...
  • Haqqında (1-ci kitab)
  • Firuz Mustafa



  • Firuz MUSTAFA

    Haqqında





    1-ci kitab
















    Bakı-2020




    Firuz Mustafa
    haqqında

    1-ci kitab

    Oxuculara təqdim edilən 4-cildliyin
    birinci cildinə
    Firuz Mustafanın
    yaradıcılığından bəhs edən
    məqalə, rəy və esselər
    daxil edilmişdir.



    Bədii tərtibatçı: Aqşin Mustafayev
    Bakı.2020, səh.318
    ©Firuz Mustafayev.,2020


    "Renessans-A" nəşriyyat evi,2020



    BAKI-2020





    Firuz Mustafa
    yaradıcılığına ümumi bir baxış

    Altmışıncılardan sonra ədəbiyyata gələn yeni nəsilin ən məhsuldar və istedadlı nümayəndələrindən biri Firuz Mustafa bədii nəsr, dramaturgiya, poeziya və elm sahələrində zəngin bir yaradıcılıq yolu keçmişdir. 80-ci illərdə ədəbiyyyata gəlməsinə və ilk kitabı "Göyəm kolları"nın bu illərdə (dəqiq desək, 1985-ci ildə) dərc edilməsinə rəğmən, onun yaradıcılığının ən zəngin dövrü müstəqillik illərinə düşür. Onlarla hekayə, bir neçə roman, povest, qırxdan çox dram əsəri, şeirlər, esselər, tərcümələr və s. onun yaradıcılığının müstəqillik mərhələsini şərtləndirir. Onlarla dram əsəri Azərbaycanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin teatrlarında tamaşaya qoyulmuşdur. O, həm də filosof kimi fəlsəfə elminin problemlərini öyrənmiş, elmi məqalələr və tədqiqat əsərləri yazmışdır.

    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci ildə Gədəbəy rаyоnunun İsаlı kəndində ziyаlı аiləsində аnаdаn оlub. Bakıdakı 1 saylı texniki peşə liseyini bitirərək (1971) tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyib. Аzərbaycan Dövlət Pedaqoji Universitetinin filоlоgiyа fаkültəsini bitirdikdən sonra (1975) təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləyib (1975-1977). 1977-1978-ci illərdə hərbi хidmətdə tank komandiri olmuşdur. 1978-80-ci illərdə Аz.TV-də müхbir, Kinоlаşmа idаrəsində sərəncаmçı dirеktоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərib. Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış (1980-1984), sоnrаkı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə kаfеdrаsındа dоsеnt vəzifəsində çalışıb. 1985-ci ildə fəlsəfə üzrə fəlsəfə doktorluğu, 1992-ci ildə dоktоrluq dissеrtаsiyaları müdаfiə еtmişdir. Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdаktоru vəzifəsində çаlışıb.
    F.Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunub. İlk bədii kitabı “Gənclik” nəşriyyatında (1985), ilk elmi monoqrafiyası “Elm” nəşriyyatında (1989) işıq üzü görüb. Onlarla еlmi və bədii kitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəkilib. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şukşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” (2000)
    kitаbını Аzərbаycаn dilinə tərcümə еdib. F.Mustаfа 40-dan çox kitabın müəllifidir. Onlarla pyеsi müхtəlif dövlət
    tеаtrlаrındа, eləcə də Türkiyədə tаmаşаyа qоyulub. Əsərləri alman, rus, türk, fransız və ingilis dillərində dərc edilib.

    F.Mustafa bədii yaradıcılığa 80-ci illərin əvvəllərində başlamışdır. Müstəqillik illərinə qədər onun iki kitabı- "Göyəm kоllаrı" (1985) adlı hekayələr və "Dünyаnın rəngi" (1989) adlı povest və hekayələr kitabı nəşr edilmişdi. Elə ilk hekayələrindən başlayaraq yazıçı yeni qəhrəmanları, süjet xətləri, təhkiyəsi ilə "kiçik janrda" böyük mətləbləri ifadə etməyə çalışıb. "Haray", "İşıq", "Ağır yük", "Qeyri-kafi", "Yay sazağı", "Küçə nəğməsi", "Göyəm kolları. Çisək" hekayələrində yazıçı gerçəkliyə eləcə də həyat, insan və zamana olan münasibətini özünəməxsus şəkildə ifadə edirdi. V.Şukşinin xatirəsinə həsr etdiyi "Qeyri-kafi" hekayəsində müharibə iştirakçısının illər sonra əlli yaşında tələbə olmaq üçün instituta imtahan verdiyini, burada gənc abituriyentlərin istehzası və gənc müəllimin onun müharibə haqqında danışdıqlarına ümumi mülahizələr, yaxud nağıl hesab edərək "qeyri-kafi" yazmasını real cizgilərlə təsvir edir. Onun biliyini qiymətləndirən gənc müəllim müharibə ilə bağlı tədqiqat əsəri yazmasına rəğmən, müharibədə iştirak edən, lakin təhsil almaq üçün özündə cəsarət tapan Ağa müəllimin biliyini "qeyri-kafi" qiymətləndirir. Ondan əvvəl "qeyri-kafi" alan bir neçə gənc kəsildiyinə görə ağlamışdı. Ağa müəllimin
    də gözlərindən yaş gəlir, lakin bu göz yaşı aldığı qiymətə görə deyildi; ondan imtahan götürən yaşlı müəllimin gənc
    həmkarına üz tutaraq ona məzəmmətlə: "Cavan deyil ki, deyəm gələn il gəlsin. Bu yaşda oxumaq eşqi var, elə bu bəsdi, Təhməzli..." deyir; öz bölük komandirinin familiyasını eşitdiyi zaman gənc müəllimə diqqətlə baxıb onun leytenant Təhməzlinin oğlu olduğunu heç bir şübhəsi qalmır. Əslində onun gözlərindən gələn yaş, "qeyri-kafi" aldığına görə deyil, qollarında can verən dostunun oğluna rast gəldiyindən idi: "Gedim həyətdə gözləyim. İmtahandan sonra yaxalayaram. Cəhənnəm olsun imtahan da, ali təhsil də...Gözüm, zənnim məni aldatmaz. Bu leytenant Təhməzlinin oğludur...Öz dostumun, öz qardaşımın yadigarıdır" (F.Mustafa. Göyəm kolları. B., 1985, s. 35). Yazıçı hekayəsində tarixdən imtahan verən Ağa müəllimin müharibə ilə bağlı sualının cavabında bütün müharibə dəhşətlərini təsvir etmək və bir təsadüf nəticəsində dostunun oğluna rast gəlməsini son dərəcə realist cizgilərlə təsvir edir.

    İlk kitabında dərc edilən "Göyəm kolları. Çisək" hekayəsi də təsvir orijinallığına və bədii bitkinliyinə görə ən yaxşı hekayələrdən biri idi. Hekayədə gənc Qaranın həyatı təsvir edilir; lal və danışa bilməyən oğlanın daxili aləmi açılır. O lal olsa da, ətrafında baş verən haqsızlıqlara biganə qala bilmirdi, buna görə də otlar, çiçəklər, kollar kimi lal qalmaq istəyirdi. Kənddə yaşayan Qaranın şəhərdən gələn, dodaqları çiyələyə bənzəyən qızla bağlı düşüncələrini yazıçı belə təsvir edirdi: "Qara belə hesab eləyirdi ki, qızın dodaqları nə qədər qızarsa da, ömründə çiyələk kimi şirin ola bilməzdi. Çünki o, çiyələyin necə qızardığını, əzəlki rənginin get-gedə necə yox olduğunu, dadının necə şirinləşdiyini öz gözləri ilə görər, dili ilə yoxlaya bilərdi; elə çiçəklər də çiyələklər kimi onun gözü qabağındaca yavaş-yavaş böyüyər, rəngdən-rəngə düşərdi; yağış, şeh nə də çiçəklərin rəngini soluxdurmazdı; damcıların altında rənglər daha da əlvanlaşardı" (Yenə orada, s. 56).
    F.Mustafanın "Dünyanın rəngi" kitabında dərc edilən "Bəyaz rəqs", "Marsdan telefon zəngi", "Alın yazısı", "Dərman şüşəsi", "Nəmişlik", "Bu yol hara gedir" və s. hekayələrində də cəmiyyət hadisələri, insanların mənəvi-daxili aləmi bütün ziddiyyətləri, təzadları ilə göstərilir. Bu hekayələrdə süjetlərin struktur sadəliyi, obrazların psixologiyasını detallarla çatdırılması, təhkiyə orijinallığı, dil zənginliyi və s. yazıçının yeni bir mərhələyə daxil olduğunu göstərirdi. Ən əsası isə onun hekayələrində dərin bir həyat müşahidəsi var idi. Bunu nəzərdə tutan tənqidçi V.Yusifli "Alın yazısı" hekayəsi haqqında yazır: "Alın yazısı" hekayəsindəki Kişi və Qadın obrazları Firuzun çox dəqiq həyati müşahidıləri əsasında yaranıb. Həyatda ömrü-günü puç olan, amma yenə yaşamaq istəyilə nəfəs alan insanlar var. Xəstə Həmid və Xəstə qadın..." ("Kaspi" qəzeti, 31.05.2014).
    F.Mustafanın "At günü" hekayə-triptixi isə çağdaş hekayəçiliyimizin klassik nümunələrindəndir. Təsadüfi deyil ki, hekayə azərbaycanca və rusca çap olunduqdan ("Ulduz", 2004, N1, "Literaturnıy Azerbaydjan", 2008, N11) dərhal sonra oxucuların, yazıçı və tənqidçilərin böyük marağına səbəb olmuş, haqqında məqalələr yazılmış və təhlillər aparılmışdır. Yazıçının bir çox nəsr əsəri kimi bu hekayənin də orijinal strukturu ideyanın təsvirində mühüm rol oynayıb. Hekayə-triptix üç hissəyə-"Qaçış", "İntihar" və "Son" bölümlərinə ayrılıb. Özünəməxsus təhkiyə orijinallığı və zənginliyi, simvollaşdırma, insanla-təbiətin harmoniyası və s. bu əsərin də başlıca xüsusiyyəti olaraq səciyyələnir.
    "At günü" hekayə-triptixində sahibinin dayçanın başına gətirdiyi fəlakətlər son dərəcə təsirli şəkildə əks etdirilir. Sahibinin dayçanı anasından və ilxıdan ayırması onu öz keçmişindən ayırması kimi mənalanır. İnsan səsi belə oni isitmir, o, anasını görmək istəyirdi. Bir qədər böyüdükdən sonra isə azadlıq və sərbəstlik fikrinə düşür. Lakin onun bu cəhdi boşa çıxır, canavar onu yaralayır. Yaraları sağalandan sonra isə dayça hərəkətlərində ""sərvaxt", "ehtiyatlı" olmağa çalışırdı. Dayça böyüdücə onun bəlaları, fəlakətləri də artır. Ən böyük fəlakəti isə qonşunun onu öz anası ilə yaxınlaşdırmaq istəyi zamanı baş verir. Dayçanın sahibi buna əvvəlcə etiraz etsə də, sonra razılaşır. Özü də bu "tamaşa" ətrafa yığışmış adamların gözü qarşısında olur. Sahibi ilə qonşunun bu ləyaqətsiz hərəkətlərinə dayça tab gətirməyərək intihara əl atır: "Dayça dal ayaqları üstə şahə qalxıb dəlicəsinə bir kişnərti qopartdı. Elə bil sakit göy üzündə qəfil bir şimşək çaxdı, ildırım şaqqıldadı. dayça yaydan qopmuş ox kimi yuxarıya doğru atılıb var gücü ilə özünü yer çırpdı. Onun başı zərblə kiçik qaya parçasına dəyib guppuldadı...
    Dayçanın ağzından qan gəlirdi.
    Şoralanan qandan əmələ gələn gölməçənin üsütündə az sonra çibinlər vızıldaşmağa başladı...
    Ana at ağır, asta addımlarla yaxınlaşıb başını yerə əydi. Onun ölgün gözlərində gilələnən iri yaş damcıları üzüaşağı diyirləndi..." (F.Mustafa. Hekayələr. B., 2015, s. 278).
    "At günü" hekayə-triptixində yazıçı ləyaqətsiz insanlarla canlıların (konkret olaraq dayçanın) mənəviyyatını qarşı-qarşıya qoyaraq sahibini və qonşunu ittiham hədəfinə çevirir. Yazıçı "tamaşa"nı ətrafdan seyr edən cəmiyyətin bu hadisəyə münasibətinə, laqeydliyini də ittiham aktına çevirir. Onların dayçanın intiharına susqunluğu, səsini çıxarmaması, yalnız müşahidə etmələri, əslində cəmiyyətin susqunluğuna işarə kimi mənalanır. Xüsusilə dayça sahibinin qonşunun ağlına gələn fikirə qarşı müqavimət göstərməməsi, insanların bu hadisəni sakitcə seyr etməsi cəmiyyətin müqavimətsizliyini göstərir. Dayçanın və onun anasının həyata, mühitə baxışında insana xas əlamətlərin olması canlılar arasında sədləri aradan götürür. Dayçanın baş verən hadisəyə intiharla cavab verməsi isə dərketmənin insanlarla heyvanlar arasındakı fərqliliyini göstərir. Bu hadisənin təsviri fonunda yazıçı həm də dayça sahibinin ana atla dayçanı birləşdirmək istəyinə "yox" deyə bilmədiyi qonşusunun vaxtilə sevdiyi qızı da əlindən alması süjet xəttini də qoyur. Belə bir qənaət hasil olur ki, əgər dayça sahibi vaxtında ona "yox" desəydi, sevdiyinə qovuşar, sonrakı hadisələr də olmazdı.
    F.Mustafanın bir çox hekayələrində ("Gözü yaşlı ağaclar", "Matəm musiqisi", "Kiçik" və s.) satirik istiqamət başlıca yer tutir. Yazıçı bu hekayələrində cəmiyyəti içindən qurd kimi yeyən mənəvi-əxlaqi problemlərə psixoloji deyil, satirik mövqedən yanaşaraq cəmiyyət üçün böyük təhlükə törədən yaltaqlıq, rüşvət, yalançılıq kimi keyfiyyətləri özünəməxsus satirik dil və ifadə vasitələri ilə təsvir edir. Yazıçının satirik olmayan hekayələrində də satirik, komik ifadə vasitələri, yumoristik dialoqlar obrazın daxili aləmini açmaq üçün işlətdiyi vasitələrdəndir. Bu istiqamət getdikcə genişlənərək onun dramaturgiyasında komediya, fars, məzhəkə, monokomediya formalarında özünü daha qabarıq şəkildə göstərməyə başlayır.
    F.Mustafanın “Dəniz köçü” (2006), “...Qapı...” (2008), “13 hekayə” (2008), “Monohekayələr” (2009), “Hekayələr" (2009), “At günü” (2009), “Monopyeslər” (2010), “Ölü dildə sevgi məktubları” (2014), “Hekayələr” ( 2015) və s. kitablarında nəsr yaradıcılığı çağdaş nəsrimizin real faktına və hadisəsinə çevrilir. Yazıçının "Dəniz köçü" povest-pritçasında və "...Qapı..." romanında bədii düşüncə sərhədləri genişlənir. Yaradıcılığının bu mərhələsində yazıçı təbiət və cəmiyyət hadisələrinin fəlsəfi dərkinə çalışır və yaratdığı obrazlar insan-təbiət harmoniyasını əks etdirir. Əvvəlcə “Zerkalo” qəzetində, az sonra kitab şəklində, daha sonra- 2009-cu ildə Rusiyanın "Proza.ru" saytında rus dilində dərc edilən "Dəniz köçü" povestində insanla təbiətin harmoniyası və birliyi bədii-fəlsəfi cəhətdən təsvir edilir. Əsəri həm də bədii-fəlsəfi, poetik pritça adlandırmaq mümkündür. Povestin dili, struktur və süjet sadəliyi, poetik obrazlar zənginliyi, mətnaltı fəlsəfi dəriniyi çağdaş oxucunu sehirləyir və öz təsiri altına alır. Yazıçı C.Əlibəyov əsəri E.Hemenqueyin "Qoca və dəniz" əsəri ilə müqayisə etməkdə tamamilə haqlıdır. Bunu yalnız C.Əlibəyov yox, yazıçının çoxsaylı oxucuları da müşahidə etmişlər. Görünür, buna səbəb hadisələrin yalnız dənizdə baş verməsi deyil, həm də insanın təbiətlə harmoniyasının, vəhdətinin əks etdirilməsindədir. Povestdə yaşlı balıqçı ilə balıq ovuna gedən Tuqayın bir gün ərzində başına gələn hadisələr təsvir edilir; dənizdə qopan fırtına nəticəsində yaşlı balıqçı və avarın biri dənizə düşür ki, bu da
    gənc Tuqayın işini çətinləşdirir, hətta bir müddət ümidsizliyə də qapılır. Bir azdan dəniz sakitləşdikdən sonra dəniz canavarı- akula Tuqayın qayığına hücum edir. Akula ilə Tuqayın mübarizəsi və balıq, qartal və alabaşın Tuqaya kömək etməsi olduqca realist cizgilərlə göstərilir. Bu mübarizədən Tuqay və onun dostları -balıq (Yaqut), qartal (Ayqut), alabaş (Qayut) qalib çıxır. Beləliklə, əsərdə Tuqayın həyatı fonunda insanla təbiətin vəhdəti verilir. Su-torpaq-səma-insanın vəhdəti həm də planetin vəhdətini yaratmış olur. Yazıçı bununla oxucuya yeni bir dünya təqdim edir. Yeganə oğlunun geri qayıtması üçün ananın "Tuqay, oğlum, hardasan?"-nidası əsərin leytmotivini təşkil edir. Ananın yeganə əlacı dənizə dua etmək olur və bununla insanın xeyirxahlığa olan bütün inamını özünə qaytarır. Ana dənizə canlı kimi müraciət edir, ona "sən də anasan dəniz...Sənin də balaların var. Mənə yazığın gəlsin, dəniz, qıyma mənim Tuğayıma"-deyə fəryadını anladır.
    Yazıçı demək istəyir ki, bütün canlıların həyatı bir-birinə oxşayır, yer üzündə yaşayan hər bir canlı üçün yaxşılıq etmək lazımdır. Belə bir nəticə çıxır ki, sən yaxşılıq et, nə zamansa tale o yaxşılığı sənin qarşına çıxaracaqdır. Tuqay da etdiyi xoş əməllər sayəsində sağ qalır, xeyirxahlıqları onun öz qarşısına çıxır. Dostları Yaqut (balıq), Ayqut (qartal) və Qayuta (alabaş) etdiyi yaxşılıqların əvəzini görür. Tuğayın sağ qalmasında, sağalmasında onlar da əsas rol oynayır.
    Yazıçı zülmətlə işığı (Xeyirlə Şəri) üz-üzə gətirərək qələbəni işığa verməkdə tamamilə haqlı idi.
    Tədqiqatçı S.Bəşirov əsərdəki bəşəri ideyaları, insan-təbiət harmoniyasının təsvirini yüksək qiymətləndirərək yazır: "Bu əsərdə, belə demək mümkünsə, müxtəlif məkanlarda (suda, Yerdə və havada) yaşayan fərqli canlıların birgə köçü təsvir olunur...
    Qayıq-yer kürəsidir. Ana, Şəhla, Tuqay və onun "dostları" qayığın-Yer planetinin sakinləridir. Bu qayığı-Yer planetini hər cür təhlükədən birgə qorumaqla, həmrəyliklə xilas etmək olar" (S.Bəşirov. Firuz Mustafa: idrakla hissin vəhdəti. B., "Araz", 2012, s. 80).

    F.Mustafanın "...Qapı..." romanı 30-cu illər repressiyasına fərqli və yeni bədii baxışdır. Əsərdə repressiya sunamisi, diktatura rejimi və bütün siyasi hakimiyyətlərdə cildini dəyişən insanların obrazı orijinallıqla yaradılmışdır. Əsər 80-ci illərin sonlarında yazılsa da, o zaman yenidənqurma və demokratiya şəraitində belə onu çap etdirmək mümkün olmamışdı. Hətta, 90-cı illərin sonlarında belə roman "Azərbaycan" jurnalında "rəndələnmiş" halda işıq üzü gördü. 2009-cu ildə isə "...Qapı..." roman-kantatası (B., "Araz", 2009) bütöv şəkildə dərc olundu. Halbuki romanın yazıldığı dövrdən xeyli əvvəl bu mövzuda rus yazıçıları Bulqakov, Platonov və Rıbakovun əsərləri oxuculara təqdim
    olunmuşdu. Azərbaycan ədəbiyyatında isə bir qədər əvvəl Y.Səmədoğlunun "Qətl günü", Elçinin "Ölüm hökmü" əsərləri dərc edilmişdi. Bütün bunlardan sonra yazıçının "...Qapı..." romanında hadisələrin özünəməxsus təsviri, kütləvi terror hadisəsinə fərqli baxışı olduqca maraq doğururdu. Roman strukturu (proloq, başlanğıc, xor, reçitativ, ariozo, birinci görüş (dindirmə), məktub, kavatina və s.) və fabulası ilə də son dərəcə orijinaldır. Hadisələr həqiqət içində nağıl, nağıl içində həqiqət formasında çatdırılır; həqiqətlə nağıl içi-içə təsvir olunur. Əslində o illərdə baş verən hadisələrin özü məhz bu mahiyyətdə idi və buna görə də yazıçının bu üslubu hadisələri təsvir etməkdə ən yaxşı vasitə olur. Romanda fantaziya, ironiya və simvollardan istifadə olunmasının əsas nədənlərdən biri də məhz buradan irəli gəlirdi. Yazıçı əsərdə kimisə hərəkətlərinə görəsə ittiham etmək yolunu tutmur, bütövlükdə repressiyanın anatomiyasını yaratmağa çalışır. Təsvir olunan mühitdə yalan, qorxu, şübhə, satqınçılıq hakimdir. Təsüdüfi deyil ki, əsərdə cəllada yazıçı ad belə verməmiş, "O" kimi qələmə verməklə onu Sistemin, Diktaturanın bir vintciyi olaraq göstərmək istəmişdir: "O, güllələdiyi adamların sayını çoxdan yaddan çıxarmışdı. Əvvəllər sayardı: bir, iki, üç, on, əlli...Deyəsən yüzü keçəndən soonra hesabı unutdu. O, işə gələndən bir az əvvələcən adamları dəstə-dəstə, sallaqxanadkı qoyun sürüsü kimi qırıb çatır-güllələyirmişlər. Onda atəş də sürəkli olurdu. Amma bu qanun sonra nədənsə ləğv olundu. Kimi deyirdi ki,
    bəs sürəkli atəş qəsəbə sakinlərinin rahatlığını pozur, kimi də belə mülahizə yürüdürdü ki, guya adamların sayı çox olanda onları dəfn etmək çətinlik törədir, torpağa yaxşı basdırılmamış meyitləri-cəsədləri elə ertəsi gün sahibsiz itlər eşib üzə çıxarır, yırtıb-dağıdır, iç-içalatını çölə-bayıra səpələyirdi... Mədən adlanan yerdə gəmirilmiş adam kəllələrinə, qol-qıçlarına tez-tez təsadüf olunurdu" (F.Mustafa. "...Qapı...". B., "Araz", 2009, s. 25).
    Yazıçı bu əsərində 30-cu illərdə baş verən hadisələrin təsvirindən daha çox, bu dövrün psixoloji məqamlarına nəzər yetirilir. Zülmətə, ölümə açılan Qapı obrazı da məhz bunu ifadə edir. Zülmətə açılan Qapının həmin anlarda Tanrının göz yaşları ilə islanmış qurbanları qəbul etməkdən yorulması ideyası əsərin başlıca motivi kimi səslənir. Əsərdə "Mədən" kmi təsvir olunan yerdə (Gədəbəydə) baş verən hadisələr əsas götürülür. Vaxtilə almanların qızıl çıxardığı bu "Mədən"in sovet dövründə boş qalmış quyularına, eləcə də buradakı kahalara, mağaralara repressiya illərində minlərlə günahsız insanlar basdırılmış, güllələnərək buraya atılmışdır. Burada yazıçının özünün müəyyən tərcümeyi hal materialları da vardır və bir çox hadisə və epizodlar, adlar olduğu kimi saxlanılır. Qohumlarının bir qisminin, o cümlədən babası Mehrəli Mustafa oğlunun "sinfi düşmən" kimi güllələnib "Mədən"ə atılması yazıçının tərcümeyi-hal faktlarıdır. Lakin əsər sırf bədii təxəyyülün məhsuludur. Yazıçı bu dövrü təsvir
    etməklə qalmır, həm də qlobal faciələrin zaman-zaman lokal formalarına da diqqət çəkir: "Amma bu lokallıq" elə də kiçik miqyaslı deyil: sanki bir yağışdan çıxıb yağmura, daha doğrusu, bir döyüşdən başqa bir döyüşə düşmüşük. İndi bizi yaddaşsızlıq izləyir. Tarix, zaman bizi yeni-yeni imtahanlara çəkir" (F.Mustafa. Qapı. B., 2009, s. 152-153).
    Yazıçı əsərində müharibələrdən daha dəhştli laqeydlik, etinasızlıq məsələsinə də diqqət çəkir və yalnız fərdlərin deyil, bütöv xalqların belə laqeydliyin, yaddaşsızlığın qurbanına çevrildiyini göstərir. Yazıçı mətn boyu onu deməyə çalışır ki, insan təkcə zaman daxilində yaşamır, həm də özündə zamanı yaşadır.
    Firuz Mustafanın “Cənnət çiçəyi” romanı da öz mahiyyət və məzmununun orijinallığı ilə diqqəti cəlb edir. Bu çoxqatlı və gərgin süjetə malik əsərinin qəhrəmanı Cavad Əmirxanlı vicdanlı insan və istedadlı bir alim kimi ətrafında baş verən haqsızlıqlarla razılaşa bilmir, ağır psixi sarsıntılar keçirir və nəticədə, üzləşdiyi real situasiyadan baş çıxara biməyərək virtual-sürreal bir aləmə çəkilməyi qərara alır. Amma öz fantaziya və təsəvvüründə yaratdığı dünyada da onu itki və faciələr təqib edir. Cavad Əmirxanlının “əbədi ömür” barədə irəli sürdüyü elmi layihə müasirləri tərəfindən birmənalı və ciddi qəbul olunmur. Çoxları onun ağlının çaşdığını zənn edir. “Cənnət çiçəyi”nin qəhrəmanı isə sonacan öz ideyaları və idealları uğrunda mübarizə aparmaq qərarında israrlıdır.
    Əsərdə təkcə nəsrin deyil, digər ədəbi janrların imkanlarından da istifadə edilmiş, yeri gəldikcə poetik və dramatik nüanslara, habelə roman qəhrəmanının apardığı elmi araşdırmaya geniş yer verilmişdir.
    Müəllif özü bu əsər haqda yazır ki, “Cənnət çiçəyi” romanını əvvəlcə “Azərbaycan” jurnalına təqdim edib. Redaksiya əməkdaşları əsəri oxuyub “başa düşmədiklərini” söyləyiblər. Bir müddət sonra romanı Yeganə Mustafayeva rus dilinə tərcümə etmişdir. Əsər “Literaturnıy Azerbaydjan” jurnalında (2016-cı ilin 4-cü sayında) və rusdilli saytlarda yayınlandıqdan sonra oxucular tərəfindən maraqla qarşılanmış, disskusiyaya səbəb olmuşdur.
    Yeri gəlmişkən, Firuz Mustafanın “Teatr meydanı” adlı beşhissəlik romanı son illərdə Qarabağ mövzusunda yazılmış ən maraqlı əsərlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, həmin roman müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilmişdir.

    F.Mustafanın zəngin və polifonik dramaturgiya yaradıcılığı janra struktur və məzmun baxımından yenilik gətirmişdir. Onun “Аğıllı Аdаm” , “Qəfəs”, “Таbut”, “Vidа mаrşı”, “Qаrа qutu”, “Su pərisi”, “Мüqəvvа”, “Аğıllı Аdаm”, “Мusiqili məktublаr”, “İlğım”, “Sеvməsən ölərəm”, "Мüqəvvа", “Musiqili məktublar", “Ifritə”, “Əqrəb bürcü”, ”Аyı təbəssümü”, “Dəhliz”, “Adsız”, “Sənə sözüm vаr”, “Qаrışqа tələsi “, “Neytral zona”, “Tələ”, “Tıхаc”, ”Аyı təbəssümü”, “Pələng ili” və s. əsərləri dramaturgiyanı yalnız mövzu, problematika, obrazlar baxımından deyil, həm də janrın struktur zənginliyi, yeni forma, dialoq və monoloq cəhətindən inkişaf etdirmiş, zənginləşdirmişdir. Dramaturqun qırxdan çox əsəri yalnız teatrlarda tamaşaya qoyulmamış, həm də kitab şəklində oxuculara çatdırılmışdır. "Аdsız" (2001), "Sifət" (2002), "Kоmеdiyаlаr" (2004), "Qаrа qutu" (2006), “Müqəvva” (2009), “Monopyeslər” (2010) və s. kitabları dramaturji mətnlər teatr hadisəsi olmaqdan çıxaraq geniş oxucu kütləsinin estetik idealını formalaşdırmışdır. Əsərləri Azərbaycan Dövlət Gənclər, Naxçıvan Dövlət Musiqili Komediya, Şuşa Dövlət Musiqili Komediya, Lənkəran Dövlər Dram, Ağdaş Dövlət Dram, "Yuğ" Dövlət, Tədris, Mingəçevir, Qazax və s. rayonların Dövlət Dram teatrlarında tamaşaya qoyularaq geniş tamaşaçı kütləsi toplamışdır. Son illərdə dramaturqun əsərlərinə Rusiya, Ukrayna və Türkiyə teatrları da müraciət etmişdir.
    F.Mustafanın məhsuldar, çoxşaxəli, çoxformalı dramaturji yaradıcılığını janrın inkişafında yeni mərhələ hesab etmək olar. Onun dramaturgiyası Elçin yaradıcılığı ilə birlikdə, demək olar ki, milli teatrı tənəzzüldən çıxarmış və dövrün ədəbi faktına çevrilmişdir. Bu dövrdə yazdığı dram, faciə, komediya, məzhəkə, fars, pyes, monopyes, komik faciə, qrotesk, dramatik-absurd komediya, antikomediya, mənzum komediyaları, monodramları və s. janrı struktur cəhətdən daha da zənginləşdirmişdir. Bu əsərlər yalnız forma cəhətdən deyil, məzmun, ideya, struktur, personajların ilə də yenilikçi dramaturgiyanı təmsil edir. Bu dramaturgiyanın bir çox
    xüsusiyyətləri vardır. Hər şeydən əvvəl personajların təqdimatı zamanı dramaturq onlar haqqında xarakteristika (onların kimliyi, yaşı, görünüşü və s.) məlumat vermir. Əvəzində dramaturq remarkaya çox böyük üstünlük verir; özü də bu remarkalar pərdə əvvəlində verilməklə yanaşı, səhnə daxili mizanlarda da böyük rol oynayır. Remarlkaların həcmi də klassik dramaturgiyada olduğu kimi, səhnə təsviri ilə məhdudlaşmır, fabuladaxili prosesləri tənzimləyir. Bəzi əsərlərdə bu remarkalar bir səhifə boyu davam edir, bəzən isə hadisələrin zamanı və məkanı dəyişir. Onun dramaturgiyası fərqli model əsasında qurulur; burada dövrün reallıqları "oyun içində oyun", "səhnə içində səhnə", obrazın ikiləşməsi kimi vasitələrdən istifadə edir.
    Əslində, F.Mustafa yaradıcılığı ədəbi-tənqidin diqqətindən kənardan qalsa da (tənqid heç də həmişə ədəbi prosesdə baş varən hadisələri vaxtında görmür və onun bu səhvini düzəltmək missiyası zaman-zaman ədəbiyyaşünaslığın boynuna düşür), dramaturgiya və teatr aləmində hadisə hesab etmək olar. F.Mustafanın dramaturgiya yaradıcılığını janr baxımından üç hissəyə bölmək olar: dramlar (“Adsız”, “Alın yazısı”, “Su pərisi”, “Əqrəb bürcü”, “Dəhliz”, “Ayı təbəssümü”, “İlğım”, “Tıxac” və s.); komediyalar (“Sevməsən ölərəm”, “Vida marşı” və s.); monodramlar (“Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, “Məruzə”, “İfritə” və s.). Ancaq bu şərtidir, ona görə ki, bu bölgü içində milli dramaturgiyamızda ilk dəfə işlənən müxtəlif formalı dramaturji mətnlər var; mənzum komediya, fars, antikomediya və s.

    Firuz Mustafanın “Yuğ”, Tədris (“Səda”) və Naxçıvan Dövlət Teatrlarında tamaşaya qoyulan “Müqəvva” monodramı ictimai məzmunu, rəmz zənginliyi, ideyası və problemin dramaturji həlli ilə diqqət çəkir. Əsərdə bir iştirakçı olmasına rəğmən, dramaturq bütün cəmiyyət hadisələrini fabulanın əsasına qoyur. Əsərin əsas qəhrəmanı kişi müqəvvasıdır. Özünəməxsus həyat fəlsəfəsi olan qadın evinə kişi müqəvvası gətirərək ona "ərə gedib". Cəmiyyət hadisələri də məhz bu kontekstdə açılır; hərənin bir şey istədiyi (iş, pul, çörək və s.) bu cəmiyyətin özünü müqəvvaya oxşadır. Hamı onun gözlərində müqəvvadır. Onun müqəvva ilə dialoqundan və evinin pəncərəsindən baxdığı cəmiyyət hadisələri təhlil edilir. Pəncərədən baxaraq toplaşmış insanları müqəvvaya, manikenə oxşadır. Onlar azadlıq istəyirlər. Lakin "azadlıq haradan başlayır?"-sualını verir və onun öz nəfsimizdən, daxilimizdən və xaricimizdən başlandığını bildirir. Onun fikrincə, əvvəlcə ürəyimizi, sonra ruhumuzu, daha sonra isə bütün bədənimizi azad etməliyik. O, müqəvvanı da buna inandırır, onun və özünün tam azad, xoşbəxt olduğunu təlqin edir. Sona çatan son dərəcə dramatik kulminasiyada qadın müqəvvaya (qadın müqəvva), müqəvva isə canlıya (canlı kişi) çevrilir və beləliklə rollar dəyişir. Bu dəyişiklik oxucu-tamaşaçını müəyyən dilemma qarşısında qoyur və "azadlıq", "sərbəstlik" haqqında düşünməyə vadar edir.
    Dediyimiz kimi, dram F.Mustafa yaradıcılığının əsas və aparıcı janrlarındandır. O, ikipərdəli “Adsız” dramında bütün zamanlar üçün mövcud problemləri – ailə, həyat, əxlaq, yaşayış uğrunda mübarizə və s. yeni formada təsvir edir. Dramda cəmi 5 obraz – (Adsız, Qadın, Qız, İbil və Tərxan) iştirak edir. Müəllif qadınla qıza ad qoymamaqla obrazı daha da ümümiləşdirmək istəyib. Hadisələr haqqında yalnız söhbət gedən (ən azı komitə sədri, yaxud bir nazir olduğu güman edilən) bir nəfərin bağında cərəyan edir. Qadın vaxtilə qızını “bəh-bəhlə” verdiyi oğlanla nişanlarını pozub. Çünki oğlanın atası indi narkobiznesdə günahlandırılır, vəziyyəti o qədər də yaxşı deyil. Bu ittihamdan dərhal sonra üzü dönən qadın oğlanı da “narkoman” adlandıraraq qızını ondan ayırır və heç nə olmamış kimi qızına başqa adaxlı axtarır. Qız isə hələ həyatda yalanla qarşılaşmayıb, o, oğlanın və onun ailəsinin yaxşı olduğu fikrindədir.
    Qadının qızı üçün yeni tapdığı adaxlı – İbil indi qonşunun ehtiyacdan satmaq fikrinə düşdüyü bağ evini almaqla öz şefinin qızına da sahib olacaqdır. İbil də bu izdivacdan müəyyən məqsədlər güdür; qızı almaqla idarə rəisi vəzifəsini əlində saxlayır. O, qonşu bağını almaq üçün hazır pul da gətirib. Bağ sahibinə gəldikdə isə, o, bu pulu qoyduğu maşında tapa bilmir və bu pulun lal olan Adsız tərəfindən götürüldüyünü iddia edir. Adsız Tərxanın oğludur və bu bağlara baxmaqla dolanır. Onsuz da Adsızın İbildən xoşu gəlmirdi. Hadisələrin bu cür gedişi Adsızı təəccübləndirir. İbilin yaltaq, ikiüzlü olduğu kimi, həm də böhtançı olduğunu görən Adsız gördüklərinə inanmır və bağdan götürdüyü orağı öz sinəsinə sancır. Tərxan oğlunun can verdiyini görərək evdən götürdüyü tüfənglə İbilə atəş açır.
    Adsız (lal) obrazı müəllifin tamaşaçılara çatdırmaq istədiyi əsas ideyaların daşıyıcısıdır. O, lal və kar olmasına baxmayaraq, hadisələri diqqətlə müşahidə edir, onu daha düzgün qiymətləndirir. O, çox həssasdır, tərbiyəlidir, hiylə və riyanın nə olduğunu bilmir. O, hər şeyi dərk edir, İbilin qıza qarşı süniliyini, onu ələ keçirmək üçün dəridən-qabıqdan çıxdığını da görür. Lakin o, istəmir ki, bu cür saf, təmiz qız İbilə qismət olsun. İbilin isə Adsızdan xoşu gəlmir, oğlanın (lalın) hər şeyi çox həssaslıqla gördüyünü anlayır. Buna görə də onunla yaxşı rəftar etmir, qızın bu etirazına isə “təbiət özü kiminlə necə rəftar etməyi bizdən yaxşı bilir”, - deyə təbiətin ondan (laldan) əsirgədiklərinə haqq qazandırır. Dramaturq İbil obrazını həyatdan götürmüşdür. O, bu obrazla demək istəyir ki, nə qədər cəmiyyətdə İbil kimiləri var, həmişə haqsızlıqlar, ədalətsizliklər də olacaq.
    Adsız özünü öldürür. Buna səbəb İbilin onu oğurluqda günahlandırmasıdır. İbil həm öz ölümünə, həm də Adsızın ölümünə bais olur. İbildən fərqli olaraq. Adsızın ölümü tamaşaçını (oxucunu) çox təəssüfləndirir, onun həyatdan getməsi dərin ictimai məzmun ifadə edir. O, öz ölümüylə cəmiyyətə etiraz etmiş olur. Elə müəllifin də məqsədi əsərdə cəmiyyətdəki iyrənclikləri göstərməkdən ibarətdir. Tamaşaçı (oxucu) Adsızın taleyinə acıyır. Tale elə gətirib ki, Adsız lal
    və kardır. Lakin oxucuda (tamaşaçıda) belə bir qənaət hasil olur ki, bəlkə də belə yaxşıdır; o, bu cəmiyyətin çirkinliklərini, eybəcərliklərini bütün mahiyyəti və çılpaqlığı ilə dərk edə bilmir.
    Onun qulaqları yalanları eşitmir, minsifətli insanlardan kənarda durur. Atası Tərxan deyir: “O, nə yaxşı ki, mindilli, minsifətli insanların səsini eşitmir. Bəlkə də mənim bu bədbəxt oğlum dünyanın ən xoşbəxt insandır, hərdən mən qibtə edirəm ona. Özüm də lal-kar olmaq istəyirəm”. Adsız kimi adamların öz dünyası, öz aləmi var. O, nə qədər ki, öz aləmində idi, bağın təmizliyi ilə məşğul olur, ağacların budaqlarını doğrayır, yarpaqlarını təmizləyirdi, təbiətlə yaşayır, təbiətlə nəfəs alır. Buradakı ağaclarla, quşlarla, otlarla nəfəs alırdı. Lakin elə ki, cəmiyyətlə daha yaxından təmasda olur (İbil öz hərəkətlərinə onu cəmiyyətə, onun intriqalarına çəkir) bu zaman o, özünü bədbəxt hesab edir və belə bir mühitdə yaşamaq istəməyərək özünü öldürür. Bütün bu faciənin günahını isə qız öz ailələrinin üzərinə götürərək “günah qızdadır, ana” – deyir. Ana isə “bizim nə günahımız var, İlahi?!”, - deyə fəryad qoparır. Müəllif ananın dili ilə sualı tamaşaçıya, oxucuya və cəmiyyətə ünvanlayır. Bu sualların cavabını cəmiyyətdə axtarmağın lazım olduğunu dərk edir. Cəmiyyətin ictimai-siyasi, mənəvi-iqtisadi metamarfozasının təsviri F.Mustafanın “Alın yazısı”, “Əqrəb bürcü”, “Dəhliz” əsərlərində də davam etdirilir. Burada da
    cavabı cəmiyyətdə axtarılan suallar verilir, cəmiyyət ittiham edilir. Pozulmuş cəmiyyəti saflaşdırmağa, təmizləməyə ehtiyac olduğu açıq-aydır görünür.
    “Əqrəb bürcü” dramında F.Mustafa cəmiyyətə başqa bir prizmadan baxır. Cəmiyyətdə əksər insanların ikrahla baxdığı, peşəsinin adını insanların dilə gətirə bilmədiyi, qalanların həyat tərzini və onun cəmiyyətdəki yerini təsvir etməyə çalışır. Müəllifin yaradıcılığına xas olan mücərrədlik bu əsərdə də özünü göstərir. Öz obrazlarının (qadın, kişi, qonşu qadın, qonşu kişisi, polis, oğlan) heç birinə xüsusi olaraq ad verməməklə, cəmiyyət üçün ümumiləşdirməyə çalışır. Əsərdəki yazıçı obrazı əsərin ideyasını açmağa xidmət edən əsas komponentlərdəndir. Yazıçı qadınlar haqqında kitab yazır; burada ayrı-ayrı adamların ehtiraslarına qurban gedən, təhqirlərinə məruz qalan, söyülən, döyülən qadınların taleyi əks olunmalardır. O, öz çörəyini namusunu, bədənini satmaqla çıxaran peşə sahiblərinə də xüsusi yer ayırır.
    Öz söhbətlərində qadın bu yoldan çəkindirməyə, cəmiyyətə qaytarmağa çalışan yazıçının məsləhətindən qadın imtina edir. Lakin hadisələrin sonrakı inkişafı daha da

    dramatikləşir. Yazıçı qadının həyatını dəyişə bilməsə də tamaşaçının ona münasibəti dəyişir. Məlum olur ki, əraziyə köçən yeni qonşu ətrafındakı evləri almaq istəyir. Qonşu kişu vaxtilə qadını aldatmış yüksək rütbəli polisdir. O, öz karyerası üçün qadını yoldan çıxarmış, başqa birisi ilə evlənmişdir. Nəticədə onun vəzifəsi böyüyüb, aldatdığı qadın isə cəmiyyətdə adı ikrahla çəkilən bir peşə öyrənib, çörəyini bu sənətdən çıxarmağa sadəcə məhkum edilmişdir. Aradan illər keçsə də, kişi bütün bunları cavanlığında mümkün olan bir şey kimi qələmə verir. Hətta, qadının onun ucbatından bətnində olan uşağı məhv etməsi belə onu kədərləndirmir; kişi cəmiyyətdə yalnız özü və ailəsi üçün yaşadığı halda, qadın cəmiyyətdən yenə təcrid olunmamışdır. O, tez-tez yetim uşaqların böyüdüyü yerlərə gedir, onlara əlindən gələn köməyi göstərirdi.
    Əsərin sonluğu da qadının vaxtilə onu aldatmış kişi və onun ailəsindən üstün olduğunu sübut edir. Kişinin evində yanğın baş verərkən onun arvadı uşağını evdə qoyub canını qurtarır. Hadisədən xəbər tutan qadın əsərin qəhrəmanı özünü təhlükə altına ataraq içəri daxil olur və uşağı xilas edir. Lakin onun özü və bədəni yanmışdır. Hadisə yerinə gələn qonşu kişi qadına kömək etmək istəyəndə onun arvadı “əxlaqsız bir qadının evində sənin nə işin var”, - deyə ona acıqlanır.
    Həyatda qadına ilk dəfə zərbə vuran (birinci dəfə onu aldadıb başqası ilə evləndikdə, ikinci dəfə isə qadının yaşamaq üçün istifadə etdiyi gözəlliyi və bədənini kişinin evində yandıranda) kiçinin daxilində insani hisslər baş qaldırır. Onun qəlbində gedən “mənəvi katarsiz”i (Aristotel)–bu mənəvi dəyişməni müəllif psixoloji zəmində təsvir etməyə nail olur. Kişini etiraf etməyə məcbur edir. Əvvəlcə o, qadına “əxlaqsız” yarılığını vuran arvadına “sən özünsən əxlaqsız, bildin... O, sənin övladını xilas edib. Utanmaz. Bir bax, gör kimdir əxlaqsız, kimdir pozğun. Öz doğma övladını od-alovun içində qoyub qaçan, yoxsa... Yoxsa başqasının övladı üçün öz canından keçən, - deyir. Sonra isə qəhrəmanının taleyi ilə maraqlanmaq üçün səhnəyə daxil olan yazıçının burada nə baş verdiyini, qadını bu hala kim saldığını soruşarkən kişi qısaca cavab verir: “Mən”.
    Bu cavab sanki yüzlərcə, minlərcə ağızdan gəlir. Qadının bu hala düşməsində cəmiyyətin bütün üzvləri – bizim hər birimiz günahkarıq.
    Cəmiyyətdəki mənəvi aşınmanın təsviri F.Mustafanın “İlğım”, “Ayı təbəssümü”, “Tıxac” dramlarında da davam etdirilir. F.Mustafanın monopyesləri müasir dramaturgiyamız zənginləşdirən əsərlərdəndir. Dramaturqun əsəsləri həm məzmun, həm də forma, janr baxımından tamamilə yenidir, hətta burada eksperimentçilik də axtarmaq olar, hər bir eksperimentçilikdə isə yaddan çıxarmaq olmaz ki, yaradıcılıq axtarışları əsas yer tutur. Dramaturq F.Mustafa “Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, Məruzə”, “İfritə” monopyeslərində yaşadığımız, şahidi olduğumuz mənəvi-əxlaqi, siyasi-ictimai problemlərə müasir forma və məzmun baxımından nəzər salır.
    Ümumiyyətlə, cəmiyyət və həyat hadisələrinə fəlsəfi baxış onun bütün əsərlərini birləşdirən amillərdəndir.
    F.Mustafanın dramaturgiya yaradıcılığında komediyaları (ləcə də mənsum komediya, antikomediya və s.) başlıca yer tutur. Gülüş, komizm, satira və yumor tarixin müxtəlif mərhələlərində ədəbi-bədii fikrin janr və növlərində dominant (bəzən az, bəzən çox) rolunda çıxış etmişdir. Ancaq “komediyanın atası” Aristofandan tutmuş bu günümüzə qədər çox az-az hallarda faciə ilə komediya, gülüşlə ciddiyyət bir sənətkarın bədii təfəkküründə müxtəlif janr və formalarda ifadə olunmuşdur. Əlbəttə, komik, tragik süjetləri ilə dünyanı dolaşan, həm faciə, həm də komediyalar müəllifi V.Şekspir yaradıcılığı istisna olmaqla! Onun “Kral Lir” faciəsinin gülüşlə, komizmlə başlaması isə bütün dövrlərin tədqiqatçılarının diqqətini çəkmişdir.
    Tragizm və komizmin sintezi – müasir ədəbiyyatımızın əsas prinsiplərindən biri – F.Mustafa yaradıcılığında uğurla həll olunur. Komedioqrafın yaradıcılığı bizim diqqətimizi yalnız bu keyfiyyətinə görə cəlb etmir, onun oxuculara on komediya təqdim etməsi bu janrda uğurlarının yalnız statistik

    göstəricisidir. Müəllifin komediyaları həm də janr, struktur, ideya-məzmun, dünya ədəbi prosesi ilə uzlaşma baxımından ədəbiyyatımızın ciddi faktlarından biridir. Əlbəttə, komedioqrafın janr yenilikçiliyi ilə bağlı daha bir neçə sanballı faktorları da bura daxil etmək mümkündür. Təkcə bunu demək kifayətdir ki, müəllifin komediyalarından (“Qəfəs”, “Ağıllı adam”, “Qarışqa tələsi”, “Safari”, “Kişiləri qoruyun”, Oxşarlar”, “Senatda toy”, “Vida marşı”, “Lampa məsələsi”, “Küsənlər barışanda”) heç biri mövzu, problem, janr və struktur baxımından bir-birini təkrarlamır.
    Firuz Mustafanın komediya arenasında avanqardçılığı bununla da məhdudlaşmır: bədii materialı daim ictimai məzmunun müşayiət etməsi, bədii təfəkkürü və düşüncə tərzinin orijinal özünüifadə formalarının zənginliyi onun komediya yaradıcılığına özünəməxsusluq gətirir. Antikomediya, komik faciə, qratesk, absurd komediya, fars, ekzotik komediya, mənzum komediya, mini-fars və s. janr və formalar yalnız müəllifin deyil, eləcə də Azərbaycan komediya amalının ilk daimi sakinləri hüququnu məhz F.Mustafa yaradıcılığında qazanmışdır. Bütün bu keyfiyyətlər komedioqrafın komizm, gülüş üsullarının çoxçalarlılığı, ifadə vasitələrinin orijinallığı ilə paralellik təşkil edir. Ən əsası isə bu komediyalarda boy verən sənətkarlıq, yenilikçilik gülüşün bu formada yeni mərhələdə olduğunu deməyə əsas verir.
    Gülüş, komizm, satira, hər şeydən əvvəl, həyata, cəmiyyətə baxış olmaqla yanaşı idrak və mənəviyyat problemlərilə bağlıdır. Bu cəhətdən F.Mustafa komediyalarında cəmiyyət hadisələrinin ən dərin qatlarına nüfuz edilir, gülüşündə mənəviyyat problemləri, idrak, mühakimə, fəlsəfi düşüncə tərzi başlıca yer tutur. Onun komediyalarında hadisələrin cərəyanında məkan və zaman koordinatları dəyişə bilir, peşəkarlıqla verilmiş müəllif dekorasiyaları, mizanlar xüsusi status qazanır, remarkalar isə ideyanın açılmasında xüsusi rol oynayır. Müasir həyat hadisələrindəki ictimai, siyasi, mənəvi, əxlaqi ziddiyyətlər komik mübarizənin əsasını təşkil edir. Burada ənənəvi komik mübarizə üsulları, istehlakçılıq, qondarma süjet xətti, obrazların bir-birinə qarşı zahiri cəbhə təşkil etməsi və s. yoxdur. Müsbət-mənfi qütblərinə də rast gəlmək çətindir, bunun müqabilində müasir həyat və “əxlaq qanunlarının təntənəsi”ni (V.Q.Belinski) seyr etmək mümkündür. “Qəfəs” komik faciəsi və “Ağıllı adam” qroteskində bu təntənə daha qabarıq hiss olunur. Birinci komediyada insanla heyvanın təbiətən yaxınlaşması prosesi simvolika ilə çatdırılırsa, ikinci komediyada qroteskin gücü ilə cəmiyyət hadisələrinin dərinliklərinə nüfuz edilir.
    Ağıllılıq və dəlilik cəmiyyətin ən aktual problemi olaraq daim ədəbiyyatın tədqiqat obyekti olmuşdur. Ağılın insani cəmiyyətdə problemlər girdabına sürüklənməsi, ağıllılıqlı dəliliyin sərhədlərinin qarışdığı məqamların təsviri F.Mustafanın “Ağıllı adam” komediyasının məğzini təşkil edir. Dramaturq klassik dünya dramaturgiyasının əsas mövzularından biri "dəlilik-ağıllılıq" psixologiyasını əsas mövzuya çevirib. C.Məmmədquluzadənin "Dəli yığıncağı" tragikomediyasında da eyni problem səhnələşdirilib.
    Dramaturq yeni dövrün "ağıllılıq-dəlilik" problemini və cəmiyyətdəki xəstəliyi orijinal şəkildə dramaturji fabulanın əsasına qoyur. Hadisələr xəstəxanada cərəyan edir; belə ki, buraya gələn jurnalist kimin ağıllı, kimin dəli olmasını müəyyənləşdirə bilmir. Məsələ burasındadır ki, bu "xəstə"lərin çoxu əslində burda olmamalı idi. Lakin nazirliyin xəstəxanadan tələb etdiyi hesabatında son zamanlar xəstələrin azalması ilə bağlı irad bildirilmişdi. Belə çıxır ki, nazirlik xəstəxanada xəstələrin ("dəli"lərin) olmasında maraqlıdır. Jurnalist, həkim, müstəntiq məsələnin kökünə endikcə cəmiyyətdəki problemin mənəvi-əxlaqi, ictimai-siyasi tərəflərini ortaya çıxarırlar. "Xəstələr" içində müxtəlif adamlar var; hakimiyyətdə olanlar, "qırmızı generallar", həqiqət aşiqləri, namuslu adamlar və s. əsərdəki kəskin qrotesk dövrün, cəmiyyətin reallıqlarını üzə çıxarır. Həqiqəti deyən "xəstə"nin monoloqundakı fikirlər, əslində cəmiyyəti içindən yeyən, lakin heç kimin onu görmədiyi reallıqlardır: "...Onların heç biri gördüyünü olduğu kimi danışa bilmir. Onların heç biri olduğu kimi görünmür. Onların heç biri ürəyindən keçəni səmimiyyətlə deyə bilmir...Taxta başlar! Sizin hamınızın içi ilan-çayanla doludur. Namusumuza toxunulur-susursunuz, üzünüzə tüpürürlər-gülürsünüz, var-dövlətinizi talayırlar-yalmanırsınız, kürəyinizi tapdalayırlar-ağnayırsınız, qeyrətinizə sataşırlar-hırıldayırsınız...Axmaq siz özünüzsünüz, ...siz, siz, siz...Vəzifə sahilərinin qarşısında
    alçalırsınız, yalançı natiqlərə əl çalırsınız! Bəlkə yalan deyirəm?! Xeyr! Mən həqiqəti deyirəm..."

    Müəllif psixoloji təsvir və detallarla müasir cəmiyyətdə ən ağıllı adamın belə potensial olaraq fırıldaqçı psixiatrların pasienti ola biləcəyi ehtimalını komizm obyekti etmişdir. Jurnalist, həkim, müstəntiq obrazları ilə müasir cəmiyyətin reallıqlarının tragizmi sənətkarlıqla ifadə olunmuşdur. Qonşuları, iş yoldaşları arasında tərbiyəli, ağıllı bir ziyalı kimi tanınan jurnalistin psixiatriya şöbəsi və müstəntiqin birgə fəaliyyətinin qurbanı olması zamanın reallığını əks etdirir.
    “Kişiləri qoruyun”, “Qarışqa tələsi”, “Safari” komediyalarında yeni ictimai-siyasi, mənəvi-əxlaqi münasibətlər sistemi komik, satirik araşdırma mənbəyi kimi diqqəti çəkir. “Oxşarlar”, “Vida marşı” komediyalarını da milli dramaturgiya təsərrüfatımızın ən yaxşı məhsullarından biri hesab etmək olar. Şübhəsiz, bu komediyalar içərisində “Senatla toy” əsərini xüsusi fərqləndirmək lazım gəlir. Həcminə görə kifayət qədər böyük olan bu komediya Azərbaycan ədəbiyyatında ilk mənzum komediya olmasına görə də bizdə maraq doğurdu. Əlbəttə, ayrı-ayrılıqda bu əsərləri təhlil etmək imkanımız olmadığından yalnız bir neçəsinə nəzər yetirə bildik.
    Buna baxmayaraq, bu komediyaların özünəməxsus xüsusiyyərlərini qeyd etmək yerinə düşərdi. Belə ki, komedioqrafın yaradıcılığında gülüş atmosferi hər hansı bir obrazın, xarakterin gülməli hərəkətlərindən qaynaqlanmır, təbii şəkildə doğur, hadisənin məzmunundan irəli gəlir. Əsərin süjet xəttinə daxil olan ən xırda detallar belə ideyanın açılmasına, komizmin, gülüşün yaranmasına xidmət edir.

    Komedioqrafın obrazların ad yaradıcılığında da orijinal üsullardan istifadə etməsi onun sənətkarlığının bir hissəsini təşkil edir. Bu obrazların çoxunun adları gülüş ustasının bədii təfəkkürünün məhsulu olub, bütövlükdə komiklik atmosferinin yaradılmasında pozitiv rola malik olur. Amirə, Delfinə (“Qarışqa tələsi”), Fıstıqov, Aşıq Şabaş, Şokolad, Dərəbəy, Dərəxan, İvanverdi, Kişmiş, Maymaq, Quymaq (“Senatla toy”), Ninel (Leninin adının əksi), Marlen, Qəmli (“Vida marşı”), Vahid-Validə, Səid-Səidə, Həmid-Həmidə, Şahid-Şahidə (“Küsənlər barışanda”) və s. obrazların hərəkət və stixiyası onun adında da təzahür edir. Əslində bu adlar F.Mustafa yaradıcılığında “komik maska” rolunu oynayır ki, bu da komizm nəzəriyyəsinin kanallarına tamamilə uyğun gəlir.
    F.Mustafanın dramaturgiya yaradıcılığında diqqəti cəlb edən səciyyəvi xüsusiyyətlərdən biri də onun gülüşünün, komizmin ictimai məzmunu, sosial dərinliyi, habelə həyatı ziddiyyətlərin, komik vəziyyətlərin reallığı oldu. Bu komediyalarda həyat həqiqətləri ilə yanaşı bədii həqiqətlər də mövcuddur. Ola bilsin ki, baş verən hadisələr müasir həyat həqiqətlərinə uyğun gəlməsin, ancaq məkanından, zamanında asılı olmayaraq hər hansı bir cəmiyyətin, həyat hadisələrinin bir parçası olsun. F.Mustafa az bir zaman içərisində ədəbi prosesdə “komediya bumu” yaratmaqla gülüş, komizm arenasında yeni bir mərhələnin əsasını qoymuş olur.

    Firuz Mustafa orijinal düşüncə tərzinə və hadisələrin özünəməxsus fəlsəfi, romantik yozum çalarlarına malik bir dramaturqdur. Onun əsərlərində milli dramaturgiyamızın ən yaxşı ənənələri yeni rakursda təzahür edir.
    Firuz Mustafa yaradıcılığının sirrini, əsasən, onun əsərlərinin orijinallığında, qəhrəmanlarının müasirliyində və müəllifin intellektual təfəkküründə axtarmaq lazım gəlir.

    BƏDİRXAN ƏHMƏDLİ
    filologiya elmləri doktoru,
    professor


















    Zülmətə açılan qapının işığı

    (Firuz Mustafanın yaradıcılığı haqda düşüncələrim)

    Haqqında söhbət açacağım ədibi, güman edirəm ki, yaxşı tanıyırsınız. Onun bir çox teatrlarda nümayiş etdirilən səhnə əsərlərinin tamaşaçısı olub, bədii, elmi və publisistik yazılarını oxumusunuz. Bu sətirlərin müəllifinin sizlərlə bölüşmək istədiyi fikirlər isə, əsasən onun "...QAPI..." kitabı ilə bağlıdır. (Əslində həmin kitabda gedən eyniadlı romanın bütöv adı belədir: "Zülmətə açılan QAPI sanki həmin anlarda tanrının göz yaşları ilə islanmış qurbanları qəbul etməkdən yorulmuşdu").
    Firuz Mustafanın kitabı bu yaxınlarda işıq üzü görüb. Bundan xeyli əvvəl bir səhnə əsərinə baxandan sonra müəlliflə görüşüb fikir mübadiləsi aparmaq istəsəm də, bu, o vaxt mümkün olmamışdı. Bu yaxınlarda isə məzkur kitab mənə töhfə edildi. İlk növbədə kitabın adı məndə maraq oyatdı; xüsusən, peşə həmkarımın yazıçı kimliyi və hələ ömür yolunun ortasında acı keçmişə coşqun meyli!
    Kitaba müəllifin üç nəsr və üç dram nümunəsi daxil edilib. Nəsr nümunələri müxtəlif janrlardadır: hekayə, povest və roman. Bir az da dəqiq desəm, hekayə-triptix, povest-pritça və roman-kantata.
    Mən indiyədək Firuzu mehriban, nəzakətli, ağıllı, sakit, təmkinli, sadə, təvazökar bir oğlan kimi tanıyırdım. Bu kitabı oxuduqca, gözüm önündə müdrik, həyatın ağrı-acılarına bələd olan, bu yaşda nəşə-xumarlı məhəbbət ovqatı ilə yaşamaq əvəzinə neçə zamanın yamanlıqlarını özünə dərd eləyib, insanları mənəvi epidemiyalardan qorumaq naminə ürəyini yeyə-yeyə, zehnini zəhərli yamanlıqlar arasından çıxararaq, sözün həqiqi mənasında Sokratsayağı, insanlara şəfa məlhəmi vermək əqidəsi ilə yaşayan bir yazıçı canlandı. Məni yeni sözlə, yeni düşüncə ilə əqrabalaşdırdı Firuz!
    Kitabı oxuyuram. İlk görüşümə gələn "At günü" hekayə-triptixidir. Qoy müəllif ahıl nasirdən bu ifadə üçün inciməsin: filosof-yazıçının təkcə bu əsərini oxumaq kifayət edərdi ki, müəllifin məslək qayəsini, yazıçı qüdrətini anlaya biləsən. Triptix mövcud ədəbi janrın tələbinə uyğun olaraq üç bölmədən ibarətdir: "Qaçış"; "İntihar"; "Son".
    Nə qədər düzgün seçilmiş, məharətlə işlənmiş obrazdır At! İlk növbədə o qənaətə gəlirik ki, yazıçı qələmə aldığı həyata dərindən bələddir. Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi ilə də məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə at müstəqil bədii obraz kimi götürülüb və onu da deyək ki, Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan nəsrində və poeziyasında məcazlara istinad cəhətdən, bu obrazla bağlı rəngarəng bir qalereya mövcuddur. Amma belə hesab edirik ki, indiki dövrdə, ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin ehtiyac duyulduğu bir vaxtda, "At günü" tamamilə orijinaldır, bənzərsizdir.
    "Bahar otları kimi şirin arzularının arxasınca" qoşan dayçanın canavara tuş gəlməsi, ilxı stixiyasına qoşulma cəhdi, onun az qala insan kimi keçirtdiyi sarsıntılar qeyri-adi bir ustalıqla qələmə alınıb. Bəlkə də, indiki oxucu, bizim dövrün kitab mütaliə edənlərdən fərqlidir və ona görə də hər seyi öz adı ilə demək lazım gəlir. Qısaca olaraq onu xatırladım ki, gözü bağlanıb anası ilə cütləşməyə təhrik edilən dayça az sonra hər şeyi sanki insan kimi içindən keçirərək sarsılır. "Dayça yaydan qopmuş ox kimi yuxarıya doğru atılıb var gücü ilə özünü yerə çırpdı. Onun başı zərblə kiçik qaya parçasına dəyib guppuldadı... Dayçanın ağzından qan gəlirdi".
    Baş vermiş müdhiş hadisə bizi düşünməyə, nəticə çıxarmağa vadar edir. İndi biz, görünür, təkcə Aristotellərdən, Tusilərdən deyil, heyvanlardan da "insanlıq" dərsi öyrənmək zorunda qalmışıq.
    Əsərdə namusunu satan bir adamla "namuslu" bir atın obrazı paralel olaraq, böyük ustalıqla təsvir edilib.
    Qələm sahibinin səlahiyyəti sözlərlə yol göstərmək çərçivəsindədir, dünyanı düzəltmək iqtidarı verilməyib, axı, ona!..
    Firuz Mustafanın "Dəniz köçü" povest-pritçası mənə Heminqueyin "Qoca və dəniz"ini xatırlatdı. Amma burada tamamilə başqa bir məsələ - insanla təbiətin harmoniyası, birliyi uğurla önə çəkilir. Ürəyi Tanrı ilə düz olan kəsin hər cür çətinlikdən xilas olmaq ehtimalı böyükdür. Əsərin qəhrəmanı gənc Tuqayın keçirdiyi hisslər, göstərdiyi şücaət və bütün baş verən hadisələr oxucunu öz təsiri altında saxlayır.
    İçimizi göynədən, bizi həyəcanlarıdıran hadisələri hikmət sahibi olan yazıçı realist bir qələmlə təsvir edir, məlumdan-məchula, sadədən mürəkkəbə (və gah da əksinə) keçdikdə kitabın leytmotivinin səfini-sırasını pozmur, əksinə, daha da dərinliyə varır.
    Artıq qeyd etdiyim kimi, ilk növbədə adı ilə übarə xatırlatdı. Yox, xatırlatmadı, yenidən yaşatdı. Mənim həyatımda o illər dəhşətli - qorxulu yuxu kimi qalıb. "...QAPI..." güclü obrazları, bədii təfərrüfatları ilə məni yuxudan ayıltdı. İllərin üstünə çəkdiyi bər-bəzəkli örtüyü kənarlaşdırdı və məni onlarla - o qara zülmət qapını günahsız insanların üzünə açanlarla eyni bir cinsə məxsus olduğuma görə sanki müttəhimlər sırasına qoşdu.
    Düzü, ağrı-acılarla dolu olan o illərə bir daha "səfər" etməyə ürəyim gəlmirdi. Mövzudan agah olandan, repressiya dəhşətlərini (bu yaxınlarda "Zəmanələrlə üz-üzə" ömürnaməsini yazarkən) ikinci dəfə yaşadığımdan üçüncü müdaxilədən yayınmaq istəyirdim. Bir də ona görə ki, çağdaş zəmanətdə qiyamətə aparan yolda onun əlamətlərindən əzablanıram, onlardan xilas cığırları arayıram. Bu, kifayət deyilmi?! Ancaq yox! Mən faciələrlə dolu illəri indi ayrı bir məqamda yaşamalı oldum.
    Əgər Firuz Mustafa "...QAPI..."nın müqəddəməsində açıqlama verməsəydi, ərknən yazıçıya acığım da tutardı. Bəlkə də haqlı olduğumla razılaşardı da! Axı, o illərin dəhşətini, faciəsini görməyən, yaşamayan adam oxucuya təzə nə deyə bilər? Mən və on minlərlə "mən" - otuzuncu illərin zillətini çəkmişlər (onların arasında məhkumların qələm sahibi övladları da az deyil) nə qədər yazsalar da, ekranlarda ürəklərini boşaltmağa çalışsalar da, nisgilləri-dərdləri tükənmir. Qoca tarixdə bu qədər günahsız insan qırğını, bu qədər ölüm düşərgələrinə sürgünlər, əzablı təqiblər - bu qədər bənzərsiz faciə olmayıb. Elə ki, bir neçə cümlə etiraf arayışını oxudum,"...QAPI..."nı da "At günü" kimi həyəcanla izləməyə başladım. Etiraf isə bunlardı: "...mən özümü repressiya "olunanlara", "dissidentlərə" (axı, indi belələri - atasını öldürüb, goruna and içənlər də var - C.Ə.) aid etmirəm (yeri gəlmişkən, xatırladım ki, 30-cu illərdə onlarca qohumun repressiya qurbanı olub və indi oxuduğunuz əsərdə təsvir olunan bəzi epizodlar özündə o dövrün ab-havasını əks etdirir)". Deməli, yazıçı o illərin əzabını fiziki cəhətdən olmasa da ruhən, qəlbən yaşayıb. Lakin bununla yanaşı, o, sənədli yox, bədii əsər yazıb.
    İnam, inanc ilə romanı oxudum, oxudum yox, hər cümlənin ahəngi, məqamı ilə yaşadım və bu "məngənədən" azacıq xilas olanda, baş verənləri yuxuda görürmüşəm kimi, başımı sirkələyib oyanmaq istədim. Bu bədii səviyyəni Tanrı bəxşişi olan qələm sahibliyin, istedadın, intellektin varlığı ilə bağlamaq da azlıq elədi...
    Axı, öz canlı həyat müşahidələrimiz bir yana, bu mövzuda rus klassikasının dünya şöhrətli romanlarını oxumuşuq. (Bulqakov, Rıbakov, Platonov...kimi yazıçıların əsərlərində o dövrün ab-havası geniş şəkildə əks etdirilib. Yeri gəlmişkən, onu da deyim ki, əlli il öncə tapıb oxuya bilmədiyim Pasternakın "Doktor Jivaqo" romanını Sovet vətənimizdə yox, Vyanada gənclərin Dünya festivalında (1958) balışımızın altına qoyub gizlicə oxuyurduq).
    Firuzun kitabı ümumən repressiyadan bəhs etsə də, forması, fabulası ilə tamamilə yeni və orijinaldır. Əsərin qəhrəmanının adı da gizli saxlanılır, romanda həmin obraz O kimi təqdim edilir. Qəhrəmanın sənəti-peşəsi də "gizlidir" (O, adamöldürən, daha doğrusu, həbsxana cəlladı vəzifəsini icra edir). Müəllifin "roman-kantata" kimi təqdim etdiyi əsər sanki, həqiqətən, müxtəlif musiqi ladları üzərində qələmə alınmışdır; belə ki, məsələn, "Kavatina"da gərginləşən hadisələr, "Reçitatv"də səngiyir, "Xor"da isə çoxsəsli vüsət alır. QAPInın "o üzündə" baş verənlərlə tanış olduqca istət-istəməz üşənirsən və fikirləşirsən ki, Allah eləməmiş, bugünün doqqazında tıxaclananlar birdən güc gəlib qara qapıdan bu yana keçsələr, insanların taleyi yenə də zülmün ərşə qalxdığı məramla nəticələnə bilər. Min şükür, bizim məkanda zülmətə açılan QAPI yoxdursa da, haqsızlığa, insanın yaşam hüququna basqılar, bir çox nakəslərin şəxsiyyətləri sındırmaq cəhdi, müqəddəs dəyərlərin alver predmetinə çevrilməsi, çox təəssüf ki, hələ qalmaqdadır. Və biganəlik olsa, onlar bu gün də qara qapıya çevrilə bilər.
    Nədir doqqazlarda cəm olunanlar? Şərin-xeyri üstəlməsi, nəinki yaxın dostların, hətta, ana-balanın, qohum-əqrabanın yadlaşması, insan təbiətinin ətraf aləmdən- təbiətdən kənarlaşması və bunlardan doğan yamanlıqlar...
    Bütün bunları yazıçı dörd gözlə, Tanrı baxışı və vicdanlı vətəndaş qeyrəti ilə görüb dərk etmiş və ağlın qüdrətinə söykənərək həqiqəti bütün acılığı ilə göstərmək qənaətinə gəlmişdir.
    Kitabın mehrabına - QAPI məqamına gələk. Ədəbiyyatımızda bu mövzu - heç bir xalqın taleyində bənzəri olmayan repressiya qurbanlarının faciəsi, son on illərin ağrı-acısı, sızıltısı ilə yaşanmaqdadır.
    Yazının bu məqamında dahi Norveç dramaturqu Henrik İbsenin "Vəhşi ördək" əsərindən bir görüntü yadıma düşdü. Ovçunun vurub yaraladığı ördək uçub başqa bir yerdə gizlənmir. Suyun dibinə cumur, otdan-yosundan yapışır, özünü qoruyur. Amma o, canını nə vaxtacan qoruya biləcək?..
    Romanı oxuyanda zəngin bədii təfərrüatlar, insan sifətinin şəkildən-şəklə düşməsinin gerçək görüntüləri ilə özünü onların yerinə qoymaq vadarlığı yaradır, içini göynədir. Tək kiçik bir epizod: "Yağışdan əsər-əlamət yoxdur... Bəs bu qoluzəncirlilərin üz-gözü niyə islanmışdı?(...) Sallaqxanaya gedən qoyunlar kimi çiyin-çiyinə, boyun-boyuna verib açıq qapıdan içəri keçdilər... Bu damcılar haradan peyda olub bu bədbəxtlərin, zavallıların üz-gözündə? Bu, bəlkə Allahın göz yaşları idi?! Axı, ola bilməzdi ki, Allah arabir insanların halına ağlayıb göz yaşları tökməsin! İnsanı Allah yaradıbsa, demək, o özü də elə öz yaratdıqları kimi ağlaya bilərdi".
    Bəndələr Allahı unudanda, həmişə belə olub - budur yazıçının xəbərdarlığı. Buna əməl edilməsə, bu zülm zaman-zaman təkrarlanacaq, "ölülər dirilərə baxıb qətiyyən dirilmək istəməyəcək".
    Qoy ulu Tanrı öz məxluqunun halına acı-acı göz yaşı axıtmasın, onu sevinc yaşına qərq etsin!
    Dediyimiz kimi, kitaba müəllifin üç dram əsəri daxil edilib: "Müqəvva", "Çardaqda zirzəmi" və "Neytral zona".
    Bu gün dram janrına müraciət etmək asan deyil. Bir həqiqət də var ki, indiki həyatımız büsbütün dramatik hadisələrlə zəngindir. Yolda-izdə, yas yerində, yaxınlarla söhbətdə hər gün elə hadisələr nəql edilir ki, bunları bədiiləşdirmək, hətta, Şekspir üçün də çətin olardı... Qəzaya düşmüş insan bütün fikrini bir yerə cəm edir (başıma gəlib): qəzadan sonra sağ qalacağammı?! Bizlər də bəşəri hissləri içimizdən keçirməzdən əvvəl ibtidai insanın qayğıları ilə əlbəyaxa qalırıq: necə eləyək ki, balalarımız (eləcə də özümüz) bu müsibətlərdən xətasız ötüşək...
    "Müqəvva" monodramını oxuyuram. Bu da rəmzlərlə zəngin olan əsərdir. Amma burada rəmz-təmsil üçün heyvanlar aləmindən obraz seçilməyib. Əsərin qəhrəmanı kişi müqəvvasıdır.
    "Müqəvva" ictimai səciyyəli mövzuda qələmə alınmış bir əsərdir.
    Qadın evinə kişi müqəvvası gətirib, ona "ərə gedib". İndi az qala dünyanın bütün kişiləri onunçün adi bir müqəvvadır. Onun özünün "həyat fəlsəfəsi" var: "Hərə bir şey istəyir. Çörək, iş, pul, azadlıq, həqiqət, düzlük, qanun-qayda... Budur pəncərədən baxıram, onların hamısı müqəvvaya, manikenə, yəni sənə oxşayır". Qadın bu sözləri müqəvvaya deyir, toplaşanlara isə eyhamla çatdırır: "Bəs nədən, haradan başlayır bizim azadlığımız? Öz nəfsimizdən, öz xislətimizdən, öz daxilimizdən, öz xaricimizdən... başlayır. Əvvəlcə, ürəyinizi azad edin, sonra ruhunuzu, sonra da bütün bədəninizi". Müqəvvanı isə buna inandıraraq istəyir: "Sən tam azadsan. Elə mən özüm də azadam. Biz indi çox xoşbəxtik".
    Ancaq elə bu dəqiqədən etibarən dramatik kulminasiyada enmə başlayır. Və sonda qadın müqəvvaya çevrilir, kişi (maniken) isə... canlı kişiyə! Artıq rollar dəyişir. Bir qədər əvvəl deyilmiş sözlər öz yerini alır: "Hər ikimiz sərbəstik, azadıq". "Müqəvva" oxucunu-tamaşaçını düşünməyə vadar edir.
    "Neytral zona" iki sərhədin arasında - neytral zolaqda qalan kişinin tragik və komik situasiyaya düşməsinin ustalıqla təsviridir. Həmin zonada itən heyvanın - itin sahibi tapılır, insana isə yiyə çıxan tapılmır. Əsərin qəhrəmanı haray qoparır: "Bu müsibətə necə dözürsən, ay Allah?! İtin, pişiyin, toyuğun, cücənin sahibi var! Bəs mənim?! Bəs bizim? Niyə bizə sahib durmursan, ay bu dünyanın sahibi?! Oyyy..." Yazıçı fərdi və bəşəri problemi bir insanın taleyində birləşdirərək maraqlı fəlsəfi ümumiləşdirmə aparmışdır.
    Firuz Mustafa bu dünya dolusu dərdlərimizi qələmə alarkən, daxilən gör nə qədər əzabları yaşayıb və yaşadıb, ürəyini yeyib, çağdaş insanın ağrısını dağdan arana, arandan dağa daşıyıb, ona haqq sözünü demək istəyib və çox mətləbləri incəliklə, eyhamla, ustalıqla deyə bilib. Gizlətmirəm ki, neçə yüz səhifəni oxuyub başa çıxana qədər yazıçı zillətinin bir qismini mən də yaşamalı oldum, için-için göz yaşları axıtdım. Əsəri oxuduqca istər-istəməz yazıçının yaratdığı obrazların -insanların, eləcə də bu obrazları yaradan yazıçının dözümünə heyrətlənməyə bilmirsən.
    Ancaq son səhifəni nikbin əhvalla çevirdim.
    "...QAPI..." kitabı məni çox nadir istedadla görüşdürdü. İnandım ki, yeni zəmanənin ədəbiyyatını, bax, bu cür ayıq, həyati və cəsarətli, həm də bütün telləri və rişələrilə xalqa bağlı olan yazarlar yaradacaq. Qələm əhli Allah dərgahı ilə bizlər arasında merac yaxınlığı yaradacaq və biz haqqa qovuşacağıq!
    Əgər mən - qoca nasir bir neçə gündən bəri Firuzun yazılarının təsiri altından çıxa bilmirəmsə, deməli, gənclik bu əsərlərdəki insani çağırışlara səs verəcək, öz həyatını bu inandırıcı bədii təəssüratlar içərisində xoş zəmanə üçün hazırlamalı olacaq, inşallah.
    Kitab mənim üzümə qapı açdı - amma zülmətə deyil, işığa!
    Qətiyyətlə demək olar ki, yeni kitab həm oxucuya aşıladığı pak hissələrə və dilimizin qüdrətini dəyərincə zinətləndirdiyinə görə, həm də nəsrimizə yeni işıqlı qapı açdığına görə, nəinki təkcə Firuzun, habelə bütün ədəbiyyatımızın uğuru hesab olunmalıdır.
    Açıq-aşkar görünür ki, Firuz Mustafa ədəbiyyatımıza yeni nəfəslə gəlib, yeni nəfəs gətirib.
    Bu istedadı, bu qeyrəti, bu gəlişi alqışlayıram!
    Cəmil ƏLİBƏYOV
    525-ci qəzet.- 2009.- 22 aprel.- S.7.




    TARİXƏ AÇILAN “QAPI”

    (Firuz Mustafanın “Qapı” romanı haqda qeydlər)

    “Qapı” insanda çox vaxt xoş ovqat, nikbin assosiasiya yaradan bir məhfumdur.
    Firuz Mustafanın “...Qapı...” romanı gələcəyə yönəlik bir simvol kimi 80-ci illərdə, necə deyərlər, suların nisbətən durulmağa başladığı bir vaxtda qələmə alınmışdır. Yazıçı bu əsəri yazmaqla olduqca məsuliyyətli, ciddi və çətin bir mövzuya girişmişdir. Məhdud arxiv materiallarına (əslində nə düz-əməlli bir arxiv vadı, nə də onun materialı), ən önəmlisi isə az saylı canlı şahidlərin hekayətlərinə, müxtəlif səpkili müzakirələrə əsaslanaraq və süjetə bədii ümumiləşdirmə və fəlsəfi məna qataraq çox qiymətli bir əsər ortaya çıxarmışdır. Əsəri oxuyub başa çatdıran oxucu istər-istəməz “qapı” məfhumunun həm də neqativ bir məna çaları daşıdığının fərqinə varır. Və xalq arasında (eləcə də barəsində söhbət açdığımız əsərdə) işlədilən bu cür ifadələr bir daha yada düşür: “qapı üzünə bağlandı”, “ölüm qapısı” və s.

    Mən bu əsərin bədii-sənətkarlıq xüsusiyyətləri haqda söz açmaq istəmirəm. Bu missiya ədəbiyyatşünasların üzərinə düşür. Mən xalqımızın taleyindən keçən bəzi tarixi məqamlara diqqət yetirmək istəyirəm. Məsələ burasındadır ki, “Qapı”da baş verən müdhiş hadisələrin bir çoxu Sovet rejiminin qurulduğu zaman, lap dəqiq desəm repressiya illərində az qala hər bir ailənin qapısını döymüşdür. O cümlədən də bizim ailənin...
    Həyatda baş vermiş müdhiş “ölüm qapısı” haqda canlı hekayəti mən ilk dəfə 1985-ci ildə eşitdim və indi Firuz Mustafanın qələmə aldığı “Qapı” romanını oxuduqca, 1930-cu illərdə Gədəbəydə baş baş vermiş qanlı “Mədən” hadisələrinin acı xatirələrini yenıdən yaşamalı oldum.
    1985-ci ilin may ayında oğlum Eldar göz xəstəxanasında müalicə olunarkən, bir gün mənə dedi: “Ata, qonşu palatadakı bir kişi familiyamızla maraqlandı, Süleyman kişinin nəvəsi olduğumu bilib, 1930-cu illərdə onu ölümdən xilas etdiyini söylədi və indi səninlə tanış olmaq istəyir.”
    Sabahısı gün, necə deyərlər, yüngülvari bir bazarlıq edib həmin adama baş çəkdim. Görüşdüyüm adam iri cüssəli, dilli-dilavər bir kişi idi. Doğrusu, indi həmin şəxsin adını unutmuşam. Biz onunla tanış olduq. Ordan-burdan söhbət edəndən sonra kişi əsl mətləb üstünə gəldi: “1930-cu illərdə mən Gədəbəy türməsində milis məmuru işləyirdim. Vəzifəm –tutulub gətirilənləri yerbəyer etməkdən ibarət idi. Məhbəsin iki qapısı vardı. Biz ən “qoxulularını”, yəni “xalq düşmənlərini” sol qapıya yola salmalı idik. Əslində bu, “ölüm qapısı” idi. Nisbətən yüngül cəzalıları - Sibirə göndərilməsi nəzərdə tutualan adamları isə sağ qapıya yönəltməli idik. Kərbalayi Köçəri kişinin oğlanlarını- Qasımı, Süleymanı və Salmanı mən o vaxtacan müəyyən qədər tanıyırdım. Bir də gördüm - Süleymanı və Salmanı at qabağında gətirdilər və bizə təhvil verdilər. Öyrəndim ki, onların donoslu “günahı” – kolxoz quruluşuna qarşı çıxmaqları (iki inək əvəzinə üç inək saxlayırmışlar) və qaçaqlarla əlaqədə olmaqları imiş. Əslində bunlar o zaman hamıya vurulan əsas yarlıqlar idi. Nə isə, bu kişiləri yönləndirdim sağ qapıya. Sonra, onlar Sibirə göndərildi, ən vacibi isə, sonradan eşitdim ki, oradan sağ-salamat qayıdıblar”.
    Mən söhbətin bu yerində dözə bilməyib kişinin sözünü kəsdım: “Bağışlayın, sol və ya sağ qapını seçəndə nəyə əsaslanırdınız, burada bir yanılışlıq olurdumu?”. Kişi bir qədər fikrə gedib dedi: “Təbii ki, səhvlər olurdu, ancaq, çalışırdıq bu olmasın. Təcrübəmizə, təqsirkarın özünü aparmasına, ilkin sorğu-suala əsaslanırdıq. Bir də ki, içəridə daha əsaslı sorğu-sual olurdu”.
    Araya dərin bir sükut çökdü. Mən dəhşətə gəlmişdim. İnsan taleyinin belə ucuz qaydada həll edilməsinə inanmaq çətin olsa da, bu, bir fakt idi.

    Yeni tanışım söhbətin istiqamətini dəyişirmiş kimi dedi: “Eşitdiyimə görə, Süleyman kişi sağdır. Sizdən bir xahişim var: əgər o, bu günlərdə o Bakıya gərsə, mənimlə görüşdürün, mən hələ bir həftə buradayam”. Mən müsahibimə “baş üstə” dedim. Əl tutub kişi ilə xudafisləşdik.
    Aradan heç iki-üç gün keçməmiş atam Süleyman Köçəri oğlu Bakıya gəldi və mən bu əhvalatı ona danışdım. O, bir xeyli fikrə getdi, türmə qabağında doğrudan da 3-4 milisn gəzişdiyini, hətta, onların sonsuz ixtiyar sahibi olduqlarını söylədi. “Sənin görüşüb söhbətləşdiyin şəxs onlardan hansıdır, Allah bilir. Çünki bu adamın sifəti indi məmin xatırımda deyil. Axı aradan əlli ildən artıq vaxt keçib. Bəlkə də özünü görsəm, tanıyaram”.
    Mən atamdan soruşdum: “Həmin adam səninlə görüşmək istəyir, bəs sən necə?” Sualıma kişi o an cavab vermədi, bir müddət dərin fikrə getdi və sonra qətiyyətlə söylədi: “Yox, mən o adamla görüşmək istəmərəm. Düzdür, o adam məni və qardaşım Salmanı sağ qapıya yönləndirməklə bəlkə bizi doğrudan da ölümdən xilas edib. Amma həmin adam və onunla orada xidmət edən şəxslər biz tutulandan cəmisi üc gün qabaq qayınatam Məşədi Mehralını və böyük qardaşım Nəsibi soldakı qapıya, yəni “ölüm qapısına” göndərmədilərmi? Nəydi onların günahı? Məşədi Mehralı kimə pislik etmişdi ki? O, el-oba ağsaqqalı, kənd-kolxoz icmasının rəhbəri idi. Qardaşım Nəsib isə kiçik dükan sahibi, nüfuzlu və xeyirxah bir insan idi. Hər ikisini də şərləyənlər bizə bəllidir, onlar yenə də kəndimizdə yaşayır. İndi sən necə istərdin, bizi sağ saxladığına görə o adama mən əvvəlcə “çox sağol” deyim, sonra isə əzizlərimi öldürdüyünə görə onu lənətləyim? Mən bunu bacara bilmərəm”.
    İllər öncəsi baş vermiş bu əhvalat mənə heç vaxt rahatlıq verməmiş, onu bəzi məclislərdə söyləməklə kifayətlənmişəm və özlüyümdə həmişə düşünmüşəm ki, deyəcəklərimdə birdən bir yanlışlıq olar.
    Tanınmış yazıçı-filosof, doğmaca dayım oğlu Firuz Mustafanın “Qapı” roman-pamfletini (əslində həmin əsərin jandını müəllif özü “kantata-roman” adlandırıb) oxuyanda, bu hadisələri yenidən yaşadım, 30-cu illərin qanlı-qadalı günlərini bir daha göz önünə gətirdim.
    30-cu illər repressiyalarını qələmə alanların çoxu, məsələn, Soljenitsın və başqaları o illərin canlı şahidi və zərərçəkənləri olmuşlar. Bəlkə də bu səbəbdən onların əsərləri öz dövrünün bədii salnaməsi səviyyəsinə yüksələ bilmişdir.
    Firuz Mustafa isə o dövrdən çox sonralar, 50-ci illərdə dünyaya göz açmış, repressiya qurbanlarının taleini yaşamasa da öz əsərində baş verən hadisələri ümumiləşdirərək oxuculara dolğun bir şəkildə təqdim edə bilmışdır. Əsərin əsas Qəhrəmanlarından biri konkret adı olmasa da “O” deyə təqdim edilən cəllad, digəri isə öz əməlləri ilə həmin cəlladdan heç gə geri qalmayan Ədilovdur.
    Romanı iki baxımdan əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Birincisi, müəllif bu əsərlə demək istəyir ki, 30-cu illər faciəsi ölkəmizin təkcə hansısa guşəsində, (məsələn, Gədəbəydə) deyil, Azərbaycanın bütün bölgələrində baş vermiş, hər rayonun öz “ölüm mədənləri” və o mədənlərin qaniçən “Ədilovları” olmuşdur. 30-cu illər dəhşətlərini çoxları Stalin və ya Beriyanın adı ilə bağlayır. Burada həqiqət böyükdür, onlar xalqla müharibənin əsas ideya rəhbərləri idilər. Bəs bu ideyanı həyata keçirənlər kim idi? Əlbəttə, “özümüzünkülər”, “Ədilovlar” və ya o vaxtki NKVD məmurları. Əsərdəki ikinci bir ideya isə “Ədilovçuluq” və onun kimilərin hər zaman, elə indinin özündə də mövcud olmaları xəbərdarlığıdır. Sanki onların bu “professiyaları” irsi xarakter daşıyır, “genetik” şəkildə nəsildən-nəslə keçir. Bax bu mənada atam Süleyman kişi deyərdi: “...bu sahənin də öz adamları var, amma bu iş bizlik deyil”.
    Firuz Mustafa öz əsərində Gədəbəy - “Mədən” hadisələrini qələmə almaqla, digər bölgələrdə də buna bənzər dəhşətli və eləcə də qəhrəmanlıq olaylarının yaddan çıxarılmaması zərurətini xatırladır. Neçə ki, canlı şahidlər həyatdadırlar, yazıçı və tarixçilərimiz baş verən faciələri qələmə almalıdırlar. Elə Gədəbəy rayonu ərazisində 1920-1930-cu illərdə baş vermiş iki böyük qəhrəmanlıq olayının – Yaqublu dərəsində Məcid qaçaqçılığının (Sovet bolşeviklərinə qarşı döyüşmüşdür) və Hacılar kəndindən “Qaçaq Cəfərqulu”nun (Mərhum tarixçi professor Məlik Orucovun qardaşıdır) Sovet rejiminə qarşı son nəfəsədək vuruş salnaməsinin geniş şəkildə qələmə alınması olduqca vacib bir məsələdir. Gədəbəy ərazisinin tam ortasında yerləşdirilmiş Başkənd erməni kəndində yaşayan ermənilərin qonşu azərbaycanlılara qan uddurması və 1992-ci ildə bu kəndin polkovnik Cahangir Rüstəmov alayı tərəfindən qəhrəmancasına alınması, 1966-68-ci illərdə Sovet və Azərbaycan rəhbərliyinin füsnükar Tağılar kəndi ərazisini erməni qəsbkarlarına zorla verməsi və kənd camaatının deportasiyaya qarşı kəskin təpkisi olayları da ayrıca əsərlər mövzusu ola bilər.
    Yeri gəlmişkən bir neçə il öncə əvvəlcə “Azərbaycan” jurnalında, sonra isə kitab kimi rus və Azərbaycan dillərində çap olunmuş bu kitab haqda ədəbi tənqid öz sözünü qismən dəsa demişdir. Mən bu mənada mərhum, gözəl yazıçı Cəmil Əlibəyovun fikirlərini xatırlatmaq istəyirəm, Məşhur ədib “Zülmətə açılan qapının işığı” adlı məqaləsində belə yazır:
    “İnam, inanc ilə romanı oxudum, oxudum yox, hər cümlənin ahəngi, məqamı ilə yaşadım və bu "məngənədən" azacıq xilas olanda, baş verənləri yuxuda görürmüşəm kimi, başımı sirkələyib oyanmaq istədim. Bu bədii səviyyəni Tanrı bəxşişi olan qələm sahibliyin, istedadın, intellektin varlığı ilə bağlamaq da azlıq elədi...
    Axı, öz canlı həyat müşahidələrimiz bir yana, bu mövzuda rus klassikasının dünya şöhrətli romanlarını oxumuşuq. Bulqakov, Rıbakov, Platonov... kimi rus yazıçılarının əsərlərində o dövrün ab-havası geniş şəkildə əks etdirilib. Yeri gəlmişkən, onu da xatırlayıram ki, illər öncəsi Pasternakın Sovet vətənimizdə tapıb oxuya bilmədiyimiz "Doktor Jivaqo" romanını gənclərin Dünya festivalının keçirildiyi (1958) Vyanada balışımızın altına qoyub gizlicə oxuyurduq.
    Firuz Mustafanın kitabı ümumən repressiyadan bəhs etsə də, forması, fabulası ilə tamamilə yeni və orijinaldır...
    Kitab mənim üzümə qapı açdı - amma zülmətə deyil, işığa!
    Qətiyyətlə demək olar ki, yeni kitab həm oxucuya aşıladığı pak hissələrə və dilimizin qüdrətini dəyərincə zinətləndirdiyinə görə, həm də nəsrimizə yeni işıqlı qapı açdığına görə, nəinki təkcə Firuzun, habelə bütün ədəbiyyatımızın uğuru hesab olunmalıdır.
    Açıq-aşkar görünür ki, Firuz Mustafa ədəbiyyatımıza yeni nəfəslə gəlib, yeni nəfəs gətirib”.
    Haqqında söhbət gedən əsərin, yəni “Qapı” romanının da daxil olduğu çoxcildliyin birinci cildi bu yaxınlarda çapdan çıxmışdır.


    p.s. Bu yazı qələmə alındıqdan az sonra mətbuatdan xəbər tutdum ki, Firuz Mustafanı “Seçilmiş əsərləri”nin 2-ci cildi də işıq üzü görmüşdür. Mən bu münasibətlə də müəllifi ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

    Şahvələd Köçərli,
    Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Geofizika Komitəsi İB-nin sədri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru


















    Açılan qapı

    Firuz Mustafa müasir ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biridir. Biz burada “müasir” sözünü, sadəcə olaraq, yazıçının bizimlə bir zamanda yaşaması, çağdaşımız olması mənasında işlətmirik.

    Firuz Mustafanın yaradıcılığı həm mövzularına, həm əsərlərində qaldırılan problemlərin xarakterinə, həm yaşadığımız günlərin və müasirimiz olan insanın həyatı, taleyi üçün ən önəmli məqamlara yanaşma manerasına, həm də onların bədii həlli üsullarına və ən ümdəsi, müəllifin həyata baxışına, dünyagörüşünə, bədii düşüncə tərzinə görə sözün həqiqi mənasında müasirdir. Və elə buradaca təəssüflə etiraf etmək lazım gəlir ki, ədəbi tariximizin indiki mərhələsində yaranan, yəni zamanca müasir olan əsərlərin çox az bir qismi müasirlik meyarının estetik tələblərinə cavab verə bilir.
    Biz “istedadlı” kəlməsilə də, sadəcə, müəllifin zaman və insan barədə düşüncələrini bədii biçimə salıb ifadə etmək bacarığını nəzərdə tutmuruq. Firuz Mustafa müasir dövrün və çağdaş ədəbi prosesin tələb etdiyi mövzu və ideyaları seçmək, ədəbi qəhrəmanların mükəmməl obrazını yaratmaq, əsərlərini janr və struktur baxımdan müasir bədii düşüncə ölçülərində qurmaq, onların bədii dil və ifadə vasitələrini peşəkar tələblərə uyğun işlətmək mənasında da talantlı bir adamdır.
    Maraqlıdır ki, Firuz Mustafa özü ixtisasca filosof-fəlsəfəşünas, hətta fəlsəfə elmləri doktoru və bu sahədə bir sıra ciddi monoqrafik araşdırmaların müəllifi olmasına baxmayaraq, bədii yaradıcılığında zahiri fəlsəfəçiliyə uymur, bir çox naşı müəlliflər üçün səciyyəvi olan saxta müdriklik pozasında dayanmır, həm müəllifə, həm də ayrı-ayrı surətlərə aid mühakimə və qənaətlərində sadəliyi, təbiiliyi üstün tutur.
    Yazıçının bu yaxınlarda çapdan çıxmış “Qapı” adlı kitabı onun yaradıcılığı üçün xarakterik olan bu cəhətləri əks etdirmək baxımından xüsusi maraq doğurur. Kitaba müəllifin nəsr və dram əsərlərindən nümunələr daxil edilmişdir. “At günü” hekayəsinin müəyyən detallarında böyük qırğız yazıçısı Çingiz Aytmatovun təsiri duyulsa da, Firuz Mustafa orijinal süjet xətti ilə təqdim etdiyi hadisədə çox maraqlı və ibrətamiz bir ideyanın bədii ifadəsinə nail ola bilmişdir.
    “Dəniz köçü” povesti müasir dünya nəsrində aparıcı rol oynayan bədii-fəlsəfi təmayüllərlə səsləşən bir ümumiləşdirmə tərzində qələmə alınmışdır. Əsər oxucunu belə bir qənaətə gətirir ki, “dünyada heç nə izsiz-soraqsız ötüb keçmir, hər kəs keçmişdə etdiyinin, indi elədiyinin və gələcəkdə edəcəklərinin haqqını alır”.
    Haqqında danışdığımız kitaba ad vermiş “Qapı” romanının adı əslində xeyli genişdir. Janrını kantata-roman kimi səciyyələndirdiyi bu əsəri müəllif — “zülmətə açılan QAPI sanki həmin anlarda tanrının göz yaşları ilə islanmış qurbanları qəbul etməkdən yorulmuşdu” adlandırıb. Bu başlıq repressiya dövrünün hadisələrini əks etdirən romanın fabula-süjet cəhətini də, dövrün və surətlərin daxili aləmini göstərən sətiraltı məqamlarını da lakonik, amma dolğun ifadə edir.
    Yazıçı bu romanı 1987-1988-ci illərdə qələmə alsa da, vaxtında onun çapına nail ola bilməmiş, 90-cı illərin sonlarında nəşr olunanda da əsər ciddi ixtisarlara, müəllifin sözü ilə desək, “rəndələnməyə” məruz qalmışdır. Fikrimizcə, əsərə bu cür münasibətin səbəbi orada tariximizin birmənalı qarşılanmayan bir dövrünün hadisələrinin bütün çılpaqlığı ilə verilməsi, insanların taleyində son dərəcə məşum rol oynayan ideoloji ehkamlar dövrünün cəsarətlə ifşa edilməsi və ictimai fikrimizin bu həqiqətləri olduğu kimi qəbul etməyə hələ hazır olmaması idi.
    Müəllif repressiya dövrünün bədii mənzərəsini geniş miqyaslı hadisələrin fonunda, oxucuya yaxşı tanış olan tarixi simaların taleyi timsalında yox, kiçicik bir əyalət qəsəbəsində baş verən hadisələrin, onun sakini olan adi insanların həyatı nümunəsində təsvir edir. Amma elə təsvir edir ki, zahirən kiçik görünən bu məkanın, balaca görünən bu adamların taleyi bütöv bir ölkənin, cəmiyyətin və xalqın həyatının ümumiləşdirilmiş obrazı səviyyəsinə qalxa bilir.
    Bütün insani keyfiyyətləri, dostluq, doğmalıq, mənəvi borc kimi mənəvi dəyərləri tapdaq altına salaraq məhv edən, insan şəxsiyyətini, mənliyini, mənəviyyatını, vicdanını əzən ictimai mühit Firuz Mustafa qələmində güzəştsiz ittihamla üzləşir.
    “Dünya bina olandan Yer üzü canlılarla — böcəklərlə, quşlarla, heyvanlarla, adamlarla dolub-boşalırdı. Adamlar doğulan gündən ölümdən qaçır, amma özləri də bilmədən ölümə doğru tələsirlər. Ömrün, həyatın mənası nədir? Əgər ömrün ölüm adlı son ünvanı varsa — onda bu qədər əzab-əziyyətə ehtiyac varmı?”
    “Qapı” romanı bu müdhiş mənzərəni təkcə dünyanın ümumi panoramı fonunda yox, həm də adi insanların taleyi timsalında əks etdirir. “O, adam öldürməyin xüsusi həvəslisi, azarkeşi idi? — yox, qətiyyən belə deyildi, sadəcə olaraq, öldürəcəyi dördüncü adamdan sonra onun iş günü başa çatırdı. Bundan sonra — yəni həmin günkü növbəti tapşırığı vicdanla, kəmali-ədəblə yerinə yetirəndən sonra o, aparıb silahını öz rəisinə təhvil verəcək, evə gedəcək, əl-üzünü yuyub arvadının yanına uzanacaq, uşaqlarının mışıltısına qulaq asa-asa ürəyində kəlmeyi-şəhadətini oxuyacaq, səksəkəli bir yuxuya gedəcəkdi...”
    Əsərdəki hadisələr birxətli süjet üzrə yox, müasir dünya nəsri üçün xarakterik olan fraqmental formada təqdim olunur. Bu keyfiyyət nəzəri yanaşmalarda postmodern yazı üslubunun əsas əlamətlərindən biri sayılsa da, bizcə, Firuz Mustafanın yaradıcılığını bu çərçivələrlə məhdudlaşdırmaq olmaz. Ən azı ona görə ki, romandakı hadisələrin iştirakçısı olan Xalıq Mərdan oğlu, Şamil Kərəmli, Sevər, Ədil Ədilov, Cəllad və digər surətlərin bədii obrazı fraqmental şəklində yox, klassik ədəbiyyatın ən yaxşı ənənələri üslubunda canlı və dolğun təqdim olunur. Müəllif rəmzi-simvolist detallarla realistik-həyati təsvirlərin üzvi, təbii sintezini yaratmağa nail olur.
    Firuz Mustafa ədəbi mühitimizdə daha çox dramaturq kimi tanınır. Həm də təkcə çap olunan və oxunan yox, öz təbii həyatı ilə yaşayan, yəni tamaşaya qoyulan, oynanılan dram əsərlərinin müəllifi kimi. Onun dram əsərlərinin əksəriyyəti — “Ağıllı adam”, “Qəfəs”, “Su pərisi”, “Tabut”, “Vida marşı”, “Qara qutu” pyesləri dünyadan vaxtsız köçmüş görkəmli rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda novatorluq keyfiyyətləri ilə seçilən Dövlət Gənclər Teatrının səhnəsində tamaşaya qoyulmuş, böyük tamaşaçı rəğbəti qazanmışdır.
    Bu kitaba dramaturqun “Müqəvva”, “Çardaqda zirzəmi” və “Neytral zona” pyesləri də daxil edilmişdir. Mövzu və janr xüsusiyyətlərinə görə bir-birindən fərqlənən bu əsərlərin hər üçü müasirlərimizin duyğu və düşüncələrini, həyatı problemlərini əks etdirir. Bu sıradan tamaşaçılara daha yaxşı tanış olan “Müqəvva” monodramı Naxçıvan Dövlət Teatrının, “Yuğ” teatrının və Tədris Teatrının səhnələrində uğurla tamaşaya qoyulmuşdur.
    Ümidvarıq ki, təkcə Firuz Mustafanın yox, ümumən müasir ədəbiyyatımızın uğuru sayıla biləcək bu kitab müəllifin gələcək yaradıcılıq nailiyyətlərinin işıqlı dünyasına açılan bir qapı olacaq, oxucuların gözləri qarşısında günəşli bir aləm canlandıracaqdır.
    İlham ABBASOV,
    “Xalq qəzeti” 19 aprel 2009-cu il



    QİSMƏTİNƏ DÜŞƏN SÖZ

    Görkəmli yazıçı-filosof Firuz Mustafa 60 yaşını haqladı...

    2012-02-18
    Əlbəttə, "yazıçı" ifadəsini xırdalamaq, Firuz Mustafanı nasir, dramaturq, esseçi, şair (boynuma alıram, son vaxtlaracan qələmindən çıxan şeirlərə bələd deyildim) kimi də təqdim eləmək olardı, amma bütün bunlara bir qədər filosofanə-ironiyalı münasibət bəsləyən qələm dostumun deyimi yadıma düşür: bütün bənzətmələr mənasızdı, yazılan qalacaq...

    Firuz Mustafanın qələmindən çıxanları ən azı 25 il olar ki, izləyir, oxuyuram. 70-80-cı illərdə çoxlarımız kimi çap sıxıntıları yaşadığındandı ki, yazdığı hekayə, povest və pyesləri üzə çıxara bilməyib, yalnız 90-cı illərin ikinci yarısından sonra oxuculara və tamaşaçılara təqdim eləyə bilib.



    Bütün bunların hansı ağrılar bahasına başa gəldiyini söyləməyə ehtiyac yoxdu; ailə büdcəsindən qənaət hesabına əsərlərini yazdırmaq, çap etdirmək məşəqqətini çoxlarımız yaşamışıq. Bununla belə, Firuz Mustafa həm talelərinin böyük bir qismindən dəyanətli çıxdı, Söz məkanında öz halal yerinə sahib olmaq üçün çətinlikləri adlamağı bacardı, amma bütün bunlara yazıçı ləyaqətinə xələl gətirmədən nail oldu.

    Sözdən ötrü ağrıya-ağrıya 60 yaşına gəlib çatmaq da xoşbəxtlikdi: bu yolda mənzilə çatmayanlar (Eldar Nəsibli, Mətləb Nağı, Hüseyn Əfəndi, Akif Səməd, Eyvaz Əlləzoğlu, Alim Məhərrəmli), ya elə o yaşda namərd əlilə qətl olunanlar (Rafiq Tağı), ya da Söz meydanından çəkilənlər (belələrinin sayı daha çoxdu) var. Firuz Mustafa bunu bacardı, bizə söyləmək istədiyi sözü kitablara köçürmək naminə yazıb-yaratmaqda davam eləyir...

    * * *
    Firuz Mustafa fəlsəfə sahəsində onlarla tədqiqat əsərinin müəllifidi. Bununla bağlı sanballı söz demək üçün fəlsəfi hazırlıq gərəkdi, ona görə də özümü belə missiyaya hazır saymadım.

    Firuz Mustafa son iki onillikdə ən davamlı yaradıcılıq dəyanəti göstərən dramaturqlarımızdandı. Xeyli sayda pyesləri teatrlarımızın səhnəsində tamaşaya qoyulub. Hələ səhnə üzü görməyən onlarla pyesləri var. Bu pyeslər haqqında danışmaq ayrıca bir yazının mövzusudu.

    Firuz Mustafanın esseləri nəsr, poeziya və fəlsəfənin sintezindən doğulub, yaşantılarını forma baxımından da, duyğu baxımından da gözəl ifadə eləyir. Həmin yazılarını ayrıca kitab halında təsəvvürümə gətirirəm - yaradıcılığının bir qolunu oxuculara çatdırmağı çox istərdim.

    Firuz Mustafanın "Facebook" sosial şəbəkəsində deyimlərini oxudum. Həmin deyimlər sadəcə, esseyə, hekayəyə, povestə, romana, pyesə... çevirə bilmədiyi, buna macal tapmadığı, yay kimi sıxılmış ifadələrdi. O, bu yönümdə də davamlı və sistemli yaradıcılıq xarakteri göstərir. Vaxtilə Jül Renarın deyimlərindən ibarət balaca bir kitabçası vardı, əlimizdən düşmürdü. Firuz Mustafanın da deyimlərinin nə vaxtsa toplu halında nəşr olunacağınına ümidvaram.

    Nəhayət, "Facebook" səhifələrində ilk dəfə Firuz Mustafanın şeirlərini oxudum. Görünür o, poeziyanı çox çap etdirmir, hər

    halda, məhrəm sayır. Şeirlərinə qəzet-jurnallarda rast gəlmişəmsə, diqqət yetirməmişəm - çünki mənim təxəyyülümdə Firuz Mustafanın filosof, nasir, dramaturq obrazları yetərincə tutumluydu, onların arasında şairə yer yox idi. Görünür, yanılmışam, həm də yaxşı ki, yanılmışam...

    * * *
    Yubiley xətrinə həqiqəti gizlətməyəcəyəm: nasir Firuz Mustafa mənə daha doğmadı. 80-ci illərdən üzübəri dövri mətbuatda çap olunmuş hekayələrini oxuyanda mövzularının orijinallığına, təhkiyə çevikliyinə, dil zənginliyinə görə həmişə müəllifi özümə doğma saymışam. Sonralar mənə iki kitabını - "Dəniz köçü" povestini və "Qapı" pomanını verdi, həmin kitablarla nasir Firuz Mustafanı bir daha kəşf elədim.

    "Dəniz köçü" povest-pritçası artıq rus və ingilis dillərinə də çevrilib. Təbiətlə insan arasındakı qarşılıqlı harmoniyanı və həssas determinist əlaqəni oxucuya çatdıran bu əsər tənqidimiz tərəfindən layiqli qiymətini almayıb. Fikrimizcə, müstəqillik dövrü ədəbiyyatımızın sayılıb-seçilən nümunələrindən olan həmin povestin özülündə müəllifin dünyaya və insanlara fəlsəfi baxışı durur. Povest bir neçə əsərini dilimizə çevirdiyim, indi dünyanın ən çox oxunan müəlliflərindən olan Paulo Koelyonun roman-pritçalarının havasını xatırladır, heç də bədii siqləti sarıdan o əsərlərdən geri qalmır.

    Fərq təkcə əsərin oxucu auditoriyasına çıxarılmasındadı ki, bu da təkcə Firuz Mustafanın yox, bütövlükdə ədəbiyyatımızın yaralı yeridi. Son 25 ildə dünya ədəbiyyatıyla davamlı və ciddi təmasda olan qələm adamı kimi qətiyyətlə deyirəm: dünyaya çıxarılmalı əsərlərimiz var, sadəcə, bundan ötrü mexanizmimiz (bəlkə də istəyimiz) yoxdu...

    Firuz Mustafa da öz məhdud imkanları hesabına rus və ingilis dillərinə çevirtdirdiyi "Dəniz köçü" povest-pritçasını Azərbaycandan kənara çıxarmaq iqtidarında deyil. Əslində, bu dövlət proqramıyla gerçəkləşdirilməli məsələdi...

    * * *
    Firuz Mustafanın "...Qapı..." (əslində, "Zülmətə açılan QAPI sanki həmin anlarda tanrının göz yaşları islanmış qurbanları qəbul etməkdən yorulmuşdu") roman-kantatası 1987-1988-ci illərdə qələmə alınıb. Amma müəllif əsəri uzun müddət ədəbi jurnallarımızda çap etdirə bilməyib, yalnız 90-cı illərin sonlarında ixtisar olunmuş halda işıq üzü görüb.

    Roman-kantatanın özülündə müəllifin bir fəlsəfəsi qənaəti qoyulub: insan təkcə zaman daxilində yaşamır, həm də özündə zamanı yaşadır. Firuz Mustafanın digər qənaətlərini də belə ifadə eləmək olar: bəzən adi insanlar total haqsızlığın qurbanına çevrilirlər; hətta ölüm belə hər şeyin sonu demək deyil. Fantaziya, ironiya və rəmzlərlə zəngin olan roman-kantatadakı "...hadisələr birxətli süjet üzrə yox, müasir dünya nəsri üçün xarakterik olan fraqmental formada təqdim olunur... Müəllif rəmzi-simvolist detallarla realistik-həyati təsvirlərin üzvi, təbii sintezini yaratmağa nail olub" (tənqidçi İlham Abbasov).
    Firuz Mustafa taleyi "Mədən"lə bağlı olan, repressiyaya məruz qalan insanların yaşantılarını kantatantın məqamları üzərində ustalıqla qurub. "Kavatina" da gərginləşən hadisələr "Reçitativ" də səngiyir, "xor"da isə çoxsəsli vüsət alır..." (yazıçı Cəmil Əlibəyov). Müəllif özü hadisələri "həqiqət içində nağıl, nağıl içində həqiqət" adlandırır.

    Amma bir həqiqət də var: "...Qapı..." roman-kantatası da "ədəbi repressiyaya" məruz qaldı, tənqidin diqqətindən uzaq düşdü.

    Bütün bunlarsa Firuz Mustafanın yazıb-yaratmaq yanğısını söndürə bilmədi. Həm də nə yaxşı ki, belə oldu...

    * *
    Firuz Mustafanın "Buz üstə sətirlər"i (deyimlər), "Onluqlar"ı (şeirlər) yaradıcılığının iki ayrı qolunu ehtiva eləyir...

    Firuz Mustafanın "Göyəm kolları", "Dünyanın rəngi", "Kəhrəba", "Çəhrayı tunel", "Teatr meydanı", "Sifət" kitablarında toplanmış hekayələr yazıçı təxəyyülünün hüdudlarını göstərir.

    Firuz Mustafanın Azərbaycan Dövlət Gənclər Teatrında, Gənc Tamaşaçılar Teatrında, Naxçıvan, Sumqayıt, Mingəçevir, Qazax, İrəvan, Gəncə, Füzuli teatrlarında, "Yuğ" və Tədris teatrlarında tamaşaya qoyulan 30-a yaxın pyesi (o sıradan "Ağıllı adam", "Qəfəs", "Tabut", "Vida marşı", "Qara

    qutu", "Məqəvva", "İlğım", "Dəniz", "Qarışqa tələsi", "Əqrəb bürcü", "Tıxac", "Adsız" və s.) çağdaş dünya teatr sənətinə bələdliyinin göstəricisidi.

    Firuz Mustafanın "Mənəvi tələbatın inkişaf dialektikası", "Sərhədsiz dünya", "Mədəniyyət və fəlsəfə" monoqrafiyaları gərgin elmi axtarışlarının nəticəsidi.

    Bunlarla yanaşı, tərcümə eləməyə, ədəbiyyat portallarına köşə yazıları yazmağa, bəyəndiyi əsərlər barədə fikirlərini bölüşməyə də vaxt tapır.

    Pedaqoji fəaliyyətini də bura əlavə eləsək, yəqin, Firuz Mustafanın portretini tamamlaya bilərik: bu qədər çoxcəhətli yaradıcılıq heç də hamıya nəsib olmur.

    Amma o da var ki, Firuz Mustafa janr və forma arxasınca qaçan deyil, təxəyyülündə mövzular özü janrını da, formasını da tapır, ona təkcə hazır olanları kağıza köçürmək qalır...

    * * *
    Firuz Mustafa, səhv eləmirəmsə, televiziyada da çalışıb, elmi-pedaqoji qurumlarda da. Amma harda olur-olsun sığındığı bircə yer olub - Ədəbiyyat...

    Ən azı 30 illik yaradıcılığı dövründə özünü gözə soxmadan, reklam-filan gəzmədən qismətinə düşən SÖZÜ yazıb...

    Firuz Mustafa ədəbi tənqidin həmişə ögey baxdığı yazıçılardandı: hər halda, bu qədər sanballı yaradıcılığının müqabilində haqqında yazılanları barmaqla saymaq olar. Təkcə tanınmış ədəbiyyatşünas-filosof, fəlsəfə doktoru Sabir Bəşirov yazıçı-dramaturq haqqında monoqrafiya qələmə aldı, o da maliyyə çətinliyi ucbatından çapını gözləyir...

    Əgər fəxri adlar verilirsə, bu məsələdə az-çox ədalət prinsipi gözlənirsə, Firuz Mustafa 60 illik yubileyi münasibətilə "Əməkdar İncəsənət Xadimi" fəxri adına təqdim olunmalı idi. Hər halda, tamaşaya qoyulan 30-a yaxın pyesi buna haqq verir...

    Firuz Mustafa 80-cilər ədəbi nəslinin hələ də yaradıcılıq potensialını saxlayan, Sözlə yaşayan, oxucu (və tamaşaçı) diqqətindən başqa bir şey ummayan sıra nəfəridi...
    Mən bilən, 60 yaşında ən böyük mükafatları da bunlardı...
    Bir də yazmaq istədiyi yeni əsərlər...

    Nəriman Əbdülrəhmanlı
    18 fevral 2012
    “Ədalət” qəzeti
    http://www.anl.az/down/meqale/adalet/2012/fevral/233369.htm












    Labirintlər içrə...

    Təxminən 8-9 ilin söhbətidir Firuz Mustafanın “At günü” hekayəsini oxumağım. Bədii düşüncə məhsulunun axırıncı dəfə məni nə vaxt belə tərpətdiyi yadımdan çıxmışdı. Düzü, o vaxtdan bəri maraqlı yazılar çox oxumuşam, amma “At günü” müəllifiylə birgə hələ də yadımdadır.

    Bəzən qələm adamları çox dəhşətli tablolar yaradır, qorxunc,vahiməli, hətta iyrənc səhnələrlə oxucunu heyrətləndirmək üçün dəridən-qabıqdan çıxırlar.Ən layiqsiz sözlər, düşüncələr yol alır ədəbiyyata. Bəzi söz sahiblərıi - əslində nə onların sözü sözdür, nə də özləri sahib-öz mənasız fikirlərini xalqa sırımaqla böyük bir iş gördüyünü zənn edir. Bəlkə də belə zənn etməzdilər, ətrafdakı tərifçilər ordusu olmasaydı...
    Heyf, çox heyf ki, belələri ürüyüb-artaraq özü kimiləri yaradır, formalaşdırır...
    Yox, deyəsən, mətləbdən uzaqlaşıram. F.Mustafanın “At günü” hekayəsindən danışırdım. O vaxt “əlimdə ixtiyar olsaydı, bu hekayəni Nobel mükafatına təqdim edərdim” demişdim. İndi də bu fiukirdəyəm. Onda bu sözü müəllifin özünə yox, bir neçə dosta, tanışa demişdim. İndi isə bütün bizi oxuyanlara çatdırıram. Bəlkə də tənqidçi olmadığımdan buna haqqım yoxdur, amma oxucu kimi yüz faiz haqqım var.
    Oxucu demişkən, son vaxtlar oxucu problemindən çox danışılır. Səbəbi min yerdə arayırlar: sosial vəziyyətin aşağı olmasında, virtual aləmdə baş verən sayagəlməz yeniliklərdə, ədəbi qalmaqallarda, yaxşı əsərlərin azlığında və s. Mənsə başlıca səbəbi oxucunu düzgün yönəldə bilməməyimizdə görürəm.
    Bu gün oxucu nə oxuyacağını bilmir. Bəzən çox mənasız, şablon bir əsəri, müəllifi elə gözəl donda təqdim edirlər ki, nəinki oxucu, hətta müəllifin özü belə mat-məəttəl qalır: “Bu mənəm, mən deyiləm?”
    F.Mustafanın mənim tərifimə ehtiyacı yoxdur əslində, mənli də, mənsiz də onu tanıyanlar tanıyır, sevənlər sevir. Sadəcə, mənə bağışladığı kitabı haqa düşündüklərimi deyəcəm.
    “Neytral zona” adlanan iki hissəli dramda hansısa baş nazirin xanımının iti və Vasif adlı vətəndaş iki dövlətin sərhədləri arasındakı neytral zonaya daxil olur. Bütün instansiyalara məlumat verilir, dövlətlər işə qarışır, İnterpol axtarış elan edir, araşdırmalar aparılır. Məlum olur ki, itin öz statusu var, onun hüquqları toxunulmazdır. Beləcə, baş nazirin xanımının itiylə Vasif adlı obrazın taleyi müqayisə olunur. Vasif “Mən adam olmaq istəmirəm, mən it olmaq istəyirəm!” deyə fəryad edir. Uzun- uzadı davam edən çarpışmalar hamının “neytral zona”ya düşməsi ilə başa çatır. Fikirmcə, müəllif bu səhnə əsərində elmi yazılarında bəhs etdiyi sərhədsiz dünya prinsipini qabartmaq istəyib.
    “Müqəvva” adlı monodram mənə çox doğma olan Piqmalion əfsanəsini xatırlatdı. Burda da təxminən həmin əfsanədəkitək böyük sevgi heykəli (müqəvvanı) canlandırır, çünki onun sahibi qadın, özünün dediyi kimi, ürək adamıdır. Və müəllif əsərdə qoyduğu ideyanı uğurla oxucuya təlqin edir. Lap Andersenin “Qar kraliça”sında olduğu kimi:
    Ya veryu, çto lyubvi teplo
    Sposobno uniçtojit zlo.
    “Çardaqda zirzəmi” - ədəbiyyatşünaslıqda bədii məcazdır, oksimoron ifadədir, fəlsəfədə isə labrintlər içrə yaşadığımız həyat! Qəribədir, bu çətindən çətin, mürəkkəbdən mürəkkəb həyatda bütün yaşadıqalrımız sualdır. Amma istər sürün, istər iməklə, istərsə də var gücünlə irəliyə atıl- sonu boşluqdur. Çardaqda zirzəmi, zirzəmidə çardaq, tavanda döşəmə, döşəmədə tavan... Pyesdə hətta ilk baxışda adi görünən ekssentrik obrazların adı da şəkildəyişməyə məruz qalıb: Araz-Zara, Alim-Mila.
    Daimi olan yalnız zaman adlı çaydır ki, çox daimilikləri yuyub aparır. Absurd teatr üçün yazılmış bu pyesi oxuyarkən düşündüklərim bunlar oldu: İnsan bütün yaşadıqlarının alt qatını, görünməyən tərəfini, özü boyda sual işarəsi, özü boyda təzad olan dünyanın açılmaz sirlərini düşünmədən, sadəcə yaşamağı bacarsaydı, nə yaxşı olardı.


    Son olaraq: Firuz Mustafa geniş oxucu və tamaşaçı auditoriyası üçün hesablanmış yazıçı deyil. Və tələbəykən oxuduğum köhnə fikir düşür yadıma- sənət sənət üçündür.

    HİCRAN

    “Ulduz” jur. 05-2009





















    Firuz Mustafanın
    dram yaradıcılığı

    (“AZERBAYCAN DRAM YAZARLIĞI 1991-2000 YILLARINDA” kitabından)

    Dönemin dram yazarlığına damgasını vuran yazarlarımızdan biri de Prof.
    Dr. Firuz Mustafa’dır. O, uzun yıllar Azerbaycan Millî Bilimler
    Akademisi’ne bağlı Felsefe ve Hukuk Enstitüsü’nde ilmi işci, TV’de,
    Azerbaycan Gençlerigazetesinde muhabir, Maarifci ve Medeniyet gazetelerindebaşyazar, Avrasya Üniversitesi’nde rektör yardımcısı ve
    felsefe kürsüsü başkanı olmuştur. Şu anda Yazarlar Birliği dram yazarlığı bölümünün başkanı, Taç gazetesinin ve Teatr dergisinin kurucusudur. Ünlü filozoflardan N.Berdyayev ve F.Nitschse’nin, Rus
    şairlerinden Aleksandr Blok ve Sergey Yesenin’in, yazar Vasili
    Şukşin’in eserlerini çevirmiştir. Bugüne değin yazarın sekizi Rusça,
    ikisi İngilizce olmak üzere toplam 34 kitabı basılmıştır. Firuz
    Mustafa’nın dram eserlerine özgü bazı özelliklerini ayrıca vurgulamak
    gerek. Birincisi, eserlerin altında (sonunda) hangi tarihte yazılıp
    bitirildiği gösterilmiyor, ikincisi, olayların ne zaman geçtiği belli
    olmuyor, üçüncüsü, kahramanların yaşı da tam olarak açıklanmıyor.
    Firuz Mustafa’nın dram eserlerinin sayısı da kesin olarak belli
    değildir, kırk civarındadır. Kişisel sohbetlerimizde yazar bir kaç
    kitabının, o sıradan dramlarının yayınlanmaya hazır olduğunu, fakat
    mâlî yetersizlik yüzünden basılamadığını belirtmiştir. Bugüne kadar
    çeşitli tiyatrolarda 25 eseri sahneye konulmuştur [12]. Bunlardan
    yarısını 90’lı, yarısını 2000’li yıllarda yazdığını varsaysak, o zaman
    araştırdığımız döneme şu eserlerin girmesi gerektir: Akıllı Adam,
    Kafes, Tabut, Veda Marşı, Kara Kutu, Su Perisi,Manken,Müzikal
    Mektuplar, Serap, Sevmezsem Ölürüm, Ayı Tebessümü ve İfrite.
    Firuz Mustafa’nın eserleri genelde felsefî mahiyet taşıyor. Kara Kutu
    bu bağlamda çok daha manidardır. Eserden anlaşıldığına göre, Meryem’in
    eşi Mikail Yusufov ve Mariya’nın eşi Mihail Yusupov tesadüfen aynı
    uçakta kazaya uğruyor. Doktorlar ameliyat yaparak Mikail’in beynini
    Mihail’in kafasına naklediyorlar. Mihail sıra ile Meryem’in ve
    Mariya’nın yanına gelip durumu anlatıyor. Kadınların hiçbiri onu kabul
    etmiyor; çünkü o, dış görünüm olarak Mariya için makbuldür, fakat
    hafıza ve duygu olarak yüzde yüz yabancıdır. Meryem için hafıza ve
    duygu olarak makbul, dış görünüm olarak tamamıyla yabancıdır. Mariya
    onu mutant adam adlandırıyor. Burada bedii ve felsefî çelişki aynı anda esere hakim kesiliyor. Bu hayatta yeri olmadığını anlayan, herkesçe reddedilen kahraman sonunda intihar etmek zorunda kalıyor.
    Yazarın Kafes piyesinde de derin felsefî anlam vardır. Hayvanat
    bahçesinde çalışan kişiler, yani müdür, doktor, hayvan terbiyecisi,
    hayvanat bahçesi polisi, hizmetçi ve başka kişiler hayvanlaşıyorlar.
    Eserin kahramanı iki ayaklı Aslan da insanlar arasında mevcut olan
    haksızlıklardan, kötülüklerden kurtulmak için gerçek dört ayaklı bir
    aslanla anlaşıp onun kafesine giriyor ve kendisini burada daha rahat,
    daha iyi, daha insanca hissediyor.
    Veya Serap dramını ele alalım. Eserin kahramanı ressam Çapar bundan
    uzun seneler önce sevdiği, fakat kavuşamadığı sevgilisi Maya’nın
    portresini bitiriyor ve yorulup uyuyor. Uykuda Maya’nın öylece
    tablodaki gibi genç ve güzel kaldığını, fakat akranlarının yaşlandığını görüyor. Çapar’ın arkadaşı Alpay portreye bakıp durumun
    tam tersine olduğunu, Maya’nın ihtiyar bir kadına çevrildiğini söylüyor. Eserin sonunda Maya kendi portresini görmek için geliyor.Eski sevgililer yeniden buluşuyor, el ele tutuşuyorlar. Demek, gerçek
    aşk zaman tanımıyor, her zaman genç kalıyor, yaşlanmıyor. Eserin
    verdiği evrensel insanî mesaj da budur.
    Firuz Mustafa’nın eserlerinde zaman zaman fizikle metafizik, bilinçle
    bilinç altı iç içe geçiyor veya yer değiştiriyor, bazen de tür içi
    karışımlar baş gösteriyor, dramdan melodrama, melodramdan komediye,
    komediden trajediye veya tersine bir hareketlilik gözlemleniyor veya
    seziliyor. Bunlar yazarın estetik ve felsefi gayesine uygun olarak
    vuku bulan olgulardır [13].

    AZERBAYCAN DRAM YAZARLIĞI 2001-2014 YILLARINDA

    Çağdaş Azerbaycan dramaturjisinin tanınmış temsilcisi Firuz Mustafa bu
    dönemde verimli çalışmıştır. Eleştirmenlerden biri onun hakkında şöyle
    yazıyor: “Firuz Mustafa sahne eserlerinin sayısına göre Şekspiri geçen
    biricik Azerbaycan dramaturgudur. Kırktan fazla piyes müellifi olan
    Firuz Mustafa’nın sanatının temel ilkesi gerçeği aramaktır” [3].
    2001’den beri geçen 13 yılda yazarın yedisi Rusça, biri İngilizce
    olmak üzere 26 kitabı yayınlanmıştır ki, bu da her yıla iki kitap
    demektir. Firuz Mustafa bazı kitaplarına en meşhur dram eserlerinin
    ismini vermiş veya onları genelde komediler, piyesler adlandırmıştır
    (eserlerin yayın tarihiyle yazılma tarihi genelde örtüşmez). Bunlardan
    Аdsız (2001), Komediler (2004), Kаrа Kutu (2006), Manken (2009),
    Monopiyesler (2010), Çatıda Bodrum (2011) eserlerini ve İngilizce,
    Rusça bir kaç kitabını gösterebiliriz. Aynı dönemde onun kaleminden
    Koridor, Adsız, Sana SözümVar, KarıncaTuzağı, Tuzak, AkrepBurcu,
    Sihirbaz, Tıkaç, Zaman, Kara Yıldızlar, AslanYılı, Tarafsız Bölge,
    Benzerler, Alın Yazgısı, Sıfat, Safari, Rapor, Senatoda Düğün, Bir
    Kişi İçin Temsil ve başka sahne eserleri de çıkmıştır. Büyük ihtimalle
    bu liste yarımdır, çünkü bildiğimize göre yazarın baskıya hazır bir
    kaç dram eseri daha vardır.
    Firuz Mustafa’nın en anlamlı, sosyal eserlerinden birisi Tarafsız
    Bölge’dir.Olaylar hangi coğrafyada bulunduğu gösterilmeyen biri
    hıristiyan (oradan kilise çanının sesi geliyor), diğeri müslüman
    (oradan ezan sesi işitiliyor) iki komşu devletin sınırları arasındaki
    tarafsız bölgede cereyan ediyor.Bazı işaretlerden (bayan kahramanların
    adlarından vs.) bunların Rusya ile Azerbaycan olduğunu tahmin
    edebiliyoruz.Vasıf adlı kahraman sınırın bu tarafından gelip o
    tarafına geçmek istiyor.Sınır bekçisi ondan pasaport talep ediyor.Ama
    pasaport yok.Vasıf bütün ceplerini, gömleğini, pantolunu, içi boş
    valizini evirip çeviriyor, fakat pasaportu bir türlü bulamıyor.Sonunda
    evine telefon açarak eşi Ümide’ye bilgi vererek pasaportu soruyor.Evde
    kalmadığını öğrenince karşı tarafa telefon açıp Nadejda adlı başka bir
    kadınla konuşmak ve pasaport üzerine bilgi almak istiyor, fakat
    kadının onu karşılamak için sınır kapısına hareket ettiğini
    öğreniyor. Böylece Vasıf’ın biri bu ülkede, diğeri o ülkede olmak üzere
    iki karısı bulunduğu ortaya çıkıyor.Birazdan karılarının ikisi de
    tarafsız bölgeye geliyor, burada tanışıyorlar. Fakat günü (kuma)’lerin
    hareketlerinde hiç bir husumet yoktur, bilakis dostluk vardır.İkisi de
    Vasıf’ı buradan kurtarmak için çalışıyor, fakat bu bir türlü mümkün
    olmuyor. İşe sağdaki ve soldaki ülkedeki insan hakları örgütlerinin
    temsilcileri karışıyor, mesele uluslararası kurum ve kuruluşlara,
    parlamentolara kadar gidiyor, fakat bu çabalar da akim kalıyor, olumlu
    bir sonuç vermiyor.
    Bu arada tarafsız bölgede bir köpeğin de kalmış olduğu meydana
    çıkıyor.Bu, bir başbakanın eşinin köpeği imiş, bayan bir süre önce bu
    sınırdan geçerken tesadüfen burada takılıp kalmışmış.Bir süre sonra bu
    köpek için, aslında onun nüfuzlu sahibi için bir velvele kopuyor, yer
    yerinden oynuyor, köpeği sahibine göndermek üzere acilen buradan
    alıyor ve lüküs bir otele yerleştiriyorlar. Vasıf ise tarafsız bölgede
    kalmaya devam ediyor. Zavallı adam “Nerede benim sahibim? Nerede? Yani
    benim o it kadar olsun itibarım yokmu? Ben adam olmak istemiyorum! Ben
    it olmak istiyorum!” diye haykırıyor.Yazar, arkası olan bir köpeğin
    sıradan bir insandan daha değerli olduğunu gösteriyor.
    Yazarın Koridor dramı da etkili ve sosyal olup bazı trajedik unsurlar
    içeriyor.Olaylar koridorda yerleşen küçük bir lokantada cereyan
    ediyor.Hacı Sergey’in bu müessesesi etrafta çok meşhurdur.Burada yasal
    olan ve olmayan her şey, kuş sütü, can dermanı bulunur.Ondan dolayı da
    herkes buraya geliyor; sağcı ve solcu, doğucu ve batıcı siyasi parti
    başkanları, politikacılar, aydınlar, hatta savaş gazileri.Paşa
    gönlünüz ne istiyor?Yasak içki mi, kadın mı, uyuşturucu mu? Bu kurumda
    her şey var. Hacı Sergey ve elemanları size her şey sağlamaya
    hazırdır. Hele Hacı Sergey cana çok yakındır; gerektiğinde pak, dindar
    ve mümindir, Hazret-i Ali’den naklen söylediği ibretli hedislerle
    insanı hidayete, doğru yola davet eder, gerektiğinde sizi kırmamak
    için şerefinize bir duble votka içer. Hem de kültürlü centilmendir; Kız’a hep beraber olma teklifi yapar. Burada para kazanmak için yalan dolan da, helal haram da, her şey mübahtır.Bu rezalete, ahlaksızlığa
    karşı kimse itiraz etmez.Savaş gazisi Kemal dışında.Karabağ savaşından
    döndükten sonra eski nişanlısı Pervane’nin bu koridorun girdabına
    düştüğünü gören Kemal bu pislik yuvasını yerle bir etmek istiyor [4].
    Bu koridorda anlamsız siyasi konuşmalar çok önemli yer tutuyor, gülünç
    ve boş öneriler de sesleniyor.Mesela “Gelin karar verelim, anayasaya
    yeni bir madde eklensin ve eşbaşkanlık kurumu tesis edilsin, yani iki
    cumhurbaşkanı olsun. Herhalde iki kafa bir kafadan daha iyi idare
    eder… Bir bakan koltuğuna da iki kişi atansın. Yani biri sağcı olsun,
    biri de solcu...”
    Eserin adı sembolik anlam taşımaktadır, zira bu koridordan memleketin
    her yerinde var, herkes bu koridordan geçiyor veya geçmek
    zorundadır.Burada çok paralar dönüyor, çok adamlar ondan nemalanıyor,
    bir çok resmi kurum ve kişiler bu işte ortaktır.Bu koridor aynen
    kasırga gibi çok temiz ve suçsuz kişileri de kendi hortumuna çekiyor.
    Bir fert, tek bir kişi ona bir şey yapamaz, devlet, millet, toplum el
    ele vererek onu feshetmelidir!
    Savaş gazileri konusu Firuz Mustafa’nınKoridor piyesi dışında mesela,
    Zaman dramında da geçmektedir.Zaman bir süre Afganistan’da savaşmış,
    ölümle defalarca yüzleşmiş, savaşın her türlü yüzünü görmüştür.
    Kâbil’den “öldü!” haberi gelmiş, aslında esir düşmüş, büyük
    zorluklardan sonra vatana dönebilmiştir. Eşinin polis memuru Carullah
    ile evlendiğini duyunca yıkılmış, cephede yaşadıklarının bunu yanında
    çok hafif kaldığını anlamıştır.Zaman’a kabir de kazılmıştır.Arkadaşıyla birlikte kabre bakmaya giden Zaman kabrin
    içine giriyor ve kahrından... ölüyor.Yazar gazilerin sivil hayatta
    büyük hayal kırıklığına ve hüsrana uğradığını, çok sayıda sakat
    gazinin ilaç almak için para bulamadığını gözler önüne seriyor.
    Dramaturji edebiyatın bir koludur. Dram eserleri tür olarak kendi
    içinde bir kaç yere bölünmektedir: piyes, komedi, trajedi. Oyuncu
    kalabalığına göre tasnif edildiğinde dram ve monodram diye iki guruba
    ayrılmaktadır.Firuz Mustafa’da bütün türler vardır.Yazarın
    monodramlarına örnek olarak Müzikal Mektuplar, Manken, Rapor, Sıfat ve
    İfrit’i gösterebiliriz. Onun dramları da sayı bakımından az değildir: Alın Yazgısı, Su Perisi, Akrep Burcu, Koridor, Ayı Tebessümü, Serap,
    Tıkaç, Adsız vs. Firuz Mustafa bir kaç ilginç komedinin (Sevmezsem Ölürüm, Veda Marşı) ve edebiyatımızda ilk manzum komedinin (Senato’da Düğün) müellifidir. Onun antikomedi, trajikomedi, komik trajedi,
    grotesk, saçma komedi, fars, egzotik komedi, mini-fars ve başka türlerde eserleri de mevcuttur. Bütün bunlar yazarın bir dram yazarı olarak ne kadar yetenekli olduğunun göstergesidir.
    Monodramlar hakkında biraz daha geniş konuşmaya ihtiyaç vardır.
    Yazarın beş mоnоdrаmından ikisi (Sıfat ve Rapor) içerik bakımından
    monokomedilere aittir. Diğer üçünü de (Müzikal Mektuplar, Manken,
    İfrit) klasik mоnоdrаm olarak addetmek mümkündür.Çağdaş tiyatro ve
    radyo temsillerinde monodramlara bir aktörün tiyatrosu da denir, çünkü
    burada yalnız bir oyuncu vardır.
    Müzikal Mektuplar eserinde mоnоdrаmın kahramanı bir kadındır. Kocası
    ünlü bir piyano hocası, bestecidir; az konuşkan, sessiz, içine kapalı
    birisidir. Kadın çok mutludur, fakat eşinin yavaş yavaş ondan uzaklaştığını hissediyor, hayatına biraz renk katmak için not
    defterinde kocasına mektuplar yazıyor.Kocası bunların karısı
    tarafından yazıldığından habersizdir. Gıyaben tanışıyor, hattadostlaşıyorlar. Kadının mektupları erkeği yeni eserler yazmaya ruhlandırıyor. Bir defa kadın ona “Karına hiç ihanet ettin mi?” diye
    soruyor. O da “Evet!” anlamına gelen bir cevap veriyor. Kadın anlıyor
    ki, kocası ona defalarca ihanet etmiştir.Kocasını affedip etmemek
    konusunda içinde bir kavga başlıyor.Sonunda nefret üstün geliyor.Kadın
    eşine randevü veriyor, buluşuyorlar, erkek çok şaşırıyor. İhaneti yüzünden kadın kocasını affetmiyor. Bu onların son buluşması oluyor. Orijinal adı Mukavva olan Manken eseri de monodramdır. Burada yalnız bir kadının yaşamı söz konusudur. Eski eşinden ayrılan genç kadın kimseye gönül vermiyor, erkeklere derin nefret besliyor. Zamanını mağazadan aldığı mankenle geçiriyor. Ona bir şeyler diyor, her konuda ona akıl danışıyor. Mankeni canlı bir adam, erkek olarak görüyor, manken de sonunda canlanıp kadını kucağına alıyor.
    Firuz Mustafa çağdaş Azerbaycan dram sanatının en yetenekli, önde gelen yazarlarından birisidir. Hayatının en verimli çağında bulunan yazarın bundan sonra da edebiyatımıza güzel eserler bahşedeceğine hiç kuşku yoktur.

    Ramiz Asker,
    professor












    Firuz Mustafanın dramları haqda

    Firuz Mustafa səhnə əsərlərinin sayı baxımından Şekspiri keçən yeganə Azərbaycan dramaturqudur. Qırxdan artıq pyes müəllifi olan F.Mustafanın yaradıcılığının ideya əsasında həqiqət axtarıcılığı durur. Əgər Elçin öz həqiqətini sənətdə, Ə.Əmirli dində, H.Mirələmov vətənpərvərlik ideologiyasında tapırsa, F.Mustafa fəlsəfədə görür. O, sovetlərdən miras qalan bayağı materializmin sərhədlərini aşaraq, Haqverdiyev və Caviddən sonra yenidən metafizikaya üz tutan ilk Azərbaycan dramaturqlarından biridir. Yerdə baş verən olayların kökünü göylərdə axtarmaq! Görünən olayların gözəgörünməz səbəblərinə baş vurmaq! “Sehrbaz” dramında personajlardan birinin dilindən səslənən aşağıdakı sözləri onun həqiqət axtarışları cəhdlərinin son və ən ümumi formuləsi kimi də qəbullanmaq olar:

    Nə Allahı qına, nə də bəndəni,
    Bunların hamısı tale işidir;
    Olum da, ölüm də
    göylərdən gəlir,
    Bizim xoşbəxtliyin
    mənbəyi göydə,
    Bizim bədbəxtliyin
    mənsəbi yerdə.

    “Bunların hamısı tale işidir”. F.Mustafanın pyesləri üçün səciyyəvi olan tragik ovqat bu fatalist dünyagörüşündən doğur. Yaşamaq faciədir! Dramaturqun son illər bir qayda olaraq, şən komediya yox, kədərli dram janrına müraciətini, yəqin ki, bu qənaət şərtləndirir. Onun 2006-cı ildə “Araz” nəşriyyatında işıq üzü görən “Qara qutu” kitabında son illərdə yazdığı “Qara ulduzlar”, “Sehrbaz”, “Zaman”, “Pələng ili”, “Neytral zona”, “Bir nəfər üçün tamaşa və yaxud qarabasmalar”, “Qara qutu” dramları da yer alıb.
    Lakin tale, alın yazısı məsələsinə verdiyi önəmə rəğmən, F.Mustafa insana fərdi iradədən məhrum kölə kimi baxmır. Bu, onun fatalizminə ekzistensial çalar verir. Onun bir çox
    protoqonist qəhrəmanları Kamyünün tauna qarşı anlamsız mücadilə apardığını bilən, amma öz həkimlik borcunu yerinə yetirməkdən yenə də vaz keçməyən qəhrəmanını xatırladır.
    İnsan ruhunun qandallandığı, vicdan azadlığının tapdalandığı avtoritar rejimdə cinayətlərin ən dəhşətlisi insanın öz vicdanına xəyanətidir. F.Mustafanın siyasi-fəlsəfi baxışlarını əks etdirən bu ideya öz əksini “Qara ulduzlar” dramında tapır. “Neytral zona” dramında sərhəddə – neytral zonada saxlanılan Vasifi sərhəd işçiləri aylarla evinə buraxmır və it yerinə belə qoymurlar. Lakin problem sadəcə insan şəxsiyyətinə cansız kağız qədər önəm verməyən bürokratik rejimin ifşasında deyil. Sərhəddin hər üzündə bir arvad alan və özü-özünü neytral zonaya salan Vasifin də bu işdə suçu az deyil. Amma dramın çoxqatlı ideyası bununla da bitmir. Qanunbazlığın qanunu əvəz etdiyi durumda sosial nizam pozulur və həyat elə bir qeyri-müəyyən, neytral şeyə dönür ki, burda insanla heyvanın, yaşamaqla sadəcə mövcudluğun fərqi olmur. “Sehrbaz” dramında həkim Samit öz pasiyentindən qeyri-qanuni doğulan qızının özü də bilmədən məşuquna çevrilir və bu absurd final taleyin cəzası olduğu qədər, həm də insan əməlinin sonucu kimi mənalanır. “Zaman” dramında cəbhədən qayıdıb mülki həyatda daha qorxulu “ermənilərlə” üz-üzə gələn qəhrəmanın könüllü olaraq qəbirə getməsində şəxsiyyətin ikiləşməsi amilinin də rolu olur. “Pələng ili” dramında təbiət qoynunda dincələn bir neçə ailə cütlüyünün gözlənilmədən qorxunc pələnglə üzləşməsi də eyni məntiqlə çözülə bilər. Pələngin zühuru bayağı vətənpərvərlik hissi, vulqar təbiət vurğunluğu, saxta sədaqət və məqsədyönlü nəzakətin altında gizlənən yırtıcı eqoizm, mənfəətpərəstlik, xəyanət və riyakarlığın gizli qatlardan üzə çıxmasının simvolik işarəsinə çevrilir. Ən böyük vəhşi insanın öz içindədir – dramaturq bunu deyir. Və “Qara qutu” pyesində işıq insanın qara qutuya təşbeh olunan içinə düşür. O qutudan sadəcə nəyisə silmək yox, həm də baş çıxarmaq da mümkünsüzdür, hətta insanın özü belə. İnsan həyata sual kimi gəlib, dünyanı sual kimi də tərk edir.
    Bununla belə, “Çardaqda zirzəmi” absurd dramında olduğu kimi F.Mustafanın əsərlərində bəzən personajlar metomarfozaya məruz qalmaq hesabına bir neçə ampluada çıxış edir, tez-tez fərqli zaman və məkanlara transfer olunur və nəticədə əsər aşırı yüklənir. O dərəcədə ki, hətta Bomarşe öz Fiqarosu ilə bir yerdə Firuz bəyə qibtə edə bilər. İntellektual oyuna aludəlik, teatral tələblərə etinasızlıq pyesin səhnələşdirilməsi imkanlarını məhdudlaşdırır, onu lizodram, yaxud fantastik kinossenariyə yaxınlaşdırır. “Pələng ili”nin birinci hissəsi, yaxud “Qara ulduzlar”da olduğu kimi fəlsəfəçiliyə ifrat meyl isə dramaturji tempi zəiflədir, söz hərəkəti üstələyir.
    Olsun ki, 20-dən artıq pyesi fərqli teatrlarda səhnələşdirilən Firuz bəyin indiyə qədər Milli Teatra yol tapa bilməməsində bu amillərin də müəyyən payı var. Amma bu, əlbəttə ki, yeganə və həlledici səbəb deyil. Daha ciddi səbəb Firuz bəyin modernist estetikasının öz üzərinə ənənəvi teatr statusu götürmüş Milli Teatrın ştamplarına o qədər də uyğun gəlməməsidir. Ondan da “ciddi” səbəb haqqında isə birinci bölümdə danışdığımızdan özünütəkrara yol vermək istəmirik. Bizcə, bu günlərdə “Xalq qəzeti”nə müsahibəsində “hansısa əsərimin hansısa teatrda oynanılması üçün heç vaxt xüsusi israr və təşəbbüsdə bulunmuram” sözləri ilə F.Mustafa özü də həmin “daha ciddi” səbəbə üstüörtülü işarə edir. Bizə elə gəlir ki, ən azı üslubi rəngarənglik, ən çoxu isə teatrın ardıcıl yeniləşmə tələbi naminə F.Mustafanın uğurlu əsərləri ana teatrımızın səhnəsinə yol tapa bilər və inanırıq ki, teatrın başladığı yeni repertuar siyasəti nəticəsində bunu çox da gözləmək lazım gəlməyəcək.

    (“525-ci qəzet”, 11 iyun 2011-ci il)
    Əsəd CAHANGİR
    “Dionisin sağlığına!” məqaləsindən










    FIRUZ MUSTAFANIN PYESLƏRİNDƏ ŞƏRTİLİK

    Çağdaş Azərbaycan dramaturgiyası və nəsrinin tanınmış nümayəndəsi Firuz Mustafanın yaradıcılığı son illərdə daha da cilalanıb formalaşmışdır. Müəllifin bir-birinin ardınca cap olunub səhnəyə qədəm qoyan pyesləri onun yaradıcılığı barədə geniş söhbət açmaq, təhlil və tədqiqata cəlb etmək zərurəti doğurur.

    Biz imkan daxilində dramaturqun çap olunmuş və tamaşaya qoyulmuş bəzi əsərlərinin spesifik xüsusiyyətlərinə diqqət yetirmək istəyirik.
    “Neytral zona” adlı iki hissəli dramın cəmi yeddi personajı vardır – Vasif, I və II Sərhədçi, Ümidə və Nadejda, Kişi və Qadın. Vasif Rusiyadan öz vətəninə dönərkən məlum olur ki, pasportu yanında yoxdur. Şərti olaraq “Neytral zona” adlandırılacaq yerdə Vasif dayanmalı olur. Nə “Bu” tərəfə, nə də “O” tərəfə buraxılmayan, bütün hüquqlardan, hətta yemək-içmək hüququndan məhrum olan adam - çoxdan burada saxlanılan və sonra sahibi tapılan it qədər də hörməti olmayan

    Vasif köməyə arvadlarını – Nadejda və Ümidəni çağırır. Adlar da rəmzidir – hər iki dildə “Ümid” sözü ilə bağlıdır. Lakin onların “qeyri-hüquqi” müstəvidə apardıqları mübarizə bir effekt vermir. Köməyə gələn hüquq müdafiəçiləri – Kişi və Qadın da bürokratik əngəlləri keçə bilmir, Vasifi “neytral zona”dan çıxara bilmirlər. Hər iki tərəf “Əlahəzrət” Qanunların və Qadağaların əsiridir. Bu zaman müəllif çox maraqlı bir manevr edir – Sərhədçilərlə Qanun müdafiəçilərinin “yerini dəyişir”. Bu “yerdəyişmə” əməliyyatı – şərti bədii vasitələr dramaturqun uğurla istifadə etdiyi bədii priyom kimi başqa əsərlərində də müşahidə etdiyimiz keyfiyyətdir. Belə ki, sərhədçilərlə Kişi və Qadının, habelə sərhəddə tutulub saxlanılan Vasifin arvadları Nadejda və Ümidə vəzifə etibarilə sərhədçilərin funksiyasını daşımağa başladıqdan sonra da öz ərlərini bu girdabdan – neytral zonadan çıxara bilmirlər. Ddeməli, belə cıxır ki, günahkar heç də fərdlər deyil, hansısa qanunlar, qadağalardır. Bir tərəfdən bu, belədir; amma digər tərəfdən o da aydındır ki, qanunlar və qaydalar, qadağalar olmasa cəmiyyət idarə oluna bilməz. Deməli, konfliktin mənbəyi və çözulməsi imkanlarını daha yüksək məqamlarda axtarmaq lazımdır. Dramaturq bədii əsərin qanunlarına uyğun olaraq məsələni, daha doğrusu problemi, həyati-emosional müstəviyə gətirir. Məsələnin qoyuluşu (Vasifin pasportu olmadan “neytral zona”ya düşməsi) nə qədər absurd görünsə də, bədii əsər üçün yararlı bir ip ucu verir: hər kəs öz vəzifəsini icra edir – özgə problemlər ona yaddır. İnsanın taleyi isə bu “öz vəzifəsini icra edən” adamdan ( daha doğrusu, icraçıdan) kənardadır. Həmin İcraçının insanın taleyinə biganəliyi də həmin özgələşmədən keçib gedir. Məsələnin belə qoyuluşu isə əslində fəlsəfi aspektdən xəbər verir ki, yazıçı-filosof Firuz Mustafa da məhz bu bədii məqama diqqəti çəkə bilmişdir. Neytral zona – sanki Vasifin simasında adi, sıravi, “kiçik adam”ın taleyidir. Sərhəddə “ilişib qalmış” itin sahibi olduğuna görə statusu var –həmin it hansısa xarici ölkənin birinci ledisinin itidir. Buna görə də Vasif neytral zonadan buraxılmadığını görüb üsyan edir: “Hanı mənim sahibim? Hanı?.. Yəni mənim o it qədər də urvatım yoxdur?.. Mən adam olmaq istəmirəm! Mən it olmaq istəyirəm! “
    Əsərdə F.Mustafanın o biri əsərlərinə də xas olan bir xüsusiyyət - şərtilikdən yerli-yerində istifadə etmə, özünü bariz şəkildə göstərir. Məsələn, sərhədçilərin təkidilə “paltardəyişmə mərasimi” baş tutur və bu şərti-bədii məqamdan sonra nə Kişi və Qadın, nə də Vasifin arvadları əsərin qəhrəmanını zonadan azad etmək haqqında qərar verə bilmirlər. İndi də sərhədçilər vəzifədən ”azad olmaları” ilə öyünür, bu peşənin onları sıxdığını etiraf edirlər.
    Əsərin sonu da şərti-bədii sonluqla bitir. Məsələ bundadır ki, Vasifin əlində bir çemodan var və bu “qılaf”, neytral zonada qalan zaman ona daldalanacaq olub. Əlbəttə, məlumdur ki, insan adi vəziyyətdə çemodana yerləşməz. Ancaq dramaturq

    burada daha kəskin – qroteskal bədii priyom işlədir. Əsərin son pərdəsində təkcə Vasif yox, iştirakçıların hamısı çemodanın içinə girirlər. Çemodan – burada sərhədlərin, qanunların, qadağaların rəmzi, çərçivələr və məhdudiyyətlər deməkdir. Lap axırda Vasifin pasportu tapılır və iştirakçıların hamısı: “İndi biz hamımız neytral zonadayıq!..”-deyə, qışqırışırlar. Vasif isə: “Buradan heç yana çıxa bilməyəcəksiniz!”- deyir. Musiqini isə hərbi marş əvəz edir. Yenə rəmzlər işə düşür– elə pasportun özü də bir çərçivə, bir məhdudiyyətdir. Pasport yoxdursa, insan Yer üzü adlanan vətənində sərbəst hərəkət edə bilməz!
    Bu pyes yazıçı-dramaturqun başqa bədii-fəlsəfi dəyərli əsərləri ilə mahiyyət baxımından assosiativ təsir bağışlayır. Yeri gəlmişkən, əslində, Firuz Mustafanın dramlarında struktur məsələsi də ayrıca izlənməlidir. Çünki dramaturqun pyeslərində strukturdan mahiyyətə və bədii məqsədə doğru bir yol vardır ki, bu da sənətkarlıq baxımından tədqiq olunmalıdır.
    Dramaturqun “Qara ulduzlar” adlı iki hissəli dramı da öz mahiyyəti etibarilə olduqca maraqlı əsərdir. Əsərdə cəmi üç iştirakçı vardır – MƏHBUS, QADIN, KİŞİ. Bu pyesdə də dramaturq Qneytral zona”, “Qara qutu” əsərlərində olduğu kimi, insan və cəmiyyətin qarşılıqlı münasibətləri məsələsini bir konflikt kimi alır və bədii mətnin materialına çevirir.
    Əsərin qısa fabulası Məhbusun həyatı ilə bağlıdır. Məsələ ondadır ki, həbs olunan adam haq-nahaq məhbus adlanır. İttihamçı rolunda olan Kişi ikinci dəfədir ki, Məhbusla rastlaşır. Məhbus cəmiyyəti, hakimiyyəti dəyişdidmək ittihamı ilə həbs edilmişdir. Maraqlı burasıdır ki, hətta, Məhbusun özü də bu ittihamı qəbul edir. Bəs onda məsələnin mahiyyəti nədədir? Məhbus hesab edir ki, “Bu dünyada cinayətkar insan yoxdur. Bütün hallarda cəmiyyətdir günahkar. Hər bir cinayətin səbəbkarı, cinayətkarı yetirən mühitdir.” Kişi də əks arqumentlə çıxış edir: “Bu dünyada cinayəti olmayan insan yoxdur. Bütün hallarda insan cinayətkardır.” Əslində bu ifadə “Yer üzündə yaşayan insanların hamısının Allah qarşısında günahkar olması” dini anlayışı yada salır. Yəni, başqa sözlə, Mütləq Həqiqət qarşısında hamı bu və ya başqa dərəcədə günahkardır. Əsərdə buna işarə də vardır – Qadın Kişidən israrla Allaha inanıb-inanmamasını soruşur. Hətta normal məntiq qanunlarınıa işarə edib Kişi belə bir fikir irəli sürür ki, Allah –ateistdir. Çünki Allah özü-özünə, yəni özü öz qarşısında sitayiş etmirsə, deməli, O, ateistdir.
    Başqa məsələlər də əsərdə yer alır. Bunlardan biri hökmdar –xalq anlayışıdır və bu məsələ oxucunun maraqları çərçivəsindədir.
    “QADIN. – Hökmdarı insanlar seçir...
    KİŞİ. –Yox, hökmdarı Allah seçir, insanlarsa onu sevir... Hə...Yox...İnsanlar seçir, Allahsa sevir...”
    Qeyd etdiyimiz kimi, Firuz Mustafanın əsərlərində obrazların, personajların bir-birinə fikir təlqini, ideya transferi vardır. Əvvəlcə bu ideya-fikir obrazın birinin dilindən verilir, daha sonra həmin ideyanı-fikri başqa bir obraz mənimsəyir və belə demək mümkünsə, özününküləşdirir. Bu əsərdə ilk əvvəl Məhbus ”Mən nə üçün yaşayıram?”- sualına cavab olaraq deyir: “Yəqin ki, bu dünyaya heç kəsin gəlişi təsadüfü deyildir. Hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır”.
    Dialoqlarda ortalığa çıxan yaddaqalan mükalimə bir az sonra (II hissədə) Məhbusun ideyalarının, fikirlərinin Qadına təlqini ilə davam edir. Daha sonra Kişi də həmin ideyalara “yiyələnir” və Məhbusla mükaliməsində eynilə əvvəlcə Məhbusun, daha sonra Qadının qəbul etdiyi kredonun daşıyıcısı olduğunu bəyan edir –və beləliklə də bir növ, dövrə qapanır. Deməli, hamı insandır və əgər cəmiyyət onlara yaşayış şəraiti yaradarsa, cinayət və cəza sırf subyektiv-hissi və təsadüfi motivlərə görə baş verə və qiymətləndirilə bilər. Buna görə də Məhbus, Qadının onu xoşbəxt etməsinə, hətta, türmədən qaçmasına şərait yaratmağına etinasız yanaşır. Bu, xoşbəxtliyin obyektiv qanunları deyil. Buna görə də finalda Məhbus, Qadının verdiyi silahla oxucunun (tamaşaçının) gözlədiyi kimi –“qanun keşikçilərini” deyil, özünü vurur. Cəmiyyətin ədalət ölçüləri İnsanı qoruya bilməyəndə faciə baş verir – nə fərqi, kim kimi öldürüb, ortada ki, ölüm faktı var!
    Əsərin bütün ağırlıq yükü İnsan-Cəmiyyət konflikti üzərindədir. İnsan qanunların əsiridir. Buna görə də yazıçı-dramaturq bədii şərtilikdən bacarıqla istifadə edərək rolları dəyişir və... eyni nəticə alınır! Yəni qanun keşikçisi rolunda olan hər bir kəs - baxmayaraq ki, həmin adam həbs edilənin yaxınıdır, yenə İnsanı yox, ilk öncə, təmsil etdiyi Qanunu, onun aliliyini düşünür.
    Firuz Mustafanın başqa bir əsəri “Bəyaz kölgələr” adlanır. Əslində “bəyaz ölüm” anlayışı ilə assosiasiya yaradan dramın adı da müəyyən fikir yükü daşıyır. Dramaturq cəsarətlə ağ və qara dünyanı təmsil edən qüvvələri qarşı-qarşıya qoyur və sağlam, mənəvi cəhətdən təmiz insan yaşayışının necə kövrək olmasını bədii lövhələrlə göstərir. Obrazların adı da rəmzidir: Qiyam, Şahanə, Topal, Nazir (“Eks”), Professor, Oğlan, Rəqqasə, Tarix.
    Təmiz bir ailədən çıxmış Qiyam Şahanənin həyat yoldaşıdır. Topal və Professor isə kriminal dünyanın adamlarıdır. Qumarda uduzmağın acı nəticələri əsərdə quru səhnələrlə deyil, canlı, bədii lövhələrlə təsvir edilmişdir.
    Əsərin bədi həlli finalın oxucu-tamaşaçının öhdəsinə düşməsini şərtləndirir. Çünki Şahanə Topal kimi insanlara təslim olmaq niyyətində deyil. Şahanənin atdığı güllə Topalın saxta – ptotez ayağına dəyir. Sonda iştirakçılat bəyaz kölgələrə dönürlər.
    Firuz Mustafanın “Çardaqda zirzəmi” iki hissəli absurd dramı da müəyyən şərti-rəmzi səhnələrlə kifayət qədər zəngindir. Hətta, personajların adı belə çardaqla zirzəminin özü kimi tərs-avand, alt-üstdür – ARAZ –ZARA, ALİM-MİLA. Çardaqdakı zirzəmi isə həm absurd, həm də qeyri-standart, qeyri-səlist düşüncə üçün müəyyən baxış bucağı təlqin edir. Əsərdəki ədəbi-bədii material rejissor yozmaları üçün geniş meydan verir. Fəlsəfi düşüncələr isə realdan çox irrealdan xəbər verir. F.Mustafa professional filosof olsa da belə, bu əsərində (digər əsərlərində olduğu kimi) qətiyyən ”filosofluq” etmir, tənqidçi İlham Abbasovun düzgün qeyd etdiyi kimi, “fəlsəfi pozada dayanmır”. Fəlsəfə, əslində, onun bütün əsərlərinin və personajlarının mahiyyətindədir. Məsələn, Araz zamanı belə səciyyələndirir: “O, zaman çayıdır... Adamların arasından axıb gedir. Elə o çaydır adamları bir-birindən ayrı salan”. F.Mustafanın absurd pyesləri də həmin anlamla başa düşüləcək əsərlər sırasında fəlsəfi-bədii düşüncəyə xidmət edir.
    ...Firuz Mustafanın Azərbaycan teatrlarında tamaşaya qoyulmuş əsərlərinin uzun bir siyahısı vardır. Bizə məlum olan iyirmi beş tamaşanın adları sırada aşağıdakı kimidir: “Ağıllı adam”, “Qəfəs”, “Tabut”, “Vida marşı”, “Qara qutu”, “Su pərisi” (Azərbaycan Dövlət Gənclər Teatrı), “Müqəvva” (Naxçıvan Dövlət Musiqili Komediya Teatrı”), “Ağıllı adam”, “Musiqili məktublar” (Şuşa Dövlət Musiqili Komediya Teatrı), “İlğım” (Lənkaran Dövlət Dram Teatırı), “Sevməsəm ölərəm” (Ağdam Dövlət Dram Teatrı), “Müqəvva” (Yuğ Dövlət Teatrı, Tədris Teatrı) “İfritə” (Tədris Teatrı), “Ayı təbəssümü” (Füzuli Dövlət Dram Teatrı), “Dəhliz”, “Adsız”, Vida marşı” (Mingəçevir Dövlət Dram Teatrı), “Sənə sözüm var”, “Qarışqa tələsi” (Qazax Dövlət Dram Teatrı), “Adsız” (İrəvan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı), “Əqrəb bürcü”, “Oarışqa tələsi” (Sumqayıt Dövlət Dram Teatrı), “Tıxac” (Gəncə Dövlət Nizami Poezya Teatrı). Bu, cox güman ki, natamam siyahıdır. Amma fakt budur ki, teatrlar Firuz Mustafanın pyeslərinə bir ehtiyac duyur və onların səhnə həllini tapmasına bir zərurət hiss edirlər. Yeri gəlmişkən xarırlatmaq yerinə düşər ki, F. Mustafa olduqca məhsuldar bir qələm və söz sahibidir. Belə ki, o, müxtəlif bədii və elmi janrlarda qələmə alınmış onlarla kitabın müəllifidir. (Yazıçı öz müsahıbələrinin birində onlarla kitabının hələ də öz nəşrini ğözlədiyini qeyd etmişdir).

    İki hissəli “Qara qutu” pyesinin cəmi altı personajı vardır – Kişi, Məryəm, Mariya, Yasəmən (Jasmen), Ərəstun (Aristotel), Adamlar. Əsərin qayəsindən asılı olaraq surətlərin bəziləri müəyyən “dualizmi” bəyan edir – Kişinin arvadları hesab oluna biləcək Mariya – Məryəm, yaxud Yasəmən – Jasmen, habelə, Aristotel – Ərəstun və s. bu cur paralelləri təmsil edir.
    Əsərə bir katalizator kimi daxil olmuş qəzet müxbiri (yenilik sorağında olan !) Yasəmən, həm Mariyanın, həm də Məryəmin evinə daxil ola bilir. Pyesin gedişindən bizə aydın olur ki, Məryəmin əri Mikayıl və Mariyanın əri Mixail Yusupov eyni təyyarədə uçurkən qəzaya düşürlər və Mikayılın beynini cərrahiyyə əməliyyatı nəticəsində Mixail Yusupovun başına köçürürlər. Ağıl və yaddaş etibarilə Mikayıl olan Mixailin bədəni Məryəmin (yəni özünün) evinə gəlir və Məryəm onu qəbul etmir. Edə də bilmir, çünki zahiri parametrlər, yəni FORMA Mikayıl deyil. Mikayılı Mariya da qəbul edə bilmir, çünki MƏZMUN Mixail deyil. Beləliklə, fəlsəfi-bədii konflikt əsərə hakim kəsilir.

    Yazıçı-dramaturqun həmin bədii-fəlsəfi qayəsi dram əsərinin prinsiplərinə uyğun şəkildə təqdim edilir. Yəni əsərdə kifayət qədər hərəkət vardır.
    Mikayılın beynini daşıyan kişi Məryəmə sübut etmək istəyir ki, O - MİKAYILDIR, Mikayıl Yusifov. Bunun üçün lazım olan bütün xatırlamalıları xatırlayır, yada salır. Çünki Qadına- Məryəmə bundan əvvəl yanaşıb özlərini təqdim edən Yasəmən və Ərəstun kimi, Kişinin də hansısa bir kompaniyanın, şirkətin nümayəndəsi olduğunu güman edir. Lakin Kişi – Mikayıl israrlıdır, o, sübutlar gətirir: “Qulaq as, Məryəm. Biz taleyin bu amansız zarafatı ilə istər-istəməz barışmalıyıq. Qulaq as... O vaxt evdən çıxanda sən mənim arxamca su atdın. Bax, orda -qapı ağzında. Bu, bizim sonuncu görüşümüz oldu... (Pauza). Mən uçan təyyarə yerə enəndə qəzaya uğradım... Mən indi heç nə xatırlamıram... Gözlərimi xəstəxanada açdım... Öz bədənim, öz əl-ayağım özümə yad göründü... Həkimlər tərcüməçilər vasitəsi ilə məni inandırmağa çalışırdılar ki, qəzaya düşəndən sonra bədənimdə bəzi plastik əməliyyatlar aparıblar... Mənə hətta uzun müddət güzgüyə baxmaq da qadağan olundu. Deyirdilər ki, sifətim dəyişib, özüm-özümü görsəm, psixolaji sarsıntı keçirə bilərəm... (Pauza) Hə, eşidirsən, Məryəm?.. Mən sənə gərək həqiqəti deyəm. Başqa əlac yoxdur. Nəhayət, müalicə başa çatdı. Sonra uzun müddət mənim psixoloji rebalitasyamla məşğul oldular. Mənə əzalarımın, sir-sifətimin dəyişdiyini deyir, ürəkli olmağı təlqin edirdilər... Axır ki, günlərin bir günü özüm-özümü gördüm: güzgüdə mənə yad bir adam baxırdı. Əslində bu adam mənə qismən tanış idi: biz onunla eyni təyyarədə iki sutkaya yaxın uzun bir yol qət etmişdik.O, biznesmen idi. Adı da Mixail ... İndi güzgüdəki adam Mixail idi... Mən qorxuya düşdüm, dəhşətə gəldim. İnsan yatır, durur və özünü tapa bilmir... Həkimlər mənə izah etdilər ki, qəza zamanı mənim bədənim şil-küt olub siradan çıxıbmış, təkcə beynim salıamat qalıbmış; Mixailin bədəni sağ qalıbmış, beyni ölübmüş. Mən öz faciəmdən xəbər tutanda sarsıldım, həkimlərin üstünə hücum çəkdim. Dedim ki, mən ölsəydim bundan min qat yaxşı idi... Bu nə eksperimentdir, nə də bəladır mənim başıma açmısınız ?.. Onlar mənə təlqin etmək istəyirdilər ki, bu, o qədər də böyük faciə deyil: guya bədən paltar kimi bir şeydir, onu geyinmək də olar, soyunmaq da... Bax, beləcə mənim beynimə başqa bir “paltar” yəni yad bir bədəni geyindirdilər... Və günlərin bir günü mən xəstəxanadan qaçıb yola düzəldim...(Pauza) Min bir müsibətlə gəlib çıxmışam öz evimə... Düzdür, arabir öz-özümə qəsd etmək keçir ürəyimdən. Amma bacarmıram. Bəlkə də sinəmdəki ürək özümünkü olsaydı bacarardım bunu. Di gəl ki, bacarmıram. Axı, bu mənim ürəyim deyil. Təkcə beyindən savayı... Lap fantastik filimlərə bənzəyir mənim başıma gələnlər.Güzgüyə baxmağa da qorxuram: oradan mənə başqa bir adam baxır... İndi bilmirəm mən kiməm: Mikayıl Yusifov, yoxsa Mixail Yusupov? Çaş-baş qalmışam... Bax, mənim sənə demək istədiklərim bunlar idi, Məryəm... İndi son qərar sənindir...”

    Məryəmin də arqumentləri ağlabatandır. O, haqlı olaraq bu yanaşmanın ictimaiyyət tərəfindən qəbul edilməyəcəyini bildirir: “Lap tutaq ki, həqiqətən, özünüz dediyiniz kimi, siz Mikayilsınız...İndi kimdir beyinə-başa baxan?... Hatta, bu gün mən sizi qəbul etsəm də, Sabah hamı məni ələ salacaq... Elə lap birinci sizin öz qohumlarınız... Hamısı deyəcək ki, Məryəm hansısa kişiyə ərə gedib, özü də deyir ki, bunun içi Mikayıldır, çölü Mixayil... Yox, əzizim... Mən sizin arvadınız deyiləm. Yaxşısı budur siz öz arvadınızın yanına gedəsiniz... Mənə bu cür maskarad, bu cür ər lazım deyil...”
    Bədii əsərin qanunlarına uyğun olaraq pyesdə şərtilikdən istifadə edilir. İndi də Mixail olaraq Mariyaya özünü göstərməli olan Kişini, gözlənildiyi kimi Mariya qəbul edir; çünki zahiri əlamətlərinə görə O – MİXAİLDİR. Elə faciə də bundan sonra başlayır. Mikayılın beyin kodları ilə yüklənmiş “Mixail” əsl Mixail ola bilmir.
    Əsərin sonuna yaxın “daxilən Mikayıl, zahirən Mixail”in cəmiyyət tərəfindən qəbul edilməsi də çətinləşir. Daha doğrusu, Mikayıla (Mixailə) iki qadından heç biri ilə ünsiyyət tapmaq müyəssər olmur. Çünki insan iki keyfiyyətdən ibarətdir – zahiri-hissi və əqli-şüuri. Və cəmiyyət də onu belə qavramışdır. Əks-təqdirdə “tanıma” hadisəsi baş tutmur. Deməli, yanlış kodlarla yaşamaq mümkünsüzdür.
    Müasir dünyamızda böyrək, ürək, qara ciyər köçürmələrini (tibbi adı -transplantasiya) eşitdik və gördük. Ancaq beyin köçürmələri baş verərsə nə olar? Dramaturq belə bir hadisənin nə kimi fəsadlar verəcəyinu sosial-fəlsəfi istiqamətdən açır. İnsan cəmiyyətinin iç və çöl tərəfdən, üz və astar, fasad və interyer kimi metafizik anlamlardan fərqli olduğuna “həyəcan təbili” siqnalını vaxtında verir. Bu hadisə təkcə bir istiqamətdən izah edilməli deyil, müxtəlif yönlərdən mənalandırıla bilən, müxtəlif faciələrə səbəb olacaq bir hadisə ola bilər ki, onu da bədii formada dramaturq Firuz Mustafa oxuculara təqdim edir.
    Pyesin hissələrini (pərdələrini) əvəz edə biləcək başlıqlar da maraqlı bədii yükə malikdir: “Doğuluş və ya faciə”, “Həyat və ya tilsim”, “Ölüm və ya xoşbəxtlik”. Dramaturqun deyimlərini belə yozmaq olar ki, İnsanın “bu cür”, yəni anormal yenidəndoğuluşu əslində bir faciədir. İnsanın “belə”, yəni ikili ömrü bir tilsimdir. Bəzən elə bir vaxt gəlir ki, heç kəsə gərək olmayan, yaxınları tərəfindən belə qəbul edilməyən insanın ölümü xoşbəxtlik kimi qəbul olunur. Mixailin (Mikayılın) həyatı da belə “xoşbəxt” sonluqla, yəni ölümlə başa çatır.
    Pyesdə diqqəti çəkən cəhətlərdən biri də ümumiləşdirici obraz kimi verilmiş personajların xarakter olaraq ətə-qana doldurulmasıdır. Məryəmin əri olmuş Mikayıl Yusifov, Məryəmə özünü təqdim edəndə həqiqətən oxucu-tamaşaçı onun halına acıyır; Mixail Yusupovla Mariyanın dialoqunda da eyni vəziyyətlə rastlaşırıq.
    Mariya ərini “mutant adam” adlandırır.

    Bədii yaradıcılıqda fantastika sırf məzmun məsələsidir – yəni mahiyyət etibarilə bu gün gerçək olmayan hadisənin bədii ədəbiyyatda ideyaca arzu olunması və bunun gerçək kimi qələmə verilməsi. Bir sıra fantastik əsərləri oxuyanda onlarin reallığa yaxın olduğu başa düşülür, ancaq onlardakı ideyaların bir çoxu bu gün (hələlik) həyata keçməyib. Bu gün həyata vəsiqə almış elm və texnika hadisələrinə vaxtilə fantastika kimi yanaşıblar və bu da çox təbiidir. Bu bir faktdır ki, fantastik əsərlərin əksəriyyəti nəsrlə yazılıb. Çünki nəsr bu fikirləri ifadə etmək üçün münasib janr ölçüsüdür. Müasir dövrümüzdə isə biz artıq fantastik dramlarla da rastlaşırıq.
    Beləliklə, biz Firuz Mustafanın fantastik dram adlandıra biləcəyimiz “Qara qutu” pyesində sosial-fəlsəfi təhlükələr yarada biləcək bir ideyanın bədii mənzərəsi ilə tanış oluruq. Buradaca, Firuz Mustafanın dram yaradıcılığı üçün xarakterik olan bir bədii priyomla rastlaşıriq. Dram əsərlərində F.Mustafa bir bədii lövhəni, dialoqu az sonra başqa rakursda təkrar edir; lakin bu dəfə həmin ideya kodları ilə yüklənmiş adamlar əvvəlki fikirlərindən, bir növ, imtina etmiş olurlar. Bu cür təkrar tamamilə yeni sənətkarlıq məsələsidir. Bu da onu təlqin edir ki, əgər doğru-dürüst ideyalar hansısa məkrli bir məqsəd olmadan yerinə yetirilərsə, o zaman qəbul edilər. İdeyaların həyata keçməsinə mane olunan mənafelərin ortaya çıxması isə öz növbəsində konflikt və qarşıdurma yaradır. Firuz Mustafa “Qara qutu” vasitəsilə göstərmək istəyir ki, bütün canlılar kimi, insan da öz təbii mühitindən, yaşayış tərzindən ayrıldıqda həyati dəyərlərini itirir.
    Firuz Mustafa yeni dövrün intellektual teatrının emosional-bədii xüsusiyyətlərdən məhrum olmadığını əyani surətdə, canlı lövhələrlə bizə təqdim edir. Bu dramlardakı bədii obrazlar həyati xüsusiyyətlərə malik canlı, mübarizə aparan, vuruşan, məğlub və ya qalib gələn insanlardır. Eyni zamanda, həmin obrazlar bədii, rəmzi, elmi-fantastik və ən başlıcası, fəlsəfi dəyərlərə malik obraslardır. Dramaturqun əsərlərinin ən dəyərli cəhətləri məhz bu xüsusiyyətlərlə ölçülməlidir.
    Firuz Mustafanın yaradıcılığı haqqında tutarlı mülahizələr irəli sürən ədəbiyyatşünas Bədirxan Əhmədov onun bir sıra dram əsərlərini nəzəri aspektdən maraqlı şəkildə təhlil etmişdir. B.Əhmədovun yazdığı kimi, tam qətiyyətlə demək olar ki, F.Mustafa orjinal düşüncə tərzinə və hadisələrin özünəməxsus fəlsəfi, romantik yozum çalarlarına malik bir dramaturqdur. Sənətkarın son illərdə nəşr olunan və tamaşaya qoyulan onlarca əsəri özünün geniş tədqiqini gözləyir. Bu əsərlərdə milli dramaturgiyamızın ən yaxşı ənənələri yeni rakursda təzahür edilir. Tədqiqatçının dediyi kimi, Firuz Mustafa yaradıcılığının sirrini, əsasən, onun əsərlərinin orjinallığında, qəhrəmanlarının müasirliyində və müəllifin intellektual təfəkküründə axtarmaq lazım gəlir.
    Firuz Mustafa yaradıcılığına ümumu bir nəzər yetirdikdə aydın olur ki, sənətkar üçün İnsan, Zaman və Dünya bədii yaradıcılığın əsas axtarış sahələridir. İnsanın daxili aləmini açmaq, Zaman və Dünya haqqında fəlsəfi düşüncələri təqdim etmək onun yaradıcılığı üçün xarakterik xüsusiyyətlərdir.

    NƏTİCƏ. Beləliklə, biz yazıçı-dramaturq Firuz Mustafanın yaradıcılığına müəyyən qədər rakurs edərək bəzi nəticələr əldə etdik. Bu nəticələr nələrdən ibarətdir?
    Biz belə bir qənaətdəyik ki, Firuz Mustafa müasir dövrümüzün tələblərinə cavab verən dramaturqdur. Onun pyesləri çağdaş oxucunun intellektual tələblərinə uyğun, yüksək bədii səviyyəyə malikdir.
    Firuz Mustafa filosof sənətkardır. Onun pyesləri müəyyən fəlsəfi müddəaları əks etdirir. Demək olar ki, sənətkar bütün dram əsərlərində İnsanın, Zamanın, Dünyanın fəlsəfi-bədii şərhinə yönəlmiş problematika ilə çıxış edir. Bu əsərlərdə insan və cəmiyyət, insan və qanun, insan və dünya, insan və zaman qarşıdurması konkret fərdlərin simasında ümumiləşdirici bir güc kəsb edərək oxucuya təqdim edilir.
    Firuz Mustafa qələmini dram növünün bütün janrlarında sınamışdır. Buraya komediya, dram, faciə də daxildir. F.Mustafa birpərdəli və absurd pyeslər yazmağa da önəm verən dramaturqdur. Bu da dünya miqyasında sayıla bilən əsərlər yazmağın yeni təcrübələridir.
    Biz gördük ki, Firuz Mustafa bədii cəhətdən dolğun, canlı insanlar qalareyasını təqdim edən sənətkardır. Onun əsərlərindəki personajlar bədii və həyati gücə malik insanlardır. Bu insanlar bizim cəmiyyətin içərisindədirlər və hər gün fəaliyyət göstərirıər.
    Firuz Mustafanın yazdığı dramlar müxtəlif quruluşlarda Azərbaycanın əksər teatrlarında tamaşaya qoyulub ki, bu da yazıçı-dramaturqun əsərlərinə olan hədsiz marağın nəticəsidir.
    Firuz Mustafanın dramaturgiyası böyük tərbiyəvi, estetik, bədii məziyyətlər dramaturgiyasıdır. Bu da həmin əsərlərin zamandan asılı olmayaraq yaşarı xüsusiyyətlər daşıdığının göstəricisidir.
    Dramaturqun əsərlərinin mövzu dairəsi geniş və əhatəlidir.

    Firuz Mustafa ömrünün və yaradıcılığının ən məhsuldar və yetgin dövrünü yaşayır. Onun kitablarının təqdimatı, dramlarının bir-birinin ardınca tamaşaya qoyulması bu sənətkara diqqətin azalmadığını göstərir.

    Seyfəddin Eyvazov,
    filologiya elmləri namizədi























    Firuz Mustafanın monopyesləri
    haqqında

    Adından göründüyü kimi, monopyeslər bir personajın iştirakını tələb edir. Bu janr son dövrlərdə dramaturgiya sahəsində ardıcıl fəaliyyət göstərən Firuz Mustafanın yaradıcılığında daha qabarıq şəkildə görünməkdədir. Bizə elə gəlir ki, ümumiyyətlə Firuz Mustafanın dramaturji yaradıcılığı öz tədqiqini gözləyir. Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Bərirxan Əhmədli F.Mustafanın dramlarının janr və sənətkarlıq xüsusiyyətləri haqqında söhbət açarkən maraqlı maraqlı qənaətə gəlmişdir. Müəllifə görə, “F.Mustafanın dram yaradıcılığı janr baxımından üç hissəyə bölmək olar: mono dramlar (“Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, “Məruzə”, “İfritə” və s.); dramlar (“Adsız”, “Alın yazısı”, “Su pərisi”, “Əqrəb bürcü”, “Dəhliz”, “Ayı təbəssümü”, “İlğım”, “Tıxac” və s.); komediyalar (“Sevməsəm ölərəm”, “Vida marşı” və s. Ardınca tədqiqatçı əlavə edir: “Antikomediya, komik faciə, qrotesk, absurd komediya, fars, ekzotik komediya, mənzum komediya, mini-fars və s. janr və formalar (...) Azərbaycan komediya amalının ilk daimi sakinləri hüququnu məhz F.Mustafa yaradıcılığında qazanmışdır... “Senatda toy” komediyası Azərbaycan ədəbiyyatında ilk mənzum komediya olmasına görə də bizdə maraq doğurdu”.
    Firuz Mustafanın monopyeslərini oxucu-tamaşaçı üçün maraqlı edən onun mantiyasına-nüvəsinə hopdurulmuş bədii-fəlsəfi mündəricədir. Əks-təqdirdə, bu əsərlər dramatik-hərəki funksiya daşımadığına, konfliktin dialoji ünsürlərinin yoxluğuna görə maraqsız görünə bilərdi. Oxucu (tamaşaçı) bu əsərləri təkcə “oxu üçün dram” kimi almır həm də onu dönə-dönə oxuyub (tamaşa edib) içərisindəki düşüncə elementlərini üzə çıxarmaq istəyir. Axı, bu əsərlərdə dialoji izah azdır, “sıxılmış mündəricə” oxucu (tamaşaçı) üçün kifayət qədər düşünmə, nəticə çıxarma imkanı bağışlayır.
    “Musiqili məktublar” birpərdəli monodramının yeganə personajı Qadındır. Yeni dövrün xüsusiyyətlərini ehtiva edən monopyesdə sırf psixoloji-sosal situasiya əsasında oxucu insanın daxili dünyasına rakurs edərək bir insanda təzahür edən iki “mən”in – bizə görünən (Birinci “Mən”) və görünməyən İkinci “Mən”in duyğu və düşüncələrinə bələd olur, bir növ, ora səyahət edir. Bu, çox qorxulu, kimsənin başqalarına açmadığı (açmağa qorxduğu) bir dünyadır. Bundan əvvəl həmin mövzuya Elçinin “Qatar yol gedirdi” pyesində rast gəlmişik. Bir insandakı iki insan motivi dünya ədəbiyyatının şah mövzularındandır. Lakin mövzunun bitkin ifadəsinə, daha çox insanın daxili aləmini təsvirə çalışan nəsr əsərlərində və əsasən də psixoloji nəsr nümunələrində rast gəlinir. Maraqlıdır ki, monopyeslərin də təhkiyə elementləri onları nəsrə yaxınlaşdırır. Pyesdə “insanın öz ömrünü öz istədiyi kimi yaşamasa faciə ilə nəticələnəcəyi” fikri bir qırmızı xətt kimi keçir. Bu tipli fikir vaxtilə Anarın “Əlaqə” povestində də qabardılıb. Məsələn, insan vacibdir ki, ailə olaraq kəbin möhürü altına girsin? Məgər bu tipli “əlaqə” insanın hüquq və azadlıqlarını məhdudlaşdırmırmı? Olmazmı ki, insanlar mənəvi-ruhi yaxınlıq əsasında “əlaqə” qursunlar? Bu dediyimiz fikirlər xalq yazıçısının “Əlaqə”sindən gəlirdi. F.Mustafa da monopyesdə bu suala bədii yanaşmanın poetik deyimi vasitəsilə müraciət edir: “...Yaşamasa öz ömrünü
    Ömür də bir xəyanətdi”

    Doğrudan da insan əgər öz ömrünü istədiyi kimi yaşamayacaqsa, onda onun ömrü nə məna daşıyar? Axı insan həyata cəmi bircə dəfə gəlir...
    Əsərin sonunda qadın ərindən ayrılır. Doğrudur, o, bundan peşmandır. Lakin o, ayrılanda əri ilə üz-üzə gəlmək də istəmir. Görünür, müəllif üz-üzə gəlməyi bədii əsərin sonluğu üçün məqbul hesab etmir. Oxucu (tamaşaçı) qalan məsələni özü həll etməlidir – onlar düzmü etdilər, və onlar birlikdə yaşaya bilərdilərmi, yaşaya bilərdilərsə, hansı əsaslarla? Axı məktubların müəllifləri elə onlar özləridirlər...
    F.Mustafanın “Müqəvva” adlanan monopyesi də maraq doğurur. Müasir dövrümüzün mənfi xüsusiyyətlərini qabardan bu əsərdə Qadın, ər əvəzinə evində kişi müqəvvası saxlayır. Onunçün belə daha rahatdır. Qadın hesab edir ki, onu narahat edən, qadını müqəvva hesab edən kişidənsə, “Kişi müqəvvası” daha məqbuldur. Əlbəttə, onun subyektiv hisslərinə, fikirlərinə müəllif “toxunmur”, kim necə istəyir, qoy elə də qəbul etsin. Məsələn Qadın deyir: “Bəyəm indi əsl kişi var ki?” bu fikir sosial-fəlsəfi mənada da başa düşülə bilər. Kişiliyin fiziki parametrlərdən əqli düşüncəyədək keçdiyi “ellips əyrisində” kişilik fəhfumu deformasiyaya uğramayıbmı? Düşünüləsi sualdır. Koroğlu nə deyirdi? – Silah çıxdı, kişilik getdi. Bəs “elektron qoçaqalığı”, komputer oriyentasiyası və vəzifə, rütbə, rəyasət nüfuzu arasında qalan “kişilik” məfhumu hansı ölçülərlə, miqyaslarla əhatə olunmuşdur? Monopyesdə zəmanəyə, vaxta, insana yetərincə “müxalif” fikirlər tapmaq olar: “Ta utanmaq zamanı ötüb getdi”, “İndi bir ciddi adam qalıb ki?”, “Qadınlar qulağı ilə, kişilərsə gözü ilə sevir”, “İclaslar yenə qüvvədə qalır?” və s.
    Bu pyes təkcə qadın-kişi münasibətlərindən ibarət deyil, əksinə, sosial-ictimai fonda cəmiyyət-insan münasibətləridir. Müəyyən anlarda dramaturq “asanlıqla” cosial-fəlsəfi, ictimai-fəlsəfi sferaya daxil olur və qısa rakurslarla da olsa öz “tendensiyasız” bədii məqamlarını ortaya qoyur. Insanların mənfi xüsusiyyətlərindən – ikiüzlülük, xəyanət və satqınlıqlarından bezərək maniken-müqəvva “ərə” pənah gətirmiş qadın cəmiyyətdə rastlaşdığı bir sıra hadisə və münasibətlərə özünün subyektiv, lakin bədii düşüncəyə xidmət edən fikirlərini gizlətmədən deyir. O, hətta baş vermiş ictimai hadisələrə fəlsəfi yanaşmasını da ortalığa qoyur. Məsələn, əgər Qadın hər bir vəzifə daşıyan fərdin adətən öz tələblərini başqalarının hesabına təmin etmək istəyinə etiraz edirsə (Hərə bir şey istəyir. Çörək, iş, pul, azadlıq, həqiqət, düzlük, qanun-qayda... Səh.66.), insanların mitinqlərdəki azadlıq, pul və s. istəyini, və bu insan kütləsinə həmin istəklərin mümkünsüzlüyünü fəlsəfi-bədii deyimlə ortalığa qoyur: “Siz pul tələb edirsiniz?! Elə deyilmi? Axı azadlıqla pul bir yerdə, bir arada ola bilməz! Azadlıq! Bəyəm yer üzündə azadlıq var ki, siz də onu qazanasız? Mənə bir azad adam göstərin... Pulun köləsinə çevrilən insan azad ola bilərmi?... Yer üzündə azad olan bir kimsə yoxdur. O ağac da, o quş da, o ot da, o it də cəhənnəm əzabı çəkir. O ağac torpağın girovuna çevrilib, o quşsa göyün...”
    Dramaturq bütün bu ümumiləşdirmələri fərdiləşdirmə vasitəsilə verdiyindəndir ki, biz onu subyektiv düşüncənin işığında alırıq. Qadın deyir ki, o, artıq, bir nəfəri azad edib, bu da onun “ər” dediyi varlıqdır. Qadın hesab edir ki, ər “əlavə qayğılar, artıq yük”dür. Onun düşüncələrinə görə, insan əslində, geydiyi paltardan da azad olmalıdır və buna sübut üçün əynindəki paltarları çıxarıb atır... Bu məqam vaxtilə Vasili Şukşinin S.Vurğun adına Rus Dram Teatrında tamaşaya qoyulmuş “Yaşıl pasportlu adam” pyesində zavod direktorunun öz arvadına dediyi sözləri xatırladır. Arvadı öz iş yoldaşları ilə içib sonra durna rəqsi oynayan ərinə, onun dostlarına deyəndə ki, siz bu kef məclisinin pulunu haram yolla qazanmısınız, onda direktor-ər arvadına yaxınlaşıb onun əynindəki bütün paltarları – üst geyimi olan şubadan ta alt paltarınadək hər şeyi şoyundurur və “bunları da haram pulla almışam” deyir. Döğrudan da cəmiyyətdə yaşamaq və ondan azad olmaq mümkün deyil... “Müqəvva” monopyesi müasir, düşüncə üçün meydan açan maraqlı əsərdir. Bu əsərdə konflikt həm daxili-intim dünya üçün məqbul olan psixoloji mahiyyətdədir, həm də sosial-psixoloji, qismən də ictimai-sosial yöndədir. Fikrimizi aydınlaşdırmaq üçün yuxarıda cəmiyyət-ailə müstəvisinin məhdud elementlərinə toxunduq; bu zaman həm də insanın psixologiyasında estetik-mənəvi aşınmalar, dəyişmələr, bəzən düşdüyü mühit bu dəyişmələri şərtləndirir. Konfliktin sosial-psixoloji mahiyyətində subyektiv amillər dayanırsa (əvvəlki istiqməti bəyənməmək), ictimai-social yöndə isə cəmiyyətdəki təbəddülatların insana təsiri ilə başlanan estetik tələbat dayanır. “Mənəvi cəhətdən köhnəlmişdir” kimi ifadələr də elə bu zaman ortaya çıxır. İndiki mühitdə qadınların “Kişi” etalonuna olan münasibətləri özünün axtarış mərhələsindədir.
    Dramaturqun digər bir əsəri “İfritə” adlanır. Əsər şərti həqiqətlər üzərində qurulmuş və qeyri-tipik olan bir hadisənin psixoloji-detektiv dəyərləndirilməsidir. Yazıçı-dramaturq hadisələri elə maraqla çözür ki, onun uydurma olması fikrinə gəlmirik. Belə hadisə ola bilər də, olmaya da bilər... lakin əsərdə nəticə çıxarmalı məqamlar var.
    Ümumiyyətlə, çağdaş dramaturgiya və nəsr epik mündəricəni, nəqletməni, əsəbi, yığcam təhkiyə tipinə etibar edir. F.Mustafanın “Müqəvva” pyesi də belə əsərlərdir. Bu cür pyeslərdə qısa deyimlər, az qala, rabitəsiz görünür, ancaq bu fikirlər az deyimlə çox mətləblər açan, hazırlıqlı tamaşaçı auditoriyasına istiqamətlənmiş pyeslərdir.

    Seyfəddin Eyvazov











    HƏYAT SƏHNƏDİR, İNSANLAR AKTYOR, DÜNYA – TAMAŞA

    (Dramaturgiyamız haqqında düşüncələr)

    Son illərdəı dramaturgiyamızda da bir problem bir çox nümunələrdə öz əksini tapıb. 90-cı illərdə ilk pyeslərini yazan, indi isə bir dramaturq kimi adı çəkilən Firuz Mustafanın bir çox pyesləri (“Müqəvva”, “Adsız”, “Ağıllı adam”) oxucunu və tamaşaçını cəmiyyətdə baş verən xaos, hərcmərclik, mənəvi depressiya haqqında düşünməyə sövq edir. Nədən törənir bu günahlar, bu rəzalətlər, cinayətlər, niyə biz getdikcə kökümüzdən, ilkinliyimizdən uzaqlaşırıq? Bu suallar F.Mustafanın pyeslərində də qoyulur. Firuz Mustafa “Müqəvva” pyesində bir Qadın və bir Müqəvva təsvir edir. Qadın həyatın mənəvi burulğanlarından keçib – onu aldadıblar, sevgisində kor qoyublar, mənliyinə toxununblar, başı bəlalar çəkib. O, artıq heç kimə inanmır. Həyatın acıları onu bir filosofa çevirib və bu filosof cəmiyyətə, insanlara etirazçı əhval-ruhiyyədədir. Otağın küncündə yerləşdirdiyi Kişi Müqəvvası da simvolik səciyyə daşıyır. Canlı insanların məkr, rəzalət və nəfs oyunlarının qurbanına çevrilməkdənsə, bu cansız müqəvva ilə “ ömür sürmək” daha xoş deyilmi? Əlbəttə, bu iki pərdəli monodramada F.Mustafa hələ dramaturqdan çox, “ittihamçı” kimi nəzərə çarpır: “Siz hamınız məhbussunuz! Siz azad olmaq istəyirsiniz, eləmi? Əvvəlcə öz murdar nəfsinizdən, qul xislətinizdən, kölə xasiyyətinizdən azda olun. Daxilən azad olduqdan sonra çölünüzə də əl gəzdirin”.
    Sonrakı pyeslərində Firuz Mustafa dairəni genişləndirir. Məkan va zaman koordinatları konkretləşir.
    “Dəhliz”də məkan şərti olaraq kiçilirsə də, bu kiçik məkandan – restorandan cəmiyyətdə baş verən neqativ mənzərələr bütün çılpaqlığı ilə görünür. Bu “Dəhliz”də ömrünü eyş-işrətdə, məmləkəti parçalamaq istəyində olanlar toplaşır.
    “Ağıllı adam” pyesində hadisələr qeyri-müəyyən yerdə, qeyri-müəyyən zamanda cərəyan edir. Məkan – xəstəxanadır – ruhi xəstələr burada yatır. Amma pyesin qəhrəmanı hansısa bir dəli yox, jurnalistdir. Həmin jurnalist özünü qatil kimi qələmə verib (sonradan məlum olur ki, o, heç də qatil deyilmiş) bu xəstəxanadan – çoxlarının xəstə yox, bəlkə də ən ağıllı insan kimi məhkum olunduqları bu məkandan həyat dərsi keçir. Ancaq mənim fikrimcə, Firuz Mustafanın bir dramaturq kimi özəl xüsusiyyəti “Tabut” pyesində daha bariz nəzərə çarpır. Burada da məkan dardır, bir mənzil təsvir olunur. Ancaq qrotesk üslubunda yazılmış pyesdə bu dar məkandan da bir məmləkətin panoramı aydın görünür.
    Firuz Mustafanın pyesləri çap olunan kitabın sonunda “Son söz” təqdim olunur. Orada yazılır ki, “bu əsərlər eksperiment deyil... Firuz Mustafanın dramaturgiyaya gəlişi zahiri eksperiment deyil, daxili bir həyəcanın, yaradıcılıq axtarışının nəticəsidir. Heç çəkinmədən F.Mustafanın yaradıcılığını loneski, Bsket və müasir dünyanın ən sarkastik dramaturqlarından birinin – Şounun yaradıcılığı ilə müqayisə etmək olar”. Əlbəttə, bu fikirlər mübahisəlirdi. Görəsən, bu eksperiment sözündən niyə belə qorxurlar? Və F.Mustafanın bir neçə pyesi eksperimendirsə, burada da təhlükə var? Sənətə, xüsusilə dramaturgiya heç kəs hazır gəlmir. Məsələn, “Tabut”a qədər yazılan əsərlərin bir çoxunda eksperimentşilik duyulursa, bu özü gələcək pyeslər üçün bir hazırlıq deyilmi? Mən istəmizdim F.Mustafa özü bu fikirdə ola ki, artıq onu lonesku, Bsket və Şou ilə müqayisa edirlər. Hələ tələsmək lazım deyil! Bunu gələcək göstərər!

    Vaqif Yusifli

    “525-ci qəzet” 7 fevral 2002-ci il














    Hissin və idrakın hüdudlarında

    “Mənim beytim beyt deyil, bir məna cahanıdır. Qissələrim bəsit və sıradan sözlər deyil bir təlimdir. Sözləri izah və idrak etdirmək üçündür”. Bu sözlər Şərqin və bütünlükdə türk dünyasının böyük mütəfəkkiri Mövlanə Cəlaləddin Rumiyə məxsusdur. Deyəcəklərim isə tanınmış nasir, dramaturq, filosof və esseist Firuz Mustafa ilə bağlıdır. Təxminən keçən əsrin doxsanıncı illərindən mətbuat səhifələrində yazılarını oxuyuram. Daha doğrusu, ilk öncə yadımda qalan budur ki, esselərini oxumuşdum. Və bu imza da elə yadımda esselərindən qalmışdı. Sonralar onun digər məqalələri ilə də tanışlığım oldu. Müxtəlif səpkili elmi, bədii əsərlərini, kitablarını oxudum. Firuz Mustafa adı qələmi ilə mənə doğmalaşdı. Qənaətlərim də bu oldu ki, F.Mustafa yaradıcılığı “bəsit və sıradan” yaradıcılıq deyil. Düşünməni və düşündürməni bacaran yaradıcılıqdı. Bu ilk öncə onun zəngin təbiəti, həyata, dünyaya özünəməxsus münasibəti və qiymətləndirmələri ilə bağlıdı. Burada bir istiqamətdə istedad məsələsi də var. F.Mustafa səksəninci illərin nəslinin nümayəndəsi kimi tanınır. Həmin dövr ədəbiyyatın, elmin, sənətin daha çox qiymətləndirildiyi bir zaman idi. Orada istedadsızlığın, boğazdan yuxarı söz demənin yeri yox idi. Sözün yeri ancaq və ancaq ucalıq idi. Ədəbi mühitdə “kim nə miqdar olsa əhlin eylər ol miqdar söz” meyarı vardı. F.Mustafa da məhz bu ucalıqdan keçib ədəbi mühitə, ədəbiyyata gəlmişdi. Daha həmin vaxtlar müasir mühitimiz kimi mühit korlanmamışdı. Ədəbiyyat, kitab, şair, yazıçı adına hər şey sırınmırdı. Məhz bu ucalıq və məsuliyyətdi ki, F.Mustafa düşüncəsində indi də qorunur. İndi o, kitablar müəllifidir. Zəngin yaradıcılığını səciyyələndirəcək müxtəlif istiqamətlər var. Bədii nəsri, dramaturgiyası, elmi əsərləri, tərcümələri və s. böyük işlərin olmasından xəbər verir.
    Bir məsələni də qeyd edək ki, F.Mustafa həm elmi, həm də bədii düşüncədə fəaliyyətini bərabər nizamlaya bilən tək-tək ziyalılardandı. Mənim isə hansı səbəbdənsə yadımda daha çox elmi fəaliyyəti ilə qalıbdı. “Mənəvi tələbatın inkişaf dialektikası” (Bakı, Elm, 1985), “Sərhədsiz dünya” (Bakı, Diplomat, 1999), “Mədəniyyət və fəlsəfə” (Bakı, Araz, 2005), “Qloballaşma və mədəniyyət” (Bakı, Araz, 2011) və s. əsərləri də bunun faktıdı. Bu kitablar onun həyat, dünya, cəmiyyət haqqında fəlsəfi mühakimələrini, özünəməxsus yanaşmalarını bir aydınlıqla təsdiqləyir. Elə deyəcəklərimin mühüm bir hissəsi də məhz qloballaşma və mədəniyyət anlamı ilə bağlıdır. Müasir siyasi, mədəni düşüncədə daha çox bir termin kimi işlənən qloballaşma xüsusilə qabardılmadadı. Bizə belə gəlir, bütün zamanlarda qloballaşmaya meyllilik özünü bu və ya digər dərəcədə göstərib. Lap elə orta əsrlərin özündə də bunun cizgilərini görmək, axtarıb tapmaq olar. Hətta imperiyaların ölüm saçan ideologiyasında da bu bir tendensiya kimi hansısa formada irəli sürülə bilər. Ancaq müasir dünyamızda qloballaşmanın görünüşü və təqdimi bir başqa tendensiyalıdı. Və F.Mustafanın problemin ikinci tərəfində mədəniyyət problemini qoyması özlüyündə bir istiqamətdə qloballaşmada milli düşüncəni ehtiva edir. Milli dəyərlər, milli mədəniyyətlər və onların bəşər sivilizasiyasında qloballaşmaya hansı kontekstdə yanaşması özlüyündə bir problemdi. Müəllifin qənaətlərində belədir: “Elə-belə, xoş güzarandan yaranmayıb bu kiçilən “qlobal dünya”. Bəşəriyyət dünyanı noosferə çevirmək üçün milyon illər yol gəlib. Hər halda elmi müddəalar “insan növünün” yaşının dörd-beş milyon ilə yaxın olduğunu israr və iqrar edir. Amma bu, uzun yol və məsafə hesab olunmur. Əslində bu, insanlığın keçib gəldiyi ən “qısa” yoldur. Bu yolu qısaltmağa adi adamlar nail ola bilməzdi. Dahilərin seçdiyi və keçdiyi yoldur bu “qısa” yol. Bu yolu məhz onlar qısaldıb. Min illər boyu öz ümid və ehtiraslarının hesabına müqavimət göstərən, vuruşan, çarmıxa çəkilən, boyunları gilyatin baltaları ilə vurulan dahilərdən söhbət gedir, əlbəttə. Tarix təkcə nadanların ümidinə qalsaydı, biz hələ də daş dövründə yaşamağa məhkum idik”. F.Mustafanın məsələyə sırf geniş müstəvidə yanaşması, insanın keçib gəldiyi yol anlamında münasibət bildirməsi məsələnin başlıca və əsas görünən tərəfidir. Bizim isə bu qloballaşan dünyaya hansı tərzdə, hansı yanaşma ilə yanaşmamızdı. Mənim üçün narahatçılıq doğuran budur. Qabaqcıl mədəniyyətlərdən bəhrələnmə problemidir. Heç şübhəsiz dünyamızın bütün ağırlıqları “dahilərin seçdiyi və keçdiyi” yoldadır. Və bəşər oğlunun uğurları da ora bağlıdır. Ancaq mədəniyyət anlamında bu gün mühitimizə daşınanlar və daha çox məqsədli olaraq yeridilənlər özlüyündə milli müqaviməti zəruri edir. Məsələn, təhsildəki, musiqidəki vəziyyət, incəsənət və mədəniyyətin müxtəlif sahələrində baş alıb gedənlər. Lap elə ədəbi mühitdə də belədir. Kitabda bir-birindən maraqlı və düşündürə bilən “Rakurs :Üfiqi və şaquli qloballaşma”, “Qloballaşmanın “radiusu”, “İnsanın zamanı, zamanın insanı”, “Seçənlərin və seçilənlərin tarixi”, “Bir daha Qərb və Şərq haqqında”, “Qloballaşma: Əvvəlin sonu və sonun əvvəli”, “Tarixin və zamanın durma yolu” və s. kimi fəlsəfi düşüncəyə, həm də müasir dünyanın problemlərinə hesablanmış düşündürücü yazılar var. Hamısı da məhz problematikası, qayəsi etibarilə müasir dünyanın inkişaf tendensiyasına hesablanıb. Yuxarıda bir məsələni vurğuladım və dedim ki, məni daha çox müasir dünya durumunda gedən proseslərlə yanaşı Azərbaycanımızın durumu düşündürür. Və bütün məsələlərə həmişə ümidlə, yaxşı sonluq istəyi ilə baxmışam. “İnsanın zamanı, zamanın insanı” məqaləsində F.Mustafa bir epizodu təqdim edir. “MDU-nun tələbə-müəllim heyəti qarşısında çıxış edən D.Medauz bir daha vurğulamışdır ki, bəşəriyyət “qlobal qəza”ya doğru hərəkət etməkdədir. O, dünya elitasını gəmi radarının operatoru ilə müqayisə edərək demişdir ki, gəmini qarşıda böyük, təhlükəli aysberq gözləyir, amma onun (gəminin) istiqamətini dəyişdirən yoxdur”. Mənim düşüncəmcə, Azərbaycan belə çox aysberqlər görüb və həmişə də gəminin radarını dəyişdirən operatorlarını tapıbdı. Dünya elitasını deyə bilmərəm, Azərbaycan elitası gəmini aysberqdən xilas edəcək.
    F.Mustafanın qənaətləri, bir məsələni də qeyd edək ki, bütünlükdə böyük düşüncələrə, dünyəvi olmaya yüklüdü. Heç şübhəsiz bü böyük düşüncələrdə, dünyəvi olmada Azərbaycan, Şərq də var. Ancaq nədənsə mən qənaətlərimdə bütün məsələləri Şərqdən çıxış etməklə dünyaya, dünyəviliyə aparmağa meylliyəm. Bəlkə bu Şərq sevgisindən, böyük dəyərlərlə bəşər sivilizasiyasına zaman-zaman xidmət etmiş Şərqin müasir durumundan irəli gəlir. Və bunun səbəblərini axtarmaq meylliliyindən güclənir. Deyə bilmərəm, ancaq olan budur. “Seçənlərin və seçilənlərin tarixi” yazısında dünyanın inkişaf tendensiyası, etnos və xalqların özünəməxsusluqları məsələsi qabardılır. Və inkişaf tendensiyasında özünəməxsusluqların kiçik xalqlarda arxa plana keçməsi qeyd edilir. Ən böyük olan, özünəməxsusluqlarla inkişafın paralel aparılmasıdı.
    F.Mustafa problemlərə münasibətdə, daha doğrusu, Şərq – Qərb məsələsində ənənəyə xisusi diqqət yetirir. Və “fəqət Şərq özünün mentaliteti, mahiyyəti ilə ənənələrə daha çox bağlıdır” qənaətində dayanır. Çox doğru olaraq islam tendensiyasını bu məsələdə qabardanlara Hindistan, Çin, Yaponiya kimi ölkələri nümunə göstərir. Əlavə edək ki, ənənə təkcə dinlə yekunlaşmır. Məsələn, bizim Azərbaycanımızda islamdan çox-çox əvvəl formalaşmış ənənədən gələn keyfiyyətlər, inam, inanc, etiqad, mərasim və s. kimi məsələlər var. Digər tərəfdən din məsələsi bütünlükdə mentaliteti formalaşdırmır. Bu mərasim, ənənə məsələsində uzaqbaşı bir tərəf ola bilər.
    Yazıçı, dramaturq Firuz Mustafanın yaradıcılığına (əlimin altında olanlara) diqqət yetirəndə maraqlı bir tərəf kimi onun filosof olaraq düşüncələrinin bədii əsərlərinə təsiri məsələsini düşündüm. Qənaətlərimi bu yaxınlarda tamaşasında olduğum “Pələng ili” adlı iki hissəli dramı əsasında bölüşdürməyi qərara aldım. Ancaq F.Mustafanın yaradıcılığında olan zənginlik, “Qloballaşma və mədəniyyət” kitabındakılar yazımın məhz bu tərzdə alınmasına gətirib çıxardı. Bir də baxdım ki, düşüncələrim onun fəlsəfi, qlobal səciyyəli yazılarına köklüdü. Xalq yazıçısı Elçin yazır: “Firuz Mustafa filosofdur, fəlsəfə elmi ilə məşğul olur, ancaq onun pyeslərində hissiyyat idrakdan zəif deyil, bəlkə də güclüdür və mən bunu onun pyeslərinin müsbət bədii-estetik spesifikası kimi qəbul edirəm. ...Firuz Mustafanın müasir dünyadakı qloballaşma mövzusu ilə bağlı esselərini mən yaddaqalan yazılar hesab edirəm”. Onun hekayələrindəki, pyeslərindəki, bütünlükdə yaradıcılığındakı hissiyyat və idrak bir-birini tamamlayan faktorlardır. Elə adını çəkdiyim “Pələng ili” pyesinin mahiyyətində də müasir dünyanın, müasir insanın daxilindəki psixoloji məqamlar ifadə olunur. Onu da əlavə edək ki, bunlar hamısı günümüzün reallıqları ilə səsləşir. Orada həyat, həyatın iztirabları, xarakterlərin mürəkkəbliyi bir inandırıcılıqla təqdim olunur. Bir növ
    mənəvi aləmin ekologiyasının aşınmaları fonunda hadisələrin gedişi görünür. Elə hadisələr də təbiətin qoynunda baş verir. Bu F.Mustafanın dramatik formada yazdığı bir əsəridir. Ancaq onu da əlavə edək ki, onun yaradıcılığında mühüm bir hissəni dramatik üslubda yazdıqları təşkil edir. Müasir ədəbi mühitdə daha çox bu formada yazmağa üstünlük verən yaradıcıdı. Təkcə onu demək lazımdır ki, qırxdan çox səhnə əsəri var. “Ağıllı adam”, “Qəfəs”, “Vida marşı”, “Qara qutu”, “Su pərisi”, “Müqəvva”, “İfritə”, “Əqrəb bürcü”, “Ayı təbəssümü”, “Dəhliz”, “Tələ” və s. Azərbaycan dramaturgiyası böyük, həm də xeyli dərəcədə uğurlu inkişaf yolu keçib. M.F.Axundovdan başlayan bu yol N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, Ü.Hacıbəyov, S.S.Axundov, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı və daha sonrakı dövrün sənətkarları tərəfindən uğurla zənginləşib. Həmin zənginlik son dövrün ədəbi prosesində F.Mustafa tərəfindən uğurla davam etdirir. Məhz səhnə əsərləri, səhnədə göstərilənlər və ədəbi mühitin haqqında dedikləri də bunu təsdiqləyir. Ə.Cahangir onun yaradıcılığında bu istiqamətin aparıcılığını vurğulayaraq yazır: “Firuz Mustafa səhnə əsərlərinin sayı baxımından Şekspiri keçən yeganə azərbaycanlı dramaturqdur, qırxdan artıq pyes müəllifi olan F.Mustafanın yaradıcılığının ideya əsasında həqiqət axtarışları durur”. Bu axtarışlar isə həyatın reallıqlarından, problemlərindən qaynaqlanır.
    Məhz belə bir yaradıcılıq zənginliyində diqqət yetirməli bir başqa tərəf də var. Bu, F.Mustafanın bədii nəsri ilə bağlıdır. Onun bir-birindən maraqlı “Okean”, “Qış qatarı”, “Vəsiyyət”, “Dinazavr kölgəsi”, “Limon, “Çiçək, “At günü”, “Küt balta” və s. hekayələri özünün psixologizmi, psixoloji situasiyaların bolluğu ilə səciyyələnir. Azərbaycan hekayəsi Ə.Haqverdiyevin, S.S.Axundovun, Y.V.Çəmənzəminlinin, C.Məmmədquluzadənin, A.Şaiqin və başqalarının yaradıcılığı sayəsində yeni-yeni uğurlara imza atmışdı. F.Mustafa tipik şəraitdə tipik xarakterlər yaratmaq, qəhrəmanların psixoloji mahiyyətini verə bilmək qabiliyyəti ilə bədii düşüncəmizə töhfələrini verir. “At günü” hekayəsi haqqında qənaətlərini bölüşən S.Bəşirov yazır: “Firuz Mustafanın yaradıcılığını, o cümlədən “At günü” hekayəsini fərqləndirən cəhətlərdən biri də təbiət təsvirləri, obrazların, obrazlarla bağlı müəyyən məqamların təsviridir ki, bu təsvirlər xarakterin psixoloji durumunun, hadisələrin mahiyyətinin açılmasını şərtləndirən amillərdir”. Doğurdan da, burada təqdim olunan ilxı və susuzluqdan yanan dayça, digər tərəfdə parlayan ulduzlar (canavar) hamısı bədii düşüncənin özünəməxsusluq boyalarıdır. Azərbaycan bədii düşüncəsinin axtarış faktlarıdır. Bütün bunlar, F.Mustafanın məhz bu zəngin düşüncəsi, zəngin yaradıcılığının böyük ideallara, həyati reallıqlara kökləndiyini, “həyatı izah və idrak hadisəsi” olduğunu göstərir.

    Mahmud Allahmanlı
    filologiya elmləri doktoru, professor

    “525-ci qəzet”


















    Sözün vətəni insandır...

    ...sən özünlə Tanrı arasında yeganə vasitəçi kimi müəllifi yox, müəllifin sözünü görürsən. Hərçənd ki, müəllifin mənəvi-əxlaqi keyfiyyətlər baxımından təbiəti (şəxsiyyəti) də az əhəmiyyət kəsb etmir. Sənin “İdrakla hissin vəhdəti” əsərini isə “ədəbi portret”adlandırsan da, bu, çərçivəyə sığmır. Öz üslubuna sadiq qalaraq (ancaq burada daha geniş və əhatəli) Firuz Mustafanın nəsrindən bəhs etmək müstəvisindən çıxır, müasir Azərbaycan və dünya nəsri haqqında çox maraqlı mühakimələr irəli sürür, dəyərli şərhlərlə oxucunu öz cazibəndə saxlayırsan: “Tənqidçi üçün yüksək elmi-nəzəri hazırlıq, mənsub olduğu xalqın ədəbiyyatını, dünya ədəbiyyatını dərindən bilmək və bədii-estetik duyum mətni başa düşmək əsas şərtlərdəndir... Əslində, tənqidçi əsəri ən azı yazıçı qədər duymalı, yazıçının demək istədiklərini, əsərin ideyasını incəliklərinə qədər bilməlidir. Əgər bunlar yoxdursa, tənqiddən danışmağa dəyməz...” (S.Bəşirov, “İdrakla hissin vəhdəti” səh.12). Doğrusu, bu yerdə F.Mustafanı duyan və duyğularını yazan müəlliflər sırasında mənim adımı çəkməyindən çox, görülən işə düzgün qiymət vermək, obyektiv münasibət baxımından məni razı saldı: “F.Mustafanın yaradıcılığı haqqında Cəmil Əlibəyov, İlham Abbasov, Əli Rza Xələfli, Bədirxan Əhmədov və Seyfəddin Eyvazlının məqalələrini göstərmək olar. Xüsusən, Ə.Xələfli F.Mustafanın hekayələrini (“Ağı”, “At günü”) çox gözəl və ətraflı şəkildə təhlil edib” (S.Bəşirov, “İdrakla hissin vəhdəti” səh.13). Düşünürəm ki, sənin yazılarında həqiqət özünün Tanrı gücünü həmişə qoruyur. Məşhur Artur Heyli (“Aeroport” romanı) demiş: axı “insan ada deyil”. Yaxşı olanı, təqdirəlayiq olanı insan insanlar arasında daha yaxşı dərk edir.
    Sözün Vətəni insan, insanın Vətəni isə torpaqdır. Əzəməti, gücü ilə görünən nəhəng, mənəviyyat sarayları ("Bilqamıs", "Manas", "Dədə Qorqud" kitabı...) bu sütunlarsız bərqərar olmazdı. Mənə elə gəlir ki, sən də Firuz Mustafanın zəngin və əhatəli yaradıcılığının kütləvi oxucu üçün örtüdə olan tərəflərini elə bu meyarı istinadla açmağa çalışırsan. Yazıçını yaxşı öyrənməyin, ədəbiyyatı ardıcıl izləməyin imkan verib ki, sənətkarın sənətin ecazkar dili ilə insanlara bəxş elədiyi estetik mənəvi zövqün, hisslərlə qavranılan məmnunluğun mahiyyətini açasan.
    Ümumiyyələ, Firuz Mustafanın nəsri-özəlliklə də hekayələrinə münasibətdə "kənar adamın" müşahidəsindən söhbət belə gedə bilməz "At günü" hekayəsinin ədəbi-tənqidin müasir fikir müstəvisində məhək daşına çəkilməsi göstərir ki, "at günü"nü yaşayan insanlarla (buraya əsərin müəllifi də daxildir) təmasda çoxlarının görə bilmədiyi bir obraz da var. Bu tənqidçinin obrazıdır. Başqa sözlə, proseslərin psixoloji məntiqində olmayan tənqidçi asanlıqla ayrılıqların, təklənmələrin hüdudlarını - o hüdudlarını ki, hər kəsin öz siması qədərincə görünür - görə bilməzdi. Xeyr, qənaətimdə ziddiyyət yoxdur. Bu qədərincə görünən simaları müşahidə etmək, qavramaqda hər kəsə (tənqidçiyə, araşdırıcıya...) nəsib olmur. Başqa cür əsərin özü qədər - müvafiq hissələrə uyğun olaraq idrakla hissin vəhdətində görünən mənzərəni necə yaratmaq olardı: "İnsan da (bizim misalda dayçanın sahibi) hər yamanlığa, ona edilən alçaqlığa dözür və infarkt olur. Ancaq dözümün də bir həddi var və o hədd o yana ölümüdür - dərd onu öldürür. Sahib təkdir. Tək olduğu üçün də güclüyə qarşı mübarizə apara bilmir. Bu təkləri çox, güclü edə bilən "qüvvə" də yoxdur. Qonşunun arvadı da itin günündə yaşayır (buna yaşamaq demək mümkün olmasa da) və bu it gününə dözür. Qonşunun arvadı da təkdir. Onlar cüt ola - güclü ola bilərdilər. Ancaq qızı istədiyinin əlindən almaqla qonşu hər ikisini təkləyib - gücsüzləşdirib" (S.Bəşirov "İdrakla hissin vəhdəti", səh.27). Esseist üslubu, bir neçə cümlənin içərisinə yığılan fəlsəfi yük, insan-cəmiyyət probleminə özünəxas münasibət ona görə ayrıca təəssürat yaradır ki, sən təkcə əsər və müəllif mövqeyindən danışmır, ümumi məsələyə fərdi münasibət yönümündən yanaşmırsan. Çünki həmin anlarda sən öz aləmindəsən, öz əsərini yaradırsan.
    Hörmətli Sabir müəllim! Əzizim, "İdrakla hissin vəhdəti" əsərində yanaşmanın orijinallığı "Dəniz köçü" povestinə münasibətdə də qorunur. Özün qeyd etdiyin kimi, "İnsanla təbiətin harmoniyası" ilahi bir nizamdır. Onu yalnız müqəddəsliyini qorumaq, ona müdaxilə etməməkdə bu harmoniyanın əbədiliyini, nəticədə insanın (təbiətin) əbədiliyini təmin etmək olar. Firuz Mustafanın zəngin yaradıcılığı (həm forma, həm məzmun) tam olmasa da əsas istiqamətlərinə görə əsərdə tədqiqata cəlb olunur. "Qapı" romanı, satiraları, darmaturgiyası qibtəyəlayiq şirin, cazibəli esse üslubu, ədəbi-fəlsəfi fikir yükü, süslənmiş ifadə tərzi ilə oxucu ruhuna yol tapır, düşündürücülük gücü ilə mənaya, mahiyyətə varmağa çağırır.
    Əziz dostum, bizim tənhalığımız (hər bir insan öz hissləri, duyğuları düşüncələri ilə təkdir, tənhadır. Həqiqətən hər kəsin öz həyəcanları var. Və kimsə asanlıqla şəxsin daxili aləmində yaşayan bu duyğulara şərik ola bilmir. Dedim axı, mənim də bezdiyim, hətta imkanı daxilində qəzeti himayə etmək gücündə olan bir dostu - ən başlıcası, ədəbiyyat adamının ögeyliyini görmək mənim üçün ağırdır. Yadındadır, Belinskiyə müraciətlə məktub yazmışdım. Ölməz ruha xitabən dediklərimdən bir-iki kəlmə burada da yerinə düşür: “Biz zamanın ağrılarını, dərdlərini başa düşdükcə, ən azı öz ətrafımızdakı adamların ən yaxın, ən ehtiramlı və bəlkə də, təskinedici duyğularına möhtac olduğumuz bir dövrdə bu adamların biganəliyini, sayğısızlığını gördükcə daha çox dərk edirik ki, heç də sənin dövründən və zəmanəndən çox da uzaqda deyilik. ...Möhtaclıq, diqqət və sayğı umacaqları... cavabsız suallar kimi özümə qayıdır. Sanki cəmiyyət gözəgörünməz bir dirijorun çubuğu ilə idarə olunur. Burada ladlar az və sadədir; kor, kar və lal... Budur bizim cəmiyyətin - (həyatın, taleyin bəxş elədiyi fiziki, cismani kəm-kəsirdən söhbətin getmədiyi aydındır) iç üzü, mənəvi siması. Görünür, karlığa və lallığa məhkum olunmuş cəmiyyətdən bizim (mənim) payımıza yalnız sıxıntı düşür. Bu, nə deməkdir? Kimsənin mənə verməyəcəyi bu sualın cavabını Ustad (Ölməz Ruh) üçün də demək artıqdır. Çünki hansısa bir formada heç də indikindən az olmayan dərəcədə o (hər kəs) öz dövründə bu sıxıntını (həmin sualın cavabını) yaşayıb. Mənim üçün (bizlər üçün) bu, o qədər mənəvi sıxıntıdır ki, insanın insana qəzəbi və son dərəcə niftəti buradan başlanır. İnanıram ki, cəmiyyətin daxilində yeraltı maqma kimi yetişən sosial partlayışların da əsas səbəbi budur”.

    (“Kredo” qəzeti №41, 26 oktyabr 2013).

    Əli Rza XƏLƏFLİ

    http://www.eli-rza-xelefli.net/6.htm














    Firuz Mustafa yaradıcılığında
    hekayə janrı

    60 - cılardan sonra ədəbiyyata gələn yeni nəsilin ən məhsuldar və istedadlı nümayəndələrindən biri Firuz Mustafa bədii nəsr, dramaturgiya, poeziya və elm sahələrində zəngin bir yaradıcılıq yolu keçmişdir. Onun öz yazıçı üslubu, öz poetik dili, öz mövzusu, öz ədəbi qəhrəmanları vardır. Yazıçının ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatçı”, “Ulduz” jurnallarında çap olunmuşdur. Firuz Mustafanın onlarla elmi və bədii kitabları nəşr edilmiş, ssenariləri əsasında bir çox filmlər çəkilmişdir. Əsərləri xarici dillərə tərcümə edilmişdir. Müəllifin yazdığı mətnlərə görkəmli bəstəkarlar – Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər.
    Müstəqillik illərinə qədər onun iki kitabı "Göyəm kоllаrı" (1985) adlı hekayələr, "Dünyаnın rəngi" (1989) adlı povest və hekayələr, 2009 - cu ildə “13 hekayə” (“MBM” nəşriyyatı ) adlı hekayələr kitabı nəşr edilmişdi. Elə ilk hekayələrindən başlayaraq yazıçı yeni qəhrəmanları, süjet xətləri, təhkiyəsi

    ilə "kiçik janrda" böyük mətləbləri ifadə etməyə çalışıb. "Haray", "İşıq", "Ağır yük", "Qeyri-kafi", "Yay sazağı", "Küçə nəğməsi", "Göyəm kolları. Çisək", “Qış qatarı”, “Küt balta”, “Dinozavr kölgəsi” hekayələrində yazıçı gerçəkliyə, eləcə də həyat, insan və zamana olan münasibətini özünəməxsus şəkildə ifadə edirdi.
    F.Mustafanın "Dünyanın rəngi" kitabında dərc edilən "Bəyaz rəqs", "Marsdan telefon zəngi", "Alın yazısı", "Dərman şüşəsi", "Nəmişlik", "Bu yol hara gedir" və s. hekayələrində də cəmiyyət hadisələri, insanların mənəvi-daxili aləmi bütün ziddiyyətləri, təzadları ilə göstərilir. Bu hekayələrdə süjetlərin struktur sadəliyi, obrazların psixologiyasını detallarla çatdırılması, təhkiyə orijinallığı, dil zənginliyi və s. yazıçının yeni bir mərhələyə daxil olduğunu göstərirdi.
    Firuz Mustafa əsərlərinin mövzularını bu günün insanlarının yaşam tərzi, düşüncələri, mənəvi dəyərlərə münasibətləri, ailə - məişət problemləri, insan haqqları və azadlıqları ilə əlaqəli problemlərdən götürmüşdür.
    F.Mustafanın uğurlu hekayələrindən biri “Ağı” hekayəsidir. Ağılar, əsasən, bayatılarda işlənən mərasim nəğmələrinin bir növüdür. Yas mərasimləri zamanı ağı demiş, matəm saxlamışlar. F.Mustafanın “Ağı” hekayəsi də bir növ bizə matəm, yas mühitini xatırladır. Əsərdə göstərilir ki, qadın iflic olmuş ərinin başı üstündə duraraq onun səhvlərini, eyiblərini deməklə bir növ içinə sakitlik verməyə çalışır. Vaxtilə halal zəhmətlə yaşayan bu kişi ailəsindən çox uzaqlaşmış, yoldaşının maddi və ya mənəvi tələbatlarını belə ödəməkdən, övladına diqqət göstərməkdən uzaq düşmüşdür. Qadın “öz keçmiş kafedra müdiri” və “öz keçmiş tələbə”si ilə münasibətini iflic olmuş ərinə söyləyir. Sanki qadın öz vicdanını təmizləmək üçün yoldaşından ona qarşı sərt münasibət göstərməyəcəyini bildiyi üçün hər şeyi olduğu kimi söyləyir. “Yaxşı ki, müdirimlə оlan əlaqələrimizin kökünə vara bilmədin о vaxt. Bəlkə də xəta çıxardı əlindən. Yaxşı deyiblər ki, yerə baxan, sakit görünən adamdan nə desən gözləmək оlar. Amma nədənsə heç vaxt dərk etmək istəməmisən ki, mən qadınam, sən kişisən, mənim öz istəyim, sənin öz məqsədin оlmalıdır..”
    “....Sоnralar о keçmiş tələbəm məni öz оğlumla, hə, hə, öz оğlumla dağlara istirahətə apardı. Оğlum оnda körpə idi, sənin də ki, həmişə оlduğu kimi işin başından aşıb tökülürdü. Çоx fərasətli оğlanmış… Mənim tələbəm, sənin sürücün… Hə, оnu deyirəm, о yay о dağlarda əsl istirahətin, əsl gəncliyin, sevincin, xоşbəxtliyin tamını, bəlkə də ömrümdə ilk dəfə daddım. Əgər sən onda üryimdən keçənləri hiss etsəydin, bilsəydin ki, mən о vaxt о dağlarda qalmaq və məmnuniyyətlə, о оğlanın kənizi, qulu, lap elə оnun əbədi aşnası оlmagı arzulayam, yəqin ki, sən ya ağlını itirib dəli оlar, ya da ki, məni ət baltası ilə dоğram-dоğram edərdin – sənin kimi, yerəbaxan, kinli, sakit adamdan nə desən gözləmək оlardı. İndi о, “оğlan” yenə bizə gəlib-dedir, amma aramızda о münasibətlər yоxdur və elə bil ki, heç vaxt da heç nə оlmayıb...”
    “Ağı” hekayəsindəki qadının fikirlərində əsasən iki məqam var: əri “vəzifə borcunu”, yəni qadını cinsi tələbatını ödəyə bilmir. Freydin təliminə istinad etsək, qadını bioloji qanunlar idarə edir.
    Qadının etiraflarında ikinci məqam yalan üzərində qurulan cəmiyyətdə insanların yaşamasının çətinliyi, bəzən isə qeyri – mümkünlüyüdür. Kişi vicdanla, düz yaşadığına görə qınaq hədəfi olur. Nə özünə gün ağlayır, nə də ailəsinə. Halbuki maşını, vəzifəsi, katibəsi, sürücüsü... Zahirən yaşamaq üçün bütün şərtlər mövcuddur .
    Qadının bu cür addım atmağına səbəb nədir? Bu yol çıxış yoludurmu? Müəllif burada qadının kişinin tələbatları ilə kifayətlənə bilmədiyini və axtardıqlarını başqalarında tapdığını göstərməyə çalışır. Buna səbəb isə həmin dövrdə kişilərin yalnız işlə məşğul olmaqları, həyatlarını işə həsr edib, ailədən, övladdan uzaqlaşmaları kimi qiymətləndirə bilərik. Qadın əri üçün etdiklərini hətta onun üzünə də vurur. “Gör bir neçə ildir qulluq edirəm sənə, üstəlik xidmətçi də tutmuşam, elədən-elə sürüyürük sənin heydən düşmüş bədənini, belədən-belə… Bunlarin hamısı xərc deyil, pul deyil bəyəm? Uşaq kimi çölə çıxarırıq, əskini yuyuruq, olmayan nazınla оynayırıq sənin. Bəlkə də vaxtında pul qazansaydın müalicəni bir az da yüksək səviyyədə aparmaq оlardı – lap elə xarici ölkələrin birinə göndərərdim. Nə bilmək olar, bəlkə də sağalıb ayağa da durardın… Indi nə faydası? Özündən sonra bizə nə yığmısan, nə qоymusan?”
    Bu sözləri ilə o, sanki yoldaşının düşdüyü vəziyyətə yanır, əzab çəkir, ancaq bir tərəfdəndə içində öz vicdanını təmizləyir. Onun etdiyi səhvləri bilmədiyi üçün. Hansı ki, o səhvlərdən peşman deyil. O səhvləri lazım gəlsə yenə də edər.
    Öz səhvlərini iflic olmuş ərinə etiraf etməklə vicdanını rahatlatmış qadın sonda əri üçün kəfən, qəbir, mağar hazırladığını və bununla bütün günahlarından azad olduğuna özünü inandırmağa çalışır.
    Firuz Mustafanın “Küt balta” hekayəsi “Ağı” hekayəsindən fərqli olaraq başqa mövzudadır. “Küt balta” simvolik məna daşıyır. Müəllif əsərə bu adı səbəbsiz qoymamışdır. Balta kəsici alətdir. Burada da “balta”sözləri daha kəsici, ağrıverici mənasında işlənmişdir. Əsərin əsas qəhrəmanı ailənin başçısı olan kişidir. “O, böyük şəhərin qoltuğuna qısılmış kiçik bir qəsəbə, yaşayış yerindən daha çox qorxunc, kimsəsiz qəbiristanlığa bənzəyən bir mənzildə yaşayırdı. O, ailəsindən uzaq, gününü yemək – içməklə keçirən, ailəsinə diqqət ayırmayan, hər axşam evə içkili gəlib, arvadının nifrət dolu siması ilə qarşılaşan bir insandır. O, hər zaman arvadına və uşaqlarına vaxt ayırmayıb, pul tapanda içki məclislərinə xərcləyib. Özü də hiss etmədən içki məclisləri onun həyatının mənasına çevrilmişdi”.
    Belə bir fikir var: “Bütün xoşbəxt ailələr bir – birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bri cür bədbəxtdir” (L.Tolstoy) Burada da ədəbi qəhrəmanların bəziləri ailədə, bəziləri cəmiyyətdə, bəziləri hər iki mühitdə bəxti gətirməyən, talesiz , tənha, yalqız insanlardır. Bədbəxt ailələrdən biri olan bu ailənin acınacaqlı həyat şəraiti, uşaqların qorxularından yatağa sığınıb hıcqırıqları, qadınların öz ərlərindən arzuladıqları diqqəti görə bilməmələri ailənin məhvinə gətirib çıxarır.
    Qadın ərindən sevgi, diqqət, qayğı görməmiş, həyatını içki məclislərinə həsr edən, yalnız evə gələndə söz – söhbətə, dava-qırğına səbəb olan ərinə həsr etmişdir. Hətta yatarkən əri, ona nəvaziş göstərmək, məzəli komplimentlər, duyğulu şeirlər demək arzusundaydı. Yenidən öz qadınını sevmək istəyirdi. Bir anlıq qadının yuxudan oyanması və ikrah dolu baxışları ona sanki “həddini bil” sözünü deyirdi. Yanındakı sevdiyi qadını deyil, bir əfi ilan idi. Bu “ilan” onu sancmaq, zəhərini tökmək istəyirdi. Qadın nifrət dolu baxışlarla onu ittiham edir: “Hanı sənin namusun, qeyrətin? Sən niyə kişi оlursan? Deyəsən, vurub gələndən sоnra, əyyaşlıq edəndən sоnra xatırlayırsan ki, sən kişisən və bu evdə arvadın var. Bəyəm sən kişisən, bəyəm kişi belə оlur? Elə bilirsən ki, uşaq əkib-becərməklə, bu dünyaya bir çətən tifil gətirməklə kişilik vəzifəsi yerinə yetirilmiş оlur? Xeyr! Sən arını yeyib, namusunu çölə atmış adamsan! Sən insanlığını itirmisən. Sən arsızsan, sən çürük dişsən, kоr bağırsaqsan – kəsmək – çıxarıb atmaq lazımdır səni. Alçaq!”.
    Qadının sözləri qarşısında susmağa məhkum olan, onun sözlərinin düzgünlüyünü hikkəsi, nifrəti ilə, qəzəbi ilə göstərən ər yalnız onu pozğunluqda, küçə qadını olmağı ilə özünə haqq qazandırmağa çalışır. Özünün necə alçaldığını, necə miskin vəziyyətə düşdüyünü dərk edir. Artıq bu ağır bəladan, düşdüyü vəziyyətdən geri qayıdıb hər şeyi yenidən qurmaq gec idi. Küt balta kimi əzab verən, kəsdikcə insanı içindən cürüdən sözlər faciəvi sonluqla nəticələnir.
    Firuz Mustafanın düşündürücü əsərlərindən biri də “Qış qatarı” hekayəsidir. Fikrimcə, müəllif burada qatar sözünü iki mənada istifadə etmişdir. Əsərdə baş verən hadisələr deməyə əsas verir ki, müəllif qatar dedikdə ötüb-keçən illəri, ayları, günləri, xatirələri, arzuları nəzərdə tutmuşdur. Hekayənin baş qəhrəmanı olan qatar bələdçisi hər zamankı qatar bələdçilərindən fərqlənirdi. “Bələdçi оrta yaşlı, arıq, dalğalı çal saçları axıb alnına tökülən qaşqabaqlı bir kişi idi. Nədənsə оnun hərəkətləri, lap elə zahiri görnüşü, rəftarı sərnişinlərin çоxuna öz rоlunu - özü də çоx güman ki, faciəvi rоlunu - vicdanla ifa edən, ədaları isə istər-istəməz tamaşaçıların təbəssümünə səbəb оlan aktyоru xatırladırdı. Niyə? Nə üçün? Yəqin ki, bunun səbəbini izah etmək elə də asan iş deyildi. Təkcə bir şey gün kimi aydın idi ki, bu adam sərnişinlərin çоxunun indiyəcən rastlaşdıqları sırtıq, gəvəzə, çənədən saz bələdçilərdən fərqli оlaraq, hamı ilə eyni tоnda, təmkinlə, "siz-biz"lə, bir qədər də qətiyyətlə danışan, səliqəli geyim-kecimi ilə seçilən və bəlkə elə bu cəhətinə görə aktyоra bənzəyən bir şəxs idi.”...
    “...О, bu yоlları çоxdan, lap çоxdan о üz-bu üzə, elədən-belə, belədən-elə qatar belində çapmış, stansiyaların adını yaddaşına həkk eləmiş, minlərlə, yüz minlərlə kilоmetr yоlun belini qırıb ayları-illəri təkərlərin üstündə keçirmişdi. Ilk əvvəllər zəhləsi gedərdi öz peşəsindən: sərxоş, davakar, avara adamlarla yоl yоldaşı оlmaqdan pis nə оla bilərdi? Amma get-gedə alışdı öz sənətinə - səfərə çıxanların heç də hamısı təsadüfi adamlar оlmurdu ki. Оnun vaqоnunda nə qədər məşhur adamlar оlmuşdu! Dünya şöhrətli müğənnilərdən tutmuş ta nazirlərəcən; çоxlarının illərlə qəbuluna düşə bilmədiyi vəzifə sahibləri оnun çayını içmiş, оnunla əl tutub salamlaşmış, dərd-sərini sоruşmuşdular. Düzdür, yekaxanaları da az deyildi vəzifə köhlənində çapanların; nə edəsən, həyatdı da... Həyatdakı kimi qatarda da adamların pisi, yaxşısı оlurdu...”
    Kupelərin hamısı dolu olsa da, bir kupe boş idi. Boş olmağının səbəbi isə bir qadının bütün kupenin biletini alması idi. Həmin qadını görənlər onun vəzifəli şəxs olduğunu, onunla ehtiyatla davranmalı olduqlarını bələdçiyə dedilər. Bələdçi “gecə lampasını yandırıb mizin üstündə qalaqlanmış qəzetləri gözdən keçirən qadın gördü. Bu qadın illər əvvəl onun sevdiyi, arzuladığı, qovuşmaq arzusu ilə yaşayıb qovuşa bilmədiyi qadın idi.
    Vəzifəli qadınla qatar bələdçisinin görüşü qatarda rastlaşması onu təkrar “Yоx, о, bu yоlu qatarda getmirdi. Indi оnun əl-qоlunu qandallayıb uzaq, lap uzaq, hələ özünün də görmədiyi naməlum bir dünyaya aparırdılar; elə bir dünyaya ki, оrada insanla həşarat, ölü ilə diri arasında elə bir fərq yоxdu...”
    Qatar bələdçisinin vaxtilə sevdiyi qız hüquq fakültəsinin tələbəsi idi. Onlar birlikdə hüquqşünas olmağa hazırlaşırdılar. “О, qızdan üç-dörd yaş böyük idi. Universitetə daxil оlanacan əməlli-başlı həyat yоlu keçmişdi: fəhlə işləmiş, hərbi xidmətdə оlmuşdu. Elə о zaman, təhsil ala-ala haradasa gözətçi işləyir, özü-özünü dоlandırır, hələ başqalarına da əl tuturdu.”
    Lakin bir gün sevdiyi qızın başqası ilə nişanlandığını eşidir. Bələdçinin hirslə davranaraq qızın nişanlısına vurduğu zərbə, qızın məhkəmədə şahid qismində onu günahlandırması, kobud sözlər deməsi onun xatirələrində canlanır. İndi ömrün ahıl çağlarında onlar rastlaşmışdılar. “...Оrdan-burdan eşitmişdi ki, оnun keçmişini zəhərləyən, amma nədənsə qəlbən çоx vaxt bəraət verdiyi о əlçatmaz, dönük ilahəsi sürətlə yüksək mənsəbə çatmış, vəzifə sahibi оlmuşdu, hətta, deyəsən, arada bir deputat da seçilmişdi.
    İndi budur... Оnları ayıran illərin üstündən adlayıb beş-altı addım atsaydı yenidən qоvuşa bilərdi öz ilahəsinə. Amma, çətin... Güzgüdən оna alnını dərin qırışlar dоğramış, pırpız-çal saçları saman tayası kimi dağılmış, gözləri yоl çəkən yaşlı bir adam baxırdı. Hər şey arxada qalmışdı: göz yaşları, çılğın öpüşlər, dəlisоv hərəkətlər... həbsxanadan yazılan məktublar, əzabla keçən illər, “xоşbəxtlik” arzuları... hər şey, ötüb keçmişdi. Keçmişdi?... Bəs о, indi haradan peyda оlmuşdu birdən-birə?...”
    Bələdçi hər şeyi olduğu kimi xatırlayırdı. Hökmlü, vəzifəli qadın onu tanıyıb kupeyə çağırsa da, bələdçi həmin kupeyə getmir. Buna səbəb isə vaxtilə onu sevmiş sonra isə onun üzünə durub, günahlandırmış, həbsə salmış qadınla üz – üzə durmaq istəməməsi idi. Hər dəfə eyni styansiyalardan ötüb keçən qatar kimi xatirələr də ötüb keçir, yalnız insan qəlbini zədələmiş hisslər olduğu kimi qalır.
    Firuz Mustafanın bu hekayəsini “Taksi və vaxt” hekayəsi ilə müqayisə etsək görərik ki, yazıçı Anarın qəhrəmanı da neçə illərdir arzuladığı, qovuşa bilmədiyi sevdiyinin həsrətini çəkir. “20 yaşında 20 yaşının qədrini bilməyən”, “dayazı dərin görünən fəlsəfələrə qapılan” kişi gənc və gözəl Nərgizin gözəlliyi qarşısında bütün gənclik ehtirasları ilə titrəyir, zahirən nə qədər sakit görünsə də, daxilən o qədər didilib – parçalanır. Kişi də bələdçi kimi sevgisi qarşılıqsızdır. Nərgizin özü yaşında Asəf adlı sevgilisi var. Asəfin ad gününə hazırlaşan Nərgizi taksi ilə yola salmağa hazırlaşan kişi taksinin gec gəlməsinə belə sevinirdi. “Bəli, hər şey dəyişmişdi. Onda isti gündüz idi. İndi yağışlı axşamdır. Onda ömrümün səhər üzü idi. İndi yolum gecəyədir. Amma yenə o vaxtkı kimi taksi gözləyirdik. Nə qadın o qadındı, nə mən o vaxtkı “məndim”. Bəli, hər şey dəyişmişdi. Amma yenə o vaxtkı kimi mən sevirdim. Sevirdim və itirirdim.”
    “Taksi və vaxt” əsərində müəllif göstərmək istəyib ki, insan yaşa dolsa da, illər keçsə də ilk sevgisinə hər zaman qəlbində sadiq qalır. Hər zaman nisgil, hicran içini parçalayır. İllər sənin sağlamlığını, cavanlığını, o üzündəki gülüşü xoşbəxtliyi olsa da, insanın qəlbindəki qəlbində köz olaraq qalır.

    Firuz Mustafa ilk hekayələrində olduğu kimi, indi də həyat həqiqətinə sadiq qalır. O, yenə gündəlik həyatda, məişətdə, cəmiyyətdə, yaşadığı mühitdə öz yazıçı müşahidəsi ilə onu düşündürən, məhz əlinə qələm götürüb yazmağa sövq edən hadisələrə biganə qalmır, yenə təsvir etdiyi obrazların mənəvi aləminə “səyahət” edir.


    Ədəbiyyat siyahısı

    Bəşirov Sabir. “Firuz Mustafa:İdrakla hissin vəhdəti. (Ədəbi portret - monoqrafiya), Araz nəşriyyatı, 2012, s. 239
    Qurbanov Babək. “Firuz Mustafanın yaradıcılığına baxış. (Dörd bucaq)”. “MBM” nəşriyyatı, 2012
    Yusifli Vaqif. “Firuz Mustafanın hekayələri”. “Kaspi” qəzeti, 24 may 2014, səh 14
    Firuz Mustafa “Hekayələr”. Bakı, “MBM”, 2015, 448 səh.
    Firuz Mustafa. “13 Hekayə”. “MBM” nəşriyyatı, 2009
    Firuz Mustafa. “Ölü dildə sevgi məktubları”. Bakı, “Zero” 2014, s. 138
    https://www.azadliq.org/a/24780921.html
    bedirxan ehmed fm haqda-2016.docx
    http://kayzen.az/blog/az-proza/15772/taksi-v%C9%99-vaxt-anar.html

    Kürsümxanım Tahirli Yaşar qızı
    Azərbaycan Dillər Universiteti
    tahirli.kursumxanim@gmail.com





















    Firuz Mustafanın hekayələri

    Firuz Mustafa müasir ədəbiyyatımızın cəfakeşlərindən biridir və çox məhsuldar fəaliyyəti ilə doğrudan da hər birimizdə qibtə hissi doğurur. Bu adam hal-hazırda pyeslərinin sayına görə Azərbaycanda birinci sıradadır. Bu pyeslərin əksəriyyəti də Akademik Milli Teatrımız istisna olunmaqla əksər teatrlarda tamaşaya qoyulub və uğur qazanıb. Akademik teatrda niyə bir pyesi belə tamaşaya hazırlanmır, bu haqda düşünməyə və hətta mübahisə etməyə dəyər.
    Firuz Mustafa fəlsəfə elmləri doktorudur və bir alim kimi də elm aləmində sözünü deyə bilib.
    O, dramaturgiyaya bir nasir kimi tanınandan sonra gəlib. Bu faktı nəzərə çarpdıranda biz qətiyyən iddia eləmirik ki, bir janrdan digərinə keçid birincisində uğursuzluqla alındığı üçün belədir. Yox! Öncə qeyd etdik ki, o, ilk pyeslərini qələmə alanda bir nasir kimi müəyyən uğurlar qazanmışdı. F.Mustafa nəsrdə indi də fəaliyyətini davam etdirir və həmkarı, gözəl dramaturq Əli Əmirli kimi nəsrə birdəfəlik əlvida deməyib. O, indi də ilk «sevgisinə» sadiqdir və bu sədaqət özünü onda göstərir ki, Firuz Mustafa son illərdə bir-birindən maraqlı hekayələr yazmaqda davam edir. «At günü» və «Ölü dildə sevgi məktubları» kitabları ancaq hekayələrdən ibarətdir.

    Xatırlayıram onun Firuz Mustafanın ilk kitabını - «Göyəm kolları»nı... Məsələ burasındadır ki, 1985-ci ildə «Gənclik» nəşriyyatında həmin kitabı mənə rəyə vermişdilər və mən o kitabdakı hekayələri oxuyub bəyənmiş, müsbət bir rəy yazmışdım (o zaman «nəşriyyat qanunları»ndan biri də bu idi). «Göyəm kolları» ilə «Ölü dildə sevgi məktubları» arasında düz 29 illik bir zaman məsafəsi durur. Bu illər ərzində çox şey dəyişilib, yeniləşib. O «Göyəm kolları»ndakı bədii ovqat da dəyişilib, orada təsvir olunan obrazlar təbii ki, o dövrün insanlarının obrazlarıydı, indi onlar yaşa dolublar, qocalıblar, bəziləri dünyadan köçüb. Quruluş da dəyişib. Firuzun təsvir etdiyi o təmiz, mənən saf insanlar olsun ki, indi həyatın girdabında çabalayırlar, olsun ki, bir parası xoşbəxtdirlər... Ancaq dəyişməyən odur ki, Firuz Mustafa ilk hekayələrində olduğu kimi, indi də həyat həqiqətinə sadiq qalır. O, yenə gündəlik həyatda, məişətdə, cəmiyyətdə, yaşadığı mühitdə öz yazıçı müşahidəsi ilə onu düşündürən, məhz əlinə qələm götürüb yazmağa sövq edən hadisələrə biganə qalmır, yenə təsvir etdiyi obrazların mənəvi aləminə «səyahət» edir. Adi insanların qeyri-adi dünyasını eəşf etməyə, «bax, bunlar bizim müasirlərimizdir» sözünü deməyə can atır.
    Ən əvvəl Firuz Mustafanın hekayələri üçün səciyyəvi olan bir neçə özünəməxsus cəhəti qeyd edək.

    1.Firuz Mustafanın hekayələri ilk növbədə, janrın spesifikası və tələbləri ilə səsləşir. Hekayə romanla və povestlə müqayisədə kiçik janr sayılır (həcminə və gerçəkliyi, insan münasibətlərini, zaman və məkanı əhatə dairəsinin məhdudluğuna görə), amma hekayədə də həyat, insan, cəmiyyət böyük romanlara xas olan bir tərzdə əks oluna bilər. Yəni məhdud bir həcm daxilində də «Poçt qutusu», «Qurbanəli bəy», «Usta Zeynal», «Şeyx Şaban», «Baladadaşın ilk məhəbbəti», «Dantenin yubileyi», «Astana», «Bayatı Şiraz» kimi şedevrlər yarana bilər. Firuz Mustafa da məhz buna can atır və onun hekayələri içərisində bu ənənənin uğurlu davamı sayılan bir neçə nümunə ilə qarşılaşırıq.
    2.Hekayədə hansı əsasdı? - hadisə, əhvalat və onun maraqlı təhkiyə yolu ilə oxucuya çatdırılması yoxsa obrazların psixologiyasının, iç aləminin daha çox təsvir hədəfinə çevrilməsi? Zənnimizcə, bunların hər biri hekayə üçün vacibdir, amma ikisinin də eyni hekayədə olması daha önəmlidir. Firuz Mustafanın hekayələrində də bunların biri digərini «əsarət altına» almır.

    3. Nəhayət, bir cəhəti də qeyd edək. Hekayə, öncə dediyimiz kimi, nəsrin kiçik formasıdır və yazıçı 3-5-10 səhifədə həyatın lokallaşdırılmış bir parçasını təqdim edir və oxucunu inandırır ki, bu. Gerçəkliyin, reallığın bədii ifadəsidir. Hekayəçi sücet qurmaq bacarığına, obraz yaratmaq məharətinə, ən əsası, yazı mədəniyyətinə yiyələnməlidir. Onun dili anlaşıqlı olmalıdır. Firuz Mustafanın təqdim etdiyi əhvalatlar yorucu deyil, əksinə, oxucunu elə ilk sətirlərdə özünə çəkir, hətta bəzi sonluqları novellavaridir, dili də zəngindir, bəzən hekayələrinin leksikasına Gədəbəy dağlarından gələn ifadələr də daxil olur, amma şəhdli-şirəli, yapışıqlı dildir.

    İndi keçək konkret olaraq Firuzun bəzi hekayələrinə.
    Kitabda («Ölü dildə sevgi məktubları»nda) Firuz Mustafanın yaşca ən «qocaman» hekayəsi – «Göyəm kolları» da təqdim edilir və bu hekayə çoxdan yazılmasına baxmayaraq Firuzun bədii sanbalca ən yaxşı hekayələrindən biridir.
    Hekayədə lal bir insanın-yeniyetmə Qaranın bir neçə günlük həyatı, daha doğrusu, onun bu bir neçə gündə görüb-gördükləri təsvir olunur. Firuz Mustafa Qaranın daxili aləminə, onun ətrafındakı insanlardan tamam fərqli dünyasına nüfuz edə bilir. Qaranın saf, təmiz mənəviyyatı ilə yaşadığı mühit arasında bir ziddiyyət var və Firuz da bu konfliktin bədii həllini verməyə çalışır. Qara laldır, danışa bilmir, amma bu lallığın və danışa bilməməyin onun təmiz ürəyinə, işıqlı dünyasına heç bir ziyanı yoxdur. Qara şəhərdən gələn bir qızın dodaqlarını çiyələyə oxşadır, Qara əmisigildəki üç baş toğlunun kəsilməsinə heyfislənir, Qara yalan-palan danışmır, Qara çiçəklərin dilini yaxşı bilir. «Açılan çiçəkləri Qara Ay işığında görüb; sanki gözəgörünməz bir əl tumurcuqların sinəsini yarır, qönçələr göz açıb Ay işığına, göyə tamaşa edirlər. Çiçəklər səhərə yaxın şehə bələnir, şehli çiçəklər qüssəli olur». Bu romantika ilə nəfəs alan Qara həyatda, yaşadığı mühitdə çox-çox naqisliklərin şahidi olur. Onun üçün ən gözlənilməz hadisə xəyallarının məhv olmasıdır. Gözəllik mücəssiməsi kimi Qaranın ürəyində taxt-tacını ucaltmış qızın sarışın oğlanın öpüşlərinə cavab verməsi, onların bir-birinə sarılmaları Qaranın içindəki o romantik aləmi yerlə-yeksan edir. «Qız Qaranın başı üstə dayanaraq onun sarıqlı dirsəyinə, tutqun gözlərinə, avazımış sifətinə baxıb gülümsəyirdi.
    Qara daha danışmağı arzu etmirdi. Ömürlük lal qalmaq istəyirdi. Otlar, çiçəklər, kollar kimi».
    Qara-bu lal oğlan-bu tipli obrazlar 60-80-ci illərin ədəbi qəhrəmanlar silsiləsinə daxildir və Firuz Mustafa sonrakı hekayələrində də məhz belə sadə insanları ədəbiyyata gətirməkdən çəkinmədi. «Sadə insanlar» deyəndə, yəni həyatda o qədər də gözə görünməyən, amma gözə görünəndə sevgiyə, şəfqətə layiq olanlar nəzərdə tutulur və Firuzun elə «Göyəm kolları» kitabındakı «Haray», «Yay sazağı», «Duman», «Şəkil», «Ölü dildə sevgi məktubları»nda «Alın yazısı», «Musa dayı», «Çin olan yuxularY, «Köhnə kitablara elegiya», «Hasan», «Qağayı kimi» hekayələrində məhz həmin o sadə insanların daxili aləminin zənginlikləri ilə qarşılaşırıq. «Alın yazısı» hekayəsindəki Kişi və Qadın obrazları Firuzun çox dəqiq həyati müşahidələri əsasında yaranıb. Həyatda ömrü-günü puç olan, amma yenə yaşamaq istəyilə nəfəs alan insanlar var. Xəstə Həmid və Xəstə Qadın..Məsələ burasındadır ki, o Xəstə Qadın çox nikbindir və həm də bu nikbinliyi həyatdan bədbin xəstə həmkarına da aşılaya bilir. Oxucu gözləyir ki, bir sevgi macərası da baş verəcək, amma belə olmur, səhər Həmid eşidir ki, qadın əməliyyatdan-narkozdan sağ çıxmayıb. «Həmil palataya keçib uzaqlara baxdı. Qəhər onu boğurdu. Az qalırdı hönkürsün».
    Bax, budur həyatın təzadları.
    Firuzun «sakit» təsir bağışlayan hekayələrində də belə təzadlı hadisələrin, dramatik situasiyaların şahidi oluruq. Məsələn, onun «At günü» hekayə-trtptixi bədii sanbalına görə Firuzun nəsr yaradıcılığında yeni hadisə sayıla bilər.Azərbaycan və rus dillərində çap olunan bu triptix haqqında Firuzun qələm yolldaşlarından və oxuculardan xeyli sayda rəylər alınıb. Qocaman ədibimiz Cəmil Əlibəyov yazır ki: «Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi ilə məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə At müstəqil bədii obraz kimi götürülüb və onu da deyək ki,Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan nəsrində və poeziyasında məcazlara istinad cəhətdən, bu olrazla bağlı rəngarəng bir qalareya mövcuddur.Amma belə hesab edirik ki,indiki dövrdə, ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin ehtiyac duyulduğu bir vaxtda, «At günü» tamamilə oricinaldır». Hicran Hüseynova isə yazır ki: «O vaxt «əlimdə ixtiyar olsaydı, bu hekayəni Nobel mükafatına təqdim edərdim», indi də bu fikirdəyəm». Təbii ki, biz bu fikirdə deyilik və bunu Hicran xanımın öz şəxsi mülahizəsi kimi anlayırıq, yazıçını əvvəlcə gərək öz ədəbi mühiti qiymətləndirsin, Firuzun isə nə bir nasir, nə də dramaturq kimi heç bir mükafatı yoxdur. Amma «At günü» hekayə-triptixi doğrudan da yaxın illərin uğurlu hekayələri kimi yadda qalacaq. Bir həqiqət var ki, «At günü» hekayə-triptixi həm At obrazının məxsusi cizgilərini, yaşamaq-var olmaq, at ömrü keçirmək tərzini canlandırırsa, başqa bir yöndən insan aləminə xas olan xüsusiyyətləri də simvolizasiya edir. Yazıçı bunu da nəzərə çarpdırır ki, heyvanlar insanların qayğısına daha çox möhtacdır.

    Firuz Mustafa təbiəti, quşlar və heyvanlar aləmini sevir və bu sevginin bədii təzahürünü onun başqa hekayələrində də izləyə bilirik.Məsələn, «Durna ovu» hekayəsində ibrətli bir hadisə təsvir edilir. Xaricdən gələn qonaqlar durna ovuna çıxırlar və onları Abbas müəllim müşayiət edir.Yalançı durna səsləriylə istəklərinə çatan, gölə xeyli qırılmış, yaralanmış durna sərələyən xaricilər çıxıb gedir. «Ölü quşlar gölün üstündə boz yumaq kimi qıvrılıb qalmışdılar…Abbas mat-məəttəl qalmışdı; əgər quşlar bunlara lazım deyildisə, onda bu boyda vur-çatlasın, bu boyda qırğın-qiyamət nədən ötrü idi?».

    ...Beləliklə, az-çox Firuz Mustafanın hekayələri barədə fikirlərimizi bildirdik. Və inanırıq ki, bu sahədə yeni uğurlarına sevinəcəyik.

    Vaqif Yusifli,
    professor
    Kaspi.-2014.-24 may.-S.14.









    BUZ ÜSTƏ YAZILMIŞ SƏTİRLƏR

    Müəllif düşünür ki, bu, əbədi buzlaq da ola bilər

    Azərbaycanın miniatür kitab mədəniyyəti yeni bir nüsxə ilə zənginləşdi. Bizim oxucu auditoriyasında öz bədii-fəlsəfi təmayüllü əsərləri, romanları, hazırda bir neçə teatrın repertuarında yer almış pyesləri və maraqlı hekayələri ilə tanınan Firuz Mustafanın isə orijinal və sanballı kitabına onun müxtəlif illərdə ağlına gələn və dərhal yazıya aldığı lakonik bədii-fəlsəfi deyimləri və miniatürləri toplanmışdır.
    “Buz üstə yazılmış sətirlər” (“Araz” nəşriyyatı, 2003) adlanan bu miniatür kitabı – ona kitabça demirik – oxumağa başdan başlamaq vacib deyil. İxtiyari vərəqdən və ixtiyari cümlədən başlaya bilərsən. Burada, müəllifin özü demiş, yumor da var, sarkazm da, ağrı da var, göz yaşları da.
    Amma Firuz Mustafanın yumorunda, sarkazmında, ağrı və göz yaşlarında, eyni zamanda, dərin düşündürücülük var.
    O bizi düşünməyə məcbur edir və ani ovqatdan, ani müşahidədən doğulan bu fikirlərin orijinallığı, sərraslığı bizi heyrətləndirməyə bilmir.
    Hamı kimi düşünmək istəyən, lakin hamının onun kimi düşünmədiyi Firuzun deyimlərindən bir neçə misal: “Boşandılar. Nə üçün? Eyni fikirləri eyni adamla nə qədər bölüşdürmək olar?”, “Əri əfəl olduğu üçün... xoşbəxt idi”, “Qorxağın bir düjün oğlu vardı”, “Ucadan qışqırdığı üçün səsini eşidən yox idi”, “Kütlədən seçilməyin, fərqlənməyin iki yolu var: biri istedad, digəri alçaqlıqdır”, “Papaq onun başının ayaqqabısıdır”, “O, çox namuslu qadındır”.
    Onun bütün ərləri bunu təsdiq edir”, Biz həyatımızın yox, yuxularımızın qəhrəmanıyıq”, “Siyasi xadimlərin hamısı boz rəngi sevir – bu, kütlənin rəngidir”, “Şimşək – göylərin kardioqramı” və sair.
    Bəs niyə “buz üstə”? Firuz Mustafanın filosofyana düşündürücü cavabı: “Mən buz kimi soyuq adamların əhatəsində yaşayıram, adamlar günlərin bir günü buz kimi əriyib yox olacaqlar. Elə mənim fikirlərim də buz üstünə həkk olunub: “Buz üstdə yazılmış sətirlər”. Bu, bəlkə əbədi buzlaqlar – Antarktidadır? Orada buzlar ərimir...”

    “AYNA” qəzeti, 8 may 2003-cü il

    İsmayıl Umudlu




















    “GÖYƏM KOLLARI”

    Firuz Mustafayevin “Göyəm kolları” adlı hekayələr kitabı gənc yazıçının oxucularla ilk görüşüdür.
    Nəsrimizi narahat edən problemlər: şəhər və kənd, onların qarşılıqlı əlaqə və münasibətləri, bugünkü inkişaf meylindən doğan ziddiyyətlər, insanların taleyi, həyat və yaşayış tərzi və s. F.Mustafayevi düşündürür və bu problemlər onun yaradıcılığında müxtəlif aspektlərdə öz bədii ifadəsini tapır.
    “Ağır yük”, “Küçə nəğməsi”, “Qeyri-kafi” hekayələrində psixoloji və əxlaqi problemlər qaldırılıb.
    “Ağır yük” hekayəsinin qəhrəmanı Talıbın nəzərində “dünya – şəhərin timsalında başdan-ayağa möcüzəyə çevrilir”, şəhər onu silkələyir. “Küçə nəğməsi” hekayəsində süpürgəçi Səkinə arvadın həyatda ən böyük arzusu oğlu Atabalanın xoşbəxtliyi, evlənib ailə qurmasıdır. Qoynunda yaşadığı nəhəng şəhərin yaxşısını-pisin ayırd edə bilməyən Atabalanın xoşbəxtliyə gedən yolda atdığı səhv addım ananın hələ də qara kağızını saxladığı, müharibədən qayıtmayan ərinin mənəvi yaşarlığına olan inamını sarsıdır.


    “Qeyri-kafi” hekayəsində Ağa müəllim müharibənin doğurduğu mənəvi yaraları, ağrı və acıları beynində və ürəyində daşıyan adamlardandır.
    “Göyəm kolları” və “Duman” hekayələrini sözün əsl mənasında müəllifin bədii nailiyyəti hesab etmək olar. “Göyəm kolları” hekayəsində qəhrəman öz düşüncə tərzinin, ruhi və mənəvi aləminin ən qeyri-adi cəhətləri ilə təsvir olunur. Taleyin fiziki naqisliyə düçar etdiyi lal və kar Qaranın baxış prizmasından – yaşadığı kənd, adamların yaşayış, həyat tərzi haqda mənəvi, əxlaqi təsəvvürlərinə, əyri atılan addımlara nəzər salınır.
    F.Mustafayev qələmə aldığı problemlərin qoyuluşu və həllində şablondan, ənənəvi sxematizmdən qaça bilmişdir.
    “Göyəm kolları” kitabının müəllifindən daha maraqlı əsərlər gözləyirik.

    “AZƏRBAYCAN GƏNCLƏRİ” qəzeti, 18 yanvar 1986-cı il

    Mehdi Şıxlınski






















    Virtual aləmdən real həyata
    Qapımızı döyən var

    Bir ara ədəbiyyatın havasından gen düşmək, ədəbi-bədii prosesdən, orada baş verən, boy göstərən hadisələrdən təcrid olunmaq boşluğu hiss edirdim və mənim üçün bir çox əvəzsiz dəyərlərin bu dəhşətli boşluğun qaranlığına dəfn olunması qorxusunun yelləri əsirdi içimdə. Ədəbi-bədii jurnallarımızın 500 tirajla nəşr olunduğu, ədəbiyyat qəzetimizin varlığı-yoxluğu yaddan çıxdığı bir şəraitdə bu qaranlıq get-gedə daha da qatılaşırdı...
    İndi isə informasiya və fakt bolluğunun təzyiqi gərginliklər yaradır. İçində yaşadığımız “informasiya cəmiyyətində” həyatın digər reallıqları ilə yanaşı, hər səviyyəni, fərqli zövqləri əks etdirən çoxsəsli, çoxrəngli ədəbiyyat nümunələri, ədəbi prosesdə baş verən ən aktual hadisələr öz ayaqları ilə üstümüzə yeriyir, qapımızı döyür, pəncərələrimizdən (monitorlarımızdan) içəri sızır. İnternetin məhsulu olan sosial şəbəkələrin həyatımıza gətirdiyi bu maraqlı dönüş gündəlik həyatımızın ritmində və keyfiyyətində də ciddi dəyişiklik yaradır. Üstümüzə qoşun çəkən informasiya axını bizi vaxt qıtlığına – seytnota salır: bəzən polemika üçün meydan verən hər hansı ictimai və ya ədəbi məsələyə münasibət bildirməyə, xoşuna gələn bir şeir üzərində ürəyin istədiyi qədər düşünməyə macal tapmadığın, bəzən hansısa nəsr əsərini axıra qədər oxuyub çatdıra bilmədiyin üçün heyifsilənməli olursan. Yeni informasiya və onun içində ədəbi faktlar axını arası kəsilmədən köhnəni sıxışdırır...

    Ancaq bütün hallarda bu prosesin içində olmaq, onun havasında yaşamaq çox maraqlıdır və qaçılmazdır. Həyatımızda yeni ictimai normaların, yaşayış tərzinin formalaşdığı günbəgün daha aydın hiss olunmaqdadır. Bu gün yaranan ədəbiyyat və sənət hadisələrinə qiymət verəndə də istər-istəməz yeni həyat reallıqlarını, gündəlik yaşayış gerçəkliklərini nəzərə almaq lazım gəlir: yeni tarixi proses öz mədəni və mənəvi dəyərlərini, bədii sözün ifadə tərzini, obrazlar silsiləsini yaradır. Bu obrazlardan biri ilə Firuz Mustafanın “Virtual arvad” hekayəsində tanış oluruq.

    Zaman işığına tutanda
    Ən məhsuldar yazıçılarımızdan olan, hər üç ədəbi növü (epik, dramatik, lirik) iki dildə (azərbaycanca və rusca) layiqincə təmsil edən Firuz Mustafa ixtisasca sosioloqdur, başqa sözlə, cəmiyyətşünasdır, cəmiyyətdə, insan münasibətlərində baş verən qanunauyğunluqları tədqiq edir. Firuz Mustafanın

    2010-cu ildə qələmə aldığı “Virtual arvad” hekayəsi üç il bundan əvvəl insanların həyatında baş verməkdə olan və ilk baxışda əyləncə, oyun kimi görünən yeni prosesə, insanların qeyri-iradi olaraq zamanın hökmü ilə “informasiya cəmiyyətinə” qoşulmasına, öz sosial statusunu genişləndirməsinə bədii sözün reaksiyasıdır. Cəmiyyətdə baş verən proseslərin elmi araşdırıcısı olan müəllif bu hekayədə insanı zamanın işığına tutur və zaman-insan qarşılaşdırmasında komik bir situasiya yaratmağa müvəffəq olur. Hekayənin qəhrəmanı iş yerində işsizlikdən darıxanda monitorun arxasına keçir, üzünü görmədiyi, tanımadığı bir qadınla internet üzərindən yazışmağa başlayır və başına nə gəlirsə, bundan gəlir. İşdə işsizlikdən darıxan bu insan, bir növ, həyatın yeni gerçəkliyinin girovuna, daha doğrusu, qurbanına çevrilir. Məqsədi vaxt öldürmək olan bu insanın həyatında əvvəl “virtual evlənmə”, sonra “virtual ata olmaq” kimi yeni zəmanənin zarafatı sayılacaq hadisələr baş verir. Lap sonda isə o həqiqi məhkəmə qarşısında dayanıb, aliment verməyə məhkum olur... Mən burada hekayənin yazılma tarixini ona görə vurğulamağa lüzum gördüm ki, “əsərin qəhrəmanı” üçün internet “məşğuliyyəti” məhz üç il bundan əvvəlin reallığıdır. Bura qəhrəmanın həyatından kənar bir məkandır, oraya istədiyi vaxt daxil olsa da, oradan istədiyi vaxt aralana bilmir. Müəllif həmin məkanı və orada

    baş verənləri “virtual” kimi təqdim edir. Onu da deyim ki, dilimizdə sıx-sıx işlənən “virtual” sözünün müasir lüğətdə bu mənaları göstərilir: 1. Faktiki, həqiqi, gerçək, fakta əsaslanan; 2. Mümkün, mümkün olan, güman edilən; 3. Xəyali, əsli olmayan. (Bax: İngiliscə-azərbaycanca lüğət, “Qismət” nəşriyyatı, 2003). Bundan başqa, müasir ingilis dilinin izahlı lüğətində “Virtual” ifadəsi belə izah edilir: “Made, done, seen etc on the Internet or on a computer, rather than in the real world” – “Real aləmdə deyil, internetdə və ya kompüterdə düzəldilmiş, yerinə yetirilmiş, görülmüş və s.” (“Longman. Dictionary of Contemporary English”).

    Firuz Mustafanın təqdimatında virtual aləmin oyunları gec-tez real həyata da sirayət edir və insan virtual (xəyali) günahının qurbanına çevrilir (Təbii ki, burada işbaz dairələrin də fırıldağı öz işini görür). Lakin bu hekayənin yazıldığı zamandan bəri keçən üç il ərzində müəllifin “virtual” adlandırdığı dünyanın sərhədləri əsaslı şəkildə dəyişib və bu sözün məna yükü də öz çəkisini xeyli artırıb. Sosial şəbəkələrin öz əhatə dairəsini gündən-günə genişləndirməsi ilə insanların ictimai münasibətlərində də dəyişikliklərin baş verməsini görməmək mümkün deyil. İnsanların həyatı sosial şəbəkələrə, sosial şəbəkələr də insanların həyatına sürətlə daxil olur.

    Məti OSMANOĞLU























    Qeyri-adi bir əsər
    YAZIÇI BU ƏSƏRİ NƏ ÜÇÜN YAZIB?
    “DƏNİZ KÖÇÜ”NÜN ƏBƏDİ YOLÇULARI

    ( Firuz MUSTAFNIN “DƏNİZ KÖÇÜ” povesti haqqında düşüncələr )

    SÖZÖNÜ. İstedadlı yazıçı, dramaturq, şair və bir filosof –pedaqoq kimi tanıdığım Firuz Mustafanın yaradıcılığına, yazı üslubuna az-çox bələdəm. İsti münasibətimiz isə FB-də yaranıb. Bu il aprel ayında ad günümü təbrik edən Firuz müəllim bu münasibətlə inboksuma “Dəniz köçü” adlı bir povstini də hədiyyə göndərmişdi və rəyimi bilmək istədiyini qeyd etmişdi. Əlbəttə, bu təklifi özlüyümdə yazıçının mənə bəslədiyi etimad kimi qəbul eləmişdim.

    İlk dəfə idi ki, kompüterdə irihəcmli əsər oxumalı idim və əsəri kitabdan oxumaqla kompüterdən oxumağın çox böyük fərqini də həmin anlarda duyacaqdım. Doğrudan da, kitabın əvəzi yox imiş. Nə isə, bir neçə dəfə əsərin bölmələrini aşağı-yuxarı çəkə-çəkə, nəhayət, sona çatdım və müxtəlif ölkələrin qələm adamlarının əsər haqqında rəylərini gördüm, həm də məlum oldu ki, Firuz Mustafanın imzası, o cümlədən onun “Dəniz köçü” povesti də məmləkətimizin hüdudlarından çox-çox kənarda tanınır.
    Yazıçının əksər əsərlərini rus və özbək dillərinə çevirən istedalı tərcüməçi Şaxlo KASUMOVA yazır: “Mən F. Mustafa yaradıcılığı timsalında Azərbaycan ədəbiyyatına və bu ədəbiyyatın xarakterinə bir daha vuruldum, qərara gəldim ki, onun əsərlərini orijinaldan oxuyum. İndi birbaşa bu dildən tərcümə edirəm.” Şaxlo xanım daha sonra yazıçının “Müstəqil İnformasiya Agentliyi” saytında yerləşdirilən bütün yazılarını rus və özbək dilərinə çevirdiyini, həmçinin bu yazıların ona doğma olduğunu qeyd edir.
    Nasir İrina Qrişuk-QALİTSKAYA F. Mustafanın parlaq bir pritça yaratdığını, əsərdə təbiətlə insanın əlaqəsinin xeyirxahlığa əsalandığını, həmçinin bu hümanist ideynın insanlara çatdırılması istəyini təqdir etdiyini və həyacan keçirdyini, eyni zamanda təbiətin özü kimi bu sadə və səmimi əsərə görə müəllifə minnətdar olduğunu bildirir
    Yazıçı Yuliya MOLÇANOVA əsərin fəlsəfi pritça olduğunu, orada gözəl mətnaltı dərinlikdə fəlsəfi mahiyyətin poetik obrazlarla ifadə edildiyini deyir. O, həmçinin əsəri Heminqueyin “Qoca və dəniz” hekayəsi ilə müqayisə etməklə yanaşı, tərcümənin də mükəmməlliyini vurğulayır.
    Gürcü yazıçısı Nino Sakveraladze isə “... sanki bu hadisəni canına və yaddaşına dənizin, balığın qoxusu hopmuş,sifətini qırışlar doğrayan qoca dənizçinin danışdığını” bildirir və sonda : “Çox sağ ol, batano, Firuz!”,-deyir. (Axı, yazıçı özü də etiraf edir ki, bu əhvalatı həqiqətən ona bir balıqçı danışıb.)
    Əsər haqqında müxtəlif ölkələrin tanınmış yazıçıları, o cümlədən L.Lyubov, V. Xajilov, F. Passo, L. İşbulatova (çeçen),T. İrs, L. Sever, V. Paşpetov, Y. Çernışeva, A. Dançenko, A. Yerçova, A. Ploxova, S. Karabayeva (Kazaxıstan), Y. Sendrika, Y. Kazyanina, V. Mixaylova, L. Azarova, S. Tan,S. Qromina, L. Kruşeva, A. Qrirorens, M. Xavanskaya, V. Karpova, N. Kolopenyuk, T. Abitova (tatar), M. İbatova, A. Ali, S. Əzizbəyova, K. Zeynalova (ABŞ) və bir çox əcnəbi qələm adamları, ədəbiyyatşünaslar əsəri yüksək qiymətləndirmiş, bir-birindən fərqli, lakin rəğbət hissi ilə dolu, səmimi fikirlər söyləmişlər. (Təəssüf ki, bu sırada nə ədəbiyatşünaslarımızın, nə də tənqidçilərimizin adı yoxdur.)
    Firuz müəllim 30 cilddən ibarət irili- xırdalı, saysız-hesabsız bədii əsərlərin (şeir, hekayə, povest, roman pyes və s.) müəllifidir. Mənə maraqlı gəlirdi ki, niyə o, bu qədər əsərin sırasında daha çox “Dəniz köçü” nün oxunmasını istəyir?! Məqsəd nədir? Ona görə də əsəri oxumamış xeyli düşündüm, həm də tərəddüd edirdim ki, bu qədər rəydən (ümumiləşdirilmiş şəkildə olsa da) sonra əsər haqqında təzə nə demək olar axı? Nəhayət, qərara gəldim... oxudum...və anladım ki,

    ...Və mətləbə bir az uzaqdan gəlmək istədim.
    ...Biz yeri gələndə özümüzü təbiətin bir paçası adlandırırıq, lakin digər canlı-cansız varlıqlardan fərqli olaraq, yaranışdan ən ali bir məxluq kimi yaradılımışıq-bizim şüurumuz var—düşünə blirik, dilimiz var –danışa bilirik, ağalayıyıb-gülürük, sevib-sevilik, paltarı təkcə bədənimizi ist-soyuqdan qoruma üçün deyil, həm də abır-həyamızı qorumaq üçün geyirik, bitib-tükənməyən arzularla yaşayırıq...və s.
    Qurani-Kərimdə belə bir ayə var. Orada dedyilir ki, “...biz hər şeyi (canlı-cansız, qanadlı-qanadsız) sizin üçün yaratdıq, ancaq qədərincə..” Biz bu dərin kəlamın mahiyyətinə yetərincə varırıqmı? Bizi əhatə edən maddi aləmə necə münasibət bəsləyirik? Təəssüf ki, laqeydcəsinə...Biz yamyaşıl bir ağacı kəsəndə, onun iniltisini eşidirikmi? Yox. Yuvasını uçurduğumuz quşun qanad çala-çala necə əlacsız çırpındığına əhəmiyyət veririkmi? Yox. Qazanımız qaynasın deyə müxtəlif heyvanların boğazına acımadan bıçaq çəkirik. Yazıq heyvanın canı çıxana qədər hansı əzabları çəkdiyini duyuruqmu? Yox. Özümüzü, həyət-bacamızı qorumaq üçün illər boyu zəncirə vurub, asudə gəzib-dolanmağına imkan vermədiyimiz, azadlığını əlindən aldığımız itin—Allahın bu
    yazıq məxluqunun nələr çəkdiyininə əhəmiyət veririkmi? Yox. Təəssüf!...
    Məsələ ondadır ki, istər bizim folklorumuzda (nağıllar, əfsanələr, dastanlar) istərsə də dünya xalqlarının folklorunda insanlarla heyvanların ünsiyyətindən bəhs edən elə əhvalatlar, epizodlar var ki, adamı heyrətə gətirir. “At igidin qardaşıdır”, “İt insanın ən vəfalı dostudur” ...kimi deyimlərimiz təsadüfi yaranmayıb axı?! İnsanla dilbilməz heyvanın bir-birini anlaması, bəzilərinin insanla birgə yaşaması, hətta sahibinin dərdinə, sevincinə “şərik” olması və bunu özünəməxsus şəkildə büruzə verməsi –itin qəmli-qəmli zingildəməsi, yaxud atılıb düşməsi, sahibinin üz-gözünü yalaması, atın ayaqlarını yerə döyüb kişnəməsi, göyərçinlərin məktub aparıb-gətirməsi...və s. epizodlar məlumdur, bəzilərini öz həyatımızda dəfələrlə müşahidə etmişik. Bəlkə də ona görə mən ağlım kəsəndən bəri alimlərin “Heyvanın şüuru yoxdur, o yalnız instinktlə hərəkət edir” müddəasına inanmamışam. Heyvanların da ürəyi var, onların da nifrət, qəzəb, mehr kimi hissləri var. Sadəcə, insan dilində danışa bilmirlər. Bəlkə də dünyanın tarazlığını qorumaq üçün onlar belə yaradılıblar?! Təbiətdə üz-üzə, iç-içə yaşayan dilsiz-ağızsız canlı və cansızlardan ibarət flora və fauna aləmi və insan cəmiyyəti!..
    ...Dünyanın əskər xalqlarının folklorunda, o cümlədən
    xalqımızın folklor nümunələrində--nağıllar, əfsanələr, əhvalatlar və dastanlarımızda heyvanların insana sədaqətindən xüsusilə itlə atın vəfası haqqında saysız-hesabsız misallar çəkmək olar. Onların insana münasibətindən əsərlər yazılıb, filmlər çəkilib.Yəqin ki, oxucular xatırlayar: bir filmdə sahibi ölən bir itin qışın şaxtasında, yayın istisində gecə-gündüz vağzalda, həmişə işdən gələn sahibini gözlədiyi yerdən əl çəkmir, hər dəfə qatar gələndə platformaya tərəf qaçır, gözləyir, ümidini kəsəndən sonra məyus-məyus divarın dibinə qısılıb, sual dolu nəzərlərlə gəlib-yazıq-yazıq baxır, sanki: “Mənim sahibii görməmisiniz ki?”-deyə soruşur. “Qaraqulaq ağ bim” rus filmində də buna oxşar təsirli bir əhvalat letə alınıb. Yaşlı və orta nəslin nümayəndələri olmuş bir əhvalatı xatırlamış olarlar . Ötən əsrin 70-ci illərində Moskvada Vunukovo hava limanında iki il sahibini gözləyən it haqında “Komsomolskaya pravda” qəzetində reportaj dərc olunmuşdu. Bu, fakt idi, nə nağıl deyildi, nə də rejissor-yazıçı təxəyyülünün məhsulu.Hər təfə təyyarə enəndə trapa tərəf qaçıb, sahibini gözləyən bu iti bütün vağzal işçiləri tanıyır, ona toxunmurdular. Atın vəfası haqqında folklorumuzda nə qədər desən nümunələr var. Yarlı sahibindən əl çəkməyən, hətta dizlərini yerə qoyubəhd edən onu tərkinə almağa cəhd edən, yaxud öz sahibindən başqa özgəyə “yüyüən verməyən” atlar barədə çox deyilib, çox
    yazılıb. Nəhəng gövdəli fillərin insanla çiyin-çiyinə “işləəsi” və s. Ona görə də “qeyd etdiyim kimi, heyvanların yalnız instinktlə hərəkət etməsinə inanmamışam. Məktub aparıb-gətirən göyərçinlərin instinktlə hərəkət etməsinə necə
    inanasan? Axı, bütün bunları bu və ya digər şəkildə məişətimizdə də müşahidə edirik!..
    Onların da ürəyi var, hissləri var, duyum qabiliyyəti var, lakin o da mübahisə doğura bilməz ki, onların şüuru insanınkı qədər mükəmməl yaradılmayıb. Şübhəsiz, əgər onlar insan kimi danışa bilsəydilər, təbiətdə balans pozulardı. Yer üzündə bütün canlı və cansız varlıqların yaşam tərzi bir-biri ilə üzvi surətdə bağlıdır. Bu bağ qırılarsa, həyat sönər. Bu bağın qırılmağa qoymamaq insanın borcudur, yəni insanın insanlıq missiyası təbiəti qorumaqdır və o yaşatmaq üçün yaradılıb. Bir anlıq təsəvvür edin ki, Yer kürəsi yalnız bomboş, quruca səhradan ibarətdir—nə quşlar var, nə heyvanlar, nə də bitki örtüyü. İnsan yaşaya bilərmi? Əgər təbiətdə canlı-cansız aləm—flora və fauna insanın var olması çün yaradılıbsa, insan da həmin varlıqların qayğısını çəkməli, onları yaşatmağa səy göstərməlidir.
    Beləliklə, yuxarıda qeyd etdiyim nüanslar əsərin ana xəttiini--əsas ideyasını təşkil edir və bütün bunlar müasir texnika əsrinin intellekt insanına birbaşa mesajıdır. Bəs taleyükü bu məsələ əsərdə öz bədii həllini necə tapır? Çox sadə bir süjet
    xətti boyunca baş verən əhvalatlar fonunda!... Burada digər əsərlərlə müqayisədə kəskin konfliklər, mürəkkəb münaqişələr, dedektiv nüanslar yoxdur. Bu, pritçadır, əfsanədir. Bu janrın əhatəsi geniş də ola bilər, müəyyən
    çərçivə daxilində də. Əsərin özəlliyi ondadır ki, buradkı əfsanə reallığa söykənir, epizodlar “mifik dairə”nin sərhədindən kənara çıxır.
    ...”Dəniz köçü” əsərində əvvəlcə dəniz kənarında yerləşən kasıb və miskin görkəmli, personajlardan birinin-ananın diliylə desək, “Allahın unutduğu” kiçik bir qəsəbə təsvir olunur. Qəsəbənin kənarında “dovşan qulağı kimi bir-birinə bənzəyən, hərəsi iki gözdən ibarət, çəpər-çəpərə iki balaca ev nəzərə çarpır. Bu evlərin birində ana və oğul, digərində isə artıq “qızlar bulağından su içmiş” Şəhla adlı gözəl bir qız yaşayır. Burada camaatın çörəyi dənizdən çıxır—hamı balıq tutub satmaqla bir təhər keçinir. Bu daxmaların birində erkən yaşalrında atasını itirən Tuqay adlı yeniyetmə anası ilə mehriban yaşayır. Aliləni dolqandırmaq üçün bu ağıllı və zəhmətsevər gənc atasının balıqçı yoldaşlarına qoşulub.
    Hələ sümüyü bərkiməmiş Tuqay gah dənizdə tufana düşüb ölümlə pəncələşir,gah yaşlı balıqçı yoldaşlarının bir-birini acılamasının, gah da onların yaldaşlıq fədakarlığının şahidi olur. Həyat Tuqayı daha tez “böyüdür”, kişiləşdirir”. Onun səbrli, təmkinli, ağıryan hərəkətlərini görən ana sevinir, həm də Tuqayın təmizürəkli, mərhəmətli olması ananın ürəyini dağa döndərirdi.
    Bu evin ana-baladan başqa daha üç “sakini” var—it, balıq, qartal. Tuqay onlara ad da qoyub: iti Tayqut, balığı Yaqut,
    qartalı isə Ayqut çağırır. Tuqay iti hələ küçük vaxtında azdırmaq istəyən qohumundan alıb gətirmişdi. Balıq isə toruna düşmüşdü. Bu balıq isə indiyədək tutduqları balıqların heç birinə oxşamırdı—iri idi, gümüşü pulcuqları günəşin şüası altında min cür rəngə çalırdı. Onu da həyətdəki çarhovuza buraxmışdı. Qartalı isə sahil qayalıqlarında qanadı yaralı tapmışdı. Anası onun yarsını sarıyıb sağaltmışdı. Qəribədir ki, qartal sağalandan sonra həyəti tərk etməmiş, evin damında özünə yer eləmişdi. Tuqay axşamlar dənizdən qayıdanda bu sakit həyət sanki canlanırdı: Tayqut atılıb-düşür, onun əlini-üzünü yalayır, zingildəyib sevincini bildiridi, Yaqut gah suya baş vurur, gah üzə çıxır, Ayqut isə qanadlarını çırpıb qıy vururdu. Tuqay onlarla əylənməkdən zövq alırdı, sanki heç yorulan o deyildi. Ana əvvəllər bu dilsiz-ağızsız heyvanların qəribə hərəkətlərinə təəccüblə baxsa da , sonradan sanki hər şeyi anlamış və onların varlığından məmnun qalmışdı. Bəzən özü onların hərəkətlərinə, xüsusilə balığın sevinclə suya baş vurub, üzgəclərini şappıldatmasına heyranlıqla tamaşa edirdi. Günlər adi qaydada keçirdi, lakin bir gün...
    ...Qoca dənizçi yoldaşı ilə ova çıxan Tuqay həmişə gəldiyi vaxt qayıtmadı. Vaxt daraldıqca ananın narahatlığı artmağa başladı. Qonşu qız da ananın yanından əl çəkmir, Tuqaya olan məhrəm hisslərini gizlətməyə çalışaraq, anaya təskinlik verirdi. Ana özünə yer tapmırdı. “Hardasan, Tuqay, hardasan, oğlum?”-deyə ax-uf eləyən ana birdən itin, balığın, qartalın
    da narahatlığını duydu—səslərində təşviş hiss olunurdu. Elə bu anlarda Tayqut qəflətən həyətdən çıxdı, Ayqut qıyya çəkib dəniz tərəfə uşdu, Yaqut isə suda çırpınmağa başladı. Ananın ürəyi ağzına gəldi, Şəhla isə xısın-xısın ağladı... Qaranlıq düşəndə Tayqutla Ayqut geri qayıtdılar. İt yazıq-yazıq zingildədi, qartal isə susurdu...
    Elə bu vaxt qoca dənizçi ilə Tuqay qəfil qalxan tufanla ölüm-dirim savaşına çıxmışdılar. Artıq ucu-bucağı görünməyən dənizə zülmət çökmüşdü. Dağ kimi qorxunc dalğalar qayığı oyunca kimi atıb-tuturdu, bəzən az qalırdı çevrilsin.Avarlarla qayığın tarazlığını saxlamağa çalışan qoca ilə Tuqayın gücü tükənməkdə idi. Dalğaların növbəti həmləsi zamanı Tuqay qocanın sanki quyunun dibindən gələn zəif səsini eşitdi: “Tuqay, kömək elə!” . Tuqay bir təhər geri çevriləndə onu görmədi-dəniz qocanı udmuşdu. Tək-tənha qalan Tuqayın çarəsi kəsilmişdi, son ümidini də itirməkdə idi—ya təslim olub ölməli, ya da bu amansız dağalarla mübarizə aparmalı idi. Həyat şirindir-Tuqay mübrizəni seçdi. Tuqay olan-qalan gücünü toplayıb, tək avarla müvazinətini saxıamağa çalışırdı.
    Səhərə yaxın dənizin “hirsi azacıq soyuyan vaxt” Tuqay qaranlıqda seçə bilmədiyi daha bir qorxunc canlı ilə üz-üzə qaldı. Vahimə saçan bu canlı qayığa hücüm eləyir, az qlırdı qayığı çevirsin. Avarla özünü müdafə eləməyə çalışan Tuqay bilmirdi dalğaların hücümina davam gətirsin, yoxsa bu “çağrılmamaış qonağ”ın qəzəbindən qorunsun. Bu, “yaşamaq uğrunda mübarizə” idi (Ç.Darvin). Hələ son məlum deyildi...
    HAŞİYƏ. Hər hansı əsərə qiymət verəndə onun əsas mahiyyətinə varmaq zəruri şərtdir. Bəzən əsərlərdə eyni obyektin təsviri barədə qəribə fikirlər irəli sürürlər. Dəniz fırtınasına düşən bir zavallının ğlümlə çarpışma səhnəsini oxuyan kimi “Heminqueyin “Qoca və dəniz” hekayəsini xatırladırlar. “Dəniz köçü” haqqında xoş sözlər söyləyən yazıçı Yukiya Molçanova da “Qoca və dəniz”i xatırladığını deyir. Niyə? Nobel mükafatı aldığına görəmi? Axı, fırtınalı dənizi təsvir edən istənilən yazlçı şahə qalxan dalğaları “qorxunc”, “dağ kimi” epitetlərlə “bəzəyə” bilər. Məgər bu, qəbahətdir? Onda belə çıxır ki, bütün yazıçılar rəssam Ayvazovskinin “9-cu daığa” tablosuna baxıb , həmin hadisəni təsvir ediblər? “Nobel” ədəbi kriteriya deyil! ” Yaxud qara-çovğuna düşən, qaranlıqda azıb yol tapamayan birinin əzablarını dilə gətirən yazıçının əsərindən söhbət düşən kimi dahi Cek Londonun “Həyat eşqi” hekayəsini nümunə kimi vurğulayırlar. Bundan sonra hansı yazıçı dənizin tufanlı halını təsvir edəcəksə, deyəcəklər onlar “Pinin əhvalatları” filmindən “bəhrənəliblər.” “Dəniz köçü” povestinin də özünəməxsus özəlliyi var, müəllifi Firuz Mustafa isə öz yazıçı təxəyyülünün gücü daxilində uyğun təsvir vasitələrindən uğurla istifadə edib...
    ...Səhərin alatoran vaxtı idi. Evdə heç kim yatmamışdı. Ana ilə Şəhla əllərini göyə qaldırıb dua edir, Tayqut, Ayqut və Yaqut o cümlədən. Birdən Tayqut həyətdən çıxdı, Ayqut Yaqutu caynağına alıb göyə qaldırdı və səmada gözdən itdi. Ana da, Şəhla da təşviçlə onların getdikləri səmtə baxa-baxa qaldılar.
    Nə baş verdi? Qartal balığı dənizə tökülən çaya buraxdı, özü isə intəhasız dənizin üzəri ilə uçaraq, hələ aydın görünməyən dalğalardan gözünü çəkmirdi. İt gah sahil daşlarını, gah da dənizin “nəfəsini” qoxulayırdı. Balıq isə çayda bu qəribə su axınıa qoşulub dənizə tələsirdi.
    Səhər açılanda Tuqay nəyinsə onu bütün gücə girinc-giriftar eləyən yırtıcıyaa hücüm etdiyini gördü...və bu “döyüş” ikincinin qələbəsi ilə nəticələndi.Tuqay balığı—xilaskarı Yaqutu görəndə sevincindən qışqırdı. Qorxunc yırtıcı isə iri bir köpək balığı imiş...
    ...Bir azdan sahilə tərəf bir qayıq üzürdü. Tuqayla Tayqut yanaşı dayanıb, Yaqut qayığı kənarı ilə üzür, Ayqut isə onların başı üzərində uçur. Tuqayın qayığı uzaqdan Nuhun gəmisnə bənzəyir. Bəli, dənizdən sahilə tərəf bir köç gəlirdi—dəniz köçü. Bu köçün başçısı—cavabdehi İNSANdır. Qayıq torpağa tərəf üzür .Bütün canlıların pənah gətirdiyi torpağa tərəf!..
    Sözümün qısası, “Dəniz köçü” qeyri-adi dərəcədə gözəl bir povestdir.

    BAKI, 30 aprel, 3 noyabr 2017.
    Etibar Etibarlı










    Dramın poeziyası

    Zəkası ilə, qələmi ilə fəxr etdiyim, oturuşuna-duruşuna heyran olduğum, ruhuna iman gətirdiyim qələm dostum, qardaşım, şair- filosof Firuz Mustafa! (…)
    (…) Mən sənin pyeslərini oxuyandan sonra qələminə bir daha vuruldum. “Ağıllı adam”, “Dəhliz”, ”Müqəvva”... Hamısı gözəl əsərlərdir. Sənin poeziyan da, fəlsəfən də dramlarındadır. Uğurların isə hələ irəlidədir.

    Şahmar ƏKBƏRZADƏ,
    şair











    Bu əsərlər
    daxili bir həyəcandan doğub...

    Firuz Mustafa ədəbiyyata gəldiyi ilk gündən öz sözünü deməyə çalışan orijinal təfəkkürlü yazıçıdır. O son illərdə sənətin çətin sahəsinə, dram janrına üz tutmuş, maraqlı pyeslər yazmışdır. Artıq teatrlar onun əsərlərini həvəslə tamaşaya qoyurlar. Bu mənada "Ağıllı adam" və "Tabut" pyeslərinin tamaşasını teatr hadisəsi hesab etmək olar.
    Firuz Mustafanın dramaturgiyaya gəlişi zahiri eksperiment deyil, daxili bir həyəcanın, yaradıcılıq axtarışının nəticəsidir.
    İxtisasca filosof olan F. Mustafa dram janrı və səhnənin imkanları vasitəsilə müasir insanın və dünyanın fəlsəfi mahiyyətini canlandırmağa çalışır. Onun yaratdığı obrazların əksəriyyəti bir ölkənin və ya bir regionun tipik insanları deyil; onlar necə deyərlər, daha çox dünya vətəndaşı pasportunu almağa namizəddirlər.
    Heç çəkinmədən F. Mustafanın yaradıcılığı İonesku, Beket və müasir dünyanın ən sarkastik dramaturqlarından birinin- Şounun yaradıcılığı ilə müqayisə etmək olar.
    Biz əminik ki, F.Mustafanıgələcəkdə daha böyük uğurlar gözləyir.

    Tahir XUDAOĞLU,
    tədqiqatçı-ədəbiyyatşünas




















    Qlobal mövzunun səhnə həlli

    Firuz Mustafanın “Pələng ili” pyesində əl-ayaqdan uzaq meşədəki şüşəli yeməkxanada ailəvi istirahət edən üç kişi ilə üç qadının münasibətləri fonunda ekoloji problem önə çəkilir. Yeməkxananın sahibi Ağa təbiətlə bağlı dərin məzmunlu mühazirələr söyləyən, əcdadlarına, kökünə bağlı təbiətşünas, rəssam, psixoloq, filosof, yazıçı Nihadla, bu səfərin təşəbbüskarı meşənin qırılıb mebel istehsalına sərf olunmasını arzulayan, nazir postunu tutmağa hazır nüfuzlu, vəzifə sahibi Tumaş Safoyeviç, çalışdığı iaşə idarəsinin il boyu xəstə olub, işə seyrək çıxan təqaüd yaşlı rəisinin yerinə keçmək istəyən Çinar problemə münasibətdə xeyir-şər qarşıdurmasını səciyyələndirir. Baş götürüb sivil ölkələrin birinə getmək, Parisdə ölmək istəyi ilə yaşayan Sevda xanımın yuxusuzluqdan əziyyət çəkən əri Tumaşın dərmanlarını gəzdirdiyi çantası hadisələrin gedişində mühüm əhəmiyyət daşıyan əşyaya çevrilir. Əri Tumaşla eyni xislətli Sevdadan fərqli olaraq uşaqlarının mədəni ölkələrin birində yaşamasını təmin etməyə çalışsa da, daim quşların səsinə qulaq kəsilməklə hissiyyatını, nəcibliyini büruzə verən Türfə əri Çinarın kölgəsinə çevrilən günahsız qurbana dönür.
    Onlardan fərqli olaraq əri Nihad Farizlə bir məktəbdə oxuyub, eyni məhəllədə böyüyən Elayə mənəviyyatlı bir ailə harmoniyasını yaradır. Beləliklə gənclik dostlarının bir-biri ilə təzə tanış olan xanımları ilə uzaq meşədə məqamlar mühitin sosial mənzərəsini yaradır. Hadisələrin süjet xəttində vəzifəli Tumaş Safoyeviçin xanımı Sevdanın Çinarın keçmiş münasibətlərinin üzə çıxması melodrama üçbucağı yaradır. Tumaş Safoyeviçin Sevda xanımla əbədi sevgisinin şərəfinə “badə qaldırmaq” istəyən Çinarın mənfur siması gözönü hadisədə açılır. Əri Tumaşın rəqiblərini gözügötürməyən, paxıl və xəbis adlandıran, “onların imkanları olsa kişini diri-diri yeyərlər. Neçə dəfə sui-qəsd ediblər, zəhərləmək istəyiblər. Çinar, sən arabir göz qoy o kabab bişirənə, ətə ayrı şey vurar. Onsuz da Tumaşın çörəyini yeyib kölgəsini qılınclayanlar çoxdur” deyən Sevda xanımın Çinarın: “Tumaşın arxasında bütün xalq dayanıb...” cümləsinə: “Xalq kimdir ey?.. Nə xalq?.. Kimdir xalqın üzünə tüpürən? Bir də ki, xətrinizə dəyməsin, bizim xalq çox paxıl, dargöz xalqdır” (Firuz Mustafa. Qara qutu. B. 206. s. . 147) cavabı Nihadın əsəbiləşərək durub kənarda gəzişməsi mühit-personaj əlaqələrini münasibətlər sistemində yarada bilir. Çinarın hamını güldürən: “Bir neçə il əvvəlin sözüdür. Doğrusu, o vaxt işlərim çox pis gedirdi. Türfə o günlərimin canlı şahididir. Nə isə... Onda oğlum hələ kiçik idi. Uşaq mənə tez-tez suallar verirdi; məsələn soruşurdu ki, ata, qonşumuz təzə maşın alıb, bəs bizim niyə yoxdur? Deyirdim ki, bala, o,
    yaramazın biridir, alçaqdır. Oğlum deyirdi ki, filan dostu valideynləri ilə xaricdə dincəlib, amma biz heç yerə getmirik. Deyirdim ki, ay oğul, sənin dostunun valideynləri alçaqdır. Yazıq uşaq evdə bərk gedənlərin, pullu adamların hansı barədə söz salırdısa elə bircə kəlmə cavab eşidirdi: “alçaqdır”. Axırda bir gün uşaq dedi ki, ata, mən böyüyəndə mütləq alçaq olacağam. Dedim, nə danışırsan, “alçaq”?.. Dedi, ata, görmürsən alçaqların işi necə əla gedir?” (148) cümlələri müəllifin deqradasiyaya uğrayan mühitə fəlsəfi baxışını sosial zümrələrdən birini təmsil edən tipin dilindən qabardır. Qadınlar yol üstündəki ətrafı sapsarı çiçəklərlə dolu bulağa getmələri ilə meşədə vəhşi heyvanın olub-olmamasının müzakirəsi əsas dramaturji hadisəni məntiqi cəhətdən əsaslandırır. Ağanın radioda tez-tez çıxış edən Nihad Farizi səsindən tanıması, kitablarını maraqla oxuduğunu bildirməsi bu ziyalıya status qazandırır. Vəhşi heyvanların yaşadığı meşə ilə insanların yaşadığı cəmiyyət arasında fərq qoymayan Tumaşın “Məmləkətin böyüyü olan kimi, meşənin də öz böyüyü olur. Meşənin ağası pələngdir. Burada hamı pələnglə hesablaşır” qənaətinə: “Yalnız komplekslərlə yaşayan adam şöhrət barədə düşünə bilər” deyən Nihadın: “Bəzən pis yaxşıya, yaxşı isə pisə çevrilə bilər”, “Gərək işi işbilənə tapşırasan” (153) cavabı maarifçiliyi bəyan edir. Paralel olaraq rəis vəzifəsinə keçmək üçün lazım olan məbləği əvvəlcədən yox, sonra, işlədikcə, tədricən vermək istəyən “İndi heç kəs vəzifəyə nəğd pul verib
    getmir. (Pauza). Hər yerdə faizə oturublar” deyən Çinarla: “Xeyr, əzizim... Nisyə-girməz kisəyə... Əgər nağd söhbəti olsaydı, yuxarılara saqqal tərpətmək olardı” cavabını verən Tumaş dövlətçiliyə ağır zərbə vuran korrupsiya problemini üzə çıxarır. Təbiət və cəmiyyət barədəki dialoq hadisəlilik prinsipini uzatsa da, vəzifə dərdi reallaşmayan Çinarın çantasından araq çıxarıb içməsi ilə ağacların arasından vəhşi pələngin peyda olması, Tumasın üç ov tüfəngindən birini özü ilə götürdüyünü söyləməsi əsas hadisənin dinamikasını nizamlayar. İaşə işçisi kimi ağ xalat geyinib, ağ papaq qoyan əlindəki iki iri qaşığı qılınc kimi bir-birinə vurub havada oynatmaqla hamını güldürən Çinarla Ağanın iri bir qazanı çəkib ortaya gətirmələri ilə “yeyib-içmə” səhnəsinin başlanması, hamının əl-ələ tutub rəqs etməsi karnaval estetikası yaradır. Və hamıdan aralanan Çinarla Sevdanın “sevgi” tarixçəsinin üzə çıxması, gəmi, təyyarə səfərlərinin bahalı hotellərin yada salınması növbəti bir problemi süjet kontekstində təqdim edir. Dialoqda Sevdanın imkanlı ailədən çıxmasının, Tumaşın yetimliyinin üzə çıxması, onların ailə qurmalarının təəccüb doğurması ilkin baxışdan lüzumsuz görünür. Lakin Çinar mətnində vaxtilə Sevdanı onunla görən: “Çina, bu dünya gözəli sənin nəyindir? Kimdir bu bacı?” suallarının yamsılandığı Tumaşın var-dövlət hərisliyi: “Aradan bir müddət keçmiş sizi qol-qola gördüm” kəlmələrində açılır... Gecə qadınların yeməkxananın kabinələrində, kişilərsə çadırda yatacaqlarının
    planlaşdırılmasından sonra pələngin hücum ehtimalından söz açılması əsas hadisəni yenidən vurğulasa da, Çinarın arvadı Türfə ilə dialoqunda söydüyü Tumaşı impotent adlandırması, çürük almaya oxşatması, “Gündə bir ovuc dərman içəndən nə kişilik gözləyirsən?..” sualını verməsi yalnız sonrakı epizodda özünə bəraət qazandıracaq uyuşdurucuları gündəmdə saxlayır. Üstəlik Türfənin xarici səyahətlərini vurğulayan, nəinki qonşularını, elə təbiətin özünü; dağı, meşəni, bulağı belə xaricdən gətirmək istəyən Sevdaya: “Mən öz yerlərimizi gəzib-dolaşmağı xoşlayıram” deməsi digər qadın personajları ilə müqayisədə dramaturji yükü kasad olan bu personajın platformasını neytrallaşdırır... Bu məqamda söhbətə “Əslində elə bütün yer üzü bizim hamımızın vətənimizdir” cümləsi ilə yekun vuran Nihad müəllif təfəkkürünün qloballığını önə çəkir. Bundan sonra Tumaşın: “Mən işə qayıdan kimi aparatda məsələ qaldıracağam. Düz bu meşənin ortasında mebel fabriki açılmalıdır. Bayaq dediyim kimi, ustalar xaricdən gətirilməlidir. Qoy bizim küt vətəndaşlar o xaricilərin işinə baxıb özləri üçün nəticə çıxarsınlar. Heç bilmirsiz bu ağaclardan necə gözəl taxtlar, divanlar, kreslolar çıxar?.. Təsəvvürə gətirirsinizmi?..” (166) mətni təkrarçılıq yaratsa da, Sevdanın: “Və o kresloların üstünü pələng dərisi ilə bəzəmək olar...” (167) cümləsindən sonra Pələngin yenidən peyda olması, hamının qaçıb kənardakı yeməkxanaya doluşması fabula mexanizmini işə salmaqla birinci hissə

    qapanır. Yeri gəlmişkən, son emal prosesini, həllini səhnədə tapacaq pyesdə Pələng personajının aktyor ifasında olsa belə, natural təqdimatı bədii şərtini pozması diqqətdən yayınmır. Həmin məqamdan başlayan ikinci hissədə yeməkxananın iri şüşə fasadının çölündəki pələngin qorxu içində saxladığı personajların çıxış yolu axtarmaları əsas hadisəni davam etdirir. Çinarın: “Ay heyvan oğlu heyvan, buralarda vəhşi heyvan olduğunu niyə əvvəlcədən deməmisən bizə?.. deyib hücum çəkdiyi Ağanın: “Bura bax, tərbiyəsiz... Qapını açıb buraxaram o heyvanı içəri, səni xurd-xəşil edib sümüklərini gəmirər...” (168) cavabı, ov tüfəngi bayırdakı çadırda qoymuş Tumaşın bu meşəyə gəlmək məsələsinin birinci kimin ağlına gəldiyini araşdırması dramatizmi artırır. Nihad Farizin göyün üzündəki buludlar da pələngə bənzətməsi, onunla birgə təmkinini pozmayan xanımı Elayənin pələng ilində yaşadıqlarını yada salması ilə qorxuya düşən digərlərinin qeyzlə bir-birini sancmaları personajların xislətini açmaqla dramatizmi artırır. Paralel olaraq şərə qarşı çıxan Ağanın: “Mən özüm ali təhsilli təbiətşünasam. Bir müddət müəllim işlədim. Sonra meşə idarəsinə gəldim, meşəbəyi oldum... Hər ağacın üstə əsirdim. Amma mənə məhəl qoyan kim idi? Elə bir yandan ağacları qırıb çatırdılar. Pullu adamlar qiymətli ağacları kəsdirib öz evlərinin döşəməsi, parketi üçün daşıdır, aparırdılar. Səsimi eşidən yox idi. Mən ağacların kəsilmiş başlarından süzülən qana nə qədər tamaşa edə bilərdim?.. Bir baxın, hər tərəf kötükdür...

    Yuxarıdakılar məndən pul tələb edirdilər. Mən bu pulu hardan tapmalı idim? Gərək özüm qayğısını çəkib böyütdüyüm ağacları öz əlimlə doğrayıb sataydım. Məncə bunu edə bilməzdim. Mən hər ağaca canlı bir adam kimi baxıram. Nə isə... Ərizə yazıb işdən çıxdım. Meşəbəyiliyin daşını atandan sonra bu yeməkxananı işlətməyə başladım... Əslində bu, heç iş də deyil... Sadəcə olaraq, üz-gözüm bu yerlərə öyrəşib... Çıxıb getməyə iradəm çatmır. Axı, ömrüm-günüm burada bu ağacların, bu kötüklərin arasında keçib... Ayrıla bilmirəm... Özümü təbiətsiz təsəvvür edə bilmirəm...” (180) mətni mövzunun həllinə yönələn problemi qətiyyətlə açır. Nihadın: “Mənə də elə gəlir ki, insan təbiətdə öz yerini hələ tam müəyyənləşdirməyib; bəziləri təbiətə bir dost kimi yox, düşmən kimi yanaşır. Belə bir fikir də var ki, insanlar bu yer üzünə başqa planetlərdən, başqa qalaktikalardan gəlib. Bu, bəlkə həqiqətdir?.. Yoxsa biz təbiətə nə üçün bu qədər divan tutmalıyıq?.. (Ağaya). Sən düz deyirsən; meşəsini itirən pələng nə etməlidir? O, harada yaşamalı, harada daldalanmalıdır?.. O pələngin üzə çıxması, insanlara üz tutması bəlkə də təbiətin bir siqnalıdır bizə?..” (186) cümlələri müəllif platformasını əsərin ali qayəsində təqdim edir. Qoyun cəmdəyinin qoluna Sevdanın çantasındakı lenium, fanizapam, insulin, demidrol, imovane, insulin kimi dava-dərman həbləri, ampulaları yeridərək pələngə yedirtməsi ilə Sevdanın bayaq bulağın başında qaladığı tonqaldan meşəyə od düşməsi obrazlı həyəcan təbilinə
    çevrilir... Əri Tumaşa: “Hər yoldan keçən it-qurdla ağız-ağıza vermə!..” deyən Sevda xanıma sərxoş Çinarın: “İndi də “it-qurd” olduq hə?.. Əlbəttə! Əlbəttə... Bəs bu sözləri niyə o vaxt demirdin? (Yamsılayır). “Sən mənim pələngimsən, bəbirimsən, şirimsən...” İndi pələng çevrilib itə dönüb?.. Qurda dönüb? Nə tez?.. Baxmaram sənin dədənin var-dövlətinə, ərinin oğraşlıqla, adam sata-sata tutduğu vəzifəyə, hər ikinizi ataram o pələngin ağzına. Murdarlar! Şərəfsizlər! Sürünənlər!..” (189) xitabı, Tumaşın yaxasından yapışaraq sürüyüb qapıdan bayıra atmaq, nərildəyən pələngə yem etmək istəyi keçid dövrü ədəbiyyatına xas, pislərlə daha pislərin qarşıdurmasını yaradır. Bu məqamda dərmanların təsirindən pələngin başı şüşə örtüyün üstünə düşüb səsi xırıldayan pələngin canını tapşırması ilə səssizliyin yaranması şərin qələbəsini səciyyələndirir. Əks mövzunun önə keçdiyi bu məqamda Ağanın, Elayənin, Türfənin üsyanı, dramaturji strukturda əməli fəaliyyət baxımından passiv mövqe tutan Nihadın can verən pələngin yanına getməsi fonunda Tumaşın törətdiyin cinayət üçün cavab verməli olacağını bildirməklə müəmmalı şəkildə ideya daşıyıcısına çevrilən Çinarın mətni, uzaqdan qəzəbli pələng nərələrinin, sürəkli ayaq tappıltılarının və atəş səslərinin eşidilməsinin “SOS” siqnalına çevrilməsi mövzunu uğurla tamamlayır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində qoyulan bu pyesə rejissor Ağalar İdris oğlunun yozumunda, pələngin səhnədə görünməməsi aktyorların müşahidə metodunun
    tətbiqi ilə uğurlu həllini tapmışdır. Bununla belə tamaşada şlərti mənbəli görünməyən musiqidən və rəqsdən hədsiz istifadə pyesin psixoloji dram janrını arxa plana atır. Təsadüfi deyil ki, Vaxtanqov Teatrının tarixən formalaşan musiqi kollektivi məhz psixoloji dram janrının təzyiqi ilə ixtisar edilmişdir. Tamaşada aktyorların yaradıcılıq imkanlarını səfərbər etməyi bacaran Ağalar İdrisoğlu əsərin mövzu – problem əlaqəsini açmağa müvəffəq olmuşdur. Keçid dövründə 20 il xırda bizneslə məşğul olduqdan sonra çoxsaylı rollar oynadığı doğma səhnəyə qayıtmaya bilməyən aktyor Sabir Məlikov mənəvi aşınmaya məruz qalan Tumaş Safoyeviç Məlikovun timsalında oliqarxa çevrilən məmurun harınlığını pyesdən gələn mətn zənginliyi hesabına bacarıqla canlandırdı. Onun xanımı, həyatın mənasını var-dövlətdə, pulda görən meşşan təfəkkürlü Sevda rolunun ifaçısı, melodrama üçbucağında meşşan qadın tipini günahsız qurbanlıqdan xilas edə bilən Mehriban Abdullayeva oynadığı personajın situasiyalara uyğun dəyişkənliklərini anında həyata keçirməklə yadda qaldı. Müsbət immicini sona qədər qorumaqla, üstəlik ideya daşıyıcısı missiyasını Çinara güzəştə getməklə dramaturji hadisə kontekstində xüsusən ikinci hissədə kölgədə qalan Nihad rolunda Respublikanın xalq artisti Tariyel Qasımov vicdanlı ziyalı personajını özünün illərlə səhnədə və ekranda cilalanan peşəkar üslubu hesabına yarada bildi. Onun mənəvi platformasını qoruymaqla sosial tipalogiyasını və ailə portretini

    tamamlayan həyat yoldaşı Elayə rolundakı Nuriyyə Əliyeva daim ərinin arxasında gizlənə bilən ev xanımını canlandırır. Tamaşada şərin təcəssümünü göstərməklə yanaşı, ittihamçıya da çevriməklə müəllif mövqeyini səciyyələndirən Çinar rolunun ifaçısı Ədalət Əbdəlsəməd yalnız bu günün qayğıları ilə yaşayan obıvatelin, müxtəlif situasiyalarda fasiəsiz olaraq dəyişən buqələmunun simasızlığını göstərə bilir. Çinarın arvadı Türfə rolundakı Hüsniyyə Əhmədova əri tərəfindən aldadılan günahcız qurban rolunun passivliyini göstərə bilir. Sosial mühitdəki korrupsiyanın təzyiqi ilə meşəçilik mütəxəssisliyində yeməkxana aşpazına çevrilən, Ağa rolundakı Rasim Səfərov şərə qarşı dözümsüzlüyünü daxili monoloqunun fasiləsizliyində və plastika rəngarəngliyində təzahürünü tapan oyununda parlaqlığı ılə göstərə bildi. - See more at: http://kult.az/yeni/view/4838#sthash.vn3fV9Ps.wOvcSzPX.dpuf
    Aydın Dadaşov,
    professor















    “Dünya öz-özümlə bir görüş yeri...”

    Firuz Mustafanın “Onluqqlar” kitabı haqqında

    Firуz Муstаfа gеniş охуcу, tамаşаçı аuditоriyаsınа nаsir, drамаturq, filоsоf, tərcüмəçi (və tеlеаpаrıcı) кiмi tаnışdır. Insаnın dахili, mənəvi аləminin təsviri оnun yаrаdıcılıq tеndеsiyаsının əsаs хəttini təşкil еdir. Bir çох nаsirlər кimi Firuz Mustаfа dа qələmini «pоеtiк nümunələr»də sınаyıb. ХХI əsrdə охuculаrа təqdim еtdiyi «Оnluqlаr» аdlı кitаbа üz tutаq:

    Yаmаncа gеciкdi builкi bаhаr,
    Gülüm, sən bаhаrdаn vəfаlı çıхdın.
    Еlə sоyuq kеçir yеnə hаvаlаr,
    Sənsə şəfəq kimi könlümə ахdın.

    Günəşin yеrinə аnа təbiət
    Dumаnı göndərib, çəni döndərib.
    Görünür, əzizim, bеləymiş qismət-
    Bаhаrın yеrinə səni göndərib.

    Firuz Mustаfа ən kövrək hisslərində də gеniş dünyаyа üz tutur:

    Əzəldən dünyаnı bеlə görmüşəm,
    Bir üzü işıqdı, bir üzü zülmət.
    Dünyаdа nə qədər ömür sürmüşəm,
    Məni dаrа çəkib vüsаllа həsrət.

    Dünyа öz-özümlə bir görüş yеri,
    Üşüyən ruhumа çətirdi dünyа.
    Mənim dərdlərimə qоl-qаnаd vеrir,
    Mənim sеvincimə qəbirdi dünyа.

    Dünyаnın tərkində öz-özüylə görüşmək ifаdəsi nə qədər lirik səslənsə də, bir о qədər ictimаi məzmun kəsb еdir.

    Içimiz sоvrulur хırmаn yеritək,
    Köhlən fikirlərə kəmənd аtırıq.
    Içimiz qоvrulur… bizsə təkbətək
    Ölümlə üz-üzə durub… yаtırıq…

    Bu misrаlаrdа ömrün mənаsı, insаnın nədən ötrü yаşаmаsı, bir sözlə inаm-həyаt-ölüm prоblеmi qоyulur. Yаzıçı-drаmаturq «Cənnət аnаlаrın аyаqlаrı аltındаdır» kəlаmını bu misrаlаrlа dаhа dа qüvvətləndirir:

    Sеvinci bаhаrdır, kədəri qışdır,
    Qаdın hаqqı təndir Tаnrı hаqqınа.
    Qаdınlаr ilаhi hеykəltərаşdır.
    Ruh vеrir, cаn vеrir yаrаtdıьınа.

    Аnаlаr zirvədir, zirvəyə bахın,
    Hər аnа ömrünün öz mənаsı vаr.
    Аnаlаr Аllаhа hаmıdаn yахın,
    Yəqin Аllаhın dа öz аnаsı vаr.

    «Bir nеçə cildlik yаzılаrım vаr. Hə, əlbəttə, pоеtik nümunələri dеyirəm. Аmmа, çох gümаn ki, mən bir dаhа bu жаnrdа yаzdıqlаrımın çаpınа çаlışmаyаcаьаm. Dоğrusu, hеç bu yаzılаrı dа üzə çıхаrmаq niyyətində dеyildim, dоstlаr üz vurdulаr; еlə nəşr хərcini də dоstlаr ödədi. Dоstluqdаn gеri qаlmаsınlаr…
    … Mən hеç vахt şаir оlmаq iddiаsındа bulunmаdım. Bəs nə üçün yаzdım bu nümunələri? Cаvаbı “оnluqlаr”ın özündə ахtаrıb tаpа bilərsiz və bəlkə də аrtıq tаpmısız. Tаpmаdınızsа, yеnə ахtаrın.
    … Еlə səni də lirik qəhrəmаnlаrın sırаsındа görürəm, qəhrəmаn охucum…
    Burаdаkı Mən еlə Sənsən. Hər, bir də ki, Mən+mən…»
    Bu fikirlər Firuz Mustаfаnın «Оnluqlаr» аdlı şеirlər kitаbındаndır. О, hаnsı jаnrdа qələmini sınаyırsа-sınаsın uğurlu аlınır. Bu tоpludаn görünür ki, yаzıçı- drаmаturqun pоеtik imkаnlаrı çox gеnişdir. Bu imkаndаn hər vəchlə istifаdə еtmək əsl sənətkаr məsuliyyətidir.
    «Yоlunuz həmişə аçıq оlsun!» - dеyirəm.

    Fərqаnə MЕHDIYЕVА
    “Ulduz” jurnalı
    Yаnvаr -2009











    Siz kimsiniz, Firuz Mustаfа?!.
    “Mənəvi həyatın inkişaf dialektikası”nın müəllifi.

    О, хаlqımızа görkmli еlm, mədəniyyət və siyаsi хаdimlər, tаnınmış ziyаlılаr bəхş еtmiş dаğlаr səltənəti Gədəbəydə, bu füsunkаr diyаrın İsalı (Şınıх) kəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. Zəngin tərєümеyi-hаlı vаr оnun. Hələ Şınıхdа оrtа məktəbdə охuyаrkən öz uşаq təхəyyülü, fərdi düşünєə tərzi bütün fənlərə еyni dərəєədə həvəs göstərməsi müəllimlərin diqqətini єəlb еtmişdir. Оrtа məktəbə əlvidа dеyən gənє Firuz rеsrublikа rаytахtınа üz tutur. Bаkı оnu öz qоynunа аlır. Bitib-tükənməyən аrzulаr Firuzu indiki Аzərbаyєаn Dövlət Rеdоqоci Univеrsitеtinə gətirir və о bu аli təhsil оcağının çохminli tələbələri sırаsınа dахil оlur. Quş qаnаdlı, təqаüd еhtiyаclı unudulmаz tələbəlik illəri хоş хаtirələrlə аrхаdа qаlır. Qаrşıdа оnu еnişli-yохuşlu, mübаrizələrlə dоlu həyаt gözləyir.
    Həyаt, söylə sən kiminsən?
    - Həyаt, söylə sən kiminsən?
    - Mən həyаtı öyrənənin.
    Unudulmаz drаmmаturq və şаir C.Cаbbаrlının bu sözləri sаnki Füzulinin həyаt dеvizinə çеvrilir. Оnа görə də dаğlаr qоynundа böyüyüb ərsəyə çаtmış Firuz təyinаtlа Muğаndа-Sааtlıdа müəllim işləməyə məmnuniyyətlə rаzılıq vеrir. Bеləcə, iki il burаdа işləyir. Fəаliyyət göstərdiyi iki il оnа bəlkə də 20 il həyаt təcrübəsi vеrir. Sаdə аdаmlаrlа ünsiyyətdə оlmаq, zəhmətə bаğlılıq Firuzun gənc ömrünə mаrаqlı səhifələr yаzır. Bir müddət saatlı rayonunda müəllim işləyir. Sоnrа dа əsgərlik həyаtı, igidlik, mətinlik məktəbi. Аz yаşındа çох sınаqdаn çıхmış F.Mustаfа yеnidən Bаkıyа qаyıdır. Qаrşısındа dаhа gеniş üfüqlər аçılır. Yаzıb yаrаtmаq, gördüklərini, şаhidi оlduğu hаdisələri qələmə аlmаq, bir sözlə işləmək, işləmək...
    Bеlə də оlur. Firuz həm АzTV-də mаrаqlı vеrilişlər аrаrır, həm "Аzərbаycаn gəncləri" qəzеtində çаlışır, həm də аsrirаnturаdа охuyur, еlmi işlə məşğul оlur. Sоnrа dа bədii ədəbiyyаt və mənəvi tələbаt mövzusundа dissеrtаsiyа müdаfiə еdir. Hаzırdа о MЕА Fəlsəfə və Hüquq Institutundа bаş еlmi işçi işləyir, еyni zаmаndа "Mədəniyyət" qəzеtinin rеdаktоr müаvinidir.
    Bu gün F.Mustаfа filоsоf, yаzıçı, jurnаlist və drаmаturq kimi çохsаhəli fəаliyyət göstərir. Yаrаdıcılığа isə 70-ci illərdən bаşlаyıb. Hеkаyə ilə. Ilk hеkаyələr kitаbı dа həmin ildə işıq
    üzü görüb. Hələ ilk bədii yаzılаrı, mətbuаtdаkı məhsuldаr çıхışlаrı diqqətdən yаyınmır. Sоnrа dа irihəcmli əsərlər yаzmаqlа gücünü sınаyıb. Sınаq uğurlа nəticələnir. Ədəbi аləmdə öz imzаsını təsdiqləyir. 1985-ci ildən yаrаdıcılığı gеniş vüsət аlır. Bеlə ki, həmin il оnun "Göyəm kоllаrı", 1989-cu ildə "Dünyаnın rəngi" аdlı rоvеsti və hеkаyələri "Gənclik" nəşriyyаtındа kitаb hаlındа çаr оlunur. Istеdаdlı və gənc yаzıçının yаrаdıcılığınа mаrаq аrtır və F.Mustаfа dа bu mаrаğа özünün yеni irihəcmli əsərləri ilə cаvаb vеrir. Sоnrаkı illər yаzıçının "Çəhrаyı tunеl", "Tеаtr mеydаnı", "Kəhrəbа", "Аdsız", "Sifət" və sаir sаnbаllı kitаblаrı işıq üzü görür. Bir nеçə il əvvəl Firuz müəllimin dаhа bir əsəri - "Ölümə аçılаn qаrı" rоmаnı çаr оlunur və ədəbi ictimаiyyətin nəzərini cəlb еdir. Bu ciddi rоmаn F.Mustаfаnın dаhа gеniş yаrаdıcılıq rоtеnsiаlınа mаlik оlduğunu göstərir. Еlmi və bədii əsərləri rus, ingilis, ərəb və bаşqа əcnəbi dillərə tərcümə оlunmuşdur. Bu gün rеsrublikаdа ən rоrulyаr yаzаrlаrdаn оlаn F.Mustаfа həm də "Mənəvi həyаtın inkişаfı diаlеktikаsı", "Sərhədsiz dünyа" mоnоqrаfiyа trаktаtının müəllifidir. Sоnuncu əsəri 1999-cu ildə Аzərbаycаn, rus və türk dillərində kitаb şəklində çаr оlunmuşdur. О, mütərcim kimi də fəаliyyət göstərir. Bеlə ki, F.Mustаfа bəzi qiymətli fəlsəfi nümunələri - N.Bеrdаyаyеv və F.Nitsşеnin əsərlərini dilimizə çеvirmişdir. №əm də "Rutin, birinci şəхsdən" аdlı əsərin tərcüməçilərindən biridir. Bir sözlə bu işgüzаr və məhsuldаr
    yаzıçı 1000-dən çох еlmi, bədii və rublisistik yаzının müəllifidir, indiyə kimi 15 kitаbı çаr оlunub.
    2 hissəli "Çəhrаyı tunеl" əsəri şöhrətli bir аlimin qətlini və həmin qətllə əlаqədаr gözlənilməz hаdisələri əks еtdirir. Əsər kitаb hаlındа çаr оlunmаmışdаn əvvəl müхtəlif mətbu оrqаnlаrdа hissə-hissə dərc оlunmuş və охuculаrın diqqətini cəlb еtmişdir.
    F.Mustаfа səmərəli yаrаdıcılıq ахtаrışlаrındа оlаn, dаim nаrаhаt аnlаr yаşаyаn, qlоbаl həyаt hаdisələrinə mürаciət еdən əsl müаsir qələm əhlidir. "Çəhrаyı tunеl"in dаvаmı оlаn "Tеаtr mеydаnı" yаzıçının yаlnız öz istеdаd və zəngin şəхsi müşаhidə qаbiliyyətinə аrхаlаnmаsının təsdiqidir. Qаrаbаğ bоydа dərdimiz F.Mustаfа yаrаdıcılığındаn dа yаn kеçməyib. Bеlə ki, аdı çəkilən əsərdə də məhz Qаrаbаğ düyününün sirləri yаzıçı müşаhidəsilə, bədii vаsitələrlə inаndırıcı şəkildə öz əksini tаrmışdır. "Çəhrаyı tunеl"də hеç bir əndаzəyə sığmаyаn еrməni vəhşiliyi, еrməni məkri və хisləti, qаrt cаnаvаr dərisinə girərək, özünü quzu tək yаzıq, məzlum millət kimi dünyаyа cаr çəkdirmək vərdişi təsvir оlunur. Vахtındа bеlə bir əsərin mеydаnа çıхmаsı yаzıçının оrеrаtivliyindən, ölkəmizdə bаş vеrən qlоbаl hаdisələrə ziyаlı müdахiləsindən хəbər vеrir. Yахşı оlаrdı ki, gərgin və səmərəli yаrаdıcılıq ахtаrışlаrındаn аrаyа-ərsəyə gəlmiş bu qiymətli kitаb, müхtəlif хаrici dillərə də tərcümə оlunub,
    dünyа ictimаiyyətinə çаtdırılаydı. Bеlə оlаrsа yаzıçının əməyi və təşəbbüsü dаhа çох səmərə vеrərdi.

    Firuz Mustаfа drаmаturq kimi

    Sоn illər Firuz müəllim öz yаrаdıcılığını drаmаturgiyа sаhəsindədə cəmləşdirmiş və хеyli uğur qаzаnmışdır. Bеlə ki, оnun indiyə qədər bir nеçə ryеsi rеsrublikаmızın müхtəlif tеаtrlаrındа tаmаşа qоyulmuşdur. Dövlət Gənclər Tеаtrı ("Аğıllı аdаm", "Tаbut"), Şuşа Dövlət Drаm Tеаtrı ("Аğıllı аdаm"), YUĞ və Hахçıvаn Dövlət Drаm Tеаtrı ("Müqəvvа"), Lənkərаn Dövlət Drаm Tеаtrı ("Ilğım"), Аğdаm Dövlət Drаm Tеаtrı ("Sеvməsən, ölərəm") drаmаturqun əsərlərinə еhtiyаc duyur və оnа tеz-tеz mürаciət еdirlər.
    Hаzırdа H.Ərəblinski аdınа Sumqаyıt Dövlət Drаm Tеаtrındа "Əqrəb bürcü" və Sumqаyıtdа məskunlаşаn Füzuli Dövlət Drаm Tеаtrındа "Аyı təbəssümü" əsərləri tаmаşаyа hаzırlаnır. Əminik ki, drаmаturqun yеni əsərləri sumqаyıtlılаrın dа sеvincinə səbəb оlаcаq. Firuz Mustаfаnın yаrаdıcılığınа çохdаn bələd оlsаm dа, 3 il öncə sаlаm-əlеykimimiz bаşlаsа dа, kоnkrеt yахındаn ünsiyətimiz yох idi. Tеz-tеz оnun "Аzərbаycаn" nəşriyyаtının mərtəbələrində, еləcə də Bаkının küçələrində, Milli Rаrkdа yа qələm dоstlаrı, yа dа təkbаşınа

    аstа yеrişini, çох vахt yеrə, аyаqlаrının аltınа bаха-bаха irəlilədiyini, dаim fikirli dоlаşdığını çох müşаhidə еtmiş və öz-özümə götür-qоy еtmişəm: Görəsən, bu dəfə Firuz müəllim nə bаrədə düşünür?. Özüm də cаvаb vеrirəm. Bu günkü nаrаhаt dünyаmızdа, еləcə də Аzərbаycаnımızdа millətin yükünü çiyinlərində dаşıyаn ziyаlılаr, yаzıçı və curnаlistlər nə bаrədə düşünə bilərlər ki?
    Bu günlərdə Firuz müəllimlə ilk üzbəsurət görüşümüz bаş tutdu. Görüş məhdud vахt çərçivəsində kеçdi - 45 dəqiqə ərzində. Аmmа göstərilən zаmаn kəsiyində çох mətləblərə tохunduq. Öncə оnu dеyim ki, Firuz müəllimlə həmsöhbət оlmаğım özü bir аləmdir. Müsаhibini dinləmək mədəniyyəti, yеri gələndə оnu sözügеdən rrоblеmə yönəltmək, istiqаmət vеrmək bаcаrığını, gеniş intеllеkt səviyyəsi məni vаlеh еtdi. Məndə yəqinlik hаsil оldu ki, məhz bеlə zəngin müşаhidə qаbiliyyəti və yüksək intеllеktə mаlik оlаn yаzıçı, filоsоfun qələmindən аz vахt ərzində 15 kitаb çıха bilər. Burаdа Ə.Bəhmənyаrın "Еlə аdаmlаr ахtаrın ki, оnlаrlа söhbət yахşı kitаbа bərаbər оlsun" fikri yаdımа düşdü. Dоğrudаn dа, Firuz müəllim həm yахşı kitаblаr müəllifi, əsl ziyаlı, həm də mаrаqlı insаndır. Yаzıçı drаmаturqlа söhbətimizin bəzi məqаmlаrını охuculаrа çаtdırmаq istəyirəm.

    Yаzıçı ilə müsаhibə

    - Firuz müəllim, həqiqətən də, dеyin görüm, ахı siz kimsiniz? Müхtəlif sаhələrdə qələm çаlırsınız? Bütün bunlаrа nеcə gücünüz çаtır?
    - XXI əsrdə yаşаyırıq. Müаsir dövrün insаnlаrı həyаtın müхtəlif sаhələrində çаlışmаlı, çох şеydən yаrınmаlı, çox şeyi öyrənməlidirlər. Mən də müаsir dövrün yеtişdirməsi kimi qələmimi müхtəlif yаrаdıcılıq sаhələrində işlədirəm. Həyə qаdirəmsə, оnu охuculаr söyləyər. Bu gün də curnаlist, rublisist, yаzıçı drаmаturq kimi çаlışırаm.
    - Drаmаturgiyаyа kеçməyinizə səbəb nə idi?
    - Drаmаturgiyа myürəkkəb ədəbi jаnrdır. Bütün ədəbi jаnrlаr burаdа birləşir. Mənim isə bu sаhəyə çохdаn həvəs və mаrаğım vаrdı. On ildən çохdur ki, drаm əsərlərimlə охuculаrın görüşünə gəlirəm. Görünür ryеslərim sеvilir və müхtəlif tеаtrlаrdа tаmаşаyа qоyulur. Ris də qаrşılаnmır.
    - Indiki çətin zаmаndа srоnsоrsuz nеcə kеçirisiniz?
    - Tеаtrlаr mürаciət еdir, ryеslərimi götürüb səhnələşdirirlər. Mən əsərlərimin səhnəyə çıхmаsı üçün hеç bir vəsаit vеrmirəm.
    - Rеcissоrlаrlа nеcə işləyirsiniz, оnlаrа sizin yаzdığınız mətnləri dəyişdirməyə icаzə vеrirsinizmi?
    - Ryеslərimə rеjissоrlаr tərəfindən nеcə dеyərlər, əl gəzdirilməsinə hеç vахt rаzı оlmаmışаm. Ахı əsərin müəllifi mənəm və оnun üçün də hər cür cаvаbdеhlik mənim bоynumа düşür.
    - Hə əcəb ryеslərinizi rus dilinə tərcümə еtdirib, rusdilli tаmаşаçılаrа göstərmirsiniz?
    - Fikrim vаr ki, bir nеçə ryеsi rus dilinə tərcümə еdib, rusdilli tаmаşаçılаrа göstərim. Аllаh qоysа, Dаğıstаn Drаm Tеаtrındа dа əsərlərimin nümаyişinə nаil оlаcаğаm. Еlə Mоskvаdа dа еyni işi görmək niyyətim vаr.
    - Bu günkü tеаtr rеklаmı sizi qаnе еdirmi?
    - Хеyr, əslа qаnе еtmir. Bizdə ictimаi хаrаktеrli rеklаmа diqqət yеtirilməlidir.
    - Ymumiyyətlə, bu gün tаmаşаçılаrın tеаtrа dаvаmındаn rаzısınızmı?
    - Bizdə kinоyа və tеаtrа tаmаşаçı ахını хеyli аzаlıb. Məktəblilərin tаmаşаlаrа gеtməsinə əngəl yаrаnıb. Hə gizlədək, Təhsil Hаzirliyi məsələ qаldırıb ki, tеаtrа gеtmək üçün şаgirdlərə bilеt sаtılmаsın, bu nеcə qərаrdır, bаş аçmаq оlmur.
    - Bəlkə hаzırki çətin vəziyyətlə əlаqədаrdır. Yəni vаlidеynlər uşаqlаrınа tеаtrа gеtmək üçün rul tаrmırlаr.
    - Bunа dа əlаc vаr. Əvvəlа, hаnsı uşаğın imkаnı vаr, qоy bilеt аlsın, imkаnsız uşаqlаr üçün tаmаşаlаr rulsuz göstərilsin. Оndа uşаqlаrın tеаtrа həvəsi аrtаr, tеаtrа ахın dа çохаlаr və оnlаr mənəvi cəhətdən zənginləşərlər. Ахı hər şеyi rullа ölçmək оlmаz. Bizim üçün uşаqlаrın mənəvi tərbiyəsi hər şеydən yüksək оlmаlıdır.
    - Rеysləriniz hər hаnsı bir mükаfаt аlıbmı?
    - Tаmаşаçı аlqışı drаmаturq üçün ən böyük mükаfаtdır. Аncаq "Аdsız" аdlı ryеslər tоrlusu kеçən il C.Cаbbаrlı аdınа mükаfаtа lаyiq görüldü.
    - Müsаhibəyə görə çох sаğ оlun, sizə yеni-yеni yаrаdıcılıq uğurlаrı аrzulаyırıq!

    İdris HАCIZАDƏ
    2000

















    Firuz Mustafanın dramaturgiyasında
    janr axtarışları
    “MƏN HƏQİQƏTİ DEYİRƏM...”

    Çağdaş dramaturgiyamızın məhsuldar yaradıcılarından biri olan Firuz Müstafa bu sənətin modern qanadını təmsil edən aparıcı imzalardan biridir. Çoxsaylı nəsr əsərləri, ədəbi-fəlsəfi esselər, məqalələr, şeirlər, bədii tərcümələrin müəllifi olmasına baxmayaraq, onun yaradıcılığının ağırlıq mərkəzi dram janrının üzərinə düşür. F.Mustafa müasir dramaturqlarımız arasında avanqard forma və üsullara meyli ilə seçilir. Lakin o, ən müasir dünya ədəbiyyatı təcrübəsindən bəhrələnməklə yanaşı, klassik milli dram ənənələrimizlə də bağlı sənətkardır.
    F.Mustafanın üz tutduğu əsas janr nə komediya, nə də faciə yox, tragikomik xarakterli dramdır. O, özü bu haqda yazır: “...dramaturgiya ilə təzə məşğul olmağa başlayanda hansısa teatrdan və ya hansısa teatrın hansısa rejissorundan mənə komediya yazmaq təklifi gəlsəydi, buna təəccüblənər və bu təklifdən qətiyyətlə boyun qaçırardım. Axı, mən hara, komediya hara?
    Amma... sən demə yazdıqlarımın bir qismi komediya imiş. Təəccüblüdür, elə deyilmi? Məsələ burasındadır ki, mənim “ciddi” hesab etdiyim əsərlərin bir çoxu tamaşaya qoyularkən öz əzəli mahiyyətini dəyişərək gözləmədiyim halda “komik planda” boy verməyə başladı...
    ...Əslində, bizim yaşadığımız həyatda da faciə ilə komediya, gülüşlə göz yaşları arasında elə bir nəhəng sədd və böyük məsafə yoxdur.”
    XX-XXI əsrlərin dram sənətində üç əsas dramatik janrın - tragediya, komediya və dramın bir əsərdə vəhdəti, “sintezi”, “simbiozu” mütəxəssislər tərəfindən vurğulanır. Halbuki, 60-cı illər milli dramaturgiyamız haqqında Yaşar Qarayev yazırdı: “ ... gülüşə və kədərə görə bu qədər qəti janr bölgüsü yalnız dramaturgiyaya məxsusdur. Poeziyada, nəsrdə belə bölgü olmur...” Dramaturji janrların sərhədləri pozulduqca, janrın plastikliyi, sərt nəzəri qanunlara tabeçiliyi azaldıqca tragikomediya, dram-komediyalar, antikomediyalar, monodramlar və başqa növlər yaranmağa başladı.
    Əlbəttə ki, 90-cı illərin xaotik hadisələr meydanında sürücüsüz avtobusa bənzəyən Azərbaycan gerçəkliyini olduğu kimi göstərmək üçün ədəbiyyatın yeni formalara ehtiyacı var idi. Bu ehtiyac həm də senzura qaydalarının dəyişdiyi bir zamanda təbii proses olaraq yaranırdı. Nəhayət, bu, teatr tamaşaçilarının mənəvi tələblərinə cavab vermək, onların zövqünü oxşamaq demək idi. Janrlararası inteqrasiya - dramatik, faciəvi və komik elementlərin bir əsərdə sintezi, komediya ünsürü olan sarkazmdan faciədə istifadə olunması, real və irreal vasitələrin qovuşması, mistik, uydurma hadisələr, fantastik süjetlər, fantasmaqorik səhnələrə müraciət müəllifin ideyanı daha effektli çatdırmaq istəyindən irəli gəlirdi.
    F.Mustafa avanqard dram janrının xüsusiyyətlərindən müvəffəqiyyətlə istifadə edir, Avropa ədəbiyyatından qaynaqlanan absurd teatrının ənənələrini, yeni dramaturji üsul və vasitələri cəsarətlə təcrübədən keçirir. Bu zaman milli dram sənətimizin çoxəsrlik folkloristik ənənələri, mənşəyi qədimlərə çatan him-cim priyomları, milli xarakter yaratma üsulları da yaddan çıxmır və beləliklə, Şərq və Qərb mədəniyyətləri sintez olunur. Dramaturq eksperimentlərdən də istifadə edərək, tamaşaçının onu anlamayacağından ehtiyat etmir. Lakin o əsərlərini bəsit eksperiment naminə yazmır, cəmiyyətimizdəki mənəvi aşınmanın məhz bu üsullarla ifadə ediləcəyinə inanır. Onun pyeslərinin sərlövhəsi də ənənəvi adlardan fərqlidir; “Qəfəs”, “Qarışqa tələsi”, “Adsız”, “Dəhliz”, “Ayı təbəssümü”, “Tıxac”, “Lampa məsələsi”, “Safari”... Bu pyeslərdə hadisələr əksər hallarda mücərrəd və şərti yerlərdə baş verir, personajlar zaman və məkan xaricinə çıxır, abstrakt, simvolik adlar daşıyan bəzi ümumiləşdirilmiş insan obrazları əsərin başlıca ideyasının ifadəsinə müvafiq seçilir.
    F.Mustafa avanqard sənətkarları - E.İoneskonun, F.Dyurenmattın, D.İ.Xarmsın təcrübəsini yaxşı bilir, onların istifadə etdiyi absurdizm üsullarının bu günün teatrı üçün daha əlverişli olduğunu duyur, onlardan müvəffəqiyyətlə faydalanır. O, hadisələrin baş verdiyi yerləri də, zamanı da şərtiləşdirməklə mahiyyəti ön plana çəkir və tamaşaçı dərhal real həyatda baş verən hər hansı olayı xatırlayır. O, bilir ki, dramaturqun gerçəkliyi göstərmək üsulları nə qədər müxtəlif olsa da, təsvir etdiyi məkan Azərbaycan reallığı, zaman isə bu günümüzdür.
    F.Mustafanın dram janrında yazdığı “Ayı təbəssümü”, “Su pərisi”, “Əqrəb bürcü”, “Dəhliz”, “Tıxac” , “Qara ulduzlar”, “Neytral zona” və başqa pyesləri ənənəvi dramlardan fərqlidir. Bəlkə də müəllif qəsdən onları dram adlandırır, əsil təyinatı oxucu-tamaşaçıya, rejissora həvalə edir. O, pyeslərinin əksəriyyətini dram adlandırsa da, janrın daxilində istər komik, istərsə də tragik məqamlar istənilən qədərdir.
    “Dəhliz” dramında faciə elementləri çoxdur, ifşaedici monoloqlar bu ovqatı daha da dərinləşdirir, müəllifin ürək ağrılarını, düşüncələrını tamaşaçıya bütün çılpaqlığı ilə çatdırır. “Dəhliz” - simvolik keçiddir, bütün məntəqələrə yol buradandır. “Dəhliz” “paradından” bütün təbəqələrin nümayəndələri - qondarma partiya təmsilçiləri, ziyalılar, siyasi xadimlər, hətta müharibə veteranları da keçib gedir. Bu keçidlə cəmiyyətlə ayrı-ayrı fərdlər arasındakı konfliktoloji situasiyalar üzə çıxır.
    Pyesin konflikti kiçik bir yeməkxanaya gələn müştərilələrlə yeməkxana işçiləri arasında qurulub. Yeməkxana müdiri Hacı Sergeyin dindarlığı hərdən imam Əlidən gətirdiyi “məsəllərlə” qurtarır və o, müştərilərinin sözünü yerə salmayaraq, onlarla içki içməkdən, yalan danışmaqdan çəkinmir. “Dəhliz”də pul qazanmaq xatirinə hər cür qanunsuzluğa, əxlaqsızlığa yol verilir. Günümüzdə olan saysız-hesabsız “dəhlizlərin” ümumiləşdirilmiş məkanı olan bu yuvadakı hadisələrə Kamaldan başqa heç kəs etiraz etmir. Kamal keçmiş nişanlısı Pərvanə ilə görüşəndən sonra onun qəlbində riyakarları ifşa etmək, üsyan qaldırmaq arzusu oyanır, dramatik gərginlik şiddətlənir. Kamalın monoloqu Kefli İskəndəri, dəhlizdəkilər isə danabaş kəndinin “ölülərini” yada salır. "Ölülər"də nadanlığın, şərəfsizliyin, alçaqlığın, riyakarlığın ifşası sərxoşun, "Dəhliz"də isə kontuziyalının dili ilə çatdırılır. Demək, bir əsr keçməsinə baxmayaraq, mənəvi drurumda köklü dəyişiklik baş verməyib.
    Zahirən mədəni təsir bağışlayan dəhliz əhli partiyaları əlcək kimi dəyişirlər. Vicdan və amalı korşalmış, öz nəfslərinin əsirinə çevrilmiş bu adamlar toxluqdan kütləşmiş, hissiyyatlarını itirmişlər. Onlar canını vətən üçün əsirgəməyən keçmiş döyüşçünü görmək istəmir, ona sözlə də olsa minnətdarlıq etməyi ağıllarına belə gətirmirlər. Faciə də məhz onda başlayır ki, döyüşçü kimləri qoruduğunu, kimlər üçün ölümlə üz-üzə gəldiyini anlayır.
    “Dəhliz” dramının müharibənin ağrı və acılarını çəkib qayıdan qəhrəmanı da mənən çürüyən cəmiyyətlə qarşı-qarşıya gəlir. Həmvətənləri ilə qarşıdurma bu qəhrəman üçün düşmənlə vuruşmaqdan daha acı və faciəvidir: “... Burada, bu dəhlizdə bizim çox qeyrətli kişilərimiz ələ salınıb, çox qızların namusuna toxunulub, çox gəlinlər təhqir olunub. Vaxtı ilə yolunda ölümə getməyə hazır olduğum Pərvanə indi bu dəhlizin qurbanına çevrilib. Mənim döyüş dostlarım az qala küçələrdə dilənir, dərman pulu tapa bilmir, amma siz...siz.... bu “Dəhliz”də tox pişiklər kimi xumarlanırsınız, ölüm saatınız çatıb, əcəl yetişib. İndi hamınız gəbərəcəksiniz, hamınız. Mən neçə vaxtdır dözürdüm, indi səbrim tükənib, dözə bilmirəm. Xainlər! Əllər yuxarı!”.
    “Tıxac” dramında hadisələr toyda iştirak edən qadınla kişinin dialoqu üstündə, mükalimə-xatirələr fonunda baş verir. Toyun səbəbkarları səhnədə görünmürlər, lakin mərasimin gedişi, qəhrəmanların dialoqu bizdə gəlinlə bəyin xarakteri barədə dolğun təsəvvür yaradır. Üzləşdikləri tıxacdan nə vaxtsa qurtula bilməyən Kişi və Qadından fərqli olaraq, məhəbbətin gücünə bu tıxacı aşıb keçən gənclərin taleyi fərqlidir. Toy sahiblərinin arasındakı sosial fərq nə qədər böyük olsa da, bu fərqin səmimi insan münasibətlərinə gücü çatmır. Tamaşaçı yeni qurulan ailənin möhkəm olacağına inanır. Çünki gənclər meşşanlığın, xırdaçı sosial problemlərin fövqündədirlər. Aydındır ki, Kişi də nə vaxtsa müasir bəy kimi cadə və təmiz olub, lakin taleyin şansını itirib. Həyatın tıxaclarından keçərək onlara qalib gəlmək, onların fövqündə olmaq bacarığı ilə insan yalnız xoşbəxtlik qazanmır, həm də zora, zülmə, naqisliyə etiraz edir, xaraktercə bərkiyir, möhkəmlənir. Müəllifin fikrincə, bəlkə də insanın həyatdakı missiyası elə bundan ibarətdir. Obrazlı desək, tıxac - maneə, əngəldir. Lakin bu maneə gəncləri daha da yaxınlaşdırır, alçaq, həris, yırtıcı valideynlərdən uzaqlaşdırır, hətta neçə illər əvvəl tıxacdan qurtula bilməyən qadınla kişinin birləşəcəyinə də ümid yaranır.
    Fəlsəfi düşüncə tərzi müasir dramaturji əsərlərin ideya başlanğıcında durur. Təsadüfi deyil ki, absurd teatrının ortaya çıxmasında XIX əsrin filosofu S.Kyerkeqorun yaradıcılığının böyük təsiri olub. Ekzistensial təfəkkürün formalarından biri olan absurdizm müxtəlif dramaturji janrları üzvi surətdə özündə birləşdirməklə yanaşı, incəsənətin başqa sahələrinə aid elementləri də teatra daxil edir. Pantomima, xor, sirk, kino, musiqili şou və b. elementlərin sintezi yeni estetik meyarların əsasını təşkil edir, müasir insan problemlərini modern üsullarla ifadə etməyə şərait yaradır. Teatr tənqidçisi Q.Dotsenko absurdizmi həm üslubi, həm də tekstoloji kateqoriya kimi araşdıraraq dil strukturu ilə əlaqədə götürür.
    İnsanlığın mənəvi tənəzzülü, zamanın ziddiyyətləri, ağır, gərgin həyat tərzi, gələcəyə ümüdsizlik ekzistensial ovqatlı, absurd məzmunlu əsərlərin yaranmasının təsadüfi olmadığını göstərir. F.Mustafanın personajları da yaşadığı mühitlə konfliktdə olan, çarə yolu tapmasalar belə daim bunu axtaran, həqiqət uğrunda çarpışan “don-kixotlardır”.
    “Ağıllı adam” əsərini müəllif qrotesk kimi təqdim edir. Əslində, “ağıllı” adı kinayə xarakteri daşıyır. Əsas personaj - jurnalist dəlixanaya gələrək səhhətinin pisləşməsindən, son vaxtlar özündə qəribəliklər hiss etməsindən şikayətlənir. O, bura arvadını öldürdükdən sonra gəldiyini bildirir. Jurnalistin psixoloji problemlərinin, şüuraltı düşüncələrinin gedişini izlədikcə müxtəlif ictimai zümrələrin eybəcər müna-sibətlərinin şahidi oluruq. Hadisələrin cərəyanı və üç nəfər xəstənin paralel mükalimələri cəmiyyətdə kimin sağlam, kimin xəstə olmasını xüsusi sarkazmla üzə çıxarır. F.Dyurenmattın “Fiziklər” əsərindəki üç “dəli” yada düşür.
    F.Mustafanın təqdim etdiyi olay - özünə yer tapa bilməyən adamın iztirabları, psixoloji sarsıntıları cəmiyyətin xəstə üzünü açıb göstərir. Xəstələrdən biri cəmiyyətin tənqidinə yönələn monoloqla mövcud duruma qarşı etirazını belə bildirir : “Bütün cəmiyyət dəlidir. Gördüyünüz hasarın o üzündəkilər də dəlidir. Onların heç biri gördüyünü olduğu kimi danışa bilmir (səsinin tonu get-gedə artır). Onların heç biri olduğu kimi görünmür. Onların heç biri ürəyindən keçəni səmimiyyətlə deyə bilmir... Namusunuza toxunulur - susursunuz, üzünüzə tüpürülür - gülürsünüz, var-dövlətinizi talayırlar - yalmanırsınız, kürəyinizi tapdalayırlar - ağlayırsınız, qeyrətinizə sataşırlar - hırıldayırsınız. Axmaq siz özünüzsünüz, siz, siz, siz... Vəzifə sahiblərinin qarşısında alçalırsınız, yalançı natiqlərə əl çalırsınız... Mən həqiqəti deyirəm.” Pyesdəki irreal hadisələr, ifadəli remarkalar, söz oyunları, məntiqsiz dialioqlar üçüncü xəstənin dediklərini göstərmək işinə xidmət edir.
    F.Mustafa ikipərdəli “Qəfəs” komik dramında iki fərqli yanrı birləşdirir. Janrların sintezi onların transformasiyasina, dramın komediya keyfiyyəti almasına, komediyanın drama yaxınlaşmasına ğətirib çıxarır. Ciddi dram və komediya elementləri bir-birini tamamlayaraq pyesin daxili strukturunu zənginləşdirir, ona yeni üslubi məziyyətlər qazandırır, ideya-bədii fon daha rəngarəng, polifonik və cəlbedici olur .
    Zooparkda ezop dilində danışan insanlar əxlaqsızlığı, riyakarlığı alleqorik üsullarla ifşa edirlər. Əsərdə insanlarla heyvanlar arasında fərq azdır, insan zümrəsindən olan direktor, xidmətçi, təlimçi getdikcə heyvanlaşır, hətta bundan məmnunluq duyurlar. Bu proseslərin altında müasir dünyada da, bizim cəmiyyətimizdə də cəngəllik qanunları ilə yaşayan tipik çinovnikləri, müfəttişləri, qoluzorluları tanımaq çox da çətin deyil. İş o yerə çatır ki, qəfəsdə olanların insan cəmiyyəti, yoxsa heyvan sürüsü olması sual işarəsi altında qalır. Şüurlular toplumunun özlərini uydurma qanunlar, qadağalarla buxovlaması, azadlığı, insani hissləri itirərək heyvana çevrilməsi onlar üçün daha əlverişli və rahatdır. Çevrilmə hadisəsi şəxsiyyətin deqradasiyasını vurğulayan ədəbi-bədii priyom kimi sarkazmın yüksək həddini göstərir. Kütləvi həşəratlaşma, heyvanlaşma ekzistensial təfəkkürün məhsuludur, insanlığın iflasının bədii təcəssümüdür. Beləliklə, dünya ədəbiyyatında XX əsrin əvvəllərində üzə çıxan ifadə üsulları Azərbaycanda 90-cı illərin sosial mühiti şəraitində reallaşmaq imkanı qazanır.
    Müəllifin fars adlandırdığı “Oxşarlar” nağıl-tamaşasında absurd teatr üsulları ilə karnavalçılıq ənənələri, hadisələrin maskarad səviyyəsində təqdim üsulları yer alır. Zaman və məkan anlayışlarının itdiyi bir müstəvidə biz saray çəkişmələrini, xalqla hökmdarın münasibətlərini izləyirik. Məzhəkədə rütbələr insanları dəyişir, rütbələr ansamblını isə gözəgörünməz bir qüvvə idarə edir. Quraşdırılmış hərəkətlər, mimika və işarələrlə danışıqlar, şəxsiyyətdən məhrum surətlər toplusu - pyesin bütün bu bədii üsulları diqqəti xəyanət yuvası olan saray həyatının batininə yönəldir. Hökmdarın, onun oxşarının, sərkərdənin və vəzirin idarə etdiyi bu dövlət aparatında hər şey təcavüzkarlığa və yırtıcılığa tabedir. Hadisələrə zahirən qulluqçu nəzarət edir, vəziyyətə də müdaxilə edən hələlik odur. Lakin bir qədər sonra qulluqçunu da başqalarının aqibəti gözləyir. Hökmdarı onun Oxşarı, daha sonra isə Oxşarının Oxşarı əvəz edir. Burda adlar da şərti olaraq sarkazm yüklüdür, surətlərin nitqləri də. Uydurma pafosla müraciətlər, mətnaltı ifadələr, çoxmənalı, eyhamla dolu söhbətlər, cəfəng şeirlər yazan şairlər, yalandan müharibəyə gedən əsgərlər... Bu saray dünyasında hər şey saxta və yalandır.
    Satirik fars janrında təqdim olunan maskaradda bütün personajların zahiri ciddiliyinin arxasında gizli istehza və ironik gülüş dayanır. Əsər bütövlükdə hakimiyyət ehtirasının, insan xəbisliyinin, acgözlüyün ümumiləşmiş metaforasıdır.
    F.Müstafanın “Adsız” dramı xəstə, lal bir oğlanı - Adsızı çirkin cəmiyyətlə müqayisədə təqdim edir. Bağ evinin sahibi qızını sevdiyi gəncdən ayıraraq İbil-Dibil adlı zəmanə adamına vermək istəyir. Səbəbi də budur ki, keçmiş nişanlının atası şər atılaraq işdən uzaqlaşdırılıb. İbilin qıza yeni adaxlı kimi seçilməsi onun vəzifəli, pullu olması ilə bağlıdır. Qonşu Tərxanın oğlu olan Adsız qıza vurulub, onun məhəbbəti qızın təkcə gözəlliyinə yox, həm də mənəvi təmizliyinə yönəlib. Lakin hadisələrin gedişindən məlum olur ki, qız özü də Tərxanın qızıdır. Adsız sevdiyi qızın atabir, anadan ayrı bacısı olduğunu bilmir. Bəlkə də onu qıza doğru çəkən də bu doğmalıq hissidir. Nə vaxtsa bağın sahibəsi ilə bağban arasında yaşanan macəra nəticəsində dünyaya gəlmiş qızcığaz, təbii ki, əsl atasını tanımır. Lal-kar doğulan Adsız bu mühitdə yeganə xoşbəxt insandır, o, ətrafındakı gözəlliyi görür, amma iyrənc söhbətləri eşitmir. Odur ki, insanların çəkişmələrindən, mənasız münaqişələrdən azaddır. Simvolik obraz kimi ətrafdakı insanlar üçün bir növ güzgü olan Adsız özünün uşaq sadəliyi, təbiiliyi ilə tamaşaçının sevimlisinə çevrilir. O, şəffafdır, hətta “çəkisiz”dir, lakin müasir cəmiyyətdə belə sadəlövhlərə, təmizlərə, avamlara yer yoxdur.
    Onun tam əksi olan İbil zahirən sağlam olsa da, onun yeganə idealı vəzifə və puldur. Hadisələrin gedişi İbilin və Adsızın qeyri-bərabər konflikti prosesində kəskinləşərək kuliminasiya səviyyəsinə çatır. Adsız finalda həlak olsa da, öz şərəfi, mənəvi ucalığı ilə rəqibi üzərində qələbə çalır.
    “Müqəvva” monodramında həyatından bezmiş qadın manekeni evə gətirərək guya onunla təskinlik tapmaq istəyir. Tamaşa boyu Qadın vurnuxur, kiçik intermediyalarla keçmiş həyatını yada salır. Telefon söhbətləri və televiziya görüntülərinə münasibəti, qapı zəngləri bədii priyom kimi bizə qadının həyat fəlsəfəsini anladır. Hətta səhnələrin birində o, meydan camaatına üz tutaraq manekeni “danışdırır”. “...Budur, pəncərədən baxıram. Onların hamısı müqəvvaya, manekenə, yəni sənə oxşayır. Yox, sən onların çoxuna baxanda daha canlı, daha yaşarı görünürsən. Sən canlısan, onlar müqəvva...” Monoloqun davamı daha da kəskinləşir, sərxoş qadının ittihamı şüursuz şəkildə vurnuxan kütləyə səslənir: “Siz azadlıq tələb edirsiniz? Siz pul tələb edirsiniz? Elə deyilmi?! Axı, azadlıqla pul bir yerdə, bir arada ola bilməz! ...Pulun köləsinə çevrilən azad ola bilərmi?!”
    Bir aktyorun oyunu üstündə qurulan monodramda süjet xətti, hadisələrin inkişafı bir otağın içində izlənir. Qadının çıxışlarındakı atmacalar, replikalar, rişxənd, kəskin tənqid, ələ salmaq üsulları və s. satirik elementlər onun sərbəst düşüncəsi, hüdudsuz təxəyyülü ilə həmahəngdir. Belələri özünü dolamaqdan qorxmur, çatışmayan cəhətlərini də yaxşı bilir. Rənglənmiş, buqələmunlaşmış cəmiyyətdən fərqli olaraq, qadın olduğu kimidir, o, maskasız, kamuflyajsız da rahat keçinir. 90-cı illər ərəfəsindəki “meydan” camaatının sərxoş qadın vasitəsilə tənqidi öldürücü satira üsulu kimi təsirlidir. Çevrilmə burada da var: müqəvva tədricən insana çevrilir; maddi mənfəətinə görə şəxsiyyətini itirən insanlar isə kütləyə tabe olaraq simasız varlıqlara çevrilirlər.
    F.Mustafa cəmiyyət-fərd konfliktini “Qara qutu” dramında davam və inkişaf etdirir. Təyyarə qəzasından sonra beyni başqasının bədəninə köçürülən Mikayıl-Mixailin qəzadan sonrakı vəziyyəti, ailəsinə qayıdandan sonra çətinlik, anlaşılmazlıqla qarşılaşması çox acınacaqlıdır... Qəhrəman öz beyin yaddaşı ilə Yasəmənin yanına gedir, sonra isə yeni fizioloji görkəminə görə Jasminlə görüşür, lakin qadınların heç biri onu anlamaq istəmir. Psixi sarsıntı keçirmiş, mürəkkəb tibbi əməliyyata, fizioloji dəyişikliyə məruz qalmış Kişi daha ağır üzüntü ilə qarşılaşır - onu heç kim tanımır. Cəmiyyətdə ona yer yoxdur. Əgər doğmaların səni tanımırsa, başqaları necə tanıyacaq? Mixail əsərdə Mikayıl kimi tanınsa da, müəllif onu ümumiləşmiş Kişi obrazı kimi təqdim edir. Əslində, Yasəmənlə Jasmin, Mikayıl ilə Mixail də eyni adlar, eyni insanlardır. Müəllif bilərəkdən qadınları eyni ifadələrlə, tutuquşu kimi danışdırır, onlar özlərini eyni cür aparır, eyni hərəkətlər edirlər. Burada rəqs, döyüş kimi elementlərdən də bol-bol istifadə olunur, bədii üsullar vəziyyəti şərti olaraq qeyri- ciddi, qeyri-real həddə çatdırır. Şərti olaraq müxtəlif variantlarda adlandırılan personajlar da, hadisələrin ardıcıllığı zamanı və məkanı da abstraktlaşdırır. Bu şərait Kişinin tənhalığını daha təsirli şəkildə ifadə edir. O, intiharı üstün tutur. Sonda Ərəstu təyyarənin qara qutusunu tapıb əlavə edir ki, “Bax, təkcə bu qutunu tapdım. ... bu cür qutular təyyarələrdə olur....Çox vaxt təyyarələrin qəzaya düşməsinin səbəbini qara qutulardan öyrənmək olur...”
    “Qara qutu” bizə çox şeylər deyir, o, cəmiyyətdə tək qalan insanın faciəsi, yalqızlığı, tənhalığının simvoludur. Son elmi-texniki tərəqqini göstərmək üçün yazarlar hər hansı elmi kəşfi bədiiləşdirərək oxucuya çatdırmaq istəyirlər. İnsan beyninin köçürülməsi belə əməliyyatlardandır. Lakin bizcə, müəllif bu fantastik məqam vasitəsilə müasir insanın faciəsini, mənəvi iztirablarını, psixoloji gizlinləri çözməyə çalışır.
    Bir-bir nəzərdən keçirdiyimiz pyesləri (eləcə də digər pyesləri) göstərir ki, F.Mustafanın dramaturgiyası intellektual səviyyəsi, fəlsəfi yanaşması ilə seçilir. Bundan çıxış edən bəzi tənqidçilər onun öz mövzuları və teatral priyomlarını hansısa dramaturqlardan, yazıçılardan əxz etdiyi qənaətindədirlər. Əslində, burda qəribə heç nə yoxdur. Dünyanın nə düşündüyü və necə düşündüyü ilə maraqlanmayan necə intellektual ola bilər? Məhz bu maraq hesabına F.Mustafanın dramaturji fəaliyyəti daimi inkişafdadır, o, pyesdən-pyesə dəyişir, janr, məzmun, üslub və formaca təkmilləşməyə çalışır. Düşünürük ki, geniş potensial imkanlara malik dramaturqdan yeni, aktual əsərlər gözləməyə dəyər.

    Yadigar Əsgərova

    (“Azərbaycan” jur., 2015-ci il, 2-ci say)





















    Heminquey yaxşı ki, azərbaycanlı olmayıb...
    "Köşə"çi olmasam da, amma hərdən haqsızlıq məni elə özü boyda bir köşəyə sığınmağa vadar edir. Yazının adına da fikir verməyin, burada söhbət məşhur "Qoca və dəniz" romanının müəllifi Nobel mükafatı laueratı, dünya şöhrətli amerikalı yazıçı, jurnalist Ernest Heminqueydən getməyəcək. Bizim öz Heminqueyimiz, öz dənizimiz, öz balıqçımız və öz bədheybət dəniz heyvanlarımız var. Sadəcə istərdim Azərbaycan Yazıçılar Birliyinin cənabları axşam evə gələndə vaxt tapıb bu yazını bir görsünlər.
    Bir neçə gün əvvəl ad günümü sosial şəbəkədə ilk təbrik edən və öz "Dəniz köçü" povestinin linkini mənə hədiyyə kimi göndərən - nasir, dramaturq, esseist, filosof Firuz Mustafaya öz təşəkkürümü bildirirəm.
    Müasir dövrdə "heç kim, heç kimin kitabın oxumur" deyimi, əlbəttə ki, hər bir mənada hamımıza məlumdur. Amma mən, bu povesti sözün əsl mənasında oxudum. Özü də lap bir nəfəsə.
    Ədəbi tənqidçi olmadığıma görə əsər barədə ətraflı olaraq nə isə demək fikrində deyiləm. Buna az-maz qabiliyyətim çatsa da susuram. Çünki mənim deyəcək sözüm başqa, daha doğrusu, bədii əsərlərdən daha yaxşı başı çıxan "başqanlara" olacaq. Bircə onu deyim ki, insan təfəkkürünün "susuzluqdan" dil-dodağı quruduğu bir zamanda "Dəniz köçü" təfəkkürə elə dəniz qədər su səpən həm bədii, həm də orjinal ifadələrlə dop-doludur. Məncə, müəllifin - "Şəhlanın zülmət gecə kimi qapqara saçları gündüz kimi ağ sifətinə tökülmüşdü" bənzətməsini, əbədi küsülülərtək heç vaxt bir araya gələ bilməyən gecə və gündüzü, Şəhlanın simasında bundan yaxşı və rahat heç kəs barışdıra bilməzdi. Bu kimi maraqlı bədii ifadələrə "Dəniz köçü" ilə birlikdə "üzəndə" daha çox rast gəlmək olur. "Dəniz köçü"ndə yalnız müəllifin Tuqayın etibarlı dostu olan Qayut adlı itə bir-iki yerdə "köpək" deyə xitabı ilə razılaşa bilmədim. Doğrudur, "it yurda yurddaşdır" deməyimizə baxmayaq, amma bizim anlamda necə olmasa "köpək" sözü təhqiramiz söz kimi səslənir. Üstəlik əgər "köpək"dən sonra ya "oğlu", ya da "qızı" desək, bu lap dəhşət olur. Nə isə, qoy bunu ədəbi tənqidçilər çözələsin.
    Mən, bununla povesti həqiqətən də diqqətlə oxuduğumu kimlərinsə qarşısında təsdiq etmək fikrində deyiləm. Sakit okean sularında 8 bal gücündə fırtınadan çıxmış keçmiş hərbi-dənizçi kimi "Dəniz köçü"nü nəinki oxudum, hətta əsər boyu Tuqayla birlikdə həyacan içində yaşadım.
    Amma maraqlıdır, heç kim, heç kimin kitabını oxumadığı zamanda bəs görəsən başda yazıçı Anar olmaqla AYB-nin söz sərrəfları heç olmasa bir-birilərinin kitablarını oxuyurlarmı? Yoxsa, buna səbrü-qərarları çatmır?
    Cəmi 62 il ömür sürmüş Heminqueyin biblioqrafiyasına baxanda onun 20 romanı, 11 sənədli əsəri və 16 ekran əsərini görürük. Bu zəhmətinin qarşısında o, Pulutser, Bürünc ulduz və Nobel mükafatı ilə təltif olunub.
    Ömrünün 65-ci yayını yaşayan Firuz Mustafa isə indiyədək 6 elmi, 28 bədii əsərin, 8 rus, 2 ingilis dilində, 2 tərcüмə, 1 tərtib etdiyi kitabların, 32 tаmаşаyа qоyulmuş pyеsin, 2 xarici ölkələrdə tаmаşаyа qоyulmuş pyеs və hələ 17 tamaşaya qoyulmamış dramın müəllifi, eləcə də onun özünə 4 kitab həsr olunsa da, Heminqueydən fərqli olaraq bütün bu zəhmətin müqabilində o, vur-tut Humay, Cəfər Cаbbаrlı, Bеynəlхаlq Аvrаsiyа Fоndunun və Tеаtr Хаdimləri İttifаqının mükаfаtları təltif olunub.
    Heç kimə sirr deyil ki, indi hansı özü öz yazdığını oxuyan "şairin", "yazıçının", rekert jurnalistin biblioqrafiyasına baxsan orda yüz adda mükafat görmək olar. Əlbəttə ki, mən bu yazıda Firuz Mustafa üçün mükafat almaq davasına çıxmamışam, sadəcə layiq olan insanlara Cabir Novruzun təbirincə desək - "sağlığında qiymət verilməsini" istəyirəm. Bizim bir davamız var, o da Qarabağ davasıdır. Əslində, heç bu da dava deyil, bütün dünya ilə haqq-ədalət mübarizəmizdir!
    Gəlin, bir az səmimi olaq, heç kim burada "kəmiyyət və keyfiyyət" məsələsini də ortaya atmaq sevdasına düşməsin. Vicdanla etiraf edək ki, əgər "Dəniz köçü" indiyədək ekranlaşdırılsaydı, bu, Firuz Mustafa Tuqayının, Heminquey Qoca balıqçısından heç də zəif olmadığını, əksinə, Yaqut, Ayqut və Qayutun etibarı, ana istirabı və yar sevgisi bu əsərin daha güclü olduğunu bütün dünyaya sübut edərdi. Ən azı "Dəniz köçü"ndən cizgi filmi çəkilsəydi, buna uşaqlarla yanaşı böyüklər də böyük həvəslə tamaşa edərdilər. Qoy, bu barədə peşəkar rejissorlar düşünsün. Çünki, təkcə tamaşaçının əsəblərini gərili vəziyyətdə saxlayan, eləcə də kolbasa-sosiska qoxuyan teleseriallarla mövcud durumda təfəkkür baxımdan çabalayan cəmiyyəti irəli - Qarabağa tərəf aparmaq olmaz.
    Ölkə Prezidenti tərəfindən 14 may 1999-cu ildə təsdiq edilmiş 130 nömrəli fərmana əsasən, Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməyə diqqət edəndə, burada "Xalq yazıçısı" fəxri adı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verildiyini görürük.
    Amma "Əməkdar incəsənət xadimi" fəxri adı isə görkəmli, bədii cəhətdən yüksək musiqi, dramaturgiya əsərləri, habelə tamaşalar, kinofilmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və Azərbaycan incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlara, rejissorlara, dirijorlara, dramaturqlara, ssenaristlərə, kinooperatorlara, sənətşünaslara və ədəbiyyatşünaslara verildiyi qeyd olunur.
    Baxın, məgər Firuz Mustafa bu qədər yaradıcılığı və zəhməti ilə onun çoxdan qazanmış olduğu fəxri adların verilmə meyarlarına uyğun gəlmirmi? Yoxsa, bu adlar yalnız Azərbaycan Mədəniyyətinə mədəsi gözündən baxan və bu adları almaq üçün "nəzir" - niyyət edənlərə verilməlidir? Niyə sənətdən "incəliyinədək başı çıxanlar" indiyədək bu insana heç olmasa, "Əməkdar incəsənət xadimi" fəxri adı verməyiblər? Məgər onlar bizim ölkədə bir-iki dəfə efirdə çalıb oxuyanları qısa müddət ərzində "əməkdar" - mədəniyyət işçisinə, incəsənət xadiminə çevirmirlərmi? Əlbəttə, heç kimə sirr deyil ki, bizdə süfrəyə gətirilən "şoru", "yağdan" daha yaxşı təqdim etmək qabiliyyəti çoxdan və çox inkişaf edib. Ancaq, "insaf da dinin yarısıdır" axı - deyib babalarımız. Nə olar süfrəyə gətirilən "yağla, şorun" "miqdarı" heç olmasa tən olanda? Axı, "yağa" bu qədər də xəsisliklə qənaət etmək olmaz...
    Nə isə, mən hələ burada "Əməkdar elm xadimi" fəxri adını bir kənara qoyuram. Hərçənd, Firuz Mustafanın buna da haqqı çatır. Çünki, bu ad elmi-tədqiqat idarələrinin, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərə, elmi-praktik işçilərə verilir.

    İstərdim bütün yazdıqlarımı səmimi qəbul edəsiniz. Çünki nə Firuz Mustafanın məndən, nə də mənim ondan heç bir asılacağım yoxdur. Asılacağım yeganə bir şey varsa, o da vicdandır! Amma sonda onu da deyim, əgər "Xalq yazıçısı" fəxri adına layiq olan bir şəxsə indiyədək "Əməkdar incəsənət xadimi" fəxri adı verilməyibsə, Heminquey yaxşı ki, azərbaycanlı, özü də Gədəbəydən olmayıb.
    P.S. Əsl şair və yazıçılara öləndən sonra məzarlarının başında abidə ucaldırlar. Amma bu abidə onların sinəsindən ucalan "dağ"ın yanında çox kiçik görünür. Təəssüf ki, bu "dağ"ı hər adam görmür...
    Mübariz Azərbaycanlı (Əhmədov),
    müstəqil jurnalist






    Bakıdan məktub
    ƏR DAĞI, YADINDADIRMI?

    Bir uşaq sinəndə dəcəllik edərdi, təzə-tər çiçəklərindən dərərdi, təmiz bulaqlarının üzündən öpərdi, Dərələrinə, təpələrinə səs salardı-nəğməli səsiylə. Oxuyardı, oxuyardı, yorulmazdı. Axşam düşəndə o, sənin sinəndən ayrılmaq istəməzdi. Atası qədimalı müəllim onu səsləyərdi:
    -Firuz heeyy!
    Bir uşaq sinəndən ayrılıb gələrdi-ürəyində güllərin, çiçəklərin rayihəsi, çayların narahatlığı, bulaqların təmizliyi. Ər dağı, bunlar yadındadırmı? Bu misraları:
    Bir çaxım şimşəyin, bir axim suyun,
    Bir naxış gülüşün dəhnəsisən sən.
    Bir duyum ürəyin, bir qəlb arzunun,
    Bir dünya vüsalın nəğməsisən sən-
    həmin övladın sənə həsr edib. Sən onun üçün əzizlərdən əzizsən. Təkcə sənmi? Yox. Cəmi Vətən torpağı, cəmi Vətən övladları onun üçün əzizdir. Odur ki, şeirlərində fəxrlə danışmağı üstün tutur. Sadəcə fəhlədir, şeirin, sənətin qədrini öz varlığı qədər qiymətləndirir. Cüssədə o qədər də böyük görünmür, hər hansı bir nöqsana qarşı kəskin barışmazlığı var. Ona hörmətin, ehtiramınsəbəbi də budur. Bu hörməti, bu ehtiramı ona işlədiyi 21 nömrəli sexin kollektivi göstərir.
    Ər dağı, odur ki, deyirəm: Firuz kimi oğullarının sayı çox olsun. Çünki belə övlad baş alçaltmaz- baş ucaldar. Ər dağı, indi Firuzun can atdığı yol çox enişli-yoxuşlu yoldur. Bəs bu yolda o, müvəffəqiyyət qazanacaqdırmı? Addımları mətindirmi? Ər dağı, onu deyim ki, sənət yolunda mətin addım atmaq üçün uzun illərin yuxusuz gecələrinin bəhrəsi olan yaradıcılıq nümunələri lazımdır. Firuzun isə hələ yaşı azdır. Lakin elə şeirləri var ki, ümid bağlamaq mümkündür. Elə “Koroğlu qayası” şeirində:
    Məğrurdur ox kimi dik qayalar da,
    Elə bil məğrurluq enib zirvəyə.
    Bəlkə də bir qartal nə vaxtsa burda
    Gərib qanadını dönüb zirvəyə-
    deməsi, bu kimi bəndləri bizim ona olan ümidimizi artırır.
    Ər dağı, redaksiyamızın nəzdində fəaliyyət göstərən “Cərəyan” ədəbi-jurnalistlik məclisində bir oğlan həmişə hərarətli şeirlər oxuyur-davranışında bənövşə təvazökarlığı, səsində sənin vüqarın, ürəyində çiçəklərinin rayihəsi, çaylarının narahatlığı, bulaqlarının təmizliyi. Ər yadındadırmı o Firuz adlı övladın?
    Aslan Zeynallı,
    BEMZ-də çıxan çoxtirajlı “Elektrik! Qəzrinin redaktoru


    ƏR DAĞI
    Sinəndən çal çarpaz cığırlar keçir,
    Tac hörür başına neçə gül-çiçək.
    Görürəm, burdakı hər yol, hər keçid
    Uzanır ən şirin xatirələrtək.

    Buludlar bir boyum tül paltarınsa,
    Naxışlı kəmərin qövsi-qüzehdir.
    Ulduzlar ulduzlu arzularınsa,
    Sevincin mirvari daladır-şehdir.

    Bir çaxım şimşəyin, bir axim suyun,
    Bir naxış gülüşün dəhnəsisən sən.
    Bir duyum ürəyin, bir qəlb arzunun,
    Bir dünya vüsalın nəğməsisən sən...

    Firuz Mustafayev
    (“Tərəqqi” qəzeti, 19 yanvar 1971-ci il)






















    MƏNİM ƏZİZ DOSTUM FİRUZ MUSTAFA

    Mən Firuz Mustafayevlə 1975-ci ildə Saatlı rayonunda tanış oldum, ikimiz də dil-ədəbiyyat müəllimi vəzifəsində çalışırdıq.
    Həmişə gülərüzlü Firuz bəyin təbiətindəki bulaq saflığı, zirvə ucalığı elə ilk tanışlıqdan məni cəlb etdi. Biz dostlaşdıq, qardaşlaşdıq – amal, əqidə qardaşı olduq.
    İllər keçdi. Zaman bizi daha da doğmalaşdırdı. Aramızdakı dostluq telləri daha da möhkəmləndi.
    Hər cəhətdən gözəl insan olan Firuz Mustafa indilikdə görkəmli alim-filosof, görkəmli yazıçı-dramaturq, görkəmli pedaqoq, görkəmli jurnalist, nadir istedadlı ziyalı tək inanılır və sevilir. Firuz bəy hər cəhətdən maraqlı bir şəxsdir.
    Mən Firuz Mustafanın yaradıcılıq aləmində qazandığı böyük uğurları ürəkdən alqışlayırm! Firuz Mustafanın qələmi ictimai mühitdə baş qaldıran hər cür rəzalətə, hər cür təpəgözlüyə qarşı mübarizə aparır. Onun qələminin arxasında xalq mənafeyinə, xalqın mənəvi sağlamlığına sadiq olan böyük vətəndaş ürəyi, böyük yazıçı ürəyi dayanmışdır. Bu gözəl yazıçı-vətəndaşın yaradıcılıq şüarı belədir: “Qüvvət saflıqdadır, təmizlikdədir!” Firuz bəyin qələmi milyon-milyon murdarlıqlar içində mast olmuş ikiayaqlı donuzlara – insanlıq simasını itirmiş vicdansız ünsürlərə qarşı çox amansızdır. Firuz Mustafanın əqidəsi axar sudur. El çox gözəl söyləmişdir: “Axar su murdarlıq götürməz!” Firuz Mustafanın əsərləri milli müstəqilliyimizi – özdərliyimizi, milli dirçəlişimiz, milli dövlətçiliyimizi, milli-mənəvi diriliyimizi, milli həmrəyliyimizi gözü götürməyənlərə ən tutarlı cavabdır. Səməd Vurğun söyləmişkən: “Günəşdən gizlənən yarasalardır”. Firuz müəllimin təbəssümü gündüzün günorta çağıdır.
    Hər cür ictimai eybəcərliyin ümumiləşdirici bir adı var: təpəgözlük – xudbinlik, aldadıcı eqoizm. Bunlardan çox dəhşətli ictimai xəstəliklər törəyir, yayıldıqca cəmiyyəti iflic vəziyyətinə salır. Mənəvi xəstəliklərin qarşısını almaq üçün Firuz Mustafa öz əsərlərində bir həkim tək çıxış edir: o, gah təcili yardım göstərir, gah da cəsarətli cərrahiyya-yarçı əməliyyatı aparır. Aydın olur ki, insanın təbiətindəki, xislətindəki əxlaqi-mənəvi xəstəliklər mənəvi epidemiyalar adi xərcəng xəstəliyindən qat-qat dəhşətlidir!..
    Təpəgözlük fəlakəti, fitnə-fəsadı insanın qəlbinə yol tapan quduz, yırtıcı şeytanı nəfsin azğınlığından törəyir. Mən tam qətiyyətlə deyə bilərəm ki, Firuz Mustafa bir yazıçı tək əlinə qələm götürdüyü gündən təpəgözlüklə vaxtaşırı çarpışmadadır. Fikrimi aydınlaşdırmaq naminə: “Dədəm Qorqudun Kitabı”ndakı “Basat – Təpəgöz” boyunun bir yerini yada salmaq istəyirəm:
    “Basat aydır:
    - Mərə Təpəgöz! Necəsən?
    Təpəgöz aydır:
    - Mənə oğlan! Dəxi ölmədinmi?
    Basat aydır:
    - Tanrım qurtardi.
    Təpəgöz aydır:
    - Sənə ölüm yoxmuş, - dedi”.
    Şərlə, şərbəndəliklə - təpəgözlüklə mübarizədə Firuz Mustafanın qələmi həmişə üstün gəlir. Çünki Firuz bəy nadir istedadlı yazıçıdır. Onun həqiqi elmi-bədii düşüncə tərzi, iti və gücü dərrakəsi hədəfi düzgün nişan almağı bacarır. Firuz bəy sözün həqiqi mənasında ictimai tərbiyəçidir.
    Firuz bəyin əsərlərinin dili gözəl, zəngin və rəngarəngdir. Bədii üslubundakı şəffaflıq hərdən həddini aşır – göz qamaşdırır!..
    Firuz Mustafa üçün ədəbi yaradıcılıq ötəri şan-şöhrət naminə özünü göstərmək həvəsi deyil, insan həyatının ali məqsədi sayılan yaxşılığa xidmət etmək vasitəsidir. Firuz bəyin hər bir əsəri insanların şüurunu saflaşdırmaq, zənginləşdirmək məqsədi güdür.
    Firuz bəy ictimai münasibətlərdə demokratiyanı (xalq hakimiyyəti) “damukratiya” (cəhənnəm hakimiyyəti) kimi anlayanların halına acıyır. Firuz Mustafanın dastan protetipi Giziroğlu Mustafa bəydir. Qoç Koroğlu çox gözəl söyləmişdir:
    Anadan tək doğulubdur,
    Giziroğlu Mustafa bəy!
    Firuz bəyin qələmi təpəgözlərin başına şeşpərlər yağdırmağa davam edir.
    Firuz Mustafanın teatr sənətinə, səhnə həyatına sevgiləri böyükdür. Firuz bəyə qalsa, ispan yazıçısı Lens De Veqa kimi səhnə arxasındaca öz pyesini yazar və elə oradanca aktyorlara təqdim edib deyərdi: “Buyurun, oynayın!” Ancaq dostumuzun buna imkanı yoxdur, çünki işləri çoxdur, olduqca çoxdur!.. Akademiyanın Fəlsəfə İnstitutunda çalışmaq, ali məktəblərdə dərs demək, qəzetlər üçün yeni materiallar hazırlamaq və hərdən bir də sevgili qəlyana qayğı göstərmək... Üstəgəl elmi-bədii əsələr üzərində çalışmaq. Özü də necə!.. Gözəlliyin özü qədər zəngin və səliqəli...
    Firuz Mustafa dünya ədəbiyyatı və mədəniyyətinin incilərinə dərindən bələd olan görkəmli bir yazıçıdır. Onun əsərlərindən Mopassan, Çexov, Mirzə Cəlil, Çingiz Aytmatov, Əziz Nesin, Vasili Şukşin, İsa Hüseynli (Muğanna) nəsrinin ətri gəlir. Xüsusilə, Vasili Şukşinin! İctimai hadisələrə qarşı dəqiq, çevik və sağlam məntiqli münasibət bəsləməkdə Firuz Mustafanı milliyyətcə altay türkü olan Vasili Şukşinə yaxınlaşdıran ümumi cəhətlər çoxdur. Bir sözlə, bu iki yazıçı doğmaca qələm qardaşlarıdır.
    Firuz Mustafa xasiyyətcə son dərəcə sadə, təvazökar, alicənab, yüksək mədəniyyətli bir insandır. Onun bütün həyat və yaradıcılığı Ulu Zərdüştün “Yaxşı söz, yaxşı fikir, yaxşı əməl!” əqidəsi üzərində qurulmuşdur. Firuz bəyin işıqlı fikirləri, müdrik düşüncələri köpük-köpük buludların üzərində ağ bayraqlar kimi dalğalanır. Sağ ol, Firuz Mustafa! Səni saf ürəkdən alqışlayıram!.. Eşq olsun sənə!..
    P.S. 18 fevral dostum Firuz Mustafanın doğum günüdür. Fürsətdən faydalanıb əziz və sevgili dostumuz Firuz Mustafanı ad günü münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
    Yaşamalı kişisən, yaşa, Firuz Mustafa! Milyon-milyon gül-çiçəklə, milyon-milyon sevgilərlə səni təbrik edirik!..

    Məmməd ELLİ
    “KREDO” qəzeti, 25 yanvar 2005-ci il




    BİR NЕÇƏ SÖZ
    və yaxud Səksənincilər ədəbi nəslinin SÖZü
    Аzərbаycаn ədəbiyyаtının 80-cilər ədəbi nəsli 60-cılаrdan sоnrа ikinci böyük ədəbi nəsildir. Bu ədəbi nəsil 10-15 il gеcikdirilmişdi, əgər vахtındа çаp оlunsаydılаr, onlar оrtаyа dаhа çох ədəbi məhsul qоyаrdılаr. Gənc yаzıçının əsərinin vахtındа işıq üzü görməməsinin necə üzücü hal оlmаsını və insаnı ruhdаn sаlmаsını izаh еtməyə еhtiyаc vаrmı?
    80-cilər ədəbi nəslinin əksər nümаyəndələri, təəssüf ki, belə bir ağır «mərhələdən» kеçiblər.
    Firuz Mustаfа 80-cilər ədəbi nəslinin ən istеdаdlı nümаyəndələrindəndir. Оnun öz yаzıçı üslubu, öz pоеtik dili, öz mövzusu, öz ədəbi qəhrəmаnlаrı vаrdır.
    Mən burаdа “öz” təyini əvəzliyini təsаdüfən işlətmədim. Özü оlmаq hər sаhədə, xüsusən, yаrаdıcılıqdа dаhа çətindir.
    Firuz Mustаfа görkəmli drаmаturqdur və оnun drаmаturgiyаsı, heç bir mübaliğəsiz, müаsir dünyа drаmаturgiyаsı ilə еyni səviyyədə dаyаnаn drаmаturgiyаdır. Nəzərdən keçirdiyimiz 40-dаn аrtıq drаm hеç nədə və heç bir halda biri digərini təkrаrlаmır! Ədəbiyyаtdа “yеni” sözü yохdur; min illərdən bəri bütün mövzulаr işlənib. Аncаq biz “yеni” sözündən yеnə də istifаdə еtməyə zərurət duyuruq. Firuz Mustаfаnın drаmаturgiyаsı mövzu yеniliyi ilə sеçilir: ənənəyə söykənmək, оndаn fаydаlаnmаq və özününkünü yаrаtmаq.
    Müsаhibələrindən birində Firuz Mustаfа dеyir: “…Əvvəlа, охuculаrın özünü fоrmаlаşdırmаq lаzımdır… ( …)Tеаtrdа dа tаmаşаçı fоrmаlаşmаlıdır. Özü də bu fоrmаlаşmа uşаq vахtındаn bаşlаnmаlıdır. Nеcə ki, Kuklа, Gənclər, Gənc Tаmаşаçılаr, Аkаdеmik tеаtrlаr оlаn kimi, охuculаr dа tədricən, pillə-pillə fоrmаlаşmаlıdır... О zаmаn yаzıçının yаzdıqlаrı охunаr…”
    Bu dоğru fikirlərə bircə оnu əlаvə еtmək qаlır ki, Firuz Mustаfаnın охuculаrı dа, tаmаşаçılаrı dа “boz” auditoriya nümayəndələri, yəni sayı çox olan “kütləvi mədəniyyət” azarkeşləri deyil, onlar əsasən sayı az olan, amma səviyyəsi yüksək olan охucu və tаmаşаçılаrdır. Ədəbiyyatşünas xanım Hicranın dediyi kimi, Firuz Mustafa geniş oxucu və tamaşaçı auditoriyası üçün hesablanmış yazıçı deyil. (Bax: “Ulduz” jur. 05-ci say, 2009-cu il). O, mahiyyət etibarı ilə intellektual oxucunun yazıçısıdır.
    Firuz Mustаfаnın əsərlərinin mаyаsındа fəlsəfilik vаr. Fəlsəfə nədir? Dünyа, həyаt, insаn hаqqındа sistеmli düşüncə – düzgün düşüncə və düzgün qənаət, nəticə.
    Firuz Mustаfа 80-cilər ədəbi nəslində, səhv еtmirəmsə, iхtisаscа yеgаnə pеşəkаr filоsоfdur və əsərlərindəki fəlsəfi dərinliyin yаrısı оnun istеdаdı ilə bаğlıdırsа, yаrısı dа iхtisаsı ilə bаğlıdır.
    Firuz Mustаfаnın еlmi və bədii yаrаdıcılığı üçün bir mеyаr vаr: оrijinаllıq və аnаlitik təfəkkür…
    Mən bu аrаşdırmаdа Firuz Mustаfаnın dеtеktiv əsərlərinə bilərəkdən tохunmuram.
    Yаzıçı dеtеktiv əsərlərə “yüngül jаnr kimi” bахır və hətta təəssüf еdir ki, bu tipli əsərləri охuyаnlar vаr. Həm də təəccüb еdir ki, оnun аrzu-istəyindən аsılı оlmаyаrаq bu mövzudа yаzdığı əsərlər охundu.
    Məsələ burаsındаdır ki, dünyаdа çох охunаn müəlliflər arasında dеtеktiv yаzаnlаr kifayət qədər çoxdur.
    Bu tədqiqatda Firuz Mustafanın fəlsəfi, poetik, publisistik, memuar və tərcümə yaradıcılığı barədə də söhbət açılmır. Halbu ki, o, bir neçə sanballı monoqrafiyanın, həcmi onlarla kitaba sığa biləcək minlərlə məqalə, esse, yol qeydləri və gündəliklərin müəllifidir. Onun tərtib etdiyi “100 türk etnosu” adlı fundamental ensiklopedik-sorğu kitabı yazıçı-filosofun tarix və dilçilik elminə də dərindən bələd olduğunu göstərir.
    Sabir Bəşirov,
    filosof-ədəbiyyatşünas











    Firuz Mustafanın ad gününə
    bir neçə kəlmə
    Firuz Mustafa ədəbiyyatımızın, düşüncə, mənəviyyat dünyamızın ən gözəl simalarından biridir. Onu əsərlərini oxumaq, onun özü ilə söhbət etmək hər dəfə bir az da böyümək, kamilləşmək deməkdir. Firuz müəllim, sizə cansağlığı arzulayıram. Sizdən yeni-yeni əsərlər, yeni-yeni mühakimələr, yalnız özünüzə məxsus dolğun, məzmunlu söhbətlər gözləyirik.
    Nadir Bədəlov

    18.02.2021






    “Yaşıl üzlü o kitab...”
    Dəyərli yazıçımız, dramaturq, alim, gözəl insan Firuz Mustafa bizim nəslin örnək olaraq seçdiyi ziyalılardan biridir. Mən onun əsərlərini ta uşaqlıq çağlarımdan oxuyuram. "Göyəm kolları"nı oxuyanda vur-tut, 12 yaşım vardı. Yaşıl üzlü o kitabı mənə anam almışdı. O zaman heç ağlımın ucundan keçməzdi ki, zaman gələcək, bu dəyərli insanla sıx ünsiyyətimiz yaranacaq, o da mənim yazılarım haqda xoş sözlər deyəcək. Biz önümüzdə bu qəbil insanları gördük, onlardan öyrəndik. Bu mənada mən yazı-pozu sahəsində azacıq nəyəsə nail olmuşamsa, özümü həm də Firuz müəllimə borclu sayıram. Yüz yaşayın, dəyərli insan! Tanrı sizi qorusun!
    Kənan Hacı
    yazıçı
    18.02.2021





    Müəllif haqqında
    Firuz Mustafa

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv) - nasir, dramaturq, esseist, filosof
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən həmin ilin gah iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir. Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 80-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tеаtr” jurnаlının təsisçidir. İki övladı var.


    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    Cəfər Cаbbаrlı mükafatı
    “Humay” mükafatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının müкаfаtı








    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)


    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)


    • Seşilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)


    İngiliscə kitabları:

    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)

    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poetik tərcümələr” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti” (Təbiətin resepti) “Teatr”, 2020

    Rusiyada şap olunmuş kitabları:

    “Райский цветок" РФ изд-во “Ridero”, 2018
    «Подвал на крыше» РФ изд-во “Ridero”, 2018
    “Мир без границ” РФ изд-во “Ridero”, 2018
    “Морское кочевье” РФ изд-во “Ridero”, 2018
    “Nomade Maritime” РФ изд-во “Ridero”, 2018
    “A Sea Nomad” РФ изд-во “Ridero”, 2018
    “Дверь” РФ изд-во “Ridero”, 2018


    İranda çap olunmuş kitabları:

    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017 (“Sona” nəşriyyatı)
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017 (“Sona” nəşriyyatı)
    “Dəniz köçü” İran İR, Tehran, 2019 (“Sona” nəşriyyatı)


    Özbəkistanda nəşr olunan kitabı:

    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)


    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):

    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı











    MÜNDƏRİCAT:

    Firuz Mustafa yaradıcılığına ümumi bir baxış
    (Bədirxan Əhmədli)
    s.3
    Zülmətə açılan qapının işığı
    (Cəmil Əlibəyov)
    s.45
    TARİXƏ AÇILAN “QAPI”
    (Şahvələd Köçərli)
    s.59
    Açılan qapı
    (İlham Abbasov)
    s.70
    QİSMƏTİNƏ DÜŞƏN SÖZ
    (Nəriman Əbdülrəhmanlı)
    s.77
    Labirintlər içrə...
    (Hicran)
    s.88
    Firuz Mustafanın dram yaradıcılığı
    (Ramiz Əsgər)
    s.93
    FIRUZ MUSTAFANIN PYESLƏRİNDƏ ŞƏRTİLİK
    (Seyfəddin Eyvazov)
    s.114
    Firuz Mustafanın dramları haqda
    s.108
    (Əsəd Cahangir)
    Firuz Mustafanın monopyesləri haqqında
    (Seyfəddin Eyvazov)
    s.114
    Firuz Mustafanın monopyesləri haqqında
    (Seyfəddin Eyvazov)
    s.138
    HƏYAT SƏHNƏDİR, İNSANLAR AKTYOR, DÜNYA – TAMAŞA
    (Vaqif Yusifli)
    s.147
    Hissin və idrakın hüdudlarında
    (Mahmud Allahmanlı)
    s.151
    Sözün vətəni insandır...
    (Əli Rza Xələfli)
    s.163
    Firuz Mustafa yaradıcılığında hekayə janrı
    (Kürsümxanım Tahirli Yaşar qızı)
    s.170
    Firuz Mustafanın hekayələri
    (Vaqif Yusifli)
    s.186
    BUZ ÜSTƏ YAZILMIŞ SƏTİRLƏR Müəllif düşünür ki, bu, əbədi buzlaq da ola bilər (İsmayıl Umudlu)
    s.196
    “GÖYƏM KOLLARI”
    (Mehdi Şıxlınski)
    s.199
    Virtual aləmdən real həyata
    (Məti Osmanoğlu)
    s.202
    Qeyri-adi bir əsər
    YAZIÇI BU ƏSƏRİ NƏ ÜÇÜN YAZIB?
    (Etibar Etibarlı)
    s.208
    Dramın poeziyası
    (Şahmar Əkbərzadə)
    s.224
    Bu əsərlər daxili bir həyəcandan doğub...
    (Tahir Xudaoğlu)
    s.225
    Qlobal mövzunun səhnə həlli
    (Aydın Dadaşov)
    s.227
    “Dünya öz-özümlə bir görüş yeri...”
    (Fərqanə Mehdiyeva)
    s.241
    Siz kimsiniz, Firuz Mustаfа?!.
    (İdras Haczıadə)
    s.245
    Firuz Mustafanın dramaturgiyasında janr axtarışları
    (Yadigar Əsgərova)
    s.256
    Heminquey yaxşı ki, azərbaycanlı olmayıb...
    (Mübariz Azərbaycanlı (Əhmədov)
    s.276
    Bakıdan məktub. ƏR DAĞI, YADINDADIRMI?
    (Aslan Zeynallı)
    s.285
    MƏNİM ƏZİZ DOSTUM FİRUZ MUSTAFA
    (Məmməd Elli)
    s.289
    BİR NЕÇƏ SÖZ və yaxud Səksənincilər ədəbi nəslinin SÖZü
    (Sabir Bəşirov)
    s.295
    Firuz Mustafanın ad gününə bir neçə kəlmə
    s.300
    “Yaşıl üzlü o kitab...”
    (Kənan Hacı)
    s.301
    Firuz Mustafa haqqında
    s.300
    Firuz Mustafanın əsərləri
    s.303















    Firuz Mustafa
    Haqqında

    Birinci kitab


    ISBN 978-9952-37-245-8

    Bakı.2020.səh.318
    Kitabın redaktoru, korrektoru və yığıcısı:
    F.Mustafa
    Yığılmağa verilib: 05.08.2020
    Çapa imzalanıb: 09.03.2021
    Redaktor: H.Hüseynova
    Dizayn: A.Mustafayev

    Formatı: 70x90 1/32

    El.ünvan: firuz_52@mail.ru
    Tel:(+994)50 4133572
    "Renessans-A" nəşriyyat evi,2020


    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)
    BAKI-2020





    Qeydlər üçün















  • may 2025, Firuz M.

  • 145
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......