...
  • Gündəliklər. 4-cü cild
  • Firuz Mustafa

  • Firuz Mustafa



    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR...

    (Gündəliklər.Etüdlər)



    4-cü cild
















    Bakı-2026


    Fi¬ruz Mustafa

    Gündə bir kərpic düşər...
    (gündəliklərdən sətirlər)

    4-cü cild

    Sizə təqdim olunan
    “Gündə bir kərpic düşər”
    adlı kitabın 3-cü cildində
    Firuz Mustafanın uzun illərdən bəri
    qələmə aldığı
    “gündəliklər”dən
    parçalar, düşüncələr, etüdlər,
    ədəbi fraqmentlər toplanmışdır.
    Müəllifin çaparaq notlarında
    ədəbiyyat və sənətlə bağlı olaylara
    daha çox diqqət yetirilmişir.

    © Firuz Mustafa.2026.səh.,323

    ISBN 978-9952-37-245-8


    Bakı.2026.





    2022


    01.04.2022
    Hava xoşdur.
    Yenə yuxusuzluq mərəzim baş qaldırıb. Bir neçə gündür yatmıram. Çox yorğunam. Amma bu gün tamaşanın premyerası olduğuna görə özümü ayaqda saxlamalıyam...
    Nəhayət, uzun ayların gərgin məşqlərindən sonra Bakı Bələdiyyə Teatrının hazırladığı “Sehrbaz” tanaşasının premyerası baş tutdu.
    Bildiyiniz kimi, bu dövrdə adamlara bir-bir, personal qaydada dəvətnamə təqdim etmək çətindir. Yəni mesajlar daha çox telefonla göndərilir. Mən də əsasən bu formadan istifarə etmişdim. Nəzərdə tutduğum adamlara məktub və ya dəvətnamə göndərərkən hərdən yarızarafat belə bir qeyd də əlavə edirdim: “Çalışın gecikməyin” və yaxud “Tamaşadan 10-15 dəqiqə əvvəl gəlsəniz pis olmaz”. Sanki ürəyimə əvvəlcədən dammışdı ki, tamaşaçı çox ola bilər. Nəticədə belə də olub. 700 nəfərlik zal dolsa da bir çox tamaşaçılara yer tapılmayıb. Hörmətli tamaşaçılar bu obyektiv səbəbə görə qəqin ki, dəvətçiləri üzrlü sayarlar.
    Tamaşa haqda xoş sözlər deyənlər, zəng vuranlar saysız-hesabsız idi. Xüsusilə, Xalq yazıçısı Elçinin fikir və iradları mənimçün xoş oldu.
    Premyerada iştirak edən və eləcə də etməyən bütün dostlara, doğmalara, bir sözlə teatrsevərlərə öz təşəkkürümü bildirirəm.
    Tamaşanın quruluşçu rejissoru - Mərahim Fərzəlibəyov
    Tamaşanın bədii rəhbəri - Aynur Muxtarova

    04.04.2022
    İTv-dən zəng vurmuşdular. Dedilər ki, haqqımda veriliş çəkmək istəyirlər.
    İşıqlar tez-tez sönür.Tv kameraları isə işıqsız işləyə bilməz. Rejissor gəlib baxdı. Ziyalı, cavan bir oğlandı. Evin çox darısqal olduğunu bildirdi. Dedim ki, olanımız budur. 13-də çəkiliş olmalıdır. Baxaq görək necə alınacaq.
    5 апрель 2022 г. •
    Saytlar yazır: "Gecə klubunda partlayış zamanı bir nəfər vəfat edib"... Öz əcəli ilə ölənə "vəfat edir" deyirlər, ay qələmçilər... partlayış zamanı adam "həlak olur"... heyvan isə tələf olur. Heyvanına şükür.
    Başqa bir sayt yazır: “İki erməni əsgəri şəhid edildi”.
    Ta sözüm yoxdur.

    08.04.2022
    Sanki nəhəng bir meydanda qeyri-bərabər gücə malik iki futbol komandası oynayır. Elə oyunçuların sayı da bir-birinə uyğun gəlmir. Bu oyun yaşıl meydançada deyil, insan qanı ilə limələm dolmuş meydanda gedir. İndi bu “oyuna” bütün dünya azarkeşlik edir. Bu "oyunda" körpələrin sinəsi süngülənir, kişilərin başı bədənindən ayrılır, qocaların üstündən tırtıllar keçir, qadınların sinəsində qızıl gülləllər “qızılgül əkir”, şəhərlər dağılır, kəndlər viranə qalır.
    Sanki insanlıq keçmişdən gələcəyə deyil, bu gündən keçmişə addımlayır.
    Xocalı soyqırımın tam təkrarı olan Buça qətliamı insanın damarında qanını dondurur.
    Nəhayət, bu dünyanın dinc, sakit, xoşbəxt bir günü olacaqmı?
    ...Tarix boyu insanların taleyi dünyadan asılı olub. Bu günsə əksinə, dünyanın taleyi insandan asılıdır. Hansısa sərsəm, ağıldankəm bir manyak əlinin altındakı qırmızı düyməni basmağla dünyanı özü boyda yanar bir kürəyə çevirə bilər.
    Oyan, özünü dərk et, insan.
    **
    Kак будто на огромном поле играют две футбольные команды с неравной силой. Количество таких игроков не совпадает. Эта игра не на зеленом поле, а на поле, залитом человеческой кровью. Теперь весь мир является поклонником этой «игры». В этой «игре» прокалываются детские груди, мужские головы отделяются от тел, гусеницы проходят над стариками, золотые пули «вырастают» в женских грудях, разрушаются города, опустошаются деревни.
    Как будто человечество движется из прошлого в прошлое, а не из прошлого в будущее.
    Бучанская резня, полное повторение Ходжалинского геноцида, леденит кровь людей.
    Будет ли этот мир мирным, тихим, счастливым днем?
    ... На протяжении всей истории судьбы людей зависели от мира. Сегодня, наоборот, судьбы мира зависят от человека. Какой-нибудь сумасшедший, безумный маньяк может превратить мир в горящий шар, нажав на красную кнопку под рукой.
    Очнись, пойми себя, человек.
    **
    As if two football teams with unequal strength are playing on a huge field. The number of such players does not match. This game is not on a green field, but on a field filled with human blood. Now the whole world is a fan of this "game". In this "game" children's breasts are pierced, men's heads are separated from their bodies, caterpillars pass over old people, golden bullets "grow" in women's breasts, cities are destroyed, villages are devastated.
    As if humanity is moving from the past to the past, and not from the past to the future.
    The Buchan massacre, a complete repetition of the Khojaly genocide, chills people's blood.
    Will this world be a peaceful, quiet, happy day?
    ... Throughout history, the fate of people depended on the world. Today, on the contrary, the fate of the world depends on man. Some crazy, insane maniac can turn the world into a burning ball by pressing the red button at hand.
    Wake up, understand yourself, man.

    11.04.2022
    Son günlər Vətən müharibəsi və eləcə də ordumuzun qazandığı şanlı qələbə ilə bağlı məmləkətimizdə əsərlərin azlığından giley-güzar edənlərin səs-sədaları eşidilməkdədir. Əvvəllər də bu cür tənqidi fikirlər səslənib. Başqalarını deyə bilmərəm, amma təvazökarlığı müfəqqəti olaraq bir kənara qoyub, bəndənizin deyilən movzu ilə bağlı müxtəlif janrlarda qələmə aldığı əsərləri yada salmaq pis olmazdı.
    Beləliklə, Firuz Mustafanın Qarabağ mövzusunda yazdığı əsərlərin siyahısı:
    1.”Teatr Meydanı” (3 kitabdan ibarət roman. 1999-cu ildən bəri fəfələrlə nəşr edilib. Əsərin ilk hissələri “525-ci qəzet”də çap olunub. İki dəfə (bədi və televiziya) film çəkməyə cəhd edilsə də, “görünməz əllər” buna mane olub).
    2. “Dəhliz”. İkipərdəli dram. Mingəçevir Dram Teatrında tamaşaya qoyulub, uzun müddət teatrın səhnəsindən düşməyib.
    3. “Payız meşəsində vals”. Dram. Respublika Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqədə 1-ci yeri tutub, pul mükafatına layiq förülüb.
    4. “Günəşi qoruyanlar”. Uşaqlar üçün ikipərdəli dram. Hələlik bu əsər teatr və rejissorunu gözləyir.
    5. “Qaranquş yuvası”. (Qısametrajlı film üçün ssenari. Hələlik lentə alınmayıb).
    6. Silsilə hekayələr.
    7. Onlarla publisistik məqalə.
    8. Radio və Tv-də saysız-hesabsız çıxışlar.
    Yəqin ki, hər bir yaradıcı adamın (rəssamın, heykəltəraşın, rejissorun, bəstəkarın, müğənninin) bu konuda öz “hesabatı” və şəxsi fikri vardır.
    Bəs bu mövzuda ortaya çıxarılan əsərlər nə üçün, necə deyərlər, “dünyaya çıxarılmayıb”, “aləmə səs salmayıb”? Həm də söhbət konkret olaraq kiminsə hansısa əsərindən (o cümlədən məndən və mənim yazdıqlarımdan) getmir… Əzizlər, bu, artıq başqa bir söhbətin mövzusudur.
    Yəqin ki, Napoleonla bağlı olan “barıt” söhbətini hamınız eşitmisiz…

    13.04.2022
    Bir neçə gündür ki, yatmıram. Yuxusuzluq məni yenə üzməkdə…
    İTV-nin “Gəl qonaq ol” adlı verilişinin yaradıcı heyəti bu gün bütün günü bizdə çəkilişdə oldu. Yoldaşım evın darısqallığından sıxılsa da, mən bir xeyli halsız durumda olsam da çəkiliş baş tutdu. Əvvəllər işıq və suyumuz tez-tez kəsilirdi. Mən həm də ən çox bundan narahat idim. Şükür bu gün mövcud “kommünal infrastrukturumuz” qaydasında işlədi. Bizim darısqal, kiçik otağımızda dörd kamera quraşdırıldı. Gənc rejissor Ceyhun və onun özü kimi cavan-enerjili operatorlar heç bir narazılıq ifadə etmədən işlərinin öhdəsindən layiqincə gəldilər. Verilişin aparıcısı Saleh bəy təcrübəli adamdır. Ortaya çıxan çətinlikləri asanlıqla dəf edir, bizə ürək-dirək verməyi də unutmurdu. Redaktor Gülnarə xanım evimizdəki qonaqlarla tez ünsiyyət yaratdı. Qonaqlarımız- bacım Səyyarə və dayım qızı Səmirə, habelə Əməkdar artist Füzuli Hüseynov və tələbəlik dostum Tofiq Xəlil. Təbii ki, haqqımda danışanlar sırasında uşaqların anası Həcər xanım da vardı… Verilişin çəkilişi 6-7 saat çəkdi. Gələnlər razılıqlarını ifadə etdilər…
    Mən həmişə olduğu kimi narazı idim. Ən çox da özüm-özümdən. Çox yorğunam.

    15.04.2022
    ...Türkiyədə (Antaliya şəhərində iki dövlətin- Rusiya və Ukraynanın XİNazirlərinin götüşü baş tutsa da heç bir nəticə əldə olunmadı.
    ...Ankara şəhərində (Türkiyədə) Azərbaycan və Tüürkiyə Respublikaları Prezidentlərinin rəsmi görüşü olub.
    ...Bu gün Milli Teatr Günüdür. Amma təşkil edilmiş törənə mənə dəvət etməyi həmişə olduğu kimi “unutmuşdular.
    ...Oğlum Aqşınlə və Qızım Güntəkinlə telefonla danışdıq. Şükür, həm balalar, həm də nəvələr yaxşıdır.
    ...Dünyamızı özüm kimi sakit, özümdən bir az nikbin, özümdən daha gənc və enerjili görmək istəyirəm. Mən dünyamıza canlı bir insan, bir dost, bir sirdaş kimi baxıram.

    16.04.2022
    Bu gün T.X.-in tanışı, Rusiyada yaşayan, orada toylar aparan müğənni Bayramın özünün “Mono Liza”da toyu oldu. Bayramın 65 yaşı olsa da hələ necə deyərlər, canısuludur. Aldığı qadın da yaşca özünə babdır...
    ... Bacım Səyyarə zəng vurub bibimoğlu Vaqifin rəhmətə getdiyini bildirdi. Çox təsirləndim. Vaqif mənimlə yaşıd idi. Hələ uşaqlıqdan çıxıb Rusiyaya getmişdi. Bizneslə məşğul olurdu. Son illər nəsə işi gətirmədiyinə görə Gəncəyə köşmüşdü.

    17.04.2022
    Bu gün keçmiş tələbə yoldaşlarımım biq qismi (İsmayıl, Saməddin, Kamil, Rafiq, Hüseyn, Paşa, Əlirza, Tofiq) Yasamal tərəfdəki bir yeməkxanada toplaşıb toplaşıb mənim 70 yaşımı qeyd etdilər. Görünür, bu toplantının təsiri altında öz yaşımla bağlı evə gələndən sonra üçbəndlik bir qoşma yazdım:

    ADAM

    Dünyanın ağrısı gəzir canımda,
    Məqribdən Məşriqə getmişəm, Adam.
    Xəyal dəryasında, eşq tufanında,
    Fikir dumanında itmişəm, Adam.

    Başımda illərin qırovu, çəni,
    Qulaq eşitməyir ağız deyəni,
    Bəlkə də Əzrayıl axtarır məni,
    Ömür bitən yerdən bitmişəm, Adam.

    Bilmirəm “yetmiş”in mənası nədir,
    Bəlkə yetginliyə bir işarədir.
    Ehey, eşidirsən, sözüm sənədir,
    Mən öz “yetmiş”imə yetmişəm, Adam.

    18.04.2022
    ...Bu gün iki Tv kanaldan zəng vurub gələn həftə çəkilişə dəvət etdilər. “Speys Tv”dən İman Məcidov bildirdil ki, bu həftənin 5-cı günü verilişində “Açıq söhbət” verilişində, “Real Tv”dən isə bildirdilər ki, “Profil” verilişində iştirak etməliyəm.
    ...Gecələr yenə yuxusuzluq. Bütün gecəni Ukraynada baş verən qanlı döyüşləri izləməklə keçirirəm.

    22.04.2022
    Bu gün Hövsanda-Qum adasında yerləşən bir restoranda çəkilişdə oldum. Çəkiliş barədə bir neçə gün əvvəl köhnə tanışım İman bəy Məcidov ismarış göndərmişdi. Səməd Vurğun parkından məni çəkiliş yerinə hüquqşünas dostum Səlim Cəfərov taksi ilə yola saldı. “Halikarnas balıkçısı” adlanan nəhəng bir “balıq evi”ndə “Speys Tv” tərəfindən lentə alınan “Açıq söhbət” verilişinin qonağı oldum. Görünür bu məkan verilişə sponsorluq edir.
    Yenə yuxusuz, üzgün və halsız idim… Amma aparıcı Zamirə xanımın maraqlı sualları məni qismən də olsa “özümə qatardı”, “oyatdı”. Deyilənə görə çəkiliş pis alınmadı.

    24.04.2022
    Prof. Bədirxan Əhmədov haqqımda “Ədəbiyyat qəzeti”nin bu günkü sayında 2,5 səhifəlik əhatəli, geniş bir məqalə yazıb. “Müasir ədəbiyyatımızın görkəmli siması” adlı əhatəli və geniş yazıda mənim yaradıcılığım ətraflı şəkildə işıqlandırılıb. ..
    …Dostum Məzahir Səmədoğlu mənim sözlərimə yazdığı mahnının “təqdimetmə mərasimini” keçirdi.10-12 nəfər adamın iştirak etdiyi məclis şən keçdi.

    24.04.2022
    Bəli, artıq Rusiya-Ukrayna savaşı özünün yeni, ikinci, ən qaynar fazasına keçib.
    Putin müharibənin “proloqunda” qeyd etmişdi ki, tarixdə Ukrayna adlı dövlət, ukraynalı milləti olmayıb və onlar rusdurlar. Sual olunur: əgər onlar rusdursa, onda niyə öz doğma millətinizlə savaşa başlamısınız, niyə insanları qan gölündə boğrsunuz?
    Bundan başqa, rus dövlətinin başçısı Ukraynada faşist ünsürlərinin olduğu iddiasını irəli sürmüş və onları “təmizləmək” üçün “əməliyyat” keçirəcəyini vəd etmişdi. Sual olunur: elə isə həmin “ünsürlərin” konkret ad-soyad və ünvanını konkret faktlarla birgə Ukrayna prezidentinə təqdim etməklə “işi” sakit şəkildə yoluna qoymaq olmazdımı?
    Bu tökülən qanların, öldürülən uşaqların, güllələnən qocaların, süngüyə keçirilən anaların, dağıdılan şəhər və kəndlərin faciəsini kimin ayağına yazmaq lazımdır?
    Şair deyirdi: “Qoy tarix utansın yaratdığından” (S.Vurğun).
    Tarixsə hələlik susur.

    25.04.2022
    Əlyazmaları nə qədər yır-yığış etsəm də onların “əl-ayağını” yığa bilmirəm. Qurdaladıqca yeni, daha doğrusu köhnə, əlyazmalar üzə çıxır. Yarımçıq və bütöv hekayələr, pyeslər, poemalar, şeirlər… Hətta romanlar…. Əlimə keçən bu yazıları nə kompüterdə yazmağa həvəsim var, nə də kiməsə yazdırmağa… Yəqin ki, hamısını Ədəbiyyat arxivinə təhvil verməli olacağam.

    27.04.2022
    “525-ci qəzet”in bu günkü nömrəsində publicist Nizami Təhməzovun “Sehrbaz”ın sehri ilə...” adlı məqaləsi çıxıb. Bu yazını Nizami bəy əvvəlcə öz FB səhifəsində paylaşmışdı. Mən onu bir az ixtisar edib qəzetə təqdim etmişdim. Yazıda mənin Bələdiyyə teatrında hazırlanmış və aprelin 1-də tamaşaya qoyulmuş dram əsərimin bəzi məqamlarına toxunulur.

    09.05.2022
    Təxminən yarım ay idi ki, Aqşindən bir xəbər yox idi. Son vaxtlar səhhətindən gileylənirdi. Berlindən zəng vururdu, orada çalışır və yaşayır. Sonra əlaqəmiz bir müddət əlaqəmiz kəsildi. Bir neçə gün əvvəl Yunan səfirliyindən zəng vurub dedilər ki, oğlunuz buradadır. Sonra yenə bir xəbər çıxmadı.
    Nəhayət, bu gün Həcərə (anasına) Afinadan zəng vurub… Yenə nasaz imiş. (Bu ötən günlər ərzində ailəmizin nələr çəkdiyini bir Allah bilir). Deməyinə görə itmiş sənədlərini düzəldib yaxınlarda gələcək…
    …Özbəkistandan gələn yaradıcı şəxslərlə görüşdüm. Axşam isə köhnə tanışım Kuçkar Narqabilin “Dörd qadın və bir müdir” komediyasına baxış oldu… Sonra E.Hüseynbəyli, F.Müslüm və mən görüşümüzü qeyd etdik.
    …Moskvada yüngülvari, “xala xətrin qalmasın” deyə 9 may qələbə paradı keçirildi. Əvvəlki illərdə saatlarla danışan Putin bu ilki paradda cəmi 11 dəqiqə danışdı. Əsas mövzusu da veteranlar oldu.
    … Nüfuzlu informasiya agentliklərinin verdiyi məlumata görə Ukraynada savaş aparan əsgərlərin mütləq əksəriyyəti Buryatiya və Dağıstandan səfərbər olunublar. Rusiya gənc döyüşçülərə şirnikləşdirici vədlər (mənzil, təqaüd, maşın və s.) verib. (Yeri gəlmişkən, Buryatiya ənənəsinə görə ölən adama görə ağlaşmaq yasaqdır).
    Çeçenistandan gələn əsgərlərsə, əsasən döyüşən ordunun arxasında dayanıb. Onların vəzifəsi daha “məsuliyyətlidir”: geriyə qaçan əsgər və zabitləri güllələmək. Analitiklər bu “fəaliyyət növü” haqda danışarkən, rus çarı 2-ci Nikolayı yada salırlar. Onun da ordusunun arxasında dayanan “dikaya diviziyanın” müsəlləh əsgərləri həmin vəzifəni icra edirdilər…

    11.05.2022
    Bu gün səhər-səhər eşitdiyim xəbər, onsuz da yaxşı olmayan əhvalıma daha bir üzüntü qatdi: Məzahir Süleymanzadə… rəhmətə gedib.
    Biz çoxdanın tanışı, həmkarı idik.
    Mənim bütün kitab təqdimatlarıma ərklə, dəvətsiz gələr, törənin aparıcılığını da elə eyni həvəslə özü icra edərdi… Vaxtilə, özüm və yaradıcılığım haqqında böyük ürəklə ürək sözlərini yazmışdı.
    Onu bu gün yaşı 40-ı ötmüşlər daha yaxşı xatırlamalıdırlar. Çünki 20 Yanvar faciəsinin baş verdiyi vaxtdan 32 il ötür və Məzahir Süleymanzadə imzası bu tarixlə daha çox bağlıdır…
    Məsələ burasındadır ki, 1990-cı ilin həmin məşum yanvarında biz az qala təklənmişdik. Tv-nin enerji bloku indi, yəni bu günlərdə Ukraynanı xarabaya çevirən işğalçılar tərəfindən partladılmışdı. (Gündəliyimdə vaxtilə bu barədə ətraflı yazıldığına görə indiki halda təkcə onu deyə bilərəm ki, dünya birliyində, yaxın və uzaq xaricdə bizim səsimizə səs verənlər çox az idi…)
    Faciə haqqında dünyaya və xalqımıza səhih məlumat verən və ilk yada düşən adları xatırla(t)maq yerinə düşərdi: hadisə baş verən ilk anlarda səsi ilə ilk haraya çatan “Azadlıq” radiosundan gələn Mirzə Xəzər oldu. Sonra həmin radiodan dünya xalqlarına müraciət edən Yusif Səmədoğlu, Ali Sovetin sədri ElmiraQafarova, sonrakı günlərdə Moskvada yerləşən daimi nümayəndəliyimizdə kəskin çıxış edən Heydər Əliyev, Respublika Ali sovetin təcili iclasını çağırtdırıb işğalçı ordunu ittiham edən Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, meydanda sinəsini irəli verib haray qoparan Xəlil Rza, Mikayıl Mirzə, xəstə olsa da özünü Bakıya çatdıran Oljas Süleymenov və… daha kimlər, kimlər…yada düşür. Mən təkcə bəzi adları yada salıram. Həmin dövrdə küçə və meydanlara axışan qəhrəman xalqımızı, şəhidləri-mizi top-tüfəng altında dəfn edən igidlərimizi bu gün ehtiramla xatırlayırıq.
    Bu sırada “Səhər” qəzetini və onun yaradıcısı, publisist Məzahir Süleymanzadə (Səhər) də məhz ilk yada düşənlərdən biridir. “Səhər”i Məzahir bəy məhz güllələr altında, od-alov içində dərc etdirib üzə çıxara bilmişdi. Bu qəzet o günlərdə üzləşdiyimiz qanlı fəlakət barədə xalqımıza ilk informasiya və ilk təsəlli verən bir ümid çırağına çevrildi.
    Məzahir Süleymanzadə dünyasını dəyişib. Onun adı mətbuat tarixində bir ümid və cəsarət simvolu kimi daim qalacaq.
    Ruhu şad olsun.

    15.05.2022
    … Ötən il rəhmətə getmiş bibim oğlu, pedaqoq Fəxrəddin Köçərlinin “il” hüzr məclisində oldum.
    … Yenə yuxusuzluq tüğyan edir. Dərmanın bir köməyi yoxdur.
    … Bir neçə gün əvvəl evimizdə çəkilmiş “Bir qonaq gəl” verilişi bu gün efirə getdi. Yaxşı montaj olunmuş, “qaydaya salınmış” bir veriliş alınmışdı. (Zira veriliş çəkilən gün halsız idim və çəkilişin solğun keçəcəyindən nigaran idim). Bu verilişdə İTV-nin əməyi olan əməkdaşlarına tşəkkür etdim.
    … Aqşin Almaniyadan Yunanıstana (yəni Berlindən Afinaya) səfər edib. Sənədlərini və telefonunu itirib. (Elə bu səbəbdən bir neçə müddət bizimlə əlaqə kəsilmişdi) O, əvvılcə bizim Yunanıstandakı səfirliyə müraciət edib. Sonra miqrasiya departamentinə gedib. Hazırda oradadır. Səfirlik işçisi gedib onu tapıb. Telefonla danışdıq. Dedi ki, hər şey qaydasındadır…
    …Bu gün efirə gedən verilişlə bağlı edilən zənglərin ardı kəsilmir.
    …Sosial şəbəkələrdə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı kəskin yazılar, replikalar yazıram…
    … Bir qədər geciksə də belə, artıq ahar hiss olunmaqdadır. Havadan yasəmən ətri gəlir

    07.05.2022
    Köhnə dostum, gözəl insan, tanınmış pedaqoq, istedadlı jurnalist Nəsir Əhmədlinin vəfat etdiyini eşidib çıx kədərləndim. Öz doğulduğu kənddə- Tovuzun Alakol kəndində dəfn olunub. Qohumu Akif Əhmədgilə zəng vurub başsağlığı verdim.
    Axşamüstü Aqşin telefon açdı. Yunanıstanda saxlandığı miqrasiya məntəqəsindəki şəraitdən gileyləndi.

    19.05.2022
    Xalq artisti Vaqif Əsədov vəfat edib. O, son illərdə ard-arda bir neçə yaxın və doğma adamlarını itirmişdi... İndi isə özü həyata əlvida dedi. Yaxşı yadımdadır, Vaqif Əsədov vaxtilə mənim bir pyesimə DGT-nin (TYUZ) rus truppasında quruluş vermişdi. “Bezımyannıy” (“Adsız”) adlı həmin pyesin səhnə həlli maraqlı alınmışdı. Tamaşa haqda təqdiredici rəylər yazılmışdı...
    Vaqif bəylə ötən həftə görüşmüşdük. Çay içib, söhbət etmişdik. Hələ yaşamaq və yaratmaq eşqi ilə yaşayırdı, səhnəyə yeni əsərlər gətirmək istəyirdi... Sinəsi dolu idi.
    Təəssüf. Bu da son. Ömrün də bir tamaşa kimi əvvəli və sonu olur.
    Qəbrin nurla dolsun, Vaqif Əsəfov.

    23.05.2022
    Az qala bir aydır ki, əsasən Aqşinin işi ilə məşğulam. O, Almaniyadan Yunanıstana (Afinaya) gedib. Orada sənədlərini itirib. Əvvəlcə oradakı səfirliyimizə, sonra da miqrasiya departamentinə müraciər edib. Hazırda departamentin düşərgəsindədir. Səfirlik lazımı sənədləri Bakıya- XİN-inin Konsulluq idarəsinə göndərib. Neçə gündür ki, həmin idarədən hansısa bir məlumat (yəni sənədlərin təzədən geri göndərilməsi ilə bağlı) öyrənə bilmirəm. Bu işdə mənə köhnə və yeni tanışlarım (Vilayət (Quliyev), Zülfüqar (Tanarverdi), Hidayət (Orucov) Qafqaz (Salmansoy), Bayram (Həsənov), Mətin (Mikayıloğlu), Əmir (Pəhləvan), Qaley (Allahverdi), Çingiz (Soltansoy), Hacı (Hacıyev), Rəşid (Məmmədov) və başqaları) bir xeyli dəstək verdilər. Dostlar var olsun.

    26.05.2022
    Həcərlə Gəncəyə getdik. Bibioğlu Vaqifin 40-nda iştirak etdil.

    26-30. 05.2022
    Gədəbəydə, İsalıda (kəndimizdə) olduq. Hər tərəf gül-çiçək. Qapıdakılalələrin arasında fotolar çəkib Güntəkinə (Aydana və Fidana), yəni Amerikaya göndərdim.
    Bakıdan keçmiş tələbə yoldaşlarım zəng vurdular. “Məzunlar günü” keçirirlər. Dedilər ki, 60-dan çox adam toplaşıb. Mən “telefon bağlantısı” vasitəsilə onları təbrik etdim.

    02.05.2022
    Tofiq Xəlilllə köhnə adı “Teatral” olan yeməkxanada çay içib nahar etdik. Sonra xalq artisti, şəhid atası Əli Nur və şair-iqtisadçı Fəxri Müslüm ilə “əyləşdik”. Dərman içdiyimə görə içkidən az “təam etdim”.
    Evə gec gəldim.

    05.06.2022
    Ukrayna-Rusiya müharibəsinin başlanmasından 100 gün ötür...
    Az qala bütün dünya bu müharibədə hansı tərəfin günahkar olduğunu yaxşı bilir. Elə bu səbəbdən də dünyanın əksər mütərəqqi dövlətləri təcavüzkara qarşı eyni blokda birləşiblər.
    Bütün bunlar hamıya-kara da, kora da, lap elə lala da məlumdur.
    Qəribəsi budur ki, bizdə hələ də Ukrayna dövlətini qınayan, onu tənqid edən, rus faşist-millətçiliyinə bəraət verən tərəflər və şəxslər var. Bu “qəribələr” də müxtəlif cürdür. Həmin tərəf və şəxslər bir neçə əcaib-qəraib versiya irəli sürürlər. Təxminən bu cür:
    -Gərək ukraynalılar rusların xətrinə dəyməyəydilər, onlara istədikləri “bir parça” torpağı verəydilər.
    -Ukraynanı Qərb və Amerika qızışdırıb irəli verdi.
    -Gərək kiçik qardaş böyük qardaşın üzünə ağ olmayaydı.
    -Adından da görünür ki, Kiyev vaxtilə Rusların olub-“Kiyev rus dövləti”...
    -Rusiyanın başçıları təcrübəsiz adamlardır.
    -Köhnə keqebeşnik Putin nə etdiyini özü yaxşı bilir.
    -Heç bir qüvvə Rusiyanı yolundan saxlaya bilməz.
    -Ukrayna gec-tez Rusiyadan üzr istəyib geri çəkilməlidir...
    Və sair və ilaxır.
    Gördüyümüz kimi, Rusiyaya “yengəlik” eləyənlərin versiyaları xəstə adamların təxəyülünü xatırladır. Belələrinə nə desən də xeyri yoxdur. Nadanlarla mübahisə edən ən ağıllı adam belə, bəzən onların “arqumentləri” ilə üz-üzə qalanda öz abrını qorumaq üçün kənara çəkilməli olur. Bir atalar məsəli var deyir ki, abırsızların öhdəsindən həyasızlar gələ bilər. Ta orasını deyə bilmərəm ki, bu abırsızları cəzalandırmağın başqa bir yolu və üsulu varmı?

    08.06.2022
    Jurnalist tanışım İntiqam Mehdizadə vəfat edib...
    Aqşin gecə zəng vurmuşdu. Danışığından çox əsəbi, gərgin və pessimist olduğu hiss olunurdu.
    Qalmışam belə... Nə səsim yetir, nə ünüm çatır. Oturub səfirliyin işçisi, tez-tez əlaqə saxladığım Qafqaz Salmansoya ətraflı bir məktub yazdım. Dönə-dönə rica etdim ki, oğluma kömək etsin. O, cavab məktubunda yazdı ki, əlindən gələni edir, amma Səfir bu məsələyə qarışsa daha yaxşı olar...

    09.06.2022
    Bibioğlu Mamedə zəng vurub xahiş etdim ki, XİN-də işləyən qohuma Aqşinlə bağlı məlumat versin, kömək etməsini xahiş etsin. Həmin adam deyib ki, qoy Aqşin səfirə mənim adımı versin... Dedim ki, Aqşin səfiri görə bilir ki, ad da versin... Uşaq 1,5 aydır ki, miqrasiya departamentində izolə vəziyyətdə saxlanılır.
    Uzun illər Antik yunan mədəniyyəti, ədəbiyyatı və fəlsəfəsindən dərs demişəm. Heyif mənim zəhmətimə və zənnimə...
    Günün sonunda şad xəbər aldım: bizim Yunanıstandakı səfirliyimizdən (Qafqaz Salmansoy) xəbər verdi ki, Aqşin bu ayın 17-də vətənə, yəni evə göndəriləcək.

    10.06.2022
    Başımıza qəribə iş gəlib. Bankomatda Həcər müəllimənin aylıq maaşının 300 manatını “kəsiblər”, daha doğrusu “avans” adı ilə siliblər. Buna görə də bütün günümüz bankda və polis idarəsində keçdi. Şikayət etdik, ərizə yazdıq, vəziyyəti izah etdik...

    12.06.2022
    Bir müddət əvvəl “REAL TV”-dəki “Profil”in qonağı kimi çəkildiyim veriliş bu gün efirə getdi. Aparıcı Kamran Qasımovdur.
    ...Qohumumuz Yaşar Hacızadə Moskvadan gəlib. Qonaqlıq verdi. Maraqlı bir gün oldu.

    14.06.2022
    Günün birinci yarısı “Speys Tv”-də oldum. Orda Qarabağ savaşı zamanı daşa-divara yazılmış, həkk olunmuş avtoqraflardan ibarət fotoların sərgisi təşkil olunmuşdu. Maraqlı idi... Sonra həmin Tv-nin əməkdaşı, köhnə tanışım İman Məcidov (Əmirhüseyn oğlu) və kino tədqiqatçısı Aydın Kazımzadə ilə birgə nahar etdik.
    Axşam saat 19-da Bələdiyyə teatrının hazırladığı (müəl. İ.Əfəndiyev, rej. M.Fərzəlibəyov) “Xan qızı” tamaşasına baxdıq. Tamaşaya gəlmiş Elçin ilə görüşdük.
    Tamaşadan sonra T.X. (və F.Müslüm ilə birgə) Yazamal “qəssabxanasındakı” yeməkxanada şam etdik. Evə gec gəldim.

    15.06.2022
    ...Bütün günü Aqşinlə bağlı nigarançılığla yaşadam.
    ... Moskvadan Saleh Rüstəmli zəng vurdu. Bu yaxınlarda həbsdən azad olunub. Şərlənərək tutulmuşdu. Elə yaxın əlaqəmiz olmasa da qarşılıqlı hörmətimiz var. O, həbsdə olarkən ölkə rəhbərliyinə müraciət etmişdim. İnsan haqları müdafiəçisi Səidə Qocamanlı ilə ona (Saleh bəyə) bir neçə dəfə məktub və müraciət də ünvanlamışam. Həssas insandır, zəng edib minnətdarlıq etdi. Söz verdim ki, kitab göndərəcəyəm...
    ... Axşamüstü bizim Yunanıstandakı səfirliyin numayəndəsi Qafqaz bəy zəng vurub dedi ki, Aqşin birisigün Bakıya gələcək. Və telefonla aerobiletin şəklini göndərdi. Çox sevindik.

    17.06.2022
    Həyat yoldaşımla son illərin bəlkə də ən gərgin gününü yaşadıq. Aqşin gecə zəng vurdu ki, onu hələ “əsirlikdən” (yəni yunan muqrasiyasından) buraxmırlar, biletini də ləğv ediblər. Bəhanə kimi koronaya tutulduğunu deyirlər, heç bir müalicə də almır. ..
    Çox üzüldüm. Səfirliyə, XİN-ə zəng vurdum. Eşidənlər təəccübləndi. Aqşinə dedim ki, bala, səbr et, yaxınlarda hər şey müsbət həllini tapacaq...
    Gözümüz yollardadır.

    18.06.2022
    Şənbə...
    Canım sıxılır...
    Bu da azad, demokratik Qərb. Uşağı əsassız yerə 2 aydır ki, saxlayıblar. Nədi-nədi sənədləri oğurlanıb. İndi ki, sənədlər qaydasındadır. Bəs niyə bu uğağın gəlişinə mane olursuz?
    Qalmışıq naçar vəziyyətdə. Dərdini kimə deyəsən? Ora elə, bura da belə...
    Yenə səbr etmək qalır.

    24.06.2022
    Sosial şəbəkələr xəbər verir: bu gün Əbülfəz Elçibəyin və Nəcəf Nəcəfovun ad günüdür...
    Axşamüstü T.X.-in yaxın tanışının (Elşən bəyin) xahişi ilə “həri” məclisində iştirak etdik... Həmin məclisdə EA-dan olan köhnə tanışım Vahid Ömərlə rastlaşdım. Şən bir gün oldu. Amma heç üzüm gülmür...
    Keçmiş XİN naziri, EA-dan yaxşı tanıdığım V.Quliyevlə danışdım. Bu, 2-ci dəfədir ki, ona müraciət edirəm. .. Az sonra Vilayət zəng edib dedi ki, səfir A.Hüseynovla danışıb, kömək göstərəcək... Axır ki, qismən də olsa bir sevinc yaşadım. Bizim Yunanıstandakı səfirliyimizdən(Qafqaz Salmansoy) zəng edib dedilər ki, Aqşin iyulun 5-də gələcək...

    25.06.2022
    1-2 gün əvvəl Rusiyanın XİN-nin rəhbəri Lavrov (Kalantaryan) Bakıya gəlmişdi...
    Lavrov (Kalantaryan) tez-tez belə bir fikir işlədir: “Biz Ukraynaya hücum etməmişik. Onlar bir-birlərinə hücum edir, əhalini qırır, bütün günahı Rusiyanın üstünə atırlar. Etibarsız Qərb nədənsə Ukraynanı müdafiə edir...”
    İstədim beləsinə “əbləh” (rusca “idiot”) deyəm, amma dilimi və əlimi zorla axladım, görünür nəsə başqa bir epitet tapmaq lazmdır.

    26.06.2022
    Gözümüz yollardadır: Aqşini gözləyirik...
    Rusiyanın təcavüzü davam edir. Öz FB səhifəmdə yazdım:
    Verilən məlumatlara görə, 12 milyon Ukrayna vətəndaşı qaçqın və köçkün həyatı yaşamaqdadır... Hər iki tərəfdən onminlərlə hərbi, yüzminlərlə mülki şəxs həlak olub. Bu “dava” başlayandan, bir yazıçı və filosof (sosioloq) kimi maraqlandığım sual-postulatlara özüm-özümdən cavab tələb etməkdəyəm. İndi həmin sualları sizinlə bölüşmək istəyirəm:
    Mövcud Rusiya hakimiyyəti bu savaşı hansı məqsədlə aparır?
    1. Ukraynanın əhalisini qırıb qurtarmaq?
    2. Düşmən ölkənin ərazisini ələ keçirmək?
    3. Ukraynanı əzməklə qonşu dövlətlərə “dərs” vermək?
    4. Dünyanın gözünü qorxutmaq?
    5. Öz döyüş silhlarını sınaqdan keçirmək?
    6. Mövcud hakimiyyətin ömrünü uzatmaq?
    7. Təkcə Ukraynanı deyil, Rusiyanın özünü də zəiflədib gücdən salmaq?
    8. Növbəti Dünya müharibəsinə start vermək?
    9. Yeni ideoloji və idarəetmə sistemi yaratmaq?
    10. Dünya düzənini dəyişmək?
    Suallar çoxdur. Yəqin ki, hər bir normal adamın bu səpkidə özünün-özünə və Rusiya hakimiyyətinə verəcəyi suallar vardır.
    Tanrı dünyanı və xalqımızı qanqırmızı məkr və bəladan qorusun...
    Bəli, yuxarıda dediyim kimi, qanlı suallara canlı cavablar axtarıram. Maləsəf, suallar çox olsa da, konkret bir cavab yoxdur.
    Necə deyərlər, toplar atılanda, nəgmələr susur...

    27.06.2022
    Aqşini gözləyirəm...
    ...Ukraynada böyük dağıntılar... İndi də Kiyev şəhəri mərmi atəşinə məruz qalıb. Hətta bizim səfirliyin binasının yaxınlığına mərmi düşüb. Şükür, salamatlıqdır, tələfat yoxdur.

    Şimal qonşumuz az qala bütün dünyanı tez-tez nüvə silahları ilə təhdid edir. Planetin ən qorxunc və qorxulu kütləvi qırğın silahlarından biri məhz onlara məxsusdur. Bu, “Çar-bomba” adlanan (digər adı “İvan”dır) nüvə bombasıdır.
    “Çar-bomba” akad. Kurçatovun rəhbərliyi altında hazırlanıb. Qeyd edək ki, həmin silahın hazırlanmasında akad. Saxarov da iştirak edib və sonralar öz əməlindən peşimançılığını bildirib, silahlanmaya qarşı üsyan edib.
    “Çar-bomba” sınaqdan keçirilərkən onun şüaları min km. məsafədən (Norveç, Qrenlandiya və Alyaskadan) müşahidə olunub. “Nüvə köbələyi” Yerdən 67 km. yuxaya doğru qalxıb.
    “Çar-bomba” ilə Yer kürəsini üç dəfə məhv etmək mümkündür.
    Bu cür silahların tətbiqi nəticəsində iqlim dəyişə bilər və yeni bir forma- nüvə iqlimi meydana gələ bilər.
    Sözün qısası, insan ağlının yaratdığı qorxunc silah, insanın öz başına bəlaya çevrilib.
    ...
    ...Aqşin zəng vurdu. Üzləşdiyi şəraitdən narazılıq etdi.
    Az sonra səfirlikdən Q.Salmansoy zəng vurub Aqşinin təyyarə biletinin şəklini göndərdi.

    29.06.2022
    Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı dövlətlərin toplantısı (sammiti) olacaq.
    Bu gün həm də Türmənistan Xalq Məsləhəti-Milli Gənəşmə (Parlament) sədri, eks Prezident Qurbanqulu Məlikquliyeviç Berdimuhamədovun ( Gurbanguly Mälikgulyýewiç Berdimuhamedow; (Arxadağ) 29 iyun 1957-ci il) doğum günüdür, 65 yaşı tamam olur.

    ...Dünən rus hərbçiləri Ukraynanın Kremençuq şəhərini mərmi atəşinə tutub, şəhərin mərkəzindəki ticarət mərkəzi partladılıb, çoxlu sayda ölən və yaralananlar var.
    QEYD:
    “Kremençuq” türk dilində “çaxmaq” daşı və “qalacıq” anlamındadır. Yeri gəlmişkən, bu, mənim kəşfim deyil, rus və ukrayna alimlərinin fikridir.

    30.06.2022
    Məzahir müəllim (Səmədoğlu) Türkiyədən qayıdıb gəlib. Zəng elədi. Görüşdük. Evlərinin yaxınlığındakı “Dalğa” kafesində (Yusif, T.X. və mən) birlikdə nahar etdik.
    ... Gecə saat 01-də Abdulkadir bəy Özkan mənə ismarış göndərdi. Kitabımın (“Dəniz köçü” povestinin “Dəniz karvanı” adıyla) nəşr olunduğunu bildirdi. Təşəkkür etdim... Hətta, sevinməyə də halım yoxdur.

    01.07.2022
    Siyasətlə az-çox maraqlananlar yaxşı bilir ki, bu gün Rusiya Federasiyasında bütün sahələr üzrə təsir imkanlarına görə Vladimir Putindən sonra ikinci şəxs Petruşev (Nikolay Platonoviç) hesab olunur.
    Petruşev “FSB”-nin Direktoru, RF-nın Təhlükəsizlik Şurasının katibi, ordu generalı, RF Qəhrəmanı, hüquq elmlər doktorudur. Petruşevin ata və babası adi kəndli və dənizçi olmasına baxmayaraq, o, həm də özünü Rusiya yenizadəganlar (novodvoryanstvo) zümrəsinin rəhbəri elan edib.
    Az əhəmiyyəti olmayan məsələlərdən biri də budur ki, Nikolay Petruşev Kremldəki “Leninqrad dəstəsinə (bəzən qruplaşma, hətta bəzən “banda” da yazırlar) daxildir və Putinin “köhnə tanşıdır”, xəfiyyə işçisidir.
    Bu son vaxtlaracan az qala bütün dünya mətbuatı hakimiyyətin Putindən sonra Nikolay Petruşevə ötürüləcəyini yazırdı. Amma son zamanlar təbliğatın vektoru dəyişib. Belə ki, hakimiyyətin tezliklə böyük Petruşevə deyil, onun oğlu kiçik Petruşevə, yəni Dmitri Nikolayeviçə ötürüləcəyi iddia olunur. Çünki artıq böyük Petruşevin 70-i adladığı əsas gətirilir.
    Oğul Petruşevin (yəni Dmitri Nikolayeviç Petruşevin) hazırda 45 yaşı var (o, 1977-ci ildə doğulub), iqtisad elmlər doktorudur, 2018-ci ildən RF-nın Kənd Təsərrüfatı naziridir.
    Dmitri rəsmən ailəli olmasa da müxtəlif qadınlardan altı uşağı var: üç oğlan, üç qız. O, həmçinin saysız-hesabsız əmlaka sahibdir və mülklərinin qiyməti milyardlarla dəyərləndirilir.
    Sual olunur: bəs niyə məhz Dmitri Nikolayeviç Petruşev? Səbəblər çoxdur. Amma ən başlıcası budur: Putin düşünür ki, özünün gələcək həyatı, sağqalması üçün məhz gənc Petruşevdən zəmanət ala bilər.

    TƏŞƏBBÜS VƏ TƏKLİFLƏ ÇIXIŞ EDİRƏM. Dəstək verin.
    Qərb ölkələrində az qala bütün elm və sənət sahələri üzrə çox üstün, məşhur, qiymətli, gərəkli... mükafatlar mövcuddur. Məsələn, elə götürək ədəbiyyat üzrə mükafatları: Nobel, Qonkur, Pulitser, Buker və digər mükafatlar.
    İncəsənət üzrə Oskar, Abel, Türinq, Terner mükafatları, riyaziyyat üzrə Fild, fizika üzrə Milner və digər mükafatlar mövcuddur. Əlbəttə, bu siyahını bir xeyli uzatmaq da olar.
    Yeri gəlmişkən, hətta Nobel mükafatına parodiya olaraq Şnobel mükafatı da təsis edilib ki, bunu da tanınmış simaların ən zəif əsərinə verirlər.
    Bütün bunları deməkdə məqsədim nədir? Adətən, bizim insanlar (adamlar, cama(h)at, xalq, millət) şikayət edib deyir ki, həmin mükafatlar Qərbdə yaranıb və “Qərb (və yaxud yəhudi) klubunun” üzvlərinə verilir. Əcəb edirlər. Düz edirlər. Sən yarat, sənə də versinlər. Hərçənd ki, mən bu sözləri hirslənib deyirəm, çünki adları sadalanan mükafatları alanlar sırasında Şərq insanları da var.
    Nobel mükafatı necə təsis edilib? Mükafatların mahiyyəti və laureatların seçilmə proseduru yəqin ki, hamıya məlumdur. O səbəbdən də ta bu barədə ətraflı söz aşmağa ehtiyac duymuram.
    İndi bir söz deyim, heç kəsin xətrinə dəyməsin. Bəyəm bizdə Nobel qardaşları kimi zəngin adamlar yoxdur? “Biz” deyərkən mən (təkcə) bizimkiləri yox, həm də Şərq, daha dəqiq desəm, müsəlman Şərqinin adamlarını nəzərdə tuturam. Zira bizim ölkə bəlkə dünyada yeganə ölkədir ki, rəsmi milyonçusu yoxdur. Ola bilər. İnanaq. Bizimkilərdə yoxdur, yaxşı bəs ətrafımızdakı dövlərlərdə də mesenatlar, xeyriyyəçilər, elm və sənət hamiləri yoxdur?.. Bəlkə heç Şərq deyilən arealda Qərbdə olduğu kimi mükafat təsis etmək iqtidarında olan kəslər yoxdur? Bizimkilərdə yoxdur... Düz oxuyursuz, bəli... yoxdur. Etiraz edib deyə bilərsiz ki, niyə, axı bizdə də imkanlı adamlar az deyil. Bir qol saatına iki milyon dollar verən, bir arabaya üç milyon avro xərcləyən, sevgilisinə dörd milyon funt sterlinqə villa alan ... adamlar var. Yalançı biznesmenlər hələ bir yana, seyflərindən çıxan haram pulların, milyonların “çəkisi” bilinməyən başçı, nazir və yaxud icrabaşı və nazirbaşıların da adını çəkmək olar. Amma mən onlardan yox, “bizimkilərdən” söhbət açıram. Zira o dediklərim “bizimkilərə” aid deyil... Hə, az qala unutdum, mükafatdan söhbət gedir...
    Hesab edirəm ki, bu təklifə ötən əsrin əvvəllərində yaşamış Tağıyev, Nağıyev, Əsədullayev kimi insanlar dəstək verərdilər. İndiki milyonçuların bir çoxu (bəlkə də elə çoxu) öz mahiyyəti ilə dilənçidir. Min cür dələduzluğla, alçaqlıqla, fırıldaqla, əxlaqsızlıqla, yaltaqlıqla... pul toplayan “milyonçudan” böyük ideallar bir yana, ən kiçik məqsədlər üçün də dəstək gözləmək əslində tülkü genindən pələng almaq kimi mütəqəlqəl, mürəkkəb bir işdir.
    Əlbəttə, mən bu yerdə elmin, sənətin, mədəniyyətin bəşər nəslinin tarixindəki rolu barədə uzun-uzadı danışa bilərəm və əslində elə, bir sənətim də budur. Amma danışmıram. Niyə, nəyə və kimə danışım ki? Havaya?
    Qısası, sözüm “onlara” deyil, sözüm “bizədir”. Vəssalam.

    03.07.2022
    ...Köhnə dostum, Dərbənd və Yerevan Dövlət Dram teatrlarının baş rejissoru Sərvər Əliyevlə çayxanada bir xeyli söhbət etdik. Onun dediyinə görə Dərbənd teatrının repertuarında olan “Ağıllı adam” pyesim payızda tamaşaya qoyulacaq...
    Yeri gəlmişkən, bu gün eşitdim ki, dünyaca məşhur ingilis rejissoru Piter Bruk dünən (iyulun 2-də) səhv etmirəmsə 97 yaşında vəfat edib. Mən vaxtilə “Mədəniyyət” qəzetində onun özü və rejissorluq məktəbi haqda məqalə yazmışam.
    ...Rusiyanın Belqorod şəhərində partlayışlar baş verib... Dağıntılar və ölənlər var, binalar zədələnib...
    Bu, şübhəsiz ki, rus “əməliyyatçıları” tərəfindən törədilən işlərdir. Çeçen müharibəsində sınaqdan çıxarılmış, bütün dünyaya məlum olan "dəst-xəttir"... Yəqin ki, Moskvada partladılan 9-mərtəbəli evləri və arada həlak olan günahsız insanları xatırlayırsınız. O zaman ruslarda çeçenlərə nifrət hissi doğurmaq üçün planlaşdırılmış bir "əməliyyat" idi. Zənnimcə artıq bu "variant" köhnəlib, təzə nəsə uydurmaq lazımdır.
    ... Axşam Aqşin zəng vurmuşdu. Narahatlığını ifadə etdi. Dedim ki, darıxma, iki günə gəlirsən, təyyarə biletin də hazırdır.

    04.07.2022
    AYB-dən Elçin Hüseynbəyli zəng vurmuşdu. Dedi ki, Şuşaya gedən dəstənin tərkibinə salmaq istəyirlər. Gedə bilməyəcəyimi bildirdim...
    Dərd içində boğuluram: görəsən sabah gələcəkmi? Özüm özümə təsəlli verirəm: gələcək.

    05.07.2022
    Aqşin gəldi.
    Oğlum Yunanıstandan Afina- Frankfurt- Bakı reysi ilə gəldi. Bizi tanıyanlar təəccüb edə bilər ki, onun Yunanıstanda nə işi vardı?
    Məsələ burasındadır ki, oğlum bir il öncə dəvətlə- “viza” ilə Almaniyaya getmişdi. Orada müvəqqəti yaşamaq üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra evə qayıtmaq niyyəti ilə avtobusla əvvəlcə vaxtilə təhsill aldığı Türkiyəyə, oradansa Bakıya gəlmək qərarına gəlir. O, münasib nəqliyyat vasitəsi kimi beynəlxalq avtobus marşrutunu seçir. Yolda başına iş gəlir: Yunanıstan ərazisindən keçərkən onun səfər çantasını oğurlayırlar. Mobil telefonu, kompyuteri, o cümlədən bütün sənədləri (kimlik vəsiqəsi, xarici pasportu, diplomları) həmin çantada olub. Aqşin Afinadakı polis idarəsinə gedərək vəziyyəti izah edir. Amma sənədləri axtarmaq əvəzinə onu miqrasiya departamentinə təhvil verirlər. O, iki aya yaxın müddətdə həmin departamentin nəzdindəki qapalı ərazidə saxlanılıb.
    Aqşin proqramçıdır. Bir neçə dil bilir. İngilis, alman, türk dillərindən tərcümələri var. AYB-nin üzvüdür, “YazYarat.com” saytının yaradıcısıdır.
    Aqşin gəldi. Onun gəlişini hələ təyyarədə-“havada” ikən bizə ilk xəbər verən Səməd bəyə (dostum Məzahir müəllimin oğlu) xüsusi təşəkkürlərimi bildirirəm. O, yad ölkədə bir çox çətinliklərlə qarşılaşıb. 10-15 kilo çəki itirib. Amma şikayət etməyi xoşlamır.
    Bu günlər ailə üzvlərimizin nələr çəkdiyini təsəvvür etmək, zənnimcə, hər bir valideyn üçün gün kimi aydındır. Bu müddət ərzində mənim müraciət etdiyim idarə, qurum və şəxslər az olmadı. Hamısına təşəkkür edirəm, sözümü yerə salmadılar. Xüsusən, Yunanıstandakı səfirliyimizə, onun rəhbərliyinə və əməkdaşlarına minnətdarlağımı bildirirəm.
    Təəssüf hissi ilə bildirirəm ki, Yunanıstanın ölkəmizdəki səfirliyi mənim şifahi və yazılı müraciətimə çox etinasız yanaşdı. Bu, məni həm də ona görə çox mütəəssir edir ki, ömrümün böyük bir hissəsi aspirant və tələbələrə Antik yunan fəlsəfəsi tərdis etməyə sərf olunub. Necə deyərlər, bu da mənim “mükafatım”.
    Və nəhayət, arzu edərdim ki, gənclərimizin işləməsi və yaşaması üçün öz ölkəmizdə münbit şərait yaradılsın. Qoy əcnəbi ölkələrə fiziki güc və intellekt axınına ehtiyac qalmasın. Necə deyərlər, qoy balalarımızın əməyinin xeyrini özümüz görək.
    Aqşin gəldi. Qoy hamının gedəni gəlsin.

    08.07.2022
    Şəmistan Nəzirlini yarım əsrdir ki, tanıyıram. Onu tamaşaçılar və oxucular da yaxşı tanıyır. Görkəmli yazıçı-publisistin, hərbi jurnalistin nəşr olunmuş kitablarının siyahısı uzundur. Onun “Vurğun keçib bu yerlərdən”, “Əfsanəvi Mixaylo”, “Azərbaycan generalları” , “Qacarlar” , “General Cəmşidxan Naxçivanski”, “Tam artilleriya generalı Səmədbəy Mehmandarov”, Topoqraf general İbrahim ağa Vəkilov”. “General Yadigarov qardaşları” , “Генерал Алиага Шихлинский” , “1920-ci ildə Qarabağ döyüşləri”, “Azərbaycan ordusunun 100 illiyi” və sair kitabları oxucular arasında populyardır. Bu kitablardan bir çoxu ali məktəblərdə (xüsusilə hərbi təmayüllü fakültələrdə) dərs vəsaiti kimi istifadə olunur. Onun hələ nəşr olunmamış əsərləri də az deyil. Təqaüddə olsa da qələm əlindədir.
    Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Demək, bu adamın gələn ay, yəni avqustda 80 yaşı tamam olur. Onu indidən təbrik etmək olar.
    Məsələ burasındadır ki, bu təvazökar adamın, görkəmli yazıçı-jurnalistin indiyəcən heç bir dövlət təltifi, fəxri adı yoxdur. Məsələ həm də burasındadır ki, ölkəmizdə əli qələm tutmayan bir çox adamlara, məsələn, “Əməkdar jurnalist” adı verilib. Bunun təqsiri, əlbəttə, “əlaqədar təşkilatlardadır”. Halbuki Şəmistanın ən azı bu adı alması üçün vaxtilə onun çalışdığı həmin təşkilatlardan bir çoxu (Az.Tv, Ensiklopediya, Müdafiə Nazirliyi, habelə jurnalistikaya dəxli olan qurumlar) təqdimat yaza bilərdi. Amma təəssüf ki, “əlaqədar təşkilatlar” və əlləri ətəklərindən uzun olan əlilər bu cür təvazökar, zəhmətkeş, yaradıcı adamları heç vaxt “görmürlər”...
    Hələ də gec deyil...
    Təbii ki, mənim bu qeydlərimdən Şəmistanın xəbəri yoxdur. Bəlkə də eşidib hirslənəcək. Amma məndən yazmaqdır.
    ...Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifədən istefa versə də öz mövqeyindən istefa verməyib. O, raşizmə qarşı mübarizəsini davam etdirir. Geniş hərbi və siyasi çevrədə Boris Consonun tezliklə BMT və yaxud NATO-ya rəhbər vəzifəyə gətirilməsi müzakirə olunur.

    10.07.2022
    Aqşinin gəlişi bizim “qırışığımızı” xeyli açıb, qəddimizi düzəldib. İndi onun Yunanıstanda itirilmiş sənədlərini düzəltməklə məşguluq. Gərək kompyuter və telefon da alaq...
    Aqşin haqqında təəssüratımı FB-də bölüşdüm. Bu yazını saytlar da dərc etdi. (Həmin yazı ilə bağlı yüzlərlə rəy yazıldı, mindən çox baxış oldu)...

    ...Son vaxtlar imkan tapdıqca ədəbiyyatımızın, mədəniyyətimizin, jurnalistikamızın, elmimizin bir çox nümayəndələri haqqında kiçik qeydlərimi paylaşmaqdayam. Bu adamların bir çoxu sağ ikən az qala “unudulub”. Niyə gizlədim, mən onların madda vəziyyətinin gündəmə gəlməsinə çalışıram. Yaxın-uzaq dost-tanışların bir çoxu mənə öz iradlarını bildirərək deyirlər: “Sən həmin adamların fəxri adlarla, təqaüdlərlə, mənzillərlə təmin olunmasını istəyirsən?” Düzü, cavab verməyə çətinlik çəkirəm. Və düşünürəm ki, bu adamlara başqa hansı yolla, hansı vasitə və vəsaitlə dəstək vermək olar? Axı bizdə mətbuatda reklam bazarı formalaşmayıb ki, jurnalist yüksək maaş alsın. Axı bizdə oxucu auditoriyası elə də geniş deyil ki, yazıçı qonorarla dolana bilsin. Axı bizdə, məsələn, teatrlar o qədər “gəlirli” deyil ki, bəstəkara simfonik və ya klassik üslubda musiqi yazmagı sifariş etsin. (Yeri gəlmişkən, böyük bəstəkarımız Arif Məlikovun dünyanın onlarla ölkəsindəki teatrlarda anşlaqla oynanılan “Məhəbbət əfsanəsi” baleti, səhv etmirəmsə, indiyəcən bizim milli oprera və balet teatrında tamaşaya qoyulmayıb. Nə yaxşı ki, bu dünyada Yuri Qriqoroviç (xoreoqraf) və Niyazi (dirijor), Maya Plisetskaya (balerina) varmış…)
    Hə, yuxarıda jurnalistlərin vəziyyətinə toxundum. Əlbəttə, mən istərdim ki, jurnalistlər tam azad və sərbəst olsunlar. Onlar, məsələn, öz halal qonorar və maaşları, bir sözlə, şəxsi gəlirləri ilə dolansınlar, öz pulları ilə özlərinə mənzil alsınlar. Amma gəlin görək bizdə belə jurnalistlər çoxdurmu? Zənnimcə, yox. Deyə bilərsiz ki, axı dövlətimiz jurnalistlər üçün ev tikib, özü də mənzillər (pulsuz-parasız) bağışlayıb. Bəli, doğrudur. Elə isə düşünmək olar: bu mənzillər kimlərə verilməlidir? Təbii ki, istedadlı, təcrübəli, bir az gurultulu çıxsa da, vicdanlı jurnalistlərə. Əlbəttə, mənzil alanlar sırasında bu cür jurnalistlərə də təsadüf olunur. Amma nə yazıqlar ki, həmin mənzillərin böyük əksəriyyəti jurnalistikaya dəxli olmayan, iki cümləni ard-arda qoşa bilməyən, hələ “latın dilində” oxuyub-yazmağı bacarmayan “jurnalistlərə” verilib, “bağışlanıb”. Mən hələ bu “jurnalistlər” arasında səlahiyyətli adamların ev qulluqçusunun, sürücüsünün, katibəsinin… qısası, “yaxın adamlarının” olduğunu demək istəməzdim. Demək istəməzdim ona görə ki, bu, biabırçılıqdır. Hələ həmin binaların tikintisinə xərclənən pulların necə “yeyildiyini” də demək istəmirəm. Bu, əsl faciədir.
    ... Bəli, haqqı olanların əksəriyyəti qaldı kənarda. Məsələn, Yusif Kərimov, Məzahir Süleymanzadə, Nəsir Əhmədli, Amil Avey… kimi tanınmış qələm adamları. Onlar müxtəlif tədbirlərdə görüşlərimiz zamanı mənzil “bölgüsü” sahəsində yol verilmiş nöqsanlar barədə öz narazılıqlarını bildirirdilər. Və hər biri jurnalistlərə örnək olan bu adamlar, səhv etmirəmsə, mənzilə-evə həsrət qaldılar. İndi onlar həyatda yoxdur. Əli ətəyindən uzun olanlar hər cür əxlaqi dəyərləri tapdayaraq ürəklərinin deyil, mədələrinin hokum ilə qərar çıxardılar. Düzdür, indi onların bir çoxu öz cəzalarını çəkməkdədir.
    Sözün qısası, əgər dövlət təmənnasız mənzil və ya mükafat verirsə, niyə bunlar istedadlı adamlara qismət olmasın? Amma və lakin… İstedadsızlar bu cür məsələlərdə öz “istedadlarını” çox gözəl nümayiş etdirə bilirlər. İstedadlılar isə həmişə abırlı olur və “arxada” qalır.
    12.07.2022
    ...Ukraynada raşistlər dinc əhalini qırmaqdadır. Dünya Ukraynanın tərəfindədir... Aqşinə telefon almışıq, qalıb komyuter. Amma Aqşin özü hələ buna razılıq vermir- görünür bizi xərcə salmaq istəmir.

    13.07.2022
    Hesablamısan: Sənin xoşbəxt olmağına neçə işıq ili qalıb?

    14.07.2022
    Hava istidir. Gecə avtobusu ilə kəndimizə yola düşdük. S.20.oo-da avtobus tərpəndi. Basabasdır. Hamı sərin yerlərə can atır. Sərin yersə-bizim yerlərdir.

    15.07.2022
    Həcər, Aqşin və mən səhər s.06-da Saratovkaya çatdıq. Oradan taksi ilə İsalıya gəldik. Evdəyik. Təmiz hava, adama boy verən biçənək, qapıda şırhaşır axan buz kimi bulaq suyu. Yaşamaq olar və yaşamağa dəyər. Mən indi bu sətirləri yazarkən düz pəncərəmizin qənşərindən ucalan məğrur Ərdağının zirvəsindən Günəş boylanır. Salam, gözəl, yaraşıqlı ellərimiz...

    16.07.2022
    Rusiyanın bizə borcu var, bizim Rusiyaya yox...
    Şimal qonşumuzla bağlı iki cümlə tənqidi fikir yazan kimi yandaşlar, yoldaşlar, rusbaşlar haray-həşir qoparırlar. (Əlbəttə, biz diplomatiya konusunda Rusiya ilə sıcaq münasibətlərimizi, manevr imkanlarımızı qoruyub saxlamalıyıq, bu, öz yerində).
    Mənə “hücum” edənlərin arasında paqonlu millət vəkilləri, alimü-üləmalar, ziya(N)lılar və hətta, şəxsən yaxşı tanıdığım zatlar da var. Arqumentləri də təxminən bu cürdür: “Axı bizim Rusiyada 2 (3,4,5) milyon soydaşımız var... Onları oradan qovsalar burada vətəndaş müharibəsi olar... Rusiya olmasa biz batardıq... Bəyəm bizim ruslara borcumuz var?” Stop. Əksinə, Rusiyanın və rusların bizə borcu var. Adamdan və ya dövlətdən soruşarlar: 70 il ərzində xəzinəmiz harada olub? Haraya vergi ödəmişik? SSRİ dağılanda təəhhüdlərimiz kimin üzərində qaldı? Təxminən 100 il ərzində bizim bütün xammal, yeraltı və yerüstü sərvətlərin, ən əsası da neftimizin xeyrini kim götürdü?”
    Səfehlərə onu da demək istəyirəm ki, Rusiya uğrunda döyüşlərdə, yəni konkret olaraq 1-ci və 2-ci Cahan savaşında həlak olan soydaşlarımızın “qanpulunu” da Rusiya ödəməlidir. Lap elə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan övladlarımızı da bu “bəndə” müncər etmək olar... zira, bildiyiniz kimi, bu baş verən müsibətdə də rusun “barmağı” vardır.
    Hələ 2-ci Dünya müharibəsi dövründə və ondan onillər keçəndən sonra rusları “yemlədiyimizi” demirəm.
    Deyəsən, 1991-ci ilin sonunda SSRİ dağılarkən yeni yaranan Rusiyanın özünü varis elan etməsi də çoxlarının yadından çıxıb. Bəs hanı bizə çatacaq miras? İndi o miras mərəs qalmaqdadır...
    Hələ orasını demirəm ki, bu gün Rusiyanın büdcəsinin az qala yarısını dolduran neft pulunun “müəllifi” də soydaşımız olub: Fərnan Salmanov...
    Buraya ərinmədən vaqonlarla-sisternlərlə onillər boyu təmənnasız olaraq Şimala göndərdiyimiz əvəzolunmaz “Ağdam” şərabını da əlavə etsək, mənzərə “düzəlmiş” adamın başı kimi xeyli “düzələr”.
    Bəli, belə götürəndə, biz Rusiya üçün ruslardan daha çox iş görmüşük. Hələ üstəlik Rusiya əhalisinin böyük hissəsini oradakı mağmın türk xalqları təşkil edir. Mahiyyət etibarı ilə, Rusiya ruslardan çox bizim vətənimizdir. Rus demiş, tak-çto, yandaşlar səslərini kəssə yaxşıdır. Rusiyanın bizə borcu var, bizim Rusiyaya yox.
    Yaxşı olar ki, yeri gələndə dövlət rəhbərliyi səviyyəsində bu məsələr də qaldırılsın.
    p.s.
    Kiçicik bir əlavə.
    Bəlkə də çoxları bilmir ki, Stalin və onun bandası tərəfindən neftə görə, hətta Xəzərin qurudulması barədə xüsusi bir qərar-plan hazırlayıbmış. Yaxşı ki, bizim dəniz neftçiləri yeni emal prosesinə nail oldular, yoxsa belə beyni axtalara, gerizəkalara görə biz Xəzərsiz qala bilərdik...

    17.07.2022
    Rusiya ordusu Ukrayna ərazisində məğlubiyyətə düçardır.
    Ukrayna xalqının qələbəsi labüddür.
    Amma və lakin... Əslində rus ordusu Ukraynadan əvvəl Qarabağ uğrunda gedən döyüşlərdə məğlub olmuşdu. Deyə bilərlər ki, rus demiş, “pri çyom” rus ordusu, axı ermənilər uduzub. Xeyr, elə deyil. Ermənistanın az qala bütün silah arsenalı Rusiya istehsalı idi. Hətta, “arxada” rus zabitlərinin təlim keçdiyi barədə də məlumatlar mövcuddur.
    Əksəriyyətinin qarnı burnuna dəyən, harın, yoğunboyun, piylənmiş rus generalları qalib Azərbaycan ordusunun uğurlu əməliyyatından nəticə çıxarmaq əvəzinə, qonşu dövlətin ərazisində “hərbi əməliyyat” keçirməyə cəhd göstərdi. Hazırda bu “anoloqsuz” ordu çıxmaza (tupikə) dirənib.
    Erməni ordusunun əsgərləri ilə rus əsgərlərinin “döyüş taktikasındakı” yeganə fərq: birincilər evlərdən unutaz və pampers, ikincilər isə daha çox televizor və qadın alt paltarı çırpışdırmağa üstünlük verib.
    p.s.
    Bilirəm, bu qeydlərdən sonra Şimal sevdalıları, yandaşlar, gəvəzələr, yalaqlar qəzəbli cavablar yazacaqlar. ...karvan öz yoluyla gedər.
    09.05.22

    19.07.2022
    Kənddəyəm. Havalar Günəşli və isti keçir. Əlbəttə, buraların isti havası Bakı ilə müqayisədə Sibirin soyuğu ilə müqayisə oluna bilər: bəzən gecələr yatanda üstümə iki yorğan atıram... Dostlarla- T.X., Məzahir müəllim və Mərahim bəylə telefon əlaqəsi saxladım, onları kəndə dəvət etdim...
    Qardaşım Ayaz Gəncədən oğlu Rəhimlə gəldi.
    ...Tehranda Ərdoğan, Putin və İranın dini liderləri arasında üçtərəfli götüş keçirildi...

    20.07.2022
    Qardaşım Fuad sübh tezdən Ucara- qızı Fidanın yanına getdi...
    ... Gəncə yaxınlığında, Göygöl rayonunun Quşqara kəndində yaşayan qardaşım Ayaz söhbət əsnasında SSRİ xalq artisti, böyük rejissor və aktyor Ədil İsgəndərovdan söhbət açdı və soruşdu:
    -Bilirsənmi Adil İsgəndərov əslən haralıdır?
    Mən dedim:
    -Bütün mənbələrdə onun Gəncədə doğulduğu qeyd olunur. Amma əslində Ədil müəllim sənin indi yaşadığın Quşqararaya bitişik olan Balçılı kəndində doğulub...
    Ayaz gülüb dedi:
    -Düzdür, elədir... Amma bir az da dəqiqləşdirmək üçün deyim ki, o, Balçılının daxilində yerləşən İsgəndərbəyli adlı kiçik kənddə, buna tayfa da demək olar, anadan olub. Elə familiyası da həmin addan götürülüb...
    -Amma soyadının sonundakı “bəy” sözü nəsə “ixtisara” düşüb...
    -Hə... O vaxt bəylərə divan tutulurdu axı...
    -Yaxşı, sən Ədil İsgəndərov haqda bu məlumatları haradan öyrənmisən?
    -Bizim yaşadığımız yerdən bir az aralıda Nadil adlı kənd yerləşir, yəqin gələndə yolüstü görmüsən... Orada mənim bir tanışım var, bir az da qohumuq, Sahil adlı oğlandır. Onun babası Kazım kişi Adil İsgəndərovla bibioğlu-dayıoğlu olublar...
    Sonra Ayaz bunları dedi:
    -Bizim evdən bir az yuxarıda xudmani bir bağ var, Adil İsgəndərovun bir vəzifəli “adamı” olsaydı məsələ qaldırardı, o bağı onun adına vermək, orada da o kişinin bir büst qoymaq olardı...
    Yaxşı təklif idi...
    Fikirləşdim ki, Bakıya qayıdanda bu məsələni bəzi “adamların” nəzərinə çatdıraram...

    21.07.2022
    Kənddə həyat qaynamasa da, son vaxtlar yollarda minik maşınlarının sayının artdığı müşahidə olunmaqdadır. Şəhərin istisindən baş götürüb qaçan adamlar təbiətin qoynuna üz tutublar.
    ...İstirahətimiz pis keçmir. Arada kəndin ayağında, çayın sahilində yerləşən kiçik çayxa-yeməkxanaya enirəm. Orada vay-fay var. Dost-tanışlarla votsapp vasitəsi ilə danışıram. Adamlarla söhbət edirəm. Qışda kənddə adam az olur. Amma indi çoxları öz dədə-baba evinə qayıdır. Köhnə evlərini təmir edənlər, hətta yeni ev tikən kənd əhli də var...
    Kompyuterdə yazılarımı qaydaya salır, kitablarımı tərtib edirəm...


    22.07.2022
    “Yenə “Azərbaycan” şeir(lər)i haqqında
    “Əsas müəllif” axtarışı
    Kimdir haqlı?
    Son illər mətbuatda tez-tez Səməd Vurğun-Əhməd Cavad “tandemi” və “münaqişəsi” haqda yazılar gedir. Bəribaşdan onu demək lazımdır ki, hər iki sənətkarın ədəbiyyatımız qarşısında çox böyük xidmətləri olmuşdur.
    Adətən, Səməd Vurğunu “vurmaq” istəyənlər onun məşhur misralarını yada salırlar:
    Mən nə Sanılıyam, nə də Cavadam,
    Onlara düşmənəm, onlara yadam.
    Bəli, bu misraların müəllifi Səməd Vurğundur.
    Bəziləri az qala şairin bu misralarını “donos” kimi qəbul edirlər. Hətta, ittiham irəli sürənlər də tapılır. Belələri Cavadın repressiya olunmasında məhz bu misraların “təqsirkar”, “günahkar” olduğunu iddia edirlər. Yanlış yanaşmadır. Əvvəla, ona görə ki, bu misraların qələmə alındığı dövrdə elə Səməd Vurğunun özünü “ifşa” edən kifayət qədər tənqidi yazılara, ittihamlara rast gəlmək mümkündür. İkincisi, Səməd Vurğun və yaxud onun özünü “ifşa” edən müəlliflər, ölkənin başçısı və ya Baş prokuroru deyildilər ki, kiminsə repressiya olunmasında “rol” oynasınlar. Ona qalmış bu günün özündə belə, bir-birini ifşa edən kifayət qədər qələm adamları, o cümlədən şair və şeirbazlar vardır. “İfşaya” görə can alınsaydı, onda gərək ölkədə bir adam da qalmayaydı…
    Totalitar rejimin törətdiyi faciələri zor-xoşla o dövrün yaradıcı adamlarının boynuna qoymaq indi bir dəbə, daha dogusu, xəstəliyə çevrilib... Elə deyil axı. Adamlar tanıyırıq ki, yazı masasının arxasında qorxmazlıqdan, şücaətdən, hünərdən dəm vurur, amma necə deyərlər, bir balaca "quyrugu qapı arasında qalanda" bütün ətrafını, hətta öz nəslini, öz ata-balasını satmağa hazır olur. Şəxsən mən bu cür miskin, qorxaq adamları görəndən sonra 30-cu illərin bütün qurbanlarına qurban kəsmək istəyirəm. Onların çoxu əsl qəhrəmanlar nümunəsi göstərib… Tarixdə "yalançı cəngavərlər” həmişə olub, bu gün isə onların sayı daha çoxdur. Bəli, gizlətməyə ehtiyac yoxdur, Səməd Vurğun və Üzeyir Hacıbəyov Məmməd Əmini də tənqid ediblər. Amma dahi Rəsulzadə hər iki sənətkar haqqında kifayət qədər xoş sözlər deyib və günahı ayrı-ayrı şəxsiyyətlərdə deyil, mənfur sistemin, qəddar rejimin özündə görüb.
    Səməd Vurğunu ittiham edənlərin bir qismi şairin məşhur “Azərbaycan” şeirinin guya “plagiat” olduğunu irəli sürürlər. Bəli, Əhməd Cavadın da “Azərbaycan” adlı şeiri var. Həmin şeir 1919-cu ildə dərc edilib. Səməd Vurğunun şeiri isə, səhv etmirəmsə, 1933-34-cü illərdə yazılıb və 1935-ci ildə dərc edilib, yəni 15 il sonra. Nəzərə almaq lazımdır ki, Sovet dönəmində yazılmış həmin şeir (yəni S.Vurğunun şeiri) dərc edilərkən Əhməd Cavad sağ idi. Səməd Vurğunun kiminsə şeirini “köçürməsi” barədə ortada hər hansı bir iddia yoxdur. Hətta, bəzi xatirələrdə nisbətən yaşlı şairin (yəni Ə.Cavadın) öz gənc həmkarını o zaman bu şeirə görə təbrik etdiyi də bildirilir. Və orasını da qeyd edək ki, S.Vurğunun bu şeiri işıq üzünə çıxandan sonra açıq səmada bir şimşək kimi parladı, tezliklə dillər əzbəri oldu. Yenə təkrara ehtiyac duyulur: həmin dövrdə Əhməd Cavad hələ sağ idi.
    Sual yaranır: bəs ikinci “Azərbaycan” şeirinin eyniadlı birinci şeirə oxşarlığı var ya yox? Bəli, var. Hər iki şeirdə, hətta, bəzi söz və ifadələrin eyni olduğu da nəzərdən qaçmır. Məsələr, “durnagözlü bulaqlar”, “bəhri-Xəzər”, “orman”, “maral” və digər anlayışlar, ifadələr bu deyilənlərə aiddir.
    Hər iki şeir oxşardır. Amma bu “oxşarlıq” qətiyyən eyniyyət təşkil etmir. Açığını deyim ki, kim sonralar “Azərbaycan” rədifli (və ya adlı) şeir yazıbsa, məhz S.Vurğunun şeirinə “bənzəyib”. Bəli, bundan sonra da Azərbaycan haqqında yazılacaq bütün şeirlər məhz Səməd Vurğunun (və təbii ki, həm də Ə.Cavadın) şeirini yada salacaq: necə ki, ölkə haqda sonralar yazılan “ölkə” rədifli bütün şeirlər Cəfər Cabbarlının “Ölkəm” şeirini, ana dilimiz haqda yazılan bütün şeirlər Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirini, repressiyalar haqqında qələmə alınmış bütün poemalar Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasını, Xəzər haqqında yazılan bütün poetik nümunələr Nəbi Xəzrinin “İki Xəzər” poemasını, keçi haqqında yazılan bütün şeirlər Abdulla Şaiqin dillər əzbəri olan şeirini, meşəbəyi haqqında yazılan bütün şeirlər Hüseyn Arifin məşhur qoşmasını “yada salır” və gələcəkdə də yada salacaq… Bütün bunları təbii qarşılamaq lazımdır.
    S.Vurğundan sonra həmin rədifdə onlarla, bəlkə də yazlərlə şeir, musiqi mətni yazılıb.Və həmin şeirlərin hamısı məhz Səməd Vurğunun “Azərbaycan” şeirinə “bənzəyir”.
    Sonra. Şeirlərin strukturunda əsaslı fərqlər də mövcuddur. Belə ki, Ə.Cavadın şeiri “dördlükdə” (bənddəki misralar nəzərdə tutulr) yazılıb. Məsələn, bu cür:

    İpək, pambıq, yunun çoxdur!
    Arpa, buğda, dügün çoxdur!
    Hər şeyin var, nəyin yoxdur?!
    Azərbaycan! Azərbaycan!

    Yer üzündə yoxdur tayın!
    Gur-gur axar neçə çayın!
    Bol veribdir, fələk payın!
    Azərbaycan! Azərbaycan!

    Bildiyimiz kimi, S.Vurğunu “Azərbaycan” şeiri “beşlikdə” yazılıb:

    Dağlarının başı qardır,
    Ağ örpəyin buludlardır.
    Böyük bir keçmişin vardır.
    Bilinməyir yaşın sənin,
    Nələr çəkmiş başın sənin.

    Haqqında söhbət gedən şeiri Səməd Vurğun gələcək “Azərbaycan” epopeyasının proloqu kimi nəzərdə tutmuşdu.
    Bəli, Azərbaycan haqqında və ya “Azərbaycan” adlı çox şeirlər var. Onların hansı yaxşıdır? Əlbəttə, bu çox banal, mənasız, yersiz sualdır. Hər iki şeir bizim üçün qiymətlidir.
    İllərdir ki, Səməd Vurğunun adı çəkilən möhtəşəm şeiri bir himn kimi səslənməkdədir. Və ədalət naminə deyək ki, ölkədə ən adi adamdan tutmuş ən yüksək səlahiyyət sahibinə qədər, elə bir adam tapılmaz ki, bu misraları əzbərdən bilməsin və onun müəllifini tanımasın:
    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan…”


    25.07.2022
    Hava günəşlidir. Ayaz ciddi qaydada biçinlə məşğuldur, həyətyanı sahəni biçir. Bu il çox qalın biçənək var. Sıx otlar adamı “udur”. Həyət-baca yaşıllıq “daşqınında” sanki “itib-batmaqdadır”. Biçilmiş təzə otun öz ətri, öz aləmi var.
    Köhnə yazılarımı qaydaya salmaqla məşğulam. Hal-hazırda “Vernisaj” adlı yeni kitabımı tərtib etməkdəyəm. Bu kitabda şeirlər (əgər belə demək mümkünsə) toplanacaq. Bir neçə cildliyi əhatə edəcək poetik nümunələr əlimin altındadır. Baxıram, onların böyük əksəriyyəti çapa layiqdir. Amma özümü şair hesab etmədiyimə görə və çağdaş dövrdə poeziyanın (məncə) elə də önəm daşımadığına görə bu nəzm nümunələrinin çox az bir qismini kitaba daxil etmişəm. Bu tipli yazıların bir qismini artıq Respublika Ədəbiyyat və İncəsənət arxivinə təhvil vermişəm, qalan qismini də həmin mötəbər ünvana çatdıracağam. Dövlət arxivi daha etibarlı ola bilər...
    ... Keçmiş deputat, iqtisadçı, qohum və dost Nazim Bəydəmirli (Məmmədov) ailəlikcə bizə gəlmişdilər. Bir xeyli söhbət etdik. Nazim bəy tanınmış iqtisadçıdır. Ətrafda baş verən hadisə və proseslərə maraqlı müşahidə və münasibəti var.
    ... Axşamüstü FB üçün kiçik bir replika (status) yazdım. Statusda qondarma alimləri, saxta akademikləri tənqid etdim: “Bizdə nəinki iki baş dananı, hətta, iki eşşəyi otarmaq qabiliyyəti olan özü saxta, başı taxta, beyni axta, ruhu şaxta “əqədimiklər” kifayət qədərdir”.

    26.07.2022
    Səhər durub telefonda FB səhifəmə baxdım: akademiklər haqda yazdığım statusa saysız-hesabsız rəylər yazılmışdı. Hətta, bu gün bir neçə TV kanalının Elmlər Akademiyasından tənqidi süjetlər hazırladığını bildim. Təbii ki, bütün bunların mənim replikamla bir əlaqəsi yoxdur. Görünür “yuxarılar” elmi müəssisələrlə bağlı hansısa yeni “planlar” hazırlamaqdadır. Necə deyərlər, təki xeyirlisindən olsun.
    ...Arada “statuslar” yazmaqda davam edirəm. Məsələn, bu cür:
    “Beynəlxalq media agentliklərinin verdiyi məlumata görə, cari müharibədən bir qədər əvvəl Rusiyanın MN meyitləri "qablaşdırmaq" üçün 50 min politilen kisə hazırladıb. Həmin qara rəngli iri kisələr TV-lərdə də göstərilir. Bazi hərbi ekspertlər bildirir ki, artıq kisələrdən 40 mininə hazır yük, yəni əsgər va zabit meyitləri qablaşdırılıb, yerdə qalıb 10 min "meşok"... Məhz həmin boş kisələr tam dolandan sona sülh haqda danışmaq olar... Bu da Rusiyanın yeni bir üzü...”

    “Rusiyanın (və onun timsalında Putinin) qonşu dövlətlərə münasibətində zorakılıq metodu daha üstündür. Bu bədbaxt rejim anlamır ki, zorakılıqla nə qonşuluq olar, nə də dostluq. Onun şüarı təxminən belədir: "Məni sevəcəksən mən sevməsəm də..." Rusiya bütun qonşularının ondan üz döndərməyinin va başqa yerlərdə müttəfiq axtarmagının səbəbini biləndən sonra gec olacaq, özü mövcud... ol(may)acaq...”

    “BİR DAHA AKADEMİYA HAQQINDA
    AMEA mövzusu bu gün diqqət mərkəzindədir. Amma, təəssüf ki, bu mövzuda məsələnin mahiyyətini bilən də danışr, bilməyən də...
    Mən 30 il həmin təşkilatda işləmişəm. Yekə çıxmasın, AMEA strukturu ilə, onun institut və digər qurumları ilə ən çox əlaqəsi olan adamlardan biri olmuşam. Xeyr, böyük vəzifəm olmayıb, sadəcə aspirantlara fəlsəfə dərsini tədris etmişəm. Məsələ burasındadır ki, həmin dövrdə yüzdən artıq qurumun elmi işçisi və ya gələcəkdə elmə məşğul olmaq istəyən adamlar məhz mənim fəaliyyət göstərdiyim sahə ilə bağlı olub, onlar məhz bizim kafedrada qəbul və “minimum” imtahanları verib...
    Bütün bunları niyə yazıram? Sosial şəbəkələrdə yazılanları oxuyanda bişmiş toyuğun da gülməyi gəlir. Zira çoxları elə bilir ki, EA (həmin qurum əvvəllər belə adlanırdı) çox zəif, dişsiz, “tənbəl” bir təşkilatdır və o, istedadsız “akademiklər” yetişdirməklə məşğuldur. Öz müşahidələrimə əsaslanıb deyə bilərəm ki, heç də elə deyil. EA-da kifayət qədər samballı alimlər olub və yenə də var. Cəsarət edib deyə bilərəm ki, hətta, dünya çapında tanınan alimlərimiz də az olmayıb. Sadəcə olaraq, müxtəlif mərhələlərdə başqa sahələrdə olduğu kimi bu təşkilatda da proteksiya, yerlibazlıq, elmin “siyasiləşməsi”, özü saxta, beyni axta, başı taxta, ruhu şaxta... “alimlərin” çoxalması elmə ağır zərbə vurmuşdur. Hətta, bəzən bu müqəddəs məbəd elm ocağından daha çox, MU-ya bənzəyib, “univermağa” daxil ol, ya pulunu ver, ya da “adamını” tap elmi adını al və özünçün yaşa. Nə gizlədək, bir çox hallarda “akademik” titulunu da məhz həmin qaydada alan “alimlərə” təsadüf olunur. AMEA Rəyasət Heyətinin və yaxud “aparatın” bu qədər şişirdilməsinə, yalnız “iclaslarda iştirak etmək” sahəsindəki “xidmətlərinə” görə yüksək maaş almaq səlahiyyətinə sahib olmaq qəbuledilməzdir. Halbuki söhbət gedən qurumda adi elmi işçilərin maaşı çox aşağı səviyyədədir. Mən hələ maddi və mənəvi cəhətdən çıxılmaz halda qalan istedadlı alimlərin ölkəni tərk etməsi, “beyin axını” haqda söhbət açmıram,bu, əslində bu, xüsusi söhbət və araşdırma tələb edən mövzu və “yaralı” yerimizdir.
    Elmlə ciddi məşğul olan alimlərin narahatlığı başadüşüləndir. Amma nə edəsən ki, bir çox hallarda qurunun oduna yaş da yanır. Hər şey, daha doğrusu çox şey, göz qabağındadır. Zənn edirəm ki, elmin təşkili və inkişafı sahəsində yeni islahatlara start vermək zərurətdən meydana gəlmişdir. Bu, bir növ sosial sifarişdir. Ümid etmək olar ki, verilmiş qərar yaxın gələcəkdə öz müsbət nəticəsini göstərəcək, yeni nazirliyin timsalında elm və təhsilimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyacaq.
    QEYD. Fundamental elmlər, daha doğrusu, həmin sahənin instituları bundan sonra yeni təşkil və təsis olunmuş quruma (ETN) daxil olacaq. EA tərkibində isə İctimai və Humanitar elmlər, daha doğrusu həmin sahələri tədqiq edən sahə instituları (haradasa 10-11 elm ocağı) fəaliyyət göstərəcək. Deməli, artıq AMEA deyil, İctimai və Humanitar elmlər Akademiyası fəaliyyət göstərəcək.
    Uğurlu və xeyirli olsun”.

    “Sosial şəbəkələrin tirajladığına görə, bir gənc deputat (düzü, o gəncin şəklini görmüşəm, başı tərtəmiz qırxılmış səliqəli bir deputatdır, di gəl ki, adı yadımda deyil, amma dedikləri yaddaşıma köçüb) yazıb ya da deyib ki, "xoşun gəmir, ölkəni tərk et. Sizi zorla tutub saxlayan yoxdur ki". Qəşəng deyib. Görünür, bu gənc oğlan, yəni deputat, əvvəla, özünü Parlamentdə ÖZ evindəki kimi hiss edir. Zira bu sözü adam yalnız öz evinə gələn arzuolunmaz şəxsə deyə bilər. İkincisi, sual oluna bilər, görəsən bu cavan, perspektivli deputat niyə birinci cümləni "sən" müraciəti ilə başlayıb və ikinci cümləni "siz" müraciəti ilə bitirib?.. Axı deputat olanda nə olar, adam gərək müraciət formalarında “sabitqədəm” olsun. Üçüncüsü, bu başını təzəcə qırxdırmış perspektivli senatorun dediyindən belə çıxır ki, kim narazıdırsa rədd olub “evimdən”, yəni ölkədən getsin. Onda soruşarlar: a deputat, bəs elə olan halda sən (və ya siz) gələn seçkidə, Allah qoysa, bir də deputat olmaq istəsən, səs vermək üçün seçicini haradan axtarıb tapacaqsan? Ölkədən kənarda?..”

    “Alim dələduzluq edə bilməz, amma dələduz "alimljk" edə bilər...”

    “Eləsi var ki, ağzını açıb danışan kimi, eləsi də var ki, elə "morda"sından, hətta, bəzən peysərindən hansı yuvanın quşu olduğu bilinir.
    P.S. "morda" sözünu çox vaxt "itsifət" kimi tərcümə edirlər. Elə sadəcə "sufat" da demək olar. Bəlkə daha ugurlu söz və ya ifadə var?”

    “Milli Yaylaq Festivalı haqqında
    Elə haray-həşir saldılar ki, Milli haqqında bir şey deyə bilmərəm, amma güman edirəm ki, innən belə na Yaylaq olacaq, nə də onun Festivalı. Gedənlərin bəzisini tanıyıram, elə yaylaqvari yerlərdə böyüyüblər və şəhərə gələnə gədər çarıq geiblər. Yox, lağ eləmirəm, niyə ki, çarıq da yaylağın mühüm bir atributudur. Sadəcə olaraq belələrinin yaylaq yollarındakı toz-torpaqdan danışması lap ağlam..., yox, çox gülməlidir. Hələ birisi də var, indi ona “xanım” deyə müraciət edirlər, amma öz doğulduğu kənddə … Nə isə. Təzək... Yox bir, bəzək...Ta heş zad...
    Oxudum, hətta, bir curnalist yazıb ki, niyə hava haqqında məlumatı bizə vaxtından əvvəl düzgün, obyekti, qərəzsiz… verməyiblər... ƏLİsinin yazarı da beləsi olacaq.
    Ay mən deyən, sən bəyəm hara getdiyini bilmirsən? Bəyəm ora Luvr, Metropoliten, Ermitaj və yaxud Vatikan muzeyidir? Yaylaq YAYxınmaq yeri deyil axı...”

    26.07.2022
    “Avqust ayı bütün dünya üçün bir sıra qalmaqallarla başlayıb… Biz onlardan birinə diqqət çəkmək istəyirik.
    Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev öz “postunda” yazıb ki, hazırki Ukrayna, Qazaxıstan və Gürcüstan keçmiş Rusiya ərazisidir. Düzdür, həmin “statusu” Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dima az sonra öz səhifəsindən pozub. Amma və lakin…
    Yaxın əhatəsinin dediyinə görə, Medvedev çox vaxt spirtli içkilərin təsiri altında olur, yəni adam alkoqolikdir. Xüsusən gecələr “vurandan” sonra onun ağlına fantastik şeylər gəlir və o, onları “istehsalata”- mətbuata buraxır. Hətta, bu yaxınlarda Təhlükəsizlik Şurasının katib müavininin intihara cəhd göstərdiyi barədə də məlumat da yayılmışdı.
    Dmitri Medvedevə yaxın olanlar onu da qeyd edirlər ki, Putinin sevimlisi olan keçmiş prezident elə-belə boş söz danışmaz. Görünür, o, hakimimiyyətin yüksək təmsilçilərinin fikrini ifadə edib və “damar yoxlamaq” istəyib. Fakt budur ki, Dimanın sözündən sonra aləm bir-birinə dəyib, onun adını çəkdiyi ölkələrin başçıları, siyasiləri və adi insanları, möhtərəm keçmiş prüzidentin “dozadan” bir qədər artıq … dəm vurduğunu vurğulayıblar”.

    “ƏDƏBİ QARINQULULAR.....
    “Sovet klassiklərinə” (bu ifadə dırnaqsız da ola bilər) tez-tez hücumlar olur. Əlbəttə, həmin dövrü tənqid etmək lazımdır… Amma və lakin…. Axı sovet dönəmində də çox qiymətli əsərlər yazılıb… Bu barədə mən çox yazmışam. İndi geniş yazı ilə çıxış etmək fikrim yoxdur. Müxtəsər… İndi Səməd Vurğunu tənqid etmək dəb halını alıb. Tənqid etsinlər. Tənqid olunursa, deməli yaşayır…
    Adətən, bu cür "hücumçulara" mənim belə bir sualım da olur: -Vaxtilə pioner, komsomol, partiyaçı olmusan? Müəyyən qədər ahıl olan, yəni yaşlı nəslin nümayəndələri adətən deyirlər ki, bəli, olmuşam, nə demək fikrindəsən?.. Deyirəm ki, bəs niyə olmusan? Əgər hünərin vardısa “üzv” olmayaydın, o vaxt etiraz edəydin.... Gözlərini döyürlər. Bəli, S.Vurğun Leninə, Stalinə ƏSƏR həsr edib. Etməyə də bilməzdi. ... Səbəblər müəllimdir. Üzeyir bəy də Stalinə kontata həsr edib. İndi "Koroğlu" operasını məhv edəh? Cavid əfəndi də "Azər" poemasında sosializmi mədh edib. İndi onun da yaradıcılığının üstündən xətt çəkək?..
    Cavanlara isə deyirəm ki, bəli, Səməd Vurğun adları çəkilən "rəhbərlərə" şeir həsr edib, amma sən yeməkxana müdirinə şeir, bankir oğluna poema, nazirin nəvəsinə nəğmə həsr etmisən. Deməli, cızmaqaralarınla qarın otarmısan.
    Mən belələrinə “ədəbi qarınquluar” deyirəm…”

    27.07.2022
    ... Evimizin qənşərindəki Ər dağında biçin işləri gedir. Nə yaxşı ki, indi texniki əkin-biçin işində kənd əhlinin dadına çatır. Zəhmət çəkmək, isti-soyuq havada əkin-biçinlə məşğul olmaq... kənardan baxanda romantik görünsə də, əslində çox məşəqqətli, ağır bir bir işdir.
    ... Arada təbiətlə “söhbət edir”, dərdləşirəm...
    ... Ot biçini özünün son günlərini yaşayır.
    ...Gəzişirəm, çay içirəm, əkil çəkirəm...

    29.07.2022
    Bakıya qayıtdım. Ayazın maşını ilə əvvəlcə Şəmkirə gəldim. Orada, yəni Şəmkirdəki böyük İstiqlaliyyət parkında oldum. Üzeyir bəylə Əhməd Cavadın heykəl-kompozisiyası önündə şəkil çəkdirdim. Sonra taksi ilə Bakıya yola düşdüm. 15 manata danışdıq... Sürücü Qarabağ döyüşçüsü idi, cavan olsa da həyatın sərt üzünü görmüş qaraqabaq adam idi. Axşam s.18-də evə çatdım.

    02.08.2022
    Aqşinlə birgə 280 manata çəkilmiş (hədsiz dərəcədə bahadır) tomoqrafiyanı götürüb həkimə getdik. Fuad həkim bizə dərman yazdı.
    ...Bir tanış zəng edib Fəxrəddin Ağamirzəyevin atası Mənsur kişinin rəhmətə getdiyini bildirdi. Fəxrəddinə telefon açdım, zəng çatmadı.
    ...Axşam “Teatral”da nahar etdim, çay içdim: 10 manata...

    03.08.2022
    Bir neçə gündür kitabları tərtib edirəm, Aqşin də gömək edir. Arada sosial şəbəkələrdə replikalar, “statuslar” yazıram.
    ...Jurnalist Araz Zeynalovun vəfat etdiyini eşitdim. Yaşca məndən xeyli kiçik idi. Vaxtilə “Azərbaycan gəncləri” qəzetində birgə əməkdaşlıq etmişdik. Şən, zarafatcıl, deyib-gülən, xoş xasiyyətli bir adam idi. Nəsillikcə jurnalist ailəsi idi.Təəssüf etməkdən başqa əlimizdən nə gəlir ki?
    ...Axşamüstü Məzahir müəllim və Yusif bəy ilə Montin bağı tərəfdə yüngül yay xörəyi yedik.

    04.08.2022
    Havalar ist ikeçir. Əslində əlimdə elə bir ciddi iş yoxdur. Köhnə yazıları qaydaya salıram. Vaxt tapıb çimərliyə də gedə bilmirəm..
    Ukrayna-rusiya savaşı avqustdan özünün yeni mərhələsinə keçib. Ukraynanın Xerson vilayətinin bir neçə yaşayış mənrəqəsi azad olunub.

    13.08.2022
    Firuz Mustafadan SƏRT SÖZLƏR: “İndiki milyonçularımızın çoxu varlıq mahiyyətinə görə elə dilənçidir”
    “Azərbaycanin çoxlu imkanlı adamları var. Milyonlar qazanan məmurundan tutmuş, yeni dövür iş adamına qədər hər şey formalaşıb. Amma bu adamlar Azərbaycan adına heç bir beynəlxalq mükafatın təsis olunmasına təşəbbüs göstərmirlər. Sənətin, sənət adamının stimullaşdırılması, mədəni elitanın formalaşması üçün heç bir iş görmürlər. Bunların bir milyonu yoxdur ki, Azərbaycan adına “Nobel mükafatı” kimi hər hansı alternativ mükafat təsis etsinlər?”
    Bu sözləri AZİNFORM.AZ-a verdiyi açıqlamada tanınmış ədəbiyyat adamı, ictimai xadim Firuz Mustafa səsləndirib.
    Firuz Mustafanın dediklərinə görə, əslində bu cür imkana malik adamlar ölkəmizdə kifayət qədərdir:
    “Söhbət dünyanın mədəni camiyəsinin diqqətini Azərbaycana cəlb etməkdən gedir. Bu mükafat həmçinin Azərbaycandan kənarda olan əcnəbi elm, ədəbiyyat və mədəniyyət sahəsində ciddi uğurları olan insanlara verilməlidir. Biz mübahisəli bir yerdə yaşayırıq, həmçinin bizi sevən və sevməyən ölkələr var. Bu tipli adekvat və ədalətli şəkildə verilən mükafatlarla dünyanın diqqətini Azərbaycana cəlb edə bilərik. Məsələn Fransa Prezidenti Azərbaycan əleyhinə hər hansı bir addım atanda, burada bir-iki milyon dəyərində, real şəkildə mükafat almış fransız yazıçı Azərbaycanı müdafiə edəcək. Azərbaycanın tolerant bir ölkə kimi tanınmasında bu tipli mükafatların da rolu ola bilər”.
    Yazıçı açıqlaması zamanı belə mükafatların ancaq Qərbdə yarana biləcəyini deyənlərə də eyham vurub:
    “Qərb ölkələrində az qala bütün elm və sənət sahələri üzrə çox üstün, məşhur, qiymətli, gərəkli mükafatlar mövcuddur. Məsələn, elə götürək ədəbiyyat üzrə mükafatları: “Nobel”, “Qonkur”, “Pulitser”, “Buker” və digər mükafatlar. İncəsənət üzrə “Oskar”, “Abel”, “Türinq”, “Terner” mükafatları, riyaziyyat üzrə “Fild”, fizika üzrə “Milner” və digər mükafatlar mövcuddur.
    Əlbəttə, bu siyahını bir xeyli uzatmaq da olar. Yeri gəlmişkən, hətta Nobel mükafatına parodiya olaraq Şnobel mükafatı da təsis edilib ki, bunu da tanınmış simaların ən zəif əsərinə verirlər. Bütün bunları deməkdə məqsədim nədir? Adətən, bizim insanlar (adamlar, camaat, xalq, millət) şikayət edib deyir ki, həmin mükafatlar Qərbdə yaranıb və “Qərb (və yaxud yəhudi) klubunun” üzvlərinə verilir. Əcəb edirlər. Düz edirlər. Sən yarat, sənə də versinlər. Hərçənd ki, mən bu sözləri hirslənib deyirəm, çünki adları sadalanan mükafatları alanlar sırasında Şərq insanları da var”.
    Yazıçı indi imkanlı şəxslərimizin heç də keçən əsrin əvvəllərində yaşamış milyonerlərimizdən az olmadığını və imkanlarının da kifayət qədər yetərli olduğunu vurğuladı:
    “Hesab edirəm ki, bu təklifə ötən əsrin əvvəllərində yaşamış Tağıyev, Nağıyev, Əsədullayev kimi insanlar dəstək verərdilər. İndiki milyonçularımızın çoxu öz mahiyyəti ilə dilənçidir.
    Min cür dələduzluğla, alçaqlıqla, fırıldaqla, əxlaqsızlıqla, yaltaqlıqla... pul toplayan “milyonçudan” böyük ideallar bir yana, ən kiçik məqsədlər üçün də dəstək gözləmək əslində tülkü genindən pələng almaq kimi mürəkkəb bir işdir. Amma bir daha təkrarlayıram, yalançı vətənpərvərlik eləməyə ehtiyac yoxdur, Azərbaycan adına iş görmək istəyirsənsə, bu ölkəyə uzunmüddətli xidmət göstərmək fikrin varsa, onda elmə, sənətə pul xərcləməyi də bacarmalısan”. /bizim.media/
    AZİNFORM.AZ

    ... Bilsəniz pis olmaz.
    SSRİ-nin ilk Dövlət Təhlükəsizlik naziri, (vaxtilə Beriyanın müavini olmuş) Vsebolod Merkulov (Vsevolod Rokk) 1895-ci ildə Azərbaycanda, Zaqatala bölgəsində doğulub.
    O, həm də ədəbiyyat sevdalısı idi. Bir neçə pyesin müəllifidir. Xüsusilə, ötən əsrin 40-cı illərində yazılmış “Mühəndis Sergeyev” pyesi məşhur idi. Əsəri tamaşaya qoymaq uğrunda teatrların arasında az qala “qırğın gedirdi”. Bəs necə, axı “Rokk” imzası ilə yazan Merkulov nəhəng və qorxulu bir sistemin- KQB-nin şefi idi.
    Yeri gəlmişkən, “Mühəndis Sergeyev” pyesi Rusiyanın bu günü ilə səsləşir. Ruslar orada da “şpion, “inoagent” axtarırlar.
    Baş katib Stalin onun bədii yaradıcılıqla məşğul olduğunu eşidəndə qəzəblənib demişdi: “KQB “şpion” tutmalıdır, əsər yazmalı deyil”.
    V.Merkulov 1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə güllələnmə cəzasına məhkum edilir və həmin gün saat 21.20-də “Beriyanın bandası”nın digər üzvləri ilə birlikdə edam olunur.
    13.08.2022.

    14.09.2022
    AYB-yə getdim. Anarla görüşdüm. “Persona” adlı kitabımı təqdim etdim. Dedi ki, cildin dizaynı yaxşıdır. Cavab verdim ki, özüm tərtib etmişəm. Anar bəylə hər görüşəndə mütləq teni bir kitab verirəm. O isə adətən kitabın zahiri formasına toxunur.
    Yazıçılar üçün yeni tikilməkdə olan ev barədə söhbət açdım. Dedi ki, tikinti gedir. O, həmişə (əvvəllər) deyirdi ki, nəzərimdəsən, bu dəfə soyuqqanlılıqla vəziyyətin çətinliyindən söz açdı:
    -Söz verə bilmirəm.
    -Niyə ki, Anar müəllim?-deyə, sakitcə soruşdum.
    O da eyni tərzdə cavab verdi:
    -Çünki ikiyüzəlli adam ərizə verib. Amma ortada cəmi iyirmibeş mənzildir...
    Mən, əlbəttə, daxilən çox əsəbiləşdim. Hətta, mənə elə gəldi ki, o 25 nəfərin siyahısı artıq Sədrə məlumdur. Amma özümü birtəhər saxylayıb dodaqaltı nəsə mızıldandım.
    Hələ ev alacağıma ümidim var. Ümid sonda ölür. Mən Anar müəllimin obyektivliyinə inanıram.
    Axı, and olsun bütün müqəddəslərə mən indiyəcən nə sovet nə də postsovet dönəmində dövlətdən nəinki bir otaq, heç bir qarış belə olsun mənzil almamışam.

    02.10.2022
    Əkrəm Əylisli hansısa kitab sərgisində iştirak edirdi. Mətbuat işçiləri onun üstünə tökülüşüb həşdən-küşdən suallar yağdırdı. Yazıçı sanki özünü basqı altında hiss edirdi. Ərinməyib bir kiçik yazı qələmə aldım.

    Əkrəm Əylisli nədən qorxur?
    Əkrəm Əylislinin istedadlı yazıçı və SÖZə yaxşı bələd olan qələm sahibi olduğunu az adam dana bilər. Onun əsərləri bir çox dillərə tərcümə olunub. Xüsusən, sovetlər dönəmində kitabları müxtəlif ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy hətta Milli Məclisin deputatı da oldu (başqaları necə, o da eləcə). Ən maraqlısı budur ki, Ə.Əylisli deputat olana qədər parlament üzvlərini öz yazılarında ələ salır, onlara şəbədə qoşurdu. Hətta, onun “Ətirşah Masan” adlı romanında deputatları “sancan” (bəzən haqlı olaraq) yerlər də az deyildi... Dediyim kimi, yaddaşım məni aldatmırsa, məhz həmin “roman-reportajdan” sonra Ə.Əylisli deputat “oldu”. Bütün bunlar öz yerində...
    ...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə iştirak edirdi. Yazıçı həm öz ədəbi kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı suallara münasibətini bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə o, həm rusların, həm də ukraynalıların rəhbərlərini tənqid etdi. Rusları deyə bilmərəm, ukraynalıları (daha doğrusu Zelenskini) niyə tənqid etdiyini yəqin ki, yazıçının yalnız özü bilər...
    Ə.Əylislinin ən uğursuz əsəri, şübhəsiz ki, “Daş yuxular” romanıdır. Rus dilində yazılmış bu əsər doğrudan da zəifdir. Həm də lap zəif. Söhbət “müsbət” erməni obrazlarından getmir. Erməninin də (bəlkə, ola bilsin ki) sağlam düşüncəlisi ola bilər. Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən çox aşağı səviyyədədir... Yeri gəlmişkən deyim ki, bu əsəru oxumaq üçün kitabı yazıçının özü təqdim etmişdi mənə. Ki yəni cüzi tirajla nəşr olunmuş (sonralar Rusiyadakı jurnalların birində çap olunan) əsərin ilk oxucularından biriyəm...
    Əkrəm Əylisli istedadlı qələm sahibidir. Amma açıq desək, bu adam “şou”suz dura bilmir. ... Vaxtilə Şüvəlanda çıxartdığı “oyunu” (bu hadisəni nisbətən yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana qoyuram hələ... “Daş yuxular”ın yandırılması da hələ qalsın bir yana, hərçənd kitab yandırmaq yaxşı əlamət deyil...
    Bax bu yerdə yazıçıya qarşı başqa bir “kitabyandırma” kampaniyası, “törəni” yadıma düşdü...
    Haradasa “məlum hadisələr” başlayan vaxtlar idi və günlərin bir günü Əkrəm Əylisli Moskvada o zaman məşhur olan jurnallardan birində (Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr olunan “Drujba narodov” dərgisində) müsahibə vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində) dərc edilən bu müsahibədə Əkrəm müəllim təxminən (əslində “təxminənsiz”) belə bir fikir söyləmişdi ki, “mən bir çox hallarda digər millətlərə daha böyük ehtiram göstərirəm və özümü onların arasında daha rahat hiss edirəm...”. Bilənlər bilir, o vaxt bu müsahibə tufan qopartdı. Adıçəkilən jurnalın nüsxələri və Əkrəm bəyin kitabları yandırılmağa başladı. Hərçənd ki, kitab yandırmaq yaxşı əlamət deyil...
    O da yadımdadır ki, həmin dövrdə mən AzTV-də (Gənclik Baş redaksiyasında) “İlğım”, “İdrak”, “Məzunlar” adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən Ədəbi dram verilişləri Baş redaksiyasında Əkrəm Əylislinin xətrini istəyən həmkarları, yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir TV kanalı vardı. Kütləvi hücuma məruz qalan Ə.Əylisli də həmin kanalın adıçəkilən redaksiyasına zəng vurub həyatının təhlukə altında olduğunu bildirmişdi...
    Hər necə olsa da yazıçını xilas etmək lazım idi. Axı bütün “cığal” hərəkətlərinə baxmayaraq Əkrəm Əylisli istedadlı yazıçıdır. Di gəl ki, işin tərsliyindən, bu tanınmış, amma indi oxucu qəzəbinə düçar olmuş yazıçı haqda heç kəs danışmaq istəmirdi. Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə Məmməxdanlı yazıçının bir neçə yaxın həmkarına zəng vurub dilə tutsalar da, efir-ekranda çıxış edib Əkrəmi müdafiə etmək istəyənlər yox idi. Hərə yaxasını bir tərəfə çəkirdı. (Hə, elə buna bənzər əhvalat sonralar “Daş yuxular” nəşr olunanda da yenidən vaqe və təkrar olundu, yazıçının dostları qeyb oldular). Axır ki, uzun çək-çevirdən sonra Əkrəm bəyin nəfinə söz demək istəyən iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib Əkrəm Əylislini müdafiə etdilər, onun istedadına yüksək qiymət verdilər, bir balaca xəta etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz keçmiş tələbəsini yüngülvari məzəmmət də etdi... Əkrəm bəy də öz növbəsində (sinxron müsahibədə) jurnalın redaksiyasında onun söylədiklərinin təhrif edildiyini bildirdi və “mən elə yox, belə demək istəmişəm”- deyə, iddia etdi... Təbii, belə yox, elə də ola bilərdi.
    Əkrəm Əylisli xalq düşməni deyil. Amma o, hərdən ədəbi-bədii düşərgədə özünəməxsus bir “fırtına” qoparmağı xoşlayır, lap şou əhli kimi... Görünür, yazıçı unudulmaqdan qorxur. Əslində isə ta qorxudan keçib, Əkrəm Əylisli...

    09.10.2022-ci il tarixdə Bakı- Ankara reysi ilə Ankaraya uçdum. Türkiyədə kitab fuarında (sərgisində) iştirak edəcəyəm. Ankaradan gecə avtobus reysi ilə Kahraman Maraşa yola düşdüm. Bütün geəni- 10 saatdan çox yol getdim. Yorulub əldən düşdüm. Tətcümçim Abdulkadır məno avtovağzalda (aoqar-terminal) qadşıladıı. “”Effes” fotelinə getdik. Amma yuxulaya bilmədim. Sonra Abdulkadırla şhəri gəzdik, muzeylərə baş çəkdik. Axşam A.K. gildə nahar etdik. Atası ünsiyyətcil bir adam olan Yaşar bəylə tanış olduq. Sonra yeməkxanaya getdik. Tox idik. Amma A.K.-ın dostları bizə yenidən qonaqlıq verdi. Gecə yenifən “Effesdə” qaldım.

    09.10.2022.
    Elazığa kitab yarmarkasına yola düşdük. -5 gün yarmarkada imza günü keçirildi.

    14-14.10.2022
    Elazəğdan təyyarə ilə İstanbula yola düşdüm. Qardaşım Fasadla görüşdüm. Xəstəhaldır. Uşqalar yaxşıdır.

    15.10.2022
    İstanbuldan təyyarə ilə Trabzona uçdum. Orada sənət Teatrosunda mənim “Neyrtal zona” pyesimi tamaşaya qoymaq istəyirlər. Teatrın rəhbəri Necati Zəngin ilə görüıdüm. İki gün orada qaldım. Şəhər xoşima gəldu. Gur, coşqun, qaynar şəhərdir.
    Oradan təyyarə ilə Antaliyaya uçdum. Aqşinlə görüşdüm. Antaliyada xarici vətəndaş cəmi üç ay qala bilər. Aqşin is oraya daimi işləməyə gedib. Buna görə qanı qaradır.
    Bir neçə gün Aqşinlə birgə qalıb şəhəri gəzdik. 27-si səhər tezdən Aqşin məni hava limanına qədər ötürdü, Bakıya qayıtdım. 27.10.2022-ci il tarixli “Buta” təyyarə reysi ilə Bakıya qayıtdım.

    15.10.2022
    Bir çox dost və tanışları görkəmli alim Xudu Məmmədovu xatırlayır. Bu gün onun dunyadan köçdüyü gündür.
    Mən də Xudu müəllimlə tanış idim. Arada EA-nın həyətində rastlaşırdıq. Sonralar bu rastlaşmalar “salamlaşmaya” çevrildi. Yadımdadır, günlərin bir günü biləndə ki, mən Gədəbəydənəm gülümsəyib soruşdu:
    -Hansı kənddənsən?
    -Şınıxdan, İsalıdanam...
    -Mən o kənddə olmuşam. Çox gözəl, səfalı kənddir... Dostum...
    -Bilirəm, dostunuz Əli Xəlilovla gəlmişdiniz. Onda mən orta məktəbdə oxuyurdum...
    Sonra o, Gədəbəy xatirələrini danışmağa başladı. Söhbət əsnasında orada rastlaşdığı, söhbət etdiyi adamların adını çəkirdi.
    Arada bir-iki nəfəri soruşdu:
    -Kərim Köçərli sağdırmı?
    -Rəhmətə gedib.
    -Allah rəhmət eləsin. Baməzə adam idi.
    -Rayonda Əli Rəsulov vardı... Ağsaqqal, maarifçi, müdrik bir insandı...
    -O da vəfat edib. Hər ikisi qohumum idi...
    O, təəssüflə başını buladı.
    -Dünya vəfasızdır...
    -Elədir,-deyə, onun fikrini təsdiqlədim.
    -Vaxt ötdükcə adam bunu daha dərindən dərk edir...
    Sonra hər ikimiz uzun müddət susduq...

    04.11.2022
    Mətbuatdan oxudum:
    ““AĞILLI ADAM” DAĞISTANDA
    Azərbaycanın tanınmış yazıçı-filosofu, Əməkdar İncəsənət xadimi Firuz Mustafanın dram əsərləri bir sıra ölkələrin teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur. Bu günlərdə müəllifin “Ağıllı Adam” adlı pyesinin Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Dövlət Dram Teatrında premyerası olacaqdır. Əsərin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyev, quruluşçu rəssam isə DR-nın Əməkdar Mədəniyyət işçisi Naida Alimetovadır.
    Yeri gəlmişkən, qeyd edək ki, bu pyesə bir neçə il öncə Əməkdar İncəsənət xadimi, mərhum rejissor Hüseynağa Atakişiyev Azərbaycan Dövlət Gənclər Teatrında uğurlr səhnə həlli vermişdir. Aradan keçən dövr ərzində əsərə müraciət edən digər teatrlar da olmuşdur.
    Teatrın yaradıcı kollektivi belə hesab edir ki, Firuz Mustafanın “Ağıllı Adam” əsəri sənətsevər tamaşaçılar tərəfindən maraqla qarşılanacaq”.

    15.11.2022
    Bakı Bələdiyyə Teatrı 30 illik yubiley gecəsiylə geniş tamaşaçı auditoriyası qarşısında növbəti təqdimatını gerçəkləşdirdi.
    Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan “Şuşada ürəyim qaldı” tamaşasının premyerası oldu.
    Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovdur.
    18.11.2022
    Bu gün mənim Güntəkin qızımın ad günüdür. Onun 35 yaşı tamam olur. Birdən xatırladım ki, bu, mənim həm məcazi, həm rəsmi, həm də təqvim ömrümün düz yarısıdır. Yəni 35+35=... Deməli, qızım mınım həm də həyatımın, ömrümün yarısıdır.
    Əvvllər ona mən məsləhət verərdim, indi özüm ondan məsləhət umuram. O, mənim iki nəvəmin-Aydanın və Fidanın anasıdır. Ciddidir. İşgüzardır. Ailəcanlıdır. Həm özü, həm də nəvələr bir neçə dil bilir. Mənə heç zaman əziyyət verməyib. Universiteti qiyabi yolla Fərqlənmə ilə bitirib. Tələbə ikən işləyib.
    Mən övladları çox da tərifləməyin tərəfdarı deyirəm. Amma babalar deyib ki, ata əi uşaqların kürəyində olmalıdır. Onda onlar daha güclü olurlar.
    Təbrik edirəm, adı qədim türk abidələrimizdən gələn Güntəkin qızım.

    19.11.2022
    Valideynlərə bir-iki kəlmə... nəsihət də demək olar.
    Dünən ad günü tamam olan qızım haqda bir-iki kəlmə yazmışdım. (Bununla bağlı çoxlu təbriklər gəldi. Zənnimcə indi ta təbrikə ehtiyac yoxdur. Sadəcə, yeri gəlmişkən bir ziyalı kimi öz arzu və düşüncələrimi qələmə alıram). Qeydlərimdə onu da demişdim ki, o, bizə heç vaxt əziyyət verməyib. Orta məktəbdə əla oxuyub. Ali məktəbi qiyabi yolla Fərqlənmə diplomu ilə bitirib. Bəs niyə qiyabı? Ailəmizə kömək üçün... O, digər ailə üzvlərimiz kimi yaxşı bilirdi ki, mən külfətimizi yalnız qələmlə dolandırıram. Bəziləri kimi, tələbə və aspirantların cibinə girmirəm, evə haram pul gətirmirəm. Haramlıqdan harınlıq yaranar... İndi o, özü ailə qurub. Bizdən bir az uzaqdadır. İki nəvəm var...
    Mən bunları niyə deyirəm? Artıq bir xeyli sinnim, qızımın iki yaşı qədər yaşım var. Üstünə sunami kimi gələn ahıllıq məni məsləhət verməyə təhrik edin.
    Valideyn üçün “qız-oğul” ayrıseçkiliyi olmasa da, qızlarınızın təhsil almasına, hərtərəfli inkişafına, incəsənətə meyl göztərməsinə xüsusi diqqət yetirin. İndi texnoloji möcüzələr və ünsiyyətlər dövründə yaşayırıq. Çalışın qızlarınız bir neçə dil öyrənsin, müsir texnikaya bələd olsun. Avtomobil idarə etməyi öyrənsin... Riyazi təfəkkürü inkişaf etsin... Ən əsası onlar kimdənsə asılı olmasınlar, kiminsə köləsinə və kölgəsinə çevrilməsinlər. Özləri vicdanlı olsalar vicdanlı balalar da böyüdəcəklər....
    Əlbəttə, başqa tövsiyələrim də var... Amma istəməzdim ki, zərif məxluğun zəif çiynini daha əlavə nələrlərlə “yükləyim”.

    19.11.2022
    “AĞILLI ADAM” Dağıstanda tamaşaya qoyulub. Bu barədə mətbuatda oxudum. Təbii ki, Dərbəndə getmək imkanım yoxdur.

    Azərbaycanın tanınmış yazıçı-filosofu, Əməkdar İncəsənət xadimi Firuz Mustafanın dram əsərləri bir sıra ölkələrin teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur. Bu günlərdə müəllifin “Ağıllı Adam” adlı pyesinin Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Azərbaycan Dövlət Dram Teatrında premyerası olacaqdır. Əsərin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyev, quruluşçu rəssam isə DR-nın Əməkdar Mədəniyyət işçisi Naida Alimetovadır.
    Yeri gəlmişkən, qeyd edək ki, bu pyesə bir neçə il öncə Əməkdar İncəsənət xadimi, mərhum rejissor Hüseynağa Atakişiyev Azərbaycan Dövlət Gənclər Teatrında uğurlr səhnə həlli vermişdir. Aradan keçən dövr ərzində əsərə müraciət edən digər teatrlar da olmuşdur.
    Teatrın yaradıcı kollektivi belə hesab edir ki, Firuz Mustafanın “Ağıllı Adam” əsəri sənətsevər tamaşaçılar tərəfindən maraqla qarşılanacaq.
    Tamaşa 19 noyabr tarixdə, saat 17-də Dərbənd ləzgi Teatrının bunasında olub.

    23.11.2022
    Həcər və Aqşın İstanbuldan qayıtdılar. Səhhətindən çox nigaran olsam da, Aqşın pis təsir bağışlamır, özünü yaxşı hiss edir.

    25.11.2022
    Rejissor dostlardan biri dedi ki, Bələdiyyə teatrının 30 illik yubileyi ilə bağlı hazırlanan “çarx” yazıçı E-nin xoşuna gəlməyib. Çünki orada yazıçı A. “dahi” kimi, E. isə sadəcə yazıçı kimi təqdim edilib. Mənim pyesimdən fraqment verilən həmin “çarxda” heç adım çəkilmədi və bunu heç vecimə də almadım.
    ...Axşam Musiqili teatrda “Qısa pyeslər” festivalına baxdım. Açılış oldu. Birisi fün (ayın 27-də) Rus Dram teatrında mənim də monomun (“Müqəvva”) tamaşası olacaq.

    26.11.2022
    ...Mətbuatın yazdığına görə, Naxçıvan gömrüyündə 132 milyon pul mənimsənilib... Olan işdir.
    ...Yadıma 1993-cü ildə şahidi olduğum bir hadisə düşdü. Bir məclisdə zarafatcıl köhnə iş yoldaşım yaşlı bir kişi ilə bizi tanış edib dedi:
    -Buyurun, tanış olun. Bu kişi mənim dayımdır. Əslində mənim yox, anamın dost-doğmaca dayısıdır, amma nə fərqi var, dayı elə dayıdır da... İndiyəcən üç tayonun katibi olub. İndi bu yaşında biznesmen olmaq istəyir. Allah xeyir versin. -Sonra uzünü “dayısına” tutub” dedi:- Ay rəhmətliyin nəvəsi, bu yaşda nə biznes? Bəyəm pulun yoxdur sənin?
    “Dayı” bozardı:
    -Niyə yoxdur? Pulu olmayanın alverdə nə işi?
    -Bəs nəyinə lazımdır sənin bu pullar? Görmürsən Qarabağ əldən gedir, xalqdan yığdığınn biq qismini qaytar ver o Qarabağa yardım fonduna... Qoy öləndə goruna and içsinlər...
    “Dayı” bərk qeyzləndı:
    -Mən o yığdığımın altına od vurub yandıraram, amma bu camahata bir qara qəpik də xərcləmərəm...
    ...Və deyinə-deyinə məclisi tərk etdi.
    “Bacıoğlusu” üzünü məclis əhlinə tutub dedi:
    -Elə bilirsiniz o, yalan deyir? Yox, vallah, doğru sözüdür. Çünki min bir cür zadnan (başqa söz dedmişdi, yazılası deyil), qannan-irinnən yığıb o pulları. İndi o pullar onun bütün həyatıdır. Bəlkə də öldüyünü əvvəlcədən bilsə ya yandıracaq, ya da gizli bir yerə basdıracaq öz sərvətini...
    ...Eh, gör bir aradan neçə il keçib. Olan işdir. Birdən yadıma düşdü....

    27.11.2022.
    Əziz dostlar, həmkarlar, teatrsevrlər.
    Mədəniyyət Nazirliyi Teatro.az portalı ilə birlikdə 4.4. qısa tamaşalar festivalı keçirir.
    27 noyabr 2022-ci il tarixdə saat 20.oo-da S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Əməkdar İncəsənət xadimi, yazıçı-filosof Firuz Muastafanın “MANEKEN” (“Müqəvva”) tamaşasına (monodram) baxış olacaq.
    Hamınız dəvərlisiz.
    Gələnlər-əsl sənətsevənlərdir.
    Ünvan: Xaqani küç, 7.

    27.11.22
    ...Artıq bildiyiniz kimi, Mədəniyyət Nazirliyi Teatro.az portalı ilə birlikdə 4.4. qısa tamaşalar festivalı keçirir.
    Bu gün -27 noyabr 2022-ci il tarixdə saat 20.oo-da S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında mənim “MANEKEN” (“Müqəvva”) tamaşasama (monodrama) baxış oldu. Bəribaşdan, bu zəngin proqramı hazırlayanlara təşəkkürümü bildirirəm. Belə tədbirlərin ağırlığını mən yaxşı hiss edirəm. Bu mənada bütün təşkilatçılara, tamaşaçılara və aktyorlara təşəkkürümü bildirirəm.
    Keçək tamaşaya. Doğrusu, əvvəlcə elə bildim ki, əsər Rus Dram Teatrında hazırlandığna görə ruscadır. Sonra məlum oldu ki, Azərbaycan dilində hazırlanıb. Xub. Bu, daha yaxşı.
    Amma səd heyiflər ki, tamaşa bir müəllif kimi məni qane etmədi. Demək olar ki, mənim mətndəki sözlədimə, fikirlərimə (bir neçə cümlə istisna olunmaqla) isnad edilməmişdi... Sanki yad bir müəllifin əsərinə baxdım.
    Əlbəttə, əsərin müsbət cəhərləri də yox deyildi. Oyun, plastika, musiqi... diqqətiçəkən idi. Amma məni daim bir avtor (müəllif) kimi yazdığım əsərin mətni ilgiləndirir.
    Hər halda uğurlar arzu edirəm.

    15.12.22
    Aktyor Əli Nur ilə MN-də oldum. Nazirliyin əməkdaşı Ülfət bəylə qısametrajlı film haqqında danışdıq. Sonra nazirliyin digər əməkdaşı Könül xanımla görüşdüm. Teatrlar haqda iradlarımı bildirdim. Kitabımı təqdim etdim.
    Bursadan BBT-nın qastrolundan təzəlikcə qayıdan Mərahim Fərzəliyev təəssüratını danışdı...
    Aqşin dərmanlarını içir. Şükür, deyəsən yaxşılaşır.

    16.12.22
    AYB-yə gedib Anarla görüşdüm. Ona yenidən “mənzil məsələsini” xatırlatdım. Bir qədər əsəbi olduğu hiss olunurdu. Mənim bu günlərdə mətbuatda çıxan müsahibəmdən narazılığını bildirdi. Mən orada yazmışdım ki, yeri gəldikcə Anarı və AYB-ni müdafiə etmişəm. O, dedi ki, məni müdafiə etməyə ehtiyac yoxdur. Mən bildirdim ki, təkcə şəxsən Sizi deyil, bəzən valideynlərinizi təhqir edənlərlə də sözləşməli olmuşam və mən bunu təkcə Sizə görə deyil, ədəbiyyat naminə etmişəm... Axır sözü bu oldu ki, “hələ hazırolmayan binadan sənə necə mənzil verim? Qoy bina haxır olsun, sonra bu məsələyə baxarıq”. Əslində Anar düz deyir. Onu qınamıram da. Mənzillərin sayı az, arzulayanlarsa çox...
    Axşamüstü Eşçin Hüseynbəyli və Tv-dən tanıdığm Natiq ilə 8-ci M/r-da nahar etdik... Bir az da “vurduq”.

    17.12.22
    YUĞ və Kukla teatrlarında oldum. Nəsə Yuğun müdiri İslam Həsənov neçənci dəfədir ki, telefon zəngindən qaçır.
    Kukla teatrınln Baş rejissoru Qurban bəylə görüşdüm. Ona istedadlı yazıçı Eyvaz Zeynalovun pyesini təqdim etdim. Eyvaza zəng etdim. O, yeni pyes göndərdi.
    ...Laçın dəhlizində bizimkilərin piketi davam edir.

    21.12.2022
    Nəvəm Fidanın ad günüdür. Amerikaya zəng vurub təbrik etdik.

    23.12.22
    Cümə günü. Hava soyuq olsa da, hələ pencəkdə gəzənlər gözə dəyir. Bizimkilər Laçın dəhlizində “ekoloji mitinq” keçirir, yəni Qarabağda torpaqlarımızın işğal və çirklənməsinə qarşı çıxış edirlər.
    ...Şəhərin (Bakının) mərkəzində də mitinq keçirilir. Siyasi məhbuslara azadlıq tələb olunur. Tofiq Yaqublunu həbs edib 30 sutkalıq cəzaya məhkum etdilər. Aqşin də dinc mitinqi müşahidə edənlərdən biri olub. Hətta, TV-da da veriblər.
    ...Bir qədər nasazam. Ayağımda ağrılar var.

    17.11.2022
    Aqşın Antalyada xəstədir. Bu barədə orada olan bir dostu zəng vurmuşdu.
    Təyyarəyə bilet aldıq. Həcər təcili oraya (Türkiyəyə) uçdu.

    18.11.2022
    Vurğnn Əyyubun ölümündən sonra çıxan ilk kitabının (“Ədəbi həyat”) təqdimat mərasimində iştirak və çıxış etdim.















    2023


    01.01.2023
    Aradabir, əslində isə mütəmadi olaraq özüm özümü, öz hərəkətlərimi təhlil edirəm. Əlbəttə, bilirəm, çatışmayan cəhətlərim var. Məsələn, səbrsizəm, hövsələsizəm. Əgər heysiyyətimə toxunan birisi olanda ya onu acılayır, ya da uzun müddət bunun altını çəkirəm, içimi yeyə-yeyə qalıram.
    Köçdüyüm mənzilə bir daha qayıtmıram. Bu ötən illər əezində çox kirayə və mənzillər dəyiımişəm.
    Tərk etdiyim iş yerinə bir daha qayıtmıram.
    Vəzifəyə gedən dostları axtarmıram, onlara zəng etmirəm, onlarla demək olar ki, görüşmürəm.
    İndiyəcən heç kəsdən borc almamışam.- bir-iki ekstremal situasiyanı nəzərə almasam. Bəzən, xüsusən, tələbəlik illərində, günlərlə acqaldığım vaxtlar olub, amma kimdənsə borc istəməyə üzüm gəlməyib.
    Heç də öz haqqımı cürətlə tələb edənlərdən deyiləm, amma başqaları dara düşəndə həmişə kömək etməyə çalışmışam.
    Kinliyəm. Haqsızlığa qarşı üzdə olmasa da daxilən etiraz etmişəm və bu etirazlar heç də həmişə “daxilimdə” qalmayıb; belə ki, yazı-pozularımda bədii və ya publisistik yazılarımda bu gizli “vulkanlar” həmişə püskürüb üzə çıxıb. Elə bir yazım, xüsusən hekayəm yoxdur ki, orada cəmiyyətin hansısa “axsayan” cəhəti ifşa və ya tənqid olunmasın.
    Gözəl qadınlara rəğbətim olsa da, daxili utancaqlığım ucbatından onlara difiramba demək əlimdən gəlməyib.
    Məişət işlərində tənbələm. Amma yazı-pozuda zənnimcə ən yorulmaz, ən məhsuldar adamlardan biriyəm. İntellektual əməkdən çəkinməmişəm. Az qala, tədris etmədiyim humanitar elm, fənn qalmayıb. Fəlsəfə (və onun tarixi), dünya ədəbiyyatı, dil tarixi, tarix, türkologiya...
    Əcnəbi dilləri mənimsəməkdə özümü zəif hesab edirəm. Rus dilindən tərcümələrim olsa da lüğətsiz keçinə bilmirəm.
    Maşın sürə bilmirəm. Bu, mənim üçün ən çətin işlərdən biridir. Hərçənd ki, sürücülük vəsiqəm və maşınım da olub.
    Uşqalıq dövründə uşaqların çoxunu, gənclik vaxtı gənclərin əksəriyyətini bəyənməmişəm. İndiki yaşımda, artıq ahıl demək olar, qocaları və qocalığı qəbul edə bilmirəm. Xüsusən, yerli-yersiz məsləhət verən qocaları....
    Bütün ailə üzvlərimlə aramızda bir pərdə saxlamağa çalışmışam.
    Az yeyənəm. Qarınquluları və qarınotaranları sevmirəm.
    Ən böyük düşmənim yaltaq və yalançılardır. Kökündə və xislətində “yal” olan bu “fenomenlərdən” uzaq gəzməyə çalışmışam...
    Eyni vaxtda bir bir neçə əsər üzərində işləməyi xoşlayıram. Daha doğrusu, buna vərdiş etmişəm.
    Vaxtilə siqaret çəkmişəm. İndi bu vərdişi tərgizmişəm. Arada dostlarla az da olsa “vurmağım” da olur.
    Həyatda sevdiyim adamlar çox olub və yenə də var. Qəlbimdə anamın və qızımım yeri məxsusidir.
    Az adamlarla zarafat edirəm. Çünki uzun illərin müşahidəsinə əsaslanıb deyə bilərəm ki, əksər adamlarla səmimi, təbii münasibətlər bir çox hallarda yaxşı nəticə vermir. Necə deyərlər, üz veriləndə astar istəyən, xoş üz göstərəndə şirnikən adamları az görməmişəm.
    Ömrümün az qala hamısı masa arxasında keçib. Ya yazı-pozu, ya mütaliə, ya da tədris prosesi... ilə məşğul olmuşam.
    Demək olar ki, şahmatdan başqa heç bir idman növünə rəğbətim yoxdur və əslində şahmatı heç idman növü dəhesab etmirəm.
    Səyahəti sevirəm. Amma başqa yerlərə gedəndə dost-tanış, qohum-əqraba evində qalmağı xoşlamıram. İmkan olanda hoteldə, olmayanda xosteldə qalıram. Son vaxtlar eşitmişəm ki, sən demə yad şəhərlərdə məscid və kilsədə yolüstü pul-parasız gecələmək olurmuş.
    Klassik musiqini xoşlayıram.
    Bilirəm ki, zahirən sərt görünüşüm var, amma daxilən kövrəyəm. Zahiri “sərtliyimin” bir səbəbi də bir neçə dəfə sifət iflici keçirməyimlə bağlıdır.
    Həyatım boyu çətinliklər məni izləyib. Maaş və qonorardan başqa hansısa gəlir mənbəyim olmayıb.
    Rüşvət almamışam. Halbuki bunun üçün həmişə “münbit şərait” olub. Tələbələrə, aspirantlara dərs demişəm, onlara daim dəstək olmağa çalışmışam. Fikirləşmişəm ki, insan ləyaqət hissini itirməməlidir.
    Ailəmdən çox razıyam. Məhz onların mənə olan diqqət, ehtiram və hörməti müqabilində bu qədər işləyə bilmişəm. Elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşam. Radio və TV-lərdə verilişlər aparmışam. Qəzetlərdə minlərlə yazım çıxıb. Redaktorluq fəaliyyəti ilə məşğul olmuşam. Romanlar, povestlər, hekayələr, pyeslər, monoqrafiyalar ... Bir sözlə, 50 cildlik bədii, publisistik yazılar və elmi əsərlər, təxminən bu qədər “gündəliklər” uzun illərin bəhrəsidir. Özümü heç zaman yazmağa məcbur etməmişəm... Yazı masam daim məni maqnit kimi özünə doğru çəkib.

    02-31.01.2023
    Gərgin keçən ayardan biri...
    Xəstələndim.
    Respublika Xəstəxanasında öddən lazerlə) əməliyyat olundum. Operasiya çox uzun çəkdi-4 saata qədər. Deyilənə görə, adətən, bu cür əməliyyatlar bir saat çəkir.
    Ayın sonunda xəstəxanadan sonunda evə qayıtdım.

    05.02.2023
    İki sarsıdıcı xəbər. Birincisi, bacanağım Firduz həlak olub.
    İkincisi, daha müdhiş: Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.Yüzlərə ev alt-üst olub, dağılıb. Minlərlə insan həlak olub.

    05.02.2023
    “Türkiyə mətbuatının verdiyi məlumata görə, Azərbycan yazıçı-filosofu, Respublikanın əməkdar incəsənət xadimi Firuz Mustafann “Neytral zona” adlı pyesi (“Tarafsız bölge” adı ilə) Trabzon Sanat Tiyatrosu Tst-də özünün ilkin məşqlərinə başlamışdır. Əsəri tanınmış rejissor Necati Zəngin tamaşaya hazırlayır.
    Yeri gəlmişkən qeyd edək ki, Firuz Mustafann “Neytral zona” adlı əsəri Ukrayna və Rusiya teatrlarında da da teatrsevərlərə təqdim edilmişdir.
    Bu yaxnlarda “Neytral zona” (“Tarafsız bölge”) Türkiyənin İstanbuldakı "Anatolya kitab" nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr edilmişdir. Əsəri Türkiyə türkcəsinə Abdulkadir Özkan çevirib.
    Teatrdan verilən xəbərə görə repertuara daxil edilmiş əsər tezliklə tamaşaçılara təqdim olunacaq...”

    05.01.2023
    Dirilərə rəhm, ölülərə rəhmət...
    Böyük yazıçımız Yusif Vəzir Çəmənzəminli və onun həyatının faciəli sonluğu haqqında sənədlər əsasında qələmə aldığım yazı sosial şəbəkə və qəzetlərdə dərc edildikdən sonra oxuculardan çoxlu məktublar aldım. Əgər xatırlayırsınızsa məqalədə ədəbin “son mənzili” haqda belə qeyd edilmişdi:
    “Для отбывания срока наказания направлен в Унженский ИТЛ прибыл 11 июля 1940 года. Работал бригадиром.
    Скончался 3 января 1943 года. Извещение о смерти направлено в ОАГС НКВД Хорезмской области за № 15/а31365 от 26.01.1943года.
    Место захоронения не сохранилось.
    Основание: Ф.92 арх. л/д 1168.
    Личное дело Везиров Юсуф Баба Оглы находится на хранении в Информационном Центре ГУМВД России по Нижегородской области.
    Заместитель начальника А.В. Иванов
    Начальник архива Т.Ю. Савиных”
    Doğrudur, qəbrin yeri tam dəqiq göstərilmir. Amma ümidvaram ki, axtarışlar olsa nəticə də olar.
    Mənə yazırlar ki, indi yazıçının vətənı Şuşa da azad olub. Niyə onun nəşi ilə maraqlanan yoxdur.?
    Kim maraqlansın? Məd. Nazirliyi kasıbdır. Ammma son 3-4 ildə oradan 250-300 milyon pul yoxa çıxıb. Ötən ay Rusiyada pyesim oynanılırdı , yol pulu tapa bilmədim getməyə. Kim gətirəsidir kimsəsiz yazıçının nəşini? Diriyə hörmət var ki, ölüyə də olsun?
    Allah dirilərə rəhm, ölülərə rəhmət eləsin.
    ...Həmkarım, yazıçı-türkoloq Tofiq Məlikli zəng vurmuşdu. Bir saata yaxın danışdıq. Həyardan, ədəbiyyardan.... Ən çox da “Tarixin kölgəsi” haqda...
    Tanınmış yazıçıdan ŞAD XƏBƏR: “Türkiyədən təklif gəldi ki…”
    Yeni Çağ Media Qrupu – Yanvar 06, 2023 - 17:42
    Tanınmış dramaturq Firuz Mustafanın “Neytral zona” əsəri Türkiyədə səhnəyə qoyulacaq.
    Yenicag.az-a açıqlama verən yazıçı pyesin Trabzon Sənət Teatrı tərəfindən səhnələşdiriləcəyini bildirib:
    “Bu əsər Azərbaycanda da səhnələşdirilib, amma müəyyən səbəblərə görə cəmi bir dəfə təqdim olunub. Amma Rusiya və Ukraynanın məşhur teatrlarında səhnəyə qoyulub və tamaşa anşlaqla keçib. Türkiyənin tanınmış rejissoru Nesati Zənginin istəyi ilə bu əsərim qardaş ölkədə də səhnə həllini tapacaq. Özləri mənə müraciət etdilər və razılığımı aldılar. Artıq məşqlərə başlanıb. Bu əsər bəşəri mövzuya həsr olunub. Pyesin əsas xəttini insan faktoru təşkil edir. Bütün dünyada insana olan laqeydlik, insan tənhalığı, insan faciəsinə diqqət yönəlib”.
    F.Mustafa bir arzusunu da dilə gətirib:
    “Azərbaycanda demək olar ki, bütün dünya dramaturqlarının əsərləri səhnələşdirilib. Fransanın elə bir dramaturqu yoxdur ki, onun əsəri teatrlarımızda tamaşaya qoyulmasın. Bir çağırış etmək istərdim ki, qardaş Türkiyənin də yazarlarının əsərləri mütəmadi olaraq Azərbaycan səhnəsində yer alsın”.
    Cəvahir
    06.02.2023
    Mədhiyyə yazmışdı dünən şənimə,
    Tərifin, qılığın beşi bir qəpik.
    Bu günsə bir "yaxşı" həcv yazıb mənə,
    Bakı küləyidir, şair deyil ki...

    15.01.2023
    “ŞAH” adlı almaz rus çarına qətliamı unutdurdu
    Tarix dərsliklərindən sizə yaxş məlumdur ki, 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşları tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Səbəbkar- iki təxribatçı erməni qadını olmuşdu. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub.
    Söhbət təlcə bundan getmir.
    Bəs gəlin görək Rusiya imperiyasının rəhbərliyi bu məsələyə necə münasibət göstərdi?
    Tehran səfirliyində baş verən qətliam əvvəlcə ciddi diplomatik qalmaqala səbəb oldu. Bir il öncə biabırçı Türkmənçay sazişini bağlamış İran yeni hədə hədəfi oldu. İran Şahı qorxudan tez əl-ayağa düşdü, Rusiya ilə münasibətləri nizamlamaq üçün nəvəsi Xosrov Mirzəni Sankt Peterburqabir növü girov göndərdi. Onun vəzifəsi səfirin öldürülməsinə görə üzrxahlığın qəbul edilməsinə və təzminat yükünün yüngülləşdirilməsinə nail olmaq idi. Onun Rusiya imperatoru I Nikolaya təqdim etdiyi saysız-hesabsız zəngin hədiyyələr arasında məşhur, qiyməti milyardlarla ölçülən "Şah" almazı da var idi. Alması görəndə Çarın, necə deyərlər üzü güldü, gözü kəlləsinə çıxdı. I Nikolay – Xosrov Mirzəyə almazı qəbul edərkən çox məmnun oldu, baş verən qətliamı unutdu və sevincək dedi: "Mən bundan sonra faciəli Tehran hadisəsini əbədi unudacagamm".

    07.01.2023
    Nemət Pənahlının canlı yayımda əlləri (başı) üstə dayanmağı çoxlatının, yumşaq desək, təəccübünə səbəb olub. Gəlin bir anlığa fikirləşək: bəyəm burada heyrətaminz nəsə var ki?
    Əcaba, canlı yayımda yumruq davasına qalxan, nəinki əlinin hətta əlinin bir barnağının üstə dayanan, rəqs edən, dombalaq aşan siyasətçiləri heç görməmisiz?
    Nemət Pənahlı əlinin üstə dayanıb. Burada pis nə var ki? Onun tay-tışlarının (60 yaş cıvarında) əksəriyyəti bu yaşda nəinki əllləri üstə, heç aya üstə dayana bilmirlər.
    Siz də başlamısız ki, belə...

    08.02.2023
    Bu, son məkyub imiş....
    ...kaş bu sonuncu məktub olmayaydı...
    Bir neçə gün öncə öz arzularımı bu cümlələrlə ifadə etmişdim. Bu gün eşitdim ki, dostumuz Abdulkadir bizim bu ümid dolu arzulardan bir qədər öncə həyatla vidalaşıb. Onun ruhsuz bədəni yaşadığı evin uçqunları arasında qalıb. Mən bu müdhiş xəbəri eşidətkən istər-istəməz onun və ailəsinin Kahraman Maraşdakı evlərini xatırladım. O geniş, səliqəli mənzildəki otaqların birini Abdulkadir üçün ayırmışdılar. Otardakı rəflər kitablarla dolu idi. O kitabların çoxu Azərbaycan yazıçılarının əsərləri idi. Kitab dənizində az qala itən və məmnun-məmnun gülümsəyən gənc dostumun özü də bu anlarda sirli bir kitaba bənzəyirdi. Divardan Azərbaycan sazı asılmışdı. Zarafatla dedim:
    -Dınqılada bilirsən?
    Onün gülüş oynayan sifətinə ciddi bir ifadə qondu:
    -Dınqldatmaq niyə, müəllim? Çoxlu saz havalarını ifa edirəm.
    Əlimi çiyninə qoyub gülümsədim. Bildi ki, zarafat edirəm.
    -Şaka yapıyorum-dedim.
    -Bilirəm-deyə, əlini mənə sarı uzatdı. Onun zərif, yumşaq əllərini ehtiyatla sıxdım...
    Sonra biz onun (arabasında) maşınında Kahraman Maraşdan Elaziğa doğru yol aldıq. Orada kitab sərgisi və imza günü olacaqdı. Yeri gəlmişkən deyim ki, o, mənim “Dəniz karvanı” povestimi və”Neytral zona” adlı pyesimi çevirmişdi. Pyesi artıq İzmir Sənət teatrosu qəbul etmişdi. Bu barədə teatrın rəhbəri Necati Zəngin məlumat vermişdi. Deməli, əli yüngül imiş dostumuzun...
    Elağıza gedərkən yolboyu müxtəif mövzularda söhbətimiz olurdu. Ən çox da dilimizin sirli qatlarından...
    - Abdulkadir bəy, sizdə “gözüm su içmir” ifadəsi işlədilir?.. Yox? Bəs “ağlım bu işdən bir şey kəsmir” ifadəsi necə? O da işlədilmir? “Nə əldən qoyur, nə yardan qoyur” necə?
    Sonra Abdulkadir səbrlə həmin ifadələrin türkcə, həta bəzən maraq göstərdiyi rus dilində qarışığını tapıb geniş izah edirdi.O, tərcümə zamanı frezeoloji ifadələrə, onların məna çalarının mahiyyətinə xfikir verirdi...
    Dostumuz Azətbaycanı, onun təbiətini, adamlarını, xörklətini, musiqisini necə sevirdi. Sanki öz vücudu ilə o, Azərbaycanın bir parçası idi...
    ...Artıq Abdulkadir haqq dünyasındadır. Səhv etmirəmsə, onun ailə üzvlərindən yalnız biri- Akif bəy sağdır. O da təsadüf üzündən evdə olmayıb, əsas iş yeri İstabuldadır.
    Artıq yuxarıda qeyd olunduğu kimi, Abdulkadir son məktubunda yazır ki, mənim “QAPI” romanımı tərcümə edib.
    Mən bu yerdə məktubdan bəzi seçmələri vermək məcburiyyətindəyəm:
    ...“Qapı” için gözel işledim, ruhunu saxladığımı güman edirem. ..
    Son olaraq bunu bölüşmem lazım, “Qapı”nı oxuyanda size olan hörmetim bir defe de arttı...
    Çox tesirlendim. Sanki bir kimise yox, böyük bir teşkilat eyleşib yazıb kimi kitabı, bir kelayağı kimi işlenib eser. Tercümeni mene verdiğiniz ve mene inan elediyiniz için sağ olun, sayenizde özümle fexredirem…”
    Mən bu sətirləri nədən bir daha yada saldım? Deməli, “QAPI” romanının tərcüməsi onun bilgisayarındadır… Salamatdır… Ümidliyəm… Basin sağ olsun, Türkiyəm… İndi mən bu qlobal və local faciələrdən sonra hədsiz dərəcədə sarsılsam da, bir möcüzəyə inamım qalıb. Bəlkə, həmin tərcümə Abdulkadirin daim özü ilə, çox zamansa arabada gəzdirdiyi kompyuterdədir? Bəlkə romanın tərcüməsi itməyib? Bəlkə... Bəlkə..
    “Bəlkələr” çox, Abdulkadir Özkan isə həyatda yoxdur. Amma onun qiymətli tərcümələri qalmaqdadır. O tərcümələr dostumuzun ömrünün yarımçıq qalan hissəsini yaşadacaq və yaşatmadadır...
    P.S.
    Həmkarımız Aslan Quliyev gərəkli bir təkliflə çıxış edıb: Abdulkadir Özkan haqda xatirələri toplayıb bir məcmuə və ya kitab kimi nəşr etmək. Zənnimcə, mənim bu müxtəsər yazım da elə həmin xatirələrdən biri kimi o kitaba daxil ola bilər... və bəlkə xatirəsi bizim üçün daim əziz olan dostumuzun sevərək tərcümə etdiyi “QAPI”nın da qapısı bir gün açıldı. Onun ruhuna ehtiram olaraq.
    13.02.2023
    ...Türkiyədə baş verən müdhiş zəlzələ (deprem) zamanı, eşitdim ki, Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı və tərcüməçisi gənc dosrumuz Abdulkadir Özkan da uçqunların altında qalıb. Mən onunla əvvəllər qiyabi tanış olsam da, bu ötə payız daha yaxından, şəxsən tanış olmuşdum.İstiqanlı, zarafatcıl, emosional bir gənc idi. (Yeri gəlmişkən, bizim yazıçılardan bir çoxunun əsərləri məhz onun sayəsində Türkiyədə tərcümə və nəşr edilib. Məsələn, mənim bildiklərimdən Əfqan, Eyvaz Zeynallı, Əlabbas Bağırov, Aslan Quliyev, Arif Ərşad və digərləri).
    Bir neçə gün öncə mənə Abdulkadir Özkanla telefonda danışdıq. Dedi ki, bir balaca nasazdır. Sən demə, mənim əməliyyat olunduğumu da eşidibmiş. “Keçmiş olsun”- dedi. Sevindirici xəbər verdi: “QAPI” romanımı artıq türkçəyə çevirib. Əsər haqda xeyli xoş sözlər dedi, mənim tərifi sevmədiyimi bildiyi üçün az sonra məkyub yazıb ürəyindən keçənlərin qalanını da yazlı göndərdi. Tanrıdan arzum budur ki, bu, onun sonuncu məktubu olmasın.
    Budur həmin məktub:
    ... Firuz Bey salam! Necesiz yaxşısız inşallah. Eger meni soruşursanızsa, düzü xesteyem, hetta bu gün bir neçe gün için xestexanaya yatma ehtimalım var imiş. Yoxlamaya gedecem. İnşallah alınmaz. Amma sağalacam, veziyetim pis deyil. Bu sebep ile "qapı"da kaldık. “Cennet Çiçeyi” romanı hele yarımçık, qutarabilmedim. “Qapı” için gözel işledim, ruhunu saxladığımı güman edirem. Xülasa tercümeleri fevralın başında yox axırında tehvil verecem size. ...
    Son olaraq bunu bölüşmem lazım, “Qapı”nı oxuyanda size olan hörmetim bir defe de arttı, mazur görün ifademi, futbolda, meşkte bir tabir var "ters köşe", belke siz eks qıraq deyersiz, qapıcı kimi eks qırağa yattım. Çox tesirlendim. Sanki bir kimise yox, böyük bir teşkilat eyleşib yazıb kimi kitabı, bir kelayağı kimi işlenib eser. Tercümeni mene verdiğiniz ve mene inan elediyiniz için sağ olun, sayenizde özümle fexredirem. İşleriniz avand olsun. Soruşanlara salam deyin. Görüşenedek...
    “Firuz Bey, xeste olduğuma göre ne Facebooka girirem ne de dostlar ile danışıram düzü, heç xeberim yox idi sizin narahatlığınızdan, Heqiqeten çox üzüldüm. Atamnan bölüşecem, ev halqıynan da, size dua edeceyik, inşallah tecili taparsız şefanızı. Çox qeçmiş olsun. Meslehetleriniz için elelxusus teşekkür edirem. Menim için çox qiymetli. Sizden öyreneceyimiz çox şey var. Görüntülü danışabilerik elbette sesinizi eşidende bele şad oluram, amma madem operasiya qeçirdiniz dincelmeye üstünlük vermeniz lazım. Mene gelende sağalaram, ele deyirler, köhne problemin ferqli varyantı amma tehlükeli deyil, çox işlediyime göre yaranıb. Yeriyebilmirem, çetinlik çekirem, hemişe yatıram ve dermanlarnan mürgüleyirem. Size seher yazanda xesteneye yatmalıydım indi plan deyişti, belke obiri xefte yatacam bir hefte vesselam. Yeni yaxşıyam meni derd elemeyin.
    ...Fevralda gelebilmeyecem. Eslinde teyyare biletini götürmüş idim amma marta, belke olsun ki martın axırına gelebilecem. Xahiş edirem köhne sağlamlığınıza qovuşun tecili. Bilirsiz sizi ne qeder sevir, xetirinizi ne qeder isteyirik. Salamlarınızı çattıracam, siz de soruşanlara salam deyin. Hörmet edirem. Yaxşı günlerde tezeden görüşenedek...”

    12.02.2023
    Yaralararım yavaş-yavaş qaysaq bağlayır.
    Bacanaq Firduzun 3-ü (7-si birgə) verildi. Aqşinlə gedib başsağlığı verdik.
    Güntəkinlə danışdıq. (ABŞ-dan). Uşaqlar yaxşıdır. Qaldığımız evə müştəri çıxıb. Mənzilin sənədləri düzəldirik.
    Yazı-pozu ilə məşğulam.
    Çox vaxt evdə gəzişirəm.
    Havalar sərt keçir- quru şaxtadır.

    16.02.2023
    Qafqazlı qiyamçı, ruslara qarşı uzun onillər boyu mücadilə etmiş Şeyx Şamilin vəfat etdiyi gündür.
    Şamillə bağlı düşünərkən dahi Lev Tolstoyun “Hacı Murad” əsərini xatırladım. Həmin əsəri əvvəlcə təbii ki, Azərbaycan türkcəsində oxumuşdum. Sonralar bu povesti rusca oxuyarkən Şeyx Şamillə öz müdidləri arasındakı dialoqlarda onların bir çox hallarda bizim dildə danışdığını “görəndə” təəccüblənmişdim. Və özümçün belə bir müəyyənlik hasil etmişdim ki, Şamil və Hacı Murad kumık və yaxud türk (azərbaycanlı) əsilli olmuşdur. Bu ehtimal üçün əsaslar çoxdur...
    (Bakının mərkəzində Şeyx Şamilin adını daşıyan küçə var.
    “Gənclik” metrosundan bir az yuxarıda, Əlcəzair səfirliyinin yerləşdiyi küçə isə uzun müddət Hacı Muradın adını daşımışdır).
    ....Bildiyimiz kimi, əvvəllər Hacı Murad öz imamı Şamilin ən sadiq və cəsur müridlərindən biri olub. Sonralar əks cəbhəyə keçərək Şamilə qarşı vuruşub. Müəyyən zaman keçəndən sonra isə öz hərəkətindən peşiman olaraq, yəni rusları tərk edərək Şamilin yanına qayıtmaq istəyib. Bu igid döyüşçü Şəki yaxınlığında çar əsgərləri tərədindən qətlə yetirilib. Ruslar onun başını kəsib Peterburqa aparıblar, hazırda müzeydə saxlanılır; bədəni isə, səhv etmirəmsə, həlak olduğu yerdə dəfn olunub... (Nədənsə, Hacı Murad mənə yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanının qəhrəmanlarından biri- bolşeviklərə qarşı vuruşan Qəmlo obrazını xatırladır-F.M.).
    Şeyx Şamillə bağlı söhbətə qayıdaraq bir də onu demək istəyirəm ki, Dağıstan imamının üç zövcəsi vardı. Onun sonuncu arvadı ermənı qızı olub, əsl adı da Anna... Bu izdivacın isə maraqlı bir tarixçəsi var. Belə ki, Şamilin döyüşçüləri Mozdoka hücun edərək qənimətlər əldə etmişdilər. Amma bu qənimətlərdən ən qiymətlisi bu gün-sabah toyu olacaq Anna idi. Onu naiblərdən biri atın tərkində gətirib İmama hədiyyə etmişdi. Əvvəlcə bu “hədiyyəni” qəbul etməyən Şamil sonra qızın da onun şöhrətindən xəbərdar olduğunu və geri dönmək istəmədiyini görüb onu özünə arvad etmişdir. Tezliklə gözəl erməni qızı Anna müsəlman dinini qəbul etmiş, Quranı əzbərləmiş, Şamilin ən sevimli arvadı olmuşdu. Şeyx öz təzə zövcəsinə təzə ad da vermişdi: Şuaynat...
    Şeyx Şamil ruslar tərəfindən əsir götürülərkən xahiş edib ki, Şuaynat da onunla birlikdə olsun. Onun ricası çarın razılığı ilə təmin olunub. Onlar, yəni Şamil ilə sonuncu arvadı Peterburqda və Kaluqada da birlikdə yaşayıblar. Hər ikisi ömrünün sonlarına kimi öz eşqinə sadiq qalıb...
    Bəli, Şeyx Şamilin belə bir eşq tarixi də olmuşdur. Bununla bağlı, xüsusən Dağıstanda çoxlu bədii əsərlər yazılmışdır. Əvvəllər, Stalin dövründə Şamili “quldur, qaniçən” adlandıran məşhur avar şairi Rəsul Həmzətov da sonralar öz şöhrətli həmyerlisi haqqında əsərlər yazmış, onun şücaətini, igidliyini vəsv etmişdir...
    ... Şamilin çarizmə qarşı mübarizəsi ilə bağlı bizim görkəmli filosof-tarixçi alimimiz Heydər Hüseynovun da samballı əsəri vardır. Həmin tədqiqat işi tarixi materiallarla zəngindir... Sonralar bu əsərə görə əsassız hücumlara məruz qalan, Bağırovun qəzəbinə tuş gələn marksist filosof, təhdid və təhqirlərə dözməyərək intihar etmişdir...
    ...Bəli, belə hesab edirik ki, özünün bütün ziddiyyətli hərəkət və xarakterinə rəğmən, Şeyx Şamil yaşadığı dövrün qəhrəmanı olmuşdur.
    ...Havalar tutulub-açılır.
    ... Birdən xatırladım ki, iki gündən sonra ad günümdür. Amma mən heç zaman ad günümü xüsusi olaraq qeyd etməmişəm...

    19.02.23
    19.02.2023
    Filosof həmkarım Səlahəddin Xəlil ad günümlə bağlı yazıb:
    “Təbrik edirəm!
    Bu arada, - özümə bir sualım var:- Xalq özündən olanı niyə görə bilmir?
    və ya
    Firuz Mustafa – 70, - niyə səssiz-səmirsiz keçir: sanki nə yuxarılar fərqindədir, nə aşağılar: əlbəttə, - oxuculardan, tamaşaçılardan, sevənlərdən başqa. Bəlkə fəlsəfəçilər incikdilər ki, niyə vaxtını daha çox ədəbiyyata ayırır, - axı, fəlsəfənin də ona ehtiyacı var... Bəs ədəbiyyatçılar, bəs jurnalistlərimiz?
    İzahı:
    Qeyri-adi deyil, - adidən adi, sadədən sadədir.
    Nəzərə çarpacaq bir əlahiddəliyi yoxdur: xalqın fövqündə deyil, - içindədir.
    Nə iqtidar, nə müxalifətdir, - arxasında hansı isə siyasi camiyə yoxdur.
    Özünü təbliğ eləməyi “bacarmır” və ya buna cəhd eləmir, vaxt ayırmır... Halbuki günümüzün ən məhsuldar yazıçı-dramaturqu, həm ölkımizdə, həm xaricdə ən çox çap olunan müəlliflərdən biri, bəlkə də birincisidir.O, dilimiz barədə şüarlar yazmır, amma öz dilimizdə yazır və müasir Azərbaycan dilinin zənginliyini, şirinliyini, şeriyyətini işdə - əsərləri ilə nümayiş etdirir. Və s., və s.
    Səlahəddin Xəlil”.

    21.02.23
    Xalq yazıçısı Elçinlə telefonla danışdım. “Daha dərin qatlara” kitabını göndərib, diqqətlə oxuyuram. Maraqlıdır. Elçin geniş erudisiyalı yazıçıdır.

    26.02.2023
    Yeni evə baxdıq. 7-ci m/r-nun girişindədir. (Amma sonralar bu “alver” baş tutmadı, beh də batdı, “maxler” də aradan çıxdı). Bəyəndik. Beh verdik.

    27.02.2023
    Baxıb bəyəndiyimiz ev sövdələşməyimiz alınmadı. Sahibləri arasında mübahisə düşdü. Sən demə, problemli ailə imiş. Hərəsi bir yana dartdı....Hələ verdiyimiz behi də də ala bilmirik.

    01.03.2023
    Gənclik tərəfdə bir ev bəyəndik. Bahadır. Uşaqlar dedilər ki, kömək edərik. Görək nə olur. Razılaşdıq. ASAN-a gedib müqavilə bağladıq.

    02.03.2023
    Hacı Şahin adlı din xadiminin ölümü və izdidamlı dəfni. Dinlə bağlı fb-də 1-2 status yazdım. ( Məs: Yırtıci dövlət məmurlarına inamını itirən, Şah rejimindən bezən xalq, sonda "mömin" din xadimlərinə üz tutmuş, pənah aparmışdı.
    ...Ötən əsrin 70- lərində İranda belə oldu. Nəticə də məlum.
    P.S. Əlavə etməli oldum: mən dinimizə və digər dinlərə böyük ehtiram bəsləyirəm...)
    Aktyor Əli Nurla çay içdik. Deməsinə görə qısametrajli film üçün yazdığım ssenari “yuxarılarda” bəyənilib. ...
    Amma məndə nəyinsə baş tutacağına ümid yoxdur.

    04.03.2023
    Əhmədli tərəfdə oldum. Orada “Köhnə mebellər” mağazasına baş çəkdim.
    ...Xətai rayonu ərazisində quldurlar inkassatorlara silahlı hücum ediblər. Ölən var.
    Axşamüstü rejissor Mərahim Fərzəlibəyli ilə çay içdik.

    05.03.2023
    İndi fəlsəfə və dindən danışan “bilicilərin” sayı artıb...
    Fəlsəfə və dinin oxşar və fərqli cəhətləri çoxdur. Geniş mövzunun qısa xülasəsi haqda bunu demək olar: Din daha çox inama, fəlsəfə rasionalizmə söykənir. Din kütləvi səciyyə daşıyır, fəlsəfə isə elitar. Oxşar cəhətləri: hər ikisi kainatda insanin yerini axtarır. Hər ikisi ictimai şüur formasıdır.
    P.S. Din- açıq səma, fəlsəfə isə boş səmada bərq vuran (parlaq) cismlər misalındadır.
    p.s.s.
    Qoy bu da boşluğu dolduran bir təşbeh olsun.

    05.03.2023
    İbadət insanı itaətə deyil, ləyaqətə aparan müqəddəs bir yol olmalıdır.

    07.03.2023
    İçimdəki tənhalığın içindəyəm.

    08.03.2023
    Türkiyədə-Qayseridə yaşayan dostum Abdurrahmam Karaköse az qala hər gün poetik prçalardan tərcümə edib göndərir.

    13.03.2023
    Bazar ertəsi. Hava mülayim olsa da arada soyuq küləklər əsir. Şəhəri gəzib-dolaşdım. Dostum Fazilin “idarəsində”- “Ayparada” Fazil bəylə (Mustafayev) çay içdim.
    ....(Müsahibəm dərc olunub)
    “Hansı telekanala baxırsan, o bunu evləndirir, bu onu ərə verir” - Tanınmış yazıçı
    Yeni Çağ Media Qrupu – Mart 13, 2023 - 18:48
    “Hansı telekanala baxırsan, o bunu evləndirir, bu onu ərə gedir. 80 yaşlı kimi özünə arvad, 90 yaşlı qadın özünə ər axtarır. Bu tipli verilişlərə baxan tamaşaçı da düşünür ki, teatr bu verilişdən maraqlı olmayacaq ki…”
    Bunu “Bu gün tamaşaçını teatra gətirmək üçün neyləmək lazımdır?” sualını cavablandırarkən tanınmış dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.
    Yazıçı bunun səbəblərini sadalayıb. Təbliğatın, eləcə də teatrlarda repertuar planının zəif olduğunu vurğulayan Firuz Mustafa çıxış yollarını da göstərib:
    “Tamaşaçını teatra gətirmək üçün yaxşı tamaşalar hazırlanmalıdır. O tamaşaların güclü reklamı olmalıdır. Hansı telekanala baxırsan, o bunu evləndirir, bu onu ərə verir. 80 yaşlı kimi özünə arvad, 90 yaşlı qadın özünə ər axtarır. Bu tipli verilişlərə baxan tamaşaçı da düşünür ki, teatr bu verilişdən maraqlı olmayacaq ki… Ona görə də teatra getməkdənsə, evdə oturub Hüseynqulu kişi ilə Xeyransa arvadın sevgisinin aqibətini izləməyə üstünlük verir. Yəni bu tip verilişlərlə tamaşaçının zövqünü aşağı salırlar.
    Digər səbəblərdən biri də, yaxşı tamaşaların təbliğ olunmamasıdır. Eyni zamanda repertuar planları çox zəifdir. Söhbət bütün teatrlardan gedir. Yaxşı əsərləri bəyənmirlər.
    Bizimkiləri bəyənmirlərsə də, dünyada o qədər gözəl səhnə əsərləri var ki, bəs onları niyə tərcümə edib səhnələşdirmirlər? Tərcümə olunan əsərlər də var… Tamaşaçını uşaq yaşından səhnəyə, teatra alışdırmaq lazımdır. Avropa ölkələrində uşağı 2-3 yaşından teatra, simfonik musiqi gecələrinə gətirirlər. Səbəblər çoxdur. Aktyorların dolanışıq səviyyəsi də rol oynayır. Düzdür, bir çoxları yüksək məvacib, təqaüdlər alır. Amma sənət adamlarının dəfn mərasimləri arzuolunan səviyyədə təşkil olunmur. Görürsən sıradan bir adamın vida mərasimində tabutun arxasınca onminlərlə adam gedir, amma aktyor dünyasını dəyişir, son mənzilə beş adam yola salır. Təbliğatdan da çox şey asılıdır”.
    Cəvahir www.yenicag.az

    14.03.2023
    Mərhum dayım Nahid Hacızadənin və eləcə də Anarın doğum günüdür. Vaxtilə onlar haqda yazdığım esseləri fb-də paylaşdım.

    18.03.2023
    Haaqadakı Beynəlxalq Məhkəməsi Putinin həbs edilməsi ilə bağlı order verib. Order Ukraynaya Putinin Roma Əsasnaməsini imzalayan dövlətlərin ərazisində - bu isə 123 ölkədir, onun həbsini tələb etməyə imkan verir.

    20.03.2023
    Günün ikinci yarısı Elçin müəllimə zəng vurdum. Bahar bayramı münasibəti ilə təbrik etdim. Mən soruşmasam da özü ev məsələsinə toxundu. Anarla bu barədə söhbət etdiyini bildirdi. Onu da bildirdi ki, Anar hələlik konkret bir cavab vermədi. Daha doğrusu, Sədrimiz bunun bir az “çətin məsələ” olduğunu qeyd edib. Mənə çatanda hər şey çətin olur.
    Küləkli havadır.

    22.03.2023
    Bu gün tanınmış tv-produsser Oqtay Əliyev öz maşınında qəzaya düşüb həlak oldu. Onunla birlikdə maşında olan həyat yoldaşı aktrisa Dilarə, və digər bir aktrisa Mehriban Zəki yaralanıb. Mən Oqtayın ata-anasını və qardaşı Elçini yanıyıram. Hamısı incəsənət adamıdır.

    23.03.2023
    Aqşin “Şahbazidə” evin təmiri, daha doğrusu yır-yığışı ilə ilə məşğuldur. Elə biz də evin məsələsi ilə məşğuluq. Ev satmaq və almaq da bir mürəkkəb işə çevrilib. Hələlik nə köçə bilirik, nə də köçürdə bilirik.

    24.03.2023
    Ermənistanın Konsititusiya məhkəməsində bu gün Haaqanın müvafiq məhkəmə təşkilatına üzv olmaq məsələsinə baxılıb. Səbəb aydındır: Putinə, daha doğrusu onun nə vaxtsa Ermənistana səfər etməsinə indidən xox gəlmək və Avropaya "hüquqi inteqrasiya" mesajı göndərmək... Rusiyanın bir çox informasiya qaynaqları buna görə özünü yırtıb-dağıdır, şivən qoparır. Hətta ahıl bir tus icmalçısı TV-də çıxış edərək rusların tarix boyu ermənilərə dəstək verdiyini, arxa durduğunu yana-yana bildirdi. Sonra da da dedi ki, innnən belə Azəərbaycana kömək etmək lazımdır ki, erməniləri əzsin.... Bu da “müdrik” rus siyasəti...
    Ruslar Ukraynada özlərini biabır etməkdədir: ordu hər gün təxminən 800-1000 hərbçi itirir. Hiss olunur ki, Putin başını itirib. 2-3 gün əvvəl Çin liderinin Moskvaya səfəri zamanı onun dizləri həmişəkindən çox titrəyirdi.

    28.03.2023
    ...Evdə (“Gənclik”də) gərgin iş gedir. Elə mənim əsəblərim də gərilib, tarıma çəkilib... Yenə toz-torpaq, yenə usta ilə “çənələşmələr”, yenə oboy, gəc, sement axtarışı... 3 ildən bəri yaşadığımız evi satmışıq. “Təzə evə” isə köçə bilmirik. “Təzə”-deyəndə ki, köhnə tikilidir, sadəcə bizim üçün təzə olmalıdır...
    ... Axşamdan xeyli keçmiş sosial şəbəkələrdə oxudum ki, deputat Fazil Mustafaya (Qəzənfəroğlu) Zabratda evinin ağzında odlu silahdan atəş açıblar. Atılan 6 “kalaşnikov” gülləsindən ikisi deputatın çiynini və ayağını yaralayıb.
    Fazil bəylə xoş münasibətimiz var. Vaxtilə bizim institutda (Fəlsəfə İnstitutu) müdafiə edib. Mənim kitablarımı oxuyub, əsərlərimin tamaşasına gəlib, rəylər yazıb, fikir bildirib. Bir sözlə aydın bir şəxsdir. O, özü inanclı adamdır. Amma cahil dindarları tənqid etməkdən çəkinmir. Elə bu cür cahillərlə də daim çəkişmədə-dartışmadadır...
    ...Gecə yuxuda gördüm ki, haradasa (deyəsən EA və yaxud “nəşriyyat” binasında) dostlarla söhbət edirik. Birdən Fazil Mustafa gəlib çıxır. Vəziyyətini soruşuruq. Gülə-gülə ucadan deyir ki, boş şeydir. İki yüngül bıçaq zərbəsi vurublar. Biz deyirik ki, axı mətbuatda elan olunub ki, avtomatdan atəş açıblar. Gülümsəyib astadan deyir ki, əslində elədir. Amma “polis” məsləhət gördü ki, hləlik bımağı diqqətə çəkək, avtomat qalsın sontaya. Görünür, bu da bir priyomdur.... Hamı gülür.

    29.03.2023
    Günəşli havadır. Mətbuat daha çox bir neçə gün əvvəl qəzada həlak olmuş Tv-prodüsser Oqtay Əliyevvə dünən avtomat atəşinə mətuz qalmış Fazil Mustafadan yazır.

    01.04.2023
    Radikulit amanımı yamanca kəsib. Ağrılar kürəyimdən başlayıb diziməcən vurur...
    Bu beynəlxalq zarafat günü Masazırdan “Gənclik” metrosuna köç etdik. Köç ağır işdir. Evdə hər şey qarmaqarışıqdır.

    02.04.2023
    Taksiyə minib Biləcəriyə gedirik. “Taksist” keçmiş polis işçisidir. Deyir ki, yaxşı pensiya alıram. Düzdür işləyəndə hər gün pul-para olurdu, hətta komandirimə ayda 3 min manat verirdim, o qədər də özümə qalırdı, amma elə bil kəbinli arvad idim. İndi azad nəfəs alıram. Arada maşınımı qarajdan çıxarıb az-çox qazanıram. Əslində heç nəyə ehtiyacım yoxdur. Bu işi də elə-belə, boş-bekarlıqdan götürmüşəm.

    05.04.2023
    Yenə taksidəyik... Qiymət çox ucuzdur, təxminən avtobus pulu qədər... Sürücü Qumda təhsil alıb. Deyir ki, son günlər İranda oxuyub gələnlətin “ovuna” çıxıblar.Tutulanlardam 1-2-sini tanıyıram. Guya narkotika istifadəçiləridir. Deyirəm ki, bəs onda həmin adamların tez-tez, həftə səkkiz mən doqquz İrana səfər etməkdə məqsədləri nə olub? Cavab belə oldu: “Xeyr, mən başımla cavab verə bilərəm ki, onların heç biri agent deyil. Sadəcə olaraq İranda evləniblər, orada arvad-uşaqları var... Bir də ki, İranda xeyli ucuzluqdur. Oradab xırım-xırda mal gətirib satırlar...”

    07.04.2023
    Mərahimlə çay içdik. Sənət söhbəti etdik. O, hazırda iki tamaşanın məşqləri ilə məşğuldur- İ.Əfəndiyevin “Qarabağnamə” və Ç.Aytmatovun “Ana tarla” əsərlərini hazırlayır.

    09.-10.04.2023
    “Azdramanın” direktoru və bədii rəhbəri, eləcə də baş rejissoru AzərPaşa ölüb. Sosial şəbəkələrdə ona rəhmət deyənlərlə yanaşı lənət deyənlər də var. Dünən onu pisləyən aktyorların bir çoxu yalandan kədər maskası taxıb. Açıq- aşkar sevinənlər də var...

    11.04.2023
    Bu gün Bakıda Teatr forumu keçirilib. Mübarəkdir... Amma və lakin... nədənsə dramaturqları dəvət etmək unudulub. Hər halda, mənə zəng edən həmkarlarımı nəzərdə tuturam. Bu, ona bənzəyir ki, teatr binası var, rejissor var, rəssam var, qrimçi var, qarderobçu var, qapıçı var, ortada oynamağa əsər, yəni pyes yoxdur. Allaha şükür, ölkədə hələ 4-5 nəfər peşəkar dramaturq qalmaqdadır.
    F.M.
    Əməkdar incəsənət xadimi,
    AYB-nin Dramaturgiya sektorunun rəhbəri,
    İki dəfə C.Cabbarlı mükafatı laureatı.
    p.s.
    Bilənlər bilir, mən heç vaxt adımın arxasında fəxri adları yazmıram. İndi yazdım ki, heç olmazsa gələn əsrdə belə "yaddançıxmaqlıq" olmasın.
    Bəndənizin neçə əsərinin neçə ölkədə və hansı teatrlarda səhnəyə qoyulduğu ilə maraqlananlar isə bunu ən azından interresurslardan öyrənə bilər.
    İngilislərin tərtib etdiyi elektron ensiklopediyada ("21-ci əsrin dramaturqları") adımı görəndə təəccübləndim... Şekspirin vətənində az dramaturq var? Nə isə...

    12.06.2023
    Tanınmış yazıçıdan SƏRT İRAD: “Nazir kimi çöküb kresloya, istədiyini edir”
    Yeni Çağ Media Qrupu – Aprel 12, 2023 - 17:16
    “Çox vaxt bu forumların faydası daha çox orada səsini qaldıran, təkliflərlə çıxış edən insanlara dəyir”.
    Bunu paytaxtda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumu ilə bağlı fikirlərini bölüşərkən tanınmış dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.
    Teatr sahəsində çox sayda problemlərin olduğunu vurğulayan yazıçı yeni təyin olunan mədəniyyət nazirindən gözləntilərini dilə gətirib:
    “Bu forumların faydası daha çox orada səsini qaldıran, təkliflərlə çıxış edən insanlara dəyir. Necə deyərlər, ağlayana “pəpə” verirlər. Maaş və digər məsələlərə gəlincə, yeni təyin olunan nazir gənc və enerjili insandır, yəqin ki, bu məsələləri nəzərdən keçirər. Mən, ümumiyyətlə, fərdi qaydada yox, hər bir məsələyə kompleks halda yanaşmağın tərəfdarıyam. Rəssamlıq, musiqi və incəsənətin bütün növlərinin inkişafından söhbət gedir. Son illər Azərbaycanda sanballı, monumental musiqi əsəri demək olar ki, nəzərə çarpmır. Ədəbiyyat və rəssamlıq sahəsində yaxşı əsərlər var, onlar da dünyaya çıxmır. Beynəlxalq səviyyədə müsabiqələrin keçirilməsinə ehtiyac var.
    Teatrların da böyük problemləri var. Teatrlar arasında demək olar ki, rəqabət yoxdur. Hər bir teatr direktoru nazir kimi bir kresloya çöküb, istədiyi kimi “rəhbərlik” edir. Gözləntilərim çoxdur. Quranda da var ki, ümidsiz şeytanlardır. Ümid edirəm ki, yaxşı olacaq”. (Cəvahir www.yenicag.az)
    19.04.2023
    H.Əliyev mərkəzində “Qarabağnamə” (“Hökmdar və qızı”) tamaşasına baxdıq. Müəllif İlyas Əfəndiyev, rejissor Mərahim Fərzəlibəyov.
    Tədbirdə İrandakı keçmiş səfir Abbasəli bəy rast gəldi. Bir xayli söhbətləşdik. Elçin Əfəndiyevlə görüşüb təşəkkür etdim- Anara evlə bağlı xahiş etdiyinə görə.
    Aprelin ortası olsa da havalar soyuq keçir.

    27.04.2023
    “Azrdama” vaxtilə baxdığım tamaşanı Mərahimin təklifi ilə bir daha seyr etməli oldum. Mətn zəif təsir bağışlayır. Temp yoxdur. Rejissor işi yaxşıdır.

    28.04.2023
    Artıq bir neçə gündür ki, Laçın dəhlizində bizim əsgərlər yoxlama postu qurublar. Ermənilər mediada hay-küy qaldırıblar.

    29.04.2023
    Bir neçə gün öncə millət vəkili Vahid Əhmədov özəl kanallardan birinə (“Sancaq”) müsahibə vermişdi. Müsahibədə bir sıra əyər-əskikliklər, habelə biznes fəaliyyəti ilə məşğul olan deputatlar tənqid edilmişdi. Parlament üzvlərinin bir çoxu təcrübəli iqtisadçı, obyektiv adam kimi tanınan deputatın üstünə düşüb tənqid, hətta təhqir yağışı yağdırmaqdadır. Və bununla da V.Əhmədovun reytinqi qalxmaqdadır.

    01.05.2023
    İki romanımı bir kitabda çap etdirmək istəyirəm- “Qapı” və “Cənnət çiçəyi” romanlarını. Tiraj çox cüzi olacaq. Say az olduğuna görə hər kitab 10-12 manata (7-8 doll) başa gəlir. Yığılmış variantı Eli adlı naşirə (Naxçıvanlı cavan bir oğlandır) göndərdim. Yəqin 7-8 günə hazır olar...
    Balaxanı yolunda yerləşən “Sabunçu” mərasim evində qohumumuz Tahirə Tapdıq qızı İsrafilovanın yas mərasimində iştirak etdik. Xanımın əri Xıdır (ona çox vaxt Mədəd deyirik) əmim oğludur. Tahirənin atası Tapdıq İsrafilov müharibə iştirakçısı olub. Cəbhədən geri döndükdən sonra o, bibim qızı Gülsüm xanımla ailə qurub, Tahirə doğulub, az sonra isə vaxtilə alman-faşist əsirliyində olduğu üçün, yazıq kişi Stalinin məlum qərarı ilə Sibirə sürgün olunub. Anam deyirdi ki, oradan mənim atama məkublar yazarmış. (Atam Azərbaycan və rus dili müllimi idi). Məktublar rus dilində olarmış, görünür yazılanlara nəzarət geclü imiş. Keçmiş cəbhəçi elə Sürgündə həyatını dəyişmişdi, məzarının yeri məlum deyildi.

    02.05.2023
    AYB-dən zəng vurub dedilər ki, bu ayın 5-də Qubada keçiriləcək ədəbiyyat forumuna dəvət olunmuşam. Səhhətim o qədər yaxşı olmasa da razılıq verdim.
    İTV-dən Ceyhun (rejissor) telefon açıb “Bülbül yuvası” və “Payız süvarisi” ssenarilərini istədi. Elektron poştla göndərdim...
    AYB-nin Poliklinikasında oldum. Xəstəxanalardan birinə göndəriş almaq istəyirəm. Dedilər özümüz zəng edib xəbər verəcəyik. İstəyirəm müayinədən keçəm. Eşitmişəm ki, guya sığorta nəzərə alınır. Bəlkə də... Amma elə bir mühit və şəraitdə yaşayırıq ki, nəyinsə pulsuz başa gələcəyinə insanların çoxunun inamı itib...
    Adətən axşamlar, daha dogrusu s.17-dən sonra “Azdrama” yaxınlığındakı “Teatral” kafesinə gedirəm. (İndi adı dəyişdirilib). Çox vaxt tək-tənha əyləşib çaydanı iki manatdan olan çayımı içib dincəlirəm, Əslində belə anlarda bədənim dincəlir, beynim isə həmişə olduğu kimi öz “işi” ilə məşğul olur, yeni mövzular, süjetlər, mizanlar arayır. Bu gün də oraya getdim. Mərahim, Füzuli, Fəxri, Əli Nur, Kənan Hacı ilə söhbətləşdik və çay işdik. Daha doğrusu, araq içənlər də oldu. Mən pəhriz gözləyirəm.

    04.05.2023
    Bu günlərdə mətbuatda 1993-cü ildə baş verən hakimiyyət dəyişikliyi ilə bağlı çoxlu materiallar gedir. Kimi bu dəyişikliyi qiyam, kimi hərbi çevriliş, kimi də hakimiyyətin hərbi yolla qəsbi kimi qiymətləndirir.
    Aradan düz 30 il keçib. Amma hadisənin “içində” olanlar və onu “müşahidə edənlərin” bir çoxu hələ sağdır.
    Əlbəttə, baş verən hadisənin əsl səbəbini və “terminoloji” adını tarix özü müəyyənləşdirəcək. İndiki halda mən təkcə onu deyə bilərəm ki, həmin dövrdə hakimiyyətdən gedənlərin əksəriyyətini mən şəxsən tanıyırdım. Məsələn, Prezident Əbülfəz Əliyev (Elçibəy) EA-nın Əlyazmalar İnstitutunda çalışırdı. “Azneft” tərəfdəki çayxanada (o cümlədən o vaxtkı “Nu, poqodi” kofesində) dəfələrlə çay içmişik, nahar etmişik. Mübahisələrimiz də olub. Təmiz, vicdanlı, dürüst, gözütox, bir sözlə müsbət bir şəxs olsa da, temperament cəhətinə görə müəyyən qədər melanxolik, yəni həssas, aciz və qətiyyətsiz adam adam idi.
    Spiker İsa Qəmbər də tanıdığım bir şəxs idi. Şərqşünaslıq İnstitutunun elmi işçisi idi. Rastlaşanda görüşür, hal-əhval tuturduq. İsa bəy qətiyyətli, hazırcavab, təmkinli, tədbirli bir şəxs, hazırlıqlı siyasətçi idi. Onun bir çox hallarda öz rəqiblərini ustalıqla “iynələməsi” bəzi dairələrdə narazılıqla qarşılansa da, cəmiyyətdə “qanadlı ifadələr” kimi yayılırdı. Onu prinsipal, nadir hallarda kompromisə gedən adam kimi xarakterizə etmək olar.
    Baş Nazir Pənah Hüseynov ilə bir elmi müəssisədə- indiki Fəlsəfə (o vaxtkı Fəlsəfə və Hüquq) institutunda çalışırdıq. Dəfələrlə birlikdə ezamiyyətlərdə olmuş, konfranslarda çıxış etmişik. İndi xatırlayıram İsmayıllı, Sabirabad, Zaqatala, Qax və digər rayonlarda ateizmlə bağlı toplantılarda məruzə və çıxışlarımız olub. Bu cür ezamiyyələr “Bilik”, cəmiyyətinin, PA-nın, və çalışdığımız qurumun xətti ilə baş tutur. Məşhur filosof Cunusovun aspirantı olmuşdu. Yadımdadır, Pənah bəyin qardaşı vəfat edərkən bir dəstə adamla onun ata yurduna getmişdik. Atası Çodar kişi zəhmətkeş, məğrur bir adam idi və söhbət əsnasında üzünü hamımızdan yaşlı olan Tağı müəllimə (Salahov) tutub dedi ki, müəllim, özünüzü çox da yormayın, gec-tez hakimiyyətə Heydər Əliyev gələcək... Pənah Hüseynovu ürəyiaçıq, mütaliəni sevən, prinsipal bir adam kimi qiymətləndirmək olar... Amma o, həm də bir qədər kobud, intriqaya meylli, mübahisə etməyi sevən, hövsələsiz şəxsdir... Tərbiyəli, savadlı övladları var.
    XİN rəhbəri Tofiq Qasımov ilə də ünsiyyətim vardı. O, ixtisaca fizik olsa da, hüquq, qanunçuluq və siyasi nəzəriyyələrə yaxşı bələd idi. Gözütox, səmimi bir adam idi. Mən onu tanıdığım illər ərzində cəmi bir kostyumda görmüşəm. Çatışmayan cəhəti (əgər belə demək mümkünsə) heç bir məsələdə heç kəslə kompromisə getməməsi hesab oluna bilər. Hesab edirəm ki, bütün dövrlərdə ölkənin baş diplomatı bir sıra məsələlərdə manevrlər etkəyi bacarmalıdır.
    Moskvada səfir olan Hikmət Hacızadə ixtisasca bioloq olsa da siyasət meydanında maraqlı şəxsiyyətlərdən biri idi. Əslən şəkili idi, yumorlu söhbət və yanaşmaları ilə seçilirdi. Vəzifə hərisi deyildi. Demokratik prinsiplərin müdafiəçisi idi.
    Bizim institutdan daha bir neçə elm adamı həmin dövrdə PA-da və NK-da müəyyən vəzifələr tutmuşdu. (Məsələn, Söhrab Məhərrəmov, Aydın Yusubov, Yunis Əliyev (Oğuz), Həsən Quliyev, Əbülhəsən Abbasov, İlham Məmmədzadə və digərləri). Həmkarlarımız arasında inciyənlər də vardı ki, bəs bizə niyə vəzifə vermirlər, kimdən əskiyik? Doğrusu, mənə də müəyyən təkliflər edilmişdi və mən məmurluqdansa yaradıcılıqla məşğul olmağı daha önəmli hesab etdiyimə görə bu cür təkliflərdən imtina etmişdim.
    Demokratların hakimiyyəti təxminən bir il, daha doğrusu 11 ay davam etdi... Nədənsə mən həmin dövrlə bağlı düşüncələrimi bölüşəndə salanda Paris kommunasını xatırlayıram. “Xatırlayıram” deyəndə ki, tarix kitablarından oxuduğumuz kimi, Paris Kommunası cəmi uç ay ömrü olan (Parisdə 18 martdan 28 may 1871-ci ilə qədə davam edən) sosialist hökuməti olmuşdur.
    p.s.
    Vaxtilə mən mətbuatda Qafqazda baş verən “inqilabi dəyişikliklər” haqqında slsilə yazılarla çıxış etmişəm. Təəssüf ki, həmin yazıları, o cümlədən həmin dövrdə hakimiyyətə gətirilib sonra öz yüksək vəzifə postunda “qovulan” liderlər- Elçibəy, Ter-Petrosyan, Qamsaxudiya haqqında qələmə aldığım portret- oçerkləri indi axtarsam da tapa bilmədim. Həmin yazılar “qəzet-jurnal selində” it-bata düşüb. Mən həmin yazılarda sübut etməyə çalışırdım ki, həmin liderlər bir sıra qonşu dövlətlərin, xüsusilə Rusiyanın təsiri, təpkisi və təzyiqi ilə hakimiyyətdən uzaqlaşdırılıb. Rusiya 200 ildən çoxdur ki, Qafqazlarda hökmranlıq edir, at oynadır. Son zamanlar başı Ukrayna ilə müharibəyə qarışan işğalçı rusiyanın gücü xeyli azalsa da, iddiası hələ qalmaqdadır. Vaxtilə Marksın dediyi fikir bu gün də qüvvədədir: “Rusiya ilə kommunizm hem vaxt bir araya sığa bilməz”. Rusların bir çoxu hələ də şovinizm xəstəliyindən xilas ola bilməyib.

    05-07.05.2023
    Quba. Ədəbiyyat konfransı.
    Hava soyuqdur. “Şahdağ” hotel-istirahət kompleksində məskunlaşdıq. Sən demə bu istirahət ocağının rəhbəri qə qələm adamı imiş. Adı Əlibaladır. İcra başçısı da gəlmişdi.
    Bir sıra dostlarla görüş. Ümumi rəhbərliyi Anar aparır. Amma tədbirin təşkilatçısı Varis Yolçiyevdir.
    Sabir Rüsrəmxanlı, Elmira Axundova, Eıçin Hüseybnəyli, Rəşad Məcid, Aqil Abbas, Seyran Səxavət, Yunis Oğuz, Kənan Hacı, Sayad Aran, Qəşəm Nəxəfzadə, Elçin İsgəndərzadə və daha bir neçə şair yazıçı. AYB –ni və onun rəhbərliyini ifrat dərəcədə tərifləyənlər də, yazdıqları “qiymətli” kitabların az oxunmasından narazı olanlar, habelə yazdıqlarını anındaca, oxucuların növbəyə durub alınmasından “şişənlər” də olurdu.
    Mən iki dəfə çıxış etdim, daha doğrusu iclası aparan Varis söz verdi. Mən müqdəs kitabların “sös”lə (“snaçala bılo slova” və “oxu!” ilə başlandığını qeyd etdim. Kitab təbligatı sahəsində Tv-lərin zəif fəaliyyət gstərdiyini vurğuladım.
    İçib şuluqluq salanlar, mübahisə edənlər olsa da tədbir normal keçdi.
    Rəşad Məcid ərköyün yazıçıların bəzilərini üstüörtülü, sətiraltı- yumorlu cümlələrlə “tərifləyirdi”.

    09.05.2023
    Unudulmaqda olan “Qələbə günü”.
    Moskvada Putin parad keçirdi. SNQ-nin, yəni MDB-nin deyəsən bütün rəhbərliyi (bizim ölkə başçısı istisna olunmaqla) iştirak edirdi...
    Dizlərim sızıldayır. Revmatizmdən əziyyət çəkirəm...
    ... Qulağından müalicə alan dostumuz Y.S. Məzahirə baş çəkdik.
    ... Elçinin 80 illiyi ilə əlaqədar yazdığım qeyri-yubiley məqaləsini “525-ci qəzet”ə göndərdim.
    ...Bacım səyyarə zəng vurmuşdu. Çox kövrək idi. Dedi ki, bibimiz qızı Məfkurə bütün kül-külfətini götürüb Amerikaya gedib. Qayıtmaq fikri yoxdur. Böyük qızı Rəna çoxdan ABŞ-dadır, Amerikanın vətəndaşıdır... Çox təsirləndim. Adamlar əsasən, mövcud duruna görə vətəndən gedib başqa ölkələri vətənləşdirirlər. Səd heyif. (Sonra məlum oldu ki, Məfkurə yox, onun qızı Mədinə öz ailəsi ilə birgə gedib Amerikaya...
    ...Hava çox soyuyub-sanki payızdır.

    15.05.2023
    Türkiyədə həyəcanlı, coşğun seçki...
    Seçicilərin səsvermə sayı təxminən bərabərdir.
    525-ci qəzetdə “Elçin haqda “Şəxsiyyatın diapozonu” adlı yazım dərc olunub.

    16.05.2023
    İki aktyorumuz ağır xəstələnib. Xalaq artisti Ramiz Məlik və ”Sofer Əhməd” polunun ifaçısı Elxan Qasımov... Telefon açıb Ramiz bəylə danışdıq. “Azdramaya” yeni tıyinat almış baç rejissor M. Ələkbəzadə haqda fikrini bölüşdüdü. Sənətə bağlı olan aktyor teatrla bağlı nigarançılııçımı nigarançılığımı bölüşdürdü.

    ...Bir sira teatrlara (Lənkətan, Mingəçevir, Fizuli, Naxçıvan) zəng etdim. Göndərdiyim pyeslərin taleyi ilə maraqlandım.

    19.05.2023
    Elçinin 80 illik yubileyi. İki gün öncə “Rusdramada”, bu günsə “Azdramada” əsərləri göstərildi.

    22.05.2023
    Fatmayi kəndində yaşayayan rəssam-hektəltəraş Tarverdi bəy heykəlimi yapır. Hələ ilk işlər gedir. Gildən hazırlanan ilk yaxmalar tədricən “canlanır”...
    Bu gün Fatnayıya fedərdən yolda telefonumu itirdim və tezliklə... tapdım. Sağ olsun bir xanım zəng etdi, telefon özümə qayıtdı.... Kənddə əkmək üçün bazardan xeyli toxum aldım...

    25.05.2023
    Aqşin və Həcər tezdən (s.5-də)kəndə yola düşdülər...
    İTV-dən Vüsal adlı rejissor zəng edib dedi ki, “Qaranquş yuvası” qısametraji çkmək istəyir. Razılıq verdim. Bir neçə gün əvvəl həin TV-dən Nicat da zəng vurub çəkilişə razılıq istəmişdi. Amma bunun payızda baş tutacağını demişdi...
    Aktyor Əli Nur da bu gün səhər tezdən zəng vurub həmin əsərlə bağlı danışıqlar apardığını demişdi.
    Nə isə...
    İstəyənlər çoxdur, ortada hələ konkret bir iş yoxdur.

    28.05.2023
    Respublika günü.
    Türkiyüdə seşkilər. Ərdoğan cüzi hesabla Qılıncdaroğlunu üstələyib Türkiyənin Prrezidenti seçildi.

    29.05.2023
    Əməkdar Artist, yaxın tanışım Elxan Qasımov rəhmətə gedib. O, tamaşaçılar arasında “Şofer Əhməd” kimi daha məşhur idi. Ünsiyyətci, şən adamdı. Zarafatımız vardı.

    31.05.2023
    Həcərlə Aqşin kənddən qayıtdı...
    Artıq bir neçə gündür ki, Tibbi Bərpa Mərkəzinə gedirm. Diz və bel oynaqlarımda ağrılar var. Mətkəz əla təmir olunub. Dostları da təşviqedirəm ki, müalicəyə getsinlər- pulsuzdur, sığorta ilədir.
    Ali Nur, Kənan Hacı və daha bir-iki şairlə çay işdik.
    “Şahat”adlı özəl teatr var. Gənclər yaradıb. Onlara komediyalar kitabını bağışladım.

    01.05.2023
    Fazil N. Mustafayevlə “dərdləşdik”. Sonra Mərahimlə şay işdik.
    Nəsə çox yorğunam.
    Özümü evə çatdırıb dərmanlarımı içdim.

    05-06.06.2023
    Balalarım- qızım Güntəkin və nəvələrim Aydan ilə Fidan ABŞ-dan gəliblər. Ev dolusu səs-küy və sevinc.

    08.06.2023
    Özbəkistandan aktrisa Müqəddəs xanım komediya istədi göndərdim....
    Trabzondan Necati bəyin göndərdiyi “Neyttral zona” pyesinin tamaşaya qoyulacağı barədə müqaviləni imzaladım... Qonorar olmayacaq.
    ...Bir sıra xalqlarda adətdir: toy ərəfəsində bəyin ailəsi tərəfindən gələcək gəlinin valideynlərinə “başlıq” (buna bəzı yerlərdə “kalım” da deyir) ödənilir. Məsələ burasındadır ki...
    Sən demə, Monqolustanda, əksinə, gəlin tərəfin yaxın və doğmaları bəyin ailəsinə başlıq verirlər.
    Bunun səbəbi- Monqolustanda kişilərin sayının qadınların sayından xeyli dərəcədə az olması.

    09.06.2023
    GTT-da və “Azdrama”da oldum. Hər iki Teatrın rəhbəri qadındır. Hər ikisi iddialı, təkəbbürlü; biri bir az, yəni kəm (GTT) (Nahidə), digəri isə xeyli dərəcədə (Mehriban) təkəbbürlü xanım. Yeri gəlmişkən, ailə qurmamiş bu xanımlar rəftarca çox soyuq, etinasız, “cansız” təsir bağışlayırlar... Bu xanım asketlər (rahibə də demək olar) bir az dramaturgiyadan “dərs” də deməyə çalışdılar. İçin-için güldüm. Əllərinə bir balaca vəzifə düşüb deyə çox iddialıdırlar. Xüsusən adında “mehribanlıq! olan
    ...Şəkidən olan gənc rejissor dostuma (Nuri) pys verdim ki, Mirbala bəyə çatdırsın...
    Fazil bəylə və Mərahimlə çay işdik....

    10.06.2023
    Sahil qəsəbəsində əmioğlu (əminəvəsi) Xətainin qızı Nərgizin toyunda olduq. Məclisi mən açıb xeyir-dua verdim.
    ...Tarixçi-etnoqraf Kətəm Hətəmoğlu Məmmədov vəfat edib.

    12.06.2023
    İstanbuldan (Türkiyədən) naşir Şərəf Yılmaz zəng vurmuşdu.1922-ci ildə onun müdiri olduğu “Anatolya kitab” nəşriyyatı “Tarafsız bölge” kitabını çap etmişdir. Ötən il həmin kitab Türkiyənin bir neçə şəkərində təqdim olunmuş, imza günü keçirilmişdir. Bir dramdan ibarət olan həmin kitabın tərcüməçisi Kahraman- maraşdakı zəlzələdə faciəli şəkildə həlak olmuş Abdülkadir Özkandır.
    Naşirin məlumatına görə “Tarafsız bölge” (Neytral zona”) kitabının 200 nüsxəsi Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən alınaraq kitabxana və teatrlara paylanmışdır.
    Yeri gəlmişkən qeyd edək ki, haqqında söhbət gedən pyes indiyəcən ölkəmizin bir sıra teatrlarında, o cümlədən xaricdə- RF və Ukraynada səhnələşdirilmişdir.

    16.06.2023
    Amerikadan gəlmiş “qonaqlarla”- qızım Güntəkin, nəvələrlərim Aydan və Fidanla gəzişir, söhbət edirik. Onlar mənim sevinc paylarımdır.
    Sevincli gün oldu. Hörmətli yazıçı, xeyirxah insan Elçin zəng vurub bildirdi ki, bu il yazıçılar üçün tikiləcək evdən mənə də mənzil verəcəklər. Bu məsələni Anara elə o özü demişdi.
    Məsələ burasındadır ki, hökümətdən nə sovet dönəmində ev ala bilmişəm, nə də müstəqilliyimiz dövründə.
    Orta Asiyadan gələn, orada şəkərdən yıxılıb üz-gözü çapılmış T.X. ilə görüşüb çay içdik.

    19.06.2023
    AYB-da oldum. Anara elmi kitab verdim (“Qloballaşma və mədəniyyət”) və zarafatla dedim ki, mən təkcə bədii yaradıcılıqla deyil, arada elmi fəaliyyətlə də məşğul oluram. Rəşad Məcid də onun yanında idi. Ev (mənzil) məsələsindən söhbət açdım. Anar dedi ki, nəzərimdəsən, amma görək necə olacaq.... Sonra Rəşad bəyin otağına keçdik və o, dedi ki, Anar sənin adını “ev siyahısına” salıb. Bir xeyli sevindim. Axı mən, artıq dediyim kimi, indiyədək nə “o dövlətdən”, nə də bu dövlətdən ev almışam.

    21-22.06.2023
    İki gündür ki, bütün mətbuat Gədəbəy (Söyüdlü) olaylarından yazır. Yerli əhali yaxınlıqdakı qızlıl mədənində çıxarılan məhlul (və ya məhsulun) yüyülməsi nəticəsində yaranan “zəhərli gölə” etiraz olaraq qiyam qaldırıb. Etirazçılar polisin güc tətbiqi ilə qismən “sakitləşdirilib. Rayonun gənc icra başçısı dili topuq vura-vura camaatı sakitləşdirməyə çalışsa da bu hadisə tezliklə ölkədə və xaricdə faş oldu. Mən də bu olaya öz münasibətimi bildirdim. Əhalini döyən, söyən polisi tənqid etdim.
    Havalar soyuq keçir.

    23.06.2023
    Zövqü KORLAYAN SERİALLAR: “Rezin kimi dartıb uzadırlar” - Dramaturqdan QINAQ
    Yeni Çağ Media Qrupu – İyun 23, 2023 - 15:27
    “Yerli seriallarımız tamaşaçı zövqünü korlamaqla məşğuldur…”.
    Bu sözləri tanınmış dramaturq Firuz Mustafa yerli serialların keyfiyyəti barədə fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.
    O, serialların rezin kimi uzandığını və heç bir məqsəd, qayəsi olmadığını təəssüf hissi ilə bildirib:
    “Yerli seriallara ardıcıl olaraq baxmasam da, onlarla bağlı müəyyən təəssüratlarım var. Mən serialların rezin kimi uzadılmasının əleyhinəyəm. Hesab edirəm ki, bir-iki seriayada hansısa fikri çatdırmaq olar. O boyda nəhəng Tolstoyun “Hərb və Sülh”, Şoloxovun “Sakit Don” əsərlərinin ssenarisi üzrə çəkilmiş filmlərdə 4 seriyada hər şeyi ətraflı şəkildə göstəriblər. Bizimkilər isə nədənsə serialları acı bağırsaq kimi uzada-uzada gedirlər. Heç özləri də bilmir neylədiklərini.
    İstənilən film və serialda bir qayə, məqsəd olmalıdır. Konkret bir problem qoyulmalıdır. Təəssüflər olsun ki, bizdə seriallar çox zəifdir. Elə bunu aktyor oyununa da şamil etmək olar. Düzdür, istisnalar da var. Bəzi hallarda tanınmış aktyorlara və aktrisalara da rol verilir ki, serialın sanbalını artırsın. Amma ümumi halda götürsək, hesab edirəm ki, serialların səviyyəsi çox aşağıdır, qaneedici deyil. Bəlkə də onun öz tamaşaçısı var. Çox güman ki, yox, elə var. Çünki tamaşaçısı olduğu üçün o seriallar da çəkilir. Amma təəssüf ki, tamaşaçı zövqünün səviyyəsini qaldırmaq əvəzinə, aşağıya doğru dartırlar. Ona görə də bizim yerli seriallar tamaşaçı zövqünü korlamaqla məşğuldur. Cəvahir (www.yenicag.az)

    24.06.2023
    Rusiyada qarışıqlıqdır. “Vaqner” adlanan müstəqil hərbi birləşmənin komandanı generel Yevgeni Priqojin Putin hökumətinə qarşı qiyam qaldırıb. Az qala bütün rusiya ayaq üstədir. Dünya bu hadisələri maraqla izləyir...
    Amma günün 2-ci yarısı Priqojin geri çəkildi. Nisbi sakitlik yarandı.
    ...“Müharibə aparmaq kimi ciddi bir məsələni hərbçilərin öhdəsinə buraxmaq olmaz”. Bu sözlərin müəllifi Napoleondur... Mən də vaxtilə yazmışdım ki, bu məsələdə filosofların da rəyini öyrənmək lazımdır.

    25.06.2023
    Moskvada, Qarabağda, Söyüdlüdə baş verən hadisələri izləyirəm...
    Postsovet məkanı faciələr içində çırpənır.
    Nəvələrlə gəzişir, söhbət edirik. İndi evimizdə üç dildə söhbət gedir: Azərbaycan, ingilis və rus dillərində.
    Kəndə hazırlaşıram.

    26.06.2023
    Sübh tezdən- saat 6-da “Vita” markalı kiçik avtobusla yola düşdük. Bu, cəmi 8 nəfər adamın yerləşə biləcəyi çevik maşındır. Uşaqlar iki gündən sonra gələcəklər...
    Gecəni yatmamışdım, avtobusda bir az mürgülədim.
    Əvvəllər, yəni bu son illərdə həmişə kəndə gedəndə Gəncınin Şəmkir tərəfdən olan girişində-Quşqara kəndində düşər, qardaşım Ayaza baş çəkər, sonra yaxınlıqdakı qəbristanlıqda uyuyan anamın məzarına baş çəkərdim. Bu dəfə alınmadı, çünki sürətli marşrut avtobusları yollarda dayanmır, mənzil başına tələsirlər.
    Yeri gəlmişkən:
    Ədil İsgəndərov harada doğulub?
    Gəncə-Şəmkir magistralının (köhnə yolun) sol tərədində salınmış Quşqara kəndi Göygöl (keçmiş Xanlar) ərazisində yerləşir. Bu kəndin yuxarı başında Balçılı kəndidir. Bu, çox böyük, səliqəli, abad, yaşıllıqlar içində qərarlaşmış bir yaşayış məskənidir.
    Bir dəfə kiçik qardaşım Ayazla Balçılının içindən keçirdik. Ayaz məndən soruşdu ki, heç bilirsən, SSRİ xalq artisti Ədil İsgəndərov harada doğulub?
    Gülüb dedim ki, bax bu kənddə-Balçılıda.
    Qardaşım dedi ki, bunu çox dam bilmir, həm də bu böyük rejissora aid bütün mənbələrdə onun Gəncədə doğulduğu qeyd olunur.
    -Elədir, -dedim.-Əslində Burada bir böyük xəta da yoxdur, çünki vaxtilə bütün bu ərazilər, o cümlədən Qazax, Şəmkir, Rovuz, Ağstafa, Samux, Göygöl Gəncə quberniyasına daxil idi.
    -Amma bütün Balçılı camaatı öz məşhur həmyerlilərinin tərcümeyi-halında doğulduğu yerin dəqiq göstərilməsini istəyir.
    Mən soruşdum:
    -Görəsən indi o kənddə Ədil İsgəndərovun qohum-əqrabası qalıbmı?
    Qardaşım dedi:
    -Rejissorun nəslindən sağ qalanlar, indinin özündə də bu kənddə yaşayanlar çoxdur. Onlara burada “İsgəndərbəylilər” deyirlər. Bir neçəsini mən şəxsən tanıyıram. Dostluq etdiyim tay-tuşlar da var. Ədil müəllim bəy nəslindən olub, repressiyanın bəylərə divan tuduğunu görən adamlar, o cümlədən böyük sənətkar, soyadlarının sonundakı titul bildirən “bəy” kəlməsindən imtina etməli olublar.
    Orasını da deyim ki, Bakıda Ədil İsgəndərovun adını daşıyan kiçik bir küçə var...
    Yaxşı olardı ki, Balçılının girişindəki parka bu böyük sənətkarın adı veriləydi.
    ...Nəhayət, Gədəbəy ərazisinə daxil olduq.
    Saratovkada yüngülvari “bazarlıq” etdim. Günün ikinci yarısı kəndə çatdıq...
    Evimizə qalxana qədər bir stəkan çay içmək istədim. Məlum oldu ki, çayxana işləmir. Söyüdlərin altındakı skamyada əyləşib şəhərtdən təzəlikcə gəlmiş Nəsrəddinlə bir xeyli ordan-burdan danışdıq...
    Sonra çantalarımı götürüb evimizə sarı üz tutdum. Fuad evdə idi. Gözündən şikayətləndi...
    Günəşli havadan sonra yağış yağdı.
    Kənddə gün uzun olur. Fürsətdən istifadə edib kitabxanamı qaydaya saldım.
    ... Təmleyxa Babayev adlı müəllifin “Leysan” kitabı əlimə düşdü. 1980-ci ildə nəşr olunub. Vaxtilə oxuduğum hekayələri təzədən nəzərdən keçirdim. Çoxu istehsalat həyatından bəhs edir. Maraqlı detallar, epizodlar var. Amma bu yazıçının imzası Sovetlər dağılandan sonra gözümə dəymir. Hətta, internetdə axtarış verdim və bu müəllifin adını, yəni özü və yazıları haqda məlumat tapa bilmədim.
    Unudulmaq ağır və ağrılı məsələdir.

    27.06.2023
    Evə internet çəkdirmək istəyirəm. Bu işlərə baxan usta (Mürvət) gəlib bir xeyli götür-qoy etdi. 300 metr telefon xətti, modem, aparat və sair lazımdır... Bahaçılıqdır. Sabah yenə götür-qoy edəcəyik.
    ...Kitabxanama göz gəzdirdim. Vaxtilə EA-da mənimlə Fəlsəfə İnstitutunda birgə işləmiş Əmirşah Babaşah oğlunun “Mənim duyğularım ana dilində” adlı poetik məcmuəsini yenidən oxudum.
    Əslən Qubadan olan Əmirşah maraqlı adam idi. İxtisasca şərqşünas (ərəb dili üzrə) olsa da poeziyaya bağlı idi. “Quran”ı tərcümə edirdi. Çalışırdı ki, orada bir dənə də olsun “yad” söz və ifadə (ərəb və farscadan) olmasın. Sırf Azərbaycan türkcəsində çevirirdi. Vaxtilə tərcümədən bəzi parçaları mən “Maarifçi” qəzetində çap etmişdim. .. Hə, indi onu da xatırladım ki, yağışlı bir gündə Əmirşahın oğlunun toyunda da iştirak etmişdim.. . Bu istedadlı adam təəssüf ki, həyatdan tez köçdü.

    28.06.2023
    Bibioğlu Əhməd müəllimin “Niva”sında Saratovka-İvanovka tərəfdə yerləşən Çobankəndə hüzr yerinə getdik. Orada Əmrah adlı bir tanış (o, həm də əmoğlum mərhum Nərimanın qaynı idi) rəhmətə getmişdi... Hüzr yerində az qala hamı Söyüdlüdə baş verənlərlə maraqlanır. Deyilənə görə kəndə polis dəstələri gəib və on nəfər kənd sakini həbs edilib...
    Bəzi mətbu orqanlarında az qala sianid turşusunu vəsf edir, onun zərərsiz olduğunu vurğulayırlar.
    Jurnalist Çingiz Sultansoy bu zərərli maddə haqqında yazı ilə çıxış edərək göstərir ki, 1978-də Qayanada (Latın Amerikası) sianidlə eyni zamanda cəmisi 918 (doqquz yüz on səkkiz) adam zəhərlənib ölüb.
    Yazının mabədini bir qədər ixtisarla təqdim edirəm: “Zəhərlənənlər "Xalqlar məbədi" adlı yalançı təriqətinin müridləridir, mürşidləri - təriqətin öndəri, vaiz və fırıldaqçı Cimmi Consun əmriylə dünyadan intihar edib getmək üçün meyvə şirəsinə qatılmış sianid içiblər. İçənlərdən sağ qalan olmayıb.
    Cons ABŞ-da doğulub, "Xalqlar məbədi" təriqətini ABŞ-da yaradıb, müridlərinin çoxusunu orada yığıb, amma görüb ki, Amerikada hüquq-mühafizə fəaliyyətiylə maraqlanır, qol-qanad aça, istədiyini edə bilməyəcək, Qayanaya köçüb.
    Hüquq-mühafizə orqanları niyə də maraqlanmasın?
    Məsələn, Cons müridlərinə təlqin etmişdi ki, o İsa Məsihin və eyni zamanda Buddanın yer üzündə yeni zühurudur, insanlara ədalət gətirib. Həqiqətən də ədalətli olmağa çalışır, qaralarla ağlara fərq qoymur, dalaşanları barışdırır, mübahisələri ədalətli hakim kimi həll edir, yetim uşağları ailəsinə qəbul edirdi, dolandırırdı. Müridlər ona "Ata" deyirdilər.
    Təriqətin, icmasının bütün xərclərini Cons yox, müridlər çəkirdi, təbii. Cons icmada yaşayanlara seksi yasaq etmişdi, amma özü lider və peyğəmbər kimi təriqətin istənilən qadınıyla görüşə bilərdi, ona olardı, qadın üçün isə savab idi. Qanuni amerikalı arvadı bu amerikasayağı yeni Şeyx Nəsrullahı qısqanmırdı, hər işində kömək edirdi, o da ərinin peyğəmbərliyinə inanmışdı.
    İsa Məsihin və Buddanın yeni mücəssəməsi Sovet hökumətiylə danışıqlar aparırmış, SSRİ-yə köçmək istəyirmiş.
    Bunun da ölüsünü tapanda görüblər ki zəhərdən ölməyib, kəlləsinə vurulan güllədən ölüb. Orada çoxlu sirr açılmamış qaldı...
    Sianidin zərərsizliyi haqqında danışanlara və o fikirləri çap edənlərə hərdən də olsa İnternetə baxmağa məsləhət görürəm.
    Bəli, onillərdir İnternet deyilən bir virtual məkan var və orada əvvəllər elmi ixtisas jurnalları, kitablar, ensiklopediyalarda olan bilgi və məlumat dərc olunur, tapmaq da asandır.
    ...Eşitdim ki, əmim qızı Naibənin həyat yoldaşı Nəsrəddin gecə qəfildən rəhmətə gedib. Halbuki, sırağagün kənddə məni ilk qarşılayan o olmuşdu...
    İnternet çəkən ustadan bir soraq çıxmadı. Deməyinə görə telefon şunuru (xətti) çəkmək üçün nəsə icazə almalıdır. Üstəlik şunur da yoxdur...
    Oturub köhnə kitabları nəzərdən keçirirəm... Hüqo, Stendal, Tolstoy...
    Klassiklər həmişə müasir olur.

    29.06.2023
    Bu gün xeyli yağış yağdı.
    Ailəmizin bütün üzvləri Bakıdan kəndə gəldi. İndi həyat yoldaşım Həcər, qızım Güntəkin, oğlum Aqşin, nəvələrim Aydan və Fidan yanımda- mənimlə birlikdədirlər. Əzalarımda, bədənimdə bir xeyli ağrılar olsa da şadam: hamımız birlikdəyik. Qardaşım Fuad da buradadır...
    Nəhayət evə internet çəkildi. Bir xayli xərcə düşdüm: 120 manat çəkiliş+45 manat modem.
    Arada yağış yağır, ildırım çaxir...

    30.06.2023
    Hava gah açılır, gah da tutulur...
    Kənddə adam çox azdır. Tay-tuşlarım yoxdur deyə əksər vaxtımı evdə kitablarla və internetlə keçirirəm. Aradabir kənd arasına çıxanda isə qəribə hisslər keçirirəm. Gördüyüm, rastlaşdığım gənclərin çoxunutanımır, bəzilərini isə oxşatma ilə, yəni “geninə- sortuna” görə tanıyıram. Təbii ki, onların da bir çox məni tanımır.
    Bəzi cavanlar hiss olurur ki, şəhərdən gəlib, özlərini “fərqləndirməyə” çalışırlar-kimisi maşınla siqnal verir, kimisi kəndin kasıb yeməkxanasında “zəngin” süfrə açır. Siqaretlər tüstülənir, nərd daşları şaqqıldayır. Bir sözlə, əsasən şəhərlərin aşağı səviyyəli adamlarından gələn yeni “kultur”- yekəxanalıq, saymazyanalıq diqqəti çəkir.
    ...Yevtuşenko sevdiyim şairlərdəndir. Yazılarında şovinizm hiss olunmur. Həyatda- Moskva və Bakıda bir neçə dəfə görmüşəm. Bəzi şeirlərini tərcümə etmişəm. Dünən gecə onun barəsində yazıçı Çukovskinin 60-ların sonunda öz gündəliyində yazdığı qeydləri oxudum. Yazıçı Jenyanın (Yevtuşenkonun) istedadlı olduğunu vurğulayır, və son zamanlar yazılarının dərc olunmamasının səbəbini göstərir. “Yuxarılar” şairin yazdıqlarında anti-sovet nüanslar gördüklərinə görə redaksiyalar şairin hər şerinə mız qoyur və onu dərc etməkdən imtina edirlər. Məsələn, “Moskva gecələri” şerini ona görə çap etmirlər ki, şair gecəni ürəkdən vəsf edir, gündüzü “görmür”. Bunun səbəbini də göstərirlər: şair bununla demək istəyir ki, gecələr yırtıcı məmurlar yatır və şəhər rahatca dincəlir...
    Bu da sosializmin tərəqqisi, uzaqgörən siyasi baxışı.

    01.07.2023
    Günəşli havadır. Uşaqların hərəsi bir işlə məşğul olur: kimi bostanda qurdalanır, kimi kompyuterdə nəsə yazır. Nəvələr çəmənlikdə gəzişir. Qardaşım Fuad hər gün Tv-də görüb-eşitdiklərindən danışır. Əvvəllər Putindən qismən razı olsa da indi onun siyasətini pisləyir...
    2-3 gün əvvəl Rusiya rəhbərinin Dağıstana-Dərbəndə gəlişi isə çox güman ki, xoş güzərandan irəli gəlmir. Putinin reytinqi Qafqazlarda çox aşağıdır. İndi də inquşlar narazılıqlarını açıq şəkildə ifadə edirlər...
    Rusiya çalxalanır. İndidən hiss olunur ki, onu qarşıda fəlakət gözləyir. İmperiyanın parçalanma təhlükəsi də gündəmdədir.

    Yeri gəlmişkən:
    Mətbuatda tez-tez, mütəmadi olaraq Putinin “dublikatları”, oxşarları haqda məlumatlar gedir. Nəsə mən bu ehtimal və fərziyyələrə inanmıram. Deyim niyə?
    Tutaq ki, Putinin oxşarı hansısa bir məsələ ilə bağlı auditoriya qarşısında çıxış edir və ya məsələn, Dərbənd kimi bir şəhərə səfərə çıxır. Və yenə tutaq ki, hansısa bir hadisədən-zəlzələdən və ya vəlvələdən, Putin həlak olur. Həm də bütün bunlar milyonlarla insanın, teletamaşaçıların gözü qarşısında baş verir. Təsəvvür edək ki, əsl, diri, yaşarı Putin üzə çıxıb elan edir ki, ölən və ya öldürülən adam onun özü yox, oxşarıdır. Ağlınıca, ona inanan tapılarmı? Qətiyyən. Və belə bir hadisə baş verərsə hamı onu əsl Putin kimi deyil, onun dublikatı, oxşarı kimi qəbul edər. Hələ bu adamı ağıldankəm hesab edənlər də tapılar. Belədə məsələ tragikomik bir sonluqla nəticələnər.
    p.s.
    Yeri gəlmişkən, hələ ötən əsrin sonunda yazdığım “Oxşarlar” dramında elə buna bənzər hadisədən bəhs edilir.
    ...Bizim evdən öz əsgərlərimizin və ermənilərin postları aydın görünür. Gecələr hər iki tərəfdə solğun işıqlar sayrışır.
    ...Demək olar ki, hər gecə ildırım çaxr, yağış yağır. Evdəki kitabları və əlyazmaları nəzərdən keçirirəm.

    02.07.2023
    İnternetdə qurdalanarkən bir neçə il öncə - lap dəqiqi 2017-ci ilin 6 oktyabr tarixində “Modern.az” saytında kəndimizlə bağlı dərc olunmuş bir yazı diqqətimi çəkdi: orada jurnalistin sualını yazılı şəkildə cavablandırmışam. İndi həmin yazını təqdim edirəm.
    Mənim kəndim - Firuz Mustafa: “Əmim həmişə Stalini söyərdi”
    6 Oktyabr 2017.
    Modern.az saytının “Mənim kəndim” layihəsinin bu dəfəki qonağı yazıçı-filosof Firuz Mustafadır.
    O, özünün anadan olduğu, uşaqlığının keçdiyi Gədəbəy rayonunun İsalı kəndi barədə söz açır və o kəndlə bağlı xatirələrini bizimlə bölüşür:
    “Kəndimiz, tariximiz və biz
    -Doğulduğum kəndin 200 il yaşı var. Ulu babamız Qazax bölgəsindən köç edib Şınıx mahalına gəlib. O vaxtlar quberniya mərkəzi Gəncə, qəza mərkəzi isə Qazax olub. Əslində, babamızgil bir bölgənin daxilində bir kənddən digərinə köçüb. Gədəbəy rayonu sonralar, sovet dönəmində yaranıb. Kəndimiz İsalı adlanır. İsa kişi indiki Ağstafa ərazisində yerləşən Pirli kəndində, 18-ci əsrin əvvəlində, təxminən 1700-cü ildə anadan olub. Onun iki övladı olub: Zaman və Duman. Duman 1760-1840-cı illər arasında yaşayıb. Duman öz övladlarının böyüyünə elə öz atasının, yəni İsanın adını qoyub. Necə deyərlər, bu ikinci İsa babamızın on övladı olub, doqquz oğlan və bir qız. Oğlanları bunlardır: Məşədi Tağı, Kərbəlayı Mustafa, Molla Nağı, Allahverdi, Cəfər, İsmayıl, Kərbəlayı Köçəri, Musa, Hüseyn.
    İsa kişinin tək qızının adı isə Gülpəri olub. Yəqin ki, soyadıma görə diqqətinizdən qaçmadı, bəli, həmin doqquz oğuldan biri, yəni Kərbəlayi Mustafa mənim ulu babamdır. Mustafanın oğlu Məşədi Mehralı olub. Məşədi Mehralının oğlu Qədimalı, Qədimalının oğlu isə mənəm. Biz dörd qardaş, bir bacıyıq. Artıq dediyim kimi, kəndimizin adı ulu babamızın adını daşıyır - İsalı. Babam Məşədi Mehralı maarifpərvər adam olub. O, əvvəlcə kəndin kənxudası, sonra isə sovet sədri olub. 1934-cü ildə “xalq düşməni” kimi güllələnib, iyirmi il sonra, 1954-cı ildə bəraət alıb. Mən həmin dövrdə baş verən qanlı proseslər barədə “Qapı” romanımda ətraflı yazmışam. Düzdür, həmin roman sırf bədii düşüncə məhsuludur, amma orada babamla bağlı sənədli səhifələr də var.
    Atamız, anamız və cəfamız...
    -Atam Qədimalı Mustafayev ikinci cahan savaşından əvvəl Gəncə Pedaqoji Texnikumunu bitirib. Bir müddət müəllim işləyib. İlk gündən müharibəyə aparılıb. 1946-cı ildə evə dönüb. Qiyabi yolla əvvəlcə rus dili institunu, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Ömrünün sonunacan öz kəndimizdəki məktəbdə rus və Azərbaycan dillərindən dərs deyib. Atamın güclü dil öyrənmək qabiliyyəti vardı. O, cəmi 55 il ömür sürüb. Atam rəhmətə gedəndə bizim evdən üç nəfər ali məktəbdə təhsil alırdı. Bundan sonra biz böyük çətinliklərə dözməli olduq. Anam Firəngiz xanım da uzun illər məktəbdə çalışıb.
    HAŞİYƏ - “İsa kişinin şəcəsəri”
    -Və burasını da deyim ki, bizim nəslimizin 300 illik tarixi haqda mərhum alim Ənvər Köçərli “Bir ağacın budaqları” adlı kitab nəşr etdirib. Mən bu kitaba istinadən, “İsa kişinin nəvələri” adlı şəcərəni tərtib etmişəm. Bizim nəslin qol-budağı, Ermənistan, Gürcüstan, Rusiya ərazisinə səpələnib. Həmin şəcərə ağacında onlar haqqında müfəssəl məlumat var. Gördüyünüz kimi, necə deyərlər, “yeddi arxa dönənimiz” haqda dəqiq, səhih məlumat mövcuddur.
    Nəslimizdə kifayət qədər ziyalı var. Kiçik bir kənddə iki akademik, onlarla alim, tanınmış ziyalı boya-başa çatıb. Təbii ki, əkinçimiz, biçinçimiz, çobanımız, fəhləmiz də yox deyildir.
    Kəndimizdə açılmış ilk dünyəvi məktəbdə Qasım Köçəri oğlu və Məhəmməd Mustafayev kimi tanınmış pedaqoqlar fəaliyyət göstərib.
    Mən kəndimiz haqda ona görə belə geniş söhbət açıram ki, o obanın tarixi həm də bizim nəslin tarixi və taleyidir.
    Saflıq universitetləri
    -Mənim boya-başa çatdığım ev kəndin yüksəkliyində, Ər dağının ətəyindədir. Bizim evdən baxanda az qala, bütün Şınıx ovuc içi kimi görünür. El arasında bu zonaya “Şınıxdərə” də deyirlər; bir az kənardan baxanda bu yerlər öz relyefi etibarı ilə açılmış nəhəng bir kitaba bənzəyir. Bu “kitabın” təbii “səhifələrini” onun meşələri, bulaqları, biçənəkləri bəzəyir. Kəndimiz Ermənistanla sərhəddədir. Sevan gölü bir neçə kilometrlikdədir. Yaxınlıqda malakan kəndləri yerləşir. Malakanlar çox yaxşı, etibarlı qonşudur.
    Kəndimizin qışı çox sərt keçir. Orada hələ də odun sobaları işə yarayır.
    ...Və... Mənim universitetlərim
    -Mən kəndimizdəki orta məktəbdə oxumuşam. Hələ səkkiz, ya doqquzuncu sinifdə ikən ilk komsomol təşkilatı katibi olmuşam. Mənim “komsomolçularım” arasında şagirdlərlə yanaşı, xeyli sayda gənc müəllim də vardı.
    Özünü tərifləmək kimi çıxmasın, uşaq ikən çox mütaliə edərdim. Bu vərdiş məndə yenə qalmaqdadır. Kitab oxumadığım bir günü xatırlamıram. Kəndimizdə 4-5 kitabxana vardı. Məktəb kitabxanası, kolxoz kitabxanası, birləşmiş kitabxana...
    Hamısının üzvü idim. Əvvəllər kəndimizdə elektrik yox idi. Arada neft qıtlığı da olurdu. Necə deyərlər, işığa qənaət etmək lazım gəlirdi. Amma mən bəzən bu “qənaət rejimini” pozur, gecələr lampanı yandırıb kitab oxuyurdum. Özü də harada- evimizdəki böyük yazı stolunun altında. Mən bu “fəndi” Maksim Qorkinin “Mənim universitetlərim” əsərindən oxuyub əxz etmişdim. Əlbəttə, sonralar bu məsələnin üstü açıldı. Düzdür, məni yazıq Peşkov kimi cəzalandırmadılar. Amma əvəzində evdə dəfələrlə “xəbərdarlıq” almalı oldum.
    İlk imtahan
    -Yadımdadır, bir dəfə, hələ ibtidai sinifdə oxuyarkən dayım - yazıçı Nahid Hacızadə bizə gəlmişdi. Evdəkilər ona mənim çox kitab oxumağımdam narahat olduqlarını bildirdilər. Dayım gülüb dedi ki, indi dəqiqləşdirərəm bunun mütaliəsinin həcmini. Və məni sorğu-suala tutdu. Mən o vaxtlar artıq Puşkinin, Tolstoyun, Qoqolun, Maksim Qorkinin, çoxcildliklərini oxuyub başa vurmuşdum. Bundan başqa, Belinskinin, Dobrolyubovun ədəbi-tənqidi məqalələrini, Mayakovski, Fadeyev, Katayev, Şoloxov, Tvardovski kimi şair və yazıçıların əsərlərini də diqqətlə mütaliə etmişdim. Üstəlik “Azərvaycan pioneri” və “Pionerskaya pravda” qəzetlərinin abunəçisi idim. Dayım mənim mütaliəmdən çox razı qaldı və valideynlərimə belə dedi: “Oxumağa davam etsin. Bunun ziyanı yoxdur”. Sonralar ali məktəbdə təhsil alarkən mən orta məktəbdə oxuduqlarımdan imtahan verməli oldum.

    “Oyun” qabağı “məşqlər”
    -Arada o vaxt radioda gedən məşhur “Xoruz baba” verilişində mənim məktubum da oxunurdu ki, bu da sinfimizdə və az qala, bütün kənddə toy-bayrama çevrilirdi.
    Biz məktəbdə olarkən teatr tamaşaları hazırlayırdıq. Yadımdadır, “Hacı Qara”, “Vaqif”, “İki həyat” tamaşalarının “quruluşunu” mən hazırlamışdım. Görünür, dramaturgiyaya gələn yolumun mənbəyi oradan başlayıb.
    Boş vaxtlarımda rəsmlə məşğul olurdum. Rəsm dəftərim, çəkdiyim bəzi mənzərə və portretlər indiyəcən qalmaqdadır. Hətta, bu barədə iki-üç il öncə AzTv-də bir veriliş də hazırlanmışdı.
    O zaman rayonumuzda “Tərəqqi” qəzeti çap olunurdu. Mən əvvəlcə həmin qəzetə, daha sonra Bakıda nəşr olunan “Kommunist”, “Sovet kəndi” qəzetlərinə məqalələr yazmağa başladım. Bax ilk qonorarlarımı onda almağa başladım. İndi təsəvvür edin: orta məktəb şagirdi bəzən az qala müəllimlərinin əməkhaqqı qədər qələmhaqqı alır. İndi bu, bir yuxuya bənzəyir.
    Bir “qonaqlığın” tarixçəsi
    -Madam ki, söhbət ilk yazı-pozudan düşdü indi bir az gülməli, bir az da ağlamalı bir hadisəni xatırladım. Bir dəfə dostlarımdan biri ilə həmin o “Tərəqqi” qəzetini başdan-ayağa diqqətlə oxuyub tənqidi bir yazı yazdıq. Əlimizdə xeyli “fakt” da vardı. Belə ki, hətta sərlövhələrdə, baş məqalələrdə belə xeyli qrammatik, orfoqrafik səhvlər vardı. İri bir məqalə hazırladıq və onu “Kommunist” qəzetinə göndərdik. Bir də eşitdik ki, bütün məktəb əl-ayağa düşüb, orada hay-küy qopub. Sən demə, raykomdan və rayon qəzetnin redaksiyasından bir dəstə “yoldaş” bizim təhsil aldığımız məktəbə gəlibmiş. Onlara elə gəlirmiş ki, bu yazının müəllifi biz şagirdlər yox, bizim müəllimlərimizdir. Təbii ki, tezliklə hər şey məlum oldu. Biz həmin məqaləni özümüz yazdığımızı etiraf etdik. Xəttimiz də göz qabağında idi. Gərgin söhbətdən sonra məktəb rəhbərliyi kəndə gələn “yoldaşları” yeməyə dəvət etdi. Sonralar müəllimlərimizdən biri zarafatla belə dedi: “Ay uşaqlar, niyə öz iş-gücünüzlə məşğul olmursuz? Bax yazdınız, gəldilər, yeyib-içib getdilər. Sizin hesabınıza iki hinduşkanın başından keçməli olduq”.
    Amma qəzetin redaktoru mədəni, ziyalı adam idi, çünki bu əhvalatdan sonra da yazılarım orada çap olundu. Orta məktəbi bitirəndə artıq qonorarla özümə kitab-dəftər, pal-paltar almaq imkanım vardı.
    “Stalinin qənimi”
    -Mən nə nənə, nə də baba görmüşəm. Həm ata, həm də ana babam mən dünyaya gəlməmişdən xeyli əvvəl rəhmətə gedib. Mən nəslimizdə baba əvəzi böyük əmim Möhbalını, nənə əvəzi isə onun arvadı Xurmanı görmüşəm. Əmim çox şən, yeyib-içən bir adamdı. Daim sovet hökumətini söyərdi. Ən çox da Stalini söyərdi. Çünki onun atası Stalin kursuna zidd bir adam kimi güllələnmişdi. Xurma xala isə mənə əsl nənəlik etmişdi. Mən onunla hər il yaylağa gedərdim. Biz əvvəllər Qonaqgörməz, sonralar isə Kaftar deyilən yerlərdəki yaylaqlara gedərdik. Yaylaq məzərələri, köç lövhələri hələ də gözümün önündədir. Qurulan çadırlar, hörülən mərəklər, örüş yerləri, yaylım, sağın, çoban tütəyi, daş duzlar, bulama, eydirmə, körəməz, kətəməz, eymə, satıl... Bu sözlər, daha doğrusu bu fenomenlər indi bir qədər arxaik səslənir. Amma əslində hər ifadənin arxasında bir tarix yatmaqdadır.
    “Qızqaytaran”
    -Mən oduna, biçinə getdiyimi də xatırlayıram. Yaşıdlarımın bir çoxu göndən tikilmiş çarıq geyərdi. Yadımdadır, bir dəfə evdə dava-dalaş salıb mənə çarıq tikdirməklərini tələb etdim. Atam bərk hirsləndi: “Ayaqqabısı olmayanlar çarıq tikdirir. Axı sənin ayaqqabın var”. Anam əmimə bu barədə deyəndə Möhbalı kişi elə həmin gün mənə bir çarıq tikib bağışladı və gülə-gülə dedi: “Hə, bu da sənə bir qızqaytaran çarıq”. Mən cəld qaçıb dostlarıma sevincək yeni tikilmiş “qızqaytaran”ımı göstərdim. Axşam yağan yağış mənim çarığımı isladıb ətənəyə döndərmişdi. Ayağım yaş çarığın içində az qala donmuşdu. Beləliklə, dava-dalaşla əldə etdiyim çarığı cəmi bircə gün geyməli oldum.

    “Bir də onları xatırlayıram...”
    -Xatırlayıram ki, o zaman arada kəndimizə ilan ovsunçuları, ayı oynadanlar, ələmgəzdirənlər də gələrdi. Bu qəribə adamların öz sir-sifətlərindən və qəribə geyimlərindən heç də az qəribə olmayan hərəkətləri məni heyrətləndirərdi.
    Bir şeyi də yaxşı xatırlayıram. O zaman kəndimizdə çoxlu əlil adamlar vardı. Əlbəttə, bunlar cəbhədə qolunu, qıçını itirmiş adamlar idi. Mənim ilk müəllimim Yaqub müəllim də ayağının birini cəbhədə itirmişdi. Mən sonralar öyrəndim ki, müharibə zamanı əsir düşmüş və əsirlikdən canını zorla qurtarmış bu adamların bir çoxu vətənə qayıtdıqdan sonra təzədən sürgün olunmuş, yalnız Stalin öləndən sonra bəraət alaraq doğma evlərinə qayıda bilmişdilər. Sonralar mənim qələmə aldğım, hələ sovet dönəmində nəşr olunmuş “Dünyanın rəngi” povestimdə məhz bu məsələ işıqlandırılmışdır. Əsərin qəhrəmanı Vamiq günahsız qurbana çevrilən atasının həsrəti ilə yaşayır, Stalinə məktublar yazır, lakin o məktublar cavabsız qalır.

    “Təkcə dağlar dəyişməyib”
    -Mən hər il kəndimizə gedirəm. Anama baş çəkirəm. Aradan ötüb keçən bu illər, onillər ərzində çox şey dəyişib. Bir siyasi sistemi digəri əvəz edib. Kəndimizdə adamların sayı azalıb. Gənclərin çoxu şəhərlərə və gigər ölkələrə iş ardıyca gedirlər. İsalıda bu gün daşlı-kəsəkli yollar asfalt, soyuq evlər yanacaq-qaz gözləməkdədir.
    Bəli, kəndimizdə çox şey dəyişib. Çaylar başqa məcraya axaraq öz yerini dəyişib. Elə adamlar da dəyişib. Hətta, fauna və florada da dəyişmə müşahidə olunur. Belə ki, əvvəllər bu yerlərdə gözə dəyməyən vəhşi baldırğanlar kök salıb. Ağac kimi hündür olan bu zərərli-zəhərli bitkinin kökü də dərinlərə işləyib.
    Ermənistan tərəfdən axıb gələn sincab sürüsü toyuq-cücəyə tülküdən betər qənim kəsilib. Tülkü demiş, axşamlar çaqqal sürüsü dərələrdə ağız-ağıza verib ulaşır.
    Və nəhayət, bildiyimiz kimi, biz tərəflər öz meyvə-tərəvəzi, xüsusilə kartofu ilə məşhurdur.
    Meyvə bağlarının, ağacların sayı son illərdə xeyli artıb. Elə arıçılıq da öz inkişaf dövrünü yaşayır. Amma kartofçuluq... Təəssüf ki, artıq məşhur “ağçiçək” sortu aradan çıxıb. İndi kartof sortlarına yerli əhalinin özü “şərti” adlar qoyub: “qırmızı kartof”, “rus kartofu”, “iran kartofu” və sair.
    Bu, yaxşı haldır ki, son illərdə təsərrüfata meyl artıb.
    Dediyim kimi, kəndimizdə hər şey dəyişmədədir. Təkcə dağlar dəyişməyib. On illər, yüz illər, min illər öncə olduğu kimi yenə əzəmətlidir, vüqarlıdır o dağlar. Bizim kəndimiz Ər dağından başlayır. N.Nihad”
    https://modern.az/az/news/145306

    03.07.2023
    Dünən axşam eləməyib tənbəllik bir özəl Tv-də (gərək ki, “ReaksiyaTV-də) iki nəfərin debatına baxdım: Elman Nəsirov və Sərdar Cəlaloğlunun... Arada öz-özümə gülürdüm. Sərdar dildən iti, Elman ləng. Sərdar intellektual, Elman məhdud adam təsiri bağışlayan birisi... Özümü saxlaya bilməyib FB səhifəmdə yazdım:
    “Dünyanın heç bir TV- sində Elman Nəsirov ilə Sərdar Cəlaloğlu arasında gedən "maraqlı" debata rast gəlmək mümkün deyil. Elman müəllim hər dəfə özünü dərsdən 2 alan şagird kimi aparır. Sərdar bəy isə sanki hər dərsdə, yəni hər teledialoqda bu "dərsbilməyən şagirdi" danlamaqdan həzz və zövq alır...”
    Bir xeyli rəy gəldi. Elmana bəraət verənlər də oldu. Olsun, demokratiyadır.
    04.07.2023
    Bütün günü yağış yağdı, şimşək çaxdı.
    Yazılarımı qaydaya salıram.
    Uşaqlığım keçən yerləri-həyətimizdəki dərəni, kiçicik meşəni, bulaqları, cığırları gəzib-dolaşıram. Bu il çox yağanlıq (yağışlı) keçdi. Düzdür, bunun bir əhəmiyyəti var: sular artıb. Amma ziyanı da az deyil, ağacların puçurunu, meyvəsini məhv edir, bu, o deməkdir ki, meyvə qıt olacaq. Çiçəklərin şirəsi də yuyulur, arılar bal üçün “xammal”-şirə toplamaqda çətinlik çəkir. Yollarda gəliş-gediş çətinləşir. İşıqlar tez-tez sönür...
    Amma bütün bunlarla yanaşı təbiətdən zövq alırsan...
    ..Uşaqlar qonşu Düzrəsullu kəndinə, dayısıgilə getdi. Sabah, ya birisigün qayıdacaqlar.

    05.07.2023
    Günün birinci yarısı mediada belə bir xəbər yayıldı ki, keçmiş deputatımız Nazim Məmmədov (Bəydəmirli) Bakıda “Bandatdel”ə çağırılıb. Guya kimisə şantaj edib pul istəyir. “Guya” deyirəm ona görə ki, bu, mümkün olan şey deyil. Mənim tanıdığım Nazim müəllim ziyalı, xeyirxah bir insandır. İndiyəcən olan deputatların çoxundan fərqli olaraq daim camaat arasında olub, xeyirdə-şərdə iştirak edib.
    Günün ikinci yarısında belə bir informasiya yayıldı ki, Nərimanov rayon məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib... Mən belə hesab edirəm ki, onun həbsinin əsas səbəbi Söyüdlüdə baş verənlər barədə mətbuatda etdiyi sərt çıxışlardır. O, əsl el adamı kimi daim el içində və həqiqətin, düzlüyün yanında olub. Vicdanlı insanlar haqqında bəzən vicdansız qərarlar çıxarılır.
    ... Hə, bu günün “müjdəsi” də var: ağzına və ağlına gələni yazan “şairə” Elza Seyidcahan AYB üzvü seçilib. Ona vəsiqəni Çingic Abdullayev təqdim edib və bu “şad” xəbəri öz səhifəsində paylaşıb.
    Əslində Elza normal müğənni və bəstəkardır. Bir-iki “lağlağı” şeiri var. Eşitdiyimə görə, daim ədəbiyyatın “təəssübünü” çəkən “gənc şairlər” onu tərifləyə-tərifləyə “ədəbiyyata” gətiriblər. Görəsən ona kimlər zəmanət verib?
    ...Yeri gəlmişkən, mən indiyəcən heç kəsə zəmanət verməmişəm. Xoşum gələn, bəyəndiyim müəlliflər, habelə gənc şair və yazarlar haqda yazmışam. Amma onların gələcəkdə bu sahədə fəaliyyət göstərib-göstərməyəcəyi haqda zəmanət verməyə çətinlik çəkirəm.
    ...Anarı vəzifədə uzun müddət qaldığı üçün tənqid edənlərin nəzərinə: mərhum Rəsul Həmzətov 52 il müddətində Dağıstan YB-nin sədri olub.
    ...Hə, mətbuatda onu da oxudum ki, Şəmkirdə hansısa “şişka” 250.000 manatın müqabilində Türkiyənin məşhur müğənnisi Ebru Gündəşi uşağının sünnət toyuna çağırıb. Ebru xanım əvvəlcə elə bilib ki, onu toya dəvət ediblər, bəylə gəlinin adını soruşub. Biləndə ki, “kişik toya” gəlib, təəccübünü gizlədə bilməyib... Bir neçə il öncə İbrahim Tatlısəs də bizdəki bir müğənninin oğlunun sünnət toyuna gəlmişdi-əlbəttə böyük məbləğdə pul müqabilində...
    ...Gün ərzində bir neçə dəfə yağış yağdı, işıqlar yanıb-söndü.

    06.07.2023
    Evimizə yeni çəkilmiş internet vasitəsi ilə ölkədə və dünyada baş verənlərlə tanış olmaq imkanım var.
    Oxudum ki, Ukraynanın gözəl Lvov şəhəri də atəşə məruz qalıb. 4 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Raşistlər öz təcavüzkar niyyətlərindən və əməllərindən əl çəkmirlər. Putin və Medveryev dünyanı nüvə silahı ilə hədələyir.
    Eks-deputat Nazim Bəydəmirlinin həbsi və ona qarşı irəli sürülən gülünc ittiham əksəriyyət tərəfindən narazılıqla qarşılanıb.
    Filosof Əbülhəsən Abbasovun Söyüdlü ilə bağlı çıxışı maraqlı idi. Mənim keçmiş iş yoldaşım və həmyerlim Əbülhəsən bəy vicdanlı alim və şəxsiyyətdir. O, öz çıxışında yumşaq, mədəni şəkildə də olsa problemin kökünü, mahiyyətini açıb göstərdi. İdarəetmədə sahəsindəki uğursuzluqdan danışdı.
    Mətbuat daha çox yüngül məsələləri gündəmə gətirməklə məşğuldur. Daha çox hansısa müğənninin evi, maşını, bağı, səfərləri reklam olunur. Yəni adamların zəngin həyatı bu günkü mətbuatın “tapındığı” istinad nöqtəsidir...
    Yəqin ki, çoxları müşahidə edib: bir sıra kasıbyana, miskin həyat keçirənlər var ki, özlərini cəmiyyətə zəngin adam kimi təqdim etmək istəyir, təşəxxüs göstərir, ədəbazlıq edirlər. Bunun əksini də müşahidə etmək olur. Belə ki, çox zəngin, oğurluq-doğurluq yolla zənginləşmiş adamlar daim sızıldayır, zarıyır, kasıblıqdan şikayət edirlər. Olmaz ki, elə olduğun kimi görünəsən, ay adam?

    08.07.2023
    Bu gün fb səhifəmdə belə bir not (qeyd) yazdım:
    Bir neçə gündür ki, bir müğənninin (E.Seyidcahan nəzərdə tutulur) AYB üzvü olması, az qala gündəmi zəbt edib. Hətta, tanış media əməkdaşlarından mənə də zəng edib xoş-beşdən sonra bu məsələyə münasibətimi öyrənmək istəyənlər olub. Birisi isə lap gül vurub soruşdu ki, sən də onun üzv olmasına səs vermisən?
    ...Məsələyə münasibət bidirən "rəyçilərin" çoxu müğənnini və onun, əgər belə demək caizsə, şeirlərini tənqid edirlər. Belələri bilmir ki, bununla tənqid etdikləri bəstəkar-müğənni xanımın reytinqini daha da qaldırırlar. Bu gedişlə toyların da "qiyməti" qalxacaq. Elə belələrinin, o xanımım bir mənzuməsində deyildiyi kimi, "ağzı tikilsə" yaxşıdır.
    Və başqa bir not. Bəzi şairlər paxıllıq hissi keçirirlər. Kişinin qızı 3 poetik mətn yazıb, az qala hamısı dillər əzbəridir... AYB üzvü olan şair var ki, 3 cildlik şeirii var, amma heç kəs onu tanımır.
    p.s.
    Elə bil hər yarağımız var idi, təkcə saqqal darağımız çatımırdı.
    "Problem" tapıblar, indi onun həlli yollarını axtarırlar...
    Ukrayna-Rusiya arasındakı qanlı savaşın başlanmasından, daha doğrusu Rusiyanın Ukraynaya hücumundan 500 gün keçir. 500 gündür ki, dünyanın bəzi dövlətləri və bəzi dövlətlərin vətəndaşları bu savaşı “maraqla” izləyir. Sanki iki xalq qarasında deyil, iki futbol komandası arasında gərgin oyun gedir.
    Yüz minlərlə adam məhv edilib, milyonlarla insan qaçqın düşüb, uşaqlar və qocalar qızıl güllənin qurbanı olub... amma işə salınmış “ət maşını” öz işini görməkdədir. İnsanlarla birlikdə insanlıq da ölməkdədir.
    Bu hərbi cinayəti yalnız dünyanın birləşmiş gücləri durdura bilər.

    09.07.2023
    Dünən axşam eşitdik ki, İlqar haqq dünyasına köçüb. İlqar Nəriman oğlu Məmmədov. Nəriman müəllim Gədəbəyin Zəhmət kəndində doğulmuşdu. Yüksək təhsilli inşaatçı idi. Tanıyanlar onu mərd, üzügülər, zarafatcıl, ailəcanlı bir şəxs kimi xatırlayır. Erkən rəhmətə getdi. Ölkəmizin əksər regionlarında ucaltdığı binalar, tikdiyi körpülər indi də onun sənət əsəri kimi qalmaqdadır. Övladlarını bibim qızı, tanınmış riyaziyyat müəlliməsi Məfkurə Rəhim qızı böyütdü. İki qız övladı- Rəna və Mədinə, habelə indi ititrdiyimiz İlqar ali təhsil aldılar, həyatda öz yollarını seçdilər. Tərbiyəli övladlar böyütdülər.
    İlqar iqtisadçı idi. O, vətənpərvər, savadlı, yumoru sevən bir oğlan kimi hamının hörmətini qazanmışdı. Onun vaxtsız vəfatı hamımızı çox təsirləndirdi...
    Görünür, Tanrının məsləhəti belə imiş.
    Mən İlqarı sevənlərin, tanıyanların, qohum və əzizlərin hamısına səbr diləyir, son qəminiz olsun-deyirəm.
    p.s.
    Gün ərzində növbə ilə bir neçə dəfə gah yağış yağdı, gah da gün çıxdı.

    Bəyəm məşhurların mahnı oxuması qadağandır?
    (Səhər telefonda bir status yazmışdım, axşam görürəm ki, fb-də yoxa çıxıb. Təxminən bu konuda):
    Zənnimcə dünyanın heç bir yerində statusundan, vəzifəsindən və ya yaşından asılı olmayaraq kiminsə mahnı oxumasın, rəqs etməsinə qadağa qoyulmayıb. Məsələn, Atatürk gözəl rəqs edirdi. Xtuşşov da onun kimi... İtaliyanın baş naziri Berluskoni nəğmə oxuyurdu. Türkiyə Prezidenti Ərdoğanın həvəslə şərqilər ifa etdiyini hamınız bilirsiz... Amerika prezidenti Bill Klinton saksafon çalır.
    Hələ bunlar dövlət rəhbərləridir...
    Yaradıcı insanlardan Səməd Vurğun saz və skripkada gözəl melodiyalar ifa edir, özü də könlü istəyəndə oxuyurdu.
    Məşhur abxaz yazıçısı Fazil İsgəndər həm şair, həm nasir, həm də ... müğənni idi.
    Avar şairi Rəsul Həmzətov görkəmli şair idi, el şənliklərində həvəslə rəqs edirdi.
    Fransız yazıçısı Boris Vian həm yazıçı, həm caz ifaçısıdır.
    Novel mükafatı almış Bob Dilan həm şair, həm aktyor, üstəlik də müğənnidir.
    Bu siyahını istənilən qədər uzatmaq olar... Zənnimcə buna ta ehtiyac yoxdur.
    Bəs bizim məmləkətdə bəzi adamlar Xalq yazıçısı Anarın bir məclisdə mahnı ifa etməsinə niyə təəccüb edir? Yaxşı mənada təəccüb edirlər etsinlər ey, ta “əmma” axtarmağa nə hacət?
    ...Hər cür müqayisə yersiz olsa da, qeyd edim ki, ürəyimə düşəndə mən özümçün və ya dostlar əhatəsində zümzümə edirəm; hətta öz toyumda rəqs etdiyimi də xatırlayıram...)
    p.s.
    Ömründə heç olmasa bir dəfə mahnı oxumayan və ya rəqs etməyən adamlar məni çox təəccübləndirir...

    10.07.2023
    Medianın gündəmdə saxladığı əsas mövzulardan biri də Nazim Məmmədov (Bəydəmirli) ilə bağlıdır. O, mənim tanıdığım adamdır. Bilikli, səviyyəli, mədəni, xeyirxah iş adamı və alimdir. Jurnalistlərin dostudur. Amma “sarı mətbuatda” onu tənqid edənlər də var. Bir dəfə özü danışırdı ki, jurnalistlərə böyük hörmətim var. “Amma aralarında bu peşəyə ləkə vuranlar da olur. Bir yazar-jurnalist vardı tez-tez yanıma gələr boynunu büküb kasıblıqdan, çıxılmazlıqdan söz açardı. Bir dəfə ona kompyuter alıb bağışladım, bir neçə dəfə də “cibxərcliyi” verdim. Mənim halına acıdığım bu “yazarın” sən demə buynuzu içində imiş. Hə ray qanun-qayda gözləməyən “uçaskovılar” kimi pul almaq təmənnası ilə qapımı kəsdirirdi... Özümdən uzaqlaşdırmalı oldum... İndi həftə səkkiz, mən doqquz haqqımda iftiralar, hədyanlar yazır. Təəssüf ki, indi belələri çoxalib.

    11.07.2023
    Çıxacağımız varmış... Axşamüstü güclü şimşək inrenetimizi vurdu, modem yandı. Modem də ki, elə ucuz deyil, bir neçə gün əvvəl ondan ötrü yol ölçə-ölçə Novo-Saratovkaya getmiş, onu 45 manata almışdım. Üstəlik (5+5= 10) də 10 manat yol pulu. Eləyir 55 manat...
    Burada da şəhərdə olduğu kimi kompyutersiz keçinmək olmur. Xüsusən də Aqşin və Güntəkin üçün. Çünki onlar hansı proqramlarısa həll edir, müxtəlif məmbələrə isnad edirlər...
    ...Mən nəvələrimlə -dəcəl Aydan və sakit Fidanla məhləmizdə gəzişirəm. Onlar hərdən ağacdan asılmış yelləncəkdə yellənirlər. Bəzən də öz aralarında ingiliscə nə barədəsə danışırlar. Təbii ki, ingiliscə bilmədiyim üçün mənimlə öz dilimizdə danışırlar. Aydan bir neçə dil bilir- Azərbaycan, türk, ingilis, rus, bir qədər də Amerikada oxuduğu məktəbdə tədris olunan - əlavə fransız və çin dilləri...
    ...Demək olar ki, bütün günü yağış yağdı. Bacım Səyyarə Bakıdan zəng vurmuşdu: istinin, bürkünün, xəfənin adamları “birtəhər” etdiyindən şikayətləndi.
    Bəli, şəhər “od tutub yanır”, kənd isə soyuqdan “donur”.

    12.07.2023
    Bu son 4-5 gün ərzində ot çaldım, odun yardım. Ailəvi tonqal çatdıq. Xarab olmuş modemi “düzəltdik”. Ən başlıcası, yeni kitablarımı tərtib etdim, “vyorska” etdim (səhifələdim). İndi kitab çap etdirməyin məziyyəti qalmayıb. Heç kitabın nəşri üçün pulum da yoxdur. Əslində kitab oxuyanlar da kifayət qədər azdır. Hamının mobil telefonu var, lazım olan nəsnəni oradan tapıb “oxuyur”.
    Artıq dediyim kimi, “Lit.Azerbaydjana” jurnalının 6-cı sayında (iyun) “Su pərisi” (“Rusaka”) tragikomediyam çap olunub. Bu barədə pyesin tərcüməçisi Yeganə Mustafayeva zəng edib bildirdi. Çox tərbiyəli, istedadlı xanımdır. Famildaş olsaq da qohumum deyil.
    Az qala hər gün yağış yağır. Düzdür, yağışın yağması sərinlik gətirir, çaylarda, arxlarda, bulaqlarda su artır. Amma digər tədəfdən nəmişlik yaranır, otların, çiçəklərin şirəsi yuyulub gedir və arılar “məhsul” (şirə) yığa bilmir.

    17.07.2023
    Bütün axşamı və gecənin bir hissəsini “Vita” ilə yol gəldim. Maşında cəmi iki nəfər idik-mən və ayağı sınmış, qonşu kənddən olan bir qadın. Sürücü qadını Bakıdakı xəstəxanaya təcili çatdırmalı idi. Mən də yola düşmək qərarına gəldim. Gecə saat 2.30-da evə çatdım. Güclü yağış yağır. Neçə gündən bəri “qora bişirən” Bakı sanki sərinləşdiyi üçün dərindən nəfəs olır.

    18.07.2023
    Ukraynalılar Krım körpüsünü vurub dağıdıblar. Sərrast mərmi atəşi ilə vurulan körpü yarasız hala düşüb. Ölənlər və yaralananlar var.
    ... Şəhərə çıxdım. Fazil bəyəbaş çəkdim. Sonra teatr adamlarının toplaşdığıkafeyə getdim (“Keçmiş adı “Teatral” olub). Aktyor Əli Nur və Məsimovlayüngül xörək yedik, araq içdik. Əli bəyin deməyinəgörə gələn il mənim “Ənvər Paşa” pyesim oynanılacaq. Amma teatra yeni təyin olunmuş Rejissor xanım xeyli iddialıdır və bir neçə gün əvvəl onunla söhbət zamanı belə anladım ki, az qala heç kəsi, yəni heç bir dramaturqu bəyənmir.
    FB səhifəmdə Adolf Hitlerin bir şeirini tərcüməmdə verdiyimə görə orada səhifəm 10 günlüyə bağlanıb. Tam haqsız bir qərardır. Çap olunmuş şeiri paylaşmşam, burada nə səhv, nə qəbahət?
    Həyətdəki qonşularla bir xeyli oradan-buradan söhbət etdik. Əslində mən “həyət söhbətlərini”, darıxmamaq üçün nərd və ya domino oynayan qocaları çox da xoşlamıram. Boş vaxtım olanda ya yazı-pozu ilə məşğul olur, ya da mütaliə edirəm.
    Kəndə zəng etdim. Bizimkilər sabah gələcək.

    19.07.2023
    Bizimkilər s.11-də gəldilər. Kənddən saat 04-də çıxıblar...
    Hava xoşdur.
    Belimdə və dizimdə ağrılar var.

    20.07.2023
    Ulu Tolstoyun habeləTurgenevin və Dostoyevskinin ulu babaları... türk idi.
    Amma onun almanlarla qohumluğu da istisna olunmur.
    Deməli, məsələ belədir: son vaxtlar rus mətbuatınn yazdığına görə, bəzi şovinist ruslar Lev Tolstoyu alman əsilli olduğuna görə qınayır, hətta onun əsərlərinin dərsliklərdən çəxarılmasını... istəyirlər.
    Bəs əsl həqiqətdə Tolstoy kimdir..?
    Bu gün təsadüfən bir neçə il öncə yazdığım kiciçik bir yazı qarşıma çıxdı... Təqdim edirəm.
    Ulu Tolstoyun ulu babası... türk idi. Amma onun almanlarla qohumluğu da istisna olunmur.
    Vaxtilə qələmə aldığım bir sıra yazılarda türk kökənli rus sərkərdə, alim və yazıçılar barədə məlumat vermişəm. Qəribədir, bəzi rusbaşlılar nədənsə bu mülahizələrdən qısqanıb, qeyzlənib və ortada tutarlı faktların olmadığını yazıblar.
    Bəribaşdan deyim ki, mənim bu konuda olan fikir və yazılarım məhz rus mənbələrinə söykənib.
    Bəli, vaxtilə yazmışam ki, Fyodor Dostoyevski əslən türkdür, özü də Aslan Mirzə (Murza) Çələbi nəslindəndir. Çələbilər (yəni Dostoyevskinin ulu babaları) Qızıl Ordanın nüfuzlu başçılarından olmuşlar. Bu, mənim “kəşfim” deyil, ruslar özləri bu deyilənləri əsaslandırıblar. Məsələn, Rus tədqiqatçısı V. Arsenyev 1934-cü ildə Afinada dərc edilən “Novika” məcmuəsində Dostoyevskinin şəcərəsini təqdim edərkən onun nəsil-nəcabatı haqda da məlumat verib.
    İvan Turgenev də türk kökənli yazıçıdır. Bunu ədib özü də yaxşı bilirdi və ilk yazılarını “Mirzə Turgen” imzası ilə dərc etdirmişdi.
    Hər iki yazıçı dünyaca məşhurdur və əlbəttə, heç kəs onların “rusluğunu” əlindən ala bilməz.
    Bildiyimiz kimi, 19-cu yüzilliyin üç dahi sənətkarı digər həmkar və əsrdaşlarından yaradıcılıq diapozonunun genişliyi ilə fərqləniblər. Bu məşhur “üçlüyə” Tolstoy, Turgenev və Dostoyevski daxildir.
    Dediyim kimi, artıq iki görkəmli sənətkarın soykökü haqda rus mənbələrinə isnadən və istinadən öz mülahizələrimi vaxtilə Azərbaycan və rus dillərində çap etdirmişəm.
    Bəs Tolstoyun soykökü barədə nə bilirik?
    Dahi yazıçının özü və onun tədqiqatçıları dəfələrlə qeyd ediblər ki, Lev Nikolayeviç əslən knyaz Qlinskilər nəslinə mənsubdur.
    Bəs Qlinskilər nəslinin özü barədə nə demək olar? Məsələ burasındadır ki, Qlinskilər Qızıl Orda hakimi Mamay xanın (1335-1381) törəmələridir. Mamay əslən xan nəslinə mənsub olmayıb. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra Mamay öz yaxın qohumu Berdi bəyin dəstəyi ilə (o, Berdi bəyin bacısı ilə evlənmişdi) hakimiyyəti ələ almış, Qızıl Ordanın möhkəmlənməsində misilsiz işlər görmüşdür. Mamay xanın övladlarından biri Mansur xan idi. (Məşhur çar generalı və diplomatı Aleksandr Mansurov da məhz həmin Mansur xanın törəmələrindəndir).
    Tarixdə Mansur Kiyatoviç kimi tanınan knyazın nəslinin bir qolunu Qlinskilər təmsil edirdi. Qlinskilər nəslinin ən məşhur nümayəndəsi Mixail Lvoviç Qlinski olmuşdur. Mixail Qlinskinin bacısı qızı Yelena Qlinskaya isə 4-cü İvan Qroznının anası olmuşdur.
    Bir sözlə, Tolstoyun ulu babalarının məşhur Qlinskilər nəsli ilə eyni kökdən olması tarixi faktdır. Yazıçı Mamay xan və Mansur xanla da tarixən qohum idi.
    Və təbii ki, Tolstoy rus yazıçısıdır.
    ...Bu gün hava istidir. Ə.Nur zəng etdi. Nahar etdik. Süfrədə içki də vardı.

    21.07.2023
    Rus mediyası Türkiyəyə və Azərbaycana qarşı iftiralar yağdırmaqdadır. Rusiya həmişə olduğu kimi öz ampluasındadır- bütün dünyanı ittiham edir. Ğz gözündə tiri görmür...
    ...Şuşada Global Media Forum keçirilir.
    Tədbirdə 50 ölkənin 150 media quruluşunu təmsil edən 250 jurnalist iştirak edir.
    Prezident İlham Əliyevin açılışda geniş çıxş etdi. Global Media Forum təkcə Şuşanın deyil, Azərbaycanın tarixində bir ilkdir.
    ...Siyasi partiyaların “qeydiyyatdan keçirilməsi” davam edir. ƏN “Real”, “Müsavat” və “AXCP” kimi iripartiyaları (“Real” istisna oluna bilər) üzvlərinin say azlığına görə qeydə almır.
    ...Nədənsə indi yadıma 2019-cu ilin 19 yanvar tarixi və həmin gün keçirilən gur mitinq yadıma düşdü. Mən mitinqə getməmişdim, amma deyilənə görə son illərdə belə mitinq olmayıbmış.

    23.07.2023
    Bu gün tarixçi Cəmil Həsənli öz fb səhifəsində maraqlı bir sənəd təqdim edib. Müəllifin dediyinə görə, 29 səhifədən (25 səhifə əsas və 4 səhifə əlavə) ibarət olan "Mir Cəfər Bağırovun Sovet İttifaqı Kommunist Partiyası yanında Partiya Nəzarət Komitəsinə izahatı" 1954-ce ilin əvvəllərində yazılıb. Orada diqqətçəkən iki “məlumatı” vurğulamaq istəyirəm.
    1.M.C.Bağırovun izahatında 30-cu illər repressiyasına toxunulur. Orada habelə, 37-ci il repressiyaları, Türkiyəyə rəğbət göstərən adamlar haqqında, Gədəbəyin Çaybasan kəndi əhalisinin böyükdən kiçiyəcən gülələnməsi barədə məlumat vardır.
    (Qeyd. Mən bir çox mənbələrə baxdım. Gədəbəydə “Çaybasan” adlı kənd adına rast gəlmədim. Belə bir kəndin İran ərazisində, Maku şəhərinin Poldəst bölgəsinin qərbində olduğunu öyrəndim. Və həmin kəndə Çaybasan da deyirlər, Çaybasar da... Belə qənaətə gəlmək olar ki, bütün Çaybasan əkli məhv edildiyinə görə kəndin adı xəritədən vəsiyahıdan silinib. Kənd yoxsa məlumat haradan olsun?...
    ...Bir nəfər mənə yazıb bildirdi ki, indi həmin kəndin adı dəyişdirilib olub: Çayoba. (Sonralar adı xəritədən silinmiş bu kənd haqda yazdım-F.M.).
    2. Bağırov yazırdı: “1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən Hüseyin Cavid və Abbas Mirzə Şərifzadə Müsavat partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir.Onun ictimai nüfuzunu gözardı etmədən biz onu Ali Sovetin deputatlığına irəli sürmüşük, partiya təşkilatına yaxın saxlamaq üçün Azərbaycan KP MK-nın üzvlüyünə namizəd etmişik. Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm. O, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı”.
    Nəticə aydındır. S.Vurğun “millətçi” kimi yaradıcılığı boyu daim “diqqət mərkəzində” olub.

    24.07.2023
    Günün mühüm hadisəsi: ADR Partiyasının lideri, iqtisadçı, professor Qubad İbadoğlu həyat yoldaşı ilə birgə Sumqayıt şəhərinə gedərkən magistral yolda həbs olunub. Sonra məlumat verildi ki, arvadı İradə Bayramova sərbəst buraxılıb. Yayılan şayiələrə görə İbad bəyi fetö-çularla bağlamaq istəyirlər və guya ofisindən 40 min dollar pul tapılıb. İnanmaq çətindir.
    Yeri gəlmişkən, Qubadoğlunun özündən qardaşı Vüqar Bayramov deputatdır.

    25.07.2023
    Respublika xədstəxanasına getmişdim. Arayış almaq lazım idi. Dəhlizdə əl arabasında bir adam gördüm. Diqqət yetirəndə tanıdım. Jurnalist Səbuhi Məmmədov idi. Ayağının biri dizdən aşağı kəsilmişdi. Çox təsirləndim. Ürək-dirək, təsəlli verdim. Ayrılandan sonra xatırladım ki, səhv etmişəm: cibimdə bir az vardı, gərək onu verəydim... Sadəcə, yadıma düşməyib...

    29.07.2023
    Alimlər maaşlarının azlığından gileylənirlər. Sovetlər dağılanda Elm Fondu yaratdıq. Məni Fondun prezidenti seçdilər. İdarə heyətinin üzvlərinin çoxu tanınmış alimlər idi. Sonralar keçmiş Baş nazir Pənah Hüseynovu (həbsdən sonra) fonda icraçı direktor təyin etdim. ... Başımıza çox müsibətlər gəldi. Fondu yoxladılar. Yaxşı ki, hesabda bir qəpik pul yox idi. Yoxsa çox başlar ağrıyacaqdı... Fondu bağlamaq istədilər. İş Ali məhkəməyə və Konst. Məhkəməsinəcən uzandı. Get-gəllər, iqrar-inkar, dava-dalaş... Əl çəkəsi oldum. Heç bilmirəm necə oldu... İçərişəhərdə kiçik bir yerimiz vardı, o da getdi... Amma bir gün eşitdim ki, nəsə Elmə Dəstək Fondu adlı təşkilat yaranıb... Deyəsən onun sədrini sonralar Universitetə rektor qoydular... Deyilənə görə təmiz, obyektiv adamdır. Bəlkə də onun heç mənim haqqında danışdığım eks-fonddan heç xəbəri də olmayıb... H, orasını da deyim ki, İçərişəhərdə Fond üçün yer də almışdıq. O yer də “getdi”...
    ...Sonralar özəlləşmə dövrü başladı. EA-nın alimləri aksiyaları toplayıb nəsə etmək istəyirdi. “Akademiya” adlı şirkət yarandə, məni də rəhbər seçdilər. O vaxt aspirantlara dərs deyirdim deyə, az qala bütün Akademiya məni tanıyırdı. Görünür, həm də əməl-saleh adam hesab edib hamı lehimə səs verdi. Alimlər daşdan keçən nizamnamə hazırladılar, özəlləşmənin elmi əsasını vurğuladılar, qonşu respublikalarda aparılan özəlləşmə siyasəti ilə müqayısəli paralellər apardılar, ortaya mükəmməl bir sənəd qoyuldu... İlk hərraclar “Xətai” mədəniyyət evində (keçmiş Şaumyan) keçirilirdi. Bizi heç həmin binanın həndəvərinə yaxın buraxmadılar. Nəyi necə lazımdırsa aldılar və satdılar. .. Sonda adamlar əllərində olan vauçerləri 2-3 “şirvana” (3-4 dollara) alverçilərə verdilər. ..
    Bu da oldu özəlləşmənin sonu...

    25.07.-15.08.2023
    Bir Aydan çox Antalyada olduq. Nəvələrlə şəhəri gəzdik, çimərlyə getdik, muzeydə olduq...
    Mən Antalyadakı Bələdiyyə teatrına baş çəkdim. Baş rejissor Mehmet Özcanla söhbət etdim...
    Havalar isti keçsədə, nəmişlik duyulur.
    15-də təyyarə ilə evə döndum....

    30.07.2023
    Yeznə Rahib müəllim açıq qəlb əməliyyatı keçirib...

    01.08.2023
    Ədəbiyyat forumu keçirildi. Əvvəlcə Şamaxıda, sonra Bakıda (“Gülüstan”da) davam etdi. Başlannğıcda iştirak etmədim, sonra bir az dinləyici oldum. Yenə köhnə, ənənəvi demaqogiya. Ortada heç bir əməli iş yoxdur. Film çəkən də, tamaşa hazırlayan da, kitab yazan da pul istəyir. Amma iş görən azdır.... Tez tərk etdim...

    02.08.2023
    Dilimizi mənim qədər sevən az tapılar. Uzun illər işlədiyim rusdilli qurumlarda da dilimiz uğrunda mücadilə yapmışam... İndi bəzən büşünürəm ki, ingilis dilini təmiz bilsəydim, elə o dildə yazardım. R.Taqor hind yazıçısı kimi tanınır. Di gəl ki, yazdıqlarının çoxu ingiliscədir.
    Hələ çin dilini demirəm. Kitab var ki, tirajı on mln. nüsxə...
    Amma və lakin...
    ...Yaxşı ki, doğma dilimizdə yazıram. Axı mən havanı da bu dillə alıram, bu dillə yaşayıram. Elə sevgi və nifrətimi də bu dillə daha sərrast ifadə edirəm. Və mənim dilim "can" kəlməsi ilə bitir. Can, mənim Azərbay'can dilim.
    P.S.
    Başqa dillərdə yazanlara da sayğım böyükdür. Burada pis nə var ki?

    03.08.2023
    Ya yeni hibrid "nəsil" yetişib, ya da yeni qorxuc "klan" formalaşıb... Mahiyyət də bundan ibarətdir ki, keçmişin üstündən xətt çəkmək, ənənələri məhhv etmək... Konkret adlar çəkib vaxt almaq istəmirəm. Bu sırada böyük siyasətçilərimiz, dahi şairlərimiz, böyük alimlərimiz... kifayət qədərdir. Beləsindən sormaq lazımdır: ay qoyun ( ifadqəya gorə pardon) bəs sən bu xalq üçün nə yaratmısan?
    Fikir verirəm: hansı dövləti cinayətkarı "damlayırlarsa" belə deyir: Dövlətimin yanındayam...
    Can, ay dövlət. Bəs sən kimin yanındasan?

    04.08.2023
    O vaxtlar indiki ranqda iqtidar- müxalifət tərzi (və ya tərəzisi) olmasa da belə, hər halda tərəfkirlik olub. Belə ki, Nizamiyə kənd və kəniz bağışlayıblar, Nəsiminin isə dərisini soyublar.
    Bir daha bu məsələyə qayıtmaq isrəmirdim. Amma və lakin... yazıçı dili ilə bağlı ünvanıma suallar gəldi...
    ...Əlbəttə, milli ədəbiyyatın formalaşmasında dil amili önəmlidir. Vaxtilə yazmışam ki, ədəbi əsərdə başlıca faktorlardan biri də RUH faktorudur. Yenə o fikirdəyəm. Uzun- uzadı misallar çəkmədən mətləbə keçim. Rusca yazan Ç.Aytmatov, O.Süleymenov, Ç.Hüseynov, M. və R. İbrahimbəyovlar bəyəm milli yazıçılar deyil? Ruh faktorunu unutmayaq…

    06.09.2023
    AYB-də oldum. Sakitlikdir. Yəni qarovulçulardan başqa gözə dəyən olmadı. “Lit-nıy Az-n” (rusca) jurnalının 6-cı nömrəsində “Su Pərisi” (Rusalka) pyesim dərc olunub. 2 nüsxə götürdüm…
    GTT-da oldum.Nicat Kazımova 2 pyes təqdim etdim-“Bəyaz kölgələr” və “Su pərisi”…
    AYB katiblərindən biri- Səlim B. zəng vurdu. İbad Qubadoğlunun həbsdən azad olunması barədə AYB adından bəyanat verib-verməməyimlə maraqlandı. Dedi mi, bəyəm mən Sədrəm ki, qurum adından bəyanat verim. Sadəcə olaraq bir dəstə ziyalı Preazidentə məktub ünvanlayıb iqtisadçı Qubad bəyin azad olunmasını rica edib. Mən də həmin adamlardan biriyəm…
    …Axşam T.Məsimovla (M.Fərzəlibəyovun iştirakı ilə) möhkəm içdik. Son illərdə bu qədər içdiyimi xatırlamıram. Amma bunun bir xeyri də oldu: gecə yaxşıca yatdım. Son illərdə belə şirin yuxum omamışdı…
    Havalar soyuyur.
    Fb-də yazdım: Az qala hamı Avropanı söyür, az qala hamı Avropaya can atır. Zəngin də, kasıb da. Səbəb nə?
    ... Deyir ki, hər il Avropaya gedirəm. Orada üç ay işləyib qayıdıram Tiflisə, üç ayda qazandığımı bir ildə xərcləyib, növbəti il yenə qayıdıram "iş yerimə", yəni Avropaya... Orada bu cür işləyən soydaşlarımız çoxdur. Ta neyləyəsən? Dünya kiçilib böyük Vətənə çevrilib.
    .... Gözünüzün önündə sifətini, simasını, məsləkini, əqidəsini dəfələrlə dəyişən adamları (?) bir daha gözünüzün qabağına gətirin və... bir az gülümsəyin. Yox, pardon, şaqqanaq çəkib ürəkdən gülün. Niyə? Onlara oxşamadığınız üçün.

    08.09.2023
    “Qanun” nəşriyyatında “Teatr Meydanı” romanım nəşr olunub. Bu barədə Şahbaz bəy və Nigar xanım öz fb səhifələrində məlumat bermişdilər.

    14.09.2023
    Səhər tezdən İltimas bəyin maşınında Bərdəyə yola düşdük. Tofiq Xəlil, Əli Nur və mən. Şəhriyar adlı bir gəncin işini xahiş etməyə getmişdik. Rayon başçısı Vidadi müəllim bizi yaxşı qəbul etdi. Bir xeyli rayonda görülən işlərdən danışdı. Səmimi təsir bağəşladı. Bir sıra elmi və bədii kitabın müəllifidir. Şeir də yazır arabir…
    Axşam Bakıya qayıtdıq. “Yaşıl ada” adlı yeməkxanada günün sonuna nöqtə qoyduq.
    …Rüstəm Ənvər oğlu Omarov Ukraynanın Müdafiə naziridir. Krımlıdır. Müsəlmandır. İxtisasca maliyyəçidir.
    Milliyyətcə TÜRKDÜR.
    … Sergey Kujuget oğlu Şoyqu Rusiyanın Müdafiə naziridir. Tuvalıdır. Şamandır. İxtisasca inşaatçı mühəndisdir.
    Milliyyətcə TÜRKDÜR.
    p.s.
    Ukrayna və Rusiya arasında gedən qanlı müharibədə hər iki tərədin ordusuna türklər rəhbərlik edir…
    Bunları elə-belə dedim.

    15.09.2023
    15 sentyabr (eylül) - Bakının işğaldan azad edilən günü. Enver Paşaya ve Nuru Paşaya Allahdan rehmet dileyirik.
    "Savaş fesli" pyesimin qehremanı Enver Paşadır. Eseri Türkiye türkcesine çeviren Abdurrahman beye derin teşekkürümü bildirirem.
    Gün o gün olsun ki, pyes Türkiye tiyatrosunda oynanılsın.
    FB-də dramın finalından bir parçanı türkcede teqdim edirem.

    16.09.2023
    Çay içərkən qonşu stolda bir qrup adam keçmiş Baş nazir Novruz Məmmədovun müsahibəsini müzakirə edirdi. Mən də həmin müsahibə ilə tanışam. Novruz müəllimi də təmiz, vətənpərvər adam kimi tanıyıram… Telemüsahibədə Novruz müəllim işlədiyi iki il müddətində gördüyü işlərdən danışır, Nazirlər kabinetinin bəzi əməkdaşlarının bəd əməllərindən, rüşvətxorluğundan söhbət açır. Qeyd edir ki, hətta oranın bir əməkdaşı nazirlərin hamısını aylıq “stavkaya” orurdubmuş”, onu işdən qovub. Qonşu stolda yeyib-içən sərxış bir adam özünün Novruza haqq verdiyini, onun İçərişəhərdə bir neçə restoranının qızının adına olduğunu hündürdən bildirirdi… Sonra həmin yarısərxoş şəxs vaxtilə gördüyü “işlərdən” ağzı köpüklənə-köpüklənə özünün vaxtilə hansı vəzifəli şəxslərdən pul alıb “yuxarılara” ötürdüyündən, bir xeyli mövcud “gizli mexanizmlərdən” danıdı.

    17.09.2023
    Özbəkistan Yazıçılar Birliyinin
    (Ўзбекистон Ёзувчилар уюшмаси) yaydığı məlumat məni xeyli dərəcədə təsirləndirdi.
    Özbəkistanın görkəmli bilim adamı, akademik Naim Kərimov vəfat edib. Naim Fateh oğlu Azərbaycanı ürəkdən sevən bir insan idi. Düzdür, o, uzun və mənalı bir ömür (92 il) yaşadı. Amma buna baxmayaraq daim yaratmaq eşqi ilə yaşayırdı.
    Mən yolum Daşkəndə düşəndə böyük alimlə bir neçə dəfə görüşmüşəm. Bu sakit, təmkinli insanın maraqlı söhbətlərini dinləmək həmişə xoş idi.
    Özbək xalqına başsağlığı verirəm.
    Naim ağanın qəbri nurla dolsun.
    p.s.
    Vaxtilə yazdığım hekayələrdən birinin qəhrəmanı Tanrıya üz tutub təxminən belə bir fikir "irəli sürür":
    - Sənə qurban olum, ay Tanrı. Niyə adamları bu qaydada birləşdirir, ayırır və... artırıb çoxaldırsan? Olmazdımı kı, onlar da otlar, çiçəklər kimi artaydılar? Lap elə tozlanma yolu ilə...
    Zənnimcə pis təklif irəli sürmür bu qəribə qəhrəman. Elə deyilmi?
    p.s.
    Mən bu gün öz səhifəmdə itirib tapa bilmədiyim hekayəmdən həmin sətirləri yazarkən hücumlar da oldu.
    Cavab yazdım: Həzarat, bu sözləri mən demirəm ey, personaj deyir... O ki, qaldı ciddiyə.... Bəli, biləsiz ki, hazırda qorxunc təcrübələr gedir... Məhz "tozlanmaya" yaxın bir şəraitdə, ata-anasız uşaqlar "yaradılır".Yəni bu layihəni reallaşdırmaq istəyirlər. Belə getsə yaxın gələcəkdə "kolbada" uşaqlar hazırlanacaq... Əsl Mankurt.

    18.09.2023
    Bu gün yaxn qohumumuz, əmizadəmiz Məqsəd Abbasovun hüzründə olduq- Təzəpir məscidində. Onunla eyni nəsildənik. Ulubabamz Mustafa bəy olub. Məqsəd ali məktəbi Daşkənddə (Özbəkistanda) bitirmişdi. Seçki komissiyasında hüquqşünas idi. Atası Əli Abbasov tanınmış ərəbşünas idi. Uzun illər Əfqanıstanda tərcüməçi işləmişdi. EA-da çalışırdı. Çox xoş münasibətimiz vardı. Allah rəhmət eləsin.

    19.09.2023
    Bibioğlu Məhəmməd (Mamed) Köçərli bağına dəvət etmişdi. Əmoğlu Etibar çolpa kababı bişirdi. Yeyib-içib sağollaşdıq.
    Mən vaxt olanda “Azdramanın” yanındakı çayxanaya gedirəm. Oraya əsasən teatr adamları toplaşır. Bu gün də tanışlarla çay işdik- Mərahim, Teymur Əmrah, Əli Nur, Tofiq Xəlil...
    Xankəndində antiterror əməliyyatı başladı. Əsgər və zabitlərimizdən ölənlər var. Erməni silahlıları şəhəri tərk etməkdədir...
    ...Çox güman ki, tezliklə Xankəndiyə yenidən şəhər statusu veriləcək, haylar arasında vəzifə tutmaq uğrunda "müharibə" başlayacaq. Axçiləri xahiş- minnət üçün irəli verəcəklər... Onlarda qayda belədir.

    20.09.2023
    “Fyuzat” nəşriyyatından zəng vurub 2 kitabımın hazır olduğunu dedilər. Kitablar çox cüzi tirajla çıxarılıb, çünki əvvəla pulum çox azdır, ikincisi isə kitablarda əsasən pyeslər toplanıb ki, onları da, teatrlara verəcəm. Bizim ölkədə isə cəmi 5-6 normal teatr var...

    21.09.2023
    Yevlax şəhərində ermənilərlə, daha doğrusu Xankənd nümayəndələri ilə bizimkilərin görüşü keçirilir... Ermənilər iki nümayəndə və ağ bayraqla gəliblər...
    Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan həm olduqca hiyləgər, həm də nisbətən ağıllı siyasərçidir. O, hələ bir neçə il əvvəl dəyirdi ki, ay axmaq haylar, Azərbaycanın güzəştləri ila razilaşın, əgər bu gün razılaşmasanız, sabah yalvara- yalvara diz çöküb razılaşacaqsınız.

    22.09.2023
    Aqşin ilə “Qanun” nəşriyyatına getdik. Nigar xanımı və Şahbaz bəyi görə bilmədik. Dedilər ki, onlar xaricdə-Praqadadırlar. Anbardan “Teatr Meydanı”ndan 20 ədəd nüsxə götürdük...
    “Teatr Meydanı” artıq satışdadır...
    Əsər 90-cı illərdə yazılıb. İlk dəfə Rəşad Məcidin təşəbbüsü ilə “525-ci qəzet”də hissə-hissə dərc olunub. Sonra kitab şəklində kiril əlifbası ilə nəşr olundu.
    Əsərdə hadisələr qonşu dövlətlə müharibə şəraitində, Qarabağ uğrunda gedən döyüşlərin fonunda cərəyan edir, oğurlanmış uşağı xilas etmək üçün Yerevana gedən kəşfiyyatçımızın keşməkeıli və gözlənilməz “əməliyyatlarından” bəhs olunur...
    Bu kitabın çox qəribə bir taleyi var...
    Kirillə çıxan kitab tezliklə satıldı. Sonra latın əlifbası ilə təkrar nəşrlər olundu. Bir sıra kino xadimləri və rejissorlar mənə müraciət edib film çəkmək arzusunda olduqlarını bildirdilər. Amma ən ciddi təkliff o vaxtkı Mədədəniyyət və Turizm nazirliyindən gəldi. (Yeri gəlmişkən deyim ki, mən detektiv janrda olan bu romanı çox qısa vaxt ərzində qələmə almışam və heç də özümün ən yaxşı əsərim hesab etməmişəm və indi də bu fikirdəyəm).
    Artıq aradan illər keçəndən sonra bir-iki kəlmə bu əsərin “taleyi” barədə danışmaq, “sirri” açmaq olar. Nazirliyin əməkdaşı, kinoprodüser, ssenarist, Əməkdar incəsənət xadimi, bir sözlə yaxşı bir oğlan- Müıfiq Hətəmov günlərin bir günü məni axtarıb EA-da (AMEA) tapdı. Roman əsasında film çəkmək istəyini bildirdi. Razılıq verdim. Məlum oldu ki, filmin çəkilişi Kinostudiyada nəzərdə tutulub. Hətta, həmmüəllif də tapıdı: məşhur ssenarist, “007” filminin mətnini yazan Romanov... Film Azərbaycan və rus dillərində səslənməli idi. Bəxtimizdən həmmüəllif də Bakıya dəvət olundu. Tərcümə işinə başladılar. Amma və lakin...
    Alınmadı...
    Az sonra Müıfiq Hətəmov Kinostudiyaya direktor təyin olundu... Köhnə arzumuz təzədən çiçəklədi.
    Yenə alınmadı...
    Bu bacarıqlı insan (Müıfiq Hətəmov) “Speys Tv”yə rəhbərlik edən zaman da köhnə təşəbbüsü reallaşdırmaq istədi...
    ...Və yenə alınmadı.
    Dediyim kimi, əsərin lentə alınması üçün cəhd göstərən, onu “kino üçün yaxşı xammal” hesab edən, vətənpərvərlik mövzusunda yazılmış maraqlı əsər kimi qiymətləndirən digər rejissorların da səyi puç çıxdı...
    Görünür, bu “platformada” təkcə kitab və ya mətn həlledici deyilmiş. Nəsə mənim bilmədiyim başqa amillər də varmış.
    ...Çox vaxt kitabların arxasında müəllif kimi mənim elektron poçt ünvanım və telefon nömrəm olur. Aradan az keçmiş ardd-arda məktublar və zənglər gəlməyə başladı: ən çox da Rusiyadan yaşayan soydaşlarımızdan... Görüşlər və verilişlərdə tamaşaçılar əsərin ardı ilə maraqlanırdılar.... O zaman hələ fb, tik-tok, votsapt və s. kimi “kitab düşmənləri” yox idi. İndi az qala kitabı “əvəzləyən” əcaib-qəraib “əlavə vasitələr” meydana çıxmaqdadır...
    Bir sözlə, “Teatr Meydanı” ilə bağlı “sərgüzəştləri” və aldığım məktubları toplayıb nəşr etdirsəm romanın özündən qalın bir kitab alınar.
    Bəli, kitabların da insanlar və müəlliflər kimi öz taleyi (dırnaqsız) olur.
    Artıq “Teatr Meydanı” yenə meydandadır. Etiraf edim ki, bu son nəşr öz dizaynı, tərtibatı, montaji... ilə əvvəlkilərdən daha nəfis və maraqlı təsir bağışlayır.
    Kitab “Qanun” nəşriyyatında (Şahbaz Xuduoğlu) nəşr olunub, “Əli və Nino” kitab mağazaları şəbəkəsində (sahibi Nigar Köçərlidir) satışdadır.
    Bu son cümləni də məndən kitan istəyənlər üçün yazdım...

    25.09.2023
    AYB-də oldum, Rəşad Məcidlə, Elçin Hüseynbəyli, İntiqam Qasımzadə ilə, nəhayət Anar ilə görüşdüm. Anara vaxtilə Böyük adada (İstanbulda) Lev Trotskinin evini axtararkən bir kişinin bələdçilik etdiyini və həmin adamın Anar yaradıcılığı barədə danışdığını söylədim. Kişinin adı Fuad Çilingər idi... Anar dedi ki, o da vaxtilə Meksikada Trotskinin qətlə yetirildiyi evdə olub və orada ona deyiblər ki, sən SSRİ-dən gələn yeganə adamsan ki, bu mənzili ziyarət edirsən... Oradakı dostlara “Teatr Meydanı” kitabının yeni nəşrini verdim....
    Rəşad bəy dedi ki, ev işin 99 faiz düzələcək. Zarafatla dedim ki, bunu yüz faiz edin... Gülüşdük.
    ...MN-də oldum. Orxan Fikrətoğlu ilə görüşdüm. Kitab verdim... Pyeslər kitabımı...
    ...Evimizə (mətbəxdə) su süzgəci (aparat) quraşdırdılar. Ödənişi 3 il ərzində edəcəyik-ayda 50 manat.
    ...Deputat xanım Qənirə Paşayeva komadadır. “Leçkomissiya”nın reanimasiyasında müalicə olunur. Vəziyyəti kritikdir. Bir neçə gün əvvəl hansısa bir tədbirdə görüşmüşdük, hədsiz dərəcədə arıqlamışdı. Allah şəfa versin.

    26.09.2023
    Elə hey əlyazmalarımı qaydaya salmaqla məşğulam. Az qala hər köhnə qovluqdan, çantadan, künc-bucaqdan əlyazmalarım, qeydlərim çıxır.
    İtirilmiş əlyazmalarım, yazılarımın dərc olunduğu (əlyazmaların əlimin altında olmadığı) qəzet və jurnallar da az deyil. İndi dəqiq xatırlayıram ki, haradasa 1992-92-də Qafqaz Respublikalarında (Azərbaycan, Gürcüstan, Ermənistan) hakimiyyətə gələn Prezidentlər haqda yazı yazmışdım. Təxminən belə bir fikir söyləmişdim ki, Rusiyanın dəstəyi ilə Qamsaxurdiya hakimiyyətdən getdi. Çox güman ki, Elçibəyi və Ter-Petrosyanı da belə bir tale gözləyir. Bir az səs-küyə səbəb olan bu yazıda mən qətiyyən öz istək və arzumu yazmamışdım. Əksinə, əvvəlcədən qəzəbimi ifadə etmişdim. Bu bir siyasi proqnoz idi.
    O da yadımdadır ki, İ.Qəmbər, P.Hüseyn haqda da yazılarım dərc olunmuşdu. İndi o qəzetlər və əlyazmalar da yoxdur. 90-ların ortasında metroda baş verən qəza ilə bağlı “Yerin altında baş verən qəzanın kökünü yerin üstündə axtarmaq lazımdır” adlı bir yazım da hay-küy doğurmuşdu. Həmin qəzet Baş redaktoru olduğum “Maarifçi” qəzetində çıxmışdı. “Şənbədən-şənbəyə” başlığı altında qələmə aldığım köşə yazılarımında çoxu it-bata düşüb...
    Amma elə hey bir yandan əlyazmalarım üzə çıxmaqdadır...

    27.09.2023
    AYB-da şəhidlərimizin anım günü. Toplantını Anar açdı, tədbirin aparıcısı Elçin Hüseynbəyli idi. Çingiz Abdullayev, Rəşad Məcid, Elmira Axundova, İlqar Fəhmi, Vahid Əziz və b. danışdı. Həmişəki kimi, şair və şairələr şeir demək üstündə mübahisə etdilər.
    Mən də söz aldım, Qısaca olaraq bunları dedim:
    -Bəzi həmkarlarım iddia edir ki, yalnız illər keçəndən sonra müharibələr haqda əsər yazmaq olar. Bu, səhv yanaşmadır.
    Müharibə mövzusu həmişə aktual olub, maraq doğurub. Tolstoyun 4 cildlik “Hərb və sülh” romanını, bu mövzuda Remarkın, Heminqueyin, Şoloxovun, Simonovun əsərlərini yadınıza salın. Müharibə insan psixologiyasının ən dərin qatlarını üzə çıxaran bir hadisədir. Savaş zamanı çox çeylər- cəsarət və qorxaqlıq, ədalət və cinayət, sevgi və nifrət hissləri üzə çıxır. Hətta, müharibə dövrünün fərariləri də qəhrəman, həm də müsbət qəhrəman ola bilər. Aytmatovun və Resputinin bu mövzuda maraqlı əsərləri var.
    Daha sonra MN-liyini və kino sahəsinə baxanları tənqid etdim. Söhbətin gözünə köhnə komsomolçuları, indiki pis məmurları da qatıb bir xeyli cəmdəklərinə döşədim.
    Zənnimcə pis çıxış olmadı-alqışlardan hiss etdim.
    Sonra evə gəlib iynələrimi vurdurdum...
    FB səhifəmdən:
    “... Hər ikisi terrorist olduqlarını, baş kəsdiklərini, qatllər törətdiklərini rəsmən, yəni öz verdikləri müsahibə və çıxışlarda etiraf ediblər. Həbs olunmaları üçün tutarlı faktlar çoxdur...
    Bəli, Koçaryan və Sargisyanı deyirəm...
    Görək isrəklər çin olacaqmı? Zənnimcə olacaq, Tagı müəllim demiskən: bir-bir...”
    Politoloq Ramiz Yunusun yazdığına görə, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi bağlanarsa hər iki dövlətin rəhbəri Amerikanın təşəbbüsü ilə Nobel mükafatina təqdim edilə bilər.

    28.09.2023
    Demək olar ki, bütün günü fb və erməni saytlarında “gəzişdim”. Ermənilərin, yəni onların tanınmış adamlarının öz millətlərini ifşa edən yazı və fikirlərini paylaşdım...
    Bu dəqiqələrdə, yəni bu günün 2-ci yarısında, deputat Qənirə Paşayevanın dünyasını dəyişməsi xəbəri yayildı...
    Qənirə Paşayeva parlamentin ən fəal üzvlərindən biri idi. Türk dünyasında yaxşı tanınırdı. Sadə adamlar tərəfindən sevilirdi. Gülərüz, nikbin, həyatsevər bir xanım idi. İncənətə böyük rəğbəti vardı. Arada şeir və esselər yazırdı. İxtisasca həkim idi. Bir xeyli müddət jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdu. Çox kasıb-kusubun qəlbinə yaxın və hakim idi. Eşitdiyimə görə, çox adama əl tutmuşdu. Hər mövzuya açıq idi. Maraqlı həmsöhbət kimi diqqəti cəlb edirdi. Aydın nitqi vardı. Emosional idi. Çalışırdı ki, imkanı daxilində həqiqətin, ədalətin, doğrunun yanında olsun. Bir rayondan deputat seçilsə də, bütün ölkədə nüfuzu vardı. Mən yaxın xaricdə- Türkiyədə və Özbkistanda səfərlərdə olarkən onu çox adamın soruşurduğunun şahidi olmuşam. Məmləkətimizdə isə onu sevənlər lap çox idi. Həmişə kiməsə kömək etməyə tələsərdi. Adama eləg əlirdi ki, o, ölkənin bütün vətəndaşlarını adbaad tanıyır... Hələ ailə qurmasa da, hərəkətlərində bir müdrik ağbirçək, ana, qadın, xanım-xatun ədası, jesti duyulurdu. Eşitmişdim ki, mənəvi qızı var.
    Qənirə xanımla hələ onun ANS-dəki “dövründən” tanış idik. Bir çox tədbirlərdə iştirak etmişdik...
    Təəssüf, min təəssüf... Doğrusu, bu dərin təəssüf hissimə indi, bu anlarda bir başqa bir hiss də əlavə olunmaqda. Bu, nəsə bir az da mənimçün narahatlığa bənzər bir hissdir... Belə ki, ötən ilin (2022-ci ilin) əvvəllərində MM-dən, Qənirə xanımım adından mənə istedadlı şair və ictimai xadim Əkbər Qoşalı zəng etdi. Ad günümü təbrik etdi. Sonra bildirdi ki, Qənirə xanım da Sizi sabah rəhbərlik etdiyi Mədəniyyət komitəsi adından təbrik etmək istəyir və bununçün MM-ə dəvət edir. Deyəsəh hədiyyə də təqdim ediləcəyini bildirdi.
    Həmin günlərdə xəstə idim. Düzü, bu cür sınıxmış və “sıxılmış” bir vəziyyətdə getməyi özümə yaraşdırmadım... Həmin anlarda növbəti iynəni venama vurmağa hazırlaşan tibb bacısı Qənirənin adını eşidəndə qeyri-ixtiyari: “Qənirə yaxşı qızdır”,-deyə əlavə etdi...
    Mən reallığı Əkbər bəyə izah etdim. O, dedi ki, oldu, onda nə zaman istəsəniz gələ bilərsiz...
    Sonralar bir müddət Gədəbəydə oldum, Türkiyəyə müalicəyə getdim...
    Son aylarda müxtəlif tədbirlərdə Qənirə xanımla bir neçə dəfə görüşdük. Üzümə vurmasa da sonuncu dəfə onunla bu il sentyabrın əvvəllərində, haradasa bu faciəvi gündən yarım ay əvvəl, mədəniyyətlə bağlı bir toplantıda rastlaşdıq. Mənə elə gəldi ki, o, hədsiz dərəcədə arıqlayıb, sınıxıb. Uzun bir yolu piyada gəlmiş yorğun adam təsiri bağışlayırdı. Olsun ki, hansısa ciddi əməliyyatdan çıxmışdı. Amma hiss olunurdu ki, iradəsi hesabına bu “yorğunluğun” içindən sıyrılmaq durumundadır. Özünəməxsus bir yumor və təbəssüm hissi iə üzümə baxaraq əlimi sıxdı və asta, məxməri səslə:
    -Gəlmədiniz də,-dedi.
    -Onda imkan olmadı, inşallah, bir gün mütləq gələrəm, Qənirə xanım, -deyə, cavab verdim...
    Nur içində yat, əzizimiz qənirsiz Qənirə xanım.

    28.09.2023
    Qənirə Paşayeva bu Vətənin hər qarış torpağını canından çox sevirdi. Onun cismi bu gün 2-ci Fəxri xiyabanda Vətən torpağına tapşırıldı.
    Təzyiqimi ölçən tibb bacısı doluxsunmuş halda dedi: “Heyif Qənirədən. Ondan bir də çətin ola... Nədənsə yaxşılar tez gedir”... Bəli, doğrudan da yaxşılar həmişə tez gedir, hətta ömrün ən ahıl çağında, yüz yaşında olsalar belə. İnsan sevgisinin və insana sevginin yaşı isə yaşın miqyası ilə yox, ürəyin hökmü ilə ölçülür.
    Son günlər sosial şəbəkələr daha çox torpaqlarımızın işğaldan azad olmasından və Qənirə Paşayevanın dünyasını dəyişməsindən yazır. Əminəm ki, indi onun Vətən göylərində dolaşan ruhu sakitdir, -azadlığa qovuşan torpaqlarımıza görə...
    Yatdığı torpaq nurla dolsun... (29.09.2023)

    30.10.2023
    Burasını da deyim ki, mən bu yazını öz fb səhifəmdə paylaşandan sonra zəng edənlər də oldu. Çoxları Qənirənin vaxtsız ölümündən və yazının təsirindən ağladığını deyirdi. Amma rastlaşdığım bir neçə adam Qənirənin böyük mal-mülk sahibi olduğunu deyirdi. Məsələn birisi şikayətedici qaydada belə nəql eləyirdi: “Bu var-dövlət elə-belə qazanılmayıb ki, ya rüşvətlə əldə olunub, ya da qanunsuz yolla... Hətta mətbuatda onun əmlakının siyahısı dərc olunub. Qanunla deputat kommersiya işləriynən məşğul ola bilməz, amma o, kommersantdır...
    Vaxtilə onunla qonşu olmuş hörmət etdiyim ziyalı bir qadınsa belə bir mesaj göndərdi: “Firuz müəllim, siz yazırsıcız ki, Qənirə ailə qurmayıb. O, bizim qonşumuz olub. Evli idi. Ərinin də adı, səhv etmirəmsə Mehman idi. Həmin oğlan ya əmisi oğlu, ya da dayısı oğlu idi. Uşaqları olmadı deyən ayrıldılar. Fikir vermisizsə bir şeirində yazıb” Mən ana ola bilmədim, ana”...

    01.10.2023
    İTV-də bir neçə ay əvvəl çəkilmiş “Bir qonaq gəl” verilişinin təkrarı oldu. Verilişdə İtv əməkdaşı Saleh Bağırovla mənim dialoqum, habelə qost, qohum və həmkarlatın mənimlə bağlı fikirləri səsləndi.
    Verilişdən sonra bir xeyli təbrik zəngləri oldu...
    Iynəm vuruldu. Tibb bacısının zəhməthaqqını verib təşəkkür etdim. Amma hələ 30 gün həb atmalıyam.
    Tofiq və onun gənc dostu Elşənlə balıq kababı yedim. Düzü, çoxdan idi ki, belə ləzzətli balıq nuş etməmişdim.
    ...Ermənilər qaçır. Qaçanların siyahısını isə (onlar) süni şəkildəşişirdirlər. Guya Xankəndindən 100 mindən çox erməni çıxıb. Ona görə də fb səfifəmdə belə bir qeyd yazdım:
    “Ümid edirəm ki, Laçındakı buraxılış məntəqəsində Xankəndindən çıxan ermənilərin
    1.dəqiq sayi və ad- soyadi qeyd olunub,
    2. habelə gələcəkdə mülkiyyət iddiası (kompensasiya) irəli sürməyəcəkləri barədə iltizam alıblar.
    Əgər bu iki amil nəzərə alınmayıbsa çətinliklərimiz çox ola bilər…”
    Əvvəlsə yazmışdım:
    “Xankəndində qalan ermənilər şəhəri tərk edən ermənilərin ev-eşiyini, mülkünu talamağa başlayıblar.
    Təcili tədbir görmək lazım. Yoxsa yaxın gələcəkdə elə bir HAY- küy qaldıracaqlqr ki... "Günahkar" da olacaq kim?”

    02.10.2023
    TÜRK. Bu sözün anlamı nədir?

    Türkologiya, türk dilləri, onların arealı, yayıdığı coğrafiya məni daim maraqlandırıb. Hətta rus dilində nəşr edilmiş “Yüz türk etnosu” adlı kitabın tərtibçisiyəm.
    Bunlar öz yerində.
    Məni bu konuda daim bir fikir məşğul edib:
    Bəs görəsən TÜRK sözü öz mənşəyini haradan götürüb?
    Əlbəttə, bu istiqamətdə fərziyyələr, şərhlər, mülahizələr, mühakimələr çoxdur. Doğrusu, mövzuyla bağlı indiyəcən oxuduqlarımın və eşitdiklərimin heç biri məni qane etməyib.
    Fəqət bu günlərdə söhbətini Tv-də dinlədiyim bir alim-ziyalının qənaətləri məndə böyük maraq hissi doğurdu. Belə ki, Altayın xalq şairi, Altay YB-nin sədri, türkoloq, şərqşünas, tərcüməçi, Altay xalqının qurultayında (1912) “El başçı” seçilmiş Brontoy Yanqi oğlu Bedürov öz teleçıxışında bu məsələyə bir xeyli işıq tutdu, aydınlıq gətirdi.
    Sən demə, Altaydakı türk xalqlarının dilində (məsələn: telenqut və yaxud telengit (ruslar buna teleut- deyirlər) TÜRK sözünün konkret anlamı, mənası varmış. Belə ki, türk, türkindaş, türköndaş “doğma”, “yaxın”, “canbir”, “əziz olan” mənasında işlədilirmiş. Məsələn, “sən mənim türköndaşımsan” (doğmamsan). Bu leksem dilimizdə möhkəm yer tutmuş “qar(ın)daş”, “sirdaş”, “yoldaş” sözləri kimi bizə yaxın, həm də...uzaq imiş...
    Üstəlik zamanında Altayda Türkeş xaqanlığı da olub.
    Bəs bu “türköndaş” sözü necə, nə vaxt meydana gəlib?
    Gələcəkdə bu barədə söhbət açaram.
    p.s.
    “Türk” sözü bəzi hallarda “truq” kimi də işlənib.
    Ehtimal etmək olar ki, rusların “druq” sözü də buradan yaranıb. Hərçənd ki, rus izahlı lüğətlərində “druq”un “derjat” sözündən yarandığı iddia olunur.
    Araşdırma davam etməkdədir.
    ...Aqşinin iş məsələsiylə bağlı Qərb (Kaspi) Universitetinə getdim. Rektor qiabi tanıdığım Hüseyn Bağırovdur. Həmkarıq-filosofdur. Vaxtilə, hələ gənlik çağında (belə demək olarsa) Ticarət naziri, sonra Ekologiya naziri olub. Görüşdük. Səmimi adam təsiri bağışladı. Sonra Aqşinlə də görüşüb söhbətləşdi. Görək bu işədüzəlmə məsələsinin davamı necə olacaq. Yəqin ki, düzələr.
    ...Musiqili Teatrda, Namanqan Teatrının (Özbəkistan) qasrolda olan truppasının ifasında “Ah, qocalar, qocalar..” tamaşasına baxdıq.
    ... İngilis rejissoru Karan Sinoh alban kilsəsində mövqe tutaraq altı gün ac- susuz qalsa da ermənilərin başına od ələyən qəhrəman döyüşçümüz Natiq Qasımov haqqında sənədli film çəkib, bizimkilərin bir çoxunun hələ bundan xəbəri yoxdur...

    03.10.2023
    “Məhv olmuş gündəliklər” tamaşasına baxdıq...

    ... Axşam s.19-da oğlum Aqşin və digər tanışlar ilə “Azdrama”da İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşasına baxdıq... Tamaşa bu əsərin ilk səhnə həllini verən rej. Tofiq Kazımovun 100 illiyinə həsr olunmuşdu. Cari quruluş Mərahim Fərzəlibəyova məxsusdur...
    Xatırladım ki, bu əsərin ilk quruluş və premyerasına səhv etmirəmsə 1970-ci ilin payızında baxmışam. Orası dəqiq yadımdadır ki, mən o zaman yüksək qiymətlər (iki 5 və 2 dörd) alsam da universitetdə konkursdan keçə bilməmişdim. Halbuki bütün imtahanlarda 3 alan “stajlılar” tələbə olmuşdu... Bu, başqa bir söhbətin mövzusu... Təkcə onu dəqiq xatırlayıtam ki, həmin payız günündə tamaşadan sonra Yasamalda məskunlaşdığım fəhlə yataqxanasına tələsirdim. Avtobus tamaşadan çıxan adamlarla dolu idi. Özümü birtəhər növbəti avtolardan birinə saldım... O zaman tamaşa məndə xoş təəssürat yaratmışdı.
    Yeni quruluş da maraqlı idi. Rejissor 1-2 obrazı ixtisar etsə də saat yarım ərzində seyrçiləri əsərin cazibəsində saxlaya bildi... Zənnimcə xırda-para kəm-kəsirlər də vardı ki, onları da zəng vurub Mərahim bəyə bildirdim.
    Xalq yazıçısı Elçini də təbrik etdim.
    Onu da qeyd edim ki, tamaşadan əvvəl sənətşünas İlham Rəhimli bu gün xatirə günü olan mərhum Xalq yazıçısı İlyas Əfəndiyevin dramaturji yaradıcılığı barədə ətraflı məlumat verdi...
    ...Və onu da xatırladım ki, “Məhv olmuş gündəliklər” tamaşasına, səhv etmirəmsə, 1970-ci ilin tutqun bir payız günündə baxmışam.

    04.10.2023
    Bilsəniz pis olmaz
    İlk Xalq yazıçımız və ilk Xalq artistimiz erməni olub...
    Bilənlər bilir: Azərbaycanda Xalq yazıçısı fəxri adına ilk dədə erməni Aleksandr Şirvanzadə (1859-1935-ci illər arası yaşayıb) layiq görülüb- özü də 1930-cu ildə. Yalnız aradan 30 il keçəndən sonra ilk dəfə milli Azərbaycan yazıçısı Süleyman Rəhimova (1960-çı ildə) Xalq yazıçısı adı verilib.
    A.Şirvanzadəyə bu fəxri ad veriləndə bizim böyük ədiblərimiz C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A. Şaiq hələ sağ idi. Amma nədənsə onlar “unudulmuşdu”.
    İndi isə bilməyənlər üçün başqa bir nəsnəni deyim:
    Azərbaycanın ilk Xalq artisti də erməni olub.
    Bəli, bəli, düz oxudunuz. İndiyəcən çoxları elə bilirdi ki, ilk Xalq artistimiz Hacıağa Abbasov olub. Amma sən demə, Azərbaycanın ilk Xalq artisti erməni Ovanes Abelyan (1865-1936) imiş. Düzdür, o da H.Abbasovla eyni ildə (1932-ci il) bu ada layiq görülüb, amma əvvəlsə onun “fərmanı” çıxıb.
    p.s. Həm Şirvanzadə, həm də Abelyan Azərbaycanda (Şamaxıda) doğulub, Ermənistanda dəfn olunub.
    ... Axşam s.19-da oğlum Aqşin və digər tanışlar ilə “Azdrama”da İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşasına baxdıq... Tamaşa bu əsərin ilk səhnə həllini verən rej. Tofiq Kazımovun 100 illiyinə həsr olunmuşdu. Cari quruluş Mərahim Fərzəlibəyova məxsusdur...
    Xatırladım ki, bu əsərin ilk quruluş və premyerasına səhv etmirəmsə 1970-ci ilin payızında baxmışam. Orası dəqiq yadımdadır ki, mən o zaman yüksək qiymətlər (iki 5 və 2 dörd) alsam da universitetdə konkursdan keçə bilməmişdim. Halbuki bütün imtahanlarda 3 alan “stajlılar” tələbə olmuşdu... Bu, başqa bir söhbətin mövzusu... Təkcə onu dəqiq xatırlayıtam ki, həmin payız günündə tamaşadan sonra Yasamalda məskunlaşdığım fəhlə yataqxanasına tələsirdim. Avtobus tamaşadan çıxan adamlarla dolu idi. Özümü birtəhər növbəti avtolardan birinə saldım... O zaman tamaşa məndə xoş təəssürat yaratmışdı.
    Yeni quruluş da maraqlı idi. Rejissor 1-2 obrazı ixtisar etsə də saat yarım ərzində seyrçiləri əsərin cazibəsində saxlaya bildi... Zənnimcə xırda-para kəm-kəsirlər də vardı ki, onları da zəng vurub Mərahim bəyə bildirdim.
    Xalq yazıçısı Elçini də təbrik etdim.
    Onu da qeyd edim ki, tamaşadan əvvəl sənətşünas İlham Rəhimli bu gün xatirə günü olan mərhum Xalq yazıçısı İlyas Əfəndiyevin dramaturji yaradıcılığı barədə ətraflı məlumat verdi...

    04.10.2023
    Günortaya yaxın Həcər xanımla Avtovağzaldan Gəncəyə yola düşdük. Gecəni kiçik qardaşım Ayazgildə qaldıq. Anamın son mənzili də burada, Ayazın evinin yaxınlığındadır. “Darıxma, ana...”

    Allahdan niyə qorxmalıyıq ki?
    ... Yüz dəfə yazmışam və demişəm, bu da olsun yüzbirinci dəfə.
    Bizdə tez-tez belə bir ifadə işlədilir: “Mən Allahdan başqa heç kəsdən qorxmuram”. Mən isə belə deyirəm: “Allahdan başqa hamıdan qorxuram”
    Sonra. Adətən, belə də deyirlər: “Allahdan qorxmayan kafirdir”. Mən isə deyirəm ki, Allahdan qorxan kafirdir.
    Allahdan niyə qorxmalıyıq ki? Əgər Rəbbimiz bizim himayədarımız və haqq-ədalət qoruyucudursa, ondan qorxmaq yox, onu sevmək, ona pənah aparmaq lazımdır.
    Bəli, mən Tanrıdan yox, şeytandan, şeytanxislətlilərdən, şeytanabənzərlərdən qorxuram.

    04-07.08.2023
    Kənddəyik. Dörd gün gənddəki evimizdə qaldıq (Gədəbəy, Şınıx, İsalı). Gündüzlər Günəşli olsa da gecələr soyuq olur. Ona görə də qaz sobasına “xod” verdik. Xeyli təmizləməişi apardıq. Həcər ev-eşikdə səliqə - sahman yaratdı.
    Bu il siçanların bol ildir... Gecələr kəndin dərələrində çaqqallar ağız-ağıza verib ulaşır.
    Kənddə adam azdır.
    Həcər möhkəm xəstələndi, belində, kürəyində dözülməz ağrılar vardı.
    ...Avtobusla şəhərə yola düşərkən Aqşindən bir qədər həyəcanlı zəng gəldi. Dedi ki, ötən gecəni polis məntəqəsind keçitib. Mən də həyəcanlandım. Səbəbi soruşdum. Dedi ki, axşamüstü Gənclik metro stansiyasından yuxarı qalxarkən ara küçələrin birində polislər onu “yaxalayıb” vəsoruşublar ki, Prezident iqamətgahının yanında sənin nə işin? Aqşin dedi ki, telefondakı xəritədə onlar deyən yeri göstərdim və dedim ki, siz deyən yer buradan çox uzaqdır... Nə isə, bir gecəlik “yatmaqdan” sonra onu evə buraxıblar və boynuna bir “qonaqlıq xərci” də qoyublar. Əsəbiləşdim. İstədim polis rəisinin yanına gedib dişimin dibindən çıxanı deyəm, sonu nə ola-ola... Evdən qoymadılar.
    ... Kənddə olarkən fb-də qızıl payızı
    əks etdirən fotolar və “statuslar” paylaşdım:

    1- ci və 2- ci Qarabağ savaşı.
    1- ci və 2- ci Dünya müharibəsi... Hər ikisi tarixdə qalsın. 3- cünu görməyək.
    Amin.
    ... İndi ölüm ayağında olan Abel Aqanbekyan və Zori Balayan yaxşı ki, bu günləri - ermənisiz Qarabağı gördu. Hər ikisi qaladıqları *ocaq"da yanmaqda olsun...
    ... Həqiqətən bunların çoxunun başında qıcqırma getməkdə... Görün nə deyirlər? Soruşun ki, nəyi demirlər...
    ...Baxırsan, adamın (bilmirəm beləsini adam adlandırmaq olarmı?) 40-50 yaşı ola ya olmaya. Amma içində minillərin kini-küdurəti, qəzəbi, nifrəti yatıb. İstər-istəməz adamın yadına geoloqlara yaxşı məlum olan “yatmış vulkanlar” düşür. .. Təkcə fərdlər deyil bəzən bütöv millətlər xəstəliyə bənzər bu simptomlardan əziyyət çəkir və ya ola bilsin ki, mazoxistlər kimi həzz alır...
    ...Sən demə, İisus Xristos (İsa peyğəmbər) erməni imiş...
    Hələ bu harasıdır... Misir piramidasını ucaldan, Moskvanı və Soçini tikən, habelə Napoleon, Tereza ana, Stalin... əslən erməni imiş...
    Dənizdən dənizə də öz yerində.
    Hələ kitab da buraxıblar. Adı nə olsa yaxşıdır:"Erməni burnu" (Армянский нос)...
    Gəl indi bu sərsəmlərlə danışıq apar, polemikaya giriş...
    Böhtan və sər radiusu- erməni radiosu...
    …Bu il Sülh üzrə Nobel mükafatı iki müsəlman xanıma verilib. Nərgiz İranın Zəncan şəhərindəndir, türkdür.
    Məhbubə əfqandır. Birinci 16 il həbsə məhkum edilib, ikinci 26 il sürgün həyatı yaşayıb...
    Qısası, iki şərqli xanım əsl fədaidir.
    (Bizdə "fədai" sözünü gözdən salan dəyyusu tutublar deyəsən).
    P.S.
    Kəndimizdə olduğum üçün əlimin altda komp. yoxdur, ona görə hər şeyi müxtəsər edirəm, elə yazını da. Telefon da ki, lap nuhdanqalmadır.
    …Marqarita Simonyan adlı debili tanıyırsız. Tez-tez dünyanı nüvə silahı ilə hədələyir. Bu axçiyə sözçülük etmək səlahiyyətini verənlər də elə o ağıldadır. Kreml adam tapmır danışdırmağa?
    ...Con (Yun) Fosse cari ilin ədəbiyyat üzrə Nobel ödülçüsü oldu. Tanış imzadır. Əlbəttə, Norveçin ən böyük dramaturqu İbsendir. Bəli, Fosse də dramaturqdur. Həmkarımdır... Maraqli nominasya müəyyən edilib. Belə ki, bu mükafat ona, ona görə verilib ki, "əsərlərində dilə gətirilməsi mümkün olmayayaları səsləndirib". Təbrik edirəm. Norveçdə dostlarım çoxdur, yəqin ki, təbrikimi "səbəbkara" çatdırarlar...)
    ...Ailəlikcə müəllimik.
    Müəllim, gününüz mübarək. (05.10.2023)
    ... Gəlin Z.Balayana atəşi bol olan təndir, V.Balasanyana sabunu az olan kəndir arzulayaq.
    ... Elə bu yaşda da öyrənməyə çalışıram.
    Öyrənmək istəyənləri isə öyrətməyə çalışıram.
    Amma cahilləri, nadanları, anlamazları, bir sözlə qanmazları, nəinki həyatda, heç virtual aləmdə də görmək istəmirəm.
    Həmişə demişəm, yenə deyirəm:
    Təki kainatda məkanımız kimi zamanımız da ayrı olaydı. Yəni hər kəs öz "otdelni", məxsusi zamanına malik olaydı.
    “Yeni Çağ” saytında mənimlə eksklüziv müsahibəgedib:
    ... “Klassik lətifələri səhnələşdirib versələr, daha yaxşı nəticə alınar, nəinki insanları zorla güldürməyə çalışmaq”.
    Bu sözləri telekanallarda “stand-up” adı ilə yayımlanan komediya xarakterli verilişlərlə bağlı tənqidi fikirlər səsləndirən Əməkdar incəsənət xadimi, dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.
    Dramaturq belə verilişlərin əsasında düşündürücü gülüşün dayanmadığını, onların bayağı xarakter daşıdığını təəssüf hissi ilə bildirib:
    “Televiziyalarda “komedixana” adı ilə gülməli, komik verilişlər guşəsi açıblar. Adamları güldürmək istəyirlər, ancaq onlar gülmür. Yaxud da heç bir mahiyyət kəsb etməyən, gülüş situasiyası olmayan replikaya camaat qəşş edib gülür.
    Ədəbi dilə laiyq olmayan, senzuradan kənar ifadələr işlədərək izləyiciləri güldürməyə çalışırlar. Bunun qarşısını almağa gəlincə, belə komediya səhnəciklərinin yazarları peşəkar olmalı, teatrı, kinonu bilməli, aktyorun səviyyəsini nəzərə almalıdır.
    Yoxsa, “anekdot” danışan insanı çıxarırlar ki, gəl, insanları güldür. Heç “anekdot” da deməyə adamın dili gəlmir. Bundansa, klassik lətifələri səhnələşdirib versələr, daha yaxşı nəticə alınar, nəinki insanları zorla güldürməyə çalışmaq.
    Satira və ya yumor janrında yazılan əsər, veriliş və səhnəciklərin mahiyyəti yalnız güldürmək deyil, həm də düşündürməkdir. Bunlar düşündürə bilmir. Komandanın ayrıca bir adamı da olmalıdır ki, tamaşaçıları güldürmək üçün yanlarında dayanıb onları qıdıqlasın.
    Baxırsan, əcaib görkəmli bir adam müxtəlif hərəkətlər edir, heç kəsə lazım olmayan bayağı söhbətlərlə insanları güldürməyə çalışır. Bu da biabırçılıqdır”. (Müəllif: Cəvahir (www.yenicag.az)
    08.10.2023
    Fələstin ilə İsrail arasında müharibə başlayıb. Ərəblər Qəzzadan yəhudilərin üzərinə havadan və qurudan hücum ediblər. Hər iki tərəfdən itki var. Sanki bu hücum Rusiya- Ukrayna arasında gedən savaşdan dünyanın, xüsusən Qərbin diqqətini yayındırmaq üçün “təşkil edilib”. Amma belə bir “yayınma” olmayacaq, Amerika Prezidenti Co Bayden Ukraynaya yüz milyard dollar ayrıldığını bəyan etdi.
    Maraqlı həm də orasıdır ki, düz 50 il öncə də (1972-nin oktyabrında) belə bir hərbi qarşıdurma olub, insanlar ölüb, həmin günü “cəhənnəm günü” adlandırırlar. Bundan başqa, indiki müharibə Rusiya prezidenti Putinin ad gününə təsadüf edir.

    09.10.2023
    Türkiyədən, Necati bəy zəng etmişdi. Necati Zengin Trabzon teatrosunun rəhbəri və başrejissorudur. Kollektiv mənim “Neytral Zona” (Terefsiz bölge) pyesimlə Bakıya qastrola gəlmək istəyir. Məsləhət üçün Teatr Xadimləri İttifaqına getdim. Azərpaşa öləndən sonra bu quruma onun müavini Hacı başçılıq edir. Gəlişimin məqsədini bilib təqdir etdi. Bildirdi ki, belə bir tədbir yalnız gələnil baş tuta bilər. Bu ilin “planı” dolub...
    “Azdramaya” zəng vurdum, nə bədii rəhbər (Mehriban), nə də müdir (İlham) cavab vermədilər. Səbəb məlum: onlara “yağlı” müəllif” lazım. İndi teatrların az qala hamısı bu gündədir.

    10.10.2023
    Bu gün Marksın fəaliyyətini bir daha nəzərdən keçirdim. Aman Allah, o, rusları nə qədər tənqid edib...
    Qərara aldım ki, Marksın yaradıcılığı yox, “gizli” həyatı haqda yazım...
    Beləliklə,
    MARKSIN “GİZLİ” SEVGİZİ
    Engelsin dostluqda böyük sədaqəti

    Dahilərin, klassiklrin çoxu təkcə yazıb-yaratdıqları ilə deyil, həm də həyatları ilə maraqlıdır.
    Karl Marks (Karl Henrix Marks) da həmin cərgədədir.
    Ola bilsin, Kimsə Marksın adını eşidib(oxuyub) dodaq büzsün... Bu, olan işdir. Belələrinin haqqı da var Marksa müəyyən “əmma” qoymağa... Marks özü polemikanı sevirdi...
    Mən uzun illər aspirantlara və tələbələrə “Marksizm- leninizm fəlsəfəsinin əsasları”ndan dərs demişəm. Amma özümü nə marksist, nə də leninçi hesab etmişəm. Zatən o vaxtlat başqa bir fəlsəfə dərsliyi də mövcud deyildi. Əslində həmin predmet fəlsəfə tarixi hesab oluna bilərdi. Və yenə əslində, nə Marks filosof olub, nə də Lenin. Marks iqtisadçı, Lenin inqilabçı-hüquqşünas-sosiloq idi və özünü “jurnalist” hesab edirdi. Onların heç bir fəlsəfi nəzəriyyəsi olmayıb. Hətta, bəzi mühazirə saatlarında və çıxışlarımda bu konuda fikirlərimə, həmin “klassikləri” arada tənqid etdiyimə görə töhmətləndirilmişəm də... Zira onlar Sovetlərdə canlı adamdan daha çox, büt kimi təqdim edilirdi. Mən isə canlı, yaşarı Marksı təqdim etmək fikrində olmuşam. Həm də filosof kimi yox, iqtisadçı kimi...
    Bu bir başqa mövzu.
    Bəli, həyatı maraq doğuran tarixi şəxsiyyətlərdən biri Karl Marksdır.
    Mən bu kiçik qeydlərdə Marksın bütöv həyatı haqda deyil, sevgisi və məşuqəsi (sevgilisi) haqda müxtəsər danışmaq istəyirəm.
    Karlın arvadı Jenni Marks ərindən dörd yaş böyük idi. Onların arasında odlu-alovlu eşq yaşanmışdır. Jenni advokat qızı idi, aristokrat (vəkil) ailədən çıxmışdı.
    Valideynləri razı olmasalar da gənclər tez ailə qurdular. Onda Karlın cəmi 18 yaşı vardı. Ona rənginin tutqunluğuna, qatran rəngli saç-saqqalına görə “Mavr” deyirdilər. O, gəncliyində şeir yazırdı, məşhur şair Henrix Hayne (Heyne) ilə uzaq qohum idi. Tezliklə gənc ailədə dörd uşaq dünyaya göz açdı. Onlardan biri –Foksik adlı oğlan uşağı dünyadan tez köçdü. Qızları- Jenni, Laura və Eleonora yaxşı tərbiyə aldılar, öz dövrlərinin məşhur simaları ilə ailə qurdular...
    Bütün bunlar məlum.
    Ailəsinə sədaqətli olan Marksın məşhur bir ifadəsi var: “Я человек, и ничто человеческое мне не чуждо” (“Mən insanam, insana xas olan heç nə mənə yad deyil”). Bəli, Marks insan idi və insani səhvlərdən xali deyildi.
    İstərdim ki, proletariatın dahi rəhbərinin bir “səhvi” haqda söhbət açım. Məsələ burasındadır ki, Marsın gizli sevgisi də vardı. Həm də məsələ orasında idi ki, Marksların evində gənc qulluqçu xanım qulluqçuluq edirdi. Bu, Yelena Demut adlı xanım idi. Evdə onu Lenxen deyə çağırırdılar. Əlbəttə, qulluqçu saxlamağa Marksın maddi imkanı yox idi. Kitablardan çox cüzi qonorar alıdı. Onun ailəsin qayğısını sadiq dostu Fridrix Engels çəkirdi. Çox güman ki, Engels olmasaydı Marks bizə məlum Marks olmayacaqdı. Amma...
    Tezliklə Marksla ev qulluqçusu arasında gizli bir eşq macərası yaşandı. Qadın hamilə oldu və dünyaya bir oğlan uşağı gətirdi. Marks çıxılmaz vəziyyətdə qalmışdı. Jenni ərindən şübhələnməyə, ona eyhamlı işarələr vurmağa başladı. Məsələdən agah olan Fridrix Engels dostunun köməyinə çatdı. O, Jennini inandıra bildi ki, uşağın atası Marks yox, o, özüdür. Yəni Engelsdir. Jenni bir daha bu mövzuya qayıtmadı. Ailəni qorumağa çalışan bütün ağıllı qadınlar kimi, o, “Mavrın” üstünə gəlmədi. Sonralar həmin uşaq böyüdü. Və həyatının sonunacan Engelsi öz atası hesab etdi. Bu uşaq, sonralar fəhlə hərəkatının fəal üzvü olmuş Henri Frederik Lüis adlı inqilabçı idi. Nəhəng tekstil fabrikin sahibinin oğlu, sadiq dost Engels ömrünün sonunacan Marksın “gizli” sevgilisinə və uşağına qayğı göstərdi.
    Bəzi tədqiqatçılar Engelsin həyatına kölgə salaraq onun Yelena ilə əlaqəsinin olduğunu iddia edirlər. Amma bu, səhv informasiyadır. Məsələ burasındadır ki, Engels Meri BöRns adlı-soyadlı xanımı sevmişdir. Meri 41 yaşında vəfat etmiş və bu, Engelsə çox təsir etmişdi. Bir müddət tənha qalan Engels sonralar Merinin bacısı Lizzi Börns ilə birgə yaşamağa balamışdır.
    Engels yalnız öz əcəlinə bir neçə saat qalmış, yəni ölüm yatağında sevgilisi Lizzi ilə evliliyini, nigahını rəsmiləşdirmişdir...
    O ki qaldı Marksın gizli sevgilisi Yelena Demuta, o, uzun bir ömür yaşadı və öləndə Marksın qəbrinin böyründə dəfn olundu...

    15.10.2023
    Kompyuterimdə yerləşdirilmiş süni intellekt proqramına belə bir mövzuda şeir yazmasını “rica etdim”: Oğlan evli qadına eşq və evlilik elan edir. Qadın oğlana etirazını bildirir. “Ricam” iki dildə- rusca və azərbaycanca oldu. Nəticədə belə bir şeir peyda oldu:

    В сердце парня горит огонь, в нем пламя яркое,
    Он влюблен в замужнюю даму, ему с ней так хорошо. Но дама в сердце своем внутри, ведет борьбу тайную,
    Ей счастье в любви парня видно, но страшен ей измены.

    Она хочет отказывать, устоять перед желаньем,
    Свой брак, свое семейство, она не хочет крошить им. Но страсть горит, она колеблется, сомнения мучат ее, Ведь в его объятиях она чувствует себя живой, как не в семье.

    Парень смотрит в ее глаза, горящие от страсти,
    Он готов бросить все миры ради этой мечты.
    Но дама знает, что путь тот несет лишь боль и страх, Она должна отказывать, защищать свой брак.

    Сердца их в борьбе, в этом сложном романе,
    Они несчастливы в разных мирах, но сгорают в пламени.
    Любовь запретная, как роза с шипами острыми,
    Им суждено страдать, в этой истории непростой и мучительной.

    Azərbaycancası belə oldu:

    Subayın gözü düşdü evli qadına,
    Eşq və evlilik elan etdi ona.
    Qadının ürəyi qıpıldı bir an,
    Tərəddüd içində, baxdı ona.

    Oğlanın sözləri onu dağladı,
    Həyatının dönüşünə təsəvvür qaldı.
    Ancaq qadın tərəddüd ilə doludur,
    Ailəsini dağıtmaq istəmir o, buqaladur.

    Subayın eşqində qadın hələ də diridir,
    Ailəsinin əzabını içində hiss edir.
    Tərəddüdü qalbında çökür sanki qar,
    Dağıtmaq ailəsini, oğlana çətin gəlir bu qarar.

    Qadın sonunda etirazını bildirir,
    Ailəsinə bağlılığını dəf edir.
    Subayın eşqindən imtina edir,
    Ailəsinə sadiq qalmaq,
    onun üçün böyük qərar.

    Bu minvalla “süni intellekt” gələcəkdə bütün sahələrdə canlı adamların yerini tuta bilər. Bu, həm sevincli, həm də kədərli (hətta qorxulu) bir gələcəkdən xəbər vermirmi? İnsanın yaratdığı özünə düşmən ola bilər.

    16.10.2023
    Gündüz AYB-də oldum. Anarla görüşdüm. Filminin (“Hər gecə saat 11-də”) Moskva taleyi ilə bağlı maraq doğuran kiçik yazımı verdim. Sən demə, vaxtilə, uzaq 1969-cu ildə həmin filmə görə SSRU Rabitə nazirliyi SSRİ Kinematoqrafiya komitəsini məhkəməyə veribmiş. Səbəb buimiş: hər gecə s.11-də telefon xətlərində “tıxac” yaranır... Ən sevindirici söhbət isə mənzil məsələsi ilə bağlı oldu. Anar müəllim dedi ki, bu ilin sonunacan ev məsələsi həll olunacaq. Ta soruşmadım ki, neçə otaq nəzərdə tutmusuz. Hər halda ən azı iki otaq olar. Axı mən daim ev şəraitindənəziyyət çəkmişəm. Nə sovetlər zamanı, nə dəmüstəqillik dönəmində hökümət mənə yaşayış yeri, yəni mənzil verməyib. Evdə həmişə yarızarafat-yarıciddi deyirlər ki, böyük yazıçı və filosofların çoxu evsiz olub...
    ...Eıçin Hüseynbəyli ilə bir xeyli söhbət etdik. Sabah bir qadın müəllifin kitabının təqdimatını aparmağı mənə təklif etdi. Kitaba göz gəzdirdim. Demək olar ki, kitabın adından tutmuş strukturuna qədər mənim “Tarixin kölgəsi” əsərini xatırladan “tanış mənzərə” gördüm. Bəlkə də təsadüfən belə alınıb. Ola bilər...
    Axşam “Aktyor evində” Lənkəran Dram Teatrının Ç.Aytmatovun “Cəmilə” povesti əsasında hazırladığı tamaşaya baxdım. “Cəmilə” tipli əsərin tamaşasını hazırlamaq çətindir. Çünki hadisələr yalnız nəql olunur, dialoqlar, replikalar yox kimidir. Hiss olunurdu ki, rejissor çox zəhmət çəkib.
    ...Tamaşadan sonra “Teatral” adlandırdığımız kofenin həyət hissəsində, hovuzun yanında Ə.Nur və T.Məsimov ilə şam etdik...
    ...Hava çiskinli idi. Xırda damçıların altında yeməyimizi yeyib evə yollandıq.

    17.10.2023
    Mən demək olar ki, mütəmadi şəkildə FB-dən istifadə edirəm. Burada çoxlu qiyabi –virtual “dostlar” qazanmışam. Elə həyatdakı dostlardan bir çoxunu da fb-dəki saxta, yalançı, boğazdanyuxarı fikirlərinə görə itirmişəm...
    Bu gün dilçi-ədəbiyyatşünas alim Kamil Vəli Nərimanoğlu ilə qısa söz “döyüşündən” sonra gördüm ki, məni ya dostluqdan çıxarıb, ya da bloklayıb.
    Düzdür, indi Türkiyədə məskunlaşan Kamil bəy mənim yaxın dost çevrəmdə olan şəxslərdən deyildir. Amma ramızda xoş münasibət olub.
    Yaxşı bəs Nərimanoğlu nədən rəncidə olub?
    Mən öz səhifəmdə S.Vurğunun vaxtilə- hələ 1935-ci ildə yazdığı misraları sitat gətirmişəm. Orada belə bir fikir var ki, niyə yoldaş komissar türk dilində danışmağı özünə yaraşdırmır. Kamil bəy və bir çoxları mənə cavab yazıblar. Təxminən bu cür, bu səpkidə: Bəyəm Siz bilmirsiz ki, bizim dilimiz 1938-ci (və ya 37-ci) iləcən türk dili adlanıb. Onun adını Stalin dəyişib. Kamil vəli bir az da “irəli gedərək” dilimizin adının Elçibəydən sonra gələn hakimiyyət mənsubları tərəfindən dəyişdirildiyini vurğulayır. Sonra keçir başqa mövzuya: niyə ziyalılar (o cümlədən mən) Q.İbadoğlu kimi böyük alimlərin həbs olunmasına qarşı səsimizi ucaltmırıq?
    Mən təzəcə cavab yazmaq istəyirdim ki, sayın Kamil Vəli dostluqdan “çıxdı”. Mən ona belə cavab verəcəkdim: “Siz səhv edirsiz. Mən Qubad bəyin azad edilməsi ilə bağlı Dövlət Başçısına məktub yazanlardan, müraciətə imza atanlardan biri olmuşam. Və buna görə yuxarıladan töhmətləndirilmişəm. Amma Qubadın doğma qardaşı Vüqarın qardaşının haqlı və ya haqsız tutulmasına qarşı bir kəlmə dediyini eşitməmişik. Halbuki Vüqar bəy deputatdır, səsi daha uzaqlara çata bilər...
    Və elə bu sətirləri yazarkən Kamil bəylə bağlı bir, daha doğrusu iki əhvalatı xatırladım. Birinci əhvalat budur ki, kiçik qardaşım BDU-nun filoloji fakültəsinə iş vermişdi. İmtahanlara rəhbərlik edənlərdən biri də Kamil bəy idi. O vaxt hələ “test” tətbiq olunmamışdı... Kamil bəy dedi ki, qoy uşaqla görüşüm. Görüşdü və imtahandan kəsdi.
    İkinci əhvalat isə belə olmuşdu: Kamil Universitetin həndəvərində olan mənzilini bir qadına (səhv etmirəmsə adı Firəngiz olub) kirayəyə veribmiş Həmin qadın saxta sənədlər düzəldərək Salyan rayonunda yerləşən notarius vasitəsi ilə başqasına satıb ölkədən çıxmışdı. .. Nə isə... Kamil Vəli bir gün hövlnak halda gəlib məni tapdı. Dedi ki, eşitdiyimə görə bu işə baxan hakim sənin yaxın dostundur... Hakimin ad-soyadını dedi. Bildirdim ki, tanışımdır. Uduzulmuş işə obyektiv baxıldı, zərərçəkən Kamil müəllimin hüququ bərpa olundu...
    Əlbəttə, mən Kamil Vəli haqda heç bir mənfi fikir söyləyə bilmərəm. Müəllimdir, alimdir, ziyalıdır... Olsun ki, həmin anlarda nəyəsə, kiməsə əsəbiləşibmiş...

    20.10.2023
    Bu gün Trabzon Sənət Teatrının Baş rejissoru və qurucusu Necati Zəngin öz səhifəsində və Teatrın səhifəsinndə “Tərəfsiz Bölgə” (Neytral Zona”) tamaşasının oynanılacağı dəqiq vaxtı və Teatrın afişasının fotosunu öz səhifəsində paylaşıb.
    Mən də belə bir kiçik təqdimat yazdım:
    “Əziz dostlar, bu ayın , yəni Ekim ayının (oktyabrın) 28-də Trabzon Sanat Tiyatrosu Tst nda bəndənizin "Terefsiz Bölge" ("Neytral Zona") pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq. Afişadan gördüyünüz kimi, əsərin yönətməni Cemre Can Avcı, dekor müəllifi Murat Aslandır. Teatrın qurucusu Necati Zengindir.
    Əsərin tərcüməçisi (mərhum) Abdulkadır Özkan, Tamaşanın yaradıcı heyətinin digər üzvlərinin adı afişada qeyd edilib.
    Türkiyədə, xüsusən Trabzonda yaşayan bütün teatrsevərlər və həmvətənlər dəvətlidir.
    Böyük şairimiz demiş: "Bizdə sənət də var..."
    Bütün sənətsevərləri Teatrın kollektivi adından və öz adımdan TEBRİK edirem.
    Hörmətlə Фируз Мустафа”.
    ...Tamaşa ilə bağlı teatra məlumat (snopsis yazdım). Trabzona borc-xərclə təyyarə bileti aldım. Necati bəyin dediyinə görə, orada mənim xərclərimi qarşılayacaqlar...
    ... Axşam Aqşinlə birgə “Azdrama”da Anarın “Dantenin yubileyi” hekayəsi əsasında hazırlanmış tamaşaya baxdıq. Bu, əslində muzikl idi. Musiqi bol idi. Sabir Məmmədov baş rolu ifa edirdi. Tamaşanın əsas “qəhrəmanlarından” biri də az qala səhnənin yarısını tutan əsl sərnişin avtobusu boyda bir avtobus idi...

    26.10.2023
    Pəhləvilər türkdür
    Rza şahın anası Nuşafirin Ayrımlı (Ayrumlu) rus istilasından sonra imkanlı ailə üzvləri ilə birgə indiki Şimalı Azərbaycandan indiki Cənubi Azərbaycana köçmüşdü.
    Bildiyimiz kimi, İranda Qacarilar sülaləsinın sonunci varisi Sultan Əhməd Şah Qacar (1897-1930) devriləndən sonra əvvəlcə Avropaya, sonra isə Amerikaya pənah apardı. O, çox gənc ikən Nyu-Yorkda vəfat etdi.
    Tezliklə hakimiyyətə pəhləvilər sülaləsiin banisi Rza şah Pəhləvi (1878-1941) gətirildi. Onun hakimiyyəti dövründə (1925-1941) İranda zülm və istibdad meydan sulamışdır. Rza Şahın daxildə mövqeyi müəyyən qədər möhkəmlənsə də, ona qarşı xarici təzyiqlər güclənirdi. Şah rejimi əslində fars şovinizminin əsas dayaqlarından biri idi. 2-ci Cahan savaşının başlanması Rza Şahın xanədanını xeyli dərəcədə zəiflətməyə başladı. İngiltərə və Rusiyanın təzyiqilə hakimiyyətdən devrilən Şahı əvvəlcə Mauritius adasına apardılar. Amma yad yerin tropik hava şəraitində o, tezliklə xəstələndi. Az sonra şahı “quru hava” olan yerə- Cənubi Afrakaya “etap etdilər”. Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda öldü. Onun nəşi Misirdə mumyalanmış və uzun illər Qahirədəki Əl-Rifanın məscidində gizli saxlanılmışdır. Aradan illər keçəndən sonra Rza Şahın yerinə gətirilən oğlu Məhəmməd Rza Pəhləvinin (1919-1980) səyi ilə “gizlədilmiş” mumiya İrana gətirilərək Ray şəhərində dəfn olunmuşdur. 1979-cu il İran inqilabından sonra onun mavzoleyi Ayətullah Xomeyninin razılığı ilə dağıdılıb məhv edildi.
    Dediyimiz kimi, Rza şah qatı şovinist, özü də İranda yaşayan türklərin qənimi idi.
    Bəs əslində Rza kimidi? O, Mazandaranda Türk ailəsində doğulmuşdur. Azərbaycan (türk) dilini də çox təmiz bilirdi. Onun atası Abbas Əli (Abbasəli) xan da təbii ki, türk dilinində danışır, öz ətrafı ilə bu dildə ünsiyyət qururdu. Abbas Əli hərbçi idi, yeddi oğul atası idi. İlk oğlunun adı Çıraq Əli (çıraqəli), sonuncu oğlunun adı Rza idi- indi haqqında söhbət gedən gələcək şah. Şahın anası və arvadı da təmiz türk idi.Əldə olunan məlumatlarda qeyd edilir ki, anası Gəncəbasarda (bəzi müddəalara görə İrəvanda və ya Tiflisdə) məşhur türk tayfalarından birində doğulmuşdur. Həmin xanım, yəni Rza şahın anası Nuşafirin Ayrımlı (Ayrumlu) rus istilasından sonra imkanlı ailə üzvləri ilə birgə indiki Şimalı Azərbaycandan indiki Cənubi Azərbaycana köçmüşdü. Şahın arvadı da həmin nəsildən idi. Belə ki, Nimtac Ayrımlı Tacilmülk xanım da (1896-1982) əslən türk idi, Bakıda İçərişəhərdə anadan olmuşdu. Onun atası hərbçi, rus çar ordusunun mayoru Teymur bəy Ayrımlı idi.
    Deməli, Rza Şahın oğlu və varisi Məhəmməd Rza Şah, necə deyərlər, “tərtəmiz” türk olub. Yaxşı bilirsiniz ki, sonuncu Şahın arvadı Fərəh xanım (1938) Pəhləvi də milliyyətcə türkdür. Xanım hal-hazırda sağdır, Vaşinqtonda yaşayır.
    Gördüyümüz kimi, İranda uzun illər hakimiyyətin yüksək eşalonnunda türklər təmsil olunub. Amma, necə deyərlər, “çe fayda?” Elə indiki rəhbər də əslən Xaminədəndir. Xaminə isə bildiyiniz kimi, türklərin yaşadığı məkandır, böyük ədibimiz Mirzə Fətəlinin ata yurdudur.
    Belə nəticə hasil olunur ki, insan cismən deyil, ruhən bu və ya digər ideyaların, idealların, dilin, dinin, milliyyətin daşıyıcısı hesab olunur və olunmalıdır.
    Hələ orasını demirik ki, bir çox mənbələrə görə yəhudilərin yağı düşməni Adolf özü də milliyyətcə yəhudi olub. Bunu təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Amma və lakin... Bu, başqa söhbətin mövzusudur.

    26.11.2023-31.11.2023
    Bakıdan Trabzona uçdum. Orada – Sənət Teatrında “Tərəfsiz bölgə” (“Neytral Zona”) pyesimin tamaşası oldu.
    Xatırladım ki, düz bir il öncə- ötən ilin noyabrında Kahraman Maraş şəhərində kitablarımın təqdimat mərasimində iştirak etmişdim...
    Trabzon hava limanında məni teatrın qurucusu və rəhbəri Necati Zəngin qarşıladı. Təklif etdi ki, elə onlarda qalım. Əvvəlcə razı olmadım. Sonra uzun “mübahisədən” sonra təklifi qəbul etdim. Necati bəyin mənzili geniş idi. Mənə də bir otaq ayırdılar. Evdə yoldaşı Bilge xanımla yaşayır. Oğlu Amerikada, qızı İstanbuldadır. Dörd gün onlarda qalası oldum. Xüsusi diqqət gördüm.
    Tamaşa yaxşı alınmışdı. Türkiyə və Azərbaycan mətbuatı tamaşa ilə bağlı yazılar dərc etmişdir. “Seyrçilər müəllifi və aktyorları uzun müddət ayaqüstə alqışladılar...”
    Qardaş Türkiyənin Trabzon şəhərində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Firuz Mustafanın “Neytral zona” (“Tərəfsiz Bölgə”) pyesi Sənət Teatrında tamaşaya qoyulub. Premyerada iştirak edən müəllif tamaşa ilə bağlı Modern.az-a bunları deyib:
    “Əvvəla, onu vurğulamaq istəyirəm ki, “Tərəfsiz bölgə” adlı dram əsərinin maraqlı və qəribə taleyi olub. Belə ki, pyes əvvəlcə Azərbaycanda, daha sonra sonra Ukrayna və Rusiyadakı teatrlarda səhnəyə qoyulub. İkncisi, Trabzon teatrına hazırlanmış tamaşa öz orijinal quruluşu ilə fərqli yozumdadır. Teatrın rejissoru və qurucusu Necati Zəngin sənət sahəsində, incəsənət aləmində tanınmış şəxsiyyətdir. Zənnimcə, tamaşa uğurlu alınıb. Bunu tamaşaçı reaksiyasından da bilmək olar. Seyrçilər aktyorları uzun müddət ayaq üstə alqışladılar”.
    Bəs “Tərəfsiz bölgə” dramında nədən bəhs edilir, əsərin qayəsi nədir?
    Firuz Mustafa:
    “Olsun ki, indiki halda bu gərgin süjetli əsərin məzmun və süjetini danışmaga ehtiyac duyulmur. Sadəcə olaraq onu demək olar ki, tamaşada iki dövlət sərhəddi arasındakı neytral zonada - tərəfsiz bölgədə öz sənədini, yəni pasportunu itirən qəhrəmanın – Vasifin başına gələn qəribə, həm komik, həm də faciəvi hadisələrdən bəhs edilir. Onu nə getdiyi, nə də gəldiyi sınırdan içəri buraxmırlar. Hadisələrin gedişi zamanı məlum olur ki, tərəfsiz bölgədə qalan Vasifin hər iki tərəfdə ailəsi və uşaqları var. Onu üzləşdiyi problemdən “xilas etmək” niyyəti ilə arvadlarının hər ikisi hadisə yerinə gəlir. Bir nəticə hasil olunmadıqda, hər iki dövlətin insan haqlarını müdafiə edən əməkdaşları neytral zonaya təşrif buyurur. Və belə məlum olur ki, Vasifin düşdüyü situasiyadan xilas oması heç də asan məsələ deyildir. Pasportsuz qalan bu şəxsin tərəfsiz bögədən çıxması ən yüksək iclas, sessiya və toplantılarda həll olunmalıdır. Məsələyə, hətta beynəlxalq qurumlar müdaxilə etməlidir. Bürokratik əngəlliklər fonunda personajların iç dünyası, psixologiyası tragikomik vəziyyətlərlə təqdim olunur.
    Burasını da qeyd edək ki, Vasif tərəfsiz bögədə heç də tək deyildir. Tikanlı məftillər arasında onunla birlikdə bir sahibsiz it də vurnuxmaqdadır. Amma həmin azmış it də Vasif kimi düşdüyü çətin vəziyyətdən çıxış yolu tapa bilmir. Sonra hadisələr kəskin şəkildə dəyişir. Məlum olur ki, bu it artıq beynəlxalq axtarışa verilib. Sən demə, həmin “buraxma it” heç də “sahibsiz” deyilmiş. O, hansısa əcnəbi ölkələrdən birinin yüksək rütbəli vəzifə sahibinin arvadının iti imiş. Həmin qadın dövlət sərhəddini keçərkən sevimli it sakitcə, xəlvəti olaraq maşının açıq pəncərədən yerə atılır. Beləliklə, it ilə Vasif bir müddət qonşu olurlar. Amma sonda “axtarışa” verilmiş it sərhəd məntəqələrinin əməkdaşları tərəfindən tutularaq təntənəli şəkildə, böyük bir ehtiram və hörmət-izzətlə öz sahibinə təhvil verilir. Əsərdə şən və kədərli situasiyalar bir –birini əvəz edir...
    Tamaşada iştirak edən aktyorlar Lale İsgenderoğu, A. Songül Nadir, Kevset Nur Yılmaz, Süleyman Sarıkaya, Serkan Serbest, Haktan Özkan, Seyman Ali Pervanoğlu, Mete Aslan öz rollarını məharətlə oynayıblar.
    Əsəri mərhum, zəlzələ qurbanı Abdulkadir Özkan türkcəyə çevirmişdi. Tamaşanın quruluşçu rejissoru Cemre Can Avçı, dekor, kostyum və rəsmlərin müəllifi isə Murat Aslan və Lale İsgenderoğludur. İşıq mühəndisi isə Aygün Güner Aslandır.
    Kollektiv “Neytral zona”nı yaxın gələcəkdə Azərbaycana gətirmək arzusundadır”.
    Trabzonda dörd gün haqqında söhbət gedən, yəni əsərimi hazırlayan teatrın yaradıcısı Necati Zenginin geniş mənzilində qaldım. Yoldaşı kübar xanımdır. Onu bir qız qardaşım-bacım kimi qəbul etdim. Ev sahibləri mənə çox diqqət yetirdilər. Necati bəy uçaq üçün yol pulumu da verdi. Hələ ötən ilin bu vədəsi görüşdüyüm, keçmiş əczaçı, indi əməkli olan qəlbimdə xoş təəssüratla qalan 88 yaşlı Əhməd abi kimi danəndə bəylə (yeri gəlmişkən eşitdim ki, onun qızı Sibel xanım Millət vəkilidir), habelə Reyhan xanım kimi ziyalı qadınla çay işdik, nahar etdik. Arada Necati bəyin bağına yığışıb “pik-nik”də də olduq... Raki işdik, kabab yedik... Mən bu şən və gözəl kollektivdən xoş bir ovqatla ayrıldım. Xudahifizləşərkən Necati bəyin həyat yoldaşı “Firuz bəy çox “centelmen” bir kişidir”- dedi. Necati bəyin arabasında təyyarə limanına yola düşdük. ..
    ...Trabzondan İstanbula uçdum. Bir sutka qardaşım Fasadgilin yaşadığı kirayə evdə qaldım. Şəhəri gəzdik. Çay içdik. Doktorun səhhəti bir az problemli olsa da nikbin, özü isə həmişəki kimi səxavətlidir. Siqareti və içkini uzun illərdir ki, atıb. Qızı Günay və kürəkəni Elnur İstanbulda həkim işləyir. Özü isə həyat yoldaşı Samayə (Köçərli) xanımla təqaüddədir. Qocafəndi sakit həyat keçirirlər...
    ...Noyabrın 1-dən 2-sinə keçən gecə Sabina Gökcen adına İstanbul hava limanında problem yarandı. Bütün sistem çökmüşdü. 3 saat ləngimə oldu.
    Ayın 2-sində səhər saat 6 –da Bakıya çatdıq...

    04.11.2023
    Bibim oğlu, tarixçi alim, professor Xəlil Köçərlinin ad gününə yığışdıq. 97 yaşı tamam olur. Gözləri çox zəifləsə də, çətinliklə yerisə də həyat eşqi ilə yaşayır... Çoxdan görmədiyim qohumlarla görüşdüm. Yeyib-işdik, rəqs etdik.

    06.11.2023
    Bu gün keçmış “Teatral” yeməkxanasında dost və tanışlarla çay içdik. Yaxın tanışım, xərini çox istədiyim Rəhim bəy (Sirkin keçmiş müdir müavini) jest edərək dedi ki, səni Trabzondakı uğurunu qeyd etmək istəyirəm... Doğrusu, kimisə xərcə salmaqdan xoşum gəlmir. Çək-çevirdən sonra razılaşdım... Yüksək səviyyədə “qeyd” etdik.

    07.11.2023
    AYB-dən Rauf (Sədrimiz Anarın köməkçisi) zəng vurub pasportumun surətini istədi. Telefonla göndərdim. Biirəm ki, bu, tezliklə yazıçılara veriləcək mənzillə bağlıdır. Mənə bu işdə Xalq yazıçısı Elçin də dəstək verib. Sağ olsun. İndi görək qismətimə neçə otaq düşəcək?

    08.11.2023
    Xankəndində zəfər paradı. Tarixi bir gün. Bu, xalqımızın möhtəşəm qələbəsinin zirvəsidir...
    Mən düz 35 ildir ki, bu günü səbrsizliklə, anbaan gözləmişəm. Bu, ömür statistikamın düz tən yarısıdır. Bu ötən illər ərzində dəfələrlə cəbhə bölgələrində olmuşam. Tv-lərdə verilişlər hazırlamışam. Bədii, elmi, publisistik yazılarla çıxış etmişəm. Müharibə mövzusunda qələmə aldığım “Teatr Meydanı” romanı dəfələrlə nəşr olunub. Yenə həmin mövzuda “Dəhliz”, “Qaranlığı qovanlar”, “Payız meşəsində vals” adlı pyeslərim işıq və səhnə üzü görüb. Adını çəkdiyim sonuncu pyes Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə 1-ci mükafatını alıb. Onlarla hekayə, yüzlərlə məqalə nəşr etdirmişəm... Daxili və xarici auditoriyalarda- mətbuatda, saytlarda, radio-stansiyalarda etdiyim çıxışları da buraya əlavə edə bilərəm. Orasını da deyim ki, az qala bütün əsərlərimın finalı qələbə ilə başa çatıb. Mənim bu zəfərə olan inamım heç vaxt ölməyib, sönməyib, səngiməyib. Qolladımı sərhədlərimiz qədər açaraq bu zəfər sevincini bizə bəxş şedən hər bir kəsi bağrıma basmaq istəyirəm. Qoy Azərbaycanımızın başı daim dik dursun, üçrəngli bayrağımız qürurla dalğalansın. Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm.

    10.11.2023
    Düz üç il əvvəl Gündəliyimdə və FB səhifəmdə yazdığım qeydlər gözümə dəydi:
    “Bu, əsl qələbədir. Nəyəsə və nəyisə irad tutmağa, zənnimcə, heç bir ehtiyac qalmadı...
    Əlbəttə, problemlər də olacaq. Və həmin problemlərin həlli yolları da tapılacaq...
    Hə, bir də qaldı bir məsələ: Stepan və Kert...) Yəqin ki, tezliklə şəhər öz əzəli adına qayıdacaq: Xankəndi. 10.11.2020
    Deyəsən, məndə bir az Nostradamusluq da varmış.
    Zəfər günü və Bayraq günü ilə bağlı istirahət davam edir. Adamların “qırışığı” açılmaqdadır...

    12.11.2023
    Bazar günü. Payız olsa da hava xoşdur.
    “Yenilik” budur ki, siqaret şəkməyə başlamışam. Türkiyədə olanda bir-iki dəfə “içdiyim” cığara eçqi qalib gəlməkdədir. Ziyanını hiss etsəm də, sanki özümdən asılı olmayaraq köhnə zərərli adətə qayıtmaqdayam.
    Günorta Məzahir, Fuad, Nuri və mən “Laçın”restoranına getdik. Sonra Tofiq və Elşən də bizə qoşuldu. Əsasən, kabab yedik...
    Gecə internetdə oxudum ki, keçmiş Baş nazir Rəhim Hüseynov və köhnə tanışım Mirbəşir Cabbarov (Köçəsgərli) vəfat edib.

    13.11.2023
    AYB-də oldum. Oradan bəzi sənədləri istəmişdilər. Deyəsən, ev məsələsi reallaşır. Deyilənə görə, 9-cu mirorayonda tikilmiş evdən 20 mənzil yazıçılar üçün ayrılıb. Mənə də iki otaqlı mənzil nəzərdə tutulub.
    Hədsiz dərəcədə yorğun və xəstəhalam. İki gündür ki, yatmıram. AYB-ya dəyib tez də evə qayıtdım. Yuxusuzluq məni əldən salıb.

    14.11.2023
    Bibim oğlu Ənvər Köçərlinin həyat yoldaşı Məleykə xanım vəfat etdi. Onu Saray qəbristanlığında Ənvər müəllimin məzarının yanında dəfn etdik. Ruhu şad olsun.

    15.11.2023
    Axşam Şəhriyar adına Mədəniyyət Sarayında Bələdiyyə Teastrının hazırladığı tamaşaya baxdıq: İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsəri əsasında hazırlanmış tamaşaya. 2-ci dəfəydi ki, baxırdım.
    Xeyli tanışlar rast gəldi... Şəkil çəkdirdik...
    Reşad Kəsəmənliyə dedim ki, 1-2monopyesim (və diopyesim) var, göndərim, xoşunuz gəlsə hazırlayın. Razılaşdı. Evə gəlib 2 pyes göndərdim. Operativ cavab yazdı, bəyəndiyini bildirdi.

    17.11.2023
    Bu gün AYB-yə dəvət edib evin sənədlərini verdilər. 2 otaqlı mənzil. Sevindiricidir təbii... Amma canımdakı ağrılar çox da sevinməyə imkan vermir...
    Mən nə sovetlər dönəmində, nə də müstəqillik zamanı dövlətdən ev ala bilməmişəm.
    Hələ tələbə ikən atam bizə “gecəqondu” ev almışdı. Tələbə olan qardaşlarımla uzun müddət orada yaşadıq. 1990-cı ildə rayonlardan qaçqınlar sel kimi axıb Bakıya gəlirdilər. Mən də öz evimi Cəbrayıldan olan bir qaçqın tanışın ailəsinə verib, qohum evinə köçdüm.Sonralar həmin tanış evin müqabilində cüzi məbləgdə pul ödədi.
    Ötən illər ərzində ev sarıdan çox zülmlər çəkmişəm. Təbiətimdəki “yekəxanalı” mənə kiməsə ağız açmağa imkan verməyib.
    Bəli, ilk evi mənə atam alıb. İlk dəfədir ki, Bakıda ÖZ evim olur. Anara təşəkkür etmək üçün görüşəndə bu gün olan faktı xatırlatdım. Bilmirəm inandı, ya yox. Düşünürəm ki, inandı...
    Sosial şəbəkələrdə yazıçılara verilən mənzillər geniş müzakirə olunur. Olsun. Hesab edirəm ki, təkcə yazıçının yox, bütün vətəndaşların evi olmalıdır. Mənzilimiz mübarək.

    18.11.2023
    Yaxın qohumlardan biri (M) ev aldığımı eşidib guya zarafat təriqi ilə məsəl çəkdi. Amma zarafat nə zarafat... Təhqiredici bir ifadə... İstədim cavab verim. Özümü zorla saxlayıb susdum və ondan aralandım. Zənnimcə biədəb məsəl çəkdiyini özü də anlayıb... söhbəti kəsdi.

    19.11.2023
    Güntəkin qızımın ad günüdür. Telefon açıb təbrik etdim.
    ...Gedib yeni mənzilə baxdıq. Hələ tamamlama işləri bitməyib. İki otaqlı mənzildir... Qara-qorxu indidən canıma çöküb: bunu necə təmir edəcəyik, hansı vəsaitlə?.. Amma buna da şükür.
    ... Sosial şəbəkələrdə “ev məsələsi” müzakirə olunur. Təbii ki, hər kəsin evi olmalıdır... Amma bəzi kəslərin bir-birini ittıham etməsi o qədər də düzgün deyil... Hətta bir neçəsi adımı başqa adlara “qoşub” yazmışdır ki, Firuz Mustafanın da evi var..) Cavab yazmadım. Sadəcə öz fb səhifəmdə əsərlərimin siyahısını verdim:, bu, yəqin ki, on səhifədən çox yer tutar... Belələrinə ta nə deyəsən?

    20.11.2023
    Mətbuatda “mənzil davası” davam edir. Jurnalistlər bu məsələ ilə bağlı mənə də müraciət edirlər. Cavabım qısa olur. Adətən, hamıya ev arzulayıram.
    ...Nədənsə uzun illər bundan əvvəl yazdığım misralar yadıma düşdü.

    Deyirəm, ilahi, gör bir həyatda
    Neçə aravuran, üzəduran var.
    Elmdə, sənətdə, ədəbiyyatda
    Nə qədər “işverən”, şilləvuran var.

    21.11.023
    “Ev davası” davam edir. Jurnalistlər mənə də müraciət edirlər, münasibətimi öyrənmək istəyirlər. Aşağıda Ləman İmayılın “Cebhe.info” saytı üçün götürdüyü müsahibə:
    “Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 yazara ev verilməsi geniş müzakirələrə səbəb olub.
    Şair, tərcüməçi, publisisit Sevil Nuriyeva (Sevil Gültən), şair Cəlil Cavanşir, gənc şair Alik Əlioğlu və s. tanınmış şəxslər bununla bağlı öz etirazlarını bildirib və mənzillərin bölüşdürülməsi zamanı ədalətsizliyə yol verildiyini qeyd ediblər.
    Qeyd olunub ki, ev alanlar siyahısında Anarın sürücüsü, katibə və s. şəxslər də var.
    AYB-nin ev verdiyi yazıçılar arasında adı çəkilən nasir, dramaturq Firuz Mustafa Cəlil Cavanşirin “Dövlətin və ya hər hansı bir təşkilatın yazıçıya, jurnalistə ev verməyini qəbul edə bilmirəm” fikrinə münasibət bildirib:
    “Əgər yaradıcı adam ev ala bilmirsə və bunun müqabilində dövlət ona ev verirsə, bunun harası pisdir?”
    Firuz Mustafa ev bölgüsünü ədalətsiz hesab edənlərlə bağlı Cebhe.info-ya bildirib ki, o həmin bölgüdə iştirak etməyib:
    “Bölgüdə iştirak etməmişəm, lakin ev hər kəsə haqqına verilib. Ümumiyyətlə, katibənin də evi olmalıdır, süpürgəçinin də, sürücünün də... Hamının evi olsa, bu, daha sevindirici olar”.
    Sosial mediada Firuz Mustafanın evinin olduğu, bu evin onun ikinci evi olduğu iddialarına cavab olaraq yazıçı yayılan məlumatın yalan olduğunu qeyd edib:
    “Məni tanıyanlar yaxşı bilir ki, mən nə Sovet dönəmində, nə də ondan sonra dövlətdən ev almışam”.
    Bir çoxları üzümə deyir ki, nahaq yerə “hamıya ev verilməlidir”- fikrinə haqq qazandırırsan... Beləsinə indi nə deyim?

    24.11.2023
    Bir neçə gündür ki, xəstəxana yollarındayam... Mənim ayağımda, Həcərinsə əlində problem yaranıb. Bir yandan da “polip” (burunda artıq ət... Nizami Tibb Mərkəzinin direktoruEldar Abbasov sağ olsun, bizi lazımı həkimlərin yanına yönəldir, məsləhətlər verir...
    Bu yandan da jurnalistlər... Hər gün zəng edib evlə (yazıçılara verilən mənzillərlə) maraqlanırlar. Heç yaradıcılıqla maraqlanan yoxdur. Xülasə, tez-tez müsahibə verməkdəyəm... Məsələn, belə: “AYB-nin yazarlara verdiyi ev gələn ilə qaldı
    Ötən həftə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan 21 nəfərə ev verildiyi barədə məlumat yayılıb.
    Xəbər sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə doğurub. Bəzi yazarlar bölgünün ədalətsiz aparılmasından şikayətləniblər.
    Ev verilən yazarların siyahısı AYB tərəfindən rəsmən açıqlanmasa da, bəzi adlar məlumdur.
    AYB-nin ev verdiyi yazıçılardan nasir, dramaturq Firuz Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, mənzillər hələ yazıçılara təhvil verilməyib: “Evlər mikrorayonların birində yerləşir və tikilmə mərhələsindədir. Yəqin ki, bizə gələn il təhvil veriləcək”. (Ləman İsmayıl)
    ...Xəstəxanadan evə dönərkən Xətai metrosu tərəfdə iki saat tıxacda qaldıq. Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan prezidentləri, Macarıstan və Gürcüstan Baş Nazirləri Beynəlxalq sammitdə iştirak etmək üçün Bakıya gəliblər... İstər-istəməz “Tıxac” pyesimi xatırladım.
    ...İltifat adlı bir tanış mənə zəng edib T.X.-i soruşdu. Dedim ki, məndən niyə soruşursan? Dedi ki, telefonu bağlıdır. Bir-iki dəfə çay içmişik onunla. Tofiqlə nəsə biznes sövdəsində idi. Deyəsən alınmayıb, ona görə axtarır... Allah işinizi avand eləsin. “Avand”- demiş, T.X. bir neçə il öncə bu adda bir firma açdırıb, oraya mənim adımı da əlavə edib... İndi o firmanı bağlamaq üçün “hörmət” gözləyirlər. Nə isə...
    ...Dünən MN-dən Ləman adlı xanım zəng edib “ON” adlı pyeslər toplusunun hansısa nəşriyyata çap üçün göndərildiyini bildirdi. Onun verdiyi telefon nömrəsinə zəng vurdum, oradan dedilər ki, kitab hələ gəlməyib.

    25.11.2023
    Bazar günü. Hava bozdur. Canım ağrıyır.
    Əlyazmalarımı qaydaya salır, kompyuterdə kitablarımı tərtib edirəm.
    Maşın markalarından o qədər də başım çıxmır. Bu gün axşam- s.20 radələrində Atatürk prospektindən keçərkən dövlət nişanlı araba bir neçə sm. aralıda –az qala dizimin gözünə dəyhadəydə xırçıltıilə dayandı. Əyilib baxdım: ... 99.ES.050. Əvvəlcə elə bildim ki, “avtoş” oğlanlardandır. İşıqda gördüm ki, sükan arxasında qalın şüşə eynəkli gənc qızdır... Çox güman ki, gözləri çox zəifdir. Bu “QAİ”lər və ya sürücülük vəsiqəsi verənlər hara baxır bilmirəm...? Əvvəlcə bi məsələni, daha doğrusu, hadisəni öz FB səhifəmdə “işıqlandırmaq” istədim. Sonra bu fikirdən vaz keçdim. Bilirəm ki, onsuz da belə “xırda” şeylərə fikir verən olmayacaq.
    İstanbulda yaşayan ədəbiyyatşünas alim, köhnə tanışım Mayis Əlizadəyə türkcəyə çevrilmiş iki pyes göndərdim və belə bir məktub yazdım:
    “Əzizim Mais bəy, salam. Ümidvaram ki, yaxşısız. Çıxışlarınızı, yazılarınızı izləyirəm. Xalqımız üçün gərəkli işlərinizi alqışlayıram...
    Sizə Osmanlı türkcəsində iki pyes göndərirəm. Zamanınız olanda oxuya bilərsiz. Təəssüf edirəm ki, türkcəyə az əsərlər(im) çevrilib və təbii ki, Türkiyədə az əsərlərim səhnəyə qoyulub və basılıb.
    Sual oluna bilər: Bəs bu əsərləri nə üçün göndərirəm..? Düzü, əsasən, tanışlıq üçün. Bir də ki, o mühiti, ab-havanı bilən bir alim və şəxsiyyət kimi Sizin rəyiniz mənimçün maraqlıdır. Pyeslərdən biri bu yaxınlarda Trabzonda oynanıldı, digəri öz səhnə həllini gözləyir.
    Hörmətlə, Firuz Mustafa”
    P.S.
    M.Əlizadədən cavab məktubu gəldi:
    “Möhtərəm böyüyüm və ustadım Firuz ağabeyimə salamlar olsun.Diqqət və etimadınıza görə çox sağ olun.Ancaq əmin olun ki,mən əsla Azərbaycan üçün çalışmıram.Peşəkar bir insan kimi vicdanımın və şərəfimin mənə diqtə etdiyi işləri görürəm. Ağabey,bu əsər Türkcə deyil, əvvəlcə bunu Türkcəyə tərcümə etmək lazımdır.Bunları kim tərcümə edir? Heyrət edirəm.Oxuyandan sonra fikir mübadiləsi edərik. Hörmətlə...
    ...Allah rəhmət etsin, Abdulkadir Özkanı tanımırdım, ölümünə çox üzüldüm,burada qəzetdə onun haqqında Bakıda çıxmış kitab barədə xəbər də yazdım.Ancaq o rəhmətliyin nə ədəbiyyatla əlaqəsi olub nə də tərcümə ilə.Bir nəfərin romanını tərcümə etmişdi, dəhşətə gəldim.İnsan necə bu qədər məsuliyyətsiz olarmış? Nə isə.Yaxın günlərdə pyesinizi oxuyacağam.Yorulmayasınız...
    ...Siz mənim böyük qardaşımsınız...
    ...Azərbaycanın 98%-i aşağılıq kompleksiylə yaşayır
    ...İmdat Avşar... Türkiyənin ədəbiyyat aləmində onu tanıyan kimdir ki, Anar gəlib onunla 85 illik keçirir?
    (Sonra A.ilə bağlı bir-iki cümlə yazıb-F.M.) ...Onun komediyasını yazın...”
    Bax belə...

    27.11.2023
    Sanki hər başlayan gün son səhərimdir. İ., yazı-pozu tempimi artırmışam. Ömrə-günə etibar azalıb...
    Hava bombozdur. Külək çaqqal kimi ulayır...
    Xəstəhalam. Yuxusuzam. Evdən bayıra çıxa bilmədim. Halbuki bu gün yenə xəstəxanaya getməli idim... Halsızlıq imkan vermədi.
    “Amerikanın səsi” verilişinini hazırlayan bir neçə jurnalist saxlanılıb. Bu gün bir jutnalist də tutulub- Əziz Orucov. Düzü, nə onu, nə də digərlərini tanıyıram. Heç çoxunun adını da eşitməmişəm. Amma Əzizin mediada gedən şəkli məni təsirləndirdi. Onu evdə öz körpə uşağının gözü qarşısında həbs edirlər. Bəyəm zəng edib lazımi yerə çağırmaq olmazdımı?

    28.11.2023
    Vaxtaşırı teatrlarla bağlı müsahibə və düşüncə çırpıntılarım nəşr olunur.
    Teatrlar əgər belə demək mümkünsə, bu gün yetim uşaq günündədir. Onların çoxunun başında “doğma-ata-ana” deyil, ögey valideynlər dayanıb.
    Budur, yenə müsahibəm dərc olunub:
    “Teatrlarımızda ortadan qalxan REJİSSOR RƏQABƏTİ: “Gəlib tamaşa hazırlayır, pulunu alır və...”
    “İndiki vəziyyətdə böyük bir epoxanı əhatə edən, öz məktəbi olan rejissorlar görmürəm”.
    Bu fikirləri Azərbaycan teatrında hadisəyə çevriləcək tamaşalar hazırlaya bilən rejissorların olmaması haqda iddialara münasibət bildirən Əməkdar incəsənət xadimi, dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.
    Dramaturqun sözlərinə görə, bu çatışmazlığın ilkin səbəbi teatr rejissorları arasında stimullaşdırıcı rəqabətin olmamasıdır:
    “Vaxtilə teatrlarımızda hadisəyə çevrilən tamaşalar hazırlayan, böyük bir epoxanı əhatə edən rejissorlar indi yoxdur, ən azı mən tanımıram. Bunun səbəblərini araşdırmaq lazımdır. Mən bunun başlıca səbəbini rejissorlar arasında yüksək təhsil və hazırlığın olmamasında görürəm.
    Söhbət bizdəki Mədəniyyət və İncəsənət Universitetində verilən təhsildən getmir. Rejissorun bilik və təcrübəsi daimi olaraq mərhələli şəkildə artırılmalıdır. Belə rejissorların yetişdirilməsi həm də mübadilə xarakteri daşımalıdır.
    Tutalım, bizdə təhsil alan hansısa rejissor başqa bir ölkədə də təhsilini davam etdirməlidir. Dediklərim o anlama gəlmir ki, bizdəki rejissorlar istedadsızdır və buna görə xaricdə təhsillərini artırmalıdırlar, xeyr. Söhbət sənətə başqa rakursdan yanaşmaqdan gedir.
    İkinci səbəb də budur ki, rejissorlar arasında rəqabət yoxdur. Elə istehsalatda olduğu kimi, mədəniyyətdə də rəqabət olmalıdır. Bakıda, yaxud da bölgələrdəki çox sayda teatrlarımızda nə qədər rejissor var? Elə teatr var, orada baş rejissor yoxdur, elə teatrlarımız da var, heç ümumiyyətlə, rejissoru yoxdur.
    Bu da teatrlar arasında rəqabətin yaranmamasına gətirib çıxarır. Teatrlarda bir neçə rejissor olmalıdır. Praktikada siyahıda rejissor kimi maaş alır, yaxud da müqavilə ilə pulunu alıb, gəlib tamaşanı hazırlayır, çıxıb gedir. Bu da rəqabət mühiti yaratmır. Rəqabət olmayan yerdə də inkişafdan söhbət gedə bilməz. Bəli, mən indiki vəziyyətdə böyük bir epoxanı əhatə edən, öz məktəbi olan rejissorlar görmürəm”. Cəvahir www.yenicag.az

    01.12.2023
    Oğlum Aqşin və bacıoğlu Taleh (Köçərli) bu gün Şabrandakı Yaradıcılıq evinə yola düşdülər. Deyilənə görə, yaradıcı adamlar üçün keçmiş Dəvəçidə (bilmirəm onun adını niyə dəyişib “Şabran etdilər) tikilmiş şəhərcikdə yazıb-yaratmaq üçün hər cür şərait var...
    Axşam “istirahətçilər” zəng edib hər şeyin “okey” olduğunu dedilər. Yeri gəlmişkən ingiliscə bildiyim beş sözdən biri də “okey”dir.

    02.12.2023
    Artıq qeyd etdiyim kimi, arada “Beşmərtəbə” deyilən yerdə, “Azdramanın” yaxınlığında yerləşən kafeyə gedirəm. Oraya ən çox sənət adamları, bir də... taksi sürücüləri gəlir. Arada “yazarlar da nəzərə çarpır. Birisi var, hərdən mən (və ya biz) əyləşən stola yaxınlaşıb öz “yaradıcılıq” uğurlarından danışır. Tanıyanlar yaxşı bilir ki, bu adam adi cümlə qurmaq qabiliyyətinə belə, malik deyildir... Bu gün də mən əyləşən stola yaxınlaşıb öz “əsərləri” barədə söz açdı... Doğrudan da onun “əsərləri” var. Belə ki, vaxtilə əli tutanda pul verib özünə “əsər” yazdırıb. Hə də, belələri də olur... Nə isə, təzəcə özünü tərifləməyə başlamışdı ki, tanışlarımdan biri bizim stola yaxınlaşdı. “Yazar” tez-tələsik mövzunu dəyişib, az sonra içdiyimiz çayın pulunu verərək aradan çıxdı. Mən onun getməsinin səbəbini qismən bilsəm də, heç nə demədim. Təzə gələn həmkarım gülərək dedi:
    -Bu “dostumuz” yəqin yenə ağzı köpüklənə-köpüklənə öz “əsərlərindən danışırdı, eləmı?
    -Başqa cür ola da bilməz,-deyə cavab verdim.
    O, yenə gülərək:
    -Bunun “əsərlərinin” çoxunu mən yazmışam. Sən ki, bunu azdan-çoxdan bilirsən, vaxtilə demişəm -deyə, əlavə etdi.
    Dedim ki, demisən. Adətən belə şeyi demirlər. Amma etiraf yaxşı şeydir. Sən etiraf edirsən, indi təkcə qalıb “dostunun” etirafı...
    Gülüşdük...
    Əslində belələri son vaxtlar lap çoxalıb. Başqalarının pulu müqabilində yazdığı əsərlərlə öyünən “yazarlar” günü-gündən çoxalır. Bilmirəm, bu vəziyyəti necə qiymətləndirmək, buna nə ad vermək olar... Yəqin ki, “ədəbi epidemiya”... Elə elmdə də belələri az deyildir. “Elm mikrobları”...

    03.12.2023
    ...Günəş çıxıb. Hava xoşdur. Deyilənə görə, bu il ölkəmiz son illərin ən isti-mülayim payızını yaşayır... Həmişə olduğu kimi, məni payızda qüssə basır, sanki depressiyaya düşürəm. İndi məni bir yandan da ayaqlarımın ağrısı üzməkdədir...
    ...Bir neçə jurnalist həbs edilib. Onlardan iki nəfəri gənc qadınlardır. Saytlar və sosial şəbəkələr bunu narahatlıqla qarşılamaqdadır.
    ...Yazılarda və yazışmalarda tez-tez “gül-çiçək” sözü gözümə dəyir. Bu gün yadıma düşdü ki, türk dünyasının sayılıb-seçilməli olan bir şairi vardı. Soyadı belədir: Gülçiçəkov. Adı-atasının adı isə Mixail Yeremeyeviç. Mixail Xakasiyanın xalq şairi və uzun illər Xakasiya YB-nin sədri olub.
    Gülçiçəkov öz xalqının ədəbi və milli təfəkkürünün formalaşmasında mühüm rol oynamışdı. O, Moskvada Ədəbiyyat institutunda bizim görkəmli ədiblərimiz Nəbi Xəzri, Salam Qədirzadə, Vidadi Babanlı ilə bir dövrdə təhsil alıb.
    Gülçiçəkov yazıçı Nahid Hacızadə ilə yaxın dost idi. Sovetlər dağılandan sonra əlaqələri kəsilmişdi. Bir dəfə Nahid müəllim dedi ki, bir axtarış elə, gör mənim dostum Gülçiçəkov sağdırmı? Axtardım. Məlum oldu ki, xakas dostumuz 1990-cıildə rəhmətə gedib...
    Bir məsələni də deyim. Bildiyiniz kimi, xakaslar xristiandır. Amma və lakin... İndi deyəcəyim “əhvalatın” hansısa bir dinə aidiyyatı olub-olmadığını israr edə bilmərəm... Məsələ burasındadır ki, Gülçiçəkovun həyat yoldaşı ağır xəstə idi. Öz dediyinə görə, xanım vəsiyyət edibmiş ki, əgər ölsə orda-burda gözü olmasın, öz baldızı, yəni arvadının subay bacısı ilə evlənsin. Ta orasını bilmirəm ki, bu izdivac baş tutdu, yoxsa yox... Ürəkaçıqlığı ilə deyilən sözü qəribçiliyə salmağa nə hacət?

    03.12.2023
    Axşamüstü şəhərə çıxdım. Çayxanada təzəcə çay içmək istəyirdim ki, tanışım Rəhim bəy (Bakı Sirkinin keçmiş müdir müavini) mənə yaxınlaşıb ev almağım münasibəti ilə təbrik etdi və dedi ki, “bu sevindirici məsələni qeyd etmək lazımdır”. Yanında iki nəfər gənc var idi, məni onlarla tanış etdi. Onlardan biri şair Sabir Rüstəmxanlının oğlu Gündüz, digəri bacısı oğlu Elçin idi...
    Kafedə yaxşı süfrə açdılar. Yeyib-içdik, gülüb-danışdıü, bir sözlə payız gecəsinə meydan oxuduq.

    04.12.2023
    Xəstəxanaya dəyib reseptləri götürdüm. Oradan AYB-yə gedibTofiq Məliklinin mənə ünvanladığı kitabı götürdüm. Şair Elxan Zal rast gəldi. Onunla “Aktyor Evinə” getdik. Salonda Antaliya Böyükşəhər Bələdiyyə Teatrının (Türkiyə) hazırladığı bir tamaşaya- Pərvin Ünalpın "Gec kalanlar" ("Gecikənlər") tamaşasına baxdıq. Tamaşa solğun təsir bağışladı. Teatra getməkdə məqsədim həm də bu il avqust ayının 19-da Antaliyada görüşdüyüm- həmin Teatrın rəhbəri Mehmet beylə görüşmək idi. Amma belə məlum oldu ki, mehmet bəy qastralla gəlməyib... Teatr zalı dolu idi. Bu isə çox yaxşı əlamətdir.

    05.12.2023
    Həmişə olduğu kimi, gecə pis yatdım. Səhərəcən külək vıyldadı. Qışın boz üzü görünməkdədir.
    ...Saytların birində oxudum ki, SSRİ-nin fəxri neftçisi, SSRİ neftçıxarma sənayesinin veteranı, Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR Neft ustası Gülbala Əliyevin doğum günüdür... Xatırladım ki, təxminən 1970-70-1-ci ildə mən bu neft ustası ilə görüşüb onun haqqında radio-oçerk hazırlamışam. Yaşı 90-ı keçmiş bu şeşəbığ, gülərüz qocaman neftçinin, neft buruqları arasında yerləşən idarədəki kiçik “kabinet”ində çay içib söhbət etdiyimizi də yaxşı xatırlayıram...
    Hə, onu da xatırlayıram ki, elə həmin dövrlərdə bir çox adlı-sanlı adamlarla söhbət edib onların həyat və fəaliyyətləri ilə bağlı oçerk və müsahibələr hazırlamışam. Bu mənada, tanınmış pedaqoq Zərbəli Səmədov, aktyorlardan İsmayıl Dağıstanlı və Osmanlı, habelə rəssamlardan Ağa Mehdiyev, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, müğənni Xuraman Qasımova, bəstəkar Elnarə Dadaşova... habelə yüzlərlə tanınmış və tanınmamış şəxslərlə söhbət-müsahibələrimiz də yaddaşımda qalmaqdadır... Təəssüf ki, onlarla bağlı qələmə aldığım yazıların az qala hamısı it-bata düşüb.
    ...Yeri gəlmişkən, bu gün həm də Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylini vəfatının 25-ci ildönümüdür (15.03.1897, Şamaxı – 05.12.1988, Bakı). Biz indi necə deyərlər, onun adını daşıyan küçədə məskunlaşmışıq.

    07.12.2023
    Səhər tezdən- saat 8 civarında zəlzələ oldu. Haradasa 5 baldan bir az yüksək olduğunu bildirdilər. Aqşin Şabrandadır, zəng vurdum, zəlzələnin daha qabarıq hiss olunduğunu dedi. Səhv etmirəmsə, 24 il əvvəl-2000-ci ildə elə ilin bu vədələrində də zəlzələ baş vermişdi..
    Bu gün bizdə (növbədənkənar) və Rusiyada gələn ilinmüvafiq olaraq fevral və mart aylarında seçki olacağı elan edildi.

    07.12.2023
    Dünən axşam evə bir az gec gəldim. Arada yağış yağırdı. T.Məsimov “qırmızı araq” gətirmişdi. Dediyinə görə , qırmızı tutdan özü hazırlayıb. Bir qədər Əli Nur içdi. Mərahimlə mən badələri toqquşdurmaqla kifayətləndik... Dərman içirəm.
    Gecə babat yatdım-haradasa 3-4 saat.Buna da şükür... Hətta, maraqlı bir yuxu da gördüm. Adətən, gecə gördüyüm yuxuları səhər olanda, yəni oyanandan donra unuduram.
    Görürəm ki, haradasa bir meşədəyəm. Ağacların arası ilə uzanan cğır məni bilmədiyim, tanımadığım ünvana aparır. Birdən meşənin mənzərəsinin dəyişdiyini gördüm. Belə ki, ətrafdakı ağacların çoxu yonulub müxtəlif fiqurlara çevrilmişdi. Ağac üzərində boyma sənətinin hansısa kamil mütəxəssisi meşədəki ağacların gövdəsini və başını yonaraq saysız-hesabsız ağac “heykəllər” düzəltmişdi. Bu “heykəllərin” çoxunda qadınlar təsvir olunmuşdu. Bütün bunlar adama qədim yunan və roma abidələrini xatırladırdı. Fərq burasında idi ki, qədim heykəllər əsasən mərmərdən, bunlar isə ağacdan yonulub düzəldilmişdi...
    Elə düz qarşımdan nimdaş geyimli iki nəfərin söhbət edə-edə getdiyini gördüm. Deyəsən yolçular mənim yaxınlıqda olduğumdan xəbərsiz idilər. Onlardan biri – nisbətən sağlam görkəmlisi öz həmsöhbətinə üz tutaraq dedi: “İnşallah,sən nə vaxt öləcəksən?”. Xəstəhal görkəmli müsafir ciddi görkəm alıb xırıltılı səslə dedi: “Hələ yaşamaq istəyirəm. Hələ planlarım var...” Mən onlara salam verirəm. Görüşüb tanış oluruq. Heç birimiz öz adını demir. Yaxınlıqda bir bina varmış. Onlar həmin binanın təyinatını bilirmişlər. Orada mişarla ağac doğrayırlar. Hərəmiz bir şümal ağac götürüb (bunlar “fiqurlu” ağaclar deyil) həmin binaya sarı gedirik. Əvvəlcə həmin iki nəfər irəli keçib binaya daxil olur. Onların ardınca mən də içəri keçmək istəyirəm. Amma gətirdiyim ağacı heç cür binanın içinə ötürə bilmirəm: ağacın ucu gah pəcərədən, gah nəfəslikdən, gah da bacada n çıxır. Ağac çiynimdən yerə düşüb taqqıldadı. Yuxudan oyandım. Çiynim ağrıyırdı... Bax belə.
    ...Bu gün AYB-də türkoloq alim Tofiq Məliklinin tühkologiyaya aid məcmuəsinin təqdimatı və müzakirəsi oldu. Moderatorluq (aparıcılıq) mənim öhdəmə düşdü. Zənnimcə ən maraqlı şıxışçı AYB sədri Anar oldu: zira çox mühüm problemlərə toxundu.
    Yaşın bir dəxli var?..
    ...Məşhur fizik, akademik Boris Yevgenyeviç Paton (1918-2020) 60 ilə yaxın (1962-2020 illər arası) Ukrayna EA-nın Prezidenti olub...
    ...Məşhur şair Rəsul Həmzət oğlu Həmzətov (1923-2003) 50 ildən çox bir müddətdə (1952-2003-cü illərdə) Dağıstan Respublikası YB-nin Sədri vəzifəsində çalışıb...
    Zənnimcə, böyük təcrübə və yaş yaradıcılıqda məziyyət, idmanda əziyyət kəsb edir.
    ...Mən həmişə gənclərin bütün sahələrdə irəli çəkilməsinin tərəfdarı olmuşam...
    Amma və lakin...
    (Yeri gəlmişkən, onların hər ikisi ilə görüşmüşəm).

    12.12.2023
    Yağış. Çiskin. Çalpov... Hava ürəkaçan olmasa da dünəndən vəd etdiyim görüşə getməli idim. Bilənlər bilir, yaşından, mövqeyindən asılı olmayaraq, yəni uşaqdan-böyüyəcən kiminlə görüş təyin edirəmsə mütləq vaxtından tez gedirəm...
    Banqladeşdən gəlmiş, Bakıda təhsillərini davam etdirən iki gənc ədəbiyyatçı mənə zəng vurub məsləhət almaq, yazdıqlarını mətbuat səhifələrində dərc etdirmək istədiklərini bildirmişdilər. Dünən onlara etiraz etməmişdim. “Sahil” bağında görüşməyi qərara almışdıq. Haradan biləydim ki, “aşsüzəndən” bu cür şırrama, selləmə yağış töküləcək...
    Hələ təyin etdiyimiz vaxta bir xeyli qalırdı. Odur ki, çalpovdan qorunmaq üçün “Axundov kitabxanasının” qarşısındakı geniş meydançaya çıxdım, buranı yağış tutmurdu... Saata baxdım: vaxt 13.30 idi.
    Kitabxananın pillələri ilə üzüyuxarı qalxan adamın nəzərlərinin üzümə dikildiyini hiss etdim. İri gözlərindən təbəssün yağan Kamil Vəli idi. Görüşüb-öpüşdük. Başındakı kepkadan və əynindəki gödəkcədən yağış damlaları süzülürdü... Bir neçə gün əvvəl əvvəl aramızda baş vermiş “virtual incikliyi”, daha doğrusu anlaşılmazlığı yada salıb gülüşdük. (Mən Səməd Vurğunun hələ 30-cu illərin əvvəllərində yazdığı iki misrasını misal gətirmişdim. Orada təxminən belə bir fikir səslənirdi ki, bizim komissar öz doğma türk dikimizdə danışmağı qəbahətmi sanır? Kamil bəy mənə yazmışdı ki, dilimizin adı türkdür, onu sonralar zorla dəyişiblər. Mən yazdım ki, burada söhbət dilin kimlər tərəfindən dəyişdirilməsindən yox, komissarın (nazirin) öz ana dilinə xor baxmasından gedir. Bu qədər sadə. Kamil Vəli mənə yazmışdı ki, real həyatda salam-kəlamımız qalmaq şərtilə virtual dostluğumuza xitam verirəm. Yazdım ki, öz işinizdir. Vəssalam).
    Sonra mövzumuz dəyişdi:
    -İstanbuldan haçan gəlmisiz, Kamil müəllim?..
    -Yarım aydı gəlmişəm...
    Daha sonra ayaqüstü də olsa ötüb-keçənləri xatırladıq... Mənim dayımı, yaxın dostu Nahid Hacızadəni yada saldıq. Son vaxtlar iki ciddi əməliyyat keçirdiyini bildirdi. Mən də eyni sayda cərrahiyə əməliyyatlarına məruz qaldığımı dedim. O, bu məsələdə Ankara xəstəxanalarının daha münasib olduğunu vurğuladı. Ürəyimdə ona: “rəhmətliyin oğlu, buradan buraya pul tapmaq olmur, Ankaraya necə gedim”- deyə, “sual” verdim... Kitabxanaya gəlişinin məqsədini də açıqladı. Dedi ki, dilçiliyə aid bir-iki kitab var, onlara baxacaq. Sonda onu da bildirdi ki, axşam Tv-də çıxışı var, imkan olsa baxim... Görüşüb ayrıldıq...
    Banqladeş yazarları gəldi. Onları AYB-yə dəvət etdim. Gəncləri qurumun Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu ilə tanış etdim...
    Axşam Kamil Vəlinin çıxışını dinlədim. Daha çox Rusiya əlaqələrdən danışdı, Şimal qonşumuzla ehtiyatlı davranmağın zəruriliyini qeyd etdi.

    13.12.2023
    MÜRACİƏT
    dostlara ünvanlanıb

    Bəli, çoxdan yazdığım qısa bir müraciət var. Doğrusu, indiyəcən onu paylaşmağa tərəddüd edirdim. Nəhayət, bu gün...
    “Bizdə çox istedadlı qələm sahibləri var. Təəssüfedici haldır ki, onların əksəriyyətinin ortada olan məhsulları, yəni kitabları lazım olan ünvanlara “addımlaya” bilmir. Təbii ki, səbəblər çoxdur. Ən başlıca cəhət və ya səbəb isə yəqin ki, oxucu ətalətidir.
    Az qala bütün sivil ölkələrdə yazıçıların prodüsseri olur. (Yəqin ki, bu sözü “yayımçı” kimi də təqdim etmək olar). Amma bizdə, bildiyiniz kimi, yalnız toyda oxuyanların prodüsserləri var. Heç adlı-sanlı bəstəkarların da bu cür “sözdeyəni” olmur. Xub. Olsun. Bəs indiki halda mən nə təklifdə bulunuram?
    Xiffətini heç vaxt çəkmədiyim Sovetlər zamanı iki elmi və iki bədii kitabım nəşr edilmişdi. Az-çox qələmhaqqı almışdım. O vaxtlar bizim “prodüsserimiz” kitab satışı şəbəkələri (məsələn, “Azərkitab”) idi. Yazıçıların əsərlərini nəşr edən xüsusi nəşriyyat da var idi- “Yazıçı”... Zaman gəldi ki, həmin kitab şəbəkələrinin və nəşriyyatın binası satıldı. Satan da... hansısa məmur yox, məhz “qələmçilər” özləri oldular. Nə isə...
    Demək istədiyim, ümumiyyətlə istəyim nədir? Şəxsən mənim onlarla cildim nəşrə hazırdır. Səhv etmirəmsə, onların sayı yüzü keçib. Təbii ki,mən həmin cildləri kütləvi tirajla nəşr etdirə bilmərəm. Buna görə də çox vaxt yalnız məhdud sayda “siqnal”- “qaranquş” nüsxəsi buraxdırmaqla kifayətlənmişəm.
    Dost-tanışlar arada məndən kitab istəyirlər. Mən həmin kitablardan hazır olanları məmnuniyyətlə hədiyyə edirəm. Bəzən mənə hətta “mağarış” təklif edənlər də olur. Mən, təbii ki, etiraz edirəm.
    Bəs SÖZÜMÜN CANI nəbir?
    İstəyirəm ki, kitabı sevən, onu təbliğ edən, yayımını təşkil edən konkret adam və ya adamlarla ünsiyyət quram.
    Niyə gizlədim, kitabların çapı üçün nəşriyyatlara ayaq döymək, pyeslərin tamaşaya qoyulması üçün teatrlarla əlaqə saxlamaq şəxsən mənim zamanımı çox alır. Bir yandan da, dediyim kimi, kitabların realizəsini, “istehlakını” təşkil etmək lazımdır.
    Bəli, siz düz anlamısız: prodüssürə ehtiyac duyulur.
    Bəs onu necə, haradan tapmalı?
    Bəs onun məvacibini hansı qaydada ödəməli?
    Suallar çoxdur.
    Elə sizin məsləhətlərinizə də ehtiyac az deyil.
    Təşəkkür edirəm...”
    (Dediyim məsələ ilə bağlı şəxsı arzu və istəyi olanlar, yəni prodüsserlik işinin öhdəsindən gələ bilənlər olarsa, lütfən mənim poçtuma (inbox,a yazsınlar).

    14.12.2023
    Səhər-səhər eşitdim, daha doğrusu sosial şəbəkələrdə oxudum ki, Xalq artisti Ramiz Məlik vəfat edib. Vətənpərvər bir insan idi. Haqsızlığa göz yuma bilmirdi. Onunla aramızda xoş ünsiyyət vardı. Bir dəfə məndən pyes istədi. Dedi ki, “qəhrəman yaşıma uyğun olsun”. Ona elektron poçtla “İlğım” dramını göndərdim. Aradan bir müddət keçəndən sonra görüşdük. Fikirli, bir qədər də qüssəli halda dedi: “Azərpaşaya təklif etdim ki, bu pyesi tamaşaya qoyaq, özüm də baş rolda oynamaq istəyirəm. Razılıq vermədi. Bunlar belədir... Ayrı vaxt deyirlər ki, əsər istəyirik...” Gülüb dedim ki, fikir etməyin, o, Sizə görə yox, mənə görə belə hərəkət edib.
    Məsələ burasındadır ki, Azərpaşa “Azdramaya gəlməmişdən əvvəl hər görüşəndə pyeslərim haqqında yüksək fikirlər söyləyirdi və deyirdi ki, əlmə bir fürsət düşsə sənin əsərini hazırlayacam... “Fürsət düşəndən” sonra isə fürsətcillik etməyə başladı. Mən Ramiz bəyə: “Eybi yox, bu, həyatdır, hər halda bu dünyanın da bir daş-tərəzisi var”-drdim.
    O vaxt Ramiz bəy təəssüflə başını yelləyib bir-iki adamın ünvanına bir-iki “qiymətli” söz də dedi...
    Allah rəhmət eləsin. Elə əsərin oynanılmasına mane olan, daha doğrusu razılıq verməyən o rejissora da rəhmət diləyirəm...
    Tofiq Yaqublu saxlanılıb. Ehtimal olunur ki, həbs ediləcək... Deyilənə görə, mənzilindən 5 min yevro tapılıb. Həyat yoldaşı and-aman edir ki, evdə bir qəpik pulları olmayıb...
    Hava qismən açılıb...

    15.12.2023
    2-3 gün davam edən çalpovdan, soyuqdan sonra hava nisbətən “dincləşib”...
    ...Tv aparıcıları “reytinq kəpənəklərini” qovmaqla məşğuldur. İndi ən baxımlı verilişlərin qəhrəmanları-boşanan qadınlar və kişilərdir.
    Ədəbiyyat “reytinq bazarında” yeni, allı-güllü, gözyaşardan gözqamaşdıran cümlə və qafiyə axtarışındadır.
    Elm “reytinq qapısının” arxasından boylanıb “yengəlik instituna” yeni-yeni ideyalar gətirməkdədir.
    Teatrlar “reytinqli mizanların” içərisində vurnuxan ipəkqurduna bənzəyir.
    Müğənnılər “reyrinqli toylara” gecə paltarında çıxırlar.
    Siyasətçilər “reytinq müstəvisində” qıç, bağışlayın, quzu döyüşünə çıxırlar...
    ...Az qala adamlar reytinqın arxasıyca sürünürlər. Əslində isə hər şey əksinə olmalıdır. Yəni reytinq adamları təqib etməli, onların ardıyca sürünməlidir.

    16.12.2023
    Artıq onillərdir ki, mənim “səhərim” ənənəvi səhərlərdən fərqli bir vaxtda açılır. Anlaşıqlı olsun deyə qısaca bunu deyə bilərəm: adətən, adamlar yuxudan oyanmağa başlayarkən, yəni səhərlər saat 6-7 arası mən bir-iki saat yatmaq arzusuyla öz taxtıma uzanıram...
    Yenə səhəri dirigözlü açmağa hazırlaşırdım... Gecə saat 12-dən azacıq keçmişdi ki, sosial şəbəkələr gözləmədiyim acı xəbəri tirajlamağa başladı: görkəmli alim, ziyalı, ictimai-siyasi xadim Kamil Vəli Nərimanoğlu qəflətən vəfat edib. Ağır itkidir. Ruhu şad olsun.

    18.12.2023
    Yusif Vəzir və onun qürbətdə qalmış məzarı haqqında fb səhifəmdə yerləşdirdiyim- paylaşdığım yazı əks-səda doğurdu. Əslində bu yazı 12-13 il əvvəl qələmə alınıb. O vaxt Şuşa əsarətdə idi. Amma indi yazıçının ilkin Vətəni-doğulduğu Şuşa şəhəri azad edilib...
    Keşmiş əmlak (özəlləşdirmə) naziri, prof., Barat Nuriyev mənə yazdı ki, Yusif Vəzirin nəşinin Vətənə gətirilməsində yardımçı ola bilər. Sonra zəngləşib görüşdük. Qaldırılan məsələ ilə bağlı müzakirə apardıq. Zənnimcə bu işi, yəni yazıçının Nijni-Novqorod şəhərindəki ünvanı məlum “sürgün qəbristanlığından” qərib nəşinin gətirilməsini reallaşdırmaq mümkündür. Vəziyyətə baxarıq... İnşallah.

    21.12.2023
    Ötən gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” - MOİK matçı keçirilib.
    Oyun fasiləsində Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunan mərasimdə idman ictimaiyyətinin təltif edilən nümayəndələri ilə görüşüb.

    Xatırladaq ki, matç “Qarabağ”ın MOİK üzərində 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
    p.s.
    Futbolu, ümumiyyətlə idmanı sevməsəm də bu informasiyanı yaymağı özümə borc bildim.Axı 30 illik fasilədənsonra biz Qarabağda- Xankəndidə futbol yarışının seyrçisi kimi şənlənirik. Zənnimcə, Qarabağ əbədi olaraq bizimdir.
    ... Bu gün nəvəm Aydanın doğum günüdür. O, indi valideynləri ilə Amerikada, Koliforniya ştatınd, Roklin (Rocklin) şəhərində (Sakramento) yaşayır.

    22.12.2023
    Mətbuatdan oxudum ki, Yaradıcı İttifaqların və Mədəniyyət xadimlərinin 1-ci quruıtayı keçirilib. Məni dəvət etmmişdilər... Bəlkə də düz ediblər. Mətbuatdan onu da oxudum ki, xaricdə Milli hərəkat qurumu yaradılmaqdadır. Əslində bütün qüvvələr belə ağır günlərdə Vətən naminə bir çardaq altda birləşməlidir...
    Ermənilərin “susqunluğundan” ağlım bir şey kəsmir... Elə ruslar da pusquda durub, fürsət axtarırlar.
    Qarabağın işğalçılardan azad olunması,doğrudan da son yüz ilin ən böyük qələbəsidir...
    Qərb və Amerika Azərbaycanda insan haqlarının pozulmamasını tələb edir. Nədənsə onların yadına cəmi 30-32 il öncə Ermənistandan qovulan azərbaycanlıların haqlarının qorunması düşmür.
    ... Çayxanada əyləşib Mərahim və Kənan Hacı ilə xeyli söhbət etdik. Söhbətimizin mövzusu ədəbiyyat, teatr və... Qarabağ idi.
    ...Bədənimdə kəskin ağrılar var. Xüsusən çanaq sümülərimin (daha doğrusu, yan ətrafın) kəskin ağrısı məni üzür. Bir yandan da, yuxusuzluq, halsızlıq.

    23.12.2023
    Eşitdim ki, tanışım Ramiz Hümmətov haqq dünyasına qovuşub. O, xöş xasiyyətli, xəfif gülüşlü, ağır çəkili, gözü-könlü tox bir insan idi.Hamıya yaxşılıq etmək arzusunda idi. Təəssüf edirəm.
    ... Tək-tənha şəhəri gəzib-dolaşdım. Sanki bütün şəhər bomboşdur. Halbuki hər yerdə adamlar və maşınlar qaynaşır.
    ... Heykəltaraş Tarverdi büstümü hazırlayır. Deyir ki, gələcəkdə sərgidə nümayiş etdirəcək... Zarafatla deyirəm ki, bu, daha çox qəbrüstü abidəyə oxşayır...
    ... Havalar soyuyub. İsidicilər (qızdırıcılar) işləmir. Qazımızın təzyiqi azaldıqca qanımızın təzyiqi artır.

    24.12.2023
    Qanqster “-professorlar da varmış...

    Bilmirəm 10-12 il əvvəl baş vermiş bu hadisənin, daha doğrusu qanlı, müdhiş faciənin motivini necə qiymətləndirmək olar?
    Məsələ belədir ki, 2011-ci ildə Təfəkkür Universitetinin prorektoru professor Tariyel Əhmədov həmin Universitetin rektoru professor Müşviq Atakişiyevin sifarişi əsasında onun yaxın adamları tərəfindən qətlə yetirilib. Tərcümeyi-halından belə görünür ki, sonuncu şəxs postsovet dövründə yağışdan sonra artan göbələklər kimi törəmiş “alimlərdən” biridir. Üstəlik, onun adı da sənədlə (və ya sənəddə) düzgün deyil, “Müşfiq” əvəzinə “Müşviq” yazılıb. Bu öz yerində... Bəs bu adam T.Əhmədovu niyə öldürtdürüb?
    Çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair təkzibolunmaz sübutlar əldə edilib. Tariyel Əhmədovun başına və bədəninə kəsici alətlərlə zərbələr vurulub. Sən demə, rektor prorektoru onun işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə hesab etdiyinə görə aradan götürdübmüş.
    Mən Tariyel müəllimlə tanış idim. Həmkar idik. Arada çalışdığım Fəlsəfə və Hüquq institunun elmi yığıncaqlarında görüşürdük. AzTv-də tərbiyəvi əhəmiyyətli verilişlər aparırdı. Hamı onu mülayim, mədəni, səmimi bir ziyalı kimi tanıyırdı...
    Əvvəllər cinayəti törədənlər və sifarişçilər başqa peşələrin sahibləri olurdu. Belələri arasında “professorun” olduğunu görəndə adam ona bu yüksək elmi adı verən “elm adamlarına” da şübhə ilə yanaşmalı olur. Rüşvət alan professorların adını eşitmişdik, qanqster -“professorlar” da varmış.

    24.12.2023
    …Bu axşam rejissor Mərahim Fərzəlibəyli və aktyor Əli Nurla nahar etdik. Sonra aktyor, Xalq Artisti Rafiq Əzimova zəng erdik. O, bu yaxınlarda Lənkəran şəhərində, yağışlı gündə, hotelin pillələri üstündə yıxılıb, ayağının yuxarı hissəsini sındırıb. Biz ona “keçmiç olsun”- dedik. Rafiq bəy mənə dedi ki, tezliklə sənin əsərlərindən birində rol oynamaq istəyirəm… Təşəkkür etdim. Əslində mənimlə “Azdrama” arasında uzun illərin problem yaşanmaqdadır. Düzü, bu “problemin” səbəbini düz-əməlli bilmirəm də…
    Hə, orasını da deyim ki, sabah Rafiq bəyin ad günüdür.

    25.12.2023
    Yır-yığış edirəm. Yazıları qaydaya salıram. Gündəlikləri “sıralayıram”- onların bir çoxu kiçik kağız parçalarına yazılıb.

    26.12.20.23
    Mətbuatda bu gün belə bir xəbər tirajlandı:
    “Parlamentin komitə sədri: Yusif Vəzir Çəmənzəminlinin nəşini gətirib Şuşada dəfn etməliyik...
    Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
    Deputat bildirib ki, bu il Yusif Vəzir Çəmənzəminlinin ölümünün 80 illiyidir: “O, Nijni-Novqorod deyilən yerdə dəfn olunub, məzarının yeri təqribən bəllidir. Ona görə bizim hakimiyyət bu istiqamətdə ciddi addım atmalıdır, Rusiya ilə münasibətlərimiz normaldır, müstəqil dövlətik. Buna görə onun nəşi gətirilib Şuşada dəfn olunmalıdır. Biz Qarabağa yalnız insanları deyil, müstəqilliyimiz uğrunda savaşan insanların ruhlarını da qaytarmalıyıq. Bununla bizim hökumət ciddi maraqlanmalı, onun nəşinin Azərbaycana qaytarılmasını təmin etməlidir”.
    Bir neçə gün əvvəl Fazil Mustafaya ünvanladığım məktub Parlamentdə səsləndirilib. Əlbəttə, Fazil bəy sağ olsun bu məsələyə diqqət yetirdiyinə görə...
    Əsas istəyim budur ki, Yusif Vəzirin nəşi Vətənə gətirilsin. Vəssalam.
    ... Bu gün Daşkənddə çıxan “Звезда Востока” jurnalından belə bir məktub aldım:
    “Здравствуйте, Фируз!
    Рады сообщить, что вышел из печати № 6 журнала «Звезда Востока» за 2023 год. В нем опубликован Ваш рассказ «Белый танец» в переводе на узбекский язык, выполненный Шахло Касымовой. Вам, а также указанному переводчику полагаются авторские экземпляры номера. Вы можете их забрать в редакции или кого-то прислать для этого.
    Хотелось бы уточнить, будете ли Вы заказывать какое-то количество экземпляров этого номера дополнительно? Если — да, то сообщите об этом. Ждем Ваших новых произведений. Всего Вам доброго!
    С уважением,
    "Звезда Востока"!
    +998 371 231 23 67
    Республика Узбекистан,
    100066, г. Ташкент, пр-т Бунёдкор,
    Адиблар хиёбони,
    здание Союза писателей Узбекистана”.
    Sağ olsunlar. Onlara və hekayənin tərcüməşisi Şahlo Qasımovaya məktub yazıb öz təşəkkürümü bildirdim:
    “Əziz dostlar. Diqqətinizə və hekayənin çapına görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, mən Azərbaycanda yaşayıram. Yəni hazırda jurnalı almaq imkanım yoxdur. Amma buna baxmayaraq jurnalda dərc edilən hekayə barədə Özbəkistanda yaşayan dostlara və tərcüməçi Şahlo Kasumovaya məlumat vermişəm. Əminəm ki, onlar jurnalı əldə edəcəklər.
    Dostum Siracəddin Seyyid başda olmaqla bütün özbək yazıçılarını Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Hamınıza yaradıcılıq uğurları arzu edirəm. Tezliklə görüşmək arzusu ilə
    Firuz Mustafa”
    "Дорогие мои друзья. Спасибо за внимание и за публикацию рассказа. Как вы знаете, я живу в Азербайджане. Поэтому я не могу достать журнал прямо сейчас. Тем не менее, о опубликованной в журнале рассказа я сообщил своим друзьям, живущим в Узбекистане, и переводчице Шахло Касумовой. Я уверен, что они будуть приобрести журнала...
    Я сердечно поздравляю всех узбекских писателей, особенно моего друга Сираджеддина Сейида, с наступающим Новым годом. Желаю всем творческих успехов.С надеждой увидеть вас в ближайшее время,
    вась Фируз Мустафа"

    27.12.2023
    Son vaxtlar tez-tez orta və ali məktəb müəllimlərimi xatırlayıram. Həyatda ən böyük müəllimim, hesab edirəm ki, müəllim olan, iki universitet bitirmiş atam olub.
    Ali məktəbdə mənə indi nisgilli bir hisslə xatırladığım insanlar dərs deyib. Məsələn, onlara nümunə kimi Xalq yazıçısı İsmayıl Şıxlı, ədəbiyyatşünas Feyzulla Qasımzadə, dilçi Əbdüləzəl Dəmirçizadə və Qəzənfər Kazımov, folklorçu Məmmədhüseyn Təhmasib, füzulişünas Mirzə Cavad Bağırov, türkoloq Abbasqulu Məhərrəmov və Voroşil Qukasyan, tarixçi Yusif Yusifov və Sabir İbrahimov, tənqidçi Əhəd Hüseynov, habelə digərlərini yada salıram. Mən öz fəaliyyətim boyu bu adamları, hər halda onların çoxunu, əsl müəllim hesab etmişəm. Onlar həqiqətən ziya və ziyalı idilər. İndiki “müəllimlərin” bir çoxunu görəndə o insanlara “min rəhmət” deyirəm.
    ...Rejissor M. Fərzəlibəyovla görüşüb çay içdik. O, 30 ildən çoxdur ki, çaydan qeyri heç nə içmir. Yəni səhhəti ilə əlaqədar olaraq “ziyanlı içkiləri” qəbul etmir. Mənim əksər pyeslərimi oxuyan rejissor söhbətarası dedi: “Təəssüf ki, sənin yazdıqlarını çoxu oxumayıb. Elmi əsərlərini diqqətlə oxuyub başa düşənlər səni dünyanın ən böyük alimlərdən biri, nəsr əsərlərini oxuyanlar ən böyük yazıçılardan biri, dram əsərlərini oxuyanlar ən böyük dramaturqlardan biri kimi qəbul edərdi... Hələ şeirlərini demirəm...”
    Sonra o, Bələdiyyə teatrında Xalq yazıçısı Elçinin “Şekspir” pyesinin məşqlərindən danışdı, yazıçının cəsarətli fikirlərindən iqtibas gətirdi.

    30.12.2023
    Lütfən bir suala cavab tapın...
    Belə bir mənzərə təsəvver edin: təxminən 200-ə yaxın adam bir məclisdə əyləşib söhbət edir, çay içir, xörək yeyir. Və bu əsnada 1 adam qapının ağzında peyda olur. Həmin adamın, məclisdəkilərin əksinə olaraq, əlində qumbara (bomba) var. Adam əmr edir ki, əllər yuxarı. Sonra isə öz şərtlərini diktə edir...
    Hə, indi deyin görək 1 nəfər silahlı ilə o 200 nəfər necə davransın? Hələ orasını demirəm ki, əlibombalının psixikası nə yerdədir... Üstəlik, məclisdəkilərdən kimsə əlibombalıya atəş açsa, qumbara partlayar və hamı məhv ola bilər...
    İndi isə sualımı verim: bu situasiyada “pişiyim-piçiyim”dən, çağrılmamış qonağı dilə tutmaqdan başqa bir variant görürsünüzmü? Əgər görürsünüzsə, lütfən yazın.
    p.s.
    Hə, orasını da bəribaşdan deyim ki, siz 200 adam deyəndə dünyada mövcud olan 200-ə yaxın dövləti, 1 nəfər əlisilahlı deyəndə isə Şimal qonşumuzu təsəvvür edin, nəzərdə tutun...
    Cavabınız maraqlı olar.

    31.12.2023
    Köhnə ildən hərfi və məcazi mənada ağrılarla ayrılıram. Şəxsi həyatımda və ölkəmiz çapında uğurlar oldu. AYB mənzil verdi, bir sıra yazılarım və kitablarım nəşr edildi, Türkiyədə (Trabzon teatrında) əsərim tamaşaya qoyuldu. Bunları şəxsi uğur hesab etmək olar... Bir sıra xəstəliklərdən, ağrılardan əziyyət çəkirəm... Dərmanlar çox bahadır... Yazdıqlarımın hamısını işığa çıxara bilmirəm-nəşr də baha başa gəlir... Teatr rəhbərlərinin böyük əksəriyyəti təmənnalı olduğu üçün “kasıb və vəzifəsiz” müəlliflərə laqeyd yanaşırlar... Bir neçə dəfə bu məsələyə toxunsam da diqqət yetirən yoxdur.
    Qarabağ torpağı bütövlükdə bizim nəzarətimizə keçdi. Xankəndidə bayrağımız dalğalanır. Bunları daha irimiqyaslı uğurlara müncər etmək olar... Di gəl ki, bahalıq, infilyasiya, kasıblıq bütün ölkəni sarmaqdadır... Dilənçilər, zibil qablarında yemək axtaranların sayı artıb...
    Bəli, başa vurmaqda olduğumuz 2023-cü ildən hərfi və məcazi mənada ağrılarla ayrılıram.
    Doğrusu, yeni ili də tərəddüd və narahatlıq, hətta qorxu hissləri ilə qarşılayıram. Nədəndir narahatlığım, nədən qorxuram? Əvvəla, müharibədən. Get-gedə dünyada tüstülənən lokal savaşlar qlobal müstəviyə keməkdədir. Rusiya-Ukrayna arasında gedən müharibə azmış kimi İsrail-Fələstin arasında da müharibəyə “start” verildi. Yeni ildə Çinin Tayvana hücum edəcəyi haqda söz-söhbət gəzir... İkincisi, zəlzələdən qorxuram. Qardaş Türkiyədə baş vermiş zəlzələnin qorxusu hələ bədənlərdən, canlardan çıxmayıb. Üçüncü, ölüm-itimdən qorxuram. Daha doğrusu doğma, yaxın, əziz adamları (lap elə yadları) itirməkdən qorxuram. Matəmlərsiz yeni il arzulayıram... Dördüncü, kompyuterimə viruz düşəcəyindən, minbir əziyyətlə toplayıb nizamladığım yazılarımın yenə məhv ediləcəyindən qorxuram. Axı indiyəcən iki dəfə başıma belə qorxulu iş gəlib. Bir çox yazılarım məhv olub. Əldə qalanları toplayıb nizama salmışam... 40 cild hazırdır... Mənim hesabıma görə, “itmiş” yazılarımı və gündəliklərimi də nəşr etdirsəm, 100 cildə yaxın kitabım çıxmış olar... Yazdığım hər cümlə, hər söz, hər bir hərf mənə əzizdir, qiymətlidir...
    Qorxduğum başqa nəsnələr də var...
    ...Bu gün bibim oğlu geoloq Şahvələd Köçərlinin ad günüdür, 88 yaşı tamam olur. Yaxınlarda ürək əməliyyatı keçirib. Zəng edib Yeni ilini və ad gününü təbrik etdim.
    Dost və qohumların az qala hamısını yazılı və yaxud şifahi qaydada (telefon vasitəsi ilə) təbrik etdim. Bu gün həm də dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür... Adətən, bütün bayramlarda “irəli düşüb” təbrik etməyi vacib bildiyim adamları onlardan daha əvvəl qutlayıram. Əksəriyyət də bunun müqabilində adətən yalan-doğru deyir ki, “həmişəki kimi sən bizi yenə qabaqlayırsan...” Ta orasını bilmirəm ki, adamlar nə dərəcədə səmimi və haqlıdırlar...
    ...Hə, fb onu da yadıma saldı ki, düz dörd il bundan əqdəm elə bu günlərdə -2019-cu ilin dekabr ayının sonlarında Daşkənddə Abdulla Qədirinin yubileyində iştirak etdim. Orada həmçinin özbək dilində çıxmış “Dəniz köçü” kitabımın təqdimatı keçirildi. Özbək ziyalıları ilə ünsiyyətim, dostluğum daha da möhkəmləndi. Bir neçə gün Daşkənddə yazıçıların yaradıcılıq evində qaldım, hətta Yeni ili də orada keçirdim.
    Küçədə partapartdır. Yəqin ki, uşaqlar partlayıcı “oyuncaqları” atmaqla ilin dəyişdiyini bildirirlər... Saata baxıram- 12-dir. Yeni il gəlməkdədir. Hava xoşdur. Amma içimdə sazaq əsir...
    Qarsız yeni ilin nə ləzzəti?
    2023-cü ilin son, 2024-cü ilin ilk statusunu –deyimini yazdım: “Soyuducu televizora qarşı üsyan elan edib...”




    Bu il yazılmış “Gündəliklər”ə proloqvari yekun

    Ukrayna-Rusiya arasındakı münaqişə artıq öz hüdudunu keçərək geniş vüsət alıb. İki doğma, qardaş xalq arasında qanlı, ölüm-dirim mübarizəsi gedir. Bütün dünya Ukraynanı dəstəkləyir. Sanki Rusiya dünya ilə savaşmaqdadır.
    Əlimdəki yarımçıq pyes üzərində işlədim. Bütün günü evdə oldum.
    İndi ən yaxın “ürək dostum” kompyuterdir. Hərdən mənə elə gəlir ki, bu cansız, rusuz, hissiz makina məni ətrafımdakı adamlardan, ünsiyyətdə olduğum bir çox şəxslərdən daha yaxşı anlayır və duyur...
    ... “Gündəliklər”imi qaydaya salmaqla məşğul oluram. Bu, çox yorucu bir işdir. Bir çoxları ayrı-ayrı vərəqlərdə yazılmış qeydləri nizama salmaz, əzilmiş kağızlardakı qarışıq-səliqəsiz xətti oxumaq (baxmayaraq ki, öz xəttimdir), yayğın hərfləri və sözləri təzədən bərpa etmək çətindir...
    ...Mən, əlbəttə, gündəliklərimin hamısını taplayıb nəşr etdirmək niyyətində deyiləm. Bunun başlıca səbəblərini kitaba yazdığım önsözündə, müxtəlif zamanlarda qələmə aldığım yazılarda, habelə mətbuatda gedən bəzi söhbət və müsahibələrimdə açıqlayaraq “əsaslandırmağa” çalışmışam...
    ...Zaman tələsir. Elə mən də tələsirəm. Belə hesab edirəm ki, “Gündəliklər”in ilk cildi artıq hazırdır. Əlbəttə, mən digər cildlərim kimi bunun da yalnız elektron variantını hazırlamağa məcbur oldum. Onu böyük tirajla kitab kimi nəşr etdirmək isə mənim gücüm xaticindədir.
    ... Güman edirəm ki, digər cildi və ya cildlərdən nümunələri də kitab kimi hazırlayacam. Təki sağlıq olsun. ... Amma... dünyanın işini bilmək olmaz.
    Kitablara, yazıya, bədii mətnə bir laqeydlik görürəm.
    Hamıya öz işində uğurlar və cansağlığı arzu edirəm.
    p.s.
    İndi mən bu sətirləri yazdığım anlarda Ukrayna və Rusiya arasında qanlı savaşın miqyası daha da genişlənib. Uşaqlar, qadınlar, qocalar həlak olur. Gənc əsgər və zabitlər qətlə yetirilir.
    Tanrı bizi bəlalardan qorusun.






















    2024

    08.01.2024
    Uzun illər Rusiyada və İsraildə yaşasa da ürəyinin sön döyüntüsünə qədər Azərbaycanla nəfəs alan Çingiz Hüseynov ömrünün 94-cü ilində haqq dünyasına qovuşdu.
    Böyük yazıçı, böyük vətəndaş idi.
    Bakıda və Moskvada epizodik görüşlərimiz olmuşdu. Sadələrin sadəsi idi.
    Sosial şəbəkədə arabir məktublaşırdıq. Ədəbi prosesi yaxından izləyirdi.
    Çox işləyirdi. Təəssüf ki, bir çoxları, hətta onların arasında ədəbiyyatçı olmaq iddiasında bulunanlar da var, onun yaradıcılığı ilə yaxından tanış deyil. Çingiz Hüseynovun xüsusilə “Merac”, “Fətəli Fəthi”, “Doktor N” tarixi romanları ədəbiyyat tariximizdə daim qalacaq. Əslində bu əsərlərdə “tarix” bir fondur. Yazıçı həmin romanlarda təkcə bizim xalqımızın keçdiyi yola deyil, bir çox millətlərin keçdiyi ziqzaqlı, keşməkeşli yollara işıq tutulmuşdur...
    “Poçta” baxıram. Orada Çingiz müəllimlə çaparaq, eksklüziv yazışmalarım var. Budur, bir dəfə mən ona yazdım ki, “Çingiz müəllim, salam. "Lit. Az-n" jurnalının bu ilki 2-ci sayında Sizin yazınız çıxıb: "По следам коранических аятов..." Redaktor Solmaz xanım (İbrafimova) dedi ki, ya ev ünvanınızı, ya da el. ünvanınızı göndərəsiz...” (05.05.2015, 21:45)
    O, çox tezliklə cavab yazdı: “Çox sağ ol, Firuz! Çapdan xəbərim var... Ünvanlarım^ Москва, 142783, поселение Внуковское, пос. ДСК ” Мичуринец”, ул. Горького, участок №14. elektron - zigni4@gmail.com Solmaz-x. minnətdaram, el ünvanı, təəsüf ki, məndə yoxdur, bildirsə pis olmazdı... Ç.H.” (05.05.2015, 23:32)
    Əlvida, Çingiz müəllim. Əksər qəhrəmanlarınızın getdiyi əbədiyyət dünyasına səfəriniz mübarək.

    08.01.2024
    “Ən vacib məqamlardan biri də indi tamaşaçı zövqünün istənilən səviyyədə olmamasıdır”.
    Bu fikirləri milli kinomuzda yaranan durğunluğun səbəbləri haqda danışan tanınmış yazıçı-dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.O, “ötən dövrlərdə ekranlaşdırılan milli kinomuzun inciləri səviyyəsində filmlər bu gün niyə çəkilmir” sualını belə cavablandırıb:
    “Vaxtilə milli kinomuzun ən gözəl nümunələri çəkilib. Bu gün də insanlar o cür keyfiyyətli filmlərin çəkilməsini istəyirlər. Amma çəkilmir. Bunun səbəbləri çoxdur.
    Birincisi, belə filmləri çəkə bilən rejissorlar yoxdur. Rejissor qıtlığı yaranıb. Əvvəllər çox çəkilməsə də, ildə ən azı 3-4 film çəkilirdi. İndi həftəyə bir film çəkilsə də, onların keyfiyyətindən danışmaq istəmirəm. Televiziyalar da o filmləri nümayiş etdirir.
    Digər səbəblər də var. Məsələn, bu yaxınlarda kinostudiyada yeyintiyə yol verildiyi barədə xəbər oxudum. Filmlər kinostudiyada çəkilir. Təsəvvür edin, əgər kino məbədində yeyinti varsa, hansı keyfiyyətli film istehsalından söhbət gedə bilər?
    Digər tərəfdən, dövlət sifarişi ilə yanaşı, sosial sifarişlər də olmalıdır. Maraqlı hadisələrin kinoya gətirilməsi imkanları çoxalıb. Texniki avadanlıqların da keyfiyyəti yüksəkdir. Bütün bunlardan istifadə olunmalıdır.
    Ən vacib məqamlardan biri də indi tamaşaçı zövqünün istənilən səviyyədə olmamasıdır. Aşağı səviyyəli filmlər adamların zövqünü korlayıb. Yalançı, şit gülüş ön plana keçib. Əslində isə kino öz seyrçisini öz arxasınca aparmalıdır.
    Amma bu gün nəinki o filmlər tamaşaçısını öz arxasınca aparır, əksinə, onları zövqsüzlüyə təhrik edir. Bəyəm bizdə yaxşı ssenarilər yoxdur? Var. Düzdür, rejissorlarımız az olsa da, yaxşı aktyorlarımız var. Amma tamaşaçılar ötən illərdə çəkilən filmlərdən başqa keyfiyyətli film üzünə hələ də həsrətdir”.
    Cəvahir
    www.yenicag.az

    09.01.2024
    Perinatal mərkəzdə dörd uşaq yanıb... Adam deməyə, təsəlli verməyə də söz tapmır...
    Bu gedişlə yanğınsöndurənlər öz təyinatlarını dəyişərək adamların cəsədini söndürməklə məşğul olacaq.
    ...Hədsiz dərəcədə ifratçı- radikalıq. Ya göyə qaldırır, ya da yerə soxuruq.
    Nədəndir?

    14.01.2024
    Bayaq mətbuatda oxudum: "Bakıda silahlı şəxs saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb".
    Bu cür adamlar, yəni özləri ilə odlu və soyuq silah gəzdirən şəxslər adətən bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar.
    Media şəbəkələrində tez-tez tanış olduğumuz hadisə: filankəs filan yerdə filankəsovu ona "əyri-əyri baxdığına görə" bıçaqlayıb. Sonra da ifşa olunan həmin filankəs and-aman edib deyir ki, üstündə təsadüfən bıçaq olub.
    Adamdan soruşmaq lazımdır: o böyüklükdə ətdoğrayan bıçağı üstündə gəzdirməkdə məqsədin nə olub?
    Doğrudan da maraqlı və kədərli məsələdir.
    ...Yazıçı Mehriban Vəzir fb poçtu ilə məktub yazıb: “Firuz bəy, salam. Necəsiniz? Yusif Vəzirlə bağlı qaldırdığınız məsələ nə yerdədi? Mümkün olsa son vəziyyəti bildirin. Bilmək istəyirəm təşəbbüsünüz nə yerdədi? Sabaha müsahibə istəyiblər məndən.
    M.Vəzir qələmi olan publisist və yazıçıdır. Özü də Yusif Vəzirin qohumudur. Vətənpərvər xanımdır. Mən ona cavab yazdım: “Salam, Mehriban xanım. Gün aydın. Fazil Mustafa ilə əlaqə saxladım. MM- də məsələ qaldırdı. (İstəsəniz video- çıxışını göndərə bilərəm). Zənnimcə reallaşacaq. Görünür, seçkiyə görə bir az ləngiyir...
    Nəzərə alın ki, (oradakı - arayışdakı tarixdən də görünür) konkret cavab 2012-ci ildə (12 il əvvəl) alınıb. O vaxtacan bir neçə müddət digər qurumlarla məktublaşmışam... Ən maraqlısı isə budur ki, həmin vaxtdan- yənu bu məqalənin dərcindən sonra bir çox "qələm adamları", jurnalistlər, (ifadəyə görə bağışlayın: şüvənçilər) Yusif Vəzirin məzarının yerinin dəqiqləşdirildiyini yazıblar, amma sağolmuşlar bu "dəqiqləşdirilmənin" necə baş verdiyini yazmayıblar...
    p.s. Əslində bu işin avanqardlarından biri də Siz olmusuz. O mənada ki, bizim soydaşlarımıza rusların divan tutmasını bədii formada da olsa, cənub zonasına səfər edən həmyerlilərimizin qarşılaşdığı müsibətlərlərin timsalında və fonunda hələ ötən əsrin haradasa 86-88-ci illərində "Ulduz" jurnalında, indi adını unutduğum bir hekayənizdə təsvir etmisiz...
    Sağ olun. Uğurlar...”
    p.p.s.
    Hə, yeri gəlmişkən onu da yazım ki, 4-5 il öncə Pedaqoji Universitetdə çalışan bir professor tanışım mənə bildirdi ki, (əgər indi səhv etmirəmsə) rus dili kafedrasının müdiri (və yenə də səhv etmirəmsə) vəzifəsindəçalışan Lalə Vəzirova ad-soyadlı xanım Yusif Vəzirin nəvəsi (və ya nəticəsi) bu yazını oxusa şad olacaq. Yazını lazım olan ünvana çatdırdılar. Orada tel.nömrəm və qeydlərim də var idi. Bir-iki faktı dəqiqləşdirmək istəyirdim...
    Sözün qısası, xanımdan səs-soraq çıxmadı. Öz-özümə dedim ki, bu xanım Yusif Vəzirin bioloji-fizioloji varisi ola bilər. Amma yazıçının əsl varisləri onu sevənlər və oxuyanlardır. Bax belə...

    15.01.2024
    Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ötən il “ON pyes” adlı kitabımın korrektə, redaktə və nəşri baş tutmalı idi. Nədənsə bu işi təxirə saldılar. Daha doğrusu vəd verdilər ki, məcmuəni 2024-cü ilin əvvəlində map edəcəklər. Arada kitabı nəşr edəcək nəşriyyatdan zəng edib korrektə və redaktə işinin başa çatdığını bildirdilər. Və onu da əlavə etdilər ki, biz öz işimizi yekunlaşdırdıq, qalan məsələri mətbəə həll etməlidir. Sonra bir-iki dəfə zəng vurdum, nədənsə cavab gəlmədi.
    Gözləyirəm görüm bu işin sonu nə olacaq...

    17.01.2024
    Vida sözü əvəzi
    Səbuhi Məmmədlinin vəfat etdiyini gecə yarısı sosial şəbəkələrdən bildim...
    Xatırladım ki, mən onu ilk gənclik illərindən tanıyıram...
    Xatırladım ki, hələ tələbə ikən populyar müstəqil qəzetlərdən birinin redaktoru idi...
    Xatırladım ki, onu aradabir nəşriyyatın yeməkxanasında həmkarlarının əhatəsində, qaynar yemək-içmək məclislərində görürdüm...
    Xatırladım ki, hamıya səmimiyyət və ehtiramla yanaşardı...
    Xatırladım ki, çox gözəl qələmi vardı, orijinal yazıların müəllifi idi...
    Hə, onu da xatırladım ki, təxminən iki ay öncə Respublika xəstəxanasının cərrahiyyə şöbəsinin dəhlizində qarşılaşdıq. Düz bir il əvvəl, 2013-cü ilin yanvarında mən burada əməliyyat olnmuşdumdum və xəstəxanaya hansısa bir arayışı almaq üçün getmişdim. Səbuhi “kolyaskada” əyləşmişdi. Ayağının biri amputasiya olunmuşdu. Mən bunu əvvəldən bilirdim, çünki bu yaxınlarda yazmışdı ki, “ayağımın birinin yoxluğunu sübut edə bilmirəm ki, pensiya alım”. Yanında bir qadın vardı, həyat yoldaşı olduğunu təxmin etdim. Əyilib alnından öpdüm. Adətən, belə hallarda bizim mentalitet üzrə “necəsən?”- sualı verilir. Onsuz da onun necəliyi göz qabağında idi. Sonra bizdəki ənənəvi “qulluğundayam, sənə necə kömək edim?”- sualının üstündən də sükutla keçdim. Mən ona necə kömək edə bilərdim?.. Ayrılanda “Həcər müəlliməyə salam deyin”-dedi...
    Bir müddət sonra mətbuatda oxudum ki, ikinci ayağı da amputasiya olunub... Sonra, səhv etmirəmsə, öz şəbəkə səhifəsində bir kadr gördüm: Səbuhi gülümsəyərək əl çalır, onun ayaqlarının... yox, dizinin ucunda isə balaca bir qız rəqs edirdi. Bəli, Səbuhi gülümsəyirdi...
    ...və, artıq dediyim kimi, 17.01.2024-cü il tarixdə Səbuhinin vəfat etdiyini gecə yarısı eşidib bildim...
    O, bir müddət Biləcəridə, üçyüz saylı orta məktəbdə həyat yoldaşımla bir məktəbdə işləmişdi. Səbuhi hər dəfə görüşəndə öz keçmiş həmkarına salam göndərirdi.
    Səbuhinin yoxluğu xəbəri Həcər müəlliməni də sarsıtdı.
    Mən dedim ki, o, çox istedadlı jurnalist idi. Yoldaşım dedi:
    -O, həm də gözəl müəllim idi. Bilirsən uşaqlar onun xətrini necə istəyirdi? Bu, öz yerində... Amma onun çox qeyri-adi istedadlı bir oğlu vardı, hamı onu məktəbimizin gözü hesab edirdi... Görəsən, o uşaq indi haradadır?..
    Qəribə taleli bir adamı vaxtsız-vədəsiz itirdik. Bir az özündə günah vardı, bir az da bizim hamımızda...
    Son qəmimiz olsun.

    16.03.2024
    Bu gün yazıçı Vaqif Nəsibin 85 yaşı tamam olur. Məni də yubiley törəninə dəvət etmişdi. Getdim. Təbrik etdim. Söz də dedim. Vaqif istedadlı nasir və şairdir.

    02.02.2024
    ...Aşıq Azər Fərmayıloğlunun 50 illik yubileyində iştirak etdik. O, aşıq olmaqla bərabər həm də qazidir. T.X., Məzahir Səmədoğlu ilə birlikdə Hökməlidəki Şadlıq evinə gedib aşığı təbrik etdik. Həkim Rəşid Mahmudovla da görüşdük.

    05.02.2024
    Gənc rejissor Amil bəy ilə görüşdük. “Qaranquş yuvası” ssenarisi əsasında fil çəkmək istəyir...

    05.02.2024
    ... AYB-dən mətbuat katibi, gəns dostum Xəyal Rza zəng vurub bildirdi ki, kiminsə Rüstəm İbrahimbəyovun 85 illiyi ilə bağlı paylaşdığı şəkilə mən də “layk” (bəyənmə) işarəsi qoymuşam. Həmin fotoya baxdım. Anarın R.İbrahimbəyovun məzarı başında iri planda şəklini gördüm... Doğrusu, mən buna diqqət yetirməmişdim. Əslində heç “layk”a da fikir verən deyiləm. Bu işarə mənimçün “tanış oldum” deməkdir... Sözün qısası, “laykı” geri götürüb, R.İbrahimbəyovla (və eləcə də Anar ilə bağlı qısa qeydlərimi paylaşdım.
    Beləliklə...

    05.02.2024
    "RUH FAKTORU"
    Rüstəm İbrahimbəyovun anadan olmasının 85 il(liy)i tamam olur. Xatırlayıram ki, vaxtilə Rüstəm bəyə qarşı bir kompaniya da təşkil olunmuşdu... Çətin günlərində Rüsrəm bəyə dayaq olan dostlar az olmayıb. Onlardan biri, əslində birincilərdən biri böyük yazıçımız Anar olub.
    "Gündəliyimdə" R.İbrahimbəyovla bağlı qeydlər az deyil... Rastıma çıxan "notlardan" birini təqdim edirəm...

    … 4 fevral tarix mərhum jurnalist dostum Cavanşir Cahangirovun anım günüdür. Vaxtilə onun haqqında qələmə aldığım yazını fb-də paylaşdım.

    07.02.2024
    Növbədənkənar Prezident seçkisi keçirildi. İklin məlumata görə indiki dövlət başçısı İ.Əliyev 90 faizdən çox səs toplayıb. Cəmi 7 namizəd idi ki, onların yerdə qalanı, yəni altısı birlikdə 7-8 faiz səs topaya bilib.
    07.02.2024. Bu gün A.S. Puşkinin anım günüdür. Onula bağlı yazımı fb-də paylaşdım…

    08.02.2024
    Birisi var: ona-buna verdiyi pul hesabına özü üçün “əsər” yazdırır. Bu gün bir çay məclisində rast gəldi. Sinəsinə döyüb öz “əsərlərini” tərifləyirdi. Necə deyərlər, “tormozum” tutmadı, sərt şəkildə ifşa etdim. O qədər həyasız adamdır ki, qayıdıb dedi: “Əcəb edib yazdırıram. Proyektini ki, özüm verirəm”. Əslində “proyektin” nə olduğunu da qanmır. Nə isə... Bir xeyli çənələşdi. Sonra öz-özümə dedim ki, gərək belə nadanlara baş qoşmayım, onlardan uzaq olum...
    Pensiyanı (təqaüdü) “artımla” birgə aldım. Yeddiyaz manat, yəni təxminən dördyüz dollar pensiyamın həcmidir. Əlavə olaraq elmi və fəxri ad üçün də bir qədər “əlavə” alıram. Cəmi beşyüz civarında... Əlbəttə, azdır. Çatmır... Təkcə “polip” əməliyyatına iki min manat ödəməliyəm.

    09.02.24
    FB-də mənim “öz” işarələrim var. Əgər “layk” işarəsi qoyuramsa bu “bəyəndim” yox, “oxuyub tanış oldum” deməkdir. Bəzən mənim özümü tənqid edən yazıların altından da bu işarəni qoyuram. (Bundan başqa, rəhmətə gedən adam haqqında necə deyəsən ki, “bəyəndim”?..)

    Bir nida işarəsi (!) mənim üçün “yaxşı”, iki nida işarəsi (!!) “əla”, üç nida işarəsi (!!!) “əliyüləla” demədir. (Yeri gəlmişkən, Stalinin həyat yoldaşı Nadejdanın qızlıq familiyası da bu sözdən yaranıb- “Alliluyeva”).

    Mötərizə işarəsi -) “maraqlı və gülməli”, iki mötərizə işarəsi- )( isə ağlamalı və gülməli, yəni tragikomik deməkdir.
    Çox nöqtə isə (.......) aktyorlar demiş, “ləhlülü” anlamına gəlir.
    Sual yoxdur ki?
    p.s.
    Bunları ona görə yazdım ki, )( olmasın.

    24.01.2024
    Aqşinin iş axtarışı davam edir. Mən də tanış-bilişlərə zəng edirəm. 2-3 gün öncə vaxtilə aspiranturada dərs dediyim Camal adlı bir tanış, riyaziyyatçı, firma rəhbəri söz verib ki, proqramçılıq oğlumu proqramçı işinə götürəcək. Hələ ortada konkret bir iş yoxdur.
    Bu gün digər bir tanışımla əlaqə saxlayıb görüşdüm. O, dedi ki, proqramçılıq işi ilə bağlı Mirmehdi müəllimə müraciət etsəm yaxşı olar. Sabah edərəm.

    25.01.2024
    Mənə zəng edib "Çaparaq norlarr"ın davamı ilə maraqlananırlar üçün. Həmin silsilə yazılar bu gündən etibarən "525-ci qəzet"də dərc edilməyə başlayır.

    30.01.2024
    “Respublika Xəstəxanası”nda Saleh adlı həkimin yanında oldum. “Polip”i əməliyyat etdirmək istədiyimi bildirdim. “Bu yaşda əməliyyat təhlükəlidir”-deyə bildirdi.

    31.01.2024
    “Loğman” klinikasında oldum. Hafiz həkimlə görüşdüm. Həkim qohumdur. Dedi ki, qorxmaq lazım deyil, yəni təhlükəli bir şey yoxdur, gəl əməliyyat edək. ..

    01.02.2024
    “525-ci qəzet”də artıq ikinci həftədir ki, “Çaparaq Notlar”ım dərc edilməkdədir.

    11.02.2024
    ABŞ-da bu ilki seçkiqabağı mübarizədə, müstəqil namizədləri nəzərə almasaq, Respublikaçılar partiyasından Co Bayden, demokratlardan isə iki namizəd -Donald Tramp və Hikki Heyli iştirak edir. Namizədlərin rəsmi təsdiqi praymerizin nəticələrindən (ilkin seçimdən) sonra olacaq.
    Bəs görəsən 5 noyabr 2024-cü il tarixdə ABŞ-da növbəti prezident kim olacaq?
    Mən indidən öz proqnozumu qeyd edə bilərəm.
    Çox güman ki, demokratların nümayəndəsi xanım Heyli olacaq.
    Kimdir Hikki Heyli?
    Bu xanım hind əsillidir, əsl ad-soyadı Nimrata Randhava”dır. 20 yanvar 1972-ci il tarixdə Cənubi Karolinada doğulub. Valideynləri doktor Acit Sinqx Randhava və Rac Kaur Randhava Hindistanın Pıncab ştatındandır. İki qardaşı və bir bacısı var.
    Heyli əvvəlcə özəl məktəbdə oxuyub, sonra isə Klemson universitetində hesabdar-maliyyəçi təhsili alıb. ABŞ-ın BMT-də daimi nümayəndəsi, habelə Cənubi Karolinanın qubernatoru olub.
    Hikki 1996-cı ildə Maykl Heyli ilə ailə qurub və göründüyü kimi ərinin soyadını götürüb. Maykl orduda zabitdir. Onların Rena və Nalin adlı iki övladı var.

    14.02.2024
    Ölkəni silkələyən qətl hadisəsi baş verib. Əhməd adlı psixi pozuntusu olan gənc, öz ailəsinin beş üzvünü qətlə yetirib. Ən inanılmazı da odur ki, qatil taksiçi imiş... Amma fakt faktdır. Hələ üstəlik qətliam səhnəsini qonşudakı bir adam lentə də alıb. Bundan da az təəccüblü olmayan budur ki, hadisə yerinə gələn polislər bunu çəkib sosial şəbəkədə paylaşıblar...
    Zənnimcə, qatilə sürücülük vəsiqəsi verən, ona maşın etibar edənlər də məsuliyyətə cəlb olunmalıdır.

    15.02.2024
    Çoxdan bəri gözlənilən gün gəldi. LOR hospitalda həkim Taliya Məmmədova burun əməliyyatı etdi. İndiyəcən düz-əməlli nəfəs ala bilmirdim. Əməliyyat çox çəkdi. Gücə evə gəldim. Görək innən belə necə olur?.. Ümumən iki min manat xərcimiz çıxdı. Pulun çoxunu qızım göndərmişdi... Övladlarımdan çox razıyam. Ailəni və milləti sevirlər. (Yaxşı, savadlı həkimlərimiz var. Taliya, Səbinə və s.)
    Möhkəm yağış başlayıb. Dağlıq rayonlara qar düşdüyü bildirilir.

    16.02.2024
    Evdəyəm. Güclü yağış yağır.
    Trabzon Sanat Tiyatrosunda oynanılan “Tarafsız Bölge” tamaşasının videosuna baxdım. Daha sonra Aqşin həmin videonu mənim youtube kanalındakı bloqumda yerləşdırdi. Tamaşa yaxşı alınıb. Təəssüf ki, get-gedə bizim teatrlarda cırlaşma baş verir... Rejissorluq peşəsi və institutu ölmək üzrədir.
    ...Mətbuatın yaydığı məlumata görə Rusiyalı siyasətçi Aleksey Navalnı həbs düşərgəsində ölüb. O, Putinin əsas rəqiblərindən (düşmənlərindən) biri idi. Ölümü müəmmalıdır.

    17.02.2024
    ...Yağış yağır. Eşikdəki soyuq, külək və çalpov adama payızı xatırladır. Evdə isidici “batareyalar” işləmir, “sərinlikdir”. Usta neçə dəfə söz versə də gəlib çıxmayıb. Yəqin ki, heç gəlməyəcək də... İndi verdiyi sözə əməl edənlər azdır. Bir də ki, daha bahara az qalıb...
    ...Xatırladım ki, düz altı il əvvəl bu gün, yəni 17 fevral 2018-ci il tarixdə Xarkov şəhərində olmuşam. Səhv etmirəmsə, Universitetdən oğlum Aqşinin diplomunu almağa getmişdim. Bəlkə də gündəliyimdə bu barədə qeydlər var, indi kimdir o notları arayıb tapan... Onda Xarkovun dinc, gözəl vaxtları idi. Bu günün Xarkovu isə, tv kanallarında göstərildiyi kimi, xarabalığı xatırladır...
    ... Aleksey Navalnının həbsxanada ölümü Rusiyada və bütün dünyada geniş əks-səda verib. Az qala hamı onun ölümünü Putinlə bağlayır. Olsun ki, müxalifətçi Navalnı öz əcəli ilə ölüb. Heç kəs əcəldən və qəfil ölümdən sığortalanmayıb. Amma bu, heç də Putinin məsuliyyətini azaltmır. Çünki əksəriyyətin dediyinə görə, Navalnı səbəbsiz bəhanə ilə həbs edilmişdi.
    ...Artıq neçənci dəfədir dediyim kimi, çox az yatıram. Amma arada maraqlı yuxular görürəm. O yuxuların bəzisi maraqsız olur. Bəzisi isə oyananda yadımdan çıxır. Yadımda qalan, süjetli, fabulalı yuxular da olur ki, mən onları bəzən qələmə alıram. Bu gecə də məhz həmin yuxulardan birini gördüm...
    Görürəm ki, nəhəng, intəhasız bir salonla üzbəüz olan yeməkxanadayıq. Bilmirəm bu nə salondur... Amma yeməkxana da qarşıdakı salon kimi böyükdür. Bu yeməkxana bir az da mətbəxə bənzəyir. Belə ki, ortadakı qaz pilətələrinin üstündə pıqhapıq qazanlar, çaydanlar qaynayır. Hərə özünə qulluq edir. Burada çoxlu adamlar var. Xaricdən gələn qonaqlar da gözə dəyir. Mən yanımdakı yazıçıdan (dayım Nahid Hacızadədən) soruşuram ki, biz buraya nə üçün gəlmişik? O, təəccüblə üzümə baxıb deyir ki, Rüstəm İbrahimbəyovun yaradıcılığına həsr olunmuş beynəlxalq toplantı keçirilir. Hə, baxıb görürəm ki, Rüstəm və qardaşı Maqsud da məclisdədir. Az sonra elan edilir ki, hamı iclas zalına keçsin, tədbir başlayır. Mən nədənsə getmək istəmirəm. Bu əsnada keçəl, bəstəboy, kök bir kişi qarşımı kəsib deyir ki, tez olun salona keçin, siz də çıxışçılardan birisiniz. Deyəsən, haradansa tanıdığım, amma kimliyini, nəçiliyini indi dəqiqləşdirə bilmədiyim bu adam iclasın təşkilatçısıdır. İçəri keçməyə nədənsə tərəddüd edirəm. Kişi öz “tələblərini” irəli sürür: içəri keçin, özü də nəzərə alın ki, çıxışınız mütləq ya ingilis, ya da rus dilində olacaq. Mən etiraz edirəm. Deyirəm ki, ingiliscə bilmirəm, rusca isə dialektdə danışıram, yalnız Azərbaycan dilində danışa bilərəm. Bir də ki, bura xaric deyil axı, niyə öz dilimizdə danışmayaq? Kişi ilə mübahisəmiz davam edir. O, elə hey israrla məni salona dəvət edir, deyir ki, gəl bu məsələni içəridə həll edərik... Mən yaxamı kənara çəkib zala girmirəm...
    Yuxudan ayılanda salona girmədiyim üçün əvvəlcə özümü qınasam da, sonra bu “müdrik” hərəkətimə bəraət verirəm: yaxşı ki, o zala daxil olmamışam... Oradakıların hamısı o dünyada olanlar idi. Məni hansısa gözəgörünməz bir qüvvə oradan çəkib çıxartdı. Yoxsa özümə qalmış içəri keçəcəkdim.
    Qeyd. Hə, indi xatırladım ki, doğrudan da bu ayın 5-də Rüstəm İbrahimbəyovun 85 yaşı tamam olub. Bəs niyə belə sakit? Bir tərəfdən baxanda yaxşı ki, heç olmasa yuxuda onun yubileyinə beynəlxalq səviyyədə hazırlığın “şahidi” oldum. Həmin “toplantıda” iştirak etməsəm belə...

    ...Bəstəkar Cavanşir Quliyev Türkiyədə əməliyyat olunub. Mətbuatın verdiyi məlumata görə onun beyninə dörd stend yerləşdirilib. Vəziyyəti normallaşmadadır. Maestroya şəfalar diləyirəm.
    Xəstəliyin, əməliyyatın nə olduğunu mən əyani şəkildə cəmi 2 gün öncə öz “dərimdə” hiss etdim.

    ...Şair Məmməd İsmayılın vəziyyəti ağırdır. O, müalicəsi üçün dövlətdən kömək istəyir. Haqqı da var. Dövlət və millət öz vətəndaşına, o cümlədən tanınmış söz adamına, köməyini əsirgəməməlidir.
    Qeyd: Yeri gəlmişkən, şair bir neçə gün öncə TV-lərin birində (postbaku-da) Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbət zamanı özünün keçmiş səhvlərini xatırladı, Heydər Əliyev və Anar haqqında əsassız tənqidlər söylədiyini etiraf etdi. Nədənsə onun etirafını bəziləri, xüsusən gənclər, birmənalı qarşılamadı, beləliklə şair tənqidə tuş oldu. Xalq yazıçısı Anar isə şairin bu addımını təqdir etdi. Mən də belə hesab edirəm ki, səmimi etiraf cəsarət əlamətidir. Əslində Məmməd İsmayıl cəsarətli şairdir. Elə oxucular da onu bu cəsarətinə, ciddi yaradıcılığına görə sevir.
    Məmməd İsmayılın öz misrasıdır: “Hələ yaşamağa dəyər bir az da...”
    Mən şairə cansağlığı arzu edirəm.
    Yastığın yüngül olsun, Məmməd İsmayıl.
    ...Qohumumuz Dilqəm həkim rəhmətə getdi. Uzun müddət idi ki, ürəkdən əziyyət çəkirdi. Allah rəhmət eləsin.

    18.02.2024
    Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü
    Maarifçilər də qiyamçıdır, amma...
    ... Ad günü də deyən var, doğum günü də...
    ... Bəli, mən fevral ayının 18-də doğulmuşam. Amma sənədlərimdə bu “gəliş” iyun ayının otuzu kimi qeyd olunub. Fərq etməz... Bu “texniki xəta” az şeyi dəyişə bilər. Əsas odur ki, “gəlmişəm” və hələlik “getmək” fikrində deyiləm.
    ... Deyirlər, ömür bir əmanətdir. Bəlkə də təkcə əmanət deyil, əmanər bankıdır. Lap olsun ki, uzunmüddətli kreditdir. Mən bu terminləri həm də ona görə işlədirəm ki, ömür ən qiymətli kapitaldır. Hər kəs onu lazımi səviyyədə, gərək olan “layihələrə” xərcləməlidir. Və orasını da unutmayaq ki, “kredit” sözünün kökündə latın dilindən gələn önəmli bir anlam dayanır: “kredo”. Bu, “borc” deməkdir. Biz daim kimə və nəyəsə borcluyuq. Bu, belə də olmalıdır. Bu hissdən kənarda normal adam ola bilməz.
    ... Doğrusu, ilk gəncliyimdə mənə hal-hazırda gəlib yetişdiyim yaş “finişi” əlçatmaz görünürdü. Amma indi arxaya və irəliyə baxanda görürəm ki, indiyəcən yaşanmış ömür bir növü hələ də “yarımçıqdır”, “bütövləşməyib”. Hələ bundan sonra da “tamlaşmaq” üçün bilmədiyim, öyrənmək istədiyim çox şey var.
    ... Bir az basmaqəlib səslənsə də deyim ki, həyat yolum hamar olmayıb. Fəhləlik, tələbəlik, müəllimlik, əsgərlik, aspirantlıq, jurnalistlik... illəri. Həm şagirdlərə, həm tələbələrə, həm aspirantlara, həm də doktorantlara dərs demiş, onlara bildiyimi öyrətməyə çalışmışam. Ürək qızdırdığım, könül bağladığım heç bir fəaliyyət növü ilə candərdi məşğul olmamışam. Nə etmişəmsə, ürəkdən etmişəm.
    ... Özümdən “asılı olmayaraq” fəaliyyət sahəm çoxqatlı olub, polifonik səciyyə daşıyıb. Həyatımın böyük bir hissəsi auditoriya və kitablar arasında keçib. Belə ki, bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuşam. Üz tutduğum janrlar müxtəlifdir: hekayə, novella, povest, roman, dram, tənqid, ədəbiyyatşünaslıq... Fəlsəfə, fəlsəfə tarixi, kulturologiya, türkologiya, tarix, dilçilik, dünya ədəbiyyatı, Qərb və Şərq fəlsəfəsi. Buraya mənim poetik “həsb-halımı” da əlavə etmək olar. Zira bir neçə poetik məcmuənin müəllifiyəm. Üstəlik də ədəbiyyatımızda, bildiyim qədər, ilk mənzum komediyanı qələmə almışam. Hə, orasını da deyim ki, zaman keçdikcə dramaturji yaradıcılığım digər janrlar üzərində dominantlığı gücləndirib. Yazdıqlarım təxminən on dildə nəşr olunub. Pyeslərim bir çox ölkələrin səhnələrində oynanılıb. Radio və televiziyada uzun illər verilişlərin aparıcısı, qəzetlərdə köşə yazılarının müəllifi olmuşam.
    ... Bir çox dostlar, bu sözü dırnaqda və dırnaqdankənar da yazmaq olar, mənə yazı-pozu ilə çox məşğul oldugumu xatırladıb öz “ipadlarını” bildirirlər. Düzdür, yazılarım çoxdur: müxtəlif janrlarda qələmə aldığım yazılar, təxminən əlli cilddə toplanıb. Elə o qədər də gündəliklərim var. Amma mən özümü heç də çoxyazan hesab etmirəm. Belə ki, daha çox mütaliə və müşahidə edirəm. Filosof üçün mütaliə, yazıçı üçün müşahidə hava-su qədər zəruridir.
    ... Hərdən öz-özümə fikirləşirəm ki, bu yazdıqlarım görəsən kimə lazımdır? Axı indi kitab oxuyanlar, ciddi elmi fəaliyyətlə məşğul olanlar elə də çox deyil. Amma insan zəkasına, ümumiyyətlə bəşəri təfəkkürə və idraka olan inam məni hələ tam tərk etməyib. İnanıram. İnanıram ki, gec-tez insan ruhu insan cisminə qalib gələcək.
    ...Ötən illər ərzində bir çox maddi və mənəvi sıxıntılarım olub. Vaxtın səmum yelləri məni çox qırmanclayıb, döyəcləyib. Çaşdığım, azdığım, büdrədiyim vaxtlar da olub. Amma, qəribədir ki, zaman keçdikcə, illər öz atını gələcəyə doğru çapdıqca, mənim özümə olan inamım daha da artıb. Son illərin ağrıları və sevincləri üstümə dabanbasaraq gəlməkdədir: onlar sürətlə biri digərini əvəzləməkdədir. Əlbəttə, ağrilar bütün hallarda itkilərlə bağlı olub: ömür itkisi, torpaq itkisi. Sevinc hissləri isə daha çox “qazanclarımızla”, əldə etdiklərimizlə bağlıdır. Qəsb olunmuş torpaqlarımızın yenidən qaytarılıb “bütövləşməsi” son illərdə mənim ən böyük sevincimdir. Təbii ki, təkcə mənim yox, hamımızın. Əlbəttə, bu “tamlığın”, bu “bütövlüyün” bərpa olunmasında, bir sözlə bu qələbənin əldə edilməsində sıravı əsgərdən tutmuş ta Ali Baş komandana qədər hamının haqqı var. İşğal olunmuş torpaqlar qaytarıldı. Təəssüf ki, insan itkilərimizi qaytarmaq bizdən asılı deyildir.
    ... Son beş ildə üç ciddi əməliyyat keçirməyə məruz və məhkum olmuşam. Son əməliyyat cəmi üç gün bundan əvvəl olub. Nə etməli? Sevindirici hal odur ki, məhz həmin illər ərzində, yəni son beş il civarında artıq dediyim kimi, biz torpaqlarımıza tapınmışıq, torpaq isə bizi əsil ana kimi bağrına basıb. Biz anamıza qovuşmuşuq.
    ...Problemlərimizin olduğunu mən də sizin hər biriniz kimi görür və dərk edirəm. Kruzo kimi tənha adada, kahin kimi mağarada yaşamıram. Həmişə adamlar arasındayam. Soruşsalar ki, bizdə ən böyük problem nədir, deyərdim ki, laqeydlik, etinasızlıq. Elə çox şey, bəlkə də hər şey, çox zaman bizim özümüzə, keçmişimizə, gələcəyimizə, insanlara, təbiətə, öz hərəkət və davranışımıza laqeydlikdən irəli gəlir.
    ... Mən məşğul olduğum fəaliyyət sahəsindən asılı olmayaraq, özümü daim maarifçi hesab etmişəm. Hesab edirəm ki, maarifçilik heç də hadisələrə “loyal”, seyrçi, neytral, “sığallı-tumarlı” baxış və ya baxışlar sistemindən ibarət deyildir. Əksinə, maarifçilik hər cür ətalət və durğunluğa qarşı elan olunmuş və ya elan olunmamış mübarizə metodudur. Maarifçilər də qiyamçıdır, amma onlar cəmiyyətin inkişafında hər cür qan-qadanı, ölüm-itimi, qanlı döyüşləri istisna edən qiyamçılardır. Maarifçilik olan yerdə ədalət də olur. Maarifçilik bütün sosial-ictimai-siyasi qurumların fövqündədir.
    ... Gecə gecədən keçib. Artıq bizim coğrafi zamanda fevralın 19-dur. Doğum günümlə bağlı ünvanıma saysız-hesabsız təbriklər gəlməkdədir. Zəng edən dostlar da az deyil. Mənə uzun ömür arzu edirlər. Hətta, bir çox dost-tanışlar konkret ömür rəqəmi də arzu edirlər. Məsələn, yüz il, min il. Mən konkret rəqəm deməyə çəkinirəm. Yalnız bunu deyə bilərəm: ürəyinzcə yaşayın. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə cansağlığı və uğurlar arzu edirəm.
    ...Doğrusu, əvvəlcə bir-iki cümləlik qısa təəssürat yazısı qələmə almaq fikrindəydim. Özümdən asılı olmayaraq, bu notlar bir xeyli genişləndi. İş belə alındı ki, köhnə yaşıma sözardı, yeni yaşıma sözönü yazası oldum.
    Hörmətlə, Sizin Firuz Mustafa (19.02.2024-cü ilə keçən gecə)
    ...
    Yazıçı dostum Əlabbasın köhnə bir hekayəsini oxuyandan sonra təəssüratımı qısaca da olsa yazmaq qərarına gəldim.

    “Gözəl”. Adına bənzəyən hekayə.
    Bu yığcam yazının “qəhrəmanı” təkcə bir hekayə və onun qəhrəmanı deyil...

    ...Əlabbas Bağırovun “Gözəl” hekayəsini oxumuşdum, bir də oxudum...
    İdeya-bədii siqləti öz yerində, cəsarət və ustalıqla qələmə alınmış hekayədir. Təkcə dışda- düşmənlər tərəfindən deyil, elə içdə- doğmalar arasında da qısnanılan, təpkilərə məruz qalan bir qadının faciəsi realistcəsinə təsvir olunub.
    Hekayənin maraqlı bir məqamı da ondan ibarətdir ki, yazıçının dəqiqləşdirici “foksunda”, başqa sözlə, onun təsvir etdiyi bədii platformada, əsas “təsvirçi” və “hekayəçi” mövcud hekayənin qəhrəmanı (o, hekayədə sadəcə “gözəl” bir qadın, bibi kimi təqdim edilir) olan qadın yox, ətrafda baş verən hadisələrin “müşahidəçisi” olan uşaqdır. Məsələni bir az da “xırdalasaq” belə bir qənaətə gələ bilərik ki, oxucu, qadının düşüncələrini, keçirdiyi əzab və iztirabların əks-sədasını onun öz dilindən eşitmir; bu psixoloji “yükü” təcrübəli qələm ustası “pərdə arxasında” qalan yeniyetmə qəhrəmanının üzərinə “yükləmişdir”. Hekayədə bir qadının taleyi timsalında, bir ailənin, bir nəslin, hətta deyərdim ki, bir toplumun faciəsindən söhbət açılır. (Bilərəkdən “bir” sözünü bir neçə dəfə vurğulasam da, hekayədə baş verən faciənin ünvanı “bir” ilə kifayətlənilmir).
    Bir az gurultulu səslənsə də deməliyəm ki, Əlabbasın bu hekayəsində birbaşa “müharibə obrazı” iştirak etməsə də, ölümsaçan silahların şaqqıltısı, nəriltisi aydın eşidilir. Hekayədə təkcə özünü yandıran qadının deyil, amansız hərbin dəhşətli, mətndə deyildiyi kimi, “beyinçatladan” qoxusu duyulur.
    Yazıldığı vaxtdan bir xeyli keçsə də, aktuallığını saxlayan, ağrılarla dolu, adına bənzəyən bu gözəl hekayəni çağdaş nəsrimizin, ümumiyyətlə ədəbiyyatımızın uğuru kimi dəyərləndirmək olar.
    p.s.
    ...və nəhayət.
    Mən təəssüf edirəm ki, bizim ədəbiyyatşünasların və ədəbi tənqid “flaqmanlarının” böyük əksəriyyəti uzun illərdir ki, mürgüləməkdə və ya yuxulamaqdadırlar. Nədənsə ədəbi proses lazımı səviyyədə izlənmir. Həm də susan təkcə ədəbi yetkililərdirmi? Elə olsaydı nə vardı ki? Məsələ burasındadır ki, ölkədəki az qala bütün informasiya subyektləri, özəl və ya qeyri-özəl televiziya və radiolar, qəzet və jurnallar, sayt və portallar “hay-küylü” hadisələri, evlənənələri-boşananaları, yaralananları-sağalanları, qovanları-qaçanları, ölənləri-öldürənləri, döyənləri-döyülənləri... işıqlandırmaqla, bir sözlə “cin tutmaqla” məşğuldurlar. Olsun. Bu da lazımdır. Amma və lakin... Əgər kimsə əziyyət çəkib həmin o “subyektlərin” nizamnaməsinə ötəri nəzər salsa görər ki, onların hamısında ədəbiyyat, incəsənət və mədəniyyətin təbliği məsələsi ön yerdə, ilk “paraqraflarda” qeyd olunub. Nə faydası? Verilən vədlər sanki suyun və ya buzun üstünə yazılıb.
    Bilənlər bilir, Sovetlər dönəmində cəmi bir “teleradiokomitə” vardı və həmin təşkilatda tez-tez ədəbi proseslərə indikindən müqayisəedilməz dərəcədə artıq işıq tutulurdu. İndiki müvafiq media qurumlarının əksəriyyətində Allahın o vaxtkı “Kitab rəfi” səviyyəsində belə, diqqətçəkən bir veriliş yoxdur. Acınacaqlıdır. Ədəbiyyatına, incəsənətinə, bir sözlə mədəniyyətinə biganə, etinasız olan xalq öz mövcudluğuna da adekvat münasibət bəsləyər...
    Gör bir hardan başlayıb hara getdim..?
    p.p.s.
    İlk dəfə, səhv etmirəmsə Əlabbasın “Azadlıq” radiosunun ədəbiyyat səhifəsində oxuduğum hekayəni bu günlərdə təzədən mütaliə etdim. Əvvəlcə bir-iki kəlmə yazmaq istəyirdim. Amma nəticədə, deyəsən, bu mini-rəy alındı.
    Dostuma və həmkarıma uğurlar arzu edirəm.

    19.02.2024
    72 yaş arxada qaldı.
    Rəqəmlərin yerini dəyişəndə mistik bir yaş və ya tarix alınır. Əslində elə 27 yaşında olduğum səviyyədə fəaliyyətdəyəm. Hələ bəlkə bir az da çox. Təbii ki, əsasən yaradıcılığı nəzərdə tuturam. Beynim gecə-gündüz işləyir, yatmır, dincəlmir, mənə rahatlıq vermir. Bu cəhətdən o (beyin) dən üyüdən “ac” bir dəyirmana bənzəyir. Buğda gəlməsə dəyirman daşları əzilib sıradan çıxar.
    Bəli, beynim daim “acdır”. Onu yalnız mütaliə etməklə və yazmaqla “doyuzdurmaq” mümkündür.
    Bütün həyatım boyu yalnız bu “aclığa” görə, içimdən gələn tələbatdan dolayı yazı-pozu ilə məşğul olmuşam. Ürəyimin əksinə bir sətir belə yazmamışam. Yəni özümə, öz istəyimə, düşüncəmə, əxlaqıma yad olan heç bir fikrə ayaq verməmişəm.
    Yazılarımın həcmi yüz cildi keçsə də, mən özümü yenə tənbəl adam hesab edirəm. Daha çox işləyə bilərdim. Əlbəttə, çox yazmaq plan doldurmaq xatirinə olmamalıdır. Mən təəssüf hissi ilə “daha çox işləyə bilərdim” deyərkən yanımdan, daha doğrusu, beynimdən və ürəyimdən keçən fikirlərin hamısını “tutub saxlaya” bilmədiyimi, kağıza köçürə bilməməyimi nəzərdə tuturam.

    20.02.2024
    Aleksey Navalnının ölümü bütün dünyada əks-səda verib. 16 fevral 2024-cü il tarixdə həlak olan məşhur siyasi məhbus hansı həbsxanada, türmədə (türmə- bu da türk sözüdür, “durmaq” leksemindən yaranıb) cəza çəkirdi?
    Yamalo-Nenes Muxtar dairəsinin Xarp qəsəbəsindəki 3 saylı islah koloniyası həm də “Qütb canavarı” adıyla məşhurdur. Bu, Rusiyanın ən sərt rejimli həbsxanalarından biridir.
    Navalnı koloniyaya gətirilən gündən mütəmadi olaraq işgəncələrə məruz qalıb. Onu koloniyada olduğu müddətdə 27 dəfə cəza izalyatoruna (ŞİZO) salıblar. Sonuncu dəfə orada ölümündən iki gün öncə olub. O, həmin kaloniyada 19 illik caza müddətini cəkməli idi.
    Navalnı Ümumiyyətlə, “Qütb canavarı”da ən təhlükəli cinayətkarlar “islah olunur”. Rəsmi məlumatlara görə, cəza müəssisəsində işgəncələrə məruz qalanlar yoxdur. Amma cəzasını başa vurmuş keçmiş məhbusların dediyinə görə “Qütb canavarı”nda adamları yerli-yersiz təhqir edir, cəzalandırır, bir sözlə “sındırırlar”. Burada “islah” olunanların əksəriyyəti ağır xəstəliklərə mübtəla olurlar. Şahidlərin dediyinə görə, vaxtilə Rusiya ərazisində fəaliyyət göstərən “təhlükəli terroristlərin” bir çoxu adı çəkilən cəza müəssisəsində ağlagəlməz işgəncələrə məruz qalmış, həyatlarını itirmişlər.
    Rəsmi kanalların dediyinə görə, Aleksey Navalnının ölümünə səbəb qəfil “tromb”- qan laxtalanması olub. Siyasi məhbusun əqidə yoldaşı İvan Jdanovun fikrincə, mərhumun anasına onun “qəfil ölüm sindromundan” keçindiyi bildirilib, amma dünya səhiyyəsində belə bir diaqnoz yoxdur. Vaxtilə Navalnının zəhərlənməsi zamanı onun konsiliumunda iştirak edən tanınmış reanimatoloq Aleksandr Polupan isə belə hesab edir ki, Aleksey Navalnının “trombombol” risqi olmayıb.
    Siyasi məhbusun əksər yaxınlarının fikrincə, ölümə səbəb sistemli işgəncələr olub.
    Navalnının ölümünə münasibət bildirən Rusiya XİN-inin məsulu Mariya Zaxarova deyib ki, ortada tibb-məhkəmə ekspertizasının qərarı olmasa da, artıq Qərb konret səbəbkar və günahkarı göstərir. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu ölüm işinə görə Vaşinqton və Brüsseli ittiham edir. “Novıye lyudi” partiyasından Prezidentliyə namizəd göstərilmiş deputat Vladislav Davankov siyasətçinin ölümünü faciə kimi qiymətləndirib.
    Mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin bu məsələdən xəbərdar olduğunu bildirib. Amma Prezidentin münasibəti indiyəcən açıqlanmayıb.
    Və nəhayət. Siyasətçinin arvadı Yulia Borisovna Navalnaya bu ölüm işinə görə Rusiyadakı mövcud rejimi ittiham edir.
    Onu da deyək ki, Aleksey Navalnının nəşi hələ ailəsinə təhvil verilməyib.
    ...
    Leyla Şərifova vəfat edib.
    Onu kim xatırlayır?
    Mətbuatda oxudum ki, Azərbaycan SSR və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova bu il fevral ayının 19-da, Almaniyanın Düsseldorf şəhərində 94 yaşında vəfat edib. Xatırladaq ki, Leyla Şəripova 1930-cu il 22 yanvar tarixdə anadan olub. Bəzi sənədlərdə onun 1931-ci ildə doğulduğu qeyd olunub. Zənnimcə, birinci tarix daha doğrudur. Çünki 85-ci ildə onun ad günüylə, yəni 55 illiyi ilə bağlı konsrt verdiyi çoxlarının yadında ola bilər.
    Mən bu xanımı tanıyırdım... O, bir zamanlar çox şöhrətli idi. Ona “Şərq bülbülü” də deyirdilər...
    Tacikistanda 1978-ci ildə Bakıya köçən müğənni 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb.
    Leyla xanım Bakıya niyə gəlmişdi? O, Tacikistanda da nüfuz sahibi idi, oranın Xalq artisti idi. Xanım Şərifova çox zəhmətkeş və müəyyən qədər şöhrətpərəst xanım idi. Bir neçə dil bilir və həmin dillərdə oxuyur, hətta şeir yazırdı. O, istəyirdi ki, Azərbaycanın da Xalq artisti adını alsın. Daha sonra SSRİ xalq artisti adını almaq asan idi. O, Azərbaycanın Xalq artisti oldu, amma sonra Bakını tərk etdi... Yeri gəlmişkən onu da demək lazımdır ki, vaxtilə Tacikistanda, sonralar Azərbaycanda çox yüksək vəzifədə işləmiş, Leyla xanımla qonşu olmuş, müğənninin sənətinin pərəstişkarı kimi tanınan bir şəxs, onun Bakıya gəlməsində əsaslı rol oynamışdı. Dediyimiz kimi, L.Şərivova Bakıya həm də karyerasının yüksəlişi üçün gəlmişdi...
    Leyla Şəripova Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxışlar edib.
    Müğənninin repertuarında əsasən türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları mühüm yer tutub.
    Bəs mən Leyla xanımı haradan tanıyırdım?..
    Məsələ burasında idi ki, Leyla Şərifova Bakıda olarkən AzTv-də solist kimi çalışırdı. Onu tez-tez Ədəbi dram, Musiqi və Gənclik redaksiyalarında görərdim. O vaxtlar mən Tv-də bir sıra verilişlərin aparıcısı və ssenari müəllifi idim. Onun maraqlı söhbətləri vardı. Tacik-fars və Azərbaycan dillərində şeirlər söyləyərdi. İnanclı idi.
    Yadımdadır, Leyla xanım səksənlərin sonlarında Almaniyaya köçdü. Gedərkən Montindəki evlərinin mebellərini mənim yaxın bir şair dostuma satdı. Onlar hər ikisi kövrəlmişdi. O da yadımdadır ki, müğənni xanımın alma yanaqlarını göz yaşları islatmışdı...
    Sonralar eşitdim ki, Leyla xanım Almaniyaya köçəndən sonra, orada da yaradcılıq fəaliyyətini davam etdirir.
    O, üç dəfə rəsmi ailə qurmuşdu. Sonuncu əri milliyyətcə əfqan olub. Adını yuxarıda çəkmədiyim şair dostumun dediyinə görə həmin adam Əfqanıstan hökmdarı kral Zahir şahın yaxın qohumlarından biri idi.
    Səhv etmirəmsə, Leyla Şəripovanın bir qızı vardı ki, o da indiki İqtisadiyyat Universitetini bitirmişdi...
    Allah rəhmət eləsin.
    ...
    Bu günkü mətbuatda belə bir xəbər yayıldı: “Heydər Əliyev Fondu tanınmış şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb...” Düz eləyib. Doğrusu, mən bunu çoxdan gözləyirdim. Bir xeyli gec oldu. Təəssüf...
    ... Ad günümdən iki gün keçsə də təbriklər gəlməkdədir...

    21.02.2024
    İdmançı Kamil Zeynallı ermənilərin şikayəti əsasında Moskva təyyarə limanında saxlanılıb. İdmançının özünün dediyinə görə, onu Yerevana təhvil vermək istəyirlər... Belə çıxır ki, Moskva ermənilərin yanında "yaxşı kişi" rolunu oynamaq istəyir.
    Ona qalmış yüzlərlə yazımda mən də erməniləri ifşa etmişəm və hayların hədəsinə tuş olmuşam. Onda ölkədən kənara çıxmayım və ya qonşu ölkəyə getməyim?
    …Əvvəllər Yerevan Moskvaya yaltaqlanırdı, indi əks proses gedir... Səbəb: Ermənistan əldən gedir...
    ... Əgər söhbət terrordan gedirsə onda görün Rusiya nə qədər ermeni terrorçusunu Azərbaycana təhvil verməlidir?
    Günün ikinci yarısında yeni xəbər gəldi: Kamil Zeynallı azadlıqdadır. Doĝru informasiyadırsa "şükür" deyirik.
    ...Bəstəkar Cavanşir Quliyevdən də xəbər var: Türkiyədəki əməliyyatdan yaxşı çıxıb, özünü normal hiss edir...
    Mən Cavanşirin həyat yoldaşı Ülkər xanımı tanıyırdım, bir zamanlar Az.Tv-də diktor idi. Sonralar ayrıldılar. Ülkər Türkiyəyə, Cavanşir isə Kırısa getdi... Səhv etmirəmsə, bir qızları var.
    ...Axşam Aqşin qohum Samirin oğlunun (Dilqəm və Dilşadın nəvəsinin) toyuna getdi. Gələndə “bir az” işdiyini hiss etdim.

    22.02.2024
    Son bir həftədə, yəni “polip” əməliyyatından sonra ilk dəfə evdən çıxıb Lor qospitala getdim... Həkim müəyyən məsləhətlər verdi...
    ...”525-ci qəzet”də “Çaparaq Notlar”ım dərc olunub. Hər həftənin 4-cü günü bu “iş” davam etdirilir.
    ...Yazıçı Mövlud Süleymanlı dünən vəfat edib. Mətbuatın yazdığına görə, bu gün o, Şamaxıda, anasının məzarı yanında dəfn olunub.
    ... Xocalı faciəsinin anım günü ərəfəsində sosial şəbəkələrdə foto yayılıb. İnsanların kütləvi qətliamını əks etdirən foto-fakt... Adamın qanı donur. Vandalizmin çılpaq üzü.
    Öldürülən biz, işgəncələrə məruz qalan biz, müdhiş əzablara düçar olan biz... Amma dünyanın bir çox məmləkətlərində hayları hələ də əzabkeş, bizi isə onların qatili kimi tanıyırlar.
    Özümüzdə də təqsir var. Görünür, təbliğat işimizi istənilən səviyyədə qura bilmirik. Diaspora təşkilatlarımız, səfirliklərimiz, lap elə xaricdə yaşayan adi soydaş və vətəndaşlarımız səsimizi dünyaya çatdırmalıdır. Şükür Allaha, torpaqlarımız işğaldan azad edilib, ərazimiz coğrafi cəhətdən bütövləşib, amma öz haqq səsimizi lazımi səviyyədə lazımi yerlərdə ucalda bilmirik. Bu barədə düşünməliyik, əziz qardaş və bacılar.

    Navalnı gələcək həyat yoldaşı Yuliya ilə Türkiyədə tanış olub...
    ... Bu gün artıq gözlərini əbədi yummuş, 16 fevral 2024-cü il tarixdə Yamalo-Nenes dairəsinin Xarp qəsəbəsində yerləşən “Qütb canavarı” koloniyasında həlak olmuş Aleksey Navalnı az qala, vaxtilə deyildiyi kimi, “bütün bəşəriyyətin diqqət mərkəzindədir”.

    Rusiyanın bir çox mətbuat orqanlarının yazdığı kimi, hazırda onun həyat yoldaşı Yuliya “müxalifətin birinci ledisi” hesab olunur.
    Bəs bu xanım kimdir?
    Yuliya Borisovna (qızlıq familiyası Abrosimova) Navalnaya 1976 cıildə doğulub. Əri Aleksey ilə yaşıddır. Moskvalıdır. O, 5-ci sinifdə oxuyarkən ata-anası boşanıb. Ana ikinci dəfə ailə qurub.
    Yuliya ixtisasca iqtisadçıdır. Aspiranturada təhsil alıb, bankda çalışıb. O, gələcək əri ilə 1998-ci ildə Türkiyədə tanış olub, 2000-ci ildə isə ailə qurub. Onların iki övladı var.
    Məlum olduğu kimi, Aleksey də Moskvalıdır, hüquqşünas və maliyyəçidir. Onun atası hərbçi, anası iqtisadçıdır. Atası, əslən Ukraynadan olan Anatoli vəfat edib. Anası Lyudmila hesabdar işləyib, hazırda kiçik bizneslə məşğuldur. Ailənin ikinci oğlu Oleq də vaxtilə həbs olunub, hazırda axtarışdadır.
    Gənc Navalnılar-Yuliya və Aleksey bir-birini sevərək ailə qurublar. Onlar daim bir yerdə olublar. Sonuncu dəfə Aleksey həbs olunanda görüşüblər.
    Rusiya mətbuatının yazdığından belə məlum olur ki, Alekseyin anası Lyudmila ilə Yuliya arasında bir soyuqluq hiss olunur. Bunu yetmiş yaşlı Lyudmilanın çıxışlarından da sezmək olur. Səbəblər müxtəlif ola bilər.
    Hakimiyyətyönlü Rus mediası onu da vurğulayır ki,Yuliya guya haçansa hansı kişilərləsə görüşüb, onlarla sevgi yaşayib. Hətta, fotoşəkillər də dövriyyəyə buraxılıb. Amma sonra məlum olub ki, bu anonim kişilər əslində yerli-dibli mövcud deyildir, fotolarsa montaj edilib...
    Yuliya müsahibələrində daim vurğulayıb ki, o, siyasətçi olmaq yox, siyasətçinin arvadı olmaq istəyib. Amma baş verən son hadisələr, xüsusən ərinin ölümü, onu siyasətə gətirdi.

    23.02.2024
    Bir tanışım, teatr azarkeşi foto-şəkil göndərib və yazıb: "Sankt-Peterburq GTT-də (ТЮЗ) V.Şekspirin "Romeo və Cülyetta" faciəsi tamaşaya qoyulub. Nədənsə hadisələr səhnənin ortasında qoyulmuş köhnə avtobusun içində və çölündə baş verir. Axı avtobusun Romeoya, Cülyettaya və nəhayət Şekspirə nə dəxli?... Buna necə baxırsız?"
    Yazdım ki, mənim bu məsələyə baxışım loyaldır. Şekspirin rəyini soruşmaq lazımdır. O, daha əsaslı ola bilər...
    Düzü, əvvəlcə inanmadım... Dostum "ling" də göndərib. Baxdım. Nə isə... Rəylər ürəkaçan deyildi. İndi hər sahədə hoqqabazlar var.
    Əsas məsələ budur ki, “Azdrama”da bir neçə ay bundan əvvəl Anarın məşhur “Dantenin yubileyi” povesti əsasında hazırlanmış tamaşada da səhnənin ortasında avtobus qoyulmuşdu. Rejissor da elə Sankt-Peterburq GTT-də (ТЮЗ)-da çalışan azərbaycanlıdır. Amma "Romeo və Cülyetta"nın rejissoru rusdur. Demək, forma plagiatdır. Və ən əsası əsərə heç bir dəxli olmayan formadır...
    ...
    Ötən əsrdə yazəlmış yumoristik bir “şeir-pritça” əlimə düşdü. Baxıram ki, bu gün bu yaşda daha aktualdır.

    24.02.2024
    Qohum və keçmiş qonşu Dilqəm həkimin yeddi mərasimində oldum.
    Axşam evdə yazıları qaydaya saldım.
    Yuxusuzam.

    24.02.2024
    Evdə televizorum işləməsə də, etməyib tənbəllik köhnə komp.da bir-iki verilişə baxdım. Üzü üzlər görmüş “telebülbüllər” bir-birinin sözünü kəsərək mənasız cümlələr “ifraz” edir, hüdüləyib tökür, sözləri çeynəyə-çeynəyə dil-üstə dil qoymurdular. Onların arasında müğənni də vardı, artist də... Son vaxtlar şairələr və alimələr də bayağı ədalarla, sürtük maneralarla “şıllaq atıb” şoumenlık etməkdədirlər...
    ...Qəribədir. Elə “biləndərlər” var ki, (onların arasında “yazarlar” da az deyil), kütlə arasında tanınır, amma ortada bir dənə “dişədəyən” yazısı yoxdur. Amma elə söz adamları da var ki, cild-cild ciddi əsərlərin müəllifidir, di gəl ki, adı heç bir “dəftərdə” yoxdur. Bax mədəniyyətimiz bu cür “inkişaf” etməkdədir.

    27.02.2024
    AMEA-nın Ədəbiyyat İnstitutunda İlkiyyə Hacıyeva ad-soyadlı doktorant xanım “Çağdaş Azərbaycan dramaturgiyasının inkişaf meyllləri (1990-2010-cu illər” mövzusunda elmi iş yazıb. Doktorant məni də müdafiəyə dəvət etmişdi. Elmi rəhbəri prof. Bədirxan Əhmədovdur. Mənim dramaturji yaradıcılığıma da xeyli yer ayrılıb. Müdafiə yaxşı keçdi. Mən də söz alıb çıxış etdim.

    28.02.2024
    Tarix təhrif olunanda ...
    Naməlum rəssamın çəkdiyi bir şəkil var. Şəkildən belə məlum olur ki, knyaz Aleksandr Nevski Qızıl Orda xanının- Batı xanın (bəzən Şah Batı da deyirlər) qarşısında təzim edir...
    Amma ruslar bir neçə il əvvəl Krımı ilhaq edən kimi tarixi reallığı əks etdirməyən bir heykəl ucaldıblar, həmin heykəldə Krım xanının Rus knyazı qarşısında diz çökdüyü göstərilir. Əslində isə, 14-cü əsrdən ta 19-cu əsrə qədər Krım xanlığını Gəraylar sülaləsi idarə edib, ruslar onlara töycü ödəyib. Ruslarda tarixi təhrif etmək ənənəsi, təəssüf ki, daim olub.
    Rus tarixçiləri bir çox hallarda fəxrlə, bəzənsə könülsüz haqda Aleksandr Nevskinin Batı xanın böyük oğlu Sertaq (Sartak) ilə siğə qardaş olduğunu təsdiq edirlər. Hətta bəzi mənbələrdə Aleksandrın “yad” deyil, Batının məhz doğma oğlu olduğu göstərilir. Yəni Sertaq ilə Aleksandrın əməlli-başlı qanbir-canbir qardaş olduğunu təsdiq edən tarixi sənədlər də var. Onların yaxın qohumluq əlaqəsini Lev Qumilyov da təsdiq etmişdir. (Bax: Л.Н. Гумилев "В поисках...", стр. 132-133).
    Sözümün canı odur ki, tarix təhrif olunanda ... gerçəklik və obyektivlik itir.

    27.02.2024
    Teatr Xadimləri İttifaqında oldum. Sədr (əvəzi) Hacı İsmayılovla görüşdüm. Trabzon Sanat Teatrının Bakıya gələcəyi ilə bağlı təşkilati işlərlə bağlı söhbət etdik. Həmin teatr mənim pyesim əsasında hazırlanmış tamaşanı- “Tərəfsiz Bölgə”ni Bakıya gətirməlidir.
    Görək nə olur.

    28.02.2024
    Teatrlar pis gündədir. Düz-əmlli bir səhnə yoxdur. Rejissorlar “pullu müəllif” axtarışındadır. Bir neçə teatra əsər təqdim etmişəm,ya həyasızlıqla susur, ya da “sponsor” gözləyirlər. Cəmiyyətin ölçü vahidinə çevrilən pul, mədəniyyətin də belini qırmaqdadır.

    ... Rusiya Odessanı bombalayıb. Rus əsgəri həmişə yada torpaqlarda həlak olub. Uzun illər Şimal qonşumuzun devizi belə olub: Təki ərazimiz artsın, əhalisiz də keçinərik.

    ... Həyat faciələrlə dolu olduğu üçün insanlar daha çox komizmə üstünlük verir.
    ... Təəssüf və təəccüb edirəm... Mənbə və imza göstərilmədən onlarla yazımı dərc etdirirlər. Ən maraqlısı da budur ki, bir çox qeydləri elə burada, yəni sosial şəbəkədə paylaşırlar. Ay adam, bu, açıq -aşkar plagiatçılıLap maraqlısı budur ki, bəziləri mənim xatirələrimi də öz adlarından paylaşırlar. Baxıram, 35 yaşı var, 50 il əvvəlin hadisəsini "danışır". Gülmeli ve aĝlamalıdır...qdır və bunun hüquqi cəzası da olur.

    P.S. Təkcə bu gün iki gənc bir yazımı paylaşıb. Paylaşsınlar ey, amma yazının müəllifini də qeyd etsinlər.

    29.02.2024
    Martın 29-u dörd ildən bir “zühur edir”. Bu il məhz həmin 4-cü ildir. Qaynım Nəriman müəllimin doğum günüdür...
    ...Dəhşətli bahalıq tüğyan edir. Adamlar şikayət edir. Mətbuat susur. Yerli Tv-lər şadlanalıq edir... Amma insaf naminə bu səhər “TV Müsavat”da aparıcı Sevinc Telmanqızı əhalənin sosial durumu haqqında həyəcanla çıxış edib, bir növü haray zəngi çaldı. Yazıları ilə, yəni imzasını qəzetdən tanıdığım xanım jurnalist super-marketlərdə etdiyi müşahidələri də çıxışına əlavə edərək günümüzün reallıqlarını canlı-konkret misallarla əsaslandırmağa çalışırdı...
    ...Qələm dostum Məsaim Abdullayev mənə “mesaj” yazaraq bu günkü “Xalq Qəzeti”nə baxmağımı tövsiyyə edir. Onun bildirdiyinə görə, Mirzə Cəlil və Məmməd Səid Ordubadi “qarşıdurması” haqqında qeydlərim qəzetdə dərc edilib.
    ... Rayonlardan birinin icra başçısı ikinci dəfə evlənir. Dəbdəbəli toyun “səhnələri” yayılıb. Mənim də fikrimi soruşanlar var. Şəbəkə səhifəmdə yazdım: “Dörd uşaq atasının təzədən dəbdəbəli toy edib evlənməsi barədə rəyimi soruşurlar. Rəyim yoxdur...”

    01.02.2024
    ...bu gün mərkəzi küçələrdən birində müşahidə etdiyim mənzərə:
    Əllərindəki şəkilləri az qala adamlara zorla "sırıyıb" pul qoparmaq istəyən dəstə-dəstə cavan oğlanların səs-küyü aləmi başına götürmüşdü.
    Gözucu onların satdıqları şəklə baxdım: Ətağanın şəkli idi.
    Bu "biznesə" nə ad vermək olar?
    Bilirəm ki, bütün bunlar kefdən deyil.

    01.03.2024
    Bu gün Rusiya özünün iki məşhur ictimai-siyasi xadimini dəfn etdi. Daha doğrusu, onlardan biri vaxtilə, Sovetlər dönəmində məşhur idi. Digəri isə son illərdə az qala bütün dünyanın tanıdığı şəxsdir. Birinci şəxs kommunist idi, SSRİ hökumət rəhbəri, Nazirlər Sovetinin sədri (1985-1991-ci illərdə)- Rıjkov Nikolay İvanoviç idi ki, 95 yaşında vəfat etdi.
    Həmin gün dəfn olunan ikinci şəxs 48 yaşında həyatını itirmiş, demokrat Navalnı Aleksey Anatolyeviç (1976-2024) idi ki, bütün dünyada rus müxalifətinin lideri kimi tanınırdı.
    Birinci şəxsin, yəni Rıjkovun dəfni çox səssiz-səmirsiz keçdi.
    Demokrat kimi tanınan Navalnının dəfni isə dünyada əks-səda verdi.
    Doğrusunu Allah (Boq) bilər: Rusiya üçün hansı daha vacib işlər görmüşdü?

    02.03.2024
    Yazmaq istəmirdim. Amma...
    Dəfələrlə şahidi olmuşam: yaxın və uzaq xaricdə yaşayıb-yaradan söz adamları- şair və yazıçılarla bağlı hansısa müsbət tonlu bir fikir söyləyərkən nədənsə “əks-hücumlarla” qarşılaşmaq lazım gəlir. Məsələn, Rusiyada yaşayan soydaşlarımız deyirlər ki, Sizin tərif etdiyiniz filankəs öz dilimizdə yox, rusca yazır. Ponyatno.
    Sonra. İranda yaşayan hansısa söz adamı haqqında xöşməramlı fikir söyləyən kimi, “orada” və “burada” yaşayan bir çox soydaşlarımız ağız büzüb deyirlər ki, bəs sənin tərif etdiyin filankəs farsca yazır.
    Xub.
    Yaxşı, indi gəlin papağımızı və yaxud kepkamızı qabağımıza qoyub fikirləşək: əcaba, uşaq bağçasında, ibtidai məktəbdə, orta məktəbdə, ali məktəbdə, iş yerində, məmurluq və ya yaradıcılıq sahəsində... farsca (və ya rusca) danışan, konuşan, təhsil alan adam hansı dildə yazmalıdır? Hələ hansı dildə düşünməyini demirəm...
    Bu, bir.
    İkincisi, öz məmləkətimizdə öz dilimizdə danışmaq istəməyən və ya danışa bilməyən adamlardan yana bir söz deyə bilməyən soydaşlarımız, üstəlik, yaxın və uzaq xaricdə yaşayaraq dilimizi yaşadan fikir adamlarına da “mız” qoymaqdan çəkinmirlər. Allah rəhmət eləsin Şəhriyara, Səhəndə ki, onlar farsca təhsil almalarına baxmayaraq, Azərbaycan türkcəsində də yazıb-yaradıblar.
    Poetik dilin, yəni şeirin imkanları bir az başqa cürdür. Nəsr dilində yazmaq isə çox çətin bir məsələdir. Bu mənada farsca (və ya rusca) təhsil alan adamın dilimizdə roman, povest, pyes yazması çox çətin işdir. Amma güman edirəm ki, çox yaxın gələcəkdə İranda və digər ölkələrdə yaşayan həmkarlarımız bu işin də öhdəsindən uğurla gələcəklər.
    Və nəhayət.
    Sözümü bir söz adamının (Əli Çağla) fikri ilə yekunlaşdırıram: “Kaş ki, güneydə yaşayıb Azərbaycan dilində yazan yazıçılarımızın bircəsi Rza Bərahəni kimi Azərbaycan tarixini, mədəniyyətini yaza biləydilər.
    O sözləri deyənlər, Rzanı oxumayıb tanımayanlardır.
    Bərahəni Fars dilində yazsa da, Azərbaycanı yazıbdır...”

    03.03.2024
    Bu gün Beynəlxalq yazıçılar günüdür.
    Hər il bu münasibətlə kimlərsə məni təbrik edir, mən də kimlərisə...
    Bu il bu konuda susmağa üstünlük versəm də, təbriklərdən sonra beş-üç cümlə yazmaq qərarına gəldim.
    Klassik postulat və doktrina olsa da təkrar etməliyəm: ədəbiyyat həyatın güzgüsü, inikası olmalıdır. Bəs yazı adamı və ya onun yazısı bu gün “güzgü” və “inikas” rolunu oynaya bilirmi?
    Yazılan, nəşr edilən kitablar lazımi səviyyədə qarşılanır və ya oxunurmu?
    Bəzən deyirlər ki, bizdəki ədəbiyyat... Yaxşı, tutaq ki, “bizdəki ədəbiyyat” qaneedici deyil, bəs “oradakı” ədəbiyyatı necə, oxuyurlarmı?
    Bu gün ədəbiyyat ictimai-siyasi proseslərə təsir edə bilirmi?
    Və nəhayət.
    Ədəbiyyat AĞIR SƏNƏTdir. Amma bu gün bu ağır sənəti YÜNGÜLSƏNƏT üstələməkdədir. Az qala ictimai şüurun bütün paradiqmalarında mövcud rıçaqlar yüngülsənəti təşviq və təbliğlə məşğuldur.
    Beynəlxalq yazıçılar günümüz mübarək.

    11.03.2024
    O, hansı millətdir ki..?
    O, hansı dövlətdir ki..?

    O, hansı millətdir ki, ən azı ötən əsrin əvvəlindən bəri, yəni son 120 ildə bir gün də olsun müharibəsiz yaşamayıb?
    O, hansı dövlətdir ki, ətrafındakı bütün dövlətlərlə daim düşmən münasibətində olub?
    O, hansı millətdir ki, başqa millətlərlə döyüşməkdən “usananda” öz milləti ilə vuruşub: gah kasıbları qırıb, gah zənginləri. Gah ziyalıları qırıb, gah savadsızları. Gah dindarları məhv edib, gah ateistləri. Gah siyasətçiləri öldürüb, gah bitərəfləri.
    O, hansı dövlətdir ki, özü müharıbədən “yorulanda” başqa dövlətləri bir-birinin üstünə salıb? Məsələn, Çini Yaponiyanın, Özbəkistanı Qırğızıstanın, Ermənistanı Azərbaycanın, Yunanıstanı Türkiyənin...
    O, hansı millətdir ki, neçə-neçə bütöv milləti parçalayıb iki yerə bölüb, bir-biri ilə düşmən edib?.. Məsələn, iki Almaniya, iki Vyetnam, iki Koreya, iki Azərbaycan...yaranıb.
    O, hansı dövlətdir ki, müharıbə onun oksigen balışıdır?
    O, hansı dövlət və hansı millətdir ki, dünyanın ən böyük torpaq və təbii sərvətlərinə sahib olsa da belə, yenə gözü daim qonşu torpaqlarında olub?

    14.03.2024
    Ölkəmizə tez-tez xarici ölkə nümayəndələri, diplomatlar, siyasətçilər gəlir. Məsələn, bayaq oxudum ki, İsveçin Xİ Naziri bu günlərdə Azərbaycana və Ermənistana səfər edəcək. Xub.
    Təklif edirəm: ölkəmizə gələn bu ranqda çağrılmış və çağrılmamış qonaqları əvvəlcə Qarabağa, heç olmazsa Ağdama aparmaq, bu yerlərin əzəlki videosunu və indiki real vəziyyətini göstərmək lazımdır.
    p.s.
    Unutmayın ki, həyasız haylar indi də bu xarabalıqların ötən ilin payızında yarandığını, tikililərin döyüşlər zamanı bizim əsgərlər tərədindən uçurulduğunu iddia edirlər.

    01.03.2024
    Robert Hossein, Abraham Hosseinoff və yaxud Rober Osseyn

    Onu bütün dünya sevirdi
    O, Parisdə doğulub böyüsə də, özünü azərbaycanlı hesab edirdi
    Dahi aktyor haqqında bildikləriniz və bilmədikləriniz...

    Ötən əsrin uzaq 70-ci illəri.
    Günlərin bir günü tikintidə çalışan bir tanışım ordan-burdan söhbət açandan sonra astadan soruşdu:
    -Sən kitab oxuyansan, bir adam desəm tanıyarsan?
    Təəccüblə çiynimi çəkib dedim:
    - O baxır həmin adamın kimliyinə...
    Tanışım nədənsə tərəddüdlə dedi:
    -Mən fəhlə babayam... Köhnə kişilərdən eşitmişəm ki, bizim bir yerlimiz olub, Əli bəy Hüseynzadə...
    Mən əlüstü cavab verdim:
    -Bəli, əlbəttə, haqqında oxumuşam. Fyuzatçı olub...
    Təbii ki, mənim bu “cavabım” o vaxtkı kitablarda təqdim edilən məlumatlardan qaynaqlanırdı.
    Tanışım dedi:
    -Düzü, mən onun haqqında təzəlikcə eşitmişəm. Deyilənə görə, Əli bəy, Şeyxülislam Salyaninin nəvəsi olub, Türkiyəyə köçüb, orada ölüb. Özü də rəssam olub, oğlu isə məşhur aktyor Robert Hüseyndir, amma Rusiyada daha çox Rober Osseyn kimi tanınır. Əsl ad-familiyası Rüstəm Hüseynzadədir...
    Və sonra tanışım kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi az qala pıçıltı ilə Əli bəy Hüseynzadə ilə uzaq qohumluğunun olduğunu da bildirdi...
    ... Sonralar bildim ki, nəhəng ictimai-siyasi-ədəbi şəxsiyyət və üstəgəl, istedadlı rəssam Əli bəy Hüseynzadənin oğlu Səlim Turan da rəssamdır, özü də... Fransada yaşayır... Fransada həmçinin Robert Hossein adlı dünyaca məşhur bir aktyor da yaşayır. Onu da öyrəndim ki, Robert Hüseynov ilə Əli bəy Hüseynzadənin heç bir qohumluq əlaqəsi yoxdur...
    Osseynin əslən kim olduğunu o zamanlar az adam bilirdi. Haradan da bilsinlər ki? Çəkildiyi filmlərlə dünyanı, o cümlədən SSRİ-ni dolaşan bu ad hələ özlüyündə heç nə demirdi. O, təbii ki, dünyada fransız aktyoru kimi tanınırdı. Üstəlik də o zaman mövcud olan sistemin “dəmir pərdələri” bir çox məsələrin üstünə də “pərdə” kimi çəkilməkdə idi. Bir də ki, kimin haralı olması çoxları üçün o qədər də maraqlı deyildi... Amma adını ilk dəfə uzaq 70-lərdə adi bir tikinti fəhləsindən eşitdiyim Rober Osseynin (Robert Hossein) elə foto-şəklinndən görünürdü ki, o, zahiri görünüşü etibarı ilə avropalıdan daha çox şərqlidir, azərbaycanlıdır. Yeri gəlmişkən, sənədlərdə onun ad-soyadı belədir: Abraham Hosseinoff.
    Sonralar bildim ki, həqiqətən Fransada Hüseynov (Hüseynzadə) soyadlı çox məşhur bir bir aktyor yaşayır. Sən demə, əslən azərbaycanlıdır. Daha doğrusu, onun atası Əminulla Hüseynov (Andre Osseyn-Hosseyn) bizim soydaşımız olub, Səmərqənddə doğulub. Gələcək aktyorun anası yəhudidir, bessarabiyalıdır, yəni Moldovadandır. 1927-ci il təvəllüdlü, Parisdə anadan olmuş Rober Osseyni bütün dünyada, o cümlədən keçmiş SSRİ-də tanıdan onun “Anlelika” seriallarında çəkildiyi Qraf Joffrey de Peyrak obrazı olub. Bir zamanlar bu serial filmlər dünyada tufan qoparmışdı. Ann Qolon,un (sonralar onun əri Serj Qolon da əsərin müəllifi qismində zühur etdi) 13 cilddən ibarət magik-macəra romanı əsasında çəkilmiş beş seriyalıq filmdə baş rolun ifaçıları- Mişel Mersye və Rober Osseyn qısa bir müddətdə milyonların sevimlisinə çevrildi. Onun “sifətiçapıqlı” şəkli daha çox məşhur idi.
    Yeri gəlmişkən, Sovetlərdə böyük ajiotajla qarşılanan filmi rus dilində məşhur aktyorlar səsləndirmişdi. Belə ki, Mişel Mersye,ni -Anjelika Sanse de Montelu obrazını dublyajda Natalya Kaznaçeva, Pober Osseyn,ni- Qraf Joffrey de Peyrak obrazını isə Vyaçeslav Tixonov səsləndirmişdi. Yaxşı yadımdadı ki, aktyorlarla yanaşı onları ekranda səsləndirilənlərin adı da az qala Sovetlərdəki bütün sənətsevərlərin dilinin əzbəri idi. Amma burası var ki, dünya Rober Osseyni kinoaktyor kimi tanıyıb sevsə də o, özünü daha çox teatr aktyoru hesab edir.
    Rober Osseyn rəsmən üç dəfə ailə qurub. O, özü deyirdi ki, “mən həyatımı üç dəfə yenidən başlamışam”. Onun birinci arvadı dünyaca məşhur, rus əsilli aktrisa, müğənni, rəssam, heykəltaraş Marina Vladi olub. Osseynin Marinadan iki oğlu var (İqor və Pyotr).
    Marina Vladi sənətsevərlərə yaxşı tanışdır. Yeri gəlmişkən, bu məşhur xanım Osseyndən boşandıqdan sonra aviaşirkət rəhbəri və pilot Jan-Klod Bruye ilə ailə qurub. Marinanın üçüncü əri şair, müğənni və aktyor kimi tanınmış Vladimir Vısotski olub. Vladi, Vısotskinın evləndiyi son qadın olsa da, Vısotski Vladinin həyatındakı növbəti kişilərdən biri oldu. Xanım Vladi bundan sonra da öz şəxsi həyatını yaşamaqda davam etmiş, həkim-ankoloq Leon Şvarsenberqlə yenidən ailə qurmuşdur. Mən bunu nə üçün yazdım? Zira rus mətbuatında hətta indi də belə bir fikir təlqin olunur ki, guya Marina Vladi hər gün Vladimir Vısotski üçün göz yaşları tökür. Bu, yalandır.
    Sonrakı dövrdə Osseyn Karolina Elyaşev ilə ailə qurub. Karolinanın atası Anatol Elyaşev Bakıda doğulmuş kinoprodüsser idi. Onun Karolina ilə olan izdivacdan Nikolay adlı oğlu dünyaya gəlib.
    Aktyorun üçüncü, rəsmən sonuncu arvadı aktrisa Kendis Patudan Jülyen adlı oğlu anadan olub.
    Rober Osseynin həyatının ən böyük sevgisi Mişel Votrin adlı aktrisa olub. 1975-ci ildə Rover öz sevimlisi Mişel ilə avtoqəzaya düşür. Mətbuatda belə bir məlumat gedir ki, iki məşhur aktyor- Osseyn və Votrin həlak olub. Hətta, Robertin bu xəbəri eşidən yaxınları-doğmaları qəbristanlıqda qoşa (iki) məzar yeri qazdırıblar. Bütün Paris yas içində idi. Ağır zərbə almış Mişel Votrin həlak oldu. Amma... Osseynin qismərində hələ yaşamaq payı varmış; belə ki, o, qəzadan bir müddət sonra ayıldı, sağaldı və öz işinə başladı. Di gəl ki, böyük aktyor öz böyük sevgisinə sadiq qaldı. Mişelin dəfnindən sonra özünə qazılmış məzarı da olduğu kimi saxladı. O, öz söhbətlərində etiraf edirdi ki, ürəyinin bir parçası Mişel ilə birlikdə dəfn olunub. Rober Osseyn həyatının sonuna qədər “qoşa məzara” baş çəkər, Mişel Votrinin qəbrinin üstünə güllər səpərdi...
    Rober Osseyn özünü azərbaycanlı hesab edirdi. O, öz tarixi Vətənini çox sevirdi. Nə yaxşı ki, o, ömrünün ahıl çağlarında dövlətimizin rəhbərliyi səviyyəsində bir neçə dəfə, daha dəqiq desək üç dəfə Azərbaycana gəldi. Adətən təyyarədə uçmağı xoşlamayan metr öz tarixi vətəninə gələrkən bu “fobiyanı” unudardı. Əlamətdar hadisələrdən biri də budur ki, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa oyunlarında məşəlçilərdən biri də Osseyn olub.
    Robert Osseyn həm də maraqlı memuarlar müəllifidir. Onun “Kor adam” və “Qəbiləsiz gəzərgi” adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
    Böyük aktyor Rober Osseyn 2020-ci ildə dekabr ayının 31-də 94 yaşında koronovirusdan vəfat etdi. Yaxınlarının dediyinə görə, o, yeni il şamlarının parıltıları, işıqları altında gözlərini əbədi yumdu.

    05.03.2024
    Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti (fovqəladə və ya növbədənkənar da demək olar) konfransı keçirildi. Konfransda Xalq artisti Rasim Balayev yekdilliklə İttifaqın yeni sədri seçildi. Bir-iki yersiz, mənasız çıxışı istisna etsək, hər şey qaydasında oldu. Bu, öz yerində...
    Amma və lakin...
    Ən çox mübahisə doğuran məsələ, İttifaqın idarə heyətinin üzvləri ilə bağlı oldu. Ki yəni heyətdə kim daha çox təmsil olunmalıdır: qocalar yoxsa gənclər?
    Toplantını nizamnamə çərçivəsində bacarıqla aparan Əlisa Cabbarov qocalar üçün rahat yer tapa bilirdi: “Onlar Ağsaqqallar şurasında təmsil olunacaqlar”-dedi. Amma söhbət gənclərə çatanda aparıcı nədənsə tədəddüd etddi. A sağ olmuş niyə çəkinirsən? De ki, “cavanlar da “gənclər şurasında” təmsil ounacaq...”
    Vəssalam.
    Ən yaxaqurtaran cavab budur. De, qurtarsın getsin.
    Bəym bunu demək çətindir?
    Bir-iki təklifim var idi, saxladım gələcəyə.
    Rasim Balayevi təbrik edirəm.

    06.03.2024
    Pulum tam qurtarmışdı.
    Bu gün pensiyamızı verdilər. Bir xeyli sevindim. Bu yaşda və bu zamanada sevinmək hər adama qismət olmur.
    Evə yüngülvari bir bazarlıq etdim...
    ... Az qala yarım il əvvəl Əli Şükri adlı köhnə tanışıma, əslən Cənubdan türk qardaşa “...QAPI...” romanını ingiliscəyə tərcüməyə vermişdim. (Beh də verilmişdi). Nədənsə tərcümə işini ləngidirdi. Bəlkə də əsərin həcminin bir az iriliyinə görə... Axırda qərara aldım ki, Əliyə bir az yığcam əsər verim. Belə də etdim. Ona tərcümə üçün iki pyes verdim. Deyəsən, bu dəfə işə başlayıb. Çünki bu gün iki dəfə zəng vurub, tərcümənin gedişatı haqqında “hesabat” verib.

    08.03.2024
    “PLAXA”
    Çingiz Aytmatovun romanının adı necə tərcümə olunmalıdır?

    Özbəkistanın elmi-ədəbi mühitində dost və tanışlarım az deyil. Onlardan biri də görkəmli yazıçı, tərcüməçi, tənqidçi, ictimai-siyasi xadim İbrahim Qafurovdur. İbrahim ağa Özbəkistanın bir sıra dövlət mükafatlarının kavaleri, eyni zamanda ölkəsinin Əməkdar İncəsənət xadimidir.
    Mən Daşkəndə səfərlərimin birində İbrahim ağa ilə tanış oldum. O, dünyanın, eləcə də Azərbaycan ədəbiyyatının bir sıra nümayəndələrinin əsərlərini özbəkcəyə çevirib. Söhbət zamanı mən ona Çingiz Aytamatovun “PLAXA” romanını da doğma öz dillərinə çevirdiyini xatırladanda o, gülümsəyərək bir qədər də təəccüblə dedi:
    -Hə, demək bunu bilirsiz?
    -Əlbəttə,-deyə, cavab verdim.
    Sonra mən məşhur ədibdən bu əsəri özbəkcəyə hansı adla çevirdiyini soruşdum. Çünki hərfi mənada tərcüməsi “Ölüm kötüyü” olan həmin əsərin bəzən “Məşhər”, bəzənsə “Qiyamət” kimi ifadə olunduğunu bildirdim.
    İbrahim Qafurov söhbətə bir az uzaqdan başladı:
    -Bu əsərin dilimizə məhz mənim tərəfimdən tərcümə olunmasını rəhmətlik Çingiz Aytmatov özü arzu etmişdi. Mən də romanı tərcümə edib bizdə nəşr olunan ədəbi jurnalda –“Şərq Ulduzu”nda çap etdirdim. Jurnalda Aytmatovun mənə təşəkkür məktubu da dərc olunub... Orasını da deyim ki, əsər elə həmin dövrdə qırğızcaya çevrildi. Mən romanı iki dildə-özbəkcə və qırğızca oxuyarkən intonasiya cəhətdən necə yaxın olduğunu bir daha duydum. Hə, o ki qaldı əsərin adına... Düz deyirsiz, hərfi tərcümə siz deyən kimidir. Əvvəlcə bir neçə ad üzərində baş sındırmalı oldum. Amma sonra qərara aldım ki, romanı “Qiyamət” (özbəkcəsi- “Киёмат”) kimi tərcümə edim. Bu adı Çingiz Aytamatov da bəyənib təqdir etdi... Yaxşı, bəs sizdə əsərin adı necədir?
    Mən dedim ki, romanı görkəmli yazıçı, tərcüməçi Vaqif Əlixanıv dilimizə ustalıqla çevirib. Elə bizim dildə də əsər “Qiyamət” adıyla nəşr edilib.
    İbrahim ağa dedi:
    -Nə gözəl... Xalqlarımızın dili zəngindir, gözəldir.
    Doğru sözə nə deyəsən?
    ......

    8 Mart. Adi günlərdən biri kimi keçdi. Əslində bu günü bir çox ölkələrdə Qadınlar kimi qeyd olunub. Həyat yoldaşım da bu günü xüsusi təmtəraqla keçirmir. Daha doğrusu, bunu istəmir. Əslində buna, yəni bu cür təntənəyə imkan da yoxdur. Həcər müəllimə (həyat yoldaşım) dərs dediyi uşaqlardan-şagirdlərdən də heç bir hədiyyəni qəbul etmir. “Pul yığımında”, “süpürgə pulu” kompaniyasında, “səsvermə briqadalarında” da iştirak etmir. Necə deyərlər, kasıbçılığımızla məşğuluq.

    ...Xalqa Nyuton sualı
    Tutaq ki, 50 minə toya gedən bir mahnıoxiyan bir kasıbın şənliyində təmənnasız oxudu. Belə çıxır ki, kasıb 50 min irəli düşür..? Yox..
    Yaxşı olar ki, həmin o ifaçı bir zənginin toyunda oxuyub 50 mini alsın və versin kasıba.
    Bu, oxuyançı tərəfdən daha yaxşı jest və ya dəstək olmazmı, əcaba?

    09.03.2024
    Tuthatudur. Bir müddət əvvəl “AbzasMedia”nın bir qrup əməkdaşı həbs olunmuşdi. İndi isə “Toplum Tv”nin əməkdaşları saxlanılıb. Səbəbini dəqiq bilmirəm. Mediada isə müxtəlif fərziyyələr söylənilir.
    ... Mətbuatın yazdığına görə dərman maqnatı kimi tanınan deputat Cavanşir Feyziyevin Londonda 64 milyon funt sterlinq dəyərində 22 mənzilinə əl qoyulub... “Əl qoyulub” deyəndə ki, yəqin bu qədər əmlak müsadirə edilib.

    ... Terminlərlə, ümumiyyətlə sözlərlə və onların mahiyyəti ilə ehtiyatlı davranmaq lazımdır.
    Sözümün canı nədir?
    Məsələn, son illərdə dilimizdə çox işlənilən bir söz var: “xarizmatik”. Müşahidələrimə görə, bəziləri elə bilir ki, bu sözün mənası “iddialı”, “özündənrazı” deməkdir. Xeyr, əzizim. Elə deyil. Bu sözün mənası “cəlbedici, cazibədar” deməkdir, kökü yunanca χάρισμα sözündəndir.
    Sonra. Dilimizdə gen-bol işlənən bir söz də var: “militarizm”. Mənası nədir? Bir müddət əvvəl bir “alim” öz çıxışında israrla qeyd etdi ki, militarizm “millətçilik” deməkdir. Elə deyl axı. “Militarizm”in mənası hərbi ideyaların təsbiti və irticaçı güclərin silahlanmasıdır.
    ... Xaricdə - İngiltərədə fəaliyyət göstərən ”Azerfreedom” və Amerikadan yayınlanan “Osmanqızı” tv kanallarının rəhbərləri Qurban Məmmədov və Sevinc Osmanqızıuzun müddət idi ki, efir məkanında,yumşaq desək, “yola getmirdilər. Bu gün onlar, yəni rəqiblər “Osmanqızı” tv-də idiə Hiss olunurdu ki, onların barışığa gəlməsində eks-deputat Mətləb Müttəlibli rol oynayıb. Belə ki, Mətləb bəy də həmin verilişdə çıxışçı idi.

    10.03.2024
    Milli Teatr günüdür. Aktyor Evində oldum. Tədbirdə iştirak etdim.
    Hacı İsmayılov ilə görüşdüm. Belə qərara gəldik ki, Trabzon (Türkiyə) teatrını may ayının 5-9 arası Bakıya dəvət edək.
    ... Dünən “AzDrama”da Ç.Aytmatovun eyniadlı əsəri əsasında “Əsrə bərabər gün” tamaşasının premyerası olub. Bu gün Aktyor Evində keçirilən tədbirdə iştirakçıların bir çoxu əsərin zəif quruluşundan söhbət açdılar. Tamaşada ən “maraqlı”, əslində isə gülməli yer səhnəyə dəvənin “dəvət edilməsi” epizodudur. Bu, teatrı zooparka, sirkə daha çox oxşadır. Belə çıxır ki, Məmmədhəsən kişi haqda tamaşada səhnəyə eşşək çıxarılmalıdır...
    Bundan başqa, Azdramada son vaxtlar hazırlanan tamaşalarda oğurluq-plagiat faktları aşkar görünür. Belə ki, “İsgəndərə yeni namə” tamaıası Rusiyanın Arxangelsk Dövlət Teatrında hazırlanmış “Hamlet” tamaşasının, “Dantenin yubileyi” tamaşası isə Leninqrad (Sankt-Peteburq) Oblastının Dövlət Dram Teatrında hazırlanan “Romeo və Cülyetta” tamaşasının tam “kseresurətidir”. Həmin tamaşalarda dekorasiyalar, mizanlar, quruluşlar, bir sözlə təqdimatlar eynidir. Qəribədir ki, ruslar birinci tamaşada səhnədə hovuz qurublar, ikinci tamaşa isə hadisələr səhnənin ortasındakı avtobusla “bağlanıb”. Əslində isə nə rusların, nə də bizim teatrın səhnəsində belə “hoqqalara” ehtiyac duyulmur. Ki yəni tamaşalarda nə hovuza, nə avtobusa, nə də dəvəyə ehtiyac duyulur. Bütün bunları “yenilik” kimi təqdim etmək istəsələr də gülünc bir nəsnə kimi qarşılanır.
    Hələ orası da məlumdur ki, bir müddət əvvəl GTT-da hazırlanmış “Kod adı: V.X.A.-xalq düşmənlərinin arvadları” tamaşası Moskva Teatrında SSRİ xalq artisti Qalina Volçek tərəfindən “Sovremennik” Teatrında hazırlanmış “Krutoy Marşrut” tamaşasının başqa bir “forma” və “surəti”, yəni “kopiya”sıdır.
    Bəli, bu gün keçirilən tədbirin iştirakçıları bütün bunlar haqqında, hələlik “pərdəarxası”, pıçhapıç, xısın-xısın söhbət edirdilər. Yəqin ki, tezliklə söhbət “səhnəyə çıxacaq”.

    19.03.2023
    Dünyanın kələfi dolaşıq düşüb.
    Görəsən bu kələfi açan əl tapılacaqmı?

    19.03.2022
    Gürcüstan tezliklə Abxaziyada ikinci cəbhə açıb öz torpaqlarını qaytarmaq planını hazırlayırlar. Bu barədə geniş müzakirə gədir.
    Ayının dərisini parçalamaq zamanı yaxınlaşır?

    (Köhnə gündəliyimdən bəzi parçalar əlimə düşdü. Məsələn, 30.12.1983-cü il tarixdə yazıram:
    “Elə adam var ki, başqalarını əsəbiləşdirməkdən həzz alır.
    Ayrı cür də olur. Yəni özünün hirslənməyindən zövq alan adamlara da təsadüf edilir.
    Birincidə tərbiyənin (daha doğrusu, tərbiyəsizliyin), ikincidə isə xəstəliyin rolu qeyd olunmalıdır.
    Birinci halda tiranlığa, ikincidə isə şizofreniyaya meyl özünü göstərir.
    Hər ikisi təhlükəli haldır.
    p.s. Bunları öz şəxsi müşahirə və yazıb-oxuduqlarıma əsaslanıb deyirəm.
    ...Ən qiymətli kapital-zamandır. Amma onun nə alıcısı var, nə də satıcısı. Yəqin cənab Allah belə buyurub ki, hərə öz ömrünü yaşamalıdır. Yəni ömürdən pay olmamalıdır.
    (30 dekabr.1983-cü il. Gündəlikdən sətirlər.)

    12.03.2024
    Yel çərşənbəsi.
    Kənddən zəng etmişdilər. Dedilər ki, o tərəfə yüngülvari qar yağıb. Bakıda hava soyuqdur. Amma qar yoxdur.
    ... Bu gen günortadan sonra Mərahim, Əli Nur, iki müğənni- (Teymur Əmrah və Nizami) ilə çay içdik. Əsasən “AzDrama”da baş verən şokdramalar barəsində söhbət açdılar.
    ...Mətbuatda AbzasMedia və Toplum Tv ilə bağlı, yəni həbs edilən jurnalistlərdən dolayı yazılar gedir.

    13.03.2024
    “Ukrayna-Rusiya savaşının sonunu necə görürsünüz?”

    Mənə tez-tez verilən suallardan biri də budur. Əlbəttə, mən nə hərbçi, nə də hərbi ekspertəm. Əsində bu “sonluğu” heç onlar da, yəni hərbçilər də görə bilməz.
    Adətən, deyirlər ki, müharibəni hərbçilər başlayır. Xeyr, elə deyil. Bütün müharibələr siyasətçilərin təhriki, təhdidi və tələbi ilə başlayır. Amma siyasilər də başladıqları “oyunun” nəticələrini proqnozlaşdıra bilmirlər.
    Bu halda mən mövcud “vəziyyətlə” bağlı yalnız öz fikirlərimi deyə bilərəm. İstədim yazam ki, “subyektiv fikirlərimi”, lakin bu fikirdən daşındım. Çünki “subyektivizm” bəzən daha obyektiv olur.
    Beləliklə, gedişat göstərir ki, müharibə gələn il də (2025-ci ildə) davam edəcək. Amma gec-tez döyüşən tərəflər zəifləyib tamamilə əldən düşəcək. Superdövlətlərdən birinin, məsələn, Amerikanın və Çinin və yaxud hər iki dövlətin, birgə israrlı tələbi ilə atəşkəs elan olunacaq. Münaqişə uzun müddət dondurulacaq. Təxminən Ermənistan-Azərbaycan savaşının qızğın mərhələsində elan olunmuş atəşkəs mərhələsindəki kimi, uzunmüddətli bir “sakitlik mərhələsi” yaşanılacaq.
    Hər iki tərəfdə baş verən növbəti hakimiyyət dəyişikliyindən sonra sərhədlər yenidən nəzərdən keçiriləcək və hərə “öz ərazisinə” qayıdacaq.
    Uzun müddət sanksiyalara məruz qaldığına görə taqətdən düşmüş Rusiya superdövlətlərdən asılı vəziyyətə düşəcək.
    Napoleon demişkən, müharibə elə bir işdir ki, onu təkcə hərçilərin öhdəsinə buraxmaq olmaz.
    Təbii ki, mən Nostradamus və ya Vanqa deyiləm. Əslində hər iki “öncəgörənin” fikirləri daim hadisə baş verəndən sonra “reallaşıb”. Yəni bu və ya digər proses yekunlaşandan sonra filankəslərin “uzaqgörənlikləri” haqqında miflər uydurulur.
    Bu və ya digər məsələ haqqında hər kəsin öz fikri ola bilər, bu, təbii haldır. Lakin fikirlərin ünvanı min-min olsa da, sonluq yalnız bir cür olur. Sonluqsa hələ son deyil.
    Və nəhayət, arada filosofları da dinləyin.

    14.03.2024
    Bu gün Usta Maarif adlı dostum, az görüşsək də çox etibarlı hesab etdiyim maraqlı şəxsiyyət, qələm və zəhmət adamı öz şəbəkə səhifəsində mənimlə bağlı müxtəsər yazı paylaşıb.

    “Firuz Mustafa və mən.
    Firuz müəllimlə Bilgəh sanatoriyasında qarşılaşdım. Bu rastlaşma anını o bir yazısında belə təsvir etmişdi: (Bu yarı fantastik, 20 səhifəlik bir yazıdır.)
    “…növbəti “proseduramı” almaq üçün müalicə korpusuna üz tutdum. Növbədə adam çox idi. Bir nəfər ortaboy, ortayaşlı, bir qədər əsəbi təsir bağışlayan adam mənə yaxınlaşıb diqqətlə üzümə baxdı. Əlindəki kitabı qoltuğunun altına vurub dedi:
    -Siz mənə tanış gəlirsiz. Bir adama oxşadıram sizi.
    -Adam adama oxşaya bilər- deyə, qısaca cavab verdim.
    -Firuz Mustafa deyilsiz ki?
    -Bəli.
    Əl verib tanış olduq.
    -Usta... Mən Ustayam-deyə, yeni tanışım özünü təqdim etdi.
    Belə məlum olur ki, mən vaxtilə Usta ilə sosial şəbəkədə məktublaşmışam.
    Sonralar bu adamla bir neçə dəfə söhbət etdik. Sənəti dülgərlikdir, mebel ustasıdır. Amma böyük mütaliəçidir. Fəlsəfəyə, psixologiyaya, ədəbiyyata, təbabətə aid çoxlu kitablar oxuyub. Ən maraqlısı budur ki, bu təzə tanışım cəmi-cümlətanı beş sinif oxuyub. Məktəbi atandan sonra gecə-gündüz mütaliə edib. Maraqlı mühakimələri var. Onun bir neçə dəfə işlətdiyi bir ifadə diqqətimi çəkdi: “Bu dünyada kim nə olmaq istəyirsə, elə o da olur”.
    2012 -ci ildə FB – də Firuz müəllimlə kiçik bir yazışmamız olmuşdu, yazmışdım ki, sizin “özünüifadə” tərziniz çox diqqətimi çəkir, kitablarınızdan nəşr olunanı varmı? Firuz müəllim də mənə yazdı ki, ”istərsəniz haqqımda olan məlumatlara baxın.” Doğrusu utandım. Mən Azərbaycanda yaşadığım, guya fəlsəfi əsərlər oxucusu olduğum halda, otuzdan çox, (hazırda 50-dən çox) fəlsəfi səpkili əsər müəllifi Firuz Mustafanı tanımırdım.
    Firuz Mustafanı tanımaq qəsdi ilə onun bir neçə hekayəsini oxudum, amma bu hekayələri oxumazdan öncə və birinci söhbətimizdən sonra onun haqqında iki qeyd etmişdim: 1. Şərq fəlsəfəsinə dərin maraq göstərmir, 2. İnancı bilinməzlikdir. Yəni aqnostikdir.
    Onun “Qatil” hekayəsində kişi abort üçün xəstəxanaya apardığı arvadına deyir: “nə günah, hamı bunu edir, bizim onları yedirib yaşatmağa gücümüz yoxdur, qoy doğrayıb atsınlar.” Ana isə, “vallah günahdır,-günahdır” deyir. Ərlə arvad arasında gedən uzun bir dialoqdan sonra “müəllif” seçimini edir və ananın qarnında əkiz uşağın qətlinə fərman verir.
    Firuz Mustafanın əsərlərində dərin, düşündürücü və ümidsiz fantaziyaların parlaq və faciəvi sonluğu həyatın bir parçası olaraq qarşımıza çıxır. Onun qəhrəmanları hər dəfəsində həyatın burulğanına düşərək boğulur.
    Öz-özümə düşünürəm: əgər o hekayəni mən yazmış olsaydım o iki körpəni heç cür “öldürə” bilməzdim. (Sonradan xatırladım ki, bir yaxınımın gələcək taleyini düşünərək buna bənzər bir qərarı mən də verməli olmuşam, o da əkiz idi...)
    Burada demək olar ki bu, yazıçı təxəyyülüdür və ən mühümü həyat həqiqətidir. Amma nə üçün müəllif hər dəfəsində heçliyə, yoxluğa gəlib çıxır? Onun fikirlərində əsas ton olaraq bu üç kəlmənin anlamları yer alır; “soyuq” “qaranlıq” “sükut”
    Bəli, pessimizm, o üç kəlmənin anlamı budur.
    F. Mustafa həssas ürəyi, iti fəhmi və çirkinliklərdən qorunmuş siması ilə bu kor, nadan, qaba cəmiyyətin, yalanlarının, yaltaqlarının qaraçısında durur.
    Qəribədir ki, əksər əsərləri bir pessimistin qələmindən çıxmış kimi görünsə də, Firuz müəllim əslində oxucunu həyatın gözəlliklərinə çağırır, o, insanı həyata bağlayan “qırılan və qırılmayan” telləri göstərir.
    Not: bu yazı yazılırkən müəllifin bir çox digər əsərlərinə göz atdım və bir dəfəsində özündən soruşdum ki, bəs heç “xilas” etdiyiniz olmadımı? Dedi: “Dəniz köçü” əsərimdə yarısını xilas etmişəm.
    Böyük sənətkara möhkəm can sağlığı diləyirəm...”

    15.03.2024
    Sədi Şirazinin bir sözü var: “Kimə ox atmağı öyrətdimsə ürəyimi nişan aldı”. Nədənsə, bəzən bu ifadəni, nəinki təkcə bu ifadəni, hətta Marksın bir çox qanadlı ifadələrini Həzrət Əlinin adına şıxırlar. Bəyəm rəhmətlik Həzrəti Əli ibn Əbu Talibin {ə} buna ehtiyacı var? Amma indiki halda söhbət bu ifadənin müəllifindən yox, mənasından gedir). Bəli, yaxşı ifadədir...
    Vaxtilə Avropa, xüsusilə fransızlar, ruslara “ox atmağı” öyrətdilər. Onlar ruslardan bir “zopa” (dubinka) kimi istifadə edərək, daha çox Asiyanı cəzalandırmaq istəyirdilər. Məqsədlərinə xeyli nail də oldular. Nəticədə ruslar Təkcə Avropa üçün deyil, özləri üçün də gün ağlamağı unutmadılar, torpaqlar işğal etdilər, ölkələr yağmaladılar, sərvətlər qazandılar. Sonra ruslar ermənilərə “ox atmağı” öyrərdilər. Məqsəd də bu idi ki, hayların əli ilə Qafqazı cəzalandırsın...
    Uzun danışıb vaxt almağa ehtiyac yoxdur. Qısa yolla gedək...
    Zaman gəldi ki, Rusiya Avropaya, xüsusilə fransızlara barmaq silkələməyə başladı. Hə, məsələ bununla bitmədi, ermənilər də Rusiyaya təpik (şıllaq) atmağı ...lazım bildilər.
    Elə bu əsnada yuxarıda xatırladılan həmin misal yada düşür: “Kimə ox atmağı öyrətdimsə ürəyimi nişan aldı”.

    Şoyqu və Omarov
    İki düşmən dövlətin güc naziri mənşəcə türkdür...

    Rəsmi məlumatlarda Rusiyanın Müdafiə naziri belə təqdim edilir: Sergey Kujuqetoviç Şoyqu (Сергей Күжүгет оглу Шойгу) milliyyətcə tuvindir, 1955-ci ildə Tuva MR-in Çadan şəhərciyində doğulub. Onun atası Kujuqet Sergeyeviç Şoyqu (Күжүгет Серээ оглу Шойгу) Tuvada tıvaca nəşr edilən “Leninçi oruk” (“Lenin yolu”) və daha sonra “Şın” qəzetinin redaktoru olub.
    Mətbuatın yazdığına görə Şoyqunun familiyası əvvəlllər Kujuqetov olub. Lakin sonralar həmin soyadın səslənməsi çətin olduğuna görə dəyişdirilib, olub Şoyqu.
    Şoyqular türkdür, türk dillərinə daxil edilən tuva dilində danışırlar.
    Məsələ burasındadır ki, Ukrayna Müdafiə naziri Rüstəm Ömərov da türkdür, milliyyətcə Krım tatarıdır. (Rustem Enver oğlu Umerov, ukr., Рустем Енверович Умєров) 1982-ci ildə Səmərqənddə doğulub.

    Bir –biri ilə müharibə aparan iki dövlətin hərbi güc naziri mənşəcə türkdür.

    18.03.2024
    Bu gün Heydər məscidində Şirindil Alışanovun yas mərasimində iştirak etdim. Orada əsasən ədəbiyyatçıları gördüm. Mərhum Şirindillə gənclik dövründən tanış idim. Səmimi münasibətlərimiz vardı. İstedadlı ədəbiyyatşünas idi.
    Sonra Rəhim Əliyev və Tahir Məsimovla birlikdə A”Atatürk” parkına yaxın bir yerdə şam etdik.

    19.03.2024
    Bu gün məşhur Ukrayna jurnalisti Dmitri Qordonun şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov ilə müsahibəsini izlədim. Jurnalistin sualları əsasən Rusiyada keçirilən prezident seçkisi, Ukraynadakı mövcud vəziyyət, Navalnının ölümü, Qərbin astagəlliyi ilə bağlı idi. Diqqətimi anonsda xüsusi vurğulanan bir məsələ- Qarabağla əlaqədar sual cəlb etdi. Ədalət naminə qeyd edək ki, Qordon öz giriş şərhində Qarabağın Azərbaycan torpağı olması, Azərbaycanın haqq mübarizəsi, habelə Kasparova bizdə olan münasibət, vaxtilə onun dünya çempionu olmasında Heydər Əliyevin əlindən gələni əsirgəməməsi barədə söhbət açdı.
    Daha sonra şahmatçı verilən və verilməyən suallara cavab verdi. O, Azərbaycan və Ermənistan arasında sülhün yaranmasını arzu etdi, Ermənistanın keçmiş rəhbəri Ter-Petrosyanın və indiki Baş naziri Paşinyan fəaliyyətini qiymətləndirdi, Koçaryan-Sarqisyan hakimiyyətini “korrupsiyalaşmış” sistem adlandırdı, Heydər Əliyevi böyük dövlət xadimi kimi qiymətləndirdi, Prezident İlham Əliyevlə tanış olmadığını vurğuladı.
    Yuxarıda qeyd etmişdik ki, “şahmatçı verilən və verilməyən suallara cavab verdi...” Bəli, heç bir dəxli olmadan, şahmatçı Harri Kasparov “Sumqayıt hadisələrini” yada saldı, halbuki bu “hadisələrin” baş verməsində “KQB”-nin əsas “oyunçu” olduğunu Yakovlev öz memuarında açıq yazmışdır.
    Kasparovun, necə deyərlər, verilməyən suala digər “cavabı” 1915-ci ildə Türkiyədə baş verən (əslində isə “baş verməyən”, uydurma) “erməni soyqırımı” ilə bağlı oldu. Kasparov təəssüflənib bildirdi ki, nədənsə indiyəcən bu faciə dünya ictimaiyyəti tərəfindən tanınmayıb. O, bir az da irəli gedərək bu “hadisəni” 2-ci dünya müharibəsində yəhudilərə qarşı yönəldilmiş “holokos” ilə müqayisə edildi.
    Zənnimcə, hər şey aydındır.
    ... Rusiyada 15-16-17 martda keçirilən prezident seçkisinin nəticələri elan olundu. Əhalinin gah 82, gah da 87 faizinin Putinə səs verdiyi deyilir. Əlbəttə, faizin mənası yoxdur, əsas odur ki, Putin seçilib. Sezki zamanı çoxlu pozuntuların olduğu da qeyd olunur.

    21.03.2024
    Bibim oğlu Mamed (Məhəmməd) Köçərlinin ad gününü “Benjamin” kafesində yığcam tərkibdə qeyd etdik. 73 yaşı olur. Birgə oxumuşuq. Arzularımızı bildirdik.
    .... Bütün gecəni “Çaparaq notlar” kitabının tərtibatı ilə məşğul oldum. Yeri gəlmişkən, kitabdan hissələr hər 4-cü gün “”525-ci qəzet”də dərc olunur. İndi isə istəyirəm ki, materilları kitab şəklində 5-6 nüsxə olsa belə nəşr etdirim. Ölüm-itim dünyasıdır, gələcəyi bilmək olmaz... Kitabın həcmi isə nə az-nə çox, min səhifəni keçib... Gərək yarısını ixtisar edim...

    22.03.2024
    ... Rusiya-Ukrayna müharibəsinin gərgin mərhələsi. Ruslar Xarkov şəhərini atəşə tutublar, şəhərdə güclü yanğın var. Ukrayna isə F-16-ları havaya qaldırdı.
    Fransa (Prezident Makron) Putini hədələyir. Putin dünyanı nüvə silahı ilə təhdid edir.

    23.03.2024
    KİMDİR GÜNAHKAR?
    Moskvada gecə baş verən terakt nəticəsində 100-ə yaxın adam (93 nəfər) həlak olmuş, 200-ə yaxın adam (183 nəfər) yaralanmışdır. (Sonra bu rəqəmlər bir xeyli artdı-F.M.) Amerika xüsusi kəşfiyyat idarəsi gözlənilən terror haqqında günlər öncəsi xəbərdarlıq etmişdi. O vaxt rus mediası və rəsmiləri ABŞ-ı və Qərbi yalan informasiyalar yaydığına görə yekəxanalıqla, saymazyana ələ salmış, lağa qoymuşdu. Bu gün isə deyirlər ki, “onlar” bunu haradan bilirdi, niyə bizim rəsmilərə deməmişdi? Ay rus, bəyəm sən soruşdun ki, “onlar” da demədi?
    Bu heç, “onlar” da, “bunlar” da özləri bilərlər.
    Çoxlu suallar meydana çıxır:
    -Daim “ayıq” olan Moskva kameraları silahlıları niyə qeydə almayıb?
    -İki-üç nəfər “qafqaz” və ya “ortaasiya” simalı adamı bir yerdə görəndə sorğu-suala tutan rus milisi hara baxırdı?
    -Bir dəstə konfulyajlı adamın arın-arxayın “hadisə yerinə” yaxınlaşması ən azından FSB-nin diqqətindən nə əcəb yayınıb?
    -Terror “sifarişçilərinin” ünvanının tez-tez dəyişdirilməsi nə ilə bağlıdır?
    -Niyə məhz altı min nəfərlik konsert salonu, bəyəm daha geniş “auditoriya” seçilə bilməzdimi?
    -Bu, tezliklə nəyinsə baş verəcəyinə bir “hazırlıq” deyil ki?
    Suallar çoxdur. Yəqin ki, sizin də güman etdiyiniz nələrsə və ya nəsnələr də vardır.
    Nə yaxşı ki, bu dəfə “Qafqazəsillilər” hədəfə alınmadı. İndi şübhəlilər taciklərdir...
    Və nəhayət. Adi məntiqlə belə, bilmək olar ki, müharibə aparan dövlətlərdə hər an terrorun baş verməsi gözləniləndir. Bunu bilmək üçün kəşfiyyat idarəsinin proqnozuna ehtiyac yoxdur.
    ...Bəli, ağlı başında olan heç bir adam terrora bəraət qazandıra bilməz. Xüsusilə, bizim kimi uzun illər terrordan əziyyət çəkən ölkənin vətəndaşları kimi...
    Moskvada konsert zalında baş verən qanlı hadisə yəqin ki, bir çoxlarının yadddaşını təzələdi.
    Belə ki... Konsert zalı demişkən, axı səhv etmirəmsə düz iki il öncə, yəni 2022-ci il mart ayında Ukraynanın Mariupol şəhərindəki digər bir mədəniyyət ocağında da buna bənzər qanlı hadisə baş vermişdi. Belə ki, həmin şəhərin teatr binasında, yenə səhv etmirəmsə oraya sığınmış 600 nəfər Ukrayna vətəndaşı həlak olmuşdu.
    Düzdür, həmin hadisədə konkret adamlar deyil, atılan mərmilər “təqsirli” bilinmişdi. Əslində isə hər iki hadisənin mahiyyəti eynidir. Fakt budur ki, insanlar öldürülüb- ya zəlzələdən, ya vəlvələdən...
    Hər cür terrora yox deyilməlidir...
    Владислав Аммосов kimdir?
    Yakut əsilli keçmiş hərbi kəşfiyyatçı kiminlə və nə üçün vuruşur?
    Son zamanlar dünya mətbuatında “Sibir batalyonun” (ukraynaca: Сибірський батальйон) adı geniş hallanmaqdadır. Bu hərbi qurum əvvəlcə “Saxa” legioneri kimi fəaliyyətə başlayıb.
    Qısaca bunu deyə bilərik: batalyon Rusiyalı könüllülərdən ibarətdir. Amma onlar rus-Ukrayna savaşında Rusiyaya qarşı vuruşurlar. Batalyona komandanlığı Vladislav Ammosov öz üzərinə götürüb. Ammosov keçmiş zabitdir. Etnik yakutdur. O, uzun illər xarici hərbi kəşfiyyat agentliyində (“QRU”-da) xidmət etmişdir. Batalyonda vuruşanlar əsasən Sibir xalqlarının nümayəndələridir.
    Vladislav Ammosov vaxtilə Çeçen müharibəsinin iştirakçısı olub. Verdiyi açıqlamalarda etiraf edir ki, bu, onun təcrübəsizliyi, bilgisizliyi ilə bağlı olub. Belə ki, o, indi çeçen xalqının öz azadlığı uğrunda vuruşduğunu anlayıb və onları dəstəkləyir.
    Bəs keçmiş hərbi kəşfiyyatçı Vladislav Ammosov nə üçün ruslara qarşı vuruşur? O, belə hesab edir ki, Rusiya hakimiyyəti qeyri-rusları “ikinci sort” adamlar hesab edir və qanlı müharibəyə də məhz onları göndərir. Nəticədə etnik xalqların nümayəndələri “top əti”nə çevrilir.
    “Sibir batalyonu” bu ilin mart ayında Rusiya ərazisində Belqorod və Kursk gedən döyüşlərdə iştirak edib.
    Vladislav Ammosov yakutların və digər xalqların azadlığı uğrunda vuruşduğunu bildirir.
    Yeri gəlmişkən, Yakutiya Rusiyanın ən böyük regionudur, ərazisi 3 milyon kv.km.-dən böyükdür.
    “Sibir batalyonu” günü-gündən böyüyür.

    27.03.2024
    Terrorda təqsirli bilinənlər hara qaçmaq istəyirmiş?
    Ortaya bir çox suallar çıxır.

    Mosvada baş vermiş dəhşətli faciə bütün dünyanın diqqət mərkəzindədir. Qanlı hadisənin törədilməsi fonunda çoxlu şübhəli məqamlar vardır. Bu, öz yerində.
    Məlum olduğu kimi, Şimal qonşumuzun rəsmiləri baş verənlərdə daha çox Ukraynanı ittiham edirlər. Bunu da onunla “əsaslandırırlar” ki, cinayəti törədənlər Ukrayna istiqamətinə gedirmiş və onlar üçün sərhəddə əvvəlcədən “açıq pəncərə” varmış. Sual meydana çıxır: tutaq ki, belə bir “pəncərə” Ukrayna tərəfdə mövcud imiş, bəs Rusiya sərhəddində necə, bəyəm sərhəd yiyəsizdir, açıqdır? Bu da öz yerində.
    Ən əsas məsələ budur ki, Belarus Prezidenti Lukaşenko dünənki çıxışında tacik əsilli cinayətkarların əvvəlcə onların ölkəsinə, yəni Belarusa keçmək istədiklərini bildirmişdir. Lukaşenkonun dediyinə görə, Belarus sərhədləri bağlındığına görə və möhkəm qorunduğuna görə t*erroru törədənlər məcburən Ukraynaya keçməyə cəhd göstəriblər. Bu çıxış bəzi kölgəli cəhtlərin üstünə işıq salır. Deməli, “Ukraynaya cəhd” məsələsi o qədər də əsaslı deyil. Və Rusiya rəsmləri nədənsə bu mülahizəyə diqqət yetirmək istəmir.
    Tanrı millətimizi qorusun.





    MÜNDƏRİCAT:

    Gündəliklər. Etüdlər. Eskizlər
    Səh. 03



    Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı
    Səh.322












    Fi¬ruz MUS¬TA¬FA

    Gündə bir kərpic düşər...
    (Gündəliklərdən sətirlər)

    4-cü cild

    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmeil.com

    Tel.:+994 50 413 3572

    Redaktor: Fazil N. Mustafayev

    Bədii tərtibatçı: Aqşin Mustafayev

    Çapa imzalanıb: 22.07.2026
    Bakı.2026, səh.,323


    ©Firuz Mustafa.2026

    (Firuz Qədimalı oğlu Mustafayev)

    BAKI-2026

















  • noyabr 2026, Firuz M.

  • 2
Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Фируз Мустафа День лошади Повесть и рассказы Баку.2019. фируз мустафа день лошади Повесть. Рассказы. Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

Фируз МУСТАФА Райский Цветок романы Баку.2020 фируз мустафа райский цветок (романы) В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......

Gündəliklər. 5-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 5-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 5-ci cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 4-cü cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 4-cü cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 4-cü cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 3-cü cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 3-cü cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 3-cü cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......