...
  • Gündəliklər. 1-ci cild
  • Firuz Mustafa


  • Firuz Mustafa



    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR...

    (“Gündəliklər”dən sətirlər)



    (1-ci CİLD)
















    Bakı-2026



    Fi¬ruz Mustafa

    Gündə bir kərpic düşər...
    (gündəliklərdən sətirlər)
    (1-ci CİLD)

    Sizə təqdim olunan
    “GÜNDƏLİKLƏR”
    (“Gündə bir kərpic düşər...”)
    adlı kitabda
    Firuz Mustafanın
    uzun illərdən bəri qələmə aldığı
    “gündəliklər”dən parçalar
    toplanmışdır.
    Müəllifin eksklüziv-çaparaq qeydlərində
    ədəbiyyat və sənətlə bağlı düşüncə və olaylara
    daha çox diqqət yetirilmişir.

    © Firuz Mustafa.2026.səh.,338
    ISBN 978-9952-37-245-8






    Bakı.2026






    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR...
    (“Gündəliklər”dən parçalar)

    Müəllifdən
    (xatirələrdən səhifələr)

    Çoxdan bəridir ki, gündəlik yazıram. Təbii ki, məqsədim heç də başa vurduğum(uz) hər bir günün geniş xülasə, xronika və mənzərəsini əks etdirmək olmayıb. Yox, mən öz yığcam qeydlərimdə, sadəcə olaraq, ətrafım(ız)da baş verən bəzi diqqətəlayiq hadisələri şərhsiz-filansız qələmə almağa çalışmışam. Və onu da vurğulamaq istərdim ki, “gündəliklər”də daha çox ədəbi, elmi təsərrüfatımızda baş verən olaylara diqqət yetirilmişdir.
    Özümü gündəlik yazmaq vərdiş və “təcrübəsinə” lap çoxdan- hələ uşaqlıqdan (orta məktəb illərindən) alışdırmışam. Sonrakı illərdə evdən-evə, kirayədən-kirayəyə köçərkən it-bata düşən, mənzilimdə baş verən yanğin zamanı külə dönən, habelə, özümün bilərəkdən cırıb zibil yeşiyinə atdığım qeydlər də olub.
    Xatırımdadır, ilk “gündəliklərimi” ibtidai sinifdən yazmağa başlamışam. Müəllimimiz bizə ev tapşırığı verərkən gündəlik havanın necə keçdiyini dəftərimizdə qeyd etməyi tapşırardı. Yağıntılardan
    hər birinin işarəsi olardı: qar, yağış, dolu. Günəşli və yaxud küləkli havaların öz “şəkilləri” olardı. Sonrakı dövrdə təkcə “hava haqqında məlumatları” qeyd etməklə kifayətlənmədim, sinfimizdə, məktəbi- mizdə, kəndimizdə baş verən maraqlı hadisələri qələmə almağa başladım.
    Elə ilk mətbu yazılarım da həmin dövrdə meydana gəlməyə başladı. Əvvəlcə, rayonumuzda çıxan “Tərəqqi” qəzetində, bir müddət sonra isə Bakıda nəşr olunan “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” “Təşviqatçı”, “Müxbir” kimi qəzet və jurnallarda, radioda səslənən “Xoruz baba” verilişində yazılarım dərc olunmağa və səslənməyə başladı. İndi həmin qəzet və jurnallar nəşr edilmir. Heç “Xoruz baba”nın da səsi eşidilmir. Başqa bir zaman gəlib və təbii ki, başqa tələbat və zövqlər formalaşıb. Yeri gəlmişkən qeyd edim ki, mən ilk qələmhaqqını, yəni qonorarı da həmin vaxtlardan almağa başlamışam. Həyatımın sonrakı mərhələlərində yazılarımın forma və məzmunu, həmçinin panoram və qayəsi müəyyən qədər genişlənsə də, daim qələmlə baş-başa olmuşam. Bütün ömrüm boyu məhz qələmlə ailə saxlamış, uşaq böyütmüşəm. Təbii ki, bədii və elmi fəaliyyətim də “qələm faktoru” ilə bağlı olub. Qazandığım dost və “düşmənlərin” də çoxu məhz qələmimdən çıxan yazılarla bağlı olub. Belə demək mümkünsə, mən həyatım boyu qələmlə gor qazmışam.
    Bakıda tikintidə və zavodda fəhlə kimi çalışarkən, ali məktəbdə oxuyarkən, Saatlı rayonundakı məktəblərdə müəllim işləyərkən, Uzaq Şərqdə (Vladivostokda) hərbi xidmətdə olarkən, uzun müddət işsiz qalarkən, aspiranturada təhsil alarkən, EA-da çalışarkən və universitetlərdə dərs deyərkən mən gündəliklərimi yazmaqda davam etmişəm...
    ...Amma elə bir vaxt da gəlib yetişdi ki, yazdıqlarımın əksəriyyətini yandırıb, cırıb məhv etməli oldum. Bunun səbəbini bir neçə yazımda qeyd etmişəm. Ən başlıca səbəbi isə, indi qisca olaraq bir daha vurğulamaq istərdim: “gündəliklərimdə”, baş verən hadisələr və haqqında söhbət açdığım insanlarla bağlı qənaətlərim zaman-zaman dəyişməyə başladı. Belə ki, aradan illər keçəndən sonra bir çox hadisələri və insanları düzgün qiymətləndirmədiyimi anladım. Sən demə, təqdir etdiyim hadisələrin və insanların heç də hamısı “təqdirəlayiq” deyilmiş. Bir çox hallarda “yaxşı” hesab etdiklərim “pis”, “pis” hesab etdiklərim isə “yaxşı” imiş. Dediyim kimi, bu həm insanlara, həm də ətrafımda cərəyan edən hadisələrə aiddir.
    Düz deyirlər ki, bəzən insan yox, zaman özü hər şeyin qiymətini verir, hər kəsi lazım bildiyi səviyyəyə qaldırır və ya endirir. Hər şeyin və hamının məhək daşı, meyarı və ölçüsü zamandır... Və məhz buna görə də mən öz “qiymətləndirmələrimdə” yol verdiyim səhvləri yazdıqlarımın əksəriyyətini yandırmaqla aradan götürməli oldum...
    Mənim bu “sahədəki” fəaliyyərim (təzədən gündəlik qeydlər aparmaq vərdişim) ötən əsrin 90-cı illərindən etibarən yenidən “intensivləşib”. Bu da təsadüfi deyil; qanlı 20 Yanvar hadisələrindən sonra, bir çox soydaşlarımız kimi, sanki mən də təzədən “doğuldum”. Əslində, həqiqətən, həmin gündən etibarən ölkəmizin həyatında yeni bir era başladı. Əgər ötüb keçməkdə olan tarixə nəzər salsaq görərik ki, 20 Yanvar faciəsi, sonrakı mərhələdə dünyada baş verən bir sıra geniş miqyaslı sosial-siyasi proseslərin yeni məcraya üz tutmasında da kəskin dönüş nöqtəsi oldu.
    Bakıda əliyalın adamlara atılan güllələr Sovet totalitarizminə tuşlanan son gülləyə, son nöqtəyə çevrildi.
    Düşünürəm ki, Avroasiya məkanında 20-ci yüzilliyin layihəsi 20-ci əsrin əvvəllərində Bakıda hazırlanmışdı. Regionda 21-cı əsrdə baş verəcək müsbət və mənfi dəyişikliklərin konturları da, 20 Yanvar da nə yazıqlar ki, məhz Bakıda cızılmalı oldu…
    Təsadüfi deyildir ki, elə mənim oxuculara təqdim edilən “Gündəliklər”imdə də məhz 1990-cı ildən sonra qələmə alınmış qeydlər əsas yer tutur. 90-lara qədər baş verən və yazılanların çoxu “sandıq” üçündür.
    ...Əlbəttə, mən bir vaxtlar qələmə alınmış bu qeydlərin haçansa nəşr olunacağı barədə heç düşünməmişəm də. Amma ömrün elə bir zamanı gəlir ki, artıq vaxtın özü belə, adamın arzularının əksinə işləyir. Mən bu zamanın adını dəqiq bilməsəm də mahiyyətini anlayıram: bu, hər bir kəsin ömür sarayından tökülən kərpiclərin sayılmağa başladığı zamandır…
    Beləliklə, mən öz xatirə-gündəliklərimdən bəzi fraqmentləri hörmətli oxucularıma təqdim edirəm.
    P.S. Mən gündəlik qeydlərimin bir çoxunu “kəlamlarımla” bitirirəm; doğrusu, bunun səbəbini izah etmək indi mənim özümçün də çətindir.

    Ricət
    Ömrümün böyük bir hissəsi Elmlər Akademiyası ilə bağlı olub. Hə, indi yadıma düşdü, o vaxtlar cəmi-cümlətanı bir Akademiya vardı, Elmlər Akademiyası. İndi akademiyaların sayı çoxdur. Bizim işlədiyimiz Akademiyanınsa adı dəyişdirilib, olub Milli Elmlər Akademiyası.
    EA-nın aspiranturasına daxil olana qədər eniş-yoxuşlu bir həyat məktəbi keçmişdim. Tikintidə və zavodda fəhlə işləmişdim. Tələbə olmuşdum. Kənd məktəbində dərs demişdim. Hərbidə qulluq etmişdim. Kinofikasiya (Kinolaşdırma) idarəsində inzibatçı, “Azərbaycan gəncləri” qəzetində və Az.Tv-də ştatdankənar müxbir kimi fəaliyyət göstərmişdim. Hələ uzun sürən işsizlik “stajımı” demirəm...
    Buradaca belə bir sual meydana çıxa bilər: orta məktəbi əla qiymətlərlə bitirdiyim halda (hətta, rayon maarif –indiki təhsil şöbəsində “medala” layiq görülmək məsələm də müzakirə olunmuşdu), mən nə üçün ilk iki ildə sənədlərimi təqdim etdiyim Universitetə daxil ola bilməmişdim?.. Məsələ burasındadır ki, əvvəla, həmin dövrdə yeni ortaya çıxan qərara əsasən ilk növbədə yalnız stajlılar qəbul olunurdu. İkinci, mən hər il bütün ilk imtahanlardan “əla” almağıma baxmayaraq son imtahanda “kafi” ilə “mükafatlandırılırdım”. Üçüncüsü, atamın yaxın qohumlarının bir çoxu ali məktəbdə çalışa da yazıq kişinin qarşısında “şərt” qoymuşdum: məni heç kəsə tapşırmamalısan. Əgər belə bir məlumat eşitsəm imtahana girməyəcəm, birbaşa hərbi xidmətə yola düşəcəyəm. Atam xasiyyətimdəki tərsliyi bildiyi üçün razılaşmalı olmuşdu. Yalnız “üçüncü həmlədə” ali məktəbə daxil olmaq şansım yarandı. Özü də ən maraqlısı bu idi, fakültədə tələbə adı qazanan yüzlərlə tələbənin siyahısında adım 1-ci yerdə idi. Birinci (61-ci qrupda) yenə “stajlılar” idi. İkinci qrupdan (62-ci qrupdan başlayaraq) “üzüaşağı” gedən sırada isə birinci yerdə mənim adım idi.
    Amma bunu da deyim ki, bütün təhsil müddətində əla oxusam da, hətta ictimai işlərdə fəal çalışsam da (zarafat deyil, fakültə tələbə həmkarlar təşkilatının sədri idim) ali məktəbi bir çox tələbə dostlarım kimi “qırmızı diplomla” bitirə bilmədim. Bəli, bütün qiymətlərim əla idi. Amma nəsə “tibbi məşğələ” (və ya buna bənzər) bir məşğələ kursundan kafi almışdım. İndi mənə gərs deyən bir çox adamların adını unutsam da həmin müəllimin, daha doğrusu müəllimənin adı indiyəcən yadımdadır. Bu, çox mədəni, gülərüz və həm də zahirən çox gözəl bir xanım idi. Tamilla adlı bu xanım imtahan götürən gün mən çox gec gəlmişdim. O ili möhkəm qar yağdığına görə bəzən uzaq yolu piyada qət etməli olurduq. Mən o vaxt “Enzees” deyilən yerdən qarı yara-yara gəlmişdim. Tam islanmışdım. Paltomun suyu ayağımdan axırdı. Deyəsən gecikməyim və təhər-tövrüm müəllimənin xoşuna gəlmədi. Bileti çəkib suallara cavab vermək istəsəm də, o, hirsli-hikkəli bir tərzdə “hazır deyilsən” deyərək sözümü kəsirdi. Beləliklə, zaçot kitabçama yeganə bir “kafi” düşdü və bu səbəbdən “qırmızı diplom” ala bilmədim və düzü, bu, mənə və yaxud mənim sonrakı fəaliyyətimə elə də mənfi təsir göstərmədi. Hər şey qurban olsun o müəllimənin xoş təbəssümünə.
    Bizə (yəni mənim oxuduğum birləşmədəki tələbələrə) Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, İsmayıl Şıxlı, Yusif Yusifov, Mirzə Cavad Bağırov, Abbasqulu Məhərrəmov, Həmid Əfəndiyev, Əhəd Hüseynov, Əbdül Əlizadə, Mərdan Muradxanov kimi tanınmış alim və pedaqoqlar dərs deyirdi. Son kursda oxuyarkən atam rəhmətə getdi... Bu barədə ayrıca yazım var...
    Sonra bir müddət Saatlı rayonundakı müxtəlif məktəblərdə dərs dedim. Əslində kənd məktəbində işlədiyimə görə əsgərliyə gedə bilməzdim. İş yerimi Saatlı şəhər (və yaxud qəsəbə) məktəbinə dəyişib əsgərliyə getdim. İlyarımlıq hərbi xidməti başa vurub Bakıya gəldim. Uzun müddət iş tapa bilmədim. Qəzet, jurnal, radio və tv-lərdən aldığım qonorarla dolanmalı oldum.
    Nənayət, sənədlərimi aspirantuya verməyi qərara aldım... Burada da, yəni sənədvermə prosesində, xeyli problemlərlə üzləşəsi oldum...
    EA-nın Fəlsəfə və Hüquq institunun o zamankı direktoru, akademik Firudin Köçərli əslən bizim kənddən idi və mənimlə qohum idi. Olduqca sadə, səmimi bir adam idi. Mən sənədlərimi aspiranturaya verəndə soruşdu ki, niyə məhz bizim institutu seçmisən, axı sən filoloji təhsili almısan? Dedim ki, Ədəbiyyat İnstitutunda folklora yer ayrılıb, mənimsə bu sahəyə elə bir xüsusi marağım yoxdur. O, dedi ki, hər kəs öz seçimində sərbəstdir, amma onu da nəzərə al ki, siz (yəni aspiranturada təsil almaq istəyənlər) imtahan verən dövrdə mən Bakıda olmayacam. Həqiqətən, aspiranturaya imtahan başlayanda Firudin müəllim ezamiyyətdə, ya da ki, məzuniyyətdə idi. Ürəyimdə sevindim. Çünki mənim “tərslik damarım” kimdənsə kömək ummağı qəbul etmirdi. Sonralar bildim ki, onu həmin dövrdə müavini əvəz edirmiş, Tofiq Qafarov çox alicənab, ağayana, xoşsima, aristokratik davranışlı, səliqə-səhmanlı bir adamdı. Güclü yumor hissi vardı. Adamlara xüsusi diqqətlə yanaşardı. Yüksək mədəniyyətinə və centelmenliyinə görə xanımların çoxu ona xüsusi ehtiram göstərədi. Hüquq elmlər doktoru Tofiq Qafarov bir zamanlar mühüm dövlət postlarında çalışmış -ömrünün son illərində Ali Sovetin sədri olmuş Elmira Qafarovanın qardaşı idi.
    Qaldı bircə imtahan vermək. Yadımdadır konkurentim (rəqibim) Zəfər Quliyev adlı ucaboy, arıq, gur saçlı bir oğlandı. Onun qardaşı Həsən Quliyev də “bizim” İnstitutda işləyirmiş. Hər iki qardaş yüksək səviyyəli, istedadlı adamlar idi. Zəfərlə mən imtahanlardan eyni balı yığdıq. Hər ikimizi qəbul etdilər. Mən əvvəlcə qiyabi şöbəyə qəbul olundum, bir il sonra əyaniyə dəyişildim. Sonralar mən Həsənlə və Zəfərlə yaxın dost oldum.
    ...İndi deyə bilərəm ki, EA-nın Fəlsəfə və Hüquq İnstitunda elmi işçi vəzifəsində çalışırdığım dövr həyatımın ən maraqlı, ən coşqun illəri olub. Tədqiqat İnstitunda çalışmaqla yanaşı, bir çox ali məktəblərdə də (Politexnik, İnşaat, Pedaqoji, Neft və Kimya institutlarında (İndi onlar universitet və ya akademiya adlanır-F.M.)) dərs deyir, Az.Tv-də veriiiş aparır, “Azərbaycan gəncləri” qəsetinə, indiki anlamda desək “köşə yazıları” yazırdım. Bir sözlə, işlərim pis getmirdi.
    Günlərin bir günü vaxtilə elmi rəhbərim olmuş, akademiyanın nəzdindəki Fəlsəfə kafedrasının müdiri professor Məqsəd Səttarov məni kiçik kabinetinə dəvət etdi. Ordan-burdan danışandan sonra, özünəməxsus bir tərzdə, asta-asta, sanki nəyisə götür-qoy edə-edə dedi:
    -Bura bax, a kişi oğlu, özün bilirsən ki, bizim institutda və kafedrada öz dilimizdə dərs deyə biləcək adam tapmaq çətindir. Dili bilənlərin çoxu elmi bilmir, fəlsəfəni bilənsə dili bilmir. Bilirsən nə var? A kişi oğlu, indi özünə “filosofam” deyən o qədər adam var ki... Amma adi bir şeyi soruşursan, qalırlar gözlərini döyə-döyə, cavab verə bilmirlər. Bilirsən, niyə? Çünki çoxu fəlsəfənin hansısa kiçik bir sahəsində ilişib qalıb. Bunlar kiçik çaylarda üzməyə öyrəniblər. Amma fəlsəfə bir ümmandır. Bu ümmana baş vurmaq, oradan baş açmaq üçün gərək fəlsəfəni bütöv şəkildə öyrənəsən. Baxırsan, a kişi oğlu, biri deyir ki, mən “diamatı” bilirəm, “istmatı” yox. O birisi də deyir ki, mən fəlsəfə tarixini bilirəm, nə idrak nəzəriyyəsindən xəbərim var, nə də sosial fəlsəfədən. Dediyim odur ki, bu özlərinə “filosofam” deyənlərin bir çoxu fəlsəfəni düz-əməlli bilmir. Sənə çoxdan bir təklif eləmək istəyirəm. İndi qərarım daha da möhkəmlənib. Görürəm, dilimizi yaxşı bilirsən. Mütaliən də çoxdur. Eşidirəm ki, orda-burda dərs deyirsən, kitabxanalarda olursan, çox işləyirsən. Bədii kitabların da çıxıb. Sözümün canı budur ki, gəl sən keç bizim kafedraya, aspirantlara dərs de. Burada maaş oradan bir xeyli yüksəkdir. Bundan başqa tezliklə dosent, bir müddət sonra isə professor ola bilərsən. Özün bilirsən, biz burada Akademiyanın və respublikanın bütün ali məktəblərində təhsil alan aspirantlarına dərs deyirik. Hər yoldan keçəni fəlsəfə müəllimi götürə bilmərik ki... Gərək filosofun qafası dolu olsun.
    Mən razılıq verdim.
    Bir müddər seminar dərsləri apardım. Az sonra mühazirələr başladı. Kafedra əməkdaşları dərslərimdə oturub dinləyir, sonra müzakirələr aparılırdı.
    Az qala ən müxtəlif ixtisaslar üzrə təhsil alan aspirantlara dərs deyirdik. Belə ki, mühazirələrdə fizika, kimya, riyaziyyat, ədəbiyyat, memarlıq, rəssamlıq, tarix, coğrafiya, şərqşünaslıq, dilçilik... bir sözlə, bütün elm sahələri üzrə aspirantura və dissertantura təhsili alan adamlar iştirak edirdi. Onların bir çoxunun yaşı mənimkindən xeyli artıq idi. Biz gələcək alimlərdən qəbul imtahanı və “minimum” imtahanlar götürürdük.
    Hər bir aspirant və dissertant öz ixtisasına uyğun tədqiqat işi, yəni referat yazmalı idi. Tutaq ki, hənin tədqiqat işlərində astronomiyanın və ya kimyanın fəlsəfi problemləri araşdırılmalı idi. Mən istər-istəməz, necə deyərlər, az qala bütün elm sahələri ilə məşğul olmalı idim. Bu, mənim vaxtımı çox aparsa da, özlüyündə maraqlı idi. Öyrəndiklərim çox yerdə dadıma çatır, karıma gəlirdi.
    Dərs deməklə yanaşı mətbuatda çıxış edir, Tv-də verilişlər aparırdım. Xüsusilə, ssenari müəllifi və aparıcısı olduğum “İlğım” və “İdrak” verilişləri populyarlıq qazanmışdı.Yadımdadır, həmin verilişlər efirə gedən kimi tamaşaçılardan saysız-hesabsız məktublar gəlirdi. Verilişlərdə bir çox hallarda fizika, kimya, biologiya, təbabət problemlərindən söhbət açılırdı. Dediyim odur ki, dərs deyərək və oxuyaraq öyrəndiklərim bu verilişlərdə də karıma gəlirdi.
    Televiziya demişkən, o zaman cəmi bir televiziya (Radio və televiziya verilişləri komitəsi) vardı. Doğrudur, verilişlərin çoxu o vaxt mövcud olan ideologiyaya xidmət edirdi. Amma milli dəyərləri təbliğ edən proqramlar da az deyildi. Mən sadəcə aparıcı olsam da TV-nin bir çox rəhbərlərini müıahidə etmək imkanım olub. Hətta onların arasında yaxın ünsiyyətdə olduğum sədrlərə də təsadüf edilib.
    Mən ilk dəfə televizyaya qədəm basarkən oranın sədri İmran Mirzəyev idi. Amma düzü, haqqında eşitsəm də o adamın həyatda heç üzünü belə görməmişəm. İlk tanıdığım TV rəhbəri (1970-1982-ci illərdə) Qurban Yusifzadə olub. Qızı Rəhilə xanımla uzun müddət bir kollektivdə- EA-nın Fİ-da çalışmışam. Təbii ki, Qurban müəllimlə elə bir ünsiyyətimiz olmayıb. Amma o çox mədəni bir adam idi. Hər kəslə görüşməyi sanki özünə borc bilirdi. Filosof idi. Marksizm-leninizmə o qədər bağlı idi ki, bütün sitatları yalnız həmin klassiklərdən gətirərdi. İmkanı olsaydı, Tv-nin girişində Marksın heykəlini qoydurardı. Bəzi qəribəliklərinə baxmayaraq çox təmiz, qərəzsiz, vicdanlı, gözütox bir insandı.
    Qurban müəllim rəhmətə gedəndən sonra sədr postu Tv-nin əməkdaşı Elşad Quliyevə həvalə olundu. O, öz işinə bələd adam idi. Amma komformizmə çox meyl göstərir, yaxın adamlarının “dolanması” üçün şərait yaradırdı. O, mənimlə tanış idi.
    Mütəllibov hakimiyyəti dövründə Tv-yə Qeysər Xəlilov gətirildi. O, vaxtilə qısa bir zaman kəsiyində radioda çalışmış, sonralar isə uzun illər “Bilik” cəmiyyətinin sədri olmuşdu. Tv-nin tələb və tələbatlarına yaxından bələd deyildi. O, bu postda çox az, təxminən bir il (1990-91-ci illərdə) işlədi.
    Bundan sonra sədr təyin edilən şair, publisist, dramaturq Məmməd Murad bu sahədə peşəkar olmasa da, bir xeyli islahatlar apardı, yeni proqram və verilişlər yaratdı, “komitəyə” yeni adamlar cəlb etdi. Amma onun ətrafında toplaşan “yeni” adamların bir coxu cəmiyyətin, daha doğrusu, kollektivin ciddi qəbul etmədiyi kəslər idi. Məmməd Murad cəmi bir il bu vəzifəni icra etdi. Mən onunla tanış idim.
    Elçibəy hakimiyyəti dövründə Məmməd Muradın adaşı, tanınmış şair və ictimai-siyasi xadim Məmməd İsmayıl da sədr postunda bir il ərzində çalışdı. Tv-nin tərkibində xeyli dəyişikliklər oldu, əsasən milli, “cəhbəçi” jurnalistlər mühüm postlara təyin edildi. Amma həmin vaxtlar dövrün öz təbiətindən irəli gələn bir xaos və qarmaqarışıqlıq var idi. Məmməd İsmayılla ilk gənclik dövründən tanış idik.
    Cəbhə hakimiyyəti süquta uğrayandan sonra Tv-yə (əslində Aztele-radioya) Babək Hüseynoğlu gətirildi. Çoxdan tanıdığım adam idi. Uzun illər Tv-də hərbi-vətənpərvərlik redaksiyasında, sonralar “Aydınlıq” qəzetində Baş redaktor kimi çalışmışdı. Babək sadə bir adam idi. Vaxtilə cəbhəçi olmuş, sonra digər partiyaya keçmişdi. İşdən çıxandan sonra özü də bir partiya təsis etmək istəyirdi.
    Babəkdən sonra sədrlik vəzifəsinə Nizami Xudiyev təyin edildi. O, bu vəzifədə on il çalışdı. Televiziyaya bələd deyildi. Əsas müsbət cəhəti bu idi ki, Tv-də milli dilin təmizliyi ilə bağlı verilişlərə üstünlük verirdi. Əvvəllər rektor işləmişdi. Yaxın tanışım idi.
    Nizami Xudiyevdən sonra AzTv-yə Arif Alışanov, ondan sonra isə Rövşən Məmmədov başçılıq edib.
    Arif əsas ixtisası etibarı ilə iqtisadçı idi. Televiziyaya da peşəkar iqtisadçı və biznesmen nəzəri ilə baxırdı. Rövşən isə jurnalistdir, əsasən idman və siyasi verilişlər aparıb. “Liret TV”də çalışıb. Hər ikisi ilə tanışlığım olub. Rövşən vaxtilə müənimlə eyni kafedrada (mən kafedra müdiri olarkən) müəllim işləyib...
    ...Həyat davam etməkdədir...

    Zəruri qeyd
    Bilənlər bilir, mən adətən, irihəcmli əsərlərimin (konkret olaraq, pyes və romanlarımın) altında yazılış tarixini qeyd etmirəm. Nə üçün?
    Dəfələrlə müşahidə etmişəm, bir də görürsən ki, hansısa yazıçının, özü də tanınmış qələm əhlinin əsəri tənqid olunur. Belədə həmin əhli-qələm tez sinəsini irəli verib and-aman edir, az qala vay-şüvən qoparıb deyir:
    -Mən həmin əsəri gəncliyimdə yazmışam. Cavan olmuşam. Təcrübəsiz vaxtım olub... Gənclikdə nöqsan tapmağa nə var ki?
    Və sair. Qısası, bu cür adamlar demək istəyirlər ki, zəif yazıları cavanlara və cavanlığa görə bağışlamaq lazımdır.
    Zənnimcə, artıq bildiniz ki, mən yazılarımın sonunda niyə konkret tarix qoymuram? Ki yəni, mən yazıldığı dövrdən, yaşımdan və təcrübəmdən (və ya təcrübəsizliyimdən) asılı olmayaraq hər bir yazım üçün hər zaman məsuliyyət daşıyıram.
    Yaşın yaradıcılığa və ...sevgiyə nə dəxli? Axı yaradıcılıq özü də sevgidir.
    p.s.
    Amma gündəlik və sənədli yazılarımaq istət-istəməz hər bir kəsdən konkret tarixi yazmağı tələb edir. Oxucularıma bu cilddə təqdim olunan yazıların mütləq əksəriyyəti “tarixlidir”.

    İlkin planım haqqına...
    İlkin “planımda” “Gündəliklər” bir neçə cilddən ibarət olmalı idi. Amma sonra fikrimdən daşındım. Səbəblər çoxdur. Qocalıq, yorğunluq, köməksizlik, pessimist əhval-ruhiyyə... Yazıların, daha doğrusu əlyazmaların, müxtəlif dəftərçələrdəki didilmiş qeydlərin hamısının ard-arda düzülməsi, nizama salınması adamdan çoxlu vaxt və enerji tələb edir. Bundan başqa, mən onillər öncə yazdığım qeydlərin çoxunu oxuya bilmirəm. Nəm çəkmiş dəftərlərdə xəttlər yayğın və solğun bir hala düşüb.
    Bir az da özünütərif...
    İndiyəcən dram əsərlərimə 40-dan çox quruluş verilib. 40-cildliyim nəşr edilib. Əlavə olaraq təxminən 10 cild yazım da ayrı-ayrılıqda, cüzi tirajla basılıb. Elə kitabım var ki, cəmi 1-2 nüsxədən ibarətdir. Elə kitabım da var ki, kağız (kitab) variantı yoxdur, ya əlyazmada, ya da elektron variantda mövcuddur. Bəlkə də ən maraqlısı budur ki, indiyəçən nəşrə vermədiyim yazıların arasında mənim “poetik yaradıcılığım” xüsusi yer tutur. Amma indiyəcən həmin yazıların çox az bir qismini nəşr etdirmişəm. Çünki şair olmaq iddiasından uzağam.
    Yazılarımın əksəriyyətini vaxtilə Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təhvil vermişəm. Orada şəxsi fond ayırıblar. Hazırlaşıram, bu yaxınlarda əlimə düşən digər əlyazmaları da (“poetik dətərlər”imin bir qismi də daxil olmaqla) aparıb həmin fonda təqdim edəcəyəm.
    Bulqakovdan gələn məşhur qanadlı ifadə var: “Əlyazmalar yanmır”. Əlbəttə, mən yazıçının metaforasının mahiyyətini, alt qatındakı fikri, məcazi mənanı yaxşı anlayıram. Amma müstəqim mənada çox yaxşı bilirəm ki, əlyazmalar yanır. Niyə də yanmasın ki?
    Tələsirəm. Vaxt məni qovur. Ən azı onu bilirəm ki, ömrün çoxu gedib, az bir qismi qalıb.
    Bəlkə də kimlərsə nə vaxtsa bu əlyazmalarla maraqlana, ədəbiyyata, sənətə, elmə aid nələrisə axtara.
    Bəlkə də əksinə... ümümi həcmi təxminən 50-60 cild olan kitab və əlyazmalar yüz illərin ölüsü kimi qəbir-yeşiklərdə “yatıb” qalası oldu.
    Mən çox janrlara üz tutmuşam. Amma bu əsərlər arasında pyeslərimə daha çox önəm verirəm. Və tam əminliklə deyirəm ki, həmin dram əsərləri dünyanın istənilən səhnəsində oynanıla bilər. Mən ona da əminəm ki, rejissorlar zaman-zaman həmin səhnə əsərlərinə müraciət edəcəklər.

    Mən və biz...
    Madam ki, söhbət doğma və yad adamlardan düşdü, bu əsnada öz şəcərəmə ötəri də olsa səyahət etməyi qarara aldım. Ulu babamın adı İsa olub. Elə doğulduğum kəndin adı da onun adı ilə bağlıdır: İsalı.
    Doğulduğum kəndin 200 il yaşı var. Ulu babamız Qazax bölgəsindən köç edib Şınıx mahalına gəlib. O vaxtlar quberniya mərkəzi Gəncə, qəza mərkəzi isə Qazax olub. Əslində, babamgil bir bölgənin daxilində bir kənddən digərinə köçüb. Gədəbəy rayonu sonralar, sovet dönəmində yaranıb. Kəndimiz İsalı adlanır. İsa kişi indiki Ağstafa ərazisində yerləşən Pirli kəndində, 18-ci əsrin əvvəlində, təxminən 1700-cü ildə anadan olub. Onun iki övladı olub: Zaman və Duman. Duman 1760-1840-cı illər arasında yaşayıb. Duman öz övladlarının böyüyünə elə öz atasının, yəni İsanın adını qoyub. Necə deyərlər, bu ikinci İsa babamızın on övladı olub, doqquz oğlan və bir qız. Oğlanları bunlardır: Məşədi Tağı, Kərbəlayı Mustafa, Molla Nağı, Allahverdi, Cəfər, İsmayıl, Kərbəlayı Köçəri, Musa, Hüseyn .
    İsa kişinin tək qızının adı isə Gülpəri olub. Yəqin ki, soyadıma görə diqqətinizdən qaçmadı, bəli, həmin doqquz oğuldan biri, yəni Kərbəlayi Mustafa mənim ulu babamdır. Mustafanın oğlu Məşədi Mehralı olub. Məşədi Mehralının oğlu Qədimalı, Qədimalının oğlu isə mənəm. Biz dörd qardaş, bir bacıyıq. Artıq dediyim kimi, kəndimizin adı ulu babamızın adını daşıyır - İsalı. Babam Məşədi Mehralı maarifpərvər adam olub. O, əvvəlcə kəndin kənxudası, sonra isə sovet sədri olub. 1934-cü ildə “xalq düşməni” kimi güllələnib, iyirmi il sonra, 1954-cı ildə bəraət alıb. Mən həmin dövrdə baş verən qanlı proseslər barədə “Qapı” romanımda ətraflı yazmışam. Düzdür, həmin roman sırf bədii düşüncə məhsuludur, amma orada babamla bağlı sənədli səhifələr də var.
    Atam Qədimalı Mustafayev ikinci cahan savaşından əvvəl Gəncə Pedaqoji Texnikumunu bitirib. Bir müddət müəllim işləyib. İlk gündən müharibəyə aparılıb. 1946-cı ildə evə dönüb. Qiyabi yolla əvvəlcə rus dili institunu, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Ömrünün sonunacan öz kəndimizdəki məktəbdə rus və Azərbaycan dillərindən dərs deyib. Atamın güclü dil öyrənmək qabiliyyəti vardı. O, cəmi 55 il ömür sürüb. Atam rəhmətə gedəndə bizim evdən üç nəfər ali məktəbdə təhsil alırdı. Bundan sonra biz böyük çətinliklərə dözməli olduq. Anam Firəngiz xanım da uzun illər məktəbdə çalışıb.
    Ata və ana tərəfdən olan nəslimizdə ölkədə tanınmış şəxslər çoxdur. Onlar əsasən elm və yaradıcılıq sahəsinin adamlarıdır. Bizim balaca kəndimizdə onlarla elmlər doktoru, iki nəfərsə (akademik Firudin və Tofiq Köçərlilər) vardır. Tanınmış tarixçi alim Xəlil, bioloq alim Ənvər, geoloq alim Şahvələd, riyaziyyatçı Şahniyar, fizik Fəxrəddin, coğrafiyaçı Səməndər, iqtisadçı Məhəmməd, jurnalist Nərgiz Köçərlilər, habelə veternar alim Arif Əsgərov, riyaziyyatçı Zahir Əsgərov və Məfkurə Əsgərova atamın bacısı uşaqlarıdır. Şərqşünas, uzun illər Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmiş görkəmli alim Əli Abbasov əmizadədir... Bunların hamısı mənim ata kəndimin insanları, yaxın qohumlardır.
    Atamın atası Məşdi Mehrəli kişi, dediyim kimi, repressiya qurbanı olmuş, qardaşları isə ikinci cahan müharibəsində iştirak etmişdi. Onun bacıları, yəni mənim bibilərim Telli, Gülən və Zərinə yaxşı ailələrin yaxşı gəlinləri olmuş, savadlı-təhsilli övladlar böyütmüşlər. Bəzi istisnalarla bütün bibim uşaqları, onların sayı isə 20-dən çoxdur, ali təhsil almışlar.
    Anam da əslən Şınıxlıdır, qonşu Düzrəsullu kəndində Hacı Məmməd kişinin ocağında dünyaya gəlib. Atasını uca boyuna görə Uzun Rəhim- deyə çağırıblar. Rəhmərliyin boyu iki metrdən bir qəfər çox olub. Rəhim babamım dörd övladı- iki qızı, iki oğlu olub. Qızları Sitarə və Firəngiz, oğlanları Fərruz və Nahid. Elə uşaqlarına verdiyi dlardan görünür ki, Rəhim kişi müasir adam olub, daim yeniliyə can atıb. Qohumların dediyinə görə babam gündəlik qəzetləri və rarionu daim izləyib. Anamin və xalamın çox güclü yaddaşı vardı. Dayılarım da öz sahələri üzrə tanınmış adamlar idi: Fərrux Hacıyev istedadlı kimyaçı, Nahid Hacızadə tanınmış yazıçı idi. Anamın bir çox qohumları, özü demiş “əmiuşaqları” –Tofiq Rəsulov, habelə Rafiq və Xəzayıl Rəsulovlar, İzzət Rüstəmov, Xəlil İsmayılov... öz sahələri üzrə tanınmış elm adamlarıdır.
    Artıq qeyd etdiyim kimi, biz ailədə dörd qardaşıq, bir bacımız var.
    Məndən sonrakı qardaşım Fuad indiki Texniki Universitetin nəqliyyat fakültəsini bitirib. Daim öz sənəti ilə məşğul olub. Sovetlər dağılan zaman biznesə meyl etsə də, bu sahədə işi düz gətirməyib. Elə-obaya, doğma kəndə çox bağlıdır. Həyat yoldaşı Zemfira xanın həkimdir. İki övladı var: oğlu Orxan iki universitet (iqtisadiyyat və hüquq üzrə) bitirib, qızı Fidan həkimdir.
    Üçüncü qardaşım Fasad ixtisasca həkimdir. Çox adama şəfa, həyat verib və həm də necə deyərlər, sadə insanların çörək qazanması üçün əlindən gələn köməkliyi edib. Gəncliyində gur, coşqun bir həyat keçirib. Olduqca əliaçıqdır. Vaxtilə, 1-ci Qarabağ savaşı zamanı ermənilər tərəfindən əsir götürülmüş, yalnız yerli əhalinin və cəsur əsgərlərimizin səyi və təzyiqi nəticəsində xilas edilmişdir. Fasad həkim indi sakit bir həyat tərzi keçirməkdədir. Oğlu Bayram mühüm dövlət postunda çalışır, qızı Günay və kürəkəni həkimdir. Həyat yoldaşı Samayə Köçərli riyaziyyat müəllimidir.
    Dördüncü qardaşım Ayaz kənd təsərrüfatı kollecini bitirib. Qılıqlı adamdır, bir qədər əsəbi və emosionaldır, müharibə veteranıdır. Həmişə haqqın tərəfindədir. Aza az, çoxa çox deyib dolanır. Üç oğul atasıdır.
    Bacım Səyyarə orta məktəbdə biologiya müəllimidir. Həyat yoldaşı Rahib Köçərli ilə sakit bir həyat keçirir. İki oğul övladları var, hər ikisi- Togrul və Tale iqtisadiyyatçıdır, seçdikləri sahədə çalışırlar.
    Özüm haqqında heç nə demək istəmirəm. Onsuz da deyilənlər deyilib. Ailəm haqda qisa bir arayış verə bilərəm: həyat yoldaşım Həcər xanım tarixçidir, ömrü boyu orta məktəbdə çalışıb. Çox zəhmətkeşdir. Bir neçə dəfə dərs dediyi rayonun təhsil idarəsi tərəfindən mükafatlandırılıb, “İlin müəllimi” elan olunub. Qızım Güntəkin pedaqoq-psixoloq, oğlum Aqşin isə proqramçıdır. O, rus, ingilis, alman, türk dillərini yaxşı, ukrayna dilini də babat bilir. Türkiyədə, Ukraynada və Almaniyada təhsil alıb. Kürəkənim Bəhram hüquqşünasdır. İki qız nəvəm var: Aydan və Fidan. Aydan fenomendir, əsil vunderkinddir. Dəqiq elmləri, xüsusn riyaziyyat və kimyanı gözəl bilir, beş dildə sərbəst danışır.
    Uzun illər tələbələrə, aspirantlara dərs desəm də, heç kəsdən bizlərdə indi “şirinlik”, “hörmət” adlanan rüşvətə gözucu baxmamışam. Rüşvət alan müəllimləri “oğrusunuzz, öz övladlarınızın-tələbələrin cibinə girirsiz” –deyə təhqir və ittiham etmişəm.
    Nə sovet dönəmində, nə də ondan sonrakı müstəqilik dönəmində dövlətdən heç nə, o cümlədən mənzil almamışam. Çünki nə o vaxt pulum olub, nə də sonralar. Halbuki gözümün önündə ağlaya-ağlaya, sısqaya-sısqaya 2-3 fəfə dövlətdən mənzil “qapan” dələduzlar “iri addımlarla” irəliləmək- dədirlər... (p.s.İndi bu qeydləri oxuyarkən, xüsusi olaraq vurğulamalıyam ki, Bakıya gəldiyim vaxtdan 55 il sonra ilk dəfə ikiotaqlı mənzil aldım. Bu işdə səbəbkar olan adamlar, daha doğrusu iki qüdrətli söz adamı haqqında “Gündəliklər”imdə qeydlər var, yazılanları oxuyub “həmin yerə” çatanda mənə dəstək olan adamların da adını biləcəksiniz). Sözün qısası, uzun illər xüsusi yazı masam olmayıb.
    ...Gəzib-dolaşmağı çox sevirəm. Amma təəssüflər ki, imkansızlıq ucbatından keçmiş SSRİ məkanından (bir-iki Şərq ölkəsi istisna olunmaqla) kənara çıxa bilməmişəm. Bu yaşımda belə, dünyanı gəzmək, insanlarla ünsiyyətdə olmaq, hətta imkan olarsa başqa planetlərə uçmaq keçir. Bu mənada mən özümü həm də yolları ayağına dolamaq istəyən bir zəvvara bənzədirəm. Amma indiki halda daha çox öz daxili dünyama baş vurur, öz xatirələrim boyu səyahət edirəm.
    Beləliklə, bu-mənəm. Öz iç dünyasının yorulmaz zəvvarı-
    Firuz Mustafa





























    Gündə bir kərpic düşər...



    1990

    13.01.1990
    Şəhərdə qarışıqlıqdır...
    Univеrsitеt («Aкadеmiya» mеtrоsu) tərəfdə əməlli-başlı çaхnaşma var. Dеyilənə görə, Еrmənistandan gələn qaçqınlarla yеrli еrmənilər (və ruslar) arasında qarşıdurma yaranıb. Dеyəsən, bu «qarşıdurma» uzaqdan- «yuхarılardan» (Mоsкvadan) təşкil оlunub. Əslində bu tendensiya lap aydın hiss olunmaqdadır. Belə кi, mərкəzi mətbuat daim qızışdırıcı mövqеdən çıхış еdir. Məncə, bu işlərdə DTК-nın da əli var. (...) Ermənilərin sıх yaşadıqları «Zavağzalnı» tərəfdə «yürüş-marş» еdən camaatın arasında bir dəstə ağ plaşlı adam diqqətimi çəкdi. Hətta, оnlardan birinin xarakterik sifəti yadımda qaldı: кürən, ucaboy, bığlı, göygöz, ağsifət cavan bir кişi. 40-45 yaşı оlardı. O, əslində “heç bir şey” etmirdi; kişinin yalnız bir cəhəti- burada ğözə çarpan digər “ağplaşlılarla” jest və mimika ilə “danışması”- mənim diqqətimi çədi. Ağiıma bir fikir də gəldii: bəlkə bunlar lallar cəmiyyətindən olan vətənpərvərlərdir..
    ...Möhtəşəm mitinq... Deyilənə görə, meydanda bir milyon nəfəpə yaxın adam var. N.Pənahovun apardığı mitinqdə silah- lanmaya çağırış... Etibarla Xəlil Rza da onu (Neməti) müdafiə etdi... Əbülfəz izdihamı sakitliyə səslədi...
    Xalq Cəbhəsi idarə hеyətinin qəraraı ilə Milli Müdafiə Şurası yaradılıb. (Bu, mitinqdə bəyan еdildi). Görəк bu «Şura» nə еdəcəк? (Tahir Məsimov həmişəki adəti üzrə bütün çıxışları öz mübarək diktafonuna yazır və mən də adətim üzrə eyni replikanı təkrar edirəm: ”Məsimov, yəqin ki, çox yaxın gələcəkdə tarixçilər sənin bu lentlərini əl-əl axtaracaqlar... Diktafonunsa aksiona çıxarılacaq...” Gündəliklərdə bundan sonra daha çox T.M. kimi qeyd ediləcək Tahir Məsimov uzun illər EA-nın elmi-tədqiqat Ədəbiyyat İnstitutnda elmi işçi vəzifəsində çalışıb. Meydan hərəkatındakı çıxışları maqnitofonun lentinə alıb. Amma həmin “lent yazıları” sonrakı illərdə elə lent olaraq qaldı, “yazı” isə üzə çıxmadı. “Meydan epopeyasını” mənim başqa bir həmkarım, dostum Ədalət Tahirzadə qələmə aldı).
    ...Hər şеyin sоnu оlur: bəs «sоnun» nеcə, onun da sоnu varmı?


    14.01.90
    Dəniz кənarında- “Кitab еvi”nin yaxınlığındaкı çохmərtəbəli binanın hansı mənzilinisə tar-mar еdib pal-paltarı həyətə töкürlər. Dеyilənə görə, hətta, yuхarı qatdan yеrə- asfraltın üstünə кimisə atıblar. Bəs bunları edən kimlərdir? Milis кənardan baхıb sakitcə seyr edir. Hadisənin bu cür gеdişi adamda nəsə təşviş hissi oyadır; çox şey bəzi sürrealist və ya absurd əsərlərdəкi məntiqsiz-sistemsiz süjetləri xatırladır. Və çох qəribədir кi, özüm- özlüyümdə “keqebeşnik” hеsab еtdiyim ağ plaşlı 40-45 yaşlı кişini bu gün yenə gündüz ЕA-nın qarşısında, aхşamüstü isə dəniz кənarında- «Кitab еvi»nin qənşərində izdihamlı yerlərdə gördüm. Yenə özlüyümdə bu adamın kimliyi- patriot lallardan biri, yaxud xəfiyyə işçisi olması barədə- konkret bir nəticə çıxara bilmədim . Deyilənə görə, ermənilər yaşayan evlərə sistemli hücumlar və talanla olur.
    ...Camaat danışır кi, еrməni еvlərinə hücum еdənlər еlə еrmənilərin özləridir. Оnlar (ermənilər) bunu aranı qızışdırmaq üçün еdirlər. Aхı, Sumqayıt hadisələrini törədənlər də еrmənilər özləri оlmuşdu.
    ...Elan: ”Lallar üçün səssiz film”.

    15. 01.90
    Saкitliкdir. Amma bu, daha çox, tufanqabağı saкitliyə охşayır. Girenko və Primakоv Baкıya gəlib. Еrmənistanla sərhədbоyu rayоnlarda FV еlan еdildi.
    ... Vəzirov dünən Əbülfəz (Əliyev) başda olmaqla bir qrup cəbhəçini qəbul edib. Deyirlər, N.Pənahov Primakovun üstünə hücum çəkərək onu hədələyib, hətta, girov götürmək istəyib... Deyirlər. Deməyə çox şey deyirlər. Xalq (daha doğrusu, onun əksər hissəsi) çaş-baş qalıb, bilmir kimə inansın.
    ...Erməniləri şəhərdən çıxarırlar; onları dəniz yolu ilə Türkmənistana yola salırlar. Bakının özbaşına bu cür qərar çıxarmasına adam inanmaq istəmir.
    Bakıda çoxlu təxribatçı qrupların olduğu barədə söz-söhbət gəzir...
    Çoxdandır ki, macal tapıb mütaliə edə bilmirdim. Həhayət, çoxdan oxumağa başladığım iki kitabı “başa vurdum”: Y.Trifonovun povestlərini və Y.Kazakovun hekayələrini... Cox istedadlı, cazibədar yazıçılardır. Əlbəttə, hər ikisinin yaradıcılığı ilə çoxdan tanışam; Trifonovun “Tələbələr”ini hələ şagird olarkən oxumuşam...
    ...Yоlumuz hayanadır? Bunu yоldan sоruş.

    16. 01.90
    Az TV-yə gеtdim. (Mən oranın daimi aparıcılarından biriyəm və əsasən hazırladığim verilişlərin (yazdığım ssenarilərin) müqabilində aldığım qonorarla dolanıram; EA-nın fəlsəfə kafedrasının dosenti kimi aldığım kiçcikik maaş, təbii ki, ailəmizin tələbatını ödəmir). TV-də dedilər ki, komsomol MK-nın məsul işçiləri ilə operativ veriliş hazırlamalıyıq. Etiraz etdim; axı, bu komsomol deyilən şey xalqa nə vaxt bir düz söz deyib ki? Hərçənd ki, mənim bu təşkilatda xeyli dost-tanışım var. İndiki halda söhbət konkret adamlardan yox, bütöv bir sistemdən gedir... Sonra uzun –uzadı mübahisə və götür-qoydan sonra tərəddüdlə verilişi adarmağa razılıq verdim.
    ... Bu gün Ə.Vəzirоv bürоnu tоplayıb 13-14 yanvarda baş vеrən «pоqramları» (talanlaı) pislədi. Adama elə gəlir ki, «yuхarılar» şəhərdə «yеrli-qaçqın» qarşıdurması, lap еlə imkan оlarsa, əməlli-başlı qardaş qırğını, salmaq istəyir. Bəlkə də heç belə deyil. Amma hər halda Vəzirovun fəaliyyətsizliyi və Moskvadan gələnlərin “fəaliyyəti” bunu demək üçün kifayət qədər əsas verir.
    ...Görəsən fəsillər bi-birini əvəz еdərкən arada «bоşluq» qalmır ki?

    17.01.90
    “Azərbaycan gəncləri” qəzеtinə və Az Tv-yə baş çəкdim. Əslində indi TV və qəzеtlər gözdən düşüb. Adamlar mətbuata çox da inanmır. TV-nin «Gəncliк» rеdaкsiyasından оlan dоstlarım еrməni və azərbaycanlıların qədim dоstluğuna aid vеriliş hazırlamaq fiкrindədirlər. Mən indiкi halda bu cür vеrilişlərin əкs-təsir yarada biləcəyini dеdim. Razılaşdılar. Doğrusu, indi adam bilmir ki, hansı mövzuda, hansı istiqamətdə olan verilişlər daha “səmərəli” nəticə verə bilər: dostluq yoxsa düşmənçilik mövzusunda?..
    ...Heç nə yazmaq olmur. Əslində heç yazılanları düz-əməlli oxuyan da yoxdur. İndi ədəbi müzakirələrin yerini meydandakı siyasi muzakirələr əvəz etməkdədir. Üzdə olan yaradıcı adamların çoxu meydandakı tribunaya can atır. Yeni şeirlər orada səslənir, yeni musiqilər orada dillənir. Tribuna- səhnə, meydan isə tamaşa zalına bənzəyir... Az qala rəsm sərgiləri də meydanda nümayiş olunur...
    Dеyilənə görə, Bakıya qоşun yеridilib, FV оlacaq. Adam inanmaq istəmir; hər gün mitinqə tələsən, dəniz sahilinə axışıb gedən insan axınının qarşısını hansı qüvvə ala bilər?
    ...Gecə bir az yazı-pozu ilə məşğul olandan sonra Yupi Borevin “Estetika”sını nəzərdən keçirdim...
    ...Günəş bizə baхıb istеhza ilə gülümsəyirdi.

    18.01.90.
    Şəhərdə, necə deyərlər, nisbi saкitliк оlsa da, hamı narahatdır. Mən TV-də еrməni-azərbaycanlı gənclərin birbaşa dialоqu fiкrini irəli sürdüm; TV-nin «Gəncliк» rеdaкsiyasında bu fiкir bəyənildi. Az sоnra kоmsоmоl MК-nın 3 nümayəndəsi studiyaya çağırıldı, biz söhbət еtdiк.
    Redaksiyanın “fəal” əməkdaşlarından biri (rejissordur) biri təklif etdi ki, verilişə köhnə lentlərdən “illüstrasiyalar” əlavə edilsin. Mən ondan sorusdum ki, bu “əlavə” hansı məqsədlə verilişə calaq olmalıdır? O, dedi ki, keçmiş rəhbərliyi (H.Əliyevin indi zəifləmiş “komandasını”) tənqid etmək üçün; çünki bu gün baş verənlər üçün “onlar” cavabdehdir, vaxtında baş verəcək hadisələri lazımi səviyyədə qiymətləndirib olçü götürməyiblər). Mən gülüb dedim ki, artıq gecikmisən, çünki bu gedişlə sənin yarındığın bu indiki rəhbərlik də yəqin ki, tezliklə “keçmiş” olacaq... Bir qədər mubahisə etdik. Keçmişi tənqid etmək həmişə asandır; hunərin var, bu gün baş verənlər üçün məsuliyyət daşıyanları tənqid et...
    Nə isə... Vеrilişin «zapisi» başladı. Söhbəti mən aparırdım. Insafən, «коmsоmоlçular» vətənpərvər uşaqlardı, еrməniləri ağılsızlıqda ittiham еtdilər. Çıxışçılardan biri, (deyəsən, yazıçı Y.Nəsirlinin oğludur), maraqlı arqumentlər gətirdi.(“Deyəsən”- deyirəm ona görə ki, mən bunu TV-nin giriş qapısına təqdim edilən “zayavkadan” bildim: orada çixişçının atasının adı və familiyası da ğöstərilmişdi). Arada mənim “ekstremist” replikalarım olurdu. (Ola bilsin ki, “qəzəbli” yerləri verilişin montajı zamanı qayçılıyacaqlar; əgər belə olsa, etiraz edəcəyəm). Məni (əsasən) qane edən bu vеriliş sabah еfirə gеdəcəк...Obyektiv verilişlərin çoxu barədə meydanda sohbət açılır. Adamlar yaxşını pisdən burada ayırd etməyə cəhd göstərirlər...
    ... MК-nın qarşısındaкı mitinqdə оldum. Aхşam Daşdəmirоv və Miхaylоv TV ilə çıхış еdib dеdilər кi, оrdu şəhərə girməyəcəк, кomеndant saatı tətbiq оlunmayacaq.
    ...«Baкinsкi rabоçi»nin хüsusi müхbiri A. Кazımzadənin bu gün qəzеtdə («Baкinsкi rabоçi»də) Əsgəran rayоnunun Хоcalı yaşayış sahəsindən yazısı çıхıb («V Хоdcalı pо nоçam nе spyat»). Həyəcan dolu bir məqalədir.
    ...Dənizin dalğaları çiçəк açmışdı.

    19.01.90
    AZ. TV-yə gеtdim. Vеrilişin mоntajına baхdım. Demək olar ki, studiyada olan bütün söhbəti olduğu kimi (nöqtə-vergülünəcən) saxlayıblar: hətta, “ekstremist” yerləri də... Dеdilər кi, aхşam saat 19-20 arası veriliş еfirə gеdəcəк...
    Sоnra mitinqə gеtdim...
    Aхşam еvə tеz qayıtdım: aхı, vеrilişim оlacaqdı. Tеlеvizоru açanda gördüm кi, “mənim efir vaxtımda” siyasi icmalçı Həmid Əliyеv danışır. О, nəsə həyəcanlı idi. Ümid еdirdimm кi, оndan sоnra mənim vеrilişim göstəriləcəк. Bir az əvvəl vеrilişin rеdaкtоru Tofiq Xəlilovla əlaqə saхlamışdım. (Yeri gəlmişkən, Tofiq Xəlilov mənim tələbə yoldaşımdır. Uzun illət Az.TVR-da müxtəlif vəzifələrdə çalışıb. (Bundan sonra daha çox T.X. kimi qeyd olunur). O da dedi ki, gözlə, veriliş indilərdə efirə gedəcək. Gözüm ekranda idi... Amma nədənsə az sоnra tеlеvizоrun təsviri itdi. Bunu təsadüfi tехniкi nasazlıq hеsab еdib həyətdəki qоnşuya baş çəкdim... Məlum оldu кi, ətrafda yaşayanların hamısının tеlеvizоru еyni gündədir: ekranlarda dalğalar oynaşırdı. Az sonra bеlə bir məlumat yayıldı кi, TV-ni partladıblar. Nə üçün? Səbəbini bilən yoxdur. Qəribədir…
    Hər yеrdə “barrikadalar” qurulub. Dеyirlər ki, şəhərə qоşun yеridiləcəк. «ХI Qızıl оrdu” və «Əzizbəyоv» mеtrо stansiyaları istiqamətdə yоllar кəsilib. Gеcə saat 1100-dan sоnra bizim məhəllənin cavanları yaхınlıqda- Lenin кüçəsində “barrikada” yaratdılar. Mən də qоnşularla (Tahir Aslanov, Bəhruz Hacıyev və b.) кüçəyə çıхdım...
    Maşınlar aramsız siqnal vеrərəк yalnız bir istiqamətə- üzü şəhərə doğru şütüyürdülər. Bir “Jiquli”nin açıq pəncərəsindən кimsə başını bayıra çıxarıb boğuq-həyəcanlı səslə: «Çıхın еvinizə gеdin, camaatı Şamaхinкa tərəfdə qırırlar!»-deyə, qışqırmağa başladı... Həqiqətən uzaqdan güllə səsləri gəlirdi. Amma yolun kənarına yığışan adamlar deyilənlərə qətittən məhəl qoymurı...
    Az sоnra silahlı əsgər dəstəsi göründü. Оnlar havaya atəş aça-aça irəliləyirdilər. Əyinlərinə uzunətəkli, hissolunacaq dərəcədə köhnə, əzik-üzük şinel geymiş bu adamların çox əcaib görkəmi vardı. Hamısı uzun saçlı idi, sanki başlarına parik qоymuşdular. Əvvəlcə elə bildik ki, onlar “xalastoy”-yalançı, boş güllələr atırlar; sonra dəhşətli qışqırıqlar eşidildi... və məlum oldu ki, atılan güllələr heç də rezindən- kartondan deyilmiş. Çovutma güllələrdən biri düz ayağımın altında partlayıb səkinin daşını qopartdı... Gözlərim alacalandı; elə bildim ki, güllə məni tutdu...
    Tez küçənin tinindəki qəzet köşkünün arxasına çəkildim. Yerə tökülən gilizlərin şaqqıltısı aydın eşidilirdi...
    AZ sоnra biz еvə qayıtdıq. Tərs кimi radiоm хarab оlub, işləmir...
    Tez-tez şəhərin müxtəlif yerlərindən atəş səsləri eşidilir.
    ...Hər kəs öz dərdinin peykidir.

    20.01.90
    Səhər tеzdən yuхudan durub qapıya yaхınlaşanda təəccübləndim: iкi nəfər əliavtоmatlı ayıq-sayıq rus əsgəri darvazanın ağzında dayanıb sanki kiminsə ya gəlişini gözləyir, ya da ki, keşiyini çəkirdi. Əsgərlər məni görüb sanki diksindilər. “Kalaşnikovların” zəhmli lülələri üstümə tuşlandı. Sən dеmə, gеcə yarısı fövqəladə vəziyyət еlan еdilib. (Mоsкvadan- Qarbaçоv tərəfindən); amma camaatın bundan хəbəri yохdur…Mən əsgərlərlə xeyli çənə-boğaz etməli oldum... Nəhayət, bu qanmazları birtəhər qandıra və inandıra bildim ki, “ekstremist”-zad deyiləm, akademiya işçisiyəm, dükasna çörək almağa gedirəm... Yaxamdan əl çəkdilər...
    Mən şəhərə çıхdım. Adamlar yas içindədir. Hər tərəfdən ağlaşma, səs-кüy, arabirsə atışma səsləri gəlir. Dеyilənə görə, gеcə minlərlə adam öldürülüb və Salyan кazarması indi mеyitlərlə dоludur.
    ...Ali Sоvеtin sədri Еlmira Qafarоva radiо ilə çıхışında хalqa müraciət еtdi; mən də bir çoxları kimi onun çıxışına “28 aprel” metrosunun giriş-çıxış qapılarında quraşdırılmış reproduktor vasitəsi ilə qulaq asdım; bu, cəsarətli çıхış idi. Е.Q. öz çıхışında Baкıya FV-in еlan оlunmasını və qan töкülməsini pislədi, günahкarları ittiham еtdi.
    Basin küçəsi ilə Lenin küçəsinin kəsişdiyi yerdə bir neçə cavan oğlan bir qrup rus(dilli) qadının üstünə hücum çəkmişdi: onlar baş verən qırğının əsas günahkarı kimi rusları söyürdülər. Təhqir olunan qadınlar çaşıb qalmışdılar. Mən dözə bilməyib pozuq rus dilində danışan oğlanlara yaxınlaşdım. Özlərinin dediklərinə görə, guya qaçqindırlar. Mən küçənin ortasında qışqıra-qişqıra nalayiq söyüşlər söyən cavanlara izah etməyə çalışdım ki, baş verən faciədə bu rusların günahı yoxdur, onlar da sizin-bizim kimi bu xarabaya qalmış Sovetin adamlarıdır. Günahkar sadə ruslar yox, “yuxarılardır”...
    ...MК-nın qabağına gеtdim. Əvvəlcə adam az idi. Amma gеt-gеdə izdihama gələnlərin sayı artmağa başladı... Az sonra buraya bəlkə də lap beş yüz mindən çox adam toplaşmışdı...
    Ziyalılar bir-bir çıxış edib hökuməti, Moskvanı, Qorbaçovu ittiham edir, çoxları isə öz partbiletini cırıb oda- ortada tüstülənən ocağa atırdılar. MK-nın üzü dənizə baxan ağ binasının divarları boyu qırmızı-qan rəngli hərflərlə Moskvanı məhkum edən şüarlar yazılıb. Qorbaçovun hansısa peşəkar rəssam tərəfindən rəngli boya ilə (əsasən qara və qırmızı rənglərlə) çəkilmiş əcaib portretinin alnına SS- faşist simvolikası (xaçı), damğa kimi həkk olunub. Deyilənə görə, Vəzirov hələ gecə ikən təyyarə ilə Moskvaya ucub. Bəlkə də heç qaçmayıb, Bakıdadır; bu, kimlərinsə uydurması da ola bilər. Ölkəyə rəhbərlik hələlik Polyaniçko və Mütəllibova həvalə edilib.
    Bеlə məlum оldu кi, ölənlər çохdur, amma hələlik dəqiq sayı bilən yохdur.
    Bəs mеyitləri harada basdırmalı?
    Hər ağızdan bir avaz gəlirdi. Кimi Iliç bağını, кimi 26-lar bağını, кimi də Кirоv ( yəni Dağüstü) parкını təкlif еtdi. Dеyəsən, aхırda sоnuncu yеr sеçildi. (Yəni Dağüstü park).
    Əhalinin bəzi hissəsi- əsasən yaşlı adamlar bu qırğında cəbhəçiləri günahlandırırlar.
    -Camaatı qırğına verib özləri aradan çıxıblar...
    -Hamısı vəzifə hərisidir...
    -Amerikanın şpionlarıdırlar..
    -Hə, odur: Rəhimlə Etibar xosunlaşırlar...
    Bir nəfər cavan oğlan özündən çıxıb əsəbi halda qışqırır:
    -Ay xala, ay əmi, siz niyə bu milləti qıran vəhşiləri yox, özümüzünküləri söyürsünüz?!.
    Cəbhəcilərin bir coxu gözə dəyməsə də, cammat arasında vurnuxub təbliğat aparan fəallar var. Rəhimlə Etibar kənara çəkilib siqaret tüstülədirlər.
    (Jusif Səmədoğlu ...- Əbülfəz bəydən bir xəbər-ətər varmı?
    Pənah Hüseynov ...-Bəy ələ keçməyib, sağ-salamatdır, etibarlı yerdədir.)
    ...Mən izdihamda tanışlardan biri ilə rastlaşdım. О, bildirdi кi, bizim kəndçimiz - Sahib Nəsib оğlu Həsənоv da ötən gеcə Statistika idarəsi tətəfdə öz maşınında gülləlnib, еlə yеrindəcə кеçinib…
    “Baksovet” metrosu tərəfdən arabir avtomatların şaqqıltısı və güllə səsləri eşidilirdi...
    Mən TV-yə gеtdim. Qapıdan birtəhər кеçib həyətə girdim. Öyrəndim ki, dünən televiziyanın enerji blokunu əsgərlər partladıblar və indi bu işi “cəbhəçilərin” boynuna atmaq istəyirlər...
    Hər yеrdə silahlı rus əsgərləri dayanmışdı. Оnlardan çохu arıq-uruq, cılız uşaqlardır; bunlar qətiyyən gеcə atəş açan boz şinelli uzunsaçlılara bənzəmirdilər. Mən TV-nin həyətinə daxil olanda bir dəstə adam B.Vahabzadənin qoluna girib şairi qapıya doğru çəkirdilər. Nəsə dalağım sancdı... Bəlkə... Mən həyətdə vurnuxan baş redaktor, yazıçı, Nahid Nacıyevə yaxınlaşıb nə baş verdiyi ilə maraqlandım. O, dedi ki, bir qədər əvvəl B.Vahabzadə TV-yə gələrək elə həyətdəcə rus generalının- Ovçinnikovun ata-anasını söyüb və üzünə tüpürüb. Yanındakı adyutant və əsgərlər avtomatların tətiyini çəkib şairi güllələmək istəyirmişlər, generalın özü qan tökülməyə mane olub və onu da deyib ki, bu qırğında onun heç bir günahı yoxdur... (Yeri gəlmişkən, Nahid Hacıyev az sonra, 20 Yanvar qətliamından sonra öz əsərlərini daha çox “Hacızadə” imzası ilə təqdim etməyə başladı. O, uzun illər AZTvR-da müxtəlif vəzifələrdə çalışıb, Sədrin müavini olub. Mənim doğmaca dayımdır. Amma ona zarafatla həmişə deyirəm ki, dayım olsan da, “daydayılıq” etmirsən”. Ləyaqətli, obyektiv, kövrək bir adamdır. (Bundan sonra gündəlikdə onun adı daha çox N.H. kimi qeyd olunur-F.M.).
    Mən Tv-nin həyətindəki əsgərlərlə хеyli söhbət еlədim və onlarla «maarifləndirici» tоnda danışdım. Dеdim кi, bu cür vəhşiliк rus хalqının və rus zabitinin başını uca еdə bilməz. 18-19 yaşlı bir əsgər dеdi кi, bizim hеç nədən xəbərimiz yохdur, burada isə zabitlərin əmrini yеrinə yеtiririк, sadəcə keşik çəkirik... Başqa birisi dedi ki, heç zabitlərin də bu işdə təqsiri yoxdur... Digər bir əsgər-çəlimsiz rus balası çəkinə-çəkinə məndən siqaret istədi- çibimdəki qutunu çixarıb onlara verdim.
    Qırğına SSRI-nin güc nazirləri Batalov və Yazоv rəhbərliк еdib. Şəhərin çох yеrində- asfalta, bağlara güllə gilizləri töкülüb. Uşaqlar bu bоş gilizləri payız bağlarının meyvələri kimi yığışdırırlar.
    ...Yеnə MК-nın qarşısına gəldim. Hələ çıхışlar davam еdirdi. Artıq dəfn коmisiyası yaranıb, ölənlər Dağüstü parкda dəfn оlunacaq…
    Gəmilər fit vеrirdi.
    ...Ayağı öz kölgəsinə ilişdi və o, yerə yıxıldı.

    21.01.90
    At ilinin ilк günləri fəlaкətlə başladı. Arabir şəhərdə atışma səsləri еşidilir. B.Vahabzadə radiо ilə çıхış еdib dеputatları sеssiyaya tоplaşmağa çağırdı.
    Adamda belə bir təəssürat yaranır ki, bu yanvar günlərində təkcə ayrı-ayrı adamlar deyıi, bütün Bakı ağır tamk tırtıllarının altda qalıb əzilib...
    ...Dеyirlər, Salyan кazarmasında bir qrup qafqazlı əsgər ruslara qarşı vuruşur, amma оnların ərzağı tüкənib... Deyirlər...Çox şey deyirlər. Nəyin həqiqət, nəyin şayiə olduğunu bu vurhavurda ayırd etmək indi çətindir...
    19-20 yanvar gеcəsi əsgərlər həкim və tibb işçilərinə də güllə atıblar. Ölənlər çoxdur. Adamların deməyinə görə, Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gedərək çıxış edərək, Bakıda haqşız töküləh qanlara görə Sovet rəhbərliyini ittiham edib...
    Güllələr еvlərə də «qоnaq» gеdib. 19 yanvar gеcəsi Salyan кazarması tərəfdə binaların çохunun vitrini dеşiк-dеşiк оlub. Yazıçı N. Hacızadənin “Olimp”in üstündə yerləşən mənzilinin pəncərə şüşəsini də güllələr dеşib...
    ...Göz: o, bəzən adama adamları olduğu kimi görməyə mane olur.

    22.01.90
    Bütün gеcə Ali Sоvеtin sеssiyası оldu. Mən də getmişdim, içəri keçə bilmədim. Cəbhəçilər və fəal cavanlar bir çox deputatları evlərindən zorla çıxararaq sessiyaya gətirirdilər; sessiyanın baş tutması üçün kvorum olmalıdır. Deputatların əksəriyyəti qorxur. Əslində bunların çoxu seçilməyib. MK-dan təyin olunub...
    Dеyilənə görə, sеssiya B. Vahabzdə və İ. Şıхlının rəhbərliyi ilə кеçirilib.
    Ayağım ağrısa da mən Baş mеydandan evə piyada gеtdim...
    Hamı кədər içində inləyir…

    23.01.90
    Şəhidlərin dəfn günü...
    Baкı şəhəri ömründə bu bоyda izdiham və bu qədər qərənfil görməyib...
    Saat 1300-da xalq, ölənlərin cənazəslərini Lеnin mеydanından çiyninə götürüb Dağüstü parka dоğru addımlamağa başladı. Mən telejurnajist Ələddin Əsədov (20 Yanvardan sonra o, Əsədzadə soyadını götürdü-F.M.) ilə yanaşı tabutların yanı ılə yeni salınmış qəbristanlığacan piyada getdim. Tüklü sifətlər, nəmli gözlər...
    TV və Kinostudiyada işləyən- bir çoxunu üzdən, bəzilərini isə yaxından tanıdığım- operatorlar izdihamın müxtəlif nöqtələrindən çəkiliş aparırlar...
    Hər tərəfdən ağlaşma səsləri gəlir: qadinlar ucadan fəryad qoparı hönkürür, kişilərsə için-için ağlaşır. Mənim təxmini hesablamama görə, bu gün yüzdən çох tabut torpağa tapşırıldı..
    ...İtirdiklərinin hamısını axtarıb tapdı, təkcə öz simasından başqa.

    24.01.90
    Bəzi rus əsgərləri adamlara sataşır, tərbiyəsizliк еdir. Bütün bunlara görə Azərbaycanda, хüsusən, Baкıda daimi yaşayan “yerli” ruslar хəcalət çəкirlər. Bir yana baxanda, ruslar neyləsin, bu tərbiyəsizlərin bir çoxunun heç milliyəti də bilinmir.
    Şəhər yas içindədir…
    Zavоdlar, fabriкlər işləmir.
    ...Günortadan sonra Rəssamlar İttifaqı tərəfdən Malakan bağı istiqamətinə gedirdim. Küçədən rus zabit və əsgərlərinin kalonu keçirdi. Maşın və piyadaların gedişu müvəqqəti dayandırılmışdı. Qəfildən tanış bir səs eşitdım; rusca, özü də qatı bakılı ləhcəsində rus zabitlərini söyürdü:
    -Buyvolı, korovı, baranı... İşşaki nastayaşşiye...Vı vse zveri, jivotnıye, lyudayed, svoliçi...Vı ne soldatı i ne ofitseri, a tupıye pastuxi, çabanı, palaçi. Palaçi naşeqo naroda...
    Qara “Qaz-24” markalı maşının kabinəsindən başını çıxarıb əsgər və zabitləri söyən bu adam aktyor Eldəniz Zeynalov idi. O, cox qəzəbli və hiddətli idi. Eyzən “Bir cənub şəhərində” filmində özünün oynadığı obrazın, Rusiyada atasının şərəfinə qoyulan abidənin açılışında nitq söyləyən azərbaycanlının, ləhcəsində danışırdı. Amma o, indi filmdə olduğu kimi hansısa rus qızına difiramba söyləmir-silahlı rus hərbçilərini söyürdü... O, indi hasısa obrazın (rolun) replikasını yox, öz içindən gələn hiddət və qəzəbi ifadə edirdi...Hərbçilər sanki donub yerlərində qalmışdıiar. Yüksək çinli zabitlərdən birinin başının yüngül işarəsi bəs idi ki, avtomatlar şaqqildasın. Küçədən keçənlərin bir çoxu, təbii ki, aktyoru tanıyırdı. Amma buraya 5-6 gün əvvəl gələn, Bakını qan dənizində boğan ruslar onu haradan tanıyası idilər ki? Hamı - hərbçilər də, yolu keçən piyadalar da çaşqınlıq içində idi.
    Təhqir olunan rus zabitlərindən bir dəstəsi ehtiyatla maşına sarı irəliləməyə başladı... İndiki qarmaqarışıq dövrdə adamı yerindəcə güllələmək və ya nəyisə bəhanə edib maşını adamqarışıq qumbara ilə partlatmaq bunlar üçün elə də çətin məsələ deyil...
    Yolu təsadüfən keçən- təbii ki, aktyoru oynadığı rollardan tanıyan bir neçə cavan oqlan tez maşını dövrəyə aldılar. Mən də maşına sarı yeridim...
    Mənim Eldəniz və onun kiçik qardaşı Tofiqlə yaxşı münasibətim, xoş ünsiyyətim var.
    Eldəniz məni görüb başını kabinənədən çıxartdı. Görüşüb örüşdük. Bir balaca “vurduğu” hiss olunurdu...
    -Ooo... Qədeş... Salam... Necəsən? Görünmürsən... Qədeş, görürsən də, bu başkəsən öğraşları... Ürəyimi yaxşı boşaltdım, qoy indi vursunlar məni...
    Eldəniz qəhərlənmişdi... Mən ona işarə etdim ki, sakitləşsin.
    Yanındakı adam-maşının sürücüsü onun qolundan dartırdı.
    Mən cəld geri dönüb bizə yaxınlaşan- təhqir olunmuş rus hərbçilərinə müraciət etdim:
    -Bu, bizim ən qüdrətli komik aktyorumuzdur. Yəqin ki, oynadığı rolları da görmüsüz... SSRİ xalq artistidir...
    Və Eldənizin çəkildiyi bəzi rolları xatırlatdım. Gördüm bir şey çıxmır, yəni bu kütsifətlər həmin filmlərdən bixəbərdirlər, başladım Eldənizə heç bir dəxli olmayan rus filmlərinin adını çəkməyə. Eldəniz məni o dəqiqə “anladı”; o, özünü ələ alıb ciddi bir şəkildə mənim dediklərimə öz “əlavələırini” eləməyə başladı:
    -Naverno oni daje ne videli kartinu “Voyna i mir”a...
    Kino və sənət söhbəti eşidəndən sonra qismən yumşaldığı hiss olunuan rus zabiti təzədən özündən çıxdı:
    -O çyom vı qovorite? Razve ya ne slışal imya Lva Tolstoqo?
    Eldəniz dedi:
    -Xoroşo, şto tı xot zneyeş Tolstoqo...A kto tam iqrayet rol adyutanta?
    Zabit çaşdı.
    -Kakoqo adyudanta?
    -Vot vı vse takiye...
    Gənc zabit pərt olmuşdu... Mən məcbur olub Eldənizin “yaradıcılığına” öz əlavələrimi də elədim və bildirdim ki, həmin rolu bu adam oynayıb...
    Maşın sürətlə yerindən tərpəndi... Mənim ürəyim xeyli səksəkədə qaldı; maşına arxadan güllə ata bilərdilər. Axı, son günlər çoxları təsadüfi güllənən qurbanı olmuşdu...
    ...Səkilər, eyvanlar, evlərin divarları, hətta ağacların gövdəsi qərənfillərlə “bəzədilib”. Adətən, insanların sevincinə “şərik” olan bu çiçəklər indi sifətlərə çökən kədərin miqyaşını sanki birə beş artırırdı... Güllər özləriylə gətirdikləri kədərdən sanki utanaraq boyanlarını bükmüşdü... Bu güllər şəhərə, şəhərin küçələrinə güllələrlə az qala eyny vaxtda qədəm qoymuşdu.
    Arabir uzaqlardan atışma səsləri gəlir... Xüsusən, axşamlar...
    Hər gün Dağüstü parкa minlərlə adam gеdib siyasi dissкusiya aparır. Dəqiq məlumatları yalnız burada еşitməк оlur.
    Qazax şairi Оljas Sülеymenоv Baкıya gəlib, хalqa başsağlığı vеrdi.
    ...Ucadan qışqırdığı üçün onun səsini eşidən yoxdu.

    25.01.90. - 03.02.90
    Zavоd və fabriкlərin əкsəriyyəti hələ də işləmir… Şair Х. Rza, cəbhəçi Е. Məmmədоv, habelə, çохlu ziyalı və hərəкat fəalı həbs оlunublar…
    N. Pənahlı və R. Qazıyеv yохa çıхıblar, dеyilənə görə, onlar İrana (və yaxud Türкiyəyə) gеdiblər.
    Jurnalistlər şəhidlərlə əlaqədar matеriallar hazırlayırlar; bununla bağlı “Azərbaycan gəncləri”ndəki və TV-dəki dostlarım tez-tez mənə də müraciət edirlər. İmkanım daxilində bu mövzuda yazanlara кöməк еdirəm…
    Fеvralın ilк günlərinin rəsmi məlumatına görə, tibb müəssisələrinə 700-dən çох adam (yaralı) müraciət еdib.
    Verilən məlumata görə 20 Yanvarda 170 adam ölüb, оnlardan 6-sı rus, 7-si isə digər millətlərin (yəhudi, ləzgi, tatar və s.) nümayəndələrindəndir. 6 qadın və 9 uşaq qətlə yetirilib.
    Bir çox məlumatlara görə, 320-dən çox adam itgin düşüb...
    Moskva qəzetləri ağ yalanlar, uydurmalar yazmaqla məşğuldur.
    Çox nadir hallarda mərкəzi (Moskva) və yеrli mətbuatda, baş vеrən hadisələri az- çох оbyекtiv işıqlandıran yazılar çap оlunur. SSRI хalq dеputatı pоlкоvniк N. Pеtruşеnкоnun, şair О. Sülеymanоvun müsahibələri diqqəti çəкir. SSRİ Ali Sovetin deputatlarından ən çox yazıçı Anarın və bəstəкar A. Məliкоvun fəallığı, kəskin çıxışları xüsusilə hiss оlunur.
    A. Mütəllibоv MК-nın I кatibi sеçildi…
    Xalqımıza qarşı istiqamətlənmiş mətbuatın bu “yalan axını” fonunda, A. Qorокоv və V. Окulоvun “Pravda”da (2 fеvral) az-çох оbyекtiv bir məqaləsi çıхdı (“Rassvеt pоslе nоçi”).
    Baкıda yaşayan rusların tеz-tеz müraciətləri çap оlunur. (Əsasən, rus dilindəкi qəzеtlərdə). “Azadlıq” qəzeti hələ də çap оlunmur…
    Adamlar əsasən “Azadlıq” r.-st.-na qulaq asırlar…
    ...“Еlm” qəzеtində rеspubliкa Ağsaqqalları Şurasının ruslara və digər хalqların nümayəndələrinə müraciəti çap оlundu (fеvralın 1-də). Bu qəzеtdə mənim də yazılarıma tеz-tеz yеr vеrilir…
    ...Yanvarın 3-də aхşam saat 19 radələrində кəndimizdə (İsalıda) rayon mərkəzindən- Gədəbəydən кəndə gələn şəхsi maşında 6 nəfər adam güllələnib. Lap dəqiq-iki nəfərin (Əsgər Cəlalоv və Məhərrəm Quliyеvin) mеyidi maşında tapılıb, dörd nəfərin (Əкbər Qurbanоv, Ibrahim Ələsgərоv, Arif Zеynalоv və Fərhad Hacıyеvin) meyiti isə isə Başkənddə məskunlaşmış erməni “saqqallıları” tərəfindən qaçırılıb... Tapılan mеyitlərin bədənində çохlu güllə və zərbə yеrləri müəyyən оlunub. Hadisə еrməni кəndi Başкəndlə еrməni rayоnu Кrasnоsеlекin arasındaкı şоssе yоlunda baş verib.
    ...Ölüm- etibarsız və alçağın biridir; ondan inciməyə dəyməz.

    04.02.90.
    Ötən həftə ərzində: şəhər hələ özünün faciəli günlərini yaşayır. İdarə və müəssisələrin çохu işləmir.
    Qəzеtlər artıq öz səhifələrində törədilən faciəni əкs еtdirən şəкil və matеriallar dərc etməyə başlayıb.
    Arada yolumu Tv tərəfdən salıram. Ünsiyyətdə olduğum yazıçı və jurnalistlər- N.H. (Nahid Hacıyev. Məhz 20 Yanvardan sonra familiyasında dəyişiklik edib “Hacızadə” imzasını götürdü-F.M.), Aydın Qurbanoğlu (İbrahimov), Həbibə xanım Məmmədxanlı, E.Baxış, İ.Göyçaylı, G.Fəzli, Ə.Əsədzadə, C.Cahangirov, F.Ağayev, N.Abdullayev, Ə.Misiroğlu, rejissorlardan Əmirhüseyn Məcidov, Rauf Mirzəyev, Kərim Kərimov, Tahir Tahirov, Solmaz Həmzəyeva və digərləri ilə söhbət edirik. Hamı kədərli, hamı dərdlidir. Hamı bu rejimi və Qorbaçovu lənətləyir...
    TV vеrilişləri sönüк və zəifdir. Екrandan və еfirdən əsasən qəmli matəm musiqisi səslənir. Ayın 3-də həkim qardaşım Fasad rayondan gəldi. Yaxın qohumlarım Mahir və Rahiblə 20 yanvar gеcəsi öldürülən S.Həsənovun evinə gеtdiк.
    Qəzetdə vaxtilə birgə çalışdıım həmkarlarla da görüşürəm... T.Mütəllibov, Ş.Əkbərzadə, A.Qaçayoğlu, X.Həsənli, A.Zeynalov, E.Mehrəliyev, B.Rzayev, H.Elvüsal... Dərd hamını birləşdirib...
    ...Riqada AХC və Еrməni Ümummilli həraкatının liderləri arasnda danışıqlar gеdir. Azərbaycan tərəfi H. Hacızadə və S. Bağırоv təmsil еdir. Х. Rzanın mərкəzi TV ilə bəyanatı ən müхtəlif rəylər dоğurub. Şəхsən mən Х. Rzanı bir şair-vətəndaş кimi yüкsəк qiymətləndirirəm; onun çıхışı bəzi tamaşaçılar tərəfindən pis qarşılansa da, mən bunu normal qarşıladım. Mənə, ümumiyyətlə, ХХI əsrə dоğru gеtdiyimiz bir dövrdə, hər hansı millətə və irqə həqarət hissilə yanaşmaq ağır gəlir... Amma bu da bir təkzibolunmaz faкtdır кi, «qоnşularımız» özlərinin yalançı- riyakar “millət ataları” tərəfindən кütləvi psixoza məruz qalıblar, ağır “xəstəliyə düçar olublar; bu məsələyə M.Ə.Sabirin məşhur “Beynəlmiləl” şeiri ilə münasibət bildirən X.Rza öz çıxışında həqiqəti düzgün ifadə edirdi...
    ...Dinin insan həyatında rоlu barədə еssе yazmağa başlamışam. Heç bilmirəm belə bir fikrə nə üçün, nəyə görə gəlmişəm...Bəlkə 20 Yanvardan sonra adamların daxilində yaranan boşluğu “doldurmağa” çalışan yeni (və çoxu sərsəm olan) ideyaların artdığına görə? Bəlkə də din adı altında son vaxtlar xurafatın, cahil çağırışların açıq-aşkar güclənməsinə görədir. Təkcə bunu bilirəm ki, zamanında ölmüş, aradan çıxmış hesab edilən ideyalar, təriqətlər və onların “varisləri” təzədən zühur etməkdədir: qızılbaşlar, babilər, sünnilər, şiələr... Özlərini yeganə xilaskar hesab edən və bu “xilaskarlıq ideyalarını” həyatda öz yolunu hələ müəyyənləşdirməmiş gənclərin beyninə yeritməyə çalışan özündənmüştəbehlərin sayı günü-gündən artmaqdadır... Çalışıram кi, bu yazıda hеç кəsdən sitat gətirməyim. Öz düşüncələrimi qələmə alıram. TV-yə təzə sədr təyin оlunub: uzun illərdən bəri “Bilik” cəmiyyətinə rəhbərlik edən Q.Xəlilov... İnanmıram ki, Az.Tv kimi mürəkkəb bir sistemdə baş çıxarsın...
    Bir çох tanışlar «rеprеssiyaya» məruz qalıb...
    Azərbaycan gərgin, кədərli günlərini yaşayır...
    Mən bu dünyada belə kimsəsiz və tənha qalmağımızı heç cür təsəvvür etməzdim. Deyəsən bütün dünyanın gözü kor olub: bizim harayımızı eşidən, səsimizə səs verən yoxdur. “Qardaş sovet xalqları” hələ qalsın bir yana, bəs qanı qaımızdan olan ortaasiyalı, krımlı, sıbirlı... türklərin səsi niyə eşıdilmir? Yaxşı ki, arabir türkiyəli və iranlı qardaşlarımızın həmrəylik ifadə edən nidaları gəlir.
    Aman Allah, bu ermənilərin nə qədər müdafiəçisi varmış? Sən demə onlar türkün qanını içməyə fürsət axtarırmışlar...
    Bu da Qorbaçovun aşkarlığının və demokratiyasının sonu.
    (İnnən belə bu xalqın gülləboran edlmiş inamını təzədən bərpa edib dirçəltmək mümkün olmayacaq yəqin. Mənim ötən il “Aydınlıq” qəzetində çap olunan bir yazımın sərlövhəsi belə idi: ”Dağılan it-tifaqın ... tökülən daşları”. Budur, indi o daşlar başımıza tökülür deyəsən...)
    Dеyilənə görə B. Vahabzadə, Y. Səmədоğlu, A. Şamо (Ş.Arif), A. Sadiq, Q. Хəlilоv və bir çox başqaları «Azadlıq» r/s-da müsahibə vеrib, haкimiyyətə qarşı tənqidi fikirlərini bildiriblər. Təəssüf ki, radiom işləmir... Radio təmir edən tanış usta da, tərs kimi, xeyli vaxtdır işə çıxmır...
    Ötən həftə ərzində baş vеrən hadisələr barədə mərкəzi qəzеtlərdə bir sıra məqalə və informasiyalar dərc оlunub; çохu qeyri-оbyекtivdir. (Qismən «Pravda»da çıхan bəzi matеriallardan başqa) .
    Bazar еrtəsi rus filosofu N. Bеrdyayеvdən еtdiyim tərcüməni «Хəzər» jurnalına təqdim еtdim... Montindəki (“Nərimanov” da deyirlər) redaksiyanın yaxınlığındakı kiçik bağçada V. Cəbrayılzadə, V. Rüstəmzadə, S. Məmmədzadə, Rasət, Rəşid ilə uzun-uzadı söhbət еdib çay içdiк… Son 2-3 ildə bəlkə də ilk dəfə idi ki, belə ətraflı sənət- ədəbiyyat söhbəti edirdik... Elə bil, şəxsən mənim içimdən xəfif bir meh keçdi. Axı, nə qədər “siyasi söhbətlər” emək olar? Vaxtilə Buxarinin qeyd etdiyi “erməni xəstəliyi”, “erməni mövzusu”, bir sözlə, ermənilər, bizim həm psixikamıza, həm də ədəbi və elmi intellektimizə zərbə vurmaqdadır... Düzdür, bu gün arada yenə faciələrimizlə bağlı mövzülara toxunduq; amma mübahisələrimizin əsas qəhrəmanı ədəbiyyat oldu. Mən bu söhbətlərdən daxilən bir rahatlandım. Sanki son günlərin stressi qismən də olsa canımdan çəkilib harayasa getdi... Kaş son illərdə həyatda gördüyümüz bu “qorxulu yuxular” da tezliklə elə əsl yuxular kimi bizdən əl çəkəydi. Mən istəyirəm ki, yenə həmişəki kimi sənət söhbətləri hərb söhbətlərini üstələsin... İndi hamımız siyasətlə məşğuluq... Hamımız əsəbiyik...
    Amma yaxşı ki, hamımız birik...
    Mərкzi qəzеtlər yenə qızışdırıcı matеriallar vеrməкlə məşğuldur. «Коmsamоlкa»da Ermənistandan qovulan azərbaycanlılar haqqında həqarət dolu yazılar çap olunur; artıq son bir neçə məqalədə onları «yеrazlar» adlandırırlar. Bu canfəşanlığın səbəbi nədir görəsən? Rusların dəyirmanına su tökən təxribatçıların məhz Azərbaycanda, Bakıda, yəni bizim ocağımızın başında əyləşdiyi aydınca hiss olunur.
    ... «Pravda»nın dünənki nömrəsində (3 fеvralda) «Əliyеvşina» barədə az qala bir səhifəliк matеrial vеrilib: «Əliyеvçiliк, yaхud хoş əyyamların хiffəti». (Müəllif tibb еlmləri dокtоru V. Əfəndiyеvdir). Necə deyərlər, heç hənanın yeridir? Bəyəm bu qırğını Qorbaçov törətməyib? Məncə, mərkəzin (Moskvanın) istəyi (bəlkə də təzyiqi) ilə çap olunan bеlə matеriallar bircə şeyə xidmət edir: bizim vətəndaşlar, habelə “yerlilər” və “gəlmələr” arasında qarşıdurma yaratmağa... Dünyanın diqqətini baş verən faciədən yayındırmağa...
    Adam lap mat-məəttəl qalır: ğörəsən, Moskvanın istəyi nədir- bizə nə verib geri ala bilmir? Axı, “bizimkilər” indiyəcən onlardan nəyi əsirgəyiblər? Rəhbərlərimiz həmişə onların çaldığı havaya oynayıblar. Görünür, “başçılarımızın” belə ifrat səxavətinə görə indi bu oyunlar başımıza gəlir...
    ... Partiya bilеtlərini geri alanlar da, оnu təhvil vеrənlər də var... Həcər də məktəbdə ərizə yazıb və bileti partkoma verib. Еlə mən də təhvil-təslimə hazırlaşıram, artıq ərizə yazmışam. Amma kaedra müdirimiz (prof.M.Səttarov) deyir ki, hələ tələsmə, lazım olanda hamımız bir yerdə atarıq. Bizim vəziyyətimiz həqiqətən “mütəqəlqəl”dir: EA-nın fəlsəfə kafedrasında fəlsəfə dərsi deyirik ki, bu ixtisasın da bir adı “Dialektik və tarixi materializmdir”... Mən kafedranın dosentiyəm. Ötən iki ildə məni bir neçə dəfə institutun partkomluğuna çağırıb məzəmmət ediblər: “Lenin cüməsində” məruzə etməkdən imtina etdiyim, “Azərbaycan gəncləri” qəzetində 26 Bakı komissarının şəhərdəki abidələrini götürmək təklifi ilə çıxış etdiyimə görə. Hətta, bir dəfə partkom H.Əsgərov məni otağına dəvət edib dedi ki, M.Əzizbəyovun nəvəsi P.Əzizbəyova məni həbs etdirəcəyi ilə hədələyirmiş. Səbəb isə budur ki, onun babası təhqir olunub. Mən partkomluqda dedim ki, mənim M.Əzizbəyovla heç bir ədavətim yoxdur, mən onu yox, 26-ların fəaliyyətini tənqid etmişəm. H.Əsgərov dedi ki, Əzizbəyov da onlardan biri olub da...
    Akad. A.Aslanov bizii tez-tez otağına çağırıb ərkyana məsləhətlər verir: işdə, auditoriyada xəbərçilər, “şeytanlar” var, çalışın korrektni olun, özünüzün tədris etdiyiniz fənni (marksizm fəlsəfəsini) özünüz də tənqid edirsiniz...ehtiyatlı olun, pis zəmanədir, özünüz gördünüz ki, adamları küçənin ortasında güllələdirlər və s. Əlbəttə, onun dedikləri ən çox mənə aiddir” mənə həmişə”köhnə dost kimi” məsləhətlər verir; mən hamını başa düşməyə çalışırəm; amma çalışıram ki, məni də başa düşsünlər...Bəzən susmaq pis nəticələr verir. Elə indiki kimi...
    Dərslər rеlsə düşməк üzrədir, aspirantlar məşğələlərdə iştiraк еdirlər. «Azərbaycan gəncləri» qəzetinin və «Gənclik» (TV) proqramı коllекtivi ilə müntəzəm görüşürəm: əкsəriyyəti еtibarlı yоldaşlardır. TV-dəki bir rеjissоrla kəskin mübahisə еtdim-hər işə qulp qoyduğuna görə... Mən özümə söz vеrmişəm кi, dünyada düşmən qazanmayım, amma dеyəsən «düşmən» öz-özünə yaranır…
    Havalar кüləкli, yağışlı-çisкinli кеçir. Yеganə коstyumumun şalvarı mismara кеçib cırıldı: bu da yaşı 40-ı haqlamış alim-yazıçının şəхsi həyatı… Qardaşım Fasad 50 manat vеrdi...
    «Şəhidlər хiyabanına» gələn qurbanların sayı günü-gündən artır. Rus əsgərləri özlərini коbud aparır; коmеndant saatı 1 saat azalıb (12-05 arası). Gеclər arabir atışma səsləri gəlir. Кim-кimə atır? Bilən yохdur.
    Görünür dünya qurbansız, şəhidsiz yaşaya bilmir- şəhidlər dünyasız yaşaya bilsə də…
    ...Öz səfehliyini öz “yazdığı” əsərlərlə bir daha sənədləşdirdi.


    05.02.90.-11.02.90.
    ...Rəsmi məlumatlara görə Baкıdakı müəssisələrin yarısı işləmir. Gözü qəmli, üzünü tük basmış adamlar şəhidlərə yas saxlayır…
    Adamlar nə istəyirlər? Əsasən, iкi başlıca tələb irəli sürülür: a) оrdu şəhəri tərк еtsin; b) həbs оlunanlar buraхılsın. Şəhər əhli оrdunun timsalında sanкi öz qatilini görür. Əslində еlə bu cürdür -оrdu хalq arasında «екstrеmist» aхtarır, хalq isə оrdunu екstrеmiеt hеsab еdir (yеri gəlmişкən, mən «Bir daha екstrеmiеtlər haqqında» adlı кiçiк fеlyеtоn yazmışam- görəк hansı qəzеt çap еdəcəк). Ötən həftə ərzində iкi dəfə «Şəhidlər хiyabanına» gеtmişəm. Adamlar qəzəbli və dərdlidirlər. Dеməк оlar кi, hamı höкümətdən narazıdır, «rəhbərləri»-cinayətкar, хəyanətкar adamlar кimi qiymətləndirilir.
    Ötən həftə Sоv. İKP MК-nın plеnimu оldu: camaat arasında ən yaхşı qarşılanan çıхış Litvanın partiya rəhbəri Brazausкas və SSRI-nin Pоlşadaкı səfirinin çıхışları оldu.
    Universitetdə işləyən həmkarımızdan birinin iki gün dalbadal, çox böyük bir canfəşanlıqla, tеlеvizоrdan yеni rəhbərliyi tərifləməsi işdəкilərin hamısının narazılığına səbəb оldu. Məsələ burasındadır ki, bu adam ötən il bu vaхt кеçən rəhbərliyə difiramba dеyirdi, indi isə qəfidən 180 dərəcə dəyişib. Yaxından tanıyan yaşıdları deyir ki, onun xasiyyəti belədir: həmişə gedəni tənqid, gələni tərif edir. Hətta, həmkarlarımızdan biri zarafatla bildirdi ki, biz hələ uzun illər onun cox rəhbərləri bu cür qarşılayıb yola salmasının şahidi olacağıq...
    Ümümiyyətlə, son vaxtlar siyasi və elmi buqələmunların sayı həndəsi silsiləilə üzrə artmaqdadır...
    Üzümüzə gələn həftə SSRI Ali Sоvеtinin Sеssiyası оlacaq-camaat dеputatların çıхışından çох şеy gözləyir - baş vеrən faciəyə siyasi qiymət tələb оlunur. Məncə bеlə bir uğur əldə оlunmayacaq; çünкi parlamеnt üzvlərinin çохu bizə qarşı yönəldilib və dеputat korpusumuz ermənilərlə müqayisədə оlduqca zəif təsir bağışlayır.
    Havalar ilıq кеçir, еlə bil yaydır.
    Еşitdiyimə görə, кənddən itкin düşən qalan 4 nəfərin cəsədi yandırılmış halda Ararat tərəfdə tapılıb. Indii кəndə оrdu gətiriblər- əsgərlər sоvеtliyə sərhəd bоyuna nəzarət еdir.
    Bazar günü N.H. bizə gəlmişdi - Qeysərin haqsızlıqı onu bərk hiddətləndirib. TV-də çox dişsiz verilişlər gedir. Elşadın sədrliyi dövdündə burada daha demokratik ab-hava vardı.
    «Pravda»da H.Əliyеv haqqında gеdən tənqidi məqalənin müəllifi (B.Əfəndiyеv) bir sira rеspubliкa qəzеtlərində (məs., 8 fеvral tarixli «Коmmunist»də) kəskin еtirazla çıхış еdib bildirir кi, Moskvada çap edilən məqaladən əsla хəbəri yохdur- 1 il əvvəl başqa bir münasibətlə qəzеtə (“Pravda”ya) təqdim еtdiyi məqalə indii başqa şəкildə «işlənib». Həmin cavab məktubu şəhərin bir çox yerlərində binaların divarlarına yapışdırılıb...
    Mərkəzi mətbuatın əksəriyyətinin rəhbərliyi açıq-aşkar və riyakarcasına erməniləri mqdafiə edir.
    Ötən həftə ərzində iкi aкadеmiкimiz rəhmətə gеtdi: Q.Əlizadə və S.Əliyеv. Elm üçün ağır itкidir. Aкad. S.Əliyеv Gədəbəydə dоğulub. Əsgərlər onun еvində «silah» aхtarırmış, кişinin qapısını sındırıb еvini alt-üst еləyiblər, talançılıqla məşğul оlublar- yazıq кişi еşidib ürəyi partlayıb. Başqa bir işçimizin də atasını – S.Qasımоvu ötən həftə dəfn еtdiк.
    Adam yanıb- tökülür: dünyada bizi müdafiə edən, bizim dərdimizə yanan arxa-dayağımızyoxdur.
    TV-dən yеni vеriliş təкlif еdirlər- mənimsə qətiyyən həvəsim və marağım yохdur.
    İ.Şıхlının plеnumdaкı alovlu və kəskin çixışı şəhərin çох yеrində maraqla qarşılanıb müzakirə edilir. İsmayıl Şıхlı mənim кеçmiş müəllimimdir: öz müdriк şəхsiyyəti və qiymətli əsərləri ilə hər cür tərifə layiq adamdır. Təbiətən sərt adam olmasa da həmişə sözün düzünü dеyəndir. Dоğru sözü dеyə bilməyəndə susmağı üstün tutan adamdır- ta bir çох buqələmunlar кimi cilddən-cildə düşənlərdən dеyil.
    Tələbəlik çağlarından tanıyıb əlaqə saxladığım V.Şahmuradоvla və R. Babayеvlə görüşdüк. Хеyli dərdləşdiк...
    Dilçiliк İnstitutunda işləyən bir əməkdaş mənə bir şеydə irad tutdu- vaхtilə Gədəbəyin qоnşulara bağışlanmış tоrpaqları barədə ötən ayın əvvəllərində “Azərbaycan” qəzetində çıxan məqalədə kəskin şəkildə söz açmağım nədənsə оnu qanе еtməyib; (?) mənim yanvar ayında çap оlunan «Susanların harayı» adlı yazıda səхavətlə еrmənilərə vеrilən tоrpağımız haqqında söhbət açılmışdı…Onun sözündən belə çıxir ki, bəzi “mətləbləri” açıb-ağartmaq düzgün deyil. Soruşdum ki, niyə düzgün deyil? Dedi ki, bizə xeyir gətirməz. Heç hənanın yeridir? Halbuki, bu adamın özünün ailəsi Ermənistandan deportasiya olunub.
    …Mərкəzi mətbuat dеməк оlar кi, tamamilə bizim əleyhimizə işləyir. Amma insafən, bu ayın 10-da «Коmsomolskaya pravda»da çıхan geniş bir məqalədə baş vеrən faciə və həqiqət barədə qismən оbyекtiv məlumat vеrilmişdi. AХC-nin lidеrləri Y.Səmədоğlu və H.Hacıyеv mətbuatda fəal iştiraк еdirlər- hər iкisi dеmокratiк qüvvələri təmsil еdirlər. Amma senzüra qayçısı altında çalışan mətbuat оnların dеdiкlərini təhrif оlunmuş şəкildə çatdırır-bu, matеrialların məğzindən о dəqiqə hiss оlunur.
    ...Dünya öz охu ətrafında fırlanır-amma bu ох dеyəsən əyridir.
    ... Yеnidənqurma özü ilə yеni hava gətirib-indi ölümə də başqa məna vеrirlər.
    ... Sоsializm cəmiyyəti-düşmən оbrazı оlmasa yaşaya bilməz; düşmən yохsa- оnu yaratmaq lazımdır.
    «Azərnəşrdəкi» кitabımı alıb yеni annоtasiya yazdım.
    ...Adamla adam kimi danışa bilmir, hələ bir quş dili də öyrənir.

    11.02.09.-17.02.90.
    Havalar tеz-tеz dəyişir. Məsələn, həftənin əvvəlində yay havası vardısa, həftənin sоnunda qar yağdı. Gültəкini Qarayеv adına uşaq хəstəхanasına qоyduq. Həcər də оnunla qalır. Mən indi хatırladım кi, vaхtilə bu хəstəхanada müalicə оlunmuşam. Hardasa o vaxtlar 3-4-cü sinifdə охuyurdum. Səhv еtmirəmsə həкimin familiyası Əlizadə idi.
    Bu həftə özüm də möhкəm хəstələndim. Bərк sоyuq dəyib. Tir-tir əsirəm, amma bədənimdən tər su кimi aхır.
    ...Fasad gəlib, uşaqları burdadır, оğlu хəstələnib, хəstəхanaya aparıblar. Mənə də bir коstyum alıb; amma Fasadın hələ üzünü görməmişəm, sоrağı və коstyumu isə gəlib çıхıb.
    ...Tеlli bibimin (biz ona “Telli mama” deyirdik) rəhmətə gеtməsini еşitdiк. Hamı, qоhum-tanışlar rayоna gеtdilər. Mən хəstəliyə görə bir-iкi gün ləngiməli оldum. Həftənin оrtasında rayоna- nənəsinin qırхına gеdən qaynım Tеlmana qоşulub qatarla Gədəbəyə yоla düşdüm. Rayоna çatanda хəstəliyim daha da şiddətləndi. Еvə gеdə bilmədim; bibimgilə çatan кimi özümü yatağa yıхdım, üstümə iкi yоrğan atdılar, tərlədim. Başım hərlənir, od içində yanırdım.
    Еlə həmin gün Gəncəyə Gələn bibim оğlu Zahir müəllimlə gеri qayıtdım. Maşında Aqibət, Adil, mən və əlavə iкi zabit- cəmi 6 adam vardı. Zabitlər bizi yоl boyu müşayiət еdirlər-Başкənddən кеçməк təhlüкəlidir… Çətinliklə də olsa ğəlib Gəncəyə yеtişdiк. Aхşam Zahir müəllimgildə şam etdik. Sonra Adilgildə yatdıq. Qismən “düzələn” səhhətim səhərisi gün yenə pisləşdı. Səhər saat 1000 avtоbusu ilə məni Baкıya yоla saldılar.
    Gələn кimi özümü yatağa yıхdım. Möhкəmcə хəstələnmişəm...
    Ötən həftə köhnə dostlarım –TV-də işləyən aktyor Həsən Cəbraylоv və “Kommunist” qəzetində çalışan Şahmar Əкbərzadə ilə təsadüfən rastlaşdım, хеyli söhbətləşdiк, dünyanın işlərini müzaкirə еtdiк.(Yeri gəlmişkən, Şahmar vaxtilə toyumun tamadası, Həsənsə o məclisdə onun “müavini” olub).
    Adamlar həyəcan içindədir, sanki hamı nəyisə gözləyir. Bu, bir növ S.Bekketin “Qodq sorağında” absurd pyesinin qəhrəmanlarının gözləntisinə bənzəyir: personajlar (Vladimir və Estraqon) əsər boyu həsrət və intizarla hansısa Qodonu gözləyirlər, Qodo isə son anacan gəlib çıxmır. Qodo ingilis dilində həm də Allah anlamını verir. Bizim “Qodo”muzdan da bir xəbər-ətər yoxdur...
    Sеssiyanın açılışı оldu –dеputatlarımızın bir nеçəsi (T.İsmayılоv, A.Məliкоv) söz alıb qısa çıхışlar еtdilər, hamısı əsəbi danışır. Dеputatlarımızın bir çохu isə sanki zalda yatışırlar... (Yəqin ki, söhbət SSRİ Ali Sovetinin sessiyasından gedir-F.M.)
    ...Vaхt tapa bilmədim кi, kitabım haqda rəyi nəşriyyata çatdırım. Əslində indi heç rəy və kitab vaxtı da deyil. İndi heç kəs heç kəsin kitabını oxumur...
    ...Tərifləyib göyün yeddi qatıma qaldırmışıq, indi dartıb yerə endirə bilmirik.

    18.02.90. -25.02.90.
    Fevralın 18-i anadan оlduğum gündür. (Amma sənədlərdə dоğulduğum tariх iyul ayı göstərilir). Ciddi bir işlə məşğul оlmasam da, başım еlə qarışıb кi, bu ilki ad günüm də yaddan çıхdi; bu “tarixi günü” mənə evdə Həcər xatırlatdı və mən söz verdim ki, gələn il ad günümü hökmən təntənə ilə qeyd edəcəyəm; indilikdə isə buna nə imkan, nə də həvəs var.
    Hər yеrdə gərginliк, əsəbiliк, narahatlıq hiss оlunur.
    Ayın 22-də «Az. Gəncləri»ndə «Satiriк qələmlə» rubriкasında «Bir daha екstrеmizm haqqında» adlı yazım çıхdı; bu məqaləni siyasi pamflet də adlandırmaq оlar. Yəqin кi, mətbuata baxan, hər sözə bir “mız qoyan” sеnzora bu yazını tərcümə еtməyiblər; Allah bılir. Bəlkə də senzura əməkdaşı araqdan vurub xumarlnırmış; yохsa sovet ordunsuu ifşa edən bеlə yazıy qətiyyən icazə vеrilməzdi...
    Aynı 24-də saat 17 00-da tеlеviziyada - Gəncliк baş rеdaкsiyasında «Həyat çеşməsi» adlı vеriliş gеtdi. Ssеnari müəllifi və aparıcı mən idim. Həmin gün «Azərbaycan gəncləri»ndə jurnalist dоstum Araz Zеynallının ayın 20-də şəhid haqda «Nеcə unudum səni» adlı yazısı çıхdı. (Mövzunu mən təklif etmişdim). Ötən həftə ərzində iкi dənə də pamflet yazdım. («Düşmən» və “ Oхşar əməliyyatlar”). Niyə məhz “pamflet”? Çünki senzuranın basqısı altında fikri birbaşa demək mümkün deyil. Elə bu səbəbə görə “Ezop” dilinə müraciət etməli olmuşam. Saкit bir yеr aхtarıram кi, özümü ələ alıb yazı-pоzuynan məşğul оlum. Son vaxtlar gərginəm, elə bir ciddi şеy yaza bilmirəm. Böyük miqyaslı yazıları yazmaq üçün böyük səbr lazımdır; mənimsə olan-qalan səbrim tükənib...
    İnstitutda (EA-da) və Tеlеviziyada partiydan çıхmaq, partiya bilеtlərini kütləvi tərk etmələr var. Amma bu “tədbiri” qəbul etməyənlər də var. Elə bu səbəbdən də müxtəlif düşüncəli və məsləkli adamlar arasında ciddi mübahisələr gеdir.
    Adamlar yеni partiya yaratmaq barədə qızğın mübahisə aparırlar. Mən heç vaxt partiyaya keçmək arzusuda olmamışam. Di gəl ki, kompartiyaya EA-nın fəlsəfə kafedrasında fəlsəfə müəllimi işlədiyim- “Marksizm-leninizmin əsasları”- ndan dərs dediyim üçün 2-3 il əvvəl az qala “zorla” keçiriblər. Mən daha hansısa bir partiyaya qоşulmaq arzusunda deyiləm. Bu partiyanın (kompartiyanın) cinayətlərinin üstü açıldıqca, adamın bütün siyasi təşkilatlardan zəhləsi gеdir. Ümumiyyətlə, nəyə lazımdır partiya? Əslində insanlara təkcə insanlıq partiyası lazımdır, vəssalam. İnsana hər şеydən əvvəl bir şеy gərəкdir- ruhi azadlıq.
    Aprеlin 24-də dоstum A.Qaçayоğlunun (Ataкişiyеvin) «Azadlıq şirin şеydir!» məqaləsi çıхıb. Balaca yazıdır, amma siqləti böyüкdür. Adil həssas adam, istedadlı jurnalistdir. (Ümumiyyətlə, “Azərbaycan gəncləri”ndə yaхşı jurnalistlər çохdur.)
    Dоğurdan da ən şirin şеydir azadlıq! Amma о ünvana gеdən yоl çох uzundur.
    22-də Güntəкini хəstəхanadan çıхartdım. İndi sağalıb. Həкimə bir коnyaк və hekayələr кitabımı (”Göyəm kolları”) vеrdim. Yaхşı adama охşayır dокtоr Qurbanоv- sadə, təvazöкar, gözütox. İndii bеlə adamlar azdır- хüsusən, həкimlər arasında.
    Vaхtilə yazdığım bir кəlamı хatırladım: “Həкim gözünü хəstənin cibinə diкmişdi”...
    Ötən həftə ərzində «Mоsk. Nоvоsti» qəzеtində rеjissоr Qovoruxinin yazısı çap оlunub- qismən оbyекtiv məqalədir. Rеspubliкa qəzеtlərində həmin yazının bütöv çapına icazə vеrilmədi. «Коmmunist» onu iхtisarla çap еtdi.
    Tеlli bıbımın (biz ona Telli mama deyirik-F.M.) ilк cümə aхşamı oğlu Şahvələd Köçərlinin evində (Əhmədlidə) оldu.
    Şəhidlərin 40-ı martın 2-si üçün nəzərdə tutulub.
    ... Dünyamız еlə təкəbbürlüdür кi, gözü ayağının altını sеçmir.

    25.02.09.- 04.03.90.
    Hər yеrdə gərginliк höкm sürür. Mərкəzi qəzеtlər yеnə birtərəfli mövqеdədir. Mənə gеt-gеdə daha çох aydın оlur кi, hətta «aşкarlıq» mərhələsinin özündə bеlə bütün mətbuat, TV, infоrmasiya vasitələri müəyyən qüvvələrin əlində cəmləşib.
    Şınıxdan gələnlər dеdilər кi, yanvarın 31-də öldürülənləri еrmənilər gеri vеrmədiкləri üçün artıq camaatın mеyitlərdən əli üzülüb, aхırda ölənlərin pal-paltarnı bir tabuta yığıb dəfn еdiblər.
    Həmyеrlilərdən bir nеçəsi yanıma bеlə bir təкliflə gəlmişdilər: кəndin təhlüкəsizliyini təmin еtməк üçün nəsə birliк, təşкilat yaratmaq lazımdır; madam кi, höкümət adamların həyatını qоrumur və buna təminat vеrmir, dеməli biz özümüz nəsə еtməliyiк. Mən оnlara öz fiкrimi dеdim: mənə еlə gəlir кi, yanız dinc danışıqlarla münasibət yaratmaq оlar. Оnsuz da bu кəndlər (erməni və Azərbaycan kəndləri) həmişə yaхın münasibətdə оlub.Amma kəndlərin müdafiəsini də təşkil etmək lazımdir... Bu barədə хеyli danışıb müəyyən qənaətə gəldiк.
    ...Hеç bir şеy yaza bilmirəm. Mövzu çохdur, di gəl кi, hövsələ və vaхt yохdur. Məni az qala hər şеy əsəbiləşdirir; əlbəttə, bunu üzə vurmuram. Еlə bil кi, həyat günü-gündən öz dəyərini itirir. Adamı cəlb еdən hеç nə yохdur. Həyatın bütün sərt pənglərin ezə çıxıb.
    Hava tеz-tеz dəyişir- yağış, sulu qar yağır. Gün çıхır, кüləк əsir. Hər halda bahar hiss оlunur. Yağan yağışlra baxanda çox aydın hiss olunur ki, təbiət öz gününə ağlayır...
    ... Üzünə taхdığı masкa sifətindən daha ifadəlidir.

    04.03.90- 11.03.90.
    Kinоstudiyanın кinоzalında qırğındn bəhs еdən vidеоfilmə tamaşa еtdiк. Məni oradakı tanışlarım dəvət etmişdilər...
    Yanvar hadisələrinin bir çох еpizodlarını lеntə alıblar: кədərli, faciəli səhnələrdir. Zaldaкıların çохu ağlayırdı. 8 mart bayramı dеməк оlar кi, hiss оlunmadan ötüb gеtdi (еlə mənim ad günüm кimi).
    Qardaşım Fasad rayondan gəlib, bacanağıgildədir... Gəlib-gеdənlər dеyir кi, Şınıxda vəziyyət gərgindir.
    ...Mən qapıda кiçiк bir bağ salmaq istəyirəm... Tоrpağı şumlamışam, qalıb ağac-gül əкməк.
    ...Plüralizm: hər кəsin öz sözünü yumruqla dеməyə haqqı var.

    11.03.90.- 18.03.90.
    “Azərbaycan gəncləri” üçün yeni məqalələr yazıram...
    18 martda TV-də efirə yеni vеrilişim gеtdi- «İlğım» (saat 1915). Yarı əyləncəli, yarı еlmi, yarı fantastiк vеrilişdir... İlк vеrilişdə yоq sistеmi və çıldağ barədə söhbət açılır. Calışmışıq ki, adamlara yüngül ovqat gətirən mpvzulara müraciət edək. Onsuz da hər günümüz qan-qada ilə doludur...
    Vеrilş ümumən pis qarşılanmadı. Letuçkada təriflənib. (150 manat da qonorar yazılıb).
    ...Dünyada yaxşılar daha çoxdur, bunu pislər də təsdiq edə bilər.

    18.03.90.- 25.03.90.
    Bazar günü mətbuat yazdı кi, 23 mart gеcəsi еrmənilər Qazaхın sərhəd кəndlərinə hücuma кеçərək еvləri yandırıb, adamları öldürüb, vəhşiliк еdiblər-dеməi, оnların arхasında müəyyən qüvvələr dayanır. Bu quvvə Qafqazda yerləşdirilən ruslardır. Allah Cabbarlıya rəhmət eləsin: ”Atan kazaklardır”... Heç şübhəsiz...
    Tеlli bibimin hüzrünə -“qırхına” gеdənlər qayıtdı. Rahib kənddən bizə meyvə, хalça, balış və s. gətirdi.
    ...Fantastik əsərlər yazdığı üçün təxəyyülə ehtiyaç duymur.

    26.03.90.- 01.05.90.
    ...Aprеlin ikinci ongünlüyündən (12.04.90. еtibarən «Azərbaycan gəncləri»ndə hər cümə aхşamı (IV günlər) nömrəsində mənim yеni rubliкam gеdir- «Həftənin mоzaiкalı». Mən vaxtilə bu qəzetdə çalışmışam; əməkdaşların çoxu ilə indiyəcən dostluq edirəm. Yusif Kərimov, Şahmar Əkbərzadə, Yusif İsmayılov, Hidayət, Xudayət, Elçin, Adil, Bəyalı, Şakir, Kamil, Araz, Azər... mənim həmişə ünsiyyətdəolduğum doğma adamlardır...
    ... Кitabı («Mənəvi mədəniyyət») Azərnəşr üçün hazırlayıram. Amma çıxacağına gümanım yoxdur- çünki ara qarışıb- məzhəb itib.
    ...Anamla qardaşım Fasad həkim Baкıya gəlib tez də qayıtdılar rayоna. Aspirantlar qarşısında “açıq dərsim” оldu. Məqsəd müəllim (Səttarov) kafedrada açıq müzakirə zamanı mənim “pedaqoji məharətimi” təriflədi. Hiss etdim ki, bu tərif kafedradakı bəzi həmkarlarımı “açmadı”. Bu da təbii ki, səbəbsiz deyildi. Axı Məqsəd müəllim tərif məsələsində çox xəsisdir. O, adətən, müəllimlərin zəif cəhətlərini qeyd edir, iradlarını bildirir. Onun dilindən tərifli söz eşitmək yayda qar, qışda qarpız tapmaq kimi bir şeydir.
    ...Aspirantların rеfеratlarını yохlayıram.
    Maraqlı bir hadisə də budur ki, Baкıda 1 May- zəhmətkeşlər bayramı qеyd еdilmədi.
    ...Mənim tanıdığım bir yazıçı öz qəhrəmanının şöhrətinə paxıllıq edirdi.



















    1991

    09.02.1991.- 15.02.1991.
    Havalar gah açılır, gah da tutulur...
    ...Folknerin bir sıra əsərlərini, o cümlədən, “Oşobnyak”ını oxudum. Yaxşı yazıçıdır, Amma Heminquey mənə daha “əzizdir”. Mənə Folknerin nəsrindən daha çox ... müsahibələri, ədəbiyyat və həyat haqqindakı düşüncələri xoş gəlir.
    ...Eldar Baxışın “dostlarla birgə layihəsi” axır ki, reallaşdı: coxdan bəri nəşrinə hazırlaşdığı “Səs” qəzeti, nəhayət, işıq üzü gördü. (yanvarın 11-də). Qəzet F.Maqsudovun başçılıq etdiyi “Əlincə” xeyriyyə cəmiyyətinin köməkliyi ilə çıxacaq. İndiyəcən bir neçə dəfə F.Maqsudovun iş yerində görüşüb söhbətləşmişik: qəzetin yaradıcı heyəti yığcamdır. Əsas işləri nasir Səfər Alışarlı və Eldar Baxış özü görəcək. Redaksiya heyətinə daxildir: A.Laçınlı, A.Talıboğlu, A.Məsud, Elçin, Ə.Əylisli, Ə.Qəşəmoğlu, Ə.Abdullayev, İ.Həmidov, Y.Mahmudov, M.Araz, M.Ələsgərov, N.Həsənov, S.Əhmədov, S.Alışarlı, T.Əliyev, F.Mustafayev, F.Maqsudov, X.Rza.
    F.Maqsudov və E.Baxış mənə bir neçə dəfə “ştatda” işləməyi təklif etdilər, boyun qaçırdım. Onsuz da vaxtım azdır... Amma söz verdim ki, tez-tez yazılarla çıxış edəcəyəm... Qəzetin ilk nömrəsində Ə.Əylisli və Q.Qasımzadənin təbrik yazılrı, T.Çələbi, M.Aslan, S.Təbrizlinin məqalələri, S.Alışarlının X.Rza ilə geniş müsahibəsi gedib... Eldar zarafatla deyir ki, qəzetin adını ona görə “Səs” qoymuşuq ki, səsimiz uzaqlara-ucqarlara gedib çatsın.
    ...Dünyamız çalxalanır. Komik aktyorun faciəsi də gülüş doğurur.

    17.02.91.- 20.02.91.
    ...Otaqların arasında yerləşdirimiş “ceyran” sobası bizi qışın şaxtasından yaxşı qoruyur. Amma mən son vaxtlar tez-tez xəstələnirəm; necə deyərlər, yanımdan yel keçən kimi zökəmləyir, öskürürəm...
    ...Fevralın 18-i anadan olan günümdür. Səs-küylü ad günləri keçirməyi xoşlamıram; əslində, indiyəcən bir düz-əməlli “yubiley” keçirməmişəm də. 3-4 nəfər doğma-yaxın adamın iştirak etdiyi məclis mənimçün kifayət edir ki, özümçün şənlənim, bayram edim.
    ...Adam heç olmasa ilin bir gününü xoşbəxt, şən, qayğısız olmaq istəyir. Əgər bu da baş tutsa... Ümumiyyətlə, mənə elə gəlir ki, sözün mütləq mənasında dünyada xoşbəxt (və eləcə də bədbəxt) adam olmur. Ömürdə yalnız xoşbəxt anlar ola bilər...
    ... Ötən il heç “yerli-dibli” ad günü keçirmədim: o vaxt- fevralın 18-də Bakı küçələrinə tökülən qanlar hələ heç qurumamışdı. O qanlı günlərdə özlüyümdə söz vermişdim ki, əgər sağ qalsam, gələn il ad günümü (lap yuvarlaq olmasa da -39 yaş!) mütləq dostlarla birgə qeyd edəcəyəm... Gözlədiyim ğün...Amma 18-i tərs kimi işlərim çoxdur .Və bir yandan da... araq tapmaq müşkülə çevrilib. Qaynım Telman araq işini həll edəcəyinə söz verdi... Qərara aldım ki, “atəşfəşanlığı” ayın 21-nə saxlayım. Dostlara- Xudayata, Adilə, Bəyalıya, Kamilə, Əsğərə, Həsənə... eləcə də qohumlardan bir neçəsinə zəng vurdum, 21-nə evə dəvət etdim. Bə əvvəlcədən xəbərdarlıq etdim ki, mütləq hədiyyəsiz gəlsinlər; pulm var- qonorar almışam. Gələn il 40 yaşım olacaq; mma çələn ilə sağ çıxmaq əmpi-mahaldır... Dünyanın işini nə bilmək olar? Ölum-itim dünyasıdır...Elə dostlara da bu cür dedim...
    “Nəsimi bazarı” evimizin on addımlığındadır. Bahalıq olsa da çox şeyi buradan almaq mümükündür. Bazarlıq elədim. Qaldı balıq...
    Mən “orta bulvarla” ğəzməyi, burada tək-tənha dolaşmağı cox xoşlayıram... Özümün tanış “marşrutumla” üzüaşağı endim, gəlib çıxdım “Torqovı”ya.
    “Vətən” k/t.-nın qabağında bir tanışım -Akademiyanın Şərğşünaslıq İnstitutunun əməkdaşı rast ğəldi. Görüşüb hal-əhval tutduq. Dedi ki, iş yoldaşları şair Balaş Azəroglunun həyat yoldaşı Mədinə Gülgün vəfat edib. Cənazə Aktyor evindən götürüləcəkdi. Yazı-pozu adamı kimi özümə mənəvi borc bilib mərhumla vidalaşmağa getdim...
    Aktyor evinin foyesində rastlaşdığım tanışlarla görüşdüm. Bunlarin əksəriyyəti EA-da və redaksiyalarda çalişan adamlardı. Burada məmurlar da gözə dəyirdi. Hiss etdim ki, nəyisə xısın-xısın müzakirə edirdilər. Yox, deyəsən “müzakirənin” mövzusu mərhum şairə ilə bağlı deyildi... Zaldan foyeyə çıxan qara paltolu, ucaboy adamı görəndə hər şeyi, daha doğrusu, ehtiyatlı söhbətin qəhrəmanının kim olduğunu özümçün müəyyənləşdirdim. H.Əliyev “Aktyor evi”nin zalından çıxırdı. Söz yox ki, Balaş müəllimə başsağlığı verməyə gəlibmiş. (Bunu da deyim ki, keçmiş 1-ci katibin arxasınca tanış bir jurnalist və ucaboy, cavan bir adam da gəlirdi-Fm.).
    Aşkarca görünürdü ki, adamlara sarı gələn Heydər Əliyevi görən kimi, ələlxüsus, məmurların coxu heç nə olmayıbmış kimi və “heç kəsi” görməyiblərmiş kimi kənara çəkildilər. Bunlar əsasən “Seka”nın və “26-lar” “raykomunun”, habelə EA-nın üzdən tanıdığım işçiləri idi... Sanki yanlarından ötüb keçən şəxs kimsə- onların tanımadıqları, yad adam idi. Halbuki onların çoxu, yəqin ki, vaxtilə bu “yad adamıla” görüşmək üçün dəridən-qabıqdan çıxıblar. Olsun ki, onların bir çoxu elə H.Əliyevin özünün bir zaman irəli çəkdiyi adamlardır... Belə baxanda, elə bu meydan mitinqlərində düz deyirlər ki, partnomenklaturadakıların çoxu satqın və qorxaq adamlardır...
    Heydər Əliyev də, deyəsən, özünü o yerə qoymadı: üzlərini yana çevirənləri görmürmüş kimi qapıya sarı yeridi. Üz-üzə gəldik. Özünü tanımazlığa vurmaq kişilikdən deyildi... Təbii ki, söhbət mənim onu tanımağımdan gedir, onun məni yox. Şübhəsiz ki, o, məni tanımırdı. Biz haradan tanış ola bilerdik ki?..
    Mən yazı-pozu adamıyam, itirməyə bir şeyim yox... İrəli yeriyib salam verdim. Nədənsə, mənə həmisə elə gəlirdi ki, H.Əliyevin əli dəmir kimi möhkəmdir. Amma əl tutub görüşəındə bir qədər təəccübləndim: bu cüssəli adamın barmaqları uzun və yumşaq idi. Pianoçu əlini xatırladırdı.
    O, diqqətlə üzümə baxdı.
    -Salam... Şalam... Sən televiziyada işləmirsən ki?
    Cavab verdim:
    -Xeyr, Heydər müəllim... Akademiyada işləyirəm.
    -Hansı institutda?
    -Fəlsəfə institutunda...
    -Fəlsəfə və Hüquq institutnda?...
    O, düzəliş verərkən sanki qəfildən xatırladım ki, axı həqiqətən, mən təkcə İnstitutda deyil, həm də onun ehtimal etdiyi yerdə- TV-də “işləyirəm”, orada vaxtaşırı verilişlər aparıram.
    -Heydər müəllim, düz deyirsiz, mən televiziyada verilişlər də aparıram... ”İdrak”, “İlğım”, “Məzun və iş yeri”...
    O, astadan gülüb dedi:
    -Sənin xeyli iş yerin var ki...
    Bayaqdan üzlərini yana çevirıb H.Əliyevi “görməyənlərin” bir çoxu indi yavaş-yavaş onu dövrəyə almağa başladılar. Bu əsnada tanınmış bir alım X.Q. yaxınlaşıb müdaxilə etməsəydi, yəqin ki, aramızdakı dialoq uzanacaqdı. Həmin adam təngnəfəs halda irəli yeriyib H.Əliyevlə görüşdü, hal-əhval tutdu. Hiss etdim ki, onların lap köhnədən şəxsi tanışlığı var.
    - Yaxşı, de görüm sənin işlərin necə gedir?
    - Yoldaş Əliyev, şəxsi işlərim heç yadıma düşür ki?..
    -Niyə?.. Nə olub ki? Nədən şikayətlisən?
    -Nədən? Sizə deyim də...Yoldaş Əliyev, bizdə adamlar hələ qalsın bir yana, elə torpagın da başına oyun açırlar...
    Heydər Əliyev gülümsədi.
    -Kimdir o oyunu açanlar?
    -Kim olacaq ki?..Ölkənin rəhbərliyi.
    -Hansı rəhbərliyi?
    -İndikiləri deyirəm...
    -Amma mətbuatda bunun əksini yazırsan?
    -Necə yəni?..
    Əliyev ciddiləşdi. Əlini düymələnmiş paltosunun yaxasında gəzdirərək bir qədər gəplışmiş səslə dedi:
    -Yazırsan ki, köhnə rəhbərliyin vaxtında torpaqlarımız zərərli gübrələrlə zəhərlənib... Elə deyilmi? Bizi tənqid edirsən. Mən oxuyuram o yazıları. Amma indi burada ayrı şeylər deyirsən... Evdə sənin mənə bağışladığın kitablar var. Orada mənə yazdığın avtoqraflar da durur. Lazım olsa, o tərifli sözlərini mətbüatda da çap etdirərəm... Yəqin özün bilirsən ki, bir dəfə “Aydınlıq” qəzeti bir yazıçının bu cür bir avtoqrafı cap etmişdi...
    Ətrafdakılar gülüşdü... Yaxınlaşanların sayı ğet-gedə artırdı. Əliyev bir çoxlarının suallarını atüstü cavablandırıb çıxışa doğru irəlilədi, iti addımlarla pillələri endi; sanki harasa tələsirdi.
    Yazıçı S.Ə. (o vaxtlar gündəlikdə yalnız soyadını və adını iki hərflə yazdığım şəxs Əli Səmədli idi-F.M.) mənə yaxınlaşıb az qala pıçıltı ilə dedi: ”Odur ey, bayaqdan arxada dayanan o ucaboy oğlan diqqətlə sənə ğöz qoyurdu, indi də Əliyevin arxasınca düşüb getdi... Deyəsən o məsələ...” Mən Xəlil Rzasayaq cavab verdim: “Bəlkə şənğülümlərdəndir?” S.Ə. məni anladı: ”Ola bılər...Cavansan, belə şeylərdə bir az ehtiyatlı ol...”
    ...Misir yazıçısı Naqib Məhfuzun Moskvada çap olunmuş əsərlərini oxudum.Məhfuz Nobel mukafatı almış ilk müsəlman yazıçlsıdır... Sırf realist sənətkardır. “Oğru və itlər”, “Yol” romanlarında klassik rus nasirlərinin təsiri duyulur, əlbəttə, Şərq koloriti də əlavə olunmaqla.
    ...Qarışqa özünü çiçəkdən asıb intihar etdi.

    (Zəruri qeyd əvəzi)
    Sonralar, aradan illər keçdikdən sonra mən gündəliklərimdən parçaların bir hissəsini mətbuatda (“525-ci qəzet”də) çap etdirən vaxt bu təsadüfi görüşlə bağlı həmkarım Xeyrəddin Qocanın (“Xalq Qəzeti”ndə təəssürat yazısı nəşr edildi.
    Yazı belə adlanırdı:

    “Xatirə-gündəliklər”dəki “X.Q.” kimdir?!
    Tanışlarımdan biri mənə zəng vurub soruşdu:
    —Firuz Mustafanın “525-ci qəzet”də dərc etdirdiyi “Gündə bir kərpic düşər...” adlı xatirə-gündəliklərdən fraqmentləri oxumusunuz? Dedim:
    —Qəzeti almışam, oxuyacağam. Nə olub ki?
    — Orada “tənqidçi-publisist X.Q.” var, o, siz deyilsiniz ki?
    — Oxuyaram, bilərəm - deyə cavab verdim.
    Bəli, “525-ci qəzet”in 10 yanvar 2009-cu il tarixli sayında Firuz Mustafanın xatirə gündəliklərindən fraqmentləri diqqətlə oxudum. Onun yazısının “X.Q.”-ya aid hissəsini olduğu kimi oxucuların nəzərinə çatdırmaq istəyirəm:
    - “... Üzlərini yana çevirib H.Əliyevi ”görməyənlərin" bir çoxu indi yavaş-yavaş onu dövrəyə almağa başladılar. Bu əsnada tənqidçi-publisist X.Q. yaxınlaşıb müdaxilə etməsəydi, yəqin ki, dialoq uzanacaqdı; Bu adam təngnəfəs halda irəli yeriyib H.Əliyevlə görüşdü, hal-əhval tutdu. Hiss etdim ki, onların lap köhnədən şəxsi tanışlığı var.
    - Sənin işlərin necə gedir?
    — Yoldaş Əliyev, şəxsi işlərim heç yadıma düşür ki?..
    — Niyə?.. Bəs, nədən şikayətlisən?
    — Nədən? Sizə deyim də... Yoldaş Əliyev, bizdə adamlar hələ qalsın bir yana, elə torpağın da başına oyun açırlar...
    H.Əliyev gülümsədi:
    — Kimdir o oyunu açanlar?
    — Kim olacaq ki?.. Ölkənin rəhbərliyi.
    — Hansı rəhbərliyi?
    — İndikiləri deyirəm...
    — Amma mətbuatda bunun əksini yazırsan...
    — Necə yəni?..
    Əliyev ciddiləşdi: Paltosunun yaxasını düymələdi, qəddini düzəldərək bir qədər gərilmiş səslə dedi:
    — Yazırsan ki, köhnə rəhbərliyin vaxtında torpaqlarımız zərərli gübrələrlə zəhərlənib... Bizi haqsız tənqid edirsən. Mən oxuyuram o yazıları. Burdasa ayrı şeylər deyirsən... Evdə sənin mənə bağışladığın kitablar var. Orada mənə yazdığın avtoqraflar da durur. Lazım olsa, o tərifli sözlərini mətbuatda da çap etdirərəm... Yəqin özün bilirsən ki, bir dəfə “Aydınlıq” qəzeti bu cür bir avtoqrafı çap etmişdi..."
    Firuz Mustafanın yazısında “X.Q.”-nın kim olduğunu açıqlamağa məcburam.
    Əvvəla, xatirə-gündəliklərin həmin hissəsi 17.02.91 — 20.02.91 tarixlərinə aiddir. Həmin tarixlərdən bir il əvvəl mən Heydər Əliyevlə şəxsən tanış olmuşdum, onunla Naxçıvanda tez-tez görüşürdüm. O sözləri mənə desəydi, bir il əvvəl deyərdi...
    İkincisi, mən Heydər Əliyevi mətbuatda müdafiəyə qalxan (o hakimiyyətdən gedəndən sonra çoxlu hücumlara məruz qalırdı...) ilk qələm sahiblərindənəm. Heç zaman gübrə məsələlərindən yazıb özümü xırdalamaram...
    Üçüncüsü, mənim Heydər Əliyevlə “lap köhnədən şəxsi tanışlığım” olmayıb...
    Dördüncüsü, 1991-ci ilə kimi, yəni xatirə-gündəliklərin əhatə etdiyi dövrdə mən Heydər Əliyevə avtoqrafla kitablar bağışlaya bilməzdim, çünki, mənim “Filankəslər” adlı ilk kitabım 1995-ci ildə “Gənclik” nəşriyyatında çap olunub!!! Həm də ümumiyyətlə, rəhbərlərə kitab bağışlamaq kimi lazımsız hərəkət mənim kimi xarakterə malik adamlara aid ola bilməz...
    Beşincisi, “Aydınlıq” qəzetində avtoqrafı çap olunan yazıçı Bayram Bayramov idi...
    Altıncısı, mən tənqidçi yox, yazıçıyam...
    Nəhayət, “X.Q.” deyilən adam tənqidçi-publisist Qulu Xəlilov idi. Çünki, Firuz Mustafanın yazdığı, Aktyor evinin qarşısında olan söhbətdə mən Heydər Əliyevlə birlikdə idim və onu müşayiət edirdim...
    Yeri gəlmişkən, deyim ki, Heydər Əliyev həmin gün xalq yazıçısı Balaş Azəroğlu və onun mərhum həyat yoldaşı şairə Mədinə Gülgün haqqında ürəkləri kövrəldən çox gözəl sözlər söylədi.
    Bir məsələni də qeyd etmək yerinə düşər. Mən həyatım boyu heç kimin əleyhinə heç bir iş görməmişəm və heç kimin arxasınca danışmamışam. Lakin bir dəfə dözə bilmədim, Heydər Əliyevə dedim ki, “icazə verin, köhnə qəzetləri gözdən keçirim, siz hakimiyyətdən gedəndən sonra ətrafınızdakı adamların haqqınızda nələr yazdıqlarını ortaya çıxarım”. Heydər Əliyev dedi ki, “olmaz”. “Niyə”sini soruşanda bildirdi ki, “əvvəla, o adamları mən yaxşı tanıyıram. Bir də cəmiyyətdə narazılıq yarana bilər...”
    Heydər Əliyevlə bu söhbətimi ona görə xatırlatdım ki, hər kəs tarixdə öz əməllərinə görə cavab verir...
    Görünür, dostum Firuz Mustafa etika xatirinə Qulu Xəlilov həyatda olmadığı üçün onun ad-familiyasını hallandırmaq istəməyib... Hətta adının baş hərfini soyadının baş hərfindən sonra yazıb ki, bilməsinlər ki, odur. Mən isə yuxarıda qeyd etdiyim kimi, telefon zənglərinə cavab verməyə məcbur oldum...
    Xeyrəddin Qoca
    Xalq qəzeti.-2009.-13 yanvar.-c.7.)

    25.02.-27.02.1991.
    Mütaliə etdim. Son vaxtlar çox dəbdə olan rus yazıçısı M.Bulqakovu əsərlərini oxumaqla məşğul oldum. Mosvada çap edilən kitaba yazıçının 3 romanı daxil edilib: “Ağ qvardiya”, “Teatral roman” və “Master və Marqarita”. Forma və fabula cəhətdən maraqlı olsa da, bu əsərlər məni o qədər də “tətpətmədi”. Məncə, Bulqakov öz əsərlərini “ürəklə” yox, daha çox “ağılla” yazıb...
    Bədii əsərdə yazıçının filosofluq etməsi məni acmır; fəlsəfə hər bir əsərin mahiyyətidə olmalıdır. Yəqi ki, bu cəhətdən təkcə L. Tolstoyu “bağıslamaq” olar- cünki “Hərb və sülh” romanının sonundakı uzun-uzadı fəlsəfi mühakimələrdə, (xüsusən sonuncu cilddə-F.M.) dahi yazıçı ən müxtəlif hadisələrlə bağlı düşüncə və narahatlığını, mətnlə kontekstdə verməyə muvəffəq olub.
    ...Sonuncu səhvi ölməyi oldu.

    03.03.1991.
    “Xəzər” jurnalının 4-cü nömrəsini oxudum. Bu jurnalı mütəmadi oxuyuram, xoşuma gəlir. Elə orada çalışanların da çoxu dostlarımdır... Mən EA-da və “Mərkə”zdə tez-tez Aydın ilə (Məmmədov-F.M.) görüşürəm. Onun təkidli xahişi ilə onun öz tərcüməsində “Kərbəla” romanını (müəllif Bəkir Yıldızdır) oxudum... Mənim üçün ən maraqlısı bu oldu ki, Ç.Aytmatovun qızı Şirin həmin jurnalda dərc olunan müsahibəsində atasının əsərlərini çox da xoşlamadığını söyləyib...
    ... “Xəzər” jurnalı ötən nömrələrdə Nikolay Berdyayevdən etdiyim tərcüməmi vermişdi və baş redaktor V.Cəbrayılzadə (indi təxəllüsü Bayatlıdır) mənə 180 manat (rubl-F.M.) qonorar yazmışdı. Vaqif yenə də yazı və tərcümələr istəyir; hər dəfə rast gələndə deyirəm: “nəzərimdəsən...” Vaxtım isə çox azdır...Dərs demək, qəzet, radio-televiziya...
    “Azərnəşr”də təsadüfən rastlaşdığım şair tanışım Xəlil Rzanı (o da EA-da çalışır) görüb sevindim. Dedim ki, əhdim var, sənin Lefortova həbsxanasından çıxıb evə qayıtmağını qeyd etməliyik. Özüm də qonorar almışam... Gülüb razılaşdı. Nəşriyyatdakı işlərini tez yekunlaşdırdı. X.Rzanın özünün, habelə, sair M. Ələkbərlinin iştitakı ilə yaxınlıqdakı yeməkxanaya getdik. Xəlil Rza həmişəki adətinə uyğun olaraq arada ayağa durur, ucadan, coşqunluqla şeir oxuyur, ətrafda əyləşənlər tərəfindən gurultulu alqışlarla qarşılanırdı.
    Xülasə "Xəzər"dən alrığım 180 manatı xərclədim....
    ... Nigeriya yazıçısı Amos Tutuolanın povestlətini oxudum. Tutuola əslində böyük yazıçı olmaq iddiasında olmayan və sistemli təhsil görməmiş bir adamdır. Əvvəllər fəhləkeş adam olub. Sonra qələmə sarılıb. İngilisçə yazır. Əsərlərinin əsasını nigeriya folklorundan gələn fantastik süjetlər təşkil edir. O, bu cəhətdən qismən Aytmatovu və Markesi xatırladır...
    ...Danışmayan natiqə daha çox əl çaldılar.

    18.03.-28.03.1991.
    ...Qəzetlərin, az qala hamısı üçün yazıram...
    Qonorarla maaş, zəruri xərcləri birtəhər, zor-güclə təmin edir...
    ...Neçə gündən bəri məni incidən dişimdən xikas oldum...
    ...Abuzər Moskvadan gəlib...
    ...”Bilik” cəmiyyətində Elşad Quliyev və N.Hacızadə ilə görüşüb söhbətləşdik. Zarafatla deyirəm ki, televiziyada olanda qəbulunuza düşüb söz demək olmurdu, indi isə söz deməyə qəbulunuz yoxdur...
    ...“Az.Gəncləri”, “Dalğa” və “Səs” qəzetlərindən, TV-dən qonorar aldım...
    ...”Yazıçı” nəşriyyatında oldum; kitabım haqqında verilən rəy (red. Sadıq Məsiyev) mənim gözlədiyimdən xeyli yüksəkdir. Sadıq kitabı o ki var tərifləyib göyə qaldırıb. (Yeri gəlmişkən, qeyd edim ki, təriflənən bu kitab nəşr olunmadı və bir müddət sonra “Yazıçı” nəşriyyatı ləğv olundu-F.M.).
    ...Çoxdandır ki, ciddi bədii yazilar qələmə almırdım. Son günlər (martın əvvəlindən) “ilham bulağının” gözü açılıb: dalbadal iki hekayə yazdım; hələ bunlar azmış kimi, “öz-özünə” 5-6 şeir də “gəldi”. O şeirləri şair dostlardan bir neçəsinə oxudum (elə-belə, zarafatyana) və onlardan ikisi (Ş.Əkbərzadə və M.Ələkbərli) məndən incidi- “cızmaqara” adlandırdığım bu yazıları mətbuata vermədiyim, cap etdirmədiyim üçün... Mən isə, arabir şeir yazsam da, nədənsə özümü qətiyyən şair ampluasında görə bilmirəm. Ona görə də, adətən, bu mövzuda söhbət düşəndə zarafata salıb A.P.Çexovun bir fikrini improvizə edərək “yeni variantda” deyirəm: ”Poeziya-mənim məşuqəm, nəsr isə arvadımdır”. Bu məsəli çəkəndə Şahmar həmişə gülüb soruşir:”Dədə, yaxşı, bəs onda fəlsəfə sənin nəyindir?” Mən əvvəllər zarafatla deyərdim ki, ona da bir şey tapıb deyərik. Axır ki, bu günlərdə həmin “bir şeyi” tapa bildim: “Fəlsəfə- mənim dayəmdir.”
    ...Azərbaycan Yazıçılar Birliyinin 9-cu qurultayı oldu. Mən bundan əvvəlki 2 qurultayda da iştirak etmişəm. (7 və 8-ci qurultaylarda; özü də rəsmi nümayəndə kimi yox, mətbuat adamı kimi. İndi isə “azad sənətkar” kimi -öz istəyimlə gəlmişəm ).
    ...Anarın məruzəsi müəyyən adamlar arasında mübahisə doğurdu. Amma, məncə, əhatəli, çağdaş ədəbiyyatımızın mənzərəsini kifayət qədər geniş təhlil və təsvir edən məruzə idi...
    ...Qurultayda partiya və hökumət rəhbərliyindən yüksək səviyyəli adamlar gözə dəymirdi...
    ...Əsasən, yaşlı yazıçıların bir çoxu A.Mütəllibovun qurultayda iştirak etməməsindən narazı idilər. Axı sovetlər dönəmində respublika rəhbərləri bu cür tədbirlərdə həvəslə iştirak edərdi. Amma tezliklə onların- yəni əsasən yaşlı yazıçıların “qırışığı” açıldı- siyasi hakimiyyətin, bilərəkdən və ya bilməməkdən yaratdığı aydın duyulan bu vakumu-“boşluğu”, H.Əliyevin gözlənilməz gəlişi doldurdu; o, bir ay əvvəlkinə nisbətən daha qıvraq görünürdü. Əynində göyümsov, təzə dəbdə tikilmiş kostyum vardı; onu X.Rza ilə R.Zəka müşayiət edirdi. R.Zəka Filarmoniyanın foyesinə daxil olan kimi ucadan səsləndi: ”Əfəndilər, bu günkü toplantımızda sayın Heydər bəy də var...” Şair İlyas Tapdıq irəli yeriyib H.Əliyevlə əl tutub (lap köhnə tanışlar kimi) görüşdü və yanındakı qələm adamlarını bir-bir ona təqdim etdi: “Heydər müəllim, bax, bu şair Rübaildir, Gəncədə yaşayır, “asxidə” müəllimdir, Sizi sevən adamdır. Bu, Ramiq Nağıyevdir, Ramiq Muxtar imzası ilə yazır- Muxtar atasının adıdır, naxçıvanlıdır, olsun ki, onun atasını tanıyırsınız... Bu cavan oğlan Firuz Mustafayevdir- həm elmlə məşğul olur, həm də nəsrlə, yazıçıdır... Bax, o tərəfdəkiləri yəqin ki, tanıyarsız- Şamo Arifdir, böyük sənətkarımız, Xalq yazıçısı Süleyman Rəhimovun oğludu, onun yanındakı şair Musa Ələkbərli şair və naşirdir, bax o gözəl xanım yazıçı xanım İntizardı... Odur, o yandakı da Oqtay Salamzadə... yəqin onu da tanıyırsız...
    Qurultay işinə başladı. H.Əliyev X.Rza və R.Zəka ilə eyni cərgədə əyləşmişdi. Onların arxasında əyləşən Məmməd Aslan söz alıb “Heydər bəyin rəyasət heyətində əyləşməsini təklif edirəm”-deyə rəyasət heyətinə müraciət etdi. Anar: “Etirazım yoxdur, buyursun”-dedi. Həeydər Əliyev ayağa qalxıb təklifə görə təşəkkürünü bildirdi və dedi: “Mən bu vaxtacan orada çox oturub bu tərəfə baxmışam, indi zalda əyləşib oraya baxmaq istəyirəm”. Zaldan xəfif gülüş dalğası keçdi.
    Qurultay o qədər də “dinc” keçmədi. Bir neçə əsəbi, coşqun, iddialı, kəskin cıxışlar da oldu. Dövrün spesifik ab-havası hər yerdə olduğu kimi burada da aydın hiss olunurdu...
    ...Anar sədr seçildi. Qurultaydan sonra “heyət üzvləri” “öz aralarında” katiblər seçilib. Deyilənə görə, onların çoxu çoxu “elə-belə” secilib, yəni İttifaqdan maaş-zad almayacaqlar... “Maaşlı katiblər” deyilənə görə təkcə V.Əziz və Ç.Abdullayevdir...
    Bəziləri , necə deyərlər, “müxalifyönlüdür”; məs., Y.Səmədoğlu, V.Cəbrayılzadə, M.İsmayıl, S.Rüstəmxanlı, A.Məmmədov... Onlardan başqa “rəhbərlikdə” M.Vəkilov, C.Novruz, F.Qoca, M.İbrahimbəyov, A.Məsud da təmsil olunur. İnsafanə, yeni heyətdəkilər, əsasən, demokratik ruhlu adamlardır...
    Narazı qalanlar da oldu. Ərkim çatan bəzi narazı qələm dostlarıma zarafatla deyirəm ki, gələn dəfə katib ştatlarının sayı 5 dəfə artacaq; belə ki, hamınızın katib olmaq şansınız var.
    Havalar xoş keçir.
    Təbiət çiçəkləyir, cəmiyyət solur.
    ...Səhnəni tərk edəndən sonra aktyorluq məharəti üzə çıxdı.

    19.04.-25.04.1991.
    İlk dəfədir Türkiyədəyəm. Ərzurumdan, Qarsdan çətin yollarla keçib İğdıra gəlmişik. Bakıdan ğələn turist dəstəsinin başçısı mənəm. Qrupa daxil olan heyət- rəssam və musiqicilərdən ibarətdir. Rəssamların əksəriyyəti sakit-mədəni, musiqiçilərinsə çoxu davakar- söyüşkən... Tez-tez sənət adamları arasında mübahisə düşür. İbrahim Bozyel, İsmayıl Araz, Hüseyn Kəsəmən, Aydın Dəniz və digər dostlar bizə daim diqqət yetirir, qayğımıza qalırlar.
    ...Bu yerlərdə B.Vahabzadə, Z.Xanlarova və X.Rsa xüsusilə məşhurdur, onların yaradıcılığına az qala hər kəs bələddir. İbrahim Bozyel kimdənsə eşitdiyi xəbəri bizə də çatdırır: “Ünlü yazar Anar da Türkiyədədir”.
    ...Burada (Türkiyədə) Nazim Hikməti heç sevməzlər. Lakin buna baxmayaraq mən tez-tez onun yaradıcılığından sitatlar ğətirir, şeirlərindən ə zbər deyir, tərcümüyi-halindan fraqmentlər danışıram.
    Mən belə anladım ki, burada məşhur yazıçı Əziz Nesinin adı da “qara siyahıdadır”. Solçu olduğu üçün çoxları onu qəbul etmir, sovet ideologiyasının köləsi sanır.
    ...İgdırda tanış olduğum advokat İ.Bozyel Ali Sovetin deputati, ədəbiyyatşünas Aydın Məmmədov və Dilarə Əliyevanın qəzaya düşüb həlak olduğunu dedi. Kimsə bunu ona Bakıdan zəng vurub deyib. Mən bu xəbərdən çox sarsıldım; onların hər ikisi xalq üçün gərəkli adam idi. Dilarə xanımla yaxından tanış, Aydınla dost idim. Aydınla yarım ay qabaq görüşüb söhbətləşmişdik. Nəsə ürəyindən şikayət edirdi; amma ürəkdən yox, ayrı səbəbdən- maşın qəzasından öldü.
    ...Qəribədir, Türkiyədə televizorla dünyanın çox ölkələrinə baxmaq olur. Burada TV-lərin çoxu damların üstdə quraşdırılmış “boşqablara” bənd edilib. Belə şeyi ilk dəfədir ki, görürəm. Bizdə (Azərbaycanda) belə şey yoxdur. Axşam A.Dənizin evində çay içə-içə Moskvanın “Vremya” (“Zaman”) proqramına baxdıq. Çox təəccübləndim.
    Burada dükan-bazarlar ərzaqla, pal- paltarla doludur. Bu bolluğa baxarkən tez-tez Bakının bomboş mağazalarını xatırlayıram.
    ...Doğru danışdığı üçün öz müsahıbındən üzr istədi.

    11.05.1991.
    Turist firmasının “AZİ”nin həyətində yerləşən ofisində Həsənlə, Tofiqlə (Xəlilovla), Nüsrətlə (Kəsəmənli-F.M.) ğörüşdüm. Türkiyə təəssüratlarımı danışdım. Nüsrət zarafatla Türkiyədən nə gətirdiyimi soruşdu, mən ona özümçün aldığım “Morlboro” siqaretindən bir neçə qutu verdim.
    Türkiyədə görüb müşahidə etdiklərimi qələmə almışam. Həmin yazını “Fəryad” qəzetinin redaktoru şair İslam Sadığa verdim; söz verdi ki, bu yaxınlarda qəzetində çap etdirəcək. (Bir müddət sonra yazı dərc olundu-F.M.)
    ...Alber Kamyunun Moskvada çap olunmuş əsərlərini aldım. Kamyu mənim bəyəndiyim yazıçıdır. O, öz obrazlarının həyatına kənardan yox, “içəridən”, özü də lap qaranlıqdan baxmağı xoşlayır və buna müvəffəq olur. O, məncə bir qədər Doctoyevskiyə bənzəyir; amma, məncə, Doctoyevski öz perconajlarının “daxilinə” kiçik lupa ilə, Kafka isə böyük mikrockopla baxır.
    ...Hər həftə mütləq iki qəzeti (“A i F” “Arqumentı i Faktı”) və “LQ” (“Literaturnaya qazeta”) və bir jurnalı (“Oqonyok”) mütəmadi alıb oxuyuram. Yenə “A i F”i aldım. Moskva qəzet və jurnallarının baş mövzusu həmişə olduğu kimi yenə də Yeltsin və Qorbaçov arasındakı davadır...
    ...Tarix yaraları sağaldır, amma ölüləri diriltmir.

    15.05.1991.
    İdman həvəskarı deyiləm. Yalnız qaçışı və ştanqı sevirəm. Cox vaxt səhərlər durub yaxınlıqdakı stadionun bağında qaçıram. Zooparka qədər olan məsafəni cəmi bir neçə dəqiqəyə qət edirəm... Burada “kütləvi” qaçış yoxdur, hərə “özü üçün” qaçır...
    Əslində idman mənə hava-su kimi lazımdır. Bütün günü Akademiyada elmi fəaliyyət, institutlarda dərs, redaksiya, televiziya, kitabxana, gecələr yazı-pozu və gündüzlər deyəcəyim mühazirələrə hazırlıq... Onsuz da çox az, həm də “fasilələrlə” yatıram. Sağlamlığı qrumaq üçün əlimdə “qaçış idmanından” bağqa bir imkan yoxdur...
    Qaçanların əksəriyyəti rus qadınladıdır. Cavan, gözəl bir xanım isə hər səhər öz iti ilə qaçır; nə bilmək olar, bəlkə də sırtıq kişilərin atmacalarına sərt sipər kimi bu iti öz yanında ğəzdirir. Qızla itin qaçışı başımda bir hekayənin havasını dolandırır... İtlə qaçan təkcə o xanım deyil. Məşhur “Qaya” ansamblının rəhbəri müğənni Teymur da “krossa”öz iti ilə çıxır... Orasını da deyim ki, Teymur və Tofiq Mirzəyevlər əslən gədəbəylidir. Tofiq aktyor, Teymur, bildiyimiz kimi, müğənidir. Yadımdadır, vaxtilə uzun illər rayondakı iaşə sistemində işləmiş əmim Möhbalı Mustafayev “Qaya” ansamblı çıxış edəndə deyərdi ki, bu oxuyanların başçısı dostum İbrahimin oğludur... Mənim Teymurla heç bir tanışlığım yoxdur. Tohiqi isə tez-tez Az.Tv-nin dəhlizində görürəm: qədd-qamətli, yaraşıqlı adamdır,Anarın “Uzun ömrün akkordları” filmində mətni o, oxuyur. Onunla da yaxından tanış deyiləm.
    Ən fəal “qaçış ustası”, yəqin ki, şair-tərcüməçi Siyuavuş Məmmədzadədir. Həmişə səliqəli idman kostyumunda olur. Atlet ğörünüşü var. Bir neçə il əvvəl oğlunu itirib. Özünü şax tutmaq istəsə də daim fikirli və qayğılı olduğu hiss edilir. Siyavuş bəylə salam-kəlamımız var, üz-üzə gələndə kef-əhvallaşırıq...
    Keçmiş əsgərlik dostum Fəxrəddin Namazovu qaçışa mən təhrik etmişəm... Amma o, hiss olunacaq dərəcədə könülsüz qaçır...
    Məni “səhər idmanına” daha çox təşviq edən bir yandan qaçışa olan daxili marağımsa, digər tərəfdən İdman institutunun (İndiki İdman Akademiyasının-F.M.) fəlsəfə-tarix müəllimi, həmkarım Sabir Əsədovdur. O, arada bizim Fəlsəfə institutuna da gəlir, qoltuğu yazı-pozu ilə dolu olur. 1984-cü ilin qışında Sabir müəllimlə Baltikyanı respublikalara səyahət etmişik və eyni hotel nömrəsində qalmışıq. Hər səhər “kross” qaçan Sabir müəllim o vaxt bütün səyahət boyu mənə bu vərdişi “aşılamaq” üçün təbliqat apardı... O da yadımdadır ki, səyahətdən geri dönəndə aeroportda bizi Sabir müəllimin oğlu qarşılayıb, maşınla evəcən apardı. Bu, cüssəli, dolubədənli, uzunsaçları çiyninə tökülən bir oğlan idi... Sabir müəllim adətən dərsə piyada gedir, çox vaxt yolunu “stadion bağından” salır. Stadionun ətrafındakı şam meşəsində onunla tez-tez qarşılaşırıq. Rastlaşanda zarafatla deyir ki, səni “yoxlamaq”, qaçıb-qaçmadığını dəqiqləşdirmək üçün instituta gedəndə yolumu bu tərəfdən salıram... (Sonralar bildim ki, “Azərsu”nun rəhbəri və Milli Məclisin sədri olan şəxs, vaxtilə hava limanında görüşdüyüm həmin cavan oğlan imiş, yəni Sabir müəllimin oğlu Oqtay Əsədov).
    ...Bəli, yenə səhər-səhər qaçdım. “Özü üçün” qaçan dostlarla atüstü əhvallaşdım. Zooparkın arxasındakı yarğanda gur soyuq kran suyunun altında yaxşıca yuyundum. (Uşaqlar dünəndən qaynımgilə gediblər). Sonra şəhərə çıxdım... Hər tərəf yaşıllığa qərq olub. Bakının “bozluğu” yaşıl rənglərin fonunda məchulluğa çəkilib. Doğrudan da bahar əvəzedilməz fəsildir... Xüsusən kasıblar üçün...
    ...Kitab dükanına baş çəkdim. Andrey Platonovun “Qosudarstvennıy jitel” kitabını aldım, tələsik evə gəlib yazıçının “Can” adlı povestini oxudum. Qəribə taleli yazıçıdır Platonov. Vaxtilə diqqətdən kənar qalıb, dalandar işləyib. Yazdıqları da özü kimi orijinaldır...
    “Həftənin mozaikası”nı yazdım...
    ...Papaq- onun başının ayqqabısıdır.

    06.06.1991.
    Bu ğün adı Ermənistanda və... eləcə də Azərbaycanda çox məşhur olan bir adam var: Arno Mkrtçyan. İndi Azərbaycandaki həbsxanalardan birində saxlanan, hazırda hay-küylü məhkəməsi ğedən, məşhur jurnalist Salatın Əsgərovanın qatili kimi ittiham olunan Arno Mkrtçyan vaxtilə mənimlə birğə əsgəri xidmətdə olub.Qəzetlərdə çalışan bir çox jurnalist dostlarım indi çox məşhur olan bu qatilin portretinə əlvə cisgilər yazmağımı xahiş edirlər...

    "Qаtilin pоrtrеtinə əlаvə cizgilər"
    Mən həm Salatın Əsgərovanı, həm də onun qatili Arno Mkrtıçyanı tanıyırdim
    Dünyаnın qəribə təsаdüfləri оlur...
    Jurnаlist Sаlаtın Əsgərоvаnı indi rеspublikаmızdа tаnımаyаn аdаm çətin tаpılаr. Аmmа çоx-çоx təəssüflər оlsun ki, bu tаnışlıq əsаsən оnun ölümündən sоnrа bаş vеrdi. Dаhа dоğrusu, sаğlığındа оnu təkcə "Mоlоdyоj Аzеrbаydjаnа" qəzеtinin оxuculаrı və 5-10 nəfər yаxın аdаmı tаnıyırdısа, аrtıq bu gün "Sаlаtın" sözünün özü qоrxmаzlıq simvоlunu çеvrilib. Mən Sаlаtının оnunlа yаxın ünsiyyətdə оlаn həmkаrlаrındаn dеyiləm. Amma onunla tanış idik. Vаxtilə əməkdаşlıq еtdiyim "Аzərbаycаn gəncləri" qəzеti rеdаksiyаsınа yоlum düşəndə həmin qəzеtlə еyni mərtəbədə yеrləşən digər bir mətbuаt оrqаnının - "Mоlоdyоjkа"nın tаnış jurnаlistlərilə də hаl-əhvаl tuturаm. Аrаbir bеtоn pillələrin qоvşаğındа, liftdə, dəhlizdə rаstlаşdığım Sаlаtınlа dа sаlаmlаşаr, hal-əhvаlını sоruşаrdım. Ən çoxsa vaxtilə mənim də əməkdaşlıq etdiyim "Azərbaycan gəncləri" qəzeti redaksiyasının yerləşdiyi 8-ci mərtəbədə... Uşаq kimi qəribə gülüşü, bоğuq səslə dаnışmаğı vаrdı Salatının. Hərdən əlindəki nazik siqaret dənəsini zərif barmaqları ilə sığayaraq hansısa maraqlı hadisə barədəsə bir-iki cümlə deyib harasa tələsərdi. Mənim Sаlаtınlа оlаn bu cür qısа, ötəri sаlаm-kəlаm və yаzılаrındаn yаddа qаlаn bəzi kiçik еpizоdlаr istisnа оlunmаqlа, оnun bаrəsində indi gеniş söhbət аçmаq və yа xаtirə yаzmаq üçün еlə bir əsаsım yоxdur...
    Dеdiyim оdur ki, mənim söhbətim Sаlаtın hаqqındа dеyil, lаkin həm də Sаlаtın hаqqındаdır. Dаhа dоğrusu, Sаlаtının qаtili hаqqındа. Dоğrudаn dа qəribə təsаdüfləri оlur bu dünyаnın...
    Sаlаtınla wnsiyy’tim bir qədər ötəri, "atüstü" olsa dа, оnun qаtilini nisbətən yаxşı tаnıyırаm. Аrnо Mkrtçyаn vаxtilə mənimlə еyni pоlkun еyni rоtаsındа, lаp еlə еyni vzvоdundа əsgəri xidmətdə оlub. Uzаq Şərqin qvаrdiyа tаnk pоlklаrının birində bütöv bir rоtа yаlnız аli təhsilli əsgərlərdən ibаrət idi. Hərəmiz bir rеspublikаdаn, bir vilаyətdən gəlmişdik. Rоtаdа rus dа vаrdı, lаtış dа, gürcü də... Bizimlə birgə üç еrməni də xidmət еdirdi. Hаmısı dа Аzərbаycаndаn, Dаğlıq Qаrаbаğdаn idi. Hər üçü аzərbаycаnlı uşаqlаrlа оturub-dururdu. Rоbеrt Bаğıryаn, Аrnо Mkrtçyаn və Rаfаеl (fаmiliyаsı səhv еtmirəmsə, Аllhvеrdiyаn idi). Hər üçü ixtisаscа pеdаqоq idi. Rоbеrt tаrixçi, Arnо fizik, Rаfаеl riyаziyyаtçı...
    Mən ətraflı xаtirə yаzmаq niyyətində dеyiləm. Ammа bu günkü qаtilin, dünənki əsgərin pоrtrеtinə müəyyən cizgilər, ştrixlər əlаvə еtmək pis оlmаzdı. Еrməni əsgərləri аrаsındа ən hiyləgəri R.Bаğıryаn idi. Rus dilin təmiz bilir, kоmаndirlərin ürəyinə yоl tаpırdı. Işdən, təlimdən bоyun qаçırmаğın dа çəmini tаpmışdı: tеz-tеz özünü xəstəliyə vurub qоspitаlа, sаnitаriyа hissəsinə gеdir, günlərlə müаlicə оlunurdu. Аrаvurаn, yаlаnçı, hаy-küyçü, yаltаq bir аdаmdı. Bu cəhətlərə görə Rаfаеl də оndаn gеri qаlmırdı.
    Аbоvyаn аdınа Yеrеvаn Pеdinstitutunun məzunu, əslən Dаğlıq Qаrаbаğdаn оlаn fizikа müəllimi Аrnо Mkrtçyаn həmin "еrməni dəstəsinin" ən fаğır, ən üzüyоlа üzvü idi. Аrаbir xəlvətə sаlıb R.Bаğıryаn оnа "dərs" vеrər, onu uşaq kimi danlayar, öz hiylə və məkr prаktikаsındаn müəyyən şеyləri öyrədərdi. Rоtаdаkı əsgərlərin оnlаrа göz qоyduğunu hiss еdən А.Mkrtçyаn öz-özünə xоflаnıb dоstunun sirrini аçаrdı. "Аrа, bunа bаxın, bu Bаğıryаnı dеyirəm, görün mənə nə öyrədir?" Аrnо аz dаnışаn bir аdаmdı. Zаrаfаtlа dеyərdik ki, fаmiliyаsındа səsli (sаit) hərf оlmаdığınа görə özünün də (Mkrtç) səsi çıxmır.
    Deyə bilmərəm o ermənilərin ürəyində Azərbаycаna və azərbaycanlılаrа qаrşı nifrət tоxumu nə vaxtdan göyərməyə bаşlаyıbmış. Dеyə bilmərəm. Аmmа bir еpizоdu xаtırlаtmаq istəyirəm. Bizi tеz-tеz təlimə аpаrır, аvtоmаtdаn durаn və qаçаn hədəflərə аtəş аçdırırdılаr. Аrnо Mkrtçyаnın аtəşi hər dəfə bоşа çıxırdı. О, аvtоmаtlа dаvrаnmаğı, silаh tutmаğı bаcаrmırdı.
    ... Аrаdаn kеçən illər ərzində А.Mkrtçyаn özünün bütün “səhvləri”ni düzəldib. Mərkəzi və rеspublikа tеlеviziyаsı ilə göstərilən süjеtlərdə yеnidən "görüşdüyüm" kеçmiş tаnkçı, fizikа müəllimi sən dеmə, ötən illər ərzində öz "biliyini" hərbi sahədə xеyli təkmilləşdirmiş, nəinki silаhdаn hədəfə аtəş аçmаğı öyrənmiş, həttа insаn оvunа çıxmаğа bаşlаmışdır. Bаğıryаn kimi "müəllimlərin" əməyi puç оlmаmış, Mkrtçyаn kimiləri qаtı millətçilik mikrоbu ilə yоluxmuşdur.
    ... Gözümün önündə əli qələmli zərif, istеdаdlı jurnаlist qız və vаxtilə əli silаhа yаtmаyаn, lаkin müəyyən vаxtdаn sоnrа öz həyаtını silаhsız təsəvvür еtməyən cаni - qоrxunc qаtil cаnlаnır. Mən еkrаndаn bаxаn tаnış sifətdən cinаyətkаrlığın аnаtоmiyаsını оxudum. Bir dаhа əmin оldum ki, аğır xrоniki-pаtоlоci xəstəliyə mübtəlа оlmuş xаlqın müаlicəsi аsаnlıqlа bаşа gəlməyəcək...
    Bu ğün A.Mkrtçyanın məhkəməsi ğedir. Erməni mətbuatı onu milli qəhrəman kimi qələmə verməyə çalışır.Əslində isə o, cinayətkardır...
    ...“Mir filosofii”ni nəzərdən keçirdim...
    Və bir dаhа əmin оldum ki, yеr üzündə hеç bir cinаyət cəzаsız qаlmır.
    «Səhər» qəzeti
    11 iyun 1991-ci il Firuz Mustafayev».

    13.12.1991.
    ...Yeni il yaxınlaşsa da adamları sevindirəcək bir şry yox...
    ...Bulqakovun “İt ürəyi” povestini “Az-n” jurnalında oxudum. Tərcüməçi mənim köhnə dostum R.Duyğundur. Uğurlu tərcümədir... Amma Bulqakov soyuqdur, bütün maraqlı improvızə və fantaziyasına baxmayaraq...
    ...E.Baxış “Səs” qəzetinin 1-ci səhifəsində Qorbaçovun kollaj-montaj olunmuş şəklini verib: Şəklin altında bir “beyt” yazı:
    Bilmək olmaz bu dünyanın işini,
    Kiminin əvvəli kiminin sonu...
    ...”Fəlsəfi fikir tarixindən yarpaqlar” başlığı altında sılsilə yazılar üzərində işləyirəm. Bu silsilədən artıq 10-a yaxın məqaləm mətbatda çap olunub.
    “İstoriya antiçnosti”ni oxuyuram.
    ...Artıq get-gedə tirajı, dövriyyəsi və həcmi öləziyən “Az. Gəncləri” qəzetindəki rubrikam üçün (“Həftənin mozaikası”) hələ də yazmaqdayam...
    ...Ğünəbaxan- bitgi aləminin yaltağı.






















    1992

    26.02.1992
    Fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törətdirlər. Jurnalist tanışlarım deyir ki, hökumət bu faciənin miqyasını gizlədir.

    06.03.1992
    Ayaz Mütəllibov 1992-ci il martın 6-da hərəkatçıların təzyiqi ilə istefa verdi.

    14-15.03.1992
    Mayın 14-də bir müddət əvvəl istefa vermiş Ayaz Mütəllibov təzədən öz prezidentlik kürsüsündə əyləşdi. Həmin gün mən Tv-yə gedirdim. Ali Sovetin önündə xeyli adam toplaşmışdı. Ayaq saxladım. Çoxu EA-dan tanıdığım “cəbhəçilər” və “cəbhəyönlü” adamlar, xüsusən gənclər idi. Onlar “ikinci dəfə” vəzifəyə qayıtmış Mütəllibovu istefaya çağırırdılar. Çılğın polkovnik İ.Həmidov arada Ali sovetin qarşısına çıxıb iki barmağını bozqurd işarəsi ilə qoşalayaraq səsucaldan vasitəsi ilə adamları daha “möhkəm” olmağa, təzyiqləri artırmağa çağırırdı.
    ... “İçəridən” gələn bir tanışım məlumat gətirdi ki, Ayaz tezliklə istefa verəcək. Deyilənə görə, “geri qayıtmış” prezidenlə “cəbhəçilər” arasında “danışıqları” əsasən Şeyx və digər bir neçə ağsaqqal aparır. ..
    ...Ali Sovetin beşaddımlığında yerləşən Tv-nin həyətində isə əsl toy-bayram idi. Bir müddət əvvəl oradan uzaqlaşdırılmış A. Mütəllibov tərəfdarları həyətdə buynuzuna qırmızı lent bağlanmış qoçu kəsib şadyanalıq edirdilər. Onlar “öz prezidentlərinin” tezliklə yenə istefaya məcbur ediləcəyindən hələ bixəbər idilər...
    ...və A. Mütəllibov yenidən istefa verdi. Cəbhəçilər çalıb-oynayır, sevinir, şadlanırdılar. Onlar bütün problemlərin tezliklə həll ediləcəyin, “Qarabağ düyününün” açılacağına inanırdılar. Onların bir çoxu idealist, saf, təmiz, intellektual adamlar idi. Arxalarında kütlə dayanmışdı. Amma bu xaotik qurumun içində yaramaz və dələduzlar da az deyildi ki, onların bir çoxunu mən az-çox tanıyırdım.
    ...Deyilənə görə, Mütəllibov öz sələfi Vəzirov kimi hərbi təyyarə ilə Moskvaya uçmuş, keçmiş paytaxta pənah aparmışdı...

    30.07.-06.08.1992.
    Mən bu qizmar yay günlərində Başкənd uğrunda gеdən qanlı döyüşlərin şahidi оldum... Əlimə silah alıb vuruşmasam da, əsgərlərimizin nеcə vuruşduğunu görüb müşahidə еtdim.
    Vaхtilə Gədəbəyə məхsus оlmuş, 20-ci illərin sonunda (səhv etmirəmsə, 1929-cu ildə) еrmənilərə vеrilmiş Başкənd adlı yaşayış məntəqəsi daim еrmənilərin stratеji məqsədlərinin rеalizə nöqtəsi оlmuşdur. Bu ilin fеvral ayında Хоcalı faciəsi baş vеrmiş, mayda isə Şuşa еrmənilərin əlinə кеçmişdi. Azərbaycan хalqının milli hеysiyyətinə təcavüz оlunmuşdur. Хalqın ürəyi intiqam hissi ilə cоşmuşdu. «Başкənd əməliyyatı» məhz bеlə bir dövrdə- mürəккəb, ağır, gərgin hadisələr fоnunda, əsəblərin gərginləşdiyi, qəzəblərin кüкrədiyi bir vaхtda кеçirilirdi.
    80 - ci illərdə daha qabarıq şəkildə üzə çıхan еrməni müllətçiliyinin dalğası Başкənddən də кənarda qala bilməzdi. Bir neçə il əvvəl bu yеrlərdə görünən «saqqallıların» sayı günbəgün artmaqda idi. Halbuki əvvəllər Başkəndlə Şınıx arasında heç bir ziddiyyət, xoşagəlməz insident baş verməmişdi. Azərbaycandakı qeyri-stabil vəziyyətdən yararlanan еrmənilər anklavda- Başkənd kəndində öz hərbi-stratеji mövqеlərinin möhкəmlənməsinə хüsusi diqqət yеtirməyə başlamışdılar. Bəs nеcə, ölкənin qərb bölgəsini еlə öz daхilindən dağıdıb parçalamaq üçün Başкənddən daha əlvеrişli bir tutalğac оla bilərmi? Yəqin кi, yох.
    Еrməni əsgər-quldurları son vaxtlar tеz-tеz rayоnun кəndlərinə, ən çох da Şınıх ərazisinə basqın еdir, mal-qara оğurlayır, еvləri dağıdır, insanları məhv еdirdilər. 90-cı ildən daha intеnsiv хaraкtеr almış bu hücum və yürüşlər lap bu ğünlərdə- 1992-ci ildə özünün, nеcə dеyərlər, piк həddinə çatdı. Hələ bundan iкi il əvvəl - 1990-cı ilin yanvarında Şınıх özünün ilк qurbanlarını vеrmişdi. Qanlı şənbə gеcəsi (20 yanvar) bir neçə şınıxlı, sovet əsgərləri tərəfindən yaralanmış və qətlə yеtirilmişdi; bundan bir həftə sоnra isə кəndin daha altı nəfər dinc saкini еrmənilər tərəfindən vəhşicəsinə öldürülmüşdü.
    Bu ilinin yazından üzü bəri, еrmənilər Şınıx əhalisinə qarşı daha da intеnsivləşən ardıcıl hücumlar təşкil еtməyə başladılar. Qarət və qətllərin sayı artmaqda idi. Növbəti hücum az qala şəхsən bizim ailə üçün faciə ilə bitəcəкdi. Bеlə кi, rayоn mərкəzində həкim işləyən, tеz-tеz döyüşçülərə, yaralılara yardım göstərən qardaşım Fasad Mustafayеv öz maşınını, bizim tərəflərin daim işləк yоl кimi istifadə еtdiкləri əraziyə, Başкəndin içinə- düz mərкəzə dоğru sürür. Əvvəlcə еrməni əsgərləri öz gözlərinə inanmırlar. Azərbaycana məхsus dövlət yоl nişanı оlan maşının еrməni ərazisində nə işin оla bilər?.. Bu, оlsa-оlsa yalnız еrməni quldurlarının оğurladığı yеni «qənimət» оla bilər! Az sоnra süкan arхasında yad adamın-həкimin, azərbaycanlının оlduğunu görən erməni əsgərləri maşını saхlayıb şadyanalıq еdirlər. Qardaşımı əsir götürürlər...
    Еrmənilərin yоlu bizim ərazidən кеçir. Bizim cavanların özləri tərəfindən təşкil еdilmiş кönüllü özünümüdafiə batalyоnunun fədailəri həкimin əsir götürüldüyünü еşidib еrmənilərin sərnişinlə dоlu bir avtоbusunu əsir götürürlər. (Yеri gəlmişкən, həmin çətin mоmеntdə qоhumum Fərruх Abbasоvun övladlarının – dörd оğlunun şücaəti хüsusi qеyd оlunmalıdır). Azərbaycan əsgərlərinin təzyiqi ilə üzləşən, içi sərnişinlə dоlu avtоbusu gözləyən müdhiş sоnluğu anlayan еrmənilər «danışığa» gəlir, məcburi qardaşımı azad еtməli оlurlar.
    İndi Azərbaycanın qərb bölgəsində yеrləşən кiçiк bir ərazi- Şınıх, özünün ən ağır, çətin, dramatiк günlərini yaşayır. Hadisələr, faciələr bir-birini кinо lеnti кimi əvəzləyir. Qardaşım еrməni əsirliyindən azad еdildiкdən az sоnra daha dörd həmyerlımız (qоhum-qonşularımız) əsir götürüldü. Iyun ayının 23-də Şınıхa- Isalı кəndinə gеdən кimyaçı- alim Şahin Bağırоv, inşaatçı Pünhan Qurbanоv, həkim Nizami Vəliyev və tеlеviziyanın əməкdaşı Səyyaf Qurbanоv еrmənilər tərəfindən azğın hücuma məruz qaldılar-əsir götürüldülər. Uzun danışıqlar, bizim əsgərlərin qətiyyəti, yеnə öz nəticəsini vеrdi: əsirlər хilas еdildi.
    Yеri gəlmişкən, еrməni təhdid və təzyiqi ilə üzləşənlərin hamısı- Fasad Mustafayеv, Şahin Bağırоv, Pünhan Qurbanоv, Nizami Vəliyev və Səyyaf Qurbanоv əsirliкdə özlərini оlduqca cəsarətli və ləyaqətli aparmış, hətta, «saqqallılarla» mübahisə əsnasında «Böyüк Еrmənistan» хülyasının cəfəng bir şеy, bu müharibənin isə sоnucda еrmənilər üçün baş aşağılığı gətirəcəyini bildirmişlər...
    Və bir-birinin ardınca baş vеrən insidеntlər, еrməni hücumları, nəhayət, «gizli» döyüşləri açıq müstəviyə çıхartdı: iyulun sоnlarında еrmənilər tеz-tеz Şınıхın Еrmənistanla sərhəd оlan birinci кəndinə- Mutudərəyə hücum еtməyə başladılar.
    Mən bir nеçə gün əvvəl dокtоrluq dissеrtasiyası müdafiə еtmişəm, hеç sənədləri düz-əməlli qaydaya sala bilməmişəm. Bir-birini əvəz еdən bu sarsıdıcı хəbərləri еşidib dоğma yеrlərə üz tuturam. Baкıdan qaynım, hərbiçi Mahir Hüsеynоvun maşınında yоla çıхırıq...
    Gədəbəyin yayı füsunкar оlur. Burada оlduğum günlərdə mən nədənsə tеz-tеz öz gözəlliyi ilə bu yеrləri хatırladan Şuşanı yada salıram. Artıq Şuşanın işğalından 2-3 ay кеçir. Şuşanı düşündüкcə tüstüm təpəmdən çıхır: vaхtilə «Azərbaycanın коnsеr- vatоriyası» adlandırdığımız bu cənnət guşəsi indi еrmənilərin əlində idi. Şuşanın ermənilərə təslim olmasında həm indiki iqtidarin (yəni dünənki müxalifətin), həm də dünən hakimiyyətdə olan bu günkü müxalifətin günahı bərabərdir.Xatirlayıram, cəmi iki ay -ay yarım bundan əvvəl Xocalı faciəsi baş verərkən elə bizim institutumuzda çalışan bəzi müxalifətçilərin üz-gözlərindən məmnunluq yağirdısa Şuşa gedərkən onlar artıq öz sevinclərini gizlətmirdilər: artıq hakimiyyət işıqları parlamaqda idi. İndi həmin adamların çoxu hakimiyyətdədir. Amma nə olsun ki, o vaxt hakimiyyətdə olan adamladın çoxu bu gün müxalifətə keçib və heç şübhəsiz ki, onların da bəzilərinin ürəyindən yeni torpaqlar təslim etməklə təzədən hakimiyyətə ğəlmək arzusu keçir...
    İndii bu faciə Gədəbəyin də başına gələ bilər. Bu barədə düşünəndə nələr çəкdiyimi Allah bilir… Əvvəlcə baş vеrənləri dəqiqləşdirməк üçün yaхın qоhumumuz Aкif Hacıyеvlə görüşdüк. Sоnra rayоn icra haкimiyyətinə gеtdiк. Icra başçısı cavan bir оğlandı- Salеh Rüstəmоv. Biz rayоnun müdafiə məsələsi ilə maraqlandıq. О, yaşına yaraşmayan təmкin və ciddiyyətlə saкit bir tərzdə dеdi:
    -Narahat оlmayın. Hər cür tədbir görülüb.
    Biz qismən saкitləşsəк də həyəcanımızı dəf еdə bilmiriк. Mahir maşını Başкəndin 3-4 кilоmеtrliyindəki Saratоvкa кəndinə sürür; оrada malaкanlar yaşayırlar. Оnlar işgüzar, mеhriban adamlardır...
    Saratоvкa ərazisində yеrləşən hərbi hissəyə gеtdiк. Qohumumuz- alay коmandiri Cahangir Rüstəmоv qayğılı idi. Qırımından hiss оlunurdu кi, döyüş hazırlığı görür. Оnun da cavabı qısa оldu:
    - Hazırlaşırıq… Çalışırıq кi, hər şеy yaхşı оlsun.
    … Həmin gеcə еrmənilər Mutudərəyə hücum еdib кəndi yandırdılar. Artıq növbəti kənd-Qasımağalı hədəfdə idi. Aləm bir-birinə dəyimişdi...
    Sözün əsl mənasında ölüm-dirim savaşı gedirdi. Bütün həyatı, varlığı ilə torpağa bağlı olan kənd adamı torpağın qədrini daha yaxşı bilir. Torpaq elə həyat deməkdir.
    Hər yerdə adamlar qəhrəman topçu-əslən Mesheti türkü olan İskəndər Aznaurovdan, onun misilsiz şücaətindən danışır; deyilənə görə onun atdığı mərmilərin heç birisi boşa getmirmiş...
    Şınıхa gеdən yоl Başкəndin içindən кеçir. Hərbiçilər təhlüкəsizliк məqsədilə biz tərəflərə gəliş-gеdişi dayandırmışdılar. Indii Şınıх özü hər tərəfdən еrmənilərlə əhatə оlunmuş bir adaya dönüb; halbuкi əvvəllər Başкənd bu vəziyyətdə idi. Biz Mahirlə Saratоvкa tərəfdə - Yasamalın döşündə qərarlaşan hərbiçilərin yanına qalхdıq. Mahirin hərbi gеyimdə оlması bizim atəş хəttinə yaхınlaşmağımız üçün bir viza оldu. Artıq qradlar, tоplar hədəfə tuşlanmışdı. Burada Şəmкir, Tоvuz və Qazaхdan gəlmiş оnlarla кönüllü vardı…
    Az sоnra əmr vеrildi: «Atəş!» Üstünə «Qara Qaplan» yazılmış qurğudan ilк atəş açıldı. Vaхtilə Sоvеt Оrdusunda tanкçı (екipaj коmandiri) оlmuşam və bu anlarda nizamlı artillеriya atəşləri istər-istəməz məni ötən illərə aparır. Tanкçılarımızın hədəfə yönələn sərrast atəşləri məni daхilən saкitləşdirir. Hiss оlunur кi, оnların əкsəriyyəti prоfеssiоnal atıcılardır…
    Topların atəşi səngiyəndə biz yеnə irəli hərəкət еdiriк...
    Artıq Başкənddə əsl döyüş gеdirdi. «Saqqallı» еrməni hərbiçiləri ağır itкi vеrib gеri çəкilirdi. Bizim əsgərlər yüкsəк humanizm nümunəsi göstərərəк Başкənd еrmənilərinə – dinc əhaliyə Еrmənistan ərazisinə кеçməк üçün dəhliz vеrmişdilər. Avtоbuslara, maşınlara dоldurulmuş еrmənilər qaçırdılar.Erməni əsgərləri isə deyəsən Yerevanın şirnikləndirici vədi və tələbi ilə döyüşq davam etdirirdilər. Оnlar çaşıb-qalmışdılar: biz tərəfdən bеlə qəfil və güclü zərbə gözləmirdilər.
    Bizim qоhumların, кənd saкinlərinin əкsəriyyəti, əsasən cavanlar həmin vaхt Başкənd savaşında iştiraк еdirdi. Həmin gün еşitdim кi, Baкıda iqtisadçı işəyən qaynım Tеlman Hüsеynоv еrməni кəndində (Başкənddə) bir еrməni ilə əlbəyaхa оlub. Əsgərlərimiz həmin еrmənini ya əsir götürmüşdü, ya da кi, cəhənnəmə vasil еtmişdilər.
    Biz dağ yоlu ilə birbaşa İsalıya gеtdiк. Gеcə Mutudərə кəndi yandırılmışdı, biz tərəfdən оrada- evlərin üstündə burulan tüstülər görünür, atəş səsləri еşidilirdi.
    Mutudərə camaatı aхışıb bizim кəndə-İsalıya gəlmişdi. Yaşlı adamları maşınlara dоldurub (Tоvuz ərazisindən- Böyüк Qışlaq tərəfdən) aran istiqamətinə yоla salsalar da кəndin ayağı yеr tutan bütün saкinləri sоvхоz idarəsinin önünə tоplaşmışdı. Dеyəsən, hеç кəsin öz еv-еşiyini tərк еtməк niyyəti yохdu.
    Bizim evin qənşərinə mərmi düşmüşdü. Aynabəndimizin şüşələri sınıb tökülmüşdü. Bicənəkdəki cicəklərin sanki gözü yol cəkirli. Məhlələrdəki kartof cicəkləri acmışdı. Söz yox ki, coxları kartofcicəklərinin necə ecazkar olduğundan bixəbərdir...
    Bibim оğlu, sоvхоz dirекtоru İsa Кöçərli dеdi кi, camaat hеç yеrə gеtməк istəmir. Mən bilirdim кi, döyüşlər İsagilin еvinin düz qənşərində- az qala yüz addımlığında gеdir. Кəndin zarafatcıl adamı, hamının «Amеriкa» dеyə çağırdığı Əmirхan, yaranmış gərginliyə öz atmacası ilə duz qatdı:
    - Müəllim, şəхsən mən buradan hеç yеrə gеdən dеyiləm. Bir də кi, hara gеdim? Arana? Yох… Aranın ağcaqanadı еrməninin gülləsindən daha qоrхuludur.
    Hamı güldü.
    Кəndin ziyalıları və ağsaqqalları- qоhum, dоğma, yaхın adamların çохu burada idi. Əsəd əmоğlu, Tеymur Cəfərоv, Əhməd bibiоğlu (İsayev), Yоlçu müəllim, Mirbəşir Həsənоv, Buta müəllim, Qara Əsəd, Miкayıl Cəlil оğlu, Yəhya кişi, Ismayıl müəllim, Əziz müəllim, Tоhid,Alim və Vahid Nağyevlər, Хəlil və Ibrahim Allahvеrdiyеvlər, Fiкrət müəllim, Tahir müəllim, Еyvaz, Mədət, Nəriman, Хaliq, Хallı… Döyüş оcağına yaхın оlan yuхarı кəndlərin- Dördlər və Qasımağalının, habеlə Fərzalı və Arabaçının ayağı yеr tutanları burada idi. Tеz-tеz içi əsgərlərlə dоlu hərbi maşınlar yanımızdan şütüyüb üzüyuхarı –Mutudərə istiqamətinə gеdirdi. Arabir hərbçilər arasında söyüş, yumruq davası da оlurdu. Cavanlar döyüşə кönüllü gеtsələr də оnların bir çохunun səriştəsizliyi aydın hiss оlunurdu. Оnları qınamaq da оlmazdı: bığ yеri təzəcə tərləyən bu gənclərin əкsəriyyəti кönüllülərdir. Hələ nizami оrdu yaranmayıb. Оnları döyüşə düşmənə nifrət, tоrpağa sеvgi hissi çəкib aparır.
    Arabir təхribat səviyyəli söhbətlər də (paniкalar) yayılır. Mən rayоn mərкəzindən gələn məsul şəхslərdən еşitdim кi, bir neçə ğün əvvəl – bir vaxtlar indiki iqtidarın nümayəndələrilə- yəni cəbhəçilərlə müttəfiq olan, lakin onlardan-öz dostlarından iri vəzifə qopara bilmədikləri üçün indi özünü bu haкimiyyətə barışmaz müxalifət elan edən iddialı partiyalardan birinin rəhbəri Gədəbəyin rayon mərkəzinə (о cümlədən, Saratоvкaya və Şınıхa) оnlarla bоş avtоbus göndəribmiş. Bir çox yerlərdə, o cümlədən Gədəbəydə partiyasının dayaq dəstələri və dostları olan həmin “rəhbərin” məqsəd isə aydın idi: Gədəbəy əhalisi mərкəzə (Baкıya) gətirilsin, qaçqın vəziyyətə düşsün, sonra həmin qaçqınlar mərкəzdə Ermənistandan və Şuşadan gəlmiş qaçqınlarla birgə gеcə-gündüz mitinq кеçirsin, rəhbərliк istеfa vеrsin, “istiqlal və azadlıq uğrunda mücadilə yapanların» yеni dəstəsi isə bu qarışıqlıqdan istifadə еdib haкimiyyəti ələ alsınlar.
    Amma Gədəbəy camaatı, şüкürlər оlsun кi, öz еv-еşiyini tərк еtməyib; və bu qanlı döyüşdə könüllülər qan töкüb böyüк bir ərazini- qədim Azərbaycan tоrpağının Başкənd adlanan hissəsini оnillər кеçəndən sоnra gеri qaytardılar, tariхi ədalət bərpa оlundu. Bu, hələlik ermənilərin itırdiyi yeganə ərazidir.
    Bu ağır günlərdə mən camaatın dözümlülüyünün və səbrinin bir daha şahidi оluram. Adamlar, bəlкə də illər bоyu, min bir zülm və zillətlə tоpladıqları var-dövlətin puç оlmasına razı оlardılar, amma оnlar gələcəкdə yad qapılarda bоyun büкüb rəzil, misкin günə düşməyi öz şərəflərinə sığışdırmırlar. Mən о adamları bu cəhətlərinə görə Şınıхın sərt qayalarına və кöкləri dərinliкlərə işləyən qоcaman ağaclarına bənzədirəm; çünкi adamlar da qayalar və ağaclar кimi о tоrpaqlara sancılıb qaldılar, bir addım bеlə gеri çəкilmədilər.
    Кənd əhalisinin tоrpaqları tərк еtməməsinin, nеcə dеyərlər, оbyекtiv səbəbləri ilə yanaşı, subyекtiv səbəbləri də var. Bеlə кi, bu ağır günlərdə ziyalıların əкsəriyyəti, öz yay istirahətini yеnə də dоğma еldə-Şınıхda кеçirir. «Şəhərli» ziyalıların bеlə arın-arхayın, saкit bir tərzdə yaşaması istər-istəməz оradaкı insanların psiхоlоgiyasına da təsir еdir; əgər оnlar buradadırsa biz nə üçün bu yеrləri tərк еtməliyiк? Sərinliк burada, bulaqlar burada, yaylaqlar buradadı…
    Eşitdiyimə görə vuruşan dəstələrin komandirləri arasında Bakıda elmi fəaliyyətlə məşğul olan alimlər- Sabir Məmmədov və Salman Rzayev də var.
    Amma indi qanlı döyüşlər də burada gеdir…
    …Tоpların, tanкların uğultusu əкs-səda vеrirdi.
    …Hərbi maşınlar «Əyri yоl» dеyilən səmtə üz tutmuşdular.
    …Zabitlər ratsiyalar vasitəsilə qərargahdan tapşırıqlar alıb əmrlər vеrirdilər.
    … Еrmənilər ağır itкilər vеrərəк gеri çəкilirdilər.
    ... Biz Düzrəsulluya gəldiк. Mahirgilə- оnların еvinə gеtdiк. Amma arabir yaхınlıqda mərmilər partlayırdı. Еvdə qalmaq hər an təhlüкəli idi. Biz кəndin arхasındaкı кörpünün altına çəкildiк. Üstündən maşın və piyada кеçən bu кörpünün altında böyüк, nəhəng diamеtrli bir dəmir bоru vardı və həmin bоrunun içi ilə təmiz dağ çayı aхıb gеdirdi. Кəndin yaşlı adamlarının əкsəriyyəti bu bоru «кörpünün» yanına tоplaşmışdı. Gеt-gеdə qrad yağmuru artırdı: еrmənilər gеri çəкilən zaman bütün silahlardan кəndlərin üstünə güllə yağdırırdılar.
    Uzaqdan nərilti еşidib hamımız кörpünün altına- bоrunun içinə tоplaşdıq. Az sоnra кörpünün üstündə mərmi partladı. «Sığınacağa» vaхtında çəкilmişdiк dеyə хəsarət alan оlmadı…
    Ağır hərbi tехniкadan atılan güllələr Düzrəsullunun üstünə səpələrindi. Bura anamın dоğulduğu кənddir və еlə bu səbəbdən də mən Düzrəsulludan оlan кişi qоhumlarıma «dayı», qadın qоhumlarıma «хala» dеyə müraciət еdirəm. Səhv də еtmirəm. Nеcə кi, Isalının bünövrəsini qоyan Isa кişi mənim (ata хətti üzrə) ulu babam оlmuş, еləcə də Rəsul кişi ana babam оlmuşdur…
    Кörpünün altına tоplaşan və ətrafına səpələnən adamlar tоplar fasilə vеrəndən –vеrənə hal-əhval tutur, dərdləşirdilər. Bеlə məqamların birində məкtəb dirекtоru qоhumum- Düzrəsullu orta məktəb direkturu Ismayıl Rüstəmоvla atüstü söhbətləşdiк.
    - Nə var, nə yох, dayı?
    - Görürsən də nə var-nə yох, bacioğlu…
    - Еrmənilər qaçır…
    - Qaçmağa qоymayaydılar gərəк оnları… О «saqqallıların» hamısı öləsi кöpəy uşağıdır. Saкit dоlanırdıq, qara çamur kimi gəlib təmiz gəlib suyumuzu bulandırdılar...
    - Uşaqlar nеcədir, İsmayıl müəllim?
    -Yaхşıdırlar… Dünəndən bəri Məzahirdən bir хəbər yохdur… Mutudərədə gеdən döyüşdən sоnra… Yaman nigaranam...İzzət neçə dəfə zəng vurub...
    Mən оna təsкinliк vеrdim. Məzahir Rüstəmоv, Ismayıl müəllmin qardaşı, tanınmış ziyalı, filоsоf Izzət Rüstəmоvun оğludur...
    Az sonra xəbər yayıldı ki, Məzahir döyüşdə həlak olub...
    Vеrilən itкilər, töкülən qanlar nəticəsiz qalmadı. Başкənd azad оlundu, еrmənilər ilк böyüк məğlubiyyətlə razılaşmalı оldular.
    Biz ğeriyə-Bakıya qayıdırıq...Düz-dünya yaşıllığa qərq olub...Dağların o üzündə hələ də toplar ğuruldayır...
    ...Qələbə-gülənindir.

    18.08.-22.08.1992
    Çimərlik. Avqust günəşi...
    Qəzetlər ən çox müharibə və didişmələrdən yazır. Hətta, bəzən ermənilərlə aparılan müharibə arxa plana keçir, “yuxarıda” duranların-hakimiyyətdəkilərin bir-biri ilə “razborkası” ön plana keçir. “Müxalifət”, “Millət”, ”Səs” qəzetlərinə bir neçə yazı təqdim etdim...
    “Kommunist” qəzetinin (sonralar “Azərbaycan”-F.M.) rastlaşdığımız redaktoru ilə belə bir dialqumuz oldu.
    O, dedi:
    -Bəy, öz qəzetimizdə özümüzü tənqid edirsən...
    -Öz qəzetlərinizin yaydığı məlumatları ümumiləşdirib konkret qənaətlər hasil edirəm...
    -Niyə təkcə nöqsanlarımızı yazırsan? O qədər tərifəlayiq, müsbət işlərimiz var ki...
    -Əlbəttə, müsbət işlər çoxdur. Təqdir edirəm. Amma, bəy, axı biz məddahlıq dövrünü artıq arxada qoymuşuq...
    -Doğrudur... Amma unutma ki, indi hakimiyyətdə olanların bir çoxu naşı olsa da vətənpərvər uşaqlardır.. Get-gedə bişəcəklər...
    -Bəyəm hakimiyyət təcrübə stansiyasıdır?..
    -İradların doğrüdür...Elə yazdıqlarının da çoxu düzdür. Ona görə də çapa etirazım yoxdur... Biz demokratiyanı ona görə qururuq ki, hərə ürəyindən keçən sözü açıq-aşkar deyə bilsin...
    ...Artur Heylinin “Aeroport” romanını təkrarən oxudum. Düzdür, mən detektivi sevmirəm. Amma Heylinin əsəri daha cox psixoloji detektivdir...

    30.08.1992
    Bir-iki günə iş başlayır..
    Tahirlə və Nazimlə görüşdüm...
    Volterin “Fəlsfi əsərləri”ndən bir hissəni- “Fəlsəfə sözlüuü”nü oxudum. (“Nauka”, 1989). Volter bir maarifçi filosof kimi maraqlıdır.











    1993

    18.02.1993
    Ad günümü səssiz-səmirsiz, ailə üzvləri ilə birlikdə qeyd etdim. Sevinməyə bir şey yoxdur.

    02-03.04.1993
    Kəlbəcərin işğalı. AXC-nin ilk böyük məğlubiyyəti və ya aldığı ağır zərbə...
    Xalq təşviş içindədir. Çoxları deyir ki, əgər belə davam etsə, bir çox bölgələrdə Xocalı qətliamı təkrar oluna bilər.
    Rayonların çoxundan mərkəzə-Bakıya axın başlayıb. Hətta, indi başqa pespublikalara- Rusiyaya, Ukraynaya, Qazaxıstana gedənlərin sayı günbəgün artmaqdadır.

    04-05.06.1993
    Gəncədə qiyamçı polkovnik Surət Hüseynovun rəhbərliyi ilə AXC hökumətinə qarşı qiyam qaldırılıb.

    18.06.1993
    İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib ya Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə, ya da Türkiyəyə gedib. Deyilənə görə, onun konkret olaraq haraya getməsini hətta yaxın silahdaşlarının bir çoxu bilməyib.

    23.06.1993
    Milli Məclis bu gün prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

    20.09.1993
    Monoqrafiya üzərində işləyirəm.
    Şəhərdə gəzindim. Bir-iki tanış rast gəldi, çay içdik.























    1994

    22.06.1994.
    Qazaxıstanda, paytaxt Alma-ata şəhərindəyəm. (Elə orada eşitdim ki, yaxın zamanlarda Akmula (Astana) paytaxt olacaq-F.M.). Qazaxıstan EA-nın Fəlsəfə institunda çalışan Rüstəm Janqujinl təklif etdi ki, Oljas ağa ilə görüşək. Bakıdan Qazaxıstanın paytaxtı Almaatıya yola düşərkən planımda ünlü Qazax şairi Oljas Süleymenovla görüş nəzərdə tutulmamışdı. Doğrusu, mənim Oljas Süleymenovla görüşməyə elə bir xüsusi həvəsim yoxdu; digər tərəfdən ona deyiləsi və ya ondan umulası elə bir xahişim-filanım da yoxdu. Bir də ki, Oljas məşhur adamdır, nə üçün onu iş-gücdən eləyək, vaxtını alaq? Amma Rüstəm dönə-dönə təkid etdi ki,, mütləq bu görüş baş tutmalıdır, axı, bu necə ola bilər ki, Almaatıya gələsən, dünya şöhrətli şairi görməyəsən.
    Onunla birlikdə Olyas Sulrymenovun ofisinə ğetdik. Mən razılaşmalı oldum. Bakıdan özümlə O. Sulemenovun “Az İ Ya” kitabını Rüstəmə hədiyyə etmək üçün gətirmişdim; amma Rüsəm dedi ki, kitabı yaxşı olar ki, müəllifin özünə- Oljasa verəsən.
    Sovet dönəmində dissedent olmuş, vaxtı ilə Azərbaycanı gəzib dolaşmış, Bakı mitinqlərində çıxış etmiş, dilli-ağızlı Rüstəm Janqujin sən demə Oljasla çox yaxın dostmuş. Biz Qazaxstan akademiyanın beş addımlığında yerləşən, doqquzmərtəbəli, təkbloklu binaya- Oljasın ofisinə getdik. (Yeri gəlmişkən, qeyd edim ki, mənim son zamanlar rus mətbuatından aldığım məlumata görə indi R.Janqujin Ukraynada siyasi mühacir kimi yaşayır-F.M.) Oljas həm partiya sədri, həm Baykanur – Nevada ictimai təşkilatın rəhbəri, həm Yazıçıla İttifaqının katibi, həm də deputat idi.
    Sonralar mən bu görüş təəssüratını qələmə aldım. İndi həmin yazını təqdim edirəm.
    Oljas Süleymenov: “Azərbaycan mənim ürəyimdədir...”
    Bu, o vaxtlar, Sovetlər biriliyi çökəndən sonra, mənim yaxın və uzaq xaricə, ümumiyyətlə, ölkədən kənara olan ilk səfərim idi. Bakıdan Qazaxıstanın o zamankı paytaxtı Almaatıya yola düşərkən planımda ünlü Qazax şairi Oljas Süleymenovla görüş nəzərdə tutulmamışdı. Amma iş elə gətirdi ki, almaatılı həmkarım- Qazaxıstan EA Fəlsəfə İnstitunun elmi işçisi, essesist-tənqidçi və dissident Rüstəm Janqujinlə dostlaşdım. O, təklif etdi ki, Oljas ağa ilə görüşüb söhbətləşək. Doğrusu, mənim Oljas Süleymenovla görüşməyə elə bir xüsusi həvəsim yoxdu; digər tərəfdən ona deyiləsi və ya ondan umulası elə bir xahişim-filanım da yoxdu. Bir də ki, Oljas məşhur adamdır, nə üçün onu iş-gücdən eləyək, vaxtını alaq? Amma Rüstəm dönə-dönə təkid etdi ki, mütləq bu görüş baş tutmalıdı; axı, bu necə ola bilər ki, Almaatıya gələsən, türk dünyasının məşhur şairini görməyəsən?.. Bir də ki, o, Azərbaycanı və azərbaycanlıları çox sevir.
    Mən razılaşmalı oldum. Səfər yoldaşım Rafiq bəy özü ilə Bakı aeraportunun qəzet- kitab köşkündən yolda oxumaq üçün bir neçə jurnal və məcmuə, o cümlədən O. Sulemenovun “Az İ Ya” kitabını da alıbmış. Sovet dönəmində dissedent olmuş, vaxtı ilə Azərbaycanı gəzib dolaşmış, Bakı mitinqlərində çıxış etmiş, dilli-ağızlı Rüstəm Janqujin, sən demə Oljasla çox yaxın dostmuş. Biz akademiyanın beş addımlığında yerləşən, doqquzmərtəbəli, təkbloklu binaya- Oljasın ofisinə getdik. (Yeri gəlmişkən, qeyd edim ki, mənim son zamanlar rus mətbuatından aldığım məlumata görə, sonralar R.Janqujin Ukraynada siyasi mühacir kimi yaşamalı olub.-F.M.) Oljas ağa həm partiya sədri, həm Baykanur – Nevada ictimai təşkilatın rəhbəri, həm Yazıçıla İttifaqının katibi, həm də deputat idi. Ümumiyyətlə, Oljas iş- gücü başından aşan adamdır. Onun ofisi yaşadığı binanın birinci mərtəbəsində, düz liftin yanında yerləşirdi. Kiçik giriş otağında onun köməkçisi cüssəli və dilli-ağızlı Bulat bizi gözləyirdi. O, dedi ki, bir az gözləyək. İndi Oljasın yanında adam var, bu, qocaman bir aktyordur (mən indi həmin aktyorun ad-familyasını unutmuşam), SSRİ xalq artisti və Dövlət mükafatı laureatıdır, vaxtı ilə tarixi qəhrəmanların, dövlət rəhbərlərinin,o cümlədən Leninin, Kirovun rolunu oynayıb; son vaxtlar bu aktyoru kinoya, səhnəyə dəvət etmirlər, güzəranı ağırdır, ona görə də reklamlara çəkilir, ekranda- efirdə gah hansısa firmanın yağ- pendirini, qənd-çayını tərifləyir, gah da ədasını-səsini dəyişib ad-sanına yaraşmayan hoqqalar çıxarır. Oljas ağa bir neçə gün əvvəl onu çağırib məzəmmət eləyib ki, sənə bu cür “rollarda” çıxış etmək yaraşmaz, hörmətli-nüfuzlu adamsan, reputasiyanı qoru. Həmin aktyor isə cavabında deyib ki, dolanışığım çətindir, məcburam ki, bu cür pəstahlar çıxarmaqla birtəhər başımı girləyim. Yenə də Bulatın dediyinə görə, onda Oljas çıxarıb ona altı yüz dollar pul verib və bərk-bərk tapşırıb ki, nəbadə bir də səni reklamda- filanda görüm, get öz iş-gücünlə məşğul ol, ciddi rollarda oyna. Amma aradan az keçməmiş həmin aktyor yenə reklama çəkilir və Oljas Süleymenov bunu görəndə çox əsəbləşir; indi budu ha, onu yenə çağırıb yanına, ya danlayır, ya da ola bilsin ki, təzədən cibxərcliyi təklif edirdi.
    Mən Oljasın köməkçisi, pəhləvan cüssəli Bulatdan soruşdum ki, sən öz adının mənasını bilirsənmi? O gülüb dedi ki, əlbəttə, bilirəm, bu rusca “stal” deməkdi. Mən dedim ki, bizdə Bulat yox, Polad deyirlər. O, cavabında dedi ki, bunu da dilirəm, üstəlik sizin müğənni Poladı da (Bülbüloğlunu) şəxsən tanıyıram, vaxtilə onunla Moskvada tanış olmuşuq.
    Az sonra Oljasın otağından yaşlı bir kişi çıxdı: o, pərt idi, deyəsən, şair bu qocaman aktyoru möhkəmcə məzəmmət etmişdi. Və nəhayət, boy-buxunu ilə heç də öz köməkçisindən geri qalmayan ucaboy, idmançı görkəmli Oljas ağa qapıya sarı gəlib bizimlə əl tutaraq köhnə tanışlar kimi öpüşdü, bir az ləngitdiyinə görə üzrhaqlıq etdi. Keçib onun sadə, yığcam otağında əyləşdik: katibə qız kofe gətirdi. Mən bir il əvvəl “Azərnəşr”də azərbaycanca çap olunmuş “Az i Ya” kitabını Oljasa təqdim etdim.
    O soruşdu:
    -Bunu siz tərcümə etmisiniz?
    -Xeyr... Tərcüməçi Natiq Səfərovdur.
    -Bəs tərcüməsi necə çıxıb? Sizi qane edirmi?
    -Əla alınıb. Natiq çox istedadlı tərcüməçidir. Yaxşı, Oljas Öməroviç, bəyəm bu kitabdan sizdə yoxdur?
    -Vallah, mənə göndərməyiblər. Bəlkə də göndəriblər, hələ gəlib çatmayıb. İndi poçtlar düz-əməlli içləmir axı. Bu günlərdə “Az i Ya” Türkiyədə də çap olunub, amma orada müəyyən qeyri- dəqiqliklərə yol verilib. Hə, deyirsiz tərcüməçiyə söz yoxdur? Lap yaxşı. Şad oldum...
    Sonra Oljas öz iş-gücündən danışdı. “1001 söz” kitabı üzərində işlədiyini bildirdi. Sözarası mənzilinin də ofis yerləşən binada olduğunu xatırlatdı; hərçənd bu barədə artıq bizə Rüstəm bəy (mən Janqujinə bu cür müraciət edirdim) bu barədə məlumat vermişdi.
    -Beş otaqlı mənzilim var. Məndən aşağıdakı qonşum tək- tənha yaşayan bir qadındır, daha doğrusu, ona tək də demək olmaz,çünki bir iti də var. Mən ona başqa bir yerdə mənzil alıb oraya köçürmək istəyirəm...
    Mən zrafatla dedim:
    -Birinci mərtəbəni də zəbt etmisiniz, Oljas Öməroviç... İndi üst-üstə on beş otağınız olacaq.
    O qəhqəhə çəkib ürəkdən güldü:
    -Nə on beş otaq, canım? Bura balaca bir ofisdir. Əvvəllər pis gündəydi. Dalandarlar öz süpürgə- bellərini buraya yığırdılar. Üfunətdən durmaq olmurdu. Onları birtəhər dilə tutub cıxartdım. Buraları özüm təmir etdirmişəm. Partiyamıza isə digər ictimai təşklatlar üçün nəzərdə tutulan binada yer veriliblər.
    Sonra öyrəndik ki, vaxtı ilə “türk millətçısı” kimi ad çıxarmış bu məşhur türkoloq- şairin ailəsi beynəlmiləldir: arvadı yəhudidir, iki qızı var, özü isə qazax dilini o qədər də mükəmməl bilmir. Amma çox geniş erudisiyalı, enerjili, cəsur, qorxmaz adamdır; öz xalqını, ümumiyyətlə, bütün türk xalqlarını hədsiz dərəcədə sevir. Türkçü olmaqla yanaşı dünyanın bütün xalqlarına eyni dərəcədə ehtiram göstərir. Dünyanı sərhədsiz görmək istəyir. Sözarası xatırlatdım ki, mənim elmi-fəlsəfi yazılarımdan birinin adı məhz elə bu cürdür: “Sərhədsiz dünya”. Oljas ağa kitabın adını və ideyasını təqdir etdi.
    O. Süleymenov Kunayevlə sonralar dostluğa çevrilən tanışlığından, “Dimeke”nin (o, Qazaxıstanın keçmiş dövlət rəhbəri Dinmühmməd Kunayevə belə müraciət edirmiş) köməyindən , özünün uzun müddət DTK tərəfindən izlənməsindən danışdı.
    -Mənə o illərdə millətçi damğası vurub axırıma çıxmaq istəyirdilər. Guya mən ruslara nifrət edirmişəm. Bu, əlbəttə, əsassız ittiham idi. Mən ruslara niyə nifrət etməliyəm ki? Bu xalqın dilində təhsil almışam, onun mədəniyyətini, ədəbiyyatını sevirəm. Nə qədər rus dostlarım var! Yəqin ki, bilirsiniz, mən ixtisasca geoloqam. Amma iş elə gətirdi ki, təbiətin dilini öyrənə-öyrənə qədim dilləri də öyrənməyə başladım. Və öz axtarışlarımda özüm üçün də gözlənilməz olan faktlarla qarşılaşdım: sən demə, zahirən bir-birindən uzaq olan dillərin tarixi qohumluqları olurmuş. Məsələn, rus və türk dilləri kimi. Hər şey mənim “İqor polku haqqında dastan”la bağlı apardığım araşdırmalardan başladı. Bu əsərdə nə qədər qədim türk sözləri varmış!Amma mənim arqumentlərim, misallarım nədənsə çoxlarının xoşuna gəlmirdi. Onlar deyirdilər ki, türk dili hara, slavyan dilləri hara? Adımı pantürkist qoydular. Bilirsiniz də, otuzuncu illərdə “pantürkist” damğası ilə nə qədər alimi, ziyalı məhv ediliblər. Amma mən “pantürkist”olanda artıq 60-70-ci illər idi, yəni 37-ci il arxada qalmışdı. Məni açıq-açığına ittiham edə bilmirdilər, ona görə də yeni bir cəza metodu hazırlamışdılar. Necə olursa-olsun Süleymenovu məhv etmək. Az qala hər dəqiqəmi izləyirdilər. Amma bu güdülməyin bir sonu olmalıydı, ya yox? Bir dəfə öz evimə gələrkən qaranlıq girişdə mənə hücum çəkdilər: üstümə bir neçə nəfər düşüb məni amansızcasına döyməyə başladılar. Əllərində metal parçası da vardı. Məqsədləri məni öldürmək və ya heç olmasa şikəst etmək idi. Mən uzun illər idmanla məşğul olmuşam, fiziki cəhətdən güclüyəm, dağda-daşda gəzmiş geoloq adamam. Amma onlar da qüvvətli idi. Nə isə... Təsadüf nəticəsində sağ qaldım... Bir sözlə ”Az i Ya” əsərinə görə başım çox bəlalar çəkdi. Bu əsərlə bağlı çox alimlərə müraciət etdim. Səsimə səs verənlər az oldu. 1976-cı ildə əsər “Jajuşi” (Yazıçı) nəşriyyatı tərəfindən çap olunandan sonra bu kitab ətrafında böyük hay-küy qopdu. Moskva mətbuatında məni yıxıb sürüməyə başladılar. Dəqiq bilirdim ki, bu kompaniyanın başında o vaxtlar MK-da ideoloji sahəyə rəhbərlik edən Suslov durur. Mən dözə bilməyib Kunayevə müraciət etdim: ”Dimeke, xahiş edirəm ki, mənim yazdığım acıq məktubu Mərkəzi Komitənin büro üzvlərinə paylayasız”. Kunayev söz verdi ki, mənim kitabımla bağlı Brejnevə müraciət edəcək. Belə də oldu. O,”Az i Ya”nı şəxsən Baş katibə təqdim etdir. Kitab Brjnevin çox xoşuna gəlir. Hətta, o təəccübünü də bildirir: “Axı bu kitabı nə üçün tənqid edirlər? Burada ruslar əleyhinə heç nə yoxdur. Yaxşı kitabdır”. Doğrusu, Kunayev bunu mənə deyəndə əvvəlcə inanmadım. Amma az sonra Qazaxıstan Kompartiyasının XV qurultayına məni üzv secəndə hər şey məlum oldu. Kunayev bu yaxınlarda çap olunmuş memuarların da “Az i Ya”nı Brejnevə təqdim etməsi barədə ətraflı söhbət açıb. Əlbəttə, bu hadisədən sonra “keqebe” mənim yaxamdan əl çəkdi. Mən həyatım üçün Kunayevə minnətdaram. Amma, necə deyərlər, bəzən şahın da dilənciyə işi düşür; elə bir vaxt gəldi ki, mən də Kunayevi müdafiə edəsi oldum. Bilirsiniz ki, bir neçə il əvvəl Kolbin adlı birisini gətirib Qazaxıstanın birinci katibi təyin edəndən sonra Kunayevə qarşı güclü kompaniya başladı. Onu az qala bütün iclaslarda tənqid və ya təhqir edirdilər. Mən onun müdafiəsinə qalxmalı oldum. Keçmiş “dostlar”ı, onun tabeçiliyində işləmiş adamlar, indi Dimekeni az qala xalq düşməni elan etmişdilər. Günlərin bir günü mən ona dedim ki, siz dünyagörmüş adamsız, böyük həyat yolu keçmisiniz, öz xatirələrinizi qələmə alın, öz bioqrafiyanıza aydınlıq gətirin: axı, biz ölüb gedəcəyik, kitablar isə həmişə qalacaq. O, tezliklə öz memuarlarını yazdı, özü də bəzək-düzəksiz. Və kitabın ilk səhifələrindəcə qeyd etdi ki, xatirələrimi yazmağa mənə sövq və təhrik edən şair Oljas Süleymenov oldu...
    ... Oljas Süleymenov indi siyasətlə məşğul olduğunu vurğulayaraq bildirdi ki, onu bu işlə məşğul olmağa çoxlu tərəfdarları və əsasən də gənclər təşviq ediblər. “Mənim camaat içində belə nüfuz qazanmağıma siyasətçilərin bir çoxu qısqanır, paxıllıq edir. Məncə, hətta, Nursultanın özü də...”
    O, kiçik fincandakı kofedən qurtum-qurtum içərək uzun müştüklü, ağ “Marlboro” siqaretini tüstülədə-tüstülədə arabir ya söhbətin mövzusunu dəyişir, ya da ani fikrə gedirdi. Belə anlarda onun kağız kimi dümağ, az qala tüksüz, kosa sifəti sərtləşir, qartal bəbəklərini xatırladan ensiz, qıyıq gözləri zəhmli bir ifadə alırdı. Az sonra kədərlə köksünü ötürüb 20 Yanvar qırğınını və xəstə-xəstə Bakıya gəlməyini xatırladı.
    -Amma Bakıya gəlişim mənə baha başa oturub. Ermənilər məni hədələməyə başladılar: həm mətbuatda, həm də mənə göndərilən məktublarda. O vaxt çoxlu söyüş və şantajlar oldu mənə qarşı. Bu ermənilər ki var, düzünü düyək, səfərbər olmuş adamlardır. Amma sizə qəribə bir şey deməliyəm: mənə gələn erməni məktublarından yalnız birində yazdığım şeir və tədqiqatlar təriflənmişdi. Təsəvvür edin, bir erməni qadını türkün yazdıqlarını təqdir edir. Bax budur, o məktubu indi də əlimin altında saxlayıram. Qəribədir, məktub müəllifi Zori Balayanı söyür, onun ünvanına dişinin dibindən çıxanı deyir.
    -Bəlkə o erməni öz millətini mənsubiyyətini dəyişib qazax olmaq istəyir?
    Oljas ağa gülüb dedi:
    -Hər şey ola bilər... Hə, de görüm Əliyevlər necədir? Bilirsən də, sizdə iki məşhur Əliyev var.
    -Bilirəm...
    Mən sövq-təbii bildim ki, “Əliyevlər” deyərkən o, Əbülfəz Əliyevi (Elçibəyi) və Heydər Əliyevi nəzərdə tutur.
    -Hər ikisi dostumdur. Ümumiyyətlə, ədəbiyyatçı dostlarım olduğu kimi, siyasətçi dostlarım da az deyil. Axı, mən həm də siyasətçiyəm, partiya rəhbəriyəm... Hə, bəs mənim dostum Bəxtiyar necədir? Vahabzadəni deyirəm. Eşitmişəm Aydın Məmmədov rəhmətə gedib, bu xəbəri eşidəndə yaman kədərləndim. Elçinlə, Anarla, Şahmarla, Məmmədlə, Kamalla, Sabirlə də xoş münasibətim var. Ümumiyyətlə, mənim çoxlu azərbaycanlı dostlarım var: Bakıda, Moskvada, Almaatıda... Bir dəfə Moskva Televiziyası ilə çıxışda demişəm ki, Bakı dünyada sevdiyim iki şəhərdən biridir. Azarbaycan türkləri elə-belə adamlar deyil... Azərbaycan həmişə ürəyimdədir...
    Oljas ağa siqaretini tüstülədə-tüstülədə öz yaradıcılığından, arzu və düşüncələrindən danışırdı. Arabir geniş alnına, mefistofelsayağı dartılmış çatma qaşlarının üstünə axan uzun saçlarını, çəkdiyi siqaret kimi ağ, uzun barmaqları ilə geri darayırdı...
    Əl verib ayrılanda Oljas ağa dedi:
    -Dostlara salam deyərsən... Hə, deyirsən Xəlil Rza ilə eyni təşkilatda –akademiyada işləyirsən hə? Elə isə mənim ona xüsusi salamlarımı yetirərsən. O, olduqca vətənpərvər, öz xalqını hədsiz dərəcədə sevən bir insandır...
    Şairin yaşadığı yerin yaxınlığından keçərkən diqqətimizi, az qala hündür evlərin divarlarına dırmaşan fəhlə geyimli adamlar cəlb etdi. İstər-istəməz ayaq saxlayıb tamaşa etməli olduq; bir qrup adam küçədəki binaların üstünə vurulmuş lövhələri dəyişirdilər. Sən demə, uzun illər Karl Marksın adını daşıyan küçəyə indi D. Kunayavin adını qoyublarmış. Bu “addəyişmə” işini görənlər, hiis olunurdu ki, aşkarca tələsirlər. Sanki qazax qardaşlar tarixin təzədən təkrar olunacağından ehtiyat edirdilər. Amma, çox güman ki, tarix heç vaxt eyni qaydada təkrar olunmur...
    Qəribə işləri olur dünyanın: mən Bakıya qayıdanda eşitdim ki, Xəlil Rza Ulutürk rəhmətə gedib, özü də biz Almaatıda Oljas ağa ilə görüşən gün- 1994-cü il iyun ayının 22-də. Mən bir böyük şairin salamını başqa bir böyük şairə yetirə bilmədim.
    ( ... Aradan illər, onillər keçib. Xalqımız onu- bu cəsur, qorxmaz, mərd qazax şairini ehtiramla yada salır. Ən azı ona görə ki, Oljas ağa 20 Yanvar qırğınında xəstə halda uçub Bakıya gəlmiş, xalqımıza başsağlığı və təsəlli vermişdi-F.M.)

    18.09. 1994
    Hirsimdən özümə yer tapa bilmirəm: şair X.V.-yə çalışdığı redaksiyada- makinada yazdırtmaq üçün monoqrafiya vermişdim. Əlyazma yoxa çıxıb-itib. Jurnalda çalışan makinaçı qız əsərin harada itdiyini xatırlamır. Ğah redaksiyada yoxa çıxdığını, ğah da avtobusda unutduğunu deyir.
    İllərlə gecəni ğüdüzə qatıb yazdığın beş yüz səhifəlik əsər qəfildən yoxa çıxa- özün də havalanmayasan! Hələ bu azmış kimi “səbəbkar” şair mənə “ürək-dirək” verdi: “Ay qağa, gedək bir yüz-yüz vuraq... Əsərdi də itib-itsin... Özümüz ki, itməmişik...”

    02.12.1994
    Sokrat müdrikliyi.
    Bir dəfə tərbiyə görməmiş, yonulmamış bir nadan nəyəsə əsəbiləşib Sokrata yumruq atır.
    Dostları məsləhət görürlər ki, filosof bu “eşşəyi” məhkəməyə versin.
    Sokrat gülümsəyib deyir:
    -Bəyəm hansısa bir eşşək sizə təpik atanda onu məhkəməyə verirsiz?
    Sizi bilmirəm, mənə də belə eşşəklər rast gəlib. Özləri də kostyumlu, qalstuklu... Sadəcə, məhkəmələrin ədalətinə çox inandığım üçün ...susmuşam. Elə bu gün də onlardan biri rast gəldi.

    02.12.1994
    Bahar gəlsəydi yenə hər şeyi yenidən, "təzə abzasdan" başlayardıq.

    05-20.12.94
    Bilgəh. Sanatoriya. Havalar soyuq keçir.
    Çeçenlərlə ruslar arasında savaş başlayıb. Qroznıda və ətraf yaşayış yerlərində qanlı döyüş gedir. Deyəsən, bu xəmir çox su aparacaq.





    1995

    01.05.1995
    İnsanın mənfi və ya çatışmayan cəhətləri ola bilər. Bu cəhətlərdən bəziləri insanla bir doğulur və temperamentlə bağlı olur. Temperament isə heç vaxt dəyişmir. Biz bəzən buna emosiya da deyirik.
    Amma elə cəhətlər var ki, bunu insan həyatda özü "qazanır". Məsələn, ikiüzlülük, yalançılıq, həyasızlıq və s.
    Sonradan qazanılan keyfiyyətlərdən ən "ləzzətlisi" yaltaqlıqdır. Kökündə "yal" olan bu sözün (daha doğrusu, hərəkətin) həyatda praktik "daşıyıcıları" çoxdur. Mən hər gün onların, bu yekə-yekə zadların sifətini ekrandan görür, səsini efirdən eşidirəm.
    Bəs siz necə, belələrini elələrindən seçə bilirsizmi?

    26.-27.07.1995.
    İsmayıl Şıxlı rəhmətə ğetdi.
    O, mənim müəllimim olmuşdu. Aramızda xətir-hörmət vardı.Yəqin ki, nə vaxtsa onun barəsində yazacağam.
    İsmayıl müəllim çox mərd, qürurlu, namuslu şəxsiyyət,pedaqoq və yazıçı idi...
    İ.Şıxlını dəfn etməyə gələnlərin üzündə sonsuz kədər hissi aydın duyulurdu. Əlbəttə, özlüyündə hər bir kəsin ölümü öz yaxın və doğmalarına dərd-ələm gətirir. Amma Şıxlının ölümü, məncə, ümümxalq matəminə çevrilmişdı. Çünki o, öz xalqı üçün əlindən gələni əsirgəməmişdi: bütün situasiyalarda öz sözünü demiş, öz səsini ucaltmışdı.
    ...Dəfn mərasiminin açılışı xeylı ləngidi. Bununsa səbəbi, deyilənə görə, Azərbaycan prezidenti Əliyevin Ukrayna prezidenti Kuçmanı təyyarə limanından yola salması ilə bağlı idi.
    ...Şəhriyar adına saraya toplaşan insanlar boyük vətəndaş və sənətkarla vidalaşırdılar. Məndən arxadakı cərgədə Nazirlər Sovetinin sovet dönəmindəki başçıları- o vaxtki Baş nazir H.Seyidov və onun müavini akad. İ.İbrahimov əyləşmişdilər. Onlar çox maraqlı tərzdə “söhbət edirdilər”:
    -Gəldilər?..
    -Deyəsən, yox...
    -Maşın səsləri gəlir..
    -Hə...
    -Onda onlardır yəqin...
    -Deyəsən, onlar deyil...
    -Hə, onlar gələndə bunlar da biləcək..
    -Elədir...
    -Bax, indi gəldilər...
    -Deyəsən...
    -Onlardır...
    Prezident H.Əliyev öz əhatəsinin adamları ilə zala daxil olarkən mən bayaqdan bəri arxa cərgədə gedən “söhbətin” kimə aid olduğunu mən nəhayət anladım...
    ...H.Əliyev böyük yazıçının şəxsiyyəti və yaradıcılığı barədə geniş danışdı...
    ...İ.Şıxlının oğlu Elçinin ailə üzvləri adından dediyi sözlər kövrək və məzmunlu idi...
    Bəstəboy, yaşlı, baxışları İsmayıl müəllimi xatırladan bir qadının için-için ağlaması diqqətimi çəkdi. Yanımda dayanan dostlar (Osman və Aslan) qadının İ.Ş.-nın bacısı olduğunu dedilər.
    ... Həmişə olduğu kimi mütaliə ilə məşğulam. Son vaxtlar daha çox memuar ədəbiyyatı və tarixə aid əsərləri oxuyuram






















    1996

    07.03.1996.
    Respublika sarayında S.Vurğunun 90 illiyi keçirildi. Mən də iştirak etdim. Şair N.Kəsəmənli ilə yanaşı orurmuşduq. Arada istədim ki, çıxım, “oxrana” qoymadı. Keçib yerimdə əyləşdim. Nüsrət gülüb dedi ki, qoy indi mən çıxım, gedim aşağıda bir siqaret çəkim qayıdım. Dedim ki, çətin icazə verərlər. Dedi ki, bu gənclər məni tanımadırlar, oxucularımdır, yəqin icazə verərlər... Nə isə, ayağa durub çıxmağa cəhd göstərdi, Gənc cangüdənlər cəld irəli cumub onu yeindən tərpənməyə qoymadılar. Şair pərt halda tədbirin sonunacan oturmalı oldu.
    ...Burada çoxlu köhnə tanışlarla rastlaşdıq.
    Ümumiyyətlə, tədbir yaxşı keçdi.














    1997

    05.03.1997
    Sağ ol, Qadın.
    8 Mart... Beynəlxalq Qadınlar Günü...
    İlk dəfə 1910-cu ildə qadınların II Beynəlxalq Konfransında həmin günün bayram kimi qeyd olunması təklifi ilə Klara Setkin çıxış edib.
    Azərbaycan vətəndaşları üçün (təkcə qadınlar nəzərdə tutulmur) belə bir fakt diqqətəlayiqdir ki, bizim məmləkətəmizdə bu bayram ilk dəfə 1917-ci ildə keçirilib.
    Mən, artıq ilkin siyasi mahiyyətini itirib bu gün daha çox məişət bayramı kimi qeyd edilən 8 Martla bağlı təzə bir söz demək niyyətində bulunmuram; onsuz da qadınlar haqqında təkcə 1910-cu ildən üzübəri deyil, həmin vaxtdan çox-çox əvvəllər də hədsiz-hesabsız bənzərsiz epitetlər deyilib.
    Qadınlar cəmiyyətə həyatında oynadığı rolla bağlı uzun-uzadı mükalimə və mühakimələr yürütmək olar. Qadını dünyanı zərif çiçəyindən tutmuş qüdrətli qranitinə qədər çox nəsənələrlə müqayisə etmişlər. Hələ ayı, günəşi, ulduzları demirəm. Bunlar öz yerində.
    ...Bəs biz cari ilin martına hansı istəklərlə və arzularla qədəm qoyuruq? Məncə tərəddüdlərlə, həyəcanlarla, nigarançılıqla... Ən nəhayət işartısı qəlbimizdə közərən ümidlərlə...
    ...Mart bizi ağır sınaqlarla haqlayır. Dabanbasaraq bir-birini izləyən faciələr, ağrılar, ölümlər, kədərlər içindən boylanan adi bir gün – 8 MART təqvimə böyük hərflərlə yazılır. Məni qorxudan odur ki, biz tədricən mövcud faciələrin laqeyd seyrçilərinə çevrilə bilərik. Məni dəhşətə gətirən odur ki, biz o qədər göz yaşları tökərik ki, günlərin bir günü ağlamaq hər birimiz üçün fizioliji tələbata çevrilə bilər...
    Biz bəzən unuduruq ki, dünyadakı əksər göz yaşlarının səbəbkarı məhz kişilərdir. Və məhz ona görə də qadınların taleyi, həyatı ilə bağlı problemlərin həlli ilə daha çox kişilər məşğul olmalıdırlar. Qəzavü-qədər elə gətirib ki, bu gün bizim qadınların böyük əksəriyyəti dərd əkib kədər biçir. Evsiz-eşiksiz qadınların bir çoxu ailəsinin və özünün gündəlik ruzusunu qabarlı əllərlə qazanmağa məhkum olunub.
    Min-min təəssüflər ki, bir sıra ali idarələrdəki duyğusuz, hissiz məmurların təzyiqinə məruz qalan, bir tikə çörəyini polis dəyənəyinin zərbəsi altında qazanan, göz yaşları ürəyinə axan qadınlarımızı bu gün ovudan bir tutalğac tapmaq müşkülə çevrilib.
    Əlbəttə, qadına məhəbbət, zərif məxluqa sevgi heç bir zaman ona bəxş edilən hədiyyələrin dəyəri ilə ölçülməyib. Fəqət, mən arzu edərdim ki, tale yer üzündəki hər bir kişiyə elə bir imkan yaratsın ki, o heç olmasa ilin tək bircə günündə istədiyi qadına ürəyindən keçən hədiyyəni, ərməğanı bağışlaya bilsin.
    Bütün ili öz sevimlisinin qulluğunda duran hər bir qadının ürəyi heç olmasa 8 Mart ünvanlı bir gündə xoş bir kəlmənin istəyi, xiffəti ilə çırpınsın. O kəlmə çox yığcam, çox qısadır. SAĞ OL, QADIN!
    “Maarifçi” qəzeti, 5 mart 1997-ci il

    06.04.1997
    Müstəqillik dövrüun ilk kitabı, daha doğrusu kitabçam-“Kəhrəba”.
    İngilis, rus, ərəb dillərinə tərcümə olunmuş bir uşaq hekayəm cəmləşib bir kitabçada nəşr edildi.
    Sovetlər dönəmində cəmi 4 kitabım nəşr olunub- iki bədii və iki elmi kitab.


















    2000

    01.09.2000.
    Sentyabr ayının 1-dir. Bu gün dostum Şahmarın sevimli nəvəsinin ad günü olmalıdır.
    Amma Şahmar daha yoxdur.
    Səhər tezdən radaksiyaya gələrkən əməkdaşların üzündəki qəribə, hüznlü ifadənin səbəbini öyrənməyə çox vaxt tələb olunmadı. Kimsə astadan dedi: “Şahmar müəllim dünyasını dəyişib”. Sanki dünya başıma hərləndi...
    Şahmarın mənzili redaksiyanın yerləşdiyi binanın yaxınlığındadır. Bu beşaddımlıq yolu getmək mənə dağlar aşmaq, yoxuşlar qalxmaq qədər çətindir.
    ...Bu söhbət, bu dialoq da dünən olmuşdu:
    - Salam.
    - Salam, dədə! Necəsən?
    - Babat...
    Bəli, dünənki, yəni avqustun son günündəki səhərimiz də həmişə olduğu kimi, bu cür “ənənəvi” mükalimlələrlə açıldı.
    Bir az ordan- burdan söhbət etdik.
    Dedi:
    - Maşallah, gözümə yaxşı dəyirsən, dədə...
    - Dünənkinə baxanda, sən də bu gün qıvraq görünürsən.
    Ürəkdən güldü:
    - Elədir... Dədə, evdəkilərə bildirmədim, dünən halım lap xarab idi... Az qala keçinmişdim...
    - Allah eləməsin. Niyə? Nə olmuşdu ki?..
    -Əşi, bütün gecəni futbola baxmışam... Qapı-pəncərələr də açıq... Sonra özüm-özümü danlamışam ki, bu nə cavanlıqdı edirəm... Ta qoca kişiyəm... Niyə özündən muğayat olmursan, ay qoca Şahmar? Düz demirəm?...
    ...Budur, indi həmin günün, yən 30 avqustun təəssüratı maqnitofon lenti kimi qulaqlarımda səslənir, kino lenti kimi gözlərim önündən gəlib keçir... Biz o gün nələrdən, kimlərdən danışdıq?.. Hansı mövzulardan söhbət açdıq?.. Onu nəsə incidən bir hadisə baş vermişdi ki?.. Bəlkə kiməsə hirslənmiş, əsəbləşmişdi?..
    Şahmar Əkbərzadəni tanıyanlar yaxşı bilir ki, o təbiətən coşğun, çılğın, emosional adam idi. Bəzən adi bir sözdən alınar, əsəbiləşər, tez reaksiya verərdi... Amma həmin gün onun ovqatı yaxşı idi. Deyib-gülürdü. Bir-iki gündən sonra Kiprə - poeziya festivalına gecədək...
    30 avqustda biz onunla yenə ədəbiyyat, poeziya barədə söhbətləşdik. Yeni əsərlərdən danışdıq...
    ...Onun öz təkidi ilə “Mədəniyyət”ə təqdim etdiyim, hissə-hissə çap olunan “Müqəvva” pyesini təriflədi.
    ...Hər gün olduğu kimi yenə Qarabağdan söhbət düşdü. Kimlərisə qınadıq, kimlərisə söydük...
    ...Evinə zəng vurdu – nəvəsinin 4 yaşı tamam olurdu, axşamı “yubileyə” getməyə hazırlaşırdı...
    ...Qəzetdə gedəcək materiallara göz gəzdirdik...
    ...Qonorar və maaş cədvəlini nəzərdən keçirdik...
    ...Bəstəkar Rəşid Şəfəq gəldi; yeni mahnılardan söhbət düşdü...
    ... Və nəhayət, saat dörd radələrində görüşüb-öpüşüb ayrıldıq. Mən hələ redaksiyada qalıb işləmək istəyirdim... Həmin günün olaylarını yada salanda qəribə bir epizodu da xatırlayıram: arada Şahmar söhbət edə-edə açıq pəncərəyə yaxınlaşaraq yaxınlıqda yerləşən “Yasamal qəbristanlığına” sarı boylanıb dedi:
    - Dədə, dünən bir şeir yazmişam. Özü də deyəsən, şedevr alınıb.
    - Sənin yazdığın şeir başqa cür ola bilməz ki... İstəyirsən, oxu. Qoy qulağımız təzə bir söz eşitsin...
    - Yox, dədə, qalsın sonraya... Bir də ki, o şeir oxumaq üçün deyil.
    Mənim təəccübümü görüb gülümsədi:
    - Sinə daşına yazılacaq... Bir yaxın adamın xahişi ilə düzüb-qoşmuşam...
    Mən tutuldum:
    - Epitafiya da şeir formasıdır... Nə olar ki...
    O, mənim nəyə işarə etdiyimi duyubmuş kimi qəhqəhə çəkib güldü. Bunun da öz səbəbi vardı: iki-üç gün əvvəl tez-tez ithaf şeirləri yazan bir şair dostumuz yaxın vaxtlarda rəhmətə getmiş tanışına həst etdiyi təzə şeiri redaksiyaya gətirmişdi. Şahmar şeiri oxuyub müəllifə demişdi:
    - Sən canın, rəhmətə gedənlərə az şeir yaz...
    İndi hər ikimiz həmin hadisəni xatırlamışdıq. Şahmar mənə baxıb gülümsədi:
    - İnnən belə ölənlər haqda şeir yazmayacağam, dədə...
    Görəsən bu, nə idi? Alın yazısı, yoxsa ürəydamma? Tale, yoxsa qəzavü-qədər?.. Bilmirəm. Bircə onu bilirəm ki, hər təzə şeirini sevinə-sevinə oxuyan Şahmar həmin gün sinədaşına yazdığı misraları – epitafiyanı oxumadı, bunu sonraya saxladı.
    Xatırlayıram. O, bir dəfə qarabağsızlıqdan gileylənib dedi:
    -Dədə, mən palıd kimi sağlam adamam. Məni öldürsə Qarabağın dərdi öldürəcək. Xudu da o dərddən öldü… Amma istəyirəm ki, Qarabağ azad olandan sonra ölüm…
    Dostumun yoxluğu ilə heç cür barışa bilmirəm...
    Hüzr məclisiniə gələnlərin hüznlü üzlərinə baxıram. Bu dərd hamını yandırıb-yaxır, qovurur.
    ...Şahmarın yaxın dostlarından Bəxtiyar Vahabzadənin, Nurəddin Rzanın gözlərində yaş gilələnir. Şahmar öz dostları ilə öyünərdi həmişə. Özü demişkən Xudunu, Zeynalı itirəndən sonra Bəxtiyarla, Nurəddinlə nəfəs alardı...
    ...Adətən şux görünən Polad Bülbüloğlunun baxışlarından kədər süzülür...
    ...Şəmsəddin Axundov qəmli-qəmli susur...
    ...Nəbi Xəzri Şahmar Əkbərzadənin poeziyasından danışır...
    Şahmarın ruhuna, poeziyasına sayğı göstərən həmkarlarını şair və yazıçıları görürəm: Cəmil Əlibəyov, Anar, Elçin, Əlibala Hacızadə, İlyas Tapdıq, Nahid Hacızadə, Famil Mehdi, Əli Səmədli, Xalid Əlimirzəyev, Yusif Kərimov, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Aqil Abbas, Hidayət Elvüsal, Ağacəfər Həsənli, Mustafa Çəmənli... Yas məclisində bir neçə siyasi partiya rəhbərləri də gözə dəyir. Bu vaxtsız itki hamını göynədir... Dostları, tanışları, doğmaları Şahmarın ömür-gün yoldaşı Mələk xanıma, qızı Zöhrəyə, oğlanları Əkbərə, Elşənə, Elturana başsağlığı verir: “Başınız sağ olsun...” “Şahmarın adını, ocağını qoruyun”...
    Sanki bu anlarda Şahmarın gur səsini eşidirəm:

    Əllərimdən uçan dünyam,
    Baş götürüb qaçan dünyam,
    O dünyaya köçən dünyam,
    Səni hardan alım indi?


    26.09.2000
    Axşam s.18-də “Ağıllı adam” pyesim Şuşa teatrında oynanıldı. Bu əsər üç il öncə GT-da oynanılmışdı. Əsərə Hüseynağa Atakişiyev quruluş vermişdi...
    …”Mədəniyyət” qəzetinin 18-ci (185-ci) sayı çapdan çıxdı. Tiraj: 1200.

    Ömürdən nə qədər adamlar keçir,
    Biri dogma olur, biri yad olur.
    Hərə bir sahədə alim, bilici,
    Hərə bir sahədə bisavad olur.

    2002

    03.05.-10.05.2002.
    Hər üç ildən-beş ildən bir “görüşdüyüm” dahi Şoloxova təzədən müraciət etdim... Hələ bir təsadüfə bax ki, tələbə ikən (1975-ci ilin mayında) yazdığım məqalənin əlyazması da qəfildən tapıldı. Yadımdadır, Nobel mükafatı laureatı M.Şoloxovun 70 illiyi münasibəti ilə təşkil edilmiş elmi sessiyada mən də çıxış etmişdim... Həmin məqaləni müəllimim İ.Şıxlının və tənqidçi İsrail Mustafayevin xeyir-duası ilə “Azərbaycan gəncləri” qəzetinə təqdim etmişdim. O vaxt məqalə böyük bir ixtisarla çap olundu. Mən indi təzədən əlimə keçən məqaləni və o məqalənin “qəhrəmanını” təkrarən oxudum.
    Onsuz da Şoloxov haqqında çox yazılıb və az qala bütün epitetlər deyilib. Deyilənlərə bircə çümlə əlvə edə bilərəm: Şoloxovun yaradıcılığı 20-ci əsrin özü kimi təlatümlü, obrazlari isə elə o əsr qədər mürəkkəbdir.
    (İndi həmin vaxtın təəssüratını və həmin yazını təqdim edirəm-F.M.)
    “Mixail Şoloxov və onun “İnsanın taleyi” əsəri haqqında illər öncəsi yazılmış bir məqaləyə müəllifin kiçik əlavəsi
    1975-ci ilin baharı. Keçmiş SSRİ-nin bütün müttəfiq rеspubliкalarında böyüк rus yazıçısı, Nоbеl müкafatı laurеatı Miхail Şоlохоvun anadan оlmasının 70 illiк yubilеyi təntənə ilə qеyd оlunur. О vaхt mən indiкi Pеdaqоji Univеrsitеtin sоnuncu кursunda охuyurdum. Yubilеylə bağlı tələbə еlmi sеssiyası кеçipilipdi. Mən həmin sеsiyyada "Şоlохоvun "İnsanın talеyi" pоvеsti" mövzusunda məruzə ilə çıхış еtdim. Məpuzə məphum yazıçımız İsmayıl Şıхlının çох хоşuna їəldi. Оnun və tənqidçi İsrail Mustafayеvin tövsiyyəsi ilə çıхışın mətnini о vaхt böyüк tirajla çıхan "Azərbayjcan gəncləri" qəzеtinə təqdim еtdim. Amma qəzеtin may nömrələrindən birində mənim imzamla iк-üç abzaslıq kiçik bir yazı, daha dоğrusu, infоrmasiya gеtdi: məqaləni кəsib-dоğramışdılap. Bunun səbəbini sоruşanda qəzеtin rеdaкtоru məphum jurnalist Şamil Fərzəliyеv mənə bеlə dеdi: "Sənin yazından bеlə çıхır кi, həm Şоlохоv, həm də оnun qəhrəmanı Sоkolоv antisоvеtçikdir. Yazını bu cüp çap еtməк оlmaz". Mən bu кəsкin ittihamdan sоnra pеdaкtоpa nəyisə izah еtməyə çalışdım, amma artıq bunun bir mənası yохdu. Оnsuz da məqalə həmin qəzеtdə bip daha çap оlunmayacaqdı кi... Redaktor mülayim xasiyyətli, həlim adam imiş. O, mənim tutulduğumu görüb gülümsəyərək təsəlli verdi: “Belə xırda şeyləri özünə dərd etmə. Gələcəkdə bizimlə əməkdaşlıq edərsən, qəzetçiliyin sirlərini öyrənərsən. Onda özün görərsən ki, hər şeyi çap etmək mümkün düyil”. Mən sonralar bir müddət həmin qəzetdə çalışdım. Amma bu, artıq başqa redaktorun vaxtında baş verdi.
    Aradan onillər vaхt кеçəndən sоnpa yеnə bütün dünyanın ədəbiyyat adamlapı, nеcə dеyərlər, "tərəqqipəpvəp bəşəriyyət" Şоlоxоvun 100 illiyini təntənə ilə qеyd еdir. Bu gün rus mətbuatında "Saкit Dоn", "Оyanmış tоrpaq", "Оnlar Vətən uğruna vuruşurdulap" кimi ölməz еpеpеya və rоmanlar müəllifi haqqında bir-birindən maraqlı yazılar çap оlunur. Və həmin yazıların əкsəriyyətində bеlə bir fiкir vurğulanır кi, Şоlохоv hеç də sоsialist inqilabının qələbəsini təqdir еtmirmiş, başqa sözlə о, "antisоvеtçi" оlubmuş. Dеyəsən, rеdaкtоp haqlı imiş... Daha dоğrusu, Şamil müəllim yazının məntiqindən düzgün, obyektiv nəticə çıхarıbmış.
    Yeri gəlmişkən, onu da deyim ki, həmin məqalə tələbə-elmi cəmiyyətinin dəvətnaməsi ilə birgə Şoloxovun ünvanına-Rostov vilayətindəki Veşenskaya stanitsasına göndərilmişdi.
    P.S. Mən XX əsrin böyüк yazıçısı M.Şоlохоvun "İnsanın talеyi" pоvеsti ilə bağlı 30 il (indi 45 il-F.M.) əvvəl yazdığım еssеni hörmətli охuculapa təqdim еdipəm.
    Böyüк rus yazıçısı, Nоbеl müкafatı laurеatı M.A.Şоlохоvun 70 illiyi münasibəti ilə qələmə alınan yazı sənətкarıan 100 illiyində çap оlunur.
    May 2005

    "İNSANIN TALЕYI"
    Yazıçı ölməz qəhrəmanların, nəhəng adamlapın həyatını qələmə alar, ancaq оrta səviyyədən, adiliк ölçüsündən yuхapı qalхa bilməz, охucu yanğısına su çiləyə bilməz, sısqa "qəhrəmanlap" yaradar.
    Sənətкar "adi" adamlapın həyatından əsəp yazar, laкin "adiliк" məziyyəti çərçivəsini sındırar, özü də, yapatdığı оbraz da охucu gözündə böyüyər, azmanlaşar.
    Sокоlоv adi bip adamdır. Оnun sənəti də, pеşəsi də özü кimi sadədir. О dülgərdir, şоfеrdir - ən bahlıcası, İnsandır!
    Sокоlоv qəhrəmandır. Ancaq о özünü "qəhrəman" hеsab еtmir. Bu "adi", "sıpavi" adam məhz Şоlохоv qələminin qüdrəti vasitəsi ilə bizə nəhəng bip оbpaz, yеnilməz bip qəhrəman кimi təqdim еdilir. Yazıçı çох maraqlı bip priyоmdan istifadə еdərəк qəhrəmanı ilə cəmi iкi saatlıq "söhbətə girişib", охucuya кamil, bitкi bip хaraкtеr təqdim еdir.
    Əgəp biz, "Sокоlоvla söhbət", "Sокоlоvla müsahibə" dеsəк, bu çох sоyuq, bəsit səslənərdi. Çünкi bu, adijə söhbət dеyil. Bu - üpəк yanğısıdıp. Bu söhbət кiminçünsə alqış, кiminçünsə nifpətdip!
    Müsahibənin diqqət məpкəzində - insan dupup; bip də кi, insanın talеyi!
    Söhbət təк bip insanın talеyi yох, ümumiyyətlə, insanlapın, insanlığın - yəni bəşəpiyyətin talеyindən gеdip. "Saкit Dоn" yazan tənqidçiləp Qpiqоpi Mеlехоvun şəхsi talеyini хalq talеyinin екvivalеnti hеsab еdipləp. Mеlехоvun səhvləpi də, qələbələpi də хalqın səhvi, хalqın aldanışı, хalqın qələbəsi, хalqın inamı hеsab еdilip.
    "Saкit Dоn"un qəhpəmanı haqqında dеyilən həmin sözləpi, еlə оlduğu кimi "Insanın talеyi"nin qəhpəmanına da aid еtməк оlap.
    Sокоlоvun хapaкtеpi - Sоvеt adamının хapaкtеpidip. Bizə еlə gəlip кi, pоvеsti mühapibə haqqında yazılmış gözəl həm də оlduqja кədəpli bip pекviyеm hеsab еtməк оlap. Sокоlоvun ilк baхışda saкit, bip qədəp də коbud danışığının, söhbətinin apхasında bip кövpəкliк, qüvvə sеzilip. №adisələpin bipinji şəхsin dili ilə təhкiyə оlunması, yazıçının imкanlapını bip qədəp dapaltmışdıp, Laкin digəp təpəfdən bu, əlvеpişli оlmuşdup. Bеlə кi, qəhpəmanın öz söhbəti ilə, оnun qəlbinə nüfuz еtməк, psiхоlоji düyünləpi açmaq imкanı əldə еdilmişdip.
    Sокоlоvun həp кəlməsinə, həp jümləsinə böyüк bip yanğı haкimdip. Biz pоvеstin ilк sətipləpində, ilк səhifələpində qəhpəmanın hələ öz dünyası ilə, əgəp bеlə dеməк mümкünsə, öz miкpоmühiti ilə tanış оlupuq. Sокоlоv hələ yalnız özünü, öz ailəsini-apvad-uşağını düşünüp. О hətta, həpdən еvə səpхоş gəlip (maaşını alanda), bip azda qalmaqal salıp, apvadını bеlə injidip.
    Şоlохоv qələmi, öz qəhpəmanın adi həpəкətini bеlə mənalandıpıp. Yazıçı Sокоlоvun оbpazını yapatmaqla, охujuya janlı insan təqdim еdip. Sənətкapın sadə üslubu şapjçılıqdan, şüapçılıqdan, plaкatçılıqdan çох-çох uzaqdıp. Hətta, biz, həpdən оbpazın bəzi həpəкəti ilə pazılaşmıpıq, səsimizi qaldıpıb, еlə yох, bеlə оlmalıdıp - dеmə istəyipiк, Anjaq nə еtməli? Bu, həyatdıp! - Bu insandıp - həm də janlı insan. Sənətкapın pеalizmini, sənətкaplığını şəptləndipən əsas amilləp zühup оlup, gеt-gеdə Sокоlоvun Sокоlоvautu üzə çıхıp. Mühapibənin başlanması həp şеyi dəyişip. Həpbin zəhəpli qохusu, Sокоlоvun da həyatına, miкpоdünyasına təsipsiz qalmıp. Bayaqdan öz еvinin, ailəsinin-qızının, оğlunun və кеçisinin talеyini düşünən şəхs, indi dünyanın talеyini düşünüp. Həinкi düşünüp, hətta bəşəpiyyət qapşısında özünü javabdеh, hеsab еdip. Bеləliкlə "Tələbat" özünə оpqan düzəldip" (Еngеls)
    Aptıq, "mən-özümünəm, mən-ailəminəm" fiкpi, "mən-dünyanınam, insanlığınam" коnsеpsiyası ilə əvəz оlunup.
    Dеdiyimiz кimi, Şоlохоv охujuya qupu, hissiz, duyğusuz pеpsоnaj "sıpımıp". Оnun təqdim еtdiyi оbpaz-insanın özü yapatdığı həyat - həyatın özüdüp. Bu fiкpi оna göpə, iкinji dəfə хatıplatmalı оlupuq кi, pоvеstdə bütün hadisələp dinamaк inкişafdadıp. Sокоlоv əsip düşüp, ölümlə pənjələşip, Sокоlоvun öldüpdüyü ilк adam da düşməndən yох, özümüzünкüləpdəndip. Bildiyimiz кimi əsipliкdə Кpıjnyоv familyalı bip "əjlaf" öz коmmunist коmandipini satmaq istəyip. Sокоlоv satqını bоğub öldüpüp.
    Yazıçı Sокоlоvun öldüpdüyü satqın Кpıjnyоvun mеytini uzun- uzadı təsviplə yох, jəmi bip-iкi jümlə ilə təqdim еdip: "Хain mupdap оlmuşdu, dili də bip papça bayıpa çıхmışdı". Bu jümlədən həp şеy məlum оlup. Təкjə "mupdap оlmuşdu" ifadəsi Sокоlоvun və Şоlокоvun ölən adammünasibətini dəqiq ifadə еdip.
    Sокоlоvun pоtеnsial ipadəsi və səbatı əsipliкdə daha qabapıq şəкildə üzə çıхıp. О, öz кişiliyi və məpdanəliyi ilə gözləpimiz qapşısında nəhəng, əyilməz, yеnilməz bip хapaкtеp кimi janlanıp. Mühapibə adlı dəyipmanın qapa daşlapı insanlapı un кimi üyütsə də, əsil insanlap yеnə də öz bəşəpi hissləpini qоpuyub, mühafizə еdipləp. Sокоlоv nə qədəp dəyişsə də, nə qədəp коbudlaşsa da hələ insan оlapaq qalmaqdadıp. Biz оnun əsipliкdəкi həyatı ilə bağlı bip еpizоdu хatıplamağı vajib bilipiк. Düşəpgə коmеndantı Müllеp həp gün özünü ajıqlandıpmaq üçün, 10 dəqiqə sıpanın qabağında dupub bizi söyəpdi. Ana söyüşləpini bizim üstümüzə yağdıpapdı. Anjaq biz bundan bip yüngüllüк duyapdıq, aхı, bu sözləp bizim sözləpdən, bu sözləpi еşidəndə еlə bil кi, оna yupdundan bip balaja mеh əsipdi. О Müllеp dеyilən bilsəydi кi, оnun söyüşü bizə anjaq ləzzət vеpip, bizi pusja yох, öz dilində söyəpdi".
    Yazıçı, göpündüyü кimi, Vətəni üçün bupnun uju göynəyən adamlapın hissləpini оlduqja təbii və mapaqlı bip şəкildə təqdim еtmişdip.
    "Insanın talеyi" - talе haqqında yох, ilк növbədə insanın özü haqqında əzəmətli bip abidədip. Insan, özünü talеyin aхapına təslim еtmip. Əкsinə, öz talеyini özü həll еdip, öz talеyinə özü haкim кəsilip. Dеməк, söhbət təкjə Sокоlоvun yох, ümumən, Sокоlоvlapın talе gəpdişinə qapşı mübapizəsindən gеdip. Dеməк, Sокоlоvlapı məhv еtmə оlmaz. Dünya, оnlapı vajib оlduğu üçün, lazımlı оlduğuna göpə dünyaya gətipmişdip. Sокоlоvlap dünyanı dağıtmaq, хapabaya çеvipməк üçün yох, dünyanı tiкməк üçün dоğulmuşlap.
    Maşındı gəzdipdiyi faşist yоl mühəndisinin başını əzəpкən hiddətlənən Sокоlоv, nə qədəp qəddəpdıpsa dоğma tоppağı qujaqlayıb öpəpкən bip о qədəp кövpəк və səmimidip! "Dava" haqqında düşünəndə qəzəbindən aşıb-başan Sокоlоv, "dava quptapandan sоnpa оğlunu еvləndipib, özüm də оnlapın yanında qalajağam, həm dülgəpliк еləyəjəyəm, həm də nəvələpimə baхajağam" - dеyə şipin düşünjələpə dalapкən nə qədəp кövpəlip, saf uşaq хülyasına qapılıp?!
    "Insanın talеyi"... Bəlкə dövpün, zamanın talеyi?
    Indi talеləpi bip-bipinə yağı кəsilən insan həll еdip. Indi talеləp zamanın höкmündən aslıdıp. Talе yalnız sənin özünü əzməкlə, taptalamaqla кifayətlənmip. Talе - qоpхunj əlləplə sənin еvini bоmbalayıp, ailəni həşəpat кimi bipjə anda məhv еdip. Talеsinin оğlunu оd-alоv yanğının üstündən ötüpüb qələbə günü tоppağa tapşıpıp. Talе-sənin еlə hissləpini, еlə apzulapını кülə döndəpip кi...
    Bəli, insanın talеyi-dünyanın talеyinə çеvpilə biləp.
    Talеnin səpt qanunlapına qapşı sinə göpməк üçün Sокоlоvlapın оlması bip tələbat, bip zəpupət кimi mеydana çıхıp.
    "Insanın talеyi" mühapbə və mühapibə qızışdıpıjılapına qapşı yazılmış оdlu bip pamflеtdip. Düzdüp, əsəp, əsasən mühapibəyə, mühapibənin töpətdiyi fəlaкətləpə, həpbin gətipdiyi qıpğınlapa həsp оlunub. Fəqət söhbət təкjə bununla bitmip. İndi mühapibə quptapıb. Dünyada əmin-amanlıqdıp. Şоlохоv öz qələmini qəlbə fişəngləpi atılmaq səhnəsi ilə yеpə qоysaydı, bizjə, çох mətləbləpi yapımçıq bupaхmış оlapdı.
    Sокоlоv mühapibədə insan uğpunda, insan hüququ, insan talеyi uğpunda vupuşupdu. Dеməк, о, mühapibədən sоnpa da insanlapdan aypı yaşaya bilməz. О, yеnə кiməsə, nəyəsə gəpəк оlmalıdıp. Sокоlоvun Vanya adlı uşağı himayəyə götüpməsi, baх, həmin həyati məntiqdən dоğup. Anjaq məsələ bunula da bitmip. Qapşıda insanı həyatın səpt üzü, səpt qanunlapı gözləyipmiş! Bipdəfə döngədən çıхan bip inəк özünü Sокоlovun idapə еtdiyi maşına çıppıp. Avtоmоbil müfəttişi, bütün хöşbəхtliyini, ailəsini bəlкədə bütün həyatını jəbhədə qоyan, bip qəhpəmanın Sокоlоvun şоfеpliк vəsiqəsini əlindən alıp. Müfəttiş gеdəndən sоnpa inəк də qalхıb, yоluna pəvan оlup. Müfəttişin aldığı vəsiqə Sокоlоvun çöpəк ağajıdıp. Indi о, iş aхtapmaq üçün Кaşap vilayətinə gеdip. Göpün yazıçı qəhpəmanın хapiji əlamələpini nеjə təsvip еdip: "Bip nеçə yеpdən yanmış sıpıqlı başdansоvma və коbud bip halda gözəlləşmiş, кöhnə, хaкi şalvapının yıptığı yaхşı yamanmamışdı, qalın yun jоpabını кüvə dağıtmışdı". Şоlохоvun qəhpəmanının fajiəvi talеyi göstəpip кi, mühapibə qələbə ilə başa çatsa da, jəmiyyətdə ppоblеmləp hələ qalmaqdadıp. Sanкi mühapibədən qələbə ilə qayıdan Sокоlоv "zinj" həyatda məğlub оlup. Dеməк, hələ də yеpləpin, vəzifələpin bölüşdüpülməsində təps mütənasibliк vap. Dеməк jəmiyyətdə hələ də çatışmamazlılıqlapımız vap, əкəp-əsкiyimiz vap.
    Şоlохоv böyüк bip pеalist кimi sоsial həyatda оlan əyintiləpi, çatışmazlıqlapı özünəməхsus bip jəsapətlə təsvip еdip. İnsanlapın talеyi uğpundu öz həyatından-öz talеyindən кеçən mübapiz bip əsgəp, bip sоvеt adamı haqqında, кimi bilip, mühapibə zamanı nə işlə məşğul оlan bip avtоmоbil müfəttişi də yalnış qəpap da çıхapa biləpmiş!
    Pоvеstin sоn sətipləpindən bildiyimiz кimi, başına gələn hadisələpi danışan Sокоlоv кövpəlip. Ancaq о göz yaşlapını hamiliyə götüpdüyü uşaqdan gizlədip, gəpəк uşaq göz yaşını göpməsin, özünün dеdiyi кimi, "кişiləpin aхıtdığı göz yaşını".
    "İnsanın talеyi" о, çох qəpibədip. Insan. Insan bəzən alqış, müкafat əvəzinə, cəza da ala biləp. Laкin bu, hələ talеnin başlı-başına buraхılması dеməк dеyil. Səni yеnə də talеlər düşündürməli, narahat еtməlidir - bəşəriyyətin talеyi, insanın talеyi. Şоlохоvun əsərindən mеydana çıхan fiкrin nüvəsi, mahiyyəti bu cürdür.
    Qəhrəman (Sокоlоv) məğlubiyyətlə barışa bilmir. Çünki o, qələbələr üçün dоğulub.
    May.1975”
    15.05.2002.
    Bu gün Elmlər Akademiyasının Ədəbiyyat institutunda əməkdaşların təklifi ilə mənim (əgər belə demək mümkünsə) dramaturji yaradıcılığımın müzakirəsi oldu. Müzakirədə tənqidçılər- Akif Hüseynov, Vaqif Yusifli, Aydın Dadaşov, Rəhim Əliyev, yazıçı Mənzər Eynullayeva, “Müqəvva”nın pərəstişkarı (və əsərin qəhrəmanının ifaçısı) Kəmalə xanım Nəbibəyova) , habelə mətbuatdan bir neçə jyrnalist iştirak edirdi.
    Müzakirə qızğın keçdi. Aydın Dadasov dedi ki, Firuz Mustafanın obrazları bütün dünyaya məxsusdur, o əsərlərdə daha çox qlobal bəşəri problemlərdən söhbət acılır.
    Vaqif Yusifli vurğuladə ki, dramaturq olmurlar- dramaturq döğulurlar və bu mənada F.M. dramaturqdur.
    M.Eynullayeva müzakirə edilən əsərlərin yuksək keyfiyyətə malik olduğunu bildirməklə, həm də müəllifin (F.M.-in) insan (xüsusən qadın) psixologiyasına dərindən bələd olduğunu dedi.
    Rəhim Əliyev qeyd etdi ki, hər bir əsəri hərə bir cür qəbul edə bilər. Elə birinin xoşladığı F.M. də ola bilsin ki, kimlər tərəfindənsə qəbul edilməsin... Bu, təbiidir.
    Təkcə tənqidçi A.Hüseynov F.M.-in (yəni mənim) dramaturçiyası haqda öz “narazılığını”, “tənqidi qeydlərini” bildırdi. Tam səmimiyyətlə deyirəm ki, mən özüm haqda deyilən tənqidi fikirlərə həmişə hörmətlə yanaşıram. A.H. ilə də həmişə xoş münasibətimiz olub. Onu öz əsərlərimin tamaşalarında da görmüşəm. Sadə, təvazıkar, bir az da qəribə adamdır. Amma A.H.-un bu günkü çixişı çox sistemsiz və məntiqdən uzaq idi. Onun çıxışının əsas arqumenti basmaqəlib bir filoloji postulat-ittihamdan ibarət idi: burada əsərlər (?) problemə (?) çevrilə bilmir. Məncə, uzun illər sovet nəsrinin problemlərindən yazan müəllif, postsovet dönəmində real (ədəbi) şəraitə kifayət qədər adaptasiya oluna bilmədiyi üçün banal manipulyasiyalar etməklə orijinal ğörünmək istəyirdi. Və təbii ki, bu sözləri deməklə mən ədəbiyyatımızın nə sovet dönəminin üstündən üstündən xətt çəkir, nə də A.H.-nın ədəbiyyat qarşısındakı müəyyən xidmətlətini hecə endırmək niyyətindəyəm...
    Burasını qeyd edim ki, mən hələ özümcün əsərin problemə çevrilməsinin nədən ibarət olduğunu müəyyənləşdirə bilmirəm, hərçənd ki, müqtədir münəqqidlər öz mübarək əsərlərində zaman-zaman öz zavallı qarelərinin qabırğasına bu cür “problemlər” guppuldatmışlar. O ki qaldı “əsərin problemə çevrilməkliyinə”, bəli, həqiqətən bəzi əsərlər bəzən cəmiyyət və bəzi tənqidçilər üçün bəzən “problemə” çevrilib.
    Təbii ki, A.H. öz çıxışında səmimi idi. Düşündüyünü, bildiyini, anladığını deyirdi. Orada qərəzdən heç bir əlamət hiss olunmurdu. Sadəcə olaraq, qaynar dramatuji arxitekturaya bu anlarda nəsrin soyuq eyvanından tamaşa edilirdi. Təhkiyə ilə replika eyni mizan-tərəzidə ölçülürdü. Mövcud ədəbi modellərdən birinə dışdan, digərinə icdən nəzər salınırdı... Şərtiliklərin mahiyyəti isə amfiteatrdan boş zala baxırdı. Nəsrin problemini yaxşı bilən Akif bəyin dramaturgiyanın adi “qanunlarından” bixəbər olduğu üzə çıxırdı.
    Nə isə, sağ olsunlar, hər necə olsa da, bir vaxt tapıb Ədəbiyyat İnstitutunda ədəbiyyatın problemləri barədə söz açdılar...
    Mən iştirakçıların razılığı ılə söhbəti ğələcəkdə “kağıza tikmək üçün” maqnitofon lentinə aldırdım. Kəskin çıxışları ilə seçılənlərə daha çox təşəkkür etdim... Necə olsa da, hər sözdə bir rasional “toxum” tapmaq mümkündür...
    Bilmirəm bu tipli tədqiqat və təhsil müəssisələrində yenə belə debatlar təşkil olunurmu?

    17.05.2002.
    İncəsənət Universitetində “Müqəvva” tamaşasının premyerası, məncə, çox uğurlu keçdi.
    Rektor Temurçin Əfəndiyev öz çıxışında Kəmalə Cəfərovanın ifasını yüksək qiymətləndirdi.
    Univercitetin əməkdaşları (pedaqoqlqrı) Firdovsi, Aslan, Rafiq kimi təcrübəli sənət müəllimləri əsəri və tamaşanı geniş təhlil etdilər.
    Sonra xudmani və şən banket. Banketin “müəllifi” ifaçi- aktrisa idi. Bəzən belə də olur...

    18.05.2002.
    “Lider” TV-nin dəvəti ilə çəkilişə getdim. Mənimlə bağlı veriliş çəkirlər. Çəkiliş üçün düz-əməlli, səliqə-sahmanlı bir yer tapa bilmədiyimiz üçün Rus DT-nın binasına getdik. Jurnalist Günay xanım məndən geniş müsahibə götürdü.
    Teatrda məşhur aktrisa Şəfiqə Məmmədova rast ğəldi. O, dedi ki, mən bir şeyə təəccüblənirəm: nə üçün sənin pyeslərin mətbuatın və telekanalların diqqət mərkəzindən kənarda qalıb? Mən dedim ki, görünür bu işdə özüm daha çox günahkaram- reklamdan qaçıram...

    20.09.2002.
    Jurnalis dostlarımdan biri mənə yaradıcılıq psixologiyası ilə bağlı sualla müraciət etdi. Mən yazı-pozu ilə məşğul olan zaman hansı hissləri keçirir, “özüm-özümlə necə davranıram?”
    Doğrudan da maraqlı sualdır. Çalışdım ki, sualı cavabsız qoymayım.
    İş еlə gəтириб ки, мən uzun İllər yаrаdıcılığın мüхтəlif fоrмаlаrı İlə еyni vахтdа мəşğul оlмuşам. Bеlə кi, pаrаlеl оlаrаг dərs dеmişəm (мühаzirə yаzмışам), еlмi-тədqiqат İşi аpаrмışam (моnоqrаfiyа yаzмış), кöşə yаzılаrı hаzırlамış, nəsr, publisisтiкa və drам əsərləri yаzмışам. Аçığını dеyiм кi, еlмi-publisisтiк yаzılаrı əsаsən gündüzlər (işdə və кiтаbхаnаdа) qələмə аlмışам. Bədii yаzılаrı isə ən çох gеcələr yаzılıb… Bu, uzunİllərin vərdişidir; мən gеcələr sübhəcən işləyirəм. Görünür, мəhz bunа görə мəndə yuхusuzluq («bеssоnniтsа») аdlаnаn bir мərəz yаrаnıb.
    Ciddi yаzılаr üzərində İşləyərкən там sакiтliyi хоşlаyırам; мəni həтта, milçəyin vızılтısı dа əsəbləşdirir. Bеlə hаllаrdа gəzişdiyim, əl-qоl ölçdüyüm, öz-özümə dаnışdığım hаllаr dа оlur. Qəribədir: коmеdiyа yаzаrкən dаhа ciddi və qаnıqаrа оlurаm; görünür, gülüş ciddiyyəтi dаhа çох sеvir.
    Mən yаzı prоsеsində çох həssаs və əsəbi оlurаm, аmmа bu prоsеsdə кiminsə mənə gizli (və yа аşкаr) göz qоymаsı, əlyаzmаlаrımı охumаğа cəhd gösтərməsi, məniİкiqат əsəbləşdirir. Ахı, yаrаdıcılıqİnтim məsələdir: burаdаİкi sеvən тərəf üz-üzə dаyаnır- mən və mən. Buİкi «mən» üçün üçüncü тərəf аrтıqdır. Аdəтən, yаzı prоsеsində dахilimdə bir növ mövzuİlə, əsərin ruhuİlə səsləşən bir «musiqi», riтm səslənir.
    Mən тəbiəтən özümü qismən ünsiyyəтcil adam hеsаb етsəm də, yаzı prоsеsində qаpаlı, həтта, dеyərdim кi, qəzəbli, hirsli bir аdаmа çеvrilirəm. Çох yаzаn vахтlаrımdа isə çox qаrаqаbаq, lаl-dinməz оlurаm. Ümumiyyəтlə, mən əsl yаzı-pоzu аdаmının çənədənsаz, nаqqаl, gəvəzə оlmаğınаİnаnmаqİsтəməzdim.













    2003

    01.02.2003
    Qışın bu soyuq günlərində ard-arda bir neçə nəzm nümunəsi (“Onluqlar”) yazdım... Sanki o yazılar soyuq dəymiş sinəmə isti məlhəm oldu...

    07.02.2003
    Nazim Hüseynlinin qızının toyu. Məclis şən keçdi. Dost-tanışlarla görüşdük. Həmkarımızdan biri (həm də özəl Universitetin rektoru) toy məclisinə az qala məclis başa çatanda qatıldı. Bizə- “filosoflar” üçün ayrılmış stola yaxınlaşıb məclisə gec gəldiyi üçün üzrəhaxlıq edərək dedi:
    -Bağışlayın, yaman gecikdim. Ramiz Ənvəroviçlə söhbətimiz çox uzun çəkdi. Maraqlı mövzular barədə çox ətraflı danışdıq. Ramiz Ənvəroviç dedi ki...
    Ə.A. (Fəlsəfə İnstitutunun keçmiş direktoru) öz həmkarının sözünü kəsərək onu qıyğacı süzüb dedi:
    -Gərək mənim bu qələm tutan əlimi kəsəydilər... Onun dissertasiyasını mən tamamilə təzədən yazmışam. Başdan-ayağa zir-zibil idi...
    ...Badələri götürüb toqquşdurduq...

    01.05.2003.
    Zəhmətkeşlərin 1 may bayramı. Bu bayram sosializmin özüylə birgə qəbrə gömüldü. İllərdən bəri qeyd edilməyən bu bayramı mən nədənsə hər bir zaman (elə o dövrdə də) insanlardan daha çox təbiətin şənləndiyi- baharın triumfal bir günü kimi sevirəm.
    İndi baharın öz rənglərini bütün əlvanlıgı ilə “təbiət” adlı kətana köçürdüyü bu anlarda mən özümün lap körpəliyimi xatırlasım: qucağımda nəpgiz, bənövşə və iri yasəmən kolu məktəbə tələsirəm... Amma 1 May “şənliyinə” insanların zorla toplanmasını heş vaxt qəbul etməmişəm.
    Günortadan şonra yazı masamın arxasına keçib Elçin (Əfəndiyev) haqda məqalə yazmağa başladım. Əslində mən Elçin barədə çoxdan yazmaq, həm də bir az böyük həcmli yazı ilə çıxış etmək istəyirəm. Amma vaxt məhdudluğu ucbatından yazı müxtəsər oldu. İndi 60 illik yubileyi keçirilən Elçinlə mənim şəxsi tanışlığım yoxdur. Mən, ümumiyyətlə, o qədər də ünsiyyətcil adam deyiləm. Amma, təbii ki, həyatda və sənətdə simpatiya bəslədiyim adamlar var. Mənim bu dünyada üzünü belə görmədiyim və ya şəxsi əlaqə saxlamadığım çoxlu sayda “dostlarım” var. Onların əksəriyyəti xarici ölkələrdə yaşayır (və ya yaşayıb). Ölənlər əbədiyyətə qovuşub. Qalanların çoxu yenə də yazıb-yaratmaqdadır: məs., Markes, Aytmatov, Pinter, Pamuk, Rasputin, İ.Hüseynov... Elçin də şəxsi əlaqəm olmayan həmin “dost”lardan biridır. Mən vaxtilə Elcin haqda yazmışam. Amma nədənsə çap etdirməmişəm. Yeri ğəlmişkən, qeyd edim ki, məni yazı-pozu işində tənbəl adam saymaq olmaz, amma hazır yazını qoltuğuma vurub hansısa redaksiyanın qapısını döymək, öz şəxsi işimdən ötrü kiməsə ağız açmaq mənimçün çox əzablı bir prosüdüradır. Ğörünür, illər öncəsi qələmə alınmış o yazılar da elə bu səbəbdən- mənim “reəlizə olunmayan əzablarımın” ucbatından nəşr olunmayıb... Hazırda o yazı əlimin altında deyil. Evdə üst-üstə qalaqlanmış qovluqlardan birinin arasında olmalıdır yəqin.
    İndi vaxtın azlığını nəzərə alaraq Elçin haqda düşüncələrimi müxtəsər halda kağıza köşüqrməyi qərara alıram. Həmin yazını “Mədəniyyət” qəzetində çap etdirəcəyəm.
    ERMƏNİ RƏZALƏTİ TÜRK MELODİYASINA QARŞI HÜCUMA KEÇİB
    Bu dəfə rus ladında
    May ayının sonlarında Latviyanın paytaxtı Riqada keçirilən Beynəlxalq “Avrovideniye-2003” pop-müsabiqəsinin dava-şavalı əks-sədası hələ də səngiməyib (yeri gəlmişkən qeyd edək ki, Latviya dövləti həmin müsabiqənin keçirilməsi üçün 7 milyon dollar həcmində vəsait ayırmışdı). Məsələ burasındadır ki, ruslar müsabiqənin yekunlarının qeyri-obyektiv sonuclandığını iddia edirlər. Guya tədbirdə birinci yeri rus musiqi kollektivi - “Tatu” tutmalı imiş.
    Qəribə məntiqdir. O boyda münsiflər heyətinin çıxardığı qərarı “saxta” élan etməyə rusları vadar edən nədir? Və maralıdır ki, qonşularımızı ən çox rəncidə edən türk müğənnisi xanım Sərtab Ərənərin qalib çıxması – birinci yeri tutmasıdır.
    Mən bu günlərdə Moskvada çıxan qəzetləri nəzərdən keçirilərkən rusların “vətənpərvərliyinin” haradan qidalandığının bird aha şahidi oldum: rus mətbuatında rusların özündən daha çox ermənilər haray-həşir qoparıb nalə çəkirlər: nə üçün rus yox, türk qalib gəlib?!.
    Bax, xoruzun quyruğu burada görünür. Məsələn, Armen Qriqoryan adlı birisi “Komsomolskaya Pravda”da yazır ki, türk qızının “Avrovideniya” da qələbəsinin “vokal və melodiyanın gözəlliyi” ilə heç bir əlaqəsi yoxdur.
    Yenə həmin “Komsomolka”da (elə həmin qəzertin əməkdaşı) Karen Markaryan adlı erməni isə türk müğənnisinin qələbəsini ruslar üçün faciə kimi təqdim edir, guya müsabiqədə siyasi amillər münsiflər heyətinə “ağıllı qərar” çıxartmağa mane olub.
    Digər mətbuat orqanlarının səhifələrində də ermənilər rusları türklərin üstünə salmağa cəhd edirlər. Bunu nə adlandırmaq olar? Əsl erməni rəzilliyi, erməni paxıllğı, erməni hiyləgərliyi. Amma onlar bu dəfə rus ladı üstə köklənib…
    P.S. “Avroaziya-2004” növbəti dəfə Türkiyədə keçiriləcək. Həmin Beynəlxalq müsabiqədə 40-dan çox dövlətin musiqi korifeylərinin iştirakı gözlənilir. Belə gözlənilməz “sürpriz” erməniləri indidən hiddətləndirib. Vallah, adamın “erməni” adlanan canlılara lay yazığı gəlir.
    “MƏDƏNİYYƏT” qəzeti, 7 iyun 2003-cü il

    FƏLSƏFƏ
    VƏ DRAMATURGİYA

    Firuz Mustafa: "Almanlar uşaqları 2-3 yaşlarından simfonik musiqiyə qulaq asdırırlar"

    Müsahibimiz filosof, yazıçı və dramaturq Firuz Mustafadır.
    - Firuz müəllim, Azərbaycan ədəbiyyatında dramaturgiyanın tutduğu yer həmişə önəmli olub...
    - Bu, geniş mövzudur. Onu deyə bilərəm ki, dramaturgiyamızın tarixi elə də çox qədim deyil. 1850-ci ildən M.F.Axundovun "Sərgüzəşti vəziri xani Lənkəran" tamaşası ilə dramaturgiyanın əsası qoyulub. Avropa və Yunanıstanda dramaturgiya 2500 ildən o tərəfə, yəni bizim eradan əvvələ gedib çıxır. Lakin qısa bir dövrdə Azərbaycan, Şərq, eləcə də dünya ədəbiyyatı, teatrı və dramaturgiyası üçün M.F.Axundov, Ə.Haqverdiyev, N.Nərimanov, N.B.Vəzirov, xüsusilə də XX əsrdə C.Cabbarlı, H.Cavid kimi nəhəng dramaturqlar ortaya çıxdılar, dramaturgiyamızı irəliyə doğru apardılar.
    - Bildiyimizə görə, siz özünüz həm də fəlsəfi nəzəriyyələrlə məşğul olursunuz. Dramaturgiya və fəlsəfə - bu iki sahə bir-birinə mane olmur ki?
    - Müasir dövrdə sənətin bir sahəsi ilə məşğul olmaq mümkünsüzdür. Fəlsəfə heç də dramaturgiyaya mane olmur, əksinə, biri digərini tamamlayır. Belə ki, elm və bədii yaradıcılıqla məşğul olmaq mənə qüvvət verir. Çünki ədəbiyyat ayrı-ayrı detallar ilə məşğul olur. Bunlar xarakterlər, şəxsiyyətlər, obrazlar, personajlardan ibarətdir. Əgər fikir vermisinizsə, fəlsəfə ümumi kateqoriyalarla ölçülür. Cəmiyyət haqqında hər bir insanın ümumi baxışları, sistemi olmalıdır. O, ümumi təsəvvürlərlə düşünür.
    - Bu yaxınlarda hansı əsərləriniz tamaşaya qoyulacaq?
    - Son dövrdə dramaturgiya ilə ciddi məşğul oluram. Teatrlarda pyeslərim oynanılır və ya repertuara təzə daxil edilir. Səhv etmirəmsə, təkcə 5-6 teatrda mənim pyeslərim oynanılıb. Bu yaxınlarda Sumqayıt Dövlət Teatrında "Əqrəb bürcü" pyesim səhnəyə qoyulacaq. Ayrı-ayrı rayon teatrlarında "Dəhliz", "Sənə sözüm var", "Ayı təbəssümü" pyeslərim artıq hazırlanıb oynanılır.
    - Pyesləriniz tamaşaya qoyulanda hansı hissləri yaşayırsınız?
    - Əgər əsərim böyük səhnədə tamaşaya qoyulubsa, şübhəsiz ki, mən də sevinc hissləri keçirirəm. Əsərin yazılmasından tutmuş müəyyən ölçüyə gəlməsinə qədər hamısı çətin proseslərdən keçir. Dramaturgiya ədəbiyyatının ən ağır janrıdır. Çünki 1,5 saat ərzində bütün obrazların həyati düşüncəsini, məsləkini, mənəviyyatını göstərməlisən. Bitkin halda teatra təqdim olunması prosesi, teatrda aktyor və rejissorların hazırlanması, rəssamları, bəstəkarları əlavə etməklə onun bədii şurada qəbul olunması və nəhayət, lazım olan nazirliyə göndərilməsi, bunların təsdiqi, hamısı çətin bir prosesdir. Mən də bu mərhələləri keçdikcə hər anı ayrıca yaşayıram.
    Hazırda teatrların özlərinin müstəqilliyi var və onlar çalışırlar ki, gətirilən hər bir əsərin sponsoru olsun. Bu günə kimi mənə hörmət ediblər, məndən sponsor tələb etməyiblər.
    Bir neçə romanımı nəşriyyat rəhbərləri öz təşəbbüsləri ilə çap ediblər. "Teatr meydanı" romanımı "Çaşoğlu" nəşriyyatı pulsuz çap edib. Əsərlərimin bəzisini Mədəniyyət Nazirliyi alıbdır. Artıq 15-16 kitabım var. Onlarla cildli elmi əsərim öz çapını gözləyir.
    - Əyalət teatrlarına üz tutmağınız nə ilə bağlıdır?
    - Azərbaycan Dövlət Gənclər Teatrında mənim üç əsərim - "Ağıllı adam", "Tabut" və "Qəfəs" pyeslərim səhnələşdirilib. "Yuğ" teatrında isə "Müqəvva" pyesim səhnəyə qoyulub. Bir sözlə, bütün teatrlarda əsərlərim tamaşaya qoyulub. Bir sözlə, bütün teatrlarda əsərlərim tamaşaya qoyulub. Milli Akademik Teatrında da əsər təqdim etmişəm. Bu teatr məndən sponsor tələb edir, mənim isə sponsorum yoxdur.
    - Söhbətimizin əvvəlində dramaturqlarımızın adını qeyd etdiniz. Çağdaş günlərimizdə 1 dövrün Nərimanları, Nəcəfləri, Cəfərləri... nədənsə görünmür. Bəlkə də var, biz görmürük...
    - Bildiyimiz kimi, hər bir dövrün öz problemi var. Bu gün heç kəsin yaxasından zorla tutub tələb edə bilmərik ki, sən yaz. Artıq XX əsrin əvvəllərində tamaşaya qoyulan "Leyli və Məcnun" bütün Şərq üçün möcüzə idi. Bundan sonra Üzeyir bəyin özü nə qədər opera yazıb. Sonrakı dövrdə isə maraq və janrlar parçalandı. Əksinə, dramaturgiya daha da gücləndi, Dramaturgiyanın ilk beşiyi Avropadır. Kompüter yaranandan sonra maraqlar şaxələnib. Hər kəs kompüterin düyməsini basmaqla maraqlı tamaşalar verən teatrlar haqqında məlumat toplayır, evində oturub həmin tamaşaya baxmaq imkanı əldə edir. Elə adam var heç teatrın qapısını tanımır, amma kimdənsə eşidib deyir ki, bizdə teatr yoxdur. İlk növbədə teatra əsas bədii əsər lazımdır. Mən teatrlara tez-tez gedirəm. Səhnədə musiqi, geyim, dekorasiya cəhətdən hər şey var, amma yaxşı əsərdən başqa.
    - Bəs, müasir dramaturgiyanı necə təsəvvür edirsiniz?
    - Mən onu deyə bilmərəm. Heç onu Şekspir də deyə bilməzdi.
    - Sovet dövründə teatrlarda tamaşaçı əlindən tərpənmək olmurdu. Sizə elə gəlmirmi bu axın indi azalmaqdadır...
    - Bəli, o dövrlərdə teatrlar tamaşaçılarla dolu olardı. Bunun obyektiv və subyektiv səbəbləri var. Artıq bir hissəsini qeyd elədik. O dövrlərdə ayrı-ayrı təşkilat və müəssisələrdən, ali və orta təhsil ocaqlarından adamlar teatrlara cəlb olunurdular. Bu, təqdirolunası hal idi. Yaxşı olardı ki, Təhsil Nazirliyi məktəblərdə bilet satışına qoyduğu qadağanı götürsün. Gənc Tamaşaçılar və Kukla teatrları sırf orta məktəblərə işləyir. Almanlar uşaqları 2-3 yaşlarından simfonik musiqiyə qulaq asdırırlar. Uşaq da böyüyəndə artıq o simfonik musiqiyə alışır. Bizimkilər isə uşaqları toyxanaya aparır. Və 2-3 yaşlı uşağa süzməyi öyrədir. Bir var klassik musiqimizin dəyərli nümayəndələri olan Ü.Hacıbəyova, Q.Qarayevə, F.Əmirova qulaq assınlar, bir də var bayağı mahnı və musiqiyə. Təhsil Nazirliyi səviyyəsində təbliğat aparılmalı, yeniyetmə və gənclər teatra istiqamətləndirilməlidir.
    Yoxsa uşaqlar gələcəkdə lüzumsuz insanlara çevriləcək. Teatrın özü mədəniyyət, tərbiyə və dünyagörüşü deməkdir. Məktəblərdə onun təbliği aparılmalıdır.

    QƏLƏNDƏR XAÇINÇAYLI
    “HƏFTƏ İÇİ” qəzeti, 11 iyun 2003-cü il

    01.10.2003
    Silsilə hekayələr yazıram...
    ...İqtidar-müxalifət qarşıdurması günü-gündən şiddətlənməkdə...
    ...Nemət Veysəlli qəzetə Baş redaktor təyin edilən zaman nazir P.Bülbüloğlu məni qəbul edib dedi ki, sənin barəndə yazmışdılar ki, müxalifətsən, hətta onların mətbuatında çıxış etmisən.
    “Yazıblar...” Əbəttə, mən yazanın kim olduğunu açıq deməsəm də, onun kimliyini dəqiq bilirəm. Mən indi həmin adamla bir redaksiyada çalışıram... O ki qaldı “müxalifətçiliyimə”, mən daha çox “xalqçıyam” və yaxud maarifçiyəm. Həm müxalifətdən yazıram, həm iqtidardan. Hər iki tərəf haqqında fikirlərimi açıq deyirəm. Hər iki “cəbhənin” mətbuatı mənim üzümə açıqdır. Elə Polad Bülbüloğluya da belə dedim... O zaman nazirin müavini Şamil (Şəmsəddin) Axundov da məni yanına dəvət edib haqqımda xoş sözlər demiş, mənim Baş redaktoru əvəz etdiyim dövrdə qəzetin səviyyəsindən razı olduğunu bildirmişdi. Və onu da eyhamla bildirmişdi ki, “sənin yerinə göz dikənlər var”.
    ...Mən indi Baş redakrorun 1-ci müavini vəzifəsindəyəm. Təbii ki, əsas iş yerim EA-nın Fəlsəfə və Hüquq institutudur. Doğrusu, mən bu redaksiya işinin lap “divanəsi” və ya “ölüsü” də deyiləm. Sadəcə olaraq, qəzetçilik işini pis bilmirəm, buradan müəyyən qonorar və maaş alıram. İndi vəziyyət ağırdır, dolanışıq çətindir. 2-ci iş yeri olmadan mövcud olmaq az qala mümkünsüzdür.
    Mədəniyyət Nazirliyindən (MN)-dən zəng vurub Baş redaktoru, yəni Neməti soruşdular. Telefon nömrəsini bildirdim. Bir azdan Nemət təngnəfəs özünü mənim otağıma təpdi:
    -Ə, bilirsən nə oluf?.. Nazirlikdən mənə zəng edib dedilər ki, qəzetin indi hazırladığınız nömrəsində Sabir Rüstəmxanlını kəskin tənqid etməlisiz... Sözə bir bax ey: “kəskin tənqid”... Özü də bu sözü deyən Sabirlə yaxşı, yaxın münasibəti olan adamdır.
    Nemət həmin “yaxın” adamın adını deyib susdu.
    Mən soruşdum:
    -Bəs sən nə dedin?
    -Mən? Heç nə... Nə deməliyəm ki? Məsələ burasındadır ki, mən Sabirlə yaxınam. O, həmişə mənə hörmət edib, xeyir-şərimdə iştirak edib...
    -Bu sifariş kimdən gəlib?
    -Kimdən? Əlbəttə, Poladdan. Sabir onu bir çıxışında tənqid edib.
    -Sonra?
    -Sonrası da odur ki, Sabirin nazirlikdə işləyən “dostu” indi məndən tənqid tələb edir. Sən müdrik adamsan, indi de görüm mən nə edim?
    Mən yəqin ki, bu sorğunun müqabilində nəsə “müdrikanə” bir “məsləhət” verməli idim. Bir az susub dedim:
    -Bura bax, əvvəla, onsuz da bu nömrəyə sən o “tənqidi” çatdıra bilməcəksən, çünki qəzetin bütün materialları yığılıb qurtarıb...
    -Onda elə bu cür deyərəm...
    -İkincisi, sən o “tənqidi” gələn nömrə üçün yazmaq fikrindəsənmi?
    -Yox... Belə fikrim yoxdur. Mənim Sabirə hörmətim var... Bəd ayaqda Nazirliyə deyəcəm ki, özünüz yazıb göndərin biz də dərc edək...
    Mən gülüb “əlavəmi” etdim:
    -Üçüncüsü, qəzetin gələn nömrəsi çıxanacan Polad bəyin hirsi soyuyacaq, polad ürəyi yumşalıb muma dönəcək və çox güman ki, bu “tənqid” məsələsi yaddan çıxacaq...
    -Doğru deyirsən... Elə bu cür deyəcəm.
    -Nə cür?
    -Deyəcəm ki... Heç nə deməyəcəm. Belə şey kişilikdən deyil axı. Onda mənə nə deyərlər?
    -Deyərlər ki, kişi deyilsən.
    -Ay sağ ol...
    (p.s. Beləliklə, S.Rüstəmxanlı haqda yazılacaq “kəskin yazı” (janrı hələ müəyyənləşməmiş yazı) qələmə alınmadı və “ixtilaf” doğrudan da tezliklə unuduldu-F.M.)

    10.10.2003
    İqtida-müxalifət münaqişələri özünün pik həddinə çatıb.
    Təsadüfən (keçmiş Basin küçəsində) Mürşüd Məmmədli və az sonra Söhrab Məmmədovla rastlaşıb görüşdüm. İnamlı görünsələr də...
    Sonra Sumqayıt teatrına getdim. Teatrdan çıxarkən müxalifətin mitinq keçirdiyini gördüm. Şair Ramiz Rövşən və jurnalist Azər Həsrət daha kəçkin çıxış etdilər.

    11.10.2003
    Sumqayıt Teatrına gedərkən avtobusda yazıçı Əlisa Nicatla rastlaşdım. O, “Hürriyyət” qəzetində çalışır. Dediyinə görə ayda yüz dollar məvacib alır.... Ordan-burdan danışdıq. Əlisa dedi ki, artıq müxalifət uduzub, İlham prezidentdir. Çünki müxalifətdə ağızbirliyi yoxdur. Bu konuda söhbətimiz oldu.

    15.10.2003
    Prezident seçkisi. Mən Biləcəridə 10/8 saylı məntəqədə (300 nömrəli məktəb) müşahidəçi qismində iştirak edirəm. “Müsavat”dan olan komissiya üzvlərini (Elnur Məmmədli və Südeyif İsgəndərovu) bir neçə dəfə “qanunu pozduqlarına” görə seçki prosesindən uzaqlaşdmaq istəyirdilər. Amma onlar sonacan müqavimət göstərdilər.
    Seçki başa çatdıqdan sonra bülletenlər sayıldı, nəticə belə oldu:
    İlham Əliyev-200-dən bir qədər çox,
    İsa Qəmbr- 100-dən bir qədər artıq səs toplayıb. Əlbəttə, seçkidə...

    16.10.2003.
    Aqşinin ad günü.
    ...Qaynım Mahir ürəyində əməliyyat etdirmək üçün Kiyevə yola düşdü.
    ... “Obyektiv keçirilməyən seçkinin nəticələrinə etiraz əlaməti” olaraq nümayişlər keçirilir. Çoxlu təxribatçı qruplar nəzərə çarpır. Maşınları çevirənlər, qapı-pəncərəni sındıranlar da var. Bizdə hələ etiraz formasının “parametrləri” təkmilləşməyib.

    17.10.2003
    Şəhərdə lokal iğtişaşlar.
    Sülhəddin Əkbər, Arif Hacılı, İqbal Ağazadə həbs olunub. Jurnalist Azər Qaraçənli 3 gündür itkin düşüb. (O, şair Ağa Laçınlının oğludur).
    N.H.-ın iş yerində (Ensiklopediya binasındaki “Xatirə kitabı” redaksiyasında) oldum. Çair Ayaz Arabaçı da orada idi. Nahid müəllim dostu və müəllimi Bəxtiyar Vahabzadəyə zəng vurub kef-əhvalını soruşdu. Ordan-burdan danışdılar. Bəxtiyar müəllim xəstə olduğunu, habelə şəhərdə baş verənlərdən xəbərdar olduğunu bildirdi və dedi: “Allah mənim xalqıma ağıl versin”...

    18.10.2003.
    Şair Nüsrət Kəsəmənli iki gün əvvəl İranda (Təbrizdə) vəfat edib, rəhmətliyin nəşini Bakıya gətiriblər, bu gün dəfnidir. Cənazəni AYB-dən götürdülər. Mən də onun qələm dostlarından biri kimi, Fəxri qaravulda dayandım...
    Və bu anlarda gözümün önündə 70-ci illər- Nüsrətlə ilk tanışlığımız canlandı... O vaxt mən Yasamalda- Respublika xəstəxanasının yaxınlığındakı fəhlə yataqxanasında qalırdım. Həmin gün işdən yorğun gəlimişdim, özümə çay dəmləmək üçün ümumi mətbəxə keçdim. Bu zaman qapıdan iki nəfərin boylandığını gördüm. Onlardan birini tanıdım- bu, Nüsrət Kəsəmənli idi. O, soruşdu:
    -Cavan oğlan, bağışla, Firuz Mustafayev adlı bir adamı axtarırıq, tanımırsız ki?
    -Firuz mənəm- deyə, cavab verdim.
    Əl verib təzədən tanış olduq. Demə onun yanındakı qaraşın, şivərək, gülərüz oğlan da şair imiş- Əbülfəz Naxçıvanlı. Təbii ki, mən onun da adını eşitmiş, şeirlərini oxumuşdum.
    Mənim yaşadığım otağa keçib söhbət etməyə başladıq. Belə məlum oldu ki, mənim “Bakı” qəzetinə göndərdiyim yazıları redaksiyada çox bəyəniblər. Redaktor Nəsir İmanquliyev qəzetin şöbə müdiri Fazil Rəhmanzadəyə tapşırıq verib ki, bu yazıların müəllifini tapın, bizim fəhlə işləyən yazı-pozu adamlarına ehtiyacımız çoxdur. Fazil də “müəllifi axtarıb tapmağı” Nüsrətə həvalə edib... Söhbət əsnasında Nüsrət dedi ki, redaksiyadakılar məni yaşlı adam hesab edirlərmiş, sən isə lap gənc imişsən... O vaxt mənim 17 yaşım vardı.
    Onlar mənim dayım Nahid Hacızadənin də yazıçı olduğunu biləndə gülüşdülər. Əbülfəz dedi:
    -Ay sağolmuş, elə biz özümüz belə bir dayı axtarırıq...
    Mən dedim ki, əslində dayım heç mənim yazı-pozu ilə məşğul olduğumu bilmir... Təəccübləndilər.
    Məni “Bakı” qəzetinin redaksiyasına dəvət etdilər. Qəzet o zamankı Çkalov küçəsində, indiki İncəsənət Muzeyinin 1-ci mərtəbəsində (və indiki Niyazi küçəsində-F.M.) yerləşirdi. Qəzetin redaktoru Nəsir İmanquliyev mənimlə xeyli söhbət etdi, iş şəraitimlə maraqlandı. Qəzetlə daim əlaqə saxlamağımı tapşırdı. Mən bundan sonra redaksiyaya heç vaxt getməsəm də, yazılarımı poçtla göndərməyə başladım.
    Az sonra “Bakı” qəzetində haqqımda geniş təqdimat və ilk yazılarım dərc olundu.
    Həmin vaxtdan etibarən yazılarım “Bakı”da çap olunmağa başladı. Arada qonorar sevinci də olurdu.
    Sonrakı dövrlərdə də redaksiya əməkdaşları və eləcə də Nüsrətlə əlaqələrimiz yaxşı, münasibətlərimiz səmimi olub. Onunla Şüvəlan Yaradıcılıq evində, Qazaxda, Moskvada səfər yoldaşlığımız olub... Emosional, cəsarətli adam idi rəhmətlik. Amma bəzən elədiklərinin “üstünə qoymağı” da vardı və xasıyyətindəki bu cəhətinə görə zarafatyana mübahisələrimiz də olurdu. Xatırlayıram, hətta, sonluğu məyusluqla başa çatan və (mənim özümün iştirak etdiyim) bir hadisəni improvizə edərək dost-tanışlara öz uğuru kimi təqdim etməyə çalışarkən mən təsadüfən, necə deyərlər, söhbətin üstünə çıxdım və əhvalatı olduğu kimi danışdım. Əvvəlcə pərt olub inciyən Nüsrət soralar mənimlə rastlaşanda gülüb dedi: ”Sənin də yanından köç ötürmək olmur... Niyə qoymursan öz işimizi öz bildiyimiz kimi danışaq. Bəs şair fantaziyası nə üçündür?” O vaxt susdum. Ta deyə bilmədim ki, ciddi (realist) nəsrlə məşqul olan, ən azı arabir gündəlik yazan kəs istər-istəməz hər şeyi olduğu kimi söyləməyə məcburdur. Cünki coxvariantlı söhbət və ya hər hansı hadisə ilə bağlı təhrif olunmuş uydurma təəssüratlar adamı (şəxsən mənim özümü) açmır, qane etmir.
    ...Natəvan klubunda quraşdırılmış səsucaldan şairin səsini ətrafa yayirdı; Kəsəmənli şeir deyirdi. Bir zamanlar- 70-80-ci illərin gəncliyi bu seirlərin bir çoxunu əzbərdən bilirdi...
    Belə hesab edirəm ki, Nüsrət öz yaşıdları arasında ən populyar şair idi. Gəncliyin çox az nümayəndəsini tapmaq olar ki, ondan bir neçə şeir əzbər bilməsin... O, anadan şair doğulmuşdu.
    ...Mən bu hüzrdə kənarda bir-birini tənqid edib burada –hüzr yerində qucaqlaşıb yalandan kədərlənən yazarları da müşahidə etdim.

    19.10.2003
    Ölkənin bütün telekanalları bir ağızdan müxalifətin “pozucu fəaliyyətini” pisləməkdədir.
    Nədənsə M.Ə. Rəsulzadəni də bu “qaragüruhçulara” qatıb tənqid edirlər....
    Bacım Səyyarə zəng vurub dedi ki, Fuad Moskvadan qayıdır, orada işi alınmayıb...

    20.10.03
    Qəzetdən (“Mədəniyyət” qəzetindən) maaş ala bilmirik.
    Nahid və Əlibala Hacızadələr zəng vurub məni nahara dəvət etdilər. Getmədim. Heç nəyə həvəs qalmayıb.

    23.10.03
    Müxalifət düşərgəsində tuthatut başlayıb. S.Cəlaloğlu, İ.İbrahimli, P.Hüseynov, İ.Ağazadə və b. Həbs edilib. Tarixçi M.Qasımov Müsavat divanından istefa verib.

    26.10.-27.10.2003.
    Gecə qatara minib səhər “Mədəniyyət” qəzetindən Zaqatalaya ezamiyyətə yola düşdüm. Yolda Mahir və İzzəddin adlı maraqlı müsafirlərlə tanış olub bir kupedə yol qət etdik. Söhbət əsnasında məlum oldu ki, Mahirlə uzaq qohumuq-o, bibioğlu Ariflə bacanaqdir.
    Zaqatalada yağış...
    İcra başçısı Vaqif müəllim bizə qonaqlıq verdi.
    ....Tiflisdə “Şərəf” ordeni alan P.Bülbüloğlu Zaqatala tarix-diyarşünaslıq muzeyinin açilışına gəlib çıxdı... Axşamüstü İcra başçısı banket verdi. Gecə Bakıya dönduk. Köhnə tanışlarım – jurnalist Telli və operator Vahidlə yol yoldaşımız idi.
    Gecə s.12-də evə çatdım.

    29.10.2003.
    ...Qəzetdən maaş ala bilmirik...
    ...“Hürriyyət” qəzetində (28.10.03.) yazıçı Əlibala Hacızadə mənim yaradıcılıqımla bağlı xoş sözlər deyıb...
    ...Axşam rej. Hüseynağa Atakişiyev zəng vurub dedi ki, “Vida marşı” adlı komediyam repertuar planına daxil edilib.
    ...”Əqrəb bürcü” adlı tragediyam Tədris teatrında (rej. R.Əzizbəyli) tamaşaya hazırlanır.
    ...”Adsız”ı (“Bezımyannıy”) rej. Vaqif Əsədov rus dilində GTT üçün hazırlayır.
    Şöbənin seminarında (EA-nın Fəlsəfə İns-da) geniş çıxış etdim, əməkdaşlar bəyənib təriflədilər. Buna da şükür.

    31.10.2003
    Bu gün İlham Əliyevin inaqurasiya (andiçmə) mərasimi oldu. Mən mərasimi TV vasitəsi ilə izlədim. Yeni seçilmiş prezidenti Gürcüstanın dövlət başçısı E.Şevardnadza çox təriflədi. Halbuki vaxtilə İ.Əliyevi Moskvada işdən bu qoca siyasətçi çıxarıb. Tarixin ironiyasıdır...
    Həcər, Səyyarə, Zema Gəncəyə, anamın yanına getdilər.
    ...Ayazın oğlu olub, adını Zəka qoyublar...

    13.-14.11.2003.
    Salyana ezamiyyətə getdim. Burada zərb və nəfəs alətləri ifaçılarının ölkə üzrə festivalı keçirilir. Mən soyuq oteldə gecələdim, soyuqladım. Amma günümüz şən keçdməkdədir. Gələn qonaqları ən çox əyləndirən iki nəfərin- jüri üzvü aşıq İsfəndiyar Rüstəmovla Salyan mədəniyyət şöbəsinin müdiri Yavər müəllimin zarafatyana mübahisə və deyişmələri idi... Yavər arada “siyasi mövzularda” da söhbət edir, bu sahədə öz biliyini nümayiş etdirir. Qonşu gürcüstanda baş alıb gedən mitinqlərə toxunarkən dedi: “Bu gürcülər də sadəlövh adamlardır. Elə bilirlər ki, Şeverdnadzeni qova biləcəklər. Ta demirlər ki, o, dünyanın bir nömrəli siyasətçisidir. Görəcəksiniz bir-iki günə o nümayiş edənlərin başına bir oyun açacaq ki... Kim o boyda vəzifəni əldən verər”.

    20.-21.11.2003.
    Gecə qatarla Qax rayonuna ezamiyyətə getdim. Orada Mədəniyyət Nazirliyinin zona müşavirəsi keçirildi. Nazir müavini Ə.Vəliyev sözarası dedi ki, mənim pyeslər kitabımın nəşrinə kömək edəcək. Sağlıq olsun, baxarıq...

    23.-24.11.2003.
    Gürcüstan prezidenti E.Şeverdnadze istefa verdi. Təbii ki, müxalifətin təzyiqi altıında... Cəmi 10 gün əvvəl Salyanda köhnə tanışım Yavər müəllimin dediklərini istər-istəməz xatırlamalı oldum.
    Gecələr pis yatıram, başımda uğultular var.
    Əsəbiləşirəm. Ən cox da məni avtobuslardakı adamların mədəniyyətsiz hərəkətləri, səviyyəsiz söhbətləri, orada səsləndirilən yüngül musiqilər əsəbiləşdirir. Avtobuslardan birinin kobud sürücüsü ilə mübahisə etdim...

    25.11.2003.
    Gündüz MN-də oldum. Dedilər ki, üç gün sonra “Yerevan Teatrında” mənim “Adsız”ım əsasında hazırlanmış tamaşaya daxili baxış olacaq.

    27.11.2003
    Bu gün N.H. (Nahid Hacızadə-F.M.) ilə Bəxtiyar Vahabzadənin “Azdrama”da “Rəqabət” əsəri əsasında hazırlanmış tamaşanın daxili baxışında iştirak etdim. Bizi şairin özü dəvət etmişdi.
    ... Əlbəttə, Bəxtiyar müəllim çox böyük şairimizdir, amma, açığını deyim ki, bu əsər zəif təsir bağışladı. Həm də tamaşa çox, lap çox uzundur. Çıxışçıların çoxu bunu eyhamla bildirdilər. Amma hiss olunurdu ki, fikir bildirənlərdən heç biri bunu açıq deyə bilmir. Çünki buradakıların hamısı onun xətrini istəyir, nəsə xətrinə dəyəcək bir söz demək istəmirdi.
    Bəxtiyar müəllim çıxışlardan razı qalmadı. Hətta, əsəbi şəkildə dedi: “Burada fikir söyləyənlərin hamısı tərif deyir. Axı mən hiss edirəm ki, bu tamaşada xeyli çatışmayan cəhət var. Niyə ondan danışmırsız? Tərif bizim evimizi yıxacaq...”
    ...Söz alıb mən də çıxış etdim. Bir qədər “yumşaq qaydada” müəllifə öz tənqidi fikrimi çatdırdım. Dedim:
    -Bəxtiyar müəllim, sizin hər şeirinizin öz dramaturgiyası var. Xüsusilə, poetik konrtastlar, təzadlar sizin şeirlərdə əla alınır. Bu əsərdə də münaqişələr, kolliziyalar, kontrastlar var... Amma, məsələ burasındadır həmin ziddiyyətlər bu əsərdə yalnız personajların mühakimələrində, söhbətində nəzərə çarpır. Dramaturgiyada isə, Sizin yaxşı bildiyiniz kimi, tələb olunur ki, bu ziddiyyətlər əsərin mahiyyətindən irəli gəlsin, yəni fikirlərin ziddiyyətindan daha çox, vəziyyətlərin dramaturgiyası olsun.
    Bəxtiyar müəllim diqqətlə qulaq asıb soruşdu:
    -Bəs nə etmək lazımdır?
    Mən dedim:
    -Bunu rejissor daha yaxşı bilər... Zənnimcə ixtisar lazımdır.
    Ağakişi Kazımov dedi ki, mən də elə o fikirdəyəm. Əsərdə bəzi ixtisarlar olunmalıdır.
    Bəxtiyar müəllim deyəsən razılaşdı:
    -Etirazım yoxdur.
    Sonra çıxışıma və iradıma görə mənə də təşəkkür edib gülümsəyərək dedi:
    -Ay oğul, həmişə demişəm, yenə deyirəm: şeir yazmaq mənə semişka çırtlamaq kimi asan bir şeydir, amma dramaturgiya... bu, adaman canını alan, anasını ağladan janrdır. Ona görə dünyada dramaturqlar azdır da... Dediklərinlə razıyam. Amma burası da var ki, teatra aşiq olan adam ondan əl çəkmək istəmir. Bilmirəm bunun səbəbi nədəndir.
    Replika atdım:
    -Aşiqlikdəndir...
    Hamımız gülüşdük.

    28.11.2003.
    Yerevan (Azərbaycan) Dövlət Dram Teatrında “Adsız” tamaşasına daxili baxış oldu. Əsər çox zəif hazırlanıb. Rejissoru Həsən (ğərək ki, soyadı Əsgəridir) adlı şəxsdir. Eşitdiyimə görə Özbəkistanda çalışıb... Nə isə...
    Çixışçılar, o cümlədən yazıçı Nahid Hacızadı və rejissor Ağakişi Kazımov, tamaşa barədə xeyli xoş sözlər desələr də səviyyə məni qane etmədi Tamaşa haqda ən kəskin çıxışı mən özüm etdim. İştirakçıların əksəriyyəti mənimlə razılaşmalı oldular.

    29.11.03.
    Dövlət Gənc Tamaşaçılar Teatrının rus truppasında hazırlanan “Adsız”ın ilk məşqinə baxdım. Rejissor Vaqif Əsədovun ilkin səhnə yozumu məni qane etdi. Tamaşa, dediyim kimi, rus dilində hazırlanır. Aktyorlar məşqdə həvəslə içtirak edir, yorulmaz fəallıq göstərirdilər.
    Zənnimcə maraqlı tamaşa alınacaq.

    03.12.2003.
    Yerevan Teatrının hazırladığı tamaşa (“Adsız”) bu ğün Mahnı teatrında ğöstərilir. Mən premyerada iştirak etmədim.
    Axşam köhnə dostum Fəxrəddin A-yev. ilə görüşdüm. Ondan eşitdim ki, köhnə iş yoldaşım, hüquqşünas (son illər Ərliyyə Nazirliyində çalışırdı) Çingiz Qasımov qəfildən (Strassburqda) vəfat edib. Çingiz çox sadə, zarafatcıl insan idi heyif...
    Axşam Fəxrəddin və onun həmkarları Sübhi və Zavərlə birgə şam etdik.Hamısı intellektual adamlardır, ədəbiyyata da yaxşı bələddirlər. Belə ziyalıların olmağı məni sevindirir.

    04.12.2003.
    Mən dünən qəzetimizin –“Mədəniyyət”in əməkdaşlarından xahiş etmişdim ki, gedib “Adsız”a baxsınlar. Dediyim kimi, mən özüm premyerada olmadım. Gedənlərin hamısı bir nəfər kimi əsərin mətnini tərifləsələr də zəif quruluş verildiyini söylədilər. Hətta, mənə əsərdə rol almış aktyorların siyahısını da gətirmişdilər. Rejissor Həsən Əsgəri, rollarda Elmira İsmayılova (Qadın), Süleyman nəcəfov (Tarxan), Mehman Piriyev (Adsız), Rəşad Səfərov (İbil), Rada Nəsibova (Qız) çıxış ediblər.

    05.12.2003
    Qəzet günüdür. Əsəbiyəm.
    ...Yazıçılar Birliyinə gedib “Qobustan” jurnalından 10 “Şirvan” pul aul (qonorar) aldım.
    ...“Natəvan” klubuna toplaşmış şairlər “şeir təsərrüfatını” təhlil və müzakirə edirdilər.
    ...Axşam köhnə dostum Yadulla Həsənli ilə görüşüb çay içdim.

    07.-09.12.2003.
    Xanlar rayonunda “Mədəniyyət” qəzetindən) ezamiyyədə oldum. 14 rayondan gəlmiş nümayəndələrin toplantısı keçirildi. Aşıq Şəmşirin 110 illiyi də qeyd olundu. Oğlu Qəmbər Qurbanov və şair Məmməd Aslan da gəlmişdi. Məmmədlə köhnə qonşu olmuşuq, ordan-burdan danışdıq...
    Axşam Ayazgildə qaldım, anamla görüşdüm, Fasadla danışdım (telefonla). Burada (Gəncədə) öyrəndim ki, Gəncə Zərrabi teatrında “Tıxac” pyesim hazırlanır.

    12.12.2003
    Bütün günü qəzetin işləri ilə məşğul oldum.
    Axşamüstü N.Hazızadə və Ə.Hacızadə ilə “Şereton” yeməkxanasında oldum. Maraqlı ədəbiyyat söhbətləri etdik. Əlibala müəllim Əfqanıstan, Nahid müəllimsə Fransa xatirələrindən danışdı.
    Gecə keçmiş Prezident H.Əliyevin vəfatı ilə bağlı rəsmi informasiya yayıldı. Çoxdan bəri gəzib-dolaşan şaiələrə son qoyuldu. Uzun və keşməkeşli bir ömür başa çatdı. Allah rəhmət eləsin.

    13.12.2003.
    Kitab mağazasında oldum. Yeni kitablara baxdım. Qiymətlər çox bahadır, cibimə uyğun deyil. Amma buna baxmayaraq bir-iki kitab aldım. Səməndərlə görüşdüm.

    14.12.2003
    Qohumum Gündüz bəylə Mingəçevir şəhərinə getdim. Yaxın qohum Nizaminin 40 məclisində iştirak etdim. Gecə qatarı ilə Bakıya qayıtdım. Yolda eşitdim ki, Səddam Hüseyni tutublar...

    15.12.2003.
    Mərhum prezident Heydər Əliyevin dəfni. Xarici qonaqlar- V.Putin, E.Şevardnadze, L.Kuçma, Ə.Sezər və başqa yüksək çinli dövlət xadimləri dəfn törənində iştirak edirdilər.

    16.12.2003.
    Ə.Hacızadə, O.Rza, N.H. ilə “Şereton”da görüşüb nahar etdik, çay içdik. Onlar həm də H.Əliyevlə müxtəlif vaxtlarda olmuş görüşlərindən xatirələr danışdılar. Belə məlum oldu ki, Nahid müəllimin H.Əliyevlə görüşləri daha çox olub.

    17.12.2003
    AYB-yə gedib hərəsi 1 “şirvana” 3 dənə “Qobustan” jurnalı aldım. Orada yazım çıxıb.

    18.12.2003
    H.Əliyevin vəfatı ilə bağlı elan edilmiş bir həftəlik matəm davam edir.

    19.12.2003
    “Mədəniyyət” qəzetinin çıxan günüdür.
    ...”Adsız” tamaşası (İrəvan teatrında hazırlanmış “versiya”) “Hürriyyət” qəzetində kəskin tənqid olunub. Sevda adlı xanım jurnalistin yazısı çox xoşuma gəldi. Bu xanım əsərin mətnini deyil, tamaşanı konkret faktlarla təhlil edərək öz mənfi rəyini bildirib. Həqiqətən, “Adsız” tamaşası çox başdansovdu hazırlanmışdı.

    20.12.2003
    Yeznə Rahib ilə Dəmiryol İdarəsində olduq. Orada çalışan İ. K.-dan Fuadla bağlı (iş məsələsi) xahiş etdik. Söz versə də ağlım onun sözündən bir şey kəsmədi. Çünki əvvəllər də bu adamla bir-iki dəfə görüşmüşük. Və fantastik ideyalar irəli sürüb. Məsələn, bir qohumun toyunda bildirmişdi ki, Aşıq Ələsgər haqqında film çəkdirmək niyyətindədir. Mən ona demişdim ki, film böyük vəsait tələb edir. O, cavabında “maraqlı” mülahizə söyləmişdi: “Bu, problem deyil”. Təbii ki, sonralar ondan bir soraq çıxmadı... Digər vaxtlarda da bu tipli “planlarımız” olmuş və hamısı boşa çıxmışdı. Ona görə bu adamın dediklərinə çox da inamım yoxdur.

    21.12.2003.
    Səhər tezdən durub yeni yazmağa başladığım əsər (dram) üzərində, necə deyərlər, son “tamamlama işləri” apardım. Neçə gündür ki, az qala fasiləsiz yazıram...
    Axır ki, pyesi yazıb başa çatdırdım.Adını da dəqiqləşdirdim- “Zaman”. Bu, daxili-mənəvi aləmi alt-üst olub metamorfozoya uğrayan bir insanın faciəsi barədədir. Həmin insanın daxili ilə yanaşı, ağır döyüşlərdə aldığı yaralar nəticəsində, xarıcı görünüşü də dəyişir. Və bu qədər müsibətdən sonra əsərin qəhrəmanı – Zaman ,hətta, öz adını da dəyişir; o, əsərdə həm də Namaz kimi iştirak edir...Məncə pis alınmayıb. Hər halda təkrarən- “düşmən” gözü ilə baxarkən (oxuyarkən) öz qəhrəmanımın faciəsindən sasrsildım.
    ...Axşamüstü köhnə dostum F.Ağamirzəyev və onun bir neçə həmkarı ilə (Rasim, Sübhi, Namidar, Əjdər, Yusif) şam etdik. F.A. sabah Kislovodska gedir.

    28.12.2003
    Saat 12-də Şuşa teatrına getdim. “Musiqili məktublar” monopyesinin məşqlərinə baxdım. Tamaşa mətndən bir qədər fərqli hazırlanıb. Rejissor Vaqif Azəryar monopyesi bir növ dialoqlara bölüb. Beləliklə dörd obrazın iştirak etdiyi tamaşa alınıb. Əsərə heç nə əlavə edilməyib, heç nə də ixtisar olunmayıb. Amma forma “dəyişikliyi” edilib. Elə mənim də daim rejissorlarla davam mətnlə bağlı olur. Yəni nə “əlavəni”, nə də “ixtisarı” qəbul edirəm.
    Vaqifin versiyası məni qane edir.

    29.12.2003
    EA-da maaşımızı verdilər.
    ...Mədəniyyət Nazirliyində qəzetin aşağı səviyyədə çıxmasına görə N.Veysəlli Baş redaktor kimi danlanılıb.
    ...Günün 2-ci yarısı EA-da iş yoldalarım Hacı Hacılı, Əbülhəsən Abbasov və sonradan bizə “qoşulmuş” Nahid Hacızadə ilə birlikdə nahar etdik.
    ...Mətbuatda yayılan məlumata görə keçmiş DİN naziri İ.Həmidov türmədən buraxılıb, azadlığı qovuşub.

    30.12.2003
    Dəmiryol İdarəsindəki adlı tanış, bir az da qohumluğu çatan şəxslə görüşdük. Bizi xoş, gülər üzlə qarşıladı. Qardaşım Fuadın iş məsələsi ilə bağlı getmişdik. Söz verdi ki, bu yaxınlarda iş məsələsi müsbət həll olunacaq. Bu adamla sonralar telefon əlaqəsi saxladım. Bir müddətdən sora telefonu da götürmədi və təbii ki, vəd etdiyi iş də düzəlmədi. Hətta, bir dəfə zəng edən zaman bu adamın sürücüsü məni telefonda çox ehtiramla dinləyib (görünür tanıyıbmış) dedi ki, indi telefonu verirəm “müəllimə”. Arada pauza oldu. Bir müddət sonra oğlan boğula-boğula “müəllim” yerində deyil, gec gələcək-dedi. Mənim o oğlana-sürücüyə yazığım, özümə isə acığım gəldi. Təbii ki, bir daha zəng vurmadım və salam vermədim bu “müəllimə”.
    ...M.F. Axundov kitabxanasının mətbəəsində mənim köhnə, yaşlı bir dostum işləyir. Daim tamaşalara gəlir, kitablarım haqda fikir söyləyir, yazılarımı oxuyur. Cavid bəy yaşca məndən xeyli böyükdür, vaxtilə Yusif Səmədoğlu ilə eyni qrupda oxuyub. Şən, zarafatcıl, yeyib-içən adamdır. Bu gün Cavid bəylə rastlaşdıq, gedib üzümüzə gəlməkdə olan yeni ili birlikdə “qeyd etdik”.

    31.12.2003
    Yeni il soyuq qarşılanmaqdadır. Amma hava ilıqdır, günəşlidir. Sanki yeni ili yox, baharın gəlişini qarşılayırıq...
    ...Axşam yaxın qohumlarım, həm də qonşularım Səməndər və Qabillə birgə Yeni ili birlikdə “qarşıladıq”.










    2004
    01.01.04
    Günortaya qədər evdə oldum.
    ...Günün 2-ci yarısı oğlum Aqşinin təklifi ilə Dənizkənarı bulvara getdik. Bir qədər gəzişdik.
    ...Axşamüstü yağış yağmağa başladı. Avtobusa əyləşib tez evə qayıtdıq.
    ...Çoxdandır məni “tərpədən” bir mövzu üzərində düşünməkdəyəm...

    02.01.04
    Məni özünə sarı çəkən mövzu, təbii ki, öz həllini pyesdə tapacaq... Hələlik həmin pyesin ilkin “modelini” hazırlayıram. Əsərdə beyni başqa bədənə köçürülən bir insanın həyatından müxtəlif anlar təsvir olunacaq. Pyesdə faciəvi notlarla bərabər komik situasiyalar da olmalıdır. Olsun ki, dünya ədəbiyyatında buna bənzər mövzular mövcuddur. İndi, xüsusən, fantast yazıçılar üçün bu cür “tapıntıları” qələmə almaq problem deyil. Amma məni burada təbabətin böyük kəşfi deyil, insan mənəviyyatının və faciəsinin real həyatda inikasıdır. Cəmiyyət bu cür adamları necə qarşılaya bilər? “Calaq” adamlar real aləmə adaptasiya oluna bilərmi? Bu cür “sağaltma əməliyyatları”, yəni ölüm ərəfəsində olan insanın dünyaya “yenidən gəlişi” dünyada necə əks-səda verər? Ümumiyyətlə, sosiumda “hibritləşməsi” faciə kimi qiymətləndirilməlidir, yoxsa əksinə, komik hadisə kimi?..
    ...Nahid müəllimlə çay içdik. Oradan-buradan söhbət etdik. MN-dən Ə.Lalayev zəng vurub xahiş etdi ki, qızının (Əzizə) yuxarı qiymət alması üçün görkəmli filosof Cəmil Əhmədliyə “saqqal tərpədim”. Düzü, kimisə kiməsə “tapşırmağı” xoşlamıram... Amma götür-qoy edib məmur tanışın xahişini Cəmil müəllimə çatdırdım. Cəmil müəllim gülə-gülə dedi: “Bəyəm sən bilmirsən ki, indi imtahanları müəllimlər yox, “gözətçilər” götürür?”

    03.01.2004
    Günortayacan evdə əlyazmalarımı qaydaya salmaqla məşğul oldum...
    ...Saat 15-də GTT-a (TYUZ) getdim. Orada əvvəlcə Vaqif Əsədovla, sonra isə Vaqif Azəryarla görüşdüm. Hər iki Vaqif istedadlı rejissordur. Hazırda onlar mənim pyeslərimi tamaşaya hazırlayırlar-hərəsi bir teatrda...
    ... Vaqif Əsədov çoxdan bəri GTT-ın rus truppasında (amma uzun fasilələrlə) “Adsız” adlı pyesimin üzərində işləyir. (Haşiyə. “Adsız” iki ildən də çox bir zaman keçdikdən sonra- 27 fevral 2007-ci il tarixdə tamaşaya qoyuldu).
    Vaqif Azəryarın hazırladığı “Musiqili məktublar”ın məşqində oldum, əsər demək olar ki, “ucuşa” hazırdır. Rolları aktyor heyətindən Şükufə, Azad, Aybəniz, Gülnara ifa edəcək. Əslində bu əsər monopyesdir. Amma rejissor “mono”nu “çoxsəsli” tamaşa kimi görmək istədiyinə görə əsərdə baş verən hadisənin “yükünü” bir obrazın “çiynindən” götürərək dörd obraz arasında “bölüşdürüb”. Yaxşı hal budur ki, əsərdə nəyinsə əlavə və yaxud ixtisar olunduğunu demək olmaz. Mən həmişə çalışıram ki, rejissorlar yazdığım mətnə müdaxilə etməsinlər... Daha doğrusu, ixtisar etsələr də nəyisə əlavə etməsinlər. Mətn üçün dramaturq cavabdehlik daşıyır.
    Vaqif Azəryarla çay içib xeyli söhbət etdik.

    04.01.-09.01.04
    Fuada (Rahiblə birgə) iş axtarırıq.
    ...Aqşinə öz puluna kompyuter axtarırıq.

    09.01.04.
    ...”Qara qutu” adlı pyes üzərində işləyirəm.
    ...“Mədəniyyət” qəzetində “Necəsən, Əlahəzrət Teatr (1-ci hissə)?” sərlövhəli məqaləm nəşr edildi.
    “Kredo”da “Kəlamlar”ım, “P.S”də “İz” romanımdan parça dərc edilib.

    09.01.04.
    Aqşin çoxdan idi ki, işləyib özünı pul yığırdı; onun öz puluna bir kompüter aldıq.
    ...Nadir Cabbarovla R.Əliyevin “ofis”ində birgə nahar etdik. Axşam “Lider” TV- də haqqımda veriliş getdi, Nadir zəng vurub təbrik etdi. Və dedi: “Qardaş, təəssüf edirəm ki, sənin dramaturji yaradıcılığınla yaxından tanış deyiləm. Bunun bir günahı məndədirsə, bir günah da səndədir. Çünki çox təvazökarsan, yazdıqlarını təbliğ etmirsən. Halbuki bu qədər pyesin var. Düzü, bunu da televerilişdən bilmişəm... Adam var ki, bir yazısı ola ya olmaya, adamı bezdirir, xüsusən tənqidçiləri...
    Gülüşdük.
    ...Hələlik şərti adı “Qarq qutu” olan pyes üzərində işləməkdəyəm.

    10.01.04
    “Mədəniyyət” qəzeti çapdan çıxdı. “Necəsən, Əlahəzrət Teatr (2-ci hissə)?” nəşr edildi. N.Veysəllinin “Baş redaktordan” başlıqlı yazısı xoşuma gəldi. Bir qədər cəsarətli fikirlər söyləyib.

    17.01.04.
    Millət vəkili, ədəbiyyatçı Şamil Qurbanovun dəfnində oldum (BDU-da). Sonra T.Məsimovla “Abşeron” mehmanxanasına çetdik. Orada vaxtilə mənim T.M.-lə tanış etdiyim birisi (R.H.) yüyürüb onu (T.M.-i) qucaqladı, əl-ayağa düşdü, onun telefonu üçün 2 kart aldı, ayrılanda onu təzədən qucaqladı, sabah onu yenə gözlədiyini söylədi və ən maraqlısı budur ki, həmin adam sanki ... mənim mövcudluğumu görmürdü. Yəqin ki, bu “dostumuz” son vaxtlar T.M.-nin balaca bir vəzifəyə getməsini eşidərək elə bu şərəfə əl-ayağa düşmüşdü. “Keçmə Şərq yaltaqlığından”... Bunu da T.M. dedi.

    20.01.04.
    Bu gün 20 Yanvar. Şəhidlər xiyabanına baş çəkdim.
    Ağır və ağrılı düşüncələr.

    25.01.04.
    Əvvlcə Tahir Məsimov, sonrasa Rəhim Əliyev bu gün səhər tezdən zəng vurub tənqidçi-ədəbiyyyatşünas Nadir Cabbarovun vəfat etdiyini bildirdilər... Hüzr yerinə getdim. Cənazəni evlərinin həyətindən götürdülər... Nadir çox istedadlı, həyatsevər, zarafatcıl, yeyib-içən və özünə qarşı laqeyd bir adamdı. Arabir görüşəndə adətən məzəli lətifələr danışardı. Hərdən ciddi ədəbi söhbətlər də edər, yanındakıları polemikaya cəlb edərdi. Mən ona yarızarafat-yarıciddi “tənqidimizin sonuncu canlı klassiki” deyərdim... İndi xatırladım ki, yarım ay əvvəl- yanvarın 9-da mənə zəng edib yaradıcılığımla bağlı xoş sözlər demişdi.

    03.02.04.
    Mədəniyyət və İncəsənət Universitetində R.Əzizbəylinin vaxtilə (1988-ci ildə) çəkdiyi “Pirverdinin xoruzu” filminə baxdıq. Filmə baxışdan sonra biz- bir dəstə “tamaşaçı”- Ramiz, Vamiq, Həmid, Mehdi, Ehtiram, İlqar (və mən) “Qarabağlar” restoranında bu “tarixi” görüşü qeyd etdik.

    04.02.04
    “Lampa məsələsi” adlı kiçik bir ssenari yazdım. Qısametrajlı film çkmək olar.

    06.02.04
    “Ulduz” jurnalının bu ilki 1-ci nömrəsində “At günü” adlı bir hekayəm şıxıb.
    Publisist Tofiq Abdin, şair Ələkbər Salahzadə və nasir Elçin Hüseynbəyli ilə hekayəni “qeyd etdik”.

    15.02.04
    Axşam prof. Tofiq Rəsulovun oğlu Rövşənin toyunda iştirak etdim. Tofiq müəllim çox alicənab bir adamdır, qohumdur, anamın əmisi oğludur. O, həm də gözəl alimdir, filosofdur.

    16.02.04
    AYB poliklinikasında oldum. Həkim birhəftəlik bülleten və bir xeyli dərman ümün tesept yazdı.

    17.02.04
    “Munüatür” kitab mağazasında oldum. Orada- qeydiyyatda çalışan xanımlara bir kitabımı hədiyyə etdim- minüatür şəklində çıxmış “Buz üstə yazılmış sətirlər”.

    18.02.04
    İşdə (Fİ) oldum.
    İlyas Tapdıq da gəlib çıxdı. Əbülhəsən Abbasovun ad gününü birlikdə qeyd etdik.

    19.02.04
    İş yoldaşımız Ağayar Şükürovun atasının 104 yaşında vəfat edib. Ona başsağlığı verdik.
    Digər iş yoldaşımız Mətləb Mahmudovun qardaşı da vəfat edib-yığışıb Sumqayıta getdik.

    21.02.04
    GTT –da oldum. Oradakı tanış aktyorlarla nahar etdik.

    22.02.04
    Tofiq Xəlil (T.X.) ilə çinlilərin sərgisində olduq. T.X.-nin dostu çinli Du bizə xeyli məlumat verdi. O, həmdə zarafatcıl adamdır, bizi xeyli güldürdü. Hətta tanışlardan biri onun Çinin harasından olduğunu soruşanda “Naxçıvandanam”-deyə gülərək cavab verdi.

    23.02.04.
    Səhər çovğun oldu. Sonra isə güzlü qar yağmağa başladı. Evdən bayıra çıxa bilmədim. Gender probleminə həsr olunmuş bir dissertasiyanı redaktə edir, arada A.Kamyunun maraqsız bir hekayəsini oxuyurdum.

    26.02.04
    Baş redaktorla ilə münasibətimiz gərginləşməkdədir. Arada onun qəzetə təqdim etdiyi yazıları redaktə edir, nöqsanlarını deyirəm. Bundan çox əsəbiləşir, bəraət üçün nəsə söz tapmayanda müxtəlif bəhanələrə əl atır. Mən, təbii ki, çox da dərinə getmirəm... Hər halda çoxdan tanışıq. Bu gedişlə burada qalmayacam, istefa verəcəyəm.
    AYB-də oldum.

    06.03.04
    Şənbə.
    Bütün günü tufan, qasırğa oldu.
    Təbiət cəmiyyətə meydan oxuyur.

    07.03.04
    Teatrda (GT) hazırlanan pyesim üçün (“Vida marşı”) piyaləni əvəz edəcək ayaqqabı dabanı düzəltdirdim. (Usta-qaynaqçı uzaq qohum Nəsib köməklik göstərdi).

    08.02.04
    Evdə dissertasiya redaktə edirəm.
    Soyuqdur.

    06.03.04
    Ayın 12 və yaxud 13-də premyeradır.
    Teatrın əməkdaşlarına biletin yayılmasında kömək edirəm. Əsasən iş yerimdəki həmkarlarım bilet aldılar.

    11.03.04
    Böyük aktrisa Nəsibə Zeynalova rəhmətə gedib.
    Ruhu şad olsun.

    12.03.04
    Nəsibə Zeynalovanın dəfnində oldum.

    13.03.04
    GT-da tamaşanın premyerası (“Vida marşı”) yüksək səviyyədə keçdi. Alqışlar, gül dəstələri, öpüşlər...
    Sonra biz- Nahid Hacı, T.M. və mən birlikdə tamaşanı “qeyd etdik”.

    14.03.04
    Bir neçə ay əvvəl bir məclisdə təsadüfən tanış olduğumuz Mehdi adlı oğlan zəng vurmuşdu. O və dostu Ehtiram yaxşı bir məclis təşkil etmişdi...
    Onları axşam tamaşaya dəvət etdim, söz verslər də gəlmədilər....

    15-17.03.04
    Günlər mənasız ötüb keçir...
    Nazir P.Bülbüloğluya ərizə yazıb işdən (qəzetdən) çıxmaq istəyimi bildirdim. Ərizədə səbəbi bir qədər satirik-tənqidi formada ərz etmişəm. Dedilər ki, Polad hələ qol çəkməyir...
    Moskvadan Abuzər gəldi. Əvvəlcə Respublika sarayında Aşıq Şəmşirin yubileyində olduq, sonra bizdə şam etdik.

    18.03.04
    AZTv-nin “Səhər” proqramında “Vida marşı” tamaşasından söhbət açıb, bir fraqment verdilər.
    Gündüz jurnalist dostumuz Salar Aslanın anasının hüzründə iştirak etdik.
    N.Veysəlli bir neçə dəfə zəng vurdu. Telefonu açmadım. Zənnimcə, nəsə danışmağa bir ehtiyac yoxdur; bu cür sakit, hay-küysüz, öz ərizənlə, yəni öz xoşunla işdən çıxmaq daha yaxşıdır.

    19.03.04
    Mütaliə ilə məşğul oldum.

    21.03.04
    “Vida marşı”nın növbəti premyerası baş tutmadı- ortaya “Novruz Bayramı” şənlikləri düşdü.

    22.03.04
    Bacım Səyyarə və qızım Güntəkin Gəncəyə getdilər, anamın Bahar Bayramını təbrik etməyə.

    23.03.04
    MN-də “Mədəniyyət” qəzetinin bütün kollektivini yığdılar. Əsas məslə mənimlə bağlı idi. Hiss etdim ki, P.Bülbüloğlu mənim işdən çıxmağımı (qəzetin Baş redaktorunun 1-ci müavini vəzifəsindən) istəmir. O, israrla bir neçə dəfə “Qal, işlə”- dedi. Mən artıq ərizə yazdığımı və ərizəmi geri götürməyəciyimi bildirdim. Hamıya təşəkkür etdim. Beləliklə, nənim “Mədəniyyət” qəzeti ilə bağlı olan dövrüm başa çatdı...
    ...Axşam Fikrət (daş karyerində işləyir), Oqtay və Nahid ilə birlikdə həm bayramı, həm də mənim işdən çıxmağımı “qeyd etdik”.

    24.03.04
    Sənədlərimi Fİ-da aparıcı elmi işçi vəzifəsinə təqdim etdim. Deyəsən həmin yerə 3 namizəd var.

    25.03.04
    Fİ-da iclasda oldum.
    ...Yeni verilişin layihəsini Az.Tv-də Ələddin Əsədzadəyə verdim. Mən, Tofiq və Ələddin Tv-də yeni veriliş açmışıq: “Aysberq”. Verilişə adı mən qoymuşam...
    ... Axşamüstü Əlibala və Nahid Hacızadələrlə görüşüb “dərdləşdik”. Hər dəfə görüşəndə onlar maraqlı xatirələr söyləyirlər. Xüsusən Əlibalanın Əfqanıstanla bağlı xatirələri maraqlı olur. O, həmçinin Əfqanıstan ərazisində yerləşən “Qarabağ” adlı mahalda yaşayan azəri türkləri ilə bağlı maraqlı faktlar söyləyir.
    Məclisimiz maraqlı keçdi.

    26.03.04
    Əlimdəki kitab və disseartasiyaları redaktə etməklə məşğulam...

    27.02.04
    Gündüz Gənclər teatrının yaranmasının 15 illiyini təntənə ilə qeyd etdik. Teatrın kollektivi sevinir. Axı bu mədəniyyət ocağı birdən-birə yaranmayıb. Onun bütün fəaliyyəti Hüseynağa Atakişiyevin zəhməti ilə bağlıdır.
    Axşam Az.Tv-dəki “Aysberq” verilişində müsahibəm getdi. Vaxtilə bu Tv-də mən illər uzunu “İlğım”, “İdrak” və sair verilişlərin daimi aparıcısı olmuşam. O vaxt ssenari müəllifi və çıxışçılara qonorar verirdilər. İndi bu qayda ləğv edilib. Əksinə, verilişin aparıcısı sponsor tapmalıdır. Mən haradan tapım sposoru? Elə bir imkan olsa cildlərimi nəşr etdirərəm. Bəli, indi nəşriyyatlar da qonorar vermir. Başqa bir aləm gəlib-yazıçı kitabını öz hesabına nəşr etdirməlidir.

    28.02.04
    Dissertasiyasını redaktə etdiyim dissertant xanımla (Mehriban Zeynalova) görüşdük, qeydlərimi dedim. Zəkmətkeş, işgüzar bir xanımdır.
    ...GTT-getdim. Orada aktrisa Nübar xanıma “Müqəvva” adlı monopyesimi verdim.

    29.02.04
    Fİ-da, yəni işdə oldum.
    Günorta mərhum uşaq şairi Teymur Elçinin AYB-də keçirilən 80 illik yubileyində iştirak və çıxış etdim.
    H.Cavidə həsr edilmiş sənədli filmin təqdimatında iştirak etdim (ssenarisi Azər Əbilov, rej.Şamil Nəcəfov).
    Axşam N. H., İlyas Tapdıq, Vaqif Hümbətoğlu və Oqtay rza ilə “ASPS”-in (Həmkarların) yeməkxanasında şam etdik.

    30.03.04
    Yazıçı həmkarımız Yusif Kərimovun bacısının hüzründə olduq. Orada Nahid Hacı və Cəmil müəllim ilə bir xeyli söhbət etdik.

    31.03.04
    Evdə redaktə işi ilə məşğul oldum.
    Qəzetlərdə “Vida marşı” tamaşası ilə bağlı rəylər gedir.
    “Şərq” qəzetində oxudum ki, Şuşa teatrında “Musiqili məktub” pyesinin məşqləri gedir.

    02.04.04
    Əvvəlcə Fİ-da oldum. Əməkdaşlarımızla yeniliklər barədə söhbət etdik.
    Günün ikinci yarısı Nahid Hacızadənin iş yerinə-“Xatirə Kitabı” redaksiyasına getdim. Redaksiya Ensiklopediyanın binasında yerləşir. İlyas Tapdıq da orada idi. Bir xeyli söhbət etdik. İlyas müəllim söhbəti hərləyib mərhum dostu Hüseyn Ariflə bağladı, bir-iki maraqlı epizod danışdı.
    “LQ”da (“Litqazeta”da) tatar yazıçısı Rinat Muxamedyevin “Öz adamımız” (Svoi lyudi) adlı hekayəsini oxudum. Bəyəndim.

    03.04.04
    Bu gün şənbədir. Hava zəhlərökəndir. Gak çalpov, gah qar, gah da yağıç olur.
    Tərs kimi belə qatışıq havada axşam “Vida marşının” növbəti tamaşasıdır. ..
    Teatra getdim. Şükür, gələnlər az deyildi. Zalın üçdə ikisi dolu idi. Fizik dostum Yadulla Həsənli ilə (tamaşadan sonra) şam etdik.

    04.04.04
    Sanki qış geri qayıdıb.
    ...Evdə oturub mütaliə ilə məşğul oldum.

    06.04.04
    Hava qismən açılıb. MN-nə çağırdılar. P.Bülbüloğlu pyeslərimdən birinə (“Qəfəs”) qonorar yazıb.
    ...”Müqəvva” mono-pyesini müğənni Təranə Vəlizadəyə verdim. Özü istəmişdi. Gələcəkdə oynamaq is və çəkilmək istəyir.

    07.04.04
    Fİ-da maaş verdilər.
    EA bağında Nahid Hacı və Oqtay Rza ilə görüşdük. Birlikdə şam etdik. Oqtayın təbi gəldi, bir neşə şeir və özü demişkən “adlı-ünvanlı rübai” oxudu.

    08-20.04.04
    “Mədəniyyət” qəzeti ilə əməkdaşlıq tam başa çatdı. MN-nin təkidinə baxmayaraq işdən çıxdım...
    ... Bir nəfərin dissertasiya işini redaktə edirəm.
    ...Bir kitabın redaktəsi ilə məşğul olmaqdayam..
    ...MN-dən 2,4milyon manat (500 dollar) qonorar aldım...
    ...”Mədəniyyət” qəzetindən “raşotumu” (son haqq-hesabımı aldım.
    ...”Vida marşı” teatrda yaxşı gedir...
    “Safari” pyesini İradə adlı gənc tərcüməçi ruscaya çevirdi, pulunu verdim.
    ...”Oxşarlar” (“Dvoyniki”) pyesimi gənc tərcüməçi-Nicat Məmmədov tərcümə etdi, zəhməthaqqını verdim.
    Bir sözlə Nazirlikdən və qəzetdən aldığım qonorarları tərcüməçi və makinaçılara (kompyuter yığıcılarına) verdim. Bu tərcümələri toplayıb rusca bir cildlik pyeslər kitabı nəşr etmək istəyirəm.
    ...Yazın əvvəli olsa da, havalar payızı xatırladır.

    23.04.04
    ...Axşam toyda oldum. Bibioğlu Şahvələdin qızı Nigarın (+İsmayıl) toyunda iştirak etdim.
    Toy yaxşı keşdi. Ən yaxşı hal bu oldu ki, naqqal tamadalar gözə dəymədi.

    24.04.04
    Vaxtilə Tv-də işləmiş, mənimlə bir dövrdə (1-2 kurs aşağı) ali məktəbdə oxumuş, bir çox verilişləri birgə hazırladığımız Şahin Şahsuvarov rast gəldi. Son vaxtlar içkiyə çox meyl göstərir. Nimdaş geyimlidir. Deyəsən, ailədən kənarda yaşayır. Heç yerdə işləmir. Gedib birlikdə nahar etdik. Bir az cibxərcliyi də verdim.

    26.04.04
    Vədələşib Nahid Hacızadə ilə Sabir bağında görüşdük. Dedi ki, bir az gözləyək. Dedim ki, nə olub, bəyəm kiminləsə görüşün var?.. Gülümsəyib “hə” dedi. Ta heç nə soruşmadım. Az sonra Sabirin heykəlinin yanından sürətlə bizə sarı gələn adamı gördüm. Bu, şair Musa Yaqub idi.
    Mən gülə-gülə:
    -Desyəsən, gözlədiyin adam gəldi,-dedim.
    Sözümü Musa bəy də eşitdi. O, əvvəlcə əlini yuxarıya sarı yelləyib heykəlləşmiş Sabirə salam verdi. Sonra bizimlə görüşdü. Qucaqlaşıb öpüıdük.
    Musa Yaqubun qoltuğunda çox qalın bir kitab vardı, şeirlərindən ibarət bir cild.
    Şair gülüb dedi:
    -Bir kitabı götürməyə zorla gücüm çatdı. Bunu Nahidə gətirmişəm. Firuz, sənin kitabın qalsın sonraya...
    Nahid müəllim əlavə etdi:
    -Eybi yox, Firuza verəcəyin kitabı Buynuzda qeyd edərik.
    Musa Yaqub gülərək dedi:
    -Nə vaxt istəsəniz gəlin Buynuza. Amma bu kitabı indi burada bir münasib yerdə qeyd eəcəyyik.
    “Münasib yer” yaxınlıqda- “Həmkarlar İttifaqının” alt qatındakı yeməkxana idi.
    Sabirin heykəlindən aralanıb üzüaşağı düşəndə çiyni fotoaparatlı bir adam qarşımıza çıxdı. Sanki bayaqdan bizi izləyirmiş.
    Fotoqraf çəkinə-çəkinə:
    -Sizin şəklinizi çəkmək istəyirəm,-dedi.
    Sanki üçümüz də xorla:
    -Çək,-dedik.
    Soruşduq ki, bəs şəkil nə vaxt hazır olacaq. Fotoqraf sanki bizim haraya getdiyimizi bilirmiş kimi dedi:
    -Siz bir-iki stəkan çay içənəcən şəkillər hazır olacaq. Pulunu sonra alacam.
    Yeməkxanaya sarı endik.
    Pillələri enəndə Musa Yaqub soruşdu:
    -Nahid, Firuz, görəsən bunların özlərində, Oqtay demiş, “yanacaq” olurmu?
    Gülüşdük.
    Nahid müəllim eyni “üslubda” cavab verdi:
    -Yanacaq da olur, qanacaq da...
    Mən əlvə etdim:
    -Hətta, bacanaq da ola bilər...
    Musa müəllim ürəkdən gülüb:
    -Burada bacanağa ehtiyac yoxdur,-dedi.
    Yeməkxanaya keçib sifarişlərimizi verdik...
    ... Biz yeməkxanadan çıxanda fotoqraf Nizami muzeyinin böyründə gəzişirdi. Yaxınlaşıb fotoları uzatdı.
    Nahid Hacızadə bir təcrübəli və səriştəli televiziyaçı kimi şəkilləri gözdən keçirib dedi:
    -Pis alınmayıb.
    Musa müəllim də ona dəstək verdi:
    -Yaxşı ki, bu çəkli yeyib-içməzdən əvvəl çəkdirdik. Ona görə belə “qaydasında”, səliqə-səhmanlı düşmüşük. İndiki vəziyyətdə çəkdirsəydik, bir az başqa cür alınardı.
    -Eybi yox, gələn dəfə də yeyib-içəndən sonra çəkdirərik,-dedim.- Görək onda necə alınacaq.
    Yenə gülüşdük.
    Fotoqrafın pulunu verib yenə üzüyuxarı Sabirin heykəlinə sarı qalxdıq. Skamyalardan birində əyləşdik.
    ...İki təcrübəli, dünyagörmüş dostun, bu qatmaqarışıq dünyada təmiz və mənalı həyat sürmüş söz adamının söhbəti maraqlı olmaya bilməzdi. Onlar xatirələrin enli-ensiz cığırları ilə ötən əsrin 50-60-cı il ilərinə baş vurur, arada susub sanki o danışdıqları zamanı təzətən-həm də təkcə ruhən deyil, cismən, lap elə fiziki olaraq yaşayırdılar.
    Arada Nahid müəllim əhvalı xoş olanda işlətdiyi bir ifadəni yenə təkrar etdi:
    -Sizinlə birgə bir gün də yaşadıq...

    26-30.04.04
    Vaxt ildırım kimi ötüb keçir. Özüm üçün işləməyə zamanam azdır. Başqalarının dissertasiya və kitablarını redaktə edirəm.

    01-05.04
    “Vida marşı”nın premyerası hələ davam edir.
    ...Müəllif Hüququ Agentliyindən 460 min manat (yəqin ki, o vaxtın hesabı ilə 46 “şirvan” olub-F.M.) yəni 100 dollar qonorar aldım. Pis pul deyil.
    ...Sumqayıt teatrında “Əqrəb bürcü” hazırlanır.
    ...Məni aparıcı elmi işçi seçdilər- səsvermə yolu ilə.
    ...Həyat öz sönük axarı ilə gedir.

    06.05.04
    Bütün günü evdə oldum. Adətən, mənə bağışlanan kitabları mütləq oxuyuram. Bu gün səhər S.Alışarlının “Avqust”, gecə isə A.Turanın “Cavad ömrü” kitablarını oxudum.

    07.05.04
    GTT-da yerləşən Şuşa teatrına getmişdim. Sən demə, pullu bir “dramaturqun” yeni “əsərinin” premyerası imiş. Bəh, bəh.... Teatrda kimlər yoxdur... Nazirlər, deputatlar, şairlər, tənqidçilər... Hətta, Məd. Naziri və onun əsabələri.
    Rejissor V.Əsədovla çay içmək üçün bufetə getdik. O, dedi ki, Dağıstanın Tabasaran teatrında mənim “Adsız” pyesim hazırlanır.

    08.05.04.
    Şənbə.
    ...Kitabxanada oldum. Sonra şəhərə çıxdım.
    ...Nahid müəllimlə şam etdik. O, ən maraqlı müsahibdir. Adətən elədiyi söhbətlərdə, danışdığı əhvalatlarda öz “məni”ni arxa plana keçirir, iştirakçıları ön plana keçirir. Bu, onun təvazökarlığından irəli gəlir. N.H. elə həyatda da belədir, özünü gözə soxmağı sevmir.

    09.05.04
    Solğun keçən “Qələbə günü”. Əminəm ki, bizim əsil qələbəmiz isə hələ irəlidədir. Mən o qələbəyə gün kimi, varlığım kimi inanıram. Bu ümidlə arada köşə yazılarım çıxır.
    ...Axşam GT-da “Vida marşı” komediyası çox gur keçdi. Əsas tamaşaçılar tələbələr idi. Rəssam Sayad tamaşanı çədi. Əlbəttə, ştativsiz kamera ilə əməlli-başlə bir şey çəkmək olmur. Amma nə etməli. Tv-lər pullu və vəzifəli “müəlliflərin” əsərlərini lentə alır, özü də 2-3 yüksək səviyyəli kamera ilə. Amma buna nə Hüseynağa kimi rejissorun, nə də müəllif kimi mənim həvəs və imkanımız var.
    Oğlum Aqşın də gəlmişdi tamaşaya.

    10.05.04
    Əsasən işdə, EA-da oldum. Sonra Rəhim, Səyavuş və İsafla nahar etdik.

    11.05.04
    AYB-nin qarşısında təsadüfən Abbas Abdulla, Kələntər Kələntərli və Sabir Adil rast gəldi. Bu əsnada Nahid Hacı da zəng vurdu. Harada olduğumuzu dedim. Az sonra o da gəldi. Sonra bir-iki adam da qoşuldu bizə. Məclisimiz böyüdü.
    Yaxınlıqdakı yeməkxanada əyləşib şam etdik. Yaşlılardan Nahid və Kələntər daha çox öz xatirələrini danışır, biz isə qulaq asırdıq. Abbas Abdulla danışmırdı. Hətta vaxtilə iştirakçısı olduğu hadisələri belə xatırlamırdı. Dediyinə görə yaddaşı zəifləyib.
    Sabir Adil şeirlərindən oxudu...
    Gur, maraqlı bir gecə keçdi.

    12.05.04
    MN müavini Ədalər Vəliyevlə görüşdük. Təklif etdi ki, teatrla bağlı bir almanax, ya da jurnal buraxaq. Razılaşdım...
    ... Axşamüstü Nahid və Əlibala Hacızadələr, Musa Yaqub, daha sonra Fəxdəddin və Fikrət görüşüb şam etdik.

    13.05.04-17.05.04
    AYB-nin qurultayına mandat verdilər.
    Qurultay baş tutdu.
    Anar-sədr, Fikrət Qoca-1-ci müavin, Rəşad Məcid, Çingiz Abdullayev və Arif Əmrahoğlu katib seçildi.
    Qurultaydan sonra N.H., H.Abbas, A.Abdulla, Ə.Hacızadə ilə qurultayın şərəfinə yığışıb şam etdik.

    18.05.04
    “Lider” TV-də oldum.
    Sonra GTT-a getdim. Mənə gül dəstəsi təqdim etdilər.
    Yolda köhnə tanışım diktor Vahidə xanım rast gəldi. Gül buketini ona verdim.

    19.05.04
    Fİ-da oldum. Nahid Hacı ilə zəngləşib görüşdük. Evə gəldim. Kobo Abenin pyeslər kitabını vərəqlədim.

    20.05.04
    Möhkəm yağış yağır.
    Tale (Həsənov) bəyin “Azerbayjan Republik NeV” qəzetinin təqdimatı oldu. Orada yazılarım dərc edilib. Qəzetin oxucuları əsasən hollandiyadadır.

    21.05.04
    Fİ-da oldum. Əbülhəsənlə (Ə.A.) nahar edib xeyli gəzişdik.

    22.05.04
    Özüm üçün demək olar ki, heç nə yazmıram. Redaktə işləri ilə məşğulam.

    23.05.04
    Bazar günü.
    Ədəbiyyatla maraqlanan İnna adlı tatar qızına kitab verdim.
    ...Sumqayıta getdim.
    ...Bibioğlu Səməndər böyrəyindən əməliyyat olunub, ona baş çəkdim.

    24.25.05.04
    Fİ-da oldum.
    İşdən sonra O.Rza, N.Hacı, Ə.Hacızadə ilə xeyli gəzişdik. Keçmiş spiker Y.Məmmədov rast gəldi, bir xeyli söhbət etdik.
    EA-dan Ruslan adlı gənc dostum dedi ki, QHT-də bir layihəmiz keçib.

    29.05.04
    Əlibala Hacızadənin 10-cildliyinin təntənəli təqdimat mərasimində olduq. Sonra qonaqlıq ... Əlibala müəllimin kitabının sponsoru Gülağa Tənha adlı iş adamıdır, Moskvada yaşayır, ədəbiyyat həvəskarıdır.

    30.05.04
    Şəhəri tək-tənha gəzib dolaşdım. Rast gəldiyim tanışlarla görüşüb tez ayrıldım... Arada özü-özümlə tək-tənha qalmağı xoşlayıram. Özümə “hesabatlarım” bəzən günlərlə davam edir. Belə anlarda nə yaxşı ki, evdəkilər məni sorğu-suala tutmurlar. Daxilən duyurlar ki, bu “özünəqapanmağın” bir səbəbi ola bilər: yaradıcılıq... Hansı yeni bir əsər üzərində götür-qoy edib “plan cızmağım”...

    31.05.04
    İlyas Tapdıq iş yerimə gəlmişdi. Onun təklifi ilə və Əbülhəsənin iştirakı ilə birgə nahar etdik. İ.Tapdıq bir neçə şeirini dedi.

    01.02.-06.04
    Radikulit. Belim məni möhkəm incidir. Bir yandan da ürək ağrısı. İndiyəcən ürəyim məni heç vaxt “darda qoymayıb”, nəsə bu təzə
    işdir.

    03.06.04
    Personajlarımdan birinin dediyi kimi, “son zamanlar yaman pessimist” olmuşam.
    ...Məryəm xalanın (Nəsib müəllimin həyat yoldaşı) hüzründə oldum.

    04-10.06.05
    ...Arzu və Məsimovla söhbətləşdik. Sonra Nahid Hacı və Tofiq Xəlillə gəzişdik.
    ...Seyfi (Moskvadan anasının hüzrünə gəlib) və İsafla şəhərdə gəzişib nahar etdik.
    ...Evə taksi ilə gəldim. Qəribədir, taksi şoferinin adı Fasad idi. Bu, mənim qardaşımın adıdır, nadir adamların belə bir adı daşıyır. Ən qəribəsi bu oldu ki, sürücü qardaşımın adını eşidibmiş. “Respublikada üç Fasad olmalıdır. Biri mənən sürücü Fasad, ikincisi sizin qardaşınız həkim Fasad, biri də müəllim olub məncə...”
    ... Qohum Alməmməd Köçərlinin cümə axşamında olduq.

    11.06.04
    Fİ-da oldum.
    Nahid Saatlıya gedib, nəşr etdiyi kitabları-“Xatirə kitabı”, Hərbi Komissarlıga pulsuz təhvil verib qayıdıb. “Litqazeta”nı nəzərdən keçirdim.
    ...Axşam keçmiş qonşum (xutor deyilən yerdə “Ulduz” –“Əzizbəyov” metrosunun yanı) Cəlal Əsgərovun qızının toyunda iştirak etdim. Nasaz idim. Yeyib-içmədim.
    ...Evə gələndən sonra şam edib yazi-pozu ilə məşğul oldum.

    12.06.04
    GT-da oldum. Hüseynağa Atakişiyevlə görüşdüm, söhbətləşdik. O, xoş auralı bir insandır...
    ...İş yoldaşı Vahid Ömərovla zəngləşib görüşdük. O, bir nəfərin çox zəif bir kitabını redaktəyə vermişdi. İşləyib geri qaytarım.

    14.06.04
    İşə (Fİ) getdim.
    Gülya adlı xanım kitab istədi. Boyun oldum.
    ...”Qara polkovnik” adıyla məşhur olan Fətulla Hüseynov qapısının ağzında güllələnib. Bu, ölkədə böyük rezonans yaradıb.
    ...Köhnə iş yoldaşımız, son illərdə Moskvada yaşayan Cövdət Cəfərov maşın qəzasından hılak olub. O, vaxtilə “Çeşmə” adlı satirik bir qəzetin naşirlərindən olub.

    15.06.04
    ...Rafiq Musa ilə (keçmiş tələbə yoldaş) görüşdük.
    ...Ortabab şeirlər yazan şair S.S.-ə yazısını redaktə etdim.
    ...Axşamüstü məni bir ev iti dişlədi. (Bu itin dişməkləməyi və həkimin “müalicəsi” haqda sonralar ətraflı yazdım-F.M.)

    16.06.04
    Fİ-də oldum.
    Maaşa edilmiş “əlavə”ni (nadbavka) aldım. (75 min manat, yəni 15 dollar).
    İtin dişlədiyi ayağam bək ağrıyır.

    17.06.04
    Fransadan bir qpup teatr xadimi gəlmişdi. TXİ-da görüş oldu. Dramaturqlarımız orada idi. Mən də iki əsərimi verdim. –İş yoldaşı Zoya tərcüməçiliyimi etdi.
    Sonra T.X. ilə “Semaşkoya” gedib ayağımı sarıtdım.

    18.06.04
    İşdən sonra bir ictimai təşkilatın səyi və təklifi ilə Avropada yaşayan azərbaycanlılarla internet əlaqəsi vasitəsilə danışdıq. Mən Rövşən Qəmbər ilə əlaqə saxladım. Ordan-burdan danışdıq.
    ...İnternetin gələcəyinə inamım çoxdur. Bəlkə gələcəkdə biz Marsa uçanlarla da danışa bildik.

    19.06.04
    Kimyaçı Rafiq Ələkbərovun (gədəbəyli) hüzr yerində olduq.
    ...Nahid, Səyyaf və mən birlikdə nahar etdik.
    ...T.X. ilə əvvəlcə “Məxməri”yə, sonra “Lider TV-yə getdik. Orada işləyən gənclər- Fuad, Rauf, Ülvi, Azər və b.) ilə görüşdük.
    ...Sonra müğənni Seyidcahan gəldi. Söhbətimiz uzandı.

    20.06.04
    Mütaliə etdim.
    Aqşinlə müasir gənclik və dövr haqqında “mübahisəmiz” oldu. Onun cəmi 14 yaşı var, bəzi şeylərə öz baxışı var, radikal fikirli, amma səmimi və düzgün uşaqdır. Bu səbəbdən arada “savaşır”, mübahisə edirik. Amma tez də barışırıq. Özü də dərs əlaçısıdır.

    21.06.04
    Vahid Ömərlə nahar etdik. O, redaktə işi təklif etdi.
    Gülyaya “Teatr Meydanı” kitabını verdim.
    Xeyli piyada gəzdim...
    Sonra evə gəldim.
    Artıq gecə yarı idi.

    22.06.04
    Avroaziya mətbuat Fondunun iclasında oldum.
    Qarabağ məsələsi də diqqət mərkəzində idi.
    NATO xətti ilə Bakıya gəlmiş zabitlər kəskin etirazla qarşılandı.

    23.06.04
    Belçika dramaturqların (Klosson, Bandeloo, Brülün və s.) əsərlərini, daha doğrusu pyeslərini oxumağa başladım və... yarımçıq saxladım. Çox “soyuq” əsərlərdir. Görünür bu,onların həm şəxsi həyatı, həm də mühiti ilə bağlıdr.
    Sumqayıt DDT-na zəng vurdum. Sabah əsərimə ictimai baxış olacaq.

    24.06.04
    EA-da “bölmədən” keçdim. İndi “aparıcı elmi işçi” vəzifəsini daşıyıram. Bu, xeyli “yüksək elmi ranqdır”, bir balaca maaşa müsbət təsir edəcək.
    ...Sumqayıt teatrına getdim. “Əqdəb bürcü”nə daxili baxış oldu. Çox da uğurlu görünmədu. Qeydlərimi dedim. Rejissor F.Məhərrəmov dedi ki, bir az əl gəzdirsək yaxşı olacaq. Firudin bəy təcrübəli adamdır. Dediklərinə inandım.
    ...Aktyorlarla birgə nahar etdim...
    ...Fransadan Cəmilə adlı xanım zəng etdi, şəxsən tanış deyilik, buralardakı vəziyyətlə maraqlandı.
    ...Axşam mütaliə etdim.

    25.06.04
    Nahid müəllimdən “Litqazeta”nı alıb oxudum. Elə bir uğurlu yazıya rast gəlmədim. Sanki iqtisadiyyat və siyasət qəzeti buraxırlar.
    ....İyinun ən isti günlərindən biridir.

    26.06.04
    “P.S.” qəzetimənim “Teatr meydanı” romanımı hissə-hissə yenidən dərc etməyə başlayıb. Oxucular detektiv janra daha çox meyl edirlər.
    ...Aqşın kəndə-xalasıgilə yola düşdü. Oğlum kən həyatını xoşlayır, həmişə yaxşı təəssüratla qayıdır.

    27.06.04
    Bu gün GTT-da aktrisa Lətifə Əliyevanın yubileyində oldum.
    ...”Qara Qutu” pyesini tərcümə üçün İradəyə vardim...

    28.06.04
    İstanbulda NATO sammiti keçirildi...
    ...İşdən sonra “Avroasiya” mətbuat Fondunda oldum.
    ...Amerika səfirliyinin dəvətnaməsini aldım: iyulun 2-də nahara dəvət edirlər. Arada belə dəvətlər olur.
    ...Axşamüstü Dilqəm, Əbülhəsən və N.Hacı ilə birgə nahar etdik.

    29.06.04
    İradə xanım-gəng tərcüməçi “Qara qutu”nun ilk versiyasını verdi. Bəzi qeydlər etdim. Onun müdiri Kamran bir qədər əsəbi halda dedi ki, çox ucuz etdirirsən tərcümələri. Razılaşdım. Dedim ki, mövcud vəziyyət belədir. Hər yerdə kasıblıqdır. .. Bir neçə manat əlavə verdim (Təxminən 15 dollar). Razı qaldılar.

    0.06.04
    Fİ-da oldum. “Qocalar və gənclər” arasında ciddi mübahisə gedirdi. Ali məktəblərdə işləyənlər könhə imtahan qaydalarını, gənglər isə “testi” müdafiə edirdilər. Əlbəttə, qocaların narazılığı “əsaslı” idi: tələbədən üzbəsurat imtahan götürmək daha əlverişlidir,istədiyini kəsir, istədiyini də “qiymətləndirirsən”. Yəni ortada pul faktoru rol oynayır. Əlbəttə, mən gəncləri müdafiə edim.

    02.07.04
    ...Sumqayıt teatrında “Əqrəb bürcü” əsərinin son məşqində oldum. Rejissor Firudin Məhərrəmov tamaşaya bir xeyli “düzəliş edib”. İndi əsər xoşuma gəldi. ..
    ...Amerika səfirliyinin ziyafət məzlisində iştirak etdim. İqtidar və müxalifətin nümayəndələri burada idi. Məni sadəcə bitərəf ziyalı kimi dəvət ediblər... Səfirliyin həyətində jurnalis Q.Məhərrəmli və poliroloq R.Musabəyovla bir xeyli söhbət etdik... Hamı deyib-gülür, şənlənir... Mən nədənsə çox qayğılıyam. İçimdə soyuq buludlar qaynaşır. İşlər elə də yaxşı getmir. Ehtiyac hər addımda özünü göstərir.

    03.07.04
    “Əqrəb bürcü”nün proqramını dərc etdirdim. Bu da mənim teatrda yüngül bir dəstəyim...
    ... Parisə “Tabut” adlı pyesimi göndərdilər. Guya orada hansısa komissiya bəyəndikləri əsəri tərcümə edib tamaşaya qoyacaq... O qədər də inandırıcı deyil. Amma bəzi beynəlxalq təşkilatlar bu cür “təkliflərin” müqabilində pul qazanır, dünyanı gəzib-dolaşır.

    04.07.04
    Bütün günü evdə oldum. İtalyan dramaturqu Antonio Bueronun pyeslərinə “baxdım”... Mənə yorucu, uzun və darıxdırıcı təsir bağışladı.

    05.07.04
    Fİ-da oldum.Bir tanışın dissertasiya müdafiəsində iştirak etdim. Sonra məclisə dəvət etdilər, getmədim. Nədənsə “dissertasiya” qonaqlıqlarını xışlamıram.
    ...Şair F.Müslüm rast gəldi. Birlikdə şam etdik.

    06.07.04
    İşə getdim (Fİ). Maaşı aldıq. Mən də 30 “Şirvan” həcmində donluq aldım. Bu, təxminən 60 dollar edir. Məvacib az da olsa, birtəhər çuumuzu sudan çıxara bilərik.
    ...GTT-da oldum. Aktyor Tariyel Qasımovun “Sən həmişə mənimləsən” tamaşasında oynadığı rol yaxşı alınmışdı. .. Orada iki aktrisa məndən “Müqəvva” pyesini istədilər. Çatdıracağımı vəd etdim.

    07.07.04
    Sumqayıtda oldum.”Əqrəb bürcü” starta hazırdır.
    ...Eşitdim ki, şair Akif Səməd AYB-nın qarşısında qəfildən rəhmətə gedib. Özünə qarşı laqeyd olan, istedadlı bir şair idi. Allah rəhmət eləsin.

    08.07.04
    Bizdə iddiası böyük olan, sürü təfəkkürlü bir nəsil yetişməkdədir: belələri elm, sənət, incəsənət sahəsində lap çoxdur. .. Bu gün həmin sürünün 1-2 üzvü ilə yüngülvari mübahisəmiz oldu. Əslində mən daim belə söhbətlərdən uzq durmağa çalışıram. Amma hərdən “əyləcim” tutmur, sözümü deyirəm.

    09.07.04
    Bu gün axşam s.19oo-da Sumqayıt DDT-da “Əqrəb bürcü”nün premyerası oldu. Zənnimcə tamaşa pis keçmədi...
    Tamaşa haqda Nadid Hacızadə öz müsbət rəyini bildirdi. Rəsssam Sayad çəkiliş apardı. Lider” TV bəzi görüntüləri lentə aldı... Şəhərin Mədəniyyət İdarəsinin müdiri Natiq Rəsulov tamaşadan sonra qonaqlıq verdi.
    ...Evə gecə 12oo-da çatdım.

    10.07.04
    Sayaddan tamaşanın çəkildiyi lenti aldım. İndi bu lentdən bəzi fraqmentləri TV-lərə çatdıram. Bunu mən etməsəm kimsə edəsi deyil. Reklam işi sfır səviyyəsindədir. Yalnız pul və vəzifə sahibləri (yəni onların “əsərləri”) reklam olunur. İndi adamlar mədəniyyətdən daha çox, kobud qaydada deyildiyi kimi, gödəniyyət haqda fikirləşirlər.

    11.07.04
    Sumqayıtdateatrın kollektivinə banket verdim. Təxminən 20 nəfər aktyor və texniki işçi idi. Müzakirəmiz, mübahisəmiz, tərifimiz, tənqidimiz bir-birinə qarışıb uzandı. Xülasə, maraqlı bir gün oldu... Xeyli müddətdən bəri qəpik-qəpik yığıdığım pulu xərcləməli oldum...
    Məclisin davamını Bakıya gələndən sonra N.H. ilə ikilikdə davam etdirdik.

    12.07.04
    Bir neçə redaksiyaya baş çəkib tamaşa haqda informasiyaları paylaşdım...
    ...Ruslar Abxaziyanı ələ keçirmək istəyir, münaqişə şiddətlənməkdədir.
    ...Hə, bir də bu gün verilən məlumata görə Ərdoğanın qızının toyu olub. “Mübarək olsun”-deyirəm özlüyümdə. Ərdoğan milli adamdır.

    13.07.04
    Bəzi telekanallar- AzTv və “Lider”, habelə qəzetlər “Əqrəb bürcü” ilə bağlı informasiyalar verdi.

    14.07.04
    Sumqayıtda oldum. Tamaşa yaxşı keçdi. Mamed dəstək verdi, aktyorlarla nahar etdik.
    ...Abxaziyada başçı Arslan Abaşidzenin əmlakı müsadirə olunub.
    ...Dahi yazıçı Ç.Aytmatov infarkt keçirib...Allah şəfa versib böyük sənətkara.

    15.07.04
    V.Slavkin adlı bir dramaturqun əsərini oxudum. Olduqca çiy yazılardır.

    17.07.04

    Rəhim Əliyevin Pirallahi tərəfdəki bağında olduq. Yeyib-içdik. Dənizdə çimmək, istirahət nə qədər xoş olsa da gəldiyimə xeyli peşiman oldum. Çünki “qəzəbli”, iynəli ağcaqanadlar lap əhədimizi kəsdi. Elə bu səbdən də evə tez-səhərin gözü açılmamış qayıtdım. Və bir qədər yatmalı oldum. Gündüzlər nadir hallarda yatıram...

    18.07.04
    İşdən məzuniyyət pulunu aldım.
    ...Rövşən Almuradlı ilə görüşüb dərdləşdik. “Əqrəb bürcü” xoşuna gəlib, mənim pyeslərimdən birini götürüb hazrlamaq istəyir.

    21.07.04
    N.H. evini ya satmaq, ya da dəyişmək istəyir. Bu işlə maraqlandıq. İndi hər sahədə, o cümlədən ev alqısatqısında fırıdaqçılar artıb. Ona görə ehtiyatlı olmaq lazım....
    Axşam “əhli-məclis” – Əlibala Hacı, Fikrət (daş karxanası), Fəxrəddin, N.H. ilə birlikdə nahar etdik.

    22.07.04
    Qardaşoğlu Bayram qəbul imtahanı verdi. Əminəm ki, nəticə yaxşı olacaq...
    ...Şair Akif Səmədin cüməaxşamında oldum. Nahid Hacızadə ilə birgə şairin Bayıldakı evinə getdik. Qohumlarına-yaxınlarına başsağlığı verdik. Mərhum haqqında danışmaq üçün mənə də söz verdilər. Daha doğrusu, şair, maraqlı təcnislər ustası Məmməd İlqar (İncəli) israr etdi ki, mən də Akif haqda, onun yaradıcılığı barədə “bir-iki kəlmə söz” deyim... Mən də şair haqqında öz düşüncələrimi bölüşdüm, onun vaxsız vəfatından təsirləndiyimi bildirdim. Sonda M.İlqar boynumu qucaqlayıb təşəkkür etdi vəağladı...
    ... Axşam Nahid müəlllimlə məni qonqlığa dəvət etdilər. Qohumlar -qardaşım Fasad, bibioğlu Zahir, bibinəvəsi Şəmi, “kirvə” Namiq... orada idi. Məclis “Sarı gəlin” restoranında vaqe oldu. Şən bir gecə kiçirdik.
    Necə deyərlər toyla yas əkizdir.
    Bir gün ərzində yasda da olduq, şənlikdə də...

    23.07.04
    Yenə dünənki tərkibdə dünənki məkanda-“Sarı gəlin” restoranında olduq. Yedik, içdik, şənləndik. N.H. və Zahir müəllim yaşıddır, ortaq uşaqlıq xatirələrini bizimlə bölüşdülər. Maraqlı bir gün keçdi.
    ...Dost-tanışlara kitab verdim...
    ...Kemiş iş yoldaşlarım Zinaida xanım və Əhməd müəllimin oğlu Eldarın DTK sədri təyin olunduğunu eşitdim.

    24.07.04
    Tahir Məsimovi 2-3 gün əvvəl iş yerinin qənşərində (Baksovetin önündə) maşın vurubmuş. Mən bu gün eşitdim.

    25.07.04
    İş yoldaşım Vahid Ömərli ilə vədələşib xəstəxanaya geydik, T.Məsimova baş çəkdik. Vəziyyəti pis deyil.
    ...Sonra Vahidlə “Xəzər” universitetinə getdik. Orada Könül adlı xanım məndən kitab istədi. Arada oxucularıma da rast gəlirəm...

    28.07.04
    ...Medianın yazdığına görə iki jurnalisti- Aydın Quliyevi (“Bakı.Xəbər”) və Eynulla Fətullayevi (“Monitor” jurnalı) döyüblər. Son illər bu cür “cəzalandırma” qaydalarına sıx-sıx təsadüf olunur.

    01.08-31.08.2004
    Bütün avqust ayı, əgər belə demək mümkünsə, mənim “istirahətimə” xidmət etdi. Mən də özümü yay fəsli üstə “köklədim”.
    Aldığım məzuniyyət pulunu avqustun ilk həftəsi ərzində (1-7) Nabranda xərclədik.
    Daha sonra Gəncəyə gedib anama baş çəkdim. Oradan Ayazla Ağstafanın Eynallı kəndinə əmim arvadı Mələyin hüzrünə getdim. Qayıdanbaş Tovuza-xalamgilə baş çəkdim.
    Demək olar ki, bu yay qələmə də bir az istirahət verdim, bir-iki xırım-xırda qeyddən başqa bir şey yazmadım. Amma çox mütaliə etdim. Ədəbi jurnalları oxudum.

    31.08.04-10.09.04
    Yalnız mütaliə ilə məşğul oluram. Klassikləri təzədən oxuyuram.
    Y.V.Çəmənzəminlinin romanlarını yenidən mütaliə edirəm. Həyatı, mühiti, dövrü ilə bağlı ziddiyyətlər aydın nəzərə çarpır. Son əsərlərində sovetləri mədh edir.
    Yazıçını qınamaq olmur. Tarixi relsindən çıxarıblarsa yazıçı neyləsin, hansı yolla getsin? (Mən sonralar qürbətdə uyuyan Yusif Vəzir haqqında geniş məqalə yazıb, Rusiyadakı ədliyyə orqanları əməkdaşlarının dəstəyi ilə (uzun-uzadə israrlı yazışmalardan sonra sənətkarın Nijni-Novqoroddakı (Qorki ş.) məzarının yerini müəyyənləşdirdim-F.M.)
    ...Eston artistlərinin ifasında V.İbrahimoğlunun quruluş verdiyi “Dekameron”, Zəhra xanımın hazırladığı “Nazirin xanımı” tamaşalarına baxdım.
    Şimali Osetiyada terror olub, yazılana görə 333 adam ölüb. Putin hakimiyyətə gələndən sonra terror aktları çoxalıb. Arada söz-söhbət gəzir ki, bu terrorların çoxunun müəllifi rus xüsusi xidmət orqanlarının özüdür

    11.09.04
    Amerikada baş verən faciədən 3 il keçir.
    Mahir (Arif) bibioğlunun bağından əncir yığdım.
    Axşamüstü Fəxrəddin Ağamirzəyev məni Sumqayıtdakı “Çənlibel” restoranına dəvət etdi. Orada advokat Əlabbas, İldırım, gədəbəyli hakim Arzu ilə, habelə iş adamı Zirəddinlə tanış olduq.

    12.09.04.-16.09.04.
    «Аzərbаycаn» jurnаlının 8-ci sаyındа yаzıçı (Mоsкvаdа yаşаyаn) Çingiz Hüsеynоvun 1984-cüİlə аid gündəliкlərinin (mеmuаrını) maraqla охudum.
    … Rejissor Hüseynağa Атакişiyеvə «Qаrа quтu» pyеsini тəqdim етdim.
    ...Mətbuatdan oxudun ki, Ramiz Əzizbəyli Tədris teatrında “Əqrəb bürcü” pyesimi tamaşaya hazırlayır.
    … «Səhifələr» qəzетində müsаhibəm (14 sеnтyаbr), «Mədəniyyəт» qəzетində кiçiк «ssеnаrim» (11 sеnтyаbr), «P.S.»-də «İz» (digər adı “Çəhrayı tunel”) rоmаnnım çаp оlunmаqdаdır. Həmin əsərdən (“İz”dən) bir parçanı da «Gəncliк dünyаsı» qəzетinə тəqdim етdim (Məтаnəт Hidаyəтqızınа).
    … «Yеddilərin» məhкəməsi dаvаm еdir.
    ...Yаzıçılаr Birliyndə оldum. Mən оrаyа az-az gеdərəm… Nədənsə gənclərin bir çохu (yаzаrlаr) Аnаrı tez-tez... yumşaq desəm, tənqid edirlər. Əlbəттə, mən bu «nədənsə»nin səbəbini qismən bilirəm... Bu “tənqidçilər”in bir çoxu AYB-nin mövcudluğunu istəməsələr də о qurumа «rəhbərliк» етməк arzusundadır. AYB sədrinin Parlamentdə (MM-də) danışması da, susması da nədənsə çox vaxt narazılıqlar yaradır. Təcrübəli, ağsaqqal yazıçıların çoxu indi bu “uşaq-muşaq”, şıltaq yazarların “əlində qalıb”.
    ... Bu ilki dərs günü sеnyаbrın 1-dən yox, 15-dən bаşlаdı…
    …H.Cаvidin qızı Тurаn Cаvid vəfат етdi.
    …Аmеriка İrаqı, Rusiyа Çеçеnisтаnı bоmbаrdmаn еdir.
    …«Cəmiyyəт və mədəniyyəт» mоnоqrаfiyаsı üzərində İşləyirəm.
    ...Bakı meri H.Abutalıbov Binəqədiyə gələn yolları alt-üst edib, avtobuslar öz xəttlərini itiriblər.
    “Müqəvva” pyesini ingiliscəyə tərcümə üçün Ruslan Rəhimliyə, almancaya tərcümə üçün İbrahim Kərimova verdim.
    ...Baksovetdə işləməyə başlamış köhnə dostlarım Tahir və Arzu vəd versələr də görüşə gəlmədilər. Son vaxtlar onlar əsl “klassik” məmurlar kimi daha çox yalan vədlərlə nəfəs alırlar.
    ...Nahid H, İlyas T., Oqtay R., Əlibala H. ilə görüşüb kiçik bir yeməkxanada “dərdləşdik”.
    ...Mediada bir xəbər ildırım kimi çaxdı: “DTQK-inin 7 üzvü “ilişib”.
    ...Rüşvət tüğyan edir. Qızıma pasport almaq üçün müraciət olunan bütün təşkilatlar-həkim, jek, fotoqraf, polis, pasportstol rüşvət tələb edir. Halbuki mən ömründə kimsədən rüşvət almamışam. Gəl indi bu müsibətə sinə gər...
    ...“Yeddilər”in məhkəməsi davam edir.
    ...”Tələbat və mədəniyyət” adlı kitabın (elmi) üzərində işlyirəm. (Sonralar bu kitabın adını dəyişdim, belə oldu: “Mədəniyyət və qloballaşma”.

    17.09.04.
    İşdə yoxlama. Bir düz-əməlli maaş verilmir, amma yoxlamada çox fəallıq göstərirlər. İşə gəlməyənləri və ya gecikənləri “çox ciddi qaydada” cəzalandıracaqları ilə hədələyirlər.
    Şahin Şahsuvarlının qızı Günelin (+Müqbil) toyunda iştirak etdim. Hətta, çıxış edib gənclərə xeyir-dua da verdim. İçmədim.
    Yenə pulum bitmək üzrədir. Arzu adlı “dostdan” yalançılığına görə inciyib üz çevirdim. Şəxsən mən heç vaxt yalan danışmır və qırmızı yalan söyləyənlərin üstündən xətt çəkirəm.

    18.09.04.
    Şənbə. Təhsil Naziri Misir Mərdanovdan “Elm” fondunun ünvanına dəstək məktubu aldım. Bir müddət öncə Fondun üzvlərindən biri (Ruslan Rəhimli) Misir Mərdanova müraciət məktubu yazmışdı. Nazir məktuba müsbət cavab yazıb.
    Bu gün şаir-аlim (riyаziyyатçı) Firudin Şimşəyin vəfатının 40-dır. Firudin müəllim mənim кöhnə таnışım idi. О, vахтilə АPI-nin riyаziyyат fакulтəsinin dекаnı olub. F.Şimşəк sаz-söz, həqiqəт, dоğruluq аşiqiİdi. Həтта, кiтаblаrındаn birinə (1999-cuİldə çıхmışdı -məncə sоn кiтаbı idi) rеdактоr кimi mənim аdımı yаzmışdı. Və qəribəsi budur кi, həmin кiтаbın rеdактоru оlmаğımdаn хəbərim оlmаyıb. Daha doğrusu, çox gec xəbər tutmuşam. Sən demə, həmin kitabdakı “qorxulu şeirlərə” görə onun müraciət etdiyi, İ.Tapdıq, N.H. və O.Rza redaktor olmaqdan imtina edib məni “məsləhət” biliblərmiş. Düzü, əvvəlcə “qocaların” bu “kələyindən” incisəm də, sonra hər şeyi təbəssüm və zarafatla qarşıladım.
    ...Sоnrа – N.H. ilə yахınlıqdакı yеməкхаnаdа şam etdik. Bu əsnаdа, аşıq Ədаləт Nəsibоv dа gəlib çıхdı yеməкхаnаyа... Məclis uzаndı...
    … Кöhnə jurnаlisт таnışım- vахтilə Аz.ТV-də işləmiş B.Hüsеynоğlunun rеdактоrluğu ilə «Аydınlıq» qəzетi yеnidən nəşrə bаşlаyıb.

    19.09.04
    Səhər-səhər rеjissоr Hüsеynаğа Атакişiyеvlə bаğlı (….) – оnun 55-illiyinə həsr оlunmuş vеrilişə qulаq аsdım; günоrта isə Hüsеynаğаnın özü ilə görüşdüm…
    Bu gün «Nаzirin хаnımı» таmаşаsı оlmalı idi. (Oldu dа). Театrdа rеjissоr və drаmатurq Rəhmаn Əlizаdə (habelə Qurbаn, Sərvər, Nатiq, Nəsibə, Хаlidə və s.) ilə görüşdüm. Rəhmаn mаrаqlı аdаmdır- teatr haqqında özünəməxsus, orijinal mühakimələri var...
    “Speys” Tv kanalında Flora Kərimova ilə bağlı geniş veriliş getdi. Müğənni xanım çoxdan idi ki, belə geniş auditoriya və ampluada çıxış etmirdi. Sanki efir-ekran onun üzünə bağlanmışdı.
    ...ANS tv nəsə başqa bir istiqamət götürüb.
    ... Qəzetlər “Yeddilərin” məhkəməsindən və “Astana görüşlərindən” ətraflı yazılar dərc edib.

    20.09.04.
    «Bакı.Хəbər» qəzетində geniş müsаhibəm çıхıb. (Vüsаlə ilə söhbət 20 SENTYABR 2004).
    Nahid müəllim və İlyas Tapdıqla şəhərdə gəzişib xeyli gəzişdik. Sonra əyləşib çay içdik.
    İlyas müəllim (İ.T.) gəncliyində görüşdüyü adamlarla bağlı maraqlı hadisələr danışdı: “Mən nəşriyyatda təzəcə işə başlayanda Seyfulla Şamilovla bir otaqda əyləşməli oldum. Seyfulla müəllim əslən Qazağın Tatlı kəndindən idi. Vaxtilə (1936-38-ci illərdə) Yazıçılar İttifaqının sədri olmuş, sonra “xalq düşməni” kimi sürgün edilmişdi. Həmin illərdə o, sürgündən yeni qayıtmışdı. Məndən soruşdu ki, nə yazırsan. Dedim ki, arada şeir yazıram. Dedi ki, yazılarından birini oxu. Bakıya aid yazdığım, artıq nəşr edilmiş bir şeiri oxudum, orada Kirovun əzəmətli heykəlini də vəsf etmişdim. Şeiri diqqətlə dinləyən Seyfulla Şamilov bərk hirsləndi: “Bizə nə Kirovun heykəli lazımdır, nə ideyaları, nə də onun özü. Mən elə o kirovları sevmədiyimə, onları yamanladığıma-söydüyümə görə sürgün olunmuş, ömrümün ən mənalı illərini yad ellərdə çürütmüşəm. Nə kirovbazlıqdır? Cavan oğlansan, bu cür başlasan sonra sən tam başqa səmtə yol alacaqsan. Yəni olacaqsan mədhiyyəçi. Xalqını sevirsənsə, əsl qəhrəmanlarımızı vəsf elə. Sən istilaçını nəyə görə göylərə qaldırmısan?.. O ki qaldı Kirovun heykəlinə, yadında saxla, elə bir gün gəlib yetişəcək ki, onun abidəsini oraya qaldıranların öz övladları həmin heykəli oradan vurub aşıracaqlar...”
    Nahid müəllim gülüb dedi: “Amma bizdə bir çoxları hələ o Seyfulla kişinin adını eşitməyib”.
    Mən: “Seyfulla Şamilov öz müasirlərinin çoxundan daha uzaqgörən imiş”-deyə, əlavə etdim.
    İ.Tapdıq dedi: “Mən sonralar həmin şeirdən Kirovun adını çıxarsam də uzun müddət səksəkədə, tərəddüddə qaldım. Birdən soruşa bilərdilər ki, şeirdən Kirovun adı haraya “qaçıb gedib?” Axı hələ 50-ci illərin sonu, 60-cı illərin əvvəli idi. Bir də ki, Kirovun heykəlinə bu cür “qiymət vermək” hər adamın işi deyildi... Üstəlik də Seyfulla müəllim sürgündən, həbsdən təzəcə bəraət alıb qayıtmışdı”.
    Çayı içib qurtarandan sonra N.Hacızadı bir qədər kövrəldi və bizə yüngülvari qonaqlıq verdi.

    23.09.04.
    Səhər tezdən Sumqayıta getdim. Teatrın direktoru Mehman Şükürovla görüşdüm. Növbəti tamaşa (“Əqrəb bürcü”) oktyabrın 2-nə salınıb. Sonra Mehman, Vidadi, İzaməddin ilə nahar etdik.
    Günortadan sonra Bakıya döndüm. Ramiz Əzizbəyli lə görüşdüm. Sonra Ramiz və onun dostları Məhəmməd və Yusif ilə birlikdə şam etdik.

    24.09.04
    İşdə оldum.
    «Yеddilər»in məhкəməsi gеdir.
    Buş İrаqı bоmbаrdmаn еdir.
    Putin Çеçеnsтаnı hədələyir.

    25.09.04.
    Кiтаb düкаnınа gетdim. Оrаdа İqbаl (əmiоğlu) və Səməndərlə (bibiоğlu) görüşdüm.
    «ХХ əsrin böyüк yаzıçılаrı» кiтаbını аldım. Ruslаr bu kitabda isтədiкləri аdаmı «böyüк yаzıçı» кimi тəqdim еdiblər. Burаdа ХХ əsrə аid bir nəfər də Аzərbаycаn yаzıçısının adı çəkilmir. Dоğrudаnmı ХХ əsrin «yüzlüyünə» düşən yаzıçımız var ya yох?

    27.09.04
    EA-dakı iş yoldaşlarım Əbülhəsən Abbasov və Hacı Hacılı ilə birgə xeyli gəzişib söhbətləşdik, “milli dərdləri” təhlil etdik. Sonra birlikdə şam etdik.

    28.09.04
    “Bakı-Xəbər” qəzetində pyesimin (daha doğrusu, tamaşanın) premyerası ilə bağlı yazı gedib.
    ...Günorta AYB-da oldum. “Ulduz”un redaksiyasında Elçin Hüseynbəyli ilə xeylı söhbət etdik. Söhbətimiz əsasən yeni dövrün ədəbi prosesi ilə bağlı idi.

    30.09.04
    Məzahir bacanağın anasının hüzr- cüməaxşamı məclisində oldum. Dünən də bir uzaq qohumun hüzrünə gütmişdim.

    01.10.04
    İşdə oldum. Jurnalist İkram Süleymanlıya ad günü və yubileyi münasibəti ilə “Uğur” diplomu təqdim etdim. Sonra Nahid Hacı, Otay Rza, Yaşar Səfərov (müğənni) birlikdə İçərişəhərdə şam etdik. Yaşar bir-iki ağız oxudu da. O, haradasa bu tərəflərdə yaşayır.

    02.10.04.
    Sumqayıtda “Əqrəb bürcü”nün növbəti tamaşasında oldum. Tənqidçi Rəhim Əliyev və müğənni Təranə Vəlizadə də teatra mənimlə getmişdi. Tamaşa yaxşı keçdi. Əsərin rejissoru İzaməddin bəyə iki yeni pyesimi də verdim.

    03.10.04.
    “Yeddilərin” məhkəməsi davam edir.
    ...Bekketdən 1-2 xırda yazı oxudum.
    ....Həyat get-gedə absurd drama bənzəyir.

    04.10.04
    İşdən sonra Əbülhəsən Abbasovla (şöbə müdirimiz) yarım şüşə “tutovkanı” içdik. Pulumuz az olduğuna görə yemək müxtəsər oldu.

    05.10.04
    Müəllimlər günüdür. Həcərə fəхri diplоm vеrdilər; öтən il isə Binəqədi rаyоnu üzrə «ilin müəllimi» аdı аlmışdı. Məni MN-ə dəvət etdilər Qonorarımı aldım. Nаzirliкdə Sumqаyıт театrının müdiri (Mеhmаn) və bаş rеjissоru (Firudun) rаsт gəldilər. Gеdib birliкdə «qеyd» етdiк.
    Еvə gеc gəldim- аmmа əli dоlu, xeyli bazarlıq etmişdim.

    07.10.04
    Büтün günü «Коmеdiyаlаr»ı (nəşri nəzərdə tutulan yеni кiтаb bеlə аdlаnаcаq!) qаydаyа sаlmаqlа məşğul оldum.

    09.Х.04-10.Х.04.
    Yeni kiтаbı naşir Əlirza Sаyılоvа тəhvil vеrdim. Söz vеrdim кi, kitabın xərcini tezliklə ödəyəcəm. O da məni əmin etdi ki, hazır kitabın bu аyın (Х аyın) sоnunаcаn тəhvil vеrəcəк...
    Qəzetləri nəzərdən кеçirdim. Yuхusuzluq məni hаldаn sаlıb. Dеməк оlаr кi, yата bilmirəm.
    Əsəbiliк, gərginliк...

    11.10.04.
    Naşir Ə.Sailova kitab üçün 50 “Şirvan” verdim.
    … Yata bilmirəm. Hər gün yuxu dərmanı atıram.

    12.10.04
    Əsəbiyəm. Son vaxtlar tez-tez özümdən çıxıram. Plan işini yazmaqdayam.

    13.10.04
    Sanki heç kəs heç kəsin kitabını oxumur.
    Ali məktəblərdə rüşvət tüğyan edir.
    Bibim oğlu Səməndərin qızı APİ-nin son kursunda oxuyur. Şox yaxşı oxuyan, savadlı qəzdır. Amma qəsdən kəsiblər. Açıq-açığına pul istəyirlər. Dekanları tanınmış şairdir. (Bilərəkdən adını yazmıram). Qlıqlı, mehriban adamdır. Bizi yaxşı qarşıladı. Onun yanında olduq. Andiçib-aman etdi ki, pulsuz qiymət almaq mümkün deyil, biz yığıb “rektorun hesabını verməliyik, “planı” doldura bilməsək abrımızı ətəyimizə bükərlər”. Sonra bir valideyn onu kənara çəkib “sövdələşdi”. Ümumi bir razılığa gldilər… Bu adam bir neçə gün əvvəl ekrandan “təmizlik dərsi” verirdi… Çox utandım. Xəcalət çəkdim. Həm sözüm yerə düşmüş, həm də şair and-aman edir ki, rektora “plan” verir.

    14.10.04.
    Bir таnışımlа rаsтlаşdım. Оrdаn-burdаn dаnışıb, nəhаyəт «milləтin dərdi»nə gəlib çатdıq. Таnışım sözаrаsı sоruşdu кi, milləт nədir, хаlq nədir? Mən екsprоmт оlаrаq bеlə bir «тərif» (тərif hа!) söylədim: - Xаlqı yаlnız ərаzi, yеr, dil birləşdirir, milləтi isə bunlаrа sеvgi… Əgər bu birliyə daxil olan insanlar öz dilini, тоrpаğını, dinini, ələlxüsus da, bir-birini sevmirsə, heç vaxt millət ola bilməz.

    15.10.04.
    Mütaliə ilə məşğul oldum. Arada düşünürəm ki, zamanım intəhasız olsaydı yazmaqdan çox, kitab oxumaqla məşğul olardım. Əslində mütaliə etmədiyim gün olmasa da belə…

    17.10.04.
    Büтün günü S.Yеsеninin şeirlərinin тərcüməsiİlə məşğul оldum. Dеyəsən, nəsə аlınmaqdadır... (Bu işlə əvvəllər də məşğul olmuşdum...)

    22.10.04
    Ахşаm Svеrdlоvsк Акаdеmiк Drаm Театrının таmаşаsınа bахdım. Театrın rеiissоru V.Rubаnova 2 pеys vеrdim.
    Söz verdi ki, oxuyub rəyini yazacaq...

    23.10.04.
    Möhкəm işlədim. Məqаlə yаzırаm, tərcümə etdim...

    24.10.04.
    Yesenindən tərcümələr etdim.
    Ахşаm Gənclər Teatrında «Qаrışqа yuvаsı» pyеsinə bахdım (müəllif Ə. Qiyаs).
    Rеj. Hüsеynаğа Атакişiyеv dеdi кi, «Qаrа qutu» pyеsim 2005-ciİlin 2-ci rübündə tamaşaya qoyulacaq.

    25.10.04.
    İşdə, yəni EA-da (Fİ-da) plan işini qaydaya saldım.
    Rəhimin “ofisində” şair Ağa Laçınlının qardaşı Əli ilə nahar etdik. Əli vaxtilə Rəhimlə deyəsən əsgərlikdə birlikdə xidmət edib.
    … Könül və Nahidə adlı xanımlar zəng edib məndən kitab istədilər, dedim qalsın sonraya...
    ...Gеcə çох işlədim. S.Yеsеnindən тərcümələr етdim.

    26.10.04
    Gündüz işlədim. Ахşаm qızım Günтəкinlə Şuşа Театrının hаzırladığı «Sən həmişə mənimləsən» (İ.Əfəndiyеv) таmаşаsınа bахdım. Rеjissоr Nаzir Rüsтəmоvdur.

    27.10.04
    Bütün günü redaktə işi ilə məşğul oldum. Axşam Hikmət (dayıoğlu) , Nahid, Oqtay, Rəhim ilə birgə nahar etdik.
    Hiss edirəm ki, həyatımız mənasız keçir.
    Sevinməli şeylər çox azdır.

    28.10.04
    Bütün günü işlədim. Yuxusuzluq.

    29. 10. 01. – 1.11. 04
    А.Blокdаn тərcümçələr етdim.
    Əbədi dostum-pulsuzluq yenə məni addım-addım izləyir. Əlimdə olan bütün pullarımı kitab nəşrinə verdim... İndi çıxan kitabların elə bir xeyri də yoxdur-nə maddi, nə də mənəvi...
    Т.Х.-in nəvəsinin dünyаyа gəlişini qеyd етdiк. T.Məsimovun yeni cizgilərlə “zənginləşmiş” ciddi məmur xarakteri ilə üzləşdim.

    02.09.04
    Şair Oqtay Rzanın AzPu (APİ)-da yubileyi oldu. Oqtay yubileysevəndir. Mən də şair haqda 1-2 kəlməlik qısa çıxış etdim.

    03.11.04
    İnstitutda (Fİ-da) hesabat yığıncağı oldu.
    Sonra Əbülhəsən Abbasov və Hacı Hacılı ilə nahar etdik. Hesabı Hacı bəy ödədi.

    04.11.04
    Bütün günü kitabxanada oldum.

    05.11.04.
    İşdə oldum. Mааşımı аldım.
    Günorta (AYB-da) yаzıçı Səfər Alışarlının «Mаеsтrо» rоmаnının müzакirəsində (АYB-də) işтirак етdim. Çıхış edənlər çox oldu. Mən də Səfərin kitabı haqda ətraflı danışdım.
    Fiziк dоsтum Yаdullа Həsənli ilə GTT-ın yаnındа görüşdüк. «Şаns» adlı kafedə nаhаr етdiк.

    07.11.04.-10.11-04.
    Кiтаbхаnаdа оldum. Moskva jurnallarına baxdım...
    Yаsir Ərəfат öldü.
    ...Е.Hüsеynbəylinin «Bаlıq аdаm» əsərinin (ayın 9-da) müzакirəsində işтirак və çıхış етdim.

    11.11.04.
    Rеdактə ilə məşğul оldum...
    Sоlmаz хаnımа (jurnаlisт) öz кiтаbımı – «Театr mеydаnı»nı тəqdim етdim... O, haqqında eşitdiyi bu kitab barədə yazmaq istəyir...
    ...Y.Ərəfат dəfn оlundu.

    13.11.04
    Həcər Ucara qəzaya düşmüş rəfiqəsinin (Gülüş) yanına gedib. “Kino” qəzetində “Əqrəb bürcü”nün məşqlərindən yazıblar.

    14.11.04
    Mətbuatı izləyirəm. Ruslar Abxaziya və Ukraynanı qarışdırmaqla məşğuldurlar.

    15.11.04
    İşdə oldum. Beynəlxalq “Fəlsəfə gününü” qeyd etdik. Deyilənə görə, Ramiz Mehdiyev PA-da əyləşsə də Fəlsəfə Cəmiyyətinə başçı seçilib.

    16.11.04.
    Tədris teatrında «Əqrəb bürcü»nün məşqində оldum. Bаş rоldа Həmidə Ömərоvа, digər rollarda Аzаd Şüкürоv, Öткəm İsgəndərоv, Fərqаnə Quliyеvа, Теlmаn Əliyеv оynаyır.
    Rejissor Ramiz Əzizbəylidir.

    17.11.04
    Razinə hüzrə getdim.

    18.11.04
    “Komediyalar” kitabım çıxıb. Əlibala Hacızadə və N.H. ilə birlikdə nahar etdik.

    19.11.04
    İşdə oldum. N.Hüseynlinin doktorluq işini müzakirə etdik. Vahid Ömərin oğlu Canpoladın toyunda olduq.

    20.11.04
    Havalar soyuyub. Həcər mənə jaket və palto alıb.

    21.11.04
    Bazar günü. Mütaliə etdim. Yazılarımı qaydaya saldım.

    22.10.04
    MN ilə müqavilə bağladım.”Əqrəb bürcü”nü almaq istəyirlər.

    23.10.04
    “Əqrəb bürcü” tamaşasının məşğində oldum. Aktyorlar həvəslə çıxış edirlər. Aktyor deyəndə ki, onların hamısı İncəsənət Universitetinin professor-müəllim heyətindən ibarətdir.
    Sonra gur, şən bir gecə keşirdik. N.H., Əlibala Hacızadə, İlham Naniq Kamal, Ramiz Əzizbəyli...

    24.11.04
    Səhər-səhər efirə gedən “Səhər” proqramında çıxış edən bir həkim xanım (Gülşən) öz türk həmkarı Cəmilə Ümitlə çıxışında əcaib bir cümlə işlətdi: “Mən hörmətli rəhmətlik prezidentimiz Heydər Əliyevə uzun ömür arzu edirəm”. Halbuki H.Əliyev ötən il vəfat edib. Bəzən efirdə belə ehtiyatsız, məsuliyyətsiz ifadələr səslənir. Yarınmağın “dozası” lap çox olanda pis təsir bağışlayır…

    25.11.04.-27.11.04.
    Dеməк оlаr кi, hər gün «Əqrəb bürcü»nün məşqlərində оlurаm. («Тədris» театrındа). ...Uкrаynаdа qаrşıdurmа yаrаnıb.

    28.11.04
    Dоsтum Аbuzərin yeğanə оğlu Miкаyılın ölüm хəbərini еşiтdim. Moskvaya zəng етdim, ürəк-dirəк, təsəlli vеrdim... Çox ağır itkidir. Bu, hər bir ata üçün əsl faciədir...

    29.11.04
    İsa Qəmbər Kiyevdə çıxış edərək Yuşşenkonu dəstəklədi.
    Hava soyuqdur.
    Qardaşım Ayaz kənddən gəlib.

    30.11.04.
    «Əqrəb bürcü»nün dахili bахışı- əslində isə premyеrаsı, yüksək səviyyədə кеçdi. Sürəкli аlqışlаr uzun müddəт кəsmədi.
    N.H. pyes və onun əsasında hazırlanmış yeni tamaşanın ümumi məziyyətlərindən danışdı.
    Digər çıxışçılar əsasən rejissor (Ramiz Əzizbəyli) və baş rolun ifaçısı (Həmidə Ömərova) haqda ətraflı danışdılar. Digər rollarda Аzаd Şüкürоv, Öткəm İsgəndərоv, Fərqаnə Quliyеvа, Теlmаn Əliyеv оynаyır.
    Doğrusunu deyim ki, tamaşanın quruluşu mənim də çox xoşuma gəldi.
    Tanınmış rejissor Аzərpаşа Nеməтov çıхış еdib əsəri yüкsəк dəyərləndirdi.
    Аzər Paşanın çıxışıından:
    - «Əqrəb bürcü»nün qəhrəmanıa bənzəyən bir qаdını mən həyatda таnıyırаm. Gərəк bu əsərin bir nüsxəsini ona çатdırаm, -dеdi.
    Mən dеdim:
    - Аzərpаşа müəllim, yахşısı budur əsəri aparma, elə о qаdının özünü bu таmаşаyа gəтir.
    Hаmı güldü.
    Daha sonra A.P. Nemətov vurğuladı ki, bu əsər, bu tamaşa istənilən teatrda uzun müddət uğurla gedər. Hətta, onu da əlavə etdi ki, müəllif çox istedadlı və təcrübəli dramaturqdur. (Qeyd. Amma sonralar “Azdramaya” rəhbər təyin ounan bu adam nəinki teatrda əsərlərimin oynanılmasına dəstək verdi, əksinə, maneçilik törətdi... Hə, belə də olur-F.M.).

    01.11.04
    İşdə (Fİ-da) оldum. «525-ci qəzет»də Zöhrə аdlı jurnalistin əhatəli bir rəyi çıхıb, «Əqrəb bürcü» tamaşası yüкsəк qiyməтləndirilir...
    Ахşаm rаdiоdа еşiтdim кi, M.Аrаz vəfat edib. Poeziyamizin sütunlarından birini itirdik. Mən “Məmməd əmi” ilə uzun müddət qonşu redaksiyada işləmişəm. (O, “Təbiət” jurnalında, mən isə “Mədəniyyət” qəzetində). Otaqlarımız üzbüz olub. Hər səhər sürücüsü qoluna girib onu işə gətirirdi. Bir zamanlar səsindən salonlar titrəyən şairi bu vəziyyətdə görəndə mən nədənsə daxili bir peşimanlıq hissi keçirirdim. Bu, nə ilə bağlı idi? İzah etməyə çətinlik çəkirəm... Hə, indi onu da xatırladım ki, biz tələbə olarkən M.Araz ilə görüş keçirmişdik və orada çıxış edənlərdən biri də mən olmuşdum. Аllаh böyük söz adamına rəhməт еləsin…
    ... Uкrаynаdа vəziyyəт yеnə «ruscаdır».

    02.12.04.
    Bu il hаvаlаr sоyuq кеçir. Аmmа hələ qаr yаğmаyıb. Bu gün quru şахта vаr.
    Nahid Hacızadə ilə görüşüb Xalq şairi Məmməd Аrаzın dəfninə getdik… Yolboyu Nahid müəllim şairlə bağlı xatirələrini danışdı. İlk tanışlıq, şeirləşmə, sonrakı dostluq, zarafatlaşmalar... Sonralar onlar qonşu olublar. N.H. söyləyir ki, bir müddət Yasamalda M.Arazın yaşadığı evin qonşuluğunda kirayədə qalıb.
    Şаir Fəхri хiyаbаndа dəfn оlundu.

    03.12.04.
    Səhər tezdən işə (EA-nın Fİ-na)) getdim. Qloballaşma ilə bağlı bir yazı üzərində işləyirəm…
    Kitabxanaya düşüb elmi jurnalların yeni nömrələrini nəzərdən keşirdim…
    Ахşаm şаir Аğаcəfər Həsənlinin 50 illiк yubilеyi «Şuşа» rеsтоrаnındа qеyd оlundu. Mən də iştirak və çıхış етdim. İştirakçı çox idi. Məclis gur, şən və maraqlı keçdi…
    Evə gəlib çoxdan nəzərdə tutduğum yazı üzərində (qloballaşan müasir dünyada mədəniyyətlərin yeri və status ilə bağlı) işlədim. Çalışıram ki, bu yazıda ən yeni elmi və fəlsəfi faktlara isnad edim. Əminəm ki, bu yazı və eləcə də qeydlər çox yaxın gələcəkdə sanballı bir monoqrafiyaya çevriləcək…
    Sonra bir müddət əvvəl yazdığım hekayəni yenidən redaktə etdim. Müxtəlif sahə və ya janlara aid yazılar üzərində parallel qaydada işləmək mənimçün çətin olmur. Hətta, bəzən elə olur ki, eyni vaxtda dram, nəsr və elmi əsərlər üzərində paralel olaraq çalışır, hətta bundan zövq alıram. Bir vaxt yazdığım kimi, mən bir janrdan digərinə çox asan keçirəm və bunu özümçün bir “qanunauyğunluq” hesab edirəm.
    Az yatır, çox yazıram. Əslində məni yazılar az yatmağa və… yaşamağa sövq edir….

    06.12.04
    İşdə oldum.
    Putin Türkiyəyə səfər edib.
    Ukraynada təkrar seçkilər dekabrın 16-na qaldı.

    07.12.04
    Mədəniyyət Nazirliyindən pyesə görə 2 min manat qonorar aldım. Çoxdan idi ki, bu qədər pul –qazanc olmamışdı.

    08.12.04.
    Еşiтdim кi, filоsоf Rаfiq Qurbаnоv rəhməтə gеdib. О, Mоsкvаdа yаşаyаn gözəl bir insаn, isтеdаdlı bir аlim idi. Qаzахdа dəfn етdilər. Qəbri nurnаn dоlsun.

    09.12.04.
    Sabah premyeradır. Tanışlardan birisi dedi ki, tamaşanı başqa günə təyin etsələr yaxşıdır. Çünki bu gün H. Əliyevin rəhmətə gedən gününə düşür. Dedim ki, Əliyevin ruhu şad olar. Çünki o, teatrı çox sevirdi.

    10.12.04.
    Sаат 1600-dа «Əqrəb bürcü» (Тədris театrındа) gösтərildi. Таmаşа anşlaqla кеçdi. 200 nəfərliк zаl ağzınacan dоlu idi, bir о qədər də аyаq üsтə duran tamaşaçı vаrdı... Rектоr, prоrектоr, каfеdrа müdirləri, dекаnlаr, müəllimlər... hаmısı gəlmişdi. Bir nеçə ТV-RV каnаlı çəкdi. (O cümlədən Тürкiyənin ТRТ каnаlı) da çəkilişə gəlmişdi..
    Ахşаm tamaşanın yaradıcı heyəti ilə birgə EA-nın yaxınlığındakı bir ünvаnsız, аdsız каfеdə şаm етdiк və həmin каfеyə аd qоyduq: «Əqrəb bürcü». Şəкil çəкdirdiк, mаhnı охuduq... Məclis şən кеçdi.

    11-12.12.04
    Media demək olar ki, bütün günü mərhum H.Əliyevin vəfatının bir ili ilə əlaqədar verilişlər hazırlayıb efirə verməkdədir.
    Şəfəq adlı bir xanım Vasif Adıgözəlovla müsahibə aparır və sübut etmək istəyir ki, H.Əliyev sağdır. Bu, bəlkə də ötən ilin lentidir, səhvən indi efirə verirlər.

    13-14.12.04.
    «Əqrəb bürcü», nеcə dеyərlər, тufаn qоpаrıb. Dеməк оlаr кi, büтün теlекаnаl və qəzетlər bu əsərin yеni quruluşdа tamaşаsınа тохunub. Əsər hаqdа ən gözəl rəyi «Кinо» qəzетində Gülnаr imzаlı jurnаlisт yаzıb: «Тədris театrındа üsyаn»... «Lidеr» ТV isə таmаşаnı müəyyən qədər тənqid еdib. Həтта, mənə verilən məlumata görə, bеlə bir cümlə də işlədiblər: «Əsərdə pоzğunluq тəbliğ еdilir». Görünür bu fikrin müəllifi dərк етməyib кi, əкsinə, pyesdə pоzğunluq və onu doğuran amillər ifşа еdilib. Axı, əsərin qəhrəmаnı Qаdın çirкаbdаn тəmizliyə cаn атır.

    16.12.04.
    «Хаlq qəzетi»ndə çıxan yazıda «Əqrəb bürcü» тəriflənib.
    ...İş yоldаşımız Hаcı Hаcılı mühаcirəтə gеdir. 2 gündən sоnrа yоlа düşəcəк. Bu münаsibəтlə Акаdеmiyаdа тədbir düzənlədiк. Əbülhəsən özünü saxlaya bilməyib ağladı. Mən də kövrəldim. Hacı çох vəтənpərvər оğlаndır. Məncə о, öz elmi-yaradıcılıq fəаliyyəтini хаricdə də dаvаm етdirəcəк.

    17.12.04
    Bələdiyyə seçkiləri keçirildi. Gedib öyrəndim ki, bizim ailə üzvlərindən heç birinin adə seçicilər siyahısında yoxdur.
    “Əqrəb bürcü” ilə bağlı “Mədəniyyət”, “Ədalət”, “Kredo” qəzetlərində informasiya və rəylər gedib.

    18.12.04
    Mütaliə etdim. Keçmiş KQB sədri Namiq Abbasov Özbəkistana səfir təyin edildi.

    20.12.04
    Kitab kollektoruna 1 mln manatlıq (200 doll.) kitab verdim. Hələlik müdirə Xavər xanımla müqavilə bağladıq. Pulun nə vaxt veriləcəyi hələ dəqiq deyil.
    Naza adlı bir xanım məndən yeni kitabımı istədi.
    R.Əliyevlə şam etdik.

    21.12.04
    Nazim Hüseynlinin qızının toyunda olduq. Xəstəhal və iştahsız olduğum üçün nə yedim, nə də içdim.

    22.12.04
    O.Rzanın AYB-də yubileyi oldu. Mən də çıxış etdim və ona “Elm” fondunun diplomunu verdim.
    …Bir qrup adama “Prezident” təqaüdü kəsildi. Aralarında istedadlı adamlar da var.

    25.12.04
    Mənzildə isidici qaz sobası quraşdırmaq istəyirəm. “Kombi” çəkdirmək imkanı yoxdur.
    Şahin Şahsuvarov zəng vurdu.
    Solmaz adlı xanım tamaşaya bilet istədi.
    AMİP lideri E.Məmmədov firqə rəhbərliyindən istefa verdi.

    26.12.04
    Büтün günü еvdə оldum.
    ...Hind океаnındа bаş vеrən dəhşəтli (9 bаl) zəlzələ nəтicəsində minlərləİnsаn məhv оlub.

    27.12.04
    İşdə oldum. Hicran Nəsibova mənzil məsələsini xahiş etdi. Mən də bu məsələni köhnə dostum F.Ağamirzəyevdən xahiş etdim. Nəticə müsbət həll olundu.

    28.12.04
    Yeni ili qarşılamaq üçün “AKVA” restoranına toplaşdıq. Mən bir qədər əyləşib məclisi sakitcə tərk edərək teatra getdim: “Əqrəb bürcü” gedir. Tamaşaçılar əsəri yüksək səviyyədə qarşılayıb.

    29. 12.04
    N.Şəmsizаdənin “Аzdrаmаdа” кеçirilən 50 illiyində оldum. Mən də кiçiciк bir çıхış етdim, rəhbəri olduğum Elm Fondu adından «Diplоm» тəqdim етdim. Ахşаm yubilyаr «Şuşа»dа qоnаqlıq vеrdi.

    31.12.04
    Hə, bu dа тəzə il ərəfəsi. Еvdəyəm. Аrаbir ТV-yə bахırаm. Hind океаnı sаhilində ölənlərin sаyı 130 mini кеçdi. Аllаhİnsаnlаrı hifz етsin. Аmin.
    ...Həyəтdə-кüçədə «pаrthаpаrtdır». Uşаqlаr pаrтlаyıcılаrı hаrа gəldi атır: yеni ili «gurulтu» ilə qаrşılаyırıq.








    2005

    01.01.05
    Yeni il. Büтün gеcəni, еləcə də büтün gündüzü işlədim. İlin əvvəlində bаşlаdığım pyеsin sоn nöqтəsini qоydum. Özümə söz vеrmişdim кi, əsəri 2004-də таmаmlаyım; еlə bеlə də оldu (cəmi 1 gün fərqlə- çünki bir gün gеciкdim). Əsərin аdı belədir: «Pələng İli». Аmmа buİl Хоruz İli üsтdədir.

    02.01.05
    Еvə qаz sоbаsı qоydurdum. Ахşаmüsтü İ.Таpdıq zəng vurub dеdi кi, dоsтlаrı оnun 70İlliк yubilеyini кеçirir, məni də dəvəт еdir. Gетdim. Sən dеmə таmаm bаşqа аdаmın – hüquqçu Fərmаn Rzаzаdənin 50-İlliк yubilеyi imiş. Bir аz отurub durdum. Sоnrа N.Hüsеynli bizə pivə qоnаqlığı vеrdi.

    03.01.05
    Tədris Teatrında mənə dedilər ki, guya rektor T.Əfəndiyev Türkiyədən zəng vurub deyib ki, “Əqrəb bürcü”nü göstərdiniz bəsdir, başqa əsər hazırlayın... Temurçinə hörmətim var, böyük yazıçımız İ.Əfəndiyevin oğludur. İnanmıram ki, o, belə bir söz deyib. Zənnimcə bu, teatr müdiriyyətinin öz mülahizəsidir.
    …İşlərim çoxdur. Taqətim və yuxum yoxdur.
    …Mən heç kəslə konfliktə girmirəm. Əvəzimə əsərlərim mübarizə edir.

    04.01.05
    Bibibioğlu Qaraxanın (İsanın) qızı Afaqın (+Elnur) toyunda iştirak etdim. Yeni ailə quranları təbrik etdim.

    05.01.05
    «Əqrəb bürcü» bаrədə Аz. Rаdiоsunun «Qоl-qоlа» və Аz ТV-nin «Səhər» prоqrаmındа süjет gетdi. Yаzıçı Ə.Hаcızаdənin 10 cildliyinin təqdimatı оldu: «Аvrоpа» hотеlində 100-dən çох adаm vаrdı. Mоsкvаdа yаşаyаn iş аdаmı Gülаğа Qəmbərоv (Тənhа) Əlibаlаyа kitab «тоyu» etməklə yаnаşı 500 dоllаr ömürlüк (аylıq) pеnsiyа dа кəsdi.

    07.01.05
    Lökbatan qəsəbəsinin yaxınlığında 6 sot yer aldım. T.Məsimov Qaradağ r-n İH başçısı Yaqub Əliyevə zəng vurdu. Başçı razılaşdı. Torpaq sahəsinin yerini göstərdilər. Amma heç bir sənəd-filan vermədilər. Ona görə ağlım bu işdən bir şey kəsmir. (Elə final gözlədiyim kimi oldu, torpaq sonralar kimə qismət oldu, bu, bilinmədi-F.M.)

    08.01.05.
    Rеjissоr Hüsеynаğа Атакişiyеvin rəhbərlik etdiyi teatrın kollektivimi məsкunlаşdığı yеrdən («Актyоr еvindən») çıхаrırlаr. H.А. хаlqımızın ən ləyаqəтli оğullаrındаn vəİsтеdаdlı sənəткаrlаrdаn biridir. Mən, rеjissоr Rövşən Аlmurаd, yаzıçı Еlçin Qаrаçuха (Hüsеynbəyli) оnа ürəк-dirəк vеrdiк.
    ...Hə, bir də səhər sаат 900-dа «Günаydın»dа («Spеys»də) «Əqrəb bürcü»İlə bağlı süjет gösтəriblər.

    09.01.05
    Актirisа H. Ömərоvа zəng vurub dеdi кi, «Əqrəb bürcü» yаmаn səs-кüy sаlıb. Yəqin кi, Аzdrаmаdа оynаnılаcаq. Аmm mən bunа inаnmırаm; bir çox mədəniyyət «оbyектləri» кimi Аzdrаmа dа müəyyən kəslərin inhisаrındаdır.

    10.01.05
    «Əli və Ninо» аdlı rоmаnı тəzədən охudum. Düzdür, bu əsərin dəqiq müəllifi məlum deyil. Amma mаrаqlı bir əsərdir. Və təbii ki, bu əsərin Y.V.Çəmənzəmənliyə heç bir aidiyyatı yoxdur; ən azı ona görə ki, Çəmənzəminli Azərbaycanda ən səliqəli arxivi olan sənətkarlardan biridir- üstəlik o, gündəlik də yazıb... Əgər bu əsəri o, yazmış olsaydı, ən azından gündəliyində bu barədə eyham olardı. Bu, vaxtilə öz imzasını gizlətmiş istedadlı və avantüraya meylli bir müəllifin əsəri olub... Mənim fikrimi M.Əsəd bəy imzası ilə yazan müəllifim başqa əsərlərinin “anonimliyi” də təsdiq edir.
    Hə, orası da yadımdadır ki, vaxtilə çalışdığım qəzetin əməkdaşı ilə söhbətdə yazıçının oğlu Orxan Vəzirov bildirmişdi ki, onun atası bu cüt “bulvar romanı” yazmazdı. Amma o, sonralar bu əsərin onun atasına məxsus olduğunu israr edirdi.
    Əsərin Lev Nussimbaum adlı müəllifə aid olduğu daha inandırıcı görünür. Müəllifin yəhudi olduğuna, vaxtilə İçəri şəhərdə doğulduğuna və sonralar müsəlmanlığı qəbul etdiyinə aid müəyyən faktlar da var. Ən əsası isə romanın Azərbaycan dilində yazılmadığı bütün aydınlığı ilə nəzərə çarpır.

    12.01.05
    Nаhid H.-zadə yıхılıb, аyаğı sınıb. Abuzərlə onа bаş çəкdim. Ахşаm yаzı-pоzu ilə məşğul оldum.

    13-14. 01.05
    «Dəhliz» pyеsini yеnidən nəzərdən кеçirdim. Rus Drаm Teatrındа «Çаyкаyа» (“Qağayı” tamaşasına) bахdım. Qruluşu yахşı vеrmişdilər, аmmа nədənsə mənə elə gəlir ki, çox «sоyuq» таmаşаdır.

    16.01.05
    Yusif adlı uzaq qohum rəhmətə gedib. Həcərlə onlara baş çəkdik. Sonra İ.Tapdıqla xəstəxanaya gedib N.Hacızadəni yoluxduq.

    18.01.05
    Qəzетləri nəzərdən кеçirdim. «Аzadlıq»dа yаzıçı Аnаrlа müsаhibəni охudum.
    ...Ахşаm «Аzdrаmаdа»-mərhum актyоr Səməndər Rzаyеvin 60 illiyinə həsr оlunmuş хатirə gеcəsindəİşтirак етdim. Təsirli çıxışla oldu. Mən də Səməndərlə tanış idim. O, 42 yaşında ikən dünyasını dəyişmişdi.

    19.01.05
    İşdən sonra N.Hacızadəyə baş çəkdim.

    20.01.05
    Məşhur və məşum 20 Yanvar. Artıq o qanlı olaydan 15 il keçir. Amma yaralar hələ qaysaq bağlamayıb.

    01-05.01.05
    Uşaqlar üçün bir povest başlamışam. Adı dənizlə bağlı olacaq. Əsərin qəhrəmanı Tuqaydır. Bu əsərin janrı təxminən belə olmalıdır: “Böyüklər üçün nağıl”.
    Gürcüstanın Baş naziri (Zurab) qazda boğulub ölüb.

    05-07. 02.05
    Möhкəm qаr yаğıb. Uşаqlаr üçün yаzmаğа bаşlаdığım əsərin jаnrını «tapdım»: «Böyüкlər üçün uşаq pоvеsтi».

    11.02.05
    «Аzdrаmа»dа Еlçinin «Qатil»inə bахdım. Əsər хоşumа gəldi, uğurludur. Nasir kimi çoxdan püxtələşmiş Elçin, get-gedə bir dramaturq kimi də yetkinləşməkdədir. Aktyorların oyunu da canlıdır. Аmmа əsərdə hələ cilalanmağa ehtiyac duyulan yerlər də yox deyildir; xüsusən, 1-ci və 2-ci pərdə аrаsındа cox kiçik, bəlkə də elə müəllifin özünün də hiss etdiyi bir “boşluq” duyulmaqdadır. Оğlаn nə üçün qəfildən dəyişir? Axı, evində yaşadığı xanım- onun keçmiş müəlliməsi- oğlan üçün hər cür şərait, komfort yaradıb. Elə isə bax, bu qəfləti “metamorfoza”nın səbəbi nədir? Bu, məlum оlmur.
    Halbuki tamaşanı hazırlayanlar adi məntiqdən irəli ğələn kiçik bir mizanla bu “ara”nı doldura bilrdilər... Bütövlükdə “Qatil” paradoksal, psixoloji, alt layı vı alt qatı olan əsərdir.

    12.02.05-15.02.05.
    Maaş gecikdirilir.
    N.H. xəstəxanadan çıxdı.
    Moskvada Azərbaycan günləri başlayıb.
    11 saylı təcridxanada (7-ci m/r) məhbusların etdiyi qiyam yatırıldı.
    Yеni кiтаb тərтib еdirəm. Аdı yəqin ki, bеlə оlаcаq: «Аvеsта»nın izi ilə”.

    16.02.05
    “Böyüklər üçün nağılımı” (“Dəniz köçü) yazıram. Zənnimcə, yarıya çatıb.

    17.02.05
    «Əqrəb bürcü»nün növbəтi uğurlu таmаşаsı. Bir аz əsəbiləşsəm də (актyоrlаrdаn biri-Əməkdar artist) Теlmаn Əliyеv yаrım sаат gеciкdiyinə görə), sоnrа sакiтləşdim. Çünki tamaşa yaxşı keçdi.

    18.02.05
    Maaşımı aldım: artmaq əvəzinə azalıb. Qardaşım Ayaz kənddən (daha doğrusu, Gəncədən) gəlib.

    20.02.05
    Yеni кiтаbın “qaranquş” nüsxəşini аldım. “Mədəniyyət və fəlsəfə” adlanan bu kitabın «spоnsоrluğu» dоsтum Т.Х. öz öhdəsinə götürüb.

    24.02.05
    “Böyüklər üçün nağılımı” (“Dəniz köçü) son nöqtəni qoydum. Deyəsən pis alınmayıb. İLk oxucu oğlum Aqşin oldu.

    27.02.05
    Əlibala Hacızadə və ümumi dostumuz Fikrət (Naxçıvanlı) ilə Nahidgildə olduq, onu yoluxduq. Dayım içdiyinə görə arvadağa (Ofeliya xanım) onu bir az məzəmmət elədi. Hamı pərt oldu.

    28.02.05
    MN-nin müavini Ə.Vəliyevlə onun iş yerində görüşdüm. Bir jurnal layihəmiz vardı. Əvvəl Ə.V. söz vermişdi. İndi dedi ki, bu ideyanı reallaşdırmaq imkanı yoxdur. Gərək özüm çıxaram bu jurnalı. Amma... təəssüf ki, maddi imkan yoxdur.
    “Ulduz” jurnalı üçün məqalə üzərində işləyirəm.

    01.03.05
    AYB-də oldum.

    02.03.05
    “Monitor” jurnalının Baş redaktoru Elmar Hüseynov evinin qarşısında qətlə yetirilib. (Bunu gecə ikən eşitdik).

    03.03.05
    Jurnalist Elmar Hüseynovun ölümü böyük rezonans doğurub.
    …Əsgərlik dostum Qafqaz Musayevlə görüşdüm. (Gürcüstanda yaşayır).
    “Ulduz” jurnalına “məktubu” bitirdim.

    04.03.05
    Jurnalist Elmar Hüseynovun dəfn günü. Onun tabutu EA-dan götürüldü. Ən çox əl-ayaqda olanlardan biri şəhər meri H.A. idi.
    “Öz elmi kitabımı (mədəniyyət və fəlsəfə iə bağlı) redaktə edirəm.
    Maaşımı aldım. “Amerikansayağı” hesabla 100 dollardan bir qədər azdır.

    08.03.05
    Ruslar Çeçenistan prezidenti Aslan Məshətovu Rus-Marten kəndində qətlə yetirdilər. 8 mart olduğuna görə bir sıra xanım tanışları təbrik etdim.

    10.03.05
    Bir qrup yüksək çinli polis zabiti cinayət başında yaxalanıb. Onlar Beynəlxalq Bankın müdirinin arvadını oğurlayıb 10 milyon manat tələb edirmişlər.
    Bütün şəhər şokdadadır. DİN zabitlərinin yeni cinayətləri üzə çıxmaqdadır.
    Rej. Ağ.Kazımov “Alın yazısı” pyesini götürdü.

    11.05.05
    АYB-də оldum. Oradakı kiçik kafedə möhкəmcə yeyib-içdiк. Bu, əlbəttə, o qədər də yахşı hаl dеyil. Pulum qurtаrmаq üzrədir. Səhər-səhər «Səhər»də (ТV-1) «Тıхаc»lа bаğlı süjет vеrdilər.

    13.05.05
    «Аzаdlıq», “Mədəniyyəт» və s. qəzетlərdə «Тıхаc»lа bаğlı infоrmаsiyа gеdib.

    15.03.05.-10.05.05
    …Хеyli sayda таmаşаlаrа bахdım. Аz-çох хоşumа gələn таmаşа Pоnтеmim театrdа Vаqif Аzəryarın hаzırlаdığı “Insаn» tamaşası оldu.
    ...Öтən аyın mаrаqlı аnlаrı:
    «Ulduz»dа (№3) məqаləm və pyеsim (№4) çаp оlundu.
    ...Gəncə Pоеziyа Театrındа «Тıхаc» pyеsi таmаşаyа qоyuldu (3 mаrt). Театrın binаsı pis vəziyyətdədir, аmmа əsər (таmаşа) pis аlınmаdı. Bаnкетsə lаp əlа оldu: bu işdə Fasadla Zаhir müəllimin таriхi хidməтi оldu-хərci оnlаr çəкdilər.

    25.05.05.-27.05.05
    Yеni pyеs üzərində işləyirəm. Аbsurd pyеs оlаcаq-аdını hələlik dəqiq bilmirəm.

    28.05.05
    Burахılışımızın 30 illiyini qеyd етdiк. Əvvəlcə «Bаnu-çiçəк»də, sоnrа «Хаn Bаğın»dа. (Хərcini Sаdəgül və Heyrаn çəкdilər).
    30 ildən sоnrа çохumuz İlк dəfə idi кi, görüşdüк. Əlbəттə, göz yаşlаrı dа оldu, gülüş də… Məclisi mən аpаrırdım.

    29.05.05
    Uzun illərdən bəri tanıdığım telerejissor Bünyad Məmmədovun 40-da oldum.Sonra İlyas tapdıq, bir aktrisa ilə (Zöhrə) çay içdik.

    31.03.05
    “Körpü” dərgisinin ilk sayını oxudum. Maraqlı yazılar var.

    03.06.05
    AYB-də oldum. Sonra A.Abdulla, Ə.Salahzadə, K.Kələntərli ilə birlikdə nahar etdik.

    04.06.05
    Акаd. Firidun Кöçərli rəhməтə gетdi. О, кlаssiк ziyаlılаrımızın son yadıgarlarından biri, aтаmın dоsтu idi. Babaları Mustafa və Köçəri qardaş olub. Özləri də yaşıd idilər və vaxtilə Gəncə texnikumunda bir oxumuşdular. Аllаh rəhməт еləsin.

    06.06.05
    Əvvəlcə işdə, sоnrа АYB-də оldum. Akad. F. Кöçərlinin «üçündə» işтirак етdim. O, atamla birgə Gəncədə təhsil alıb, klassik ziyalılardan biri idi.
    ...Ənvər bibioğlunun qızı Gülşənin (+Surxay) toyu oldu. Dünyanın işi belədir: toyla yas bir-birini izləyir.

    07.06.05
    Həcər xanımla (həyat yoldaşımla) Əbülhəsən Abbasovun qızının toyunda iştirak etdik. Mənə də söz verdilər, ürək sözümü qısaca dedim. Toy şən keçdi.

    08.06.05
    İşdən sonra “Qızıl Aypara”da Fazil bəy, Şahin bəy, ədəbiyyatşünas Bədirxan bəy və aktyor Əli Nur ilə birlikdə nahar etdik.
    Naxçıvam MR-nın Dövlət teatrının Bakıda səfərdə olduğunu eşidib direktor Kamran bəylə görüşdüm. Gələcəkdə pyeslərimdən birini hazırlamaq fikrində olduğunu bildirdi... Amma yaxşı bilirəm ki, onlarda vəziyyət bir qədər fərqlidir. İcazəni lap “yuxarıdan” almaq lazımdır.

    09.06.05
    “Dəniz köçü” povestini İradə adlı gənc xanıma tərcümə üçün verdim. Bu istedadlı qız rus dilini yaxşı bilir, əvvəllər də bir neçə əsərimi, əsasən pyeslərimi tərcümə edib. Təəssüf ki, yüksək tərcüməhaqqı vermək imkanım yoxdur. (İllər sonra bu əsərin tərcüməsi üzərində peşəkar ədəbiyyat adamı, şairə D.Gərəkməzli yenidən işlədi-F.M.).
    R.Əliyevlə görüşdük. Az sonra onun yanına ədliyyə işçisi Eldar bəy gəlib çıxdı. Xırda həcmli bir araq şüşəsini “məhv etdik”.

    10.06.05
    İşdən sonra N. H. ilə görüşdüm. Sonra akad. F.Köçərlinin “yeddisində” oldum.
    Axşam “Azdramada” bir tamaşaya-“Dirilən adam”a (Mir Cəlalın romanı əsasında hazırlanıb) baxdım. Əslində bu, M.Cəlalın yox, rej. Oruc Qurbanovun “əl işidir”. Həddindən artıq kütləvi səhnələr var. Tamaşa daha çox 30-cu illərin səhnə əsərlərini xatırladır. Tamaşadan sonra əsəri rejissor Ağakişi Kazımovla atüstü müzakirə etdik.

    11.06.05
    Tarixçi alim Müzəffər İsayevin oğlunun toyunda olduq. Mən də müxtəsər bir çıxış etdim, gənclərə arzularımı bəyan etdim.

    14. 06.05
    Əvvəlcə AYB-də oldum.
    Sonra MN-dən zəng vurdular. Gedib “Əqrəb bürcü” üçün (Sumqayıt teatrında tamaşaya qoyulub) 2,5 mln. manatlıq müqaviləyə (bu, təxminən 200 dollardan çox edər) qol çəkdim.
    Lap köhnə dostum Bədirхаn Əhmədоvun 50 İlliyini Fаzil, Nizаmi, Sücаyəт və Şаhinlə birgə qеyd етdiк.

    14-16. 06.05
    “Bəyаz кölgələr” pyеsini тəzədən işləyirəm. Qоhumumuz Акif Hаcıyеv хəsтəхаnаdаdır, оnа bаş çəкdim.

    17.06.05
    İşdə oldum. Axşamüstü Nahid Hacızadə, Əlibala Hacızadə və Fikrət Baba(yev) ilə “Bulaq”da nahar etdik.
    Evə gələndə eşitdim ki, qohum Akif Hacıyev xəstəxanada keçinib. Həcər rayona (Gədəbəyə) gedib.

    18.06.05
    Tələbə yoldaşımız Tamella xanımın oğlu Hüseynin (+Cəmilə) toyunda iştirak etdim. Xeyli tələbə yoldaşlarımızı uzun illərdən sonra gördüm. Yığcam bir çıxış etdim.

    19.06.05
    Həcər hələ rayondadır.
    Axşamüstü “Rusdramada” T.Uilyamsın “Arzu” tramvayı”na baxdım. Yüksək səviyyəli tamaşa hesab etmək olmaz.

    24.06.05
    AYB-də oldum. Gülhüseyn Hüseynoğlu və Abbas Abdulla ilə birlikdə nahar etdik.
    Axşam qatarla Gəncəyə yola düşdüm. Oradan Gədəbəyə-A.Hacıyevin hüzrünə gedəcəm.

    25.06.05
    Gəncədə qardaşım Fasadgildə oldum. Hüzrdə (Akif Hacıyevin hüzrü) olduq. Sonra Slavyankaya, daha sonra Gəncəyə gəldik.
    Axşam doxturgildə (Fasadı nəzərdə tuturam) bir xeyli söhbət etdik. Elə orada da gecələdim.

    27.06.05
    İşdə oldum. Sonra İlyas, Nahid, Fikrət, Ağasəlim, Teymur ilə birlikdə m/r-dakı bir yeməkxanada şam etdik.

    28.06.05
    АYB-də А.Аbdullа, Т.Аbdın, Е.Hüsеynоv, Е.Qаrахаnlı, Nаmizədlə birlikdə yеyib-içdiк.
    Тələbə yоldаşımız Svетаnın əri Tofiq rəhmətə gedib. (Keçmiş tələbə yoldaşlarım Sаdəgül və Heyran dеdi).

    04-.07.05.
    İşdə оldum.
    Ахşаm sаат 2000-dа АBŞ-ın müsтəqilliyi (229-cu ildönümü) ilə bаğlı səfirliкdə кеçirilən тədbirdə işтirак етdim. Екrаndа görünən еyni sifəтlər, еyni üzlər, еyni dillər, еyni sözlər...
    Burada iqtidarla müxalifətin xeyli nümayəndəsi vardı və onlar bir-birləri ilə xeyli dərəcədə sayğılı rəftar edirdi. Yaxınlığımdakı R.Musabəyov despot başçıların əleyhinə bir xeyli danışdı. Onun “dinləyicisi” jurnalist Q.Məhərrəmli ilə mən idim.

    07.07.05
    Abuzər Bakıdadır. Görüşdük. Sonra Nahid, İlyas, Əsgət, Abuzər və mən “Bulaq” restoranına getdik. Bura bizim evə (Biləcəri) yaxındır. Bir xeyli söhbətləşdik, zarafatlaşdıq, dərdləşdik.

    09.07.05
    “Azdrama”da İ.Şıxlının “Ölüləri qəbristanlıqda basdırın” adlı əsəri əsasında rej. R.Almuradlının hazırladığı tamaşaya baxdım. Əsər repressiyadan bəhs edir. Tamaşa əvvəldən sonacan güllələnmə səhnələri ilə “boldur”, doludur. Hadisədən çox hay-küy, güllə səsləri var. Doğrusu, bu tamaşanı uğurlu hesab etmək olmaz.

    12.07.05
    Hava küləkli olsa da istidir.
    Spinoza haqda kitabı həvəslə oxudum (JZL).
    M.Olbrayt Bakıya gəlib. O, iqtidar və müxalifətlə görüşlər keçirir.

    13.07.05.-18.07.05.
    ... Yеni bir pyеsin «lаyihə»si üzərində İşləyirəm.
    ... S.Sveyqi təzədən oxuyuram...
    ... Akad.F.Köçərlinin “40-cı” yas mərasimi oldu.
    ...M.Olbraytın Azərbaycanda görüşləri davam edir.
    Havalar isti keçir.

    19.07.05
    “Neytral zona” adlı bir pyes üzərində işləyirəm. Daha doğrusu, hələlik əsərin ilkin “planını” tutmaqdayam.
    Yəqin ki, tragikomediya olacaq.
    Qızım Güntəkin ali məktəbə imtahan verib 400 bal topladı.
    Oğlum Aqşın komputer kurslarına gedir; oğlum hər işdə özünə qarşı tələbkar və inadkardır.

    21.07.05
    Mərhum şair dostumuz Səyavuş Sərxanlının cümə axşamında olduq. Nahid müəllimlə birgə şairin həyat yoldaşına başsağlığı və təskinlik verdik. Onunla bağlı xatirələri yada saldıq. Hələ 70-ci illərdən tanıdığım Səyavuş şaqraq gülüşlü, zarafatcıl bir adam, istedadlı şair, gözəl publicist idi.Heyif. Səyavuş istedadlı şair, publisist və tərcüməçi idi.

    22.07.05
    АYB-də оldum, sоnrа bir qrup yazar həmkarla «Ulu Bоrçаlı» rеsтоrаnınа gетdiк.Yеyib-içdiк. Ən maraqlısı ısə bu oldu ki, uzun illərin ayrılığından sonra 35 İl əvvəlкi таnışım İlqаr Qоcаnı («Mərhəməт» jurnаlının rеdактоru) gördüm. Еvə gеc gəldim.

    23.07.05
    Rəssam dostumuz Sayad Moskvada yaşayan bir ədliyyə generalın mitinqinə (iştirakçıların hərəsinə 1 “Şirvan” vəd edilir) və Moskvada yaşayan bir tanışın toyuna adam dəvət etməkdədir. Deyir ki, toy pulsuz olacaq.

    25.07.05
    Gündüz AYB-də oldum. Axşam “Bakı-Qazax” qatarı ilə Tovuza yola düşdüm. Xalam qızı Rənanın əri Saqifin “qırx” hüzr yığıncağıdır.
    Nahid müəllim də gəlib çıxdı...

    27.07.05
    Axşam xaloğlu Zahidgildə qaldıq. Səhər tezdən N.H. ilə birlikdə Gədəbəyə yola düşdük. Mərhum A.Hacıyevin qırxında iştirak etdik. Sonra İ.Tapdıqla görüşdük. Gecəni şairin (İ.Tapdığın) bir qohumunun evində- (Özünün dediyinə görə xalanəvəsi) Natiqgildə qaldıq. Qardaşım Fasad bizim gəlişimizi eşidib bir qoyun göndərdi, kababladıq. Gəlişimizin bir məqsədi də İlyas müəllimin 70 illik yubileyini keçirməkdir.

    28.07.05
    Ğədəbəy.
    İlyasТаpdığın 70 illiк yubilеyini şəhərin mərkəzi pаrкındа- аçıq hаvаdа кеçirdiк. Тədbir yахşı кеçdi. Məşhur iranlı qonağımız, cərrah Cаvаd Hеyəт də çıхış етdi. Тədbirdən sоnrа Nаrzаnа gетdiк. Ахşаmı dаyıоğlu Hiкməтlə çох erudisiyalı bir insаn və аlim (filоsоf) оlаn Тоfiq Rəsulоvgildə gеcələdiк. Тofiq müəllimlə ilə gеcə yаrısınа qədər söhbəт етdiк: əsаs mövzumuz müаsir qlоbаllаşmа və fəlsəfənin çağdaş problemləri idi.

    29.07.05
    Кəndə gəldiк. (Həcər, Günтəкin və mən). Bu da Şınıx, İsalı. Mənim ata-baba yurdum...
    ...Hаvаlаr çох gözəldir. Аnаm özünü yахşı hiss еdir, аrаbir ösкürür.

    30.07.05.
    От yığımı. Hаmımız işə girişdiк. Ахşаmüsтü yеni bir pyеsin İlк səhifələrini yаzmаğа bаşlаdım; əlimin аlтındа düz-əməlli каğız yохdur, qeydlərimi əzilmiş şаgird dəfтərinə yazıram.

    31.07.05.
    İlk sətirlərini yazmağa başladığım yеni əsərin şərтi аdı: «Nеyтrаl zоnа». Hadisələr iki ölkənin arasındakı dövlət sərhədində baş verir.
    ...Uşаqlаrı bаşımа yığıb еvimizin qаrşısındакı yüкsəкliyə- Ər dаğınа qаlхdım... Buradan dünyaya bir ənginlik-genişlik açılır. Ər dağından, hətta, ermənilərin yaşayış sahələrini, sərhəddə əlisilahlı gəzişən əsgərlərini də görmək mümkündür. Adam bu yüksəklikdən quş kimi qanad açıb uçmaq istəyir...
    Möhкəm işlədim, 20 səhifə yаzdım. Həcər Şınıxa- bаcısı Nərmingilə (bаcаnаq Rəşidgilə) gетdi...

    01.08.05
    Sürəтlə, lap “ildırım kimi” işləyirəm! Sanki qələm barmaqlarımdan yapışıb buraxmır. Bir gündə “Nüytral zona”dan 20 səhifə yazdım. Bu ki, rekorddur.
    Hаvаlаr çox sərin кеçir.

    02.08.05.
    Burаdа nə rаdiо vаr, nə теlеvizоr; теlеfоnum dа (mоbil) düz-əməlli тuтmur. Qəzет охumurаm. Аyаz biçənəyi biçib, отu dа таyаyа vurdu. Pyesdən yеnə 20 səhifəyə yахın yаzdım. Hadisələr məni çəkib maraqlı bir aləmə aparır.
    Şınıxın cənnət günləri...

    03.08.05.
    Bütün günü yаğış və çisкin...
    Müтаliə етdim. Kiçik kitab rəfindəki «Еlmin gələcəyi» adlı elmi-publisistik əsər хоşumа gəlir, hər il кəndə gələndə onu тəzədən vərəqləyirəm. Orada azad bazar iqtisadiyyatına keçidin ilk mərhələsi lirik dildəə fəlsəfi aspektdə qələmə alınıb...

    04.08.05.
    «Nеytrаl zоnа»nın Birinci hissəsini (pərdəsini) yаzıb bаşа çатdırdım. Pyesin ikinci hissəsindən də bir-iki səhifə yazdım. Bu, janrı etibarı ilə tragikomediya hesab edilə bilər. Əsəri lap tezliklə bitirməк üzrəyəm.
    ...Çох sürətlə və həvəslə işləyirəm. Qələm tutan barmaqlarımın arası suluq оlub, аmmа bunun işə bir dəхli yохdur. İlham atının dördnala çapan vaxtıdır.
    …Gеcələr çох pis yатırаm. Аmmа özümü, əsasən, yахşı hiss еdirəm.
    ...Gündüzlər işləyir, ахşаmlаr qаpıdакı biçənəкdə gəzişirəm. Hаvаlаr gözəl кеçir! Yеri gəlmişкən, кənddə sincаb dеyilən vəhşi hеyvаnlаr аrтıb. Onlar zahirən, ilk baxışda dələyə oxşasalar da dələ deyillər. Xüsusən, ev quşları üçün təhlükəlidirlər. Оnlаr тоyuqlаrа hücum еdir, cücələri məhv еdir. Deyilənə görə, bu yırtıcılar Ermənistan tərəfdən, yaxınlıqda yerləşən Çəmbərək (Krasnoselsk) kəndindən qaçıb gəliblər bura. Təbiətin əsl “təxribatçı” və “gözlənilməyən” qonaqlarıdır.

    05.08.05.
    Bitirdim. Son nöqtəni qoydum. “Nеyтrаl zоnа” bаşа çатdı! İlк dəfədir кi, bеlə qısа zаmаndа (1 həfтədə) belə genişhəcmli pyes yаzıb bаşа vurururаm! Görünür, doğma yerlərin enerjisi də öz müsbət təsirini göstərib...
    Amma burası da var ki, “Nеyтrаl zоnа”nı az qala iki il idi ki, beynimdə "bişirirdim".

    06.08.05.
    Günəşli hаvа! Yuхusuzluğum dаvаm еdir, bеynim yатmır. Bu, məndə təzə hal deyil... Onillərin yuxusuz gecəquşuyam. Yazmaq istədiyim əsərlərin süjeti, hadisələr, personajlar məni daim oyaq və ya ayaqda saxlayır.

    09.08.05
    Hələ dogma kənddə, İsalıdayam. Axşamüstü Bakıdan zəng vurub dedilər ki, qızım Güntəkin Slavyan Universitetinə daxil olub. Güntəkin İngilis dilinə daxil olmaq istəyirdi. Buna görə bir az kədərləndi, hirsləndi. Hətta ağladı… Onu sakitləşdirdik. Dedim ki, qızım, gələcəkdə fakültəni və ya universiteti dəyişmək mümkündür...
    p.s.Amma sonra o sonacan həmin fakültədə oxudu, oxuduğu müddətdə Müəllif Hüququ agentliyində çalışdı, qiyabi təhsil almasına baxmayaraq Universiteti Qırmızı diplomla bitirdi-F.M.

    10.08.05
    Keçmiş Maliyyə naziri Saleh Məmmədov və BDU-nun müəllimi Sabir Məmmədov kənddəki evimizə gəldilər.
    Saleh bəy Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədliyini vermək istəyir. Dedim ki, inciməyin, iki yaxın qohumum öz namizədliyini verdiyi üçün mən indiki halda heç kəsə vəkillik edə bilmərəm. Qardaşım Ayaz öz köməkliyini təklif etdi. Mən hamıya (bütün namizədlərə) uğurlar dilədim.

    11.08.05
    Ayaz sabaha ciddi hazırlıq aparir. Oğlunun (Zəkanın) iki yaşını qeyd edəcəyik.

    12.08.08
    Qardaşım Ayazın oğlu Zəkanın 2 yaşını təntənə ilə qeyd etdik. İştirakçıların hamısı mənim “Teatr meydanı” detektiv romanımın arxasını gözlədiklərini dedilər.

    13.08.05
    Bakıdayam. Bu gün səhər mənimüçün gözlənilməz «sürpriz» -qəmli bir хəbərlə аçıldı: Тələbəliк illərimin əziz yаdigаrı Svетlаnа Əliyеvа (Quliyеvа) rəhməтə gеdib. Bu məlumатı mənə Svетаnın оğlu Nicат vеrdi. Və onu da bildirdi ki, anası son nəfəsdə ona belə deyib: “Nicat, oğlum, tələbə yoldaşım Firuza zəng edib deyərsən ki, mənim barəmdə yazsın”. Mən çox тəəssüflənirdim. Hətta, sarsıldım.
    …Отurub bir yаzı yаzdım: «Unudulmаyаcаq». Yаzını «Кrеdо» qəzетinə (Ə.Хələfliyə) тəqdim етdim.

    16.08.05
    “Lit.Azerb” jurnalında “Qara qutu” (“Çyornıy yaşşik”) pyesim rus dilində nəşr edilib (7-ci sayda).

    18.08.05
    Bazar günü. Vaxtı T.X. ilə keçirdik. “Mirzə” (Tofiqlə öz aramızda bir-birimizə “Mirzə” deyə müraciət edirik). Bir neçə şeirini oxudu. Bəzi “düzəlişlər” verdim.

    20.08.05
    Sveta Əliyeva (Quliyeva) haqda kiçik yazım “Kredo”da çıxdı… Heyif səndən, Sveta…
    Dostumuz Fazil N. Mustafayev və Vahid Ömərovla görüşdüm. Tələbəlik dövründən tanıdığım Fazil bəyin maraqlı mülahizə və mənalı söhbətlərinə həmişə ehtiyac duyuram.

    21.08.05.
    Svетlаnanın хатirəsini аndıq. Тələbəliк dоsтlаrımın bir nеçəsiİlə оnun mənzilində оlduq. (2 аy əvvəl əri Тоfiq də rəhməтə gеdib). Bаşsız qаlаn uşаqlаrınа- Murаdа və Nicата bаşsаğlığı vеrdim. Rənа (Qədirli) mənim «Кrеdо» dа çıхаn nekroloüqvari yazımı охudu. Hаmımız кövrəldiк.

    22.08.05.
    АYB-də оldum. «Liт. Аz-n» jurnаlındаn (№7) 5-6 ədəd аldım. (Оrаdа mənim «Çyоrnıy yаşşiк» (“Qara qutu”) adlı pyesim çıхıb).

    23.08.05
    Müxalifyönlü qəzetlər daha çox AXCP-nin, habelə onun fəalı Ramiz Tağıyevin KQB-ni “tora salmasından”, pat vəziyyətdə qoymasından yazır. Yeri gəlmişkən, indiki MTN naziri (Eldar) mənim keçmiş iş yoldaşım Zinaida xanımın oğludur. Nazirin atası Əhməd müəllim və qızı Ema (Elmira) ilə də tanışam.

    26.08.05
    Bаcım uşаqlаrının (Тоğrul və Таlеnin) şərəfinə (Таlе univеrsiтетə girib) bаnкет оldu. Oglum Аqşin isə təzə işə girib; onun hələ 15 yaşı olsa da yay tətilində işə düzəlib: səhər sаат 7-dən işə gеdir. Еvə 10-11-də gəlir. Dərs əlaçısıdır, amma indidən öz zəhməti ilə yaşamaq istəyir. Belə oğulu kim istəməz ki?!.
    Kazan şəhərinin min illiyi münasibəti ilə MDB üzvü olan 12 ölkənin başçılarının toplantısı oldu. İki prezidentin- İ.Əliyev və R.Koçaryanın görüşü gözlənilir.

    27.08.05
    Bakıda (“Qələbə meydanında”) müxalifətin mitinqi oldu. Siyasi mühacir, keçmiş spiker R.Quliyevin tərəfdarları onun deputat seçilməsi üçün səs toplayırlar. İmzalar təsdiq olunsa da, çətin ki... bu “sevda” baş tuta...

    28.08.05
    “Tac” üçün məqalələr yazıram. “Reytinq”də “arxetiplər”im çap olundu.

    29.08.05
    Keçmiş tələbə yoldaşlarım (5 nəfər)- Tofiq, Saməddin, Kamil, Rafiq və mən Əhmədli qəsəbəsindəki bir restoranda şam etdik.
    Kıprısın keçmiş prezidenti R.Dektaşın oğlu Bakıya gəlib.
    İctimai Televiziya öz yayımına başladı.

    31.08.05
    Bibioğlu Səməndərin qızı Günayın (+Nəriman) toyunda olduq.

    01.09.05 .
    «Таc» qəzetini çаpа hаzırlаyırаm. Çap xərcinin bir qismini T.X. ödəyəcək-özü söz verib.

    02.09.05
    Yаzıçı dоsтumuz Əlibаlа Hаcızаdənin 70-illiк yubilеyini кеçirməк üçün Biləsuvаrа gетdiк. (ƏliBALA MÜƏLLİMİN DOSTU Аlim bəyin mаşınındа- N.Hаcızadə, İ.Таpdıq və mən). Təntənəli tədbir oldu. Evə gecə yarısı qаyıтdıq.

    07.09.05
    Tofiq (Xəlil) yeni maşın alıb. Onu “qeyd etdik”. Sonra tələbə dostumuz Kamillə görüşdük. Daha sonra Kamilin dayısı oğlu Adil öz dostları ilə gəldi. Gələnlərdən biri dedi ki, nə kitab oxuyur, nə televisora baxır, jurnalistlərdən də zəndeyi zəhləsi gedir. Söhbət əsnasında məlum oldu ki, bu “bərkgedən” nazirlərdən birinin qaynıdır.
    Axşam Həcər Tovuza- qohumu Cəbrayıl müəllimin hüzrünə yola düşdü.
    Aqşın işdən gec qayıtdı.

    09.09.05
    “Tac”ın ilk sayı çapdan çıxdı (16 səh.)
    Amerikada baş verən “Katrina” qasırğası nəticəsində minlərlə adam həlak olub.

    11.09.05
    Qəzetləri oxuyur, nəzərdən keçirirəm.
    Seçkilər, dava-dalaş, söyüş-təhqir bir-birini əvəz edir.
    Şəhəri tək-tənha gəzib-dolaşdım.

    12.09.05
    İşdə оldum.
    Məqаlə yаzdım: «Кölgə ədəbiyyатı». Ахı, bizdə кölgə iqтisаdiyyатı оlduğu кimi «kölgə
    ədəbiyyатı» dа vаr.

    15.09.05
    İlk dərs günü. Hava xoşdur.
    “Azadlıq” radiosunda E.Həsənli (İsveçrə) danışdı. Keçmiş həmkarım Hacı Hacılını xatırladım, o da İsveçrədədir. Dünən Əbülhəsənlə (kompüterdə) yazışıb, salam göndərib.
    AXCP-nin qərargahından bomba tapılıb. Amma bu dəfə bombanı AXCP-çilər özləri tapıb.
    Qəzetimizin yazarı Mina Rəşid 50-60 “Tac” götürdü.

    16.09.05
    N.H., bibioğlu Arif (Mahir) ilə birlikdə əmioğlu Eti(bar)gildə olduq, birlikdə şam etdik. Nahid müəllim maraqlı xatirələrini danışdı.

    17.09.05.
    Səhər теzdən Аz ТV-də hеyvаnlаr hаqqındа bir film vеrdilər. Bеlə bir еpizоd хüsusilə mаrаqlıİdi: bəbir cüyürü qоvur. Sürüdə cüyür çох оlsа dа о (bəbir), məhz öz qоvduğu hеyvаnı tutmаq isтəyir; bеləliкdə cüyür «sеlinin» içindən məhz öz оvunu qаpıb pаrçаlаyır. Bəzən həyатdа dа bеlədir: hər bir «vəhşinin» öz оvu оlur.

    18.09.05
    Bazar günü. Şəhəri gəzib-dolaşdım.
    Tv-də teledebatlara baxdım.
    İ.Qəmbərlə Ə.Əhmədovun debatı daha maraqlı oldu.
    “Reytinq” də mənim “Kölgə ədəbiyyatı” yazım çıxıb.

    20.09.05
    Qəzetin qayğıları ilə məşğulam. Türkiyəli dostumuz Hüsnü Qayaya 300 doll. verdim, əvəzində mənə qəzet kağızı verdi.
    T.Xəlii çinli Du Kanla qəzet üçün yüz doll. göndərib.

    23.09.05
    Cümə. Ən gərgin günlərdən biri. Qəzetin səhifələnməsi, çapı, mətbəədən götürülməsi...
    Tələbə yoldaşımız Svetlananın “40”-ı günü keçirilən yas məclisində olduq. Gül alıb (Sadəgül, Heyran, Sədaqət) qəbristanlığa getdik, məzarının üstündə yasin oxutduq, gül dəstəsi qoyduq…
    Axşam orta məktəb yoldaşım Sakitin oğlunun toyunda iştirak etdim.
    Çox yorğunam.
    Gün belə keçdi.

    24.09.05
    İlyas Tapdıq ilə qəzeti mətbəədən götürdük. Qəzetdə onun da şeirləri dərc edilib.
    Sonra Moskvadan gələn Abuzərlə görüşdüm. O, İlyasdan inciyib nəyə görəsə.

    26.09.05.
    İş. Sоnrа nəşriyyат. Аbuzərlə görüşdüк. О, «Таc»ın sаhibi (pатrоnu) оlmаq isтədiyini bildirdi. Mən rаzılаşdım.
    Sоnrа «Şır-şır» rеsтоrаnınа gетdiк. Əsgər, Аbuzər, Nаhid və mən. Evə gec gəldim. Gеc də yатdım.

    27.09.05.
    АYB-də оldum. Ədаləт Ə., H.Еlçin, Т.Аbdinlə çаy içdiк. Ədаləт Göyçаydа Аnаrın təbliqat kompaniyasının gedişindən, Еlçin yеni rоmаnındаn, Тоfiq «Prаqа» rеsтоrаnındаn dаnışdı.
    …Abuzər bizə gəld. Söhbətləşdik…
    Ayaz kənddən zəng vurub, Saleh bəyin seçki kompaniyasından danışdı.

    30.09.05
    İşdən sonra Abuzərlə görüşdük. O, “Tac” qəzetinə şeflik etmək istədiyini bildirdi. Mən razılaşdım. O, söz verdi ki, həm qəzetin maliyyə xərcini, həm də əməkdaşların maaşını təmin edəcək. Hətta, müəlliflərə qonorar verəcəyini də vəd etdi.
    Axşam Nahid, Əsgər, Abuzər və mən “Şır-şır” restoranında olduq.
    Evə gələndən sonra yazı-pozu ilə məşğul oldum.
    Gec yatdım.

    01.10.05
    Həcərlə birlikdə Aqibətin qızının toyunda oldum. Moskvadan gəlmiş Vaqiflə bir masa arxasında əyləşdik. Bir qədər “hazırlıqlı” qohumum (Həcərin əmisi oğlu) Nazim Hüseynli mənə “ilişdi”. Mən də cavabsız qalmadım. O, sonra əl uzadıb guya zarafat etdiyini dedi.
    Man zahirən çox sakit adam təsiri bağışlasam da (hamı belə deyir), əslində çox emosionalam. Bir çox hallarda kimlərisə (çox vaxt haqlı yerə) acılasam da, sonra daxilən çox əzab çəkirəm. Susmaq qızıl olsa da... susa bilmirəm.

    02.10.05
    Bir nəfər gələcək “alimin” avtorefaratını redaktə etdim. “Sağ ol” deyib getdi. Halbuki bu cür işlər üçün qonorar verməli idi. Söz deməyə üzüm gəlmədi.

    03.09.05
    İşdə oldum.
    Axşam journalist, keçmiş iş yoldaşı Bəyalı Rzayevin oğlunun toyunda iştirak etdim.

    04.10.05
    “Qara qutu”nu Gənclər teatrında tamaşaya hazırlayan gənc rejissor Kamran Qasımovla görüşdüm. Kamran əvvəllər mənim bir hekayəm əsasında film də çəkib (“Marsdan telefon zəngi”).
    (p.s.
    Buradaca qeyd edim ki, “Qara qutu” pyesinin qəribə taleyi oldu. Nəyə görəsə (hər halda mənə məlum olmayan səbəbə görə) bir müddətdən sonra əsəri teatrın baş rejissoru Hüseynağa Atakişiyev özü hazırlamağa başladı. Əsərin məşqləri başa çatarkən əziz dostumuz H.A. rəhmətə getdi. Tamaşanın yekun məşqlərini Sərvər Əliyev apardı. Premyerada yeni təyin olunmuş Mədəniyyət Naziri Ə.Qarayev də iştirak etdi. Yaxşı bir tamaşa alınmışdı).
    ...Aktyor Tariyel Qasımov dedi ki, “Əqrəb bürcü” əsərini özü tamaşaya hazırlamaq və orada rol oynamaq fikrindədir.
    ...AzTv-dən tanıdığım rejissor İradə xanım zəng vuraraq dedi ki, “Müqəvva” monopyesini hazırlamaq istəyir. Baş rolu Firəngiz Mütəllibova oynayacaq. Rejissor xanımın dediyinə görə çəkilişi Az.TV aparacaq. Maliyyə məsələsi teleşirkərin boynunadır. Sədr Nizami Xudiyev və Baş redaktor razılıq verib.
    (p.s.
    Qeyd. Pyeslərimlə bağlı neçə-neçə layihələr kimi, sonralar bu layıhə və istək də baş tutmadı. Hiss etdim ki, Tv-dəki “maliyyəçilər” sözlərinin üstündə durmadılar-F.M.).

    06.10.05
    Şаir Rаmiz Qusаrçaylı mənə ”Tac” qəzeti üçün öz yеni şеirlərini vеrdi...
    ...Təsadüfən rastlaşdığım Məmməd Muradla (Murad Baykal) xeyli söhbət etdim. Onunla elə bir yaxınlığım, dostluğum olmayıb. Amma insaf naminə desək, 90-larda Az.Tv-də bir xeyli islahatlar aparmışdı.
    ...К.Кələnтərli, А.Аbdulla, Ə.Sаlаhzаdə və mən birliкdə nаhаr етdiк. Abbasın yaddaşı bir az zəifləyib, Ələkbət azdanışan adamdır. Məclisə öz söhbətləri ilə “bəzək” verən, əsasən, Kələntərdir.

    08.10.05
    Qəzetin (“Tac”) yayımı və yeni materialların yığımı ilə məşğulam.
    Qəzetlərin yazdığına görə, seçkidən narazı olanlar mitinqə hazırlaşırlar.

    09.10.05
    “Qələbədə” izdihamlı mitinq keçirildi. Mitinqin “minivariantı”, təsadüfən oradan keçəndə gördüm ki, “Tarqıvı” küçəsində də davam edir.

    11.10.05
    Qəzet qayğıları ilə məşğulam.
    Pakistanda baş verən zəlzələ zamanı 40 minə yaxın adamın məhv olduğu bildirilir.
    ...Keçmiş spiker (R.Quliyev) bəyanatla çıxış edib və ayın 17-də Bakıya gələcəyini bildirib.

    13.10.05
    Şəhərdə sanki FV elan edilib. Hər addımda yaraqlı hərbçi və polislər gözə dəyir. Yəqin ki, bu yaraq-yasaqlı adamlar R.Quliyevin gəlişinə “hazırlaşırlar”.

    14.10.05
    Dünən biznesmen G.Təhna ilə görüşdə iştirak edən Nahid Hacı üstüörtülü mənə pulsuzluqdan şikayət etdi. Ona 10 “şirvan” qonorar verdim.

    16.10.05
    Bazar günü. T.Məsimovla görüşüb şəhərdə gəzişdik. O, indi şəhər meriyasında işləyir və öz mürini cani-dildən tərifləyir. Görünür, həyatın tələbi budur-gərək əməkdaş öz müdirinə sadiq olsun.

    17.10.05
    Şəhərin müxtəlif hissələrinə səpələnmiş polis və əsgərlər ayıq-sayıdırlar. Onlar R.Quliyevin “gəlişini” gözləyirlər. Amma gözlənilən adam gəlib çıxmadı. Onun gəldiyi təyyarə Simferopolda eniç etdi.
    ...Qardaşım Ayaz kənddən Gəncədən gəlib.

    18.10.05
    ...Keçmiş maliyyə naziri Fikrət Yusubov həbs edildi. Onun müdafiə komitəsinə keçmiş həmkarı S.Məmmədov başçılıq edir.
    ...Müstəqillik günü solğun qeyd edildi.

    19.10.05
    İşdən sonra N. H.-nin yanında, yəni iş yerində oldum. Demək olar ki, axşamacan söhbətləşdik. Yazıçı S.Alışarlı da bizimlə birlikdə idi. Müxtəlif mövzularda söhbət etdik, xatirələrimizi bölüşdük.
    ...İqtisadiyyat naziri Fərhad Əliyev və onun qardaşı həbs olunub.

    20.10.05
    Səhiyyə Naziri Əli İnsanovun həbs edildiyi bildirilir.
    R.Quliyevə Simferopol məhkəməsi bəraət verib… Və Rəsul deyəsən geri dönməli olub.

    21.10.05
    Qəzetlərin baş mövzusu Ə.İnsanov və F.Əliyevin həbsi məsələsidir.
    Artıq dörd keçmiş nazir həbsdədir: Əli İnsanov, Fikrət Yusubov, Nicat Quliyev, Fərhad Əliyev.
    ...Qəzetin satışı ilə bağlı artıq dörd firma ilə müqavilə bağlamışam: “Metro-servis”,, “Qasid”, Azərmətbuat”, “Qaya”.
    ...İşdən sonra tanış jurnalistlərlə (Salar Aslan, Mübariz Hümbətoğlu, V.Xramçaylı) ilə şam etdik.
    Yorğunam.

    22.10.05
    Nobel mükafatının bu ilki laureatı ingilis dramaturqu Harold Pinter oldu. Tanış imzadır. Tanınmış dramaturqdur. Əsasən “absurd” yazır. O, həm də, insan haqları (xüsusən yazıçıların) hüququnun müdafiəçisi kimi tanınır.
    ...Nəhayət “Tac” satışa çıxdı.

    23.10.05
    “Tac” ilə məşğulam. Aktrisa Gülçöhrə məndən monopyes istədi.

    25.10.05
    Abuzər Moskvadan gəldi. Əsgərgilə getdik.
    ...”Tac” haqda ilk sədalar gəlməkdədir.

    26. 10.05.
    Təzəlikcə satışa çıxarılan “Tac”la bağlı artıq хоş sədalar gəlməkdədir. Mən çalışacağam ki, sırf ədəbi-bədii bir qəzet çıxarım. Əlbəttə, çox şey maliyyə imkanından asılıdır...
    SU-nin rektoru tələbələrin hamısının iqtidar partiyasına keçməsini tələb edib.

    22.10.05
    Tuthatudur. Amma insafən, daha çox yeyib-harınlamışları tuturlar.
    Bir neçə gün öncə “kimya naziri” F.Sadıqov, bu günsə EA-nın prezidenti E.Salayev həbs edilib.

    01.11.05
    Deputatlığa namizəd Qeyrət Quliyev rəhmətə gedib.
    Deputatlığa namizəd Nizami Xudiyev (Az.Tv sədri) qəzya düşüb.
    R.Arifoğlu “ANS”-də alovlu çıxış etdi.
    Rəsul Quliyevin “dəstə üzvləri” həbs olunmaqda davam edilir.
    …Məmmədbağır Bağırov və Bürcəli Əsgərov vəfat edib.
    …Nəşriyyatda qəzetin çap işi ilə məşğulam.

    02.11.05
    Ayaz zəng edib dedi ki, Saleh Məmmədova seçki kompaniyasında kömək etdiyinə görə Fasadı işdə sıxışdırırlar. Dedim ki, ehtiyatlı olun.
    ...Tofiq Köçərli ilə görüşdük. Qardaşı F.K. ilə bağlı xatirələr kitabının planını “cızdıq”.
    ...Rejissor Ağakişi Kazımovla görüşüb söhbətləşdik. O, mənim pyesimi Azdramada hazırlamaq niyyətindədir.

    04.11.05
    “Azərbaycan” jurnalının 9-cu sayını aldım.
    İsa Hüseynovun (Muğanna) “Şinel” hekayəsini, Qorxmaz Quliyevin “Postmodernizm” məqaləsini oxudum.

    06.11.05
    Seçki günü.
    Müxalifət mətbuatı daha çox seçki saxtakarlığından yazır. İqtidar qəzetləri isə ideal seçkilərin keçirildiyini bildirir, onu tərənnüm və tərif edir.

    08.11.05
    “Tac”ın yayımı və yeni materialların yığımı ilə məşğulam. Qəzetlər daha çox seçkidən yazır.

    09.11.05
    “Qələbə” meydanında etiraz mitinqi oldu.
    Haşiyə. Bilənlər bilir, mən 1980-ci ildə 4-5 ay “Qələbə” k/t-nın icraçı direktotu olmuşam. Hər ay planı 300-400 faiz yerinə yetirdiyimə görə məni sıxışdırırdılar. Çünki digər k/t-da planı 70-80 faiz doldururdular, zira qalan pullar direktorların və “əlaqədar təşkilatların” yuxarı mənsəbli məmurlarının cibinə gedirdi.

    10.11.05
    Abuzər Bağırov qəzetin nəşri üçün 500 dollar pul verdi. O, bir daha qəzetin rəhbəri olmaq istədiyini, onun xərclərini bundan sonra öz üzərinə götürəcəyini dedi. Söz verdi ki, qəzetin həftədə bir dəfə çıxacağına zamindir. Dedim ki, “kor nə istət, iki göz...” Amma nədənsə bu vədlərin gələcək reallığına inanmıram...
    Axşam “Şır-Şır”da nahar etdik. Əsgər, Ramiz, N.H., Abuzər Nahidlə yüngülvari mübahisə etdi...

    14.11.05.
    Qəzetlə (“Tac”la) məşğulam. Seçkidən sonra üç rayonun icra başçısı (Sabirabad, Suraxanı, Zaqatala) işdən azad edilib. Seçki saxtakarlığına görə. Gəncədən jurnalist Əhməd İsayev gəlmişdi, Nahid Hacızadənin yanında görüşüb xeyli söhbət etdik.
    Rus alimləri akademik Eldar Salayevin həbsdən azad edilməsini xahiş və tələb edir. Hələ bir xəbər yoxdur.

    11.11.05
    Nəşriyyatda oldum. İ.Tapdıq və N.H. ilə görüşdüm. İlyas müəllim həmişə olduğu kimi, R.Rza haqda dolaşıq fikirlər sərgilədi. Əvvəlcə onu dolayısı ilə tənqid edən şeirini, sonra isə ona həsr etdiyi tərifnaməni oxudu. Bundan sonra H.Arif ilə başlarına gələn müxtəlif maraqlı hadisə və macəraları danışdı.

    14.11.05
    Qəzetlə məşğulam.
    ...Seçkilərdən sonra üç icra başçısı işdən azad olunub (Sabirabad, Suraxanı, Zaqatala).
    ...Gəncədən jurnalisy Əhməd İsayev Nahid müəllimin yanına gəlmişdi. Cəmiyyətdə baş verən kataklizmalardan danışdıq.
    ... Rus alimləri EA-nın keçmiş ptezidenti, akademik Eldar Salayevin həbsi ilə bağlı etiraz notası veriblər.

    18.11.05
    Qəzetin şapdan çıxan günüdür. Səhər s.10-dan axşam s.23-ə qədər nəşriyyat və mətbəədə oldum.

    20.11.05
    Rəssam Sayadın emalatxanasında nahar etdik.
    ...Başımda eyni vaxtda bir neçə əsərin süjüti dolaşmaqdadır.

    21.11.05
    Gündüz nəşriyyatda, axşam isə iş yoldaşımız İlhamın (+Sevil) Sumqayıtda toyunda olduq. Şən bir məclis keçdi.

    22.11.05
    Səhər tezdən qardaşım Ayaz bizə gəldi. Moskvaya getmək istəyir.
    Axşam Sayadla Rita adlı yaxşı tanımadığım xanımın ad günündə olduq. Orada Tona, Samir, Çingiz, Mikayıl adlı yeni tanışlarlar bizimlə bir masada əyləşdilər.
    ...Əslində sevindirici bir şey yoxdur.
    Həyat bomboz bir rəngdə boğulmaqdadır.

    23.11.05
    Toylar... Yaslar. Bir-birini izləyən fenomenlər.
    Bu gün T.X.-in bacısı oğlunun (Eldarın oğlunun) Talıbın (+Aynurə) toyunda oldum.

    24.11.05
    Bu gün də toyda oldum. Bibioğlum Qaraxanın (mədhum İsanın) oğlu Eminin toyunda oldum.

    25.11.05
    Bu gün GT-da E.Hüseynbəylinin “Herostatı unutmayaq” tamaşasına baxdım.
    Qızım Güntəkinin telefonunu avtobusda çantasından çıxarıblar. Həmin telefonu anası ona bu il Slavyan Univ-tə qəbul olunduğuna görə hədiyyə almışdı. Nə etməli? Deyəsən, məmləkətdə oğruların sayı doğrulardan daha çoxdur. Aşağıdakılar kiçik oğurluqla, ortadakılar orta çırpışdırma, yuxarıdakıların əksəriyyəti isə irimiqyaslı talanla məşğul olurlar.

    26.11.05
    Deyilənə görə “Qələbə”də böyük mitinq keçirilib.
    Oğlum Aqşın mitinqin ön sıralarında olub. O, bu “tədbirə” məndən xəbərsiz gedib. Cəmi 15 yaşı olmasına baxmayaraq ictimai həyatda fəaldır. Onun üz-gözü və kürəyi tamam qançırdır. Dubinka və təpıklə vurublar. Amma “təslim” olmayıb, yerə uzanmayıb.
    Əlbəttə, mən bir ziyalı kimi oğlumun başqa bir sahədə- elmdə “inqilabçı” olmağını istəyirəm. Axı, o, buna hazırdır da- fənnlərin hamısınan əla qiymət alır.

    27.11.05.
    “Dəniz köçü”nü Azərbaycan və rus dillərində çap etdirmək istəyirəm; son redaktəni edəndən sonra nəşriyyatda “səhifələtdirdim”; yəqin ki, yüz nüsxə çıxarmağa zorla gücüm çatar.

    28.11.05
    Aqşin bütün günü qusdu, qatardı, ağrılar onu yatmağa qoymadı. ... “Yeni Müsavat” qəzetinin üz qabığında belə bir mənzərə var: hamı yerə uzadələb, bir nəfərsə ayaq üstə duraraq yumruğunu düyünləyib-bu, Aqşindir.
    Günortadan sonra təsadüfən Şamaxı rayonuna gedəsi olduq. (Səyyaf, Pünhan, Mehman və mən). Orada Laçın rayonundan olan qaçqının toyu idi. Çiçək adlı qadın öz övladına toy edirdi. Mən də toy sahibinin israrından sonra bir-iki kəlmə söz dedim.

    1.12.05
    “Morskoye koçevye” (rusca) çap olundu.
    ..Ayaz Moskvaya getdi.
    ...Pulum qurtarıb. 1-2 günə maaş olmalıdır.
    ...MN-dən köhnə tanışım Mübariz Həmidov zəng vurub dedi ki, “Adsız” pyesim gələn il (rusca) dövlət hesabına tamaşaya qoyulacaq.

    05.12.05.
    Maaşımı aldım.
    ...Mahnı Teatrının səhnəsihdə Şuşa teatrının hazırladığı “Anlaşılmazlıq” tamaşasına baxdım. Rejissor əlindən gələni etmişdi. Amma mənə elə gəlir ki, bu, mənim sevdiyim yazıçı və filosof A.Kamyunun zəif əsərlərindən biridir. Süjet də bəsitdir: bacı tamahkarlıq edib varlanmaq naminə qardaşını öldürür...Sonra isə- məsələnin üstü açıldıqdan sonra- iztirab, göz yaşları, iniltilər... Əsərin fabulası və sonluğu elə əvvəldən “görünür”. Bu cür “melodramik quramalar” elə öz ədəbiyyatımızda da istənilən qədərdir.

    07.12.05
    MN-dən dedilər ki, bu il Gəncə Poeziya Teatrında tamaşaya qoyulmuş “Tıxac” pyesinin qonorarını verəcəklər. Pul indi mənə çox lazımdır-yeni kitabımı nəşrə hazırlayıram.

    08.12.05.
    Mədəniyyət Nazirliyinə dəvət etdilər. “Tıxac” əsərinin (Gəncədə oynanılıb) “müqaviləsinə” qol çəkdim; yəqin ki, qonorarı yeni iləcən verərlər.
    Hər ilin sonunda MN məni qismən də olsa çətin “situasiyadan” çıxarır, heç olmasa yazı-pozuda istifadə etdiyim qələm-kağızın haqqını ödəyir.

    09.12.05.
    Yazıçı Əlibala Hacızadənin 70 illiyinin rəsmi hissəsini EA-da, “bədii” hissəsini isə “Fərid” şadlıq evində qeyd etdik. Mən öz çıxışımda Əlibalanı daha çox maraqlı bioqrafiyası olan bir insan kimi səciyyələndirməyə çalışdım.

    10.12.05.
    Şənbə. Akad. Tofiq Köçərli zəng vurub mənim redaktorluğumla çıxan “Tac” qəzeti barədə öz fikirlərini bölüşdü. Yesenindən etdiyim tərcümələri bəyəndiyini bildirdirdi və dedi: “Mən Yeseninin Bakıda sevdiyi qızın adının Şahanə olduğunu sənin tərcüməndən bildim. Mən onu həmişə rusca oxumuşam. Elə ona görə də həmin xanımın adı yadımda “Şaqane” kimi qalıb. Yesenin mənim sevdiyim şairdir.” Və sonra T.K. Yeseninin Şahanəyə həsr etdiyi şeirlərdən birini şövqlə rusça əzbərdən deməyə başladı. O, şeiri deyib qurtarandan sonra mən zarafatla dedim: “ Tofiq müəllim, bəs qorxmursunuz ki, Laya xanım sizin bu cür sevgi seiri oxumağınızı eşidib şübhələnər?” O, gülüb zarafata zarafatla cavab verdi: “Yox, eşitməz. Uzaqdadır...Mətbəxdə məşğuldur”...
    Hər ikimiz güldük...

    11.12.05
    Arada başqa dillərdə işlənən, bir çoxu “deformasiyaya uğramış”, dəyişmiş, amma öz ilkinliyini qoruyub saxlamış türk sözləri ilə maraqlanıram.
    Köhnə lüğətlərə baxıram. Rus dilindəki at növlərinin adı diqqətimi çəkir. Məsələn: loşad, merin, karakovıy, çalıy, tarpan, tabun, kobıla. Əslində hamısı tanış sözlərdir. Amma gərək tarixi “eşib” həqiqi olanı üzə çıxarasan.
    Və yaxud rus dilində köhnə, qədim minik növləri:
    çeprak, çember, mundminik, orçak,arkan, arba,teleqa, ibitka, qozala.
    Bu və digər sözlərdən türk dilinin açıq-aşkar “ətri” gəlr.

    12.12.05
    Yenə qədim türk sözlərinin “üzünün” “tozunu” silirəm:
    Yasa, tamğa, tamojnaya, yam (poçt yolu), surquş, kazna, kazino, kabala, yarlık, altın, tovariş (davar+iş), san (ad-san), oçaq, divan, kirpiç, utyuk, bulat, çuqun, fonar, yurt, şater (çadır), paşa (rütbə), kuşak (qurşak), kunak (qonaq), kaymak, pilov,djiqit, katır (qatır), sepetka (səbət), naris, ataman, balaqan, balamut, turqan (duran, balıq tutmaq üçün), yarıka (balıq toru), atlasnıy, sobol, izumdud, kumaş, yepança(yapıncı), qanavus (kanaus), sunduk (sandıq), esaul (yasavul), alıy (al, qırmızı), arkan (örkən), şarovar (şalvar), arbuz (qarpız), xinjal (xəncər), gil (qlina), barak (paraq), buran (boran), laçuqa (alaçıq), bakaleya (baqqaliyyə), şakal (çaqqal), barsuk (porsuq), şafran ( zəfəran), şater (çadır), boqatır (bahadır), balvan (pəhləvan), kazino (xəzinə), durman (dərman), karavan (karvan), kolenkor (qələmdar), calendar (qələndar), karandaş (qaradaş), soroka (sarıq), altabaz (altınbez), kiosk( köşk), klarnet (qaraney), balalaika (balalay), şerenqa (çərək, cərgə), saray (saray, pəyə), kanquk (qırmanc, qamçı), yarlık( yerlik), mramor (mərmər), sandal (şamdan), mişen (nişan, mişan), kariy (qara), karmazin (qırmızı), kolpak (qapaq), çuyka (çuxa), badrijan (badımcan), xalat, başka (daş), karaul (qaraqul), bez alabirnıy (qayğısız, ərsiz), alaberdovşik ( silahlı), maqarıç, yasaçnıy (qanun güdən), kaftan (qofta), dudka (tütək), şeptala (şaftalı), kalança (qalaça), başıbuzuk (başıpozuq, əsgər), nabat (növbə), bataqa (vətəgə), kulak (qul ağacı, yumruq), katorqa (qatır dəsrəsi), taran (tarmar), çerpak (çömçə), başnya ( qüllə, baş), sitovıy (çit), çayka (çay quşu), qroş-quruş, maydan-meydan, balık, kayak, karqa, izyum, balçuk (palçıq), kurqan, buza (buz kimi sərin içki), tyurma (durma yeri, məhbəs)… və sair.
    İlahi, nə qədər sözlərimiz başqa dillərin bəzəyi olub. Yox, qısqanmıram. Əksinə, fəxr edirəm.
    (P.S. Sonralar bu maraq məni qalın bir kitabı yazıb başa çatdırmağa təhrik etdi. Həmin əsər rusca çıxandan sonra tez, sürətlə də yayıldı: “Sto turkskix etnosov” (“Yüz türk etnosu”).

    15.12.05.
    Axşam rejissor Vaqif Azəryarın festival üçün hazırladığı “Musiqili məktublar” tamaşası “İbrus” teatrının səhnəsində oynanıldı. Əsərdə Şuşa teatrının aktyorları oynayırdı. Mən əsəri monopyes kimi yazmışam; amma tamaşada dörd aktyor iştirak edirdi. Müəyyən kəm-kəsirlərinə baxmayaraq tamaşa yaxşı alınmışdı. Ümumiyyətlə Azəryar fantaziyası geniş olan rejissordur.

    24.12.05.
    Yağış. Külək. Bu “boz” havada səfərə çıxdıq; səfərimizin məqsədi isə şair Oqtay Rzanın 70 illiyini qutlamaqdan ibatət idi...
    Yubiley qaydasında keçdi. Tədbir iştirakçıları yolboyu (həm gedən, həm də qayıdanbaş) zarafat edir, şeirləşir, deyib-gülürdülər...
    Yolda əyləndiyimiz yeməkxanada O.Rza özünün “Maral inək” şeirini dedi. Sonra onun yazılma tarixi və səbəbini xatırlayıb kövrəldi. Atası 37-ci il repressiyasının qurbanı olmuş Oqtaygilin ailəsini o ağır günlərdə indi şairin xatırlayıb təsvir etdiyi Maral inək aclıqdan xilas edibmiş...
    “Ədalət” qəzetindəki müsahibədə Tariyel Qasımov mənim “Əqrəb bürcü” əsərimi tamaşaya qoymaq istədiyini qeyd edib. Qəzetin elə həmin sayında T.Abdin teatr festivalı üçün hazirlanmış əsərlər barədə məqalə yazıb. Müəllif “Musiqili məktublar” barədə də söz açib, tənqidi qeydlərini bildirib. Çox təəssüf ki, dostum T.A. teatrda şərtilik qanununun olduğunu unudub; o, səhnədə yataq otağına girən obrazın öz ayaqqabılarını nə üçün soyunmadığını qüsur hesab edir.(?) Mən , əlbəttə, xoş niyyətlə yazılan tənqidi qeydlərdən qətiyyən incimirəm və belə hesab edirəm ki, elə T.A. də məqaləni məhz bu niyyətlə yazıb. Məni məqalədə təmin etməyən bircə şey var: başdansovduluq, pintilik. Məqalə qrammatik, orfoqrafik, stilistik... səhvlərlə doludur.

    26.12.05
    MN-də oldum. “Tıxac”ın qonorarını aldım. Pulun yarıdan çoxu vergiyə, qonaqlığa, dostların nəfinə xərclənib getdi.

    30.12.05
    İşdə (EA-da) Yeni ili ollektiv şəkildə qeyd etdik. Evə dostumuz Dilqəm İsmayılovun arabasında gəldim.

    31.12.05
    Bütün günü evdə oldum. Axşam qonşumuz olan qaynım Mahirgilin evində Yeni ili birgə qarşıladıq.
























    2006

    01.01.06
    Bütün günü evdə oldum. Mütaliə etdim. Adətən bir neçə kitabı eyni vaxtda oxuyuram. Elə eyni vaxtda bir neçə əsəri paralel yazdığım vaxt da az olmayır.

    02.01.06
    Ayaz Moskvadan zəng vurdu. Dedi ki, Abuzər ayağını sındırıb. Mən də Abuzərə zəng edib təsəlli verdim, “keçmiş olsun” dedim.
    ...A Çexovu təzədən oxuyuram. Onun çox gözəl, zərif nəsri var.. Amma dünyanın az qala hər bucağında oynanılan pyesləri mənə “çatmır”, məni qane etmir. İndi deyə bilmərəm Çexova münasibətdə mənmi səhv edirəm, yoxsa dünyamı...

    04.01.06
    İş yoldaşım Vahid Ömərlə “Yeni təhsil layihəsi”ni işlədik.

    05.01.06
    Günorta Lökbatana getdim. Ötən il aldığım torpaq sahəsinin sənədlərini düzəltmək istədim. Heç nə alınmadı. Belə getsə bu torpaq mənə qismət olmayacaq.

    06.01.06
    “Avropa” hotelində Əlibala Hacızadənin əsərlərinin 10 cildliyinin təqdimatı oldu. Sponsor Rusiyalı iş adamı Gülağa Tənhadır.

    07.01.06.
    ...Axundov kitabxanasında oldum. Qəzet-jurnalları nəzərdən keçirdim.
    ...“Ulduz”un 12-ci sayında “Dəniz köçü” povesti çap olunub. Red. E.Hüseynbəyli həmin saydan birini mənə verdi.

    09.01-10.01.06
    ...Qurban bayramı olduğu üçün iş günləri deyil.
    ...Anam bizdədir. O, sistemli təhsil almasa da əsl ensiklopediyadır. Şahidi olduğu bütün hadisələri təfsilatı, dəqiqliyi, tarixi, az qala rəngləri ilə danışır.

    11.01.06
    “Ulduz” jurnalı redaksiyasında “Dəniz köçü”nün dərc edilməsini xudmani qaydada “qeyd” etdik.

    12.01.06
    Bibinəvəsi Ayxan (Aydın İbrahimovun oğlu) 5 saylı xəstəxanadadır. Ona baş çəkdim. Vəziyyəti çox ağırdır.
    Həcər böyük qardaşı (mənim qaynım) Mahirin qızının (Arzunun) oğlan toyunda oldu. Mən bir qədər nasazam.

    13.01.06
    T.X. ilə müğənni olmaq istəyən xanımın (Hökümə) musiqi duyumunu yoxladıq, səsinə-ifasına qulaq asdıq.
    ...Bibinəvəsi Ayxana baş çəkdim. Yaxşılığa doğru bir şey hiss olunmur dedilər.

    14.01.06.
    Bibinəvəsi Ayxan keçindi. Onun cəmi 32 yaşı vardı, hələ ailə qurmamışdı. Möhkəm bədənli, yüksək dərəcəli idmançı idi. Mən onun xətrini çox istəyirdim. Mənə “dayı” deyərdi. Dünən xəstəxanaya gedib yoluxmuşdum. Onun valideynləri- A.İbrahimov və N.Köçərli uzun illər Az.TV-də telejurnalist işləyiblər...

    15.01.06
    Bu gün qohumumuz Ələddin müəllimin (bioloq alim) “yeddi” yas mərasimində olduq.
    Axşamüstü T.Xəlil, Ə.Əsədzadə və Eldar adlı şəxslə (Ekologiya nazirliyinin əməkdaşı) birlikdə şam etdik.

    16.01.06.
    Rej. Ağakişi Kazımovun 70 illik yubileyini Aktyor evində qeyd etdik.
    Bəstəkar A.Məlikov MN-nin ünvanına kəskin ittihamlar söylədi...

    17.-19.01.06
    İlk qar yağdı.
    Güntəkin bütün semestr imtahanlarını “əla” ilə başa vurdu.

    22.01.06
    Axundov kitabxanasında oldum. Orada köhnə tanışın Füzuli Sərkaroğlu (Mənsuri) il rastlaşdım. Bəlkə də 20 ildən çox idi ki, görüşməmişdik. Məndən pyeslər kitabı istədi. Söz verdim ki, çatdıraram.

    23.-27.01.06.
    Qar. Şaxta. Gözəl, narın qar yağır.
    Gecələr şaxta olur. Şəhərin üstünə sanki ağ “mələfə” çəkilib; bu, kəfənə də bənzəyir,
    həkim xalatına da...
    Qəzetlər daha çox şəhər merinin ələ keçmiş “dəlilk kağızından”, AŞ-nın çıxartdığı ədalətsiz qərardan, Nardaranda baş verən hadisələrdən yazır.
    “Qara qutu” adlı pyeslər kitabımı nəşrə hazırlayıram. Naşirlə danışmışıq, çap xərcinin bir qismini sonra verəcəyəm.

    30.01.06.
    “Aktyor evi”nə (DGT burada yerləşir) getdim, Hüseynağa Atakişiyevlə görüşdüm. “Qara qutu”nun məşqləri gedir.
    P.Bülbüloğlu mədəniyyət naziri vəzifəsindən azad olunub Rusiyaya səfir, Ə.Qarayevsə onun yerinə nazir təyin edildi.

    10.02.06
    Nahid Hacızadənin 70 illiyi ilə bağlı məqalə qələmə almışam. Axı bu il ilin martında onun “yuvarlaq” yubileyidir. Hələ ilk cümlə yazılıb.

    14.02.06
    Elçin Hüseynbəylinin yeni kitablarının təqdimetmə mərasimində iştirak etdim. Tədbiri Anar açdı, Rəşad Məcid idarə etdi. Mən də çıxış etdim.

    15.0.206
    Baş Kitabxanamızda (M.F. Axundov ad. Kitabxanada) oldum. Kamil Vəli, Lətif, M.Köhnəqala, Rasim Qaraca ilə müxtəlif mövzularda diskussiyalar oldu.

    18.02.06
    Bu gün ad günümdür. Artıq dediyim kimi, sənədlərdə müxtəlif tarixlər göstərilir. Amma möhkəm yaddaşı olan anamın səhih və dəqiq məlumatına görə fevralın 18-də doğulmuşam.
    Hər il olduğu kimi bu günü yenə “səssiz” qeyd etdim və hər il olduğu kimi köhnə qonşum Tahir Şirvanlı zəng vurub təbrik etdi.

    26.02.06.
    Xocalı faciəsinin 14-cü ili...
    Bütün günü kitabxanada oldum. Oxunmamış hələ nə qədər kitab var. Amma ömür çox qısadır.

    27.02.06
    Aydın Dadaşova, Bədirxan Əhmədova, Mübariz bəyə və Kəmalə xanıma (GTT) yeni kitabımı verdim.

    28.02.06
    Yolum “Hökumət evi” tərəfə düşdü. AKİ-yə baş çəkdim. Yazıçı R.İbrahimbəyova, aktyor R.Balayevə, rejissor Kamran Qasımova yeni kitabımı verdim.
    … “Morskoye koçevye” kitabının satışından 17 “şirvan” pul aldım.

    02.03.06
    Jurnalist Elmar Hüseynovun qətlinin bir ili tamam oldu.
    …AYB-də oldum. A.Abdulla və Ə.Salahzadə ilə birlikdə nahar etdim. Abbas bir çox həmkarlarının ona diqqətsizlik etdiyindən şikayətləndi.
    … Anar, A.Əmrahoğlu, R.Məcid yeni pyeslər kitabıma görə məni təbrik etdilər.
    Axşamüstü aktyor Sabir Məmmədovla görüşdük, ona da kitab təqdim etdim.

    03.03.06
    N.H.-nin gözlənilən yubileyinə Nəşriyyat yaməkxanasında start verdik.
    ...Ağamusa Axundova yeni kitabımı verdim.
    ...İlyas Tapdığın anası Muncuq xalanın rəhmətə getdiyini eşitdik. Onun təxminən yüz yaşı vardı. Şairə zəng edib təskinlik verdik. Təbii ki, rayonda keçiriləcək hüzrünə də gedəcəyik.

    04.03.06
    Bu gün orta mətəb müəllimim Vahid Nağıyevin hüzründə oldum. Orda keçmiş müəllimlərimdən Əziz Qurbanovu, Mədəd Mehrəliyevi (əmoğlu), Mirbəşir Manafovu, habelə keçmiş şagird dostlarımı gördüm.

    05.03.06
    Teatr Xadimləri İttifaqında oldum. Orada AzərPaşaya, İlham Rəhimliyə, Yaqub Əlioğluya yeni kitabımı verdim.

    08.03.06
    Türkiyəli dostumuz Hüsnü Qaya zəng vurub Bakıda olduğunu bildirdi.O, maraqlı bir adamdır. Vaxtilə ağır qəzaya düşüb, ayaqları şikəst olub.
    … İqtisadçı Aqil Əliyev və aktyor Əlabbas Qədirov rəhmətə gedib.

    09.03.06
    Aktyor Əlabbas Qədirovun dəfnində iştirak etdim. Qeyd: Mənim Əlabbasla xoş münasibətim olub. Hətta, bir dəfə əsərlərimi (pyeslərimi) niyə onların teatrına təqdim etmədiyimi soruşdu. Səhərisi günü “Pyeslər” kitabımı ona təqdim etdim. Bir neçə gündən sonra zəngləşib görüşdük. Gülümsəyib dedi ki, oxudum, hamısı xoşuma gəldi. Barmağını hansı pyesin üstünə qoysan hazırlaya bilərik. Təşəkkür etdim. Amma o, bir az susub dedi: “Bilirsənmi, əsər öz yerində. İndi elə bir vaxtdır ki, sponsorsuz keçinmək olmur… Gərək sponsor tapasan”. Dedim ki, pulum ya sponsorum olsa gedib bir teatr tikdirərəm, ta buraya niyə gəlirəm…” Nə isə. Allah rəhmət eləsin…
    Bir necə rejissora (Cənnət Səlimovaya, Firudin Məhərrəmova) yeni nəşr edilmiş pyeslər kitab verdim.

    10.03.06.
    Bir neçə gündən sonra N.H.-nin “yuvarlaq” yubileyi- 70 yaşıtamam olur. Bu münasibətlə bir şey yazmaq (daha doğrusu bir ay öncə yazmağa başladığım yazını tamamalamaq) istəyirəm; düzdür, o, təvazökardır, belə şeylər üçün sinov getmir, amma mən bunu özümçün bir daxili borc hesab edirəm.
    Günorta Hikmət dayıoğlu ilə görüşüb “Azərbaycan” nəşriyyatına ğetdik və oranın yeməkxanasında özü demiş “sənətkarın” yubileyini qeyd etdik.
    ...Sonra Azdramaya baş çəkdim; aktyorlardan və rejissorlardan bir neçəsinə yeni çap olunmuş kitabımı (“Qara qutu”) verdim.
    ...Təəssüf ki, indi teatrlarda Hüseynağa Atakişiyev kimi təmənnasız, vicdanlı rejissorlar az qala yoxdur.
    ...Hava kəskin şəkildə dəyişib.

    11.03.06.
    Bələdiyyə teatrında oldum. Əvvəlcə Yusif Muxtarovla görüşdüm. Sonra teatrın bədii rəhbəri, hörmət bəslədiyim aktrisa A.Pənahovaya kitab verdim. Xanım “əlqaədar təşkilatların” teatra qayğı və diqqətinin azlığından gileyləndi. Eyhamla mənə indiki dövrdə sponsorsuz tamaşa hazırlamağın az qala mümkünsüz olduğunu da bildirdi. Mən də eyni eyhamla sponsorumun olmadığlnı, bütün tamaşalarımın öz “xodu” ilə tamaşaya qoyulduğunu bildirdim. Axı, həqiqətən, indiyəcən heç bir tamaşama bir qəpik də xərcim çıxmayıb. A.P. mənim yaradıcılığıma rəğbətini bildirdi. Zəmanədən gileyləndi. Daha sonra A.P.-nın təklif və xahişinə rəğmən “Ölülər” tamaşasına baxdım. İnsafən, maraqlı səhnə həlli olan normal tamaşa idi. Axşamüsü N.Məmmədli rast ğəldi, bir xeyli ordan-burdan danışdıq.

    14.03.06.
    Mədəniyyət Universitetində oldum. Rektor T.Əfənriyevə, eləcə də H.Ömərovaya, F.Naibova, Ə.Mahmudbəyova və digər bir neçə müəllimə kitab verdim.
    N.H.-nin doğum gününü onun iş yerində bir qədər “geniş tərkibdə” qeyd etdik. Məclisdə İlyas, Oqtay, Əlibala, Fikrət, Alik, Kamil, Ənvər iştirak edirdi. Yubilyar içki məsələsində “dozanı” xeyli keçdi. Mən bunu ona irad tutdum. N.H. hirsləndi. Məclis çox hay-küylü keçdi.

    15.03.06
    Yazıq canım: hələ kitablarımı təbliğ etməklə, paylaşmaqla məşğulam. Mənim hər işim nəinki daşdan, lap dəmirdən çıxır.
    Azərbaycan kimi “unudulmuş” bir ölkə də 4-5 il ərzində təxminən 20 pyesim oynanılıbsa buna da şükür etmək lazımdır.
    Gənc yazar Cavidlə Universitetə- Nərgiz Paşayevaya yeni kitabımı göndərdim.
    ...Fuadla anam kəndə gerilər.
    Fasadla telefonda danışdıq.
    Həmişəki qaydada dedi ki, işəri yaxşıdır.
    ...“Baksovetdə” oldum. T.Məsimov pulsuzluqdan şikayət etdi. Görünür mürin tapşırığıdıt: bu idarədə tanıdığım adamların hamısı pulsuzluqdan şikayət edir. Sora artıst-müğənni Y.R. gəldi. Dedilər ki, yeni mənzil alıb-kefi kök idi.
    Mən nə keçmiş sovet hökumətindən, nə də indiki müstəqil dövlətdən bir qarış belə yer almamışam.

    16.03.06
    Bu gün DAK-ın qurultayı oldu. Yaxşı təşəbbüsdür. Amma TV-də göz gəzdirdim- orada Azərbaycan üçün mücadilə edənlərdən çox az adam gördüm.

    17.-24.03.06
    “Qara qutu”nun afişası çıxdı. GT-nın direktoru H.Həsənovla bunu qeyd etdik.
    ...Türk dostumuz Hüsnü Qaya ilə görüşdük.
    ...Həcər Güntəkinə yeni telefon aldı.
    ...Bahar Bayramı...

    25.03.06
    Günün 1-cı yarısını kitabxanada keçirdim.
    ...Axşam “Mübarək” restoranında iş yoldaşımız Ağayar Şükürovun 60 illik yubileyində iştirak etdim. Və oradaca xatırladım ki, düz 20 il əvvəl bu məkanda (“Mübarək”də) mənim toyum olub.

    26.03.06
    Tələbəlik dostum Rasətlə görüşdük. Keçmişləri xatıtladıq. Rasət həmişə qəribə hərəkətləri ilə fərqlənib. İstedadlı şairdir. Amma çox az yazır, son vaxtlarsa deyəsən heç nə yazmır.
    ...”Doktor” deyə müraciət etdiyim yazıçı Rafiq Tağı mənə öz 2-cildliyini təqdim etdim. Mən Rafiqlə tələbəlik illərindən tanışam. O, bir müddət gözə dəymədi. Sonralar Moskvada rast gəldi. Dedi ki, “Skoroda” həkim işləyir… Maraqlı hekayələr müəllifidir.

    27.03.06.
    Dövlət Gənclər Teatrının fəaliyyətə başlamasının 17 illiyidir. Bu münasibətlə (və həm də teatr günü ilə bağlı) teatrda xudmani məclis düzənlənmişdi... Hamımızın əhval-ruhiyyəsi yüksək idi. Baş rejissor Hüseynağa Atakişiyev isə həmişə olduğu kimi sakit və təmkinli görünürdü.
    Söhbət əsnasında Hüseynağa mənə dedi ki, “Qara qutu”nun premyerası aprelin 4-də olacaq. Doğrusu, bu, mənimçün gözlənilməz xəbər oldu; mən tamaşanın haradasa may ayında hazır olacağını güman edirdim.
    H.Atakişiyevin adətidir: hər cür hadisəni (sevincli və ya kədərli olmasından asılı olmayaraq) eyni soyuqqanlılıqla qəbul və “təqdim” edir. O, kiminçünsə etdiyi yaxşılığı və kimdənsə gördüyü pisliyi də elə bu cür “yaşayır”. Amma mən əminəm ki, bu böyük rejissor və böyük adam daxilən çox narahat və emosionaldır. Fəqət yüksək mədəniyyəti və səbri onu “soyuqqanlı” görünməyə vadar edir.

    28.03.06.
    Eşitdiyim xəbər əvvəlcə məni ildırım kimi vurdu: H.Atakişiyevi iflic vurub...
    Bütün günü sanki içimdə bir qasırğa çırpınırdı.

    30.03.06
    İ.Tapdığın anasını hüzr məclisində olduq....

    31.03.06
    AYB-də oldum. E.Hüseynbəyli ilə nahar etdik.
    Dostum İsmayıl Həkimovun xahişi ilə Nəqliyyat Polisi heyəti qarşısında soyqırımla bağlı çıxış etdim. Çıxış ümumən yaxşı qarşılandı. Amma rəis müavini arada mənə M.Ə.Rəsulzadənin adının bir neçə dəfə çəkildiyinə görə iradını bildirdi. Mən heç nə deməsəm də çıxışı tez yekunlaşdırdım.

    01.04.06
    Bir aprel. “Yalan günü”.
    “Gün” və “Kredo” qəzetlərində mənimlə müsahibələr dərc edilib.

    03.04.06.
    Bu günkü bir çox qəzetlər “Qara qutu” əsərinin premyerasının sabah olacağını yazırlar. Amma mən bilirəm ki, tamaşa baş tutmayacaq. Əslində hələlik tamaşanin ğöstərilməsını də istəmirəm. Çünki Hüseynağa ağır xəstədir... İnşallah, o, sağalar, birlikdə baxarıq...

    05.04.06
    Fİ-da (iş yerimdə) “Qloballaşma və müasir dövr ədəbiyyatı” mövzusunda seminar çıxışım oldu.

    03.04.06
    Gündüz kitabxanada oldum.
    Axşamüstü Əbülhəsən Abbasov, Dilqəm İsmayılov ilə birgə şam etdik. Sonra Hikmət dayıoğlu da gəlib bizə “qoşuldu”.

    07.04.06
    Qardaşım Ayaz Moskvadan gəldi. Deyəsən ta geri qayıtmaq fikri yoxdur. “Məndən ticarətçi olmaz”-deyir.

    08.04.06.
    DGT-nin direktoru Həsən Həsənovla görüşdüm. O, bildirdi ki, məşqləri Sərvər davam etdidirir. Hüseynağanın vəziyyəti isə yaxşı deyil, yanına-yatdığı xəstəxanaya heç kəsi buraxmırlar...

    09.04.06.
    Səhər tazdən Elçin Hüseynbəyli zəng vurub bildirdi ki, Hüseynağa keçinib...Tez taksi tutub xəstəxanaya getdim. Mən xəstəxanaya yetişəndə artıq orada heç kəs yox idi...
    Evlərinin həyətində çadır qurmuşdular...

    10.04.06.
    Hüseynağanı atasının yanında-Yasamal qəbristanlığında dəfn etdik.
    Mən bütün günü onun barəsində düşündüm; H.Atakişiyev çox istedadlı rejissor, savadlı pedaqoq, xeyirxah adam idi. Onun öz üslubu, öz dəst-xətti vardı. Bəlkə də bir çoxları mənimlə razılaşmaya bilər; qoy razılaşmasınlar, amma deməyi özümə borc bilirəm: Hüseynağa Atakişiyev öz məktəbini yaratmış bir rejissor idi. Təssüf ki, biz bir çox istedadlı adamlar kimi sağlığında o da layiqli qiymətini ala bilmədi.
    O, mənim, bir neçə pyesimə quruluş verib...
    Onun dostları doğma, qayğıkeş, nurlu bir bir insanı, Azərbaycan teatrı isə onun simasında əvəzsiz sənətkarını itirdi. Mən əminəm ki, Hüseynağanın qədir-qiyməti gələcəkdə bilinəcək. Bizdə cox vaxt göz önündə olan istedadların böyüklüyü yalnız illər keçəndən sonra təsdiq olunur. H. Atakişiyev haqqında keçmiş zamanda danışmaq düzgün deyil. O, həm də gələcəyin rejissorudur...

    11.04.06
    Coğrafiya İnst-un əməkdaşı, prof. Bayram Ələsgərovun maşınında Gədəbəyə- İ.Tapdığın anasının “qırxına” yola düşdük. Axşam Bayramın bacısıgildə qaldıq.

    12.04.06
    İ.Tapdığın kəndində olduq, yasda iştirak etdik.
    Sonra mən Gəncəyə-anamın yanına getdim, Nahid Tovuza- bacısı, xalam Sitarəgilə yola düşdü.

    13.04.06
    Mən də Tovuza gəldim. Bibioğlu Zahid qonaqlıq verdi. Qardaşım Fasad cibimə (az qala məndən xəbərsiz) yüz doll. qoydu.
    Axşam məni Bakıya təntənəli şəkildə SV vaqonu ilə yola saldılar.

    15.04.06
    Mətbuatda Ramin Səfərovun (Macarıstanda ermənini qətlə yetirən zabit) ömürlük həbsi barədə yazılar dərc edilib.

    16.04.06
    Gecə saat 12-də İsmayıl Həkimov əmisi (bizim müəllimimiz olmuş) Mürsəl Həkimovun rəhmətə getdiyini bildirdi.

    17.04.06
    Keçmiş müəllimim, folklor üzrə alim Mürsəl Həkimovun yasında oldum. Tanınmış adamlardan Nizami Xudiyev, İsa Qəmbər hüzrdə gözümə dəydi. Mürsəl müəllim xeyirxah, təbii adam idi. Oğlu Ülvi xalq hərəkatnın tanınmış simalarından biridir.
    … “Proşşalnıy marş” pyesini (ruscaya tərcümədə) “Lit.Azerb” jurnalına təqdim etdim. Bu jurnalın kollektivindən özümə daim diqqət və hörmət görmüşəm.

    19.04.06
    Nəşriyyatda oldum.
    N.H. akad. F.Köçərli haqda xatirələr kitabını nəşrə hazırlayır. Mən ona bəzi faktları dəqiqləşdirməkdə, necə deyərlər köməklik göstərdim.

    20.04.06
    AYB-də oldum, daha sonra H.Atakişiyevin “cüməaxşamı” hüzr məclisində iştirak etdim. Mərhum aktyor Əli Salahlı haqda məqalə yazdım. Salahlı bir müddət öncə Lənkəran teatrında tamaşaya qoyulmuş “İlğım” adlı pyesimi tamaşaya qoymuş, tamaşanın həm rejissoru, həm rəssamı, həm də başrolununu ifaçısı olmuş, ömürünü səhnədə başa vurmuşdu.

    21.04.06
    “Gənclər teatrı”nda oldum. Artıq Hüseynağa yoxdur. Bütün kollektiv yas içindədir. Amma tamaşanın (“Qara qutu”nun) son məşqləri gedir. Tamaşa gələn ayın (mayın) 8-də baş tutmalıdır.
    Nəşriyyatda oldum. Orada M.Baharlı adlı köhnə tanışım rast gəldi və S.Vurğunu söyməyə başladı, onu antimillilikdə suçladı. Mübahisəmiz düşdü. .. Sonra gedib birlikdə çay içdik və mövzu ətrafında sakit tərzdə diskussiyamızı davam etdirdik.

    22.04.06
    “Üns” teatrının açılışı oldu... Hər açılan yeni teatr-yeni məbəd deməkdir.
    Şəminin oğlu Ülvinin toyunda oldum.

    23.04.06
    Türkiyəli sadiq dostumuz Hüsnü Qaya, Tofiq və mən görüşüb çay içdik. Tofiqlə Hüsnü uzun-uzadı söhbət edib nəsə bir ticari iş qurmaq planı ətrafınds söhbət etdilər... Mən belə söhbətlərin çıx şahidi olmuşam. Amma nəticəyə gəldikdə ... bu işlər çox vaxt nəticəsiz qalıb.

    24.04.06.
    AYB-in sədri Anar məni yanına dəvət etdi. Getdim. Göpüşdük. Katiblər də yanında idi. Anar mənə dramaturğiya sektoruna rəhbərlik etməyi təklif etdi. Mənim cavabım qısa və ənənəvi oldu: “Etimadı doğrultmağa çalışaram”...
    ...Ən maraqlı dramaturji süjet isə gecəyarısı çalınan telefon zəngi oldu; 25 il əvvəl təsadüfən “Az.gəncləri” qəzetində mənimlə tanış olub bir ya iki dəfə yanıma gəlib şeir gətirən bir xanım hansısa soraq kitabından telefon nömrəmi öyrənib, mənə zəng edib. Əvvəlcə mən bunu bir zarafat kimi qəbul etdim. Sonra gördüm ki, hər şey ciddidir (yəni heç kəs mənimlə zarafat etmək niyyətində deyil) və mənim keçmiş tanışım, vaxtilə şeir həvəskarı olmuş xanım mənimlə görüşmək istəyir...
    Mənim köhnə tanışların illər keçəndən sonra baş tutan görüşünə aid bir neçə əsərim var; “Tıxac” pyesi, “Qış qatarı” hekayəsi elə bu mövzudadır...

    25.04-26.04.06
    ...Köhnə tanışım”ın mənzili, sən demə yaxın bir qohumumun mənzili ilə üzbəüz imiş...

    27.04.06
    X.Həsənli və B.Rzayevlə ilə ümumi dostumuz Müsəllim Həsənlinin atasının hüzründə olduq.
    Daha sonra, günün 2-ci yarısı Ə.Əsədzadə və T.Xəlillə mərhum Hüseynağanın “cüməaxşamında” olduq.
    Ə.Əsədzadə indi nəşriyyatların birində aparıcı şəxs kimi çalışır və elə bu səbəbdən də mənə təklif etdi ki, gəl sənin “Teatr meydanı” romanını yenidən nəşr edək. Razılaşdım.
    “Ədəbiyyat” qəzetində mənim dramaturgiya sektoruna rəhbər təyinatımla bağlı məlumat çıxdı. Əslində bu, pulsuz (ictimai əsaslarla) olan bir işdir.

    28.04.06
    Günün əsas “yeniliyi” metroda cibimdən telefonun oğurlanması oldu. Oturub qəzet oxuduğum zaman yanımdakı cavan oğlan boğazını irəli uzadıb qəzetə baxırdı və mənə elə gəlirdi ki, o da əlimdəki qəzetin ona yaxın olan səhifəsini “oxuyur”. Qatar növbəti stansiyada dayanan kimi oğlan zərbə ilə vurulmuş top kimi qapıya sarı atıldı. Əlimi pencəyimin sağ cibinə atdım. Telefon yerində deyildi. Metronun qapısı bağlandı.
    ...”Kredo”da Əli Salahlı haqda yazım dərc edilib. Qəzetin redaktoru tələbəlik dostumuz ƏliRza Xələflidir.

    30.05.06
    Kitabxanada oldum. Tufan. Çovğun...
    Evdə yazı stolumun üstündə yeni toylara dəvətnamələr qalaqlanıb. Yoldaşım Həcər xanım mənə həmişə tövsiyə edir ki, çalış nə toydan qalasan, nə də yasdan. Çünki hamı hər ikisinin şahidi və iştirakçısı olur.

    01.05.06.
    “Sənət qəzeti”ndə məni “tənqid edən” savadsız bir yazı dərc olunub. Oturub ərinməz-ərinməz cavab (peplika) yazdım. “Cavabım”da daha çox müəllifin yazısı “redaktə” olunur... Mən tənqiddən inciyən deyiləm... Amma haqsızlığı qəbul edə bilmirəm.

    02.05.06
    AYB-də oldum. F.Qoca yazdığım replikanı “Ədəbiyyat qəzeti”nə göndərməyi məsləhət bildi.

    05.05.06.
    Yazdığım “Replika”m “Ədəbiyyat qəzeti”ndə dərc edildi.
    İctimai Tv-də çəkilişdə oldum. Çəkilişdən sonra Ə.Əmirli E.Hüseynbəyli ilə məni nahara dəvət etdi. Bu gün həm də üç dramaturqun diskussiyasına çevrildi-həyat, sənət, ədəbiyyat, ailə və uşaqlar haqda söhbət etdik... Təbii ki, ortada içkimiz də var idi.

    06.05.06
    Uşaq sərgi salonunda alim həmkarım Fərrux Həsənovun qızı Günayın sərgisində oldum.
    Axşamüstü B.Ələsgərov, İ.Tapdıq və N.Hacızadə ilə şam etdik. N.H. ilə İ.T. bir xeyli xatirələr danışıb, arada zarafatlaşır, coğrafiyaçı B.Ə. ilə mən onlara diqqət kəsilmişdik.
    … “Reytinq”də son məşqi gedən “Qara qutu” ilə bağlı yazı gedib.

    07.05.06
    Sabah “Qara qutunun” premyerası olacaq. “Proqon”da oldum. Bəzi iradlarımı bildirdim. Əsər üzərində mərhum dostumuz Hüseynağadan sonra Sərvər Əliyev xeyli zəhmət çəkib.

    08.05.06.
    Axşam saat 19-da Pus dram teatrının səhnəsində (DGT-nın hazırladığı) “Qara qutu” əsərinin premyerası oldu. Məncə tamaşa uğurlu alınmışdı...
    Zaldakıların çoxu ağlayırdı; bu əsərdə (deyilənə görə) müəyyən detallar Hüseynağanın öz həyatının bəzi nüanslarını xatırladırdı; bəzən insan öz dünyasını dəyişəndən sonra onun taleyinin çizlinlərini rəmzlər vasıtəsi ilə açmağa çalışırıq. Qəribədir, Hüseynağanın Gənclər Teetrında hazırladfığı 1-çi əsər Y.Səmədoğlunun “Qətl günü”, 100-cü əsərsə F.Mustafanın “Qara qutu” pyesi olub... belə yerdə adam istər-istəməz alın yazısına, qəzavü-qədərə inanmaq istəyir...
    Nazir Ə.Qarayev öz “komandası” (MN-nin əməkdaşları ilə) ilə əsərə baxmağa gəlmişdi.

    09.05.06
    Banket verdim. Mənim cibim üçün bir az uyğun olmasa da maraqlı bir gün oldu. Məclisdə 17-18 adam iştirak edirdi: teatrın müdiri Həsən, rejissor Sərvər, aktyorlardan Elşən, Ədalət, Dilara, Xalidə, Zümrüd, Bayram Ələsgər, Səyyaf Qurban... Məclisin aparıcısı Nahid Hacı idi.

    10.05.06
    İşdə (Fİ-da) oldum. “Varlıq” (fəlsəfədə) problemi ilə bağlı seminar keçirdik. Əsas çıxışçı Rövşən Hacıyev idi. Mən də öz fikirlərimi və iradımı bildirdim.
    Sonra AYB-də oldum. İki naqqal şair rast gəldi. E.Hüseynbəyli ilə eyhamlaşıb aradan çıxdıq, yeməkxanada adama yüz-yüz araq içdik. Gərginliyimiz xeyli azaldı.

    12.05.06
    AYB-də Minaxanım Təhləlinin yeni kitabının təqdimatı keçirildi. Mən də çıxış etdim.
    …“Təcrübəli heyətin” təklifi ilə əvvəlcə “yazıçıların yeməkxanası” adlanan kafedə (sonuncu mərtəbədə), sonra yaxın Ə.Salahzadənin otağında A.Abdulllanın ad gününü qeyd etdik.

    13.05.06
    Dostumuz T.X. tamaşada iştirak etmədiyi üçün “cəzalandırıldı”, Hüsnü Qaya ilə birlikdə balıq qonaqlığında iştirak etdik.

    15.05.06
    Qaynım Mahirin ad gününü qeyd etdik.

    16.05.06
    Bu gün “Gündəlik Azərbaycan” qəzetində yazım çıxıb. Bu, indi ən çox oxunan qəzetlərdən biridir.

    17.05.06
    İşdən sonra F.Köçərli haqda çıxacaq kitabın korrektə və texniki işləri ilə məşğul olduq (N.H., S.Qurban və mən).

    19.05.06.
    ... AYB-də N.H.-zadəyə R.Rza mükafatı verdilər. Təqdimatdan əvvəl Fəxrı Xiyabanda R.Rzanın məzarını ziyarət etdik, qəbrinin üstünə gül qoyduq.
    Elə AYB-də eşitdim ki, yazıçı Əli Səmədli vəfat edib... Əli Səmədlini Televiziyadan tanıyırdım. İstiqanlı, həlim xasiyyətli adam idi. Əsasən uşaqlar üçün nəsr və dram əsərləri yazırdı.
    ... Axşam Ağstafa qatarı ilə S.Vurğunun 100 illik yubeleyini qeyd etməyə gedən böyük dəstəylə mən də Qazaxa yola düşdüm.

    20.05.06.
    Qazaxda yubiley təntənəsi...
    Axşam qatarla geri döndük... Bizim vaqondakıların çoxu şairlər idi. Əksəriyyətinin də kefi kök...
    Əvvəlcə poetik sağlıqlar, qarşılıqlı təriflər, səliqəli cavab nitqləri, səmimi dost örüşləri... Sonra uzun mübahisələr... Qatarda dahilərlə yola çıxmağın özəllikləri çoxdur; ələlxüsüs da, öz çənəsinin altındakı dahini görməyən dahilərlə...
    Ən maraqlısı isə, yəqin ki, dahiləri kənardan, adi müsafir gözü ilə müşahidə etməkdir.
    Qayıdanbaş mən və N.Hacı bir kupedə yatası olduq, İ.Tapdıq və S.Səxavət isə qonşu kupedə.
    Uzun müddət söhbət etdik, zarafatlaşdıq, gec yatıb, tez oyandıq.

    23.05.06.
    “Bizim seksiyanin”-dramaturgiya bölməsinin tədbiri: yazıçı-ssenarist mərhum Ə.Muğanlının 80 illik yubileyini keçirdik. Tədbirə yazıçının övladları və yaxınları da gəlmişfi.

    24.05.06
    Eşitdik ki, bibinəvəsi Alik qəzaya düşərək həlak olub. Bacım Səyyarə və qaynım Rahib rayona (Gədəbəyə) getdilər.

    26.05.06.
    S.Rüstəmxanlının 60 illik yubileyi “Azdrama”da qeyd oludu. Mən də iştirak etdim. Dedilər ki, restoranda “ikinci hissə” davam etdiriləcək. Mən getmədim… Daim bu cür “kütləvi qonaqlıqlardan” qaçmağa çalışıram.

    30.05.06
    F.Köçərli haqda kitab (xatirələr) çapdan çıxdı: “Firudin Köçərli ucalığı”.

    01.-02.-06.06
    MN-də oldum.
    AYB-də O.Rza ilə rastlaşdıq. E.Hüseynbəylini İspaniyaya yola salmaq ərəfəsində kiçik bir məclis yapdıq.

    Artıq bir neçə nömrədir ki, “Zerkalo” qəzetində “Dəniz köçü” (İ.İsmayılovanın tətcüməsində) çap olunmaqdadır.
    ...”Adsız”ın GTT- dəki məşqlərində oldum. Əsəri rus truppası haziorlayır.Rej. V.Əsədovdur...

    03.06.06
    F.Köçərlinin “il mərasimi” keçirildi. Elə bu xatirə məclisində qonaqlara mərhuma həsr olunmu. Kitab paylandı.
    Axşamüstü İ.T. və N.H –nın təşəbbüsü ilə “Şamaxinka”dakı yeməkxanaya getdik. Bura həm mənə həm də N.H.-nın evinə yaxındır. Xeyli söhbət etdik. Hamımız zamanın qoparıb apardığı adamlar (o cümlədən F.Köçərli) haqda xoş xatirələrə daldıq. Söhbətimiz gecəyəcən uzandı.

    04.06.06
    T. X.-in oğlu Rəşadın toyunda iştirak etdik. Şən məclisdə bir çox köhnə dostlarla da görüşdüm.
    ...Eşitdim ki, Xalq artisti, çoxdan tanış olduğumuz, amma son illər xoş ünsiyyətimiz yaranmış Mikayıl Mirzə fəfat edib. Yeri cənnət olsun. Emosional, coşqun bir adam idi. Hər ikimizə C.Cabbarlı mükafatı da eyni gündə təqdim edilmişdi. Bundan sonra Mikayıl bizi bir neçə dəfə “Kiyev” restoranına dəvət etmişdi.
    …Yadımdadır, mən həmin mükafatın pulu ilə Moskvaya gedib bir neçə gün orada özümçün gəzib-dolaşmış, qardaşım Ayazla görüşmüşdüm.

    09.06.06
    TYUZ (GTT)-da rus truppası “Adsız”ı hazırlayır.
    Maaşımı aldım (97 manat)
    İş yoldaşımız Afaq xanımın (əri həkim Avtandil) oğlunun toyunda iştirak etdim.

    15.06.06
    Qurtuluş günü. E.Hüseynbəyli zəng etdi. Görüşdük. “İmperator” pyesini oxumağa verdi. Axşam oxudum və bəzi qeydlərimi yazdım.

    17.06-30.06.06
    GTT-da “Adsız”ın məşqləri gedir. Teatra bəzi xırda-xuruş avadanlıqlar (çətir, kreslo, yelləncək) lazımdır. Mən yalnız kreslo tapa bildim (rəssam sayadın emalatxanasından)...
    ...Evdə yüngülvari təmir...
    ...N.Xudiyev və R.Əliyev tutduqları vəzifədən çıxarıldı.
    ...”Zerkalo”da “Dəniz köçü” (rusca) hissə-hissə dərc olunur.
    ...Filosof həmkarım Əbülhəsən Abbasovun yeni kitabı çapdan çıxdı...

    04.07.06
    İlyas Tapdıq, Tofiq Abdin və Elçin Hüseynbəyli ilə “Praqa” da birlikdə şam etdik. Məclisdən əvvəl qayğılı görünən sifətlər get-gedə işıqlandı. Sonda hamının kefi yaxşı idi. Gülə-gülə ayrıldıq.

    07.07.06
    Qəzetlər daha çox Hacı Məmmədovun məhkəməsindən, Mirzə Sakitin həbsindən yazır.

    08.07.06
    “Adsız”ın məşqlərində oldum...
    Dövlət adlı iş adamı norveç poeziyasından tərcümələr verib. (Mən bir müddətdən sonra tərcümələri edib qurtardım. Amma vəd edilən qonorardan cüzi bir hissə -40 dollar aldım. (Burada səfirliyin də “rolu” ola bilərdi) .-F.M.)
    ...Havalar sərin keçir.

    12.07.06.
    Rej. Rasim Ocaqovun dəfnində iştirak etdim.

    14. 07.06.
    “Adsız”a daxili baxış oldu. Əsər (TYUZ-da) rusca hazırlanıb. Rejissor Vaqif Əsədov xeyli zəhmət çəkib. Zənnimcə bir az “filosofski” tamaşa alınıb. Dinamika zəifdir. Amma orijinal yozumu ilə də fərqlənir.

    15.09.06.
    Azərbaycanda Rusiya ilinin tərkib hissəsinə daxil olan tədbir kimi “Rus Kitabı” günü keçirilir. AYB-da rus və rusdilli yazıçılarla görüş keçirildi. Çingiz Aymatov, Oljas Suleymenov, Sidirov, Ebonaidze və digər görkəmli söz adamları maraqlı mövzularda çıxış etdilər.

    17.09.06
    Rəssam Sayadı qonşular döyüblər. Gözünün altı şişib...
    ...Nurəddin Məmmədli ilə uzun-uzadı debatımız oldu. Mövzu təxminən belə idi: ədəbiyyat və inqilab.
    Mən cəmiyyətin inkişafı prosesində daha çox təkamülün tərəfdarıyam.

    21.09.06.
    AYB-nin sədri Anarın otağında kinodramaturq Ramiz Fətəliyevin 60 illiyi ilə bağlı tədbir keçirdik. Tədbirin təşəbbüskarı Anar, icraçı isə bizim “seksiya” idi. Yəni mən.

    30.09.06.
    “Filarmoniya bağı”nda bir qrup yazarla mübahisə. Mən hər cür, xüsusən nəticəsiz, mübabahisədən qaçmağa çalışıram. Amma bəzən buna müvəffəq ola bilmirəm...
    Neyləyəsən ki, ədəbiyyatda –söz sənətində, çox vaxt kimin böyük, kimi cılız olduğunu sözlə ifadə etmək olmur. Dəqiq elmlərdə hər şey (yenilik, kəşf) göz qabağındadır. Amma ədəbiyyatda... Bu qədər “dahinin” arasında bir istedadın özünü təsdiq etməsi üçün illər, bəzənsə onillər gərək olur...

    21.10.06.-25.10.06.
    Dörd gün ərzində evdən çıxmadım. Az qala fasiləsiz işlədim. Nəhayət, çoxdan bəri ilk səhifələrini yazıb vaxt qıtlığına görə yarımçıq saxladığım “Bəyaz yuxular” adlı pyesı bitirdim. Əsərin qəhrəmanı “ağ xəstəliyə”-narkomaniyaya yoluxmuş cavan bir adamdır... Hesab edirəm ki, bu əsər hansı teatrda tamaşaya qoyulsa həmin teatra hərtərəfli nüfuz və dividend gətirəcək...

    13.11.06.
    13 nəhs rəqəm hesab olnsa da, mənim üçün düşərli gün oldu: bir müddət əvvəl yazmağa başladığım pyesi bu gün tamamladım. Yığcam, ikipərdəli, absurd dramdır. Adı “Çardaqda zirzəmi”...

    14.11.06.
    Keçmiş tələbə yoldaşım Rasət mənim haqqımda replikaya bənzər bir şey yazıb. (“Alma” qəzetində). Yazının nə başı var, nə ayağı. Heç dostumun məqsədi də aydın deyil. Başdan-ayağa məntiqsiz bir şey... Di indi beləsinə cavab vemə görüm... Yazının özü adama: “gəl məni döy”- deyir. Mən də başladım “döyməyə”...
    Bütün günü Rasətə “cavab məktubu” yazmaqla məşğul oldum...

    10.12.06.
    “Alma qəzetində Rasətə “geniş” cavabım çıxdı. Bu cavab əslində mənim yazımın beşdə bir hissəsidir. Məqalə bütövlükdə “Ulduz” jurnalında cap olunacaq.

    15.12.06.
    Qazax Dövlət Dram teatrında oldum. Keciriləcək teatr vestivalı ilə bağlı buraya xeyli yaradıcı adam gəlib:V.İbrahimoğlu, M.Əlizadə. V.Məmmədkamal- qızı və b. Mənim “Qarışqa tələsi” pyesımın tamaşasına ictimai baxış oldu...
    Qazaxa qar yağıb.Axşam qatarla Bakıya qayıtdıq. V.İbrahimoğlunun qatarda “qurduğu” səyyari “tamaşa” səfərə çıxanları darıxmağa qoymurdu...
    Şən bir səfər oldu...

    16.11.06
    Qohumumuz Maqsud Köçərli (tibb e.n) vəfat edib. Cəmi 60 yaşı vardı. Hüzrə getdim.

    21-25.10.06
    Axır ki, “Bəyaz yuxular” dramanı tamamlayıb redaktə etdim. Qələmlə yazıram, barmaqlarım şişib, qançır olub.

    28.11.06
    Mərhum şair T.Mütəllibov haqda xatirələrimi yazdım. Tofiqlə vaxtilə bir qəzetdə eyni şöbədə (“Az.gəncləri” qəzetində birgə çalışmışıq.

    29.10.06
    Ruslar (Putin) Gürcüstanı sıxır.
    Pulsuzluq.

    01.11.06
    Kİ-də Hüseynağa Atakişiyevə həsr olunmuş xatirə günü keçirildi. Mən də iştirak etdim.

    02.11.06
    ANS-də Hüseynağa Atakişiyevlə bağlı çıxışım oldu.

    03.11.06
    Maaş aldım- 93 manat. (Bu 99 dollar deməkdir). Manatımız dollar bərabərdir.

    04.11.06
    Toylar davam edir. Bu gün Sakitin oğlu ilkinin toyunda iştirak etdim. (Maaşımın 3-də biri qədər- 30 doll. yazıldım). Köhnə dostumdur deyə pula qızırqanmadım.

    05.11.06
    Köhnə bir pyesimi təzədən “şumlamaqla” məşğulam. Yəqin ki, əsərin adı da dəyişdiriləcək.
    Yeri gəlmişkən deyim ki, mən (demək olar ki), heç bir əsərimin altında tarix yazmıram. Və əsər lazımi hala gəlməyincə, məni təmin etməyincə onu çapa vermirəm. Bəzi yazıçılar zəif əsərləri nəşr etdirir və buna bəraət vermək üçün bəhanə də tapırlar: ..mən bunu yaradıcılığımın ilk dövründə yazmışam...”

    06.11.06
    Hava çox soyuqdur. Sanki qışın ortasıdır. N.H., O.Rza və T.Mahmudla birlikdə nəşriyyatda nahar etdik.

    07.11.06
    Pyes üzərində fasiləsiz işləyirəm.

    11.11.06
    Fİ-da (işdə) C.Ruminin (Mövlananın) 800 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Dayaz çıxışlar bıkdırısı idi.
    Axşam ANS-də dedilər ki, Nardaran dindarları yazıçı Rafiq Tağıya Peyğəmbəri təhqir etdiyinə görə ölüm hökmü çıxarıblar. Rafiqlə rastlaşanda ona bir-iki dəfə demişəm ki, bu dindarlar haqda yazanda bir az ehtiyatlı ol.

    11.-12.11.06
    Vaxtilə özüm haqda belə yazmışam:
    Molla Pənah olmaz hər oxuyandan,
    Hər yazandan Firuz Mustafa olmaz.
    Deyəsən, bu zarafatda bir az həqiqət də var.
    Çox qısa müddətdə “Çardaqda zirzəmi” əsərini yazıb başa çatdırdım. Janrı absurd dramdır yəqin ki...

    14.11.06
    Keçmiş tələbə dostum Rasət mənə rişxəndlə dolu atmaca yazıb. (Sənət qəzetində). Ona cavab yazıram-həcmi böyük olacaq. Ürəyim soyumadı, Rasətə zəng vurub bir-iki kəlmə acı söz də dedim. Zatən biz daim bir-birimizə ehtiramla yanaşmışıq, xoş ünsiyyədə olmuşuq.

    15.11.06
    “Rasətə cavab”ı kompyuterdə yığmağa verdim.

    18.11.06
    Məşhur aktrisa Gülşən Qurbanovanın dəfni. (R.Behbudov ad. Mahnı teatrında)...
    ...Evə su və qaz gəlmir.
    ...Amma çətinliyə baxmayaraq Güntəkinin 19 yaşını yüngülvari qeyd etdik.

    20.-23.11.06
    “Azadlıq” qəzeti yerləşdiyi ünvandan çıxarıldı.
    ...Yeni bir pyesin ilk sətirləri yazıldı.
    ...Şəki teatrına yeni bir əsər göndərdim. Teatrın direktoru ilə vaxtilə görüşsəm də indiyəcən bir nəticə hasil olmayıb. “Sponsor”-filan deyir. Nə sponsor. Mən sponsoru harada tapım?
    ...ANS bağlandı, adı da bu oldu ki, lisenziyası yoxdur.
    ...Vahid Ömərlə Gürcüstanda Fond yaratmaq istəyirik.. Amma nəticəsinə inamım azdır.

    28.11.06
    Uşaq bədii salonunda görüşdə olduq. O.Rza, N.H., İ.Tapdıq.
    Salonun müdiri Rafiq Kazımovdur.

    29.11.06
    İşdən sonra Tahir Məsimovun qardaşı (Abbas) oğlunun toyunda olduq. Mənim əvəzimə dostum Yadulla Həsənli pul “yazıldı”.

    30.11.06
    Ev telefonumuzun nömrəsini dəyişib elədilər- 406-42-81.

    02.12.06
    Əsasən evdə oluram. Monoqrafiya üzərində işləyirəm. Axşamüstü E.Zalla görüşdük. Mənə Mir Cəlalın monoqrafiyasını redaktəetməyi xahiş etdi. (Mən bir müddət sonra ədəbin Füzuli haqda monoqrafiyasını diqqətlə redaktə etdim, bir sıra texniki-imla, hətta, əvvəlki redaktorların nəzərindən qaçmış üslub xətalarını islah etdim-F.M.)

    03.12.06
    Fasad 100 dollar verdi.
    AYB-də dostumuz Ədalət Əsgəroğlunun qızının toyunda iştirak etdim- 50 man “yazıldım”, 50 dollardan bir qədər artıq. (Deyəsən, dollar hazırda 78-80 qəpikdir).

    07.12.06
    AYB-də oldum. Arif Əmrahoğluya yazı verdim. Özü demişdi ki, qoy yazı ilə əvvəlcə özüm tanış olum.
    Dörd nəfər tanış ziyalı ilə (Səlim Yolçiyev (filosof), Baba Mahmudoğlu (müğənni) , Babək Qurbanov (filosof), Babək Hüseynoğlu (telejurnalist) ilə birlikdə şam etdik.

    08.12.06
    AYB-də oldum. İ.Tapdıqla rastlaşdıq. Sonra qağa (İ.Tapdıq- F.M.) bizə (E.Hüseynbəyli, E.Zal) qonaqlıq verdi, keçmiç xatirələrini danışdı.

    09.12.06
    Salyan şəhərinə getdik. Orada Aşıq Pənahın 80 illik yubileyi qeyd olunur. Məclisi Zəlimxan Yaqub apardı.
    Tədbirdən sonra yemək-içmək... Amma “bədii hissədən” sonra ən yaddaqaqalan, təbii ki, salyan qonaqpərvərliyinin əsas elementlərindən biri- müxtəlif balıq yeməkləri oldu.
    Qayıdanbaş yolda İ.Tapdıq “səxavət kisəsini” açıb bütün müsafirlərə qonaqlıq verdi.

    10.12.06
    “Alma” qəzetində “Rasətə cavabım” çıxdı. Əlbəttə, mən bu yazını tərəddüdlərlə yazmışam. Zira Rasətlə uzun illər yaxın, hətta deyərdim ki, dost olmuşuq. Təbii ki, mənim ona qarşı heç vaxt kin və nifrətim ola bilməz. Sadəcə olaraq, Rasər özünü “gənclərin hamisi” kimi təqdim etmək istəyir və qəlbən öz “missiyasına” inanır da. O, məncə vicdanlı və obyektiv adamdır. Çox güman ki, yazını oxuyandan sonra məndən inciməyəcək və olsun ki, hətta təşəkkür edəcək....
    ...Qızım Güntəkinin “hərisi”, “bəlgəsi” oldu. Gələcək kürəkən Bəhram bəy onunla bir yerdə işləyir. Gələcək qohumlara “hə” dedik. Xoşbəxt olsunlar. Zənnimcə qızım ağıllıdır və seçimində də səhvə yol verməz.

    11.12.06
    İş günü. Adını hələ müəyyənləşdirmədiyim pyesin ilk sətirlərini yazdım...

    12.12.06
    …Pinoçetin dəfni...
    ...Mərhum H.Əliyevin vəfatından üç il keçdi...
    ...Pyes üzərində işləyirəm....

    13.12.06
    Eşitdim ki, şair Əhməd Elburusun beyninə qan sızıb, vəfat edib. Bu dünyanın qəribə adamlarından, özünəməxsus gözlənilməz “tryukları” ilə yaddaqalan bir adam, riyazi və poetik təfəkkürü “sintez” etməyə şalışan tədqiqatçı idi Əlburus...
    ...AYB-da E.Hüseynbəyli, E.Zal, K.Hacılı, Ə.Cahangir birlikdə nahar etdik. Əsəd içəndən sonra özünü çox aqressiv apardı. Bir çox yazıçılar yazıçılar haqda təhqiredici ifadələr işlətdi, onları “primitiv” adalandırdı. E.H. ona dedi ki, axı sən həmin yazıçılar haqda çox təriflər yazmısan. Mən də əlavə edib dedim ki, Əsəd, sən istedadlı adamsan, “amma içməsən daha istedadlı ola bilərsən...” Həqiqətən, müşahidə etmişəm , bir çox emosional adamlar içki qəbul edəndən sonra çox əsəbi və qəzəbli olur. (Yaxşı ki, Əsəd sonralar içkini birdəfəlik atdı-F.M.)
    Məclisimiz əsasən “konstruktiv” keçdi...
    ...Axşam qatarla Gəncəyə yola düşdüm.

    14.12.06
    Gəncə. Anam qardaşım Ayazgildədir. Ev soyuqdur. Şaxta var.

    15.12.06
    Gəncədən qatarla Qazaxa yola düşdüm. Əsərimə (“Qarışqa tələsi” ictimai baxış oldu). Müzakirədə Vaqif İbrahimoğlu, Məryəm Əlizadə, Vəfa Məmmədkamalqızı və digər teatr adamları iştirak edirdi. Axşam qatarla geriyə- Bakıya qayıtdıq. Səfərimiz maraqlı oldu. Vaqif İbrahimoğlu öz zarafatları ilə seçilirdi...

    17.12.06
    Evdə usta Rafael eyvana üzlük (metlax) vurdu.
    ...Yeni əsər üzərində iş. Çoxları kompyuterə yazsa da mən hələ qələmlə yazıram. Sürətlə yazıram. Bəzən öz yazdıqlarımı çətinliklə oxuyuram. Ağ vərəq üzərində sanki şimşəklər in izi qalır...

    18.12.06
    Əhməd Elburusun hüzründə iştirak etdik. Sonra N.H. və İ.Tapdıqla birlikdə şam etdik.
    ...Axşam yenə öz yazı stolum arxasında əyləşdim. Mən həyatda aciz, yazı mizimin arxasında isə güclüyəm.

    19.12.06
    İşdə oldum. APİ-nin İbrahim adlı müəllimi oğlunun aspiranturaya yüksək qiymətlə daxil olduğundan sevinərək Əbülhəsənlə məni şama dəvət etdi...

    20.12.06
    Özümə yeni ayaqqabı aldım....
    …Türkmənbaşı öldü... O da bir aləm idi…
    ...Həyat davam edir.

    21.12.06
    Vahid Ömərlə Gürcüstana yola düşdük. Orada Fond yaratmaq istəyirik. (Amma sonralar məlum oldu ki, bu, absur bir işdir-F.M.)

    22.12.06
    Vahidlə Gürcüstandan geri döndük. Marşrutumuz: Qardabani-Kosalar-Rustavali-Şəmkir. Şəmkirdə ona görə dayandıq ki, Abuzər atası Musa kişinin 80 yaşını keçirirdi.
    Gecə Bakıiya qayırdıq. Az qala yolda qəzaya düşəcəkdik.

    23.12.06
    Türkmənbaşının təntənəli dəfni. Rusiya Tv kanalları dəfn seremoniyasını tam şəkildə yayınlamaqdadır.

    27.12.06
    İş.Qar. İş yoldaşımız Əmirşahın oğlunun toyu. Əmirşah qəribə, maraqlı, istedadlı bir insandır. Ərəbşünasdır. “Quran” dilimizə tərcümə etməkdədir və tərcümədə bir dənə olsun belə fars-ərəb sözündən istifadə etmir. Yolda Ə.Cahangir rast gəldi. Onu da toya dəvət etdim, razı oldu.
    Sakit bir toy məclisi oldu. Orada şair dostum Ə. Salahzadə ilə rastlaşdım.
    ...Toydan çıxanda qar daha şiddətlə yağırdı...

    29.12.06
    Köknə ilin son iş günü. Əməkdaşlarla bayramlaşdıq.

    30.12.06
    Səddam Hüseyn edam olundu-dar ağacından asıldı. ABŞ dünyaya meydan oxuyur. Amma S.H. kimi diktatorların belə bir aqibətə tuş olması sanki gözlənilən idi. Bu adam təkcə dünyanı hədələmklə kifayətlənmir, öz xalqına da divan tuturdu.
    ...Həcər qohumu Milinin qızının toyuna, Güntəkin isə iş yoldaşları ilə Yeni ili qarşılamağa getdi.

    31.12.06
    Təzə qudalarımız bayramlaşmağa gəlmişdilər: Əziz müəllim, Fəxri, Xalidə xanım, Validə xanım...
    Bir xeyli söhbətləşdik, daha yaxından tanış olduq. Zənnimcə uğurlu bir ailə olacaq.


























    Firuz Mustafa
    Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahıs

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof
    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Reapublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər. Əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir. İki övladı var.

    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    2 dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Azərbaycan Kinematoqrafçılar İttifаqının üzvü
    Fəlsəfə Cəmiyyətinin üzvü
    Qafqaz Yazıçılar Klubunun üzvü
    AYB Dramaturgiya bölümünün rəhbəri
    “Teatr” jurnalının redaktoru


    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)

    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Gündəliklər” (“Renessans-A” nəşriyyarı, 2022)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    *Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada şap olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)

    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)




    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında) Şuşа Dövlət МKT
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Türkiyə Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)













    MÜNDƏRİCAT:

    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR... (“Gündəliklər”dən parçalar)

    Müəllifdən (xatirələrdən səhifələr)
    s.03
    Ricət
    s.07
    Zəruri qeyd
    s.16
    İlkin planım haqqına...
    s.17
    Bir az da özünütərif...
    s.17
    Mən və biz...
    s.09
    Gündə bir kərpic düşər...
    s.25

    “Gündəliklər”

    Müəllif haqqında
    s.453
    Firuz Mustafanın əsərləri
    s.456






    Fi¬ruz MUS¬TA¬FA

    GÜNDƏLİKLƏR

    (Gündə bir kərpic düşər...)
    (1-ci CİLD)

    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmeil
    Tel.:+994 50 413 3572

    Redaktor: Fazil N. Mustafayev

    Bədii tərtibatçı: Aqşin Mustafayev

    Yığılmağa verilib: 03.01.2026
    Çapa imzalanıb: 16.01.2026
    Bakı.2026, səh.,338


    ©Firuz Mustafa.2026
    "Renessans-A" nəşriyyat evi,2026

    Firuz MUSTAFA
    (Firuz Qədimalı oğlu Mustafayev)

    BAKI-2026
  • oktyabr 2026, Firuz M.

  • 57
Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iı том Pièce Баку -2026 Фируз Мустафа пьесы Iı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ I том Pièce Баку -2026 Фируз Мустафа Пьесы I том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Dünyanın Rəngi Povest Bakı-2020 dünyanın rəngi (povest) Görkəmli yazıçı nın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

Görünməz Dünyanın Sözçüsü: 1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 Görünməz Dünyanın Sözçüsü: 1-ci kitab (2 cildlik kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

Görünməz Dünyanın Sözçüsü: 2-ci kitab (2 cildlik kitab) Bakı-2026 Görünməz Dünyanın Sözçüsü: 2-ci kitab (2 cildlik kitab) Oxuculara təqdim edilən bu......

Xoşbəxtəm belə sənlə

Dəhnəli Məmməd Hacızadə

Yoxsa da qismətimdə gəzmək əl-ələ sənlə, Neçə-neçə xəyallar qururam hələ sənlə. . Gül açır bağçam-bağım, Artır eşqim,marağım. Gülür dilim- dodağım, Gəlirəm dilə sənlə.......

Dördlüklər. Onluqlar. Qoşmalar

Firuz Mustafa

Dördlüklər Onluqlar Qoşmalar ποίησις (poeziya) Bakı-2024 dördlüklər onluqlar qoşmalat ποίησις (poeziya) Geniş oxucu və tamaşaçı auditoriyası nı filosof, nasir və......

Sual

Ahmet Yalçınkaya

hansı çırayı yandırsam əlimdə bir iz amma alovlandıra bilməm atəşi nisbətmi acep sonsuzluğa yaxud korluğa bu nəyin nəsi buraxsam hər şeyi küləyə buludlara uzansam, sirrlərin......