...
  • Gündəliklər. 5-ci cild
  • Firuz Mustafa
  • Firuz Mustafa



    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR...

    (Gündəliklər.Etüdlər)



    5-ci cild
















    Bakı-2026


    Fi¬ruz Mustafa

    Gündə bir kərpic düşər...
    (gündəliklərdən sətirlər)

    5-ci cild

    Sizə təqdim olunan
    “Gündə bir kərpic düşər”
    adlı kitabın 3-cü cildində
    Firuz Mustafanın uzun illərdən bəri
    qələmə aldığı
    “gündəliklər”dən
    parçalar, düşüncələr, etüdlər,
    ədəbi fraqmentlər toplanmışdır.
    Müəllifin çaparaq notlarında
    ədəbiyyat və sənətlə bağlı olaylara
    daha çox diqqət yetirilmişir.

    © Firuz Mustafa.2026.səh.,380

    ISBN 978-9952-37-245-8


    Bakı.2026.






    2025


    01.01.2025
    Təzə il gəldi-sakit, günəşli hava və quru şaxta ilə.
    Təzə il gəlsə də, hər şey köhnə qaydadadır.
    Demək olar ki, heç nə dəyişməyib...

    Bəli, ötən ilin son günlərində (dekabrın 25-də) Bakıdan Qroznıya uçan təyyarə terror hücumuna məruz qalıb. Rusiya ərazisində hücuma məruz qalan “Embraer 190” uçağı Qazaxıstanın Aktau şəhərindəki havalimanına qəza enişi etmək istəsə də yerə çırpılıb. Rusiya tərəf uçağın vurulduğunu əvvəlcə inkar etsə də sonra qismən razılaşmalı oldu. Axı həqiqət göz qabağındadır.
    Təyyarədə uçuş heyəti də daxil olmaqla 67 adam olub, 62 sərnişin və 5 uçuş heyəti..

    Təyyarə təsadüfənmi vurulub?
    Azərbaycanlı futbolçu-dispetçerin adı bu faciədə nə üçün hallandırılır?

    “Embraer 190” uçağının vurulmasında guya dispetçer Əli İdrisovun əli var. İdrisov keçmiş futbolçudur, idman həvəskarlarının tanıdığı adamdır.
    Ortaya suallar çıxır:
    -Niyə məhz azərbaycanlı? Niyə məhz futbolçu? Bəyəm uçuşa dispetçerdən daha yuxarı ranqda nəzarət edənlər və ya cavabdeh olanlar yoxdurmu?
    Suallar çoxdur. Cavab isə qısadır.
    Məntiqi nəticə alınır: A). Bununla əks tərəf demək istəyir ki, “burada bizlik bir iş yoxdur, cinayətkar sizin özünüzdəndir”. B). Və yaxud, baş verənlər bu “səhnənin” əvəlcədən planlaşdırıldığını deməyə əsas verir.
    Başqa “alibilər” də var.
    Bu cür hadisələrdə təkcə texniki deyil, məntiqi təhlillərə də isnad etmək zərurətdən doğur.
    Təyyarə qəzasından bir neçə gün öncə qardaşım Fuad Qroznıya gedib-bir dostunun yas məclisinə., hələ oradadır...

    02.01.2025
    Uzun müddət idi şəhərə (yəni şəhər gəzintisinə) çıxmırdım. Bu gün çıxdım. Basmaqəlib ifadə olsa da deyim ki, Bakı bayram əhval-ruhiyyəsində idi. Adamların üzündə təbəssüm işartısı da vardı. Gülüş səsləri, qəhqəhə, musiqi, rəqs...
    Düzdür, şəhərimiz dilənçisiz, yolçusuz da deyildi...
    Yeni ilin ikinci günü, yəni qışın “lalə vaxtı” olsa da, hava günəşli idi, sanki bahar gəlmişdi.
    Sözüm onda deyil.
    “28”dən vurub “İçərişəhər”əcən vardım, oradan da həmin marşrut üzrə geri döndüm. Bu boyda yolda bir tanış adama rast gəlmədim. Sanki ya mən yad şəhərə qonaq gəlmişdim, ya da bu şəhəri “yad adamlarla” doldurmuşdular. Əksəriyyət rus dilində danışırdı. Başqa əcnəbi dillərdə konuşanlar da az deyildi. Bunu da elə-belə yazdım...
    Hə, yolda bir cütlük (kişi və qadın) mənimlə salamlaşıb yeni ilimi təbrik edəndən sonra Müslüm Maqomayevin heykəlinin yerini soruşdu. Məkanı izah etdim. Şimal adamlarına, danışıqlarından daha çox Bəyaz Rusiyanın vətəndaşlarına bənzəyirdilər.
    ...Mən dost-tanışa rast gəlmədiyim üçün kimisə və nəyisə qınamaq fikrində deyiləm. Bəyəm “dost-tanış” qalıb ki? Məsələ burasındadır ki, mənim yoldaş, sirdaş, fikirdaş, məsləkdaş və digər “...daşlarım” ın əksəriyyəti indi “başqa” dünyadadır. Soruşa bilərsiz ki, bəs siz niyə onlarla birlikdə deyilsiz? Yenə “məsələ burasındadır ki”, dostlarımın mütləq əksəriyyəti məndən yaşca böyük olublar. Onlarla mənim aramda 15, 20, 30... hətta bir qədər də çox zaman, yəni “yaş məsafəsi” olub. Və o adamların əksəriyyətini siz tanıyırsız. Zira onlar yaradıcı adamlar olub: yazıçılar, filosoflar, rəssamlar, bəstəkarlar, bir sözlə elm və sənət adamları. İndi onlar yoxdur...
    Yaxşı ki, nəsillər dalınca nəsillər gəlir. Hesab edirəm ki, nə dünyamız, nə də məmləkətimiz adam sarıdan qıtlıq çəkməyəcək. Təki adamlıq cəhətdən də qıtlıq çəkməyək.

    Heç zaman görüşmür ölümlə həyat,
    Nəsə bir-birindən ehtiyat edir;
    Onlar dost olardı görüşsə. Heyhat,
    Birisi gələndə, o biri gedir.
    **
    O Günəş çıxacaq, o Ay batacaq,
    Təkrar olunacaq gecə röya da.
    Hər şey təkrarlanır dünyada, ancaq
    Heç vaxt təkrar olmur ömür dünyada.
    p.s.
    Bir selfi çəkib “kəndimə” qayıtdım.

    03.01.2025
    Yeni ilin ictimai məzmunlu ilk sevindirici xəbəri. Tarif şurası kommunal xərclərin qiymətini qaldırıb, bunun da adını qoyub “tənzimləmə”. Öz səhifəmdə belə bir status yazdım: “Tarif şurası dilçilərdən daha savadlı imiş. Niyəsini deyim. Sən demə, dilimizdə "qalxmaq" sözünün gül kimi, həm də daha mədəni sinonimi varnış: “tənzim". Məsələn, "qiymətlər tənzimləndi"... Bu, o deməkdir ki, qiymətlər o söz..., yəni qalxır. İnnən belə təzyiqimiz qalxmayacaq, tənzimlənəcək. Görürsüz nə yaxşı səslənir: "Təzyiqim tənzimlənmir", yəni təzyiq yoxdur... Bir az uzun səslənsə də xeyli mədəni alınır.

    **
    03.01.2025 Qazax qardaşlarımız tədricən -oviç, -yeviç "dəsgahından" uzaqlaşırlar. İndi onlar "ula" yəni "oglu" ifadəsinə üstünlük verirlər. Məsələn, əgər əvvəllər "Nursultan Abişoviç" deyirdilərsə indi "Nursultan Abişula" deyirlər.
    P.S. Yeri gəlmişkən, bir çox türk xalqlarında işlədilən "ulin" də "oğlu" anlamındadır. Məs., Axmedulin, Xayrulin, Nabiulin(a). Elə "ulan" və "ulyan" sözləri də oğlu deməkdir. Məsələn., Ulyanov.

    04.01.2025
    Qaynım Mahirə baş çəkdik. Orada bir növü Yeni ili birlikdə qeyd etdik...

    İngilis dilində türk sözləri
    Bilənlər bilir, bir xobbim var, boş olanda onunla məşğul oluram. Bu, dillə, dilçiliklə bağlı bir düşüncə cferasıdır. Məni uzun illərdir belə bir sual maraqlandırır: görəsən, dünyada elə bir dil varmı ki, orada türkizmlər olmasın?
    Rus dilindəki türkizmlər haqqında onlarla yazım dərc olunub. Bəzi rus divanələri bu cür yazıların nə məqsədlə yazıldığını ya anlamaq istəmir, ya da anlamırlar. Mən onlara adətən belə cavab verirəm: təqdim edilən türkizmləri məhz rus alimləri tədqiq ediblər, bəs onların məqsədi nə olub? Zənnimcə belələri, sabotajlıq edir və yeri gəlmişkən “sabotaj” (sabot, saboteur, sabotage) sözü ingilis dilində olan türkizmlərdən biridir.
    Bəli, indi ingilis dilində olan türkizmlərdən bir kaç cümlə, yəni müxtəsər də olsa söz açmaq istəyirəm.
    Məsələn, chabouk (chabuk, chawbuk) sözləri “çubuk” anlamındadır. Bildiyiniz kimi “qəlyan”(farsca), “nargilə”(ərəbcə) sözləri türkcədə “çubuq” kimi ifadə olunur.
    Bundan başqa, ingiliscədə işlədilən “caviar” (ikra), “coach” (kareta), “kiosk” (kiosk-köşk), “kumiss” (kumıs) sözlərinin mənşəyi də türkcədir.
    Elə badian (бадьян), beech (бук), taiga (тайга) sözləri də bu qəbildəndir.
    Desəm ki, rus dilində olduğu kimi ingilis dilində də işlədilən “tapor” (monop), yəni “balta” sözünün mənşəyi türkcədir, bəlkə də çoxları ağız büzəcək. Bu gün tatar dilində işlədilən “manaqıç” sözü buna əyani misal ola bilər.
    Sonra, burka (geyim), khanum (xanım), ataman (ataman), hurrah (ура), kefir (qatıq), yogurt (yoqurt) sözləri də ingiliscədə olan türkizmlərdir.

    05.01.2025
    Bazr günüdür. Tələbəlik yoldaşımız Saməddin müəllim (biz ona vaxtilə Qarabala deyərdik) zəng vurub dedi ki, Abuzər Bağırovun həyat yoldaşı rəhmətə gedib. Vədələşib bir neçə yoldaşıla (İsmayıl, Arif, İslam, Saməddin ilə) Abuzərgilə getdik. Aqşindən xahiş etdim ki, mənimlə getsin, qolumdan tutsun, çünki təzyiqim var. Gedib başsağlığı verdik. İndi bir daha xatırladım ki, 2002-2003-cü ilin qışında Moskvada olarkən Abuzərin yeni(dən) ailə qurmasnı mən təqdir etmişdim və bu izdivacın ilk xeyir-duasını mən vermişdim. Onun gələcək həyat yolaşı alicənab bir xanım idi və Abuzərə iki övlad bəxş edib getdi.

    06.01.2025
    And olsun bütün müqəddəslərə... Hələ indiyəcən qələmim ürəyimcə olmayan bir sətir belə yazmayıb...
    And olsun müqədddəslərin ruhuna... Hələ indiyə qədər heç kəsdən haqqımda bir kəlmə yazmağı xahiş etməmişəm. Halbuki yüzlərlə, bəlkə də minlərlə yetirməm-şagirdim, tələbəm, aspirantım olub. Ağız açsaydım, barəmdə yüzlərlə yazılar dərc olunardı. Amma haqqımda təmənnasız yazanlar da az olmayıb. Sağ olsunlar...
    Pis-yaxşı 100 cilddn çox kitabın müəllifiyəm. Yazılarım 10-dan çox dilə tərcümə olunub. Bildiyim qədər, 5 ölkədə pyesim tamaşaya qoyulub....
    And olsun öz canıma... İndi elmə və ədəbiiyata gələnlərə yazığım gəlir. Onların əksəriyyəti kimlərəsə “mirzəlik” etməklə, quyruq bulamaqla məşğuldur...
    And olsun sizin canınıza, siz adam olsanız onlar da adam olar... Və yaxud biz adam olsaq, onlar da adam olmağa çalışar...
    And olsun and yerimizə... Bu günün pəncərəsindən baxanda görürəm ki, 70 il əvvəliklər indikilərdən, mərifətli, cəsarətli olub. Onlar heç olmasa əsərlərində Lenini, Stalini, lap elə Hitleri, Mussolinin kimi “nəhəngləri” vəsf ediblər. (məsələn, Nobelçi Knut Hamsun kimi)... Bəs indikilər? Bunlar nəyinsə...müqabilində nazirlərə, katiblərə, sədrlərə, prokurorlara, hakimlərə, biznesmenlərə, dükançılara, çayçılara, aşpazlara... mədhiyyələr yazıblar.
    60-cıları bəyənmirlər. Halbuki gerçəkliyi ilk dəfə sənətə gətirən (təkcə ədəbiyyatda, incəsənətdə, elmdə deyl, elə siyasətdə də) məhz onlar olub.
    70-cilər vurğulanan sferalara cəsarət gətiriblər.
    80-cilər ədalət gətiriblər.
    90-cılar intellekt gətiriblər.
    Sonrakıların nə gətirdiyini siz özünüz yaza bilərsiz.

    07.01.2025
    SS Tv-də olduq. Kənan Hacı ilə mənim aparıcısı olduğum verilişdə (“Zamanın axarında”) həmsöhbət olduq, ədəbiyyat problemlərindən söhbət açdıq.
    BF səhifəmdə kiçik “statuslar” paylaşdım: “Əvvəllər rus satlarında qadınların bu tipli elanlarına rast gəlmək olardı. Son vaxtlarsa türk xanımların da buna bənzər "ilanları" az qala göz deşir. Məsələn, bu cür:"50 (və yaxud 60) yasındayım, dulum və kendim de yalnızım".bYəni erkek axtarışı var. Adam adam axtarar də...
    Yax ey, əslində burada pis heç nə yoxdur. Doğrudan da, yaşın nə fərqi?... Olsa- plsa pis orasındadırr ki, mən artıq 70-i ötmüşüm...)”

    “Çoxdan, laaap çoxdan bir rəvayətvari yazıda oxumuşdum: elə bir zaman gələcək ki, insanlar müharibəsiz- filansız ağcaqnad kimi qırılacaq və onların ölümünün səbəbkarı... məhz ağcaqanadkimi həşəratlar olacaq. Ki yəni, bu həşərarlər qara bulud kimi dünyanı başına alacaq, bütün canlılara divan tutacaq. Bu həşərarları nə top- tüfənglə, nə də "qurdağzı" bağlamaqla məhv ətmək mümkün olacaq...
    Təki yalan olsun.”

    08.01.2025
    MN-də nazirin kino üzrə məsləhətçisi Orxan Fikrətoğlunun dəvəti ilə onun yanında oldum. Kino dramaturgiyası üzrə emalatxana yaratmaq və məni orada görmək istədiyini dedi. Baxarıq...

    09.01.2025
    Bakı ilə Moskva arasında vurulan təyyarənin “razborkası” davam edir...
    Dünən Türkiyə Prezidenti R. T.Ərdogan bizim Prezident İ.H.Əliyevə zəng vurmuşdu-bu bir növ dünyaya həmrəyliyimizin mesajı kimi verilən bir xəbərdarlıq idi.
    İki gündür yata bilmirəm. Təzyiqim nə qədər olsa yaxşıdır: 196/100. Başım gicəllənir. Çoxdan bəri əlaqəm olmayan Xudayat Həsənli zəng vurmuşdu. Aqşinin iş məsələsi ilə maraqlanır.
    Bütün günü evdə oldum.
    Kağızın üstünə səhərdən başımda “fırlanan” aşağıdakı misraları yazdım:

    Bağçada çiçək yox, sarmağıq bitib,
    Tikanlar “bar” verir lap badam kimi.
    Adamlar azalıb, adamlıq itib,
    Nə əcəb qalmısan sən adam kimi?..

    13.01.2025
    Nasazam. Arada sosial şəbəkələrə “statuslar” yazıram.
    “Gedişatdan belə görünür ki, rus-Ukrayna savaşının müddəti 1941-1945-ci il müharibəsi qadər çəkəcək...”

    “Mən 12-13 il bundan qabaq "100 türk etnosu" (100 turkskix etnosov) adlı kitabı tərtib edərkən hesablama apardım: dünyada türklərin ümumi sayı (nüfuzu) 450 milyondan çoxdur. Təkcə Hindistanda 100 milyona yaxın türk var.Prof.Dr Musa Taşdelenin bu barede tedqiqatı var.: https://www.iha.com.tr/istanbul-haberleri/-627178”.
    “Qazın, neftin üstündə əyləşmiş İran, 30 ilə yaxındır ki, öz şimal rayonları üçün Türkmənistandan qaz alır...”

    “Dinlərin tarixi də mənim maraq dairəmə daxil olan sahələrdən biridir.
    Bildiyimiz kimi, İsa peygəmbərin (İisus Xristos) dünyaya gəlməsi, onun valideynlərinin kimliyi tarixi daim mübahisə doğurub. Müqəddəs Məryəmin İsanı neçə yaşında doğması da həmişə mübahisəli olub. Belə ki, Məryəmin, Allahın oğlu hesab olunan İsanı 11, 12, 13 və 14 yaşında ikən dünyaya gətirdiyi iddia olunur. Dediyim odur ki, real tarixlə paralel olaraq irreal bir tarix də addımlamaqdır…”

    “Özünü dünyanın "ən humanist", "ən sülhsevər" xalqı hesab edən toplumun ziyalılarının, elm və sənət admlarının az qala heç birinin cııqqırı çıxmır. Niyə? Niyə onlar səslərini ucaldıb demirlər ki, "ay..., Ukraynada körpələri beşikdə, xəstələri yataqda bombalayırsınız. Niyə, nədən ötrü, nədir bu insanların günahı?"
    Sizcə bunların harayı niyə eşidilmir? Niyə susurlar?..”

    “Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın Azrbaycan türklərinin Ermənistan ərazisindən qovulmasını "əsaslandıran" məlum çıxışının videosu və mətni bütün dillərə tərcümə edilməli, bütün dünyaya yayılmalıdır. Bu çıxış erməni faşizminin mahiyyatini əks etdirən çox qoymətli sənəddir. Bu sənəd həm də bizdəki bir çox "levonsevərlərin" ağzına vurulan yumduq olacaq...”

    “Bunlar nə qədər abırsızdırlar...
    Öz kənd-şəhərlərındə, necə deyərlər "yel əsib yengələr oynayır", amma yenə gözləri başqa torpaqlardadır. Bir yandan başqa millətlərə deyirlər ki, "biz birlikdə olmalıyıq", o biri tərəfdənsə həmin millətləri ələ salır, onlar haqqında təhqiramiz lətifələr düzəldirlər. Bunlardan bir soruşan yoxdur ki, ay...ayı, məsələn, sənin çukçadan nəyin artıqdır ki, hələ onu zorla özünə tabe etmək istəyirsən? Vətəndaşların qaraçı kimi dünyaya səpələnib, hələ utanmaz- utanmaz dünyanı haçansa öz başında çatlayacaq bomba ilə təhdid edirsən...”

    “Qocalığın da öz məziyyətləri, necə deyərlər, üstün cəhətləri olur. Məsələn, avtobusda, metroda kimlərsə ayağa durub kəmali- ehriramla "buyur, ağsaqqal"- deyərək "öz yerlərini" sənə verir. Amma və lakin... Bəzən mənə elə gəlir ki, "yer" təklif edən adamların bir çoxu yaşca məndən xeyli yaşlı adamlardır. Bəs görəsən, bu hörmət- izzət nədən "qidalanır"?..”

    Və sair bu kimi “statuslar...
    ... Bu gün Həcər müəllimə (həyat yoldaşım) Amerika səfirliyində oldu, ona viza verdilər.
    ... Güntəkinə 18 kv.metrdən ibarət mənzil aldıq-öz pulu ilə.

    14.01.2025
    Yata bilmirəm. Yəqin ki, buna təzyiqin də təsiri olub. Dünən təzyiqim 200 civarında idi. Bu gün evdən çıxmadım, daha dəqiq desəm, çıxa bilmədim, buna taqətim çatmadı.

    15.01.2025
    Mənim sevgilərim səssiz olubdur,
    Mənim sevgilərim sözsüz olubdur...

    20.01.2025
    Evlənmək-adətən, ənənə hesab olunur. Əslində isə evlənmək ənənə yox, məsuliyyət hesab olunmalıdır.
    Evlənmək-çox vaxt yalnız nəsil artırmaq hesab olunur. Əslində isə evlənmək təkcə nəsil arırmaq yox, nəsli təzələmək missiyası daşımalıdır.
    Evlənmək- valideynin korkoranə şəkildə ailə “estafetini” öz övladına ötürməsi demək deyil, ən azından öz övladını gələcəyə hazırlamaq deməkdir.
    Evlənmək- nisbilik nəzəriyyəsindən daha çox, cazibə qanunun postularlarını qəbul etməlidir.
    Evlilik sadə məsələdir, mürəkkəb məsələ evliliyin qorunub saxlanmasıdır.
    Valideyn öz övladlarına maddi vəsaitləri yox, mənəvi dəyərləri ötürməlidir.


    21.01.2025
    Ədəbiyyatçı Bədirxan Əhmədlinin bu il 70 yaşı olacaq. Onunla bağlı müxtəsər bir yazı qələmə aldım. Həmin qeydləri yazıçı N.Əbdürrəhmanlıya göndərdim.
    Vaxtın miqyasını görülən işlər müəyyən edir...
    Onu tələbəlik vaxtlarından tanıyıram. Eyni kursda oxumasaq da, eyni dövrdə, eyni fakültədə təhsil almışıq.
    Əvvəlcə onu deyim ki, onlar üç dost idi. Çox vaxt hər üçünü birlikdə görürdüm. Fazil Mustafayev Qazaxdan, Vurğun Əyyubov Tovuzdan, Bədirxan Əhmədov Borçalı elindən idi. Sonralar təbii ki, bu soyadlarda kiçik “redaktə” işləri də getdi. İndi onlar ölkəmizdə tanınmış ziyalılardır. Vurğun Əyyub isə bir neçə il öncə haqq dünyasına qovuşub.
    Onu da yaxşı xatırlayıram ki, bu “qızıl üçlüyü” çox zaman Mərkəzi kitabxanada görmək olurdu. Elmə o vaxtdan böyük maraqları vardı, müxtəlif mətbuat orqanlarında çıxış edirdilər. Gənc olsalar da təkcə ədəbi- elmi deyil, ictimai-siyasi diskussiyalarda da fəallıq göstərirdilər.
    Zaman gəldi ki, təhsi illəri arxada qaldı, hərə bir səmtə, dəqiq desək təyinat yerlərinə üz tutdu.
    Ötən əsrin 80-lərində mən bu üç dostu yenidən qaynar Bakı mühitində gördüm. Onlar təzədən elm aləminə qayıtmışdılar. Dostların hər üçü elmi fəaliyyətlə məşğul olurdu.
    Bəli, bu gün filologiya elmi sahəsində yaxşı tanınan Bədirxan Əhmədlinin (Başkeçidlinin) ciddi araşdırmaları diqqəti çəkməkdədir. Xatırlayıram, Bədirxan müəllim bir müddət Baş arxiv idarəsində, Qarabağ uğrunda gedən qanlı döyüşlər zamanı isə hərbi qəzetdə çalışdı. Onun hətta, müəyyən bir dövrdə işsiz qaldığı da yadımdadır. O da yadımdadır ki, Bədirxan bəy və Vurğun bəy bir-iki il qardaş Türkiyədəki Qars Qafqaz Universitetində pedaqoji fəaliyyətlə məşğul oldular.
    Bədirxan Əhmədli elmi fəaliyyətinin ilkin dövründə yazıçı Sabit Rəhmanın satirik yaradıcılığını tədqiq etmişdir. Görünür, satira janrına olan maraq sonrakı mərhələdə onu bu sahədə daha geniş spektrdə axtarışlar aparmağa sövq etmiş və nəticədə bir müddət sonra, iyirmi il bundan öncə (2005-ci ildə) "Azərbaycan satirasının inkişaf problemləri (1920–1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
    Buradaca xatırlatmağı vacib bilirəm ki, Bədirxan Əhmədli heç də “dar sahənin”, “lokal mövzuların” araşdırıcısı deyil. Onun klassik və müasir ədəbiyyat, Şərq və Qərb mütəfəkkirləri, mühacirətdəki ziyalılarımız, habelə çağdaş ədəbi proses haqqında tədqiqatları filoloji elmi fikrin zənginləşməsinə gərəkli töhfə hesab edilə bilər. Alimin, demək olar ki, bütün mövcud ədəbi janrlara aid və həmin janrlarda qələmə alınan əsərlərlə bağlı çoxsaylı yazıları vardır. Ümumiyyətlə, çoxqatlılıq, üslubi rəngarənglik, polifonizm B. Əhmədlinin yaradıcılıq manerasına xas olan cəhətlər kimi vurğulana bilər. O, həmişə geniş yaradıcılıq üfüqlərində gəzişməyi xoşlayır. Və yaxşı bilir ki, 21-ci əsrin filolgiya elmi öz tədqiqatçısından, əvvəlki illərlə müqayisədə, daha geniş ümumiləşrirmələr aparmağı, yeni paradiqmaların formalaşmasında daha cəsarətli addımlar atmağı tələb edir.
    Bədirxan Əhmədlinin üç cilddən ibarət “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” son dövr ədəbi- elmi ictimaiyyatın “aktivinə” yazılan uğur kimi dəyərləndirilməlidir.
    Bədirxan müəllimin hələ ilk gəncliyindən orta məktəbdən başlayan pedaqoji fəaliyyəti bu gün ali məktəblərdə davam etməkdədir. O, uzun illərdir ki, ölkəmizin bir sıra Universitetlərində, təhsil ocaqlarında tələbə və doktorantlara dərs deyir.
    Bədirxan Əhmədli həm də qayğıkeş ata, məsuliyyətli valideyndir. Onun oğlu Səncər və qızı Məltəm də öz ataları kimi zəhmətşek, əməksevər və vətənpərvərdirlər.
    İllər sürətlə bir-birini qovmaqdadır. Bədirxan bəyin 70 yaşı tamam olur. Bu, nə az yaşdır, nə də çox. Bir də ki, yaşın və illərin miqyasını çox zaman görülən işlər müəyyən edir. Bu mənada yubilyar dostumuz bərəkətli ömür yaşamış, məhsuldar fəaliyyət göstərmişdir. Əminəm ki, qarşıdan gələn yeni illər də arxada qalan illər kimi mənalı və uğurlu olacaqdır.

    19.01.2025
    İmişlidə Yol Polisinin əməkdaşının törətdiyi qəza iki uşağın ölümünə səbəb olub. Rayon əhli qəzəblənərək qəza törətmiş maşını böyrü üstə aşırıb. Rayonda gərginlik yaşanır.

    20.01.2025
    Qanlı 20 Yanvar.
    O zaman qələmə aldığım gündəlikdən sətirləri öz “səhifəmdə” paylaşdım.
    Bütün günü evdə oldum. Nasazam.
    Hər ilin 20 Yanvarında xəyal məni təkrar-təkrar o məşum gecəyə aparır...
    20 Yanvar niyə baş verdi?
    Bu suala konkret cavab vermək çətindir.

    21.01.2025
    Amerikada “Lenini” necə tapdım?
    İnqilab memarının Sietldə nə işi var ki?

    ...Qəribədir. Bəlkə də heç qəribə deyil. Bu gün Leninin öldüyü gündür. Aradan 101 il keçir. Amma indi onu nə yada salan var, nə də haqqında yazan.
    Yayda yolum Amerikaya düşmüşdü. Yaxınların istəyi ilə Sietl şəhərinə getdik...
    ...Sietl bir çox nailiyyətləri ilə bütün dünyada məşhurdur. İdmanla maraqlanmasam da eşitdiyimə görə vaxtilə burada Olimpiada oyunları keçirilib. Qəhvə istehlakı mədəniyyəti, yəni ABŞ-dakı bir çox məşhur qəhvə şəbəkələri məhz Sietldə yaradılıb. Həmçinin sakinlər arasında yüksək təhsil səviyyəsi çox yüksəkdir, Sietl əhalisinin 51%-dən çoxu ali təhsillidir.
    Sonra. Yeri gəlmişkən, məşhur Brüs Linin məzarı da bu şəhərin qəbristanlığındadır. Həmin qəbri də tapdıq...
    Hə, söhbət Leninin Sietldəki heykəlindən gedir. “Dahi rəhbərin” abidəsi buraya necə “gəlib”?
    Heykəl slovakiyalı, bolqar əsilli heykəltəraş Emil Venko tərəfindən yapılıb və ilk dəfə 1988-ci ildə Çexoslovakiya Sosialist Respublikasının Poprad şəhərində ucaldılıb. Bu, məxməti inqilabdan bir il əvvəl idi. Bildiyiniz kimi, SSRİ-nin dağılmasından sonra post-sovet məkanında de-leninləşmə dalğası bir çox abidələrin sökülməsi və ya demontaj olunması ilə nəticələndi. Haqqında söhbət gedən heykəli də slovaklar postamentdən salaraq tezliklə zir-zibillə dolu təsərrüfat meydançasına atdılar.
    ... Həmin şəhərdə o vaxtlar müqavilə ilə müəllim kimi işləyən amerikalı Lyuis Karpenter onu 1993-cü ildə zibillikdə tapdı. Karpenter heykəlin bədii dəyərini dərhal qiymətləndirərək onu o vaxt üçün ucuz bir qiymətə (heykəl üçün 13.000 dollar, daşınma üçün isə 28.000 dollar) satın aldı.
    ...Heykəlin ABŞ-a gəlib çıxması da uzun bir macəradır.
    ...Abidə bir müddət Karpenterin, Vaşinqton ştatının Sietl yaxınlığında yerləşən İsakva qəsəbəsindəki evində saxlanıldı. Lakin 1994-cü ildə Karpenter, avtomobil qəzasında həyatını itirdi. Onun varisləri evi satdılar. Ta heykəli saxlamaq üçün yer qalmadı. Varislər Sietl şəhər rəhbərliyi ilə razılığa gələrək heykəli Freemont rayonunda yerləşən adi bir yerdə- yol ayrıcında quraşdırdılar. O zaman bu rayon azad rəssamlar, müxtəlif sənət studiyaları və qalereyalarla məşhur idi. Beləliklə, Freemont "əsir" Lenini qəbul etdi.
    …Heykəl müxtəlif siyasi mübahisələrə səbəb oldu. Mübahisələrin əksəriyyətində heykəlin xüsusi mülkiyyətdə olduğu, özəl ərazidə quraşdırıldığı, cəmiyyətin və hökumətin bu məsələdə az rol oynadığı iddia olunurdu. Deyirdilər ki, heykəl “yerini düz tapmayıb”.
    … Karpenterin ailəsi heykəli Freemont tökmə zavoduna satmaq, onu əridib yeni bir fiqura çevirmək istəyirdi. Lakin zavodun qurucusu Piter Bevis heykəli Freemontda nümayiş etdirməyə qərar verdi və onu Freemont Ticarət Palatasına 5 illik “zəmanətə” götürdü.
    ...Heykəl 1995-ci il iyunun 3-də Freemont raketinin bir blok cənubundakı Şimal Evanston küçəsi ilə Şimal 34-cü küçəsinin kəsişməsindəki özəl bir ərazidə təntənəli şəkildə açıldı. Amma şəhər rəhbərliyi tezliklə yenə öz narazılığını ifadə etdi…
    ... 1996-cı ildə heykəl iki blok şimalda, Şimal Freemont meydanı, Şimal 36-cı küçə və Şimal Evanston küçəsinin kəsişməsinə, o zaman “Taco del Mar” restoranı və dondurma mağazasının yerləşdiyi kommersiya ərazisinə köçürüldü. “Lenin” indiyəcən elə oradadır.
    ...Karpenter ailəsi hələ də heykələ alıcı axtarır. Abidə 1996-cı ildə isə 150.000 dollara, 2015-ci ildə isə 250.000 ABŞ dollara satışa çıxarılmışdır. Hələ alıcı yoxdur.
    Sözün qısaı, biz Sietldəki abidəni tapdıq... Leninin heykəli uzun müddət zibillikdə qaldığına görə, rəngi xeyli bozarıb, solub. Dizlərinin sanki astarı çıxıb. Şinelinin ətəkləri didilib. Abidə alabəzək bir rəng alıb.
    Fikir verdim, kiçik bağçada quraşdırılmış nəhəng heykəlin yanından adamlar laqeydcəsinə keçib gedirdilər. Burada onu “tanıyanlar” təbii ki, barmaqla sayıla biləcək qədər az idi...
    Bəli, Lenini Sosialist ölkəsindən “qovub” didərgin saldılar. O, indi vaxtilə kəskin tənqid atəşinə tutduğu kapitalist ölkəsində “məskunlaşıb”. Onun, yəni bu heykəlin gələcək taleyi isə hələ müəmmalıdır. Vaxtilə, onun hesabına kişi olanların bir çoxu sağdır (məsələn, rus kommunistlərinin indiki başçısı Züqanov) və kişilikləri çatsa bu “miqrant” heykəli gətirib heç olmasa öz həyətlərində quraşdırarlar. Bunu, təbii ki, yarızarafat dedim.
    Heykəli diqqətlə süzdüm. Hündürlüyü beş-altı metr olardı. Yanından saymazyana keçən adamlar “proletariatın dahi rəhbərinin” qətiyyən vecinə deyildi. O, irəliyə doğru “addımlamaqda” idi. Məşhur şapkası da başında idi...
    Telefonla bir-iki foto və “video” çəkdim.

    22.01.2025
    Öz “səhifəmdə” hərdən “statuslar” yazıram.
    … İnsanlarda 90-120 IQ yəni intellekt əmsalı normal hesab edjlir. Bu həddin 150-ni keçməsi ya dahilik, ya da ...dəlilik əlamətidir.
    ... Gəncliyində qocalara qarşı aqressiv idi. İndi qocalıb- gənclərə qarşı aqressivdir.
    Beləsinə nə deyəsən?
    ... Təxminən 20 il öncə bir yazımda qarelərimə belə bir sual ünvanlamışdım: "Əcaba, görəsən niyə bir "halal" müsəlman öz ölkəsini birdəfəlik tərk edəndə müsəlmanların yox, xristianların çox olduğu ölkələrə, yəni Qərbə üz tutur?"
    ... Bizim bəzi səliqəsevən, klassik dəbli, ənənçi və s. keyfiyyətlərə malik soydaşlarımız burada oturub orada- Trampın andiçməsində iştirak edən şəxslərin geyim- kecimini müzakirə edir və əsasən mənfi qiymət verirlər. Zövq belə şeydir.
    P.S.
    Hələ yaxşı ki, təkcə zahiri görünüş müzakirə olunur...
    ... Gürcüstanda normal düşüncə sahibləri yaxşı bilirlər ki, siyasi təşkilatın adı "Gürcü arzusu" yox, "Gürcüstan arzusu" olmalıdır.
    Ermənistanda az- çox aydın düşünən şəxslər, o cümlədən Paşinyan deyirlər ki, nəşr edilən dərsliyin adı "Erməni tarixi" yox, "Ermənistan tarixi" olmalıdır.
    Bəs siz necə, bu fərqi duyursuz?

    ... Vaqif Nəsib yataq xəstəsidir.
    Ona kömək etmək lazımdır.
    Vaqif Nəsib ədəbiyyatda öz yolu, həyatda öz mövqeyi olan tanınmış yazıçı və şairdir.
    Güman edirəm ki, ölkəmizdəki xeyriyyə fondları, Qazax Xeyriyyə cəmiyyəti, habelə ayrı-ayrı imkanlı şəxslər, onlarla qiymətli əsərin müəllifi olan qələm adamına əl tutacaq, kömək edəcək, onun müalicəsinə yardımçı olacaq.
    Onun Telefon və Kapt nömrəsini yazıram...
    ... Qardaş Türkiyədə Qartalqayadakı hoteldə baş verən yanğın nəticəsində onlarla adam həlak olub. Allah rəhmət eləsin...
    Amma və lakin... Tez- tez tənqidə məruz qalan Avropa və Amerikadakı əksər binalarda, xüsusən hotellerde, binaların çöl tərəfində xilas (və ya qəza) pilləkənləri olur. Belə olan halda FH- da itkinin baş verməsi nonsesdir. Bilmirəm belə pilləkənlərin quraşdırılmasına nə mane olur?..

    ... D.Tramp dedi ki, cəmi iki cins, yəni kişi və qadın cinsi qalacaq. Belə çıxır ki, o, "orta" cinsi ortadan çıxarmaq istəyir...

    ... Üç il əvvəl yoldaşımın kartından ("Kapital" bank) üç yüz manat pul çəkmişdilər. Bankdan dedilər gedin polisə şikayət edin. Elə də etdik. Uzun uzadı gəl-getdən, telefon danışmalarından sonra... necə deyərlər, başını buraxası olduq. Hə də, bir şey hasil olmadı...
    Polis öz yerində, bank öz yerində.... Heç olmasa o pulu qapanlardan zəng edib və ya xəbər göndərib bir halallıq istəyən də olmadı...)

    ... Rusiyanın başbilənləri savaş ərəfəsində deyirdilər ki, “ukraynalı” adlı millət yoxdur. Yaxşı, əvvəla tutaq ki, belə bir millət yoxdur, yəni ruslarla ukraynalılar eyni millətdir. Onda adamdan soruşarlar: əcaba, eləsə sən niyə öz millətini qırırırsan?
    İkincisi, ukraynalılar göstərdilər, yəni sübut etdilər ki, belə bir millət var və həm də fərqli millətdir.
    p.s.
    Nəsə son günlər Şimal divanələrinin səs-səmiri kəsilib. Xeyir ola...
    ... iki saytdan zəng edib məndən insan aqressyasının səbəbləri barədə soruşdular. Müxtəsər cavab verdim. Niyə məhz bu sualı verdikləri ilə bağlı bir söz soruşmasam da, məqsədlərini anladım. Eyhamlar rəhmətə getmiş aktrisa Çimnaz xanım ilə elaqədar idi. Düzü, mən bu aktrisanın adını təzə eşidirəm.... Amma ilk dəfədir görürəm ki, adamlar rəhmətə germiş xanım haqqında yaraşmayan, tərbiyəsiz ifadələr işlədirlər. Mənə də maraqlıdır: adamların bu münasibəti nədən qaynaqlanır? Axı bu xanımın bir vəzifəsi- filanı da olmayıb.
    Bəlkə bunun bir "səbəbi" var - siz bilirsiz?..

    ... Az qala bütun qələm əhlinin, ələlxüsus şairlərin, hamısının ilk sevgi "marşrutu" var. Təxminən belə: Şair ilk gəncliyində bir gözəl qıza vurulur, amma qız telli-toqqalı işsiz şairi yox, keçəl bir vəzifəlini sevir. Zaman keçir, qızın əri ya ölür, ya xəstələnir, ya da ki,.. boşanma olur. Zavallı ərsiz qız, pardon qadın ya təsadüfən, ya da zərurətən evli şairlə haradasa rastlaşır. Qız şairə öz peşimanlığını izhar edir. Şair bir qədər fikrə gedib təxminən belə bir misra deyir: "Mən sevsəm də səni, sevmədin məni..." Sonra bu misra poemaya çevrilir... "Sevgi marştutu" qapanırmı? Qalanını özünüz əlavə edə bilərsiz...

    …Gedişatdan belə görünür ki, rus-Ukrayna savaşının müddəti 1941-1945-ci il müharibəsi qadər çəkəcək…

    ... 12-13 il bundan qabaq "100 türk etnosu" (100 turkskix etnosov) adlı kitabı tərtib edərkən hesablama apardım: dünyada türklərin ümumi sayı (nüfusu) 450 milyondan çoxdur…

    … Qazın, neftin üstündə əyləşmiş İran, 30 ilə yaxındır ki, öz şimal rayonları üçün Türkmənistandan qaz alır…

    … Dinlərin tarixi də mənim maraq dairəmə daxil olan sahələrdən biridir.
    Bildiyimiz kimi, İsa peygəmbərin (İisus Xristos) dünyaya gəlməsi, onun valideynlərinin kimliyi tarixi daim mübahisə doğurub. Müqəddəs Məryəmin İsanı neçə yaşında doğması da həmişə mübahisəli olub. Belə ki, Məryəmin, Allahın oğlu hesab olunan İsanı 11, 12, 13 və 14 yaşında ikən dünyaya gətirdiyi iddia olunur. Dediyim odur ki, real tarixlə paralel olaraq irreal bir tarix də addımlamaqdır…

    … Özünü dünyanın "ən humanist", "ən sülhsevər" xalqı hesab edən toplumun ziyalılarının, elm və sənət admlarının az qala heç birinin cııqqırı çıxmır. Niyə? Niyə onlar səslərini ucaldıb demirlər ki, "ay..., Ukraynada körpələri beşikdə, xəstələri yataqda bombalayırsınız. Niyə, nədən ötrü, nədir bu insanların günahı?"
    Sizcə bunların harayı niyə eşidilmir? Niyə susurlar?..

    … Sözüm səlahiyyət sahiblərinədir.
    Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın Azrbaycan türklərinin Ermənistan ərazisindən qovulmasını "əsaslandıran" məlum çıxışının videosu və mətni bütün dillərə tərcümə edilməli, bütün dünyaya yayılmalıdır. Bu çıxış erməni faşizminin mahiyyatini əks etdirən çox qoymətli sənəddir. Bu sənəd həm də bizdəki bir çox "levonsevərlərin" ağzına vurulan yumduq olacaq….
    Sən demə, Levonun ən böyük sevdalıları bizdə imiş. 12 il əvvəl yazmışdım ki, soydaşlarımızın ən böyük deportasiyası Ter-Petrosyanın prezidentlyi dövründə baş verib, çağdaş soyqırımın başında dayanan o, olub... Fikrimi əsaslandırmaq üçün misallar da gətirmişdim...
    …Paa, Levonsevənlər başladılar agız-ağıza verib vartıldaşmağa. Onlar israrla "sübut edirdilər" ki, bu "alim qəssab" çox humanist birisidir...
    1993- cü ildə çəkilmiş lentə baxıb orada deyilənləri dinləyən Levonsevənlər görək indi nə deyəcək?..

    …Tarif şurası dilçilərdən daha savadlı imiş. Niyəsini deyim. Sən demə, dilimizdə "qalxmaq" sözünün gül kimi, həm də daha mədəni sinonimi varnış: tənzim". Məsələn, "qiymətlər tənzimləndi".. Bu, o deməkdir ki, qiymətlər o söz... İnnən belə təzyiqimiz qalxmayacaq, tənzimlənəcək. Görürsüz nə yaxşı səslənir: "Təzyiqim tənzimlənmir", yəni təzyiq yoxdur... Bir az uzun səslənsə də mədəni alınır...

    … Bunlar nə qədər abırsızdırlar...
    Öz kənd-şəhərlərındə, necə deyərlər "yel əsib yengələr oynayır", amma yenə gözləri başqa torpaqlardadır. Bir yandan başqa millətlərə deyirlər ki, "biz birlikdə olmalıyıq", o biri tərəfdənsə həmin millətləri ələ salır, onlar haqqında təhqiramiz lətifələr düzəldirlər. Bunlardan bir soruşan yoxdur ki, ay...ayı, məsələn, sənin çukçadan nəyin artıqdır ki, hələ onu zorla özünə tabe etmək istəyirsən? Vətəndaşların qaraçı kimi dünyaya səpələnib, hələ utanmaz- utanmaz dünyanı haçansa öz başında çatlayacaq bomba ilə təhdid edirsən….

    … Qocalığın da öz məziyyətləri, necə deyərlər, üstün cəhətləri olur. Məsələn, avtobusda, metroda kimlərsə ayağa durub kəmali- ehriramla "buyur, ağsaqqal"- deyərək "öz yerlərini" sənə verir. Amma və lakin... Bəzən mənə elə gəlir ki, "yer" təklif edən adamların bir çoxu yaşca məndən xeyli yaşlı adamlardır. Bəs görəsən, bu hörmət- izzət nədən "qidalanır"?..

    … Əvvəllər rus saytlarında qadınların bu tipli elanlarına rast gəlmək olardı. Son vaxtlarsa türk xanımların da buna bənzər "ilanları" az qala göz deşir. Məsələn, bu cür:"50 (və yaxud 60) yasındayım, dulum və kendim de yalnızım".bYəni erkek axtarışı var. Adam adam axtarar də...
    Yax ey, əslində burada pis heç nə yoxdur. Doğrudan da, yaşın nə fərqi?... Olsa- plsa pis orasındadırr ki, mən artıq 70-i ötmüşüm...)

    …Çoxdan, laaap çoxdan bir rəvayətvari yazıda oxumuşdum: elə bir zaman gələcək ki, insanlar müharibəsiz- filansız ağcaqnad kimi qırılacaq və onların ölümünün səbəbkarı... məhz ağcaqanadkimi həşəratlar olacaq. Ki yəni, bu həşərarlər qara bulud kimi dünyanı başına alacaq, bütün canlılara divan tutacaq. Bu həşərarları nə top- tüfənglə, nə də "qurdağzı" bağlamaqla məhv ətmək mümkün olacaq.
    Təki yalan olsun...

    23.01.2025
    Son aylar özəl tv-də (“SS kanalında) bir neçə maarifləndirici silsilə verilişlər aparıram.

    28.01.2025
    Xalq şairi Nəbi Xəzrinin 100 illik yubiley tədbirində oldum, köhnə dostları gördüm, tv-lərə müsahibə verdim. Nədənsə mənə elə gəldi ki, mahiyyətcə konsert proqramı əsasında keçirilən bu tədbir bir qədər sönük keçdi. Nəbi Xəzri bizim çox qüdrətli söz ustadlarımızdan biridir.

    31.01.2025
    M.Ə.Rəsulzadənin doğum günüdür. Bu münasibətlə, hər il olduğu kimi yenə milli liderlə bağlı tarixi dramımı “səhifəmdə” paylaşdım.

    02.01.2025
    Şumovski kimdir?
    Çoxdanın, lap dəqiq desəm 2010-cu ilin söhbətidir. Türk kökənli rus yazıçılarının şəcərəsi haqqında yazı qələmə almışdım. O yazıda Qızıl Ordanın əsasını qoyanlardan Mirzə Aslan Çələbi və Mizə Turgen nəslindən olan dünyaca məşhur iki yazıçının -Dostoyevski və Turgenevin də şəcərəsi haqqında söhbət açmışdım. Və elə həmin yazıda rusların daha bir söz bahadırı-dahi Puşkinin də kökən-əslən türk olduğu ehtimalını, əslində isə “faktı”, vurğulamışdım. Bu “faktın” müəllifi polyak əsilli rus alimi Teodor Şumovski idi.
    ...Həmin günlərdə yolum AYB-yə düşmüşdü. Orada Fiktət Sadıqla görüşdüm. Şairlə söhbət etmək mənimçün həmişə maraqlı idi. Xasiyyətcə çox həlim, mülayim bir insan olan Fikrət müəllim, həm də çox mütaliəli adam idi. O, gülə-gülə soruşdu:
    -Firuz müəllim, Siz Şumovskini haradan tanıyırsız?- Bir az fasilə verib davam etdi:- Yəqin siz də soruşacaqsınız ki, mən onu haradan tanıyıram, eləmi?
    Gülüb dedim:
    -Yox, soruşmayacam. Bilirəm ki, o, Sizin yerlinizdir.
    Şairlə Şumovski haqqında bir xeyli söhbət etdik. Söhbətdən belə məlum oldu ki, Fikrət müəllim Şumovskinin şamaxılı dostu molla Xəlili tanıyırmış. Xəlillə Teodor vaxtilə Şamaxıdakı Sarıtorpaq mərdəsəsində təhsil alarkən dost olublarmış.
    Bəs kimdir Şumovski?
    2 fevral 1913-cü ildə Volın quberniyasının Jitomir şəhərində polyak ailəsində anadan olmuş Şumovskinin uşaqlıq və gənclik illəri Şamaxıda (Azərbaycan), qədim Şirvanşahlar dövlətinin paytaxtında keçmişdir. Onun ailəsi Birinci Dünya Müharibəsi illərində bu şəhərə köç etmişdir. Şəhərin ətrafında yerləşən məscidlərə və ərəb qrafikası ilə yazılmış məzar daşları onda ərəb dilini öyrənməyə maraq oyatmışdır. O, belə xatırlayır: “Uşaqlığım Şamaxıda keçdi, bu şəhər Bakının 114 kilometr şimalında, Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Şəhər min ildən çox yaşı olan qədim bir yerdir... XV əsrdə Şamaxı müstəqil Şirvanşahlar dövlətinin paytaxtı idi və Çin, Venesiya kimi ölkələrlə diplomatik əlaqələr saxlayırdı... 9-cu sinfi bitirdikdən sonra Bakıya yola düşdüm və bütün bir ay ərzində Xalq Maarif Komissarlığının qapısını döydüm ki, məni ərəbistikanı öyrənmək üçün Moskvaya göndərsinlər...”
    Sonralar Şumovskinin başına çox müsibətlər, bəlalar gəldi. O, dəfələrlə sürgün və həbs həyatı yaşadı.
    Alim həm də Quranın tərcüməçisidir. ... Şumovskidən əvvəl Rusiyada Quranın iki tərcüməsi tanınmışdı: G.S.Sablukov (Saratov Ruhani Akademiyasının müəllimi) və akademik İ.Y.Kraçkovski (Sovet ərəbşünaslığının qurucusu). Məsələ burasındadır ki, hər iki tərcümə nəsrlə edilmişdir. Şumovski Kraçkovskinin tələbəsi olmuş və çox hallarda onun yanaşmalarına əsaslanmışdır. Bununla yanaşı, Şumovski Kraçkovskinin tərcüməsinin nəşrində redaktə səhvləri və yanlışlıqlar olduğunu qeyd etmişdir. Ən başlıcası budur ki, Şumovski Quranı nəzmlə tərcümə edib.
    O, öz əsərlərində 22 dildən istifadə etmişdir: ərəb və fars dillərinin materiallarına, türk dillərinə (o cümlədən türk dilinə), qismən monqol, çin və yapon dillərinə bələd olmuşdur. Bundan əlavə, Avropa dillərini – italyan, ispan, portuqal, macar, polyak, ingilis, fransız, alman dillərini, habelə Azərbaycan, tatar, qazax və gürcü dillərini də bilirdi... O, xüsusən, Azərbaycan dilini yaxşı bilirdi.
    Şumovskiyə görə, rus dilində ənənəvi olaraq sırf rus mənşəli hesab edilən bir çox sözlərin əksəriyyətinin türk, fars, ərəb və ya hətta xett mənşəli olduğu ortaya çıxır. O yazırdı: “Rus dilinin leksikonunda ən erkən söz yaradan təbəqələrdən ikisi şərq mənşəlidir: türk və iran. Ənənəvi dilçilik türk təsirini əsasən Tatar-Moğol işğalı dövrünə aid edir, İran təsirini isə yalnız erkən dövrlərə – hind-avropa mənşəli ‘substrat’a bağlayır. Lakin rus dilinin leksikonunun təhlili əks nəticələrə gətirib çıxarır...” Şumovski belə nəticəyə gəlir: “Rusiya öz mahiyyətində “şərq” dünyasının üzvi bir hissəsidir, lakin qərb sivilizasiyasını mənimsəmişdir. Bu, onun inkişafının əsas dilemmasıdır və Şərq ilə Qərbin birləşdirilməsi – onun tarixi missiyasıdır...”
    ... Yeri gəlmişkən onu da deyim ki, mənim Moskvada yaşayan jurnalist tanışım Yuri Məmmədov vaxtilə Şumovski ilə görüşmüş, ondan müsahibə götürmüş, hətta ona kitab həsr etmişdir. Adətən deyirlər ki, alimin, yəni Şumovskinin ən böyük xidmətlərindən biri XV əsrdə Şirvanda yaşamış Azərbaycan şairi Ətaallah Ərraninin (Ataallah Arrani) yaradıcılığının tədqiqi ilə bağlıdır. Bu, əlbəttə, özlüyündə maraqlıdır. Amma... Məsələ burasındadır ki, həqiqətdə belə bir şair, yəni Ətaallah Ərrani adlı bir şəxs ümumiyyətlə mövcud olmayıb. Bu, Şumovskinin özünün götürdüyü bir təxəllüsdür. Elə onun “yaşadığı tarixi” də, yəni XV əsri Şumovski özü seçib, özü “müəyyənləşdirib”. Bu barədə vaxtilə görkəmli alimimiz Rüstəm Əliyevin məqaləsi də olub. (Bu faktı isə hörmətli Rafael Hüseynin qeydlərinə əsasən deyirəm-F.M.).
    Alimlə görüşən jurnalist Yuri Məmmədov xatırlayır: “2010-cu ildə son görüşümüzdə Şumovski mənə dedi ki, həyatının son illərində çox istərdi Şamaxını yenidən görsün, həsrətini çəkdiyi bu yer ona hələ də doğmadır. O, məscid həyətindəki arıların vızıltısını, ərəb yazıları ilə bəzədilmiş qədim məzar daşlarını və dostu Xəlilin işıqlı təbəssümünü xatırlayırdı. Xəlil ona mollalıq edəcəyini proqnozlaşdırırdı. Teodor Adamoviç əlavə etdi: ‘Mən Azərbaycan qarşısında çox borcluyam...’
    Yeri gəlmişkən, bu, mərhum Fikrət Sadığın haqqında danışdığı Molla Xəlil idi.
    ...Mən indi Teodor Şumovskinin Ətaallah Ərraninin (Ataallah Arrani) imzası ilə yazdığı bir neçə rübaini təqdim edirəm.

    Hər deyilən sözə məhəl qoymayan,
    Ürəklərdən keçən hər fikri duyan,
    Qarğalar içində qısıb səsini
    Bülbül kimi qalan xoşbəxtdir, inan.

    Nə dərdi mənimlə bölənlənlər üçün,
    Nə qanlı döyüşdə ölənlər üçün
    Göz yaşı tökərək ağlamıram mən,
    Ağlaram sevgisiz olanlar üçün.

    Mənə “Şirvani” də deyirlər bəzən,
    Şirvanlıtək qəbul edirlər hərdən.
    Amma doğulmuşam mən Lənkəranın
    Geniş çöllərində -Ərraniyəm mən.

    Şirvanım, torpağın su mirvarısı,
    Mənim həyatımın sənsən mənası.
    Əmr et, qulluğunda hazıram daim,
    Sənsən gözəlliyin, şeirin mayası.

    Qızılgül bağıyçün qurudur çöllər,
    Onunçün Şamaxı hey məni səslər.
    Şairlər yurdunda poladı döydüm,
    Şeirlə yoğruldum, bişdim sərasər.

    Tərcümə edəni: F.M.

    03.02.2025
    ...FB səhifəmdə “statuslar” paylaşıram.
    ...Dostum Əlisa Nicat müsahibə verib deyir ki, SSRİ EA-da 200 erməni akademiki, 100 gürcü akademiki olub, orada bir nəfər də azərbaycanlı olmayıb...
    Bilmirəm bu "faktı" o, haradan götürüb. Gerçəklikdə isə həmin akademiyanın 300- dən bir qədər artıq üzvü olub. Belə çıxır ki, orada erməni və gürcüdən başqa digər xalqların nümayəndəsi olmayıb... Təbii ki, bu, uydurma bir söhbətdir. Bizlərdən iki nəfəri mən şəxsən tanıyırdım ki, oranın müxbir üzvü idi: Həsən Abdullayev və Midhət Abbasov. Elə erməni və gürcülər də təxminən bu qədər idi. Əlisa bəy, danışanda ehtiyatlı ol. Xalqımızı və elmimizi aşağılama...
    ... Səməd Vurğunun müraciət etdiyi mövzular məlumdur. O, tarixə də müraciət edib, beynəlxalq hadisələrə də, keçmişə də, gələcəyə də. Təbii ki, onun əsərlərində yaşadığı dövr və mühitin problemləri də əks olunub. Bəli, o, partiyanı da vəsf edib, sovet cəmiyyətini də. Kim bunları inkar edə bilər..? Amma gəlin özümüzə sual edək: öz müasirləri arasında bədii- poetik dili Vurğun qadər zəngın olan şairlərimiz çoxdurmu? Və yenə sual edək; xalqımızın öz sənətkarına bu sonsuz sevgisinin mənbəyi… səbəbi nədəndir?
    İndi yazacağım müxtəsər fikirlə məlum "qalmaqala" son qoyuram. Yəni bir daha bu mövzuya qayıtmaq fikrim yoxdur.
    Bəli, dünən yazdığım "statusa" münasibət göstərənlərdən bir çoxu məndən soruşur ki, bəyəm Siz bilmirsiz ki, "Səməd Vurğun əsərlərində partiya və komsomolu vəsf edib?.." Özü də bu sualı verənlərin çoxu Sovet vaxtı təhsil alıb. Aralarında hətta, ədəbiyyat müəllimləri də var. Adamdan soruşarlar bəli, o, yazıb yazıb, bəs onda sən niyə o əsərləri oxuyub əzbərləmisən?)
    Sonra. Biləsiniz ki, S.Vurğun heç yerdə Rəsulzadəni təhqir etməyib. Əgər "26-lar"da "o millət xaini Rəsulzadədir" sözünü nəzərdə tutursunuzsa o sözləri (Arzu Əsəd demiş) müəllif deyil, oradakı obraz (fəhlə) söyləyir.
    Ona qalmış Müşfiqin "Stalin" adlı poeması, Üzeyir bəyin "Stalin" kantatası, Cavidin "Azər" poeması sosializmi mədh edib. İndi neyləyək? Onda bu adamların hamısını mədəniyyət tariximizdən çıxaraq?
    Bilmirəm bəzi adamlar niyə tarixə bələd olmaq istəmir, niyə kitab oxumur və niyə bilmədiyi şeylərdən danışır?
    ... ABŞ- da 15, Türkiyədə 16, Azərbaycanda 17 nazirlik fəaliyyət gösterir.
    ... Mediada az qala hər gün dağılan ailələr haqqında məqalə və verilişlər gedir... və sanki bu təqdir edilir. Bəli, etiraf edək ki, indi belə ailələr çoxdur.
    Axı nümunəvi ailələr də az deyil. Olmaz ki, belə ailələr örnək kimi daha çox təbliğ olunsun?
    ... Türk yazarı Muhsin DURUCANın (Möhsün Durucan) "Nazim Hikmətin sevgiləri" adlı maraqlı bir tarixi-sənədli essesi var. Adından göründüyü kimi, essedə böyük şairin sevgi və sevgililərindən bəhs edilir.
    Həmin yazını dilimizə çevirmişəm. Həcmi qismən böyükdür, 18.000 işarədən ibarətdir.
    İstərdim ki, esseni populyar media orqanlarından və ya saytlardan birinə təqdim edim. Amma hansına? Bir normal media orqanı qalıb ki?

    03.02.2025
    Nəvəm Aydanı təbrik etdim. Bu gün onun ad günüdür. Yadımdadır, Aydan bala anadan olan gün- 2009-cu ildə mən Türkiyədə idim, Ankarada təhsil alan oğlum Aqşinin yanına getmişdim. İndi Aydan bala Amerikada təhsil alır, valideynləri də oradadır.

    04.02.2025
    ...Səməd Vurğunun müraciət etdiyi mövzular məlumdur. O, tarixə də müraciət edib, beynəlxalq hadisələrə də, keçmişə də, gələcəyə də. Təbii ki, onun əsərlərində yaşadığı dövr və mühitin problemləri də əks olunub. Bəli, o, partiyanı da vəsf edib, sovet cəmiyyətini də. Kim bunları inkar edə bilər..? Amma gəlin özümüzə sual edək: öz müasirləri arasında bədii- poetik dili Vurğun qadər zəngın olan şairlərimiz çoxdurmu? Və yenə sual edək; xalqımızın öz sənətkarına bu sonsuz sevgisinin mənbəyi… səbəbi nədəndir?
    ...Bəli, dünən yazdığım "statusa" münasibət göstərənlərdən bir çoxu məndən soruşur ki, bəyəm Siz bilmirsiz ki, "Səməd Vurğun əsərlərində partiya və komsomolu vəsf edib?.." Özü də bu sualı verənlərin çoxu Sovet vaxtı təhsil alıb. Aralarında hətta, ədəbiyyat müəllimləri də var. Adamdan soruşarlar bəli, o, yazıb yazıb, bəs onda sən niyə o əsərləri oxuyub əzbərləmisən?)
    Sonra. Biləsiniz ki, S.Vurğun heç yerdə Rəsulzadəni təhqir etməyib. Əgər "26-lar"da "o millət xaini Rəsulzadədir" sözünü nəzərdə tutursunuzsa o sözləri (Arzu Əsəd demiş) müəllif deyil, oradakı obraz (fəhlə) söyləyir.
    Ona qalmış Müşfiqin "Stalin" adlı poeması, Üzeyir bəyin "Stalin" kantatası, Cavidin "Azər" poeması sosializmi mədh edib. İndi neyləyək? Onda bu adamların hamısını mədəniyyət tariximizdən çıxaraq?
    Bilmirəm bəzi adamlar niyə tarixə bələd olmaq istəmir, niyə kitab oxumur və niyə bilmədiyi şeylərdən danışır?

    05.02.2025
    Jurnalist Şahnaz Bəylərqızı və Şəmşad Ağa həbs olunub. Şahlar xanımla tanışıq. Ləyaqətli qələm əhlidir. Həbslərinin səbəbi məlum deyil.

    06.02.2025
    Özəl “SS. tv-online” telekanalında ona yaxın verilişim yayınlanıb. Dil, fəlsəfə, tarix, ədəbiyyat və digər sahələrlə bağlı söhbətlərin az da olsa öz tamaşaçıları var. Bu gün yayınlanan verilişdə isə şair Zahid Xəlil ilə uşaq ədəbiyyatının problemləri haqqında danışdıq.
    ... Axşamüstü “Teatral” da çay içdik.
    Yazıçı-publisist Kənan Hacı dilxor idi. Səbəbini özü açıqladı. Dedi ki, Əzizə Cəfərzadənin oğlu Turan Cəfərzadə zəng vurub bildirdi ki, Səyavuş Məmmədzadənin kitab və əlyazmalarını evinin qənşərindəki zibilxanaya töküblər. Tez oraya getdim, əlimizə keçənləri toplayıb Ədəbiyyat və incəsənət arxivinə təhvil verdik. Atxiv işçiləri bizə minnətdarlığını bildirdilər.
    ...Yadıma düşdü ki, bir neçə il əvvəl tarixçi alim Arif Mustafayev də buna oxşar bir hadisəni danışırdı. Alimin dediyinə görə akademik Əlisöhbət Sumbatzadənin əlyazma və kitablarını da vaxtilə yaşadığı mənzilin yaxınlığındakı zibilxanaya atıblarmış...
    Şərh yazmayacam.
    İstər-istəməz illər əvvəl yazdığım hekayəmi xatırladım: “Köhnə kitablara elegiya”...

    06.02.2025
    Son günlər iki tanınmış ədəbiyyatçı qadın –Nəzakət Məmmədova və İradə Musyeva vəfat edib. Hər ikisi istedadlı xanım idi. Təəssüflər.
    Yeri gəlmişkən, artıq 7-8 jurnalist qadın həbsdədir. Bu da təəssüf doğurur.

    07.02.2025
    Cümə günüdür. Hava sazaq və soyuqdur. Dağlıq rayonlara qar yağıb. Odamızda istilik zəifdir. Radiatorlar işləmir. Kimə şikayət edəsən ki? Nə “JEK” cavab verir, nə də isidicilik sistemin əməkdaşları.
    Bütün günü evdə oldum. Yazı-pozu işi davam etməkdədir.
    ...Qəzetlərdə birisinin bir “yazısına” rast gəldim. O yazını kimin yazdığını, yəni “orijinal” müəllifin kim olduğunu təxminən bilirəm. Ədəbi təsərrüfatımızda belələri də var: kiməsə “nəsə” verib əsər yazdırır, kiməsə “nəsə” verib o “əsəri” çap etdirir, kiməsə daha doğrusu hansısa tənqidçiyə “nəsə” verib o cızmaqaranı təriflədir və yenə “nəqədərsə” verib bir “qramota” alır. Bəli, ötən əsrin 30-larında bir aşığın dediyi kimi, “işıqlıdır lampaları qalxozun...”

    08.02.2025
    Şənbə. Şaxtadır. Sevmədiyim soyuqlar davam edir.
    Dünya Trampdan danışır... Rusiya ilə Ukrayna arasında qanlı savaşı davam edir.
    Dedilər ki, pensiyalar 8,1 faiz artırılıb. Artıq elə ilk bahalanma təxminən 4-5 faiz artıb.
    Ötüb-keçənləri xatırladım.


    Meydanda toplanan milyonların aqibəti necə oldu?

    Bir zaman Bakı bulvarında “Nu poqodi” adlı bir kafe vardı. Orada “atüstü” yeməklər verirdilər. Amma müştərilərin çoxu kafeyə yeməyə yox, çay içməyə gəlirdi. Arabir mənim də yolum o tərəfdən düşürdü. O vaxtlar o qədər də tanınmayan, amma az bir müddətdən sonra ictimai-siyasi həyatda fəallıqları ilə seçiləcək bir çox ziyalıları, çayxana funksiyasını yerinə yetirən həmin kafedə görmək olurdu. Məsələn, ötən əsr 80-ci illərin ikinci yarısında Əbülfəz Elçibəy, Kamil Vəliyev (Nərimanoğlu), Aydın Məmmədov, Vaqif Cəbrayılzadə, Səfər Alışarlı, Tağı Xalisbəyli (Salahov), Vurğun Əyyubov, Məhəmməd Hatəmi (Tantəkin), Sabir Mustafayev (Yanardağ), Vidadi Məmmədov və başqa ziyalılar orada təkcə çay içmir, məsələn, həm də təzə çıxan kitabları müzakirə edir, elmi yeniliklərdən söhbət açır, arada gün-güzəranla bağl nəsə deyir, Qorbaçovun konkret hədəfi bilinməyən “yenidənqurmasından”, “köhmə” dissedentlərə göstərilən təzə münasibətdən danışırdılar... Bir sözlə, yeknəsək “çay süfrəsi” ətrafında rəngarəng, maraqlı mövzuda söhbətlər olurdu.
    Yeri gəlmişkən, “Nu poqodi”didən bir qədər aralıda- “Neftçilər” prospektinin o biri tayında da bir çayxana vardı -“Azneft çayçısı”. Bəzən ziyalıların “toplantısı” orada baş tuturdu. Hər iki “məkanda” adını bilmədiyim, ziyalıların söhbətinə diqqətlə qulaq asan, arada deyilənlərə münasibət bildirən gənclər də gözə dəyirdi.
    Həmin “obyektlərin” sonrakı taleyinin necə olduğunu deyə bilmərəm, yəni onlar yoxa çıxdı. Bircə onu xatırlaıyıram ki, Qorbaçov “yenidənqurmasının” şirin vaxtında o vaxtkı böyük ölkədə aləm bir-birinə dəyməyə başladı. Milli ədavət, siyasi qətllər, qaçqınlar, tətillər, mitinqlər adamların və cəmiyyətin simasını dəyişdirməyə başladı. Təkcə ermənilərin sifəti dəyişməmişdi- xəyanət öz əzəli və əbədi libasında idi...
    Tezliklə indiki “Azadlıq” meydanında əvvəlcə tribuna, sonra isə çadırlar quruldu. Xalqımızın əksər ziyalıları həmin meydan və tribunada idi. Bütün zamanlarda olduğu kimi, ziyalılar xalqlar arasında sülh, barış, dostluq istəyirdi. Meydana toplaşan adamların əksəriyyəti isə “qana-qan” deyirdi. Bu da təbii idi. Qonşu respublikadan bizim on minlərlə soydaşımız deportasiya olunmuşdu.
    Bir müddət davam edən çaxnaşmadan, çəkişmədən sonra meydanda sanki nisbi sakitlik yarandı. O vaxtacan əldən-ələ keçən “səyyari səsucaldan”-meqafon sabit bir yerdə qərarlaşdı. İndi həmin “səsucaldanın” öz sahibi vardı. Tezliklə meydanı Şmidt zavodunun fəhləsi Nemət Pənahlı (o zaman onun soyadı hələ Pənahov idi) idarə etməyə başladı. Bu, vaxtilə ziyalıların yanında (...) gördüyüm gənclərdən biridir... Yeri gəlmişkən, “meydanda” barışdırıcı mövqedən çıxış edən ziyalılar sonrakı mərhələdə “aşağıdan” gələn təzyiqlər nəticəsində tədricən tribunadan uzaqlaşdırılmağa başladı.
    Bəli, mitinqlər vüsət almağa, ölkəmizin bütün ərazisinə yayılmağa başladı. Təbii ki, imkan olanda mitinqlərdə iştirak edənlərdən biri də mən idim. “İmkan olanda” deyirəm ona görə ki, mən həmin dövrdə böyük bir yükün, yox, əslində bir neçə yükün altına girmişdim. Belə ki, bir neçə ali məktəbdə tələbələrə, Elmlər Akademiyasında aspirantlara dərs deyir, Az.Tv-də verilişlər aparır, “Azərbaycan gəncləri” qəzetinə köşə yazıları yazır, “Bilik” cəmiyyətinin xətti ilə rayonlarda mühazirələr oxuyur, bundan başqa ailə qayğıları ilə məşğul olurdum. Və həmin dövrdə iki bədii, iki elmı kitabım nəşr olunmuşdu.
    Əlbəttə, bütün bunların bir çoxu təkcə mənəvi tələbatını deyil, həm də ailənin maddi tələbatını ödəmək, yəni dolaışıq naminə edilirdi. Sözümün canı odur ki, az qala bütün sutkanı çalışırdım, boş vaxtım az olurdu...
    Belə gərgin iş şəraitində vaxt tapıb “meydana” da gedirdim. O zaman meydanın mühafizəsini təşkil edənlərin əksəriyyəti tələbələr idi. Onların bir çoxu mənim universitetlərdə dərs dediyim gənclər idi...
    Hətta, günlərin bir günü Politexnik və “AZİ”dən olan tələbələrim məni az qala darta-darta meydandakı tribunaya-“prezidiuma” qaldırdılar.
    Yadımdadır, tribunadan baxanda meydan adama qəribə təsir bağışlayırdı: aşağıdakı insanlar dəniz suyu kimi dalğalanırdı. Meydanın bir ucu gedib Xəzərə dirənirdi. Elə bil meydandakı dalğalar aşıb-daşaraq beşa ddımlıqdakı dəniz dalğalarına qarışırdı...
    Tribunadakılar artıq meydana toplaşanların yaxşı tanıdığı adamlar idi: Əbülfəz Əliyev, Xəlil Rza, Tağı Salahov, Sabir Rüstəmxanlı, Famil Mehdi, Nemət Pənahov... Daha bir neçə adam... Bundan başqa Nəsimi rayonunun “raykomu” Afiyəddin Cəlilov və o vaxtkı “26-lar” rayonun “raykomu” Vəli Məmmədov da “prezidiumda” idi. Mitinqi Sabir bəy və Nemət bəy aparırdı. Çıxışlar sərt idi. Orası da yadımdadır ki, Vəli müəllim arada Sabir Rüstəmxanlıya yanaşıb çıxışların kəskinliyini irad tuturdu. Elə Afiyəddin müəllim də Nemət Pənahova eyni iradları bildirir, bir qədər “yumşaq” ifadələr işlətməyi məsləhət görürdü.
    Tribunada nəsə demək lazım idi... Şıxış etdim. Bir neçə “tezis” irəli sürdüm. İndi o “tezislərdən” təkcə birini xatırlayıram: nə üçün bizim Respublikamızdan SSRİ Ali Sovetinə öz vətənpərvər soydaşlarımızdan yox, Azərbaycanın ya üzünü görməyən, ya da xalq hərəkatını ittiham edən “moskvalılar” seçilməlidir? Məsələn, İvan Dmitriyeviç Laptev (deyəsən, bu adam- mənim fəlsəfə üzrə həmin “kollegam” hələ də sağdır, indi yaşı 90-ı keçmiş olar) Baş redaktoru olduğu “İzvestiya” qəzetində bizə qarşı hədyanlar yazdırır, amma biz onu Ali kürsüyə namizəd vermişik. Bax belə... Çıxışım sürəkli alqışlarla qazandı.
    Burada maraqlı bir detalı da xatırlatmağı vacib bilirəm. Belə ki, həmin günün axşamı “Xəbərlər” proqramında Meydandakı çıxışlardan fraqmentlər gedərkən mənim çıxışımın “kəsildiyini”, yəni efirə verilmədiyini gördüm. Sən demə, bu “redaktə” işini televiziyada işləyən yaxın bir qohumum aparıbmış; istəməyib ki, adım hakimiyyətin “qara siyahısına” düşsün, ona görə həmin hissəni “qayçıladıb”. Təbii ki, mən bunu sonralar bildim. Amma həmin çıxış, səhv etmirəmsə, hörmətli dostumuz Ədalət Tahirzadənin “meydan epopeyası” haqqında yazdığı memuarda- gündəliklərdə əks olunub...
    Tribunada olduğum müddətdə heyrətamiz bir səhnənin də şahidi oldum. Üz-gözünü tük basmış iki cavan oğlan iri bir kisəni az qala sürüyə-sürüyə çıxışçıların toplaşdığı meydançanın nisbətən arxa tərəfinə apardılar. Kisələrin ağzı açıldı. Yəqin ki, hamı heyrətləndi. Kisə ağzınacan pulla dolu idi. Yəqin ki, bu qədər pulu bir yerdə yalnız bank işçiləri görə bilərdi. Oğlanlar Nemətə yaxınlaşdı. Onlar nəsə pıçıldaşdılar. Nemətin əlinin işarəsi ilə başqa bir oğlan kisəyə yaxınlaşıb onu yerdən götürdü. Mən həmin oğlanı tanıdım. Bu kürən oğlan Rəsul idi. Vaxtilə onu da “Nu poqodi”də görmüşdüm...
    ...Qısa yolla gedirəm...
    Doğrusu, bu əhvalatı çoxdan unutmuşdum. Amma...
    Bu yaxınlarda TV kanallarının birində AMEA-dan dürüst, savadlı, vicdanlı bir insan kimi tanıdığım coğrafiyaçı alim Ənvər Əliyev və vaxtilə meydan hərəkatını idarə edənlərdən birinin- Nemət Pənahlının debatına baxdım. Söhbət meydanda toplanan pulların aqibətindən gedirdi. Özü də nə az, nə çox, on milyon pulun taleyindən. Nemət pulun toplandığını inkar etmirdi, deyirdi ki, orada 7-8 milyon pul olub. Amma and-aman edirdi ki, həmin pullardan cəmi qırx mini ona çatıb, onun da haraya xərcləndiyini meydanda və mətbuatda bildirib. Qalan pulun, (Nemətin özü bunu belə ifadə etdi: “Rusiyada gəbərən, gorbagor olan Rəsulun arvadının dediyinə görə”) Əbülfəz bəyə və Məmməd Əlizadəyə çatdırıldığını bildirirdi. Ənvər Əliyev isə həmin pulların hamsının məhz Nemətdə olduğunu israr edirdi.
    ...Yenə qısa yolla gedirəm...
    Dünyanın qəribə işləri olur...
    Bir neçə il əvvəl Daşkənddə nəşr olunan kitabımın təqdimatı ilə bağlı qardaş Özbəkistana getmişdim. Orada çoxdan tanıdığım həmkarlarımdan biri ilə görüşəsi oldum. Yanvar ayı idi. Söhbət əsnasında 20 Yanvar hadisələrini xatırladıq. Tanışım sözarası “meydandakıların” adını çəkərkən soruşdu: “Rəsul adlı adamın adını eşitmisən? O, daha çox meydanda “pulyığan” kimi tanınırdı”. Dedim ki, bəli, belə bir adamı uzaqdan da olsa tanıyırdım.
    Həmkarım bir qədər susub gülümsəyərək dedi: “Rəsul mənim yaxın qohumum, Nemətinsə dostu idi. O, həqiqətən meydanda yığılan pulları yerbəyer edirdi. Pullar dörd evdə gizlədilibmiş. Rəsulun özünün dediyinə görə, meydan bir az səngiyəndən sonra xüsusi xidmət orqanının əməkdaşları Rəsulu xirtdəkləyib, ondan yığılan pulları geri qaytarmağı tələb ediblər. Rəsul əvvəlcə nala-mıxa vurub. Sonra onu maşına otuzdurub pulların gizlədildiyi ünvanlara aparıblar. O, pulları son qəpiyinə görə qaytarmalı olub...”
    Araya sükut qondu. Həmkarım qısa fasilədən sonra ürəyimdən keçənləri oxuyubmuş kimi dedi: “Yəqin ki, inandırıcı görünmür. Dogrusu, əvvəlcə mən də ona inanmırdım. Sonra iş elə gətirdi ki, mən Özbəkistana gələsi oldum. Günlərin bir günü qohumum, yəni həmin Rəsul burada gəlib məni tapdı. Təhər-tövründən görünürdü ki, vəziyyəti və səhhəti yaxşı deyil. Dedim ki, gedək həkimə müalicə olun. Dedi ki, müalicə olunmağa imkanım yoxdur. Daşkənddə qalıb işləmək istəyirdi. Alınmadı. Buradan çıxıb getdi Qazaxıstana. Öyrəndim ki, Alma-Atada işə düzəlib, fəhlə kimi çalışır. Orada bir rus qadını ilə evlənmişdi. Ağır xəstəliyə düçar olmuşdu. Elə orada da öldü... Yox, vətənə aparmaq imkanı olmadı, elə öldüyü şəhərdə dəfn olundu. Bax, “pulyığan” Rəsulun taleyi belə oldu...”
    Düzü, indi bu məsələyə obyektiv qiymət vermək çətin işdir. Kimin haqlı, kimin haqsız olduğunu bu işin içində olanlar daha dəqiq bilərlər. Mən isə adamların dediyinə həmişə inanmışam... Bu inam yenə davam etməkdədir. Hətta, bəzən bu inama görə zərbələr alsam belə.
    Dediyim odur ki, illər öncəsi muşahidə edib gördüklərimi qələmə aldım. Daim bu qənaətdə olmuşam və yenə o qənaətdəyəm ki, əksər hallarda böyük pullar böyük xoşbəxtliklər yox, böyük bədbəxtliklər gətirir. Bu, zamanların qənaətidir.

    09.02.2025
    Rusiyada antiazərbaycan kampaniyası davam edir. Bu kampaniya təyyarəmiz vurulandan sonra intensiv xarakter alıb...
    Son günlər Nikalay Valuyev adlı rusiyalı deputat haqqında çox danışılır. Təhər-tövründən daş dövründə yaşayan canlılara bənzəyən bu ikiayaqlı məxluq, Ruziyadakı soydaşlarımız haqqında tərbiyasiz ifadələr işləyib.
    Mən onu demək istəyirəm ki, bu Valuyev tatar əsillidir, soyadı da Vəliyevdir. Bunu özü də etiraf edir. Belə görünür ki, bu, əsl Mankurtdur. Ələnə ox versən birinci öz anasını nişan alacaq Manqurd.

    10.02.2025
    Deyək ki, bu gün Stalini və onun əlaltılarını, məsələn Bağırovu tərifləyən kitablar çıxır. Təqdir etmirəm. Amma nə etmək, bu, faktdır.
    Lakin cəmi 40-45 il əvvəl Stalini nəinki tərif, heç tənqid də edə bilməzdin. Halbuki artıq o dövrdə Stalin və stalinizm ifşa olunmuşdu.
    Deməkli, hər dövrün öz imkan və şərtləri olub və yenə var. Yəni bəzilərinin şesələnməyinə fikir verməyin...)
    ... Əlisa Nicat vaxtilə, sovetlər dağılanda ilk özəl jurnalın- "Turan" dərgisinin Baş redaktoru idi. Jurnalın tirajı o vaxtlar çox yüksək idi... Əlisa o zaman türkçü idi.
    Nə isə... Aradan illər keçib. Bu yaxınlarda baxıram, Əlisa müəllim bir müsahibəsində deyir ki, nə müstəqillik, nə Turançılıq?
    Düşünürəm ki, yaş öz işini gorür... Bəlkə də elə deyil, ortada ayrı amil var, biz bilmirik...)

    …Xörəyin hansı qabda bişirməyindən xəbəri olmayaraq "mənə də bir çömçə qoy"- deyənlər və yaxud ömründə bir kitab ağzı açmayıb "alimlik" edənlər üçün yazıram.
    Bəli, Hüseyn Cavid, Mikayıl Müşfiq və Üzeyir Hacıbəyov bizim xalqımızın mənəvi pasportuur. Buna söz yox. Amma onlar da Stalinin və sosializmin şərəfinə əsərlər yazıblar. Məsələn, Müşfiqin "Stalin" poeması, Üzeyir bəyin "Stalin" kantatası, Cavid əfəndinin "Azər" poeması məhz bu mövzudadır. Dediyim odur ki, zaman o zaman olub ki, bu mövzulara müraciət etməyənləri ağır cəzalar gözləyib. Bu cəzadan hətta, Cavid və Müşfiq də yayına bilməyiblər, repressiya qurbanı olublar. Üzeyir bəyi Nərimanov, Səməd Vurğunu isə Stalin xilas edib, bu məsələdə Bağırovun heç bir rolu olmayıb.
    Yadda saxlayın, Sosializmə nəinki məhəbbət, sadəcə "rəğbət bəsləməyənləri" ağır cəza gözlyib. Belə ki, rus şairi Osip Mandelştamın kafasını "türmədə" çəkiclə əzib öldürüblər, Azərbaycan yazıçısı Seyid Hüseyni isə Xəzərdə batırıb məhv ediblər.
    Dediyim odur ki, yalançı "cəngavərlərə" inanmayın. Ki yəni vaxtilə siyasi sistem adamları istədiyi "qəlibə" salıb. Yaşadığı ərazinin adi bir "jek" müdirinə etiraz etməyə cürəti çatmayan "qəhrəmanlar" bu gün çox asanlıqla 30-cu illərin cəlladlarını ittiham edirlər. Hmmm....
    Yəqin ki, belələrini siz də yaxşı tanıyırsız.

    11.02.2025
    SS-tv-də ənənəvi çıxışım oldu. Verilişin ümumi adı “Firuz Mustafa ilə VAXT AXARI”, bu günkü verilişin adı: Türk xalqları və türkizmlər
    Türk xalqlarının dilləri: Azərbaycan türkcəsi, Altay dilləri, Başqır dili, Qaqauz dili, Qazax dili, Qırğız dili, Özbək dili, Türkiyə türkcəsi, Tatar dili, Türkmən dili, Tofalar dili, Tuva dili, Çuvaş dili, Xakas dili, Krımçat dili, Krım tatar dili, Kumık dili, Uyğur dili, Qaraqalpaq dili, Qaraçay-Balkar dili, Qaşqay dili, Xələc dili, Noqay dili, Salar dili, Şor dili, Yakut (Saka) dili.
    ... Bütün dünya liderləri Trampla görüşə can atır.
    Yadıma düşür ki, sovetlər əyyamında bütün kolxoz sədrləri yeni təyin olunmuş raykom katibinin qəbuluna düşməyə can atırdılar...
    Dünya indi bir "kolxoza" dönüb...

    13.02.2025
    İKİ PRİMAKOV

    Son zamanlar Yevqeni Primakov adlı siyasətçinin adı ölkəmizdə tez-tez çəkilməkdədir. Tanış ad-soyaddır. Hətta, bəziləri zarafatla, “bəyəm bu Primakov odur, axı o, ölmüşdü deyəsən?”- deyirlər. Əlbəttə, bu, “o” deyil. Bu, nəvədir- Yevqeni Aleksandroviç Primakovdur. O biri isə Yevgeni Maksimoviç Primakovdur. Bu Primakov həmin Primakovun nəvəsidir.
    Baba Primakovu (əslində Kirşemblat) orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayır. Bizimçünsə o, daha “yaxındır”. Belə ki, 20 Yanvar qətliamının pərdə arxasında olan təşkilatçılarından biri məhz Primakov idi.
    Baba Yevgeni Primakov (1929-2015) Rusiya elm və siyasətində yüksək mövqe tutmuş birisi idi. O, iqtisadşı, ərəbşünas, akademik idi. Rusiyanın Xarici işlər naziri və Baş naziri vəzifələrini tutmuşdu. Bunlar məlum.
    Hələ Sovetlər dönəmində belə bir şayiə dolaşırdı ki, Primakov hamınızın yaxşı tanıdığınız Kosıginin qohumu, kürəkənidir. Bu, bir az doğrudur, bir az da yalan. Bəli, onlar qohum idilər. Belə ki, Primakovun birinci arvadı Laura, “KQB” generalı, Beriyanın yaxın dostu Mixail Qvişianinin ögey qızı idi. Mixail Qvişianinin oğlu Cermen isə Kosıginin qızı Lyudmila Kosıginanın əri idi. Deməli, Primakov Kosıginin özünün yox, qudasının kürəkəni idi.
    Baba Primakovun oğlu Aleksandr erkən evlənib erkən də vəfat etmişdi. Aleksandrın oğlu, indi siyasətlə məşğul olan, rus şovinizminin “ənənəvi” nümayəndəsi Yevqeni Aleksandroviç Primakovdur. Nəvə Primakov MDB üzrə federal agentliyin (qısaca “Rossotrudniçestvo”) rəhbəridir. Bu yaxınlarda həmin bu Primakov məlum hadisələrlə bağlı ölkəmizə qarşı belə bir hökmlə də çıxış etmişdi: “Bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir".
    Gənc Primakov bir sıra dövlətlərin, o cümlədən Avropa Şurasının sanksiyalarına məruz qalıb. O, Krımın Rusiyaya ilhaqının şanlı tərəfdarlarından biridir.
    p.s.
    Yeri gəlmişkən, artıq yuxarıda qeyd etdiyim kimi, nəvə Yevgeni baba Yevgeninin ilk evliliyindən törəyib.
    Baba Primakov ilk arvadı Laura vəfat etdikdən sonra ikinci dəfə, öz şəxsi həkimi, özündən xeyli- 24 yaş kiçik olan İrina Bokaryova ilə evlənib. Və ona çoxlu şeirlər həsr edib. İnsafanə pis şeirlər də deyil, sanki peşəkar şairin qələmindən çıxıb. Həmin şeirlərdən birini öz tərcüməmdə təqdim edirəm.

    Yevgeni Primakov
    (1929-2015)

    Həkim, nə yaxşı ki, Siz yaxındasız,
    Söhbət təbabətdən getməyir indi-
    Vallah, gözünüzün mavi olması
    Nələrisə deyir- demək çətindir.

    O gözlər aladır, bir az da yaşıl,
    Bütöv bir qammadır, təkrəngli deyil.
    Orada mən səhra görürəm, bir də
    Qafqazda yaşanmış neçə uzun il...

    Yenə xəstələrə bir-bir baş çəkib,
    Geriyə döndünüz, baxdınız mənə.
    Bir az kədər çökmüş o gözlər yenə,
    Yenə çoxrənglidir əvvəlki təki.

    Ümid bəxş etdiniz, həkim, Siz mənə,
    Söhbət təbabətdən getməyir əsla.
    Hamının həyatı qəlizdir indi,
    Gözünüz mavidir, mavidir, əla...


    14.02.2025

    ...Gərək əvvəldən konstitusiyaya belə bir bənd artırılaydı: savaş dönəmində Prezidentin səlahiyyat müddəti uzadılır. Belə olardısa Zelenskinin legitimliyinə kimsə şübhə etməzdi...
    Bütün hallarda Ukrayna xalqının haqlı mübarizəsi öz nəticəsini verməlidir.
    ...Amerikanın yeni Prezidenti D.Tramp tez-tez fikir və düşüncələrində “dəyişikliklər” edir. Ukraynaya münasibətdə isə gah nala gah da mıxa vurur.
    ... Tahir Qurbanov...
    Belə bir şair vardı. İstedadlı, məğrur, intellektual...
    Tibb Universitetini bitirmişdi. Yəqin ki, yaddaşlarda qalıb.

    ...Atlı Tavat... Laçın- Qubadlı zonasında yaşayıb. Bu qadın qətlə yetirilmiş bir qardaşının qisasını beş hayı öldürməklə çıxıb. Bunu danısan tanışım Atlı Tavatı 50 il öncə Laçında ğörüb.

    ... Demə, dünyada çox bahalı ət növü varmış: bu ətin "vətəni" Yaponiyanın Kobe şəhəridir, özü də "Vaqyu əti" adlanır. Ətin qiyməti... 2800 dollardır.
    Mətbuatın yazmağına görə bu ət çox yerlərdə, o cümlədən bizdə də satılır. Amma bəzi mənbələrdə qiymətlər fərqli göstərilir.
    Sözün qısası, 1 kq. ətin qiymətinə bir toy məclisi keçirmək olar.

    15.02.2025

    Bu gün "Teatr Meydanı" romanı haqqında "Xalq Qəzeti"ndə Kənan Hacının rəyini oxudum.
    alinino.az saytında oxucu rəyləri ilə də tanış oldum. İndi o rəyləri sizə təqdim edirəm.
    (Onu da qeyd edim ki, əsər indiyəcən dəfələrlə nəşr olunub)

    Qeyd edim ki, ötən əsrin son illərində qələmə alınmış “Teatr meydanı” romanında hadisələr kino kadrları kimi sürətlə bir-birini əvəz edir. Əsərin qəhrəmanı şəxsi detektiv Rufiz oğurlanmış uşağı xilası etmək üçün ən gözlənilməz təhlükələrlə üzüzə gəlir, hətta bəzən öz istəyinin xilafına olaraq əlbəyaxa döyüşlərə girməli olur.
    Rufiz çətin bir işə girişsə də, sonacan öz əzm, dəyanət
    və iradəsini qoruyur, müxtəlif ölkələrdə axtarışlar aparır, ən
    müxtəlif xarakterlı insanlarla rastlaşır.
    Əsərin finalına yaxın Rufiz istəyinə çatır, oğurlanmış
    uşağı xilas edir... Amma düşmən əhatəsinə, “odlu həlqəyə”
    düşmüş qəhrəmanı qarşıda hələ yeni sınaqlar gözləyir.
    “Teatr meydanı” əvvəlcə ölkənin bir sıra qəzet və jurnallarında
    hissə-hissə çap olunmuş, sonralarsa bir neçə
    dəfə kitab kimi nəşr olunmuşdur. Əsər Azərbaycan dilində
    qələmə alınmış ilk detektivlərdən biridir.

    RƏYLƏR
    “Azərbaycan detektivi – “Teatr meydanı”
    Mən çox nadir hallarda detektiv janrda nəsə oxuyuram. Bu janrın bütün dünyada oxucuları çoxluq təşkil edir. Böyük oxucu kütləsinın detektiv-triller, macəra ədəbiyyatına marağı tükənməzdir.

    Bu janrın tarixi olduqca qədimdir. Dünyanın ilk cinayəti Qabilin Habili öldürməsilə başlayır. Qədim yunan dramaturqları Sofoklun “Çar Edip”, Evripidin “Medeya” əsərləri də cinayət motivləri üzərində yazılıb. Dünya ədəbiyyatının nəhənglərindən sayılan Şekspirin “Hamlet” dramında kifayət qədər detektiv elementlər mövcuddur. Bildiyiniz kimi, əsərdə Hamletin əmisi onun atasını öldürərək anasıyla izdivaca girir. Dostoyevskinin “Cinayət və cəza”sını xatırlayın. Raskolnikov qoca sələmçini öldürdükdən sonra içində yatmış vicdan oyanır.
    Detektiv bir janr olaraq Edqar Alen Podan sonra romançılığın bir növü kimi xarakterizə edilməyə başladı. Dünyada detektiv janrın Yan Fleminq, Erl Stenli Qardner, Hedli Çeyz, Karter Braun kimi ustaları var. Çox az yazıçı var ki, öz əsərlərində kriminal süjetlərdən istifadə etməsin. Əvvəllər bu janrın hermetik detektiv növündən istifadə edirdilər. Yəni hadisələr qapalı, dar məkanlarda baş verirdi (evdə, qatarda, gəmidə və sair). Janr inkişaf etdikcə hadisələrin çevrəsi də genişlənməyə başladı.
    XX əsrdə detektiv janrının Jorj Simenon, Artur Konan Doyl, Aqata Kristi kimi nəhəngləri meydana çıxdı. Artur Konan Doyl Şerlok Holmsu, Aqata Kristi Erkül Pyaronu, Jorj Simenon isə komissar Meqreni yaratdılar. Bu obrazlar bu gün dünya oxucusunun sevimli obrazlarına çevrilib.
    XXI əsrdə detektiv-triller artıq yeni məna və məzmun kəsb etməyə başlayır, təhkiyə, süjet və struktur yenilənir. Bu gün yazılan detektiv romanlar klassik romanlardan əsaslı şəkildə fərqlənir. Yaxın günlərdə dəyərli yazıçımız Firuz Mustafanın “Qanun” nəşriyyatında çap olunmuş “Teatr meydanı” romanını oxuyub bitirdim. Nəfəskəsici süjet xəttindən əlavə romandakı zəngin informasiyanın bədii mətnin içində ustalıqla əridilməsi məni valeh etdi. Əsərdə özünü ən müxtəlif təhlükələrdən sığortalanmış sayan, lakin qəflətən fəlakətin bir addımlığında olduğunu görüb aciz görkəm alan insanların son dərəcə maraqlı obrazları yaradılıb.
    Müxtəlif mənbələrdən əldə olunan məlumatlar vasitəsilə yaradılan mozaikalardan bütöv bir təsvir yaranır. Yazıçının maraqlı personajlar sistemi də diqqət çəkir: onun qəhrəmanları, bir qayda olaraq, adi insanlardır. Oxucu üçün onların hərəkətləri daha asan başadüşüləndir - qəhrəmanların təbiəti və davranış stereotipləri ilə bağlı əlavə mühakimələr yürütməyə ehtiyac qalmır. Lakin burada hər şey birmənalı deyil - obrazlar, eyni zamanda müəllifin müxtəlif ideyalarının daşıyıcısıdır və insan psixikası ilə bağlı geniş müşahidələri təcəssüm etdirir.
    İri şirkətlərdən birinin rəhbəri Dəmir Səlimovun oğlu oğurlanır və uşağın qaytarılması üçün ondan külli miqdarda pul tələb olunur. O qədər pul isə yoxdur. Hüquq-mühafizə orqanları işə cəlb olunur. Cinayətin izi Yerevana gedib çıxır.
    Detektiv roman riyazi dəqiqlik tələb edir, hadisələrin inkişaf trayektoriyası tez-tez dəyişdiyindən müəllif maksimum dərəcədə diqqətli olmalıdır. Yazıçı hadisədən hadisəyə elə incə şəkildə keçir ki, oxucu da bu keçidlərdə xəfiyyəni qarabaqara izləməyə məcbur olur. Rufiz Çələbi romanda əsas fiqurlardan biridir. Məhz o, həyatını təhlükəyə ataraq cinayətkar şəbəkənin izinə düşür və onların ardınca Yerevana qədər gedib çıxa bilir. Qondarma adı “Mark Abramoviç” olan detektiv “Yaşa” ilə üz-üzə gəlir. Bu, əslən azərbaycanlı olan Yarməmməddir. O, “Yaşa” ləqəbi ilə tanınır, ermənilərə satılmış xaindir. Silsilə qətllər törətmiş residivistdir. Günahsız uşaq da məhz onun əliylə oğurlanıb. “Yaşa” haqqında bundan artıq heç nə deyə bilməyəcəyəm. Maraqlananlar romanı oxuyub həqiqətlərdən agah ola bilərlər.
    Rufiz Çələbi katalizator qəhrəman tipinə aiddir, supermendir. Qəhrəman arxetipi yazıçı üçün geniş üfüqlər açır. Yazıçı bu obrazı iki arxetipə bölür: Rufiz Çələbi, “Mark Abramoviç”. Bütün qəhrəmanlar macəra yolunda əngəllərlə üzləşirlər. Rufiz Çələbi isə ölüm təhlükəsi ilə üz-üzə qalır, işini icra etdikdən sonra düşmən ölkədən (mənəvi darısqallıqdan) çıxış yolları axtarır. Cinayətkarlar artıq ondan şübhələniblər, şəhərdə onunla bağlı axtarış elan edilib. Müəllif ustalıqla onun hərəkət trayektoriyasını çizir.
    Roman həm də 90-cı illər Ermənistanındakı başıpozuqluğu, hərc-mərcliyi, terrorçu qüvvələrin ölkəmizə qarşı qurduğu məkrli planları danılmaz faktlarla ortaya qoyur. Hadisələri həmin dövrün atmosferi ilə həmahəng şəkildə təqdim edir. Ermənilərin səhnə ulduzu Aqunik Papazyan və Şuşanik obrazları bədnam qonşularımızın iç üzünün açılması baxımından ifşaedici funksiya daşıyır. Teatr meydanında baş verənlər (Rufizin yuxusu) hayların xəstə beyinlərində yaşatdığı və fürsət düşən kimi həyata keçirdikləri “həqiqətlərdir”. Ümumiyyətlə, bu cinayət hadisəsi bədii rakursdan məharətlə işlənib.
    Rufiz Çələbi amansız rəqibləri içində özünü itirmir, onlara qarışıb inamlarını qazanır və məqsədinə nail olur. Yazıçının xəyal gücü gərgin atmosferi sona qədər qoruyub saxlamağı bacarır. Texnika və üslub sayəsində hadisə bütöv bir bədii mətnə çevrilə bilir. Heç şübhəsiz, Firuz Mustafa detektiv üslubda romanlar yazmağa davam etsəydi, bu gün ölkənin ən çox oxunan yazıçılarından ola bilərdi. Hərçənd, qələmə aldığı “Qapı” və “Cənnət çiçəyi” romanları detektiv janrda olmasa belə, olduqca ciddi bədii mətnlərdir və hələ də öz araşdırıcılarını gözləyir. Bu isə başqa söhbətin mövzusudur.
    Qısası, əsərin sonunda ədalət zəfər çalır. Yazıçı Rufiz Çələbi ilə Vətənin sərhədində xudahafizləşir… Göydən üç alma düşmür, uzaq kəndin işıqları ovcuna süzülür… “Teatr meydanı”, Nazim Hikmətin təbirincə desək, “sonu mutluluqla bitən” kitablardandır.
    Kənan HACI,
    yazıçı-publisist”

    Günay
    Kitabın hər bir səhifəsi mənə yeni bir şey öyrətdi. Hamıya tövsiyə edirəm.

    Arzu Həsənova
    Möhtəşəm bir detektiv əsəridir. Hadisələr o qədər maraqlı idi ki, sona qədər əlindən yerə qoymaq mümkün deyildi.

    Məhəbbət
    Çox rahat və sürətli sifariş prosesi oldu. Kitablarım əla qablaşdırılmışdı və heç bir problem yaşamadım.

    Könül
    Əsəri bu qədər çox bəyənəcəyimi özümdə gözləmirdim.

    Zamin.
    Oxuyan zaman çox fərqli duyğular yaşadım. Əsəri yaşayaraq oxudum.

    Elşən
    Əladır

    Gülşən
    Heyrətamiz bir əsərdir .

    Nəzakət
    Özün götür xidmətinizdən istifadə etdim, çox qısa vaxtda kitabım çatdırıldı. Sumqayıtda ki mağazanızdan götürdüm. Xidmətimizdən, eləcə də mağazadakı xanımlardan çox razı qaldım. Təşəkkür edirəm hər birinizə . Kitab isə olduqca maraqlıdır, artıq bir neçə səhifəsini oxumuşam səbrsizliklə ardını da oxumaq istəyirəm.

    Araz
    Firuz Mustafadan bir neçə kitab oxumuşam. Güclü yazardır. Dedektik janrda yazdığı bu kitabıda oxucunu cəlb edir özünə.

    Eyvaz
    Detektiv kitablarını oxumaq, həyatı daha maraqli və təəccüblü edir. Onlar həmişə məni düşünməyə məcbur edir. Təkəbəlik illərimdən bəri bu janrda oxuyuram.

    Rumiyyə
    Oxuduqca çox həyəcanlandım. Kitabı əlimdən qoymaq istəmədim heç. Çox maraqlı əsərdir. Detektiv romanları sevən hər kəsə tövsiyə edirəm.

    Fuad
    Çox fərqli sujet xətti var, oxuduğum əsərlərdən fərqlənir. Sizədə məsləhət görürəm, əla kitabdır.

    Səlimə
    Həqiqətən çox bəyəndim, sevərək oxudum. Baş verən qeyri-adi, gözlənilməz hadisələr çox axıcı qələmə alınıb. Vaxtınızı ayırıb, oxumağa dəyər.

    Elşad
    Çox maraqlı və həyacanlı sujet xətti var çox bəyəndim.

    Kamal
    Oxumağa dəyər maraqlı kitabdır. Həyəcan dolu, nefəs kəsən bir mözsusu var əsərin. Mən bəyənərək böyuk maraqla oxudum.

    Nisbi Qasımova
    Sizin bu əsərinizi bir neçə il öncə oxumuş,Sizi bu əsərinizlə tanımış və hələ də bu əsərin təsirindən çıxa bilməmişəm.Sizə fəaliyyətinizdə uğurlar!Kənan Hacı şəxsən tanıdığım,xətrini əziz tutduğum bir insandır.Onun da yazdıqlarını çox bəyənirəm.Allah hər birinizi qorusun.

    Teymur Zahidoqlu
    Möhtəşəm əsərdir... iki onillik əvvəl oxusam da, hadisələr yenə gözlərim önündə indiki kimi canlanır.

    Məsaim Abdullayev
    Hörmətli Firuz müəllimin bütün əsərləri bədii məziyyətlərinə görə seçilir və oxucu kütləsinin, tənqidçilərin diqqətini özünə cəlb edir. Şəxsiyyətinə dərin hörmət bəslədiyim insanlardandır. Yüksək təfəkkür və geniş erudisiya sahibidir. Bütün bunlarla bərabər son dərəcə sadədir. Həqiqəti təkcə əsərlərində müdafiə etmir, real həyatda da ədalətin tərəfindədir. Sosial şəbəklərdə fəallığı da, məncə, bundan qaynaqlanır. Mən əziz dostuma yeni yaradıcılıq uğurları və cansağlığı arzulayıram.

    18.02.2025Ad
    Firuz Mustafa bizim nəsildən olan çox istedadlı, qaim-qədim, zəhmətkeş insandır, 78-80-ci illərdən tanıram. İlk dəfə, deyəsən, "Müjdə" ədəbi dərnəyində gördüm... Sonralar xeyli sayda qiymətli əsərlər yazdı, yaratdı. Filosof-yazıçıdır, dramaturqdur, şair-tərcüməçidir. Bu şəkli əvvəl də görmüşdüm - cildlərini üst-üstə qoyub boyu bərabəri dayanmaq... və GÖRÜNMƏK! Böyük hissdir! Fəxr etdim - çox zəhmətkeş, ömrünü DÜZGÜN yaşayan bir yazıçıdır!
    Doğum Günün mübarək, dost!
    Firudin Ağazadə
    **

    Firuz müəllimin bu tayda tapa bildiyim əsərlərini oxuyub bəzisinə məqalə də yazmışam. Saçı sarı, gözü göy, üzü qırmızılardan olsaydı, 100% Nobel mükafatı almışdı.
    Firuz müəllimin fəlsəfi düşüncələrində bizim toplumdakı insan bütün incəlikləri'lə əks olunur. Azərbaycanı, özünü düzgün tanımaq istəyən onun fəlsəfi əsərlərini dəfələr'lə oxumalı dır.
    Vətənimizdə elmi tənqid, ədəbi mükafatlar, yazarlara olan yanaşma (ərəbicə münasibət) Avropada, Amerikada olduğu kimi olsaydı kitab oxuyanlarımız da çox olardı, yazarlarımız da zəngin olardı, sayın Firuz Mustafa cənabları kimi çıxarlı, yaradıcı, bacarıqlı bilginlərimiz də dünyada tanınardı.
    Firuz Mustafa müəllimə uca Allahdan can sağlığı uzun ömür diləyirəm.
    Əziz Firuz Mustafa müəllim, ad günüzü ən xoş arzular'la təbrik edirəm.
    Araz Əhmədoğlu
    (İran İR)
    **
    Bədi əsərlərinə görə hörmət etdiyim vətənsevər aydınımızı şəxsən tanıyandan sonra onu hörmətim bir beş artdı. Bəzən görürük ki, mənəvi dəyərlərdən yazanların bir çoxu həyatda tamam fərqlidir. Firuz Mustafanı isə millətinin, vətəninin xoşbəxtliyi üçün qələmə sarılmış bir aydın kimi tanıdım. Yüz yaşa Firuz bəy! Ad günün mübarək. Yeni əsərlərindlə oxucularını sevindir.
    Əli Şamil
    **
    Bu gün Firuz Mustafanın ad günüdür. Gözəl yazıçı, alim, yorulmaz araşdırmaçı, təhqiqatçı, canlı ensiklopediya! Gördüyü işlərlə tanış olanda heyrətlənməyə bilmirsən. Yazıları gözəldir, safdır! Kiçik bir hekayəsini oxudum. Uzun müddət təsirindən çıxa bilmədim. Türkiyədə sonuncu kitab sərgisində yol yoldaşı olduq. Əsl ziyalı, maraqlı yol yoldaşı! Ayrılıq öncəsi əyalət ötelinin foyesində Abdülkadir Özkanla vidalaşdıq. Heç birimiz bunun əbədi ayrılıq olduğunu bilmirdik. O vaxtdan da xəyallarla yaşayırıq, bir daha səfərə çıxmaq. Həmən marşurutla! Firuz bəy, ad gününüz mübarək! Ən gözəl günlərinizi bundan sonra yaşamağınız arzusuyla.
    Aslan Quliyev
    Firuz müəllim, siz çox dəyərli və alicənab şəxsiyyətsiniz. Var olun!
    Eldəniz Quliyev
    Firuz Mustafa ədəbiyyat cəngavəridir.
    Vahid Çəmənli
    Firuz Mustafa 80-cilər ədəbi nəslinin ən istedadlı nümayəndələrindəndir.Onun öz yazıçı üslubu,öz poetik dili,öz mövzusu,öz ədəbi qəhrəmanları vardır. Özü olmaq hər sahədə, xüsusən, yaradıcılıqda daha çətindir.
    Doğum gününüz mübarək Firuz Mustafa
    Nazlı Məmmədova

    19.02.2025
    Əqli mülkiyyət Agentliyinə dəvət etmişdilər. Getdim. Kart verdilər. Deyəsən Füzuli teatrı yayda oynalınan “Adsız” əsərimin tamaşasına görə karta 70 manat pul keçiriblər. Gedib pulu bankomatdan aldım.
    Axundov kitabxanasına gedib yeni oxucu bileti aldım.
    AYB-yə getdim. Qulu Ağsəs (“Ulduz”un baş redaktoru) Türkiyədə çap olunan jurnalda hekayəmin çıxdığını bildirdi. Və jurnalı göstərdi.
    “Azərbaycan” jurnalına da baş çəkdim. Orada bir neçə yazım hələ “növbə” gözləməkdədir...
    Hava soyuqdur. Sinoptiklər sabaha qar deyiblər. Tərs kimi, bu gün bir az yüngül geyinmişəm. Halbuki evdə qalın kürküm var, köhnə olsa da istidir. Gərək onu geyəydim, amma kürk ağır olduğuna görə hərdən ona “istirahət” verirəm...

    20.02.2025
    ...Həftənin 4-cü günüdür. Günün 2-ci yarısı qar yağmağa başladı...
    Bütün günü evdə oldum. Bir xeyli tərcümələr etdim.
    Yazıçı Aslan Quliyevə zəng etdim... Ordan-burdan danışdıq.
    Adətən, yazılarımda kiməsə isnad etməyə cəhd etmirəm. Amma RUS DİLİ İLƏ BAĞLI mübahisələrin qızışdığı son günlərdə hörmətli tədqiqatçı Dilqəm Əhmədə (və onun M.Ə.Rəsulzadəyə aid yazısına) isnad etməli oldum.
    M.Ə.Rəsulzadənin rus dilinə münasibəti bu gün də aktual səslənir.
    Yazıda oxuyuruq:
    "Rus dili məsələsi gündəmə gələrkən Cümhuriyyətimizin qurucusu Məhəmmədəmin Rəsulzadənin Bakıda universitet açılması ilə bağlı parlamentdəki qızğın müzakirələri də yadıma düşür. Belə ki, parlamentdəki bir sıra deputatın fikrincə, əgər Bakıda universitet rus dilində olacaqsa, buna nə ehtiyac var, ondansa tələbələr gedib Rusiyada təhsil alsınlar. O deputatlar ondan da narahat idilər ki, Rusiyadan gələn professorlar tələbələri millilikdən uzaqlaşdıracaq, nəticədə öz ölkələrinin əleyhinə fəaliyyət göstərmələrinə səbəb olacaqlar.
    Rəsulzadə isə bu məsələdə fərqli mövqe tuturdu. O deyirdi:
    "Dünyada rus elmi deyil, beynəlmiləl bir elm var. Biz bu beynəlmiləl elmi, hər bir millətin ağzından eşitdiyimiz kimi, rus professorların ağzından öyrənə bilərik. Çünkü bizə elmi və fənni Çində belə olsa, öyrənməyi tövsiyə etmişlər. Vəqtilə bu darülfünun get-gedə milliləşəcək. Bununla bərabər orada türk dili ümumi surətdə məcburi olaraq keçiləcək və öyrədiləcəkdir. Rus və ya əcnəbi bir lisanda təhsil etdiyin bir elmi öz dilində ifadə edə biləcək”.

    Dildən söz düşmüşkən, lazım gələrsə lazımi şəraitdə genral Səməd ağa Mehmandarov kimi kişiyana üzr istəməyi də bacarmaq lazımdır.
    “Mən qabaqca parlamentdən üzr istəməliyəm ki, rusca danışacağam, çox utanıram ki, öz dilimi Məclisi-Məbusanda (İndiki anlamda MM-də) danışmaq qədər bilmədiyimdən rusca söyləməyə məcburam". Parlamentin 16-cı iclası.Tarix: 25 fevral 1919-cu il).
    Əlbəttə, Mehmandarov Azərbaycan (türk) dilini kifayət qədər bilirdi. Lakin təhsilini rus dilində aldığına və uzun illər rus ordusunda xidmət etdiyinə görə fikrini bu dildə ifadə etmək onunçün daha asan idi.

    21.02.2025
    İki məşhurun dostluğu...
    Bünyadov Semyonovu necə xilas etdi?

    Fevral ayının 21-i Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun faciəli şəkildə həlak olduğu gündür.
    Ziya müəllimi tanıyırdım, AMEA-da az qala hər gün üz-üzə gəldiyim adam idi. Sərt, düzünəqulu, zahirən bir az da kobud adam təəssüratı yaratsa da, qəlbən həssas, duyğusal bir şəxs idi. Hətta çoxları bilmir ki, Ziya müəllim rusdilli olsa da dilimizdə şeirlər, həcvlər də yazırdı. Onun şeirlərindən bir neçəsini vaxtilə qəzetdə dərc etdirmişəm. Oğlu Heydər biz işləyən kafedrada imtahan vermişdi, alicənab, yüksək mədəniyyətli, sakit, təvazıkar bir oğlan idi, heyif, həyatını tez qayb etdi. Ziya müəllimin həyat yoldaşı Tahirə xanımı isə Azradiodan tanıyırdım.
    Söhbətimin məğzi ayrıdır...
    Ziya müəllim müharibə başa çatandan, ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuşdu. Onun əhatəsində olan və olmaq istəyənlər çox idi. 24 yaşında SSRİ-nin ən yüksək mükafatına layıq görülmüş gənci sevənlər, ona diqqət yetirənlər də az deyildi. Tələbə Bünyadovun dostları arasında Primakov və Senyonov sonralar az qala bütün dünyada məşhur oldular. Onlar Ziya ilə eyni dövrdə, amma fərqli kurslarda oxuyurdular.
    Müxtəsər söhbətimizin qəhrəmanları Yulian Semyonov və Ziya Bünyadovdur.
    Oxucular yaxından tanısın deyə, vurğulamaq istəyirəm ki, Yulian Semyonov məşhur yazıçıdır və ən məşhur filmlərdən birinin ssenari müəllifidir: bu, “Baharın onyeddinci anı” filmidir. Yəni “Ştirlis” haqqında film...
    Bünyadov ilə Semyonov arasında on yaş fərq olsa da, onların dostlugu tuturdu.
    Günlərin bir günü gələcəyin məşhur yazıçısını oxuduğu İnstitutdan qovmaq istəyirlər. Sən demə, Yulianın atası “xalq düşməni” imiş və oğul Semyonov bunu gizlədirmiş... Bunu eşidən tələbə Bünyadov tez özünü dostunun “mühakimə” olunduğu zala çatdırır və söz alıb tribunaya qalxır. O, sanki şərt qoyub deyir ki, Yulianı İnstitutdan qovsanız mən də buranı tərk edəcəyəm. Və əlavə edir: “Axı yoldaş Stalin deyib ki, oğul ataya görə cavab verməməlidir”.
    Beləliklə, bu ciddi “ultimatum” və təhdiddən sonra Yulian Semyonov təhsilini davam etdirir...
    Mən bu barədə məlumatı SSRİ çökmək ərəfəsində olanda Yulian Semyonovun özünün bir müsahibəsində oxumuşdum.
    Onların dostluğu son günlərinəcən davam etdi. Yulian Semyonov 1993-cü ilin 15 sentyabrında vəfat etdi. Hə, yeri gəlmişkən onu da deyim ki, yazıçının qızı Darya Semyonova israrla bildirir ki, onun atasını “aradan götürüblər”. Ziya Bünyadov isə 21 fevral1997-ci ildə faciəli şəkildə həlak oldu.
    Mən bu əhvalatı niyə xatırladım?
    Adam dostluğunda da kişi olar, düşmənçiliyində də. İndi dünən “dost” dediyi adama bu gün arxadan zərbə vuranlar da yox deyildir... Təəssüf.
    ...Tramp gələndən Amerika demokratiyasına təhlükə yaranıb.
    ...Ümumiyyətlə, nədir demokratiya? Bu mövzu ilə bağlı yüzlərlə kitab yazılıb. Bu konu ətrafında saatlarla, günlərlə danışmaq, mübahisə etmək olar.
    Demokratiyanın sadə formuləsini hamınız bilirsiniz. Qalır təkcə ona əməl etmək.
    Demokratiya- vicdanla siyam qardaşdır.
    Demokratiya- sənin içindəki “ikinci səsdir”. Təki o “səsi” aydın “görmək” üçün bəsirət gözün və maneəsiz “eşitmək” üçün iti qulağın olsun.
    ... Hava soyuqdur. Ağır-ağır qar yağır....

    22.02.2025
    Qar... Qar... Qarrr...
    Evdə isidicimiz yanmır. Kondinsionerdən istifadə edirik, o da çox”yazır”. İki gündür evdən çıxmıram. Türk dilinə çevrilmiş pyeslərmi kitab şəklində toplayıram. 7-8 pyesdir... Çap məsələsi qalıb Allah ümidinə...
    ...Spirtdən zəhərlənərək 11 nəfər ölüb. Bakıda.
    Böyük fəlakətdir. Görünən budur ki, bir çox adamlar içkidə ovunmaq, rahatlanmaq, "azadlıq əldə etmək" istəyirlər. Amma bu "xilas" yolu deyil.

    23.02.2025
    Qar yağır...
    Bağa çıxdım. Ayağım sürüşdü, yolun ortasında yıxıldım.
    Əynimdəki qalın kürk olmasaşil-küt olacaqdım. Ayağım bir balaca siyrildi.

    24.02.2025
    ...Artıq dördüncü gündür ki, qar yağır.
    ...Neçə gündür dillə bağlı “qırğın” gedir.
    Zənnimcə, mübahisə edənlərin böyük əksəriyyəti rus dilinin ölkəmizdə belə intişar etməsinin səbəbini ya bilmir, ya da bunu “gizlədir”.
    Uzun –uzadı danışmadan mətləbə keçirəm: əcnəbi dil, doğma dilimizi nə üçün “sıxışdırmaqdadır”?
    Səbəb sadədir.
    Əvvəla, bu gün hansısa bir gənc, hansısa təşkilata iş üçün müraciət edəndə müdir dayının və ya rəisə xalanın ilk sualı bu olur: “Hansı xarici dili bilirsən? Heç olmasa rus dilini...”
    İkincisi, xırda və böyükbuynuzlu məmurların uşaqları çox nadir hallarda milli dildə təhsil alır.
    Üçüncüsü, adamlar ona görə əcnəbi dillərdə təhsil alırlar ki, gələcəkdə onlar əcnəbi ölkələrə getsinlər.
    ...Bax bu problemlər həll olunsa, “milli dil problemi” də həll olunar.
    p.s.
    Bildiyiniz kimi, mən dilimizlə bağlı mütəmadi olaraq yazılarla çıxış edirəm. Xatırladıram ki, tərifini göyə qaldırdığımız rus dilində 10 mindən artıq türk sözləri və türkizmlər vardır. Amma bizim dilimizdə uzaqbaşı 10 rus sözü ola ya olmaya... Rus dilində A hərfi ilə başlayan bir rus sözü yoxdur.
    Yeri gəlmişkən, bizim ailədə hamı milli dildə təhsil alıb. Hətta, ailə üzvlərimizdən biri-nəvəm Aydan beş əcnəbi dildə sərbəst danışır, yazır, oxuyur...
    Çox dil bilmək –bu, əlbəttə, xoşbəxtlikdir.
    Doğma dilini bilməmək-bu, böyük bədbəxtlikdir.

    26.02.2025
    Nizaməddin Şəmsizadənin hüzr məclisində oldum. Məclisi aparan molla savadlı adama oxşayırdı. Nizaməddin köhnə dostlardan biri idi. Uzun illərdir xəstə idi. Əvvəlcə ayağı amputasiya olunmuşdu- kəsilmişdi... Köhnə tanışlar rast gəldi. Deputat Fazil Mustafa dedi ki, Niyazi Mehdinin də səhhəti yaxşı deyil, ayağının kəsilmək təhlükəsi gözlənilir... Akad. Muxtar Kazımoölu ilə rərdləşdik. Dedi ki, ötən yay Gədəbəydə olub. Dəvət etdim, dedim ki, yolun düşsə bizə də gəl...
    ...Günüm ikinci yarısında Məsimov, Rasim Nəbioğlu, Əli Nur, Arif Mədət birlikdə nahar etdik... Məslisin sonunda Məsimov halsız idi,olsun ki, içki ilə bağlı idi. Deməyinə görə bir neçə gün əvvəl yıxılıb, ayağı ya burxulub, ya da əzilib.
    ... Axşamyenə qar yağmağa başladı. Bütün gecəni yağdı...

    28.02.2025
    Səhər tezdən sosial şəbəkələrdə həmkarım Niyazi Mehdinin vəfat etdiyini oxudum. Yəqin ki, nə vaxtsa haqqında yazacam...
    ...Tramp gözlənilməz hərəkətləri ilə dünyanı heyrətləndirir. Elə Zelenski də az təəccübləndirmir. Hər ikisi şoumendir. Hər ikisində artistizm qabiliyyəti yüksəkdir. Hər ikisi rolunu kifayət qədər peşəkar oynayır. Əlbəttə, incəsənət estetikasını siyasət platformasına gətirməyi hər kəs, yəni hər aktyor uğurla bacara bilməz. Bunun üçün xüsusi qabiliyyət lazımdır. Bu cəhətdən Reyqanı xatırla(t)maq olar...
    Bilirəm, Trampı ittiham edənlər çoxdur. Niyə dünən dediyini bu gün inkar edir, niyə qonşu dövlətlərin işinə qarışır, niyə verdiyi vədlərə əməl etmir və sair... Belə hesab edirəm ki, Tramp siyasət alətinin bütün “simlərində” çalmağı bacarır və yaxud buna çalışır. Axı adamların, yalnız bir “simdə” ifa olunan mahnını dinləmək hövsələsi yoxdur və buna görə də hər adamın sümüyünə düşəcək havaları müxtəlif “simlərdə” çalmaqzərurəti yaranır. İndiki dövrün musiqisi polifonik-çoxsəsli olmalıdır.
    Görünür, siyasətin də öz “musiqisi”, öz “havası” var. Burada klassik anlamda mövcud olan iki lad, yəni major və minor kifayət etmir...
    Zənn edirəm ki, Zelenski ilə Tramp zamanın havasını eyni orkestrdə ifa edirlər, özü də oxşar ladda... Putin üçün improvizə havalar hələ irəlidədir. O, hələlik yarımtondadır, özü də xromatik yarımtonla diatonik yarımton arasında gəzişmələr edir.
    ...Sözün qısası, belə hesab edirəm ki, Yer üzündə ilahi ədalət deyilən bir güc də var.

    02.03.2025
    Qardaşım Fuad Dərbənddən gəlib çıxdı. O, üç aya yaxın idi ki, Qroznı- Dərbənd arasında vurnuxurdu. Qroznıya çeçen dostunun hüzrünə getmişdi. Elə həmin günlərdə ruslar sərnişin təyyarəmizi vurdular. Reyslər donduruldu. Sərhədlər bağlıdır. Tikanlı sınırları nəinki adamlar, hətta quş da keçə bilməz... Fuad avtobusla Hərbi-Tiflis qara və qarlı yolla Tiflisə gəlib. Təyyarə bileti almaq çətin olduğuna görə, 4-5 gün orada qalmalı olub. Nəhayət, bu gecə təyyarə ilə Bakıya gəlib. Gedib onunla görüşdüm. Hiss olunurdu ki, bir xeyli, sınıxıb, arıqlayıb. Söhbətləşdik...
    “SS.Tv”-yə getdim. Məzahir müəllimlə söhbətlşdik. Yenə “Qaranquş yuvası” haqqında fikir mübadiləsi etdik. Ssenari özünə sponsor “gözləməkdədir”...
    *
    "Gündəlikdən" sətirlər. Bəlkə də Niyazi Mehdi demiş, "gündəlikdən didmələr"...
    FİLOSOFUN ÖLÜMÜ
    26.02.2025
    Nizaməddin Şəmsizadənin hüzr məclisində Fazil Mustafa həmkarımız Niyazi Mehdinin sağlıq durumunun ağır olduğunu bildirdi...
    28.02.2025
    Səhər tezdən sosial şəbəkələrdə Niyazi Mehdinin vəfat etdiyini oxudum. Yəqin ki, nə vaxtsa haqqında yazacam...

    02.03.2025
    ...Axşam Niyazi Mehdinin yas məclisində (Təzə Pir məscidində) iştirak etdim. Bir xeyli dost-tanış rast gəldi. Nə yazıqlar ki, son zamanların “ünsiyyəti” daha çox mərasim evlərində baş tutur...
    Niyazi ilə nə çox yaxın dost, nə də çox uzaq tanış idik. Həmkar idik. Zənnimcə, bir çox məsələlərdə həmfikir idik.
    Ötən əsrin 80-lərindən sonra Niyazi Mehdi ara-sıra çalışdığım Fəlsəfə (və Hüquq) İnstitutuna gələrdi. Hərdən fikir mübadiləsi aparadıq. Onun mənim əlimə keçən ilk kitabı rus dilində idi, Şərq mədəniyyətinə həsr olunmuşdu. Sonralar Niyazinin maraqlı kitabları işıq üzü gördü. Onun həm özü, həm də yazıları orijinal idi və əksəriyyət tərəfindən maraqlı qarşılanırdı. Amma... onu anlamayanlar və anlamaq istəməyənlərə də rast gəlmək olurdu. Niyazi belələri haqqında yumorla danışmağı xoşlardı...
    Adətən, çiynində gəzdirdiyi meşin çantadan çıxatdığı qutudan çıxartdığı siqaretin tüstüsünü acgözlüklə sinəsinə çəkən həmkarım zahirən adamayovuşmaz, köntöy adam təsiri bağışlasa da, əslində çox həssas, duyğusal bir insan idi. Adamlarla çox mədəni rəftar edən Niyazi başqalarındansa, özünə daha çox istehza və tənə ilə yanaşan bir qələm adamı idi. Bu cəhətdən onun öz həyatı daha çox məhz özünün “tədqiqat obyektinə” çevrilirdi.
    Niyazı bədii yazılarına bir fəlsəfi not, fəlsəfi yazılarına isə bədii lad qatmağı bacarırdı. Elə təkcə kitablarının adı onun yaradıcılığı haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Məsələn, “Özümdən diddiklərim”, “Fəlsəfədən diddiklərim”, “110 nəsnə”, “Yəhudi dili”, “Çətin və dolaşıq durumların kulturolojisi (Şərq və Qərb mədəniyyətlərində virtual örtüyün "kosmoqoniyası"”, “Bloger”, “Altay və Umay”... onun bir sıra elmi, publisistik və bədii kitablarının sırasından “didilənlərdir”.
    İş elə gətirib ki, mən Niyazinin atası Musa müəllimi də görmüşəm. O, elmi ateizm müəllimi idi, fəlsəfə ilə məşğu olurdu. Mən onun anası ilə də tanış idim. Yadımdadır, səhv etmirəmsə mən o vaxtkı Politexnik İnstitutda “saathesabı” dərs deyərkən Rəfiqə müəllimə fəlsəfədən seminar dərsləri, mən isə mühazirələr aparadım. Bu zərif, abır-həyalı xanımla tez-tez rastlaşar, söhbət edərdik. O, adətən, oğlu Elçini soruşardı: “Elçin işə gəlmişdi, siqaret çəkirdimi...” Elçin bizim institutda çalışırdı. Yəni o da fəlsəfə elmi ilə məşğul olurdu. Elçin yaraşıqlı, şıq geyimli bir gənc idi. Sonralar, səhv etmirəmsə Estaniyaya getdi, evlənib elə orada da qaldı. Niyazinin həyat yoldaşı Dilarə xanım da fəlsəfə ilə məşğuldur, ali məktəbdə bu fənni tədris edir... Göründüyü kimi, Niyazi Mehdi təkcə “makromühitdə” deyil, “mikromühitdə” də daim elmi-fəlsəfi “aurada” olub...
    Niyazi Mehdi inanclı adam idi. O, indi haqq dünyasındadır.
    ... Yas yerindən çıxanda mərhumun bir kitabını da özümlə götürdüm. Bu, “Mən” olmağımın tarixçəsi” adlı yeni kitab idi, “Qanun” nəşriyyatı çap etmişdi. Qapının ağzında dayanmış ortaboy, saqqallı, kədərli siması ilə seçilən gənc bir oğlan hüzrə gəlib-gedənlərlə əhvallaşırdı. Bu, 45 il əvvəl gördüyüm Niyaziyə çox bənzəyirdi. Qısa sorğu-sualdan belə məlum oldu ki, səhv etmirəmmiş...
    Mərasim zalından yazıçı Azad Qaradəli ilə birlikdə çıxdıq. Yolun ortasında məlum oldu ki, həmkarım çantasını unudub. Həyəcanlı idi. Cəld geri qayıtdı. Çanta öz yerində imiş...
    ...Bir filosofu itirdik. Ruhuna ehtiram.
    Yeri cənnət olsun.
    p.s.
    Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir {1968-1973). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil almışdır (1973-1976). M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim (1977-1982), baş müəllim (1982-1984) işləmişdir. Hazırda həmin kafedrada dosent vəzifəsində çalışır (1984-cü ildən). "Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1979). Doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub. Ədəbi fəaliyyətə 1970-ci illərdən başlamışdır. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var. Niyazi Mehdi 1992-cü ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olmuşdur.

    04.03.2025
    “Qızıl Aypara”da Fazil müəllimlə görüşüb söhbət etdik. Dostum bir şüşə tut arağı bağışladı, “yaxşı şeydir”-dedi.
    Sonra “Teatral”da Mərahim, Əli Nur, Kənan, Fəxri, Nizami ilə birlikdə şam etdik, şay işdik.

    05.03.2025
    AYB-də oldum.
    Aslan Quliyevin təqaüd məsələsini Çingiz Abdullayevə dedim. Söz verdi ki, onun adını “siyahıya” salacaq.
    Sonra Anarla görüşdüm. Ona bir-iki yazı verdim. Rus mətbuatında dərc olunmuş həmin yazılar Səməd Vurğun və Rəsul Rza haqqında idi.
    Səməd Vurğun haqqında olan yazı Anar müəllimin xoşuna gəldi, orada məşhur rus karikaturaçı rəssamı İosif İginin şairlə görüşü və onun şarjını çəkməsindən bəhs edilir. Anar müəllim dedi ki, bu yazını tərcümə edib “Ədəbiyyat qəzeti”nə göndər. Tərcümə etdim və göndərdim.
    Yazı belədir:
    “İosif İliç İgin (əsl soyadı Ginzburg, 1910—1975) — Sovet karikaturaçı rəssamıdır, ədəbiyyat və incəsənət sahəsindəki bir çox tanınmış şəxslərin karikatura və portretlərinin müəllifi kimi məşhurdur.
    Rəssam 1910-cu ildə yəhudi qəsəbəsi Propoiskdə (indiki Slavqorodda) anadan olub. O, 1920-ci illərin sonunda Leninqrad Rəssamlıq Texnikumunda təhsil almış, daha sonra məşhur Vxutemas və Vxutein (Ali Rəssamlıq-Texniki İnstitut) bazasında təşkil edilmiş Moskva Poliqrafiya İnstitutunu bitirmişdir.
    İgin daha çox çoxsaylı karikaturaların müəllifi kimi şöhrət qazanmışdır. Sovet dövründə siyasi xadimlərin karikaturalarını və şarjlarını çəkmək qəti qadağan olunmuşdu. Buna görə də rəssam daha çox öz dövrünün yazıçıları, aktyorları və digər tanınmış mədəniyyət xadimlərinin şəkillərindən ibarət bir karikatura qalereyası yaratmışdır. Burada Vladimir Mayakovski, Maksim Qorki, Bernard Şou, Korney Çukovski, Samuil Marşak, Faina Ranevskaya, Nazim Hikmət və başqalarının şarjlarına rast gəlmək mümkündür.
    İginin rəsmləri o zamanlar Sovet jurnallarının yumoristik bölmələrində dərc olunurdu və çox məşhur idi. Xüsusilə, "Krokodil" jurnalında onun çoxlu karikatura işləri çıxmışdır. Əsərlərinin böyük bir hissəsi kitab-albomlarda toplanmışdır.
    İgin son illərdə xatirələrini yazmışdır. Bu xatirələr nəticəsində "Çəkdiyim insanlar haqqında" (1966), "Mən onları gördüm..." (1975) adlı kitabları nəşr olunmuşdur.
    Rəssam 1975-ci ildə Moskvada vəfat etmiş və Vaqankov qəbiristanlığında dəfn edilmişdir. Onun arxivi Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır.
    Məşhur rəssamın “qəhrəmanlarından” biri də böyük şair Səməd Vurğun olmuşdur.
    Rəssam 1975-ci ildə nəşr olunan son kitabında ("Mən onları gördüm...") Azərbaycan şairi Səməd Vurğunla görüşünü xatırladır…
    İgin qısa təəssürat yazısında məşhur şairin alicənablığını, səxavətliliyini, qonaqpərvərliyini, necə yumor hissinə malik olduğunu da bacarıqla təsvir edə bilib.
    İosif İgin öz kitabında Səməd Vurğunla görüşünü belə xatırlayır:
    “1952-ci ilin yazında mənə redaksiyadan xəbər verdilər ki, Səməd Vurğun Moskvaya gəlib. Onun rəsmini çəkmək lazımdır. Mən şairlə əlaqə saxladım və səhərə görüş təyin etdik...”
    Gecənin bir yarısı Səməd Vurğun gözlənilmədən İgini qəfil telefon zəngi ilə oyadır.
    Rəssam şairin sözlərini belə xatırlayır:
    “- Bir bəladır düşmüşəm… Moskvada yata bilmirəm. Bizim Bakıda gündüz ağ, gecələrsə qara olur. Burada isə gündüz də boz olur, gecə də… Mən yatmaq əvəzinə, sənin yanına gəlib oturacağam, söhbət edərik...”
    Onlar görüşürlər. “Söhbət dan yeri sökülənə qədər davam etdi. Şairin şeirlərini oxunması ilə gecə sona çatdı. Səməd şeirlərini Azərbaycan dilində oxuyurdu, mən isə onu dinləyir və şəklini çəkirdim”.
    Rəssam xatırlayır ki, şair arada onun çəkdiyi rəsimə baxıb zarafatla deyir:
    “Ata- babalarımızın qanunlarına görə, mən səni öldürməliyəm, — dedi. — Çünki Şərqdə insanı güldürən və digərlərini də ona güldürən adam ən böyük düşməndir. Mən səninlə görüşdüm, səninlə şərab içdim, şeirlər oxudum, amma sabah insanlar qəzeti açacaq və deyəcəklər: Bir bura bax, gör bu Səməd Vurğun necə də gülməlidir!”
    İgin deyir ki, mən ona belə cavab verdim: “Əgər qanun belədirsə, onda məni öldür.”
    Şairin cavabı hazır idi: “Təəssüf ki, mən bura gələndə nəyə razı olduğumu bilirdim. Bu dəfə ataların qanunu pozulacaq...”
    Ertəsi gün İgin və Vurğun birlikdə “Moskva” mehmanxanasında nahar edirlər. Rəssamın xatırladığına görə, restoranda xeyli boş kiçik stollar varmış, lakin Səməd Vurğun çox böyük, iyirmi nəfərlik bir masanı seçir.
    Bunun öz səbəbi var imiş. İgin belə xatırlayır:
    “Mən ona dedim ki, biz kiçik stolun arxasında otursaq, bu, daha rahat olmazmı? Səməd etiraz edərək dedi: “O nə sözdür elə? Bu mehmanxanada çoxlu dost- tanışlar olur. Birdən onlar gələ bilərlər. Onda mən onları kiçik stol arxasında necə qonaq edə bilərəm?!”
    P.S. İlk dəfə İginin “Mən onları gördüm...” kitab-albomunda nəşr edilmiş bu müxtəsər yazını ölkəmizdəki “Azerhistory.com” saytı dərc etmişdir. Həmin qeydlər Xalq yazıçısı Anarın məsləhəti ilə “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edilir.
    Təqdim edən: F.M.”
    …Dünən gecə yata biməmişdim. Evə gələndə dünən Fazil müəllimin verdiyi araqdan bir az içib az da olsa yatdım.
    …Trampın Zelenski ilə uğursuz alınmış görüşü hələ gündəmdən çıxmasa da növbəti görüş haqqında danışıqlar gedir.

    06.03.2025
    Aktyor Əli Nur “Azdramanın” bədii rəhbəri M.Ələkbərzadəni saytda “möhkəm tənqid edib.
    Havalar açılır…
    …“Cənnət çiçəyi” romanından bir parçanı “Ədəbiyyat qəzetinə” göndərdim… Hə, bir də 1952-ci ildə S.Vurğunun şarjşını şəkən məşhur rus-sovet rəssamının kiçik bir xatirəsini tərcümə edib Anarın tövsiyyəsi ilə həmin qəzetə göndərdim.

    Onun nəbzi daim Azərbaycanla döyünürdü…

    Mayis Əlizadə ilə ilk tanışlığımızın tarixçəsini indi düz -əməlli xatırlamıram. Amma orasını yaxşı xatırlayıram ki, Mayis o vaxtlar çalışdığı EA-da 5-ci qatdakı Ədəbiyyat İnstitutundan 4-cü mərtəbədəki Fəlsəfə İnstitutuna gələr dostları ilə, o cümlədən mənimlə görüşər, söhbətləşərdi. Təbiətən ünsiyyətcil, zarafatcıl olsa da xaraktercə dəyanətli, yalanla barışmaz, mübariz bir adamdı Mayis…
    Xalq hərəkatının öncüllərindən biri idi. Ədəbiyyatşünas idi. Jurnalist-publisist idi. Tərcüməşi idi… Təəssüf ki, indi onun haqqında keçmiş zamanda danışmalı oldum.
    Bu gün eşitdim ki, Mayis haqqın dərgahına qovuşub. İnanmaq istəməzdim. Amma nə edəsən ki… Yalanı adama inandırmağı bacaran bu dünya, həqiqəti danası deyil ki?..
    Ömrünün az qala yarısını -son illərini Türkiyədə yaşayıb. Məktublaşardıq.
    Babək Qurbanovun ölümündən kədərlənmişdi:
    “Allah şahiddir ki,sizin xətriniz mənim qəlbimdə həmişə əzizdir. Babək bəyə Allah rəhmət etsin...”

    Nuru Paşaya dərin sevgisi vardı. Mənim Ənvər Paşa ilə bağlı yazdığım pyesi təqdir edirdi.
    “Canım-qardaşıma salamlar olsun.
    Son 3 hefte Nuri paşanın mezarının açılışına hazırlıqlarla keçdi.
    Dünen açılışı etdik...”

    Arada mənim İstanbulda çalışmaq istəməyimi də dəstəkləmişdi.
    “İreliye baxq
    Tez (tercümeyi-halını) mene gönder
    Men Türkce hazırlayım
    Çox yere gönderek
    Ordan bir an evvel qurtulub buraya gel…”

    “Möhtərəm böyük qardaşm Firuz bəy həmişə nə qədər keyfiyyətli bir insan olduğunu nümayiş etdirir. Mən də təbrik edirəm,əziz böyük qardaşım...”

    02.05.2016,
    “Qardas, salam. “Oda” teatriyla danisdim, mesqlerin vaxtini ve yerini mene deyecekler, gedib hem fotolar cekecem hem de burdaki boyuk bir agentliye xeber hazirlayacam. Bir yazi da Bakiya gonderecem.Bu gun mene xeber vermelidirler.Yorulmayasan...”

    2016-cı ilin avqustunda İstanbulda görüşdük. Həmin günlərdə “Ada” teatrında mənim “Müqəvva” pyesimin premyerası idi. İlk tamaşada iştirak etdi, söz dedi, təbrik etdi…

    …Həyatını millətin, xalqın taleyindən kənarda hiss etməzdi Mayis.
    Qardaş Türkiyədə yaşasa da, nəbzi Azərbaycanla döyünürdü.
    Türkiyəmizdə torpağa tapşırıldı.
    Ruhu şad olsun.

    07.03.2025
    “Ədəbiyyat qəzetində” Səməd Vurğunun şarjı ilə bağlı qeydlərim (və tərcüməm) dərc edilib.

    07.03.2025
    Siqaret çəkməkdə nə “estetika” ola bilər?
    İki xanım tanışım vardı…
    Siqaret çəkirsiz? Nahaq.

    Zamanında siqaret çəkən olmuşam. Tələbəlik, əsgərlik, aspirantlıq, müəllimlik… işsizlik dövrlərimdə, hə, bir də yazı-pozu zamanı o, illərlə mənim “dərd ortağım” olub.
    İndi çəkmirəm. Siz də çəkməyin.
    Sözümün canı var. Kişiləri qoyuram bir yana, qadınların, xüsusən siqareti kişiyana çəkən qadınları heç qəbul etməmişəm… Amma və lakin… Həyatda bir neçə qadın görmüşəm ki, onların siqaret çəkməsi bütöv bir mənzərə idi.
    Məsələ burasındaır ki, birlikdə yemək yediyin, birlikdə içki içdiyin, birgə yol getdiyin adamdan aldığın zövqü, gərək sənilə siqaret çəkən “tərəf-müqabilindən” də alasan. Bu hissin necəliyini yalnız siqaret çəkənlər bilər…
    Bəli, qadınlar arasında siqaret çəkən tanışlarım olub. Əlbəttə, siqaret çəkmək pis vərdişdir…. Amma, artıq dediyim kimi, bəzi xanımların siqaret çəkməsi bütöv bir mənzərə təsiri bağışlayırdı. Zərif qutulardan zərif barmaqla çıxarılan zərif siqaret gilələri, burulan tüstülər və bütün bunlara illüstrasiya ola biləcək ürəyəyatan söhbətlər…
    Xüsusilə, iki xanım tanışımın siqaret çəkməyi mənə xüsusilə “maraqlı” gəlirdi. Onların hər ikisi tanınmış similar idi. Biri aktrisa, digəri yazar idi. Məndən yaşca böyük olsalar da söhbətimiz tuturdu. Xüsusən, “siqaret süfrəsi arxasında”... Hər ikisi, zərif, intellectual xanım idi.
    Yadımdadır, bir dəfə Türkiyədən gətirdiyim siqaretlərdən onlara bir neçə qutu hədiyyə etdim. Çox bəyəndilər. Hər görüşəndə “türk siqaretini” tərif edirdilər. Və hərdən zarafatla: “Qardaş, Türkiyəyə haçan gedirsən?” –deyə, soruşardılar. Hər ikisi hələ Sovetlər zamanından türkçü idi. Hər ikisinin övladları türkiyə vətəndaşları ailə qurmuşdu, amma deyəsən o uşaqların nikahları uğursuz olmuşdu… Hər ikisi həyatdan vaxtsız köçdü.
    …Bu gün haradasa oxudum ki, həmin xanımlardan birisinin- məşhur aktrisanın doğum günü imiş, olumundan 80 il, ölümündən isə 20 il keçir. İzsiz-soraqsız keçdi…
    Ruhları şad olsun. 07.03.2025

    Rəy yerində “Siqaret çəkən ilan” hekayəmi yerləşdirirəm. Kim siqareti tərgizmək istəyirsə oxuya bilər.
    Siqaret çəkməyin.

    09.03.2025
    Bazar günüdür. Yazıçı Eyvaz Zeynalovla görüşüb SS.Tv-yə çəkilişə getdik. Aparıcısı olduğum “Zaman Axarında” verilişində 35 dəqiqə söhbət etdik. Eyvazın yaradıcılığı, xüsusən bu yaxınlarda nəşr olunmuş “Nadir Şah” romanı haqqında ətraflı danışdıq. Sonra Yusif bəylə nahar etdik.

    10.03.2025
    Tofiq Yaqubluya doqquz il iş veriblər…
    Nahid dayının qızı zəng vurmuşdu. Onlara çəkilişə getdim. Martın 14-ü dayımın doğum günüdür. Az.Tv-dən gəlmişdilər. 3-4 dəqiqəlik çıxışım oldu.
    …Mərhum Niyazi Mehdinin “Mən” olmağımın tarixçəsi” memuarını oxuyuram. Maraqlıdır.
    …Jan-Pol Sartr haqqında məqalə üzərində işləyirəm.

    13.03.2025
    “Həmkarlardan” sanatoriyaya yollayış almağa getdim. Aprelin 14-nə söz verdilər.

    14.03.2025
    Bu gün Xalq yazıçısı Anarın doğum günüdür. FB səhifəmdə belə bir qeyd yazdım: “Azərbaycanda Anar adını daşıyanlar çoxdur. Onların sırasında alimlər də, nazirlər də, sıravi insanlar da kifayət qədərdir. Amma hansısa bir məclisdə, toplantıda “Anar belə yazır”, “Anar bu cür deyib”, “Anarın fikrinə görə” ifadələri işlədiləndə, söhbətin məhz kimdən getdiyi məlum olur. Və bu, təkcə ona görə deyildir ki, Xalq yazıçısı Anar, ölkəmizdə, necə deyərlər, bu adın ilk daşıyıcısıdır. Bu, həm də onunla bağlıdır ki, Anar təkcə öz adından deyil, saysız-hesabsız oxucu, tamaşaçı və digər ictimai-sosial qruplar adından danışmağa haqqı olan, səlahiyyəti çatan şəxsiyyətdir.
    Xalq yazıçısı Anarın ad günüdür. Ürəkdən təbrik edirik. Ürəyincə yaşayıb-yaratsın...” “Bakraboçiy” qəzetində Anar haqqında yazım dərc edilib (rusca tərcümədə).
    ... Bu gün həm də dayım, yazıçı Nahid Hacızadənin doğum günüdür.
    ...SS.Tv-də oldum. Bu studiya-tv-də bəzən ədəbi-elmi verilişlər aparıram. “Zaman axarında” verilişi pis qarşılanmır. Studiyada tanışlarla görüşdüm. Məzahir müəllim “Qaranquş yuvası” ssenarisi əsasında qısametrajlı film çəkmək istəyir. Rejissor Gəmalə xanımla və operator Elman ilə bu konuda fikir mübadiləsi etdik.

    16.03.2025
    Bir gündə iki aydınımızı itirdik. Onlardan biri, yəni Xalq artist Ənvər Həsənovla yalnız “atüstü”, epizodik görüşlərimiz olub. Təbii ki, maraqlı aktyor idi. Təəssüf ki, zamanında yaradıcılıq imkanlarından geniş istifadə olunmadı.
    Digər ziyalımız Ziyadxan Əliyev ilə tanışlığımızın tarixi isə “qədimdir”, ötən əsrə təsadüf edir. Hətta, 80-lərin sonunda aspiranturada təhsil alarkən EA-nın fəlsəfə kafedrasında apardığım dərslərdə-seminar və mühazirələrdə iştirak edib, imtahan verib. Yadımdadır, həmkarlarından, digər dissertant və aspirantlardan bir qədər yaşlı olsa da, məsuliyyətliliyi ilə seçilirdi. Hər görüşəndə, rastlaşanda mən ona “Ziyadxan bəy”- deyə müraciət edirdim. O isə mənə daim ehtiramla “müəllim” deyirdi... Yaşca məndən bir qədər böyük idi.
    Sonuncu dəfə qışın əvvəllərində “Nizami” metrosunda rastlaşdıq. Diqqətlə stansiyanın divarlarını bəzəyən mozaik illüstrasiyalara- Mikayıl Abdullayevin ölməz sənət əsərlərinə baxırdı. Görüşüb bir xeyli söhbətləşdik. Mənimlə birlikdə stansiyaya enən dostumuz Fazil bəy də onunla qismən tanış idi. Ziyadxan Əliyev sənətlə, incəsənətlə bağlı maraqlı fikirlər söylədi. Növbəti qatar gələndə görüşüb ayrıldıq. O, əl edib qatara mindi...
    Çox zəhmətkeş, vicdanlı adam idi Ziyadxan bəy.

    17.03.2025
    Dünya ədəbiyyatından xeyli nümunələri dilimizə çevirmişəm. Bu sıradan poetik örnəklər də az deyil. Bu günlərdə Kamerun ədəbiyyatından bir şairin- Neba Terri,nin şeirini tərcümə edirdim. Şeir məni “çəkib apardı” Kamerun ədəbiyyatına, o da məlum oldu ki, orada qələm adamları əsasən fransız və ingilis dillərində yazırlar. Ədəbiyyatın “sapları” məni oradan “çəkib” siyasət aləminə apardı. Məlum oldu ki, Kamerunun əvvəlki Prezidenti müsəlman Axmadu Axico olub. O, vəzifədən istefa verib gedəndən sonra yerinə o vaxtkı Baş nazir Pol Biyya seçilib. Bu ağsaqqal, yəni Pol Biyya artıq 50 ildir ki, dövlətə rəhbərlik edir, əvvəlcə Baş nazir, sonra isə Prezident kimi hakimiyyətdədir. 93 yaşlı Rol Biyya bir sıra qəribəlikləri ilə seçilir... Amma onun özündən 40 yaş kiçik və özündən boyca xeyli hündür olan arvadı Şantal Biyya Afrikada daha məşhurdur. Həm də bu məşhurluğa səbəb Şantal xanımın ekstravaqant saç... düzümüdür. Yazılanlardan o da məlum oldu ki, Afrika dövlətlərində yaşayan qadınların çoxu, xüsusən dövlətdə yüksək vəzifə tutan kişilərin zövcələri, bu nazlı-qəmzəli xanımın sıx saçlarına açıq-aşkar sadəcə həsəd yox, paxıllıq edirlər... Şantalın ayamaları çoxdur, onlardan biri də “modnitsadır”...
    ...Hə, o ki qaldı şair Neba Terri,yə onun “Şair qələmi” adlı şeirində deyilir:

    Yaralardan keçir şairin yolu,
    Yarır tufanları, qasırğaları.
    Onun sadiq dostu, onun sağ qolu
    Qələmdir, dağ üstə qoyur dağları...

    Hə, bax belə işlər...

    20.03.2025
    Türkiyə çalxalanmaqdadır.

    24.03.2025
    İstanbul Böyük şəhər bələdiyyə sədri Əkrəm İmamoğlu həbs olundu.

    25.03.2025
    Rusiya- Ukrayna savaşı davam edir. Mətbuatın yazdığına görə, dünən və bu gün Ukrayna dronlarının dəqiq zərbələri nəticəsində Moskvanın mərkəzində yerləşən elit istirahət kompleksi və ticarət mərkəzi yanır... “Axmat” (çeçenlərdən ibarət) alayı da darmadağın edilib.

    26.03.2025
    Bu günlərdə Türkiyədəki nəşriyyatlardan birinin müdiri Şərəf Yılmaz ilə telefon danışığımız oldu. Şərəf mənim iki kitabımı çap edib. Artıq mənim əlimdə türkcəyəçevrilmiş iki qalın kitab- pyeslər və nəsr əsərləri var. Ötənlərdə naşir mənim hər iki kitabımı parasız buraxmışdı, amma indi deyir ki, vəziyyət yaxşı deyil, pulsuz nəşr ona ziyan edə bilər. Ona bu gün belə bir namə yazdım:
    “Hörmətli Şərəf bəy.
    Mərhəba.
    Bəli, Türkiyədə baş verən sürəcləri diqqət və həyəcanla izləyirəm. İnşallah, düşünürəm ki, hər şey yaxşı olacaq.
    Mən sizin mesajınızı elə həmin gün dinlədim. Bir az işlərim olduğuna görə indi cavab verirəm.
    Şərəf bəy, əlbəttə, nəşriyyatların üzləşdiyi çətinlikləri anlayıram. İndi hər yerdə krizisdir. Elə bizdə də durum o cürdür.
    Əvvəlcə, hazırladığım kitablar haqqında onu deyim ki, bir kitab roman və hekayələrdən ibarətdir. İkinci kitabda oyunlar (pyeslər) toplanıb. Romanda 30-cu illər Sovetlər Birliyində baş vermiş dəhşətli repressiyalardan –qətliamdan bəhs edir. Hadisələr Azərbaycanda cərəyan edir.
    Pyeslərdə isə müasir və tarixi hadisələr təsvir edilib. Həmin pyeslərdən ikisi Türkiyədə teatrda oynanılıb. Sizin nəşr etdiyiniz “Tarafsiz bölge” pyesi də bu kitaba daxildir. Yeri gəlmişkən, Siz otən il göndərdiyiniz mesajda demişdiniz ki, Mədəniyyət Nazirliyinin təklifi ilə 200 nüsxə onlara göndərmisiz. Çox gözəl. Bəlkə yenə həmin nazirliyə müraciət edək, bəlkə dəstək oldular, kitablardan yenə aldılar...
    Təəssüf ki, indi mənim iqtisadi vəziyyətim elə də yaxşı deyil. Gözlənilən fuara gəlmək üçün yalnız təyyarəyə bilet almaq imkanım var. Əgər fuar İstanbulda keçirilərsə orada qohumumun evində qala bilərəm.
    Reallıq bu cürdür. Təşəkkür edirəm. Görüşmək üzərə.
    Merhaba, sayın Şeref bey.
    Evet, Türkiye'deki gelişmeleri dikkatle ve heyecanla izliyorum. İnşallah her şeyin güzel olacağını düşünüyorum.
    Aynı gün mesajınızı dinledim. Şimdi cevap veriyorum, çün bu günlerde köye getmişdim..
    Sayın Şeref bey, elbette, yayıncıların karşılaştığı zorlukları anlıyorum. Artık her yerde kriz var. Bizim için de durum aynı.
    Öncelikle hazırladığım kitaplarla ilgili şunu söyleyeyim, şimdi iki kitabım hazırdır. Bir kitap roman ve hikayelerden ibaretdir. Oyunlar (pyesler) ikinci kitapta toplanmıştır. Roman, 1930'lu yıllarda Sovyetler Birliği'nde yaşanan korkunç baskı ve katliamları anlatıyor. Azerbaycan'da olaylar yaşanıyor.
    Oyunlarda ise modern ve tarihi olaylar anlatılmaktadır. Bu oyunlardan ikisi Türkiye'deki tiyatrolarda sahnelendi. Yayınladığınız "Tarafsız Bölge" oyunu da bu kitapta yer alıyor. Bu arada geçen yılki mesajınızda Kültür Bakanlığı'nın önerisiyle 200 adet kitap gönderdiğinizi söylemiştiniz. Çok güzel. Belki yine o bakanlığa başvurmalıyız, belki bizi desteklediler, yine kitaplardan satın aldılar...
    Maalesef ekonomik durumum şu an pek iyi değil. Sadece beklenen fuara gelmek için uçak bileti alabiliyorum. Fuar İstanbul'da yapılırsa oradaki akrabamın evinde kalabilirim.
    Gerçek bu. Teşekkür ederim. İnşallah, görüşerik.

    29.03.2025
    Həcər üç gün öncə kəndə getmişdi. Evə baş çəkib dünən qayıtdı...
    Türkiyədə bu gün Maltepe deyilen yerdə İmamoğlu tərəfdarlarının bir milyonluq mitinqi oldu...
    Rus-Ukrayna müharibəsi davam edir. Ukrayna ordusu Kurskda sıxışdırılsa da Belqorodda mövqeyini möhkəmlədir.

    01.04.2025
    Bütün günü qaçhaqaçda olmuşam. Poliklinikadan “kurort-sanatoriya kartı” almaq, yollayış üçün “Həmkarların” İçərişəhərdəki idarəsinə getmək, diş həkimi “axtarmaq”. Çox yorğunam. Həmişə olduğu kimi sistemsiz vəaz yatıram...
    ... Bu gündən etibarən, yəni aprelin 1- dən etibarən Rusiyada rus dilini bilməyən miqrant övladları məktəblərə qəbul edilməyəcək.
    Yəqin ki, bizdə də dilimizi bilməyənlər haqqında anoloji tədbir görülməlidir.
    ...Bu gün xalq yazıçısı İsa Hüseynovun vəfatından 11 il keçir. Bu münasibətlə fb səhifəmdə “Gündəlikdən sətirləri”mi paylaşdım. Çoxlu rəylər gəldi. Yazıçı həmkarım Azad Qaradərəli öz qeydlərində bəzi mülahizələrimlə razılaşmadığını yazmışdı. Yarızarafat dedim ki, bu qeydləri də “Gündəliyə” daxil edəcəm. Sonra baxıb görürəm öz yazdığını pozub. Bəzən belə də olur...

    02.04.2025
    İdrak. Duyğu. Sevgi.
    Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer ölkəmizə rəsmi səfərə gəlib.
    Almaniya ilə Azərbaycanın mədəni və iqtisadi əlaqələrinin tarixi qədimdir. Təkcə onu deyim ki, 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikib, dəmiryolu çəkib, elektrik və telefon quraşdırıb. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Hətta mənim babalarımın almanlar arasında dost-tanışları da olub.
    Mən uzun illər alman klassik fəlsəfəsindən tələbə, doktorant və aspirantlara mühazirələr demişəm. O cümlədən, bu “filosof xalqın” (bizə isə “şair xalq” deyirlər) klassk və qeyri-klassik filosofları haqqında onlarla məqalə yazmışam.
    Almanlar çox ağıllı xalqdır, dünyaya Hegel, Kant, Marks, Fixte, Yaspers... kimi mütəfəkkirlər bəxş edib. Mən həmişə düşünmüşəm ki, bu xalq təkcə ağıllı olmaqla, idraka söykənməklə kifayətlənməyib, həm də böyük hiss və duyğularla yaşayıb. Belə ki, musiqi tarixinin korifeylərindən Bax, Motsart, Brams, Bethoven, Mendelson, Vaqner ... kimi bəstəkarların adını çəkmək kifayətdir ki, almanların necə duyğusal olduğunu dərk edəsən... Amma nə edəsən ki, hələlik ağlın və duyğunun ölçü vahidi yoxdur və elə bu səbəbdən də bütün adamlar kimi bütün xalqlar özünü bu sahədə birinci hesab edir.
    ...Hə, dedim axı, Almaniyanın Prezidenti Ştaynmayer ölkəmizə gəlib. Onun xanımı Elke Büdenbender ölkənin nüfuzlu hakimlərindəndir.
    Zəruri qeyd:
    Bir neçə il öncə əməliyyat edib xanım Büdenbenderin böyrəyini götürüblər. Onun donoru elə öz həyat yoldaşı Prezident Frank-Valter Ştaynmayer olub. Yəni bir az da xırdalasaq deyə bilərik ki, ərin böyrəyini arvada köçürüblər.
    Halbuki belə yüksək ranqlı bir şəxs, başqa ünvanda da donor tapa bilərdi.
    Bu da alman sevgisinə aid bir misal.

    03.04.2025
    Artıq 10 ildir ki, məmləkətimizin teatlarında mənim əsərlərimin tamaşaya hazırlanmasına görünməz bir əl və yaxud əllər təfindən embarqo qoyulub. Halbuki həmin dövrəcən müxtəlif teatrlarda pyeslərimə 40-dan çox quruluş verilib...
    ...Paxıllıq, pulahərislik, acgözlük bəzi məmurlarımız kimi, bir çox teatr rəhbərlərinin xislətindədir...
    ...Teatrlara əsər təqdim edəndə bu müəssisə rəhbərləri az qala dəsmal götürüb ağlayır, deyirlər ki, pul-paramız yoxdur. Yaxşı, əgər pul yoxsa mədəniyyət sferasında milyonlarla vəsaitin talan olunması, 2-3 il əvvəl yüksək rütbəli “mədəniyyətçilərin” həbsi nə ilə bağlı olub?
    ...Bu ötən illər ərzində bir sıra ölkələrdə-Türkiyədə, Rusiyada, İranda, ABŞ-da (“Amazon”da) pyeslər məcmuəm nəşr olunub. Mədəniyyət Nazirliyimizin sərəncamı ilə ötən il nəşr edilmiş “ON pyes” adlı kitabı da bu siyahıya daxil edirəm.
    ...Məmləkətimizdə əsərlərimin tamaşaya hazırlanmasına mane olanlardan bir neçəsi artıq “zərərsizləşdirilib”. Davamı gəlsin.
    İnşallah, tezliklə digərlərinə də növbə çatar...

    ...Qoy bilsinlər ki, mən bu ötən illər ərzində, necə deyərlər, əl-qolumu yanıma salıb “dinc” dayanmadım. Bizdəki “embarqo”, “tabu”, və yasağa rəğmən bir sıra xarci ölkələrdə əsərlərim tаmаşаyа qоyulub.
    Həmin tamaşalardan mənə məlum olanların siyahısı:
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)- (2016-cı il)
    • “Terefsiz Bölge”- Trabzon Sənət Teatrı (Türkiyə Respublikası) (2024-cü il)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)- (2016-cı il)
    • “Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı (Ukrayna Respublikaası)- (2019-cu il)
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası) –(2022-ci il)

    Əminəm ki, mənim xaricdəki “mədəniyyət marafonum” davam edəcək və bizim ölkəmizdə də bu əsərlərin tamaşası üçün, necə deyərlər, “mədəni mühit” yaranacaq.

    04.04.2025
    “Ədəbiyyat qəzeti”ndə “Cənnət çiçəyi” romanımdan bir parça dərc edilib...
    ...Uzun götür-qoydan, tərəddüdlərdən sonra bu gün Fərəh Əliyevanın qəbulunda oldum. Yazdığım müraciəti ona təqdim etdim və həmin müraciətdəki bəzi mətləbləri şifahi şəkildə izhar etməyə çalışdım. Əslində bu “müraciət” çoxdan, yəni ötən ilin əvvəllərindən yazılıb. Görünür, təqdimolunma vaxtı indi çatıb...
    ... Fərəh xanım ölkənin vicdanlı, cəsarətli, daim haqqın yanında olmuş böyük alim-vətəndaşı mərhum Şirməmməd Hüseynovun qızıdır. Mənim dediklərimi o, diqqətlə dinləyirdi. Hiss edirdim ki, ilk baxışda adamı aldada biləcək donuq sifətin və soyuq baxışların arxasında, dediyim arqumentlərə heç də biganə olmayan həssas bir xanımın biganəlikdən uzaq münasibəti boy verməkdədir. Belə bir qənaətdəyəm ki, bütün halarda o, ən azından Şirməmməd müəllimin verdiyi tərbiyənin və genetik kodlarının daşıyıcısı kimi mənim qənaətlərimə obyektiv yanaşacaq.
    ... Ədalət naminə deməliyəm ki, Fərəh xanım fəaliyyətə başlayandan sonra onun “kurasiyasında” olan sahələrdə- tibb, təhsil və mədəniyyət sferalarında nəzərə çarpacaq irəliləyişləri müşahidə etmək mümkündür. Açıq deyim ki, qeyd etdiyim həmin sahələrdə yüksək postlar tutan adamlar bu zabitəli xanımın nüfuzundan çəkinir, onun adı gələndə özlərini yığışdırırlar... Əlbəttə, mən qəbul zamanı onun özünə bu barədə heç nə demədim, yəni hansısa epitet dolu təriflər işlətmədim, amma indi burada ürəyimdən keçən bir-iki kəlməni yazmağı vacib bildim.
    ... Mən Fərəh xanıma özümün ötən il nəşr olunmuş iki kitabımı hədiyyə etdim.
    Çoxdan yazdığım məktubda isə bunları deyirəm:

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar
    siyasət məsələləri şöbəsinin müdiri xanım Fərəh Əliyevaya
    yazıçı-dramaturq, Əməkdar İncəsənət xadimi Firuz Mustafanın
    müraciəti

    Hörmətli Fərəh xanım.
    Sizə məsul və çətin işinizdə uğurlar arzulayaraq birbaşa mətləbə keçmək istəyirəm.
    Bu gün Azərbaycan teatrı özünün ən ağır dövrünü yaşayır. Bəs bu “ağırlığın” səbəbi nə ilə bağlıdır?
    Suala cavab verməzdən əvvəl belə bir məsələyə aydınlıq gətirək: tutaq ki, yaxşı məktəb binası var, o binanın direktoru, hətta dərs öyrənmək istəyən şagirdləri də vardır. Lakin... məktəbdə müəllim yoxdur. Bəli, bəli, bir nəfər pedaqoqun belə olmadığı bu məktəbdə hansı dərs keyfiyyətindən danışmaq olar? Hər cür müqayisə yersizdir. Amma görünür müqayisəsiz də keçinmək olmayır. Hal-hazırda bizdəki bir çox teatrlar elə o gündədir. Yəni teatr binası var, direktor var, hətta tamaşaçı da tapmaq mümkündür. Amma “müəllim”, yəni rejissor yoxdur. Məsələn, ölkənin “baş teatrı” hesab olunan Azərbaycan Akademik Milli Dram Teatrında artıq 10-12 ildən çoxdur ki, bir nəfər də olsa “sıravi”, “işlək” rejissor yoxdur. Halbuki bütün fəaliyyəti dövründə bu teatrda daim bir neçə (bəzən 6-7) rejissor fəaliyyət göstərib. İndi isə bu sənət ocağı bir rejissorun teatrına çevrilib.
    Teatrın rəhbərliyi deyə bilər ki, biz lazım olanda kənardan rejissor dəvət edirik. Sual olunur: kənardan dəvətə nə ehtiyac? Olmaz ki, gələcək rejissorlar teatrda yetişsin, orada formalaşsın? Və yaxud təcrübəli rejissorlar teatrdan niyə uzaqlaşdırılmalıdır? Düzdür, bəzən teatrlara gənclər dəvət olunub, amma müxtəlif səbəblərə görə onlar duruş gətirə bilməyiblər. Əlbəttə, söhbət tək bir teatrdan getmir. Məsələ burasındadır ki, bizim teatrlarda rejissor qıtlığı var. Gəlin açıq danışaq, Azərbaycanda bu gün cəmi 3-4 normal teatr rejissorunun adını çəkmək mümkündür. Halbuki qonuşu Gürcüstanda birnəfəsə 20-30 rejissorun adını sadalamaq olar. Yeri gəlmişkən, adını çəkdiyimiz ölkədə teatrların sayı 50-dən çoxdur, bizdə bu rəqəm 30-a yaxındır. Halbuki bizdə əhalinin sayı onlardan iki dəfə artıqdır.
    Teatrın siması həm də onun repertuarıdır. Bu “simanı” görmək üçün tamaşaya qoyulan əsərlərin keyfiyyətinə və onların müəlliflərinin statusuna nəzər yetirmək kifayətdir. Vəzifəsiz və ya maddi imkanı aşağı olan dramatrqun teatra əsər verməsi əmri-mahaldır.
    Mən Azərbaycan teatrlarının problemləri haqda dəfələrlə yazmışam. Hətta, bir neçə il öncə yazdığım və rəsmi dövlət qəzetində- “Azərbaycan”da çap edilən bir məqaləmin adı bu cürdür: “Azərbaycan teatrının problemləri tezliklə həllini tapmalıdır”.
    (Məqalənin linki və bütöv mətni aşağıda təqdim edilir. Bax:
    http://www.azerbaijan-news.az/posts/detail/azerbaycan-teatrinin-problemleri-tezlikle-hellini-tapmalidir-52959 )

    Bu yazıya görə vaxtilə mənə qarşı mətbuatda bir sıra teatr rəhbərlərinin hücumu təşkil olunmuşdur. Hətta, ötən illər ərzində mənim əsərlərimə bəzi teatrlarda “daxili qadağa” qoyulub. Buna baxmayaraq yaradıcılıq fəaliyyətim fasiləsiz davam edib. Belə ki, son beş il ərzində bir sıra qonşu ölkələrdə, o cümlədən Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Republikasında və bir sıra digər xarici regionlarda əsərlərim səhnəyə qoyulmuş, Rusiya Federasiyasında, Özbəkistan Respublikasında və İran İslam Respublikasında pyeslərdən ibarət kitablarım tərcümə edilərək nəşr olunmuşdur.
    İnsaf naminə onu da qeyd etməliyəm ki, mənə qarşı olan belə soyuq münasibət son illərdə qismən “mülayimləşməyə” başlamışdır. Hətta, 2019-cu ildə Vətənpərvərlik mövzusunda elan edilmiş müsabiqədə mənim “Payız meşəsində vals” adlı pyesim MN-nin 1-ci yer tutmuş, pul mükafatına layıq görülmüşdür. 2023-cü ildə isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “On pyes” adlı kitabım nəfis şəkildə kütləvi tirajla nəşr edilib.
    Amma söhbət təkcə məndən getmir. Fakt budur ki, hazırda teatrların vəziyyəti acınacaqlıdır. Yox, mən repertuar seçimi və yaxud aktyor oyunu məsələsinə toxunmaq istəməzdim. Hərçənd ki, bu mövzu ətrafında da danışmaq və yazmaq üçün kifayət qədər problem var.
    Dediyim kimi, mətləbi uzatmadan konkret faktlara keçmək istəyirəm. Bir çox teatrlarda rejissorlar və yaxud rejissor olmaq istəyənlər heç bir yaradıcılıq axtarışı aparmadan, necə deyərlər, özlərini əziyyətə salmadan “hazıra nazir” olmaq istəyirlər. İlin-günün bu vədəsində teatrlarda plagiatlıq baş alıb gedir. Məsələn, Gənc Tamaşaçılar Teatrında hazırlanmış “Kod adı: V.X.A.” adlı tamaşanın (rej.M.Ələkbərzadə) abbreviaturası belədir: “Akmolinskiy lager jyon izmennikov Rodinı” -«Акмолинский лагерь жен изменников Родины»"-“А.Л.Ж.И.Р"). Məsələ burasındadır ki, həmin tamaşa bir neçə il öncə Qriboyedov adına Tbilisi Dövlət Rus Dram teatrında rejissor Avtandil Varsimaşvilinin quruluş verdiyi "А.Л.Ж.И.Р" tamaşasının “adaptasiyasıdır”. Göründüyü kimi, hətta, GTT-da hazırlanmış tamaşanın adı belə dəyişməyib.
    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdim etdiyi “İsgəndərə yeni namə” (rej.M.Ələkbərzadə) Lomonosov adına Arxangelsk Dram Teatrının repertuarında yer alan “Hamlet” tamaşasından (rej.A.Timoşenko), yumşaq desək, “köçürülüb”. Amma bir fərq vardır. O da bundan ibarətdir ki, “Hamletin gölməçəsində” vurnuxanların nitqi aydın eşidilsə də, “İsgəndərin dənizində” atılıb-düşənlərin söhbətindən heç nə anlaşılmır. Dediklərimə əmin olmaq üçün “tamaşanın” lentinə baxmaq kifayətdir. Bəs o tamaşa indi niyə oynanılmayır? O “dənizin” suyu nə tez qurudu? Hələ o “dənizin” “səhnəyə çıxarması” üçün xərclənən böyük vəsaiti demirəm. Əlbəttə, burada söhbət bədii mətndən deyil, tamaşanın quruluşundan və onun dekorativ tərtibatından gedir.
    Akademik teatrda hazırlanan başqa bir tamaşa –“Dantenin yubileyi” isə (rej. Ə. Ələkbərov) Sankt-Peterburq Gənc Tamaşaçılar Teatrında hazırlanmış “Romeo və Cülyetta” tamaşasından “götürülüb” (rej.A.Morfov). Hər iki əsərin quruluşu, yəni mizanları, dekorasiya və səhnə həlli eynidir. Adam mat-məəttəl qalır: avtobusun bu tamaşa ilə nə əlaqəsi? Hətta, “Dantenin yubileyi” povestinin müəllifi Xalq yazıçısı Anar da bu tamaşanın onun əsərinə heç bir dəxli olmadığını vurğulamışdır. Əgər günlərin bir günü hansısa xarici dövlətin müəllif hüququnu müdafiə edən qurum bizim Mədəniyyət Nazirliyindən təzminat və ya cərimə tələb edəcəksə, buna heç də təəccüblənməyə ehtiyac qalmayacaq. Bəli, plagiatlıq baş alıb getməkdədir.
    Akademik teatrın tamaşaçılara təqdim etdiyi başqa bir tamaşa isə, ciddi sənətə karikaturadan başqa bir şey deyildir. Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında hazırlanmış tamaşada ən azı dörd fərqli süjet xətti yan-yana “addımlayır”. Və təəssüf ki, bu xəttlərini birləşdirən, tamaşaya ümumi ahəng verən heç bir “özək” yoxdur. Beləliklə, “açılan” süjet xəttlərinın mahiyyəti heç yerdə sonunclanmır, əksinə, sonacan açıq qalır. “Tamaşaya” hansısa
    ev və ya çöl heyvanının gətirilməsi isə bu faciəvi əsərdə yalnız gülüş doğurur. Bəyəm teatr zooparkdır, yoxsa sirk? Vaxtilə SSRİ Xalq artisti, qazax rejissoru Azərbaycan Mambetov da səhnəyə “dəvə” gətirmişdi. Amma bu “bizdəki” dəvədən deyildi. Rejissor tamaşanın leytmotivindən qırmızı xətt kimi keçən dəmiryol xəttindən-relslərdən bir “dəvə” kimi” istifadə etmişdi. Belə ki, həmin plastik relslər arada əyilərək “dəvə görüntüsü” yaradır, tamaşaya xüsusi rəng və məna verirdi. Görünür, “Azdramada” rejissor teatrda “şərtilik” anlayışının nə olduğunun fərqinə varmayıb. Əgər teatra sırf “naturalist baxımdan” yanaşılarsa, onda, məsələn, Mirzə Cəlilin məşhur əsərini tamaşaya hazırlayan rejissor povestin “qəhrəmanlarından” biri kimi canlı eşşəyı səhnəyə çıxarmalıdır. Hələ balina, kərğədan... və yaxud fili demirik. Dünyanın məşhur rejissorları səhnəyə heyvan və quşların çıxarılmasını daim tənqid ediblər. Axı əvvəla, hansısa canlının gözlənilməz hərəkətindən sığortalanmaq qeyri-mümkündür, ikincisi isə tamaşaçının diqqəti bu cür hallarda istər-istəməz tamaşadan yayınıb başqa istiqamətə yönəlir.
    Bu gün “Azdrama” miskin haldadır. Bunun da əsas səbəbi budur ki,
    İsrafil İsrafilov adlı bir “hərşeysünaşın” zamanında altı rejissor bir gündə işdən azad edilib. Həmin “rejissorsuzluq” sindromu bu gün də davam etməkdədir. Bildiyiniz kimi, bu adam, yəni İsrafil adlı uğursuz “islahatçı”, sonralar teatrda kollektivlə yola getməyib və tutduğu vəzifədən azad edilib. Mən indi onun başqa bir keyfiyyəti, “savadı” haqda danışmaq istəmirəm, çünki vaxtilə bu şəxsin bir məqaləsinin cəmi iki abzası haqda geniş məqalə ilə çıxış etmişəm və indiki halda həmin yazının elektron çıxarışını qeyd etməklə kifayətlənirəm.
    (Bax: (Bax: Firuz Mustafa – İsrafil İsrafilova sərt cavab gəldi): https://kulis.az/xeber/senet/xeber________________________________________-15525 )

    Teatrların “xəstəlikləri” haqqında daha ətraflı danışmaq olar. Bu, daha çox teatr tənqidçilərinin borcu və vəzifəsidir. Təəssüf ki, teatrşünaslar da elə teatrların düçar olduğu vəziyyətdədir.
    Sözümün sonunda təklif etmək istəyirəm: teatrların tamaşaya qoyduğu əsərlərin keyfiyyət əmsalına xüsusi diqqət yetirilsin, plagit tamaşalar repertuardan xaric edilsin.
    Sağ olun.

    Hörmətlə,
    Firuz Mustafa

    Respublikanın Əməkdar incəsənət xadimi
    “Humay” mukafatı laureatı
    C.Cabbarlı mükafatı laureatı,
    Qafqaz Yazıçıları Klubunun üzvü
    AYB-nin Dramaturgiya bölümünün rəhbəri

    05.04.2025
    Hava yaxşıdır. Amma özüm o qədər də yaxşı deyiləm.
    ...Günortadan sonra həmkarım Kənan Hacının 50 illik yubileyində iştirak etdim. Qısa bir çıxışım da oldu.... Tədbir başa çatandan sonra Kənan, Əli Nur və Mərahim ilə birlikdə şam etdik... Orada eşitdim ki, Əli Nur dünən “Azdrama”da öz həmkarlarından biri ilə (F.H. ilə) savaşıb. Mənim borcum adamları barışa çağırmaqdır, elə bu cür də etdim...

    ŞAİR QOCALANDA...
    (zarafatyana. ötən əsrdə bir qocaman şair dostuma yazilıb)

    O, yenə vurulur, yenə bənd olur,
    Yenə gözəllərə şeirlər yazır.
    Qəlbi gah sevinclə, gah qəmlə dolur,
    Yenə çiçəkləyir könlünün yazı.

    Bax yenə əyləşib miz arxasında,
    Qırıq xəyallarla xəyala dalıb.
    Əziyyət çəksə də diş ağrısından,
    Həkimə getməyi təxirə salıb.

    Dərman şüşələri durub yan-yana...
    Gözləri tor görür, əlləri əsir...
    Uzaqdan bir bir gözəl əl edir ona,
    Bəlkə elə odur ilham pərisi?..

    Kənarda əyləşən yaşlı arvadı
    Göz qoyur ərinin təhər-tövrünə.
    Əriylə fəxr edən xəstəhal qadın
    Düşünür: “Nə oldu kişiyə yenə?..”

    Qələmi götürən ağsaçlı şair
    Qara hörükləri edir tərənnüm.
    Yazır ki, “bu sevgi ölən deyildir,
    Mənə naz etsən də,eyləmə nəm-nüm...”

    Şair bu şeiri arvadına yox,
    Xəyaında olan xanıma yazır.
    Zəif gözlərindən çəkilmir heç vaxt
    “Xəyali” qadının işvəsi-nazı...

    Arvadı görür ki, ərinin halı
    Tutulub-açılır havalar kimi.
    Deyir ki: “Ay kişi, rəngin qaralıb,
    Zəng vurub çağıraq bəlkə həkimi?..”

    “MARKS ƏLEYHİSSƏLAMın çoxcildliyi”...
    Bu gün vaxtilə, uzun illər birgə işlədiyim həmkarlarımı, indiki Fəlsəfə institutunun bir çox əməkdaşlarını xatırladım.
    Hər bir sahədə işləyənlərin öz spesifik xasiyyət və vərdişləri olur. Bu mənada filosoflar da istisnalıq təşkil etmir. Onlar haqqında indiyəcən az yazmamışam, söhbəti yenə davam etdirirəm.
    Midhət Ağamirov. O, zəhmətkeş alim idi. 1920-ci ildə anadan olmuşdu. Lenin adına APİ-ni ekstern yolu ilə iki ilə bitirmişdi. İlkin ixtisasca tarixçi olsa da ədəbiyyata, fəlsəfəyə yaxşı bələd idi. Vaxtilə mətbuatda çalışmışdı. Ömrünün böyük bir dövrü Fəlsəfə institutu ilə bağlı olmuşdu. Rus və Azərbaycan dillərini yüksək səviyyədə bilirdi.
    Səhv etmirəmsə Marksizm-leninizm şöbəsinin müdiri idi. Marksist və qyri- marksist ideyalarla bağlı bir neçə kitabın müəllifi idi. Lenin demişkən, o yeganə tərcüməçi idi ki, “proletariatın dahi rəhbərinin” Azərbaycan dilində nəşr edilən 55 cildlik əsərlərinin hamısının, daha doğrusu hər birinin tərcüməsində iştirak etmişdir.
    Bir qədər ətiacı, daha doğrusu mübahisə etməyi sevən adam idi. İnstitutda az adamla salamlaşardı. Hər iclasda söz alıb danışmağı xoşlayardı. O da yadımdadır ki, mənim yazdığım monoqrafiyanın müzakirəsi zamanı bir-iki durğu işarəsinin “yerində olmadığını” qeyd edib uzun-uzadı bir çıxış etdi. Mən sakitcə onu dinləsəm də, yaşıdladı onu tənqid atəşinə tutdular. Dediyim kimi, irad tutub əhatəli danışmaq onun şakərinə çevrilmişdi. Adamlarsa, daha doğrusu əksər filosoflar qısa postulatlarla danışmağı xoşlayırdılar.
    Tənha yaşayırdı. Deyilənə görə vaxtilə evli olmuş, sonra ayrılmışdı, hətta bir qızı da vardı.
    Ağamirov ümumən səxavətli adam idi. Fikir vermişdim, yeməkxanada rəğbəti olan adamların pulunu kassaya ödəməyi sevərdi.
    Sosializmin mübəlliği, fanatı idi. Yəqin ki, başqa cür ola da bilməzdi. Marksdan, Lenindən sitatlar deyərdi, özü də orijinaldan. Bir az alman dilini də bilirdi.
    Rus dilini kamil dildiyinə görə filosofların əsərlərindəki “ağır” cümlələrinin tərcüməsi ilə üzləşənlər ona müraciət edərdilər. Yadımdadır. Mən bir dəfə yarızarafat ondan soruşdum ki, “qreçka” necə tərcümə olunur. Eynəyinin altından bir xeyli məni süzüb, nəhayət: “bilmirəm”- dedi və əlavə etdi: “Hər gün qreçka yeyirəm, amma bilmirəm dilimizdə necədir...” Gülüb dedim ki, “qarabaşaq”. Çiynini çəkib: “Hə, ola bilər, heç fikir verməmişəm”-dedi...
    Sovetlərin son illərində çox əsəbi idi. İllər boyu təbliğ etdiyi sistem gözünün önündə dağılırdı. O, həmin dövlətdən bir sıra yüksək fəxri adlar, böyük tirajla nəşr olunan tərcümələrdən və öz kitablarından iri məbləğdə qonorar almışdı. Yadımdadır, “köhnə hökumət” hələ çökməmiş gənclərdən biri həmin dövrdə adı yasaq olunmuş M.Ə.Rəsulzadənin şəklini qarderobun arxasından asmışdı. Paltar asılanda şəkil görünmürdü. Əslində o vaxtlar çox adam bilmirdi ki, bu şəkildəki adam kim və nəçi olub. Bir dəfə Midhət Ağamirov “paltarsız” qarderobun arxasından şəkli görüb diksindi. Eynəyini çıxarıb diqqətlə baxdı. Başını bulayıb: “Bu kimdir belə? Bu şəkli kim asıb buradan?”-deyə əsəbi şəkildə soruşdu. Məsələdən agah olmayan və şəkildəki şəxsi tanımayanlar təəccüblə ona və şəklə baxıb sidq-ürəklə eyni sualı verdilər: “Doğrudan, o şəkildəki kişi kimdir?”
    Marksist-leninçi alim bir-iki kəlmə ittihamedici ifadə işlədib getdi. Sən demə, o, bu şəkildəki adamı yaxşı “tanıyırmış”...
    Onun yumoru anlamaq və sevmək qabiliyyəti də vardı. Yadımdadır. Bir dəfə belə bir əhvalat danışdı: “Müharıbədən sonra bizi- bir qrup tərcüməçini o vaxtkı Ali Sovetin sədri olan Mirbəşir Qasımovun yanına yığdılar. Sədr bir az ordan-burdan danışandan sonra bizdən soruşdu ki, bilirsiz sizi buraya niyə çağırmışam. Hamımız susduq. Mirbəşir Qasımov sakitcə ayağa durub əvvəlcə barmağını başının üstündəki şəklə sarı tutdu, sonra sanki salavat çevirirmiş kimi əlini üzündə gəzdirərək dedi ki, yoldaşlar, biz buraya toplaşmışıq ki, çox qısa bir zamanda MARKS ƏLEYHİSSƏLAMın çoxcildliyini tərcümə edək... Halbuki Mirbəşir Qasımov rus dilini az qala heç bilmirdi...”
    p.s.
    Zənnimcə Midhət Ağamirovun tərcümə etdiyi bir sıra əsərləri yenidən nəşr etmək olar. Xüsusulə Fridrix Engelsin “Təbiətin dialektikası”, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”, habelə Vladimir Leninin “Materializm və empiriokritisizm”, “Fəlsəfə dəftərləri” əsərləri yenə maraq doğura bilər.

    Hüseynağa Həsənov. Vaxtilə onun haqqında yazmışam, indi o yazı itib.Boyu 12-13 yaşlı uşaq. Geyim-kecimi, ayaqqabısı, pecəyini blokun ağzına –hər geyimin öz sroku... Xidmətçisi vardı. Yeməyinə fikir verirdi- yüz yaşamaq arzusu- maşın vurdu.qəza. Hacıqabul. Gözəl bir qız sevmişdi, romantik idi. İclasda ÖZ vaxtı vardı.-F.Köc. Hüseynağanın vaxtıdır. Şəbə müdiri- Tövləyə pəncərə.

    Əddin Şakirzadə. Xəsis. Bilikli. Hər iki dili yaxşı bilirdi. Elminə görə adamqarşısına çıxarmaq olardı. Sosializmi sevirdi. Cəbhə və cəbhəçiləri pisləyirdi. Platon kitabl çap olundu. –Dedi ki, cəbhədən razıyam. Pənah H. Konfet gətirdi. Dedim ki, hansı cəmiyyət yaxşıdır, dedi ki, kapitalizm- hələ ömrümdə belə konfet yeməmişdim.
    Makovelskinin yetişdirməsi olub. Əddin Şakirzadənin "Epikur" adlı çox gözəl kitabı Moskvada 1963 ildə yayımlanmış və bu gün də bu sahədə ən yaxşı ədəbiyyanların içindədir. Rusiya alimləri ondan bu günə kimi istifadə edirlər.
    Əddin Şakirzadə 1920-ci ildə ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1942-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin may ayından 1947-ci ilin mart ayınadək orduda qulluq etmişdir. Böyük Vətən müharibəsinin ən qızğın dövründə bilavasitə döyüşən orduda fəal iştirak etmişdir.
    Dnepr çayının keçilməsi, Kiyev şəhərinin, sağsahil Ukraynasının, Polşanın düşməndən azad olunması uğrunda vuruşlarda, sonra Almaniya və Çexoslavakiya ərazisindəki döyüşlərdə, Berlinin alınmasında, Praqanın azad edilməsində 3-cü qvardiya tank ordusunun 53-cü qvaqdiya tank briqadasında zabit kimi vzvod komandiri, siyasi şöbənin katibi, batalyon partiya təşkilatçısı, batalyon komandirinin müavini vəzifələrində çalışmışdır.
    Müharibədən sonra həmin ordunun tərkibində Çexoslavakiyada, Avstriyada və Almaniyada hərbi xidməti davam etdirmişdir. Beş illik ordu həyatı müddətində o, dörd döyüş ordeninə və bir neçə döyüş medallarına layiq görülmüşdür. Müharibədən sonrakı həyatını Əddin Şakirzadə elmi və pedaqoji fəaliyyətə, ictimai işə həsr etmiş, bu sahələrdə səylərini , biliyini, bacarığını əsirgəməmişdir.
    1947-ci ildə ordudan tərxis olunanda Əddin Şakirzadə Bakıya qayıtmış, yeni təsis olunmuş Azərbaycan Elmlər Akademiyasının vitse prezidenti, akademik Heydər Hüseynovun razılığı, məsləhəti ilə Fəlsəfə İnstitutuna aspirant qəbul edilmiş, akademik Aleksandr Osipoviş Makovelski onun elmi rəhbəri təyin olunmuş və ona antik fəlsəfə sahəsində çalışmaq tapşırılmışdır.
    Hər iki alimin elmi rəhbərliyi altında “Epikürün materializmi” mövzusunda namizədlik dissertasiyasını Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda müdafiə etmiş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
    Akademik Heydər Hüseynov 1948-ci ildə Əddin Şakirzadəyə Universitetin tarix fakültəsinin fəlsəfə şöbəsində fəlsəfə tariixindən dərs deməyi tapşırmış və o zamandan etibarən o, qısa fasilələrlə Universitetin müxtəlif fakültələrində fəlsəfi fənlərdən dərs deməyə başlamışdır.

    50-ci illərdə o, “Mahmud Şəbüstərinin dünyagörüşü”monoqrafiyasını yazmışdır. Əddin Şakirzadə Böyük Sovet Ensikloprdiyasında, Tarix ensiklopediyasında, Fəlsəfə Ensiklopediyasında, “Fəlsəfi ensiklopedik lüğət”də dərc edilmiş və antil fəlsəfəyə, Azərbaycan fəlsəfə tarixinə aid bir sıra elmi məqalənin müəllifidir.
    Əddin Şakirzadə ömrünün son illərində elmi tərcümə ilə də məşğul olmuşdur. İlk növbədə o, Epikürün saxlanılmış elmi-fəlsəfi irsini bütövlükdə Azərbaycan dilinə tərcümə etmiş və qismən çap etdirmişdir.

    06.04.2025
    Son illərdə nadir hallarda filmə baxıram.
    Mətbuatın yazdığına görə, yeni bir film çəkilib,adı da “Ayıq sürücü”. Bilmirəm film nədən bəhs edir, amma oradakı bir dialoqda bir cavan oglan Buzovna qəsəbəsinə bir “xalanın” yanına getdiyini bildirir. Film Buzovna sakinlərinin, xüsusən oradakı hacıların narazalığına sıbəb olub. Filmdə çəkilən aktyorlar kəskin şəkildə təhqir olunub, hətta onlara hücum olub. Aktyorlar tanınmamaları üçün bığ-saqqllarını təraş ediblər...
    Anlaşılandır. Bizdə hələ dar “regional təəsssübkeşliyi” qalmaqdadır. Feodal düşüncə də öz yerində... Çox güman ki, film istehsalçıları da bu “antireklamdan” yararlanmaq istəyirlər.
    Məhz elə bu səbəbdən rəhmətlik Mirzə Cəlil əsərlərinə yer seçərkən hadisələrin baş verdiyi “məkanı” özü müəyyənləşdirir, daha doğrusu o məkana özü ad verirdi. Məsələn, “Danabaş kəndi” kimi... Başqa sənətkarlarımız da, xüsusən “Mollanəsrəddinçilər” öz bədii yazılarında bu cür uydurma yer adları “quraşdırırdılar”. Zira məhəlləçilik hissi çox vaxt milli və ya bəşəri hisslərin üstündən xətt çəkir.
    P.S.
    Yeri gəlmişkən, mənim ssenarim əsasında da bir qısametrajlı filmin çəkilişi ilə bağlı uzun müddətdir ki, söhbət gedir. Əsərin şərti adı “Boş beşik” ola bilər. Bu, “Qaranquş yuvası” ssenarisinin orijinalda adıdır.

    07.04.2025
    Bilənlər bilir, mən kimdənsə və yaxud nədənsə şikayət etməyi heç vaxt xoşlamıram. Hətta, şəxsimə edilən pislikləri belə, tez unutmağa çalışıram. Çünki bu məsələlərdə “dərinə” getmək xoşagəlməz hadisələrlə sonuclana bilər.
    Uzun illərdir ki, elmi və bədii yaradıcılıqla məşğulam. 100-dən çox kitabın müəllifiyəm. Mənim ardıcıl məşğul olduğum yaradıcılıq sahələrindən biri də dramaturgiyadır. Pyeslərimə 50-dən çox quruluş verilib. Dünyanın bir çox teatrlarında əsərlərim oynanılıb.
    Qısa danışmaq, mətləbə keçmək istəyirəm. Təxminən iki il öncə Mehriban Ələkbərzadə böyük ənənəsi olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunub. Hazırladığı televerilişlərdən, apardığı reportajlardan dolayı yaxından-uzaqdan tanıdığım bu qadınla vəzifəyə gətiriləndən sonra cəmi bir dəfə görüşüm olub.
    Mən uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşam. Minlərlə aspirant və tələbələrə dərs demişəm. Sizi inandırım ki, indiyəcən qarşılaşdığım adamlar arasında bu qədər təkəbbürlü, yekəxana, hikkəli, özündənmüştəbeh, gözü ayağının altını seçməyən, dediyi sözün məsuliyyətini dərk etməyən ikinci bir real personaj, canlı tip görməmişəm. Bəl, onunla qısa söhbət əsnasında belə məlum oldu ki, bu xanım incəsənət aləmində heç kəsi bəyənmir, sevmir, qəbul etmir. Ən böyük rejissor, jurnalist, publisist və hətta, dramaturq məhz onun özüdür. Həmsöhbətinə qulaq asmağı bacarmayan, müsahibinin sözünü kəsən Mehriban xanım monoloq deməyi xoşlayır. Və görünür bu səbəbdəndir ki, teatrı bir “monoteatr” kimi, “bir rejissorun teatrı” kimi idarə etməkdədir. Şükür sənə və sənin yaratdığına, Xudaya.
    Uzun sözün qısası, “narsizlik” xəstəliyindən əziyyət çəxən Ələkbərzadə teatra gələndən özüylə yalnız intriqa gətirib.
    Əsasən öz həmkarlarının mətbuatda çıxan yazılarından da görünür ki, bu adam indiyəcən ünsiyyətdə olduğu adamlarla düz-əməlli davrana bilməyib.
    Bəli, onun vaxtilə dərs dediyi tələbə, bu günkü aktyor Emil Məlikov haqlıdır: “Vaxtilə Mehriban Ələkbərzadənin magistratura üzrə kurs rəhbərliyindən rəsmi qaydada imtina edərək, başqa bir müəllim tələb etmişdim. Buna da nail olmuşdum. Keçmişindən qazanılmış sevgisizlik travması olan qəddar, narsist bir adamın teatrda rəhbər vəzifədə olması düzgün deyil...”
    Bəli, tanınmış aktrisa Məsmə Aslan doğru deyir: “Bu gün mədəniyyət ocağına mədəniyyətdən uzaq bir insan rəhbərlik edir...”
    Bəli, məşhur kino və teatr aktrisası Mehriban Xanlarova səhv etmir: “Siz şəxsi maraqlarınızı qorumaqla, kollektiv daxilində cavan nəsillə yaşlı nəsil arasında süni qarşıdurmalar yaratmaqla, aktyorlardan tutmuş texniki işçilərə qədər hər kəsə kobud davranmaqla və onları psixoloji basqı, qorxu altında saxlamaqla məşğulsunuz”.
    Bəli, rejissor-aktrisa Məlahət Abbasovanın harayı təsadüfi deyil: “"Mehriban Ələkbərzadə qısqancdır, xaindir və bu qədər qəddar davranması da psixoloji vəziyyəti ilə bağlıdır. Öz uğursuzluğunun intiqamını sənət adamlarından çıxır... Tamaşaları zəif və plagiatdır..."
    Bəli, görkəmli səhnə ustası Əli Nur doğru buyurur: “... teatrdan içəri girməyə layiq deyil...
    Bu xanımın fəaliyyəti haqqında deyilən bu iqtibasların sayını yenə artırmaq olar.
    Öz çıxışlarında tez-tez filankəs “qəbuluma gəlmişdi”, fəsməkan “qəbulumda oldu”-deyərək qürrələnən bu xanımdan soruşmaq lazımdır: “Hansı mədəniyyət qurumunda indiyəcən “qəbul vaxtı” olub? Şəxsən mən indiyəcən Mədəniyyət nazirlərinin, Teatr rəhbərlərinin belə bir ciddi qəbul günü və ya saatının olduğunu görməmişəm. Bu xanımdan onu da soruşmaq lazımdır ki, vaxtilə çalışdığı qurumlarda- teleradio və universitetdə sədrin, baş redaktorun, rektorun qəbuluna adamlar hansı “qəbul saatlarında” gedirdilər və ya belə bir “qəbul vaxtı” olurdumu?
    Bəli, bu gün böyük sənət məbədi vaxtilə yanğınsöndürən vəzifəsində çalışmış bir xanımın hikkəsinin qurbanına çevrilməkdədir. Bu xanımsa, xalq dilində bir qədər obrazı desək, yanğını söndürmək əvəzinə, odun külü ilə oynayır. Yəni yaxşı tamaşa hazırlaya bilmir, əvəzində “yaxşı” intriqalar yaradır.
    Belə düşünürəm ki, tezliklə Mehriban Ələkbərzadənin fəaliyyətinə düzgün qiymət veriləcək.
    p.s.
    Bəlkə də kimlərsə dodaq büzüb irad bildirəcək ki, axı qadını tənqid etmək düzgün deyil. Zənnimcə elə məsələlər var ki, orada cinslə bağlı söhbət ola bilməz, xüsusən də sənətlə bağlı paradiqmaların qiymətləndirilməsində. Bəli, indiki halda söhbət mədəniyyətimizin mühüm bir sahəsindən gedir.

    08.04.2025
    Bu günlərdə təsadüfən bir videolent qarşıma çıxdı. Ömürlük həbs cəzası almış bir adamın çıxışı diqqətimi çəkdi. Ortayaşlı bu şəxsin siması mənə tanış gəldi. Bir qədər dinlədim. Adamı tanıdım. Tanıdım deyəndə ki, bu, mənim keçmiş tanışlarımdan biri idi. Bəlkə ona heç tanış da demək olmaz. Həyatda bir neçə dədə qarşılaşdığım, həmsöhbət olduğum adam idi.
    Müəyyən yaşı olan adamlar bir zaman, lap dəqiqi 1999-2000-ci illərdə, qəzetlərin səhifələrindən, daha doğrusu manşetindən düşməyən qətl hadisəsi haqqında sisilə yazıları yəqin ki, yaxşı xatırlayırlar. Qətli özəl ali məktəblərdən birinin rektoru törətmişdi.
    Bəli, Milli Zadəganlar Universitetitinin rektoru Oruc Rəhimov 1999-cu ildə avtomat silahla dörd nəfəri, səhv etmirəmsə iki bacanağını, qaynını və həyat yoldaşını öldürmüşdü.
    Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunda doğulub. Ali təhsillidir. Texniki Universiteti bitirib. İxtisası üzrə alimlik dərəcəsi alıb.
    Bütün bunlar öz yerində.
    Dediyim kimi, məsələ burasındadır ki, mənim bu adamla ünsiyyətim olmuşdu.
    Yadımdadır, 1992-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə bir qurum yaradılmışdı. Qurumun vəzifəsi yeni yaradılan və ya yaradılmaqda olan ali və orta ixtisas məktəblərinin “ümumi vəziyyətini”- tədris yükünü, texniki bazasını, təhsil keyfiyyətini, pedaqoji kollektivin elmi səviyyəsini və digər parametrləri yoxlamaqdan ibarət idi. Məni də həmin quruma üzv seçmişdilər.
    Sən demə, “yoxlayacağımız” növbəti ali məktəb o zamanlar mənim qaldığım evin lap yaxınlığında- Biləcəridə imiş. Universitet Dəmiryol Xəstəxanasının böyük korpusunu arendaya götürmüşdü. Komissiyamızın üzvlərinin ümumi qənaəti belə oldu ki, Oruc Rəhimov bəzi istisnalar nəzərə alınmaqla işini yaxşı qurub. Hiss olunurdu ki, bu adamda təşkilatçılıq qabiliyyəti var, iradəlidir, ünsiyyətcildir...
    Sonralar Oruc müəllimlə “hadisə yerində”- işlədiyi ali məktəbin qənşərində arabir qarşılaşır, əhvallaşırdıq. Yadımdadır, hətta, Oruc müəllim bir neçə dəfə mənə təklif etdi ki, onun rəhbərlik etdiyi təhsil ocağında prorektor işləyim. Təşəkkür etdim, dedim ki, mənə Elmlər Akademiyasında işləmək daha xoşdur. O, təklifində israrlı idi. Dedi ki, onda kafedra müdiri ola bilərsiniz, filosofa ehtiyacımız çoxdur. Təbii ki, yenə razılıq vermədim. İsrarlı xahişini görüb bir dəfə ona yarızarafat-yarıciddi dedim ki, ildə bir neçə dəfə gəlib pulsuz mühazirə deyərəm- “ustad dərslərifason”...
    Az sonra eşitdim, daha doğrusu mətbuatdan oxudum ki, rektor Oruc Rəhimov dörd yaxın adamını qətlə yetirib...
    Hə, yuxarıda qeyd etdiyim kimi, bu yaxınlarda bir verilişdə təsadüfən onun həyat, daha ğrusu “cinayət tarixçəsinin” bir hissəsinə baxmalı oldum. Məntiqli danışır, ağıllı mühakimələr yürüdürdü. Bəzi cinayətkarlar kimi, yaxasını kənara çəkib “mənim günahım yoxdur”- demirdi. Əksinə, böyük günah sahibi olduğunu etiraf edirdi. Həbsxanada ola-ola yetim qalmış övladlarının hamısına-üç uşağına ali təhsil verib. Həyatının sonunu... bəlkə də davamını gözləyərək yaşayır.
    Bax belə.
    Bizə o qalır ki, deyək: Allah qapısını açsın.
    Məşhur bir filmin adını da yada salmaq olar6 “Onu bağışlamaq.....?

    09.04.2025
    Təxminən ilyarım əvvəl evdə sutəmizləyən cihaz quraşdırıblar. O vaxt əvvəlcə elə bildim ki, bunu dövlət hesabına gətiriblər. Sonra məlum oldu ki, elə deyilmiş... Çox baha bir qiymət “oxudular”... Həmin vaxtdan ayda bu cihaza görə əlli manat “kredit” ödəyirik.
    Bu gün gəlib SU cihazının “daşlarını dəyişdilər. Yüz əlli manata başa gəldi. Qiymətlər ceyranın belinə qalxıb.


    10.04.2025
    Teatrlara nə lazımdır?

    Teatr və tamaşalarla bağlı yazımın müəyyən rezonans verməyinin şahidi olldum.
    Dediklərimə yekun olaraq nəyi əlavə edə bilərəm?
    Belə hesab edirəm ki, teatrlarda reforma olmalıdır. İlin əvvəlində müqavilə bağlayıb, ilin sonunda kiminsə kefi istəyərsə müqaviləyə xitam vermək, hələ “reforma” deyil.
    İlk növbədə teatrlarda konkurensiya (rəqabət) prinsipi nəzərə alınmalıdır. Əgər rəqabət yoxdursa, inkişaf da yoxdur. Bəndəniz uzun illər professional fəlsəfə ilə məşğul olan bir mütəxəssis kimi deyə bilər ki, səmərəli ziddiyyət, başqa sözlə sağlam rəqabət, bir başqa sözlə uğurlu seçim yoxsa heç vaxt yaxşı nəticədən danışmaq olmaz.
    Bəs bunlar varmı?
    Bizdəki az qala bütün teatrlar “bir rejissorun teatrı” kimi fəaliyyət göstərir. Və müşahidə onu da göstərir ki, guya “rəqabət” prinsipinə əməl etmək istəyənlər də var. Əslində isə, belə deyil, bu “təcrübəli” adamlar, yəni teatr rəhbərləri özlərindən daha zəif personaları irəli çəkirlər ki, özləri “nəhəng” görünsünlər.
    Teatra gəncləri dəvət etmək lazımdır.
    Müstəqil teatrların inkişafına şərait yaratmaq gərəkdir.
    Dövlət, teatrlar üçün əbədi “donor” rolunu oynamamalıdır, əksinə, teatrlar dövlətin büdcəsini zənginləşdirməlidir.
    Və nəhayət. Bir çox bəsit düşüncəli adamlar bu və ya digər sahələrlə, lap elə tearla bağlı problemləri qaldıranları az qala 30-cu illərdəki kimi “burjua dəyirmanına su tökməkdə” ittiham edirlər. Ola bilər ki, doğrudan da kimlərsə kimlərinsə əli ilə kimlərisə “vurmağa” da cəhd edə bilər. Təbii ki, bu deyilənlərin heç biri mənə aid deyil. Bilənlər bilir, mən həmişə öz sözümü deməyə çalışıram.
    Mənim istəyim tearların inkişafını təqdir etməkdir.
    Təbii ki, burada müəyyən obyektiv və subyektiv amillər də var. Belə ki, iddia etdiyim reforma həyata keçirilərsə, rəqabət prinsipi reallaşarsa daha qüvvətli əsərlərin meydana gəlması qaçılmaz olar.
    Son. Rəy bölümündə dramaturgiya və teatr haqqında daha geniş mülahizələrimlə tanış ola bilərsiz. Buyurub oxuyun.

    12.04.2025
    Dörd kitabım startdadır. “Qanun” nəşriyyatına təqdim etmək istəyirəm.
    Qohumum Nigar Köçərliyə (və həyat yoldaşı Şahbaz Xuduoğluya) bu məzmunda bir məktub yazdım:
    Bir məsələ ilə bağlı vaxt alıram. Mən bir neçə kitabımı nəşrə hazırlamışam.
    Onlardan biri (1-ci kitab) “Persona” adlı topludur. Bu kitabda ayrı-ayrı görkəmli şəxsiyyətlərlə bağlı xatirə və memuar janrında qələmə aldığım portret-oçerklər, məqalələr, xatirələr toplanmışdır. Yeri gəlmişkən, həmin kitabın son bölümündə yaxından tanıdığım insanlar haqqında (onların arasında təbii ki, qohumlar da vardır) yazılar da yer alıb.

    “Fəlsəfə işığında” adlanan ikinci kitaba daxil edilmiş yazılarda bədii və mənəvi mədəniyyət problemlərinə, məşhur dünya filosoflarının həyat və yaradıcılığına müxtəsər nəzər salınmışdır. “Sərhədsiz dünya” traktatını isə bir növ gələcək dünyanın ilkin və hələlik natamam fəlsəfi eskizi hesab etmək olar. Kitaba həmçinin, ölkəmizin tanınmış fəlsəfə mütəxəssislərinin həyat və fəaliyyəti barədə yığcam portret-oçerklər daxil edilmişdir.

    Digər (3-cü) kirabda roman və povestlər toplanmışdır.

    Dördüncü kitabda müxtəlif illərdə qələmə alınmış hekayələr toplanıb.
    Təqdim etmək istədiyim yazıların əksəriyyəti müxtəlif vaxtlarda jurnal və qəzetlərdə dərc edilib.
    İstərdim ki, bu yaxınlarda-münasib günlərin birində Siz tərəfə gəlim (hazırda şəhərdən kənardayam) və həmin kitabların nəşri ilə bağlı söhbət edim. Olsun ki, halhazırda Siz də Bakıda deyilsiz. Hələlik. Sağ olun.

    p.s. Mən, bildiyiniz kimi, əsasən dramaturgiya ilə məşulam. Amma təəssüf ki, dram əsərlərini oxuyanlar azdır. (Yeri gəlmişkın bu yaxınlarda Məd.Naz-liyi böyük həcmli bir kitabımı nəşr edib). Ona görə qərara gəldim ki, oxucusu olacağı ehtimal etdiyim kitablardan bəzilərinin üzərində dayanım.

    13.04.2025
    Salam, Nigar xanım.
    Bu gün Nərminə xanımla əlaqə saxlayıb danışdıq.
    Belə qərara gəlindi ki, kitabla bağlı nəzərdə tutulan tədbir gələn ayın (mayın) 1-ci dekadası keçirilsin.
    Təşəkkür.

    14.04.2025-24.04.2025
    Bilgəh Koordoloji sanatoriyasına on günlük putyovka almışam. Dəfələrlə müalicə olduğum müəssisədir.
    Sanatoriyada səliqəli təmir işləri aparılmaqdadır.
    Burada keçmiş rəhbərlik dəyişib. Afiyəddin adlı cavan bir adam baş həkim vəzifəsinə təyin olunub. Təsadüfən tanış olduq. İşgüzar insana oxşayır.
    Sanatoriyanın təsərrüfat müdiri Nadir bəydir. Özü tanışlıq verdi. Sən demə vaxtilə, haradasa 80-lərin ortasında Politexnik Universitetdə (fəlsəfədən)dərs demişəm.
    Ramiz həkim isə (Əliquliyev) köhnə tanışdır.
    Müalicə pis getmir. Axşamlar konsert-filan da olur.
    Təəssüf ki, sanatoriyanın kitabxanası ləğv olunub, yerində çayxana açılıb ki, o da işləmir. Mən vaxtilə həmin kitabxanaya bir neçə kitabımı vermişdim.
    Mən buraya gələndən, demək olar ki, hər gün yağış yağır. Qış ilə yazın “davası” hələ davam edir.
    Yaxşı ki, qaldığım təkadamlıq, kiçik, rahat otaq isti olur.
    Yazı-pozi ilə məşğulam.
    ...Mətbuatı, medianı müntəzəm izləyirəm. Qanqaraldan xəbərlər daha çoxdur. Ayın 16-da güclü yağəş nəticəsində Tərtər tərəfdə yaranan sel-daşqın ekskavatoru çevirmiş, iki adam yaralanmış, bir nəfər həlak olmuşdur... Gəncədə bir gənc oğlan müğənnilik edən bacısını bıçaqlayıb öldürüb... Bakıda gənc ər qısqanclıq zəminində arvadını öldürüb və özünü də 14-cü mərtəbədən yerə ataraq öldürüb...
    Verilən məlumatlara görə həbsdə olan jurnalist Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb, müsavatçı Tofiq Yaqublu ölüm aclığı elan edib, Qubad İbadoğlu xəstədir və onun qardaşı Qalib Toğrul da saxlanılıb. Mən Qalibi tanıyıram, proqramçıdır, vaxtilə “525-ci qəzet”də çalışırdı.
    ... Sanatoriyada olduğum müddətdə mətbuatdan onu da oxudum ki, Mədəniyyət naziri Adil Kərimli “Azdrama”da olub, teatrın aktyorları ilə görüşüb, onların şikayətlərini dinləyib. Teatrın bədii rəhbəri M.Ə. işlədiyi mədəniyyət müəssisəsənin işçiləri ilə, yumşaq desəm, yola getmir, özünü iddialı aparır, olduğundan “nəhəng” görünmək istəyir, istedadı olmasa da “istedadlılığı” imitasiya edir. Mən onu mətbuatda yüngülvari tənqid etmişdim. Ciddi reaksiyalar oldu. Bir sıra TV kanallarından zəng edib məni “debata” dəvət etdilər. Razılıq vermədim. Şounu, qalmaqalı xoşlamıram... Yəqin ki, nazirin teatra gəlməsində mənim yazımın da “rolu” olub.
    ... Sanatoriyada dincələnlərin əksəriyyəti yaşlı, xəstəhal kişi və qadınlardır. Arabir burada tanış olduğum Mahir və Elməddin adlı nisbətən cavan adamlarla çay içirik. Bəzən bizə burada dincələn Sevda adlı qadın da çay dəmləyir. Burada yaxın xaricdən-Özbəkistan, Rusiya və Özbəkistandan gəlmiş 3-4 nəfər yaşlı və ortayaşlı adamlar da nəzərə çarpır.
    Yuxusuzluğum davam edir. Müalicələrimi alıram: yod-brom vannası, masaj, ultrason, ultrasəs...
    ...Adam yaşlaşanda daha çox köhnə tikililərə bənzəyir. Zəifləmiş əzalar, suvağı qopmuş daşlar kimi “yerindən tərpənməyə” başlayır. Üstəlik, sanki bu “binanın” çardağı dammağa, zirzəmisini su basmağa başlayır. Bu “tikiliyə” baş çəkmək istəyənlərin sayı azalır. Və ən dözülməzi də budur ki, bu “tikili” çox vaxt tənha olur... hətta, ətrafında həyat qaynasa belə.
    Mənim qaldığım 2-ci mərtəbənin foyesində nərd və domino daşlarının şaqqıltısı iləməyimə və düşünməyimə mane olur...
    ...Burada maraqlı bir “hadisə” də baş verdi. Belə ki, qonşu otaqda qulağı ağır eşidən yaşlı bir kişi televizoru ucadan səsləndirirdi. Televizor hətta gecələr də ucadan səslənirdi. Televizorun səs- küyü məni “öz otağımda” belə bezdirmişdi. Axırda dözməyib əsəbi şəkildə bunu qonşuya dedim. Hiss olunurdu ki, ziyalı adamdıa, iradımı dinləyib “baş üstə”-dedi. Kimliyi ilə maraqlandım. Məlum oldu ki, Saatlı rayonunda müəllim və məktəb direktoru işləyib. Mən vaxtilə, az qala yarım əsr bundan əqdəm həmin rayonda müəllim işləmişəm. Oradakı köhnə tanışlarımla maraqlandım. Məlumat verdi. Söhbətin sonunda dedim ki, müəllim, orada mənim çox yaxın bir tanışım da vardı, riyaziyyat müəllimi idi, yaxşı bir adamdı, Mehdi Əliyev... Deyəsən Əlisultanlı kəndindən idi... Həmsöhbətim tutulub dedi ki, Mehdidən heç danışma. Dedim nə mənada? Cavabı belə oldu: “O, yaxşı adam deyildi”. Ona etiraz etdim. Gülüb dedi ki, elə Mehdinin özü ilə danışırsız... Sən demə, soruşduğum Mehdi müəllim qarşımdakı adam imiş. Gülüşüb təzədən əl tutaraq “tanış olduq”. Bir xeyli söhbət etdik. Olanları, keçənləri yada saldıq. Lap elə “Əhməd haradadır?” filmində deyildiyi kimi, “oğlumu axtarırdım, dostumu tapdım”...
    ...”Gündəliklər”imi qaydaya salıram. Bir çox yerlərini “montay” edirəm. Belə ki, sırf məişətlə bağlı olan yerləri, intim xarakterli epizodları, bəzi adamlarla əlaqədar fikirləri (mənfi və ya müsbət) ixtisar edir, “kəsib” atıram. Müsəlmansayağı belə düşünürəm ki, “düşər-düşməzi” olar. Amma bu “kəsintilər”, bu “montajlar” istisna olunmaqla mətndə heç nəyi dəyişmirəm. Hər şey necə yazılıbsa elə o cür də qalır...
    ...Orasını da deyim ki, xeyli müddətdir ki, “Rus dilində türkizmlər” başlıqlı yazılar və “Filosoflar” silsiləsindən yazılar üzərində intensiv işləyirəm. Yaradıcılıq işi burada da davam edir. “Türkizmlər”dən və “Filosoflar”dan bəzi yazılar artıq müvafiq olaraq “Türküstan” və “Ədəbiyyat qəzeti”nə göndərilib. Bir-iki yazı dərc olunub.
    ...Yazılara qonorar verilməsə də, öz işimi vicdanla görməyə çalışıram.
    “Azərbaycan” jurnalının bu ilki son (3-4-cü nömrələr birlikdə çap olunub) sayında Elçinin dramaturq Karlo Qoldoninidən etdiyi tərcüməni –“Kələkbaz qadın” komediyasını oxudum.
    ...Gənc şairİntiqam Yaşarın (20.04.2025) toyudur. Amma gedə bilmədim.
    Yazıçı Səfər Alışarlı kitab təqdimatına (25.04.2025) dəvət edib. Sonda yazıb ki, həm təqdimat olacaq, həm də yemək-içmək. O məclisdə də iştirak etmədim. (p.s. Sonra məlum oldu ki, məclisin “sponsoru” adı son zamanlar bir sıra qalmaqallarda hallanan iş adamı Ş.İ.-dir...
    ...İstanbulda 6 balgücündə zəlzələ oldu. Qardaşım Fasadilə danışdım. Dedi ki, salamatlıqdır...
    Ayın 18-dən etibarən havalar istiləşməyə başladı.
    Sevirəm günəşli havaları.

    25.04.2025
    Kim? Nə? Harada? Nə vaxt?
    Nizami, Stalin, Vurğun nə vaxt doğulub?
    “Sakit Don”un müəllifi kimdir: Şoloxov yoxsa Kryukov?
    “Əli və Nino”nu kim yazıb?
    Görəsən himnimizin müəllifi kimdir?
    ...Böyük Azərbaycan şairi Nizami Gəncəvinin doğum tarixi ilə bağlı bir müddət “ikili tarix” mövcud olub. Onun gah 1141-ci ildə, gah da 1147-ci ildə anadan olduğu qeyd edilib. (Düzdür, burada müəyyən konyuktura və siyasi səbəblər də rol oynayıb). Amma son nəticədə şairin hicri 535-ci ildə (miladi 1141-ci il) doğulduğu qənaətinə gəlinmişdir...
    ...Frensis Bekon, yoxsa Vilyam Şekspir? Dünyada məşhur olan dramların müəllif kimdir-eyni məkanda və zamanda yaşamış məşhur filosof, yoxsa adi aktyor? Bu “gizlinlərlə” bağlı geniş məqaləm olduğuna görə ta ətraflı söz aşmağa ehtiyac duymuram...
    ... 30 il SSRİ rəhbəri olmuş Stalinin doğum tarixi diktatorun sağlığında 9 dekabr 1879-cu il hesab edilirdi və milyonlarla “sovet vətəndaşı” həmin günü bayram kimi qarşılayırdı. Lakin Baş katib öləndən sonra üzə çıxan yeni sənədlər əsasında belə “məlum oldu” ki, o, 6 dekabr 1878- ci il tarixdə doğulub.
    ... Başqa bir misal. “Millət necə tarac olur olsun, nə işim var” şeirinin müəllifini kimdir-Mirzə Ələkbər Sabir, yoxsa Mirzə Cəlil? İki nəhəng Mirzə arasında böyük dostluq olub və onların bölüşmək üçün “şərikli malı” olmasa da uzun onillərdir ki, bu şeirin kimə məxsus olması haqqında mübahisələr səngimir. Hələ “mübahisə” nədir, yaxşı tanıdığım iki alim əsl müəllifin kim olduğunu sübut etmək üçün az qala vaxtilə məhkəməyə qədər gedib çıxmışdılar. Axırda hər ikisi çərləyib vəfat etdi. Amma Mirzələr yenə “dəyadakı qocaman dağlar” kimi qalmaqdadırlar...
    ...Bəs görəsən “Əli və Nino” romanının müəllifi kimdir? Qurban Səid (Elfrida fon Ehrenfels), yoxsa Əsəd bəy (Lev Nissembaum)? Hələ Yusif Vəzir haqda bir söz demək istəmirəm...
    ...Bəs görəsən “Sakit Don” romanını kim yazıb- Mixail Şoloxov, yoxsa Fyodor Kryukov? Hələ ortada başqa “müəlliflərin” də adı fırlanır. Mən vaxtilə bu “problem” haqqında ətraflı söhbət açdığım üçün, bir daha həmin mövzuya qayıtmaq istəmirəm...
    ... Ölkəmizdə az qala məktəblilərin belə hamısı bilir ki, Azərbaycanın Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə anadan olub. Amma başqa bir “tarixin” də “mövcudluğu” haqqında fikirlər dolaşmaqdadır. Belə ki, böyük şairin həyat yoldaşı Xavər xanım şifahi söhbətlərində və müsahibələrində dəfələrlə qeyd edib ki, Səməd Vurğun əslində 1905-ci ildə anadan olub və müəyyən səbəblərə görə (bu səbəblər üzərində dayanıb vaxt almaq istəmirəm) həqiqi tarixi dəyişib. Və bir əlavə ştrix. Ötən əsrdə 80-lərin sonunda o vaxtkı Gəncə Pedaqoji İnstitutunun tanınmış bir ailimi bir dəstə “sənəd-sübutla” AZ.Tv-yə gəlmişdi. O sənədlərdə Səməd Vurğunun 1905-ci ildə doğulduğu qeyd olunmuşdu. Bu barədə ətaflı yazmaq da olar, amma mən qısa yolla gedib keçirəm şairlə bağlı başqa bir “əhvalata”. Belə ki, uzun illər aşıqlar məşhur bir qoşmanın Səməd Vurğun tərəfindən yazıldığını iddia edir və məclislərdə şövqlə oxuyurdular:
    “Vurğunun bu yerə qonaq gələyi,
    Bilinməz aylara-illərə qaldı”.
    Sonralar “Qaldı” rədifli bu qoşmanın müəllifinin şair M.Əliyev (Günər) olduğu elan olundu...
    ...Aşıq demişkən... Sözləri aşıqların repertuarında mühüm yer tutan Rasim Kərimli bir şeirindən dolayı bir neçə dəfə mətbuatda çıxış etmişdi. Yadımdadır, şair deyirdi ki, həmin şeiri vaxtilə bir məşhur alimə təqdim edibmiş. Həmin alim rəhmətə gedəndən sonra haqqında söz gedən şeir onun külliyatına daxil edilib. İndi kimin haqlı olduğunu ayırd etmək də çətindir...
    ...Bu misalların sayını yenə artırmaq olar.
    Amma və lakin... Qısa yolla getmək istəyirəm.
    Azərbaycan himninin müəllifi kimdir: Əhməd Cavad, yoxsa Camo Cəbrayılbəyli?
    Son dövrdə aktuallaşan bu mövzunun, daha doğrusu bu mübahisənin kökü gedib çıxır 90-ların əvvəlinə. Yadımdadır, məlum şeirlə bağlı hələ o zamanlar
    tanınmış bir şərqşünas-alim, sonralar bir tədqiqatçı sənətşünas, daha sonra himni bərpa edən bəstəkar, habelə istiqlalçı deputat... və başqaları da bu “iki müəllif” haqqında öz fikirlərini söyləmişdi. O da yadımdadır ki, mərhum Əhməd Cavadın oğlu Yılmaz da bu məsələyə öz münasibətini bildirmişdi. Hələ o zamanlar yarızarafat-yarıciddi deyirdilər ki, Əhməd Cavad ilkin variantda öz əsl ad-soyadını gizlədərək müəllifliyini “CAMO” (Cavadzadə Ahmed Məhəmməd oğlu) kod adı ilə ifadə edib. Bilirəm ki, bununla bağlı ortada konkret bir fakt yoxdur. Sadəcə, maraqlı “açması” var. Elə isə himnin əsil müəllifi kimdir?
    ...Mən bu müxtəsər qeydlərdə yalnız “ikili faktlar” haqqında söhbət açdım. Halbuki bu və ya digər konkret bir hadisə və məsələlər haqqında “üçlü faktlar” da mövcuddur.
    ...Əgər fikir verdinizsə, mən bu yazıda kimin və nəyin haqlı olduğunu isbat etməyə də cəhd göstərmədim. Baxmayaraq ki, öz şəxsi qənaətlərim də yox deyildir.
    ... Bəli, hələlik mən öz şəxsi –subyektiv münasibətimi bildirmirəm. Fəqət orasını bilirəm ki, heç nə gizlində qalmır.
    Bir “həqiqət anı” deyilən məqam da vardır.
    Siz isə öz rəy və fikirlərinizi ifadə edə bilərsiz.

    26.04.2025
    Əvəz Zeynallı türmədə xərçəng xəstəliyinə mübtəla olduğuna görə dünən evə buraxılıb.
    ...fb 10 il əvvəlin paylaşımlarını “üzə çıxarıb”. Çoxlu fotolar və rəylər var. Məsələn şair Elxan Zal (26.04.2015-ci il) yazır:
    “Firuz Mustafa mənim müasirim olan böyük ədəbiyyat adamlarından biridir. İndikilərdən onunla müqayisə etməyə kimisə yada sala bilmirəm. 60 pyes, romanlar və hekalər, şeir və fəlsəfə kitabları müəllifi ayrı adam çağdaşlarım sırasında sadəcə tanımıram. Olduğum bir çox ölkələrdə teatr adamları onun pyesləri haqqında yüksək fikirlər söyləyiblər. O mənim böyük müasirim və dostumdur. Böyük dostların varsa bu özü xöşbəxtlikdir...”
    ...TV Bakı-da oldum. Tv-nin gənc əməkdaşı Sezər ilə Yusif Vəzirlə bağlı söhbət etdik.
    ...SS Tv-yə getdim. Məzahir müəllimlə görüşdüm. Sonra Nuru, Şahin, Mübariz (və Məzahir Səmədoğlu ilə) “Veteranlar bağı”nda nahar və şam etdik.

    28.04.2025
    Bazar ertəsidir. Hava çox küləklidir. İran prezidenti Pezeşkian Bakıya gəldi. İki dövlətin prezidenti görüşdü. Zənnimcə bu, İran-Azərbaycan münasibətlərinin yeni səhifəsi olacaq. Hər halda bu münasibətlərə Pezeşkianın türk olması faktoru da təsirsiz olmayacaq.
    Hava hədsiz dərəcədə soyuqdur. Sanki qış geri qayıdıb. Belə soyuq havada İran prezidentinin sıcaq qarşılanması yaxşı əlamətdir.
    ...Tələbə qəbulu mərkəzində oldum. Orada mətbuat katibi kimi çalışan Xanlar adlı oğlandan Aqşinin diplomunun tanınması ilə bağlı bəzi suallara cavab aldım.

    29.04.2025
    İran prezidenti Pezeşkianın ölkəmizə səfəri və nitqi mətbuatda, sosial şəbəkədə qızğın müzakirə edilməkdədir. Bu səfəri demək olar ki, hamı təqdir edir, alqışlayır.
    Suallarla çıxış edənlər də var: İran prezidenti niyə farsca nitq söylədi? Prezident Şəhriyarın məşhur poemasından oxuduğu parça ilə nə demək istəyirdi?
    ...Əvvəla, bir çoxları unudur ki, İranın rəsmi dili fars dilidir.
    İkincisi, Şəhriyar öz poemasında nə demək istəyibsə, Pezeşkian da onu demək istəyib.
    ...Yağış yağır. Külək qismən səngiyib. Mənzil bütün qış boyu olduğu qaydada soyuqdur. Qonşudeyəsən suyu açıq qoyub, evdən damır, qonşu özü isə yoxdur...
    Ayaz Gəncədən gəlib. Əlillik qrupuna görə aldığı pulu (əlillik pulunu) kəsmək istəyirlər.
    ...Bələdiyyə teatrının hazırladığı “Ötən günlər” tamaşasına (A.Qədri) “Azdrama”dabaxdıq. Tamaşaya Özbəkistandan da nümayəndə heyəti (təxminən on nəfər adam) gəlmişdi. Ən maraqlı hadisələrdən biri bu oldu ki, gələnlər arasında olan Xandəmir ağa mənim köhnə tanışım idi və o, əsərin müəllifi, repressiya qurbanı olmuş Abdulla Qədrinin nəvəsidir. Görüşdük. Bir neçə il əvvəl biz onunla tanış olanda Xandəmir mühəndis idi, indi isə Daşkənddə babasının adını daşıyan muzeyin müdiridir. Onu da xatırladıq ki, mən o zaman A.Qədrinin 20 və ya 30-cu illərdə Bakıda nəşr olunmuş kitabının (“Ötən günlər”) surətini çıxarıb özbək dostum Xanəmirə göndərmişdim.

    02.05.2025
    Bu gün “Ədəbiyyat qəzeti”ndə Şopenhauer ilə bağlı yazım çıxıb. Bilirəm, fəlsəfi aspektdə qələmə alınan yazıların “kütləvi oxucusu” olmur, o tipli materialları yalnız müəyyən intellekti olanlar mütaliə edir. Söhbət təkcə mənim yazılarımdan getmir. Ümumiyyətlə, reallıq budur...
    Amma düzünü deyim ki, ciddi fəlsəfi yazıları oxuyanda ədəbi janrlarda yazılmış əksər “məhsullar” mənə çox “kasıb” görünür. Və belə hesab edirəm ki, məsələn, yalnız mifik təfəkkürlə yaşayan, hər cür elmi-fəlsəfi idrakdan məhrum olan toplum millət yox, əhali hesab oluna bilər.
    p.s.
    Həmin qəzetin ötən nömrəsində Sartr haqqında məqaləm çıxmışdı və ədalət naminə deməliyəm ki, yazı ilə bağlı sosial şəbəkədə “əks-sədalar”(otklik) və telefon zəngləri oldu. Görünür, cəmiyyətdə hələ “şou” xəstəliyindən uzaq adamlar qalmaqdadır. Axı indi elə bir əyyam gəlib ki, ciddi olan hər nəsnəni, o cümlədən elmi-ədəbi-fəlsəfi düşüncəni də yüngül illüstrasiyalarla, zarafat etiketləri ilə təqdim edir, bir sözlə, az qala müqəddəs olan nə varsa hamısını ələ salır və bundan həzz alırlar.

    03.05.2025
    Ayazın əlillik sənədi ilə bağlı Rahib müəllimlə 1 saylı xəstəxanaya getdik. Hələ müsbət bir cavab yoxdur.

    04.05.2025
    Hava xoşdur. Amma mən soyuqlamışam...
    Günortadan sonra Məzahir, Nuru, Yusif və Mübariz ilə “Veteranlar bağı”nda nahar və ya şam etdik. Məclisimiz xeyli uzandı.

    06.052025
    ADPU-nun filoloji fakültəsində hazırda Moskvada yaşayıb pedaqoji fəaliyyətlə məşğul olan xanım Mehriban Həsənovanın üç kitabının təqdimatı oldu. Həmin kitablardan birində (“Praktika ustnoy reçi”) mənim bir yazım- “Qeyri-adi uşuş” adlı hekayəm də dərc olunub.
    Mən də çıxış etdim. Əsasən müasir dünyada dillə bağl problemlərə toxundum. Tezislərim belə oldu: 1.Dünyada ekoloji müharibə gedir. 2.Dünyada iqtisadi müharibə gedir. 3.Dünyada torpaq işğalı ilə bağlı müharibə gedir. Və nəhayər, “dil müharibəsi” gedir. Yəni bu gün dünyada dillərin işğalı təhlükəsi də var...
    ... MN-də nazirin müşaviri Orxan Fikrətoğlunun yanında oldum.
    ... “Ədəbiyyat qəzeti”ndən 46 manat qonorar aldım. Bu, 3-4 məqalə üçün yazılmış qələmhaqqıdır. Əlbəttə, bu, çox az məbləğdir. Həmin qonorarın yarısını kiçik qonaqlığa xərclədim.
    ... Ayaz dünən Etibar əmioğlu ilə Gəncəyə getmişdi, bu gün Bakıya qayıtdı.
    ... Güntəkin Hökümə xanımla (ABŞ-dan) salam göndərib.
    ... Tofiq Yaqublunun növbəti məhkəməsi oldu. Həbsdə saxlanıldı. O, artıq bir aydan artıqdır ki, aclıq etməkdədir.
    ... Arada yağış yağır və kəsir. Canımda soyuqlar var.

    09.05.2025
    “Ədəbiyyat Qəzeti”ndə “Bekon, yoxsa Şekspir” adlı yazım çıxıb.
    Moskvada solğun “Qələbə günü” keçirilir. Prezident İ.Əliyev Moskvadakı paradda iştirak etmir. O, Şuşaya gedib.
    PKK özünü buraxmaq qənaətinə gəlib.
    İmişlidə bir qurum (Ağsaqqallar Şurası) “Qələbə günü” münasibətilə SSRİ-nin bayrağını qaldırıb. İctimai rəy bu qurumu və onun başçısınılinc etdi. Bu quruma başçılıq edən cahil adam, əgər ona adam demək olarsa, müstəqillik dövründə böyük varidat yığıb, amma sovetlərin xiffətini çəkir. Anlamır ki, gözlədiyi quruluş qayıtsa başına qapaz vurub bütün yığdığını əlindən alacaq.

    11.05.2025
    Hə, Putin geri çəkilməkdədir. Əl-ayağa düşüb. Görünür, bu mənasız savaşın ölkəsini haraya, hansı faciələrə apardığını axır ki, anlayıb...
    Bu, öz yerində. Məni bir şey əndişələnndirir. Ki, yəni görəsən rus şovinizmini, raşizmi müdafiə edən taxta-saxta-axtabaşların axrı nə olcaq? Belələri haçansa ağıl-kamal sahibi olacaqmı?
    Təbii ki, mənim sadə rus adamına ehtiramım böyükdür. İndiki halda söhbət “orada” və “burada” fəaliyyət göstərən divanələrdən gedir.

    15.05.2025
    Ayazın əlillik pensiyasını kəsdilər.400 manat alırdı. Görək qardaşım necə dolanacaq? İş yox, güc yox. Bahalaşma. Aclıq. Səfalət.

    17.05.2025
    ...Deputatlarımız zaman-zaman maaşlarının azlığından şikayətlənməkdədir. Birisi gilas ala bilməməyindən gileylənib, digəri istədiyi pal-paltarı almaq imkanından məhrum olduğunu bəyan edib. İndi bir hörmətli deputat da aldığı beş min manatla maşın ala bilməməyindən şikayətlənib. Mənim bu deputatlara çox böyük sayğım və ehtiramım var. Deyim niyə? Onlar haqiqəti deyirlər. Yəni demək istəyirlər ki, biz bu məvaciblə dolana bilmirik, bəs bizdən on-onbeş dəfə az maaş alanlar və ya ümumiyyətlə beş qəpik qazanmayanlar necə dolanırlar. Məşdibad demiş, mən Tarixi-Nadiri yarısınacan oxumuşam, bu deyilənləri anlamıram, bu yazıqlar haradan başa düşsünlər?..
    ...Sağ olsunlar dost-tanışlar: hərdən yazı-pozumla maraqlanırlar. (“Yenə yazırsanmı?” “İndi yazılanı oxuyan varmı?” vəsair bu tipli suallar verirlər).
    Amma bilirəm ki, onların əksəriyyəti (yox-yox, olsun bəzisi) nə yazdıqlarımı oxuyub, nə səhnəyə qoyulan tamaşalara baxıblar. Hə, yenə sağ olsunlar. Bunu elə-belə dedim...
    Bildiyiniz kimi, bədii və elmi yaradıcılıqla paralel şəkildə məşğulam. Lap elə bilməsəniz də olar...
    Dünya filosofları haqqında “Ədəbiyyat Qəzeti”ndə silsilə yazılarım çıxır. Daha çox Qərb filosofları haqqında söhbət gedir. Həmin o kitab-qəzet oxumayan bəzi dost-tanışlar hərdən soruşurlar ki, görəsən Şərqdə də filosof olubmu? Olub. Onlardan biri İbn Xədundur. Hərdən İbn Haldun da deyirlər, bütöv adı belədir: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn Xəldun əl-Hədrami əl-Əşbili(1332-1406). O kişi filosof olub, özü də sosiologiya elminin banisidir, materialist olduğuna görə “Şərqin Marksı” adlandırılır. Hazırda onun fəlsəfi yaradıcılığı haqqında yazı üzərində işləyirəm. Bunu da elə-belə dedim...
    Amma İbn Xaldunun bir fikrini elə-belə demirəm, bəyənib deyirəm:
    “İslam dünyasında hakimiyyət zorakılıq və məcburiyyət əsasında qurulmuşdur (həm fiziki, həm də simvolik baxımdan) və bu, siyasi hakimiyyətin və hegemoniyanın nəzarət altına alınması üçün həyata keçirilmişdir...”
    Gör aradan neçə il keçib.
    Lütfən hesablayıb deyə bilərsizmi?

    18.05.2025
    Bazar günü.
    Hava xoşdur.
    Ayaz kəndə getdi.
    ...Mətbuatda maraqlı bir məlumata (məqaləyə) rast gəldim: “Nizami əsərlərinin tərcüməsi haqqında NKVD-nin xüsusi arayışı - TAM MƏXFİ”. NKVD öz “ustanovkası” ilə tərcüməçilərə “istiqamət” verir.
    “XÜSUSİ ARAYIŞ № 1
    Azərbaycan şairi Nizami Gəncəvi¬nin yubileyinə hazırlıq haqqında
    1941-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin (Gəncə, indiki Kirovabad şəhərindən) anadan olmasının 800 illiyi ilə əlaqədar yubileyin keçirilməsi nəzərdə tutulur...
    ... Yubileyə hazırlıq işi üzərində möhkəm elmi-siyasi və maliyyə nəzarəti yoxdur, şəxsi qazanc naminə Nizami Gəncəvi yaradıcılığı ilə möhtəkirliyə çevrilən inhisarçılıq və açıq-aşkar mənfəətpərəstlik meylləri özünü göstərir....
    ... İşin aşağı keyfiyyəti xüsusən poetik tərcümələrdə əyani şəkildə müşahidə olunur. Şair Səməd Vurğunun və qismən də Məmməd Rahimin13 tərcümələri istisna olmaqla, qalan poetik tərcümələr aşağı səviyyəlidir və onlar, bizdə olan məlumatlara görə, Nizami Gəncəvi əsərlərinə karikaturadan başqa bir şey deyildir. Onlarda bədiilik, möhtəşəmlik yoxdur, Nizami Gəncəvinin dühası və əzəməti hiss olunmur. Nəhəng klassik və dahi şair Nizami Gəncəvi bu tərcümələrdə çox vaxt ən pis və adi nasir təsiri bağışlayır (məsələn, “İsgəndərnamə”, “Həft peykər” poemaları və s.).
    Sadalanan faktların çoxu barədə Nizami [adına Ədəbiyyat və Dil] İnstitutunun direktoru, ÜİK(b)P üzvü Hüseynov Heydərə siqnallar daxil olmuşdur, lakin o, bu barədə rəhbər orqanlara məlumat verməmişdir.
    Azərbaycan SSR Xalq Daxİlİ İşlər Komİssarı,
    Dövlət Təhlükəsizliyi Baş Mayoru (Yemelyanov)
    17 avqust 1939-cu il
    Bakı şəh.
    İcraçı: Mustafayev”
    ...Şəhərdə Kənan Hacı ilə çay içib evə gəldim.

    19.05.2025
    Bazar ertəsi.
    Günəşli gündür.
    Səhər tezdən AYB poliklinikasında bir dişimi də çəkdirdim. Diş çəkən çox əliyüngül bir stomotoloqdur...
    ...Üç pyes üzərində düşünürəm. Bunlardan biri tarixi mövzudadır, janrı təxminən belə olacaq: tarixi komediya. Bu, yəqin ki, ədəbiyyatda çox az təsadüf olunan bir janrdır. İkinci pyes fantastik kimediya olacaq. Bu da yeni bir janr hesab oluna bilər. Üçüncü pyes uzaq olmayan keçmişdə Rumıniyada baş verən qiyam və ölkənindiktator rəhbərinin edamdan gedir. Burada gözlənilməz bir hadisə haqqında, daha doğrusu diktatorun arvadı ilə ordu başçısının sevgisindən də bəhs edilir.

    20.05.2025
    Bilənlər bilir. Dilimizin və ümumiyyətlə türk dillərinin problemi məni daim düşündürüb. Bu konuda bir neçə kitabım çıxıb, onlarla yazım dərc ounub.
    Sözün qısası...
    Dilimizin lüğət fondu zəngindirmi?
    Bəli, bir çox dillərlə müqayisədə zəngin dilimiz var. Amma dünyada daha zngin dillərin olduğunu da vurğulamaq lazım.
    Dilimizə əcnəbi sözlərin gətirilməsinə ehtiyac varmı? Bəli, var. Lüğət fondunun tərkibində əcnəbi sözlər olmayan dil yoxdur.
    Dostum Nizami Cəfərovun son günlər dilimizlə bağlı dediyi fikir mediada birmənalı qarşılanmayıb. Mən belə hesab edirəm ki, (şifahi nitqdə) “ara-sıra” işlənən əksər rus sözlərinin dilimizdə qarışığı var və yaxud b olmasa belə, onları axtarıb tapmaq lazımdır. Məsələn, şifahi nitqdə çox işlənən bəzi sözlərin qarışığını yada salıram: “znaçit” (deməli), “vopşe” (ümumən), “tı şto” (yox bir), “davay poşli” (haydı getdik), koroçe (qısası), neujeli (nə əcəb) və sair.
    Bəs bu tipli əcnəbi söz və ifadələri dilimizdə istifadə etmək olarmı? Olar. Amma yalnız personajların dilindən. Özü də mənfi obrazların. Buna aid onlarla ədəbi personajı yada salmaq olar. Məsələn, C.Cabbarlının mənfi obrazlarından birinin dilindən eşitdiyimiz kimi: “subutalnı, dokumentalnı” və sair. Hə, yadıma düşmüşkən bəndənizin “Parlamentdə toy” mənzum komediyasındakı bir sıra obrazlar da bu sıradan olan sözləri işlədirlər.
    Düzünü deyim ki, məni uzun müddət ruscada işlədilən, amma dilimizdə ifadəsi tam adekvat alınmayan bir söz uzun müddət “narahat edib”. Bu, rusların özünün də gah bitişik, gah da ayrı yazdığı “temboleye” (тем более) sözüdür. Görəsən, bu sözün dilimizdə qarışığı varmı? Axtardım və tapdım. Məncə bu “üstəlik” sözüdür. (Daha uğurlu söz tapsanız yaza bilərsiz).
    “Мне, тем более, домой скоро”. (В. Короленко). (Mənə, üstəlik, tezliklə evə getmək lazımdır).
    “Почему я вел себя неприлично в их глазах, тем более даже сам чувствовал, что веду себя невоспитанно, безвкусно, провинциально?” (А. Битов) (“Niyə onların gözündə özümü pis apardım, hələ üstəlik özüm də hiss elədim ki, özümü tərbiyəsiz, qanmaz, əyalətli adamı kimi aparıram”).
    Bax belə.
    P.S.
    Hə, orasını da deyim ki, V.İ.Leninin qanadlı bir ifadəsi bizim dilimizə uzun illər yanlış tərcümədə təqdim edilib. “Учиться, учиться и, ещё раз, учиться!” Bildiyimiz kimi bu cümlə belə çevrilib: “Oxumaq, oxumaq, yenə də oxumaq!” Əslində isə burada oxumaq yox, öyrənmək tövsiyə olunur.
    Marks yazırdı: „Писатель, конечно, должен зарабатывать, чтобы иметь возможность существовать и писать, но он ни в коем случае не должен существовать и писать для того чтобы зарабатывать. Дебаты о свободе печати (апрель 1842 г.).“

    Источник: https://ru.citaty.net/avtory/karl-marks/

    22.05.2025
    İbn Xəldun haaqında məqalə üzərində işləyirəm. Onun bir fikri diqqətimi çəkdi: İslam dünyasında hakimiyyət zorakılıq və məcburiyyət əsasında qurulmuşdur (həm fiziki, həm də simvolik baxımdan) və bu, siyasi hakimiyyətin və hegemoniyanın nəzarət altına alınması üçün həyata keçirilmişdir.
    Böyük bir yazı olacaq.

    23.05.2025
    Miflərə meylli xalqıq. Əslində bütün xalqların genində miflərələ bağlı elementlər mövcudur. Amma bu, bizdə “dozadan” və “normadan” bir qədər artıqdır.
    Bir də görürsən ki, məsələn, Molla Nəsrəddinə aid olan bir lətifəni “redaktə edib” Hüseyn Arifin adına çıxırlar. Və yaxud, Bəhlul Danəndənin adıyla bağlı hazırcavablıq nümunələrini “bəzəyib” Habil Əliyevin adından danışırlar.
    Bəlkə də bu “baməzə bəzəmələrin” üstündən keçmək olardı, çünki bu “iştirakçıların” hamısı “özümüzünkülərdir”.
    Amma və lakin...
    Bir də görürsən ki, bir din əhli gözəl bir misal çəkir: “Pulun milliyyətiəti olmur”. Və əlavə edib deyir ki, bu məsəl Həzrət Əliyə aiddir. Əslində bu sitatın ilk müəllifi rəhmətlik Marksdır: “Капитал национальности не имеет”.
    Bir hörmətli molla əmidənsə belə bir misal eşitmişəm: Həzrət Əli buyurub ki:“qula qul olmaqdan daha alçaldıcı bir şey yoxdur”.
    Əslində bu misalın müəllifi də Karl Marksdır. Ki, yəni, “Нет ничего более ужасного, более унизительного, чем быть рабом раба”.
    Hərdən Peyğəmbərin adından da bu cür iqtibaslar gətirirlər və onların da kökü gedib mərhum Engelsə çatır.
    Bu misalların sayını yenə artırmaq olar. Elmi ədəbiyyatla tanış olmaq yaxşı şeydir. Amma gərək müəllif hüququnu da qoruyasan. Düzü, bilmirəm mollalarımızın “marksist” olmasını təqdir etmək məqbuldur, ya yox?

    24.05.2025
    "Ali ve Nino"nun təşəbbüsü ilə Crecent Moll-da kitab təqdimatım baş tutdu.
    Adətən kitab təqdimatlarına yaxın dost-tanışları dəvət edirlər. Başqa cür ola da bilməz. Yəni bu, təbii haldır. Amma mən, düzünü deyim ki, müəyyən səbəb və problemlər üzündən tədbirə heç kəsi fərdi qaydada dəvət etməmişdim. Bu həm də bir növ sınaq idi. Ki, yəni görəsən kitab sorağına “dəvətsiz”, “könüllü” gələn olarmı? Sən demə, kitaba ehtiramı olan, yəni dəvət gözləmədən “hadisə yerinə” gələn insanlar var imiş.
    Ən maraqlı cəhətlərdən biri də bu oldu ki,Türkyədən gəlmiş Gökhan bəy mənim bir neçə il öncə Türkiyədə (İstanbulda) ODA teatrında oynanılam "MANKEN" pyesimin (tamaşanın) izi ilə gəlib bu tədbirə qatılmışdı.
    Hər kəsə təşəkkür.
    Təqdimatda tanıdığım və tanımadığım insanlar iştirak etdi.
    Bir daha bu törəni təşkil edən “Əli və Nino”ya (Nigar Köçərliyə) və “Teatr Meydanı” kitabını nəşr edən “Qanun” nəşriyatına (Şahbaz Xuduoğluya) öz təşəkkürümü bildirirəm. Qoy digər bayramlarımız sırasında Kitab Bayramı da yer alsın.
    Gələnlər də sağ olsun, gəlməyənlər də.
    Təki kitab sağ olsun. Kitabsız millət... kitabsız (bədbəxt) millətdir...

    25.05.2025
    Filosofun gələcək haqqında proqnozları
    Bu proqnozları arasında bədbin notlar daha çoxdur, amma nikbin çalarlar da yox deyildir
    Əslində mən insanlığın gələcəyi haqqında düşüncələrimi 1993-cü ildə qələmə aldığım “Sərhədsiz dünya” traktatında ətraflı yazmışam.
    30 il əvvəl yazılanlara yalnız bunları əlavə edə bilərəm:
    ...Çox yaxın zamanlarda dünyada böyük işsizlik ordusu yaranacaq. Bunun isə ən böyük “səbəkarı” robot texnolokiyasının və süni intellektin (Sİ) inkişafı olacaq. Ən çox mədəniyyat sahəsinə “zərbə” endiriləcək. Belə ki,
    -musiqini süni intellekt (Sİ) bəstələyəcək;
    -filmləri Sİ çəkəcək”
    -kitabları Sİ yazacaq;
    -tərcümələri Sİ edəcək;
    -rəsmləri Sİ çəkəcək;
    -redaktə və korrektə işlərini Sİ icra edəcək.

    ...Gələcək müharibələrin əsas “döyüşçüləri” robotlar olacaq. Döyüş planları Sİ vasitəsi ilə planlaşdırılıb həyata keçiriləcək.
    ...Bütün seçkilər “distansiyadan” texnoloji vasitələrlə, məsələn kompyuter vasitəsi ilə keçiriləcək.
    ...Sİ əksər tədris sahələrində təşəbbüsü “ələ alacaq”, kadr hazırlığını icra edəcək.
    ...Kamera və “radarlar” az qala evlərəcən gedib çıxacaq, hər bir kəsi nəzarətdə saxlayacaq və nəticədə cinayətlər azalacaq.
    ...Bütün tibbi əməliyyatlar Sİ vasitəsi ilə həyata keçiriləcək.
    ...Kənd təsərrüfatı başdan-başa robot texnologiyası vasitəsi ilə idarə ediləcək.
    ...Əgər Beynəlxalq səviyyədə sərt qadağalar qoyulmasa, süni yetişdirilən nəslin (“kolba uşaqlarının”) nümayəndələrinin kəmiyyəti sürətlə artacaq.
    ...Bir sıra kiçik xalqlar, kiçik dövlətlər və dillər aradan çıxacaq.
    ...Adamlar meqopolislərən bezib təbiətin qoynunda yaşamağa üstünlük verəcəklər.
    ...Böyük şəhərlərdə nəqliyyat tıxaclarını aradan qaldırmaq üçün “yeriyən” (hərəkət edən) yollar və “uçan taksilər” istehsalı gücləndiriləcək.
    ...Mürəkkəb və ağır ərzaq rasionlarını yüngül həblər (“kosmonavt yeməklər”) əvəz edəcək.
    ...Fiziki (kağız) pula ehtiyac qalmayacaq, “virtual əməliyyatlara” üstünlük veriləcək, nəticədə rüşvət azalacaq.
    ...Adamlar arasındakı qanlı savaşları robotlar arasındakı “soyuq” döyüşlər əvəz edəcək. Texnoloji inkişafı irəlidə olan xalqların Sİ sistemi öz təsir dairəsini genişləndirib daha üstün mövqelər qazanmağa, dünya nəzarətini ələ almağa çalışacaq.
    Bu tip sosial səciyyəli proqnozların miqdarını yenə artırmaq olar.
    Müxtəsər, görünən odur ki, get-gedə insan təbiətin “əlavəsindən” ayrılıb texnologiyanın “əlavəsinə” çevrilməkdədir.

    26.05.2025
    Yazıçı-publisist dostum Nizami Təhməzov iki gün əvvəl “Əli və Nino”da keçirilən görüş və kitab təqdimatı haqqında yazıb:
    FİRUZ MUSTAFA İLƏ GÖRÜŞ
    Uzun illərdir qədim dostlarımla görüşə bilmirdim. Düşünürdüm ki, elə mənim kimi hər kəsin öz problemi, öz dərdi- səri, öz işi- gücü var. Onlardan biri də uzun illər dostluq münasibətində olduğum, qələminə, şəxsiyyətinə, elminə, biliyinə böyük hörmət etdiyim, istedadlı dramaturq, yazıçı, filosof Firuz Mustafaddır. Axırıncı dəfə onunla bir neçə il əvvəl Bələdiyyə Teatrında özünün səhnəyə qoyulmuş "Sehrbazlar" tamaşasında görüşmüşdük.Elə həmin gün tamaşadan sonra istedadlı yazıçı, gözəl rəssam və müsiqişünas, tərcüməçi Təranə Məmməd və şair Rəfail Tağızadə ilə görüşmək, söhbət etmək şansımız və imkanımız oldu. Bu dəfə də Firuz Mustafa ilə bir yazıçı- dramaturq kimi Crescent Mallın 4-cü mərtəbəsində " Əli və Nino" kitab evində görüşümüz çox maraqlı keçdi. Firuz müəllimi yaxından tanıyanlar çox gözəl bilirlər ki, o bir yazıçı kimi, bir filosof kimi olduqca savadlı, elmli, bilikli, hazırlıqlı adamdır. Sual- cavab xarakterli keçən bu görüşümüz, mən deyərdim ki, hər bir iştirakçı üçün çox maraqlı oldu. Teatrlarımızın, dramaturgiyamızın uğurlarından, problemlərindən söhbət aşıldı. Firuz Mustafa öz yaradıcılığından, gələcək planlarından danışdı, suallara ətraflı cavab verdi. Düşünürəm ki, çox səmimi və maraqlı keçən bu görüş toplantı iştirakçıları üçün yaddaqalan oldu. Mən isə uzun illərdən sonra köhnə tanışlarım, dostlarımla görüşdüyümdən çox məmnun oldum. Xalq artisti, istedadlı aktyor Əli Nur, istedadlı jurnalist Tofiq Xəlilov və " Demokratik birlik" partiyasının sədri, Birinci Qarabağ Müharibəsi veteranı Mirfazil Həmid və.s. Burda bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm ki, Firuz Mustafa kifayət qədər tanınmış təcrübəli yazıçı, dramaturqdur. Onun bir çox pyesləri Türkiyədə, Rusiyada, Gürcüstanda, Azərbaycanın bir neçə dövlət teatrlarında tamaşaya qoyulmuş və saysız- hesabsız rəylər yazılmışdır. Amma təəssüf ki, Akademik Milli Dram Teatrı bir dəfə də olsun Firuz Mustafa dramaturgiyasına müraciət etməmişdir. Çox təəssüf!.. Sözün düzü, mən Mehriban xanım Ələkbərzadəyə çox ümidliyəm. Düüşünürəm ki, o, nə vaxtsa bu məsələyə baxacaq.

    27.05.2025
    Bələdiyyə teatrında Rəsul Rzanın “Vəfa” pyesinin tamaşasına baxdım. Rejissor Mərahim Fərzəlibəyov idi.

    28.05.2025
    Ayazı İstanbula yola saldım.
    Buraxılışımızın 50 illiyini qeyd etdik. Qrupumuzun tələbələrindən 7-8 nəfəri vəfat edib...

    28 May- Müstəqillik günümüzdür.
    Yadıma düşdü ki, vaxtilə qurucu babamız Məhəmməd Əmin bəyin Moskvadakı ünvanınının yerini dəqiqləşdirmişdim...
    Anket formasında olan izahatda Məhəmməd Əmin bəyin son dövrlər Preçistinskiy bulvar, 29, mənzil 14-də, indiki Qoqolevskiy bulvar, 29 ünvanında yaşadığı qeyd olunub.
    Qeyd dəftərçəmə yazdığım bu məlumat gözümə sataşanda artıq 1920-22-ci illər hadisələrindən bəhs edən pyesi tamamlamışdım.
    Araşdırmalar zamanı 20-ci illərdə həmin binada, 16-cı mənzildə Sovetlər İttifaqının Millətlər Nazirliyinin yerləşdiyi məlum olub. “Millətlər naziri” isə həmin dövrdə İosif Stalin olub. Stalin Rəsulzadəni öz yanında saxlayıb, eyni binada yaşayıblar. Belə bir versiya var ki, o zaman Stalinlə Nəriman Nərimanovun münasibətləri kəskin olub. O, hətta, Nərimanovun yerinə, Azərbaycan SSR-nin Nazirlər Komissarının sədri və ya birinci katibi vəzifəsinə Məhəmməd Əmin Rəsulzadənin gətirmək istəyirmiş. (Mən bu barədə vaxtilə Qaliyevin xatirələrində oxumuşam). M.Ə.Rəsulzadə lap əvvəlcədən SSRİ-nin yaxın gələcəyini aydın təsəvvür etdiyinə görə Moskvanı tərk etmək qərarına gəlib.
    Zəruri qeyd.
    Tarixdən xəbəri olmayanlar, bu konuda bir sətir oxumayanlar belə, tez-tez iddia edirlər ki, Rəsulzadəni Moskvadan Stalin “qaçırıb”. Çox səfeh, mənasız, əsassız fikirdir. Düzdür, Məmməd Əmin Kobanı bir neçə dəfə xilas edib. Stalin də onu 1922-ci ilin 17 noyabrında öz “komissar” vaqonunda Moskvaya aparıb. Bu, həmin dövrün zərurətindən irəli gəlirdi. Belə ki, Nərimanov Stalinə yazırdı ki, “fəhlələr məni ittiham edib deyir ki, biz Müsavat dövründə indiki Şura dövründə olduğundan daha yaxşı yaşayırdıq”.
    Bəli, Rəsulzadə Moskvaya getdi. Amma bu, onun xilası demək deyildi. O, tezliklə digər həmkarları və düşmənləri kimi edam olunacaqdı.
    Əgər Stalin Rəsulzadəni “xilas” etmişdisə bəs onda niyə onun bütün ailəsini Sibirə sürgün etdirmişdi? Onun anasını və arvadını niyə həlak etmişdi? Oğlunu niyə güllələtmişdi? Qızını niyə dəli etdirmişdi? Qohumlarına niyə divan tutdurmuşdu?
    Mən bir müddət əvvəl bitirib nəşr etdirdiyim “TARİXİN KÖLGƏSİ” əsərində bu sualların bir çoxuna cavab verməyə çalışmışam... Yeri gəlmişkən, bu əsər dünyanın ən uzun dramlarından biridir.

    29.05.2025
    Bibim oğlu Məqsəd Köçərli qəflətən rəhmətə gedib. İqtisadçı idi. Çox tərbiyəli, mərifətli bir adamı itirdik. Ruhu şad olsun .

    01.05.2025
    Elmi rəhbərim Məqsəd Səttarov haqqında xatirələrimi yazıb “Ədəbiyyat Qəzeti”nə və EA kitabxanasında çalışan Natəvan xanıma göndərdim.
    ...Məqsədin “üç” mərasimi oldu...
    ... Tanınmış geoloq alim, bibim oğlu Şahvələd Köçərli öz geniş mütaliəsi və eridusiyası ilə əksər yaşıdlarından fərqlənir. Arada ürəyindən keçən fikirləri qələmə alır. Bu gün, o, bu yaxınlarda çapdan çıxan “Esselər və deyimlər” kitabını bağışladı. Sağ olsun, kitabda mənimlə bağlı da bir neçə “epizod” var. Əslində bu kitaba “yaddaşın əks-sədası”da demək olar.
    Sözümün canı var.
    Kitabda Şahvələd müəllimin vurğuladığı bir məqam diqqətimi xüsusilə çəkdi: “Rəhmətlik Zəki Vəliyev kəskin iqlim dəyişikliklərindən danışarkən söylərdi ki, buna səbəb rus- Ukrayna müharibəsidir... İndi Ukraynada atılan minlərlə bomba və raket atmosferin bağrını deşir”.
    Mütəxəssisin rəyi ilə razılaşmamaq olmaz. Ki, yəni, zənnimcə, bu, doğru qənaətdir.
    Bəs bu iqtibası niyə xüsusi vurğuladım? Məsələ burasındadır ki, bir neçə il öncə təxminən mən də buna bənzər bir fikir yazmışdım: “Əgər Çernobıl qəzası Yerüzünün nizamını pozdusa, rus-Ukrayna savaşı Göyüzünün mizanını pozmaqdadır”. Mənim bir yazıçı və ya filosof fəhmi ilə qləmə aldığım bu fikir, geoloq qardaşın dedikləri ilə, əsasən, səsləşir.

    02.06.2025
    Sovet vaxtı meşəbəyi haqda bir hekayə yazmışdım. Əlyazmanı itirmişəm. Bəlkə də heç itməyib, hansısa qovluğun və ya yeşiyin içində büzüşüb-ilişib qalıb.
    Əslində o hekayənin qəhrəmanı ixtisasca meşəbəyi deyil, bir tərki-dünyadır, zahiddir, tənhalığı könüllü seçmiş bir orta yaşlı adamdır. Adamlardan çoxlu xəyanət, pislik və yalanlar görüb, nəhayət, dünyadan bezərək meşəyə çəkilib, zorən müşəbəyi olub.
    Hekayədə belədir ki, bir dəfə həbsdən təzə çıxmış dostlarından biri onun yanına gedir. Alaçıqda oturub söhbət edirlər. Bayırda yağış yağır. Meşə quşları civildəşir. Uzaqda çaqqallar ulaşır. Dərədən keçən çayın şırıltısı onların söhbətinə ton verir. Söhbət əsnasında meşəbəyi soruşur ki, dostum, o azad dünyada camaat nə edir, adamlar necə dolanır? Meşəbəyinin qonağı deyir ki, mənim “yatdığım” həbsxanada az-çox qayda-qanun var idi. İndi “bayırdayam”, baxıb görürəm ki, cəmiyyətdə meşə qanunları hökm sürür. Dostunun bu sözü tərki-dünyalığı könüllü seçmiş meşəbəyinin bərk xatirinə dəyir və o, təxminən belə deyir: “Ağzına gələni danışma. Meşədə əməlli-başlı qanun-qayda hökm sürür. Mən özüm bunu gözümlə görürəm. Burada canavarın öz yeri var, çaqqalın öz yeri. Meşədə dovşan da öz yerini bilir, porsuq da... Qanunu pozan cəzalandırılır. Özünü düz-əməlli aparan heyvanın işi əla gedir. Yırtıcılar da yaxşı bilir ki, nə ilə və kim ilə necə davranmaq lazımdır... Amma orada, adamlar arasında bir düz -əməlli qayda qanun görmədim, ona görə baş götürüb buraya- bu meşəyə, ikiayaqlılardan uzaq bir guşəyə çəkildim. Sən də başlamısan ki, nə bilim “meşə qanunları” belə getdi, cəmiyyət qanunları elə getdi...”
    Təəssüf ki, hekayəni tapa bilmirəm. Deyəsən adı “Cəncəl adam” idi...

    03.06.2025
    Aqşinin işləmək üçün əmri verildi. Əqli mülkiyyət agentliyində -kitabxanada çalışacaq.

    04.06.2025
    ...Qarşıdan Qurban bayramı gəlir. Görünür, buna görə, pensiyanı bu gün, yəni həmişəkindən tez verdilər.
    ... Rusiyada bir azərbaycanlının maşınında üzərrik olub. Tutub həbs ediblər. Soydaşımızı on il azadlıqdan məhrum etmə cəzası gözləyir.
    Səbəb sadə və...mürəkkəb imiş.
    Sən demə, üzərrik otunun tərkibində narkotik maddə olurmuş.
    ...Tramp, yadınızdadırsa, Zelenskiyə “sizin əlinizdə kart yoxdur”- demişdi. Zelenski “kartı” göstərdi: Rusiya aeroportlarına vurulan güclü zərbələrlə...
    ...Sual meydana çıxır: Rusiya-Ukrayna arasında başlamış qanlı savaş nə qədər davam edəcək? Suala qısaca cavab verməyə çalışaram.
    Nə qədər ki, Putin hakimiyyətdədir, savaş səngiməyəcək. Müharibəni bitirmək və ya atəşkəs əldə etmək -Putin və onun rejiminin sonu deməkdir. Təxminən üç ildən sonra Putin hakimiyyətdən gedəcək, yalnız bundan sonra savaş bitəcək. Və bu savaşın bitməsindən “narazı” qalacaq Putin, şübhəsiz ki, belə bir iddia irəli sürəcək: “Mənim dişlə-dırnaqla tutduğum əraziləri siz “uf” demədən geri qaytardınız”. Beləliklə, rus “çarı” bütün məsuliyyəti özündən sonra gələnlərin üstünə atmağa çalışacaq.
    Sonrası rusların özündən asılıdır.

    05.06.2025
    Arada dilimizdə fəlsəfəyə dair yazılar, məqalələr, monoqrafiya və kitablar rastıma çıxır. Sevindiricidir. Axı bizdə fəlsəfəyə aid materiallar bineyi-qədimdən az olub.
    Amma kədərləndirici cəhətlər də az deyil. Belə ki, bu yazıların əksəriyyətində nəinki fəlsəfə ilə həvəskar kimi maraqlanan adamların, hətta, bu və ya digər dərəcədə fəlsəfə ilə ardıcıl məşğul olan kəslərin belə, çox böyük elmi xətalarına, səhvlərinə, təhriflərinə rast gəlirik.
    Təbii ki, insanları bu müdtikliyi və həqiqəti sevməyə çağıran və bunu elə öz adının mənasında eftiva edən fəlsəfə elminə maraq göstərənlərin mütləq əksəriyyəti yazı qələmə alanda rus mənbələrindən “qidalanır”. Amma baxıb görürsən ki, onlar çox vaxt adi istilah, termin və anlayışları qarışdırırlar.
    Məsələn, tutaq ki, biri idrak problemindən nəsə yazır, idrakla şüuru və ya ağlı qarışdırır.
    Əzizlərim, rusca soznaniye-şüur, poznaniye-idrak, razum-zəka, um-ağıl, umozaklyuçeniye-əqli nəticə və s. deməkdir.
    ...Sözün qısası, indi paralel olaraq iki kitab üzərində, necə deyərlər, tamamlama işləri aparıram: “Fəlsəfə işığında” və “Filosoflar”.
    Bilirəm ki, kitab nəşr etmək elə də asan məsələ deyil. Bu da öz yerində. Ən əsas məsələ isə, kitaba oxucu tapmaqdır.
    Elə-belə dedim.

    07.06.2025
    Vaxtilə Peduniversitetdə işləmiş prof. Tərlan Novruzovun yas mərasimində oldum. Tərlanın yoldaşı mənimyoldaşımın bibisi qızıdır. Orada filosof İzzət Rüstəmov və filoloqQurban Bayramovla xeyli söhbət etdik.

    08.06.2025
    Ali məktəbi bitirməyimizin 50-illiyi münasibəti ilə keçmiş tələbəlik yoldaşlarımızla (Arif, İsmayıl, Rafiq, Saməddin) görüıüb nahar etdik, xatirələrə daldıq, çai yçdik.

    09.06.2025
    Makovelski ilə bağlı “Ədəbiyyat Qəzeti”ndə çıxan yazım bir qədər “mübahisə” doğurub. Altay Göyüşov yazıya görə razılığını bildirib. Tarixçi Cəmil Həsənli də yazı haqda xoş sözlər deyib, amma Orada Heydər Hüseynovun ölümü ilə bağlı epizodda bəzi mübahisəli məqamların olduğunu qeyd edib.
    Altay Göyüşov: “Firuz müəllim Makovelski haqqında bir yazı yazıb. Orada Heydər Hüseynovun dəfni məsələsinə də toxunub. Bilirsiniz, Heydər Hüseynovun Bağırov üstünə düşdü, hər şeydən məhrum etdi, intihar həddinə çatdırdı.
    Mən bu hadisəni bilirdim, yəni atam danışmışdı. Bağırov dövrü idi, Heydər Hüseynov isə xalq düşməni elan edilmiş adam idi. Yəni təsəvvür edirsiniz mühiti. Firiz müəllim yazır ki, buna baxmayaraq, Heydər Hüseynovun dəfnində iştirak etmiş (dədəmin dediyinə görə tabutunu çiyinlərinə götürmüş) Firudin Köçərli Universitetin həmkarlar təşkilatı sədrliyindən, Ziyəddin Göyüşov komsomol komitəsi katibliyindən, İrşad Əliyev aspiranturadan qovulmuşdu”.

    Cemil Hasanli: Yox elə deyil. 1950-ci ildə Heydər Hüseynovun dəfnində ümumiyyətlə kişi iştirak etməyib. Heç kəs Bağırovun qorxusundan dəfnə getmədi. Heydər Hüseynovu bir neçə qadın dəfn etdi. Yalnız 1956-cı ildə ona bəraət verildikdən sonra onun cəsədini Fəxri xiyabanda yenidən dəfn etdilər. Bu dəfn mərasimində Əlövsət Quliyev, İrşad Əliyev və Mütəllib Babayev və Firuz müəllimin məqaləsində adı çəkilən adamlar iştirak etdilər.

    Фируз Мустафа: Heydər Hüseynovun nəvəsi Heydər (Aslanov) da bizimlə çalişıb. Sağdır. O da münasibət bildirə bilər

    Фируз Мустафа: Heydər Hüseynovun nəvəsi Heydər (Aslanov) da bizimlə çalişıb. Sağdır. O da münasibət bildirə bilər

    Фируз Мустафа: Hə, orasını da deyim ki, mən BMZ zavodunda H.Hüseynovun qardası (ondan iki yaş böyük olan) Yaqub kişi ilə də eyni sexdə işləmişəm. Necə deyərlər, məzarın qazılmasında, dəfndə o da iştirak edib.
    Cemil Hasanli : Firuz müəllim Makovelski haqqında yazı çox maraqlı idi. Heydər Hüseynova qarşı kampaniyada Bağırov onu da hədəfə almışdı. O, Heydər Hüseynova qarşı "Bolşevik" jurnalında çıxan məqaləsində yazırdı ki, "Heydər Hüseynovun zərərli kitabının populyarlaşmasında əsas məsuliyyət kitabın redaktoru, Azərbaycan Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Makovelskinin üzərinə düşür. Makovelski öz elmi və xidməti vəzifəsindən sui-istifadə edərək bizim ictimaiyyəti yanlış istiqamətə yönəltmişdir. Onun Heydər Hüseynovun kitabına verdiyi rəy partiya ruhu, bolşevik məqsədyönlülüyü, tarixi baxımdan kommunizm quruculuğu vəzifələri ilə ziddiyyət təşkil edir." (“Большевик», 1950, № 13, с. 37.) Yeri gəlmişkən Bağırovun həbsindən sonra Heydər Hüseynova bəraət verilməsi ilə bağlı Mərkəzi Komitəyə 1954-cü ildə müraciət edənlərdən biri Aleksandr Makovelski idi (Musa Əliyev, Əlövsət Quliyev, Əddin Şakirzadə ilə birgə). Heydər Hüseynov dəfni haqqında Yemelyanovun Bağırova məlumatı var. Məlumatda səhv etmirəmsə 8 nəfər qadının iştirak etdiyi bildirilirdi. 1956-cı ildə onu yenidən Fəxri Xiyabanda dəfn edəndə əsas təşkilatçılardan biri İrşad müəllim idi.
    Burada Heydər Hüseynovla bağlı bütün təfərrüatlar verilib.
    Фируз Мустафа:Təşəkkür edirəm.
    Altay Göyüşov: Firuz müəllim, siz sağ olun maraqlı yazıya görə. Mən də dediyim kimi, o dövrdə yaşamış bir neçə adamdan eşitmişəm. Hər halda istənilən tədqiqat üçün şahidlərin dedikləri istinad kimi vacib mənbələrdəndir. Sözsüz ki, tənqidi yanaşma şərti ilə. Xətaları az olmur. Cəmil müəllim də sənədə istinad edir. Amma həmçinin NKVD-KQB sənədləri də ən müxtəlif səbəblərdən xətalı ola bilır. Özüm bir neçə belə arayış, məruzə kimi sənədlərdə (o cümlədən elə Yemelyanovun imzası olan arayışlarda) səhvlər və xətalar görmüşəm. Yəni bu sənədlər də cidfi tənqidi yanaşma tələb edir. Təbii ki, hansı versiyanın dəqiq olduğunu iddia edə bilmərəm. Sadəcə metdodologiyanı xatırladıram ki, nə bir nəfərin şahid ifadəsi, nə də etibarlılığı həmişə ciddi tənqidi münasibət tələb edən xüsusi xidmət, hüquq-mühafizə orqanı sənədləri birmənalı həqiqət kimi qəbul edilə bilməz.
    Cemil Hasanli Alyat bəy, NKVD-KQB sənədlərində xətalarla bağlı fikrinizlə razıyım. Həmin vaxt Azərbaycan KP MK-nın ideolji katibi işləmiş Həsən Həsənov öz xatirlərində yazır ki, Yemelyanov Heydər Hüseynlova bağlı (və digər məsələlərlə də həmçini) Bağırova onun xoşuna gələn məlumatlar verməkdə həvəsli idi və bir sıra nümunələr də gətirir.

    10.062025
    ...Arada boş vaxtım olanda “Axundov kitabxanası”na gedirəm. Bu gün də kitabxanada oldum. Rusiyada çıxan jurnal-qəzetləri gözdən keçirdim. “Literaturnaya Qazeta” da Anarın bir hekayəsi (“Qatardan qalan adam”) Nicat Məmmədovun tərcüməsində dərc edilib.
    ...Bu gün Rəşid Behbudovun “Xatirə otağı”nın açılışında və tədbirdə iştirak etdim. Tədbir dahi sənətkarın adını daşıyan Mahnı Teatrında keçirildi.
    Köhnə dost və tanışlarla görüşdük.
    Tofiq Əfəndiyev (Zivərbəy Əhmədbəyovun nəvəsi), Vahab Manafov, Ömər Eldarov, Naatiq Əliyev ilə söhbət etdik. Onu da xatırladıq ki, Natiq Əliyev vaxtilə Az.Tv-də mənim apardığım verilişlərdə iştirak edib. Elə o vaxtlar verilişlərə gələndə redaksiyada çalışan Dürdanə Vəkilova ilə ailə qurub.İndi o, məşhurheykəltaraşdır, Rəssamlıq Akademiyasının rektorudur, Xalq rəsamdıdır.
    ...Məqsəd Səttarov haqqında yazdığım məqalənin nəşri gecikdirildiyinə görə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Həsrətə zəng vurdum. Azəri özündən əvvəl yazıları ilə tanıyıram. Atası ədəbiyyatşünas İmamverdi Əbilovu da tanıyırdım. Bir zamanlar Gəray Fəzli ilə birgə çalışdığım özəl bir qəzetdə Azər haqqında yazmışam da. Bu yazını yazmağı Gəray müəllim tövsiyəetmişdi. Yadımdadır o, mənə dedi: “İmamverdi ilə yaxınam. Xahiş edib ki, qəzetimizdə onun oğlu Azərin yazısını verib haqqında da bir-iki kəlmə yazam. Düzü, mən bu oğlanın yazı-pozusu ilə yaxından tanış deyiləm. Yəqin ki, sən bələd olarsan...Çox oxuyansan”. Mən Azər Əbilovun yazılarını oxumuşdum, mətbuatda sıx-sıx çıxış edirdi. İncəsənət Universitetini bitirmişdi... Müxtəsər bir yazı qələmə alıb Gəray bəyə təqdim etdim. Növbəti sayda Azər Əbilovun yazısı elə bu təqdimat yazı ilə dərc olundu. Amma yazdığım qeydlərin altında imzam yox idi. Gəray Fəzlidən bunun səbəbini soruşanda yatızarafat-yarıciddi dedi: “İmamverdi xahiş etmişdi ki, mən yazım... –Sonra gülüb dedi: -Amma üslubdan biləcək ki, yazı mənim deyil”. Mərhum Gəray Fəzlidə belə şeylər az olmurdu. Məsələn, bir çox hallarda qəzet üçün yazdığım “baş məqalə”lər inzasız gedirdi. Yeri gəlmişkən, onu da deyim ki, bir dəfə məndən çap olunmuş məqalələrimi istəmişdi, ona iri bir qovluqda həmin yazıları verdim və... yazı itirildi”. Əlbəttə, bu, təsadüfi olmuşdu. Gəray müəllim təbiət etibarı ilə mərd, xeyirxah bir adam idi. Yaxşı qələmi vardı. Ələlxüsus,orijinal publisistikası vardı. Dayım Nahid Hacızadə ilə birlikdə işləmişdi, Tv-də onun müavini olmuşdu, həttta “Yeddi ulduzlu səma” adlı romanının qəhrəmanının adı, səhv etmirəmsə, Nahid idi...
    Azər Turanla söhbətdə “məqalə” əhvalatını da xatırladıq. Məqalənin tezliklə-növbəti sayda dərc olunacağını dedi. Görək vədinə əməl edirmi?

    11.06.2025
    Rusiya-Ukrayna müharibəsi şiddətlənməkdədir.
    Rus siyasətçiləri Azərbaycanı hədələyir. Putinin köməkçisi Vladimir Medinski Qarabağ “problemini” Krım problemi ilə müqayisə edib, ağlına gələni danışıb. Bizim XİN əməkdaşı ona kəskin münasibət bildirib.

    13.06.2025
    “Ədəbiyyat qəzeti”ndə “Məqsəd Səttarov. Filosof ömrünün kvintessensiyası” məqaləm dərc olunub. Azər Turan vədinə əməl etdi. AMEA-nın kitabxanasından zəng etmişdilər. Orada M.Səttarov haqqında kitab hazırlayırlar. Yəqin ki, məqaləni ora daxil edəcəklər.

    14.06.2025
    Həcərlə kəndə yola düşdük. Abtobusda köhnə tanışım tanınmış həkim-loğman Rəşid Mahmudovla yol yoldaşı olduq. Yol boyu söhbət etdik. Toya gəlirdi. Ona xatırlatdım ki, 1962-ci ildə biz “Villis” maşınında qəzaya düşmüşdük, mən ağır travma almışdım və Rəşid həkimin sayəsində ilk tibbi yardım aldım. O vaxt Rəşid Mahmudov Şınıx xəstəxanasının baş həkimi idi.
    ...Kəndə qədər yaxşı, problemsiz gəldik. Kəndin içindən evimizə qədər olan yol bərbaddır, oradan maşn tutub evə gəldik.
    Həyət-bacanı ot basıb. Kərəntini götürüb bir xeyli ot biçdim...
    Güntəkin Amerikadan zəng vurmuşdu. Danışdıq.
    Gecə dolu və yağış yağdı.

    15.06.2025
    Bazar günü.
    Şınıx. İsalı.
    Gecə əvvəlcə evin pəncərələrində parlaq, gözqamaşdırıcı, titrək şəfəqlər oynaşdı. Sonra ildırımın səsi sanki dağı-təpəni yerindən oynatmağa başladı. Göy üzündə şimşəklər alovlu xətlərlə qaranlıq səmanın parlaq “kardioqramını” cızdı. İşıqlar söndü. İri dolu parçaları damın dəmir örtüyünü elə taqqıldadır, elə döyəcləyirdi ki, sanki Qobustanındakı məşhur qayalarında daşla təbil çalırdılar. Arada şaqqıltı səsləri eşidilirdi, yalnız səhər açılanda bildim ki, ağacların budaqları “budanıb”. Və bu çaqqıltı elə o sınan budaqların səsi imiş.
    Yerdə dolu dənələri qalaqlanmışdı.
    Bir azdan buludların arasından Günəşin işartısı görünməyə başladı.
    Köyümüz bizi belə qarşıladı. Su-aydınlıq deməkdir.
    ...Bütün günü ot biçdim.

    16.06.2025
    Kəndin də öz “türfə əlamətləri” var. Daha çox yazıram və düşünürəm. Arada öz-özümlə “mübahisə” edir, “iclas” keçirir, hətta arada özüm-özümü “ifşa” edirəm. Olmuşları, olanları, olacaqları düşünür, yada salır, təklil edirəm...
    Ümumiyyətlə, insanın öz-özü ilə tənha qalması onu bir çox sualların “uçurumu” qarçısında, az qala təhlükə ilə üzbəüz qoyur.
    Məsələn, düşündüyüm nəsnələrdən biri, xasiyyətimdə olan “müsbət” və “mənfi” cəhətlərin “anatomiyası” ilə bağlıdır. Ümumiyyətlə, insan xarakterinin formalaşmasına təsir edən amillər, “genezis” məni ilgiləndirir. Zənnimcə, “amillər” çoxdur...
    Mənim də özəl, zəif və güclü cəhətlərim var.
    Başqalarından, hər halda əksəriyyət adamlardan fərqlənən “qəribə” cəhətlərim də yox deyildir. Məsələn, zəhləm gedən adamlardan uzaq gəzirəm... Bəlkə də yeganə adamam ki, heç kəsdən borc almamışam. Hətta, gəncliyimdə, tələbə və ya müəllim işləyən dövrdə pulsuzluq ucbatından günlərlə ac qaldığımı da xatırlayıram. Təbii ki, borc verdiyim vaxtlar olub... Rüşvət almamışam. Çalışmışam ki, rüşvət verməyim. Nədənsə belə hesab etmişəm ki, hər iki “hadisə” adamı alçaldır. Əlbəttə, indiki dövrdə bu cür “kodeks” və “manifestlərlə” yaşamaq çətin olsa da... yaşamağa cəhd etmişəm... Sutka 24 saatdan ibarətdir. Mən bu sutkanın uzaqbaşı dörd saatını yatır, qalanını oxuyur və yazıram... Elə vaxt olub ki, eyni vaxtda 4-5 yerdə çalışmışam. Məsələn, Radio və Tv-də verilişlər aparmış, Universitetlərdə dərs demiş, Redaksiyalarda çalışmış, qəzetlərdə Baş redaktor olmuşam. Təbii ki, bütün bunlarla yanaşı bədii və elmi yaradıcılıqla, habelə kitablarımın nəşri ilə məşğul olmuşam... Yazdıqlarımı üst-üstə toplayıb nəşr etdirə bilsəm yəqin ki, yüz cilddən artıq eləyər... Bilənlər bilir, uzun illərdir gündəliklər yazıram...
    Deyəsən, əsasən “müsbət” cəhətlərimi ön plana çəkdim. Əslində mənfi xüsusiyyətlərim “müsbət” cəhətlərimdən daha çoxdur. Məsələn, adamlarla gec ünsiyyət qururam... Tanımadığım adamlarla söhbətdən qaçıram. Xüsusən, qadınlarla çox vaxt istənilən qaydada və səviyyədə tanışlıq əlaqəsi qura bilmirəm... Hərdən özümü tərifləməyim də elə çatışmayan cəhətlərdən biri hesab oluna bilər, hərçənd ki, belə hallar az olur... Dost- tanışlarımın böyük əksəriyyəti məndən yaşlı olub və indi onların çoxu o dünyadadır... Gənclərə qarşı sərtəm, hərdən mənə elə gəlir ki, onların az qala hamısı özündənrazı, ədəbaz və mütaliəsizdir... Özümü demokratik düşüncəli adam hesab etsəm də, ailədə mühafizəkaram... Boşanma hallarının böyük əksəriyyətində daha çox kişiləri ittiham etmişəm, bu barədə sosial və sosioloji yönümlü yazılarım da var. Pyeslərimin əksəriyyətinin əsas qəhrəmanı zəif və zərif cinsin nümayəndələridir... Adamları tanımaqda yanıldığım hallar çox olub və bu “çatışmazlı” yenə davam etməkdədir... Nədənsə həmişə zəifin, döyülənin və söyülənin tərəfində olmuşam və bu “tərəfkeşlik” daim mənim ziyanıma işləyib... Hə, bir də yerliçilik hissindən uzaq olmağım, yumşaq desəm, bizim kimi “dar” mühitin və “paradoksal” cəmiyyətin natamamlıq kompleksi ilə yaşayan bir çox nümayəndələlərinin tənqid hədəfinə tuş gəlib.
    Toplam və ya müqayisəli şəkildə yanaşsam, deyə bilərəm ki, özümə qarşı irəli sürdüyüm ittihamlar özümə olan rəğbətdən daha çoxdur...
    ... Hə, arabir yağış damlalarının dəmir dam örtüyündə tappıltısı eşidilir.

    17.06.2025
    ... Fəxri Müslüm vəfat edib. Arada birlikdə çay imdiyimiz şair və iqtisadçı idi. Son vaxtlar, təqaüdə çıxandan sonra şairliyə daha çox könül vermişdi. Ruhu şad olsun.
    ...Hava gah açılır, gah tutulur. Ot biçirəm...
    ...Qapımızdakı işıq dirəyi çürüyüb yıxılmaq üzrədir. Bəlkə də yaşı altmışdan çox olan bu dirəyi bu gün işıqçılar dibindən çıxarıb mişarla iki yerə kəsdilər. Çürük hissəni atıb, qalan hissəni sağlam bir ağac parçasına sarıyaraq təzədən basdırdılar. Beləliklə, “alabula” bir dirək alındı...
    ...Vay-fay yaxşı işləyir...
    ...Ölkələr arasındakı qanlı savaşlar get-gedə daha da qızışır: İsrail-İran, Rusiya-Ukrayna müharibəsi səngimək bilmir.
    ...Ayaz ilə danışdım. İzmir şəhərində hoteldə çalışır.

    18.06.2025
    İsrail- İran müharibəsini izləyirəm. İsrail təyyarələri İranın hərbi obyektlərini bombalayır.
    FB səhifəmdə qısa şərhlər yazıram.
    “Yaxşı, bildik- İslam da gözəldir, onun peyğəmbəri də, cənnəti də...
    Ay molla qardaş, amma unutma ki, bütün dünyada din dövlətdən ayrıdır.
    Pezeşkian fağır haray qoparır ki, dünyada təklənmişik. Düz deyir. Fəqət bu təklənmənin səbəbkarı dünyaya meydan oxuyan o əmmaməlilərdir...”
    “Çox güman ki, İran rejiminin yerinde Müvəqqəti hökumət yaradılacaq...”
    “Dünya nə gündədir..?
    Hələ dünyanı idarə ədən iri dövlətlərin rəhbərlərini demirəm...”
    “Müharibə o zaman uzun müddət davam edir ki, tərəflərin hər ikisi bir- birinə güc və müqavimət göstərir. Məsələn, Rusiya- Ukrayna savaşında olduğu kimi.
    İsrail- İran muharibəsinin ömrü isə uzaqbaşı bir ay çəkəcək. Çünki savaşda bir tərəfin hücumu daha qabarıqdır...”
    “Uranın zənginləşdirildiyi laboratoriyalar İrandakı dağların altındakı "zonalarda" yerləşir. Həmin "zonaların" qalması təhlükəlidir. Onların vurulması isə böyük faciələrə səbəb ola bilər.
    Çernobıl qəzası bunu yanında toya getməli olar...”

    “İsrail İranda rejimi dəyişmək istəyir.
    Rejim başçılarının məhv edilməsi, aradan götürülməsi ilə rejimi dəyişmək mümkün deyildir. Bu, olsa-olsa mövcud hakimiyyətin dəyişməsidir. Rejimin dəyişməsi daha çox təfəkkürlə bağlı məsələdir”.

    19.06.2025
    Son günlər gördüyüm epizodik yuxuları bir “blokda” toplamaq qərarına gəldim.
    Məsələn, təxminən bir ay əvvəl gördüyüm bir yuxuda Xalq yazıçısı Sülüyman Rəhimov sanatoriyada imza günü keçirirdi... Gördüm ki, ağsaqqal yazıçı çox gümrah halda üst-üstə qalaqlanmış kitabların arxasında dayanaraq kitablarına imza atır. Sanatoriyada dincələn adamlar həvəslə ard-arda düzülüb yazıçının kitablarını pulla alır və həmin pulları yaxınlıqdakı kardon qutuya atırlar. Deyəsən yazıçının bundan xəbəri yoxdur. Amma hiss olunur ki, oxucu bolluğu onu sevindirir. Oxuculardan biri ondan hansısa əsərini istəyir. Mən belə bir əsərin olduğunu bilmirəm. Deyəsən, çox məhsuldar işləyən sənətkar özü də belə bir kitabının olduğunu xatırlaya bilmir. Bir qədər tərəddüd edib deyir ki, Mədinə Gülgünə deyərəm, gətirər o kitabı. Mən təəccüblənirəm: Mədinə Gülgünün nə dəxli var? Axı yazıçının vaxtilə həmkarı Ələviyyə Babayeva olub və daim onu tərifləyir. Anındaca Süleyman müəllim öz “səhvini” düzəldir: “Hə, mən Ələviyyə xanışı nəzərdə tuturam...”
    İmza günü davam edir.

    ...Təxminən onbeş gün əvvəl gördüyüm bir yuxuda hansısa tanışımla söhbət zamanı eşidirəm ki, Xalq yazıçısı Mirzə İbrahimov əsərlərini redaktə etdirməyə adam axtarır. Tanışım mənim adımı Mirzə müəllimə dediyini və onun razılıq verdiyini deyir. Mənim lap cavan vaxtımdır. Həmin tanışla yazıçının evinə gedirəm. Yazıçının evi birinci mərtəbədədir. Bu ev mənzildən çox, kontora, ofisə bənzəyir. İçəri keçirik. Yazıçının yanında yaxşı tanıdığım bir rejissor da var, həmin rejissor stolun üstünə uzatdığı uzun ayaqlarını bir-birinin üstünə aşırıb siqaret tüstülədir. Mən bu ədəbaz rejissoru elə uzaqdan görüb geri qayıdıram. Yaxşı ki, Mirzə müəllim mənim nə gəlişimdən xəbərdar olur, nə də gedişimdən...

    ...Dünən də qəribə bir yuxu gördüm. Görürəm ki, böyük bir gölün sahili ilə gedirəm. Çiynimə aşırdığım iki silahmı-lopatkamı və yaxud lapatkaya (belə) oxşayan tüfəngmi, hər nədirsə qəribə yük, mənə ağırlıq edir. Silah-lopatkanı (beli) yerə qoyub dincəlmək istəyirəm. Bu zaman hər iki bel-silah əlimdən sürüşüb gölə düşür. Çaşıb qalıram. Gölün sahili ilə yüyürüb oradakı adamlardan kömək diləmək istəyirəm. Görürəm ki, bir aktyor dostum öz nəvəsi ilə stolun arxasında əyləşib. Yəqin ki, xörək sifariş veriblər. Mən baş verənləri dostuma deyirəm. O, tez çırmanıb özünü suya verir. Mən deyirəm ki, əgər çıxara bilsən o lopatkalardan biri sənin olacaq...
    Bu zaman telefon zəng çalır. Qonşu kərəntinin yerini soruşur...
    Yuxudan ayılıram.

    20.06.2025
    Həcər müəllimə Bakıya yola düşdü.
    Mən indi kənddə təkəm. Ot biçirəm, çəmənlikdə gəzirəm, bulağın qum basmış gözünü təmizləyirəm, həyət-bacanı səliqəyə salıram. Arada kəndin “mərkəzindəki” çayxanaya düşürəm. Kənddə adam azdır. Şəhərdən gələnlər də var. Demək olar ki, adamların hamısı işsizlikdən gileylənir. İş yoxdursa, deməli pul da yoxdur. Aydın məsələdir, pul yoxsa çörək də yoxdur. Elə məhz o “çörəyə” görə adamlar öz yurd-yuvalarını rərk edib iri şəhərlərə üz tuturlar. Adamların bir çoxu məndən məsləhət umur, kömək istəyir. Təbii ki, onlar məndən pul-para istəmirlər. Çünki qürurlu adamlardır. Mən də əlimdən gələni əsirgəməməyə çalışıram. Bildiklərimdən danışır,yol göstərməyə çalışıram.
    Hesab edirəm ki, kəndlərin özündə belə, lap elə bizim kənddə də iş yerləri- istehsal müəssisələri açmaq mümkündür. Bunun üçün sadəcə diqqət və qeyrət lazımdır...
    Yazı-pozu işləri də öz qaydası ilə gedir.
    Hal-hazırda “Filosoflar” silsiləsindən portret-oçerklər üzərində işləyirəm. Bunların böyük əksəriyyəti maarifləndirici yazılardır. Bu gün ingilis filosofu və yazıçısı, Nobel mükafatı laureatı Bertran Rassel haqqında bir müddət əvvəl qələmə aldığım məqaləni redaktə edərkən, onun bir neçə fikri- qanadlı ifadəsi diqqətimi cəlb etdi:
    “Xoşbəxt bir həyat əhəmiyyətli dərəcədə sakit bir həyat olmalıdır, çünki həqiqi sevinc yalnız sakitlik atmosferində mövcud ola bilər”. Düzdür, burada mübahisə ediləsi məqamlar da var. Şəxsən mən belə hesab edirəm ki, mütləq mənada xoşbəxtlik (və ya bədbəxtlik) yoxdur, bu, “epizodik” ovqatdır, gəlir və gedir.
    Rasselin digər fikirləri də özlüyündə maraqlıdır. Məsələn, o bilik haqqında yazırdı: “İnsanlar cahil doğulur, amma axmaq doğulmur. Onları axmaq edən təhsildir (…) Bir alimi digərlərindən fərqləndirən onun nəyə inandığı deyil, necə və nə üçün inandığıdır”.
    Məşhur filosof və yazıçının müşahidələri də maraqlıdır:
    “...Dilənçilər milyonçulara paxıllıq etmir – onlar daha çox sədəqə alan digər dilənçi həmkarlarına paxıllıq edirlər”.
    “...Əgər bir insan həqiqəti danışdığını xüsusi vurğulayırsa, əmin olun ki, o, yalan danışır”.

    ...Az qala bütün günü telefon şəbəkəsi qapalı oldu. Nəinki internet resursları, hətta adi telefonlar belə işləmədi. Heç yerə zəng etmək mümkün deyil. Kəndin işıq dirəkləri köhnəlib, çürüyür. Elektrik xətləri qırıq-qırıqdır. Yağışlı-küləkli havalarda xətlər tez-tez sıradan çıxır...

    21.06.2025
    Tanrı, yoxsa Tanrı övladı?
    Bu gün köhnə “cib dəftərçəsi”ndəki qeydlər əlimə düşdü. Oradakı bəzi fraqmentləri “Gündəliyimə” əlavə edirəm.

    ...İsa peyğəmbər islamda İsa Məshidir və müsəlmanlar onu İsa əl-Məsih də adlandırırlar. Xristianlıqda İsa həm Tanrı (Boq), həm də Tanrının oğlu hesab olunur. İsanın dövründə yaşayan insanlar onun özünü Tanrı adlandırdığını bilirdilər...
    ...Qurana görə, İsa çarmıxa çəkilməyib, əksinə o, Allah tərəfindən xilas edilib və göyə çəkilib. Bu versiya daha tutarlı səslənmirmi? Axı Tanrını və ya Tanrının oğlunu necə çarmıxa çəkmək olar?..
    ... Allah və Boq arasındakı fərq nədir? “Allah” sözü İslamın bütün müqəddəs kitablarında həmişə tək formada işlədilir, bu da Allahın birliyini və bənzərsizliyini təsdiqləyir. Ərəb dilinə tərcümə edilmiş İncil də Boq sözünü “Allah” kimi tərcümə edir...
    ...Məhəmməd peyğəmbər İsanın təlimi ilə öz təlimi arasında fərqləri aradan qaldırmağa çalışır, İsanı “Allahın ruhu və sözü” adlandırırdı. Peyğəmbər buyurmuşdur: “Bu dünyada və axirətdə mən Məryəmin oğlu İsaya ən yaxın insanam”...
    ...İsa peyğəmbər haqqında Quranın müxtəlif yerlərində 11 dəfə Məsih və ya Əl-Məsih kimi qeydlər var...
    ...Din üləmalarının çoxu belə hesab edir ki, Allah Boqdan daha qüdrətlidir. Çünki İslamda Allah vahid Tanrıdır, İsa isə Tanrının oğlu və “Üçlü” Tanrının bir hissəsidir...
    ...“Şeytan” sözü İncilin “Satana” anlayışına sinonimdir. İslam rəvayətlərinə görə, şeytanlar mömin insanları və peyğəmbərləri, məsələn, peyğəmbər Yusufun günah və səhvlərə meyilləndirməyə çalışmışlar. Bəzi şeytanlar bir vaxtlar peyğəmbər Süleymana tabe idilər, lakin sonra öz yollarına qayıtdılar...
    …İsa Allaha hansı dildə dua edirdi?
    Bu dil semit dillər qrupuna aid olan dillərdən biridir: ərəb, ivrit və arami dilləri. Arami dilində Tanrı “Əlah” adlanır. İsa Məsih öz dilində Allahı “Əlah” adlandırırdı. İvrit dilində Tanrı “Elohim”, ərəb dilində isə “Allah” kimi tanınır…
    …Müsəlmanlar belə hesab edirlər ki, İsa Məsih (əs) günahsız idi və anası Məryəm (əs) idi – onun atası olmamışdır (Quran 3:59). O, Allahın peyğəmbəri idi, lakin Allahın oğlu deyildi. Allah onu Müqəddəs Ruhla gücləndirmişdir…
    ...Quranın iki ayəsində Allahın ruhunu Məryəmə üfürdüyü qeyd olunur: “Məsih, yəni Məryəm oğlu İsa, Allahın peyğəmbərindən, Məryəmə ünvanlanmış kəlamından, Ondan gələn ruhdan başqa bir şey deyil” (Quran 4:171)...
    ...Adəm və Həvva hansı dildə danışırdı? Müqəddəs dil – “ləşon ha-koydeş” – Adəm və Yaradanın danışdığı dildir və insanlar bu dildə Babil qülləsi hadisəsinə qədər danışmışlar. Tövrata əsasən, ilk insanların qədim ivrit dilində danışdığı yazıda təsdiqlənir...
    ...Musa İslamın ən böyük peyğəmbərlərindən və elçilərindən biri, Allahın söhbət etdiyi şəxsdir. Peyğəmbər Yaqubun (İakov) nəslindən gələn və Harun (Harun) peyğəmbərin qardaşıdır...
    ...Məhəmməd Peyğəmbər xristianlara ümumilikdə müsbət yanaşıb və onları Avraamın vəhyinin davamçıları (Kitab Əhli) hesab edib. Lakin o, eyni zamanda, onların bəzi inanclarını tənqid etmişdir. O, müxtəlif məktublar göndərərək xristian dünyasının liderlərini “Allaha itaət etməyə, İslama dəvət etməyə” çağırmışdır...
    ...İsa Məsih öz dilində Allahı "Elah" adlandırırdı. İvritdə Allah "Elohim", ərəb dilində "Allah", aramey dilində isə "Elah" adlanır. Bu sözlərdə "Al" hissəsi ingilis dilindəki "the" artiklinə bərabərdir, "Lah" isə Allah deməkdir...

    ...Müsəlmanlara daha yaxın kimdir: yəhudilər, yoxsa xristianlar? İslamın inkişafı zamanı o, əsasən, iudaizmə daha yaxın din oldu, çünki hər iki din monoteistdir və Yaxın Şərqin semit mədəniyyətindən qaynaqlanır...
    ...İsa Göydəki Atanın yeganə Oğlu idi. Onun anası Məryəm idi, o, Yusiflə nişanlı idi. İsanın doğulması zamanı qeyri-adi əlamətlər və möcüzələr müşahidə olunurdu. Bu isə çoxdan vəd edilmiş və ya gözlənilən Məsihin yer üzünə gəlib insanları xilas etmək və əbədi həyatı mümkün etmək üçün doğulduğunu təsdiq edirdi...
    ...Müqəddəs Yazılar açıq şəkildə bəyan edir ki, Məryəm, Müqəddəs Ruhun gücü ilə bakirə olaraq İsaya hamilə qalmışdır. Bundan başqa, kilsə təsdiq edirdi ki, Məryəm hər zaman bakirəliyini qoruyub saxlamışdır. Onun başqa övladları olmamış və heç vaxt Yusiflə evlilik münasibətinə girməmişdir...
    ...Bəzi təsdiq olunmamış mənbələrə, əsasən Yusiflə nişanlanarkən Məryəmin yaşı 12–14, hamiləlik zamanı isə 16 olmuşdur...
    ...İsanın iki atası olması nə deməkdir? Yusif yalnız İsanın dünyəvi baxıcısı deyil, onun dünyəvi atası idi. Bununla yanaşı, Allah İsanın atası idi, və bu, daha dəqiq bir mənada baş verir. Bu səbəbdən, xristian inancında İsanın iki atası olduğu qəbul edilir...
    ...Dörd İncilin hamısında İsa Allah haqqında danışarkən Onu əsasən öz Atası adlandırır. Həmçinin İsanın dualarını dinləyərkən onun Allaha “Ata” deyə müraciət etdiyi görünür...
    …Məryəm İsaya necə hamilə qalmışdır? Xristianlıqda Məryəmin Müqəddəs Ruh vasitəsilə möcüzəvi şəkildə hamilə qalması (lat. Virginalis Conceptio) doktrinası qəbul olunur. O, bakirəliyini qoruyaraq İsanı doğmuşdur və bu bütün xristian məzhəblərində qəbul edilir…
    …Xristian kilsələri və ilahiyyatçıları ənənəvi olaraq İsanın heç vaxt evlənmədiyini və ölümünə qədər bakirə qaldığını qəbul edir...
    … Necə ki, monastırda yaşayan qadınlar İsanın nişanlısıdırlar, eləcə də hər evli qadın (bunu dərk etsə də, etməsə də) İsa ilə mənəvi birliyə sahibdir…

    ...Təkcə evdə yox, elə az qala kənddə də təkəm.
    Düzü, həyatın elə çağları olur ki, təklik, sakitlik üçün darıxıram.
    Dost-tanışlar hərdən zəng edib soruşurlar ki, bəyəm tək olanda darıxmırsan? Yarızarafat- yarıciddi deyirəm ki, əksinə, indi belə daha xoşdur. Yenə soruşurlar: “Bəs söhbət etməyə bir adam varmı? Darıxdırıcı olar sənə...” Cavabında deyirəm: “Özümdən yaxşı həmsöhbət tanımıram”. Bir az eqoistik cavab olsa da, bu, həqiqətən belədir. Niyə darıxmalıyam ki? Hər obraz, hər personaj mənimçün bir “müsahibdir”. Onlarla “söhbət edirəm”, “mübahisəyə girişirəm”, “fikir mübadiləsi aparıram”, bir sözlə, “iclas” keçirirəm. Mən onları, yəni o obrazları yaradıram, sanki qarşılıqlı olaraq onlar da məni yenidən “yaradırlar”. Bir də ki, mənasız-məzmunsuz söhbətlərə qulaq asmaqdansa belə “söhbətlər” daha maraqlı olur. Bilirəm, kimsə etiraz edib deyər ki, yazıçı gərək hər cür adamla dil tapsın, axı obrazlar da müxtəlif olur. Amma bu cür düşünənlər unudurlar ki, mən həm də fəlsəfə ilə məşğulam və fəlsəfə, “xüsusiləşməyə” meyl göstərən ədəbiyyatdan fərqli olaraq ümumiləşdirməyi xoşlayır.
    Hə, əsas “həmsöhbətlərim”, “dostlarım” arasında kitabları, yəni uzun onillərdən bəri fasiləsiz davam edən mütaliəni də xüsusi qeyd etməliyəm. Kitablar mənim əbədi dostlarımdır.
    ...Ötən gecə ABŞ İranın İsfahan, Natanz və Fordo ərazisindəki nüvə obyektlərini bombaladı...
    ...Hava gah mülayimləşir, gah da soyuyur...
    Arada isti gödəkcə geyirəm.
    Ot biçirəm. Bu, mənim sevimli məşğuliyyətlərimdən biridir. Arxada qalan ətirli ot layları adama dənizin səthində bir-birini “qovan” dalğaları xatırladır. Od tutub yanan lalələri biçməyə adamın əli gəlmir. Amma nə etməli, bütün gül-çiçəklər, o cümlədən sevimli lalələr, kərəntinin ağzına tuş olmasalar belə, istər-istəməz günlərin bir günü solub torpağa qarışacaq...
    ...Mətbuatda yazıblar ki, “Rosqvardiyanın” azərbaycanlı əsilli polkovniki Rövşən Qurbanov həbs edilib. Ötən il isə elə həmin o “Rosqvardiyanın” general-mayor rütbəli zabiti- Mirzə Mirzəyev ad-soyadlı soydaşımız həbs edilmişdi. Hər iki zabit korrupsiya ittihamı ilə həbs olunub. Niyə bizi çox yerdə rüşvətxor kimi tanısınlar axı? Axı bizi ləyaqətli övladlarımızla da tanıya bilərlər... Bəlkə də bütün bunlar “qarayaxmadır” və millətimizin balalarını gözdən salmaq üçün qurama bir oyunun ssenarisidir...

    22.06.2025
    Tiflisdən gənc rejissor Anar Rafiqoğlu məktub yazıb pyeslərimdən nümunələr istəyib. Belə məlum oldu ki, bu teatr həvəskarı şair Rafiq Hümbətovun oğludur. Ona elektron poçtla bir neçə əsər (pyes) göndərdim... Tiflisdəki Azərbaycan Teatrına da vaxtilə əsərlər göndərmişəm. Amma indiyəcən tamaşaya qoymayıblar. Zənnimcə, bu, daha çox teatrın bina və maliyyə çətinlikləri ilə bağlıdır...
    Bütün günü evdə oldum. “Filosoflar” kitabıüzərində işlədim.
    Həyət-bacada işlədim. Qoz (ceviz) ağaclarının hasara aldım.
    Ot biçdim.

    23.06.2025
    Bu gün oğlum Aqşin İmtahan Mərkəzində Xarkovdakı (Ukrayna) Karayzin Universitetdən aldığı diplomun “tanınması” üçün keçirilən imtahandan yaxşı qiymət alıb. Sevindim.
    ...Bütün günü işlədim. Hava tutqundur. Arada yağış damcılayır.

    24.06.2025
    Kompyuterdə (daha doğrusu, planşetdə) Anar haqqında çəkilmiş “Ardı yaşanılır” adlı sənədli filmə baxdım. Film maraqlı bir üslubda- yazıçının özü ilə həyat yoldaşı Zemfira xanımın dialoqu üzərində qurulub. Əslində burada 55 illik evlilik həyatının “salnaməsi” lentə alınıb. Film həm də əxlaqi-mənəvi məziyyətləri ilə maraqlı təsir bağışladı. Bir az “ənənəvi” və “pedaqoji anlamda” səslənsə də deyim ki, xüsusən gənclər bu iki müdrik adamın həyat fəlsəfəsindən və ailə təcrübəsindən də nümunə götürə bilərlər.

    25.06.2025
    Xatırladım ki, ötənilin bu günü Cek Londonun ev-muzeyində oldum, onun sirli məzarını ziyarət etdim.
    ... Amerikaya səfərim zamanı müxtəlif məkanlarda bu dünya şöhrətli yazıçının “canlı personajları” ilə tez-tez qarşılaşsam da onun ev-muzeyinə gedəcəyimi təsəvvür etmirdim. Amma görünür qismətdə belə bir “görüş” də varmış.
    Mən Kaliforniyanın iri şəhərlərindən olan San-Fransiskonun yaxınlığındakı kiçik Roklin şəhərində qərarlanmışdım. Bilənlər bilir, dahi yazıçının məzarı Glen Ellen şəhərindədir. Yaddaşım məni aldatmırsa, Roklin ilə Glen Ellen arasındakı məsafə yüz mildən (bir mil təxminən 1,6 km-dən çoxdur) bir az artıqdir.
    Cek Londonun zamanında Glen Ellen kiçicik bir kənd olub. 29 yaşlı gənc yazıçı San Fransiskodan oraya köçəndə çoxları təəccüblənmişdi. Axı ucqarda yaşamaq heç bir yaradıcı adama yaxşı nəsə vəd edə bilməzdi. Bu, ən azı coşqun ədəbi mühitdən uzaq bir yer idi.
    Sübh tezdən qızın Güntəkin və nəvəm Aydan ilə yazıçının kiçik vətəninə yola düşdük. Yol boyu diqqətimi üzüm plantasiyaları cəlb edirdi.
    Yazıçı yeni məkanda tikdiyi evi “Canavar yuvası” adlandırırdı. Ev 1913-cü ildə tikintisi başa çatmış bu üçmərtəbəli ev az sonra yanmışdı. Həmin binan qalıqları indi də qalmaqdadır. Məni ən çox təəccübləndirən şey, binanın inşaası zamanı istifadə olunmuş nəhəng daşlar oldu. Bu daşların haradansa gətirilməsi bir yana, onların əllə yuxarı qaldırılıb üst-üstə qalaqlanması, enli divara hörülməsi ilk baxışda adamın ağlına yerləşmir. Bu daşları qaldırıcı kranlar yox, insan əlləri qaldırıb.

    26.06.2025
    Bu gecə Kinostudiyanın arxa həyətində partlayış baş verib. Verilən məlumata görə, film çəkilişi üçün istifadə olunan protexnik vasitələr partlayıb... Yaxşı ki ölən-itən yoxdur. Amma bu özlüyündə yaxşı hadisə deyil. Zira bu “protexnik vasitələr” ambarlarda yox, filmlərdə partlamalıdır. Vaxtilə mənə doğma ocaq olan kinostudiyada bu gün hansı yaradıcılıq işlərinin getdiyini, hansı filmin çəkildiyini bilmirəm. Bircə onu eşidirəm ki, həftə səkkiz mən doqquz orada müdir seçirlər, daha doğrusu təyin edirlər...
    Bəli, partlayış baş verib. Bir filmdə deyildiyi kimi, “barıtı çox olub”... Barı elə o cür bir film çəkilsəydi, Müsyö Jordanın ruhu şad olardı.
    ...Kənd çayxanasında həmyerli və qohumlarımla söhbət etdim. Belə məlum oldu ki, bu il taxıl yaxşı gəlibmiş, amma bir neçə gün əvvəl zəmidə olan məhsula qurd düşdüyü üzə çıxıb...
    Heyvanlara dabaq xəstəliyi düşüb. Kəndçilərdən biri dedi: “Əslində bu indiyəcən görünməmiş, yeni bir xəstəlikdir. Bizcə bu, heyvan karonavirusudur, naxıra keçib”...

    27.06.2025
    Dünyaca məşhur Bertran Rassel haqqında yazını bitirdim.
    Bəribaşdan onu deyim ki, bizdə belə bir adam bu “xasiyyətin” sahibi olsaydı...
    Oxuyub özünüz deyərsiz, nə ola bilərdi?
    Filosofun şəxsi həyatı...
    Əsasən intellektuallar üçündür. Oxu(ma)sanız... düşər-düşməzi olar...)

    Bəli, Bertran Rassel britaniyalı filosof, ensiklopedist, məntiqçi, yazıçı, riyaziyyat fəlsəfəsi və epistemologiya üzrə görkəmli mütəxəssis, habelə ictimai xadimdir. Rassel ingilis neorealizminin və neopozitivizmin banilərindən biri hesab olunur. O, pasifizm, ateizm, liberalizm və sol siyasi cərəyanların müdafiəsinə dair əsərləri ilə tanınıb. Nobel mükafatı laureatıdır (1950).
    Mən indi onun yaradıcılığı haqqında yox, şəxsi həyatı ilə bağlı qısaca yazmaq istəyirəm. Düzdür, kiminsə şəxsi həyatına nüfuz etmək düzgün düyil. Amma Rassel “kimsə birisi” deyil, dahidir.
    Rassel rəsmən dörd dəfə evli olub. Əslində isə onun həyatında qadınlar çox olub.
    Bertran Rasselin ilk seçimi tələbəlik illərində Trinity Kollecində tanış olduğu Elis Smit oldu. Gənc Bertran Elisə evləndi, lakin onların ailə həyatı haqqında təsəvvürləri uyğun gəlmədi. Onların yaratdığı ailə xoşbəxtliyi illüziyası Bertranın həmkarı Vaytheydin həyat yoldaşına aşiq olması ilə sarsıldı. Bu qısa intriqa boşanma ilə nəticələndi və az sonra alimin ürəyində yeni bir sevgi yer aldı. Onu parlament üzvünün həyat yoldaşı Ottolina Morrel cəlb etdi. Münasibətləri tezliklə başa çatdı və yazışma mərhələsində dayandı, lakin Rasseli qarşıda yeni romanlar gözləyirdi.
    1914-cü ildə ABŞ-da Bertran, cərrah qızı Helen Dadli ilə tanış oldu və onu İngiltərəyə qonaq dəvət etdi. Lakin qız gələndə Rassel artıq Ayrin Uillis ilə münasibətdə idi. 1916-cı ildə o, evli aktrisa Konstansiya Mallesona aşiq oldu və onun münasibətlərində üçüncü şəxs oldu. Aktrisa ilə əlaqəsi 30 il davam etdi.
    1921-ci ildə filosof Rusiyaya səfəri zamanı onu müşayiət edən katibə Dora Blek ilə evləndi. Dora, tezliklə Bertrana bir oğul və bir qız bəxş etdi. Uşaqları üçün məktəb seçərkən ər-arvad öz təhsil müəssisələrini yaratmağa qərar verdilər və bu, 1927-ci ildə məktəb açdılar. Rassel və Blek birliyi uzun sürmədi. Alim gənc Coan Folvellə maraqlandı və onunla üç il münasibətdə oldu. O, 1936-cı ildə öz uşaqlarının tərbiyəçisi Patrisiya Spenserlə evləndi. Aralarındakı yaş fərqi 40 il idi. Ailə ABŞ-da yaşayırdı. Patrisiya bir oğul dünyaya gətirdi, lakin bu nikah da yazıçı-filosofun şəxsi həyatında son mərhələ olmadı. O, 1952-ci ildə Rassel yazıçı Edit Fink ilə münasibətləri olduğu üçün həyat yoldaşından ayrıldıdı. Onlar ümumi ictimai-siyasi baxışlar əsasında birləşmişdilər. Birlikdə nümayişlərdə iştirak edir, Avropanı gəzir və müharibəyə qarşı fəaliyyətlə məşğul olurdular.
    Azad sevgi nəzəriyyəsinin bir çox davamçılarından fərqli olaraq, Bertran Rassel öz düşüncələrini gizlətmirdi, bunu onun kitablarından götürülmüş sitatlar və ifadələr də sübut edir. Münasibətlərdə həqiqət və inama çağırış edən Rassel sevdiklərinə qarşı DÜRÜST idi, buna görə də ömrünün sonunu xoşbəxt insan kimi keçirdi. Son illər Bertran Rassel Şimali Uelsdə övladları və nəvələri ilə ünsiyyətdə yaşayırdı.
    Rasselin şəxsi həyatı, əslində onun fikirləri ilə ziddiyyət təşkil edirdi. O, inqilabi görüşlərə sadiq olsa da, həyat yoldaşları ilə münasibətləri zaman-zaman gərginliklər doğururdu.
    Bütün bunlar Rasselin həyatından “fraqmentlərdir” və mən dahi filosof haqqındakı yazı üzərində işləyərkən bu faktları da qeyd etdim.Bəs məni təəccübləndirən nədir?
    Açıq deməliyik ki, adətən incəsənət adamları belə “şaxəli sevgi çoxbucaqları” ilə tanınırlar. Bəs dünyaca məşhur olan, bir çox ciddi elm sahələri ilə məşğul olan, vaxt qıtlığından şikayət edən Nobel mükafatçısı bu “aşklara” necə nail olurdu?
    Suallar çoxdur, çoxuna da cavab yoxdur. Amma bir məsələ var ki, onun haqqında yazanların hamısı, artıq dediyim kimi, Rasselin bütün sahələrdə, o cümlədən sevgidə dürüst olduğunu etiraf edir. O, hər bir zaman, xüsusən qadınlarla münasibətdə səmimi və dürüst olub.
    Bertran Rassel ehtiraslı qəlyan çəkən olmuş və 98 yaşına qədər yaşamışdır. Qripdən ölüb.
    Ən maraqlısı isə budur ki, Rassel “Nikah və əxlaq” əsərinin müəllifidir.
    p.s.
    Bu kiçik parça,artıq yazılıb başa çatmış məqalənin dərci öncəsi həm də bir anonsudur..

    28.06.2025
    Rusiyanın bir çox şəhərlərində soydaşlarımıza qarşı OMON hücumları olub. Yekatinburqda tanınmış tərcüməçi Sefəddin Hüseynlinin iki qardaşı qətlə yetirilib, digər ailə üzvlərinə işgəncə verilib. Azərbaycan XİN baş verən xoşagəlməz hadisələrlə bağlıöz münasibətini bildirib.
    ... Oljas Suleymenovun bir söhbəti rastıma çxdı. Deyir ki, məşhur bir xörək - “spagetti” türk mətbəxi ilə bağlıdır. Şair-tədqiqatçı hətta “spagetti” sözünün də türkcə, daha doğrusu uyğurca olduğunu iddia edir. Bu leksem “aşpa” (lapşa, əriştə) sözü ilə “etti” (ətli, ətlə) sözlərinin birləşməsindən əmələ gəlib. Oljas Suleymenov fikrini belə izah edir ki, bir çox hallarda türk dillərindəki sözlərın əvvəldə gələn sait səslər ixtisar olunur. Amma bu fikir etimoloqlar və adi oxucular tərəfindən qəbul edilməyib. Onların əksəriyyəti bu xörəyin və bu sözün italyanlara məxsus olduğunu bildirirlər. Belə ki, italyan dilində “sphagetti” iki sözdən götürülüb “spago” və “-etti”. Təxminən belə bir məna gəsb edir: “kəndir” və “ciyəz” (“kəndirciyəz”). Yəni “zərif kəndir”.
    Mən “spagetti” sözünün mənşəyi barədə nəsə bir söz demək istəmirəm. Amma o fikirlə razıyam ki, türk dillərində sözün əvvəlində saitin “düşmə” hallarına çox rast gəlmək olur.
    Məsələn, O. Sülüymenovun da deddiyi kimi, “Kiyev” lekseminin “iki ev” sözlərindən, “kıpçak” lekseminin “iki pıçak” sözlərindən, habelə “koşşey” sözünün “köç” (“köşçü”) sözündən yarandığı ehtimal olunur ki, ruscada “sısqa”, “arıq” anlamına gəlir. Ümumiyyətlə, Oljas ağa “İqor polku haqqında dastan”ın iki dildə- qədim rus və türk dillərində yazıldığını konkret nümunələrlə göstərib.
    ...Mətbuat bir neçə gündür ki, 27 yaşlı bir gəncin “Baksol” tərəfdə “yoxa çıxdığını” yazır. Bir neçə gündən sonra məlum oldu ki, bu cavan oğlan kanalizasiyaya, daha doğrusu kanalizasiyanın yaxınlığındakı ərazidə əmələ gələn yarğana düşüb, orada boğulub və Hövsandakı kanalizasiyada tapılıb. Fəlakətdir. Səbəbsə sadədir: yol örtükləri ensiz olub, çöküb. Axı yol çəkənlər yoldan-asfaltdan “nəsə” “yeməlidirlər” ya yox? Buna görə belə hesab edirəm ki, yolçəkənlərin ad-soyadı yolun başlanğıcında lövhədə yazılsın.
    Hələ heykəllər...Olmaz ki, heykəllərin postamentində heykəltaraşın adı yazılsın?
    Bundan başqa, tikilən binalarda binatikənin və memarın ad- soyadı qeyd olunsa, pis olmaz ki? Başqa ölkələrdə bu təcrübə var. Hələ tikilən körpüləri demirəm. Tez- tez uçan körpülərin də "müəllifi" olur axı...

    30.06.2025
    Havalar tutulub açılır...
    Rusiyada qafqazlılara qarşı “əməliyyatlar” davam edir.
    Fb-də öz səhifəmdə yazdım ki, “Rusiyadakı rejimin rəhbəri deyir ki, biz bütün dünyadakı rusların və rusdilli əhalinin hüquqlarının qorunmasına məsuluq.
    Onda belə çıxır ki, məsələn, kimsə Bakıdakı hansısa bir rusdilli soydaşımızın xətrinə dəyən olsa, o "rusdillinin" "hüququnu" rusiya qoruyacaq?
    Bu barədə yaxşı- yaxşı düşünmək lazımdır.
    ...Ümumiyyətlə, nüvə silahına malik olan və başdanxarab başçısı olan dövlətlərin hər biri təhlükəlidir. Hətta, çoxlarının saya saymadığı Kim Çın də istəsə, putin kimi dünyanı təhdid edə bilər. Sadəcə, Kim bir az təvazökar və "ağıllıdır".
    ...Rusiya Tostoya və Çexova yox, Putinə və Rasputinə oxşayır. (Россия больше похожа на Путина и Распутина, чем на Толстого и Чехова)”
    ...Telefonda Ayaz ilə danışdım. İzmirdə hoteldə qara fəhlə kimi çalışır. İşindən-gücündən şikayət etdi. Dedim ki, qardaş, onsuz da burada iş yoxdur, gəlsən düzdə qalacaqsan, bizimsə kömək etmək imkanımız yoxdur. Dedi ki, bir aydır buradayam, bir0iki ay da işləyib gəlim... Dedim ki, özün bilərsən, gəlsən ac qalacaqsan.
    Bizdə iş axtaran çox, iş isə az qala yoxdur, qəhətə çıxıb.

    01.07.2025
    ...Eşitdim ki, Ayaz Türkiyədə ilk maaşını alıb. Bizim pulla təxminən min manatdan bir az çox...
    ... Şimal və Cənub qonşularımızın bizə qarşı eyni vaxtda, yumşaq desək "fəallaşması" nəyinsə göstəricisidir.
    ...Təsadüfən bu dəqiqələrdə РУИнформцентр (Ruinform) adlı kanala baxdım. Guya Rusiyada, xüsusən Yekatinburqda çox güclü bir Azərbaycan mafiyasına varmış və ona qarşı əməliyyat keçirilib. Verilişin altında da minlərlə şərh, əksəriyyəti bu cür əməliyyatları alqışlayır, məsuliyyətsiz çağırışlar edir...
    Zənnimcə, bu çətin dönəmdə şimal ayısı ilə maksimum ehtiyayltlı davranmaq, onun qəzəbini başqa səmtə yönəltmək lazımdır... Bir tərəfdən də rusiyadakı fürsətcil haylar əl- ayağa düşüblər. Əzizlərim, zənnimcə vəziyyət diplomatik axarda yoluna qoyulmalıdır və bu, yəqin ki, belə də olacaq.
    ... Şimal ayısının indiki hərəkətini görəndə istər- istəməz fikirləşməli oluruq: bunlar indi belədirsə, gör bir 200 və ya 100 il əvvəl necə vəhşi olublar?
    Yazıq dədə- babalar, gör bu illər ərzində bunların əlindən nələr çəkib?
    ... Axşamüstü media xəbər verdi ki, Yekaterinburq şəhərində yaşayan həmyerlimiz, diaspora rəhbəri Şahin Şıxlinski həbs edilib. Şahin jurnalist dostum Mehdi Şıxlinskinin qardaşıdır. Şahini milli adam kimi tanıyıram. Oradakı soydaşlarımıza daim kömək edir. Təəssüf etmikdən başqa nə etmək olar? (Amma yaxşı ki, onu bir neçə saatdan sonra azad etdilər).
    ... Сергей Марков adlı rus politoloqu var. Daim Azərbaycanı tərifləyib, başqa dövlətlərə nümunə göstərib.
    Baxıram, bu dəqiqələrdə ölkəmiz haqqında ağlına və ağzına gələni danışır.
    Sadəcə bunu demək olar: bunlar belədir.

    03.07.2025
    Rusiyada vəziyyət gərgindir. Canına şovinizm birəsi daranmış, nə daxili, nə də xarici problemləri həll etməyə qadir olmayan hakimiyyət, bütün bəlaların kökünü “gəlmələrdə” görür.
    Bunlar məlum. “Onları” sən də tənqid edirsən, mən də, o da.
    Amma gəlin “oradakı özümüzünkülərə” də bir az başqa rakursdan yanaşaq, necə deyərlər, azacıq tənqidi münasibət bəsləyək.
    Bəribaşdan deyim ki, bizim millətin çox zəhmətsevər, əzabkeş, ailə dolandırmaq üçün özünü oda-közə vuran insanları var.
    Amma və lakin...
    Axı niyə gizlədək, yumşaq desəm, bizim də qınanılası cəhətlərimiz yox deyil. Bu, barədə ətraflı yazmaq istəmirəm, hərçənd ki, bu nöqsanlar “şəbəkəsi” xeyli dərəcədə genişdir. Tək bir məsələni vurğulamaq istəyirəm.
    Madam ki, Rusiyada soydaşlarımıza tutulan divandan yazırıq... Etiraf edək ki, bir çox hallarda bu “divantutan” dəstələr təkcə oradakı hüquq-mühafizə sisteminin üzvlərindən ibarət deyil. (Bir az ehtiyatla, eyhamla yazmaq istəyirəm ki, ilin-günün bu vədəsində özümüzünkülərin “hücumuna” məruz qalmayım...) “Özümüzünkülər” demişkən, elə söhbət də bundan gedir. Boynumuza alaq ki, “orada” bəzi dava-dalaşlarda, rus demişkən “razborkalarda” öz soydaşlarımızın adı hallanır. Bir az da aydın deməyə çalışsaq, qeyd etməliyik ki, özümüzünkülər özümüzünkülərdən xərac tələb edir. Bir çox hallarda “istintaqı” müstəntiqdən əvvəl öz soydaşlarımız aparir.
    Bilənlər bilir, Rusiyanın irili-xırdalı şəhərlərində bizimkilərin qruplaşmaları var. “Filan rayonun uşaqları” filan bazara, filan rayona nəzarət edir və sair bunabənzər söhbətləri az eşitmirik... Yəni belə hallar da olur. “Nəzarət” eləsinlər eee, ta özümüzünkülərə yox. Onsuz da bizimkilərə nəzarət edənlər kifayət qədərdir.
    ...Evdən çıxmadım. Hava tutqundur.
    ...Axşam Sabir Rüstəmxanlı zəng etmişdi. “Ədəbiyyar Qəzeti”ndə Xəlil Rza haqqında çıxan yazım haqqında xoş sözlər dedi. Sonra bir xeyli ümumi dostlarımız haqqında danışdıq. Həmin dostlardan bir çoxu artıq həyatda yoxdur.
    ... Həcərlə və Aqşinlə telefon vasitəsi ilə danışdım.


    04.07.2025

    Bu gün bütün dünyanın diqqəti Xankəndidədir. Uzun illər ermənilərin əsarətində olan bu şəhərdə indi Beynəlxalq toplantı - İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir. Türkiyənin, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Kıprısın prezidentləri, Pakistanın, Qazaxıstanın Baş nazirləri, habelə bir çox ölkələrin ali nümayəndələri iştirak edir.
    2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilib.
    ...Rus yenə “rusluğundan” əl çəkmək istəmir.
    ... Atmosferə atılan mərmilər kəskin iqlim dəyişikliyinə səbəb olur.
    Bunu mənə hissiyyatım deyir.
    ...Rusiya bir- biri ilə heç bir etnik, din, dil, mədəniyyət birliyi olmayan xalqları zorla bir dam altına yığıb süni RF yaradıb. Amma eyni dilə və eyni kökə bağlı olan xalqların birliyindən yarana biləcək vəhdəti- Turanı top- tüfənglə qarşılayır.
    Deyəsən, Risiya xoflanıb, ağlı çaşıb, xərifləyib.
    ...Söz-söhbət gəzir ki, rusiyadakı miqrantları qovacaqlar. İnanmıram. Ruslar miqrantları, yəni gəlmələri heç vaxt qovmayacaq. Çünki rus döləti və xalqın üzləşdikləri bütün problemləri miqrantların üstünə yıxmağa öyrəniblər. Miqrantlar olmasa bəraət üçün bir bəhanə və səbəb tapa bilməyəcəklər. Rusunsa problemi bitən deyil.
    ...Bütün günü yazı-pozu ilə məşğul oldum.
    Naxçıvandan köhnə tanışım, filoloq alim Seyfəddin Eyvazlı zəng etmişdi. Ədəbi mühitdən söhbət etdik. Avqust ayında Naxçıvana “duz müalicəsinə” getmək niyyətindəyəm.


    07.07.2025
    Rusiyada baş verənləri diqqətlə izləyirəm. Aman Allah, Şimal qonşumuz 21-ci əsrdə daş dövründən xeyli əvvələ qayıtmaqla gələcək nəsillərə nə vəd edir?
    Bəli, Yekatenburqda soydaşlarımızı qətlə yetiriblər. Əksər rus tv.kanalları öldürülənlərin cinayətkar şəbəkə üzvü olduğunu iddia edir. Onda haqlı sual meydana çıxır: Əgər sən cinayətkarı tapmaq istəyirsənsə, onda niyə “şübhəlini” öldürür, qətlə yetirirsən? Dogrudan da “Rusiya ağılla dərk olunmur”.
    ...Bir neçə gündür ki, Yekatenburqda fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin adı media “karuselində” fırlanmaqdadır. Etiraf edək ki, indiyəcən Şahini tanıyan az idi. Amma indi mediada onu tənqid edən yazılara daha tez-tez təsadüf olunur. Hətta, bəziləri iddia edir ki, o, əslində “Şıxlinski” deyil, əsl soyadı “Şıxıyevdir”, guya bu soyadı sonralar qəbul edib. Təbii ki, Şahini təqdir edən yazılar və yazarlar da var.
    Əlində kimdir Şahin Şıxlinski?
    Qısaca yazıram. Şahin Şıxlinski əsl “Şıxlinskilərdəndir”, yazıçı İsmayıl Şıxlının şəcərəsindəndir. Və hətta, bildiyim qədər, onun təşəbbüsü ilə Yekatenburq Hərbi müzüyində “rus artilleriyasının allahı” general Əliağa Şıxlinskiyə həsr olunmuş güşə də yaradılıb. Oglu da özü kimi vəkil-hüquqşünasdır, qızı isə tanınmış jurnalistdir.
    Mənim Şahin bəylə nə dostluğum, nə də yaxın münasibətim olub. Bakıda bir-iki dəfə qardaşı, filoloq- jurnalist Mehdi Şıxlinskinin sayəsində “atüstü” görüşüm olub. Xoş təəssürat bağışlayıb. Amma bu “xoş təəssürat” hələ nəyisə həll etmir. Məsələ burasındadır ki, həm Yekatenburqda, həm də Rusiyanın digər bölgələrində yaşayan adamlar daim Şahin Şıxlinskinin köməyi, dəstəyi haqqında mətbuatda ağızdolusu danışırlar.
    Bilmirəm ona tuşlanmış tənqidin kökü haradan “qidalanır”?
    Gəlin, vətənsevər soydaşlarımızı “qaralamayaq”, onlara dəstək olaq, onlarla olaq.

    09.07.2025
    Rəhman Bədəlov rəhmətə gedib...
    Axşamüstü eşitdim ki, filosof həmkarım Rəhman Bədəlov rəhmətə gedib. Dövrümüzün müdrik adamlarından biri idi. Uzun illər eyni elmi qurumda, müxtəlif şöbələrdə çalışmışıq. Yaxın dost olmamışıq, amma daim xoş ünsiyyətimiz olub.
    Rəhman bəyin ilkin ixtisası, səhv etmirəmsə, memarlıq olub. Onun “memar” olduğu elə yaradıcılığından da görünür. O, hər bir yazısının “ornament” və “tağlarını” əsl memar ustalığı ilə bir aqraf (buna açar da demək olar) vasitəsi ilə bağlarlayırdı.
    O, Fəlsəfə İnstitutunun “Diamat” şöbəsində çalışırdı. Nə yazıqlar ki, indi Rəhman bəy ilə çalışan filosofların bir çoxu- Həsən və Zəfər Quliyevlər, onların məslək dostu Gündüz Sarıyev və Niyazi Mehdiyev haqq dünyasındadır. Amma nə yaxşı ki, onun bir çox dostları (Əli Abbasov, Əbülhəsən Abbasov) öz fəaliyyətlərini yenə davam etdirirlər.
    Rəhman bəy klassik filosoflar kimi universal erudisiyaya malik idi. O, maarifçi, kinoşünas, nəzəriyyəçi, tarixçi, publisist və təbii ki, ən ümdəsi filosof idi.
    Təhsilini rusca alsa da təpədən-dırnağacan milli aydın idi.
    O, 88 il yaşadı. Amma uşaq kimi sadə və sadəlövh idi. Zahirən çəlimsiz olsa da, daxilən əzəmətli idi.
    Yadımdadır, ötən əsrin sonlarında sevimli həyat yoldaşını, bir neçə il əvvəlsə nəvəsini itirmişdi. Amma o, əsl filosof kimi həyatın və ölümün dialektikasını zahirən sakitcə, səbrlə, təmkinlə, daxilənsə ağrılarla qarşılamışdı.
    Əslində Rəhman Bədəlovun həyatını qeyb etməsi bizim üçün milli itkidir. Amma nə edəsən ki, bu gün filosofun, fikir adamının ölümünün cəmiyyətdə doğurduğu məyusluq və ələm, meşədəki hansısa bir ağacın kəsilməsindən narahatlıq hissi keçirən meşəbəyinin “daşıdığı” kədərdən o yana getmir.
    Ruhun şad olsun, Rəhman bəy.


    10.07.2025
    Görəsən Rusiya şapkasını qabağına qoyub fikirləşirmi ki, dünyanın bütün xalqları niyə mənə nifrət edir?
    Görəsən ruslar özlərinə sual verirmi ki, bu qədər ərazimiz olduğu halda bizim yad torpaqları işğal etməyə ehtiyacımız varmı?
    Görəsən Rusiyanın lideri öz başına qoşa qapaz endirib: “Axı mən Ukraynaya hücum etməklə özümü niyə zibilə saldım”- deyə düşünürmü?
    ... Abu Dabidə ikitərəfli görüş keçirilir. Rusiya israr edir ki, bu görüş üçtərəfli olmalıdır. Ki, yəni orada mənim də iştirakım lazımdır. Adamdan soruşarlar: Ay bacı, axı sənin başqasının işinə burun soxmağına bir ehtiyac var?.. Yox? Onda niyə öz problemlərinin həlli ilə məşğul olmursan? Hansı problemlər? Bəyəm sənin problemsiz bir sahən qalıb ki? Xirtdəyəcən bataqlığın içindəsən.
    Rusiya, sən nə vaxt ağla gəlsən,özün də yaşayarsan, başqaları da özü üçün yaşayar.

    (Интересно, задумывается ли Россия, сняв свою шапку, над тем, почему все народы мира ненавидят её?
    Интересно, задаются ли русские вопросом: имея такую огромную территорию, зачем нам захватывать чужие земли?
    Интересно, бьёт ли себя по голове лидер России со словами: «Зачем я напал на Украину и ввязался во всю эту чушь?»
    ... В Абу-Даби проводится двусторонняя встреча. Россия настаивает на том, чтобы встреча была трёхсторонней. То есть, мол, и я должен участвовать. Хочется спросить: милая, зачем ты суёшь нос в чужие дела? Разве в этом есть необходимость? Нет? Тогда почему бы тебе не заняться решением собственных проблем? Каких проблем? Разве у тебя осталась хоть одна сфера без проблем? Ты по горло увязла в болоте.
    Россия, вот когда образумишься, тогда и сама заживёшь, и другим дашь жить.)




    Многие русские писатели имеют тюркское происхождение, в том числе среди их предков были татарские мурзы и князья, которые в разное время перешли на службу к русским князьям и царям. Это привело к тому, что их потомки, ассимилировавшись, стали частью русской аристократии и интеллигенции, внеся свой вклад в русскую культуру и литературу.
    Некоторые из известных русских писателей с тюркскими корнями:
    Эти примеры показывают, что тюркские корни оказали значительное влияние на формирование русской культуры и литературы, и многие известные русские писатели имеют в своей родословной татарские, или иные тюркские, элементы.

    Предком поэта Гаврилы Державина
    был татарский князь Багрим (Ибрагим). Сам Державин с иронией называл себя мурзой.
    Я пел, пою и петь их буду
    И в шутках правду возвещу;
    Татарски песни из-под спуду,
    Как луч, потомству сообщу…

    Василий Жуковский
    был внебрачным сыном тульского помещика Афанасия Бунина и турчанки Сальхи. Ее пленили при взятии крепости Бендеры во время Русско-турецкой войны 1768–1774 годов. В усадьбу под Тулой 16-летнюю девушку привез участвовавший в войне крестьянин — в подарок барину. Турецкая служанка получила в крещении имя Елизаветы Турчаниновой. Она поселилась в отдельном флигеле. У Бунина к тому времени была законная жена и взрослые дети, но в 1783 году у них родился сын. Ребенка приняли в господском доме. «Все любили его без памяти, — вспоминала внучка Буниных Анна Зонтаг. — Для старших он был любимым сыном, а для младших — любимым братом. В нашем семействе было много девочек, а мальчик был только один он».
    Усыновил мальчика и дал ему имя Андрей Жуковский, бедный киевский дворянин, живший у Буниных. Литературный критик Александр Бахрах, оставивший мемуары о писателе Иване Бунине
    , вспоминал: «Но особый пиетет вызывал в Бунине Жуковский… Он никак не мог примириться, что незаконный сын его деда от турчанки не носит имя Василия Афанасьевича Бунина, а по крестному — Василия Андреевича Жуковского. «А ведь не были бы придуманы «нелепые» узаконения, был бы поэт Буниным».
    В своем творчестве Жуковский не подчеркивал турецкое происхождение, хотя много писал о Востоке. Среди его переводов европейских поэтов-романтиков немало переложений персидских, индийских, еврейских легенд. В 1837 году Жуковский сопровождал цесаревича Александра II
    в большом путешествии по России. В дневниках отразилось, что наставник с интересом изучал мусульманский Крым, старался проникнуться культурой, в которой воспитывалась его мать.
    По материнской линии Александр Куприн
    происходил от татарского князя Кулунчака Еникеева, жившего в XVI веке.

    Еще одну «татарскую легенду» создала Анна Горенко, взявшая в 17 лет псевдоним Ахматова. «Назвали меня Анной в честь бабушки Анны Егоровны Мотовиловой. Ее мать была чингизидкой, татарской княжной Ахматовой, чью фамилию, не сообразив, что собираюсь быть русским поэтом, я сделала своим литературным именем, — писала поэтесса в автобиографии «Будка». — Моего предка хана Ахмата убил ночью в его шатре подкупленный русский убийца, и этим, как повествует Карамзин
    , кончилось на Руси монгольское иго». Ахматова подчеркивала, что произошла от чингизидов — прямых потомков Чингисхана. В ее поэзии русская дворянка-прабабушка превратилась в мусульманскую бабушку:
    Мне от бабушки-татарки
    Были редкостью подарки;
    И зачем я крещена,
    Горько гневалась она.
    Константин Паустовский: между поляками и турками
    1962 году он писал турецкому поэту Назыму Хикмету: «Может быть, в какой-то сотой степени, но наша взаимная симпатия объясняется тем, что я полутурок: моя бабушка была чистокровная турчанка родом из Казанлыка во Фракии. Я, конечно, шучу, но все же иной раз горжусь, что во мне есть доля турецкой крови, — я очень люблю простых крестьян и рабочих-турок».
    Nənəsinin adı Fatma idi.


    Род Карамзиных произошел от татаро-монгольской династии Кара-Мурзы, что переводится как «черный принц». Отец писателя, Михаил Карамзин, русифицировал фамилию – из Кара-Мурзы стал Карамзиным.
    Иван Тургенев
    Тургеневы – это дворянский род из Бархатной книги, берет начало от татарского мурзы Арслана Тургена. В 1440 году он приехал из Золотой Орды к великому князю Василию ІІ Тёмному и попросил русское подданство. При крещении Арслан получил имя Иоанн (Иван).
    Отец писателя, Тургенев Сергей Николаевич, был отставным полковником, не особо богатым. Поэтому по расчету женился на Варваре Петровне Лутовиновой. Лутовиновы – это тоже дворянский род, который берет начало с XVII века.
    Александр Куприн
    Александр Куприн во многих произведениях напоминает о своих татарских корнях. Да и в жизни он считал себя татарином, была у него и тюбетейка, и национальный халат.
    Но татарин он только по матери, да и то в лучше случае на четверть. Любовь Алексеевна Кулунчакова, которую А. Куприн называл «татарской принцессой» происходила из рода татарских князей. Этот род берет начало от темниковского князя Кулунчака Еникеева.
    Из воспоминаний Ивана Бунина: «Сколько в нем было когда-то этого звериного — чего стоит одно обоняние, которым он отличался в необыкновенной степени! И сколько татарского!»
    Александр Блок
    По отцу Александр Блок имел немецкие корни, а вот по матери, Александре Андреевне Бекетовой, татарские. Ее отец – Андрей Николаевич Бекетов – известный русский ботаник. Фамилия «Бекетовы» берет начало от тюркского прозвища Бекет, что переводится как «воспитатель ханского сына».
    Владимир Набоков
    По словам двоюродного брата отца моего, Владимира Викторовича Голубцова, любителя русских древностей, у которого я наводил в 1930 году справки, основателем нашего рода был Набок Мурза (floreat 1380), обрусевший в Московии татарский князек.
    Собственный мой двоюродный брат, Сергей Сергеевич Набоков, ученый генеалог, сообщает мне, что в пятнадцатом столетии наши предки владели землей в Московском княжестве. Он ссылается на документ (опубликованный Юшковым в «Актах XIII—XIV столетий», Москва, 1899), касающийся деревенской свары, разразившейся в 1494 году, при Иване III, между помещиком Кулякиным и его соседями, Филатом, Евдокимом и Власом, сыновьями Луки Набокова.
    В последующие столетия Набоковы служили по чиновной части и в армии.
    В. В. Набоков — «Память, говори», Глава третья «Портрет Моего Дяди» (пер. с англ. С. Б. Ильина)
    Но вообще дворянский род Набоковых исследователи считают русским. В «Родословном сборнике русских дворянских фамилий» есть данные о неком Иване Федоровиче, секретаре Тайной канцелярии, и Иване Николаевиче, секунд-майоре. Записи датируются 1753-м годом и 1760-м.

    “Mən türkəm...” deyən rus dahiləri

    Mən professional dilçi və tarixçi deyiləm. Amma dilə və tarixə pis bələd deyiləm.
    Bunu nə üçün deyirəm?
    Tez-tez dünyanın bir çox türk əsilli tanınmış adamları ilə bağlı yazılar qələmə alıram. Əksər yazılarımın “qəhrəmanları” türk əsilli ruslardır.
    Rusların əksəriyyətinin kökünün türklərlə bağlı olması təsadüf deyildir. Axı onlar əsrlər boyu tatarların, başkurların, xakasların, qazaxların, Krım tatarlarının, uyğurların, Azərbaycan və Osmanlı türklərinin əhatəsində yaşayıblar.
    Mən yazılarımda əsasən rus mənbələrinə isnad edirəm. Nə yazıqlar ki, hansısa bir kitabı sonacan oxumayan, latın əlifbasına hələ də “latın dili” deyən “tədqiqatçı” və psevdoalimlər “mızılıgiya” ilə məşğul olaraq hər şeyə bir qulp qoymaqdadır.
    Bəli, slavyanlarla türklərin qohumluğunun kökü dərindir.
    İndi desəm ki, məşhur Aleksand Nevski Batı xanın (ögey) qardaşıdır, bir çox “başbilənlər” ağız büzüb deyəcəklər ki, bu, haradan çıxdı? Zəhmət çəkin Lev Qumilyovu oxuyun. Bilənlər bilir, Batı xan Çingiz xanın nəvəsidir, özü də Qızıl Ordanın təməlini qoyandır.
    Bəli, dəfələrlə yazmışam ki, Lev Tolstoy əslən Mamay xanın, Dostoyevski Mirzə Çələbilər, Turgenev Mirzə Turgenlər nəslindəndir.
    Qalan faktları məcburam qısaca orijinalda, rus dilində təqdim edəm. Bəlkə mənim türkcə yazdığım bəzi binəvaları qane etmir, qoy məni “türkləri ruslaşdırmaqda” qınayanlar rusca oxuyub “rahatlansınlar”.

    Николай Карамзин. Его род, Карамзины, происходит от татарского князя Кара Мурзы, что переводится как «черный принц», сообщает ВКонтакте.
    Иван Тургенев. Род Тургеневых, согласно Бархатной книге, ведет свое начало от татарского мурзы Арслана Тургена, который в 1440 году перешел на службу к русскому князю.
    Александр Куприн. Сам писатель считал себя татарином и, по словам исследователей, в его произведениях и жизни прослеживаются татарские мотивы.
    Александр Блок. Хотя по отцу у него немецкие корни, по материнской линии, через род Бекетовых, он имел татарские корни.
    Владимир Набоков. Его род, по словам родственников, происходит от татарского князя Набок Мурзы.
    Hə, indi “rahatlandınız”?
    Gördünüz ki, bunlar türk əsilli rus yazıçılarıdır.
    Siyahı uzundur. Hamısını birdən təqdim etmək olmaz... Zira əvvəlcə irəlidə deyilənləri həzm etmək gərək.

    11.07.2025
    Bir-iki gün əvvəl Mətləb Abbasov (əmizadə) gəlmişdi. Rayon mərkəzinə yaxın kəndddə yaşayır, ordan-burdan söhbət elədik. Bu günsə əminəvəsi Etibar (Mehrəliyev), bibim oğlularım Səməndər və Mamed (Köçərli) gəlmişdi. Nəsə qonaqlığa dəvət etdilər, həvəsim olmadı. Adətən, kəndə gələndə qonaqlıqlardan qaçıram. Buralar dincəlmək yeridir, qarın açmaq yeri deyil ki...
    Qardaşımla (doktor Fasadla) və Ayazla əlaqə saxladım. Ayaz həmişə olduğu kimi, yenə iş-gücündən narazıdır.
    Hava açılıb tutulur...
    Rusiyada miqrant ovu davam edir.
    “Ədəbiyyat qəzeti”nin elektron səhifəsində ötən ilin ədəbi yekunlarına həsr olunmuş materiallarla tanış oldum. Bir-ikiyazı istisna olunmaqla əksər çıxışlar zəif idi... Çox zəif. (Materiallar EA-nın Ədəbiyyat institundakı çıxışlar əsasında hazırlanıb).

    12.07.2025
    Bu gün Rusiyadakı tele-kanalların birində Vladimir Poznerin bir çıxışı rastıma çıxdı. Yəqin ki, Pozneri çoxları tanıyır. Əslində beləsini tanımamaq daha yaxşıdır. Amma nə edəsən ki, bəzən tanınmağa layıq olmayanları da tanımağa məcburuq.
    Yaşı 90-ı keçib 100-ə sarı gedən bu arsız, abırsız, qırmızı adam ermənilərə müraciət edib deyir ki, niyə sakit dayanmısız, axı Dağlıq Qarabağ sizin vətəninizdir, onu xilas etmək lazımdır...
    Pozner jurnalistdir, icmalçıdır, teleaparıcıdır, Moskvadakı “Jeraldin” restoranının sahibidir, bir neçə dili mükəmməl bilir. Atası yəhudi, anası fransızdır. Fransada doğulub böyüsə də, qatı rus şovinistidir. Hər halda, özünü belə təqdim edir. Hiyləgərdir, yaxşı bilir ki, Rusiyanın əksər dairələri şovinistləri mükafatlandırır.
    Pozner gürcüləri o qədər də sevmir. Hətta, səhv etmirəmsə ötən il bir mərəkəlik və ya bir qəbristanlıq yaxın adamları ilə özünün 90 illik yubileyini keçirmək üçün Tiflisə getmişdi. Vaxtilə gürcü xalqı haqqında artıq-əskik danışdığına görə gürcülər onu və dostlarını hoteldən biabırçılıqla qovdular. Pozner və onun komandası şələ-küləsini yığıb arsız-arsız İstanbula uçdu və orada yubiley atəşfəşanlığı etdi. Bir müddət sonra utanmazcasına: “Mən gec-tez yenə Tiflisə gedəcəm”- deyə, bəyan etdi.
    Pozner azərbaycanlılara nifrət edir. Hətta, tele-verilişlərin birində əslən bakılı olan məşhur jurnalist Yuli Qusmana demişdi ki, «В твоем Баку резали армян». (Yəni “Sənin Bakında erməniləri qırıb-çatıblar”).
    Pozner erməniləri çox sevir. Həyasızlığın dərəcəsinə bax ki, bir müddət əvvəl demişdi: “Нагорный Карабах – официально признанная территория Армении». (Yəni ki, guya Qarabağ-ermənilərin rəsmən tanınmış ərazisidir). O, hətta Bakıdan “qaçmış” erməni ailəsinin bir vaxt onun mənzilində yaşadığını da söyləyir.
    Ermənilərə bu sevgi nədəndir?
    Əvvəla, Poznerin birinci arvadı Valentina Çemberci ermənidir, erməni bəstəkar Nikolay Karpoviç Çembercinın qızıdır və onların Katya (Yekaterina) adlı qızları hazırda Almaniyada yaşayır.
    İkincisi, Pozner daim erməni məclislərində olur, tez-tez Ermənistana səfər edir, bahalı hədiyyələr qəbul edir.
    Əslində Pozner və yaxud Solovyov kimi “şər(H)çilər” rus xalqının və Rusiyanın düşmənidir.
    Amma bu tiplərin murdar xislətini hər rus anlayırmı?

    13.07.2025
    Qardaşım Fuad gəldi. Sən demə gecə gəlibmiş, məni rahatsız etməmək üçün səhər tezdən “üzə çıxdı”.

    14.07.2025
    Hələ kənddəyəm. Televizorumuz işləməsə də internet vasitəsi ilə dünyada baş verənləri izləyirəm.
    Rusiya rəhbərliyi həyasızlıq yolunu davam etdirməkdədir. Müxtəlif şəhərlərdə diaspora rəhbərləri deportasiya edilir, bazarlardan milli mənsubiyyətinə görə adamlar qovulur, günahsız adamlar həbs olunur.
    “Filosoflar” kitabı üzərində son “tamamlama” işləri gedir. Çox işləyirəm. Hava əsasən sakit, sərin və xoş keçir. Arada kəndin çayxanasına düşüb adamlarla söhbət edirəm.

    15.07.2025
    Mövcud Rusiya rejiminin rəhbərləri özlərinin yüzminlərlə vətəndaşını "uf" demədən hərbi ölum maşınının ağzına atmaqdadır.
    Zənnimcə, bu zehniyyət sahiblərini ən çox rəncidə edən səbəblərdən biri- Azərbaycan dövlətinin və azərbaycanlıların hər bir soydaşımızın taleyi üçün göstərdiyi cəhddir.
    ... Şəxsiyyəti geyim, boy-buxun, vəzifə, davranıs, nitq, var- dövlət, habelə mənsub olduğu şəcərə və sosial qrup deyil, onun fərdi agıl və düşuncəsi müəyyən edir.
    ... Rusiya ağılla dərk olunmur...
    Rusiya ağılla idarə olunmur...
    Bunu rusların özü deyir.
    Zənnimcə rusları ağıllandıra bilsə, bilsə yalnız Tramp ağıllandıra bilər.
    Tramp Rusiyaya əlli gün vaxt verib. Təbii ki, bu verilən vaxtdan həm Rusiya, həm də Ukrayna "səmərəli" istifadə etmək istəyir.
    Yaxşı, bəs deyilən vaxt bitdikdən sonra Tramp nə edə bilər?
    Düzü, mən Trampın konkret olaraq hansı addımlar atacağını deyə bilmərəm. Amma sadəcə olaraq öz proqnozumu deyə bilərəm. Ki yəni super dövlətin büdcəsindən 500-600 milyard dollar "təyinatı üzrə" ayrılsa bu, Rusiyanın süqutu deməkdir.
    Siz də öz təxminlərinizi deyə bilərsiz.

    16.07.2025
    Türkmənistanın lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Bakıdadır. Bu, yaxşı, əlamətdar hadisədir. Çünki uzun illər idi ki, qonşu və qardaş ölkə ilə münasibətlərimiz sərin idi. Qəribədir ki, Xəzərin o biri üzündə olan bu ölkəyə gediş-gəliş viza ilədir.
    ...Evdəki (kənddə) internet bağlanmışdı. Sən demə borcum var imiş. Aqşin pul yüklədi, internet açıldı. Yazmaqda davam edirəm.

    17.07.2025
    Günün vacib məsələsi: “Filosoflar” kitabını tamamladım.
    Kitaba sözardı
    Oxuculara təqdim edilən (və yaxud ediləcək) kitabda Qərb- Şərq fəlsəfəsinin ayrı-ayrı görkəmli simalarının həyat və fəaliyyətinə həsr olunmuş yazılar toplanıb.
    Bu kitab hansı zərurətdən yaranıb?
    Dogrudur, mən uzun illər tələbə, aspirant və doktorantura auditoriyasında fəlsəfənin müxtəlif istiqamətləri üzrə dərs demişəm. Amma bu kitab qətiyyən mənim “mühazirə dəftərim”dən qeydlər deyildir. Əvvəla, haqqında söhbət açılan klassiklərin əksəriyyəti uzun illər tədris proqramlarına daxil edilmirdi. İkincisi, klassiklər istisna olunmaqla, yeni dövr filosofların çoxu “burjua sosioloqları” kimi tənqid olunur və ya lənətlənirdi. Üçüncüsü isə, Sovetlərin məlum ideoloji “qəlib” və “ölçülərinə” uyğun gəlməyən bir çox filosofların az qala adının belə çəkilməsi yasaq olunmuşdu. Mən haqqında söhbət açılan görkəmli fikir adamlarını fəlsəfəsevərlərə tendensiyasız, ideoloji “tərəfkeşlikdən” uzaq, obyektiv gerçəkliyin prizmasından təqdim etməyə çalışmıam.
    Oxucular diqqət yetirdisə, “Filosoflar” kitabının əvvəlində Zərdüşt, Budda və Konfutsi haqqında söhbət açılır. Bu isə təsadüfi deyildir. Hər üç əfsanələşmiş mütəfəkkirin fikirləri zaman keçdikdən sonra dini təlim səviyyəsində öyrənilib təbliğ olunmağa başlamışdır. Nəticədə həm Zərdüşt, həm Budda, həm də Konfutsi bir sıra region və dövlətlərdə peyğəmbər kimi qəbul olunmuşdur.
    İndiyə qədər bizdə fəlsəfə tarixi istiqamətində xeyli sayda həm orijinal, həm də tərcümə əsərləri nəşr edilmişdir. Əlbəttə, bu, təqdirəlayiq haldır. Lakin təəssüfdoğuran hal budur ki, həmin yazıların bir çoxu “həvəskarlar” tərəfindən araya-ərsəyə gətirilmişdir. Hətta, iş o yerə çatıb ki, əksər hallarda fəsəfənin adi “tikinti materialları”, yəni terminoloji bazası “qarmaqarışıq ambara” çevrilib. Məsələn, fikrimi bir neçə sadə misalla izah etməyə çalışsam deyə bilərəm ki, mətnlərdəki əksər terminlər öz yerində “oturdulmayıb”. Tutaq ki, hansısa bir mətndə istifadə edilən “ağıl” anlayışının bir çox hallarda fəlsəfi anlamdakı “ağla” heç bir aidiyyatı olmadığını görərmək olar. Bir az da irəli gedənolsa, asanca görə biləri ki, “müəllif” və ya “tərcüməçilərin” böyük əksəriyyəti, ümumiyyətlə, “ağıl”, “zəka”, “şüur”, “idrak” kimi anlayışların mahiyyətindən bixəbərdir. Elə bu səbəbdən də həmin anlayışlar çox zaman bir “çətir” altında toplanır, paralel və ya sinonim terminlər kimi işlədilir. Halbuki bunlar zahirən bir-birlərinə yaxın olsa da, fərqli fəlsəfi termin və leksemlərdir. Əgər məsələyə rus dili ilə müqayisəli şəkildə yanaşılsa, mənzərə bir qədər də aydınlaşar. Məsələn, həmin terminlər ruscada (habelə almancada, ingiliscədə) fərqlı şəkildə təqdim edilir. Belə ki, əslində “ağıl”-ум, “zəka”-разум, “şüur”-сознание, “idrak”-познание kimi ifadə olunmalıdır.
    Bu qəbildən olan misalların sayını istənilən qədər artırmaq olar.
    Təqdim edilən kitabda dünyanın görkəmli fikir adamları ilə yanaşı ölkəmizin bir sıra filosofları haqqında da söhbət açılır. Bu yazılar daha çox xatirə fraqmentləri ilə tamamlanan portret-oçerklərdir.
    Və nəhayət, bu deyilənlərə kiçik bir əlavə. Kimdir filosof?
    Adətən, “filosof” deyəndə adi şüurda Sokratvari bir şəxsiyyətin obrazı canlanır. Əslində ortada Sokratın heç bir əsəri yoxdur. Lakin bu, o demək deyil ki, Sokratın filosofluğu şübhə doğurur. Yox, Sokrat filosofdur. Özü də böyük filosof. Amma, məsələn, Sokratdan fərqli olaraq Aristotel dünya fikir xəzinəsinə onlarla qiymətli əsər bəxş edib.
    Ümumiyyətlə, biz filosofları üç qrupa bölə bilərik.
    1.Yaradıcı filosoflar. Öz doktrinası, nəzəriyyəsi, paradiqması olan mütəfəkkirlər. Məsələn, adını yuxarıda çəkdiyim Aristotel kimi.
    2.Fəlsəfə tarixini, filosofların həyatını araşdıra alimlər. Onlara tədqiqatçı filosof adlandıra bilərik. Məsələn, 9 cildlik monumental "Fəlsəfə tarixi”nin müəllifi ingilis filosofu Frederik Copleston kimi.
    3.Fəlsəfəni tədris, təbliğ və təşviq edən pedaqoqlar. Söz yox ki, onlar da filosofdur. Məsələn, böyük müəllim Platon kimi.
    Sizə təqdim edilən kitabda əsasən “birinci qrupa” daxil edilən mütəfəkkirlər, yəni yaradıcı filosoflar haqqında söhbət açılıb.

    18.07.2025
    Gün ərzində hava bir neçə dəfə tutulub-açıldı.
    Mamedgil nahara çağırdı, imtina etdim, getmədim. Şalışıram yeyib-içməkdən gen gəzim.
    Avtobus sürücüsü ilə danışdım, sabah Bakıya gedəcəm.
    İnternetdə oxudum ki, “Ədəbiyyat qəzeti”ndə mərhum filosof həmkarım Rəhman Bədəlov haqqında qeydlərim dərc edilib.

    19.07.2025
    Bakıya gəldim...
    Hava istidir. Bu, mənə əzzt verir.
    Məzahir müəllimin studiyasına getdim.
    T.X.və Mərahim Fərzəlibəyov ilə Yasamalda şam etdim. Tarixçi dostum İlham Həsənov zəng etdi, bir xeyli dərdləşdik.

    20.07.2025
    Bankomatdan pensiyamı aldım. İndi pul tez xərclənir. Bu gün alırsan, sabah qurtarır.Havalar tutulub-açılır. Mənsə istiləri sevirəm.

    22.07.2025
    Prostala bağlı 37 saylı sahə klinikamıza müraciət etdim. Oradan məni 2 saylıya, oradansa 5 nömrəliyə, oradan da 6 nömrəli poliklinkaya göndərdilər. Məlum oldu ki, uroloq həkim yoxdur. “Yoxdur? Ümumiyyətlə yoxdur?” – deyə soruşdum. Dedilər ki, sabah olacaq... Bizdə çox şey, yəni çox sahələr elə bu cür “işləyir”...

    23.07.2025
    Naxçıvanlı tanışım Seyfəddin Eyvazlı zəng etmişdi. Görüşüb söhbətləşdik.
    T.X. ilə Dərnəgüldəki yeməkxanada şam etdik.


    26.07.2025
    ... Evdə su yoxdur. İndi nə edək?
    Rəhmətlik Əli Kərimin şeirindən bu misra yadıma düşdü:
    -Susuzsunuz? Susunuz!...

    …2025- ci ilin Rusiyası 90 il əvvəlin-1935- ci ilin Hitler Almaniyasına çox bənzəyir. Həmin dövr 3- cü Reyxin genişlənməsi və nasizmin vusət alması ilə diqqəti çəkir.
    ...Gələn təhlükəylərə qarşı Qafqazın, daha doğrusu qafqazlıların birləşməkdən, yəni birgə mübarizə aparmaqdan başqa hansı yolu var?

    ... Bu günlərdə işdən çıxarılan Mixail Qusmanın oğlu Vadim BMT- də Azərbaycanı təmsil edib və ədalət naminə deyək ki, daim bizim milli mənafəyimizin müdafiəsində, habelə qonşularımızın separatizminə qarşı mücadilədə fəal mövqeyi ilə tanınıb...

    ... Rusiyada son günlərin ən qalmaqallı hadisəsi: Matvienko və Tolstoy davası.
    Hə, Pyotr Tolstoy həmin tolstoylardandır, Lev tolstoyun qardaşının nəticəsidir.
    Onun üzünə kislata atan şəxsi tutublar və məsələni ənənəvi qaydada çeçenlərlə bağlamaq istəyirlər.
    Nəsə "oyuna" oxşayır.
    Yeri gəlmişkən, Pyotrun ağlı ulu babası Levin saqqalından xeyli gödəkdir.

    ...Mənim bütün xalqlara hörmətim var. O cümlədən rus xalqına.
    Mən sadəcə olaraq rus şovinizmini qəbul etmirəm. O şovinizmi ki, onu zaman- zaman rus ziyalıları da kəskin şəkildə ifşa edib.
    Mən Ukraynaya hücum edən, qonşulara diş qıcardan, insan haqlarına tüpürən terrorçu rejimi təqdir etmirəm.
    Bəli, mənim rus xalqına, sadə ruslara ehtiramım var.
    p.s.
    Bunu bəzi qarelərimə cavab kimi yazdım.

    27.07.2025
    Bütün günü evdə oldum. Arada çıxıb dərman aldım. Həcərlə, Səyyarə ilə, Fasadla, Ayazla (hamısı ilə telefonla) danışdım.
    Hava isti olsa da, canım isinmir.

    30.07.2025
    Şəhər qaynayır. Yaxşı və pis mənada. Yır-yığış edib kəndə getmək istəyirəm. Əslində bu gün getməliydim. Amma sürücü yalançı çıxdı. Sabaha qaldı.

    31.07.2025
    Kəndə gəldim. Çox yorğunam. Təzyiqim çox düşüb. Şınıx (Gədəbəy) dəniz səviyyəsindən xeyli yüksək olduğuna (1400-1500 metr) görə, təzyiqim tez-tez dəyişir.
    “Ədəbiyyat Qəzeti”nin bu günkü sayında dünyaca məşhur filosof Zahid Orucov haqqında yazım gedib. Dediyimdə şişirtmə yoxdur. Amma təəssüf ki, bu böyük alimi ölkəmizdə nəinki adı adamlar, heç “fəlsəfə doktorlarının” əksəriyyəti belə, tanımır.
    Kimdir Zahid Orocov?
    Yazı belə başlayır: “Bu yaxınlarda Rusiyanın məşhur “Subkultura” portalı maraqlı bir yazı və belə bir sualla çıxış etmişdir: “Müasir dünyada filosof varmı?” (“Есть ли философы в современном мире?”) Maraqlı həm də burasıdır ki, adı çəkilən yazıda dünyanın ən görkəmli dörd çağdaş filosofu (Deni-Robert Dyüfur, Mişel Onfre, Mühəmməd Abel əl-Cəbri və Zahid Orucov) haqqında məlumat verilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, bu gün elm aləmində ən çox tanınan filosoflardan biri məhz “Azərbaycan kökənli filosof Zahid Orucovdur”. Dünyanın bir çox ölkələrində kitabları nəşr edilən, əsərləri tədris edilən Zahid Orucovu Azərbaycanda çox təəssüflər ki, geniş ictimaiyyət o qədər də tanımır.
    Bəs kimdir Zahid Orucov?”
    Qalanını özünüz qəzeti tapıb oxuya bilərsiz. Bu təklif hərfi tanımayanlara aid deyil. Təəccüblənməyin bizdə hələ də: “Latın dilini oxuya bilmirəm”-deyənlər var.
    ...Kənddə olduğum üçün qəzeti ala bilmirəm. Məlumatı internetdən oxuyuram. Amma qəzeti alıb saxlayacaqlar.

    ...Son günlər mətbuatda və sosial şəbəkələrdə məşhur dəniz rəssamı İvan Ayvazovskinin Xankəndindəki demontaj olunan büstü ilə bağlı, ümumiyyətlə rassam haqqında geniş müzakirələr gedir.

    İndiyəcən az qala bütün mənbələrdə rəssamın erməni olduğu iddia olunur. Düzdür, ata-anasını körpə ikən itirəndən sonra gələcək rəssamı erməni Konstantin böyüdüb. Əslində isə Ayvazovski krım türküdür. Hətta, onun xətrini soltan 2- cı Əbdülhəmid də çox istəyib, dəfələrlə rəssamı mükafatlandırıb.
    Üzdə olan adamları erməniləşdirmək hayların köhnə xislətidir.
    Orasını da deyək ki, Ayvazyan Ermənicə bilmirdi, rusca zəif bilirdi, Krımtatar dilini əla bilirdi. Və özünü haqlı olaraq türk hesab edirdi.
    2- ci Əbdülhəmid rəssama Saray Rəssamı statusu vermiş və onu Osmanlı Nişanı ilə təltif etmişdi.
    Əvvəllər onun soyadı Qayvazov kimi yazılıb. Sonralar Ayvazovski soyadını rəssam özü götürüb.

    ... Xalq Artisti, məşhur xanəndə Arif Babayev rəhmətə getdi.
    ... Ana dili günüdür.

    02.08.2025
    Çox işləyirəm. Yəni yazı-pozu işləri bitmək bilmir. Arada biçənəkdə gəzişirəm. Havalar isti keçir. Avqust Günəşi adamın canını isidir. Bu, mənim çox sevdiyim aydır. Qayaların döşündəki otlar saralıb. Bulaqların, arxların suyu sozalıb. Necə deyərlər, uşaqlığımla, ilk gəncliyimlə bağlı olan xatirələrin cığırı ilə dolaşıram. Xatirələr kövrəkdir. O kövrəklik, sanki qurumuş otlara qarışıb ayaq altında əzilir, xışıldayır.
    Dincəlmək istəyəndə daha çox mütaliə ilə məşğul oluram.
    Bilirəm, indi kitab oxumaq dəbdə deyil. Hazırda adamlar daha çox həyati məsələlər haqqında düşünür, gündəlik qayğılarla yaşayırlar. Mobil telefonlardakı informasiya və çəkilişlər onların məhdud mənəvi tələbatının ödənilməsi üçün kifayət edir. Adamlar olayların dərin qatlarına baş vurmaqdan vaz keçir, daha çox maddi tələbatlarının, öz adıyla desək mədələrinin tox olması haqqında düşünürlər. Onu da ört-basdır etmək olmaz ki, indi kütlə daha çox yüngül əyləncəyə meyl edir. Zatən efir və ekranın verdiyi “produkt” da elə yüngül “materiallardan” hazırlanıb.
    İndi az qala bütün auditoriyalarda ciddi söhbətlər lağlağı ilə qarşılanır. O “ciddi söhbətlərin” arxasında duran “ciddi adamlar” da (əslində bu ifadə dırnaqsız yazılmalıdır) elə həmin üslubda ələ salınır. İndi sanki intellektual elita can verməkdədir.
    Bəli, deyəsən, ta cəmiyyətə təlxəklər və nadanlar aqil adamlardan daha çox lazımdır. Belələri həndəsi silsilə ilə artmaqdadır. Bəlkə elə bu cür də olmalıdır? Bilmirəm. Təkcə onu bilirəm ki, nadanlar artdıqca, aqillər azalır. Və ya əksinə. Bu baş verənlərin nəticəsi olaraq, ziyalılar əzab çəkir. Hələ üstəlik, onlar, yəni təklənən bu ziyalı təbəqə, tədricən “nadanlar dəstəsinə” qoşulur, daha doğrusu qoşulmağa məcbur olur və ya nəhkumdur. Əgər əks proses getsəydi, yəni cəmiyyət intellektə köklənsəydi onda nadanlar “təklənərdi”, bu əzabı onlar çəkər və istər-istəməz “ziyalılaşmağa” cəhd edərdilər. Amma indi bu proses, dediyim kimi, əks istiqamətə dogru gedir.
    Ziyalılıq- məsuliyyət daşımaq deməkdir. Nadanlıq- hər cür məsuliyyətdən uzaq bir təbəqə və ya nəsnədir. Adam məsuliyyət “əbasından” azad olduqdan sonra sanki “çılpaq” qalır. Elə cəmiyyət də lütləşmədədir. Bu “lütlütü”, hətta qara əlbəsəyə bürünənlər belə, gizlədə bilmir.
    ...Buralarda arada göy guruldasa da yağmır.
    ...Ruslar bütün dünyanı hədələyir, təhdid edir.
    ...Ayaqlarımda ağrılar var.

    03.08.2025
    ...Həcərin ad günüdür. Zəng çalıb təbrik etdim.
    ... Aqşinlə də danışdım. Bazar günüdür deyə, evdədir. Dedi ki, hava çox istidir. Əslində, elə burada-Şınıxda da havalar isti keçir. Çayın,arxların və bulaqların suyu azalıb. Biçənəklər saralıb, otlar quruyub...
    ... Hegel "ağalar-qullar" münasibətində də bir dialektik bağlılıq görürdu. Belə ki, zahirən ağa, qulun sahibidir və qul ağadan asılıdır. Amma əslində ağa quldan, onun əməyindən asılıdır. Qul yoxsa, ağa da yoxdur.
    Elə- belə yadıma düşdü, dedim.

    ...Çox ağır, üzücü bir xəbər gəldi. Xalq yazıçısı, qüdrətli ədibimiz, görkəmli ictimai-siyasi xadim Elçin vəfat edib. Eşitmişdim, bilirdim ki, xəstədir. Ötən vaxtlar Türkiyədə müalicə almışdı.
    Əlbəttə, yaxın dost deyildik. Amma bir-birimizə qarşılıqlı hörmətimiz vardı. Həssas, diqqətcil və obyektiv adam idi. Haqqımda dəfələrlə yazılı və şifahi söz demişdi. Dramaturji yaradıcılığımı bəyənirdi. Uşaq kimi təmiz təbəssümü vardı. Xeyirxah idi. Arada zəngləşirdik.
    Qüdrətli nəsr qələmi vardı. Fərqli dramaturji əsərlər müəllifi idi. Əvəzolunmaz ədəbiyyatçı və tənqidçi idi. İctimai-siyasi fəaliyyəti ilə seçilirdi. Vətənpərvər idi.
    Kiçik bit xatirə. 1987-ci ilin yağışlı-çiskinli bir noyabr günündə xalqımızın böyük milli şairi Bəxtiyar Vahabzadə ilə Moskva şəhərində təsadüfən görüşdük. Mən elmi ezamiyyətə getmişdim. Şairin o vaxtlar Moskvada yerləşən daimi nümayəndəliyimizdə işi vardı. Bir-iki günə həyat yoldaşı Dilarə xanımla Ankaraya uçacaqdı... Moskvada yerləşən Türkiyə səfirliyinin mühafizəsini yerinə yetirən polislə “ağızlaşan” şair əsəbi olsa da özünü ələ alıb ordan-burdan söhbət açdı....
    Bəxtiyar müəllimlə taksiyə əyləşib lazım olan ünvana yollandıq. Söhbətarası soruşdu: "Bura bax, sən Elçinin yaradıcılığına bələdsən?" Mən yazıçının əsərlərinin adını çəkərkən Bəxtiyar müəllim qımışıb dedi: "Bilirsən, niyə bu sualı verdim?" Çiyinlərimi çəkdim. O, söhbətinə davam edərək şəhadət barmağını yuxarı tuşlayıb əlavə etdi: "Bizi “yuxarıdan” çağırmışdılar. Kamran dedi ki, (o vaxtkı Respublika MK-nın birinci katibi Kamran Bağırovu nəzərdə tuturdu-F.M.) yeni bir təşkilat yaradılacaq. Bu, ilk baxışda Nəbinin (o, Nəbi Xəzrini nəzərdə tuturdu-F.M.) rəhbərlik etdiyi cəmiyyətə oxşasa da, fəaliyyəti bir az başqa yöndə olacaq. Əgər Nəbinin idarəsi bizi xaricdə təbliğ edirsə, burada əsas məqsəd dünyaya səpələnmiş istedadlı soydaşlarımızı bizə tanıtmaqdır. Düzünü deyim ki, mən bu vəzifədə Elçini görürəm. Niyə? Çünki o, milli adamdır. Qızları da məktəbdə öz dilimizdə təhsil alır. Atası İlyas Əfəndiyev də uşaqlarını öz dilimizdə oxudub. Zənnimcə, bu sahə üçün Elçin çox yaxşı namizəddir. Mən "yuxarıdakılara" da elə bu cür dedim".
    Həqiqətən, Elçin həm "Vətən" cəmiyyətinə rəhbərlik edərkən, həm də ondan sonrakı dövrdə - milli hökumətdə yüksək ranqlı vəzifədə çalışarkən mədəniyyətimizin təbliği və dünya mədəni arenasına çıxması üçün əlindən gələni əsirgəməmişdir...
    ...Sanki ürəyimə nəsə dammışdı. Son günlər Elçin haqqında vaxtilə qələmə aldığım yazıları ya bütöv, ya da fraqmental şəkildə sosiaı şəbəkədəki “səhifəmdə” paylaşmışdım.
    Artıq Elçin yoxdur.
    Mən kənddə, Şınıxdayam. Təəssüf ki, onun yas mərasimində iştirak edə bilməyəcəyəm.
    Hə, indi xatırladım. Bir dəfə telefonda söhbət edərkən yarızarafat-yarıciddi dedi ki, mənim Gədəbəylə bağlı xatirələrim var, vaxtilə, lap ilk gəncliyimdə orada olmuşam. Dedim ki, bilirəm. Soruşdu ki, haradan bilirsən? Cavab veridim ki, “Poçt şöbəsində xəyal” absurd dramınızda özü atdan yıxılsa da rayona gətirdiyi qəzetləri xilas edən “poçt rəisi” obrazından bilirəm. Gülüb dedi ki, düz tapmısan. Sonralar İntiqam Qasımzadə tələbəlik dövründə tələbə dostu Elçinlə birlikdə Gədəbəyə gedib folklor materilları yığmaqlarından danışanda bu əhvalatı və bu söhbəti bir daha xatırladım.
    p.s.
    Bu qısa qeydləri yazarkən Elçinin “BakuPost.az” saytına bir neçə gün öncə Şuşada olarkən verdiyi müsahibə gözümə dəydi. Bu, onun son müsahibəsidir. Yazıçı jurnalist Günel Musaya verdiyi bu müsahibədə dramaturgiya haqqında söhbət açarkən mənim də yaradıcılığıma toxunmağı unutmur və deyir: “ ...ümumilikdə götürəndə, bir janr kimi bizim dramaturgiyada durğunluq var. Əli Əmirli, Firuz Mustafa, Elçin Hüseynbəyli... Daha kim? Olsun ki, daha iki-üç ad çəkmək olar, bəs edir? Əlbəttə, yox...”
    Ruhun şad olsun, metr.

    04.08.2025
    Bakıdan bir xeyli uzaqda-doğma kəndimizdəyəm.
    Elçinin dəfn mərasimini sosial şəbəkələr vasitəsi ilə izlədim. Onu Gənc Tamaşaçılar teatrından son mənzilə yola salırdılar. İzdihamlı bir mərasim idi.
    Çıxışları dinlədim. Anarın çıxışı hüznlə, kədərlə dolu idi.
    Vətənimiz, xalqımız, mədəniyyətimiz üçün ağır itkidir.
    Vətən, başın sağ olsun.
    Ədibin ailəsinə səbr diləyir, qızı Günay Əfəndiyevə dərin hüznlə başsağlığı verirəm.

    05.08.2025
    “Əgər sən ölsən mənim gəncliyimi, gözəlliyimi xatırlayan kimsə olmayacaq...”

    Bu gün hal-hazırda 88 yaşı olan tanınmış yazıçı, ssenarist Viktoriya Tokarevanın mənə maraqlı gələn bir söhbətini dinlədim.
    Tokareva bir dəfə məşhur Georgi Danielya ilə söhbət zamanı Bella Axmadulinanın ölümünə təəssüflənir. Georgi ona deyir: “Bella xəstə idi, öldü və əzablardan xilas olsdu. Təəssüflənmə. Elə mən öləndə də təəssüf eləmə. Onsuz da özümü indidən pis hiss edirəm”.
    Viktoriya Tokareva kədərlənib Danielyaya belə deyir:
    -Amandır, sən ölmə. Əgər sən ölsən mənim gəncliyimi, gözəlliyimi xatırlayan kimsə olmayacaq.
    (Söhbətin bundan sonrası mənimçün maraqlı deyil. Amma istəsəniz Georgi Danielyanın yazıçı xanıma nə deyini xatırladım: “Sən məni xatırla, istədiyin vaxt yuxuna gəlib gözəlliyin haqqında danışaram”).
    Bu söhbəti niyə xatırlatdım? Yaşlı adamlar öz gənclik dostlarının ölümünə həm də ona görə hayıfsılanır ki, keçmişlə bağlı xatirələrin şahidləri yoxa çıxır.

    p.s. Viktoriya Tokareva və Georgi Danielya. Bu adlar bəlkə də sizə çox tanış deyil. Amma onların birgə ssenariləri əsasında çəkilmiş filmlər bütün dünyada məşdurdur və siz də onlara baxmısız. «Джентльмены удачи», «Урок литературы», və “Mimino” məhz bu cür sənət əsərləridir. Bu məşhur həmmüəlliflərin sevgi macərası da olub.
    O ki qaldı Bella Axmadulinaya... Mən bu xanımı həyatda görmüşəm. Özü də bir az içkili halda olub. Ədalət naminə demək lazımdır ki, Bellanın bəzi şeirləri də adamı sərxoş edir. Mən elə bu sətirləri yaza-yaza onun dilimizə çevirdiyim sevgi və çərab haqqında bir şeirini təqdim edirəm.

    Bella Axmadulina
    “Mən şərab istədim və içdim...”

    Mən şərab istədim, gəldi və içdim,
    Buz kimi soyuqdu bilmirəm niyə.
    Həmin an o böyük zalda mən təkdim,
    Tək idim küləklə, yonqar iyiylə.

    Qəm-qüssəli qışın titrək dirsəyi
    Hərdən pəncərəyə dəyirdi çöldən.
    Qaranlıq qoynundan çıxıb kişnəyən
    Buxar qatarları çapırdı çöllə.

    Görən nə olmuşdu o anlar mənə,
    Elə bilirdim ki, o hayqırtılar
    Mənim sükutumdur, gəlibdir dilə,
    Dərdimin səsiydi- o susqun yollar.

    Adamlar içəri girirdi qışla,
    Şorbaya hopurdu tütünün iyi.
    Sadə davranışla, sözsüz baxışla
    Onlar bölüşürdü yetimliyini.

    Üzlərdə-gözlərdə bir sükut vardı,
    Bu sükut çökmüşdü düşüncələrə.
    Sanki dərinlikdə sirlər yatırdı.
    Mən idim, şərabdı, bir də pəncərə.

    Qapının ağzına qar yağırdı, qar,
    Həyət səliqəli, təmiz, ütülü.
    Elə bil ortada bir çarpayı var,
    Elə bil bu evin sahibi ölüb.

    Kədərim şərabla qalıb təkbətək,
    Amma göy üzündə bu qış çağında
    İki ad səslənir qoşa qılınc tək,
    Qılınclar toqquşur -əcəl yaxında.

    Tərcümə edən: F.M.

    Və nəhayət. Sözümün canı odur ki, sonuncu xatirədən sonra insanın sonu çatır. Nə qədər pessimist olsa da həqiqət budur.

    06.08.2025
    Kənddə havalar isti keçir. Evimizə gələn su lap zozalıb, damcılarla gəlir.
    Kənddə “Market”- dükan var. Orada yüngül alış-veriı edib qohumları-Qabil və İdrisi evə çağırdım. Necə deyərlər, Allahın verdiyindən bir az bişir-düşür edib yeyib içdik.
    Fasad İstanbuldan zəng vurdu ki, Ayaz işi atıb gəlmək istəyir. Kiçik qardaşım Ayaz harada işə başlayırsa, yarımçıq buraxıb evə gəlir. Hələ indiyəcən bir işi sonacan başa vurmayıb.
    Bakıdan Mamed və Etibar zəng vurmuşdu.
    Həcər və Güntəkinlə də danışdım. Amerikada da havalar isti keçir. Güntəkin artıq işə çıxır- məktəbə gedir. Orada müəllimdir.
    Çox işləyirəm. Yazıların “ucu-bucağı” görünmür, onları sistemli şəkildə qaydaya salmaq da çətindir.
    İnternet tez-tez kəsilir.
    Mühərrəm bəy Antaliyadan zəng vurmuşdu, dedi ki, buralara üç aydan sonra gələrsən.

    07.08.2025
    Yol qəzası baş verib.Bakı-Ağstafa marşrutu ilə gedən kiçik avtobus qarşıdan gedən yük maşınına çırpılıb, nəticədə yeddi adam həlak olub. Deyilənə görə qəzaya səbəb- sürücünün səhhəti-ürək problemi ilə bağlıdır. Ola bilər. Amma məsələ burasındadır ki, bir çox marşrutlarda sürücülər az qala sutkanın 24 saatını fasiləsiz işləyirlər. Xüsusən mərkəzdən rayonlara gedən iri və xırda avtobuslarda bu vəziyyəti müşahidə etmək olar.Soruşanda da sürücülər haqlı ya haqsız olaraq “əsaslandırmağa” çalışırlar: “Bəs nə edək, çörəkpulu qazanmayaq?”- deyirlər.
    ...Havalar isti keçir.
    ...Mediada yazıblar ki, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük “əmlak imperiyası”na sahibidir. Belə ki, o, 12 milyonluq korrupsiya ittihamı ilə həbs edilib. Eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə həbs qoyulub.
    Hələ bu toyagetməli imiş. Az sonra mətbuatda belə bir “maraqlı” xəbər də oxudum: Bankda 170 milyonu olan Cahangir Əsgərov ölkədən gedib. AZAL-ın keçmis prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb. Həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olubmuş. Arvadının vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir.
    Oxuduqca adamın qanı donur. Bu saat mənə 20-25 min manat hava-su kimi lazımdır. Ən başlıcası səhhətimlə bağlı. Qohumların əksəriyyəti işsizdir. Hələ ev təmiri, materiallar, cərrahiyyə... və sair üçün.

    08.08.2025
    “Qadın ağıllıdır, yoxsa kişi?”
    “Qadın güclüdür, yoxsa kişi?”
    “Müsəlman ağıllıdır, yoxsa xristian?”
    “At güçlüdür, yoxsa dəvə? Bəlkə fil? Bəlkə qatır?”
    “Neft olan ölkədə daha çox alim çıxır, yoxsa kürü olan ölkədə?”
    “Şərqdə çox istedad var, yoxsa Qərbdə?”
    ...Bunlar günümüzün suallarıdır. Daha doğrusu, bizimlə çağdaş olan bəni-adəmləri heyrərə salan “suallardı”. Bu sualları verənlərin arasında “şair” də var, “hüquqşünas” da, “fəlsəfə doktoru” da, hətta bir-iki “aqademiy” də...
    ...Ta mənim deməyə sözüm yoxdur.
    Təqvimə baxın lütfən. Görün neçənci əsrdə yaşayırıq?
    Görün bu sualları verənlərin ağlı neçənci əsrdə ilişib qaıb?
    Bəli, məndən də soruşa bilərlər ki, “ağıllı”, “güclü”, “müdrik” tərəf yoxddur bəyəm? Və bunun səbəbini nədə görmək olar?
    Ay “ağıl” sahibləri, bilin və agah olun, güc də, ağıl da, inkişaf da... mühitlə, şəraitlə bağlı məsələdir. Nəinki adamlar, elə heyvanlar da münbit şərait və mühitdə “ağıllı” olur. İnanmırsız? Ətrafınıza baxın.
    ... Su vuran nasos xarab olmuşdu, bütün günü işlədik, qonşu Əhliman və qardaşım Fuad kömək etdi. Birtəhər düzəldib işə saldıq. Kəndin də böylə özəllikləri var.

    10.08.2025
    Bazar günüdür. Bir aydır ki, yağış yağmır. Susuzluq təkcə şəhərdə yox, elə dağlarda da özünü bütün “gücü” ilə göstərməkdədir...
    ...Ermənistanla sazi. Rusiyanı və İranı rəncidəetməkdədir. Şimal qonşumuz özünü bir qədər, əslində zahirən sakit- “diplomatik” aparsa da, Cənub qonşumuz qəzəbini gizlədə bilmir. Bir sözlə, “Zəngəzur dəhlizi” qonşularımızın yuxusuna haram qatıb.
    ...Heydər Hüseynov haqqında yazını “Ədəbiyyat qəzetinə” göndərdim.
    Bir neçə gündən sonra- yəni avqustun 15-də Heydər Hüseynovun öıümündən 75 il keçir. İş elə gətirib ki, mən onun qardaşı Yaqub Hüseynovla və qızı Sara xanımla tanış idim, tələbələri və həmkarları ilə Fəlsəfə institutunda bir yerdə işləmişəm. Çalışmışam ki, yazıda Heydər Hüseynov ilə bağlı ictimaiyyətə az məlum olan və ya məlum olmayan bəzi mətləblərə işıq salım. Güman edirəm ki, bu məqalə həm də görkəmli filosofun anım gününə bir ehtiram nişanəsi olar. Hələlik. Sağ olun. Uğurlar.


    11.08.2025
    …Yakov Kedmi adlı birisi var. Əsl adı Yakov Kazakovdur. İki adi var, amma ikidən çox dövlətə işləyir. Yəni kim pulunu verirsə, o tərəfə “söykənir”. Adıbəlli Salovyovun dostudur. Ukraynanın düşmənidir. Azərbaycanı və azərbaycanlıları söyməklə məşhurlaşıb. Səksəni haqlayıb. Səksəkədədir.
    … Vaşinqtonda baş tutan toplantı, əldə olunan nəticə, imzalanan ilkin sənədlər son bir əsrin ən mühüm hadiselərindən biri hesab oluna bilər. Şimalın uzun burnu çəkilsə, bölgə əhalisi dinc və əmin- amanlıq şəraitində yaşayacaq.
    … Hamının "düzəlmək" ehtimalı var... Təkcə rus və fars haqqında bunu demək bir az çətindir... Üstəlik də hər ikisi əsrlərin mehriban düşmənləridir. Amma tam ümidsiz deyilik.
    … "Tramplin" bu gün daha çox idman termini kimi işlədilir. Bu, alman mənşəli sözdür. Mənası- yüksəliş, tullanmaq, atılmaq...
    ABŞ prezidenti Tramp da əslən almandır və soyadının mənası həmin anlama gəlir.
    … Bilirsiniz tarixi, daha doğrusu tarixçiləri, gözdən salan amillərdən biri də nədir?.. "Əgər o vaxt hadisələr elə olsaydı, nəticə belə olacaqdı..." "Əgər gələcəkdə belə olacaqsa, sonuc elə olaca..." "Əgər..." Tarix "əgərləri" sevmir. Nə olmalıdırsa o olur.

    …Vaxtilə Gədəbəy rayonunda Çaybasar adlı kənd olub. Həmin kənd 30- cu illərdə "qaçaqlardan təmizləmə" adı altında bolşevik quldurlarının hücumuna məruz qalıb. Kəndin bütün əhalisi məhv edilib. Və beləliklə kənd yer üzündən və xəritədən silinib. Bu barədə tarixçi alim C.Həsənli məlumat verib.Maraqlıdır, həmin kənd Gədəbəyin hansı tərəfində olub?
    …Görənlər görüb. İstanbulun ən görümlü və mərkəzi yerlərindən birində nəhəng, siyah mərmərlə örtülmüş bir bina var. Ticarət mərkəzidir. Bu əzəmətli binanın adına "Trump" deyirlər. Binanı Tramp inşa etdirib.Yaxınlıqdaki bir teatrda pyesim oynanılırdı, onda tanıdım o bunanı. Nə isə...
    İngiliscə yaxşı bilənlər bilər: "Trump" demək düzgündür, yoxsa "Tramp"?
    …Avqustun 15-də ABŞ-ın Alyaska ştatında, Tramp və Putin görüşəcək.
    Niyə məhz Alyaskada? Bunun sanki gizli bir rəmzi mənası da var.
    Bildiyimiz kimi, ABŞ, Alyaskanı 1867-ci ildə Rusiyadan 7,2 milyon dollara alıb. Alaska, bu gün ABŞ-ın ən böyük əyalətidir. Əvvəllər ABŞ-da bu alış-veriş axmaqlıq kimi tənqid edilsə də, sonradan bu regionun qiymətli təbii sərvətləri və strateji əhəmiyyəti yüksək qiymətləndirilib.
    Bu görüş haqqında bilmirəm kim nə cür fikirləşir. Amma ortaya iki məntiqi tezis (və ya sual) çıxır.
    1.Putin demək istəyir ki, Alyaska da rusların tarixi ərazisi olub və biz bu faktı hələ unutmamışıq.
    2. Tramp demək istəyir ki, özünüzü “səliqəli” aparmasanız bütün Rusiyanı Alyaskanın taleyi gözləyə bilər.
    Və nəhayət. Əgər Alyaska indiyəcən Rusiya ərazisində qalsaydı xarabazara çevrilmiş regionlardan biri olacaqdı. Bu gün Alyaska ştatının büdcəsi 15 milyard dollar səviyyəsindədir. İndi təsəvver edin, Rusiyanın ən böyük və ən zəngin regionlarından biri Yakutiyadır (Saka Respublikası), ərazisi Alyaskadan təxminən iki dəfə böyükdür və büdcəsi 2 milyard dollara yaxındır.
    Niyə Rusiyanın dəsmal götürüb üstündə ağlayan bir ana-bacısı yoxdur?
    Elə-belə, yaxın tarix üçün yazdım.
    …Hansısa bir xalqın, bir millətin bütün əhalisini 7- dən 77- dək təhqir etmək, yumşaq desək, nadanlıqdır. O cümlədən, rus xalqını. Bu xalq təkcə Putin və onun komsndasından ibarət deyil. Şəxsən mən elə rus "babulyası" tanıyıram ki, bizim ədəbiyyat professorlarının bir çoxundan çox mütaliəli, elə "bomj" tanıyıram ki, bizim "fəlsəfə doktorlarının" əksəriyyətindən daha mükaliməlidir.
    Dediyim odur ki, malı mala qatmayaq.
    Biz şovinizmi, nasizmi ittiham edirik, milləti, xalqı yox.

    …Mollalar Prezident Pezeşkianı boş-boş irad və tənqidlərlə o qədər bezdirəcəklər ki, o yazıq axırda başını götürüb İrandan qaçacaq.
    Adam az qalır ki, desin: ay mollalar, Oxuduğunuz (əgər oxumusunuzsa) sizə qənim olsun.
    …Ən azı on əsr geridə qalmış molla təfəkkürü, İranı dalana dirəyib, fəlakətə sürükləyir.
    Ən dəqiq diaqnozu doktor Pezeşkian verib: "Təqsir özümüzdədir".
    İstər- istəməz bir məlum məsəl yada düşür: Axmaq adam, sən həkimdən çox bilirsən?)

    …Filan adam axmaqdır.
    Filan ailə axmaqdır.
    Filan nəsil axmaqdır.
    Filan kəndin adamları axmaqdır.
    Filan rayonun adamları axmaqdır.
    Filan şəhərin adamları axmaqdır.
    Filan millət axmaqdır.
    Filan qitədə axmaqlar yaşayır.
    ...və nəhayət,
    Bütün dünya axmaqlardan ibarətdir.
    Bu, müxtəlif personaların "pilləli" düşüncələridir.
    Nədənsə, by cûr düşûnən adamların heç biri demir ki:
    - Dünyanın ən axmaq adamı mənəm.

    12.08.2025
    Vaxtilə “Tarixin kölgəsi” və ondan bir qədər sonra “Üçüncü sahil” tarixi-siyasi dramları üzərində işləyərkən Gürcüstünın tarixi ilə bağlı müəyyən sənədlərlə də tanış olmuşdum. Tarixi əsər yazarkən istər-istəməz mövcud tarixi auraya və siyasi müstəvidə baş verən hadisələrə də varmalı olursan. Sözün qısası…köhnə qeydlərim əlimə keçdi…
    Q e y d d ə f t ə r i n d ə n. “Qırmızı terror” gürcülərdən də yan keçməyib.
    Gürcüstanın ilk paryiya rəhbəri (onsuz da uzun illər bədnam SSRİ-ni “kompartiya” liderləri idarə edib) Vissarion Lominadze (1922-24) 1935-ci ildə özünü güllələyib, yəni intihar edib.
    Mixail Kaxiani (1924-30) 1937-ci ildə güllələnib.
    Levon Qoqoberidze (1930) 1937-ci ildə edam olunub.
    Samson Mamuliya 1937-ci ildə güllələnib.
    Şalva Eliava (1936-37) 1937-ci ildə repressiya olunub.
    Lavrenti Kartvelişvili (1931) 1938-ci ildə edam olunmuşdur.
    Mənsub olduğu partiyaya üzqaralığı olmuş Lavrenti Beriya isə (1931-38) “böyük repressiyadan” sonra 1953-cü ildə güllələnərək özünün yola saldığı milyonlarla “xalq düşməninin” yanına vasi olmuşdur.



    13.08.2025
    ...Hava tutulur-açılır... Buralarda adətən payızın “havası” faraş hiss olunmağa başlayır. Avqustun ortası olsa da, təbiətin üzü qəfildən “bozarıb”. Arada yağış çisələyir, şimşək çaxır. Yazı-pozu ilə məşğulam. Son günlər əsasən xarici dillərə tərcümə olunmuş əsərləri qaydaya salıram.

    ...Köhnə dostum, hərbi jurnalist Şəmistan Nəzirliyə zəng vurdum. Ad gününü təbrik etdim. Bir müddət əvvəl ürək əməliyyatı keçirib. Danışığından xəstəhal olduğu hiss olunur. Həyat yoldaşını və arvadını bir neçə il əvvəl itirib. Bir oğlu ailəlidir. İndi özü təkdir.
    Bir az ordan-burdan danışıb dərdləşdik, keçənləri xatırladıq. Dedi Bakıda havalar istidir, dedim dur gəl Bakıya. Qərarlaşdıq ki, payızda görüşək.

    14.08.2025
    ..."Şair Kəramətin (Şükürov) küçədə meyiti tapılıb". Bir-iki saytda gözümə belə bir ifadə sataşdı. Bu, yumşaq desək, çox qeyri- etik bir "təqdimatdır". Bəli, adam getdiyi yerdə, yolda, evinin yaxınlığında, maşında, dükanda, bazarda... həyatını qeyb edə, rəhmətə gedə, canını tapşıra bilər.
    Yazılanlardan elə çıxmasın ki, Kəramət təsadüfi adamdır, "küçədə" ölüb. Xeyr, Kəramətin yaxşı ailəsi, övladları olub. Düzdür, mən onları şəxsən tanımıram. Amma Kəramət özü Türkiyədə yaşayan qızının Markesdən tərcümə etdiyi kitabı mənə vermişdi. Mükəmməl tərcümə idi. Kəramət bir müddət öz hesabına maraqlı bir qəzet də nəşr etdirib.
    Dilimiz zəngindir. Həm olan, həm də ölən adam haqqında layiqli sözlər işlətməyimiz lazımdır.
    Allah istedadlı şair Kəramətə rəhmət eləsin, ruhu şad olsun.

    ... Vüqar Tapdıqlı vəfat edib. Şair İlyas Tapdıgın yaxın qohumu idi. Uzun illər Az.Tv.-də, son illərdə isə Kino arxivdə çalışırdı. Xoş münasibətimiz vardı. Milli və türkçü bir adam idi. Xərçəngdən vəfat etdiyi deyilir.Ruhu şad olsun.

    15.08.2025
    Bu gün Alyaskada Tramp-Putin görüşü olacaq.
    İnanmıram bu görüşdən nəsə alınsın.
    Putin tarana gedir.
    Rusiya bataqlıqdadır.
    Dünya "hərbi dinazavrın" çöküşü ərəfəsindədir.
    …Gecə yatmayıb Alyaskada baş titan görüşü izlədim.
    İki liderin görüşünun nəticələri haqqında bir neçə cümləlik tezis.
    Putin Rusiya-Ukrayna arasındakı "konfliktin" səbəbkarı kimi Baydeni tənqid etdi. Putin mövcud "münaqişənin" çox xırda məsələ olduğunu qeyd etdi və vurğuladı ki, gələcəkdə biz Amerika ilə birgə daha önəmli işlərlə məşğul ola, ticari məsələləri həll edə bilərik.
    Tramp görüşün səmərəli keçdiyini və bununla bağlı elə indi Zelenskiyə zəng edəcəyini bildirdi.
    Beləliklə, mətbuat konfransı başa çatdı. Sual vermək istəyən jurnalistlərin mikrofonları əllərində qaldı.
    Vəssalam.
    …Bu gün “Ədəbiyyat qəzeti”nda görkəmli filosof Heydər Hüseynov haqqında məqaləm dərc olunub.

    Qeyd dəftərindən: “-Sən bu adamlarla bu dünyanı dəyişmək istəyirsən?
    -Yox, mən istəyirəm ki, bu adamlar özləri özlərini dəyişsinlər. Əgər belə olsa, bu dünya da dəyişəcək”.

    16.08.2025
    Düz bir il əvvəlin-2024-cü ilin yayının söhbətidir.
    Şəkil paylaşmışdım. Əlimdə bir qutu siqaret vardı. Okeanın o tayında idim. Siqaretin daşını atsam da “gənclik sevdam” təzədən baş qaldırmışdı, amerikan “Marlboro”su məni ahənruba kimi çəkir, mən də əvəzində onun sanki uzaq xatirələrimdən gələn acı tüstüsünü ləzzət dolu bir nisgillə ciyərimə çəirdim.
    Mənim “siqaretli” fotomu görən Hidayət Elvüsal yatızarafat-yatıciddi belə bir cümlə yazmışdı: “Bura bax, mən ölüm, gələndə o siqaretdən bir qutu mənə gətir”. Yazdım ki, mütləq gətirərəm…
    Hidayətlə 1980-ci ildən tanış idim. Eyni vaxtda “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlamışdıq. O vaxt Hidayət hələ “Elvüsal” deyildi, “Nağıyev” idi. Tezliklə söhbətimiz tutdu. Yadımdadır, bir dəfə Bayıl tərəfə getdik, orada Hidayət məni qardaşı Şücaətlə tanış etdi. Onda Şücaət hələ tanınmırdı, səhv etmirəmsə Kəlbəcərdə iaşə sahəsində çalışırdı. Yeyib-içdik, söhbətləşdik, şeirləşdik.
    Hidayət tezliklə öz maraqlı yazıları ilə tanındı, şöhrətləndi. Az yazırdı, amma hər yazısında “onluğa” vurudu.
    Sonralar mən indiki AMEA-da çalışmağa başladım. Amma mətbuatla bağlılığım heç vaxt kəsilmədi. Elmi fəaliyyətlə yanaşı, bir xeyli müddət “Maarifçi”, “Mədəniyyət, “Tac” qəzetlərinin redaktoru (Baş redaktoru) vəzifəsində çalışdım.
    …Bir neçə il əvvəl mətbuat işçiləri üçün Bayılda yeni tikilmiş binadan mənzil verirdilər. Sənədlərimi toplayıb “Azərbaycan nəşriyyatı” tərəfə üz tutdum. Yolda Hidayətlə rastlaşdım. Fikirli-fikirli siqaret tüstülədirdi. Görüşüb əhvallaşandan sonra haraya getdiyimi soruşdu. Mətləbi anlatdım. Dedi: “Bilirsən ki, mənim də düz-əməlli evim yoxdur. Kürdəxanı tərəfdə qalıram…” Dedim ki, sən də müraciə et…” Gözlərini qıyıb dedi ki, sağolmuş, bu, hansı dövrdür ki, adamsız adama ev verələr. İsrar etdim, dedim ki, gedək. Bir təhər razılaşdı. Sənədlərin qəbul edildiyi mərtəbəyə qalxdıq. Mən sənədlərimi təqdim etdim. Növbə Hidayətə çatdı… Məlum oldu ki, Nidayətin nəinki sənədləri, heç şəhər qeydiyyatı da yoxdur, sadəcə polis idarəsində qeydiyyatdadır.
    Az sonra mətbuat işçilərinə mənzil verdilər. Mən “yuxarıdakı” bəzi çinovniklərin sayeyi-mərhəməti ucbatından “kənarda qaldım”, Hidayətə mənzil verdilər. Bu, məni çox sevindirdi. Hər rastlaşanda ciddiyyətlə deyirdi ki, sənin sayəndə dəniz kənarında evim oldu… Mən də zarafatla: “Səni tapşırdım, özüm yaddan çıxdım”- deyərdim.
    Yaxşı ki, Hidayət Kəlbəcərin azad olunduğunu gördü.
    …Hə, indi isə yenidən qayıdıram 2024-cü ilin yayında olan “yazışmalarımıza”. İndi epistolyar janrda olan məktublaşmalar yalnız social şəbəkələrdə olur. Bəli, Hidayət Elvüsala verdiyim vədi yerinə yetirdim. Ona okeanın o üzündən istədiyi siqaretdən bir qutu gətirdim. Yenə yazışdıq, zəngləşdik. Dedi ki, indi avqustdur, havalar istidir, qoy bir az keçsin, sentyabrda görüşərik.
    Sentyabr gəldi. Ayın əvvəlləri idi. Mətbuatda oxuduğum xəbər içimdən idırım dalğası kimi ötüb keçdi: “Hidayət Elvüsal dünyasını dəyişib”. O, Kürdəxanıda, bir neçə il əvvəl itirdiyi həyat yoldaşının yanında dəfn olundu.
    İndi aradan bir ilə yaxın vaxt keçir. Hər dəfə harada “Marlboro” siqareti görəndə onu xatırlayıram.
    Ruhuna ehtiram.
    …Bu gün eşitdim ki, yazıçı Vidadi Babanlı rəhmətə gedib. Oğlu yoldaşım Həcərlə BDU-da eyni qrupda oxumuşdu. Özü qonşumuz olmuşdu. Eşitdim ki, doğulduğu kənddə- Qazağın 2-ci Şıxlı kəndində dəfn olunacaq. Əslində, bu, çox düzgün seçimdir. Elə Hüseyn Arif və Osman Sarıvəlli də (ailəliklə) öz doöulduqları yerdə dəfn olunub. Xatırlayıram ki, mərhum Əli Kərim, Aydın Məmmədov, Səyavuş Sərxanlı, Taleh Həmid də öz kişik vətənlərində torpağa tağşırılıblar. Mövlud Süleymanlı da öz vəsiyyətinə əsasən Şamaxıda-anasının dəfn olunduğu yerdə basdırılıb.
    Niyə də belə olmasın ki?

    17.08.2025
    …Bazar günüdür. Avqust ayı olsa da havalar çox sərin, hətta deyərdim ki, soyuq keçir. Qalın yorğan-döşəkdə yatıram. Qardaşım Fuad sırağa gün Bakıya getdi. İndi təkəm. Sanki bütün kənddə təkəm. Gözə az adam dəyir. Arada kəndin ortasındakı dükana gedir, ayun-uyun alıb gəlirəm evə.
    …Dünya hadisələrini izləyirəm. Putin Rusiyası sakit durmur. Statuslar,qeydlər yazıram. Birisi mənə yazmışdı ki, bir vaxt alman faşizmi də rus raşizmi kimi “çiçəkləmişdi, amma sonra məhv oldu. Yazdım ki, onların burnu əziləndən sonra sakitləşdilər, bunlarınsa burnu hələ əzilməyib.
    …Vaşinqtondakı Ağ evdə Ukrayna Prezidenti V.Zelenski və Avropa ölkələri rəhbərlərinin (İngiltətə, Almaniya, Fransa, İtaliya, Finlandiya, habelə Natonun Baş katibi, Avrosoyuzun rəhbərliyi) daxil olduğu tərkibdə ABŞ Prezidenti D.Tramp ilə görüş keçirildi. Bu dəfəki görüş daha ciddi təsir bağışladı Deyəsən Tramp Ukraynanın üzləşdiyi çətinliyi, əslində faciəni getdikcə bütün mahiyyəti üzrə dərk etməkdədir.

    18.08.2025
    “Bu mənəm a kəndim, tanımadınmı?
    Bu, həmin Məmməddir sınıxıb bir az…”

    Sosial şəbəkələr Məmməd İsmayılın ölüm xəbərini indi mənim bu yay günlərində məskunlaşdığım ucqar kəndə, Şınığa, ata-baba yurdum İsalıya da gətirdi.
    Məmməd coşqun təbli, fitrətən istedadlı şair idi.
    İndi yadıma salmaq istəyirəm, şairlə tanışlığım nə vaxt, harada başlamışdı?
    1970-ci ildə o vaxtlar BEMZ deyilən nəhəng zavodun səliqə-səhmanlı yataqxanasında Məmmədlə görüş keçirildi. Mən zavodda fəhlə işləyirdim. Məmməd artıq tanınmağa başlayan bir şair idi. O, lap yaxınlarda Az.Tv-də gedən “Odlu diyar” verilişinə görə “Qızıl qələm” mükafatı almışdı. Görüşü onun yaxın dostu, zavodda çıxan “Elektrik” çoxtirajlı qəzetinin redaktoru Aslan Zeynallı təşkil etmişdi. Mən də çıxış edib onun şeirləri haqqında danışdım. Yaxından tanış olduq. Sən demə, dayım, yazıçı, Baş redactor vəzifəsində çalışan Nahir Hacızadə ilə bir yerdə işləyirmiş.
    1971-ci ildə 1-ci kursda oxuyarkən Məmməd məni axtarıb tapdı, sssenari müəllifi olduğu, gərək ki, “Tələbə dünyası” adlanan verilişə dəvət etdi. Çıxış etdim, şeir dedim, bir xeyli “populyarlaşdım”. Təbii ki, bunu zarafatla deyirəm. Verilişin aparıcısı gənc jurnalist Gülşən Əkbərova özü də həmin vaxt tələbə idi.
    Məmmədlə hərdən onun dostu, mənimsə qohumum, istedadlı şair və telejurnalist Aydın (Qurbanığlu) İbrahimovun “Alatava”dakı sadə evində görüşürdük.
    Məmməd televiziyada işləyən ləyaqətli bir xanımla ailə qurdu, Moskvadakı Ədəbiyyat İnstitutnda ikinci bir ali təhsil aldı, məşhur “Gənclik” jurnalının redaktoru və “İşıq” nəşriyyatının direktoru oldu, sonralar bir müddət vaxtilə çalışdığı Az.Tv-nin sədri vəzifəsinə təyin olundu. Ömrünün son otuz ili isə Türkiyə ilə bağlı oldu, qardaş ölkədnin ali məktəbində dərs dedi. Bu illər ərzində onunla tədbirlərdə, törənlərdə, toyda-yasda görüşürdük.
    Məmməd İsmayıl harada işləməsindən asılı olmayaraq sözə, sənətə, poeziyaya, ədəbiyyata bağlı adam idi. Onun publisistik yazıları, nəsr əsərləri-roman, ssenari və hekayələri də var. Amma o, təpədən-dırnağacan şairdir. Şeir onun taleyi, həyatı, nəfəsi idi. Bəlkə də indi bunu deməyin yeri deyil, amma bilənlər bilir, Məmmədin bir çox yaxın qələm dostları ilə münasibətinin soyuması da SÖZ üstündə baş vermişdi.
    Bu gün Məmmədin özü yoxdur, amma onun sözü qalır.
    Onu da oxudum ki, şair öz vəsiyyətinə əsasən dogulduğu kəndd dəfn olunacaq. Məşhur şeirindən bir misranı xatırladım: “Bu mənəm a kəndim, tanımadınmı? Bu, həmin Məmməddir sınıxıb bir az…”

    Zəngin, rəngarəng poeziya çəmənliyimizdə bir çəhlim var, bu, Məmməd İsmayılın pozulmaz izidir.

    Ümid – korun-korun sönəcək ocaq,
    İçində səssizcə inləyən uddu...
    Bağlayan bağladı gözünü, ancaq
    Qayıdıb açmağı çoxdan unutdu..

    Gör harda fürsəti verdin əlindən
    Gözünü bağlayan korun bəxtimi?
    Sən xoşbəxt olmadın dərdin əlində,
    Bax sənə dərd verən dərd, xoşbəxtdimi,?


    21.08.2025
    Rusiya-Ukrayna müharibəsi özünün yeni fazasına qədəm qoyur. Son günlər Amerika (daha doğrusu, president Tramp) xeyli qətiyyətli danışır, Rusiyanı hədələyir.
    … Bir sıra qəzet və jurnalların elektron adresinə müxtəlif janrda yazılar göndərdim. Ədəbi nəşrlər adətən yazılarımı vaxtlı-vaxtında dərc edir.
    … Rəşad Məcidin ad gününü -60 yaşını təbrik etdim.


    22.08.2025
    …Tarixi konuda bir "dartışma" qarşıma çıxdı. Söhbət milli qəhrəmanımız Babəkdən gedirdi. Hərə Babəkin milli kimliyini bir yana "dartırdı". Onun hansısa qondarma bir millətə aid olduğunu iddia edən kim, onun "qeyri- türk" olduğunu "sübut" etməyə çalışan kim...
    Deyəsən, Babəkin pasportunu- şəxsiyyət vəsiqəsini tapıblar və hər kəsdən gizlədirlər ... Göstərin o "sənədi", qoy hamı görsün.

    25.08.2025
    Həcər Amerikadan gəlib. Bakıdadır. Aqşin qarşılayıb. Telefonla danışdıq.
    Ayazın əlillik pensiyası gəlməyib. O, hələ Türkiyədə, Fasad doktorun yanındadır.
    Saratovkadan gəlmiş usta Nofəl çoxdan xarab olmuş köhnə televizorumuzu təmir etdi.
    Bu gün qonşu və qohum Alim Köçərli ilə Saratovkaya getdik, yüngülvari bazarlıq etdik. İdris qohum bizdə yemək hazırladı, yeyib-içdik.
    Son illər bir çox "fəlsəfə doktorları" ekran və efirlərdən çıxış edərək böyük bir həvəslə mötədilliyi, kasıblığı, yazıqlığı, "üzüyolalığı", "başıaşağılığı", bir sözlə könüllü şəkildə başıqapazlılığı qəbul etməyi təbliğ edirlər.
    Əcaba olmaz ki, hərdən cəsarət tapıb cəsarətili olmağı da təbliğ edəsiz?

    …Putin özünü höccət, tərs və ərköyün çocuq kimi aparır. Bu, daha çox rusların özü üçün təhlükəlidir.
    Başqa vavt Şimal qonşularımiz inqilabdan, ədalətdən, mübariz "dekabristlərdən" ağızdolusu danışırlar. İndi hanı onlar, niyə səsləri öz qulaqlarına çatmır?
    …Rusiya mediası yazır ki, Estoniya onunla müharibəyə hazırlaşır.
    Yada salıram ki, Rusiyanın əhalisi Estoniyadan düz yüz dəfə çoxdur.
    Bunlar özləri müharibəsiz yaşaya bilmirlər, qaşınmayan yerdən qan çıxarırlar.
    …Son illər bir çox "fəlsəfə doktorları" ekran və efirlərdən çıxış edərək böyük bir həvəslə mötədilliyi, kasıblığı, yazıqlığı, "üzüyolalığı", "başıaşağılığı", bir sözlə könüllü şəkildə başıqapazlılığı qəbul etməyi təbliğ edirlər. Ən çox isnad və istinad etdikləri mənbə də dini kitablardır.
    Əcaba olmaz ki, hərdən cəsarət tapıb cəsarətili olmağı da təbliğ edəsiz? Axı müqəddəs kitablarda cürət və cəsarət haqqında da dəyərli fikirlər var.

    26.08.2025
    Hava tutqundur.
    …“Ədəbiyyat qəzüti”nə “Avesta” haqqında geniş məqalə göndərdim, üş nömrədə verə bilərlər.
    …“Olaylar” qəzetinə Sokrat haqqında məqalə göndərdim.
    …“Qaynarinfo” saytından Bahar zəng etmişdi. Soruşdu ki, qürbətdə vəfat etmiş görkəmli azərbaycanlıların (məsələn, Nəsiminin) məzarının vətənimizə gətirilməsinə necə baxıram. Təbii ki, pis baxıram. Onlar əslində Azərbaycanın geniş xəritəsini təmsil edirlər. Onların nəşinin, məzarının ölkəmizə gətirilməsi həm də bizim o fiziki və mənəvi xəritəmizin kiçildilməsi deməkdir. (Bəzi istisnalara bəraət vermək lazımdır. Məsələn, Cavidin uzaq Sibirdə “itmiş” məzarının vətənə gətirilməsi faktını. Sonra, Çəmənzəminlinin “it-bata düşmüş, əslində isə su altında qalmış məzarının şuşaya gətirilməsi reallaşsa bu, təqdir olunmalıdır. Yeri gəlmişkən, mən o məzarın yerini müəyyənləşdirmişəm).
    Bəli, ruhları narahat etməməliyik.

    “Yumşalmadan” sonrakı mərhələdə “möhkəmlənmə”…
    Sosial şəbəkədə prof. Cəmil Həsənlinin təqdimatında 1965-ci ildə Xalq yazıçısı Mehdi Hüseynin ölümü ilə bağlı silsilə stenoqrafik (tarixi) sənədlər dərc edildikdən sonra geniş rezonans doğurub..
    Bu yazıda bəzi “gizli” mətləbləri işıqlandırıb. Tarix elmi aşkarlığı, dəqiqliyi, tərəfkeşsizliyi sevir. Yazı ötən əsrin ikinci yarısında Xalq yazıçısı Mehdi Hüseynin ölümü ilə bağlı baş verən olayların fonunda ədəbi prosesə və ədəbi şəxsiyyətlərin “rəftarına” nəzər salmaq cəhətdən də maraqlıdır.
    Əfkar-ümum üçün, təbii ki, maraqlı məlumatlardır. Təəssüf edirəm ki, bu maraq doğuran “hadisələr” indiki oxucuların əksəriyyəti tərəfindən birmənalı qarşılanmamaqla yanaşı, müxtəlif aspektlərdə fərqli interpretasiyalarda təhlil edilməkdə və yozulmaqdadır.
    Doğrudur, 1965-ci ildə “Xruşşov epoxası” təzəlikcə başa çatmışdı. Buna baxmayaraq, “yumşalma”, “buzərimə” dövrü hələ davam etməkdə idi. Cəmiyyətdə aşkarlıq havası qismən sozalsa da, hələ “mülayim” küləklər “əsməkdə” idi.
    O vaxtkı Yazıçılar İttifaqında irili-xırdalı çəkişmələr baş verir, canlı debatlar gedir, kəskin mübahisələr səngimirdi. Yaradıcılıqda bu cür “lokal” və “qlobal” toqquşmalar təkcə Azərbaycandamı nəzərə çarpırdı? Xeyr. Həmin dövrdə SSRİ-nin bütün yaradıcı təşkilatlarında, xüsusən Yazıçılar İttifaqlarında bu cür “dartışmalar” yaşanmaqda idi. Və orasını da unutmayaq ki, təkcə o dövrdə yox, hətta, ondan əvvəlki illərdə belə, SSRİ-də az-çox demokratik ab-havanın mövcud olduğu məkan və ya meydan məhz yaradıcılıq birlikləri, o cümlədən yazıçıların birləşdikləri qurumlar idi.
    Əslində yazıda adı çəkilən və çəkilməyən yazıçıların əksəriyyəti istedadlı adamlar idi. Onları bu kökə həmin dövrün mövcud sistemi salmışdı. Bolşevizm, allahsızlıq, kollektivləşmə, sinfi mübarizə, qırmızı terror, 37-ci il...41-45-ci illər... və sair bəlalardan bir təhər sağ çıxmış, varolmalarını güclə qoruyub saxlamış, zamanında bir- birlərinin üzünə zor və təhdidlə durdurulmuş bu adamlar, instinktiv şəkildə də olsa özlərini müdafiə etməli olmuşdular. Axı cismani cəzalandırma təhlükəsi tamam aradan götürülməmişdi. Bütün bunlarla yanaşı, digər sahələrdə (məsələn partiya təşkilatlarında) çalışanlardan fərqli olaraq, söz adamlarının qarşılıqlı ittiham və tənqidlərində səmimiyyət, cəsarət və sərbəstliyi də müşahidə etməli oluruq.
    Təkrar edirəm, mən konkrət adamlardan daha çox, bu bəlalarda mövcud sistemi, murdar quruluşu ittiham edirəm...
    ...və buna görə də istərdim ki, "filakəs pis, filankəs yaxşı adam olub..." kimi primitiv şüarçılığa rəvac verməyək. Yaxşı, tutalım, biz "pis" olduq, bəs gürcülər, tatarlar, ruslar, özbəklər, ukraynalılar, qazaxlar..necə? Bütün bu baş verənlər gülməli, məzələnməli bir nəsnə deyil, bu, əslində ağlamalı, dəhşətli bir faciədir. Xalqın ziyalılarını üz-üzə qoymaq bic uşaq kimi meydana gəlmiş sovetlərin bir şakəri, xisləti, vəzifəsi idi.
    Bu, bir daha onu göstərir ki, tarixi təkcə yaşamaq azdır, onu dərk etmək lazımdır. Olsun ki, bəziləri bu “üstüörtülü”, “qaranlıq” məsələlərə işıq tutduğuna görə müəllifi qınayır. Əslində isə Cəmil Həsənli heç bir interpretasiyaya, şərhə üz tutmadan oxucuya yalnız faktları təqdim edib. İndi keçmişi ittiham etmək, o dövrdə baş verənləri tənqid etmək, həmin dövrün “əsas” tarixi və ya “epizodik” qəhrəmanlarını qınamaq asandır. Şəxsiyyətlərin hərəkət və fəaliyyəti tarixi proseslər kontekstindən kənarda araşdırılmamalıdır. Hətta, bu günün özündə belə mikro və makro dünyamızda baş verən prosesləri əksər hallarda məhz qələm adamları bütün gerçəklikləri ilə təqdim edirlər.
    ...və gəlin unutmayaq ki, indi ittiham və ya “ifşa” obyektinə çevrilən bu adamların əksəriyyəti məmləkətimizdə milli özünüdərkin formalaşmasında, milli məfkurənin yaranmasında, xüsusilə milli dilin qorunmasında müstəsna rol oynayıblar... Biz onlara, ən azı dilimizin yaşarılığı üçün rəhmət diləyirik. Əlbəttə, həmin kontekstdən çıxış edərkən, biz heç də “işverən”, “çuğul”, satqın, üzəduran “simalara” haqq qazandırmaq niyyətində deyilik. Necə deyərlər, bu zaman qatarında hər kəsin öz “kupesi”, öz “yeri” vardır.
    Qısası, tatixə, daha doğrusu tarixi proseslərə, konkret “tarixin içində” qiymət vermək lazımdır. Zaman keçəndən sonra “uzaq məsafədən” boylanıb tarixi istənilən kimi interpretasiya etmək, yumşaq desək, antitarixçilikdir.
    Dostlar, az diqqətli diqqətli olmalıyıq. Artıq dediyim kimi, tarixə “tarixin içindən” nəzər salmaq lazımdır. Elə haqqında söhbət gedən yazının da da məğzi və məqsədi, çox günan ki, budur…
    … Yeri gəlmişkən, düzünü deyim ki, mən həmin dövrdə “baş verənlər” haqqında “canlı şahidlərdən” çox şey eşitmişəm, yəni “məsələ” barədə az-çox məlumatlıyam. Amma yazıda yeni təəssüratlar da yox deyildir.
    Bir-birlərini nə qədər tənqid etsələr də, ilk növbədə, çıxış edən yazıçıların cəsarəti diqqəti cəlb edir. Müxtəlif nəsilləri təmsil edən qələm sahibləri, əksər hallarda, çəkinmədən partiya nomenklaturasının nümayəndələri ilə mübahisəyə girişir və bir çox hallarda hətta, onları tənqid edir. Unutmaq olmaz ki, bu adamlar 37-ci ilin dəhşərlərini öz gözləri ilə görüblər və indi (1965-ci ildə) bir qədər ehtiyarla olsa da açıq debatdan çəkinmirlər.
    Diqqəti çəkən ikinci məqam isə o vaxtkı dövlət rəhbərlərinin hədsiz təmkin, diqqət, qaygı sərgiləmələri, habelə ədəbi əaləmə və ədəbi prosesə yaxından bələdliyidir. Əslində bu, yalnız “şəxsi planda” olan məsələ deyildi. “Ottepeldən” –“yumşalmadan” sonra bütün sahələrdə bu cür cəsarət və ya təmkin nümunələrinə rast gəlmək olurdu. Düzdür, artıq N.Xrussov vəzifədən qovulmuşdu, onun yerinə sonralar “durğunluq” dövrü kimi səciyyələnən epoxanın yeni baş pesonası- L.Brejnev gəlmişdi, amma təxminən on il əvvəl başlamış “yenilənmə” prosesi hələ davam etməkdə idi. Həmin mərhələdə SSRİ-nin bütün respublikalarında təxminən bir-birinə bənzəyən şəxsiyyətlər hakimiyyətdə təmsil olunurdu. Yeri gəlmişkən, bunu da deməyi vacib bilirəm ki, həmin dövrdə “yuxarı eşalonda” stalinçilər hələ qalmaqda idilər və ən gülməlisi və ya ağlamalısı həm də bu idi ki, hətta “aşağı eşalonda”, lap elə fəhlə, kəndli və ziyalılar arasında da “Stalin sevgisi” qalmaqda idi. Bu “sevda” hələ bu gün də bəzi “dairələrdə” çiçəklənməkdədir.
    O ki qaldı yazıçılar təşkilatında az qala əl-qol davasına və gərgin mübahisələrə… Mən tamamilə əminəm ki, bu, sovet sisteminin öz mahiyyətindən irəli gəlirdi. Düzdür, 37 artıq geridə qalmışdı. Amma hələ onun qorxusu və “qoxusu” qalmaqda idi. 20-ci partiya qurultayı bir çox gizlinlərin üstündən pərdəni qaldırmışdı. Elə yazarlar cameəsində də artıq “savaşlar” gizli yox, aşkarcasına gedirdi…
    Bir də axı bu cür davalar təkcə “bizimkilərə” xas xüsusiyyətlər deyildi. Əminəm ki, məsələn, Aleksandr Tvardovski və Konstantin Simonovla SSRİ Yİ-nın sədri A.Fadeyev arasındakı “münaqişədən”, M. Şoloxov ilə A.Soljenitsın arasındakı “davadan”, B.Mayakovski, S.Yesenin və B.Pasternak arasındakı yumruq savaşından bizim oxucuların əksəriyyətinin xəbəri yoxdur. Bəlkə də elə xəbərsiz olmaları yaxşıdır.
    Bəli, elə bir vaxt gəlmişdi ki, yaradıcı adamları güllələmir, onları xaricə qovurdular. (Yeri gəlmişkən Rusiyada bu gün də, yəni ilin-günün bu vədəsində xeyli sayda “inoagent” elan olunmuş yazıçılar vardır). Məsələn, həmin dövrdə, yəni 60-cı illərdən sonra, “qovulmuşlar” sırasında tanınmış yazıçılara misal kimi V.Aksyonov, İ.Brodski, V.Voynoviç, S.Dovlatov, E.Limonov, A.Yakobson və bir çox başqalarının adını çəkmək olar.
    Bəli, ədəbi mübahisələr, bütün dövrlərdə və bütün milli ədəbiyyatlarda olub. Amma “sovetsayağı” ədəbi savaşlar bütün “çoxçalarlığı” ilə yalnız totalitar sistemin mahiyyətindən qaynaqlanıb.
    …Qəribədir ki, mən bu qeydləri yazıb öz “səhifəmdə” paylaşan anlarda yazının müəllifi Cəmil Həsənlı zəng etdi, yazıda təsvir olunan olaylarla bağlı fikir mübadiləsi apardıq.

    27.08.2025
    Hava tutqundur. Bağdan bir az alma yığdım, az sonra qohum idris də alma və yemək gətirdi.
    Fasad həkimlə danışdım.
    Ayaz bu gün İstanbuldan Bakıya gəldi.
    Telefonumun “yükü” qurtarmışdı, Aqşin yüklədi.

    Ruhları incitməyin…
    …Bir-iki saytdan zəng edib belə bir sualla müraciət etmişdilər: “Nəsiminin məzarının Azərbaycana gətirilməsini təklif edirlər, Siz bu məsələyə necə baxırsız?”
    Bəribaşdan deyirəm: pis baxıram, çox pis.
    Niyəsini deyim.
    Onda belə çıxır ki, biz gərək Füzulinin məzarını İraqdan, Rəsulzadənin məzarını Türkiyədən, Topçubaşovun məzarını Fransadan, Nərimanovun məzarını Rusiyadan, Məhəmməd Əsəd bəyin məzarını İtaliyadan, Mehdi Hüseynzadənin məzarını Sloveniyadan… daşıyıb Azərbaycana gətirməliyik. Və ölkəni yad ölkələrdə ölən dogma adamların məzarlığına çevirməliyik. Çox gülünc təklifdir.
    Adlarını çəkdiyim və çəkmədiyim insanlar dünyada bizim mənəvi xəritəmizin “konturlarıdır”. Onların öldüyü və dəfn olunduğu yerlər o insanların özü boyda bir Azərbaycandır.
    Deyə bilərlər ki, axı Hüseyn Cavidin nəşi gətirilib dogma vətənində dəfn olundu. Bu, çox müdrik bir təklif və hərəkət idi. Çünki Cavidin məzarı it-bata düşmüşdü, konkret yeri məlum deyildi.
    Eyni sözü böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin məzarı haqqında da demək olar. Bəli, onun məzarı da yad eldədir, su altda qalıb. (Bu barədə dəfələrlə yazmışam, ədibin məzarının yerini müəyyənləşdirmişəm, təkliflərimi vermişəm və indi o yazılardan birinin linkini rəy yerində yerləşdirəcəyəm. Bu gün Yusif Vəzirin doğulduğu Şuşa şəhəri işğaldan azad olunub. Yazıçı artıq öz Vətəninə “gələ” bilər).
    Adlı-ünvanlı məzarlar niyə haradansa harayasa köşürülməlidir? Niyə?
    Bir daha təkrar edirəm: yad ölkələrdəki hər məzar bizim məmləkətimizin bir sərhər rəmzidir. Ruhları narahat etməyin.

    30.08.2025
    Çox gözəl bir havadır. Günəşli, ilıq, təmiz.
    Həcər Bakıdan kəndə gəldi.
    Yazı-pozuları qaydaya saldım, mütaliə ilə məşğul oldum.

    … Heç inanmağım gəlmir.
    Birisi and-aman içib deyir ki, onun yaşadığı binadakı liftə mərtəbələr üzrə sayğc qoyublar.
    Rəhmətlik şair M.Seyidzadə deyib ki:
    Minəsən liftə,
    Gəzəsən müftə.
    İndi sağ olsaydı rəhmətlik belə deyə bilərdi:
    Minəsən liftə,
    Verəsən siftə...

    Prezident və stüardessa
    …Rusiyanın çəkdiyi bir sənədli filmdə “maraqlı” bir əhvalat yəqin ki, baxan tamaşaçı və eşidən dinləyicilərin diqqətini çəkib.
    Sovet-rus xüsusi xidmət orqanları, adətən, xarici ölkələrin diplomatik korpuslarını nəzarət altında saxlayırdılar. Onların ən ümdə vəzifələrindən biri də diplomatları min bir hiylə ilə ələ keçirməkdən ibarət idi. Həm də təkcə diplomatları yox, əcnəbi turistləti, qastrolçuları, alimləri, hətta dövlət başçılarını belə, “fakt qarşısında” qoymaq SSRİ “KQB”sinin nailiyyəti hesab olunurdu. Bunun üçün ən çox gözəl xanımlardan, tanınmış aktrisalardan istifadə edirdilər. Bu cür qadınlara həmin qurumda “lastoçka” deyirdilər.
    İndoneziyanın ilk Prezidenti Sukarno öz ölkəsinin Holland istismarından azad olunmasında böyük fədakarlıq göstərmişdi. Sukarno istedadlı adam idi, öz ana dilindən başqa altı dili mükəmməl bilirdi (yapon, ərəb, ingilis, Holland, alman, fransız dillərini). Yəni bu yeddi dildə danışarkən ona çox vaxt tərcüməçi gərək olmurdu. Amma ölkəsinin ilk Prezidenti sonralar xalqın təzyiqi nəticəsində istefa vermiş, ömrünün axırınacan ev dustağı olmuşdur. Bu, artıq başqa söhbətin mövzusudur.
    Sukarnonun “zəif” cəhətlərindən biri zərif cinsə xüsusi rəğbətinin olması idi. O, rəsmən yeddi dəfə evlənmişdi. Əslində qadınlar da ona laqeyd deyildi. Hakimiyyətdə sərt olan bu adam qadınlara qarşı diqqətli idi. O, öləndən sonra onun xanımları ayrı-ayrılıqda xatirələrini yazıb nəşr etdirmişlər. Bu da başqa bir söhbətin mövzusudur.
    Söhbər şanlı sovet kəşfiyyatından gedir. Bəli, cənab Sukarno bir dəfə Moskvaya rəsmi səfərə gələrkən təyyarədə rus stüardessası ilə tanış olur. Yeddi dil bilən, yeddi dəfə evlənmiş və gözəlliyə biganə olmayan qoçaq Sukarto qızın telefonunu alır və onu yaşadığı hotelə dəvət edir. Sən demə bu ucaboy, gülərüz, şən stüardessa qız “orqanların” təcrübəli “lastoşkası” imiş.
    Prezident və xanım qız görüşürlər… Ayıq-sayıq “orqan” işçiləri lentə aldıqları yataq səhnəsini Sukarnoya göstərirlər. Prezident “filmə” sonacan diqqət və maraqla tamaşa edir. “Orqan” işçiləri onun reaksiyasını gözləyirlər. Çünki adətən belə “səhnələrdən” sonra “obyekt” özünü itirir, vəziyyətdən çıxmaq üçün müəyyən təkliflərlə üzləşir.
    Təcrübəli Sukarno gülümsəyərək məlum xidmət orqanının işçilərinə təşəkkür edir və deyir: “Xahiş edirəm o lentin sayını artırıb mənə verin. Mən özüm onu ölkəmizin televiziyasında nümayiş etdirəcəm. Qoy mənim xalqım görsün ki, ona necə cəsur və enerjili bir kişi rəhbərlik edir”.
    Beləliklə, Prezidentə qarşı hazırlanmış “plan” alt-üst olur, qarayaxma “kampaniyası” ifşa edilir.

    31.08.2025
    Bibioğlu Əhməd müəllimlə Saratovkaya- hüzr yerinə getdik. Orada qardaşım Fasadın qudası Cahangirin həyat yoldaşının yas məclisində olduq. Qardaşım Ayaz da gəlmişdi.
    Hava xoşdur.
    Kompyuterdəki yazı “cəngəlliyində” vurnuxuram.

    Var ol, Stiven.
    …Stiven Kinq məşhur Amerika yazıçısıdır. Onun əsərləri dünyanın onlarla dilinə tərcümə olunub, milyonlarla tirajla nəşr edilir. Kinqin oxucularının çoxu son dövrəcən rusiyalılar idi. Yazıçı 2022-ci ildə Rusiya nəşriyyatları ilə bütün müqavilələrini dayandərdı. Tək bircə faktı nəzərə alın ki, yalnız 2021-ci ildə Rusiyada müxtəlif nəşriyyatlarda onun 961 min tirajla 166 kitabı nəşr olunmuşdu. Bu müqavilələrin dayandırılması Rusiyanın Ukraynaya qarşı etdiyi təcavüzlə bağlıdır. Müqayisə üçün bildiririk ki, Rusiya kitab palarasının məlumatına görə, bu, həmin dövr üçün Rusiyada ən yüksək göstədicidir. Belə ki, F.Dostoyevskinin həmin il 612 min tirajla 142 kitabı nəşr olunmuşdur. Yazıçı vicdanı Stiven Kinqə rahatlıq verməmiş, o, Rusiyanın işğalçı siyasətinə etirazını bu cür bildirmişdir. Qoy ruslar innən belə zəhmət çəkib Kinqi orijinalda oxusunlar…

    02.09.2025
    Həyət-bacanı təmizlədik. Xarab olmuş, “porsumuş” ot-ələfi toplayıb “tonqal” çatdıq. Tonqalın alovunun dilləri bir neçə metrə çatırdı. Bu mənzərəni video kimi çəkib social səhifəmdə paylaşdım. Ən maraqlısı bu oldu ki, bəziləri bunun ekologiyaya zərərli olduğunu yazdılar. Hətta, ciddi şəkildə şüvən qoparanlar da oldu: “Təbiətə ziyan-filan...” Gəl indi bu şüvənçiləri başa qal. Qapnın ağzının təmizlənməsi, zir-zibilin yandırılması sən demə, təbiətə qəsd imiş… Bu barədə yazdım. Gördüm anlamırlar, pozdum. Mənasız mübahisəni xoşlamıram.
    …Günortadan sonra qonşumuz Alim Köçərlinin maşınında Düzrəsulluya getdik. Həcər qohum-qardaşları ilə görüşdü.
    Sonra biz Alim ilə Başkənddəki yeməkxanadan yemək (basdırma) alıb gəldik, nahar etdik.

    04.09.2025
    Aqşin Türkiyəyə mənimçün bilet aldı.
    Putinin blefi davam edir. O, dünyaya özünü sülh göyərçini kimi təqdim edir, hətta, hərbi münaqişə olan bölgələrdə “araçılıq” edib barış yaratmaq təklifi ilə çıxış edir. Bu, həyasızlığın son həddidir. Halbuki hər gün rus əsgəri yüzlərlə ukraynalını öldürür. Hələ onu demirəm ki, Trampın dediyi kimi, hər həftə ərzində yeddi min rus əsgəri məhv edilir. Bu, o deməkdir ki, ay ərzində otuz min hərbçi öldürülür.

    05.09.2025
    O qadının imzası mənə çoxdan tanışdır. Hələ uzaq 70-lərdə onun imzasını tez-tez “Oqonyok” juranalının və “Literaturnaya Qazeta”nın səhifələrində görürdüm.
    Haqqında söhbət açdığım Zamira İbrahimova 1938-ci il mart ayının 5-də Leninqrad şəhərində doğulmuş 1960-cı ildə LDU-nu bitirəndən kimi könüllü olaraq Sibirə getmişdir. Onun sonrakı taleyi məhz Sibirlə bağlı olmuşdur. Zamira xanım uzun illər adını yuxarıda çəkdiyim məşhur jurnal və qəzetin Sibir üzrə xüsusi müxbiri olmuşdur. Onun əsas mövzusu Sibirdə, xüsusən Novosibirskdə yaşayan alimlərin fəaliyyəti olub. O, tez-tez deyirdi ki, jurnalistika elmin inkişafına təkan verir. Onun dərin müşahidə və mühakimə qabiliyyəti, analitik təfəkkürü və zəngin dili yazılarından aydın diss olunur.
    Zamira İbrahimova həm də gözəl nasir və istedadlı dramaturq idi. O, özü və ailəsi haqqında danışmağı xoşlamazdı. Amma mətbuatda gedən yığcam, “xəsis” müsahibələrindən belə məlum olur ki, Sibirdə ailə qurub, oğlu və qızı var. Kürəkəni rejissordur.
    Əslində burada söhbəti bitirmək də olardı... Amma düzünü deyim ki, mənim diqqətimi çəkən təkcə onun yazıları yox, həm də adı, soyadı və “insialı” idi: Zamira Mirzovna İbrahimova.
    Yaşlı yazıçı həmkarlarımdan eşitmişdim ki, bu xanım bizim böyük yazıçımız, akademik Mirzə İbrahimovun qızıdır. Mirzə müəllim 1937-ci ildə Leninqradda aspirantura təhsili almışdı. Sonralar bir sənəddə yazıçının o vaxtkı ölkə rəhbəri M.C.Bağırova yazdığı “etiraf məktubunda” nikahdankənar bir qızının olduğu etiraf etdiyi göstərilirdi.
    Daha bir yazıçının xatirələrində qeyd olunurdu ki, 50-ci illərdə SSRİ Ali Sovetinin qurultayında iştirak edən zaman, Moskvada eyni mehmanxanada qalarkən Səməd Vurğun çox dərin hörmət bəslədiyi dostuna, yəni Mirzə İbrahimova qızı ilə bağlı “sirri” gizlətməyə bir ehtiyac duyulmadığını bildirmiş və Zamira ilə çəkinmədən görüşməyi tövsiyə etmişdir.
    Zamira Mirzovna İbrahimova öz yazı və müsahibələrində demək olar ki, valideynləri haqqında heç zaman söhbət açmayıb. Amma bir neçə dəfə doğulduğu günün o qədər də “uğurlu” olmadığını yarızarafat-yarıciddi qeyd edib. Bildiyimiz kimi, həmin gün (5 mart) diktator Stalinin vəfat etdiyi gündür. Zamira xanım həm də təbli bir şair idi. Lakin yazdığı şeirləri “gizlədirdi”. Son şeirlərindən birində yazırdı:

    Payız yarpağıyıq, bəli, biz indi,
    Külək budaqlardan qoparır bizi.
    Ay köhnə yarpaqlar, bizə çətindi,
    O ötən günlərin hardadır izi?

    Zamira İbrahimova 2023-cü il aprel ayının 5-də 85 yaşında vəfat etmişdir.
    Onu rus jurnalistikasının vicdanı hesab edirdilər.
    Elə mərhum Xalq yazıçımız Mirzə İbrahimov haqqında söz açanlar da çox vaxt onu ədəbiyyatımızın vicdanı kimi dəyərləndirirlər.
    Hər ikisinin ruhuna ehtiram.

    06.09.2025
    Bizim evimiz, kəndin ən yuxarı başındakı birinci evdir. Buradan bütün Şınıx ovuc içi kimi görünür. Bu gün evimizin üst yanında dayanıb uzaqlara tamaşa edirdim. Üfüqlərdə qara buludlar köpük kimi qaynaşırdı. Yəqin ki, yağış olacaqdı.
    Birdən uzaq qonşuların həyətindəki toyuq-cücənin qarıltısı eşidildi. Ağaclardakı sərçələr də öz səslərini həmin “xora” qatdılar.
    Nə baş vermişdi?
    Başımı qaldırıb yüksəkliklərə baxdım. İki qızılquş havada ox kimi süzərək qəribə manevrlər edirdi. Onlar gah göyün dərinliyinə çəkilir, gah da sürətlə yerı doğru şütüyürdü. Çox gümanki səma “sahibləri” ova çıxmışdılar. Bir xeyli bu mənzərəni müşahidə etdim. Qızılquşlar bir müddət gözdən itdi. Toyuq-cücələlr hələ də qorxu işində qaqqıldaşırdılar…
    Axşamüstü qısamüddətli yağışlar yağdı.

    Küt-ləvi mənəviyyatsızlıq
    Çox yazmışam. Məcburam yenə bir-iki kəlmə deyəm…
    Biri var fantastik tarix, biri var real tarix, biri də var uydurma tarix.
    Əlbəttə, bizə ÖZ REAL tariximiz lazımdır.
    Fəlakət budur ki, indi az qala hamı “tarixçi” olub. Yox, bu, bir az şişirtmə çıxdı, zira indi “şair”, “juurnalist”, “müğənni”, hə, bir də “fəlsəfə doktoru” olanlarımız da az deyil.
    Sözümün canı nədir? Hərə əlinə bir lom alıb “tariximizi” “qazır”. Yox, bunlar arxeoloq-zad deyillər. Hərşeyşünaslardır və hər çeyə qulp qoyurlar.
    Bunlar kiminsə və nəyinsə sifarişi ilə üzdə olan real, bəlli, tarixi və çağdaş dahilərimizə, qəhrəmanlarımıza, söz adamlarımıza, mütəfəkkirlərimizə çirkab atmaqla məşğuldurlar. Qələmlərindən kanalizasiya suyu süzülən bu “adamlar” ta kim qaldı ki, “şərləyib” (az qaldı burada “tutdurmasınlar” yazacaqdım, yaxşı ki, 37-ci il bir az arxada qalıb) ləkələməsinlər.
    Əlqərəz, məsələn, bunlar şüvən qoparıb öz olmayan ağıllarına uyğun “qaranlıq” suallarla işıqlı tariximizi zinriyə çevirmək istəyirlər. Belələri…: Babək niyə ərəblərə qarşı vuruşub?,Nizami niyə farsca yazıb?, Füzuli niyə Kərbəlada, Nəsimi niyə Hələbdə yaşayıb?, Şah İsmayıl niyə şiəliyi təbliğ edib?, Mirzə Fətəli niyə dinimizi tənqid edib?, Mirzə Cəlil niyə xalqımızı aşağılayıb?, Mirzə Ələkbər niyə dini-xurafatı ifşa edib?, Həcər niyə Qaçaq Nəbi ilə birlikdə ölməyib?, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza niyə Müşfiq və ya Cavidlə birgə güllələnməyib?, Mehdi Hüseynzadə və Həzi Aslanov niyə Sovet İttifaqı Qəhrəmanıdır?, İsmayıl Şıxlı niyə feodal qəhrəman obrazı yaradıb, Anar niyə “o cür” qadın obrazı yaradıb?, Alim niyə mahnını yerdə əyləşib oxuyur?..- kimi bu və ya bunabənzər suallarla, Allah qoymasa, “gündəmə” gəlmək istəyir, amma əvəzində daha çox “dəmə” gəlirlər.
    Ömründə bir düz-əməlli kitab oxumayan, “tik-tok” “qəhrəmanlarını” özlərinə örnək hesab edən, küçə söhbətlərini “tutarlı mənbə və məxəz” hesab edən küt-ləm vay…
    Xülasə, uydurma “tarix” yaradanlarımız zərərli mığmığmığa kimi vızıldaşaraq real tariximizə hücum çəkməkdədirlər.
    Ayıq olun, tarixin də öz intiqamı olur.

    Biriləri yenə S.Vurğunu hədəfə almışdı. Onlara qısa cavabım belə oldu:
    Mərhum Respublika Prokuroru İ.İsamayılov müsahibələrində dəfələrlə deyib ki, mən arxiv sənədləri ilə tanış oldum, S.Vurğun heç kəsin üzünə durmayıb. M.C.Bağırov məhkəmədəki çıxışında deyir ki, S.Vurğun məndən A.M.Şərifzadənin və M.Müşfiqin xilası üçün xahiş etmişdi, amma o, özü də pantürkist idi. S.Vurğun şeir və məqalələrində H.Cavidi "böyük şair" adlandırır. Bəli, tənqidlər də olub. Heç kəs bunu inkar edə bilməz. Bəyəm elə indi burada yazılan şərhlərdə tənqid və təhqir yoxdur? Buradakı qarelərin bir çoxu ağlına gələni yazır. Bəyəm bir-birini təhqir edənləri indi öldürürlər? Bəyəm o dövrdə ölüm hökmünü verən alim və ya ziyalılar olub?. O vaxt da, bu vaxt da haqlı və ya haqsız cəza verən strukturun ünvanı məlumdur. O ki qaldı S.Vurğunun Rəsulzadəni tənqidinə... Savadsızların çoxunun xəbəri yoxdur ki, S.Vurğun heç bir yerdə onu tənqid etməyib. O məlum tənqidi fikri əsərdə bir savadsız fəhlə deyir.. Elə indinin özündə hansısa bir əsərdəki personaj desə ki, "Mən müstəqilliyi yox, Sovetləri sevirəm"- bəyəm buna görə müəllif məsuliyyət daşıyır? Xahiş edirəm, bildiyiniz işlərdən yapışın. Bir serjantı görəndə dili təpik çalanlar o dövrün xofunu unutmasalar yaxşıdır. Bütün hallarda günah siyasətçilərdə olur.

    09.09.2025
    …Havalar “sınır”. Payızın nəfəsi hiss olunur.
    Həcər Düzrəsulluya-qardaşıgilə getdi, axşamüstü qayıtdı.
    …Qonşu və qohum Abil ilə İdras bizə gəldi, birlikdə nahar etdik…

    …Bir neçə gün əvvəl bir tanışla maşında yol gedirdim. O, yolboyu mənim də az-çox tanıdığım bir qohumundan tez-tez sitatlar gətirirdi. Qohumu zamanımızın pullu və vəzifəli nadan “qəhrəmanlarından” biridir. Zalım oğlu bəzən ağzı köpüklənə-köpüklənə, ağına-bozuna baxmadan bir məsəli bir neçə variantda “döşəyirdi”. Onunçün qohumu İbn Sina, İbn Xəldun, Nəsrəddin Tusi misallı bir adamdır. Əhliləşməmiş danaya oxşayan bu ikiayaqlı, sanki böyük-böyük filosoflardan, məsələn, Platondan, Aristoteldən, Hegeldən, lap elə Marksdan iqtibas gətirir. Öz-özümə sual etdim ki, əcaba, yaxşı, bu əbləh tutaq ki, onları tanımır, xub. Bəs yanında əyləşib yol getdiyi filosofu da tanımır?
    Amma bu cahil arada məni təəccübləndirdi. Dedi ki, bir dəfə “dahi qohumu” bir dostu haqqında danışarkən yaxşı bir söz işlədib. Soruşdum ki, o nə sözdür elə? Qayıdıb deyəsən ki, “Filankəsin nə adamı var, nə də adamlığı”. Diqqətlə üzünə baxsam da üstünü vurmadım. Bu, mənim “Buz üstə yazılmış sətirlər” kitabımdan götürülmüş bir “sətir” idi. Bir dəfə bunun həmin “dahi qohumunun” yanında bir adam haqqında işlətmişdim müəlllifi olduğum bu ifadəni. İndi tərifini göyə qaldırdığı qohumu, sən demə həmin sitatı yadında saxlayıb ara-bərədə öz adından “fırladırmış”.
    Tanrı yolunuzu nadanla bir ünvana salmasın.

    …Mənim bir povestim var: "Dəniz köçü".
    Bu əsər indiyəcən 10-dan artıq dilə çevrilib. Türkiyədə ("Dəniz karvanı" adı ilə), İranda, Rusiyada, ABŞ-da, Özbəkistanda, habelə məşhur "Amazon", "LitRos" saytlarında dəfələrlə, öz ölkəmizdə isə 9 dəfə nəşr edilib.
    Bunu niyə yazıram? Bayaq hörmət bəslədiyim bir xanım yazıçımız dəniz mövzusunda yazılmış əsərlərlə bağlı sual ünvanlamışdı. Təəssüf ki, bizdə səviyyəli oxucular azdır.
    Təəssüf ki, bizdə kitab reklamı da yoz səviyyəsindədir.
    "Dəniz köçü"nün lingi şərh bölümündə verilir.

    12.09.2025
    Səhərın gözü açılmamış, haradasa s.03-də oyanıb qapıları bağladıq. Həyət-bacaya göz gəzdirdik. Yağış başladı. Belə bir yağışlı gecədə kənddən şəhərə yol aldıq. Kəndi son tərk edənlərdən biri mənəm. İndi burada az qala hamı köç üstədir. Çoxları kəndə yalnız yaydan-yaya gəlir. Çünki kəndlərdə iş yoxdur. Qonşu kəndlərdəki məktəb, klub və digər social müəssisələrin bir çoxu bağlanıb.
    Günorta s.14-də Bakıya çatdıq. Yuyunub şəhəhərə çıxdım. Bir az gəzişib evə qayıtdım. Şəhər bir cür cansıxıcıdır, kən də başqa cür… Yaşıdlarım, söhbət yoldaşlarım və dərddaşlarım il-ildən azalır.

    16.09.2025
    Axşamüstü “5-mərtəbə” tərəfdəki kafedə Mərahim, Kənan və Əli ilə yüngül şam etdik.

    17.09.2025
    Şəhərdə “Formula-1” deyilən bir idman oyunu artıq illərdir ki, adamların çoxunu bezdirməkdədir. Həmin “oyun” yenə başlamaq ərəfəsindədir. Bir neçə gün tıxaclar daha da artacaq. Maşınlar marşrytları dəyişəcək. Uşaqlar dərsə gecikəcək. Avtobuslar saatlarla gecikəcək. Bir sözlə, şəhər iflic vəziyyətə düşəcək.
    Payız hiss olunmaqdadır.

    18.09.2025
    Diqqət.
    İndi deyəcəklərim, daha doğrusu irəli sürəcəyim təklif, əsasən Sumqayıt əhlinə xitablanıb.
    Əgər bu ideya həyata keçirilərsə, Hacıbala müəllim demişkən “əmin ola bilərsiz ki”, Sumqayıt-Bakı şossesində hər gün üzləşdiyiniz məşəqqətli tıxaclardan çox tezliklə, hətta bir neçə günə, xilas ola bilərsiz. Buna görə də çalışın deyilənləri tirajlayın ki, lazımi ünvanlara yetişsin.
    Bəribaşdan deyim ki, mən Sumqayıt-Bakı (və ya əksinə, Bakı-Sumqayıt) yolundan ildə 1-2 dəfə istifadə edirəm ya yox və hər dəfə sanki qorxulu filmə baxmalı oluram.
    Bir dəfə yazmışdım ki, səhhətimizin müalicəsi təkcə həkimlərə aid olan məsələ deyil. Sən demə, Napoleon da vaxtilə deyibmiş ki, müharibə məsələsini təkcə hərbçilərə tapşırmaq olmaz.
    Və indi deməyə məcburam: yol-nəqliyyat məsələsini yəkcə nəqliyyatçılara tapşırmaq düzgün deyil. Düzdür, yolçəkənlərimiz çox savadlı, zəki, intellektual, gözütox, yüksək təhsilli, zəngin fantaziyalı, xalqın rifahı üçün canından keçməyə hazır mütəxəssislərdir…
    Amma və lakin… Arada adı Allah bəndələrinə, lap elə çoxlarına ideal “yol xəritəsi” göstərən filosofların real fikirlərinə də qulaq asmaq pis olmaz.
    Xülasə. Keçirəm mətləbə.
    Bildiyiniz kimi, səhərlər (günün birinci yarısı) daha çox yolun Sumqayıtdan Bakıya gələn zolağında tıxaclar yaranır. Axşamtərəfi (yənin günün ikinci yarısı) isə əksinə, yəni Bakıdan Sumqayıta gedən zolaqda həmin həngamə (tıxac) yaranır. Bu, təxminən, 100-ün 10-nisbətində olur. Yəni səhərlər Bakıya 90 maşın gəlirsə, Sumqayıta 10 maşın gedir. Və əksinə. Təbii ki, bu, şərti rəqəmlərdir.
    Bəs nə etməli?
    Sadə şəkildə deməyə çalışacam.
    Təklifim belədir: Sumqayır- Bakı şossesinin düz ortasından keçən, yəni geniş yolu iki yerə bölən istinad divarları götürülməlidir. Tez-tələsik təəccüblənməyin. Həmin dəmir-beton konstruksiyadan hazırlanmış istinad divarları nisbətən yüngül materialdan (məsələn, plastik kütlədən) hazırlanmış istinad divarları ilə əvəz olunmalıdır.
    Nə üçün? Çünki həmin plastik kütlədən hazırlanmış istinad divarlarını saga-sola hərəkət etdirmək çox asandır.
    Bəs bu “hərəkətetdirmə” nə üçün lazımdır? Hə, bax əsas məsələ də burasındadır. Yenə keçirəm mətləbə. Xüsusi maşınlar (və yacihazlar) plastik kütlədən hazırlanmış həmin istinad divarlarını səhərlər (günün birinci yarısı) Sumqayıt istiqamətindən Bakıya gələn yolun soluna sarı sürüşdürür. Axşamüstü isə (yənin günün ikinci yarısı) o istinad divarlarını Bakıdan Sumqayıta gələn yolun sağına tərəf sürüşdürürlər.
    Beləliklə, istinad divarlarının saga-sola sürüşdürülməsi nəticəsində haqqında söhbət gedən yol günün müəyyən saatlarında “genişləndirilə” və ya “daraldıla” bilər. Beləliklə, tıxac problem çox sürətlə öz həllini tapa bilər.
    Dediyim təklif, elə də böyük məsrəf və xərc tələb etmir.
    (Bu təklifdə deyilənləri rəsmlə də ifadə edə bilərəm. Amma zənnimcə, hər şey aydın oldu).
    Orasını da deyim ki, bu, mənim kəşfim deyil. Dünyadakı bir çox ölkələrdə bu qaydaya əməl olunur.
    Əgər irəli sürülən bu təklifdən daha səmərəlisi varsa deyin, həmin ideyadan imtina edim.
    Bircə o qalır ki, bu təklif-müraciər gedib əlaqədar idarələrdə (məsələn, AYNA, Nəqliyyat Nazirliyi, Bakı və Sumqayırdakı əlaqədar qurumlarda) çalışan adamların ünvanına çatdırılsın.

    21.09.2025
    Bazar günüdür.
    Bu gün günorta aktyor Sabir Məmmədovla, daha sonra köhnə dostum Xudayat Həsənli ilə görüşdük.
    Bu gün iki tanınmış jurnalistimiz vəfat etdi. Dostum Şəmistan Nəzirli və tanışım Məmməd Murad. Ötən həftə Şəmistanla danışmışdıq, bu günlərdə görüşməli idik. Təəssüf…

    23.09.2025
    Kitabı necə satmalı və ya oxucuya necə çatdırmalı?
    Məsləhətə ehtiyac var.
    Müxtəlif janrlarda və müxtəlif tarajlatla nəşr olunmuş kitablarım var. Məsələn, şəxsən mənim Sovetlər dönəmində çıxan elmi və bədii kitablarımın tirajı müvafiq qaydada olub 5-10-15 min nüsxə. O zaman kitabların satışı ilə “Azərkitab” adlı qurum məşğul olurdu və müəlliflər qonorarı əvvəldən alırdı. Xeyr, qətiyyən o dövrün xiffətini çəkmirəm. Çünki onda müəlliflərin çoxu ideoloji basqı altında idi. Və bu məsələ ilə bağlı əlavə indi kimləsə nəyinsə mübahisəsinə girişmək istəmirəm.
    Keçək çağdaş vaxtın “kitab məsələsinə”. Konkret olaraq özümlə, yəni öz kitablarımla əlaqədar bəzi suallara özüm cavab axtarmaq istəyirəm. Dediyim kimi, məsləhətə də ehtiyacım var.
    Tutaq ki, yığcam tirajla çıxan bir kitabım… hə, hesablayaq görək neçəyə başa gəlir? Bir az da konkretləşdirmək, vizual çalarlarla təsvir etmək istəyirəm. Məsələn, son kitablarımdan birini (“Filosoflar” adlı toplunu) nümunə çəkmək istəyirəm. Kitabın komyuterdə yığılması, korrektəsi, redaktəsi, tərtibatı, səhifələnməsi, qrifi… və nəhayət, mətbəəyə göndərilməsi neçəyə başa gəlir?.. Hələ digər xırda-para xərclər də var ki, onları demirəm. Nə başınızı ağrıdım, təxminən 500 səhifəlik kitabın 1 nüsxəsi başa gəlir yenə təxminən 15 manata. Tutaq ki, həmin kitabı qoydun hansısa kitab dükanına 20 manata. Həmin kitab dükanı satışın ən azından 30 faizini (təbii ki, haqlı olaraq) götürməlidir. Yəni necə deyərlər, “aldım qoz, satdım qoz”… Hələ orasını demirəm ki, kitab satılacaq ya yox. Söz yox ki, burada təkcə mənim kitabımdan və ya kitablarımdan söhbət getmir.
    Bir məsələni də vurğulamaq istəyirəm ki, burada söhbət yalnız müəllifin öz hesabına nəşr edilən kitablardan gedir. Ədalət naminə deməliyəm ki, dövlət hesabına nəşr edilən kitablarım da az olmayıb. Məsələn, elə bir müddət əvvəl Mədəniyyət Nazirliyinin kütləvi tirajla çap etdiyi pyeslər kitabımı nümunə göstərə bilərəm.
    Hədiyyə verdiyim kitablar da az deyil. Daha doğrusu, son illərdə çıxmış kitablarımın əksəriyyətini oxuculara bağışlamışam.
    Yenə sual meydana çıxır: kitablarla nə etməli? Onları hansı hesaba nəşr etməli və oxucuya necə çatdırmalı?
    Bəlkə nəşriyatlara müraciət etməli? Nəşriyyatlardan da gileylənməyə haqqım yoxdur. Belə ki, onlar bir çox kitabımı nəşr edib, özümə də “qonorar” əvəzinə 20-30 kitab bağışlayıblar. Buna görə sağ olsunlar.
    Bəlkə abunə yazdırmaq? Bəlkə ekran-efir reklamlarına üz tutmaq? Bəlkə prodüsser, menecer və ya yayımçı tutmaq? Axı bütün bunlar üçün də vəsait lazımdır. Yazıçı və ya elm adamı müğənni deyil ki, sifarişi sifariş dalıyca gəlsin. Üstəlik, birdən kitab alınmadı, onda necə olsun? Axı niyə gizlədək, bizdə bu sahədə şıdırğı alış-veriş də yoxdur.
    Sonda qalır cəmi bir variant: kitabını öz hesabına nəşr et və özün də sat. Mən öz kitablarımı qoltuğuma vurub satmağı bacarmıram və buna nə vaxtım, nə də həvəsim var. Bu işi bacaranları da alqışlayıram.
    Sözün qısası: necə düşünürsünüz, kitabı harada və necə realizə etmək olar?
    Dediyim kimi, məsləhətə ehtiyac var.

    24.09.2025
    Axundov kitabxanasına “Dördlüklər.Onluqlar” kitabını və onun electron versiyasını təqdim etdim. Bir neçə kün əvvəl “Filosoflar” kitabını vermişdim.
    Gənc Tamaşaçılar Teatrına “Zaman” adlı pyesi verdim. Əvvəlcə soruşdum ki, müdir yerindədir, ya yox? Yerində olduğunu bildirdilər. Sonra qapıda dayanan “vaxtyor” qadın daxili telefonla zəng vurdu, “yuxarıdan” dedilər ki, Naidə (müdir) yoxdur. Bildim ki, yalan deyirlər. O, iddialı, yekəxana bir qadındır. Bu cəhətdən “Azdramanın” direktoru M.Ələkbərzadəyə bənzəyir. Hər ikisi 60-I keçib. Hər ikisi subaydır. Əlbəttə, bunun məsələyə elə bir dəxli yoxdur. Yaxşı olmayan hal budur ki, onların hər ikisi az qala insanlığa nifrət eləyir. Bu, onların hərəkətindən, zövqündən, rəftarından, müəlliflərə sayğısızlığından, insanlara yanaşmasından və repertuar seçimindən məlum olur. Bu Naidə deyilən xanıma ən azı 3-cü dəfədir ki, əsər verirəm, bir səs-soraq çıxmır. Sanki dərin quyuya daş atırsan, əks-sədası eçidilmir.
    Sonra “Muzkomediyaya” getdim. Yeni müdir Aqil müəllimə “Safarı” adlı komediyanı təqdim etdim. Mənə xoş təəssürat bağışladı. Əvvəllər də (Gəncə teatrında işləyərkən) onunla qiyabi əlaqəmiz olub. İndi “əyanı” tanışlıq zamanı bir xeyli söhbət etdik, teatrın problemlərindən danışdıq. Əsas problem müəllif azlığı ilə yox, bəstəkar azlığı ilə bağlıdır. Xudahafizləşən zaman əsəri tamaşaya qoymaq üçün əlindən gələni edəcəyini bildirdi.
    … Türkiyəyə hazırlaşıram.
    Axşamüstü Rəhim Əliyev rast gəldi. Şam etdik. Həmişəki qaydada mübahisəsiz də keçinmədik. O, sosialismin və SSRİ-nin xiffətini çəkir, mən isə müstəqilliyin və azad iqtisadiyyatın.

    25.09.2025
    Aktyor Sabir Məmmədovla görüşüb Məzahir müəllimin tele-ofisinə baş çəkdik. Söhbət yenə “Qaranquş yuvası”ndan düşdü. Sabir həmin ssenaridə oynamaq istədiyini bildirdi.
    Sonra aparıcısı olduğum “Vaxt axarı” verilişində Sabirlə söhbətimiz oldu.

    27.09.2025
    Gecə s.02-də evdən çıxıb Hava limanına yola düşdüm. S.05-də uçaq yola düzəldi, səhərə yaxın Antalyaya çatdıq. Nə onda, nə də sonra uzun müddət yata bilmədim).
    …Mühərrəm bəylə görüşüb bəzi məişət işlərini həll etməyə çalışdıq.

    30.09.2025
    Gecə yata bilmədim. Tanışım Mühərrəm bəy vəziyyətimi görüb təklif etdi ki, həkimə müraciət edim. Və elə onun təkidi ilə Kübra xanım adlı xanımın qəbukuna gedəsi olduq. Bu xanım ağsifət, gülərüz, doy-buxunlu bir qadın idi. Dərdimi ona danışdım. Təzyiqimi ölçüb dərman yazdı. Axşamlar erkən, s.21-də yatmağımı tövsiyə etdi. Mən ona ingilis dilində nəşr olunmuş kitabımı verdim. “Atarax” adlı dərmanı alıb içdim. Gecəni bir az babat yatdım.


    01.10.2025
    Bəlkə də artıq oxumusuz.
    “QAPI” adlı romanım var. Ötən əsr 90-ların ortasında yazılıb. Bir neçə dilə tərcümə olunub, “Amazonda” nəşr edilib.
    Bu əsərin necə yazılması, nəşr olunanacan hansı müsibətləri “dəf etməsi” haqqında bir dəfə ətraflı yazmışam.
    İndiki halda qısaca onu deyə bilərəm ki, “QAPI” repressiyadan bəhs edir. Əsərin qəhrəmanı cəlladdır, onun adı konkret olaraq yazılmasa da, romanda sonacan “O” kimi təsvir olunur. “O” cəlladlıq “peşəsinə” təyin olunanacan adi, sıravi, diqqətli, hətta xeyirxah bir adam olub. Lakin bu müdhiş peşəyə təhkim olunandan sonra onun xarakter və psixikasında “yeniliklər” yaranır, “O” sanki dəyişib başqa bir adama çevrilir, “işsiz” olanda darıxır, öz “vəzifəsinin” vurğunu olur.
    p.s.
    Yuxarıda romanın nəşri ilə bağlı “müsibətlərə” işarə vurduğuma görə, qaranlıq qalmasın deyə onu da xatırlatmaq istəyirəm ki, əsər 90-ların ikinci yarısında “Azərbaycan” jurnalına təqdim edilmişdi. Lakin həmin dövrdə topluda nəsr şöbəsinin müdiri işləyən Mövlud Sülüymanlının “əməyi” sayəsində o vaxt roman nəşr olunmadı. Yalnız M.S. tutduğu postu tərk edib (Az.RTV-yə) gedəndən sonra “roman-kontata” Məmməd Orucun təşəbbüsü və təkidi ilə nəşr edildi. (Əminəm ki, mərhum Mövlud əsəri oxusaydı nəşrə “hə” deyərdi. Çünki sonralar o, mənə rast gələndə daim yazılarımla bağlı təqdiredici fikirlərini deyərdi).
    Mən indi bu əsəri niyə xatırladım?
    Bəli, bəzi insanların xarakterində bir çox hallarda “ikiləşmə” baş verir. Belə ki, bəşər tarixində eyni bir adamın, həm cəllad həm də dahi olmasına aid çoxlu misallar çəkmək olar.

    03.10.2025
    Antalya kitab fuarında- festivalında oldum. Məşhur türk yazıçısı, bir neçə dəfə Nobelə təqdim olunmuş Zülfü Livaneli ilə görüş oldu. Onun bir neçə əsərini oxumuşam, düzü bizim orta səviyyəli yazıçılarla müqayisə etmək olar. Amma dediyim kimi şöhrətlidir. Bu da əsasən onunla bağlıdır ki, daim müxalifətdə olub, həbs və sürgün həyatı yaşayıb. Yadımdadır ki, 90-larda Ç.Aytmatovun təşəbbüsü ilə yaradılmış "İssık göl" forumu çətçivəsində keçirilən tədbirdə o vaxtkı Baş katib M.Qorbaçovla da görüşmüşdü. O, həm də musiqiçidir. Ədalət naminə deyim ki, görüşdə yazıçının minlərlə oxucusu vardı. Hər yerdə portretləri gözə dəyirdi.
    Ümumiyyətlə, hiss olunur ki, qardaş Türkiyədə kitaba maraq qalmaqdadır.
    p.s.
    Kitab bayramında bir neçə mətbəə və nəşriyyat müdirləri ilə tanış oldum.
    Onlardan biri:
    Cem Denirezen (İstanbul)
    Abaküs kitab evi.
    Tel: +90 507 209 1994
    Məsələn, ; 13,5x19,5 sm. KİTAB
    Nəşrın bir nüsxəsi başa gəlir 100 TL (kiçik tirajla. Böyük tirajda qiymətlər enir)
    grafik@abakuskitap/com


    Özhün Acvin
    Antalya
    Tel, : +90 505 456 0665
    (“diyanet” dergisi)

    **
    Mətbəə ünvanları:
    Анталья, Муратпаша, Мейданкавагы, улица 1597, 5B
    Контакты
    +90 242 244 47 47


    Анталья, Муратпаша, махалле Синан, улица 1263, 8BC
    +90 242 312 51 22
    www.sadrigrafik.com

    **

    ATEŞ YAYINCILIK

    ŞAH-ESERİM EDEBİYAT YARIŞMASI
    GELENEKSEL ŞAH-ESERİM YARIŞMASI
    -DOSYA BAŞVURULARI BAŞLADI!
    -SON BAŞVURU TARİHİ 24 KASIM...
    Yayınevimiz tarafından Türkiye'de ve dünyada ilk kez geçen yıl birincisi düzenlenen bu yarışma, Ateş Yayınlarının edebiyat dünyasına kazandırdığı eşşiz bir hizmettir. Yazar ve yazar adaylarını destekleyen eserlerini ortaya çıkarmalarını ve Türk edebiyatına yeni eserler, yeni kalemler kazandırmayı amaçlayan bu yarışma ödüllüdür.
    Yarışmaya katılmak için sayfa sayısı ve tür sınırlaması yoktur.
    Adayların kitap dosyalarını kısa özetiyle Şah eserim başlığı altında, iletişim bilgileri ile birlikte
    (editor.ates@gmail.com) adresine göndermeleri yeterlidir.
    PARA ÖDÜLÜ: 1. 2. 3. olmak üzere üç katagoride değerlendirilecektir.
    1. (3000 TL)
    2. (2000 TL)
    3. (1000 TL)
    SÜREÇ NASIL İŞLİYOR?
    1. Yazar tarafında gelen dosyalar Ateş editörler tarafından kısa ön incelemeye alınır. Bu inceleme süresi 5 ila 10 gün ile sınırlıdır. yazarlara olumlu ya da olumsuz mutlaka dönüş sağlanır.
    2. Editor onayından geçen dosyanın sahibi ile şaheserim yayın sözleşmesi yapılır ve dosyanın editörlük dizgi kapak tasarım ve kültür bakanlığı onay çalışmaları başlatılmış olur.
    Not : Eser 1000 bin adet basılır bu baskı maliyeti yayınevi tarafından karşılanır eserin editörlük dizgi kapak tasarım vb işlemleri yazara aittir. yazar dilerse bu çalışmaları tam ve eksizsiz olarak yayınevine iletebilir ve ya yayınevinin hazırlamasını isteyebilir.
    BASIM SONRASI:
    Eserin baskı işlemleri sonuçlandığında, başta tüm internet ve kitap satış noktalarında satışa açılır. Yazara örnek 5 ila 10 adet ücretsiz kitap gönderimi sağlanır. Eser 300 adet kitap satışına ulaştığında yazara %20 telif hakkı ödemesi başlamış olur.
    Kısacası bu yarışmanın kaybedeni yoktur. Editör onayından geçen her dosya yukarıdaki şartlarda basılır ve satışa açılır. Ayrıca jüri tarafından dereceye giren eserler para ödülü ile ödüllendirilir.
    JÜRİ DEĞERLENDİRMESİ:
    Basılıp kitap haline gelen dosyalar 7 jüri üyesine gönderilir her eser için puanlama istenir en yüksek puanı alan dosyalar dereceye girerek para ödülünü hak kazanmış olur.
    Jüri başkanı: Güncel sanat dergisi Genel yayın yönetmeni Arslan Bayır
    GEÇTİĞİMİZ YIL KAZANANLARI
    1. KAÇ KAÇ ZAMANI İSİMLİ ESERİYLE DİLEK VAİSOĞLU İSKENDER
    2. KERPİÇ EV İSİMLİ ESERİYLE İSMAİL DEMİRTAŞ
    3. YÜREĞİMDEN ÖTE İSİMLİ ESERİYLE ELİF ÖZLEM DURAK
    YARIŞMAMIZ BU YIL KAZANANLARINI BEKLEMEKTEDİR.

    Tiyatrocu Yazar Erdem KAYA


    Address:
    Merkez, Abide-i Hürriyet Cd No:161 D:3, 34000 Şişli/İstanbul
    Phone: 0541 341 89 81
    Adres Orta Mahalle Numunebağ Caddesi Şirin Sokak Çakmak Triko Center Kat:4 Daire:18 Bayrampaşa / İstanbul. Telefon. 0541 341 89 81 • 0212 909 45 32.

    04.10.2025
    Qardaşım Fasadın ad günüdür. İstanbuldadır. Bir az naxoşdur. Telefon açıb təbrik etdim.
    İynə-dərmanlarımı qəbul etməklə məşğulam.

    05.10.2025

    Ən sevimli məşğuliyyətlərimdən biri də memuar oxumaqdır.
    T.Drayzerin “Rusiya gündəliyi” (Rus gündəliyi) xatirələrində Bakı ilə bağlı da maraqlı epizodlar var.
    Yəqin ki, Teodor Drayzerin əsərləri ilə əksəriyyət tanışdır. Onun əksər romanları dilimizə tərcümə olunub. Amma məşhur yazıçının vaxtilə Bakıda olduğunu və bu barədə ətraflı yazdığını yəqin ki, güman edirəm ki, çoxlarıbilmir.
    Bilənlər və bilməyənlər üçün deyim ki, 1927-ci il oktyabrın 3-də Teodor Drayzer Sovet hökuməti tərəfindən Moskvaya, inqilabın onuncu ildönümünün qeyd edilməsinə dəvət olunmuşdu. Həmin vaxt o, gündəliyini (“Rus gündəliyi”) yazmağa başladı və 1928-ci il yanvarın 13-də, Rusiyaya etdiyi uzun səfərini başa vurarkən onu tamamladı... Bu kitab yol səfərləri ilə bağlı maraqlı hadisələrlə, görkəmli şəxslərlə görüşlərlə və 1920-ci illərin SSRİ-sinin doğru təsvirləri ilə doludur.
    Maraqlı olacağını nəzərə alaraq kitabdan bəzi yerləri tərcümə etdim.
    Budur, oxuyuruq:
    “1927-ci il, 25 dekabr – Miniralnıye Vodı ilə Bakı arasında
    ...Tezliklə biz Miniralnıye Vodıdan beynəlxalq vaqonda yola düşdük. Düşünürdüm ki, artıq çöllərlə vidalaşmışıq, amma bax, onlar yenidən qarşımıza çıxmaqdadır... Biz gedən qatarın tərkibində restoran-vaqon da vardı – Rusiyada girdiyim ilk belə vaqon idi. Biz orada nahar etdik: yer çox, Amerika vaqonlarındansa qat-qat geniş idi.

    26 dekabr
    ...Eyni vaqonda Moskvadakı qurultaydan Bakıya və Tiflisdən qayıdan çoxlu məsul partiya işçiləri gedirdi. Aralarında ermənilər, Stalinlə birgə işləmiş qoca bir gürcü – Şamşe Lejava, habelə belorus, sibirli, yəhudi vardı. Mənə ən çox diqqət göstərən Tiflis maliyyə şöbəsindən bir gənc erməni oldu: o, israrla mənə Qafqaz konyakı, Tiflis şampanı və araq içirməyə çalışırdı. Biz hamımız birlikdə restoranda nahar etdik, sonra o, bizim kupedə oturub erməni və gürcü mahnıları oxudu – coşğun, dəlisov bir gənc idi. Adı Elçebikov idi.
    ...Biz Bakıya axşam saat 10 radələrində çatdıq. Şəhər bizi heyrətə saldı: qəribə görkəmli vağzal, ora-bura qaçışan insan izdihamı... hamı anlaşılmaz bir dildə danışır. Bakı – Azərbaycan Respublikasının paytaxtıdır, əhalisi 447.000 nəfərdir və rəsmi dili azərbaycancadır, baxmayaraq ki, lövhələrdəki yazılar rus dilində də təkrarlanır. Bizim müşayətçimiz vağzal qarşısında sıra ilə düzülmüş, bürüşük sifətli çoxsaylı faytonçulardan birinə tərəf qaçdı. Onların heç biri rus dilini yaxşı bilmirdi.
    Bakının faytonları indiyə qədər gördüklərimizin içində gözəllikləri ilə fərqlənirdi: hər birinə iki at qoşulmuşdu, faytonçuların geyimləri uzun idi, beldən qırmızı qurşaqla bağlanmış parlaq-mavi rəngli palto geymişdilər, başlarında böyük dəri papaqlar idi. Biz “Yeni Avropa” mehmanxanasına yollandıq. Bu, mərkəzində açıq lift şaxtası olan və yeddi mərtəbəsi bu şaxta ətrafında dairəvi şəkildə yerləşən yeni bir otel idi. Biz altıncı mərtəbədə iki otaqlı nömrəni 8 rubla götürdük. Yumşaq iqlimə malik yerlərdə olduğu kimi, burada da hava çox isti idi, pəncərələr isə tam bağlı idi, heç bir hava çıxan yer yox idi.

    Xidmət nisbətən yaxşı idi, amma hansısa blankların doldurulması, sənədlərin təqdim edilməsi və s. ilə bağlı böyük bir qarışıqlıq yarandı. Buna baxmayaraq, axırda bizi yerləşdirdilər.

    06.10.2025
    İstanbulda qərarlaşmış Kamalə xanıma zəng vurdum. O, Azərbaycan sənət mərkəzi açıb. Aktrisadır, rejissorluq da edir. Bir neçə pyesimin türkcəyə çevrilmiş mətninin elektron variantını ona göndərdim.
    ...Mətbuatdan oxuyuram ki, Bakıda kitab sərgisi keçirilir. Eşitdim ki, sərgidə mənim də kitabımı görüblər: Mədəniyyət Nazirliyinin buraxdığı “On pyes” kitabımı.
    Ekranlarda və sosial şəbəkələrdə bir çox tanışları da gördüm. “Yazar” adı ilə ədəbiyyata dürtülmək istəyən sürtülmüş sifətlər də gözə dəyir. Ədəbiyyatımız sükanı arxasında sərxoş kapitanın əyləşdiyi ləngər vuran və mənzilə gedəcək yolu azmış gəmiyə oxşayır. Bu “gəminin” göyərtəsində hamı vurnuxur.

    07.10.2025
    Möhkəm yağış yağdı.
    Antalyaya Günəş daha çox yaraşır.

    08.10.2025
    Bəyəm Lev Tolstoy Nobel mükafatından imtina edib?
    Tolstoy iki dəfə Nobel ödülünə təqdim edilib. Və bəribaşdan onu da deyim ki, o, həmin mükafata müəyyən səbəblərə görə layiq görülməyib. (“Laiyiq deyil” söhbəti olmayıb, sadəcə layıq görülməyib, yəni lazım olan miqdarda səs toplamayıb. Səbəbi isə aşağıda deyəcəm).
    Bəli, Tolstoy 1901-ci ildə Ədəbiyyat üzrə, 1906-cı ildə isə Sülh üzrə həmin mükafata təqdim edilib.
    Birinci dəfə həmin mükafata fransız şairi Sülli- Prüdom, ikinci dəfə isə H.Dyunant və F.Rassi kimi o dövrün görkəmli ictimai xadimləri layiq görülüb.
    Bəs görəsən görkəmli rus yazıçısına mükafatın verilməsinə maneçilik törədən səbəb nə olub? İsveç Akademiyasının əsaslandırmasında deyilirdi ki, Tolstoy böyük yazıçıdır, lakin onun dini və sosial baxışları bu ödülün məqsədlərinə uyğun gəlmir.
    Vəssalam. Tolstoyun Nobeldən imtina etməsi haqda yayılan nağılların müəllifi rus ictimaiyyatıdır.
    Nobeldən imtina edənsə həmkarım fransız yazıçı-filosofu Jan-Pol Sartrdır və əhvalat vaqe olub 1964-cü ildə.
    p.s.
    O ki qaldı sabah Nobelin kim alacağı məsələsinə... Son illər bu mükafat əsərlərə bədii dəyərindən daha çox, müəllifin siyasi mövqeyinə görə verilir.
    Amma mənə elə gəlir ki, son vaxtlar adı “Nobelçilər dairəsində” çox hallanan yəhudi əsilli macar yazarı Laslo Krasnahorkaiyə veriləcək. Bu barədə fb səhifəmdə də yazdım.
    ...Teodor Drayzerin “Rus gündəliyi”ndən Bakıya səfərinə aid hissəni tərcümə edib “səhifəmdə” paylaşdım.
    ... Tanıdığım bir elm adamının, plagiatlıqda suçladığı digər bir elm adamı haqqındakı yazısının altından "layk" işarəsi qoymuşdum.
    Eşitdim ki, hər iki tanışım məndən inciyib. Tənqid edən elə bilib ki, plagiatı, tənqid olunamsa elə bilib ki, müəllifi bəyənmirəm.
    Əslində "layk" mənimçün "oxudum, tanış oldum" deməkdir.
    p.s.
    Ona qalmış, nekroloq və başsağlıqlarının altında da bu işarə qoyulur. Bu, o demək deyil ki, adamın ölməyi bəyənilir.))
    09.10.2025
    Macar yazıçısı Laslo Krasnahorkai Nobel ödülü aldı.
    Bu gün ƏminəYusifqızı vəfat etdi. Tanış idik... Ruhu şad olsun.
    Bərkskürürəm. Bəhməzə bənzər “Keçi buynuzu” alıb içdim. Görək bir xeyri olurmu.

    10.10.2025
    Gopçular. Dələduzlar.
    Əslində, bunlar ayrı-ayrı anlayışlardır. Amma hər ikisinin ümumi cəhətləri var.
    Gopçu, yəni basıb-bağlayan, xırda bir hadisəni şişirdən-köpürdən adam. Adətən gopçular, əslində özlərində olmayan xeyirxahlıqdan, səxavətdən, igidlikdən ağızdolusu danışmağı xoşlayırlar. Belələri əsgərlikdə generalın qızı ilə gəzdiklərini, ovda canavar vurduqlarını, qohum-əqrabaya dayaq durduqlarını, hansısa qıza-gəlinə hansısa küçədə sataşan “alçağın” birini əzişdirdiklərini, yekəpər milisə-polisə kəllə atdıqlarını, “vor zakonlarla” dost olduqlarını, vaxtilə hansısa vəzifəli adamın qızı ilə sevişdiklərini, hamıya borc verib heç birini geri almadıqlarını, hansısa restoranda tanımadıqları əcnəbilərə “xalqımız haqqında yaxşı fikirdə olsunlar deyə” tanımaza-bilməzə qonaqlıq verdiklərini, defisit olan vaxtlarda qonşulara tanış dükandan ərzaq tapmaqda kömək etdiklərini, şəhərdə və ya kənddə ilk bahalı maşını aldıqlarını... həvəslə bəyan etməyi xoşlayırlar.
    Mən daha çox, kişi xeylağına mənsub gopçuları yada saldım. Qadın gopçular da var ki, belələrini öz həmcinsləri daha yaxşı səciyyələndirə bilər.
    Hə, bir də var dələdüzlar.
    Zahirən, dələduz ilə gopçunun elə bir oxşar cəhəti yoxdur. Bu, yalnız zahirən elədir. Məsələ burasındadır ki, onların hər ikisi asıb-kəsməyi, basıb-bağlamağı xoşlayır. Məsələ həm də burasındadır ki, gopçunün dediklərinin arxasında “gopdan” başqa heç nə olmur və o, bütün bu şişirtmələri şəxsi “kefi” üçün edir. Üstəlik bundan kimsə bir ziyan-filan görmür. Amma dələduzun gopunun arxasında “şəxsi maraq” dayanır. Adətən, dələduzların öz dediklərinə görə, “yuxarılarda” yaxın adamı, dostu, qohumu, tanışı, ən azından qonşusu olur. Təbii ki, bunlar məsələnin birinci hissəsinə aiddir, yəni gop hissəsinə. Bu cür “qoçaq” adamlar, yəni “dələ”ni və “duzu”u bir yerdə cəmləyən “ostapbenderlər” həmişə şıq geyinir, bahalı kostyum, saat, telefon, imkan olarsa maşın tədarük edirlər. Belələri həmin “vizual etiketlərdən” istifadə etməklə öz “ovlarını” daha tez və asan yolla tora salmaq istəyirlər.
    Gopçular, adətən qorxaq və əfəl, dələduzlar isə həyasız və sırtıq olurlar. Dələduzun bütün məqsədi adamlara kəf gəlmək, nəsə qapmaq, qoparmaq, əldə etməkdir.
    Hələ orasını demirəm ki, böyük şəhərlərlərdəki və kiçik əyalətdəki dələduzlar, savadsız və təhsilli dələduzlar, küt və intellektual dələduzlar, eləcə də vəzifəli və vəzifəsiz dələduzlar arasında da xeyli fərqlər vardır
    ...Hamımız həyatda və həyətdə bu cür adamları görmüşük. Yəqin ki, çox az sayda ləyaqətli, mərifətli və başqalarına özü kimi inanan adam olub ki, bu cür dələduzlardan ziyan görməsin.
    ...Mən qısa yazdım. Bu cür “fenomenlərin” digər “mühüm” keyfiyyətləri haqqında yəqin ki, sizin də bilgiləriniz vardır.
    ...Ruscada dələduza “moşennik” deyilir. Vaxtilə bir köhnə kitabda oxumuşdum ki, “moşennik” sözünün kökündə “meşok”-yəni “torba” sözü var. Bəzən dələduzlara “torbatikən” də deyilir.
    p.s. Qeyd olunan tiplər (və arxetiplər) haqqında bütün xalqların sosioloji və psixoloji ədəbiyyatında maraqlı yazılara rast gəlmək mümkündür. Burada söhbət bizim “milli” gopçu və dələduzlardan gedir.

    12.10.2025
    Şair Əlisəmid Kür vəfat edib. Təkəllüsü kim i idi- Kür. Mənimlə xoş münasibəti vardı. Özünün dediyinə görə ilk şeirini Tv-də və qəzetdə mən təqdim etmişəm.
    ...Üzün bir yol qət edib Antalya teatrına tərəf getdim. Soruşa-soruşa gəlib tapdım. Amma daxil olmadım. Bəlkə də bu gün işləmirlər. Qalsın sonraya.
    Axşamüstü “Üçqapılar” tərəfdə musiqi vestivalı keçirilirdi. Alman, rus və ukraynalıların konsert çıxışına baxdım.
    Buraların xoşagələn bir cəhəti var. Heç dilənçi görünmür. Elə polis də gözə dəymir.
    Balıq-əkmək yedim. Təxminən bizim 5-6 manata əməlli-başlı balıq və salat yemək olur.
    ...Kitab mağazasında oldum. Burada İbn Xaldunun türkcədə 2-cildlik əsərlərini gördüm. Bu məşhur alim haqqında yazım var. Amma pul qıtlığından kitabı ala bilmədim.

    14.10.2025
    Antalya Dövlət Teatrına getdim. Dedilər ki, “randvü” lazımdır, yəni əvvəldən görüş təyin etmək lazımdır. “Vizitkamı” verdim, dedim ki, görüş sizdən asılıdır, vaxtınız olanda zəng edə bilərsiz... Onlar da öz telefonlarını təqdim etdilər: 0242 344 4649

    ...Günün ən mühüm xəbəri: Ramiz Mehdiyev həbs edilib, ev dustağıdır. Mən bu adamı tanıyırdım. Bir müddət EA-da elmi işçi kimi işləmişdi. Hətta sonralar Akademiyanın prezidenti oldu. Qapalı, savadsız bir adam idi. Amma “yaxşı” intriqa ustası idi.
    Bir əhvalatı xatırladım. Əsrin əvvəlinin söhbətidir. EA-nın Kibernetika institutunda bir tanışla işim vardı. Birinci mərtəbədə vurhavur iş gedirdi. Pilləkənə xalça sərənə, sürahi boyunca gül düzənə, tozsoranla təmizlik aparana baxmaq üçün iki göz kifayət etməzdi.
    Görəsən, nə olmuşdu?
    Tanışım sualımı gözləmədən dedi:
    -Bu gün Qalina xanım gələcək. Bu vur-çatlasın ona görədir. Qalina Mehdiyeva bizdə müdafiə şurasının üzvüdür...
    Eşitdiyimə görə sonralar Qalina xanım ikinci mərtəbəyə rahat qalxsın deyə lift də çəkiblər.

    15.10.2025
    Filosof? O, kimdir elə?
    Biz görmüşük, eşitmişik, oxumuşuq ki, filosof müdrik olar, ağıllı olar, idraklı olar.
    Əbləhdən, dələdüzdan nə filosof?

    Filosofun nəinki dünya malında, heç dünyanın özündə belə gözü olmaz.
    Acgözdən, yırtıcıdan nə filosof?

    Filosof hər gün özü ilə “iclas” keçirər, öz nöqsanlarını arayar, özünü qınayar, bir sözlə, başqasını yox- məhz özü özünü ittiham edər.
    Kimlərisə şərləyib əzdirəndən, məhv edəndən nə filosof?

    Filosof bir az da tərki-dünya olar, zahid olar, asket olar.
    Qarınquludan, nə qədər tıxasa da doymayandan nə filosof?

    Filosof nəinki özünün, hətta başqasının səhvi üçün xəcalət çəkər.
    Öz gözündə tiri-şalbanı görməyib başqasının gözünü vurub tökəndən nə filosof?

    Filosof qazancını kasıb-kusuba, yetim-yesirə paylayar.
    Əlsiz-ayaqsığın boğazından tikəsini çıxarıb öz ağzına dürtəndən nə filosof?

    Filosof bildiklərini öz ətrafındakılara-böyüklərə və kiçiklərə təməhhasız öyrədər, Platon kimi Universitet açıb pulsuz təhsil verər.
    Şagirdin, tələbənin, müəllimin, bir sözlə təhsil ocağının boğazına çöküb “haqq” yığandan nə filosof?

    Akademik düşüncəli, güniş təfəkkürlü, açıq fikirlı adam filosof ola bilər. Akademiya Qədim Romada Aristotel kimi filosofu yetişdirib.
    Əgər biri Akademiyanın malını-mülkünü talayıb onun əməkdaşlarını ac qoyub çörəklə imtahana çəkirsə beləsindən nə filosof?

    Filosof yeni ailə quran gənclərə dayaq durar, onlara əl tutar, onların yolunda məşəl kimi yanar. Məşəl ola bilməsə də, hər halda ocaq kimi gözərər.
    Filosof işlətdiyi toyxanada arenda pulunu hər axşam özü sayıb kəmfürsətlik edərək ailə quran gəncləri kredit almağa məcbur etməz.

    Filosof millətin bütün övladlarına öz yaxını-doğması kimi baxar. Onun üçün insanların heç bir irqi, milli, dini fərqi ola bilməz.
    Tayfabazdan, mağara təfəkkürü ilə yaşayandan, yalnız “özününkülərin” rifahı üçün hər cür alçaqlığa əl atandan nə filosof?

    Filosof həmişə doğrunun, həqiqətin yanında olar, öz əqidəsi yolunda ölümə getməkdən belə çəkinməz. Dahi Sokrat dilemma qarşısında qalanda, ona ya həyatı, ya da yalanı seçməyi təklif etmişdilər. Sokrat isə təklif olunmayan üçüncü bir variantı- ölümü seçərək zəhər içmişdi.
    Əgər bir adam bir başqa damı əzib onu “alternativ”, yəni paralel olandan birini-ya doğrunu ya yalanı yox, həm ölümü, həm də yalanı seçməyə məcbur etdirirsə o, artıq filosof yox, qəssabdır, qatildir, canidir, bir sözlə cəlladdır.

    Bir var filosof, bir də var fil-filo-zov.
    Talançıdan, yalançıdan, alçaqdan, yaltaqdan, yalaqdan nə filosof?

    15.10.2025
    Vaxtım az olur. Kitablarımın tərtibatı ilə məşğulam.

    16.10.2025
    Oğlum Aqşinin ad günüdür.
    Ovladı çox tərifləmək yaxşı əlamət deyil. Bu, ərköyünlük, özündən razılıq yarada bilər. Elə çox tənqidə də tənqidi yanaşıram. Bu, özünəinam hissini zəiflədər. Hər halda belə hesab edirəm ki, Aqşin bəy yaxşı tərbiyə və təhsil alıb. Bir sıra xarici dilləri- ingilis, alman, rus dillərini mükəmməl və ya yaxşı bilir. İlk təhsilini Azərbaycan və Türkiyə türkcəsində alıb. Proqramçıdır. Mənim əksər kitablarımın tərtibatçısı, bəzi yazılarımınsa tərcüməçisidir.
    Bəyənmədiyim cəhəti də var-bu, çox cığara içməyidir.
    Ta nə deyim?
    Bütün valideynlər övladlarına nə arzulayərsa, mən də onu diləyirəm.
    Ürəkdən təbrik edirəm.

    17.10.2025
    Ramiz Mehdiyev “məsələsinə” bir-iki kəlmə çaparaq söz
    Ramiz Mehdiyev 80-lərin sonunda Mərkəzi Komitədə “vurandan” sonra indiki AMEA-ya göndərmişdi. Açığını deyim ki, elə o vaxtlar da elm adamları onun adını eşidəndə üz-gözlərini turşudar, ünvanına xoş olmayan sözlər deyərdi. Yaşlı alimlərin dediyinə görə, Ramiz MK-da olarkən həmişə elmin inkişafına mane olmuş, öz mövqeyi olan institut rəhbərlərini sıxışdırmaqla məşğul olmuşdu. Bundan başqa, işdən çıxandan sonra qəzetlərə verdiyi müsahibələrdə özünü müdafiə təriqi ilə başqalarının ünvanına iftiralar deyir, onu irəli çəkən işıqlı simaları qaralayır, vaxtilə birlikdə “vuruşduqları” yaxın dostlarını “baqaja” qoyurdu.
    Təbii ki, Mehdiyevlə şəxsi tanışlığım yox idi. Xatırlayıram, onun təzə gələn vaxtları idi. Akademiyanın bir qrup gəncləri-aspirant və elmi işçiləri, elə foyedəcə qarşısını kəsib antimilli yazı və zərərli fikirlərinə görə onun “dərsini” verərkən, biz Mehdiyevlə üz-üzə gəldik. Mən cavanlardan xahiş etdim ki, onun “yaxasından” əl çəksinlər. O vaxt aspirantlara dərs deyirdim, məni tanıyırdılar, sağ olsunlar, Mehdiyevi “sərbəst” buraxdılar. Amma bu həngamə başa çatanda kənarda dayanıb bayaqdan söhbətimizi dinləyən yaşlı tarixçi alim tanışım yaxınlaşıb məndən soruşdu: “Müəllim, bura bax, sən Ənvəroviçi tanıyırsam?” Dedim ki, yox, tanış deyilik. Tanışım ciddi görkəm alıb dedi: “Yaxşı ki, tanımırsan. Tanısan bilərsən ki, yerin altında iki bu boyda Ramiz var”. İndi həmin tarixçi həyatda yoxdur, amma vaxtilə fəlsəfədən dərs deyib imtahan götürdüyüm o gənc aspirantların bir çoxu elm aləmində tanınmış simalardır. Hətta, sonralar onlardan biri mənimlə görüşəndə zarafatla dedi ki, qoymadınız o vaxt Ənvəroviçin “dərsini” yaxşı verək.
    O, tez-tez bizim Fəlsəfə institutunda keçirilən toplantılarda iştirak edirdi. Ən çox Əfrand Daşdəmirov və Ramiz Rzayevlə görmək olurdu. Nə rusca düz-əməlli danışa bilirdi, nə də azərbaycanca. Pırpız qaşlarının altından vurnuxan qəzəbli gözləri hamıya şübhə ilə baxardı. Şimalın girovu və ruporu olduğu hər kəlməsindən bilinirdi. Əlində həmişə qara rəngli iri bir portfel olardı. O, yol gedəndə həmin qara portfelın arxası və qara paltosunun ətəyi az qala yerlə sürünürdü.
    Az sonra Ənvəroviç Şimaldakı dayaqlarının köməyi ilə yenidən vəzifəyə qayıtdı. Nələr elədiyinin çoxunuz, qiyabi də olsa şahidisinsiz...
    Taleyin gərdişinə, dünyanın işinə baxın ki, Ənvəroviç ikinci dəfə vəzifədən uzaqlaşdırılandan sonra yenə “elmə” qayıtdı. İndi onu silahlı cangüdənlər qoruyurdi. Sən demə, Ənvəroviç əvvəllər yığdığı ilə qane olmayıbmış. Az sonra mətbuat yazdı ki, o, Akademiyadan milyonlar çırpışdırıb. Bu da onun “elmə xidmətinin” son akkordları idi. O, ürəkdən nifrət etdiyi görkəmli elm adamlarının, istedadlı insanların son qəpiyinə də tamah salırdı.
    İndi məlum olur ki, Ənvəroviç, Akademiya rəhbərliyindən uzaqlaşdırılandan sonra da orada “fəaliyyətini” davam etdirib. O, Rusiyadan gələn emissarları elə Akademiyadakı “keçmiş” bərbəzəkli kabinetində qəbul edirmiş.
    Deyirlər, Ənvəroviç 23 il ərzində 32 kitab yazıb. Xub. Elə isə Ramiz müəllim heç olmasa həmin kitablardan birinin əlyazmasını göstərsin. Deyə bilərlər ki, o, kitabları bilgisayarda yazıb. Axı bu adam latın hərflərini düz-əməlli tanımır və kompyuterdən istifadə etmir.
    Bu adam işlədiyi müddətdə ölkəyə regionçuluq kimi xəcalətverici bir “xəstəlik” gətirdi.
    Yalan, riya, dələduzluq daha çox bu adamın dövründə çiçəklədi.
    “Boz kardinal” ayaması ilə tanınan bu adam Rarlamenti öz “boz adamları” ilə doldurdu.
    Bu adam rüşvəti və talançılığı “qanuniləşdirdi”.
    Hə, yada düşmüşkən orasını deyim ki, akad. Ənvəroviç də öz dostu və kumiri akad.Primakov kimi “dənizçidir”. Yəni onlar ayrı-ayrı vaxtlarda Bakı dənizçilik məktəbini bitiriblər.
    P.S.
    Əgər günlərin bir günü Ənvəroviçin məhkəməsində onun üzünə duranların hamısının öz “seçmə kardı” olduğunu görsəniz təəccüb etməyin.
    ... Sonra da deyirlər ki, alimdə pul haradandır.
    Tez-tez belə sözlər də eşidirik: alim acından ölür... alim özünə velosiped də ala bilməz... alim kitabını nəşr etdirə bilmir... alim öz uşağının təhsilhaqqını ödəyə bilmir... alimin pulu haradandır ki... və sair
    Mən uzun illər elm və tədris müəssisəsində işləmiş bir adam kimi... nə isə... çox uzatmaq istəmirəm. Elə vaxt olub ki, əsas işimdən əlavə 2-3 universitetdə dərs demişəm, onlarla kitabın müəllifiyəm, elə o qədər də pyesim tamaşaya qoyulub, bir neçə qəzet və jurnalın ("Mədəniyyət", "Maarifçi", "Tac", "Teatr") Baş redaktoru olmuşam. Bir sözlə, boş vaxtım olmayıb...
    Hə, açığını deyim ki, indiyəcən mən də elə bilmişəm, həm də təkcə bilməmişəm ey, gözümlə görmüşəm ki, alimlərin əksəriyyəti ehtiyac içində yaşayıb. Və yuxarıda sadaladığım işlərdən dolayı başım elə qarışıb ki, dikəlib ətrafa düz-əməlli göz gəzdirə bilməmişəm.
    Yalnız bu son vaxtlar azacıq asudə vaxt qazanandan, başımı qaşımağa macal tapandan sonra eşitməyə başlamışam ki, vəzifəli adamlar demiş, yuxarıda deyilənlər həqiqətə az uyğundur.
    Ki yəni... Sən demə, alimlər varmış ki... Şair demişkən söyləyirlərmiş ki, "sənə pul göstərərəm yalta bilərsən Ələti..." Ay dadi-bidad, yatmısız, yatmışıq fil qulağında...
    Əşi milyonçu nədir ey, milyardçı alimlər varmış. Nəhəng alimlər, katta alimlər, yekə alimlər, burjuy alimlər... İndi cani-dildən deyirəm ki, belələrinə halal olsun. Yuxarıda əhvalına həmişə ağladığınız alimlər görünür "əsil alim" olmayıblar. Daha doğrusu, "zəmanədən geri qalan" alimlər olublar.
    Şükür, öyrənə-öyrənə gedirik və ya gəlirik. Öyrənmək heç vaxt gec deyil- deyib müdriklərimiz. Qəbirdən beşiyəcən, pardon, beşikdən tabut yeşiyəcən öyrənmək lazımdır. Vəssalam.

    18.10.2024
    ...Verilən məlumata görə, Dağıstan Respublikası Azərbaycan Dövlət Musiqili Dram teatrının Özbəkistanda qastrol səfəri başlayıb. Teatr oktyabrın 18-də Cizzak (Jizzax) şəhərində Firuz Mustafanın "Ağıllı adam" tamaşasını oynayıb. Tamaşa özbək tamaşaçıları tərəfindən maraq və hərarətlə qarşılanmışdır.
    Həmin tamaşa ayın 20-də Səmərqənd şəhərində də təqdim ediləcək.
    Yeri gəlmişkən, mən əsərin müəllifi kimi, teatrın bütün kollektivinə, habelə Baş rejissor və tamaşanın qutuluşçu rejissoru hörmətli Sərvər Əliyevdir. Ona öz dərin təşəkkürümü bildirirəm.

    ... Mətbuatdan onu da oxudum ki, 15 oktyabr 2025-ci il tarixdə Ankaradakı Qazi Universitetinin rektorluq binasında "Azərbaycan ədəbiyyatının zirvəsi Anar" mövzusunda tədbir keçirilib. Xalq yazıçısı Anara Türk dünyasına ədəbiyyatına verdiyi töhfələrə görə "Şərəf" medalı təqdim edilib.
    "Azərbaycan ədəbiyyatının zirvəsi Anar" ifadəsi, kiminsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq reallıqdır. Anar zirvədir. Söz yox ki, yeganə zirvə deyil. Ədəbiyyatımızda zirvələr çoxdur, şəksiz ki, onlardan biri də Anar ilə, daha doğrusu onun yaradıcılığı ilə bağlıdır.
    Mən də Türkiyədəyəm. Amma Ankaradan uzaqdayam. Burada müalicə və müayinə alıram... Getmək imkanım olsaydı gedərdim.

    19.10.2025
    Ədəbi trollar
    Trollar təkcə siyasətdə olmur. Ədəbiyyat aləminin də öz trolları olur.
    Bir-birindən donos yazan və yaxud yazdıran, kimisə göyə qaldıran və ya yerə endirən “ədəbi cəfakeşlərin” bir çoxu aşkar və məlumdur. Amma marıtda yatan, “kölgədə” gizlələni də olur. Yəqin ki, ən “istedadlı” trollar da bu sonunculardır.
    Uzun illərdir ki, elmi fəaliyyətlə və ədəbi yaradıcılıqla məşğulam. Amma düzünü deyim ki, mən heç bir ədəbi cameənin “cığırdaşı” olmamışam. Bu aləmdəki dəstəbazlıq, regionçuluq, tərəfkeşlik də məndən uzaqdır. Daha dəqiq desəm, mən bu “toplulardan” uzağam.
    Onlarla cild kitabın müəllifiyəm. Onlarla pyesimə müxtəlif ölkələrin teatrlarında quruluş verilib. Amma özüm də yaxşı bilirəm ki, yazdıqlarım kifayət qədər təbliğ olunmur. Bunun da “səbəbkarı” özüməm. Çünki özünütəbliğ və özünüreklamla məşğul olmuram. Bir çox hallarda isə, bu sahədə mənə dəstək vermək istəyənlər qalsın bir yana, hətta, özüm özümə mane olmuşam. Halbuki təbliğat üçün kifayət qədər imkanım olub və bu imkan yenə də var. Uzun illər tələbə, aspirant və doktorantlara dərs demişəm. Təbii ki, bir kəlmə sözüm təbliğat körüyünün işə düşməsi üçün kifayət edər. Amma mən belə təbliğatın tərəfdarı deyiləm. Zənnimcə müəllifdən əvvəl kitabın özü, özünə oxucu tapmalıdır.
    Kimlərəsə kitab verəndə heç vaxt “kitabı oxu” və ya “bir rəy yaz” deməmişəm. Amma mənim az qala yaxamdan yapışıb “haqqımda bir söz deyin” deyənləri az görməmişəm. Nəinki tərif, hətta tənqid olunmağını arzu edənlər də az olmayıb. Bəli, belələri istəyir ki, təki haqlarında söz deyilsin, ortada piyar olsun.
    Amma özüm bəyəndiyim kitablar haqqında, müəlliflərin özlərinin xəbəri olmadan belə, fikir bildirmiş, söz demişəm. Elə qələm adamları var ki, aradan illər keçəndən sonra onun haqqında söz dediyimdən xəbərdar olub.
    Qayıdıram söhbətin əvvəlinə. Bəli, ədəbiyyat aləminin də öz trolları olur. Dəfələrlə yaradıcılığımla bağlı anonim imzalarla tirajlanmış yazılara rast gəlmişəm. Valideynlərindən aldıqları “tərbiyəyə” uyğun danışan, səfeh-səfeh “fikirlər” ifraz edən trolların “yorulmaz fəaliyyətini” də müşahidə etmişəm. Hətta, anonim nömrədən, daha doğrusu, nömrəsiz telefonlardan zəng edərək, xalqımızın istedadlı insanları haqqında müsbət fikir söylədiyimə görə ağızlarına gələni üyüdüb-tökən trolları da yada salmaq istəyirəm. Belələrinin “iradı” təxminən belədir: “Biz dura-dura niyə “filankəsi” təqdir etmisən?” Soruşmuşam ki, axı “biz” deyərkən siz kimləri nəzərdə tutursuz və ümumiyyətlə “siz” kimsiniz? Ay dedi ha... Bəyəm trol öz “məxfi” adını “leqallaşdırar”? Onda o, trol olmaz ki...
    Bunları yazmaqda məqsədim nədir? Sadəcə bu cür taxtabaşlara və axtabaşlara xatırlatmaq istəyirəm ki, vaxt var ikən “özünüzəlayıq” bir peşə seçin.
    Vaxtilə yazdığım bir-iki sətir yadıma düşdü.
    Xəbisdir, dargözdür, iblisdir qəlbən,
    Həyasız, abırsız, utanmazdır, o.
    Üzr istəyirəm, oxucum, səndən -
    Elə bil yeriyən unitazdır, o...

    20.10.2025
    Artıq bir neçə gündür ki, Türkiyədəyəm... Müayinə və müalicə olunuram. Mən Türkiyədə ilk dəfə Sovetlər dönəmində olmuşam. Aradan keçən illər ərzində Türkiyə çox dəyişib, çox inkişaf edib. Hesab edirəm ki, iqtisadiyyatla yanaşı adamların səviyyəsi və vəziyyəti də xeyli yüksəlib...
    ...Buradakı qiymətlərlə tanışlıq maraqlı olmaya bilməz. Təbii ki, adamı ilk növbədə ərzağın qiyməti cəlb edir. Diqqət yetirirəm, burada əksər meyvə-tərəzlərin qiyməti bizlə müqayisədə bir qədər ucuzdur.
    Məsələn, pomidorun qiyməti 40 TL-dir. Pulun məzənnəsi belədir: 1 dollar=41 TL və ya 1.70 qəpik. Bu hesabla, kartof 60-70 qəpik. Xiyar 70-80 qəpik. Çörək 1.50 qəpik. Çay 1 stəkan 70 qəpik.
    Ucuz yemək yerləri də var. Məsələn, 10-18 manata əməlli-başlı yeyib doymaq olur.
    Ucuz mehmanxana və ya hostel də tapmaq olur: sutkası 15-20 manata. Bundan başqa, 400-500 manata aylıq mənzil də tutmaq olur.
    Mən burayacan minimal, yəni “kasıbyana” qiymətləri sadaladım.
    Təbii ki, restoranlar baha olmalıdır, mənim kimi pensiyaçının onun həndəvərindən keçməsi də “qorxuludur”.
    Spirtli içkilər, siqaret, nəqliyyat və ət bizim qiymətlərlə müqayisədə xeyli, təxminən 2 dəfə bahadır. Bizimlə müqayisədə burada maaş və pensiya yüksəkdir. Burada minimal maaş 26 min tl., (530 doll.), təqaüd isə səhv etmirəmsə 22 min tl.dir (yəni 400 dollardan bir az çox). İş tapmaq qismən asandır.
    Hə, orasını da deyim ki, buralarda gözümə nə dilənçi dəyir, nə də polis.
    Ən çox gözə dəyən turistlərdir ki, onların da çoxu ruslar və ukraynalılardır.
    Kişilər ləzzətlə raki işir, qadınlar zövqlə siqaret tüstülədir. Maləsəf, bir müddətdir ki, bu vərdişləri tərgitmişəm.
    Mütaliə edirəm. Yazı-pozu ilə də məşğul oluram.
    Havalar ilıq keçir.

    21.10.2025
    İnsana nə qədər pul lazımdır?
    Bir az sistemsiz olsa da yazacağam.
    Hələ Sovetlər dönəmində qələmə aldığım bir pyesdə qəhrəmanlardan birinin o birinə verdiyi sualı xatırlayıram: “Sən bu qədər pulu neyləyirsən? İnsana nə qədər pul lazımdır?” Lap sonda həmin obraz bunu da soruşur: “Dünyanın bütün pullarını, sərvətini yığıb sənə versələr gözün doyarmı, “bəsdi” deyərsənmi?”
    İndi məəttəl qalmışam. Əcaba, adladını “nazir”, “akademik”, “başçı” qoymuş bu məxluqlar, doğrudan da bu qədər pulu, sərvəti nə üçün yığıblar?
    Bir qismini mən deyim, qalanını siz əlavə edərsiz
    Daha çox son vaxtlar mediada səlahiyyət və vəzifə sahiblərinin əksəriyyətinin ailə üzvləri haqqında əcaib xəbərlər eşidirik. Yox, təkcə “yığdıqlarından” söhbət getmir. Bildiyiniz kimi, ənların çoxunun övladları ilə bağlı “yaralı” yerləri də olur. Belə ki, bunlar gizlində-aşkarda şikayətlənirlər ki, bəs “övladım üçün hər şey etmişəm, maşın, villa, obyekt... hətta varlı bir qız almışam, amma uşaq ...zay çıxıb”. Bəli, Tanrının işinə bax ki, bunların züryətlərindən biri qatil olur, biri qumarbaz, biri narkoman, biri oğru... Mənə qəribə gəlir, bu “valideyn” deyilən məxluqlardan niyə biri öz övladını elmə, sənətə...yönəltmir? Mən uzun illər EA-da çalışmışam. Orada bir vaxtlar adi kolba çalışmırdı. Düz-əməlli xəritə çap etmək əmri-mahal idi. Təcrübə üçün dovşan bə ya siçan-siçovul kimi gəmiriciləri saxlamaq müşkül idi.
    Siçan-siçovul demişkən... Ay ağılsı məxluqlar, siz bu qədər cinayət törədib evinizdə “gəmiricilər” yetişdirirsiniz. Unutmayın ki, bunlar gələcəkdə daha təhlükəli yırtıcıların qurbanına, “ovuna” çevrilə bilər. Unutmayın.
    p.s.
    Üç-dörd il əvvəl Rusiyada nəşr olunmuş bir kitabım üçün çox cüzi, laaap cüzi bir məbləğdə qonorar almalı idim. (Nəşriyyatın şərti belə idi ki, pulu kitab satıldıqca verəcək). Miqdarını dəqiq xatırlamıram, bir onu bilirəm ki, həmin pulla uzaqbaşı iki nəfər birlikdə nahar edə bilərdi. Dedilər Bakıda guya Rusiya bankı fəaliyyət göstərir. Axtarıb BTB Bankı tapdım. Get-gələ saldılar. Bəhanələr söylədilər. İstehza etdilər. Gördüm ki, mənasız təşəbbüsdür. Peşincə düşmədim. İki nəfərlik naharı da ixtisara saldım.
    Eşidirəm ki, həmin bank hazırda adı manşetlərdən düşməyən akademikin imiş. Yazının əvvəlindəki sualları yada salmalı oluram: “Sən bu qədər pulu neyləyirsən? İnsana nə qədər pul lazımdır? ...Dünyanın bütün pullarını, sərvətini yığıb sənə versələr gözün doyarmı, “bəsdi” deyərsənmi?” Heç olmasa daşıdığın o elmi addan utan, cildinün üstünə ad-soyadın yazılmış o kitablardan xəcalət çək.
    Bir az sistemsiz olsa da yazdım...

    22.10.2025
    Zənnimcə, “Mehdievçilik” məsələsi çox uzandı. Az qala ceynənib çürüyü çıxmaq üzrədir.
    Mən fərdi aspektdədə də olsa bir neçə kəlmə deyib bu mövzuya hələlik nöqtə qoymaq istəyirəm. Nədən ibarətdir o “bir neçə kəlmə”?
    Bəli, Mehdiyevlə bağlı “ümumxalq” debatı bir çox məsələiərə “işıq” tutdu. Deyilənlərə, yazılanlara isnad edərək bu qənaətə gəlmək olar ki, Mehdiyev, yumşaq desək, müsbət adam olmayıb. Mehdiyevin hətta, yaxşılıq etdiyi adamlar da fürsət düşəndə, xəlvətdə, gizlində onun haqqında öz mənfi rəylərini bildiriblər. Həm də indi yox, o, vəzifə köhlənində olanda.
    Qısaca onu deyim ki, belə bir “xışbəxtlik” hər məmura qismət olmayıb. Məsələn, bax elə günü bu gün, bir çox hallarda mənfi persona kimi təqdim edilən keçmiş vəzifə sahiblərindən, məmurlardan hansı haqqında on rəy yazılsa, onun ən azı 1-2 nəfər müdafiəçisi tapılar. Məsələn, Əli Həsənovdan tutmuş Fatma Abdullazadəyə, Mahmudovdan tutmuş Qaralova qədər... Yəni axtaran olsa bu adamlar haqqında bəlkə də kimlərinsə az da olsa “mənfidən qismən yuxarı” fikrinə rast gəlmək olar. Görünür, bu adamlarda müəyyən “işıq”, daha doğrusu işıq zərrəsi olub.
    Amma Mehdiyev haqqında... Adam inanmır ki, bu adam barəsində ailə üzvlərindən başqa (hələ o da müəmmalıdır) kimsə xoş bir söz desin.
    Sözün qısası, bir əsrə yaxın yaşayıb özünü bu qədər hörmətsiz, urvatsız etməyin özü də çox nadir hadisədir. Bu da bir “qabiliyyət”, bir “istedaddır”. Görəsən bu cür ağlasığmaz hadisələrin əsas səbəbi və onu törədənin son məqsədi nə olub? Görəsən bu qədər acgözlüyün, tamahın “mənbəyi” nə ilə bağlı olub? Bu suala Mehdiyevin öz “yetirmələri” daha dəqiq cavab verə bilərlər.

    Saytlardan birində jurnalist məşhur rəssam Tahir Salahovun bacısı Zərifə Salahovadan müsahibə götürüb. Orada iddia olunur ki, guya rəssamın atasını məşhur yazıçı güllələyib.
    Vurğulamaq istəyirəm ki, bu söz- söhbət uzun müddət, onillər boyu davam edib. Yazıçı (geoloq) Şamo Arif ilə Tahir Salahov arasında "dartışmalar" da məlumdur. Mən burada adı çəkilən personaların hamısına hörmətlə yanaşıram. Amma, hesab edirəm ki, bu, əsassız söhbətdir. Həm Süleyman Rəhimov, həm də Şamo Arif dəfələrlə demişdilər ki, bütün sənədlər (üzədurma, şərləmə, kimin kimi "satması" haqqında) kqb-nin arxivindədir, gedin oradan oxuyun, dəqiqləşdirin. Onu da deyim ki, S.Rəhimovun özünü də tutmuşdular, o, bir müddət həbsxanada olmuş, “dindirilmiş” sonra azad olunmuşdu. Elə Salahovları da, görünür, belə bir nəticəyə gəlməyə həmin fakt məcbur edib: necə olur ki, Salahov güllələnib, amma Rəhimov sağ-salamatdır.
    Əvvəla, mən tərəflərdən hər ikisinin fikri ilə, dediyim kimi, bir çoxları kimi, sovet dönəmindən tanışam. Zənnimcə bu cür əsassız söhbətləri yenidən “dirçəltməyə” bir ehtiyac yoxdur.
    İkincisi, yazıçı özü dəfələrlə demişdi ki, gedin real vəziyyəti sənədlərdən “soruşun”.
    Üçüncüsü, yazıçı həbsdə olan adamı, sözün müstəqim və məcazi mənalarında, necə güllələyə bilərdi?
    Üçüncüsü, təqdim edilən yazıdan da göründüyü kimi, Zərifə xanımın yaddaşı hədsiz dərəcədə zəifləyib, hətta ailə üzvlərinin sayını, bacı-qardaşlarının adını belə düz-əməlli xatırlaya bilmir.
    Zənnimcə belə “sensasion” yazılara elə də ehtiyac yoxdur.
    p.s.
    Səhv etmirəmsə, hazırda Süleyman Rəhimovun bir oğlu –Aqil sağdır. Yəqin ki, bu yazıya o da öz münasibətini açıqlaya bilərdi.

    25.10.2025
    Mətbuatdan oxudum ki, “Ana Vətən” adlı partiya sədrinin ailə üzvləri arasında səlahiyyət uğrunda dava gedir. Qız deyir mən sədr olacam, oğul deyir mən. Çıxış yolunu deyim. Partiya iki yerə bölünsün: 1."Ana" partiyası.
    2."Vətən" partiyası.
    Ata ağsaqqal olduğuna görə olsun Ağsaqqallar Şurasının sədri.
    Partiyada "Ana"sözü olduğuna görə Ana da olsun məsələn, Ana müxalifət.
    Biabırçılıqdır.

    26.10.2025
    Əvvəllər yeni evlənənlərə nişan üzüyü verirdilər.
    Sonralar üzüyün üstündə kostyum, paltar da hədiyyə olunmağa başladı.
    Sonra cehizlə birlikdə ali məktəb diplomu...
    Sonra bahalı minik maşını...
    Sonra mənzil, villa, daça...
    Daha sonra “yağlı” vəzifə...
    Deyəsən cehizin üstündə deputat mandatı hədiyyə edənlər də meydana gəlməkdədir.
    ...Hə, az qala unutmuşdum, bir zamanlar cehizlə birlikdə gənclərə dahi Nizaminin nəfis şəkildə nəşr olunmuş “Xəmsəsi” də hədiyyə olunurdu. Elə ən gözəli budur. Çünki qalan “cehizlər” müvəqqəti, Nizami və onun “Xəmsə”si isə əbədidir.

    27.10.2025
    Avtobusla Antalyadan İstanbula gəldim. 10 saatlıq yolu 14 saata gəldim. Avtobus çox ləng gedirdi. Hədsiz yoruldum. Qardaşım Fasad həkimlə görüşdüm. Qızı Günay, kürəkəni Nurlan, nəvələri Mələk və Masal gəlib mənimlə görüşdülər.

    30.10.2025
    Axşam İstanbul-Bakı reysi ilə uçdum. Axşam 8-də Bakıya çatdım. Aqşin qarşıladı.

    01.11.2025
    Qanım qaraldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məktub gəlib.

    02.11.2025
    Sosial Müdafiə Fondundan gələn mətuba əvvəlcə lağlağı, satkastik bir cavab yazdım. Sonra həmin məktubu kənara atıb qəzəbli bir müraciət qələmə aldım. Sonra götür-qoy edib “ciddi” bir məktub yazmaq qərarına gəldim. Həmin məktub budur:
    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun
    Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına
    Mustafayev Firuz Qədimalı oğlundan
    məktub

    Yazıb sizə bildirirəm ki,15 oktyabr 2025-ci il tarixdə ünvanıma göndərilən məktubla (№ 3-17-1/7li247312/2025) müalucədə olduğum üçün bir qədər gec tanış oldum. Yuxarıda qeyd olunan qurumun direktor müavini hörmətli Elvin Məmmədovun adından yazılmış məktubun məzmunundan belə çıxır ki, guya mən nə vaxtsa, haradasa, hansı bir təşkilatdasa ya işləmiş, ya da maaş almışam və buna görə də bir neçə ay fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü üzrə 1520.00 manat məbləğində vəsait ödəməliyəm.
    Əvvəlcədən bildirmək istəyirəm ki, bu, olduqca absurd və əsassız iddiadır. Deyim niyə?
    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı və onun möhtərəm rəhbətliyi, hesab edirəm ki, belə bir qənaətə gəlməyinə səbəb, mənim arabir guya “Azərbaycan Yazıçılar Birliyi” adından cüzi miqdarda pul almağımdır. Məcburam izah edim ki, mən Azərbaycan Yazıçılar Birliyindən (AYB) heç vaxt maaş almamışam, heç vaxt orada “ştatlı işçi” olmamışam, həmin təşkilat heç vaxt mənim “rəsmi iş yerim” olmayıb, mən orada heç bir müqavilə və ya “kontraktla” iş görməmişəm. Ümumiyyətlə, həmin qurumla məni heç bir “iqtisadı əlaqə” bağlamır. Yenə təkrar edirəm, gürünür “Fond”un əməkdaşlarını çaşdıran “AYB” sözü, daha doğrusu, sənəddə bu qurumun adının keçməsidir. İzah etməyə məcburam: əvvəla, mənim aldığım qəpık-quruşun adı qətiyyən “maaş” deyil, o, bütün dünyada “qonorar” adlanır ki, bunun da dilimizdə mənası “qələmhaqqı” deməkdir. İkincisi, mən həmin qonorarı AYB-dən yox, onun nəzdində nəşr olunan orqandan (qəzet və ya jurnaldan) almışam. Üçüncüsü, əslində həmin qonorarı heç AYB nəzdində çap olunan hansısa orqan da vermir, yəni həmin pulun “sahibi” bu qurum (AYB) deyildir, çünki qonorar bir qayda olaraq Mətbuata Dəstək Fondu tərəfindən ayrılır.
    Bir az da anlaşıqlı olsun deyə, məcburam daha ətraflı izah edim. Tutaq ki, mənim “Azərbaycan müəllimi” qəzetində yazım çıxır və qonorar (qələmhaqqı) alıram. Həmin qəzet Təhsil Nazirliyinin orqanıdır və qəzetin xərcini, o cümlədən qonorarı, adını yuxarıda çəkdiyim təşkilat- Mətbuata Dəstək Fondu ödəyir. Belə olan halda bəyəm mən TN-nin “işçisi” hesab olunmalıyam? Qətiyyən. Əslində mən həmin Nazirliyin və həmin qəzetin heç yolunu belə tanımıram.
    Və yaxud, tutaq ki, mənim “Mədəniyyət” dərgisində yazım çıxır və qonorar (qələmhaqqı) alıram. Həmin dərgi Mədəniyyət Nazirliyinin buraxılışıdır. Bu orqanın da nəşr xərcini, o cümlədən qonorarı, adını yuxarıda çəkdiyim təşkilat- Mətbuata Dəstək Fondu ödəyir. Bəyəm mən həmin qurumun “işçisi” hesab olunuram? Xeyr, mənim belə bir “iş yerim” olmayıb və yoxdur
    Bu, siyahını istənilən qədər uzatmaq olar.
    Məcburam başqa misallar gətirim. Tutaq ki, mənim yazdığm hansısa kitab və ya dərslik hansısa nəşriyyat tərəfindən nəşr edilir və mənə qonorar (qələmhaqqı) verilir. Onda üzünü görmədiyim həmin nəşriyyar və ya həmin kitabın satıldığı kitab dükanı mənim “iş yerim” hesab olunur? Və yaxud, tutaq ki, mənim hansısa dram əsərim hansısa teatrda oynanılır və mənə oradan qonorar verilir, onda həmin teatr mənim “iş yerim” olur? Yenə də “xeyr” deməyə məcburam.
    Mənim dram və nəsr əsərlərim Azərbaycan Prezidentinin sərəncamı ilə nəşr edilən çoxcildlikdə (100 cildlik nəşr) yer alırsa, üzünü heç vaxt görmədiyim həmin nəşrlər evi bəyəm mənim “iş yerim” hesab olunmalıdır? Qətiyyən.
    Tutaq ki, mənim əsərlərim xarici ölkələrdə nəşr olunur və oradan yenə tutaq ki, mənə qonorar gəlir. Onda belə çıxır ki, “daxildəki iş yerlərimlə” yanaşı, mənim həmin xarici dövlətlərdə də “iş yerlərim” var və ya mən oralardan “maaş” alıram? Təbii ki, belə deyildir.
    Bir daha təkrar edirəm: mən heç bir yerdə işləmirəm, heç bir yerdən maaş almıram, ikinci qrup əliləm, aylarla müalicədə olunuram, evdən az hallarda çıxıram. Yazıları redaksiya və nəşriyyatlara elekron məktub şəklində göndərirəm.
    Görünür, artıq yuxarıda dediyim kimi, ünvanıma məktub hazırlayanlar mənim AYB-də “iş yerim” olduğunu və oradan “maaş” almağımı güman ediblər. Yenə təkralayıram, xeyr, mən AYB-dən heç vaxt bir qəpik də olsa belə, maaş almamışam. Bunu dəqiqləşdirmək üçün həmin təşkilata- AYB-sə sadəcə sorğu göndərmək kifayətdir.
    Yüzdən artıq elmi və bədii əsərin müəllifiyəm. İlk gəncliyimdən məqalə və kitablarıma gürə cüzi də olsa qonorar almışam. Hazl-hazırda isə səhhətimlə bağlı olaraq özümün də heç yerdə işləmək arzum və imkanım yoxdur. Yəni nə iş yerim var, nə də maaş aldığım hansısa qurum. Əgər evdə yazı-pozu ilə işləmək “iş yeri” hesab olunursa onda qoy hansısa bir təşkilat mənə “maaş” versin. Ən “maraqlısı” isə budur ki, yuxarıda irəli sürülən iddiaya görə mən bundan sonra bir daha yazılarımı nəşr etdirməməli və heç vaxt heç yerdən qonorar almamalıyam. Əslində isə bu qeyri-mümkün bir haldır.
    Zənnimcə, mən imkan daxilində mövcud vəziyyəti izah etdim.
    Hörmətlə,
    Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi
    Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Azərbaycan Kinematoqrafçılar İttifаqının üzvü
    Azərbaycan Yazıçılar Birliyinın üzvü
    Fəlsəfə Cəmiyyətinin üzvü
    Qafqaz Yazıçılar Klubunun üzvü
    Fəlsəfə üzrə fəlsəfə doktoru
    Tel: 050 413 3572
    mmm_dsmf@sosial.gov.az
    Məktubu göstərilən ünvana yola saldım.
    03.11.2025
    Bu gün məşhur Sovet şairi Rəsul Həmzətovun vəfat etdiyi gündür...
    Hə, onu da deyim ki, şair düz 53 il (1950-2003) Dağıstan Yazıçılar Birliyinin Sədri olub.
    Mən vaxtilə onunla bir neçə flə görüşmüşəm. Bu barədə “Rəsul Həmzətovdan götürmədiyim müsahibə” adlı yazım var.

    04.11.2025
    ...Adıbəlli çariça Yekaterinanın vaxtında Rusiyanın ərazisi istilalar hesabına xeyli genişləndi, əhalisi iki dəfə artdı, Krım ilhaq olundu, ordu gücləndi.
    Göründüyü kimi, bu gün Putin deyildiyi kimi, heç də Stalinin yox, daha çox matuşka Yekaterinanın yolu ilə getmək istəyir. Amma çariçanın bir çox keyfiyyətləri və zamanlar fərqli olduğuna görə, hazırkı savaşda nəticə də fərqli olacaq.
    …Az.tv-də qonorar sistemini ləğv edirlər. Zənnimcə, yanlış qənaətdir. Qonorarsız yaradıcılıq idarəsi, əslində suyu sovrulmuş dəyirman kimi bir şeydir.
    Mən nə Az.tv-də işləyir, nə oradan maaş və qonorar alır, nə də əksər verilişlərindən razıyam.
    Amma və lakin...
    Yaradıcı adam qələmhaqqı almalıdır. Bu problemin mahiyyətini məhz yaradıcı adamlar bilər.

    05.11.2025
    Noyabrın 4-də keçirilən seçkilərdə ABŞ Demokratlar Partiyasının 34 yaşlı nümayəndəsi Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçilib. Uqanda və Hindistan əsilli bu şəxs, həm də son yüz il ərzində Nyu-York şəhərinə rəhbərlik edən ən gənc merdir. Gerizəkalı müsəlmanlar az qala bayram edirlər. Ta deyən yox ki, bu, islamın yox, demokratiyanın qələbəsidir.
    Hə, onu deyirəm…
    Birisi dedi ki, basçi elə başçıdır, istər təyinatla olsun, isərsə də seçki yolu ilə. Bunun nə fərqi var?
    Gəl indi beləsinə “fərqi” izah elə.
    Ay adam, seçki ilə vəzifəyəgələn adam seçicinin qarşısında və ya qulluğunda qul kimi dayanır. Çünki onun bu postu tutması seçicisinin səsindən asılıdır.O, seçicisinə xidmət etməyə məcburdur.
    Ay adam, təyin olan basic isə istədiyi və ya istəmədiyi adamı heç adam yerinə qoymaya bilər. Çox danışıb uzunçuluq etsən isə, qolundan tutub səni bayıra atdıracaq və deyəcək ki, bəyəm məni sən qoymusan bura?
    Deyəsən, doğrudan da maarifçilik işi hələ Məmmədhəsən əminin kəndindən kənara az şıxıb.

    07.11.2025
    Təxminən 25 il əvvəl olmuş bir söhbəti xatırlayıram.
    Xalqımızın böyük şairi Bəxtiyar Vahabzadə ilə aramızda xoş bir ünsiyyət vardı. Onunla Moskvada, Bakıda müxtəlif məclislərdə birlikdə olmuşduq. Bəxtiyar müəllim təkcə yaradıcılığında yox, elə həyatda da çox cəsarətli adam idi. Yadımdadır, mən ona “Adsız” adlı pyeslər toplusunu bağışlamışdım. Həmin kitabda ona yaxın pyesim toplanmışdı. O, hər pyesi oxuduqca adətən gecələr zəng edir, fikrini, hərdən də iradını bildirirdi. Ən maraqlısı bu idi ki, Bəxtiyar müəllim bəzən deyirdi ki, dünənki filan iradımdan-qeydimdən imtina edirəm, qoy o epizod elə olduğu kimi qalsın.
    Elə söhbətin “açarı” o kitabla bağlıdır.
    Əsrin əvvəlinin söhbətidir. Yəni 2000-ci illərin. Bir dəfə dayım yazıçı Nahid Hacızadə ilə nəşriyyatda (“Azərbaycan” nəşriyyatı) Bəxtiyar müəllimi qarşıladıq. Şair bizə yeni kitabını verdi. Mənə dedi ki, Hüseynağa (Atakişiyevi nəzərdə tuturdu-F.M.) sənin pyeslərini tərifləyir, kitab şəklində çıxıbsa ver oxuyum. Söz verdim ki, gətirərəm. O, dedi ki, kitabı gətirmək üçün şoferi göndərə bilərdim, amma…
    Bəxtiyar müəllim gülüb üzünü Nahid müəllimə tutaraq bu “əmmadan” sonra “dərdini” yumor qarışıq bir tonda danşımağa başladı:
    -Nahid, Heydər Əliyevin göstərişi ilə bizim mənzilə “üçrəqəmli” telefon çəkiblər. Bir maşın da ayırıblar. Prezident tapşırmışdı ki, sürücünün maaşı və yanacaq dövlət hesabına olsun. Amma sürücü ilə mən özüm yollaşıram. Qalır yanacağın pulu. Artıq onu da özüm almağa məcburam. Bilirsən niyə? “Aparatda” Ramiz adlı birisi var. Hamınız onu yaxşı tanıyırsız. Hələ Sovet vaxtından mənim ondan zəhləm gedir, onun da məndən. Ümumiyyətlə, onun yaradıcı adamları, alimləri, xüsusilə, şair-yazıçı tayfasını görməyə gözü yoxdur. Antimillidir. Söz yox ki, Moskvanın buradakı adamıdır. Gör bir bu necə … tipdir ki, dolayısı ilə mənə pislik etmək istəyir. İşlər idarəsinə tapşırıb ki, Bəxtiyarın sürücüsünə heç nə verməyin- nə maaş, nə də yanacaq... Mən belə xırda-xuruş şeyləri Heydər müəllimə demək istəmirəm…
    Mən dedim ki, Bəxtiyar müəllim, haçan desəniz kitabı özüm Sizə çatdıraram. Şair “Teleteatrdan” aşağıda olan evin səmtini nişan verdi. Dedim ki, tanıyıram, taparam. Tapşərdı ki, kitabı həyətin qapısındakı gözətçiyə verərsən, mən oradan özüm götürərəm.
    Bir-iki gün sonra yuxarıda haqqında söhbət açdığım kitabı- “Adsız” pyeslər toplusunu şairin dediyi yerə çatdırdım.
    p.s.
    Səhv etmirəmsə həmin söhbətin təfsilatı daha geniş şəkildə, hər hissəsi bir “çərəkədə” olan dağınıq “Gündəliklər”imdə əks olunub.
    Burada Bəxtiyar müəllimin Ramizlə bağlı dediyi daha “yağlı” sözləri olduğu kimi yazmağa ehtiyac duymadım.

    08.11.2025
    Təntənəli Zəfər paradı keçirildi. Paradda Türkiyə və Pakistan respublikalarının rəhbərləri işrirak edirdi.

    09.11.2025
    Təəssüf edirəm. FB-də Cəmil Əhmədli ilə Fazil Qəzənfəroğlunun (Mustafa) bir-birlərini qarşılıqlı ittiham edən yazıları dərc olunmaqdadır. Fazil bəy görkəmli tarixçi alimi “siyasi dələduz” adlandırır. Mən həmin yazılara 1-2 cümlə ilə münasibət bildirdim, Cəmil müəllimin qüdrətli tarixçi olduğunu qeyd etdim.

    10.11.2025
    Bəstəkarı xatırladım...
    Xatırlayıram, Şahid Əbdülkərimov ilə ötən əsrdə, 80- lərin sonunda çisəkli-yağmurlu bir gündə tanış olduq. Bizi bir dostum tanış etdi. Söz yox ki, mən o vaxtacan bəstəkarın adını eşitmişdim. Bilirdim ki, o, “Təki sən səslə məni”,
    “Şirin yuxun olaydım”, “Sevgilimə könül açdım” kimi populyar mahnıların musiqi müəllifidir.
    Hə, onu da xatırlayıram ki, Şahid o vaxt Bakıya qonşu Dağıstandan gəlmişdi. Nimdaş geyimdə idi, üzünü tük basmışdı. Arada öskürürdü. Yorğunluğu hiss olunurdu. Söhbət əsnasında onun bədbin xəyallara qapıldığını hiss etməmək olmurdu.
    O vaxtlar mobil telefon yox idi. Ev telefonumun nömrəsini verdim. Bəstəkarla bir neçə dəfə görüşdük. Arada mənim iş yerimdə- Elmlər Akademiyasının yeməkxanasında birlikdə nahar edirdik.
    Şahid Əbdülkərimov söhbət əsnasında təkcə elmi yox, həm də bədii yaradıcılıqla məşğul olduğumu biləndən sonra israrla məndən mahnı üçün mətn tələb etməyə başladı. Mən ona bir dəstə “mətn” təqdim etdim. Şahid o mətnlərdən birinin, lap çoxdan qələmə aldığım “Son liman”ın üzərində dayandı. Amma belə məlum oldu ki, musiqinin ortaya gəlməsi üçün mütləq maqnitofon və musiqi aləti lazımdır.
    Evdə üstündə çox əsdiyim mini-pianoya oxşar qara rəngli bir maqnitofonum var idi. Haradansa bir tar da tapdıq. Mahnının melodiyası maqnitofon lentinə həkk olundu. O, yazılmış lenti mənə verdi. Maqnitofonu ona hədiyyə etdim.
    Şahidin mənə təqdim etdiyi lenti o zaman gənc müğənni Zəka Vilayətoğlu na verdim. Zəka bəy mahnını bəyəndi, onun üzərində işləyib ifa etməyə başladı.
    Sonralar eşitdim ki, Şahid Əbdülkərimov doğulduğu Şəkidə, şəhərin Qışlaq adlanan hissəsindəki məşciddə din xadimi kimi fəaliyyət göstərib və 2003-cü ilin iyun ayının 17-də 65 yaşında vəfat edib…
    …Bir neçə il əvvəl sosial şəbəkədə fəal olan bir xanım mənə yazdı ki, siz Şahid Əbdülkərimov adlı bəstəkar tanıyırdınızmı? Yazdım ki, bəli, tanış idik. Xanım onun gəlini olduğunu, hazırda ailəsi ilə birlikdə Odessada yaşadığını bildirdi.
    İndi isə yuxarıda haqqında bəhs etdiyim mətni təqdim edirəm. Və bu anlarda sanki qulağımda istedadlı bəstəkar Şahid Əbdülkərimovun o çisəkli-yağmurlu günlərdən yadigar qalan bəstəsinin melodiyası səslənir.
    SON LİMAN
    Musiqisi Şahid Əbdülkərimovun
    Mən bir dar ağacı, mən dərd ağacı,
    SON LİMAN

    Musiqisi Şahid Əbdülkərimovun

    Mən bir dar ağacı, mən dərd ağacı,
    mən teli qırılmış kaman kimiyəm.
    Sən mənim ömrümün son dayanacağı,
    “Sən” adlı ünvana üzən gəmiyəm.

    Bu sonsuz dənizdə mən tənha gəmi,
    mənim sərnişinim xatirələrdir.
    İçimi xışlayan kədərin, qəmin
    astarı üzündən daha betərdir.

    Göy üzü qüssədən çəkilib tarım,
    o göylər Günəş yox, bir zülmət doğur.
    Yarıb tufanları, fırtınaları
    üzürəm “Sən” adlı limana doğru.

    Bəs niyə görünmür o liman niyə,
    bəlkə bir ilğımdır məni aldadan?
    Niyə çalxalanır bu ümman niyə,
    məni kim çıxarar bu qeylü-qaldan?

    Bu sonsuz sularda məni tənha gəmi...
    mənim son pənahım, son gümanım sən.
    Özüb gedəcəyəm ölümə kimi,
    mənim son limanım, son ünvanım sən.


    11.11.2025
    Arada oxucularımdan electron məktub və ya indiki lisanda desək “mesaj” alıram. Əksəriyyəti məndən kitab istəyir. Çalışıram ki, istəklərinə anlaşıqlı yanaşım. Adətən onlar kitablarımın hansı mağazada satılması ilə maraqlanırlar. Düzü, bu suala heç özüm də düz-əməlli cavab verə bilmərəm. Nəşriyyatlar nəşr etdikləri kitabların satışını özləri təşkil edir. Öz təşəbbüsümlə, yəni öz xərcimlə nəşr edilən kitabların isə tirajı hədsiz dərəcədə az olur. Onları əsasən kitabxanalara pulsuz “hədiyyə” edirəm.
    Bu gün də Vaqif Əlizadə adlı bir oxucu kitablarımın, xüsusən “Buz üstə yazılmış sətirlər”in, harada satıldığı ilə maraqlandı. Yuxarıda yazdığımı ona da dedim. O, xahiş etdi ki, kitabın pdf variantını göndərim. Mən onun xahişini yerinə yetirdim. Məmnun olduğunu bildirdi. Sonra yazdı ki, “bank kartının” nömrəsini göndərim. Ödəniş etmək istəyirdi. Təbii ki, mən bunu edə bilməzdim. Ümumiyyətlə, indiyəcən nəşr olunan kitablarım üçün yalnız hərdən ya cüzi qonorar almışam, ya da dükan-mağazadan yenə çox cüzi satış haqqı. Özüm isə bu vaxtacan kitablarımı yalnız hədiyyə etmişəm. Yəni kitab satmağı bacarmıram, hərçənd ki, bu da yaxşı məşğuliyyət hesab oluna bilər. Düzü, bir az da sevinirəm ki, hələ kitab oxuyanlar var.
    Tələbə yoldaşı T.Ağayeva ilə görüşdüm.
    Yazıçı dostlarla- Aslan Quliyev və Əlabbas Bağırov ilə telefon üzərindən əlaqə saxladım. Qərara aldıq ki, bu günlərdə görüşək.

    12.11.2025
    Bəxtiyar Vahabzadə ilə bağlı yazıb paylaşdığım yazı “Axar.az” saytında dərc edildi və “TV Müsavat”da səsləndirildi. Bəzi dostlar maşın və “üçrəqəmli” telefonun şairə H.Əliyev tərəfindən yox, Ə.Elçibəyin göstərişi ilə verildiyini deyir. Yazdım ki, ola bilər “telefon və maşın əvvəllər də olub, amma sonralar yeniləşib”. Orasınə da qeyd edim ki, Bəxtiyar müəllim Elçibəyə ehtiramla yanaşırdı, xətrini istəyirdi.
    … Noyabr paradınada iştirak etmək üçün gəlmiş türk hərbçilərin Gəncədən Türkiyəyə uçan hərbi təyyarəsinin Gürcüstan səmasında vurulması hamımızı sarsıtdı.
    … Təkcə musiqinin yox, elə elmin və ədəbiyyatın da öz "manısları" olur. Belələrinin ortada olan "əsərləri" boş- boş tele- videohırıltılardır.
    13.11.2025
    Yenidənqurmanın şıdırğı vaxtı rayon katiblərindən biri o vaxtkı Az.tv-nin əməkdaşlarını keçirdikləri müşavirəyə dəvət edir. Katib tribunaya qalxıb odlu- alovlu çıxış edir, məmurları köhnə qayda ilə işlədiklərinə görə yıxıb- sürüyür. Rüşvətxorluğu, qohumbazlığı, acgözlüyü və s. bu kimi neqativ halları ifşa edir. Zəif alqış sədalaı eşidilir. Çəkiliş başa çatır, TV işçilərini "lazımi qaydada" yola salırlar. Raykom katibi təzədən tribunaya çıxır, üzünü zala tutub deyir: "Bayaq dediklərim televiziya üçün idi. Yolunuzu azmayin. İndiyəcən necə işləmisiz gedin bundan sonra da elə davam edin. Köhnə bazara təzə nırx qoymağa ehtiyac yoxdur". Sürəkli alqış səsləri zalı titrədir.
    p.s.
    Deyəsən indiki iribuynuzlu məmurların da bir çoxu bu cür "ikihissəli" tapşırıqlar verirlər.

    14.11.2025
    Həcər Göyçaya –hüzr yerinə getdi.
    …AYB-də yazıçı Elçin Hüseynbəylinin kitablarının təqdimatında oldum. Tv-lərdən birinə -deyəsən Baku Tv idi, Elçinlə bağlı müsahibə verdim.
    Elxan Zal ilə nahar etdik. Sonra Amaliya Pənahovanın 80 illik yubileyi ilə bağlı Nizami k/t-dakı törənə getdim. Adam çox idi, yer olmadı, dostlarla çay içdik.

    15.11.2025
    Şənbə günü. Hava xoşdur.
    Bütün günü işlədim, yazı-pozu ilə məşğul oldum.
    Rəhim Həsənov adlı oxucu mənim rəyimi öyrənmək üçün pyes göndərib. Oxuyub qısa rəy yazdım.
    “…Salam, Rəhim bəy. Pyesinizi oxudum. Xüsusi olaraq vurğulamalıyam ki, tarixi araşdırmalar cəhətdən maraqlı əsərdir. Belə bir mövzuya müraciət etmək səy və təşəbbüsünüz təqdirəlayiqdir. Hiss olunur ki, yazı tarixə bələd, savadlı-təhsilli adamın qələminin məhsuludur. Amma, qeyd etməliyəm ki, pyes dramaturji cəhətdən istənilən səviyyədə deyil. Belə ki, hadisələr hədsiz dərəcədə ləng inkişaf edir, daha çox "dramatik" deyil, "nasiranə" dialoq və təsvirlərə yer verilir. Dramaturgiya isə hadisələrin dinamik, sürəkli inkişafını tələb edir. Əlbəttə, istəsəniz pyesi nəşr etdirə bilərsiz. Gələcək yaradıcılıq fəaliyyətində Sizə uğurlar arzu edirəm.

    16.11.2025
    Təzyiqim çox yüksəkdir, 190-ı keçməkdə, 200-ə yaxınlaşmaqdadır.
    Həcər Göyçaydan qayıdıb gəldi. Bir xeyli nar da gətirib.

    17.11.2025
    AYB-də yazıçı Gəray Fəzlinin 100 illiyi keçirildi. Mən də çıxış etdim.

    18.11.2025
    Bu gün çoxdan yazdığım bir yazı əlimə keçdi. Yazıldığı tarixi xatırlamıram.

    Üç fotoşəkil boylanırdı bu gün manşetdən,
    birinci şəkildəkilər iqtidardakılar idi-
    deyəsən təzə gəlmişdilər Məşhətdən.
    Hamısı qara kostyumda, ağ köynəkdə,
    qalstuq da öz yerində.
    Gülüş vardı şəkildəkilərin
    toppuş üzlərində, iti gözlərində.
    İkinci şəkildəkilərin hamısı müxalif idi-
    Deyiənə görə hazırlaşırlar Həccə,
    getmək üçün pulları çatışmırdı sadəcə.
    Hamısı arıq-uruq, yaşlı, yaslı,
    geyimləri nimdaş.
    Üzlərini tük basmışdı,
    yəni olunmamışdı təraş.
    Üçüncü fotodakıların
    hamısının bir ayağı müxalifətdə idi,
    o biri ayağı iqtidarda.
    Harada olurdusa aş,
    onlar da olurdu orada baş.
    Biri Məhşətdən gəlmişdi,
    biri Həccdən, biri isə Kərbəladan-
    Onların hər biri uzaq idi
    hər xətadan, hər bəladan.
    Biri saqqallı idi, biri bığlı,
    biri də kosa idi.
    Biri arıq, biri kök,
    o birisi yomsa idi.
    …İqtidar olmaq elədi,
    müxalif olmaq belədi,
    bir ayağı müxalifətdə,
    o biri ayağı iqtidarda olmaqsa
    özü boyda bir bəladı.

    19.11.2025
    Qızım Güntəkinin ad günüdür. Təbrik etdim.

    20.11.2025
    Artıq 4-cü gündür ki, AYB Poliklinikasında iynələrimi vurdururam.
    …“Baku Tv”də oldum. Həmkarım Müıfiq bəyə söhbətimizin əsas mövzusu təxminən belə bir müstəvidə və yaxud paralellər üzərində qurulmuşdu: “Fəlsəfə. Ədəbiyyat. Din”.
    Ev ərizəsi
    …Mətbuatda oxudum ki, redaktorlardan biri öz yaxın qohumlarının beşinin adına “Jurnalistlər evi”ndən mənzil alıb. Yəni “nə yoğurdum, nə yapdım… 5 dənə mənzil qapdım”.
    Hələ mənim eşitdiyimə görə adı çəkilən binadan öz katibəsi, sürücüsü, məşuqəsi, uşağının dayəsi üçün də mənzil alanlar var.
    Uzun illər ardıcıl elmi və ədəbi fəaliyyətlə məşğul olmaqla yanaşı, vaxtilə Az.Tv-də populyar elmi-publisistik “İdrak” və “İlğım” verilişlərinin aparıcısı, “Mədəniyyət”, “Maarifçi”, “Tac” qəzetlərinin Baş redaktoru, “Teatr” jurnalının təsisçisi, “Azərbaycan gəncləri” qəzetinin xüsusi müxbiri, “Səs”, “İdrak” və “Gələcək gün” qəzetlərinin yaradıcılarından olmuşam. Ədəbi, elmi, fəlsəfi əsərləri hələ qoyuram bir yana, minlərlə publisistik yazının müəllifiyəm. Çoxcildlik “Əsərlər”imin 34, 35, 38 və 39-cu cildlərində sırf publisistik yazılarım toplanıb. Zənnimcə, sadaladığım bu sahələrdəki fəaliyyət və yaracılıq sferası sırf jurnalistika ilə bağlıdır.
    Adı çəkilən binada ev bölgüsü ərəfəsində mən də sənədlərimi toplayıb kimlər tərəfindənsə təşkil olunmuş “komissiyaya” təqdim etdim. Tanış-tunuşlar dedi ki, “Əli müəllimin adına da bir ərizə yazsan pis olmaz…” Deyilənə əməl etdim. Yazdım ki, ay Əli müəllim, mən nə Sovetlər dönəmində, nə də müstəqillik dövründə dövlətdən av almamışam və xahiş edirəm mənim adımı da o mübarək (və yaxud mübarəkolmamış-bu sözü burada artırdım) siyahıya daxil edin.
    Mənzillər paylandı. Bəli, mənzil alanlar arasında çox istedadlı, ləyaqətli adamlar da vardı… Amma oradakıların arasında və yaxud sırasında kifayət qədər təsadüfi adamlar da yox deyildi.
    Əli müəllim mənim mənzillə təmin olunmamağım üçün əlindən gələni əsirgəmədi.
    Əli müəllimin proteksiya, qohumbazlıq, yerliçilik və digər bu kimi yaxşı olmaya amilləri əsas götürərək pay-püş elədiyi mənzilləri alanlar “siyahısında” artıq yuxarıda dediyim “peşə sahibləri” mühüm yer tuturdu. Sonralar ortaya xeyli müəmmalı “əmmalar” çıxdı və Əilinin “vuran əli” hesab olunan Səfərli soyadlı birisi törədilən maxinasiyalara görə həbs olundu. İndi bəzi “cəsarətlilər” deyəcəklər ki, niyə bunu o zaman yazmadın. O vaxt da yazmışdım. Hətta, trollardan biri mənə “cavab” yazaraq çox nümayişkəranə şəkildə bildirmişdi ki, Əli müəllim ilə Ramiz müəllim onurğa sütunudur, dirəkdir, bir sözlə ürəkdir. İndi baxıram həmin troll son vaxtlar öz “ağalarına” qarşı “tənqidi qeydlər” yazmaqdadır.
    Mən mətbuat və elm sahəsində fəaliyyət göstərəndə, sonralar “hörmətli alim və siyasi xadim” kimi tanınmış hörmətli Əli müəllimin, səhv etmirəmsə, mətbuatda bir yazısı belə işıq üzü görməmişdi və başqa işlərlə məşğul idi. Məsələn, Moskvada təhsil alan gənc soydaşlarımız arasında çoxunuza məlum olan və olmayan … təbliğat və antitəbliğat aparırdı.
    Vallah, adam deməyə söz də tapmır. Belələrinə nə deyəsən?

    21.11.2025
    Əsər yazmaq, ümumiyyəylə yazı-pozu ilə uğraşmaq elə də asan iş deyil. Həm də söhbət təkcə zehni-intellektual zəhmətdən getmir. Hər bir yazıda mətn təkcə-cümlə-cümlə, söz-söz deyil, hərf-hərf yığılır. Bir vaxtlar mətbəələrdə yazılar qurğuşun lövhələr üzərində həkk olunardı. Bu mətnlər kiçik metal (qurğuşun) qırıntılarından hazırlanmış hərflərlə şəkillənərdi. Bu hərflər nədənsə mənə bir zamanlar gördüyüm tüfəng qırmalarını xatırladardı. Elə qırmaları da haqqında danışdığım “hərflər” kimi bir-bir toplayıb boş gilizlərin içinə yığardılar. Sonra “doldurulmuş” patrondan hansısa ov heyvanına və quşuna atəş açardılar. Elə yazı lövhələrindəki “qırmalar” da atəş aşmaq üçündür, adamları qəflət yuxusundan oyatmaq üçün.

    23.11.2025
    İnsan itkiləri çoxalmaqdadır. Həm də təkcə savaşlarda deyil, elə həyatda-gözümüzün qabağında. Səbəblərsə çoxdur- stress, imkansızlıq, inamsızlıq…
    Bu son həftədə bir neçə tanınmış sima həyatını dəyişdi. Aktyor, Şuşa Dram teatrının müdiri, Yadigar Muradov, şair-qəzəlxan Arif Buzovnalı, “Azadlıq” Partiyasının sədri, siyasətçi və şair-publisist Əhməd Oruc. Ən acınacaqlı, biabırçı və ürəkağrıdan hadisə həm də budur ki, Əhməd Oğuz vəfat edən gün onun evinə oğrular girib, talançılıq ediblər…
    Bü gün isə kənd qonşumuz, qohumumuz Alim Köçərlinin yas mərasimində olduq- dünən rəhmətə gedib. 60-ı təzə keçmişdi. Bütün yayı birlikdə kənddə olmuşduq. Ruhu şad olsun.
    Həftə ərzində “fərdi” ölümlərdən başqa bir neçə yerdə “kollektiv” ölümlər də baş verib. Belə ki, ayın 21-də “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.İlkin məlumata görə, onlar restorandan başqa bir yerə hündür metal nərdivan daşıyırmışlar və hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
    Bundan başqa Bakı şəhəri, Yasamal rayonunda – Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hadisə nəticəsində üç nəfər həlak olub, ümumiyyətlə 27 nəfər tüstüdən zəhərlənib. Maraqlı burasıdır ki, yanğına görə restoranın əməkdaşları deyil, yaxınlıqdakı klinikanın əməkdaşları təqsirkar bilinir…
    Bir neçə gəncin şəhid məzarları üstünə qoyulmuş gitara, çəkmə, əklil və sairi oğurlaması da bu baş verən faciələrə əlavə olunsa, bu tünd mənzərənin mahiyyətini anlamaq heç də asan, bəlkə də çətin olmaz.
    Həcərin keçmiş iş yoldaşlarından birinin əri rəhmətə gedib, o da Alimin yasından çıxıb həmin hüzr yerinə getdi.
    …Hə, məşhur hind aktyoru Dharmendra da vəfat edib. Tamaşaçılar onu daha çox “Daş və çiçək” filmindəki Şaka və “Zita və Gita” filmindəki Raka roluna görə tanıyır. Dharmendra heş olmasa 90 il yaşadı, özü də normal ömür sürdü. Vay öz ömrünü özü yaşaya bilməyənlərin halına.
    Ölüm ucuzlaşıb və adiləşib…
    …Sanki yay havasıdır, Günəşli, idti bir gündür.
    ,,,Elçin haqqında yazı üzərində işləyirəm- məqalə iki dildə olacaq.

    24.11.2025
    “Azər.Tac”dan Günel adlı xanım mənə dilimizlə bağlı suallarla müraciət edib.
    Qısa cavab verdim.

    1. Niyə Azərbaycan dilinin saflığını qorumaq vacibdir?

    Cavab: Hər bir xalqın dili onun mövcudluq formasıdır. Dil yoxdursa xalq da yoxdur. Mübaliğəsiz demək olar ki, Azərbaycan dili ulularımızdan bizə miras qalmış ən böyük, ən qiymətli sərvətdir. Dil torpaq qədər müqəddəsdir.
    Dilimiz türk dilləri ailəsində özünəməxsus yer tutur. Bu dildə onmilyonlarla adam danışır. Ölkələrin sərhəddini təkcə sərhəd dirəkləri, başqa sözlə desək, xəritələrdəki ərazilər müəyyən etmir. Bu mənada Azərbaycan dilinin malik olduğu “ərazi” bizim “fiziki” ərazimizdən dəfələrlə genişdir. Bu “ərazinin” diapozonunu təsəvürrə gətirmək üçün dilimizin Hələbdə yaşayan Nəsimi ilə, Kərbəlada yaşayan Fizuli ilə bağlı ədəbi-poetik “xəritəsini” xatırlatmaq kifayətdir. Dilin saflığı elə suyun, havanın, ana südünün saflığı qədər gərəklidir. Təəssüflər ki, bir çox hallarda dilimizin təmizliyi keşiyində duranlara həqaratla yanaşırlar.
    Mən dilimizin təmizliyi haqqında çox yazmışam. Bu barədə bir neçə kitabım da var. Məsələn, rus dilində nəşr olunmuş “100 türk etnosu”, habelə rus dilindəki türkizmlərlə bağlı araşdırmalar bu qəbildəndir.
    Vaxtilə yazmışam ki, dilin saflığını qormaq üçün “dil polisi” yox, dili sevən vətəndaşlar yetişdirmək lazımdır.

    2.Siz öz peşənizdə dilin saflığını necə qoruyursunuz? Məhz sizin sahənizdə bu məsələdə hansı çətinliklər yaranır?

    Cavab: Bildiyiniz kimi, mən uzun illərdir bədii yaradıcılıqla məğul oluram. Amma əsas elmi fəaliyyət sahəm daha çox fəlsəfi tədqiqatlarla bağlıdır. Sualınıza konkret cavab vermək üçün əslində geniş bir “ekskursiya” da etmək olardı. Amma mən qısaca olaraq bunu deyə bilərəm ki, fəlsəfənin “tikinti materialları”, yəni termin və anlayışları əsasən latın, yunan və ərəb dillərindən götürülmüşdür. Həm də təkcə bizdə yox, bütün dünyada. Fəlsəfənin dili, bir çox elm sahələrindən fərqli olaraq özündə bir qədər geniş arealı ehtiva edir. Amma təəssüflər olsun ki, bəzən təkcə “həvəskarlar” deyil, elə “peşəkarlar” da “fəlsəfi dilin” mahiyyətini ya dərk etmir, ya da mövcud “kanonlara” əməl etmirlər. Fikrimi daha aydın izah etmək üçün çox sadə bir missal çəkim. Məsələn, fəlsəfi istiqamətdə olan əksər yazılarda adi terminoloji leksemləri qarışdırırlar. Deyək ki, bir çoxları “şüur”, “ağıl”, “təfəkkür”, “zəka”, “idrak” kimi terminlərin fərqini ya anlamır, ya da onları qarışdırırlar. Hətta, bəziləri elə bilir ki, bu sözlər eyni anlayışları ifadə edir. Əslində isə bunlar fərqlı terminlərdir.
    Mənim bu il işıq üzü görən “Filosoflar” kitabımda bu məsələlərə də diqqət yetirilib. Yeri gəlmişkən, kitab çox cüzi tirajla nəşr olunub. Sözümün canı odur ki, hər kəs öz çalışdığı sahədə dilimizin saflığını qorumalıdır.

    3.Bu məsələdə çıxış yolunu nədə görürsüz?

    Cavab: Azərbaycan Respublikasında dövlət dili haqqında mövcud Qanunun tələblərinə rayət olunmalıdır. Mətbuatda, xüsusən radio və telefiziyada dilimizin saflığı, təmizliyi daim diqqət mərkəzində olmalıdır.

    26.11.2025
    Qızım Güntəkingilin evində (Əhmədlidə) oğurluq olub… Ev əşyalarını oğurlayıblar…
    …Bu axşam “Azdramada” A.Pənahovanın 80 illiyi münasibəti ilə göstərilən “Natəvan” tamaşasına baxdım. Tamaşanın quruluşçu rejissoru mərhum A.Paşa Nemətov olub. Çox zəif quruluş idi. Yaxşı əsərə pis quruluş verilmişdi.

    28.11.2025
    Cümə günü.
    Keçmiş iş yoldaşım Vahid Ömərlinin 70 illiyini Atatürk Mərkəzində qeyd etdik. Məm də çıxış etdim.
    Axşamüstü – Qış bulvarında qışa hazırlıq mərhələsində Mərahim Fərzəlibəyli, Teymur Əmrah və Kənan Hacı ilə çay içdik, sənət və həyat söhbəti etdik.
    …Bu gün Qazaxıstandakı saytlardan birində oxudum ki, Taldıkurqanda repressiya qurbanlarının naməlum bir məzarlığı tapılıb. Xatırladım ki, Məmməd Əmin Rəsulzadənin ailə üzvlərindən bir çoxu, o cümlədən həyat yoldaşı Umulbanu Rəsulzadə, məhz Taldıkurqanda vəfat edib və orada dəfn olunub. Xeyli axtarışdan sonra informasiyanı qələmə alan jurnalistin- Aliya Axmedaliyevanın ünvanını dəqiqləşdirib ona aşağıdakı məzmunda məktub yazdım:
    Много Многоуважаемая Алия Ахмедиева Я прочитал в сайтах Вашу статью под названием «Волонтёры Талдыкоргана обнаружили могилы репрессированных граждан на заброшенном кладбище». Благодарю Вас за то, что Вы затронули столь важный вопрос. В 30-е годы из Азербайджана в братский Казахстан, в том числе в Талдыкорган, было депортировано множество ни в чём неповинных людей. Многие из них погибли там. Мать одного из создателей Азербайджанской Демократической Республики и её первого руководителя Мамед Эмина Расулзаде — госпожа Марал ханым, а также её супруг Умбулбану Расулзаде тоже скончались и были похоронены там. Умбулбану Расулзаде родилась 20 июля 1888 года в поселке Новханы Бакинского уезда, скончалась 27 ноября 1940 года в Талды-Курганской области Казахстана. Они всей семьёй были поселены там в совхозе. Прошу Вас помочь в поиске могилы Умбулбану Расулзаде. Я не историк и не родственник Расулзаде. Это письмо я написал просто по велению сердца. Благодарю.
    p.s.
    Məlumat üçün Umulbanu xanımın məlum bioqrafiyasını xatırladıram:
    Ümbülbanu xanım Rəsulzadə 20 iyul 1888-ci ildə Bakı qəzasının Novxanı qəsəbəsində ziyalı ailədə anadan olub. İlk təhsilini Bakıdakı Qızlar Gimnaziyasında almışdır. Ali təhsilini İstanbul Universitetində alıb. O, burada ədəbiyyat və humanitar elmlər üzrə təhsil almışdır. Daha sonra 1908-ci ilin 31 yanvarında o, Məhəmməd Əmin Rəsulzadə ilə ailə həyatı qurur. Onun bu evlilikdən 4 övladı - Lətifə, Xalidə, Rəsul və Azər anadan olur. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Ümbülbanu xanım Rəsulzadə cümhuriyyətin birinci xanımı titulunu alır. Ümbülbanu xanım bu titulu alan ilk qadın idi. O, qızların təhsil almasına mühüm töhfələr vermiş, neçə-neçə qızların xaricdə dövlət hesabına təhsil almasını təmin etmişdir. 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə o, həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə ilə ayrı düşür. Lakin Məhəmməd Əmin Rəsulzadə ilə 1929-cu ilə qədər məktublaşır. Məhəmməd Əmin Rəsulzadə tez-tez Ümbülbanu xanıma pul göndərirdi ki, zəruri ehtiyyaclarını təmin edə bilsin. Ümbülbanu xanımın övladları ilə yaşadığı ev daim izlənilirdi. 1937-ci ildə Stalin repressiyası zamanı Məhəmməd Əmin Rəsulzadənin ailəsi Qazaxıstana sürgün olunur. Bu zaman Lətifə Müslümzadə, İşvə Müslümzadə, Sona Müslümzadə, Xalidə Rəsulzadə və Rəsul Rəsulzadə vəfat edir. Ailəsini itirən Ümbülbanu xanım ağır xəstəliyə tutulur və 1940-cı ilin 27 noyabrında Qazaxıstanın Taldı-Kurqan vilayətində vəfat edir. Onun məzarı indiyədək naməlum olaraq qalır.
    p.p.s
    Yenə də məlumat üçün bildirim ki, mən bir neçə il öncə Rusiyadakı onlarla həbsxana (islah-əmək düşərgələri) ilə yazışandan sonra görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin dəfn olunduğu yeri müəyyən etmişdim. O vaxt Şuşa düşmən əsarətində idi. Bu gün Şuşa azaddır. Yazıçının məzarının Vətənə gətirilməsi Cavidin “möhtəşəm qayıdışı” qədər tarixi bir hadisə olardı.

    29.11.2025

    ...Tanınmış dövlət xadimi Həsən Həsənov haqqında sənədli filmə baxdım. Film ölkəmizin Gürcüstandakı səfirliyinin sifarişi ilə çəkilib. Film boyu H.Həsənov özü danışır. Maraqlı epizodlar var. Pis orasıdır ki, filmin adı yoxdur.
    Hə, orasını da deyim ki, dünən Vahid Ömərlinin yubileyinə gəlmiş Həsən müəllimlə tədbirdən öncə Atatürk mərkəzində Nizami Cəfərovun kabinetində atüstü söhbət etmişdik.

    30.11.2025
    Adi xoş ovqatın, gülüşün, təbəssümün qəhətə çəkildiyi bir vaxtda, arabir fraqmental sevinclər də olur.
    Bu gün həmin xoş “fraqmentlərdən” birini yaşadıq.
    Nəvəm Aydan Nobelin adı ilə bağlı olan və onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq humanitar təşkilatın daimi nümayəndəsi olub.
    Bundan başqa Aydan nəvəm hazırda oxuduğu məktəbin təqdimatı ilə təhsil əlaçısı kimi, bizim məşhur həmyerlimiz Lütfizadənin çalışdığı Berkli Universitetinin təsis etdiyi mükafatı alıb.
    O, hələ 11-ci sinifdə oxuyur.
    Aydanı təbrik edirəm.

    01.12.2025
    Son üç gün”maraqlı” hadisələrlə doludur.
    AXCP-nin Sədri Ə.Kərimli və onun bir neçə tərəfdarı DTX tərəfindən saxlanılıb. Tarixçi professor C.Həsənli dindirilib. G.Hacıbəyli Türkiyədən ekstradasiya olunub. Bu adamlar əsasən “Ramiz Mehdiyev işinə” görə istintaqa cəlb olunub. Əslində isə bu, çox zəif hazırlanmış bir “ssenarınin” mənasız “tətbiqindən” başqa bir şey deyildir. Çünki hamı bilir ki, bu adamların iddia olunan “məsələ” ilə bir əlaqəsi yoxdur. Ona görə də çox güman ki, “təqsirləndirmə maddəsi” tezliklə dəyişdiriləcək.

    02.12.2025
    “Süpürgəçi müsabiqəsi”
    (dialoq)
    -Cənab rəis, məni müsabiqənin nəticələri maraqlandırır.
    -Hansı müsabiqəni deyirsən?
    -“Süpürkəçi müsabiqəsi”.
    -Müsabiqə artıq başa çatıb. Müsabiqədə üç süpürgəçi qadın iştirak edirdi. Biri elə birinci mərhələdə ilişdi. İkinci isə “şifahi sorğudan” keçə bilmədi.
    -Bəs üçüncü konkurent necə?..
    -Baxıram, onun sənədləri qaydasındadır. Özü də hər iki mərhələni keçib. Amma...
    -Nə “amma”?
    -“Amması” budur ki, hələlik bir “adamı”-filanı üzə çıxmayıb. Onunla maraqlanan, zəng edən də yoxdur... Mən bunu sənə ürəyim qızındığına, yaxın səninlə qohum olduğumuza görə deyirəm ha. Düzü, bir az ehtiyatlanıram.
    -Siz nədən ehtiyatlanırsız?
    -Bura bax, bilmirsən ki, onun müxalifətdə yaxın adamı- zadı var, ya yox? Əgər varsa, bu, düzələn məsələ deyil.
    -Xeyr, yoxdur. Ehtiyat etməyin... Əksinə, məncə, o süpürgəçinin iqtidarda xeyli qohumu var.
    -Elə isə, bu, heç mümkün olan iş deyil.
    -Niyə ki?
    -Çünki sonra mənə irad tutacaqlar ki, o nə işdir elə onu ora götürmüsən, bir düz-əməlli vəzifə tapmadın verməyə? Qəti olmaz.
    -Bəs nə edək? Aləmi zibil basıb. Süpürgəçi götürməyək?
    -Eybi yoxdur, təzədən müsabiqə elan edərik. Özü də yazarıq ki, yaşı otuzu keçməmiş gözəl qadınlar olsun. O qadınsa artıq qırxı keçib...
    -Qorxuram onda da deyələr ki, bunlar süpürgəçi axtarmır, gözəllik müsabiqəsi keçirirlər.
    -Nə deyirlər desinlər. Biz də deyərik ki, düşmən qüvvələr bizə şər və böhtan atır.

    03.12.2025
    Mərhum ədibimiz, Xalq yazıçısı Elçin haqqında yazını bitirdim. Bu, geniş bir “esse-triptix”dir, yəni üç hissədən ibarətdir. Rus və Azərbaycan dilindədir. Düzü, heç özüm də bilmirəm, bu yazını haraya, hansı redaksiyaya təqdim edim. Heç düz-əməlli bir ədəbi orqan da yoxdur.

    ...Bir çox cəbhəçilər həbs olunub.
    Keçmiş deputat Gültəkin Hacıbəyli hələ Türkiyədədir. Oradan onun deportasiya olunması gözlənilsə də Türkiyənin Böyük Millət Məclisi məsələnin hüquqi müstəvidə həll olunmasını istəyir.
    Bəziləri Gültəkin Hacıbəylinin güya hansısa zəngin ailədə doğulduğunu iddia edirlər. Bu, doğru olmayan məlumatdır. Onun atası Yunis Hacıyev Az.Tv-də işləyirdi və sadə bir jurnalist idi. Son illər, səhv etmirəmsə, mərhum Yunis bəy Kənd Təsərrüfatı nazirliyində mətbuat katibi idi.


    04.12.2025
    Gəlin sözün canını almayaq
    Ay dilin anasını ağladan “yazarlar”, “redaktorlar”, “jurnalistlər”.
    Yadda saxlayın, “qorxmaz marşal” (general) ola bilməz, “qorxmaz sərkərdə” (general) olar.
    “Dahi Prezident” ifadəsi yanlışdır, “dahi siyasətçi” ola bilər.
    “Görkəmli Xalq şairi” (Xalq rəssamı) ifadəsi düzgün deyil, düzgün olan “görkəmli şair” ifadəsidir. Əgər istəyirsinizsə şairin könlü xoş olsun, bu rəsmi titulun arxasınca bir “görkəmli söz adamı” və b.k. sözlər də artıra bilərsiz.
    “Mən onunla yola çıxdıq” yox, “mən onunla yola çıxdım” və yaxud “biz onunla yola çıxdıq” yazılmalıdır.
    “Maraqlı kino idi” yox, “maraqlı film” idi, “baxdığım teatr” yox, “baxdığım tamaşa” olmalıdır.
    “Beş ədəd kitab” ifadəsi də düzgün deyil, “beş nüsxə kitab” olar.
    “Bir neçə adamlar” ola bilməz, burada cəmlik şəkilçisi artıqdır.
    “Bir neçə adamlarla bizə gəldilər” yox, “bir neçə adamla bizə gəldilər” düzdür.
    “Eşşəklər getdilər”(heyvanlar gəldilər) yox,”eşşəklər getdi” olmalıdır.
    p.s.
    Mən bu gün gözümə dəyən bu “alabəzək” söz və ifadələr üzərində qısaca dayandım. Bu da bir növ mini-monitorinqdir. O ki qaldı, niyə “elə olar”-“belə olmaz” hökmünün mahiyyətinə... Bunu siz özünüz araşdırsanız daha yaxşı olar.
    ...Sözümün əvvəində “dilin anasını ağladan” ifadəsini işlətdim. Mən dilə elə canlı orqanizm kimi baxıram. Yəni onun anası da ola bilər, balası da. Təsadüfi deyil ki, şifahi və yazılı nitqimizdə tez-tez “sözümün canı budur” ifadəsini işlədirik. Doğrudan da söz canlıdır və gəlin onun canını almayaq, anasını ağlar qoymayaq.

    05.12.2025
    Mənicə bint-Abdulla Mah-Məsti.
    Bu, Məhsəti Gəncəvinin əsil adı, atasının adı və təxəllüsüdür. Şairənin bir müddət Sultan Səncər sarayında fəaliyyət göstərdiyi deyilir. "Məhsəti və Əmir Əhməd" adlı dastan var. Əmir Əhməd Gəncə xətibinin oğlu olub. Bəzi məlumatlara görə Məhsəti ilə Nizaminin məzarı yan-yana olub. Müasirlərinin yazdığından belə məlum olur ki, Məhsəti gözəl və ağıllı qadın olub. İstedadı isə rübailərindən bilinir.
    Başqa xalqlar öz zibillərini gül əvəzinə təqdim edir. Biz isə nədənsə bəzən güllərimizi zibil hesab edirik…
    …Mən bu sətirləri nə üçün yazdım?
    Məsələ burasındadır ki, bir neçə gün öncə keçmiş Mədəniyyət Ədəniyyət naziri Ə.Qarayevin qızı bir rejissor kimi qısametrajlı fılm çəkib və orada Məhsəti Gəncəvi pozğun bir qadın kimi göstərilib.

    ..Şərabdan, meyden, meyxanadan yazmaq əyyaşlığa haqq qazandırmaq deyildir. Bu, zamanında qaranlığa, zülmətə, nadanlığa bir etiraz çağırışı olub.
    Bəyəm Füzuli mey içib, meyxanaya gedib?

    ...Bu gün baş verən bəzi hadisələr və bəzi adamların çıxışları keçən əsrin 37- sini və üzə duran komsomolçuları yada salır. Kitablarda yazılanlar necə də real həyatda baş verənlərə bənzəyir.

    …Arada oxucular məndən kitab istəyirlər. Sevindirici haldır ki, hələ kitaba maraq tamamilə ölməyib. Mən imkan daxilində ya kitabların satıldığı mağazanı nişan verir, ya da elektron variant göndərirəm. Təbii ki, kitab hədiyyə etdiyim adamlar da olur.
    Bəzi dostlar kitablarım üçün “qonorar” vermək istəyir, bank kartımın nömrəsini soruşurlar.
    Mən heç vaxt kitablarım üçün, necə deyərlər, bu cür “alqı-satqıya” rəvac verməmişəm. Hərçənd ki, öz kitablarını realizə edən yazıçılar da var və bu da qəbulediləndir.
    Yazıçı əslində qələmhaqqı ilə yaşamalıdır. Bu, bütün dünyada belədir. Amma oxucu kitabı mağazadan, köşkdən alsa daha yaxşıdır.
    Nə yazıqlar ki, get-gedə kitab oxuyanların sayı yaxşı kitabların özü kimi azalmaqdadır.

    ... Bəzi ağzıgöyçəklər deyir ki, keçmiş mədəniyyət naziri Ə.Qarayevin vaxtında teatrlar inkişaf etməyib. Elə deyil axı... Əvəzində nazirin xaricdəki "AmfiTeatr" hoteli inkişaf edib. Obyektin adından göründüyu kimi, bu adamın teatra sevgisi olub. Əsas da bu sevgidir. Olmasın teatr, olsun Amfiteatr. Olmasın teatr, olsun hotel. Bir fərqi var? Onsuz da hər obyektin öz repertuarı və ya menyusu var. Lap teatrda olduğu kimi.
    Elə deyil?

    07.12.2025

    Mən hər il yay istirahətini Gədəbəy rayonunda, lap dəqiq desəm Şınıx elinin İsalı kəndində keçirirəm. Kəndimiz iki əsrdən artıqdır ki, ulu babamız İsa kişinin adını daşıyır.
    Kənd sakinləri illər uzunu bir çox problemlərin cəngində yaşayıb. Nə yaxşı ki, son illərdə həmin problemlərin bir çoxu həll olunub.
    Belə ki, əvvəllər yanacaq çatışmazlığına görə meşələr qırılırdı, bu gün isə Şınıxa qaz çəkilib, hər evdə mavi alovdan istifadə olunur.
    Əvvəllər yollar bərbad vəziyyətdə idi. Bu gün bütün Şınıx yollarına asfalt döşənib.
    Əvvəllər rayon mərkəsi ilə rabitə əlaqəsi yaratmaq əmri-mahal idi. Bu gün evlərə çəkilən internet vasitəsi ilə bütün dünyaya çıxış yaranıb.
    Yeni evlər tikilir, yeni bağlar salınır.
    Bu uğurlu işlər haqqında yenə danışmaq olar və lazımdır.
    Amma problemlərin bir çoxu həll olunmamış qalmaqdadır.
    Ən başlıca problem kənddə iş yerlərinin qıtlığı ilə bağlıdır. Bilirəm, bu, ölkəmizdəki bütün kəndlərin “yaralı” yeridir. Məsələ burasındadır ki, iş yerlərinin olmaması və ya azlığı səbəbindən kəndlərdə əhali resursu sürətlə azalır. Təkcə bunu demək kifayətdir ki, cari ildə İsalıda iki məktəb ixtisara düşüb. Daha doğrusu üç məktəb birləşdirilib. Təbii ki, əhalinin azalması ucbatından xəstəxanalar, mədəni-məişət müəssisələri, poçtlar, mağazalar və digər bir çox sahələr və qurumlar get-gedə “ixtisara düşür”.
    Nə etməli? Mən uzun-uzadı mülahizələrə yer vermədən qısaca bunları deyə bilərəm: yeni iş yerləri açılmalıdır. Zənnimcə, iş yerləri hər bir region və relyefə uyğun olmalıdır. Gədəbəy dağlıq rayondur. Burada heyvandarlığın, əkinçiliyin, meyvəçiliyin inkişafı üçün münbit şərait var. Məsələn, haqqında söhbət açdığım Şınıx kəndlərində konserv sexləri, südçülük və ətçilik müəssisələri açmaq olar. Burada xalçaçılıq ənənələri də güclüdür. Hətta, mayasını kartof və alma təşkil edən kraxmal (nişasta) istehsalı da mümkündür. Ən başlıcası, Şınıx özünün təbii mənzərəsi, mineral suları ilə tanınır. Burada turizm şəbəkələri yaratmaq həm də adamların iş yerləri ilə təmin olunmasında mühüm rol oynayardı.
    Son illərdə əksər rayon rəhbərliyində gənc, intellektual, istedadlı başçılarların təyinatını görürük. Gənclərə etimad, əlbəttə, çox təqdiredici hal kimi qiymətləndirilməlidir. Çox dil bilmək, mədəniyyət, intellekt çox vacibdir. Bunlar öz yerində. Amma bu gənclər adamlarla da dil tapmalı, onların dərd-sərinə bələd olmalıdır. Üstəlik onlar torpağın da “dilini” bilməli, onun nə ilə “nəfəs” aldığını dərk etməlidirlər.
    Bizdə az qala bütün rayonlarda “formalaşmış” bir mənasız “ənənə” yaranıb. Rəhbərliyə gələnləri tərifləyib göyə qaldırır, gedənləri pisləyib yerə çırpırlar. Hətta, bünun üçün sanki xüsusi “ağsaqqallar qrupu” da təsi olunub. Açığını demək lazımdır ki, əksər rayonlarda olduğu kimi, Gədəbəyə təyin olunan başçılardan hər birinin rayonun sosial həyatında izi qalmaqdadır. Yəni onları nə “göyə qaldırmağa”, nə də “yerə vurmağa” bir ehtiyac yoxdur.
    Yeri gəlmişkən, bu da təəssüfedici haldır ki, rayon və kəndlərdə bir çox məmurlar nəinki təşəbbüskarlığa dəstək verir, bir çox hallarda buna mane olurlar. Əkin-biçinlə məşğul olan təsərrüfat adamlarına “şərik” çıxmaq istəyən belə məmurlara çox yerlərdə rast gəlmək olur. Dəfələrlə eşitmişəm ki, torpağa bağlı adamlar yerli məmurlar haqqında belə deyiblər: “Bunların köməyi lazım deyil, təki işimizə mane olmasınlar”.
    Əmin olaq ki, tezliklə ənənəvi qaydada “neqativ” adlandırdığımız bu cür naqis hallara da son qoyulacaq. Köhnəlməyən köhnə bir məsəl va: “Kənd yoxsa-şəhər də yoxdur”. Təbii ki, indi kənd anlayışı da dəyişib. Bu gün avtomatlaşdırılmış, kompyuretləşdirilmiş, yeni texnologiya ilə təmin olunmuş kənddən söhbət gedə bilər.
    Buradaca söhbətimin əvvəlinə qayıdaraq bir daha vurğulamaq istəyirəm ki, kəndlərdə əhali axının qarşısını almağın yeganə yolu əhalinin işlə təmin olunmasıdır. Yəqin irad tutub deyə bilərər ki, mənim yuxarıda qeyd etdiyim “yeni evlər tikilir, yeni bağlar salınır” kimi bir “tezis” indi vurğuladığım “əhali azalır” fikri ilə uyğunlaşmır. Məsələ burasındadır ki, həmin tikinti işləri daha çox artıq şəhərlərdə məskunlaşmış, iri meqopolislərə köçmüş sakinlərə, yəni “şəhərli kəndlilərə” aiddir.
    Mən bir neçə kəndin qayğıları haqqında çox müxtəsər söhbət açdım. Əslində bu deyilənlər əksər kəndlərə aiddir.
    Və yenə yeri gəlmişkən, Hollandiyanın kənd təsərrüfatından illik gəliri (və ya kənd təsərrüfatı sektorunun ümumi iqtisadi göstəriciləri) çox ibrətamizdir. Belə ki, həmin ölkənin 2024-cü ildə kənd təsərrüfatının ümumi istehsal dəyəri — təxminən 41 milyard yevro olmuşdur.
    Söz yox ki, heç də hər yerdə birdən-birə belə “holland göstəriciləri” əldə etmək mümkün deyil. Amma tədricən biz də bu cür inkişaf yoluna qədəm qoymalıyıq. Başqa bir yol yoxdur.

    09.12.2025
    Çiskinli havadır.
    Mağazadan bir az bal aldım.
    Müğənni Nizami ilə çay içdik.
    ...Hüquqşünas, Xalq Parlamentinin həmsədri Namizəd Səfərli dələduzlu maddəsi ilə həbs olunub. Müxalifətçi idi.





    10.2025
    Bütün günü yağış yağdı.
    Telefonuma mesaj gəldi ki, pensiya gəlib.
    Yağışdan eşiyə çıxa bilmirəm.
    Ayaqlarımın ağrısı da bir yandan.
    Yazıları qaydaya salıram.

    Bu səhər ertədən başlayan yağış
    yuyubdur şəhərin makiyajını.
    Küçələr palçıqlı qaşını çatmış.
    dalanlar dalana soxmuş başını.

    Ağaclara qonub ala qarğalar...
    Çayxana, meyxana, camaşırxana-
    baxırsan doludur bütün “xanalar”,
    təkcə kitabxana çəkilib “qına”.

    Nə kitabbazlıqdır, canım, bir göyə bax,
    Elə bil daş yağır üzlərdən iraq.
    Göylər halımıza ağlayır indi,
    Onun göz yaşına dözmək çətindi.

    12.12.2025
    Dünəndən iki xəstəxananın –Nərimanov Tibb Mərkəzi ilə Urologiya xəstəxanasının arasında qalmışam. Analizlər, rentgen və s. əsəb və vaxt aparır.
    Tibb Mətkəzində travmotoloq İlkin Əlizadə, Urologiyada isə uroloq Fuad Əlizadəyoxlayıb resept yazdılar.
    Bud-çanaq oynaqları rentgenoqrafiyası (ön-arxa, sol-bir proyeksiyalı) nəticəyə görə belə bir rəy yazılıb: Hər iki bud-çanaq oynağınınRg- müayinəsi zamanı bilateral koksoartroz qeyd olunur. Oynaq yarıqları daralıb-sağda kəskin.
    Düzdür, həkimlər mədənidir. Sığorta da fəaliyyətdədir. Pis olan odur ki, növbə sistemi səliqəli təşkil olunmayıb, qatmaqarışıqlıq, xaos höhm sürür.
    ...Mətbuat davamlı olaraq Ramiz Mehdiyevdən, onun cinayət əməllərindən yazır. Tv-lərin birində, səhv etmirəmsə, Prime Tv-də, belə bir sərlövhə istər-istəməz diqqət çəkir: “Ramiz Mehdiyevin oğrladığı 500 milyard hanı?” Düzdür, sərlövhədə yalnız sual var. Amma bu sual təsdiqə çevrilsə, belə çıxır ki, Mehdiyevi məşhur milyardçı İlon Maks ilə müqayisə etmək olar. Çünki Maksın 2025-ci il üçün xalis sərvəti (not worth) 470-500 milyard ABŞ dolları həcmində qiymətləndirilir. 499 milyardı qoyuram bir yana, cəmi 1 milyarda min dənə xudmani iş yeri açmaq olar, ya yox?
    ... Heydər Əliyevin anım günüdür.

    13.12.2025
    İndi sizə deyəcəm bizi Rusiyanın keçmiş Xarici işlər naziri İqor İvanovla “bağlayan” nədir?
    İqor Sergeyeviç İvanov məşhur rus diplomatıdır, 1998-2004-cü illərdə Rusiyanın Xarici işlər naziri olub. O. bu vəzifədə Lavrovdan əvvəlki dönəmdə, Yeltsin və Putinin komandasında çalışıb. 2004-2007-ci illərdə RF Təhlükəsizlik şurasının katibi olub. 2011-ci ildən Rusiyanın Beynəlxalq məsələlər sovetinin prezidentidir. İqor İvanov 1945-ci ildə Tiflisdə doğulub. Onun anası gürcüdür, “QAİ” (DAM) sistemində işləyib. İqorun atası Sergey Vyaçeslavoviç İvanov 2-ci Cahan müharibəsi iştirakçısı, briqada komandiri olub.
    Yaxşı, bəs İqor İvanovu Azərbaycana bağlayan cəhət nədir?
    Məsələ burasındadır ki, Rusiyanın keçmiş XİN nazirinin atası Sergey Yemelyanoviç (bəzi mənbələrdə Vyaçeslavoviç kimi qeyd olunur) İvanov 1975-ci ildə ölkəmizdə- konkret desək
    Saatlı rayonunda “Rus qəbristanlığında”
    dəfn olunub. O, son illərdə Dəmiryol idarəsi sistemində işləyib.
    Yeri gəlmişkən, mən həmin vaxt, yəni Sergey kişi ölən il Saatlı rayonuna təyinatla müəllim işləməyə getmişdim. Tərcümeyi-halına baxanda belə məlum olur ki, Sergeyin oğlu İqor İvanov elə həmin illərdə, yəni SSRİ dönəmində də XİN sistemində çalışıb, amma bir qədər kiçik vəzifədə.
    Yəqin ki, Saatlıda Sergey İvanovun harada dəfn olunduğunu bilən olar.


    Nazirin atasının baxımsız qəbri Saatlıdadır
    ... Rusiyanın keçmiş Xarici işlər naziri İqor İvanovla, daha doğrusu onun atası Sergey İvanovun Saatlıdakı məzarı ilə bağlı qeydlərim bir çox oxucular tərəfindən maraqla qarşılandı. Hətta, o məzarın indiki taleyi, vəziyyəti ilə bağlı sual verənlər də oldu.
    Artıq dediyim kimi, keçmiş XİN şefini bizim ölkımizlə onun atasının Saatlıdakı qəbri “bağlayır”. Əslində belə bir mövzuya müraciət etmək fikrim olmasa da, əlimin altındakı maraqlı faktlar məni bir-iki kəlmə söz deməyə vadar etdi. Bir də ki, mənim bu tipli yüzlərlə “axtarış və tapıntılarım” olub.
    Sözün qısası, rus mənbələrinə isnad edərək ata İvanovun uzun müddət Saatlı Dəmiryol sistemində işlədiyini deyə bilərik. “Rus qəbristanlığında” dəfn olunan Sergey İvanovun qəbri hazırda qamış, kol-kos, ot-ələf içində itib batmaqdadır.
    Rus jurnalistlərindən biri illər öncə Saatlıda olarkən vaxtilə Sergey kişi ilə birlikdə işləmiş və onunla qonşu olmuş Müzəffər Məmmədov adlı rayon sakinini tapıb onunla söhbət edib. 1929-cu il təvəllüdlü Müzəffər kişinin dediyinə görə, Sergey İvanov vaxtilə hərbiləşmiş dəmiryol sistemində işləmiş və bu sahədə zabit rütbəsi alıbmış. Onu Saatlıya Tiflisdəki Baş idarədən göndəriblərmiş. Sergey təşkilatçılığı ilə seçilirmiş və onu Saatlıda raykomun büro üzvü seçiblərmiş.
    Müzəffər kişinin dediyinə görə, rus qonşusu özü haqqında çox danızmazmış, amma digər nikahdan olan oğlunun Rusiyada yüksək vəzifə tutduğunu deyərmiş. Sergey İvanovun dəfni Saatlıda yaxşı təşkil olunub, qəbri üstünə əklillər qoyulub.

    Keçmiş nazirin atasının qonşularından biri də Lidiya Urum adlı xanım olub. Bu qadının dediyinə görə, 60-cı illərdə Sergeyə oğlu İqorun Bakıya gəldiyini bildiriblər və orada ata-oğul görüşüblər. Saatlıdakı rus icmasının başçısı mərhum Vadim Xlebnik deyirmiş ki, Sergey vəfat edəndə bu barədə İqora teleqram vurublar, amma cavab gəlməyib. Həmin dövrdə İqor Segeyeviç xaricdə olub.
    Gələcək nazir dediyildiyi kimi, Sergeyin gürcü arvadı Eliko Saqiraşvilidən dünyaya gəlib. İqorun həmin nikahdan bir bacısı da var. Sergeyin digər arvadı Mariya Qriqoryevnadan da iki övladı olub- Yelena və Nikolay.
    Jurnalistlər Sergey İvanovun iki evliliyi olduğunu bildirsələr də, onun birinci evliliyinin kiminlə- Mariya yoxsa Eliko ilə olduğunu dəqiqləşdirə bilməyiblər. Olsun ki, eyni vaxtda onun iki həyat yoldaşı olub. Amma bu faktdır ki, İqor yeddi yaşınacan Gürcüstanda (Axmeta deyilən yerdə) gürcü nənəsi və babası ilə birgə yaşayıb. O, daim “yarımgürcü” olduğunu və bununla fəxr etdiyini deyir.
    XİN şefi 2 sentyabr 1999-cu il tarixdə Bakıdaa olarkən ona atasının məzarı ilə bağlı sual veriblər. Eks-nazir o vaxt bu məsələdən xəbərdar olduğunu bildirib. Üstəlik atasının məzarına olan münasibətə görə haqlı tənqidə tuş olduğunu da etiraf edib.
    Sözün qısası, eks XİN naziri İqor İvanov atasının məzarını ziyarət etməyib.
    Bu da insan talelərindən bir lövhə.
    Bəli, bəzən belə də olur.







    Kalmıkiyanın Mədəniyyət və Turizm naziri xanım Тюрбеева Саглара Денаевна cənablarına
    Müraciət

    Hörmətli xanım Тюрбеева Саглара
    Sizə müraciət etməkdə xoşməramlı bir məqsədim var. Kalmık xalqının məşhur qəhrəmanlıq və şücaət dastanı “Canqar” bütün dünyada məşhurdur. Bu dastan bir çox dillərə tərcümə edilib. Azərbaycanın görkəmli alimi, fəlsəfə elmlər doktoru Babək Qurbanov (Babek Osmanoğlu) bu əsəri rus dilindən türk dilinə yüksək səviyyədə tərcümə edib. Yeri gəlmişkən, mərhum professor Babek Qurbanov ömrünün 30 ilini Türkiyədə yaşamışdır. O, ömrünün son günlərində əsərin tərcüməsinin elektron varinatını mənə təqdim etmişdir. Hörmətli alimin son arzusu tərcümə etdiyi bu gözəl əsərin nəşrini türk dilində görmək idi. Təəssüf ki, amansız ölüm buna imkan vermədi.
    Hörmətli xanım Тюрбеева Саглара. Mən istərdim ki, “Canqar” dastanının Türkiyədə türk dilində kitab kimi nəşrinə kömək edəsiniz.
    Förmətlə,
    Firuz Mustafa,
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
    Fəlsəfə elmləri doktoru,
    “Humay” mükafatı laureatı

    Telefon: +994 50413 3572


    Министру культуры и туризма Республики Калмыкия
    госпоже Тюрбеевой Сагларе Денаевне

    Обращение

    Уважаемая госпожа Тюрбеева Саглара Денаевна!
    Позвольте обратиться к Вам с искренними и доброжелательными намерениями. Известный героико-эпический эпос калмыцкого народа «Джангар» широко признан во всём мире и переведён на многие языки. Выдающийся азербайджанский учёный, доктор философских наук Бабек Курбанов (Бабек Османоглу), осуществил высокопрофессиональный перевод данного произведения с русского языка на турецкий язык.
    Следует отметить, что покойный профессор Бабек Курбанов на протяжении около тридцати лет проживал и работал в Турции. В последние дни своей жизни он передал мне электронную версию выполненного им перевода. Его заветным желанием было увидеть издание этого замечательного произведения на турецком языке. К сожалению, безвременная кончина учёного не позволила осуществиться этому благородному замыслу.
    В связи с изложенным прошу Вас, уважаемая госпожа Тюрбеева Саглара Денаевна, рассмотреть возможность оказания содействия в издании эпоса «Джангар» в Турции отдельной книгой на турецком языке.
    Убеждён, что Вы с должным вниманием отнесётесь к данному обращению и окажете возможную поддержку в решении этого вопроса.
    К настоящему письму прилагаю перевод эпоса „Джангар“ на русский язык.
    С глубоким уважением,
    Фируз Мустафа,
    Заслуженный деятель искусств Азербайджанской Республики,
    доктор философских наук,
    лауреат премии «Хумай»

    Телефон: +994 50 413 35 72
    minkult08@rk08.ru

    15.12.2025
    Poliklinikaya getdim. Həkim dedi ki, sabah gələrsən.

    ...Ha çalışıram belə “xırda-xuruş” işlərə baş qoşmayım, olmur ki, olmur.
    Tez-tez efir və ekrandan eşitdiyim sözlər məni belə bir qənaətə gətirir ki, deyəm: çıxışçı və aparıcıların bir çoxu işlətdikləri sözün mənasını qətiyyən bilmirlər.
    Sözün qısası...
    ...Baxıram, bir yekə alim deyir ki, bizim qonşumuz haylar həmişə militarist olublar, həmişə qonşu millətlərə nifrət ediblər və sair. Bir az dinləyəndə belə məlum oldu ki, bu yekə alim “militarist” sözünün mənasını bilmir. Daha doğrusu, “militarizm” onun nəzərində “millətçilik” deməkdir. Vallah, elə deyil, ay alim. “Militarist” olmaq öz siyasi və sosial fəaliyyətində hərbi gücə, silahlanmaya, zorakılığa üstünlük vermək deməkdir. Məsələn, Şimal qonşumuz kimi.
    ...Bir başqa alimi-biəməl öz çıxışında “ortodoksal” sözünü şirin-şirin tələffüz edirdi. Baxdım ki, bu adam işlətdiyi sözün mənasını dərk etmir və ona elə gəlir ki, “ortodoksal” və ya “ortodoks” sözünün mənası “bitərəf”, “orta variant” deməkdir. Görünür, adamı çaşdıran sözün zahiri forması olub. Axı ortada bir “orto” sözü də var. Yox, ay adam, “ortodoks” sözünün “orta” ilə heç bir əlaqəsi yoxdur. “Ortodoksal”, yəni “qatı”, “radikal” mənasındadır.
    ...Az qala siyasilərin və aparıcıların hamısı gen-bol işlətdikləri bir sözün konkret mənasını, deyəsən, bilmirlər. Bu, “xarizma” və ya “xarizmatik” sözüdür. Onlara elə gəlir ki, bu, bütün hallarda “qətiyyətli”, “iradəli”, ən azından “vəzifəsevən” və ya “qüdrətli” sözünün sinonimidir. Əslində “xarizmatik” (və ya “xarizma”) əksər dillərdə daha çox cəlbedici, ağıllı, intellektual sözlərinin sinonimi kimi işlədilir. Amma onu da demək lazımdır ki, bu sözü müxtəlif məqamlarda “irsi”, “ənənəvi”, “şəxsi sədaqət”, “hakimiyyətpərəst”, “avtoritar”, hətta, bəzən “narsisizm” ilə eyniıəşdirənlər də var. Dediyim odur ki, “xarizma” təkmənalı söz deyil. Çalışın, “xarizmalı” o...

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun
    Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına
    Mustafayev Firuz Qədimalı oğlundan
    məktub

    Hörmətli Elvin Babayev, yazıb sizə bildirirəm ki, 26 noyabr 2025-ci il tarixdə ünvanıma göndərilən məktubla (№ 3-17-1/2-M-286311/2025) yaxından tanış oldum.
    Əvvəla, onu deyim ki, mən Prezident təqaüdünün məbləği ilə bağlı bir daha bank kartımı yoxladım. Mənim hesabıma hər ay cəmi 300 (üç yüz) manat məbləğində vəsait keçirilib. Mənə aydın deil ki, hansı “artıqödəmədən” söhbət gedir?
    İkincisi, tərəfinizdən göndərilən məktubda mənim üç müxtəlif il müddətində (1921, 1923, 1925-ci illər ərzində) guya 1520,00 manat “artıq” almağım iddia olunur. Zəhmət olmasa, Kapitalnanka sorğu verib mənim nə qədər vəsait almağımla bir daha maraqlanasız.
    Üçüncüsü, bu “artıq” ödənilmiş məbləğın verilməsi barədə (əslində belə bir şey olmayıb) niyə elə ilk aydaca məlumat verməmisiniz və dörd il gözləmisiniz?
    Dördüncüsü, çox güman ki, “artıq” məbləğ deyərkən mənim həmin dövrlərdə mətbuatda çıxan yazılarıma görə aldığım qəpik-quruşu nəzərdə tutursunuz. Bir daha deyirəm, mən olsun ki, həmin dövrdə cüzi məbləğdə qonorar almışam və siz bu qələmhaqqını nəzərdə tutursunuz. Yenə təkrar etməyə məcburam: qələmhaqqı qətiyyən maaş deyil. Mənim halhazırda heç bir iş yerim yoxdur, heç bir yerdən maaş almıram. Zəhmət olmasa, siz bunu da dəqiqləşdirin. Mən bir daha müvafiq qurumlara müraciət edib məsələyə aydınlıq gətirilməsini rica edəcəyəm.
    Beşincisi, qarşıdan gələn Yeni ilinizi təbrik edirəm.

    Hörmətlə,
    Firuz Mustafayev

    16.12.2025
    Yenə poloklinikaya getdim. O qədər xəstə var ki, yenə həkimin qəbuluna düşə bilmədim. Qaldı sabaha.

    17.12.2025
    Xəstəxanada neçə gündür UZİ-dən heç cürə keçə bilmirəm. Xəstələr çoxdur, növbələr böyükdür. Xidmət aşağdır. Az qala adam adamın belindədir.
    ...Hava mülayimdir.
    ...Tv-yə getdim- Məzahir müəllimlə görüşdüm. Kənan Hacı ilə çay içdik.
    ...Baku Tv-də Müşfiq Ötkəm (Şükürov) ilə olan veriliş (“Amin”) efirə getdi.

    18.12.2025
    Bu gün Respublikanın Əməkdar artistı mərhum Yadigar Muradovun ad gününə həsr olunmuş tədbirdə iştirak etdim. O, düz bir ay əvvəl- noyabrın 18-də 67 yaşında rəhmətə gedib. Yadigar bəy 1958-ci ildə dekabr ayının 18-də Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz açıb. O, xalq arasında həm də özünün yaratdığı obrazla- Aşıq Yedigar kimi tanınırdı.
    Yadigar Muradov Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan onun direktoru olub.Teatrın bu günəcən fəaliyyət göstərməsində onun rolu danılmazdır.
    Şuşa Teatrı vaxtilə mənim yaradıcılığıma da müraciət edib, “Ağıllı adam” pyesimi tamaşaya hazırlayıb, DGG-in səhnəsində nümayış etdirib. Teatr sonralar da mənim pyeslərimi tamaşaya qoymaq istəyində olub, amma şətaitsizlik, binasızlıq və digər səbəbindən bu istək baş tutmayıb. Şükürlər olsun, indi Teatrın Bakıda öz binası var. Əminik ki, tezliklə azad Şuşada gözəl ənənələrlə zəngin olan Şuşa Dövlət Musiqili Dram Teatrı öz fəaliyyətini davam etdirəcək.
    Teatrın yaradıcısı Yadigar Muradovu ehtiramla andıq, onun quruluş verdiyi “Dağılan tifaq” (Ə.Haqverdiyev) tamaşasına baxdıq.
    Yerin cənnət olsun, sənətkar.

    20.12.2025
    Bütün günü evdə oldum.
    “Gündəlik”lərimi qaydaya saldım.

    21.12.2025
    Akademik(lər)in kitabını kim(lər) yazır?
    Yaşı 60-70-i kemiş, uzun illər bir kəlmə söz yazmayan adamın birdən-birə ilhamının cüşə gəlməsi, qələmə sarılıb ard-arda kərpic-kərpic kitablar yazıb nəşr etdirməsi nonsesdir. Üstəlik bu adam (və ya adamlar) məsul dövlət postu tuturlarsa, onların “baş qaşımağa” vaxtları yoxsa, bu kitabları nəinki yaza bilər, hətta onları oxuya bilməzlər.
    Yaşı 60-70, hətta 80-i keçmiş adamların əksəriyyəti qələmlə yazırlar. Əgər bu əsərlər “qələm” ilə yazılıbsa, onda ortada əlyazmalar olmalıdır. Bir dəfə başqalarına “əsər” yazdırmasından çoxlarının şübhələndiyi bir adam müsahibəsində demişdi ki, kompyüterlə “yazıb-pozur”. Mən də belə bir replikada yazdım ki, adamaı kompyüter arxasına əyləşdirib deyəsən ki, buyur burada ixtiyari bir cümlə yaz. Aradan bir müddət keçəndən sonra bu “yaradıcı” adam əvvəl dediklərini “unudub təəssüflə bildirmişdi ki, kompdan istifadə edə bilmir, “qələmlə” yazır. İndi mən də deyirəm ki, beləsinin əlinə bir qələm verib deyəsən ki, buyur, elə öz tərcümeyi-halını yaz. Təbii ki, yaza bilməz.
    Bu cür, bu qayda ilə yazılmış, daha doğrusu yazdırılmış “əsərlərin” elə bir-iki səhifəsini nəzərdən keçirməklə bəzi qənaətlər hasil etmək olar. Əvvəla, onu dəqiqləşdirmək olar ki, konkret hansı əsər Azərbaycan dilində yazılıb. İkincisi, indiki “alimlərin” çoxu elmdə piyada olsalar da, hiylədə alimi-biəməldirlər. Belə ki, çoxu əsərlərini əcnəbi, ən çox da rus dilində yazdırıb sonra dilimizə tərcümə etdirirlər. Nə üçün? İzi azdırmaq üçün. Belədə “ilkin müəllifi” müəyyən etmək çətin olur.
    Yaxşı, bəs bu yalançı akademik(lər)in əsərlərini kim(lər) yazır?
    İndiki əyyamda bu suala müasir texnoloji vasitələr asanlıqla cavab verə bilər. Məsələ burasındadır ki, bu “əsərlərin” lüğət tərkibinə nəzər salmaqla bir çox nəsnələrə aydınlıq gətirmək olar. Sadəcə, gərəkdir ki, buna həvəs və maraq olsun.
    Hə, bir də ki, bildiyimə görə, kiməsə əsər yazmaqda cinayət tərkibi yoxdur, sadəcə mənəvi məsuliyyət məsələsi var.
    p.s.
    Bir neçə dəfə yazmışam, yenə təkrar edirəm: AMEA-nın adının dəyişdirilməsinin vaxtı çoxdan yetişib. Bu qurumun tərkibində halhazırda “dəqiq elmlər” yoxdur, yalnız bir neçə humanitar sahə (institut) fəaliyyət göstərir. Elə bu səbəbdən də, həmin qurum “Humanitar Elmlər Akademiyası” kimi təqdim edilə bilər.

    24.12.2025
    Əsədullayeva Ümm-Əl-Banu Mirzə qızı (Banin) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı olub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızıdır. Ümmülbanu 1905-ci ildə anadan olub, 1992-ci ildə vəfat edib.
    O, 19 yaşında ikən Parisə gedirr. 1946-cı ildə “Banin” imzası ilə dərc olunan “Qafqaz günləri” kitabı ona i uğur qazandırır. Bundan sonra yazdığı “Paris günləri”, “Ernst Yungenlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu kütləsi qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.
    İsmayıl bəy Qutqaşınlının məşhur "Rəşid bəy və Səadət xanım" əsər də fransız dilindədir və 1835- ci ildə Varşavada çap olunub. Yəni Banunun romanından 111il əvvəl...

    25.12.2025
    Əslində, yazacağım bu qısa qeydlər oçerk və ya “oçerkistlərin” mövzusudur. Amma nə yazıqlar ki, indi nə oçerk janrı var, nə də oçerk yazanlar. Di gəl ki, yazmamaq da olmur.
    Sözün qısası, mən də ölkənin əksər yaşarı və öləri vətəndaşları kimi adətən, ictimai nəqliyyatdan istifadə edirəm. Ən çox da 33 saylı marşrutla işləyən avtobuslardan.
    Bu gün, bildiyiniz kimi, bir balaca yağış yağdı. Bərəkətli olsun. Əslində, yağış Allahın təbiətə, təbiətin də insanlara töhfəsidir. Amma, niyə gizlədək, qar-yağış bizim adamların ən çox qorxduğu təbiət hadisələridir. Özü də məmurların təbirincə desək, bizdə həmişə yağış nədənsə “normadan artıq” olur. Görünür, qonşu dövlətlər müasir texnoloji vasitələrdən istifadə edərək, qarı-yağışı bizə sarı qovurlar.
    Saat 19 radələri. “Beşmərtəbə”dəki abtodayanacaqa sanki mitinq, ya da ən azı tətil idi. Kütlə” narın-narın yağan yağışın altında həvəslə dayanaraq ruh yüksəkliyi ilə müxtəlif nömrəli avtobusların gəlişini təntənə ilə gözləyirdi. Söz-söhbətdən belə məlum olur ki, az-çox babat işləyən 65 nömrəli matştutdakı maşınlardır. 52 və 96 nömrəli marşrutda işləyən avtobuslar gözə dəymir, 2 və 14 nömrəli avtobuslar sanki marşrutdan çıxarılıb. 79-a “basabasdan” minmək mümkün deyil.
    Başqa avtobuslarla nə işim? Mən uzun müddət narın yağışın altında əzmlə dayanaraq öz avtobusumu gözləməli oldum...
    Miniyimiz gəldi. Adamların yarısı özünü zorla içəri təpdi. Yarısı qaldı bayırda. Avtobusda vəziyyət necə idi? Mən bu barədə hələ 20-30 il bundan əqdəm “Avtobus dövlət” adlı monohekayəmdə ətraflı yazmışdım. Təəssüf ki, aradan illər keçsə də orada təsvir olunanlar bu gün də təkrar olunmaqdadır.
    Əlbəttə, yazılanlarda təəccüblü bir şey yoxdur. Hər gün təkrar olunan nəsnələrdir. Təəccüb doğuran budur ki, mindiyimiz avtobus hərəkətə gələndən az sonra başqa bir 33 gəlib mindiyimiz avtobusu keçdi. Oradakıların çoxu bayaq bizim gəldiyimis avtobusa minə bilməyənlər- “bayırda” qalanlar idi. Sonra başqa bir 33 göründü. Orada salonda nisbətən az adam gözə dəyirdi. Sonra daha bir neçə 33 gəlib “bizim” 33-ü keçdi. Sonuncu 33-lərin salonu isə demək olar ki, bom-boş idi. Xülasə, uzun müddət minik gözləyən adamlar indi də dal-dala gedən yarıboş –yarıdolu maşınların təntənəli yürüşünün şahidi olurdular.
    Yox, mənim iradım dəstədən qırılıb qalan, axsayan hansısa bir avtobusa aid deyil. Lap o avtobusun nömrəsini də yazmaq olardı. Bunun nə faydası? Olsun ki, əlinə bəhanə düşən rəislərin əlinə fürsət düşəcək və o avtobusun sürücüsünü də işdən qovacaqlar. Bəyəm bununla vəziyyət düzələcəkmi?
    Öz şəxsi müşahidəmə güvənərək demək istədiyim budur ki, bu gün bütöv şəhər nəqliyyatı sistemində bir hərc-mərclik, yiyəsizlik başıpozuqluq, xaos, “itinyiyəsinitanımamazlıq” hökm sürməkdədir.
    Deyəsən, nəqliyyata ağsaqqalıq edən bir təşkilat da var, adı da: “AYNA”. Amma deyəsən bu, aynadan çox, əyri güzgü funksiyasını icra edir.
    Hə, dayanacaqlarda manitorlar da gözə dəyir. Televizora oxşayan bu qurğuların üstünü hörümçək toru basıb, içində sərçələr yuva qurub. Hə, adını xatırladım, deyəsən bu qurğular nəsə “Nəqliyyatın intellektual idarə olunması”- filan, belə bir quruma tabe idi. Bu yerdə kasıbın öz itinə qoyduğu o məşhur ad yada düşür...
    Düzü, bilmirəm indi Nəqliyyat nazirliyi və ya onun funksiyasını həyata keçirən təşkilat varmı, onun adı nədir, fəaliyyəti nədən ibarətdir?.
    Sözü qısası, “bizim” 33 nəhayət öz hədəfinə, bağışlayın, öz mənzilinə çatdı. Maşın da dərindən nəfəs aldı, sərnişinlər də...
    Yox, mən heç nədən, daha doğrusu heç bir avtobusdan şikayət etmirəm. Avtobusda nə təqsir?
    Güman edirəm ki, sizin marşrutlar, yəni sizin avtobuslar öz qaydasında işləyir. Təki elə olsun.

    25.12.2025
    Ötən ilin bu günü Qroznıya uçan sərnişin təyyarəmiz Rusiya səmasında vurulmuşdu. Bir ildir gözləyənlər var, Belələri Rusiyanın nəhayət üzr istəyəcəyinə, ölənlər və yaralananlar üçün kompensasiya ödəyəcəyinə ümid edirlər. Nəsə mən buna inanmıram. Rusiyanın və Putinin “sifəti” dünyaya məlumdur.
    ...Bu gün şair dostumun vəfat etdiyi tarixdən doqquz il keçir. Yas mərasiminin rəsmən idarə olunması mənə həvalə olunmuşdu... Biz onu Badamdarda toprağa tapşırdıq. İllər ildırım kimi, şimşək kimi çaxıb getməkdədir. Hə, xatırladım şairin kitablarından birinin adı belə idi: “Bir eşqin şimşəyi”.
    Son şeirlərində tarpaqlarımızdan bir nigarançılıq hissi duyulurdu:

    Qarabağ sinəmdə bir yara kimi,
    Ürək ağrısıtək sızıldar daim.
    İlahi, bu dərddən yanan sinəmi,
    Xalqı xəcalətdən qurtaracaq kim?

    Ümidvaram ki, indi çairin ruhu sakitdir.
    Xalq şairi Məmməd Araz onun haqqında demişdi: "Ötən yüzillikdə uşaq ədəbiyyatı sahəsində iki yazıçımızın gərgin əməyini xüsusilə qeyd etmək istərdim. Bunlardan biri adı dillər əzbəri olan Abdulla Şaiqsə, ikincisi onun zəngin ənənəsini davam etdirən, uğurlu əsərlər müəllifi kimi tanınan İlyas Tapdıqdır".
    Xalq şairi Zəlimxan Yaqub onun haqqında yazmışdı:
    Sözü çiçəklərin dadında qalan,
    Eşqi baxışların odunda qalan,
    Şeiri Zəlimxanın yadında qalan,
    Nəfəsi Allaha xoş gələn kişi.

    Ruhu şad olsun.

    .... Düz 34 il əvvəl, 1991- in 25 dekabrında SSRİ dağıldı, süqut etdi, özünü buraxdı. Baxıram, rus saytlarında şivən qoparırlar, nostalji ilə yaşayırlar. Elə bizdə də belələri az deyil.
    Bəli, SSRİ güclü dövlət idi. Amma onun gücü öz vətəndaşlarını və qonşularını əzməyə yönəlmişdi. SSRİ sağ olsaydı indi hansısa qonşu ölkədə "əməliyyat" keçirirdi. Qırılanların da çoxu "qaralar", qaragünlülər.
    Bizim almanla, əfqanla, macarla,, finlə, yaponla ... nə işimiz vardı, nə itimiz azmışdı, oralarda niyə qırılmalı idik? Bəli, SSRİ çoxdan dağılmalı idi.

    26.12.2025
    Nəhayət, bir il öncə vurulan təyyarəmizlə bağlı “xəbər” gəldi. Rusiya etdiyi cinayətə xitam verdi, sənədlər “qapandı”.
    ...Ruslar özlərinin dağılmış, sahibsiz şəhər-kəndlərini onillərdir abad edə bilmirlər. Bəs Ukraynada viranə qoyduqları yaşayış məntəqələrini hansı vasitə ilə, haçan, necə bərpa edəcəklər? Adamdan soruşarlsr: Torpaq sənin nəyinə lazımdır? Sən torpaq qədri bilənsən?
    p.s.
    Səhifəmdə tez-tez quruldaşan, civildəşən, cükküldəşən putin əsgərləri danışmasa daha yaxşı olar.

    27.12.2025
    Bu müxtəsər qeydlər kiminçünsə maraqlı görünə bilər. Kimə maraqlı görünməsə oxumaya bilər.
    Bəzi adamlar, xüsusən qadınlar sifətdəki zərif çillərə görə kompleks yaşayırlar.
    Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Amerikada üzündə zərif çillər olan qadınlar, ümumiyyətlə, yaxşı mənada fərqləndirilir. ABŞ-da zərif çillər qüsur yox, estetik üstünlük hesab olunur.
    ABŞ mədəniyyətində çillər çox vaxt “təbii gözəllik”, “unikallıq” və “özünəməxsusluq” kimi qəbul olunur. Bir çox məşhur model və aktrisa öz çillərini nəinki gizlətmir, bunu trendə çevirirlər. Hətta, çili olmayanlar belə, bəzən süni çil effekti yaradırlar — bu, onların nə qədər cazibədar sayıldığını göstərir.
    Bir sözlə, çillər natamamlıq kompleksi yox, üstünlük hesab olunur, dəyər və gözəllik əlaməti kimi qiymətləndirilir.
    Məşhur bir lətifədə deyildiyi kimi, kiməsə defekt kimi görünən, başqasına effekt kimi görünə bilər.
    p.s.
    Hərdən mənə irad tuturlar ki, niyə belə "xırda" şeylərdən yazırsan? Gözəllik nə vaxtdan "xırda" məsələ olub?
    ... Ac olan kasıbı yetirib doyuzdurmağa nə var ki...
    Ən çətin iş "toxları" doyuzdurmaqdır.

    28.12.2025
    “Literaturnıy mir” qəzetində S.Vurğun haqqında yazım çıxıb.
    ... Fransanın məşhur aktrisası, əfsanəvi Bricit Bardo 91 yaşında vəfat edib. Bardo Fransa və dünya kinosunun ən məşhur ulduzlarından biri idi. Gəncliyimizin sevilən sənətkarı olub. Sənətin bir epoxası da belə qapandı.

    29.12.2025
    Ermənistan Parlamentində bir neçə il əvvəl baş verən terakt bu gün yenə gündəmdədir... Bəs terrora rəhbərlik edən qadın kim idi?

    “Teatr Meydanı” bir neçə dəfə nəşr edilib. Romanın ilk nəşri səhv etmirəmsə 2000-ci ildə, son nəşri isə inişil “Qanun” nəşriyyatında olub.
    Mən indiki halda roman haqqında deyil, onun “qəribə taleyi” haqqında qısaca söz açmaq istəyirəm.
    ...Bir qədər yaşlı nəslin yadında olar: 27 oktyabr 1999-cu il tarixdə bir qrup silahlı şəxs Ermənistan Parlamentinə hücum edərək terakt törətmişdilər. Bu terror nəticəsində Baş nazir Vazgen Sərkisyan, Spiker Karen Dəmirçyan və daha bir neçə vəzifəli adam həlak olmuşdu. O zaman belə bir məlumat dolaşırdı ki, teraktı törədən “qrupun” başçısı qadın olub.
    ...Mən haqqında söhbət gedən həmin ilin, yəni 1999-un əvvəlində “Teatr Meydanı” romanı üzərində işləyirdim. Əsərin əsas qəhrəmanı bizim cəsur kəşfiyyatçıdır-şəxsi detektivdir və o, oğurlanmış bir uşağın izi ilə Yerevana gedib. Qonşu ölkədə çox macəraların iştirakçısı və şahidi olur. Ən maraqlı hadisələrdən biri isə onun terrorçu qadınla görüşüdür. Təbii ki, bizim qəhrəman özünü Şuşanik adlı başqa ad-soyadla və xaricdən gəlmiş bir qonaq kimi təqdim edir.
    Söhbətdən belə məlum olur ki, qadın hərbçi olub, vuruşub, qan töküb. Lakin o, hakimiyyətdən narazıdır. Onun monoloqunda belə yerlər var: “Mənim düşmənlərim indi hаkimiyyətdə оlаnlаrdır... Köçəryаn, Sərkisyаn, Dəmirçyаn... Оnlаrın hаmısını kürüyüb аtmаq lаzımdır. Və mən əminəm ki, çоx tеzliklə bu cür yаlаnçı millət qəhrəmаnlаrının аxırınа çıxаn оğul tаpılаcаq. (...) Biz öləcəyik, аmmа Qаrаbаğın - Аrsаxın bir qаrışını dа düşmənə vеrməyəcəyik... Biz Böyük Еrmənistаnın əzəlki böyük sərhədlərini bərpа еdəcəyik!.. Hələ qаbаqdа çоx işlər оlаcаq, çоx qаnlаr töküləcək, çоx bаşlаr kəsiləcək... Biz bunun şаhidi оlаcаğıq, biz bunu еdəcəyik... Siz də еşidəcəksiz bu işlər bаrədə... Inşааllаh... Isа Pеyğəmbər təzədən dirilib təzədən öləcək... Bundаn, bu işlərdən bütün dünyа аgаh оlаcаq... (…) Bu dа mənim silаhım, - dеyə qаdın tapançanı göstərib dəlicəsinə gülərək qəşş еlədi. - Еlə bilirsiz bu оyuncаq tаpаnçаdır? Yоx... Dаrаqlаr dоludur: içində də оn güllə. Dоqquzu düşmənlər üçündür... Yоx, mən bu güllələri türklər üçün sаxlаmаmışаm. Bu dəfə еrməni аdı аltındа pərdələnib millətimi pis günə sаlаn, bizə türklərdən bеtər qаn uddurаn xаlq düşmənlərinin аlnınа sıxılаcаq həmin güllələr... Hеç оlmаzsа dоqquz nəfəri gəbərdəcəyəm. Sоnuncu, yəni onuncu gülləni isə özümçün sаxlаyırаm... Mən çоx ölümlər, çоx qаnlаr görmüşəm, оnа görə də əcəldən qоrxmurаm... Bu tаpаnçа isə həmişə аyаqdаdır...”
    Mən bu sitatı nə üçün xatırladım.? Artıq yuxarıda dediyim kimi, 27 oktyabr 1999-cu il tarixdə bir qrup silahlı şəxs Ermənistan Parlamentinə hücum edərək terakt törətmişdilər. Yəni bu əsər yazılandan xeyli sonra… Əlbəttə, bu bir təsadüf idi. Elə parlamenti hədələyən erməni qadının “xəyallarının gerçəkləşməsi”, yəni teraktı törədən qrupun başçısın qadın olması da bir təsadüf idi.
    ... Bəs teraktı törədən kim olmuşdu? Çox sonralar oxudum ki, bu işin “müəllifi” və rəhbəri Nairi adlı bir qadın imiş. Nairi Unanyan 1965-ci ildə doğulub. Yerevan Dövlət Universitetinin filoloji fakültəsini bitirib. Vaxtilə terrorçu Daşnaksütun partiyasının fəallarından olub. Dediyim kimi, Parlamentə hücum edən terrorçu qrupun başçısı olub. O vaxt Unanyanın cəmi 34 yaşı vardı. Törətdiyi terakta görə ömürlük həbs cəzası verilib. Onunla bir “qrupda” olan terrorçu məhbusların hamısı həbsxanada ölsə də, Nairi Unanyan hələ də sağdır və uzun illərdir ki, susur...
    Aradan illər, onillər keçsə də Ermənistan Parlamentində baş verən qanlı hadisənin əsas motivi hələ də məlum deyil və bu gün də qızğın müzakirə olunur. Elə ilk gündən qətlə rəvac verən əsas iki “mənbə” diqqət mərkəzində olub. 1-ci versiya: qətlin sifarışçisi Ermənistanı təzyiq altında saxlamaq istəyən qonşu dövlətlərdən biri olub. 2-ci versiya: qətlin əsas sifarişçisi öz siyasi rəqiblərini aradan çıxarmağa çalışan və buna nail olan o zamankı prezident Robert Koçaryan olub.
    Mən bu qeydləri yazmaqla bir də yarızarafat- yarıcıddi onu demək istəyirəm ki, bəzən gələcəkdə baş verəcək hadisələr bir çox hallarda yaradıcı adamlara intuitiv şəkildə əyan olur.

    12.12.2025
    Bütün günü evdə oldum.
    Kiçik qeydlər, tərcümələr rtdim.
    Hava Günəşli olsa da soyuqdur.

    31.12.2023
    Yeni il həmişəkindən sakit, - lap elə mənim indiki halətdə olduğum kimi, asta addımlarla gəldi.
    Bütün günü evdə oldum. Daha doğrusu, hər üçümüz-Həcər, Aqşin və mən adi bir günü başa vurduq.
    Gecə saat əqrəbləri 12-nin üzərində qoşalaşanda havaya atılan fişənglərin səsi gəlirdi.
    Gecə yatmadım. Həmişə olduğu kimi az-çox yatacağım “zamanı”- sübh çağını gözləməyə başladım. Amma boş da dayanmadım. Telefonumda adı olan bütün şəxslərə bayram təbrikləri göndərdim. Hər bayramda çalışıram ki, bayramlaşma məsələsində hamını qabaqlayam. Təbii ki, təbrik göndərdiyim adamların bəziləri təbrikə layiq deyil. Amma belə məsələdə mən “ayrıseçkilik” etmirəm. Axı hamının bayram etmək haqqı var.





























    Firuz Mustafa
    Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof
    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Reapublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər. Əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir. İki övladı var.

    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    2 dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Azərbaycan Kinematoqrafçılar İttifаqının üzvü
    Fəlsəfə Cəmiyyətinin üzvü
    Qafqaz Yazıçılar Klubunun üzvü
    AYB Dramaturgiya bölümünün rəhbəri
    “Teatr” jurnalının redaktoru



    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)

    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Gündəliklər” (“Renessans-A” nəşriyyarı, 2022)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    *Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada şap olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)

    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)







    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    •
    •
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında) Şuşа Dövlət МKT
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Türkiyə Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)






    MÜNDƏRİCAT:

    Gündəliklər. Etüdlər. Eskizlər
    Səh. 03



    Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı
    Səh.322














    Firuz Mustafa

    Gündə bir kərpic düşər...
    (Gündəliklərdən sətirlər)

    5-ci cild

    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmeil.com

    Tel.:+994 50 413 3572

    Redaktor: Fazil N. Mustafayev

    Bədii tərtibatçı: Aqşin Mustafayev

    Çapa imzalanıb: 22.07.2026
    Bakı.2026, səh.,380


    ©Firuz Mustafa.2026

    Firuz MUSTAFA
    (Firuz Qədimalı oğlu Mustafayev)

    BAKI-2026
  • noyabr 2026, Firuz M.

  • 2
Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Фируз Мустафа День лошади Повесть и рассказы Баку.2019. фируз мустафа день лошади Повесть. Рассказы. Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

Фируз МУСТАФА Райский Цветок романы Баку.2020 фируз мустафа райский цветок (романы) В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......

Gündəliklər. 5-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 5-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 5-ci cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 4-cü cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 4-cü cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 4-cü cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 3-cü cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 3-cü cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 3-cü cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......