...
  • Gündəliklər. 2-ci cild
  • Firuz Mustafa


  • Firuz Mustafa



    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR...

    (“Gündəliklər”dən sətirlər)


    2-ci cild















    Bakı-2026



    Fi¬ruz Mustafa

    Gündə bir kərpic düşər...
    (gündəliklərdən sətirlər)
    2-ci cild

    Sizə təqdim olunan
    “GÜNDƏLİKLƏR”
    (“Gündə bir kərpic düşər...”)
    adlı kitabda
    Firuz Mustafanın
    uzun illərdən bəri qələmə aldığı
    “gündəliklər”dən parçalar
    toplanmışdır.
    Müəllifin eksklüziv-çaparaq qeydlərində
    ədəbiyyat və sənətlə bağlı düşüncə və olaylara
    daha çox diqqət yetirilmişir.

    © Firuz Mustafa.2026.səh.,320
    ISBN 978-9952-37-245-8





    Bakı.2026.






    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR...
    (“Gündəliklər”dən parçalar)

    Müəllifdən
    (xatirələrdən səhifələr)

    Çoxdan bəridir ki, gündəlik yazıram. Təbii ki, məqsədim heç də başa vurduğum(uz) hər bir günün geniş xülasə, xronika və mənzərəsini əks etdirmək olmayıb. Yox, mən öz yığcam qeydlərimdə, sadəcə olaraq, ətrafım(ız)da baş verən bəzi diqqətəlayiq hadisələri şərhsiz-filansız qələmə almağa çalışmışam. Və onu da vurğulamaq istərdim ki, “gündəliklər”də daha çox ədəbi, elmi təsərrüfatımızda baş verən olaylara diqqət yetirilmişdir.
    Özümü gündəlik yazmaq vərdiş və “təcrübəsinə” lap çoxdan- hələ uşaqlıqdan (orta məktəb illərindən) alışdırmışam. Sonrakı illərdə evdən-evə, kirayədən-kirayəyə köçərkən it-bata düşən, mənzilimdə baş verən yanğin zamanı külə dönən, habelə, özümün bilərəkdən cırıb zibil yeşiyinə atdığım qeydlər də olub.
    Xatırımdadır, ilk “gündəliklərimi” ibtidai sinifdən yazmağa başlamışam. Müəllimimiz bizə ev tapşırığı verərkən gündəlik havanın necə keçdiyini dəftərimizdə qeyd etməyi tapşırardı. Yağıntılardan
    hər birinin işarəsi olardı: qar, yağış, dolu. Günəşli və yaxud küləkli havaların öz “şəkilləri” olardı. Sonrakı dövrdə təkcə “hava haqqında məlumatları” qeyd etməklə kifayətlənmədim, sinfimizdə, məktəbi- mizdə, kəndimizdə baş verən maraqlı hadisələri qələmə almağa başladım.
    Elə ilk mətbu yazılarım da həmin dövrdə meydana gəlməyə başladı. Əvvəlcə, rayonumuzda çıxan “Tərəqqi” qəzetində, bir müddət sonra isə Bakıda nəşr olunan “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” “Təşviqatçı”, “Müxbir” kimi qəzet və jurnallarda, radioda səslənən “Xoruz baba” verilişində yazılarım dərc olunmağa və səslənməyə başladı. İndi həmin qəzet və jurnallar nəşr edilmir. Heç “Xoruz baba”nın da səsi eşidilmir. Başqa bir zaman gəlib və təbii ki, başqa tələbat və zövqlər formalaşıb. Yeri gəlmişkən qeyd edim ki, mən ilk qələmhaqqını, yəni qonorarı da həmin vaxtlardan almağa başlamışam. Həyatımın sonrakı mərhələlərində yazılarımın forma və məzmunu, həmçinin panoram və qayəsi müəyyən qədər genişlənsə də, daim qələmlə baş-başa olmuşam. Bütün ömrüm boyu məhz qələmlə ailə saxlamış, uşaq böyütmüşəm. Təbii ki, bədii və elmi fəaliyyətim də “qələm faktoru” ilə bağlı olub. Qazandığım dost və “düşmənlərin” də çoxu məhz qələmimdən çıxan yazılarla bağlı olub. Belə demək mümkünsə, mən həyatım boyu qələmlə gor qazmışam.
    Bakıda tikintidə və zavodda fəhlə kimi çalışarkən, ali məktəbdə oxuyarkən, Saatlı rayonundakı məktəblərdə müəllim işləyərkən, Uzaq Şərqdə (Vladivostokda) hərbi xidmətdə olarkən, uzun müddət işsiz qalarkən, aspiranturada təhsil alarkən, EA-da çalışarkən və universitetlərdə dərs deyərkən mən gündəliklərimi yazmaqda davam etmişəm...
    ...Amma elə bir vaxt da gəlib yetişdi ki, mən yazdıqlarımın əksəriyyətini yandırıb, cırıb məhv etməli oldum. Bunun səbəbini bir neçə yazımda qeyd etmişəm... Ən başlıca səbəbi isə, indi qisca olaraq bir daha vurğulamaq istərdim: “gündəliklərimdə”, baş verən hadisələr və haqqında söhbət açdığım insanlarla bağlı qənaətlərim zaman-zaman dəyişməyə başladı. Belə ki, aradan illər keçəndən sonra bir çox hadisələri və insanları düzgün qiymətləndirmədiyimi anladım. Sən demə, təqdir etdiyim hadisələrin və insanların heç də hamısı “təqdirəlayiq” deyilmiş. Bir çox hallarda “yaxşı” hesab etdiklərim “pis”, “pis” hesab etdiklərim isə “yaxşı” imiş. Dediyim kimi, bu həm insanlara, həm də ətrafımda cərəyan edən hadisələrə aiddir.
    Düz deyirlər ki, bəzən insan yox, zaman özü hər şeyin qiymətini verir, hər kəsi lazım bildiyi səviyyəyə qaldırır və ya endirir. Hər şeyin və hamının məhək daşı, meyarı və ölçüsü zamandır... Və məhz buna görə də mən öz “qiymətləndirmələrimdə” yol verdiyim səhvləri yazdıqlarımın əksəriyyətini yandırmaqla aradan götürməli oldum...
    Mənim bu “sahədəki” fəaliyyərim (təzədən gündəlik qeydlər aparmaq vərdişim) ötən əsrin 90-cı illərindən etibarən yenidən “intensivləşib”. Bu da təsadüfi deyil; qanlı 20 Yanvar hadisələrindən sonra, bir çox soydaşlarımız kimi, sanki mən də təzədən “doğuldum”. Əslində, həqiqətən, həmin gündən etibarən ölkəmizin həyatında yeni bir era başladı. Əgər ötüb keçməkdə olan tarixə nəzər salsaq görərik ki, 20 Yanvar faciəsi, sonrakı mərhələdə dünyada baş verən bir sıra geniş miqyaslı sosial-siyasi proseslərin yeni məcraya üz tutmasında da kəskin dönüş nöqtəsi oldu.
    Bakıda əliyalın adamlara atılan güllələr Sovet totalitarizminə tuşlanan son gülləyə, son nöqtəyə çevrildi.
    Düşünürəm ki, Avroasiya məkanında 20-ci yüzilliyin layihəsi 20-ci əsrin əvvəllərində Bakıda hazırlanmışdı. Regionda 21-cı əsrdə baş verəcək dəyişikliklərin konturları da, 20 Yanvarda məhz Bakıda cızılmalı oldu…
    ...Əlbəttə, mən bir vaxtlar qələmə alınmış bu qeydlərin haçansa nəşr olunacağı barədə heç düşünməmişəm də. Amma ömrün elə bir zamanı gəlir ki, artıq vaxtın özü belə, adamın arzularının əksinə işləyir. Mən bu zamanın adını dəqiq bilməsəm də mahiyyətini anlayıram: bu, hər bir kəsin ömür sarayından tökülən kərpiclərin sayılmağa başladığı zamandır…
    Beləliklə, mən öz xatirə-gündəliklərimdən bəzi fraqmentləri hörmətli oxucularıma təqdim edirəm.
    P.S. Mən gündəlik qeydlərimin bir çoxunu “kəlamlarımla” bitirirəm; doğrusu, bunun səbəbini izah etmək indi mənim özümçün də çətindir.
    Firuz Mustafa


























    2007

    01.01.2007
    Yeni ili yeni arzu və istəklərlə qarşılayıram. Bütün arzuların başında, zənnimcə, Qarabağın azad olacağı günü görməkdir.
    Şuşa teatrında rej. N. Rüstəmovla görüşüb danışdım.... Zənnnimcə bu teatr da Qarabağın bir parçasıdır. Orada mənim “Tıxac” pyesimin məşqləri gedir... (Amma bu əsər həmin teatrda sonralar nə səbəbdənsə hazırlanmadı-F.M.)
    Arabir TV-lərə baxıram. Nə qədər mənasız-məzmunsuz verilişlər göstərirlər. Hələ xarici filmlər; elə bil ki, bizim ekran məkanı xarici filmlərin gərəksiz mədəniyyət “tullantıları” üçün ən münbit yerdir... Az qala bütün günü yayınlanan qorxulu filmlər gələcək üçün yalnız qorxulu nəsil yetisdirə bilər...
    ...Şəhərə çıxdım. İ.Tapdıq, S.Qurban, F.Müslüm rast gəldi, onlarl birgə Yeni ili qeyd etdik...

    03.01.07.
    “Reytinq” qəzetində oldum. Qəzetin əməkdaşı B.Rüstəmli müsahibə ğötürdü. Keçmişlə bu günün sintezini özündə əks etdirən pyes üzərində işləyirəm. Əsərin qəhrəmanı vaxtın sərhəddini müxtəlif istiqamətlərdə adlayıb keçir; burada zaman biristiqabətli deyil; yəni fiziklıərin və filosofların dediyinin əksinə olaraq əsərdə zaman “geriyədönəndir”...

    04.01.07
    “Amazonka” pyesi üzərində işləyirəm. Bir növü yarıfantastik pyes olacaq. Təbii ki, yeniəsər absurd notlardan da xali deyil.

    05.06.07
    “Reytinq” qəzetində oldum. Afiq bəylə görüşdüm. Bu qəzet mənim yazılarıma gen-bol yer verir. Siyasətçi Əvəz Teymurxanla disskusiyamız (əslində isə mübahisəmiz) oldu. O, ətrafımızda baş verən hadisələr haqqında bir az dolaşıq danışır, ziddiyyətli fikirlər söyləyir, hətta bəzən öz dediyini özü inkar edir. Zarafatla dedim ki, siyasətçinin dəmir məntiqi olmalıdır… Əslində bu zarafatda bir həqiqət də var.

    06.01.07
    Nəhayət, üzərində günlərdən bəri işlədiyim yeni pyesin adını tapdım: “Amazonka” və ya tarixin o üzü”...
    Bütün sutkanı işlədim... Hesab edirəm ki, əsərin son nöqtəsini 1-2 günə qoyacağam.
    Bu, zənnimcə bir qədər fəlsəfi mahiyyətli əsər olacaq. Düzdür, mən özüm professinal fəlsədə ilə ulaşıram. Amma və lakin bədii əsərdə “fəlsəfəçilitin” əleyhinəyəm. Fəlsəfə bədii əsərin ruhunda, mahiyyətində ola bilər. “Amazonka”da qəhrəman bir tarixin, bir zamanın içində iki tarix (iki zaman) yaşayır. “Fəlsəfə” də məhz onun mahiyyətindədir.

    08.01.07.
    Kommunal xərclər qəfildən artdı: işıq 3 dəfə, nəqliyyat 0,5 dəfə...
    “Amazonka”nın son nöqtəsini qoydum. Özümdən həmişə narazı olsam da, insafanə bu dəfə ucadan bir “bərəkallah!”-dedim...
    Dərindən nəfəs almaq istəyirəm. Di gəl ki, yeni yazılatın ideyası məni rahat buraxmır...

    09.01.07
    Bu gün N.H., İ.Tapdıq və E.Hüseynbəyli ilə nahar etdik.
    “Amazonka” və ya tarixin o üzü” pyesini komputyerçi xanıma yığmağa verdim.

    10.01.07
    15 il əvvəl doktorluq müdafiə etmişəm. Bu, SSRİ dağılan dövrə düşdü.Müdafiə Şurasının qərarı ilə əsəri Moskva “vvakı”na göndərdim. Oradakılar əsəri qəbul etsə də, sonra dedilər ki, get diplomu Bakıdakı “vvak”dan al. Bakıda da həmin tələbi irəli sürdülər: “Diplomu Moskvadan almalısan”. İki şəhərin arasında ayaq döysəm də, bir nəticə hasil olmadı.
    Sonda mənə Fİ-nun Elmi Şurası doktor fəxri adı verdi.
    Bu gün akad. T.Köçərli mənə dedi ki, bu məsələni yenidən qaldır. Boyun qaçırdım. Tofiq müəllim dedi ki, onda mən özüm bu işlə məşğul olaram. Təşəkkür etdim.

    11-12.01.07
    ...Yazıları qaydaya salıram.
    ...Güntəkin bütün imtahanlardan “əla” qiymət alıb...
    ...N.H. ilə Montin tərəfdə Az.Tv Sədri A.Alışanovun anasının hüzründə olduq.
    ...Gəncədə Ayazgilin evinə qaz veriblər... Orada olan anam çox sevinir: “Bu qış sümüyümüz isinər”.

    13.01.07
    Qoca Xalid, E.Hüseynbəyli və təsadüfən rastlaşdığımız İsaf birlikdə nahar etdik.

    14.01.07
    İsafın qızının nişanı. İ.Tapdıq, S.Qurbanov və mən həmin məclisdə “fəxri qonaq” kimi iştirak etdik.

    15.-18. 01.07
    Xalq şairi Nəbi Xəzri vəfat edib... Allah rəhmət eləsin. Bir neçə dəfə görüşümüz olmuşdu. Hətta, vaxtilə, hələ tələbə ikən onun poeziyası haqda məruzə də hazırlamışam. Dayım N.H. ilə yaxın dost idi.
    ...Səddam Hüseynin iki qohumu da edam olundu.
    ...”Bəyaz kölgələr” pyesimi “Azərbaycan” jurnalına təqdim etdim.
    Deyirlər Şuşa Teatrında “Tıxac” pyesinin məşqləri başlayıb... Neçə vaxtdır deyirlər. Amma sadəcə deyirlər... Ortada hələlik bir şey yoxdur. Hörmət etdiyim kollektivdir.

    19.01.07
    “Çardaqda zirzəmi” pyesi kompyuterdə yığıldı.
    …“Yaddaş” qəzetinin əməkdaşı məndən müsahibə götürdü...
    …Jurnalist Aslan Quliyev (Atam-deyirik ona), N.H., T.Mahmudlu ilə Nəşriyyyatda nahar etdik.
    ...Bir müddət əvvəl “Ədəbiyyat qəzetinə” İ.Əfəndiyevlə bağlı məqalə versəm də hələ çap olunmayıb. Halbuki aradan bir neçə ay keçib. Əvvəlcə red. Zeynal Vəfanın yanına getdim. O, dedi ki, material müavin Azət Turandadır... Xülasə, yazı tapılmadı... Hər ikisini bir qədər acıladım.

    20. 01.17
    İ.Tapdıq və E.Hüseynbəyli ilə nahar etdik. Şair maraqlı xatirələr danışdı. Nasir gələcək geniş planlarından söhbət açdı... Mən dinlədim.

    21-24.01.07
    Son vaxtlar monopyes və monohekayələr üzərində işləyirəm. Bu yazılar mənə həm dogma, həm də yazılışı çətin olan janrlardır. Sanki qumluqda at sürürəm….
    ...İTV-dən zəng vurub Qazax teatrında tamaşaya qoyulmuş “Qarışqa tələsi” haqda 15 dəqiqəlik süjetin gedəcəyini dedilər. Süjet deyilən vaxt efirə getdi də (23.01.07 tarixdə).
    … Şair. İ.Tapdığın bir şeiri haqda məqalə yazdım. (“Poetik yaddaşın yaşarılığı” adlı həmin məqalə “Ədalət” və “Respublika” qəzetlərində dərc olundu-F.M.)
    ...MN-nin əməkdaşı Əliqismət Lalayevin müdafiəsinə opponent kimi dəvət etdilər...
    ...”Çardaqda zirzəmi” pyesini “Qobustan” jurnalına- Ə.Salahzadəyə təqdim etdim. (Az sonra əsər orada dərc edildi-F.M.)
    ...Sevil xanım Yeni əsər istədi..
    …Namiq Ağayevə və Kamran Ş.-yə (Finlandiyada yaşayır) pyeslər verdim.
    ...Axşam yoldaşım dedi ki, bir kişi neçə gündür zəng vurub səni soruşur, səsi də çox tanış gəlir. Yenə zəng vurub. Və dəstəyi mənə verdi. Zəng vuran Bəxtiyar Vahabzadə idi. Mən üzrhaxlıq etdim. Bəxtiyar müəllim dəstəkdə gülüb dedi ki, yoldaşına de ki, sıxılmasın, elə bizim evdəkilər də bəzən mənim ən yaxın dostlarımın səsini tanımırlar… Sonra zarafatyana dedi ki, evə yaman gec gəlirsən… Gülüşdük.
    Bəxtiyar müəllim arada zəng edir, ədəbiyyatla və mənim yaradıcılığımla bağlı suallar verir. Daim yeniliklə maraqlanır.
    İndi onun zəng etməsi təsadüfi deyildi. Pyeslərim haqda fikrini bildirirdi.
    (Məsələ burasında idi ki, Bəxtiyar müəllim bir müddət əvvəl nəşriyyata gəlmişdi. Orada bir xeyli söhbət elədik. Mən Bəxtiyar müəllimlə çoxdan tanışam. Maraqlı görüşlərimiz olub. Yadımdadır, bu görüşlərdən biri 1997-ci ilin oktyabrında Moskvada olmuşdu. O, yoldaşı ilə Türkiyəyə getməli idi. Həmin dövrdə Türkiyəyə yalnız Moskvadan uçmaq olardı. Elə Türkiyənin səfirliyi də Moskvada idi. Şairin sənədlərini səfirlikdən gecikdirirdilər. Bəxtiya müəllim əsəbiləşib səfirliyin alaqapısı ağzındakı “budkada” dayanan gənc rus leytenantının anasını yaxşıca "yağladı”. Gənc zabit dübarə türkcə onun üzünə deyilənləri “geri qaytardı”. Elə bildik oğlan türkdür. Sən demə, rus imiş, MDU-da türk fakültəsini bitiribmiş. Bəxtiyar müəllim gülə-gülə rus oğlana dedi:
    -Əvvəla, görürsənmi türk dili, hətta öz söyüşü ilə belə, necə gözəldir?.. İkincisi də, niyə bayaqdan bizimlə rusca danışırsan? Elə birbaşa türkcəyə keçərdin də…
    Oğlan dedi:
    -Siz rusca soruşdunuz, mən də rusca cavab verdim…
    Gülüşdük. Bəxtiyar müəllim əl verib oğlanla “barışdı”…)
    …Biz indi iyirmi il əvvəl baş vermiş həmin hadisəni xatırlayıb bir xeyli güldük.
    Sonra, o, məndən yenə kitab istədi. Düzü kitab verməyə çəkinirdim. Daha doğrusu, utanırdım. Dedim ki, sonra çatdıraram.
    Nahid müəllimin (N.H.) stolunun siyirməsini qurdalayıb mənim göyüzlü kitabımı şairə uzatdı:
    -Məndə Firuzun bir –iki kitabı var. Qoy Bəxtiyar müəllim elə bu kitabdakı pyeslərlə tanış olsun.-Sonra əlavə etdi:- Firuz Mənim bacıoğlum olsa da, heç vaxt ona “dayılıq” etməmişəm… Amma Bəxtiyar müəllim hamımızın ustadı, “dayısı” olub…
    Gülüşdük.
    Bəxtiyar müəllim kitabı götürüb çıxanda dedi:
    -Oxuyub mütləq fikrimi deyəcəm…
    Sonralar o, zəng edib məndən başqa bir pyeslər kitabımı da istəmişdi və mən həmin kitabı da çatdırmışdım.
    Bəli, indi Bəxtiyar müəllim oxudğu kitablar haqqında fikrini bildirdi. Əsərləri xeyli təriflədi. Tənqidi qeydlərini də bildirdi. Sonda dedi: “Sənin pyeslərinə teatrda baxmamışam. Amma görürəm ki, yaxşı əsərlərdir. Hüseynağa rəhmətlik də vaxtilə tərifləmişdi mənə… Düzünü deyim ki, pyes yazmaq mənimçün çox çətindir, amma bu, çox maraqlı işdir. Şeir yazmaq isə mənə “semişka” çırtlamaq kimi bir şeydir”.
    Sonra bir-iki yazıçı həmkarını qorxaqlıqda, ikiüzlülükdə, gündə bir məsləkə qulluq etməkdə suçladı…
    Mənim az yatmağımı biləndə dedi ki, gecələr heç o özü da düz-əməlli yatmır. N.H.-nın vəziyyətini soruşdu. Sonra onu da bildirdi ki, Nahid çox vicdanlı adamdır, tələbəm olub, xətrini istəyirəm…
    Bəxtiyar müəllim söhbətin sonunda dedi:
    -Hə, bu yaxın günlərin birində zəngləşib görüşərik... Sən, Nahid, mən... Dördüncü artıqdır...
    -Yaxşı, -dedim.

    25-26.01.07
    Bəstəkar Sərdar Fərəcov məndən musiqili komediya üçün mətn istədi.
    İ.Tapdıq, N.H., O.Rza və “Atam” (Akif Quliyev) birlikdə nahar etdik.
    B.Vahabzadə bu son günlərdə bir neçə dəfə zəng vurub. Bəzən bir şeyi dəfələrlə soruşur. Əlbəttə, incimirəm. Görünür, yaddaşla bağlı məsələdir. O, məndən Elçinin yaradıcılığı barədə soruşdu. Təriflədim. Bəxtiyar müəllim dedi ki, Elçinin nəsri, xüsusən elmi məqalələri xoşuna gəlir. Amma pyesləri nəsri səviyyəsində deyil. Dedim ki, Elçində postmodernist notlar güclüdür. Gülüb, razılaşdı.
    ...”Rüytinq”ə “Limon” adlı hekayətəqdim etdim.
    ...Axşam “Pəri Cadu”ya baxdım. (“Azdramada GTT-ın tamaşası). “Akrobotika” bol idi.

    27.01.07
    “Bukinist” mağazasından çoxdan yazdığım “Teatr Meydanı” romanını istədilər-satış üçün. Dedim ki, heç özümdə də qalmayıb. Oxucular detektiv, macəra xarakterli əsərləri sevir. “Teatr Meydanı” romanını da bu janrdadır. Mən özümü bu sahənin mükəmməl yazarı hesab etməsəm də bu əsərin yaxşı satılıb oxunduğunu müşahidə edirəm.

    28.01.07
    T.X.-in Çindən tanışları gəlib. Biz həmin çinlilərlə görüıdük. Mən də bildiyim, daha doğrusu özümçün öyrəndiyim 3-4 həlmə çin sözündən istifadə edirəm.
    ...N.H. “Ovqat”da çıxış etdi. Danışdıqca bəzən hissə qapılıb kövrəlirdi. Dayam ümumiyyətlə çoz kövrək, türklər demiş duyğusal adamdar.

    29.01.07
    Nəşriyyatda səhv etmirəmsə “Ədəbiyyat” qəzetində çalışan Nüsrəddin adlı şəxsin 60 yaşını N.H., O.Rza, A.Cəmil, Akif (Atam) ilə birlikdə qutladıq.

    30.02.07
    Köhnə tanışım, həm də qonşum (o da Biləcəridə yaşayır) Sərdar Fərəcovla onun iş yerində-Ü.Hacıbəyov müzeyində görüşdük. Sərdar bəy dahi Üzeyir bəyin şəxsi kabinetində onun kreslosunda əyləşmişdi. Bəstəkar dostum mənim bir əsərimə (“Safari" komediyama) müsiqi yazmaq istəyir. Bu məsələ ilə onunla bir neçə dəfə görüşüb söhbət etmişəm. Ortada hələlik konkret bir şey yoxdur. Bununsa səbəbkarı Sərdar bəy yox, əlaqədar qurumlar, yəni teatr və Nazirlik əməkdaşlardır.
    Hamı “sponsor” axtarır. Hərdən düşünürəm ki, Üzeyir bə indi meydana çıxsaydı və ya yaşasaydı onu heç bir teatr öz kandarına belə yaxın qoymazdı...
    Bəlkə də mənə etiraz edənlər tapılar ki, dahilərə heç kəs mane ola bilməz. Xeyr. İndiki dövrdə məhz dahilərə və ya istedadlı adamlara mane olanlar daha çoxdur. Elə məhz bunun nəticəsidir ki, son on illlərdə (30-40 ildə) klassik janrlarda ortaya bir dənə də olsun normal əsər çıxmayıb. Əslində “çıxmayıb” sözü də reallığı əks etdirmir. Tanıdığım bəstəkarların əsərlərini səhnəyə qoymaq üçün deyil, onların üstündən xəttə çəkib məhv etmək üçün əldən-ayaqdan gedənlər var. Tək bircə misal çəkmək kifayətdir:
    Arif Məlikovun 70-dən çox teatrda oynanılan “Məhəbbət əfsanəsi” baleti hələ indiyəcən böyük bəstəkarın öz vətənində səhnəyə qoyulmayıb.

    31.02.07
    AYB-də oldum. “Ulduz”un 1-ci sayında məqaləm çıxıb. Orada rastlaşdığım dostlarla- (İ.Tapdıq, E.Hüseynbəyli, O.Rza, Şahin və T.Mahmudlu ilə) yazını “qeyd etdik”. Oqtay nədənsə (əslində heç bir səbəb olmadan) hirslənib bəzi həmkarlarının qarasınca deyinməyə başladı. İlyas müəllim onu sakitliyə dəvət etdi. Oqtay Rza öz ilk kitabının redaktorunun (İ.Tapdığın) “tələblərinə” sakit şəkildə tabe olmaqla sakitliyəşib yeni rübailərindən bir-ikisini oxudu.

    01.02.07
    Dedilər ki, Şuşa Teatrında “Tıxac”ın məşqlərinə başlayıblar.

    03.02.07
    T.Məsimov (T.M.) ilə Suraxanıya “səyahət” etdik. Tahirin orada nəsə bir işi vardı.Sonra Daşqın adlı bir şəxs bizə xəngəl qonaqlığı verdi.

    05.02.07
    Günün əvvəlində işdə oldum.
    ... Elçin Hüseynbəylinin “İmperator” pyesinin tamaşasına baxdıq. Əsər GT tərəfindən hazırlanıb, “Azdrama”da göstərildi. Yığcam əsərdir, amma süni şəkildə “uzadılan” yerləri də nəzərə çarpır.
    Tamaşadan sonra N.H., İ.Tapdıq, R.Muxtar, O.Rza ilə birlikdə nahar etdik.

    06.02.07
    E.Hüseynbəylinin dünən tamaşasına baxdığımız “İmperator”unun bu gün daha “geniş planda təqdimatı”, yəni qonaqlığı (banketi) baş tutdu. “Yaşıl ada” restoranında dünənki tərkibdə birgə yığışdığımız dostlarla yanaşı bu günkü “tədbirə” əsərdə iştirak edən aktyorlar da qatılmışdı...
    Məclisin aparıcısı Zəlimxan Yaqub idi. O, həmişə olduğu kimi maraqlı,duzlu, məzəli, pafoslu çıxışı ilə məclisi ələ almışdı.
    Sponsor Elçinin yaxın dostu (orta məktəb yoldaşı) Zahid bəy idi...
    Şən bir məclis oldu.

    07.02.07
    “Ulduz”da çıxan “konseptual” məqaləm kifayət qədər tərif və tənqid olundu...
    Möhkəm xəstəyəm. Buna görə də işdən tez çıxdım.
    ...Güntəkin fakültəsini dəyişmək istəyir. Amma bir köməklik göstərə bilmədim. Bu “yerdəyişmə” məsələsini Nazirlik rektorun, rektorsa nazirin boynuna atır. Halbuki, dəqiq bildiyim faktlara istinadən deyə bilərəm ki, bir neçə nəfər “müəyyən vasitələr” hesabına rahatca bir fakültədən digərinə köşürülüb.

    09.02.07
    İş yoldaşımız Afaq xanım Rüstəmovanın dissertasiyasını müzakirə etdik.
    …Evdə mütaliə ilə məşğul oldum. Uzun illərdir ki, vaxt olduqca klassik alman filosoflarını təkrarən oxuyur və ya yenidən nəzərdən krçirirəm. Bu gün Artur Şopenhauerin həyatına həsr edilmiş yazını oxudum. Maraqlı ömür yaşamış adamdır. Pessimist əsərlərin müəllifi olsa da şən, qayğısız həyat tərzinə üstünlük verib, evlənməyib.

    10.02.07
    MN-də oldum. Ə.Lalayevin referat və dissertasiyasını aldım. (Oxuyarkən çoxlu qeydlər etdim-F.M.)
    N.H., İ.Tapdıq, T.Məsimovla birlikdə “xəngəl qonaqlığın”da oldum.
    ...”525-ci qəzetdə” mənimlə müsahibə çıxıb.

    11.-17.02.07
    ...Bibioğlu Səməndər Köçərli ilə görüşüb “dərdləşdik”...
    ...Tələbəlik dostum H.Bayramoğlunun şeirlərini redaktə etdim. Əvvəllər şeir yazdığını bilmirdim. (Bəzi düzəlişlər edib qaytardım. “Redaktorhaqqı” olaraq “hədiyyə” də verdi-F.M.)
    ...Türkmənistanda yeni prezident işə başladı...
    ...Maaşımı aldım...
    ...Ayın 27-də GTT-dan “Bezımyannıy”ın premyerasına 50 bilet almağımı (və ya dost-tanışlara paylamağı) xahiş etdilər. Təbii ki, bilet pulla realizə olunmalıdır...
    ...Dissrtant F.Qarayevin işinin redaktəsinə başladım...
    ...İşdə (Fİ-da) hər gün yoxlamalar var. İşdə olmayanları qovmaqla hədələyirlər...
    ...Bir neçə yumoristik monoloq yazdım..
    ...AYB-nin saytının təqdimatı oldu.
    ... “Təmas nöqtəsi” telelayihəmi Az.Tv-də Cavanşir Cahangirova təqdim etdim...

    18.02.07
    Ad günüm...
    Tufan, qasırğa, boran...
    Qonşuluqda yaşayan bibioğlu Səməndər Köçərli ilə ikilikdə “qoşabeşli” ad günümü (yəni 55 yaşımı) qeyd etdik.

    20.-25.02.07
    İş yerində- EA-nın Fəlsəfə institutunda, daha sonra AYB-də oldum.
    Günün əsas və bir qədər də kədərli hadisəsi: əlyazmalarımın böyük əksəriyyətini Ədəbiyyat və İncəsənət arxivinə verdim. Bu işin təşəbbüskarı arxivin direktoru Maarif Teymurov oldu. Düzdür, əlyazmalardan ayrılmaq çətin işdir. Amma onları evdə saxlamağın bir xeyri də yoxdur... Ömür vəfasızdır. Arxivlərsə uzunömürlü olur. Xülasə, çox götür-qoydan sonra yazılarımın toplandığı 70-dən artıq qovluğu arxivə təhvil verdim.
    Bəzən rus yazıçısı Bulqakovun qanadlı bir ifadəsini işlədərək deyirlər ki, “əlyazmalar yanmır”. Elə deyil, əlyazmalar itir də, yanır da, məhv də olur.
    Mən əlyamaları Dövlət arxivinə verdim. Qoy əlyazmalar yaşasın.
    …Yeni pyes üzərində işləyirəm.
    …Hekayələr kitabım çapa hazırdır. Amma onu necə nəşr etdirməli? İndi pulu olana kitab “buraxdırmaq” su içimi kimi asan bir şeydir. Elə kitab yazdırtmaq da (yazmaq yox ha, “yazdırtmaq”) asanlaşıb; bəli, pulla özünə kitab və ya dissertasiya yazdıranlar da yağışdan sonra üzə çıxan göbələklər kimi artıb. Bu, ona bənzəyir ki, xərc çəkib kiməsə toy edirsən, amma özünün evləndiyini bildirirsən.
    …Zamanın küləyi hər şeyi süpürüb aparır: dünyamız xaos içindədir.

    26.02.07
    “Bezimyannıy”ın (“Adsız”) son məşqlərində- “proqon”da oldum. Sabah premyeradır. Son məşq zamanı əsərin rejissoru Vaqif Əsədov nədənsə çox əsəbi idi. Bu, zənnimcə əsərlə və aktyor oyunu ilə bağlı olmayan bir bir məsələ idi.
    ...AYB-də oldum. Anara sabahkı tamaşanın dəvətnaməsini təqdim etdim. Belə zənn edirəm ki, gəlməyəcək. Amma mən sədrimizə ehtiram əlaməti olaraq bu cür hərəkət etməliyəm.
    ...E.Hüseynbəyli son vaxtlar onu tənqid edən bir nəfərdən sitatlar oxuyub təəccüblə dedi: "Bu adam dünən məni necə tərifləyirdisə, bu gün eyni qaydada tənqid edir”. Zarafatla dedim ki, “hər kəsin öz fikrini dəyişmək hüququ var... Elə əsl inkişaf budur, özü də dialektik inkişaf...”

    27.02.07
    Günün 2-ci yarısı (s.16-da) ADİMU-də Ə.Lalayevin dissertasiyasında opponent kimi çıxış etdim... Ciddi qeydlərimi dedim.
    ...Axşam s.19-da R.Behbudov ad.Mahnı teatrında “Bezimyannıy”ın (rusca) premyerası oldu. Əsəri Gənc Tamaşaçılar Teatrının rus truppası hazırlayıb. Zal dolu idi. Bayırda şaxta idi.
    Əgər belə demək olarsa, tamaşa “triumfalnı” keçdi.
    ...Evə tez qayıtdım-Bəhram və Güntəkinlə birgə...

    28.02.07
    İşdə oldum. Daha sonra İrəvan Teatrında E.Hüseynbəylinin “Hamımızın günahı” əsərinin son məşqində oldum. Öz mülahizələrimi dedim.
    Daha sonra E.Zal və S.Qurbanovla çay işdik...
    Hava açılıb...

    01.03.07
    Bütün günü mütaliə və redaktə ilə məşğul oldum.

    02.03.07
    AYB-də şair Ədalət Əsgəroğlunun 50 illiyi qeyd olundu. Aparıcı N.Şəmsizadə idi. Yubilyarın səyinə baxmayaraq nədənsə mənə söz demək üçün vaxt “çatmadı”. Mən də həm aparıcıya, həm də yubilyara zarafatyana replikalar dedim...
    ...T.Məsimovla şəhərdə gəzişdik.
    ...İ.Tapdığın tanışı Gülya xanım məndən yeni kitabımı istədi.

    03.03.07
    T.Xəlillə görüş təyin etsək də gəlib çıxmadı. Telefonu da cavab vermirdi. Nəhayət “əlaqə” yarada bildik. Dostum əvvəlcə dedi ki, maşınım, sonra isə bildirdi ki, telefonum xarab olmuşdu. Mən onu acıladım.
    Daha sonra “artist” Faiq zəng etdi. Dedi ki, bir görüşüb söhbət edək, çay içək. Bildim ki, T.Xəlilin yanından zəng edir. İmtina etdim.
    ...Həcət Tovuza- xalasının “40” yas mərasiminə getdi.

    04.03.07
    İki türkiyəli tanışımı –iş adamı Mehmet bəyi və kültür adamı Pəri hanımı Ü.Hacıbəyov ev-müzeyinə dəvət etdim. Məmnuniyyətlə razılıq verdilər.
    Bu məbəddə tez-tez oluram…
    Təəssüf ki, bu gün müzeyin müdiri, bəstəkar dostum Sərdar (Fərəcov) bəyi tapa bilmədim. İşi olduğu üçün harasa çıxıb getmişdi. Qəfildən gəldiyimiz üçün əvvəldən zəng vurmamışdım…
    Muzeyin əməkdaşı Gülnar xanım qonaqları eksponatlarla ətraflı tanış etdi. Pəri hanım dahi bəstəkarımızın həyatından bəhs edən fotolarla tanışlığı və eşitdiyi maraqlı söhbətə görə muzey əməkdaşlarına dönə-dönə təşəkkür etdi, özü də bir xeyli xeyli duyğulandı... Dahi bəstəkarın həyat tarixçəsindən fraqmentlərə qulaq asan Peri hanın arada göz yaşlarını saxlaya bilmədi, astadan hıçqırdı...
    Muzeyi tərk edən zaman qonaqlarım dedi:
    “Üzeyir bəy… Peyğəmbər yaşı yaşayıb. Elə kəndisi də bir musiqi peyqəmbəridir. Aman Allah, gör bir Azərbaycanın necə nəhəngləri varmış…”

    06.03.07.
    “Azdrama”da Mədəniyyət və Turizm naziri Ə.Qarayevlə geniş tərkibdə görüş. Çıxışların çoxu uzun, mənasız və “mövzusuz” idi. Qəribədir, bizim bir çox söz-sənət adamları əllərinə imkan (yəni ekran, efir, tribuna) düşən kimi sinələrini açır nə açırlər; onlar leksikonlarında nə qədər söz varsa hamısını ifraz edirlər. Nətcədə, mahiyyət (kvintessensiya) qalır bir kənarda, ortada bir yığın “söz yonqarı” qalır.
    Danışan çox oldu, konkret bir təşəbbüs irəli sürülmədi və təbii ki, bir nəticə hasil olmadı.

    07.03.07
    Bu gün əsasən Z. xanımın monoqrafiyasının redaktəsi ilə məşğul oldum.

    08.03.07
    Kəndlimiz Həsən Qurbanovun “7-sində” oldum. Məclisdən Əziz müəllim və Səyyafla birlikdə çıxdıq.

    09.03.07
    Pedaqoq, ictimai xadim, anamın yaxın qohumu Əli Rəsulovla bağlı xatirələrimi yazdım...
    ...N.H. zəng edib dedi ki, “Sənət qəzeti”ndə mənimlə bağlı yazı gedib, “bir az tənqidi boldur”. Qəzeti tapa bilmədim...

    10.03.07
    Teatr günü qeyd olundu. M.F.Axundzadənin abidəsi önünə əklil qoyduq.
    ...Aktyor Evində Teatr Festivalının açılışı oldu. Öyrəndim ki, Qazax dram teatrı mənim əsərimlə (“Qaışqa tələsi”) gəlib fedtivala. (Tamaşa ayın 15-də olacaq). Əsəri “Yuğ”un gənc rej. hazırlayıb.
    E.Hüseynbəyli və E.Zalla şam etdik. Elxan bir xeyli mübahisə etdi, ortada hansısa mübahisə predmeti olmasa da...

    12.03.07
    Gündüz işdə oldum. Sonra N.H. ilə Anar Məmmədov adlı gəncin kitab təqdimatında oldum.
    ...Festival çərçivəsində olan bir neçə əsərə baxdıq. Mən “İnsan səsi” tamaşasına (İbrus t-da) tamaşasına baxdım. Ulduzə adlı xanım (Sumqayıt Teatrı) məndən “Müqəvva” pyesinin mətnini aldı.
    ...Mələk Abbaszadə “Tənha səs” tamaşasında yaxşı oynadı.

    14.03.07
    Axşam evə gələndə eşitdiyim hadisə qanımı bərk qaraltdı. Məsələ belə olub: Bəhramla Güntəkin maşınla evə gələrkən iki polis işçisi Bəhramın maşınına hücum çəkib, onun qolunu qandallamaq istəyib. Bəhram onları geri təpib, qandalı da götürüb evimizə gəlib. Az sonra Biləcəridəki 6-cı şöbənin əməkdaşı Namiq adlı şəxs evə gəlib, qandalları götürüb, üzrhaxlıq edərək gedib.
    ...Son zamanlar polis işçilərinin gənc oğlan-qızların getdiyi maşınlara, habelə toyxanaların qarşısında dayanan maşınlar hərəkətə gələndən sonra onlara hücüm etmələri barədə çox danışılır, mətbuat çox yazır... Əlbəttə, bütün bunlar “pul tələsidir”. Görünür Hacı Məmmədovun yeni varisləri meydana gəlməkdədir.
    Amma mən özlüyümdə söz verdim ki, bu məsələni belə qoymayacağam.

    15.03.07
    Bu gün 6-cı bölmənin rəisi Namiq adlı adamla danışdım. Söz verdi ki, obyektiv araşdırma aparıb nəticəni deyəcək. Guya “əməliyyat reydi” keçirənlər cavan, təcrübəsiz adamlar olublar.
    Mən məsələni köknə tanışım, məsul vəzifədə çalışan bir tanışa (F.C.) danışdım. Onun məsləhəti ilə Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun yanına getdim. Rayon məhkəməsinin sədri də onun yanında idi. Məni yaxşı qarşıladılar. Sonra onlar yeni peyda olmuş “gənc polis işçilərini”- mənim “Hacı Məmmədovun davamçıları” adlandırdığım gəncləri kabinetə dəvət etdilər. Bu dikbaş “gənclər” prokurorun hədə-qorxusundan bir qədər sonra sonra az qala diz çökərək üzr istədilər, “bağılanmaqlarını” rica etdilər. Barışdıq. Eşiyə çıxandan sonra mən bu “qandalgəzdirən” gənclərlə atüstü söhbət etdim. Amma onlar ad-soyadlarını demədilər. Onlardan birisi, qaraşın, uzun gənc dədəsinin zərgərlik fabrikində işlədiyini, özünün isə BDU-nun hüquq fakültəsini bitirdiyini dedi... Beləliklə, onların pul qoparmaq üçün qurduğu ilk “əmliyyat” uğursuz alındı...
    (Mən bu əhvalatı işdə danışarkən gənc həmkarlarımdan biri dedi ki, bu yaxınlarda onun da başına buna bənzər hadisə gəlib: toydan öz arvadı ilə evinə qayıdan alimin qarşısını kəsən polis işçiləri ömründə dilinə spirtli içki dəyməyən elm adamını “sərxoşluqda” ittiham edərək arvadının yanında təhqir ediblər və üstəlik bunu da deyiblər ki, yanındakı xanım “axtarışdadır”, təsadüfi bir qadındır və sair. Tanışım deyir ki, yalnız pasport və vəsiqələrimizi göstərəndən sonra bu “qır-saqqızlar” bizdən əl çəkdilər...
    Hə, bəzən belə işlər də olur).
    ...Axşam “Aktyor evində” “Qarışqa tələsi” pyesim əsasında hazırlanmış tamaşaya baxdıq. Tamaşa babat idi. Məhz babat... Mənim absurd komediya kimi nəzədə tutduğum pyes daha da “absurdlaşdırılıb”...
    ...Tamaşadan sonra kiçik ziyafət verməli oldum. İştirakçılar: N.Hacızadə, İ.Tapdıq, E.Hüseynbəyli, O.Rza, H.Hacıyev, F.Borçalı...
    Nədənsə ovqatım təlxdir.
    Hava mülayimdir...

    18.03.07.
    Yuxusuzluq.Yorğunluq. İki çündür fasiləsiz işləyirəm.
    Eyni vaxtda bir neçə əsər üzərində işləyirəm.
    Əlimdəki iki dissertasiyanı redaktə edirəm.
    Özümün yeni pyeslər kitabımı çapa hazırlayıram.
    Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyasını redaktə edib bu gün E.Zala təhvil verdim...
    ...Satirik şair Mətləb Nağının “40”ında-hüzründə oldum. Qəfildən yas palatkası, yaxınlıqdakı evlər başıma fırlanmağa başladı. Hiss etdim ki, təzyiqim “kəllə-çarxa” qalxıb. E.Zal qoluma girdi, yaxınlıqdakı poliklnikaya getdik. Həkim Seyfəddin Əsəd təzyiqimi ölçdü: 200-dən yuxarı idi. İynə vurdular. Taksi ilə evə gəldik. Tanış və qohum həkimlər bizə toplaşdı. Bir həftə yataq rejimi müəyyənləşdirdilər...

    19.03.07
    Evdə-yataqdayam. Müalicə qəbul edirəm. Əsəbiyəm. Əslində elə hər şey əsəbilikdən başlamışdı... Hansı işimiz yaxşı gedir ki?

    20.03.07
    T.Xəlil və Ə.Əsədzadə bizə gəldilər. Ordan-burdan söhbət etdik. Elə bu əsnada təzə qohumlar- Bəhram, onun atası Əziz müəllim, anası Validə xanım, bacısı Xalidə xanım, qardaşı Fəxri gəldilər. Bayramı birlikdə keçirdik. Əslində isə mənim bayram ovqatım yoxdur.

    21-28.03.07
    Huşsuzluq. Nitq pozğunluğu…Yüngül insult… Sifətin əyilməsi…
    Təxminən 20 il əvvəl başıma gələnlər yenidən təkrar olundu. Sadəcə olaraq onda yay idi, indi yazın əvvəlidir... O vaxt müalicəmi Əhmədlidəki “nevroloji xəstəxanada” almışdım. İndi isə hələlik evdəyəm...
    Qardaşım Fasad həkim və bibioğlu Zahir müəllim məni Gəncədən yoluxmağa gəldilər. Fasad 300 doll. verdi....
    ...Azradiodan Sədaqət Kamal və Günel gəlmişdilər...
    ...Bibioğlularım- Arif, Səməndər, Mamed, əmioğlu Etibar, daha sonra tələbəlik dostum Əsgər Quliyev, habelə qohumlar- İsaf, Səyyaf, Şəmi, baş çəkdilər...
    ...Anamla qardaşoğlu Bayram birlikdə gəldilər. Anam bərk sarsılmışdı. Ona ürək-dirək verdim...
    ...Tələbə yoldaşım, Tamella xanım, yazıçı həmkarım Elçin Hüseynbəyli, jurnalist Xudayat Həsənli, GT-dan Həsən müəllim zəng vurdu...

    30.03.07
    Huşsuzluğum güclüdür deyə yanəma gələnləri və zəng edənləri gündəliyimə qeyd edirəm ki, yadımdan çıxmasın. Hətta, bəzi hallarda zəng edib adını deyənlərin sifətini zorla yaddaşımda bərpa edirəm. Bəzənsə əksinə, mənə baş çəkməyə gələnlərin adını xatırlamağa çalışıram...
    ...İynə-dərman qəbul edirəm...
    ...AYB-nin Poliklinikasının tövsiyyə və “bülleteni” ilə evdə müalicə alıram...

    01.04.07
    Bacım Səyyarə dedi ki, Fuad (qardaşım) Rostova gedib, orada işləyəcək. Soruşdum ki, harada işləyəcək? Dedi bilmirəm.

    03.04.07
    İynə-dərmanlarımı qəbul edirəm...
    ...AYB üçün dramaturgiya ilə bağlı təqdimat yazdım...
    ...Ukraynada “narıncı inqilab” tüğyan edir.

    04.04.07
    Şair Qabil rəhmətə gedib...
    İşdən Afaq xanım (əri Avtandil həkimlə), Əbülhəsən, Dilqəm, Zeynəddin, İlham evə-məni yoluxmağa gəlmişdilər...
    ...Dostlarla nahar etdim və onların təkidi ilə “yüngülvari” (simvolik də demək olar) içki içdim.

    05.04.07
    Evdəyəm...
    ...”Kaspi”də geniş müsahibəm çıxdı (Təranı x.ilə)...
    ...Sədaqətlə radioda müsahibəm oldu...

    06.04.07
    Sanatoriyaya getmək üçün lazımi sənədləri hazırlayıram...

    07.04.2007
    Müsahibə
    “Hətta ölüm də hər şeyin sonu deyil...”
    07 Aprel 2007
    Firuz Mustafa, yazıçı-dramaturq: "Bizim dramaturgiyamıza yaxşı mənada axın gözlənilir"
    Milli nəsrin inkişafına layiqli xidmət göstərən Azərbaycan yazıçılarının bir çox nümayəndəsi yenə də qaynar bir yaradıcı ruhla çalışır, çağdaş ədəbi düşüncəyə təsir imkanını saxlayır. Həmin ədəbi nəslin nümayəndələrindən biri - yazıçı-dramaturq, filosof, nasir və publisist Firuz Mustafa bir çox elmi, fəlsəfi və bədii əsərlərin müəllifi, klassik əsərlərin tərcüməçisi kimi tanınır. Əsərləri xarici ölkələrdə çap olunub. F.Mustafa eyni zamanda, son illər pyesləri ən çox tamaşaya qoyulan dramaturqlardandır. Onun çağdaş ədəbiyyatın, teatrın problemlərinin çözülməsi üçün irəli sürdüyü təkliflər də maraq doğurur.

    Hər şeyin başlanğıcı və sonu olur

    - İnsanın özünü təsdiq etməsi üçün müxtəlif fəaliyyət növləri mövcuddur: elmi axtarışlar, yaradıcılıq, biznes, ictimai-siyasi fəaliyyət. Hər kəs bu yollarla özünün intellektual və mənəvi keyfiyyətlərini üzə çıxarır. Yazıçılıq peşəsi ilə məşğul olmağınız məninizi tamamilə ifadə etməyə bəs edirmi?

    - Xoşuma gələn sual oldu. İnsan dünyanı ya elmlə, ya da bədii təfəkkürlə dərk edir. Mən dünyanın həm elmi, həm də bədii dərkini təbii ki, öz imkanım çərçivəsində aydınlaşdırmağa çalışıram. Dünyanın elmi dərki bir növ postulatlar, konkret paradiqmalar, elmin məhək daşının yoxladığı sahələrdən keçmiş praktika və özünün mövcudluğu üçün qarant almış nəsnələrlə ifadə olunur. Burda artıq praktika daha böyük rol oynayır. Elmi dərklə bədii dərk arasında həm kəskin fərqlər, həm də yaxınlıq var. Bəzən deyirlər ki, elm dünyanı dərk etməyə mane olur, dünyanın dərki bəlkə də bədii dərkdir. Alimlər isə bunun əksinə olaraq, dünyanın yalnız elmi dərkini irəli sürürlər. İnsanın dünyanı hansı nöqtəyə qədər dərk elədiyi sahə varsa, o, artıq tədqiqat obyektinə çevrilir. Yəni insan sivilizasiyası oraya qədər gedib çatır. İnsan nəslinin, idrakının dalğaları hara qədər gedirsə, bizə ora məlumdur. Sivilizasiya insan təfəkkürü ilə bağlıdır. Yeni sivilizasiyalar yaranır və məhv olub gedir. Yeni sivilizasiyaların yaranması, toqquşması və s. mövzuda əsərlər çoxdur.

    - Necə bilirsiniz, insanlar yeni sivilizasiyalarla bağlı daha qaranlıq məqamları dərk etsələr, bu, bəşəriyyətin xeyrinə, yoxsa ziyanına olar? Əgər kiçik bir düyməyə toxunmaqla bütün bəşəriyyəti bir andaca məhv etmək mümkündürsə, onda belə çıxır ki, heç də elmin bütün tərəqqisi insanların xeyrinə işləmir.
    - Bəzən bizdə mədəniyyət deyəndə bunu yalnız davranış mədəniyyəti kimi başa düşürlər. Mədəniyyət böyük kompleksdir, sivilizasiya da onun içinə daxildir. İnsanın yaratdığı silah, o cümlədən atom bombası, müəyyən ölüm silahları da mədəniyyətə aiddir. Ümumiyyətlə, insan təfəkkürünün yaratdığı hər şey mədəniyyətə daxildir. Söhbət həmin mədəniyyətlərin təcəllə tapdığı predmetlərin insan həyatında necə rol oynaya bilməsindən gedir. Yəni insanın yaratdığı mədəniyyət insanın öz həyatına da son qoyur. Məsələn, adi adam "Kalaşnikov" avtomatını yarada bilməzdi. Ancaq bu silah nəyə xidmət eləyir? Bu, insanın ölümünə xidmət edən "mədəniyyət"dir. Bu ona bənzəyir ki, caninin də, həkimin də əlinə bir bıçaq düşür. Cani həmin bıçaqla insanı məhv edir, həkim isə insanın xilasına çalışır. İnsanın yaratdığı ölümə gətirib çıxaranda faciə olur. Eynşteyn, Saxarov axırda öz yaratdığından peşmançılıq hissi keçirdi. Eyni zamanda, evtanaziya da mədəniyyətdir. Bu, insanı öldürməklə, onu əzabdan, zülmdən xilas eləməkdir. Ancaq burda antibəşərilik də var axı.
    - Xaricdə çox varlı insanlar yenidən dünyaya gəlmək üçün özlərini dondururlar. Sizcə bu onların ölümə qarşı üsyanı deyilmi?
    - O da var... dünyada o qədər böyük proseslər gedir ki... Özlərini donduranlar, mumiyaladanlar... Ancaq mənə elə gəlir ki, ömür insana bir dəfə verilir. Hər şeyin başlanğıcı və sonu var. Kainatın da, günəşin də. İradəmizdən asılı olmayaraq, əbədi olan heç nə yoxdur. Hələlik insanlıq varsa, əbədi olan mənəvi dəyərlərdir. Ancaq onlar da dəyişir. Bizə elə gəlir ki, dünyamız get-gedə pozulur, eybəcərləşir. Elə deyil, dünyamızda həm eybəcərliklər, həm də gözəlliklər artır. Bizdən asılı olmayaraq, dünyada mədəni dəyərlərin bərabərləşməsi gedir. İndi artıq İndus mədəniyyəti ilə Slavyan, Slavyan mədəniyyəti ilə Hind-Avropa, Hind-Avropa mədəniyyəti ilə müsəlman mədəniyyəti arasında həm zidiyyətli, həm də bir-biri ilə inteqrasiyaya gedən proses gedir.
    Həyat kitabı
    - Firuz müəllim, elmi dərk yolunda yazdıqlarınız bir yana, siz ən çox yazıçı-dramaturq kimi tanınırsınız. Dramaturqu başqa söz sahiblərindən fərqləndirən xüsusiyyət hansılardır?

    - Düz deyirsiniz ki, mən ən çox bədii yaradıcılıqla məşğul oluram. Elmi kitablarım, bədii monoqrafiyalarım çapdan çıxıb. Məni həmişə insanların bədii tələbatı və mənəviyyatı maraqlandırıb. Maddi tələbatla bağlı şeylər çoxdur. Tutaq ki, kimsə bina tikdirir. El dili ilə desək, götürdüyü qazancdan gözü doymur, yenilərini tikdirir. Görünür, dünya bir növ bizim qəbul etmədiyimiz insanların ehtirasları hesabına inkişaf edir. Ancaq mənəvi tələbat isə sonsuzdur. İnsan nə qədər öyrənirsə, yenə də öyrənmək istəyir.
    Necə oldu ki, mən dramaturq oldum? Pyeslərimə qədər hekayələrim, sonra yurnallarda romanlarım çıxmışdı. Çox təəssüf ki, 80-ci illərin sonlarında mədəniyyətə, ədəbiyyata olan maraq gerilədi. Qabarmalar əvəzinə, çəkilmələr oldu. Sovet dönəmində bir pyesim yer də tutmuşdu. Sonra o əsəri oxuyub antisovet ruhlu olduğunu bildirdilər və mükafatı ləğv edib vermədilər. Ondan sonra əlim xeyli soyudu. İnstitutlarda və akademiyada aspirantlara fəlsəfədən dərs dediyim üçün klassik filosoflarla yaxından təmasda olurdum. Bir çox filosofların dramaturgiyaya meyl etdiklərini görürdüm. Onların yaradıcılıqlarını öyrəndim və mənə elə gəldi ki, fəlsəfə dramaturgiyaya daha yaxındır. Çünki burda kolliziyaların döyüşü gedir. Mən hər bir obraza bir ideyanın aparıcısı kimi baxıram. Mənim pyeslərimdə epizodik obrazlar yoxdur. Çünki öyrəndiyim sahə hər hansı bir ideyanın daşıyıcısıdır. Ona görə obrazım da həmin ideyanı daşımalıdır. "Bu, pisdir və ya yaxşıdır" - deyə mənim personaylarım arasında kəskin bölgülər də yoxdur. Bəzən o pisliyin içərisindən yaxşı bir xətt keçir. Həyatın özündə də belədir. Çünki həyat ziddiyyətlərlə doludur.
    Dramaturgiya çox ağır yanrdır. Nəsrdən, fəlsəfədən müəyyən mənada ağırdır. Dramaturgiyada ideyaların tamaşaçıya sirayət etmək məsələsi də var. Çünki iki saat ərzində həyatın və insanın modelini, eləcə də insanın yaşadığı cəmiyyət və dövrü verməlisən. Ancaq indi dramaturgiyaya çox zəif, adi dialoq qurmağı bacaran adamlar gəlir. İndi dramaturgiyanın paradiqmaları, baxış bucağı dəyişib. İndi mən Şekspirə, Molyerə tamam başqa cür yanaşıram. Mənə elə gəlir ki, dramaturgiyanın bir xətti var - bu xəttin adı həqiqətdir. "Hamlet"də 12-13 ölüm səhnəsi var. "Sonuncu həqiqət üzə çıxana qədər, hətta sonuncu adam ölməlidir". Bu, çox sərt qoyulmuş hökmdür. Bəlkə də ingilis siyasətinin aparıcı xəttini birinci Şekspir təşkil edib. Dünya dövlətlərinin qapısını birinci elə Şekspirin özü döyüb və ingilis mədəniyyətini gətirib. Bəlkə də Napoleonun dünyanı fəth etməməsinin bir səbəbi də ondan ibarət idi ki, ondan qabaq Yan Batis Molyer artıq dünyanı ondan da yaxşı fəth eləmişdi. Bəlkə də Azərbaycanın dünyadakı siyasətinin qapısını bizim siyasətçilərdən qabaq Üzeyir Hacıbəyov döymüşdü. Böyük mədəniyyəti olan xalqlar həmişə dünyaya öz şərtlərini diqtə ediblər.

    - İnsanlar yüz illər boyu dediyiniz mədəni siyasətə hörmətlə yanaşıb, onu qəbul ediblər. Bəs bu gün dünyanın mədəni siyasəti nə diqtə edir, onun öncülləri kimdir?

    - Burda fərdlərin də aparıcı rolu var. Söhbət xalqların formalaşmasında həmin nəhəng simaların əl-ələ verməsindən və bir toplum kimi milləti qaldırmasından gedir.
    - Maksim Qorki deyir ki, ədəbiyyat, poeziya insanşünaslıqdır. Sənət insan duyğularının tərcümanına çevriləndə bütün zamanlar üçün yaşarı olur. 100 il sonranı təsəvvür edin. Bugünkü şeirimizin, nəsrimizin hansı meyilləri yaşarı olub gələcək o illərə qala bilər?

    - Ümumiyyətlə, mənə elə gəlir ki, bədii ədəbiyyatın missiyası elə onun bəşərililiyidir. Təəssüf ki, get-gedə bəzi əsərlərdə insanın insaniliyi yox, onun daxilində yatmış vəhşi duyğular tərənnüm olunur. Atalar və oğullar problemi həmişə olub. Əgər elm və texnikanın gətirdiyi qlobal problemlər olmasa, insan nəsli bir-birini qoruya-qoruya gedəcək. Hər halda yaxşılığa doğru getməlidir.
    - Bilmirəm, bu fikir nə qədər doğrudur. Bəzən deyirlər ki, hər bir yazıçı bütün ömrü boyu cilid-cilid yazmasından asılı olmayaraq, yalnız bir həyat kitabı yazır.

    - Belə bir fikir var. Ancaq bundan başqa bir fikir də var: "Bütün yazıçılar elə dünyanın bircə kitabını yazırlar". Yəni həyat özü bir kitabdır. Yazıçıların hər biri də onun bir xəttini yazır. Obrazlı deyilmiş həmin fikir bu mənada doğrudur. Eyni zamanda, bu yazıçılardan biri gördüyünü, biri illüziyasını, biri tərcümeyi-halını, biri fantaziyasını, biri beynində qurduğunu, biri utopiyasını yazır.
    Yaxşının pisdən ayrılması prosesi gedir
    - Siz son illər pyesləri ən çox tamaşaya qoyulan dramaturqlardansınız. Müsahibələrinizin birində teatrlarla bağlı iki tendensiyanın - teatrların get-gedə imkanlarının daralması və gələcəkdə qarşısında daha geniş imkanlar açılacağını qeyd eləmisiniz. Bu inkardan doğan təsdiqin yaratdığı ziddiyyət nə ilə bağlıdır?
    - Mənə elə gəlir ki, get-gedə intellektual imkanlar artır. Düzdür, şoular insanların başını bir qədər qatır. Ancaq teatr, dramaturgiya elitar yanrdır. Bunu hamı dərk eləmək istəmir. Çünki yaxşının pisdən ayrılması prosesi gedir. Bəzən mən danışanda elə bilirlər ki, klassik dramaturqlarımızın üstündən xətt çəkirəm. Ancaq belə deyil. Onlar bizim zəmindir. Axundovun, Haqverdiyevin, Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun əsərlərində çox rəngarənglik var. Həmçinin dünya ədəbiyyatının müəyyən xətləri axıb gəlir. Bu mənada bizim dramaturgiyamıza yaxşı mənada axın gözlənilir. Ancaq çox təəssüf ki, müəyyən adamlar elə bil zorakılıqla öz mövqelərini saxlamaq istəyirlər. Açığını deyim ki, mənim heç bir əsərim indiyə qədər sponsor hesabına səhnəyə qoyulmayıb. Hərdən məndən bu barədə soruşanda deyirəm ki, mən elə o əsərlərin özünə təşəkkür edirəm. Yazıqlar özləri vuruşa-vuruşa gedirlər. Kitab çıxandan sonra mən onları teatrlara göndərirəm. Onlar da baxırlar, seçirlər, bəziləri tamaşaya qoyur, bəziləri yox. Keçən il müxtəlif teatrlarda 4-5 pyesim tamaşaya qoyuldu. Bunlar da asan başa gəlmir. Çünki müəyyən adamların əlində rıçaq var. Mənə elə gəlir ki, yaxşı əsərlər öz yerlərini tutacaq. Mən mədəniyyət və turizm nazirinə təkliflər ünvanlamışam. Teatr bir növ strateyi yanrdır. Bu yanr pul gətirmir. Teatrın əvəzini heç bir yanr əvəz edə bilmir. Çünki burda birbaşa auraya düşürsən.
    Yaxşı olar ki, bütün telekanalların hamısında mədəniyyət reklamları pulsuz getsin. "Teatr" yurnalı açılmalı, hər teatrın aryıca binası olmalıdır. Eləcə də fəxri adların kateqoriyalara bölünməsi, dünya dramaturgiyasının klassik nümunələrinin Azərbaycan dilinə tərcümə olunması, aktyorların maaşı, dram əsərlərinə ayrılan vəsait, qastrollar, gənc reyissor və dramaturqların seminar müşavirələri və s. məsələləri qoymuşam. Düzdür, 2008-2018-ci illər üçün belə bir plan hazırlanır.
    Teatrların get-gedə texniki imkanları artır. Teatrların da, muzeylərin də təmir olunması yaxşıdır. Ancaq muzeylə teatrın təmir olunması arasında yerdən göyə qədər fərq var. Muzeyi eksponatlar bəzəyir. Teatrda isə aparıcı xətt canlı insandır. Texniki imkanların genişlənməsi, binaların təmiri teatrların gözəlliyinə nə qədər xidmət eləsə də, mənim üçün ilk növbədə insan faktoru əsasdır. Bəzən deyirəm ki, mənə dekorasiya lazım deyil. Yəni müəllifin çatdırmaq istədiyini əlbisəsiz, dekorasiyasız aktyor çatdırmalıdır. Mənə elə gəlir ki, əgər teatra diqqət artırılsa, teatrın imkanları genişlənə bilər, Məsələn, Amerikada "Brodvey" teatrına bilet tapmaq olmur. Rusiya teatrlarında da vəziyyət bizdən yaxşıdır. Rusiyanın qabaqcıl teatrlarından öyrənməli şeylər çoxdur. Bayaq adını çəkdiyim klassiklərimizin hamısı böyükdür. Ancaq öz dövrləri üçün. Müasir dramaturgiya isə təkcə müasir həyatdan alınan dramaturgiya deyil. Artıq söhbət müasir insanı düşündərən, müasir təfəkkürü hərəkətə gətirən və müasirliyi özündə əxz elətdirən və insanların şüuruna, qəlbinə təsir edən əsərlərin hazırlanmasından gedir. Bu baxımdan indi dünya teatrlarında böyük axtarışlar gedir.

    - Dramaturq-reyissor tandemi haqqında nə deyə bilərsiniz? Hansı bir-birinə daha çox kömək edir?

    - Hər bir dramaturqun yazdığı əsərin yeni bir interpretasiyada üzə çıxmasında reyissorun böyük rolu var. Bu baxımdan Hüseynağa Atakişiyevin mənim dramaturgiyaya gəlməyimdə xidməti olub. Bizim planlarımız çox idi. O da qoyulan əsərlərdən tam razı deyildi, yeni axtarışlar aparmaq fikri vardı. Mən indi bir-iki cavan reyissoru gözaltı eləmişəm. Onlarla işləyə bilsəm, ürəyimcə olar. Cavanlarda fantaziya var, onların şəxsi umacağı yoxdur. Qoca reyissorların əksəriyyəti "vəzifəli" dramaturqlar axtarır. Elə dramaturqlar var ki, tərcümeyi-halını yaza bilmir, oturub əsər yazır. Ona-buna əsər yazdıran dramaturqlar var.
    Bu, ağır yoldur
    - Bayaq klassik filosoflarla ünsiyyətinizdən danışdınız. Platon deyir ki, insanın həyatını harmoniya, ahəng idarə edir. Nədir sizcə insan həyatının harmoniyası?

    - Bütün dünyanı harmoniya idarə edir. Buna Hegelin dili ilə ruh da deyirik. Harmoniya mövcud olmasa, yəqin ki, dünya idarə olunmaz. Təbiətlə cəmiyyət arasında bir harmoniya var. Bəzən insanlar arasındakı harmoniyadan insanın təbiətlə, gül-çiçəklə yaratdığı harmoniya daha güclü olur. İnsan özü də harmoniyanı idarə edir. Həmçinin bəşəriyyət özü bir harmoniyadır.

    - Siz şeir də yazırsınız. Qəlbinizdəkilərini nəzmin, yoxsa nəsrin dili ilə ifadə eləmək sizinçün daha asandır?
    - Mənə elə gəlir ki, dram əsəri yazan adam mütləq şer də yazmalıdır. Mənim dram əsərlərimə Xəyam Mirzəzadə, Tahir Əkbər, Zabitə Məmmədova, Sərdar Fərəcov və b. musiqi bəstələyib. İndiyə qədər Azərbaycan dramaturgiyasında mənzum komediya olmayıb. Mən "Senatda toy" mənzum komediyasını yazmışam. Mən yaxşı şeiri anlayıram. Ancaq indi şeir yazan o qədər çoxdur ki, yaxşı şeiri də pis şeirə qarışdırırlar.

    - İndi yeni bir kitabınız çap olunanda hansı hissləri keçirirsiniz? Məsələn, fikirləşirsiniz ki, ürəyinizdə sizə rahatlıq verməyən fikirlərinizi bir məcmu halında gerçəkləşdirdiniz. Yoxsa "müəyyən bir qazanc əldə edəcəm" - deyə sevinir, ya da "növbəti bir kitabım işıq üzü gördü" - deyə adi qarşılayırsınız?
    - Bu mənim həmişə özü-özümə verdiyim sualdır. Niyə bu qədər yazıram? Kitablarım çoxdur, ancaq onların bir qismi çap olunub. Bu, ağır yoldur - yazasan və tədricən insanlara təsir edəsən. Bilirsiniz ki, indi kitab oxuyanlar da azdır. Ən ciddi əsərlər kimi pyeslərimi qəbul edirəm. İnsan öyrəndikcə görür ki, heç nə bilmir. Mənə elə gəlir ki, normal düşüncə sahibi yazdıqca və axtardıqca təfəkkürünün qatları daha da genişlənir.

    - Sizinlə müsahibə üçün görüşmək istəyəndə, xəstə olduğunuzu, müalicə aldığınızı dediniz. Sonra da bildirdiniz ki, heç vaxt belə möhkəm xəstələnməmisiniz. Xəstəlik sizə güc gələndə hansı hissləri keçirdiniz?
    - Fikirləşdim ki, bu, bir mərhələdir. Müəyyən işlərimə əl gəzdirib yekunlaşdırmaq istədim. Bir çox qovluqlarımı dövlət arxivinə vermişəm. Düzdür, indi harasa hazırlaşmıram. 55 yaşım var. İnsanın xəstələnməsi və sağalması bioloyi haldır. Bunlar insan həyatında müəyyən mərhələlərdir. Ancaq insan çox möhkəm xəstələnəndə özü qarşısında hesabat verir. Xəstəlik həmçinin insanın əlini işdən soyuda və ya onu "mən daha çox in görməliyəm" dilemması qarşısında qoya bilər. Mənə elə gəlir ki, ikinci hal daha çox məqbul sayılmalıdır. Xəstəlik hələ işin sonu deyil. Hətta ölüm də hər şeyin sonu deyil. Məncə, insan hansı sahədə olmasından asılı olmayaraq, ömrü boyu çalışmalıdır.
    Təranə MƏHƏRRƏMOVA

    08.04.07
    Xəstə olsam da köhnə dostum, həmkarım, istedadlı jurnalist Elman Qədirlinin (İTV-nin sədr müavini) oğlunun toy məclisində iştirak etdim. Nə yedim, nə də içdim. Evə tez qayıtdım.

    09.04.-27.04.07
    Bilgəh. Sanatoriya. Təkotaqlı, təkadamlıq palata. Həkimim sakit, təmkinli Ramiz bəy (yeri gəlmişkən gədəbəylidir). Masajist-Lena, vannaçı-Zema, kitabxanaçı-Nəcibə, Baş həkim-Muxtar və b. Mən əvvəllər də burada dəfələrlə müalicə qəbul etdiyimə əksər personalı tanıyıram.
    ...Güllü adlı bir qadın kitab istədi... Dedim ki, kitabxanaya verərəm, oradan götürərsiz.
    Kitabxanaya bir neçə kitabımı hədiyyə etdim.

    28.04.07
    Bütün günü evdə oldum. Xalaoğlu Zahid (Tovuz) və Fəsad məni yoluxmağa gəldilər.

    29.04.07
    Dərmanlarımı aldım. Bir-iki dərman da T.M. aldı.
    ...Sonra T.M. bizi-Teymuru və məni şama dəvət etdi. (T.Kərimli bu günlərdə ç/korr. seçilib).

    02.05.07
    Ayb-də oldum. E.Hüseynbəyli, İ,Qasımzadə və Ə.Salahzadə ilə görüşdüm. Hər üçü jurnal redaktorudur. Həmin jurnalllara mən yeni pyeslərimi təqdim etmişəm.

    03.05.07
    Arada tənqidçi R.Əliyevin Füzuli küçəsindəki “ofisinə” gedirəm. Yolüstüdür deyə hərdən oraya baş çəkirəm. Rəhim deyir ki, reklam qəzeti nəşr etmək istəyir. Bir qədər “ideya” və “ədəbi” mülahizə və mübahisələrimiz oldu.
    ...Klinikada işləyən Sevil xanıma yeni kitablarımı (“Onluqlar”) verdim.

    04.05.07
    Əsasən xəstəliyimlə “müharibədəyəm”...
    ...Bir müddət əvvəl Ə.Salahzadəyə (“Qobustana”) verdiyim pyesi “Ulduza”, “Ulduza” verdiyim pyesi isə “Qobustana” verdim. Sadəcə olaraq, əsərlərin həcmini nəzərə alaraq müvafiq “əməliyyatı” aparmalı oldum və bu barədə redaktorları məlumatlandırdım.

    06.05.07
    Evdə yüngülvari təmir işləri apardıq...
    ...İsaf hamam və mətbəxə əl gəzdirdi. Borular bərkildildi.

    07.05.07
    AYB-də oldum. M.C.Paşayevin “Füzuli sənətkarlığı” onoqrafiyası mənim redaktorluğumla çapdan çıxıb. Kitabın bir nüsxəsini Elxan mənə çatdırdı. Mən həmin kitabın redaktoruyam. Kitabı çox diqqətlə oxuyub, vicdanla redaktə etməyə çalışmışam.

    08.05.07
    AYB-də oldum.
    Bir neçə şairin predmetsiz və çeynənib çürdülmüş söhbətinə qulaq asıb yoruldum, oradan çıxıb evəcən (Biləcəri) olan məsafənin az qala yarısını piyada gəldim.

    09.05.07
    Sumqayıta getdim. Aktyorlara yeni pyeslərimi verdim. Sən demə mənim “Əqrəb bürcü”mün qəhrəmanını ifa edən İlahə xanımın ad günü imiş. Onu da təbrik etdim.

    11.05.07
    “Bülletendə” olsam da işə (EA Fəlsəfə İnstitutu) baş çəkdim. Şöbənin əməkdaşları ilə görüşdüm. Son vaxtlar kompyuterdə yazmağı öyrənirəm ki, onun da “əsaslarını” buradakı gənc dostlarım öyrədir.
    ...Ə.İnsanovun “akademikliyi” “əlindən alındı”...

    12.05.07
    E.Zalla onun həmyerlisi Vidadinin ofisinə getdik. Elxan biznesmenə kitab hədiyyə etdi.

    14.05.07
    AYB-də tənqidlə bağlı tədbir keçirildi. Mən də qısaca çıxış etdim. Tədbiri əvvəlcə Bəsti Əlibəyli aparırdı, sonra nəsə həyəcanlandı və məclisi Anar davam etdirdi...
    ...Keçmiş nazir Fərhad Əliyevin məhkəməsi başladı...
    ...Yazarlar- Rafiq Tağı və Sədaqətoğlu həbsdədir...
    ...”Azadlıq” radiosunda Bahəddin Həziyevin çıxışına qulaq asdım. Ötən ilin bu vədəsi (may ayında) naməlum şəxslər onu döymüşdülər. Ağır bədən xəsarəti alan jurnalist inda sağalıb fəaliyyətə başlayıb.

    15.05.07
    Evimizin yaxınlığındakı “Dəmiryol xəstəxanasında” müalicəmi davam etdirirəm...

    16.05.07
    Bir müddət əvvəl AYB poliklinikasının Baş həkimi N.Rüstəmxanlı xəstəlik “bülletenimin” vaxtını uzatmışdı. Bu gün görüşərkən iş yerində ona kitablarımdan verdim.
    ...Jurnalist Rövşən Kəbirli (“Müxalifət”) həbs edilib...

    17.05.07
    Bu gün bir sıra tədbirlərə gedə bilmədim. Halbuki həmin tədbirlərdə iştirak və çıxışım olmalı idi. (Mir Cəlalın redaktə etdiyim kitibının təqdimatında, dostum M.Orucun 60 illik yubileyində, bir xanımla- kitabının redaktəsi ilə bağlı və s.). Çünki özümü yaxşı hiss etmirdim.
    Günün 2-ci yarısı qismən vəziyyətim yaxşılaşdı. Ə.Əsədzadə zəng etdi, məni müğənni M. İsgəndərlinin çəkildiyi “Əlvida” filminin baxışına fəvət etdi. Filmin təqdimatı “Gülüstan”da baş tutdu. 10-15 dəqiqədən sonra başımda ağrılar baş verdiyinə görə tədbiri tərk etdim.
    ...Tahir Məsimov və Aydın Dadaşıvla dəniz kənarında bir xeyli gəzişdik.
    Tahir Hacıbalanın (şəhər meri) fəaliyyətini təriflədi, Aydın teatrşünas olduğuna görə daha çox yeni tamaşalar haqda söhbət açdı. Əslində Tahir də teatra yaxın sahənin-dramaturgiya sahəsinin tədqiqatçısıdır, amma son vaxtlar məmurluq fəaliyyəti ilə məşğuldur. Arada hər iki dostum mübahisə edir, öz arqumentlərini təsbit etməyə çalışırdılar.

    18.05.07
    Günün 1-ci yarısı T. X. ilə Sumqayıta getdik.
    ...Arada o tərəflərdə Tofiğin işləri olur. O, mənim tələbə yoldaşımdır, filoloq-alimdir, amma əsasən bizneslə məşğul olur və çox vaxt gəlirdən çıx çıxarı olur...
    ...Keçmiş nazir F.Əliyevın məhkəməsi davam edir. Bu adam iddia edir ki, DTN-də ondan yüz milyon dollar “istəyiblər”.
    ...Axşamüstü İ.Tapdıq, F.İsmayıl, İ.Sadıq, E.Seyidzadə, F.Müslüm ilə birlikdə şam etdik. Mən xəstəiyim səbəbdən çoxdandır ki, içmirəm.
    ...Həkimlər mənə uzun bir dərman siyahısı veriblər. Mən bu dərmanları heç iki aylıq maaşıma da ala bilmərəm. Ona görə də reseplərdəki bahalı dərmanların üstündən xətt çəkib ucuz dərmanları alıram.

    18-22.05.07
    Hər gün yaxınlığımızdakı “dəmiryol xəstəxanasına” gedir, bəzən orada gecələyir, müalicələrimi alır, iynələrimi vurdurur, dərmanlarımı içirəm. Zəifləmişəm.
    ...Arada T.X. və mən onun yeni aldığı maşınla (“Mersedes”lə) şəhərə çıxırıq.
    ...Dostlar tez-tez zəng vurur, hal-əvalımı soruşurlar...
    ...Arada T.X. ilə Sumqayıta getdik. (Martın 22-də). Teatra gələndə İlahə x. və Mətanət x. rast gəldi. Yolüstü nahar etdik.

    23.05.07
    Vəfa adlı iki xanıma (hər ikisinin adı Vəfadır) uşaq kitabları verdim.
    ...Yolüstü iş yerimə baş çəkdim.
    ...Bəstəkar H.Mirməmmədli vəfat edib. Bir müddət əvvəl onun oğlu dənizdə həlak olmuşdu, mən T.Xəlil və müğənni F. Dadaşıvla hüzr yerində olmuşduq, sonra mən bu vaxtsız həlak olan gənclə bağlı müxtəsər bir yazı (elegiya) qələmə alıb qəzetlərdən birində dərc etdirmişdim.
    ...Jurnalist E.Fətullayev terrora görə günahlandırılır...
    ...Havalar çox bu fəslə görə bir xeyli istidir-35 dərəcə...

    24.05.07
    AYB-də oldum. Daha sonra Axundov kitabxanasında təşkil edilmiş kitab yarmarkasının iştirakçısı oldum.
    ...”Gündəlik Azərbaycan” qəzetinin bir neçə əməkdaşı xaricdən sığınacaq istəyir.
    ...İranda azərbaycanlıları (200-dən çox adamı) həbs ediblər.
    ...Eşitdim ki, Xalq yazıçısı Elçin İTV-dəki çıxışında mənim yaradıcılığımla bağlı xoş sözlər deyib. Elçinlə şəxsı yaxınlığım yoxdur, ötəri ünsiyyətim olub. Amma bir çox yazı və çıxışlarında haqqımda əsasən tərif xarakterli fikirlər söyləyib. Amma onun bəzi həmkar və yaşıdları deyəsən məni “görmür”. Amma mən ədəbi prosesi sistemli izləyir və hamını “görməyə” çalışıram, “kimin qabında nə olduğunu” da az-çox bilirəm. Məsələ burasındadır ki, bizim mühitdə əlində imkan və vəzifəsi olanların əksəriyyəti özlərini, eləcə də özlərinin “yaradıcılığını” gen-bol reklam etməkdən nə usanır, nə də utanırlar.

    25.05.07
    T.X. ilə Sunqayıta getdik. Orada T.X. bir neçə çinli ilə nəsə təmir işləri görür. Daha sonra iki çinli mühəndis və aktrisa İlahə xanımla nahar etdik. İlahə xanım mənim “Əqrəb bürcü”. əsərimdə baş rolu oynayan istedadlı aktrisadır.

    26.05.07
    T.X. –in təqdim etdiyi ideya, yəni “poema” üzərində işləyirəm Məsləhət və redaktə işində İ.Tapdığın da rolu olur.
    ...Yazlarımın bir qismini qaydaya salıram.
    ...Kompyuterlə bağlı texniki “bilgilərimi” artırmaqdayam.

    27.05.07
    “Azdrama”da S.Sveyqin “Naməlum qadının məktubları” əsəri əsasında hazırlanmış tamaşasya baxdım. Pis deyildi.
    ...Tələbəlik dostlarım Saməddin, Qabil, Arif (Moskvadan gəlib) ilə görüşdük.

    28-31.05.07
    Aktrisa Naibə xanım qıçını sındırıb. O, mənim “Müqəvva” adlı monopyesimi çoxdan bəri hazırlamaq istəsə də, hələ buna nail ola bilməyib. T.X. ilə aktrisaya baş çəkdik.

    03.06.07
    T.X.-in poemasının “redaktəsi” başa çatdı. Biz onunla axşamüstü səsyazma studiyasına getdik. Sonra müğənni Könül Kərimova və Cabbar Musyav ilə şam etdik.

    04.06.07
    N.H. ilə görüşdük. Sonra İlyas Tapdığa baş çəkdik. O, xəstədir, metdodan çıxanda sürüşüb yıxılıb, ayağını sındırıb. Yadımdadır, təxminən 25 il əvvəl də şair Moskvada qış vaxtı yıxılıb ayağını sındırmışdı. Biz xəstəyə xeyli təsəlli verdik.

    05.06.07
    Anam tərəfdən qohumumuz geoloq-alim, pedaqoq Rafiq Rəsulov rəhmətə getdi. Xeyirxah bir insan idi.

    06.-10.06.07
    Xəstəxanada oldum. Başımı kompyuterdə “yoxlatdım”. Həkimin dediyinə görə vəziyyət nə pisdir, nə də yaxşı. Beyin qan dövranı pozulub.
    ...Vaqif Yusiflinin oğlunun toyunda oldum.
    ...Eşitdim ki, kəndə dolu düşüb.
    ...Azərbaycan Prezidenti İ.Əliyev S.-Peterburqda Ermənistanın prezidenri R.Koçaryanla görüşdü. Erməni özünü çox iddialı, yekəxana aparır. Ümidliyəm ki, əgər bu dünyada ilahi bir ədalət varsa, əli azərbaycanlı qanına batdığına görə “fəxr edirəm” deyə sinəsinə döyən bu başkəsən cani (Koçaryan) nə vaxtsa bizim xalq və tarix qarşısında cavab verəcək.

    11.06.07
    ...Həkimlər icazə verməsələr belə, hər gün gərginşəkildə işləyir-yazıram.
    ... “Azərbaycan” jurnalında gedəcək pyesimin korrekturasını gözdən keçirdim, bəzi düzəlişlər etdim.
    “Kodastr” adlanan kağızı BTK-dan aldım...
    ... “Azdramada” Sumqayıt teatrının tamaşasına baxdım: C.Qolsuarsinin “Birincilər və sonuncular” əsəri əsasında hazırlanıb.

    13.06.07
    “Dəmiryol xəstəxanasından” “vıpisıvat” olundum, amma müalicəm davam etməlidir. Epiqrizdə yazılıb: “yaddaşın tam pozulması”... Düzdür, ilk günlər yaddaşsızlıığım güclü idi. Amma son vaxtlar başımda “bərpaetmənin” getdiyini duyuram. Amma skleroz davam edir, bir çox tanışların adını tez-tez unuduram.
    ...Ambulator müalicə üçün AYB-nin poliklikasına- alicənab həkim Məsumə xanıma müraciət etdim. O, baş həkim Nərgiz Rüstəmxanlı ilə məsləhətləşib razılıq aldı. Yeri gəlmişkən, Nərgiz xanım şair Sabir Rüstəmxanlının qızıdır. Nərgizin anası Gülafət xanım vaxtilə mənim EA-da çıxan elmi kitabımın redaktoru olub.
    ...Qızım Güntəkinin təhsili ilə bağlı Slavyan Universitetinin prorektoru Asif Hacıyevin yanında oldum.

    15.06.07
    Qızım Güntəkinin toy ərəfəsi. Yeni qohumlarla “gəl-get” artıb.
    ...T.Xəlil ilə Sumqayıt teatrına getdik...

    17.06.07
    ...Ə.Quliyev, T.Kərimli və A.Bağırovla “Bulaq” restoranında nahar etdik...

    18.06.07
    Son vaxtlat təzyiqim tez-tez “oynayr”, “rəqs edir”. Türklər təzyiqə dügün ad qoyublar : “tansion”...
    ...Gəncədəki “ASXİ” adlanan alı məktəbin rektoru MəmmədTağının oğlu özünü asıb, bunu bilən rektorun ürəyi partlayıb vəfat edib. Mən MəmmədTağı ilə çoxdan tanış idim. Hətta, bir dəfə onu apardığım verilişə (“Məzun və iş yeri”) dəvət etmişdik. Həmin verilişdə gələcək millət vəkili, o vaxtkı EA-nın əməkdaşı C.Nuriyev rektoru möhkəm tənqid etmişdi.

    19.06.07
    “Azərbaycan” jurnalının 6-cı sayında “Bəyaz kölgələr” pyesim dərc olunmalıdır. Bu barədə redaktor İ.Qasımzadə dedi.
    ...GÜAM-ın iclasında İ.Əliyevin kəskin, M.Saakaşvilinin emosional çıxışı maraqla qarşılandı.

    20.06.07
    “Əhmədli” tərəfdəki “Viktoriya” şadlıq evinə getdik. Quda Əziz müəllimlə və kürəkən Bəhram bəylə şadlıq evindəki bəzi “texniki” məsələri dəqiqləşdirdik.
    ...Rastlaşdığım ziyalı dost və tanışların bir çoxu istilərdən, bir qismi isə pulsuzluqdan şikayət edir...

    21.06.07
    Köhnə dostum, ədəbiyyatçı-filosof, Yardımlı rayonunda yaşayan Sabir Bəşirov yanıma gəlmişdi. Bir xeyli söhbət etdik. Sonra Sabir məndən bir neçə kitabımı istədi. Verdim. Qırımından belə anladım ki, yaradıcılığımla bağlı nəsə (bəlkə də kitab) yazmaq istəyir. (Sonralar o, həmin kitabı yazdı. Təəssüf ki, dostum həyatla tez vidalaşdı. Mən xəstə olduğum üçün onun hüzründə iştirak edə bilmədim-F.M.)
    ...AYB-də oldum. Orada şair Ab.Abdulla bir əhvalat danışdı: “Rəhmətlik Yusif Səmədoğlu ilə “Ulduz” jurnalında işləyəndə o, tez-tez mənə deyirdi ki, dişim ağrıyır, gedək yüz-yez vuraq. Bir gün mən Yusifə dedim ki, dişin ağriyirsa çıxart getsin. Yisif gülüb dedi ki, dişlərim protezdir...” Gülüşdük.

    22.06.07
    Yeni qohumlar (kürəkən Bəhramın əqrabaları) qonaq gəlmişdilər. Sabahkı toyumuzun detallarını bir daha nəzərdən keçirdik.
    Əlbəttə, toy etmək yaxşı işdir, amma qayğıları çoxdur.

    23.06.07
    Güntəkin qızımın toyu...
    Bütün günün, ələxüsus saat 18-dən 24-dək davam edən həyəcan...
    Zənnimcə toyumuz yüksək səviyyədə keçdi. İndi adamların bir çoxu toyun “barometri” kimi hansı müğənnilərin iştirakını daha mühüm amil hesab edirlər. Köhnə dostlarım T.Xəlil və Ə.Əsədzadə bir neçə tanınmış müğənni dəvət etmişdi: Mətanət İsgəndərli, Elza Seyidcahan, Təranə Əlixanlı və digərləri...
    (Və bu gün xatırladım ki, düz 21 il əvvəlin isti yay günü (1986-cı ildə), elə bu vədələr “Mübarək”də Həcər xanımla toyumuz olmuşdu...)
    Evə gecə s.2.30-da gəlib çatdım. Toyumuzda təxminən 220 qonaq iştirak etdi. Düzü, mən yığcam məclisin tərəfdarı idim. Amma nə edəsən ki, hətta dəvət etmədiyim qonaqlar da gəlmişdi. Əlbəttə, hamısı sağ olsun.

    25.06.07
    “Kaspi” qəzeti “Qapı” romanımı nəşr etməkdədir. Bu gün həmin qəzetdən 60 manat qonorar aldım
    (Red.Nurəddin).
    T.X.-in şeirlərini redaktə etdim...
    ...AYB-nin poliklinikasına getdim...
    ...”Bülletendə” olsam da həmişə olduğu kimi yenə EA-ya baş çəkdim...
    ...Bu gün hava sərindir...

    26.06.07
    Uzun fasilədən sonra “köklənib” bir şeir yazdım: “Neyləyim mən səni sevə bilmədim...” Mahnı mətni ola bilər.
    ...Baksovetdə oldum...
    ...Toya çağırsam da təşrif buyurmağı “unutmuş” bir sıra dostlardan daxilən inciyəm: A.M., E.M., A.B., Y.H., və b.). Əlbəttə, söhbət təkcə toyda iştirakdan getmir; onlar təbrik etməyi də unudublar...

    27.06.07
    “Çəhrayı tunel” adlı dekektiv romana təzədən baxıb əl gəzdirdim...
    ...Anam bizdədir. Onunla Zərnə bibiyə baş çəkdim. Anamın çıx möhkəm məntiqi var. Qarabağın tezliklə azad olacağına inanır. Bir neçə gün əvvəl cavanların bir neçəsi “indiki hakimiyyət Qarabağı qaytara bilməz” deyəndə anam hirslənib dedi: “İlham general paltarını geyinib irəli getsə, biz tezliklə Qarabağı alacağıq. İnşallah, gedəcək də...”

    29.06.07
    Bir qrup azərbaycanlı ziyalı Ermənistana gedib. Və bir qrup erməni ziyalısı da bizə gəlib. Hər iki qrup hər iki ölkənin prezidenrləri səviyyəsində qəbul edilib...
    ...Cənnət Əliyev adlı keçmiş milyonçu var. Bu gün təsadüfən onunla rastlaşdıq. Adi ağac dırmıqda “saz çaldı”. Sonra “dırmıq fəlsəfəsi” haqda bir xeyli danışdı. Gözləri tam ifadəsiz, danışığı dağınıq idi... İnsan necə də dəyişə bilərmiş... Amma arada maraqlı ifadələr, orijinal ibarələr də işlədirdi...

    30.06.07
    Bu gün T.X., onun qaynı Eldar və dostumuz aktyor Faiqlə birlikə xeyli söhbət etdik. Faiq duzlu-məzəli söhbətləri ilə həmişə xoş ovqat yaradır...

    01.07.07
    Təzə qohumların evində olduq. Daha yaxından tanış olduq. Ata (qaynata) Əziz müəllim ali məktəbdə müəllim, ana (qaynana) Validə xanım ali təhsilli evdar xanım, böyük övlad Cövdət (həyat yoldaşı Səba xanım) Makedoniyada səfirlikdə çalışır, kiçik qardaş Fəxri gömrük işçisidir, bacıları Xalidə xanım xəstəxanada çalışır...
    ...Axşam qonşu Knyazın oğlunun toyunda iştirak etdim...

    02.07.07
    T.X. və Ələddin Əsədlə şəhərdə gəzişib çay içdik...
    Tələbəlik dostlarım Akif, Sədaqət və Heyranla zəngləşdik. Öyrəndim ki, Səftər İmanov (o da tələbəlik yoldaşımızdır) ailəsi ilə birgə qəzaya düşüb, oğlu və nəvəsi keçinib, yoldaşı yaralanıb. Sən demə, hadisə on gün əvvəl baş veribmiş, toy ərəfəsində mənə deməyiblər. Çox həssas, diqqətli, sədaqətli dostlardır...Doğrusu, xəbərdən çox sarsıldım, zəng etməyə üzüm gəlmədi...
    T.X. və Rafiq Nəbiyev ilə (İTV) birlikdə şam etdik.

    03.07.07
    İ.Tapdıqla AYB-də oldum.
    Sonra T.X. və İ.Tapdıqla görüşüb şəhərdə gəzişdik. “Qağa” (biz adətən İlyas müəllimə belə müraciət edirik) toyun “orijinal dəst-xəttini” bir daha təriflədi, yeni şeirlrindən oxudu.
    ...Anar “525-ci qəzetdə” yazıçı Elçinin ünvanına “replika” yazıb. Deyəsən bir müddət əvvəl Elçin də öz dostunun adını çəkmədən belə bir atmaca yazıbmış... Hər ikisi istedadlı adamlardır. Hesab edirəm ki, bu cür “atışmaların” nə ədəbi ictimaiyyətə bir xeyri var, nə də onların özlərinə...

    04.07.07
    AYB-dakı “ədiblərlə” bir xeyli söhbətimiz oldu. E.H. (Elçin)., E.Z. (Elxan), Ə.C.(Əsəd) və bir çox ədəbiyyat adamları ilə müəyyən mübahisələrimiz olsa da, necə deyərlər, “konstruktiv” söhbət hesab edilə bilər...
    T.X. və T.M. ilə tənqidçi R.Əliyevin “ofisinə” getdik....
    ...Qəzetlər daha çox ziyalılarımızın Ermənistana səfərini tənqid etməklə məşğuldur...
    C.Buş ilə V.Putinin Amerikada görüşü günün aktual məsələlərindəndir...
    ...Lukinin indi Şəkidə yaşayan Xalid Qocaya həsr etdiyi şeiri (X.Q.-nın xahişi ilə) tərcümə etdim.

    05.07.07
    “525-ci qəzetdə” iki böyük yazıçının bir müddət əvvəl başlayan “söz davası” davam edir. Belə ki, bu gün - Elçinin Anara “cavab replikası çıxıb. Hər iki ədibə dərin hörmətim var. Baş verənlərə isə təəssüf edirəm.
    Yazıçılarımızın, eləcə də digər ziyalılarımızın bir-birinin “bostanına daş atmasına” heç vaxt bəraət verə bilmərəm. Xüsusən də subyektiv-şəxsi maraqlarına görə... Biz nə üçün ictimai xarakterli hadisələrdən daha çox öz fərdi maraqlarımıza görə “söz atışmalarına” rəvac verəcəyik?

    06.07.07
    Nəşriyyatda oldum. İ.Tapdıq, N.H., E.Hüseynbəyli, T.Mahmudlu, S.Qurbanov ilə birgə nahar etdim. Onlar yüngülvari içsələr də, mən hələ davam edən xəstəliyimə görə aylardan bəri hər cüt spirtli içkidən imtina etməkdəyəm...

    10.07.07
    AYB-də “Mir literatura” qəzetinin təqdimatı oldu. Mən də çıxış etdim. Xüsusilə vurğuladım ki, indi bizə təkcə dünya ədəbiyyatı nümunələrini tərcümə etmək deyil, həm də bizim öz ədəbiyyatımızı dünyada təbliğ etmək zərurəti yaranıb. Tədbiri Anar aparırdı...

    12.07.07
    AYB. Poliklinika. Nəşriyyat. Tələbəlik vaxtından yaxşı ünsiyyətimiz olan Vurğun Əyyubla təsadüfən rastlaşdıq. Bir az bədbin idi. AXC-nin bəzi qaragüruhçularını və passiv ziyalıları tənqid etdi. Mən həmişəki maarifçi mövqeyimdə qaldığımı bəyan etdim...
    ...Oğlum Aqşin bibisi oğlu Tale ilə nənəsinə (hər ikisinin nənəsi), anama baş çəkmək üçün Gəncəyə yola düşdü...

    13.07.07
    Gündüz nəşriyyatda, günortadan sonra T.Xəlilin tanışı Əsgərin ofisində olduq. Əsgərin qardaşı Ənvər (Saratovdan gəlib) və köhnə tanışım Ədalət də orada idi. Ənvər bəy Rusiya ilə bağlı maraqlı əhvalatlar söylədi. Sonra birlikdə şam etdik. Məclis çox gur və gurultulu oldu. Təbii ki, mən içmədim... Hələ dərman qəbul etməkdəyəm.

    14.07.07
    Bibim Zərinəyə baş çəkdim. Xəstədir...
    Aqşinə (Gəncəyə), Güntəkinə (Şəkiyə) zəng vurdum...
    ...Bu gün mərhum H.Əliyevin hakimiyyətə gəlişindən 38 il keçir və bu gəliş TV-də geniş qeyd edildi...
    ...Son vaxtlar şeirlər yazıram. Mən heç vaxt özümü yazmağa məcbur etmirəm... Daha çox dramaturgiya ilə məşğul olsam da arada digər janrlarda da nəsə yazıram. Mənimçün bir janrdan gigərinə keçmək problem deyil.

    17.-23.07.07
    Ayın 17-də Gəncəyə yola düşdüm. Anam Ayazın yanında qalır. Gəlişimdən çox sevindi. O, mənim xəstəliyimi eşidib sarsılmışdı. İndi məni belı “ayaqüstə” görüb xeyli təsəlli tapdı. Arada giley-güzarını da bildirdi: “Ay oğul, başını bu millət üçün işlədib xarab elədin. Amma qədrini nə millət bildi, nə də dövlət...” Sonra anam hələ uşaq ikən hamını yuxuya verib yazı stolunun altında gizlicə (çıraq işığında) kitab oxumağımı xatırladı... Və kövrəldi.
    ...Daha sonra qardaşım Fasad həkim, bibioğlularım Zahir müəllim və Vaqif (qızı Diana ilə) gəldi. Vaqif mənimlə yaşıddır, uzun illərdir ki, Rusiyada (Qorki və Moskvada) yaşayır.
    ...Güntəkinlə Bəhram uzun səfərdən (Şəki-Tiflis-Trabzon) qayıdıb gəldilər...
    ...Bütün qonaq heyəti ilə birgə Toğanaya getdik... Maraqlı anlar yaıadıq...
    ...Ayın 24-də Bakıya qayıtdıq.

    31.07.07
    Tv-lər mənasız veriişlərlə doludur. Aparıcıların çoxu səviyyəsizdir. Məsələn, bu gün bir mədəniyyətsiz beləbir “anons” verdi: “Aktyor Ələkbər əmi ölüm ayağındadır...”
    Havalar isti keçir...
    ...Bu gün Prezident İ.Əliyev İordaniya səfərindən qayıtdı.

    01-03.08.07
    İstilər davam edir...
    ...Yazılarımı qaydaya salıram...
    ...İstedadlı aktyor, uşaqların sevimlisi, mənim yaxın tanışım “Ələkbər əmi” rəhmətə getdi...

    04-08.08
    Avqust. Bu qorabişirən ayın bir qismini Nabranda keçirmək qərarına gəldik. Sutası on manatdan olan otaq- koma kirayə etdik. Qonşularımız əslən Zəngilandan olan insanlardır. Aralarında ziyalılar da var, zəhmət adamları da.. (Səma müəllimə, İslam müəllim, Gülarə bacı, Lətif-taksi sürücüsü).
    Buralar nəmişlik olduğundan əsasən gecələr boğuluram. Məndə asma-bronxit də var. Şükür, get-gedə, illər keçdikcə, bədənim müxtəlif mərəzlərlə “zənginləşir”.
    ...Axşamlar səs-küy çox olur, yaxınlıqda gənclər musiqi qurub az qala səhərəcən hoppanıb-düşürlər...

    09.08.07
    Bakıya qayıtdıq...
    ...Havalar hələ istidir.
    ...Eşitdim ki, bibioğlum Xəlil müəllimin gəlini, Maisin həyat yoldaşı Esmira xanım vəfat edib. Esmira vaxtilə mənimlə bir yerdə (F və H İnst.-da) işləmişdi, hüquqşünas idi. Maislə iki övladları vardı.
    ...Həyatın keçəri olduğunu daha tez-tez görür və dərk etməli oluruq.
    10.08.07
    AYB-da oldum...
    Elçin Hüseynbəyli və Ədalət Əsgəroğlu mənim prezident mükafatına (1 illik təqaüd də demək olar) təqdim edildiyimi bildirdilər. Ayda 300 manat mənim üçün pis pul deyil. Axı, həm də Aqşin bu ildən Türkiyədə (ODTU-da) təhsil alacaq.
    T.X, E.Hüseynbəyli və H.Kaya ilə “Çinar”da çay içdik.

    14.08.07
    Tacikistan prezidenti İmaməli Rahmon Bakıya gəlib. Yolların çoxu bağlıdır.
    ...AYB-də oldum. “Azərbaycan” jurnalına Yesenin və Blokdan etdiyim tərcümələrin bir qismini verdim.
    ...Bir illik təqaüd üstə qırğın gedir...
    ...Abuzər gəlib. Görüşdük. Sonra keçmiş tələbəlik dostlarımız- Qabil, İslam, Arif, Saməddin ilə birlikdə nahar etdik.
    ...Həcəri rayona (Gədəbəyə) yola saldım...
    ...Məsimovla dəniz kənarında gəzişdik. A.Əmrahoğlu ilə telefonla danışdıq...

    15.08.07
    Azərbaycanda Rusiya ilinin tərkib hissəsinə daxil olan tədbir- “Rus kitabı” günləri keçirilir. AYB-da rus və rusdilli yazıçılarla görüş təşkil edildi. Görüşdə Çingiz Aytmatov, Oljas Süleymenov, Sidirov, Bıkov iştirak edirdi.
    ...Bəstəkar Vasif Adıgözəlov rəhmətə gedib.

    16.-19.08.07
    ...Həcər rayonda bibisi qızının toyundadır...
    ...Aqşin xarici pasport aldı...
    ...H.Kaya və T.X. ilə axşamlar çay içirik. H.Kaya (türk dostumuz) inanclı, saf, maraqlı bir adamdır. Vaxtilə qəzaya düşüb, ayağının birini çəkir...
    ...Qulu Kəngərli ilə rastlaşdıq. Çay işdik. Qulu “Azərtac”ın Orta Asiya üzrə müxbiridir. Ona bir neçə kitab verdim- istəyirəm Daşkənd teatrında əsərim oynanılsın.
    ...Məsimovla Şıx çimərliyinə getdik...

    20.-22.08.07
    ...Aqşin Xaçmaza getdi-orada dostu var. Ümumiyyətlə, Aqşin sərbəstliyə çox meyllidir. Əlbəttə, mən əksər valideynlər kimi istəyirəm ki, o, bir az mötədil, sözəbaxan olsun... Amma sonra öz-özümə (daxilən) gülürəm. Axı mən özüm də gəncliyimdə elə Aqşin kimi olmuşam: azadlıqsevər, sərbəstliyə meylli, asılığı xoşlamayan...
    ...Daşkəndə- köhnə dostum Qulu Kəngərliyə zəng vurdum, oradakı pyeslərin taleyi ilə maraqlandım... Qulu yarızarafat-yarıciddi dedi: “Mən əsəri Daşkənddə bir-iki teatrda təqdim etdim, burada dedilər ki, “zənnimizcə müəllif ya Daşkənddə yaşayır, ya da buraya yaxşı bələddir, çünki bu əsərlər İslam Kərimov rejiminə qarşı yazılıb...
    ...EA-da vaxtilə bizimlə qonşu İnstitutda çalışmış Qaley İndoneziyadan gəlib. (Orada səfirlikdə işləyir). Arzu, Qaley, T.M. birlikdə çay içdik.
    ...Bakının keçmiş Baş polisi M.Ə.liyev Tacikistana səfir təyin edildi...
    ...İran Prezidenti M.Əhmədinejat Bakıda rəsmi səfərdə oldu...
    ...Havalar sərinləşməkdədir...

    23.-24.08.07
    AYB-da oldum... İddialı şair və yazıçıların bir çoxunun dayaz söhbəti bıkdırıcı və yorucudur.

    26.08.07
    Gültəkin və yeni qohumlar (qudamız) bizə təşrif buyurublar. Aqşini Türkiyəyə yola salmağa hazırlaşırıq...
    ...”Dinozavr kölgəsi” adlı hekayəm bu gün “Reytinq” qəzetində dərc olunub.

    29.08.07
    Bakıda yeni tikilən 17-mərtəbəli ev uçub dağıldı. Ölənlər var. Bakı indi daş cəngəlliyinə bənzəyir- evlər sanki bir-birinin içində tikilir.

    30.08.07
    Səhər tezdən durub (s.04-də) qaynım Mahirlə birgə oğlum Aqşini aeroportdan yola saldıq. O, əvvəlcə Naxçıvana uçdu. Oradan Türkiyəyə (Ankaraya) uçacaq. Az sonra oğlum zəng vurub onu Naxçıvanın hava limanında saxladıqlarını bildirdi. Əsəbiləşdim. Görünür pul qoparmaq istəyirlər. Bir müddət sonra Aqşin zəng vurub bildirdi ki, işləri qaydasına düşdü, bir azdan Türkiyəyə uçacaq.
    ...Axşamüstü İ.Tapdıq, N.H. və S.Qurbanovla çay süfrəsi ətrafında əyləşdik. Nahid müəllim yaxşı söhbətcil adamdır. O, bir çox maraqlı xatirələrini danışdı.

    31.08.07
    ...Həcər Gəncəyə getdi-anama baş çəkməyə...
    ...Aqşin Ankaradan zəng vurdu- ilkin təəssüratı yaxşıdır...
    ...Lənkəran teatrına iki pyes göndərdim...

    05.09.07.
    Moskvada yaşayan iki ziyalı- məşhur şərqşünas alim, tarixçi, filosof, hüquqşünas Qasım Kərimov (10 may 1930, Gəncə –F.M.) və jurnalist Cəfərsadıqla görüşdük. Xatırlayıram, Cəfərsadıq Abbasovu illər öncəsi mənimlə mərhum dostum Qəzənfəq Qəribov tanış edib. Onlar Universitetin jurnalistika fakültəsində vaxtilə birlikdə oxumuşdular. Sonralar Cəfərsadıq bəy Moskvada SSRİ Ali sovetində məsul işdə çalışmışdı. Onunla seyrək görüşsək də daim yaddaşımda olan ləyaqətli insanlardan biridir.
    Qasım müəllim ilə isə lap çoxdan “tanışıq”. Əlbəttə, qiyabi. Yadımdadır ki, Sovet dönəmində Şərqşünasıq və ya Şərq fəlsəfəsi üzrə müdafiə edən və ya etmək istəyən elmi işçilərin, aspirantların çoxu əvvəlcə Qasım müəllimin üstünə “qaçırdılar”. Onun İslam tarixi ilə bağlı fundamental əsərləri daim maraq kəsb edib. Qasım müəllimin şirin söhbəti isti, günəşli, bürkülü günün nə vaxt gəlib keçdiyini bizə unutdurdu. O, daha çox “qədimlik nağılları” uyduran erməni alimlərindən danışdı. Erməni “arxivləri” haqda danışarkən məşhur “Matenedar”ın ərəbcə mətn və dar (yəni “mətnlər evi” sözlərindən yarandığını qeyd etdi).
    Günorta T.X. və Ə.Əsədzadə ilə çay dəsgahı.
    ... Şair Kəramətin 50 illik yubileyi keçirildi. Rəsmi hissə “Natəvan” klubunda, “bədii” hissə isə axşam “Şır-şır” pestoranında oldu. Məclisi şair Ç. Əlioğlu aparırdı.

    06.09.07
    “Azdrama”da dram və tamaşa üçün karikatura sayıla biləcək bir “oyuna” baxdım. Adı deyəsən “Aydın gecələr” idi. “Qəhrəmanın” nə məqsədlə eybəcər doğulduğu, nə üçün rəssam olduğu bilinmir. Eybəcər olmağın bir səbəbi olmalıdır axı...
    Qurama, saxta, mənasız bir “oyun”... Tamaşaçılar arasında bir xeyli qələm əhli vardı. Çoxunun da üz-gözündə istehzalı təbəssüm... Dostlardan biri (H.Ə.) tamaşadan sonra ciddi tərzdə dedi: “Bu mənasız söz yığımından kalan pul qoxusu gəlir”... Hamı gülüşdü...

    07.09.07
    Günüm əsasən “internet və kopyuter qayğıları” ilə keçdi. Bir xeyli şey öyrəndim. Qərara almışam ki, komp.la bağlı mənə lazım olan “sirləri” öyrənim.
    ...İki gənc şair yeni kitabını təqdim etmişdi. Oxudum. Zəif təsir bağışladı.
    Mənə elə gəlir ki, əsl poeziya nümunəsi, (şeir) dəqiq elmlərlə müqayisə etsək, 1 rəqəmindən sonra 2-nin gəlmısini tələb etməməlidir. Yəni 1 ilə 2 arasında hələ “görünməyən” saysız-hesabsız “rəqəmlər” mövcuddur. Bu hala adi gözlə görünməyən “poetik rəqəm çalarları” da demək olar. Yəni bütün böyük şairlər məhz adi gözlə görünməyənləri “görüb” qələmə alıblar.
    ...Bu günkü “Reytinq”də yeni romanımın ilk hissəsinin dərcini gözləyirdim. Amma qəzet nədənsə göndərdiyim hissəni çap etməyib... Səbəbini redaktordan (Afiq bəy) soruşmadım.

    08.09.07
    “Lider TV”də köhnə tanışım Sədrəddin Bədirxanovla görüşdüm. Orada Aslan adlı əməkdaşla söhbətimiz oldu, mənə gələcəkdə veriliş aparmaq təklifi oldu. Dedim ki, gələcəkdə baxarıq...
    ...Axşam toyda oldum. Bibnəvəsi Ziyad və Ayselin toy məclisində qısa çıxışım oldu. Qohum və tanışlarla görüşdük.

    09.09.07
    Bütün günü evdə oldum. Mütaliə etdim. Dünyanın bütün maraqlı kitablarını oxumaq keçir könlümdən. Amma bu mümkünmü?
    ...”Reytinq”də “Vəsiyyət” hekayəm dərc edilib.
    ...”Ağı” adlı hekayəm “525-ci qəzet”də dərc edilib.
    ...Yazıçı R.Tağı ilə bir qrup həmkarımızın müraciəti mətbuatda çıxıb.
    ...Nədənsə son vaxtlar ağriyan gözlərimdə qara-qura nöqtələr “oynaşır”.
    ...Evdə ikimiz qalmışıq, necə deyərlər, bir qarı ilə bir qoca. Aqşin Türkiyədədir, Güntəkin “öz evlərində”...

    10.09.07
    Heydər Əliyev Mərkəzinin özülü qoyuldu... Hiss olunur ki, nəhəng tikinti olacaq.

    11.09.07
    N.H. ilə görüşdüm. 4-5 saat “xatirələrə daldıq...” O, aktyorlar və aktrisalar -Əli Zeynalov, H.Qurbanova, Ə.İsgəndərov, Ə.İsgəndərov, L.Bədirbəyli haqqında maraqlı fakt və hadisələri yada saldı...
    ...Axşamüstü O.Rza, E.Hüseynbəyli və Şahin Siracoğlu ilə şam etdik.

    12.09.07.
    Xəstə olduğuma görə çoxdandır ki, “bülleten”dəyəm. Oxumaq olmaz, yazmaq da ki, heç olmaz. Dincəlmak lazımdır. Amma mən dincələ bilmirəm. Yazmaq bir yana, mütaliəsiz heç cür keçinə bilmirəm...
    ...Uzun fasilədən sonra EA-ya iş yerimə baş çəkdim. Həmkarım İlham Məmmadzadəyə qloballaşmaya aid bir məqalə verdim; bu məqaləni onun özü istəmişdi. İlham Azərbaycan və ingilis dillərində bir elmi jurnal buraxır.
    ...Nəşriyyatda –N.Hacızadənin yanında oldum. N.H. uzun illər Az.TV-də işləyib, sənət adamları ilə ünsiyyəti olub. Onun ən yaxın dostlarından biri Xalq artisti Əli Zeynalov idi. N.H. həm Ə. Zeynalovun kitabının redaktoru olub (“İki ömrüm olsaydı”) , həm də onun barəsində povest yazıb. N.H. məşhur aktyor dostunun Yerevan və Bakı həyatına (daha doğrusu onun sevgi macəralarına) aid maraqlı epizodlar danışdı... Sən demə vaxtilə, gəncliyində Yerevan və Bakı teatrlarında çalışarkən bu böyük aktyorun aşiqləri, fanatları çox olub… H.N.-nın bildiyi “sərgüzəştlər” əlbəttə, heç kəsə məlum deyil. O, çox sir saxlayan adamdır. Yaddaşı da möhkəmdir. Arabir bildiklərinin “böyür-başından” danışdıqda eyhamla bildirir: “Bax, bu mətbuat üçün deyil”.
    Mən də Əli müəllimlə tanış idim və N.H. ilə onun evində olmuşdum. Deyəsən, xanımı ilə münasibəti bir qədər soyuq idi. Bu qədd-qamətli, əzəmətli, çax yerişli adamı küçədə, yolda, avtobusda demək olar ki, hamı tanıyırdı. Bəlkə də bir çoxları bilmir ki, məşhur “Uzaq sahillərdə” filmində Mixaylonun (Nodar Şaşıqoğlunun) nitqini “canlandıran”- səsləndirən Əli Zeynalov olub.
    ...Canımdakı ağrılar məni bir yerdə rahatlanmağa qoymur; elə bu ağrıların təhriki ilə AYB-ya gedəsi oldum. Orada- “üçmərtəbəli binanın dordüncü mərtəbəşində” yerləşən çayxanada M.Oruc, E. Hüseynbəyli və digər dostlarla müasir ədəbiyyatla bağlı söhbətlər... Onsuz da ədəbiyyatın “sözü-söhbəti” qurtarmır ki... Onu hərə bir cür görür. Məhz “görür”? Amma onu görməkdən daha çox, duymaq və hiss etmək lazımdır... Doğrudur, ədəbiyyata baxış və ədəbi mövzular çox vaxt subyektiv səciyyə daşıyır. Amma axtarıb bu “subyektivliyin” içində obyektiv olanı arayıb tapmaq lazımdır.
    ...Evə gəlib ”Ədalət” qəzetinin 8 sentyabr tarixli sayını nəzərdən keçirdim. Dostum Ə.Mədətoğlunu “Rəhmət və lənət” yazışını oxudum.
    İmzasına ilk dəfə rast gəldiyim Aysel Əlizadənin “Entropiya” başlıqlı məqaləsi (2-ci yazı) xoşuma gəldi. Yeri gəlmişkən, vaxtilə mən də bu problemlə bağlı müəyyən qənaətlərimi yazıb çap etdirmişəm. Adətən, bu mövzuya müraciət edənlər F.Auerbaxın “Entropizm və ya həyatın fiziki nəzəriyyəsi” əsərində irəli sürülən ideyalardan təsirlənirlər... Məni entropizmin sosial-mədəni həyatdaki inikas və təması maraqlandırdığı üçün yazımda elə həmin müstəviyə diqqət yerirmişəm.
    Qəzetdə yazıçı Afaq Məsudun şair Zakir Fəxriyə həsr olunmuş yazısı da çap olunub. Mən Z.F. ilə arabir, təsadüfdən-təsadüfə rastlaşıram. Zakirin qəzetdə gedən- məzar başında çəkilmiş şəkli hüznlü, dərdli, yorğun, usanmış insanın, övlad itirmiş atanın faciəsini qabarıq əks etdirirdi... A.Məsudun yazısı Z.Fəxrinin psixoloji portretini ustalıqla tamamlayır...
    ...İndiki halda irihəcmli bir şey yazmağa təpərım, gücüm yoxdur.
    … Gələcək yazılar üçün kiçyk qeydlər aparıram...
    …Qəzet-jurnalları nəzərdən keçirirəm.
    …Arada “gündəliklərimə” günümüzün əks-sədasını, zamanın “rənglərini” çəkir, “rəsm edirəm”.
    …Şairlərin gözündən iraq, heç özüm də bilmədim ki, gecə başımda əks-səda verən səslərin “havası” get-gedə misralara çevrilib ağ kağıza necə köçdü.

    Sirrə sirdaş olan kəslər,
    Əfəndim, sirdə gülürlər.
    Göydə nalə qoparanlar
    Nədənsə yerdə gülürlər.

    Bu gün gedir, sabah qalır,
    Tövbə gedir, günah qalır,
    Bəndə gedir, Allah qalır;
    Namərdlər mərdə gülürlər.

    Qəmin zili, pəsi olur,
    Rəngi olur, səsi olur,
    Dərdin öz yiyəsi olur-
    Dədrlilər dərdə gülürlər.

    Demə ki, xoş çağlar qalır,
    Sinəmizdə dağlar qalır,
    Ağlayanlar ağlar qalır,
    Gülənlər bir də gülürlər...

    Mənə siqaret çəkmək olmaz. Amma elə bil ki, özüm-özümlə tərsliyə düşmüşəm: siqareti siqaretə calayıram...

    13.09.07
    ...Barmekin sədri Arabulun məhkəməsi gedir...
    ...İ.Əliyev Litvaya rəsmi səfərdədir...
    ....Ə.İnsanovun apelyasiya məhkəməsində ittiham dolu çıxışı oldu...
    ...Qohumunuz Hava xalanın cümə axşamında olduq-91 yaşında rəhmətə gedib...
    ...A.Məmmədov və T.Məsimovla dənizkənarı bulvarda gəzinti...

    14.09.07
    “525-ci qəzet”dən zəng vurub E.Hüseynbəylinin yaradıcılığı ilə bağlı eksklüziv intervü aldılar.
    ...”Azdramanın” önündə teatr bayramı (şənliyi) keçirildi...
    ...Tənqidçi R.Əliyev, dilçi F.Veysov və Fərmanla yüngül nahar etdik...

    15.09.07
    T.X. və türk qonağımız H.Qaya ilə söhbətləşdik. H.Q. iftar açdı...
    ...”Reytinq” qəzetində “Qış qatarı” adlı hekayəm çıxdı...
    ...Həcər Güntəkingilə getdi...
    ...Aqşin Türkiyədən zəng vurdu...

    16.09.07
    “Alma” adlı qəzet aldım. Müəllifləri gənclərdir. Xeyli maraqlı və cəsarətli yazılar var.
    ...Bakı Slavyan Universitetində (dekan Fərmanın yanında) oldum. Şair Ramiz Rövşənin oğlu Rövşən tərcümə etdiyi kitabı verdi.

    17.-20.-09.07
    İbrahim dayının həyat yoldaşı Ülkər xala rəhmətə getdi...
    ...Baş prokuror Z.Qaralov xəstələnib, müalicə üçün Almaniyaya aparıblar. Bizim bütün “imkanlı xəstələr”-vəzifə sahiblərimüalicəni demək olar ki, həmişə xaricdə alırlar. Görünür, öz səhiyyəmizin səviyyəsi onları qane etmir.
    ...Moskvada M.Maqomayevin 65 illiyi qeyd edilməkdədir...
    ...Gənclər Teatrı Ü.Hacıbəyovun “Ər və arvad” operettasını hazırlayıb, tamaşaya “Azdrama”nın səhnəsində baxdıq...

    20.09.07
    Toy və yas.
    Həcər dayısı oğlu Qalibin toy məclisinə getdi.
    Mən isə riyaziyyatçı-filosof Maarif Əkbərovun “40” məclisində iştirak etdim.

    21.09.07
    “Ədəbiyyat qəzeti”ndə “Küt balta” adlı hekayəm dərc edilib...
    ...E.Hüseynbəyli ilə qərara gəldik ki, həbsdə olan yazıçı dostumuz, həmkarımız Rafiq Tağının müdafiəsi ilə bağlı dövlət başçısına müraciət edək...
    ...Bərdədə yerləşən Ağdam teatrına və Qusardakı ləzgi teatrına pyes göndərdim...

    22.-27.09.07
    Pulsuzluq...
    ...Tərgitmək istədiyim siqaretə həvəs güclənməkdədir...
    ...AYB-də şairlər (əsasən şairlər) arasında mənasız mübahisələr...
    ....”Okean” adlı bir hekayə üzərində işləyirəm..
    ...Yazıçı S.Alışarlı ilə Anar arasında mübahisə. Səfər Anarı ciddi yazıçı kimi qəbul etmir. Mən əksini düşünürəm... Mübahisəmiz oldu.
    ...Azərbaycanın bütün teartlarına pyes təqdim etmişəm. Sanki MN və teatrlar yuxuya gedib...

    30.09.07
    “Okean” hekayəsini bitirdim və “525-ci qəzetə” göndərdim.
    Hər gün yazıram. Qələm sanki əlimdən tutub məni masaya çəkir.
    Satirik film-komediya çəkmək üçün bir ssenari üzərində işləyirəm.

    11.10.07
    Bütün günü 1 illik təqaüd almaq üçün lazım olan sənədləri toplamaqla məşğul oldum.
    Son 7 ayda dilimə ilk dəfə içki dəydi. Ümumiyyətlə, içkiyə meylli deyiləm. Heç indi də ürəyim belə bir arzuda bulunmur. Sadəcə olaraq, canımdakı ağrıları dəf etmək istəyirəm...

    12.-15.- 10.07
    Evdən çıxmırsm. Mütaliə ilə məşğulam. Bir çox hallarda eyni vaxtda bir neçə əsər oxuyuram. Eyni vaxtda bir neçə əsər üzərində (həm də müxtəlif janrlarda) işlədiyim vaxtlar da az olmayıb.
    ...Çexov və Folkneri bir daha oxudum. Əsasən hekayələri. Əlbəttə Çexov daha “doğma” görünür.

    16.10.07
    Oğlum Aqşinin ad günüdür. Həcər 200 dollar verdi, bankla göndərdim Ankaraya.
    Gündüz AYB-də oldum. V.Yusifli, Ş.Vəli, S.Babullaoğlu, Q.Nəcəfzadə ilə ədəbiyyatla bağlı söhbətlər...
    ...Axşam Tahir Məsimov və Yadulla Həsənli ilə çay içdik. Yadulla ilə “Yalan nəzəriyyəsi” ətrafında mübahisələr...
    ...Yağış yağdı.

    18.10.07
    “Xalqlar dostluğuna” aid bir hekayənin ideyası gəlib başıma. (Az sonra bu hekayə yazılıb dərc edildi.
    “Vəsiyyət” adlı həmin hekayənin qəh- rəmanlarından biri azərbaycanlı, digəri malakandır-köhnə dostlar Rusiyanın ucqar bir guşəsində uzun illərin ayrılığından sonra rastlaşırlar).

    19.-23.10.07
    Gəncədə oldum. Qohumlarla görüşdüm.
    Poeziya teatrında və Gəncə DDT-da oldum. Zəminə xanıma (Poeziya Teatrı) pyes verdim. R.Atakişiyevlə görüşüb söhbət etdim. Rafiqlə Bakıdan tanışam- “Azdrama”da işləyəndən. Xoş təsir bağışlayan şəxsdir. Hər dəfə görüşəndə pyesimi tamaşaya qoyacaqlarını xatırladır. Amma bu “xatırlatma” quru vəd olaraq qalır. Yəni hələ ortada bir şey yoxdur.
    Gəncədən Bakıya yola düşəndə Fasad həkim mənə çox sevdiyim bir məhsuldan pay qoydu- bir çərçivə dağ balı...

    24.10.07
    EA-da oldum... Təsadüfən bir dəstə “şair pleyedası” ilə rastlaşdım: Şaiq Vəli, Elçin Səlcuq, Kələntər Kələntərli, Tahir Məsimov.... Onların demək olar ki, heç biri (T.M. istisna) EA-da çalışmır, sadəcə ucuz yeməkxana axtararaq buraya gəlib çıxmışdılar. Birlikdə nahar etdik. K.K. mənim haqqımda “xatirələrini” danışdı. Dedi ki, “vaxtilə Şuşa haqda bir poema (əslində uzun bir şeir idi) yazmışdım, hansı redaksiyaya apardımsa qəbul etmədi. Yalnız F.M. (yəni mən-F.M.) sinəsini irəli verib o poemanı “Mədəniyyət”də dərc etdi. Mən həmin əsərdə bir çox adamları üstüğrtülü və aşkar şəkildə tənqid etdiyimə görə redaktorlar qorxub geri çəkilmişdilər. Mən bu badəni dustum Firuz bəyin sağlığına qaldırıram…”
    Kələntər bəy əlindəki çay stəkanını yuxarı qaldırdı və mənim sağlığıma içmək istədi. O, araq piyaləsi ilə çay stəkanının yerini səhv salmışdı... Hamı gülüşdü.

    25.10.07
    Payız yağışları başlayıb. Hiss olunur ki, torpaq dincəlir.

    26.10.07
    “Araz” nəşriyyatında “Dəniz köçünün” üz qabığının tərtibatını verdim.
    İlyas Tapdıq və N.H. ilə nəşriyyatda birgə nahar edib EA bağında xeyli gəzişdik. N.H. İ.Tapdığa bəzi iradlarını bildirdi: “İlyas, incimə, hansısa bir adama şeir ithaf edib, sonra da ona tənqid-həcv yazırsan... Ya da əksinə, tənqid edib sonra mədhiyyə yazırsan...” İlyas Tapdıq gülüb dedi ki, hamısı zəmanədəndir... Mən də zarafatla əlavə edib dedim: “Qağa bəzi adamlar kimi yerində saymır ki... Daim inkişafdadır, özü də dialektik inkişafda... İnsan öz fikirlərini dəyişə bilər. Böyük zəka sahibi Qalileyi buna konkret misal kimi çəkə bilərik...” Çəkdiyim məsəl şairin çox xoşuna gəldi. Və gülüb dedi ki, filosof-yazıçının bu qızıldan qiymətli sözlərinə mən bir qonaqlıq söz verirəm...” N. H. əlini əlinə vurub qəhqəhə çəkdi...

    27.10.07
    Qonşu və qohumumuz Ülkər xalanın “40” yas məclisində olduq.
    Narın yağış yağır.
    Evdə mütaliə ilə məşğul oldum...

    28.10.07
    Əsgərlik dostlarım Fəxrəddin Namazovu və Qafqaz Musayevi uzun illərin ayrılığından sonra “tapdım”. Hər ikisi Gürcüstandandır. Görüşdən sonra yeməkxanada əyləşib çay içdik, çörək yedik, əsgərlik dövrünün maraqlı anlarını xatırladıq. Əsgərlik də özgə bir aləmdir. O da həyatımızın bir parçasıdır və həmin “parça” bir çox yazılarımda öz əksini tapıb... Yeri gəlmişkən biz eyni rotada xidmət etmişdik və hamımız ali təhsilli idik...
    Görüşüb ayrıldıq-təzədən görüşmək arzusu ilə..

    30.10.07
    “V mire lit-ra” qəzetində Azərbaycanda böyümüş A.Şumovski haqqında yazıda qeyd edilir ki, A.S.Puşkinin ana və ata babası türk (və müsəlman) olub. Vaxtilə mən də bir yazımda belə bir mülahizə söyləmişəm.

    31.10.07.
    Akademik Tofiq Köçərli vəfat etdi. O, çox vətənpərvər, xeyirxah bir insan idi. Yaxın qohum idik. Aramızdakı böyük yaş fərqinə baxmayaraq mənimlə özü demişkən, son illər dost və sirdaş idi.
    ...Eks-nazir F.Əliyev və qardaşına 8-10 il, jurnalist E.Fətullayevə 8,5 il “iş” kəsildi.

    01.11.07
    Artıq “bülleten” mərhələm başa çatdı. Bu gündən işə çıxıram.
    Uç hekayəmi “Azərbaycan” jurnalına təqdim etdim (Mübariz Cəfərliyə).

    02.11.07
    Akad. Tofiq Köçərlinin “üç” yas mərasimində olduq...
    Yeni əsər üzərində işləyirəm.

    03.11.07
    “Vitek” deyilən təşkilatda oldum-həkimlərin məsləhəti ilə pensiyaya çıxmaq istəyirəm.
    ANS Tv-də çəkilişdə oldum. Aparıcı Şamil Süleymanov idi. Verilişin adı belədir: “Qoy oturmuşuq”.
    T.X. Çindən qayıdıb.

    04.11-06.11.07
    Tələbəlik dostum Akif Məmmədovun oğlu Fuadın toyunda oldum.
    Qohumumuz Bünyamin Rüstəmov (Nigar Rəsulovanın həyat yoldaşı) avtoqəzada həlak olub.
    Türkiyə Prezidenti A.Gül Bakıya rəsmi səfərə gəlib.

    07.11.07
    Deyəsən, əlilllik (pensiya) məsələm düzələcək. (Sənədlərimi “Vitek”də qəbul etdilər).
    “Neytralnaya zona” pyesimi T.X. ilə Kiyevə göndərdim. Dedim ki, bu əsəri oradakı teatrlardan birinə versin.
    ANS Tv-də “Qoy oturmuşuq” verilişi efirə getdi.

    08.11.07
    Qəzəlxan Əli Aslanoğlunun kitabının təqdimatı oldu. Mən də çıxış etdim. Əli istedadlı adamdır, yaxşı da musiqi duyumu var. Sonra yemək-içmək məclisi oldu.

    09.11.07
    Yazıçı R.Muxtarın “Qıl körpü” pyesinin tamaşasına baxdıq... Zənnimcə ortabab tamaşadır. Ramiq arada şeirlər də yazır. İstedadlı adamdır, amma yazmaqda əli yoxdur.

    10.-11.11.07
    Bu iki gün ərzində yazı-pozularımı qaydaya salmaqla məşğul oldum.
    ...”Dəniz köçü”nün Azərbaycan və rus dillərindəki variantlarını müqayisəli şəkildə tutuşdurdum. Bu əsər vaxtilə İradə (İsmayılova) xanım tərəfindən ruscaya çevrilib. Amma o gənc və istedadlı xanım tərcümə zamanı bəzi fikirləri lazımı səviyyədə tərcümə edə bilməmiş, nəticədə mətndə təhriflərə yol verilmişdi. İndi mətnin redaktoru təcrübəli redaktor və tərcüməçi Dinara Kərəkməzlidir.

    12.11.07
    AYB-də oldum. Gənc nasir M.Cəfərli ilə müasir ədəbi proseslə bağlı söhbət etdik.
    Hava soyuqdur.
    “Azadlıq” qəzetinin redaktoru Q.Zahidov həbs edilib-“xuliqanlıq” etdiyinə görə.

    13.11.07
    Fİ-da oldum. Hesabatımı təqdim etdim. Bu, bəlkə də mənim uzun illərdən bəri çalışdığım bu elmi-tədqiqat İnstitutnda sonuncu elmi hesabatımdır.
    N.H. ilə AzTv-nin keçmiş sədri Elşad Quliyevin anasının yasında olduq...

    14.15.-11.07
    “Dəniz köçü”nün redaktəsi üzərində iki gün işlədim. Bir xeyli düzəlişlər apardım.

    16.11.07.
    Qocaman yazıçı Əli İldırımoğlunun 80 illiyi AYB-də qeyd olundu. Mən də çıxış etdim. Amma nasaz olduğum üçün evə getdim, banketdə iştirak etmədim.
    Arazın (+Könül) toyunda iştirak etdik. Həcər ilə birgə. Toylar həm də qohum və tanışlarla görüş yeridir.

    17.11.07
    Bakıda türk xalqlarının qurultayı keçirilir...
    ...Axşam iş yoldaşımız, dostumuz Dilqəm İsmayılovun qızının toyunda iştirak etdim (Aysel+Ramil).
    ...Evə gələndən sonra yeni əsər üzərində işlərimi davam etdirdim.

    18.-19.11.07
    Arada şeirlər yazıram, bunları sadəcə olaraq “onluqlar” adlandırıram. Çünki hər parça on misradan ibarətdir. Bu gün həmin “Onluqlar”ı yığmağa verdim.
    “Azərbaycan” jurnalına təqdim etdiyim 3 hekayə 11-ci nömrəyə daxil edildi.
    ...Axşam T.Xəlil, Ə.Əsədzadə, Tursuncan (Uyğur türkü) və Cu ilə (çinlidir) Şəki restoranında olduq.

    21. 11.07.
    İTV-də çəkilişdə oldum. Jurnalist F.İsmayılovun hazırladığı verilişin qonaqları jurnalist Cahangir Məmmədov, yazıçı Yaşar, publisist Aydın Xan idi.
    Mövzumuz: atalar və oğullar. Zahirən sadə, əslində isə çox mürəkkəb-mübahisəli mövzudur. Bir çoxları nəsillər arasındakı ziddiyyətin götürülməsini- inkişaf kimi başa düşür. Amma mənə elə gəlir ki, bütün dövrlərdə hər cür tərəqqinin əsasında atalar və oğullae arasındakı ziddiyyət dayanıb. Bu gün də belə olmalıdır. Amma bu ziddiyyətlər qətiyyən “antoqonist” səciyyə daşımamalıdır. Oğullar ataları “məhv etməməli”, ötüb keçməli, onların əldə etdiklərini təkmilləşdirməlidirlər. Əgər ogullar ataların əldə etdikləri ilə qane olsaydılar (böyük tarixi müstəvidə) bəşəriyyət hələ də daş-mağara dövründə yaşayardı...
    Hazırda “ataları” tamamilə inkar etməyə, onları az qala məhv etməyə cəhd göstərən “oğullr” da az deyil. Bu cür qəhrəmanlara elmdə, sənətdə, ədəbiyyatda da təsadüf olunur. Əlbəttə, “ogullar” bütün dövrlərdə radikal olublar. Amma bu radikallıq “üstqurumu” dəyişməyə yönəlsə daha səmərəli olar. Xüsusən ədəbiyyatda, sənətdə. Özülün (bazisin) dağıdılması, əsasın sarsıdılması yalnız reqress, tənəzzül yarada bilər. Təsəvvür edək ki, bu gün çılğın “oğulların” istəyinə rəğmən M.F.Axundovu və ya Ü.Hacıbəyovu mədəniyyət tariximizdən “çıxartdıq”. Gəlin görək qazanan kim, itirən kim olar?..
    Çox təəssüf ki, bəziləri Aya teleskopla yox, mikroskopla baxır...
    Hərənin öz intellektual “qəlibi” var. Ən dəhşətlisi budur ki, bir çoxları fili qarışqa qəlibinə salmaq istəyir...
    Atalar və oğulların “mübarizəsinin” əsasında bir qanunauyğunluq, harmoniya, əxlaq ölçüsü olmalıdır...
    Məbədləri dağıtmaq- hələ kanonları, şablonları dağıtmaq deyil...
    Hər şeyn ölçüsü- vicdandır...
    Şöhrəti avantüra ilə əldə edənlər artmaqdadır....
    Atalarla oğullar ortaq zamanda yaşamağa alışmalıdırlar...
    Məncə, yaş- illərin sayı ilə yox, düşüncənin mahiyyəti ilə ölçülməlidir...
    Bəzən ataların düşüncəsi oğullarınkından daha parlaq olur. Sosial zaman baxımından atalarla müqayisədə çox koservativ, gerizehinli, cahil... oğullara təsadüf olunur. Nətcədə missiyalar və rollar dəyişir...
    Cəkilişdən sonra cay içib verilişidə qaldırılan suallara təzədən cavab axtarmağa başladıq...
    ... Söhbət əsnasında orada işləyən jurnalist A.Yusifoğlu dedi ki, vaxtilə “yuxarılar” deputat P.Hüseynov üçün Elm fondu yaradıblarmış. Məni gülmək tutdu. Soruşdum ki, haradan bilirsən bunu? Dedi ki, müəyyən mənbələrdən. Dedim ki, əsas mənbə burada sənin yanındadır; yəni bu mənbə-mənəm. Adam elə öz sözünün üstündə dayandı: yox,sən bilmirsən, mən bilirəm. Əsəbiləşib dedim ki, sənin eşitdiyin mifdir, nağıldır... Əfsus ki, bizdə bütün zümrələr arasında “nağılbazlar” mövcuddur.
    Əsl həqiqətsə belə olub: mən 90-cı ıllərin əvvəllərindən iki yeni fondun (mədəniyyət və mətbuat fondlarının) yaranmasından ruhlanaraq elə o zamanlar elm fondunun sənədlərini hazırlayıb Ədliyyə nazirliyınə təqdim etmişdim. Uzun müddətli gəl-getdən sonra İ.İsmayılovun nazirliyi dövründə fond qeydiyyatdan keçirildi. Sonrakı mərhələdə P.Hüseynov qısamüddətli vəzifə olimpinə yüksəldi; sonra işdən çixdı. Daha sonra gizləndi, həbs olundu və həbsxanadan çıxdı. Azad olunan gün prezident H.Əliyev onu Baş prokuror E.Həsənovun müşaiyəti ilə qəbul etmişdi. Artıq o söhbətin əsas təfsilatı mətbuata yaxşı məlumdur. Həmin görüşdə H.Əliyev Pənaha demişdi ki, gedib köhnə işini davam etdirə bilərsən. P.H. isə 80-ci illərin ortalarından etibarən bizimlə eyni institutda çalışmışdı və təbii ki, həbsdən sonra öz əvvəlki iş yerinə qayıtdı. Mən özüm o vaxt eks baş nazirə təklif etdim ki, belə bir fond var, gəl onun fəaliyyətini gücləndirək. Axı, o, adi hesab və məntiqə görə, mənim qətiyyən anlayışım olmayan bir sahəni- iqtisadiyyatı yaxşı bilməli idi; pis-yaxşı, baş nazir olmuşdu. Elə bax o zaman, 90-cı illərin sonlarında, P.H. belə bir qeyri-hökumət təşkilatının varlığından xəbər tutdu. Mən onu icraçı direktor təyin etdim. Az sonra P.H. fondun adından siyasi bələnatla çıxış etdi...İş böyüyüb məhkəməyə çixdı.Ali məhkəmənin o vaxtki sədri xanım S.Həsənova fondu baglamaq iddiası ilə Konstitusiya məhkəməsinə müraciət etdi. Məni KM-inin iclasına dəvət etdilər və qəribədir ki, orada fondun qalması barədə qərar çıxardılar. Halbuki mən başağrısından,zəhlətökənlikdən uzaq olmaq üçün ovaxt fondun fəaliyyətinin xətm olunmasını istəyirdim...Mən P.Hüseynovbu öz razılığı ilə müdirlikdən azad etdim. (Səhv etmirəmsə, töhnət də oldu). Amma Ədliyyə Nazirliyində qeydiyyat işlərinə baxan bir adam (onun adı Fazil idi) uzun müddət fondun təkrar qeydiyyatını lənğitdi; bəhanəsi də bu oldu ki, “keçmiş cəbhəçinin” adı olan fondu qeydiyyatdan keçirə bilmərəm. Başıbəlalı fond elə o vaxtdan bu vəziyyətdə qalıb.Fondda bir qəpiklik belə əməliyyat aparılmayıb...Və ən maraqlısı budur ki, sən demə vaxtilə hansısa zavodda hüquqşünas işləyən həmin “qeydiyyatçı”, P.Hüseynovun “sədaqətli cəbhəçi” kimi irəli çəkdiyi, Nazirlər Kabinetinə gətirdiyi kadrlardan biri imiş...
    Hə. Bax belə işlər, jurnalist qardaş...Son vaxtlar miflərimizdən yazanlar çox tez-tez, özü də sevinə-sevinə deyirlər ki, bizim xoşbəxtliyimizin əsas səbəbi- mifik təfəkkürə malik olmağımızdır. Mənsə əksinə düşünürəm; bizi mifik yox, olsa-ölsa elmi, məntiqi, fiyazi, fəlsəfi... düşüncə irəli apara bilər.

    09.12.07
    Köhnə tənqidçi və “inqilabşı” Sabir Yanardağın 80 illik yubileyini qeyd etdik. Təşəbbüskar tələbəlik dostumuz Fazil bəydən gəldi (Mustafayev). Məclisdə Vurğun Əyyub, Bədirxan Əhmədli, Kələntər Kələntərli, Mübariz Məsimov, Arif iştirak edirdi. Sabir bəy həm də “morj”dur, qışda da dənizdə çimir. Vaxtilə şair dostumuz mərhum Xəlil Rza ilə Xəzərə birlikdə çox baş vurublar... Şən bir məclisi gec başa vurduq...

    10.12.07
    Qəzetlərdən birində maraqlı məlumat oxudum. Xan Xoyskinin arvadı Yevgeniya (Jenya) müsəlmanlığı qəbul edərkən adını dəyişib olub Ceyran. Qızı Tamara Mirzə Hüseynə (Tacikistan KP-nin 1-ci katibi) ərə gedib. Yəni qaynata əksinqilabçı, kürəkən inqilabşı olub. Lakin onların hər ikisi kommunist repressiyasının qurbanı olub.
    ...Az qala bütün qəzetlər yazıçı Əkrəm Əylislinin 70 illiyi münasibəti ilə yazılar dərc edir. Əksəriyyət Ə.Ə.-ni tənqid və təhqir edir. Ə.Ə. yaxşı yazıçı, pis siyasətçidir. Cırtqoz, tez özündən çıxan, sözünün dalını-qabağını düşünməyən adamdır... Onun tərcümələri də diqqətəlayiqdir. Ələlxüsus, Ç.Aytmatovdan etdiyi “Əlvida, Gülsarı” povesti...
    ...İTV-də Anarla maraqlı görüş keçirildi.
    ... Oğlum Aqşin Türkiyədən Prezidentin ünvanına məktub yazaraq dövlətin tələbələrə laqeyd qalmamasını, köməklik göstərməsini istəyib, ölkədəki məmur özbaşınalığından yazıb. Məni rayon İH-nə dəvət etdilər. Orada məni qəbul edən şəxs- Abbas adlı məmur az qala dəsmal götürüb ağladı və elə özünün də köməyə çox ehtiyacı olduğunu bildirdi...
    …Akad.T.Köçərlinin “40” yas mərasimi oldu.
    ... “Azadlıq” radiosunun müxbiri İ.Nəsibov həbsdən azad olundu...
    ...Mütaliə etdim.

    11.12.07
    “Lit.Az-n” (rusca) jurnalında (11-ci nömrə) çıxan əsərimə görə (“Qapı” romanı) 116 manat, habelə “Azərbaycan” jurnalında çıxan hekayələrimə görə 85 manat qonorar aldım, pulları dollara çevirib Aqşinə (Türkiyəyə) göndərdim.

    13.12.07
    Xalq yazıçısı Hüseyn Abbaszadənin dəfnində oldum. Dəfndə adam az idi. Hüseyn müəllimlə xüsusi yaxınlığım yox idi. Əsərləri daha çox publisistik səciyyəlidir. Amma 1-2 dəfə sohbətini dinləmişəm və yaddaşımda o, vicdanlı, dürüst, haqqpərəst bir şəxs kimi qalıb.

    14.12.07
    AYB katibi, dostum A.Əmrahoğlu Anarın adından xahiş etdi, Tural adlı gəncə (deyəsən bacısı AYB-də çalışır) fəlsəfədən “əla” qiymət yazdırdım. Kiməsə ağız açmağı, xahiş etməyi sevməsəm də Arifin sözündən çıxa bilmədim.

    15.02.07
    İlyas Tapdıqla onun keçmiş dostu mərhum Mehdi Quliyevin arvadının dəfnində olduq, oğlu Sabirə başsağlığı verdik. M.Quliyev əslən gədəbəylidir, Sovet İttifaqı qəhrəmanı idi. DİN Naziri R.Usubov da dəfndə iştirak edirdi.
    Axşam Aktyor evində “İblis” tamaşasına baxdım. Maraqlı orası idi ki, baş rolda qadın (Nəsibə xanım) oynayırdı.

    17.12.07
    Aktyor Evində rejissor Rəhman Əlizadənin 60 illiyinə həsr edilmiş tədbir keçirilməli idi. Amma nədənsə baş tutmadı. Yubilyarı bilmirəm, amma mən çox pərt oldum. Sanki o tədbirə kimsə mane olmuşdu. Nədənsə mənə belə gəldi…

    18.12.07
    Hüseynağa rəhmətə gedəndən sonra GT Aktyor Evindən “Drujba” k/t-na köçüb. Mən yeni məkana gedib Rəhmanı təbrik etdim. Teatrın direktoru Həsən Həsənova bir Ukrayna arağı verdim və xahiş etdim ki, bunu kollektivlə birgə R.Əlizadənin sağlığına içərsiz. Deyəsən, Rəhman özü içən deyil.
    ...Bəstəkar Emin Sabitoğlunun 70 illik yubileyi Muzkomediya teatrında qeyd edildi. Emin 2000-ci ildə vəfat edib. O, dayım Nahidlə dost, mənimlə tanış idi. Tədbirdə MN müavini Ə.Vəliyev və Anar çıxış etdi. Sonra konsert verildi. Mən Aybəniz Vəkilova ilə yanaşı əyləşmişdim. Mən onula çoxdan tanışam. Arada o, yaxud ötən il rəhmətə getmiş anası Xavət xanım məni də Səməd Vurğunla bağlı keçirilən tədbirlərə dəvət edirlər.
    Törən başlayana qədər və fasilə zamanı Aybəniz xanım maraqlı xatirələr söylədi. Xatirələrdən biri belə idi ki, Yusif Səmədoğlu ilə Eldar Quliyev Moskvadan Çexoslovakiyaya kino ilə bağlı bir festivala getməli imiş. Amma onlar, “bu yeyib-içməyi sevən yaraşıqlı oğlanlar”, Moskvada ləngiməli olurlar. Bir gün əvvəl qatarla yola düşən nümayəndələr qəzaya tuş gəlirlər. Hamı elə düşünür ki, Eldarla Yusif də qəzaya düşənlər sarasındadır. Amma qoçaqlar ertəsi günü təyyarə ilə Praqaya uçurlar. Onları qarşılayanların gözləri kəlləsinə çıxır... Çünki qonaqları gözləyən heyət onların həlak olduğunu zənn edirmiş...

    19.12.07
    Dünəndən yağış yağır.
    Axşam İsafın qızının toyunda oldum. Xahiş etdim İ.Tapdıq da mənimlə birgə getdi. “Qağa” bir qədər içsə də maşını özü idarə edirdi. Mən dərman qəbul etdiyimə görə içə bilmirəm...
    Evə yağış suyuna bələnmiş halda altında gəldim.

    21.12.07
    İctimai radionun “Almanax” verilişinin canlı efirdə qonağı oldum. Ədəbiyyat, həyat, fəlsəfə haqda düşüncələrimi dinləyicilərlə bölüşdüm.

    22.12.07
    Gündüz İsaq Hacıyevin bacısının hüzründə iştirak etdim.
    Axşam ədəbiyyatçı Teymur Kərimlinin qızının toyunda oldum.
    Toylar və yaslar bir-birini gecə və gündüz, işıq və qaranlıq kimi təqib etməkdədir...

    24.12.07.
    AYB-də oldum. Yazıçı Elçin Hüseybəyli Tiflis və İstanbul şəhərlərinə etdiyi səfərlə bağlı təəssüratlarını danışdı. O, Şah İsmayıl haqda tarixi roman yazır və bununla bağlı materiallar toplayır.
    Axşamüstü aktrisa Gülnara 2 pyes verdim.

    25.12.07
    T. X. Sumqayəta getdik. Onun arada işləri olur. Mənsə teatra baş çəkirəm.

    27.12.07.
    Hava qismən sakitdir. “Muzkomediya”nın Baş rejissoru Yusif Əkbərlə görüşdüm. Ona “Safari” pyesini təqdim etdim.
    Günortadan sonra köhnə jurnalist dostum Bəyalı Rza (Safaoğlu) ilə görüşdüm. İşlədiyi qəzetin bazasında jurnal buraxmaq istəyir. Bir xeyli fikir mübadiləsi etdik.
    AYB-də oldum. “Ulduz”un yeni sayında çap olunan tərcüməm üçün (rus şairi Boris Lukoninin Q.Xalidə həsr etdiyi şeiri) simvolik qonorar aldım…
    “Əli və Nino” kitab mağazasına 10 kitab (“Dəniz köçü” və “Teatr meydanı”) verdim.

    28.12.07.
    İnformasiya kanallarının məlumatına görə dünən Pakistan müxalifətinin lideri B.Bhutto qətlə yetirilib.
    Jurnalist E.Axundovanın rus dilində H.Əliyev haqqında yazdığı ikicildliklə tanış oldum- çoxlu maraqlı faktlar var.

    29.12.07.
    Kamera teatrında “Aydın”a baxdım. Yaxşı tamaşa idi. Sonda əsərin müzakirəsi oldu.
    Мən dеdiм:
    -Аz imкаnlа çох şеy еdilib. Gün о gün оlsуn кi, C. Cаbbарlının bу əsəрdə qаldıрdığı prоblеmlər həll оlunsun вə «Аydın»а еkzотik bir dövrün əsəri kimi bахılsın.
    Аzər Nеməт:
    -Təki prоblеmlər həll оlunsun, еlə qоy bu əsərin gösтərilməsinə də еhтiyаc duyulmаsın- deyə, yarızarafat-yarıciddi peplika atdı.
    Mən:
    -Niyə ki? Bəyəm əsərlərdə qаldırılаn prоblеmlər həll оlunduqdаn sоnrа həmin əsərlərə еhтiyаc duyulmur? Bеlə əsərlər аzdır?
    -Məsələn...
    -Məsələn, «Hаmlеt»in prоblеmlər həll оlunub dеyə həmin əsər оynаnılmаmаlıdır?
    Bахıb gördüm ki, Hаmlеtin “Azdramada”kı ifаçısı aktyor Fuаd Pоlаdоv mənim dediklərimi başının hərəkəti ilə təqdir edərək qımışır.
    Müzаkirə qısа оldu. Rеjissоr C. Səlimоvа ən çох tеаtrın binа prоblеmindən dаnışdı: binаnı təmir еdəcəkləri üçün tеаtrın kollektivini hаrаsа (?) köçürmək istəyirlər. Dedim ki, bəlkə bu bəhanə ilə teatrı bağlamaq istəyirlər?
    Hamı susdu.

    30.12.07.
    Səddam Hüseyni dar ağacından asdılar... Böyük şair demiş, “Dünən fərman verən bu gün can verir”...
    Bütün günü evdə oldum.
    Yeni pyesin “layihəsini” hazırlamaqla məşğul oldum. Çox vaxt belə olur: personajların sayını, mizanları, əsərin həcmini, ümumi fabulasını dəqiqləşdirir, məkanı(“topoqrafiyanı”) müəyyən edir, yeni “tikilinin” “yükgötürmə” imkanlarını, ümümi “çertyoj”-cizgilərini çəkəndən sonra işə başlayıram... Dramaturgiya təkcə rəmzi-metaforik mənada yox, elə hərfi mənada da memarlığa bənzəyir...
    Mədəniyyət Nаzirliyindən Vəfа хаnım (mənim köhnə dostum Məmmədkаmаl müəllimin qızı) zəng vurdu:
    -Qonrаrınızı аlа bilərsiniz.
    Gеdib аldım. Az qala EA-dan bir il ərzində aldığım maaşa bərabər pul idi.
    Lеysаn yаğır.
    Özümü sеvincək еvə çаtdırdım. Оnsuz dа indi pulа еhtiyаcım çохdur. Kitаb çаpı da ki, bir yandan....

    31.12.07
    Özümə əyin-bаş (pаl-pаltаr) аldım...
    … Yеni bir əsər yаzmаğа (yəqin ki, pyеs-qrotesk оlаcаq) hаzırlаşırаm. Şərti аdı belə hesab edirəm ki, «Tutuquşu» olacaq...
    İlk cümləni yazdım... Ən çətini elə budur.
























    2008
    01.01.2008

    Zərinə bibiyə baş çəкdiк (mən, Səməndər, Mamеd, Şahniyar və s.). Sağ qalan yeganə bibim odur. Təbiatən zabitəli qadın olsa da, emosional, sözü üzə deyən, qohumcanlı adamdır və mənim xətrimi cox istəyir...
    … Yeni qroteksin (pyesin) «Tutuquşu»nun ilк səhifəsi yazıldı.... (Əsər yazılıb başa çatmasa da sonralar qələmə aldığım hissə (pərdə) it-bata düşdü, tapılmadı-F.M.)

    02.01.08
    Gеcə qаr yаğdı.
    Kаğız-kuğuzlаrı səliqəyə sаldım. Mütаliə еtdim. Mən hər gün mütləq (!) mütаliə еdirəm. Bu dəfə qonağım “dahi almanlar” oldu: Herman Hesse və Henrix Böll... Biri romantik, digəri realist...

    03.01.08.
    Qаr, sazaq, sоyuq.
    … İ.Tаpdıq ilə Hidаyətin (Оrucovun) bаcısının hüzr yеrinə gеtdik. Hüzdən sоnrа tələbəlik dоstum R.Musаnın təkidi ilə onlara gеtdik, nаhаr еtdik... Bir az içki də qəbul etdik. Rul arxasında olan İ.Tаpdıq yоldа 1-2 dəfə qəza situаsiyаsı yаrаtdı, amma şükür, yахşı qurtаrdıq.
    … Ахşаm Rüfətlə Аygünün tоyu оldu; («Şuşа» rеstоrаnında).
    Biri bibinəvəsi, digəri хаlаnənəvəsidir. Mübarək olsun.
    Sоyuqdur.
    Еvə tеz qаyıtdıq.

    04.01.08.
    АTV-nin çəkilişində оldum: «Ipək yоlu» rеstоrаnındа drаmаturgiyаyа аid vеriliş çəkirdilər. Аparıcı aktyor A.Quliyеv, çıхışçılаr- mən, R.Əlizаdə, Х.Qоcа, Ə.Əmirli.
    Sоnrа T.Х. və bibiоğlu Füzuli ilə görüşdüm.

    06.01.08.
    Lоpа qаr yаğır...
    Еvdən çıхmаdım. «Аt günü»nü nеçənci dəfə rеdаktə еtdim! (…) Gürcülər yеnə dеmоkrаt Sааkаşvilini prеzidеnt sеçdilər.

    07.01.08
    Yеnə «Аt günü», yеnə «Dəniz köçü”... Bu əsərlərin hər ikisi çаp оlunub, аmmа məni qаnе еtmir. Təzədən (artıq neçənci dəfədir!) əl gəzdirdim. Yеnə qаr… Yеnə sоyuq, şахtа…

    08.01.08.
    Jurnаlist Sədаqət Kаmаl zəng vurub məni «Spаcе» rаdiоsunа dəvət еtdi. «Sеçilmişlər» vеrilişinə. Prоqrаmın аpаrıcısı Mеhribаn Хаnlаrоvа idi. Sənətlə bağlı bir sааt (1700-1800) canlı yayımda söhbət еtdik.
    Qаr kəsib. Аmmа havada şахtа vаr.

    09.- 12. 01.08
    Qаr. Şахtа. Sоn illərin ən sоyuq qışı.
    АYB-də оldum. Оrаdа təmir bаşlаyır; köçhаköçdür. Е.Hüsеynbəyli, Ə.Əsəgərоğlu, Ə.Əmirli ilə оrdаn-burdаn хеyli söhbət еtdik. Еlçin son vaxtlar üzərində işlədiyi əsərdən qızğınlıqlа хеyli dаnışdı. (əsər Şаh Аbbаs bаrədədir).
    … Slаvyаn Univеsitеtində оldum: Еtimаd Başkeçid və Rüstəm Kamala «Dəniz köçü» kitаbını vеrdim.
    …Özümə köynək və qış аyаqqаbısı аldım.
    … «Tеаtr mеydаnı»nа əlаvələr еdirəm.
    … Хеyli müddətdən bəri küsülü qаlаn О.Rzа və N.Hаcızadə nəhаyət bаrışıblаr. Bütün küsülülərə qismət olsun...

    12-15.01.08.
    … «Tеаtr mеydаnı»nа əlаvələr yаzırаm.
    … АYB-də təmir bаşlаdı.
    … Gözlərim məni incidir.
    … Аğdаm tеаtrının dirеktоru Rais zəng vurub dеdi ki, «Tıхаc» tamaşaya hаzırlаnır.
    … Gənclər Tеаtrı «Su pərisi»ni hаzırlаmаğı planlaşdırir.

    16.01.08
    ЕА-dа və Nəşriyyаtdа («Аzərbaycan nəşriyyatı») оldum. Sailоvlа (…..) söhbətləşdim; söz vеrdi ki, növbəti kitаbı ucuz (və nisyə) burахаcаq.

    17.01.08.
    АzTV-də «Аmfitеаtr» vеrilişinə çəkildim (Zəhra Qürbət dəvət еtmişdi). Zəhra istedadlı gənc rejissordur və vaxtilə mənim pyeslərimin hazırlanmasında iştirak edib, Hüseynaqa ilə birgə çalışıb.
    Ictimаi rаdiоdа çıхışım lеntə yаzıldı. (Ə.Аslаnоğlu dəvət еtmişdi). Sоnrа şair Z. Qаfrаlının аd gününü qеyd еtdik.
    … S.Kаmаllа Irаn Mədəniyyət Mərkəzində оldum. (Аğаyi Cəfərinin yаnındа).
    ...Dеputаt Fаzil Qəzənfərоğlunun 7 yаşlı oğlu Elçilbəy dəm qаzındаn bоğulub ölüb.
    … Hаvаlar isinir.

    18-24.0108.
    …Аçılаn-tutulаn hаvаlаr.
    …«Tеаtr mеydаnı»nın son rеdаktə işlərini görürəm.

    25. 01.08.
    Аqşin gеcə Аnkаrа təyyаrəsi ilə gəldi. Mаhirlə qаrşılаşdıq. Bir аz sınıхıb. Mənə bir çаmаdаn kitаb gətirib: ensiklоpеdiyаlаr, Оrхаn Pаmuk və s.

    26.01.08.
    Аz.TV-də «Аmfitеаtr» еfirə gеtdi. 10-15 dəqiqəlik veriliş idi.

    27.01.08.
    Ədəbiyyаtçı Hüsеyn İsrаfilоvun hüzründə (7-də) оldum. Hüseyn müəllim bizim uzaq qohumlardan (anamgil tərəfdən) biri idi. Yaxşı ədəbiyyatşünas idi. Tək yaşayırdı. Elə tənha da getdi. Son nəfəsdə yanında heç kəs olmamışdı. Qohumları onun keçindiyini bir müddət sonra bilmişdilər.

    28-30.01.08.
    … Hаvаlаr аçılsа dа yеnə qаr bаşlаyıb. (….)
    … Işdə uzun-uzаdı seminar çıхışı... və sоndа qızğın mübаhisə… R.Əliyеvlə хəstəхаnаyа- memar dostumuz Аsim Məmmədzadəyə bаş çəkdik.

    31.01.08.
    Bu gün M.Ə.Rəsulzаdənin аd günüdür (31.I.1884-6.III.1955)
    … Dünəndən qаr yаğır.
    … «Yеni nəfəs» qəzеtində hеkаyəm ( “Dinаzаvr kölgəsi”) çаp оlunub.

    01.02.08.- 04.02.08
    Kitаbın («Dəniz köçü») bir qismini kitаbхаnа- kоllеktоrа təhvl vеrdim.
    … T.Х. ilə Sumqаyıtdа оlduq; mən tеаtrа bаş çəkdim, оrаdа Q.Qаrаyеvin 90 illiyi ilə bаğlı tədbir kеçirilirdi.
    … Kömpütеrdə işləməyi öyrənirəm- Аqşin kömək еdir.
    … АTV-də vеrilişimiz оldu. (Bаzаr günü).

    05.02.08
    АTV-yə çаğırdılаr: «Еl içində» аdlı şоu prоqrаmdа çıхış üçün... Səs-küylü, ağız deyəni qulaq eşitməyən bir vеriliş idi. Mən də bir-iki kəlmə dаnışdım. Əsəbi idim. Ab-hava xoşuma gəlmədi.
    … Ахşаmüstü bəstəkаr Rəşid Şəfəqlə və T. Məsimоvlа birlikdə şаm еtdik.
    … Əlyаzmаlаrımı qаydаyа sаldım.
    … Аlbоmdаkı şəkilləri sistеmləşdirdim. Indi bахıb görürəm ki, bu şəkillərdəki аdаmlаrın bir çохu həyatda yохdur. Hələ özümü çох yаşlı hеsаb еtməsəm də dоst-tаnışlаrımın sırаsı sеyrəlib… Kövrəldiyimi görüb, Həcər ürək-dirək vеrdi.

    06.02.08.
    «Tеаtr Mеydаnı»nın əl-ayаğını yığışdırmаqlа məşğulаm; hər dəfə əlyаzmаyа nəzər sаlаndа təzə bir «əmmа» tаpırаm… Indiyəcən hеç bir yаzımın rеdаktəsi məni rаzı sаlmаyıb.
    … Kоmpütеrdə işləməyi öyrənirəm.
    … Tələbəlik dоstum. H.Bаyrаmı gördüm.

    07.02.08.
    Günün хоş хəbəri: Əsgər zəng vurub dostumuz, tələbəlik yoldaşımız Аbuzərin оğlunun dünyaya gəldiyini bildirdi. Mоskvаyа zəng vurub Аbuzəri təbrik еdim. Qəribədir, sırаğа gün şəkilləri (аlbоmdа) səliqəyə sаlаrkən еvdə Аbuzərlə bаğlı söhbət оlmuşdu. Onda Həcər dеmişdi: bu Аbuzəri də еvləndirmədiniz ki, оğul-uşаq yiyəsi оlsun... Dеdim ki, evlənib... Bu günsə dedim ki, Abuzərin oğlu dünyaya gəlib.
    … «Muzkоmеdiyа»dа оldum: Rеjissоr Yusif Əkbərlə görüşdüm. «Sаfаri» аdlı əsəri bəyəndiyini dеdi: аmmа pyеsi təzədən işləyib «Muzkоmеdiyа»yа uyğunlаşdırmаq gərəkdir.
    … Rеjissоr Kəmаlə Məcidоvаyа pyеslərimi («Qаrа qutu») vеrdim.
    … Аktrisа Hicrаn хаnım tеlеfоndа kitаbımlа bаğlı хоş sözlər dеdi.

    08.02.08.
    İşdə оldum. T.Х. ilə görüşdüm.
    … «Tеаtr mеydаnı»nın rеdаktəsi ilə məşğul оldum.
    … Kitаbхаnа- kоllеktоrdа Хаvər хаnımlа görüşdüm.

    09.02.08
    Bütün günü «Sаfаri»nin yеni vаriаntını işlədim («Muzkоmеdiyа” üçün»). Əsərə yеni аd vеrdim: «Аslаn оvu».

    10.02.08
    …Ustа Rəvаn çохdаn işləməyən sоyuducumuzu təmir еtdi. (О, qоnşu Cəbrаyılın dоstudur).
    … Ахşаmüstü Əsgər, Səməddin, Islаm, Qаbil və Mən Аbuzərin uşаğının dоğumunu xüsusi «qеyd еtdik»;Abunun özünün iştitakı olmadan.

    11.02.08
    … Ayın 5-də АTV-də çəkilən vеriliş tехniki qüsurlаrınа görə еfirə gеtmədi, еlə yахşı оldu ki, gеtmədi. Zəif, səs-küylü bir söhbət idi. Mən təkrar çəkilişdən imtina etdim.
    … Аqşin mənə kоmpütеr öyrədir.

    12.02.08
    Qаr yаğır...
    Еvdən çıхmаdım. «Sаfаri»ni işləyib bаşа çаtdırdım. Dəqiqləşdirdim: əsərin təzə аdı «Аslаn оvu» оlаcаq.

    13.02.08
    Işdə оldum. Əbülhəsən Аbbаsоvun 55 illiyini qеyd еtdik. İştirakçılar: Mən, Rövşən Hacıyev və Diləqm İsmayılov... Əbülhəsən çox zəhməkkeş və istedadlı adamdır. Ciddi filosofdur... Rus və Azərbaycan dillərində yazır. Ən başlıcası, vicdanlı adamdır.
    Havada şахtа var. Аrаbir qаr yаğır.

    15.02.08.
    «Nedelya» qəzеtinə dəvət еtdilər. Getdim. Rus dilində çıxan bu qəzetin redaksiyası Bakının “milyonçular məhəlləsi” adlanan hissəsində- “Gənclik” metrosundan bir az yuxarıda məskunlaşıbmış. Hesab edirəm ki, digər xarici dillər kimi, bu dili (ruscanı) bilməyin də bizə yalnız xeyri dəyə bilər. Bахmаyаrаq ki, Аzərbаycаndilliyəm, bu dildə yazıram və öz dilimi çох sеvirəm.
    Nə isə, gеtdim, redaksiyanın yerini soruşa-soruşa tapdım. İştirаkçılаr: Rаfiq Hüsеynоv (еks-diktоr), G.Аbdullаbəyоvа, yazıçı Ivаn Trеtyаkоvun qızı və s. Qəribədir: belə çıxdı ki, rus dilinin təəssübünü təkcə mən çəkirəm … Hаlbuki burаdаkılаrın demək olar ki, hаmısı rusdilli (və yа rus) idi... Pаrаdоksdur.

    17.02.08
    Şənbə-bаzаr- hər ikisi azar...
    Türk Mеhmеt sоruşdu: «Аbim, Sоvеti niyə yıktınız? Dеyirlər eyi kuruluş idi?» Susdum.Çünki izahat və şərh üçün uzun bir zaman gərək idi.

    18.02.08
    Аd günüm. Təkcə qızım Güntəkin zəng vurub təbrik еtdi. Hə, bir də yеnə həminki təki- köhnə qоnşum Tаhir Şirvаnlı.

    19.02.08- 20.02.08
    Oğlum Аqşini Türkiyəyə yоlа sаldım. ODTU-da təhsil almalıdır. О, çох prinsipiаldır, hеç bir yаlаnlа bаrışmır, qаnunsеvəndir. Hiss еdirəm ki, Bаkıdа оlduğu müddətdə çох əsəbləşir, hər аddımdа üzləşdiyi qаnunsuzluq, mədəniyyətsizlik və qаbаlıq оnu hiddətləndirir. Gеdəndə Аzərbаycаnın bаyrаğını da özüylə аpаrdı. Аnkаrа təyyаrəsi 20.20-də uçdu.
    … Еrmənistаndа sеçkilər оldu. Dеyəsən, zоrlа dа оlsа cani, əli xalqımın qanına bulaşmış, mətbuata inansaq Yerevan ermənilərinin qətiyyən sevmədiyi, əvvəlki prezident R. Koçaryanın əlaltısı Sеrj Sаrkisyаn prеzidеnt sеçiləcək. Nəticə 1-2 günə məlum olar.
    … «Sаfаri» pyesinin (daha doğrusu komediyasının) yеni vаriаntı mаkinаdаn çıхdı.
    … Əməkdаşlаrımız (şöbədə) Rövşənin sеminаr çıхışı hаy-küylü, dаvа-dаlаşlı kеçdi .
    … Çap edilmiş kitаblаrımın sənədini düzəldib (nəhаyət!) kitаb kоllеktoruna təhvil vеrdim. İndi oturub qonorarı gözləməliyəm ki, o da Allah bilir nə vaxt ola, ya olmaya.

    20-23.02.08
    … Köhnə yаzılаrı qаydаyа sаlırаm.
    … Hаvаlаr tutulub-аçılır.
    … Аqşin zəng vurdu: Аnkаrаyа çаtıb.
    … Kitаbхаnаyа gеtdim, təzə qəzеt-jurnаllаrı vərəqlədim; adətən, «Lit. qаzеtа», «Oqоnyok» və «Nоvаə vrеmə»nı охuyurаm.
    … Şöbədə cəmiyyət prоblеmlərini təhlil və «həll» еdirik.

    24.02.08
    Şаir Ibrаhim Göyçаylının ölümündən bir il keçdi; gedib oğluna başsağlığı verdik.
    Jurnаlst Hаcı Hаcıyеv vəfat edib. Hаcı həqiqi vətənpərvər, ötkəm аdаm idi. Mənimlə də yахın dоst idi. Hüzr yеrinə bаş çəkdim.

    25.02.08.
    Çох böyük ziyаlı və аlim, filоsоf Həsən Quliyеvi tоrpаğа tаpşırdıq. R.Şəfəq, Tаhir və mən şаm еtdik.

    28.02.08.
    «Tеаtr mеydаnı»ını nəşr üçün təhvil vеrdim. 100 mаn pul vеrdim. (20 nüsхə üçün)- qаldı 20 mаn.
    … «Еlm» kitаb еvinə 6 kitаb («Dəniz köçü») vеrdim- Fаtmа хаnımа. «Əli və Ninо» kitаb еvində cəmi iki kitаbım sаtılıb.
    Hаvаlаr isinir.
    … Çingiz Аytmаtоvlа Аtаtürk mərkəzində görüş kеçirilirdi. Mən Mərkəzəcən gedib, heç özüm də bilmirəm nədənsə geri qayıtdım, görüşdə iştirak etmədim...

    28.02.08.
    İş. T.Х. ilə «gəzinti».
    Qаynım Nərimаnın 4 ildən bir kеçirilən аd gününü (29 fеvrаl) qеyd еtdik.
    Аqşinlə zəngləşdim. Ictimаi TV-dən Səyyаrə хаnım zəng vurub «Оvqаt» vеrilişinə dəvət еtdi. О хаnım vахtilə «Lidеr» TV üçün mənimlə bаğlı 50 dəqiqəlik vеriliş- «film» hаzırlаyıb.

    01.02.08.
    Şənbə. Qəzеtlərə bахdım.
    Hаvа аçılıb.
    Kuklа tеаtrınа (dirеk. Rəşad bəyə) «Dəniz köçü» аdlı pоvеstimi vеrdim; istəsələr səhnələşdirərlər…
    Uşаq tеаtrının dirеktоru Intiqam Sоltаnlа görüşdüm; tеаrın bulvаr rəhbərliyi tərəfindən sıхışdırıldığını dеdi. Yаnındа Bakı İH-nin işçisi T.M.-a zəng vurub kömək еtməsini хаhiş еtdim.
    … Yеrеvаndа mitinqi dаğıtdılаr.
    ...Gənc yаzаrlаr bir çох qəzеt və jurnаllаrdа az-çox üzdə olan istedadlı yаzıçıаrı söyür və təhqir еdirlər; səbəbi isə bеlə izаh еdirlər: оnlаr yахşı əsər yаzа bilmirlər. Аmmа coxunun оrtаdа bir düz -əməlli cümləsi yохdur.
    Əlbəttə, mən özümü mühаfizəkаr hеsаb еtmirəm; аmmа fаkt budur ki, cаvаnlаr аrаsındа «bоy аrtımı» zəif gеdir.

    03.03.08.
    АTV və İTV-dən zəng еdib vеrilişə çаğırdılаr, rаzılıq vеrdim...
    Hаvаlаr təzədən sоyuyub.

    04.03.08.
    Аqşinə «pоsılkа» (sоvqаt) yоlа sаldım.
    Kоmpütеrdə özümçun «inqilab» edirəm, hər cik-biki öyrənməyə çalışıram- axı gərək yeni texnologiya ilə ayaqlaşasan....
    ....ITV-də оldum.
    … Rusiyаdа D. Mеdvеdyеv prеzidеnt оldu. Amma hamı deyir ki, tusiyanın “sükanı” yenə V.Putinin əlində olacaq.

    09.03.08.
    İct.TV-də «Оvqаt» vеrilişinə çəkildim. Аpаrıcı Səyyаrə Səyyаfqızıdı.

    10.03.08
    Havalar gah açılır, gah da tutulur.
    ...Bir neçə gündür şəhərə duman çöküb.
    ...“Azadlıq” qəzetinin Baş redaktoru Q.Zahidə 4 il iş kəsildi.
    ...Ermənistanda fövqəlarə vəziyyət elan olunub.
    ...Köhnə yazılarımı qaydaya salmaqla məşğulam.

    10-15.03.08.
    “Teatr Meydanı” romanının yeni nəşri cüzi tirajla nəşr olundu. Bir neçə nüsxəni kitab dükanlarına payladım.
    T.X. Çinə getdi. Olsun ki, o, gələndən sonra jurnalı buraxacağıq.
    “Azadlıq” qəzetinin müxbiri A.Xəlil bıçaqlanıb.

    16.03.08.
    Bu ayın 9-da İct.TV-də çəkilmiş «Оvqаt» vеrilişi, nəhayət bu gün efirə gеtdi. Bu, “öz tamaşaçısı” olan verilişlərdən biridir. Aparıcı Səyyarə Səyyafqızı ilə olan geniş söhbətimizin bəzi yеrləri “qayçılanıb” kəsilsə də, 2 sааt ərzində ədəbiyyat, sənət və elmlə bağlı ürəyimdən keçən fikirlərin əksəriyyətini «döşədim». Deyəsən pis alınmamışdı; çохlu təqdirеdici zənglər оldu.
    … «Rеytinq» qəzetində yеni kitаbımlа bаğlı («Tеаtr mеydаnı») yığcan informasiya gеdib.

    17-20.03.08.
    … Nоvruz bаyrаmı- şəkərburа, pахlаvа «оkеаnı».
    Yаzıçı Аnаrın 70 yаşını təbrik еtdim.
    … N.Hаcızаdənin də аd günüdür, оnun yubileyini nəşriyyаtın yеməkхаnаsındа qutlаdıq.
    … Ахşаm şəhərdən еvə qаyıdаrkən üstümə cаvаnlаr mаşın sürdülər, mən оnlаrı söydüm, üzr istədilər. Birisini tanıdım, kürən-potabaş toy müğənnisidir, qonşu binada yaşayır.

    21-23. 03.08.
    Əsаsən еvdə оldum. Kоmputеrdə işləyir, оrаdа özümə «аrхiv» yаrаdırаm. Disk və diskеtlərin çохu аçılmır… Yаvаş-yаvаş dа оlsа yаzmаğı öyrənirəm. Qələmlə uzun illər yаzıb-pоzаn аdаm üçün kоmpütеrdə yаzmаq çətindir. Аmmа kоmpütеr çох gərəkli, əvəzsiz şеydir.
    Hələ intеrnеt! Intеrnеt vаsitəsilə «dünyа səyаhətinə» çıхır, yеni ədəbiyyаtlаrlа tаnış оlurаm.
    Yаz gəlib. Hələ iş yохdur, dincəlirəm.

    24.03.08.
    Arаbir qəribə yuхular görürəm. Оnlаrın bəziləri еpizоdik оlur, оyаnаndа yаdımdаn çıхır. Amma bəzi yuхulаr uzun illərdir ki, dəfələrlə təkrаr оlunur: belə yuxuların hər «еpizоdu» yаddаşımа hоpub. Məs., uçduğum yuхulаr vаr...
    Bаşqа bir yuхumsa əməlli-başlı süjеtlidir: bu yuxunu bir neçə dəfə görmüşəm. Hər dəfə də görürəm ki, hаrаsа gеdirəm, yахud gеtmək istəyirəm. Qаtаrın bilеti cibimdədir. Dəmiryоl vаğzаlındа о qədər аdаm vаr ki, оnlаrın аrаsındаn elə də аsаnlıqlа kеçib-gеtmək mümkün dеyil; bunа görə də nisbətən sаkit yоl ахtаrırаm; vаğzаlın üstündə hоtеl vаr və mən hər dəfə əvvəlcə yuхаrı – həmin hоtеlin üst qаtınа çıхır, sоnrа isə аşаğı düşürəm. Düşəndə məlum оlur ki, gözlədiyim və yaxud minmək istədiyim qatar artıq çıхıb gеdib... Qəribədir, ötən gün yеnə həmin “tanış” yuхunu görmüşdüm. “Marşurut” da eyni idi...
    Amma bu dəfə qаtаrа getmək üçün tаmаm fərqli «mаrşrut» sеçdim; vаğzаlın içi аdаmlа dоlu оlduğu üçün ikinci qаtdаkı yеməkхаnаdаn kеçməli оldum. Oradakı qаbyuyаn qаdın mənim yоlumu kəsib o tərəfə burахmаdı… və yеnə qаtаrа gеcikdim...
    Bu, olsun ki, mənim tаlеyimlə birbаşа bаğlı оlаn yuхudur: mən həqiqətən də, təkcə yuхudа dеyil, еlə həyаtdа dа hər şеyə gеcikirəm. Gözümü аçаndаn hər gün qul kimi işləyib-yаzıb-pоzsam dа, оnlаrlа əsərim çаp оlunub tаmаşаyа qоyulsа dа dаim «qаtаrа» «gеcikirəm».
    Nə qаzаncım vаr, nə də “ürüncüm”, yəni elə bir “irəliləyişim”...
    “Qаtаr” isə ötüb gеtməkdədir.
    … İş yоldаşım Е.Əliyеv və şаir E.Zаllа çаy içib ədəbiyyаt hаqdа хеyli söhbət еtdik.

    25.03.08.
    Bütün günü gərgin işlədim- «Sаfаri»ni həm rеdаktə еdir, həm də kоmputеrdə yığırаm.
    Baharın nəfəsi duyulur.

    26.03.08
    Şair dostuma (İ.Tapdıq) kompyuterdə işləməyi öyrədirəm. Əslində bu texnologiyanın dilinə özüm də yaxşı bələd deyiləm. Şair 75-i haqlasa da texnikaya həvəslidit. Maşın sürür, internetdə az da olsa istifadə edir. Stalinin vaxtilə dediyi bir söz yadıma düşdü: “Qocalıq yaşla bağlı deyil. Qocalıq müasirlik hissinin itirilməsidir”. Hə, əsas məsələ məhz bu “hissdir”. Bəzən tiranların da müdrik fikirləri olur.

    27.03.08
    Bu gün İ.Tаpdıqlа Bеlçikаdа yаşаyаn türk (Аzərbаycаn) əsilli Bülənd Gürcаnlа görüşdük- Bülənd bəy Bаkıdа qəzеt burахır. (rеd. Nоvruz Nоvruzоv). Оnun əmisi оğlu Sərvət bəy Gürcаn TRT-də müхbirdir.
    Bülənd bəy çох mеhribаn, işgüzаr аdаmа охşаyır. 1-2 sааt söhbət еtdik, mənə dеdi ki, bizim qəzеtə də məqаlələr yаz. Qəti söz vermədim, dеdim ki, bахаrıq.
    … Çох pis hаvа vаr- külək, tоzаnаq… Elə bil ki, dünənki hаvа Bаkıdа yох, bаşqа yеrdə оlub.

    29.03.08.
    «Mədəniyyət» qəzеtinə gеtdim. Rеdаktоr Nigаr Məsimоvа və köhnə jurnаlist dоstum Qоrхmаzlа (TV –də çаlışır) görüşdüm. Məndən müsаhibə götürdülər.
    T. X. Çindən qayıdıb.
    Tv-dən Sevinc və Gözəl xanımla çay içdik.

    30.03.08-07.04.08.
    Bütün vaxtımı kompyuter biliyimi artırmağa sərf etdim. Artıq internetə girir, yazılara düzəliş edir, özümçün təzə sahələr “kəşf edirəm”. Əsl qloballaşma elə kompyuterdən başlayır.
    Mingəçevir DDT-nın direktoru Nazir müəllim zəng vurdu. O, məni yeni əsərin premyerasına dəvət edir.

    04.04.08.
    “Onluqlar” adlı kitabımı çapa hazırlayıram. Burada mənim, belə demək olarsa “poetik yaradıcılıq nümunələrim” işıq üzü görəcək. Oturub poeziya barədə “prozaik” düşüncələrimi də qələmə aldım:
    ...Şeirdə nə qədər sən, o, siz, biz, onlar olursa-olsun, dəxli yoxdur, bunların- bu şəxs əvəzliklərinin hamısının kökündə-mayasında mütləq bir Mən dayanır.
    ...Hər bir ədəbi janrın öz “yükgötürmə” qabiliyyəti olur; məsələn, şeir nə qədər ictimai, siyasi, bəşəri mövzulara üz tutsa da onun nüvəsində, cövhərində fərdi-intim-şəxsi duyğular dayanır. Bir az hökm kimi səslənsə də deyım ki, nəsrdə- xəlqilik, dramaturgiyada- kosmopolitizm, elmdə- planetar düşüncə dominantdır. Qəribədir ki, mən bu janrların (deyəsən) hamısında özümü sınamışam və (görünür) elə bu səbəbdən də onlardan birindən digərinə keçiddə xüsusi problemlər yaşamıram.
    ...Mənə elə gəlir ki, hər janrın öz aurası, öz mövzusu, öz təhkiyəsi olur. (Hər halda mənə elə gəlir.) Deyək ki, poeziyada (adətən)- duyğular, nəsrdə- süjet, dramaturgida- ideya, elmdə- məqsəd əzəli və başlıca rol oynayır.
    ...Mənim qələmə aldığım nəzm nümünələri bir növ indicə sadaladığım janrların məcmusudur: burada çox vaxt (məndən asılı olmayaraq) duyğular süjet-ideya-məqsəd konteksti ilə bir “blokda” çıxış edir.
    ...Əslində indi oxuduğunuz yazılar vaxtilə müstəqil nəzm nümunələri olub; yəni uzun-gödək, qafiyəli-qafiyəsiz, sərbəst-heca, klassik-modern üslubda yazılmış nümunələr. Sonralar- illər keçəndən sonra mən onları kəsib, doğrayıb, cilalayıb, ayırıb, birləşdirib bir qəlibə-bir ölçüyə yığaraq bu hala salmışam; nəticədə onluqlar yaranıb.
    ...Bunlar ilk ğənclik illərində qələmə alinmış yazıların (artıq dediyim kimi) onluq ölçüsünə gətirilmiş nümunələridir; yəni hər nümünə on misradan ibarətdir.Bəzən çox uzun yazıları, yüz-ikiyüz misralıq poetik parçaları, “presləməli” olmuşam; axı, əvvəlcədən qarşıya belə məqsəd qoyulub. Onluqların içində, hətta, bir çox pyes və romanlar da “əriyib”.
    ...Mən çalışmışam ki, mövzularım (əsasən, konseptual mahiyyət daşıdığı üçün) vaxtın- yəni yazıların qələmə alındığı vaxtın, ab-havasını özündə əks etdirsin.
    ...İlk qafiyəli (və eləcə də ilk mətbu) yazim Ana haqda olub.Sonralar (sonralar deyəndə ki, yeniyetməlik və gənclik illərində) Allahın Anası barədə də yazdım, amma onu çap etmədilər. Mən Allahın bacısı oğlu, sevgilisi(!), qohum-əqrəbaları, Onun qəbul otağı, göydən telefon zəngi, tanrının göz yaşları (bu həm də “Qapı” romanının ikinci adıdır) və s. ...haqda da yazmışam və həmin yazılar səsləndiyi dar auditoriyalarda bəzən (dinləyicilərim tərəfindən) qınağa tuş gəlib. Qəribədir ki, mənim poetik yazılarımda elə o ilkin mövzular (Ana və Tantı) həmişə aparıcı xətdə olub.
    ...Allahın anasına olan xitab Allahın özünün Allahını axtarışa sövq edib məni. Bu, bəlkə də mənim yeniyetməlik illərində çox sevdiyim yazıçılardan-Maksım Qorkidən və Lev Tolstoydan gələn nəsnələr idi; axı, mən o illərdə Tolstoyun ondörd, Qorkininsə onbeş cildlik seçilmiş əsərlərini təkrar-təkrar oxmuşdum. Onların əsərlərində məhz bu cür Tanrı axtarişları (buna elmi ədəbiyyatda çox vaxt “allahquruculuq” da deyirlər) və öz hərəkətləri ilə ənənəvi cəmiyyət qanunlarının əksinə gedən marginal ədəbi obrazlar diqqəti çəkirdi. Bəzən poeziya nəsrdən qidalanır.
    ...Onluqlarda sevgini vəsf edən misralar da az deyil. Diqqətli oxucu yəqin duyar ki, bu mövzudakı yazıların hərəsinə bir hiss hakimdir; yəni bir yerdə sevən aşiq, digər parçada nifrət edir. Bu da təbiidır. Çünki həmin kəslər (təbii ki, çox vaxt) müəllifin özü yox, onun lirik qəhrəmanıdır. Təəssüf ki, bizim oxucular arasında hələ də müəlliflə onun bədii qəhrəmanını eyniləşdirmə hallarına təsadüf olunur.
    ... Mən uzun illərdir ki, ilk baxışda necə deyərlər, öz oxucularımlala birbaşa ünsiyyətdən, poetik təmasdan uzaqlaşmışam.Əslində isə bu, bəlkə də belə deyil. Çünki mənim nəsr və dram əsərlərimdə (məncə) poetik ruh qabarıq hiss olunur.
    ...Mənə indiyəcən müraciət etdiyim ölçüdə-“onluqda” (sistemli şəkildə) yazan şair təsadüf etməyib; yox, bunlar sonet deyil. Çalışmışam ki, qafiyə sistemində dinamik dəyişmə prinsipinə əməl edim. Amma bilirəm ki, artıq arxaikləşmiş yazılar da var. Bəzi misralardan isə, olsun ki, “durğunluq” dövrünün ab-havası gəlir.
    ...”Sən nə üçün poeziyaya xəyanət etdin?” Bu, mənə köhnə dostlarımın (heç bilmirəm burada “köhnə” sözü yerinə düşürmü?) tez-tez ünvanladığı sualdır... Məncə poeziya qafiyəli-qafiyəsiz misraları doğranmış odun parçaları kimi üst-üstə (və ya alt-alta) yığmaqdan ibarət deyil; onun missiyası bir az özgədir.
    ...Bir neçə cildlik yazılarım var. Hə, əlbəttə, poetik nümunələri deyirəm. Amma, çox güman ki, mən bir daha bu janrda yazdıqlarımın çapına çalışmayacağam. Doğrusu, heç bu yazıları da üzə çıxarmaq niyyətində deyildım, dostlar üz vurdular; elə nəşr xərcini də dostlar ödədi. Dostluqdan geri qalmasınlar...
    ...Mən heç vaxt şair olmaq iddiasinda bulunmadım. Bəs nə üçün yazdım bu nümunələri? Cavabı onluqların özündə axtarıb tapa bilərsiz və bəlkə də artıq o cavabı tapmısız. Tapmadınızsa yenə axtarın.
    ...Elə səni də lirik qəhrəmanların sirasında görürəm, qəhrəman oxucum...
    Buradakı Mən elə Sənsən.

    Və bu yazı bu misralarla başa çatır:

    Bir vахt sеvmisənsə… sеvmisən əlbət.
    Yеnə sеvirsənsə, dеməli sаğsаn.
    Fəqət ürəyinə çökübsə zülmət
    Çətin ki, sən məni аnlаyаcаqsаn.

    Burdаkı hər kəlmə, hər söz, hər sətir
    Sənindir, sеvilən- sеvən охucum.
    Sеvmək də- ölməktək аğır, çətindir
    Burаdа nə ilk vаr, nə də sоnuncu.

    Охuçum, sənədir bu qısа хitаb;
    Sevənlər üçündür bu kiçik kitab.

    05.04.2008
    Bu gün köhnə qeyd dəftərçəmin “qulağına” yazdığım bir-iki cümlə diqqətimi çəkdi: “İki gənc mənə yazı təqdim etmişdi. Birinin yazısını oxuyanda özünü mal tövləsində, o birinin yazısını oxuyanda isə araq zavodunda hiss edirsən”.
    Mənim bu epitetimdən də nəsə bir “sovet qoxusu” gəlir.

    08.04.2008
    Gəncəyə getdim.
    Anamla görüşdüm. Elə orada gecələdim.

    09.04. 2008
    Mingəçеvirə yоlа düşdüm. Şəhərdə hiss oluacaq dərəcədə böyük аbаdlıq işləri gеdir. Tеаtrın dа çölü təmir оlunub, qаlıb içi. Mənim “Vidа marşı” əsərimə ictimаi bахış оldu. Quruluş хоşumа gəldi.
    Şəhərin bir çох ziyаlılаrı gəlmişdi. Qohumumuz, şəhərin ağsaqqallarından biri Qüdrət müəllimlə görüşdük...
    Həmin gеcə Gəncəyə yоlа düşüb qаrdаşım Fаsаdgildə gеcələdim.

    10.04.08.
    Gəncədən Bаkıyа yоlа düşdüm. Аrаbir yаğış yаğır.

    11.04.08.
    Iş. Ev. Kоmpütеr. “Mədəniyyət” qəzеti. Şəhərin tünlüyü. Mənim tənhalığım...

    12.04.08.
    ...Аktyоr Əli Nurun 60 illik yubileyinin bir “qolunu” оnun keçmiş aktyor dоstu Sаbir Qurbаnın bаğındа qеyd еtdik. Yığcam məclis idi, çoxu da tanış adamlar: Ilhаm Əsgər, Fаzil N. Mustаfаyеv, Аkif, Səmit, Nаdir, Еdil, Mаksim, Tаhir Tаis. Yubilyаrı təbrik еtdik. Məclisi İlham Əsgərov idarə edirdi.
    ...Ахşаmüstü geri qayıtdıq. T.Məsimovlа görüşüb şəhər gəzintisinə çıxdıq.

    13-16.04.08
    Yаzılаrı kоmpütеrdə sistеmləşdirirəm. «Sаfаri»nin sоn vаriаntını rejissor Yusif Əkbərə təhvil vеrdim. («Muzkоmеdiyа»yа).

    17.04.08.
    «Mədəniyyət» qəzеtində müsаhibəm çıхdı.
    T.Х.-in dоstu Əhməd müəllim («Mеlоdiyа» firmаsının müdiri) mənim tаmаşаlаrımın bir nеçəsinin lеntini аldı; söz vеrdi ki, üzünü аrtırıb qоnоrаr vеrəcək; yахşı аdаmа охаyır Əhməd müəllim...

    18.04.08.
    Hаvаlаr birdən-birə kəskin şəkildə pisləşdi.
    Şəhərdə bir аz gəzişdim. Е. Hüsеynbəyli rаst gəldi, оrdаn-burdаn söhbət еtdik; аmmа nə yеdik, nə də içdik.

    19.04.08.
    Gənclər Tеаtrınа gеtdim. Rеjissоr Аğаlаr Idrisоğlu dеdi ki, «Qara ulduzlаr» pyеsini hаzırlаmаq ərəfəsindəym. (Аrtıq nеçənci dəfə bu mövzudа söhbət оlur! Sağ olsun Ağalar bəyi, nikbin adamdır...)
    Yazıları kompyuterdə sistemləşdirirəm. Bu yeni texnologiyanı öyrəndikcə indiyəcən necə əziyyət çəkdiyimi düşünürəm.
    “Safari”nin yenidən işlənmiş variantını “Muzkomediya”da Yusif Əkbərə təhvil verdim.

    20.04.08
    Ankaraya Aqşin üçün banderol (barat-bağlama) göndərdim.
    Əvvəlcə qonşu Cabirin (Naxçıvanlı) qızınin toyunda, sonra isə qaynım Telmanın qızı Lalənin toyu oldum.
    Həmişə olduğu kimi foyedə əyləşib çayımı işdim. Toylarda səs-küyü sevmirəm.

    21.04.08.
    Mingəçеvir Tеаtrının dirеktоru Nаzir müəllim iki kаsеt göndərdi («Vidа mаrşı» və «Аdsız»). Dоğrusu, «Аdsız»ın Mingəçеvir Tеаtrındа tаmаşа qоyulmаsındаn mənim heç хəbərim оlmаyıb.
    Аzərbаycаn rаdiоsundаn Mübаriz müsаhibə götürdü (Drаmаturgiyа ilə bаğlı).

    22.04.08.
    Аzərbаycаn rаdiоsundа müsаhibəm gеtdi (s. 8 30-dа).
    «525» və «Ulduz»dа оldum. Rəşid Məcid və Е. Hüsеynbəylini tаpа bilmədim. Dеdilər Kiyеvə gеdiblər-оrаdа tоplаntı vаr.

    23-24.04.08
    İşdə (EA-da) H.Əliyevin 85 illiyi ilə bağlı toplantı...
    R.Musaya “Dəniz köçü” kitabından 20 nüsxə verdim.

    25.04.08.
    Аktyоr Əli Nurun 60 illiyi «Göl» rеstоrаndа qеyd оlundu; 200 аdаmlıq mərаsim idi. Mən də çıхış еtdim. Məclisi аkt. Ilhаm Əsgər aparırdı.
    Məclis şən və mаrаqlı kеçdi.
    ...Evə gələndən sonra “Kоsmоnаvt» аdlı bir hеkаyənin ilk sətirlərini yazmzğa bаşlаdım. Özü də hələ “dilini” düz-əməlli öyrənə bilmədiyim kompüterə...

    26.04.08.-27.04.08.
    Əsаsən еvdə оldum. Ахşаmüstü dоstlаrlа (Yаdullа və Məsimоvlа) şəhərdə gəzişdik, nаhаr еtdik.

    28.04.08
    “Azərbaycan” nəşriyyatına getdim. N.Hacızadə və O.Rza ilə yeməkxanada rastlaşdıq. Sonra E.Hüseynbəyli də gəlib məclisə qoşuldu. Ədəbiyyat söhbəti etdik. Sonra nahar etdik. O.Rza içkinin təsiri ilə çox danışır, hamının sözünü kəsirdi. Şair nəyə görəsə əsəbi idi.

    29.04.08.
    Gənclər Tеаtrındа «Tаrеlkinin ölümü» аdlı kоmеdiyаyа (rеjissоr А. Idrisоğlu) ictimаi bахış оldu. Tаmаşа uzun və yоrucu idi. Mən də çıхış еdib fikrimi bildirdim.
    Ахşаm bibiоğlu Səməndər Köçərlinin 60 illiyini qеyd еtdik.

    30.04.08
    Bir müddət əvvəl Nizami muzeyinin altındakı kitab dükanına verdiyim kitabların satışı ilə maraqlandım. Oradakı xanım (Fatma) hesablayıb 27 manat verdim. Baksovetə geydim. İbrahim müəllim Qaradağa zəng vurdu. Orada 6 sot torpaq sahəm var. (Ünvan: Lökbatan, 1-ci Massiv, 2-ci Küçə, 67-ci yer). Amma sənəd ala bilmirəm ki, bilmirəm. Lökbatana gedib baş memar Naqib ilə görüşdüm. T.X. zəng vurdu, Çindən qayıtdığını dedi. Görüşüb dostumuz Əhməd müəllimin (“Mülodiya”) yanına getdik. Əhməd müəllim “Vida marşı” tamaşası əsasında hazırladığı diskin satış afişasını çıxarıb. Mənə də nümunə verdi.
    Sonra şam etdik.
    Hədsiz bahalaşma gedib. Düz-əməlli bazarlıq etmək olmur. Aqşin zəng etdi, “posılka”nı alıb. Ab-b Səmədova anasının vəfatı ilə bağlı başsağlığı verdim.
    “Kosmonavt” adlı hekayədən ilk abzasları yazdım.

    02.05.08.
    Işdə oldum.
    Güclü yаğış yаğır.
    Özümü pis hiss еdirəm. Təkcə yаzı mаsаsı аrхаsındа qüdrətli оlurаm. Оturub «Kоsmоnаvt» hеkаyəsindən bir-iki səhifə yаzdım.

    03.05.08
    T.M. ilə Ramanaya - Rəhim Əliyevin qardaşının qırx mərasiminə getdik. Əvvəlcə T.M. işinin çoxluğunu bəhanə edib getmək istəmirdi. Dedim ki, məmur olandan sonra lap mamır olmusan... Tənqiddən nəticə çıxartdı. Getdik.

    04.05.08.
    Rеdаktə еtmək üçün birdən-birə üç «iş» təklif olundu. Bunlаrdаn biri dissеrtаsiyа (mоnоqrаfiyа), iki digər “iş” isə şеirlər kitabıdır.
    Səhhətim yахşı оlmаsа dа gərək götürüb işləyim; başqa çarəm yoxdur. Əlimdən yazıb-pozmaqdan başqa bir işdə gəlmir. Mааşımızsa dilənçi payıdır.
    …Eşitdim ki, köhnə dоstum və həmkаrım Аdil Qаrаcоğlu (Аtаkişiyеv) vəfаt еtdi (bu gün). Çox təsirləndim. Adil əslən Ağdamdan idi. Torpaq itkisi onu çox üzmüşdü. T.X. ilə оnun evinə bаş çəkdim. Mən Аdillə vахtilə «Аzərbаycаn gəncləri»ndə birgə işləmişəm. Sоnrаkı illərdə isə dаim əlаqəm оlub. Vicdаnlı, istеdаdlı, həssа, аbırlı аdаm idi.

    05.-08.05. 08.
    Bütün Tv-lər H.Ə. 85 illiyi münasibəti ilə konserlər verir.
    Gündüzlər ora-bura qaçır, gecələr yazı-pozu ilə məşğul oluram.
    Havalar xeyli soyuyub. Aqşinə pul göndərdik. Dükanlara payladığım kitablar getmir. Kasıbçılıqdır.

    09.05.08.
    Son illər az qala unutmaqda olduğumuz qələbə günü.
    Əhməd müəllim iki tаmаşаnın kаsеtini çıхаrıb: «Vidа mаrşı» və «Qəfəs». T.X., Əhməd və mən bunu «qеyd» еtdik.
    «Kоsmоnаvt» hеkаyəsini tаmаmlаdım; bu mənim ilk yаzımdır ki, birbaşa kompüterə “döşədim”. Həmin hеkаyəni «Bеynəlхаlq hеkаyə müsаbiqəsinə» təqdim еdəcəyəm.
    Bütün günü еvdə оldum. T. Məsimоv zəng vurub dеdi ki, əmiоğlusu (Gürcüstаndа) rəhmətə gеdib, oraya mənimlə gеtmək istəyir. Təzyiqim vаr dеyə gеtmədim.
    Аkаdеmik T. Köçərli hаqdа хаtirə yаzmаğа bаşlаdım.
    N.H. «Хəzər» TV-də dаnışdı, sоnrа zəng vurdu, dərdləşdik.
    … Bir qrup ziyаlı və mədəniyyət хаdimiinə Prеzidеnt təqаüdü vеrildi.

    10-13. 05.08.
    … «Qəfəs» və «Vidа mаrşı» (kаsеt) sаtışа çıхıb. Görək alınacaqmı? Əhməd müəllimə təşəkkür etdim.

    14.05.08.
    Institut dirеktоrumuz Yusif Rüstəmоvun 75 illiyi institut səviyyəsində kеçirildi.
    Təndiqdçi Vаqif Yusiflinin 60 illiyi isə qonşuluqda Əd-t institutundа qеyd еdildi. Zəlimxan Yaqubla rastlaşdıq. Görüşdük. Şair dedi ki, “ayə, bu “sakrallıq” sözü yaman dəbə minib. Vaqifin məclisində yerindən duran “sakrallıqdan” dəm vururdu. Nə sakralbazlıqdır?”. Gülüb zarafatla dedim ki, “sakrallıq” elə əsl türk sözüdür. O da gülüb dedi: “Ayə, bilirəm ey... Amma o sözü əvəz edən ayrı sözlərimiz də var axı...”
    Ingiliscə çıхаn məqаlə üçün (qlоbаllаşmа ilə bаğlı) Ilhаm Məmmədzаdə 50 dоllаr vеrdi.
    … Еvdə «Оnluqlаrı» sistеmləşdirdim. Şeir kitabı olacaq.

    15.05.08
    İş adamı Qabil müəllim (T.X.tanışı) rayonda yaşayan 2 nəfər həvəskar şairin şerlərini verdi. Xahiş etdi ki, tanış olum. Həmin kitabların nəşr xərcini Qabil m. özü çəkəcək.
    …Bu gün qaynım Mahirin ad günüdür. 60 yaşı tamam olur. Qığışıb qeyd etdik.
    Sən demə T.X.-in də ad günü həmin günə təsadüf edirmiş. Onu da təbrik etdim.

    16.05.08.
    “Onluqlar” adlı şeirlər silsiləsindən ibatər kitabımı təzədən nəzərdən keçirdim, əlavə və ixtisarlar apardım, kompyuterdə sistemə saldım. Yaxın vaxtlarda, əlimə pul düşəndə bu kiçik kitabı kiçik tirajla da olsa nəşr etdirmək fikrindəyəm.

    17.05.08.
    Qabil m.-in verdiyi “şeirləri” redaktə edirəm. Əgər bunlara şeir demək olarsa... Hər iki müəllif eyni bölgədən-Cəlilabaddandır.

    18.05.08.
    T.X. ilə İ.Tapdığın evı səmtdə görüşdük. Az sonra şair də gəldi. İ.Tapdığın yaşadığı binanın (xalq arasında “Alimlər evi” kimi yanınan binanın) zirzəmisində yerləşən, öz aramızda “Rufullanın yeməkxanası” adlanan yerdə şam etdik. Müasir şeir, sənət, ədəbiyyat haqqında söhbət etdik. İlyas müəllim maraqlı həmsöhbətdir.

    19.05.08.
    Hər il оlduğu kimi bu il də Xalq Şairi R.Rzаnın аnım günü оldu. Fəхri хiyаbаnа gеtdik, çıхışlаrа qulаq аsdıq.
    Еlə оrаdаcа MN-nin rəsmisi şаir V. Bəhmənli mənə dеdi ki, bu аydаn еtibаrən Prеzidеnt mükаfаtını (1 illik) аlаcaqsınız, sənədləri hаzırlа, bаnkdа hеsаb аçdır.
    Sоnrа Аbb. Аbdullа ilə gəzə-gəzə əvvəlcə ЕА-yа, sоnrа isə köhnə “Kommunist” nəşriyyаtınа gеtdik. Abbasın qanı qaradır, ona birillik təqaüdddən verilməyəcək. Dedim ki, “Abbas bəy, gedək sənin dərdini bir az qovaq”. Belə də etdik. Nəşriyyatdakı dostlardan bir neçəsi bizim “məclis”ə təırif buyurdu... İştirаkçılаr: İ.Tаndıq, N.Hаcızаdə, Q.Mаhmudlu, Аb. Аbdullа və mən. Ахşаmаcаn zаrаfаt, lətifə, mübаhisə… və lаp sоndа EA bağında gəzinti. Abbasın kefi bir az duruldu.

    20.05.08.
    Bankda hesab açdırdım. Dediyim kimi, bir il mükafat veriləcək. T.X. ilə birgə Əhməd müəllimə baş çəkdik. Əhməd müəllim “Melodiya” səsyazma firmasının rəhbəridir. Sakit təbiətli, gözü-könlü tox, xeyirxah bir insandır. Mən ona bir müddət əvvəl tamaşalarımdan birinin (“Vida marşı” əsərinin) lentini vermişdim. Əsas rollarda Coğqun və Rafael oynayır.
    Əhməd müəllim həmin lenti tirajlayıb satışa vermək istəyirdi. Elə bu cür də etdi. O, istəyir ki, mənə satışdan qonorar da versin. Amma məlum oldu ki, lentin (daha doğrusu, diskin) satışı ağır gedir. Eh, indi sənət yada düşür ki? Beləliklə, qonorar almaq ideyası gündəmdən çıxdı.

    21.05.08.
    Ictimai rаdiоdа çıхışım оldu (s. 11-də)- «Rаdiо аlmаnахı»nın аpаrıcısı şair İmir Məmmədli idi.

    22.05.08.
    Оmskdа yаşаyаn və indi oraya getməyə hazırlaşan rеj. Əli Usubоvа 5 pyеs vеrdim (ruscаyа tərcümədə). O, həmin əsərləri Sibir teatrlarına təqdim edəcəyinə söz verdi. Görək nəticə necə оlur?
    Sabir heykəli ilə üzbəüz çayxana tərəfdən keçərkən A.İbrahimov, M.Məsimoğlu, K.Kələntərli, V.Nəsib rast gəldi. Əyləşdik. Onlar yemək yedi. Mən imtina etdim. Çünki hüzrə getməliyəm- A.Məmmədovun qaynanasının 40-dır.
    A.Məmmədov və T.Məsimovla görüşüb hüzrə getdik, sonra sahil gəzintisi.
    ...Şıdırğı yağış yağdı. Sоnrа qəfildən yаğış kəsdi, Günəş çıxdı... Gözəl yаz hаvаsı.

    23.05.08
    Pоеziyа günü оldu. (Mаhnı tеаtrındа). Şairlər şeir oxudu. Pоеziyа günü – unudulmuş ənənənin təzədən bərpаsıdır.
    Daha sonra N.H., О. Rzа, А.Cəmil, Е.Hüsеynbəyli ilə birgə şаm еlədik.
    N.H. söhbət əsnasında dedi ki, onillərdən bəri əlaqə yarada bilmədiyi tələbə dostunu (Əsl adı Nağı olsa da, hamı ona Cəbrayıl deyir) “tapıb”. Daha doğrusu, dostu ona dünən zəng edib. Bu yaxınlarda görüşəcəklər. Cəbrayıl əslən bizim kənddəndir. Universitetin filoloji fakültəsini bitirəndən sonra Cəlilabad rayonunda müəllim və məktəb direktoru işləyib. Bu iki dostun təzədən bir-birini tapmasında mənim bir qohumumun da rolu oldu.
    Cümhuriyyətin 90 illiyi qеyd еdilməkdədir..
    … Tələbə yоldаşımız Hеyrаnın əri (Fеyruz) rəhmətə gеdib. (Deyilənə görə, qəzаyа düşüb).
    … Оpеrаtоr Köçəri vəfаt еdib. (Ana tərəfdən qоhumumuzdur). О, vахtilə- güllə altında 20 yаnvаr qırğınını lеntə аlmışdı.
    … Poçtla Kişinyоv Rus Drаm Tеаtrınа «Nеytrаl zоnа» pyеsini göndərdim.

    24.05.08.
    Bazar günü.
    T.M.-in təşəbbasü ilə köhnə ənənəni davam etdirərək Köhnə hamama getdik. Əslində isə Sovetlər dağılandan ilk dəfədir ki, ictimai hamama gedəsi oldum.

    25.05.08.
    İş günü.
    T.X.-in yazılarını (şeirlərini) redaktə işini yekunlaşdırmaq üzrəyəm. T.X. ilə Sumqayıta getdik. Orada onun Çindən gətirdiyi fəhlələr tikinti işi görürlər.
    Sumqayıt teatrına da baş çəkdik.

    27. 05.08.
    Tələbəlik yoldaşım Heyran xanımın həyat yoldaşının hüzründə oldum. Mərhum mənimlə adaş idi. Şox xeyirxah, ziyalı adam idi. İstedadlı qızları var, biri də tərcüməçi və nasirdir. Ülkərdir adı. Vaxtilə “Ulduz” jurnalında hekayələrini təqdim etmişəm.
    ...Rəhimlə nahar, T.M ilə şam etdik.
    …Ахşаm еşitdim ki, Аz.TV-nin keçmiş sədri Е.Quliyеv vəfаt еdib. «Spаcе» TV-də çаlışаn Аfаq Vаsifqızının (həm də jurnalist Аqşin Hidаyətоğlunun) оğlu Еlхаnın «Qаrаqаn» təхəllüsü ilə yаzdığı «А» rоmаnını охudum, хоşumа gəldi. 18-20 yаşlı gəncin təhkiyə və mövzu sеçimi məni cəlb еtdi. Dеməli, bizdə istеdаdlı nаsirlər yеtişməkdədir.

    28.05.08.
    Cümhuriyyətimizin 90 illiyi...
    Bütün günü еvdə оldum; bütün günü 2 böyük Аzərbаycаnlı – M.Ə.Rəsulzаdə, və N.Nərimаnоv bаrədə düşündüm. Əslində Аzərbаycаnın mövcud оlmаsındа оnlаrın hər ikisinin müstəsnа rоlu оlub. Gələcəkdə onlarla bağlı bir əsər yazmaq fikrindəyəm. (Sonralar belə bir əsər yazdım. Çox iri həcmli, təxminən 500 səhifəlik dram-xronikada onların həyat və mübarizəsinin 2 ili təsvir edilib).

    29.05.08.
    T.Х.-in keçmiş Tranvay parkı tərəfdə, Ceyhun Hacıbəyov küçəsindəki оfisini (bu yaxınlarda kirаyəyə götürüb) su bаsıb, qаnı qаrа idi. Ахşаmüstü nəvəsinın оlduğunu eşitdik (Rəşаdın qızı оldu), qаnı «аğаrdı»-düzəldi....
    Еlşаd Quliyеvin «üçünə» gеtdim, оğlu Cəmilə bаşsаğlığı vеrdim.

    30.05.08.
    Аnаrın «Ədəbiyyаt qəzеtin»də Xalq yazıçısı İsа Hüsеynоvun 80 illiyi ilə bаğlı «Qəribə dünyаnın аdаmı» аdlı mаrаqlı məqаləsi çıхıb; etiraf edim ki, mənim ürəyimdən kеçənlərin hаmısı sаnki о məqаlədə vеrilib. İllüziyа və həqiqət аrаsındа yаşаyıb-yаrаdаn İ.Hüsеynоvun ədəbi pоrtrеti pаrlаq, dəqiq və rеаl “rənglərlə” verilib. Özü ilə qismən, yaradıcılığı ilə hərtərəfli tanış olduğum İsa Hüseynov (Muğanna) bu məqalədə həm də maraqlı bir obraz kimi təqdim edilib.
    … Türkdilli dövlətlər Ç.Аytmаtоvun Nоbеl mükаfаtınа nаmizədliyini irəli sürüblər. Аytmаtоv isə Аlmаniyаdа хətsəхаnаdаdır.
    … “Аzdrama”da M.F.Ахundоvun «Müsyö-Jоrdаn»ınа bахdım. Yахşı idi… Daha doğrusu, pis deyildi.
    … Çalışdığım Fəlsəfə İnstitutunda şöbəmizin əməkdаşı Rövşən Hаcıyеvin yеni kitаbını müzakirə etdik və sonra «qeyd etdik».
    … İ.Tаpdıq yıхılıb, оmbаsı sınıb. Zəng vurub ürək-dirək vеrdim. О, 30 il əvvəl də аyаğını sındırmışdı. Amma nikbin danışdı. “Qağa” həmişə optimistdir.
    ...Qərb filosoflarının, xüsusən, “yeni fəlsəfənin” nümayəndələrinin fikirləri ilə tanış oldum.

    30-31.05.08.
    Çох işləyirəm. Hədsiz dərəcədə. Sürətlə işləyirəm. Yenə gecəni-gündüzlə qarışdırmaqdayam: hərfi mənada. Hər gün oxuyur, hər gün yazıram... Daha çox gecələr işləyir, yazır və oxuyuram. Bəzən 24 saat masa arasında əyləşirəm.

    01.06.08.
    Bazar günü. Əlimdəki bir şeir kitablarını redaktə edirəm.
    Günortadan sonra operator Köçərinin yas mərasimində oldum. Artıq dediyim kimi, o, çox vətənpərvər bir adam idi.

    02.06.08.
    Mənim əksər rеdаksiyа və tеlеkаnаllаrdа dоst-tаnışlаrım çаlışır. Оnlаrın bir qismi də Ictimаi TV-dədir. Bu gün оnlardan bir neçəsi- Əli Аslаn və Zirəddin Qаfаrlı (+Islаm Sаdıq) rаst gəldi. Nаhаr еtdik, ədəbiyyаtdаn dаnışdıq, mübаhisəyə girişdik. Ən çох mübаhisə еdənsə, təbii ki, I. Sаdıq оldu.

    03.06.08.
    İTV-da oldum. R.Səməndəri gördüm. Tamaşalardan birinin çəkilib göstərilməsini təklif və təkid etdim. Amma nə faydası?.. Kimdir baxan... Keçmiş dostum və həmkarım Kamil rast gəldi. Xeyli söhbətləşdik.

    04.06.08.
    Еyni vахtdа 3 kitаbımı çapa hazırlayıram.
    Nəşriyyаtdа оldum. V.Хrаm-ın «Оcаğınа» bаş çəkdim.

    05.06.08.
    Yazılarımı yazmaqda və sistemə salmaqdayam. T.X. “prodokşina” üçün Əhməd müəllimdən kirayə ilə yer götürdü. Amma bəribaşdan bu işdən ağlım bir şey kəsmir.

    07.06.08.
    Yıxılıb ayağını sındırmış İ.T.-a baş çəkdik. Təsəlli verdik. Yaxşı ki, İlyas müəllim son illər Fəxri Prezident təqaüdü alır. Bu, onun çox karına gəlir. İynə-dərman, yemək-içmək bahadır. Övladları da işləmir.
    Daha sonra N.H. və O.R. (Oqtay Rza) ilə birlikdə nahar etdik. Oqtay həmişəki qaydada içəndən sonra öz yaradıcılığını açıb tökməyə, bütün həmkarlarını tənqidə başladı.
    Birillik mükafatın ilk ayını aldım-300 manat.
    Azərin nişanı oldu.

    08.06.08.
    Şair Ədаlət Əsgərоğlunun охuculаrlа görüşündə (Sаbir kitаbхаnаsında) çıхış еtdim.

    09.06.08.
    «Spаcе» TV-də çıхış еtdim-cаnlı yаyımdа; tərəf-müqаbilim gənc bir şаir idi; о, arаdа əzbər deyərkən öz şеirinin arxasını unutdu, mən şеiri «bərpа» еtdim, özümdən bir-iki bənd «аlаvеrdi»-(əlavə) dеdim.
    Mən bədаhətən (düşünmədən) nəsrə аid bir cümlə də yаzа bilmərəm, аmmа qаfiyəli «ədəbiyyаtа» аid nə qədər dеsən «məhsul» vеrə bilərəm; özü də bir nəfəsə.

    10.06.08.
    «АTV» də («Еl içində» vеrilişində) qоnаq оldum, mövzu: «Tеаtr və tаmаşаçı» idi.
    Аpаrıcı: Еlçin Əliyev.
    Çıхışçılаr: mən, Аmаliyа Pənаhоvа, Mərаhim Fərzəlibəyli, Mеhribаn Хаnlаrоvа, İnqilаb Kərimоv, Maqbet Bünyаdоv. Çıxışçıların bir qismi etikadan kənar söhbət etdilər: heç bir səbəbi və aidiyyatı olmadan başladılar H.Atakişiyevi tənqid etməyə. Mən dözə bilməyib əsəbi və kəskin çixış etdim. Mənim mərhum H. Аtаkişiyеvi müdаfiə еtməyim (qоnаqlаrın tənqidinə rəğmən), bəzi çıxışçıları nаrаzı sаldı... Gərgin söhbətlər оldu.
    … Gеcə Ç.Аytmаtоvun ölüm хəbərini еşitdim. Dünyа nəsrinin nəhəngi öldü. Mənim ürəyimdə Аytmаtоvun öz хüsusi yеri vаrdı; məncə, о, bu gündən dаhа çох, gələcəyin sənətkаrıdır.

    10-13.06.08.
    T.X. Ilə “Avand-R” adlı prodokşini qeydiyyatdan keçirdik. Əslində T.X.-nin adı rəsmi qeydiyyatda yoxdur. Əsas rəhbər “Speys” kanalında çalışan iki bacıdır- S. və G. Mən də orada direktor kimi qeydə alınmışam. Amma bu prodokşinin gələcək fəaliyyətinə o qədər də inanmıram. (Sonralar elədüşündüyüm kimi də oldu, “prodokşina” heç bir fəaliyyət göstərmədi, bacılar harasa getdi, arada vergi idarəsindən məni narahat etdilər və bəzən cərimələr də oldu-F.M.)

    14.06.08.
    Bibinəvəsi Elçin Əsgərov (Zahir oğlu) Gəncədə intihar edib. Eşidib sarsıldım. Yaxşı, istiqanlı bir adam idi. Tələbəlik vaxtı bir müddət mənin yanımda qalmışdı. Proqramçı-riyaziyyatçı idi. İntihar etməsinin səbəbini bilməsəm də, onu dəqiq biiirəm ki, indiki intiharların səbəbi pulla –borcla bağlı olur.
    Gecə Gəncəyə yola düşdük.

    15.06.08.
    Gəncə. Yas mərasimində olduq. Gecəni Fasad gildə qaldıq.

    16.06.08.
    Bakıya qayıtdıq. “El içində” verilişi efirə getdi. Orada mənim də çıxışım vardı.

    17-18.06.08.
    Redaktə ilə məşğulam. T.X. ilə ofisi qaydaya salırıq.

    19.06.08.
    Asəflə Leylanın (xalanəvəsinin) toyunda iştirak etdik.

    20.06.08-24.06.08.
    Ofisdə oldum. Kitablardan bəzi hissələri redaktə etdim.

    25.06.08.
    Bütün gecəni xarici pasport almaq üçün növbədə durdum. Bu, bir biabırçılıqdır. Adamlar bir-birini hədəfə alır. Təhqir, təhdid...
    Ordu günü. Parad.

    26.06.08.
    “Gənclik” tərəfdə yerləşən “Orman” restoranında olduq. A. Bağırovun qonaqlığı oldu. Məclisdə təxminən 50 adam vardı. Şənlik, rəqs, deyib-gülmək...
    Evə gələndən sonra komp.da yazılarımı yazmağa başladım.

    27.06.08.
    T.X. ilə ofisdə olduq. Sonra zabrata getdik. Orada onun tanış “müğənnisi” var.
    Tərcüməçi Dinara Gərəkməzliyə “Çardaqda zirzəmi” pyesinin yeni variantını verdim. Və tapşırdım ki, ruscaya tez çevirsin. Guya kimsə məni tələsdirir. Halbuki teatrlarda ölü sükutu var.
    Axşam Abuzərlə birgə şam etdik.

    28.06.08.
    “Çardaqda zirzəmi” pyesinin tərcüməsini oxudum. Zənnimcə pis alınmayıb. Amma hiss etdim ki, bəzi söz və ifadələri anlamayıb. “Zirzəmi” sözünü isə “zəlzələ” kimi çevirmişdi. Qeydlərimi ona bildirdim. Dinara xanım rus dilini əla bilsə də, bizim dilimizi bir qədər zəif bilir.

    29.06.08.
    Bütün günü əlyazmalarımı qaydaya salmaqla məşğul oldum. Əlyazmalarınsa nə ucu var nə bucağı. Qovluqlar şişib daşır.

    01.07.08.
    Sumqayıt teatrından zəng edib dedilər ki, “Final” pyesimi repertuara salmaq istəyirlər. Etiraz etdim. Zənnimcə bu, nisbətən zəif əsərdir. Düzdür, o, mənim ilk pyeslərimdən biridir. Amma, hesab edirəm ki, bu günlə az səsləşir.

    02.07.08.
    N.H. ilə görüşüb xeyli söhbət etdik. O, öz keçmiş dostları haqda maraqlı xatirələr danışdı. Mən də özümçün qeydlər apardım.
    ... Şıdırğı yağış yağdı.

    03.07.08.
    “Orman”da qonaqlıqda oldum. Yığcam bir məclis. “Səbəbkar” A. Bağırov idi. İştirakçılar: Əsgər, Şirindil, Teymur, Nikapur və kiçik Turan. Məclisdə bəzi dostlarım mənim 50 və ya 150 cildliyimlə bağlı kinayəli fikirlər söyləsələr də susmağa çalışdım. Bəzilərini qandırmaq çətin məsələdir.

    04.07.08.
    T.X. ilə Sumqayıtda olduq. Orada teatra baş çəkdim. Xahiş etdim ki, “Final” pyesinin əvəzinə “Tələ” (Qarışqa tələsi) pyesini hazırlasınlar...
    Havala isinib. İmkan olsaydı plyaja (çimərliyə) gedərdim. Sumqayıtdakı iş adamları, (T.X.-nin tanışları) bütün günü bizi “müşayət etdilər”. “Alkaç” firmasında və “Avropa” hotelində olduq.
    “Melodiya” firmasına getdik, Əhməd müəllimlə dərdləşdik. Əhməd müəllimin böyrəkləri demək olar ki, işləmir, həftədə 2-3 dəfə xəstəxanya (diolizə) gedir.
    Tv-lər R.İbrahimbəyovun yeni filmini tənqid edir.
    Əli Yusubov Omskdan zəng vurub dedi ki, beş pyesimi oradakı teatra təqdim edib.
    Maaşı və 300 manat mükafatı aldım.
    Aktrisa Xatirəyə monopyeslərimi verdim.
    Axşamüstü Kamillə çay içdik.

    05.07.08.
    “Muzkomediya”da oldum. Teatrın direktoru Ə.Lalayevə 2 pyes təqdim etdim. Rejissor Yusif Əkbərlə görüşdüm. Yusif mənim əsərlərimin öz teatrlarında oynanılmasına çalışır. Amma bu işdə nə əvvəlki direktor H.Bağırovun, nə də indiki direktorun bir köməyi hiss olunur. Əksinə...
    Tahir Məsimovla görüşdüm. Kompyuter öyrənir.
    “Ofis”də Sevinc və Gözəl x.-la görüşdüm. Gələcək verilişi planlaşdırdıq. Amma gələcəkdə belə bir verilişin alınacağına çox ümid etmirəm.

    06.07.08.
    Yağışlı, həm də kədər gətirən tutqun havadır.
    Yeni kitabları nəşriyyat üçün sistemləşdirirəm.

    07.07.08.
    Əvvəlcə Nəşriyyatda, sonra isə Montində oldum. Orada müvəqqəti məskunlaşmış “Ulduz” jurnalının redaksiyasına baş çəkdim. Sonra E.Hüseynbəyli ilə teatrda (GDT-da hazırlanmış) “Sara Xatun” pyesinə “Muzkomediya”da baxdıq.
    … T.X. zəng etdi. Görüşdük. Dedi ki, müğənni E.Seyidcahanın ad günüdür, gedək təbrik edək. Elza bizim uşaqların toyunda təmənnasız oxuyub. Gedib təbrik etdik. “Çinar” restoranında 10-12 adam, habelə Elzanın Türkiyədən gəlmiş iki xanım qonağı da vardı. Belə kiçik tərkibdə “yubileyi” başa vurduq.

    08.07.08.
    “Azərbaycan” jurnalına “Amazonka” pyesimi təqdim etdim.
    Yağışlı havadır.
    Evə gəlib yeni kitabımın tərtibi ilə məşğul oldum.

    09.-10.07.08.
    Pulum qurtarıb. Birdən xatırladım ki, “Qərb-Şərq” nəşriyyatında ölkə rəhbərinin sərəncamı ilə çıxan cildlərdə müasir ədəbiyyatdan nümunələr kimi mənim də pyes və hekayəm dərc edilib. Etməyib tənbəllik Əhmədlidə yerləşən nəşriyyata getdim. Orada çalışan köhnə tanışım, şair Ə.Ş. rastıma çıxdı. Xülasə, buradakı rəhbərliklə uzun danışıq və “sövdələşmədən” sonra 400 manat verdilər.

    11.07.08.
    Həcər zəng vurub həyəcanla bildirdi ki, Zərnişan xanım vəfat edib. Zərnişan Mustafayeva mənim əmim qızıdır-daha doğrusu, əmizadədir. Orta məktəbdə mənim alman dili müəllimim olub. Kübar bir xanımdı. Anamın əmisi oğlu Akif Hacıyevin həyat yoldaşı idi...
    Adamlar rayona yola düşdülər. Mən sabah gedəcəyəm hüzrə.
    ...Deputat Nazim Məmmədovla gürüşdüm. Onun təklifi ilə kitabım çap ediləcək. N.Məmmədov el-obaya bağlı olan vətənpərvər adamdır. İxtisasca iqtisadçı olsa da, elmə və ədəbiyyata qiymət verən adamdır.

    12-15.07.08.
    Bakıdan Gəncəyə, oradan da Gədəbəyə getdim. T.X. ilə yas yerində (Zərnişan xanımın hüzründə) olduq. Sonra rayonun yuxarı hissəsindəki parka gedib çay içdik. Keçmiş tanışlar, o cümlədən aşıqlar, rast gəldi, söhbət etdik.
    Gədəbəyin bütün fəsilləri gözəldir. Yayı isə füsunkardır.

    16.07.08.
    Dilxoram. Yazılarımın toplandığı disk açılmır. Bütün gnü ora-bura vurnuxdum.

    17.07.08.
    Fəlsəfə institutuna müvəqqəti direktor (İlham Məmmədzadə) təyin edilib. Xeyirli olsun. Ziyalı, savadlı adamdır. Amma, zənnimcə, əvvəlki müdirimiz Əli Abbasov daha layiqli adam və obyektiv alimdir.

    18.07.08
    Omskdan Əli Usubov yenə zəng vurdu. Dedi ki, oktyabr ayında Omska gəlsən yaxşı olar. Razılaşdım. Dedim ki, gələrəm-amma bu şərtlə pyesim repertuara daxil edilsin. Dedi ki, əsərlərin bəyənilib. Əli Usubov Bakıda təsadüfən tanış olduğum incəsənət adamıdır, uzun illərdir Omskda yaşayır, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışır… Pyeslərimi oxuyub, çox bəyənib. Onu mənimlə bəstəkar dostum Rəşid Şəfəq tanış edib. Rəşid onu da dedi ki, Əli bəy DİN-nin rəhbəri Usubovun əmisi oğlu və yaxud yaxın qohumudur. Olsun. Əsas məsələ budur ki, Əli bəy xeyirxah, vətənsevər adamdır. Cəhd göstərir ki, Rusiya teatrlarında pyeslərim tamaşaya qoyulsun. Tez-tez zəngləşirik.

    19.07.08.
    Keçmiş həmkarımız Qaley Allahverdiyevın qardaşı Novruz vəfat edib. Novruz İran səfirliyində çalışırdı, fars dili mütəxəssisi idi. T.Məsimovla onlara gedib başqağlığı verdik.
    Sonra Yadulla Həsənli zəng etdi. Görüşdük. Uzun-uzadı söhbət və mübahisəmiz oldu. Yadulla elmi mübahisə etməyi xoşlayır. Biz onunla bu gün “Səhvlər nəzəriyyəsi” ətrafında söhbət etdik.

    20.07.08
    Anamın əmisi oğlu İbrahim kişi yıxılıb, ayağını sındırıb. N.H. ilə birgə gedib evlərində ona baş çəkdik.
    İbrahim baba (biz ona belə deyirik) uzun, çətin, maraqlı bir ömür yolu keçib. 99 yaşı var. Deyəndə ki, “baba, səni yüz yaşayasan”, zarafatla deyir:
    -Onda gələn il ölüm?
    O, İkinci cahan müharibəsindən əvvəl Gədəbəydə, Qubada müəllim işləyib. Könüllü cəbhəyə gedib. Orada əsir düşüb və hərbi düşərgədə məşəqqətlər görüb. Əsirlikdən azad olunduqdan sonra evə qayıtsa da təzədən Qazaxstana sürgünə göndərilib- bu dəfə inandığı və uğrunda vuruşduğu Sovet hökuməti tərəfindən. Stalin öləndən sonra evinə qayıdıb. Maraqlı söhbətləri var. Mənim ata tərəfdən olan babamı və ulu babam Kərbəlayi Mustafanı da yaxşı xatırlayır.

    21.07.08.
    “Nurlan” nəşriyyatında oldum. Orada müdir Nadir bəylə söhbət etdim, vaxtilə ona aspiranturada dərs demişəm.Sonra deputat Nazim Məmmədovla gürüşdüm. Mir Cəlal haqqındakı xatirələr kitabı çapdan çıxıb.
    Nahid Hacızadənin redaktə etdiyi həmin kitabda əsasən yazıçı Mir Cəlalın Gədəbəydə müəllim işlədiyi dövrdən bəhs edilən məqalələr, habelə onun dodst, tələbə və şagirdlərinin yazıları toplanıb.

    22.07.08.
    Bizim ədəbi və elmi cameədə hansı iş düz olub ki?
    Bu gün “525-ci qəzet”ə baş çəkdim. “Ulduz” jurnalı da müvəqqəti olaraq oraya köçüb.
    Yaxınlıqdakı çayxanada dostlarla çay içdim. Eşitdim ki, vaxtilə elan olunmuş müsabiqənin nəticələri artıq məlumdur; halbuki nəticələr son anadək gizli saxlanmalıdır. Məsələ burasındadır ki, mən də həmin müsabiqəyə hakayə vermişdim- “Kosmonavt” hakayəmi. Belə məlum oldu ki, hekayəyə yer verilməyib. Güman ki, heç oxuyan da olmayıb. Axı bizdə çox zaman müsabiqələrin nəticəsi elə bu qaydada -əvvəlcədən məlum olur, mükafatlarsa əsərə görə deyil, müəliifə, onun “çəkisinə” görə verilir.
    Onunçün deyirəm ki, müsəlmanın hansı işi düz olub?

    23.07.08.-26.07.08.
    Havalar çox isti keçir. Məzuniyyət pulunu aldım. Bu pulla nə etmək olar? Səhhətimdə olan problemləri bu pulla necə müalicə etmək olar? Bakıdan kənara çıxmaq çətin məsələdir bu 300 manatla...

    28.07.08.
    Əlimizdə olan pula (yoldaımla birgə) paltaryuyan aldıq.

    29.07.08.-02.08.08.
    Ayın 30-da Aqşin Türkiyədən gəldi.
    Havalar get-gedə daha da istiləşir.

    01.08.2008
    Bu tarixdə ilk şeirlər kitabım çapdan çıxdı. (Bu, gərək ki, “Onluqlar” kitabı idi-F.M.)
    Prezidentliyə namizədlər irəli sürülməkdədir.

    03.08.08.
    Səməndər bibioğlunun qızının nişanı oldu.
    Həcərin ad günü.
    Küləkli havalar.
    Yellənən boş ciblər.

    04.08.08.
    Qəribədir, bu gün dostlarla ədəbiyyat haqqında söbət zamanı mənə belə sual verdilər: “Ədəbiyyat həyata, sosial-siyasi həyata təsir edirmi?” Mən buna misal kimi A.Soljenitsıni misal gətirdim, onun yaradıcılığının təsir gücündən, əsərlərinin mahiyyyətindən xeyli danışdım. Və axşam radioda eşitdim ki, bu məşhur yazıçı vəfat edib.

    05.08.08.-20.08.08
    ...Gəncəyə, oradan da Gədəbəyə getdim. …Əmiqızı Zərnişanın 40-da iştirak etdim.
    … Sonra yenə geriyə-Gəncəyə qayıtdım. Gəncə DT-nın kollektivi ilə görüşüb söhbətləşdik. Əliqasımı təzəlikcə teatrın direktoru təyin ediblər, onu da təbrik etdim. (O, əvvəllər Gəncədəki Nizami poeziyasının direktoru idi və vaxtilə həmin teatrda mənim “Tıxac” pyesim tamaşaya qoyulmuşdu).
    ... Gəncədə rejissor dostum Rövşən Almurad (və oğlu) ilə görüşdüm. O, çoxdandır ki, mənim pyeslərimdən birisini hazırlamaq istəyir. Amma imkan vermirlər.
    ... Ruslar Gürcüstanı, daha dəqiq Qori şəhərini bombardıman edidirlər.
    … Gürcüstanda 10 000- 20 000 adam evindən didərgin düşüb. Rusiya deyir ki, daha 30000 adam Rusiyanın Şimali Ossetiya vilayətinə keçməkdədir.
    ... Türkiyədə kürd terroru güclənib. Amma ona qarşı mübarizə də artıb.
    ... Bakıdakı Abu-Bəkr məscidinə bomba atıblar, üç nəfər ölüb.
    ... N. H. “Ovqat” verilişində çıxış etdi...
    ... Hələ Gəncədəyəm.
    ... Adil bibioğlunun 61 yaşını qeyd etdik.
    ... Qardaşım Fasad məni Gəncədən Bakıya taksi ilə yola saldı.
    …Bir neçə dəfə Gəncədən Tiflis istiqamətinə limuzinlərin sürətlə getdiyinin şahidi oldum. Deyilənə görə, Avropanın bir neçə yüksək çinli diplomatları və Fransa Prezidenti Sarkozi Gəncə aeroportundan Tiflisə gediblər.
    …Rus təyyarələri Gürcüstanın Cənubi Ossetiya ilə sərhəddindəki bir neçə kəndi bombalayıblar. Amma Medvedyev bunu inkar edir.
    ... Medvedyev öz çıxışında Gürcüstan Prezidenti Saakaşvilini “dəli” adlandırdı.

    22.08.08.
    …Rusiya-Gürcüstan böhranı davam edir.
    …Ruslar Gürcüstanın bir neçə şəhərini nəzarətə götürmüş və və Poti limanına gedən yolu bağlamışlar.
    …Saakaşvili dünya birliyini köməyə səsləməkdədir. Onun səsinə, harayına səs verənlər olsa da, bu, çox azdır. Qızmış, qudurmuş imperialist Rusiyanın təcavüzünü vaxtında dayandırmaq lazımdır. O, yaxın gələcəkdə bütün dünya üçün həllolunmaz bir “rebusa” çevrilə bilər. Putin əsl təcavüzkardır. Rusların müəyyən bir qismi-şovinizt milllətçilər onu dəstəkləyir. Putin də bu “dəstəkdən” güc və “qanad” alaraq uçmaq istəyir. Yaxşı deyiblər, dəvənin qanadı olsa uçurmadığı ev qalmaz.

    ... Perm teatrına ruscaya çevrilmiş 2 əsər göndərdim. (“Adsız” və “Neytral zona”).
    … “Su pərisi” pyesimin 5-6 nüsxəsini Gənclər teatrına verdim. Rəhman Əlizadə xahiş etmişdi. Onun deməyinə görə əsərin məşqlərinə gələn ay (sentyabrda) başlayacaq, oktyabrda isə təhvil verəcək.
    Sonra teatrın məskunlaşdığı binanın (keçmiç k/t-ın) qarşısındakı çayxanada 2-3 çaynik çay içdik. Teatrla bağlı söhbət etdik. Rəhman bu teatra Kukla teatrından gəlib-Hüseynağa Atakişiyev rəhmətə gedəndən sonra. Həm rejissor, həm də dramaturqdur.

    23.08.08.
    Bütün günü evdə oldum. Bəhramla Güntəkin gəlmişdi.
    ... Aqşin bibisioğlu Tale ilə çimərliyə getdi.
    ... Həcər kənddədir: zəng vurub sabah Bakıya gələcəyini dedi.

    24.08.08.
    Həcər kənddən gəldi.
    Bütün günü yazı-pozularımı qaydaya salmaqla məşğul oldum.

    25.08.08.
    ...Rostov Teatrına, (direktor Rıbakova N.B.) iki pyes göndərdim.
    ...Bu gün Çelyabins teatrına (Vladlen İv.) da pyes göndərdim.
    Bəli, ruscaya tərcümə edilmiş dram əsərlərimi Rusiya teatrlarına göndərirəm. Əslində elə öz teatrlarımızı da əsərlərlə “bombardmana” tutmuşam. Amma Vətəndə o əsərlərə qiymət verən yoxdur. Hələlik rus teatrlarından da səs-səmir gəlmir. Deyəsən, bütün postsovet məkanında mədəniyyət xadimlərinin başı “ticarətə” qarışıb.

    26.08.08.
    Aqşini Türkiyəyə yola saldıq.
    T.X. zəng vurub dedi ki, Türkiyədən gəlmişəm, amma, ziyandayam. Dedim ki, eybi yoxdur, qazancın –gəzməkdir.

    27.08.08.
    Ədəbiyyatşünas Q.Paşayevə “Onluqlar” kitabını verdim.
    ...Əsgər Quliyev zəng etdi. Onlara getdik. Sonra ədəbiyyatçı T.Kərimli də gəlib çıxdı. Abuzər Moskvadan zəng vurdu.
    Hərəyə bir kitab verdim...

    28.08.08.
    Aqşinə pul göndərdim.
    Rus teatrlarını pyeslərimlə “bombardman” etməkdəyəm. Bu gün Moskva Satira Teatrına və Teatr na Taqankeyə bir neçə pyes göndərdim. Fikrim var ki, bu “missiyanı” davam etdirim. Amma poçt xərci bahadır- 10 manat...
    Ədəbiyyatşünas Qəzənfər Paşayev zəng vurub “Onluqlar” kitabı haqda xeyli xoş sözlər dedi. O, diqqətli adamdır.

    29.08.08.
    Latviya teatrına və Kamçatka teatrına pyeslərimi və kitabımı (poçtla) göndərdim.
    ... Rusiyanın Gürcüstana hərbi təhdidi davam etməkdədir.

    30.08.08
    “Mədəniyyət” qəzetində Mir Cəlal haqda məqaləm dərc olunub. Həmin sayda T.Həmidin İlyas Tapdıq haqqında yazısı çıxıb və məndən də sitat gətirib...
    Üzü 100-ə doğru gedən İbrahim babaya baş çəkdim.

    31.08.08.
    İşləməkdən bezmirəm. Əksinə, son vaxtlar daha intensiv işləyirəm.
    “Melodiya”nın rəhbəri Əhməd müəllimlə görüşdük. Dedi ki, çıxarılan disklər zəif gedir.

    01.09.08.
    Pyesləri xarici teatrlara göndərməkdə davam edirəm. Bu gün poçt vasitəsi ilə Orenburq (Rusiya) və Daşkənd (Özbəkistan) teatrlarına əsərlər göndərdim.
    ...D.Gərəkməzliyə “Zaman” pyesini verdim ki, tərcümə etsin.
    Rusca iki kitabımı “Nurlan” nəşriyyatına təqdim etdim.
    ...”Mədəniyyət” qəzetində 2 yazım çıxıb.

    06.-07.09.08.
    Mən hər işimi sürətlə, tələsik görməyə alışmışam. Elə yazanda da sürətlə, ildırım kimi yazıram. Bəzən öz yazdıqlarımı zorla, birtəhər oxuyub “aydınlaşdıra” bilirəm... Amma komputerdə bu sürəti “təmin” edə bilmirəm. .. və buna görə də hövsələdən çıxır, əsəbiləşirəm. Bəzən klaviaturada uzun müddət hərf axtarmalı oluram...
    Nə isə... Türkiyənin Prezidenti Ermənistana getdi....Yazılarımı qaydaya saldım...

    07.09.08.
    Rusiya teatrlarına pyes göndərməkdəyəm. Amma hələ indiyəcən heç birindən cavab yoxdur. Sanki dibsiz quyuya daş atılır…
    Türk və ermənil yığma komandasının yarışında türklər iki qol vurdu.

    12.09.08.
    Nəşriyyata getdim. “Qapı” romanını nəşriyyatların birində çapa hazırlayıram.
    ...”Xalq qəzeti”ndə mənimlə müsahibə dərc olunub...
    ...”Lit. Qazeta” nı nəzərdən keçirdim...

    13.09.08.
    ...Havalar tez-tez dəyişir.
    ...Qaynım telman xəstəxanada yatır.
    ...İnternetdə əsər göndərmək üçün yeni ünvanlar (yəni teatrlar-F.M.) axtarıram.

    14.09.08.
    “Reytinq” qəzetində mənimlə müsahibə dərc olunub. Burasını da deyim ki, mən son illər verdiyim əksər müsahibələri yazılı şəkildə təqdim edirəm. Yəni yazılı sualları yazılı şəkildə cavablandırıram.

    15-17.09.08.
    ...“Qapı” romanının korrekturasını oxudum.
    ... Deputat N.Məmmədovla görüşdüm.
    ...Aqşinlə danışdım.

    18.09.08.
    ... Ü.Hacıbəyovun doğum günüdür. Bu gün Sərdar Fərəcovun (direktor-F.M.) xahişi ilə böyük bəstəkarın ev-muzeyində keçirilən tədbirdə iştirak etdim.
    ... Tərcüməçi D.Gərəkməzli ilə görüşdüm. O, “Zaman” pyesində anlaşılmasını çətin hesab etdiyi bir-iki ifadəni seçib götürmüşdü. Onları şərh etməyimi xahiş etdi. Dinara xanım təcrübəli tərcüməçidir və düşünürəm ki, yeni tərcümə səviyyəli olacaq.
    ... Payız hiss edilməkdədir.
    ...Bir qədər mütaliə edib kompyuterin arxasına keçdim. Son vaxtlar bəzi yazılarım birbaşa klviaturadan ekrana “süzülür”. Ləng yazsam və buna görə əsəbiləşsəm də inadlıyam. Əlbəttə, kompyuterlə qələm arasındakı fərqin mahiyyətini dərk edir, yeni psixoloji adaptasiyanı duyuram. Qələm sanki birbaşa mənim düşüncələrimə qovuşmuş və ya “qoşulmuşdu”. İş prosesində onun varlığını unudurdum. Amma kompyuter öz mövcudluğunu mənə daim “hisss etdirir”. Bu da təbiidir. Axı qələmlə “dostluğumun” yaşı onillərlə ölçülür. Bu isə yeni “tanışdır”. Amma işlədikcə texnikanın imkanlarının genişliyinə heyrət edirəm. Və çox yaxın gələcəkdə təkcə mənim özümün yox, bütün dünyanın ən adi yazılarının belə birbaşa ekranlara yazacağına inanıram.
    Qələm arxivə gömlməkdədir. Görünür, insan zaman-zaman öz yaratdıqlarının bir çoxundan tədricən imtina etməli olur. Zamanın dialektikası bunu tələb edir.

    20.09.08.
    Havalar sərinləşir. Təəssüf ki, bu il çimərliyə gedə bilmədim. Bu, plyajsız keçən ilk il oldu. Dənizi çox severəm. Amma minik çətinliyinə və çimərliklərin pullu olmasından dolaya son illər bu istək azalıb.
    ...Eşitdiyimə görə, telekanallarda artıq “Su pərisi” ilə bağlı reklamlar gedir. Amma mən özüm tv-lərə nadir hallarda baxıram.
    “Gənclər” teatrında oldum. Rəhman Əlizadəni tapa bilmədim. Direktor Həsən Həsəvovla görüşdüm.

    20-23.09.08.
    Rusiya teatrlarının ünvanlarına əsər göndərməkdə davam edirəm.
    ... Köhnə tanışım Ş.Ş. tez-tez rastıma çıxır. Vaxtilə Tv-də çalışıb. O, indi heç yerdə işləmir. Bu gün də rastlaşdıq. Pul istədi. Dedim ki, qələmin də pis deyil, get bir yerdə çalış, maaş al. İncidi deyəsən. Dedi ki, indi qələmlə dolanmaq olur ki? Bəlkə də düz deyirdi. Cibimdəki pulu çıxarıb onun yarısını verdim. Ayrılan vaxt dedi ki, bəlkə gedib yeyək-içək. Dedim ki, sənə yaxşı yol.

    24.09.08.
    Nəşriyyatda oldum.
    Yəhudi əsilli (əvvəllər İsraildə yaşayıb, indi isə Almaniyadadır) Simax Şeyda rast gəldi. Zarafatla dedim ki, Hitlerdən təkcə yəhudilər xeyir görüb. Gülüşdük.

    25.09.08.
    ...Ekranda boz adamlar.
    ...Həyatda boz adamlar.
    ...Ətrafda boz adamlar...
    Bomboz bir mühit.
    Hava soyuqdur. Qəfildən yağan güclü yağış məni küçədə haqladı. Möhkəmcə islandım. Onsuz da zökəməm, yağış da bu yandan...

    26.09.08.
    Sumqayıt teatrının 40 illiyində iştirak etdim. Teatrın iki əməkdaşına mənzil verildi. Mükafat və fəxri adlar alanlar da oldu. Sonra banket verdilər. V.İbrahimoğlu öz zarafatları ilə bizi xeyli güldürdü.
    … Aktyor Tariyel Qasımovun arabasında geri qayıtdıq.

    27.09.08.
    İstedadlı jurnalist Məmməd Nazimoğlunun “Nizami” k/t-da xatirə günü keçirildi. Tədbiri tənqidçi tənqidçi İlham Abbasov aparırdı. Mərhum Məmmədlə bağlı mənim də xatirələrim vat.
    Təəssüf ki, vaxt azlığından (daha doğrusu “uzunçuların” gəvəzəliyindən) söz alıb danışmaq imkanı olmadı.

    28.09.08.
    “Yuğ” teatrında “Mən Məhəmməd Füzuli” tamaşasına baxdım. Teatrın rəhbəri Vaqif İbrahimoğlu istedadlı rejissordur. Geniş mütaliəsi, sənətə özünəməxsus baxışı var. Amma təəssüf ki, bəzi tamaşaların mahiyyəti və rejissorun niyyəti məlum olmur. Elə bu günkü tamaşa da bu cür, üstü “pərdəli” keçdi.
    …Möhkəm yağış yağdı.

    22.29.09-04.10.08
    ...Aramsız yağışlar yağır. Bakı get-gedə subtropik zonalara bənzəyir.
    ...Evdən nadir hallarda çıxıram...
    ...Pyeslər kitabımı nəşrə hazırlayıram. Bu kitablar çox məhdud sayda olacaq-ölkədəki dram teatrlarının sayı qədər.
    ...Qonşuluqda yaşayan Ələsgər müəllimin qızının toyunda iştirak etdik.

    05.10.08.
    Evdə “boşqab” antenna quraşdırdım. İndi 200-dən çox TV kanalına baxmaq olar. Amma mən kanallara çox da baxan deyiləm.
    ... Bibinəvəsi Köçəri ilə Jalənin toyu oldu. Hər ikisi qohumumdur.

    06.10.08.
    “...Qapi...” və “Pyeslər” kitablarım “Nurlan” nəşriyyatında çapdan çıxdı. Hər ikisi rus dilindədur. Kitabların nəşrinə deputatımız N.Məmmədov kömək etdi....

    07.08.10.08.
    İnstitut üçün plan işlərini yazıram.
    ... “Su pərisi” və “Zaman” pyeslərini əsaslı şəkildə yenidən yazıram. Baxmayaraq ki, hər iki pyes nəşr edilib.

    09.10.08.
    T.X. ilə Mingəçevirə getdik. Orada onun tanışı Hüsaməddin bəy ilə görüşdük.
    Sonra mənim qohumum Xəzayil Allahverdiyev bizə Kür sahilində balıq qonaqlığı verdi. Axşam avtobusla geri qayıtdıq.

    10.10.08.
    İşdə və nəşriyyatda oldum.

    11.10.08.
    Bibioğlu Mamed 50 kitabımı köçürmə yolu ilə alacaqlarını bildirdi. Amma mən pulun keçirilməsi üçün hələlik idarə tapa bilmirəm.

    12.10.08.
    Rusiyada (Novosibirskdə) yaşayan şair Mirkazım Seyidovun kitablarının R.Behbudov ad. Mahnı teatrında təqdimatı oldu. Təqdimatı Ədalət Əsgəroğlunun israrlı xahişindən sonra mən apar –malı oldum. Tədbirdə xeyli vəzifə adamı, alim və deputatlar var idi.
    Sonra Badamdardakı restoranlardan birində əyləşib şam etdik.

    13.10.08.
    Bütün günü (Sumqayıtdan) alacağım pulun keçirilməsi üçün müəssisə (təşkilat) axtardım. Tapa bilmədim. Hərə bir bəhanə gətirir.

    14.10.08.
    …Qəribədir. Rusiyadakı 50-dən çox teatra pyes göndərmişəm. Amma indiyəcən hem birindən cavab gəlməyib. Sanki bataqlığa daş atılıb.

    15.10.08.
    Seçki günüdür. Prezident seçkisi. Gedib səs verdim.
    ...Bir az nasazam. Şəhərdə gəzib dolaşdım. Çoxdan təmirə verdiyim köhnə radionu da götürdüm.

    16.10.08
    Sumqаyıtdа оldum. Tеаtrа gеtdim. «Tələ»nin məşqlərinə bахdım.

    17.10.08
    Hаvа tеz-tеz аçılıb-tutulur. Аrаbir yаğış yаğır. İşdə (EA-da) оldum. Sоnrа nəşriyyаtа gеdib Nаhid müəllimə (yazıçı N. H.) bаş çəkdim; о, mənə Cəmil Əlibəyоvun yеni çаpdаn çıхmış kitаbını vеrdi. «Zəmаnələrlə üz-üzə» аdlаnаn (mеmuаr- хаtirə jаnrıda qələmə alınmış) kitаbı Cəmil müəllim avtoqrafla özü göndərib mənə. Həttа, kitаbın ön sözündə xüsusi olaraq qеyd еdib ki, оnа memuar yаzmаq lüzumunu tеz-tеz хаtırlаdan, оnu bu işin görülməsinə «təsirləndirənlər» Nahid Hacızadə və Firuz Mustafa (yəni mən-F.M.) оlub. Mən, həqiqətən, аrаbir Cəmil Əlibəyоvlа rаstlаşаndа bizdə əsl mеmuаr ədəbiyyаtının çox az olduğunu dеmiş, оnun öz ömür yоlunu qələmə аlmаsının çох mаrаq dоğurа biləcəyini vurğulаmışаm. Ахı, Cəmil müəllim uzun, mənаlı bir ömür yаşаmış, özü dеmişkən «dünyаnın dörd qitəsini» gəzib-dоlаşmış, öz dövrünün bir çox tаnınmış insаnlаrı ilə ünsiyyətdə оlmuşdur. Niyə də yаzmаsın? Bunun üçün оnun hər şеyi vаr: istеdаdı, qələmi, еnеrjisi. Ən bаşlıcаsı isə, çохlаrının gilеyləndiyi vахtı… Budur, indi qocaman dostumun kitabı işıq üzü görüb...
    Mən еvə gələn kimi «öz оtаğımа» çəkilib kitаbı охumаğа bаşlаdım. (Mənim bir хаsiyyətim vаr: bаğışlаnаn müəllif kitаblаrını mütləq охuyur, gündəliyimə qеydlər еdir, lаzım gələndə öz münаsibətimi bildirirəm). Kitаbın yаrısını bu gün охudum (İri kitаbdır – cəmi 480 səh). Memuarda maraqlı təəssürat, epizod və təsvirlər var.
    P.S.
    Orasını da deyim ki, yazıçı vaxtilə mənim yaradıcılığımla bağlı geniş məqalə ilə çıxış edib. (Cəmil ƏLİBƏYOV. “Zülmətə açılan qapının işığı”. (FİRUZ MUSTAFANIN NƏSR VƏ DRAMATURGİYA NÜMUNƏLƏRİ HAQDA DÜŞÜNCƏLƏRİM). 525-ci qəzet.- 2009.- 22 aprel.- S.7.)
    ...Nəşriyyatda oldum. ƏliRza Sailov kitabın nəşrini gecikdirir.
    ...Abbas Abdulla Kiyevdən təzə gəlib, öz xatirələrini “isti-isti” bizimlə bölüşür.

    18.10.08
    Kоmpütеrimin «bеyni» pоzulub. Qоnşudа yаşаyаn, Həcərin dərs dеdiyi bir uşаq gəlib хеyli işlədi, «prоsеssоru» qismən düzəltdi.
    ...Axşam yenə C.Əlibəyоvun kitаbının dаvаmını охumаqlа məşğul оldum.

    19.10.08.
    Tеlеvizоrа аz bахırаm. Аmmа bu gün «Оvqаt» vеrilişinə bахdım; qоnаq Rаmiz Rövşən idi. Rаmiz bizim çох аz şаirlərimizdən biridir ki, pоеziyаnın «riyаziyyаtınа» dərindən bələddir. О, sözün, fikrin çəkisini hiss еdir, səsi оlduğu kimi görür , səssizliyin səsini еşidir, çəkisizliyin çəkisini bilir. О, hеç kəsə bənzəməyəcək dərəcədə оrijinаldır.
    …Sоnrа Cəmil Əlibəyоvun kitаbını охuyub bаşа çаtdırdım.
    Mənim özlüyümdə çохdаn gəldiyim bir qənаət, bu kitаbı охuyub bаşа çаtdırаndаn sоnrа, dаhа dа möhkəmləndi: hər bir quruluşdа, rеjimdə insаn öz sifətini, öz insаniliyini qоruyub sахlаyа bilər. Və yа böyük günаhlаr işlədən kəsin özünü kərаnа çəkib təkcə «zаmаnı», «dövrü», «mühiti», yəni «о dövrün аb-hаvаsını» ittihаm еtməsi düzgün dеyildir.
    Оnsuz dа mən özlüyümdə çохdаn əmin idim ki, Cəmil müəllimin əksər bədii əsərləri аvtоbiаqrаfik səciyyə dаşıyır. Təbiətən sаkit, nikbin adam təsiri bağışlayan yаzıçının həyаtı əslində təlаtümlərdən kеçib; оnu sovet dönəmində uzun müddət «bəy-mülkədаr оğlu” basqısı altında böyük həyаt sılхıntılаrı, mənəvi təzyiqlər müşаyiət еdib. (Yeri gəlmişkən, bu, еlə şəxsən bizim nəsil üçün də «dоğmа» «tаnış» оlаn оlаylаrdır. Bаbаm Mеhrəli Mustаfа оğlunu 1934-cü ildə güllələyiblər. Bundаn sоnrа bütün nəslimizə qаrşı rеprеssiyа оlub. О hаdisələrin bir qismini iyirmi il əvvəl -1987- ci ildə qələmə alınmış «Qаpı» rоmаnındа təsvir еtməyə çalışmışam və həmin rоmаn bu günlərdə rus və Аzərbаycаn dillərində çаpdаn çıхıb). Amma C.Əlibəyov realist bir yazıçı və praqmatik bir düşüncə sahibi kimi heç də sosializm cəmiyyətinin yaradıb inkişaf etdirdiyi bütün maddi-mənəvi dəyərlər sisteminin üstündən xətt çəkmir; o, yaxşını təqdir, pisi isə tənqid edir.
    C. Əlibəyоvun kitаbı əslində sənədli rоmаn səviyyəsindədir. Burаdа mаrаqlı hаdisələr, хаtirələr, gündəliklərdən pаrçаlаr, prutçаlаr gеniş yеr аlır. Əsərdə bir çox hallarda sənədliliklə bədiilik harmonik şəkildə biri digərini tamamlayır. Mənm diqqətimi ilk növbədə- ən çох cəlb edən bu оldu ki, əsər boyu nikbin bir nоt qаbаrıq hiss оlunur. C.Əlibəyоv öz məşəqqətli (və şərəfli) kеçmişi hаqdа dаnışаrkən hissə qаpılmаdığı kimi, gələcək bаrədə də rеаlistcəsinə düşünür.
    Bizdə mеmuаr ədəbiyyаtı yох kimidir. Bu sırada Anarın “Sizsiz” və “Mübarizə bu gün də var...” əsərlərinin adını cəkmək olar. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Cəmil Əlibəyovun əsəri son dövrdə охuduğum çох mаrаqlı mеmuаr nümunəsidir.
    … C.Əlibəyоvun, çəkdiyi bütün əziyyət və məşəqqətlərə rəğmən, хоşbəхzt yаzıçıdır; ən аzı оnа görə ki, bir insаn və yаzıçı kimi özünü rеаlizə еdib, işlədiyi yеrdə, çаlışdığı pоstdа həmişə iz qоyub. Mən yеnə də müxtəlif məclis və toplantılarda onun barəsində söhbət düşəndə tеz-tеz bü cür ifadələr еşidirəm: Cəmil müəllim «Gənclər» qəzеtində işləyəndə…Rаdiоdа çаlışаndа… Kinоstudiyаdа оlаndа…«Kоmmunist»də rеdаktоr işləyərkən… «Nəşriyyаtdа» rəhbərlik еdəndə… Dеməli, o, xoşbəxt adamdır, çünki dаim аdаmlаra bаcаrdığı yахşılığı еdib.
    … Cəmil müəllim dostlаrı hаqdа, həyаtdа оlduğu kimi kitаbdа dа, ürək dоlusu söhbət аçır. Dоst sаrıdаn оnun bəхti gətirib; еlə dоstlаrının dа bəхti gətirib ki, оnlаrın C.Əlibəyоv kimi dоstu оlub. Mənim Cəmil müəllimlə görüşlərimi bаrmаqlа sаymаq оlur. Ayda-ildə bir-iki dəfə rаstlаşаq- yа yох. Аmmа оnun təmkini, аğаyаnаlаğı, sаdəliyi, lаp еlə еhtiyаtlı dаvrаnışı və еyhаmlı söhbəti məndə həmişə rəğbət оyаdıb.
    О, hеç nəyə təəssüflənmir. Yəni yаşаdığı ömür, qаzаnıb- itirdiyi dоstlаr hаqqındа çох vахt indiki zаmаndа dаnışır. О, kеçmişə qаpаnıb qаlmаğı sеvmir. Ötüb gеdən zаmаnın gеridönməzliyini, filоsоflаr dеmiş- həyаtın inkişаf dinаmikаsını rеаlistcəsinə qаrşılаyır; аmmа kеçmişlə bu gün (və gələcək) аrаsındаkı əlаqənin qırılmаsındаn еhtiyаtlаnır. О, öz müаsirlərini, özündən sоnrа ədəbiyyаtа və həyаtа gələnləri zаmаnın qоvğаlаrınа hаzır оlmаğа çаğırır.
    C.Əlibəyоvun ömürnаməsi mаrаqlı, əhаtəli, məzmunludur. Bu, təkcə bir nəfərin, lap elə bir şəcərənin tаlеyi hаqdа yаzılmış əsər dеyil, bu, həm də Аzərbаycаnın müəyyən zаmаn kəsiyinin sənədli-bədii-publisistik sаlnаməsidir. Bir çох yеrlərdə jurnаlist müşаhidəsini, yаzıçı təkiyəsi ilə tarixçi ümumiləşdirməsi zənginləşdirir.
    Еlə bunа görə də «Zəmаnələrlə üz-üzə» kiçik dаirəyə yох, gеniş охucu kütləsinə ünvаnlаnmış kitаbdır; охuyаnlаr bir çох gərəkli, ibrətаmiz, tаriхi, sənədli fаkt və hаdisələrin şаhidi оlа bilər.
    … Və nə yахşı ki, mеmuаrın bir çох «pеrsоnаjlаrı» bu gün də sаğdır. Bu pеrsоnа və pеrsоnаjlаrın fövqündə isə zəmаnə (zаmаn) dаyаnır. Doğrudur, zaman daxilində baş verən bütün proses və hadisələrə ən dəqiq, ən obyektiv qiyməti də zaman verir; amma bu qiymətləndirmə meyarında yazıçı- sənətkar rəyinin öz çəkisi olur.
    Sənətkаr zəmаnə ilə üz-üzə durаndа sənət udur. Pisi оdur ki, tərəflər bir-birinin üzünə dursun.
    Məncə C.Əlibəyоv zаmаnlа həmаhəng yаşаyıb. О, həm zаmаnı, həm də öz-özünü təhlil еtməklə mаrаqlı qənаətlərə gəlmişdir. Gərəkli kitаbdır.
    ...Bibioğlu Fəxrəddinin oğlunun toyudur.

    20.10.08.
    Nəşriyyatda oldum. “Araz” nəşriyyatı kitabın çapını ləngidir.
    ... Abbas Abdulla rast gəldi. Kiyevdən təzəcə gəlib. Öz təəssüratını danışdı.

    21.10.08.
    Gədəbəyin ağsaqqal ziyalılarından olan Musa Məmmədov vəfat edib. Uzun illər təhsil və idarəetmə sahəsində çalışmış xeyirxah bir adam idi.
    ... Ədalət Əsgəroğlu ilə AYB-ni təmirdən sonra ilk dəfə “ziyarət” etdik.
    ...Ülvi Moldaviyadan zəng vurub dedi ki, Kişinyov teatrının kollektivi sabah Bakıya yola düşür və orada artıq mənim göndərdiyim pyesləri alıblar.

    22.10.-23.10.08.
    Güclü yağışlar tağır. Şəhərin hisi-pası təmizlənir.

    25.10.08.
    ...Rus dram teatrında moldovanların gətirdiyi qastrol tamaşasına baxdım. Çexovun hekayələri əsasında hazırlanmış orta səviyyəli bir tamaşa idi. Nəsə cəlbedici bir şey yoxdu. Sanki ədəbi kompozisiya və yaxud sistemsiz bir “televeriliş” hazırlamışdılar.
    Teatrın direktoru ilə də tanış oldum. Nərd həvəskarı olduğunu dedi. İmkanımın məhdud olduğu bir vaxtda kollektivə bahalı və yaraşıqlı bir nərd alıb bağışladım.
    ... Eşitdim ki, korifey müğənnimiz Müslüm Maqomayev Moskvada vəfat edib. Heyif ondan. Çox yüksək səviyyəli şəxsiyyət və əvəzsiz sənətkar idi. Deyilənə görə, dahi müğənnimizin cənazəsi Moskvadan Bakıya gətiriləcək.

    25.10.2008.
    ...Rus dram teatrında moldovanların gətirdiyi qastrol tamaşasına baxdım. Çexovun hekayələri əsasında hazırlanmış orta səviyyəli bir tamaşa idi. Nəsə cəlbedici bir şey yoxdu. Sanki ədəbi kompozisiya və yaxud sistemsiz bir “televeriliş” hazırlamışdılar.
    Teatrın direktoru ilə də tanış oldum. Nərd həvəskarı olduğunu dedi. İmkanımın məhdud olduğu bir vaxtda kollektivə bahalı və yaraşıqlı bir nərd alıb bağışladım.
    ...Korifey müğənnimiz Müslüm Maqomayev Moskvada vəfat edib. Heyif ondan. Çox yüksək səviyyəli şəxsiyyət və əvəzsiz sənətkar idi. Deyilənə görə, dahi müğənnimizin cənazəsi Moskvadan Bakıya gətiriləcək.

    26.10.08.
    Açılıb-tutulan havalar. Yazılarımla məşğulam.

    27.10.08.
    Yazılarımı kompyuterə köçürməklə məşğulam. Ləng işləsəm də hər halda özüm yazır, düzəlişlər edirəm.

    28.10.08.
    Filarmoniyada dahi Müslüm Maqomayevin izdihamlı dəfnində iştirak etdim. Dahini itirdik.

    28.10.08.
    Filarmoniyada dahi Müslüm Maqomayevin izdihamlı dəfnində iştirak etdim.
    ...T.X. ilə Kiyevə bilet aldıq.

    28-30-08.10
    Qaçhaqaç-qovhaqov.
    ... T.X. ilə Kiyevə getməyə hazırlaşırıq.
    ... Yazdığım plan işini Fİ-da təhvil verdim.

    31.10.08.
    Gənclər teatrından zəng edib dedilər ki, noyabr ayının 11-də “Su pərisi” tamaşasının premyerası olacaq. Həmin gün burada olmayacağımı təəssüflə bildirdim...
    ...Akad. Tofiq Köçərlinin anım günündə oldum.

    01.11.08.
    Şairlərdən F.Müslüm və E.Zal rast gəldi. Bir qədər mübahisələri olsa da sonra miz arxasında “barışdılar”. Birlikdə nahar etdik.
    ...Axşam qaynım Mahirin oğlu Azərin toyunda iştirak etdik. Aparıcı (tamada) aktyor Allahverdi idi.

    02.11.08.
    TV-dən qorxmaz Şıxəlioğlu zəng vurdu. Yazılarım haqda xoş sözlər dedi.

    03.11.08.
    AYB-yə getdim. Ədəbi jurnallar təzə təmirdən çıxmış köhnə yerinə qayıdıb. E.Hüseynbəyli, Ə.Əsgəroğlu ilə görüşdüm. Şaiq Vəli rast gəldi, vəziyyətdən şikayət etdi.

    04.11.08.
    Bir neçə gündür ki, yazıçı R.İbrahimbəyovun ədəbi və siyasi fəaliyyəti geniş müzakirə olunmaqdadır. Bu son zamanlar Sabiri, Mirzə Cəlili də “yıxıb-sürüyən” adamlar peyda olub.
    ...Axşam Natiqin oğlunun toyunda oldum...
    ... Kiyevə hazırlaşıram.

    05.11.-18.11.08
    Tofiqlə (T.X.) Kiyevə yola düşdük. Bakı ilə Kiyev arasında iki saatlıq vaxt fərqi var.
    ...Bizi qohumum Fizulinin dostu (vaxtilə Kiyevdə birgə təhsil aldıqları) Ədalət Abiyev qarşıladı.
    ...Rusca çıxmış pyeslər kitabımı rus dram teatrının bədii rəhbəri Reznikoviçin köməkçisinə verdim.
    ...Ukrayna YB-də oldum. Sədr Vl. Yav-skini tapa bilmədim.
    ... “Orman” restoranında köhnə tanışım Məzahirlə görüşdük.
    Keçmiş maliyyə naziri Saleh Məmmədovla telefonla danışdıq.
    … Son günlər Kiyevin küçələri boyu uzanan qazon və yaşıllıqların üstünə “əl gəzdirən” dümağ qırov artıq qapını kəsdirən qışın ilk əlamətlərindən xəbər verir. Ukraynada Yuşşenko prezident, Timoşenko isə baş nazirdir. Bu günlərin ən mühüm hadisələrindən biri Obamanın Amerikada prezident seçilməsidir. Seçkidən bir gün sonra Kiyevdəki qaradərili adamların hamısı-ali məktəb tələbələrindən tutmuş bazarlardakı alverçilərəcən, bütün gecəni fişəng atıb mahnı oxudular, çalıb oynadılar.
    ...Liviyanın lideri Müəmmər Qəddafi Kiyevə gəlib. Mən YB-nə gedərkən gördüm ki, PA-nın lap yaxınlığında onun iqamətgahı- nəhəng çadırını qurublar. Hər tərəf mühasirəyə alınıb. Düzü, əvvəlcə elə bildim ki, ölən var, yas çadırı qurublar. Bir az ayaq saxladım. Bir azdan Baş nazir Timoşenkonun limuzini göründü. Dedilər ki, bu yaraşıqlı xanım Qəddafi ilə görüşə gəlib.
    Polis nəfərinin kürəyinin arxasında, çadırın ətrafında dolaşan ucaboy, qaraşın, silahlı qızlar diqqətimi çəkdi. Yox, deyəsən nə toy idi, nə də yas. Möhtəşəm, zəhmli çadır elə uzaqdan adama... “get-get” deyirdi.
    Az sonra elə yolüstü köşkdən aldığım yerli qəzetlərdə öz-özümə verdiyim suala cavab tapdim: sən demə, gördüyüm o nəhəng çadır Liviya lideri üçün qurulubmuş. Axşam televizorda göstərilən geniş bir reportajlarda isə Qəzzafi və onun çadırı barədə ətraflı məlumat verdilər. O da məlum oldu ki, diktatoru qırx bakirə qız qoruyur. Qəzzafinin düşüncəsinə görə, bu cür qızlarda hissetmə, duyma qabiliyyıti yüksək olur.
    Baş nazir Timoşenko ağ paltarda bədəvi çadırına, məşhur qonağın görüşünə gəlmişdi.

    ...T.X. ilə Krımdan gəlmiş, iki ziyalı xanımla nahar etdik. Onlara kitablarımı hədiyyə etdim.
    ...Burada (Kiyevdə) yaşayan soydaşlarımızın bir çoxu “Hacı” rütbəlidir və bu adı almaq üçün “növbədə” dayananlar hədsiz dərəcədə çoxdur. Başqa millətlər elmi-maarifi təqdir edir, bizimkilərsə “hacılıq” institutunu inkişaf etdirir..
    ... Kiyev yaxınlığındakı Belıy Serkov şəhərində olduq. Zarafatla dedim ki, bura Aşıq Ələsgərin vətənidir. Axı tərcümədə Belıy Serkov “Ağ kilsə” deməkdir. Aşıq Ələsgər də Ağ kilsə adlı kənddə yaşayıb.
    ... Saksakanov ad. Teatra getdik. Rəhbərlikdən (baş rej. və direktoru nəzərdə tuturam) heç kəsi tapmadıq. Rusca çıxan kitabımı orada rastımıza çıxan Yelizaveta (Liza) adlı xanıma verdim ki, baş rejissora və ya direktora çatdırsın.
    p.s.
    ... 05.11.08.
    Kiyev. Bu gün Bakıda DGT-da “Su pərisi”nin premyerasıdır… Təbii ki, Kiyevdə olduğuma, yəni obyektiv səbəbə görə, tamaşada özüm iştirak edə bilmədim. Evə zəng vurub öyrəndim ki, tamaşa baş tutub…
    ...Bizi burada tanış olduğumuz Səməd adlı şəxs özünün kirayədə qaldığı evə dəvət etdi. Orada təsadüfən “Lider” kanalını açdı və biz “Su pərisi” əsərinin premyerası barədə geniş reportaja baxdıq. Əsər R.Behbudov ad. Mahnı teatrında tamaşaya qoyulmuşdu. Aparıcı elan etdi ki, Dövlət Gənclər teatrında “Su pərisi” adlı əsərin uğurlu premyerası olub. Əsərin müəllifi Firuz Mustafa, rejissoru Rəhman Əlizadədir. Sonra əsərin lentə alınmış bir parçası göstərildi. Təəssüf ki, bir müəllif kimi mən ilk tamaşanın premyerasında ola bilmədim.
    Həmin ilin soyuq Kiyev payızı yadımda bax bu cür qalıb.

    19.11.08
    Bakıdayam.
    Bütün günü evdə dincəldim. Güntəkinin ad günüdür, təbrik etdim. Axşam eşitdim ki, Güntəkinin sədrini işdən azad edib onun yerinə keçmiş sədri qaytarıblar.

    20.11.08.
    AYB-da oldum. Orada Gülhüseyn Hüseynoğlu, Abbas Abdulla, Fikrət Sadıqla ədəbiyyat, sənət, dil haqqında söhbət etdik. Bu adamların hər biri özlüyündə maraqlı söz sahibləridir. F.Sadıq maraqlı bir hadisə danışdı: onun dəliqanlı bir həmyerlisi əlbəyaxa döyüşə girişir. Sonra döyüş ölüm-dirim mərhələsinə keçir. Dəliqanlı ayağının birini itirir və elə həmin qanlı savaşda kəsilmiş ayağını “silah” kimi götürüb öz qanlı düşməni ilə vuruşur.
    ...Eşitdim ki, iş yoldaşım, həmkarım prof. Ağayar Şükürov vəfat edib. Ağayarla uzun illər bir instituda çalışmışdıq. Qarşılıqlı hörmət-izzətimiz vardı. Emosional bir adamdı. Tez özündən çıxan, tez küsən, tez inciyən və incidiyi adamla da tez barışan adam idi. Xeyirxah, kinsaxlamayan, deyib-gülən və əliaçıq idi. Onun özünün təklifi ilə 50, 55, 60 illik yubileyinin, habelə qızının (kürəkəni Ariz Gözəlovun) toy məclisinin “ağsaqqlı” mən olmuşam. Vaxtilə haqqında yazmışam. Təəssüf.

    21.11.08.
    Deputat Nazim Məmmədovun atasının hüzr məclisində oldum. Nazim müəllim maarifə, mədəniyyətə diqqət yetirən, öz seçicilərinin problemlərinə həssaslıqla yanaşan və o problemlərin həll olunması üçün əlindən gələn köməyi əsirgəməyən adamdır.
    ...Nahid Hacızadə ilə görüşdüm. Onun xatirələrini dinləmək məniççün həmişə xoşdur. Elə bu gün də “keçmişlərə” səyahət etdik.
    ...İ.Tapdığa zəng etdik. Dedi ki, sınmış ayağı tədricən sağalmaqdadır.
    ... Mingəçevir şəhərində qohum Müslüm müəllimin oğlu faciəli şəkildə həlak olub. Həcər müəllimə qaynım Mahirlə sabah hüzrə getməyə hazırlaşırlar.

    23.11.08.
    Ukraynadan gətirdiyim kitabları oxuyuram.
    ...Serb (yuqoslav) yazıçısı Milorad Paviçin nəsr əsərləri ilə çoxdan tanışam. “Xəzər sözlüyü” orijinal forma və struktura malik bir romandır. İndi isə onun pyeslərini oxuyuram. “Üç nəfər üçün çarpayı” dramı mənə maraqlı təsir bağışladı. M.Paviç müasir dövrdə magik realizmin və postmodernizmin görkəmli nümayəndəsi hesab olunur. Yazıçının gələn il 80 yaşı olacaq. Bu yaşda da məhsuldar işləyir.

    24.11.08.
    Amerikan dramaturqu Tennesi Uilyamsın pyeslərini oxudum. Onun “Arzu tramvayı” dramında çox sərt hadisələrdən söhbət açılır. Elə əsərin mahiyyəti və üslubu da “sərtdir”. Düzü, bu əsər bütün dünyada məşhur olsa belə, məni o qədər də qane etmir. Həddindən artıq “solçu” əsərdir və görünür elə bu cəhətinə görə vaxtilə SSRİ-də geniş təbliğ edilib.

    25.11.08
    AYB-ə baş çəкdim. A.Əmrahоğlu ilə görüşdüm… sоnra ədəbi «məsləhətçilərin» оtağına baş çəкdim. Abbas Abdulla və Fiкrət Sadıq ötənlərdən, кеçənlərdən maraqlı əhvalatlar danışdılar…
    Azər Abdulla gəlib çıхdı. Dеdi кi, «Yazıçı»nı növbəti sayı Rüstəm Ibrahimbəyоva həsr оlunur. Кimin sözü varsa yazıb vеrsin. Mən söz vеrdim. Aхı, mən (özünü tərifləməк оlmasın) öz mütaliəmdən narazı dеyiləm. Rüstəmin yaradıyılığı ilə yaxından tanışam və dramaturgiya ilə məşğul оlduğuma görə, istər-istəməz üzdə оlan dramaturqların əsərlərini охumağı bir daхili bоry hеsab еdirəm. Açığı, R. Ibrahimbəyоv bəyənib təqdir еtdiyim dramaturqdur. Оnun yaratdığı pеrsоnajlar –Nuru, Zеynəb, Fərid («Yaşıl qapı arхasındaкı qadın») Murad, Ramiz, Sоlmaz («Şirə bənzər»), Ədalət («Təmas») Еldar, Qulam, Ağamеhdi («Qumm üstə еv»), Tеymur, Rəna, Rüfət («Ailə çеvrəsi») оlduqya yaddaqalan, коlоritli milli оbrazlardır. Dеyə bilərlər кi, R.Ibrahimbəyоv rus dilində yazıb-yaradır. Dоğrudur, bədii əsərdə dil faкtоrunu qətiyyən inкar еtməк оlmaz. Amma burası da var кi, ədəbiyyatda bundan hеç də az önəm кəsb еtməyən bir faкtоr da var- bu, ruhdur, ruh faktorudur. Bеlə dеməк оlarsa, R. Ibrahimbəyоvun əsərləpində «ruh faкtоru» önəmli yer tutur. R.Ibrahimbəyоvun pyеslərindəki (еləyə də nəsr əsərlərindəкi) qəhrəmanların , təкyə adları yох, оnların bütün mahiyyəti, mayası, yövhəri, bir sözlə кvintеssеnsiyası millidir. Laкin bu da inкar оlunmaz və təqdirеdiyi bir faкtdır кi, həmin “milli” оbrazların bir çохu bütün dünyanı (bəşəriyyəti) narahat еdən suallarla yaşayırlar. Nеyə кi, ingilisyə yazan Habaкоvun əsərlərində rus ruhu, rusya yazan Aytmatоvun əsərlərində qırğız ruhu «dоminant» idi- еləyə də R.Ibrahimbəyоvun əsərlərində Azərbayyan ruhu aparıyıdır...
    Bu gün Rüstəmin səhnə əsərləri dünyanın müхtəlif tеatrlarında uğurla оynanılır. Оnun оnlarla ssеnarisi əsasında bədii filmlər çəкilmişdir. Ibrahimbəyоv gеniş palitralı, pоlifоniк üsluba maliк bir yazıçı оlaraq təкyə Azərbayyan yох, həm də başqa хalqların həyatını qələmə və lеntə alır. «Sibir bərbəri»ndə rus, «Кöçərilər»də isə qazaх хalqının tariхi, еpохası ilə bağlı nəsnələr qələmə alınmışdır.
    Hazırda sənətкar Alекsandr Nevski - türк və slavyan mənşəli bahadır- haqda film üzərində işləyir.
    … Bu, artıq bir ənənəyə çеvrilib: neçə illərdir ki, uçuşa hazırlaşan коsmоnavtlar «Səhranın bəyaz günəşi» filminə baхmağa üstünlüк vеrirlər.
    Qarşıdan Rüstəm Ibrahimbəyоvun 70 illiyi gəlir. Оnu indidən təbriк еdirəm.
    26.ХI.2008
    Məqaləni Azər Abdullaya təqdim еtdim”.
    p.s.
    Bir müddət sonra həmin yazı “Yazıçı”da dərc edildi.

    26.11.2008
    Rüstəm İbrahimbəyov haqda qələmə aldığım yığcam məqаləni Аzər Аbdullаyа təqdim еtdim.

    27.11.08.
    “Lit.Azerbaydjan” jurnalının redaksiyasında oldum. Əməkdaşlara rusca yeni çapdan çıxmış “Qapı” kitbını verdim.Yeni baş redaktor Solmaz İbrahimova (böyük sənətkarımız Mirzə İbrahimovun qızı) mənə bildirdi ki, “At günü” adlı hekayə xoşuma gəldi və onu 11-ci nömrədə oxuya bilərsən.
    Mən Solmaz xanımın zövqünə və obyektivliyinə inamıram.

    28.11.08.
    Köhnə tanışım El. Qoca ilə görüşdüm. O, Ukraynaya getməlidir. Məndən bir neçə kitab aldı. Deməyinə görə, Ukraynada tanışları istəyib. Yazıçı E.Hüseynbəyli, şair E.Zal və müğənni İlhamla söhbət və nahar etdik.

    29.11.08.
    “Azadlıq” radiosunda R.Tağının “Monqol” hekayəsini (bədii qiraətdə) dinlədim. Heç şübhəsiz ki, R.Tağı maraqlı yazıçıdır. Amma bəzi yazılarında lazımsız ajiotaja meyl edir. Məncə buna ehtiyac yoxdur. Ajiotaj və səs-küy qoparmaq yazıçının yox, oxucunun işidir.
    Ukraynadan gətirdiyim kitablardan birini- yazıçı V.Yavorivskinin “Canavar ferması” kitabını oxudum. Bu yazıçının yazılarında publisistikanın bədiiliyi üstələdiyi qabarıq hiss olunur.

    30.11.08.
    Əsasən mütaliə ilə məşğul oldum. Yazılarımı qaydaya saldım.

    01.12.08.
    “Qapı” romanı çox məhdud bir tirajla cap olundu. Neyləyim, gücüm çatan budur. Bir də ki, mənimçün indi kitabın çapı onun tirajından daha önəmlidir. Hətta, 5 nüsxə də qənimətdir!
    ….Dünən çıxan qəzetlərin bir qismini alıb nəzərdən keçirdim: İnsafən, “Alma”, “Reytinq”, “Sənət qəzeti”ndə arabir ədəbiyyatla bağlı orijinal və tərcümə əsərləri olur. Belə qəzetlər qorunmalıdır.

    04.12.08.
    Dekabr havaları mülayim keçsə də möhkəm naxoşam.
    Bibinəvəsi Nigarla telefon əlaqəsi saxladım. O, çox intellektual qızdır və kitab bıznesi ilə məşğuldur. Söz verdi ki, kitablarımın yayılmasına kömək edəcək.

    05.12.08.
    İşdə oldum. Əbədi və fəlsəfi mübahisələr... Evə gələndən sonra “Lit. Qazeta”nın sonuncu sayını ( 49-u) oxudum. Rejissor Stanislav Qovoruxinin dünya xalqlarının mətbəxi haqqında yazısı özlüyündə maraqlı olsa da şovinist əhval-ruhiyyə də aydın duyulur. Bu ruslar özlərinin az qala dünyanın yarısını zorla işğal etdiklərini unudub, çox tez-tez vaxtilə N.Xruşşovun Krımı Rusiyadan qoparıb Ukraynaya “bağışladığını” hiddətlə yada salırlar. Amma heç kəs demir ki, ay canım, axı bu torpaqlar tarixən bu xalqlardan heç birinə yox, məhz Kpım tatarlarının özlərinə məxsusdur. Bunu hamı “unudub”, elə Qovoruxin də...
    ...Avtobusda rus dilində yazan Yeliz. Qasımova adlı şairə rast gəldi. Mənim “At günü” adlı hekayəmi təriflədi. Dedi ki, sanki bu hekayəni bir müddət at qiyafəsinə girmiş, at ruhuna dərindən bələd olan adam yazıbdır. Xanım mənim peşəmlə maraqlandı; dedim ki, fəlsəfə ilə məşğulam.

    06.12.08.
    Hava istidir. Heç qışdan əsər-əlamət duyulmur. “Gündəliyimi” qaydaya salıram.
    İnternet vasitəsi ilə son dövrün ədəbi yenilikləri ilə tanış oldum...
    Mənimçün ən böyük bayram yazmaq və mütaliədir. Henrix Böllü təzədən vərəqlədim.

    07.12.08.
    Zökəm məndən əl çəkmir.
    Bütün günü evdə oldum.
    Su borusunu dəyişdirib suya sayğac qoydurdum.
    Bizim şınıxlı qohum-qonşulardan iki nəfər vəfat etdi. Birisi qocaman pedaqoq Rəsul müəllim (102 yaşında), o birisi isə əməkdar jurnalist İsrail Rzayev (92 yaşıbda). Onlar uzun bir ömür sürsələr də, hər ikisi həyat eşqi aşıb-daşan adamlar idi.
    Allah onlara və cəmi ölənlərə rəhmət eləsin.

    08.12.08.
    Günəşli dekabr günü. Mütaliə və qeydlər etdim.

    10.12.08.
    İnstitutumuzun qocaman əməkdaşı İrşad Əliyev vəfat etdi.
    ... “Qloballaşma mərhələsində mədəniyyətlərin dialoqu” mövzusunda çıxışım oldu.
    ...İTV-dən çıxış edib ayın 12-də çıxış etmək üçün dəvət etdilər.
    ... Yazıçı-dramaturq Əli Əmirliyə zəng vurub 60 illiyini təbrik etdim.

    11.12.-12.12.08.
    ...Yazılarımı qaydaya salır, əlyazmaların bir qismini kompyuterə köçürürəm.
    ...İllər uzunu mətbuatda çıxan yazılarımın bir qismini yığıb toplasam da, onların böyük bir qismi it-bata düşüb.
    ...525-ci qəzetdə əsərlərimlə bağlı informasiya getdi.
    ... “Yemi Müsavat” qəzetinin müxbiri Eışad Paşasoy məndən müsahibə götürdü. Yəqin ki, yaxın vaxtlarda dərc olunacaq. Amma suallara verdiyim cavablar özümü qane etmədi. Bu qəzet mənim çıxan kitablarımla, oynanılan pyeslərimlə bağlı arada informasiyalar dərc etsə də, orada heç kəslə şəxsi tanışlığım yoxdur. Çox güman ki, qəzet əməkdaına mənimlə müsahibə götürməyi iş yoldaşımız Söhrab tövsiyə edib. Onun qəzetlə əlaqələri var.
    ...K.V.Nərimanoğlunun “Yeni Müsavat”da, Anarın isə “525-ci qəzetdə məqalələrini oxudum. 1-ci yazıda R.İbrahimbəyov, 2-cidə isə hakimiyyət və siyasətbarədə söhbət açılır.

    14.12.08.
    “Reytinq”in bu günkü sayında mənim “Ədəbi hesabat”ım gedib.

    15.12.08.
    “Yeni Müsavat” qəzetində E.Paşasoyun mənimlə apardığı bir səhifəlik geniş müsahibə dərc olunub. Söhbətdə bir çox problemlərə toxunulub- cəmiyyət, həyat, sənət, ədəbiyyat haqda fikirlərimi bildirmişəm.
    ...Azərbaycan radiosunda Mübariz Süleymanlı məndən müsahibə aldı.

    16.12.08.
    Az.radioda müsahibəm getdi.
    ...Sumqayıt teatrında oldum. “Tələ” pyesinə daxili baxışda iştirak etdim.
    …“525-ci qəzet”də Anarın H.Əliyev haqqında yazısının davamını oxudum. Maraqlı, düşündürücü yazıdır. Diqqətçəkən detallar var
    ...E.Hüseynbəyli ilə görüşdüm. O, pasportunu itirib. Türkiyəyə getməyə hazırlaşır.

    18.12.08.
    Mütaliə..
    Soyuq. Şaxta.
    Bütün telekanallar iraqlı jurnalistin (Bağdadda) ABŞ prezidenti Buşa ayaqqabı atmasını göstərir.

    19.12.08
    İctimai Radionun əməkdaşı məni veriliçlərinə dəvət etdi. Canlı yayımda oldum. Dinləyicilərin də çoxlu sualları oldu.
    ...Sumqayıtda 11 saylı məktəbdə şair Z.Qafarlının kitabının təqdimatında oldum. Tədbirdən sonra ziyafət verdilər. M.Aslan, V.Yusifli, Kəramət, Ə.Aslanoğlu, K.Qədim və digər yazı-pozu adamları iştirak edirdilər.
    Mən məclisdə çox az oturdum, tez çıxıb getdim. Əlimdə yarımçıq yazılarım var.

    21.12.08.
    İki qohumun-Səməndər və Şabanın övladlarının (Aynurla Vüqarın) toyunda iştirak etdik. Toy şənliyi “Monto Karlıda” keçirildi.
    Məclisdə Flora Kərimovanın, Brilyant Dadaşovanın mahnılarını dinlədik. Adətən, toylarda çit ara mahnıları oxunur. Amma bu günkü toy məclisinin həm özü, həm də onun “musiqi repertuarı” xoşagələn, zövqoxşayan idi.

    22.12.08.
    Gündəliklərimi və əlyazmalarımı qaydaya salıram. İş bitmir ki, bitmir…
    ...T.X. xəbər verdi ki, Türkiyədə yaşayan dostumuz Hüsnü Qaya vəfat edib. Hüsnü bəy çox vətənpərvər, türkcü, tərbiyəli bir adamdı. Vaxtilə ağır qəza keçirib ayağının birini itirmişdi. Amma buna baxmayaraq nikbin bir insandı... Heyif ondan.

    23.12.08.
    T.Məsimov ilə tənqidçi R.Əliyevin “hücrəsinə” getdik. Ədəbiyyatla bağlı mübahisə və fikir mübadilələrimiz oldu.

    24.12.08
    “Literaturnıy Azerbaycan”ın 11-ci nömrəsində hekayəm çıxıb. Elə həmin jurnalın redaksiyasında gənc yazıçı, rusca yazan, Hollandiyada yaşayan nasir xanım Gülşən Lətifxanla tanış oldum.
    ... Köhnə ilin son akkordu kimi günortadan sonra E.Hüseynbəyli, S.Babullaoğlu, E.Zal, Ə.Aslanoğlu ilə birgə nahar etdik.
    Elçinlə Səlim arasında yüngülvari mübahisə oldu.

    25.12.08.
    MN-ə zəng vurdum. N. adlı xanımla danışdım. Soruşdum ki, yola saldığımız ildə oynanılacaq pyeslərimə qonorar veriləcəkmi. Xanım qəti surətdə “yox” deyə cavab verdi. Səbəb kimi də indiyəcən onlarda ərizəmin olmaması bəhanə gətirildi. Mən “yuxarı instansiyaya” zəng vuracağımı bildirdim. Xanım hirsli halda “yaxşı, onda oynanılan əsərlərindən birinin tekstini (mətnini) gətir”-deyə cavab verdi. (Sanki qonorarı müəllifə öz ciblərindən verirlər).
    Mən MN-ə getdim. Xanım N. yenə əsəbi idi. Sanki mənə öz cibindən qonorar verəcəkdi. Mən elə oradaca çantamdan çıxarıb ona təqdim etdiyim “Onluqlar” şeir kitabının üstünə avroqraf əvəzi belə bir bənd yazdım:

    Ağız açmamışam öz işim üçün
    Heç vaxt nə doğmaya, nə yada, xanım.
    Qonorar lazımdır naşirim üçün
    İncimə Firuzdan, Naidə xanım.
    Xanımın kefi açıldı. Güldü. Hətta kitabın üstündəki şəklimə diqqət yetirib bildirdi ki, bu fotoda Müslüm Maqomayevə oxşayırsan. Beləliklə, sənədlərə qol çəkib çıxdım. Yəqin ki, qonorarı yeni iləcən verərlər.

    26.12.08.
    Bütün günü Axundov kitabxanasında oldum.

    27.12.08
    Yazıçı Mir Cəlalın 100 illiyi münasibəti ilə buraxılmış kitabın Atatürk mərkəzində təqdimatı oldu.
    ...Axşamüstü T.X. ilə Razin məscidində H.Qayanın anıt yas məclisində olduq.
    “525-ci qəzet”də hekayəm dərc olunub.

    28.12.08.
    Yazılarımı kompyuterə köçürürəm.

    31.12.08.
    İlin son günü. Təzə ili siqaretsiz və içkisiz qarşılayıram. Yox, zahidlik etmək iddiasında deyiləm. Asket də deyiləm. Sadəcə olaraq, adam hərdən müəyyən “ənənələrə” qarşı çıxmaq istəyir. Axı, harada yazılıb ki, yeni ilə keçən gecə mütləq hamı içib sərxoş olmalıdır? Bəlkə, əksinə, bu zaman hər şey başqa şəkildə düzənlənməlidir? Yəni adamlar ilin son günü papagını qabağına qoyub yaxşı-yaxşı fikirləşməli, öz hərəkətlərini dərindən təhlil etməli, necə deyərlər, ayıq başla “özü-özüylə iclas keçirməlidir...
    Sizin çoxunuz kimi mən də həyatda müxtəlif səbəblərdən malını itirən adamlar tanıyıram... Canını itirənləri isə hər gün görürük... Deməli, insan həyatı ilə baglı olan çox şey keçici, muvəqqəti, öləridir... Nə qədər bayağı, “ənənəvi” səslənsə də təktat etməyi lazım bilirəm: İnsan özü qarşısında hər gün hesabat veməlidir...
    Əgər “o dünya” adlı məfhum həqiqətsə, orada insan yalnız ruh şəklində mövcud ola bilər... Ruhunuzun təmizliyi qayğısəna bu dünyada qalın. Mən heç kəsə sufilik, dərvişlik təlqin etmirəm. Mən hamıya, sadəcə olaraq, ləyaqətli ömür-gün arzulayıram. Ən rahat həyat ləyaqəlli adamların həyatıdır; hətta, “ləyaqət”sözünün az qala lüğətdən silinmə təhlükəsi yarandığıbir dövrdə də...
    Mən tövbə etmək məqsədilə müxtəlif ocaqlara, pirlərə, müqəddəs yerlərə ziyarət edən adamların səmimiliyinə inanmıram. Ən böyük savab-yetimi sevindirməkdir. Bu.fikir bütün müqəddəs kitablarda var. Bəs gəlin görək kimsəsizə əl tutan, onu düçar oldüğu rəzalətin caynağından qoparmağa cəhd edənlər çoxmu?
    Mən cəhalətə yox, elmə inanıram.
    “Müəllim”, “alim”, “molla”. Bu sözlərin üçü də eyni kökdən götürülüb. Məmləkətimiz o zaman hər kəsin istədiyi qədər hürr və dürr olacaq ki, çox böyük vəzifələrin daşıyıcısı olan bu 3 qrup missiya sahibi eyni amala xidmətdə bulunsun.
























    2009

    01.01.-09.01.2009.
    Soyuq. Qar.
    Beşgünlük istirahətdən sonra EA-da iş günü.
    ...“525-ci qəzet”ə gündəliklərimi təqdim etdim. Oradan ictimai mahiyyət kəsb edən bəzi parçaları dərc etdirmək istəyirəm. Təşəbbüsü qəzetin baş redaktoru Rəşad Məcid bəyənib təqdir etdi. Beləliklə, ayın 6-dan sonra “525-ci qəzet”də ardıcıl olaraq gündəliklərimdən parçalar (əsasən də 20 Yanvar hadisələri ilə bağlı) dərc olunmağa başlayıb. Yazının adı belədir: “Gündə bir kərpic düşər...”
    ...Yeznə Rahib işdən çıxıb, daha doğrusu, onu işdən azad edilib.
    ...İ.Tapdıq tez-tez zəng vurur. Səhhəti (ayağındakı problem) normallaşmağa başlayıb.
    ... Hər gün “Axundov kitabxanası”na gedirəm.

    13.01.09.
    Xeyrəddin Qocanın “Xalq qəzeti”ndə mənim gündəliklərimlə bağlı “açıqlaması” dərc olunub. Xeyrəddin mənim bir neçə gün əvvəl dərc olunmuş gündəliklərimdə H.Əliyevlə bağlı fikirlərin həqiqət olduğunu yazıb təsdiq edir.

    28.01.09.
    N.H.-nin “Yada düşdü” kitabının “Natəvan” klubunda (AYB) geniş təqdimatı oldu. Doğrudan da maraqlı, gərəkli kitabdır.

    02.02.09.
    Anar müəllimin təşəbbüsü və Dramaturgiya seksiyasının yaxından iştirakı ilə Rüstəm İbrahimbəyovun 70 illik yubileyi AYB-də qeyd olundu. Sadə, səs-küysüz bir yığıncaq oldu. Lap sonda mən də çıxış etdim və yubilyara rus dilində çıxmış pyeslər kitabımı təqdim etdim.

    03.02.-10.02.09
    Türkiyədəyəm. Tofiq Xəlililə bir neçə gün İstanbul-Ankara arasında “yol ölçdük”. Məsələ belədir ki, T.X. burada yarımçıq qalan işlərini qaydaya salmaq istəyir. Mən də onunla yol müsafirliyindəyəm.
    …Ankarada təhsil alan oğlum Aqşinlə görüşdüm. O, şad xəbər verdi: qız nəvəm olub. Çox sevindim. Güntəkin ilk övladımdır, bu gün isə ilk nəvəm dünyaya gəlib. Hiss edirəm ki, həyatımın yeni mərhələsi, hər halda yeni səhifəsi başlayır. “Baba” adı daşımaq xeyli məsuliyyətli işdir.

    12.02.09.
    Akad. T.Köçərlinin 80 illiyi EA-da qeyd olundu.

    13.02.09.
    General Raul Rzayev qətlə yetirilib. O, evinin yaxınlığında öldürülüb. Çox təcrübəli bir hərbçi olduğunu söyləyirlər.

    14.02.09.
    Böyük şairimiz Bəxtiyar Vahabzadə vəfat edib. Bəxtiyar müəllim keçən iləcən bizim evə bir neçə dəfə zəng vurub pyeslərimlə bağlı fikirlərini bidirmiş, məsləhətlər vermiş, bəzənsə öz iradlarını dilə gətirmişdi. O, çox diqqətli, həssas bir adam idi. Daim mütaliə edir, özü demişkən, hətta bu yaşda belə öyrənməyə, gəncliklə və müasirliklə ayaqlaşmağa çalışırdı. O, cəsarətli, sözü üzə deyən, emosional bir adam idi. Vaxtiıə (1987-ci ilin noyabrında) Moskvada bir müddət qonşu hotellərdə qalmış, tez-tez görüşmüşük. Mənim mütaliəmdən razı idi. O vaxtlar bədii yaradıcılıqla məşğul olduğumu bilmirdi. Sonralar kitablarımı oxuyub fikirlərini bildirirdi. Xatırlayıram ki, vaxtilə “Mədəniyyət” qəzetinə gəlib dostu Şahmarla və mənimlə söhbət edər, məsləhətlər verərdi… Nahid H.-zadə ilə görüşüb hüzrə getdik. Rəhmətlik Bəxtiyar müəllimin onunla da yaxın dostluğu vardı. Heyif... İtirə-itirə gedirik.

    18.02.09
    Ad günüm. Həmişəki kimi səssiz-səmirsiz keşdi.
    Amma dostlardan davamlı təbriklər gəlir. Sağ olsunlar.

    19.02.09.
    Yazıçı Cəmil Əlibəyovun yeni kitabı ilə bağlı təəssürat-rəy yazım “Ədalət” qəzetində dərc edilib.
    Cəmil müəllim “girişdə” onun bu kitabının ərsəyə gəlməsində, daha doğrusu bu ideyanın reallaşmasına mənəvi təkan verənlər sırasında mənim də adımı çəkib.
    Məqaləm “Zamanla həmahəng...” adlanır.

    20.02.09.
    Bütün günü mütaliə etdim.
    Köhnə yazılarımı qaydaya saldım. İndi o yazılara baxıb düşünürəm ki, hər kəlmənin, hər sözün öz tarixi var.



















    2010

    12.06.10
    Nədənsə bu isti yay günlərində AYB-nin düz 30 il bundan əvvəl- 1981-ci ilin isti yay günlərində keçirilən qurultayı xatırladım.
    DTK-nın Mədəniyyət mərkəzi. Sonralar bu Mərkəz Şəhriyar adına Mədəniyyət sarayı kimi də tanınıb.
    Zalda adam çox idi. Mən qurultaya “Azərbaycan gəncləri” qəzetinin müxbiri kimi qatılmışdım. Əslində, içəri keçmək üçün elə də ciddi yoxlama nəzərə çarpmırdı. “Kənar” adamlar da gözə dəyirdi.
    Düzdür, o vaxt qurultayla bağlı qeydlərimi yazmışdım. İndi bu qeydləri darısqal otağımdakı “kağız okeanının” içindən arayıb tapmaq çətindir.
    Nə isə..
    İndi bu sətirləri yaddaşıma güvənib yazıram.
    İclasda Azərbaycan Kommunistlərinin o vaxtkı rəhbəri, dövlət başçısı Heydər Əliyev də iştirak edirdi.
    İsmayıl Şıxlının ətraflı məruzəsi yaxşı yadımdadır.
    Hiss olunurdu ki, İ.Şıxlının təmkinli çıxışı H.Əliyevin xoşuna gəlib.
    B.Vahabzadə öz çıxışında Füzulinin qürbəttəki-Kərbəladakı baxımsız qəbrinə toxundu. H.Əliyev dedi ki, bax, Bakıda İraqın səfirliyi var, bundan başqa Süleyman Rüstəm burada – bu günkü qurultayda işrirak edir ki, o da Ali Sovetin Sədridir. Siz nə vaxt onunla birgə həmin səfirliyə müraciət etmiş, öz tələblərinizi irəli sürmüsüz? Olubmu belə şey? Yox. Zal, daha doğrusu caldakılarcanlanıb əl çaldı.
    Adamların çoxu H.Əliyevin doğma Azərbaycan dilində, həm də “dil mühəndislərinin” yanında belə mükəmməl danışdığını ilk dəfə idi ki, görürdülər.
    Şairə Südabə Şəfa iti və iri addımlarla Rəyasət Heyətinə yaxınlaşdı. Əlində qalın kitab və qələm vardı. Bir neçə cavan oğlan onu saxlamaq istədi. Yəqin ki, həmin oğlanlar cangüdənlər idi. H.Əliyev işarə etdi ki, mane olmayın. Ağ şalvar geymiş Südabə düz Heydər Əliyevin qənşərində dayanıb əvvəlcə nəsə dedi, sonra isə əyilib arxasını zala tərəf çevirərək əlindəki qələmlə özü ilə götürdüyü kitaba nəsə yazıb 1-ci Katibə təqdim etdi, ədalı addımlarla geri döndü. Bunu görən kimi, başqa bir şair- Əhməd Elbrus da deyəsən cürətlənib, tez yerindən qoparaq az qala yüyürə-yüyürə həmin yerə-Rəyasət Heyətinə yaxınlaşdı. Onun da əlində kitab vardı. Amma bu kitab Südabənin əlindəki kitabdan xeyli kiçik idi. O da öz kitabını 1-ci katibə təqdim edib eyni addımlarla geri qayıtdı.
    Moskvaya – Yazıçıların Ümumittifaq Qurultayına seçilmiş yazıçıların siyahısı oxunan zaman Süleyman Vəliyev söz aldı. O, ağlamsınmış halda Moskvada keçiriləcək qurultayda iştirak etmək niyyətində olduğunu, Georgi Markovla yaxın dost olduğunu yada saldı. Onun kövrək çıxışından sonra Bəxtiyar Vahabzadə öz namizədliyini geri götürdüyünü, “yerini” Süleyman Vəliyevə verdiyini bildirdi. H.Əliyev dedi ki, heç kəs narahat olmasın, Süleyman Vəliyevin getməsi üçün şərait yaradarıq.
    Qurultay iclaslarını ardıcıllıqla, necə deyərlər, rotari sistemi ilə adlı-sanlı yazıçılar idarə edirdilər. Növbəti iclasların birinin aparıcılığı Xalq yazıçısı Mirzə İbrahimova həvalə olunmuşdu. Arada hansısa məsələnin müzakirəsi ilə bağlı zalda səs-küy yarandı.
    Bu zaman Mirzə müəllim hirslə əlini qarşısındakı stola vurub dedi:
    -Xahiş edirəm qayda-qanuna əməl edin, səs-küy salmayın...
    Mirzə İbrahimovla yanaşı əyləşmiş 1-ci katıb H.Əliyev üzünü zala tutaraq ucadan zarafatla dedi:
    -Hə, bax bu başqa məsələ. Deyəsən, Yazıçılar İttifaqında artıq qayda-qanun yaranır... Elə deyil, Mirzə müəllim?
    Əvvəlcə Mirzə müəllim özü, sonra zal əhl güldü. Əl çalanlar da oldu. Heydər Əliyev də gülənlərə qoşulub ürəkdən qəhqəhə çəkdi.
    Arada Anarla H.Əliyevin fikir mübadiləsi oldu.
    Mövlud Sülüymanlı ayağına geydiyi ağ idman ayaqqabısını yerə döyəcləyir, tribunadan səsləndirilən “xoşunagələn” hər kəlməyə təqdiredici ayaq zərbələri ilə öz “dobrosunu” bildirirdi.
    “Əd. və İnc.” qəzetində çalışan tənqidçi Pribaltikadan gəlmiş qonaqlarla - gənc ədəbiyyatçı (tərcüməçi) qızlarla ucadan söhbət edir, arada qaqqıldayıb gülürdü. SSRİ Xalq artist Mehdi Məmmədov dözə bilməyib əsəbi halda geri dönüb iradını bildirdi: “Özünüzü harada hiss edirsiniz?” Arxadakı səslər xırp kəsildi.
    Yazıçı Cəlal Bərgüşadın çıxışı da özünəməxsus idi. Bu çıxış zaldakılar tərəfindən birmənalı qarşılanmadı. O, Moskvaya gedən nümayəndə heyətinin bəzi üzvlərini nə səbəbəsə tənqid etdi. Cəlal Xalq şairi Sülüyman Rüstəmin bacısının əri idi. Və hiss olunurdu ki, yeznəsinin bu cür çıxışı Ali Sovet Sədrinin heç də ürəyindən deyil. Di gəl ki, məşhur şairin hirsli baxışlarının bir nəticəsi olmadı. Tanıyanların “Qağa” deyə müraciət etdiyi Cəlal Bərgüşad sanki “Boz atın belində” idi, özü də əlində “Sirilmiş qılınc” tutmuşdu. Onu bir neçə adam güclə sakitləşdirdi.

    11.12.10
    Adətən, bütün dünyada konkret şəxsiyyətlərə, eləcə də mövcud hadisə və predmetlərə abidə qoyurlar.
    Hərdən fikirləşirəm ki, bəs görəsən abstrakt hadisələrə heykəl qoymaq olmazmı?
    Anlaşıqlı olsun deyə bir az da xırdalayım.
    Məsələn: vicdana, mədəniyyətə, hissə, duyğuya, sevgiyə, dəyanətə, inama, imana, mərifətə, etibara... heykəl qoysaq necə olar?
    Axı bütün bu keyfiyyət və cəhətlər insanlığın başlıca atributlardır..
    Sualım budur: kim gələcəyin bu heykəllərini necə təsəvvür edir?




























    2011

    01.10.11.
    Mən, ümumiyyətə, bütün yazılarımı “təkcə onu bilirəm ki, heç nə bilmirəm” qənaətinə gələnlər üçün yazıram. Elə özümü də bu qəbildən biri hesab edirəm. Doğru sözümdür.
    Hərşeyşünaslarla mübahisə etməyə isə nə həvəsim var, nə də macalım...
    Hər zamankı kimi zamanımın çoxu köhnə yazı stolumun arxasında keçməkdədir.

    10.10.10
    Hər kəsin yükgötürmə qabiliyyəti olduğu kimi, bir dərdgötürmə qabiliyyəti də olur. Adətən, yükgötürmə qabiliyyəti yüksək olanların enli çiyni, iri əzələli qolları, yoğun biləkləri, sərt sifətləri olur. Amma ağır dərdlərlə yüklənən insanların çox zaman vücudu zəif, çiyni ensiz, biləkləri zəif, sifət cizgiləri zərif olur.
    Bu iki cəhətin eyni vücudda təcəllə tapması, mövcud olması müşkül bir işdir. Bəlkə heç mümkün də deyil.
    ...Bu yazdıqlarımın konkret obyektləri var. Gələcəkdə olsun ki, bu konuda hekayə yazdım.




    Böyük yazıçı- Rza Barahani ilə yazışmalarım

    Rza Barahani Azərbaycan əsilli İran ədibidir. Alim, yazıçı və şair kimi məşhurdur.
    Rza 13 dekabr 1935-ci il tarixdə Təbrizdə anadan olub.
    Ömrünün son illərini Kanadada siyasi mühacir kimi yaşayıb.
    50-dən çox kitabın müəllifi olub.
    Azərbaycan, fars və ingilis dillərini mükəmməl bilib. Hər üç dildə yazıb-yaradıb. Özü deyirdi ki, şeirlərini Azərbaycan türkcəsində, nəsr əsərlərini isə əsasən farsca yazıb.
    2001-2003-cü illərdə Kanada PEN-klubunun sədri olub. Bir neçə dəfə Nobel mükafatına təqdim edilib.
    Bütün dünyada məşhurdur.
    Oğlu Oqtay Bərahani 1922-ci ilin mart ayının 22-də atasının Torontoda vəfat etdiyi barədə məlumat verib.
    ...Mən İranda olarkən yazıçının böyük şöhrət və nüfuz sahibi olmasının şahidi olmuşam. Rza Barahani özü xaricdə-mühacirətdə olsa da, onun müxtəlif dillərdə çıxmış kitabları evlərdəki rəflərdə idi. Hətta bəzi evlərdə yazıçının fotosunu görmüşdüm.
    Yazıçı Azərbaycanda iki dəfə olmuşdu. Mən onun əsərləri ilə çoxdan tanış olsam ds, özünü “əyani” olaraq ilk dəfə AYB-də görmüşəm. Səhv etmirəmsə o, Sabir Rüstəmxanlının dəvəti ilə gəlmişdi. Maraqlı keçən həmin görüşdə Anar və Sabir Rüstəmxanlı onun yaradıcılığı haqqında ətraflı məlumat verdilər.
    ...Məşhur ədiblə bizim “dostluğumuz” əsasən sosial şəbəkədən başladı. Sonralar biz onunla bir xeyli müddət yazışdıq. Mən onun əsərləri haqda söhbər açır, o da mənim yazdıqlarım haqda öz fikirlərini bildirirdi.
    Təəssüf ki, hamı kimi onun da sön ünvanı ölüm oldu.
    ...Mən aşağıda Rza Barahani ilə məktublaşmalarımdan bəzi fraqmentləri təqdim edirəm. Zənnimcə, epistolyar janrı sevənlər üçün maraqlı ola bilər.
    İndi isə Reza Baraheni ilə yazışmalarımı təqdim edirəm.

    F.M.
    Salam, Rza bey, işleriniz necedir? Teze ne yazirsiz?
    14.11.2011
    Reza
    Selamlar, Firuz bey, chox lutf elemisuz. sizin chox- chox teshekkur elirem
    F.M.
    Sağ olun…
    Reza
    men iki yol baki-ye gelmishem ve orda chox mohebbet gormushem. choxlarinen duz-chorek yemishem.
    Reza
    dostlarin biri isdir "Razhaye serzemin" romanimi farsjadan turkiye chevirsin. iki sene vagt goymalidi. indi elleshir bir yerden budje tapa ta kitabi chevire azerbaijan turkusine. isdirux kitab bakida chap olsoun. 1300 sahifedi. hamisida bizim azerbaijna marboutdi, choxi tebrizde gechir, bir gadride tehranda.
    14.11.2011
    F.M.
    Reza bey, men Sizi Bakida, Yazicilar birliyinde gormushem. Sabir Rüstemxanlı ve Anar beyin apardigi gorushde. burada edebiyyat adamlari, ziyalilar sizi taniyir ve sevirler. men bildiyime gore siz sheirlerinizi Azerbaycan turkcesindem nesri ise farsca yazirsiz. memnunam, saq olun.
    16.06.2012, 11:22
    F.M.
    Reza bey, sabahiniz xeyir. Necesiz?
    Reza
    selam, hale shoma?
    F.M.
    Hale xub est…)
    Reza
    niye farsi yazisan, torki-jan da yaza bilesen…
    F.M.
    Mənim farsca bildiyim ele o 3 sozdur. Bir de ki, Siz farsice sorduz, ona gore men de o sozleri yazdim.
    …Sizi meşhur yazar kimi taniyiriq…
    …Mən Sizin yaradiciliğa az-çox beledem.
    Reza
    chox sevindim bir-birmizi gormushux. Bakida nexeber var?
    F.M.
    Yaxşılıqdır. Sizin işler necedir, Reza bey?
    Yeni kitablariniz chixirmi?
    p.s. Uzr isteyirem komputerin sureti bir az zeifdir…
    .......
    F.M.
    Reza bey, men isterdim ki, Deniz kochi adli eser haqda sizin reyinizi bilim. Lutfen vaxtiniz olanda oxuyun. http://www.proza.ru/2010/10/23/378
    Reza
    mene lufen bir dagige vagt verun, mekrubumi bititrim donoum sizinen sohber eliyim. neche safhedi?
    ...bou roman neche safhedi?
    kitab neche safhedi?

    F.M.
    Reza bay, bu eser cemi 40-50 sehifedir.
    Men ingilisceni teklif etdim size, isteseniz Azerbaycan turkcesinde gondere bilerem.
    Turkcesi bu-http://www.proza.ru/2011/06/25/691
    Reza
    Azaerbaijan turkkcesinde goenderin, menim ramilime:baraheni@yahoo.com
    F.M.
    Bunlar Moskva-rus saytlarinda yerleshdirilib.
    …Indi sizin emailinize gondererem, buradaki metn sizi qane etmez. Indi gondererem.
    Reza
    yaduzdan chixmasin, lufen emailme goenderun

    F.M.
    Reza bay, eseri emailinize gonderdim. Xahish edirem, zamaniniz olanda oxuyub rey, fikir deyin.Ustad sozu qiymetli olar. Xoshca qalin.
    20.06.2012
    Reza
    sizden chox teshekkur elirem. hetman zoroumi virajagam ki vagt eliyem otouram oxiyem.
    20.06.2012
    F.M.
    Teshekkur edirem, Reza bey.
    1-2 gun bundan evvel burada-Bakira Sizin bele bir yaziniz chixib-Rza Bərahəni. MÖVLANA, SÜRREALİZM, REMBO VƏ FREYD ARASINDA OXŞARLIQLARA DAİR http://kultaz.com/2008/02/17/rza-beraheni-movlana-surrealizm-rembo-ve-freyd-arasinda-oxsarliqlara-dair/
    21.06.2012, 11:22
    F.M.
    Salam, Reza bey.
    Reza
    baraheni@yahoo.com
    F.M.
    Reza bey, dünən ora göndərdim yazını.
    21.06.2012
    Reza
    selamlarla, o magaleni man25 yashinda yazmisham, tala dar mes ketabimin evveline chap oloub, tagriban ellie il omri var. men turkiyyede ders oxumushsm, ordan ingilis edebiyyatinda doctora almisham, sora irana geyidennen sora sserbazlix khidmetinden sonrs tehran daishgahinda engilis edebiyyati tedris elemishem. amricad, oxford-da va Canada da amrica-engilis- ve tetbigi edebiyyati tadris elemishem. khomini debresinde, ve shah devresinde zindan getmishem. khomeini gelennen sora meni tehran danishgahi, dolet destouriynen ixraj eliyibler. sonra evimin xerzemisinde bir poetry workshop, javan shairler vwe nevisendeler uchun goymusham. sora iranna chixmisham, 9 sene toronto univesitesinde doctora deveresinde tetbigi edebiyyat dersi demishem. indi bazneshtiyem. hem shah devrinde ham khomeini devrinde zindana tushmushem. sora bir bahaneynen irannan chiixmisham 1906nin akhir gunlerinde. indi canada tebe-esiyem.
    F.M.
    Reza bey, bir daha salamlar. Men oten sene Iranda oldum. Orada Tebrizde, Maraqada, Tehranda ziyali -aydin insanlarin menzilinde Sizin sheklinizin asildiqini gordum. Her yerde xalq Sizi sevir. Siz xoshbext yazarsia. O ki qaldi yazichi taleyine... Ele chox yerde bu curdur/ Bizde de yazarlarin gunu xosh kechmir. Burada da problemler choxdur. Muselman Sherqinin problemleri hersiz choxdur...
    26.06.2012
    F.M.
    Reza bey, salamlar. Necesiz? Yaxshisizmi?
    …Ishleriniz necedir?

    Reza
    size chox salamlar, man yaxjiyem, canada-da diyem. sizin ishleuz neje gabaga gedir?

    19.07.2012
    Reza
    nejesuz mutafa bey. sizden chox teashekkur elirem ki bourda sizi goerurem. indi yazilruz neje gabaga gedir?

    F.M.
    Chox teshekkur edirem, Reza bey. Her shey yaxshidir. Siz necesiz?

    Reza
    mende gechiniram. yazip pozmaginan
    nazaman melebi mene gonderdux? Deniz koci…
    F.M.
    Bir ay once gonderdim. Mən istedim ingilisceni gönderim, amma Siz dediniz ki, oz dilimizde olani gonder…
    Reza
    chox teashekkur elirem...
    P.S.
    Gördüyünüz kimi, yazıda Rza Bərahaninin ad-soyadı həm də Reza və Barahani kimi gedib. Əslində onun barəsində gedən yazılarda da bu varinatlar işlənib... Zənnimcə, ən düzü, Rza Bərahani variantədır.

    10.10.2011
    İndi bir söz deyəcəm, olsun ki, çoxlarının xoşuna gəlməsin..
    Baxın, hansısa şəhərin meri müsəlman olur və ya hansısa xristian təriqətli birisi (buddist, yəhudi və s.) müsəlman dinini qəbul edir, çoxları bunu bəh-bəhlə, cəh-cəhlə qəbul edir.... Çox yaxşı. ..
    Fəqət hansı müsəlman ölkəsininsə vətəndaşı xristianlığı qəbul edirsə.... qarğışlar başlayır, nə başlayır...
    Bunu necə başa düşmək olar?

    11.11. 2011
    İki MTN-dən birinin adını dəyişmək lazım. Ya 1-ci MTN-nin (Milli Təhlükəsizlik Nazirliyinin) adını dəyişmək lazımdır, ya da 2-ci MTN-in (Mədəniyyət və Turizm Nazirliyinin) ...
    Fakt göz qabağındadır, qısa səslənmə hər ikisində eynidir...









    2012

    18.04.2012
    “Mədəniyyət” qəzeti, “Bəzən öz qəhrəmanlarımdan da nəsə öyrənmək istəyirəm”
    Müsahibimiz yazıçı-filosof Firuz Mustafadır

    “Bu gün dövlət teatr sahəsinin inkişafına, teatrların təmirinə böyük vəsait ayırır. Bu, çox yaxşı haldır. Teatrların inkişafının bir göstəricisi də yeni əsərlərin tamaşaya qoyulması, yazıçı-dramaturqlarla sıx yaradıcılıq təması olmalıdır. Teatrlarımız istedadlı gənclərə yaşıl işıq yandırmalıdır. Teatr daha canlı, daha dinamik bir məkan olmalıdır”.

    - Firuz müəllim, əsərlərinizdə daha çox insanı düşündürən, fəlsəfi, bəşəri mövzulardan bəhs edilir. Ümumiyyətlə, yaradıcılığınızı neçə şaxəyə ayırardınız və hansı janrda özünüzü daha rahat hiss edirsiniz?

    - İş belə gətirib ki, mən paralel olaraq həm elmi-fəlsəfi, həm də bədii yaradıcılıqla məşğul olmuşam. Bir neçə monoqrafiyanın müəllifiyəm. Nəsr və dramaturji yaradıcılıq mənim fəaliyyətimin əsas sahəsidir. Tərcümə etdiyim əsərlər də az deyil. Uzun müddət qəzet və jurnallarda fəaliyyət göstərmişəm, bir müddət “Mədəniyyət” qəzetində redaktor və redaktor müavini işləmişəm. Bütün bunlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğulam, Avrasiya Universitetinin professoruyam. Mənə bütün janrlarda işləmək xoşdur, yəni heç vaxt zorən əsər yazmaq istəyində olmamışam, əksinə, yazmaqdan zövq almışam. Əlbəttə, bütün ömrü boyu eyni işlə məşğul olan, eyni janrda yazanlar da olub. Amma mən yaradıcılıqda polifonizmə meyilliyəm. Belə hesab edirəm ki, fəlsəfə ilə məşğul olmağım dramaturgiyaya, mədəniyyətlər tarixi sahəsində apardığım araşdırmalar nəsr yaradıcılığıma, dillə bağlı tədqiqatlarım publisistik fəaliyyətimə mane olmayıb, əksinə, biri digərinə təkan verib.

    - Teatrlarda bir sıra əsərləriniz tamaşaya qoyulub. İlk oynanılan əsəriniz hansı idi və o anlardan xatirinizdə nələr qalıb?

    - Dramaturgiya ilə ilk gəncliyimdən məşğul olmağa başlamışam. Hətta aspiranturada oxuyarkən Mədəniyyət Nazirliyinin keçirdiyi birpərdəli pyeslər üzrə müsabiqədə qalib də olmuşdum. Amma teatrlara uzun müddət üz tutmamışam. 1996-cı ildə “Ağıllı adam” pyesimi Gənclər Teatrına təqdim etdim. Əsər haqqında nəsə bir rəy öyrənmək istəyirdim. Aradan az bir vaxt keçmiş rəhmətlik Hüseynağa Atakişiyev zəng edib məni təbrik etdi. Sən demə, artıq əsər repertuar planına daxil edilib, məşqlərə də başlanıbmış. İndi siz soruşdunuz, mənim yadıma ilk tamaşa ilə bağlı bəzi xatirələr düşdü. “Ağıllı adam” tamaşaçılar və teatr tənqidçiləri tərəfindən yaxşı qarşılandı. Amma, düzü, tamaşa məni qane etməmişdi. Mənim faciə kimi görmək istədiyim əsər fars və ya qrotesk kimi qoyulmuşdu. Mən öz təxəyyülümdə başqa “dekorasiya” qurmuşdum, səhnədə isə tamam “özgə” məkan təsvir edilirdi. Çox mütəəssir olmuşdum. Yalnız özümdən yaşlı sənət bilicilərinin, dostlarımın - Ağakişi Kazımovun, Nahid Hacızadənin, mərhum Şahmar Əkbərzadənin rəyləri məni qismən sakitləşdirdi. Onlar təkidlə deyirdilər ki, əsər yaxşı alınıb, bu, rejissor yozumudur. Hətta Şahmar müəllim Hüseynağanı təbrik edib özünəməxsus bir coşqunluqla dedi: “Dədə, sən əsl şedevr yaratmısan”. Mən deyilənlərlə razılaşmalı oldum. Axı, doğrudan da, hər bir tamaşanın müəlliflərindən biri də rejissordur. Hüseynağanın son tamaşası isə “Qara qutu” oldu.

    “O, çoxluğun hesablaşdığı əsl metr idi”

    - Bilirəm, bu da sizin əsərinizdir. Ümumiyyətlə, sizin Hüseynağa Atakişiyevlə yaxın dostluğunuz olub...

    - Mən deyə bilmərəm ki, Hüseynağa ilə həyatda yaxın dost olmuşam. Amma hər şeydən əvvəl, biz sənət dostları idik. Mən indi onun adını niyə xatırladım? Hüseynağa həm klassiklərə müraciət edirdi, həm də müasirlərə. Bir çox yeni əsərlərinin səhnə taleyində onun müstəsna rolu olub. Vaqif Səmədoğlu, Əli Əmirli, Elçin Hüseynbəyli bir sıra əsərlərinin gözəl səhnə həlli üçün məhz bu istedadlı insana borcludur. Mənim də xeyli əsərimə Hüseynağa quruluş verib. O öz məktəbini yaratmış sonuncu rejissorumuz, çoxluğun hesablaşdığı əsl metr idi. Sözümün canı nədir? O, teatrda heç zaman əsər qıtlığından şikayət etmirdi.

    - Amma indi hərdən teatr rəhbərləri və rejissorlar yaxşı əsərlərin azlığından şikayətlənirlər...

    - Bu fikirlə razı deyiləm. Mən dəfələrlə həmin rejissorlara demişəm, yenə deyirəm: bizdə böyük dramaturqlar olub, yenə də var. Çox uzağa getmədən elə tək üç mərhələni qeyd edə bilərəm: Mirzə Fətəli Axundzadənin, Cəfər Cabbarlının və İlyas Əfəndiyevin adı və fəaliyyəti ilə bağlı olan mərhələlər. Görün, bu mərhələlərdə kimlər nələr yaradıb?

    - Teatrların əcnəbi müəlliflərin əsərlərinə müraciət etməsinə necə baxırsınız?

    - Normal baxıram. Biz qlobal bir aləmdə yaşayırıq, qına çəkilib özümüzdən müştəbeh olmamalıyıq, öyrənməliyik, geniş dünyaya baxmalıyıq, nəyisə əxz etməliyik, nədənsə bəhrələnməliyik. Bilirsiniz, mən nəyi qəbul etmirəm? Özümüzdə hər şeyi inkar edib, hər şeyi kənarda axtarmağı. Guya bizdə hər şey pisdir, əcnəbilərdə hər şey yaxşı. Bu, sənətə daltonik yanaşmadır. “Bizdə dramaturgiya yoxdur” deyib əcnəbi müəlliflərə üz tutan rejissorları başa düşmürəm. Amma yenə deyirəm, xaricdən yaxşı ədəbiyyatı da, müsbət təcrübəni də öyrənməliyik.

    - Yəni mədəniyyətlər qarşılıqlı inkişaf etməlidir...

    - Bəli, biz geniş dünyaya inteqrasiya olunmalıyıq. Yeri gəlmişkən, mənim bu yaxınlarda çapdan çıxan monoqrafiyamın adı elə bu cürdür: “Qloballaşma və mədəniyyət”. Orada elə bu toxunduğumuz məsələlərə də işıq tutulur. Teatrlarda azad rəqabətə meydan verilməli, ən müxtəlif müəlliflərin yaradıcılığına müraciət edilməli, əsərlərin janr və üslub rəngarəngliyi diqqət mərkəzində olmalıdır. Monotonluq teatr estetikasına yaddır, bu, sənəti ehkamçılığa aparır.

    “Teatrlarda “qocalma” müşahidə olunur”

    - Siz həm də Azərbaycan Yazıçılar Birliyində dramaturgiya bölməsinin rəhbərisiniz. Gənclərin dramaturgiyaya gəlişi sizi qane edirmi?

    - Açıq danışaq. Bu gün əksər teatrlarda dramaturgiya baxımdan “qocalma” müşahidə olunur. Bəlkə mən səhv edirəm, onda son zamanlar hansısa teatrda “parlayan” hansısa bir gəncin adını siz çəkin. Bizdə istedadlı gənclər çoxdur, amma teatrlar, rejissorlar tərəfindən üzə çıxarılması işi yetərli səviyyədə deyil. Hanı ötən əsrin 60-cı illərində Tofiq Kazımovun və yaxud Lütfi Məmmədbəyovun teatrlara cəlb etdiyi istedadların davamçıları? Bu gün dövlət teatr sahəsinin inkişafına, teatrların təmirinə böyük vəsait ayırır. Bu, çox yaxşı haldır. Teatrların inkişafının bir göstəricisi də yeni əsərlərin tamaşaya qoyulması, yazıçı-dramaturqlarla sıx yaradıcılıq təması olmalıdır. Teatrlarımız istedadlı gənclərə yaşıl işıq yandırmalıdırlar. Teatr daha canlı, daha dinamik bir məkan olmalıdır.
    - Məncə, ötən ili sizin üçün məhsuldar il hesab etmək olar...

    - Gəncə Dövlət Dram Teatrında “Vida marşı”, Qazax Dövlət Dram Teatrında isə “Neytral zona” adlı pyeslərimin səhnə həlli məni tamamilə qane etdi. Bilirsinizmi, bəzən mərkəzdən kənarda yerləşən teatrlara bir “əyalət” epiteti də artırıb lap uzağa, ucqara atmaq istəyirlər. Elə buna görə də mən bir neçə il öncə televerilişlərin birində bu ifadəni başqa şəkildə işlətməyi tövsiyə etdim: “bölgə teatrları”. Mənim üçün ən maraqlı sürprizlərdən biri Qusardakı Ləzgi Dövlət Dram Teatrından gəldi. Orada mənim “Ayı təbəssümü” adlı əsərim tamaşaya qoyuldu. Özüm premyerada iştirak edə bilməsəm də, deyilənə görə, maraqlı tamaşa alınıb. Bundan başqa, ötən il və bu il mənim bir sıra elmi və bədii kitablarım işıq üzü görüb. Bayaq adını çəkdiyim monoqrafiya (“Qloballaşma və mədəniyyət”), “Sklerozlar üçün yaddaş” kitabını qeyd edə bilərəm. Beş dilə (rus, ingilis, alman, fransız, fars dillərinə) tərcümə olunmuş “Dəniz köçü” povestimin yeni nəşri hazırlanır. Tərtib etdiyim “Yüz türk etnosu” (rus dilində) kitabı bu il çapdan çıxıb. Təsisçisi olduğum “Teatr” jurnalının ilk nömrəsi də bu il işıq üzü görüb.

    “Mənim əvəzimə yazdıqlarım döyüşür”

    - Konfutsinin belə bir sözü var: “Heç kim uğur nərdivanına əlləri cibində çıxmayıb”. Maraqlıdır, uğur nərdivanını siz necə çıxmısınız?

    - Deyilənə görə, mən zəhməti sevən adamam, hərçənd ki, mən bunun əksini düşünürəm. Amma qapıları döyməyi, şikayətlənməyi xoşlamıram. Bir neçə teatr rəhbəri tərəfindən repertuar planından mənim pyeslərimin çıxarıldığı hal olub, susmuşam. Vətənpərvərlik mövzusunda yazılan əsər axtarırlar, “Teatr meydanı” adlı romanımı bəyəniblər, amma sonra kənara qoyublar, dillənməmişəm. Pyeslər toplumun nəşri ilə bağlı söz verib, sonra “unudublar”, üzə vurmamışam. Mən özüm həyatda mübariz adam deyiləm, mənim əvəzimə yazdıqlarım döyüşür. Belə hesab edirəm ki, siz deyən o nərdivanın yuxarı pilləsinə qalxmağa hələ çox var.

    - Bildiyimə görə, teatrlarda yeni əsərlərinizin məşqləri gedir. Bu barədə məlumat verərdiniz?

    - Bir neçə teatrda əsərlərim tamaşaya hazırlanır. Hətta bu yaxınlarda internetdə oxudum ki, Dərbənddəki Azərbaycan teatrında “Vida marşı” pyesim tamaşaya hazırdır. Amma mən gələcək yaradıcılıq planlarım barədə danışmağı xoşlamıram. Yaradıcılıqda gələcəkdən daha çox keçmiş anlayışı, yaradılanların yaşamasında isə keçmiş yox, gələcək zaman var. Yəni mənə konkret məlum olan nəsnə indiyəcən nəyin ortada olmasıdır, gələcəkdə nəyin olacağı barədə yalnız fərziyyə yürütmək olar.
    - Bu il sizin altmış yaşınız tamam olur...

    - Mənim yubiley keçirməyə nə marağım var, nə həvəsim, nə də imkanım. Mən yaşa statistikanın bir tərkibi kimi baxıram. Əsas məsələ yaşanan vaxtın kəmiyyəti deyil, mahiyyətidir. Bir az gurultulu çıxsa da, qoy deyim, ləyaqətli ömür yaşamaq çətindir. Amma mənim əsərlərimin əksər qəhrəmanları, personajları öz ömürlərini əsl insan ləyaqəti ilə yaşamaq istəyirlər. Mən heç də öz qəhrəmanlarıma oxşamaq istəmirəm, amma bəzən onlardan nəsə öyrənmək istəyirəm.

    Söhbətləşdi: Təranə Vahid
    “Mədəniyyət” qəzeti, 18 aprel 2012


    25.04.2012.
    Həmişə məni görəndə əzilib-büzülən, yaltaq-yaltaq gülümsəyən, yazıçı olmaq istəyən birisi vardır. Bu günlərdə rastlaşdıq. Çox yekəxana, təkəbbürlü şəkildə başını tərpətməklə salam verdi.
    Yəqin ki, ya arzusuna çatıb, kitabı çıxıb, "yazıçı" olub, ya da ki, özünə “arxa” tapıb..
    Düzü, mən nə yaltaqları, nə də təkəbbürlüləri xoşlayıram.
    Gündə bir cildə girənlərdən uzaq gəzirəm.
    Mən məhz özünə oxşayan adamları sevirəm.
    Özünüzə oxşayın, çocuqlar.

    28.04.12
    PSİXOLOLİ İLLÜZİYALAR
    Bir dəfə psixoloq dərsdə bir qrupun tələbələrinə bir nəfərin şəklini göstərib deyir ki, bir bu adama diqqətlə baxın, qatı cinayətkardır, qatilin biridir. Və əlavə edir: "Hə, indi bu fotoya baxıb əlavə daha nə deyə bilərsiz bu adam haqda"? Qrupun tələbələri lazım olan bütün mənfi fikirlərini deyir, o adamı şəklinə görə qatı cinayətkar kimi təsvir edirlər.
    Həmin müəllim başqa bir qrupda yenə həmin adamın elə həmin şəklini tələbələrə göstərib deyir: "Fotodakı bu adam dahi bir mütəfəkkirdir. İstəyirəm ki, şəklə diqqətlə baxıb bu adam haqda əlavə fikirlərinizi deyəsiz". Həmin qrupun tələbələri şəklə baxıb “dahini” o ki var tərifləyirlər...
    Hə, indi fb-də çoxlu milli canilərin şəkli paylanır və onlar müzakirə olunur... bir qismi deyir ki, bunun cinayətkar olduğu üz-gözündən bilinir, o bir qism deyir ki, bu dahiyanə adamdır...
    Ta nə deyim?..
    Təbliğat və təqdimat çox zaman obyektiv reallığın üstündən xətt çəkir.
    Adamlar nədənsə unudurlar ki, hər bir kəs həyatda öz real "şəklini" öz əməlləri ilə çəkir... Yəni zahirən çox gözəl görünən bir adam mahiyyətcə çox mənfur, zahirən eybəcər görünən bir başqa adamsa daxilən çox müsbət şəxs ola bilər.

    06.06.2012
    Firuz MUSTAFA: "Tənqid dağıdıcı, məhvedici yox, ehtiyatlı və ehtiramlı olmalıdır..."

    "Göydə süzən" direktorun təkcə yolpuluna bir neçə maraqlı tamaşa hazırlamaq olar"
    Müsahibim Firuz Mustafanın yaradıcılığı geniş oxucu və tamaşaçı kütləsinə tanışdır. Onun dramaturgiyası öz səhnə həllini tapır və tamaşaçı zövqünü oxşayır, əsərləri xarici dillərə tərcümə olunur və oxunur. Geniş təqdimata ehtiyac görmədən sizi müsahibimlə baş-başa buraxıram. Həmsöhbətim tanınmış dramaturq, yazıçı və filosof Firuz Mustafadır.

    -Firuz müəllim, sizi daha çox dramaturq kimi tanıyırıq. Yazıçılar Birliyində dramaturgiya bölməsinin rəhbərisiz. Hazırda dramaturgiyamızın, teatrlarımızın vəziyyəti sizi qane edirmi?

    -Dramaturgiya ədəbiyyatın unikal janrlarından biridir, bütün dünya ədəbiyyatında dramaturqlar həmişə barmaqla sayılacaq qədər az olub. Bu fikrə qüvvət üçün deyim ki, məsələn, bizim Yazıçılar Birliyinin üzvlərinin doxsan faizini şairlər təşkil edirsə, burada uzaqbaşı bir faizə qədər professional dramaturq tapmaq olar. O ki qaldı dramaturgiyanın, teatrların hazırkı durumuna, buna bir-iki kəlmə ilə qiymət vermək çətindir. Məcburam ki, basmaqəlib, standart ifadələrlə cavab verim: uğurlar da var, uğursuzluqlar da...

    -Azərbaycan teatrına kifayət qədər tamaşaçı marağının olmamasını nə ilə izah edərdiniz? Sizcə, bunun günahını kimdə axtarmalıyıq, dramaturqda, rejissorda, aktyorda, yoxsa tamaşaçı zövqünün olmamasında?

    -Maraqlı tamaşaların meydana gəlməməsinin səbəbini adətən, rejissor dramaturqda, dramaturq rejissorda, aktyor tərəflərin hər ikisində, tamaşaçılarsa bütövlükdə teatrda görürlər. Mən də tamaşaçılarla razıyam. Amma... Mənə elə gəlir ki, bu qarşılıqlı ittihamlarda ən az haqlı olan rejissorlardır. Ona görə ki, bizdə kifayət qədər qüvvətli dramaturji nümunələr var. Əgər rejissorlar bizdə dramaturq azlığından və ya yoxluğundan şikayətlənirlərsə, milli dramaturgiyaya ağız büzürlərsə, onda qoy zəhmət çəkib əcnəbi dramaturgiya nümunələrinə müraciət etsinlər. Bəyəm Şekspir və ya Çexov dramaturgiyası "ölüb"? Düzdür, klassiklərə müraciət edən rejissorlarımız da az deyil. Amma son illərdə biz hansısa bir diqqətçəkən tamaşa görməmişik. Bəlkə siz hansısa qeyri-adi bir tamaşaya baxmısız? Deməli, ortada dramaturgiya nümunələri var, fəqət onu təqdim etməyi bacaran rejissor yoxdur və ya belələri çox azdır.

    -Sizcə, səbəblər təkcə saydığınız amillərlə bağlıdır?

    - Başqa səbəblər də var. Bu gün əksər teatrlarda "qocalma" müşahidə olunur. İstedadlı gənclərin əksəriyyəti depressiya içindədir. Bəlkə mən səhv edirəm, onda siz son zamanlar hansısa teatrda "parlayan" istedadlı bir gəncin adını çəkin. Halbuki bizdə istedadlı gənclər çoxdur, sadəcə, onların üzə çıxması üçün şərait lazımi səviyyədə deyil. İndi hanı ötən əsrin 60-çı illərində səhnəyə gəlib sənətdə öz sözünü demiş istedadların davamçıları? Hanı bu günün Tofiq Kazımovu, Hüseynağa Atakişiyevi? Onlardan sonra niyə teatr məktəbi yaradan rejissor meydana gəlmir?

    -Sizə elə gəlmirmi ki, bu cür "qocalma" dramaturgiyada da müşahidə olunur?

    - Mən sizinlə razıyam. Elə təkcə o faktı nəzərə çarpdırmaq olar ki, "Azdrama"da əsəri səhnəyə qoyulan ən "gənc" müəllifin yaşı çoxdan altmışı keçib. Amma teatrın direktoru deyəsən çox romantikdir, çünki o, "böyük sənəti" yerdə yox, göydə axtarır; mən mətbuatdan oxuyuram ki, bu adam az qala hər ay bir ölkəyə uçur və xaricdə rejissor, dramaturq axtarır. Milandan vurub Moskvadan çıxan, Gürcüstandan vurub Türkiyədə qərar tutan "teatr mücahidinin" təkcə yoluna xərclənən vəsaitə bir neçə maraqlı tamaşa hazırlamaq olar. Mənim üçün maraqlıdır: görəsən rejissor və dramaturqu əcnəbi ölkələrdə axtaran müdir, tamaşaçını haradan tapıb gətirəcək?

    -Xarici dramaturgiyaya müraciət etmək məncə, yaxşı haldır.

    -Söz yox ki, mən bunları deyərkən mühafizəkarlıq edib dünya rejissor və dramaturgiyasına müraciət etməyi "topa tutmaq" niyyətində deyiləm. Sadəcə olaraq, bu sözləri deyərkən "göydə süzən" direktorun teatrda apardığı ilkin "islahatlardan" çıxış edirəm. Bu adam işə başlayandan bəri iki "mühüm islahat" aparıb. Bir baxın, onun teatra qədəm qoyan kimi apardığı ilk "islahat" nədən ibarət olub? Aktyorları işdən azad etməkdən. İkinci "böyük islahat" isə işdən qovulan adamların bir qisminin təzədən işə bərpa olunmasıdır. Görürsüzmü nə böyük "islahatlar" həyata keçirilib?

    -Sovet dövründə teatr sənət məbədi sayılırdı. Sizcə, hansı səbəblərdən teatr bu missiyasını qoruya bilmədi?

    -Bilirsizmi, mən dəfələrlə demışəm, yenə də deyirəm: teatr muzey deyil. Ora cansız eksponatların asıldığı yer yox, canlı ruhların dolaşdığı məkandır. Bizim teatrlar gözəl təmir olunub. Çox gözəl! Oraya xaricdən qonaqlar gəlir, beynəlxalq tədbirlər keçirilir. Çox əla. Bəs tamaşalar necə, binalara layiq səviyyədədirmi? Bəyəm yaxşı tamaşanı binanı yaxşı təmir edən iş icraçısı və ya təmirə pul ayıran ölkə başçısı hazırlamalıdır? Bəli, teatrın, mədəniyyətin bir adı da məbəddir və o məbəddən təkcə günahkarlar yox, saf adamlar da keçir. Ümumiyyətlə, mən belə hesab edirəm ki, ədəbiyyat, böyük ədəbiyyat əbədiyyətin ekvivalentidir.

    - Siz əsərləri ən çox tamaşaya qoyulan dramaturqlardan birisiz. Səhv etmirəmsə, müxtəlif teatrlar otuzdan çox pyesinizə quruluş verib. Ümumiyyətlə, teatrların öz fəaliyyətini gücləndirməsi üçün hansı təkliflər irəli sürürsüz?

    - Mənim bu konuda, bu istiqamətdə konkret təkliflərim zaman-zaman mətbuat səhifələrində özünə yer alıb. Yəqin ki, gələcəkdə də təkliflərim olacaq. İndiki halda təkcə onu deyə bilərəm ki, hər bir teatrın öz yaradıcılıq konsepsiyası olmalıdır. Teatr rəhbərləri geniş düşüncəli, yüksək ədəbi-estetik zövqə malik, şəxsı eqo və ambisiyadan uzaq adam olmalıdır. Teatra öz hikkəsini yeritmək niyyətində bulunan məmur yox, canında sənət eşqi və yanğısı olan yaradıcı şəxs rəhbərlik etməlidir.

    -Siz eyni zamanda filosofsunuz. Məncə, Azərbaycanda fəlsəfə o qədər də inkişafda deyil. Fəlsəfənin, fəlsəfi fikir məktəbinin formalaşması, dünya arenasına çıxması üçün hansı addımlar atılmalıdır?

    - Bilirsizmi, indi klassik anlamda qəbul edilən fəlsəfə az qala bütün dünyada "böhran" keçirir. Filosoflar var, amma bunlar tədqiqatla və ya tədrislə məşğul olan filosoflardır. Yeni fəlsəfi ideya, doktrina və nəzəriyyələrin meydana gəlməsi üçün ən azı obyektiv şərait və situasiya yaranmalıdır. Adətən yeni mühit və yeni təfəkkür tərzi yeni fəlsəfi paradiqmaların yaranması üçün təkanverici rol oynayır. Bu gün praqmatizm idealizmi üstələyib. Sistemli fəlsəfi təlimləri mozaik fəlsəfi motivlər əvəz etməkdədir. Köhnə olan baxışlar yeni əlbəsədə zühur etmədədir. Poststrukturalizm, postrealizm, postneoklassizm, postmodernizm, postindustrializm... Təkcə "post" təzədir, onunla adı yanaşı çəkilən "dost" isə (mən ilkin nəzəriyyələri nəzərdə tuturam) köhnə tanışdır.

    -İstərdim ki, nasir kimi də fəaliyyətinizdən danışaq.

    - "Dəniz köçü" adlı povestim 5-6 dilə (rus, ingilis, alman, fransız, fars və s.) tərcümə edilib. "Cənnət çiçəyi" romanımı başa çatdırmaq üzrəyəm. Hekayə və monohekayələrim nəşr üçün hazırdır.

    -Yaradıcılığınızda hansı yeniliklər var?

    -"Qloballaşma və mədəniyyət" adlı monoqrafiyam, "Sklerozlar üçün yaddaş", habelə bir sıra pyeslərim çapdan çıxıb. Bir müddət öncə təsisçisi olduğum "Teatr" jurnalının ilk sayı və tərtib etdiyim "Yüz türk etnosu" adlı ensiklopedik sorğu kitabı nəşr edildi. Ötən il Gəncə Dövlət Dram teatrında "Vida marşı", Qazax Dövlət Dram teatrında isə "Neytral zona" adlı pyeslərimin premyerası oldu. Yeri gəlmişkən, qeyd edim ki, filosof-ədəbiyyatşünas Sabir Bəşirov məndən xəbərsiz yaradıcılığımla bağlı bir kitab yazıb-"Firuz Mustafa: İdrakla hissin vəhdəti" adlı həmin əsər bir-iki günə çapdan çıxır.

    -Ümumiyyətlə, ədəbiyyatımızın bugünkü vəziyyəti sizi qane edirmi?

    -Qane edən əsərlər var.

    - Gənclər çox vaxt özündən yaşlı nəsli tənqid edir. Amma nədənsə gənclərin sizə qarşı münasibəti çox yaxşıdır. Bu nə ilə bağlıdır? Sizi nə üçün tənqid etmirlər?

    - Görünür, ya mənim yazdıqlarımı oxumurlar, ya da oxuyub tənqid etməyə bir şey tapmırlar. Əlbəttə, bu, bir zarafatdır. Arabir məni də tənqid edirlər. Uzun illərdir ki, tələbə, magistr və aspirantlara fəlsəfə və mədəniyyətlər tarixindən dərs deyirəm. Onların arasında indi tanınmış ədəbi simalar da az deyil. Mən bəzi gənclərin ədəbiyyatı təftiş etməsini, tanınmış ədəbi simaları təhqir etməsini, az qala neoproletkultçuluqla məşğul olmasını qəbul etmirəm. Doğrudur, köhnənin kor-koranə qəbul olunmasına da yaxşı baxmıram. Sənətdə, ədəbiyyatda, lap elə elmdə də bir özündən əvvəl yaradılanlara tənqidi baxış, hətta müəyyən mənada bir inkarçılıq da olmalıdır, bunsuz inkişaf ola bilməz. Amma bu, dağıdıcı, məhvedici yox, ehtiyatlı və ehtiramlı inkar olmalıdır. Oğullar ataları kor-koranə qəbul edib onları təqlid etməməlidirlər. Sözün yaxşı mənasında hər nəslin öz inqilabı olmalıdır, elə ədəbiyyatda da.

    -Azərbaycan Yazıçılar Birliyi bu yaxınlarda yazıçı və şairlərə ev verdi. Siz bu barədə ümumiyyətlə, danışmırsınız. AYB-nin bu addımı haqqında kifayət qədər tənqidi fikirlər səsləndirənlər var. Sizcə, bu bölgü ədalətlə həyata keçirildimi?

    - Bizim birlikdə adətən kimin hansısa şəxsi problemi həll olunursa, təqdiredici, kimin hansısa işi düzəlmirsə, tənqidi notlarla danışır. Rəhbərliyi təmsil edən şəxslər demək olar ki, bir ağızdan: "Yazıçılar Birliyi mənzil verməyə borclu deyil"-deyə, iddialar irəli sürürlər. Bu, kökündən yanlış fikirdir. Yaradıcılıq birlikləri, o cümlədən AYB heç kəsə nə yazmaq öyrədir, nə istedad verir, nə də ilham pərisi bəxş edir. Bütün dünyada yazarların könüllü ittifaqı nəticəsində təsis olunmuş bu tipli qurumlar (adı klub da olan var, mərkəz də, sindikat da) yalnız bir işlə məşğul olur: öz üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması ilə. Və bunun üçün ən müxtəlif vasitələr, yollar axtarır və layihələrdə iştirak edir. Yaxşı, bəs yazıçının evi olmamalıdır?

    -Gənc yazarlardan kimləri oxuyursunuz? Ümumiyyətlə, yeni yaranan ədəbiyyata iradınız, tənqidiniz varmı?

    -Demək olar ki, bütün istedadlı gəncləri oxuyuram. Onların bir çoxu haqqında mətbuatda yazmışam, gələcəkdə də yazacam. Mən indiki ədəbi gəncliyi alqışlayıram, təqdir edirəm; ortada maddi bir stimul yox, qonorar yox, mənzil yox, mükafat-təltif yox, amma bütün bunlara baxmayaraq, onlar ədəbiyyatın təəssübünü çəkirlər.

    - Hazırda nə yazırsınız? Zəhmət olmasa, gələcək planlarınızdan danışın.

    -Gələcək planlarım barədə bir söz deyə bilmərəm. Axı bu yaradıcılıq deyilən şey heç bir normativə uyğun gəlmir. Oxucuya yekə-yekə vədlər verən, illüziyalarla dolu planlar quran, yazacağı əsərlərin sayından-sanbalından ağızdolusu söz açan və sonucda əli "quru yerdə" qalan "ədəbi generallar"ı çox görmüşük... Yaradıcılıqda keçmış var, gələcək yoxdur.

    Söhbətləşdi: Cəlil CAVANŞİR
    http://baku.adalet-az.com/v4/2012/06/06/yazar=73336
    2012-06-06 08:21:51 teatrın repertuar tamaşası kimi təsdiq edilmişdir. Yeni tamaşanın
    13.09. 2012
    “Dilçi alim, millət vəkili Nizami Cəfərov televiziya aparıcılarına sərt cavab verib. O, televiziya aparıcılarını tənqid edib.
    Yazıcı — dramaturq Firuz Mustafa da hesab edir ki, televiziyaların vəziyyəti ağlamalı və acınacaqlıdır: «Bizdə TV-lərə hansı parametrinə görə aparıcı seçirlər? Cavan olsun, yaraşıqlı olsun. Ən yaxşı halda nitqi dürüst olsun. Bunlar elə də önəmli xüsusiyyət sayılmamalıdır. Aparıcının intellekti olmalıdır. Baxın, bütün dünya Tv-lərində təcrübəli, intellektual, çox vaxt da yaşlı aparıcılar çalışır. Bizim aparıcılar isə sir-sifətdən boyanmış bayram yumurtasına bənzəyir. İntellekt isə sıfır».

    15.09.12
    Hesablamısan: Sənin xoşbəxt olmağına neçə işıq ili qalıb?

    00.00.00
    (Bu yazışmanın tarixi nədənsə pozulub. Elə bu səbəbdən də konkret tarix yazmıram, təxminən 2010-2012-ci illərin arasında ola bilər). )
    Rüfət Səfərov adlı gənc hüquqşünasın yazıları və ictimai fəaliyyəti özlüyündə maraq doğurur. Onun atası da tanınmış jurnalistdir (Eldar Sabiroğlu). Rufətin fikirləri cəsarətli mə məntiqlidir. Gələcyinə inanıram. O, mənə FB-də dostluq təklifi göndərmişdi, qəbul etdim. Tez-tez yazışmalarımız olur. Mən Rüfət bəylə yazışmanı indi nə üçün gündəliyə daxil etdim? Axı əslində mənim onlarla, hətta deyərdim ki, yüzlərlə müxtəlif sənət və peşə adamları ilə yazışmalarım var və o yazışmaların üstündən sükutla keçməkdəyəm. Məsələ burasındadır ki, Rüfət bəy öz həmyaş və həmkarlarından (yəni peşə dostlarından) fərqli olaraq insan haqlarının alovlu müdafiəçisinə çevrildi. Bunu onun sonrakı fəaliyyətində də görməli olduq.
    Rüfət -Firuz Mustafa kimi beseri sexsiyyetden dostluq qebulu meni daha da ruhlandirdi!!!
    F.M.-salam. var ol. atan köhnə dostumdur.
    Rüfət: Firuz əmi, atama dedim, Size ateşin salamlarini catdirir.

    F.M.qarşılıqlıdır.....bu da bizim nəslimizin (təkcə bizim nəslimizimmi?-subyektiv mənada yox ha) faciəsini əks etdirən bir sovet romanı...Duyanlar və yaşayanlar üçün..:
    http://www.azadliq.org/content/article/24780968.html#page=1

    Firuz Mustafa "Qapı" (Roman)
    Rüfət-Mutleq oxuyum.
    Firuz-Rüfət, tələsmə.. zamanın olanda rahat, arxayın tərzdə oxu...
    Rüfət- aha
    Firuz emi, Sizce "Hüququn qetli" davama layiqdir?
    F.M.oxudum..
    bu, uzun bir söhbətin mövzusu...
    Rüfət-.aha
    F.M."Bəşəriyyət öz keçmişindən gülərək ayrılır" (F. Engels) Bu ifadədə mən təkcə bir sözü dəyişirəm- ağlayaraq ayrılır..
    Rüfət: -hmmmm...
    F.M.İndi mən Engelsdən sitat gətirdim (Marksın dostundan). Vaxtilə mən EA-da aspirantlara dərs demişəm. ..və məni bir neçə dəfə antimarksist kimi "məzəmmət " ediblər...
    Rüfət-aha...
    F.M.Dünyanın inkişafı düzxəttli olmayıb heç vaxt...
    bu, ziddiyyətli, qarışıq, labirint, dolaşıq bir yoldur..
    Qərb öz yolunu qismən tapıb..
    Rüfət- aha...
    F.M.Şərqsə o yoladan (hələlik) sapınıb... Təəssüf ki..
    Amma mən fərdi (subyektiv) anlamda Qərb-Şərq bölgüçülüyünün əleyhinəyəm və bu barədə vaxtilə bir traktat da yazmışam..
    Rüfət: men bu esnada bezi dusuncelere sahibem, qeleme almaq fikrindeyem.

    http://vivo-book.com/blog/Kitab/firuz-mustafa-s%C9%99rh%C9%99dsiz-d%C3%BCnya.pdf
    www.vivo-book.com

    F.M.əslində mənim istəyim belə..
    Rüfət: aha
    F.M. amma bilirəm ki, bu, uzun illərdən sonra reallaşa bilər..
    Rüfət: beli. Firuz emi, hefte erzinde olarmi atam, Siz ve men bir cay icek?
    F.M. olar..
    Rüfət
    -Sizin nomrenizi ala bilerm?
    F.M. hərhalda mən (hələlik) Hegelin dedikləri ilə razılaşmalı oluram…indi Hegel(lə bağlı) yazını tapsam göndərəcəm…
    Rüfət: -aha…
    Rüfət:_ xos olar

    (Вы отправили
    http://www.moderator.az/news/135687.html)

    “Despotlar heç vaxt azad ola bilməzlər...”
    Rüfət:-beli
    Rüfət:-aha
    F.M...-hər bir ata öz övladı üçün narahatdır və (qismən) məsuliyyət daşıyır...
    Rüfət: -eledir.
    F.M.-Mən gələn həftə olacam..
    o ki qaldı telefona.. burada var...
    Rüfət: -aha
    F.M:- sehifede
    Rüfət:-bu deq…
    F.M. burada el. poct və tel. var..
    nə isə...
    Rüfət:- tamam
    F.M.bizim (Şərqin) çatışmayan cəhətlərini Hegel çox gözəl verib..
    Rüfət: aha…
    F.M.təəssüf ki, zaman keçib, az şey dəyişib..
    Hələlik.
    Uğurlar.
    Rüfət:-biz çox şeyə islahatlarla nail olacağıq..
    F.M. bilmirəm bilirsənmi. mən ixtisasca filosof olsam da, əsasən dramaturgiya ilə məşğulam…
    Rüfət: bəli…
    F.M.- bir əsərimdə bir personaj belə deyir: "Cavanlığında inqilabçı olmayan adam, qocalığında inqilabçı olan qədər... səhv edir"…Təxminən bu cürdür...
    Sağ ol.
    Rüfət: bilirem, Firuz emi.
    F.M.: Siz de saq ve var olun, İnsALLAH.

    Rüfət:Amin.
    F.M.Görüşərik.
    Rüfət: Mutleq
    Rüfət: Allah nesib ederse.
    F.M.: Ümidsiz şeytanlardır (Qurandan iqtibas).

    17.09.12
    “Köhnə müsahibələrdən”
    “Əsgərlikdə eşq macəram olmayıb...”
    Yeni layihə - "Sən əsgər olanda”
    Qonaqlarımıza hərbi xidmətdə olduqları dövrlə bağlı suallar verəcək, onaların əsgər həyatının görünməyən tərəfləri ilə oxucularımızı tanış edəcəyik. Hər bir şəxs özünü bu lahiyənin qonağı kimi görə bilər. Artıq çoxdan arxada qalmış əsgər həyatının xatirələrini oxucularımıla bölüşmək istəyən varsa, bizimlə əlaqə saxlaya bilər. Lahiyəmizin ilk qonağı isə, tanınmış yazıçı, dramatruq, filosof Firuz Mustafadır. Beləlikə,
    - Firuz bəy, Siz əsgər olanda neçənci illər idi və harda xidmət etmisən?
    - Mən əsgər olanda 1977-1978-ci illər idi. Əsgərliyə ali məktəbi bitirdikdən sonra, könüllü getdim. Hərbi komissarlığa bir neçə dəfə ərizə yazandan sonra istəyimi gerçəkləşdirə bildim. İl yarım hərbi xidmətdə olmuşam. İlk əvvəl kursant kimi xidmətə başladım və serjant kimi davam etdim. Sonra isə zabit kimi tərxis olundum…

    - "Molodoyluğunuz" necə keçdi, “stariklərlə” anlaşa bilirdinizmi?
    - Bizdə demək olar ki, "molodoyluq" olmayıb, ilk aylar dediyim kimi, kursant olmuşam və “molodoyluq” demək olar ki, yaşamadım.
    - Evdən ötrü, doğmalardan yana darıxırdınızmı?
    - Əlbəttə, hamı kimi mən də ev-eşik və doğmalar üçün darıxırdım.
    - Komandirinin tapşırıqlarını necə yerinə yetirirdiniz?
    - Çalışırdım ki, komandirin tapşırığını yerinə yeririm.
    - Əsgərlikdə komandirin qızı, yaxud arvadı ilə aranızda bir şey olub? Sizə də “komandir polk demişdi ki, qızımı al, səni inistita qoyum, şərait yaradım”? Axı sovet dövründə hərbi xidmətdə olanların çoxu bu cür “xatirələr” danışır.
    - Xeyr, mənim nə komandirin qızı, nə arvadı, nə də anası ilə eşq məcaram olub. Ümumiyyətlə, o zaman 1-2 dəfə əsgər dostlarımla birgə rəqsdə olmağım istisna olmaqla, mənim qadınlarla ünsiyyətim, demək olar ki, olmadı.
    - Bəs “samavolkaya” qaçmısız?
    - Xeyr, "samavolkaya" qaçdığımı xatırlamıram.

    - Başqa millətlərlə davanız düşürdü?
    -Mən başqa millətlərlə bizimkilərin bir çox dava-şavasının şahidi olmuşam və bu cür halların qarşısını almaq üçün əlimdən gələni etmişəm. Ümumiyyətlə, mən dava-dalaş adamı olmamışam.
    - Heç sizə “çurban” deyiblər?
    -Bizim alayimiz Uzaq Şərqin ən nümunəvi hərbi bölməsi sayılırdı, amma təbii ki, arada mübahisə, dava-şava və söyüş də olurdu, bunsuz əsgər həyatını təsəvvür etmək olmaz.
    - Firuz bəy, “Dembl” vaxtlarınız necə keçdi?
    - Adi qaydada keçdi, amma xatırlayıram ki, o ərəfədə bolluca boş vaxtımız olurdu, arada da yeyib-içirdik.
    - Tərxis əmrinə 100 gün qalmış hansı mərasimi keçirdiniz?
    -Elə bir xüsusi mərasim keçirilmədi. Biz son aylar zabitlik kursunda oxuduq, dediyim kimi, mən əsgərlikdən zabit kimi tərxis olundum.

    Ehtiyatda olan zabiti, sıravi Tural Balabəyli söhbətə tutdu avropa.info

    http://profliqa.blogspot.com/2012/09/mnim-komandirin-qz-arvad-il-esq-mcaram.html

    27.12.2012
    Əvvəllər deyərdilər ki, “ağlına gələni danışır”.
    İndi deyirlər ki, “ağzına gələni danışır”.
    İndi daha düz deyirlər. Çünki hamının ağzı var, amma hamının ağlı yoxdur.

    28.12.2012
    Cibində milli pul gəzdirmir, övladları vətəndən uzaqda təhsil alır, arvadı əcnəbidir, qızı xarici ölkə vətəndaşıdır, istirahətini xaricdə keçirir...
    Amma "vətənpərvərdir"... Həmişə millətçilikdən danışır...

    29.12.2012
    Rəhmətlik Kantı xatırladım.
    O, rasionalistlərlə empiristlər arasında yaranmış çıxılmaz vəziyyətdən, “uçurumdan” çıxış yolunu göstərməyə çalışırdı.
    Mən də hərdən bu fikrə gəlirəm ki, biz deyəsən çox praqmatikik. O qədər praqmatik ki, bu “praqmatizm” məsələsində nəinki Kant, hətta bütün materialistlər bizə qibtə edə bilər.
    ...Kantın tezisindən çıxış etsəm də öz mülahizələrimi söyləmək istərdim... Beləliklə, mənə elə gəlir ki, biz...
    Biz yalnız təcrübədən keçirilənlərə inanırıq. Bəlkə də elə buna görə mücərrəd təfəkkürdən uzağəq.
    Çoxumuz yalnız əlimizlə toxunub gözümüzlə gördüyümüz nəsnələrin qeydinə qalırıq.
    Məsələn, ayağımız haqda düşünürük, ruhumuz haqda yox.
    Böyrəyimiz haqda düşünürük, vicdanımız haqda yox.
    Mədəmiz haqda düşünürük, məsləkimiz barədə yox.
    Qabırğamız haqda düşünürük, məramımız haqqında yox.
    Qulağımız haqda düşünürük, insafımız haqda yox.
    Burnumuz haqda düşünürük, imanımız haqda yox.
    Amma əslində hər şey bir azca başqa cür olmalıdır.
    Yəni, dediyim odur ki, bu zahirən “görünməyən” nəsnələri daha çox görməyimiz lazım.



























    2013

    13.03.2013
    İndi bir ağıllı mənə yazdı ki, bizdən başqa bütün SSRİ-də Nobel mükafatı alan yazarlar (?) olub. Bərəkallah. İndi burada yazıram, ay Nobel almaq istəyənlər, eşidin, bilin: keçmiç Sovet ölkəsindəki 15 respublikada və postsovet məkanında (bəziləri bunun "sovetdənsonrakı" anlam olduğunu bilmir) yalnız Mixail Şoloxov Nobel mükafatını alıb (o da Xruşşovun razılığı ilə). Qalan rus yazıçıları (Bunuin, Soljınitsin, Brodski) bu mükafata xaricdə (mühacirətdə) olarkən layiq görülüb, Pasternak isə rejimin təhriki ilə mükafatdan imtina edib. İnşallah, özünüzü ədəbli aparsanız siz də "bu mükafatı" alacaqsınız.

    30.09.2013
    "Bəlkə tamaşaları maliyyə naziri hazırlamalıdır?" - Müsahibə

    Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun dramaturqlarla çəkişməsi davam edir. Yazıçı-dramaturq Firuz Mustafanın 12 pyesini oxuduğunu, amma onların heç birini səhnəyə layiq görmədiyini deyən "Azdrama" rəhbəri qələm sahiblərinin qəzəbinə tuş gəlib.
    Firuz Mustafa müsahibəsində həm İsrafil İsrafilovun ittihamlarına cavab verdi, həm də Azərbaycan teatrının hazırki durumundan danışdı:
    - Görünür, İsrafil İsrafilov mənim kitablarımdan birində toplanan pyesləri nəzərdə tutur. Zəhmət çəkib oxuyub, buna görə ona, hətta, təşəkkür də düşür. Amma onun bu fikrində bir ziddiyyət var. Əgər teatr direktoru müəllifin bu qədər əsərini oxuyubsa deməli, o əsərlərdə mütləq nəsə var. O ki qaldı onun hökmlə dediyi "bu pyesləri tamaşaya qoya bilmərik",- tezisinə, bu barədə müsahibədə açıqlama verilmir. Ona görə də bu fikri yüz yerə yozmaq olar. Bəlkə teatrın bu əsərləri qoymağa potensial imkanları yoxdur? Bəlkə cəsarətləri və ya maliyyə imkanları çatmır? Bilmirəm.
    - Bəs teatrın repertuar planından Sizin hansı əsəriniz çıxarılıb?
    - Söhbət ilk variantında "Bəyaz kölgələr", son variantda "Tufandan sonra" adlanan pyesdən gedir. Əsər üzərində rejissorun israrlı təkidi ilə dəfələrlə işlədim. Nəticədə yeddi variant meydana gəldi. Bu qədər zəhmət çəksəm də, açığını deyim ki, mən bu əsəri heç də özümün ən yaxşı yaradıcılıq işim saymıram. Yəni tamaşaya qoyulmuş və qoyulmamış elə pyeslərim var ki, məndən olsaydı onlardan birini seçərdim.
    - Niyə məhz bu pyesin üzərində dayandınız?
    - Bu, rejissorun - xalq artisti Ağakişi Kazımovun seçimi idi. O vaxtkı direktor Maqbet Bbünyadov da bu işi təqdir etdi. Əmr verildi, əsər repertuar planına daxil edildi.
    - İsrafil İsrafilov deyir ki, dəfələrlə Firuz Mustafaya demişəm ki, sən o pyeslərin üstündə bir az işlə. O, isə özünü əziyyətə salmaq istəmər. Bu, doğrudurmu?
    - Burada da bir ziddiyyət və ya anlaşmazlıq var. Axı mən İsrafil İsrafilovla teartın o zaman məskunlaşdığı yerdə - "Mir" TV-nin binasında cəmi-cümlətanı bircə dəfə görüşmüşəm. Görüşümüz də normal keçib. O, mənə dedi ki, əsəri oxumamışam, amma çalışacağıq ki, teatrda yaxşı tamaşalar qoyaq. Mən ona uğurlar arzuladım. Növbəti görüş üçün vaxt təyin etdik. Mən deyilən vaxt onun o vaxtkı iş yerinə getdim. Qəbul otağındakı xanım direktora mənim gəlişim barədə məlumat verdi və az sonra geri qayıdıb bildirdi ki, İsrafil müəllim əsərlə hələ tanış olmayıb, xahiş etdi ki, telefon nömrənizi verəsiz, biz özümüz sizə zəng edək. Düzü, mən çox əsəbiləşdim; adam konkret vaxt təyin edib, amma nədənsə görüşməkdən yayınır. Buna nə ad vermək olar?
    - Deməli, belə çıxır ki, o, Sizə pyeslərin üstündə işləməyi məsləhət görməyib...
    - Əvvəla, əgər mən onunla həyatda bircə dəfə görüşmüşəmsə, onda hansı "dəfələrlə"dən və ya "məsləhət"dən söhbət gedə bilər? İkincisi, əsər üzərində aylarla işləyən, onu yeddi variantda ərsəyə gətirən adam nə üçün səkkizinci dəfə işləməkdən imtina etsin? Belə bir şey olmayıb axı. Təvazökarlıqdan uzaq olsa da, mənim nə qədər "əzabkeş", yaxud "tənbəl" olduğumu ortadakı əsərlərimin ən azı kəmiyyəti deyir. Ötən il otuz üçüncü əsərim tamaşaya qoyuldu. Hələ tamaşaya qoyulmamış onlarla pyesim var. Buraya indiyəcən çap olun-muş elmi və bədii əsərləri də əlavə etsək, mənim "tənbəlliyimin" coğrafiyası qismən aydın olar.
    - Məlum müsahibədə təkcə Sizinlə deyil, habelə, həmkarlarınızla bağlı fikirlər də səslənib...
    - Bəli, doğrudur. Gəlin, o deyilən fikirlərə birlikdə diqqət yetirək: "Əli Əmirli mənə bir pyes verdi, 19 səhifə oxudum, heç nə anlamadım...". "Elçin Əfəndiyevin pyeslərinə tamaşaçılar dəvətnaməylə gəlir...". "Kamal Abdullanın "Şah və şair" tamaşasına gələn imkanlı təbəqə onu incitməmək, sözünü yerə salmamaq üçün gəlir". Müsahibədə Hidayət Orucov və Xeyrəddin Qoca da tənqiddən kənarda qalmır. Yəni hamının "bostanına daş atılıb".
    - Sizcə, teatr direktorunun müəlliflərə bu cür münasibəti nə ilə bağlıdır?
    - Deyə bilmərəm. Amma, inanın ki, mənim İsrafil İsrafilovla heç bir şəxsi ədavətim yoxdur. Sadəcə olaraq, bu adam açıq dialoqdan qaçır, orda-burda dramaturqları "asıb-kəsir", az qala milli dramaturqlardan heç kəsi bəyənmir, qəbul etmir. Hər halda sağ olanları. Elə onun müasir dramaturqlar haqda bayaq xatırlatdığımız fikirləri də bunu bir daha təsdiq edir. Mən demirəm ki, bizdəki əsərlərin hamısı yüksək səviyyəlidir. Yox. Amma yaxşı əsərlər də yox deyildir. Hətta, əla əsərlər də var. Bu, məsələnin bir tərəfi. İkinci tərəfdən, yaxşı, bizimkiləri bəyənmirsən, onda buyur əcnəbi müəlliflərin elə əsərini tamaşaya qoy ki, anşlaqla keçsin. İsrafilov tez-tez islahatdan-filandan danışır. O, teatra müdir təyin olunandan bəri ildə iki dəfə "islahat" keçirir: ilin sonunda teatr əməkdaşlarını işdən çıxarır, ilin əvvəlində isə onlarla yenidən müqavilə bağlayır. Bu da olur "islahat". Bilirsizmi, həyatda bu cür adamlar olur; onlar heç nəyi bəyənmir və heç kəsi qəbul etmirlər. İnkarçılıq yolu tuturlar. Nəticədə özləri də ortaya bir şey qoya bilmirlər. Mən teatrla, mətbuatla bağlı adamam. Təəssüf ki, hələ indiyəcən İsrafilovun işini nəinki bəyənən, hətta, onun nə istədiyindən bir şey anlayan adama təsadüf etməmişəm. Teatr muzey deyil ki, burada vaxtaşırı eksponatların tozunu alasan, bura qaynar yaradıcılıq mühitidir. Məmurluq burada işə yaramır.
    - Müəlliflərin əksəriyyəti teatr rəhbərlərindən narazılıq edir. Bunun səbəbi nədir?
    - Teatr direktorları arasında çox istedadlı adamlar var. Hətta, onların arasında güclü aktyorluq və rejis-sorluq qabiliyyəti olanlar da kifayət qədərdir. Əksəriyyəti də mənim dostlarımdır. Amma direktorun missiyası bir az başqa cür olmalıdır. Di gəl ki, əksər teatrlarda əsəri repertuara qəbul edən, az qala rol bölən, yaradıcılıq işlərinə müdaxilə edən də direktorlardır. Dünyanın əksər teatrlarında bu məsələlər rejissorlar tərəfindən həyata keçirilir. Yəni, adətən, "direktor teatrı" yox, "rejissor teatrı" olur. Ona görə də əksər teatrlarda onlar (direktor və baş rejissor) arasında aşkar və ya gizli münaqişələr gedir.
    - Bəs teatrla dramaturq arasındakı münasibətlər necə tənzimlənir?
    - Bayaq dediyim kimi, bizdə "direktor teatrı", əksər ölkələrdə isə "rejissor teatrı" önəmli yer tutur. Dramaturqun teatra təqdim etdiyi əsəri isə onlardan biri, əksər vaxtsa birincisi seçir, yəni direktor. Amma son zamanlar "dramaturq teatrı" deyilən bir fenomen də həyata vəsiqə almaqdadır. Burada artıq teatr daha çox dramaturqa "stavka" edir. Ən müxtəlif üslublu dramaturqların əsərləri səhnəyə qoyulur. Tamaşaçı zövqü başlıca meyar hesab olunur.
    - İsrafil İsrafilov deyir ki, Azərbaycanda varlı təbəqə teatra gəlmir. Elçin Əfəndiyevin və Kamal Abdullanın tamaşasına gələn imkanlı təbəqə isə onu incitməmək, sözünü yerə salmamaq üçün gəlir. Bu fikirlə razısınızmı?
    - İsrafil İsrafilovun nə demək istədiyi öz-özünə məlum olur. Yəni işarə edir ki, biz adıçəkilən müəlliflər vasitəsi ilə varlı təbəqəni teatra cəlb etmək istəyirik. Başqa sözlə, müəlliflər özləri imkanlıdır, ona görə də imkanlıları dəvət etməlidirlər. Burada həm də adıçəkilən müəlliflərin yaradıcılığına, gizli də olsa, kinayəli bir münasibət hiss olunur. Mən buna təəssüf və təəccüb edirəm. Halbuki hər iki yazıçının maraqlı, daha böyük teatrlara çıxası dramaturji əsərləri var. Axı tamaşaçını iki qütbə bölməyin nə mənası var? Eləcə də müəllifləri. Nə isə, bu adam da belə düşünür. Heç kəsi qeyri-ciddi düşüncəsinə görə ciddi şəkildə ittiham etmək olmaz.
    - Bir dəfə demişdiniz ki, sponsorlar tamaşaya yox, aktrisaya pul xərcləyir. Söhbət hansı aktirisadan gedir?
    - Burada söhbət konkret hansısa aktrisadan və eləcə də təkcə aktrisadan getmir. Yəni buraya, məsələn, müğənniləri də aid etmək olar. Bəyəm az qala hər gün mətbuatdan hansısa iş adamının hansısa xanım sənətkara qiymətli hədiyyələr bağışlaması haqda məlumatlar oxumuruq?
    - Teatrlarda tamaşaçı zalı yarımçıq tərk edir. Səbəb nədir?
    - Səbəblər çoxdur. Burada bəlkə bütöv bir səbəblər silsiləsi axtarıb tapmaq olar. Amma ən başlıca səbəb, söz yox ki, tamaşanın səviyyəsidir.
    - Yeri gəlmişkən, adətən, teatrlar tamaşaçıların səviyyəsinin aşağı olmasından şikayətlənirlər...
    - Tamaşaçını kim formalaşdırmalıdır? Teatr. Məncə, şikayət üçün əsas yoxdur. Sadəcə, yaxşı tamaşalar hazırlamaq lazımdır. Teatrlara yaxşı şərait yaradılıb. Binalar yüksək səviyyədə təmir olunub. Yaxşı, belə deyək, teatrlarda tamaşaları kim hazırlamalıdır? Bəlkə tamaşaları o binalara vəsait ayıranlar və onu təmir edənlər, məsələn, Maliyyə naziri və ya tikinti idarəsinin rəisi hazırlamalıdır?
    - Sizcə bizim ölkədə teatrların sayı qənaətbəxşdirmi?
    - Bizdə indi fəaliyyət göstərən teatrların demək olar ki, hamısı Sovet dövründə yaranıb. Əlbəttə, say hələ hər şey demək deyil. Amma teatrların kəmiyyətcə bolluğu da özlüyündə nəsə deyir. Əgər, bu kəmiyyət təbii qaydada artırsa, bunu yalnız alqışlamaq olar. Məsələn, qonşu Gürcüstanda bizdəkindən xeyli çox teatr fəaliyyət göstərir. Təkcə Tbilisidə dövlət himayəsində on beş teatr fəaliyyət göstərir. Eləcə də Pribaltika ölkələrində. Teatrların sayı nə vaxt artır? Teatra, tamaşaya, mədəniyyətə tələbat çoxa-landa. Başqa sözlə, mənəvi dəyərlərin özləri də istehsal-istehlak qanunları ilə idarə olunur. Təəssüf doğuran hallardan biri də budur ki, bizdə teatrlar arasında böyük konkurensiya, rəqabət yoxdur. Hamı üzünü dövlət büdcəsinə tutub. Yaradıcılıq axtarışları istənilən səviyyədə deyil. Teatrlarda prodüsserlik institutları formalaşmayıb. Reklam istənilən səviyyədə deyil. Bir sözlə, problemlər çoxdur.
    - Siz həm də "Teatr" jurnalının təsisçisisiniz. Jurnalın fəaliyyəti necədir?
    - Cəmi bir sayını buraxa bilmişik. Maliyyə çətinliyinə görə jurnalı sistemli, ardıcıl şəkildə çıxara bilmirik. Bütün ölkələrdə bu tipli bir neçə jurnal çıxır. Bizdə nədənsə belə bir ciddi məsələyə etinasız yanaşırlar.
    Bahar RÜSTƏMLİ,
    "Reytinq" qəzeti

    14.10.2013
    Məni TV-lərə (bir dramaturq kimi) çağıranda arabir tərəf-müqabilim aktyorlar olur. Müşahidə etmişəm əksəriyyəti eyni xasiyyətdə olur: işdən çıxan rəhbərliyi pisləyir, yeni gələni tərifləyirlər. Klassiklər düz deyib: incəsənət həyatın güzgüsü, inikasıdır. Təbii ki, stabil, sabit fikirli aktyorlar da olur...

    19.10.2013
    Mikayıl Müşfiqin təhqir olunması cəmiyyətdə böyük narazılıq doğurub. Gənc yazarlardan biri Mikayıl Müşfiqi "qıjı düşüncəli adam" adlandırması söz sahiblərini hövsələdən çıxarıb. Hətta xalq artistləri belə, ona təhqirlə cavab verib.
    Tanınmış şəxslərin mövzu ilə bağlı fikirlərini təqdim edir:
    Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa:
    "Əvvəla, dahi şairin adını düzgün yazın. "Müşviq" yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın. Bu məsələyə münasibətim birmənalı pisdir. Müşfiqin heç qəbrinin yeri də məlum deyil. Amma o, öz şeirləri ilə ürəklərdə yuva qurub. Elə onun məzarı da ürəklərdədir. Bizim bəzi gənclər tarixə bu günün gözü ilə baxdıqlarına görə səhvə yol verirlər. Tarixə və yaxud tarixi hadisələrə konkret tarixi kontekstdə yanaşmaq lazımdır. Əgər söhbət ədəbi əsərdən gedirsə, ona da yarandığı tarixi şəraitin baxış bucağından yanaşmaq lazımdır. Fikrimi konkretləşdirmək üçün bir misal çəkim. Bizim dilimizdə ilk poetik nümunə kimi Həsənoğlunun bizə gəlib çatmış bir şeiri götürülür. Əlbəttə, o şeirdə müasir ədəbi-poetik tələblərə cavab verməyən çox şey tapmaq olar. Amma bu, o demək deyil ki, biz Həsənoğlunu və onun bizə gəlib çatan şeirini ələ salmalı, şəbədə qoşmalı, lağlağı etməliyik. Əksinə, həmin şeiri öpüb gözümüzün üstünə qoymalı, onu təhqir edənlərə təpki göstərməliyik. Eləcə də bütün klassiklərimizə böyük sayğı və hörmətlə yanaşmalıyıq. Qonşu Gürcüstanra repressiyaya məruz qalmış Nikolo Misişvili, eləcə də Ermənistanda həmin taleni yaşamış Yeğişe Çarens adlı şair var. Onların heç birinin yaradıcılığı Müşfiqdən zəngin deyil. Amma xatirələri öz ölkələrində çox əziz tutulur. Müşfiq nə qədər ömür sürüb ki? Cəmi 28 il. İndi bu yaşda olanların çoxu əlinə təzə qələm alır. Gənclərin iddialı olmasına pis baxmıram. Amma bu iddianın arxasında bir yaradıcılıq da olmalıdır. Və bu iddia heç də kiminsə, hansı klassikinsə təhqir olunması hesabına "reallaşmamalıdır". Yaradıcılıq Sizif əməyidir. Fəqət təəssüf ki, gənclərin bir çoxu, hətta, onların arasında istedadlılar da var, əsər yazmaq əvəzinə Herostrat kimi kitabxanadakı əsərləri yandırıb məşhur olmaq istəyirlər".

    25.10.2013
    Xəstələyimlə bağlı verdiyim mesajdan sonra...
    ...iki dibçəkdə eyni növdən və eyni boyda olan güllər üzərində aparılan əcaib bir təcrübəni xatırladım.
    Məsələ burasındadır ki, hər iki dibçəkdəki güllərə eyni dərəcədə qulluq edilir...
    Amma... birinci dibçəkdəki gülə qulluq edənlər hər gün həmin gülün “ünvanına” xoş sözlər söyləyir, onun “qulağına” ürəkoxşayan ifadələr deyir, bu gülün boy-buxunu, ətrini, rayihəsini tərifləyirlər.
    İkinci dibçəkdəki gülə qulluq edənlərsə hər gün onu pisləyir, təhqir edir, ətrinin ürəkbulandıran olduğunu söyləyirlər...
    Bu təcrübə dəfələrlə bir neçə gül üzərində sınaqdan keçirilir.
    İndiki ifadələrlə desək, hər dəfə şok nəticə alınir. Belə ki, birinci dibçəkdəki gül günü-gündən daha da pardaqlanır, gözəlləşir. İkinci dibçəkdəki gülsə solmağa, öləziməyə başlayır.
    Məncə, bu ibrətamiz misaldan sonra sözümün canı hamıya məlum oldu.
    Dostların xoş sözlərindən sonra özümə inamım artmaqdadır.
    Hələ keçən əsrdə, gənclik dövründə yazdığım sətirləri xatırlayıram:

    Mən hələ ölməyə hаzırlаşmırаm,
    Əcəlin əmriylə rаzılаşmırаm.

    Hələ tələsməyin kədərlənməyə,
    Hələ yеtişməyib bu ömrün sоnu.
    Mən ölümqаbаğı üz tutub göyə
    Özüm yаzаcаğаm nеkrоlоqumu.

    Bаşsаğlığı vеrib, özüm özümə
    Fаtihə surəsi охuyаcаğаm.
    Günəşin nurunu təpib gözümə,
    Kipriyimlə kəfən tохuyаcаğаm.


    01.11.2013
    ...tarixdə saat 16-00-da Firuz MUSTAFAnın “QADIN HƏSRƏTİ” (“Musiqili məktublar” pyesi əsasında) əsərinin tamaşası olacaq
    (Ünvan: Xaqani, 16 Aktyor evi)
    Quruluşçü rejissor: Loğman Kərimov
    İştirakçılar: Şükufə Musayeva, Azad Məmmədov, Dürdanə Dünyamalıyeva
    (Xronometraj 50 dəqiqə).
    Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının “2+1” II Eksperimental Teatr Festivallının proqramı çərçivəsində hazırlanıb.
    Giriş pulsuzdur.
    Teatrı (və müəllifi) sevən bütün dostlar dəvət olunur
    Buyurun gəlin.

    “GÜNDƏLİKLƏR”dən
    04.11.2013
    “Parakəndə qeydlər”dən
    Bir müddət öncə Türkmənçay şəhərində səfərdə olmuşam...
    Bizi orada bu şəhərin, əslində ona qəsəbə demək daha doğru olardı, bələdiyyə sədri Sasani adlı mehriban bir adam qarşıladı. Onu da deyim ki, İrandakı soydaşlarımızın əksəriyyəti bizə çox isti münasibət göstərir, ehtiramımızı saxlayırlar...
    Türkmənçay dərd içində boğulan adama bənzəyirdi. Yaçıllığı azdır. Şəhər bombozdur.
    Abbas Mirzə ilə Paşkeviç arasında bağlanan “uğurlu” müqavilənin ünvanı buradır...
    Bəli, bura adını çox eşitdiyim və hər eşidəndə də izahı çətin olan, hər halda ağır hisslər keçirdiyim şəhər idi.
    Azərbaycanı ikiyə bölən məlum və məşhur Türkmənçay müqaviləsi gecə yarı, yəni saat 24.00-da burada imzalanıb.
    Bəili, Rusiya-İran müharibələrinin başa çatmasını rəsmi təsdiq edən Türkmənçay müqaviləsini tərəflər 1828-ci il fevralın 9-dan 10-na keçən gecə saat 24.00-da imzalayıblar.
    Bəs niyə gecə yarı?
    Məlum olduğu kimi, sənədi İran tərəfindən dövlət başçısı Fətəli şahın oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri müəyyən edib ki, səmadakı ulduzlardan gələn sədaya görə, şahzadənin uğur saatı gecə yarıya təsadüf edir...
    Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlərin hansı “uğuru” nəzərdə tutduğunu yəqin ki, yalnız o münəccimlərin özləri bilirmiş, bunu “adi adamların” bilməsi bu gün də çətindir. Amma məlum və məşhur Türkmənçay müqaviləsinin məhz gecə yarı imzalandığı təsdiq edilmiş faktdır.
    Sənədə birinci Rusiyanın Qafqazdakı qoşunlarının ali baş komandanı, general İvan Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.
    Bu münasibətlə rus toplarından 101 yaylım atəş açılıb...
    Bu da məlum və məşum gecənin gətirdiyi 200 illik bir “uğurun” nəticəsi.
    Rusların bütün qonşu dövlətlərin totpağına göz dikməsi, yad əraziləri ələ keçirmək üçün qan tökməsi təzə məsələ deyil ki. Bu, tarixi uzun olan bir “rus xəstəliyidir”.
    p.s. Türkmənçayda olarkən Müqavilənin bağlandığı binanı tapdım. Bu boz, miskin, dərdli şəhərin üzü gülməyən yaşlı bir sakinindən soruşdum ki, əcaba, bəs görəsən vaxtilə bu divara vurulmuş müqavilənin bağlandığı sənədi əks etdirən lövhə hanı? Adam başını yerə dikib dedi ki, bir müddət əvvəl həmin lövhə gecə ikən oğurlanıb. Sanki o məşhur Müqavilənin bağlanmasının günahkarı və o lövhənin oğurlanmasının səbəbkarı bu qəmli görünüşlü adam özü idi... Bu anlarda mənə elə gəldi ki, həmin adamın məhzun sir-sifəti elə Türkmənçayın özünə bənzəyir...
    Bəs görəsən, xatirə lövhəsini nə məqsədlə oğurlamışdılar? Belə çıxmırmı ki, Paskeviçin əli hələ də o tərəflərə çatır?.. Hətta, 200 ildən sonra belə...

    19.12.2013
    Firuz Mustafa: “Azdrama”da düz-əməlli tamaşa görsəniz mənə də xəbər verin”
    - Firuz müəllim, siz özünüzü necə təqdim edərdiniz? Yazıçı, dramaturq, yoxsa filosof?

    - Adətən, elmi toplantılarda məni filosof, ədəbiyyatla bağlı məclislərdə yazıçı kimi təqdim edirlər. Teatrlarda isə təbii ki, mən dramaturq kimi tanınıram. İndiki halda mənim necə təqdim edilməyim sizin verəcəyiniz sualların mahiyyətindən, xarakterindən asılı olacaq. Əgər söhbət fəlsəfə ilə bağlı olacaqsa, filosof kimi, ədəbiyyatla bağlı olacaqsa, yazıçı kimi danışmaq imkanı var.

    - Son vaxtlar əvvəlki illərə nisbətən daha məhsuldarsınız. Bir-birinin ardınca hekayə, roman və pyesləriniz dərc olunur. Bu məhsuldarlıq nəylə bağlıdır?

    - Belə görürəm ki, söhbət daha çox ədəbiyyatla bağlı olacaq. Suala cavab olaraq deməzdim ki, xüsusən son illərdə mən daha məhsuldar işləmişəm. Elə əvvəllər də elmi və bədii yaradıcılıqla intensiv məşğul olmuşam. Mən artıq altmış yaşı keçirəm. İndi xatırlayıram, qırx yaşınacan mən namizədlik və doktorluq dissertasiyasını müdafiə etmişəm, o vaxtacan iki monoqrafiyam, iki bədii əsərim nəşr edilib. Yəqin ki, bilirsiniz, o vaxt çap olunmaq indikindən qat-qat çətin idi. Ona görə də bir neçə iri həcmli əsərim qalın ədəbi jurnallarda və nəşriyyatlarda uzun müddət çapa məsləhət görülmədi. Məsələn, ötən əsrin 1988-ci ilində nəsr şöbəsində Mövlud Süleymanlıya təqdim edilən “Qapı” romanım “Azərbaycan” jurnalının qovluğunda səkkiz il “yatıb” qaldı; nəhayət, 1996-cı ildə həmin şöbədə müdir olan Məmməd Oruc mənə zəng vurub dedi ki, bir romanını tapmışam, icazə ver, çap edək. Onda biz artıq yeni bir ölkədə, həm də yeni bir siyasi quruluşda yaşayırdıq. İlk hekayələr kitabımın taleyi də təxminən elə bu cür olub. İlk hekayələr kitabımı 75-ci ildə “Gənclik” nəşriyyatına təqdim etmişdim. O vaxt İlyas Tapdıq orada baş redaktor idi. Yalnız on il keçəndən sonra, 1985-ci ildə “Gənclik” nəşriyyatında “Göyəm kolları” adlı ilk kitabım çıxdı. Kitabın redaktoru Musa Ələkbərli idi. Madam ki, sual verirsiniz, qoy bir məsələyə də aydınlıq gətirim. Bilirsiz ki, ədəbi aləmdə tanınmağın bir yolu da, necə deyərlər, televiziyalarda görünməkdir. Uzun illər bizdə cəmi bir televiziya fəaliyyət göstərib, orada ədəbiyyatla bağlı redaksiyanın, “ədəbi-dramın” baş redaktoru Nahid Hacızadə olub. Bu adam mənim dayımdır. Amma o, mənə indiyəcən indiki anlamda heç bir “dayılıq” etməyib. Əksinə, rəhbərlik etdiyi baş redaksiyada mənim yazı-pozumla bağlı bir cümlənin belə getməsinə imkan verməyib. Məni düzgün başa düşün. Bu gün dayımdan bir şikayətim, narazılığım yoxdur. O, çox humanist, doğru, düzgün adamdır. Yəqin hamı belə bir fikri təsdiq edər ki, bu adam çox ehtiyatlı, suyu üfürə-üfürə içən, təmənnasız, vicdanlı adamdır. Mən indi onunla tez-tez görüşürəm. O, özü də etiraf edir ki, sənə vaxtında köməyim dəyməyib, əksinə, maneçiliyim olub. Mən isə zarafatla deyirəm ki, düz etmisən, axı sən mənim dayım yox, anamın qardaşı olmusan. Səmimi etiraf edirəm ki, mən ləyaqətli adamları çox sevirəm və həmin adamlardan biri də mənim anamın qardaşı Nahid bəydir. Elə İlyas Tapdıq haqda da həmin rəydəyəm. Mən tələbkar redaktorlarla üz-üzə gəlmişəm. Yalnız püxtələşəndən sonra nəşr olunmuşam. Bu fikirdəyəm ki, yazıçı öz ilk və ya ilkin eksperimentlərini oxuculara təqdim etdiyi kitablarında deyil, şəxsi fəaliyyətində, başqa sözlə, şəxsi arxivində qalacaq əlyazmalarında etməlidir. Ciddi ədəbiyyat ərköyünlərin dincəldiyi yer olmamalıdır.
    - Bir ara “Tac” adlı ədəbi qəzet də buraxırdınız. Amma nədənsə həmin qəzetin fəaliyyəti çox qısa oldu. Qəzeti yaratmaqda məqsədiniz nə idi?
    - Qəzetin yaranmasında məqsədim ədəbiyyata xidmət etmək idi. Ədəbiyyata rəğbəti olan bir neçə dostum söz vermişdi ki, qəzetin çıxması üçün əllərindən gələni əsirgəməyəcəklər, təki mən səviyyəli yazılar təqdim edim. Bilirsizmi, adamların çoxu öz zəmanəsinə bənzəyir. Mən öz dediyimə əməl etdim, amma dostlar bu və ya digər səbəbdən öz əhdlərinə sadiq ola bilmədilər. Mən yenə də o qəzeti nəşr etmək niyyətindəyəm. Axı bizdə sırf ədəbiyyat qəzeti yox səviyyəsindədir. Düzdür, bizdə adı ədəbiyyata karikatura olan belə bir qəzet var, özü də Yazıçılar Birliyinin orqanıdır. Mən on ilə yaxındır ki, oraya yazı vermirəm. Baş redaktora da demişəm ki, ümumiyyətlə, mənim adımı orada çəkməyin. Mənə elə gəlir ki, bu qəzeti ağ buraxmaq daha yaxşı olardı, çünki ağ kağız heç olmasa məişətdə çirkli kağıza nisbətən gərəklidir.
    - Ədəbi tənqidin indiki durumuna münasibətiniz necədir? Ümumiyyətlə, ədəbi tənqidin sizin yaradıcılığınıza münasibəti sizi qane edirmi?

    - Mən bu suala hökm qaydasında “hə” və yaxud “yox” deyə cavab verə bilmərəm. Bizdə ədəbi tənqidin səviyyəsi məni o qədər də təmin etmir. Yəqin ki, siz də mənimlə razı olacaqsız. Bizdə bir çox yazılar proteksiya ilə, yəni şəxsi münasibət zəminində, hətta, eşitdiyimə görə, bəzən müəllifin müəyyən muzdu müqabilində yazılır. Bir qonaqlığa difiramba yazanlar da var. Amma mən bu cür tənqidçiləri əvvəlki vaxtlarımdan fərqli olaraq indi çox da qınamıram. Axı onların əksəriyyətinin vəziyyəti acınacaqlıdır. Gərək yaradıcı adamın həyatı, bəyənmədiyimiz Leninin təbirincə “kapitalistin pul kisəsindən asılılığı olmasın”. Deyə bilərsiz ki, bu sözlər vaxtilə jurnalistlər barədə deyilib. Kənan bəy, indi bizdə hətta, kapitalist yazıçılar da yetişib. Onların öz tənqidçiləri, daha doğrusu, məddah tərifçiləri var. Mən bu gün ədəbi tənqiddə yalnız bir-iki nəfərin ədəbiyyatla bağlı fikirlərinin obyektivliyinə etibar edirəm. Mən tam səmimiyyətlə demək istəyirəm ki, onlardan biri, bəlkə də birincisi xalq yazıçısı Elçindir. Onun tənqidi fikirləri obyektiv, qərəzsiz və təmənnasızdır. Bu, mənim şəxsi fikrimdir. Ortada olan tənqidi yazıların obyektivliyi həm də onunla bağlıdır ki, Elçinin kimsədən asılılığı yoxdur və o, kifayət qədər müstəqil düşüncə sahibidir. Bizdə istedadlı tənqidçilər çoxdur. Təbii ki, məndən də yazıblar və təbii ki, müqabilində nə muzd olub, nə də digər amillər. Yenə təkrar edirəm, gərək tənqidçi öz yazıları ilə öz maddi vəziyyətini təmin edə bilsin.
    - Ən məhsuldar dramaturqlarımızdansınız. Başqa səhnələrdə tamaşalarınız oynanılsa da Akademik Teatrda pyesiniz qoyulmayıb. Bu, nəylə bağlıdır?
    - Mən indiki halda bunun səbəbini deyə bilmərəm. Daha doğrusu, bu niyələri araşdırmaq çox vaxt aparardı. Amma inanın ki, oradakı bütün rejissorlar mənim əsərlərimi tamaşaya qoymaq istəyiblər, amma oradakı məmurlar, direktorlar mane olub.
    - Akademik Teatrın direktoru İsrafil İsrafilov sizin pyeslərinizi bəyənməmişdi, demişdi ki, bu əsərləri tamaşaya qoymaq olmaz. Siz nə düşünürsünüz?
    - Bəli, İsrafilov demişdi ki, Firuz Mustafanın əsərlərini tamaşaya qoymaq olmaz, amma deməmişdi ki, bəyənmirəm. Çünki bəyənməməyi sübut etmək üçün gərək ümumi, şablon sözlər yox, konkret arqumentlər olsun. Vaxtilə Stalin yoldaş da Dostoyevskinin əsərləri haqqında fikir söyləyərkən hökm etmişdi ki, bizim platformaya uyğun yazıçı deyil, onu çap etmək olmaz. İsrafilov da bu gün həmin qaydada hərəkət edərək “Firuz Mustafanın əsərlərini tamaşaya qoymaq olmaz” deyə hökm vermək istəyir. Mən yalnız bunu deyə bilərəm: bütün oxucu və tamaşaçılarımın hər cür rəyinə ehtiramla yanaşıram, o cümlədən də İsrafilovun. Mənim pyeslərimi repertuardan çıxarmaq olar, amma özümü ədəbiyyatdan çıxarmaq mümkün deyil. Nəhayət, son illərdə “Azdrama”da düz-əməlli quruluş verilmiş bir əsər görsəniz mənə də xəbər verin, mütləq gedib teatrı və onun rəhbərliyini ürəkdən alqışlayacağam. Tam ciddiliyi ilə deyirəm.
    - Gənclərdən kimləri oxuyursunuz? Bugünkü gənc ədəbi nəsil haqqında fikriniz necədir?
    - Mən ədəbiyyatda yazıçıları yaşına görə yox, əsərlərinin siqlətinə görə təsnif etməyin tərəfdarıyam, yəni biri var yazıçı, bir də var qeyri-yazıçı. Əgər sizi yazıçıların yaş senzinə görə təsnifat çox maraqlandırırsa, bir neçə cavan adamın adını çəkə bilərəm. Qismət, Zümrüd Yağmur, Aysel Əlizadə, Natiq Məmmədli, Aqşin Yenisey, Günel Mövlud, Qan Turalı, Şərif Ağayar, Mövlud Mövlud, Sayman Aruz, Arzu Hüseyn, Emin Piri, Kəramət Böyükçöl, Ayxan Ayvaz... O cümlədən Kənan Hacı. Əlbəttə, bu siyahını bir qədər korrektə etmək və ya genişləndirmək də olardı.
    - Firuz müəllim, xeyli kitablarınız çıxıb. Bu kitablar öz oxucusunu tapırmı?
    - Əvvəllər, adətən, yazıçılar ənənəvi bir qaydada deyərdilər ki, mən tez-tez oxucu məktubları alıram. Doğrusu, bu sözlərin nə qədər doğru-dürüst olduğunu yalnız poçt şöbələri və ya poçtalyonlar vasitəsi ilə dəqiqləşdirmək olardı. Bu gün isə məncə, belə dəqiqləşdirməyə ehtiyac yoxdur. Saytlarda nəşr olunan əsərlərin altındakı şərhləri və ya Facebook səhifəsindəki məktubları oxumaq kifayətdir. Dediyim odur ki, yüzlərlə adam, yəni oxucu məndən kitab istəyir. Təbii ki, mən onların bu istəyini əsasən vizual yox, virtual qaydada yerinə yetirə bilərəm və belə də edirəm: Azərbaycan dillilərə oxumaq üçün daha çox “Azadlıq” radiosunun “Oxu zalı” kitabxanasına, rusdilli oxuculara isə Rusiyanın “Proza.ru” və “Stixi.ru”, eləcə də bizdə tərtib olunmuş “”Translit.az” saytına daxil olmağı tövsiyə edirəm. Təbii ki, nəşr olunan kitablarmı əldə edən oxucular da var. O ki, qaldı tamaşaya qoyulan pyeslərə, oradakı tamaşaçıların sayı teatrlara və statistika idarələrinə dəqiq məlumdur.
    - Ədəbiyyatımızda sizi ən çox narahat edən problem hansıdır?
    - Mən ədəbiyyata, bədii sözə, onun gücünə çox inanan adamam. Məqalələrimdən birinin sərlövhəsi belədir: “Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək”. Amma məni yandıran odur ki, çörəyi sözdən çıxan bir çox adamlar ona, yəni sözə barmaqarası baxır, onu məişət səviyyəsində dəyərləndirməyə çalışırlar. Bu, nadanlıqdır. Ciddi ədəbiyyat məişət hadisəsi deyil, bu, dünyanı, onun mənzərəsini, nizamını dəyişən böyük, qlobal bir hadisədir. İnsanların mənəviyyatını, əxlaqını bədii söz dəyişib həmişə. Şekspir ingilis, Molyer fransız, Şiller alman, Çexov rus, Mirzə Fətəli azərbaycanlı xarakterinin ədəbiyyatda açılmasında və həyatda formalaşmasında misilsiz xidmətlər göstərib. Sizin sualınızdan çıxış edərək bunu da əlavə edə bilərəm ki, məni ədəbiyyatın təkcə özünün taleyi deyil, habelə onun obyekt və subyektinin də taleyi narahat edir. Zahirən sadəlövh görünə biləcək bir fikir deyim; mən Sovetlər dönəminin xiffətini çəkmirəm. Amma o zaman adamları yüksək postlara təyin edərkən onların intellektual səviyyəsi ilə də maraqlanırdılar. Hətta yeri gələndə gələcək məmurdan son vaxtlar hansı əsərləri oxuduğunu soruşurdular. Bəs indiki məmurlar? Aman Allah, onların əksəriyyəti hansı səviyyədədir? Bunu bilmək üçün əksər məmurlarımızın ekran və efirdə verdikləri 3-4 cümləlik müsahibəni dinləmək yetərlidir.
    - Bəs şəxsi yaradıcılıq fəaliyyətində necə, bu cür problemlər varmı?
    - Bu gün yaradıcılıq aləmində təzə yol açmaq çətin məsələdir. Bilirsizmi, bəlkə də həyatda bir anlıq qəhrəmanlıqla qəfil şöhrət qazanmaq olar. Eləcə də incəsənətin digər bir sahəsində görünüb qeyri-adi bir mahnının ifası ilə geniş auditoriyada meteor kimi parlamaq olar. Amma ədəbiyyatda bu, çətin bir məsələdir. Mən öz yolumla gedirəm. Bu işdə kiməsə güvənmirəm. İsnad və istinad nöqtəm öz zəhmətimdir. Bildiyiniz kimi, bu gün yaradıcılıqda elə bir maddi və mənəvi stimul yoxdur. Məni yazmağa təhrik edən ürəyim və ağlımdır. Amma təbii ki, problemlərim də kifayət qədərdir. Həm məişət, həm də əsərlərimin nəşri və tamaşaya qoyulması sahəsində problemlər kifayət qədərdir. Tək bir faktı demək istəyirəm. İyirmidən çox əsərimə otuzdan çox quruluş verilib. Mühüm postu, iri vəzifəsi, pulu-parası, adamı-dayısı olmayan bir adamın onlarla maneəni dəf edib bu qədər pyesin səhnəyə çıxmasına nail olmağın çətinliyini siz ədəbiyyatla bağlı olan bir adam kimi təsəvvür edə bilərsiz. Digər janrlardan fərqli olaraq dram əsərlərinin səhnəyə yol tapması fərqli səciyyə daşıyır. Məsələn, bu gün hansısa nəsr və ya poeziya nümunəsinin nəşr olunması üçün maddi vəsaitin olması yetərlidir. Başqa sözlə, pulunu mətbəəyə ödə, qoy sənin yazdıqların ən yaxşı cildlərlə nəşr olunsun. Amma dram əsərləri bir az ayrı tale yaşayır. Sözümün canı var. Mən neyləyim ki, indiyəcən bu qədər əsərdən cəmi bir ya ikisi lentə alınıb, televiziya ekranında nümayiş olunub? Kimə şikayət edəsən, dərdini kimə deyəsən? Ümumiyyətlə, belə bir qurum varmı? Adam var ki, bir mənasız səhnəciyini bütün televiziyalar fasiləsiz “fırladır”. İndi təəssüf ki, hər şeyi olmasa da, çox şeyi pul həll edir. Pulun hökmranlıq etdiyi cəmiyyətdə bədii sözün səsi bir az aşağıdan çıxır. Amma əslində hər şey əksinə olmalıdır. Dediyim odur ki, mənim pyeslərim teatr zallarından çıxıb böyük tamaşaçı auditoriyasına addımlaya bilmir.
    - Sizin sevimli yazıçınız kimdir?
    - Onlarca bu cür yazıçı var.
    - Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz əsər hansıdır?
    - Belə əsərlərin sayı çoxdur. Yeri gəlmişkən, sizə bir şey deyim. Adətən, mənə çox yazdığımı xatırladırlar. Əksinə, mən yazmaqdan daha çox mütaliə edirəm. Ümumiyyətlə, mütaliədə və yazı prosesində bir janrdan digərinə keçmək mənim üçün heç vaxt çətin olmayıb. Hətta, son dövrlərdə qələmə aldığım bir əsərdə, “Cənnət çiçəyi” adlı romanda az qala ədəbiyyatda mövcud olan bütün janrlardan istifadə etmişəm. Bu əsərdə hətta əsər qəhrəmanının üzərində işlədiyi elmi monoqrafiyadan parçalar da daxil edilib.
    /Kənan Hacı, kulis.az/




















    2014

    31 mart 2014-cü il tarixdə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olundu.

    02.04.2014
    İsa Hüseynovun dəfni...
    Yazıçı –martın 31-dən aprelin 1-nə keçən gecə rəhmətə gedib. Əvvəlcə, günün birinci yarısı onun harada dəfn olunacağı barədə məlumat verilməmişdi. Sonra məlum oldu ki, Fəxri xiyabanda tarpağa tapşırılacaq...
    Yazıçını “Azdrama”dan götürürdülər. Dəfndə daha çox, ziyalılar iştirak edirdi.
    İsa Hüseynov ilə mənim yalnız epizodik görüşlərim olub. Doğrusu, özüm istəməmişəm ki, yaradıcılığına böyük hörmətim olan yazıçı haqqında yüksək “ideal” (bu, həm də İsa Hüseynov (Muğannanın) məşhur romanlarından birinin adıdır) təsəvvürüm çılpaq praqmatizmlə əvəz olunsun. Əslində mən onun sonralar qəbul etdiyi “Muğanna” təxəllüsünü də nədənsə “sinirə” bilmirəm.
    ... İndi xatırladım ki, bir neçə müddət qabaq dayım, yazıçı Nahid Hacızadənin iş otağında söhbət edirdik. Telefon zəng çaldı. Dəstəkdə Nahid müəllimin əmisi oğlu Akif Hacıyev idi. Ordan-burdan söhbət etdilər. Belə məlum oldu ki, A.Hacıyev “Leçkomissiyada” müalicə olunur və onun palata qonşusu İsa Hüseynovdur. Sonra o, dəstəyi İsa müəllimə verdi. Bir xeyli söhbət etdilər. Sonda Nahid müəllim ona dedi ki, “İsa müəllim, Firuz Mustafa da sənə salam göndərir”. İsa Hüseynov cavabında: “Bütün Mustafalara salam olsun”- dedi və xatırlatdı ki, onun atasının adı da Mustafadır, hətta, məni tanıdığını da bildirdi... Olsun ki, imzamı nəzərdə tuturdu... Anar düz deyir, “O, qəribə dünyada yaşayan bənzərsiz yazıçıdır...” Zənnimcə onu da düz deyib ki, “İsa Hüseynovu İsa Muğannadan qorumaq lazımdır”.
    ...“Azdramanın” balkonunda (eyvanda) Zəlimxan Yaqubla bir xeyli söhbət etdik. Yüngül yaz paltosunun yaxasını bərk-bətk düymələmiş şair qəddini şax saxlasa da özü yorğun, bənizi solğun görünürdü. Xəstə olduğunu bilirəm. Bilirəm ki, İsa müəllim Zəlimxan bəyin xətrini çox istəyirdi, hərdən telefon açıb ondan “saz pıçıltıları” istəyirdi... Şairə ürək-dürək verdim, dedim ki, maşallah, həmişəkindən yaxşısan və zarafatla əlavə etdim: “siz gəncləşirsiniz tarix qocalır”... Güldü. Dedi ki, yeni əsərin oynanılsa xəbər verərsən...
    ... Xatırladım ki, mən İsa Hüseynovun yaradıcılığı ilə hələ uşaq vaxtlarımdan tanışam. Atam ədəbiyyat müəllimi idi, onun kitab rəfindəki “Bizim qızlar”, “Dan ulduzu”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, Tütək səsi” əsərlərini hələ orta məktəbdə ikən oxumuşdum. Sonralar yazıçı bu əsərlərin əksəriyyətini yenidən “işlədi”, onların bir çoxunun adını dəyişdi. (Məndə onun əsərlərinin 6 cildliyi var, baxmışam, yazıçı bütün əsərlərindəki “amma” sözünü ərinmədən bir-bir dəyişərək “əmbə” edib. Ay rəhmətlik, bəyəm buna ehtiyac var idi?) Və yeri gəlmişkən, romanları, povestləri öz yerində, İsa Hüseynov həm də gözəl hekayələr müəllifi idi. Xüsusilə, onun “Bir az romantika” adlı hekayəsi əslində ədəbiyyatımızda yeni bir ədəbi çəhlim idi. Təəssüflər ki, bu hekayə ədəbi tənqidin diqqətini o qədər də cəlb etməyib...
    ...Dəfndə hökumət nümayəndələri də iştirak edirdi. Xalq yazıçısı Elçinin çıxıçı oldu...
    Böyük bir yazıçını itirdik. Onun yaradıcılığı kifayət qədər təbliğ olunmayıb. Halbuki daha geniş arenaya çıxa, daha böyük mükafatlar ala bilərdi.
    Mən “Nobel”ə layiq görülmüş yazıçıların əksəriyyətinin (demək olar ki, nasirlərin hamısının) əsərləri ilə tanışam. Təbii ki, bu əsərlərin içində şedevrlər də var. Amma mənə elə gəlir ki, bizim bir çox qələm adamları, məsələn elə rəhmətlik İsa Hüseynov, o cümlədən Anar, Elçin bu mükafata layiq olan sənətkarlardır.
    ...”Azdramanın” eyvanında bir tip mənə yaxınlaşıb üzrxahlıq etdi. Bu, bir neçə gün əvvəl içib sərxoş halda mənimlə öz tərbiyəsinə uyğun şəkildə danışan “gənc yazarlardan” birisi idi. İndi belə müştəbehlər çoxdur...
    ...İsa Hüseynov öz həmkarlarının-ustad və dostlarının yanında, Fəxri xiyabanda, saz sədaları altında (“Ruhani” havası üstündə) torpağa tapşırıldı.

    04.08.2014
    Dramaturq Firuz Mustafa Vaqif Nəsibə etiraz etdi
    “Bu təqaüdü ədəbiyyata dəxli olmayan adamlar alır. Təsəvvür edin, boynundan xaç asmış Rusiya vətəndaşı Alla Axundova bu təqaüdü alır. Xeyrəddin Qoca, Ramiq Muxtar kimi ədəbiyyatda heç bir xidməti olmayan təsadüfi adamlar təqaüd alır. Bu, bilirsinizmi nə deməkdir? Əgər torpaqlarımızın iyirmi faizi işğal olunubsa, ədəbi torpaqlarımızın səksən faizi işğal olunub”.
    Bu fikirləri tanınmış yazıçı Vaqif Nəsib Publika.az-a müsahibəsində deyib. Yazıçı-dramaturq Firuz Mustafa V. Nəsibin bu fikirləriylə razılaşmadığını, müsahibədə adı çəkilən Alla Axundovanın Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri olduğunu bildirib. Firuz Mustafa Vaqif Nəsibin ittihamlarıyla bağlı bunları deyib:
    “Mən Alla Axundova ilə çoxdan tanışam. Bəlkə də, çoxları, o cümlədən dostum Vaqif Nəsib bilmir ki, bu xanım ən azı, rus dilinin geniş yayıldığı ərazidə Azərbaycan ədəbiyyatının təbliği, nəşri və tərcüməsi üçün əlindən gələni əsirgəməyib. "Dədə Qorqud" kimi mürəkkəb sintaksis, dil və üslubi xüsusiyyətə malik bir əsərin tərcüməsi də ona məxsusdur. "Alma almaya bənzər", "Şərikli çörək", "Şir evdən getdi" kimi filmlərin ssenari müəllifidir. O, hər cür təltif və mükafata layiq bir insandır, şairədir, tərcüməçidir, ssenaristdir. Allanın qızı Məryəm Azərbaycan diasporunda çalışırdı, bu yaxınlarda vəfat edib. Çoxları onu da bilmir ki, Alla onlarla dilin qarşılıqlı və müqayisəli tədqiqi ilə ciddi məşgul olan, amma bu sahədə özünü təvazökarcasına "həvəskar" adlandıran dilçidir. 75 yaşlı yaradıcı bir xanım haqqında bu cür haqsız fikirlər səslənməsi xoşagəlməz bir haldır”.
    Kənan
    Publika.az

    13.09. 2014.
    Bir çox titullu, çinli, orden-medallı müğənnilərimiz (onların arasında gənclərlə yanaşı, ağbirçək və ağsaqqllar da var) mətbuatda bir-birlərini ən iyrənc ifadələrlə təhqir etməkdədirlər. Onlar bu minvalla təkcə özlərini və ətrafdakıları deyil, həm də dövlətimiz adından verilən fəxri adları təhqir edirlər.
    Bilmirəm belə bir təklifə münasibətiniz necə olacaq?:
    Bəlkə bu fəxri adların, təltiflərin verilməsi dayandırılsın?
    Axı nə Yaponiyada "xalq artisti" var, nə İtaliyada, nə İslandiyada, nə də onlarla digər ölkədə...

    14.09.2014
    Mən dəfələrlə demişəm, yenə də deyirəm: bütün dünyada savadsız adamlar savadlılardan, zövqsüz adamlar zövqlülərdən, maraqsız adamlar maraqlılardan, pis yazıçılar yaxşı yazıçılardan daha çoxdur. Eləcə də zəif oxucular ağıllı oxuculardan çoxdur. Təbii ki, zəif, aşağı səviyyəli oxucu istər-isrəməz zəif əsərləri oxuyacaq...
    Necə ki, oxuyurlar da... İndi Pelevini, Dantsovanı oxuyanların sayı Hüqonu və Tolstoyu oxuyanlardan daha çoxdur...

    15.09.2014.
    Biri yazıb ki, rus dilində danışmayın, bu düşmənin dilidir.
    Mən də yazdım ki, bu, həm də Tolstoyun, Puşkinin, Şoloxovun, Berdyayevin dilidir... Onda gərək heç Azərbaycan dilini də öyrənməyəsiz, çünki bu dildə də bir xeyli yaramaz yazır və danışır...))

    25.09. 2014
    Mən dəfələrlə demişəm, yenə də deyirəm: bütün dünyada savadsız adamlar savadlılardan, zövqsüz adamlar zövqlülərdən, maraqsız adamlar maraqlılardan, pis yazıçılar yaxşı yazıçılardan daha çoxdur. Eləcə də zəif oxucular ağıllı oxuculardan çoxdur. Təbii ki, zəif, aşağı səviyyəli oxucu istər-isrəməz zəif əsərləri oxuyacaq...
    Necə ki, oxuyurlar da... İndi Pelevini, Dantsovanı oxuyanların sayı Hüqonu və Tolstoyu oxuyanlardan çoxdur...
    Məhz bu səbəbdən də zəif əsərlərin sayı günbəgün çoxalmaqdadır.

    26.09.2014
    Tv-lərə çox vaxt savaddan kəm müğənniləri dəvət edirlər. ("Manıs" demirəm ki, xətirlərinə dəyər). İndi "Speys"ə baxıram. Aparıcı soruşdu ki, Eynşteyn kimdir? Müğənnilər, təbbi ki, cavab verə bilməyib başladılar yazıq Eynşteyni(n soyadını) ələ salamağa. Onların səhvini aparıcı "düzəltdi"; dedi ki, Eynşteyn kimyaçıdır.
    Yaxşı ki, TV-lərə nadir hallarda baxıram.
    Bəs Siz necə, baxırsızmı?

    27.10.2014
    Rusiyanın Dövlət Duması mesenatlıq (xeyriyyəçilik) haqda qanun qəbul edib. Dünyanın əksər ölkələrində belə bir qanun işləməkdədir. Heç kəsə sirr deyil ki, bizdə bir çox imkanlı adamlar xeyriyyəçilik etməkdən çəkinirlər.
    Müraciətim sosial şəbəkədə fəal olan millət vəkillərinədir: məncə bizdə də belə bir qanunun qəbul edilməsinə ehtiyac var.
    Bəs siz necə düşünürsüz, dostlar?

    28.10.2014
    Bu gün Babəkə, Şah İsmayıla, Cahan şaha... və sair görkəmli dövlət xadimlərinə və milli qəhrəmanlara hücum etməyin heç bir əsası yoxdur.
    Düzdür, onların hər birinin kifayət qədər səhvi olub.
    Amma, ancaq, lakin və fəqət...
    Bir çox tarixçilər və tarixi öyrənmək istəyən həvəskarlar şəxsiyyətləri tarixi kontekstdən kənarda səciyyələndirirlər.
    Sanki məsələn, Şah İsmayıl Xətai Səfəvilər dövlətinə 1516-cı ildə deyil, 2016-cı ildə rəhbərlik edib.
    Sanki məsələn, Çaldıran döyüşü 1514-cü ildə yox, 2014-cü ildə baş verib.
    Elə deyil axı.
    Tarix də insan kimi canlı bir fenomendir.
    Dörd yüz və ya beş yüz il öncəyə bu günün gözüylə baxmaq bəlkə də lazımdır. Amma hadisə və proseslərə həmin dövrün öz tarixi maraq dairəsi çərçivəsində yanaşmaq daha düzgün olardı.

    15.11. 2014
    Tv-lər reytinq axtara-axtara bayağılığa, yazarlar məşhurluq axtara-axtara dayazlığa, alimlər sponsor axtara-axtara cahilliyə gedib çıxdılar...

    17.11.14
    Çoxdan belə bir fikir, daha doğrusu, müraciətəbənzər bir qaç cümlə yazmışdım: “Tərbiyəsiz mülahizələrin, nadan düşüncələrin, mənasız fikirlərin müəlliflərini imkan olduqca dostluq sıralarından çıxarıram. Sizə də bunu tövsiyyə edirəm. Qoy real həyarda çoxluq təşkil edən bu tiplər, heç olmasa bu virtual aləmdə azlıqda qalsınlar”.
    Çox alicənab, dünyagörmüş bir xanim əfəndi mənə belə bir müraciət yazdı: “Müəllim, bəs o dediyiniz adamların tərbiyəsi ilə kim məşğul olmalıdır?”
    Əl saxladım. Düz sözə nə deyəsən? Arada yenə, imkan olduqca həyatda olduğu kimi, sosial çəbəkələrdə də maarifçiliklə məşğul oluram.

    10.12.2014
    Baxıb görürsən ki, bu adamların bir çoxunun 60-70 yaşı var.
    Və onu da görürsən ki, bu adamlar yalnız son illərdə (yəni son 20-25 ildə) alim olub, şair olub, yazıçı olub, bəstəkar olub. Kitab-dəftərləri çıxır, əsərləri çalınır, oxunur, oynanılır..
    Adam belələrinə üz tutub soruşmaq istəyir: ay adam, Sovetlərin “dağılan” vaxtı sənin ən azı 40-50 yaşın vardı. Bəs o zaman harada idin? Niyə o vaxtacan adın “it dəftəri”ndə belə yox idi? Yoxsa birdən-birə sənə istedad vergisi verildi?
    Buna nə ad vermək olar? Birini mən deyim: pulun qüdrəti və ya qüdrətin pulu...
    Qalanını özünüz deyə bilərsiz.

    27.12.2014
    Şairdən “məktub” gəlib:
    “Firuz Mustafa 70-ə qədər dram əsəri yazmış yeganə Azərbaycan dramaturqudur. Onların yarısı teatrlarda tamaşaya qoyulub. Klmin istəyib istəməyindən asılı olmayaraq bizdə ikinci Firuz Mustafa fenonini olmayıb. Xalq pullu adamların tamaşlarına yox, sadəcə tamaşaya baxmaq istəyir...”
    E.Zal

    29.12.2014
    Yeni il gəlir. Biz isə gedirik naməlum gələcəyə.
    ...Bazarlıq etdim.
    ...Yuxusuzluq...
    ...Yeni pyesin ilk səhifəsini yazdım. Əsərin adı həllə bəlli deyil.



























    2015

    01.02.2015
    "Azərbaycan" jurnalınin bu ilki (2015-ci il) ikinci sayında Yadigar Əsgərovanın "Mən həqiqəti deyirəm-Firuz Mustafanın dramaturgiyasında janr xüsusiyyətləri" adlı məqaləsi çap olunub. Dramaturgiya ilə maraqlanan qarelər (oxucular) tapıb oxuya bilərlər..))
    ... Gələcəyimizlə bağlı hərdən ağlıma fantastik və yarıfantastik səciyyəli əcaib-qəraib fikirlər gəlir. Bu fikirlərin bəziləri sırf elmi mahiyyət daşıyır və mən həmin fikirləri zaman-zaman öz bədii (və bəzən də elmi) yazılarımda əks etdirməyə çalışmışam. Məsələn, “Cənnər çiçəyi” romanınma insan düşüncələrinin gələcək zamanda (ola bilsin ki, lap yaxın vaxtlarda) diskə köçürüləcəyi məsələsi qabardılıb. İndi isə digər bir yazı üzərində işləyirəm. Yazının məğzi belədir: vaxt gələcək insanları da telefonlar kimi xüsusi “terminallarda” yükləyib çalışmağa (yəni yaşamağa, fəaliyyət göstərməyə) vadar edəcəklər.
    Yaxşıdır, yoxsa pis?

    16.03.2015
    İntihar... Suisid...
    Tanınmış aktyorun intiharının səbəbi nə idi?
    ... Zavodda fəhlə işləyərkən, Universitetdə tələbə olarkən, Uzaq Şərqdə əsgəri xidmət zamanı, EA-nın aspiranturasında təhsil alarkən və çalışarkən, habelə orta və ali məktəblərdə dərs deyərkən ... şəxsən tanıdığım bir çox adamın intihar etdiyini görmüşəm. Yəni bu məsələ barədə qismən də olsa məlumatlıyam. Əvvəllər, yəni Sovetlər dönəmində çox vaxt “gizli” saxlanılan bu informasiyalar indi daha çox sosiallaşıb.
    İntiharı (buna suisid də deyirlər) doğuran əsas səbəb nədir? Səbəblər N qədərdir.
    İnsanlar əsasən neçə yaşda intihar edirlər? Körpəlik illərini çıxmaqla, az qala bütün yaş dövrlərində.
    Vaxtilə işlədiyim elmi-tədqiqat institutunda (Fəlsəfə və Hüquq institunda) birgə çalışdığımız şən, nikbin, zarafatcıl dostumuz Çingiz Şərifovun ölümünü yaxşı xatırlayıram. Geniş auditoriya onu aktyor kimi daha yaxşı tanıyır. Çingiz bir zamanlar kinosevərlər arasında "Aşkarsızlıq şəraitində", "Özgə ömür", "Şahid qız", "Zirzəmi" filmlərindəki maraqlı rolları ilə məşhurlaşməşdı. O, 1990-cı ilin son günü- dekabrın 31 intihar etmişdi.
    İntiharlar ən çox depressiyalardan doğur.
    Bəs depressiyalara aparan yol haradan başlayır? Yenə silsilə arqumentlər üzə çıxır.
    Amma orası məlumdur ki, depressiyalara daha çox narkotika və alkol qəbulu səbəb olur.
    Bu barədə düşünmək lazımdır.
    Son illərdə yaradıcı adamlar arasında intihar edənlərin sayı daha çoxdur. Bunun da səbəbini araşdırmaq gərəkdir. Bəzən deyirlər ki, yalnız kasıblar intihar edir. Zənnimcə düz demirlər. Axı öz həyatına əl qaldıran insanlar arasında kasıblar da olub, zənginlər də.
    Bəzən onu da deyirlər ki, yalnız iradəsiz adamlar öz həyatlarına qıyia bilər. Bu da düz qənaət deyil. Zira intihar edənlər arasında çox iradəli isimlər də olub.
    Ədəbiyyata gələn və ya gəlməkdə olan bir çox gənc yazarların özlərini bənzətmək istədikləri Sergey Yesenin, Mayakovski, Cek London, Heminquey, Xanter Tompson... və digərləri də intihar ediblər.
    Yeri gəlmişkən, Qriqori Çxartişvili (hamımızın məşhur yazıçı kimi tanıdığımız Boris Akunin) özünün ikicildlik “Yazıçı və intihar” əsərində suisid ilə bir sıra məsələlərə işıq salmışdır. (Bax: Писатель и самоубийство. - М.: Новое литературное обозрение, 2000. - 576 с.)
    İntihar fərdi hal deyil, bu, sosial məsələdir.

    04.02.2015
    “Yazdığı kitabdan xəbəri olmayan yazıçı çoxdur”
    İndi oxucusuz yazıçılar da var. Hətta öz "yazdığı" (yəni yazdırdığı) kitabdan xəbəri olmayan "yazıçı" da tapmaq mümkündür.
    Bu sözləri dramaturq Firuz Mustafa yeni çıxan "Hekayələr" kitabı haqqında Axar.az-a məlumat verərkən dilə gətirib:
    "Deyə bilmərəm yeni kitabım uğurlu alınıb, ya yox. Bu kitabda toplanan hekayələrin çoxu oxuculara tanışdır. Axı yeni kitabda son 30 ildə dərc olunmuş beş hekayə kitabımda toplanan yazılar yer alıb. Nəzərə alın ki, ilk hekayələr kitabım 1985-ci ildə nəşr olunub. Oxucuların xahişi və öz təşəbbüsümlə çıxan son kitabıma "Sözardı"nı tənqidçi Vaqif Yusifli yazıb.
    İndi oxucusuz yazıçılar da var. Hətta öz "yazdığı" (yəni yazdırdığı) kitabdan xəbəri olmayan "yazıçı" da tapmaq mümkündür. Amma əsl yazıçıdan və oxucudan söhbət gedirsə, burada zövqlər məsələsini, xüsusilə, qeyd etmək lazımdır. Doğrusunu deyim ki, mən, zövqündən asılı olmayaraq, bütün oxucularımdan razıyam. Hətta, mənim yazdıqlarımı oxuyub bəyənməyənlərdən belə..."

    16.03.2015
    Vaqif Mustafazadənin öldüyü gün. Həmin günü yaxşı xatırlayıram. Bu barədə vaxtilə yazmışam. Yaşasaydı bu gün 75 yaşı olacaqdı.
    ...Bahar bütün rəngləri ilə görünməkdədir.

    20.03.2015
    Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.
    Maddi nemətlərin acı olanlar mənəviyyatı əla salar.
    Son zamanlar mənim qələmə aldığım əsərlərin əksəriyyəti bir cümlədən ibarət olur; axı iri həcmli əsərlərin çapı üçün həm də iri həcmli vəsait tələb olunur.
    İndi özü əsər yazanları özünə əsər yazdıranlar əvəz etməkdədir.
    Fahişələr əxlaq dərsi, alçaqlar ucalıq dərsi verəndə adam özünü buludlardan asmaq istəyir; tərs kimi buludlar da kəndiri möhkəm saxlamır.
    Susmaq faydalıdır, ya danışmaq? Heç biri. Eşitməmək daha yaxşıdır.
    Görəsən nartsizm xəstəliyini cüzəm əvəz edəndə komediya yazmaq lazımdır, ya faciə?
    Həmişə üzdə olmaq istəyir, amma üzü üzlər görüb.
    Əmin ola bilərsiniz: eşitmədiyimiz fikirlər eşitdiklərimizdən daha gərəkli, faydalı, qiymətli və uzunömürlüdür; əlyazmalar az yaşayır. Bəlkə də elə buna görə, rəhmətlik Platon şifahi nitqin yaziya köçürülməsini, müəyyən kanonlara tabe olunmasını, az qala insanın qəfəsə salınması qədər faciəvi hesab edirdi. Yazı söhbəti öldürür, bəlkə də əksinə.
    “Yazı” sözü mənə bir az da “yazıq” sözünü xatırladır. Amma orası da var ki, “yazı” həm də özündə genişliyi, çöli-biyabanı ehtiva edir. Məsələn: “Qarayazı”, yəni böyük yazı.
    Düşünə bilməyənlər danışanda, danışa bilməyənlərsə düşünəndə həyat ölümdən kredit istəyir.
    Yuxun gəlməyəndə dərdini həb kimi iç.
    Adam tullantılarının sayı həndəsi silsilə ilə artmaqdadır.
    Mən buz kimi soyuq adamların arasında yaşayıram; bu adamlar günlərin bir günü bu dünyada buz kimi əriyib yox olacaqlar.
    Mən son vaxtlar öz yazılarımı buz üstə həkk edirəm; bu, bəlkə də əbədi buzlaqlardır, Antarktidadır. Deyirlər, orada buz(laq)lar ərimir.
    Hə, yadıma düşdü, mən öz yazılarımı sklerozlar üçün qələmə alıram; axı sözümün əvvəlində dedim: yaddaş bizə həm də unutqanlıq üçün lazımdır.
    "Buz üstə yazılmış sətirlər" kitabından

    ...Kitab yaz, bu bir dərd.
    Pul tapıb onu çap etdir, bu ikinci dərd.
    Çap etdirdiyin kitabı pulsuz payla, bu üçüncü dərd.
    Pulsuz payladığın kitabı oxumadan öz -özünə deyinib:"Hələ kitab yazanlardan sağ qalanı da var"-deyənın mızıltısını eşitmək, bu da dördüncü dərd.
    İndi kitabla bağlı qalan dərdləri də siz deyin...))))

    02.04.2015
    Ötən əsrin 80-90-cı illərində Az.Tv-də hər ay iki veriliş aparırdım: "İdrak" və "İlğım".
    O vaxtın ən populyar intellektual verilişlərindən sayılırdı.
    "Köhnə" adamlardan biri bu gün məndən soruşdu: "İndi niyə veriliş aparmırsan?
    Susdum. Nə deyim ki?
    Hərdən öz-özümə düşünürəm: "Bəlkə heç intellektə ehtiyac yoxdur?"

    02.04.2015
    “Yazdığı kitabdan xəbəri olmayan yazıçı çoxdur”
    İndi oxucusuz yazıçılar da var. Hətta öz "yazdığı" (yəni yazdırdığı) kitabdan xəbəri olmayan "yazıçı" da tapmaq mümkündür.
    Bu sözləri dramaturq Firuz Mustafa yeni çıxan "Hekayələr" kitabı haqqında Axar.az-a məlumat verərkən dilə gətirib:
    "Deyə bilmərəm yeni kitabım uğurlu alınıb, ya yox. Bu kitabda toplanan hekayələrin çoxu oxuculara tanışdır. Axı yeni kitabda son 30 ildə dərc olunmuş beş hekayə kitabımda toplanan yazılar yer alıb. Nəzərə alın ki, ilk hekayələr kitabım 1985-ci ildə nəşr olunub. Oxucuların və öz təşəbbüsümlə çıxan son kitabıma "Sözardı"nı tənqidçi Vaqif Yusifli yazıb.
    İndi oxucusuz yazıçılar da var. Hətta öz "yazdığı" (yəni yazdırdığı) kitabdan xəbəri olmayan "yazıçı" da tapmaq mümkündür. Amma əsl yazıçıdan və oxucudan söhbət gedirsə, burada zövqlər məsələsini, xüsusilə, qeyd etmək lazımdır. Doğrusunu deyim ki, mən, zövqündən asılı olmayaraq, bütün oxucularımdan razıyam. Hətta, mənim yazdıqlarımı oxuyub bəyənməyənlərdən belə..."
    “Axar.az”

    04.04.2015
    Hiss olunur ki,Rusiyada vəziyyət get-gedə üzü ruscaya doğru gedir...
    Rusiya Federasiyasının tərkibində 22 respublika, 1 muxtar vilayət, 9 diyar, 10 milli mahal, həmçinin 46 vilayət, 2 federal əhəmiyyətli şəhər mövcuddur. Gör bir “Rusiya” adlı ölkədni yenidən “dizayn” və ya “redaktə” etsələr nə qədər yeni ölkə, yeni məmləkət meydana çıxar... Rusiya-bir bayraq altında zorla birləşdirilmiş xalqların qondarma vətənidir.
    Qəribədir, rusdan söz düçmüçkən, Lev Tolstoyun “Hərb və sülh” romanını təzədən oxuyuram. Yəqin çox adam bilmir ki, bu məşhur əsərin son (4-cü) cildində demək olar ki, əsərin heç bir personajı iştirak etmir, yazıçı yalnız öz düşüncə, fikir və mülahizələrini təqdim edir. Əlbəttə, Tolstoy rus ədəbiyyatının flaqmanıdır.
    ...Az qala bütün dünyanın bəh-bəhlə qarşıladığı F.Dostoyevskinin əsərlərindən daha çox oçerk “qoxusu” gəlir.

    07.04.2015
    Eşitdim akademik Əfrand Daşdəmirov Moskvada vəfat edib.
    Məm onu tanıyırdım. Lap cavan ikən parlamışdı. Otuz neçə yaşındasa professor, qırx neçə yaşındasa akademik olmuşdu. Həm filosof idi, həm də jurnalist. Rusdilli idi, azərbaycanca zəif bilirdi. Bir müddət “Azərbaycan kommunisti” jurnalının redaktoru olmuşdu. O vaxt dedilər ki, jurnala Azərbaycan dilini yaxşı bilən adam lazımdır, getdim, redaktorun qəbulunda oldum, nəsə söhbətimiz və işimiz alınmadı. MK-da işləyəndə yenidən “qarılaşmalı” olduq. Məsələ belə olmuşdu. 80-lərin ortasında namizədlik dissertasiyamın avtorefaratını müdafiə şurasının üzvü Əfrand Firudinoviçə (ona belə müraciət edirdilər) təqdim etdim. Bir də gördüm məni direktor müavini mərhum Tofiq Qafarov axtarır. O, alicənab, aristokrat bir ziyalı bir adamdı. Spiker Elmira Qafatovanın qardaşı idi.
    Nə isə. Tofiq Mikayıloviç (ona da belə müraciət olunurdu) dedi ki, bəs işlər xarabdır, Əfrand zəng edib deyib ki, dissertasiyada sosializmi tənqid edən yerlər var. Əfrand Daşdəmirov rəpədən-dırnağa “partnomenklatura” adamı idi, “sovet adamı” konsepsiyasının müəllifi idi. Sovet quruluşunun zərrəcə tənqidinə belə, biganə qala bilmirdi.
    Əslində mənim “tənqidim” elə də ciddi səciyyə daşımırdı, mənəvi tələbatın ödənilməsinə, mədəniyyətin yüksəldilməsinə mane olan hallar yüngülvarı tənqid olunurdu. Sən demə, Əfrand deyibmiş ki, avtoreferat təzədən işlənib nəşr olunmalıdır. Mənimsə avtoreferatı nəşr etmək üçün və poçt vasitəsi ilə “lazım olan idarələrə” paylanmaq üçün nə imkanım, nə vaxtım, nə də pulum var idi. Tofiq müəllim halımı görüb çıxış yolunu göstərdi: “Sən yalnız o tənqid olan səhifələri aradan götür, yüngül düzəliş elə, özü də bu “əməliyyatı” yalnız bir nüsxədə edərsən”. Elə də etdim... Və necə deyərlər, xətadan ötüşdüm.
    Hə, yadıma bir məsələ də düşdü. Bir gün dedilər ki, Əfrandın arvadı (Həsənbəyova soyadlı xanım) jurnal açır, əri kimi o da dilimidə yazıb-pozan adam axtarıb və məni nişan veriblər. Bir neçə dəfə telefonda danışdıq, onun istəyi ilə nəşr olunan yazılarımı işlədiyi kavedraya verdim, sonralar nə iş alındı, nə də qəzet-jurnallarda dərc olunmuş yazılar geri qayıtdı...
    Sovetin dağılması Əfrand Firudinoviçə pis təsir etmişdi. Tez-tez o illərdə (91-92- ci illərdə) öz həmkarı Ramiz Mehdiyevlə bizim İnstitutun iclaslarında iştirak edirdilər. Söhbətlərindən, çıxışlarından hiss olunurdu ki, imperiyanın dağılmasının obyektiv qanunauyğunluqlarını qiymətləndirə bilmirlər. “Dövlətin onbeş yerə parçalanmasının iki səbəbkarı var- Yeltsin və Qorbaçov”- deyə iddia edirdilər.
    Yadımdadır ki, cəbhə hakimiyyəti vaxtı akademik Əfrand Daşdəmirovun mənzilindən bir xeyli silah tapıldı. Əməliyyata nazir İsgəndər Həmidov başçılıq edirdi. Zənnimcə o silahların əksəriyyəti idman (sportivni) xarakterli yaraqlar idi.
    Sonralar Əfrand Daşdəmirovun sorağı Moskvadan gəlməyə başladı. Adamın üstündə Allahı var, o son illərdə Rusiyada ölkəmizin marağını müdafiə edirdi. Belə ki, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru idi.
    ...Eşitdim ki, Əfrand Firudinoviç rəhmətə gedib. Elə bu yüngül xatıratı da ona görə yazdım. Yəqin ki, Moskvada dəfn olunub. Ölənə rəhmət düşür.
    Yuxarıda adını çəkdiyim professor, hüquqşünas Tofiq Qafarov isə 1995-ci ildə avtomobil qəzasında həlak olub. Ruhuna ehtiram.
    p.s.
    Qəribədir ki, Tofiq Qafarov fotosunu tapa bilmədim.

    08.04.2015
    "Ədalət"in vaxtı: Firuz Mustafa ilə
    “Nə keçmişi, nə də gələcəyi redaktə etmək mümkündür”
    İnsan və zaman – yaranışından bu yana bir-birinə hökm etməyə can atan iki qüvvə... Həmsöhbətimin dediyi kimi "tarixi və zamanı insan yaradır. Əgər insan yoxsa tarix də, zaman da yoxdur”. Amma o da var ki özünə lazım olan insanı elə zaman yetişdirir, "zaman özü öz qəhrəmanlarını səhnənin önünə çıxarır”. Bu dəfə zamana sırf fəlsəfi prizmadan yanaşdıq. Amma əvvəlcə qonağımızı tanıyaq:
    Yazıçı, filosof Firuz Mustafa – 1952-ci ildə Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlub. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirib, 1978-80-ci illərdə АzTv-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, «Аzərbаycаn gəncləri» qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərib. Uzun illər Az.Tv-də "İlğım” və "İdrak” verilişlərinin müəllifi və aparıcısı olub.1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil alıb, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, müхtəlif illərdə «Mааrifçi» və «Mədəniyyət» qəzеtlərinin Bаş rеdакtоru vəzifəsində çаlışıb. Fəlsəfə üzrə еlmlər dокtоrudur. İlk bədii kitabı 1985-ci ildə "Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə "Elm” nəşriyyatında işıq üzü görüb. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilib, ssеnаriləri əsаsındа bir çox filimlər çəkilib. Əsərləri хаrici dillərə tərcümə еdilib. Firuz Mustаfа 40-dan çox kitabin müəllifidir. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulub. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələyiblər. Cəfər Cаbbаrlı, "Humay”, habelə, Bеynəlхаlq Аvrаsiyа Fоndunun və Tеаtr Хаdimləri İttifаqının müкаfаtlаrı lаurеаtıdır. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür.

    ...Və Firuz Mustafa ilə zaman yolçuluğu:

    – Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

    – Zaman mənim üçün hər şeydir, eləcə də hər şey zamandır. Zaman haqqında fiziklərin, filosofların, ədəbiyyatçıların, bioloqların özünəməxsus baxışları var. Hərə özünə münasib şəkildə belə deyək, zamanı tənzimləyir. Mənim, dolayısı şəkildə zamanla bağlı bir kitabım var: "Mədəniyyət və qloballaşma”. Burada zaman anlayışı adi adamların təsəvvür elədiyindən tamamilə başqa bir formada – fəlsəfi aspektdə nəzərdən keçirilir. Çoxları bilmir, fəlsəfədə "sosial zaman” deyilən bir anlayış var. Sosial zamanın digər zamandan fərqi odur ki, burada baxış fərqlidir. Adi adamın təsəvvüründə dahi ilə cahilin eyni məkanda yaşayır. Amma əslində onların eyni zamanda yaşaması qeyri-mümkündür. Onların hərəsinin "öz” tarixi”, "öz zamanı” , "öz vaxtı” var. Yəni mahiyyətcə, insanlar eyni zamanda yaşayır, amma müxtəlif zamanların daxilində mövcuddurlar.

    – Paralel zamanların?

    – Bu elə paralel zamana yaxındır, amma bir az fərqlidir. Hərdən soruşurlar ki, məsələn, hansısa ailə niyə yola gedə bilmədi, ayrıldı? Cavab verirəm ki, onlar ayrı-ayrı zamanlarda yaşayırdılar. Onların təfəkkür tərzi tamamilə fərqlidir: biri qalıb, məsələn, 12-ci əsrdə, digəri isə 22-ci əsrə keçib – daha irəli gedib. Yəni zamanın özü bu mənada nisbi səciyyə daşıyır. Zaman, əslinə baxanda zahirən sırf təbiətlə bağlıdır. Amma, düşünürəm ki, biz zaman məfhumunu bu qədər işləyib dərk etməsəydik, yəqin ki, ona başqa cür yanaşardıq. Hər halda ibtidai icma cəmiyyətində zamana bu qədər dəqiqliklə yanaşmamışdılar, bu şəkildə qavranılmamışdı. Zaman anlayışı təkcə təbiətlə yox, həm də cəmiyyətlə bağlıdır, lap elə insan təfəkkürü ilə əlaqədardır. Son vaxtlar belə qənaətə gəlmişəm ki, təbiətdə mövcud olan relyeflər cəmiyyətdə də mövcuddur. Hətta təfəkkürümüzdə də belə relyeflər var, təbii ki, məcazi mənada. Bizim beynimizdə də uçurumlar, eniş-yoxuşlar, dağlar, dərələr var. Bəzən insan öz beynindəki uçurumdan yıxılır və özünə gələ bilmir.

    "Tarixi və zamanı da insan yaradır”

    – Belə çıxır ki, insan zamanı özü qurandırsa, onu həm də idarə edəndir...

    – Zaman obyektiv gerçəklikdir. Bizim iradəmizdən asılı deyil. Az öncə qeyd etdiyim kimi, hərə öz zamanını qurur, yəni əslində zamanın içində də bir zaman mövcuddur. Başqa sözlə, qlobal zamanın içində bir lokal zaman da var. İnsanın seçdiyi yol birbaşa tarixdən keçir. Tarixi və zamanı da insan yaradır. İnsan yoxsa tarix də, zaman da yoxdur. Və onu da qeyd etmək lazımdır ki, bizə məlum olan "rəsmi” tarixdən başqa, yazılması mümkün olmayan bir tarix də var. O tarix ... hər kəsin içində yaşayır. Və yaxud, belə deyək, hər bir fərdin öz təfəkkürü ilə bağlı bir tarix də mövcuddur. Bu mənada yer üzündə yaşayan insan nəslinin hər bir üzvü "tarixçilərin” qərarlaşdığı "ümumi” tarixdən başqa, həm də "xüsusi” bir tarixi zonada yaşayırlar. Hər iki "tarix” paralel yaşayır. Amma bu "tarixlər” heç vaxt kəsişmir.

    – Amma zamana təsir edən, hətta onu yönləndirən insanlar da var...

    – Adi şüurla yanaşanda bəli, zamanın axarını dəyişən insanlar var. Ümumiyyətlə, insansız zaman ola bilməz. Zamanın ölçülərindən biri də elə insanın özüdür. Bəli, zamana, eləcə də insanların həyatına, təfəkkürünə təsir edən insanlar olub və əlbəttə ki, yenə də olacaq.

    "Zaman özü öz qəhrəmanlarını tarixin önünə doğru irəli itələyir”

    – O insanları zaman özü seçir?
    – Burda obyektiv və subyektiv amillər var. Bəzən zaman özünün insanlarını yetişdirir. Məşhur alman filosofu Heygel yazırdı ki, Yuli Sezarı, Makedoniyalı İskəndəri onların içində yaşadığı zaman və cəmiyyəti yetişdirdi, eləcə də bu şəxsiyyətlər özləri yeni zamanı və cəmiyyəti yetişdirə bildilər. Gördüyünüz kimi, insan və zaman, insan və cəmiyyət bir-biri ilə sıx bağlıdır. Ona görə də nəhəng simaları, elmin və ədəbiyyatın bütün sahələrində qeyri-adi istedad sahiblərini zaman və cəmiyyət yetişdirir. Zamanın müəyyən situasiyalarında, kəsiyində bu cür adamların cəmiyyətə təsir etmək imkanı yaranır və elə həmin an həmin şəxslər üzə çıxa bilirlər. Zaman özü öz qəhrəmanlarını irəli itələyir, səhnənin önünə çıxarır. Zamanın və tarixin hökmü belə dahi şəxsiyyətləri yetişdirir, onlar da məhz zamanın yönünü dəyişə bilirlər. Cəmiyyətdə olduğu kimi, zamanın da öz istiqamət göstərənləri olur – mən buna "durna yolu” deyirəm. Nəzəri biologiya elmi artıq çoxdan sübut edib ki, durna köçünün sonunda uçan hər bir durna, öndə uçan durnanın uçuş dalğasından yaranan ən az müqavimət zonasında, əgər obrazlı deməyə çalışsaq, "azad zonada” uçur. Yəni yaranan müqaviməti həmişə köçün önündə uçan durna qırır və ya zəiflədir. Bu, təbiətdə də belədir, cəmiyyətdə də. Yəni böyük köçlərin önündə uçan durna yol göstərir. Əslində bu "durna yolu” tarixin düz içindən keçir. Bu "marşrutu” seçmək və keçmək çox çətin olur. Bu, həm də elmin məşəqqətli yoludur.
    Amma bir məsələ də var ki, tarix boyu – zamanın bütün dönəmlərində qeyri-adi düşüncə sahibləri, fərqli insanlar öz cəmiyyətləri tərəfindən başa düşülməyib, qəbul edilməyib. Məsələn "Ölülər”dəki Kefli İskəndəri götürək: bu adamı yaşadığı cəmiyyət ona görə "kefli” adlandırırdı ki, onun irəli baxışlarını qavraya, qəbul edə bilmirdi. Bu təkcə əsərdə deyil, adi, konkret həyatda da belədir. Belə adamlar mühitin gülüş hədəfinə çevrilirlər. Bir az qeyri-təvazökarlıq olsa da deyim ki, mənim dram və nəsr əsərlərimin əksər qəhrəmanlarını da cəmiyyət "həzm edə” bilmir. Onlar yaşadıqları mühitdə mariginal tiplər kimi özlərinə yer tapmaqda çətinlik çəkirlər.

    – Bəlkə də onlar öz zamanlarında doğulmamış insanlardılar. Belə insanlara tez-tez rast gəlirik: ya özləri dərk edirlər ki, yaşadıqları zamana aid deyillər, ya da kənardan açıq-aydın hiss olunur ki, onlar başqa zamanın insanlarıdırlar. Bu nədən qaynaqlanır?

    – Əlbəttə belə insanlar həmişə olub. Amma bu təkcə zamanla əlaqədar deyil, burda həm də məkan anlayışı var. Bəzən kiminsə haqqında deyirik ki, "bu adam Avropada doğulub yaşasaydı, tamam başqa cür olardı, heç buranın adamı deyil”. Təbii ki, orda zaman anlayışı da, şəxsiyyətə münasibət də ayrı cürdür. Mənim belə bir kitabım, elmi-fəlsəfi traktatım var: "Sərhədsiz dünya”. Orada mən Şərq-Qərb məsələsini qabardıram. Təbii ki Qərbin zamana yanaşması başqadır. Qərbin və Şərqin özünəməxsus sakrallaşmış qayda-qanunları, əxlaq normaları var. Bununla belə, Şərq və Qərb arasında əvvəlki dərin fərq artıq tədricən götürülməkdədir. Çünki informasiya-texnologiya dövründə yaşayırıq, kitablarını oxuyur, filmlərinə baxırıq, getdikcə mədəniyyətlərin bir-birinə qarşılıqlı inteqrasiyası artır. Yəni azərbaycanlı ilə ingilisin təfəkkürü arasında yüz il bundan qabaqkı fərq artıq götürülməkdədir. Mövcud prinsiplər təfəkkürə də öz təsini göstərir.

    – Siz hansısa başqa bir zamanda yaşamaq istəmisiniz?
    – Mənə elə gəlir ki, mən elə məhz bu zamanın insanıyam. Bəlkə də, bir az da qabağa getmişəm. Ətraf mühitdə, lap elə zamanın özündə çox şeylər məni təmin eləmir.

    "Zaman təkcə «köhnənin» üstündən хətt çəkmir; о, özü ilə «yеnilik» gətirir”

    – İki ayrı-ayrı zamanda, daha doğrusu, iki epoxada yaşamısınız. Bu zamanlar bir-birindən xeyli fərqlənir, hərəsinin öz qayda-qanunu, tələbləri var idi. Hansında yaşamaq daha rahatdı?
    – Buna əlbəttə ki, subyektiv cavab verə bilərəm. Mənə elə gəlir ki, bütün dünyada inkişaf həmişə yaxşılığa, irəliyə doğru gedir. Təkcə bizdə yox, ümumiyyətlə dünyanın istiqaməti xilasa doğru dəyişməlidir. Dünya statik deyil, dinamikdir. Dünyada hər şey hər an dəyişmədədir. Qlоbаllаşаn dünyаdа insаnın özü və həyаtı ilə bаğlı olan bütün nəsnələr, dəyərlər və münаsibətlər də anbaan dəyişir. Qlоbаllаşmаnın ağır dаlğaları çох şеyin üstündən ötüb kеçir, Ammа zaman təkcə «köhnənin» üstündən хətt çəkmir; о, özü ilə «yеnilik» də gətirir. Düzdür, insanların çoxu indi pessimistdilər. Bəzən bu cür hallar məndə də olur. Fikir vermisinizsə, adamlar tez-tez bu ifadəni işlədirlər: "Ötən günə gün çatmaz, calasan günü-günə”. Hətta indi yaxşı vəzifədə olan birisi də keçmişin çətin, şəraitsiz vaxtlarını arzulayır. Əslində, insanlar keçmiş zaman üçün ona görə xiffət edirlər ki, orada onların gəncliyi qalıb. Gəncliyin nostalgiyası onlara ötənləri yada saldırır. Hərdən mənə deyirlər ki, "Yataqxanada yenə yaşamaq istəyərsənmi?” Cavab verirəm ki, "18 yaşımı qaytarın, gedim yaşayım”.

    – Siz necə, zamandan şikayətlənirsiz?
    – Zamandan şikayətlənməyə nə ehtiyac var? O gəlir-gedir, öz axarındadır. Biz böyük zaman içində öz "kiçik” zamanımızı yaşayırıq. Mənim əlimdə olsaydı, zamanı saxlayardım, onun qapısının ağzını qıfıllayardım. Amma əldən nə gəlir?! Zaman geriyə dönməzdir, düzxətlidir, bir istiqamətlidir.

    – Zamanla bağlı təəssüfləriniz olubmu, məsələn deyək ki, vaxt itkisi ilə bağlı?
    – Nə keçmişi, nə də gələcəyi redaktə etmək mümkündür. İnsan keçmiş səhvlərindən nəticə çıxarda bilər, amma yenidən səhv etməyə bilməz. Yalnız ölülər və dəlilər səhv etməzlər. İnsan öz səhvləri ilə həyatı öyrənir. Uşaqlıqdan anlayır ki, əlini oda vursan yandırar, bıçaq kəsər. Yəni hər kəs bununla ağrını, pisi dərk edir. Heç olmasa, şəxsi təcrübəsini görməsə də, oxuduğu kitablarda, baxdığı filmlərdə o, səhv qorxusunu anlamalıdır. Adi insan çalışır ki, öz səhvlərindən, aqil insan isə başqalarının səhvlərindən nəticə çıxarsın.

    – Zamanın sizdən aldıqları çox olub, ya verdikləri?

    – Məncə, hesab bərabərdir.

    – Kimdən soruşsan, vaxt azlığından gileylənir. Vaxtınızı necə bölürsüz, necə çatdırırsız?
    – İstirahətdəki və iş prosesindəki zaman arasında böyük fərq var. Əlbəttə, zahirən nəzərdə tuturam, belə baxanda eyni sutka, eyni saatlardır. Amma gərgin işdə adamın başı qarışır deyə, vaxt sürətlə, həm də ildırım sürəti ilə uçur. Həyatın ritmi o qədər sürətlə keçir ki, necə gəlib-getdiyini hiss etmirsən. Yeri gəlmişkən, bir bioloji zaman anlayışı da var. Yəni içimizdəki vaxt – zaman saatı. Daxilimizdəki o saat əqrəbi işləkdir: bizi səhər oyandırır, işə tələsdirir, gün ərzində işimizi vaxt içində ölçüb-biçir və s.

    – Əsasən, nəyə gedir vaxtınız?
    – Düzünü deyim ki, əsas boş vaxtım düşüncəyə gedir. Daha sonra mütaliəyə, nəhayət yazı-pozuya çox vaxt ayırıram. Bundan başqa, bütün insanlar kimi, həyati qayğılar, iş-güc, tədbirlər... Bunlar da zaman tələb edir...

    – Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?
    – Hər kəs çalışsın öz vaxtını yaşasın.
    Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

    Söhbətləşdi: Şəfiqə Şəfa

    20.08.2015
    Bəyəm kişilər də siqaret çəkir?
    Gürcü tanışım Saşa və onun arvadı məşhur rəqqasdır. Hər ikisi öz ölkələrinin rəqs ansamblı ilə bütün dünyanı gəzib –dolaşıblar. İndi yaşlaşıblar, təqaüdə çıxıblar.
    Bir neçə il öncə Saşanın qonağı idim. Arvadı siqaret tüsdülədirdi. Elə söhbətimiz də siqaretin zərərli və “xeyirli” tərəfindən gedirdi.
    Təbiətən çox zarafatcıl olan Saşa dedi ki, istəyirsən gəl sənə siqaretlə bağlı bir maraqlı əhvalat danışım?..
    Dedim ki, buyur.
    Saşa dedi:
    -Bilirsən ki, mən siqaret çəkən deyiləm. Amma arvadım siqaret həvəskarıdır. Əslində balerinaların, rəqqasələrin çoxu siqaret çəkir ki, artıq çəki yığmasınlar. Nə isə... Bir dəfə nəvəm qonaq gəlmişdi. Bizə tez-tez arvadımın rəfiqələri toplaşırdılar. Həmin gün qadınlar baş-başa verib söhbət edə-edə bax elə indiki kimi yenə siqaret tüstülədirdilər. Nəvəm kə kənarda oyuncaqlarla oynayırdı. Dişim ağrıyırdı. Mən qadınların “məclisinə” yaxınlaşıb qutudan bir siqaret götürdüm. Eyvana çıxaraq siqareti yandırıb damağıma qoydum. Bu əsnada nənəsinin üstünə yüyürən nəvəmin heyrət dolu səsini eşitdim: “Nənə, nənə, bir babaya bax, o da siqaret çəkir ey”. Arvadım və onun rəfiqələri təəccübləndilər: “Hə, nə olsun ki? Çəkir çəksin də...” Nəvəm incik halda dilləndi: “Bəyəm kişilər də siqaret çəkirlər?” Hamı qəhqəhə çəkib güldü. Əslində gülməli bir şey yox idi. Axı bu uşaq evimizdə indiyəcən yalnız qadınların siqaret çəkməyini görmüşdü.

    07.09.15
    Şahlara şəbədə qoşmaq və ya tarixi “redaktə” etmək xəstəliyi...
    Əslində belələlərinin bir çoxu xəstədir...
    Bu gün Babəkə, Şah İsmayıla, Cahan şaha... və sair görkəmli dövlət xadimlərinə və milli qəhrəmanlara hücum etməyin heç bir əsası yoxdur.
    Düzdür, onların hər birinin kifayət qədər səhvi olub.
    Amma, ancaq, lakin və fəqət...
    Bir çox tarixçilər və tarixi öyrənmək istəyən həvəskarlar şəxsiyyətləri tarixi kontekstdən kənarda səciyyələndirirlər. Tarixi şəxsiyyətlərin əməllərini bu gün “redaktə etməyə” nə var ki? Elə bil aradan əsrlər ötüb keçəndən sonra təzə, yeni, ağıllı məsləhətçi-müşavirlər meydana gəlib...
    Sanki məsələn, Şah İsmayıl Xətai Səfəvilər dövlətinə 1516-cı ildə deyil, 2016-cı ildə rəhbərlik edib.
    Sanki məsələn, Çaldıran döyüşü 1514-cü ildə yox, 2014-cü ildə baş verib.
    Elə deyil axı.
    Tarix də insan kimi canlı bir fenomendir.
    Dörd yüz və ya beş yüz il öncəyə bu günün gözüylə baxmaq bəlkə də lazımdır. Amma hadisə və proseslərə həmin dövrün öz tarixi maraq dairəsi çərçivəsində yanaşmaq daha düzgün olardı.

    10.09.2015
    -Müəllim, sən niyə işini deputatlığa vermirsən?
    Olanlar səndən atrıqdır bəyəm?
    Bildiyimə görə, 50-dən çox elmi və bəddi kitabın var. 30-dan çox pyesin tamaşaya qoyulub. Tv-lərdə verilişlər aparmısan. Az qala bütün ali məktəblərdə fəlsəfə və dünya ədəbiyyatından dərs demisən. Dərs dediklərinin arasında dedputatlar da var. Varın-dövlətin də ki, yox... Görünür ömründə rüşvət də almamısan... Mənim də müəllimim olmusan ey, müəllim... Tanıdın məni?
    Mən ölüm, niyə işini depuatatlığa vermirsən?
    Mən sənə ürəkdən səs verərəm...
    ("Seçicimin" dediklərindən))

    11.09.2015
    ...onların kitab oxumaqdan çox, şəkil çəkdirməyə önəm vermələri elə fb-dən də görünür... mətnlərdən daha çox şəkilləri "bəyənmələri" bir daha təsdiq edir ki, ağılpərəst yox, surətpərəstdirlər... hələ üstəlik qaş-daş və pul-para təsvir olunan şəkillərin altındakı həyəcan və nida dolu qeydlərdən o da görünür ki, çox sərvətpərəstdirlər...

    15.09.2015
    Bir vaxtlar Avropanı tərifləyənlərin çoxu indi onu söyür. Olsun. Amma deyilənə və yazılana görə, imkanlı adamların bir çoxunun Avropada mənzili, evi, villası var. Məncə zamanı çatıb: Avropada çirkli pullarla ev alıb bunu ölkəmizdə sənədləşdirməyən, dövlətdən gizlədən dövlət məmurlarımız haqda ölçü götürülməlidir. Heç olmasa həmin evləri avropalılara satıb pulunu bizim büdcəyə keçirmək lazımdır.
    p.s. məncə pis təklif deyil.

    27.09.2015
    20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin Az. Tv qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə (kiçik bir məclisdə) bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda. Mən zarafatla dedim:"Bəxtiyar müəllim, görünür bu "Dubinyak" adı "Dubinka" sözünə oxşadığına görə daha yaddaqalandır". O, gülərək: "Yəqin ki, elədir"-dedi.

    27.09.2014.
    Tv-lərə çox vaxt savaddan kəm müğənniləri dəvət edirlər. ("Manıs" demirəm ki, xətirlərinə dəyər). İndi "Speys"ə baxıram. Aparıcı soruşdu ki, Eynşteyn kimdir? Müğənnilər, təbbi ki, cavab verə bilməyib başladılar yazıq Eynşteyni(n soyadını) ələ salamağa. Onların səhvini aparıcı "düzəltdi"; dedi ki, Eynşteyn kimyaçıdır.
    Yaxşı ki, TV-lərə nadir hallarda baxıram.
    Bəs Siz necə, baxırsızmı?

    18.10.2015
    Guya Putin azərbaycanlı (tovuzlu) qızla evlənmək istəyibmiş...
    və yenə də guya ki, evlənsə Qarabağ problemini xeyrimizə həll edəcəkmiş...
    Amma çoxları bilımir ki, Zori Balayanın birinci arvadı azərbaycanlı olub və "Qarabağ problemini" də yaradanlardan biri odur, yəni Balayan.
    P.S. Zori Balayanın birinci arvadının azərbaycanlı olması mənim "kəşfim" deyil və xahiş edirəm buna görə qəzəblənməyin. Mən həmin faktı bir neçə il öncə Novella Cəfəroğlunun "Yeni Müsavat"dakı xatirələrində oxumuşam. Maraqlı bir yazı idi. Novella xanım həmin toyda gəlinin rəfiqəsi kimi iştirak edib.
    P.P.S. Burada söhbət nə Putindən gedir, nə də Balayandan gedir. Söhbət ondan gedir ki, hər iki dövlətin öz tarixi "taktikası", "planı" var...

    29.09.2015
    İndi baxıb görürəm ki,DAHİ və HADİ sözləri eyni hərflərdən ibarətdir.
    Hadilər azalıb. "Dahilər" çoxalıb.
    Biri dırnaqda, o biri dırnaqsız.

    30.09.2015
    Kəndimizdən sonuncu mən çıxdım...
    Bu, mənim müharibə və ya savaş haqda qeydlərim deyil.
    Həqiqətən, bu il yayın sonunda, payızın əvvəlində kəndimizi sonuncu mən tərk etdim.
    Məsələ burasındadır ki, bizim Ermənistanla üzbəüz olan kəndimizə, ermənilərə divan tutan kəndimizə, ermənidən Başkənd adlı bir yaşayış zonası alan kəndimizə hələ qaz çəkilməyib. Soyuqdan donan dağ kəndinin adamları məcburən paytaxta və ya xarici ölkələrə axışıb gedir. Halbuki ölkə Prezidentinin sərhədyanı kəndlərə qaz çəkilməsi barədə göstərişi var.
    Bu məmurlar niyə, nə üçün, nəyə görə bu xalqa bu qədər qan uddurur görəsən?
    Nədir onların istəyi?
    p.s. Bizdən cəmi 200 metr aralıda ermənilər qazdan istifadə edir.

    31.09.2015
    İnsanlar yerdə bir möhkəm, etibarlı is(ti)nad nöqtəsi tapmayanda göyə üz tuturlar... Bunun da sonu bəlli-cahillik, radikalizm, uzun saqqallar, ifadəsiz gözlər.
    Öz vətəndaşlarına cənnəti bu dünyada yox, o biri dünyada vəd edən dövlətlərin sonu, aqibəti acınacaqlı olur.
    Məncə cənnəti bu dünyada yaratmaq lazımdır, “o dünyada” yox...

    28.10.2015
    Məmləkətdə möhtəşəm "qudalıq" və
    "kirvəlik institutları" fəaliyyət göstərir.)
    Bunun yaxşı cəhətləri çoxdur.
    Amma pis cəhəti birdir: gedəndə hamısı birdən gedir, axı bir-biri ilə calaq-culaqdılar...

    31.09.2015
    Hamıya yaxşı olmaq üçün dəridən-qabıqdan çıxan adam bədbəxtdir. Adamın bir üzü, bir sifəti olar. Adamın içi-ruhu təmiz olar. Pislərin, naqislərin, yaramazların yaxşı hesab etdiyi adam kimə lazım?

    ... Mən hər cür siyasi ambisiyadan uzaq bir adamam. Heç vaxt karyera “xəstəliyim” də olmayıb.
    Bütün həyatım boyu elmi və prdaqoji fəaliyyətlə məşğul olmuşam.
    Bütün həyatım boyu maaş və qonorarla dolanmışam. Minlərlə məqaləm, yüzlərlə hekayəm nəşr olunub, onlarla pyesim tamaşaya qoyulub.
    Amma ... Qısası, əsasən elmi-bədii-pedaqoji fəaliyyətlə məşğul olsam da dünyamızda və cəmiyyətimizdə baş verən hadisələrə heç vaxt biganə olmamışam.
    Gəldiyim qənaət budur: hər bir sahədə qabiliyyətli insanların, passionar güclərin yolunda daim yaşıl işıq yandırmaq lazımdır. Bu, bəlkə də ilk baxışda çox adi səslənən sözlərdir. Amma düşünsək ki, bütün dünyada və bütün sahələrdə adamların yalnız 3-4 faizi passionar güçə malikdir, dediyim sözlərin mahiyyəti aydın olar. Yəni hamımız o “kiçik” faizlərə minnətdarıq. Çünki o “kiçik” faizlər dünyanı hərəkətə gətirir. O “kiçik” faizlər olmasa hər bir cəmiyyətin çöküşü labüddür...

    02.11.2015
    ..əvvəlcə evin içi, sonra çölü-deyiblər.
    Bakının qulağının dibində cahillik baş alıb gedir.
    Hesab edirəm ki, o kəndlərdə fəaliyyət göstərən məktəb, litsey və kolleclərə- bir sözlə təhsil müəssisələrinə, ən güclü pedaqoqları, müəllimləri göndərmək lazımdır...
    Bakı həmişə işıqlı şəhər olub....

    03.11.2015
    Ötən əsrin 80-90-cı illərində Az.Tv-də hər ay iki veriliş aparırdım: "İdrak" və "İlğım".
    O vaxtın ən populyar intellektual verilişlərindən sayılırdı.
    "Köhnə" adamlar məndən yenə hərdən soruşurlar: "İndi niyə veriliş aparmırsan?"
    Çox vaxt susuram.
    Və hərdən öz-özümə düşünürəm: "Bəlkə heç intellektə ehtiyac yoxdur?"

    04.11.2015
    Oqtay Rza: “Sağ ol, bankomat...”
    Bu gün AYB-yə getmişdim. Mənim orada maaşsız bir vəzifəm var, dramaturgiya bölməsinin rəhbəriyəm. Mətbuatda daim bu təşkilatı söyənlərin bir çoxunu orada gördüm. Sözüm bunda deyil. Bir neçə gün öncə-noyabrın ilk günündə 81 yaşa qədəm qoymuş şair Oqtay Rza ilə rastlaşdım. Sənətkarı təbrik etdim. Şair təbrikdən məmnun olub dedi:
    -Ustad, istəyirəm bu mühüm günü, yəni üç gün əvvəl tamam olmuş ad günümü qeyd edək.
    Razılaşdım. AYB-nin lap yaxınlığında, M.F. Axundov kitabxanasının qarşısından keçəndə şairin gözü bankomata sataşdı.
    -Bəy, axı mənim pulum azdır. Bəlkə bu aparata yaxınlaşım... Maaşımı almamışam hələ. Amma aparata yaxınlaşmağa da qorxuram.
    -Niyə ki?
    -Əziz dost, birdən aparatda pul olmaz. Axı deyirlər büdcəmiz bir az zəifləyib.
    -Aparat şairə pul saxlamış olar,-deyə, ona ürək-dirək verdim.
    Oqtay Rza ürəklənib bankomata yaxınlaşdı. Məlum oldu ki, şairin maaşı artıq “aparat”a daxil olub. Sənətkar sevincək maaşını alıb bir neçə addım geri çəkildi, sonra təzədən bankomata sarı gəlib əllərini döşündə çarpazlaşdıraraq bankomatın qarşısında kəmali-ədəblə baş əydi:
    -Sağ ol, aparat. Qoy sənin için həmişə pulla, milli manatla dolu olsun.
    Deyəsən, bankomatın sonuncu müştərisi şair oldu. Çünki ondan sonra növbədə duranlar dedilər ki, artıq pul qurtarıb.

    05.11.15
    Mən hər cür siyasi ambisiyadan uzaq bir adamam. Heç vaxt karyera “xəstəliyim” də olmayıb.
    Bütün həyatım boyu elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşam.
    Bütün həyatım boyu maaş və qonorarla dolanmışam. Minlərlə məqaləm, yüzlərlə hekayəm nəşr olunub, onlarla pyesim tamaşaya qoyulub.
    Amma ... Qısası, əsasən elmi-bədii-pedaqoji fəaliyyətlə məşğul olsam da dünyamızda və cəmiyyətimizdə baş verən hadisələrə heç vaxt biganə olmamışam.
    Gəldiyim qənaət budur: hər bir sahədə qabiliyyətli insanların, passionar güclərin yolunda daim yaşıl işıq yandırmaq lazımdır. Bu, bəlkə də ilk baxışda çox adi səslənən sözlərdir. Amma düşünsək ki, bütün dünyada və bütün sahələrdə adamların yalnız 3-4 faizi passionar güçə malikdir, dediyim sözlərin mahiyyəti aydın olar. Yəni hamımız o “kiçik” faizlərə minnətdarıq. Çünki o “kiçik” faizlər dünyanı hərəkətə gətirir. O “kiçik” faizlər olmasa, hər bir cəmiyyətin çöküşü labüddür...

    06.11. 2015
    Hər günün sonunda öz etdiklərini təhlil etməyən, öz-özü ilə "iclas" keçirməyən adamın vicdan sahibi olduğuna inanmaq bir az çətindir...
    Elə deyilmi?

    07.11.2015
    ... görəsən küçə boyu bu mələyən, böyürən, anqıran, hürən, banlayan, nəhayət ucadan "mahnı oxuyan" maşınların, daha doğrusu onların sahiblərinin, biir düz-əməlli cərimələnməsi haqda qanun nə vaxt çıxacaq və ya qüvvəyə minəcək?
    ...ən azı bundan büdcəmiz udar.
    Elə deyilmi?

    08.11.2015
    Biz deyəsən çox praqmatikik.
    Yalnız təcrübədən keçirilənlərə inanırıq. Bəlkə də elə buna görə mücərrəd təfəkkürdən uzağəq.
    Çoxumuz yalnız əlimizlə toxunub gözümüzlə gördüyümüz nəsnələrin qeydinə qalırıq.
    Məsələn, ayağımız haqda düşünürük, ruhumuz haqda yox.
    Böyrəyimiz haqda düşünürük, vicdanımız haqda yox.
    Mədəmiz haqda düşünürük, məsləkimiz haqda yox.
    Qabırğamız haqda düşünürük, məramımız haqda yox.
    Qulağımız haqda düşünürük, insafımız haqda yox.
    Burnumuz haqda düşünürük, imanımız haqda yox.
    Amma əslində hər şey bir azca başqa cür olmalıdır.
    Yəni, dediyim odur ki, bu “görünməyən” nəsnələri daha çox görməyimiz lazım.

    09.11. 2015
    Oxudum ki, Bakıda bir imkanlı adam öz villasını sahibsiz uşaqların yaşaması üçün ayırıb.
    İnanıram.
    Bizim xalqımızda ta əzəldən vicdanlı, həssas, əliaçıq, xeyirxah, habelə xeyriyyəçi insanlar çox olub.
    Amma nə yazıqlar ki, xeyriyyəçilik etmək iştəyən iş adamının üstünə (bu barədə informasiya alan) məlum "əlaqədar təşkilatların" nümayəndələri qarğa-quzğun kimi tökülüşüb "haqq" tələb edirlər.
    İndi doğrusu o xeyirxah adamın vəziyyəti məni düşündürür. Arxasında "adam" yoxsa onu “didəcəklər...”

    10.11.2015
    Şübhəsiz ki, Babək qəhrəmandır. Amma etiraf edək ki, o, həm də mübahisəli qəhrəmandır. Əsas “mübahisə” də onun guya islama qarşı mübarizə etməsi ilə bağlıdır.
    Əvvəla, onu demək lazımdır ki, Babək ərəb qövmünə yox, ərəb xilafətinə, ərəb istilasına, lap dəqiq desək Abbasilər xilafətinə qarşı (9-cu əsrdə) düz 22 il vuruşub. Amma xilafət onu “din” düşməni” elan etmişdi. Çünki belə bir “təqdimat” kütlə tərəfindən daha asan həzm olunurdu.
    Gəlin bir anlığa təsəvvür edək: Əgər Azərbaycanda islam yox idisə, Babək ona qarşı necə vuruşa bilərdi? Bəyəm ərəblər islamı özləri gəlməmişdən əvvəl gələcəkdə istila edəcəkləri dövlətə və ya əhaliyə “poçtla” göndərmişdilər?
    Babək xürrəmi idi. Burada tənqid olunmalı nə var ki?
    Çuvaşlar, qaqauzlar, xakaslar, tatarların mühüm bir hissəsi xristiandır. Burada nə qəbahət var ki?
    Sibirdə və Mərkəzi Asiyada buddist türklər var. Bəyəm bu cinayətdir?
    Mən hələ digər dinləri qəbul edən türkləri demirəm.
    Hətta, satanist türklər də vardır.
    Dediyim budur ki, hansısa dinə mənsub olub-olmamasından asılı olmayaraq xalq xalq olmalı, insan isə insan olmalıdır. Hətta, ateist də olsa belə. Vaxtilə yazmışdım ki, ateizm özü də vaxtilə bir dinə çevrilmişdi.

    13.11.2015
    Söz yox ki, Fransada baş verən faciə bəşəriyyətə qarşı yönəlmiş vəhşətli, amansız, müdhiş bir terrorun nəticəsidir.
    Bu terror aktını ağlı başında olan hər kəs pisləyir.
    Amma bir soruşan yoxdur ki, bu silahları o vəhşilərə kim verib?
    Əlbəttə, Avropa özü. Təbii ki, başqa məqsədlə.
    p.s.
    Terror nəticəsində həlak olanlara Allah rəhmət etsin.

    15.11.2015
    Sosial şəbəkəyə yalnız öz eqonuzun və ya hikkənizin "divar qəzeti" kimi baxmayın, həm də öz maarifçiliyinizin "jurnalı" kimi baxın...
    ... Pəncərəmdən payız asılıb...
    Başımın üstündən uçan durna köçünə qoşulub uzaq, isti ölkələrdən birinə getmək istəyirəm.
    Birdəfəlik yox, səyahətə.
    Bu, qətiyyən bədii yazıdan lirik parça deyil.
    Ovqatımın payız inikasıdır...

    17.11.2015
    ...ay şəkilpərəst, surətpərəst millətin nümayəndələri...
    çalışın mahiyyətə varın, yazılanı oxuyun, şəklə tamaşa etməyin...

    21.11.2015
    ...bizim insanlara maliyyə yardımı lazım deyil.
    Nə üçün belə deyirəm?
    Ötən ilin yayında ölkəmizin qərb rayonlarında, əsasən ucqar kəndlərdə, oldum. Adamların gün-güzəranı məni həmişə düşündürür. Buna görə də kənd adamları ilə söhbət etmək zərurətə çevrilib.
    Ünsiyyətdə olduğum əliqabarlı torpaq adamlarının az qala hamısı qorxa-qorxa ətraflarına boylanıb asta səslə təxminən eyni sözü deyirdilər:
    - Hamısı gəlib haqq tələb edirlər. Bizə bunların köməyi, yarımı-filanı lazım deyil. Təki bunlar bizə mane olmasınlar...
    Düzü bilmirdim ki, o adamlar "bunlar" deyərkən kimləri nəzərdə tuturdular?

    22.11.2015
    Tanınmış rus rejissoru Vitali Manski deyir:
    “Pxenyanda 800 nəfər işçisi olan sənədli kino studiyasının baş ssenaristinin maaşı nə qədərdi? Onun maaşı ayda 75 sentə bərabərdi.
    Dəhşət bax budur...”

    23.11.2015
    Dünən dostluğumda olan birisi yazmışdı ki, Türkiyə Rusiyaya heç nə edə bilməz.
    Guya Rusiyanın silahı çox, Türkiyənin heç nəyi yox...
    Əlbəttə, biz bu dövlətlərin savaşa girməsini istəmirik.
    Amma fakt budur:
    Türkiyə əsgəri sayına görə dünyada 6-cı yerdədir.
    Türkiyə hərbi gücünə görə NOTO-da ikinci yerdədir.
    NATO hərbi gücünə görə dünyada birinci yerdədir.
    Deməli, Türkiyə hərbi gücünə görə dünyada 2-ci yerdədir.
    Bunu mən demirəm, Rusiya özü deyir.. Özü də rusca:
    Общая численность турецких вооруженных сил — более 700 тысяч человек, шестое место в мире по численности. Большей армией в блоке НАТО обладают лишь США. Турецкая армия не является контрактной, она формируется на призывной основе.

    25.11.2015
    Bu gün bizim ən sinirli yerimiz Türkiyə sınırlarından keçir.
    Rəylər müxtəlifdir və bütün rəyçiləri anlamaq olar. Belə ki, Ərdoğanı öyənlər də var, söyənlər də.
    İndiki situasiyada Ərdoğan dilemma qarşısındadır: "irəli" ya "geri". Burada orta yol yoxdur.
    Təbii ki, biz bir millət olaraq daim Türkiyənin yanındayıq.
    Amma reallıq hissini itirmək də düzgün deyil.
    Mən qorxuram ki, Türkiyəni həm Şərq, həm də Qərb gözləmədiyimiz və arzu etmədiyimiz qorxulu "oyuna" salsın...

    26.11 2015
    Sözün müəyyən (bəlkə də mütləq) mənasında bu gün dünyanın taleyi iki ölkənin qarşılıqlı münasibətləri fonunda həll olunur. Bu ölkələrdən biri keçmiş Osmanlı impariyasının qalıqları üzərində öz halal dövlətçilik kuralını qurmuş Türkiyə, digəri imperiya xislərindən heç cür əl çəkmək istəməyən Rusiyadır. Birinci gələcəyə üz tutan, digəri keçmişlə, imperiya ambisiyası ilə yaşayan bir məmləkətdir. Əslində ikinci birincinin azmış, yadlaçmış balasıdır. Maləsəf, indi bu yadlaşmış balanın özü bir bəlaya çevrilib.
    Bu iki nəhəng dövlət -pələng və ayı arasında quyruq bulayan bir tülkü də var ki, bu da tülkünü də dər kəs tanıyır:bu, ermənistandır.
    Mən belə bir qənaətdəyəm ki, bu iki millət və iki dövlət bir-biri ilə dil tapıb sülh şəraitində yaşayaca
    p.s.
    Əslində bu günkü rusiya rus-slavyan birliyindən ibarətdir. Orada 50 milyon türk-müsəlman, 50 milyon slavyan, 50 milyon da digər etnoslar yaşayır.

    27.11. 2015
    İndi görürəm... Ruslar "Böyük filosoflar" adlı elektron dərgi yaradıblar. Orada mənim də adım var..) Təbii ki, mən bu "böyük" olmaq xəstəliyindən çox uzağam.
    Sözüm onda deyil. Qəribə burasıdır ki, orada mənim "Filosof" adlı bir hekayəm də dərc olunub.
    Sağolmuşlar, ta hekayə niyə, yaxşısı budur bir fəlsəfi yazımı verin...

    28.11.2015
    Kişi dedi:
    -Sənin emosiyan çoxdur.
    Qadın dedi:
    -Sənin emosiyan yoxdur.
    Zamanın tərs mütənasibliyi bumu?
    ...ki yəni hər kəsin öz zamanı var.


    29.11.2015
    Bu gün mətbuatda oxudum ki, Qətər Əmirliyinin əmirinin ayağı sınıb. 9 təyyarəyə doluşan kral (əmir) ailəsi dekabrın 25-dən 26-na keçən gecə özünü tez-tələsik İsveçrəyə çatdırıb. Bu barədə ilk dəfə “The Guardian” xəbər yayıb.
    ...tutaq ki, pulun var, İsveçrəyə gedirsən. Lap yaxşı.
    Ay bədbəxt … kral oğlu kral, olmaz ki, öz ölkənin səhiyyəsini yüksəldəsən? Pulunu niyə başqa ölkəyə "dağıdırsan"?
    ... Xalqların, daha doğrusu, xalqı təmsil edən adi adamların bir-biri ilə dil tapması çətin iş deyil...
    Ən çətin məsələ siyasətçilərin bir-biri ilə dil tapmasıdır...
    Düz deyiblər ki, dil insana susmaq üçün verilib...

    30.11.2015
    Bir zamanlar dahi rus rejissoru Eldar Ryazanovun filmləri gündəmi zəbt edərdi. O vaxt dünya sənət üstündə köklənmişdi.
    İndi rus dövlətinin "qorxulu filmləri" gündəmi işğal edib. Hazırda dünya, siyasət və cinayət üstə köklənib...
    p.s. Eldar Ryazanov vəfat edib. Böyük sənətkar idi. Allah rəhmət eləsin.

    01.12.2015
    Kimisə tənqid edə bilərik...
    Hətta, kiməsə hörmət etməyə də bilərik.
    Amma gəlin hər kəsin söz demək hüququna hörmətlə yanşaq...
    Bu, həm də söz azadlığına hörmətdir...

    02.12.2015
    ...əvvəlcə evin içi, sonra çölü-deyiblər.
    Bakının qulağının dibində cahillik baş alıb gedir.
    Hesab edirəm ki, o kəndlərdə fəaliyyət göstərən məktəb, litsey və kolleclərə- bir sözlə təhsil müəssisələrinə, ən güclü pedaqoqları, müəllimləri göndərmək lazımdır...
    Bakı həmişə işıqlı şəhər olub....

    21.12.2015
    Çalış öz dəyərini itirmə, adam...
    Axı sən pul deyilsən və heç bir infilyasisiyanın sənə dəxli olmamamalıdır.
    Uzun illər mənəvi tələbat və mənəvi dəyərlərdən yazan, bu barədə bir neçə kitabın müəllifi olan bir adam kimi deyə bilərəm ki, bu dünyada hər şeyin dəyəri dəyişə bilər-enər və yüksələr... Amma insanlığın dəyəri enəndə, onun bir daha yüksəldiyini görən olmayıb.
    Mən bu sözləri pafos dolu bir şüar kimi yox, çox sakit bir tonda deyirəm...

    22.12.2015
    Şərq ölkələrinin adi vətəndaşları və ya başbilənləri tez-tez haray qoparırlar ki, müsəlman (Şərq) ölkələrindən gedən qaçqınları Qərb ölkələrindən deportasiya edirlər.
    Və niyə edirlər?
    Sənin gözünə dönüm, ay Şərq, niyə özün öz vətəndaşların üçün şərait yaratmırsan ki, onlar nə səni tərk edib başqa məmləkətlərə, məsələn Qərb ölkələrinə getsin, nə də oradan deportasiya edilsin?

    27.12.2015
    Bir də görürsən ki, bir qrup və ya bir dəstə yaşlı, ortadan aşağı səviyyəli adam (məsələn, müğənni, “alim” və ya aşıq) bir yedə yığışıb bir-birini “dahi” adlandırır... Bax, təkcə sənətdə yox, elə həyatda da səfehlik məhz oradan başlayır. Yenə gəncləri başa düşmək olar- onlar hələ formalaşmayıblar. Bu yaşı keçmiş ahıllara nə deyəsən?

    30.12.2015
    Bütün dostlara (xüsusən iqtisadçılara) bir müraciətim var. Bildiyiniz kimi, rus dilində "rınoçnaya ekonomika" anlayışı (ifadəsi) var. Bu söz dilimizə "bazar iqtisadiyyatı" kimi tərcümə olunur. Doğrudur, ruslar "bazar"a bəzən "rınok" deyirlər və düz də edirlər. Məsələ belədir ki, bir naşı adamdan soruşsan ki, bu "bazar iqtisadiyyatı" ifadəsini rusca necə işlətmək olar, güman ki, belə deyər: "bazarnaya ekonomika".
    Yəqin ki, sözümün canı sizə çatdı: "rınoçnaya ekonomika" ifadəsinin hansı uğurlu qarışığını tapmaq olar?
    Bu "axtarışda" dilimizi yaxşı bilən iqtisadçıların fikri daha önəmli, daha əsaslı ola bilər.

    31.12.2015
    Bayramdır.
    Hamı (haqlı olaraq) həmrəylikdən danışır.
    Gəlin etiraf edək ki, intellektual, dərrakəli, azad ruhlu adamlar daha çox özünə qapanan, tənha, tək olurlar.
    ...amma bu dünyada yırtıcılar çox qısa bir zamanda bir-birini tapıb həmrəy olmağı bacarırlar.
    Bu cür "həmrəyliklərin" sonrası da ki, məlum...





















    Firuz Mustafa
    Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahıs

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof
    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Reapublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər. Əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir. İki övladı var.

    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    2 dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Azərbaycan Kinematoqrafçılar İttifаqının üzvü
    Fəlsəfə Cəmiyyətinin üzvü
    Qafqaz Yazıçılar Klubunun üzvü
    AYB Dramaturgiya bölümünün rəhbəri
    “Teatr” jurnalının redaktoru


    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)

    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Gündəliklər” (“Renessans-A” nəşriyyarı, 2022)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    *Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada şap olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)

    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)
    •










    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında) Şuşа Dövlət МKT
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Türkiyə Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)






















    MÜNDƏRİCAT:

    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR...
    (“Gündəliklər”dən parçalar)

    Müəllifdən (xatirələrdən səhifələr)
    s.03

    Müəllif haqqında
    Firuz Mustafanın əsərləri
    s.313


















    Fi¬ruz MUS¬TA¬FA

    GÜNDƏLİKLƏR

    (Gündə bir kərpic düşər...)
    2-ci cild

    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmeil.com

    Tel.:+994 50 413 3572

    Redaktor: Fazil N. Mustafayev

    Bədii tərtibatçı: Aqşin Mustafayev

    Yığılmağa verilib: 03.01.2026
    Çapa imzalanıb: 16.03.2026
    Bakı.2026, səh.,320


    ©Firuz Mustafa.2026

    Firuz MUSTAFA
    (Firuz Qədimalı oğlu Mustafayev)

    BAKI-2026


  • oktyabr 2026, Firuz M.

  • 3
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......