...
  • Mariyan Şeyxova. Poetik tərcümələr
  • Firuz Mustafa
  • Mariyan Şeyxova (Müslümova Miyasət Şeyxovna) 31 dekabr 1960-cı il tarixdə Dağıstanda, Lak rayonunun Ubra kəndində doğulub, milliyyətcə lakdır, rusca yazıb-yaradır. Dağıstan Dövlət Universitetinin filologiya və hüquq fakültələrini bitirib. Pedaqoji elmlər namizədidir. Maxaçqalada yaşayır. “Mələklər qan içində”, “Dənizlə birgə”, “Dante ilə dialoqlar” adlı poetik kitabların müəllifidir. Rusiya Yazıçılar Birliyinin, Beynəlxalq Yerusəlim Yazıçılar İttifaqının, Qafqaz Yazıçılar Klubunun üzvüdür.
    R.Həmzətov adına Respublika mükafatı, “Rusiyanın qızıl qələmi” mükafatı laureatı, habelə “Zolotaya strofa-2010” müsabiqəsinin qalibidir.

    Bu gün baxışların ağır, sürəkli

    Bu gün ağaclardan töküldü sanki
    Bu son ümidlər də
    In memoriam Şnitke.

    Bu gün baxışların ağır, sürəkli,
    Volqanın sahilindəki
    O gəmi kimi.

    İlk dəfə gözümü çəkə bilmirəm,
    Yad sahilə atılmış
    Yarpaq kimiyəm.

    İndi yük altında inləyib oxuyuram axı
    Nə qədər dibsiz imiş
    Susmaq günahı.

    Sözdən qaçmaq üçün qalmadı heyim,
    Yaddan çıxan yuxularla
    Ödədim hər şeyi.

    Bu gün baxışımı ayırmaq çətin,
    Çəpəki qaçıram
    Lap Şubert təki.

    Bu gün ilk dəfə oxudum harayını
    Çoxunun düşdüyü uçurum kimi
    Bir adada yəni.

    Dünən bacarmadım, bu gün bilmədim,
    Özümə gəlmədim.
    Sabahsa son ümidlərin sehrli seli
    Axacaq göz yaşı kimi
    In memoriam Şnitke.

    Gözündə ayrılıq daha ağırdı,
    Sanki qar, yorğunluq, həsrət yağırdı.


    Bir söz bilmirdi...

    Məhəbbət dağlarda çox söz bilməyir,
    Bəlkə ona görə başqaydı yönü.
    Məhəbbət bilmirdi məhəbbət nədir,
    Atan da bilmirdi o zaman bunu.

    Fermaya gəlmişdi, bəli, o, bir gün,
    Dağlarda günlər də səs-küysüz keçir.
    Onda süfrə açdım tək bir nəfərçün
    Sakitcə əyləşib o, yeyib-içdi.

    Hə, çıxıb gedərkən soruşdu birdən:
    “Gələ bilərəmmi bura bir zaman?”
    Elə bil od düşdü köksümə bu dəm,
    Dedim: “Öz işindir. Fikirləş, oğlan.”

    Təsadüfən gəlməmisən sən bura

    Yoxuş ağır, qalxmaq çətin, qıy səsi,
    Hava seyrək... Yaxına gəl, yad adam.
    Qalxıb-enir bu yollar tək nəfəsim
    Bu tərəfdə, bu yollarda mən yadam.

    Təsadüfən gəlməmisən bu yerə,
    Zəvvar, burda gözəllik yox bilirsən.
    Burda Günəş nur çiləyir göylərə,
    Burda şəfəq zülmət qovur əzəldən.

    Danışma, sus... Təkcə dağlar danışsın,
    Minillərin sirlərini izləyək.
    Onlar quş tək qanad gərib uçuşsun,
    Onlar bizi, biz onları səsləyək.

    Tərcümə edəni: Firuz Mustafa

  • mart 2019, Firuz M.

  • 144
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......