicənablığından, canıyananlığından, gözütoxluğundan söhbət açırdı. Amma o insanlar üçün və onu tanıyanların hamısı üşün Ənvər müəllim təkcə qohum-dost deyildi. Ənvər Köçərlinyə yaxından bələd olanlar yaxşı bilir ki, onun təkcə özünəməxsus, ifadəsi sözlə çətin mümkün olan keyfiyyət və cəhətləri, bayaq işlətdiyim “sadəcə olaraq” ifadəsinə qətiyyən sığmır. Həmin anlarda mənim ürəyimdən keçirdi ki, Qazax və Gəncədəki xoş təəəssüratları Bakıya dönəndən sonra mütləq “Doktorla” bölüşəcəyəm, ona dostların-tanışların salamını yetirəcəyəm. Amma... gör fələk nə sayırmış... Tutqun aprel səhəri (ayın 24-də) eşitdiyim xəbər məni sarsıtdı.
    Ənvər Süleyman oqlu Köçərli 1934-cü ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Uşaqlıq illəri Birinci Dünya Müharibəsi dövrünə təsadüf edən bütün yaşıdları kimi o da ağır, məşəqqətli yeniyetməlik və gənclik dövrü yaşayıb. İndi mənim əlimin altında onun onun həyat və fəaliyyətini tam dəqiqliyi ilə, illərə görə əks etdirən rəsmi bir arayış, sənəd yoxdur və düzü, buna heç ehtiyac da duymuram. Çünki onun həyatını quru, rəsmi rəqəmlərlə ifadə etməyin özü də mənə qəribə görünür. Çünki, o, həyatın, təbiətin özü qədər sadə, təbii, səmimi bir insan idi.
    İlk gənclik illərində Ənvər Köçərli tibb texnikumunda təhsil almış, bir müddət öz doğma kəndindəki xəstəxanada çalışmışdı. Həyatının sonrakı mərhələsində o, indiki Kənd Təsərrüfatı Akademiyasını bitirmiş, aspiranturada oxuyub dissertasiya müdafiə eymiş, istehsalat müəssisəsinin rəhbəri olmuş, elmi-tədqiqat sahəsində fəaliyyət göstərmişdi. Amma taniyanlarin az qala hamısı məhz ilk gənclik illərində qısa bir zaman kəsiyində göstərdiyi fəaliyyətlə əlaqədar olaraq ona sonralar da hamı “Doktor”-deyə müraciət edirdi.
    Ənvər Köşərli hörmətli, məşhur bir nəslin övladı idi. O, doğulub boya-başa çatdığı Şınıx torpaqının özü kimi sıxavətli və bətəkətli idi. “Uşaqla uşaq, böyüklə böyük” ifadəsi sanki məhz onun üçün yaranmışdı.
    Onun həm Bakıdakı, həm də İsalıdakı evi, sanki bütün ənvərsevənlərin doğma ocağı, isti bucağı idı. O, təbiəti, torpağı necə də sevirdi... Mən müşahidə edib görmüşəm ki, o hər il yay istirahətini doğma kənddə keçirir və bundan hədsiz dəcədə zövq alırdı. Sadə adamlarla söhbətdən doymurdu. Nəslinin, soyunun, kökünün tarixi ilə maraqlanardı. Yadımdadır, isalıların şəcərəsi ilə bağlı topladığı materialları necə həvəslə “ələk-vələk” edir, hər sözün üstündə necə əsirdı. Sonralar həmin sənədlər, materiallar, faktlar, xatirələr sıralanıb sanballı bir kitaba çevrildi: “Bir ağacın budaqları”. Əldən-ələ, dildən-dilə gəzdi o kitab.
    Mütaliəni sevərdi. Təbiətlə, xüsusilə xalq təbabəti ilə bağlı kitablara üstünlük verərdi. Fikrini qısa, lakonik şəkildə iadə etməyi xoşlayardı. Bəzi yaşlılar kimi adamlara, ən çox da gənclərə uzun-uzadı “nümunəvi” nəsihət və məsləhətlər verməyi xoşlamazdı. Qzü əsl örnək, əsl nümunə idi.
    Hər bir işə “qulp” qoyub, az qala hər kəsdə “eyb” axtaran kəslərə həmişə eyhamla deyərdi: “Adamlar haqqında söz deyəndə tələsik nəticə çıxartmayın, ehtiyatlı olun”. Bəzən yanında kimsə birisini “yıxıb-sürüyəndə” sakit tərzdə deyərdi: “Onun da yaxşı cəhətləri az deyil...” Adamlarda daim yaxşı cəhətlər, işıqlı nəsnələr axtarardı Ənvər Köçərli. Bu, onun öz daxilindəki işiqdan qaynaqlanırdı.
    Aramızda böyük yaş fərqi olsa da, hər görüşəndə sadəliyi, mehribanlığı ilə soyuq rəsmiyyətçiliyi dəf edərdi. Son illər çalışdığı iş yeri- Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutu Aktyor evinin beş-on addımlığında idi. Mərhum Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Gənclər Teatrında demək olar ki, hər il mənim yeni bir pyesimin premyerasi olurdu. Dəfələrlə məndən xəbərsiz tamaşalarıma gəlib, məni “çıxılmaz” vəziyyətə salmışdı Ənvər müəllim. Hər bu cür “xəbərsiz gəlişdən” sonra utanıb-sıxılıb özüm-özümü danlamışam. Əslində isə mənim belə “diqqətsizliyimin” əsasında ona olan böyük hörmətim dayanırdı; mən, sadəcə olaraq, onun vaxtını almamaq, ona əziyyət verməmək istəyirdim.
    Oxuduqlarına, bildiklərinə öz fərdi, bənzərsiz münasibəti olurdu. Ötəri tənqidləri, iradları kimi tərifi də yığcam, obyektiv olurdu onun. Dil pəhləvanı deyildi, əməl adamı idi Ənvər Köçərli.
    Özünəməxsus incə, xəfif yumoru vardı. Zarafatı xoşlardı. Amma heç kəsin ürəyinə dəyməzdi. Qəddi-qaməti, oturuşu-duruıu, sözü-söhbəti, ağlı-kamalı, insanlara diqqəti, qayğısı ilə seçilərdi bizim Doktor.
    Həyatda həm ağrılı-acılı, həm də xoş, sevinc dolu günləri çox olmuşdu onun. Vəzifənin də, işsizliyində “üzünü” görmüşdü. Amma heç zaman dəyişməmişdı. Məğrur idi. Sınmaq ona yad idi. Olduqca sakit, olduqca təvazökardı. Elə həyatı da bu cür başa çatdi. Gecə yatdı, bir daha oyanmadı. Quş kimi uşub getdi. Heç kəsə əziyyəti dəymədi. Sanki bu cür ölümü, bu cür sonu və sonluğu onun özü seçmişdi. Sanki əcəl özü onun qulluğunda dayanmışdı. Səbrlilik, təmkinlilik nümunəsi idi Ənvər Köçərli.
    Gözəl, tərbiyəli övladlar qoyub getdi: Gülşən, Yalçın, Elxan. Bir də ürəklərdə, yaddaşlarda gözəl xatirələr qoyub getdi.
    İşıqlı, nurlu bir adam itirdik.
    Sanki dünyamızın da işığı öləzidi, azaldı bir az...







    Öz qəhrəmanlarına bənzəyən yazıçı
    (Nahid Hacızadə haqda düşüncələrim)

    Hesab edirəm ki, hər hansı bir adamın fəaliyyətinin “bütövlüyü” barədə qəti höкm vеrməк çətin məsələdir. Çünкi hər кəsin işində bir кəm-кəsir оlur. Amma mənə еlə gəlir кi, Nahid Hacızadə haqqında söz açarкən elə birbaşa “höкmlə” dеməк оlar: o, Azərbayjan tеlеviziyasında az qala bütöv bir еpохadır.
    Nahid müəllimin ömrünün 40 ili birbaşa radiо və tеlеviziya ilə bağlı оlub. Bilənlər yaхşı bilir кi, radiо və tеlеviziya jurnalistiкası ağır, məsuliyyətli bir pеşədir; hətta, екran və еfir tariхində hər cümlə, hər ifadə üçün adamların “başıyla cavab vеrdiyi” dövrlər də оlub.
    Nahid Hacızadə tеlеradiо qurumunda uzun illər кənd təsərrüfatı, gəncliк, ədəbi dram vеrilişləri rеdaкsiyalarına başçılıq еtmişdir. O, əmək fəaliiyətinə Azərbaycan radiosunun ştatdankənar müxbiri kimi başlamış, Azərbaycan Teleradio şirkəti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Nеçə-nеçə vеrilişlər, prоqramlar, tamaşalar özünün екran-еfir ömrünü məhz оnun vizası ilə yaşamışdır.
    Sənət adamlarının əкsəriyyəti şıltaq, ərкöyün оlur. Nahid Hacızadə оnlarla yaradıcılıq təmasında оlduğu müddətdə hеç кəsin qəlbinə dəyməmiş, əкsinə, özünün imкanları çərçivəsində daim söz-sənət adamlarına хеyirхahlıq еtmiş, əlindən gələn yaхşılığı əsirgəməmişdir. Məhz еlə bu səbəbdəndir кi, оnlarca, yüzlərcə yaradıcı adam Nahid bəy haqqında həmişə ağızdоlusu danışır, оnun ürəкaçıqlığını хüsusilə vurğulayırlar.
    Nahid Hacızadənin fəaliyyəti təкcə radiо-tеlеviziya ilə məhdudlaşmır. Gеniş охucu auditоriyası оnu gözəl hекayə və pоvеstlər müəllifi кimi tanıyır. Əsərləri bir çох dillərə tərcümə еdilib, кitabları Baкıda və Mоsкvada böyüк tirajla nəşr оlunub.
    Nahid Hacızadə bir dramaturq кimi də sеvilir. Pyesləri müхtəlif tеatrların səhnələrində uğurla оynanılıb. Yеri gəlmişкən qеyd еdim кi, yazıçının əsərlərində güclü həyat еşqi, хеyirхahlığa çağırış mоtivi оnun bütöv yaradıcılığından qırmızı хətt кimi кеçir. Bu isə yəqin кi, təsadüfi dеyildir. Çünкi bü əsərlərin müəllifi təbiətən zərif, хеyirхah, həssas bir insandır.
    Nahid Hacızadə dоstluğa möhкəm bir insandır. О, bir çохları кimi vəzifəsi dəyişdiкcə dоstlarını da dəyişən, gündə bir “havaya” оynayan кəslərdən dеyildir. Mən uzun illərdir кi, оnu öz “dəyişməz” dоstlarının çеvrəsində görmüşəm. Vaxtilə az qala hər gün təmasda olduğu dostlarının bir çoxu, məsələn qələm adamlarından İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cəmil Əlibəyov, Əlfi Qasımov, Əlibala Hacızadə, Gəray Fəzli, Elşad Quliyev, tanınmış səhnə xadimləri Həsən Məmmədov, Həsən Turabov, Kamal Xudaverdiyev, Yaşar Nuri, bəstəkar Emin Sabitoğlu, rejissor Lütfi Məmmədbəyov... həyatda yoxdur. Amma heç vaxt köhnəlməyən köhnə dostları- Əlövsət Bəşirli, İlyas Tapdıq, Оqtay Rza, İlham Namiq Kamal оnun daim görmək istədiyi, xatırladığı, arayıb-aхtardığı sədaqətli simalar, еtibarlı insanlardır.
    Nahid Hacızadə hər sözün üstə əsən rеdaкtоrdur. Yazıçının qələmi dəyən кitaba “zaval” yохdur. Məhz buna görə də öz əsərinin çapa, еfirə gеdən variantında оnun imzasını görməк istəyən müəlliflər çохdur.
    O, təbiətən kövrək adamdır. Kədərli bir hadisə eşidəndə iri- ifadəli gözləri dolur. Mən onu dost itgisi eşidərkən uzun barmaqlarını gur-dalğalı saçlarının arasında çarpazlayıb ağlayan da görmüşəm.
    Təkcə əsərlərinin adı onun yazıçı amalından, romanrik duyğularından xəbər verir: “Bir ana tanıyırdım”, “Dağlar yuxuma girir”, “Bir ürəyin çağırışı”, “Ömür gözləyir bizi”, “Köçündən ayrılan durna”, “Məhəbbət ölüncə var”, “Payız leysanları”, “Qərib axşamlar”, “Qisas qalmaz qiyamətə”, “Yada düşdü” və sair.
    Qarabağ mövzusu Nahid Hacızadənin yaradıcılığından qırmızı bir xətt kimi keçir. Hələ televiziyada Baş redaktor vəzifəsində işləyərkən -1990-cı ilin yanvarında Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırlanmış ədəbi kompozisiyanı efirə verdiyi üçün o zamankı Komitə sədri tərəfindən işdən kənarlaşdırılmışdı. İrad da belə olmuşdu ki, “bu, sülhməramlı sovet ordusuna qarşı bir təxribatdır”.
    Elə vətən və vətənpərvərlik mövzusuna bağlılıqdandır ki, onun sözlərinə Eldar Mansurovun bəstələdiyi, Mübariz Tağıyevin ifa etdiyi “Qalx, qalx, ulu bayraq” mahnısı az qala hər gün efir və ekranlarda bir himn kimi əzəmətlə səslənir.
    Onun əsərlərində demək olar ki, mənfi qəhrəmanlar yoxdur. Obrazların hamısı cəmiyyətdə işıq axtarır. Yazıçının əsərlərini rus dilinə tərcümə edən yazıçı Tamara Oşaninanın atası, məşhur rus şairi Lev Oşanin həmişə deyərdi: “Nahid Rəhimoğlunun əsərləri müasir dünyanın nağıllarıdır. Oradakı qəhrəmanların hamısı həmişə xeyirxahlığa can atır. Nahid öz əsərlərindəki qəhrəmanlara bənzəyir. Və yaxud belə də demək olar: qəhrəmanları Nahidin özünə bənzəyir”.
    Mən Nahid müəllim haqqında daha ətraflı danışa bilərəm. Çünкi mən оnu çохdan, lap çохdan, gözümü bu dünyaya açandan tanıyıram. О, mənim dayımdır. Хеyr, siz düşünən “dayı”lardan yох. О, sadəcə оlaraq mənim anamın qardaşıdır. Mən оnu bir ziyalı, yazıçı, rеdaкtоr və əlbəttə, həm də bir dayı кimi sеvirəm.
    Mən bəzən zarafatla ona deyirəm:
    -Hacı, (mən ona adətən ya “Hacı”, ya da “Hacınəvəsi” deyə müraciət edirəm), bu ədəbi aləmdə məndən başqa hamıya dayılıq etmisən. Bunun səbəbi nədir?
    O, bir qayda olaraq ciddi şəkildə belə cavab verir:
    -Bacıoğlu, əvvəla, mən bütün yaxşı adamların dayısıyam. İkincisi də, sənin dayıya, daha doğrusu “daydayıya” ehtiyacın yoxdur... Sən yaxşı bilirsən ki, mən yetim böyümüşəm, bacıoğlu. Anamın üzünü görməmişəm. Atamı uşaqlıqda itirmişəm. Bacım Sitarənin himayəsində böyümüşəm. Yetimliyin, kasıblığın hər üzünü görmüşəm. Öz yolumla tək-tənha irəliləmişəm. Çoxlarına arxa olmuşam, amma özümə “arxa” axtarmamışam. Mən səni də belə görmək istəyirəm. Kiminsə quyruğunda, qoltuğunda ədəbiyyata, elmə gəlmək məncə bir faciədir. Gərək ədəbiyyatda da, həyatda da öz yolunu özün seçəsən və seçdiyin o yolu da özün öz gücünlə, öz ayağınla gedə biləsən... Razısanmı? Haqlıyammı?
    Əlbəttə, o, haqlı idi.
    Mən əvvəllər televiziyada verilişlər aparırdım. Yadımdadır, o, Sədrin 1-ci müavini olarkən mənim əvvəlcə TV-də çalışmağıma, sonra isə veriliş aparmağıma razılıq verməmişdi. Və bunu belə əsaslandırmışdı: “Bacıoğlu, qanunvericiliyə hörmət etmək lazımdır. Mövcud qaydaya görə, yaxın qohumların eyni təşkilatda fəaliyyət göstərməsi yolverilməzdir. Sən də özünə hörmət edən adamsan, mən də. Efirdə-ekranda hər gün düzlükdən-doğruçuluqdan danışırıq. Bəs bizi tanıyanlar dediklərimizə gülməzmi? Bizi lağa qoyub ələ salmazmı? Bizi qınmazlarmı? Düzdür, sən burada ştatda deyilsən, amma… Nə üçün bizə söz gəlməlidir? Allaha şükür, bütün mətbuat orqanlarının qapısı sənin üzünə açıqdır. Qələmin də ki, əliyüləla. Nə istəsən yazıb çap etdirə bilərsən. Bir də ki, televiziya adamı cezb edən bir ilğımdır. Adamın vaxtını çox alır. Zaman keçir və bir də baxıb görürsən ki, vaxtının çoxu bihudə keçib. Amma yazılanlar qalır. Bilirəm, sənin əlində yarımçıq kitabların, çapını gözləyən elmi əsərlərin, natamam pyeslərin var. Onları tamamlamağı tövsiyyə edərdim sənə. Heç vaxt şöhrət arxasınca getmə, ürəyinin və vicdanının səsini dinlə, bacıoğlu. Efirə-ekrana çox aludə olma…”
    Əlbəttə, mən onunla razılaşmalı olurdum. Çünki o, haqlı idi. Vicdanlı idi. Şəxsiyyət idi.
    ...Bu gün Nahid Hacızadə ailəsi, övladları, nəvələri ilə birgə özünün sadə mənzilində baharı qarşılamağa hazırlaşır.
    Baharı qarşılamağa hazırlaşan Nahid Hacızadə başqa bir “baharın” da astanasındadır. Məsələ bundadır ki, mart ayının 14-ü sənətkarın doğum günüdür. Bu il onun 80 yaşı tamam olur.
    Yaşamağı bacaranlar üçün 80, 90, hətta 100 yaş da bahardır.
    Mən ömrünün yеni baharını qarşılayan Nahid bəyi təbriк еdir, оna üz tutub dеyirəm: qoy ürəyində həmişə bahar çağlasın, Nahid Hacınəvəsi. Unutma кi, sənin baban (bizim babamız) 39 dəfə Həccə gеdib: zəvvar dəstəsinin önündə.
    Arzum budur ki, sən də öz qəhrəmanlarınla qoşa addımlayasan. Çox arzusunda olduğun qələbə və zəfər gününü azad edilmiş torpaqlarımızda qarşılayasan. Və o vaxt öz mahnının nəqaratında səslənən sözləri uca səslə ifadə edəsən: “Qalx, qalxa, ulu torpaq, Qalx, qalx, ulu bayraq”.
    14.03.2016

    Nahid Hacızadə dünyasını dəyişdi...
    Əlbəttə, doğma, yaxın, əziz adamlar haqqında onların yubileyi və ya digər əlamətdar bir məqamla bağlı yazı yazmaq xoşdur. Amma nə edəsən ki, həyat heç də daim xoş ovqatlı notlar üstə köklənməyir. Cəmi bir neçə ay öncə mən onun haqqında kiçicik bir yazı qələmə almışdım. Əslində o, “yubiley yazılarını” o qədər də xoşlamazdı... İndi isə, ümumiyyətlə, onun nə hansısa bir bədii epitetə, nə də ədəbi metaforaya ehtiyacı var. Heç sağlığında tərifi sevməzdi, o ki ola indi...
    Nahid Hacızadəni itirdik. Bilənlər bilir, tanıyanlar tanıyır: sadələrdən sadə idi Nahid Hacızadə...
    Gədəbəy rayonunun Şınıx mahalında, Düzrəsullu kəndində dünyaya göz açmışdı.
    Anası Məleykə xanımı və atası Rəhim Hacızadəni vaxtsız itirmişdi. Böyük bacısının himayəsində böyümüşdü. Həm məktəbi, həm də Universiteti əla qiymətlərlə bitirmişdi. Böyük bacısı Sitarə xanım evdar qadın idi. Böyük qardaşı Fərrux müəllim kimyaçı alim idi. Sonra anam Firəngiz... Nahidsə evin, ailənin kiçiyi idi.
    Həyatın sərt üzünü görsə də təbiətən sərt adam deyildi. Bəzən əzab-əziyyətlə böyüyən adamlar qisasçı, eqoist olur. O isə əksinə, mərd, təvazökar və xeyirxah idi.
    Adətən, bütün adamlar dünyanı tərk edəndən sonra barələrində yalnız xoş sözlər deyilir. Hətta, bəzən bu xoş sözlərə layiq olmaynlar barədə belə... O isə hələ sağlığında ikən özünə rəhmət qazanmış insanlardan biri idi.
    Saxta, ikiüzlu adamları xoşlamazdı. İşıqlı adamları sevərdi. Bəlkə də məhz elə buna görə əsərlərində mənfi obrazlar yox idi. Bütün qəhrəmanları, mərd, cəsur, xeyirxah, işıqlı personajlar idi.
    Onlarla roman, povest, pyes və hekayənin müəllifi idi.
    90-cı ilin 20 Yanvar qırğını haqda veriliş hazırladığına görə televiziyadan uzaqlaşdırılmışdı. Yadımdadır, o səs-küylü verilişin adı belə idi: “Başın sağ olsun, Vətən”.
    Son illərdə xatirələrini, zamanında görüb-bildiklərini yazmaqla məşğuldu. Elə son iş yerinin adı da bir az mistik, bir az da rəmzi idi- “Respublika Xatirə Kitabı”. Bu Kitabda Vətən uğrunda həlak olanların ömürlüyü əbədiləşdirilirdi...
    Onsuz da gələnlər gedəcək, gedənlər gəlməyəcək. Dünyanın əbədi qanunudur bu. Fəqət bu gəlimli-gedimli dünyanın əbədi bir ahəngi, pozulmaz bir qanunu da var: unutmayanlar unudulmur. Və bu yerdə vaxtilə Nahid bəyin verilişlərindən birinin adı yadıma düşdü: “Unutsaq unudularıq”...
    Nahid Hacızadə çox ləyaqətli bir şəxsiyyət idi. Əxlaqlı bir insan və romanrik ruhlu bir yazıçı idi. Pyesləri ölkənin bir çox teatrlarında tamaşaya qoyulmuşdu. Əsərləri ondan çox dilə tərcümə olunmuşdu.
    O, təbiətən demokratik adam idi. Həmişə həqiqəti yazmağı məsləhət bilirdi. Lazım gələndə adamlara ümumi işin nəfinə güzəştə getməyi tövsiyə edirdi.
    Müstəqilliyimizdən məmnun idi. Hacı Zeynalabdin, Məmməd Əmin haqda memuar xarakterli yazıları vardı.
    Son vaxtlar ağır xəstə idi.
    Onun sevdiyi misraları xatırlayıram:

    “Əzəldən belədir çünki kainat,
    Cahan daimidir, ömür amanat.
    Əldən ələ keçir vəfasız həyat,
    Biz gəldi gedərik sən yaşa, dünya...”

    Biz əzəmətli bir kişini, ləyaqətli bir insanı, istedadlı bir yazıçını itirdik.
    Nahid Hacıcadə haqq dünyasına qovuşdu...
    Biz bu gün onu Biləcəri qəbristanlığında, yaşadığı evin yaxınlığında dəfn etdik.
    “Başın sağ olsun, Vətən”.
    18.01.2018

    Artıq bir ildir ki, aramızda deyil. Amma onu tanıyanlar haqqında həmişə xoş sözlər deyirlər.
    Çoxlarından eşitmişəm: “Televiziyanın son magikanlarından biri idi Nahid müəllim...”
    Bu yaxınlarda uzun illər Nahid Hacızadə ilə eyni redaksiyada çalışmış rejissor, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə ilə rastlaşdıq. Vaxtilə, Nahid müəllim haqda maraqlı bir veriliş çəkib.
    Söhbət əsnasında Məhərrəm müəllim dedi:
    -Səksən illiyi münasibəti ilə Nahid müəllim haqda veriliş şəkmək istəyirdik. O, həmin vaxt artıq televiziyada işləmirdi. Amma onun xətrini çox istəyən redaksiya əməkdaşları, yazıçının keçmiş həmkarları belə bir verilişin ərsəyə gəlməsini çox istəyirdi. Doğrusu, o, özü haqda söz demək üçün kiməsə ağız açmaq istəmirdi. Mən onun xasiyyətinə bələd idim. Bilirdim ki, çox təvazökar adamdır, həmişə diqqətdən yayınmağı xoşlayır. Onu dilə tutub bir neçə adamın, o cümlədən Xalq yazıçısı Elçinin adını çəkdim. Hiss etdim ki, Nahid müəllim tərəddüd edir. Mən dedim ki, narahat olmayın, özüm Elçin müəllimlə zəngləşib danışacam. Belə də oldu. Elçin müəllim öz yazıçı həmkarı haqda ətraflı çıxış etdi və hətta, onu da vurğuladı ki, Nahid Hacıcadə özünü daim kadr arxasında saxlayıb, amma bizə, öz qələm yoldaşlarına həmişə səxavətlə vaxt ayırıb, verilişlər həsr edib...
    İllər keçəcək, bu nurlu, işıqlı yazıçının əsərləri oxucuları daim öz sehrinə salacaq. Onun dedikləri isə mənim yaddaşımda yenə də əks-səda verməkdədir: “Gərək bu dünyada öz yolunu özün seçəsən və seçdiyin o yolu da özün öz gücünlə, öz ayağınla gedə biləsən...”

    19.01.2019




















    O, sanki səsi ilə rəsm çəkirdi

    Görkəmli dikror, mərhum Xalq artisti
    Yusif Muxtarov haqqında

    Tərcümeyi-halından çıxarış
    Yusif Mehdi oğlu Muxtarov 1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kür kəndində anadan olub. Orta məktəbi uğurla başa vurduqdan sonra Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını, habelə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən indiki Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona Əməkdar artist fəxri adı verilib.
    Yusif Muxtarov 1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olmuş, bu sənət ocağının yaranmasında, fəaliyyətində və yetkinləşməsində əlindən gələni əsirgəməmişdir.
    Yusif Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin “Qəribə adam”, M.Y. Lermontovun “İki qardaş”, Səməd Vurğunun “Vaqif”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Nazim Hikmətin “Bayramın ilk günü”, Mar Bayciyevin “Duel”, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İlyas Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, televiziya tamaşalarında və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında çəkilən “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” və bir sıra digər filmlərində yaddaqalan obrazlar yaratmışdır. Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə saysız-hesabsız filmlər dublyaj olunub. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunmaqdadır.
    Artıq qeyd olunduğu kimi, Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın xarici ölkələrdə Azərbaycan Teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olmuşdur. Teatrın Azərbaycan ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Y.Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
    Yusif Muxtarov 1999-cu ildə Türkiyənin İstanbul hərbi-hava akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib. 2002-ci ilin noyabr ayının 7 də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə ona “Xalq artisti” fəxri adı verilmişdir.
    Yusif Mehdi oğlu Muxtarov 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat etmişdir.
    O, Xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı idi.
    Qızı Aynur Muxtarova hal-hazırda vaxtilə ata və anasının birgə yaradıb çalışdıqları Bakı Bələdiyyə Teatrının direktorudur.
    Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. O, uzun illər dünyanın müxtəlif ölkələrində Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
    Əlbəttə, bütün bunlar Azərbaycan Respublikasının Xalq artisti Yusif Muxtarovun yalnız, necə deyərlər, “rəsmi” bioqrafiyasından götürülmüş sərirlərdir. Əslində isə Yusif müəllimin həyatının “rəsmiyyətə” sığmayan anları, günləri, illəri kifayət qədərdir.
    Yusif Muxtarov ictimai mühitdə bir aktyor, teatr təşkilatçısı kimi də kifayət qədər tanınmışdır. Amma etiraf etmək lazımdır ki, geniş tamaşaçı və dinləyici auditoriyası onu daha çox bir diktor, bir aparıcı kimi tanıyır. 23 yaşında ikən Azərbaycan radiosunda diktor kimi əmək fəaliyyətinə başlayan gənc Yusifin səsi tezliklə şəhər-şəhər, kənd-kənd, ev-ev-ev yayılmağa başladı. Necə deyərlər, Yusif Muxtarovun səsi ailələrin daim gözlənilən sevimli “qonağına” çevrilmişdi.
    Dinləyiciləri Yusifin səsindəki hansı cəhət, hansı keyfiyyət sevdirirdi? Məsələ burasında idi ki, gənc diktor həm ictimai-siyasi, həm ədəbi-bədii mətnləri eyni şövq və həfəslə ifa edirdi. Amma efirdə gedən bu verilişlərin heç biri digərini təkrar etmirdi. Yusif Muxtarov öz səsinin imkanlarından bacarıqla istifadə edir, hər bir mətnin öz “aurasına” daxil olur, hər cümlə, hər söz üzərində əsir, bir aparcı məharəti ilə dinləyici qəlbinə yol tapmağı bacarırdı.
    Yusifin səsindəki ənginlik, genişlik, sərbəstlik sanki onun doğulduğu Muğanın ab-havası üstə köklənmişdi. Onun səsi də həmin uczuz-bucaqsız çöllər kimi sirli və sehrli idi. O səsin ləngərində, ahəngində bir azadlıq hissi də vardı. Bu, həm də o səs sahibinin öz xarakterindən, özünə daxili inamından irəli gəlirdi.
    Yusif haqqında söhbət açanlar daim onun xeyirxahlığından, diqqətcilliyindən, həssaslığından danışırlar. O, bir çox gənclərin diktorluğa həvəs göstərməsində həm də bir müəllim və “təbliğatçı” rolunda çıxış etmışdir.
    Xatırlayıram, Azərbaycan Respublikasının Xalq artisti mərhum Qara Tağızadə ölkə radiosunda diktor kimi fəaliyyətə başlamasında Yusif Muxtarovun müstəsna rolunu daim minnətdarlıqla xatırlayırdı.
    Yusif öz məsuliyyətli peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrənir və öz öyrəndiklərini də eyni həvəslə gənclərə öyrədirdi. O, təkcə geniş səs diapozonuna malik bir sənətkar deyildi. Onu fərqləndirən cəhətlərdən biri də öz sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələri, bir sözlə geniş erudisiyası idi. Düzdür, dediyimiz kimi, Yusif Muxtarov ömrünün müəyyən bir mərhələsində aktyor kimi çıxış etsə də, bu, onun diktorluq fəaliyyəti qədər əhatəli və miqyaslı olmayıb. Amma tamaşaçılar Yusifi bir sıra rolların aparıcısı kimi indi də yaxşı xatırlayır. Onun, xüsusilə, məşhur dramaturq Mar Bayciyevin “Duel” əsərində öz həyat yoldaşı Amaliya Pənahova ilə eyni səhnəni bölüşməsi bu gün də bir çox teatrsevərlərin yadındadır.
    Harada çalışmasından asılı olmayaraq Yusif Muxtarov “efir adamı” idi. O, mikrofon önündə sanki öz səsi ilə portret yaradır, şəkil çəkirdi. Milyonlarla dinləyici onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını bəyənir və təqdir edirdi. Yusif səsə adi “radio aləti” kimi deyil, ürəkləri fəth edən bir ecazkar sehri kimi yanaşırdı.
    Yusif Muxtarov təbiətən sakit, mülayim bir adamdı. Heç kəsin qəlbinə toxunmaz, hamıya ehtiramla yanaşardı. Əhatəsində olan adamlar da onun xətrini istəyər, hörmətini saxlayardı. Mənim də Yusif müəllimlə uzun illər tanışlığım ünsiyyətim olub. Dramaturgiya ilə məşğul olduğumu bilirdi. Hətta, bir dəfə hansısa bir tədbirdə rastlaşarkən görüşəndən sonra ərkyana qaydada dedi ki, oxuyuram, eşidirəm, müxtəlif teatrlarda pyeslərin oynanılır. Hələ orasını da yaxşı bilirəm ki, daha çox Hüseynağa Atakişiyevın teatrı ilə (Dövlət Gənclər Teatrı-F.M.) əməkdaşlıq edirsən. İstəsən bizim teatra da əsər təqdim edə bilərsən...
    Aradan bir müddət keçəndən sonra yolumu Şəhriyar sarayı tərəfdən saldım. Amaliya xanımla Yusif müəllim iş yerində idilər. Nəhəng kabinetə daxil olub yeni nəşr edilmiş pyeslər kitabını teatr rəhbərlərinə təqdim etdim. Növbəti görüşlərimizdən birində Yusif Muxtarov gülə-gülə dedi:
    -Mən artıq sənin verdiyin kitabı başa çatdırmaq üzrəyəm... Düzü, xoşuma gələn pyeslərin çox oldu. İndi bildim ki, Hüseynağa doğrudan da öz seçimində səhv etmirmiş...
    Mən də həmin zarafat tonunda dedim:
    -Yusif müəllim, təşəkkür edirəm. Zəhmət çəkib oxumusuz. Verdiyiniz qiymətə görə də sağ olun... Yaxşı, bəs o əsərlərin sizin teatrın səhnəsində oynanılma ahtimalı hansı vəziyyətdədir?
    Yusif Muxtarov bir qədər fikrə gedib dedi:
    -Yəqin ki, sizin üzünüzə yollar daim açıq olar...
    Az sonra Yusif Muxtarov dünyasını dəyişdi...
    ...Xatırlayıram, bir dəfə keşmiş Dzerjinski klubunun qarşısında rastlaşdıq. Ordan-burdan danışdıq. Dedim ki, dinləyicilər uzun illər sizin səsinizi eşidiblər. Yəqin ki, hərdən ürəyinizdən də yenə bir “Danışır Bakı” kəlməsini demək keçir.
    O, qayğılı bir görkəm alaraq dedi ki, əlbəttə, bunsuz mümkün düyil. Və bir qədər duruxub dilləndi:
    -Əlbəttə, efir mənim taleyim olub. Bunu inkar edə bilmərəm.Təzədən radio diktoru kimi fəaliyyətə başlamaq bəlkə də bir qədər inanılmaz olardı...Amma mən daha çox o mikrofon qarşısında bir mühüm xəbəri ilk dəfə dinləyicilərə çatdırsaydım çox xoşbəxt olardım. Yəqin özünüz bildiniz o hansı xəbərdir?
    -Əlbəttə, bildim. Qarabağın azad olması müjdəsini...
    -Elədir. Özü də bu xəbəri məhz Şuşadan elan etsəydim, inanın ki, ta bu dünyada mənə zaval olmazdı... Mən o günə inanıram....
    ...2010-cu il 26 aprel tarixdə illər uzunu çalışdığı radio dalğaları onun çoxsaylı dinləyici və tamaşaçı auditoriyasını kədərləmdirən acı bir xəbəri ev-ev, kənd-kənd, şəhər-şəhər yaydı: Respublikanın Xalq artisti Yusif Muxtarov vəfat etmişdir.
    Əgər yaşasaydı, öz ad gününü dostlar, doğmalar vəyaxınlarla birgə qeyd edəcəkdi...
    Allah rəhmət eləsin.










    Final

    Cavidlə sürgündə olan adam

    Bakıdan Yerevana gedən qatardakı ümumi vaqonda yerimi müəyyən edib əl çantamı və yağmurluğumu yuxarıdakı qatlama ağac “polkanın” üstünə atdım. İçəri alaqaranlıq idi. Bir az dincəlib vaqonun dəhlizinə çıxdım. Adam az idi. Bələdçi qadın girişdə dayanıb dəmir tutacağa söykənmişdi.
    Açıq pəncərənin ağzında, ensiz dəhlizdəki kiçik dəmir oturacaqda əyləşdim. Payız olsa da hava xoş idi. Pəncərədən bayıra boylandım. Təbiətin qızıl fəsli, yəni son baharın təkrarsız rəngləri hətta, dəmiryol vağzalının bomboz beton səkilərində, daha doğrusu səki boyu sıralanmış təkəmseyrək ağacların yarpaqlarında də hiss olunurdu.
    Qatar yerindən tərpəndi. Bələdçi qadın vaqonun girişindəki kiçik “hücrəsinə” çəkildi.
    Adam az olduğuna görə sakitlik idi. Mən perrona çıxıb siqaret çəkmək istəyirdim. Bu əsnada arıq, uzun, qaraşın sifətini dərin qırışların “şumladığı” bir kişi mənə yaxınlaşıb boğuq səslə dedi:
    -Salam. Axşamınız deyir. Oturmaq olar burada?
    Kişi əli ilə üzbəüzdəki dəmir oturacağı göstərib cavab gözləmədən əyləşdi. Mən dilucu kişinin salamını aldım.
    Əslində vaqonun ensiz dəhlizi boyu səpələnmiş dəmir oturacaqların az qala hamısı boş idi. Amma yaşı yəqin ki, yetmişi çoxdan adlamış bu ahıl adam mənimlə qabaq-qənşər əyləşmək istəyirdi. Yəqin ki, söhbət etməyə adam axtaran birisidir. İstədim ki, ayağa durub siqaret çəkməyə çıxam. Kişi ürəyimi oxuyubmuş kimi dilləndı:
    -Siqaret çəkən deyilsiz ki?
    Könülsüz halda:
    -Çəkirəm,-deyə, cavab verdim.
    -Hə, mən də çəkənəm.
    Perrona çıxdıq. Siqaret alışdırdıq.
    -Müəllim işləyirsiz?
    Aşsaqqalın sualına sualla cavab verdim:
    -Haradan bidiniz?
    Kişi gülümsədi:
    -Mən də müəlliməm.
    Əl verib təzədən tanış olduq.
    Ordan-burdan danışmağa başladıq. Mən gənc mütəxəssis kimi Saatlı rayonunda müəllim işlədiyimi dedim.
    O, tüstünü acgözlüklə sinəsinə çəkirdi. Onun tüstü arxasından bozaran sifətinı doğrayan dərin qırışlar qədim tarix kitablarının səhifələrindən boy verən əzilmiş xəritəyə oxşayırdı. Havada burulan tüstünün çoxu sanki onun sifətindəki bu dərin qırışların dolanbanc “çığırlarında” yoxa çıxırdı.
    Yol yoldaşım sən demə 30-cu illərin müəllimi imiş. Kişi həmin illərin tanınmış şəxsiyyətlərini bizim kimi televizorda yox, həyatda görübmüş.
    Qocaman müəllimin danışdıqları mənim üçün çox maraqlı idi. Söhbətin şirin yerində o, siqaretinə dərin qullab vurub məndən soruşdu:
    -Hüseyn Cavid necə şairdir?
    Bu suala heç bir cavab vermədən bildirdim ki, mən Cavidin “İblis” dramını az qala bütöv əzbərdən bilirəm. Və başladım İblisin son monoloqunu deməyə. Kişi də mənə qoşuldu. Son misraları “xorla” deyib hər ikimiz güldük.
    “...Kimdir cümlə xəyanətlərə bais?
    İblis, İblis, İblis...”
    Təzədən siqaret yandırdıq.
    Kişi tüstünün arxasından “boylanaraq” boğuq səslə dilləndi:
    -Mən Cavidlə birlikdə olmuşam.
    Araya sükut çökdü.
    Mən onun fikrini qırmaq istəmirdim.
    Kişi handan-hana dedi:
    -Mən onunla sürgündə bir yerdə olmuşam ... Yəni bir yerdə “yatmışıq”.. Sibirdə... İrkutskda. O, gözümün qabağında keçinib. Hər ikimizi eyni “statya” ilə tutmuşdular.
    Mən susurdum. Bu maraqlı söhbətin ardını dinləmək istəyirdim.
    Kişi dedi:
    -Gör bir aradan neçə il keçib? Otuz beş il. Amma sanki hər şey dünən olub...
    Biz təzədən vaqona qayıtdıq. Mən Cavid əfəndi ilə bağlı bu qocaman müəllimlə ətraflı söhbət etmək istəyirdim.
    Bir azdan bələdçinin qapısı açıldı. Yarımaçıq qapıdan meyxoş tüstü ətri gəlirdi. Hiss olunurdu ki, qadın bayaqdan öz iş kabinəsində siqaret çəkirmiş. Ətrindən bilinirdi ki, onun çəkdiyi siqaret bizimki kimi ucuz deyil.
    Kişi ayağa durub dinməz-söyləməz perrona sarı yönəldi. Mən səbrsizliklə onun qayıdacağını gözləyirdim. Amma qocaman müəllim sanki buxarlanıb havaya çəkilmişdi. Mən bələdçi xanımdan bayaqkı adamın yerini soruşdum.
    O, əsnəyə-əsnəyə dedi:
    -O, bizim vaqonda deyil ki. Yəqin onun yeri qonşudakı “ümumi” vaqondadır... Elə bildim ki, sənin tanışındar, yolüstü söhbət etməyə gəlib...
    Mən gecə Saatlı dəmir yol stansiyasında qatardan düşdüm. Sabah dərs günü idi. Ətrafa göz gəzdirdim. Amma “yol yoldaşım” gözə dəymirdi...
    Sonralar mən Saatlıda çoxdan işləyən, bu tərəflərin ziyalılarını yaxşı tanıyan müəllim dostum Məmməd Təhməzova (şair Məmməd Elliyə) bu barədə danışanda o, belə dedi:
    -Elli, mən həmin adamı tanıyıram. Sabirabadda müəllimdir. Düz deyir, Sibirdə Cavidlə bir lagerdə sürgündə olub. Bir az qəribəliyi olan adamdır.
    Mən Sibirdə Cavidlə eyni “maddə” ilə yatan o “qəribə adamı” bir daha görmədim...
    Və gör bir aradan neçə neçə il keçib?


















    Bəxtiyar Vahabzadə 20 Yanvar günü

    20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi.

    Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə (kiçik bir məclisdə) bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda. Mən zarafatla dedim: "Bəxtiyar müəllim, görünür, bu "Dubinyak” adı "Dubinka” sözünə oxşadığına görə daha yaddaqalandır”.
    O, gülərək "Yəqin ki, elədir”, – dedi.

    Bəxtiyar Vahabzadənin üzünə tüpürdüyü general niyə onu güllələmədi? – AÇIQLAMA
    29.09.2015,


    “Dünən mən sosial şəbəkədə gündəliyimdən bir parça paylaşmışdım. Orada yazılmışdı: “20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam general Dubinyak yox, Ovçinnikov idi”.

    Firuz Mustafa bu gün o zaman generalın xalq şairini nə üçün güllələməməsinə aydınlıq gətirib. Modern.az həmin qeydi təqdim edir:
    “İndi isə onu açıqlamaq istəyirəm ki, general Ovçinnikov nə üçün Bəxtiyar Vahabzadəyə heç nə demədi, onu güllələmədi? Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı “özünün” Az.Tv-dəki “kabinetinə” yığdı. O, artıq Bəxtiyar Vahabzadənin kim olduğunu öyrənmişdi. General dedi: “Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, ağsaqqaldır, hörmət sahibidir. Mən özüm yetimxanada, özü də Daşkənddə müsəlmanların çörəyi ilə böyümüşəm. Oradakı qonşularımın bir qismi azərbaycanlılar idi. Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir. Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam.
    Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim sizin, lap elə bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək”.
    General bunu da əlavə etməyi unutmadı: “Yəqin ki, bilirsiniz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub. Mən nə qatiləm, nə də cani...”.





    “Bildinmi niyə susurdum?”
    Xalq şairi Hüseyn Arifi xatırlayarkən

    Xalq şairi Hüseyn Ariflə mənim uzun illər ünsiyyətim olub. Şairlə daha çox o zaman əməkdaşı olduğum “Azərbaycan gəncləri” qəzetində görüşmüşük. Bir neçə dəfə qəzet və radio üçün ondan müsahibə də götürmüşəm. Hüseyn müəllimlə bağlı yazdığım xatirələrin bir qismi mətbuatda, habelə şairin qızı Səhər xanımın tərtib etdiyi kitabda nəşr edilib.
    Bu günlərdə köhnə cib dəftərçəmdə, 80-ci illərin sonunda, şairlə bağlı yazdığım yığcam qeydlər diqqətimi cəlb etdi...
    Hüseyn Ariflə “Nizami” kinoteatrının yanında rastlaşdıq. Salamlaşıb keçmək istəyirdim. Hiss etdim ki, şair kimisə gözləyir. Bir zamanlar “Yazıçı” nəşriyyatı o tərəflərdə yerləşirdi.
    O, əl verib soruşdu:
    -Harada işləyirsən? Yenə qəzetdəsənmi?
    Ayaq saxlamalı oldum. Hər halda şairin sualına konkret cavab verməli idim.
    -Hüseyn müəllim, çoxdan qəzetdə deyiləm. Akademiyada, Fəlsəfə institundayam.
    -Hə, düz eləyirsən, institut yaxşıdır. Dərs demək yaxşıdır… Qəzetdə nə var ki?
    Mən gülüb dedim:
    -Hüseyn müəllim, mən elmi-tədqiqat institutundayam...
    Hüseyn Arif ciddi görkəm alıb dedi:
    -Bilirəm... Orada əvvəliər direktor Firudin Köçərli idi... Bax əsl alim, əsl ziyalı o kişi idi.
    -İndiki direktorumuzsa...
    O, sözümü kəsib dedi:
    -Hə, bilrəm, indiki şairdir... Daha doğrusu, şair olmaq istəyirdi bir vaxt.
    Bildim ki, o, Aslan Aslanovu nəzərdə tutur. Aslan müəllim həqiqətən həmin vaxt adı çəkilən qurumun rəhbəri və həm də Hüseyn Arifin dostu idi.
    Bir az ordan-burdan damışdıq. Şairin gözlədiyi adam gəlib çıxdı. Həmin adamı, yəni nəşriyyat işçisini mən də yaxşı tanıyırdım. Bu, Hüseyn müəllimin yerlisi və həmkarı idi və ondan 15-16 yaş kiçik idi.
    Qərara aldıq ki, yaxınlıqdakı çayxana və ya yeməkxanalardan birinə gedək.
    Yay idi. Hüseyn müəllim iti addımlarla getsə də tez-tez qəfildən ayaq saxlayıb dayanırdı. Bizim yerişimiz heç cür onun ayaq “ritminə”, addımlarına uyğunlaşa bilmirdi.
    Söhbət əsnasında şair bir neçə adamın son kitabları barədə öz fikrini bildirdi. Və sonra nəinki ədəbiyyata təzə gələnlərin bir çoxunun, hətta onillər boyu redaktorluqla məşğul olan bəzi nəşriyyat işçilərinin də savadsız olduğundan, kitab oxumamağından gileyləndi.
    Nəşriyyat redaktoru qəfildən ayaq saxladı. Bizi xeyli ötüb keçmiş şair ayaq saxlayıb geri qayıtmalı oldu. Naşirin qaşları düyünləşmiş, sifəti qaralmışdı. Çox güman ki, onu şairin iradı qəzəbləndirmişdi.
    -Bura bax, Hüseyn müəllim, guya sən naşirlərdən, redaktorlardan çox mütaliə edirsən?
    Bəli, doğrudan da naşir Hüseyn Arifin onun bostanına daş atdığını düşünübmüş.
    Hüsen müəllim bir-iki “arqument” gətirsə də, naşiri sakitləşdirə bilmədi. Ona görə də susmağa üstünlük verdi.
    Naşir-redaktorun ağzı açıldı nə açıldı:
    -Sən təkcə hamıya şəbədə qoşmağı bilirsən. Elə ona görə “yuxarılarda”-aşağılarda sənə ciddi yanaşmırlar. Mən gündə iki çap vərəqi həcmində əlyazma oxuyuram. Eləcə də o biri redaktorlar... Bəs sən özün bu son illərdə bir kitab oxumusan, ya yox? Əlbəttə, yox. Haradan oxuyacaqsan ki? İl boyu dağda-aranda olursan.
    Söhbət çox gərginləşmişdi. Naşir özündən çıxmışdı. Hüseyn müəllim susur, bir kəlmə də demirdi. Və şairin yerlisi, həmkarı elə bu ovqatla, danışa-danışa bizdən ayrıldı. Yeməkxanaya getmək söhbəti də yaddan çıxdı.
    Araya bir qədər sükut çökdü. Mən pərtliyi aradan götürmək üçün dedim:
    -Hüseyn müəllim, yaxşı ki, onun dediklərinə cavab vermədiniz.
    O, diqqətlə mənim üzümə baxıb dedi:
    -Heç bilirsən niyə dillənmədim?
    -Yox,-deyə, cavab verdim.
    Şairin bayaqdan tutulmuş sifətinə sanki işıq yayıldı. O, bic-bic gülümsəyib dedi:
    -Mənim kitabım indi onun əlindədir. Yəni mənim bu dava-dalaş gəzən başıbatmış yerlimi şeir kitabıma redaktoru təyin ediblər. Bilirsən niyə onu tənbeh eləmədim? Çünki buradan gedib o kitabı zay edəcəkdi. Hələ bunlar bir yana qalsın, öz yazdığı zir-zibillərdən, mənasız söz yığımından da qatacaqdı mənim yazdıqlarımın gözünə. Nəticədə kitab olacaqdı heç zad, bunun özü kimi zay... İndi bildinmi niyə susurdum?
    Mən gülüb dedim:
    -Hə, onda rüz etmisiz…





    Namiq Abdullayev: “Əbülfət, məni
    girovluqdan azad et...”

    Bir vaxtlar televiziyada (indiki AzTv-də) fantastik əsərlər müəllifi Namiq Abdullayev və realist əsərlər müəllifi Əbülfət Misiroğlu eyni redaksiyada işləyirdi. Namiq bir qədər sadəlövh, Əbülfət zarafatcıl adam idi.
    O zamanlar Əbülfətin “Qaz 24”ü vardı.
    Bir dəfə xasiyyətcə müxtəlif olan bu maraqlı qələm əhli sübh tezdən harasa getməli olurlar. İndiki Hüseyn Cavid (o vaxtki N.Nərimanov) prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerdə iri meyvə-tərəvəz köşkünün yanından keçəndə Əbülfət qəfildən maşının əyləcini basır.
    Xaraktercə səbrsiz olan Namiq həyəcanla ətrafa boylanıb soruşur:
    -Əbülfət, nə olub? Maşını niyə saxladın? Bəyəm QAİ var?
    Əbülfət gülümsəyib sakit tonda deyir:
    -Yox, əşi, QAİ kimdir ki, məni saxlasın. Orada pomidor satırlar..
    -Pomidorun sənə nə dəxli?
    -Dəxli odur ki, mən pomidor turşusunu çox sevirəm. Dəxli odur ki, evdəkilər mənə deyiblər pomidor görsən al... Dəxli odur ki, pomidor faydalı...
    -Mən nə deyirəm ki? Alırsan, al də... Ta bu qədər izahata nə ehtiyac?
    Əbülfət maşından düşür. Bir neçə iri yeşiyi seçib kənara qoyur. Sonra Namiqlə köməkləşib pomidor yeşiklərini maşının yük yerinə qablaşdırır. Realist yazıçı əlini cibinə atanda məlum olur ki, pul çatışmır. Satıcıya deyir ki, üstümdə pul azdır. Satıcı soruşur ki, bəs onda nə edək.
    Əbülfət deyir:
    -Onda belə edək. Mənim bu dostum hələlik qalsın sənin yanında. Pomidor yeşiklərini aparım evə, pul gətirim. Evim odur ey, orada universitetlə çörək zavodunun arasındadır. Uzaqbaşı beş-altı dəqiqəyə qayıdıb gələcəm.
    Namiq əsəbiləşir:
    -Mən nyə qalmalıyam burada, səninçün girov-zadam bəyəm?
    Əbülfət gülüb deyir:
    -Namiq müəllim, onda sən bu yeşikləri apar bizə, pul gətir, mənsə səni gözləyim burada.
    -Axı mən nə maşın sürə bilirəm, nə də sizin evi tanıyıram, -deyə, Namiq deyinir.
    Bir xeyli mübahisədən, götür-qoydan sonra Əbülfətin dediyi həyata keçir.
    Realist yazıçı maşını sürüb gedir, fantast yazıçı yerdəki boş pomidor yeşiklərindən birinin üstündə əyləşib kəmali-ədəblə öz dostunu gözləməyə başlayır.
    Anlar, dəqiqələr, saatlar keçib keçir. Axşam düşür. Əbülfət gəlmir ki, gəlmir. Çox mədəni və dürüst bir insan olan Namiq Abdullayev bir neçə dəfə pomidor satıcısına “saqqal tərpətməli” olur:
    -Əzizim, bəlkə icazə verəsiniz mən gedim? Sizi əmin edirəm ki, dostumu tapıb gətirəcəm, pomidorun pulunu da artıqlaması ilə ödəyəcəyik. O, elə adam deyil... Yəqin nəsə bir hadisə baş verib.
    Satıcı bu xoşməramlı təklifə qətiyyən razı olmur.
    Axşam düşən zaman Namiq birdən ilan çalmış adam kimi yerindən atılıb küçədən keçən maşının arxasınca götürülur və başlayır uca səslə qışqırmağa:
    -Əbülfət, Əbülfət! Əşi, bir maşını saxla görüm, hara gedirsən belə?
    Əbülfət Misiroğlu maşını saxlayıb təəccüblə həmkarının üzünə baxır:
    -Namiq müəllim, salam.
    -Əleykümsalam,-deyə, Namiq hiddət və qəzəblə dillənir.
    Əbülfət ciddi şəkildə soruşur:
    -Namiq müəllim, xeyir ola, bu tərəflərdə nə gəzirsən belə?
    Namiq Abdullayev hirsindən dili dolaşa-dolaşa deyir:
    -Əşi, sən də qəribə adamsan. Bəyəm bilmirsən nə gəzirəm burada? Bu səhərdən məni bu pomidorsatanın yanında “girov” qoyub getmisən. Hələ üstəlik soruşursan da ki, burada nə işim var. Pomidorun pulunu ver, qoy buradan, bu “girovluqdan”, bu “əsirlikdən” xilas olum.
    Realist yazıçı Əbülfət Misiroğlu and-aman edir ki, onu sübh tezdən burada qoyub getdiyini tamam unudub. Buna görə satıcıdan və dostundan üzr istəyir. Pomidorun pulunu artıqlaması ilə ödəyərək fantast yazıçını “girovluqdan” azad edir.
    Yeri gəlmişkən, Namiq Abdullayevlə uzun illər dostluğumuz və əməkdaşlığımız olub. Yazıçı uzun illər televiziyada çalışsa da, nitqindəki “tələskinliyə” görə efirə çıxmırdı. Amma bir dəfə onu tv-də danışmağa razı saldıq. 1990-cı ildə aparıcısı olduğum “İlğım” verilişində onunla çox geniş müsahibə-söhbətimiz oldu.
    Tərcümeyi-halından çıxarış:
    Namiq Abdullayev 1928-ci il martın 3-də Siyəzən rayonunun Dərə Zarat kəndində anadan olmuşdur[1]. Orta məktəbi Siyəzən rayonunun Xişkədar kəndində qurtarmışdır (1947).
    Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsilini davam etdirmişdir (1948-1952). Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi olmuşdur (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində məsul buraxıcı, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışmış (1961-1988), təqaüdə çıxmış, yaradıcılıqla məşğul olmuşdur.
    Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun fantastik hekayələri, povest və nağılları "Göyərçin", "Pioner" jurnallarında, "Azərbaycan pioneri", "Ədəbiyyat və incəsənət" qəzetlərində çap edilmişdir. "Tərs gün" və "Giberlandiya" pyesləri Sumqayıt, Lənkəran və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur (1987). "Sehirli oğlan" (1960), "İtirilmiş dünya" (1962), "Balaca Kiberin macəraları" (1966), "Gecələr uzanaydı" (1980), "Piyada vəzirə çevrilir" (1987) kitabları kütləvi tirajla nəşr olunmuşdur.
    Namiq Abdullayev 1992-ci il sentyabrın 22-də vəfat etmişdir.








    Əlibala Hacızadə: “BURADA BİR BAŞIPAPAQLI YOXDUR?”
    (Yazıçı Ə.Hacızadı haqda kiçik xatirə)

    Yazıçı Əlibala Hacızadə ilə uzun illər eyni bir qurumda çalışırdıq: o, Elmlər Akademiyasının Şərqşünaslıq, mən isə Fəlsəfə (və Hüquq) institutunda. Bir gün dedi ki, bu gün qonaqlığa getməliyik. Soruşdum ki, hara, kiminlə? Dedi ki, sən, mən, bir də Nahid (Hacızadə) olacaq.
    Qonaqlıq yeri lap yaxınlıqda-“Sovetski” tərəfdə imiş.
    Ev sahibləri hörmətli qonaqları yüksək səviyyədə qarşıladılar.
    Stolun üstündə nələr yox idi? Necə deyərlər, quş iliyi, can dərmanı.
    Bir xeyli ordan-burdan söhbət etdik.
    Hörmətli yazıçılara yaradıcılıqla, gələcək planlarla bağlı da suallar verilirdi.
    Az sonra əllər süfrəyə doğru uzandı... Amma...
    Amma Hacızadələrin qanı xeyli qaraldı. Bunu mən o dəqiqə hiss etdim. Məsələ burasında idi ki, bu naz-nemətlə dolu masanın üstündə təkcə içki yox idi. Yazıçı dostlarıma işarə etdim ki, üstünü vurmasınlar. Bəlkə ev sahibi içkini sevən adam deyil, bəlkə şəriət əhlidir.
    Ortalığa çökən ağır, qara sükutdan ev yiyələri bir şey kəsdirə bilmədilər.
    Evin xanımı çəkinə-çəkinə astadan soruşdu:
    -Bəlkə nəsə çatışmır? Ürəyinizdən keçəni deyin, hazırlayarıq. Bizim sizdən əziz qonağımız olası deyil ki?
    Əlibala müəllim gülümsəyib dedi:
    -Hər şey var... Təşəkkür edirik. Amma tək bir şey çatışmır.
    -O çatışmayan şey nədir elə?-deyə kimsə soruşdu.
    Sənətkar stolun üstünə nəzər salıb dedi:
    -Burada bircə başıpapaqlı çatışmır.
    -Nə?-deyə evin kişisi dik atıldı.
    Qorxdum ki, ortaya qanıqaralıq, pərtlik düşər. Ona görə cəld tərpənib dostumuzun nəyə işarə etdiyini ev sahiblərinə “açıq mətnlə” çatdırdım:
    -Əlibala müəllim içki şüşəsinə adətən zarafatla “başıpapaqlı” deyir. Ürəyinizə ayrı bir şey gəlməsin.
    İçəridəkilər ürəkdən güldülər.
    Ev sahibi qəhqəhə çəkib servantın gözündən bahalı içki şüşəsini çıxara-çıxara dedi:
    -Sağolmuşlar, bunu bayaqdan deyin də.. Bizim arvad da deyir ki, işdi nəbadə birdən bilməyib bu hörmətli qonaqlara içki-filan təklif edərsən...
    Az sonra badələr cingildədi.

    p.s.
    Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970). O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" "İtkin gəlin", “Əfsanəsiz illər”, və s. populyar romanların müəllifidir.
    Yazıçı 8 oktyabr 2009-cu il tarixdə vəfat edib.



    Sənətkar ömrünün pillələri
    (Rejissor Ağakişi Kazımov)

    Mən Ağakişi Kazımovun yaradıclığına onun özü ilə şəxsi tanışlığımdan bir xeyli əvvəl bələdəm. Hələ tələbə ikən “Azdrama”da məşhur gürcü yazıçısı Nodar Dumbadzenin “Darıxma, ana” pyesinin premyerasında iştirak edirdim. Xatırımdadır, tamaşaçılar ilk tamaşada iştirak edən əsər müəlifini ürəkdən alqışladılar və onu uzun müddət səhnədən düşməyə qoymadılar. Təbii ki, alqış selində üzən müəllif və aktyorlar arasında tamaşanın o vaxtkı cavan rejissoru da vardı.
    Aradan illər keçəndən sonra mən həmin tamaşanın rejissoru, indi öz ömrünün və yaradıcılığının müdrik dövrünə qədəm qoymuş xalq artisti, professor Ağakişi Kazımovla yaxından tanış oldum. Onun klassik və müasir dramaturgiya nümunələrinə necə böyük məhəbbətlə yanaşdığının, əsər üzərində necə məhəbbət və məsuliyyətlə işlədiyinin şahidi oldum.
    Ağakişi müəllim uzun illər Dövlət Gənc Tamaşaçılar Teatrında və Akademik Tetrda onlarca səhnə əsərinə quruluş vermişdir. Etiraf etmək lazımdır ki, o əsərlərin bəzisi bəlkə də müəyyən momentlərdə rejissorun özünü belə, razı salmayıb. Amma orasını da demək lazımdır ki, rejissorun səhnə taleyinin uğurlu olması üçün ürəyini qoymadığı bir əsər tapmaq belə, bəlkə də mümkün deyildir. O, əsər üzərində sistemli, fasiləsiz, səbrlə işləməyi sevir. Öhdəsinə götürdüyü əsəri “özününkü” etməyi, onu öz idrakının süzgəcindən keçirməyi xoşlayır.
    Məlumdur ki, hər bir müəllif (dramaturq) kimi, hər bir rejissorun da öz üslubu, öz dəst-xətti, öz manerası olur. Ağakişi Kazımov öz yaradıcılığında daha çox “klassik” üsuba üstünlük verən sənətkarlardandır.
    Etiraf etmək lazımdır ki, o, eksperimentlərdən daha çox, ənənələrə üstünlük verir.
    Onu virtual olandan daha çox, vizual olan cəlb edir.
    O, tamaşaçı ilə “pərdəarxas” deyil birbaşa dialoqa üstünlük vürir.
    Təcrübəli rejissor məqsədə dolayısı yolla yox, birbaşa çatmağa cəhd göstərir.
    Ağakişi müəllim mətn üzərində uzun müddət işləməyi özünün daxili borcu hesab edir. Bəyəndiyi klassik və müasir əsərlərə eyni tələb və “şübhə” ilə yanaşır. Mən bu keyfiyyətlərin parlaq təzahürü kimi konkret bir misal da çəkə bilərəm; belə ki, cari ildə işlədiyi teatrın repertuar planına daxil edilən bir pyesi onun necə diqqət və inadkarlıqla saf-çürük, analiz, sintez etdiyini uzun bir müddət izləyib müşahidə etmişəm. Həmin pyesin müəllifi mən özüməm. Biz az qala iki ilə yaxın bir vaxt ərzində həmin əsər üzərində işlədik.
    Doğrusunu deyim ki, indiyəcən mənim onlarca əsərimə quruluş verilsə də, rejissorla işləməyə o qədər də əhəmiyyət və diqqət yetirməmişəm. Mənə daim elə gəlib ki, dramaturq-rejissor işbirliyi bir qədər şərti anlayışdır. Yəni, o mənada ki, yazıçı əsəri bir dəfə yazır. Hər rejissorla fərdi qaydada işləmək isə onun plan və istəyinə daxil olan nəsnələrdən deyildir. Axı müəllifin vaxtı və eləcədə həvəsi haradadır ki, o, hər rejissorla ayri-ayrılıqda ışləsin? Və tutaq ki, rejissor sağ olan müəlliflə işlədi, bəs bu dünyada olmayan müəlliflə birgə işləmək nə dərəcədə ağlabatandır?
    Amma etiraf edim ki, mənim Ağakişi Kazımovla işləməyim heç də izsiz ötüb keçmədi. Mən sanki onunla birlikdə rejissor sənətinin labirintlərinə baş vurdum, sənətkarı bir yazı-pozu adamı kimi izlədim, onun dözümünə heyran oldum, inadkarlığına rəğbət bəslədim.
    Ağakişi müəllim bəzi həmyaşıdları kimi elə də tərif, şöhrət, dəbdəbəli yubiley həvəskarı deyil. O, sadəliyi xoşlayan adamdır. Amma fakt budur ki, indi görkəmli sənətkarın ad günü, yubileyi qeyd olunur. Mən də bu münasibətlə sənət dostum Ağakişi Kazımovu ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları və cansağlığı arzu edirəm. Qoy indən sonra da səhnəyə gətirəcəyi, tamaşaçılara təqdim edəcəyi əsərlər onun sənətkar ömrünün yeni və möhkəm pillələrinə çevrilsin.
    28.11.2005
    P.S.
    Ağakişi Kazımov 8 oktyabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.













    Dünyanın tanıdığı alim
    Amma biz onu indiyəcən yaxşı tanımırıq

    Uzun illər nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının
    sədri olmuş soydaşımız Abbas Çayxorski

    Onun adını ilk dəfə ötən əsrin 80-ci illərində eşitmişəm. İndiki AMEA-nın bağında söhbət etdiyim gənc fizika alimi bir müddət Moskvada və Leninqradda təhsil almışdı. Tanışım söhbət əsnasında Rusiyada yaşayan bir alimin adını şəkdi: “Çayxorski”. Düzü, bu soyad o vaxt mənə qəribə gəldi. Tanışım tam ciddiyyətlə onu da əlavə edib dedi ki, bilirəm, bu familiya əslində az adama tanışdır, çünki alimin adı “məxfilər” siyahısındadır, amma nüvə texnologiyası sahəsində çalışan mütəxəssislər onu çox yaxşı tanıyır.
    Abbas Çayxorski — SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1991), SSRİ Dövlət mükafatı laureatı, neptunium elementinin kimya sənayesində dünya şöhrətli tədqiqatçı, yeni Dövri sistemlər cədvəlinin yaradıcısı, kimya elmləri doktoru, professor.
    Abbas Abbasəli oğlu Çayxorski 21 yanvar 1917-ci il tarixdə indiki Yerevan quberniyasının Basarkeçər (Yeni Bəyazid) qəzasının Çaxırlı kəndində anadan olmuşdur. 1918-ci ildə Qərbi Azərbaycanda ermənilər tərəfindən öz doğma yurdlarından qovulması nəticəsində Abbasın ailə üzvləri əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir. O, burada orta məktəbi bitirərək Bakıya gəlir, əvvəlcə tenikuma, sonra isə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olur.
    “Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyadlar götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir: Ulu babam inanclı adam olduğundan soyad kimi “Çaxırlı” yox, “Çayxorlu” (“çayı xoşlayan”) soyadını seçmişir. Onun həm də liberal baxışlı insan olduğunu xatırladan Aleksandr, ulu babasının çar 3-cü Aleksandr tərəfindən Polşaya sürgün olunduğundan bəhs edir. Elə Polşada da həmin soyad polyaksayağı bir forma alır – yəni “Çayxorlu” olur “Çayxorski”.
    Abbas Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olunmuş və məlumatlara görə, 1930-cu illərdə sürgündə vəfat etmişdir. Əslində isə o, 1937-ciildə NKVD troyka tərəfindən güllələnib.
    Budur, rəsmi bir çıxarışda oxuyuruq:
    “Чайхорский Абас Али Бек Ага Оглы Дата рождения: 1895 г.
    Место рождения: Армения, с. Кизиль Булаг
    Пол: мужчина
    Осуждение: 5 декабря 1937 г.
    Осудивший орган: Тройка НКВД ДАССР
    Приговор: ВМН (расстрел)
    Источники данных: БД "Жертвы политического террора в СССР"; Сведения, предоставленные Правительством Республики Дагестан”.
    Abbas Çayxorski Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı.
    Onun müharibədə göstərdiyi qəhrəmanlıqlar barədə xeyli rəsmi sənədlər qalmaqdadır. O, iki ay Bakı artilleriya məktəbində təhsl almış, 1941-ci ilin avqustundan Qafqaz, Krım və Şimali Qafqaz cəbhələri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci ilin avqustunda yaralanaraq hospitala götürülən Abbas, sağaldıqdan sonra baş serjant rütbəsində yenidən ön cəbhəyə qayıdır, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanır, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunur.
    Gənc zabir 1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənmiş və iyunda Qızıl Ulduz Ordeninə layiq görülmüşdür.
    Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı, Stalin təqaüdçüsü kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər.
    Çayxorski 1947-ci ildə Çelyabinskdə yenicə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərir. O, Kurçatovun ən layiqli tələbələrindən və davamçılarından biri hesab olunurdu. Həmin mərhələdə soydaşımız nüvə reaktorunun təhlükəsiz istismar prosesini tədqiq etməyə başladı. Bu üsulu alimin həmkarları yarıciddi-yarızarafat “Çayxorski çaxırı” (“Портвейн Чайхорского”) adlandırırdılar.
    1948-ci ildə ilk Sovet atom reaktoru işə salınanda Abbas, Çelyabinsk atom mərkəzində kiçik elmi işçi idi. Tezliklə gənc tədqiqatçı radioaktiv elementlərin kimyəvi tərkibinin tədqiqi işinə cəlb olundu. Həmin dövrdə atom sənayesinin təkmilləşməsində daha bir məşhur bakılı alim, akademik Lev Landaunun da diqqətini çəkən Çayxorski tezliklə elmi və vəzifə pillələri ilə daha yüksəkliklərə doğru irəliləməyə başladı. Az müddətdən sonra baş elmi işçi kimi fəaliyyətini davam etdirən gənc alim İqor Kurçatovun ən yaxın həmfikirlərindən biri hesab olunurdu.
    Qeyd. Yeri gəlmişkən, bir haşiyə çıxaraq demək istəyirəm ki, akademik İqor Kurçatovun Azərbaycana və azərbaycanlılara xüsusi rəğbəti vardı. Görünür bu da oun Bakıya bağlılığından irəli gəlirdi. Axı gələcəyin böyük alimi Rusiyada texniki ali məktəbdə ali təhsil aldıqdan sonra Bakıya gəlmiş, burada Azərbaycan Politexnik Universitetinin fizika kafedrasında assistent işinə qəbul olunmuşdur. O qədər də uzun çəkməyən Bakı dövrü Kurçatovun həm elmi həyatında, həm də gələcək ailə həyatında xüsusi tol oynamışdır. Belə ki, o, Bakıda tanış olduğu Marina adlı xanımla sonralar ailə qurmuşdu. Marina gələcəyin daha böyük bir alimi-akademik Kirill Sinelnikovun bacısı idi. Kirill həmin dövrdə Bakı Dövlət Universitetində fizika və elektrotexnika kafedrasında dərs deyirdi.
    Abbas Çalyabinskdə öz tələbə yoldaşı Yevgeniya Romanova (Çayxorskaya) ilə ailə qurur və 1953-cü ildə onların övladı Aleksandr dünyaya gəlir.
    Əldə olan xatirələrdən belə məlum olur ki, Abbas Çayxorski istedadlı alim olmaqla yanaşı ciddi ata, obyektiv insan olmuşdur. O illərin ab-havasını əyani göstərən daha maraqlı bir faktı alimin öz oğlu Aleksandrın xatırələrindən oxuyuruq. Məsələ burasındadır ki, Aleksandrı 1973-cü ildə Leninqrad universitetindən qovurlar, həmin vaxt rektor, Abbas Çayxorskinin yaxın dostu idi. Ancaq bu dostun nə Aleksandrın oradan qovulmasından, nə də ümumiyyətlə həmin universitetdə tələbə olmasından xəbəri yox imiş. Bir sözlə, “tanışlıq”, “tapşırma” kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad idi ki, bu da alimin mənəvi keyfiyyətlərini əyani əks etdirir.
    Qeyd.Yeri gəlmişkən, ali məktəbdən qovulan Aleksandr orduya xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra iki il neft mədənlərində, Bakı Şin zavodunda və s. yerlərdə baş verən yanğınların söndürülməsində iştirak etmiş, işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə bərpa olunmuşur. Aleksandr 1981-ci ildə Azərbaycana bir daha qayıtmış - bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışmışdır.
    Çayxorski 1955-ci ildə Kurçatovun xeyir-duası və akademik Xlopinin dəvəti ilə Leninqraddakı Atom sənayesi nazirliyində fəaliyyətə başlamışdır.
    1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər - 22 il çalışır. Bu 22 il ərzində ailədə daha mühüm bir hadisə baş verir - oğlu Aleksandr mühacirət edir. Aleksandrın SSRİ-dən getmək cəhdi 10 il davam edir, sonunda o, İsveç vətəndaşı olan bir qadınla nikaha girərək, 1987-ci ildə Stokholma yollanır, daha sonra Amerikaya köçür.
    SSRİ-nin süqutundan sonra Abbas Çayxorski həyat yoldaşı ilə birlikdə yaşamaq üçün ABŞ-a, oğlunun yanına yollanmaq qərarına gəlir. Amma alimi xaricə buraxmaq istəmirdilər. Uzun illər Sovetlər Birliyində nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş, mühüm sirlərə bələd olan “məxfi” bir alimin xaricə getməsi heç də asan məsələ deyildi.
    Onun nəzəri tədqiqatları elm aləmində yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimya sahəsində tədqiqi üzrə dünya şöhrətli tədqiqatçıdır. Alim hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı. Beşinci kvant ədədinin kimya elminə gətirilməsi də məhz Abbas Çayxorskinin adı ilə bağlıdır. Həmin kvant ədədinin elmə əvvəldən məlum olan dörd kvant ədədi ilə birlikdə öyrənilməsi digər elementlərin atomlarının xassələrini daha dərindən və hərtərəfli öyrənməyə imkan yaratdı.
    Alimin ən böyük uğurlarından biri də kimya elminin əldə etdiyi yeni nailiyyət və kəşflərinə isnad edərək Mendeleyev cədvəlinin əlavələr edilməsi ilə bağlıdır. O, “Yeni Dövri sistemlər cədvəlinin” müəllifi hesab olunur. Çayxorski yazırdı: “Mendeleyev dahi alim idi. Amma ötən dövr ərzində bizim biliklərimizin üfüqləri genişlənib. Buna görə də yüz il bundan əvvəlin kəşfi bu gün özünün əlavə və dəqiqləşdirilməsini tələb edir”. Alimin bu kəşfi ciddi elmi dairələr tərəfindən qəbul edilmiş, dərsliklərə salınmışdır.
    Azərbaycan, rus və xarici ölkə mətbuatında Çayxorski ilə bağlı az da olsa məlumatlara rast gəlmək mümkündür. Məşhur alim 2004-cü ilin aprelində Bakıda olarkən “Azərbaydjanskie İzvestiya” qəzetinin müxbiri ondan müsahibə almış və bu müsahibəni qəzetin 2004-cü il 3 aprel tarixli nömrəsində dərc etdirmişdir.
    Əldə edilən yığcam məlumatlardan bəlli olur ki, 1997-ci ilə qədər Abbas Çayxorski Rusiya Federasiyasında yaşayıb və 1997-ci ildə ABŞ-a, Nevada Ştatına, oğlunun yanına köçüb. Lakin onun ABŞ-a köçməsi, qeyd etdiyimiz kimi, elə də asan olmayıb. O, vətəndaşlığını dəyişmək haqqında ərizə verdikdə (onun artıq 80 yaşı var idi və ağır xəstəliyə düçar olmuşdu) Rusiya Federasiyasının xüsusi xidmət orqanları onun SSRİ dövründə gərgin əməyi ilə əldə etdiyi bütün elmi adları, titullarını almış, həmçinin öz elmi istiqaməti sahəsində heç bir ölkədə danışmamaq və tədqiqat aparmamaq haqqında, necə deyərlər “öz dilindən” rəsmi razılıq sənədi almışlar. Bununla da Abbas Çayxorski kimi böyük xidmətləri olan bir şəxsiyyəti elmin tarixi səhifələrindən silmək istəmişdilər. Halbuki alimin 1949-1985-ci illə arasında 96 elmi əsəri məhdud dairədə çap olunaraq, bu günəcən Rusiya Federasiyasının qapalı elmi ədəbiyyatları arxivində saxlanılmaqdadır. Bu əsərlərin bir çoxu 1948-1955-ci illərdə Kurçatovun rəhbərliyi ilə yazılıb elmə vəsiqə almışdır.
    ABŞ-da olarkən də bir sıra nüfuzlu beynəlxalq elmi toplantılarda iştirak etmişdir. Azərbaycanlı alimin adı elmi dairələrdə Spitsin, Penniman, Siborq kimi Nobel ödülçülərinin adı ilə yanaşı çəkilir. Onu adətən “Sovet atom sənayesinin məxfi, sirli ulduzu” adlandırırlar.
    2004-cü ildə Azərbaycan MEA Abbas Çayxorskiyə fəxri doktor adı vermişdir.
    Abas Çayxorski 2008-ci ilin avqustun 27-də ABŞ-ın Nevada Ştatındakı Rino şəhərində 91 yaşında vəfat etmişdir. Məndə olan məlumata görə, alimin nəşinin külü, öz istəyinə uyğun olaraq, Bakının köhnə qəbristanlığında dəfn edilib. Qəbri nurla dolsun, ruhu şad olsun.





    Robert Hossein və yaxud Rober Osseyn
    Onu bütün dünya sevirdi
    O, Parisdə doğulub böyüsə də,
    özünü azərbaycanlı hesab edirdi
    Marina Vladinin əri olmuşdu, Mişel Votrini həyatının ən böyük sevgisi sanırdı.
    Dahi aktyor haqqında bildikləriniz və bilmədikləriniz...

    Ötən əsrin uzaq 70-ci illəri.
    Günlərin bir günü tikintidə çalışan bir tanışım ordan-burdan söhbət açandan sonra astadan soruşdu:
    -Sən kitab oxuyansan, bir adam desəm tanıyarsan?
    Çiynimi çəkib dedim:
    - O baxır həmin adamın kimliyinə...
    Tanışım nədənsə tərəddüdlə dedi:
    -Mən fəhlə babayam... Köhnə kişilərdən eşitmişəm ki, bizim bir yerlimiz olub, Əli bəy Hüseynzadə...
    Mən əlüstü cavab verdim:
    -Bəli, əlbəttə, haqqında oxumuşam. “Fyuzatçı” olub...
    Təbii ki, mənim bu “cavabım” o vaxtkı kitablarda təqdim edilən, oxuduğum məlumatlardan qaynaqlanırdı.
    Tanışım dedi:
    -Düzü, mən onun haqqında təzəlikcə eşitmişəm. Deyilənə görə, Əli bəy, Şeyxülislam Salyaninin nəvəsi olub, Türkiyəyə köçüb, orada ölüb. Özü də rəssam olub, oğlu isə məşhur aktyor Robert Hüseyndir, amma Rusiyada onu daha çox Rober Osseyn kimi tanınır. Əsl ad-familiyası Rüstəm Hüseynzadədir...
    Və sonra tanışım kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi az qala pıçıltı ilə Əli bəy Hüseynzadə ilə uzaq qohumluğunun olduğunu da bildirdi... Bəli, indi bir çoxları bilmir ki, o vaxtlar Əli bəy Hüseynzadə geniş auditoriyaya daha çox “burjua jurnalisti” kimi təqdim olunurdu.
    ... Sonralar bildim ki, nəhəng ictimai-siyasi-ədəbi şəxsiyyət və üstəgəl, istedadlı rəssam Əli bəy Hüseynzadənin oğlu Səlim Turan da rəssamdır, özü də... Fransada yaşayır... Fransada həmçinin Robert Hossein adlı dünyaca məşhur bir aktyor da yaşayır. Onu da öyrəndim ki, Robert Hüseynov (Hüseynzadə) ilə Əli bəy Hüseynzadənin heç bir qohumluq əlaqəsi yoxdur... Adamları bir qədər çaşdıran onların soyad eyniliyi olub.
    Robert Osseyn kimdir?
    Onun əslən kim və haralı olduğunu o zamanlar az adam bilirdi. Haradan da bilsinlər ki? Çəkildiyi filmlərlə bütün dünyanı, o cümlədən SSRİ-ni dolaşan bu ad hələ özlüyündə heç nə demirdi. O, təbii ki, dünyada fransız aktyoru kimi tanınırdı. Üstəlik də o zaman mövcud olan sistemin “dəmir pərdələri” bir çox məsələrin üstünə də “pərdə” kimi çəkilməkdə idi. Bir də ki, kimin haralı olması çoxları üçün o qədər də maraqlı deyildi... Amma adını ilk dəfə uzaq 70-lərdə adi bir tikinti fəhləsindən eşitdiyim Rober Osseynin (Robert Hossein) elə foto-şəklinndən görünürdü ki, o, zahiri görünüşü etibarı ilə avropalıdan daha çox şərqlidir, Azərbaycan türküdür.
    Sonralar bildim ki, həqiqətən Fransada Hüseynov (Hüseynzadə) soyadlı çox məşhur bir bir aktyor yaşayır. Sən demə, özü də əslən azərbaycanlı imiş. Daha doğrusu, onun atası Əminulla Hüseynov (Andre Osseyn-Hosseyn) bizim soydaşımız olub, Səmərqənddə boya-başa çatıb. Gələcək aktyorun anası yəhudidir, bessarabiyalıdır, yəni Moldovadandır. 1927-ci il təvəllüdlü, Parisdə anadan olmuş Rober Osseyni bütün dünyada, o cümlədən keçmiş SSRİ-də tanıdan onun “Anlelika” seriallarında çəkildiyi Qraf Joffrey de Peyrak obrazı olub. Bir zamanlar bu serial filmlər dünyada tufan qoparmışdı. Ann Qolon,un (sonralar onun əri Serj Qolon da əsərin müəllifi qismində zühur etdi) 13 cilddən ibarət magik-macəra romanı əsasında çəkilmiş beş seriyalıq filmdə baş rolun ifaçıları- Mişel Mersye və Rober Osseyn qısa bir müddətdə milyonların sevimlisinə çevrildi. Onun “üzüçapıqlı” şəkli daha çox məşhur idi.
    Yeri gəlmişkən, Sovetlərdə böyük ajiotajla qarşılanan filmi rus dilində məşhur aktyorlar səsləndirmişdi. Belə ki, Mişel Mersye,ni -Anjelika Sanse de Montelu obrazını dublyajda Natalya Kaznaçeva, Pober Osseyn,ni- Qraf Joffrey de Peyrak obrazını isə Vyaçeslav Tixonov səsləndirmişdi. Yaxşı yadımdadı ki, bir zamanlar aktyorlarla yanaşı onları ekranda səsləndirilənlərin adı da az qala Sovetlərdəki bütün sənətsevərlərin dilinin əzbəri idi. Amma burası var ki, dünya Rober Osseyni kinoaktyor kimi tanıyıb sevsə də, o, özünü daha çox teatr aktyoru hesab edir...
    Rober Osseyn rəsmən üç dəfə ailə qurub. O, özü deyirdi ki, “mən həyatımı üç dəfə yenidən başlamışam”. Onun birinci arvadı dünyaca məşhur, rus əsilli aktrisa, müğənni, rəssam, heykəltaraş Marina Vladi olub. Osseynin Marinadan iki oğlu var (İqor və Pyotr).
    (M.Vladi sənətsevərlərə yaxşı tanışdır. Yeri gəlmişkən, bu məşhur xanım Osseyndən boşandıqdan sonra aviaşirkət rəhbəri və pilot Jan-Klod Bruye ilə ailə qurub. Marinanın üçüncü əri şair, müğənni və aktyor kimi tanınmış Vladimir Vısotski olub. Vladi, Vısotskinın evləndiyi son qadın olsa da, Vısotski, heç də Vladinin həyatındakı son kişi olmadı. Belə ki, xanım Vladi bundan sonra da öz şəxsi həyatını yaşamaqda davam etmiş, az sonra həkim-ankoloq Leon Şvarsenberqlə ailə qurmuşdur. Mən bunu nə üçün yazdım? Zira rus mətbuatında hətta indi də belə bir fikir təlqin olunur ki, guya Marina Vladi hər gün Vladimir Vısotski üçün göz yaşları tökür. Bu, yalandır).
    Sonrakı dövrdə Osseyn Karolina Elyaşev ilə ailə qurub. Karolinanın atası Anatol Elyaşev Bakıda doğulmuş kinoprodüsser idi. Karolina ilə olan izdivacdan Nikolay adlı oğlu dünyaya gəlib.
    Onun üçüncü, rəsmən sonuncu arvadı aktrisa Kendis Patu,dan Jülyen adlı oğlu anadan olub.
    Rober Osseynin həyatının ən böyük sevgisi Mişel Votrin adlı aktrisa olub. 1975-ci ildə Rover öz sevimlisi Mişel ilə avtoqəzaya düşür. Mətbuatda belə bir məlumat gedir ki, iki məşhur aktyor- Osseyn və Votrin həlak olub. Hətta, Roverin “ölümü” haqqında bu xəbəri eşidən yaxınları-doğmaları qəbristanlıqda qoşa (iki) məzar yeri qazdırırlar. Bütün Paris yas içində idi. Ağır zərbə almış Mişel Votrin həlak oldu. Amma Osseynin qismərində hələ yaşamaq payı varmış; belə ki, o, qəzadan bir müddət sonra ayıldı, sağaldı və yenə öz işinə başladı. Di gəl ki, böyük aktyor öz böyük sevgisinə sadiq qaldı. O, öz söhbətlərində etiraf edirdi ki, ürəyinin bir parçası Mişel ilə birlikdə dəfn olunub. Rober Osseyn həyatının sonuna qədər “qoşa məzara” baş çəkər, Mişel Votrinin qəbrinin üstünə güllər səpərdi...
    Rober Osseyn özünü azərbaycanlı hesab edirdi. O, öz tarixi Vətənini çox sevirdi. Nə yaxşı ki, o, ömrünün ahıl çağlarında dövlətimizin rəhbərliyi səviyyəsində bir neçə dəfə, daha dəqiq desək üç dəfə Azərbaycana gəldi. Adətən təyyarədə uçmağı xoşlamayan metr öz tarixi vətəninə gələrkən bu “fobiyanı” unudardı. Maraqlısı budur ki, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa oyunlarında məşəlçilərdən biri olub.
    Osseyn həm də maraqlı memuarlar müəllifidir. Onun “Kor adam” və “Qəbiləsiz gəzərgi” adlı kitabları vardır.
    Böyük aktyor Rober Osseyn 2020-ci ildə dekabr ayının 31-də 94 yaşında koronovirusdan vəfat etdi. Yaxınlarının dediyinə görə, o, yeni il şamlarının parıltıları, işıqları altında gözlərini əbədi yumdu.
    p.s.
    Əslində bu müxtəsər yazı böyük aktyorun sağlığında yazılıb. O,vəfat etdikdən sonra yazıya bir-iki ştrix əlavə etməli oldum.




























    Hüseynağa haqqında keçmiş zamanda danışmaq olmur..
    (gündəlikdən parcalar)

    27.03.06.
    Dövlət Gənclər Teatrının fəaliyyətə başlamasının 17 illiyidir. Bu münasibətlə (və həm də teatr günü ilə bağlı) teatrda xudmani məclis düzənlənmişdi... Hamımızın əhval-ruhiyyəsi yüksək idi. Baş rejissor Hüseynağa Atakişiyev isə həmişə olduğu kimi sakit və təmkinli görünürdü.
    Söhbət əsnasında Hüseynağa mənə dedi ki, “Qara qutu”nun premyerası aprelin 4-də olacaq. Doğrusu, bu, mənimçün gözlənilməz xəbər oldu; mən tamaşanın haradasa may ayında hazır olacağını güman edirdim. H.Atakişiyevin adətidir: hər cür hadisəni (sevincli və ya kədərli olmasından asılı olmayaraq) eyni soyuqqanlılıqla qəbul və “təqdim” edir. O, kiminçünsə etdiyi yaxşılığı və kimdənsə gördüyü pisliyi də elə bu cür “yaşayır”. Amma mən əminəm ki, daxilən çox narahat və emosional adamdır. Yüksək mədəniyyəti və səbri onu “soyuqqanlı” görünməyə vadar edir.

    28.03.06.
    Eşitdiyim xəbər məni ildırım kimi vurdu: H.Atakişiyevi iflic vurub...

    03.04.06.
    Bu günkü bir çox qəzetlər “Qara qutu” əsərinin premyerasının sabah olacağını yazırlar. Amma mən bilirəm ki, tamaşa baş tutmayacaq. Əslində hələlik tamaşanin ğöstərilməsını də istəmirəm. Çünki Hüseynağa ağır xəstədir... İnşallah, o, sağalar, birlikdə baxarıq...

    08.04.06.
    DGT-nin direktoru Həsən Həsənovla görüşdüm. O, bildirdi ki, məşqləri Sərvər davam etdidirir. Hüseynağanın vəziyyəti isə yaxşı deyil, yanına-yatdığı xəstəxanaya heç kəsi buraxmırlar...

    09.04.06.
    Səhər tazdən Elçin Hüseynbəyli zəng vurub bildirdi ki, Hüseynağa keçinib...Tez taksi tutub xəstəxanaya getdim. Mən xəstəxanaya yetişəndə artıq orada heç kəs yox idi...
    Evlərinin həyətində çadır qurmuşdular...

    10.04.06.
    Hüseynağanı atasının yanında-Yasamal qəbristanlığında dəfn etdik.
    Mən bütün günü onun barəsində düşündüm; H.Atakişiyev çox istedadlı rejissor, savadlı pedaqoq, xeyirxah adam idi. Onun öz üslubu, öz dəst-xətti vardı. Bəlkə də bir çoxları mənimlə razılaşmaya bilər; qoy razılaşmasınlar, amma deməyi özümə borc bilirəm: Hüseynağa Atakişiyev öz məktəbini yaratmış bir rejissor idi. Təssüf ki, biz bir çox istedadlı adamlar kimi sağlığında onun da layiqli qiymətini verə bilmədik. O, mənim, bir neçə pyesimə quruluş verib...
    Onun dostları doğma, qayğıkeş, nurlu bir bir insanı, Azərbaycan teatrı isə
    əvəzsiz sənətkarını itirdi. Mən əminəm ki, Hüseynağanın qədir-qiyməti gələcəkdə bilinəcək. Bizdə cox vaxt göz önündə olan istedadların böyüklüyü yalnız illər keçəndən sonra təsdiq olunur. H. Atakişiyev haqqında keçmiş zamanda danışmaq düzgün deyil. O, həm də gələcəyin rejissorudur...
































    Onun ömrünün yarımçıq qalan hissəsi...
    (Abdulkadır Özkan haqqında)
    02.02.2023

    Kaş bu, son məktub olmayaydı....
    ...Türkiyədə baş verən müdhiş zəlzələ (deprem) zamanı, eşitdim ki, Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı və tərcüməçisi gənc dosrumuz Abdulkadir Özkan da uçqunların altında qalıb. Mən onunla əvvəllər qiyabi tanış olsam da, bu ötə payız (2022-ciildə) daha yaxından, şəxsən tanış olmuşdum.İstiqanlı, zarafatcıl, emosional bir gənc idi. (Yeri gəlmişkən, bizim yazıçılardan bir çoxunun əsərləri məhz onun sayəsində Türkiyədə tərcümə və nəşr edilib. Məsələn, mənim bildiklərimdən Əfqan, Eyvaz Zeynallı, Əlabbas Bağırov, Aslan Quliyev, Arif Ərşad və digərlərinin kitabları).
    Bir neçə gün öncə mənə Abdulkadir Özkanla telefonda danışdıq. Dedi ki, bir balaca nasazdır. Sən demə, mənim əməliyyat olunduğumu da eşidibmiş. “Keçmiş olsun”- dedi. Sevindirici xəbər verdi: “QAPI” romanımı artıq türkçəyə çevirib. Əsər haqda xeyli xoş sözlər dedi, mənim tərifi sevmədiyimi bildiyi üçün az sonra məkyub yazıb ürəyindən keçənlərin qalanını da yazlı göndərdi. Tanrıdan arzum budur ki, bu, onun sonuncu məktubu olmasın.
    Budur həmin məktub:
    ... Firuz Bey salam! Necesiz yaxşısız inşallah. Eger meni soruşursanızsa, düzü xesteyem, hetta bu gün bir neçe gün için xestexanaya yatma ehtimalım var imiş. Yoxlamaya gedecem. İnşallah alınmaz. Amma sağalacam, veziyetim pis deyil. Bu sebep ile "qapı"da kaldık. “Cennet Çiçeyi” romanı hele yarımçık, qutarabilmedim. “Qapı” için gözel işledim, ruhunu saxladığımı güman edirem. Xülasa tercümeleri fevralın başında yox axırında tehvil verecem size. ...
    Son olaraq bunu bölüşmem lazım, “Qapı”nı oxuyanda size olan hörmetim bir defe de arttı, mazur görün ifademi, futbolda, meşkte bir tabir var "ters köşe", belke siz eks qıraq deyersiz, qapıcı kimi eks qırağa yattım. Çox tesirlendim. Sanki bir kimise yox, böyük bir teşkilat eyleşib yazıb kimi kitabı, bir kelayağı kimi işlenib eser. Tercümeni mene verdiğiniz ve mene inan elediyiniz için sağ olun, sayenizde özümle fexredirem. İşleriniz avand olsun. Soruşanlara salam deyin. Görüşenedek..."
    “Firuz Bey, xeste olduğuma göre ne Facebooka girirem ne de dostlar ile danışıram düzü, heç xeberim yox idi sizin narahatlığınızdan, Heqiqeten çox üzüldüm. Atamnan bölüşecem, ev halqıynan da, size dua edeceyik, inşallah tecili taparsız şefanızı. Çox qeçmiş olsun. Meslehetleriniz için elelxusus teşekkür edirem. Menim için çox qiymetli. Sizden öyreneceyimiz çox şey var. Görüntülü danışabilerik elbette sesinizi eşidende bele şad oluram, amma madem operasiya qeçirdiniz dincelmeye üstünlük vermeniz lazım. Mene gelende sağalaram, ele deyirler, köhne problemin ferqli varyantı amma tehlükeli deyil, çox işlediyime göre yaranıb. Yeriyebilmirem, çetinlik çekirem, hemişe yatıram ve dermanlarnan mürgüleyirem. Size seher yazanda xesteneye yatmalıydım indi plan deyişti, belke obiri xefte yatacam bir hefte vesselam. Yeni yaxşıyam meni derd elemeyin.
    ...Fevralda gelebilmeyecem. Eslinde teyyare biletini götürmüş idim amma marta, belke olsun ki martın axırına gelebilecem. Xahiş edirem köhne sağlamlığınıza qovuşun tecili. Bilirsiz sizi ne qeder sevir, xetirinizi ne qeder isteyirik. Salamlarınızı çattıracam, siz de soruşanlara salam deyin. Hörmet edirem. Yaxşı günlerde tezeden görüşenedek..."
    ...
    Bu, son məkyub imiş...
    08.02.2023
    “...kaş bu sonuncu məktub olmayaydı...” Bir neçə gün öncə öz arzularımı bu cümlələrlə ifadə etmişdim. Bu gün eşitdim ki, dostumuz Abdulkadir bizim bu ümid dolu arzulardan bir qədər öncə həyatla vidalaşıb. Onun ruhsuz bədəni yaşadığı evin uçqunları arasında qalıb. Mən bu müdhiş xəbəri eşidətkən istər-istəməz onun və ailəsinin Kahraman Maraşdakı evlərini xatırladım. O geniş, səliqəli mənzildəki otaqların birini Abdulkadir üçün ayırmışdılar. Otardakı rəflər kitablarla dolu idi. O kitabların çoxu Azərbaycan yazıçılarının əsərləri idi. Kitab dənizində az qala itən və məmnun-məmnun gülümsəyən gənc dostumun özü də bu anlarda sirli bir kitaba bənzəyirdi. Divardan Azərbaycan sazı asılmışdı. Zarafatla dedim:
    -Dınqılada bilirsən?
    Onün gülüş oynayan sifətinə ciddi bir ifadə qondu:
    -Dınqldatmaq niyə, müəllim? Çoxlu saz havalarını ifa edirəm.
    Əlimi çiyninə qoyub gülümsədim. Bildi ki, zarafat edirəm.
    -Şaka yapıyorum-dedim.
    -Bilirəm-deyə, əlini mənə sarı uzatdı. Onun zərif, yumşaq əllərini ehtiyatla sıxdım...
    Sonra biz onun (arabasında) maşınında Kahraman Maraşdan Elaziğa doğru yol aldıq. Orada kitab sərgisi və imza günü olacaqdı. Yeri gəlmişkən deyim ki, o, mənim “Dəniz karvanı” povestimi və”Neytral zona” adlı pyesimi çevirmişdi. Pyesi artıq İzmir Sənət teatrosu qəbul etmişdi. Bu barədə teatrın rəhbəri Necati Zəngin məlumat vermişdi. Deməli, əli yüngül imiş dostumuzun...
    Elağıza gedərkən yoboyu müxtəif mövzularda söhbətimiz olurdu. Ən çox da dilimizin sirli qatlarından...
    - Abdulkadir bəy, sizdə “gözüm su içmir” ifadəsi işlədilir?.. Yox? Bəs “ağlım bu işdən bir şey kəsmir” ifadəsi necə? O da işlədilmir? “Nə əldən qoyur, nə yardan qoyur” necə?
    Sonra Abdulkadir səbrlə həmin ifadələrin türkcə, həta bəzən maraq göstərdiyi rus dilində qarışığını tapıb geniş izah edirdi.O, tərcümə zamanı frezeoloji ifadələrə, onların məna çalarının mahiyyətinə xfikir verirdi...
    Dostumuz Azətbaycanı, onun təbiətini, adamlarını, xörklətini, musiqisini necə sevirdi. Sanki öz vücudu ilə o, Azərbaycanın bir parçası idi...
    ...Artıq Abdulkadir haqq dünyasındadır. Səhv etmirəmsə, onun ailə üzvlərindən yalnız biri- Akif bəy sağdır. O da təsadüf üzündən evdə olmayıb, əsas iş yeri İstabuldadır.
    Artıq yuxarıda qeyd olunduğu kimi, Abdulkadir son məktubunda yazır ki, mənim “QAPI” romanımı tərcümə edib.
    Mən bu yerdə məktubdan bəzi seçmələri vermək məcburiyyətindəyəm:
    ...“Qapı” için gözel işledim, ruhunu saxladığımı güman edirem. ..
    Son olaraq bunu bölüşmem lazım, “Qapı”nı oxuyanda size olan hörmetim bir defe de arttı...
    Çox tesirlendim. Sanki bir kimise yox, böyük bir teşkilat eyleşib yazıb kimi kitabı, bir kelayağı kimi işlenib eser. Tercümeni mene verdiğiniz ve mene inan elediyiniz için sağ olun, sayenizde özümle fexredirem…”
    Mən bu sətirləri nədən bir daha yada saldım? Deməli, “QAPI” romanının tərcüməsi onun bilgisayarındadır… Salamatdır… Ümidliyəm… Basin sağ olsun, Türkiyəm… İndi mən bu qlobal və local faciələrdən sonra hədsiz dərəcədə sarsılsam da, bir möcüzəyə inamım qalıb. Bəlkə, həmin tərcümə Abdulkadirin daim özü ilə, çox zamansa arabada gəzdirdiyi kompyuterdədir? Bəlkə romanın tərcüməsi itməyib? Bəlkə... Bəlkə..
    “Bəlkələr” çox, Abdulkadir Özkan isə həyatda yoxdur. Amma onun qiymətli tərcümələri qalmaqdadır. O tərcümələr dostumuzun ömrünün yarımçıq qalan hissəsini yaşadacaq və yaşatmadadır...
    P.S.
    Həmkarımız Aslan Quliyev gərəkli bir təkliflə çıxış edıb: Abdulkadir Özkan haqda xatirələri toplayıb bir məcmuə və ya kitab kimi nəşr etmək. Zənnimcə, mənim bu müxtəsər yazım da elə həmin xatirələrdən biri kimi o kitaba daxil ola bilər... və bəlkə xatirəsi bizim üçün daim əziz olan dostumuzun sevərək tərcümə etdiyi “QAPI”nın da qapısı bir gün açıldı. Onun ruhuna ehtiram olaraq.





    Türklər və fransızlar
    Volter öz dramında Peyğəmbəri təhqir etmişdi
    “Ziddiyyətin” genezisi

    İkinci Sultan Əbdülhəmid Volterin Osmanlı ərazisində yayımına niyə qadağa qoymuşdu?
    Höte və Motsart Volteri niyə tənqid edirdi?
    Əminik ki, gələcəkdə də hər iki xalq bəzi mənfi təzahürləri bilmərrə unudub, tarixən mövcud olmuş müsbət ənənələri qoruyub saxlayacaq.
    İndiki halda, söhbəti davam etdirmək olar.

    Türklərlə fransızların “mehriban düşmənçiliyinin” və “düşmən mehribanlığının” tarixi qədimlərə gedib çatır. Amma mən bu müxtəsər yazıda tarixi “eşələmək” istəməzdim. Bir-iki faktı deməklə kifayətlənmək niyyətindəyəm. Bəribaşdan orasını da deyim ki, iki qüdrətli dövləti birləşdirən nəsnələr “ayırma” cəhdlərindən daha çoxdur...
    Hələ orta əsrlərdən Avropanın bir çox elm və sənət adamları türklərə və İslama qarşı sanki səlib yürüşü elan etmişdilər. Xüsusilə Fransada kilsə bu sahədə mühüm təbliğat işləri aparırdı. Düzdür, həmin dövrdə Osmanlı dövləti ilə Fransa arasında daim iqtisadi-ticari-mədəni əlaqələr normal olmuşdu. Türk iş adamları Fransaya yatırımlar qoyurdu.
    Amma və lakin...
    İki dövlət və iki millət arasında ziddiyyətlərin yaranmasında hələ 16-cı əsrdə kilsə əsaslı rol oynamışdır.
    17-ci əsrdə münasibətlərdə qismən “yumşalma” hiss olunmağa başladı.
    18-ci əsrdə kilsənin rolu azalmağa başladı. Bu dövrdə bir çox maarifçilər “Şərqi anlamaq lazımdır” fikrini irəli sürmüşdülər. Məhz Maarifçilərin bir çoxunun təbliği sayəsində İslam dininə və türklərə qarşı olan düşmənçilik hissi get-gedə azalmaqda idi.
    Dövlətlər arasında qarşılıqlı münasibətlər loyal səciyyə daşısa da, bəzi dairələrdə, xüsusən millətçi ziyalılar arasında Şərqə sayğısızlıq bir çox hallarda özünü büruzə verməkdə idi. Bu cür təzahürlər qələmə alınan traktat və bədii əsərlərdə diqqəti cəlb edirdi. Amma türk imperiyasının rəhbərləri də bu cür hallara öz kəskin teaksiyasını bildirirdi. Hətta bu günün özündə belə, Osmanlı arxivində deyilənləri təsdiq edən sənədlər az deyildir.
    Buradaca qeyd etmək lazımdır ki, İslamı və türkləri tənqid edən kitabların nəşrinin dayandırılmasında və teatr tamaşalarının ləğvində daha çox 2-ci Sultan
    Əbdülhəmid ( Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842, Konstantinopol – 10 fevral 1918), 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi) səy göstərmiş, ciddi addımlar atmışdır
    Deyəsən bir az irəli qaçdıq...

    Türklərə və İslama qarşı kəskin mövqedə duranlardan biri Volter idi.
    Bildiyimiz kimi, Volter (əsl adı Fransua-Mari Aruedir) Fransanın çox məşhur maarifçisi, tarixçisi, hüquqşünası, şairi, nasiri, dramaturqu idi. Onun pyeslərindən biri Məhəmməd Peyğəmbərə həsr olunmuşdu.
    Volterin “Fanatizm, yaxud Məhəmməd Peyğəmbər” adlı dramında guya Peyğəmbərin həyatından söhbət açılır. “Guya” deyirəm ona görə ki, müəllif əsər haqqında yazırdı: “Mən bilirəm ki, Məhəmməd mənim bu əsərin süjetində göstərdiyim satqınlığı etməyib...”
    Volter daha sonra dönə-dönə etiraf edir ki, məqsədim heç də səhnəyə gerçəkdən baş vermiş hadisələri gətirmək yox, fanatizmin hansı dəhşətləri gətirə biləcəyini göstərməkdir. Və yenə özünün dediyi kimi, bütün hadisələr uydurma və quramalardan ibarətdir.
    Volter əsərlərində daha çox humanist ideyalar irəli sürsə də, şəxsi yazışmalarında irqçi mülahizələr, maarifçiyə yaraşmayan tezislər irəli sürürdü.
    Volter İkincici Yekaterinanın vurğunu, Yekaterina isə onun pərəstişkarı idi.
    O, (yəni Volter) Rusiya imperatoriçasına 1769-cu ildə belə yazırdı: “Madam, Siz türkü öldürməklə mənim ömrümü uzadırsız...” Nəsə, bu günün özündə belə çox tanış intonasiyadır...
    Volter onu da yazırdı ki, Siz Konstantinopolu almaqla Pyotrun arzusunu yerinə yetirmiş olursuz. Əsərlərində məğrurluğu vəsf edən Volter yaltaqlıqla vurğulayırdı ki, türkləri yalnız ruslar diz çökdürə bilər, Konstantinopolu yalnız ruslar ala bilər. Və sair və ilaxır bu tipli sərsəm sicilləmələr.
    (Baxa bilərsiz: Вульф Л. Изобретая Восточную Европу: Карта цивилизации в сознании эпохи Просвещения.
    М., 2003.
    • Зорин А. Л. Кормя двуглавого орла...
    М., 2004)

    Elə Volterin başqa bir müasiri, həmkarı da Yekaterinadan nəsə qoparmaq üçün əldən-ayaqdan gedirdi. Bu, Didro idi. Yeri gəlmişkən, Didro aləmə car çəkmişdi ki, kasıblıqdan böyük kitabxanasını satmaq istəyir. Yekaterina ona 15 min frank göndərdi ki, belə bir iş görməsin. Daha sonra ona ayı 100 rubldan ibarət “ömürlük təqaüd” kəsdi. Volter biləndə ki, onun “həmkarı” imperatoriça tərəfindən belə qiymətləndirilir, əsəbiləşərək demişdi ki, Rusiyada “skiflər” (o, bu ifadəni geridəqalmış mənasında işlədirdi-F.M.) ziyalıları belə qiymətləndirir, amma Parisdə onlara divan tutulur.
    Haşiyə. Bu sətirlər mənim irihəcmli yazımdan bir parçadır.
    Təbii ki, bu qısa mülahizə faktı xatırlatmaqla mən nə Fransanın, nə də böyük maarifçilər olan Volter və Didronun böyük tarixi fəaliyyətinə kölgə salmaq niyyətində deyiləm. Bütün bunlardan başqa mən fransız maarifçilərinin əsərlərini tədqiq və tədris etmişəm.
    Sadəcə olaraq onu vurğulamaq istəyirəm ki, bəzən böyük şəxsiyyətlər də “ikiləşir”, öz ideyalarına özləri zərbə vururlar.

    Artıq dediyim kimi, 2-ci Sultan Əbdülhəmid “fransız fanatizmi” ilə kəskin mübarizə aparırdı. Sultan əksər fransız qəzetlərinə abunə yazılmışdı və həmin qəzetləri şəxsən özü oxuyurdu. Məhz onun diplomatik səyləri nəticəsində bu istiqamətdə bir sıra qarşılayıcı addımlar atılmışdı. O, 1888-ci ildə başqa bir “islamşünasın” – Anre de Bornye adlı müəllifin “Məhəmməd” adlı pyes yazdığını qəzetdə oxuyan kimi, Parisə belə bir məktub yazdı: “Mən əminəm ki, “Komedi Fransez” teatrında gözlənilən tamaşa baş tutmayacaq...” Soltan belə bir tamaşanın oynalmasının iki dövlət arasındakı münasibətlərə ziyan vura biləcəyini qeyd edirdi. O vaxtkı Osmanlı İmperiyasının Fransadakı səfiri Mahmud Əsəd paşa yüksək rütbəli fransız çinovnikləri ilə görüşüb məsələni yoluna qoysa da bir müddət sonra iki dövlət arasında münasibətlərdə sərinlik yarandı və həmin pyesin yenidən səhnəyə çıxacağı elan olundu. Bu dəfə 2-ci Sultan Əbdülhəmidin şəxsən özü Rtansanın İstanbuldakı Montebello ilə görüşərək öz narazılığını bildirdi. Tezliklə əsərin Fransada nümayişi qadağan olundu. Amma Anre de Bornye dinc durmaq istəmirdi. Onun təkidi ilə adı çəkilən əsər London teatrında hazırlandı. Amma bu dəfə də əsər repertuardan çıxarıldı. Məsələ burasında idi ki, türk İmperatoru ilə Böyük Britaniyanın Xarici işlər lord Solsberi yaxın dost idi...
    Hələ bu harasıdır. 1893-cü ildə Sultana xəbər verdilər ki, Roma teatrında da Peyğəmbərlə bağlı “2-ci Məhəmməd” adlı tamaşa hazırlanıb. Sultan Əbdülhəmid İtaliya hökumətinə kəskin iradını bildirdi və əsərin tamaşası baş tutmadı.
    Yuxarıda Volterin yazdığı və haqqında söhbət açdığımız “Fanatizm, yaxud Məhəmməd Peyğəmbər” adlı əsəri bir sıra Avropa ölkələrində tamaşaya hazırlansa da Sultanın xahiş və ya tələbi ilə repertuara daxil edilmədi.
    Nəhayətdə 2-ci Sultan Əbdülhəmidin göstərişi ilə Volterin əsərlərinin nəşri və satışı bütün Osmanlı ərazisində qadağan olundu.
    Ədalət naminə demək lazımdır ki, fransız yazarlarının, xüsusilə şöhrətli Volterin Peyğəmbər əleyhinə yazılmış əsəri alman mütəfəkkirləri tərəfindən kəskin pislənmiş, tənqid olunmuşdu. Dünya çöhrətli Höte “axmaq hərəkətinə” görə Volteri pisləmiş, dahi Motsart (Volfqanq Amadey Motsart) onu (Volteri) təhqir etmiş, hətta o (Volter) ölərkən demişdi: Volter it kimi gəbərdi”. Bu həmin Motsartdır ki, bütün dünyada bu gün də əzəmətlə səslənən “Türk marşı”nın (orijinal adı belədir: “Rondo alla Turca”) müəllifidir.
    ...Bəli, Türkiyə və Fransa dövlətləri arasında zaman-zaman bir-biri ilə “yaxın və uzaq”, “soyuq” və “sıcaq” əlaqələr mövcud olmuşdur. Bu əlaqələrin soyuqlamasında siyasət (və sənət) adamlrının “rolu” daha çox olmuşdur. Yəni hər iki dövlətin sadə adamları bir-biri ilə daim yaxın və xoş müvasibətdə olmuşdur. Uzun illər fransız dili Türkiyədə xarici dillərin öyrənilməsi müstəvisində dominant dil olmuşdur. Tüklərin bir çox ziyalıları Fransada təhsil almışdır. Dünyanın ən yaxşı türkoloji araşdırmaçıları arasında fransız dilçilərinin rolu danılmazdır. Fransız ədəbiyyatı bütün dünya ədəbiyyatına, xüsusilə türk nəsrinə əsaslı təsir göstərmişdir.
    Hesab edirik ki, gələcəkdə də dövlətlərin, daha doğrusu siyasilərin baxışlarından asılı olmayaraq, hər iki xalqın nümayəndələri tarixən mövcud olmuş müsbət ənənələri qoruyub saxlayacaq.










    Yurdumuzun nəbzi döyünür

    Qələm əhlini yaxından tanımaq üçün bəlkə də şəxsi tanışlığa xüsusi ehtiyac yoxdur. Bu mənada, mənim görkəmli publisist, istedadlı jurnalist Vasif Səmədovla tanışlığım bir növ “qiyabi” səciyyə daşıyır. Amma bu “qiyabi” anlamının arxasında Vasif qələminin məhsulu olan reallıq -əyanilik dayanır.

    Mən birbaşa mətləbə keçərək onu demək istəyirəm ki, bir sıra nüfuzlu qəzet və jurnallarda kəsərli, orijinal yazılarla çıxış edən Vasif Səmədovun jurnalistikada öz yolu, öz üslubu vardır.
    Bir balaca haşiyə çıxaraq, xatırlatmağı vacib bilirəm: bizdə adətən yaradıcılıq və şəxsiyyət fenomenlərindən söhbət düşəndə ilk növbədə “klassik”-akademik təsnifata üstünlük verirlər; yaradıcı adam kimi, məsələn, daha çox yazıçı və şairlərin, rəssam və bəstəkarların şəxsiyyəti ön plana çəkilir.
    Əlbətdə, buna heç bir etiraz ola bilməz. Amma həmin “kaqorta”ya, “pleyada”ya qeyd-şərtsiz jurnalistləri də aid etmək olar.
    Belə hesab edirəm ki, Vasif Səmədov özünə, sözünə, mövzularındakı faktlara məsuliyyətli yanaşan jurnalistlərdəndir. Mən Vasifin on il əvvəl “İzvestiya” qəzetində çap olunmuş “Müdaxilə” yazısını yaxşı xatırlayıram.
    Bu yazının janrını müəyyənləşdirmək mənim üçün bəlkə də çətindir. Valeri Vıjotoviçlə müştərək yazılmış, həmin yazıda haray da vardı, hıcqırıqda, təhdid də, inkar da vardı, iqrar da. Amma orada daha çox həqiqət vardı.
    Oxucu əlinə qələm götürən hər bir söz adamından məhz həqiqət gözləyir. Haqqında söhbət açılan bu məqalə o vaxt informasiya blokadasının yarılmasında müstəsna əhəmiyyət kəsb edirdi.
    Yadımdadır, “Müdaxilə”nin sürəti çıxardılaraq bir çox idarə və təşkilatların divarlarına yapışdırılmışdı. O vaxt həmin yazının sürətini mən “Azərbaycan” nəşriyyatının və metronun “Elmlər Akademiyası” stansiyasının giriş qapısının yan-yörəsində görmüşdüm.
    Seçdiyi mövzularınn, qələmə aldığı yazıların arxasında Vasif Səmədovun şəxsiyyəti dayanır.
    Bu gün o, yaradıcılığının ən məhsuldar dövrünü yaşayır.
    Sözümün əvvəlində dedim ki, mənim Vasiflə tanışlığım daha çox “qiyabi” səciyyə daşıyır. Lakin son vaxtlar aramızda yaranan ünsiyyət, “atüstü” söhbət və görüşlər mənim özündən xeyli əvvəl yazıları ilə tanış olduğum Vasif Səmədov haqqında real təsəvvürlərimi daha da genişləndirib: cəsarətli, döyüşkən yazılar müəllifi, təbiətcə mülayim, sadə bir insandır.
    Burada isə qeyri-adi heç nə yoxdur: axı, həqiqət özü həmişə sadə olur. Mən qələm dostuma-publisist Vasif Səmədova cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
    Qoy Vasifin səsi-sorağı uzaq meridianlardan gəlsin! Qoy bundan belə də qələmindən çıxan hər kəlmədə, hər sətrdə Azərbaycanımızın nəbzi vursun!
    Vasif, iki iyirmibeşin-əlli yaşın mübarək!






    Səbuhi...Vida sözü əvəzi

    Səbuhi Məmmədlinin vəfat etdiyini gecə yarısı sosial şəbəkələrdən bildim...

    Xatırladım ki, mən onu ilk gənclik illərindən tanıyıram...
    Xatırladım ki, hələ tələbə ikən populyar müstəqil qəzetlərdən birinin redaktoru idi...
    Xatırladım ki, onu aradabir nəşriyyatın yeməkxanasında həmkarlarının əhatəsində, qaynar yemək-içmək məclislərində görürdüm...
    Xatırladım ki, hamıya səmimiyyət və ehtiramla yanaşardı...
    Xatırladım ki, çox gözəl qələmi vardı, orijinal yazıların müəllifi idi...
    Hə, onu da xatırladım ki, təxminən iki ay öncə Respublika xəstəxanasının cərrahiyyə şöbəsinin dəhlizində qarşılaşdıq. Düz bir il əvvəl, 2013-cü ilin yanvarında mən burada əməliyyat olnmuşdumdum və xəstəxanaya hansısa bir arayışı almaq üçün getmişdim. Səbuhi “kolyaskada” əyləşmişdi. Ayağının biri amputasiya olunmuşdu. Mən bunu əvvəldən bilirdim, çünki bu yaxınlarda yazmışdı ki, “ayağımın birinin yoxluğunu sübut edə bilmirəm ki, pensiya alım”. Yanında bir qadın vardı, həyat yoldaşı olduğunu təxmin etdim. Əyilib alnından öpdüm. Adətən, belə hallarda bizim mentalitet üzrə “necəsən?”- sualı verilir. Onsuz da onun necəliyi göz qabağında idi. Sonra bizdəki ənənəvi “qulluğundayam, sənə necə kömək edim?”- sualının üstündən də sükutla keçdim. Mən ona necə kömək edə bilərdim?.. Ayrılanda “Həcər müəlliməyə salam deyin”-dedi...
    Bir müddət sonra mətbuatda oxudum ki, ikinci ayağı da amputasiya olunub... Sonra, səhv etmirəmsə, öz şəbəkə səhifəsində bir kadr gördüm: Səbuhi gülümsəyərək əl çalır, onun ayaqlarının... yox, dizinin ucunda isə balaca bir qız rəqs edirdi. Bəli, Səbuhi gülümsəyirdi...
    ...və, artıq dediyim kimi, 17.01.2024-cü il tarixdə Səbuhinin vəfat etdiyini gecə yarısı eşidib bildim...
    O, bir müddət Biləcəridə, üçyüz saylı orta məktəbdə həyat yoldaşımla bir məktəbdə işləmişdi. Səbuhi hər dəfə görüşəndə öz keçmiş həmkarına salam göndərirdi.
    Səbuhinin yoxluğu xəbəri Həcər müəlliməni də sarsıtdı.
    Mən dedim ki, o, çox istedadlı jurnalist idi. Yoldaşım dedi:
    -O, həm də gözəl müəllim idi. Bilirsən uşaqlar onun xətrini necə istəyirdi? Bu, öz yerində... Amma onun çox qeyri-adi istedadlı bir oğlu vardı, hamı onu məktəbimizin gözü hesab edirdi... Görəsən, o uşaq indi haradadır?..
    Qəribə taleli bir adamı vaxtsız-vədəsiz itirdik. Bir az özündə günah vardı, bir az da bizim hamımızda...
    Son qəmimiz olsun.












    Elçin. Səxsiyyətin diapazonu
    (Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında düşüncələr)
    Ətraf aləmin, dünyanın, lap elə planetin və kainatın onlarla dərk yolları vardır. Hər bir elm və sənət sahəsinin isə özünəməxsus, bir-birinə bənzəyən və yaxud bir-biri ilə daban-dabana zidd olan dərketmə “bucağı” mövcuddur. Məsələn, riyazi dərklə fiziki dərki, fəlsəfi dərklə dini dərki... bir-biri ilə eyniləşdirmək qeyri-mümkündür. Bütün bu dərk və ya izahetmə postulatlarından biri də ədəbiyyatla bağlıdır. Çoxdan izahını tapmış məsələdir: ədəbi dərketmə digər substansiyaların dərkolunmasından xeyli dərəcədə fərqlənir. Belə ki, ədəbiyyat bu yöndə tam fərqli bir yol seçmişdir: o, bütün külli-aləmi obrazlarla və obrazlı şəkildə “tədqiq” edir. Amma məsələnin bəlkə də ən çətin, ən mürəkkəb tərəfi ondadır ki, ədəbi əsər bu sonsuz kainatın “kiçicik” zərrəsi olan insanın daxili aləmini “araşdırıb” təzədən insanın özünə təqdim edir. Di gəl ki, bu kiçik varlığın-insanın mənəvi dünyası elə kainatın özü qədər zəngin, intəhasız ... həm də sadə və bəsitdir. Bu, dərkolunmanın bənzərsiz bir mərhələsidir...
    Hərdən adama elə gəlir ki, ciddi ədəbiyyatda mövcud məkanın və eləcə də konkret mövzuların “bölüşdürülməsi” artıq başa çatmaq üzrədir. Bəs bu güzəştsiz rəqabətdə, bu “ərazi qtlığında” yazıçı özünə necə “yer” tapmalıdır?..
    O, ədəbiyyata gələndə, sözün müəyyən mənasında, xatırlatdığımız ərazidəki “boş yerlər” sanki tamamilə “bölüşdürülmüşdü”. Həmin dövrdə zavod, fabrik, kolxoz, sovxoz və digər təsərrüfat sahələri ədəbi təsərrüfatın inhisarında idi. Yox, demək olmaz ki, ortada parlaq əsərlər yox idi. Bu cür mülahizə yürütmək insafsızlıq olardı. Amma bu əsərlərin qəhrəmanlarının heç olmazsa “quş qoymaq” üçün mütləq bir “iş yeri” olmalı idi. İşsiz-gücsüz, tüfeyli və yaxud mövcud gerçəkliklə barışmayan “azad” adamların simasında ədəbi əsər qəhrəmanı yaratmaq mümkün olardımı? Belə bir iddiada bulunmaq həm də cəsarət tələb edirdi- ən azı ədəbi cəsarət...
    Onun ilk əsərlərinin qəhrəmanları öz xarakter, xasiyyət və dünyagörüşləri etibarı ilə fərqli, bir qədər də “qeyri-ənənıvi” idi. Elə buradaca kiçicik bir haşiyə çıxarıb qeyd etmək lazımdır ki, bir çox qələm əhli əksər hallarda öz ideal və ya ideyalarını yaratdıqları personajların “belinə” yükləyirlər. Başqa sözlə, əsərin qəhrəmanı və ya qəhrəmanları, yazıçının ruporu qismində çıxış edir. Belə hesab edirəm ki, ədəbi əsər heç də bütün hallarda müəllifin “ideoloji” sürəcinin daşıyıcısına çevrilməməlidir. Hər bir bir obraz öz taleyini yaşamalıdır. Yaradıcı adamın həyatı onun öz qəhrəmanlarının həyat və ya fəaliyyətinin adekvat inikası qismində zühur etməməlidir...
    O, ədəbiyyata öz obrazlar pleyadası ilə qədəm qoymuşdur. Nəhəng meqopolisin ortasında və yaxud bir qədər ondan kənarda öz adi, sadə həyatını yaşayan personajların yeni, həm də qeyri- doqmatik təqdimatı peşəkar oxucular, habelə müqtədir tənqidçilər üçün də gözlənilməz idi. Sən demə, hər gün rastlaşdığımız bu sıravi insanların öz qəribə, sirli dünyası varmış. Və həmin “dünyaya” nüfuz etmək elə də asan məsələ deyilmiş...
    Yəqin ki, oxucular indiki halda söhbətin qüdrətli yazıçımız Elçindən və onun ilkin yaradıcılıq mərhələsində mühüm yer tutan “adi” qəhrəmanlardan, onlara bəzən ədəbiyyatşünaslıqda “kiçik adamlar” da deyirlər, getdiyinin fərqinə vardılar. Bəli, ədibin personajları öz “qapalı” mühitlərindən geniş ədəbi arenaya çıxmağa başladılar. Xatıtlatmağı lazım bilirəm ki, bir neçə il əvvəl qələmə aldığım bir yazıda vurğulamışdım ki, uzun illərdən bəri əksər yazıçılarımızın əsərlərində tənqid və ya istehza hədəfinə çevrilmiş “həmin kiçik qəhrəmanlara” ədəbiyyatımızda ilk dəfə Elçin “reabilitasiya” verdi. Bu ədəbi bəraətin sosial mahiyyəti də az əhəmiyyət kəsb etmirdi. Sadə şəkildə deməyə çalışsaq, təkcə ədəbi personaljar arasında deyil, həyatda mövcud olan personaların timsalında da mənfidən müsbətə doğru sıçrayışa bənzər bir təkamül baş verdi və həmin insanlara münasibət dəyişməyə başladı. Bu mənada “Baladadaşın toy hamamı”, “Baladadaşın ilk məhəbbəti” hekayələri, habelə ötən əsrin 70-ci illərində işıq üzü görən “Bir görüşün tarixçəsi”, "Toyuğun diri qalması", "Dolça" povestləri daha xarakterik səciyyə daşıyır. Sonrakı mərhələdə lentə alınan filmlər, habelə adı çəkilən və çəkilməyən əsərlər əsasında sənhəyə qoyulan tamaşalar bu qənaəti daha da möhkəmləndirdi...
    Artıq qeyd etdiyimiz kimi, yazıçının yaradıcılığının ilkin dövründə onun qəhrəmanlarının fəaliyyət göstərdiyi konkret (və kiçik) ərazi mədudluğu və əlvanlığı, rəngarəngliyi ilə diqqəti çəkir. Bu kiçik mühitin özü və onun sakinləri böyük qayğılarla, problemlərlə çiyin-çiyinə yaşayır. Amma nə qədər vurnuxsalar da həmin kiçik mühitdəki kiçik qəhrəman əksəriyyəti bu fiziki, coğrafi və mənəvi “ərazidən” kənara çıxmağı bacarmır və ya buna cəhd göstərmirlər. Elə buradaca vurğulamaq istəyirəm ki, dünya ədəbiyyatında öz qəhrəmanlarının fəaliyyəti üçün bu cür “xüsusi ərazi” yaradan sənətkarlara az da olsa təsadüf edilir. Məsələn, məşhur Nobel mükafatçısı Uilyam Folknerin əsərlərinin əksəriyyətinin qəhrəmanları Amerikanın cənubundakı “zonada” yaşayırlar. Yazıçı hətta, həmin yaşayış məkanına ad da uydurub: “Yoknapatof”. Digər amerikan yazıçısı Con Steynbekin qəhrəmanlarının əksəriyyəti isə Amerikanın şimalındakı ərazidə məskunlaşmışlar...
    Əlbəttə, bu uydurulan və ya həqiqətən mövcud olan “ərazi” söhbəti əslində şərti səciyyə daşıyır. Bu cür “coğrafi mühit konkretləşdirmələri” qətiyyən əsərlərdəki qəhrəmanların daxili aləminin məhdudlaşdırılmasına xidmət etmir. Əksinə, bu, həm də onun göstəricisidir ki, dar və yaxud qapalı bir mühitdə belə, insan idrakının və dünyagörüşünün ənginliyini ədəbi əsərdə bütün rəngarənliyi və rəngləri ilə vermək mümkündür. Bu yerdə istər-istəməz Frans Kafkanın daha kiçik, kameral, dar mühitdə yaşayıb, daim genişliyə can atan qəhrəmanlarını xatırlatmaq da pis olmazdı...
    Zaman keçdikcə, Elçinin mövzu diapazonunun və onun qəhrəmanlarının fəaliyyət “ərazisinin” genişləndiyi müşahidə olunur. Yeni dövrün bədii ifadə və mahiyyəti, məşhur ədəbiyyatşünas və semiotik Yuri Lotmanın təbirincə desək “humanitar partlayış” tərzi ilə seçilməkdədir. Fransanın tanınmış mədəniyyət nəzəriyyəçisi və filosofu Pol Mişel Fuko isə bir qədər də irəli gedərək, ədəbiyyatda epistemoloji bölünmə, başqa sözlə, bütövlüyün parçalanması prosesinin labüd olduğunu vurğulayır. Və o da qeyd olunur ki, bu total modernizasiya özündə sosial həyatın bütün sferalarını ehtiva edir. Belə bir sürəc, sözün müəyyən mənasında, Elçinin əsərlərinin semantikasına və onun qəhrəmanlarının taleyinə də müncər edilə bilər. Təbiətdə olduğu kimi cəmiyyətdə, habelə elmi və bədii müstəvidə baş verən “partlayışlar” bir çox hallarda inkişafın əsasına, kvintessensiyasına çevrilir...
    Zaman keçdikcə Elçinin bir sənətkar kimi mövcud həyatın və yaratdığı personajlarının psixologiyasının dərin qatlarına vardığını müşahidə etmək elə də çətin deyildir. Bu “nüfuzetmə” onun bir-birinin ardınca nəşr olunan romanlarında daha qabarıq şəkildə nəzərə çarpmaqdadır. Yazıçının genişplanlı epik əsərlərindən söhbət açan tədqiqatçıların bir çoxu onun romanlarını əsasən tarixi əsərlər kimi səciyyələndirirlər. Doğrudur, Elçin tarixə, tarixi qəhrəmanlara tez-tez müraciət edir. Lakin orasını da vurğulamaq lazımdır ki, ədibin "Mahmud və Məryəm", "Ağ dəvə", “Ölüm hökmü", "Baş" romanlarında tarix oxucuya həm də bir obraz kimi təqdim edilir. Xüsusi diqqət yetirsək görərik ki, adını çəkdiyimiz əsərlərdə qəhrəmanlar təkcə öz müasirlərinin, yaşadıqları mühitin adamları ilə deyil, həm də tarixin özü ilə, habelə tarixi proseslərin özü ilə konfliktdədir...
    Ümumiyyətlə, milli-tarixi ənənə və ənənəviliyə sadiq olan yazıçının əsərlərinin bir çoxunun nəinki strukturu, stilistika və semantikası, eləcə də personajları sözün müsbət mənasında “qeyri-ənənəvidir”, yenidir, orijinaldır. Elçinin epik əsərlərinin əksər qəhrəmanları, öz həyat və fəaliyyət dinamikası ilə bir çox hallarda “qırmızı xətti” keçir, bədii məntiqin əvvəldən “hesablanmış” radiusundan kənara çıxır. Qəhrəmanlar mövcud gerçəkliyə tabe olmur, aktiv və yaxud passiv şəkildə “qapalı mühitə” etiraz edirlər. Elə gözlənilməz “ədəbi partlayışlar” da məhz bu zaman meydana gəlir...
    Əsl söz adamları cəsarətdən xali ola bilməzlər. Onlar həm yaradıcı şəxsiyyət, həm də təəssübkeş bir vətəndaş kimi daim həqiqətin, gerçəkliyin yanında olurlar. Bu mənada Elçinin “Baş” romanı əsl yazıçı cəsarətinin parlaq təzahürü, və şəksiz ədəbi hadisə kimi qiymətləndirilməlidir. Doğrudur, bu əsərdə də hadisələr təlatümlərlə dolu olan konkret tarixi müstəvidə cərəyan edir. Amma bu, həm də yazıçının özünün yaratdığı tarixi müstəvidir. Əsərdəki hadisələr vizual şəkildə Azərbaycan reallığında baş versə də, hadisələrin kökü daha dərin qatlara enir. Yazıçı təkcə personajlarının deyil, hadisələrin baş verdiyi epoxanın, yəni təxminən ikiyüz il bundan əvvəlki dövrün də psixoloji və mənəvi “xarakteristikasını” dəqiqliklə vermişdir. “Baş” tam milli düşüncənin məhsulu olsa da, müasir dünya romançılığının samballı nümunələrindən biri hesab oluna bilər...
    İlk pyesini gənclik illərində qələmə alan Elçin (“Poçt şöbəsində xəyal” sürreal dramı nəzərdə tutulur) yaradıcılığının coşqun və kamillik mərhələsində yenidən dramaturgiyaya üz tutmuş, teatral qalereyanı maraqlı əsərlərlə zənginləşdirmişdir. Yeni və ən yeni ədəbiyyat tariximizdə orijinal hekayələr, təkrarsız povestlər və monumental romanlar müəllifi kimi tanınmış yazıçının bir-birinin ardınca qələmə alınmış "Mənim sevimli dəlim" (Diaqnoz "D"), “Ah, Paris, Paris”, "Mənim ərim dəlidir", “Mən sənin dayınam”, "Arılar arasında", "Şekspir", "Qatil", "Cəhənnəm sakinləri", "Teleskop" pyesləri bu gün təkcə milli səhnəmizdə deyil, dünyanın bir çox nüfuzlu teatrlarında uğurla tamaşaya qoyulmaqdadır. Əgər belə demək caizsə, bu gün ədəbi-mədəni həyatımızda “Elçin teatrı” anlayışı mövcuddur...
    Elçin həm də ciddi ədəbiyyyatşünas alim, tənqidçi, publisist və tədqiqatçıdır. Onun qələmindən çıxan «Tənqid və nəsr», «Bəstəkarın vətəndaş sözü» (Üzeyir Hacıbəylinin publisistikası haqqında), «Klassik aşıq poeziyasında «Dünya» obrazı», «Ədəbiyyatda tarix və müasirlik problemi» və digər tədqiqat əsərlərində, habelə M.F.Axundzadə, M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, A.Ağayev, C.Cabbarlı, Ü.Hacıbəyli, M.Ə.Sabir, Ə.Hüseynzadə, Ümmül Banu, S.Vurğun, M.Müşfiq, R.Rza yaradıcılığına həsr olunmuş ədəbi oçerklərində, o cümlədən ədəbiyyata yeni gələn istedadlı gənclər haqqında yazdığı təqdimat xarakterli esselərində sözün geniş mənasında mədəniyyətimizin areal və coğrafiyası diqqətlə araşdırılmışdır...
    Yazıçının son illərdə çapdan çıxmış “Daha dərin qatlara” (Seçilmiş məqalə və esselər. “Təhsil”. 2019) kitabı öz universal və ensiklopedik siqləti ilə ədəbiyyatşünaslığımıza çox qiymətli töhfə kimi qiymətləndirilə bilər...
    Bir neçə il öncə Elçin öz müsahibələrindən birində maraqlı bir məsələyə toxunmuşdu. O, “yazıçı nə üçün yazır?”-sualına sualla cavab verərkən təxminən belə bir mülahizə söyləmişdi ki, dünyada bu qədər əsərlərin olduğu bir əyyamda təzə bir söz deməyə və nəsə yazmağa ehtiyac qalırmı? Elçin tərəf-müqabilinin və özünün özünə verdiyi sualı cavablandıraraq demişdi ki, hər bir yazıçı öz xalqının taleyini və tarixini yazır. Doğrudan da hər hansı millətin bədii salnaməsini hansısa yad, ögey bir xalqın yazı-pozu adamı istənilən səviyyədə qələmə ala bilməz. Məlum həqiqətdir: bütün böyük yazıçılar bəşəri olduqları qədər də millidirlər...
    Haşiyə. 1977-ci ilin yağışlı-çiskinli bir noyabr günündə xalqımızın böyük milli şairi Bəxtiyar Vahabzadə ilə Moskva şəhərində təsadüfən görüşdük. Mən elmi ezamiyyətə getmişdim. Şairin o vaxtlar Moskvada yerləşən daimi nümayəndəliyimizdə işi vardı. Bəxtiyar müəllim isə bir-iki günə həyat yoldaşı Dilarə xanımla Ankaraya uçacaqdı... Taxsiyə əyləşib lazım olan ünvana yollandıq. O, yolboyu oradan-buradan söhbət açdı. İşlərimlə maraqlandı. Söhbətarası soruşdu: “Elçinin yaradıcılığına bələdsən?” Mən yazıçının əsərlərinin adını çəkərkən Bəxtiyar müəllim qımışıb dedi: “Bilirsən, niyə bu sualı verdim?” Çiyinlərimi çəkdim. O, söhbətinə davam edərək əlavə etdi: “Yuxarıdan bizə, bəzi ziyalılara xəbər göndəriblər ki, yeni bir təşkilat yaradılacaq. Bu, ilk baxışda Nəbinin (o, Nəbi Xəzrini nəzərdə tuturdu) rəhbərlik etdiyi cəmiyyətə oxşasa da, fəaliyyəti bir az başqa yöndə olacaq. Burada əsas məqsəd bizim dünyaya səpələnmiş istedadlı soydaşlarımızla birbaşa əlaqə yaratmaq, onları öz Vətənimizdə tanıtmaqdan ibarət olacaq. Düzünü deyim ki, mən bu vəzifədə Elçini görürəm. Niyə? Çünki o, milli adamdır. Övladları da milli dilimizdə təhsil alır. Atası İlyas Əfəndiyev də uşaqlarını öz dilimizdə oxudub. Zənnimcə bu sahə üçün Elçin çox yaxşı namizəddir. Mən “yuxarıdan” maraqlananlara da elə bu cür dedim”. Həqətən, Elçin həm “Vətən” cəmiyyətinə rəhbərlik edərkən, həm də ondan sonrakı dövrdə- milli hökumətdə yüksək ranqlı vəzifədə çalışarkən mədəniyyətimizin təbliği və dünya mədəni arenasına çıxması üçün əlindən gələni əsirgəməmişdir...
    Bu gün millətimizin bütün təbəqələri Elçini adət-ənələrimizə dərindən bələd olan, dilimizin zəngin rənglərinə yeni çalarlar qatan, sanki mövcud zamanın onun çiyninə qoyduğu missiyanı- şəxsən tanıyıb-tanımadığı insanlara xüsusi diqqət və qayğını əsirgəməmək missiyasını ləyaqətlə daşımaqda və doğrultmaqda olan, ölkənin ictimai, siyasi, ədəbi mühitində xüsusi yeri və çəkisi olan şəxsiyyət kimi tanıyır. Onun zəngin yaradıcılığının arealı haqda az yazılmayıb. Elə buradaca qeyd etmək yerinə düşərdi ki, Elçinin təkcə yaradıcılığının deyil, elə şəxsiyyətinin diapazonu da onun bütün fəaliyyətinin miqyasını tamamlayır.
    P.S.
    Bu günlərdə Elçinin yuvarlaq rəqəmli ad günü, yubileyidir. Bu, əlbəttə, mühüm hadisədir. Lakin xüsusi olaraq vurğulamaq istəyirəm ki, oxuduğunuz yazı heç də yubiley məqaləsi deyildir. Mən, sadəcə olaraq böyük söz ustası haqda öz yığcam, fraqmental düşüncələrimi qələmə aldım.










    Anarın söz baharı
    (esse)

    ... kitab rəflərdə üst-üstə qalaqlanmış əlyazmalarla dolu qovluqları və kitabları səliqə-sahmana salarkən Anarın illər öncəsi (1977-ci ildə) nəşr olunmuş “Adamın adamı” kitabının səhifələri arasından bir vərəq kağız sürüşüb yerə düşdü. Vərəqdə yazıçının kitabı ilə bağlı bir neçə cümlədən ibarət düşüncələrim yer alımışdı. İndi bu yazını qələmə alarkən illərdən bəri Anarın çəhrayı cildli kitabının arasında “gizlənib qalan”, kiril əlifbası ilə yazılmış qeydlərə bir daha nəzər saldım. Və xatırladım ki, adını çəkdiyim kitab barədə vaxtilə məqalə yazmaq niyyətində olmuşam.
    Yeri gəlmişkən, ayrı-ayrı vaxtlarda müxtəlif yazılarımda Anarın əsərləri barədə öz fikir və mülahizələrimi bildirmişəm. Lakin bu gün hörmətli yazıçımızla bağlı düşüncələrimi məhz həmin kağızda qeyd olunmuş “tezislərdən” çıxış edərək oxucularla bölüşmək istəyirəm. Yığcam, çaparaq cümlələrlə ifadə edilən, məni bu yazını qələmə almağa sövq edən həmin “tezislərdəki” bəzi fikirlər zənn edirəm ki, aradan illər keçsə də belə, Anarın təkcə bir kitabına deyil, müəyyən mənada onun bütöv yaradıcılığına müncər edilə bilər.
    Budur, qeydlərdə oxuyuram:
    “Anar ensiklopedik düşüncə sahibidir. Onun təkcə bədii əsərləri deyil, dil, tarix, etnoqrafiya, rəssamlıq, heykəltaraşlıq, qayaüstü rəsmlər, xalçaçılıq, kino, folklor... barədə söylədiyi fikirlər, yazdığı məqalələr də geniş oxucu kütləsinin marağına səbəb olur...
    Anarın bütün yazılarında onun bədii və elmi təfəkkürünün paralel və yaxud çarpazlaşan xətləri aydın sezilir...
    Anarın redaktorluğu ilə nəşr olunan “Qobustan” incəsənət toplusu günümüzün parlaq sənət və mədəniyyət ensiklopediyasıdır...
    Anarın demək olar ki, bütün əsərlərinin qəhrəmanları öz real həyatları ilə yanaşı sürreal, irreal, bir az da sirli bir ömür yaşayırlar. Kitabda gedən “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” əsərləri dediyim fikirlərə konkret bədii illüstrasiya və örnək kimi qiymətləndirilə bilər...
    Anar bir çox yazıçılarımız kimi, öz qəhrəmanlarının həyatına “müdaxilə” etmir, yəni yaratdığı obrazlar haqda mənfi və ya müsbət fikir söyləmir, onları “qiymətləndirməyi” oxucunun öhdəsinə buraxır...
    Anarın əksər qəhrəmanları şəhər mühitində böyümüş, həyat labirintlərindən keçmiş sadə adamlar - ziyalılar, aktyorlar, mühəndislər, müəllimlərdir. Əslində bu sadəlikdə bir mürəkkəblik də vardır...
    Anar əsasən müasir həyatımızın reallıqlarını qələmə alsa da, biz onun tez-tez tarixə müraciət etdiyinin şahidi oluruq. Bu mənada yazıçının “Adamın adamı” kitabında dərc edilmiş tarixi əsərlərini - “Qəm pəncərəsi” sənədli telepyesini və “Dədə Qorqud” kinodastanını qeyd etmək olar. Çox güman ki, yazıçı gələcəkdə tariximizə yenə müraciət edəcək.
    Anar öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən, daha doğrusu, təkcə özünə bənzəyən yazıçıdır”.
    Vəssalam. Qeydlər bitir. Haqqında söhbət açılan kitab nəşr olunarkən Anarın yaşı qırxa yaxın idi. İndi aradan təxminən elə bir o qədər də vaxt ötüb keçmişdir.
    Ötən illər ərzində Anar bir çox qiymətli ədəbi, publisistik, habelə elmi əsrlər qələmə almışdır. O, ədəbiyyatın demək olar ki, bütün janrlarına müraciət etmişdir. Olsun ki, heç yazıçının özü də bu əsərlərin hamısının eyni səviyyədə olduğunu iqrar etmir. Amma burasını inkar etmək olmaz ki, ədibin qələmindən çıxan hər bir əsər öz orijinallığı ilə diqqəti çəkir və artıq yuxarıda deyildiyi kimi, o, öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən bir yazıçıdır.
    Anar ölkəmizdə və eləcə də xaricdə daha çox bir nasir kimi məşhurdur desək, zənnimcə səhv etmərik. Onun roman, povest və hekayələri dünyanın bir çox dillərinə tərcümə olunub. Yazıçının ən populyar əsərlərindən biri “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı romandır. Bu əsər haqda yazılan bütün rəy və fikirlər toplanıb nəşr edilsə, heç şübhəsiz ki, romanın özündən dəfələrlə qalın olan bir və yaxud bir neçə cildlik kitab alınar.
    “Beş mərtəbəli evin altıncı mərtəbəsi” indiyəcən dəfələrlə nəşr edilmiş, səhnələşdirilmiş və ekranlaşdırılmışdır. Əsərin bu qədər maraq doğurmasının səbəblərini geniş şəkildə araşdırmadan yalnız bunu demək olar ki, roman təkcə öz məzmunu ilə deyil, həm də mahiyyəti ilə cəzbedicidir. Oxucu (və yaxud tamaşaçı) əsərin qəhrəmanlarından dolayı bir sıra sadə və mürəkkəb suallarla üzbəüz qalmalı olur: niyə? nə üçün? nəyə görə? Əminəm ki, meydana çıxan əksər suallara təkcə oxucular deyil, elə müəllifin özü də konkret cavab verə bilməz. Hətta, romanın qəhrəmanları belə, öz etdikləri və etmədikləri hərəkətlərin səbəbini birmənalı qiymətləndirməkdə aciz görünə bilərlər.
    Bəli, “Ağ liman” adlı povestin davamı kimi yazılmış bu əsər, yəni “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı barədə ciddi ədəbi tənqid öz sözünü deyib. Amma personajlarla bağlı mübahisələr bu gün belə səngimir. Əsəri sevənlər kimi, onu “qəbul etməyənlər” də vardır. Ən maraqlı hal burasındadır ki, son vaxtlar bu əsərdə yaratdığı qəhrəmanlara görə az qala yazıçının özünü belə “ittiham etməyə” çalışanlara da təsadüf olunur. Oxucular hələ bir yana, hətta, uzun illər öz təfəkkürü etibarilə “mənfi-müsbət” qəhrəman stereotipində ilişib qalmış, basmaqəlib mülahizələrdən o yana keçə bilməyən bir çox “tənqidçilər” belə, romanın qəhrəmanlarını öz ağıl və səviyyələrinə uyğun şəkildə təhlilə cəlb edir, yazıçıya absurd suallarla, bəzənsə az qala hədələrlə müraciət edirlər. Həmin hədə-suallarda təxminən bu cür iddialar səslənir: “Təhminə obrazını yaratmaqda yazıçının məqsədi nədir? Bir ziyalı oğlu kimi Zaur nə üçün belə antipedaqoji hərəkət edir? Görəsən Anar öz romanında bu obrazları qələmə almaqla qadın və kişiləri hara çağırır, hansı yola dəvət edir?..” Və sair və ilaxır bu kimi cəfəng suallar yenə səslənməkdədir.
    Əlbəttə, bu səpgidə sərgilənən, avantüradan qaynaqlanan sualların bir çox müəlliflərinə cavab verməmək də olardı. Amma ədəbiyyatla bağlı yarımçıq bilgilərini səmimi-qəlbdən zənginləşdirmək istəyən kəslərə bəzi mətləbləri xatırlatmaq olar. Belələrinin nəzərinə çatdırmaq olar ki, bəzi suallara cavab tapmaq üçün gərək heç olmazsa öz mütaliənin radiusunu genişləndirəsən. Ədəbi qəhrəmanlarda bu cür “əmmalar” axtarsan gərək onda Lev Tolstoya da irad tutub deyəsən ki, yaratdığın bu “müsbət” Anna Karenina öz əri Aleksey Karenindən üz döndərib o biri Alekseyə, yəni Vronskiyə vurulanda sən hara baxırdın?
    Başqa bir klassik misal: “Sakit Don” əsərinin “müsbət” qəhrəmanları Aksinya və Qriqori evli olduqları halda bir-birlərini dəlicəsinə sevirlər. Gərək onda əsərin müəllifi Mixail Şoloxovdan soruşasan ki, hörmətli müəllif, bu obrazların timsalında sən öz oxucularını hara çağırırsan?
    Bu “məntiqdən” yanaşılsa gərək onda “Dəli Kür” qəhrəmanı üç uşaq atası, ailəli Cahandar ağa və ona qoşulub qaçan ərli Mələk obrazını yaradan İsmayıl Şıxlıya da anoloji sualla müraciət edəsən. Hətta, bir az irəli gedilsə onda bu əsərlər gərək əvvəla, heç yerli-dibli yazılmayaydı; ikincisi, öz dövrünün sərt senzor icazəsindən keçib nəşr ediməyəydi; üçüncüsü, bu əsərləri yazan müəlliflər cəzalandırılaydı.
    Adamdan soruşarlar: adları çəkilən və eləcə də çəkilməyən bir çox əsərlərin müəllifləri sizi nə vaxt, harada özünün yaratdığı qəhrəmanlara bənzəməyə çağırıblar? Bəyəm Anar haradasa deyib ki, mən “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanımı qadınlarımızın Təhminəyə oxşaması üçün yazmışam
    Bizdə (həm də təkcə bizdə yox) təəssüflər ki, bir çoxları yazıçı ilə onun yaratdığı obrazı eyniləşdirməyə çalışırlar. Və ən təccüblüsü budur ki, belə düşüncə sahibləri arasında təkcə adi oxuculara deyil, özünü peşəkar tənqidçi hesab edən cahillərə də təsadüf edilir.
    Hələ 19-cu əsrin ortalarında dahi fransız yazıçısı Qustav Flöberi (1821-1880) “Madam Bovari” romanına görə ittiham edən oxucu və tənqidçi “ordusunu” yada salanda, adam istər-istəməz zaman və hadisələr arasında müqayisələr aparmağa məcbur olur. Həmin əsərdə həkimlik fəaliyyətinə yenicə başlayan Şarl Bovarinin gənc arvadı Emma Bovarinin öz məşuqları ilə eşq macəralarından bəhs edilir. Bu xanım öz kiçik qızını və nüfuzlu ərini saya salmadan həyatını istədiyi kimi yaşamağa çalışır. Əsərin nəşri Fransa cəmiyyətində bomba kimi partlamışdı. Hətta, romanı dərc edən jurnalın redaktoru məhkəməyə verilmişdi. Qustav Flöberi nəinki tənqid və təhqir edir, hətta onu ölümlə hədələyirdilər. Yazıçıya təhdid dolu suallar verilirdi. Ən çox da bunu soruşurdular ki, Madam Bovarinin prototipi Fransada hansı qadındır, yəni sən konkret olaraq kimin obrazını yaratmısan? Mənasız suallardan bezən yazıçı axır ki, qaragüruhun sualına sanballı “cavab tapdı”. O, “Madam Bovari elə mən özüməm” deməklə bu cür cəfəng suallardan qurtula bildi.
    Dediyimiz kimi, Anar Azərbaycan ədəbiyyatına qiymətli töhfələr vermişdir. Bununla yanaşı o, mədəniyyətimizin təbliği sahəsində də əlindən gələni əsirgəməmişdir. Əslində burada “təbliğ” sözü ədibin gördüyü işlərin müqabilində solğun təsir bağışlaya bilər. Çünki o, həm də bu mədəniyyətin yaradıcılarından biridir.
    Anarın yuxarıda adını çəkdiyimiz “Dədə Qorqud” kinodastanı əsasında çəkilmiş film bir çox ölkələrdə nümayiş olunmuş, uğur qazanmışdır.
    Yazıçının ssenariləri əsasında çəkilmiş “Qəm pəncərəsi”, “Uzun ömrün akkordları”, “Cavid ömrü”, “Sübh səfiri” filmləri Azərbaycan ədəbi-mədəni-sosial-siyasi həyatının əvəzolunmaz simaları Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mirzə Fətəli haqda lentə alınmış, onlara həsr olunmuş ekran abidələridir.
    Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, Anarın bədii və sənədli əsərləri əsasında bir çox sənədli və bədii televiziya filmləri də çəkilmişdir.
    “Azərbaycan” jurnalında gedən ilk kiçik həcmli əsərindən tutmuş (“Asılqanda işləyən qadının söhbəti”) ilk nəşri yenə həmin jurnalda işıq üzü görən hələlik sonuncu iri həcmli əsərinədək (“Göz muncuğu”) Anar və onun yaradıcılığı həmişə professinal ədəbiyyat adamları və adi oxucular tərəfindən maraqla qarşılanıb.
    Vaxtilə qələmə aldığım nəzəri bir yazıda (“Nəsrin inkişaf trayektoriyası”) dünya ədəbiyyatının diqqət çəkən nəsr nümunələrini öz nüfuzetmə və təsirgöstərmə imkanlarına görə iki istiqamətdə qruplaşdırmağa cəhd göstərmişəm: şaquli və üfiqi istiqamətdə. Və bu konteksrdən çıxış edərək yazıçıların özünün də iki mühüm qrupa ayrıldığını, bunların bir qisminin arxeoloqa, digər qismininsə arxitektora bənzədiyini qeyd etmişəm. Birinci qrupa daxil olan sənətkarlar daha çox “alt qata”, yəni yaratdıqları obrazların psixoloji aləminin dərinliyinə baş vurmağa çalışır, ikinci qrupdakılar isə daha çox obrazların “görünən” tərəfinə, yəni zahiri əlamət və keyfiyyətlərinin təsvirinə diqqət yetirirlər. Anarın nəsr əsərlərində bu amillərin hər iksi müşahidə olunmaqdadır.
    Polifonik üsluba malik olan yazıçının əsərlərində qrotesk, fantastik və mistik çalarlar özünü göstərir. Və əsasən realist əsərlər müəllifi kimi tanınan ədibin yaradıcılığında bu əlamətlər bəzən bir janr nümunəsi kimi boy verir. Bu mənada “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Dantenin yubileyi”, “Macal”, “Qırmızı limuzin”, “Göz muncuğu” və digər əsərləri yada salmaq olar.
    Sıx-sıx olmasa da, arada yolum yaxın xaricdəki ölkələrə düşür. Adətim üzrə, teatrlara və yazıçıları birləşdirən təşkilatlara baş çəkirəm. Demək olar ki, postsovet məkanında söhbət etdiyim əksər əcnəbi yazıçılar bizim müasir ədəbiyyatdan söhbət düşəndə çox vaxt Anarla, onun yaradıcılığı ilə bağlı suallar verir, yeni əsərləri ilə maraqlanırlar.
    Anar ədəbiyyata gəldiyi vaxtdan oxucuların və ədəbi tənqidin diqqət mərkəzindədir. O, ədəbiyyat tariximizdə öz yaradıcılığı ilə ən çox diqqəti çəkən, mübahisə doğuran, tənqid və tərif edilən qələm adamlarından biridir. Bu mənada yazıçı yubileydən-yubileyə yada düşən, anılan imzalardan biri yox, daim ciddi ədəbi gündəmdə olan sənətkarlardan biridir. Elə indi oxuduğunuz bu yazı da ənənəvi “yubiley məqaləsi” kimi qəbul edilə bilməz. Yazıçı ürəyinin ən böyük bayramı onun yazdığı, ortaya qoyduğu əsərdir. Biz belə əsərləri yenə görəcəyik.
    Bəli, yazıçı öz ömrünün növbəti baharını qarşılayır. Təbii ki, yaş məsələsi yaradıcılıqda nisbi mahiyyət kəsb edir. Yaradıcı adamın yaşını onun ortaya qoyduğu əsərlər müəyyən edir. Bu mənada, Anar həmişə olduğu kimi, yenə yorulmadan yazır və yaradır. Yazıçı həm də özünün yaradıcılıq baharını, söz baharını yaşayır. Baharın mübarək, Anar.



















    Ağ işəqdan keçən qırmızı xətt
    (Aydın Qurbanoğlunun şeirləri haqqında)

    Adətən, bu və ya digər şairin yaradıcılığından söz açanlar öz fikirlərini əsaslandırmaq üçün onun ayrı-ayrı bənd və misralarından sitatlar gətirir, konkret şeir nümunələrinə üz tuturlar. İlk baxışda, bu cür yanaşma tərzində nəsə bir qüsur axtarnaq da doğru olmazdı; ortada olan əsərin əsas məziyyətlərini qabartmağı heç kəsə yasaq etmək olmaz. Amma, mənə elə gəlir ki, Aydın Qurbanoğlunun şeirlərindən danışarkən məsələyə bir qədər ayrı rakursdan yanaşmaq lazım gəlir. İş burasındadır ki, Aydının bütün şeirləri bir nüvə ətrafında birləşir, bu, bir qədər patetik səslənsə də- vahid bir ideyaya xidmət edir, bir poetik “mən”in iç dünyasını açmağa səy göstərir. Başqa sözlə, sanki müəllif bütün yaradıcılığı boyu bir şeir üzərində işləmişdir. Və görünür, məhz elə bu keyfiyyətlərinə görədir ki, Aydin Qurbanoğlunun (İbrahimovun) yenicə işıq üzü görmüş “Ağ işıq” (“Qərb-Şərq” nəşriyyatı, 2009-cu il) kitabında toplanan şeirlərin hamısına xas olan daxili bir vəhdəti, bütovlüyü aydınca sezməmək qeyri-mümkündür.
    Aydın poeziyada təzəlikcə söz deyən adamlardan deyil. Bir neçə seir kitabının müəllifidir. Amma, etiraf etmək lazimdır ki, Aydın çox populyar olan şairlərdən də deyil. Əksinə, o, həmişə təbliğatdan, reklamdan qaçmağa çalışmışdır. Halbuki onun ömrünün və fəaliyyətinin böyük bir dövru çoxlarına “populyarlıq” çələngi bəxş etmiş televiziya ilə bağlı olmuşdur. Yaxından bələd olanlər yaxşı bilir ki, Aydın xalq ədəbiyyatına, folklora dərindən bələd olan aydınlarımızdan biridir. O, lazım gələndə el sənətkarlarımızın, klassik şairlərimizin yaradıcılıq nümunələrindən birnəfəsə saatlarla şeir deyir. Belə adamları xalq arasında haqlı olaraq “sinədəftər” adlandırırlar. Amma, uzun illərin tanışı kimi deyə bilərəm ki, Aydın Qurbanoğlu öz yaradıcılığını, özünün yaratdığını heç vədə məxsusi olaraq diqqət mərkəzinə çəkmək üçün kiçicik bir təşəbbüsdə belə bulunmamışdır.
    Ritorika, pafos, hay-küyçülük Ayaının şeirlərinə tamamilə yad olan nəsnələrdir. O, daha çox sözün və firkin mahiyyətinə baş vurmağı xoşlayir. Məhz elə bu səbəbdəndir ki, əksər hallarda bizə tanış və doğma olan sözlər Aydının şeirlərində təzə bir ovqatda səslənir.

    Görən, göstərən yox astar üzünü,
    Yüz ölçsən bir gələr eni, uzunu
    Tamaşa qılmışam illər uzunu
    Dəyişən ha döyül adı dünyanın.

    Amma dünyanın böyüklüyündən, zamanın sonsuzluğundan yazan Aydın üçün, ən böyük dünya onun qəlbən sevdiyi, qəmi ilə qəmləndiyi, sevinci ilə sevindiyi Azərbaycandır. Onun poetik saatı da məhz Azərbaycan vaxtına uyğun köklənib “qurulmuşdur”. Amma bu Vətən- Azərbaycan, heç də bəzilərinin ənənəvi coğrafi anlamda qəbul etdiyi kimi zərrəbin altında zorla ğörünə biləcək qədər kiçik bir məkan deyil, gündağandan günbatana qədər uzanan həhəng bir mənəvi-fiziki arealdır.

    Duman xandan Mete xana dönmüşəm,
    Qılınclardan daman qana dönmüşəm,
    Vaxt olub ki, küsub qina dönmüşəm
    Gündoğandan ta günbatan mənimdi.

    Və yaxud:

    Əyri qılınc işlər gedər,
    Bədöy atlar kişnər gedər,
    Üstündə kişilər gedər
    Gündoğandan günbatana.

    Gətirdiyimiz seir nümunələrinin bədii-fəlsəfi məziyyətlərini bir tərəfə qoyuram; təkcə bu şeirlərin bədii sütunlarını təşkil edən qafiyələri (xana-qana-qına; işlər-kişnər-kişilər) diqqətə çatdırmaq kifayətdir ki, söhbətin ciddi bir söz adamından getdiyi barədə təsəvvür yaransın. Artıq dediyimiz kimi, Aydın Qurbanoğlu xalq yaradıcılığına dərindən bələd olan söz sərraflarındandır. Lakin o, miflərimizi, heç də bəzi “mifoloqlarımız” sayaq, arxaik büt ehkamçısı kimi dəyərləndirmir. Sözün hərfi mənasında mifik təfəkkürə sitayişdən uzaqlıq Aydının şeirlərini səciyyələndirən cəhətlərdəndir. O, mifə, tarixin-zamanın əbədi “ölü zonası” kimi yanaşmağı da qəbul etmir.
    Artıq keçmişə qovuşan vaxt, heç də adi şüurun qəbul etdiyi kimi, tatixin səhnəsini birdəfəlik tərk etməyib.
    Gələcəyin postamenti- keçmiş, keçmişin pariteti- gələcəkdir.
    Bəzən bir anın spektrində əbədiyyət yaşayır.
    Zaman (tarix) Aydın Qurbanoğlu üçün bütün hallarda diri, canlı, yaşarı bir hadisədir.

    Uca tanrım, Bozqurd Mete,
    Atlı Atilla, Şah Xətayi
    Söz bir olduq,
    Yığıb dolduq nağıla.
    Göydən üç alma düşdü.
    Elə ki, çıxdıq nağıldan (…)

    Bəli, “elə ki, çıxdıq nağıldan”- dünyanın dünya boyda bir möcüzəyə çevridiyini gördük.

    Bu torpaq gör neçə acı aşlayar,
    Dinib-danışmasan qonşu daşlayar,
    Qoca Nuh eşidər, tufan başlayar,
    Möcüzə yaradar babam, möcüzə.

    Aydının xarakterindən, tərcümeyi-halından gələn bir çox əsaslı cəhətlər onun poeziyasında- qoşularında qabarıq görünür. O, yalana, riyaya, ikiüzlülüyə rəvac verən insanları qəbul edə bilmir. Nə yazıqlar ki, bizim hamımız, qısa bir zaman ərzində, “qibtəediləcək” bir sürətlə cilddən-cildə, sifətdən-sifətə, rəngdən-rəngə girən insan tipləri ilə qarşılaşırıq. Kitabları bayram təqvimlərindən heç nə ilə fərqlənməyən, işi keçən adamlapi mədh edən və hələ bu azmış kimi, mədh etdiyi kəs vəzifədən gedən kimi onun haqqında həcv yazan (və ya əksinə- vaxtilə həcv yazdığı kəs irəli çəkilərsə mədhiyyə deyən) “şairləri” də az görməmişik.
    Aydın Qurbanoğlu poeziyası cılız əda və iddialardan yox, bütöv ideal və ideyalardan qaynaqlanır. Bütövlüklə bağlı fikirlərimizi davam etdirərək deyə bilərik ki, şairın lirik qəhrəmanı az qala içində və dışında olduğu hər şeyi- qəmi və nəşəni, sevgini və nifrəti, əqidəni və məsləki, vətəni və milləti… bütöv, tam görmək istəyir.
    Aydın öz yaradıcılıq manera və stixiyası ilə “allı-güllü”, “yağlı-ballı” qafiyələrin axtarışına çıxan, mənanı söz “oyununa” (və ya oyunbazlığına) qurban verən, qafiyəpərdazlıq xəstəliyinə mübtəla olanl müəlliflərdən minlərlə verst aralıdır. Onun düşüncə tərzi, mövzuları və həmin mövzulara yanaşma tərzi kimi, qafiyə sisremi də təzədir. Məsələn: kötük-örtük-itik-yetik; tüstüsü-küsü-güzgüsü-türküsü; yaşıl-daşı; ərkəsi-hər kəsi-ğörkəzi; deyərdi-öyərdi-göyərdi; qışlayar-tuşlaya-quşlaya; əzəli-közərir-gözəlin və s. Hətta, onun bir çox şeirlərində işlədilən “ənənəvi” qafiyələr belə, sanki təzə rəng və çalarlala boy verir.
    Ədəbiyyatımızda, yəqin ki, dağlara həsr olunan seirlərin sayı dağlarımızın sayından dəfələrlə çoxdur. Amma Aydının öz “dağları” var. Burada təkcə böyük şairimiz M.Araza həsr olumuş şeirin bir bəndini xatırlastmaq kifayətdir:

    Daşlarında xınalansın,
    Dumanında cunalansın,
    Sularında sonalansın
    Sonam, a dağlar, a dağlar.

    Yeri gəlmişkən, Aydın Qurbanoğlu poeziyasına xas olan mühüm bir cəhəti də qeyd etməyi özümə borc sayıram. Son illərdə həyatımızda olduğu kimi ədəbiyyatımızda, xüsusən poeziyamızda, bədbinlik hissinin dominantlıq təşkil etdiyini sübuta, çox güman ki, elə bir ehtiyacı yoxdur. Amma “Ağ işıq” kitabında toplanmış şeirlərin hamısına nikbin bir ovqat hakimdir; bu fikri, hətta, insani kədərin, qaçılmaz faciənin qələmə alındəğı qoşulara belə müncər etmək olar. Məsələn, bu cür:

    Gümanım Allaha dağılar duman,
    Bulud paralanar, yerə gün düşər.
    Sufisal dərvişəm yönüm Tanrıya
    Yahu! Hayqıraram göyə ün düşər.


    Və yaxud:

    İllər bizi köynəyindən keçirdi,
    Bir gün qarlı dolayları keçirdim,
    Sizi gördüm, gözlərimə köçürdüm,
    Ürəyimdə yaz başıdı çiçəklər.

    Aydının şeirlərində dərd də var, həsrət də, hicran da. Amma o, bu bəşəri-insani hissləri orijinal tərzdə mənalandırıb poetik ustalıqla təqdim etməyi bacarır.

    Bizə sevinc gətirib
    gəlişin, oğlum.
    Barışa biləcəksənmi
    dünyanın təts-avand işləriylə?
    Çətin olacaq işin, oğlum.
    Gözlərin apaydın
    ay işığıdır,
    aynadır.
    Nə yanlıc gizlədə bilir,
    nə yalan.

    Ata ürəyinin nigarançılıği barədə çox sadə və dəqiq müşahidələrdir...
    Çox güman ki, hər bir ciddi söz-sənət adamının ortaya qoyduğu əsər, həm də onun tərcümeyi-halıdır. Bu mənada əsl poeziya, bütün hallarda, həm də duyğuların, hisslərin sirli bir kodudur. Sözü-zözdən seçən adam üçün deyilən hər firkin arxasında hansı mətləbin dayandığını sezmək elə də müşkül məsələ deyil. Əsl şerin hər misrasında bir ruh, bir ovqat yaşayır. Və hər bir “şifrəsi açılan” şeir oxucuya öz müəllifi barədə kifayət qədər məlumat verir. Bir sözlə, əsl şeir elə şairin özü deməkdir. Aydının seirlərini oxuyarkən o da aydın olur ki, o, aydın-şəffaf, ən çox da ağ rəngin vurğunudur. Ağ işıq, aq rəng, aq bulud, aş yağış, ağ çiçək… O, hətta, səsin, sözün, havacatın da ağını sevir, vəsf edir. (“Ay aşıq, bir qğ işıq cal…”) Belə bir qənaətə gəlmək olar ki, ağ işıq Aydın Qurbanoğlunun bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Elə təkcə seçib-sevdiyi rəng və ya rəng çalarları belə, bəzən insanın özünüdərki və ya özünütəqdimi haqqında kifayət qədər məlumat verir. Təmiz niyyəti, xoş məramı olan kəslər həmişə bəyaz-şəffaf-işıqlı rənglərə üstünlük verir. Və çox böyük təəəssüf hissi ilə qeyd etməliyik ki, həyat, fəaliyyət və yaradıcılığında qara rəngə üstünluk verənlərin sayı günbəgün artmaqdadır.
    “Ağ işıq” kitabında müəllifin müxtəlif janr və formalarda qələmə aldığı şeir və miniatür poemalar toplanmışdır. Böyük əksəriyyəti vətənpərvərlik ruhu ilə aşılanmış bu şeirlər, bizcə, oxucular tərəfindən maraqla qarşılanacaq.
    Mən sözümü elə Aydının özünün özünə xitabıynan yekunlaşdırmaq istəyirəm:

    Qurbanoğlu, günahını yer bilə,
    Ağ buludlar nələr çəkir yer bilər,
    Oddamışı bircə kərə yelpilə,
    Köhnə ocaq ətəklərdə oddanı.

    **

    Aydın öz oğlu Ayxana qovuşdu
    Aydın İbrahimov (Qurbanoğlu)
    dünyasını dəyişdi

    Geniş oxucu və tamaşaçı auditoriyası onu bir publisist, şair, ssenarist, folklorçu kimi tanıyırdı. O, uzun illər Az.Tv-də çalışmış, adi müxbirdən Baş redaktorluğa qədər məhsuldar bir yaradıcılıq yolu keçmişdi.
    Aydın mənim yaxın dostum və qohumum idi. O, mərd, səxavətli, əzmkar, istedadlı bir insan idi.
    Çoxları onun fiziki cəhətdən sağlamlığına qibtə edirdi. Amma bir neçə il əvvəl ciyərparası, əziz oğlu Ayxanın ölümü onu sarsıtdı. İndi Aydın Qurbanoğlu öz oğluna qovuşacaq.
    Allah Aydın İbrahimova rəhmət eləsin. Onun bütün yaxınlarına, doğmalarına səbr diləyirəm.














    “YARPAQLAR ALTINDA GİZLƏNƏN ŞEİR...”
    Şair Ağacəfər Həsənlinin yeni kitabı haqda bəzi qeydlər

    Poeziyada ağlın, yoxsa duyğunun dominantlıq etdiyi barədə mübahisələrin tarixi, əslində elə poeziyanın öz tarixi qədər qədimdir desək, yəqin ki, heç də səhv etmərik.
    Əsl poeziya öz mahiyyəti və məzmunu etibarı ilə duyğu və ağlın vəhdətindən ibarətdir.
    Bu mənada Ağacəfər Həsənlinin şeirləri fikrimizə illüstrasiya kimi konkret nümunə hesab edilə bilər. Yeni çap olunmuş kitabda (A. Həsənli. “İlğım”. “Apostrof” nəşriyyatı, 2014-cü il, 244 səh.) otuz ildən artıq bir müddətdə ciddi yaradıcılıqla məşğul olan şairin şeir və poemaları toplanmışdır.
    Ağacəfər Həsənlinin mövzu dairəsi çoxşaxəli və zəngindir. Amma o, nədən yazır yazsın, öz “əbədi” və ədəbi-poetik qəhrəmanını daim, anbaan, addımbaaadım “izləyir”, onu müşahidə edir, onun daxili aləminə baş vurur, bir sözlə, onu heç vaxt ğözdən qoymur. Bu qəhrəman isə daim narahatdır. Şairin yaratdığı poetik obraz sanki real bir həyati persona kimi bu mürəkkəb dünyamızda özünü təsdiq və təsbit etmək istəyir.
    Əslində poeziyanın bir missiyası da öz yarandığı, təşəkkül tapdığı dövrün ab-havasını, mahiyyətini ekspressiv şəkildə olsa belə, əks etdirməkdir.
    Ağacəfər Həsənlinin şeirlərində həyatın özündən gələn konkret bədii obrazlar kifayət qədər çox və rəngarəngdir. Həmin obrazlardan biri, bəlkə də ən birincisi dağdır. Doğrudur, şairin şeirlərində “dağ” kəlməsi ilk baxışda o qədər sıx-sıx işlənmir; amma əsas məsələ heç də bu və ya digər bir sözün (leksemin) xüsusi olaraq nəzərə çarpdırılmasında deyildir. Əsas məsələ ruhla, mahiyyətlə bağlıdır. Elə məsələ də burasındadır ki, Ağacəfərin lirik qəhrəmanı daim yüksəkliklərə can atır, real və irreal dünyaya zirvədən baxmaq, boylanmaq istəyir. Bu qəhrəman bəlkə də, şairin özünün dediyi kimi, “real həyatla ayaqlaşa bilmir”, kimdənsə “geridə qalır”, hətta, bir qədər romantikdir, xəyalpərəstdir, arzuları “xəyalplovdur”. Amma o, bütün dövrlərin poetik qəhrəmanları kimi gerçək reallığa təslim olmaq istəmir, öz istək və arzularının uçuş nöqtəsini adi həyatdan bir qədər yüksəkdə, ucalıqlarda gəzir:

    Məni öz dünyamdan qoparır bəzən
    Bircə misra şeir, bir bənd bayatı.
    (Xəyallarım köçəri quşdu”)

    Gördüyümüz kimi, bu misralarda da adı çəkilməyən o xəyali, bəlkə dəəlçatmaz yüksəklik bir daha xatırlanır. Və təkcə təsvir olunmur, həm də təqdir olunur.
    Ağacəfər Həsənli çağdaş polifonik poeziyamızda oz səsi, öz nəfəsi ilə seçilir. Bu səs digər poetik not və qammalardan seçilir, fərqlənir.
    Ağacəfər şeirə şan-şöhrət, var-dövlət gətirən bir vasitə kimi yanaşmır. Şeir poetik təsərrüfatın bir növ həyat amalı, mənəvi aləmin adekvat ekvivalenti kimi çıxış edir. Bu mənada onun qələmə aldığı “Şeir” adlı poetik parçanı misal çəkmək kifayətdir.

    Mənim kitabımı oxumur heç kəs,
    Pir olmuş kitabım bağlanıb tamam.
    Mənim ilham atım cilov gəmirməz,
    Onu haqq yolundan sapdırmaz tamah.

    Şair gilelidir. Bu, həm də mühitdən, zamandan gələn gileydir. Amma özündən bədgüman olmağa dəyməz. Çünki zaman onu öz getdiyi yoldan, üz tutduğu halallıq qibləsindən sapdırıb tamah adlı qara-qorxunc bir ünvana yönəldə biməyib.

    Mən şeir yazmıram, şeir dərirəm,
    Mübarək sözlərin ucalığından.
    Misra köçürdüyüm vərəqlər bir dəm
    Şikayət etməzlər qocalığından.

    Şeir haqda ədəbiyyatımızda çox şeir yazılıb. Klassiklərimiz bir yana, elə təkcə mərhum şairlərimizdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əli Kərim, Xəlil Rza, Cabir Novruz və digərlərinin bu mövzuda (şeirlə bağlı) qələmə aldıqları poetik nümunələri xatırlatsaq mənzərə daha da aydınlaşar. Amma Ağacəfər deyilənləri təkrar etmək istəmir, şeir haqda öz şeirini yazır, öz sözünü deyir:

    Yarpaqlar ömrünü tək-tək bitirər,
    Meyvələr sulanıb qarıyanacan.
    Qələm ağacları şeir gətirər
    Üstündə mürəkkəb quruyanacan.

    Orijinaldır. Amma şeir hələ bitməyib. Şair insan ağlının, insan düşüncəsinin məhsuluna həm də təbii, yəni təbiətəməxsus bir hadisə kimi yanaşır.

    Ağaclar hamısı özündən deyər,
    Gərnəşə-gərnəşə qalxar yataqdan.
    Yarpaqlar altında gizlənən şeir
    Oxunar həmişə barlı budaqdan.

    Olsun ki, bəzi oxuculara “gərnəşə-gərnəşə yataqdan qalxan ağaclar” eyhamı aydın olmasın. Bunu bilmək üçün ilk növbərə Ağacəfərin yaradıcılığından mühüm bir xətt kimi keçən “adamlar və ağaclar” leytmotivini bir daha xatırlatmağa ehtiyac duyulur. Və bunu da qeyd etmək yerinə düşərdi ki, şairin kitablarından biri məhz “Ağac kitabxanalar” adlanır. Dediyim odur ki, Ağacəfər Həsənlinin bədii obrazları çoxdur və bayaq dediyim kimi, onlardan biri dağdırsa, biri də yəqin ki, ağacdır. Əlinə qələm götürən hər bir söz adamı ağacdan yaza bilər və yazıb da. Amma bu “ağac” mövzusu Ağacəfərin yaradıcılığında elə onun öz adı, öz imzsı qədər assosiativdir.
    Əsl poeziya təkcə “olanı”, “görünəni” təsvir etmir. Bəzən birbaşa deyilən hansısa bir fikirdə dolayısı mətləblərə də eyham vurulur. Bu eyham, bu işarə bəzən hətta, təhtəlşüur mahiyyət kəsb edir. Məsələn, yuxarıda “Şeir” şeirindən misal gətirilən misralarda, daha doğrusu, o misraların “o biri üzündə” Füzulinin mükəddər ruhunu görmək mümkündür. Yeri gəlmişkən qeyd edək ki, bu şeirdə heç Füzulinin adı da çəkilmir. Bəlkə şair bu anlarda heç Füzuli haqda düşünmür də. Tamam başqa vəzndə, başqa stilistikada, yəni “Füzuli sintaksisindən” uzaq bir ovqatda yazılmış şeirdir. Amma ən azı buradakı “mübarək sözlər”, “qələm ağacları”, “qocalıqdan şikayət etməyən vərəqlər” oxucuya sözün ucalığından baxan (“ucadır şeirin meyvə ağacı”) bir söz adamının nigarançılığından, və o cümlədən, qərib Füzuli nigarançılığından xəbər verir.
    Ağacəfərin şeirlərində orijinal, bəzən də xəfif yumorla müşaiyət olunan fikirlərə təsadüf olunur. Məsələn:
    Mülayim, yumşaq təbiət
    Qorudu məğrurluğunu.
    Görməməzliyinə vurdu
    Zamanın məmurluğunu.
    (“Məmur zaman”)

    Və yaxud başqa bir nümunə:

    Bəxt tapmadım üşüməyə,
    Sərildim mən döşəməyə,
    Nərdivan yoxdur düşməyə
    Enim, ömrümə-günümə.
    (“Dəvət”)

    Hesab edirəm ki, orijinaldır, maraqlıdır.
    Ağacəfər Həsənli (və onun lirik qəhrəmanı) obrazlı düşünür, bədii ricətlərlə, istiarələrlə, təşbehlərlə nəfəs alır. Mənə belə gəlir ki, obrazlardan və obrazlılıqdan kənarda poetik ruh ola bilməz. Dediklərimə konkret misal kimi şairin bəzi şeirlərindən seçilmiş ayrı-ayrı misralara diqqət yetirmək yerinə düşərdi.
    “Yollar cığırları tərkinə alıb”, “Damlalar balaca işıq lampası”, “Yatan buludların dalınca getdi”, “Mən dözüm şərbəti dadmış bəxtliyəm”, “Çiçəklər çıxmağa yubandı sənsiz”, “Məni məğlub edib göz atışması”, “Qismətim keçmişi gözünə qatır”, “Hər gecə yuxumun qapısı açıq”, “Hava açılmırdı sənin üzündən”, “Sən mənim adımı ayaqlayırsan” və s. Bu misraların sayını kifayət qədər artırmaq olar. Əlbəttə, burada söhbət təkcə və yalnız obrazlı deyimdən getmir. Söhbət həm də ondan gedir ki, şair öz obrazları ilə göz önündə dolğun, bitkin bir mənzərə canlandırır. Bu, təbii ki, əlahəzrət sözlə “çəkilən” mənzərədir.
    Ağacəfər Həsənlinin lirik qəhrəmanı, içində yaşadığımız zamanın özü kimi narahat, nigaran, impulsiv və emosionaldır. Bu qəhrəman özü ilə daimi bir həsb-haldadır. O, nikbinlik və bədbinlik qütblərinin arasında vurnuxur. Kitabdakı şeirlərin bir çoxunda vurğulandığı kimi, bu qəhrəman bəzən yolayrıcında dayanıb hansı təfə getməyə belə, tərəddüd edir. Heç onu (bu qəhrəmanı) qınamaq da düzgün deyil, zira bu mövcud ünvanlardan- “it hürən” və “işıq gələn” qütblərdən hansının daha əlverişli olduğunu təkcə nağıl qəhrəmanının deyil, elə çağdaş günümüzün gözüaçıq qəhrəmanının da özü üçün müəyyənləşdirib konkret bir qənaətə gəlməsi müşkül məsələdir. Və ən parodoksal, bəlkə də qorxulu olanı isə budur ki, bir çox hallarda “it hürən” tərəfin işığı “işıq gələn” yerin nurundan daha parlaq olur... və ya tam əksinə. Yəni mürəkkəb zamanın özündən baş açmaq, dərs almaq, nəticə çıxarmaq təkcə şeirlərdəki poetik obraz üçün deyil, elə həyatdakı konkret-real insan üçün də çətin olan bir məsələdir.
    Ağacəfər Həsənli şifahi və klassik Azərbaycan ədəbiyyatı ilə yaxşı tanışdır, daim oxuyur, öyrənir, təkmilləşir. Müşahidəmə əsasən deyə bilərəm ki, onun ən çox sevdiyi, ürəkdən bağlandığı bir “pir” var ki, bu da söz nəhəngi Məhəmməd Füzulidir. Ağacəfər Füzulini əzbərdən bilən, onu təbliğ edən bir insandır. Əlbəttə, Füzulini sevmək təbii haldır. Ədəbi aləmdə əsrlər boyu böyük şairin yolu ilə getmək, onu təqlid etmək istəyənlər də çox olmuşdur. Amma Ağacəfərin yaradıcılığında “füzuliyanə” yazılmış şeirlərə təsadüf etmək mümkün deyildir. Di gəl ki, diqqətli oxucu Füzulinin təsirini bu günkü bir çox istedadlı şairlərimizin, o cümlədən Ağacəfər Həsənlinin şeirlərinin ruhunda, necə deyərlər bu şeirlərin alt qatında görə bilərlər ki, mən bayaq yuxarıda çəkdiyim misalda bu məsələyə ötəri də olsa öz münasibətimi bildirdim.
    “İlğım” kitabına Ağacəfər Həsənlinin iki poeması da daxil edilmişdir. “Özümə məktub” poeması avtobioqrafik səciyyə daşıyır, “Vahimə” poemasına isə Qarabağ faciəsindən söhbət açılır. Şair bu irihəcmli əsərlərində də öz taleyi, həyatı ilə bağlı nəsnələri qələmə alır, görüb müşahidə etdiyi real mənzərələri poetik bir dillə təsvir edir.
    Heç kəsə sirr deyildir ki, bu gün bir çox yüngül, əyləncəli janrlar (əgər bunlara “janr” demək təbiri-caizsə) ciddi poeziyaya meydan oxumaqdadır. İndi söz adamlarını daha çox, yüngül “şou qəhrəmanları” əvəz etməkdədir. Bir sözlə, sanki bəzi “instansiyalarda” sözün sözü keçmir. Amma məncə, bu, zahirən belədir. Söz həmişə yüksəkdə, ucalıqdadır. Müqəddəs kitablardan birində deyildiyi kimi: “Əvvəlcə söz vardı”. Çox güman ki, sonra da və sonda da söz olacaq. Ağacəfər Həsənlinin yuxarıda misal gətirdiyimiz “Şeir” şeirində deyildiyi kimi, yenə də, hər zaman olduğu kimi, “qələm ağacları şeir gətirər.”
    Ağacəfər öz imkanları daxilində yaxın-uzaq ölkələrə səfər etməyi xoşlayır. O, Vətən torpağını, necə deyərlər, qarış-qarış gəzib. Arada səsi-sorağı qərib ölkələrdən də gəlir. Şair “Yol var” adlı yığcam bir şeirində keçib-getdiyi yollar haqqında belə deyir:

    Nə yol var-keçib gəldim,
    Keçməyə yenə yol var.
    Yolları seçib gəldim,
    Seçməyə yenə yol var.

    Şübhəsiz ki, burada söhbət ilk baxışda təsəvvürə gətirilən yoldan, insanları konkret mənzil başına çatdıran adi yoldan getmir. Bu, həm də keçilən ömür yoludur. Lap elə üz tutub getdiyin poeziya yoludur. Bu yol səni seçən və sənin özünün seçdiyin bir yoldur. O yol insanı qaranlığın hökm etdiyi yerə də apara bilər, işığın bərq vurduğu bir aləmə də. Əsl poeziya yolçuları daim işığa, nura, şəfəqə doğru yol almaqdadır.
    P.S. Şair yenə yoldadır. Mən onu ilk gənclik illərindən, ədəbiyyata gəldiyi ilk illərdən tanıyıram. O, sözə sədaqətli adamdır. Bu günlərdə Ağacəfər Həsənlinin 60 yaşı tamam olur. Bu yubiley günlərində qələm dostumuzu bir daha ürəkdən təbrik edir, ona seçdiyi ömür və poeziya yollarında yeni-yeni uğurlar arzu edirik.




















    ÖMRÜN PİLLƏLƏRİ

    ARZULARIN ÇİN OLSUN, MƏZAHİR MÜƏLLİM

    Məzahir SƏMƏDOĞLU: “Belaruslarla bizi birləşdirən mədəni və mənəvi cəhətlər çoxdur”

    İndi dünyanın elə bir nöqtəsi yoxdur ki, orada soydaşlarımız yaşamasın. Etiraf etmək lazımdır ki, Azərbaycandan uzaqlarda yaşayan həmyerlilərimizin heç də hamısı ölkəmizi ondan uzaqlarda ya lazımi səviyyədə təmsil etmir, ya da ki, təmsil edə bilmirlər. Amma sevindirici haldır ki, bu gün Azərbaycandan kənarda yaşasalar da ürəkləri Vətənlə bir döyünən, daim doğma ocağa bağlı olan Vətən övladları da vardır. Belə övladlardan biri də haqqında müxtəsər söhbət açmaq istədiyimiz Məzahir Səmədoğludur.
    Məzahir müəllim uzun illərdir ki, bizə dost olan Belarus Respublikasında yaşayır. Amma onun qəlbi daim Azərbaycanla bir vurur. Yaşadığı ölkədə vətənimizlə bağlı bütün tədbirlərdə fəal iştirak edən Məzahir Səmədoğlunu həmyerlilərimiz də yaxşı tanıyır, ona ehtiram göstərirlər.
    Məzahir Yusifovun (Məzahir Səmədoğlunun) uşaqlıq, yeniyetməlik və gənclik illəri Göyçə mahalında, habelə Gədəbəy və Şəmkir rayonlarında keçib. O, orta məktəbi yüksək qiymətlərlə başa vurduqdan sonra ordu sıralarında xidmət etmişdir. Daha sonra Moskva Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsində təhsil alan Məzahir müəllim uzun illərdir ki, öz taleyini Belarus Respublikası ilə bağlayıb. Yaşadığı ölkənin milli dəyərlərinə yüksək qiymət verən Məzahir Səmədoğlu həm də xaricdə ölkəmizin diaspor təşkilatının formalaşmasında əlindən gələni əsirgəmir. O, hazırda Belarus-Azərbaycan icmaları Konqresinin təftış komissiyasının sədridir.
    Məzahir Səmədoğlu Yusifov bütün varlığı ilə öz əzəli vətəninə bağlı bir insandır. O, övladlarını da azərbaycançılıq ruhunda böyüdüb. Yusifovlar ailəsi daim vətənin təəssübünü çəkir, Azərbaycan diasporunun formalaşması sahəsində əlllərindən gələni əsirgəmirlər. Məzahir müəllimin oğlu Vüqar Yusifov Belarus-Azərbaycan İctimai Konqresinin sədr müavinidir. Məzahir müəllim başda olmaqla bu ailənin bütün üzvləri Belarusla Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində əllərindən gələni əsirgəmirlər.
    Ötən əsrin sonlarından üzü bəri Belarus Respublikasında yaşayan soydaşlarımız söhbətimizin qəhrəmanını daha çox bir mədəniyyət və mənəviyyat adamı kimi tanıyır. O, həm də bizim ədəbiyyatımıza bağlı bir insandır. Artıq dediyimiz kimi, Məzahir müəllim bir neçə ildir ki, dost ölkədə məskunlaşıb. Amma Vətəndə, daha dəqiq desək, Azərbaycan efir və ekranında vaxtaşırı onun adını eşitmək olar. Bu, nə ilə bağlıdır? Məsələ burasındadır ki, Məzahir Səmədoğlu həm də istedadlı bəstəkardır. Doğrudur, ö, özünü professional musiqi xadimi deyil, bu sahədə həvəskar bir insan hesab edir. Lakin ortada olan melodiyaları onun maraq göstərdiyi sahəyə necə məsuliyyətlə yanaşdığını sübut edir. Onun auditoriyasının üzvləri daha çox əsgər və zabitlər, vətənpərvər insanlardır. Bu isə heş də təsadüfi deyildir. Məsələ burasındadır ki, Məzahir Səmədoğlunun musiqi yaradıcılığından Vətən və vətənpərvərlik mövzusu qırmızı bir xətt kimi keçir. O, qəhrəman döyüşçülərimiz haqda bir neçə maraqlı musiqi parçaları yazmış, sevdiyi şairlərin sözlərinə melodiyalar bəstələmişdir.
    Məzahir Səmədoğlunun musiqi yaradıcılığının diapozonu xeyli genişdir. Amma o, əsasən mahnı yaradıcılığı ilə məşğul olur. Onlarla mahnının müəllifidir. Onun bəstələdiyi melodiyalar bu gün Azərbaycan efir və ekranında səslənməkdədir. Yazdığı mahnılar tanınmış müğınni və xanəndələrdən Gülyaz və Gülyanaq Məmmədova bacılarının, Gülüstan Əliyevanın, Cahangir Qurbanovun, Mətanət İsgəndərlinin, Eldəniz Məmmədovun, habelə Aşıq Zülfiyyənin, Aşıq Azər Fərmayıloğlunun repertuarında möhkəm yer tutmaqdadır.
    Yeri gəlmişkən qeyd edək ki, Məzahir Səmədoğlu dəfələrlə Azpbaycan efir və ekranlarında vətənpərvərlim mahnılarının ifası təriqi ilə elan olunmuş mahnı müsabiqələrində iştirak etmiş, qalib olmuş, birinci yerə çıxmış, mükafata layiq görülmüşdür.
    Biz Məzahir Səmədoğlunu uzun illərdir ki, tanıyırıq. O, tez-tez öz doğma vətəninə, doğma elinə baş çəkir. Xalqımızın sevincini öz sevinci, kədərini isə öz kədəri hesab edir.
    Məzahir müəllimin dediklərindən: “Mən təəssüf edirəm ki, bizim bir çox soydaşlarımız xarici ölkələrdə yalnız “istehlakşı” kimi tanınır. Bu, zənnimcə düzgün hal deyil. İnsan harada yaşamasından asılı olmayaraq yerli adət-ənənələrə hörmət etməli, yaşadığı yerin qanunlarına tabe olmalı, ünsiyyətdə olduğu xalqın, necə deyərlər, xeyr-şərində yaxından iştirak etməlidirlər. Bax budur, mən uzun illərdir ki, Belarusda yaşayıram. Orada diaspor təşkilatının formalaşmasında az-çox xidmətim var. Amma düşünürəm ki, iş təkcə bununla bitmir. Elə bu səbəbdən də, ölkələrimiz arasında ədəbi, mədəni əlaqələrin daha da möhkəmlənməsinə çalışıram. Bu mənada ölkəmizin mədəniyyət xadimlərinin dost ölkədə tanıması istiqamətində fəaliyyətimizi daha da genişləndirməliyik. Belə hesab edirəm ki, bizim hər birimiz Azərbaycandan kənarda özümüzü bir parça vətən kimi təqdim etməliyik. Bəli, hər birimiz özümüz boyda bir Azərbaycanıq. Belarus bizdən məsafəcə uzaq ölkə olsa da, mənən bizə yaxın məmləkətdir. Burada Azərbaycanı, onun insanlarını sevir və qiymətləndirirlər. Hesab edirəm ki, zaman keçdikcə ölkələrimiz arasında əlaqələr daha yüksək səviyyədə qurulacaq. Bu sahədə mədəniyyətlərin rolu daha önəmli mahiyyət kəsb edir. Belaruslarla bizi birləşdirən mədəni və mənəvi cəhətlər çoxdur. Bu əlaqələrin canlı daşıyıcıları kimi bizim üzərimizə böyük vəzifələr düşür...”
    Bu gün Məzahir müəllim ömrünün müdriklik çağını yaşayır. İllər bir-birini sürətlə qovur, biz zamanın axarı ilə keçmişdən gələcəyə doğru addımlayırıq. Amma bəzən bu zaman sanki bir anlığa, ani olaraq dayanır, nəfəs dərir. Daha doğrusu, bu “qısa dayanmalar” vaxtı həmin sürətli və sürəkli zamanın ayrı-ayrı anları musiqi notlarına çevrilir. Məzahir Səmədoğlunun qəlbindən qopan o notlar insanların yaddaşına hopur, ürəklərdə əks-səda verir.
    Məzahir müəllimin dediklərindən: “Sivilizasiyalar və mədiyyətlər get-gedə bir-biri ilə qovuşur, təkcə yan-yana deyil, həm də sanki iç-içə yaşayır. Amma orası da var ki, hər xalq, hər millət öz “mədəni müxtariyyətini” qoruyub saxlayır və yaxud qoruyub saxlamalıdır. Biz də öz mədəniyyətimizi hifz etməliyik. Bu gün Belarusun müxtəlif guşələrində dilimizdə danışan insanlara rast gəlirik. Burada qardaş Azərbaycan yazıçılarının kitabları çap olunur, rəssamlarımızın əsərləri sərgilənir. İdmançılarımızın səs-sorağı gəlr. Ekran və efirdə müsiqilərimiz səslənir, rəqqaslarımız öz ustalıqlarını nümayış etdirir. Biz belarus xalqı ilə bütün sahələrdə tərəfdaş, dost və həmrəyik”.
    Məzahir müəllimlə hər görüş bir yaddaqalan xatirəyə çevrilir. O, dostluğa sədaqətli bir insandır. Və bütün müdrik insanlar kimi, Məzahir Səmədoğlu da dostluğa bir sənət əsəri kimi yanaşir, onu qoruyur, onun dəyərini yüksək qiymətləndirir.
    Düzdür, biz dostları onu sıx-sıx, tez-tez görə bilmirik. Amma onun melodiyaları bir dostluq körpüsü kimi, daim insanları bir-birinə yaxınlaşdırır, könülləri bir-birinə qovuşdurur. Elə dostumuzun adı da bizim ürəyimizdə bir melodiya kimi səslənir, etibar və sədaqət melodiyası kimi...
    Məzahir Səmədoğlu torpaqlarımızın yağı düşməndən azad olunmasını səbrsizliklə gözləyir. Onun bəstələdiyi mahnıların əzəli və sonu Vətəndir.
    Biz dostumuz Məzahir müəllimə bundan sonra da ilhamlı yaradıcılıq, işlərində uğurlar, möhkəm cansağlığı arzu edirik. Qoy onun bütün arzuları çin olsun.
















    AZƏRBAYCAN SEVDALISI
    (Əli bəy Evsen haqda söz)

    Azərbaycanda Əli və yaxud Əlibəy ismini daşıyan insanlar çoxdur. Elə qardaş Türkiyədən məmləkətimizə gələn müsafirlər, qonaqlar arasında da Əli və yaxud türkcə ifadə olunduğu kimi - Ali adlı insanlar az deyildir.
    Amma uzun illər “Əli bəy” adı çəkiləndə azərbaycanlıların çoxu, xüsusilə Bakı əhli söhbətin məhz kimdən, hası Əlidən getdiyini anındaca anlayır, əlavə suala ehtiyac duymurdu. Lap elə indinin özündə belə...
    Bizdə bir çox hallarda məşhur adamların kimliyini bildirmək üşün onların təkcə adını çəkmək kifayətdir. Məsələn, əgər “Rəşid” deyilirsə böyük sənətkarımız Rəşid Behbudovdan, “Qara” deyilirsə dahi bəstəkarımız Qara Qarayevdən, “Səttar” deyilirsə bənzərsiz fırça ustası Səttar Bəhlulzadədən, “Qoşqar” deyilirsə şöhrətli riyaziyyatçımız Qoşqar Əhmədlidən, “Bəxtiyar” deyilirsə əvəzsiz şairimiz Bəxtiyar Vahabzadədən, “Habil” deyilirsə kaman ustası Habil Əliyevdən, “Ədalət” deyilirsə ustad saz ifaçısı Ədalət Nəsibovdan, “Ziya” deyilirsə məşhur tarixçi alim və Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovdan söhbət getdiyi hər kəsə bəlli olur. Ta belə məqamlarda heç kəs söhbət gedən adamın soyadını soruşmur. Yox, heç də deyə bilmərik ki, bizdə bu adlara nadir hallarda rast gəlinir. Əksinə, Azərbaycanda Rəşid, Qara, Səttar, Qoşqar, Bəxtiyar, Habil, Ədalət, Ziya... adlı insanlar kifayət qədərdir. Bəs elə isə adlarını çədiyimiz və ya çəkmədiyimiz bir çox adamların geniş əhali tərəfindən belə “asanlıqla” tanınmasının səbəbi nədəndir? Məsələ burasındadır ki, həmin insanlar öz sahələri üzrə nadir peşə və sənət adamları hesab olunurlar. Elə “Əli bəy” adının sahibi də məhz elə bu cəhətdən, yəni öz peşəsi, öz işi, öz fəaliyyət sahəsi ilə digər Əlilərdən seçilir.
    Adətən deyirlər ki, istedadlı adamlar cəmiyyətin ziyasıdır, işığıdır. Bizə elə gəlir ki, insanlara və ümumən insanlığa gərəkli olan hər bir kəs cəmiyyətlə yanaşı həm də təbiətin ziynətidir. Bu cür adamları qiymətli, yüksək əyarlı təbiət inciləri ilə, təbii sərvətlərlə müqayisə etmək olar. Türk dünyasında belə adamlar tarixən çox olmuşdur. Nə gözəl, nə mutlu ki, indi də belə adamların bir çoxu bizimlə müasirdir, çağdaşdır. Həmin istedadlı, gərəkli adamlardan biri də haqqında söhbət açdığımız Əli bəy Evsendir desək, heç də mübaliğəyə yol vermiş olmarıq. Onu da əlavə edək ki, bir çoxları onun soyadını dəqiq bilmədən sadəcə olaraq, artıqdediyimiz kimi ya Ali bəy, ya da “Türk Ali” kimi tanıyır, bu cür adlandırır, bu qaydada çağırırlar.
    Bəi, hətta indinin özündə də Əli bəyin adı Azərbaycanda çox populyardır. Bizim adamların çoxu onun işgüzarlığı, zəhmətsevərliyi, xeyirxahlığı, təşəbbüskarlığı haqqında çox eşidiblər. Bütün bunlar necə deyərlər, Əli bəyin görünən tərəfidir. Amma bizim qəhrəmanımızın bir çoxlarına o qədər də yaxından məlum olmayan elə cəhtləri var ki, biz bu yazıda məhz həmin “görünməyən” və yaxud Əli bəyin özünün çox da qabartmadığı “cizgilər” haqda söhbət açmaq istəyirik. Bu baxımdan Əli bəyi bir “aysberqlə” müqayisə etmək olar.
    Əli Evsen 1962-ci ildə Türkiyə Cümhuriyyətində çoxuşaqlı bir ailədə anadan olub. Ailədə doqquz uşaq olublar. Onun uşaqlığı ehtiyac içində keçib. Lap yeniyetməliyindən, 12-13 yaşından biznesə maraq göstərib. Gecə-gündüz çalışıb, əziyyət çəkib, necə deyərlər özünü oda-közə vurub.. Kiçik alış-verişdən tədricən orta və böyük biznesə doğru irəliləyən gənc Əlinin keçib getdiyi yol heç də hamar olmayıb. Bəzən itirdikləri qazandıqlarından dəfələrlə çox olub. Lakin o, sarsılmayıb, tərəddüd etməyib, ruhdan düşməyib, bütün situasiyalarda özünə daxilən inanıb. Böyük iradəsi onu böyük biznesə, böyük bazarlara, böyük arenaya çıxarıb.
    Türklərin bir məsəli var, deyərlər: “Dünyamız kiçikdir, hər kəslə rastlaşmaq ehtimalı var”. Əli bəyin də bu bu kişik dünyamızda qarşılaşdığı, dostluq etdiyi, ürək qızdırdığı insanlar az olmayıb.
    Hələ ilk gəncliyindən türk ellərinə böyük sayqısı, sevgisi olan Əli bəyin könlünün dərinliyində Azərbaycana xüsusi, sonsuz, dərin bir ehtiram, munis bir istək vardı. Sovetlər Birliyi çökəndən sonra tədricən onun Azərbaycan türkləri ilə sıcaq, isti əlaqələri yaranmağa başladı. Bəs bu əlaqələri necə möhkəmlətməli, nə cür genişləndirməli? Əli bəy artıq ötən əsrin doxsanıncı illərində dostlarının dəvəti ilə Azərbaycana gedib-gəlməyə başladı. Bu, o zamanlar idi ki, keçmiş sistem yıxılmış, onun xarabalıqları üzərində qara buludlar oynaşırdı. Adamlar sabaha inamsız nəzərlərlə baxırdı. Köhnənin üzərində yeninin yaranması çətin bir iş idi. Gənc Respublikanın problemləri, yumşaq deyilsə, kifayət qədər idi.
    Bax, belə bir çətin zamanda hansısa bir sahəyə investisiya qoymaq əslində hər kəsdən böyük risk tələb edirdi. Əli Evsen artıq doxsanıncı illərin ortalarında özü üçün müəyyən nəticələr, qənaətlər hasil etməyə başladı. O, əlaqədar təşkilat və görəvli adamlarla məsləhətləşmələrdən sonra Bakı şəhərində taksi parkı açmaq qərarına gəldi.
    O vaxt köhnə sovet taksiləri sıradan çıxmaq üzrə idi. Sanki daxili bir hiss Əli bəyə fasiləsiz olaraq pıçıldayırdı ki, Bakıya məhz yeni taksi maşınları gətirmək lazımdır. Və o, məhz daxili inamın “səsi” ilə Bakıya taksi partiyaları gətirməyə başladı. Tezliklə Azərbaycanın paytaxtında, Bakının küçələrində yeni yüngül minik maşınları, başqa sözlə “Əli bəyin taksiləri” görünməyə başladı.
    Yüzlərlə sürücü iş yeri ilə təmin olunmuşdu. Əli bəyin və onun komandasının irəli sürdüyü şərtlər də sərfəli idi: sürücülər gündəlik qazanclarının bəlli bir məbləğini yeni yaranmış şirkətin hesabına keçirir, üstəlik bəlli bir vaxtdan sonra sürdükləri maşına sahib çıxırlar. Bəli, çox sərfəli təkliflər idi.
    Az sonra Əli Evsen biznesin daha yeni keyfiyyət tələb edən sahəsinə baş vurmağa başladı. Onun səyi və təşəbbüsü ilə Bakının nisbətən ucqar hissəsi hesab edilən ərazidə, Dərnəgül deyilən yerdə “Elit” ticarət mərkəzi fəaliyyətə başladı. Yeni iş sahəsi də elə əvvəlki kimi gələcək uğurlu gəlişmələr, uğurlar üçün yeni perspektivlər açmaqla yanaşı, yeni bir biznes mərhələsinin başlanğıcı oldu. Və tezliklə həmin “ucqar” ərazi təzəcə start götürmüş “Elit” ticarət mərkəzinin dinamik, sürətli inkişafı nəticəsində əsl biznes mərkəzinə çevrilməyə başladı.
    Bildiyimiz kimi, Azərbaycan uzun onillər başqa bir sistemin tərkibində olmuşdur. Elə buna görə də burada “sovet ticarəti” prinsipi üzrə işlədiklərinə görə, adamlar azad bazar iqtisadiyyatının mövcud qanunlarına yaxından bələd deyildilər. Sərt, dinamik, çevik rəqabət prinsipləri də hələ adamlara yad idi. Bütün bu iqtisadi münasibətlər tədricən, addım-addım cəmiyyətin həyatına daxil olmağa başlamışdı. Amma ən çətini toplumun psixologiyasına bələd olmaq və təsir etmək idi. Yeni bazar iqtisadiyyatının bərqərar olması həm də yeni psixologiyanın formalaşması demək idi. Belə bir şəraitdə biznes adamı hədsiz dərəcədə həssas və çevik olmalıdır. Əli bəy həmişə belə hesab etmişdir və elə bu gün də belə düşünür ki, ən böyük kapital insan ağlı, insan zəkasıdır. Elə bu səbəbdən də insanların düşüncə və fəaliyyət istiqamətiini düzgün, əlverişli və səmərəli şəkildə müəyyənləşdirmək lazım gəlirdi. Bəli, Əli bəy fəaliyyətə məhz belə bir zamanda başlamışdı.
    Tezliklə hər şey öz axarına düşməyə başladı. “Elit” ticarət mərkəzi öz adına uyğun olaraq Bakının ən elit güşələrindən birinə çevrilməyə başladı. Bağlanan köhnə sənaye müəssisələrinin, süquta uğtamış zavod və fabriklərinin əvəzinə yeni ticarət və istehsalat müəssissisələri meydana gəlməyə başladı. Uzun müddətdən bəri iş yeri tapa bilməyən adamların müəyyən bir qismi üçün yeni iş yerləri açılmışdı. Xüsusən, gənclik entuziazmına üstünlük verilirdi.
    Bəli, indi yalnız ticarətlə, bizneslə kifayətlənmək olmazdı. Əli bəy get-gedə yeni istehsal sahələrinin yaranmasına daha çox diqqət yetirməyə başladı. Kiçik və orta miqyaslı törəmə müəssisələrdə çalışan adamların sayı isə günü-gündən artmaqda idi (... )
    Əli Evsenin fəaliyyəti indi təkcə Bakı ilə məhdudlaşmırdı. Onun təşəbbüsü və bilavasitə səyi nəticəsində Azərbaycanın bir çox regionlarında istehsalat müəssisələri fəaliyyətə başladı(...) Məsələn, Bakıdan təxminən 120-130 km. Kənarda yerləşən Şamaxı iqlim soyuducusu fabrikasını buna misal göstərmək olar.
    Əli bəyin hələ uşaqlıq və gənclik illərindən elmə, incəsənətə, ədəbiyyata xüsusi sevgisi və marağı vardı. Elə bu səbəbdən də o, Azərbaycana gəldikdən sonraölkənin bir çox tanınmış elm və incəsənət adamları ilə tanış oldu, soralar bu tanışlıq dostluqğa çevrilməyə başladı. Bilim və sənət adamlarına diqqət yetirməyi Əli bəy özünün mənəvi borcu hesab edirdi.
    Azərbaycanın əksər məşhur incəsənət adamları ilə Əli bəyin dostluğu səmərəli nəticələrini verirdi. Belə ki, “Elit” şirkətinin proqram və layihələri çərçivəsində tez-tez maraqlı, elitar səviyyəli tədbirlər keçirilirdi. Biz özümüz şahidiyik ki, 90-cı illərdə söhbət açdığımız müəssisənin konsert salonlarında və tamaşaçı zallarında ölkənin ən nüfuzlu sənər adamları ilə görüş və konsertlər təşkil olunurdu.
    Azərbayacan xalqı daim özünü Türk cümhuriyyətinin, türkiyəlilərin yanında hiss edir. Bu keçmiş Sovet ölkəsində Türkiyənin incəsənət və musiqisinə daim, hələ üzü qədimlərdən bəri çox böyük sayğı və diqqət göstərilib. Elə bu məhəbbətə, bu sevgiyə görə Əli bəyin şəxsi təşəbbüsü ilə Türkiyənin tananmış sənətçiləri də dəfələrlə Azərbaycana təşrif buyurmuşlar. Bu görüşlərdən biri xüsusilə böyük izdihamla keçirilmişdir. Bakılıların əksəriyyətinin yadındadır, 1999-cu ildə “Elit”in qarşısındakı meydanda böyük xeyriyyə konseri oldu. Türkiyənin ünlü sənətçisi İbrahim Tatlısəs öz sevimli tamaşaçılarının görüşünə gəlmişdi. Bu görüşə gələnlərin sayı-hesabı yoxdu. Bu qədər insanın hansısa qapalı bir salında yerləşməsi mümkünsüz idi. Elə bu səbəbdən də Tatlısəsin konserti açıq havada, aydın səma altında təşkil olundu.
    Azərbaycanda, xüsusilə Bakıda neçə-neçə adamla rastlaşmaq olar ki, onlar Əli bəyin vaxtilə göstərdiyi təmənnasız köməkdən ürəklə, eşqlə, şövqlə söhbət açsın. Biz elə ailə tanıyırıq ki, həmin ailənin bir neçə üzvü vaxtilə Əli bəyin qurub-yaratdığı müəssisələrdə çalışıblar. Məsələn, ailə var ki, ata taksi sürücüsü, oğul hesabdar, qız satıcı işləyib. Əlbəttə, bu, çox təqdirediləsi bir haldır. Biz heç də deyə bilmərik ki, adamlar sadəcə kimdənsə maddi kömək umublar. Yox, əksinə Azərbaycan insanları öz əllərinin qazancı ilə yaşamağa üstünlük verirlər. Bir məşhur məsəldə deyildiyi kimi, “sən mənə balıq vermə, balıq tutmağı öyrər”. Amma etiraf etmək lazımdır ki, bəzən “balığı tutmaq, yəni iş yeri tapmaq elə də asan olmur.
    Təbii ki, yeri düşmüşkən, Əli Evsenin xeyriyyəçilik tədbirləri haqda da ətraflı danışmaq olar. Amma xalqın yaxşı bir məsəli var: “Sağ əlin verdiyini sol əl bilməməlidir”. Bu mənada Əli bəy də bir çox adamlara, o cümlədən uşaqlara, gənclərə, ahıllara və ixtiyar insanlara göstərdiyi qayğı barədə danışmağı, bu konuda, bu mövzuda söhbət açmağı xoşlamır.
    Artıq bir xeyli müddətdir ki, Əli bəy İspaniyada yaşayır. O, öz fəaliyyətini qürbət ölkədə davam etdirsə də, ürəyi daim Azərbaycanla birgə vurur. İndi onu doğma ölkə ilə bağlayan tellər çoxdur- tanışlıq, dostluq, qohumluq telləri. O, iştirakçısı və ya bilavasitə təşkilatçısı olduğu tədbirlərə daim Azərbaycanlı müsafirlərin də qatalmasına çalışır, bu istiqamətdə ciddi, səmərəli, gərəkli işlər görür.
    Əli bəy indi biznesin təkcə praktik tərəfi ilə deyil, həm də nəzəri cəhətləri, yəni onun tədqiqi və nəzəriyyəsi ilə də məşğul olur. O, bu sahədə bir çox araşdırmaların müəllifidir.
    Tanıyanlar yaxşı bilir ki, Əli bəy həm də nüfuzlu bir barış və sülh adamıdır. O, bütün dünyanı xoşbəxt görmək istəyir. O, istəyir ki, bütün türk xalqları məsud və azad yaşasın. Arzu edir ki, Qarabağ münaqişəsinin tezliklə həll olunmasını, köçkün və qaçqın düşmüş insanların tezliklə öz el-obalarına qayıtsınlar.
    Əli bəy bu gün də coşqun fəaliyyətini yorulmadan davam etdirir. Zamanında onun ürəyində cücərən, qönçələnən Azərbaycan sevdası bu gün daha da çiçəklənmış, qol-budaq atıb şaxələnmişdir.
    Əli bəy bir çox nüfuzlu beynəlxalq mükafatların laureatıdır. O, bir müddət bundan öncə Dünya Barış ödülünə layiq görülmüşdür. Biz bu münasibətlə onu ürəkdən təbrik edirik. Əli bəy özü də təbiəti etibarı ilə barış, sülh, əmin-amanlıq sevən bir insandır.
    Bu gün Əli bəy özünün, öz fəaliyyətinin ən məhsuldar bir dövrünü yaşayır.
    Biz Azərbaycan sevdalısı Əli bəyə bundan sonra da səmərəli fəaliyyət, başarılar, cansağlığı arzu edirik. Yaşa və yarat, Əli Evsen.
    (Tofiq Xəlillə həmüəllif)





















    Azərbaycan aktyoru necə “Hind şahzadəsi” oldu?
    Kiyev şəhərində Xalq artistinin başına gələn maraqlı sərgüzəst

    Danışacağım əhvalatın baş verdiyi məkan: Ukraynanın paytaxtı Kiyev şəhəri.
    Zaman: 1986-cı ilin iyul ayı.
    İştirakçılar: Mədəniyyət və ədəbiyyat xadimləri Kərim Kərimov, Cahangir Aslanoğlu, Mərahim Fərzəlibəyov, Əli Nur, Qasım Qasımzadə və Yura adlı moldavan… Habelə adı bilinməyən iki xanım. İndiki halda hadisənin əsas “qəhrəmanı” Əli Nurdur.
    … Bəli, düz anlamasız, Xalq artisti Əli Nur.
    Macarıstana gedəcək mədəniyyət xadimlərindən ibarət yığcam nümayəndə heyəti yolüstü Kiyevdə qərarlaşır. Heyət üzvləri hoteldən (mehmanxanadan) yer götürüb şam etmək üçün 1-ci mərtəbədə yerləşən restorana düşürlər.
    Sən demə, həmin vaxt restoranın bir “hissəsində” toy şənliyi təşkil olunubmuş. Bilənlər bilir, Sovetlər zamanında böyük restoranlarda bəzən eyni vaxtda həm toy olur, həm də müştərilər nahar edir, dincəlir, söhbətləşirdilər…
    Sözün qısası, bütün toylarda olduğu kimi, bəylə gəlin məclisin başında əyləşib qonaqlarla şəkil çəkdirir, deyib-gülür, şənlənirdilər…
    Bu əsnada restoranın o biri başındakı stolun arxasında əyləşənlərdən biri gəlinin nəzər-diqqətini çəkir. Bu, ağ kostyumlu, qara köynəkli, gur- uzun saçları çiyninə tökülmüş, qarabuğdayı cavan adam idi. Gəlin əyilib yanında əyləşmiş rəfiqəsinin qulağına nəsə pıçıldayır. Az sonra rəfiqə gəlinin işarə etdiyi səmtə nəzər salır. Yəqin bildiniz ki, xanımların diqqət mərkəzində olan, zahiri görünüşü etibarı ilə hind aktyorlarına bənzəyən şəxs, tanınmış səhnə ustası Əli Nurdur. Aktyor sövq-təbii hiss edir ki, söhbət ondan gedir. Buna görə də diqqətdən yayınmaq üçün başını yana döndərib həmkarları ilə söhbətə girişir…
    Bəli, rəfiqəsi gəlindən aralanıb aktyora, daha doğrusu onun arxasında əyləşdiyi stola yaxınlaşır. Aktyor görür ki, bu gənc xanım əlinin işarəsi və üz-gözünün ifadəsi ilə yalvarışlı tərzdə onu öz yanına dəvət edir.
    Əli Nur bir qədər təəccüblənsə də ayağa durub, asta addımlarla gəlinin rəfiqəsinə yaxınlaşır.
    Onların arasında belə bir dialoq olur:
    -Cavan oğlan, bağışlayın, siz kimsiz, haralısız?
    -Mənim kim olmağım Sizi nə üçün maraqlandırır?
    -Bilirsiz, mən hind filmlərini çox sevirəm…
    - Elə mən də…
    -Rəfiqəmlə o dəqiqə bildik ki, siz Hindistandan gəlmisiz.
    - Rəfiqəniz kimdir? Toyu olan xanımı deyirsiz?
    -Bəli, düz tapmısız, bu gün mənim rəfiqəmin toyudur. Mən məhz onun xahişi ilə Sizin kimliyinizlə maraqlanıram…
    -Təşəkkür edirəm…
    -Axı demədiniz Siz kimsiz…
    Aktyor gülümsəyir:
    -Zənninizcə, mən kim ola bilərəm?
    -Rəfiqəm Sizi hind şahzadəsinə-prinsə bənzədir… Deyəsən Sizi televizorda görüb. O, səhv etmir ki?
    -Xanımlar səhv etməzlər.
    -Aman Allah… Heç gözlərimə inanmaq istəmirəm… Rəfiqəm Sizə elə uzaqdan da olsa vuruldu. Düzü, Siz elə mənim də çox xoşuma gəldiniz… Geyim-keciminizdən, duruşunuzdan kim olduğunuz o dəqiqə bilinir.
    -Təşəkkür edirəm.
    -Biz Sizə təşəkkür edirik… Bəlkə toydan sonra görüşüb birlikdə kofe içək, söhbət edək. Bu, bizim hamımız üçün bir şərəf olardı…
    Əli Nur susur. Bütün arif adamlar kimi xanım da susmağı razılıq əlaməti hesab edir.
    Amma bu sükut çox çəkmir. Gəlinin rəfiqəsi deyir:
    -Əgər icazə versəniz…
    Əli Nur təəccüblə gənc xanımın üzünə baxır:
    -İcazə?..
    -Bəli… Rəfiqəm sizinlə söhbət etmək istəyir… Bəlkə dəhlizdə bizi gözləyəsiz…
    Əli Nur yenə susur… Və sövq-təbii dəhlizə çıxır.
    Rəfiqə iti addımlarla “bəy-gəlin stoluna” yaxınlaşır. Gəlin yanındakı oğlanın- qısaqol köynək (“saroçka”) geymiş bəyın qulağına nəsə pıçıldayıb, çox güman ki, icazə alıb ondan aralanır, dəhlizdə dayanmış “hind şahzadəsinə” yaxınlaşır. Onlar əl tutub görüşürlər.
    Gəlin xanım deyir:
    -Mən bilirəm, Siz Hindistan şahzadəsisiz…
    Əli Nur susur.
    Gəlin soruşur:
    -Siz Kiyevdə çox qalacaqsız? Buradan sonra hara gedəcəksiz?
    -Londona gedəcəyəm- deyə, Əli Nur cavab verir.
    Gəlinlik stolunun arxasından durub gəlmiş yaraşıqlı xanım deyir:
    -Gizlətmirəm, Siz elə ilk baxışdan mənim ürəyimi oğurladınız…
    Aktyor susur.
    Gəlin deyir:
    -Siz məni burada gözləyin… Toy qurtaran kimi mən Sizin yanınıza gələcəyəm, Londona birlikdə uçarıq…
    Aktyor indiyəcən oynadığı rolun təhlükəli sonluqla bitəcəyini hiss edib deyir:
    -Siz nə danışırsız? Bu, ola bilməz…
    Gəlin deyir:
    -Necə yəni ola bilməz? Mən Londona Sizinlə uçmaq istəyirəm…
    -Mən qəti qərar verməyə çətinlik çəkirəm…
    Bu an gəlinin rəfiqəsi sinəsini irəli verərək deyir:
    -Hər ikinizin qarantı mən ola bilərəm…
    Baxışlar rəfiqəyə tuşlanır.
    Gəlinin rəfiqəsi deyir:
    -Mənim iki otqlı mənzilim var… Mən özümü girov verə bilərəm…
    Bu əsnada Macarıstana gedəcək nümayəndə heyətinin üzvü Yura dəhlizdə görünür. Əli Nur deyir:
    -Bax, bu oğlan mənim cangüdənimdir… Zənnimcə o, bizim kənarda görüşümüzə icazə verməyəcək…
    Gəlin deyir:
    -Şahzadə olan yerdə cangüdən kimdir?
    Əli Nur vəziyyətin daha da tündləşdiyini anlayıraq:
    -Baxarıq,-deyə cavab verir.
    Təzə gəlin çiyni atlana-atlana ağlayır. Rəfiqəsi onu kənara çəkib qulağına nəsə deyir.
    Gəlin gedir.
    Gəlinin rəfiqəsi aktyora deyir:
    -Elə isə mən Sizin otaqda girov qala bilərəm. Məni otağınızda gözləyin…
    Aktyor susur. Bilmir ki, nə desin…
    Daha sonra bir-birlərinə bir-iki xoş söz deyib görüşmək üçün ayrılırlar…
    Əli Nur geri qayıdıb həmkarlarının əyləşdiyi stola yaxınlaşır.
    Həmkarları onu sualedici nəzərlərlə süzürlər.
    Əli Nur deyir:
    -Yəqin ki, şam edib getməyə hazırlaşırsız… Hə, gəlin öz otaqlarımıza gedək. Buradan nə qədər tez getsək o qədər yaxşıdır…
    Onlar restorandan çıxırlar. Hərə öz otağına qalxır.
    Əli Nur bir qədər ləngiyir. Daha doğrusu, onu daxili bir maraq hissi ləngidir. Bu əsnada foyenin böyük şüşələrinin arxasında toyu olan xanımın rəfiqəsi ağ bir kölgə kimi zühur edir. Aktyor özünü itirir. Tez-tələsik hotelin gözətçisinə yaxınlaşaraq deyir ki, əgər bir qadın sizə yaxınlaşıb soruşsa ki, Hindistan şahzadəsinin otağı hansıdır, deyin ki, o təcili olaraq Londona uçub getdi.
    Gözətçi heyrətlə ağ kostyumlu, qara köynəkli, gur- uzun saçları çiyninə tökülmüş, zahirən hind aktyorlarına bənzəyən qarabuğdayı cavan adama baxaraq deyir:
    -Siz doğrudan şahzadəsiz?
    Əli Nur başını bulayıb sürətlə otağına sarı addımlayır…
    …Bu əhvalatı Əli Nur özü danışıb.
    p.s.
    İndi bu sətirləri yazarkən vaxtilə oxuduğum bir kitabı xatırladım. Müəllifi Natalya Dolbenko olan həmin kitabın adı belə idi: “Индийский принц, или Любовь по заказу”…
    Əslində Hindistanda tarixən şahlıq üsul-idarəsi olmayıb. Səhv etmirəmsə, Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarı, məşhur türk sərkərdəsi Qazi Zahirəddin Məhəmməd Babur, yəni Babur Şah Hindistanda şahlıq xanədanının, padşahlıq institutunun əsasını qoymuşdur…
    … Səhər tezdən nümayəndə heyəti Macarıstana yola düşdü.






























    Rejissor Mərahim Fərzəlibəyovun ƏMƏK KİTABÇASI
    və yaxud sənətkar ömrünün pillələri

    Zənnimcə Mərahim Fərzəlibəyovu geniş oxucu və tamaşaçı auditoriyasına məxsusi təqdim etməyə ehtiyac yoxdur. O, ölkənin tanınmış sənət adamlarından biridir. "Şöhrət” ordenli Xalq artistidir. Prezident təqaüdçüsüdür. Onun quruluş verdiyi onlarla tamaşa teatrsevərlərə yaxşı məlumdur.
    Mərahim müəllim öz sənətinə bütün varlığı ilə bağlı olan bir insandır. Onun həyatının, fəaliyyətinin, eləcə də söhbətinin bir əbədi və baş mövzusu vardır: TEATR. Əlbəttə, bu tanınmış rejissor və sənətkarla ünsiyyət bir yazı-pozu adamı kimi mənimçün də maraqlıdır.
    Və elə buradaca qeyd etmək istəyirəm ki, Mərahim Fərzəlibəyov bir çox həmkarlarından fərqli olaraq daim mütaliə edir, öyrənir. Onunla təkcə öz sənəti ilə bağlı deyil, digər sahələr üzrə də söhbət etmək, fikir mübadiləsi aparmaq, hətta polemikaya girişmək mümkündür. Şəhərin kitab dükanlarında çalışan satıcılar da onu yaxşı tanıyır. Onun şəxsi kitabxanasını tarix, ədəbiyyat, fəlsəfə ilə bağlı klassik və müasir əsərlər bəzəyir.
    Bu günlərdə Mərahim Fərzəlibəyovla rastlaşdıq. Onun əlində tutduğu əmək kitabçası mənim nəzərimi cəlb etdi. Həmsöhbətimin dediyindən belə məlum oldu ki, o, öz əmək fəaliyyəti ilə bağlı müxtəlif sənədləri qaydaya salmaqla məşğuldur. Əgər ortada əmək və əmək fəaliyyəti varsa, heç şübhəsiz ki, ƏMƏK KİTABŞASI da olmalıdır.
    Məni maraq hissi bürüdü. Görəsən, tanınmış rejissorun sənətə gələn yolu hansı mərhələlərdən, dolanbaclardan, labirintlərdən keçib?
    Mərahim Fərzəlibəyovun ƏMƏK KİTABŞASInı oxucularla birgə vərəqləmək maraqlı olardı.
    Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakı şəhərində anadan olub. Əslən Şəki bölgəsindəndir. O, Bakıdakı 56 saylı orta məktəbi bitirib. Özünün dediyinə görə, səhnəyə hələ orta məktəbdən maraq göstərib. Teatrlara getməkdən, tamaşalara baxmaqdan daim zövq alıb.
    Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında çalışıb.
    Budur, onun əmək kitabçasında qeyd olunub: 1966.10.10. tarixdə Fotostudiyada şagird kimi əmək fəaliyyətinə başlayıb, 1967.04.15. tarixdə ikinci dərəcəli fotolaborant, daha sonra - 1968.03.24. tarixdə fotolaboratoriyada aşkarlandırıcı kimi fəaliyyət göstərib.
    Peşəkar fotoqrafiya ilə məşğul olmaq gələcəkdə ona lazım olacaqdı. Axı rejissor həm də hadisələrin baş verdiyi məkanı bir fotoqraf dəqiqliyi ilə görməlidir.
    Yeniyetmə Mərahimi daim teatr, səhnə cəlb edirdi. Əmək kitabçasında qeyd olunduğu kimi, o, 1968.12.10. tarixdən 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib.
    Nəhayət, onun arzusu çin oldu. Belə ki, Mərahim Fərzəlibəyov 1970.07.10. tarixdə ali məktəbə daxil olduğuna görə öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
    Bəs o, hansı ali məktəbə daxil olmuşdu?
    Mərahim Fərzəlibəyov o vaxtkı Leninqrad Musiqi və Kinematoqrafıya İnstitutunun (indiki Sankt-Peterbur Teatr Akademiyasının) rejissorluq fakültəsində təhsil almağa, ixtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı Laureatı Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi sənətin incəliklərini öyrənməyə başladı.
    Yeni mühit romantik arzularla yaşayan gələcək rejissorun həyatını büsbütün dəyişdi. O, ilk illərdə böyük çətinlik və məhrumiyyətlərlə üzləşdi. Amma gecə-gündüz çəkilən zəhmət öz bəhrəsini verdi. Gənc Mərahim Leninqradın qaynar teatr həyatına daxil olandan sonra öz sənət müəllimi Georgi Aleksandroviçdən çox şey əxz etməyə çalışırdı.
    Burada bir haşiyə çıxmaq istərdim. Həmin illərdə Tovstonoqov adı təkcə SSRİ-də deyil, bütün dünyada məşhur idi. Elə mənim də xatırımdadır ki, böyük rejissorun quruluş verdiyi "Xanuma”, "Müfəttiş” və başqa tamaşaların əks-sədası yaxın-uzaq ölkələrdən gəlirdi.
    Təhsil illəri başa çatmaq üzrə idi. Gənc rejissor diplom işi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində dramaturq Maykl Stüart və bəstəkar Cerri Germanın "Hello Doli" müzikl-operettasına quruluş verdi.
    Əmək kitabçasında qeyd edildiyi kimi, 11.1975.06.30.tarixdə təhsilini uğurla başa vuran Mərahim Fərzəlibəyov, (yenə əmək kitabçasında qeyd olunduğu kimi), 12. 1975.11.16. tarixdən təyinatla Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına getmişdir. Bu maraqlı kollektivdə gənc rejissor Tennessi Uilyamsın "Arzu tramvayı" dramına, Jan Batist Molyerin "Tartüf" komediyasına, Boris Vasilyevin "Qış gecəsinin nağılı" pyesinə, Alla Sokolovanın "Faryatevin fantaziyası" psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin "Yegelyanın səadəti", uşaqlar üçün Sergey Mixalkovun "Lovğa dovşan" nağılına maraqlı səhnə quruluşları vermişdir. Həmin quruluşlar haqda o dövrün SSRİ və Rusiya mətbuatında təqdiredici yazılar getmişdir.
    İki il sonra Mərahim Fərzəlibəyov vətənə qayıtmış, 1977.09.01. tarixdən H.Ərəblinski adına Sumqayıt dövlət Dram Teatrının baş rejissoru təyin edilmişdir. Həmin teatrda çalışdığı 4 il ərzində rejissor bir çox əsərlərə quruluş vermiş, mükafatlara layiq görülmüşdür.
    Mərahim Fərzəlibəyov 1981. 03.09. tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş və elə həmin gün (1981.03.09. tarixdə) M.Əzizbəyov adına Dram teatrında rejissor vəzifəsinə təyin edilmişdir.
    Artıq ölkənin teatr aləmində tanınan rejissor Azərbaycan Respublikası Mədəniyyət nazirinin 2006.01.12. tarixli əmri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, 2010.05.14. tarixdən isə həmin sənət ocağının quruluşçu rejissor təyin edilmişdir.
    "Azdrama”da fəaliyyət göstərdiyi dövr Mərahim Fərzəlibəyovun həyat və yaradıcılığında xüsusi dönüş mərhələsi olmuşdur desək, yəqin ki, səhv etmərik. Həmin dövrdə rejissor onlarca əsərə quruluş vermişdir. Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinin bir çoxunun səhnə taleyi məhz Mərahim Fərzəlibəyovun adı ilə bağlıdır. Belə ki, rejissor böyük yazıçının "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani”, "Sevgililərin cəhənnəm vüsalı”, "Bizim qəribə taleyimiz”, "Mənim günahım”, "Qarabağnamə”, "Hökmdar və qızı” və digər əsərlərinə məhz həmin teatrda quruluş vermişdir.
    Yenə əmək kitabçasındakı qeydlər diqqəti cəlb edir: Mərahim Fərzəlibəyov 2019.02.14 tarixdən Bakı Bələdiyyə Teatrının quruluşçu rejissoru kimi fəaliyyət göstərir. Ötən müddət ərzində bir sıra əsərlərə quruluş vermişdir.
    Xalq artisti öz işlədiyi müddətdə dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" və "Atabəylər", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada" (8 iyun 1991) və "Ləyaqət" (19 mart 1982) pyeslərini tamaşaya hazırlayıb.
    Mərahim Fərzəlibəyov bir sıra filmlərdə özünü aktyor kimi də sınamışdır. Belə ki, o, "Ölülər” filmində Şeyx Əhməd, "Qəm pəncərəsi” filmində uçitel Həsənağa rolunu oynayıb. Bundan ba.qa o, 1980-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın "Təkan" ("Köksüz budaqlar"), Qarsiya Lorkanın"Qanlı toy", Aleksandr Nikitinin "Abşeronda bir gecə" pyeslərinin tamaşalarına maraqlı quruluş vermişdir.
    Mərahim Fərzəlibəyov habelə bir çox bədii və televiziya filmlərinin ("Canavar balası” (1997), "Doğan Günəş”, "Qırmızı qar” (1998), "Mənim ağ şəhərim” (1993) və digər ekran əsərlərinin) quruluşçu rejisssoru kimi tanınır.
    Mərahim Fərzəlibəyov teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluq sahəsində qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci il tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti (Əməkdar İncəsənət xadimi), 28 oktyabr 2000-ci il tarixdə isə Xalq artisti fəxri adları ilə təltif olunub. O, 10 İyul 2019-cu il tarixdə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsüdür.
    Beləliklə, Mərahim Fərzəlibəyovun "Əmək kitabçası”nı vərəqləyib başa çatdırırıq. Bu kiçik kitabçanın hər sətri bir pilləni xatırladır. Rejissor bu pillələrlə daim irəliyə, yüksəkliyə doğru addımlayıb...
    Bu yaşıl rəngli kitabçada, necə deyərlər, hələ doldurulmamış boş xanalar, yazılmamış səhifələr, başqa sözlə, "ayaq basılmamış” yeni "pillələr” çoxdur. Sənətsevərlər əmindir ki, əmək kitabçasında rejissorun hələ qarşıda gözlənilən yaradıcılıq uğurları, fəaliyyətinin yeni mərhələləri, yeni "pillələri” əks olunacaq.
    Uğurların bol olsun, Mərahim Fərzəlibəyov.
    P.S.
    Bu günlərdə, lap dəqiq desək, iyun ayının 26-da Xalq artisti Mərahim Fərzəlibəyovun ad günüdür. Biz görkəmli sənətkarı təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzu edirik.

    10.06.2019





















    SƏMİMİYYƏT

    İstedadlı alim, tanınmış geoloq alim və təvazökar ziyalı Şahvələd Köçərli bu gün də gənclik enerjisi ilə yazıb-yaradır

    Tərcümeyi-halından qısa çıxarış:
    Şahvələd Köçərli Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur.
    Orta təhsilini Çayrəsullu kənd orta məktəbində almış, Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) “Geoloji-coğrafiya” fakultəsinin “Neft-qaz geologiyası” ixtisasını bitirmişdir.
    Şahvələd Köçərli ali təhsilini yüksək səviyyədə başa vurduqdan sonra “Azneftkəşfiyyat” trestində kollektor, texnik-geoloq, geoloq, böyük geoloq vəzifələrində çalışmışdır. O, AMEA Geologiya İnstitutunda aspiranturada oxumuş, namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür.
    Şahvələd Köçərli bir müddət Geologiya İnstitutunda kiçik və baş elmi işçi kimi çalışmışdır. Amma onun həyatının sonrakı mərhələsi daha çox istehsalatla bağlı olmuşdur. Belə ki, uzun illər “Azneft” İB-də geoloji şöbə müdirinin müavini və şöbə müdiri, “Azneftgeofizika” tresti İB-də baş geoloq və baş direktor vəzifələrində işləmiş, habelə “TPAO”da (Türkiye Petrolleri Anonim Ortaklığı) Qazaxıstan neft layihələrinin icrasında iştirak etmişdir.
    Şahvələd Köçərli Azərbaycanda aparılan geofiziki tədqiqatlar sahəsində çox məhsuldar çalışmış, baş idarədə geologiya üzrə baş mütəxəssis, geoloji şöbənin müdiri vəzifələrini icra etmişdir. Biləvasitə onun rəhbərliyi və iştirakı ilə Respublika ərazisində 30-dan artıq perspektivli struktur aşkar edilmiş, bir sıra neft və qaz yataqları kəşf edilərək işlənməyə hazırlanmış, istismara verilmişdir.
    Bütün bu yazılanlar Şahvələd müəllimin həyatının, necə deyərlər, “texniki” tərəfidir. Əslində isə bu “quru”, “statik” və “statistik” məlumatların arxasında onun qaynar elmi və praktik fəaliyyəta dayanır.
    İndiki halda mən Şahvələd Köçərlinin nə elmi, nə də istehsalat fəaliyyəti haqda danışmaq niyyətində deyiləm. Məsələ burasındadır ki, bu günlərdə o, özünün ad gününü qeyd edir. Bu, əslində heç yubiley yazısı da deyil. Mən sadəcə olaraq yaxından tanıdığım adam haqda bir neçə kəlmə ürək sözümü demək istəyirəm.
    Şahvələd Köçərli mənim qohumumdur. Atamın bacısı oğludur. Hələ uşaqlıq illərimdən tanıdığım adamdır. Bütün bunları xatırlatmaqda məqsədim var. Yadımdadır, biz uşaq olanda atamın örnək kimi xatırladığı, nümunə gətirdiyi bir neçə adam vardı ki, onlardan biri də Şahvələd idi. Görünür, elə bu cəhətlərinə görə o zamanlar bizə, orta məktəbi bitirib ali təhsil almaq istəyən məzunlara atam- təcrübəli pedaqoq Qədimalı Mustafayev yarızarafat-yarıciddi deyərdi: “Əvvəlcə Şahvələdin imtahanlarından keçmək lazımdır”. Məsələ burasındadır ki, Şahvələd təkcə öz ixtisasına bələd olmaqla kifayətlənən adam deyildir. Bəli, o zamankı gənc geologiya alimi, ədəbiyyatçı, tarixçi, riyaziyyatçı, coğrafiyaçı, bioloq, kimyaçı... ixtisasına yiyələnmək istəyənləri “imtahana” çəkər, konkret fikirlərini deyərdi. Yaxşı yadımdadır ki, qəbula gələrkən Şahvələd müəllim mənim alman dili və tarix üzrə bilik səviyyəmi yoxlayaraq müəyyən məsləhətlər vermişdi. Sonrakı illərdə qardaşım Fuaddan fizika və riyaziyyat üzrə, digər qardaşım Fasaddan kimya və biologiya üzrə “imtahan” götürmüşdü. Və nəticə heç də pis alınmamışdı. Mən filoloji, o biri qardaşlarım isə nəqliyyat və tibbi ixtisaslar üzrə ali məktəblərə qəbul olunmuşdu. Bəli, Şahvələd müəllim universal, hətta deyərdim ki, ensiklopedik adamdır. Onunla bu gün belə, müasir elmin bir çox sahələri üzrə saatlarla söhbət, hətta, mübahisə etmək olar.
    Yəqin ki, nisbətən yaşlı oxucuların yadındadır, vaxtilə Şahvələd Köçərli tez-tez “Elm və həyat” jurnalında elmi-populyar yazılarla çıxış edir, məşğul olduğu elm sahəsinin aktual problemlərindən söhbət açırdı. O, geniş mütaliəli, ciddi bir bir alim olmaqla yanaşı, həm də duzlu və maraqlı yazılar müəllifidir. Bu cür yazılarda eşitdiyi və ya gördüyü hadisələri qələmə alır.
    Şahvələd Köçərli daim oxuyan, öyrənən, mütaliə etməkdən yorulmayan ziyalıdır. Yeniliklərlə tanış olmaq onun xobbisi deyil, bütün həyatının mənasıdır. Onun evinin ən qiymətli “əşyaları” yəqin ki, kitab rəfləridir-desəm yanılmaram.
    Kitab demişkən... Şahvələd müəllimin övladlarının həyatı da məhz kitablarla bağlıdır- sözün həm məcazi, həm də müstəqim mənasında. Belə ki, oğlanları Eldar və Cavir bilavasitə kitab yayımı və təbliği ilə məşğul olur. Onun qızı Nigar Köçərli isə “Əli və Nino” kitab mağazası şəbəkəsinin rəhbəridir.
    Bəli, Şahvələd Köçərlinin övladlarınnın həyatında və taleyində də kitaba bağlılıq fenomeni, kitaba sevgi kultu yaşayır. Bu, bəlkə də təsadüfi deyildir. Axı Şahvələdin atası Süleyman, babası Köçəri, ulu babası İsa da təhsilə, maarifə maraq göstərən insanlar olmuşlar.
    Mən hərdən düşünürəm ki, insanların da minerallar və ya kristallar kimi aşkar-gizli qatları-layları olur. Bu mənada hər kəsin xarakterini ifadə edən bir-iki qabarıq cəhət olur. Zənnimcə, Şahvələd Köçərlinin ən ümdə mənəvi keyfiyyətlərindən biri onun səmimiyyətidir. Görünür həm də məhz elə buna görədir ki, o, hansısa bir adam haqda fikir söyləyərkən qısaca olaraq həmin adamın səmimi və ya qeyri-səmimi olduğunu vurğulayır. İnsanın ən ali keyfiyyətlərindən biri, bəlkə də birincisi məhz səmimiyyətdir.
    Əgər fikir verdinizsə, mən bu müxtəsər yazıda Şahvələd Köçərlinin məhsuldar elmi və praktik fəaliyyəti haqda söhbət açsam da, onun həyatının müxtəlif “pillələrini” özündə ehtiva edən konkret illərə, “tarixi” rəqəmlərə istinad və isnad etmədim. Bəzən illərin qabarıq şəkildə nəzərə çarpdırılması sanki adamın “əl-ayağına dolaşır”. Əslində isə Şahvələd müəllim daim iş tempini qoruyub saxlayan, gənclik enerjisi ilə çalışan bir adamdır. O, hazırda "Azərbaycan Milli Geofizika Komitəsinin vitse-Prezidenti, “Azərbaycanda Geofizika Yenilikləri” jurnalının baş redaktorunun müavinidir. Şahvələd Köçərli çox əlamətdar bir gündə- dekabr ayının 30- da anadan olub. Mən bu səmimi adamı, istedadlı alimi, tanınmış geoloqu və təvazökar ziyalını ürəkdən təbrik edirəm.








    Vaxtın miqyasını görülən işlər müəyyən edir...

    Ədəbiyyatçı Bədirxan Əhmədlinin bu il 70 yaşı olacaq. Onunla bağlı müxtəsər bir yazı qələmə aldım. Həmin qeydləri yazıçı N.Əbdürrəhmanlıya göndərdim.
    Onu tələbəlik vaxtlarından tanıyıram. Eyni kursda oxumasaq da, eyni dövrdə, eyni fakültədə təhsil almışıq.
    Əvvəlcə onu deyim ki, onlar üç dost idi. Çox vaxt hər üçünü birlikdə görürdüm. Fazil Mustafayev Qazaxdan, Vurğun Əyyubov Tovuzdan, Bədirxan Əhmədov Borçalı elindən idi. Sonralar təbii ki, bu soyadlarda kiçik “redaktə” işləri də getdi. İndi onlar ölkəmizdə tanınmış ziyalılardır. Vurğun Əyyub isə bir neçə il öncə haqq dünyasına qovuşub.
    Onu da yaxşı xatırlayıram ki, bu “qızıl üçlüyü” çox zaman Mərkəzi kitabxanada görmək olurdu. Elmə o vaxtdan böyük maraqları vardı, müxtəlif mətbuat orqanlarında çıxış edirdilər. Gənc olsalar da təkcə ədəbi- elmi deyil, ictimai-siyasi diskussiyalarda da fəallıq göstərirdilər.
    Zaman gəldi ki, təhsi illəri arxada qaldı, hərə bir səmtə, dəqiq desək təyinat yerlərinə üz tutdu.
    Ötən əsrin 80-lərində mən bu üç dostu yenidən qaynar Bakı mühitində gördüm. Onlar təzədən elm aləminə qayıtmışdılar. Dostların hər üçü elmi fəaliyyətlə məşğul olurdu.
    Bəli, bu gün filologiya elmi sahəsində yaxşı tanınan Bədirxan Əhmədlinin (Başkeçidlinin) ciddi araşdırmaları diqqəti çəkməkdədir. Xatırlayıram, Bədirxan müəllim bir müddət Baş arxiv idarəsində, Qarabağ uğrunda gedən qanlı döyüşlər zamanı isə hərbi qəzetdə çalışdı. Onun hətta, müəyyən bir dövrdə işsiz qaldığı da yadımdadır. O da yadımdadır ki, Bədirxan bəy və Vurğun bəy bir-iki il qardaş Türkiyədəki Qars Qafqaz Universitetində pedaqoji fəaliyyətlə məşğul oldular.
    Bədirxan Əhmədli elmi fəaliyyətinin ilkin dövründə yazıçı Sabit Rəhmanın satirik yaradıcılığını tədqiq etmişdir. Görünür, satira janrına olan maraq sonrakı mərhələdə onu bu sahədə daha geniş spektrdə axtarışlar aparmağa sövq etmiş və nəticədə bir müddət sonra, iyirmi il bundan öncə (2005-ci ildə) "Azərbaycan satirasının inkişaf problemləri (1920–1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
    Buradaca xatırlatmağı vacib bilirəm ki, Bədirxan Əhmədli heç də “dar sahənin”, “lokal mövzuların” araşdırıcısı deyil. Onun klassik və müasir ədəbiyyat, Şərq və Qərb mütəfəkkirləri, mühacirətdəki ziyalılarımız, habelə çağdaş ədəbi proses haqqında tədqiqatları filoloji elmi fikrin zənginləşməsinə gərəkli töhfə hesab edilə bilər. Alimin, demək olar ki, bütün mövcud ədəbi janrlara aid və həmin janrlarda qələmə alınan əsərlərlə bağlı çoxsaylı yazıları vardır. Ümumiyyətlə, çoxqatlılıq, üslubi rəngarənglik, polifonizm B. Əhmədlinin yaradıcılıq manerasına xas olan cəhətlər kimi vurğulana bilər. O, həmişə geniş yaradıcılıq üfüqlərində gəzişməyi xoşlayır. Və yaxşı bilir ki, 21-ci əsrin filolgiya elmi öz tədqiqatçısından, əvvəlki illərlə müqayisədə, daha geniş ümumiləşrirmələr aparmağı, yeni paradiqmaların formalaşmasında daha cəsarətli addımlar atmağı tələb edir.
    Bədirxan Əhmədlinin üç cilddən ibarət “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” son dövr ədəbi- elmi ictimaiyyatın “aktivinə” yazılan uğur kimi dəyərləndirilməlidir.
    Bədirxan müəllimin hələ ilk gəncliyindən orta məktəbdən başlayan pedaqoji fəaliyyəti bu gün ali məktəblərdə davam etməkdədir. O, uzun illərdir ki, ölkəmizin bir sıra Universitetlərində, təhsil ocaqlarında tələbə və doktorantlara dərs deyir.
    Bədirxan Əhmədli həm də qayğıkeş ata, məsuliyyətli valideyndir. Onun oğlu Səncər və qızı Məltəm də öz ataları kimi zəhmətşek, əməksevər və vətənpərvərdirlər.
    İllər sürətlə bir-birini qovmaqdadır. Bədirxan bəyin 70 yaşı tamam olur. Bu, nə az yaşdır, nə də çox. Bir də ki, yaşın və illərin miqyasını çox zaman görülən işlər müəyyən edir. Bu mənada yubilyar dostumuz bərəkətli ömür yaşamış, məhsuldar fəaliyyət göstərmişdir. Əminəm ki, qarşıdan gələn yeni illər də arxada qalan illər kimi mənalı və uğurlu olacaqdır.


















    Şumovski kimdir?

    Çoxdanın, lap dəqiq desəm 2010-cu ilin söhbətidir. Türk kökənli rus yazıçılarının şəcərəsi haqqında yazı qələmə almışdım. O yazıda Qızıl Ordanın əsasını qoyanlardan Mirzə Aslan Çələbi və Mizə Turgen nəslindən olan dünyaca məşhur iki yazıçının -Dostoyevski və Turgenevin də şəcərəsi haqqında söhbət açmışdım. Və elə həmin yazıda rusların daha bir söz bahadırı-dahi Puşkinin də kökən-əslən türk olduğu ehtimalını, əslində isə “faktı”, vurğulamışdım. Bu “faktın” müəllifi polyak əsilli rus alimi Teodor Şumovski idi.
    ...Həmin günlərdə yolum AYB-yə düşmüşdü. Orada Fiktət Sadıqla görüşdüm. Şairlə söhbət etmək mənimçün həmişə maraqlı idi. Xasiyyətcə çox həlim, mülayim bir insan olan Fikrət müəllim, həm də çox mütaliəli adam idi. O, gülə-gülə soruşdu:
    -Firuz müəllim, Siz Şumovskini haradan tanıyırsız?- Bir az fasilə verib davam etdi:- Yəqin siz də soruşacaqsınız ki, mən onu haradan tanıyıram, eləmi?
    Gülüb dedim:
    -Yox, soruşmayacam. Bilirəm ki, o, Sizin yerlinizdir.
    Şairlə Şumovski haqqında bir xeyli söhbət etdik. Söhbətdən belə məlum oldu ki, Fikrət müəllim Şumovskinin şamaxılı dostu molla Xəlili tanıyırmış. Xəlillə Teodor vaxtilə Şamaxıdakı Sarıtorpaq mərdəsəsində təhsil alarkən dost olublarmış.
    Bəs kimdir Şumovski?
    2 fevral 1913-cü ildə Volın quberniyasının Jitomir şəhərində polyak ailəsində anadan olmuş Şumovskinin uşaqlıq və gənclik illəri Şamaxıda (Azərbaycan), qədim Şirvanşahlar dövlətinin paytaxtında keçmişdir. Onun ailəsi Birinci Dünya Müharibəsi illərində bu şəhərə köç etmişdir. Şəhərin ətrafında yerləşən məscidlərə və ərəb qrafikası ilə yazılmış məzar daşları onda ərəb dilini öyrənməyə maraq oyatmışdır. O, belə xatırlayır: “Uşaqlığım Şamaxıda keçdi, bu şəhər Bakının 114 kilometr şimalında, Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Şəhər min ildən çox yaşı olan qədim bir yerdir... XV əsrdə Şamaxı müstəqil Şirvanşahlar dövlətinin paytaxtı idi və Çin, Venesiya kimi ölkələrlə diplomatik əlaqələr saxlayırdı... 9-cu sinfi bitirdikdən sonra Bakıya yola düşdüm və bütün bir ay ərzində Xalq Maarif Komissarlığının qapısını döydüm ki, məni ərəbistikanı öyrənmək üçün Moskvaya göndərsinlər...”
    Sonralar Şumovskinin başına çox müsibətlər, bəlalar gəldi. O, dəfələrlə sürgün və həbs həyatı yaşadı.
    Alim həm də Quranın tərcüməçisidir. ... Şumovskidən əvvəl Rusiyada Quranın iki tərcüməsi tanınmışdı: G.S.Sablukov (Saratov Ruhani Akademiyasının müəllimi) və akademik İ.Y.Kraçkovski (Sovet ərəbşünaslığının qurucusu). Məsələ burasındadır ki, hər iki tərcümə nəsrlə edilmişdir. Şumovski Kraçkovskinin tələbəsi olmuş və çox hallarda onun yanaşmalarına əsaslanmışdır. Bununla yanaşı, Şumovski Kraçkovskinin tərcüməsinin nəşrində redaktə səhvləri və yanlışlıqlar olduğunu qeyd etmişdir. Ən başlıcası budur ki, Şumovski Quranı nəzmlə tərcümə edib.
    O, öz əsərlərində 22 dildən istifadə etmişdir: ərəb və fars dillərinin materiallarına, türk dillərinə (o cümlədən türk dilinə), qismən monqol, çin və yapon dillərinə bələd olmuşdur. Bundan əlavə, Avropa dillərini – italyan, ispan, portuqal, macar, polyak, ingilis, fransız, alman dillərini, habelə Azərbaycan, tatar, qazax və gürcü dillərini də bilirdi... O, xüsusən, Azərbaycan dilini yaxşı bilirdi.
    Şumovskiyə görə, rus dilində ənənəvi olaraq sırf rus mənşəli hesab edilən bir çox sözlərin əksəriyyətinin türk, fars, ərəb və ya hətta xett mənşəli olduğu ortaya çıxır. O yazırdı: “Rus dilinin leksikonunda ən erkən söz yaradan təbəqələrdən ikisi şərq mənşəlidir: türk və iran. Ənənəvi dilçilik türk təsirini əsasən Tatar-Moğol işğalı dövrünə aid edir, İran təsirini isə yalnız erkən dövrlərə – hind-avropa mənşəli ‘substrat’a bağlayır. Lakin rus dilinin leksikonunun təhlili əks nəticələrə gətirib çıxarır...” Şumovski belə nəticəyə gəlir: “Rusiya öz mahiyyətində “şərq” dünyasının üzvi bir hissəsidir, lakin qərb sivilizasiyasını mənimsəmişdir. Bu, onun inkişafının əsas dilemmasıdır və Şərq ilə Qərbin birləşdirilməsi – onun tarixi missiyasıdır...”
    ... Yeri gəlmişkən onu da deyim ki, mənim Moskvada yaşayan jurnalist tanışım Yuri Məmmədov vaxtilə Şumovski ilə görüşmüş, ondan müsahibə götürmüş, hətta ona kitab həsr etmişdir. Adətən deyirlər ki, alimin, yəni Şumovskinin ən böyük xidmətlərindən biri XV əsrdə Şirvanda yaşamış Azərbaycan şairi Ətaallah Ərraninin (Ataallah Arrani) yaradıcılığının tədqiqi ilə bağlıdır. Bu, əlbəttə, özlüyündə maraqlıdır. Amma... Məsələ burasındadır ki, həqiqətdə belə bir şair, yəni Ətaallah Ərrani adlı bir şəxs ümumiyyətlə mövcud olmayıb. Bu, Şumovskinin özünün götürdüyü bir təxəllüsdür. Elə onun “yaşadığı tarixi” də, yəni XV əsri Şumovski özü seçib, özü “müəyyənləşdirib”. Bu barədə vaxtilə görkəmli alimimiz Rüstəm Əliyevin məqaləsi də olub. (Bu faktı isə hörmətli Rafael Hüseynin qeydlərinə əsasən deyirəm-F.M.).
    Alimlə görüşən jurnalist Yuri Məmmədov xatırlayır: “2010-cu ildə son görüşümüzdə Şumovski mənə dedi ki, həyatının son illərində çox istərdi Şamaxını yenidən görsün, həsrətini çəkdiyi bu yer ona hələ də doğmadır. O, məscid həyətindəki arıların vızıltısını, ərəb yazıları ilə bəzədilmiş qədim məzar daşlarını və dostu Xəlilin işıqlı təbəssümünü xatırlayırdı. Xəlil ona mollalıq edəcəyini proqnozlaşdırırdı. Teodor Adamoviç əlavə etdi: ‘Mən Azərbaycan qarşısında çox borcluyam...’
    Yeri gəlmişkən, bu, mərhum Fikrət Sadığın haqqında danışdığı Molla Xəlil idi.
    ...Mən indi Teodor Şumovskinin Ətaallah Ərraninin (Ataallah Arrani) imzası ilə yazdığı bir neçə rübaini təqdim edirəm.

    Hər deyilən sözə məhəl qoymayan,
    Ürəklərdən keçən hər fikri duyan,
    Qarğalar içində qısıb səsini
    Bülbül kimi qalan xoşbəxtdir, inan.

    Nə dərdi mənimlə bölənlənlər üçün,
    Nə qanlı döyüşdə ölənlər üçün
    Göz yaşı tökərək ağlamıram mən,
    Ağlaram sevgisiz olanlar üçün.

    Mənə “Şirvani” də deyirlər bəzən,
    Şirvanlıtək qəbul edirlər hərdən.
    Amma doğulmuşam mən Lənkəranın
    Geniş çöllərində -Ərraniyəm mən.

    Şirvanım, torpağın su mirvarısı,
    Mənim həyatımın sənsən mənası.
    Əmr et, qulluğunda hazıram daim,
    Sənsən gözəlliyin, şeirin mayası.

    Qızılgül bağıyçün qurudur çöllər,
    Onunçün Şamaxı hey məni səslər.
    Şairlər yurdunda poladı döydüm,
    Şeirlə yoğruldum, bişdim sərasər.

    (Rübailəri tərcümə edəni: F.M.)























    Meydanda toplanan milyonların aqibəti necə oldu?

    Bir zaman Bakı bulvarında “Nu poqodi” adlı bir kafe vardı. Orada “atüstü” yeməklər verirdilər. Amma müştərilərin çoxu kafeyə yeməyə yox, çay içməyə gəlirdi. Arabir mənim də yolum o tərəfdən düşürdü. O vaxtlar o qədər də tanınmayan, amma az bir müddətdən sonra ictimai-siyasi həyatda fəallıqları ilə seçiləcək bir çox ziyalıları, çayxana funksiyasını yerinə yetirən həmin kafedə görmək olurdu. Məsələn, ötən əsr 80-ci illərin ikinci yarısında Əbülfəz Elçibəy, Kamil Vəliyev (Nərimanoğlu), Aydın Məmmədov, Vaqif Cəbrayılzadə, Səfər Alışarlı, Tağı Xalisbəyli (Salahov), Vurğun Əyyubov, Məhəmməd Hatəmi (Tantəkin), Sabir Mustafayev (Yanardağ), Vidadi Məmmədov və başqa ziyalılar orada təkcə çay içmir, məsələn, həm də təzə çıxan kitabları müzakirə edir, elmi yeniliklərdən söhbət açır, arada gün-güzəranla bağl nəsə deyir, Qorbaçovun konkret hədəfi bilinməyən “yenidənqurmasından”, “köhmə” dissedentlərə göstərilən təzə münasibətdən danışırdılar... Bir sözlə, yeknəsək “çay süfrəsi” ətrafında rəngarəng, maraqlı mövzuda söhbətlər olurdu.
    Yeri gəlmişkən, “Nu poqodi”didən bir qədər aralıda- “Neftçilər” prospektinin o biri tayında da bir çayxana vardı -“Azneft çayçısı”. Bəzən ziyalıların “toplantısı” orada baş tuturdu. Hər iki “məkanda” adını bilmədiyim, ziyalıların söhbətinə diqqətlə qulaq asan, arada deyilənlərə münasibət bildirən gənclər də gözə dəyirdi.
    Həmin “obyektlərin” sonrakı taleyinin necə olduğunu deyə bilmərəm, yəni onlar yoxa çıxdı. Bircə onu xatırlaıyıram ki, Qorbaçov “yenidənqurmasının” şirin vaxtında o vaxtkı böyük ölkədə aləm bir-birinə dəyməyə başladı. Milli ədavət, siyasi qətllər, qaçqınlar, tətillər, mitinqlər adamların və cəmiyyətin simasını dəyişdirməyə başladı. Təkcə ermənilərin sifəti dəyişməmişdi- xəyanət öz əzəli və əbədi libasında idi...
    Tezliklə indiki “Azadlıq” meydanında əvvəlcə tribuna, sonra isə çadırlar quruldu. Xalqımızın əksər ziyalıları həmin meydan və tribunada idi. Bütün zamanlarda olduğu kimi, ziyalılar xalqlar arasında sülh, barış, dostluq istəyirdi. Meydana toplaşan adamların əksəriyyəti isə “qana-qan” deyirdi. Bu da təbii idi. Qonşu respublikadan bizim on minlərlə soydaşımız deportasiya olunmuşdu.
    Bir müddət davam edən çaxnaşmadan, çəkişmədən sonra meydanda sanki nisbi sakitlik yarandı. O vaxtacan əldən-ələ keçən “səyyari səsucaldan”-meqafon sabit bir yerdə qərarlaşdı. İndi həmin “səsucaldanın” öz sahibi vardı. Tezliklə meydanı Şmidt zavodunun fəhləsi Nemət Pənahlı (o zaman onun soyadı hələ Pənahov idi) idarə etməyə başladı. Bu, vaxtilə ziyalıların yanında (...) gördüyüm gənclərdən biridir... Yeri gəlmişkən, “meydanda” barışdırıcı mövqedən çıxış edən ziyalılar sonrakı mərhələdə “aşağıdan” gələn təzyiqlər nəticəsində tədricən tribunadan uzaqlaşdırılmağa başladı.
    Bəli, mitinqlər vüsət almağa, ölkəmizin bütün ərazisinə yayılmağa başladı. Təbii ki, imkan olanda mitinqlərdə iştirak edənlərdən biri də mən idim. “İmkan olanda” deyirəm ona görə ki, mən həmin dövrdə böyük bir yükün, yox, əslində bir neçə yükün altına girmişdim. Belə ki, bir neçə ali məktəbdə tələbələrə, Elmlər Akademiyasında aspirantlara dərs deyir, Az.Tv-də verilişlər aparır, “Azərbaycan gəncləri” qəzetinə köşə yazıları yazır, “Bilik” cəmiyyətinin xətti ilə rayonlarda mühazirələr oxuyur, bundan başqa ailə qayğıları ilə məşğul olurdum. Və həmin dövrdə iki bədii, iki elmı kitabım nəşr olunmuşdu.
    Əlbəttə, bütün bunların bir çoxu təkcə mənəvi tələbatını deyil, həm də ailənin maddi tələbatını ödəmək, yəni dolaışıq naminə edilirdi. Sözümün canı odur ki, az qala bütün sutkanı çalışırdım, boş vaxtım az olurdu...
    Belə gərgin iş şəraitində vaxt tapıb “meydana” da gedirdim. O zaman meydanın mühafizəsini təşkil edənlərin əksəriyyəti tələbələr idi. Onların bir çoxu mənim universitetlərdə dərs dediyim gənclər idi...
    Hətta, günlərin bir günü Politexnik və “AZİ”dən olan tələbələrim məni az qala darta-darta meydandakı tribunaya-“prezidiuma” qaldırdılar.
    Yadımdadır, tribunadan baxanda meydan adama qəribə təsir bağışlayırdı: aşağıdakı insanlar dəniz suyu kimi dalğalanırdı. Meydanın bir ucu gedib Xəzərə dirənirdi. Elə bil meydandakı dalğalar aşıb-daşaraq beşa ddımlıqdakı dəniz dalğalarına qarışırdı...
    Tribunadakılar artıq meydana toplaşanların yaxşı tanıdığı adamlar idi: Əbülfəz Əliyev, Xəlil Rza, Tağı Salahov, Sabir Rüstəmxanlı, Famil Mehdi, Nemət Pənahov... Daha bir neçə adam... Bundan başqa Nəsimi rayonunun “raykomu” Afiyəddin Cəlilov və o vaxtkı “26-lar” rayonun “raykomu” Vəli Məmmədov da “prezidiumda” idi. Mitinqi Sabir bəy və Nemət bəy aparırdı. Çıxışlar sərt idi. Orası da yadımdadır ki, Vəli müəllim arada Sabir Rüstəmxanlıya yanaşıb çıxışların kəskinliyini irad tuturdu. Elə Afiyəddin müəllim də Nemət Pənahova eyni iradları bildirir, bir qədər “yumşaq” ifadələr işlətməyi məsləhət görürdü.
    Tribunada nəsə demək lazım idi... Şıxış etdim. Bir neçə “tezis” irəli sürdüm. İndi o “tezislərdən” təkcə birini xatırlayıram: nə üçün bizim Respublikamızdan SSRİ Ali Sovetinə öz vətənpərvər soydaşlarımızdan yox, Azərbaycanın ya üzünü görməyən, ya da xalq hərəkatını ittiham edən “moskvalılar” seçilməlidir? Məsələn, İvan Dmitriyeviç Laptev (deyəsən, bu adam- mənim fəlsəfə üzrə həmin “kollegam” hələ də sağdır, indi yaşı 90-ı keçmiş olar) Baş redaktoru olduğu “İzvestiya” qəzetində bizə qarşı hədyanlar yazdırır, amma biz onu Ali kürsüyə namizəd vermişik. Bax belə... Çıxışım sürəkli alqışlarla qazandı.
    Burada maraqlı bir detalı da xatırlatmağı vacib bilirəm. Belə ki, həmin günün axşamı “Xəbərlər” proqramında Meydandakı çıxışlardan fraqmentlər gedərkən mənim çıxışımın “kəsildiyini”, yəni efirə verilmədiyini gördüm. Sən demə, bu “redaktə” işini televiziyada işləyən yaxın bir qohumum aparıbmış; istəməyib ki, adım hakimiyyətin “qara siyahısına” düşsün, ona görə həmin hissəni “qayçıladıb”. Təbii ki, mən bunu sonralar bildim. Amma həmin çıxış, səhv etmirəmsə, hörmətli dostumuz Ədalət Tahirzadənin “meydan epopeyası” haqqında yazdığı memuarda- gündəliklərdə əks olunub...
    Tribunada olduğum müddətdə heyrətamiz bir səhnənin də şahidi oldum. Üz-gözünü tük basmış iki cavan oğlan iri bir kisəni az qala sürüyə-sürüyə çıxışçıların toplaşdığı meydançanın nisbətən arxa tərəfinə apardılar. Kisələrin ağzı açıldı. Yəqin ki, hamı heyrətləndi. Kisə ağzınacan pulla dolu idi. Yəqin ki, bu qədər pulu bir yerdə yalnız bank işçiləri görə bilərdi. Oğlanlar Nemətə yaxınlaşdı. Onlar nəsə pıçıldaşdılar. Nemətin əlinin işarəsi ilə başqa bir oğlan kisəyə yaxınlaşıb onu yerdən götürdü. Mən həmin oğlanı tanıdım. Bu kürən oğlan Rəsul idi. Vaxtilə onu da “Nu poqodi”də görmüşdüm...
    ...Qısa yolla gedirəm...
    Doğrusu, bu əhvalatı çoxdan unutmuşdum. Amma...
    Bu yaxınlarda TV kanallarının birində AMEA-dan dürüst, savadlı, vicdanlı bir insan kimi tanıdığım coğrafiyaçı alim Ənvər Əliyev və vaxtilə meydan hərəkatını idarə edənlərdən birinin- Nemət Pənahlının debatına baxdım. Söhbət meydanda toplanan pulların aqibətindən gedirdi. Özü də nə az, nə çox, on milyon pulun taleyindən. Nemət pulun toplandığını inkar etmirdi, deyirdi ki, orada 7-8 milyon pul olub. Amma and-aman edirdi ki, həmin pullardan cəmi qırx mini ona çatıb, onun da haraya xərcləndiyini meydanda və mətbuatda bildirib. Qalan pulun, (Nemətin özü bunu belə ifadə etdi: “Rusiyada gəbərən, gorbagor olan Rəsulun arvadının dediyinə görə”) Əbülfəz bəyə və Məmməd Əlizadəyə çatdırıldığını bildirirdi. Ənvər Əliyev isə həmin pulların hamsının məhz Nemətdə olduğunu israr edirdi.
    ...Yenə qısa yolla gedirəm...
    Dünyanın qəribə işləri olur...
    Bir neçə il əvvəl Daşkənddə nəşr olunan kitabımın təqdimatı ilə bağlı qardaş Özbəkistana getmişdim. Orada çoxdan tanıdığım həmkarlarımdan biri ilə görüşəsi oldum. Yanvar ayı idi. Söhbət əsnasında 20 Yanvar hadisələrini xatırladıq. Tanışım sözarası “meydandakıların” adını çəkərkən soruşdu: “Rəsul adlı adamın adını eşitmisən? O, daha çox meydanda “pulyığan” kimi tanınırdı”. Dedim ki, bəli, belə bir adamı uzaqdan da olsa tanıyırdım.
    Həmkarım bir qədər susub gülümsəyərək dedi: “Rəsul mənim yaxın qohumum, Nemətinsə dostu idi. O, həqiqətən meydanda yığılan pulları yerbəyer edirdi. Pullar dörd evdə gizlədilibmiş. Rəsulun özünün dediyinə görə, meydan bir az səngiyəndən sonra xüsusi xidmət orqanının əməkdaşları Rəsulu xirtdəkləyib, ondan yığılan pulları geri qaytarmağı tələb ediblər. Rəsul əvvəlcə nala-mıxa vurub. Sonra onu maşına otuzdurub pulların gizlədildiyi ünvanlara aparıblar. O, pulları son qəpiyinə görə qaytarmalı olub...”
    Araya sükut qondu. Həmkarım qısa fasilədən sonra ürəyimdən keçənləri oxuyubmuş kimi dedi: “Yəqin ki, inandırıcı görünmür. Dogrusu, əvvəlcə mən də ona inanmırdım. Sonra iş elə gətirdi ki, mən Özbəkistana gələsi oldum. Günlərin bir günü qohumum, yəni həmin Rəsul burada gəlib məni tapdı. Təhər-tövründən görünürdü ki, vəziyyəti və səhhəti yaxşı deyil. Dedim ki, gedək həkimə müalicə olun. Dedi ki, müalicə olunmağa imkanım yoxdur. Daşkənddə qalıb işləmək istəyirdi. Alınmadı. Buradan çıxıb getdi Qazaxıstana. Öyrəndim ki, Alma-Atada işə düzəlib, fəhlə kimi çalışır. Orada bir rus qadını ilə evlənmişdi. Ağır xəstəliyə düçar olmuşdu. Elə orada da öldü... Yox, vətənə aparmaq imkanı olmadı, elə öldüyü şəhərdə dəfn olundu. Bax, “pulyığan” Rəsulun taleyi belə oldu...”
    Düzü, indi bu məsələyə obyektiv qiymət vermək çətin işdir. Kimin haqlı, kimin haqsız olduğunu bu işin içində olanlar daha dəqiq bilərlər. Mən isə adamların dediyinə həmişə inanmışam... Bu inam yenə davam etməkdədir. Hətta, bəzən bu inama görə zərbələr alsam belə.
    Dediyim odur ki, illər öncəsi muşahidə edib gördüklərimi qələmə aldım. Daim bu qənaətdə olmuşam və yenə o qənaətdəyəm ki, əksər hallarda böyük pullar böyük xoşbəxtliklər yox, böyük bədbəxtliklər gətirir. Bu, zamanların qənaətidir.



    İki məşhurun dostluğu...
    Bünyadov Semyonovu necə xilas etdi?

    Fevral ayının 21-i Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun faciəli şəkildə həlak olduğu gündür.
    Ziya müəllimi tanıyırdım, AMEA-da az qala hər gün üz-üzə gəldiyim adam idi. Sərt, düzünəqulu, zahirən bir az da kobud adam təəssüratı yaratsa da, qəlbən həssas, duyğusal bir şəxs idi. Hətta çoxları bilmir ki, Ziya müəllim rusdilli olsa da dilimizdə şeirlər, həcvlər də yazırdı. Onun şeirlərindən bir neçəsini vaxtilə qəzetdə dərc etdirmişəm. Oğlu Heydər biz işləyən kafedrada imtahan vermişdi, alicənab, yüksək mədəniyyətli, sakit, təvazıkar bir oğlan idi, heyif, həyatını tez qayb etdi. Ziya müəllimin həyat yoldaşı Tahirə xanımı isə Azradiodan tanıyırdım.
    Söhbətimin məğzi ayrıdır...
    Ziya müəllim müharibə başa çatandan, ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuşdu. Onun əhatəsində olan və olmaq istəyənlər çox idi. 24 yaşında SSRİ-nin ən yüksək mükafatına layıq görülmüş gənci sevənlər, ona diqqət yetirənlər də az deyildi. Tələbə Bünyadovun dostları arasında Primakov və Senyonov sonralar az qala bütün dünyada məşhur oldular. Onlar Ziya ilə eyni dövrdə, amma fərqli kurslarda oxuyurdular.
    Müxtəsər söhbətimizin qəhrəmanları Yulian Semyonov və Ziya Bünyadovdur.
    Oxucular yaxından tanısın deyə, vurğulamaq istəyirəm ki, Yulian Semyonov məşhur yazıçıdır və ən məşhur filmlərdən birinin ssenari müəllifidir: bu, “Baharın onyeddinci anı” filmidir. Yəni “Ştirlis” haqqında film...
    Bünyadov ilə Semyonov arasında on yaş fərq olsa da, onların dostlugu tuturdu.
    Günlərin bir günü gələcəyin məşhur yazıçısını oxuduğu İnstitutdan qovmaq istəyirlər. Sən demə, Yulianın atası “xalq düşməni” imiş və oğul Semyonov bunu gizlədirmiş... Bunu eşidən tələbə Bünyadov tez özünü dostunun “mühakimə” olunduğu zala çatdırır və söz alıb tribunaya qalxır. O, sanki şərt qoyub deyir ki, Yulianı İnstitutdan qovsanız mən də buranı tərk edəcəyəm. Və əlavə edir: “Axı yoldaş Stalin deyib ki, oğul ataya görə cavab verməməlidir”.
    Beləliklə, bu ciddi “ultimatum” və təhdiddən sonra Yulian Semyonov təhsilini davam etdirir...
    Mən bu barədə məlumatı SSRİ çökmək ərəfəsində olanda Yulian Semyonovun özünün bir müsahibəsində oxumuşdum.
    Onların dostluğu son günlərinəcən davam etdi. Yulian Semyonov 1993-cü ilin 15 sentyabrında vəfat etdi. Hə, yeri gəlmişkən onu da deyim ki, yazıçının qızı Darya Semyonova israrla bildirir ki, onun atasını “aradan götürüblər”. Ziya Bünyadov isə 21 fevral1997-ci ildə faciəli şəkildə həlak oldu.
    Mən bu əhvalatı niyə xatırladım?
    Adam dostluğunda da kişi olar, düşmənçiliyində də. İndi dünən “dost” dediyi adama bu gün arxadan zərbə vuranlar da yox deyildir... Təəssüf.
    ...Tramp gələndən Amerika demokratiyasına təhlükə yaranıb.
    ...Ümumiyyətlə, nədir demokratiya? Bu mövzu ilə bağlı yüzlərlə kitab yazılıb. Bu konu ətrafında saatlarla, günlərlə danışmaq, mübahisə etmək olar.
    Demokratiyanın sadə formuləsini hamınız bilirsiniz. Qalır təkcə ona əməl etmək.
    Demokratiya- vicdanla siyam qardaşdır.
    Demokratiya- sənin içindəki “ikinci səsdir”. Təki o “səsi” aydın “görmək” üçün bəsirət gözün və maneəsiz “eşitmək” üçün iti qulağın olsun.
    ... Hava soyuqdur. Ağır-ağır qar yağır....




























    Şairin şarjı

    “İosif İliç İgin (əsl soyadı Ginzburg, 1910—1975) — Sovet karikaturaçı rəssamıdır, ədəbiyyat və incəsənət sahəsindəki bir çox tanınmış şəxslərin karikatura və portretlərinin müəllifi kimi məşhurdur.
    Rəssam 1910-cu ildə yəhudi qəsəbəsi Propoiskdə (indiki Slavqorodda) anadan olub. O, 1920-ci illərin sonunda Leninqrad Rəssamlıq Texnikumunda təhsil almış, daha sonra məşhur Vxutemas və Vxutein (Ali Rəssamlıq-Texniki İnstitut) bazasında təşkil edilmiş Moskva Poliqrafiya İnstitutunu bitirmişdir.
    İgin daha çox çoxsaylı karikaturaların müəllifi kimi şöhrət qazanmışdır. Sovet dövründə siyasi xadimlərin karikaturalarını və şarjlarını çəkmək qəti qadağan olunmuşdu. Buna görə də rəssam daha çox öz dövrünün yazıçıları, aktyorları və digər tanınmış mədəniyyət xadimlərinin şəkillərindən ibarət bir karikatura qalereyası yaratmışdır. Burada Vladimir Mayakovski, Maksim Qorki, Bernard Şou, Korney Çukovski, Samuil Marşak, Faina Ranevskaya, Nazim Hikmət və başqalarının şarjlarına rast gəlmək mümkündür.
    İginin rəsmləri o zamanlar Sovet jurnallarının yumoristik bölmələrində dərc olunurdu və çox məşhur idi. Xüsusilə, "Krokodil" jurnalında onun çoxlu karikatura işləri çıxmışdır. Əsərlərinin böyük bir hissəsi kitab-albomlarda toplanmışdır.
    İgin son illərdə xatirələrini yazmışdır. Bu xatirələr nəticəsində "Çəkdiyim insanlar haqqında" (1966), "Mən onları gördüm..." (1975) adlı kitabları nəşr olunmuşdur.
    Rəssam 1975-ci ildə Moskvada vəfat etmiş və Vaqankov qəbiristanlığında dəfn edilmişdir. Onun arxivi Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır.
    Məşhur rəssamın “qəhrəmanlarından” biri də böyük şair Səməd Vurğun olmuşdur.
    Rəssam 1975-ci ildə nəşr olunan son kitabında ("Mən onları gördüm...") Azərbaycan şairi Səməd Vurğunla görüşünü xatırladır…
    İgin qısa təəssürat yazısında məşhur şairin alicənablığını, səxavətliliyini, qonaqpərvərliyini, necə yumor hissinə malik olduğunu da bacarıqla təsvir edə bilib.
    İosif İgin öz kitabında Səməd Vurğunla görüşünü belə xatırlayır:
    “1952-ci ilin yazında mənə redaksiyadan xəbər verdilər ki, Səməd Vurğun Moskvaya gəlib. Onun rəsmini çəkmək lazımdır. Mən şairlə əlaqə saxladım və səhərə görüş təyin etdik...”
    Gecənin bir yarısı Səməd Vurğun gözlənilmədən İgini qəfil telefon zəngi ilə oyadır.
    Rəssam şairin sözlərini belə xatırlayır:
    “- Bir bəladır düşmüşəm… Moskvada yata bilmirəm. Bizim Bakıda gündüz ağ, gecələrsə qara olur. Burada isə gündüz də boz olur, gecə də… Mən yatmaq əvəzinə, sənin yanına gəlib oturacağam, söhbət edərik...”
    Onlar görüşürlər. “Söhbət dan yeri sökülənə qədər davam etdi. Şairin şeirlərini oxunması ilə gecə sona çatdı. Səməd şeirlərini Azərbaycan dilində oxuyurdu, mən isə onu dinləyir və şəklini çəkirdim”.
    Rəssam xatırlayır ki, şair arada onun çəkdiyi rəsimə baxıb zarafatla deyir:
    “Ata- babalarımızın qanunlarına görə, mən səni öldürməliyəm, — dedi. — Çünki Şərqdə insanı güldürən və digərlərini də ona güldürən adam ən böyük düşməndir. Mən səninlə görüşdüm, səninlə şərab içdim, şeirlər oxudum, amma sabah insanlar qəzeti açacaq və deyəcəklər: Bir bura bax, gör bu Səməd Vurğun necə də gülməlidir!”
    İgin deyir ki, mən ona belə cavab verdim: “Əgər qanun belədirsə, onda məni öldür.”
    Şairin cavabı hazır idi: “Təəssüf ki, mən bura gələndə nəyə razı olduğumu bilirdim. Bu dəfə ataların qanunu pozulacaq...”
    Ertəsi gün İgin və Vurğun birlikdə “Moskva” mehmanxanasında nahar edirlər. Rəssamın xatırladığına görə, restoranda xeyli boş kiçik stollar varmış, lakin Səməd Vurğun çox böyük, iyirmi nəfərlik bir masanı seçir.
    Bunun öz səbəbi var imiş. İgin belə xatırlayır:
    “Mən ona dedim ki, biz kiçik stolun arxasında otursaq, bu, daha rahat olmazmı? Səməd etiraz edərək dedi: “O nə sözdür elə? Bu mehmanxanada çoxlu dost- tanışlar olur. Birdən onlar gələ bilərlər. Onda mən onları kiçik stol arxasında necə qonaq edə bilərəm?!”
    P.S. İlk dəfə İginin “Mən onları gördüm...” kitab-albomunda nəşr edilmiş bu müxtəsər yazını ölkəmizdəki “Azerhistory.com” saytı dərc etmişdir. Həmin qeydlər Xalq yazıçısı Anarın məsləhəti ilə “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edildi.










    Mehman və Fəridə
    Bu qeydləri “qeyri-adi sevgi” də adlandırmaq olar...

    Sovetlərin son illərinin söhbətidir...
    Mən indiki AMEA-nın Fəlsəfə kafedrasının müəllimi (dosenti) idim. Kafedra müdirimiz elmi rəhbərim, akad. Məqsəd Səttarov idi. Yeri gəlmişkən onu da deyim ki, Məqsəd müəllimin nəvəsi İsmət Səttarov hazırda Radio-Televiziya şurasının sədridir və təbi ki, mənim onunla tanışlığım yoxdur, çünki o zamanlar bu gənc oğlan lap uşaq olardı...
    Hə, sözümün canı var.
    O zamanlar ölkənin demək olar ki, bütün təhsil ocaqlarının aspirant və dissertantları bizim kafedrada imtahan verirdi.
    Yadımdadır, günlərin bir günü “minimum” imtahanları qəbul edirdik. Gləcəyin elm adamları bəlli siyahı üzrə imtahan zalına daxil olur, biletlərini çəkir, kamali-ədəb və ehtiramla suallara cavab verirdilər... İmtahan verənlər zalı tərk edir, onları növbəti “həmkarları” əvəz edirdi...
    Qapı açıldı. Ucaboy, qamətli bir oğlan daxil oldu. Amma o, tək deyildi, oğlanın qollarının üstündə gənc, yaraşıqlı bir ... xanım vardı. Məqsəd müəllim də çaşdı, mən də. Əyləşmək üçün yer göstərdik. Oğlan ehtiyat və ehtiramla xanımı kreslada əyləşdirtdi. Təbii ki, onlardan biri imtahan verməyə gəlmişdi. Və çox güman ki, oğlan bu gənc xanımı imtahana gətirmişdi. Görəsən oğlan bu xanımın nəyi idi? Ehtimal ki, qardaşı, qohumu, sürcüsü ola bilərdi...
    Məqsəd müəllim həssas, dünyagörmüş, 1-ci cahan müharibəsinin ağır qovğalarından çxmışadam idi. Ehtiyatla ordan-burdan suallar verdik. Söhbət əsnasında belə məlum oldu ku ki, xanım imtahan verməyə gəlib... Oğlan onun həyat yoldaşı imiş. İndi dəqiq xatırlamıram, onun xanımı ya doğulanda, ya da sonralar ayağını itirmişdi... Bu yaraşıqlı oğlan bu zərif qızı sevib, onunla ailə qurub. Hər ikisi incəsənət sahəsinin adamı idi. Elmə maraq göstərirdilər.
    Oğlan əlini uzadıb bilet çəkdi və götürdüyü bileti qıza uzatdı. Qız sualları ucadan oxuyub cavab verməyə başladı. Onun sərrast nitqi, aydın diksiyası, yumşaq səs tembri vardı...
    Məqsəd Səttarov əlinin işarəsi ilə “dayanmaq” işarəsi verdi. Üzümə baxdı. Yəni “fikrin nədir?” Çox təsirlənmişdim.
    Məqsəd müəllimin “rəyimi” üz-gözümdən “oxumuşdu”. Onun iri, yaşıl-qonur gözlərinin dərinliyində kədər qarışıq bir rəğbət işartısı parlayırdı. Doluxsunmuşdu.
    ...Kitabçasında yazılmış yüksək qiyməti görən qız və onun həyat yoldaşı da qəhərləndi.
    Məqsəd müəllim üzünü oğlana tutub dedi:
    -Kişi oğlu, xanımın yaxşı hazırlaşdığına görə ona yüksək qiymət yazdıq. Firuz müəllim də mənim təklifimlə razıdır... Sənə də bu böyük fədakarlığına görə şifahi də olsa “əla” yazırıq. Gedə bilərsiz. Bir-birinizdən muğayat olun.
    Oğlan təşəkkür edib xanımını ehtiramla qucağına götürdü...
    Bu əhvalat haradan yadıma düşdü? Dünən bir neçə incəsənət adamı belə bir xoşbəxt cütlüyün olduğunu danışanda sizə nəql etdiyim bu epizodu xatırladım. Sən demə, həmin oğlan, adını-soyadını unutduğum Mehman Abdullayev uzun illər Mədəni-maarif texnikumunda müəllim işləyibmiş, indi rəhmətə gedib. Xanımı da pedaqoq imiş. Onun adını xatırlayanlar oldu. Sən demə Fəridə xanım İncəsənət Universitetinin müəllimi imiş... Bu cütlük sonacan ailə ocağının odunu birgə qoruyublar.
    P.S.
    Bu il mənim mərhum elmi rəhbərim, gözəl alim, tanınmış filosof, vətənpərvər insan akad. Məqsəd Səttarovun anadan olmasının yüz illiyidir.
    Bu kiçik qeydlərə M.Səttarovun fotosunu əlavə edib ona rəhmət diləyirəm.
    Ruhu şad olsun.
    P.P.S.
    Mən bu yazını sosial şəbəkədəki səhifəmdə paylaşandan sonra çoxlu rəy və fikirlər gəldi. Yazanlar arasında Mehman Abdullayevin həmkar və tələbələri də vardı. Budur, həmin məktublardan ikisini təqdim edirəm:

    “Nargilə Rəhman
    Qadının adı Fəridə idi. Anadangəlmə ayaqları olmayıb. O zamankı Leninqradda uzun illər xəstəxanada yatıb ...Ona ilk dəfə belə protezi düzəldən alim patent alıb.
    Fəridə xanım İncəsənət institutunda bizə dərs deyib. Mehman müəllim də orda müəllim idi o vaxtlar.
    Mən onlar haqqında”Aliyə” adlı romanımda yazmışam...
    ...səhv etmirəmsə, iki qızları vardı. Mehman müəllimin onunla ailə qurmasıyla bağlı institutda söhbət gəzirdi ki, Mehman müəllim(gözümün önündədir siması) ucaboy, görkəmcə yaraşıqlı biriydi və çox gözəl bir qızla nişanlıymış. Bir gün nişanlısının xəyanətiylə üzləşir və gözəl qadınlara qarşı antipatiya yaranır onda. Məhz buna görə də ailə qurmağa elə qadın seçir ki, ondan başqasına baxmasın...
    Biz dərsdə dərsi kənara qoyub Fəridə xanıma həyatıyla bağlı suallar verməyi sevərdik.Çox özünə baxmağı sevən həyat dolu qadın idi.Ünsiyyətcil idi. Bir gün onun səmimiyyətindən istifadə edib belə bir sual verdik ki, heç ayaqlarının anadangəlmə olmamağına görə (dizdən aşağı olmayıb, protezi vardı) utanıbmı? Dedi tək bir dəfə; toyumun olduğu gecə…”

    “Məlahət Əhməd
    Biz institutda oxuyanda hər ikisi incəsənətdə dərs deyirdi. Bütün tələbələr onlarin bu sevgisini görürdük. Mehman müəllim həyat yoldaşına qarşı çox diqqətli idi. Ruhları şad olsu...”























    SƏHNƏ ONUN UÇUŞ ZOLAĞI İDİ

    Əli Salahlı ilı "qiyabi" tanışlığımın tarixi ötən əsrin 80-ci illərinə gedib çıxır. Mən onun çəkildiyi tamaşalara baxmış, radio çıxışlarına qulaq asmış, müsahibələrini dinləmişdim. Lənkəran tərəfdən olan dostlarının toy məclislərində isə onun necə şövq və həvəslə şeir deməsinin şahidi olmuşdum.

    Əli müəllimlə yaxın ünsiyyətim 3-4 il əvvəl yarandı. Lənkəran Dövlət Dram Teatrı mənim "İlğım" adlı pyesimi öz repertuarına daxil etmişdi. Baş rolun - Çapar obrazının ifaçısı Əli Salahlı idi. Mən xoş bir bahar günü Lənkərana - əsərin premyerasına baxmağa dəvət edildim. Teatrın kollektivi məni təsəvvür etdiyimdən çox isti bir hərarətlə, səmimiyyətlə qarşıladı. (Yeri gəlmişkən qeyd edim ki, teatrın qarşısında Əli Salahlı ilə görüşüb köhnə tanışlar kimi tez-tələsik işgüzar söhbətə keçməyimizi o vaxt mənimlə Lənkərana çəkilişə gedən operator dostum lentə alıb; mən bu yaxınlarda həmin görüş səhnəsinə baxanda doğrusu kövrəldim). Məni təkcə Əli Salahlı deyil, bütün kollektiv öz köhnə tanışı, həmkarı kimi qəbul etdi. Söhbətarası qəhrəmanın ıfaçısı (Ə.Salahlı) əlini saqqalına çəkib yarızarafat-yarıciddi dedi ki, mən məhz sənin yaratdığın obraza - Çapara görə saqqal saxlamalı olmuşam. Və əlavə etdi: "Axı rəssamlar adətən saqqal saxlayırlar". Mən dən zarafatla dedim: "Öz aramızdır, saqqal sizə çox yaraşır; istənilən rəssam sizə bu sahədə həsəd apara bilər". Əli Salahlı ciddiləşib cavab verdi: "Əslində mən elə bir az da rəssamam". Sonra mən bildim ki, Əli müəllim həqiqətən həm də rəssam imiş, özü də "bir az" yox, əməlli-başlı. Və orası da məlum oldu ki, elə "İlğım" tamaşasının quruluşçu rəssamı da - baş rolun ifaçısı Əli Salahlı imiş...
    Tamaşa böyük uğurla keçdi. Xüsusilə, Əli Salahlının yaratdığı obraz öz dolğunluğu ilə seçilirdi. Əli müəllimin təkcə səhnəyə gəlişi, replika və mükalimələri deyil, elə sükutu, düşüncəyə dalması da alqışlarla qarşılanırdı. Mən indiyəcən öz əsərlərimin 20-dən artıq premyerasında iştirak etmişəm. "İlğım"ı və onun əsas ifaçısı Əli Salahlının işini xüsusi dəyərləndirirəm. Böyük sənətkarın gur-bariton səsi, nüfuzedici baxışı, cilalanmış hərəkətləri yaddaşıma həkk olunub. O, rəssam Çaparın sevinc və iztirablarını, qısqanclıq və tərəddüdlərini, səhv bı etiraflarını çox təbii boyalarla canlandırırdı. "Tamaşadan sonra Lənkəran ziyalılarından biri mənə yaxınlaşıb dedu: "İndiki zamanda tamaşaçılar komediyaya, ən çox da yüngül gülüşə üstünlük verirlər. Amma mən "İlğım"a baxanda anladım ki , bizdə ciddi əsərləri də sevirlər. Sizə minnətdaram". Mən dedim ki, bu uğur üçün Lənkəran Teatrının kollektivinə, xüsusən də baş rolun ifaçısı Əli Salahlıya daha çox minnətdarlıq düşür...
    Mən Lənkərandan böyük təəssüratla ayrıldım. Həmişə sevdiyim bu diyar, mənim yaddaşımda həm də tamaşalar, premyeralar, bayramlar şəhəri kimi qaldı...
    Sonralar biz Əli Salahlı ilə arabir zəngləşir, bəzi tədbirlərdə rastlaşır, hal-əhval tutur, söhbətləşirdik. Yadımdadır, 2003-cü ilin yeni il gecəsi - 31 dekabrda mənə zəng vurub təbrik etdi. Elə bildim Lənkərandan danışır. Sən demə Bakıda övladının evi varmış - oradan telefon açırmış. Bir il sonra - 2004-cü ildə elə həmin gün ona zəng vurdum, dəstəyi götürən qadın dedi ki, Əli müəllim Lənkərandadır.
    ...2005-ci ilin isti bir yay günü Çənc Tamaşaçılar Teatrının qarşısında sənət adamlarından biri ilə rastlaşdım. Fikirli idi. Görüşdük. Soruşdu ki, Əli Salahlını tanıyırdın? Elə bil ürəyimə damdı ki, nəsə olub. Tərəddüdlə cavab verdim: "Tanıyırdım yox, tanıyıram". Müsahibim xeyli susdu. Handan-hana dedi: "O, səhnədə keçindi".
    ...O, mütləq səhnədə keçinməli idi. Hər kəs öz əbədi məkanında dünyasını dəyişir; dağ kəli zirvədə, qartal səmada, balina okeanda ölür.
    Səhnə -Əli Salahlının müqəddəs və əbədi məkanı, bəlkə də uçuş zolağı idi. O, öz uçuş zolağında - iş başında həlak oldu.
























    Vaqif Səmədoğlu niyə hirslənmişdi?
    Şairdən kimlər və nəyə görə şikayət etmişdilər?

    Aradan illər keçsə də cənublu dostum Arazın söylədiyi maraqlı bir əhvalat indiyəcən yadımdan çıxmayıb. Əslində dostumun əsl adı sənəddə ayrı cürdür, mən ona daim “Araz” deyə müraciət etdiyimə görə indi də elə o cür yazıram. Əslində busayaq müraciət etməyimin səbəbkarı da o özü idi...
    Yadımdadır, isti avqust Günəşi adamları karıxdırmışdı. Biz isə Tehranda, bu qaynar-boğucu havada dar küçələrlə, necə deyərlər, səllimi gəzişirdik. Mən istini və Günəşi çox sevirəm. Nisbətən geniş küçələrdən birinə təzəcə qədəm qoymuşduq ki, dostum əlini irəli uzadıb soruşdu:
    -Görürsən o binanı, Firuz bəy?
    -Görürəm,-dedim.
    Ö gülümsəyib dedi:
    -Bananın qarşısına vurulmuş lövhədə yazılanları oxuya bilərsən?
    Çiynimi çəkib dedim:
    -Yox... Amma hərflər tanış gəlir.- Və gülüb zarafatla əlavə etdim: -Həbəş dilində yazılıb deyəsən...
    Araz dedi:
    -Hə, təxminən elə bir şeydir... Gördüyün bina hayların səfirliyidir. Düz deyirsən, həbəşlərlə hayların əlifbası bir-birinə çox oxşayır... Bax onun yaxınlığındakı o bina isə oteldir.
    Mən sakitcə onu dinləməli oldum.
    Araz bəy başladı bu iki bina ilə bağlı təəssüratını, “xatirələrini” danışmağa:
    -Bir neçə il əvvəl Vaqif Səmədoğlu buraya gəlmişdi. Axtarıb məni tapdı. Mən onunla Bakıdan tanışam, bir neçə dəfə görüşmüşdüm. Nə isə... Şairin zənginə laqeyd qalmadım. Vədələşib görüşdük. Vaqif bəy bax orada, o odeldə qalırdı...
    Sonra müsahibim sanki başladığı söhbətə mənim reaksiyamı yoxlamaq istəyirmiş kimi soruşdu:
    -Yəqin ki, Vaqif bəylə tanışsan?
    -Əlbəttə.
    -Bakıya qayıdanda salam deyərsən... Hə, onu deyirəm. Biz şairlə eyvana çıxdıq. Ordan-burdan söhbət etdik. Vaqif dedi ki, bilirəm buralarda içmək qadağandır, amma nəsə fikirləşmək lazımdır. Mən onun eyhamını anladım. Dedim ki, çalışıbıb bir şey təşkil edərik. O, mənim etirazıma baxmayaraq zorla cibimə pul basdı. Gedib bir tanışdan içki aldım. Yeməkxanadan xörək sifariş verdik. Yeyib-içəndən sonra otel otağının eyvanına çıxdıq. Mən söhbət əsnasında indi sənə göstərdiyim o binanın kimə məxsus olduğunu bildirdim. Bayaqdan sakitcəsinə söhbət edən Vaqif bəyin sanki birdən-birə əhvalı dəyişdi, qanı qaraldı. Sinəsini eyvanın sürahisinə dayayıb qonşudakı binaya sarı qəzəblə baxaraq rusca nəsə dedi. Düzü, mən onun nə dediyini anlamadım.
    Az sonra otağımıza mühafizə xidmətinin adamları gəldi. Bildirdilər ki, şikayət var, polisə getməliyik. Mən dedim ki, adam qonaqdır, senatordur, şairdir. Dedilər ki, izahat almaq lazımdır. Hiss etdim ki, gələn dəstənin başçısı türkdür, azərbaycanlıdır. Onu kənara çəkdim. Başladıq öz dilimizdə danışmağa. Onunla gələn dəstə dəhlizə çıxdı. Mən dedim ki, qonaq azərbaycanlıdır. Mühafizəçi laqeyd-laqeyd mənə baxıb çiynini çəkdi, yəni nə olsun ki? Sonra əlavə edib dedim ki, “sən Azərbaycanda yaşamış bir şair var, yəqin ki, onun adını eşitmisən”. Mühafizəçi candərdi soruşdu ki, “kimdir, nəmənədir o şair?..” Mən yaxşı bilirəm ki, buradakı bütün azərbaycanlılar həmişə Bakı televiziyalarının kanallarına baxır. Odur ki, fürsəti əldən verməyib dedim: “yəqin Səməd Vurğunun adını eşitmisən”. O, diqqətlə mənə baxıb dilləndi: “Baba, o kişinin adını kim eşitməyib ki? Mən onun Azərbaycan, Bakı, Araz haqqındaki şeirlərini əzbər bilirəm. Sən indi Vurğunun adını nə üçün çəkdin axı?” Mən dedim ki, bax bu gördüyün şenator, Səməd Vurğunun ağludur, özü də şairdir, ad-soyadı Vaqif Səmədoğludur... Mühafizəçi üzümüzə diqqətlə baxaraq bizimlə əl tutub xudahafizləşdi, dəhlizdə onu gözləyən dəstəyə yaxınlaşıb: “Getdik”- deyə, göstəriş verdi. Mən onda Vaqif bəyə zarafatla dedim ki, bax köməyimizə rəhmətlik atan gəldi... Şair kədərli-kədərli gülümsəyib bar xeyli susdu və handan-hana dedi: “Düz deyirsən, Araz”.
    Bax, bəzən belə işlər də olur.










    Nemtsov. Arvadı və qızı.
    Borisi sevənlər çox idi
    Onun yalnız bir rəsmi arvadı vardı...
    Onu "antimüsəlmanlıqda" ittiham etsələr də, arvadı müsəlman idi...

    Zənnimcə Boris Nemtsovu təqdim etməyə ehtiyac yoxdur. Rus siyasətçisi, dövlət xadimi, Rusiyanın energetika naziri, xalq deputatı...
    Nemtsovu 32 yaşındaykən Nijeqorod vilayətinin ilk qubernatoru olub. İxtisasca fizikdir. 80-ci illərdən siyasi fəaliyyətə başlayıb.
    Nemtsov Rusiyanın çeçenlərə qarşı savaşını kəskin tənqid edib.
    Nemtsov diktaturanın əleyhdarı olub...
    Rus mətbuatında Nemtsovu bir çox məsələlərə görə tənqid ediblər. Həmin “məsələlərdən” biri onun İslam dininə münasibəti ilə bağlı idi. Siyasətçi Rusiya hökümətini, bir az bəsit şəkildə desək, çoxuşaqlılığa xüsusi diqqət yetirdiyinə görə tənqid edirdi. Onun sözlərinə görə, çoxuşaqlılar daha çox regionlarda yaşayır və onların əksəriyyəti müsəlmanlardır. “Ekspert” jurnalı üçün verdiyi müsahibədə “millli balansın” bu cür pozulmasını o, gələcək Rusiya üçün təhlükə hesab etdiyini bildirir. Və bundan sonra məşhur siyasətçi tənqid və təhdidlərə məruz qalır.
    Sonralar Boris Nemtsov İslam.Nevs.Ru saytında gedən müsahibəsində əvvəl dediklərinin bir çoxunu təkzib edərək “islamofob” olmadığını qeyd edir. Bir çox yazı, çıxış və müsahibələrində o, İslama qarşı iddiada bulunmadığını, hətta arvadının müsəlman olduğunu, habelə qızı Jannanın İslam dinini sevdiyini və onun bu dini qəbul etdiyini vurğulayır.
    Raisa Qumer qızı (o, daha çox Raisa Axmetovna kimi tanınır) Əhmədova ərindən iki yaş böyük olsa da bu, onların ailə qurmasına mane olmadı. Raisanın atası qazax, anası tatar idi. Valideynin hər ikisi müsəlman idi. Linqvistika Universitetini bitirmiş Raisa kitabxanaçıdır və uzun illər bu sahə üzrə işləyib. İndi investordur. Artıq qeyd etdiyimiz kimi, Nemtsov, onu “anti- müsəlmanlıqda” təqsirləndirənlərə adətən arvadının və qaynatasının dindar olduğunu, hətta bir çox müsəlmanlarla dostluğunu xatırladırdı. Müsahibələrinin birində demişdi ki, Tatarstanın prezidenti müsəlman Şaymiyev ona tatar at kolbasası- “kazi” göndərir.
    Boris Nemtsovu rus mətbuatında siyasətçilər arasındakı “seks-simvol” kimi təqdim edirdilər. Həqiqətən qadınlar arasında onu sevənlər, onun vurğunları və fanatları çox idi. Borisin bir neçə qadından uşagı olsa da, onun rəsmi arvadı Raisa, “rəsmi” qızı isə Raisadan olan Jannadır. Janna jurnalistdir.
    Raisa bir qədər qapalı həyat sürür. Müsahibə vermək istəmir. Borisdən sonra ailə qurmayıb. Bir neçə dəfə ərinin qatilinin kim olduğunu anşırtsa da (anşırtmaq-üstüörtülü demək), ad çəkməkdən yayınıb.
    Borisin son sevgisi məşhur ukraynalı model Anna Duritskaya idi. Və Boris Nemtsovu 27 fevral 2015-ci ildə Moskvada qətlə yetirilərkən Anna onun yanında idi.
    Nemtsov yaşasaydı bu il 65 yaşı olacaqdı.



    Qandi və Ustinov
    Buna alın yazısı da demək olar...

    İndira qandi məşhur aktyor-ssenaristin güdazına gedib?
    31 oktyabr 1984-cü iltarixdə Hindistanın Baş naziri İndira Qandi öz iqamətgahında iki terrorist tərəfindən güllələndi. Onu öz cangüdənləri – sikxlər qətlə yetirmişdilər.
    Mən bu hadisəni və bu tarixi nə üçün xatırladım?
    Məsələ burasındadır ki, həmin gün xanım Baş nazir məşhur ingilis ser-cəngavər-bakalavrı Piter Ustinova müsahibə verməyə hazırlaşırdı. Piter Ustinov dünyaca məşhur adam idi. O, aktyor, rejissor, yazıçı, dramaturq, ssenarist idi...
    İndira Qandi həmin səhər çox gümrah görünürdü. Müsahibinin yanına qırmızı libasda gedirdi. Yaxşı bilirdi ki, bu geyim ona xüsusilə yaraşır.
    Piter Ustinovla çəkilişə gələn operatorlar kameraları hazır vəziyyətə gətirmişdilər. Baş nazir gələn kimi məşhur yazıçı ilə söhbətə başlayacaqdı. Ustinov təcrübəli aparıcı idi. İndiyəcən dünyanın bir çox məşhur simaları ilə görüşmüş, maraqlı verilişlər aparmışdı.
    Sonralar Piter Ustinov gündəliyində yazırdı ki, həmin gün səhər saat 10-a 9 dəqiqə işləmiş atəş səsi eşitdim... Biz həmin atəş səsini kamerada qeydə aldıq... Az sonra məlum oldu ki, Baş nazirə 30 güllə atılmışdı. Saat 10-30-da Qandini hospitala çatdırdılar.
    Qandi həmin gün saat 14-20 keçindi.
    Telekameranın yaddaşında yalnız atəş səsləri qaldı. Ustinovun komandası baş varən hadisəni lentə ala bilmədi.
    Bu hadisəyə bəlkə də alın yazısı demək olar.
    Ustinov həmin gün Qandi ilə çəkiliş vədəsi verməsəydi bəlkə də bu hadisə baş verməyəcəkdi və yaxud sonralar baş verəcəkdi...
    Dünyanın belə işləri də olur.
    P.S.
    Ustinov mənim də oxuyub bəyəndiyim yazıçıdır. Amma dünya onu daha çox aktyor kimi tanıyır.
    Mən dostum Hacı Hacılının Ustinovun bir kitabı ilə bağlı qeydlərini oxuyarkən bu hadisəni xatırladım...
    Və həmin hadisəni gündəliyimdə qeyd etdiyimi də xatırladım...
    Xatırladım ki, həmin gün EA-dakı alimlərin bir neçəsi əməlli-başlı kövrəlmişdi. Onlar Qandinin yaşıdları idi...











    Əkrəm Əylisli nədən qorxur?

    Əkrəm Əylislinin istedadlı yazıçı və SÖZə yaxşı bələd olan qələm sahibi olduğunu az adam dana bilər.

    Yazıçının əsərləri bir çox dillərə tərcümə olunub. Xüsusən, sovetlər dönəmində kitabları müxtəlif ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy, hətta, MM-in deputatı da oldu (başqaları necə, o da eləcə). Ən maraqlısı budur ki, Ə.Ə. deputat olana qədər MM üzvlərini öz yazılarında ələ salır, onlara şəbədə qoşurdu. Hətta, onun “Ətirşah Masan” adlı romanında deputatları “sancan” (bəzən haqlı olaraq) yerlər də az deyildi... Dediyim kimi, yaddaşım məni aldatmırsa, məhz həmin “roman-reportajdan” sonra Ə.Ə. deputat “oldu”. Bütün bunlar öz yerində...
    ...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə iştirak edirdi. Yazıçı həm öz ədəbi kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı suallara münasibətini bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə o, həm rusların, həm də ukraynalıların rəhbərlərini tənqid etdi. Rusları deyə bilmərəm, ukraynalıları (daha doğrusu Zelenskini) niyə tənqid etdiyini yəqin ki, yazıçının yalnız özü bilər...
    Ə.Əylislinin ən uğursuz əsəri, şübhəsiz ki, “Daş yuxular” romanıdır. Rus dilində yazılmış bu əsər doğrudan da zəifdir. Həm də lap zəif. Söhbət “müsbət” erməni obrazlarından getmir. Erməninin də (bəlkə, ola bilsin ki) sağlam düşüncəlisi ola bilər. Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən çox aşağı səviyyədədir... Yeri gəlmişkən deyim ki, bu əsəru oxumaq üçün kitabı yazıçının özü təqdim etmişdi mənə. Ki yəni cüzi tirajla nəşr olunmuş (sonralar Rusiyadakı jurnalların birində çap olunan) əsərin ilk oxucularından biriyəm...
    Əkrəm Əylisli istedadlı qələm sahibidir. Amma açıq desək bu adam “şou”suz dura bilmir. ... Vaxtilə Şüvəlanda çıxartdığı “oyunu” (bu hadisəni nisbətən yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana qoyuram hələ... “Daş yuxuların” yandırılması da hələ qalsın bir yana, hərçənd kitab yandırmaq yaxşı əlamət deyil...
    Bax bu yerdə yazıçıya qarşı başqa bir “kitabyandırma” kompaniyası, “törəni” yadıma düşdü... Haradasa “məlum hadisələr” başlayan vaxtlar idi və günlərin bir günü Ə.Ə. Moskvada o zaman məşhur olan jurnallardan birində (Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr olunan “Drujba narodov” dərgisində) müsahibə vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində) dərc edilən bu müsahibədə Əkrəm müəllim təxminən (əslində “təxminənsiz”) belə bir fikir söyləmişdi ki, mən bir çox hallarda digər millətlərə daha böyük ehtiram göstərirəm və özümü onların arasında daha rahat hiss edirəm... Bilənlər bilir, o vaxt bu müsahibə tufan qopartdı. Adıçəkilən jurnalın nüsxələri və Əkrəm bəyin kitabları yandırılmağa başladı. Hərçənd ki, kitab yandırmaq yaxşı əlamət deyil...
    O da yadımdadır ki, həmin dövrdə mən AZ.Tv-də (Gənclik Baş redaksiyasında) “İlğım”, “İdrak”, “Məzunlar” adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən Ədəbi dram verilişləri Baş redaksiyasında Əkrəm Əylislinin xətrini istəyən həmkarları, yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir Tv kanalı vardı. Kütləvi hücuma məruz qalan Ə.Ə. də həmin kanalın adıçəkilən redaksiyasına zəng vurub həyatının təhlukə altında olduğunu bildirmişdi...
    Hər necə olsa da yazıçını xilas etmək lazım idi. Axı bütün “cığal” hərəkətlərinə baxmayaraq Əkrəm Əylisli istedadlı yazıçıdır. Di gəl ki, işin tərsliyindən, bu tanınmış, amma indi oxucu qəzəbinə düçar olmuş yazıçı haqda heç kəs danışmaq istəmirdi. Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə Məmməxdanlı yazıçının bir neçə yaxın həmkarına zəng vurub dilə tutsalar da efir-ekranda çıxış edib Əkrəmi müdafiə etmək istəyənlər yox idi. Hərə yaxasını bir tərəfə çəkirdı. (Hə, elə buna bənzər əhvalat sonralar “Daş yuxular” nəşr olunanda da yenidən vaqe və təkrar olundu, yazıçının dostları qeyb oldular). Axır ki, uzun çək-çevirdən sonra Əkrəm bəyin nəfinə söz demək istəyən iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib Əkrəm Əylislini müdafiə etdilər, onun istedadına yüksək qiymət verdilər, bir balaca xəta etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz keçmiş tələbəsini yüngülvari məzəmmət də etdi... Əkrəm bəy də öz növbəsində (sinxron müsahibədə) jurnalın redaksiyasında onun söylədiklərinin təhrif edildiyini bildirdi və “mən elə yox, belə demək istəmişəm”- deyə, iddia etdi... Təbii, belə yox, elə də ola bilərdi.
    Əkrəm Əylisli xalq düşməni deyil. Amma o, hərdən ədəbi-bədii düşərgədə özünəməxsus bir “fırtına” qoparmağı xoşlayır, lap şou əhli kimi... Görünür, yazıçı unudulmaqdan qorxur. Əslində isə ta qorxudan keçib, Əkrəm Əylisli...
    p.s.
    Təəssüf ki, bir çox elm, sənət və ya siyasət adamları haqqında yazarkən yalnız iki rəngdən istifadə etmək bizdə bir “qanun” halını alıb. Bu, AĞ və QARA rənglərdir. Bu cür daltoniklər üçün adam ya müsbət ya da mənfi, başqa sözlə ya yaxşı ya da pis olmalıdır. Elə Ə.Ə. haqda olan yazılarda da... Mən çalışdım ki, bu kiçicik qeydlərdə Əkrəm Əylislini qara və ağ rənglərin arasındakı “boşluqda” verim. Zənnimcə, adını bilmədiyim o rəng daha “görümlüdür”...
















    Trotskinin Türkiyədəki evi

    İnqilab “iblisinin” İstanbul yaxınlığındakı
    “uzaq yaşıl ada”dakı evi barədə qeydlər


    Trotskinin bir müddət Türkiyədə, İstanbul civarındakı bir adada yaşadığı barədə çoxdan məlumatlı idim. Moskvada nəşr edilən “Arqumentı i faktı” qəzetində və “Oqonyok” jurnalında Sovet dövrünün sonlarında bu barədə tez-tez yazırdılar.
    İş elə gətirdi ki, haqqında oxuduğum o yerləri az qala otuz il sonra görmək mənə müyəssər oldu.
    Bilənlər bilir: Lev Trotski Sovet hökumətini quranlardan biridir. Kompartiyanın gələcək Baş katibi Stalin hələ 1918-ci ilin noyabrında Rusiyada Sosialist inqilabının qələbəsinin bir illiyi münasibətilə yazdığı məqalədə Sovet dövlətinin yaranmasını iki adamın adıyla bağlayırdı. Bu iki nəfərdən biri Trotski, digəri isə Lenin idi. O zamanlar Trotski Qızıl Ordunun yaradıcısı və komandanı, habelə İnqilabi hərbi şuranın sədri idi.
    Lenin öləndən sonra hakimiyyət uğrunda gedən mübarizədə Stalinlə Trotskinin yolu ayrıldı. 1927-ci ildə Lev Trotski bütün postlardan, o cümlədən Siyasi Büro üzvlüyündən xaric edildi. Stalin öz keçmiş inqilabçı həmkarını əvvəlcə Qazaxıstana sürgün etdi. Amma Lev Davıdoviçin yaxın məsafədən hakimiyyətə təsir etmə imkanlarının tükənmədiyini düşünən Stalin onu bir qədər də “uzağa” göndərməyi qərara aldı. Bu “uzaq” yer Türkiyə idi. O vaxtlar Stalinlə Türkiyə lideri Mustafa Kamal arasında münasibətlər, türklər demiş “sıcaq” idi. 1929-cu ildə Trotski “İliç” teploxodunda “çekistlərin” ciddi nəzarəti altında arvadı Natalya və oğlu Levlə Türkiyəyə gəldi. İki dövlət rəhbəri arasında belə bir şərt kəsilmişdi ki, Trotskinin həyatı qorunsun. Trotski də öz növbəsində qovulduğu və məskunlaşdığı dövlətlərin heç birinin siyası konularına müdaxilə etməyəcəyinə “söz” vermişdi.
    Beləliklə, Trotski və ailəsi İstanbul yaxınlığında, Mərmərə dənizindəki Böyük adada məskunlaşdı. Və məşhur inqilabçı bu “uzaq, yaşıl ada”da dörd il yaşadı.
    Dediyim kimi, mən həmin yer haqda çoxdan məlumatlı idim.
    Yayın sonlarında İstanbul şəhərində pyesimin premyerası idi. Fürsətdən istifadə edib Mərmərə dənizinin sahilində dostlarla gəzintiyə çıxmışdıq. Uzaqda görünən adalar diqqətimi çəkdi. Bosfora sarı boylandığımı görən yerli müsahiblərimdən biri dedi:
    - Bax, o birinci adaya biz Böyükada deyirik. Ondan sonra daha dörd ada var. Amma onlar nisbətən kiçik adalardır. Oraya gəmilər gedir. İstəsəniz gedib o gözəl yerlərlə tamış ola bilərsiz.
    Hə, deməli məşhur Böyükada lap yaxınlıqda imiş... Mən Trotskinin vaxtilə həmin adada yaşadığını söyləyəndə müsahiblərimin çoxu təəccübləndi. Amma İstanbuldakı “Azərbaycan Evi”nin rəhbəri Hikmət Elp dediklərimə bəraət verərək dilləndi:
    - Bəli, doğrudur, Trotski həqiqətən o adada yaşayıb.
    Bir gün sonra mən gəmi-bərəyə minib Trotskinin “evi”ni axtarmağa yola düşdüm.
    Doğrusunu deyim ki, mənim Trotskiyə heç zaman heç bir rəğbətim olmayıb. Düzdür, onun həyatı haqda bir neçə kitab da oxumuşam. Bilirəm ki, “alovlu tribun” olub, poliqlot kimi bir neçə dili mükəmməl mənimsəyib. Üstəlik ədəbiyyatı sevib və özü də bədii yaradıcılıqla məşğul olub. Amma qəddarlığına, qaniçənliyinə də söz olmayıb. İnqilabı qəbul etməyən milyonlarla adamın məhvinə fərman verib. Maraqlı burasıdır ki, “inqilabın iblisi” adlandırılan bu adamın fəaliyyətinə sevgi bir çox ölkələrdə bu gün də yaşamaqdadır. Ən maraqlısı budur ki, bizim məmləkətimizdə də hərdən “trotskiçilər”in “səsi” eşidilir.
    Hər halda bir müsafir kimi onun yaşadığı evi və ya mənzili görmək pis olmazdı - fikriylə Böyükadada “Trotskinin evi”ni soraqlamağa başladım.
    Ada haqda qısaca onu deyə bilərəm ki, bura çox mənzərəli bir yerdir.
    Əvvəlcə Böyükadada Trotskinin yaşadığı yeri tanıyan bir kimsəni bula bilmədim. Yalnız bir faytonçu həmin evin yerini bildiyini dedi və özü də vəd etdi ki, istədiyi paranı versəm işlər düzələ bilər. Məbləği soruşdum.
    - Hocam, yüz lirə versən, apara bilirim,- dedi.
    Mən bu məbləğın çox olduğunu dedim. O, səksən, sonra isə yetmiş lirəyə razılaşdı. Mən yenə etiraz etdim: “Əlli lirə…” Faytonçu qamçısını atların başı üzərində şaqqıldadaraq faytonunu sürüb məndən uzaqlaşdı.
    Yeri gəlmişkən deyim ki, bu “yaşıl, uzaq ada”da ekoloji təmizliyi qorumaqdan dolayı avtomobillərdən istifadə olunmur. Daha doğrusu, burada heç yerli-dibli avtomobil yoxdur. Minik vasitəsi kimi yalnız faytondan və velosipeddən istifadə edilir. Və onu da deyim ki, məşhur “Çalı quşu” filminin əksər kadrları bu adada lentə alınıb.
    Böyük adanın cəmi 5-6 min daimi sakini var. Amma yay-yaz aylarında buraya gələnlərin, burada yaşayanların sayı on dəfə artır, olur 50-60 min adam. Türkiyənin zəngin adamlarının bir çoxunun burada villası var. Dedilər ki, son zamanlar burada Qafqazadan, habelə bizim ölkəmizdən gedən imkanlılar da ev-eşik alıb.
    Məşhur türk yazıçılarından bir çoxu, o cümlədən Orxan Pamuk bu adada istirahət etməyi çox sevir.
    Mən “Trotskinin evini” axtarmaq üçün daha bir neçə adama müraciət etdim. İşin tərsliyinə bax ki, bu evi “gördüm” deyən yox idi. Faytonçunun istədiyi məbləği ödəmək isə mənim kimi sıravi müsafir üçün sərfəli deyildi. Axı hələ tamaşanı hazırlayanlara da nəsə bir yüngülvari qonaqlıq vermək lazım idi…
    Axtarışımı davam etdirməkdə qərarlı idim.
    Yaşıl xiyabanlardan birini ötüb keçərkən qarşıma çıxan bəstəboy, arıq, çəlimsiz, nurani bir kişiyə yaxınlaşıb öz amacımı yenə dilə gətirdim.
    O, əlüstü cavab verdi:
    - Benn o evi tanıyorum. Buyurun, gedək. Sizi müşaiyət edərim. Trotskinin yaşadığı ev yakındadır...
    Demək, faytonçu mənə düz demirmiş... Tacirlər və sürücülər dünyanın hər yerində eyni...
    Bu xeyirxah, mədəni, ziyalı insanla yaxından tanış olduq. Yalçın Çilingir ixtisasca memardır. Bütün həyatı bu ada ilə bağlı olub. Söhbət əsnasında Yalçın bəyin çox geniş mütaliəyə və dünyagörüşə malik olması məni heyrətləndirdi. O, Azərbaycanı çox sevir, ədəbiyyat vurğunudur. Dediyinə görə, Üzeyir Hacıbəylinin və Qara Qarayevin musiqisinin, Nəbi Xəzri və Bəxtiyar Vahabzadənin şeirlərinin, Rəşid Behbudov və Zeynəb Xanlarovanın səsinin heyranıdır.
    Biz söhbətləşə-söhbətləşə geniş xiyabandan nisbətən dar bir yola düşdük. Üzüaşağı enməyə başladıq. Yaşıl, sıx ağacların arasından Mərmərə dənizinin mavi suları parıldayırdı.
    Az sonra Yalçın bəy dedi:
    - Hə, çatırıq…
    “Trotskinin evi” sahildə imiş. Əslində indi buraya ev yox, “evin qalıqları” demək olardı. Vaxtilə “inqilab iblisinin” yaşadığı üçmərtəbəli evin yerində yanıb sıradan çıxmış hündür kərpic divarlar qalmışdı. Mülkün geniş həyəti vardı.
    Evin darvazası möhkəmcə bağlanmışdı. Hətta, köhnə dəmir qapının üstünə yazılmışdı ki, içəri keçməyə cəhd edən kəsi elektrik cərəyanı vura bilər. Darvaza və qapının üstünə qələm, karandaş və kömürlə çoxlu “şüar” və “çağırışlar” da yazılmışdı. Rus və türk dillərində oxuduğum cümlələrdə bu cür fikirlərə daha çox rast gəlmək olurdu: “Trotski sağdır”, “Trotski ölməyib”, “Trotski dünya inqilabının başçısıdır”.
    Öyrəndim ki, 1931-ci ildə -Trotski həmin evdə yaşayarkən yanğın baş verib. Bu onunla əlaqələndirilir ki, Trotski verdiyi vədi “unudaraq” Stalin haqda kəskin yazılarla çıxış edirdi. Ehtimal olunur ki, evi Stalinin Türkiyədəki tərəfdarları yandırıb. Əslində o zaman Türkiyədə elə Trotskinin tərəfdarları da az deyildi.
    Məlum olduğu kimi, Trotski Türkiyədən çıxarılandan sonra əvvəlcə Fransaya, sonra isə Norveçə gedib. Lakin Stalinin “adamları” onu hər yerdə izləyirdi. Nəhayət, Lev Davıdoviç 1936-cı ildə Meksikaya getməli olub. O, məşhur rəssamlardan ər-arvad Frida Karlo və Dieqo Riveronun mənzilində yaşayıb. Həmin rəssamlar da kommunist idi. Taleyin hökmünə baxın ki, Trotskinin qətlində xüsusi rol oynayan şəxs də də rəssam, bu “ölüm layihəsinin” müəllifi Sikeyros adlı stalinçi bir rəssam idi. Bütün işlərə isə NKVD zabiti, kəşfiyyatçı İosif Romualdoviç Qriquleviç rəhbərlik edirdi (1913-1988). 1940-ci ilin avqust ayının 20-də Qriquleviç və Sikeyrosun hazırladığı plan üzrə əməliyyat həyata keçirildi. Qəzetçi-jurnalist Ramon Merkader (1913-1978) söhbət etmək, götürdüyü müsahibəni oxumaq bəhanəsiylə Trotskinin yaşadığı mənzilə getmiş, onun başına buz baltası ilə zərbələr endirmişdir. İki gün sonra “inqilab iblisi” gözlərini əbədi yumdu. Həmin xəbəri eşidən Stalin öz keçmiş dostunun qətlini bayram kimi qeyd etmişdir.
    Yeri gəlmişkən, 20 il Meksikada həbsxanada cəza çəkən Ramon Merkader sonralar gizli yolla Moskvaya gətirilərək, 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
    Əlbəttə, Trotskinin adı ilə bağlı tarixi çözələsək çox uzaqlara gedə bilərik. Amma indiki halda söhbətin mövzusu tamamilə fərqlidir.
    Mən indi bu evin kimə məxsus olduğu ilə maraqlanıram.
    Demə, bu ötən illər ərzində Trotskinin yaşadığı evdə bir neçə dəfə təmir işləri görülüb, amma... üç dəfə yanğın baş verib. Ev bir neçə dəfə satılıb, əldən-ələ keçib. Yerli sakinlər yarızarafat-yarıciddi belə hesab edirlər ki, bu ev əbədi lənətlənib, burada Trotskinin məkrli ruhu dolaşır.
    2002-ci ildə haqqında söhbət gedən evin sahibəsi Nərminə xanim mülkü 2,5 milyon dollara satıb. Evin indiki sahibi Trotskinin beynəlxalq “imicindən” istifadə edib mülkə daha yüksək qiymət müəyyənləşdirib; ev sahibi belə hesab edir ki, kommunist ideyasının tərəfdarları Bosfor sahilində böyük bir muzey yarada bilərlər.
    Burada çox məşhur adamlar olub. Vaxtilə bu evin yaxınlığındakı hoteldə bir müddət qalan Ernest Heminquey də yanmış evə baş çəkib...
    Mən yeni tanışım Yalçın Çilingirlə evin bir neçə görüntüsünü kadra alıram. Sora səssiz küçə ilə üzüyuxarı qalxırıq.
    Dönüb yuxarıdan Trotskinin “evi”nə sarı boylandım. Qırmızı kərpicdən tikilmiş uca, möhkəm divarlar yaşıl ağacların arasından boylanır. Bu qıpqırmızı divar nədənsə mənə kommunistlərin artıq param-parça olmuş qırmızı rəngli bayrağını xatırlatdı.
    Yalçın Çilingirlə söhbət edə-edə sahilə doğru üz tutduq.
    Artıq axşam düşmüşdü.
    Uzaqdan İstanbulun sayrışan ulduzları dənizdə yuyunurdu.
    p.s. Bir dəfə Trotskinin İstanbuldakı evi ilə bağlı “xatirələrimi” danışarkən hörmətli yazıçımız anar müəllim gülümsəyib dedi: “Mən də Trotskinin yaşadığı evdə olmuşam, onun Meksikadakı evində. Elə həmin evdə də ölürülüb. Mənzilin divarlarında güllə izləri qalmaqdadır. Bu, 1940-cı ildə Trokskiyə qarşı məşhur solçu rəssam Skeyros tərəfindən edilən, amma baş tutmayan birinci sui-qəsd zamanı atılan güllələrin izidir. İndi həmin ev muzey kimi fəaliyyət göstərir. Muzeyin əməkdaşları mənim haradan gəldiyimlə maraqlandılar və təəccübləndilər. Sən demə indiyəcən SSRİ-dən bu muzeyə gələn müsafir olmayıbmış”.
    Təbii ki, belə “qorxulu yerlərə” baş çəkmək o illərdə elə də asan deyildi...
    Orasını da qeyd edim ki, Trotski və arvadı Natalya Sedovanın qəbri həmin evin həyətindədir. Belə güman edirəm ki, “inqilab iblisini” ümumi qəbirsanlıqda dəfn etməkdən ektiyat ediblər. Axı “Stalinin əli” oraya da asanca çata bilərdi...




    Filosof Rəhman Bədəlovu itirdik

    Firuz Mustafa (Əməkdar Nncəsənət xadimi)

    Filosof həmkarım Rəhman Bədəlov rəhmətə gedib. Dövrümüzün müdrik adamlarından biri idi. Uzun illər eyni elmi qurumda, müxtəlif şöbələrdə çalışmışıq. Yaxın dost olmamışıq, amma daim xoş ünsiyyətimiz olub.
    Rəhman bəyin ilkin ixtisası, səhv etmirəmsə, memarlıq olub. Onun “memar” olduğu elə yaradıcılığından da görünür. O, hər bir yazısının “ornament” və “tağlarını” əsl memar ustalığı ilə bir aqraf (buna açar da demək olar) vasitəsi ilə bağlarlayırdı.
    O, Fəlsəfə İnstitutunun “Diamat” şöbəsində çalışırdı. Nə yazıqlar ki, indi Rəhman bəy ilə çalışan filosofların bir çoxu- Həsən və Zəfər Quliyevlər, onların məslək dostu Gündüz Sarıyev və Niyazi Mehdiyev haqq dünyasındadır. Amma nə yaxşı ki, onun bir çox dostları (Əli Abbasov, Əbülhəsən Abbasov) öz fəaliyyətlərini yenə davam etdirirlər.
    Rəhman bəy klassik filosoflar kimi universal erudisiyaya malik idi. O, maarifçi, kinoşünas, nəzəriyyəçi, tarixçi, publisist və təbii ki, ən ümdəsi filosof idi.
    Təhsilini rusca alsa da təpədən-dırnağacan milli aydın idi.
    O, 88 il yaşadı. Amma uşaq kimi sadə və sadəlövh idi. Zahirən çəlimsiz olsa da, daxilən əzəmətli idi.
    Yadımdadır, ötən əsrin sonlarında sevimli həyat yoldaşını, bir neçə il əvvəlsə nəvəsini itirmişdi. Amma o, əsl filosof kimi həyatın və ölümün dialektikasını zahirən sakitcə, səbrlə, təmkinlə, daxilənsə ağrılarla qarşılamışdı.
    Əslində Rəhman Bədəlovun həyatını qeyb etməsi bizim üçün milli itkidir. Amma nə edəsən ki, bu gün filosofun, fikir adamının ölümünün cəmiyyətdə doğurduğu məyusluq və ələm, meşədəki hansısa bir ağacın kəsilməsindən narahatlıq hissi keçirən meşəbəyinin “daşıdığı” kədərdən o yana getmir.
    Ruhun şad olsun, Rəhman bəy.
















    İosif Stalinlə Adolf Hitlerin dostluğu...

    XX əsrin 30-cu illərinin sonunda SSRİ üçün ən böyük düşmən Almaniya deyil, Böyük Britaniya idi. Əslində həmin dövrdə Stalinlə Hitler bir çox məsələlərdə eyni mövqe və düşüncəyə malik rəhbərlər idi.
    1939-cu ilin avqust ayında Molotov-Ribbentrop paktına, daha doğrusu Stalin və Hitler razilaşmasına görə Avropanın iki yerə bölünməsi nəzərdə tutulurdu. (Həmin dövrdə İohim fon Ribbentrop Almaniyanın Xİ naziri idi). Gizli pakt bağlanışından sonra alman qonaqlara Kremldə banket təşkil olundu. Stalin həmin banketdə Hitlerin və Gimmlerin sağlığına badə qaldırdı.
    1939-cu ildə Alman xalqının “əbədi füreri” Adolf Hitler teleqram vuraraq Sovet xalqının “əbədi rəhbəri” İosif Stalini anadan olmasının 60 illiyi münasibəti ilə təbrik etmişdi və həmin təbrik həmin ilin 23 dekabr tarixli sayında “Pravda” qəzetinin 1-ci səhifəsində dərc olunmuşdu. Stalin öz ideya dostuna göndərdiyi teleqramda Alman- Sovet dostluğunun daimi olacağına inam bəslədiyini bildirirdi.
    Bəli, tezliklə Avropanın “bölüşməsi” başladı. Hitler Polşanı işğal etdi. Stalin Pribaltikanı ələ keçirdi. Bu münasibətlə hər iki “dost” dövlət bir-birini təbrik etdi.
    17 sentyabr 1940-cı il tatixdə sovet və alman ordusu Brestdə birgə parad keçirdi.
    Kommunizm və natsizm ideyaları zahirən bir-birinə yad olsa da, mahiyyətcə bir-birinə doğma idi.
    1939-41-ci illər arasında SSRİ Almaniyaya 1,5 mln ton neft, 1,5 mln ton taxıl, habelə külli miqdarda digər xammal məhsulları ixrac etdi. Bu alış-veriş ta müharibə başlayan günəcən davam edib.
    Həmin dövrdə Sovet pilotları Almaniyada təlim keçirdi, birgə kimyəvi sınaqlar keçirilirdi, birgə tank və aviasiya məktəbləri fəaliyyət göstərirdi.
    Hər iki rəhbərin dünyanı qamarlamaq iştahı böyük idi. Düzdür, əvvəlcə almanlar hücuma keçdilər. Amma bu olmasaydə belə, gec ya tez ruslar almanların üzərinə hücuma keçəcəkdilər.
    Ən maraqlısı budur ki, Almaniyaya taxıl aparan sonuncu sovet eşalonu Teraspola 22 iyun 1941-ci ildə, müharibənin başlamasına bir neçə dəqiqə qalmış daxil oldu. Taxıl öz ünvanına çatdırıldı. Az sonra alman qoşunları hücuma keçdi.
    Və indiyəcən almanlar sonuncu eşalonda aparılan sovet taxılının ödənişini etməyiblər... Bir də ki, kimə ödəsinlər axı?.. Ta SSRİ yoxdur. Daha doğrusu, SSRİ dağıldı. Əvəzində isə bir zaman dağılmış, parçalanmış Almaniya təzədən birləşdi.
    p.s.
    Düz yetmiş il əvvəin bu günü- 1953-cü il dekabr ayının 23-də Beriya və onun əlaltılarından bir neçəsi (Kobulov, Dekanozov və b.) “xalq düşməni” kimi güllələnib.









    O, Azərbaycan və azərbaycanlılar haqqında xüsusi ehtiram və rəğbətlə söhbət açırdı...

    Oleq Volkov... Mən onu konkret neçənci ildə gördüyümü indi dəqiq xatırlaya bilmirəm. Düzü, heç onu da xatırlaya bilmirəm ki, Volkovu konkret harada görmüşəm: kitabxanada, ЦДЛ-də, yoxsa hansısa ədəbi məclisdə?.. Təkcə onu xatırlayıram ki, Moskvanın zəhlətökən yağəşlı günləri idi. Yanımdakı tanışım əlinin işarəsi ilə saqqallı, tökmə bədənli, üz-gözündən sağlamlıq yağan kişini göstərərək dedi ki, bu, Oleq Volkovdur, yazıçıdır. Doğrusu, mütaliəmdən heç vaxt şikayətçi olmasam da, o vaxtacan belə bir yazıçının mıvcudluğundan xəbərsiz idim...
    Sonralar, Bakıya gələndən sonra onun Moskva (Rusiya) mətbuatında çıxan yazıları, müsahibələri ilə tanış oldum. Sən demə, belə bir yazıçını tanımamaqda heç də “günah sahibi” deyiləm. Belə ki, o zaman yaşı 85-i keçən Oleq Volkov qısa fasilələrlə ömrünün 35 ilini sürgün və həbslərdə keçiribmiş. Onun həbsə atılmağı bütün hallarda “siyasi motivlərlə” bağlı olub. Yazıçı hətta, bir müddət Gəncə şəhərində də (o zaman Kirovabad adlanırdı), sürgündə olubmuş...
    Sovetlər dağılandan sonra da Volkovun bədii və sənədli yazıları rastıma çıxırdı. O da yadımdadır ki, bir dəfə Elmlər Akademiyasında söhbətimiz əsnasında mərhum türkoloq-tənqidçi Aydın Məmmədov soruşdu ki, Oleq Volkov adı yazıçı eşitmisən? Dedim ki, hətta görmüşəm də. Gülüb dedi ki, mən də görmüşəm. Sonra əlavə etdi:
    -Çox maraqlı adamdır, orijinal yazıçıdır...
    Oleq Volkov 9 yanvar 1900-cu il tarixdə Sankt-Peterburqda doğulub. 1996-cı il fevral ayının 10-da, 96 yaşında Moskvada vəfat edib. Orasını da deyim ki, yazıçı sağlam olub, xəstəlikdən-filandan əziyyət çəkməyib. Ölümünə səbəb bir acı təsadüf səbəb olub: o, günlərin bir günü öz iti ilə axşam gəzintisinə çıxarkən inşaatçıların laqeydliyi ucbatından qapağı açıq qalmış dərin lükə yıxılaraq ağır xəsarət alıb...
    Bəs yazıçı haqqında belə müfəssəl söhbət açmağımın səbəbi nədir? İş burasındadır ki, Oleq Volkov uzun müddət üzərində işlədiyi “Zülmətə qərq olmuş” (orijinalda əsərin adı belədir “Погружение во тьму”, mən təxmini tərcümə etdim) adlı memuarında azərbaycanlılar, lap dəqiq desəm müsavatçılar, onların yüksək mədəniyyəti, etibarlılğı haqda heyranlıqla söhbət açır. Orasını da vurğulayım ki, həmin əsər 60-cı illərdə yazılsa da SSRİ-də nəşrinə qadağa qoyulub və ilk dəfə 1987-ci ildə Parisdə (Fransada) çap olunub...
    Bəli, yazıçı adı çəkilən memuarında yazır ki, Solovkiyə (Solovetski adalarına) 300 nəfərə yaxın müsavatçı sürgün edilmişdi. Onlar türk millətinin (yazıçı elə bu cür də yazır: “türklər”, “türk millətinin nümayəndələri”) müdrik, barışmaz, əyilməz adamları idi və onların hər biri oradakı bütün millətlərin məhbuslarına nümunə idi. Çünki oradakı bir çox adamlara xas olan satqınlıq, (başqa sözlə “işverənlik”) qorxaqlıq, riyakarlıq kimi xüsusiyyətlər türklərə (azərbaycanlılara-F.M.) yad idi.
    Əsərdə oxuyuruq: “В то время в Бутырке их было около трехсот, ссылаемых на Соловки членов партии мусаватистов. Цвет тюркской – по позднейшему, азербайджанской – интеллигенции… Мне открылся мир неведомый и своеобразный. Мир народа, отчаянно отстаивающего свою самостоятельность. Свои традиционные воззрения и обычаи дедов.
    Когда потом пришлось жить бок о бок с мусаватистами на Соловках, я видел, каким сыновним уважением окружены у них седоголовые, как заботливо следят старшие, чтобы никто не был обделен за братской трапезой, как внимательны к тем, кто ищет уединения для молитвы… По ним я мог судить, насколько далеко зашло за минувшее десятилетие одичание русского общества. Как ожесточились характеры по сравнению с окраинным народом, куда позднее проникли и где на первых порах осторожнее внедрялись заповеди новой морали…”
    Əsərdə QULAQ, eləcə də Sovet rəhbərlərinə qarşı müsavatçıların etdiyi qiyam, aclıq və mübarizə təsvir olunur. Yazıçı, Azərbaycan rayonlarından birində müəllim işləmiş Mamud Məmmədov haqqında isə xüsusilə ətraflı söhbət açır...
    ... Və nəhayət. Bu qiymətli sənədli əsərin tərcümə olunub nəşriyyatlarımız tərəfindən nəşr edilməsi şərəfli tariximizi öyrənmək baxımından hər kəs üçün qiymətli bir töhfə olardı.








    Mən akademik Mehdizadə ilə görüşmüşəm...

    (Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində kəndli ailəsində anadan olmuşdur. O, 25 il Maarif naziri olmuşdur)

    ...Ali məktəbi bitirən ili təyinatımı Ağsu rayonuna verdilər.
    Avqustun sonları idi. Təyinat yerinə getdim. Sanki havadan od yağırdı. İkimərtəbəli mehmanxanada bir otaq tutdum. O vaxtlar ucuzluq idi. İndi adını dəyişib “hotel” qoyulmuş qonaqxanalarda qiymətlər ceyran belindədir, belə ki, bir gecə qalmaq üçün gərək bir aylıq orta əməkhaqqıdan keçəsən...
    Nə isə... Ağsuda elə bir tanış-bilişim olmadığı üçün eşiyə-bayıraçox az hallarda çıxır, demək olar ki, bütün günümü otqdakı çarpayıma uzanıb özümlə gətirdiyim kitab-jurnalları oxumaqla məşğul olurdum.
    Pambıq “kompaniyasının” qızğın vaxtı idi. Polis maşınları siqnal verərək ora-bura şütüyürdü...
    Maarif şöbəsinin müdirini tapmaq əmri-mahal imiş. Deyirdilər ki, o da təsərrüfatlardan hansınasa “təhkim” olunub, iş yerinə az hallarda gəlir. Bəli, rəsmi sənədlərdə də “təhkimli” sözü işlədilirdi...
    Nəhayət, bir gün müdiri tapdım. Dedi ki, baş qarışıqdır, bir-iki günə gələrsən. İki gündən sonra mehmanxanadan çıxıb təhsil şöbəsinin yerləşdiyi səmtə getmək istəyirdim ki, bir “Villis” markalı maşın xırçıltı ilə yanımda dayandı. Maşından iki polis düşüb qolumdan yapışdı. Nə baş verdiyini kəsdirə bilmədim. Məni maşına əyləşdirdilər. Məlum oldu ki, sahədə pambıq yığımı gedir, küçəyə “boş-boşuna” çıxmaq qadağandır...
    Səhərisi günü təhsil şöbəsinin müdirini tapdım. Vəziyyəti ona izah etdim. Dedi ki, dərslər başlayan kimi şagirdli-müəllimli pambıq yığımına getməli olacağıq. Mən təyinat yerimin dəyişdirilməsini xahiş etdim. Razı olmadı. Dedi ki, bu məsələni yalnız Maarif naziri (İndiki Təhsil naziri-F.M.) həll edə bilər...
    Maarif Nazirliyi Hökumət evində yerləşirdi. Nazirin qapısının ağzında iki nəfər dayanmışdı. Biri yaşlı, arğaz kişi idi, yayın istisində qara kostyum geyib qalstuk taxmışdı. Hiss olunur ki, köhnə maarif xadimlərindəndir. Digəri isə idman görkəmli, əzələli, tösmərək cavan bir oğlandı. Onlar da mənim kimi qəbula gəliblərmiş. Belə məlum oldu ki, nazir fasiləyə çıxıb. Gözlədik. Saat 2 tamam olanda katibə qız bizi içəri dəvət etdi. Hər üçümüz birbaşa nazirin kabinetinə keçdik. Arada televizorda, bir-iki dəfə elmi konfrans və yığıncaqlarda gördüyüm qara sağanaqlı eynəyin qalın şüşələrinin arxasından diqqətlə bizi süzən Mehdi müəllim başı ilə salamlaşıb əli ilə əyləşmək üçün yer göstərdi. Gəlişimizin məqsədini soruşdu. Sən demə, cavan oğlan Bədən tərbiyəsi texnikumunu bitiribmiş. Və o, tez-tələsik ayağa durub iri kabinetdə iti addımlarla irəli yeridi. Sanki naziri vuracaqdı. Hamımız çaşıb qaldıq. Oğlan düz nazirin qarşısında dim-dik duraraq əl-qolu ilə nəyisə izah etməyə çalışırdı. Nazir təmkinlə dedi:
    -Tələsməyin. Məsələni bir az aydın izah edin.
    Bir-iki addım geri gedən oğlan ya əsəbi, ya kəmhövsələ, ya da davranışına nəzarət etməyən adammış. Çünki o, təzədən ley kimi nazirin üstünə yeriyib rabitəsiz şəkildə nəyisə izah etməyə çalışdı. Elə bu əsnada otağa bir kişi daxil oldu. Təbii ki, Nazirliyin əməkdaşı idi. Mehdi müəllim həmin adama dedi ki, bu cavan oğlanın-əzələli idmanşının işini qaydaya salsın.
    Sonra qara kostyumlu müəllim öz “dərdini” danışmağa başladı. Nazir qarşısındakı iri dəftərdə nəsə qeydlər edib, yaşlı maarif işçisinə: “Oldu, həll edərik, gedə bilərsiz”-dedi.
    Növbə mənə çatdı. Gəlişimin məqsədini bildirdim. O, diqqətlə qulaq asıb soruşdu:
    -Bəs nə üçün Ağsuda qalıb işləmək istəmirsən?
    -Mənə dedilər ki, uşaqlarla pambıq yığmağa gedəcəksən. Mən isə dərs demək istəyirəm.
    Mehdi müəllim soruşdu:
    -Hansı rayona getmək istəyirsən?
    Mən dedim ki, öz rayonumuza, yəni Gədəbəyə. O, gülümsəyib dedi ki, Gədəbəydə müəllimə ehtiyac yoxdur, əksinə, müəllim çoxluğu var. Sonra aramızda qısa bir dialoq oldu.
    -Onda başqa bir rayon olsun, -dedim.
    -Məsələn?
    -Məsələn, Saatlı rayonu.
    -Niyə məhz Saatlı?
    -Çünki orada xeyli tələbə yoldaşlarım var.
    Əlinin altındakı kitabçaya baxıb başını qaldırdı:
    -Saatlı... Olar. Orada müəllimə ehtiyac var.
    Araya bir qədər sükut çökdü. Mehdi müəllim qara sağanaqlı eynəyin qalın şüşələrinin arxasından diqqətlə mənə baxib dedi:
    -Amma bəribaşdan bunu deyim ki, Saatlı da pambıqçılıq rayonudur... Əminəm ki, bir daha təyinatını dəyişmək fikrinə düşməyəcəksən...
    Mən həmin təyinatla Saatlıya getdim. Doğrudan da Saatlıda daha qızğın bir “kompaniya” yaşamaqda imiş. Raykom binasının yaxınlığındakı mehmanxanada özümə bir otaq götürdüm. Oranın müdirinin adı, səhv etmirəmsə, Mirfazil idi. Yazıq kişinin bir gözü raykomun binasında idi.
    Mehdi Mehdizadənin sözlərini xatırladım: “Saatlı da pambıqçılıq rayonudur... Əminəm ki, bir daha təyinatını dəyişmək fikrinə düşməyəcəksən...”
    Ta təyinatımı dəyişmək barədə düşünmürdüm.




















    Mənim kəndim - Firuz Mustafa:
    “Doğulduğum İsalı kəndinin əsasını əsasını babamız İsa kişi qoyub...”
    Sizə təqdim edilən kitabda toplanmış publisistik xarakterli yazılarda ayrı-ayrı şəxsiyyətlərin, yəni tanınmış, az tanınan və ya heç tanınmayan personaların həyatından söhbət açılır. Amma məcmuəyə bir müsahibə də əlavə etmək qərarına gəldim. Niyə məhz bu müsahibə? Görəcəyiniz kimi, “Mənim kəndim” rubrikası altında gedən yazıda məhz doğulub boya-başa çatdığım İsalı kəndi, onun təbiəti və adamları haqqında xatirələr yer alıb. Məsələ burasındadır ki, kitabın bu bölümündə barələrində söhbət gedən insanların həyatının müəyyən dövrü elə İsalı ilə bağlı olmuşdur. Təbii ki, onların heç də hamısı İsalı kəndində yaşamayıblar...

    Modern.az saytının “Mənim kəndim” layihəsinin bu dəfəki qonağı yazıçı-filosof Firuz Mustafadır. O, özünün anadan olduğu, uşaqlığının keçdiyi Gədəbəy rayonunun İsalı kəndi barədə söz açır və o kəndlə bağlı xatirələrini bizimlə bölüşür:

    Kəndimiz, tariximiz və biz
    -Doğulduğum kəndin 200 il yaşı var. Ulu babamız Qazax bölgəsindən köç edib Şınıx mahalına gəlib. O vaxtlar quberniya mərkəzi Gəncə, qəza mərkəzi isə Qazax olub. Əslində, babamızgil bir bölgənin daxilində bir kənddən digərinə köçüb. Gədəbəy rayonu sonralar, sovet dönəmində yaranıb. Kəndimiz İsalı adlanır. İsa kişi indiki Ağstafa ərazisində yerləşən Pirli kəndində, 18-ci əsrin əvvəlində, təxminən 1700-cü ildə anadan olub. Onun iki övladı olub: Zaman və Duman. Duman 1760-1840-cı illər arasında yaşayıb. Duman öz övladlarının böyüyünə elə öz atasının, yəni İsanın adını qoyub. Necə deyərlər, bu ikinci İsa babamızın on övladı olub, doqquz oğlan və bir qız. Oğlanları bunlardır: Məşədi Tağı, Kərbəlayı Mustafa, Molla Nağı, Allahverdi, Cəfər, İsmayıl, Kərbəlayı Köçəri, Musa, Hüseyn.
    İsa kişinin tək qızının adı isə Gülpəri olub. Yəqin ki, soyadıma görə diqqətinizdən qaçmadı, bəli, həmin doqquz oğuldan biri, yəni Kərbəlayi Mustafa mənim ulu babamdır. Mustafanın oğlu Məşədi Mehralı olub. Məşədi Mehralının oğlu Qədimalı, Qədimalının oğlu isə mənəm. Biz dörd qardaş, bir bacıyıq. Artıq dediyim kimi, kəndimizin adı ulu babamızın adını daşıyır - İsalı. Babam Məşədi Mehralı maarifpərvər adam olub. O, əvvəlcə kəndin kənxudası, sonra isə sovet sədri olub. 1934-cü ildə “xalq düşməni” kimi güllələnib, iyirmi il sonra, 1954-cı ildə bəraət alıb. Mən həmin dövrdə baş verən qanlı proseslər barədə “Qapı” romanımda ətraflı yazmışam. Düzdür, həmin roman sırf bədii düşüncə məhsuludur, amma orada babamla bağlı sənədli səhifələr də var.
    Atamız, anamız və cəfamız...
    -Atam Qədimalı Mustafayev ikinci cahan savaşından əvvəl Gəncə Pedaqoji Texnikumunu bitirib. Bir müddət müəllim işləyib. İlk gündən müharibəyə aparılıb. 1946-cı ildə evə dönüb. Qiyabi yolla əvvəlcə rus dili institunu, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Ömrünün sonunacan öz kəndimizdəki məktəbdə rus və Azərbaycan dillərindən dərs deyib. Atamın güclü dil öyrənmək qabiliyyəti vardı. O, cəmi 55 il ömür sürüb. Atam rəhmətə gedəndə bizim evdən üç nəfər ali məktəbdə təhsil alırdı. Bundan sonra biz böyük çətinliklərə dözməli olduq. Anam Firəngiz xanım da uzun illər məktəbdə çalışıb.
    HAŞİYƏ - “İsa kişinin şəcəsəri”
    -Və burasını da deyim ki, bizim nəslimizin 300 illik tarixi haqda mərhum alim Ənvər Köçərli “Bir ağacın budaqları” adlı kitab nəşr etdirib. Mən bu kitaba istinadən, “İsa kişinin nəvələri” adlı şəcərəni tərtib etmişəm. Bizim nəslin qol-budağı, Ermənistan, Gürcüstan, Rusiya ərazisinə səpələnib. Həmin şəcərə ağacında onlar haqqında müfəssəl məlumat var. Gördüyünüz kimi, necə deyərlər, “yeddi arxa dönənimiz” haqda dəqiq, səhih məlumat mövcuddur.
    Nəslimizdə kifayət qədər ziyalı var. Kiçik bir kənddə iki akademik, onlarla alim, tanınmış ziyalı boya-başa çatıb. Təbii ki, əkinçimiz, biçinçimiz, çobanımız, fəhləmiz də yox deyildir.

    Kəndimizdə açılmış ilk dünyəvi məktəbdə Qasım Köçəri oğlu və Məhəmməd Mustafayev kimi tanınmış pedaqoqlar fəaliyyət göstərib.
    Mən kəndimiz haqda ona görə belə geniş söhbət açıram ki, o obanın tarixi həm də bizim nəslin tarixi və taleyidir.
    Saflıq universitetləri
    -Mənim boya-başa çatdığım ev kəndin yüksəkliyində, Ər dağının ətəyindədir. Bizim evdən baxanda az qala, bütün Şınıx ovuc içi kimi görünür. El arasında bu zonaya “Şınıxdərə” də deyirlər; bir az kənardan baxanda bu yerlər öz relyefi etibarı ilə açılmış nəhəng bir kitaba bənzəyir. Bu “kitabın” təbii “səhifələrini” onun meşələri, bulaqları, biçənəkləri bəzəyir. Kəndimiz Ermənistanla sərhəddədir. Sevan gölü bir neçə kilometrlikdədir. Yaxınlıqda malakan kəndləri yerləşir. Malakanlar çox yaxşı, etibarlı qonşudur.
    Kəndimizin qışı çox sərt keçir. Orada hələ də odun sobaları işə yarayır.
    ...Və... Mənim universitetlərim
    -Mən kəndimizdəki orta məktəbdə oxumuşam. Hələ səkkiz, ya doqquzuncu sinifdə ikən ilk komsomol təşkilatı katibi olmuşam. Mənim “komsomolçularım” arasında şagirdlərlə yanaşı, xeyli sayda gənc müəllim də vardı.
    Özünü tərifləmək kimi çıxmasın, uşaq ikən çox mütaliə edərdim. Bu vərdiş məndə yenə qalmaqdadır. Kitab oxumadığım bir günü xatırlamıram. Kəndimizdə 4-5 kitabxana vardı. Məktəb kitabxanası, kolxoz kitabxanası, birləşmiş kitabxana...
    Hamısının üzvü idim. Əvvəllər kəndimizdə elektrik yox idi. Arada neft qıtlığı da olurdu. Necə deyərlər, işığa qənaət etmək lazım gəlirdi. Amma mən bəzən bu “qənaət rejimini” pozur, gecələr lampanı yandırıb kitab oxuyurdum. Özü də harada- evimizdəki böyük yazı stolunun altında. Mən bu “fəndi” Maksim Qorkinin “Mənim universitetlərim” əsərindən oxuyub əxz etmişdim. Əlbəttə, sonralar bu məsələnin üstü açıldı. Düzdür, məni yazıq Peşkov kimi cəzalandırmadılar. Amma əvəzində evdə dəfələrlə “xəbərdarlıq” almalı oldum.
    İlk imtahan
    -Yadımdadır, bir dəfə, hələ ibtidai sinifdə oxuyarkən dayım - yazıçı Nahid Hacızadə bizə gəlmişdi. Evdəkilər ona mənim çox kitab oxumağımdam narahat olduqlarını bildirdilər. Dayım gülüb dedi ki, indi dəqiqləşdirərəm bunun mütaliəsinin həcmini. Və məni sorğu-suala tutdu. Mən o vaxtlar artıq Puşkinin, Tolstoyun, Qoqolun, Maksim Qorkinin, çoxcildliklərini oxuyub başa vurmuşdum. Bundan başqa, Belinskinin, Dobrolyubovun ədəbi-tənqidi məqalələrini, Mayakovski, Fadeyev, Katayev, Şoloxov, Tvardovski kimi şair və yazıçıların əsərlərini də diqqətlə mütaliə etmişdim. Üstəlik “Azərvaycan pioneri” və “Pionerskaya pravda” qəzetlərinin abunəçisi idim. Dayım mənim mütaliəmdən çox razı qaldı və valideynlərimə belə dedi: “Oxumağa davam etsin. Bunun ziyanı yoxdur”. Sonralar ali məktəbdə təhsil alarkən mən orta məktəbdə oxuduqlarımdan imtahan verməli oldum.
    “Oyun” qabağı “məşqlər”
    -Arada o vaxt radioda gedən məşhur “Xoruz baba” verilişində mənim məktubum da oxunurdu ki, bu da sinfimizdə və az qala, bütün kənddə toy-bayrama çevrilirdi.
    Biz məktəbdə olarkən teatr tamaşaları hazırlayırdıq. Yadımdadır, “Hacı Qara”, “Vaqif”, “İki həyat” tamaşalarının “quruluşunu” mən hazırlamışdım. Görünür, dramaturgiyaya gələn yolumun mənbəyi oradan başlayıb.
    Boş vaxtlarımda rəsmlə məşğul olurdum. Rəsm dəftərim, çəkdiyim bəzi mənzərə və portretlər indiyəcən qalmaqdadır. Hətta, bu barədə iki-üç il öncə AzTv-də bir veriliş də hazırlanmışdı.
    O zaman rayonumuzda “Tərəqqi” qəzeti çap olunurdu. Mən əvvəlcə həmin qəzetə, daha sonra Bakıda nəşr olunan “Kommunist”, “Sovet kəndi” qəzetlərinə məqalələr yazmağa başladım. Bax ilk qonorarlarımı onda almağa başladım. İndi təsəvvür edin: orta məktəb şagirdi bəzən az qala müəllimlərinin əməkhaqqı qədər qələmhaqqı alır. İndi bu, bir yuxuya bənzəyir.


    Bir “qonaqlığın” tarixçəsi
    -Madam ki, söhbət ilk yazı-pozudan düşdü indi bir az gülməli, bir az da ağlamalı bir hadisəni xatırladım. Bir dəfə dostlarımdan biri ilə həmin o “Tərəqqi” qəzetini başdan-ayağa diqqətlə oxuyub tənqidi bir yazı yazdıq. Əlimizdə xeyli “fakt” da vardı. Belə ki, hətta sərlövhələrdə, baş məqalələrdə belə xeyli qrammatik, orfoqrafik səhvlər vardı. İri bir məqalə hazırladıq və onu “Kommunist” qəzetinə göndərdik. Bir də eşitdik ki, bütün məktəb əl-ayağa düşüb, orada hay-küy qopub. Sən demə, raykomdan və rayon qəzetnin redaksiyasından bir dəstə “yoldaş” bizim təhsil aldığımız məktəbə gəlibmiş. Onlara elə gəlirmiş ki, bu yazının müəllifi biz şagirdlər yox, bizim müəllimlərimizdir. Təbii ki, tezliklə hər şey məlum oldu. Biz həmin məqaləni özümüz yazdığımızı etiraf etdik. Xəttimiz də göz qabağında idi. Gərgin söhbətdən sonra məktəb rəhbərliyi kəndə gələn “yoldaşları” yeməyə dəvət etdi. Sonralar müəllimlərimizdən biri zarafatla belə dedi: “Ay uşaqlar, niyə öz iş-gücünüzlə məşğul olmursuz? Bax yazdınız, gəldilər, yeyib-içib getdilər. Sizin hesabınıza iki hinduşkanın başından keçməli olduq”.
    Amma qəzetin redaktoru mədəni, ziyalı adam idi, çünki bu əhvalatdan sonra da yazılarım orada çap olundu. Orta məktəbi bitirəndə artıq qonorarla özümə kitab-dəftər, pal-paltar almaq imkanım vardı.
    “Stalinin qənimi”
    -Mən nə nənə, nə də baba görmüşəm. Həm ata, həm də ana babam mən dünyaya gəlməmişdən xeyli əvvəl rəhmətə gedib. Mən nəslimizdə baba əvəzi böyük əmim Möhbalını, nənə əvəzi isə onun arvadı Xurmanı görmüşəm. Əmim çox şən, yeyib-içən bir adamdı. Daim sovet hökumətini söyərdi. Ən çox da Stalini söyərdi. Çünki onun atası Stalin kursuna zidd bir adam kimi güllələnmişdi. Xurma xala isə mənə əsl nənəlik etmişdi. Mən onunla hər il yaylağa gedərdim. Biz əvvəllər Qonaqgörməz, sonralar isə Kaftar deyilən yerlərdəki yaylaqlara gedərdik. Yaylaq məzərələri, köç lövhələri hələ də gözümün önündədir. Qurulan çadırlar, hörülən mərəklər, örüş yerləri, yaylım, sağın, çoban tütəyi, daş duzlar, bulama, eydirmə, körəməz, kətəməz, eymə, satıl... Bu sözlər, daha doğrusu bu fenomenlər indi bir qədər arxaik səslənir. Amma əslində hər ifadənin arxasında bir tarix yatmaqdadır.
    “Qızqaytaran”
    -Mən oduna, biçinə getdiyimi də xatırlayıram. Yaşıdlarımın bir çoxu göndən tikilmiş çarıq geyərdi. Yadımdadır, bir dəfə evdə dava-dalaş salıb mənə çarıq tikdirməklərini tələb etdim. Atam bərk hirsləndi: “Ayaqqabısı olmayanlar çarıq tikdirir. Axı sənin ayaqqabın var”. Anam əmimə bu barədə deyəndə Möhbalı kişi elə həmin gün mənə bir çarıq tikib bağışladı və gülə-gülə dedi: “Hə, bu da sənə bir qızqaytaran çarıq”. Mən cəld qaçıb dostlarıma sevincək yeni tikilmiş “qızqaytaran”ımı göstərdim. Axşam yağan yağış mənim çarığımı isladıb ətənəyə döndərmişdi. Ayağım yaş çarığın içində az qala donmuşdu. Beləliklə, dava-dalaşla əldə etdiyim çarığı cəmi bircə gün geyməli oldum.

    “Bir də onları xatırlayıram...”
    -Xatırlayıram ki, o zaman arada kəndimizə ilan ovsunçuları, ayı oynadanlar, ələmgəzdirənlər də gələrdi. Bu qəribə adamların öz sir-sifətlərindən və qəribə geyimlərindən heç də az qəribə olmayan hərəkətləri məni heyrətləndirərdi.
    Bir şeyi də yaxşı xatırlayıram. O zaman kəndimizdə çoxlu əlil adamlar vardı. Əlbəttə, bunlar cəbhədə qolunu, qıçını itirmiş adamlar idi. Mənim ilk müəllimim Yaqub müəllim də ayağının birini cəbhədə itirmişdi. Mən sonralar öyrəndim ki, müharibə zamanı əsir düşmüş və əsirlikdən canını zorla qurtarmış bu adamların bir çoxu vətənə qayıtdıqdan sonra təzədən sürgün olunmuş, yalnız Stalin öləndən sonra bəraət alaraq doğma evlərinə qayıda bilmişdilər. Sonralar mənim qələmə aldğım, hələ sovet dönəmində nəşr olunmuş “Dünyanın rəngi” povestimdə məhz bu məsələ işıqlandırılmışdır. Əsərin qəhrəmanı Vamiq günahsız qurbana çevrilən atasının həsrəti ilə yaşayır, Stalinə məktublar yazır, lakin o məktublar cavabsız qalır.

    “Təkcə dağlar dəyişməyib”
    -Mən hər il kəndimizə gedirəm. Anama baş çəkirəm. Aradan ötüb keçən bu illər, onillər ərzində çox şey dəyişib. Bir siyasi sistemi digəri əvəz edib. Kəndimizdə adamların sayı azalıb. Gənclərin çoxu şəhərlərə və gigər ölkələrə iş ardıyca gedirlər. İsalıda bu gün daşlı-kəsəkli yollar asfalt, soyuq evlər yanacaq-qaz gözləməkdədir.
    Bəli, kəndimizdə çox şey dəyişib. Çaylar başqa məcraya axaraq öz yerini dəyişib. Elə adamlar da dəyişib. Hətta, fauna və florada da dəyişmə müşahidə olunur. Belə ki, əvvəllər bu yerlərdə gözə dəyməyən vəhşi baldırğanlar kök salıb. Ağac kimi hündür olan bu zərərli-zəhərli bitkinin kökü də dərinlərə işləyib.
    Ermənistan tərəfdən axıb gələn sincab sürüsü toyuq-cücəyə tülküdən betər qənim kəsilib. Tülkü demiş, axşamlar çaqqal sürüsü dərələrdə ağız-ağıza verib ulaşır.
    Və nəhayət, bildiyimiz kimi, biz tərəflər öz meyvə-tərəvəzi, xüsusilə kartofu ilə məşhurdur.
    Meyvə bağlarının, ağacların sayı son illərdə xeyli artıb. Elə arıçılıq da öz inkişaf dövrünü yaşayır. Amma kartofçuluq... Təəssüf ki, artıq məşhur “ağçiçək” sortu aradan çıxıb. İndi kartof sortlarına yerli əhalinin özü “şərti” adlar qoyub: “qırmızı kartof”, “rus kartofu”, “iran kartofu” və sair.
    Bu, yaxşı haldır ki, son illərdə təsərrüfata meyl artıb.

    Dediyim kimi, kəndimizdə hər şey dəyişmədədir. Təkcə dağlar dəyişməyib. On illər, yüz illər, min illər öncə olduğu kimi yenə əzəmətlidir, vüqarlıdır o dağlar. Bizim kəndimiz Ər dağından başlayır.
    Müsahibəni götürdü: N.Nihad


    Firuz Mustafa
    Qısa bioqrafiya və biblioqrafiya
    Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof

    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Bioqrafiyası
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Dövlət Pedaqoji Universitetinin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərində fəlsəfə, fəlsəfə tarixi, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr oxumuşdur.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s.), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа AYB Dramaturgiya sektorunun rəhbəri, “Teatr” jurnalının təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifаqının, Fəlsəfə Cəmiyyətinin, habelə Qafqaz Yazıçılar Klubunun üzvüdür.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər.
    Firuz Mustаfаnın əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir.








    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    İki dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının mükаfаtı


    Firuz Mustafanın
    Azərbaycan teatrlarında tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):

    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı (“Musiqili məktublar”)
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “İfritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • “Safari”- Tədris Teatrı
    • “Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Müqəvva”- (festival üçün)- Azərbaycan Dövlət Akademik Rus dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Adsız” (rusca)- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)
    •

    Firuz Mustafanın
    xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Trabzon Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)





    Firuz Mustafanın elmi və bədii əsərləri
    (biblioqrafiya)


    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019).

    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” - (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Məruzə”.Bioqrafiya.Biblioqrafiya (“Renessans-A” nəşriyyarı, 2024)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    *Seçilmiş əsərləri (40 cilddə) (“Ekoprint”) nəşriyyatı, 2018)

    *“Gündəliklər” (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2024)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)

    İngiliscə kitabları:
    • “A sea nomad” (Dəniz köçü”). povest- (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend” (“Kəhrəba, sadiq dost) - (“Elm fondu”nun nəşri, 1997)
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram. (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)

    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (“Teatr” jurnalına əlavə, 2012)
    •

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada nəşr olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)


    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018


    “Amazon”da dərc edilən və yayınlanan kitabları
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram- (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)



















    MÜNDƏRİCAT:

    İrs

    Yusif Vəzirin əsarətdə qalan məzarı
    s.03
    Tanıdığımız və tanımadığımız Nərimanov
    s.13
    HÜSEYN CAVİDİN QİSASI BELƏ ALINDI
    və yaxud Abbas Zamanovun “ustad şilləsi”
    s.23
    Səməd Vurğunun dostları və “düşmənləri”
    s.32
    Sehrli çubuğun qüdrəti
    s.37
    BÜTÖVLÜK və yaxud Mənim tanıdığım İsmayıl Şıхlı
    s.42
    Dəyərlərimizi unutmayaq (Mikayıl Xıdırzadə haqqında)
    s.52
    Vəli Axundovdan gözlənilməz jest
    s.56
    "MİХAYLО BAКIDADIR" özü də "Кöhnə İnturistdə" yaşayır (Nodar Şaşıqoglu haqqında)
    s.61
    Xəlil Rza cəsarəti, Xəlil Rza həqiqəti
    s.68
    Nəğməkar şair (Şair, Əməkdar incəsənət xadimi
    Tofiq Mütəllibov haqda)
    s.75
    “O dünyaya köçən dünyam...”
    (Şahmar Əkbərzadə)
    s.86
    İstedadlı publisistimizi itirdik
    (Yusif İsmayılov haqqında)
    s.111
    Yüksəliş
    Yusif Kərimov haqqında qeydlər
    s.113
    İşıq axtaran adam
    (Gülhüseyn Hüseynoğlu)
    s.119
    Böyük ürəyin nağılı
    (Yazıçı Əlfi Qasımov haqqında)
    s.125
    Yanardağı tanıyırdınızmı?
    Söhbət Sabir Yanardağdan gedir
    s.128
    Xəyyam bəy əbədiyyətə qovuşdu... (Xəyyam Mirzəzadə haqqında)
    s.129
    “MƏNSURİYYƏ” HARAYI
    (Müğənni Yaqub Məmmədov haqqında)
    s.131
    Tarixçi Möhsün Əliyevi xatırlayan varmı?
    s.133
    “Məhəbbət əfsanəsi” Arif Məlikov gözlərini əbədi yumdu
    s.135
    Səyavuş Sərxanlını xatırlayarkən…
    s.136
    Eldar Baxışla bağlı kiçik bir xatirə
    s.141
    Vaqif Səmədoğlu. Azad adam
    s.143
    “Ay Taleh, yoruldun, bezdin, eləmi?”
    s.128
    ARİFƏ BİR İŞARƏ... Arif Əmrahoğlunu xatırlayarkən
    s.151
    “Kitabınızı diqqətlə oxudum, çox bəyəndim...”
    (Fuad Poladovun xatirəsinə)
    s.155
    “O dağlar bizi bağışlamayacaq. Əgər...”
    Cavanşir Cahangirov haqq dünyasına qovuşdu
    s.158
    Heyif səndən, Zöhrab Əmirxanlı...
    s.162
    Çovğunamı düşdün, "baharın" hanı?” (Oruc İsgəndərli haqqında)
    s.164

    ελεγεια
    Elegiya
    Bizi yaxınlaşdıran və uzaqlaşdıran zaman... (Akif Məmmədov haqqında xatirələrim)
    s.166
    Bir dostumu xatırladım... (Məhəmməd Məhərrəmovun xatirəsinə)
    s.176
    Unudulmayacaq... (Svetlana Əliyevanın xatirəsinə)
    s.181
    Vurğunluq. Vurğunsuzluq. (Vurğun Əyyub haqda)
    s.184
    Mənim bir fotoşəklim var...
    s.186


    Yaddaş
    Puşkin haqda bildikləriniz və bilmədikləriniz
    s.187
    Tolstoy kimi sevirdi?
    s.199
    “Adi əhvalat”ın qeyri-adi müəllifi (İvan Qonçarov haqda)
    s.203
    Marksın gizli sevgisi
    s.207
    Leninin sevgilisi... Krupskayanın əri...
    s.211
    Stalinin qızı (Svetlana Alliluyevanın sevgililəri...)
    s.214
    Stalinin arvadı(Nadejda Alliluyeva haqda)
    s.218
    Stalinin oğlu və Hitlerin bacısı oğlu...
    s.224
    Mən Molotovu görmüşəm
    s.226
    Trotskinin Türkiyədəki evi
    s.233
    Stepan Yemelyanov...
    s.240
    Kosıginin qəribə taleyi...
    s.242
    Ömürdən uzun sevgi
    (V.Mayakovski haqqında)
    s.246
    Mixail Şoloxov və onun “İnsanın taleyi” əsəri
    s.249
    Stalin və Şoloxov
    s.258
    Tereşkova və Nikolayev
    Məşhur kosmik cütlüyün ailə dramı
    s.259
    Landau- dahi fizik və qadın “ovçusu”...
    s.261
    Rəsul Həmzətovdan götürmədiyim müsahibə
    s.268
    “Əgər müqəddəs olsaydım...” (Andrey Voznesenski)
    s.275
    Böyük rus şairi vəfat etdi (Yevgeni Yevtuşenko)
    s.279
    Anatol İMERMANİS: “AZƏRBAYCANLILAR TƏMKİNLİ ADAMLARDIR”
    s.281
    Aytmatov. Özü, ailəsi, şəcərəsi, sevgisi... haqqında
    s.290
    Oljas Suleymenov: “AZƏRBAYCAN HƏMİŞƏ ÜRƏYİMDƏDİR...”
    s.296
    Salih Qurtiyevin ədəbi bioqrafiyası
    s.305
    Elina Bıstritskaya vəfat etdi
    s.315
    Dissident yoxsa xəstə? Yevgeni Titarenko haqqında)
    s.316
    Özbək xalqına başsağlığı verirəm… Abdulla Arifovun xatirəsinə
    s.319
    Gürcülərin qadınlara verdiyi bayram “qonaqlığının” sonluğu necə oldu?
    s.321
    Yüz yaşlı alim yardıcılığının çiçəklənmə dövrünü yaşayır
    (Akademik Boris Poton)
    s.326
    Qəzzafinin Ukrayna payızı
    s.329
    Alla Axundova: “MƏN AZƏRBAYCANLA NƏFƏS ALIRAM”
    s.331
    Məşhur Nobelçi ədibin gecikmiş sevgisi...
    Llosa və Markes
    s.337
    Söhrab Əmi
    s.339
    Görüşəndə deyərdi ki...
    Məmməd Kazım
    s.343
    Fikrət Sadıq öz qızı Ayselin adı haqqında
    s.345
    "Bir şəhiddir ürəyim..."
    (İlyas Tapdığın bir şeiriin tarixi)
    s.347
    O, həm də şair idi...
    (Feyruz Məmmədov haqqında)
    s.351
    Böyük yazıçı- Rza Barahani ilə yazışmalarım
    s.353
    Pəhləvilər türkdür
    Rza Şahın ata-anası, arvadı və gəlini türk idi
    s.360
    İmran Xan kimdir?
    s.363
    Yanardağı tanıyırdınızmı?
    Söhbət Sabir Yanardağdan gedir
    s.368
    Xəyyam bəy əbədiyyətə qovuşdu...
    (Bəstəkar Xəyyam Mirzəadə haqqında)
    s.369
    “Mənsuriyyə” harayı
    Məşhur xanəndə Yaqub Məmmədov vəfat edib
    371
    Nağılbaz vəfat edib...
    s.373
    Rizvan intihar edib?
    s.375
    Ceyran Nərimanı itirdik
    s.376
    Şair çimərlikdə
    (kiçik xatirə)
    s.379
    Şamxal Rüstəmin konyakı
    s.381
    Küləyin yerə atdığı portret...
    (Səməndər Rzayev haqqında kiçik xatirə)
    s.385
    “Xaşistı...”
    (Aytmatovun hazırcavablığı)
    s.387
    Yazıçı Gəray Fəzlini andıq...
    s.388
    Aleksey Saprıgın:döyüşçü,aktyor
    s.390


    Müasirlərim
    ATAM... (ESSE)
    s.391
    ANAM... (ESSE)
    s.400
    О, uşaqla uşaq, böyüklə böyük idi
    (Görkəmli pedaqoq Əli Rəsulov haqqında)
    s.406
    Tofiq Köçərli aurası
    s.410
    Ləyaqətli ömür yolu
    (Əli Köçəri oğlu haqqında)
    s.416
    Sanki belə bir sonluğu o, özü seçmişdi
    (Ənvər Köçərlinin əziz xatirəsinə)
    s.423
    Öz qəhrəmanlarına bənzəyən yazıçı
    (Nahid Hacızadə haqqında)
    s.427
    O, sanki səsi ilə rəsm çəkirdi
    (Yusif Muxtarov haqqında)
    s.436

    finale
    Cavidlə sürgündə olan adam
    s.442
    Bəxtiyar Vahabzadə 20 Yanvar günü
    s.446
    “Bildinmi niyə susurdum?” (Xalq şairi Hüseyn Arifi xatırlayarkən)
    s.448
    Namiq Abdullayev: “Əbülfət, məni girovluqdan azad et...”
    s.451
    Əlibala Hacızadə: “BURADA BİR BAŞIPAPAQLI YOXDUR?”
    s.455
    Sənətkar ömrünün pillələri
    (Rejissor Ağakişi Kazımov)
    sor Ağakişi Kazımov)
    s.457
    Dünyanın tanıdığı alim
    (Abbas Çaixorski haqqında)
    s.460
    Robert Hossein və yaxud Rober Osseyn
    s.467
    Hüseynağa haqqında keçmiş zamanda danışmaq olmur..
    (gündəlikdən parcalar)
    s.472
    Onun ömrünün yarımçıq qalan hissəsi...
    (Abdulkadır Özkan haqqında)
    s.475
    Türklər və fransızlar
    Volter öz dramında Peyğəmbəri təhqir etmişdi
    s.480
    Yurdumuzun nəbzi döyünür
    s.486
    Səbuhi...Vida sözü əvəzi
    s.488
    Elçin. Səxsiyyətin diapazonu
    s.490
    Anarın söz baharı
    s.500
    Ağ işəqdan keçən qırmızı xətt
    s.509
    Aydın oğluna qovuşdu
    s.516
    “YARPAQLAR ALTINDA GİZLƏNƏN ŞEİR...”
    Şair Ağacəfər Həsənlinin yeni kitabı
    s.518
    ARZULARIN ÇİN OLSUN, MƏZAHİR MÜƏLLİM
    s.525
    AZƏRBAYCAN SEVDALISI (Əli bəy Evsen)
    s.530
    Azərbaycan aktyoru necə “Hind şahzadəsi” oldu?
    s.538
    Rejissor Mərahim Fərzəlibəyovun ƏMƏK KİTABÇASI
    s.544
    SƏMİMİYYƏT (Şahvələd Köçərli)
    s.550
    Vaxtın miqyasını görülən işlər müəyyən edir...
    (Bədirxan Əhmədli)
    s.554
    Şumovski kimdir?
    s.557
    Meydanda toplanan milyonların aqibəti necə oldu?
    s.562
    İki məşhurun dostluğu...
    Bünyadov Semyonovu necə xilas etdi?
    s.568
    Şairin şarjı
    s.571
    Mehman və Fəridə
    Bu qeydləri “qeyri-adi sevgi” də adlandırmaq olar...
    s.574
    SƏHNƏ ONUN UÇUŞ ZOLAĞI İDİ
    s.578
    Vaqif Səmədoğlu niyə hirslənmişdi?
    s.581
    Nemtsov. Arvadı və qızı.
    Borisi sevənlər çox idi
    s.584
    Qandi və Ustinov
    s.586
    Əkrəm Əylisli nədən qorxur?
    s.588
    Trotskinin Türkiyədəki evi
    s.592
    Filosof Rəhman Bədəlovu itirdik
    s.599
    İosif Stalinlə Adolf Hitlerin dostluğu...
    s.601
    O, Azərbaycan və azərbaycanlılar haqqında xüsusi ehtiram və rəğbətlə söhbət açırdı... Oleq Volkov.
    s.603
    Mən akademik Mehdizadə ilə görüşmüşəm...
    s.606
    Mənim kəndim - Firuz Mustafa:
    s.610

    Müəllif haqqında
    s.619
    Firuz Mustafanın əsərləri
    s.621









    Firuz Mustafa

    Persona
    (Memoirs)


    Redaktor: Fazil N. Mustafayev

    Kitabın dizayneri:
    A.Mustafa

    ©Firuz Mustafa.2027. səh.638





    “Füyuzat” nəşriyyatı.2027



    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)






    BAKI-2027






    QEYDLƏR
    ...............................................................................................................................................................................................................................................................................................











  • oktyabr 2026, Firuz M.

  • 3
Poetik tərcümələr

Firuz Mustafa

Poetik Tərcümələr Bakı-2026 Bədii tərtibatçı: A. Mustafa Redaktor: H.Hüseynova ©yev,2026.,səh.262 Kitabda nın dünya ədəbiyyatından etdiyi poetik tərcümə......

Əlahəzrət Söz (Ədəbi qeydlər)

Firuz Mustafa

Əlahəzrət Söz Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Fi¬ruz Mustafa əlahəzrət söz ədəbiyyat. ədəbi şəxsiyyətlər. Sizə təqdim olunan kitabda nın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Persona (Memuar)

Firuz Mustafa

Persona (memoirs) Bakı- 2027 Persona (memoirs) Oxuculara təqdim edilən kitabda nın ayrı-ayrı görkəmli şəxsiyyətlərlə bağlı memuar janrında qələmə aldığı portret-oçerklər,......

Sən olsaydın

Dəhnəli Məmməd Hacızadə

Anıb səni ah çəkirəm dərindən, Kövrəlirəm eşidəndə adını. Sanki dünya oynayarmış yerindən, həyatımın qadını....

Pyeslər. 1-ci cild

Firuz Mustafa

Pyeslər 1-ci cild Altı cilddə Bakı-2026 Pyeslər 1-ci cild Altı cilddə Təqdim edilən kitaba nın seçilmiş dram əsərləri daxil edilmişdir.......

Düşüncələr2

Şümşəd Hüseynova

İnsanlar seçimlərinin əziyyətini daim çəkir. İstər yaxşı, istərsə də pis. Hər şey kənardan göründüyü qədər gözəl və füsunkar görsənir, reallıq isə elə olmur. Gördüyümüz dəbdəbəli......

Pyeslər. 4-cü cild

Firuz Mustafa

Altı cilddə Təqdim edilən cildə seçilmiş dram əsərləri daxil edilmişdir.......

Pyeslər. 5-ci cild

Firuz Mustafa

Altı cilddə Təqdim edilən cildə tarixi dramları, monopyes və monohekayələri, yaradıcılığının ilkin......

Pyeslər. 3-cü cild

Firuz Mustafa

Altı cilddə Təqdim edilən cildə seçilmiş dram əsərləri daxil edilmişdir.......

Pyeslər. 2-ci cild

Firuz Mustafa

Altı cilddə Təqdim edilən kitaba nın......