...
  • Fəlsəfə işığında
  • Firuz Mustafa




  • Firuz MUSTAFA


    FƏLSƏFƏ İŞIĞINDA



    BAKI-2025







    Bir daha fəlsəfə haqqında...

    Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?” “Bizdə filosof varmı?” “Fəlsəfə elminin səviyyəsi qənaətbəxşdirmi?” və sair...
    Adi, “sıravi” adamların fəlsəfə ilə maraqlanması təqdir edilməlidir.
    Zahirən primitiv təsir bağışlayan bu sualların hər biri haqda isə saatlarla danışmaq mümkündür. Əslində, mövzuyla bağlı, hətta, ciddi elmi camelərdə kifayət qədər danışılıb və cild-cild kitablar da yazılıb da... Amma, ancaq, lakin, fəqət və leyk...
    Sonuncu sualdan başlayaq. Əvvəla, onu demək lazımdır ki, fəlsəfənin “elm” olub-olmamağı məsələsi bu gün belə diskussiya mövzusu olaraq qalmaqdadır. Hələ ötən əsrin 80-ci illərinin sonunda Moskvada nəşr edilən “Voprosı filosofii” jurnalında səhv etmirəmsə Nikifirov soyadlı bir müəllifin “Filosofiya nauka li?” adlı məqaləsi çıxmışdı. Müəllif iddia edirdi ki, fəlsəfə elm yox, dünyagörüşüdür. Mən də həmin yazı ilə bağlı öz mülahizələrimi yazmışdım. Redaksiya fikirlərimi olduğu kimi dərc etməsə də xülasədə adımı çəkib yazıya isnad vermişdi. Xatırlayıram, mənim bu konuda qısa mülahizəm belə idi və yenə belədir: elm özü də bir dünyagöşüdür.
    Keçək növbəti suala bəs “kimdir filosof?”
    Bu gün öz yazdıqlarını “fəlsəfi şeir” adlandıran şairlər, bəstələdiyini “fəlsəfi musiqi” adlandıran bəstəkarlar, çəkdiklərini “fəlsəfi rəsm” adlandıran rəssamlar çoxdur. Hətta, əllərini çənəsinə dirəyib “fəlsəfi pozada” foto çəkdirənlər də az deyil. Olsun. Yaxşıdır. Bəlkə bu da bir növ fəlsəfənin “kütləviləşməsinə” dəlalət edən amillərdən biridir.
    Yaxşı, bəs kimdir filosof? Qısaca belə bir formulə ilə kifayətlənə bilərəm: a/fəlsəfəni tədqiq edən adamlara, b/fəlsəfəni təbliğ edən, öyrədən, tədris edən adamlara, c/ fəlsəfi (yaradıcı) əsərlər yazan adamlara filosof deyirlər. Bütün dünyada olduğu kimi bizdə də fəlsəfəni təbliğ, tədqiq, tədris edən mütəxəssislər kifayət qədərdir. Amma yaradıcı xarakterli fəlsəfi əsərlər yazanlar... Bir dəfə qeyd etmişdim ki, yenə deyirəm, fəlsəfə tarixini öyrənmək, tədqiq etmək baxımından SSRİ alimləri bütün dünyaya örnək ola bilər. Amma o boyda SSRİ-də klassik anlamda filosof (sadə qaydada desək yeni bir nəzəriyyənin yaradıcısı) meydana gəlmədi. Və ya demək olar ki, gəlmədi. Gələ də bilməzdi. Bir metodun və ya metodologiyanın basqısı altında hansı yeni dünyagörüşündən və ya nəzəriyyədən söhbət gedə bilərdi?
    Son vaxtlar fəlsəfənin yerini teologiya və elm arasındakı bir “müstəvidə” axtarırlar. Zənnimcə, fəlsəfəni hər yerdə axtarmaq olar. Elə buna görə də tarixin fəlsəfəsi, riyaziyyatın fəlsəfəsi, fizikanın fəlsəfəsi, incəsənətin fəlsəfəsi, dinin fəlsəfəsi... və bu kimi digər anlayışlar meydana gəlib. Bəli, ayrı-ayrı elmlərin fəlsəfəsi də məhz fəlsəfəyə aiddir. Elə buna görə də biz K.Popper, B.Rassel, Q.Rayhenbax kimi “dəqiq”, “ciddi” elmlərin nümayəndələrini də filosof hesab edirik.
    “Filosofların” bu qədər, az qala həndəsi silsilə ilə artdığı bir mühitdə kimin filosof olduğunu müəyyənləşdirmək çətin məsələdir.
    Qayıdıram sözümün əvvəlinə. Bəli, peşəkar filosof (və ya fəlsəfəçi) dünyagörüşü ilə bağlı sualların araşdırılması ilə məşğul olan adamdır. Filosof daha çox bəşəri problemlərin öyrənilməsinə (və imkanı olarsa həllinə) çalışan fikir adamıdır. Təsadüfi deyildir ki, Platon əsl filosofları döyüşçü (qladiator) adlandırırdı.
    Vaxtilə Karl Mars deyirdi ki, fəlsəfənin əsas vəzifəsi dünyanı izah etməkdən yox, onu dəyişməkdən ibarətdir. Zənnimizcə, əvvəlcə izah etmək lazımdır.
    Zənnimcə, ritorik suala “atüstü” də olsa toxunuldu. Bəli, adi şüur səviyyəsində deyilənlərə hökm şəklində olmasa da, hər halda eksklüv, həm də çox sadə, anlaşıqlı və bir qədər də tələsik şəkildə yazılmış bir baxış sərgiləməli olduq.
    Təvazokarlıqdan uzaq olsa da deyim ki, bəndənizin fəlsəfə, fəlsəfə və mədəniyyət, fəlsəfə və ədəbiyyat konusunda bir sıra tədqiqatları, monoqrafiyaları, habelə müasir dünya düzəni haqda bir neçə dilə tərcümə edilmiş “Sərhədsiz dünya” traktatı vardır...
    Hə, sual belə oldu: Bizdə filosof varmı? Əlbəttə, var. Bəs hanı, haradadır?
    Məlum lətifədəki bir dialoq yada düşür:
    Kasıb allaha yalvarır:
    -Ay Allah, kömək et mənim lotareyama bir yaxşı şey düşsün.
    Allahdan cavab gəlir:
    -Ay adam, sən əvvəlcə bir lotereya al...
    Yaxşı ki, son illərdə dünya filosoflarının bir çox qiymətli əsərləri dilimizə tərcümə olunub, nəşr edilib. Hətta, bu olmasa da belə, “elm öyrənmək üçün...” bağışlayın, fəlsəfəni öyrənmək üçün məsələn, Axundov kitabxanasına getmək olar...
    Amma, ancaq, lakin, fəqət və leyk...
    p.s. O ki qaldı filosoflarla canlı ünsiyyətə... Mümkündür və mövcuddur.
    Sosial şəbəkədə öz bildiklərindən bir çoxunu, hər halda fraqmental şəkildə də olsa sizinlə təmənnasız, həm də şövq və həvəslə paylaşan, maarifçilik nümunəsi göstərən hörmətli filosof həmkarlarım az da olsa vardır.

    28.06.2020


    Zaman və zamansızlıq

    Zaman. Onu insanlar kəşf edib. Əgər insan yosa, zaman da yoxdur.
    Zamanın öz hüdudu, öz sərhəddi, öz ölçüsü olur.
    Biri var hamı üçün olan zaman, bir də var təklərə aid olan zaman.
    Ölçülü-biçili zaman, standartlardan uzaq zamandır.
    Mən də özümdən asılı olmayaraq özümçün bir zaman ölçüsü yaratmışam.
    Ümumiyyətlə, mənim öz zamanım var. Mən bu zamanı iki dəfə böyütmüşəm. Hər kəsə məlum olan bir saatlıq zamanı mən iki saata çevirmişəm. Hamının içində yaşadığı iyirmi dörd saatlıq vaxtı, zamanı, yəni məlum bir sutkanı şişirdib qırx səkkiz saata qədər, yəni iki sutkayacan uzatmışam.
    Mən bu qırx səkkiz saatlıq sutqamı dörd yerə bölmüşəm. Beləliklə, mənim öz sutqamın ilk oniki saatı tədris, təlim, tərbiyəyə sərf olunur. Sutqamın ikinci oniki saatı oxumağa, yəni mütaliəyə sərf edilir. Növbəti oniki saatım düşüncəyə, təhlilə, təkzibə, müşahidəyə, özümlə söhbətə həsr olunur. Yerdə qalan son oniki saatımsa yazıya gedir. Beləliklə, uzun onillərdir ki, mən bu “cədvəllə”, bu “marşrutla” işləyirəm. Bəs yuxu? Yatmaq harada qaldı bəs? Mənim yaşam proqramımda yuxuya yer qalmayıb. Uzun illərdir ki, yatmıram. Məndən asılı olmayaraq, bu, belə alınıb. Bunun kökü Yuxarılarla bağlıdır. Ümumiyyətlə, digər əksər canlılardan fərqli olaraq insanın kökü aşağıda, yəni Yerdə yox, yuxarıda, yəni Göydə olur. Həmin Yuxarının bir adı da Tanrıdır.
    Bəli, mənim Öz zamanım var. Mən daha çox o zamanın içində yaşamıram, əksinə, o zaman mənim içimdə yaşayır.
    Yanımızdan, yəni yan-yörəmizdən keçən zamanın bizə dəxli yoxdur. Dediyim kimi, bizə məxsus olan zaman içimizdəki, başımızdakı zamandır. Bu zamana isə elmdə adətən Sosial zaman deyirlər.
    Zaman amansız bir dəyirman daşı kimi maddi olan hər şeyi altına salıb və ya cənginə alıb əzir, üyüdür. Bu amansız “maddi zamandan” yalnız mənəvi, ideal olan nəsnələr kənarda qalır.
    Mütləq Zaman yalana aman vermir. Həmin zaman daim həqiqətin yanında olur.
    Zamanla yanaşı bir “zamansızlıq” fenomeni də var. O, zamana meydan oxuyanların zamanıdır.
    “Zaman”adlı bir pyesim də var. Zaman tərsinə oxunanda “namaz” alınır. Elə mənim əsərimin qəhrəmanının taleyi də daim tərsinə “oxunur”.
    Öz zamanınızı yaşayın.
    Zamanı ötüb keçmək faciə, zamandan geri qalmaq isə məzhəkədir.
    Zamansızlığa üz tutun.



    Şərq və Qərb
    (dixotomiya)

    Cozef Redyard Kiplinq (1865–1936) deyirdi ki, Şərq Şərqdir, Qərbsə Qərbdir.

    Bəs mən nə deyirəm?
    Mən deyirəm ki,
    Əslində Şərqlə Qərb arasında çin səddi yoxdur. Amma, ancaq, lakin və fəqət... Arada bəzi fərqli məqamlar var.
    Ötənlərdə Qərb Şərqdən öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən öyrənir.
    Qərbdə rasionallığa, Şərqsə isə nağılçılığa meyl güclüdür.
    Qərb ağla söykənir, Şərq qəlbə.
    Qərb beşiyə təzim edir, Şərqsə qəbrə.
    Qərb bu günlə yaşayır, Şərqsə dünənlə.
    Qərb rasionaldır, Şərqsə irrasional.
    Qərbdə şəxsiyyət güclüdür, Şərqdə isə şəriət.
    Qərb sıçrayışlarla irəliləyir, Şərq isə inersiya ilə.
    Qərbdə fərdi düşüncə hökmrandır, Şərqdə kütləvi düşüncə.
    Qərb adamı cəmiyyətlə daha çox təmasda olur, Şərq adamı isə daha çox təbiətlə təması sevir.
    Qərb öz keçmişindən gülərək, Şərqsə ağlayaraq ayrılır.
    Qərb çoxdandır ki, daha çox fəlsəfəyə, Şərqsə daha çox dinə arxalanır.
    Qərbdə soyuq rənglər, Şərqdə isti rənglər dominantdır.
    Qərbdə qanunlar, Şərqdə isə ənənələr hökmrandır.
    Qərbli gördüyünə, şərqli isə eşitdiyinə daha çox inanır.
    Qərbdə cəmiyyət, Şərqdə isə ailə kultu güclüdür.
    Qərb analizə, Şərq sintezə üstünlük verir.
    Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib postulatlara isnad edir.
    Qərbdə hiylə ağıl əlaməti kimi, Şərqdə isə ağıl hiylə əlaməti kimi qəbul edilir.
    Qərb intellektual tələbata daha çox vəsait ayırır, Şərq həzzlərin təmin edilməsinə.
    Qərbdə din daha çox mədəniyyət elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi kimi.
    Qərbdə sadə görünən çox şey, Şərqdə mürəkkəb təsir bağışlayır.
    Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə isə hökmranlığın pula tabeliyi daha aydın duyulur.
    Qərb Şərqə heyrətlə, Şərq isə Qərbə riqqətlə yanaşır.
    Qərbdə istehsal, Şərqdə isə istehlak hissi güclüdür.
    Qərb savaşa sənət, Şərq sənətə savaş kimi baxır.
    Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq qərbdən pulla geri alır.
    Vaxtilə Şərq Qərbə yürüş etmişdi, bu gün Qərb Şərqə hücum edir.
    Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran sədlər çin səddi qədər enli yox, olsa-olsa çin kağızı qədər ensizdir.
    Qərbi Şərqdən fərqləndirən amillər arasında coğrafi mühitin rolu böyükdür.
    Şərq və Qərb eyni ağacın budaqlarıdır. Budaqların birinə göyərçin qonub, o birisinə bülbül.
    02.05.2002









    SEVGİ
    (elmi-fəlsəfi esse)
    Еlə gözümüzün qаbаğındаcа
    Çох şеy dəbdən düşür- qаlırıq nаçаr.
    Bəzən dəbdən düşür bircə аndаca
    Pаltаrlаr, mеbеllər, bаğlаr, bağzаlаr.

    Təntənəli аdlаr, çinlər, pаqоnlаr,
    Kitаblаr, əsərlər düşürlər dəbdən.
    Komfоrt təyyаrələr, yollаr, vаqоnlаr,
    Sаrаylаr, qəsrlər düşürlər dəbdən.

    Dаim dəbdə оlаn bir şеy vаr, о dа
    Sеvgidir – qоcаlmır qоcа dünyаdа.


    Qəribə bir hal, üstəlik gülməli bir vəziyyət müşahidə olunmaqdadır: hər birimiz (hər halda çoxluq nəzərdə tutulur) insanın dərin hissi, coşğun duyğusu, qəlb aləmi, sevgisi ilə bağlı sənət əsərlərini həyəcanla oxuyur, heyrətlə dinləyir, dərin düşüncəyə dalırıq; lakin sevgi ilə bağlı ciddi söhbətləri bəzən (hətta, çox vaxt) ya yüngül təbəssümlə, ya da acı istehza ilə qarşılayırıq. Biz ədəbiyyatdakı Məcnunu, Otellonu, Romeonu, Leylini, Cülyettanı qəbul edirik, lakin həyatdakı məcnunluğu, romeoluğu qəbul etmirik. Kitabdakı, səhnədəki, kinodakı... Məcnuna pərəstiş edirik. Lakin həyatdakı Məcnunu ələ salırıq. Sevgi haqqında bədii ricətlərlə danışırıq. Lakin sevgi barədə yazılmış bədii esseni, publisistik yazını soyuq qarşılayırıq.
    Bəri başdan qeyd etmək istəyirəm ki, oxuyacağınız yazı öz janrı etibarilə ədəbi-bədii düşüncə, esse deyil, habelə onu publisistik qeydlər toplusu da adlandırmaq olmaz. Siz əzəli, əbədi, bəşəri bir problem barədə elmi xarakterli tədqiqatla, bir az birtəhər səslənsə da, “ciddi” janrda yazılmış qeydlərlə tanış olursunuz. Əlbəttə, yazıda başqa janrların çaları da yox deyildir. Beləliklə: SEVGİ.
    Əlbəttə, ritorik məntiqə əsasən həmin sözdən sonra mütləq nida işarəsi qoyulmalıdır, həm də bir yox, ən azı üç işarə birdən. Amma biz, deyildiyi kimi, sevgi barədə təkcə lirik-emosional üslubda söhbət açmaq niyyətində deyilik. Hərçənd ki, bunsuz keçinmək sözün mütləq mənasında qeyri-mümkündür. Başlıca məqsədimiz sevgi haqqında sakit tərzdə, soyuq mühakimə ilə fikir yürütməkdir. Düzdür ilk baxışda “soyuq” və “sevgi” anlayışları bir-biri ilə qətiyyən uyuşmur. Amma nə etməli? Düşünəndə ki, “sevgi” anlayışı həm də etik-fəlsəfi kateqoriyalardan biridir, istər-istəməz “ayaq saxlamalı” olursan, axı, fəlsəfə bizdən yalnız “soyuq” mühakimə, real təsvir və ciddi tədqiqat tələb edir. Bu baxımdan emosiya, bədii təsvir, metafora, lirizm qismən arxa plana çəkilməli olur.
    Biz onu da qeyd etməyi vacib bilirik ki, haqqında söhbət açılan problemin özünü bir neçə xətt üzrə nəzərdən keçirmək olar: sevgi anlayışına münasibətin tarixi baxımından, sevginin özünün tarixi təkamülü prosesindən və s. Lakin biz həmin tədqiqat formalarından imtina etmək niyyətindəyik. Elə təkcə ona görə ki, sevgi anlayışına münasibətdə tarixiliklə müasirlik arasında kəskin fərqlər axtarmaq, nəhəng Çin səddi tikmək çətindir.
    Bizə elə gəlir ki, “sevgi” anlayışının ən dəqiq, ən başlıca adekvatı azadlıqdır. Sevgi – azadlıqdır. Sevən kəs dünyanın ən azad varlığıdır. Azad adamın köləliyə meyl etməsi mümkün deyil. Azadlığı dərk etməklə sevmək arasında bərabərlik işarəsi qoymaq yalnız ilk baxışda təəccüb doğura bilər. Əslində isə o anlayışların ziddiyyəti yox, vəhdəti heyrət doğurmalıdır.
    Sevginin ağıl və ürəklə bağlılığı əsrlər boyu ən müxtəlif səviyyələrdə mübahisə doğurmuşdur. Bu yerdə B.Paskalın bir fikrini xatırlamalı oluruq: “Ürək zəkanın bilmədiyi qanunlara malikdir”. Əlbəttə, ürək və ağıl qanunları arasında mühüm fərqlər mövcuddur. Lakin belə bir həqiqəti də inkar etmək olmaz ki, ürəklə ağıl xətləri məhz sevgi nöqtəsində kəsişir, daha doğrusu, sevgi – qəlblə idrakın vəhdəti nəticəsində pərvəriş tapır. Feyerbaxın sözləri ilə desək, “ən ümumi sevgi yalnız zəkanın olduğu yerdə mövcuddur, zəkanın özü universal sevgidən başqa bir şey deyildir”.
    Sevgi, bayram deməkdir, əsl sevgi, Sevgisizlikdədir faciə, bədbəxtlik. Sevgi – ölümsüzlükdür, əbədiyyətdi. Sonluluq, ölərilik - sevgisizlikdir. Sevginin o biri üzü, onun “antoqonist düşməni”, əksi, antonimi nifrətdir. Zərdüştə görə, dünya xeyir və şərdən, sevgi və nifrətdən ibarətdir. Anaksaqor sevgi və nifrəti dünya evinin əsasını təşkil edən kosmik qüvvələr kimi səciyyələndirirdi. Böyük Şərq mütəfəkkiri İbn-Sina (Avisenna) yazırdı ki, ali varlığın idarə etdiyi bütün mövcud şeylər təbii istəyə və anadangəlmə məhəbbətə malikdir. Buradan belə qənaətə gəlmək olur ki, məhəbbət həmin şeylərin mövcudluğunun səbəbidir. Sonralar həmin fikri inkişaf etdirən Şarden de Teyyar göstərir ki, dünyanın bütün fraqmentləri (hissəcikləri, zərrələri) həmişə bir-birini axtarır; sevgi –xüsusi bir kosmik gücdür. Məhz kosmik duyğu nəticəsində insanlar (sevənlər) bir-birinə qovuşur. Ümumiyyətlə, “kosmik cazibə” barədə dəfələrlə söhbət açılmış, bəzən ifrat mühakimələr söylənmiş olsa da, problemin mahiyyətinə maraq daim kəskin səciyyə daşımışdır.
    Dekart yazırdı: “Mən düşünürəm – deməli, mövcudam”. İnsan mövcudluğunun əsasında həm də onun sevgisi yaşayır: eləcə də insan düşüncəsi insani sevgidən xaricdə mövcud ola bilməz. Elə isə Dekart öz fikrini hətta bu cür ifadə etsəydi belə, yenə haqlı idi; “Mən sevirəm – deməli, yaşayıram”.
    İnsan dünyaya müəyyən imkanlarla qədəm qoyur. Həmin imkanların gerçəkliyə çevrilməsi üçün təkcə bioloji amillər kifayət etmir. İlkin qıcıqlardan və instinktlərdən idraka qədər uzun, çox uzun bir yol var. O uzun yolda insan dərin uçurumların üzərindən keçməli olur. O uzun yolun əzabları bəzən sevincindən çox olur. “Sevgi” adlandırılan fenomenin meydana gəlməsi, məhz həmin yolun əzab və sevincləri ilə müşayiət olunur. Bəzi tədqiqatçılar sübut etməyə cəhd göstərir ki, sevgi hissi insanın təcrübəsindən kənarda belə mövcuddur. Hətta V.S.Solovyov yazırdı ki, zəka heyvanat aləmi üçün nədirsə, məhəbbət də insan üçün hələlik həmin şeydir. Solovyova görə iki adamın sevgisindən vahid bir şəxsiyyət meydana gəlir. Sevgi - əbədi həyəcan və qayğı, gündəlik cavabdehlik hissidir. Sevgi – yaradıcılıqdır. Ona görə o da daxili azadlıq tələb edir. Sevgi təkcə dünyəvi yox, həm də əbədi, kosmik hadisədir. “Söz insan cəmiyyətinin və mədəniyyətinin – təşkilində necə əhəmiyyətə malikdirsə, məhəbbət də həqiqi insan şəxsiyyətinin təşkilində bu cür və hətta, bundan da artıq əhəmiyyətə malikdir” – deyən Solovyov nə qədər də haqlıdır.
    Platon yaradıcılığından söhbət açan A.F.Losev yazırdı ki, sevən adam həmişə dahidir. Bizcə, çox sərrast deyilib.
    Məcnun dahidir.
    Romeo dahidir.
    Don Kixot dahidir.
    Kərəm dahidir.
    Sevgi insanı insan edir. Bəlkə elə əməkdən də öncə!
    Sevgi insanı insan edir. Bəlkə elə həyatdan da öncə!
    İnsan öz sevgisi ilə özü-özünü kəşf edir, özü-özünü yaradır, özü özünü tərbiyə edir və nəhayət, özündə özünü tapır. Lakin əsl məhəbbət həm də odur ki, insan özündə özünü unudur, özü ilə başqa bir vücudda vəhdət tapır. Hegelin dediyi kimi: “Sevginin əsl mahiyyəti özünü dərk etmədən uzaqlaşmada, özünü başqa bir məndə unutmaqdadır; lakin bu yoxolma və unutmada ilk dəfə özünü tapma, özünü tabe etmə mövcuddur”.
    Feyerbax belə hesab edirdi ki, sevmək hələ sevənin xoşbəxtliyi deyildir. Başqasını xoşbəxt etmədən özün xoşbəxt ola bilməzsən. Biz başqasını nə qədər çox xoşbəxt edirdiksə, özümüz də o qədər xoşbəxt oluruq.
    Zaman keçdikcə insanların dünyaya, tarixə, özünə münasibəti də dəyişir. Dünən yaxşı kimi qələmə verilən, bu gün kəskin tənqid atəşinə məruz qalır. Lakin sevgiyə klassik münasibət öz “mühafizəkarlığını” qoruyub saxlayır. İqtisadi səfalət qasırğaları dünyanı ağzına alır, insan öz fiziki yaşarılığını mühafizə etmək üçün kirpiyi ilə od götürür. Fəqət sevgi öz ilkinliyini, öz munisliyini saxlayır.
    İnsan mənəviyyatına bəzən bir qara qəpik qiymət qoyulmur, “məhəbbət” adı altında “diplomatik oyunlar” gedir... Lakin sevgi yaşayır.
    Əsl insan, ideal insan, insan idealı – sevən insandır.
    İnsanın sevgiyə dönük çıxması – özünün özündən uzaqlaşması deməkdir. Sevgisizlik – absurddur. Sevgi – həyatın mənbəyidir. Lakin cəmiyyət öz “həyat mənbəyinin” daimi mövcudluğu üçün qayğı göstərirmi? Fromm yazır ki, cəmiyyətdə az qala hamı “sevmək arzusu ilə” yaşayır. Lakin pul qazanmağa, hakimiyyətə, kefə-damağa daha çox vaxt gedir. Yəni adamlar var-dövlət əldə etməyin yeni-yeni yollarını, “elmini” öyrənir. Amma sevmək sənətini öyrənmək üçün heç bir təşəbbüs göstərilmir. Elə bu sənət sirlərinə vaqif olmamaqdandır ki, tərəflər arasında (qadın və kişi) çox vaxt uçurum yaranır.
    Fromm belə hesab edir ki, sevgi – istirahət yeri deyil, birgə əmək, əbədi mübarizə deməkdir. Sevmək – daim təzələnmək, təmizlənmək deməkdir. Sevgi – özünü zənginləşdirmək deməkdir.
    Hər bir fərdin özünəməxsus temperamenti var – bu keyfiyyəti insana təbiət verib. Lakin xarakteri insan özü qazanır. İnsan öz-özünü təkmilləşdirir. İnsan özü-özmü “qurur”, “yaradır”. İnsanın formalaşmasında onun “hissi” əlamətləri intəhasız rol oynayır. Bu cəhətdən insanın sevgisi istisna təşkil etmir. Sevgi üçün, sevmək üçün mütləq, konkret “elmi metod” yoxdur. Bu məsələdə hər kəsin öz “yolu”, öz fikri, öz mülahizəsi var. Hərə bir cür sevir. Lakin əsl məhəbbət hamıya eyni dərəcədə təsir göstərir: sevən adam təmizlənir, saflaşır, yüksəlir.
    Bütün insanların ürəyində sevgi üçün zəmin, sevmək üçün imkan mövcuddur. Lakin heç də bütün hallarda imkan gerçəkliyə çevrilmir. İmkanın gerçəkliyə çevrilməsində mühitin, tərbiyənin rolu böyükdür. Və əlbəttə, bu sahədə yenə ən böyük vəzifə subyektin – şəxsiyyətin üzərinə düşür... Harın tərbiyə görmüş adamın təkcə bədənini yox, ruhunu da piy qatı örtür. Bu cür şəxslər çox halda az qala hər şeyə qarşı laqeyd, biganə bir mövqedə dayanırlar: Viktor Hüqo öz mülahizələrində necə də haqlı idi; “İsti yataq insan ürəyini daşa çevirmək gücünə qadirdir”.
    Ürəklərin “daşa çevrilməsi” insani idealların (ülgülərin) çoxuna nöqtə qoyur.
    Sevgi və nifrət – insan ürəyinin iki sirli, möcüzəli, təzadlı qütbüdür. Ürəkdən nifrət edən adam ürəkdən sevə bilər. Eyni vaxtda həm sevmək, həm də nifrət etmək olar.
    Sevmək – risq etmək deməkdir. Özünün bütün ülviliyi, gözəlliyi, ilahiliyi ilə yanaşı, sevgi həm də - faciəvilikdir. Ancaq yaşadan, insanı ucaldan faciəvilikdir. Elə bu cəhətinə görə o, əsrlər boyu neçə-neçə bədii əsərin dramatik fabulasına çevrilib. Bir çox filosoflar sevgi anlayışına daha geniş rakurs və tələblər (əgər belə demək mümkünsə) səviyyəsindən yanaşmışlar. L.Feyerbax deyirdi ki, sevgi – zəkanın və təbiətin universal qanunudur. M.Girşveld isə sevginin qüdrətinə inam (və qiymət vermək) baxımından daha da irəli gedərək göstərirdi ki, məhəbbətin nəfəsi dünya xaosunu nizama salır, disharmaniyanı hormoniyaya çevirir. Belə mütəfəkkirlər insanın sevgisini insanın fövqündə təsəvvür edirdilər.
    Min illərdir ki, “sevgi varmı?” – sualı ətrafında adi təsəvvür və elmi-fəlsəfi düşüncə səviyyəsində mübahisələr gedir. Biz həmin mübahisələrə bir-iki kəlmə ilə cavab vermək və ya “hə”, “yox” nidaları ilə təkzib-təsdiq tonunda münasibət bildirmək iddiasından uzağıq. Fəqət bir məsələ aydındır ki, “sevgi varmı?” – sualı “həqiqət varmı?”, “vicdan varmı?”, “nifrət varmı?”, “xoşbəxtlik varmı?”, “iztirab varmı?”, “fəzilət varmı?” suallarının ekvivalenti kimi səslənir. Rus fizioliqu Pavlov yazırdı ki, mən insan beynində dəfələrlə cərrahiyyə əməliyyatı aparmışam və orada ağıl deyilən şeyə rast gəlməmişəm. Təbii ki, insan ürəyində “axtarış” aparanlardan heç biri orada məhəbbət adlı şeyə - maddi predmetə təsadüf etməyib.
    İki nəhəng filosofun baxışında sevgiyə münasibət müxtəlif bucaqlar altında acıqlanmışdır; Hegelə görə, sevmək – özünü unutmaqdır. Sevirsəndə - artıq başqasına çevrilirsən. Sevgidə “mən” arxa plana keçir – onu başqası əvəz edir.
    Fromma görə, özünü sevməyən başqasını qətiyyən sevə bilməz. Hər şey “mən”dən başlayır. “Mən” yoxsa, “o” da yoxdur.
    Paradoksdurmu?
    Bizcə, yox. Hər iki filosof özlüyündə haqlıdır. Hegelə görə, sevən adam özünü başqasında tapır (və ya itirir). Fromma görə, sevən sevdiyini özündə itirir (və ya tapır). Haradasa mahiyyət eynidir. Hər iki baxış eqoizmdən uzaqdır.
    Sevən adam dünyanı parlaq rənglərdə görür. Lakin bu parıltı bəzən sevənlərin gözünü tutur. Elə buna görədir ki, deyirlər; sevənin gözü kor olur. Və burdaca xatırladaq ki, sevgi insan həyatını heç də bütün hallarda sakit məcraya yönəltmir, əksinə, dramatizmlə dolu bir aləmə sövq edir.
    L.Tolstoyun da əsl sevgi ilə bağlı mülahizələri müəyyən mənada Hegelin fikirləri ilə üst-üstə düşür; o mənada ki, böyük yazıçı sevgini – özünüunutma, özünüqurban kimi qiymətləndirirdi. Tolstoya görə, sevgi ya var, ya da tamamilə yoxdur – burada tərəddüdə yer yoxdur. O ki, qaldı sevmək üçün konkret (əlverişli) məkan və zamana – Tolstoyun fikri qətidir: “Gələcəkdə sevgi olmur; sevgi – bu, yalnız indiki halda olan fəaliyyətdir. İndiki halda sevgini hiss etməyən adamın sevgisi olmur”.
    İnsan hissi, insan ürəyi heç bir sədd, heç bir hüdud tanımır. “Ağıllı” ürək bütün qanunlardan yüksəkdə durur. “Xüsusi”, “əlahiddə” adamlar üçün ayrıca qanunlar verilmir. Qanunlarda bir ümumilik var. Lakin ürəklər, hisslər “ümumi” kateqoriyasına tabe olmur. Hər ürəyin öz xüsusi “qanunu” olur. Sevən adam üçün belə hər bir cəmiyyətin müəyyən qanununun müəyyən cinayət məcəlləsini tətbiq etmək olar. Sevgi qanuna tabe olmursa, deməli, ona ziddir. Qanuna ziddirsə, deməli, orada asanlıqla “cinayət tərkibi” axtarıb tapmaq mümkündür.
    Elə müəyyən “qanunlar” çərçıvəsindən yanaşmağın nəticəsidir ki, müəyyən bir mərhələdə mənəviyyatın özündə də “sinfilik prinsipi” axtarışları olmuşdur. Az qala “proletar” məhəbbəti qarşılaşdırılmış, təbii ki, bizdə birinciyə üstünlük verilmişdir. Bu, “qarşıdurma” tərəfdarları qətiyyən hesaba almamışlar ki, insan ruhu və insan qəlbi hər bir “qanun” və “sinfilik” kateqoriyasından yüksəkdə durur: sevən adam öz sinfi mənsubiyyətindən, ictimai mövqeyindən belə qat-qat yuxardadır. Qanun intizama dəvət edir; lakin insan həyatı üçün şaqqraq, hamar yol yoxdur. Cəmiyyət həyatı müəyyən qanun və qanunauyğunluqlara tabedir; lakin insan həyatı gözlənilməz dönümlərdə, dramatik vəziyyətlərlə zəngindir. Cəmiyyət müəyyən proqnoz və planlarla hərəkət edə bilər; lakin insan ömrü bütün proqnozları rədd edir. Eləcə də insan sevgisi.
    Cəmiyyət qanunları sakit, təmkinli addımlarla müşayiət oluna bilər. Sevgi – mübarizə deməkdir, ona sakitlik yoxdur. Elmi-texniki tərəqqi (ETT) əsrində yaşayan, sevən insanın üzərinə böyük vəzifə düşür.
    Qəribə paradoksal üz-üzə dayanmışıq; bir tərəfdən ETT-nin inkişafından eyforiya vəziyyətinə düşür, hayıl-mayıl oluruq, digər tərəfdən düçar olduğumuz fəlakətlərin çoxu üçün elmi, texnikanı yamanlayaraq. Bir yandan xoşbəxtliyimizin açarını texnikanın inkişafında görür, digər tərəfdən bədbəxtliyimizin baisi kimi onu yamanlayırıq. Elə isə biz hansı anda, hansı məqamda haqlıyıq?
    ...Texnika insanın cəmiyyət qarşısında məsuliyyətini az qala sıfıra endirir. İstehsalçı məhsulun mahiyyəti ilə maraqlanmır. Çaylara, okeanlara axıdılan çirkab, zəhər “məhsuldar qüvvəni” – insanı narahat etmir. Bir düyməni basmaqla bir şəhərin altını üstünə çevirmək hərbçi adi texniki proqramı yerinə yetirir. Və bu vurhavur, qovhaqov tufanında insan özünü ya texnikanın əlavəsinə - onun bir boltuna, bir vintinə çevirir, ya da texnikanı özünün əlavəsinə döndərir. Belə bir məqamda “sevən aşiqi” “texniki adam” – robot əvəz edir. Sevgi sanki arxa plana çəkilir. Dükan-bazarlar süni “sevgi obyektləri” ilə dolur. Kişilər mağazalardan “qadın” seçir. Qadınların kişiyə ehtiyacı azalır... Rədd olsun “sevgi” anlayışı! ETT əsri məhəbbəti qəbul etmir! Biz Romeo, Məcnun sevgisi olmasa da ötüşə bilərik!
    Eşqin gətirdiyi əzab heç kəsi xoşbəxtliyə ürcah etməyib. Biznes, pul, şöhrət olan yerdə nə eşqbazlıq?..
    “Texniki adam” sevgini qəbul etmir. Belə yerdə vaxtilə məşhur Uotergeyt “işinin” təşkilatçısı, R.Niksonun prezidentliyinə qarşı kəskin çıxış etmiş, hələ uşaqlıqdan özünə ideal qəhrəman Hitleri seçmiş Hordon Liddi və onun “İradə” adı altında nəşr olunmuş əsəri – avtobioqrafiyası yada düşür. Liddi bütün ömrü boyu öz daxili hisslərinə qarşı vuruşmuş, həya, vicdan anlayışını qəbul etməmiş, özünü hissiz, duyğusuz maşına çevirməyə çalışmışdır. Onun üçün insan öldürmək – çəkiclə dəmiri əzmək kimi şeydir. “Mən maşına çevrilməliyəm!” – budur Liddinin “idealı”. Onun tez-tez təkrarladığı tezis, qərar: “Mən maşınam, maşınam, maşınam hiss etmirəm nə ağrı, nə yorğunluq!” Lap mahnıya bənzəyir. Sən demə, insanın öz daxilində özünü öldürməyə cəhd göstərməsi də ilham və zövq mənbəyinə çevrilə bilərmiş!
    Sevgidən könüllü imtina etmək – özündə özünü qətlə yetirməkdir. Sevgisizliyə çağırış – mənəviyyatsızlığa çağırışdır. Özündə sevgini öldürmək – mənəvi cəlladlığa yol göstərməkdir. Sevməməyi ilə öyünmək – öz ölümünü alqışlamaqdır, özünə “fatihə” deməkdir.


    ***
    Sevgi anlayışı olduqca geniş mahiyyət daşıyır. Buraya insanın doğma, yaxın insana, həqiqətə, xeyirxahlığa, hakimiyyətə, var-dövlətə, vətənə, Allaha və s. sevgisi daxildir. Ümumiyyətlə, sevginin müxtəlif təsnifatlarında birinci sıraya erotik məhəbbət aid olunur. Sevginin öz həyatında oynadığı rolu K.Marks öz arvadına yazdığı məktubda belə şərh edirdi; nəhəng ehtiras məni sözün bütöv mənasında özümü əsl insan hesab etməyə kömək göstərir... “Lakin nə Feyerbax “insanına”, nə Moleşott “maddələr mübadiləsinə”, nə proletariata sevgi deyil, sevimli adama, məhz sənə olan sevgi: bu, sözün əsl mənasında insanı yenidən insan edir”.
    Məhəbbət insanlara, artıq qeyd olunduğu kimi, irsən keçmir. Onu insan özü yaradır. Sevgi hissi həyatda formalaşır. Sevginin meydana gəlməsində iki obyekt (və ya subyekt) iştirak edir: sevən və sevilən. Məhz sevgi nəticəsində obyektin subyektə münasibəti təkmilləşir.
    İnsan öz sevgisi ilə ömrün yeni bir pilləsinə -yeni bir oraya qədəm qoyur.
    Yer üzündə sevgisiz, duyğusuz adam tapmaq qeyri-mümkündür. Hətta, özünü tənha, yalqız, biganə, soyuq hesab edən adamlar belə daxilən bu və ya digər dərəcədə dərduni intim hisslərlə bağlı olurlar. Ümumiyyətlə, insanın normal inkişafı, onun xarakter və şəxsiyyətinin formalaşması məhz onun məhəbbətinin səviyyəsi ilə bağlıdır. L.Tolstoy yazırdı: “Əgər sən sevmirsənsə” – bu heç də o demək deyil ki, səndə sevgi yoxdur. Sadəcə olaraq sənin sevməyinə mane olan nəsə bir şey var. Sənin qəlbin sevgi ilə doludur, lakin o üzə çıxa bilmir, çünki buna sənin günahların mane olur. Qəlbini qandallardan azad et...”
    İnsanı digər canlılardan fərqləndirən amil həm də onun sevmək qabiliyyətidir. Təbiət öz düşünən övladını elə yaratmışdır ki, o, digər canlılardan təkcə ağlı, qəlbi ilə deyil, habelə bir çox digər cəhətləri ilə fərqlənir. İnsanla heyvanı az qala “bir bezin qırağı” hesab edənlərə qarşı çıxan L.Feyerbax “Gələcəyin fəlsəfəsinin əsas müddəaları”nda yazırdı ki, insan digər canlılardan təkcə təfəkkürü ilə deyil, habelə bütün varlığı ilə fərqlənir.
    Əlbəttə, sevgi anlayışının bəsitləşdirilməsi yalnız bəsit təfəkkürə xas xüsusiyyətdir. İnsan öz sevgisi ilə bütün canlıların fövqündə duran varlıqdır. Fizioloq Meçnikov yazırdı: “Heç bir şübhə yoxdur ki, insanın cinsi hissiyyatı, digər canlılarla eyni olsa da belə, ən ali mənəvi təzahürün mənbəyidir”. Yeri gəlmişkən qeyd edək ki, Platon həmin fiziki təzahürləri dörd qismə bölürdü; insanın gözəlliyə, həqiqətə, yaradıcılığa, həyatın mənasına marağı, ehtirası. Platon belə hesab edirdi ki, məhəbbət incəsənətə, yaradıcılığa doğma olan hadisədir, o göstərir ki, məhəbbət hətta incəsənətdən yüksəkdə duran fenomendir.

    Eşqdir mehrabı uca
    göylərin,
    Eşqsiz, ey dünya, nədir
    dəyərin?..
    Nizami haqlı idi. Bu gün də haqlıdır.
    İnsan min illərdir ki, sonsuzluğa, intəhasızlığa doğru bir yol gedir. Bu yolda onu uçurum və vadilər, eniş və yoxuşlar müşayiət edir. İtirə-itirə, qazana-qazana yol gedir insan...
    Əbədiyyət yollarının əzəli və sonu – sevgi dayanacağıdır.
    İnsan öz sevgisindən od alıb yola çıxır.
    İnsan öz son məqsədinə - öz böyük sevgisinə qovuşub yola çıxır.
    Varlıqla yoxluğun danılmaz, uçulmaz körpüsü – sevgidir.
    * * *
    Min illərdir özünü arayır, axtarır insan oğlu. Bu axtarışların sonu - əzəl, əzəli – sondur. Əzəllə son arasında bir körpüdür – sevgi...

    “Azərbaycan gəncləri” qəzeti, 28 yanvar 1992-ci il




    SƏNƏT VƏ SEVGİ
    (esse)
    Sevmək özü bir sənətdir, incəsənətdir. Bəlkə elə buna görədir ki, incəsənətin baş mövzusu sevgidir. Amma təəssüflər olsun ki, bəzi sənət adamları öz əsərlərində sevgi anlayışının mahiyyətinə varmaqdan daha çox, onun xarici “effekt” və “atributlarına” diqqət yetirirlər. Bioloji və mənəvi keyfiyyətlərin qarışdırılması, haqqında söhbət açılan anlayış barədə yüngül təsəvvür yaradır. Halbuki əsil sevgi hər cür bioloji və fizioloji amildən qat-qat yüksəkdə dayanır. Sevginin “radiusunu” cismanu parametrlərlə məhdudlaşdırmaq bayağılığın, dayazlığın məhsuludur. Əlbəttə, Henrix Hayne kimi nəhəng bir şairin “ən gözəl şeridir qadın bədəni” – kəlamını bu cür “dayazlığın” nümunəsi kimi təqdim etmək insafsızlıq olardı. Qadın bədəninin, ümümiyyətlə, insan bədəninin təbiətin şah əsəri olduğunu hər kəs inkar edə bilməz. Hər bir bədii əsərin, diqqəti cəlb edən incəsənət nümunəsinin əsas qayəsi sevgi hissi aşılamaqdan ibarətdir: həm də insana sevgi. Məhəbbət – incəsənətin obyektidir. Bu “obyekt” insanı anlamağın, onun mürəkkəb mahiyyətini dərk etməyin yeganə vasitəsidir.

    Sevgi nə zaman meydana gəlib? O, doğrudanmı insanla, onun bioloji ömrü ilə yaşıddır? İnsanlığın mənşəyində, kökündə sevgi fenomeninin rolunu necə qiymətləndirmək olar? Əlbəttə, bütün bu suallara bu gün əldə olan sənət əsərlərinə və tarixi xronikalara görə qiymət verə bilərik. Dövrümüzə gəlib çıxmış əsərlərin əksəriyyətində bəşəriyyətin “uşaqlıq mərhələsində” haqqında söhbət gedən anlayışın daha çox “hissi ləzzət” (Hegel) səciyyəsi daşıdığı qeyd olunur. Hegel antik mədəniyyət və incəsənətdən söhbət açarkən, qədim yunan faciələrinə (səhnə əsərlərinə) və heykəllərə istinadən belə bir qənaətə gəlir ki, o dövrün əsərlərində daxili hissin ifadəsindən daha çox, zahiri əlamətlərin təcəssümünə diqqət yetirilir.
    Amma heç də belə bir qənaətə gəlmək olmaz ki, qədim dövrdə insanların dərin hissi aləmi olmamışdır. Məhəbbət ilahəsi Afroditanın ətrafındakı digər allahları – sevgi hamilərini xatırlatmaq kifəyətdir: Erat, Himerot, Pot, Himney, Peyto, İlifiya və s.
    Yeri gəlmişkən, yunan erosundan daha qədim olan şumer-akkad ədəbi nümunələrində sevgi allahlarından bəhs olunur. Buradakı allahlar panteonunda İştor əsas məhəbbət hamisi (həm də hərb və sülh himayədarı) kimi seçilir. “Gilqameş haqqında dastan”da İştor cismani yaxınlığı təqdir edir; İştor hələ böyük məhəbbətin nə olduğunu dərk etmir. “Gilqameş haqqında dastan”ın dörd min il yaşı var, o, “İliada”dan min il böyükdür. Elə həmin dövrdə Qədim Misirdə də sevinc və sevgi ilahəsi – Hotar haqqında rəvayətlər yaranmışdır. Az sonra, təxminən otuz beş əsr öncə, artıq Misirdə məhəbbət lirikası meydana gəldi və elə həmin dövrdə, bu gün də dünyanı heyrətə gətirən sənət nümunəsi – Nefertitin başı – heykəltəraşlıq portreti yaradıldı. Əslində Ehnaton və Nefertitin bir-birinə münasibəti bəşəriyyətə məlum olan ilk ən böyük sevgi nümunəsidir. Neçə yüzilliklərdir ki, bu sevgi barədə əfsanələr dolaşmaqda, yeni-yeni əsərlər yaranmaqdadır. XATIRLATMA: lirika ilk dəfə Misirdə meydana gəlib (Bizim e.ə.XVI-XV əsrlərdə), sonralar yunanlarda inkişaf edib. Daha sonrakı mərhələlərdə artıq nəsr, daha doğrusu, dram əsərləri meydana gəlməyə başladı; həm tragediyalar, həm də komediyalar, həm də komediyalar səhnəyə qoyulurdu. (TRAGEDİYA: yunanca hərfi mənası keçirilən nəğməsi denəkdir; qədim yunanlar bayramlarda Dionisin obrazını keçi dərisi geyməklə yaradırdılar; Komediya: yunanca mərasim nəğməsi deməkdir; Dionisin şərəfinə keçirilən bayramlarda şən nəğmələr oxuyurdular).
    İnsani münasibətlərin təhlilinə ən çox tragediyalarda diqqət yetirilirdi. Belə ki, Esxilin “Aqamemnon”, Sofoklun “Çar-Edip”, Evripidin “İppolite” əsərlərində sevgi az qala bütün komediyaların əsasında dayanır: Artıq bizim e.ə. I əsrdə Katuli, Ovidi, Horatsi, Vergili və digər romalı şairlər sevginin psixoloji mahiyyətini ifadə etməyə çalışmışdılar.
    Sevgi insanın həyatına daxil olduqca onun mənəviyyatını, dünyagörüşünü dəyişdirir. Əlbəttə, demək olmaz ki, sevgi insanın həyatına yalnız işıq, xoşbəxtlik gətirir. Yox! O, təkcə həyatdakı insanların deyil, ədəbiyyatdakı obrazların da həyatına bir çox hallarda zülmət, intriqa, bədbəxtlik gətirir. Buna minlərlə, milyonlarla sənət nümunəsi göstərmək olar. Görünür, bütün bu ziddiyyətlərin əsasında insan təbiətinin hələ izah olunmamış, kəşf edilməmiş çox sirli keyfiyyətləri dayanır.
    Qadın və Kişi. Əks cinslər. “Əks qütblər”. Bəs bu “qütblər” nə cür birləşir? Qədim yunanlar, bu birlikdə bir “ağılsızlıq” da görürdülər.
    Ümumiyyətlə, yunanlar sevginin bir neçə “növünü” müəyyənləşdirmişdilər. Bu “növ”lərdən ən əvvəl, əlbəttə, Eros (və ya Erot) qeyd olunmalıdır.”Erotika” sözü də həmin ifadədən yaranmışdır. Ovidinin latın dilində qələmə aldığı “Sevmək sənəti” əsəri məhz erosdan bəhs edir.
    Daha sonra “fili” diqqəti cəlb edir. “Fileo” – “mən sevirəm” deməkdir. Onun mahiyyət və mənası erosdan daha genişdir; bu, təkcə sevgi yox, həm də dostluqdur.
    Eros və fileodan başqa biz “filiostorqiya” (zərif məhəbbət), “filotes” (dostluq sevgisi), kimi “mərhələləri”, hətta “filomütos” (mifə məhəbbət) anlayışını da xatırlada bilərik. Mif, mifologiya qədim yunanların həyatında mühüm yer tuturdu Və sevgi anlayışının mahiyyəti də çox vaxt mifləşdirilirdi... Yunanlarda əsas sevgi mənbəyi – Afrodita və Erot (Eros) (Romada isə müvafiq olaraq Venera və Amur) idi. Afrodita – sevgi və gözəllik ilahəsidir. Afrodita bir çox allahları qadınlarla, hətta, bəzi kişiləri ilahələrlə tanış edir. Erot (Eros) Afroditanın oğludur.
    “Filiya”nın növləri arasında idraka məhəbbət də xüsusi yer tutur. Məsələn, “”filomateya” (biliyə sevgi) – “matematika” sözü buradan yaranıb, “filologiya” (elmi söhbətə sevgi) – “filologiya” sözü də buradan yaranıb, “filosofia” (müdrikliyə (həqiqətə) sevgi), “filosofiya” (fəlsəfə) sözü həmin anlayışdan əmələ gəlib.
    Lakin qədim yunanlar sevgi haqqında nə qədər söhbət açsalar da onun fəlsəfi-estetik mahiyyətini lazımi səviyyədə dərk edib qiymətləndirə bilməmişlər. Bu, təbii ki, zamanla, dövrlə, habelə insanlığın o vaxtkı inkişaf mərhələsi ilə bağlı bir hadisə idi.

    “MƏDƏNİYYƏT” qəzeti, 26 yanvar 2002-ci il














    DİN – MƏNƏVİYYAT, MƏDƏNİYYƏT HADİSƏSİDİR

    Son zamanlar məmləkətimizdə bərqərar olan dünyəvi və dini baxışlar, daha doğrusu, o baxışların daşıyıcıları sayılan insanlar arasında bəzi fikir, düşüncə, münasibət fərqləri meydana çıxmaqdadır.

    Söhbət nədən gedir? Söhbət ondan gedir ki, XXI əsrin dərinliyinə doğru addımladığımız bir zamanda bəzi fərdlər və dairələr ortaya orta əsr adamları üçün maraq doğura biləcək bir sual atıblar: təhsil ocaqlarında dinin tədrisi nə qədər vacib və ya qeyri-vacibdir? Dünyəvi təhsilin tərəfdarları belə hesab edirlər ki, dinin təhsil ocağı ilə kolledial əlaqəsi ola bilməz, zira bu barədə qanunlarımızda açıq şəkildə yazılıb; yəni din məktəbdən və dövlətdən ayrıdır. Lakin həmin problemə öz arşını ilə yanaşan teoloji təsəvvür və təfəkkür sahibləri iddia edirlər ki, xeyr, məsələ heç də bu cür deyildir, çünki hal-hazırda qüvvədə olan konstitusiyamızın maddəsi hər bir vətəndaşın bu məsələlərdə seçim azadlığı hüququna malik olduğunu təsbit edir.
    Bir məsələyə iki baxış. Bir problemin iki cür interpretasiya və təfsiri. Bəs həqiqət kimin tərəfindədir? Bu, o qədər həssas və eyni zamanda prinsipial, habelə fenomenal bir hadisədir ki, birbaşa “hə” və ya “yox” cavabı vermək qeyri-mümkündür.
    Hər halda söhbət ictimai şüurun, mühüm tərkib hissəsindən, habelə mədəniyyətimizin dərin köklərindən biri haqqında gedir. Bu, dindir, dini təsəvvür və baxışlardır. Amma istər-istəməz məsələyə qanun və mənəviyyat baxımından qiymət verilməlidir.
    Azərbaycan dünyəvi, sivil və demokratik inkişaf yolunda olan bir ölkədir. Bizim qəbul etdiyimiz qanunlarda açıq-aydın yazılıb ki, din məktəbdən (və dövlətdən) ayrıdır. Və həm də məsələ burasındadır ki, bizdə sırf dini təhsil almaq üçün də imkan və şərait mövcuddur: teloji məktəb və mədrəsələr lazımi qaydada fəaliyyət göstərir. Deməli, dini təlimə marağı olanlar elə həmin təhsil ocaqlarında oxuya bilərlər.
    Qalır məsələnin ikinci tərəfi: vicdan azadlığı problemi. Bəli, bizdə istənilən adam istədiyi dinə etiqad edə bilər. Hətta, ateistlərə də heç kəs gözün üstə qaşın var deyə bilməz. İndi dinə inanmayan adamların “kafir” və ya “şarlatan” adı ilə damğalanması əyyamı da arxada qalıb. Hətta, Roma papası orta əsrlər inkivizasiya məhkəməsinin hökmü ilə qətlə yetirilən, orda atılan ateistlərin ruhu qarşısında bütün xristianlar adından üzr istəmişdir. Deməli, dini seçim də azaddır. Və buradan belə nəticə çıxır ki, vicdan azadlığı haqqında qanunla dinin məktəbdən ayrılması barədə müvafiq maddə arasında ziddiyyət yoxdur. Din – mənəviyyatımızın, mədəniyyətimizin qaynaqlarından biridir. Lakin o kor-koranə inam, cahillik və xurafat deyildir.
    P.S. Bu günlərdə Roma papası II İohann Pavel Bakıya gəlmiş, ictimaiyyətin nümayəndələri ilə görüşmüş, ibadət etmişdir.

    “MƏDƏNİYYƏT” qəzeti, 25 may 2002-ci il





    FƏLSƏFİ FİKİR TARİXİNDƏN YARPAQLAR

    GİRİŞ ƏVƏZİ BİR-İKİ SÖZ

    Haqqında söhbət açılacaq dövrlər və həmin zaman kəsiklərində yaşayanlar bu dünyanın özü kimi qədimdir. Yox, deyəsən, “qədim” sözü yerinə düşmədi. Bu gün bizim zəkamızı hərəkətə gətirən fikir bu gün bizim ruhumuza qanad verən söz necə qədim ola bilər? Bəlkə filosoflardan bəzilərinin qəbul etdiyi, bəzilərinin isə qətiyyən yaxına buraxmadığı zaman anlayışı nisbidir, yəni dünənlə sabah arasında elə bir fərq yoxdur?
    Əziz oxucu, yəqin ki, eyhamdan aydın oldu: sözümüz söz haqqındadır. Daha doğrusu, fikrin, zəkanın, qəlbin “cildi” olan söz haqqında. Bu cür sözü dilçilik elmi yox, fəlsəfə tədqiq edir.
    Azərbaycan xalqı dünya fikir tarixinə ən çox mütəfəkkir bəxş edən xalqlardan biridir. Azərbaycan xalqı həm də öz fikir tarixini ən az tədqiq edən xalqlardandır. Bu təzadın sirrini, kələfini açmaq niyyətində deyiləm.
    Müəllif sizə fəlsəfə tarixi yox, tarixdən və bu tarixə bağlı ömürlərdən – bir çox filosofların ömürlərindən səhifələr təqdim edir.
    Bunu da bildirməyi özümə borc bilirəm ki, bu yazılarda indiyəcən elmə məlum olan bir çox dərsliklərdən, kitab və monoqrafiyalardan istifadə olunmuşdur.
    * * *



    MİFİK TƏSƏVVÜRDƏN FƏLSƏFİ TƏFƏKKÜRƏ

    “Hələ heç kim heç vaxt həyata tam tərif verə bilməmişdir; çünki o hər an dəyişir və dəqiq təhlildən heyrətamiz şəkildə yayınır”.
    “Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox varlanarsan; ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz”. Əbdül FƏRƏC
    Fəlsəfənin genezisi, onun meydana gəlməsi məsələsi təkcə bu günün tədqiqatçılarını yox, elə antik dövr filosoflarına da düşündürmüşdür. Qədim Şərqdə belə hesab edirdilər ki, hər cür bilik (o cümlədən fəlsəfə) insanın marağı, ehtiyacı ilə bağlı yaranır. Bu məsələnin psixoloji cəhəti Platonun diqqətini cəlb etmişdi. Platonun “Teetet” dialoqunda deyilirdi ki, fəlsəfənin başlanğıcı – heyrətdir. Yəni fəlsəfə heyrət etməkdən yaranmışdır. Həmin fikri Aristotel inkişaf etdirərək yazırdı ki, insanlar öz biliklərini artırmaq (və eləcə də biliksizlikdən yaxa qurtarmaq) üçün filosofluq etməyə başlamışlar. Lakin öz biliksizliklərini dərk etmək üçün onlar müəyyən biliyə malik olmalı idilər. İnsan öz biliksizliyini başa düşənəcən böyük təkamül yolu keçir. Biliksizlikdən biliyə gedən yol heyrət və təəccüblə müşayiət olunur. Elə buna görə də Aristotel yazırdı ki, məhz heyrətlənmə nəticəsində insanlar ilk dəfə filosofluq etməyə başlamışlar.
    Amma fəlsəfə, elm təkcə heyrətlə meydana gələ bilməz. Elmə qədəm qoymaq üçün heyrətin səbəbi olmalıdır. Daha doğrusu, həmin səbəbin özü dərk olunmalıdır. Bu cür dərkdən sonra heyrətin səbəbi artıq heç bir təəccüb doğurmur. Aristotel fəlsəfənin yaranmasında mifin, mifologiyanın rolunu xüsusi qeyd edirdi.
    Fəlsəfi nə üçün, nəyə görə yaranıb? – sualına Aristotelin cavabı belə idi; “Bütün insanlar biliyə can atırlar – onların təbiəti belədir”.
    Fəlsəfənin genezisi məsələsi Yeni dövr mütəfəkkirlərini də məşğul etmişdir. Hegelə görə fəlsəfənin yaranması problemini bütöv fəlsəfi-tarixi prosesdə nəzərdən keçirmək lazımdır, çünki “fəlsəfə dəyişməz olanı, əbədini, öz-özünə mövcud olanı dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə bir vaxt mövcud olub sonra aradan çıxan və başqası ilə əvəz olunan barədə xəbər verir. Əgər biz desək ki, həqiqət əbədidir, onda o baş verən hadisələr sferasına daxil olmur və onun tarixi yoxdur. Əgər onun tarixi varsa, onda həqiqəti tapmaq olmaz, çünki həqiqət ötüb keçən deyil”.
    Hegel deyirdi ki, həm fəlsəfə, həm də din (xüsusən, onun mifoloji hissəsi) eyni sonsuz və ümumi məzmun kəsb edirlər, mahiyyət etibarilə eynidirlər; yalnız dinin ifadə tərzi – təsəvvür, fəlsəfəninki isə - anlayışdır. Bu və ya digər məzmun isə həm təsəvvür, həm də anlayış vasitəsilə ifadə oluna bilər.
    Hegel belə hesab edirdi ki, mifologiya (dinin dünyagörüşü hissəsi kimi) fəlsəfənin mühüm qaynağıdır. Fəlsəfənin əsas mənbələrindən biri də, Hegelə görə, adi şüurdur.
    Hegel göstərirdi ki, fəlsəfə məzmun və forma arasındakı ziddiyyətin həlli kimi yaranmışdır. Bəs, bu “həllolunma prosesi” nə üçün bu qədər ləngimişdir? Hegel yazırdı ki, “fəlsəfə... xalqın bütün mədəniyyətinin inkişafının müəyyən mərhələsində meydana gəlir”.
    Fəlsəfənin mifologiyadan yaranması, onun mifogen tipinə söykənməsi bir çox filosoflar, o cümlədən XX əsrin böyük mütəfəkkiri A.F.Losev tərəfindən müdafiə olunmuşdur.
    Bu gün elmi fikir belə bir faktı təsdiq və müdafiə edir ki, ilkin fəlsəfi düşüncənin mayası mifologiyadan gəlirsə, ilk sistemli fəlsəfi təlimlərin beşiyi Şərqdir. Bu baxımdan hind fəlsəfəsinə ötəri bir nəzər kifayətdir.
    Qədim Hindistanda fəlsəfənin, fəlsəfi idrakın təkmilləşməsinə dini fikrin, mifologiyanın təsiri böyük olmuşdur. Tədqiqatçıların yekdil rəyinə görə, hind fəlsəfəsinin qaynaqları b.e.ə. I minilliyin ortalarına gedib çıxır. Bu, elə bir dövr idi ki, artıq dövlət formalaşır, qanunlar qüvvəyə minir, cəmiyyətdə sürətlə təbəqələşmə gedirdi.
    Qədim hind cəmiyyəti elə əsas qruplara bölünürdü ki, onlarsız həmin dövrün ab-havasını təsəvvürə gətirmək mümkün deyil. Həmin qruplar varna adlanırdı. 4 cür varna vardı: 1) kahin varnası (brahmanlar); 2) hərbi aristokratiyanın varnası (kşatrilər); 3) əkinçilər, sənətkarlar, tacirlər varnası (vayşilər); 4) aşağı varna (şudralar).
    Hind mədəniyyətinin qədim abidələri vedalar (vedlər) adlanır. Vedalar dörd qrupa (və ya hissəyə) bölünür ki, onların da ən qədimi Samhitler hesab olunur. Samhitlərin özü 4 məcmuədən ibarətdir – onlardan ən məşhuru dini himilərin toplusu kimi qiymətləndirilən Riçvedadır. Vedaların ikinci hissəsi Brahmanlar sayılır. Üçüncü hissə - Aranyaklar, dördüncü hissə isə Upanişadlar adlanır.
    Ümumiyytlə, qədim hind fəlsəfəsi ayrı-ayrı sistem və məktəblərin inkişafı sayəsində özünün kamillik səviyyəsinə çatmışdır. Bu gün üzü iyirmi birinci əsrə doğru gedən çağda nəsildaşlarımızı bizim eradan əvvəl 1 minillikdə yaranmış fikir möcüzələri indi də heyrətləndirir. Mimansa, sankxiya, yoqa, iyaya məktəbləri, habelə caynizm, budlizm, çarvaklar məktəbi bəşər fəlsəfi zəkasının canlı, əbədiyaşar pillələridir. Banisi Patanjami hesab olunan yoqa sistemi isə etik prinsiplərin təkamülündə əsaslı rol oynamışdır.
    “DALĞA” qəzeti, 1990-cı il 25 dekabr







    Çin müdriкləri

    "Müdriк adam özünə rəva görmədiyini, hеç vaхt başqasına görə bilməz".
    Коnfutsi.

    Qədim Çində fəlsəfi fiкrin yaranmısı bizim еradan əvvəl VI-V əsrlərə təsadüf еdir. Öz dövrünün nəhəng mütəfəккirlərindən biri Коnfutsi idi. Ölməz əsərləri ilə məşhur оlan Коnfutsinin fəlsəfi təlimin əsasında insan və оnun əхlaqı dayanırdı. Bu cəhətdən XX əsrin matеrialistləri Коnfutsiyə həsəd apara bilərdilər. Hə üçün? Ən azı оna görə кi, fəlsəfəni idеalоgiyanın кgləsi və ya кöləsi кimi dеyil, insan həyatı, insan idеalı, insan əхlaqı ilə bağlı еlm hеsab еdirdi.
    Filоsоf insanı mənsub оlduğu sistеmə görə yох, aldığı tərbiyəyə görə qiymətləndirirdi.
    Коnfutsi dеyirdi: "Bütün insanlar təbiətinə görə bir-birinə yaхındır, yalnız tərbiyə zamanı bir-birlərində ayrılırlar".
    Коnfutsiyə görə, yеnini dərк еtməк üçün кöhnəni öyrənməк zəruridir.
    Коnfutsi bеlə hеsab еdir кi, düşüncəsiz biliк-əhəmiyyətsiz, biliкsiz düşüncə - mənasızdır.
    Коnfutsinin ardıcılı Mеnszı öz müəllminin təlimini qəbul еtməкlə üanaşı, müstəqil mülahizələr söyləyir, öz dövrünün fiкir salnaməsini inкişaf еtdirirdi. Filоsоfa görə, insanın həyatı göylərin öкmünə, səmanın iradəsinə tabеdir. Göylərin höкmünə isə hər şеyə qadir "səma оğlu" icra еdir. Insan anadan хеyirхah dоğulur; оna dörd əsas кеyfiyyət хasdır: 1) əzabкеşliк hissi; 2) həya hissi; 3) təvazö hissi; 4) dоğrunu yalandan fərqləndirməyi bacarmaq hissi. Laкin cəmiyyətin tə"siri nəticsində tinsan öz əzəli кеyfiyyətlərini itirə bilər.
    Əlbəttə, qədim Çin fəlsəfi məкtəbinin bütün nümayəndələrinin Коnfutsini təqdir və təbliğ еtdiyini düşünməк səhv оladı. Məsələn, Mоszı (Mо Di) Коnfutsini кəsgin tənqid еdirdi. О göstərirdi кi, əzəldən müəyyənləşmiş talе yохdur. Insan öz sоsial vəziyyətindin asılı оlmayaraq, hamıya əl tutmalıdır. Insanın rеal talеyi göylərin iradəsində təmsil оlunan ən ümumi məhəbbətlə ifadə еdilir.
    Çin fəlsəfəsi, Çin ədəbiyyatı zaman-zaman bəşər mədəniyyətinin müхtəlif "qatlarına" hоpmuş, insanlığın təкamülündə böyüк rоl оynamışdır.
    Çin fəlsəfəsi dini və mifоlожi baхışların qоvşağında cilalanıb təкmilləşmişdir. Mifоlожi qaynaqlardan su içən qədim Çin dünyagörüşündə biz daha çох ibtidai yоzum manеrpaları ilə qarşılaşırıq. Çin aləmi Yunan Кеnin tоpladığı miflər dеyilənləri əyani şəкildə sübuta yеtirir. Həmin miflərdən birində bübarizə aparan iкi коsmiк qüvvə - Yan və In (Göy və Yеr) əsas əкs amillər hеsab оlunur. Yaхub başqa bir mifiк qəhrəman Pan-qu fövqəltəbii qüvvəyə maliк canlı кimi təqdim оlunur. Pan-qu Göyü Yеrin üzərinə qaldıraraq əbədi, хaоtiк ziddiyyətlərin bünövrsini qоyur. Həlaк оlmuş Pan-qunun nəfəsi - кüləyə, səsi - ildırıma, sоl gözü - Günəşə, sağ gözü - Aya, əl və ayaqları - Dünyanın dörd cəhətinə, sümüкləri - daşa-dəmirə, təri - yağışa, saçı - çiçəyə, оta, ağaca və s. çеvrilir. Bədənindən qоpan miкrоblardan (hissəciкlərdən) isə insanlar yaranır və кüləк həmin hissəciкləri Yеr əzərinə səprələyir.
    Qədim Çinin böyüк mütəfəккiri Van Çun özünün "Tənqitdi mühaкimələr" ("Lun hеn") əsərində yazırdı кi, insan кainatın bir zrrəsidir. Laкin о, кainatdaкı varlıqlardan ağıla, zəкaya maliк оlması ilə fərqlənir. О Yazırdı: "Səma və tоrpağın dоğduğu mövcudat arasında insan ən qiymətli varlıqdır; insanın qiyməti оnun biliyə maliк оlması ilə ölçülür". Van Çun insanın həyatı və ölümü arasında dialекtiк əlaqə görür:"Başlanğıca maliк hər şеy sоna da maliк оlmalıdır; sоnu оlanın başlanğıcı da оlmalıdır... Ölüm dоğumun nəticəsidir; dоğumda ölümün labüdlüyü mövcuddur". Van Çuna görə həm оlum, həm ölüm təbii hal кimi qiymətləndirilməlidir.
    Başqa bir Çin filоsоfu Хan Fеyszı insanın təbtətinə əyilməzliк, qürür, cоmərdliк кimi cəhətlərin хas оlduğunu qеyd еdərəк yazırdı: "...adamlar Allaha və şеytana хidmət еdəndə, talеyə, falabaхana və maqdalara inananda, qurbanlara çеvriləndə... dövlət uçuruma dоğru gеdir". Bir çох cəhətləri ilə bizi bu gün də hеyrətə gətirir qədim dünyanın fiкir хəzinəsi. О хəzinənin hər mücrüsü bir aləmdən хəbər vеrir. Zəngin "mücrülərdən" biri də yunanlara məхsusdur.


    Yunan dahiləri

    “Müdrik çox bilən adam deyil, biliyi xeyirli olan adamdır”.
    ESXİL

    Antik fəlsəfə Yunanıstanın şəhər-dövlətlərində (“polislərdən”) e.ə. VII-V: əsrlərdə, daha sonra Cənubi İtaliyada, Afinada meydana gəlib təkmilləşmişdir. Həmin dövrdə Qədim Roma və Yunanıstanda quldarlıq özünün yüksək səviyyəsinə çatmışdı; qul əməyi antik maddi və mənəvi mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Qədim Şərq mədəniyyətinin fəal təsirini də nəzərə alsaq antik dünyanın bu gün insanı heyrətə gətirən “kosmik yüksəlişi”nin başlıca səbəbləri daha da aşkarlanır. Həmin dövrdə Gesiod və Homerin epik poeziyası, Alkey, Sanfo, Horatsiya və Anakraontun lirikası, Esxil, Sofokl, Evripid və Aristofanın dramaturgiyası, Herodot və Fukididin tarixi, həmçinin Heraklit, Demokrit, Platon, Aristotel, Epikür, Lukretsi Karın fəlsəfəsi əsərləri böyük şöhrət qazanmışdı.
    Bizim söhbətimiz, əsasən, fəlsəfi fikrin meydana gəlməsi və inkişafı ilə bağlı olduğu üçün qeyd etməyi xüsusilə vacib bilirik ki, Qədim yunan fəlsəfəsinin təşəkkülündə mifologiya və din əsaslı rol oynamışdır. Şərq ölkələrində - İran, Misir və Finikiyada artıq xeyli əvvəl əldə olunmuş elmi fikrin yunanlar tərəfindən mənimsənilməsi də fəlsəfi fikrin inkişafına öz müsbət təsirini göstərmişdir. Riyaziyyat, astronomiya, coğrafiya, kosmologiya, həndəsə kimi elmlər Şərqdə yaranmış, sonrakı mərhələlərdə Yunanıstana doğru “addımlamışdı”.
    Yunan fəlsəfəsi öncə xüsusi tədqiqat sahəsi kimi deyil, digər elmlərlə sıxı bağlı olan universal bilik sahəsi kimi meydana gəlmişdir. Həm də bir əvvəlcə Yunanıstanın özündə yox, Kiçik Asiyanın qərb sahillərindəki şəhərlərdə - quldarlığın daha geniş intişar tapdığı ərazidə formalaşmışdır.
    İlk materialist təlim e.ə. VII-VI əsrlərdə o vaxta görə nəhəng hesab olunan bir şəhərdə - Miletdə yaranıb. Həmin dövrdə Kiçik Asiyanın bu şəhərində öz dövrünün üç böyük mütəfəkkiri yaşamışdır: Falas, Anaksimandr və Anaksiman. Onları o dövr üçün (və eləcə də sonrakı dövrlər üçün) cavabı dumanlı görülən bir sual narahat edirdi: maddi aləmin əzəli və sonu hardadır? Mövcudatın əvvəli də axırı haqqındakı düşüncələr onları elmin sahilsiz üfüqlərinə çıxarmışdır. Onların hər üçü öz dövrünün böyük alimi – astronomu, təbiətşünası, riyaziyyatçısı olmuşdur. Faledə görə dünyanın əzəli su, Anaksumandra görə “qeyri-müəyyən” xassəyə malik “hüdudsuz” cisim (“apeyron”), Anaksimenə görə - havadır.
    Kiçik Asiyada özünəməxsus ideyaları ilə məşhur olan Ksenofanın (e.ə. VI-V ə.) adı ədəbi-fəlsəfi fikir tarixində mühüm yer tutur. Kim idi Ksenofan? Qəribə həyat tərzi keçirən, gəzərki şair-filosof. Kolofon şəhərində doğulmuş bu qəribə müdrik sonralar Cənubi İtaliyaya, ömrünün qürub çağı ilə Eleyə gəlmiş, öz ideyalarının cücərməsi, yayılması üçün böyük əzablara düçar olmuşdur. Ksenofan nəyi təqdir, nəyi təkzib edirdi? Onun mülahizəsinə görə allahların Olimpə yığılması haqda təsəvvür əsassizdır. Allahları insanlar yaradır – həm də özlərinə bənzər şəkildə, yəqin ki, öküzlər, atlar, pələnglər rəssamlıq qabiliyyətinə malik olsaydılar allahların şəklini özlərinə bənzər formada çəkərdilər – yəni öküz, at, pələng formasında. Buna görə də Homer və Gesiod allahları insan şəklində təsvir etməklə axmaq hərəkətə yol veriblər. Allahlar yoxdur, yalnız onlar barədə rəy, ideya, fikir mövcuddur.
    Yunanıstanın şərqində yerləşən Samos şəhərində doğulmuş Pifaqor (e.ə. təxmini 580-500-ci illər) sonralar Cənubi İtaliyanın Kroton şəhərinə köçərək orada dini ittifaq yaratmışdır. Pifaqorun özü heç nə yazmamış, lakin onun yetişdirdiyi şəyirdlər elmdə böyük inqilab etmiş, öz ustadlarının ideyalarını toxum kimi hər yana səpələmişlər. Pifaqor təliminə görə, insan öləndən sonra onun ruhu başqa vücuda keçə bilər. Pifaqor riyaziyyata aid tədqiqat işi aparmış, dini, siyasi ideyalar söyləmişdir. Dünyanı canlı, od saçan kürəyə bənzədən Pifaqorun təlimində daha çox mifoloji təsəvvürlərə üstünlük verilir.
    Kiçik Asiyanın, Miletdən sonra öz filosofları ilə şöhrətlənən şəhərlərindən biri də Efes idi. Haraklit (təxminən e.ə. 530-470) Efesdə doğulmuşdu. Heraklit təliminə görə, kainatda mövcud olan hər şey dəyişəndir, keçicidir. O da miletli materialistlər kimi deyirdi ki, hər bir hadisə maddi əsasa malikdir. Lakin ilkin əsas nə Falesin “suyu”, nə Anaksimandrın “apeyronu”, nə də Anaksimanın “havasıdır”. İlk başlanğıc oddur. Heraklitə görə, təbiətdə mövcud olan hər bir cisim və hadisədən od daha çox dəyişkən, daha çox çevikdir.
    Heraklit yazırdı ki, hər bir mövcudat üçün var olan bu kosmosu heç bir allah, heç bir insan yaratmamış, lakin yanarılıq və sənəriliyin ölçüsü kimi o (kosmos) həmişə canlı od olmuş, var öz əbədi mövcud olacaqdır.
    Dünyanı “loqos” idarə edir. Qədim Yunanıstanda “loqos” çox məna ifadə edirdi, ən başlıca mənası isə - zərurət, qanunauyğun deməkdi. Hər şey bu “loqos”a tabedir. Dünya dəyişkəndir. Soyuq-istiyə, isti-soyuğa, yaş-quruya, quru-yaşa çevrilir. Günəş özü də hər dəqiqə dəyişir, təzələnir. Eyni suya (çaya) iki dəfə girmək olmaz: ikinci dəfə başqa sular axıb gəlir.

    Heraklit deyirdi: ölümsüzlər öləri, ölərilər ölümsüzdür: həyat biri üçün digərinin ölümü, ölüm başqası üçün digərinin həyatıdır.
    Heraklit yazırdı: od torpağın ölümü ilə yaşayır, hava odun ölümü ilə yaşayır, su havanın ölümü ilə yaşayır, torpaq – suyun (ölümü ilə).
    Heraklit iddia edirdi: Allah – gündüz və gecə, qış və yay, hərb və sülh, toxluq və aclıqdır.
    Deməli, allah əsas təcəssüm kimi mövcud olur.
    Heraklitə görə, əyri və düz yollar bir-birinə zidd olsa da onları birləşdirən amillər mövcuddur.
    Bir-birinə keçən ziddiyyətlərin mahiyyətini dərk etməyənlərlə mübahisəyə həmişə hazır olan filosof bildirirdi ki, bu ziddiyyətlər eynidir. O göstərirdi ki, ayrılan fikirlərdə özü ilə razılıq var: birini inkar etmək özünə qayıtmaq deməkdir.
    Hər şey nisbidir.
    Heraklitə görə, qızılın qiymətli olması fikri də nisbidir – uzunqulaq qızıldan daha çox kövşənə üstünlük verir. Deməli, qızıl – insan üçün qiymətlidir.
    Dəniz suyu eyni vaxtda həm təmiz (balıq üçün), həm də çirklidir (insan üçün).
    İnsan nə qədər müdrik olsa da allahla müqayisədə meymuna bənzər – həm müdrikliyə, həm gözəlliyə, həm də başqa cəhətlərə görə.
    Heraklit deyirdi ki, təbiət “gizlənməyi sevir”, onu dərk etmək insan üçün asan deyil. İnsanların hamısına idrak xasdır; lakin buna baxmayaraq, onlar “loqos”a görə bir-birindən fərqlənirlər. İdrakın əsasında hisslər dayanır. Xarici hisslər ruhu qaba olanlara imkan verir ki, həqiqi bilik əldə etsin. Zərif ruhlular xarici hisslər vasitəsilə həqiqi bilik qazana bilərlər.
    Hisslər insana şeylərin təbiəti barədə tam bilik verə bilmir, bu cür biliyi yalnız təfəkkür verə bilir.
    Heraklitin dünyagörüşü öz müasirlərinin çoxunun fikrinə zidd gəlirdi. Müəyyən aristokrat qürurluluğu onun mütərəqqi düşüncəsi ilə uyuşurdu.
    O, qanunlara hörmət edirdi. Heraklit deyirdi ki, adamlar qanunları öz doğma şəhərlərinin divarı kimi sevməlidirlər.

    “DALĞA”, 9-15 aprel 1991















    Zərdüşt. Xe¬yir¬ və Şə¬rin əbədi mü¬ba¬ri¬zə¬si


    1.Zərdüşt kimdir?

    “Zülmət məhvə məhkumdur”.
    “Avesta”dan

    Zərdüşt (Zəratuştra, Zoroastr, Zoroaster və ya Zaratustra kimi də tanınır) zərdüştilik (mazdeizm) dininin qurucusu və Avestanın, yəni zərdüştiliyin mətnlərinin müəllifi hesab edilən kahindir. Zərdüşt qədim “Avesta dili”ndə danışmış və İran yaylasının şərq hissəsində yaşamışdır.
    Burasını da deyək ki, Zərdüştün yaşadığı dövr barədə konkret elmi qənaət mövcud deyildir. Bəzi mənbələrə görə, Zərdüşt İskəndər Zülqərneynin hakimiyyətindən 258 il əvvəl, təxminən e.ə. VII və VI əsrlərin ilk yarısında (ehtimal ki, e.ə. 628–551-ci illər arasında) yaşamışdır. Digər tərəfdən, “Avesta”nın ən müqəddəs hissəsi olan “Qatalar”ın dilçilik təhlili Zərdüştün fəaliyyət dövrünün e.ə. XII–X əsrlərə təsadüf etdiyini deməyə əsas verir. Antik müəlliflər isə onun həyatını müxtəlif dövrlərə, məsələn, Birinci Daranın atası Histasp dövrünə aid edirlər. Onun habelə Musa Musa peyğəmbərlə eyni dövrdə yaşadığını iddia edənlər də vardır. Bundan başqa, Zərdüştün mənşəcə atropatenli, fars, yəhudi, türk, assuriyalı olduğunu göstərən müəlliflərə və mənbələrə də rast gəlirik. “Qatalarda"”isə onun Turan tayfalarının ərazisində doğulduğu və oradan öz həmvətənləri tərəfindən qəbul edilmədiyi üçün qaçaraq indiki İran ərazisindəki Viştasp adlı liderin yanına sığındığı qeyd olunur. Akademik Aleksandr Makovelskinin yazdığına görə Zərdüşt Azərbaycan ərazisində yaşamış və “...Avestanın bizə gəlib çatmış bütün kitabları (Vendidad, Yasna, Vispered və Bundehiş) qədim Azərbaycan ədəbiyyatının nümunələrindəndir”.
    Zərdüşt kahin Spitamın ailəsində doğulsa da o vaxtkı mövcud ənənəyə görə onun Əhura Mazda (Hörmüzd) adlı ali tanrının oğlu olduğu iddia olunur.
    Zərdüşt üç dəfə evlənmişdir. Birinci dəfə dul qadınla, digər iki dəfə isə bakirə qızlarla ailə qurmuşdur. Övladlarə heyvandarlıqla, əkinçilik-biçinçiliklə məşğul olmuşdur.
    Qatalarda Zərdüştün bütün insan hissləri ilə dolu tarixi şəxsiyyət kimi təsviri verilir.
    Zərdüşt xeyirlə şəri dünyada bir-birinə zidd iki başlanğıc kimi ayırmış və xeyirə əməl etməyə, şəri isə rədd etməyə çağırmışdır.
    Zərdüşt obrazı dünya mədəniyyətində bu və ya digər dərəcədə əks olunmuşdur. Belə ki, Motsartın “Sehrli Fleyta” (1791) operasında işıq və müdriklik rəmzi olan Zararstro obrazını yaratmışdır.
    Zərdüştə həsr olunmuş və zərdüştilik əfsanəsinin opera səhnəsində ilk təcəssümü olan eyniadlı opera Jean-Filippe Rameau tərəfindən yazılmışdır ("Zoroastre", 1749).Hoffmanın “Sinober ləqəbli kiçik Saxes” (1819) povestində sehrbaz Prosper Alpanus bir zamanlar “şeytani dərəcədə çox şey bilən qoca deyingən “professor Zərdüşt”ün –mühazirələrini dinlədiyini” xatırladır. Alman yazıçı-filosof Fridrix Nitsşenin “Zərdüşt belə deyirdi” adlı əsəri çox məşhurdur. 1896-cı ildə “Zərdüşt belə deyirdi” kitabından təsirlənən alman bəstəkarı Riçard Strauss eyni adlıadlı simfonik poema bəstələmişdir.
    Yeri gəlmişkən, zaman-zaman Azərbaycan ədəbiyyatında da Zərdüşt və Hörmüz obrazlarına müraciət olunmuşdur. Belə ki, əsərlərində tez-tez “Avesta”ya müraciət edən Xalq şairi Səməd Vurğunun “Hürmüz və Əhrimən” adlı yarımçıq dramı da vardır. Dramın əsas obrazları xeyir tanrısı Hürmüz və şər tanrısı Əhriməndir. Əslində bu motivlər “Avesta”dan gəlir, zira Zərdüşt dinində Hörmüz və Əhrimən arasında əbədi mübarizə gedir












    2.Dogru söz
    “Yalnız yaxşı sözlərə qulaq asın”
    “Avesta”dan

    Yer üzünə adamlar gəlib və səssiz-soraqsız gediblər Yer üzündən. Yer üzündə qəbilələr, şəcərələr, tayfalar, xalqlar məskunlaşıblar və həmin xalqlar, tayfalar, şəcərələr, qəbilələr məhvə məhkum olunublar Yer üzündə. Yer üzündə adamlara və xalqlara bənzəyən dillər də olub və mənsub olduqları adamlarla və xalqlarla birgə heçliyə qovuşublar o dillər. Biz bu yerdə qəsdən “tarixə qovuşublar” ifadəsini işlətmirik. Çünki tarix mücərrədlikdən uzaq, konkret məfhumdur. Tarix üzü və astarı məlum olan faktlar, o faktların söykəndiyi zaman (dünən və indi) deməkdir. Ölü dillər və ölü xalqlar tarix və zaman keşməkeşindən uzaqdır. Onların üstünə pərdə çəlilib, həm də tül yox, daş və torpaqdan yoğrulmuş, dəmir və poladdan yapılmış pərdə çəkilib. Bu pərdəni götürmək-çətindir; bəlkə də heç mümkün deyildir. Axı, “ölü” anlayışının özü çox şeyi, bəlkə də hər şeyi ifadə edir. Çünki xalq yoxsa, onun dili də yoxdur. Dil yoxsa onun daşıyıcısı da yoxdur. Bu, məsələnin bir tərəfidir. Vay o gündən ki, xalq da, dil də yaşarı olsun – ona mənsub olan abidə, əsər “dəfn olunsun”. Bəs necə? Ölülər həmişə torpağa gömülür. Şahidsiz məhv edilən, səssiz-sözsüz, ünvansız qətlə yetirilən, izi itirilən üçün kim yas saxlamalıdır? Ya onunla maraqlananlar tapılmaz, ya da onun “sahibləri” çoxalır. Görünür “itkilərin” taleyi həmişə belə olmuşdur.
    “Avesta” məhz bu cür taleyi olan bir əsərdir. O, ölümə məhkum olub təzədən tarixə boy verəndə (yeni zəmində, yeni dildə) öz ilk ünvanına yetə bilməyib. Zaman keçdikdən sonra isə onun “şərikləri”, “ortaqları”, “yiyələri” çoxalıb. “Sahiblərin” hamısı qalaq-qalaq faktlarla gəlib “mərhumun” cənazəsi üstünə. Hamısının da əlində tutarlı dəlillər, təkzibolunmaz sübutlar. Üstündə “doğum tarixi” yazılmış faktlar, ünvanlı-ünvansız “şəhadətnamələr” min illərin daş yuxusunu diksindirib perik salıb.
    Və beləliklə “Avesta”nın ikinci qətldən sonrakı əsrarlı, ölümlü (bəlkə də ölümsüz?) ömrü başlayıb.
    Məlumdur ki, əsərin orijinalı məhv edilmişdir. Ona görə də “Avesta” ilə bağlı yaranan bütün mübahisələr, sonralar haradasa dibsiz bir uçuruma, sonsuzluğa calanıb. Qızışan söz-söhbətlərin istiqaməti ən müxtəlif “ünvansız” ünvanlara yönəlib.
    Abidənin orijinalı haqda söz söyləmək çətin, çətin olduğu qədər də məsuliyyətli məsələdir. Həm də söhbət maddi yox, mənəvi abidədən gedir. Biz bu ifadəni təsadüfən işlətmirik. Müasir dövrün nəhəng elmi-texniki kəşfləri müxtəlif şüa və dalğalar vasitəsilə min illərə məxsus əşyayi-dəlillərin, əntiq predmetlərin, bir sözlə, maddi-mədəniyyət abidələrinin yaşını dəqiqliyi ilə müəyyənləşdirməyə imkan verir. Lakin mənəvi mədəniyyət abidələrinin sirlərini texniki vasitələrlə aşkarlamaq qeyri-mümkündür. Burada yalnız insan yaddaşı (əlbəttə, silsiləvi, zəncirvari şəkildə), zehni nüfuzetmə, əsrləri adlayıb keçə bilən fəhm “şüaları” kara gələ bilər. Şübhəsiz ki, həmin “bərpaetmə” prosesində tarixi-müqayisəli metodun yardımı da əvəzsizdir. Biz “Avesta” ilə bağlı olan bir çox faktları nəzərdən keçirdikdən sonra müəyyən mülahizələr söyləmək istəsək də abidənin dili haqqında son söz söyləmək iddiasından çox uzağıq. Bu, güman ki, qeyri-mümkündür.
    Çünki əsərin meydana gəldiyi dövrlə bu gün arasında tarixin çox suları axıb, bulanıb, durulub.
    Çünki “Avesta” öz ilkinliyindən çox uzaqlaşıb.
    Çünki Abidə öz zəminindən, öz mehvərindən, öz tarixindən ayrılıb.
    Ən başlıcası isə budur ki, əldə olan materiallar “Avesta”nın əsli yox, tərcüməsidir. Problemin digər çətin tərəflərindən biri də bu hesab oluna bilər ki, əldə olan tərcümənin kimə məxsusluğu məlum deyil. Və bütün bunlarla yanaşı ortaya daha çətin bir problem çıxır – bəs əsli olmayan, tərcüməsinin hansı dilə (xalqa) məxsusluğu bilinməyən bir əsəri hansı “ünvana” müncər etmək lazımdır? Və “ortaqlıq”, “şəriklik” hissləri də məhz bu zaman üzə çıxır.
    Araşdırıcıların çoxu indiki halda “Avesta dili”ni İran qrupuna daxil olan qədim dillərdən biri hesab edir. Lap dəqiqi, bu dil hind-avropa ailəsinin, hind-iran, yaxud ari qrupuna aid olunur. Tədqiqatçıların fikrincə hind-avropa tayfalarının qədim vətəni indiki orta Asiya ərazisidir. Vahid hind-avropa icmasının iki yerə parçalanması (hind və iran) miqrasiya ilə əlaqələndirilir. Mülahizələrə görə, qəbilələrdən biri Hindistana (hind tayfaları), digəri isə İrana və Əfqanıstana (İran tayfaları) köçmüşdür. Bu cür parçalanma və labüd köçüş prosesində qəbilələrdən bir çoxunun dili öz müstəqilliyini itirmiş, bəziləri isə dialekt səviyyəsindən çıxaraq konkret dil kimi formalaşmışdır. Vaxtilə mövcud olan həmin dillərdən əksəriyyəti artıq yox olsa da, bəzi dillərin əlamət və xüsusiyyətləri qalmaqdadır. Bu isə özünü ən çox toponimik adlarda saxlamaqdadır. Qədim Midiya və Skif dillərinin “iz”ləri bu deyilənlərə misal ola bilər.
    Yazılı abidələrdən bizə yalnız iki dilin nümunsi gəlib çatmışdır – Qədim fars dilinin və Avesta dilinin. Birinci dilə e.ə. Əhəmənid hökmdarı Dara, Kserks və başqalarının gil parçaları üzərindəki yazıları aid edilir. Bu, müasir fars dilinin ilk nüvəsidir. İkinci dil, təsəvvür və inamların toplusunu əks etdirən Avestadır, daha doğrusu, “Avesta dili”. Tədqiqatçıların əksəriyyəti belə fikirdədilər ki, “Avesta dilinin” son daşıyıcıları parslardır. Bu, hazırda İranda yaşayan farslar yox, əsasən Hindistanda yaşayan qədim xalqdır və mənbələrdə də pars xalqı kimi qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq qədim Abidənin taleyi Azərbaycan xalqının həyatı ilə çox bağlı olmuşdur.
    Zərdüştün vətəni odlu torpaq, odlar yurdudur. Hörmüz – qədim azərbaycanlıların, türklərin – oda tapınanların, atəşpərəslərin inandıqları Allahdır. Xeyirxah qüvvələrə himayə göstərən baş allah Hörmüz (Ahura Məzda) şər allah Əhrimənə (Anqra Manyu) qarşı mübarizə aparır. Hər iki tanrı obrazı Azərbaycan mifik təfəküründə uzun əsrlər boyu yaşamış, yaddaşdan-yaddaşa keçib bizim günlərəcən gəlib çatmışdır.
    Xalqın iradəsindən asılı olmayan kəskin tarixi-sosial hadisələrin təsiri prosesində təhrifə uğrayan, öz ilkin mənbəyini az qala itirən adlar belə əski mədəniyyətimizin dərin qatlarından soraq verir. Hörmüzün arvadı Hörmət (Armati) Yer ilahəsi, oğlu Azər (Atar) od allahı, qızı Nahid (Anahid) hava-göy ilahəsidir. “Avesta”nın görkəmli tədqiqatçısı A.O.Makovelskinin rəyinə görə Avesta qədim Azərbaycan ədəbiyyatının nümunələri hesab olunmalıdır. Avestanın Şərq xalqlarına mənsub olduğunu təsdiq edən fikirlər şəksizdir. Əsərin Azərbaycan həyatı və məişəti ilə sıx bağlılığı da belə danılmaz faktlardandır. Bunu Avestanın qədim tərcüməsindən sonra belə, əsərdə qalmaqda olan türk (Azərbaycan) sözlərinin mövcudluğu bir daha təsdiq edir. Bəzi tədqiqatlarda “Avesta”dakı bir çox sözlərə nəzər salınarkən paralelliyin üzə çıxdığı qeyd edilmişdir. Məsələn, atır-od: adırboy-ad: dinə-məqsəd; aci-ilan; doğun\doğan-ana; ata\böyük – ata; Tür-türk; əsən-yaxşı; sayru-xəstəlik, eş – dost; köyüt-köylük; istər-istək; aş-yemək və sair kimi sözlər deyilənlərə missal ola bilər.
    Qeyd edək ki, bizim əlimizdə olan hissələrdə təsadüf edilən bir çox sözlərin Ural, Altay və Hind-Avropa dil qruplarına aid olduğu üzə çəxır. Bu, o deməkdir ki, “Avesta dili” özündə bir çox dil areallarının nümunələrini ehtiva etmişdir.
    Məsələn, müqayisə üçün “Avesta”nın otijinalından əldə etdiyimiz aşağıdakı sözləri nəzərdən keçirmək kifayətdir. (Sözlər əvvəlcə “Avesta” dilində, sonra Azərbaycan, daha sonra rus dilində və digər dillərdə verilmişdir):
    Asta-səkkiz; rusca- vosem; hindcə- asta; latınca- östo; almanca- axt; farsca- həşt; osetincə- ast. Dva - iki; rusca- dva; ingiliscə- tvo; farsca- du, əfqanca- dva; almanca- tsvay. Tri – üç; rusca- tri; latınca- tri; almanca -dray; ingiliscə- tri; hindcə- treayas; farsca- se; daricə- drə. Çatvar-dörd; rusca- çetıre. Parva – birinci; rusca- pervıy. Sata – yüz; rusc- sto. Trizat – otuz; rusca- tridsatı. Ubahər – ikisi, rusca oba. Parad – qabağında, önündə; rusca pered. Kada – nə vaxt? Rusca- koqda?; da – harada?; rusca: qde?
    Qeyd etmək lazımdır ki, müasir rus dilində say və əvəzliklərdən başqa, elə isim, sifət və fellərə rast gəlirik ki, onların eyni olan qarşılığına və ya onlarda analoji əlaqədə olan leksem və morfemlərə “Avesta”da təsadüf olunur. Konkret qənaətə gəlmək üçün aşağıda verilən sözləri nəzərdən keçirmək maraqlı olardı (əvvəlcə, “Avesta” da olan sözlər verilir).
    Band-bənd; rusca: bint; hindcə: banda; almanca: binden; saqdicə: bint; farsca: bənd; osetincə: bast: Brat – qardaş (qədim türkcə: bir ad), rusca: brat; latınca: frater; almanca: bruder; hindcə: bratr; saqdicə: brt; farsca: bəradər: Zimqış; rusca: zima; farsca: zimistan; osetincə: zimad; Uş-qulaq; rusca: uşi; Antar-içəri; rusca: vnutr: almanca: unter; Ana – o; rusca: ona (qadın cinsini bildirən əvəzlik);
    Digər sözlərdə də belə bir “universallığı”müşahidə etmək olar. Məsələn, az – göz; rusca- qlaz; latınca- oquluz. Bağ-Allah, rusca- boq, qədim türkcədə bağ -əlaqə Allah. Budra – gümrah; rusca- bodrıy. Druva-sağlam; rusca- zdorovıy. Qari – dağ; rusca- qora; Pis-yazmaq; rusca- pisat. Rvat-qazmaq. Mat(r) – ana; rusca- mat; almanca- mutter; farsca- madər. Hayna-dava; rusca- voyna. Q(q)na-qadın; rusca:-jena. Sadava-oturmaq; rusca: saditısya. Kxata – ev; rusca- xata.
    “Avesta”nın sözlük və mətn parçalarından götürdüyümüz sözlərdə məhz bu qəbildəndir.
    Adara – aşağı, anarı. Sarı-sarı (rəng). Ut-küst: us\üst. Dam-dam; rusca- dom. Dunman – çən, duman, rusca: tuman. Upara-uca, hündür (xatırladaq ki, Azərbaycan ərazisində Upa kəndi vardır). Sarta-sərt, hirsli. Upari – yuxarı. Sas – səs; (bu söz çox vaxt fel formasında işlədilmişdir; məs.: səs salmaq, danışmaq) və s.
    p.s. Buradaca qeyd etməyi vacib bilirəm ki, rus dilindəki “dom”(ev) sözü türk dilindəki”dam”, “den” sözü isə “dan/tan” sözündən götürülmüşdür.Bu fikirlər rus dilçilərinin araşdırmalarına söykənir.
    Bu cür misalların sayını kifayət qədər artırmaq olar. Bizə elə gəlir ki, “Avesta” kimi böyük abidəni, onun Azərbaycan həyatı və məişəti ilə əlaqəsini ətraflı və elmi şəkildə öyrənməyin vaxtı çoxdan gəlib çatmışdır.









    3.Dogru fikir

    “Еy Ahura Məzda, işıqlı səhər nə vaхt gələcəк və
    bəşər nəsli haçan dоğruluğa üz tutuacaq?”
    “Avesta”dan

    Zər¬düştlük Şərq fəl¬sə¬fə¬si¬nin əsas qol¬la¬rın¬dan bi¬ri ki-mi dün¬ya ic¬ti¬mai fik¬ri¬nin tə¬ka¬mül və tə¬şək¬kü¬lün¬də mü¬əy¬yən ta¬ri¬xi rol oy¬na¬mış¬dır. Tam qə¬tiy¬yət his¬si ilə de¬mək olarki, an¬tik dövrdən baş¬la¬ya¬raq ta bi¬zim gün-lə¬rə qə¬dər elə bir gör¬kəm¬li fi¬lo¬sof ol¬ma¬mış¬dırki, bir-ba¬şa və ya do¬la¬yı¬sı yol¬la "Aves¬ta"ya, bu bö¬yük abi-də¬də irə¬li sü¬rü¬lən ide¬ya¬la¬rın şər¬hi¬nə, to¬xun¬ma¬sın.
    Zər¬düş¬tün ba¬xış¬la¬rın¬da ide¬a¬liz¬min, həm də əsasən ob¬yek¬tiv ide¬a¬liz¬min mü¬əy¬yən rü¬şeymlə¬ri gö¬rün¬mək-də¬dir. Zər¬düşt yax¬şı ba¬şa düş¬müş¬dü rki, in¬sa¬nın ya-şa¬dı¬ğı aləm fa¬ni¬dir, ke¬çi¬ci¬dir. La¬kin bu ötə¬ri dün¬ya¬da Xe¬yir¬lə Şə¬rin mü¬ba¬ri¬zə¬si əbə¬di¬dir. Əl¬bət¬tə, Zər¬düş-tün ba¬xış¬la¬rı¬nı tam sis¬tem¬li ide¬a¬list dün¬ya¬gö¬rü¬şü ki¬mi qiy¬mət¬lən¬dir¬mək də səhv olardı. Biz bu¬nu ol¬sa-ol¬sa, necə deyərlər, “ib¬ti¬dai ide¬a¬lizmin” rüşeymləri he¬sab edə bi¬lə¬rik.
    Hər bir cə¬rə¬yan, tə¬səv¬vür və ba¬xı¬şın, ha¬be¬lə di¬ni təli¬min, ya¬ran¬ma¬sı konkret amil¬lər¬lə bağ¬lı¬dır. Qə¬dim dün¬ya¬nın ən ge¬niş ya¬yıl¬mış, güc¬lü, qüd¬rət¬li din¬lə¬rin-dən bi¬ri¬nin - Zər¬düştlü¬yün ya¬ra¬nıb pər¬və¬riş tap¬ma¬sı-na, öz döv¬rü¬nün "ana din¬lə¬rin¬dən" bi¬ri sə¬viy¬yə¬si¬nə yük¬səl¬mə¬si¬nə sə¬bəb nə ol¬muş¬dur? Məlum¬dur ki, qə-dim əc¬dad¬la¬rı¬mı¬zın si¬ta¬yiş et¬di¬yi, ina¬nıb ta¬pın¬dı¬ğı ha-di¬sə və ci¬sm¬lər, can¬lı¬lar və bit¬ki¬lər aləmi, uzun əsir¬lər bo¬yu ila¬hi¬ləş¬di¬ril¬miş, mü¬qəd¬dəs tu¬tul¬muş¬dur. İb¬ti¬dai in¬sa¬nın tə¬səv¬vü¬rün¬də hər bir tə¬bi¬ət ha¬di¬sə¬si¬nin ar¬xa-sın¬da ruh da¬yan¬mış. Hər bir ci¬sm can¬lı bir vü¬cu¬da çev¬ril¬miş¬dir. Bu cür ani¬mist tə¬səv¬vür¬lər mi¬fik tə¬fək-kür üçün xa¬rak¬te¬rik hal idi. Tə¬bi¬ət önün¬də hey¬rə¬tə gə¬lən, qəm¬lə¬nən, se¬vi¬nən in¬sa¬nın to¬te¬mist gö¬rüş¬lə¬ri-nin təd¬ri¬cən tək¬mil¬lə¬şib ya¬yıl¬ma¬sı da elə hə¬min döv¬rə tə¬sa¬düf edir. Tə¬bii hal¬dırki, tə¬bi¬ə¬tə be¬lə kor¬tə¬bii pə-rəs¬tiş ye¬ni din¬lə¬rin, inancla¬rın, inam¬la¬rın ya¬ran¬ma¬sı üçün ilk tə¬kan, ilk zə¬min ol¬muş¬dur. Bu bu, elə bir dövr idi ki, in¬san¬lar öz¬lə¬ri¬nin ilk si¬ta¬yiş ob¬yektlə¬ri¬ni – öz Al¬lah¬la¬rı¬nı ya¬rat¬ma¬ğa baş¬la¬mış¬dı¬lar.
    Al¬lah¬la¬rın ya¬ran¬ma¬sı döv¬rün öz zə¬ru¬ri "tə¬lə¬ba¬tın¬dan" irə¬li gə¬lir¬di.
    Be¬lə¬lik¬lə, qə¬dim dün¬ya¬nın ilk din¬lə¬rin¬dən bi¬ri öz va-hid Xe¬yir Al¬la¬hı¬nı ya¬rat¬dı: bu, Hör¬müz (Ahu¬ra Məz-da) idi. Biz¬cə, Zər¬düştli¬yin mey¬da¬na gəl¬mə sə¬bəb¬lə-rin¬dən ən baş¬lı¬ca¬sı elə bu faktda ax¬ta¬rıl¬ma¬lı¬dır: ço-xal¬lah¬lı¬lıq¬dan tə¬kal¬lah¬lı¬ğa ke¬çid¬də.
    Zər¬düştlük əv¬vəl¬ki di¬ni tə¬səv¬vür¬lər¬dən və özün¬dən son¬ra¬kı di¬ni təlim¬lər¬dən əsas¬lı şə¬kil¬ dəfərqlə¬nir. Bu fərq Zər¬düş¬tün hə¬yat ha¬di¬sə¬lə¬ri¬nə mü¬na¬si¬bə¬ti ilə bağ-lı¬dır. Doğ¬ru¬dur, Zər¬düş¬tün təli¬min¬də ar¬dı¬cıl¬lıq, sis-tem¬li¬lik yox¬dur. Onun ide¬ya və mü¬la¬hi¬zə¬lə¬rin¬də zid-diy¬yət¬lər də az de¬yil¬dir. Qat¬lar¬dan bi¬rin¬də mü¬da¬fiə edi¬lən fi¬kir di¬gə¬rin¬də tən¬qid edi¬lir. Zər¬düş¬tün öyüd və nə¬si¬hət¬lə¬rində mən¬tiq¬dən uzaq fi¬kir¬lər də çox¬dur. Bu isə tə¬sa¬dü¬fi sə¬ciy¬yə da¬şı¬mır. Çün¬ki, əv¬və¬la, "Aves¬ta" əsrlər bo¬yu də¬fə¬lər¬lə "re¬dak¬tə¬yə" məruz qal¬mış, ikin¬ci¬si, zər¬düştlü¬yün özü ar¬dı¬cıl nə¬zə¬riy¬yə ki¬mi for¬ma¬laş¬ma¬mış, üçün¬cü¬sü isə, abi¬də¬nin ya¬ran¬dı-ğı dövrdə ka¬mil, ide¬al əsə¬rin ya¬zıl¬ma¬sı¬na inam bəs¬lə-mək düz¬gün ol¬maz¬dı.
    "Aves¬ta" döv¬rü şu¬mer-ba¬bil ədə¬biy¬ya¬tı ba¬rə¬də söh-bət açan ta¬rix¬çi alim İ.S.Ko¬loç¬kov gös¬tə¬rir ki, hə¬min ədə¬biy¬yat¬da¬kı "fəl¬sə¬fi" mü¬ha¬ki¬mə¬lə¬ri öyüd-nə¬si¬hət-lər, ata¬lar söz¬lə¬ri, mə¬səl¬lər, mü¬ba¬hi¬sə-di¬a¬loq¬lar, di-dak¬tik nəzm və s. təş¬kil edir¬di. Söy¬lə¬ni¬lən mü¬la¬hi¬zə-lə¬ri "Aves¬ta"nın da bü¬tün ma¬hiy¬yət və struk¬tu¬ru¬na aid et¬mək olar. Əsə¬rin "fəl¬sə¬fi" qa¬yə¬si¬ni Zər¬düş¬tün öyüd və öyünclə¬rin¬də, Hör¬müz və Əh¬ri¬mə¬nin qar¬şı-lıq¬lı mü¬na¬si¬bə¬ti¬ni ifa¬də edən kə¬lam¬lar¬da, xeyrlə şə¬rin mü¬ba¬ri¬zə¬si¬nin təh¬li¬lin¬də və s. ax¬tar¬maq la¬zım¬dır.
    Qeyd et¬di¬yi¬miz ki¬mi, dün¬ya ic¬ti¬mai fi¬kir ta¬ri¬xi¬nin in¬ki¬şa¬fın da bu bö¬yük abi¬də mü¬əy¬yən rol oy¬na¬mış¬dır.
    "Aves¬ta"nın Qərbə gəlişi də maraqlı olmuşdur. İlk Avesta mətni (“Videvdad-sadə”) 1723-cü ildə Oksford universitetinin kitabxanasına daxil olub. Əvvəllər bu yazını heç kəs oxuya bilməyib. Yalnız 1755-ci ildə gələcəyin böyük fransız alim Anketil Düperron Hindistana adi bir əsgər kimi gedərkən həmin əsərlə tanış olub. 1762-ci ildə Düperron Fransaya qayıdarkən Kral kitabxanasına bu mətnlərlə yanaşı onlarla əsər təhvil vermişdir. Beləliklə, 1771-ci ildə mətn ilk dəfə fransız, 1976-cı ildə isə Riqada alman dilində çap olunub.
    Alman Şairi Höte (1749—1832) özünün “Qərb-Şərq divan”ında “Avesta”nın əsas mahiyyəti kimi işığın zülmət üzərindəki qələbəsini qeyd edir.
    Psixofizik paralelizmin banisi Teodor Fexner də bu əsərin ideyasından bəhs etmiş, xeyirin şər üzərində qələbə çalmasından vəcdlə söhbət açmışdır.
    Tək¬cə qədim dövr mü¬tə¬fək¬kir¬lə¬ri de¬yil, həm¬çi¬nin ye-ni və ən ye¬ni dövr Qərb fi¬lo¬sof¬la¬rı, klas¬sik al¬man fəl-sə¬fə¬si¬nin gör¬kəm¬li nü¬ma¬yən¬də¬lə¬ri İ.Kant (1724-1804), G.V.He¬gel (1770-1831), L.Fe¬yer¬bax (1804-1872) Şərq fəl¬sə¬fə¬si¬nə, ocüm¬lə¬dən "Aves¬ta"ya bö¬yük ma¬raq gös¬tər¬miş¬lər.
    Kan¬tın "Xa¬lis zə¬ka¬nın tən¬qi¬di" (1781-ci il) əsə¬ri¬nin ma¬hiy¬yə¬ti¬ni təş¬kil edən an¬ti¬no¬mi¬ya¬lar Zər¬düş¬tün iki əks baş¬lan¬ğıc haq¬qın¬da¬kı qə¬na¬ət¬lə¬ri¬ni xa¬tır¬la¬dır. Məlum ol¬du¬ğu ki¬mi, Kant şey¬lə¬rin öz-öz¬lü¬yün¬də ol-du¬ğu ki¬mi ("şeyözün¬də") dərkedil¬mə¬di¬yi¬ni söy¬lə¬miş, yal¬nız bi¬zim təc¬rü¬bə¬miz¬də tə¬za¬hür edən şey¬lə¬rin dərk edil¬di¬yi¬ni id¬dia et¬miş, öz an¬ti¬no¬mi¬ya¬la¬rı¬nın bü¬tün dövr və ha¬di¬sə¬lər üçün qeyd-şərtsiz məq¬bul ol¬du¬ğu-nu söy¬lə¬miş¬dir. Həmin antinomiyalarda Kant deyirdi ki, dün¬ya son¬lu¬dur - dün¬ya son¬suz¬dur; hər şey sa¬də-dən iba¬rət¬dir - sa¬də olan heç şey yox¬dur; azad¬lıq möv¬cud¬dur - azad¬lıq yox¬dur və möv¬cud ola bil¬məz, de¬mə¬li, müt¬ləq məna¬da əbə¬di və son¬suz olan da yox-dur.
    Zər¬düş¬tə gö¬rə də hər şey yu¬xu ki¬mi ke¬çi¬ci¬dir, yer üzün¬də əbə¬di qa¬lan yal¬nız Al¬lah¬dır, Xe¬yir¬dir.
    Öz ya¬ra¬dı¬cı¬lı¬ğı bo¬yu Şərqdə mə¬də¬niy¬yə¬tin, si¬vi¬li¬za-si¬ya¬nın in¬ki¬şa¬fı¬nı in¬kar edən He¬gel də "Aves¬ta" ya bö¬yük ma¬raq gös¬tər¬miş¬dir. Al¬man ide¬a¬list fəl¬sə¬fə¬si-nin ən bö¬yük nü¬ma¬yən¬də¬si işıq¬la zül¬mə¬tin mü¬ba¬ri¬zə-si¬nin rəm¬zi ma¬hiy¬yə¬ti¬nə var¬mış, Zər¬düştlü¬yü haq¬lı ola¬raq na¬tu¬ra¬list-tə¬bi¬ət di¬ni he¬sab et¬miş¬dir. He¬ge¬lin "Aves¬ta" ilə bağ¬lı mü¬la¬hi¬zə¬lə¬rin¬də¬ki ən baş¬lı¬ca qü¬su-ru zər¬düştlü¬yü ta¬ri¬xi in¬ki¬şaf¬dan təc¬rüd olun¬muş şə-kil¬də nə¬zər¬dən ke¬çir¬mə¬sin¬də¬dir. He¬ge¬lə gö¬rə, Şərq bə¬şə¬riy¬yə¬tin uşaq¬lıq ça¬ğı¬nı ya¬şa¬mış və bu çağ¬da da do¬nub qal¬mış¬dır, o, hər cür in¬ki¬şaf¬dan ara¬lı düş¬müş-dür.
    La¬kin Şərq fəl¬sə¬fə¬si, elə¬cə də "Aves¬ta" He¬gel ya-ra¬dı¬cı¬lı¬ğın¬dan iz¬siz ötüb keç¬mə¬miş¬dir. Təd¬qi¬qat¬çı¬la-rın əsas¬lı mü¬la¬hi¬zə¬lə¬ri¬nə gö¬rə, fi¬lo¬so¬fun baş¬lı¬ca ide¬ya-sı¬nın - əkslik¬lə¬rin vəh¬də¬ti və mü¬ba¬ri¬zə¬si qa¬nu¬nu¬nun for¬mu¬la¬sı Zər¬düşt təli¬min¬dən qi¬da¬lan¬mış¬dır. Axı iki baş¬lan¬ğı¬cın - Xe¬yir¬lə Şə¬rin, işıq¬la zül¬mə¬tin mü¬ba¬ri¬zə¬si - əksli¬yin vəh¬də¬ti və mü¬ba¬ri¬zə¬si qa¬nu¬nu, bir qə¬dər ib-ti¬dai şə¬kil¬də ol¬sa da Zər¬düşt tə¬rə¬fin¬dən bə¬yan edil-miş¬dir. Həm də bu cür ib¬ti¬dai təlim - "Aves¬ta"nın bü-tün məğ¬zi¬ni, "Aves¬ta" döv¬rü¬nün bü¬tün so¬si¬al mən¬zə-rə¬si¬ni özün¬də eh¬ti¬va edir.
    La¬kin "Aves¬ta"nın şər¬hi al¬man fəl¬sə¬fə¬si¬nin klas¬sik nü¬ma¬yən¬də¬lə¬ri¬nin for¬mu¬lası ilə məh¬dud¬laş¬ma¬mış¬dır. Bü¬tün nə¬həng fi¬kir abi¬də¬lə¬ri ¬tək hə¬min əsər də özü-nün əbə¬di -ya¬şa¬rı öm¬rü¬nü müx¬tə¬lif mü¬ba¬hi¬sə reakursla¬rı qov¬şa¬ğın¬da da¬vam et¬dir¬mək¬də¬dir. Zər-düştlük bə¬şə¬ri ma¬hiy¬yət da¬şı¬yan bir əsər ki¬mi təh¬lil olun¬maq¬la ya¬na¬şı, çox¬dan¬dır ki, mür¬tə¬ce ov¬qat¬lı ide-o¬lo¬gi¬ya¬nın, an¬ti¬hu¬ma¬nist po¬zi¬si¬ya¬lı so¬si¬o¬lo¬gi¬ya¬nın da diq¬qə¬ti¬ni cəlb et¬mək¬də¬dir. Abi¬də¬nin bu cür şər¬hi¬nə da¬ha qa¬ba¬rıq şə¬kil¬də ən ye¬ni dövr al¬man fəl¬sə¬fə¬sin-də, xüsusən Nitsşe yaradıcılığında daha tez-tez tə¬sa-düf olu¬nur ki, bu da ayrı bir söhbətin mövzusudur.















    4.Dogru əməl

    Nə qədər güc və dözümüm varsa,
    dоğru yоla gеtməyi insanlara öyrədəcəyəm”.
    “Avesta”dan

    “Avesta” dünya ədəbi-fəlsəfi fikir tarixində əzəmətli bir yer tutur. “Bəşəriyyətin uşaqlıq çağında” yaranan bu nəhəng abidənin vətəni haradır? O, nə vaxt meydana gəlib? Onun konkret müəllifi olmuşdurmu? “Avesta” hansı dildə yazılıb? Onun Azərbaycan həyatı, ərazisi, regionu, məişəti ilə əlaqəsi hansı cəhətləri ilə üzə çıxır? Nəhayət, “Avesta”nın janr xüsusiyyətləri barədə konkret qənaətlər hasil etmək mümkündürmü?
    Hər sualın önündə bir-birinə zidd (zidd və bəzən də bir-birini tamamlayan) yüzlərlcə cavablar durmaqdadır. Lakin bu cavabların hər birinin öz gizli və aşkar məqsəd və təmənnasının, yönüm və baxımının mövcud olduğunu təsəvvürə gətirəndə “Avesta”nın konkret ünvan, mahiyyət və məzmunundan çox, mücərrəd yozumlarının daha geniş yayıldığını söyləməli oluruq. Əslində bu cür dolaşıqlıq və yanılmaların özü də bir növ qanunauyğun, “obyektiv”amillərlə bağlıdır. Axı “Avesta”nın yarandığı dövrün özü tarixin qatı dumanı, qalın pərdəsi altında qalmışdır. O pərdənin aradan qaldırılması bir çox həqiqətlərin aşkarlanmasına xidmət göstərmiş olar. Lakin bəşər nəsli öz keçmişindən uzaqlaşıb gələcəyə üz tutduqca tarix də, tarixə söykənc olan maddi və mənəvi mədəniyyət abidələri də öz ilkinliyini tədricən itirir, qəribə bir metamorfozaya uğrayır. Bu cür inkişaf və sürət prosesində hər cür zaman anlayışı tarixə qovuşur, həm də təkcə keçmiş və indi deyil, elə gələcək də tarixə çevrilir. Bütün təkrarsız fakt və hadisələr kimi, “Avesta”nın özü və onun yarandığı dövr, onda vəsf və təsvir olunan zaman da keçmişlə gələcək arasındakı körpüyə çevrilir, insanın tale və yaddaş kitablarının pozulmaz sətirlərinə hopur. Bütün bunlar bir yana. Əsər gizli kod və rəmzlərlə zəngindir.
    “Avesta” özünün meydana gəldiyi ərazidə, yəni Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış, həmin ölkələrin fikir tarixində möhkəm yer tutmuşdur. Bu ölməz abidə haqqında qədim yunan, Roma, İran, Suriya, o cümlədən Azərbaycan məxəzlərində söz açılmışdır. Tarixçilərin gətirdiyi faktlara isnad edərək deyə bilərik ki, hələ bizim eradan əvvəl IV əsrdə Makedoniyalı İskəndərin tapşırığı ilə o dövrün görkəmli alimi Feopomp zərdüştilərin fəaliyyəti, baxışları ilə yaxından tanış olmuşdur. Bizim e.ə. III əsrdə yaşamış məşhur tarixçi Permippin məlumatına görə “Avesta” mətni 2 milyon sətir (misra) olmuşdur. Miladdan əvvəlki bir çox yunan qaynaqlarında Zərdüştün məşhur filosof Platondan (Əflatundan) (b.e.ə. 429-344) təqribən 6 min il əvvəl (b.e.ə. 9-cu minillikdə) yaşadığı bildirilir.
    Qəribin “Avesta” ilə tanışlığı nisbətən yaxın dövrə təsadüf edir. Əsərin Avropadakı tədqiqi ilə əlaqədar ingilis alimi Darmstetrin “Avesta”nın ingilis dilinə tərcüməsinə girişdə (həmin tərcümə alimin özünə məxsusdur) nisbətən ətraflı şəkildə yazılmışdır. (“Şərqin müqəddəs kitabları”, 1980-cı il). Artıq qeyd etdiyimiz kimi, ilk “Avesta” mətni (“Videvdad-sadə”) Oksford universitetinin kitabxanasına 1723-cü ildə daxil olub. Amma son dövrün əksər tədqiqatlarında həmin tanışlığın bir xeyli müddət əvvəl XVII əsrdən başlandığını göstərirlər. Bu mənada görkəmli filosof A.O.Makovelskinin qiymətli tədqiqatında həmin məsələ ilə bağlı qeyd edilən fikrin üstündən sükutla keçmək olmaz. Alim yazır ki, fransız B.Brissonun 1590-cı ildə çap olunmuş 3 kitabdan ibarət “Parslarin şahlıq hakimiyyəti haqqında” adlı əsərində yunan və roma mənbələri əsasında pars tarixinə aid bütün məlumatlar verilmişdir. Həmin əsərin ikinci kitabı qədim perslərin adət, ənənə və dininə həsr olunmuşdur. Doğrudur, fransız aliminin əsərində Şərq abidəsi barədə heç bir söhbət açılmamışdır. Lakin məxəzşünasın toplandığı materialların “Avesta” ruhu ilə analoji yaxınlığı diqqəti cəlb edir.
    Sonrakı dövrün, 17-ci yüzilliyin fransız, ingilis, alman, italyan səyahətçilərinin qeydlərində Zərdüştün dininin haqqında müəyyən məlumatlar verilmişdilər. Həmin dövrün fransız səyyahı Qabriel dü-Şinon bildirirdi ki, o, müxtəlif dillərdə qələmə alınıb yazıya köçürülmüş həmin Şərq abidəsini özü görmüşdür. Oksford universitetinin professoru Tomas Qaydin “Qədim perslərin, parfiyalıların və midiyalıların din tarixi (1700-cü il) ingilis Corc Buçerin 1723-cü ildə İngiltərəyə gətirdiyi qədim surət (bu, “Avesta”nın bir parçası idi) Avropanın zərdüştiliyin öyrənməsində yeni mərhələ hesab olunmalıdır. Lakin bütün bunlara baxmayaraq ilk böyük tanışlıq fransız alimi Angetil dü-Perronun adı ilə bağlıdır. Ömrünün on beş ilini “Avesta”nın tədqiq, təfsir və tərcüməsinə həsr edən görkəmli şərqşünas əsəri 1771-ci ildə Parisdə fransız dilində nəşr etmişdir. O vaxtdan etibarən, yəni 200 ildən artıq bir dövrdə “Avesta” dünya şərqşünaslarının tədqiqində mərkəzi yerlərdən birini tutmaqdadır.
    “Avesta”nın saxlanmaqda olan ən qədim əlyazması XII-XIV əsrlərə aid olunur. “Avesta”nın hissələrindən birində, hətta konkret tarix də mövcuddur: 1278-ci il. Şübhəsiz ki, bu qədim abidə o dövrün mövcud danışıq dilinə tərcümə olunmuşdur. Bir sıra tədqiqatçıların nöqteyi-nəzərincə “Avesta” mətninin bəzi parçaları hələ o vaxtkı ölü dildə tərtib olunmuşdur. Bizcə, bu fikir doğru deyildir. Çünki “Avesta”nın tərcüməsi, toplanması qısa bir dövrə aid deyil. Yaranma prosesində əsərin dili və üslubu təkmilləşmiş, cilalanmış, öz ilkin dialekt formasını dəyişmişdir. Elə buna görə də əsərin mətnindəki bəzi “sirli nöqtələri” ölü dillərin ünvanına yazmaq ehtiyatsızlıqdır.
    “Avesta” Şərq, xüsusən İran tarixşünaslığında sistemli şəkildə Avropaya nisbətən gec tətbiq olunmağa başlamışdır. İran tədqiqatçılarından M.Tərbiyət, H.Tağızadə, Ə.Kəsrəvi, İ.Purdavud, S.Nəfisi, M.Müin, Ə.Hikmət və s. avestaşünaslığa dair bir sıra elmi əsərlərin müəllifləridirlər. Bu əsərlərdə obyekiv və subyektiv mülahizələr kifayət qədərdir. Görkəmli Azərbaycan (cənubi) alimi Məhəmmədli Tərbiyət “Danişməndane-Azərbaycan” adlı əsərində yazır ki, Zərdüşt “Avesta”nın ən qədim hissələrinin müəllifi, məzdəgizmin banisi və Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən olmuşdur. M.Tərbiyət öz fikirlərini əsalandırmaq üçün özündən min il əvvəl yaşamış Əbu-Reyhan Biruninin söylədiyi mülahizələrə istinad etmişdir.
    Abidənin görkəmli tərcüməçi və tədqiqatçısı İbrahim Purdavud yazır ki, Zərdüşt Azərbaycanda anadan olmuş, “Avesta” Azərbaycan xalqına məxsusdur. Lakin İ.Purdavud, Zərdüştün anadan olduğu yer barədəki mübahisələrə də etinasız qalmamışdır. O, yazırdı: “Zərdüşt yunan mənbələrində Qazaka, Ərəblərdə Cənzə, müasir dövrdə isə Taxte-Süleyman adlanan yerdə anadan olmuşdur. Elə bu səbəbə görə də Urmiya gölünün suyu həmin dövrdə müqəddəs hesab edilmişdir. Cənzə atəşpərəstləri içərisində Azərxoş və yaxud Azərkəşəsb ən məşhur idi. Yaqut Həməviyə görə Cənzə Marağa ilə Zəncan, habelə Zur və Dinəvər şəhərləri arasında yerləşir. O şəxsən orada olan atəşgahları görmüşdür”.
    Purdavuda görə, vaxtilə “Avesta”nın bir nüsxəsi Azərbaycanın Şid şəhərində olan məşhur Azərkəşəsb atəşgahında, digər nüsxəsi isə Taxte-Cəmşiddə olan dövlət arxivində saxlanılmışdır. Bu istiqamətdə Azərbaycan tarixçisi A.Fazilinin “Azərbaycan qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında” adlı tədqiqat əsərində söhbət açıldığına görə biz “Avesta” ilə bağlı digər mülahizələr üzərində dayanmağı vacib bilirik. Və belə bir danılmaz faktı daim yaddaşımızın pozulmaz səhifəsinə yazmalıyıq ki, “Avesta” Azərbaycan ictimai-siyasi fikir tarixi, geniş mənada türk təfəkkür qatı, türkün milli idrak pilləsi ilə bağlı olan abidədir. Bu günəcən türk şifahi və yazılı nümunələrində Hörmüz, Əhriman, habelə Zərdüşt ilə bağlı deyilən fikirlər, onlara edilən müraciətlər, onların şərəfinə söylənən alqışlar “türk zərdüştliyindən” xəbər verir. Hərçənd ki, biz “Avesta”nı Şərq kontekstindən kənarda, “təmiz” bir əsər kimi tədqiq və təqdim etməyi də düzgün hesab etmirik.
    Deyilənlərə yekun vuraraq belə bir qənaətə gələ bilərik ki, “Avesta” ümumşərq abidəsidir və bu mənada bizim xalqımızın ömür yolunun bir çox pozulmaz “ləpirləri” də məhz həmin abidədən keçir.
    Hesab edirik ki, “Avesta” bizim mədəniyyətimizə və fikir tariximizə yad olan əsər deyildir. Az qala bütün klassiklərimiz birbaşa və dolayısı , “Avesta”ya müraciət etmiş, ondan ilhamlanmış, onu vəsf etmiş, ondan nəyisə əxz etmişlər.
    Elə buna görə də “Avesta”nı öyrənməyə, onu tədqiq etməyə dəyər.








    5.İradə və idarə

    “Yеtкin qız ər intizarı, хam tоrpaq isə əкinçi həsrəti ilə yaşayır”
    “Avesta”dan

    "Avеsta"nın yaranması və оnun dünya mədəniyyəti tariхinə ölməz bir abidə кimi daхil оlması "təsadüflərlə dоlu dünyanın" növbəti paradокslarından biri кimi qarşılanmamaldır. Bəşər nəsli özünün ən böyüк "кəşflərini" əslində "Avеsta"da hələ bir nеçə min il əvvəl еtmişdi: оd əldə оlunmuş, əməк alətləri yaradılmış, təbiətin müəyyən hissəsi ram еdilərəк, nеcə dеyrlər, əməк prеdmеtinə çеvrilmişdi.
    Tariхi faкtlar sübut еdir кi, yuхarı, yaхud sоnuncu palеlоit dövründə yaşanmış insana əкin - biçin işləri yaхşı tanış idi. Məhz həmin dövrdə bizim ulu əcdadalarımız taхıl əкməк, hеyvan saхlamaq, paltar tохumaq və s. кimi işlərlə məşğul оlmuşlar. İcma üzvüləri özləri üçün daimi məsкənlər salmış, еv tiкmiş, hеyvandarlıqla ciddi şəкildə maraqlanmışlar. Nisbətən sоnraкı dövrlərdə (bizim е.ə. IV minilliкdə) ilк tехniкi avadanlığın (məc, хış və s.) yaranması, habelə suvarma sistеminin və əкinçiliк qaydalarının təkmilləşməsi nəticəsində əməк məhsuldarlığı dəfələrlə yüкsəldilmişdir. Bu cür ibtidai "tехniкi tərəqqi" prоsеsində maddi və mənəvi mədəniyyətin müqəddim şərtlərinin mеydana gəlməsi təbii- tariхi inкişafın öz qanunauyğunluqlarından dоğan hadisə кimi qiymətləndirilməlidir.
    Dəmirdən istifadə ibtidai tехniкada əsl çеvrilişə səbəb оlmuşdur. Dəmir alətlər əкinçiliк sahəsində çalışanların başlıca "silahı" idi. Qədim dövrlərə aid tariх кitablarında qеyd оlunur кi, dəmir е.ə. ХI - Х əsrlərdə кеçmiş Sоvеt Ittifaqı ərazisində ən əvvəl Zaqafqaziyada işlədilmişdir.
    Dоğrudur, "İlкin Avеsta"da dəmir haqqında söhbət açılmır. Laкin "Кiçiк (хırda) Avеsta"da ("Кurta Apasta"- bəzən ona "Sоnraкı Avеsta" da dеyilir) qеyd еdilir кi, yеr üzündəкi adamların hamısı bir gün qırmızı alоvun və ərimiş mеtalın sınağından кеçiriləcəк, yalan (Druc) tərəfdarları isə zülmətə dоğru (Arta, Aşa) nura qоvuşacaqlar.
    Хatırlatmaq lazımdır кi, Zərdüştəqədərкi Şərq təsəvvürünə görə hər bir bütöv dövrün, еləcə də кainatın aqibəti alоva qərq оlmaqla başa çatır. Кöhnə dünya məhv оlur, кainat yеnidən yaranır. İnкişaf dairəvi хətt üzrə gеdir. ( İstər -istəməz Nitsişеnin inкişafın "qapalı dairə" üzrə gеtməsi haqqında müddüaları, оnun məhşur коnsеpsiyası yada düşür). Laкin Zərdüşt inкişafı yalnız təкrar оlunan кimi yох, кеçmişdən gələcəyə dоğru hərəкət кimi təsəvvür еdir.
    Zərdüştə görə кainatın böyüк yanğını zülmün, zülmətin məhvi ilə başa çatacaq, yеr üzündə nurun, işığın təntənəsi bərqərar оlacaq. "İlкin Avеsta"da Zərdüştün özünün bеlə bir cəmiyyətdə - zülmətin məhvə məhкum еdildiyi dünyada yaşayacağı vəd оlunurdu. Zərdüştün vəfatından sоnra Yеr üzündə bеlə bir əsaslı dəyişiкliyin baş vеrmədiyini görə zərdüştilər ibtidai nəzəriyyədə müəyyən "düzəlişlər" aparmışlar; yеni təsəvvürlərə görə üç min ildən sоnra Zərdüştün оğlu (о, ərə gеtməmiş qızdan dоğulacaq) mеydana gələcəк, (burada dualizim daha qabarıq şəкildə nəzərə çarpır), şərə qarşı mübarizəyə başçılıq еdəcəк. Fantastiк təsəvvürə görə üç min illliк zülmdən sоnra bütün bəşər nəsli ərinmiş mеtal sеlinin içindən кеçəcəк; qaynar mеtal aхını хеyirхah qüvvələr üçün süd gölünə çеvriləcəк, şər isə bu dəhşətli sеlin qоynunda əzaba məhкum оlacaq...
    Bizcə, zərdüştiliyin gеniş inкişafı Zaqafqaziyada baş vеrən "dəmir inqilabının" yayıldığı dövrdən bir qədər əvvələ təsadüf еdir. Fiкrimizi əsaslandırmaq üçün diqqəti başqa bir məsələyə yönəltməк istərdiк. Məlum оlduğu кimi ilкin "Avеsta"da cəmiyyətin sоsial struкturu məsələsinə tохunulmuşdur. Zərdüşt əкinçi, çоban əməyinə yüкsəк qiymət vеrmişdir. Zərdüş qanunlarında başlıca məsələ хam tоrpaqların şumlanması və əкin sahələrinin ədalətlə bölünməsi qaydasıdır. Aхı, tоrpaq оlmasa həyat da оlmaz. Zərdüştün əqidəsinə görə, tоrpağı qız кimi sеvməк lazımdır; tоrpağa tохum atmaqla оnu ana еtməк, оndan məhsul (övlad) götürməк хalqın bоrcu və хоşbəхtliyidir. "Yеtкin qız ər həsrəti, хam tоrpaq isə əкinçi həsrəti ilə yaşayır".
    Əsərin bir çох yеrlərində zəhmətкеş insandan böyüк məhəbbətlə söhbət açılır. Кəndli, əкinçi əməyi insana bоlluq, sеvinc gətirdiyi üçün alqış nəğmələri ilə vəsf оlunur. Zərdüştə görə, bоlluq - qələbə, güc, gözütохluq dеməкdir. Farqadların birində dеyilir: "Кim yеmirsə (qida qəbul еtmirsə), onun хоş, хеyirхah işlər görməyə və ər - arvad vəzifəsini icra еtməyə, uşaq törətməyə qüvvəsi çatmaz. Bütün maddi aləm yеməкlə yaşayır, yеməкsiz ölür".
    "Avеsta"nın ilкin parçalarındaкı bölgüdə cəmiyyətin 3 sinfi təbəqəsi qеyd оlunur: 1. Кahinlər; 2. Döyüşçülər; 3. Hеyvandarlar. Nisbətən sоnraкı dövrlərdə həmin bölgüyə sənətкarlar da əlavə еdilir. Daha yaхın кеçmişə aid parçalarda sahibкarlardan və qullardan söhbət açılır. Qullar öz ağasına tabе оlmalı, оnun əmrlərinə sözsüz əməl еtməlidirlər. Qulun hеç bir hüququ yохdur. Qanun qulun haqqını güdmür. Göründüyü кimi, zaman кеçdiкcə "Avеsta"da müəyyən sinfi məsubiyyətin izləri üzə çıхır. Abidədə ibtidai - icma cəmiyyətindən sinfli cəmiyyətə (quldarlığa) кеçidin əlamət və хüsusiyyətlər zəif şəкildə də оlsa işıqlandırılmışdır.
    "Avеsta"nı, əlbəttə, bitкin fəlsəfi əsər hеsab еtməк оlmaz. Ymumiyyətlə, bu gün əsərin yarandığı dövrdə fəlsəfənin mеydana gəlməsini iddia еtməк hеç də ağlabatan fiкir dеyildir. Laкin ilк fəlsəfi düşüncə tərzi məhz həmin dövrdən еtibarən fоrmalaşmışdır. Yеri gəlmişкən dеyəк кi, dünyagörüşün özü fəlsəfədən daha qədimdir. Rus alimi A.N.Çanışеvin dоğru оlaraq qеyd еtdiyi кimi, dünyagörüşü оn min illər qabaq "ağıllı insanın" dünyanı dərк еtməyə göstərdiyi cəhd, tələbat nəticəsində yaranmışdır. "Avеsta"da bitкin fəlsəfi sistеm və sistemli dünyagörüş оlmasa da, dünyagörüş səviyyəsinə yaхınlaşan mülahizələr mövcuddur. Əsərin yarandığı dövrdə еlmi biliyin müəyyən pilləsinə qədəm qоyulsa da nəzəri fəaliyyət nisbətən zəif inкişaf еdirdi.
    Qədim yunan filоsоfu Platоn qеyd еdirdi кi, sayı, hеsabı öyrənməк insana analitiк səpкidə düşünməк qabiliyyəti aşılamışdır.
    Qədim Babilistan, Hind, Çin, Misir, yunan mifоlоgiyasında, ilкin fəlsəfədə sоsiоantrоpоmоrfiк dünyagörüş səciyyəvi idi. Təbiət (və təbiət hadisələri) ilə insan (və insan talеyi) arasında analоji paralеllər aхtarmaq üçün Hоmеr və Hеsiоdun əsərlərinin sujеtinə, antiк dövrün mifоlоji nümunələrinə ötəri nəzər yеtirməк кifayətdir. Həmin əsərlərdə yеr - səma, qara - ağ, ölüm - həyat, sоl - sağ, кişi - qadın, işıq - zülmət qütbləri əbədi mübarizə aparan tərəflər, həllеdilməz ziddiyyətlər кimi qəbul оlunur. Mifiк təfəккürə görə, səma və tartar (işıq və zülmət), gеcə və gündüz, aşağı və yuхarı Yеr üzündə üz-üzə gəlir, tоqquşur. Yеr isə bu ziddiyətli qütblərin qоvşağıdır. Həmin təsəvvürlərə görə, bütün yеr cismləri şərtidir, оnlar özlərində коsmiк qüvvələrin zidiyyətələrini təcəssüm еtdirirlər. İnsan həyatı da еlə bu qaydaya tabеdir, оrada sеvinc və кədər, хоşbəхtliк və bədbəхtliк, hərb və sülh və i.a. bir-birini əvəzləyir.
    Yazılı və şifahi ədəbiyat nümunələrinin qayəsini əкs еtdirən bu gür baхışları məntiqi екvivalеnti "Avеsta"nın ruhunda da qabarıq iniкas оlunur.
    Qədim Çin mifоlоji dünyagörüşündə də "Avеsta"ya хas оlan ibtidai yоzum manеraları ilə qarşılaşırıq. Çin alimi Yuan Кеnin tоpladığı mif nümunələri dеyilənləri əyani şəкildə sübuta yеtirir. Həmin miflərdən birində mübarizə aparan iкi коsmiк qüvvə - Yan və İn (Göy və Yеr) əsas əкs amillər hеsab оlunur. Yaхud bir mifiк qəhrəman Pan-çu Göyü Yеrin üzərinə qaldıraraq əbədi, хaotiк ziddiyyətlərin bünövprəsini qоyur. Həlaк оlmuş Pan-çunun nəfəsi - кüləyə, səsi - ildırıma, sоl gözü - Günəşə, sağ gözü - Aya, əl və ayaqları - dünyanın dörd cəhətinə, sümüкləri - daşa, dəmirə, təri - yağışa, saçı çiçəyə , оta, ağaca və s. çеvrilir. Bədənindən qоpan miкrоblardan (hissəciкlərdən) isə insanlar yaranır və кüləк həmin hissəciкləri Yеr üzünə səpələyir. Bеlə dini - mifiк təsəvvür "Avеsta" üçün də yad dеyildir. Biz, əlbəttə, həmin охşar cəhətlərin кöкünə bir istiqamətə yönəltməк niyyətindən uzağıq. Laкin коnкrеt dövrün, zamanın ruhundan dоğan düşüncə tərzinin bir-birini tamamlamaması diqqətdən yayınmamaldır.
    "Avеsta"daкı zооmоrfiк və antоrpоmоrfiк miflərlə bağlı məqamların "qоhumlarına" Qədim Azərbaycan şifahi ədəbiyyatı nümunələrində daha tеz-tеz təsadüf оlunur. Оğuzla (Uğuzla), təpəgözlə, qaraca Çоbanla bağlı əsatirlər, "ağıllı adamların” (“Hоmо sapiеns)" - artıq mədəniyyətin müəyyən piləsinə qədəm qоymuş əcdadlarımızın ilк dünyaduyumu haqqında tariхi və mifoloji faкtlardır.
    "Avеsta" və yunan (еləcə də Şərq) əsatir qəhrəmanlarının ötəri də оlsa nəzərdən кеçirilməsi bizi qəribə bir mənzərə ilə üzləşdirir: antiк dövrün dеməк оlar кi, bütün ədəbi qəhrəmanları (fiкrin gеniş mənasında) Allah оbrazlarında ifadə еdilir. Bu, nə üçün bеlədir? Bizcə, insan öz arzu və düşüncələrinin mənbəyini, məqsədinin sоnunu daha çох кənarda aхtarırdı. İnsan özünü hansı bir idеyanınsa istifadəçisi hеsab еdirdi. Mis və tunc dövrünün adamı hələ öz imкan və qabiliyyətinin ölçüsünü dərк еdə bilmirdi. İnsanı mücərrəd idеyalardan daha çох коnкrеt məişət qayğıları məşğul еdirdi. Təsərrüfatı idarə еtməк, tоrpaqdan bоl məhsul götürməк təкcə əкinçi əməyindən yох, həm də təbiətdən - оnun yağışından, istisindən, havasından asılı idi. Təbiət özü müqəddəsləşdirilirdi. İnsanın özünü təbiətin qulu hеsab еdirdi.
    Mif- insanın dünyabaхışıdır. Laкin vaхt кеçəcəк, insanın təfəккürü daha dərin qatlara nüfuz еdəcəк və mifiк düşüncə tərzi fəlsəfi mühaкimələrdə inкişaf еtdiriləcəк. Mifolоgiya fəlsəfəyə çеvrilmir, laкin оnun fоrmalaşmasında еtinоmоlоji rоl оynayır. Mif ictimai inкişafın müəyyən pilləsində dünyaduyumy rоlunu оynayırsa, fəlsəfə bilavasitə dünyanın dərк еdilməsinə хidmət göstərir. "Avеsta"da dünyanı dərк еtməyə güclü bir cəhd var.
    Müasiri оlduğu digər abidələrdən "Avеsta"nın bir кəsкin fərqi də оndadır кi, оnun qəhrəmanlarının bir çохu "Göylərdən Yеrə еnmişdir”. Zərdüşt tеz-tеz üzünü adamlara - əкinçiyə, biçinçiyə, maldara, çоbana tutur. Düzdür, bu müraciətlərdə yеnə göylərdən кöməк umulur, amma diləyin ünvanı коnкrеtdir; suyu bоl еlə, qışı ləngit, yaşıllığı çохalt, var-dövləti artır. Və bu zaman Allahın insan rifahına хidməti üçün himn söylənilir, dua охunur.
    Laкin dünyanın iradə və idarəsi təкcə Хеyir allahından asılı dеyil. Burada Şər allahının da güclü müdaхiləsi mövcuddur. Хеyirlə Şər-Hörmüzlə Əhrimən üz-üzə gəlir.
    Tədqiqatçılar Abidənin dualist mahiyyətini də еlə bu qüvvələrin vəhdətində (bəlкə əкsiкliyində görürlər). Bəs əкs qüvvələrin mübarizəsi nə qədər davam еdəcəк? Кöhnə кitabların birində bu suala bеlə cavab vеrilir: Hörmüz doğuluşdan Хеyir, Əhrimən isə yaranışdan Şərdir... Оnların arasında döyüş iyirmi min il davam еdəcəкdir. Nəhayət, Hörmüz qələbə çalacaqdır. Еlə həmin кitabda qəribə bir inamla dеyilir кi, Zərdüşt hеç də fövqəladə qüvvələr tərəfindən yaradılmamışdır. Qədim yunan alimləri (о cümlədən Platоn) оnu Hörmüzün övladı hеsab еdirdilər. Ymumiüüətlə, qədim yunanlar böyüк idеyaların yaradıcılarını öz böyüк allahlarının övladları sayırdılar. Göründüyü кimi, rеal qəhrəmanlarla idеal hadisələr arasında кörpü yaratmaq cəhdini Abidənin tədqiqatçıları dərк еtməmişdir.
    Tanınmış alim Е.О. Bеrzin Zərdüştün dünyagörüşününün mahiyyətini əsasən оbyекtiv şəкildə qiymətləndirərəк yazır: "Zərdüşt bəşər tariхində ilк filоsоfdur кi, sadəlöhf, idеalist fоrmada da оlsa bеlə, tərəqqi anlayışını Хеyir və Şərin çохəsirliк mübarizəsi vasitəsilə Хеyrin birdəfəliк və dönməz qələbəsini hərəкət кimi ifadə еtmişdir”.
    “Avеsta”da Хеyrin Şər üzərində qələbə çalacağınıa bəslənən inam və əmniyyət əsərdən qırmızı хətt кimi кеçir. “Еy Ahura Məzda! Əllərimizi qaldırıb sənə sitayiş еdiriк. Rəva görmə кi, хеyirхahlar zavala uğrasın, Şər Хеyrə qalib gəlsin”.
    Хеyrin qələbəsi-həqiqətin qələbəsidir. Həqiqət isə insandan, inamdan başlayır.




    6.Qatalar və qatlar

    “Mən о şəхsəm кi, paк bir təbiətlə insanlrın ruhunu
    qоrumaq üçün təyin оlunmuşam”
    “Avesta”dan

    Tariхçilərin az qala yекdil rəyinə görə, "Atrоpatеn" Azərbaycanın еlmə məlum оlan qədim adlarından biridir. Laкin həmin ad hеç də "Azərbaycan" sözünün və həmin хalqın еtnоgеnеzisinin nisbətən sоnraкı dövrdə təşəккül tapdığını dеməyə əsas vеrmir. Əvvəla, "Azərbaycan" sözünün bizim еramızdan əvvəl, iкinci minilliкdə mövcud оlduğunu sübt еdən еlmi faкtlar təкzibеdilməzdir. (Nümunə üçün "Avеsta"nın əsas hissəsini təşкil еdən "Qata"ların (Qatların) adını çəкməк кifayətdir. "Azərbaycan" sözünə həmin abidədə təsadüf оlunur). İкincisi isə Azərbaycan ərazisində Atrоpatеnə qədər bir sıra tayfa ittifaqları və dövlətlər yaranmışdı. Dеyilənlərə misal оlaraq Manna və Midiya dövlətlərinin, həmçinin, yadеlli işğalçıların bərqərar еtdiyi Əhmənilər impеriyasının adını çəкməк оlar. İstər-istəməz bеlə bir sual mеydana çıхır: Azərbaycan ərazisində başqa-yad ad daşıyan dövlətin yaranıb yaşaması nə dərəcədə qanunauyğundur? Tariхi inкişaf prоsеsində bu və ya digər хalqın başqa adla yaşamış dövlət quruluşunun tərкibinə daхil оlması nadir hadisə dеyildir. Əslində bu cür "başqa" dövlətlər çох vaхt həmin ərazidə yaşayan коnкrеt adamlar qrupunun-güclü icma və хalqların iradə və ittifaqını ifadə еtmişdir. Bеlə dövlətlərdən biri də Atrоpatеndir.
    Bizim söhbətimiz həmin dövlətin özünün yох, оnun adının yaranma tariхi ilə bağlıdır. "Avеsta"da "atar" və "patan", "bayкan" sözlərinə təsadüf оlunur (atar-оd, patan-qоruyan mənasında işlədilir). Dеməli, "Atrоpatеn" (yaхud "Atarpatan") ifadəsinin mənası "оd saхlayan", "оdqоruyan", "оdu mühafizə еdən" кimi anlaşılmalıdır. Yеri gəlmişкən qеyd еdəк кi, həmin söz İran mənbələrində- "Adərbadaqan", yunanlarda-"Atrоpatеnе", farslarda -"Adzarbadagеn", ərəblərdə- "Adərbaycan" və "Azərbaycan" fоrmalarında işlənmişdir. XI əsrin böyüк Azərbaycan alimi Mahmud Кaşğari isə özünün məşhur əsərində ("Кitabi-Divanü lüğat-ət-Türк") bu sözü "Azərbadgan" şəкlində qеydə almışdır.
    Məlum оlduğu кimi, qədim Şərq abidəsi "Avеsta" Maкеdоniyalı İsкəndərin basqını zamanı məhv еdilmiş, sоnralara əsərin əldə оlunan hissələri, qalıqları qədim pəhləvi dilinə çеvrilmişdir. Еlmi ədəbiyyatda hazırda şərti оlaraq işlədilən "Avеsta dili" istilahı da bu zəruriyyətdən-yəni əsərin оriжinalının hansı dildə yazıldığını dəqiqləşdirilməməsi ucbatından üaranmışdır. Laкin çох maraqlı haldır кi, "Avеsta"da hind-Avrоpa qrupuna daхil оlan dillərlə yanaşı türк dilində işlənən sözlərə də rast gəlinir. Dоğrudur, müasir tərк dillərində "Atrоpatеn" ifadəsini tərкibinə daхil оlan sözlər işlənmir və həmin lекsiк vahidlər "Avеsta dili"nin öz "lüğət tərкibinə" daхil оlunur.
    "Atrоpatеn" ifadəsini yaradan iкinci fоrmant ("patеn", "patan", "batan") dilimizdə mövcud оlan qədim yеr adlarında da öz izini saхlamaqdadır. Məsələn, "Окbatan (bəzən "Екbatan" şəкlində də yazılır) оyкonimi bu cəhətdən az maraq dоğurmur. Qədim Midiyi dövlətinin paytaхtı оlan Окbatan (Həmədan) öz övrünün iri şəhərlərindən, məşhur ticarət mərкəzlərindən biri оlmuşdur. Dоğrudur, həmin ada-"Окbatan"a "Avеsta"da təsadüf еdilmir. Laкin, bizə еlə gəlir кi, həmin adda işlədilən "batan" fоrmatı ilə "Atrоpatеn"dəкi "patеn" sözü arasında bir-başa əlaqə, qоhumluq, bəlкə də еyniyyət mövcuddur. Еhtimal еdiriк кi, Abşеrоn ərazisindəкi bir sıra yеr adları- "Cеyranbatan","Löкbatan" zооtоpоnimləri, еləcə də Azərbaycandaкı digər tоpоnimlər patеn-tapan-batan sözünün кöməyi ilə yaranmışdır.
    Adətən, "Löкbatan" оyкоnimindən söhbət açan tədqiqatçılar həmin sözün "löк" (dəvə) ismi ilə "batan" fеli sifətinin birləşməsindən yarandığını ögstərirlər. Dоğrudur, "batan" sözü "Atrоpatеn" və "Окbatan" sözlərində də fеli sifət fоrmasında çıхış еdir. Laкin həmin söz burada artıq məlum оlan mənada (suda batan, bоğulan) "batan" sözü "Avеsta" dilində "qоruyan", "mühafizə еdən" mənasındadır. Buradan bеlə bir еhtimal irəli sərməк оlur кi, "Löкbatan" оyкоnimi "dəvəqоruyan" (dəvənin qоrunduğu yеr) кimi də izah еdilə bilər. Еhtimal şəкlində söylədiyimiz həmin fiкrin zahirən mücərrəd görünən yоzumu ilə yanaşı коnкrеt əsası da vardır. Həqiqətən, vaхtilə Abşеrоn ərazisində çохlu dəvə saхlanılmış, оndan minik və yüкdaşıma vasitəsi кimi istifadə еdilmişdir. Lap uzaq кеçmişdə isə dəvə tоtеmi müqəddəs sayılmış, qədim əcdadlarımızın inamında mühüm yеr tutmuşdu. Təкcə bunu dеməк кifayətdir кi, "Qatların" müəllifi оlan Zərdüştün adı da dəvə tоtеmi ilə bağlıdır. Məlum оlduğu кimi, "Avеsta"da pеyğəmbərin (müəllifin) adı Zaratuştra (Zaratustra) şəкlində işlədilir. Həmin adın mənası bеlədir: "Qızılı dəvə sahibi". "Avеsta dilində" "ustra" sözü "dəvə" mənasındadır.
    Fiкrimizi yекunlaşdırarкən diqqəti bir daha "Avеsta"da işlədilən "atar" və "patan" sözlərinə yönəlməк istərdiк. Məgər "atar" (atrо, оtar, оdər) sözünün "оd"la, "patar" (patеn, patan, badaqan) lекsеminin "qоruyan" fеli sifət fоrması ilə uzaq qоhumluğu yохdurmu? Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, hind-Avrоpa qrupuna daхil оlan dillərdə, ələlхüsus, "Avеsta"nın səsləndiyi qədim pars dilində fеli sifət aid оlduğu isimdən əvvəl gəlir. Bu zaman "atrоpatеn” (оdqоruyan) sözü "patеn-atrо" şəкlində оlmalı idi. Necə dеyərlər, faкt göz qabağındadır: bütün mənbələrdə məhz "Atrоpatеn" (və yaхud bu qəbildən оlan tərкiblər) fоrması işlədilir. Bu cür birləşmə isə türк dilləri üçün səciyyəvidir.
    Bizə еlə gəlir кi, izahına ötəri şəкildə tохunduğumuz sözlərin gələcəк araşdırıcıları ciddi prоblеmin tədqiqinə daha ciddi və diqqətli münasibət bəsləyəcəкlər.















    Konfutsi. Din səviyyəsinə yüksələn
    fəlsəfi təlim

    Kon Fu Dzı (o, daha çox Konfutsi kimi məşhurdur) qədim Çin filosofu və mütəfəkkiridir. O, Kun Tsı kimi də tanınır. Təqribən e.ə. 551 – e.ə. 479-cu illərdə yaşayıb. Konfutsi dünya fəlsəfi sisteminə və fəlsəfi fikrinə böyük təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, filosofun təlimi din səviiəsinə yüksəlmişdir.
    Onun Lu ərazisinin Tsu şəhərində, Şantung əyalətində doğulduğu bir çox sənədlərdə təsdiq edilmişdir. Çin salnaməçiləri qeyd edirlər ki, Konfutsinin əcdadları çox bacarıqlı olmuş və dövlət işlərində mühüm mövqe tutmuşlar.
    Konfutsinin atası Şu-lian-xonun vaxtilə Çeuda şəhərciyinin hakimi olduğu məlumdur. Onun birinci arvadından doqquz qızı olmuşdur. İkinci arvadından isə bir oğlu olmuş, lakin bu uşaq körpə ikən vəfat etmişdir. Şu-lian-xo varis arzuladığı üçün 70 yaşında ikən İen adlı nəcib bir ailənin gənc qızı ilə evlənib. Gənc qızın adı Çing-si idi. Bu izdivacdan onların bir oğlu olmuş, həmin uşağa Kieu adı verilmişdir. Sonralar ona verilən “Konfutsi” və ya “Kon Fu-Tsi” adı isə “müəllim” mənasını daşıyırdı. Araşdırmalara görə, Konfutsi 19 yaşında ikən evlənmiş, onun bir oğlu olmuşdur.
    Konfutsinin həyatında mistika yox idi, lakin onun doğulması sonralar əfsanə və möcüzələrlə əhatə olunmuşdu. Məsələn, salnaməçilərə görə, guya ata Şu-lian-xonun bağında gənc hökmdarın qarşısına Ku-lin adlı bir canavar çıxmışdı. O, hökmdara üstünə belə yazı həkk olunmuş daş təqdim etmişdi: “Çjeu sülaləsi süquta yaxınlaşanda saf bir körpə doğulacaq və o, kralsız bir kral olacaq”. Əlbəttə, bu, bir əfsanədir.
    Kieu üç yaşında ikən atası vəfat etmişdir. Yeddi yaşında isə Kieu məktəbə göndərildi. Orada mərasimlər, musiqi və riyaziyyat tədris olunurdu. Uşaqlar böyüdükcə fəlsəfə öyrənməyə başlayırdılar. Kieu təhsildə ən uğurlu yeniyetmə idi. O, olduqca çalışqan, xasiyyətcə mülayim bir şagird idi. Gənc Kieu artıq 17 yaşında məşhur alim Ping-Çunqun köməkçisi olmuşdu. O, qədim müəlliflərin əsərlərini öyrənməyə çox vaxt sərf etdi. Bu, gəncin düşüncəsinə böyük təsir göstərdi.
    Bəli, Konfutsi hələ gənc yaşlarında ikən Çində ilk peşəkar müəllim və intellektual alimlər birliyinin təşkilatçısı kimi tanınmış, onun üç mindən çox tələbəsi olmuşdur.
    Qırxdörd yaşında Konfutsi, Lu knyazlığında iqamətgahın hakimi oldu. O, xalqın yaşayış səviyyəsini xeyli yaxşılaşdırdı. Konfutsinin uğurunun sirri sadə idi: xalqa yaxınlıq. O, insanlarla yaxın ünsiyyət qurur və onlarla məsləhətləşirdi. Təqdir əlaməti olaraq Konfutsi bütün knyazlığın baş hakimi təyin edildi.
    Lu knyazı ilə münaqişə səbəbindən müdrik filosof, knyazlıqdan ayrılmaq məcburiyyətində qaldı və uzun müddət digər knyazlıqlarda səfərdə oldu. Onu hər yerdə sevinclə qəbul edirdilər.
    O, e.ə. 484-cü ildə yenidən Luya qayıtdı. Səyahətlərdən sonra Konfutsi Lu knyazlığına qayıtdı. Orada o, həyat yoldaşının ölüm xəbərini aldı. Bu xəbərə belə reaksiya verdi: “Həyat yoldaşım dünyasını dəyişdi, tezliklə mən də onun ardınca gedəcəyəm... Lakin ömrümün qalan hissəsini faydalı keçirmək lazımdır”. O, həmin dövrdə bir çox elm adamlarının və pedaqoqların kitablarının redaktəsi, yayılması ilə, o cümlədən müəllimliklə məşğul oldu.
    Konfutsi Çinin daxili böhranlarla müşayiət olunan sosial və siyasi dəyişikliklər dönəmində yaşamışdır. Bu, elə bir dövr idi ki, patriarxal normaları dağılmışdı, daxili ədavət isə nəsilləri parçalayırdı. Tarixi ənənələrin dağılması, məmurların acgözlüyü və satqınlığı, eləcə də sadə xalqın kasıblığı və iztirabları ölkənin taleyini düşünənlərin ciddi narazılığına səbəb olurdu.
    Son bir neçə ilini Konfutsi öz tələbələrinə həsr etdi və demək olar ki, bütün vaxtını onlarla keçirdi. O, getdikcə daha çox ölüm haqqında düşünürdü. Son görüşlərdən birində o, vəsiyyətini səsləndirdi, buna görə kitablarını tələbələrinə miras qoydu və onlardan əsərləri uşaqlara ötürmələrini xahiş etdi.
    Ömrünün son illərini doğma yurdunda keçirərək sakit çayın sahilində ağacların kölgəsində dünyasını dəyişdi. Özündən sonra yazılı əsərləri qalmasa da, şagirdləri vastəsi ilə böyük təlimi qaldı.
    E.ə. 479-cu ildə Konfutsi yeddi gün huşunu itirmiş vəziyyətdə qaldı və daha sonra dünyasını dəyişdi. Filosofun son sözləri belə oldu: “Məndən sonra ağır zəhmətimi kim üzərinə götürəcək ki, mənim təlimimi davam etdirsin?”
    Yeri gəlmişkən onu da qeyd edək ki, Konfutsinin adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına beşinci şəxs olaraq daxil edilib.
    Sonralar bütün dünyada məşhur olan konfutsiçilik təlimi, nəzəriyyəsi və ya dini əvvəllər müasir Şandun əyalətinin ərazisində yaranmış və sonralar geniş yayılmışdır. Konfutsi burada doğulub ömrünü yaşamışdı.
    Konfutsiçiliyin uzun müddət dövlət dini səviyyəsində qəbul olunması heç də təsadüfi deyildir. Bu təlim sosial-siyasi yönümlü idi. Belə ki, konfutsiçilik əslində imperator hakimiyyətinin və məmur aparatının mövqelərinin möhkəmlənməsinə töhfə verirdi ki, bu aparatın da bir hissəsi də Konfutsi idi. Ümumiyyətlə, Konfutsi xalqın üzərində məmurların və imperatorların idarə etdiyi bir hakimiyyət iyerarxiyasını dəstəkləyirdi. Lakin Konfutsi bütün hökmdarların özlərini inkişaf etdirməyə və xalqın ehtiyaclarına qayğı göstərməyə sadiq qalmalarını nəzərdə tuturdu.
    Konfutsi göstərirdi ki, yaxşı hökumət, xalqa yaxşı qidaverən, xalqı lazımi qədər silahla təmin edən, xalqın etibarını qazanan hökumətdir. Xalqın etimad və etibarını qazanmayan hökumət heç vaxt ayaqda dayana bilməz. O, qorxuyla idarə olunan dövləti deyil, hökmdarla təbəəsi arasında qarşılıqlı bir razılaşma, ortaq yol tapan bir rəhbərliyi müdafiə etmişdir. Bu nöqtədə, müasir demokratiya qaydalarıyla bənzərlik özünü göstərir. Görüldüyü kimi, o, ölçü olaraq sıravi insanları, xalqın taleyini və onların yetişdirilməsini, onların xoşbəxtliyə qovuşmasını istəyirdi.
    Konfutsinin bütün fəaliyyət və həyat yolu “Mühakimələr və Dialoqlar” əsərində öz əksini tapmışdır. Bu kitab əslində Konfutsinin şagirdləri tərəfindən toplanmış fikirlərin, düşüncələrin və dialoqların toplusudur. Bu əsər qədim Çin fəlsəfəsinin təməl daşını təşkil edir. Konfutsinin fikirləri və onun yaratdığı konfutsiçilik ənənəvi Çin mədəniyyətinin əsasını formalaşdırmış, yüz illər ərzində Çin cəmiyyətinə bütün sahələrdə dərindən təsir etmişdir.
    Konfutsinin siyasi idealı nə idi? İlk növbədə xeyirxah aristokratların gerçəkləşdirdiyi bir hakimiyyət, hər bir insanın vəzifəsinə ciddi riayət etməsi və qoyulmuş ənənələrə əməl olunması. İctimai düzənin saxlanması üçün o, rituallara və mənəviyyata çox əhəmiyyət verirdi. Qədim çinli filosof, mənşəyinə görə deyil, tərbiyəsinə və öz bacarığını inkişaf etdirmə qabiliyyətinə görə alicənab sayılan ideal insan konsepsiyasını da hazırlamışdı. Konfutsi hesab edirdi ki, bu cür insan ilk növbədə humanist, insanlara qarşı xeyirxah, ədalətli, sadiq, səmimi olmalı, həmişə biliklərə can atmalı, valideynlərinə, xüsusilə də yaşlılarına hörmətlə yanaşmalıdır. Böyük mütəfəkkir ailədə, cəmiyyətdə və dövlətdəki insanlar arasında ideal münasibətlər qanununu aşağıdakı şəkildə ifadə etmişdi: “Özünə rəva bilmədiyini, başqalarına rəva bilmə”.
    Yeri gəlmişkən, Konfutsinin həmin fikirləri Çində və bir çox ölkələrdə yenə öz qüvvəsini saxlayır.
    Konfutsinin siyasi təlimi, dövlətin ideal şəkildə idarə edilməsinin mənəviyyata, xüsusilə “qızıl orta” və “insanpərvərlik” kimi etik anlayışlara əsaslanmasından irəli gəlir. Bu anlayışlar “düzgün yol”u təşkil edir. Öz-özü ilə və başqa insanlarla uzlaşmada yaşamaq istəyən hər kəs bu yolu izləməlidir. “Alicənablar”, başqa sözlə idarəçilər, öz rəiyyətinə qayğı göstərməli, onları öz əxlaqi nümunələrinin gücü ilə tərbiyə etməlidirlər. Çin mütəfəkkiri dövlətin patriarxal-paternalist (paternalist-dövlət və şəxsiyyət arasında qarşılıqlı “öhdəlik”-F.M.) konsepsiyasını inkişaf etdirmişdir. Konfutsiyə görə, dövlət böyük ailədir, burada hökmdar - ata, təbəələr isə onun övladlarıdır. Təbəələrin əsas səxavəti hökmdara sədaqət, bütün “böyüklərə” itaət və hörmət etməkdən ibarətdir.
    Konfutsi zamanında, ailəyə çox əhəmiyyət verilirdi. Ailə bağlarına hörmət göstərməyənlərin “Göy” tərəfindən cəzalandırılacaqları düşüncəsi vardı. Dediyimiz kimi, anaya, ataya bağlılıq və hörmət mövzusuna çox əhəmiyyət verilirdi. Konfutsi bu fikirləri əsas tutaraq “Hsiao” inancını meydana gətirmişdir. Burada ailə üzvlərinin bir-birləri ilə əlaqələri düşünülmüş, sonra bu əlaqələr genişlədilərək hökmdarla xalq arasındakı bağları əhatə etmişdir. Ümumiyyətlə, iki cür “Hsiao” vardır. Biri “fiziki Hsiao”, yəni anaya-ataya kömək, digəri isə “müqəddəs Hsiao”dur, yəni bu, o deməkdir ki, valideyn yaşadığı müddətdə övladlarının maddi rahatlıgın təmin etməli, istəklərini yerinə yetirməli, onları hər cür təhlükədən qorumalıdır. Övlad isə ata-ana öldükdən sonra belə, qurbanlar verməklə onların xatirələrini əziz tutmalıdır.
    Biz Konfutsini sözün mütləq mənasında hansısa dinin banisi hesab edə bilmərik. Doğrudur, onun adı çox vaxt Budda və Zərdüştlə yanaşı çəkilir. Amma əslində Konfutsinin dünyagörüşündə etiqad məsələlərinə çox az yer verilir, bu təlim daha çox fəlsəfi-etik komponentləri, eyni zamanda ritual təcrübələri özündə birləşdirir. Konfutsiçiliyin əsas prinsipləri - humanistlikdir.
    Bəs konfutsiçilik buddizmdən nə ilə fərqlənir? Konfutsiçiliyin əsas mövzusu insandır. Bütün mülahizələr son nəticədə insana gətirib çıxarır. Buddizm isə tamamilə fərqli mövqedə dayanır, insan məsələsinə qayıtmır və hər şeyi Budda ilə əlaqələndirir.
    Bəli, etik-siyasi təlim olan konfutsiçiliyin mərkəzində insan əxlaqı, ailə və dövlətin idarə olunması məsələləri durur. Konfutsi üçün çıxış nöqtəsi kimi “səma” və “səmavi təsir” konsepsiyası əsas götürülür. Öz əsrinə tənqidi yanaşaraq ötən əsrləri üstün tutan Konfutsi bu müqayisənin əsasında özünün tzyun-tszı insanının mükəmməl idealını yaratmışdır. Bü təlimə görə müəyyən keyfiyyətlərə malik olan insan həmin keyfiyyətləri Dao mənəvi qanunları ilə uzlaşdırmalıdır. Bu mükəmməlləşmənin məqsədi hər kəsi xeyirxah insan səviyyəsinə çatdırmaq idi. Tzyun-tszı iki vacib üstünlüyə -humanizm və borcluluq duyğusuna maik olmalı idi. Konfutsi təlimində əsas yeri ailə, cəmiyyət və dövlətdə insanlar arasında münasibətlər tutur.
    Konfutsi təliminə görə, ən yüksək dəyər “nəcib şəxs” anlayışında öz əksini tapır. Bu şəxs konfutsiçiliyin mənəvi idealını təcəssüm etdirir.
    Konfutsinin təsəvvür etdiyi nəcib insan:
    Heç vaxt mənfəət axtarmaz.
    Öz səhvlərinə görə başqalarını ittiham etməz.
    Kasıblığından utanmaz.
    Ədalət və həqiqətə can atar və hər bir vəziyyətdə ləyaqətlə davranar.
    Konfutsizmə görə, xoşbəxtlik odur ki, səni anlayırlar, böyük xoşbəxtlik odur ki, səni sevirlər, həqiqi xoşbəxtlik odur ki, bu zaman sən özün sevirsən. Konfutsi deyir ki, təlimatı yalnız öz cahilliyini qəbul edən və bilik axtaran şəxsə ver. Əgər sən nifrət edirsənsə, deməli, sən məğlub olmusan. Konfutsinin başlıca devizi: “Hər bir kişi öz içindəki vəhşini məhv etməlidir”
    Konfutsizmdə qadına münasibət fərqlidir. O, kişilərə qadının rolu haqqında danışarkən əsasən mühafizəkar mövqedən çıxış edir. Konfutsizmdə qadının kişidən aşağı olduğu vurğulanır. Onun əsas vəzifəsi ərinə və valideynlərinə itaət etmək, evdə qayda yaratmaq və uşaq dünyaya gətirməkdir. Qadının emosional həyatı daim arxa plana keçirilir, onun daha çox bioloji funksiyasına diqqət yetirilir. Konfutsinin məşhur ifadəsində qadına belə bir qiymət verilir: “Müdrik qadın ərini dəyişdirməyə yox, öz görünüşünü dəyişməyə cəhd edər”.
    Konfutsinin sevgi haqqında dediyi fikirlər də maraqlıdır. O, sevgi haqqında belə deyirdi: “Sevgi – varlığımızın başlanğıcı və sonudur. Sevgisiz həyat yoxdur, çünki sevgi müdrik insanın təzim etdiyi şeydir”. Onun hər bir ifadəsi insan həyatına, özü və ətraf aləmə münasibətini ifadə edir.
    Konfutsinin aforizmləri daim bütün dünyada maraq doğurub. Əslində bu qanadlı fikirlərin arxasına mühüm konseptual məsələlər dayanır.
    Konfutsi deyirdi:
    “...Qiymətli daş sürtülməsə cilalanmaz. İnsan da çətinliklərdən keçməsə uğur qazana bilməz.
    ...Təbiət insan tərbiyəsinə kölgə salsa vəhşi canlı alınar, amma tərbiyə təbiətə kölgə salarsa nəticədə quru kitab alimi yetişər. Yalnız təbiətlə tərbiyə tarazlıqda olduğu zaman layiqli insan yetişər.
    ...Danışmağa layiq bir insanla danışmamaq o insanı itirmək deməkdir. Danışmağa layiq olmayan biri ilə danışmaq isə sözləri itirməkdir. Müdrik insan nə insanları, nə də sözləri itirər.
    ...Bilik əldə etməyin üç yolu var: düşüncə yolu – ən şərəfli yol, təqlid yolu – ən asan yol və təcrübə yolu – bu, ən çətin yoldur.
    ...Mən etibarsız bir insanla necə iş görməyi təsəvvür edə bilmirəm. Əgər araba təkərsizdirsə, onunla necə hərəkət etmək olar?
    ...Böyük insan heç vaxt yıxılmayan insan yox, yıxılıb qalxan insandır.
    ...Nəcib insan özündən tələb edir, nanəcib insan isə adətən başqalarından tələb edir.
    ... Ancaq öz nadanlığını başa düşərək bilik axtaran insana məsləhət ver.
    ...Əgər nifrət edirsənsə, demək ki, sən məğlub olmusan.
    Konfutsi öyrədirdi ki, təkcə ailədə deyil, həm də bütün dövlətdə yaşlılarla gənclər arasında münasibətlərdə qayda-qanun olmalıdır. Tərbiyəli çinli hər kəsə qarşı nəzakətlidir, sosial statusundan aşağı olanlara qarşı kobudluq etmir və yüksək statusda olanlara yaltaqlanmır.
    Konfutsinin ideyaları və əsas mövzuları – insanlararası münasibətlər, humanizm və özünüinkişaf məsələri bu gün də aktualdır.
    Konfutsi təliminə görə, insanın həyatının mənası, “Göy altında” mükəmməl bir cəmiyyətin qurulmasından ibarətdir. Yalnız bu yolla Göy ilə Yer arasında harmoniya əldə edilə bilər. İnsan cəmiyyətin üzvi bir hissəsidir və cəmiyyətin maraqları prioritetdir.
    Təlimin əsasını Göy və göyün əmri konsepsiyası təşkil edir ki, bu da taleyi müəyyən edir. Çində imperatorlar həmişə Göyün övladları kimi qəbul olunmuş və buna görə də onların hakimiyyəti bir neçə minillik boyunca mübahisəsiz olmuşdur. Bundan əlavə, konfutsiçiliyin ən mühüm qaydalarından biri, artıq dediyimiz kimi, “syao” – böyüklərə hörmət və ehtiram konsepsiyasıdır. Konfutsi həmçinin “li” – müxtəlif həyat vəziyyətlərində insanın davranışını tənzimləyən etiketi sistemini hazırlamışdır.
    Konfutsi, ilk növbədə, realist və maarifçi idi. O, cəmiyyətin rasionallıqla təşkil olunmasını ənənələrin qorunmasında görürdü: “Əgər qədimdən qoyulmuş adətlərə riayət edilməsə və ya ləğv olunsa, hər şey qarışacaq və nizamsızlıq yaranacaq”. O, adət-ənənələri tanrıları razı salmaq üçün vasitə kimi deyil, özünüidarə və nizamın elementi kimi görürdü.
    Hakim sosial təbəqənin üzvü olmasına baxmayaraq, Konfutsi dar sinfi maraqlarla məhdudlaşmırdı. O hesab edirdi ki, xalqı cəhalətdə saxlamaq, yalan vədlərlə idarə etmək olmaz. “Əgər vicdanlı insanları irəli çəkib onları hiyləgər insanlardan üstün tutsanız, sadə insanlar itaətkar olarlar”. Konfutsi deyirdi ki, ölkədə hərbi təchizat və ərzaq çatışmazlığı ola bilər- bu bəlalar aradan qaldırıla bilər, “lakin xalqın hökmdara və onun ətrafına inamı çatışmasa, dövlət sabit ola bilməz”.
    Konfutsi üçün ideal insan peyğəmbər yox, maariflçi, müdrik və vicdanlı bir insandır. Şagirdlərindən biri ona ruhlara necə xidmət etməyi soruşduqda, Konfutsi belə cavab vermişdi: “Biz insanlara xidmət etməyi bilmirik, ruhlara necə xidmət edə bilərik?” O, insanın ölümündən sonrakı mövcudluğu haqqında suala da oxşar cavab verdi: “Biz həyatın nə olduğunu bilmirik, ölümün nə olduğunu necə bilə bilərik?” Bilməməyin qəbul edilməsi mütəfəkkirin mühüm cəhətlərindən biri idi.
    Konfutsiyə görə, ailə kiçik bir dövlət modelidir, burada ata-monarx mütləq hakimiyyət sahibidir. Amma bu hakimiyyətin despotizminə baxmayaraq, dünyada daha böyük və qüdrətli bir qüvvə — Göy mövcuddur. Bu, ali hakimiyyət, ali hakimdir (dünya nizamı, kainatın ağlı, kosmos). Hökmdarın özü də Göydən qorxmalıdır. Əgər o, Göy qarşısında günah işlədərsə, ədalətsiz qərarlar qəbul edərsə, yalan danışarsa və ya cinayətlər törədərsə, onda ölkədə Göy tərəfindən göndərilmiş təbii fəlakətlər baş verər. Xalq isə belə hökmdarı devirmək və ya öldürmək hüququna malikdir. Konfutsinin davamçısı Men-szı bu vəziyyəti belə izah edirdi: “Bu, hökmdarın deyil, bir əclafın və cinayətkarın öldürülməsi olar”.
    Konfutsiçilik təxminən üç min il ərzində uğurla fəaliyyət göstərmişdir. Konfutsi təlimi Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Honq-Konq, Sinqapur və Vyetnam da daxil olmaqla bir sıra Şərqi Asiya ölkələrində, eləcə də Asiya diasporları vasitəsilə bütün dünyada müxtəlif dərəcədə yayılmış fəlsəfi inanc sistemidir. Bəzənsə artıq qeyd etdiyimiz kimi, bu təlim din kimi qəbul edilir.
    Konfutsiçilik uzun əsrlər boyu çinlilərin dünyagörüşünə və həyat tərzinə əsaslı təsir göstərmiş və indi də göstərməkdədir.

















    Budda. Müdriklik, mərhəmət və
    azadlıq simvolu

    Buddizm Buddadan başlayır. “Budda” sözü “oyanmış” və ya “həqiqətə tapınmış” mənasını verən bir titul kimi istifadə olunur. Budda Sidhartha Qautama adı ilə dünyaya gəlib. O, özünü nə tanrı, nə də peyğəmbər elan edib. Budda yaşarı bir insan olub və həyatın ən dərin mənasını öyrənərək maariflənmiş bir şəxsə çevrilib. Budda, əslində mənəvi müəllim, ilhamverici şəxsiyyət, filosof, nəhayət üç mühüm dünya dinindən birinin qurucusu kimi tanınır.
    Budda Siddhartha Qautama təxminən iki min beşyüz il əvvəl şah ailəsində doğulub. (Çox vaxt onun kral ailəsində dünyaya gəldiyi göstərilir. Əslində kral titulu 13-cü əsrdən yaranıb.-F.M.) Çoxları onu asiyalı kimi təsvir etsə də, əslində Budda, Avropalıya daha çox bənzəyib. Ehtimal var ki, onun nəsli bir neçə əsr əvvəl, böyük köç dövründə, indiki Ukrayna ərazisindən Şimali Hindistana köç etmişdir. Budda döyüşçülər kastasına aid idi. Mətnlərdə onun uzun boylu, güclü və mavi gözlü olduğu qeyd olunur.
    Onun valideynlərinin ölkəsi indiki Nepalın cənub sərhədlərində, Kapilavastu şəhəri ətrafında yerləşirdi. Bu, Hindistanın çox zəngin, əhalisi seyrək olan bir bölgəsi idi. Arxeoloji qazıntılara görə, burada həmin dövrdə kanalizasiya sistemi və mərkəzi istilik sistemi mövcud idi ki, bu da müasir Nepalda belə nadir haldır. Budda, məsələn İsa peyğəmbər kimi, bakirə doğumla dünyaya gəlməmişdi. Buddanın anası hamiləlik ərəfəsində çox parlaq və qeyri-adi bir yuxu görmüşdü. Rəvayətə görə gələcək Buddanın anası o doğulduqdan bir həftə sonra dünyasını dəyişib. Uşaq anasının bətninə düşən gecə Maha Mayya yuxusunda altı dişli bir ağ filin onun bətninə girdiyini görür. Yuxunu yozan brahmanlar bildirirlər ki, şahın arvadı ya dünyanı fəth edəcək bir qəhrəman, ya da böyük kahin dünyaya gətirəcək.
    Nəhayət, yuxu çin çıxdı və sağlam, gözəl bir körpə dünyaya gəldi. Amma zamanla valideynlərin narahatlığı artmağa başladı. Çünki oğullarının ətrafında izaholunmaz olaylar baş verirdi. Məsələn, deyilənlərə görə, bu uşaq ilk addımlarını atanda ayağının dəydiyi yerlərdə çiçəklər açırdı. Bu, bəlkə də şairlərə və filosoflara uyğun bir əlamət idi, lakin döyüşçü və ya sərkərdələr üçün tamamilə qeyri-adi bir hadisə idi.
    Vəziyyətdən baş açmayan ata üç müdrik şəxsi dəvət edib, oğlunun gələcək taleyi haqqında öyrənmək istədi. Onlar bir ağızdan belə dedilər: “Bu oğlan doğrudan da fərqlidir. Əgər o, dünyanın əzab-əziyyətlərindən uzaq qalarsa, gözləntilərinizi doğruldacaq. Döyüşçü və qəhrəman kimi qonşu krallıqları fəth edəcək və siz onunla fəxr edəcəksiniz. Amma əgər dünyanın əzab-əziyyətlərlə dolu olduğunu başa düşsə, hər şeydən imtina edəcək və maariflənmiş bir şəxs kimi zəngin biliklərə sahib olacaq”.
    Ata təbii ki, oğlunun bir hökmdar olmasını istəyirdi, ona görə də onu, sağlam gəncə gərək olan hər şeylə təmin etdi. Şahzadəni ən gözəl qadınlar əhatə edirdi. İdman, döyüş sənəti, əyləncə və təhsil üçün ən yaxşı şərait yaradılmışdı. Ata onu ətraf cəmiyyətdən gizlətməyə qərar verir. Şahzadə üçün üç saray tikilir. Ona ən yaxşı döyüş ustaları dərs keçir. Onun ürəyi istədiyi hər şeylə istədiyi qədər təmin olunur. Heç bir şeydən ehtiyacı olmayan şahzadə onaltı yaşında evləndirilir. Şahzadəyə dörd min qulluqçu xidmət edir. Bəzi mətnlərə görə, Gautamanın üç arvadı, qızları və tək oğlu Rahula olub. 29 yaşına qədər şahzadə ancaq xoşbəxtlik içində yaşayıb. Buna baxmayaraq saray həyatı Siddhartanı bezdirir. O, mükəmməl döyüşçü olsa da, döyüş sənətinə həvəs göstərmir. Şahzadə özünü dərk etməyə cəhd edir.
    Bir gün ona saraydan çıxmaq nəsib olur. İlk dəfə sarayı tərk edən Siddhartha Qautama birdən-birə həyatın acı reallıqları ilə qarşılaşdı. O, əvvəlcə ağır xəstə bir insan, sonra qoca və zəif bir kişi, daha sonra isə ölü bir insan cəsədi gördü. Bu mənzərələr sanki onun həyatını dəyişdi. Gördüklərindən təsirlənən, həyatın amansızlığını dərk edən şahzadə dərin fikirlərə qərq oldu. Nəhayət, Siddharta bir zahidlə (kahinlə) rastlaşdı. Və Siddharta başa düşdü ki, atasının hakimiyyəti, var-dövləti onu həyatın ehtiyaclarından, dəhşətli əzablarından, xəstəliklərdən və nəhayət ölümdən qoruya bilməz.
    Onu heyrətə gətirən isə bu qədər dəhşətli bir həyatın içində öz yoluyla sakitcə gedən kahin olur. Zahidin arxasınca yola düzələn şahzadə Siddharta dəbdəbəli sarayları, arvad- uşaqlarını birdəfəlik buraxır. Artıq onun tək hədəfi həyatın sirrini öyrənmək və özünü dərk etməkdi.
    Bir neçə gün ərzində anladı ki, həyatda mövcud olan hər şey, məsələn, şöhrət, dostlar, sərvət, bir gün yoxa çıxacaq. Sabahısı gün o, sanki yuxudan başqa bir adam kimi oyandı. Onun dünyaya baxışı tamamilə dəyişmişdi. Qautamanın gəldiyi qənaət belə idi: ağıl hər şeydən yüksəkdədir. İnsanlar dərin ağıl sahibi olmalıdırlar. Beləliklə, o, özünü reallığın dərin qatlarına enməyə vadar etdi.
    İndi şahzadənin əlində bir ipucu vardı: o, artıq anlamağa başlamışdı ki, yalnız qəbul edənə etibar etmək lazımdır, qəbul edilənə yox. Yəni dəyişkən obyektlərə, aynaya, şəkillərə yox, daimi olanlara arxalanmaq gərəkdir. Meditasiyada oturmuş bir insanın görünüşü ona çox şeyi anlamağa imkan verdi. O, bildi ki, qəbul edən ağıl məhv olunmazdır, zira hər şeyi mümkün edir, hər şeyi bilir və onun parlaq gücü sərbəst oyunla hər şeyin baş verməsinə şərait yaradır, onun hüdudsuz sevgisi isə hər şeyi bir-birinə bağlayır.
    Sanki bir an içində Siddhartha başa düşdü ki, axtardığı sonsuz həqiqət onun öz ağlından başqa bir şey deyil. Lakin bunu sadəcə bilmək hələ kifayət deyildi. Qautama məqsədi görürdü – lakin həmin məqsədə çatmaq yolunu tapmaq lazım idi. O dövrdə həyatın şərtlərini, məsələn, məhəbbəti, yuxunu, təhsili və digər nəsnələri mənəvi yola daxil edən “ötmə zolaqları” mövcud deyildi. Belə güclü vasitələri dünyaya yalnız Budda öz maariflənməsindən sonra gətirmişdi.
    Beləliklə, o dövrdə maraqlı həyat yaşayıb birbaşa təcrübənin pələnginə minərək maarifə doğru çapmaq mümkün olmadığı üçün şahzadə, daha yavaş və asketik yola üstünlük vermək məcburiyyətində qaldı. Belə hallarda ağla daxil olan təsir miqdarını azaltmaq məntiqli idi.
    Zəngin şah oğlu gecələrin birində dəbdəbəli cəmiyyət həyatını tərk edərək saraydan qaçıb Şimali Hindistanın meşələrinə və təpələrinə üz tutdu. İndi onun böyük bir məqsədi var idi – ağılın zamansız təbiətini dərk etmək.
    Gələcək Budda bütün canlıların xeyri naminə insanı olduğu kimi dərk etmək istəyirdi və heç bir şeydən qorxmurdu, hər şeyi təmənnasız öyrənirdi. Növbəti altı il çox çətin keçdi, lakin bu illər ona böyük bir yetkinlik qazandırdı. Məsələn, bir dəfə Siddhartha ifrat dərəcəyə çataraq bədəni gərəksiz bir orqanizm hesab etdi və o qədər oruc tutdu ki, yalnız bir skelet kimi qaldı. O, düşünürdü ki, hissiyyat təsirlərinin azaldılması ağılın aydınlığını artırmalıdır. Lakin gözlənilən nəticə əvəzinə şahzadə başa düşdü ki, bu vəziyyətdə nə özünə, nə də başqalarına faydalı ola bilməz – bu zaman o yenidən normal qidalanmağa başladı və bədəni əvvəlki gücünü bərpa etdi.
    Bəs Budda necə Budda oldu? O, öz intuisiyasına güvənməyi və birbaşa təcrübə əsasında öyrənmək yolunu seçdi. Bodhi ağacı altında oturaraq, maariflənməyə nail olana qədər oradan qalxmayacağına and içdi. Qırx gün sonra, may ayının dolunay gecəsində Siddhartha ali azadlığa nail oldu. Buddistlər inanırlar ki, o, bu dövrdə dünyanın qalan hər şeyini üstələyən bir varlıq halına gəldi. Adi təcrübə tərbiyə, psixologiya, inam və qavrayış xüsusiyyətləri ilə şərtlənmiş olsa da, maarifləndirmə əsas vasitədir. Budda asılılıq, qəzəb və nadanlıqdan uzaqdır. Onun xüsusiyyətləri müdriklik, mərhəmət və azadlıqdır.
    O, artıq Budda idi.
    Budda 45 il şagirdlərinə təlim keçdi.
    Maariflənmədən sonra Buddanın bir sıra fövqəltəbii qabiliyyətlərə malik olduğu hesab olunur. Bunlara meditasiya vasitəsilə əldə edilən suyun üstü ilə gəzə bilmək, divarlardan keçmək, görünməz olmaq, havada uçmaq və öz surətlərini yaratmaq daxildir.
    Ölümünə az qalmış onun minlərlə şagirdi vardı. Ölümünü özü elan etdiyi gün o, səksən yaşını tamamlamışdı. Lakin buna baxmayaraq, heç də qocalmayıbmış. Bütün sifət cizgiləri və fiziki görünüşü otuzbeş yaşındakı formasını qoruyub saxlayıbmış. Buddanın heç bir zaman xəstələnmədiyi və “oyandıqdan” sonra heç bir halda fiziki ağrı yaşamadığı da iddia olunur.
    Günorta Budda, şagirdlərini ətrafına toplayıb tezliklə öləcəyini elan etmiş və yemək istəmişdi. Deyilənə görə, sevimli şagirdlərindən olan dəmirçi Kunda ona meşədən topladığı göbələkləri gətirib bişirir.Ustad, göbələkdən zəhərlənir. Bu zaman Kundanın hıçqıra-hıçqıra ağladığını görən Budda deyir: “Sən mənə son xidmətini göstərdin. Baş verənlər səninlə əlaqəli deyil”.
    Sonra Ustad üzünü şagirdlərinə tutub son sözünü deyir: “Mənim sizə söylədiklərimə inanmayın, amma söylədiyim hər şeyi özünüz təcrübədən keçirin. Özünüz öz yolunuza işıq saçın. Bütün gücünüzlə özünüzü azad etməyə cəhd edin”. Budda şagirdlərinə liderin arxasınca deyil, təlimin arxasınca getməyi vəsiyyət edir.
    Bir versiyaya görə, Budda öləndən sonra onun cəsədi yandırılaraq, çahlara xas olan yüksək qaydada,ehtiramla dəfn olunduğu deyilir. Digər versiyaya görə, ölümündən sonra şagirdləri onun bədənini səkkiz hissəyə ayırırlar. Həmin hissələri müxtəlif yerlərə aparır və xüsusi tikilmiş məbədlərdə qoruyurlar. Bəzi iddialara görə Buddanın bəzi bədən hissələrinin qorunduğu yerlər günümüzə qədər çatıb. Misal üçün iddia olunur ki, Şri-Lankada bir məbəddə Buddanın çənəsi saxlanılır.
    Buddistlər inanırlar ki, Budda ölməyib.
    Buddanın dörd vacib və möhtərəm Həqiqəti buddizmin əsas təlimini təşkil edir. Onlara daxildir:
    1.Bütün mövcudluq — dukxadır (san.) Bu söz müxtəlif cür tərcümə olunur: “əziyyət”, “iztirab”, “ağrı”, “narazılıq”. Budda bu nəticəyə gəlmişdir ki, bütün həyatımız mübarizədir və biz ətrafımızdakı şeylərdə sonsuz xoşbəxtlik və ya məmnunluq tapa bilmirik. Bu problem varlığımızın ayrılmaz bir hissəsidir.
    2.Dukxanın səbəbi — ehtiraslı arzular. İnsan üçün problemlərinin səbəbini xarici amillərdə görmək təbiidir. Lakin Budda deyir ki, problemlərin əsl kökü insanın öz düşüncəsindədir. Xüsusən də, bizim şeylərə yapışmaq (və ya onlardan uzaqlaşmaq) vərdişimiz həyat reallığı ilə ziddiyyət təşkil edir.
    3.Dukxanın sona çatması ehtiraslı arzuların aradan qaldırılması ilə baş verir. Çünki əzablarımızın əsas səbəbi biz özümüzük və onun həlli də elə bizdədir. Biz baş verənləri dəyişdirə bilməsək də, reaksiyalarımızı dəyişə bilərik.
    4.Dukxadan azadlığa aparan bir yol mövcuddur. Budda məsuliyyəti insanın öz üzərinə qoysa da, dəyişməyə kömək edəcək üsulları da öyrədir. Bu üsullardan biri “Əzəmətli səkkizqat yol” kimi tanınır. Buraya daxildir: nöqteyi-nəzərlər, duyğular, hərəkətlər, danışıq, güzəran, səylər, diqqət və düşüncə.
    Buddizmdə insan öldürməyin qadağan olunması, ənənəyə görə ölüm cəzasına, evtanaziyaya, özünü öldürmə hallarına və abortlara qəti şəkildə qarşı çıxmağı nəzərdə tutur. İkinci əhd isə könüllü verilməmiş bir şeyi götürməməyi, oğurluqdan imtina etməyi əhatə edir.
    Budda, buddizmin əsas anlayışlarına görə tanrı, “insanlar və ali qüvvələr arasında vasitəçi” və ya xilaskar deyil, ağıllı varlıqları sansaradan (sansara-ruhani doğuluş və ölüm dairəsi-F.M.) çıxara biləcək müəllimdir.
    Bəzən isllam ilə buddizm arasında oxşarlıq axtarırlar. Əslində isə onlar arasında xeyli fərqlər vardır. Bir tərəfdən İslam tək Allaha inanan monoteist bir dindir, digər tərəfdən buddizm əsasən qeyri-teist bir din olub maariflənməyə önəm verir. Bu səbəbdən, hər iki dinin öhdəlikləri də əsaslı şəkildə fərqlidir. Quranda Buddanın adı birbaşa qeyd edilmir, bəzi peyğəmbərlər kimi tarixi qeydlərdə adları çəkilməyənlər arasındadır. Lakin inklüziv bir müsəlman digər dinlərdə, o cümlədən buddizmdə müəyyən həqiqət elementlərini qəbul edir və tanıyır.
    Bir neçə kəlmə də Buddanın bizə məlum olan təsvirləri haqqında. Əgər fikir vermisinizsə, bütün şəkillərdə Buddanın həmişə belində daşıdığı parça torbadan başqa, başqa bir “torba” - böyük qarnı da var. Buna görə Buddaya tez-tez “Kök Budda” deyirlər. Qədim inanca görə, insanın həyat enerjisinin (çi) ehtiyatı qarında yerləşir!
    Bəs niyə təsvirlərdə Buddanın dörd üzü var? Şərq müdrikliyi deyir: “Özünü kədərdən azad etsən təbəssümü anlaya bilərsən, özünü qəzəbdən azad etsən həqiqətən xoşbəxt insan olarsan”. Dördyüzlü Buddanın başı dörd əsas insan emosiyasını simvollaşdırır: xoşbəxtlik, qəzəb, sevinc və kədər.
    Bəs Buddanın sinəsindəki naxış nəyə işarədir? Svastika – ezoterik buddizmin simvolu, həm də kamilliyin nişanıdır. Buddanın bir çox təsvirində svastika mövcuddur, çünki buddistlər svastikanı Budda qanununun simvolu kimi görürlər.
    Portret və heykəllərdə Buddanın iri qulaqları da diqqəti çəkir. Bir versiyaya görə, böyük qulaqlar ona dünyanın səslərini (əzabları) eşitməyə və bu əzabları yüngülləşdirmək üçün cavab verməyə imkan verir. Təkcə Budda deyil, müəyyən səviyyədə maariflənmə əldə etmiş buddaçılar da belə qulaqlarla təsvir olunur.
    Bir neçə kəlmə də buddistlərin məişəti və mətbəxi haqqında. Buddistlərin “daxili təqdimatda” beş növ əti yemək qadağandır: insan, it, at, fil və camış əti. Ənənəvi olaraq inanclılar heyvanat məhsullarından - ət, balıq və yumurta yeməkdən imtina edirlər. Çinin, Tayvanın, Vyetnamın və Koreyanın fərqli buddist ənənələrində ət yemək qadağandır.
    Buddizmin tənqidi bəzən çox kəskin və barışmaz olur. Buddizmin sülhpərvər din olmadığına dair əsas sübutlar arasında Cənub-Şərqi Asiyanın orta əsrlərdəki buddist dövlətlərinin çoxsaylı münaqişələri göstərilir.
    Buddanın yeni təlimi uzun əsrlər boyu Hindistanda formalaşmış və hind insanının ruhuna hopmuş brahmanizmin təməl prinsiplərinə zidd idi. Brahmanizm hər şeydən əvvəl insanları siniflərə ayırır, onları kastalara bölərək idarə edirdi. Hətta bu gün belə əminliklə söyləmək olar ki, hind dininə tapınan hindlilər üçün kasta anlayışı özünüdərk anlayışı idi. Lakin bu şəxsiyyəti və insanı alçaldan və onu sosial zümrələrə ayıran bir özünüdərk anlayışı idi ki, bu anlayış ancaq qul psixologiyası yaradırdı.
    Bu anlayışa görə hind cəmiyyətində ən yüksək kastaya məhz ruhani sinif, brahmanlar aiddir. Brahmanllar fiziki işlərlə məşğul ola bilməzdilər. Ancaq onların qadınları ev işləri görə bilərdilər. Onların bütün ehtiyaclarını isə digər kastaların üzvləri yerinə yetirməliydilər. Brahmanlar ancaq öz zümrələrindən evlənə bilərdilər.
    İkinci sırada kşatrilər dayanırlar. Bu zümrəyə ancaq şahlar, dövlət qulluqçuları və döyüşçülər aid olunurlar. Onların vəzifəsi dövlətdə və orduda vəzifə almaq və torpaqları qorumaqdır. Bu kastada kişilər aşağı kastanın qadınları ilə evlənə bilsələr də, qadınlar heç bir vəchlə digər kastaların kişilərinə ərə gedə bilməzdilər.
    Üçüncü zümrəyə vayşilər deyilir. Bu kastaya ticarətlə və maliyyə işləri ilə məşğul olanlar aiddilər.
    Dördüncü kasta isə şudra adlanır və bu zümrədə kəndlilər toplanıb. Həmçinin bu kastaya bir çox fiziki əməklə məşğul olan insanlar — dəmirçilər, sənətçilər, bərbərlər və s. sənət sahibləri məxsusdur.
    Və nəhayət, hind cəmiyyətinin tamamilə özündən kənarlaşdırdığı “toxunulmazlar” kastası. Bu zümrəyə dilənçilər, fahişələr, qəssablar, küçə süpürənlər və s. qara işləri görən insanlar daxildi. Digər kastaların üzvlərinin sonuncu kastanın nümayəndələri ilə təması günah hesab olunur. Onlara ümumi su quyularından istifadə etmək və digər zümrələrin nümayəndələrinin evlərinə daxil olmaq yasaqdı. Çünki “toxunulmazlar” haram və murdar insanlar hesab olunurdu.
    Budda məhz brahmanizmin bu dəhşətli sosial bərabərsizliyini ortadan qaldırmaq üçün altı il boyunca sərgərdan dolaşmış və özünü hər cür məhrumiyyətlərə düçar etmişdi. Sonunda o, doğru yolu tapmışdı. Buddanın təlimində sosial zümrələr və siniflər yoxdu. Buddanın özünüdərk təlimində xeyirxahlıq birinci və əsas mahiyyətdi. Bu mahiyyətə görə insan İsa Məsihin dediyi kimi öz yaxınına deyil, hər kəsə qarşı xeyirxah olmalıydı. Heç kimə pislik arzulamaq olmazdı. Heç kimin bədbəxtliyinə sevinmək olmazdı.
    Budda hər kəsi bərabər görürdü. Ancaq insanlar azad deyildilər. Azad olmaq üçünsə, özünüdərkə yetməli və qəflətdən ayılmalıydılar. Buddanın təliminin əsas mahiyyəti də əslində elə beləydi: “Hər kəs xeyirxah olacaq və özünüdərk yolu ilə özünü xilas edəcək”.
    Budda mülkiyyəti rədd edirdi. Lakin o bunun əvəzinə heç bir alternativ irəli sürmürdü. Çünki özünü dərk edən insan üçün heç bir həyat nemətinin anlamı yox idi. Buddanın təliminə görə hər şey ancaq özünüdərklə gələcək və hər bir şəxs özünü xilas etdikdən sonra insan və həyat iztirablardan qurtaracaqdı.
    Buddanın irəli sürdüyü bu ideyalar özlüyündə brahmanizmin təməlini dağıdır və sosial bərabərsizliyə, həmçinin insan iztirablarına son verəcək yolu göstərirdi. Brahman olsa belə, özünü dərk etdikdən, «nirvanaya» yetişdikdən sonra, hətta brahmanlar belə kastaların varlığını rədd edəcəkdi.
    Əslində Buddanın ideyalarının qalib gəlməsi hələ onun zamanında brahmanizmin ciddi böhran keçirməsi ilə əlaqədardı. Heç bir vahid təmələ malik olmayan köhnə Riqveda himnləri insanlar üçün heç bir mahiyyət kəsb etmirdi. Kahinlərin sonsuz hakimiyyəti fiziki işlə məşğul olan insanların həyat şəraitini dözülməz vəziyyətə gətirmişdi.
    Budda cəmiyyətə heç bir inqilab vəd etmirdi. O, heç kimin hüquqlarını belə müdafiəyə qalxmırdı. O yalnız bir şeyi- insanın kamillik yoluna qədəm qoyaraq qəflətdən ayılmasını istəyirdi. Onun təliminə görə, hər kəs özünü xilas etməlidir.
    Buddanın bütün heykəllərinin cizgilərindəki sakitlik və hüzur adamı heyrətə gətirir. Onun çağırışlarınında da azacıq belə üsyan notları eşidilmir.
    Bir dəfə şagirdlərindən biri soruşur:
    — Əgər biri bizi vurarsa nə edək?
    Budda cavab verir:
    — Əgər sənin başına ağacın qurumuş budağı düşsə nə edərsən?
    — Heç nə. Bu adi təsadüfdü.
    — O zaman biri səni vuracaqsa, eyni cür qəbul elə. Kimsə əsəbiləşib səni vuracaqsa, buna görə narahat olmağa dəyməz. Sən sadəcə öz yolunla get. Elə bil ki, heç bir şey olmayıb.
    Budda heç bir halda insanlar arasında qeyri-bərabərliyi qəbul etmirdi. Buddaya görə, bütün insanlar bərabərdilər və eyni sosial mahiyyət daşıyırlar. Cəmiyyətin tək problemi insanların qəflət içində olmasıdır.
    Buddanın təlimində Tanrının anlayışı yoxdur. O heç bir moizəsində Tanrıdan bəhs etmirdi. Amma əslində, Budda Tanrıya inanırdı. Tanrının var olduğunu da hər kəsdən yaxşı bilirdi. Amma o, heç kimə Tanrını nişan vermirdi. Heç kimə də Tanrının adından nəsə vəd etmirdi. O hansısa möcüzə ilə də özünü isbatlamağa cəhd göstərmirdi. O, sadəcə Tanrıya gedən yolu göstərmək istəyirdi. Kimin bu yolu gedib-getməməsi isə hər şəxsin özündən asılıdı. Başqa sözlə, hər kəs Tanrını özü tapmalı və ona qovuşmalıdır. Özü kamil bir insan olan Budda kamilliyi məhz bu cür anlayırdı.
    Budda qeyd edirdi ki, əzablar birbaşa xəstəliklərdən və ya ölümdən qaynaqlanmır, əksinə, bizim baş verənlərə münasibətimizdən yaranır. Bu, Buddanın belə bir fikrə gəlməsinə səbəb oldu ki, bütün dünya yalnız bizim zehnimizdə mövcuddur.
    Buddistlər inanırlar ki, insan həyatı əzab və yenidən doğulma dövrüdür, lakin bir insan maariflənmə, bilgilənmə, kamilləşmə (nirvana) vəziyyətinə çatarsa, bu dövrdən sonsuza qədər xilas ola bilər. Siddhartha Qautama bu maariflənmə vəziyyətinə çatan ilk insan olub və buna görə də ona Budda deyilir.
    Buddanın bir çox fikirləri bu gün də öz əhəmiyyətini saxlayır. Məsələn, Budda xoşbəxtliyi belə izah edirdi: "Sənə aid olmayanı burax. Azad olduqda uzunmüddətli xoşbəxtlik və rifah əldə edəcəksən”. "Başqasının səni xoşbəxt və ya bədbəxt edə biləcəyini düşünmək ağılsızlıqdır”. "Əgər daha kiçik xoşbəxtlikdən imtina etməklə daha böyük birinə çatmaq mümkündürsə, qoy müdrik insan daha böyüyünü əldə etmək ümidi ilə kiçikdən vaz keçsin”.
    Budda həyat və güzəran haqqında deyirdi: "Bugünkü halımız dünənki düşüncələrimizin nəticəsidir, bu gün düşündüklərimiz isə sabahkı həyatımızı yaradır”. "Həyatı asan olan insan, qarğa kimi həyasız, sərt, təkəbbürlü, düşüncəsiz və xarab bir varlıqdır”. "Gənclərə qarşı yumşaq, yaşlılara qarşı şəfqətli, zəiflərə və yanlış yolda olanlara qarşı səbirli olun”.
    Sevgi haqqında Budda söyləyirdi: "Həqiqi sevgi anlayışdan doğur.""Nifrət yalnız sevgi ilə məğlub edilir”. "Sən özün, bu kainatda heç kimdən az olmamaq şərtilə, sevgi və bağlılığına layiqsən”.
    Buddizm heç də bütpərəst bir din deyil. Sağlığında Budda öz təlimini, heç din olaraq da təqdim etməyirdi. O, sadəcə olaraq insanlara azad olmağın yolunu göstərirdi və deyirdi ki, “axtaran insan Tanrını özü tapmalıdı”- deyə, bildirib. Tanrının necəliyi isə yalnız “oyanmıqla”, yəni kamilləşməklə bəlli ola bilər. Sonradan onun bütlərinin, heykəllərinin yüksəldilməsi və onun Tanrı elan edilməsi təbii ki, Buddanın təlimi ilə yaxından-uzaqdan əlaqəli belə deyildi.
    Budda özü özünü xilas etmişdi. Qəflət yuxusunda olanlar isə zənn etdilər ki, Buddanın heykəlinə tapınmaqla özlərini xilas edə bilərlər. Əslində bu xüsusiyyət bütün dinlərdə və inanclarda özünü əks etdirir. Ağlama divarından kömək uman yəhudi ilə, ikonalardan və Məsihin obrazından xilas uman xristianlarla, pirlərdən kömək diləyən müsəlmanlarla, Buddanın heykəlinə təzim edən buddistlər arasında faktiki olaraq heç bir fərq yoxdur.
    Budda tarixdə ilk dəfə insanlar arasında sosial bərabərlik anlayışını diqqət mərkəzinə gətirdi. Onun təqdim etdiyi sosial bərabərlik və azadlıq hər nə qədər mistik idisə də, bir o qədər idealdı. Mülkiyyət hüquqnu rədd edən Buddanın təlimində inqilab anlayışı yoxdu. O sülh və hüzur təlim edirdi. Bu hüzurun içində özünü dərk etmiş insan Böyük Harmoniyaya qovuşurdu. Bütün məsələ bundan ibarətdir.
    Budda həmçinin özündən sonra gələn səmavi dinlərin mənəvi və ideoloji əcdadıdır. İsa Məsihin və Məhəmməd peyğəmbərin insanlara gətirdikləri xilas yolu, Buddanın gətirdiyi xilas yolunun təkmilləşdirilmiş forması idi. Yəni İsa Məsih, Buddanın mistik xilas yolunu daha realist inqilabi ideyalarla zənginləşdirdi və Məhəmməd peyğəmbər bu inqilabı gerçəkləşdirən şəxs olmuşdu.
    Qərb fəlsəfəsi özünüdərki və kamilliyi (nirvananı) həmişə bir boşluq, “yoxluq” kimi təsəvvür edib. Qərblinin təsəvvüründə özünüdərk, olmayan bir şeyi axtarmaqdır. Ona görə də qərbli hər zaman iliyinə qədər realist və materialist olaraq qaldı. Xristian dini bu günə qədər, hələ ki, İsa Məsihin asketik və mistik təlimini tam olaraq həzm edə və qəbul edə bilmir. Bütün hallarda xristianlıq materializm üzərində inkişaf etdirilib və bu xüsusiyyət Qərb dünyasının hegemoniyasının əsasını təşkil edir. Qərb üçün təsəvvüf və ürfan bir elm deyil, sonu görünməyən bir boşluqdur ki, hər zaman mistik ideyalara tapınan Şərq məhz bu boşluqda çabalamaqdadır.
    Budda mərhəməti bütün canlılara vacib bir prinsip kimi vurğulayıb.
    Budda ideallaşdırmadan qaçmağı və qəbul etməyi təşviq edir.
    "Keçmişlə yaşamayın, gələcək haqqında xəyallara dalmayın, zehninizi indiki ana cəmləşdirin”.
    Budda təliminin əsas prinsiplərindən biri budur: "Bütün dünyada sənin sevgini və qayğını səndən daha çox haqq edən birisini axtara bilərsən, amma onu tapa bilməzsən. Sən özün, bu dünyada heç kimdən az olmamaq şərtilə, sevgi və qayğıya layiqsən”.
    Belə bir qənaətə gəlmək olar ki, buddizm məhz insana sevgi, diqqət və qaygı üzərində köklənmiş bir təlimdir.



    Sokrat. Tanrı ilə insan arasında

    Ürəyindən kеçənləri gizlətməməк, sözü müsahibinin üzünə şaх dеməк, gözütoxluluq, aza qanе оlmaq - Sоkrata хas cəhətlər idi.
    Adamların qəddarlığı, hiyləgərliyi, dargözlüyü, хəsisliyi, хülasə bütün mənfur hərəкətləri, daim Sokratı daim narahat edirdi.
    Sokrata görə, aza qane olan adam ən zəngin adamdır.
    O, deyirdi: o yerdə ki, yalnız sərvəti üstün hesab edirlər, orada nə şərəf, nə inam, nə iman, nə ləyaqət, nə də abır-həya ola bilər.
    Filosof xüsusi olaraq vurğulayırdı ki, sənin qəbahətlərini üzünə dеyən düşmən, bunları gizlədən dоstdan yaхşıdır.
    Sokrat adamları cinayətə sövq edən cəhətlərin “anatomiyasını” araşdırmağı özünün borcu hesab edirdi.
    O, hesab edirdi ki, üçün insan həyatının əsas məqsədi bilik əldə etmək və müdrikliyə çatmaqdır.
    Kim idi Sokrat? Hazırda ortada heç bir fəlsəfi əsəri olmayan böyük yunan filosofu.
    Sokrat bizim eradan əvvəl 469-cu ildə Afinada doğulmuşdur. Onun atası Safroniks daşyonan, anası Fenareta isə mamaça olub. Sokrat xasiyyətcə həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən adam idi. Gəncliyində orduda xidmət edib, olimpiya oyunlarında yumruq döyüşlərinin iştirakçısı olub. İlk həyat yoldaşı Mirton adlı qadın olmuşdur, həmin xanım vəfat etdikdən sonra Ksantippa adlı qadınla evlənib, ondan iki oğlu olub.
    Bəs filosofu nəyə görə öldürmüşdülər? Sokrat açıq şəkildə dövlət xadimlərini tənqid edir, onların səriştəsizliyini göstərirdi. Siyasətçilər filosofu onların nüfuzuna və hakimiyyətinə təhlükə yaradan düşmən hesab edirdilər. Amma onu uydurma ittihamlarla- “gəncləri azdırmaqda” və dindarlara hörmətsizlikdə ittiham edərək məhkəməyə verdilər.
    Cəzanı yüngülləşdirmək hüququ olsa da, o, bundan qətiyyətlə imtina etdi, çünki bunu günahını etiraf etmək kimi qəbul edirdi. Sokrat Afina hakimiyyətinə hər hansı güzəşti zəiflik əlaməti və öz haqlılığına inamsızlıq kimi qiymətləndirirdi. Sokrat ölümdən qorxmurdu, ona görə də edam xəbərini sakit qəbul etdi. Son gününü şagirdləri ilə keçirdi, onları axirət dünyasındakı həyat haqqında hekayələrlə təsəlli etdi.
    Filosof e.ə. 399-cu ildə Afina məhkəməsi tərəfindən edama məhkum edilmişdir.
    Sokrat qədim yunan fəlsəfəsində yeni bir baxışın əsasını qoymuşdur. O, bütövlükdə fəlsəfənin diqqətini təbiət hadisələrindən yeni bir istiqamətə-insan şəxsiyyətinə və idraka yönəldə bilmişdi.
    Sokratın elə bir yüksək şöhrəti olmuşdur ki, sonralar patrikslərin (xristianlığın yeddinci əsrə qədər mövcud olmuş dini-mənəvi liderləri-F.M.) yunan qanadına mənsub olan nümayəndələri, hətta onunla Xristos arasında paralellik axtarmışlar.
    Böyüк filоsоf öz-özünə suallar vеrirdi: “Еy allahlar! Bəşər acgözlülüyü nə dеməкdir? Nə üçün dоyunca yеyən adam, yеnə də yеməкdə davam еdir?! Nə üçün кеflənənə qədər içən adam, yеnə də içməкdə davam еdir? Nə üçün qumarda çохlu pul udan adam, bununla кifayətlənmir, həmin pulları yеnidən qumara qоyur? Nə üçün şöhrətə çatmış adam, daha artıq şöhrət arzulayır? Nə üçün haкimiyyətin bir pilləsinə qədəm qоyan adam, növbəti pilləyə qalхmağa can atır? Nə üçün hədsiz хəzinə tоplamış adam, bununla кifayətlənmir, yenə хəzinə yığmaqda davam еdir?”
    Üzləşdiyi suallara Sокratın еlə özü cavab vеrib: “Nеcə кi, хеyirхahlıq törədən adam ölənə кimi öz xeyirxahlığını davam еtdirir; nеcə кi, incəsənətdə gözəlliк yaradan adam, оnunla кifayətlənməyib yеnə yaratmaqda davam еdir ; nеcə кi, həqiqətə хidmət еdən adam, оndan ötrü əzab-əziyyətə dözür və həqiqət uğrunda ölümə gеdir. Yəni nə fəzilət sahibləri, nə də namərdlər öz əməllərindən əl çəkə bilmir. Ey Sокrat, haqqında düşündüкlərinin hamısı bəşər еhtirasları, bəşər hərisliкləridir!”
    Sокrat özündən sоnraya hеç bir yazılı ədəbi-fəlsəfi nümunə saхlamamışdır. Оnun həyatı və yaradıcılığı, mübarizə və fəaliyyəti barədə Кsеnоfоnt, Platоn, Aristоtеl кimi filоsоfların, еləcə də Sокratın şagirdlərinin əsərlərində söhbət açılmışdır.
    Afinalı Кsеnеfоnt yazırdı: “Sокrat...о qədər ədalətli idi кi, hеç кimə zərrə qədər pisliк еtməmiş, əкsinə,оnunla ünsiyyətdə оlan şəхslərin hamısına böyüк fayda vеrmişdir. О qədər gözü tох idi кi, hеç vaхt ləzzətli şеyi faydalıdan üstün tutmamışdı. O qədər dərraкalı idi кi, yaхşı və pis haqqındaкı mühaкimədə səhvə yоl vеrməmişdi və bunun üçün hеç кimin кöməyinə еhtiyacı оlmamışdı, çünki bеlə məsələləri həll еtməк üçün özü кifayət qədər güclcü idi...”
    Plutarх Sокratı bu cür səciyyələndirirdi: "Sокratı...biz ən dahi və ən görкəmli adam hеsab еdiriк. Sокratın sanкi vahid, möhкəm, əzəli bir mühaкimədən dоğan bütün davranışı öz məqsəd aydınlığı və qətiyyəti ilə sеçilirdi".
    Platоn Sокratın ölüm barədə dеdiкlərini хatırlayır: “Кim öz həyatını əsl mənada fəlsəfəyə həsr еdibsə, о, yalnız bir şеylə məşğuldur-ölümlə”.
    Sокrat fəlsəfəsinin mərкəzində insanın mənəvi-əхlaqi кеfiyyətləri dayanır.
    Sокrata görə, insan idraкının hüdudu ilahi idraкın nisbətində məhduddur. Çох böyüк müdriкlər və filоsоflar müəyyən dərк еtməyə maliкdirlər. Həm də оnlar müdriкliyin müəyyən pilləsində dayanırlar. İnsan hər şеyi öyrənməyə,bilməyə qadir dеyildir.
    Sокrat dеyirdi: “İnsanın hər şеydə müdriк оlması mümкün dеyil. Dеməli, кim nəyi bilirsə, elə оnda da müdriкdir”. (Кsеnоfоnt. “Sокrat haqqında хatirələr”).
    Sокrat üçün insanın biliyi və biliкsizliyi: “mən bilirəm кi, hеç nəyi bilmirəm” höкmündə ifadə оlunub. Sokrata görə, filоsоf Allahla insan arasında dayanan bir hadisədir. Filosof müdriкliyə can atır, amma O, tam müdriк hеsab еdilə bilməz. Sокrat dеyirdi кi, Pifaqоr özünü filоsоf hеsab еdirdi, amma müdriк saymırdı, çünкi müdriк оlan təкcə Tanrıdır. Fəlsəfənin müdriкliyə sеvgi кimi qiymətləndirilməsi, Sокrata görə- ilahi müdriкliyə məhəbbət кimi başa düşülməlidir. Filоsоf- əslində Sокrat еtiкasının əsas qəhrəmanıdır.
    Sокrata görə, haкimiyyəti əsla zəhimlilər, tiranlar, zоraкılar dеyil, ağıllılar və müdriklər idarə еtməlidir. Ağıllılarsa filosof ola bilər. Bəlkə də idarəetmədə filosofa ehtiyac duyulmasın, amma həqiqət axtarışında filosofun olması zəruridir, qaçılmazdır.
    Sокrat fəlsəfi fiкir tariхində məşhur mübahisəçi, hər bir məsələyə münasibətini açıq bildirən, ürəyindən кеçəni dеməкdən çəкinməyən, qеyri-adi bir şəхsiyyət idi. О, hеç bir şеy yazmamışdır. Daha doğrusu, onun yazdıqlarından bizə heç nə gəlib çatmamışdır. O, öz baхışlarını dоstları və şagirdləri ilə dialоqlarda açıqlamışdır. Laкin “şifahi variantına” baхmayaraq, Sокratın fəlsəfəsi оnu öz müasirlərindən daha çox məşhurlaşdırmışdır.
    Sual meydana çıxır: bəs kim idi Sокratın dinləyiciləri, оnun “mübahisə” dоstları? Ən müхtəlif pеşə sahibləri-sənətкarlar, şairlər, rəssamlar, qadınlar, кahinlər, gənclər, qоcalar, ağıllılar, dəlilər, afinalılar, spartalılar və başqaları. Sокrat öz söhbətlərində nəyi isə təsdiq еdir, nəyisə inкar, nəyisə bəyənir, nəyisə tənqid atəşinə tuturdu.
    Öz dinləyicilərini Sокrat “şagird” dеyil, özünə dоst hеsab еdirdi.
    Müdrik insan kimi şöhrət qazanan Sokrat əsl mübahisə ustası idi. Ona çəkişmələrdə heç kəs qalib gələ bilməzdi. Özünəməxsus mübahisə üslubu, o cümlədən, həqiqət və doğruluq naminə açıq sözlü olması həmin dövrdə bəzi insanlar tərəfindən bəyənilməmiş və münasibətləri düşmənçilik müstəvisinə qaldırmışdır.
    Bütün dünyada məşhur olan “Sokrat paradoksları” bü gün də təzə və təravətlidir:
    Heç kəsin şərə yazığı gəlmir.
    Heç kəs öz xoşuna şərə qulluq etmir.
    Fəzilətlilik- bu, bir elmdir.
    Sokrat özünü Tanrının elçisi hesab edirdi.
    Haşiyə. Bir dəfə Sокrat filоsоfların məclisinə dəvət оlunur. Alimlər uzun-uzadı nitq söyləyərəк yaхşı danışıq qabiliyyətlərini nümayiş еtdirirlər. Bir qədər кеçəndən sоnra dоstları Sокratdan хəbər alırlar: “Danışanlardan hansı хоşuna gəldi?” Sокrat dеyir: “Aqafоn”. Sокratla Aqafоnun münasibətini yaхşı bilən adamlar təəccüblənirlər. “Aхı, о məşhur qanmazdır, həm də о hеç ağzını açıb danışmadı”. Sокrat ciddi şəкildə dеyir: “Bəs bilmirsiniz кi, Aqafon kimi bir aхmağın süкutunu “dinləməkdən” yaхşı bir şеy yохdur?”.
    Sokrat qədim yunan fəlsəfəsini dəyişən şəxs olmuşdur.
    Həqiqəti dеməк, həqiqətə tapınmaq baхımından оnun ölümü də ibrətamizdir. “Ölüm, yaхud yalan” altеrnativi qarşısında dayanan filоsоf tərəddüd еtmədən birincini sеçdi: ölümü. Daha dоğrusu, ölümün içində yaşayan həqiqəti, yaхud əкsinə. Çünкi həqiqətin içində də əzəmətli, nəhəng, ölümsüz bir ölüm vardı.
    Sokrat deyirdi ki, ölümdən qorxmaq insanın bilmədiyi şeyi bildiyini düşünməsi deməkdir. Axı heç kim nə ölümün nə olduğunu, nə də onun insan üçün ən böyük nemət olub-olmadığını bilmir. Amma hər kəs ondan qorxur, sanki onun ən böyük bəla olduğunu dəqiq bilir.
    Sokrata qədər filosoflar dünyanın və kainatın necə qurulduğu barədə düşünürdülər. Məsələn, Fales hesab edirdi ki, Yer üzündəki hər şey sudan yaranıb, Heraklit isə bunu odla əlaqələndirirdi. Sokrat ilk olaraq bu nəticələrin mənasız olduğunu bəyan etdi, çünki bu nəticələrə gəlmək üçün istifadə edilən metod dəqiq deyildi. Filosof həqiqətə çatmaq üçün öz metodunu təklif etdi. Bu metod indi dialektik metod adlanır. Dialektik metod – iki fərqli baxışın cavabların müqayisəsi yolu ilə alınması metodudur.
    Filosof hesab edirdi ki, Fales və Heraklitin səhvi ondadır ki, onlar həqiqətə yalnız öz düşüncələri ilə, fərdi, müstəqil, şəksiz və şəriksiz şəkildə çatmağa çalışırdılar. Sokrat isə, dediyimiz kimi, düzgün nəticələrin yalnız mübahisə zamanı, əks mövqelərin qarşıdurması ilə ortaya çıxdığını düşünürdü.
    Sokrata görə mübahisə – fikirlərin möhkəmliyini yoxlamaqdır. Danışan tərəflər bir-birinə çətin suallar verməli və onlara cavab verməlidirlər ki, həqiqətə çatsınlar.
    Sokrat müxtəlif mövzularda mübahisə edirdi. Həmkarlarından cəsarətin nə olduğunu və ya ədalətin mahiyyətini soruşurdu. Bütün mövzular etik xarakter daşıyırdı.
    Sokratın metodu onu Afina şəhərində bəyənməməyə səbəb oldu. Sokrat sadə vətəndaşlardan başqa, dövlət xadimləri ilə və şairlərlə də mübahisə etməyi sevirdi. O, birinciləri dövlət idarə etməyi bilməməkdə, ikinciləri isə öz şeirlərinin mənasını izah edə bilməməkdə ittiham edirdi.
    Məhz Sokrattan sonra filosoflar etik məsələləri araşdırmağa başladılar. Sokratın şagirdi Platon dialoqlarında kosmos haqqında deyil, ədalət, sevgi və ali yaxşılıq haqqında düşünürdü.
    Sokratın dialektik metodu sonrakı dövrlərin filosoflarını ilhamlandırmış, dünya fəlsəfi fikrinin inkişafına çox mühüm təsir göstərmişdir. Məsələn, Hegel fəlsəfə tarixini dialektika vasitəsilə təsvir etmişdi. Sonralar Hegelin ideyaları XX əsrin düşüncələrinə təsir etdi və hətta, marksizmin əsasını təşkil etdi.
    Heç də təsadüfi deyildir ki, çağdaş araşdırmaçılar qədim yunan fəlsəfə tarixini adətən sokrataqədərki və sokratsonrası dövrlərə bölürlər. Beləliklə, Sokrat qədim yunan fəlsəfə tarixinin mərkəzində duran bir şəxsiyyətdir.
    Təkcə Sokratın özü yox, onun arvadı Ksantippa haqqında da olmuş və olmamış əhvalatlar, əfsanələr, lətifələr dolaşmaqdadır. Bu, nə ilə bağlıdır? Zənnimcə, filosofun xarakterinin açılmasında və onun xasiyyətinin öyrənilməsində onun xanımı bir növ “məhək daşı” rolunu oynayır. Bu, o deməkdir ki, harada Sokrat varsa, orada Ksantippa da var.
    Haşiyə. Sокrat öz gənc dоstlarını, dinləyicilərini еvə dəvət еtməкdən zövq alırdı. Növbəti qоnaqlıqların birində arvadı özünü saхlaya bilməyib ərinə dişinin dibindən çıхanı dеyidir. Bəhanəsi də bu оlur кi, еvdə yеməyə hеç nə yохdur, əri isə boş-boş işlərlə məşğuldur. Dоstları dilхоr оlsa da Sокrat halını pоzmadan еvdə əlinə кеçən yеməк-içməкdən stоlun üstünə düzür, dəmir parça şərab süzür. Dоstlarından biri özünü saхlaya bilməyib dеyir кi, Sокrat, sənin arvadın dözülməz qadındır. Sокrat dеyir кi, sən öz qazlarının qaqqıltısına öyrəşdiyin кimi, mən də öz arvadımın səs-кüyünə alışmışam. Hazırcavab dоstu dеyir кi, qazlarım mənə yumurta vеrir. Sокrat cavabında dеyir кi, arvadım da mənə uşaqlarımı bəхş еdib.
    Bəs filosofun arvadı Ksantippa mənşəcə kim idi? Əfsanəyə görə, Sokrat bazarda gəzərkən küp satan çılğın xasiyyətli bir satıcısı qız görür. Qızın mallarını satarkən göstərdiyi qızğınlıq və təkid Sokratın xoşuna gəlir və o, heç düşünmədən, birbaşa bazarda ona evlənmək təklifi edir. Bu təklifə cavab olaraq qız tanımadığı alıcıya dərhal bir şillə vurur.
    Amma qəzəb tezliklə mərhəmətlə əvəz olunur. Ksantippa qarşısındakı adamın o dövrün məşhur və nüfuzlu filosofu Sokrat olduğunu öyrənir. Üstəlik, Yunanıstanda davam edən müharibələr kişi sayını xeyli azaltmışdı. Qız üçün bu evlilik zahirən firavan və rahat bir həyat vəd edirdi.
    Lakin... Ksantippanın sevinci şox da uzun çəkmədi. Qadın ərini daha yaxşı tanımağa başladıqca görürdü ki, Sokrat nə var-dövlətə, nə də cəmiyyət içindəki mövqeyə maraq göstərir. O, hətta qocalığında belə, rahatlıq axtarmaq fikrində deyildi. Sokrat heç vaxt söhbətləri, məsləhətləri və mühazirələri üçün pul almırdı, halbuki onun bəzi şagirdləri çox varlı insanlar idi. Buna görə də Ksantippa ərinin təlimlərini və ümumiyyətlə sofistləri nifrətlə qarşılayırdı. Bir dəfə isə o, ərinin üstünə hamının gözü qarşısında bir küp soyuq su tökür. Sokrat isə bunu belə cavablandırır: "Əvvəl şimşək çaxar, sonra yağış yağar."
    Bu şıltaq və çılğın qadın haqqında şayiələr bütün Afina şəhərinə yayılır. Adamlar Sokratdan bu qadının hərəkətlərinə necə dözdüyünü soruşanda, o, sakitcə cavab verirdi: “Mən ona dözməyi öyrəndikdən sonra, digər insanların hərəkətinə dözmək də asan olub”.
    Bu evlilik bərabər olmasa da, o dövr üçün ədalətli hesab olunurdu. Sanki Ksantippa öz ərinin “güzgüsü” və ya məhək daşı idi. Onlar müxtəlif qütblü, bir-birinə əks olan adamlar olsalar da bir-birini tamamlayırdılar.
    Deyilənə görə, Ksantippa Sokrata üç uşaq doğmuşdu. Əri ölümə məhkum ediləndə, əfv üçün yalvarmağa gəlmişdi. Əfsanəyə görə, onların son söhbətində qadın deyir:
    – Axı sən günahkar deyilsən. Hamıya de ki, səni haqsız yerə, etmədiyin cinayətə görə mühakimə etdilər.
    Sokrat sualı sualla cavablayır:
    – Doğrudanmı sən istəyərdin ki, məni əsl cinayətə görə edam etsinlər?
    Edama məhkum olunan dahi filosof zəhər içərək intihar edir.
    Ümumiyyətlə, Sokratın bir çox fikirləri, xüsusən evlilik haqqında düşüncələri indi də maraqlıdır.
    “...Adi məntiq belə deyir: əgər xoşbəxt deyilsənsə, deməli səndə xoşbəxtlik yoxdur. Əgər yoxdursa, axtar. Paradoksal məntiq isə belə deyir: əgər xoşbəxtliyi axtarsan, onu itirəcəksən. Sadəcə otur və anla ki, o, səndə var”.
    “...Tərbiyə çətin bir işdir və onun şəraitini yaxşılaşdırmaq hər bir insanın müqəddəs borcudur. Çünki özünü və yaxınlarını maarifləndirməkdən vacib heç nə yoxdur”.
    “...Gözəllik – çox qısa müddət hökm edən bir kraliçadır”.
    “...Dünyanı dəyişmək istəyən adam əvvəlcə özünü dəyişməlidir”.
    O, gənclərə üz tutaraq deyirdi: "Mütləq evlən. Əgər yaxşı bir qadına rast gəlsən, xoşbəxt olacaqsan. Pis bir qadın çıxsa, filosof olacaqsan”. Bu ifadə ilə mübahisə etmək çətindir, amma eyni zamanda onu başqa tərəfdən də nəzərdən keçirmək olar. Elə insanlar var ki, evlilik onları xilas edir, elələri də var ki, onları yaralayır və ya necə deyirlər, "qanadlarını qayçılayır". Bəlkə də elə buna görə, düşünür, özü üçün həyat yoldaşı axtarmağa tələsmirdi və yalnız ömrünün sonunda bu addımı atdı.
    Artıq vurğuladığımız kimi, Sokratın baxışları sual-cavab vasitəsi ilə məşhurlaşmışdır. Bu baxışlar “Sokratik dialoq” kimi yayılmışdır.
    Sokratın fəlsəfi təlimi sonralar öz tələbəsi Platon tərəfindən davam etdirilmişdir. Dünyaca məşhur olan “özünü dərk et” şüarının müəllifi olan dahi filosof insanları özünüdərkə və əxlaqi cəhətdən mükəmməlləşməyə çağırırdı. Yeri gəlmişkən o, əxlaqı şəxsi-subyektiv bir amil kimi yox, ictimai və universal səciyyə daşıyan bir hadisə kimi qiymətləndirirdi.
    Sokrat hər hansı bir rasional biliyin yalnız mübahisə və müqayisə yolu ilə əldə edilməsinin mümkün olduğunu israr edirdi.









    İbn Xəldun. Sosiologiya elminin banisi və “Şərqin Marksı”

    İbn Xəldun (tam adı belədir: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn Xəldun əl-Hədrami əl-Əşbili 27 may 1332-ci il, Tunis – 17 mart 1406-cı il, Qahirə)— XIV əsr ərəb filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biridir. Onu bəzən islam dünyasının Marksı adlandırırlar.
    İbn Xəldunun ailəsi VIII əsrin sonlarında Yəməndən Əndəlusa (İspaniyaya) köç etmiş və XII əsrdə Əndəlusun Kastiliya kralı III Ferdinand tərəfindən ələ keçirilməsindən sonra Tunisə yerləşmişdir.
    Tədqiqatçıların yekdil fikrinə görə, İbn Xəldunun zatında ispan qatqılarının olması mümkün görünsə də, onun ərəb köklərinə malik olduğu şübhə doğurmur. İbn Xəldunun babası Tunisdə Həfsi sarayında vəzir olmuşdur. Atası Məhəmməd Vəbili İslam elmi və ədəbiyyat sahəsində tanınmış alim idi. İbn Xəldun ilk təhsilini atasından almış və ondan aldığı dərslərlə birlikdə Quranı əzbərləməyə başlamışdır. Ailəsinin nüfuzuna görə Tunisdəki ən yaxşı müəllimlərdən dərs almışdır.
    İbn Xəldun öz şəhərində Quran, hədislər, hüquq, qrammatika və poeziyanı öyrəndikdən sonra Fəsdə Marinidlər sultanı Əbu İnanın xidmətində çalışıb. Saray intriqaları onu 1362-ci ildə İspaniyaya köçməyə məcbur edib. O,1382-ci ildən Qahirədə yaşayıb, əvvəlcə baş qazi, sonra isə malikilər məzhəbinin ali qazisi (şəriət hakimi) vəzifəsini tutub. Eyni zamanda Əzhər məscidində də dərslər verib. Onun dürüstlüyü çoxlu düşmən qazanmasına səbəb olub və bir neçə dəfə vəzifəsindən uzaqlaşdırılsa da, yenidən vəzifəyə qaytarılıb. 1400-cü ildə Teymurləng Suriyaya hücum etdikdə Əmir Teymur və İbn Xəldunun tarixi görüşləri baş tutdu. İbn Xəldun Dəməşq əhalisi adından Əmir Teymurla görüşə gedən nümayəndə heyətinin tərkibində idi və bu görüşdə ondan şəhərə mərhəmət göstərməsini xahiş etdi. Ölkələri fəth edən Əmir Teymurla İbn Xəldun kimi intellektual bir şəxs arasında bu söhbətlər iki həftə davam etmiş, İbn Xəldun Teymurləngi öz natiqliyi ilə heyrətləndirmiş və Qahirəyə yenidən ali qazi kimi qayıtmışdır (1400). İbn Xəldun öz avtobioqrafiyasında Əmir Teymur ilə görüşləri, habelə onun Dəməşqi talan etməsi və şəhərdə baş verən böyük yanğın haqqında ətraflı yazmışdır.
    İbn Xəldun 1401-ci ilin martında Qahirəyə geri dönmüş, sonrakı beş ilini avtobioqrafiyasını və dünya tarixindən bəhs edən əsərini tamamlamağa sərf etmişdir. Alim altıncı dəfə Maliki qazısı təyin edilməsindən bir ay sonra 17 mart 1406-cı il tarixdə vəfat etmiş və Nəsr qapısının yanında Sufiyyə qəbiristanlığında dəfn olunmuşdur.
    İbn Xəldunun ən məhur əsəri belə adlanır: “Muqəddimə: Ümumdünya tarixinin giriş kitabı”. Həmin əsər, yəni “Müqəddimə” sadəcə bir tarixi traktat deyil, mübaliğəsiz demək olar ki, cəmiyyəti idarə edən qanunların inqilabi inikasıdır. İbn Xəldunun fikirləri sosiologiyanı, iqtisadiyyatı və hətta təkamül nəzəriyyəsini qabaqlayıb. Elə buna görə də onu “sosial elmlərin atası” adlandırırlar.
    “Müqəddimə”dən 10 mühüm aparıcı fikir xüsusilə diqqəti çəkir.
    1.Tarixin dövrləri haqqında: “Sülalələr insanların həyatına bənzər bir ömür yaşayır: onlar doğulur, böyüyür, yetkinləşir və tənəzzül edir”.
    2.Cəmiyyətin birliyi haqqında: “Asabiyyə (qrup birliyi) xalqları yüksəkliyə qaldıran qüvvədir, onun zəifləməsi süquta gətirib çıxarır”.
    3.Mühit və xarakter haqqında: “İnsan öz vərdişlərinin və ətraf mühitinin övladıdır; səhranın sakinləri dözümlüdür, şəhər əhalisi isə zəifdir”.
    4.İzafilik və tənəzzül haqqında: "Sivilizasiya zənginliyinin zirvəsinə çatanda daxildən çürüyərək sabitliyini itirir."
    5.Bilik və irəliləyiş haqqında: “Həqiqi elm avtoritetlərə kor inancı deyil, faktların yoxlanmasını tələb edir”.
    6.Hakimiyyət haqqında: “Hakimlər gücə aldanaraq xalqı unudurlar, bu isə onların məhvini gətirir”.
    7.Əmək və sərvət haqqında: “Sərvət torpaqdan və ya qızıldan deyil, insanların əməyindən yaranır”.
    8.Din və cəmiyyət haqqında: “Din asabiyyəni gücləndirir, lakin onun təhrif olunması parçalanmaya səbəb olur”.
    9.Şəhərlər və tənəzzül haqqında: “Şəhərlər böyüyərək resurs axını olmadan yaşaya bilməyəcək qədər böyük olur”.
    10.Keçmiş və gələcək haqqında: “Tarixin öyrənilməsi bizə bu günü anlamağı və gələcəyi qabaqcadan görməyi öyrədir”.
    İbn Xəldun belə hesab edir ki, hər bir dövlətin insan kimi öz ömrü var. Bütün dövlətlər həyatlarını tamamladıqdan sonra mütləq süqut edəcəklər. İbn Xəldun süqutun əsas səbəbi kimi “əsəbiyyə”nin, yəni qrup həmrəyliyinin, ruh birliyinin zəifləməsini göstərir. İbn Xəldunun fikrinə görə, dövlətin süqutunun digər səbəblərindən biri də maliyyə sisteminin pozulmasıdır. O, maliyyə sisteminin pozulmasına səbəb kimi əsasən idarəçilərin məsuliyyətsizliyini, savadsızlığını göstərir.
    Dövləti süquta aparan başqa bir səbəb kimi İbn Xəldun dövlət adamlarının zülmünü də göstərir. Hökmdar ilə təbəə arasındakı uçurum dərinləşdikcə, üstəlik, idarəçilərin zülmü də artdıqca dövlətin süqutunun ilk işartıları görünməyə başlayır.
    Dövlətin hər yerində saxta idarəçilərin mövcud olduğunu söyləyən İbn Xəldun hökmdarın ətrafına saxta dostlar topladığını iddia edir. Bu saxta insanlar isə təkcə maddiyyatı düşündüklərinə görə, dövlət xəzinəsi boşalanda borcları təbəənin belinə yüklənirlər. Bunun üçün vergilər bir neçə dəfə artırılır, lakin artım qərarı verilən vaxt təbəənin fikri nəzərə alınmır. Yüksək vergilərin altında əzilən təbəə heç vaxt etiraz edə bilmir, çünki təbəənin etiraz etməsi cinayət hesab olunur. Dövlətin hər yerində zülm davam etdiyi vaxt təbəələrdən zorla, yaxud digər yollarla əldə edilən gəlirlərə görə məmurlar arasında qısqanclıq hissi və çəkişmələr yaranır. Hətta bu çəkişmələr hökmdara şikayət həddinə qədər qalxır. Şikayətlərin çoxalması məmurların sərvətlərinin əllərindən alınması ilə nəticələnir, lakin bu vəziyyətdə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çətinləşir. Belə olduğu halda, dövlətin heç bir qurumu sağlam şəkildə işləyə bilməz. Təbəə isə dövlətə qarşı olan inamını və sevgisini itirmiş olur. Belə bir vəziyyətə düçar olan dövlət içdən və yaxud kənardan gələn ən xırda təhlükə qarşısında müqavimət göstərə bilməz.
    İbn Xəldun bildirir ki, əgər maliyyə sisteminin pozulmasına qarşı vaxtında düzgün tədbirlər görülməsə, bu, dövlətin süqutunda ən önəmli məsələyə çevrilər. Dövlət qurumlarının davamlı olması və ordunun birliyinin qorunması üçün maliyyə önəmlidir. Maliyyə isə döyüşlərdən və təbəələrdən alınan vergilər sayəsində təmin olunur. Dövlət son çağlarını yaşadıqda, döyüşlərdən qənimət əldə edə bilmir, hətta öz qənimətini belə itirir. Təbəələrin verdiyi vergilər məmurlar tərəfindən mənimsənildikdə, dövlət təbəələrin üzərinə daha ağır vergilər qoymağa başlayır. “Dövlət çökməyə başlayanda bazarda satılan hər şeydən vergi alınır”. Vergilərin ağırlaşması təbəənin yaşayışına ciddi təsir göstərir və iqtisadi sistemin inkişafını ləngidir. Halbuki normal dövlətin hökmdarı təbəəsinin mal-mülk və yaxud sərvətinə göz dikmir.
    İbn Xaldun iqtisadi həyatın həmişə tələb və təklif arasında tarazlıq yaratdığını nəzərə çatdırır. Onun fikrincə, istehsal əmək faktorlarına və cəmiyyətin əməkdaşlığına əsaslanır.
    İbn Xəldun adətən çağdaş tarixin, siyasi elmlərin və sosiologiyanın qurucusu kimi qiymətləndirilir. Onun əsas tarixi əsəri “Ərəblərin, farsların, bərbərlərin və böyük hakimiyyətə malik olan müasirlərin tarixi ilə bağlı nəsihətlər kitabı” (“Kitab əl-İbər və Divan əl-Mübtədə və əl-Xəbər fi Əyyam əl-Ərəb və əl-Əcəm və əl-Bərbər və Mən Əsərahum Min Zavi Əs-Sultan əl-Əkbər”) adı ilə tanınır.
    İbn Xəlduna görə, tarixin görünən üzündə bir çox hadisələr yer alsa da, tarixin əsil mənası onun gizli üzündədir.
    İbn Xəldunun fəlsəfi yaradıcılığından söhbət açan müəlliflər adətən onun özündən əvvəl yaşamış Şərq və Yunan filosoflarından bəhrələndiyini vurğulayırlar. Amma maraqlı burasıdır ki, alimin özü bir neçə dəfə Aristotel və İslam filosofları haqqında ciddi tənqidi fikirlər səsləndirmişdir.
    İbn Xaldun dövlətin keçdiyi mərhələləri beş yerə bölür. İbn Xaldun təqdim etdiyi siklinin (dövriliyin) üç nəsil ərzində davam etdiyini və beş mərhələdən keçdiyini müəyyən etmişdir:
    1. Müxalifətin devrilməsi (uğur mərhələsi);
    2. Hakim tərəfindən öz xalqı üzərində tam nəzarətin əldə edilməsi (tam nəzarət);
    3. Asudəlik və rahatlıq mərhələsi;
    4. Məmnunluq mərhələsi;
    5. Zəifləmə və süqut.
    Hegel də İbn Xəldunu dövlətin və sivilizasiyaların spiralvari inkişaf təbiətini əvvəlcədən xəbər verən ilk sosial mütəfəkkirlərdən biri kimi yüksək qiymətləndirirdi. O, İbn Xəldunun ideyalarını özünün dialektik inkişaf konsepsiyası ilə oxşar hesab edirdi. Hegelə də İbn Xəldun kimi belə hesab edirdi ki, cəmiyyətlər yüksəliş, yetkinlik və süqut mərhələlərindən keçirlər.
    Hegel və İbn Xəldunun baxışlarındakı oxşar və fərqli elementlər bunlardır:
    Tsiklik inkişaf nəzəriyyəsi: İbn Xəldun dövlətlərin tsiklik inkişaf nəzəriyyəsini irəli sürmüşdür. O, dövlətlərin yaranması, inkişafı, yetkinləşməsi və süqut etməsini təsvir etmişdir. Hegel isə "tsiklik nəzəriyyə" terminindən istifadə etməsə də, tarixi inkişaf prosesi kimi, müxtəlif dövrlərin və sivilizasiyaların bir-birini əvəz etməsini nəzərdə tutmuşdur.
    Sosial həmrəylik: İbn Xəldun sosial həmrəyliyi (asabiyyə) dövlətlərin yüksəlişi və süqutunun hərəkətverici qüvvəsi kimi görmüşdür. Hegel də tarixdə kollektiv şüur və ruhun rolunu vurğulamışdır.
    Dialektika: Hegel dialektik inkişaf nəzəriyyəsini irəli sürmüş, burada əksliklər qarşılıqlı əlaqədə inkişaf edərək yeni keyfiyyətlərə gətirib çıxarır. İbn Xəldun isə asabiyyə və umrən kimi qarşı duran qüvvələrin cəmiyyətin inkişafına necə təsir etdiyini izah edərək dialektik yanaşmadan istifadə etmişdir.
    Metodologiya: Hegel tarixi faktların və hadisələrin tənqidi analizini dəstəkləyirdi. İbn Xəldun isə tarixin öyrənilməsində empirik yanaşmaya üstünlük verirdi.
    Dini ideyaların rolu: İbn Xəldun dini cəmiyyətin inkişafına təsir edən mühüm bir amil kimi görürdü. Hegel isə dini şüurun bir forması və tarixin inkişafında müəyyən rol oynayan bir element kimi qiymətləndirirdi.
    İbn Xəldunun Hegelə təsiri: Tədqiqatçıların yekdil rəyinə görə, Hegel İbn Xəldunu birbaşa sitat gətirməsə də, onun ideyaları Hegelin tarix fəlsəfəsinin inkişafına təsir etmişdir.
    Karl Marksın İbn Xəldunun əsərlərini oxuduğuna və ya hətta öz işlərində onu xatırladığına dair ortada inandırıcı sübutlar mövcud deyildir. Buna baxmayaraq, İbn Xəldun və Marksın baxışlarını birləşdirən bəzi cəhətləri vurğulamaq mümkündür:
    Cəmiyyətlərin inkişafının dövriliyi: İbn Xəldun tarixi dövri bir proses kimi təhlil etmiş, burada cəmiyyətlər yüksəliş, çiçəklənmə və tənəzzül mərhələlərindən keçirlər. Marks isə tarixi müəyyən qanunlara və inkişaf mərhələlərinə tabe olan bir proses kimi görürdü, amma bu, İbn Xəldunun yüksəliş və eniş dövri prosesindən fərqli olaraq, sinfi mübarizə əsasında qurulmuşdur.
    İqtisadi faktorun təsiri: İbn Xəldun iqtisadi faktorların cəmiyyətin inkişafı və quruluşundakı rolunu vurğulamışdır. Marks da iqtisadiyyatı cəmiyyətin inkişafı və strukturunun əsası kimi böyük əhəmiyyətə malik hesab edirdi.
    Sosiologiya və tarix: Hər iki mütəfəkkir sosial hadisələrə və tarixi proseslərə maraq göstərmiş, bu da onların sosiologiya və tarix elmlərinin inkişafına töhfə verməsinə səbəb olmuşdur.
    Kapitalizmin tənqidi: İbn Xəldun sərvətin ədalətsiz bölgüsünü tənqid edirdi, bunu cəmiyyətin tənəzzülü ilə əlaqələndirirdi. Marks isə əmək istismarına və sinfi mübarizəyə əsaslanan kapitalist sistemi tənqid etmişdir.
    Yanaşmalardakı fərqlər: İnkişafın hərəkətverici qüvvəsi: İbn Xəldun hesab edirdi ki, inkişafın əsas hərəkətverici amili insanların ehtiyacları ilə resursların bölüşdürülməsi arasındakı əlaqədir. Marks isə tarixin əsas hərəkətverici qüvvəsi kimi sinfi mübarizəni ön plana çıxarırdı.
    Tarixin təhlili: İbn Xəldun tarixi dövr kimi, Marks isə tarixi ictimai-iqtisadi formasiya mərhələləri prizmasından təhlil edirdi.
    Ümumilikdə, İbn Xəldun və Marksın birbaşa əlaqəsi olmasa da,müxtəlif zaman və məkanlarda yaşasalar da, onların tarix, iqtisadiyyat və cəmiyyət haqqında baxışları arasında müəyyən oxşarlıqlar mövcuddur ki, bu da hər iki mütəfəkkirin işləri arasında paralellər aparmağa imkan verir.
    İbn Xaldun ilk dəfə “sivilizasiya” anlayışını elmi dövriyyəyə daxil edən mütəfəkkir olmuşdur. Filosof sivilizasiyanın yaranması və mövcudluğunu şəhərlərlə əlaqələndirmişdir. İbn Xaldunun nəzəriyyəsinə görə, tarix sivilizasiyanın spesifik xüsusiyyətlərini öyrənməli və müxtəlif xalqların bu xüsusiyyətlərə necə sahib olduğunu araşdırmalıdır.
    İbn Xaldunun fikirlərinin orijinallığı və dərinliyi onun tarix elminin predmetini və vəzifələrini dərk etməsində özünü göstərir. Filosof tarixin iki aspektini fərqləndirir: Birinci aspektə görə, xarici tərəfdən tarix keçmiş nəsillər haqqında rəvayətdir. İkinci aspektə görə, daxili mahiyyət baxımından tarix, “bütün mövcud olanın əsas və qaynaqlarını dəqiq müəyyən etmək, hadisələrin necə və niyə baş verdiyini dərindən bilmək” deməkdir. ,n maraqlısı budur ki, filosof tarix elmini sadəcə hadisələrin izahından uzaqlaşdıraraq onu fəlsəfi elmlərə daxil etməyi təklif edir və tarix üçün nəzəri əsaslar yaratmağa çalışır.
    İbn Xaldunun tarixin vəzifələri ilə bağlı bu cür yanaşması XIV əsr üçün tamamilə yeni bir konseptual hadisə idi. O, öz yanaşmasının orijinallığını yaxşı başa düşürdü. “Mən hələ öyrənilməmiş bir yolu seçdim və hələ kəşf edilməmiş bir kitab yazdım... Cəmiyyət həyatının və şəhər həyatının müxtəlif hallarını və şəhər cəmiyyətinin əsas xüsusiyyətlərini izah etdim”, - deyə o, yazırdı.
    İbn Xaldun öz kitabında “Bədvi” və “Həzri” adlandırdığı iki cəmiyyət növünü təsvir etmişdir. Onun nəzəriyyəsinə görə, “Bədvi” kənd cəmiyyətidir, “Həzri” isə şəhər cəmiyyəti. Bədvi cəmiyyətində yaşayan insanlar birləşmiş vəziyyətdədir və güclü “Əsəbiyyə” qüvvəsinə malikdirlər.
    İbn Xaldun, ümumiyyətlə, cəmiyyət tarixini həyat vasitələrinin əldə edilməsi üsulu ilə bir-birindən fərqlənən iki dövrə bölür. Birinci dövr kənd həyatı ilə, ikinci dövr isə şəhər həyatı ilə bağlıdır. Cəmiyyətin birinci dövrdən ikinci dövrə keçidi iqtisadi tərəqqi və əmək məhsuldarlığının artması ilə şərtlənir.
    İbn Xəldun cəmiyyət həyatına təsir edən iki növ maddi amili də ayırır: coğrafi mühit və dolanışıq vasitələrinin əldə edilmə üsulu ilə müəyyənləşdirilən həyat tərzi. İqlim həyat tərzində fərqliliklər yaradır, həyat tərzi qidalanma fərqlərinə, qidalanma isə bədən quruluşu, əxlaq, intellektual qabiliyyətlər və s. fərqlərə səbəb olur. Filsof həyat tərzinin xalqın etnik xüsusiyyətlərinin yaranmasında rolunu vurğulasa da, onun baxışları prinsip etibarilə coğrafi determinizm və vulqar materializmin hüdudlarını aşmır. Lakin bu yanaşma belə, son orta əsrlər dövründə böyük bir elmi irəliləyiş idi.
    İbn Xəldunun fikrincə, iqlim yalnız həyat tərzinə deyil, həm də insanların dəri rənginə təsir edir. O, qeyri-mülayim cənub iqliminin sakinlərinin qaradərili olmalarını bu amillə izah edir. Filsof sudanlıların Xamın nəsilləri olduğu və onların dəri rənginin ulu babalarının lənəti nəticəsində meydana gəldiyi barədə mövcud olan dini baxışları tənqid edir. Ərəb filosofunun fikrincə, bir xalqın ümumi etnik xüsusiyyətlərini onun hansısa şəxsin nəslindən olduğunu iddia etməklə izah etmək, hadisənin mahiyyətini anlamaqdan yayınmaq nəticəsində yaranan bir səhvdir.
    İbn Xəldunun əsərlərində tez-tez Allahdan bəhs edilsə də, o, Allahın tarixi prosesə müdaxiləsini qəbul etmir. Buna görə də filosof, sosial hadisələrin səbəblərini gizli fövqəltəbii qüvvələrin təsiri ilə izah etməyi doğru hesab etmir.
    İbn Xaldun iddia edir ki, İslam dünyasında hakimiyyət zorakılıq və məcburiyyət əsasında qurulmuşdur (həm fiziki, həm də simvolik baxımdan) və bu, siyasi hakimiyyətin və hegemoniyanın nəzarət altına alınması üçün həyata keçirilmişdir.
    İbn Xaldun başa düşmüşdür ki, tarix insanın və cəmiyyətin faktiki vəziyyətini öyrəndiyi üçün siyasi fəlsəfədən daha çox, konkret fəaliyyətlə bağlıdır. O, qədim dövrlərin tarixinin müstəqil elm sahəsi kimi nəzərdən keçirilmədiyini aşkar etmiş və bu boşluğu doldurmağın vacibliyini vurğulamışdır.
    Bir çox şərhçilərin fikrincə, İbn Xəldunun bəzi düşüncələri bioloji təkamül nəzəriyyəsini qabaqlayır. O, Darvindən əvvəl, insanların “meymunlar aləmindən” yarandığını və bu prosesdə “növlərin daha da çoxaldığı” fikrini irəli sürmüşdür.
    İbn Xaldunun zəngin irsi dövrünün sosial, fəlsəfi və siyasi problemlərin dərk olunması və həllində böyük əhəmiyyət kəsb etmişdir. Onun ideyaları insan hüquqları, azadlıq və humanizm prinsipləri üzərində qurulan cəmiyyətlərin inkişafı üçün əvəzolunmaz töhfələr vermişdir.

























    Frensis Bekon. Onu Şekspirlə hansı “tellər” bağlayırdı?

    Bütün dünyada Frensis Bekon (22 yanvar 1561 – 9 aprel 1626) bir filosof, tarixçi, təbiətşünas, publisist, dövlət xadimi, empirizm nəzəriyyəsinin və ingilis materializminin banisi kimi tanınır. Lakin bir çox hallarda, hətta indinin özündə belə, onun adı “ədəbi qalmaqallarda” hallanmaqdadır. Belə ki, XIX əsrin ortalarında ilk dəfə ortaya atılmış, daha doğrusu mətbuatda dərc edilmiş bir fikrə görə, hamımızın yaxşı tanıdığı Vilyam Şekspirin əsərlərinin əsl müəllifi sən demə... ser Frensis Bekon olmuşdur.
    Əvvəlcə gəlin Bekonun həyat və fəaliyyətinə qısaca nəzər salaq. Məlum və məşhur “qalmaqalın” haradan qaynaqlandığına bir qədər sonra işıq salmağa çalışarıq.
    Frensis Bekon gecikmiş İntibah dövrü və yeni dövrün başlanğıcında ilk böyük filosoflardan biri hesab olunur. Filosof yalnız sübutlara əsaslanan elmi yanaşmanın tərəfdarı idi. O, elmi biliklərin antisxolastik metodunu işləyib hazırlayaraq, sxolastik filosofların istifadə etdiyi dil və üslubun sərhədlərini aşmağa çalışırdı. Bununla yanaşı, o, deduksiya metodunun elmi tədqiqatda yeri ilə bağlı problemləri də araşdırırdı və bu əlaqədə elmi tələblərə uyğun yeni yanaşma işləyib hazırlamaq istəyirdi. Lakin sağlamlığının pisləşməsi və ölümü onun bu məqsədinə çatmasına mane oldu.
    Bekon 20 yaşından etibarən parlamentdə çalışıb. O, Kral I Ceyms dövründə yüksək dövlət xadimi olmuşdur. Onun fəaliyyəti Kral tərəfindən müsbət qarşılanmış və hətta Şotlandiyaya səfəri zamanı dövləti idarə etməyi ona həvalə etmişdir.
    Amma sonralar onun karyerasında eniş olmuşdur. Belə ki, Bekon 1621-ci ildə rüşvət almaq ittihamı ilə məhkəməyə verilmiş, həbsxanada cəza çəkməyə, 40 min funt sterlinq məbləğində cərimə ödəməyə cəlb edilmiş, dövlət vəzifələrindən, parlament iclaslarında iştirak etməkdən və sarayda olmaq hüququndan məhrum edilmişdir. Bununla belə, I Ceyms, xidmətlərini nəzərə alaraq onu əfv etmiş və iki gün sonra Bekon həbsdən və cərimədən azad edilmişdir. Beləliklə, onun dövlət fəaliyyəti başa çatmışdır. Bekon öz malikanəsinə çəkilmiş və ömrünün son illərini elmi və ədəbi işlərə həsr etmişdir.
    Karyerasının çöküşündən sonra gəlirlərindən məhrum olan Bekon hökumətdən ona pensiya təyin edilməsini xahiş etmişdir. Kralın təsdiqi ilə gizli şura bu cür ödənişləri bir müddət təxirə salsa da bir müddət sonra onun xahişini qəbul edərək illik 1200 funt məbləğində pensiya təyin etmişdir. Bəzi tanışları tərəfindən, kasıblayan zanan filosofa evini satmağı və ya uzunmüddətli icarəyə verilməyi təklif olunsa da Bekon bu təklifi rədd edərək, York-Hausun onun doğma yeri olduğunu, atasının burada öldüyünü və son nəfəsini burada almaq istədiyini qeyd etmişdir. Bu səbəbdən evini heç bir məbləğə satmaq istəməmişdir. Amma sonralar ev satışa çıxarıldı.
    Beykon fiziki təcrübələrdən birində soyuqladığı üçün vəfat etdi. Belə bir fikir var ki, o, bir yoxsul qadından aldığı kəsilmiş ev quşunun (toyuğun) bədənini qarla dolduraraq, şaxtalı havanın quş ətinin saxlanılmasına təsirini yoxlamaq istəmişdir. Artıq ağır xəstə olan Bekon lord Arundelə son məktubunda təcrübənin uğurlu olduğunu fəxrlə bildirirdi. Alim əmin idi ki, elmin inkişafı insanların təbiət üzərində hökmdarlıq etməsinə stimul yarada bilər. Lakin belə bir fikir də mövcuddur ki, məşhur “toyuq əhvalatı” əslində sadəcə bir tarixi anekdotdur və Bekon əslində öz üzərində opiatların və ya digər maddələrin təsirini yoxlamağa çalışırdı ki, bu da 1625-ci ilin sonunda sağlamlığına mənfi təsir göstərmişdi.
    Bekon qiymətli elmi tədqiqatlarla yanaşı bir sıra dini əsərlərin də müəllifidir. Məsələn: “İman etirafı”, “Müqəddəs düşüncələr” (1597), “Bəzi zəburları ingilis dilinə tərcümə” (1625) belə əsərlərdəndir. Bundan əlavə, onun “Yeni Atlantida” əsərində Bibliyaya çoxlu istinadlar var, "Elmlərin böyük bərpası” əsəri isə "insanın bütün canlılar üzərində hakimiyyəti üçün ilahi vədə işarədir. “Təcrübələr...” əsərində Bekon müxtəlif dini məsələlərə dair düşüncələrini ifadə etmiş, xurafata və ateizmə tənqidi yanaşmışdır. O, yazırdı: “Üzdən səthi olan fəlsəfə insanın ağlını dinsizliyə meylləndirir, fəlsəfənin dərinliyi isə insanları dinə yönəldir”.
    Yetkin yaşlarında Bekonun ən etibarlı dostu keşiş Vilyam Rouli olmuşdur. Filosofun ölümündən sonra Rouli ona sədaqətini saxlamış və Bekonun tamamlanmamış əlyazmalarını xilas etmək və nəşr etdirmək üçün çox səy göstərmişdir. Vilyam Rouli həm də ser Frensis Beykonun ilk bioqrafı hesab olunur.
    1603-cü ildə Bekon Londonun ağsaqqallarından biri olan Benedikt Bernemin dul həyat yoldaşı Doroti ilə tanış olmuşdu. Doroti ikinci dəfə ser Con Pakingtona ərə getmişdi. Onun qızı Alisa Bernem (1592–1650) filosofun həyat yoldaşı oldu. 1606-cı ildə 45 yaşlı Frensis və 14 yaşlı Alisanın toy mərasimi keçirilmişdir. Bu izdivac Bekona maliyyə baxımından çox böyük fayda verdi və o, ilk vaxtlar yeni həyatından razı idi, bunu "mənim ikiqat həyatım" adlandırırdı. Cütlüyün uşaqları olmamışdır. Lakin zaman kemdikcə onların münasibətləri gərginləşdi. Belə ki, Alisa tez-tez evin idarəçisi Con ilə vaxt keçirirdi. Frensis öldükdən on gün sonra Alisa elə həmin Cona ərə getdi.
    Bekon Müqəddəs Arxangel Mixail kilsəsində, Sent-Olbansda dəfn edilib. Məzarı üzərində filosofun kresloda oturduğu bir heykəl ucaldılıb.
    Bekonun əsərləri induktiv metodologiyanın əsasını qoymuş və populyarlaşdırmışdır. Bu metod müşahidə, təcrübə və hipotezlərin yoxlanılması yolu ilə bilik əldə etməyə əsaslanır. Onun bu yanaşması “Yeni Orqanon” traktatında (1620) təsvir edilmişdir. Artıq dediyimiz kimi, Bekon insanın təbiət üzərində hakimiyyətini elmin məqsədi hesab etmişdir.
    Bax belə.
    Bəs görəsən Vekon ilə Şekspirlə hansı “tellər” birləşdirirdi?
    Məsələ burasındadır ki, Birinci Elizabetin hakimiyyəti dövründəki təkcə Şekspirin yox, digər ingilis dramaturqlarının da həyatı haqqında çox az şey məlumdur. Təəssüf ki, müasirləri öz həmyerlilərinin şəxsi həyatı ilə maraqlanmamışdır.
    Vilyam Şekspir (26 aprel 1564- 23 aprel 1616-cı il) Stratford-upon-Avond şəhərcikdə doğulmuş, böyümüş və orada dəfn edilmişdir. Təxminən 1500 nəfərlik əhalisi olan bu şəhərcik o dövrdə qoyun kəsimi və satışı, həmçinin dərinin emalı və yun ticarəti mərkəzi idi.
    “Antistratfordizm” adlanan və dramaturqun doğulduğu yerlə bağlı olan bu “nəzəri” baxış bucağının tərəfdarları məlum mənbələrdə aktyor Şekspirin (yəni Stratforddan olan Şekspirin) indi bizə məlum olan əsərlərin müəllifi olduğunu inkar edir və “Vilyam Şekspir” anlamının başqa bir şəxs və ya qrupun təxəllüsü olduğunu iddia edir. “Stratfordizmin” açıq şəkildə inkar edilməsi 1848-ci ildən məlumdur. Müxtəlif tədqiqatçılar tərəfindən təklif olunan namizədlərin- “Şekspirlərin” sayı isə təxminən 80-dir.
    Antistratfordçu baxış, alimlər tərəfindən adətən rədd edilir, lakin hamısı tərəfindən deyil. “Antistratfordçular” sübut üçün, Şekspirin həyatı haqqında çox az məlumat olmasından istifadə edirlər. Fakt çatışmazlığı bəzən hökumət rəsmilərinin Şekspirin əsl şəxsiyyətini gizlətmək üçün sənədləri məhv etməyə çalışması ilə izah olunur. Məsələn, Stratford məktəbində Şekspirin oxuyub ya oxumadığı faktını gizlətmək üçün davamiyyətlə bağlı qeydlərin məhv edildiyi ehtimal edilir.
    “Antistratfordçular” Şekspirin doğulduğu şəhəri mədəniyyət baxımından yoxsul bir yer kimi təsvir edir, onun özünü isə savadsız və naşı bir şəxs kimi təqdim edirlər. Con Şekspir, yəni Vilyam Şekspirin atası, əlcək istehsalçısı və şəhər idarə şurasının üzvü idi. O, yerli zadəgan ailəsinin üzvü olan Meri Arden ilə evlənmişdi. Onların evlilik müqaviləsinə hər ikisi sadəcə bir xaç işarəsi qoymuşdur, başqa heç bir imza nümunəsi qalmamışdır. Bu fakt tez-tez Şekspirin savadsız bir ailədə böyüdüyünün sübutu kimi göstərilir.
    Şekspirin iki qızının savadlılığına dair də ortada sübut yoxdur, yalnız bir neçə sənəddə Suzanın imzası görünür. Bununla belə, bu imzalar tez-tez inamsızlıqla “çəkilmiş” kimi təsvir olunur. Dramaturqun digər qızı Cuditlə bağlı rəsmi sənədlərdə isə xaç işarəsi qoymuşdur.
    Antistratfordçular” Şekspirin ətraf mühitinin onun əsərlərinin məzmunu ilə uyğun gəlmədiyini düşünürlər. Çünki müəllif öz əsərlərində İngiltərə və xarici ölkələrin siyasət və mədəniyyəti, eləcə də aristokratik idman növləri haqqında dərin biliklər nümayiş etdirir. Bəziləri onun əsərlərində savadsız təbəqələrə qarşı nifrətini biruzə verdiyini, onları komik şəkildə təsvir etdiyini və istehza obyektinə çevirdiyini qeyd edirlər.
    “Antistratfordçular”, yəni Şekspirin mövcudluğunu inkar edənlər, daha çox onun təhsil aldığına dair sənədlərin tapılmamasını bir arqument kimi istifadə edirlər. 1553-cü ildə təsis edilmiş və Stratfordda yerləşən pulsuz Yeni Kral Məktəbi, Şekspirin böyüdüyü evdən təxminən 800 metr məsafədə idi. İngilis məktəblərində həmin dövrdə savadlılıq Kral fərmanı ilə dəqiq müəyyən edilmiş latın mətnləri əsasında öyrədilirdi. Şagirdlərə latın qrammatikası, antik dövrün incəsənəti və ritorika sahəsində ciddi təhsil pulsuz verilirdi. Məktəbin direktoru Tomas Cenkins və müəllimlər Oksford Universitetinin məzunları idi. Lakin məktəbin həmin dövrə aid şagird siyahıları qorunub saxlanılmamışdır və heç kəs Şekspirin müəllimi və ya sinif yoldaşı olduğunu bildirməmişdir. Bu cür sənədlərin yoxluğu “antistratfordçular” tərəfindən Şekspirin savadsızlığının əlaməti kimi qiymətləndirilir.
    “Antistratfordçular” həmçinin, Şekspirin mədəni bir ailədə böyümədən və yaxşı təhsil almadan, belə geniş bir lüğət ehtiyatına malik olduğunu şübhə altına alırlar. Onun pyeslərinin müəllif lüğəti müxtəlif hesablamalara görə, 17.500-dən 29.000-dək söz təşkil edir. Üstəlik, sən demə, Şekspirin əlyazmalarında onun imzaları qorunub saxlanılmamışdır. Qalan altı imza rəsmi sənədlərdə tapılmışdır. “Antistratfordçular” bu imzaları “qaralama” adlandırır və bunları Şekspirin savadsızlığı və ya az təhsilli olmasının daha bir sübutu kimi izah edirlər. Hətta, “antişekspirçilərin” bir çoxu Şekspirin Kral kitabxanasına girişinin olmamasını da “əsas” kimi missal çəkirlər. Həmin kitabxanadan ən çox istifadə edən Bekon olmuşdur. Məlumdur ki, Şekspirin əsərlərinin əksəriyyəti tarixi aspektdədir. Onu inkar edənlər bu cür kitabları oxumayanın birisinin tarixə baş vurmasını inandırıcı hesab etmitdi. Halbuki Bekon “anadangəlmə” tarixçi və oçerkçi idi…
    Amma Şekspirin məhz “Şekspir” olduğunu sübut edən faktlar da az deyildir.
    Belə ki, dramaturqun az qala varlığını belə inkar edən emək istəyənlərə rəğmən, bütün akademik elmi icma üzvləri hamıya məlum olan pyeslərinin müəllifinin məhz 1564-cü ildə Stratfordda anadan olmuş və 1616-cı ildə vəfat etmiş Vilyam Şekspir olduğunu qəbul edirlər. O, aktyor və “Lord-Kamerger Xidmətçiləri” (sonradan “Kralın Xidmətçiləri”) truppasının səhmdarı olmuşdur. Bu truppa 1594-1642-ci illərdə “Qlobus” teatrına və Şekspir pyeslərinin səhnələşdirilməsinə eksklüziv hüquqlara malik idi.
    Şekspirşünaslar “Şekspir” adının təxəllüs olduğuna və ya aktyorun real müəllif üçün bir örtük-pərdə rolunu oynadığına dair heç bir səbəb görmürlər. Bəzi müasirlərinin qeydlərində Şekspir yazıçı kimi göstərilir, həmçinin onun müasiri olan dramaturqlar — Marlo, Conson, Con Donn və digərləri Şekspirə nisbətən daha təvazökar mənşəyə malik idilər.
    Doğrudur, Şekspirin həyatı haqqında məlumatlar çox qısa və natamamdır. Lakin dediyimiz kimi, onun müasiri olan dramaturqlar haqqında da çox az məlumat qorunub saxlanılmışdır.
    Şekspirin əsərləri ona aid edilərkən, ədəbiyyatşünaslar digər yazıçılara tətbiq olunan eyni metodologiyanı istifadə edirlər: tarixi qeydlər və üslubun tədqiqi. Onlar “antistratfordçuların” irəli sürdüyü “Şekspirin müəllifliyinə dair sübut yoxdur” arqumentini məntiq xətası kimi qiymətləndirirlər. Bu məntiq xətası "sübutun yoxluğu, yoxluğun sübutudur" anlamını verir.
    Tarixi sənədlər birmənalı şəkildə Şekspirin pyeslərin müəllifi olduğunu göstərir. Onun adı pyeslərin və poemaların baş səhifələrində yazılıb və o, ən azı müasirləri tərəfindən məşhur yazıçı kimi qeyd edilib. 1598-ci ildə Fransis Meres öz “Palladis Tamia” kitabında Şekspirin dramaturq və şair olduğunu qeyd edərək onun bir neçə pyesinin adını çəkmişdir. Həmin dövrdü bildiyimiz kimi Şekspir sağ idi.
    Elizabet dövrü İngiltərəsinin sərt sosial iyerarxiyasına uyğun olaraq, Vilyam Şekspir 1596-cı ildə atasının gerb hüququ əldə etməsindən sonra “centlmen” şərəfli titulundan istifadə hüququ qazandı. Bu şərəfli titul müraciətlərdə “Master” sözü və ya adın qarşısında “Mr.” abbreviaturası ilə ifadə olunurdu. Bu titul Şekspirin çağdaşları tərəfindən ona edilən istinadlarda, o cümlədən rəsmi və ədəbi fəaliyyətlə bağlı sənədlərdə mütəmadi olaraq rast gəlinir. Bu da Stratforddan olan Vilyam Şekspirin pyeslərin həqiqi müəllifi olduğunu təsdiqləyir.
    Şekspirin sosial statusu çağdaşlarının epigramlarında da dəfələrlə qeyd olunur: Con Devisin “Axmaqlığın qamçısı” (1611) əsərində: “Bizim ingilis Terensimiz, cənab Vill Şekspir-ə” ifadəsi, Tomas Frimanın “Runne and A Great Caste” (1614) əsərində – “Master V.Şekspir-ə” bu deyilənlərə aiddir. Həmçinin, tarixçi Con Stounun ölümündən sonra (1615) çap olunmuş “Bizim müasir və mövcud görkəmli şairlərimiz” siyahısında qeyd olunumuşdur: “M. Vill Şekspir centlmen”.
    Şekspirin ölümündən sonra “centlmen” kimi Ben Consonun ithafının başlığında açıq şəkildə qeyd edilirdi: “Sevimli müəllifimizin xatirəsinə, cənab Vilyam Şekspir və onun bizə qoyub getdikləri” (1623-cü ildə “Birinci Folio”da nəşr olunub). Digər şairlər də Şekspiri mədh edərək onu centlmen kimi göstərmişlər: Hyu Hollandın “Məşhur səhnə şairi, Usta Vilyam Şekspirin həyat və yaradıcılığı haqqında” və Leonard Diggesin “Vəfat etmiş müəllifin xatirəsinə, Usta V. Şekspirə” əsərləri buna misaldır.
    Şekspirin çağdaşlarının yazılı ifadələri, eləcə də onun aktyor və dramaturq kimi ünsiyyətdə olduğu şəxslərlə münasibətlərinə dair ciddi sübutlar göstərir ki, pyeslərin müəllifi məhz odur.
    Tarixçi və antikvar Corc Bak 1603-cü ildə ictimai teatrlar üçün pyeslərin senzurasını təmin etməli, sarayda teatr tamaşalarını təşkil etməli və pyeslərin nəşrinə icazə verməli idi. O, adətən pyeslərin müəllifliyini dəqiqliklə müəyyən edirdi; 1607-ci ildə isə şəxsən “Kral Lir”in nəşrinə “Usta Vilyam Şekspir tərəfindən yazılmışdır” qeydilə lisenziya vermişdi.
    Kembric Universitetinin Müqəddəs Con Kollecində XVII əsrin əvvəlində yazılmış “Parnasdan qayıdışın birinci hissəsi” əsərində iki personaj Şekspirdən "şirin səsli cənab Şekspir" kimi bəhs edir. “Parnasdan qayıdışın ikinci hissəsi” (1606) adlı anonim dramaturqun əsərində isə aktyor Kemp aktyor Berbicə deyir: “Universitet təhsilli az adam yaxşı pyes yazır… Amma dostumuz Şekspir onlara necə yazmaq lazım olduğunu göstərdi”.
    1612-ci ildə Vilyam Caggardın Şekspirin adı altında nəşr etdirdiyi “Strastlı zəvvar” əsərinə Tomas Heyvudun doqquz şeiri əlavə edilmişdi. Heyvud bu məsələyə öz “Aktrisaları müdafiə etmək” kitabında etiraz etmiş və müəllifin bu hərəkətdən xəbərsiz olduğunu vurğulamışdı. Heyvud, həmçinin, Caggardın başlıq səhifələrini dəyişdiyini qeyd etsə də, “təhqir olunmuş müəllif”in məhz Şekspir olduğunu açıq şəkildə bildirməmişdi. 1634-cü ildə “Xoşbəxt mələklərin iyerarxiyası” adlı şeirində Heyvud, Şekspiri öz dövrünün ən yaxşı şairlərindən biri kimi təsvir edir.
    1612-ci ildə Con Vebster özünün “Ağ şeytan” əsərinin ithaf hissəsində Şekspirin işini “müvəffəqiyyətli və məhsuldar fəaliyyət” kimi qiymətləndirirdi. Şair Frensis Bomont 1608-ci ilə aid şeirində Şekspir də daxil olmaqla, bir neçə dramaturqun mövcudluğunu vurğulamışdı.
    Əsrlər, illər keçir…
    Şekspir nə qədər təkzib, təsbit, təsdiq, iqrar və inkar olunsa da o, dünya klassikasının zirvələrindən biri kimi yaşamaqda davam edir.
    Şekspir irsinə maraq səngimək bilmir.




















    Kant. Avropa intibahının sonuncu
    nəhənf filosofu

    İmmanuel Kant (22 aprel 1724-cü il Köniqsberq, Prussiya – 12 fevral 1804- cü il Köniqsberq, Şərqi Prussiya, Prussiya) -alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən biri.
    Adətən, Kant klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi kimi təqdim edilir. Burada, əslində, mübahisəli bir məqam yoxdur. Amma məsələ burasındadır ki, İmmanuel Kant (habelə Qottfrid Leybnis və Kristian Volf) konkret olaraq 17-18-ci əsrə aid olunan Maarifçilik dövrünün mütəfəkkiri hesab edilir. Kantı habelə neoklassik fəlsəfənin banisi hesab edirlər ki, bu da təəccüblü deyildir.
    Məlum olduğu kimi, klassik anlamda Klassik alman fəlsəfəsinə 18-19-cu əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş filosoflar (İohann Fixte, Fridrix Şellinq, Georq Hegel) daxildir.
    Artur Şopenhauer, Lüdviq Feyerbax, Karl Marks, Fridrix Nitsşe isə 19 əsr filosoflarıdır.
    Amma bir çox parametrlərinə görə, alman klassik fəlsəfəsində üç əsas fəlsəfi istiqamətin təmsil olunduğunu qeyd etmək olar. Buraya daxildir: Obyektiv idealizm (Kant, Şellinq, Hegel), Subyektiv idealizm (Fixte), Materializm (Feyerbax).
    İndisə Kantla bağlı söhbətimizi davam etdirək.
    Kantın atası, İohann Georg Kant Şotlandiyadan Prussiyaya köç etmiş bir ailədən idi və dərzi kimi çalışırdı. Anası, Anna Rejina Reyter milliyyətcə alman idi.
    İmmanuelin ailəsi dindar idi. Gələcək filosof öz sevimli müəllimi Frans Şultsun təkidi ilə "Fridrixs-Kolleqium" gimanziyasını bitirdikdən sonra Könisberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan verməmiş, beləliklə, on yaşında olarkən ev müəllimliyi etməyə başlamışdır. 1755-ci ildə Kant dissertasiya müdafiə edərək doktorluq dərəcəsi ilə universitetdə müəllim kimi dərs demək ixtiyarı qazanmışdır. Kant universitetdə çox müxtəlif və geniş sahədə — fəlsəfə, riyaziyyat, fizika elmləri üzrə müəllimlik etmişdir.
    Kant latın dilini mükəmməl bilirdi və boş vaxtlarında klassik müəlliflərin əsərlərini oxuyurdu. Ömrü boyu Seneka, Lukretsi və Horatsi kimi qədim müəlliflərin yaradıcılığını yüksək qiymətləndirirdi. O, hətta yaşlı vaxtında belə, bir çox müəllifin sitatlarını əzbərdən söyləyə bilirdi.
    Kant 1794-cü ildə Rusiya Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.
    Türk əsilli rus rus yazıçısı, tarixçi və publisisti Nikolay Karamzin (1766–1826) Kantla görüşmüşdü. Onun təsvirinə əsasən: dahi filosof “boyca kiçik, arıq, ağ və incə bir qoca idi”. Onun evi də özü kimi kiçik və sadə idi. Kant evlənməmişdi.
    İmmanuel anadangəlmə zəif cüssəyə malik idi. Mütəfəkkirin boyu qısa (1,5 m.-dən bir az artıq) idi. O, hər gün yalnız bir dəfə, öz yaxın adamları, həmkarları ilə birgə yemək yeyir, axşam saat 22:00-da yatmağa gedirdi. Həmişə səhər saat 5-də oyanırdı ki, bütün qəzetləri oxumağa vaxt tapsın. O, şərab içməyi, bilyard oynamağı və rəngarəng, gözəl geyimlər geyinməyi sevirdi. Kantın yumor hissi güclü idi.
    Kant ömrünün son illərində ölümə hazırlaşdığı haqqında açıq danışır, lakin öz son əsərini tamamlaya bilməməsi onu kədərləndirirdi. Tədricən gücünün azalması həm dostları, həm də onun özü üçün əzablı idi. Kant 12 fevral 1804-cü ildə Könisberqdə vəfat etdi. Onun son sözləri “Es ist gut” (“Bu yaxşıdır”) idi.
    Kantın cənazəsi ölümündən 16 gün sonra torpağa tapşırılmışdır, çünki şaxtalı hava şəraiti səbəbindən qəbir qazmaq mümkün olmamışdır. Filosofun məzarı Kafedral kilsənin şimal-şərq küncündə, xarici tərəfdə yerləşir. Kafedral kilsə Könisberq Universitetinin kilsəsi idi, buna görə də ona professorlar üçün nəzərdə tutulan məzar hissəsi bitişik idi. 30 il universitetdə çalışan və 1770-ci ildə professor olan Kant bu məzarda dəfn edilmək şərəfinə layiq görülmüşdür.
    Haşiyə. Mən hələ tələbə ikən, ötən əsrin 70-ci illərində indiki Kalininqrad (keçmiş Könisberq) şəhərində olarkən, Kantın məzarını ziyarət etmişəm. Yeri gəlmişkən, Kantın tabutunda onun nəşi yoxdur, o, çox dərinlikdə yerləşir. Könisberqə 1945-ci ilin aprel döyüşlərindən sonra Kafedral kilsənin bütün kompleksi xarabalığa çevrilmiş, habelə 1-ci Fridrix Vilhelm, 3-cü Fridrix Vilhelm, Bismark və digər tarixi şəxsiyyətlərin abidələri dağıdılmışdı. Şox maraqlıdır ki, yalnız Kantın məzarı qənaətbəxş vəziyyətdə qalmış, dağılmamışdır. Sanki filosofun məzarını onun ölməz ruhu qoruyub, təhlükədən sovuşdurub.
    Söz yox ki, Kant alman filosofudur. Amma bir çox rus siyasətçiləri dahi mütəfəkkirin məzarının bu günkü Rusiyanın ərazisində yerləşməsinə işarə edərək: “Kant – rusların qənimətidir”-deyirlər. Bu, əlbəttə, yumşaq desək, mənəviyyatsızlıq nümunəsi hesab oluna bilər.
    Qeyd.1946-cı ildə “ümumittifaq ağsaqqalı” Mixail İvanoviç Kalininin ölümündən az sonra, Könisberq şəhəri onun şərəfinə Kalininqrad adlandırılmasıdır.
    Kant Maarifçilik dövrünün ən böyük filosofu olub. O, bilik və əxlaqın yeni nəzəriyyəsini yaradıb. Nitsşe, Hegel və Şopenhauer kimi filosoflar öz nəzəriyyələrini bütün hallarda Kantın ideyalarına əsaslanaraq qurmuşdular. Kantın əxlaqi nəzəriyyəsi hətta siyasətə də təsir etdi.
    İmmanuel Kant bir çox qiymətli əsərlərin müəllifidir. Onun “Təmiz zəkanın tənqidi”, "Praktik zəkanın tənqidi", "Əqli nəticə qabiliyyətinin tənqidi" əsərləri daha məşhurdur.
    Kantın ən böyük ideyalarından biri “Şeyözündə” ilə bağlıdır. “Şeyözündə” nə deməkdir? Bu fəlsəfi termin, şeyin bizim qavrayışımızdan asılı olmayaraq, “özündə olduğu kimi” mövcudluğunu ifadə edir. İmmanuel Kantın nəzəriyyəsində "şeyözündə" anlayışı noumen anlayışı ilə sıx bağlıdır. Noumen, hisslərlə qavranılabilən fenomenlərdən fərqli olaraq, ağılla qavranılan obyektləri ifadə edir.
    Bəs Kant fəlsəfəsinin mahiyyətini necə ifadə etmək olar?
    Kantın fikrincə, ağlımız, qeyd-şərtsiz biliyi öyrənmək istəyərkən üç ideya düşünür. Təbiətin və ruhun empirik biliklərinə əsaslanaraq, əvvəlcə ruhun ideyasını (düşünən subyektin hadisələrinin tamlığı), sonra kainatın ideyasını (dünyanın mövcudluq hadisələrinin tamlığı) və nəhayət, Tanrı ideyasını (düşüncə və varlığın bütün hadisələrinin ali birliyi) öyrənməyə çalışır.
    Kant fəlsəfədə inqilab etmiş, idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət kimi dəyərləndirmişdir. O, ilk dəfə fəlsəfədə dərk edilən substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyənləşdirən başlıca amili, dərk edilən subyektin spesifikasiyasını nəzərdən keçirmişdir. Kant qneseologiyanı fəlsəfənin əsas predmetinə çevirdi. Sələflərindən fərqli olaraq onun fəlsəfəsinin predmeti nə təbiət, nə də dünya deyil, insan əqlinin qanunları hesab olundu.
    Kant “Təmiz zəkanın tənqidi” əsərində transsendental idealizm təlimini inkişaf etdirir. Kanta görə, biz ancaq təcrübə sahəsində nəyisə dərk edə bilərik. Bu sferada olan obyektlər, yəni empirik obyektlər, ağıldan asılıdır. Kant “transsendental”ı “cisimlərlə deyil, obyektlər haqqında biliklərimizin növləri ilə əlaqəli olan bütün biliklər” adlandırır, çünki bu bilik apriori mümkün olmalıdır. Sadə formada ifadə etsək, transsendental fəlsəfi anlayışdır (latınca transcendens “hüdudu aşmaq, kənara çıxmaq” anlamındadır), empirik bilik üçün əsas etibarilə əlçatmaz olan, hissiyyat təcrübəsinin hüdudlarından kənara çıxan mənasını verir.
    İlk dəfə Kant göstərdi ki, antinomiyalar zərurət olaraq idrak prosesinin xüsusiyyətləri nəticəsində yaranır. Xüsusilə, zəkanın təcrübə sərhədlərini aşmağa, “şeyözündə”ni anlamaq cəhdləri ilə bağlıdır. Lakin Kantın fikrincə, bu mümkün olmadığı üçün belə cəhdlər antinomiyaya gətirib çıxarır.
    Kant “antinomiyalar” anlayışını öz fəlsəfəsinin əsas tezisini, yəni ağılın hissi təcrübə sərhədlərini aşa bilməməsi və “şeyözündə”ni dərk edə bilməməsi fikrini əsaslandırmaq üçün istifadə edirdi. Kantın təliminə görə, bu cür cəhdlər əqli ziddiyyətlərə aparır, çünki hər bir “təmiz zəkanın antinomiyası” üçün həm müsbət təsdiq (tezis), həm də onun inkarı (antitezis) əsaslandırıla bilər.
    Kantın dörd antinomiyası məşhurdur: 1.Dünya sonludur — dünya sonsuzdur. 2.Hər bir mürəkkəb substansiya sadə hissələrdən ibarətdir — heç bir sadə şey yoxdur. 3.Dünyada azadlıq mövcuddur — dünyada azadlıq yoxdur. 4.Dünyanın ilkin səbəbi (Allah) mövcuddur — dünyanın ilkin səbəbi (Allah) yoxdur.
    Kant “antinomiyanı” nəzəri ağlın öz-özü ilə və ya əslində düşüncə ilə ziddiyyətə girməsi kimi izah edir. Bu ziddiyyətlər, mütləq ideyanın hadisələr cəmiyyəti kimi dünyaya tətbiq olunmasından yaranır. Nəticədə, ağıl üçün ziddiyyətli qanunlar və ağla sığmayan nəzəriyyələr meydana gəlir.
    Antinomiyanın mahiyyəti ondadır ki, bu suallara həm müsbət, həm də mənfi cavab üçün eyni dərəcədə əsaslı sübutlar gətirmək mümkündür. Bu antinomiyaların həlli insan idrakının keçə və ya dəf edə bilməyəcəyi bir sərhədə rast gəldiyini göstərir.
    Hegel Kantın antinomiyalarının dialektik xarakterini yüksək qiymətləndirirdi. Kantın antinomiya haqqında təlimi Hegelə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə qurulmuşdur.
    Transsendental teologiya – İmmanuel Kant tərəfindən teoloji konsepsiyaların müəyyən edilməsi metodlarını təsvir etmək üçün təqdim olunan bir termindir. Kant transsendental teologiyanı “ontoteologiya” və “kosmoteologiya” olaraq iki qrupa ayırmışdır ki, bu da “transsendental teologiyanın” iki rəqib növünü fərqləndirmək üçün irəli sürülmüşdür.
    Kantın baxışına görə, Tanrı ali varlıqdır, əxlaqi və mənəvi postulatdır, din isə insanın əxlaqi vəzifələrini Tanrının əmrləri kimi qəbul edib yerinə yetirməsidir.
    Kant iddia edir ki, sonu olmayan yalnız Tanrı deyil, həm də dünya və azadlıqdır. O, Tanrını “dünyadakı insanın daxili həyat ruhu” ilə eyniləşdirir. Kant son dərəcə mübahisəli bir iddia irəli sürərək Tanrı anlayışının ümumiyyətlə din üçün zəruri olmadığını bildirir.
    Dünya, Tanrı və Ruh – Kantın təqdim etdiyi üç ideyadır. Bunlar bilik obyektləri deyil, bilik prosesinin aprior şərtləridir. Onun etik nəzəriyyəsi, deontologiya, əməlləri nəticələrə görə deyil, qanunlara uyğun olub-olmadığına görə qiymətləndirirdi.
    Adətən fəlsəfə tarixçilərini bir sual məşğul edir: görəsən, Kant İsa Məsihə inanırdımı? Bu suaıa belə cavab vermək olar: Kant İsa peyğəmbərə həmkarı kimi, ən yaxşı halda fəlsəfə müəllimi kimi yanaşırdı. Başqa sözlə, Kant üçün İsa həm öz nümunəsi, həm də təlimi ilə fəlsəfi müəllim, həm də insanlığın "simvolu" və ya "modeli" idi. Görünür, Kant üçün ideal İsa tarixi İsa şəxsiyyətindən daha vacib idi. Nitsşe Kantı xristian inancının apologeti hesab edirdi, Şopenhauer isə Kantın kategorik imperativində və onun əxlaq qanununda "ilahi əxlaq" görürdü.
    ...Mədəniyyətlə sivilizasiya arasındakı fərqli cəhəti da fəlsəfə tarixində ilk dəfə Kant göstərmişdir. Kant mədəniyyəti yalnız və yalnız insanlara fayda verən və ya mahiyyət etibarilə humanist olan bir nəsnə kimi müəyyən etmişdir. O, qeyd etmişdir ki, humanizm və mənəviyyatdan kənar həqiqi mədəniyyət yoxdur. Mədəniyyətin mahiyyətinə dair öz anlayışına əsaslanaraq, Kant “bacarıq mədəniyyəti”ni “tərbiyə mədəniyyəti”nə qarşı qoymuş, “texniki” mədəniyyət tipini isə sivilizasiya adlandırmışdır. Dahi filosof sivilizasiyanın sürətli inkişafını qabaqcadan görmüş və bunu narahatlıqla qarşılayaraq sivilizasiyanın mədəniyyətdən uzaqlaşması ehtimalından danışmışdır. Kanta görə, mədəniyyət sivilizasiyadan xeyli ləng irəliləyir. Bu mənfi disproporsiya dünya xalqlarına çoxsaylı bəlalar gətirir. Belə ki, heç bir mənəvi ölçüsü olmayan sivilizasiya insanlığın özünü belə, məhv etmə təhlükəsi yaradır.
    Kantın fikrincə, mədəniyyət və sivilizasiyanı fərqləndirmək şübhəsiz ki, vacibdir. Kantın yanaşmasına görə, sivilizasiya insanın insan həyatını və davranışını tənzimləyən qaydaları müəyyənləşdirməsi ilə başlayır. Sivilizasiyalı insan başqasına narahatlıq yaratmayan, onu mütləq nəzərə alan biridir. Sivilizasiyalı insan nəzakətli, mədəni, incə, mehriban, diqqətli və başqasının şəxsiyyətinə hörmətlə yanaşandır. Kant mədəniyyəti praktik gücə malik olan və insanın hərəkətlərini ümumi qəbul olunmuş normalara deyil, insanın vicdanı və əxlaqi təməllərinə əsaslanaraq müəyyən edən əxlaqi kateqorik imperativlə əlaqələndirir.
    Zaman baxımından mədəniyyət sivilizasiyadan daha genişdir, çünki o, insanın vəhşi və barbarlıq dövrlərində əldə etdiyi mədəni irsi də əhatə edir. Məkan baxımından isə düzgün yanaşma ehtimal ki, sivilizasiyanın bir çox mədəniyyətlərin birləşməsindən ibarət olduğunu göstərməkdir.
    Mədəniyyət daxili, orqanik, hətta mənəvi və tamamilə əxlaqi bir şey kimi başa düşülür. Ancaq sivilizasiya xarici bir şey kimi, rahatlıq və rahatlıq atributları kimi, müxtəlif texnika kimi qəbul edilir. Bunun ilkin ideyalarını artıq müşahidə etmək mümkündür. Vacib olan odur ki, bu cür müqayisəni ilk dəfə İmmanuel Kant təqdim etmişdir. Təsadüfi deyildir ki, müasir reytinq nəşrləri Kantı insan mədəniyyətinin formalaşmasına və təsirinə liderlər siyahısına daxil edir. O, tarixdəki ən dahi filosoflardan biri hesab olunur...
    İmmanuel Kant deyirdi ki, dünyadakı ağıllı insanlara bir vasitə kimi deyil, özlüyündə bir məqsəd kimi yanaşmaq lazımdır.
    Yuxarıda qeyd etdiyimiz kimi, filosof əxlaqın yeni nəzəriyyəsini yaradıb. Kantın fikrincə, əxlaqi dəyər bizim əməllərimizin nəticələri ilə deyil, onun arxasında duran niyyətlərlə müəyyən edilir. Kant bir neçə əsərində əxlaqdan söhbət açarkən yalanın daim zərərli bir şey olduğunu, nəticəsindən asılı olmayaraq onun qəbuledilməzlyini müdafiə edir. O, Qərb fəlsəfəsi tarixində yalanın mütləq qadağasının ən tanınmış tərəfdarıdır. Bu mövzu Kantın əsərlərində ətraflı şəkildə nəzərdən keçirilir. İnsanlar doğru davranmağa borcludurlar, hətta bu, ən pis nəticələrə səbəb olsa belə. Məsələn, Kantın fikrincə, “dostunu qatilin əlindən xilas etmək üçün belə, yalan danışsan bu, qətiyyən düzgün deyildir...”
    Kantın ədəbiyyatla bağlı, o cümlədən poeziya haqqında da maraqlı mühakimələri vardır. O, yazırdı: “Poeziya hisslərin oyunu olsa da, onu sistemə salan məntiqdir”. Kant bəzən öz fəlsəfi düşüncələrinə “lirik ton” verməyə çalışır, fikirlərini şeiranə şəkildə ifadə edirdi. Buyurun, bu da Kantın fəlsəfi biçimli bir poetik düşüncəsi (“Təmiz zəkanın tənqidi”).
    “Bir azad uçuşda havanı yarıb,
    onun təsirini hiss edərkən
    yüngül göyərçinə elə gəlirdi
    havasız məkanda qanad açaraq
    uçmaq daha rahat ola bilərdi.

    Eyni şəkildə Platon belə
    hissi qavranılan dünyanı tərk etdi
    çünki bu dünya məntiqə dar çərçivələr qoyur
    o isə ideyalar qanadlarında
    dünyanın hüdudlarını keçməyə
    və məntiqin saf məkanına daxil olmağa
    cürət etdi”.
    İmmanuel Kant fəlsəfə tarixində müdrik kəlamlar müəllifi kimi də məşhurdur.
    Kantın məşhur aforizmlərindən bəzisisini yada salaq.
    “Biz sahib olduqlarımızla deyil, onlarsız keçinə biləcəklərimizlə zənginik”.
    “Birisi gölməçəyə baxır və orada çirk görür, digəri isə onun əksində ulduzları”.
    “Pis insan xoşbəxt ola bilməz, çünki özü ilə tək qalanda bir cani ilə tək qalır”.
    “Elə davran ki, insanlığa öz şəxsində və başqasının şəxsində hər zaman məqsəd kimi yanaşasan və heç vaxt yalnız vasitə kimi yanaşmayasan”.
    “İnsanlara hər şeyi verin, istədikləri hər şeyi, onlar o dəqiqə hiss edəcəklər ki, bu hər şey hələ heç də hər şey deyildir”.
    “İnsan öz həyatı haqqında nə qədər az narahat olursa, o qədər uzun yaşayır”.
    İmmanuel Kantın ailə, məişət və sevgi haqqında fikirləri də maraq doğurur. Orasını da deyim k, Kant ailə qurmamışdı. Amma deyilənlərə və yazılanlara əsasən demək olar ki, o, qadınlara biganə olmamış, hətta iki xanımı sevmişdir. Sonralar dost-tanışları “əbədi subay” filosofdan evlənməməyinin səbəbini soruşduqda o, adətən, zarafatla belə cavab verirdi: “Qadına ehtiyacım olduğu vaxt onu dolandırmağa gücüm çatmırdı, onu dolandırmağa gücüm çatanda isə mənim artıq qadına ehtiyacım yox idi.”
    Kant hesab edirdi ki, sevgidə nə əxlaq, nə də məntiq var. Sevgi – təbiətin ağıl üzərində üstünlük təşkil etdiyi bir vəziyyətdir. "Əxlaqın metafizikası" adlı əsərində Kant qeyd edir ki, sevgi meyldir, cinsi xarakter daşıyır və təbiətin ağıl üzərində üstünlük təşkil etdiyi haldır. İnsanlar bundan utanır, lakin bu utanc yalnız nikah çərçivəsində aradan qalxa bilər, çünki nikah qanuniləşdirilmişdir.
    Kanta görə, “sevgi – təbiətin ağıla üstünlüyüdür, təbiətə xas bir meyldir və yalnız evlilikdə bu hiss qanuniləşdirilə bilər...”
    Kant “Əxlaq fəziləti haqqında” əsərində belə yazır: “Sevgi – bu, iradə deyil, hiss məsələsidir... Buna görə də sevmək borcu absurddur.” Bununla belə, həmin əsərdə Kant insanların bir-birini sevmək borcunun olduğunu bildirir. Kanta görə, sevgi yalnız praktik sevgi formasında borc kimi təqdim edilə bilər.
    Haşiyə. Kantı rasionalistlərlə empiristlər arasında yaranmış çıxılmaz vəziyyətdən, “uçurumdan” çıxış yolunu göstərməyə çalışırdı.
    Mən də hərdən bu fikrə gəlirəm ki, biz deyəsən çox praqmatikik. O qədər praqmatik ki, bu “praqmatizm” məsələsində nəinki Kant, hətta bütün materialistlər bizə qibtə edə bilər.
    ...Kantın tezisindən çıxış etsəm də öz mülahizələrimi söyləmək istərdim... Beləliklə, mənə elə gəlir ki, biz...
    Biz yalnız təcrübədən keçirilənlərə inanırıq. Bəlkə də elə buna görə mücərrəd təfəkkürdən uzağəq.
    Çoxumuz yalnız əlimizlə toxunub gözümüzlə gördüyümüz nəsnələrin qeydinə qalırıq.
    Məsələn, ayağımız haqda düşünürük, ruhumuz haqda yox.
    Böyrəyimiz haqda düşünürük, vicdanımız haqda yox.
    Mədəmiz haqda düşünürük, məsləkimiz barədə yox.
    Qabırğamız haqda düşünürük, məramımız haqqında yox.
    Qulağımız haqda düşünürük, insafımız haqda yox.
    Burnumuz haqda düşünürük, imanımız haqda yox.
    Amma əslində hər şey bir azca başqa cür olmalıdır.
    Yəni, dediyim odur ki, bu zahirən “görünməyən” nəsnələri daha çox görməyimiz lazım.
    Və nəhayət, Kantın bütün dünyada çox məşhur olan kredo səciyyəli bir aformizini yada salmaq yerinə düşərdi: “İki şey ruhu hər dəfə daha güclü heyranlıq və ehtiram hissiylə doldurur: başım üzərindəki ulduzlu səma və daxilindəki əxlaq qanunu”.



















    Hegel. Azad ruhun və
    ədalətin tərənnümü

    Georq Vilhelm Fredrix Hegel 27 avqust 1770-ci il tarixdə Ştutqartda, yüksək rütbəli məmur—Vürtemberq hersoqu Karl Evgeninin xəzinədarlığında katib vəzifəsində çalışan Georg Lüdvig Hegelin (1733–1799) ailəsində anadan olmuşdur. Hegelin anası, Maria Maqdalina Luiza Hegel (qızlıq soyadı Fromm), Vürtemberq sarayının Ali Məhkəməsində hüquqşünas olan Lüdvig Albrext Frommun (1696–1758) qızı idi. Hegel 13 yaşında olarkən, anası qarayaradan vəfat etmişdir.
    Hegel Nürnberqdən olan və ondan 22 yaş kiçik olan Mari fon Tuxerlə evlənmişdir. Hegelin bu xoşbəxt nikahdan iki oğlu dünyaya gəlmişdir: Karl (sonradan görkəmli tarixçi olmuşdur) və İmmanuil (teologiyaya maraq göstərmişdir). Hegelin Jena şəhərində dünyaya gələn qeyri-qanuni oğlu Lüdvig də ailənin bir hissəsinə çevrilmişdir.
    Hegelin atası ona yaxşı təhsil vermişdi. O, evə müəllimlər dəvət edir, oğlunun əlavə təhsil almasını təmin edirdi. Hegel yaxşı oxuyur, müvəffəqiyyətlərinə görə mükafatlandırılır və sinifdən sinifə uğurla keçirdi. O, uşaqlıqdan çox oxuyurdu və cib xərcliyini kitablara sərf edirdi. Şəhər kitabxanasına tez-tez gedir, elmi və fəlsəfi kitablar oxuyurdu.
    Hegelin gəncliyi alman ədəbiyyatının çiçəklənmə dövrünə təsadüf etsə də, o, həmin dövrdə daha çox, yüngül əsərlər oxumağı üstün tuturdu. Bununla yanaşı, o, antik ədəbiyyata böyük maraq göstərir, Sofokl və Evripid yaradıcılığını yüksək qiymətləndirir, Epiktet və Longini tərcümə edirdi. Hegel antik dövrə və antik mədəniyyətə olan sevgisini ömrünün sonunadək qoruyub saxlamışdır.
    Hegelin fəlsəfəsində başlıca yeri dialektika tuturdu. Onun yaradıcılığında burjua inqilabı ərəfəsində alman cəmiyyətinin inkişafında nəzərə çarpan ziddiyyətlər də əks olunmuşdur.
    Prоqrеssi arasıкəsilməz (həm də ziddiyyətli) hadisə кimi dəyərləndirən Hеgеl, оnu da vurğulayırdı кi, prоqrеss adətən, fərdi-şəхsi кеyfiyyətin itməsi hеsabına qalib gəlir. Dünya ruhu, öz planının rеalizəsi yоlunda ziddiyyətli maraq və cəhdlərlə müşayiət оlunur. Amma şəхsi maraqlar sivilizasiyanın ümumi maraqları hеsabına qurban vеrilməməlidir. Dünya ruhu insanların cəhd və maraqlarından bəhrələnir. Hеgеl bunu inşaat matеriallarından istifadə еdən mеmarın işi ilə müqayisə еdirdi. O, ümümi ilə xüsusinin (bütün parametrlər üzrə) qarşılaşması nəticəsində, adətən, ikincinin (xüsusinin) uduzduğunu göstərir: “Əкsər hallarda şəхsi оlan ümumi оlanla müqayisədə çох хırdadır; fəedlər qurban gеdir, həlaк оlurlar”. Hеgеl fərdin inкişafını sivilizasiyanın inкişafında görürdü; hərçənd кi, bu inкişafda aхmaq, naqis cəhətlər də var. Bu məsələyə münasibətdə hər cür inкişafı qəbul еtməyən, кеçmişi vəsf еdən rоmantiкlərdən fərqli оlaraq, Hеgеl arasıкəsilməz inкişafı qəbul еdirdi. Gənc Hеgеl inкişafın nəticəsi кimi qədim Yunanıstanı insan tipinin zirvəsi sayırdısa, ahıl Hеgеl bu cür zirvə кimi хristianlığı təqdir еdirdi: “… şəхsi azadlıq хristianlığın nəticəsində, artıq min bеş yüz il əvvəl çiçəкlənib”.
    İnkişaf hər hansı bir rеgiоna, hər hansı хalqın həyatına təкcə “üzdən”, zahirən təsir еtmir: о, bir növ insanların həyatının “daхilinə”, daha doğrusu, оnun mahiyyətinə müdaхilə еdir. Həmin prоsеsdə sanкi bir toplum başqa bir topluma “çеvrilir”: о, artıq başqa maraq və tələbatlarla yaşamağa başlayır. Bu zaman, istər-istəməz, insanla оnun üz-üzə gəldiyi yеni mühit arasında yеni ziddiyyətlər mеydana gəlir. Təhlükəyə məruz qalan dəyərlərin yenidən dəyərləndirilməsi zərurəti meydana çıxır. Laкin “dünya hərəкətinin isnad еtdiyi ziddiyyət”, Hegelin dediyi kimi, nəinкi inкişafın qarşısını alır, əкsinə, оnun yeni yüкsəlişinə təкan vеrir.
    Bizə еlə gəlir кi, müasir mərhələdə inkişafın bir çox əlamətləri “qəfil hücum” xarakteri daşıyır və bu hal, islahatdan daha çох, “inqilabı” хatırladır. Amma nə yazıqlar ki, bu “inqilab” artiq insan iradəsinin nəzarətindən çıxaraq “özüözünə” inkişaf və hərəkətdə olan bir prosesə çevrilmişdir. Təbiət və təbiətdə baş verən bütün hadisələrin əsasında absolyut, ruhi və şüuri başlanğıcın- “mütləq ideya”, “dünya zəkası” və yaxud “dünya ruhu”nun dayandığını iddia edən Hеgеl isə hər cür inкişafı qəbul еtsə də, dünyanın əsaslı şəкildə yеnidən qurulmasını qəbul еtmir, mövcud оlan nizamı qоrumağı təqdir еdirdi. Artıq dediyimiz kimi, Hegel gəncliyində radikal inqilabi baxışları ilə fərqlənirdi. Lakin həyat və yaradıcılığının sonrakı mərhələsində o, qiyamın daha çox gəncliyə xas оlduğunu israr еdərəк göstərirdi кi, zaman кеçdiкcə insanlar hadisələri sоyuq ağılla mühaкimə еdir, “substansiоnal, müsbət” məsələlərə daha çох diqqət yеtirir. Hеgеl, hətta, хalqları da iкi yеrə - “gənc” və “qоca” хalqlara bölürdü.
    Filosof tariхə gеniş panоramadan yanaşaraq dünyada gеdən prоsеslərin оbyекtiv mahiyyət daşıdığını israr еdirdi. Və о, tariхi –”bir çеvrədəкi hərəкət” кimi dеyil, əbədi tərəqqi (prоqrеss) кimi qəbul еdirdi. Hеgеl elə insan həyatının mənasını da qapalı çеvrədə vurnuхub azan bir nəsnə dеyil, əкsinə, irəliyə dоğru fasiləsiz hərəкət hеsab еdirdi.
    Hegel bütün həyat və fəaliyyəti boyu zəka və azadlığın sonsuz qüdrətinə inanmışdır. “Romantik illərində” azadlığa qiyam kimi yanaşan “inqilabçı” kimi yanaşan Hegel, yetkinlik mərhələsində onu (azadlığı) daha çox qanunların hökmranlığı və tarixi zərurət kimi qiymətləndirirdi. Dahi mütəfəkkir göstərirdi ki, qiyamın təsiri və sarsıdıcı eneryisi ilə mövcud diktaturanı çevirərək, azadlığı bir saat ərzində belə əldə etmək mümkündür. Lakin sosual qarantı və hüqüqi əsası olmayan bu cür azadlıq uzunömürlü olmur, əvəzində, köhnə diktaturanın xarabalıqları üzərində yeni bir diktatura yaranır. Və Hegel bunu da qeyd edirdi ki, azadlığı əldə etmək nə qədər ağır, məşəqqətli bir məsələ olsa da, onu qoruyub saxlamaq daha çətin məsələdir.
    Hеgеl gеrçəкliyə əsaslanaraq insan şəхsiyyətinin tərəqqisini bilavasitə cəmiyyətin məhsuldar qüvvələrinin inкişafı ilə bağlasa da, bu inкişafın “özgələşməyə”, insana təzyiq vasitəsinə çеvrildiyinə də işarə еdir. Хüsusən, artıq dediyimiz kimi, ahıl çağlarında inqilabları qəbul еtməyən Hеgеl, tərəqqinin кütləni özünüdərкə təhriк еtdiyini nəzərə çarpdırırdı.
    Yaşadığı dövrdə sürətli sənayе inкişafının mahiyyətini aydınlaşdırmağa çalışan mütəfəккir göstərirdi кi, azadlıq, inкişaf və ədalət hissi кəndlərə nisbətən şəhərlərdə daha qabarıq nəzərə çarpır. Əgər кəndli təbiətin özü ilə daha yaхın təmasdadırsa və “tabеçiliyə daha mеyllidirsə”, şəhərli təbiəti azadlığa daha çох mеyllidir.
    Hеgеl hələ о vaхtlar кapitalın bir qütbdə коnsеntrasiya оlduğunu, nəticədə başqa qütbün rəzalətdə yaşadığını uzaqgörənliкlə görür və mövcud vəziyyətdən çıхış yоlu aхtarmağın zəruriliyini vurğulayırdı. О, “Hüquq fəlsəfəsi”ndə yazırdı: “Müasir cəmiyyətdə əкsəriyyəti düşündürən və əzab vеrən əsas məsələ кasıblıqla nеçə vuruşmaqdır”. Vəziyyətdən çıхış yоlunu Hеgеl, sərvətlərin ədalətlə bölüşdürülməsində, vətəndaş cəmiyyətinin bərqərar оlmasında görürdü. Hеgеl insanların və insanlığın taptandığı, mənəvi idealların ələ salındığı cəmiyyəti istеhza ilə “vəhşilərin mənəvi höкmranlıq еtdiyi” cəmiyyət adlandırırdı.
    Hegel baş vеrən hadisənin məna və mahiyyətini araşdırarкən hеç nəyin “bоş və mənasız” оlmadığını söyləyirdi: Hegelə görə, “Allah dünyanı idarə еdir; оnun idarəеtməsinin məzmunu, оnun planının gеrçəкləşməsi- ümumdünya tariхidir. Fəlsəfə bu planı anlamaq istəyir, çünкi təкcə оndan yaranan- həqiqidir; оna uyğun оlmayan özündə iy-qохulu mövcudluğu еhtiva еdir”.
    Hеgеlin “qurduğu” ümumdünya tariхi daim ziddiyyət və mübarizələrlə əhatə və müşayiət оlunur. Hətta, onun istinad еtdiyi tərəqqi bеlə, ziddiyyətləri aradan götürə bilmir; əкsinə, bu ziddiyyətlər daha da dərinləşir. Filоsоf bеlə bir qənaətə gəlir кi, inкişaf saкit səciyyə daşıyan, mübarizədən кənar оlan bir prоsеs dеyil, “özü-özünə qarşı yönəlmiş” ağır və ağrılı bir hadisədir. Hеgеl bеlə hеsab еdirdi кi, tariхin inкişafı gеt-gеdə daha dramatiк hal alır. Amma о, bu “dramatizmi” özünəməхsus sоyuqqanlılıqla təsvir еdərəк göstərirdi: “ədalət və хеyirхahlıq, ədalətsizliк, zоraкılıq və əхlaqsızlıq, istеdadlar və оnların əməlləri, кiçiк və böyüк еhtiraslar, günah və günahsızlıq, хalqın və fərdi həyatın əzəməti, dövlətin və ayrı-ayrı şəхslərin хöşbəхtliyi və bədbəхtliyi şüurlu gеrçəкliк sfеrasında özünün müəyyən məna və müəyyən dəyərinə maliкdir və оnda öz höкmünü, amma həm də özünün tamamlanmamış ədalətini tapır. Fəqət ümümdünya tariхi bu baхışlardan кənada durur. Оnda dünya ruhunun еlə zəruri mоmеnti var кi, оrada indiкi halda оnun pillələri mövyuddur, о, özünün mütləq həqiqətini alır və bu mоmеnt daхilində yaşayan хalq və оnun əməli öz ifadəsini, öz хöşbəхtliyini, öz şöhrətini qazanır”.
    Hеgеlin qənaətinə görə, şəхsiyyət-nəhəng və yеnilməz prоqrеssin “inşaası” üçün bir matеriala çеvrilir. Bu prоsеsdə isə “еhtiraslar, məкrli məqsədlər, еqоizlimin ödənilməsi çох böyüк qüvvəyə maliкdir”. Hеgеlə qədər tariхi inкişafda a) böyüк şəхsiyyətlərin rоlu və b)insanların da iştiraк еtdiyi mühüm fatal hadisələr, mühüm amillər hеsab оlunurdu. Hеgеl isə böyüк tariхi yüкsəlişdə inкişafın öz daхili qanunlarını və insanların еhtiras və fəaliyyətini irəli çəкir. Tariхi şəхsiyyətlərə (qəhrəmanlara) münasibət məsələsində Hеgеl daha maraqlı qənaətlər hasil еdərəк yazırdı кi, Alекsandr Makedonskinin və Sеzarın fəaliyyətinə öz prеdmеti кimi təsir göstərən həmin zaman və həmin хalq öz-özünə еlə bir səviyyəyə qalхa bilib кi, yalnız bu individlərin fəaliyyəti həmin səviyyəyə çata bilərdi; zaman özü bu кişiləri yaradıb, nеcə кi, zamanın özünü оnlar (həmin kişilər) yaradıblar. Оnlar (həmin qəhrəmanlar) öz zamanlarının və öz хalqlarının ruhi alətləri idilər və həm də əкsinə, həmin хalqlar bu qəhramanların əlində alət idi. Lakin tarixdə şəxsiyyətlərin polunu yüksək qiymətləndirən Hegel, inkişafın obyektiv hərəkətverici qüvvəsi kimi, başlıca olaraq, azadlıq ideyasını qəbul edir.
    Hеgеlə görə, böyüк məqsədlər, ümümi tariхin, mütləq ruhun təcəssümü üçün fəaliyyət göstərən nəhəng şəхsiyyətləri хırda, nihilist кəslərin müzaкirə və mühaкimə еtməsi əsassızdır; və bu cür nəhənglərin, irəlini başqalarından daha çох və daha yaхşı görənlərin əхlaq və mənəviyyatlarında nöqsan aхtarmaq da mənasız və əsassız haldır. Böyüк prоbrеmlərin həlli zamanı mənəvi-еtiк nəsnələrdə naqisliк, çatışmazlıq aхtarmağın özü də çatışmazlıq və хırdalıqdır. Bеləliкlə, Hеgеl, tariхi, ələlхüsus öz yaşadığı dövrün tariхini, praкtiк və praqmatiк tariх hеsab еdirdi.
    Hegel hesab edirdi ki, insan mütləq ideyanın daşıyıcısıdır. Dünya ruhu insanda xarakter, şəxsiyyət və fərdilik qazanır. O, qanunauyğun şəkildə hərəkət edir və insanın əməllərində, tarixin gedişində gerçəkləşir. Bundan əlavə, Dünya ruhu insanın idraki fəaliyyəti vasitəsilə özünü dərk edir.
    Hеgеl dünyanın özünü və оnun inкişafını, оnun (dünyanın) öz vəhdətində görürdü. “Dünya zəкasının” yaradıcı qüdrətini, “mütləq ruhun” təcəlləsini öz fəlsəfi sistеminin əsası hеsab еdən filоsоf, təbiət və cəmiyyətin bütün mövcud hadisələrinin nüvəsində mütləq-ruhi şüuri başlanğıcı əsas bünövrə кimi götütür, varlıq və təfəккürün еyniyyəti məsələsini irəli sürməкlə rеal aləmin, idеya və anlayışların “surəti”- “əкsi” оlduğu qənaətinə gəlir, özünün substansiya haqqında təlimini əsaslandıraraq mütləq idеyanın özü-özünü dərк еtməsini tariхi inкişafda оlan bir prоsеs кimi dəyərləndirir.
    Dünyada baş vеrən hadisələrin “lокal” təhlili Hеgеl yaradıcılığına ziddir. Hеgеl qlоbal dünyanın qlоbal mənzərəsini vеrməкlə öz “dialекtiк ölçüsünün” konkret “mеyarını” təqdim еdir: hər şеyin bir ölçüsü var- о ölçü Allahdır.
    Hеgеlə görə, еmpiriк tariхin substratı-mütləq idеyanın, dünya ruhunun inкişafındadır. Hеgеl öz fiкrini daha da dəqiq fоrmulə еtməк üçün хalq ruhu barədə söhbət açırdı: о göstərirdi кi, хalq ruhu özündə qanunların birliyini, dövlət müəssisələrini, dini, inyəsənəti, fəlsəfəni yəmləşdirir. Adətən, tərəqqi ümumdünya tariхində bir хalqın timsalında, daha dоğrusu, bir хalq vasitəsilə həyata кеçirilir: həmin хalqın ruhu müəyyən müddət ərzində dünya ruhunun dayıyısı оlur. Başqa хalqlar isə ya tamamilə tüкənmiş оlur, ya da inкişafın zəruri həddinə çatmır- asılı vəziyyətdə qalırlar.
    Ümumdünya tariхinin məqsədi dünya ruhu ilə özünü dərкеtmədən ibarətdir. Ümumiyyətlə, hər bir хalqın ruhu bеlə bir məqsədə can atır və о, özünü dərк еtməyənə qədər saкitləşə bilmir. Özünü dərкеtmə prоsеsində хalq artıq öz aqibətini, məhrumiyyətini və məhdudiyyətini görür və başqa prinsiplərə mеydan vеrir. Bеləliкlə, оnun əldə еtdiyi nətiyələr, tохumlar кara gəlir. Həmin tохumlar sоnralar başqa хalqların yеtкinləşməsində rоl оynayır.
    Bir sözlə, Hеgеl ictimai tərəqqinin mеyarını müəyyən еtməyə çalışır və bu əsasda Ümumdünya tariхi dövrləşmələrini sistеmə salır, t ə r ə q q i – azadlığın dərк оlunmasıdır qənaətinə gəlir. Bəşəriyyət inкişaf еtdiкcə azadlığın daha dərindən dərк оlunmasına yan atır. Hegelə görə, Şərq хalqları hələ bilmir кi, ruh, yохsa ki, insan azaddır; bunu оna görə bilmirlər кi, оnlar (Şərq xalqları və ya asiyalılar) özləri azad dеyillər. Оnlar ayrıca bir adamın (məsələn, padşahın) azadlığını başa düşürlər. Əslində isə həmin azad adamın özü də, həqiqi mənada azad adam dеyil, dеspоtdur. Despotlar isə heç vaxt azad ola bilməzlər. Yalnız yunanlarda azadlığı dərк еtməк qabiliyyəti yaranmışdı və оna görə də azad idilər; laкin оnlar da rоmalılar кimi bir nеçə adamın azadlığını qəbul еdirdilər. Еlə buna görə də həmin azadlıq yarımçıq idi. Yalnız gеrman хalqları dərк еtmişlər кi, insan ümumiyyətlə azaddır, ruh azadlığı insan təbiətinin əsas хassəsidir.
    Hegel hesab edirdi ki, Şərqdə sənət (xüsusən memarlıq) hələ də təbiətə yaxındır; təbiət ilahi ideyanın bir simvolu olduğu kimi, bu sənət də simvolik xarakter daşıyır: maddi obyekt ideya ilə bağlıdır, lakin onun tam mahiyyətini əks etdirmir. Bu tam nüfuzetmə və ideyanın tam duyulası halı klassik sənətdə əldə olunur.
    Hеgеlin iddiasına görə, оnun “Dünya ruhu” bütün planеt bоyu hərəкət еdir, özünüdərкin zirvəsinə dоğru addımlayır. Qədim Şərq – dünya ruhunun кörpəliк çağı, Yunanıstan- gəncliyi, Rоma- кamilliк dövrü, Gеrman dünyası- yetkinlik mərhələsidir. Hegel bir növ “milli iftixar” hissi ilə özünün mənsub olduğu toplumun- alman xalqının ən yetkin xalq, həmin xalqın qurduğu hakimiyyəti Prussiya monarxiyasının ən yüksək hakimiyyət forması, mövcud ictimai idarə sistemini isə ən son mərhələ hesab edirdi. Laкin Hegel onu da qeyd etməyi unutmurdu ki, bu sоn mərhələ Prussiya monarxiyasının hеç də qоcalaraq əldən düşməк əlaməti dеyil, əksinə, qüdrət və zəкa simvоludur.
    Bеləliкlə, ümumdünya tariхi Şərqdən Qərbə dоğru istiqamət götürür; laкin tariхi inкişaf prоsеsində Şərq öz “marşrutu” ilə hərəкət еdərəк lazımi “mənzilə” yеtişə bilməmişdir. Qərb və Şərqi bir çox əlamət və keyfiyyətlərinə görə müqayisə edən dahi filosof, Şərqin despotizmə meylli olduğunu dəfələrlə qeyd etmişdir. Hеgеl göstərirdi кi, şərqli хaraкtеrində zahirən bir-biri ilə zidiyyət təşкil еdən iкi cəhət birləşmişdir: hamının (ondan asılı olanların) üzərində höкm еtməк еhtirası və özünün asılı оlduğu adama кölə еtiqadı. Hеgеl öz fiкirlərini əsaslandırmaq üçün bir çох Şərq хalqlarının həyatından misallar da gətirirdi...
    Yeri gəlmişkən qeyd edək ki, bu gün yapon əsilli məşhur Amerika filosofu F. Fuкuyamanın tariхin sоnu haqqında müddəaları еlmi-fəlsəfi fiкirdə möhкəm yеr tutmuşdur. Amma unutmaq оlmaz кi, F. Fuкuyamadan əvvəl həmin idеyanın mahiyyətini К.Marкs açmışdır. О, bеlə hеsab еdirdi кi, maddi qüvvələrin qarşılıqlı əlaqəsi ilə müəyyənləşən tariхi inкişaf məqsədyönlü səciyyə daşıyır və (həmin inкişaf) bütün ziddiyyətləri həll еdərəк коmmunist utоpiyasına çata bitəcəк. Lakin bu tariхi коnsеpsiyanı Marкs hеç də “özündən” кəşf еtməmişdir. Həmin idеyanın ilк müəllifi К.Marкsın böyüк sələfi Hеgеl оlmuşdur. Hеgеl mövcud tariхi əvvəli və sоnu оlan bir prоsеs кimi qiymətləndirirdi; о, göstərirdi кi, başlanğıcın inкişafı və sоnu оlur. Bu, aksiomdur.
    Hеgеl öz dövründə sənayе inкişafının (gələcəк qlоballaşmanın! –F.M.) istiqamətlərini çох diqqətlə müşahidə еtmiş və оnun nəticələrini əvvəlcədən dəqiq qiymətləndirmişdir. Hеgеl hеsab еdirdi кi, коmmеrsiya münasibətlərini dövlət nizamlamalıdır. О, “Hüquq fəlsəfəsi”ndə” göstərirdi кi, bir tərəfin hədsiz sərvət tоplaması, adətən, digər tərəfin hədsiz кasıblaması, dilənçiliyə düçar olmaşı ilə nəticələnir. Оna görə də Hеgеl dövlət nəzarətinin zəruriliyini və azad sahibкarlara şərait yaratmağı хüsusi оlaraq diqqətə çatdırırdı. O, özünun son əsərlərindən birində (“İngilis Bill 1831-ci il islahatı haqqında”) zəruri, vaxtıçatmış islahatların aparılmaması nəticəşində cəmiyyətdə baş verə biləcək dağıdıcı- inqilabı proseslərin qaçılmaz olduğunu xatırladırdı.
    Böyüк mütəfəккir gələcəк dünyanın inкişafını insanla təbiətin qarşılıqlı, “ağıllı”, harmоniк təbii ünsiyyətində görürdü. О, sanкi gələcək еlmi-tехnкi tərəqqinin gətirəcəyi rahatlıqla yanaşı, qlоbal prоblеmlərin dоğulacağını da hiss еdərəк yazırdı кi, mədəniyyət gеt-gеdə sərt inкişaf qanunlarının zərbəsinə məruz qalır. О, sərvətin insanı əşyalaşdırması barədə çох böyüк ürəк ağrısı ilə söhbət açır: insan əməyinin get-gedə insan həyatı üçün qоrхunc tirana çеvrildiyini qеyd еdirdi; о, ümumdünya tariхini “ümumdünya məhкəməsi” adlandırırdı. Hegel göstərirdi кi, хalqlar, millətlər, fərdlər öz maraqları üçün nə qədər vuruşsalar, çalışsalar bеlə, əslində оnların hər biri və hamısı “dünya ruhunun” şüursuz alətləri və оrqanları olaraq qalmaqdadır; о, “mütləq ruhun” gеt-gеdə ziddiyyətlərin daha dərin qatlarına dоğru irəlilədiyini israr еdirdi; nəhayət, Hеgеl öz vətəndaşını əzən, оnu üzən, təhqir еdən, hədələyən, sıхan cəmiyyətdə azad оlmağın yеganə bir yоlunu göstərirdi: “Özünə çəкilməк”. Dünyanı az-çох dərк еdən şəхsiyyət yalnız özü-öz daхilində azadlıq, rahatlıq, arхayınlıq tapa bilər; böyüк dünyada-insan кiçiкdir, tənhadır. Кiçiк insan böyüк dünyanın prоblеmləri ilə üz-üzə dayanıb. Hegel insan və dünyanın prоblеmlərində paralеllər və həqiqət aхtarırdı. O, həqiqət haqqında deyirdi: "Əgər həqiqət abstraktdırsa, deməli, o, həqiqət deyildir”.
    Hegel bəşər övladinin bütün tarixi inkişafını, habelə, ədalət və azadlıq ideyalarının bərqərar olmasını zəka işığında nəzərdən keçirərkən insanın yaradıcl qüdrətinə yüksək dəyər verirdi. O, insana və onun ağlının təntənəsinəm inanırdı. O, birisinin “azadlıq” əldə etmək üçün başqasının azadlığına təcavüz etməsini, ədalət hissinin ədalətsız (zorakı) üsullarla “bərqərar olunmasını” qəbul etmirdi.
    Amma bütün günahları heç də təkcə arasıkəsilməz inkişafın “belinə yükləmək” düzgün olmazdı. Ona görə də, deyilənlərə artıq yuxarıda səslənən firkin kvintessensiyasını əlavə etmək olar: yalnız azadlığa tapınan toplum və fərd, tarix qarşısında öz missiyasını yerinə yetirə bilər. Yalnız ədalətə arxalanmaqla bütün tarixi “janrlar” öz tarixi yerini tuta bilər. Yalnız zəka işığında qlobal dünyanın qlobal problemlərinin obyektiv həllinə nail olmaq və cənnəti “o dünyanın” yox, bu dünyanın “parkına” çevirmək mümkündür.
    Hegel qədim yunan filosofu Heraklitin bir fikrini də xatırladırdı: “insanlar-öləri Allah, allahlar-ölümsüz insanlardır”.
    Yeri gəlmişkən, Hegellə bağlı ciddi elmi araşdırmalarda onun dinə və Allaha münasibəti heç də birmənalı qiymətləndirilmir. Bunun başlıca səbəbi dahi filosofun “Allahın öldüyü” barədə dediyi fikirlə bağlıdır. Xeyr, Hegel çoxlarının təsəvvür etdiyi kimi, ateist (həmçinin teist) deyildi. Unutmayaq ki, o, Tübingen universitetinin teoloji fakültəsini bitirmişdi, yəni ruhani təhsili almışdı. Üstəlik də kilsə tarixinə aid magistrlik dissertasiyası müdafiə etmişdi.
    Hegel belə hesab edirdi ki, əsl din insana mütilik yox, azadlıq hissi təlqin etməlidir; azadlıq zəkaya təzyiq göstərmir, əksinə, ona əsaslanır.
    Hegelin tələbəsi, digər alman dahisi Lüdviq Feyerbax yazırdı ki, insan Allahı öz obrazına uyğun yaradır və Allaha inam öz yerini insana inama verməlidir.
    Amma Hegel “Allah öldü” deməklə, nə Feyerbax kimi Allahı “insaniləşdirmək” fikrində olmuş, nə də Freyd kimi “ekstremist” möveqdə dayanmışdı.
    Hegel Allahın yeni obrazının yaradılmasına ehtiyac olduğunu düşünürdü.
    Bütün dahilər kimi Hegelin baxışlarını qəbul etməyən həmkarları da olmuşdur. Məsələn, Hegeli daim ələ salan Şopenhauerin fikrincə, Hegel ona görə qəbuledilməzdir ki, onun fəlsəfəsi "nə əsasları, nə də nəticələri bilir, yəni heç nə ilə sübut olunmur, özü də heç nəyi sübut etmir və heç nəyi izah etmir". Nitsşe Hegelin sistemini həddindən artıq sistematik və ya ehkam olması səbəbilə tənqid edirdi, çünki bu sistem insanın ruhunu və yaradıcılıq gücünü boğurdu. Kiyerkegor isə Hegeli ittiham edərkən bildirirdi ki, onun "Məntiq elmi" məntiqi sistem deyil, daha çox ekzistensial sistemə çevrilmək cəhdi kimi görsənir.
    Bir çox filisoflar Hegeli totalitarizmi dəstəkləməkdə günahlandırırdı. Bu, doğrudanmı belə idi? Filosof Herbert Markuze, Hegelin totalitarizmi fəlsəfi cəhətdən əsaslandırması ilə bağlı irəli sürülən ittihamlara cavab olaraq yazırdı ki, Hegel ilə totalitarizm arasında heç bir əlaqə yoxdur. Markuzeyə görə, Hegelin fəlsəfəsinin mərkəzində ağıl ideyası dayanır. Ağıl ideyası, idealist formada olsa da, azad və məntiqli həyat nizamlanmasına yönəlmiş konkret dünyəvi istəkləri qoruyub saxlayı. Hegelin fəlsəfəsinin əsasını təşkil edən strukturda azadlıq, subyekt, ruh və anlayış kimi ideyalar məhz ağıl ideyasından qaynaqlanır.
    Hegel dünya fəlsəfə elminin inkişafında xüsusi bir mərhələdir. Onun “Fəlsəfə elmləri ensiklopediyası”, “Ruhun fenomenologiyası”, “Din fəlsəfəsi”, “Hüquq fəlsəfəsi” kimi əsərləri bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Filosof “Məntiq elmi” əsərində dialektikanın mühüm qanun və kateqoriyalarının təhlilini vermiş, məntiq və idrak nəzəriyyəsinin mahiyyətini təhlil etmiş, dialektik məntiqin ilk geniş və əasalı sistemini yaratmışdır. Amma qeyd etmək lazımdır ki, Hegel fəlsəfəsində bəzi situasiyalarda dialektikanın mistikləşdirilməsinə də rast gəlmək mümkündür.
    Hegemon dövlətlərin özlərinin “bəyənmədikləri” dövlətləri müxtlif bəhanələrlə (məs., demokdatiya, azadlıq, ədalət prinsiplərinə xəyanət etməkdə) günahlandıraraq əzməsi, habelə, tiran və despotların öz xaqına qarşı qətliamlara imza atması, Hegelin gələcək haqqında pessimist düşüncələrinə bəraət verir.
    Bəzən böyük tarixi cinayətlər (məs., repressiyalar) tarixi qələbə kimi təqdim edilir.
    Və, nahayət, uzaqyörən, müdriк Hеgеl yazırdı кi, cənnət еlə bir parкdır кi, оrada adamlar yох, yalnız vəhşi hеyvanlar yaşaya bilər. Yəni prоqrеss hеç də həmişə insanlara хоşbəхtliк vəd еtmir. Hеgеl müasirləri arasında bəlкə də yеganə mütəfəккir idi кi, Amеriкa dövlətinin gələcəк fövqəladə inкişafını əvvəlcədən görürdü. O, vurğulayırdı ki, gələcəк inкişaf (biz indi inkişafın həmin həddini qlоballaşma adlandırırıq–F.M.) bir çох dəyərlərin üstündən хətt çəкə bilər. Bizcə, Hеgеl bir çox məsələlərdə ziddiyyətli və mübahisəli hökm və proqnozlar söyləsə də, özünün gələcək dünya düzümü haqda düşüncələrində tamamilə haqlı idi. Təəssuf ki, bəzən inkişaf və tərəqqi adı altında həyata keçirilən “transmilli layihələr” nəticəsində nəinki mədəniyyətlər, hətta, bəzən həmin mədəniyyətlərin daşıyıcıları- bütöv xalqlar belə, tarixin arxivinə gömülür.
    Bir çox hallarda tarix səhnəsihdə oynanılan tamaşanın “janrı”nı, yalnız aradan uzun bir zaman keçəndən sonra müəyyənləşdirmək olur; sən demə, faciə əvəzinə məzhəkə göstərirmişlər. Yuxarıda Hegeldən gətirdiyim iqtibasa mən yalnız bir fikri əlavə edə bilərəm: ümümdünya tarixi həm də ümümdünya məzhəkəsidir. Maraqlı burasıdır ki, həm məzhəkə (gülüş) göz yaşları gətirir, həm də faciə (kədər).
    Hegel yazırdı ki, individ sonsuz bir dəyərə malikdir. İnsanın mahiyyəti-ruh, insanın məzmunu isə azad ruhdur.









    Şopenhauer. “Pessimist fəlsəfənin”
    optimist nümayəndəsi

    O, vegetarianlığı təbliğ etsə də, ət xörəklərini, ümumiyyətlə yeyib-içməyi xoşlayırdı.
    O, qadınlara nifrət etsə də, varidatının bir qismini vaxtilə sevdiyi qadına vəsiyyət etmişdi.
    Onu öləndən sonra dahi kimi qəbul etdilər.
    O, Hegeli qəbul etmirdi.
    O, eqoist idi.
    Artur Şopenhauer — (22 fevral 1788-ci il, Qdansk- 21 sentyabr 1860-cı il, Frankfurt-na-Mayn). Artur Şopenhauer alman filosofu, irrasionalizmin ən tanınmış nümayəndələrindən biri və "pessimist filosof" kimi qəbul olunub.
    Artur Şopenhauer varlı tacir ailəsində doğulub. Onun atası Henrix Şopenhauer bir qədər qeyri-sabit xarakterə malik, tərs adam olsa da, səmimi və dürüst tacir kimi tanınırdı. Anası İohanna incəsənətə maraq göstərir və ədəbi yaradıcılıqla məşğul olurdu. Onun bacısı Adel yazıçı kimi tanınırdı.
    Gələcək filosof uşaq ikən sistematik təhsil almamışdı. Atası onu öz işini davamçısı kimi görmək istəyərək, doqquz yaşında Arturnu Le Avra göndərir. Orada Artur iki il atasının dostunun və ortağının ailəsi ilə yaşayır. Hamburqdakı xüsusi məktəbdə qısa müddət oxuduqdan sonra o, Avropa boyu səyahətə çıxır. Bu səyahət onun dünyagörüşünü xeyli formalaşdırır. 1805-ci ildə Artur, Hamburqda böyük bir şirkətdə ticarət sənətini öyrənmək üçün göndərilir, lakin gələcək filosof bu işə heç bir həvəs göstərmir. Henrix Şopenhauer 57 yaşında öz evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Bunun depressiya səbəbilə baş vermiş intihar olduğu ehtimal edilir. Atasının ölümündən sonra anası ona universitet təhsili almağa icazə verir.
    1809-cu ildə Artur Göttingen Universitetinin tibb fakültəsinə daxil olur, lakin yarım ildən sonra təbabət təhsilini davam etdirərək fəlsəfə fakültəsinə keçir. O, xüsusilə Platon və Kantı həvəslə öyrənir. 1811-ci ildən Berlin Universitetində Yunan və Latın ədəbiyyatı tarixi üzrə Volfun, fəlsəfə tarixi üzrə Şleyermaxerin və fəlsəfə üzrə Fihteyin mühazirələrini dinləyir. 1813-cü ildə doktorluq dissertasiyasını müdafiə edir.
    1814-cü ildə anası ilə münasibətlərini kəsdikdən sonra Artur Drezdendə məskunlaşır. Burada o, "Görmə və rəng haqqında" traktatını və "İradə və təsəvvür kimi dünya" adlı əsas əsərinin ilk cildini tamamlayır. 1820-ci ildə Berlin Universitetində dosentlik dərəcəsi alır və mühazirələr oxumağa başlayır. Lakin o, burada G. Hegelin “mənfi münasibəti” ilə qarşılaşır. Əslində Şopenhauer xaraktercə paxıl adam idi, başqalarının, xüsusilə həmkarı Hegelin şöhrəti onu rahat buraxmırdı. Elə həm də bu səbəbdən onu sevmir və bəhanə edirdi ki, Hegeldə real olan, isbatını tapmış heç nə yoxdur, hər şey quru, qısır bir nəzəriyyədir. O, Hegeli “yöndəmsiz şarlatan” adlandırırdı.
    Şopenhauer öz dövrünün akademik fəlsəfəsinin dilini tənqid edir və öz fəlsəfəsini sadə, obrazlı və aforizm şəklində ifadə etməyə çalışırdı. Yaradıcılığında pessimizmi təlqin etsə də, həyatda kifayət qədər optimist olan filosofun əsərləri ölümündən sonra çox geniş şəkildə populyarlıq qazanmışdır .
    Artur Şopenhauer 21 sentyabr 1860-cı ildə sətəlcəmdən vəfat etmişdir. Filosofun məzar daşında sadəcə iki söz yazılmışdır: "Arthur Schopenhauer".
    Artur Şopenhauer təbiətən qəribəliklərə malik bir insandı. O, Avropada həmin dövrün anlayışına görə “ahıl subay” kimi yaşamış, daxili və mənəvi azadlığı ilə tanınmış, adi həyati nemətləri əhəmiyyətsiz saymış, sağlamlığı birinci yerə qoymuş, mühakimələrində sərtliyi ilə fərqlənmişdir. O, son dərəcə şöhrətpərəst və həssas idi. İnsanlara inamsızlıq və həddindən artıq şübhəkarlığı ilə seçilirdi. Bəzən uydurulmuş və ya həqiqi səbəblərdən dəhşətə qapılırdı. Məsələn, 1813-cü ildə hərbi çağırışdan qorxurdu; yanğın təhlükəsinə görə həmişə alt mərtəbədə qalırdı; çiçək xəstəliyindən qorxaraq Neapoldan qaçmışdı; vəba təhlükəsi ilə Berlindən Frankfurta köçmüşdü; çox vaxt silahla yatır, ən kiçik səsdən qılıncla ayağa qalxır və qiymətli əşyalarını oğrulardan gizlədirdi.
    Haşiyə.Artur Şopenhauer özlüyündə maraqlı filosofdur. Vaxtilə haqqında geniş məqalə yazmışam. İndi həmin yazını tapa bilmirəm. Ya pozulub gedib, ya da kompyüterimdəki fayl və qovluq “cəngəlliklərində” it-bata düşüb. Qərara aldım ki, onun yaradıcılığına yenidən nəzər salım. Şopenhauer, heç də fikirlərini əksəriyyəti ilə razılaşdığım filosoflardan deyil. Elə elmi ədəbiyyatda da o, klassik deyil, “qeyri-klassik” filosof hesab olunur.
    Sanki fəlsəfə tarixində, ümumiyyətlə tarixdə iki Artur Şopenhauer mövcud olub. Birisi mütəfəkkir Şopenhauerdir ki, çoxlarını öz parlaq fikirləri, orijinal düşüncələri ilə heyran qoyur. İkinci Şopenhauer isə mizantrop-insanlara nifrət edən, eqoist, antisemit, bir sözlə adam içinə çıxarılması mümkün olmayan Şopenhauer. Görünür, elə buna görə də işini yaxşı bilib o, adam içinə çox da çıxmırdı. Daha çox itlərlə dost idi. “İkili”, təzadlı adam olduğu üstəlik ondan bilinirdi ki, sadə həyat tərzini təbliğ etsə də zəngin yaşayırdı, vegetarianlığı təbliğ etsə də yeyib-içməyi və xüsusən əti xoşlayırdı. Şıq geyinməyi sevirdi.
    Onun yüksək dilöyrənmə qabiliyyəti vardı. Doğma dili ilə yanaşı, latın, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl bilirdi. Ən çox vaxtını ikiotaqlı mənzilindəki kabinetində keçirirdi, burada onu əhatə edən əşyalar arasında Kantın büstü, Höte, Dekart və Şekspirin portretləri, Buddanın bürünc heykəli və divarlarda it təsvirləri olan on altı qravür vardı.
    Şopenhauerin kitabxanasında 1375 kitab var idi. Bununla yanaşı, o, oxumağa çox tənqidi yanaşırdı və yazırdı ki, həddindən artıq oxumaq yalnız faydasız deyil, həm də ağlı zəiflədir və insanı məcbur edir ki, ideyaları öz düşüncəsindən deyil, xarici mənbələrdən götürsün. Şopenhauer sxolastik düşüncəli "filosoflara" və "alimlərə", yəni daha çox “sitatbazlara” nifrətlə yanaşırdı , çünki o, müstəqil düşüncənin tərəfdarı idi. Onun ən çox sevdiyi kitablar sanskritdən latın dilinə tərcümə edilmiş Upanişadlar idi.
    Şopenhauer belə hesab edirdi ki, həyatda aktiv iştirakçı olmaq insanı əzaba sürükləyir. Həyat səhrasındakı yeganə vahə estetik müşahidədir: bu, insanı sıxan iradi impulsları keyləşdirir, və nəticədə fərd onu sıxan ehtirasların yükündən azad olaraq hadisələrin mahiyyətinə nüfuz edir.
    Bu intuisiyaya əsaslanan, irrasional (ağılüstü) və mistik bir anlayışdır, lakin bu anlayış başqalarına sənətkarlıq dünyagörüşü ilə çatdırılır. Bu mənada, Şopenhauer idrak nəzəriyyəsində elmi sübutun dəyərini qəbul edərkən, estetik intuisiyanı fəlsəfi yaradıcılığın ən yüksək forması hesab edir: "Fəlsəfə anlayışlardan ibarət bədii əsərdir. Fəlsəfə çoxdan boş yerə elm yolu ilə axtarılırdı, halbuki onu incəsənət yolunda axtarmaq lazım idi."
    Şopenhauer "kafi qanunu"nun təhlilində öz-özünə aydın olan həqiqətlərin təbiətini və sayını müəyyən etməyə çalışır. O, qeyd edir ki, "bütün təsəvvürlərimiz subyektin obyektləridir və bütün subyektiv obyektlərimiz bizim təsəvvürlərimizdir". Bunun nəticəsində, bütün təsəvvürlərimiz bir-biri ilə qanunauyğun əlaqədədir, bu əlaqə forması ilə apriori müəyyən edilə bilər. Beləliklə, təcrid olunmuş və müstəqil bir şey bizim obyektimiz ola bilməz.
    Şopenhauer hələ uşaqlıqdan səfər etmək imkanı sayəsində estetik zövqünü inkişaf etdirə bilmiş və gözəllik duyğusu onda xüsusilə klassik dünya ilə tanışlıq zamanı güclənmişdir. O, estetik zövqü həyatın çətinliklərində böyük bir təsəlli kimi tapmışdır: bu, həyat səhrasında bir vahədir. İncəsənətin mahiyyəti əbədi mükəmməl olan Arxetiplər-İdeyalar və dünya iradəsinin hər hansı iradə tərkibindən azad müşahidə fövqündə dayanır.
    İdeyalar zamansız və məkansızdır, lakin incəsənət məhz gözəl təsvirlərdə gözəllik duyğusunu oyadaraq bizə dünyanın gizli mahiyyətini hətta ağılüstü mistik yolla sezmək imkanı verir. Ayrı-ayrı incəsənət növləri və janrları dünya iradəsinin obyektivləşməsinin müəyyən pillələrini əks etdirir. Məsələn, memarlıq və estetik məqsədli tətbiq olunan hidravlika (süni şəlalələr, fəvvarələr) iradənin daha aşağı obyektivləşmə pillələrini əks etdirir — bunlar estetika formasında cazibə ideyasını nümayiş etdirir.
    Zərif bağçılıq və landşaft rəsmi bitki aləmini simvollaşdırır. Heykəltəraşlıq növbəti obyektivləşmə pilləsini təmsil edir. Nəhayət, insan ruhu heykəltəraşlıq və rəssamlıqdan əlavə özünün ən dolğun ifadəsini xüsusən də dram və faciədə, qismən də poeziyada tapır. Faciələr insan həyatının həqiqi məzmununu və mənasını açıqlayır. Şopenhauer yüksək nümunələr kimi yunan faciəçilərini, Hötenin "Faust"unu, Şekspirin əsərlərini, Bayronun "Kain" dramatik poemasını və Dantenin "İnferno"sunu misal göstərir. Lakin o, hesab edir ki, bütün digər incəsənət növlərindən yüksək olan bir növ daha var: bu, musiqidir. Şopenhauer öz estetik baxışlarında əsasən incəsənətin metafizik məzmununu vurğulayır, gözəlliyin formal şərtləri və tarixi inkişafı üzərində daha az dayanır.
    Şopenhauer iddia edirdi ki, incəsənət həqiqəti ifadə etməyin ən yüksək formasıdır və özünü əzabdan azad etməyə kömək edəcək bir üsul, bir vasitə kimi çıxış edə bilər.
    ...Şopenhauer incəsənətin bir növü kimi musiqiyə böyük önəm verirdi. O, hesab edirdi ki, musiqi iradənin obyektivləşməsinin hər hansı bir mərhələsinin ifadəsi deyil, “iradənin özünün təsviri” və onun dərin mahiyyətinin ən bütöv mistik ifadəsidir. Buna görə də musiqini mətnlə bağlamaq, onu xüsusi hisslərin ifadəsi üçün alət etmək (məsələn, operada) əslində onun əhəmiyyətini daraltmaq deməkdir. Musiqinin əsasını intonasiya təşkil etdiyi üçün o, qismən də olsa bizim şüuraltımızda iz buraxaraq sözlə əlaqəli emosional məzmunlu intonasiyalara müraciət edir, eyni zamanda abstrakt və subyektivdən kənarda qalır. Şopenhauer musiqi toxumasının funksiyaları ilə iradənin obyektivləşdirilməsinin təcəssümü arasındakı əlaqəyə xüsusi diqqət yetirir. Bas (musiqidə aşağı səs tembri) sanki planetar bir kütlə, melodiyanın səsləri isə insan ruhunun incə təkanlarının təcəssümüdür. Bununla yanaşı, Şopenhauer estetik göstərişlər də verərək qeyd edir ki, basa sürətli arpeggio (arpedjo-akkordların simdə ifa tərzi) və tril (trel- notların əvəzlənməsi) tətbiq etmək olmaz. Çünki temperasiyadan (temperasiya-musiqidə korreksiya, “dəyişmə”) uzaqlaşmaq eybəcər monstrların yaranmasına gətirib çıxarır.
    İncəsənətdə faciənin rolunu yüksək qiymətləndirən Şopenhauer, komik olanı da nəzərdən qaçırmır. Maraqlısı budur ki, filosof həm də gülüşün xüsusi nəzəriyyəsini təklif edir. Gülüş Şopenhauerin diqqətini dünya disqarmoniyasının estetik işıqlandırılması kimi cəlb etməli idi. Gülüşün mahiyyəti məlum olan konkret faktın, intuisiyanın ona uyğun olmayan ümumi anlayışa gözlənilməz şəkildə gətirilməsidir. Hər cür gülüşü sillogizm formasında ifadə etmək olar. Məsələn, bir dəfə Parisdə “Marselyoza”nın oxunması qadağan edilərkən, teatr tamaşaçıları aktyorlardan onu ifa etməyi tələb edirdilər. Səhnəyə bir jandarm çıxıb səs-küy salan tamaşaçılara bildirdi ki, səhnədə afişada qeyd olunmamış heç bir şey yer almamalıdır. “Bəs siz özünüz afişada qeyd olunmusunuz?!” – deyə tamaşaçılardan biri qışqırdı və teatrda gülüşə səbəb oldu. Şopenhauer gülüşü iki növə bölür. Birinci növ, müxtəlif real obyektlərin ümumi bir anlayışda birləşdirilməsi ilə bağlıdır və bunu o, “zarafat” adlandırır. Filosof fikirlərinə illüstrasiya üçün belə bir misal çəkir: bir kral soyuq havada nazik geyinmiş bir qaskoniyalı ilə zarafat edir. Qaskoniyalı ona deyir: “Əgər siz mənim geyindiklərimi geyinsəydiniz, onların çox isti olduğunu görərdiniz.” Kral onun nə geyindiyini soruşanda qaskoniyalı cavab verir: “Bütün qarderobumu.” Burada gülüş doğuran odur ki, “bütün qarderob” ifadəsi kralın böyük qarderobu və qaskoniyalının kasıb qarderobu üçün tamamilə fərqli məna ifadə edir. Təxminən eyni mexanizmə kalamburlar əsaslanır.
    İkinci növ gülüşü Şopenhauer “axmaqlıq”, xüsusilə də “pedant axmaqlığı” hesab edir.
    Şopenhauer gülüşün öz tipologiyasını da təklif etmişdir. O, “şit zarafat” ilə (qəsdən və nümayişkəranə şəkildə gülüş doğuran) “ironiya”nı (ciddi kimi təqdim edilən zarafatı bir-birindən fərqləndirir. O, hesab edirdi ki, sənət insanı müvəqqəti olaraq əzablardan azad edə, onu anı yaşamağa, dünyanın gözəlliyini və harmoniyasını hiss etməyə yönəldə bilər. Şopenqauer sənətin həqiqətin ən ali ifadə forması olduğunu və əzablardan qurtulmağa kömək edə biləcək bir metod kimi çıxış edə biləcəyini vurğulayırdı.
    Şopenhauerə görə, xoşbəxtlik— mənfi bir ölçüdür. O, hesab edir ki, hər bir zövq yolumuzda duran müxtəlif maneələrin aradan qaldırılmasına xidmət edir, müvəqqqəti bir şeydir və buna görə də uzun sürmür. Bunun nəticəsində insan ümidsizliyə qapılmamalıdır. O, sadəcə olaraq həyatın zövqləri və sevincləri ilə yaşamalı deyil, yolda qarşılaşacağı saysız-hesabsız çətinliklərdən qaçmağa diqqət yetirməlidir.
    Məşhur filosof qadınlara nifrət edir və onlardan çəkinirdi. Əslində, gəncliyində qadınları sevib, sonralar nifrət edib. Uzun ömrünü subay yaşayıb. Onun məşhur bir məsəli var: “Qadınlarsız yaşaya bilməyən kişi yalnız ginekoloq ola bilər”... Düzdür, o, ilk gəncliyində özündən on bir yaş böyük olan opera müğənnisi Karolin(a) Yagemann (Jaqemann) adlı xanıma vurulmuş, onunla evlənmək istəmiş, lakin arzusu gözündə qalmışdır. Qadın onu qətiyyən saya salmamışdır. Amma... maraqlı bir detalı da qeyd etmək lazımdır. Belə ki, Artur Şopenhauer ömrünün sonunda öz varidatının mühüm bir qismini bir zamanlar sevdiyi Karolinaya vəsiyyət etmişdir. Artıq bu vaxt qadının üç övladı və əri vardı. Bu cür hərəkəti yalnız Şopenhauer kimi zəka və ürək sahibləri edə bilərdi.
    O, deyirdi ki, evlənmək o deməkdir ki, “öz hüququnu iki dəfə azaldır, məsuliyyətini iki dəfə artırırsan”. Onun “Qadınlar haqqında” adlı məşhur essesi var. Şopenhauer qadınları “qeyri-estetik” musiqiyə, elmə, incəsənətə yad varlıq hesab edirdi.
    Artur Şopenqauer sevginin bir illüziya olduğunu hesab edirdi. Ona görə insan, arzularının yerinə yetməməsindən əziyyət çəkir, arzular yerinə yetirildiyi təqdirdə isə toxluqdan əzab çəkir.
    Lakin bütün bunlara baxmayaraq Şopenhauerin qadınlar və sevgi haqqında maraqlı və mübahisəli mülahizələri vardır.
    Şopenhauerə görə, sevgi — ağlın səsini üstələyən, insanları öz rifahlarını qurban verməyə vadar edən, böyük incəsənət əsərləri yaradan və... qəflətən kölgə kimi yox olan qarşısıalınmaz bir ehtirasdır. Bu güc — görünməz iradə, cinsi instinktdir. Şopenhauer cinsi sevginin sirrini məhz belə izah edir.
    Şopenhauerin təbirincə, sevgi bütün həyəcanları və insan həyatını tamamilə dolduran bu səs-küy əslində fərd üçün yox, yalnız növün davamı üçün əhəmiyyətlidir. Fərd yalnız sevdiyi şəxsin diqqətini qazanmağın onun həyatı üçün vacib olduğunu düşünür. Əslində isə sevgi fərd üçün faydalı heç nə vermir, əksinə, çox vaxt onun həyat qüvvələrini və rifahını alır. Ağıl prizmasından baxıldıqda, sevgi — dəlilikdir. Əgər fərd yalnız ağılı dinləsəydi, sevgi olmayacaqdı. Lakin bu halda insan nəslinin davamı dayanardı. Dünya iradəsi bunu qəbul edə bilməz. O, sevgi fenomenini məhz canlı varlıqların ağıllı eqoizmini aldatmaq üçün "icad edib".
    Şopenhauerin fikrincə, sevgi fərdin digər fərdə fiziki sahib olmağa can atması ilə bağlı olsa da, yüksək ehtiraslar sadə cinsi meyildən fərqlənir. O, sevginin insanları incəsənətə, xüsusilə poeziyaya sövq etməsini də bununla izah edir, çünki bu yolla insanlar ölümsüz, qeyri-adi, transcendental bir şeyin metaforik ifadəsini tapmağa çalışırlar. Sevgi ilə qurulmuş nikah, hətta uğursuz olsa belə, daha uca bir mahiyyət daşıyır, çünki o, təbiətin təyinatına uyğundur. Lakin hesablanmış nikahlar, adətən, daha xoşbəxt olur, çünki maraq nikahda sevgi illüziyası aradan qalxsa belə, öz aktuallığını saxlayır.
    Şopenhauer vurğulayır ki, onun "sevginin metafizikası" bütün fəlsəfi konsepsiyası ilə sıx bağlıdır: a)İnsan mahiyyətinin ölümsüz olması və gələcək nəsillərdə yaşamaya davam etməsi; b)bu mahiyyətin daha çox növə aid olması, fərddən üstün olması.
    Məhz bu səbəbdən sevgi bizi belə güclü təsir altına alır: sevgi, insanın mahiyyətinin ən dərin nüvəsinin ölümsüzlüyünün təminatıdır.
    Artur Şopenhauerin mühüm, başlıca fikirləri dediyimiz kimi, “Dünya iradə və təsəvvür kimi” əsərində əks olunub. Kitabın elə adından da görünür ki, o, nəyi təqdir və təsvir etməyə cəhd göstərib.
    Yeri gəmişkən, Avropa mədəniyyətində iradə anlayışını ilk dəfə Aristotel təqdim və təqdir etmişdir. O, bu anlayış vasitəsilə insanın xüsusi əməllərinin yaranmasını izah etməyə çalışmışdır. Bu əməllər insanın şüurlu şəkildə həyata keçirməli olduğu, lakin onları həyata keçirməyə həvəsi olmayan əməllər idi.
    Şopenhauerə görə, dünya iradəsi bütün təzahürlərində eyni mahiyyətə malikdir. Reallıq dünyasındakı bütün obyektlər iradənin obyektivləşməsi nəticəsidir. Lakin müxtəlif obyektlər və varlıq sahələrində bu obyektivləşmə səviyyəsi fərqlidir.
    Bəs həyatın mənası nədir? Bizə məlum olan həyat, Şopenhauerin ifadəsi ilə desək, bir növ " hansısa axmaq tərəfindən danışılan Maqbet hekayəsinə" bənzəyir. Şopenqauerin cavabı isə sadəcə olaraq "həyat iradəsidir". Yəni, həyatın mənası iradədir.
    Şopenhauer "iradə" sözünü "arzu", "meyl", "istək", "səy" və "çağırış" kimi ifadələrlə də təsvir olunacaq bir anlayış üçün istifadə etmişdir. Şopenqauerin fəlsəfəsinə görə, təbiət və insan da daxil olmaqla, hər şey doymayan "həyat iradəsinin" təzahürüdür.
    Elə bu fikirlərdən çıxış edərək göstərə bilərik ki, Şopenhauer həyat və ölüm haqqında orijinal fəlsəfi mühakimələr yürütmüşdür. O, ölümün böyük bir bəla olmağını vurğulamaqla kifayətlənmir. İnsan şüurunun bir an içində yox olması onu sanki nu daha çox mütəəsssir edir.
    Aydındır ki, yoxluğu hiss olunmayan bir şeyi itirmək faciə olsa da, orada olmamağımız bizi narahat etməməlidir, axı biz əvvəldən orada olmamışıq. Mənliyimizin qeyri-koqnitiv tərəfi ölümdən qorxur: bütün canlılara nüfuz edən ölümdən qaçmaq, yalnız kor iradədən irəli gəlir.
    Bizi ölümlə bağlı qorxudan şey həyatın sonu deyil, - daha çox bədənin məhv olmasıdır.
    İçimizdə ölənə qədər pozulmayan bir şey var. Doğum bizim varlığımızın başlanğıcı deyil. Ölümdən sarsılmayan varlıq əslində fərd deyil.
    Ölüm yalnız bir fərdin (fərdiliyin-F.M.) itirilməsi və digərinin üzə çıxması, yəni insanın yalnız öz iradəsinin rəhbərliyi altında fərdiliyin dəyişməsidir. Ölüm hər kəsin mahiyyətini (“essensiya"-F.M.) varlıq iddiasında (“ekzistensiya”-F.M.) dəstəkləyən dəlilikdir.
    Şopenqauerin "Polemika sənəti" əsərində səhvlər ironiya ilə qeyri-səmimi mübahisəçilərə məsləhət kimi təqdim olunur. O, bu münasibətə yazırd ki, əgər opponentiniz haqlıdır, lakin o, yanlış dəlil seçibsə, siz asanlıqla onu təkzib edə və bununla da onun səhv olduğunu iddia edə bilərsiniz.
    Dünya mədəniyyət tarixində Şopenhauer, daha çox, “qanadlı ifadələr” müəllifi kimi tanınır.
    Şopenqauerin bir çox ibrətamiz fikirləri zaman-zaman dillər əzbəri olmuşdur. Məsələn o, yazırdı: "Hər bir insan tam mənada yalnız tək olduğu zaman özü ola bilər”. O, hesab edirdi ki, varoluşumuzun ən xoşbəxt olduğu an, onu ən az hiss etdiyimiz andır. Bu səbəbdən də var olmaq yox, var olmamaq daha yaxşı hesab edilə bilərdi.
    Filosof daxili hisslərini özünəməxsus şəkildə belə ifadə edirdi: “Bəzən bizə elə gəlir ki, uzaq bir yer üçün darıxırıq, halbuki əslində biz orada, o uzaq məkanda və zamanda keçirdiyimiz vaxt, daha gənc və sağlam olduğumuz zaman üçün darıxırıq. Beləcə, zaman bizi məkanın maskası altında aldadır”.
    Şopenqauer yazırdı: “Sərvət duzlu su kimidir, nə qədər çox içsən, o qədər də susuzluq artır. Bu, şöhrətə də aiddir”. O, belə hesab edirdi ki, "normal", orta səviyyəli insan həyati həzzi özündən kənarda axtarmağa məcburdur: o, mal-mülk, vəzifə, həyat yoldaşı və uşaqlar, dostlar, cəmiyyət və s. kimi şeylərdə öz xoşbəxtliyini qurur. Buna görə, bu sadalanan nəsnələri itirdikdə xoşbəxtliyini də itirir. O cür adamın vəziyyətini belə ifadə etmək olar: ağırlıq mərkəzi həmin şəxsin xaricindədir. Bu səbəbdən, onun arzuları və kaprizləri daim dəyişir, əgər vəsait imkan verirsə, gah bağ evi, atlar alır, gah şənliklər və səyahətlər təşkil edir, ümumiyyətlə, geniş həyat sürür. O, xəstə bir insanın sağlamlığını kənarda - hansısa dərmanlarda axtardığı kimi, həzzi də xaricdə axtarır. Halbuki onun əsl qaynağı onun həyat qüvvəsidir.
    Şopenqauerin bir çox qənaətləri yenə aktualdır. O, sanki yuxarıda qeyd etdiyimiz fikirlərini davam etdirərək vurğulayırdı ki, insanın yaşadığı dünya, ilk növbədə, həmin insanın onu necə başa düşməsindən, yəni onun beyninin xüsusiyyətlərindən asılıdır: buna uyğun olaraq, dünya ya kasıb, darıxdırıcı və adi görünür, ya da əksinə, zəngin, maraqlı və əzəmətli olur.
    Orta səviyyəli insan vaxtını necə öldürəcəyini düşünür, istedadlı insan isə ondan necə istifadə edəcəyini düşünür... Ağıllı insan təkbaşına öz düşüncələrində və təxəyyülündə əla əyləncə tapacaq. Amma tamaşalar, səyahətlər və əyləncələr, nadanı darıxdırıcılıq cəngingindən qurtara bilməz.
    Şopenqauer yazırdı ki, ən ucuz qürur milli qürurdur. Bu, onunla yoluxmuş şəxsin fərdi keyfiyyətlərdən məhrum olduğunu göstərir, çünki əks halda o, özündən başqa milyonlarla insanın da malik olduğu şeyə müraciət etməzdi. Böyük şəxsi üstünlüklərə malik olan insan, öz millətinə diqqətlə baxaraq, ilk növbədə, onun çatışmazlıqlarını görməlidir. Amma yoxsul bir insan, qürur duymağa heç bir şeyə sahib olmayan biri, yeganə mövcud olanı əldə edir, yəni aid olduğu millətlə fəxr edir; və o, onun (mənsub olduğu millətin-F.M.) bütün çatışmazlıqlarını və axmaqlıqlarını sevərək müdafiə etməyə hazırdır.
    Haşiyə. Filosofun milli qürur haqqında söylədiyi fikir ondan bir qədər əvvəl yaşamış ingilis şairi Samuel Consonun və ondan bir qədər sonra yaşamış dahi rus yazıçısı Lev Tolstoyun söylədiyi bir fikirlə necə də səsləşir: “Vətənpərvərlik- əclafların son sığınacaq yeridir”.
    Şopenhauer Şərqə daim maraq göstərirdi. Peygənbərlərdən Buddanı sevirdi. İslamda kişinin dörd arvad almasını nəzəri cəhətdən təqdir edirdi. Amma bu məsələyə öz iradını da bildirirərək deyirdi ki, dörd arvad almaq yaxşı iş olsa da, eyni vaxtda dörd qaynanaya malik olmaq çox təhlükəlidir.
    Haşiyə. Vaxtilə mən aspirant, dissertant və tələbələrə dərs deyərkən Şopenhauer mövcud tədris planlarına daxil edilmirdi. Çünki o, alman filosofu olsa da “Klassik alman fəlsəfəsi”ndən uzaq hesab olunurdu. O, “qeyri-klassik” filosof kimi dəyərləndirilirdi. Doğrusunu deyim ki, bütün bunlara baxmayaraq, bir çox baxışlarını bölüşmədiyim Şopenhauerın həyat və fəaliyyəti haqqında auditoriyada məlumat verməyi özümə borc bilirdim. Axı onsuz alman və eləcə də dünya fəlsəfəsi bir qədər natamam görünərdi. Təqdiredici haldır ki, son illərdə Şopenhauerın bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur.
    Artur Şopenhauer bütün ziddiyyətlərinə baxmayaraq fəlsəfə tarixində öz yeri olan mütəfəkkirdir. O, ilk dəfə olaraq iradənin mahiyyətini və metafizik təhlilini verib, insan motivasiyası haqqında mülahizə yürüdüb (və bu termini ilk dəfə o işlədib), fəlsəfəyə yeni, bədii- aforistik bir stil gətirib. Və heç də təsadüfi deyildir ki, dünyanın bir çox sənət və düşüncə adamları (Fridrix Nitsşe, Rixard Vaqner, Albert Eynşteyn, Lev Tolstoy, Xorxe Luis Borxes və başqaları) onun yaradıcılığından təsirləndiklərini etiraf ediblər.
    Müasirləri sağlığında onu ciddi adam və filosof saymırdılar. Onu yalnız öləndən sonra dahi kimi qəbul etməyə başladılar.
    Sözün qısası, Şopenhauer belə Şopenhauer olub.















    Berdyayev. Azadlıq fəlsəfəsinin mübəlliği

    Berdyayev Nikolay Aleksandroviç (18mart 1874- 24 mart 1948) – rus ilihiyyatçı filosofu, rus ekzistensializmi və personalizminin nümayəndəsi. Berdyayevin atası Aleksandr Mixayloviç, general M.N. Berdyayevin oğlu idi. Berdyayevlər tatar knyazı Baxmetlərin şəcərəsinə aiddir. Berdyayevin ana tərəfdən əcdadları da məşhur tatarlar olmuş, Moskva knyazlarına xidmət etmək üçün Rusiyaya gəlmişdilər.
    Berdyayev ilk təhsilini evdə almış, sonra Kiyev Kadet korpusunda oxumuşdur. Altıncı sinifdə oxuyarkən hərbçi olmaq arzusundan daşınaraq, əvvəlcə Kiyev Universitetinin təbiət fakültəsinə, bir il sonra isə hüquq fakültəsinə daxil olmuşdur.
    O, 1897-ci ildə tələbə iğtişaşlarında iştirak etdiyi üçün həbs olunmuş, 1898-ci ildə qanunsuz ədəbiyyatı saxladığı və yaydığı üçün yenidən həbs edilmiş və universitetdən xaric olunmuşdur. 1899-cu ildə onun ilk məqaləsi — “F.A. Lange və sosializmə münasibətdə tənqidi fəlsəfə” adlı əsəri dərc olunmuşdur. Gələcək filosof 1900-cü ildə üç ilə yaxın sürgün həyatı yaşamışdır.
    1901-ci ildə Berdyayevin pozitivizmdən metafiziki idealizmə keçidini təsdiq edən “İdealizm uğrunda mübarizə” məqaləsi nəşr olunmuşdur. Bu istiqamət ilk dəfə “İdealizm problemləri” (1902), daha sonra “Nöqtələr” (1909) və “Dərinlikdən” (1918) məqalələr toplusu ilə tanınmışdır. Bu əsərlərdə 1905 və 1917-ci illər rus inqilablarında radikalların rolu kəskin şəkildə tənqid olunurdu.
    Berdyayev 1905–1907-ci illərdə Sankt-Peterburqda yaşayıb. O, həmin dövrdə əvvəlcə Sankt-Peterburqun ədəbi dairələrində, daha sonra Moskvada Dini-Fəlsəfi Cəmiyyətin fəaliyyətində iştirak etmişdir.
    Fevral inqilabını Berdyayev ruh yüksəkliyi ilə qarşılamışdır. Lakin Oktyabr inqilabına və bolşeviklərə çox mənfi münasibət göstərmişdir. 1919–1922-ci illərdə Berdyayev “Azad Ruhani Mədəniyyət Akademiyası”nı yaratmış və onun üç il fəaliyyət göstərməsini təmin etmişdir.
    Berdayev 1918-ci ildə Ümumrusiya Yazıçılar İttifaqının sədr müavini, 1920-ci ildə isə Moskva Universitetinin Tarix və Filologiya fakültəsi Berdayevi professor seçdi.
    Dili və qələmi “dinc durmayan” Berdayev 1920-1922-ci illərdə iki dəfə həbs edildi. Berdayev xatirələrində bu həbsi zamanı onu şəxsən Feliks Dzerjinski və Vatslav Menjinski tərəfindən dindirildiyini qeyd edirdi. 29 sentyabr 1922-ci il tarixdə ölkəni tərk edən Berdayev bir müddət Berlində yaşadı. Burada o, bir sıra alman filosofları ilə yaxından tanış oldu, burada 1922-ci ildə Dini-Fəlsəfi Akademiyanı yaratdı və rəhbərlik etdi.
    Berdayev 1924-cü ildə Parisə köçdü. Emiqrasiyada onun "Yeni orta əsr" "İnsanın təyinatı haqqında. Paradoksal etikanın təcrübəsi", "Rus ideyası", "Eshatoloji metafizikanın təcrübəsi” kitabları nəşr edildi.
    Nikolay Berdayev 1942-1948-ci illərdə yeddi dəfə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. Filosof 1948-ci ildə Fransada Klamardakı evində, iş otağında yazı masasının arxasında vəfat etdi. Ölümündən iki həftə əvvəl "Ruhun krallığı və Sezarın krallığı" kitabını tamamlamağa nail olmuşdur.
    Nikolay Berdayev fəlsəfi fəaliyyətə marksist kimi başlasa da, sonra tədricən ekzsistensializm fəlsəfəsinə meyl göstərməyə başladı.
    Berdayev fəlsəfəsini ifadə edərkən esse üslubuna üstünlük verirdi və fəlsəfəni elmlə eyniləşdirməyə qarşı çıxırdı. Elmi yanaşmanı “ruhun aşağı varlıq sahələrində əsarəti” adlandırırdı. Berdayevə görə, fəlsəfə yaradıcılıq və şəxsiyyətlə daha çox bağlı olan bir sənət növüdür. Onun fəlsəfəsinin əsas anlayışları azadlıq (zərurətə qarşı antitezis kimi) və yaradıcılıq yolu ilə yadlaşma üzərində qələbədir. Berdayev hesab edirdi ki, məhz xristianlıq azadlıq dinidir, çünki məhz bu din vasitəsilə azad subyektin fəaliyyəti ilə xarici şəraitin öhdəsindən gəlmək mümkündür.
    Bəli, Nikolay Berdyayev öz həmkarları Vladimir Solovyov və Florenski kimi xristianlığın mübəlliği idi.
    Haşiyə.Yeri gəlmişkən, bu günün özündə belə rus fəlsəfi mühitində “təmiz fəlsəfi yaradıcılıqdan” söhbət gedərkən yenə bu üç filosofun adı çəkilir. Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu “üçlükdən” biri- Nikolay Berdyayev türk kökənli idi. Pavel Florenski Azərbaycanda Yevlax stansiyasında doğulmuşdu. Vladimir Solovyov isə özünü filosofdan çox, şair hesab edirdi. Ümumiyyətlə, Rusiyada yaradıcı filosof olmayıb. Amma rus filosofları arasında güclü fəlsəfə tarixçiləri olmuşdur.
    Nikolay Berdyayev mühacirətdə olduğu dövrdə-1937-ci ildə Rusiyada kommunist dünyagörüşünün inkişaf tarixi haqqında “Rus kommunizminin mənbəyi və mənası” adlı maraqlı əsər nəşr etdirmişdir. Bu əsərində rus kommunizmi və inqilabla yanaşı Lenin haqqında da maraqlı məlumat verilir. Berdyayev yazırdı: “Lenin tipik rus insanı idi. Onun xarakterik, ifadəli simasında bir az rus-monqol cizgiləri vardı. Leninin xarakterində yalnız rus ziyalısı üçün deyil, ümumilikdə rus xalqı üçün xarakterik xüsusiyyətlər vardı: sadəlik, bütövlük, kobudluq, bəzəklərə və ritorikaya sevgisizlik, praktik düşüncə, əxlaqi əsaslı nihilizmə meyl… Onun simasında rus ziyalısının cizgiləri rus dövlətini qurmuş və qorumuş insanların xüsusiyyətləri ilə birləşirdi… O, inqilabi ideyanın maksimalizmini, totalitar inqilabi dünyagörüşünü mübarizə vasitələrində, praktiki siyasətdə çeviklik və opportunizmlə birləşdirirdi. Yalnız belə insanlar uğur qazanır və qalib gəlirlər”.
    Kitabında Nikolay Berdyayev inqilab lideri haqqında həmçinin bunları yazır:
    “Lenin antihümanist olduğu kimi, antidemokratdır. Bu baxımdan o, təkcə kommunist deyil, həm də faşist çevrilişlərinin dövrü olan yeni bir epoxanın adamıdır… Leninizm, əlbəttə, faşizm deyil, lakin stalinizm artıq faşizmə çox bənzəyir.” Stalindən söhbət açan filosof daha dərinə gedərək belə nəticəyə gəlir ki, “Stalin Şərq tipli, Asiya tipli dövlətçidir… Ona faşizmin bütün xüsusiyyətləri xasdır: totalitar dövlət, dövlət kapitalizmi, millətçilik, liderçilik və əsas olaraq hərbiləşdirilmiş gənclik. Lenin müasir mənada diktator deyildi. Stalin isə müasir, faşist mənasında lider-diktatordur”.
    Berdyayev Marksla Leninin arasında olan əsas ziddiyyəti də açıb göstərir və belə hesab edir ki, Marks dövlətin rolunun azalacağı, ümumiyyətlə yox olacağını proqnozlaşdırırdısa, Lenin marksizmi dövlətin rolunun gücləndirilməsi istiqamətində dəyişdirdi, cəmiyyətdən üstün olan dövlət diktaturasını yaratdı.
    Nikolay Berdyayev iddia edir ki, insan azadlığı — bu, hətta Tanrının belə güc gələ bilmədiyi bir qüvvədir. İlahiyyatçı alim, insanda mahiyyəti deyil, mövcudluğu görür və əslində insanı azadlıqla eyniləşdirir.
    Azadlıq və yaradıcılıq — insanda Allahın təcəlləsi və bənzərliyidir. Allahın surəti azadlıqdır, insan isə Allahın yaratdığı azadlığı özündə daşıyır və buna görə də bu yaradıcı prosesin davamçısıdır. Yaradıcılıq isə bənzərlikdir, yəni insan tamamilə yeni bir şey yarada bilir.
    Berdyayev göstərir ki, həyatın mənasını həyatın qüvvəsi kimi anlamaq yanaşması estetik dünyagörüşü şəklini alır. Bu mövqe Nitşenin fikirlərində parlaq şəkildə ifadə olunub. Nitşenin nəzərində dünya mənəvi deyil, estetik fenomen kimi özünü doğruldur. Dünya estetik mənaya malikdir və bu, həyatın instinktlərinin qüvvəsi ilə təmin olunur.
    Həyatın mahiyyəti bir neçə əsas elementi əhatə edir: özünüreallaşdırma, maariflənmə və özünütəsdiq: insanın özünü anlamağa, maariflənməyə və potensialını tam açmağa gedən yolu.
    Berdyayev “İnsanın missiyası” kitabında yazır: “Mədəniyyət insanın Tanrıya qayıdış yoludur”.
    Berdyayevin ekzistensial düşüncəsinin əsas problemi — insan varlığının və onunla bağlı ümumi mövcudluğun mənasıdır. Berdyayevin fəlsəfəsində insan baxışının zəruriliyi vurğulanır və burada həqiqət mövcuddur.
    Berdyayevə görə, yaradıcılıq — Allahın insandan gözlədiyi şeydir: dünyanı yaratmış Yaradan, insana yaradıcılıqla və yaradıcı fəaliyyətlə, itaətkarlıq və təvazökarlıqla deyil, mütləq xilas olmaq və yaradıcılıqda iştirak etmək imkanı verib.
    Berdyayev rus dini fikrinin əsas ideyası kimi Allah-insanlıq ideyasını, tandemini görürdü, lakin onun üçün başlanğıc nöqtəsi şəxsiyyət ideyası idi, yəni “cismləşmiş ilahi ruh”dur.
    Berdyayev tez-tez özünü “azadlıq filosofu” adlandırırdı. O, azadlığı əsas ontoloji reallıq kimi anlayırdı. Yəni insan real dünyadan, “gerçəkliklər dünyasından” azadlığa çıxmaq üçün çalışmalıdır.
    Berdyayevin fikrincə, insan probleminin əsası azadlıq, yaradıcılıq və insan idrakının müəmmasıdır. İnsan idrakının və mövcudluğun sirri məhz insanda gizlidir. İnsan bu dünyada izaholunmaz olan, varlığın özünə doğru sıçrayışın yalnız onun vasitəsilə mümkün olduğu müəmmalı varlıqdır.
    Berdyayev realığılı dualist şəkildə təqdim edir: bir tərəfdə ruh (Allah), azadlıq, subyekt (şəxsiyyət, “Mən”), noumen, digər tərəfdə isə empirik dünya, zərurət, fenomen və obyekt qarşı-qarşıya qoyulur. Hər iki dünya bir-birindən təcrid olunmuş şəkildə mövcud deyil, bir-biri ilə qarşılıqlı əlaqədədir: ruh və azadlıq noumenal dünyadan çıxaraq, fenomenal dünyaya təsir edir. Ruhun bu dünyadakı fəaliyyətinin nəticələri subyektdən qoparaq empiriyanın məhdudluqlarına – qanunlara tabe olur. Azadlığın bu cür şəkildə zərurətə düşməsini Berdyayev obyektivləşmə adlandırır və iztirab, köləlik, şərin ontoloji əsasında onun dayandığını iddia edir. Filosofun fikrincə, bu dünyada obyektivləşməyə qarşı duran yaradıcılıqdır. Yaradıcı subyekt bu dünyanı öz içinə alır, azadlıq və ruh üçün açıq olan daxili dünyasını ora əlavə edir. Beləliklə, bu dünyanı (empiriyanı) dəyişdirməklə onu obyektivləşmədən azad edir. Yaradıcı aktın nəticələri yenidən obyektivləşməyə məruz qalsa da, ruhun özü daim azaddır. Berdyayev yaradıcılığı (obyektivləşmənin qarşısını almağın yolunu)eyni zamanda dünya tarixinin məna və təyinatı kimi də müəyyən edir. Filosofun şəxsiyyətlə bağlı fikirləri də maraqlıdır. Onun fikrincə, şəxsiyyət empirik fərd deyil, obyektivləşməyə tabe olmayan, yaradıcı və azad insandır. Cəmiyyət isə şəxsiyyətin bir hissəsidir. Şəxsiyyətin başqaları ilə ünsiyyəti və onlarla birliyi onun daxili dünyasının ayrılmaz hissəsidir, lakin Berdyayev şəxsiyyəti arxa plana çəkən və ona şəxssiz-universal kollektivin strukturlarını calayan məcburi sosiallaşmanın əleyhinədir. Berdyayevə görə, şəxsiyyətin azadlıq və ləyaqəti dövlətdən üstündür.
    Haşiyə. Qeyd etdiyim kimi, Nikolay Berdayevin “Rus kommunizminin mənbəyi və mənası”adlı əsəri daha məşhurdur. Bu əsərin Sovetlər dönəmində nəşri uzun müddət qadağan edilmişdi. Həmin əsər yalnız totalitar sistemin dağıldığı ərəfədə kitab dükanlarında görünməyə başladı. Mən həmin kitabı ötən əsrdə 90-ların əvvəlində əldə etdim. Bir dəfə söhbət əsnasında o zaman “Xəzər” jurnalının baş redaktoru olan hörmətli şairimiz Vaqif Cəbrayılzadə həmin əsəri tərcümə etməyimi təklif etdi. Mən tezliklə əsəri dilimizə çevirib redaksiyaya təqdim etdim. “Rus kommunizminin mənbəyi və mənası”nın böyük bir parçası tezliklə, səhv etmirəmsə, 90-cı il saylarından birində nəşr edildi. Dediyim kimi, jurnalda əsərin bir parçası oxuculara təqdim edilmişdi. Sonralar bir sıra nəşrlərdə Berdyayevin məşhur əsərinin digər hissələri də dərc olundu... Maraqlı burasıdır ki, aradan təxminən iyirmi beş il keçəndən sonra yaxın dostum, mərhum professor Babək Qurbanov günlərin bir günü Türkiyədə türkcə nəşr etdirdiyi “Rus kommunizminin qaynağı və mənası” kitabını mənə təqdim etdi. Kitab yüksək səviyyədə tərcümə edilmiş, elə yüksək poliqrafik biçimdə nəşr olunmuşdu. Təbii ki, Babək müəllim vaxtilə mənin etdiyim tərcümədən bixəbər idi. Mən mərhum dostumun kitabı haqqında mextəsər bir rəy də yazdım...
    İkinci Cahan müharibəsini Berdyayev kədərlə qarşıladı. O, Rusiyadan nigaran idi. Filosof faşizmə dərin nifrət bəsləyirdi. O, Hitlerin qələbəsinə qarşı çıxırdı, lakin Stalini Hitlərdən çox da fərqləndirmirdi.
    Həmin dövrdə Berdyayev rus ədəbiyyatının rus təfəkkürünün formalaşmasında xüsusi rolunu qabardaraq vurğulayırdı ki, bu ədəbiyyat öncəgörmələrlə və proqnozlarla doludur. Belə ki, 19-cu əsr rus şair və yazşçılarının çoxu Rusiyanın uçurum qarşısında olduğunu hiss edirdi. Onların bir çoxu, Rusiyanın uçurum qarşısında olduğunu yazırdılar.
    Berdyayevə görə, yaradıcılıq ən çox romantizmdə təzahür edir, burada “transsendent sıçrayış” və “xristian mənəviyyatı” mövcuddur. Berdyayev mədəniyyəti obyektivləşmə və yaradıcılığın yan nəticəsi kimi görür ki, bu da dünyanın dəyişdirilməsinə yönəlmişdir. Buna görə də, “həqiqi yaradıcılıq teurqiyadır”. Yaradıcılıq haqqında düşünərkən, Berdyayev onu “mistik-panteistik” emanasiya və “materialist-naturialist” təkamüllə müqayisədə fərqləndirir. Yaradıcılıq sadəcə yenidən bölüşdürmə deyil, “orijinal bir aktdır”. Berdyayev yaradıcılığı yalnız bir Tanrı ilə məhdudlaşdırmır, əksinə “yaradılışın səkkizinci günü” haqqında, yəni insanın da iştirak etdiyi davam edən yaradılış haqqında təlim irəli sürür. Bəzən Yaradan kimi olmaq cəhdi “ölü mexanizmlər” yaratsa da, yaradıcı dahi olmaq müqəddəsliklə bərabər tutulur. Berdyayev dahiliyi “cəsarətin müqəddəsliyi” adlandırır.
    Berdyayev azadlıq mübəlliği idi. O, belə hesab edirdi ki, azadlıq toxluq, razılıq, asanlıq və həzz deyil, o, ağırlıq, çətinlik və əzab deməkdir. İnsan həyatında elə bir vaxt gəlməlidir ki, o, bu ağırlığı, çətinliyi və əzabı üzərinə götürsün... Azadlıqda həyat daha çətin, məsuliyyətli və faciəvidir. Azadlıq etikası sərtdir və qəhrəmanlıq tələb edir.
    Berdyayev deyirdi ki, həqiqət azadlıqda və azadlıq vasitəsilə dərk edilir. “Mənə zorla qəbul etdirilən, azadlıqdan imtina etməyi tələb edən həqiqət – həqiqət deyil, şeytani cazibədir. Həqiqəti dərk etmək məni azad edəcək. Ancaq burada bir azadlıq əvvəlində, bir azadlıq isə sonunda var. Mən azad şəkildə məni azad edən həqiqəti dərk edirəm. Dünyada heç bir avtoritet bu həqiqəti mənə zorla qəbul etdirə bilməz”.
    Berdyayevə görə, Allah azadlıq deməkdir və azadlıq verir. O, hökmdar deyil, xilas edəndir- dünyanın köləliyindən qurtuluş bəxş edir. Allah zərurət vasitəsilə deyil, azadlıq vasitəsilə hərəkət edir və azadlıq naminə fəaliyyət göstərir. O, özünü qəbul etməyi məcbur etmir. Habelə, “azadlığın ən böyük düşməni – tox və məmnun kölədir”. Bu fikir də Berdyayevə aiddir.
    Söz yox ki, azadlıqdan söhbət açan şəxs vicdan məfhumundan kənar qala bilməzdi. Berdyayevə görə, vicdan – insan təbiətinin Tanrı ilə təmasda olduğu, Allahdan xəbər aldığı və Tanrının səsini eşitdiyi dərinlikdir. Vicdan insanın içindəki ruhani, fövqəl-təbii başlanğıcdır… Habelə, vicdan – insan təbiətinin Allahdan tamamilə uzaqlaşmadığı, ilahi aləmlə əlaqəsini qoruduğu dərinlikdir. Berdyayevin subyektiv qənaəti belədir: “Ruhani-dini həyatda mən vicdanımdan kənarda və ya ona qarşı heç nəyi qəbul edə bilmərəm. Belə olsaydı, b, ruhani hadisə olmazdı, çünki ruh azadlıqdır”.
    Filosofun vicdanla bağlı bir çox fikirləri bu gün də maraq doğurur və bir çox reallıqları özündə əks etdirir: “Vicdanımız yalnız ilkin günah səbəbilə deyil, həm də müxtəlif sosial quruluşlara məxsus olduğumuz üçün çirklənmiş və bulanmışdır. Bu quruluşlar özlərini qorumaq məqsədilə yalanı həqiqətdən daha faydalı hesab edir”.
    Berdyayev belə hesab edirdi ki, ateizm – Tanrıya olan kölə münasibətimiz üçün bizə verilən cəza, dialektik materializm – bir-birinə uyğun gəlməyən şeylərin absurd şəkildə birləşdirilməsi, marksizm-leninizm isə daim dialektikadan vulqar materializmə, nəticədə isə nifrət etdiyi mexanizmə yuvarlanan bir baxışdır.
    Berdyayevın inqilab və inqilabçılarla bağlı fikirləri də diqqəti çəkir. O, deyirdi ki, ruslar Rusiyanı inqilabdan və bolşeviklərdən nifrət etməyimizdən daha çox sevməliyik. “İnqilabçılar gələcəyə sitayiş edirlər, lakin keçmişdə yaşayırlar.
    İnqilab – köhnə həyatın sonu, yeni həyatın başlanğıcı deyil, uzun bir yolun əvəzi, keçmişin günahlarının ödənilməsidir. İnqilab həmişə hakimiyyət sahiblərinin öz vəzifələrini yerinə yetirə bilmədiyini göstərir… Rus xalqı olduqca qütbləşmiş bir xalqdır, yəni özündə əkslikləri birləşdirir. Ona həm valeh olmaq, həm də məyus olmaq mümkündür. Ondan həmişə gözlənilməzliklər gözləmək olar; o, həm böyük sevgi, həm də böyük nifrət hissi yaratmağa qadirdir”.
    Berdyayev insanlar arasında onları bir-birinə bağlayan tellərin vacibliyini qeyd edirdi. Bu, məhəbbət, ehtiram, hörmət hissləridir. O, deyirdi ki, məhəbbət – başqasını Allahda görməkdir... Məhəbbət öz təbiəti etibarilə faciəvidir, çünki onun ehtirası empirik olaraq doyumsuzdur. O, insanı həmişə mövcud dünyadan çıxarır, sonsuzluğun sərhədinə aparır və digər dünyaların mövcudluğunu üzə çıxarır... Vəzifə, qanun, cəmiyyətin fikirləri və normaları naminə məhəbbətdən, məhəbbət hüququndan və azadlığından imtina etmək olmaz, amma mərhəmət və azadlıq naminə imtina etmək olar. Məhəbbət ruhun və canın birləşməsindən doğulur. Məhəbbət – həyatın universal enerjisi kimi, pis ehtirasları yaradıcılıq ehtiraslarına çevirə bilən bir qabiliyyətə malikdir. Sevgi həmişə qanunsuzdur. Qanuni sevgi ölü sevgidir. Qanunilik yalnız adi hallar üçün mövcuddur, sevgi isə adilikdən kənardır. Sevgi həyatın şəxsi-intim sahəsidir və cəmiyyət bu sahəyə müdaxilə etməməlidir. Məhəbbətimiz həmişə nifrətimizdən güclü olmalıdır.
    Berdyayevin bir çox hadisə və proseslər haqqında dediyi fikirlər bəzən aforizm kimi səslənir. O, yazırdı:
    “Fanatizm – həqiqətin tamlığını dərk etməkdəki acizlikdən doğan bir növ ağılsızlıqdır.
    Fəlsəfə – həqiqətə olan məhəbbət məktəbidir.
    Xristianın həyatı – özünü çarmıxa çəkməkdir.
    Yaradıcılığın sirri – azadlıq sirridir.
    Dövlətin mövcudluğu yer üzündəki həyatı cənnətə çevirmək üçün deyil, onu tamamilə cəhənnəmə çevirməkdən qorumaq üçündür...”
    Berdyayevin təkcə həyat və ya məhəbbət haqqında söylədiyi fikirlər deyil, elə ölüm ilə bağlı düşüncələri də maraq kəsb edir. O, deyirdi:
    “Həyat zəifliyində deyil, gücündə, gərginliyində və hədsizliyində ölümə sıx bağlıdır... Məhəbbəti hədsiz gücü və faciəsiylə qəbul edən insan ölümü də qəbul edir...
    Yaxın bir insanın xəstəliyi və ölümü təhlükəsi ilə bağlı narahatlıq və qorxu yaşamaq olar. Amma ölüm anı gəldikdə, artıq narahatlıq və adi qorxu yox olur, bunun yerini ölümün sirri qarşısında mistik qorxu və ölümün olmadığı bir dünyaya həsrət tutur...
    Ruhun ölməzliyi məsələsi tamamilə köhnəlmiş metafizikaya aiddir. Ölüm həyatın ən dərin və ən əhəmiyyətli faktıdır... Yalnız ölüm faktı həyatın mənası haqqında sualı dərinliklərdə ortaya qoyur. …Ölüm – ən son qorxu və… əbədiyyətə yeganə çıxış yoludur. Bənzərsiz həyat və əbədiyyət yalnız ölüm vasitəsilə əldə edilə bilər. İnsan ümidlərinin sonu ölümə bağlıdır, çünki ölüm bu dünyadakı pisliyin hökmünü açıq şəkildə göstərir. ..
    Ölümün mənası ondadır ki, zamandan kənarda əbədiyyət mümkün deyil, zamanın sonu olmayan şey mənasızdır.
    Ölümü yalnız həyatın son anı kimi başa düşmək olmaz, bu anın ardından ya yoxluq, ya da axirət həyatı gəlir. Ölüm bütün həyata yayılan bir fenomen olaraq dərk edilməlidir. Həyat ölüm və ölməklə doludur. Həyat daimi bir ölmə, hər şeydə sonun başa çatması və əbədiyyətin zaman üzərində hökmranlığıdır.
    İnsanın və dünyanın ölümü yalnız mənasızlığın zəfəri, günahın nəticəsi və qaranlıq qüvvələrin üstünlüyü deyil, həm də mənanın zəfəridir; o, ilahi həqiqəti xatırladır və yalanın əbədi olmasına mane olur…”
    Berdyayev rus vətənpərvədi idi. O, bəzən ifratçılığa da varır, “rus ruhunu” idealizə edirdi. O, hesab edirdi ki, rus torpağının və rus ruhunun genişliyi, sərhədsizliyi və sonsuzluğu arasında, fiziki coğrafiya ilə mənəvi coğrafiya arasında bir uyğunluq var. Rus xalqının ruhunda rus çölündə olduğu kimi genişlik, sərhədsizlik və sonsuzluğa canatma mövcuddur.
    Amma filosof onu da anlayırdı ki, ruslar yalnız öz geniş əraziləri ilə fəxr etməməli, dünyaya inteqrasiya olunmalıdır. Berdyayev yazırdı: “Rus xalqının missiyası insan cəmiyyətində, təkcə Rusiyada deyil, bütün dünyada sosial ədalətin həyata keçirilməsindən ibarətdir”. O, bu məsələdə tamamilə haqlı idi.
    Və nəhayət. Azadlıq mübəlliği Berdyayevin onillər öncə dediyi bir fikir onun bütün fikirlərinə bu gün də epiqraf kimi qəbul edilə bilər. Filosofun ruhuna ehtiram hissi ilə yazını həmin fikirlə bitirirəm: “Azad vicdan ən böyük mənəvi nemət və mənəvi həyatın mümkünlüyünün ən əsas şərtidir“.
















    Kitaro. Yapon fəlsəfəsində Qərb-Şərq “körpüsünün” memarı

    Nisida Kitaro (19 aprel 1870 – 7 iyul 1945) Yaponiyanın görkəmli idealist filosofu və Kioto fəlsəfi məktəbinin banisidir. O, 1894-cü ildə Tokio Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Kitaro 1899-cu ildə İşikava prefekturasında yerləşən Dördüncü Ali Məktəbdə, daha sonra Kioto Universitetində fəlsəfə professoru olmuşdur. Nisida 1927-ci ildə təqaüdə çıxmış, 1940-cı ildə Mədəniyyət Ordeni ilə təltif edilmişdir. O, 1940-cı ildən etibarən Çiba Texnologiya İnstitutunun yaradılmasında iştirak etmişdir.
    Filosof 75 yaşında dünyasını dəyişmişdir.
    Nisidanın mumiyalanmış nəşi üç yerə bölünmüş və üç yerdə dəfn olunmuşdur. Belə ki, nəşin dəfn olunduğu birinci yer: onun doğulduğu yerdə, Unookedə, İşikava prefekturasında ailə qəbiristanlığında. İkinci yer: Tokey-ci məbədində, dostu Suzuki tərəfindən təşkil edilən mərasimlə dəfn edilmişdir. Suzuki özü də sonradan bu məbəddə torpağa tapşırılmışdır. Üçüncü yer isə Myosin-ji məbədinin Reiunin bölməsindədir.
    Haşiyə. Xatırlatmaq istəyirəm ki, Buddanın nəşi də tələbələri tərəfindən bir neçə yerə bölünərək dəfn olunmuşdur. Bu ritual, görünür ki, hind-çin ənənəsində müəyyən bir yer tutur.
    Kitaro Nisida müasir yapon fəlsəfəsinin formalaşmasına mühüm təsir göstərmişdir. Onun Qərb metodologiyası və terminologiyasını Şərq ideyaları ilə birləşdirmək cəhdi bu gün də aktualdır. Qərbi Avropa fəlsəfəsinə, xüsusən klassik alman fəlsəfəsinə maragının kökündə Husserlin fenomenologiyasının mühüm təsiri olmuşdur. O, həmçinin Qərbin ilahiyyatçı mütəfəkkirlərinin apofatik (apofatizm- inkar vasitəsilə dərk etmə-F.M.) baxışlarına, habelə ekzistensializmə yaxından bələd olmuşdur. Kitaro yalnız ənənəvi səciyyə daşıyan mənəvi və fəlsəfi praktikalara deyil, həm də Qərb fəlsəfi düşüncəsinə əsaslanaraq, həqiqətən ilk dəfə sistemli yapon fəlsəfi təlimini yaratmışdır. Kitaroya ekzistensializm, neokantçılar və intuisiyaya əsaslanan yanaşmalar güclü təsir edilmişdir.
    Nisida öz fəlsəfi sistemini 1920-30-cu illərdə meydana gəlmiş aşağıdakı əsərlərində təqdim etmişdir: “Ümumi özünüdərketmə sistemi” (1929), “Özünüdərketmədə heçliyin tərifi” (1931), “Fəlsəfədə əsas məsələ” (1933).
    Nisida Kitaro nəzəriyyələrinin universallığı hər şeydən əvvəl onun yunan fəlsəfəsinə (Aristotel, Platon, Demokrit) müraciət etməsi ilə səciyyələnir. Müqayisəli dəyər baxımından yanaşsaq Kitaronun təlimi fəlsəfənin hüdudlarından kənara çıxır və vahid dünya fəlsəfəsinin bir hissəsi kimi dəyərləndirilir. Qərb nəzəriyyələrinin əsas ziddiyyətləri, Kitaro tərəfindən Zen fəlsəfəsindən gətirilmiş xüsusi məntiq və fəlsəfi paradiqmaya uyğun olaraq aradan qaldırılır. Beləliklə, Nisida Kitaro təliminin tədqiqi dünya fəlsəfi diskursunun inkişafı üçün də aktualdır.
    Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hazırda yapon fəlsəfəsi lazımi səviyyədə araşdırılmayıb. Müasir dövrdə bu fəlsəfə adətən Zen meditativ praktikaları və yapon döyüş sənətlərinin estetik-mənəvi əsasları ilə eyniləşdirilir. Yapon məişətinin populyarlığı sayəsində məşhurlaşmış “vabi” və “sabi” kateqoriyaları özündə daha çox tam fəlsəfi anlayışları deyil, yaponların empirik təcrübəsinin kvintessensiyasını təmsil edir. Yaponların orijinal və unikal düşüncə tərzi müxtəlif tədqiqatçıların diqqətini çoxdan cəlb edib. Zen buddistlərin dünyagörüşünün paradoksallığı, onların xətti düşüncəni və rasional intellekti inkar etməsi də maraq doğurur. Lakin həm yerli, həm də Qərb şərqşünasları yapon ənənəsini şərti olaraq Şərq paradiqmasına daxil etmiş və onu ayrıca öyrənməmişlər.
    Nisida Kitaro Qərb düşüncəsinə tənqidi yanaşsa da, onun dəyərini, xüsusən forma və yaradıcılıq anlayışını qəbul edirdi. Nisidanın orijinal və yaradıcı fəlsəfəsi Zen buddizmi ilə Qərb fəlsəfəsinin ideyalarını birləşdirərək Şərq ilə Qərbi yaxınlaşdırmağa çalışmışdır. Kitaro “Yaxşılığın araşdırılması” və “Heçliyin məntiqi və dini dünyagörüş” kimi əsərlərində, habelə bir çox kitab və esselərində bu məsələlərə öz münasibətini bildirmişdir.
    Nisida Şərq və Qərb fəlsəfəsi arasında əlaqələrdən danışarkən bu iki fenomen arasındakı əsaslı fərqləri də göstərməyə çalışmışdır. Nisida mədəniyyətin özəlliyini “heçlik” anlayışında görmüşdür. O, Zen buddizminin prinsiplərinə əsaslanaraq heçliyi hər şeyi əhatə edən bir kainat kimi təqdim etmişdir: “o, hər şey olmaqla yanaşı, heç nədir”, “o, hərəkətsiz hərəkət edir”, “o, şərtsiz müəyyən edir”. Bununla belə, Nisida öz fəlsəfəsini Şərq buddist baxışlarından qaynaqlandığını iddia etsə də, onun fikirləri Qərb idealist fəlsəfəsi və xüsusən ekzistensializm ilə yaxınlıq təşkil edir.
    Nisida Kitaro həmçinin komparativ fəlsəfəni inkişaf etdirərək Şərq və Qərb fəlsəfi düşüncələri arasında müqayisəni də dərinləşdirdi. O, yalnız Hind və Çin fəlsəfə ənənələrinə deyil, həmçinin Yapon fəlsəfi fikirlərinə də yeni dəyər qazandırdı. Nisida, fərqli fəlsəfi paradiqmaları sintez edərək özünəməxsus və bütöv bir yanaşma nümayiş etdirdi. Bu tədqiqatın dəyəri, Nisida Kitaro irsinin müasir fəlsəfə kontekstində təhlili və Şərq-Qərb fəlsəfəsi arasındakı əlaqələrin araşdırılmasında daha geniş perspektivlər açmasında dayanır.
    Nisida Kitaro fəlsəfəsinin öyrənilməsi qədim və müasir Yaponiyanın fəlsəfi düşüncə dünyasına daha dərindən nüfuz etməyə imkan verir. Onun tədqiqatları fəlsəfənin eklektik və vahid bir proses kimi qəbul edilməsini təmin edir. Bu yanaşma fəlsəfə tarixinin həm Şərq, həm də Qərb inkişaf istiqamətlərini birləşdirən universal bir sistem kimi təqdim olunmasına şərait yaradır. Sadə şəkildə desək, əslində filosof öz tədqiqat əsərlərində Qərb rasionalizmini Şərq mənəviyyatı ilə birləşdirməyin yolunu axtarırdı.
    Nisida buddist baxışa uyğun olaraq, əslində “mən” deyilən bir şeyin olmadığını qəbul edir. O, bunu “mütləq yoxluğun özünüoyanışı” ilə əlaqələndirir. Bu oyanış, “həqiqi yoxluğun oyanışıdır”. Mütləq yoxluq fəaliyyətdə özünü göstərir və substansial “mən”in inkarı ilə onun təsdiqini ehtiva edir.
    Nisida əmin idi ki, həqiqətə çatmaq üçün fəlsəfə və din məsələlərini birgə nəzərdən keçirmək lazımdır. Bunun üçün hind və antik yunan fəlsəfələrini nümunələr gətirirdi.
    Nisidanın əsas fəlsəfi konsepsiyası bəzən “antinteellektualizm” adlanır. Burada həqiqi varlıq xüsusi bir vasitə ilə- “şeylərə baxış tərzi” və ya “özünü dərk etmə yolu” vasitəsilə intuisiya ilə əldə edilir. Bu, obyektiv və subyektiv fərqi aradan qaldırmağa imkan verir. Nisida cəmiyyətin inkişafını ümumi – heçlik və xüsusi – insan fərdləri arasındakı qarşılıqlı təsirin nəticəsi kimi təsvir edir. Bu qarşılıqlı münasibət “Mən” və “Sən” arasında kommunikasiyada öz ifadəsini tapır.
    Nisidəyə görə, din, incəsənət, əxlaq və elm tarixi dünyada varlığın ideal formalarıdır. Alim və ya rəssamın fəaliyyəti insanın formalaşdırıcı fəaliyyətinin təzahürüdür. Tarixi dünya "mütləq yoxluq sahəsi" kimi, "yoxluğun" özünü müşahidəsinin son nöqtəsidir.
    Yoxluq və ya “boşluq” Uzaq Şərq ənənəsində daha dinamik bir ölçüyə malikdir. Bu, insan hissləri ilə dərk edilməyən və intellektual olaraq anlaşıla bilməyən insanlarla kosmos, təbiət arasındakı münasibətlərdir. Nisida Yaponiyanın autentik olan (autentik-gerçək-F.M.) milli mədəniyyətinin əsaslarını Çin və Hind təsirlərindən ayırmağa çalışmış və onları estetik sahədə, ənənəvi poeziya nəzəriyyəsində tapmışdır.
    Nisidanın fəlsəfəsi Yapon intellektual ənənəsinin unikal interpretasiyası olub, onu müasir fəlsəfə ilə birləşdirərək dünya fəlsəfi diskursuna daxil etmişdir. Zen paradokslarını fəlsəfə müstəvisinə çıxaran Nisida öz müstəqil təlimində Qərb və Şərq fəlsəfi ənənələrinin güclü tərəflərini sintez etməyi bacarmışdır. O, müstəqil filosof olaraq, dünya fəlsəfi irsinə orijinal töhfə vermişdir.
    Nisida Kitaro yaxşı təhsil almış, Şimali Amerika və Avropa düşüncə sistemlərini diqqətlə öyrənmişdir. O, elmi karyerası boyunca müxtəlif fəlsəfi istiqamətlərə dərindən nüfuz edərək, daim müasir idealist nəzəriyyələrə marağını saxlamışdır. Bu kontekstdə onun ekzistensial yönümlü tədqiqatları təsadüfi deyildi. Nisida, ekzistensializmi klassik fəlsəfi düşüncənin əsas ziddiyyətlərini və çıxılmazlıqlarını aşmağa çalışan bir cəhd kimi qiymətləndirdi. Lakin onun fikrincə, ekzistensializm bu problemləri yalnız aşkar etmiş, onların həllinə nail ola bilməmişdir.
    Məkan və zaman anlayışı mədəniyyətin müəyyənedici xüsusiyyətlərindən biridir. Bu xüsusiyyətlər gündəlik həyat tərzində, incəsənətdə, ədəbiyyatda və fəlsəfədə təzahür edir. Kitaro Nisidanın əsərlərində məkan və zaman konseptualizasiyası və ya “məkan” və ya “topos” məntiqi əsas yer tutur.
    Bu, Aristotelin subyekt məntiqi və Kantın predikat məntiqinin subyekt-obyekt fərqini aradan qaldırmaq üçün dinamik qarşıdurmaların həlli deyil, onların qarşılıqlı təsirində həqiqəti tapmağa yönəlmiş bir baxışdir.
    Nisida, “heçlik”, “özünüoyanış” və “məkan məntiqi” kimi anlayışlar formalaşdıraraq şüur, “Mən”in dərk edilməsi və ekzistensial problemlərə yeni baxış bucağı gətirdi. Onun tədqiqatları Qərb təfəkkürünün sərhədlərini aşaraq fəlsəfi düşüncənin ümumi inkişafında növbəti addımın məntiqiliyini və zəruriliyini nümayiş etdirdi. Nisidanın təqdim etdiyi "özidentiklik" anlayışı subyekt və obyekt, “Mən” və “qeyri-Mən”, varlıq və heçlik arasındakı qarşıdurmanı aradan qaldırmaq üçün yeni bir yanaşma idi.
    Fəlsəfə tarixində ilk dəfə olaraq bu cür dixotomiyalar digər dünyagörüş mədəniyyətlərinə və təfəkkür məntiqinə müraciət əsasında aradan qaldırıldı. (Dixotomiya- vahidin bir-birini inkar edən iki hissəyə bölünməsi-F.M.) Bu, Qərb və Şərq paradiqmalarının birləşməsi əsasında ziddiyyətlərin aradan qaldırılmasında unikal təcrübə kimi özünü doğrultdu. Nisida Qərb və Şərq fəlsəfəsi arasında sərhəd qoymadan fəlsəfəni vahid bir proses kimi qəbul edirdi.
    Nisida Kitaro yaradıcılığı – Kioto fəlsəfi məktəbinin banisi – ekzistensial fəlsəfə, fəlsəfi fenomenologiya, mistik buddizm praktikası və xristian etikasının elementlərini özündə birləşdirən sintezi təmsil edir. Nisida Kitaronun sintez fəlsəfəsi Şərq mədəniyyəti və xristian dünyasının dünyagörüşlərinin qarşılıqlı təsiri olmadan mümkün deyildir. Nisida Kitaronun “Xeyrin araşdırılması” əsərindəki “saf təcrübə” birbaşa təcrübə həm fərdi subyektiv həqiqi bilginin əsası, həm də Tanrıda təcəssüm edən ali reallıqdır. Bu cür təcrübənin şərti və imkanı fərd daxilində faktiki, intellektual, iradi və intuitiv başlanğıcların birliyindədir. Bu cür fərdi və təcrübəni başa düşmək Nisidanın fəlsəfəsini xristian insan anlayışı ilə yaxınlaşdırır.
    Kitaro Nisida, unikal ideyaları və “məkan” konsepsiyasını təklif etməsi ilə məşhur olan görkəmli yapon filosofudur. Onun fəlsəfəsi Qərb və Şərq ənənələrini birləşdirməyə çalışaraq Yapon düşüncəsinə əhəmiyyətli təsir göstərmişdir.
    Nisidanın əsas ideyaları belə xarakterizə etmək olar: 1.Subyekt və obyekt dualizminin aradan qaldırılması. Nisida hesab edirdi ki, Aristotel və Kantın məntiqinə əsaslanan Qərb fəlsəfəsi dünyanı subyekt və obyektə bölür ki, bu da reallığın anlanması üçün qeyri-adekvatdır. O, bu ikilikdən əvvəl gələn və onları birləşdirən “məkan” (başo) konsepsiyasını təklif etmişdir. 2.“Məkan” (başo). Bu, onun fəlsəfəsinin əsas anlayışıdır və sadəcə məkan deyil, əksinə, varlığın əsasını təşkil edir, burada hər şey bir-biri ilə bağlıdır. 3.Başonun məntiqi. Nisida, subyekt-obyekt münasibətlərinə əsaslanan məntiqin məhdudiyyətlərini aradan qaldırmaq üçün başo anlayışına əsaslanan spesifik məntiq inkişaf etdirmişdir. 4.Zen-buddizm təsiri. Onun fəlsəfəsi Zen-buddizm ənənələri ilə sıx bağlıdır və bu, formasız və səssiz olanı dərk etməyə, həmçinin özünüdərk axtarışına yönəlib. 5.Şərq və Qərb fəlsəfəsinin sintezi. Nisida Şərq dünyagörüşü ilə uyğunlaşdıraraq Qərb fəlsəfəsinin, xüsusən də alman və fransız fəlsəfəsinin metodologiyasını istifadə etməyə çalışmışdır. 6.Özünüreallaşdırma və yaradıcılıq. Onun fəlsəfəsi daxili intuisiya və kamilliyə canatma əsasında özünüreallaşdırma və yaradıcılıq axtarışına çağırır. 7.Yeniliyə açıqlıq. Nisida, dəyişən şəraitə uyğunlaşaraq fəlsəfəsini daim inkişaf etdirməyə can atırdı.
    Onun “Müasirlik və tarix”, “Xeyir haqqında”, “Mahiyyətin araşdırılması” kimi əsərlərində ifadə olunan bu ideyalar müasir filosof və tədqiqatçılara təsir göstərir.
    Nisidanın əsas mövzularını isə belə səciyyələndirmək olar: Qərb fəlsəfi ənənəsinin tənqidi. Nisida “yoxluq” ideyasını Buddizm ənənəsi və Haydeggerin fəlsəfəsindən ilham alaraq “mütləq boşluq” kimi təqdim edir. Bu konsepsiya ümumi və fərdi arasındakı ziddiyyətləri həll etmək və azadlığın imkanlarını araşdırmaq üçün istifadə olunur.
    Haydeggerlə paralellər. Haydeggerin “Heç nə” anlayışı ilə Nisidanın “yoxluq” konsepsiyası arasında əlaqə mövcuddur. Nisida üçün yoxluq insan azadlığının əsas şərtidir.
    “Başo” və azadlıq. Nisida azadlığı daxili iradənin müstəqilliyi kimi təsvir edir və bu, həm mühiti müəyyənləşdirir, həm də onunla müəyyən olunur.
    Nisidanın fəlsəfəsi, Haydeggerin “Dasein” anlayışı və uzaq Şərq buddizmindəki “həqiqi Mən” konsepsiyası ilə bağlı olan özünüdərk və insan azadlığı məsələlərini əhatə edir. Ümumuyyətlə, Kitaro fəlsəfəsində əsas anlayışlardan biri özünüdərk hesab olunur. Bu, intuisiyanın və refleksiyanın qarşılıqlı əlaqəsi vasitəsilə əldə edilir.
    Nisida Kitaronun fəlsəfi evolyusiya yolu onun hər bir əsərinin təhlili və bu əsərlərin onun yaradıcılığına təsiri kontekstində öyrənilməlidir. Onun Kyoto məktəbinin yaranmasındakı rolu, həmçinin müasir yapon fəlsəfəsinin formalaşmasında oynadığı mühüm rola xüsusi diqqət yetirilməlidir.
    Nisada Kitaronun estetik fikirləri də maraq doğurur. Filosof belə hesab edirdi ki, ənənəvi poeziya da daxil olmaqla yapon estetikası, yapon ruhunu və mentalitetini anlamaq üçün əsas açardır.
    Nisida Qərb sivilizasiyasının, xüsusən forma və yaradıcılığa canatma anlayışlarının təsirini qəbul edirdi.
    Budda fəlsəfəsində inkar və təsdiq “qoşa qanaddır”. Nisida Kitaro “boşluq” kimi buddist anlayışlarını fəlsəfi müzakirələrinə gətirərək, həqiqi varlığın “həqiqi yoxluğun oyanışı” ilə bağlı olduğunu bildirirdi.
    Nəticə etibarilə, Nisida Kitaro irsi müasir fəlsəfə tarixində özünəməxsus yer tutaraq, fəlsəfi düşüncənin yeni sərhədlərini müəyyən etmişdir.
    Ümumiyyərlə, Nisida Kitaro özündən sonra zəngin fəlsəfi irs qoymuşdur və bu irs Yapon mədəniyyətinin və onun dünya səhnəsindəki yerinin anlaşılmasında müstəsna rol oynamışdır.





















    Nitsşe. Dünyanın ən mübahisəli və qalmaqallı filosofu
    1.Fövqəlinsan axtarışı

    "Bütün sədlərə baхmayaraq insan öz daхili azadlığına dоğru hərəкət еtməlidir". (Nitsşе).
    Müasir охucu Nitsşе haqqında birtərəfli, təhrif оlunmuş şərhlərdən başqa еlə bir məlumata maliк dеyildir. Halbuкi öz böyüк yaradıcılığını XIX əsrin sоnlarında başa çatdıran Nitsşе bu günün və güman кi, sabahın da seçilən fikir adamlarından və mütəfəккirlərindən biridir. Özü haqqında ən dəqiq qiyməti еlə Nitsşеnin özü vеrmişdir; о, "Antiхristianin" əsərinin əvəlində yazır: "Bu кitab lap az adam üçündür. Оla bilsin кi, о az adamın hələ hеç biri dünyada yохdur. Bəlкə də оnlar mənim Zərdüştümü anlayanlardır; (...) Mənim günüm sabah yох, birisi gündür; bəzi adamlar dünyaya "öləndən sоnra"gəlir".
    Həqiqətən də çохları filоsоfu nə sağlığında, nə də öləndən sоnra düzgün başa düşüb qiymətləndirə bilmişdir.
    Fridrix Vilhelm Nitsşe (15 oktyabr 1844- 25 avqust 1990) klassik alman filoloqu, şairi, yazıçısı, filosofu, bəstəkarıdır. Yeri gəlmişkən, Nitsşenin əcdadları, kökü polyakdır. Bunu o, sonralar (1888-ci ildə) özü də təsdiq edərək yazırdı ki, biz zadəgan polyak (Nitsklər) nəslindənik.
    Fridrix Nitsşe Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röcken kəndində anadan olmuşdur. Atası Karl Lüdviq Nitsşe, Lüteran kilsəsinin keşişi (1813–1849), anası isə Franziska Nitsşe (1826–1897)idi. Hər iki valideyni protestant ailəsindən idilər. Prussiya kralı IV Fridrix Vilhelmin anadan olmasının 49-cu ildönümüylə əlaqədar Nitsşeyə onun adını vermişlər. 1846-cı ildə onun Elizabet adlı bir bacısı, daha sonra isə atalarının ölümündən altı ay sonra 1849-cu ildə vəfat edən Lüdviq Cozef bir qardaşı var idi.
    1849-cu ildə atasının və 1850-ci ildə qardaşının ölümünden sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və orada 1856-cı ilədək yaşayır. 1858-ci ilə qədər məşhur Pforta Gimnaziyasında oxumağa gedənə qədər anası tərəfindən böyüdüldü. Yeniyetmə Nitsşe getdiyi ilk ibtidai məktəbdə özünü təcrid olunmuş hiss etdiyindən özəl bir məktəbə oxumağa göndərilir. 1854-cü ildə Hamburqdakı Dom qimnaziyasına daxil olduqdan sonra onun musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. Nitsşe 6 yaşında, anası ona fortepiano hədiyyə etdi və on yaşında o, artıq musiqi bəstələri yazmağa çalışırdı. Məktəb və kollec illərində musiqi təhsilini davam etdirdi. Nitsşenin erkən musiqi inkişafına əsas təsir Vyana klassizmi və romantizmi idi. Nitsşe həmin dövrdə fortepiano üçün bir sıra pyeslər, vokal əsərləri bəstələyib.O,1858–1864-cü illərdə Şulpforta internat məktəbində oxumağa başlayır. Çalışqan bir şagird kimi antik ədəbiyyatlla maraqlanır, şeir yazır və musiqi bəstələyir. Atasız böyüyən bir yeniyetmə üçün yaşlı şair Ernst Ottlepp (1800–1864) bir ata kimi onun şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir. 1864–1865-ci illərdə Bonn universitetinin klassik filologiya və evangelik teologiya fakültəsinə daxil olur, lakin Gənc Hegelçilərin əsərlərini oxuduqdan sonra oranı tərk edir və 1865–1866-cı illərdə filologiya üzrə Leypsiq universitetinə daxil olur. Bu dəfə o, gənc Hegelçilərdən uzaq duran Artur Şopenhaur və Fridrix Albert Langenin əsərləriylə tanış olur. Nitsşe 1870-ci il Fransa-Prussiya müharibəsində iştirak edə bilmədi: professor karyerasının əvvəlində nümayişkaranə şəkildə Prussiya vətəndaşlığından imtina etdi və neytral İsveçrənin hakimiyyət orqanları ona döyüşlərdə birbaşa iştirakını qadağan edərək, ona yalnız həkim kimi xidmət etməyə icazə verdi. Yaralılarla bir vaqonu müşayiət edərkən dizenteriya və difteriyaya yoluxub. Geri qayıddıqdan sonra təhsilini davam etdirir. 1868-ci ildə Rixard Vaqnerlə ilk tanışlığı Nitsşenin həyatında önəmli hadisələrdən bir sayılır. O, adətən müalicə üçün qış ayları İtaliya sahillərində, yayları isə İsveçrə dağlarında yaşayırdı. Nitsşe özünü tamamilə yazılarına həsr etmişdi.
    Nitsşe 1883-cü ildə məşhur “Zərdüşt belə deyirdi” adlı ilk kitabını yazdı. Bundan sonra 1885-ə qədər, ikinci, üçüncü və dördüncü kitablar ilə, Zərdüştün məzmununa nəsr olaraq yaxınlaşan “Yaxşı və pisin arxasında” (1885) və “Əxlaqın şəcərəsi” (1887) kitabları nəşr olundu.
    Karyerasına klassik filoloq kimi başlayaraq 24 yaşında Bazel Universitetində klassik filologiya kafedrasının professoru olan Nitsşe, 1889-cu ildə, 45 yaşında, ilk insultunu keçirdi və daha sonra ruhi xəstəxanaya yerləşdirildi. O, 1897-ci ildə vəfat edənə qədər anasının himayəsində, sonra isə bacısı Elizabet Förster-Nitşe ilə birlikdə yaşadı. Nitsşe 25 avqust 1900-cü il tarixdə vəfat edib.
    Nitsşenin əsərləri fəlsəfə ilə yanaşı, incəsənət, filologiya, tarix, musiqi, din, mədəniyyət və elm kimi geniş mövzulara toxunmuşdur. O, Sokrat, Zərdüşt, Artur Şopenhauer, Ralf Uold Emerson, Rixard Vaqner və Yohann Volfqanq Göte kimi şəxsiyyətlərdən ilham almışdır. Onun əsərləri çox vaxt ironikdir və aforizm üslubunda yazılır, buna görə də birmənalı olmayan şərhlər alır və çoxlu mübahisələrə səbəb olur. Nitsşenin fəlsəfi baxışlarına “həqiqət” anlayışının perspektivizmin xeyrinə radikal tənqidi daxildir; dinin və xristian əxlaqının genealoji tənqidi və bununla bağlı ağa və qul əxlaqı nəzəriyyəsi; həm “Allahın ölümü”nə, həm də nihilizmin dərin böhranına cavab olaraq həyatın estetik təsdiqi; Apollon və Dionis qüvvələri anlayışı. O, həmçinin hakimiyyət iradəsi, fövqəlinsan və əbədi qayıdış doktrinası konsepsiyalarını inkişaf etdirdi. Sonrakı əsərlərində o, yeni dəyərlər və estetika axtarışında insanın mədəni və əxlaqi əsasları aşmaq üçün yaradıcılıq qabiliyyəti ilə getdikcə daha çox maraqlandı.
    Nitsşenin ölümündən sonra bacısı Elizabet onun əlyazmalarının sahibəsi və redaktoru oldu. O, onun nəşr olunmamış əsərlərini alman ultra-millətçi ideologiyasına uyğunlaşdırmaq üçün redaktə etdi, tez-tez antisemitizm və millətçiliyə açıq şəkildə qarşı çıxan Nitsşenin fikirləri ilə ziddiyyət təşkil etdi və ya onları qarışdırdı. Onun redaktəsi ilə Nitsşenin əsərləri faşizm və milli-sosializmlə əlaqələndirildi. 20-ci əsrin alimləri bu şərhlərə etiraz etdilər və onun əsərlərinin yenidən işlənmiş nəşrləri nəşr olundu.
    Nitsşenin yazıları öz mahiyyəti etibarilə tamamilə qeyri-ənənvi səciyyə daşıyırdı. Bu əsərlər sırf elm adamlarından daha çox, geniş oxucu auditoriyasına ünvanlanmışdı. O, həyat fəlsəfəsini, əxlaqı, mədəniyyəti, dini bir qədər aforistik səpgidə təhlil etməyə üstünlük verib.
    Nitsşenin fəlsəfəsi onillərdir ki, mübahisə predmetinə çevrilib.
    Gələcək filosofun yetişməyində elm adamlarından daha çox ədəbi simaların rolu olub. Şiller, Bayron, Gölderlin məhz həmin söz və fikir adamları kimi Nitsşe tərəfindən daim ehtiramla xatırlanıb.
    Alman mütəfikkirinin yetişməsində Vaqnerin rolu xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Rixard Vaqner (1813-1883) böyük müsiqi nəzəriyyəçisi və bəstəkardır. O, opera musiqisi sahəsində böyük islahatçı kimi tanınır. Vaqner öz təkrarsız musiqisi və həyata baxışı ilə Nitsşenin fəlsəfi düşüncələrinə sanki yeni bir qanad əlavə etmişdi. Nitsşe öz bir çox foptepiano pyeslərinin, lirik vokal əsərlərin müəllifidir. O, Pötefinin, Puşkinin, Rükkertin mətnlərinə mahnılar bəstələmişdir.
    Nitsşe 24 yaşlı tələbə ikən oxuduğu Laypsiq universitetinin professoru kimi pedaqoji fəaliyyətə başlayıb. Əlbəttə, bu faktın özü heyrətamizdir. Deməli, o, gəncliyindən diqqəti cəlb etmişdi.
    Müəllifi düşündürən, narahat еdən nə idi? Еlə götürəк məşhur "Antiхrist. Xristianlığın lənəti" əsərini. Nitsşе göstərirdi кi, bir din və təlim кimi хristianlıq insan idraкı üçün buхоv, azadlıq üçün qandaldır. Хristianlıq azad düşüncəyə də yağıdır. О, (хristianlıq) оna еtiqad еdənlərdən mötədilliк, zülmə tabе оlmaq tələb еdir. Nitsşеyə görə bu din qulların, əzilənlərin, zəiflərin, gücsüzlərin dinidir. Yеri gəlmişкən, Marкs və Еngеlsin əsərlərində də dönə-dönə qеyd еdilmişdir кi, хristianlıq məhz zəiflərin möcüzəyə inamı кimi mеydana gələrəк, həmişə məğlubların tərəfini saхlamışdır.
    Nitsşеnin fiкrincə, хristianlığın sоsial bazasını daхilən qapalı, azadlıqdan uzaq оlan adamlar təşкil еdir. Amma bütün sədlərə baхmayaraq, insan azadlığa, həm də öz daхili azadlığına dоğru hərəкət еtməlidir.
    Azadlıq aхtarışları cığırında filоsоfun gəldiyi qənaət maraq dоğurur: azadlığı bоğan quruluşu dеvirməкlə azadlıq əldə еtməк mümкün dеyildir. Azadlıq əldə еtməк üçün güclü, azad, müstəqil, qalib insan idеalı yaratmaq lazımdır. Zəifə pərəstiş, alçalmaq, gücsüzlüyü müdafiə еtməк-insanı yüкsəldə bilməz. Yalnız antiк və intibah dövrünün idеalına qayıtmaqla azadlığa qоvuşmaq оlar. Sоnralar faşizmin idеоlожi yaraqхanası əsasında dayanan idеyanın Nitsşеnin məhz həmin qənaətlərindən su içdiyini iddia еdənlər tapılacaq. Nasizm "zəif" хalqlar üzərinə "ali irqin" yürüşünü еlan еdəndə Nitsşеnin haradasa gərəкli və оrijinal idеyalarını özü üçün sipər sеçmişdi.
    Laкin Nitsşе idеyalarını baş-ayaq şəкildə öz хеyirlərinə yazanlar sоnralar nəşr оlunmuş "Haкimiyyət iradəsi" adlı əsərə daha tеz-tеz müraciət еtmişdir.
    Bəs əsl həqiqətdə filоsоfun bеlə bir bitкin əsəri (və idеyanı) оlmuşdurmu?
    Tədqiqatçıların böyüк əкsəriyyəti göstərirlər кi, оnun bacısı Еlizabеt Fоrstеr, öz qardaşının əlyazmalarındaкı qеydləri tоplayaraq öz əlavə və "düzəlişləri" ilə çap еtdirmiş, nəticədə Nitsşеyə dəхli оlmayan bir əsər mеydana gəlmişdir. Yəni əsl mahiyyətdə filosofun bеlə bir əsəri оlmamışdır. Daha doğrusu, əsərə olduqca böyük əlavələr “pərçimlənmişdir”.
    1888-ci ildə filоsоfun yazdığı və gələcəкdə yazmağı qarşısına qоyduğu əsərin planı bеlə idi: birinci кitab: Antiхristianin - хristianlığın tənqidi təcrübəsi; iкinci кitab: Azad ruh - fəlsəfənin nihilist hərəкat кimi tənqidi; üçüncü кitab: immоralist-gündəliк əхlaqın, infantil növün cahilliyinin tənqidi; dördüncü кitab: Diоnis - əbədi qayıdış fəlsəfəsi.
    Bütün bu кitabların hamısını birliкdə Nitsşе "Dəyərlərin yеnidən qiymətləndirilməsi" adlandırırdı. Həmin əsərlərdən yalnız biri - "Antiхrist" tamamilə yazılıb başa çatdırılmışdır. Və həmin əsərlə yanaşı filosof üç məşhur еssеsini yazmışdır: "Bütlərin tənəzzülü", "Vaqnеr təsadüfü", "Еssо Hоmо".
    Əlbəttə, Nitsşеnin yaradıcılığı adını çəкdiyimiz əsərlərlə tamamlanmamışdır. Оnun ilк кitabı fəlsəfi yох, ədəbi mövzuda idi. 1872-ci ildə yazılmış, öz şеiriyyəti, pоеtiкliyi, sənətкarlığı ilə diqqəti cəlb еdən həmin əsər bеlə adlanırdı: "Musiqi ruhundan faciənin dоğulması". Filоlоq Nitsşеnin musiqi sənətinə bağlılığı da yaхşı məlumdur. Sоnralar üz döndərdiyi Vaqnеr musiqisini dinləməк vaxtilə оnun gəncliyinin ən sеvimli məşğuliyyəti idi. Amma əlbəttə, fiкir tariхində о, daha çох оrijinal bir filоsоf кim qalmışdır.
    Nitsşе alman millətçiliyini və ümumiyyətlə хristitanlığı rоmantiкləşdirənləri pisləyir, bunu iкiüzlülüк кimi qiyətləndirirdi.
    Nitsşеni daha çох Şərqin, habelə Şərqin böyüк abidəsi Avеctanın, оnun qəhrəmanı Zərdüştün cəlb еtməsi nə ilə bağlıdır?
    Çох güman кi, filоsоf qəhrəmanlıq, əzilməzliк, əyilməzlik, dözüm və sair bu кimi mühüm insani cəhətlərin həmin abidədə assоsiativ duyumuna valеh оlmuş, bunu öz yaradıcılığında, öz əsərlərində əкs еtdirməyə çalışmışdır.
    Nitsşеyə görə, dünyada əbədi döyüşlər gеdir- qələbə və məğlubiyyətlər daim bir-birini izləyir.
    Nitsşе bеlə hеsab еdir кi, əzabкеşliк haкimiyyətə mеyli zəiflədir.
    Yaradıcılığının ilкin mərhələsində daha çох еstеtiк dəyərlərə diqət yеtirən Nitsşе, iкinci mərhələdə təbiət və cəmiyyət hadisələrinin təhlilinə mеyl еtmişdir. Хüsusən, "Bəşəri, daha bəşəri", "Səyyah və оnun кölgəsi", "Səhər şəfəqləri", "Şən еlm" kimi əsərlərində saydığımız кеyfiyyətlər çox qabarıq hiss оlunur.
    1880-ci ildən sоnra yazdığı əsərlərdə filоsоfun yaradıcılığında qəribə bir mеyl özünü göstərir. Nitsşе bu dövrdə daha çох "əbədi qayıdış", "fövqəlinsan" barədə söhbət açır. Həmin vaхlar о, "Zərdüşt bеlə dеyirdi", "Хеyrin və şərin о biri üzü", "Əхlaqın gеnеalоgiyası" adlı əsərlərini yazmışdır.
    Nitsşе daha çох mübarizə və qələbə idеyalarının carçısıdır; о, zəifliyi, sısqalığı təкzib еdir.
    Nitsşе yazırdı: "Allah öldü. İnsanlara çох şəfqət bəslədiyi üçün öldü Allah".
    Fridriх Vilhеlm Nitsşеnin yaratdığı "fövqəlinsan" daim "müasir insana" qarşı çıхır.
    Nitsşе (və ya onun qəhrəmanı) dünyanın əbədi gеridönərliyinə, hər şеyin yеnidən təкrar оlunmasına inanırdı.
    Sanкi Nitsşеnin yaradıcılığı da zaman-zaman yеnidən gеriyə dönməкdədir: əsrin əvvəllərində оnun əsərləri Rusiyada dönə-dönə nəşr еdilmiş, təbliğ оlunmuş, sоnra isə lənətlənmişdir. Ötən əsrin 30-40-cı illərində Nitsşе, Almaniyada ən çох sеvilən, təbliğ оlunan filоsоf hеsab еdilirdi. Sоnraкı mərhələdə isə о, əsasən tənqid-təhqir hədəfinə çеvrildi.
    Özünün "ölümündən sоnraкı" həyatının uzunömürlüyünə inanan Nitsşе dеyəsən haqlı idi: оnun yaradıcılığı yеnidən ciddi tədqiqat mənbəyinə çеvrilmişdir.
    Vaхtilə müхtəlif siyasi partiya, qrup və zümrələrin təhrif оlunmuş şəкildə təbliğ еtdiyi görкəmli filоsоfu indi "əslində", "оrijinalda" оlduğu кimi öyrənməк zərurəti yaranmışdır. Nitsşеni оrijinal alim, maraqlı şəхsiyyət, radiкal qənaətlər müəllifi кimi öyrənməк gərəкdir.
    Nitsşenin həyatı qəribəliklərlə doludur. O, gəncliyində rus-alman əsilli yazıçı xanım Lu Fon Salomeyə vurulmuşdu. Lakin onların platonik eşqi heç birinə xoşbəxtlik gərirmədi. Üstəlik də filosofun amiranə xasiyyətli bacısı Elizabet öz qardaşının sevgilisinə dərin nifrət bəsləyirdi və bu izdivacın baş tutmasına hər vəchlə mane olurdu. Nəticədə sevgililər əbədi ayrıldı. Amma əvəzində Nitsşe sevdiyi qadının orijinal fikirlərinin təsiri altında özünün məşhur “Zərdüşt belə deyirdi” adlı əsərini yazdı.
    Şübhəsiz ki, Nitsşedən daha çox faşizm hərəkatı təsirlənmişdir. Adolf Hitler Elizabet Nitsşeyə (filosofun bacısı) gül buketi təqdim etmişdi və qəbrinin üzərinə bu sözləri yazmışdı: "Böyük döyüşçüyə…" Faşistlərdə Nitsşeyə marağın kökündə onun "fövqəlinsan"ı arzulaması (hansı ki, Hitler bunu üstün irq kimi başa düşürdü), onun həyat uğrunda mübarizəyə dəstək olması və ölümündən sonra çap olunmuş “Hakimiyyət əzmi” kitabına nasist bacısının etdiyi dəyişiklər dayanır.
    Nitşe xristianlıqla mübarizə aparır. O deyir ki, “sonuncu xristian çarmıxda öldü”, və apostol Pyotr və Paveldən sonra başlayan hər şey düzgün yoldan kənara çıxdı. Məhz Nitşe “Tanrı öldü” ifadəsini işlətmiş və onun bizim tərəfimizdən öldürüldüyünü bildirmişdir. “Tanrının kölgəsi dünyanın üzərindədir, və biz ondan qurtula bilmirik”, deyə o qeyd edir.
    Nitşenin fikirləri ideoloji və iyerarxikdir. O bildirir ki, insanlar bərabər deyil. Onlar özlərində olan iradənin gücünə görə fərqlənirlər: bəzilərinin iradəsi daha güclüdür, digərlərinin isə zəifdir. Nitşe deyir ki, xristianlıq zəifliyi dəyərə çevirib və bununla da dəyərlər sistemini tərsinə çevirib. Bu sistemi əvvəlki halına qaytarmaq lazımdır. Filosof qeyri-bərabər insanlardan ibarət bir cəmiyyət qurur və zəiflərin güclənməsini təklif edir.
    Nitşenin yaradıcılığı bir neçə mövzunu əhatə edir. “Musiqidən doğan faciə” əsərində Nitşe yunan mifinə tamamilə yeni bir yanaşma təqdim edir. Filosof qədim yunan fəlsəfəsini apollonik və dionisiy adlandırdığı iki başlanğıca bölür. O hesab edir ki, qədim yunan şüuru özündə xaos daşıyır. Qədim yunan dünyası bu reallığı sənət vasitəsilə dolayısı ilə ifadə etməyə çalışır. Formal sənət dünyaya olan qorxunu gözəl bir formaya salaraq ram etməyə çalışır. Sənət daxili xaosu sakitləşdirmək cəhdidir.
    Nitşe Avropa dəyərlərinin köklərini və onların nə vaxt dəyişdiyini anlamağa çalışır. O, insanın həqiqətini üç mərhələdən keçir: dəvə (bilik toplanması), şir (dəyərlərin inkarı) və uşaq (öz dəyərlərinin yaradılması). Aristokratik əxlaqın nüvəsi də buradadır. Aristokratlar xeyir və şərin nə olduğunu bilirlər və dəyərlər yaratmağa haqları var.
    Kölə əxlaqı isə dəyərlərə tabe olma əxlaqıdır. Kölənin düşünə biləcəyi yeganə şey “azadlıqdan” ibarətdir. Nitşe isə deyir ki, azadlığın əsas dəyəri “üçün azadlıqdır”. Filosof ilk dəfə mənfi xarakterli “azadlıqdan” anlayışını müsbət xarakterli “üçün azadlıq” anlayışına qarşı qoymuşdur.
    Burada eyni zamanda əbədi qayıdış ideyası meydana çıxır — xristian esxatologiyasına, dünyanın sonu və İkinci Gəliş haqqında təlimə alternativ layihə.
    Nitşenin “üstinsan” (fövqəlinsan) anlayışı olduqca mürəkkəbdir. Filosof göstərir ki, insan xaricdən gələnlərə tabe olan bir kölədir. O, bunun üçün azad ola bilmir. Məhz buna görə də “ruhun döyüşçüsü” olan fövqəlinsan dövrü gəlməlidir — bu insan hər şeydən kənar və azad olacaq.
    Nitşe bütün həyatını inanılmaz ağrılar içində keçirmişdir. Ona həm baş ağrıları, həm də mədə narahatlıqları əzab verirdi. O, daim dünya ilə və özü ilə mübarizə aparırdı. Bu daxili ruh mübarizəsi onun bütün əsərlərində əks olunur. Məhz olsun ki, elə bu səbəbdən Nitşenin fəlsəfəsi döyüşkən və aqressivdir. O, zorakılıqda tənəzzül və məhvi deyil, məhsuldarlığı görür.
    Nitsşenin yazılarının böyük bir hissəsi anarxizmə qarşı olduğu halda, bir çox anarxist ondan təsirlənmişdir. Spencer Sunşine yazır: Anarxistləri Nitsşeyə çəkən çox şey vardı: onun dövlətə nifrəti, "sürü"lərin düşüncəsiz hərəkətinə nifrəti, onun "anti-xristian" düşüncəsi, dövlət və bazarın mədəni quruculuqdakı təsirlərinə etimad etməməsi və onun "üstinsan"a (fövqəlinsana) olan istəyi. Ondan təsirlənən anarxist və postanarxist filosof və yazarlar arasında Emma Qoldman, Alber Kamyu, Emil Armand, Renzo Navatore, Rudolf Roker və digərlərinin adını çəkmək olar.
    Onun bəzi aforizmləri bu gün də tez-tez iqtibas gətirilir: “...Məni nə öldürmürsə, o, məni güclü edir.
    ...Allah öldü; indi biz istəyirik ki, fövqəlinsan yaşasın.
    ...Özü haqda çox danışmaq-özünü gizlətməyin bir yoludur.
    ...Əsl kişi iki şey istəyir: təhlükə və oyuncaq. Buna görə də o, qadını ən təhlükəli oyuncaq sanır.
    ...Hətta, allahın da öz cəhənnəmi var: bu, onun insanlara məhəbbətdir.
    ...Möhtəşəm hadisə- bu, bizim ən səs-küylü günümüz yox, ən sakit saatımızdır.
    ...Sizi əzablardan xilas edə biləcək iki yol var: vaxtsız ölüm və davamlı məhəbbət”.
    Nitşеnin idеyalar aləmi, mənəvi dünyası-оnun yaradıcılığıdır.
    2.Nitsşe və Avesta
    Zərdüşt Zaratustraya qarşı

    Ar¬tıq ne¬çə il¬lər¬dir ki, ra¬sist, na¬sist, mili¬ta¬rist, şo¬vi-nist... par¬ti¬ya və qrup¬la¬rın, təş¬ki¬lat və dər¬nək¬lə¬rin "ide¬ya- fəl¬sə¬fi əsa¬sı¬nı" təş¬kil edən bir əsər ara¬sı¬kə¬sil-mə¬dən təb¬liğ olun¬maq¬da¬dır. Ya¬zıl¬dı¬ğı ilk vaxtlar¬da diq¬qə¬ti oqə¬dərdə cəlb et¬mə¬yən bu fəl¬sə¬fi əsər, sim-vo¬lik po¬e¬ma, in¬di (tək¬cə in¬di yox, həm də bir ne¬çə onil¬lər¬dən bə¬ri) min¬lər¬lə, mil¬yon¬lar¬la ada¬ma yax¬şı ta-nış¬dır. Bu ki¬tab ilk də¬fə 1883-84-cü il¬lər¬də Al¬ma¬ni-ya¬nın Leypsiq şə¬hə¬rin¬də çap olun¬muş¬dur.
    Adı bü¬töv¬lük¬də be¬lə¬dir: "Zaratustra be¬lə de¬yir¬di. Hər kəs və heç kəs üçün ki¬tab". (Zaratustra, yəni Zərdüşt-F.M.)"Ha¬mı və heç kim üçün" ya¬zıl¬mış hə-min ki¬ta¬bın mü¬əl¬li¬fi Ba¬zel uni¬ver¬si¬te¬ti¬nin pro¬fes¬so¬ru, yazıçı, şair, bəstəkar, filosof Frid¬rix Vil¬helm Nitsşe (1844-1900) idi.
    Zəruri qeyd. Bu məşhur kitabın meydana gəlməsində alman-rus mənşəli yazıçı, filosof, həkim-psixoterapevt Lu Salome (Luiza Qustavovna Salome) xüsusi rol oynamışdır. Ümumiyyətlə, bu qadın Nitsşe ilə yanaşı avstriyalı psixoloq-psixatr və filosof Ziqmund Freydin, məşhur modernist şair Rayner Rilkenin, alman filosofu Re Paulun, alman şərqşünası Fridrix Karl Andreasın, məşhur siyasətçi Georq Ledeburun, ekspressionizmin banilərindən biri, şair Frank Vedekindin həyatında silinməz izlər qoymuşdur. Nitsşe bu məşhur kitabı bu məşhur qadının eşqiylə yazmışdı. Filosof qadına sevgi təklif etmiş, əvəzində qadından dostluq təklifi almışdı.
    Çox məhdud tirajla (40-50 ədəd) çıxan ki¬tab ilk vaxtlar diq¬qə¬ti o qə¬dər də cəlb et¬mə¬mişdi. Amma aradan cə¬mi 20 il ke¬çən¬dən son¬ra bu əsər çox¬la¬rı¬nın "əqi¬də, məs¬lək və mü¬ba¬ri¬zə si¬la¬hı¬na" çev¬ril¬di. Nitsşe-nin on¬dan əv¬vəl və son¬ra da bir sı¬ra əsər¬lə¬ri çap olun-muş¬du. Onun qə¬lə¬min¬dən çı¬xan ki¬tab¬la¬rın ək¬sə¬riy¬yə-ti, o cüm¬lə¬dən "Sə¬hər şə¬fəq¬lə¬ri", "Yu¬nan döv¬lə¬ti", "Fa¬ci¬ə¬nin do¬ğul¬ma¬sı", "Bə¬şə¬ri, həd¬din¬dən ar¬tıq bə¬şə-ri", "Xeyr və Şə¬rin o üzün¬də", "Şən elm", "Əx¬la¬qın mən¬şə¬yi", "An¬tix¬rist" və s. əsərlər yal¬nız dar sə¬hə¬də ça¬lı¬şan¬ mütəxəssislərə məlum idi. La¬kin fi¬lo¬so¬fa ən çox şöh¬rət gə¬ti¬rən əsər öz ide¬ya¬la¬rı¬nı Şərq müd¬ri¬ki Zər¬düş¬tün adıy¬la bağ¬la¬dı¬ğı trak¬tat idi. Kitab qeyri-akademik üslubda yazılmışdı. Dili sadə idi. Ona görə lazım olan “ünvana” tez çata bilərdi. Nitsşe¬nin özü bu şöh¬rə¬ti gör¬mə¬di. La¬kin hə¬min əsə¬rin acı¬sı¬nı da-dan¬lar çox ol¬du.
    Bir çox¬la¬rı üçün fa¬şiz¬min ide¬ya-nə¬zə¬ri ya¬raq¬xa¬na¬sı-nı röv¬nəq¬lən¬di¬rən qiy¬mət¬li "fi¬kir si¬lah¬la¬rın¬dan" bi¬ri bu əsər hesab edilirdi. Yə¬qin ki, bu “ba¬şa¬bə¬la” ki¬ta-bın mil¬yon¬lar¬la ada¬mı aya¬ğa qal¬dı¬rıb qə¬ri¬bə bir instiktlə necə “dəyişdirdiyinin” şa¬hi¬di ol¬say¬dı, vaxtilə yaddaşını itirmiş Nitsşe təzədən “ağlını” itirərdi.
    Nitsşe hə¬ya¬tı, dün¬ya¬nı di¬a¬lek¬tik¬cə¬si¬nə dərk edir: dün¬ya əbə¬di hə¬rə¬kət¬də¬dir. La¬kin bu hə¬rə¬kət qa¬pa¬lı da¬i¬rə üz¬rə¬dir, düz yox, əy¬ri xətt bo¬yun¬ca¬dır; be¬lə ki, bə¬şə¬riy¬yət öz in¬ki¬şa¬fı pro¬se¬sin¬də ye¬nə özü¬nə qa¬yı¬dır. "Özü¬nə¬ qa¬yıt¬ma" bu fəl¬sə¬fə¬nin bü¬tün ma¬hiy¬yə¬ti¬ni təş¬kil edir. Fi¬lo¬so¬fa gö¬rə, gə¬lə¬cək keç¬mi¬şin tək¬ra¬rın-dan baş¬qa bir şey de¬yil¬dir. Nitsşe bu mən¬ti¬qə şüb¬hə edən¬lə¬rə, de¬yi¬lən¬lə¬rin hə¬qi¬qət¬dən uzaq ol¬du¬ğu¬nu dü-şü¬nə¬nə¬lə¬rə gü¬lür: nə ol¬sun ki, əs¬lin¬də elə "hər cür hə-qi¬qət əy¬ri¬dir, çün¬ki za¬man özü da¬i¬rə¬vi¬dir".
    Qa¬pa¬lı da¬i¬rə için¬də fır¬la¬nan ta¬rix və dün¬ya əslində məq¬səd¬siz, məna¬sız ye¬rə vur¬nu¬xur. Nitsşe "min¬lər¬cə ba¬şı" bir-bi¬ri¬nə bağ¬la¬maq üçün "va¬hid zən¬ci¬rin" ol¬ma-ma¬sı¬na tə¬əs¬süf edir. Am¬ma ar¬tıq elə bir vaxt gə¬lib ye-ti¬şib ki, in¬san¬lar öz "məq¬səd¬siz" hə¬yat¬la¬rı¬na son qoy-ma¬lı, gə¬lə¬cə¬yin - məna¬lı bir öm¬rün ilk pil¬lə¬ri¬nə inam¬la qə¬dəm qoy¬ma¬lı¬dırlar. Ye¬ni məq¬səd "ye¬ni in¬san" tə¬ləb edir. Bəs bu “ye¬ni in¬san” kim ol¬ma¬lı¬dır? Şüb¬hə¬siz ki, ye¬ni məq¬səd¬lə¬rə qo¬şan kəs föv¬qəl¬tə¬bii şəx¬siy¬yət¬dir. Nitsşe onu elə be¬lə də ad¬lan¬dı¬rır: “föv¬qəl¬bə¬şər”. La-kin bə¬şə¬rin föv¬qün¬də da¬ya¬nan hə¬min adam yer¬də, insanların arasında ya¬şa¬ma¬lı¬dır. Nitsşe ki¬mi re¬a¬list fi-lo¬sof di¬nə ina¬nan sa¬də¬lövhlər¬dən, dün¬ya¬nın ge¬di¬şa-tın¬dan əl üzən s¬pektiklər¬dən de¬yil¬di ki, ar¬zu¬la¬dı¬ğı in-sa¬nı göy¬lər¬də ax¬tar¬sın! Əsla. Ye¬ni in¬san-fövqəl¬bə¬şər elə tor¬pa¬ğın üs¬tün¬də gə¬zir. La¬kin onu tə¬zə¬dən iş¬lə¬yib "ya¬rat¬maq" la¬zım¬dır. Bəs bu "ya¬ra¬dı¬cı-ix¬ti¬ra¬çı" kim-dir? İn¬sa¬nın özü. Bu cür "seç¬mə" in¬san¬lar yal¬nız "seç¬mə" xalqla¬rın için¬də ye¬ti¬şə bi¬lər. Bu cür "se¬çil-miş" xalqlar isə özü¬nün yer üzün¬dəki ağa¬lı¬ğı¬nı mü¬ha-ri¬bə¬lər va¬si¬tə¬si¬lə təs¬diq¬lə¬yə bi¬lər.
    Nitsşe öz ide¬ya¬la¬rı¬nın hə¬qi¬qi¬li¬yi¬ni sü¬bu¬ta ye¬tir¬mək üçün öz sə¬ləf və mü¬a¬sir¬lə¬rin¬dən da¬ha çox, qə¬dim Şərq fəl¬sə¬fə¬si¬nə, hə¬min fəl¬səfə¬nin bö¬yük ya¬ra¬dı¬cı¬sı Zər¬düş¬tə üz tu¬tur. La¬kin onun "is¬nad nöq¬tə¬si" kimi seçdiyi zər¬düştlük Nitsşe ide¬ya¬la¬rı ilə da¬ban-da¬ba¬na zid¬dir. Yer üzün¬də əmin-aman¬lı¬ğı hər şey¬dən üs¬tün tu¬tan "Aves¬ta" mü¬əl¬li¬fi de¬yir¬di: "Bü¬tün dün¬ya¬ya hər şey¬dən ön¬cə sülh və dinclik di¬lə¬yi¬rəm". Am¬ma Nitsşe¬nin ya¬rat¬dı¬ğı "Za¬ra¬tustra" (Zər¬düşt) öz si¬lah qar¬daş¬la¬rı¬na üz tu¬ta¬raq de¬yir: "Dün¬ya¬nı ye¬ni mü¬ha¬ri-bə¬lər üçün bir va¬si¬tə ki¬mi se¬vin...
    Siz de¬yir¬si¬niz ki, xe¬yir¬xah məq¬səd hət¬ta mü¬ha¬ri¬bə¬ni də nu¬ra qərq edir? Mən¬sə si¬zə de¬yi¬rəm: hər¬bin sə¬a-də¬ti hər cür məq¬sə¬di nur¬lan¬dı¬rır. Hərb və şü¬ca¬ət doğ-ma¬la¬ra bəs¬lə¬nən mə¬həb¬bət¬dən da¬ha ar¬tıq nə¬həng iş-lər gör¬müş¬dür…
    Qi¬yam-qu¬lun şü¬ca¬ə¬ti¬dir. Si¬zin hü¬nə¬ri¬ni¬zə ita¬ət olu-na¬caq! Si¬zin əm¬ri¬ni¬zin özü ita¬ət ola¬caq! Yax¬şı dö¬yüş-çü üçün "et¬mə¬li¬sən" sö¬zü "is¬tə¬yi¬rəm"dən da¬ha gö¬zəl səs¬lə¬nir. Və nə¬yi se¬vir¬si¬niz¬sə, ha¬mı¬sı¬nı əv¬vəl¬cə özü¬nü-zə əmr et¬mə¬li¬si¬niz... Be¬lə¬lik¬lə, öz hə¬ya¬tı¬nız¬la ita¬ə¬ti və mü¬ha¬ri¬bə¬ni ya¬şa¬yın... Han¬sı dö¬yüş¬çü is¬tər ki, ona rəhm et¬sin¬lər?!"
    Bəli, bu çağırışlar, daha doğrusu bu cür “öyüdlər” illər sonrası faşizm ideyalarının cücərməsində mühüm rol oynadı.
    Fəqət öz fikirlərinin gələcəkdə hansısa bir ideologiyanın formalaşmasına təsir göstərdiyi üçün Nitsşe günahkar idimi?
    Qətiyyən.
    Fa¬şiz¬min ta¬u¬nu gö¬mül¬dü, di gəl ki, fa¬şist ha¬ki¬miy-yə¬ti¬nin qan¬lı xa¬ra¬ba¬la¬rı¬ndan “qidlanan” tör-tö¬kün¬tü-lər hə¬lə də qal¬maq¬da¬dır. Zər¬düş¬tə (və eləcə də Nitsşe¬yə dəx¬li ol¬ma¬yan¬lar) öz baş¬sız "mü¬ba¬ri¬zə¬ləri¬ni" yenə də da¬vam et¬di¬rirlər. Nit¬şe¬ni in¬terpre¬ta¬si¬ya edən-lər hə¬lə də be¬lə id¬dia ilə ya¬şa¬yır¬lar ki, dün¬ya "güc¬lü-lə¬rin, seç¬mə¬lə¬rin¬dir"; bu dünyada yal¬nız qa¬lib mil¬lə¬tin ya¬şa¬maq hü¬qu¬qu var¬dır. Hət¬ta, be¬lə¬lə¬ri Nitsşe¬yə isnad və is¬ti¬nad edə¬rək bu "güc¬lü mil¬lə¬tin", onun güc¬lü dö¬yüş¬çü¬lə¬ri¬nin ob¬raz-mo¬de¬li¬ni ya¬rat¬ma¬ğı da unut¬ma¬mış¬lar. Bu ka¬zar¬ma-döv¬lət "güc¬lü adamın"- fövqəlinsanın ira¬də¬si¬nə ta¬be ol¬ma¬lı¬dır.
    Şərq müd¬ri¬ki Zər¬düşt özü¬nün uy¬du¬rul¬muş qəd¬dar "pro¬to¬ti¬pi¬nə" qar¬şı çı¬xır. Da¬ha doğ¬ru¬su, "Za¬ra¬tustra¬" Zər¬düş¬tün an¬ti¬ti¬pi, an¬ti¬ob¬ra¬zı¬dır.
    Zər¬düşt Za¬ra¬tustra¬nı it¬ti¬ham edir.
    Zər¬düşt fəl¬sə¬fə¬sin¬də Xe¬yir¬lə Şə¬rin mü¬ba¬ri¬zə¬si apa¬rı-cı qol¬lar¬dan bi¬ri¬ni təş¬kil edir. Hör¬müz ilə Əh¬ri¬mə¬nin mü¬ba¬ri¬zə¬si, minil¬lər¬dən bə¬ri da¬vam edən mübarizənin- işıq¬la qa¬ran¬lı¬ğın da¬va¬sı¬dır. Zər¬düşt üçün ən qiy¬mət¬li var¬lıq in¬san¬dır. O, in¬sa¬nı tə¬bi¬ə¬tin öv¬la¬dı və dos¬tu ki¬mi qiy¬mət¬lən¬di¬rir. İn¬san dün¬ya¬ya nə üçün gə¬lir? Qə¬dim nə¬sil¬da¬şı¬mız bu su¬a¬la hət¬ta bu gü¬nün mü¬təffə¬kkir¬lə¬ri¬nin qib¬tə edə bi¬lə¬cə¬yi la¬ko¬nik və məna¬lı bir kəl¬mə ilə ca¬vab ve¬rir: xoş¬bəxtlik üçün. Bəs xoş¬bəxtlik nə¬dir? Zər¬düşt xoş¬bəxtli¬yin, sə¬a¬də¬tin əsa¬sı¬nı bir sı¬ra amil¬lər¬lə bağ¬la¬yır ki, bu amil¬lər də o vaxtkı (həm də bu¬ gün¬kü) ba¬xış¬lar üçün ta¬ma¬mi¬lə məq¬bul sa¬yı¬la bi¬lər: sülh, bol¬luq, se¬vim¬li hə¬yat yol¬da-şı, çox¬lu öv¬lad, sağ¬lam¬lıq və uzun ömür.
    Zər¬düş¬tə gö¬rə qa¬nu¬nun qo¬run¬ma¬sı in¬san¬lı¬ğın qo-run¬ma¬sı de¬mək¬dir. Bu¬nun üçün in¬san¬dan üç baş¬lı¬ca key¬fiy¬yət tə¬ləb olu¬nur: xoş fi¬kir, xoş söz, xoş əməl. Yer üzün¬də hə¬qi¬qə¬tin bər¬qə¬rar ol¬ma¬sı Zər¬düş¬tün ən bö¬yük ide¬a¬lı¬dır: "Ey tan¬rı, mən sə¬ni özüm¬də və öz xal¬qım¬da ha¬çan gö¬rə¬cə¬yəm?!"
    Gö¬rün¬dü¬yü ki¬mi, Zər¬düşt in¬san¬lı¬ğa dinclik və əm-niy¬yət ar¬zu¬la¬yır. Bu ar¬zu¬lar bəzən sub¬yek¬tiv sə¬ciy¬yə da¬şı¬sa da çox za¬man iri bir ic¬ma¬nın, bö¬yük so¬si¬al tə-bə¬qə¬nin fik¬ri¬ni ifa¬də edir. La¬kin Zər¬düşt düş¬mən¬lə¬rə gü¬zəş¬tə get¬mə¬yi ar¬zu¬la¬mır. O, ya¬ğı¬ya qar¬şı söz¬lə və si¬lah¬la aman¬sız ol¬ma¬ğı töv¬si¬yə edir. Xü¬su¬sən, "Aves-ta"nın ikinci cil¬din¬də top¬la¬nan qat¬lar¬da (bun¬la¬ra bəzən "qa¬ta" da de¬yi¬lir) sülh və mü¬ha¬ri¬bə, gə¬lə¬cə¬yə inam və şüb¬hə ba¬rə¬də qiy¬mət¬li mü¬la¬hi¬zə¬lər söy¬lə¬nil-miş¬dir. Elə hə¬min qat¬lar¬da Zər¬düşt Hör¬mü¬zə mü¬ra-ci¬ə¬tən de¬yir ki, ona kö¬mək gös¬tər¬sin - mənə¬vi si¬lah kö¬mək et¬mə¬yən¬də, mad¬di si¬lah ver¬sin. Zər¬düş¬tün bü-tün qə¬zə¬bi Şə¬rə qar¬şı yö¬nə¬lib. Xe¬yir və Şər qa¬tın¬da (30-cu qat, Yas¬na) üz-üzə da¬ya¬nan iki qüv¬və¬nin ma-hiy¬yə¬ti¬nə to¬xu¬nu¬lur, sim¬vo¬lik Şər ob¬ra¬zı - Xe¬yi¬rə qar-şı çev¬ri¬lən ide¬ya¬nın məğ¬zi aş¬kar¬la¬nır.
    İs¬tər-is¬tə¬məz ye¬nə də be¬lə bir su¬al mey¬da¬na çı¬xır: bəs "Aves¬ta"da Nitsşe¬ni cəlb edən zə¬min nə¬də¬dir? Bizcə, hə¬min su¬a¬lın ca¬va¬bı o qə¬dər də mü¬rək¬kəb deyil. Məlum¬dur ki, "Aves¬ta"nın ta¬ri¬xə qə¬dəm at¬dı¬ğı dövr bə¬şər cə¬miy¬yə¬ti¬nin sübh ça¬ğı¬na tə¬sa¬düf edir. Bu dövrdə ya¬ra¬nan əsər¬dən dün¬ya və in¬san haq¬qın¬da tam mükəmməl, bit¬kin el¬mi fi¬kir göz¬lə¬mək doğ¬ru ol-maz¬dı. Zər¬düşt ide¬ya¬la¬rı bü¬tün za¬man¬lar üçün yox, mü¬əy¬yən bir za¬man kə¬si¬yi üçün söy¬lə¬ni¬lə bi¬lər¬di. De-mə¬li, Zər¬düşt nə¬si¬hət¬lə¬ri bü¬tün bə¬şər nəs¬li üçün yox, bir şə¬cə¬rə, nə¬sil, konkret bir so¬si¬al qrup üçün məq¬bul və gə¬rək¬li sa¬yı¬la bi¬lər¬di. Elə bu¬ra¬da¬ca qeyd et¬mə¬yi va¬cib sa¬yı¬rıq ki, məhz hə¬min nöq¬te¬yi-nə¬zər¬dən çı¬xış edən bəzi təd¬qi¬qat¬çı¬lar bu gün də "Aves¬ta"da mür¬tə-ce fi¬kir¬lər ax¬ta¬rır¬lar: gu¬ya Zər¬düşt öz əsa¬bə¬lə¬ri¬ni baş-qa qə¬bi¬lə və qrup¬la¬ra qar¬şı mü¬ba¬ri¬zə¬yə ça¬ğı¬rır¬mış. Tə-bii ki, zər¬düştlük¬də di¬ni ba¬xış güc¬lü idi və ona ta¬be ol¬ma¬yan¬lar cə¬za¬lan¬dı¬rı¬lır¬dı. La¬kin bu, o dövr üçün tə-bii, qa¬nu¬na¬uy¬ğun hal he¬sab olun¬muş¬dur.
    Zər¬düşt öz mü¬la¬hi¬zə¬lə¬ri¬ni mü¬əy¬yən qru¬pa üz tu¬ta-raq bə¬yan edir¬di. Bu fi¬kir¬lər¬ bü¬töv bə¬şə¬riy¬yə¬tə xi¬tab olun¬ma¬sa da, hə¬min fi¬kir¬lər bə¬şə¬ri ma¬hiy¬yət kəsb edir¬di. "Aves¬ta"nın gü¬cü də məhz bun¬da¬dır.
    Nitsşe¬nin “Zaratustrasını" öz fəl¬sə¬fi ide¬ya¬la¬rı üçün ge¬niş "plasdram" he¬sab edənlər az olmayıb. Bunun başlıca sə¬bəb¬lə¬rin¬dən bi¬ri də bu Şərq abi¬də¬si¬nin mü-ba¬rizə ru¬hu ilə "nə¬fəs al¬ma¬ğındadır”. Yəni bir çox hallarda Zərdüşt də Zaratustra kimi barışmaz olur. Amma onların mübarizəsinin mahiyyəti fərqlidir. Zərdüşt şərə qarşı vuruşur, Zaratustranın mübarizəsindən şər törəyir.
    Bəzən oxu¬cu şərqli Zər¬düş¬tü, "av¬ro¬pa¬lı" Zaratustra ilə də¬yi¬şik sa¬lır, ey¬ni¬ləş¬di¬rir. Unut¬maq ol¬maz ki, bö-yük al¬man fi¬lo¬so¬fu Nitsşe¬nin "öz Zər¬düş¬tü" möv¬cud-dur. Bu, Zaratustradır. O Zaratustra ki, öz “əc¬da-dın¬dan” da¬ha çox za¬hi¬ri key¬fiy¬yət¬ləri əxz edib. Zərdüştlə Zaratustranın daxi¬li fərq və zid¬diy¬yət¬lə¬ri isə ki¬fa¬yət qə¬dər¬dir.
    Min il¬lər¬dir ki, Xe¬yir¬lə Şər, hərblə sülh üz-üzə, göz-gö¬zə ya¬şa¬yır. Bə¬şər nəs¬li¬nin inamı qə¬ti¬dir: dün¬ya xey¬rə, sül¬hə, əda¬lə¬tə təs¬lim ola¬caq. Dün¬ya-dün¬ya¬nı, in¬sa¬nı sevən¬lə¬rin¬dir. Bu yo¬lun yol¬cu¬la¬rın¬dan bi¬ri də Zər¬düştdür - ulu, müd¬rik, şərqli Zər¬düşt.



















    Freyd. Fikir generatorunun “metopsixologiyası”
    1.Psixoanaliz nəzəriyyəsinin banisi

    Ziqmund Frеyd ХХ əsr еlmi fiкrinin məşhur nümayəndələrindən biridir. Bu görкəmli Avstriya filоsоfu psiхоnaliz еlminin əsasını qоymuş, yaşadığı zaman кəsiyində (və sоnraкı dövrdə) bir psiхоlоq, nеvrоpatоlоq, psiхiatr кimi ad çıхarmışdır. Ziqmund Şlomo Frеyd (1856-1939) Avstriyada Frayberq şəhərində yəhudi ailəsində dünyaya gəlib. Onun doğulub boya-başa çatdığı küçə (Şlosserqasse) hazırda Freydin adını daşıyır.
    Zuqmund hələ kiçik yaşından öz qeyri-ari qabiliyyəti ilə ailədəki səkkiz uşaqdan fərqlənirdi. Valideynləri onun təhsilinə xüsusi diqqət yetirirdilər.
    Freyd gimnaziyada oxuyarkən fəlsəfə ilə ciddi maraqlanmağa başlamışdı. On yeddi yaşında ikən gimnaziya təhsilini başa vuran gənc artıq alman, fransız, ingilis, ispan, italyan, habelə latın dillərini mükəmməl bilirdi.
    Həmin dövrdə Freyd istədiyi ixtisası seçə bilərdi. O, uzun tərəddüdddən sonra həkim olmaq qərarına gəldi və Vena universitetinə daxil oldu. Onun həyatının sonrakı illəri də bu təhsil ocağı ilə bağlı olub.
    Frеydin ilк tədqiqatları fiziоlоgiya və baş bеyinin anatоmiyasına həsr оlunmuşdur. Sоnraкı dövrdə о, sекsuallığın inкişafının psiхоlожi aspекtləri, yuхugörmənin mahiyyəti, nеvrоzların psiхоtеrapеvtiк üsulla müalicəsi və s. prоblеmlərlə bağlı bir sıra əsərlər yazmışdır. Оnun sоsial psiхоlоgiyaya ("Кütlənin psiхоlоgiyası və insan Məninin təhlili"), bəşəri mədəniyyətdə mifоlоgiyaya dair ("Tоtеm və tabu"), dinlə bağlı ("Bir illüziyanın tariхi") və bir çох əsərləri alimə dünya şöhrəti gətirmişdir.
    Frеydin əsərləri dünyanın bütün mədəni ölкələrində öyrənilir, çap оlunur, tədris еdilir.
    Sоvеt haкimiyyəti illərində Frеydin nəşri qadağan оlunmuş, adı yalnız "qara siyahıda" çəкilmişdir. Halbuкi оnun əsərləri hələ əsrin əvvəllərində Rusiyada çap оlunmuşdur.
    Sоn illərdə biz yеnidən Frеydə üz tumuşuq. Çох təəssüf кi, onun əsərlərinin nəşrinə uzun illər yasaq qoyulmuşdur. Yaradıcılığı son illərəcən Azərbaycan охucusuna az qala hеç məlum dеyildi.
    Frеyd nəhəng fiкir gеnеratоrudur. Həmin fiкirləri daşıyan bəzi işıq zərrəciкlərini nəzərdən кеçirməк sərfəli оlardı: Frеydi söyənlərə də, Frеydə vurulanlara da. (Yеri gəlmişкən, sovetlər dönəmində bəzi "alimlərin" iddia еtdiyi кimi, Frеydin nəzəriyyəsi qətiyyən mürtəcе mahiyyət daşımır. O, tədqiqatçı alim, hələ üstəgəl antifaşist idi. Faşist Almaniyası Avstriyanı zəbt еdəndən sоnra о, İngiltərəyə mühacir еtmişdi).
    Bəs nə dеyirdi Frеyd? Bayaq dеdiyimiz "zərrələrə" diqqət yеtirəк. Frеyd insanın mənəvi həyat fəaliyyətinin struкturu haqqındaкı bütün təкlif və mülahizələrini “Metopsixologiya” adlanan nəzəriyyədə şərh еtməyə çalışır; ümumiyyətlə, psiхi prоsеs dinamiк, tоpiк və iqtisadi münasibətlərlə ifadə оlunur. Insanın "tоpiк" (və ya "tоpоqrafiк") psiхiкası оnun daхili aləminin sхеmidir; bunu Frеyd iкi əsas hissəyə (və ya psiхi sistеmə) bölür: qeyri- şüurilik və şüur. Bunların arasında isə ön şüur - "bufеr" sistеmi yеrləşir.
    Frеyd "ilкin maraqla" кifayətlənməmiş, öz nəzəriyyəsini inкişaf еtdirərəк "marağın" yеni pilləsinə qədəm qоymuşdur: "ölümə mеyl" həmin pillələrdən ən mühümüdür. Artıq bu mərhələdə sекsual maraq öz biоlожi əndazəsindən çıхaraq yеni məna кəsb еdir - özünümühafizənin, özünütəsdiqin sinоnimi кimi çıхış еdir.
    "Ölümə mеyl" (canatma, cəhd, həvəs, maraq) psiхоanalizin ən mürəккəb çalarları ilə müşayiət оlunur. Bu nəzəriyyənin yaranmasında çох güman кi, Birinci dünya müharibəsinin də mühüm rоlu оlmuşdur. Bu nеcə оla bilir кi, insan bilərəкdən, dərк еdərəкdən ölümün üstünə gеdir, öz həyatı ilə vidalaşmağa can atır? Bəlкə оrqanizm - bu üzvi aləm öz əzəli fоrmasına, - qеyri-üzvi vəziyyətinə qayıtmaq istəyir? Bu ziddiyyətli baхış və mühaкimələrdən Frеyd bеlə bir nəticəyə gəlir: canlı оrqanizm ölümə mеyl еdir - о, bu halı Tanatоs adlandırır; еyni zamanda həyata dоğru, yaşamağa dоğru da həvəs çağlayır - bu, Еrоsdur. Öz əvvəlкi halına - yəni qеyri-üzvi hala qayıtmaq istəyilə, yaşarılığını saхlamaq mеyli - hər iкi hadisə özlüyündə nə qədər mühafizəкar səciyyə daşısa da, nə qədər ziddiyyətli görünsə də müəyyən bir хətdə кəsişir. Frеydə görə, bütün həyat - güzəşt və mübarizədən, bu iкi cəhdin ziddiyyətindən, оnların barışmazlığından ibarətdir. Dеməli, hərbə, qırğına, qana mеyl insana хas оlan cəhətdir.
    Frеyd göstərir кi, bütün yaradıcılıq prоsеsi sекsual еnеrжinin ("libidо") sublimasiyası (yüкsəlməsi, artması) nəticəsində baş vеrir. Incəsənət də yuхugörmə (röya) кimi еlə bir hadisədir кi, оrada qеyri-şüuri daha parlaq şəкildə təzahür еdir.
    Frеydə görə, fantaziya - bədii yaradıcılığın əsasıdır.
    Fantaziya - nеvrоz və psiхоzun əmələ gəlməsi üçün əlvеrişli zəmindir. Bеləliкlə, Frеyd bеlə hеsab еdir кi, yaradıcılığın mənbəyi patоlожi хəstəliкlərldə, psiхi sapınmalarla bağlıdır. Еlə bunun nəticəsidir кi, sоnralar еlmi tibbi-bədii ədəbiyyatla bir çох əsərlərdə bеlə bir fiкir gеniş yayılmağa başladı кi, ağılsızlıq və bədii yaradıcılıq bir-birini tamamlayan кеyfiyyətlərdir. Bir çох dahilər məhz həmin "ayrılmaz кеyfiyyətlərin" yüкsəк dərəcəsi sayəsində mеydana gəlmişdir. Insanın həyat və yaradıcılıq prоsеsi barədə Frеyd nəzəriyyəsi mütləq dоğru təlim кimi qəbul еdilməsə də, bizcə оrada rasiоnal və rеal mülahizələr də yох dеyildir. Aхı, bеlə bir faкtı nеcə inкar еtməк оlar кi,sənətкarın bütün bədii fəaliyyəti məhz cоşğun həvəs və "ilham anı" ilə bağlıdır. Bu prоsеsi еləcə də еlmi fəaliyyətə - böyüк кəşf və iхtiraların yaranma prоsеsinə aid еtməк оlar.
    Əlbəttə, dеməк оlmaz кi, yaradıcılığa istiqamətlənən hər cür həvəsi sекsual еnеrжinin - "libidо"nun екvivalеnti кimi qiymətləndirməк lazımdır. Faкt budur кi, hər halda bu cür еnеrжi mövcuddur və çох güman кi, həmin еnеrjinin yaranmasında sекsual tələbata оlan mеyl də müəyyən rоl оynayır.
    Psiхоlожi müşahidələrə və еləcə də psiхiк fəaliyyətdə baş vеrən prоsеslərə istinadən nəticə çıхarmaq оlar кi, insan məhz təbiətən maliк оlduğu еnеrji sahəsində hər cür fəaliyyətə can atır, еlmi və bədii yaradıcılığın pillələri ilə yüкsəкliyə üz tutur. О кi qaldı yaradıcılığın patоlоji halla əlaqəsi məsələsinə, bizcə, bu fiкirdə də həqiqətə yaхın qənaətlər tapmaq mümüкündür. Çох vaхt "ruhi хəstə" adlandırılan adamların güclü həvəsə, yоrulmaz hərəкətə, tüкənməz marağa maliк оlduğunu hər bir nеvrоpatоlоq və adi müşahidəçi təsdiq еdə bilər. Tariх bunu da təsdiqləyir кi, yaradıcılıq qabiliyyətinə maliк bu cür "хəstələrin" mövcud еnеrjisinin bədii aхtarışlara (və ya еlmi fəaliyyətə) yönəldilməsi çох səmərəli оlur. Məhz bеlə "patоlоji vəziyyətdə" qısa vaхt ərzində cild-cild əsərlər yazan, saysız - hеsabsız musiqi nömrələri bəstələyən, mühüm еlmi iхtiralar еdən adamlar az оlmayıb.
    Еnеrjini hara yönəltməli? Biz Frеydin nəzəriyyəsinə öz münasibətimizi buradaca saхlayır, bir məsələni хüsusilə qеyd еtməк istəyiriк: insan təpədən dırnağa "еnеrжi blокu"dur. Çеviк, əsəbi, narahat, cоşğun, dalaşqan adamlarda bu cür еnеrжinin хüsusi çəкisi, həddi, кəmiyyəti çохdur. Cinayət hadisələrinin təhlili göstərir кi, məhz sadaladığımız cəhətlərə maliк оlan adamlar daha tеz-tеz qеyri-qanuni hərəкətlərin baş vеrməsində yaхından iştiraк еdirlər. Pеdaqожi müşahidələr оnu da təsdiq еtməyə imкan vеrir кi, dеyəк: dəcəl uşaqlar arasında "zəhmətкеşlər", cürətlilər daha çох nəzərə çarpır. Zəmanənin nəhəng simaları arasındı кеçmiş "dəcəllərə", "tərbiyəsizlərə" istənilən qədər rast gəlməк mümкündür. Bizə еlə gəlir кi, insana хas еnеrжinin (istər-istəməz Frеydin "libidо"sunu хatırlayırıq) gərəкli fəaliyyət sahəsinə yönəldilməsi yalnız müsbət nəticələr vеrə bilər. Bu gün canlı "еnеrji blокunun"-insanın yaradıcılıq imкanlarının daha parlaq şəкildə üzə çıхarılması və хərclənməsi yоllarının "хəritəsini" işləyib hazırlamaq bir çох еlmlərin, еlmi sahələrin qarşısında duran mühüm prоblеmlərdən biridir.
    Əlbəttə, indiкi halda cəmiyyətlə оnun üzvlərində "коmplекs baхış" şəraitində şəхsiyyətin fərdi qabiliyyətinin aşкarlanması çətin məsələdir.Adamların təşəbbüsкarlığının bəhrə vеrməsi, idraкın analitiк qatlara nüfuz еtməsi, təхəyyülün sоnsuzluqda qanad çalması yalnız azad cəmiyyətdə mümкün оla bilər. Zəкanın zəncirləndiyi şəraitdə еnеrжi bumеranqa bənzəyir: о,оrqanizm daхilində vurnuхur, çохlu fəsadlar törədir, оrqanizmə ciddi ziyan gətirir, nеvrоz, əsəbiliк, strеss yaradır.
    Еnеrjinin (libеdо) düzgün, prоpоrsiоnal tənzimlənməsi şəхsiyyətin imкanlarının gеrçəкliyə çеvrilməsinə təкan vеrir.
    Əlbəttə, bu cür nizamlanma, tənzimlənmə tərbiyə prоsеsi ilə əlaqələndirilməlidir! К.Gilbеrt və Q.Кun кimi görкəmli еstеtiкa tariхçilərinin dоğru оlaraq yazdıqları кimi, tam qətiyyətlə dеməк оlar кi, indi frеydizmin təsirini öz üzərində hisеtməyən bir dənə də еstеtiк nəzəriyyə tapmaq mümкün dеyildir.
    Frеydin sənətкar psiхоlоgiyası ilə bağlı mülahizələrini inкişaf еtdirən nəzəriyyənin tərəfdarlarından biri - О.Ranк bеlə hеsab еdir кi, sənətкar-psiхоlожi münasibətdə хəyalpərvərlə nеvrоtiк arasında dayanır.
    Frеydizm özü bоyda müəmma оlduğu qədər də bitкin bir sistеmin açarıdır. Zərrə-zərrə fiкir hörgülərindən, şüa-şüa idraк naхışlarından yapılıb, qurulub оnun sistеmi.
    Frеydizm Frеydin - özünəbənzər, sistеminə охşar mоzaiк, mürəккəb bir abidədir. Bu abidənin hər daşı bir əsəb hücеyrəsidir. İnsanı, оnun əsəbdən biçilmiş iç dünyasını öyrənirdi Frеyd.
    Freyd yaradıcılığına münasibət bu gün də ziddiyyətli səciyyə daşıyır. Bir çox tədqiqatçılar onun fikirlərini boş, cəfəng və məsaz fikir yığını hesab edirlər.
    Amerika psixoanalitiklər assosiasiyasının nümayəndələri Ziqmund Frеydin fəaliyyətini arxaik bir hadisə adlandırırlar.
    Bir sözlə bu günün özündə belə Frеydin əleyhdarları və tərəfdarları kifayət qədərdir.
    1985-ci il

    2. Freyd keçmiş etapdır...
    Bir-iki dəfə, zərurət yarandığı üçün Freyd haqqında qısa, çox müxtəsər şəkildə öz fikrimi bildirmişəm. Bu məşhur simayla bağlı müsbət qənaətlərim az olmayıb. Amma ona tənqidi prizmadan yanaşdığım vaxtlar da olub və məhz buna görə mənə irad tutanlar məni tənqid edənlər də olub. Bəlkə də “tənqidçilər” haqlıdır. Axı hərənin öz tənqid “arşını” var. Freydın özünü nəinki tənqid edənlər, hətta ifşa edənlər də çox olub. Onu hələ öz sağlığında şarlatan, şeytan hesab edənlər də az olmayıb.
    Tənqidim nədən və ya nələrdən qaynaqlanır?
    Məsələ burasındadır ki, Freyd hələ ilk gəncliyində narkotikdən asılı bir şəxs olub. O, uyuşdurucu maddənin dadına ilk dəfə baxandan sonra cuşə gəlib. Bu maddə onu depressiyadan xilas edib və özünəinamı gücləndirib. O zaman gənc alim kokaini pasientlərə astmanın, depressiyanın, nevrozun dərmanı kimi məsləhət görüb. Freyd kokainin xassələri haqda məqalələr də yazıb. Sonralar yaxın dostlarının bir çoxu kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün çox uzun bir zaman lazım olub.
    Orası da var ki, Freyd öz xəstələrinin əksəriyyətinin gizli, psixi cəhətlərini, alt qatlarını çox vaxt kokainin təsiri altında öyrənirdi.
    Dediyim kimi, Ziqmund Freydlə bağlı bir sıra yazılarım var və o yazıları hələ Sovetlər dönəmində mətbuatda zor-bəla ilə dərc etdirmişəm. Yox, mən Freydin və freydizmin mübəlliği olmamışam. Sadəcə, o vaxtlar psixoanalitik nəzəriyyə tənqid edilirdi. Mən həmin dövrdə fəlsəfə və sosial psixologiya ilə məşğul idim. İstər-istəməz Freydlə “tanış olmalı” idim. Oldum da. Əsərlərini əlaltdan baha qiymətə tapıb oxudum. Etiraf edim ki, həmin dövrdə həmin əsərlər mənə çox maraqlı təsir bağışlamışdı.
    Yeri gəlmişkən, Freydin ən ciddi tədqiqatları öz üzərində aparıb. O, insanların (eləcə də özünün) xəstəliyinin əsas mənbəyini seksdə görürdü. Alim belə düşünürdü ki cinsi meylin, yəni libidonun əsası uşaqlıqdan qoyulur. Məşhur psixoanalitik göstərirdi ki, insanda erotik hisslər körpəlik dövründən üzə çıxır. Və guya cinsi canatmalarla (təəşüqlə) yüklənən oğlan uşaqlarında hələ lap ilk çağlardan analarına məhəbbət, atalarına qarşı qısqanclıq hissləri yaranır. Qız uşaqlarında isə bu proses əksinə baş verir. Freyd bunu "Edip kompleksi" adlandırırdı.
    Yox, mən Freydi əsaslı tənqid etməkdən və ona qarşı təbliğat aparmaqdan uzağam. Kim istəsə onun yazdıqlarını oxuya bilər. Onun əsərləri biologiyanın, sosiologiyanın, təbabətin və psixologiyanın bir mərhələsi kimi kimlərdəsə maraq doğura bilər. Vyanalı məşhurun maraqlı dili, hadisələrə orijinal yanaşması, obrazlı təfəkkürü, sadə mühakiməsi var. Dünyada oxunan müəlliflərdən biridir.
    Amma və lakin...
    Doğrusu, indi Freyd və freydizm şəxsən mənimçün keçmiş etap, köhnə arxiv materialıdır.

    3.Yuxular haqqında
    Freyd və freydizm bir az arxa plana keçir

    Az yatıram. Amma bu qısa zaman çərçivəsində bəzən çox maraqlı yuxular da görürəm. Çoxu da süjetli, fabulalı, dialoqlu, monoloqlu. Hazırca əsərdir, götür yaz. Hərdən düşünürəm ki, bəlkə mən yatanda yuxu görmürəm, yuxu məni görür?
    Dünən gecə görürəm ki, bir dostumla rastlaşıram, o israr edib deyir ki, yaxınlıqda yaşayıram, gedək bizə. Deyirəm ki, evdə nə var, gəl bir yerdə oturub çay içək, çörək yeyək. O, əlini uzadıb deyir ki, budur, beş-on metrlikdə yaşayır. Nə isə, onun evinə qonaq gedirik. Dostum haradasa Montin tərəflərdə yaşayır. Mənim çiynimdə iri çanta var. Narın yağış yağır.
    Kino-teatrdın yanından keçədə bir şir heykəli gözümə dəyir. Amma hisss edirəm ki, bu heykəl sanki tərpənir, elə bil şir canlıdır. Dostum əlini heykəlin belinə çəkir. Sanki şir donub sakitləşir, ta tərpənmir. Mən təəccüblə çiynimi çəkirəm. Dostum deyir ki, bu, adi bir şir heykəlidir.
    Xülasə, söhbət edə-edə gedib çıxırıq dostumun evinə. Baxıb görürəm ki, evdə canlı bir şir var. Dostum deyir ki, bu evdə çoxdan şir saxlayır. Özü də deyəsən bu ev dostumun özünün deyil, o, burada kirayədə qalır.
    Şir sakit-sakit, məlul-məlul üzümüzə baxır. Dostum deyir ki, sən gözlə, mən gedim həm özümüz, həm də şir üçün bir az bazarlıq edim gəlim. Etiraz etmirəm. Dostum çıxıb gedir. Mən diqqətlə şirə baxıram: o, deyəsən qocalıb əldən düşüb. Şirə baxa-baxa onun taleyi barədə düşünürəm. Və məni yuxu aparır. Bir azdan qapı döyülür. Gələn dostumdur. İndi o, təkcə bazarlıq edib gəlməyib, özüylə gənc bir şir də gətirib. Mən bu yeni gələn şiri o dəqiqə tanıyıram; o, bayaq kinoteatrın yanında gördüyüm şirdir. Demək, bu hiyləgər şir orada özünü bicliyə qoyaraq “heykələ” dönübmüş. Hə, deməli, otaqdakı şirlər başlarını tərpədib bir-birilə “görüşür”, ağızlarını yaxınlaşdırıb imsiləşirlər.
    Dostum bazarlıq heybəsini açır. Şirlər də öz yeməyini yeyir, biz də. Hiss olunur ki, şirlər öz yeməklərini güc-bəla ilə yeyirlər. Yedikcə udqunurlar.Yəqin ki, onların dişi tökülüb. Dişli şirin burada, bu dar otaqda nə işi var?
    Dostum deyir ki, ta bu şirləri burada saxlamağın bir mənası yoxdur. Gəl onları aparıb zooparka təhvil verək. Belə də edirik. Dostum şirləri qucağına alıb mənim iri çiyin çantamın içinə qoyur. Mən çantanı götürüb çiynimə atıram. Şirlərin çəkisi çox yüngül imiş.
    İndi bayırda güclü külək əsir, şırhaşır yağış yağır.
    Addımlarımızı iri atırıq.
    Bayaq yanından keçdiyimiz kino-teatra çatanda dostum deyir ki, sən burada gözlə, mən zooparkın direktorunu tapım. Deyirəm ki, axı bura zoopark deyil. Dostum deyir ki, ta zoopark burada fəaliyyət göstərir.
    O, gedir müdiriyyəti axtarmağa.
    Kinoteatrın arkasının altında külək və yağış tutmayan bir yerdə dayanıb ətrafa nəzər salıram və görürəm ki, bayaq gördüyüm şir heykəli yerində deyil. Yüz faiz inanıram ki, mənim çantamdakı şirlərdən biri elə həmin “heykəl-şirdir”.
    Bayırda gözləməkdən yoruluram. İçəri keçirəm. Qəribədir, sən demə, bura həm zoopark, həm də kinoteatr imiş.
    Çiynimdəki yükü, daha doğrusu, şirləri yerə qoyuram. Çantadakı vəhşilər dombalaq aşıb nərildəyir. Adamlar, xüsusən uşaqlar, heyrətlə yerdə yumalanan çantaya baxırlar. Mən həyatda olduğu kimi, yuxuda da yalan deməyi xoşlamıram və etiraf edirəm ki, çantada şirlər var, amma onlaq qorxulu vəhşilər deyil, məncə onların heç dişi də yoxdur.. Tamaşaçıların marağı daha da artır. Onlar istar edib çantanı açmağımı istəyirlər. Mən deyirəm ki, bu şirləri bir azdan buraya təhvil verəcəyik, onda baxa bilərsiz, bir az gözləyin.
    Dostum zooparkın hansısa məsul işçisi ilə gəlir. Həmin məsul işçi əyilib çantaya baxır. Bayaqkı iri çanta indi çox balaca görünür. Sanki onun içində yumalanan iki nəhəng şir deyil, kiçik siçovullardır.
    Biz dostumla and-aman edib deyirik ki, çantadakılar şirdir...
    Çantanı götürüb yaxınlıqdakı yaşıl əraziyə keçirik...
    Bilmirəm bu yuxunun mənası nədir. Amma hesab edirəm ki, onun haradan qaynaqlandığını qismən bilirəm.
    Bir müddət əvvəl vaxtilə haqqında yazdığım Bəbirovların evdə saxladığıl şiri xatırlamışdım. Bilənlər bilir, 80-ci illərdə evində şir saxlayan qadın vardı. Günlərin bir günü həmin xanımı- Bərbərovanı vəhşi şir parçalayıb öldürmüşdü. O vaxtacan həmin şir haqda film çəkilmiş, hətta şir filmlərdə “rol” oynamışdı.
    Deməli, şir mənim yuxuma buradan gəlibmiş.
    O ki qaldı çiynimdəki iri çantaya... Dünən yeni çapdan çıxan kitablarımın bir neçəsini həmin çantada evə gətirmişdim...
    Elə yağış da dünənki yağış idi və görünür yuxuma da elə oradan gəlibmiş...
    Hələ orasını demirəm ki, bir çox bədii yazılarımda- nəsr və dram əsərlərimdə Şir obrazı yaratmışam. “Qəfəs” pyesimin əsas personajı elə Şirdir...
    Belə getsə, yuxu ilə bağlı təəssürat və fikirlərim Freydi və freydzmi arxa plana keçirəcək.
    Bunu yazmaqda, yuxumu geniş təsvir etməkdə məqsədim nədir?
    Mən qətiyyən yuxunun “kodlarını” açmaq niyyətində deyiləm. Və hesab edirəm ki, belə bir kod da yoxdur.
    Yuxular hallüsinasiya səciyyəli olur.Və biz adətən həyatda gördüyümüz, barəsində düşündüyümüz hadisələri yuxuda bir qədər təhrif olunmuş, dəyişmiş, metoforik şəkildə görürük.
    Yuxularımız bir növ bizim real həyatımızın yarıfantastik davamıdır.






















    Rassel. Aristotelin ensiklopedik davamçısı və görkəmli epistemoloq

    Bertran Rassel (Bertran Artur Uilyam Rassel:18 may 1872 - 2 fevral 1970) — britaniyalı filosof, ensiklopedist, məntiqçi, yazıçı, riyaziyyat fəlsəfəsi və epistemologiya üzrə görkəmli mütəxəssis, habelə ictimai xadimdir. Rassel ingilis neorealizminin və neopozitivizmin banilərindən biri hesab olunur. O, pasifizm, ateizm, liberalizm və sol siyasi cərəyanların müdafiəsinə dair əsərləri ilə tanınıb.
    Nobel mükafatı laureatıdır (1950).
    Rassel Qərb fəlsəfəsinin əsas istiqaməti olan analitik fəlsəfənin və riyaziyyatı saf məntiqə endirə bilən loqisizm nəzəriyyəsinin banilərindən biri olmuşdur. Bundan əlavə, o, estetika, pedaqogika və sosiologiya sahəsindəki işləri ilə də tanınır. “Bertan Rassel — əsrin filosofu” adlı memorial məcmuədə xüsusi vurğulanır ki, Rasselin riyazi məntiqə töhfəsi Aristoteldən bəri ən əhəmiyyətli və fundamental nailiyyətlərdən biridir.
    Amerikalı filosof İrvın Edman isə Rasselin işlərini yüksək qiymətləndirərək onu Volterlə müqayisə etmiş və vurğulamışdı ki, o, “keçmişin məşhur ingilis filosofları kimi ingilis nəsrinin ustasıdır”. İsveç Akademiyasının məsul katibi Anders Esterlinq Rasseli “rasionalizmin və humanizmin ən parlaq nümayəndələrindən biri, Qərbdə söz və düşüncə azadlığının qorxmaz müdafiəçisi” adlandırmışdı.
    Rassel artıq yuxarıda qeyd etdiyimiz kimi, 1872-ci ildə Monmautşir qraflığının Trellək kəndində doğulmuşdur. Onun atası İngiltərənin baş nazirinin oğlu idi. Gələcək filosofun ailə üzvləri təhsilli və cəmiyyətdə nüfuzlu insanlar idi. Rassellər ailəsi liberal dəyərlərə rəğbəti ilə seçilir, onlar müharibə və sülh mövzularında açıq şəkildə danışırdılar.
    Rassellin atası lord Embl, 19-cu əsrdə formalaşan və 20-ci əsrdə populyarlaşan pasifizmin əsasını qoyanlardan biri idi (Pasifizm- militarizmə, hərbə qarşı barışmaz doktrina-F.M.). Bertran atasının baxışlarının və ideyalarının aktiv təbliğatçısı oldu. Onun anası da liberallığın tərəfdarı idi və qadınların hüquqlarını hər fürsətdə müdafiə edirdi. Hətta onun bu hərəkətləri Kraliça Viktoriyanın qəzəbinə səbəb olmuşdu.
    Bertran Rassellin valideynləri və bacısı erkən vəfat etmiş və o, iki böyük qardaşı ilə nənəsinin himayəsinə böyümüşdür. Nənəsi çox güclü müəllimlər vasitəsilə nəvələrinə mükəmməl təhsil vermişdir. Aristokratik tərbiyə, zəngin kitabxana və bacarıqlı müəllimlər uşaqların dünyagörüşünü formalaşdırırdı. Bertran riyaziyyata böyük maraq göstərirdi və inanclı nənəsinə ateist mövqedə olduğunu tez-tez bildirirdi. 1889-cu ildə, 17 yaşında olarkən, o, Kembricdəki Triniti Kollecinin tələbəsi oldu.
    1894-cü ildə incəsənət bakalavrı dərəcəsi alan Rassell, Con Lok və Devid Yumun əsərləri vasitəsilə empirikliyi araşdırdı. 1895-ci ildə o, kollecin elmi cəmiyyətinin üzvü oldu və 1897-ci ildə “Həndəsənin əsasları” mövzusunda dissertasiyasını tamamladı.
    Təhsilini başa vurduqdan sonra Rassell Böyük Britaniyanın fəxri attaşesi oldu və işgüzar səfərlə Parisə getdi. Daha sonra o, Berlini ziyarət etmiş, 1896-cı ildə dərc olunan “Alman sosial-demokratiyası” adlı ilk əsəri üçün material toplamağa başlamışdır. Səfərlər ABŞ-da da davam etdirildi və İngiltərəyə qayıdışla yekunlaşdı. O burada Kembric mühazirələrini “Leybnitsin fəlsəfəsinin tənqidi təfsiri” kitabında təqdim etdi. O, simvolik məntiqi araşdıran Qotlob Frege və Cüzeppe Peano kimi filosofların əsərlərini oxudu və “Riyaziyyat prinsipləri” adlı kitabını yazdı. Bu əsər 1903-cü ildə dərc edildi və Rassellə şöhrət gətirdi.
    Rassel ilkin dövr fəlsəfəsində neytral monizm növünü qəbul etmişdi. O, maddi və mental aləmlər arasındakı fərqlərin əslində ixtiyari olduğunu və onların neytral xüsusiyyətə endirilə biləcəyini iddia edirdi. Bu, amerikalı filosof və psixoloq Uilyam Ceymsin baxışları ilə oxşardır.
    Rassel yazırdı: “Fəlsəfə, qaldırdığı suallara dəqiq cavablar verə bilməsə də, düşüncəmizi genişləndirən, onu ənənənin tiraniyasından azad edən bir çox imkanlar təklif edir”.
    Rassell daha sonra empirik biliklər haqqında düşünürdü və bu biliklərin həqiqəti anlamağın yeganə yolu olduğu qənaətinə gəlmişdi. O, 1904-cü ildə Harvardda mühazirələr oxumuş və onları ayrıca nəşr etmişdir. Alim məntiqdə ziddiyyətlərin mövcudluğunu, habelə fəlsəfədə hipotezlərin və təcrübənin sübut edilməsi rolunu araşdırmışdı. O, 1903-cü ildə “Azad insanın ibadəti” adlı məşhur essesini dərc etdirmişdir.
    Rassel siyasətə də diqqət yetirirdi. O, 1910-cu ildə liberal partiyadan parlament seçkilərinə namizədliyini irəli sürdü. Lakin cəmiyyət arasında onun baxışlarını dəstəkləyənlər az idi və dinə olan münasibəti həmin dövrdəki siyasi mühitlə uyğun gəlmirdi.
    Rassell bir müddət “Hərbi xidmətə çağırışa qarşı müqavimət” təşkilatında fəaliyyət göstərdi, “Sosial yenidənqurmanın prinsipləri”, “Müharibə və ədalət”, “Siyasi ideallar” və digər əsərlərini yazdı. Orduda xidmət etməkdən imtinaya görə həbs cəzası alması və bu mövzuda yazdığı pamfletdən sonrafilosofun fəaliyyəti diqqət çəkməyə başladı. Amma bu “tanınmaq, filosofa baha başa gəldi. Belə ki, onu Triniti kollecindən müəllim vəzifəsindən azad etdilər. Onun kitabxanası cəriməni ödəmək üçün satışa çıxarıldı, hökumət isə onun Harvard Universitetində mühazirə oxumaq üçün ABŞ-a səfərinə qadağa qoydu.
    Rassel öz baxışlarından əl çəkmədi və 1918-ci ildəki tənqidi çıxışlarına görə Brixton həbsxanasına düşdü. Orada o, "Riyazi fəlsəfəyə giriş" əsərini yazdı. 1920-ci illərdə “Düşüncənin təhlili”, “Atomun əsasları”, “Nisbiliyin əsasları”, “Maddənin təhlili” kimi əsərlərin nəşri əlamətdar hadisə oldu. Alimin sosialist baxışları 1920-ci ildə Trotski, Qorki və Leninin tanışlığı ilə yeni “rənglər” aldı.
    Sovet İttifaqını ziyarət etdikdən sonra Rassel, gördüyü rejimi “Bolşevizmin teoriyası və təcrübəsi” kitabında tənqid etdi.
    Bertrand Russel 1920-ci ildə Leninlə söhbətini qələmə almışdır. Onun kəndlilərin taleyi və bunun sosializmə bənzəmədiyi barədə verdiyi suala Lenin gülərək belə cavab vermişdir:“Yoxsul kəndlilər var, varlı kəndlilər var. Biz yoxsul kəndliləri varlı kəndlilərin üzərinə salacağıq və bunlar onları ağacdan asacaqlar. Ha-ha-ha!”
    Rassel həmçinin deyirdi ki, Leninin ağlına belə gəlmirdi ki, Marksın nəzəriyyəsində nəsə yanlışlıq ola bilər. Rasselin Rusiyaya səfəri və bolşevik sisteminə tənqidi ilə bağlı xatirələrini onun “Bolşevizmin təcrübəsi və nəzəriyyəsi” adlı kitabında verilmişdir. O, Leninə və sistemə dair tənqidlərini geniş şəkildə burada izah etmişdir. Lakin Rusiyaya səfəri zamanı qarşılaşdığı bütün simaların arasında yalnız Maksim Qorki onun üçün ən ilhamverici şəxs olub. Çünki Qorkinin xarakteri Rasselin təbiətinə daha çox uyğun gəlirdi.
    Rasselə görə, sovet inkişaf modelini həqiqi kommunist ideallara uyğun gəlmirdi. O, bu səfərlə bağlı xatirələrində yazırdı: “Əgər bolşevizm kapitalizmin yeganə güclü rəqibi olacaqsa, əminəm ki, heç bir sosializm yaranmayacaq, yalnız xaos və məhv hökm sürəcək. Azad düşüncəni insan tərəqqisinin əsas hərəkətverici qüvvəsi hesab edən hər kəs bolşevizmə Roma-katolik kilsəsinə qarşı olduğu qədər əsaslı şəkildə qarşı çıxmalıdır”.
    Bolşevizmə tənqidinə baxmayaraq, Rassel sol ideallardan ümidsizliyə düşməmişdi və özünü socialist adlandırırdı. O, bu kitabında yazırdı: “Mən inanıram ki, kommunizm dünya üçün vacibdir. Mən Rusiyaya kommunist olaraq gəldim, lakin kommunizmə deyil, bu qədər ifrat bir inanca bağlanmanın ağıllılığına dair şübhələri olmayanlarla ünsiyyət mənim öz şübhələrimi min qat artırdı”
    Rassel həmçinin əlavə edir ki, kapitalist sistemin mövcudluğu da çox uzun sürməyəcək, çünki onun ədalətsizliyi göz qabağındadır.
    Alimin Asiyaya etdiyi sonrakı səfər isə Pekin Universitetinə oldu. Pekin Universitetində o, riyaziyyat, məntiq, əxlaq, din, bilik nəzəriyyəsi və sosializmin inkişaf yolları haqqında xüsusi kurslar oxuyurdu. O, ilk dövrlər kommunizmi müdafiə etsə də, proletariat diktaturasına qarşı çıxaraq deyirdi ki, yalnız maarifləndirmə mülkiyyətçilərin şüurunu artırmağa, müharibə və inqilabların qarşısını almağa kömək edə bilər. Rasselin demokratik sosializm ideyaları Çin ziyalılarına xüsusi təsir göstərdi. O, öz təəssüratını “Çinin problemi” əsərində qələmə almışdır.
    1935-ci ildən Rassel artıq Amerikada yaşamağa, Çikaqo və Kaliforniya universitetlərində mühazirələr oxumağa başladı. O, burada publisistik fəaliyyətini davam etdirdi, radio üçün mühazirələr oxudu və "Xidmətlərə görə" ordeni ilə təltif olundu. 1950-ci ildə Nobel mükafatına layiq görüldü. Nobel Komitəsinin rəsmi açıqlamasında qeyd edilir ki, Rassel mükafatı “insanlıq və azadlıq idealları uğrunda mübarizəsinə və parlaq əsərlərinə görə” almışdır. Rassel mükafatı qəbul edərkən rəsmi çıxış etmək imkanı olsa da, bundan imtina etdi.
    Sülh uğrunda mübariz olan filosof müxtəlif mövzularda konfranslarda çıxışlar edir və mitinqlərdə iştirak edirdi. Rassel-Eynşteyn protest bəyanatı alimlərin Paquoş hərəkatının yaradılmasına kömək etdi. 1954-cü ildən etibarən o, nüvə silahsızlanmasını dəstəkləyirdi, çünki həmin dövrdə hidrogen bombasının sınaqları keçirilirdi. Rassel müvafiq hərəkatın və “100-lər Komitəsi”nin üzvü idi.
    1959-cu ildə BBC-yə verdiyi müsahibədə öz mövqeyini açıq şəkildə ifadə etdi. Parlament binasının qarşısında keçirdiyi fəal çıxışına görə həbs olundu. 1962-ci ildə Rassel ABŞ Prezidenti Con Kennedi və SSRİ rəhbəri Nikita Xruşşova Karib böhranı ilə bağlı sülh danışıqları aparmağın zəruriliyi barədə məktublar yazdı.
    1963-cü ildə “100-lər Komitəsi”ndən ayrılan filosof diqqətini Atlantik Sülh Fondu və nüvə silahlanmasına qarşı çıxan şəxsi təşkilatına yönəltdi. O, digər ictimai xadimlərin dəstəyi ilə anti-müharibə komissiyası yaratdı. Təşkilat ABŞ-ı Vyetnamda hərbi qırğın törətməkdə günahlandırdı. Rassel bu müdaxiləyə qarşı çıxır və 1968-ci ildə Çexoslovakiyaya edilən hücumu tənqid edirdi.
    Rassel böyük epistemoloq idi. Onun epistemologiyasına biliyin təbiətini öyrənmək, onun sərhədlərini müəyyən etmək kimi ümdə bir vəzifə daxil idi. O, sözün əsl mənasında müdrikliyə sevgi bəsləyirdi. Onun müdriklik anlayışına yalnız intellekti deyil, həm də hissləri daxil edir. Rassel geniş biliklərə malik, lakin dar hisslərə sahib olan insanların əsl müdriklikdən məhrum olduğunu iddia edir. Onun fikrincə, müdriklik yalnız ictimai işlərdə deyil, şəxsi həyatda da böyük əhəmiyyət kəsb edir, çünki bu, seçimləri istiqamətləndirir və insanları şəxsi önyarqılardan azad edir.
    Rassel fəlsəfənin missiyası haqqında yazır: “Fəlsəfə, qaldırdığı suallara dəqiq cavab tapa bilməsə də, bizim düşüncələrimizi genişləndirən və adətlərin tiranlığından azad edən çoxsaylı imkanlar təklif edə bilər”.
    Bertan Rasselin ən məşhur sitatı budur: “İnsanlar cahil doğulur, amma axmaq doğulmur. Onları axmaq edən təhsildir (…) Bir alimi digərlərindən fərqləndirən onun nəyə inandığı deyil, necə və niyə inandığıdır”.
    Bertran Rasselin müdrik fikirləri bu gün də düşündürücüdür.
    ...Dilənçilər milyonçulara paxıllıq etmir – onlar daha çox sədəqə alan digər dilənçi həmkarlarına paxıllıq edirlər.
    ...Əgər bir insan həqiqəti danışdığını xüsusi vurğulayırsa, əmin olun ki, o, yalan danışır.
    ...Axmaq bir insanın ağıllı bir şəxsin dediklərini yenidən nəql etməsi heç vaxt düzgün olmur. Çünki o, eşitdiyini qeyri-şüurlu olaraq başa düşə bildiyi şeyə çevirir.
    ...Heç vaxt öz inanclarım üçün həyatımı qurban vermərəm, çünki mən səhv edə bilərəm.
    ...Həyatda ən çətin şey hansı körpüdən keçəcəyini və hansını yandıracağını xatırlamaqdır.
    ...Xoşbəxt bir həyat əhəmiyyətli dərəcədə sakit bir həyat olmalıdır, çünki həqiqi sevinc yalnız sakitlik atmosferində mövcud ola bilər.
    ...Nəcib, lakin nəzərə çarpmayan bir həyat sürənlər qorxmamalıdır ki, həyatlarını boşuna keçiriblər.
    ...Sevgidən qorxmaq – həyatdan qorxmaq deməkdir. Həyatdan qorxan bir insan isə dörddə üç ölüdür.
    ...Bizim hisslərimiz biliklərimizə tərs mütənasibdir: nə qədər az bilsək, bir o qədər çox qızışırıq”.
    Bertan Rassel həyatın müxtəlif aspektləri, o cümlədən qadınlar və sevgi haqqında düşüncələri ilə məşhurdur. O, yazırdı: “Qadına olan sevgi, şübhəsiz, ən böyük nemətlərdən biri, lakin eyni zamanda ən böyük bədbəxtliklərdən biridir”. Və yaxud: “Sevgi – təkliyə qaçışın əsas yoludur ki, bu da əksər kişi və qadınların həyatlarının demək olar ki, bütün hissəsini əzab verir”.
    Orasını da deyək ki, Russel qadın hüquqlarının və gender bərabərliyinin uzun illər boyu ictimai müdafiəsinə görə feminist kimi də tanınırdı.
    Rasselin demokratiya və diktatura haqqında yarızarafat dediyi bir fikir də maraq doğurur: “Demokratiyada axmaqların səsvermə hüququ, diktaturada isə hökmranlıq hüququ var”.
    Rasselə görə, dünyanın bütün problemi ondadır ki, axmaqlar və fanatiklər həmişə özlərinə çox əmindirlər, ağıllı insanlar isə çoxlu şübhələr içindədirlər.
    Bertrand Rassel həm bolşevizmin, həm də faşizmin qatı əleyhdarı idi və onların hər ikisini demokratiya və azadlıq, habelə bütün bəşəriyyət üçün təhlükə sanırdı.
    O, Marksı tənqid etməyi də unutmurdu: “Kommunizmin nəzəri doktrinaları əsasən Marksdan götürülüb. Mənim Marksa qarşı iki növ iradım var: birincisi, o, nizamsız idi; ikincisi, onun düşüncəsi demək olar ki, tamamilə nifrətlə ilhamlanmışdı”.
    Rassel məntiq, riyaziyyat fəlsəfəsi və epistemologiya sahələrində əsaslı işlər görmüşdür. Onun "Riyaziyyatın prinsipləri" ("Principia Mathematica") əsəri məntiq və riyaziyyatın təməllərinin aydınlaşdırılmasında mühüm rol oynamışdır. “Rassel paradoksu”nun kəşfi isə riyaziyyatın formal məntiqə endirilməsi fikrini müdafiə edən loqisizm nəzəriyyəsi, tiplər nəzəriyyəsinin tətbiqi və birinci dərəcəli predikat hesabının təkmilləşdirilməsi və populyarlaşdırılması diqqətəlayiqdir.
    Bertrand Rasselin bioqrafiyası yalnız elmi və ictimai-siyasi fəaliyyətlə bağlı görünə bilər, lakin filosof öz şəxsi həyatını da unutmurdu. Tədqiqatçılar onun adını son əsrlərin məşhur sevgi romanlarının siyahısına daxil edirlər və bunun təsdiqləri mövcuddur. Rassel dörd dəfə evli olub. Əslində isə onun sevgililərinin sayı çoxdur.
    Bertran Rasselin ilk seçimi tələbəlik illərində Trinity Kollecində tanış olduğu Elis Smit oldu. Gənc Bertran Elisə evləndi, lakin onların ailə həyatı haqqında təsəvvürləri uyğun gəlmədi. Onların yaratdığı ailə xoşbəxtliyi illüziyası Bertranın həmkarı Vaytheydin həyat yoldaşına aşiq olması ilə sarsıldı. Bu qısa intriqa boşanma ilə nəticələndi və 1910-cu ildə alimin ürəyində yeni bir sevgi yer aldı. Onu parlament üzvünün həyat yoldaşı Ottolina Morrel cəlb etdi. Münasibətləri tezliklə başa çatdı və yazışma mərhələsində dayandı, lakin Rasseli qarşıda yeni romanlar gözləyirdi.
    1914-cü ildə ABŞ-da Bertran, cərrah qızı Helen Dadli ilə tanış oldu və onu İngiltərəyə qonaq dəvət etdi. Lakin qız gələndə Rassel artıq Ayrin Uillis ilə münasibətdə idi. 1916-cı ildə o, evli aktrisa Konstansiya Mallesona aşiq oldu və onun münasibətlərində üçüncü şəxs oldu. Aktrisa ilə əlaqəsi 30 il davam etdi.
    1921-ci ildə filosof Rusiyaya səfəri zamanı onu müşayiət edən katibə Dora Blek ilə evləndi. Dora, tezliklə Bertrana bir oğul və bir qız bəxş etdi. Uşaqları üçün məktəb seçərkən ər-arvad öz təhsil müəssisələrini yaratmağa qərar verdilər və bu, 1927-ci ildə məktəb açdılar. Yazıçının bu dövrdə nikah və ailə ilə bağlı düşüncələri “Nikah və əxlaq” kitabında ifadə edilmişdir.
    Rassel və Blek birliyi uzun sürmədi. Alim gənc Coan Folvellə maraqlandı və onunla üç il münasibətdə oldu. O, 1936-cı ildə öz uşaqlarının tərbiyəçisi Patrisiya Spenserlə evləndi. Aralarındakı yaş fərqi 40 il idi. Ailə ABŞ-da yaşayırdı. Patrisiya bir oğul dünyaya gətirdi, lakin bu nikah da yazıçı-filosofun şəxsi həyatında son mərhələ olmadı. O, 1952-ci ildə Rassel yazıçı Edit Fink ilə münasibətləri olduğu üçün həyat yoldaşından ayrıldıdı. Onlar ümumi ictimai-siyasi baxışlar əsasında birləşmişdilər. Birlikdə nümayişlərdə iştirak edir, Avropanı gəzir və müharibəyə qarşı fəaliyyətlə məşğul olurdular.
    Azad sevgi nəzəriyyəsinin bir çox davamçılarından fərqli olaraq, Bertran Rassel öz düşüncələrini gizlətmirdi, bunu onun kitablarından götürülmüş sitatlar və ifadələr də sübut edir. Münasibətlərdə həqiqət və inama çağırış edən Rassel sevdiklərinə qarşı dürüst idi, buna görə də ömrünün sonunu xoşbəxt insan kimi keçirdi. Son illər Bertran Rassel Şimali Uelsdə övladları və nəvələri ilə ünsiyyətdə yaşayırdı.
    Rasselin şəxsi həyatı, əslində onun fikirləri ilə ziddiyyət təşkil edirdi. O, inqilabi görüşlərə sadiq olsa da, həyat yoldaşları ilə münasibətləri zaman-zaman gərginliklər doğururdu. Onun həyatında qeyri-adi məqamlar, məsələn, həyat yoldaşı Dora Blekin başqa bir kişidən uşaq dünyaya gətirməsi və bu halın Rasselin konseptual baxışlarını sarsıtması ilə diqqət çəkir.
    Alim 2 fevral 1970-ci il tarixdə dünyasını dəyişdi. Ölüm səbəbi qrip oldu. Yaşlı filosofun immuniteti xəstəliklə mübarizə apara bilmədi. Bəli, Nobel mükafatı laureatı Bertran Rassel ehtiraslı qəlyan çəkən olmuş və 98 yaşına qədər yaşamışdır. O, hətta öz həyatını qəlyan çəkməyə borclu olduğunu iddia edirdi.
    Rassel “Qocalmaq necədir?” adlı essedə dəfələrlə eqodan uzaqlaşmağın vacibliyini vurğulayır. Bu, həyata və digər insanlara (xüsusilə gənclərə) daha geniş perspektivdən baxmağı nəzərdə tutur. O, həmçinin qeyd edir ki, bu yanaşma bizə ölümdən sonra da həyatın davam etdiyini dərk etməyə kömək edəcək.
    Haşiyə. Rasselin yuxarıda xatırlatdığımız “Nikah və əxlaq” adlı kitaında ailə institutlarının yaranma və inkişaf tarixi əhatə olunub, eləcə də hər birimizi maraqlandıran məsələlər - evlilik və boşanma, sədaqət və xəyanət, sevgi və cinsəllik mövzuları müzakirə edilib. Belə hesab edirəm ki, Rasselin bu kitabı Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında qoyulan problemlərlə səsləşir.
    Rasselin fəlsəfi əsərləri ilə yanaşı, geniş kütlələrə müraciət edən esseləri və populyar mətnləri də onun ədəbiyyatda təsirini artırmışdır. O, yalnız texniki fəlsəfəyə deyil, həm də gündəlik mövzulara dair yazdığı yazılarla cəmiyyətin düşüncələrinə istiqamət vermişdir.
    Rasselin əsas əsərləri aşağıdakılardır:
    1903 – "Azad insanın ibadəti"
    1910 – "Fəlsəfə problemləri"
    1912 – "Dinin mahiyyəti"
    1914 – "Mistisizm və məntiq"
    1922 – "Düşünmək sənəti"
    1925 – "Orta əsrlərdə həyat"
    1935 – "Din və elm"
    1936 – "Ölümdən sonra həyat varmı?"
    1938 – "Mənim dini xatirələrim"
    1945 – "Qərb fəlsəfəsinin tarixi"
    1948 – "Tanrının mövcudluğu"
    1953 – "Elmin cəmiyyətə təsiri"
    1987 – "Mən niyə xristian deyiləm?"
    Rassel XX əsrin ən görkəmli filosoflarından biridir. Lakin o, geniş planda daha çox sülh uğrunda mübarizə aparan, habelə sosial, siyasi və mənəvi mövzularda yazan populyar bir müəllif kimi tanınırdı.












    Yunq. İnsanın daxili aləminə fərqli
    analitik baxış

    Karl Qustav Yunq (26 iyul 1875 – 6 iyun 1961) – İsveçrəli psixoloq, psixiatr, filosof, pedaqoq, habelə analitik psixologiyanın banisidir.
    Yunq 26 iyul 1875-ci ildə İsveçrənin Kesvil şəhərində, reformasiya kilsəsinin keşişi olan bir ailədə dünyaya gəlib. Yunqun anası Emili Yunq zəngin ailədə böyümüşdü. Atasının babası və ulu babası həkim idi.
    Sonralar Yunq yazacaqdı: “Özümü iki-üç yaşımdan dərk edirəm. Keşişin evini, bağını, camaşırxananı, kilsəni, şəlalələri, Laufenin əzəmətli mənzərəsini, kiçik qəsri və kilsənin gözətçisi olan kənd təsərrüfatı sahəsini xatırlayıram. Bunlar bulanıq konturlu bir dənizdə üzən kiçik xatirə adacıqlarıdır, hər biri digərləri ilə əlaqəsizdir.” (“Xatirələr, yuxular, düşüncələr”).
    Altı aylıq olarkən Yunqun atasını Laufenə daha mühüm bir dini təsisata keşiş təyin etdilər. Lakin Karlın valideynləri ümumi dil tapa bilmirdilər. Emili Yunq depressiyaya meylli bir qadın idi, əksər vaxtını öz yataq otağında keçirirdi, burada gecələr ruhlarla əlaqə qurduğunu deyirdi. Yunq daha çox atası ilə ünsiyyətdə olurdu. Gündüzlər hər şey normal gedirdi, amma Yunq gecələr anasının qəribə və müəmmalı bir insana çevrildiyini görürdü. O, bir dəfə gecə anasının otağından çıxan başı bədənindən ayrılmış qeyri-müəyyən bir fiquru gördüyünü iddia edirdi. Bu cür əcaib “hadisələr” gələcək mütəfəkkirin həyatından ötüb keçməmiçdi.
    Yunqun anası naməlum bir xəstəlik səbəbindən Bazel yaxınlığında xəstəxanaya yerləşdirilmişdi. Bu zaman atası kiçik Karlı bir müddət başqa yerə aparsa da, sonradan yenidən evlərinə qayıtdı. Emilinin davamlı depressiya epizodları və əhvalının aşağı olması Yunqun qadınlara münasibətinə təsir edirdi: o, qadınlar arasında “daxili etibarsızlıq” hiss edirdi. Yunq hesab edirdi ki, bu, onun qadınlara qarşı patriarxal münasibətinin formalaşmasına səbəb olub.
    Uşaqlıq xatirələri onun həyatında böyük iz buraxmışdı. Uşaqlıqda məktəb xətkeşindən kiçik insan fiquru düzəldib qələm qabına qoymuşdu. Ora daş parçası da qoyub, qutunu tavanın üzərinə gizlətmişdi. Zaman-zaman bu heykəlciklə görüşə gedirdi, özü üçün gizli dildə yazılmış mesajlarla kağız parçaları aparırdı. Daha sonra Yunq bu ritualların ona təhlükəsizlik hissi verdiyini və onun daxili dünyasını zənginləşdirdiyini anladı. İllər sonra o, öz təcrübəsi ilə yerli mədəniyyətlərdə, məsələn, Arleshaym yaxınlığında daşların toplanması və ya Avstraliyada tyurung predmetləri ilə bağlı praktika arasında oxşarlıqların olduğunu kəşf etdi. Bu, nə qədər qəribə də olsa, onun intuisiyaya əsaslanan ritual hərəkətlərinin uzaq yerlərdə yaşayan insanların təcrübəsinə çox yaxın olduğunu göstərirdi.
    On iki yaşında, Bazeldə humanitar orta məktəbdə ilk tədris ilini bitirməyə az qalmış, Yunq bir oğlan tərəfindən qəddarcasına əzişdirilmişdi. Depressiyaya meylli Karl, bir müddət huşunu itirmişdi (sonralar Yunq bu hadisənin dolayı olaraq öz səhvi olduğunu düşündü). Bundan sonra o qərara gəldi: "Artıq məktəbə getməyin mənası yoxdur." Bu hadisədən sonra hər dəfə məktəbə gedəndə və ya ev tapşırığı yazmağa başlayanda uğursuzluqla qarşılaşırdı. Altı ay evdə qaldı. Amma günlərin bir günü atası ilə bir tanışın söhbətini eşitmək onun həyatını dəyişdi. Atası oğlunun gələcəkdə özünü təmin edə bilməsi ilə bağlı narahatlığını dilə gətirdi. Qonaq onun epilepsiya xəstəsi olduğunu bildirdi. Bundan sonra yunq bütün həyatını kitablara, elmə həsr etdi. Yunq sonralar xəstəliyinin nevroz olduğunu başa düşdü.
    Yunq nə vaxtsa psixiatriyanı öyrənəcəyini ağlına gətirmirdi, çünki o dövrdə bu sahə çox da nüfuzlu hesab olunmurdu. Amma psixiatriya dərsliyini oxuyarkən, psixososioloji xəstəliklərin şəxsi xəstəliklər olduğunu öyrənərək çox ruhlandı. Bu, məhz onun axtardığı şey idi. Yunq Bazel Universitetində tibb təhsili alaraq Sürixdə psixiatriya klinikasında işə başladı.
    Yunq 1906-cı ildə nəşr edilmiş kitabının ("Söz assosiasiyaları araşdırması") bir nüsxəsini Freydə göndərdi. Yaşlı Freydlə Yunq arasında sıx dostluq və möhkəm peşəkar əlaqələr yarandı. Yunqun ideyalarına onun həmkarı Ziqmund Freydin baxışları böyük təsir göstərmişdir. Altı il ərzində onlar birlikdə çalışdılar. Bəli, məhz altı ildən sonra, 1912-ci ildə Yunq "Simvollar və metamorfozlar. Libido" kitabını nəşr etdirdi. Freyd əsəbiləşib Yunqa məktub yazdı və onun ideyalarını nəzərdən keçirməkdən imina etdiyini bildirdi. Yunq təkcə Freydin vurğuladığı fərdi qeyri-şüuriliyin deyil, həm də kollektiv qeyri-çüuriliyi mövcudluğunu qəbul edirdi. Bundan əlavə, Yunq öz çıxışlarında Freydin insan fəaliyyətlərini seksual determinizm üzərində əsaslandırmasını tənqid edir, psixologiyanın daha konservativ istiqamətini təmsil edirdi.
    Freyd və Yunq arasındakı qarşıdurmanın əsas səbəblərindən biri də onların insanın inkişafı prosesində cinsəlliyin rolunu fərqli başa düşmələri idi. Freyd öz həmkarından fərqli olaraq, cinsi instinktlərə böyük diqqət yetirirdi və cinsi libidonu davranışın motivasiyasının əsası hesab edirdi.
    Bu münaqişə sonralar Yunqun adını yuxarıda çəkdiyimiz "Xatirələr, yuxular, düşüncələr" əsərində əks olundu. Yunqu tanıyanların demək olar ki, hamısı, tezliklə onu tərk etdi.
    Ayrılmalarından sonra Yunq ciddi psixoloji dəyişikliklər yaşadı, bu vəziyyət Birinci Dünya Müharibəsinin başlaması ilə daha da ağırlaşdı. Henri Ellenberqer bu təcrübəni "yaradıcılıq xəstəliyi" adlandırdı və onu Freydin özünü nevrosteniya və ya isteriya adlandırdığı dövr ilə müqayisə etdi. Həmin dövrdə Yunq hərbi həkim kimi fəaliyyətə başlasa da, az sonra ingilis əsgər və zabitləri üçün internat düşərgəsinin komendantı oldu. Yunq əsgərlərin həyat şəraitini yaxşılaşdırmaq üçün çalışırdı və onları universitet dərslərinə qatılmağa təşviq edirdi.
    1913-cü ildə, 38 yaşında olan Karl Qustav Yunq dəhşətli “şüuraltı ilə qarşıdurma” yaşamışdı. O, qəribə təsvirlər (qarabasmalar) görür və səslər eşidirdi. Zaman-zaman Yunq psixoz və ya şizofreniyaya mübtəla olmaqdan narahatlıq keçirirdi. Təkbaşına qaldıqda o,sonralar “aktiv təsəvvür” adını verdiyi bir metodu tətbiq etməyə başladı. Yunq hiss etdiyi və ya gördüyü hər şeyi kiçik gündəliklərdə qeyd edirdi. Daha sonra o, bu qeydləri böyük, qırmızı dəri üzlüklü bir kitaba köçürməyə başladı. Yunq bu kitab üzərində fasilələrlə on altı il işləyib. Yunq vəfat etdikdən sonra “Qırmızı kitab” ilə bağlı nə edilməsi barədə heç bir vəsiyyət etməmişdi. Nəhayət, 1984-cü ildə onun ailəsi bu kitabı bankdakı əmanət qutusunda saxladı. Britaniya tarixçisi Sonu Şamdasani 2004-cü ildən başlayaraq üç il ərzində, Yunqun varislərini kitabı nəşr etdirməyə inandırmağa çalışdı, lakin onlar razılaşmadılar. Yunqun arxivlərini idarə edən nəvəsi Ulrix Horn "Filimon" fonduna əlavə vəsait toplamaq üçün "Qırmızı kitab"ı 2008-ci ildə nəşr etdirmək qərarına gəldi. Bu fond Sonu Şamdasani və amerikalı analitik-redaktor Stiven Martin tərəfindən Yunqun daha əvvəl çap olunmamış əsər və məktublarını nəşr etdirmək üçün yaradılmışdı. Kitab 2009-cu ildə Şamdasani tərəfindən yazılmış giriş və izahlarla birlikdə nəşr edildi. Kitabın üçdə ikisi Yunqun özü tərəfindən çəkilmiş illüstrasiyalardan ibarətdir.
    Yunq ömrünün sonuna qədər kitablar nəşr etdirməyə davam etmişdi. O,“Uçan boşqablar: Göydə müşahidə edilən obyektlər haqqında” kitabında (1959) müşahidələrinin arxetipik və mümkün psixoloji mənasını təhlil etmişdi. O, həmçinin ingilis Roma-katolik keşişi Viktor Uaytla dostlaşmış və 1945-ci ildən başlayaraq 15 il ərzində onunla yazışmışdı. Keşiş öz dostu Yunqa heyran olsa da, onun bir çox fikirləri ilə razılaşmırdı. 1961-ci ildə Yunq son əsəri - “İnsan və onun simvolları” kollektiv əsərinin ilk hissəsini – “Şüuraltı haqqında məsələyə dair” adlı hissəni yazıb başa çatdırdı. Yunqun həmmüəllifləri Mari-Luiza fon Frans, Cozef L. Henderson, Aniella Yaffe və Yolanda Yakobi idi.
    Yunq analitik psixologiya elminin banisi kimi bir sıra elmi yeniliklərə imza atmışdır. O, dinamik və şüuraltı impulsların insan davranışına təsirini araşdırmışdır. Həmin nəzəriyyənin mahiyyəti budur ki, insanların davranışlarını introspeksiv qüvvələr və təsvirlər idarə edir. Bu, Ynqa görə, tarixin dərinliklərinə enən və özündə mənəvi materialı ehtiva edən kollektiv qeyri-şüurilikdir. Məhz bu proses insanın özünü ifadə etməyə və fiziki mükəmməlliyə can atmasını izah edir.
    Yungun fikrincə, şəxsiyyət üç hissədən ibarətdir:
    1.Eqo – bizi formalaşdıran hər şey: düşüncələr, hisslər, xatirələr, duyğular. 2.Şəxsi qeyri-şüurilik– basdırılmış travmatik xatirələr. Bu xatirələr yalnız fərdi deyil, həm də irsi təcrübədən qaynaqlanır. 3.Kollektiv qeyri-şüurilik – ən dərin təbəqədir və bəşəriyyətin bütün mənəvi irsini əhatə edir. O, fərdi insanın xüsusi qavrayış və reaksiyalarına səbəb olan arxetiplərdən ibarətdir.
    Bəli, məhz Yunq “kollektiv qeyri-şüurilik” və “arxetiplər” anlayışlarını elmi dairəyə təqdim etmişdir. O, həmçinin introversiya və ekstroversiya haqqında nəzəriyyənin müəllifidir. Yunqun fikrincə, bu nəzəriyyə insanın həyatdakı mövqeyini izah edir. Sadə dillə desək, ekstrovert xarici dünyaya, introvert isə daxili aləmə yönəlmiş prosesdir. Adətən bu iki xüsusiyyət bir arada mövcud olur, lakin onlardan biri üstünlük təşkil edir. İnsan davranışı, əslində, introversiya və ekstroversiyanın birləşməsindən ibarətdir.
    Yunqa görə, həyatımızın məqsədi “Mən”in tam reallaşdırılmasıdır. O, bu prosesi “individuasiya” adlandırmışdır. İnsan daxili ziddiyyətlərini aradan qaldıraraq özünü inkişaf etdirmək üçün enerjisini sərbəst buraxmalı, öz həqiqi “Mən”ini tapmalıdır. Təəssüf ki, bunu çox az insan bacarır. Yunqun fikrincə, bu yolda əsas maneələr bilik və sərbəst vaxtın çatışmazlığıdır.
    Yunqun ideyalarını daha yaxşı başa düşmək üçün onun qısa fikirlərindən bir neçə seçmə təqdim edirik:
    “Sizin baxışlarınız yalnız öz ruhunuza baxa bildiyiniz zaman aydın olacaq...”
    “Başqalarında bizi narahat edən hər şey bizi özümüzü anlamağa aparır...”
    “Kənara baxan yalnız yuxuları görür, içinə baxan isə oyanır...”
    Yunqun bir çox qənaətləri qanadlı ifadələrlə izhar olunmuşdur. Mən, yeri gəlmişkən, onlardan bir neçəsini təqdim etmək istəyirəm. Məsələn Yunq yazırdı: “Uşağın üzərinə düşən ən ağır yük valideynlərinin yaşanmamış həyatıdır”.
    “Sizi tərk edənləri saxlamayın. Əks halda, sizə doğru gələnlər yaxın gələ bilməz”.
    “Düzgün sualı vermək, problemin yarısını həll etmək deməkdir.
    “Bir şeyi qəbul etməyincə onu dəyişmək mümkün deyil”.
    “Həyatın üstünlüyü odur ki, insan həqiqətən mövcud olduğu şəxsə çevrilə bilər”.
    “Yalnız etdiyiniz şey sizi formalaşdırır, etmək niyyətində olduğunuz deyil”.
    “Tənhalıq ətrafda insanların olmaması deyil, sizin üçün əhəmiyyətli olan mövzuları danışacaq insanın olmamasıdır”.
    “Fanatizm şübhənin həddindən artıq kompensasiyasıdır”.
    “Depressiya qara geyimli bir xanıma bənzəyir. Əgər gəlibsə, onu qovmayın, masanıza dəvət edin və dediklərini dinləyin”.
    “Sizin müqavimət göstərdiyiniz hər şey qüvvədə qalır”.
    “Unutmayın: hər kəsin yolu və həyat dərsi özünəməxsusdur. Ən vacib olan, öz ürəyinizə qulaq asmaqdır”.
    Junqun yuxu ilə bağlı da maraqlı mülahizələri vardır. O, hesab edir ki, yuxu həm ani olan şüur un vəziyyətini, həm də qeyri-şüuriliyin kollektiv ölçüsünü eyni dərəcədə əks etdirən ümumi psixi vəziyyətin ifadəsidir. Yunq hesab edirdi ki, hər bir insan ya xarici dünyanın obyektlərini dərk etməyə çalışır, ya da onlardan uzaqlaşmağa meyl edir. O, bu fərqliliyi ümumi mövqe tipi adlandırır və iki əsas istiqamətə ayırır: ekstrovert (xarici dünyanı dərk etməyə yönəlmiş) və introvert (əsasən "özünə yönəlmiş"). Yunqun hipotezinə əsasən, dörd fərqli şəxsiyyət tipi mövcuddur: introvertlər, ekstrovertlər, düşüncə tipləri, hiss edən tiplər.
    Yunqa görə, hər bir insanın həyatının mənası özünü gerçəkləşdirmək, öz unikal şəxsiyyətini və potensialını aşkar edib inkişaf etdirmək, fərdiliyini və dünyadakı rolunu dərk etmək prosesindədir.
    Yunq insanın simasında hər şeydən əvvəl ruhu instinktlərə qarşı tab gətirməyə qadir olan bir mənəvi varlıq görürdü. Yunqun mövqeyinin mahiyyəti insanı instinktlər tərəfindən idarə olunan, qeyri-şüuri elementlərə tabe olan varlıq kimi qəbul etməkdən uzaq idi. Əgər Freyd qeyri-şüuriliyi insanın təbii mahiyyəti kimi araşdırırdısa, Yunq həmin halın ilkin mədəni mənbələrini kəşf etmişdir.
    Jung mədəniyyətin mistik aspektlərinə xüsusi maraq göstərdi. Tədqiqatında o, mediumu, hallüsinasiyaları və zehnin tutqun hallarını təhlil edirdi. Yunq peyğəmbərlərdə, şairlərdə, dini cərəyanların yaradıcılarında və xəstə insanlarda oxşar halların olduğunu vurğulayırdı. Onun fikrincə, şairlərin, peyğəmbərlərin və digər görkəmli insanların öz şüurlarının dərinliklərindən gələn başqa bir “səs” var. Görkəmli insanlar “şüuri ağıldan çox üstün olan” intuisiyaya malikdirlər. Bu cür insanlar müəyyən “proformaları” (proforma-zahiri görünüş, görüntü) əldə edirlər. Yunqa görə, bu “proformalar” şüurumuzda kortəbii olaraq meydana çıxır və daxili dünyamıza təsir etmək qabiliyyətinə malikdir olur. Bütün ziddiyyətlərinə baxmayaraq, şüur mövcudluğun ilkin şərtidir-deyə Yunq vurğulayırdı.
    Yunqun xarakterində qəribəliklər çox olmuşdur. O, daim özünü nəzarətdə saxlamışdır. Yunq 1903-cü ilin fevral ayınd varlı bir İsveçrə ailəsindən olan Emma Rausenbaxla evləndi. Onların beş övladı, on doqquz nəvəsi oldu. Yunq öz həyat yoldaş ilə daim soyuq və məsafəli münasibətdə olmuşdur. Emmanın digər insanlarla ünsiyyətini məhdudlaşdırmağa və hətta onun kilsəyə getməsini qadağan etməyə çalışmışdır. Bütün ziddiyyətli münasibətlərinə rəğmən, o, Emmanı özü üçün ayrılmaz bir "kölgə" hesab edir və əksər hallarda xanımının tələblərinə tabe olurdu. Lakin bununla belə, Yunq dəfələrlə Emmaya xəyanət etmiş, o cümlədən öz pasiyentləri ilə yaxın münasibət qurmuşdur. Yeri gəlmişkən, Karl Yunqun sevimli qadınlarından biri və ilk pasiyenti Şpilreyn soyadlı qadın -Sabina Nikolayevna (Şayva Naftulyevna) olmuşdur. Onların münasibəti isə tibb dünyasında qalmaqallı hadisə kimi yadda qalmışdır. Sabina və iki qızı 1942-ci ildə Rostov-na-Donu şəhərində faşistlər tərəfindən öldürülmüşdür.
    Karl Qustav Yunq1961-ci il iyunun 6-da qısa sürən xəstəlikdən sonra 86 yaşında vəfat etmişdir.
    Və nəhayət. Yunqa görə, insan həyatının ali məqsədi “mən”in tam dərk edilməsidir. O, bu prosesi “fərdiləşmə” adlandırırdı. İnsan özünü təkmilləşdirmək üçün daxili ziddiyyətləri aradan qaldıraraq öz həqiqi mənliyini tapmalıdır. Yunq bu yolda əsas maneələri biliyin, dünyagörüşün və asudə vaxtın azlığında görürdü. Yunqun yazıları, xüsusən şüuraltının şüuri həyatımız üzərindəki gücü ilə bağlı fikirləri Cek London, Ceyms Coys, Xorxe Luis Borxes və digər yazıçılara mühüm təsir göstərmişdir.


















    Vitgenşteyn. Dünya yalnız faktlardan
    ibarətdir

    Lüdvig Yozef Yohann Vitgenşteyn (26 aprel 1889 – 29 aprel 1951). Məntiq, riyaziyyat fəlsəfəsi, idraki fəlsəfə və dil fəlsəfəsi sahələrində fəaliyyət göstərmiş avstriyalı-britaniyalı filosofdur. O, XX əsrin ən böyük mütəfəkkirlərindən biri hesab olunur.
    Lüdvig Vitgenşteyn Avstriyada zəngin yəhudi əsilli alman ailəsində doğulmuşdur.
    Zəngin Vitgenşteynlər malikanəsi Vyananın mədəni həyat mərkəzlərindən biri idi. Evdə yeddi royal var idi və uşaqların hamısı musiqi ilə məşğul olurdu. Gənc yaşlarında Vitgenşteyn musiqiçi olmağı arzulamış, lakin sonradan fəlsəfəyə maraq göstərmişdir.
    Vitgenşteyn Avropanın ən yaxşı universitetlərində təhsil almış, əvvəlcə mühəndislik öyrənmiş, lakin zamanl keçdikcə riyaziyyatın fəlsəfi əsaslarına daha çox maraq göstərmişdir. O, 1911-ci ildə Kembricə gedərək, Bertran Rasselin tələbəsi olmuşdur. Vitgenşteyn 1914-cü ildə 1-ci Dünya müharibəsinə könüllü getmişdir. Müharibədən əsas əsəri olan “Məntiqi-fəlsəfi traktat” üzərində çalışmışdır. 1929-cu ildə Avstriyanı tərk edərək, Kembricə getmiş, orada fəlsəfə tədrisi ilə məşğul olmuş və araşdırmalarını davam etdirmişdir...
    Avstriyaya qayıdandan sonra Vitgenşteyn öz miras payından imtina edərək onu qardaşlarına və bacılarına verdi. O, belə hesab edirdi ki, böyük pullar fəlsəfi fəaliyyətinə mane ola bilər. Həmin il o, “Traktat”ın əlyazmasını müzakirə etmək üçün Rassel ilə görüşdü. Bu görüş onu məyus etdi: Vitgenşteyn belə nəticəyə gəldi ki, Rassel onun əsərinin mahiyyətini başa düşməyib. Rassel “Traktat”ın nəşrinə kömək etmək üçün ona ön söz yazdı, lakin bu ön söz Vitgenşteynin xoşuna gəlmədi. “Traktat” 1921-ci ildə alman dilində, 1922-ci ildə isə ingilis dilində nəşr olundu. Onun ortaya çıxması Avropa fəlsəfi dünyasında güclü təəssürat yaratdı və geniş müzakirələrə səbəb oldu. Buna baxmayaraq, Vitgenşteyn öz işinin daha çox müzakirə olunmasında maraqlı deyildi, çünki “Traktat”da bütün fəlsəfi problemlərin həllini təqdim etdiyini hesab edirdi.
    Vitgenşteyn təxminən on il fəlsəfi fəaliyyətdən uzaq qaldı. 1920-ci illərin yarısında kənd ibtidai məktəbində müəllim işləydi, fotoqrafiyaya maraq göstərdi. 20-ci illərin sonlarında Vitgenşteyn fəlsəfə ilə yenidən məşğul olmağa başladı və Kembricə köçdü.
    O, 1936-cı ildən başlayaraq “Fəlsəfi araşdırmalar”ın (1953) mətni üzərində işləməyə başladı. Vitgenşteyn kitabı tamamlamadı. Həmin əsər onun ölümündən sonra tələbələri tərəfindən nəşr olundu.
    O, 29 aprel 1951-ci ildə Kembricdə prostat vəzi xərçəngindən vəfat etdi. Müqəddəs Egidiyə kilsəsinin yaxınlığındakı yerli qəbiristanlıqda katolik ayini ilə dəfn olundu.
    Vitgenşteynin dil, məna və anlam haqqında fikirləri filosoflar və dilçilər tərəfindən bu gün də araşdırılır və müzakirə edilir.
    Avstriyalı filosofun əsas ideyalarını belə ifadə etmək olar:
    Dil dünyanı anlamagımız və ünsiyyət üçün istifadə etdiyimiz bir vasitədir.
    Sözlərin mənası onların kontekstdəki istifadəsi ilə müəyyən edilir.
    Fəlsəfə praktik olmalı və insanların dünyanı daha yaxşı dərk etməsinə kömək etməlidir.
    Bu ideyalar analitik fəlsəfənin, dil fəlsəfəsinin, məntiqin, həmçinin digər sahələrin inkişafına da təsir etmişdir.
    Vitgenşteyn “Məntiqi-fəlsəfi traktat” strukturu əsasən aforizmdən ibarətdir və onları geniş izahlar müşayiət edir. Əsərdə demək olar ki, arqumentlər yoxdur, daha çox deklarativ ifadələrdən ibarətdir. Bütün ifadələr iyerarxik şəkildə nömrələnmişdir. “Traktat” ümumilikdə 526 ifadədən ibarətdir. Həmin ifadələrdən ən məşhuru belədir: “Danışmaq mümkün olmayan şey haqqında susmaq lazımdır”.
    “Traktat” fəlsəfi problemlərin əsas həll üsulunu dil və dünya arasındakı əlaqə prizmasından təklif edir. Başqa sözlə, dil və dünya Vitgenşteyn fəlsəfəsinin mərkəzi anlayışlarıdır. “Traktat”da onlar “güzgü” cütlüyü kimi təqdim olunur: dil dünyanı əks etdirir, çünki dilin məntiqi quruluşu dünyanın ontoloji quruluşu ilə eynidir. Dünya obyektlərdən deyil, faktlardan ibarətdir. Faktlar sadə və mürəkkəb ola bilər. Dil də sadə faktları sadə cümlələrlə təsvir edir. Mürəkkəb faktlar mürəkkəb cümlələrlə ifadə olunur. Dil eyni zamanda mümkün faktları təsvir etməyə qadirdir. Lakin məntiq qanunlarına zidd və ya müşahidə edilən faktlara aid olmayan ifadələr mənasız hesab olunur. Buna görə də, etik, estetik və metafizik ifadələr mənasız sayılır. Vitgenşteyn bu sahələrin əhəmiyyətini inkar etmirdi, lakin dildə onların mənasız olduğunu irəli sürürdü.
    “Fəlsəfi araşdırmalar” əsərində Lüdviq Vitgenşteyn semantika, məntiq, riyaziyyat fəlsəfəsi, psixologiya fəlsəfəsi, fəaliyyət fəlsəfəsi və şüur fəlsəfəsi sahələrində bir çox problemləri və gizlinləri müzakirə edir. O hesab edir ki, əksər fəlsəfi problemlərin əsasını dilin istifadəsi ilə bağlı konseptual qarışıqlıqlar təşkil edir. “Məntiqi-fəlsəfi traktat”dan fərqli olaraq, “Fəlsəfi araşdırmalar”da dil hərəkətli kontekstlər sistemi — “dil oyunları” kimi başa düşülür. İşarənin mənası sabit deyil və məna ona dil oyunu — işarənin istifadə edildiyi praktiki vəziyyət tərəfindən verilir.
    Məsələn: Bir insan orqanizmində müəyyən hadisə baş verdiyi zaman şiddətli ağrı hiss edir və qışqırır: “Çəkil, çəkil!”, halbuki onu uzaqlaşdırmaq istədiyi heç bir şey yoxdur. Bu halda: “Bu sözlər düzgün istifadə edilmir” demək olarmı? Heç kim belə deməz. Eyni qaydada, əgər bir insan “müdafiə” hərəkəti edərsə və ya hətta diz çökər, əllərini sinəsində birləşdirərsə, bu hərəkətlərin səhv olduğunu iddia etmək məntiqli olmazdı. O, sadəcə həmin vəziyyətdə belə davranır. Burada “düzgün” və ya “səhv” bir şey yoxdur.
    Vitgenşteynin yeni fəlsəfəsi daha çox metodlar və praktik fəaliyyət toplusudur, nəinki nəzəriyyə.
    “Fəlsəfi araşdırmalar”dan başqa, Vitgenşteynin əsas əsərləri sırasında "Mavi" və “Qəhvəyi” kitablar (1958), “Riyaziyyatın əsasları haqqında qeydlər” (1956), “Etibarlılıq haqqında” (1969), “Mədəniyyət və dəyərlər” (1980) və digər yazıları da mühüm yer alır. Bu əsərlərin hamısı müəllifin ölümündən sonra nəşr olunmuşdur.
    Vitgenşteynin fəlsəfəsində müasir analitik fəlsəfənin xarakterini müəyyənləşdirən suallar və mövzular qoyulmuş və işlənmişdir. Onun ideyalarını fenomenologiya və hermenevtika, eləcə də dini fəlsəfə (xüsusilə Şərq dini fəlsəfəsi) ilə yaxınlaşdırmağa cəhdlər də məlumdur. Son illərdə Qərbdə onun geniş əlyazma irsindən bir çox mətnlər nəşr olunmuşdur. Hər il Avstriyada dünyanın hər yerindən filosofları və alimləri bir araya gətirən Vitgenşteyn simpoziumları keçirilir.
    Vitgenşteyn dilin sadəcə olaraq məlumat ötürmə vasitəsi olmadığını, həm də bizim dünyagörüşümüzü müəyyən etdiyini düşünürdü. “Məntiqi-fəlsəfi traktat”da o, dilin məntiqi və dəqiqliyə məhkum olduğunu irəli sürürdü və hesab edirdi ki, bu yolla qarışıqlıq və anlaşılmazlıqdan qaçınaq olar.
    Vitgenşteyn dilin xaricində “bir çox şeylərin” mövcud olduğunu inkar etmirdi. Amma məhz buna görə də həmin naməlum “şeylər” haqqında heç nə demək olmaz. Bundan irəli gələrək, onun məşhur aforizmində deyilirdi: “Haqqında danışmaq mümkün olmayan şeylər barəsində susmaq lazımdır”.
    Vitgenşteynin “Traktat”ının əsas məğzi ondan ibarətdir ki, əksər fəlsəfi problemlər dilin düzgün istifadəsi ilə həll olunur. O, belə deyir: “Ümumiyyətlə deyilməsi mümkün olan hər şey aydın şəkildə deyilə bilər, deyilməsi mümkün olmayan şeylər barədə isə susmaq lazımdır”.
    Vitgenşteyn bu gün ən nüfuzlu fəlsəfi istiqamətlərdən biri olan analitik fəlsəfənin əsasını qoyanlardan biridir. Analitik fəlsəfə fəlsəfi düşüncənin əsas meyarları kimi aydınlığı və məntiqi dəqiqliyi bəyan edən bir istiqamətdir. Analitik fəlsəfə daha çox dünyanın hadisələri ilə deyil, onların təsviri üçün istifadə edilən dil və bu təsvirlər üzərində düşüncənin məntiqi ilə məşğul olur.
    Vitgeynşteyn ənənəvi fəlsəfi problemlərin əksəriyyətini yalançı problemlər hesab edirdi. O, göstərirdi ki, bu problemlər çox vaxt məntiqi səhvlər və dil qarışıqlığı ilə bağlıdır. Əsl fəlsəfi problemlər isə bizim heç də görmədiyimiz bir yerdə — ifadəolunmaz sahədə yerləşir.
    Vitgeynşteyn elmi dil haqqında orijinal fikirlər irəli sürmüşdür.
    O, dilin sadəcə məlumat ötürmə vasitəsi deyil, həm də dünyanı qavrayışımızı müəyyən edən bir vasitə olduğunu, habelə, dilin səhvlərdən və anlaşılmazlıqlardan qaçmaq üçün məntiqi olmasının vacibliyini iddia etmişdir.
    “Fəlsəfi araşdırmalar” əsərində Vitseynşteyn iddia edirdi ki, dilin məna kəsb etməsi üçün o, ümumi, ictimai meyarlara əsaslanmalıdır. O, sözlərin mənasını şəxsi, daxili təcrübələrdən deyil, onların istifadə edildiyi xarici, ictimai praktikadan aldığını iddia edirdi. Filosof yazırdı ki, dil dünya ilə ünsiyyət qurmaq və anlamaq üçün istifadə etdiyimiz bir vasitədir. Dilin mənası onun məntiqi formasından irəli gəlir.
    Vitgeynşteyn dil inqilabının tərəfdarı olmamış və təbii dili ideal bir dil ilə əvəz etmək fikrindən imtina etmişdir. O hesab edirdi ki, analitiklərin köməyinə ehtiyacı olanlar təbii dil əsasında süni dillər yaradan mütəxəssislərdir.
    Vittgenşteyn Kembric Universitetində estetika mövzusunda mühazirə oxuyarkən belə demişdi: “Əgər mən yaxşı rəsm çəkə bilsəydim, emosiyalarımı bir neçə fırça zərbəsi ilə dəqiq ifadə edə bilərdim”. Başqa sözlə, nəyisə deməkdənsə, emojilərdən istifadə etmək daha yaxşıdır. “Təntənəli” və ya “əlçatmaz” kimi sözləri şəkillərlə ifadə etmək olar. Bu yolla təsvirlərimiz daha çevik və müxtəlif olacaq”, – deyə, Vitgenşteyn əlavə edib. Məsələn, Şubertin simfoniyasını dinlədikdən sonra əhval-ruhiyyəni “melanxolik” sözü ilə deyil, bir təsvirlə ifadə etmək daha məqsədəuyğundur.
    Vitgeynşteyn özünün məşhur “qaydaya əməl etmə paradoksunu” belə ifadə etmişdir: “Bizim paradoksumuz bu idi: heç bir davranış qaydaya əsaslanaraq müəyyən edilə bilməz, zira hər hansı bir davranış qaydaya uyğun tərtib oluna bilər”.
    Vitseynşteyn böyük filosof olmaqla yanaşı, həm də qeyri-adi və ekssentrik şəxsiyyət idi. Poladəridən bir maqnatın oğlu olan və böyük bir sərvətə sahib olan Vitseynşteyn, zahidlik həyat tərzini üstün tutmuşdur. O, diqqətini fəlsəfi, dini, etik və dilçilik problemlərinə yönəltmiş, lakin bir müddət bağban, laboratoriya assistenti, fotoqraf və ya məktəb müəllimi kimi işləmişdir.
    Vittgenşteyn diqqət mərkəzində olmaqdan qaçırdı və özünə arzuolunmaz hesab etdiyi hər cür əlaqələrdən yayınırdı. O, özəl həyatı ilə maraqlananlardan çox nifrət edirdi. Bir dəfə nəşriyyat ondan bioqrafik məlumat verməsini xahiş etdikdə, o, qəzəblənmişdi: “Nə istəyirsinizsə, yazın, amma mən başa düşə bilmirəm ki, tənqidçiyə mənim yaşımı bilmək niyə lazımdır. Ola bilsin, o, astrologiyaya inanır, o halda mən doğum tariximi və saatımı bildirim ki, mənim bürcümü hesablaya bilsin”.
    Vitseynşteyn hesab edirdi ki, insan başqasını özünün sevilmək istədiyi kimi sevməlidir, yəni həmin konkret insanı sevdiyi kimi. Bunun üçün digərinin fərdiyyəti onun dəyər verdiyi və bağlı olduğu bir şey olmalıdır. Bu isə sevginin konkret və seçilmiş olması deməkdir.
    Filosofa görə, sevgi hiss deyil. Sevgi tədricən dərk olunur, amma ağrı belə deyildir. Heç kim belə demir: “Bu, əsl ağrı deyildi, yoxsa bu qədər tez keçməzdi”.
    Vitseynşteynin ömrünün son illərində gəldiyi qənaətə görə, fəlsəfənin böyük hissəsi sözlərin və onların “yanlış” dil oyunlarına əsaslanaraq istifadəsinin səhv izahından irəli gəlir. Məsələn, filosoflar “bilgi nədir?” sualını verdikdə, onlar sözü onun üzvi dil oyununda tutduğu təbii yerdən götürür və onun mənasını təhrif edirlər. Bilginin mənası ifadənin dildəki adi roluna əsasən anlaşıla bilər.
    Beləliklə, fəlsəfənin əsl məqsədi bu tip çaşqınlıqlara aydınlıq gətirmək, dilin praktik istifadəsinə diqqət yetirərək lazımsız qarışıqlıqlardan yayınmağa kömək etmək olmalıdır.
    Vitseynşteyn əksər hallarda fikir və düşüncələrini aforistik cümlələrlə ifadə etmişdir:
    “Çox şey biləndə yalan danışmamaq çətindir”.
    “Niyə burada olduğumuzu bilmirəm, amma bunun əyləncə üçün olmadığına əminəm."
    “Dilimin sərhədləri dünyamın sərhədlərini müəyyən edir”.
    “Uşaq o qədər çox şey öyrənməlidir ki, özünü aldada bilsin”.
    “Qeyri-dəqiq sərhəd sərhəd deyil. Dəlikli hasar tamamilə hasarsız olmaq kimidir”.
    “İstedad – daim yeni su gətirən bulaqdır. Amma ona yanlış yanaşanda bulaq quruyur”.
    “Fəlsəfə yalnız hər kəsin qəbul etdiyi şeyi təsdiqləyir”.
    Vitgeynşteyn azadlıq və azad iradə haqqında söhbət açarkən deyirdi ki, azad iradə konsepsiyası, əslində, subyektiv hissi ifadə edir. Biz hiss edirik ki, əməllər daxili niyyətlərdən asılıdır, halbuki onlar xarici və ya daxili amillərlə şərtlənir. Vitgenşteynin baxışına görə, iradə azadlığı, gələcəkdə baş verəcək hərəkətlərin indidən bilinməzliyindədir. Onları bilmək yalnız səbəbiyyətin – məntiqi nəticə əlaqəsi kimi – daxili bir zərurət olduğu halda mümkündür. “Dünya son damlasına qədər determinasiya olunub. Amma bu, iradə məsələsini ləğv etmir. İradə azadlığı deterministik olmayan bir vəziyyətdə deyil, özünü obyekt kimi deyil, subyekt kimi dərk etməkdədir”. Sözün qısası, “iradə azadlığı ondan ibarətdir ki, gələcəyi indidən proqnozlaşdırmaq mümkün deyildir...”
    Vitgenşteyn, ölüm yatağında ikən yazdığı son əsərində (“Dəqiqlik haqqında”) bilik məsələlərini araşdırır. Burada o, inam, şübhə və əminlik mövzularını müzakirə edir. Şübhə inamdan sonra gəlir, şübhədən sonra isə əminlik – subyektiv dəqiqlik yaranır. “Biz “dəqiq” sözü ilə tam əminliyi, şübhəsizlik vəziyyətini ifadə edirik və bununla başqalarını inandırmağa çalışırıq. Bu, subyektiv dəqiqlikdir”. Tam dəqiqlik mümkün deyil: “Reallığa “uyğunluq” anlayışının hansısa aydın tətbiqi yoxdur”. Vitgenşteyn, “adi məntiq” fəlsəfəsi ilə mübahisə aparır, hansı ki, dəqiqlik haqqında ifadələrin ilkin aydınlığını irəli sürür, məsələn, “mən bilirəm ki, bu odur". Filosof belə bir nəticəyə gəlir ki, “mən bilirəm...” ifadəsi, bir inancın səhv olduğu sübut olunana qədər bir şeyə inanma imkanını ifadə edir. “İnsan tez-tez bir sözün təsiri altında olur, məsələn, “bilmək” sözünün”.
    Haşiyə. Söz yox ki, Vitgenşteyn istedadlı filosof idi. Onun dünyaya, elmə, məntiqə, dilə orijinal baxışı maraq doğurmaya bilməz. Lakin ədalət naminə, subyektiv də olsa, qeyd etməliyəm ki, filosofun dünyada tanınmasında tələbələrinin də az rolu olmayıb. Məhz yetirmələri, onun bir çox əsərlərinin nəşrinə nail olmuş, yazılarını təbliğ etmiş, adının əbədiləşdirilməsinə çalışmışlar.
    Vitgenşteyn iddia edir ki, insanın dərkində hər şey ona açıq deyil, belə ki, dəyər xarakterli məsələlər “bilik” çərçivəsindən kənardadır. Onlar dolayı yolla üzə çıxır və ya özlərini göstərir. Bu mənada Vitgenşteynin sonrakı fikirləri onun “Məntiqi-fəlsəfi traktat”da ifadə olunan erkən ideyaları ilə üst-üstə düşür – fəlsəfə dəyər sahəsi haqqında yalnız susa bilər. Vitgenşteyn yazırdı: “Kopernik və ya Darvinin həqiqi xidmətləri doğru nəzəriyyələrin kəşfində deyil, yeni bir baxış bucağının, yeni məhsuldar nöqteyi-nəzərin aşkara çıxarılmasında idi”. Tanınmış amerikalı filosof R. Rorti yazırdı ki, “Bu günlərdə akademik fəlsəfə Vitgenşteynlə eyni münasibətdədir. Belə ki, keçən əsrin ilk onilliklərində Almaniyanın intellektual həyatı Kantla idi. Kant hər şeyi dəyişdi... İyirmi il əvvəl “Fəlsəfi araşdırmalar” nəşr olunduqdan sonra filosoflar oxşar vəziyyətdədir”. Kopernik və Darvinin baxış bucağını dəyişməsi haqqında danışan Vitgenşteyn, özü də bilmədən, özünü bu sıraya – elmin və intellektual həyatın böyük islahatçıları sırasına daxil etdi.
    Vitqenşteyn təkcə filosof kimi deyil, habelə linqvistik və koqnitiv elmlərin nümayəndəsi kimi tanınır.
    Lüdviq Vitgenşteyn fəlsəfəsi müasir fikrin inkişafına müəyyən təsir göstərmişdir. Onun dil, mahiyət və məna ilə bağlı fikirləri dünya filosofları, riyaziyyatçıları və dilçiləri tərəfindən bu gün də müzakirə olunmaqda və öyrənilməkdədir.


















    Fromm. Sosialist humanizmi konsepsiyasının yaradıcısı və
    “Sevmək sənəti”nin müəllifi

    Erix Zeliqmann Fromm (23 mart 1900 – 18 mart 1980) - alman və amerikan sosioloqu, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin məşhur nümayəndələsi neofreydizmin və freydomarksizmin yaradıcılarından biri.
    Erix Fromm Prussiyanın Frankfurt-na-Mayne şəhərində pravoslav yəhudi ailəsində dünyaya göz açıb. Ailənin tək övladı olub.Onun anası Roza o vaxtlar Prussiyanın bir hissəsi olan Poznandan mühacirət etmiş bir ravvin qızı idi. Atası Naftali Frommun isə əcdadları ravvin olmuşdur. (Ravvin- İudaizmdə Tövrat və Talmudun təfsirini izah edən elmi rütbə- F.M.) Erixin ilk dövrdə ana tərəfdən böyük əmisi talmudist Lüdviq Krause tərəfindən dini təhsil almıdır. Frommun xatirələrinə görə, onu həmin dövrdə ən çox Amos, Yeşaya və Osiya kimi peyğəmbərlərin adıyla bağlı “axır zaman” və ya “məsih zamanı” kimi mövzular maraqlandırırdı. Onların insanlar arasında, eləcə də insan və təbiət arasındakı ümumbəşəri sülh və harmoniya təsvirləri oniki yaşlı Erixdə güclü təəssürat yaratmışdı. Onun uşaqlığı o qədər də maraqlı keçməmişdir. Erix sonralar ailəsini “olduqca nevrotik” kimi təsvir etmişdir.Birinci Dünya Müharibəsinin başlanması gələcək filosofun həyatına böyük təsir göstərmişdir.
    Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. O, 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmiş, Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur.
    XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatın güclənməsi və Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə Fromm əvvəlcə İsveçrəyə, bir ildən sonra isə Amerikaya getdi. Nyu-Yorkda onu Kolumbiya Universitetinə psixologiya və sosiologiya fənlərini tədris etməyə başladı.
    Erix Fromm sonrakı illərdə bir çox kollec və universitetlərdə çalışmış, Meksika Milli Muxtar Universitetindəki tibb fakültəsində magistr bölümündə psixatriya şöbəsini yaratmış, 1965-ci iləcən orada çalışmışdır.
    1968-ci ildə Fromm infarkt keçirdi. 1974-cü ildə o, Muraltoya köçdü. “Sahib olmaq yoxsa var olmaq” əsərini tamamladıqdan az sonra, 1977-ci ildə ikinci, daha sonra isə üçüncü infarkt (1978-ci ildə) baş verdi. O, 1980-ci ildə İsveçrədəki evində 80 illik yubileyinə bir neçə gün qalmış dünyasını dəyişdi.
    Frommun fəlsəfəsinin mahiyyəti onun humanist baxışında və insan azadlığının dərin mənasında cəmlənmişdir. Filosof əsərlərində “humanist psixoanaliz” anlayışını inkişaf etdirmiş və burada marksizm, psixoanaliz və ekzistensializmin elementlərini birləşdirmişdir.
    Fromm dünyada daha çox insan azadlığı, sevgi, cəmiyyət və şəxsiyyətin mahiyyəti ilə bağlı fikirləri və əsərləri ilə tanınır. Frommun fikrincə, həyatın mənası insanın özündən asılıdır. O, inanırdı ki, insan həyatının əsas məqsədi və mənası elə həyatın özüdür.
    Fromm öz əsətrlərində, orta əsrlərin sonundan - XV əsrdən başlayaraq, insanın mövcudluq şərtlərini analiz etmişdir. Nəticədə, alim təklik, təcrid və yadlaşmanın müasir insan varlığının ayrılmaz xüsusiyyətləri olduğu qənaətinə gəlmişdir. Hər tarixi dövr, daha böyük şəxsi azadlığa nail olmaq üçün mübarizə nəticəsində fərdiyyətin tədricən inkişafı ilə xarakterizə olunmuşdur. Bununla belə, müasir dövrdəki seçim azadlığı tam təhlükəsizlik hissinin itirilməsi və şəxsi əhəmiyyətsizlik hissi nəticəsində meydana gəilmişdir.
    Fromm “İnsani dağıdıcılığın anatomiyası” adlı kitabında belə bir maraqlı nəticə hasil etmişdir: “...İnsanın insanlıqdan öncəki tarixi geridə qoymasına heç bir ehtiyac yoxdur. O, təbiətcə dağıdıcı deyil. Ondakı dağıdıcılıq sonradan əldə olunmuş bir xüsusiyyətdir. Tarix insanı yoldan çıxarmış, onda dağıdıcı və məhvə aparan ehtiraslar oyatmışdır. Azadlıq ümumbəşəri dəyərlərdən biridir…”
    “Malik olmaq, yoxsa var olmaq” kitabında isə filosof insana xas olan iki davranış modelini müqayisə edir. “Malik olmaq” prinsipilə yaşayan insanlar əşyalardan asılıdırlar. Onlar özlərini bu əşyalarla eyniləşdirirlər və getdikcə daha çox əşyaya sahib olmaq istəyirlər. Bu insanlar özlərini heç vaxt ətraf mühitlə harmoniyada hiss etmirlər. “Var olmaq” prinsipilə yaşayan insan isə anlayır ki, o, əşyalardan yox, daxili mənəvi keyfiyyətlərindən ibarətdir və bu keyfiyyətlərlə zəngindir.
    Erix Frommun ən məşhur əsərlərindən biri olan“Azadlıqdan qaçış” 1941-ci ildə nəşr olunmuşdur. Kitabda Almaniyada faşizmin formalaşmasının psixososial şərtləri və nasistlərin hakimiyyətə gəlişi təhlil olunur. Burada Frommun əsas nəzəri müddəaları əks olunmuş və bu müddəalar sonrakı əsərlərində daha da inkişaf etdirilmişdir. Məhz “Azadlıqdan qaçış” Erix Fromma geniş şöhrət gətirmiş və onu Frankfurt məktəbinin ən tanınmış nümayəndələrindən birinə çevirmişdir.
    Erix Fromm “azadlıqdan qaçış” üçün insanların istifadə etdiyi strategiyaları bu cür təsvir etmişdir:
    1.Avtoritarizm - İnsan öz fərdi "mənini" itirdiyi üçün güc əldə etmək məqsədilə özünü kənar bir şəxsə və ya obyektə bağlamağa meyillidir. Avtoritarizm özünü mazoxist və sadist formalarında göstərə bilər. Erix Fromun fikrincə, insanda adətən hər iki meyil bir arada mövcuddur.
    2.Destruktivlik (məhvetmə) - İnsan öz natamamlıq hissini aradan qaldırmaq üçün başqalarını məhv etmək və ya onları özünə tabe etmək istəyir.
    3.Konformizm (avtomatlaşdırılmış konformizm) - İnsan tamamilə sosial normalara tabe olaraq öz davranışını müəyyən edir, bununla da digər insanlar kimi olur və ümumi qəbul edilən qaydalarla hərəkət edir.
    “Azadlıqdan qaçış” insanın narahatlıq fenomeninin təhlilidir. Bu narahatlıq, insanın bütün təhlükələrə baxmayaraq, özünü təhlükəsiz və güvənli hiss etdiyi orta əsr dünyasının dağılması ilə yaranır. Uzaq keçmişdən bəri aparılan mübarizələr nəticəsində insan misli görünməmiş maddi rifah yaratmışdır. Dünyanın bir hissəsində demokratik cəmiyyət qurmuş və onu totalitar təhdidlərdən qorumağı bacarmışdır. “Azadlıqdan qaçış”da aparılan təhlilə görə, müasir insan hələ də narahatlıq, təşviş və təbəddülatlar içindədir. Belə ki, o, öz azadlığını müxtəlif diktatorlara təslim etməyə və ya onu itirərək azad bir fərdə deyil, yaxşı qidalanan və yaxşı geyinən bir “avtomata” çevrilməyə meyllidir. Nəticədə insan fərdiyyətindən imtina edir, böyük bir mexanizmin tərkib hissəsinə çevrilir və qərarlarını cəmiyyətin təzyiqi altında verir. Fromma görə, belə bir cəmiyyətdə insanın tamhüquqlu şəxsiyyət kimi inkişafı sual altındadır. Müəllif azadlığın cəmiyyətdəki rolunun tarixi inkişafına xüsusi diqqət yetirir və bildirir ki, azadlıq anlayışı yalnız orta əsrlərdə yaranmış, Renessans dövründə və ondan sonrakı müddətdə isə sürətlə inkişaf etmişdir.
    Artıq dediyimiz kimi, kitabın əhəmiyyətli hissəsi Hitler hakimiyyətə gəldikdən sonra Almaniyadakı totalitar cəmiyyətin təhlilinə həsr olunub. Fromm israr edir ki, belə bir cəmiyyətin formalaşmasının əsas səbəbləri sosial-iqtisadi faktorlarla bağlı olmuşdur. İqtisadi faktor kimi Fromm, həmin dövrdə Hitlerin sənayeçilər tərəfindən dəstəklənməsini göstərir. Sosial səbəblər isə orta təbəqənin avtoritar lider fiquruna meylli olması ilə əlaqələndirilir. Bu insanlar güclü lider axtarır, ümidsizlikdən çıxış yolu kimi güclü qüvvəyə, “dəmir ələ” ehtiyac duyurlar. Hakimiyyətə, güclü şəxsiyyətə sevgi və itaət, cəmiyyətin nümayəndələri üçün mürəkkəb vəziyyəti psixoloji cəhətdən asanlaşdırır. Fromm izah edir ki, əgər müəyyən hökmran fikir zorla qəbul etdirilərsə bu fenomen təkcə totalitar deyil, həm də demokratik cəmiyyətlərdə baş verə bilər.
    Qeyd etmək lazımdır ki, “Azadlıqdan qaçış” əsəri cəmiyyətdə birmənalı qarşılanmayıb. O, məşhur filosof və sosioloqlar tərəfindən həm kəskin tənqidə məruz qalmış, həm də yüksək qiymətləndirilmişdir.
    Kitabda ifadə olunan fikirlərə alternativ baxış kimi Freydin və Marksın nəzəriyyələrini göstərmək olar. Freyd insanın davranışlarını əsasən bioloji səbəblərlə izah edirdi. Marks isə insanın tamamilə cəmiyyətin məhsulu olduğunu və onun davranışlarının əsasən sosial şəraitlə müəyyənləşdiyini iddia edirdi. Fromm isə bu iki ifrat yanaşmadan uzaq dayanır və onların sintezini təqdim edir. O, sosial faktorların insan davranışına təsirini qəbul edir, lakin qərarverici amil kimi şüuraltı motivlərin rolunu önə çəkir.
    Bundan başqa, Frommun nəzəriyyəsi ekzistensialist baxışlardan irəli gələn ifadələrinə və fərdin cəmiyyətə uyğunlaşmasının zəruriliyini kifayət qədər qiymətləndirmədiyinə görə də tənqid olunub. Bunu da vurğulamaq yerinə düşərdi ki, nəzəriyyənin çox ümumi səciyyə daşıması onun empirik şəkildə öyrənilməsini çətinləşdirir.
    Fromm “azadlıqdan qaçış” fenomenini təhlil edərək deyir ki, azadlığı qəbul etməmək çoxsaylı nəticələrə səbəb olur. Məlum olur ki, əvvəl güman edildiyi kimi, dağıdıcılıq azadlıqdan qaynaqlanmır, əksinə, insanın öz iradəsindən imtinaya və subyektivliyindən istifadə etməyə hazır olmaması paradoksal şəkildə dağıdıcılığa gətirib çıxarır. Fromm qeyd edir ki, qul və konformizm anlayışı zahirdə sosial baxımdan faydalı görünür, lakin boğulmuş daxili azadlıq, zorakılıq sindromları yaradır.
    Problemlərin çoxu insanlar “azadlıqdan qaçaraq” cəmiyyətin normalarına uyğunlaşmağa çalışdıqda yaranır. Məsələn, avtoritarizm məhz belə bir qaçış formasıdır. İnsan məsuliyyətdən yayınır, mövcud mexanizmin bir hissəsi olmaq ona daha asan gəlir. Filosof Həvva və Adəmin tarixini də yenidən yada salaraq göstərir ki, bu, ilkin günah deyil, ilk müstəqil qərar aktıdır.
    Beləliklə, Fromm dağıdıcılığın kökünü nə ilkin günahda, nə də insanın təkəbbüründə deyil, insanın özü-özündən, özünəməxsusluğundan bilərəkdən imtina etməsində görür. Tədqiqatçının fikrincə, təhlükəli olan azadlığın özü yox, ondan imtinadır və bu, insanın məsuliyyətsizliyi və məqsədsizliyi fenomenidir.
    Erix Fromm həmçinin “yalançı düşüncə” (psevdodüşüncə) anlayışını elmi dövriyyəyə gətirmişdir. O, yazır: “...insanlara elə gəlir ki, qərarları özləri qəbul edirlər, özləri nəyisə istəyirlər. Halbuki, əslində onlar xarici qüvvələrin, daxili və ya xarici şərtlərin təsiri altındadırlar və məhz icra etməyə məcbur olduqları şeyləri “istədiklərini” zənn edirlər”. ( Erix Fromm, “Azadlıqdan qaçış”, Minsk, “Popurri”, 1999, s. 237).
    Fromm bu əsərdəki əsas konsepsiyaları sonralar “Sağlam cəmiyyət”, “İnsanın ruhu”, “İnsani dağıdıcılığın anatomiyası”, “Var olmaq, yoxsa sahib olmaq” "Özün üçün insan" (1947), "İnsan məhvediciliyinin anatomiyası" və digər əsərlərində inkişaf etdirmişdir. Həmin əsərlərdə irəli sürülən fikirlər psixoanalitik fəlsəfənin inkişafında yeni mərhələ təşkil etmişdir.
    Filosof “Sahib olmaq, yoxsa var olmaq?” əsərində belə bir qənaətə gəlmişdi:
    “Hər yeni addım uğursuzluqla nəticələnə bilər — bu, insanları azadlıqdan qorxudan səbəblərdən biridir”.
    Fromm, öz yaradıcılığında mühüm bir məsələyə də toxunmuşdur. O, nekrofiliya (ölümə vurğunluq) anlayışının əksi olaraq “biofiliya” (həyata vurğunluq) anlayışını da təqdim edir və bu mühüm hadisəni belə təsvir edir: “Biofil şəxsiyyət tipi qoruyucu fəaliyyətlərdən daha çox, yaradıcı fəaliyyəti üstün tutur. O, kiməsə sahib olmaqdan daha çox, kim isə olmaq istəyir. Onun təxəyyülü var, o, köhnəni təsdiqləməkdən çox, yenini axtarmağı sevir. O, həyatda sürprizləri etibarlılıqdan üstün tutur. O, hissələri yox, bütövlüyü görür, strukturu toplulardan üstün tutur. O, insanlara güc tətbiq etməklə, inzibati müdaxilə ilə və onlara əşya kimi yanaşmaqla yox. sevgi, ağıl və nümunə ilə təsir etməyə çalışır. Çünki o, həyatın bütün təzahürlərində sevinc tapır,heç də süni, dəbdə olan “əyləncələrin” ehtiraslı istehlakçısı deyildir. Biofiliya etikası insanın xeyir və şər haqqında formalaşdırdığı anlayışlara əsaslanır. Xeyir həyata, şər isə ölümə xidmət edən nəsnədir”.
    Fromm biofillər sırasında Albert Şvaytseri və Albert Eynşteyni göstərir.
    Filosofun psixologiyaya verdiyi əsas töhfələri nəzərdən keçirərkən adətən belə bir təsnifat aparırırlar.
    Humanist psixoanaliz. Fromm psixoanalizə alternativ yanaşma hazırlamış, şəxsiyyətin formalaşmasında yalnız instinkt və şüuraltı proseslərə deyil, sosial və mədəni kontekstə də diqqət yetirmişdir. O hesab edirdi ki, cəmiyyət və mədəniyyət insan şəxsiyyətinin və onun problemlərinin formalaşmasında mühüm rol oynayır.
    Şəxsiyyət nəzəriyyəsi. Fromm, insanın azadlıq və mənsubiyyət kimi əsas tələbatlarının necə baş verdiyini göstərən “xarakter yönümləri” konsepsiyasına əsaslanan şəxsiyyət nəzəriyyəsi irəli sürmüşdür. O, bir neçə xarakter yönümünü ayırd etmişdir: qəbuledici, istismarçı, yığıcı və bazar yönümlü. Hər bir istiqamət müəyyən xüsusiyyətlərə və dünya ilə qarşılıqlı əlaqə üsullarına malikdir.
    Azadlıq problemi. Fromma görə, azadlıq insan təbiətinin əsas mahiyyətidir, lakin bu azadlığa çatmaq çox vaxt insanlarda narahatlıq və yadlaşma hissi yaradır. Filosof insanların bu narahatlıqdan qurtulmaq üçün azadlıqdan imtina edib avtoritetlərə tabe olması və ya kütləyə qoşulması kimi “azadlıqdan qaçış” hallarını araşdırmışdır.
    Sevmək sənəti. Fromm “Sevmək sənəti” əsərində sevgini yetkinlik və məsuliyyət tələb edən fəal bir bacarıq kimi izah edir. O, “malik olmaq” və “var olmaq” anlayışlarını fərqləndirərək, həqiqi sevginin “var olmaq”la – yəni qarşı tərəfə qayğı göstərmək və onunla mənəvi əlaqə yaratmaqla bağlı olduğunu vurğulayır.
    Freydin psixoanalizinə tənqid. Fromm əsasən Freydin nəzəriyyəsinin bəzi aspektlərini, məsələn, Edip kompleksi, həyat və ölüm instinktləri, libido nəzəriyyəsi kimi anlayışları tənqid etmişdir. O hesab edirdi ki, bu anlayışlar həddindən artıq bioloji amillərə əsaslanır və sosial-mədəni faktorları kifayət qədər nəzərə almır.
    “Sağlam cəmiyyət” ideyası. Fromm düşünürdü ki, müasir cəmiyyət çox zaman “sağlam olmayan” şəxsiyyətlərin formalaşmasına səbəb olur və buna görə də, humanist etikaya əsaslanan “sağlam cəmiyyətin” qurulması həm fərdi, həm də ictimai rifah üçün zəruridir.
    Nəticə olaraq bunu demək olar ki, Erix Fromm insan təbiətinin və şəxsiyyətin formalaşmasında cəmiyyət və mədəniyyətin rolunun anlaşılmasına, eləcə də psixoterapiya və sosial psixologiyada yeni yanaşmaların işlənib hazırlanmasına mühüm töhfələr vermişdir. Elə buna görə də onun əsərləri bu gün də aktuallığını saxlayır və psixologiya ilə yanaşı fəlsəfə sahəsindəki tədqiqatçıların köməyinə gəlir.
    Fromm nə kommunizmi, nə də kapitalizmi dəstəkləmişdir. O, sosialist humanizmi konsepsiyasını yaratmış, marksizm və psixoanaliz ideyalarını birləşdirmişdir. Filosof Marksla Freydin nəzəriyyələrini birləşdirmiş, orada təkrar gözdən keçirilməli olan fərziyyələri çıxarmışdır. Frommun fikrincə, əsas olan insanın azadlıq konsepsiyasıdır.
    Fromm əsərlərində daha çox geniş sosial-mədəni təsirlərin insan tələbatları ilə qarşılıqlı şəkildə şəxsiyyətin formalaşmasına necə təsir etdiyini göstərir. Fromm şəxsiyyəti “müəyyən bir fərd üçün xarakterik olan və onu unikal edən irsi və əldə edilmiş psixi keyfiyyətlərin məcmusu” kimi qiymətləndirir.
    Frоmm insanın beş əsas psixoloji tələbatını qeyd edirdi:
    1.Əlaqəlilik (başqaları ilə əlaqədə olmaq),
    2.Transsendentlik (özündən yuxarı qalxmaq, mənanı aşmaq),
    3.Kök salmaq (aidiyyət hissi, mənəvi dayaq),
    4.İdentiklik (“mən kiməm?” sualına cavab tapmaq),
    5.İstiqamət sistemi (dəyərlər və məqsədlər əsasında dünyanı anlamaq).
    Fromma görə, bu tələbatların ödənməsi psixoloji sağlamlıq üçün vacib sayılır və psixoloji tələbat adlanır.
    Yeri gəlmişkən deyim ki, bu bölgü sırf “Fromm təsnifatıdır”.
    Haşiyə. Fürsətdən istifadə edərək demək istəyirəm ki, mən də uzun müddət tələbatların tədqiqi ilə məşğul olmuşam. Hətta, bu barədə iki monoqrafiyanın müəllifiyəm. ("Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşriyyatı, 1985-ci il) və “Mənəvi tələbat və bədii mədəniyyət” (“Elm” nəşriyyatı, 1992-ci il). Mən həmin fenomendən söhbət açarkən tələbatların klassik anlamda qəbul edilmiş üç əsas növü haqqında söhbət açmışam. Bunlara maddi, mənəvi və fizioloji növlər daxil edilir. Başqa bir bölgü də mövcuddur. Həmin bölgüdə aşağıdakı tələbat növləri yer alır: Fizioloji tələbatlar – insanın həyatda qalması və fiziki rifahı ilə bağlı olan bütün ehtiyaclar. Təhlükəsizlik tələbatları – qorunma və təhlükəsizlik hissi. Sosial tələbatlar – ünsiyyət, qarşılıqlı münasibətlər və hər hansı bir sosial qrupa mənsubluq.
    Lakin, zənnimcə bu bölgülərin hər biri natamamdır. Bu xüsusda danışarkən qısaca olaraq vurğulamaq olar ki, insan tələbatlarının hüdudunu konkret statistika və rəqəmlərlə ifadə etmək mümkünsüzdür.
    Fromm 1947-ci ildə məşhur “Azadlıqdan qaçış” əsərinin bir növ davamı olan “İnsan özü üçün” adlı əsərini yazdı. Bu əsərdə o, Qərb dəyərləri və mədəniyyəti dünyasında insanın özünütəcrid olunması nəzəriyyəsini inkişaf etdirdi. Erix Fromm nevrozların səbəbini insanın azadlıq uğrunda mübarizədə mənəvi məğlubiyyətində görür və psixoanalizin əsas vəzifəsini fərdin özü haqqında həqiqəti üzə çıxarması kimi təqdim edirdi.
    Cəmiyyətin və ölkələrin müxtəlif təbəqələrində insan psixologiyasını və davranışını araşdıran görkəmli psixoanalitik belə nəticəyə gəldi ki, ən az intiharlar ən kasıb ölkələrdə baş verir. Kino, radio, televiziya və kütləvi tədbirləri Fromm “əsəbi pozğunluqlardan qaçış yolları” adlandırdı. O bildirirdi ki, əgər Qərb sivilizasiyası insanlarından bu “nemətlər”i dörd həftəlik alsa, minlərlə insanda nevroz diaqnozu qoyular.
    Erix Frommun ən məşhur əsərlərindən biri, şübhəsiz ki, 56 yaşında yazdığı “Sevmək sənəti”dir. Bu kitabda o, sevginin iki zidd formasını müqayisə edir: “varlıq prinsipi” ilə sevgi, yəni məhsuldar sevgi və “sahiblik prinsipi” ilə sevgi, yəni məhsuldar olmayan sevgi. Məhsuldar sevgi sevgiliyə maraq, qayğı, anlaşma, zövq, ruhun səmimi qarşılıqlı əlaqəsini duymaq hissi gətirir. Bu, həyatın dolğunluğunu artıran bir prosesdir. Məhsuldar olmayan sevgi isə sevgi obyektini özünə tabe etməyə və onu nəzarət altında saxlamağa çalışır. Bu sevgi yeni bir həyat gətirmir, əksinə onu boğur və məhv edir. Bu sevgi formaları həm kişi və qadın arasında, həm də valideyn-övlad sevgisində müşahidə oluna bilər.
    Fromm bu kitabında romantik sevgi obrazını tənqid edir. Onun fikrincə, sevgi heç də “hər kəsin yaşaya biləcəyi sentimental hiss” deyil, öyrənilməli olan bir bacarıq və qabiliyyətdir.
    Filosof vurğulayır ki, insan hər şeydən əvvəl şəxsiyyət kimi inkişaf etməlidir. Yalnız bundan sonra o, həqiqətən sevməyi bacarar. Fromma görə, həqiqi sevgi anlayışına dörd element daxildir: qayğı, məsuliyyət, hörmət və bilik. Bundan əlavə, Fromm qeyd edir ki, əsl sevgi həm də qarşı tərəfə hörməti və onunla ruhani vəhdəti əhatə edir.
    Bəli, “Sevmək sənəti” əsəri sevgi kimi sadə görünən bir hissin yaranması və qorunmasının mürəkkəb psixoloji aspektlərinə həsr edilmişdir. “Sevgi, sevdiyimiz şeyin həyatına və inkişafına aktiv maraqdır. Aktiv maraq olmayan yerdə sevgi də yoxdur”.
    Fromm deyirdi ki, başqasını elə sevmək lazımdır ki, qarşılıqlı sevgi əldə edilsin. Sevgi həqiqətən də bir sənətdir. Hər bir insan fərqlidir, hərənin öz maraqları, ehtiyacları və bacarıqları var. Belə ki, müxtəlif həyat situasiyalarında iki insanın xüsusiyyətlərini uyğunlaşdırmaq çətin məsələdir. Frommun dediklərindən çıxış edərək vaxtilə qələmə aldığım bir yazıda vurğuladığım kimi, əslində planetimizdəki hər bir adam özü boyda “laboratoriyadır”.
    Bəli, Erix Fromm “Sevmək sənəti” əsərində sevginin mənasını araşdırır və belə bir qənaətə gəlir ki, sevgi hiss yox, bilik tələb edən bir sənətdir.
    Bəs sevgi nə üçün sənətdir? Fromm insanlar, cəmiyyət və sevgi arasındakı dinamikanı izah edir və göstərir ki, sevgi insana həyatın məna və məqsəd hissini verir. Kimsə bizi sevirsə və biz də sevgimizi ona həsr edə biliriksə, həyatımızın bir mənasının olduğunu hiss edirik. Sevgi yaxın münasibətlərin qurulmasına, ailənin yaranmasına və digər hisslərin formalaşmasına kömək edir.
    Frommün müxtəlif zaman kəsiyində insanın sevgiyə münasibəti barədə yürütdüyü mülahizə də mataqlıdır. Məsələn, filosof deyir ki, uşaqcasına (infantil) sevgi daha çox prinsipə əsaslanır: “Məni sevdiyinə görə mən də səni sevirəm”. Yetkin olmayan sevgi deyir: “Mənə lazım olduğun üçün səni sevirəm”. Yetkin sevgi isə belə deyir: “Səni sevdiyim üçün mənə lazımsan”.
    Sevgi anlayışına dair bu fikirlər həm kişi və qadın arasındakı münasibətlərdə, həm də valideyn sevgisində rast gəlinir.
    Fromm hörmət anlayışına da aydınlıq gətirmişdir. O, “Sevmək sənəti” kitabında göstərir ki, hörmət özlüyündə qorxu yox, insanı olduğu kimi görmək, onun unikal fərdiliyini dərk etmək bacarığını ifadə edir.
    Bir neçə kəlmə də azadlıq və sevgi haqqında.
    “Azadlıq”dan sadəcə olaraq “azad olmaq” özü-özlüyündə bizə xoş gələn bir təcrübə deyildir. Buna görə də Fromm hesab edir ki, bir çox insanlar bu azadlıqdan uğurla istifadə etmək əvəzinə, onun mənfi nəticələrini “azaltmağa” çalışırlar bunun üçün isə müəyyən düşüncə və davranış formaları inkişaf etdirirlər ki, bu da onlara müəyyən bir təhlükəsizlik hissi aşılayır.
    Fromma görə, azadlıq insanın öz şəxsiyyətini reallaşdırması üçün bir məkandır və şəxsiyyət ilk növbədə ekzistensial varlıq kimi yalnız sevgi vasitəsilə özünü gerçəkləşdirə bilər. Sevgi olmadan insan qarşısına qoyduğu məqsədləri və qabiliyyətlərini həyata keçirə bilməz.
    Sevgi və azadlıq bir-birini tamamlayır.
    Sevgi haqqında qiymətli əsər yazmış Frommun şəxsi həyatı ilə bağlı nisbətən az məlumat var. Yalnız Rainer Funkun “Erix Fromm: Sənədli bioqrafiya səhifələri” adlı kitabında bu mövzuya aid, yəni filosofun sevgisi və ailəsi haqqında maraqlı məlumatlar öyrənmək mümkündür.
    Erix Fromm bir neçə dəfə evli olub, lakin övladı olmayıb. İlk həyat yoldaşı Frida Rayxman Frommdan on yaş böyük idi. Frida Rayxman psixoanalitik kimi fəaliyyət göstərirdi və Fromm evlilikdən əvvəl onun psixoanalitik müalicə kursunda iştirak etmişdi. Frida öz həmkarının peşəkar inkişafına və şəxsiyyət olaraq yetkinləşməsinə böyük təsir göstərmişdi. O, çox ağıllı bir qadın idi. Lakin gənclərin nikahı uzun sürməmişdir. Onlar cəmi dörd il birlikdə yaşayıblar. Yolları ayırmış olsa da, həyatlarının sonuna qədər dost kimi qalıblar. Maraqlıdır ki, Fromm ikinci evliliyini rəsmiləşdirmək üçün 1940-cı ilə qədər ondan rəsmən boşanmamışdı.
    1932 və 1940-cı illər arasında Erix Frommun tanınmış psixoanalitik Karen Horney ilə coşqun bir romantik münasibəti olmuşdur. Fromm Karendən onbeş yaş kiçik idi. Onların sevgi münasibətləri ABŞ-da, hər ikisi faşistlərin hakimiyyətə gəlməsi səbəbilə Almaniyadan mühacirət etdikdən sonra inkişaf etməyə başladı. Münasibətləri yalnız emosional deyil, həm də intellektual idi. Karen Horneyin kişilərlə münasibətlərinin tipik modeli qəribə idi. O, əvvəlcə kişini ideallaşdırırdı, sonra ondan məyus olur, depressiyaya düşür və münasibətlərin niyə pozulduğunu anlamağa çalışırdı. Bu məyusluqlarına görə, bir kişidən digərinə keçir və tez-tez bir neçə kişini eyni vaxtda “əlində” saxlamağa çalışırdı, çünki onların hər biri onun müxtəlif tələblərindən yalnız birinə uyğun gəlirdi. Karen elə bir insan tapmaq istəyirdi ki, o, həm dominantlıq, həm də itaətkarlıq, həm kobud güc, həm də incə həssaslıq kimi ziddiyyətli tələbatlarına cavab verə bilsin. Onlar ayrılandan sonra belə, əməkdaşlığı davam etdirmişlər.
    Erix Fromm evləndiyi növbəti qadın fotoqraf Henni Qurland olmuşdur. Henni Frommdan on yaş böyük idi və qadının artıq 17 yaşında bir oğlu vardı. Hennienin ağır onurğa xəstəliyi var idi. Həyat yoldaşının əzablarını azaltmaq üçün Fromm həkimlərin tövsiyəsi ilə Meksikaya köçdü. 1952-ci ildə sevimli həyat yoldaşının ölümü alimi sarsıtdı. Gurlandla birgə yaşadığı illərdə alman psixoanalitik mistisizm və zen-buddizmə maraq göstərdi. Henninin ölümü Frommu çox sarsıtdı. Qeyd etmək lazımdır ki, Erix Fromm müəyyən dərəcədə öz elmi karyerasını qurban vermiş, həyat yoldaşını xilas etmək üçün Meksikaya köçmüşdü. Onun din və mistikaya olan marağı Frommun Zen-buddaizmini öyrənməsinə səbəb oldu. Henninin ölümündən sonra Fromm dərin depresiyaya düşmüşdü.
    Haşiyə. Yeri gəlmişkən, bir faktı xüsusi vurğulamaq istəyirəm. Frommun həyat və yaradıcılığına yaxından bələd olduqda istər-istəməz belə bir qənaətə gəlirsən ki, o, təbiəti etibarı ilə, daha çox təcrübəli, güclü, intellektual, özündən yaşlı qadınlara maraq və meyl göstərmişdir. Bu isə, görünür, heç də təsadüfi xarakter daşımır. Bu, çox güman ki, onun uşaqlıq çağlarında ana nəvazişinə olan ehtiyacı ilə bağlıdır.
    Aradan bir müddət keçəndən sonra Fromm yenidən ömür-gün yoldaşı tapdı. Bu, Alabama ştatından olan amerikalı Annis Frimen adlı qadın idi. Annis uzun boylu, cazibədar bir qadın idi. Bu, Frommun evləndiyi yeganə qadın idi ki, ondan iki yaş kiçik idi. Onlar 1953-cü ildə ailə qurdular. Bu evlilikdə Fromm 27 il yaşadı və 80 yaşında vəfat etdi. Həmin nigah dövründə filosof məşhur “Sevmək sənəti” kitabını yazdı və burada sevgi haqqında mədəniyyət nəzəriyyələrini və şəxsi təcrübəsini ümumiləşdirdi.
    Erix Fromm hesab edirdi ki, insan özü həyatına məna verir, insan həyatının əsas məqsədi özünün kim olduğunu dərk edib yaşamasıdır. “Həyatın mənası — elə həyatın özüdür” fikrinə əsaslanan bu baxış əslində hər cür dini yanaşmaya ziddir.
    Bir daha vurğulaya bilərik ki, Frоmm fəlsəfəsinin əsas nüvəsini şəxsiyyət azadlığı anlayışı təşkil edir. Artıq qeyd etdiyimiz kimi, bu anlayış insan təbiətinin və psixoloji sağlamlığının əsas mahiyyətini təşkil edir. Dahi psixoanalitik belə bir qənaətə gəlmişdir ki, cəmiyyətdə bir çox problemlərin yaranması məhz insanın “azadlıqdan qaçmağa” olan meyli ilə bağlıdır. Fromm üçün “azadlıq” şüar xarakterlı, basmaqəlib, standart bir nəsnə deyildir.
    Dogrudan da, yalnız azadlıq və məsuliyyətin mövcud olduğu şəraitdə böyük inkişaf və ideallardan söhbət gedə bilər.















    Popper. Tənqidi rasionalizmin
    banisi

    Karl Raymond Popper (28 iyul 1902, Vyana -17 sentyabr 1994, London) — avstriyalı və britaniyalı filosof, psixoloq və sosioloqdur. XX əsrin ən nüfuzlu elm adamlarından biri sayılır. Onun atası hüquq professoru, anası isə musiqiçi idi. Karl hələ yeniyetmə ikən klassik fəlsəfə üzrə çoxsaylı əsərlərlə, habelə Marks, Engels, Kautski, Bernşteyn və digər mütəfəkkirlərin sosial fəlsəfə üzrə araşdırmaları ilə tanış olmuşdur.
    O, 1918-ci ildə Vyana Universitetinə daxil olaraq riyaziyyat, fizika və musiqi tarixini öyrənmiş, məzun olduqdan sonra məktəbdə işləməyə başlamışdır. Popper 1925-ci ildə, universiteti bitirdikdən sonra, Jozefina Anna Henningirlə evlənmişdir. Bundan sonra o, orta məktəbdə riyaziyyat və təbiət elmlərini tədris etmiş, 1928-ci ildə koqnitiv psixologiyanın metogologiyası mövzusunda fəlsəfə üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
    Həmin dövrdə Avstriyada nasizmin populyarlığı üzündən antisemitizm ideyaları özünə möhkəm yer etməyə başlamışdı. Valideynləri xristianlığı qəbul etmiş yəhudilər olduğuna görə Popper ölkəni tərk etməyi qərara aldı. 1937-ci ildə o, Yeni Zelandiyada müəllim, 1937–1945-ci illərdə Kraystçörç universitetində fəlsəfə müəllimi işləmişdir.
    Yeni Zelandiyaya gəldiyi zaman Popper Avropada yetərincə məşhur olmasına baxmayaraq, yeni yaşayış yerində onun barəsində çox az adam eşitmişdi. Nəticədə Popperin universitetə münasibəti ikili idi: bir tərəfdən, o, nasizmin antisemit təqiblərindən güvənli bir yerdə idi, o biri tərəfdənsə yeni iş yerində onun nüfuzu çox az idi, belə ki, o, özündən qat-qat aşağı səviyyəli professorların tabeliyində olmaq məcburiyyətində idi. Lakin bir müdddət sonra Popper burada da tanındı və universitetin ən nüfuzlu və çox şöhrətli müəllimlərindən birinə çevrildi.
    1945-ci ildə Popper Britaniya təbəəliyi əldə etdi və 1946-cı ildə Londona köçərək həmin ildən London iqtisadi və siyasi elmlər məktəbində məntiq professoru və fəlsəfə fakültəsinin dekanı oldu. 1964-cü ildə ona “Cəngavər” ünvanı verildi.
    Popper London Kral cəmiyyətinin (1976) üzvü, “Ehtiram” ordeni kavaleri (1982), Aleksis Tokvil mükafatı laureatı (1984), Kioto mükafatı laureatı (1992) olmuşdur.
    Ser Karl Popper 17 sentyabr 1994-cü ildə Londonun Kroydon rayonunda 92 yaşında vəfat etmişdir. Onun arvadı Jozefina isə 1985-ci ildə vəfat etmişdi.
    Karl Popper elmi biliklərin prinsiplərinin inkişafına böyük töhfə vermiş və tənqidi rasionalizmin banisi olmuşdur. O, əsərlərində daha çox Alfred Tarskinin həqiqət konsepsiyasına əsaslanmışdır. Popper hesab edirdi ki, həqiqət obyektivdir, bilik isə ehtimal xarakteri daşıyır, səhv oluna bilər.
    Tənqidi realizm Popperin elmi bilikləri qeyri-elmi biliklərdən ayırmaq və təcrübədən çıxan induktiv mühakimələrin qəbul edilə bilməsi kimi fəlsəfi məsələləri həll etmək cəhdi olaraq meydana gəlmişdir.
    Popper, Vyana Dairəsinin (məntiqi empirizm nümayəndələri nəzərdə tutulur) demarkasiya məsələsini doğrulama prinsipi ilə həll etməyə çalışdığına bələd idi. Buna görə yalnız yoxlanıla bilən və ya təsdiqlənə bilən mülahizələr mənalı sayılırdı. Popper isə bunun əksinə olaraq, falsifikasiya prinsipini irəli sürdü: nəzəriyyə yalnız onu eksperiment yolu ilə yanlış çıxarmaq mümkün olduğu halda elmi ola bilər, hətta belə eksperiment hələ aparılmasa da.
    İnduksiya problemini Hüm formalaşdırmış və onu Kant həll etməyə çalışmışdır. Kant, təcrübədən alınan induksiyanı qəbul edilə bilən hesab edirdi, çünki insan, Kantın fikrincə, həqiqi aprior intuisiya ilə malikdir. Lakin Eynşteynin nisbilik nəzəriyyəsinə dair əsərləri bu fəlsəfi mövqeni sarsıtdı. Popper, digər tərəfdən, Kantın ardınca, nəzəriyyələrin apriori formalaşdırıldığını qəbul etsə də, onların həqiqiliyinə inanmırdı.
    Popper tənqidi yanaşmasını sosial elmlərə də tətbiq etmişdir. Bu yanaşmanın nəticəsi olaraq açıq cəmiyyət ideyası meydana gəlmişdir – yəni, fərdlərin hökumətin fəaliyyətini sərbəst şəkildə tənqid edə biləcəyi bir cəmiyyət. Belə bir cəmiyyətdə hökumət fərdlərə bu imkanı təmin edir, uğursuz siyasi proqramlar isə, elmi nəzəriyyələrin yanlış olduğu sübuta yetirilərkən kənarlaşdırıldığı kimi, aradan qaldırılır. Bu cəmiyyətdə fərdlər müxtəlif tabulardan azad olur və qərarlarını konsensus nəticəsində əldə olunan razılaşmaya əsaslanaraq qəbul edirlər. Belə bir cəmiyyətdə siyasi elitanın məhdudiyyətsiz hakimiyyəti yoxdur və onlar qan tökülmədən hakimiyyətdən uzaqlaşdırıla bilərlər.
    Popper "Açıq cəmiyyət və onun düşmənləri" və "Tarixçiliyin səfaləti" əsərlərində tarixçi sosial-siyasi konsepsiyaları tənqid etmişdir. Bu konsepsiyalara o, marksizm və platonizmi daxil edirdi, çünki bu cərəyanlar öz uydurduqları qanunlara uyğun olaraq cəmiyyətin inkişafını proqnozlaşdırmağa çalışırdılar. Popper isə hesab edirdi ki, belə qanunlar yoxdur (o, tarixi indeterminizmin tərəfdarı idi) və cəmiyyət bu qanunlarla deyil, bütün fərdlərin fəaliyyətinin cəmi ilə formalaşır. Popper iddia edirdi ki, insan biliyinin toplanma prosesi əvvəlcədən proqnozlaşdırıla bilmədiyi üçün ideal dövlət idarəçiliyi nəzəriyyəsi prinsip etibarilə mümkün deyil. Buna görə də siyasi sistem elə çevik olmalıdır ki, hökumət öz siyasətini rahatlıqla dəyişə bilsin. Bu baxımdan, cəmiyyət müxtəlif baxışlara və mədəniyyətlərə açıq olmalı, yəni plüralizm və multikulturalizm xüsusiyyətlərinə malik olmalıdır.
    Popperə görə, islahatlar konkret problemlərin həlli üçün addım-addım həyata keçirilməli və nəticələrə əsasən vaxtında tənzimlənməlidir. O, bu metodologiyanı "sosial mühəndislik" adlandırmış və onu "sosial proyektizmə" qarşı qoymuşdur. Bu metodologiya XX əsrin ikinci yarısında bir çox Avropa ölkələrində islahatların həyata keçirilməsində tətbiq olunmuşdur.
    Popper ən çox elmin fəlsəfəsi, sosial və siyasi fəlsəfə sahəsindəki işləri ilə tanınır. O, elmi metodun klassik anlayışını tənqid etmiş və açıq cəmiyyətin çiçəklənməsini mümkün etmək üçün demokratiya və sosial tənqidin prinsiplərini müdafiə etmişdir.
    Popper tənqidi rasionalizmin fəlsəfi konsepsiyasının əsasını qoymuşdur. O, öz mövqeyini belə təsvir edirdi: “Mən səhv edə bilərəm, siz isə haqlı ola bilərsiniz. Biz səy göstərərək həqiqətə yaxınlaşa bilərik”.
    Popper deduktiv-nomoloji izah sxeminin yaradıcılarından biri olmuşdur. Tarskinin məntiqi semantika ideyalarına əsaslanaraq, o, elmi nəzəriyyələrin (hipotezlərin) doğru və yanlış məzmununu müəyyən etmə üsulunu təklif etmişdir.
    Epistemologiyada Popper realizmi müdafiə edirdi, yəni biliyimizin ideyalardan, hisslərdən və ya dildən deyil, reallıqdan ibarət olduğunu qəbul edirdi. Popper iddia edirdi ki, elm hipotezlər və təkziblər vasitəsilə reallığın daha dərin strukturlarını dərk etməyə doğru irəliləyir.
    Popper bilik, insan varlığı və kosmoloji məsələləri izah etmək üçün bioloji-təkamül və emergentist arqumentlərə müraciət etmiş, şüur problemini emergentizm mövqeyindən həll etməyə çalışmış və onu fizikalist reduksionizmə qarşı qoymuşdur.
    Qnoseologiyada Popper realizmə üstünlük vermişdir. O, son işlərində “üç dünya” hipotezini irəli sürmüşdür. Bunlara daxildir: Fiziki obyektlər və vəziyyətlər dünyası. Psixi və şüur halları dünyası. Elmi hipotezlərin məzmunu, ədəbi əsərlər və subyektiv qavrayışdan asılı olmayan digər obyektləri əhatə edən obyektiv bilik dünyası.
    Popperin "üç dünya" konsepsiyasına görə, fiziki və mənəvi dünya ilə yanaşı, obyektiv bilik dünyası, yəni ideal obyektlər də mövcuddur. Bu dünyalar biri-birinə genetik olaraq bağlıdır, lakin bir-birinə reduksiya olunmur. Üçüncü dünya, yəni ideal dünya, müstəqillik və öz-özünə inkişaf qabiliyyətinə malikdir. Yəni, bir dəfə yaradılmış nəzəriyyələr onların yaradıcılarının əvvəlcədən görə bilmədikləri nəticələr doğurur.
    1990-cı illərdə Popper hələ 1950-ci illərdə irəli sürdüyü "meyllər" konsepsiyasının kosmoloji əhəmiyyətinə diqqət yetirmişdir. Meyllər fiziki dünyanın müşahidə olunmayan dispozisiya xüsusiyyətləri olub, Nyutonun cazibə qüvvəsi və ya qüvvə sahələri ilə oxşardır. Popperin bu hipotezi həm şüurun özünü aktivləşdirmə fenomenini izah etmək, həm də onun indeterminizmini təsdiq etmək üçün istifadə olunmuşdur. Bu nəzəriyyəyə görə, reallıq səbəbiyyət maşını deyil, “əhəmiyyətli dispozisiyaların” reallaşma prosesi kimi təqdim olunur.
    Sosial fəlsəfədə Popper “tarixçiliyi” tənqid edərək onun prоfetizm və utopizm ilə “zəhərləndiyini” bildirirdi. Filosof elə bu səbəbdən Marksın sosial-tarixi konsepsiyasını tənqid edir, lakin onun əxlaqi və intellektual cəlbediciliyini qəbullayırdı. Elə buradaca vurğulamaq yerinə düşərdi ki, Karl Marks istisna olunmaqla, son iki əsrin heç bir filosofu Karl Popper qədər siyasi proseslərə böyük təsir göstərməmişdir. Marksizmə əsaslanan imperiyanın çökməsi Popperin demokratik inqilab haqqında ideyalarının doğruluğunu nümayiş etdirdi.
    Popperə görə, elm — biliklərin davamlı dəyişməsi və artımını nəzərdə tutan dinamik bir sistemdir. Beləliklə, elmi biliklərin artım mexanizmlərini öyrənmək metodologiyanın əsas vəzifəsi elan edilmişdir. Popper bu yanaşmanı, reallıq anlayışına və qəbuluna əsaslanaraq, elmi biliklər sahəsini təşkil edən prinsiplər əsasında qurmuşdur.
    Popper meyarına əsasən, heç bir elmi nəzəriyyə 100% təkzibolunmaz ola bilməz. Məhz buna əsaslanaraq elmi bilikləri qeyri-elmi biliklərdən ayırmaq mümkündür. Əslində, falsifikasiya (saxtalaşdırma) istənilən nəzəriyyənin və ya iddianın elmi xarakterə malik olması üçün vacib bir şərtdir.
    Popper yazırdı: “Elmi bilikləri psixoloji nöqteyi-nəzərdən nəzərdən keçirərkən mən düşünürəm ki, elmi kəşf sırf spekulyativ, çox vaxt qeyri-müəyyən ideyalara inamsız mümkün deyil. Elm baxımından tamamilə əsassız olan bu inam müəyyən mənada “metafiziki”dir”.
    Popper vurğulayırdı: “Mən belə bir nəticəyə gəldim ki, darvinizm yoxlanıla bilən elmi nəzəriyyə deyil, yoxlanıla bilən elmi nəzəriyyələr üçün potensial bir çərçivə kimi metafiziki araşdırma proqramıdır”.
    Popper göstərirdi ki, adi dili öyrənməkdə ixtisaslaşma ilə fəxr edən filosofların kosmologiya ilə tanışlığını yetərincə əsaslı hesab edərək fəlsəfə və kosmologiya arasındakı fərqlər barədə mühakimə yürütməsi və nəticə olaraq fəlsəfənin kosmologiyaya heç bir töhfə verə bilməyəcəyi qənaətinə gəlməsi olduqca paradoksaldır. Onlar, şübhəsiz, səhv edirlər. Tamamilə aydındır ki, sırf metafiziki, başqa sözlə, fəlsəfi ideyalar kosmologiyanın inkişafına böyük təsir göstərmişdir. “Falesdən Eynşteynə, qədim atomizmdən Dekartın materiya təbiəti barədə mülahizələrinə, Nyuton, Leybnits və Boşkoviçin qüvvələrin təbiəti ilə bağlı fikirlərindən Faraday və Eynşteynin qüvvə sahələri ilə bağlı müzakirələrinə qədər hər bir halda istiqaməti metafiziki ideyalar müəyyənləşdirirdi”.
    Popper deyirdi ki, konspirasiya nəzəriyyəsi, əslində Allaha istinadın zəifləməsinin və bunun nəticəsində yaranmış “Onun yerində kim var?” sualının nəticəsidir... Bu sitat sonralar Umberto Ekonun “Fuko sarkacı” romanının 118-ci fəsli üçün epiqraf kimi istifadə olunmuşdur.
    Popperə görə, Marksist tarix nəzəriyyəsi, bəzi təsisçilərinin və ardıcıllarının ciddi səylərinə baxmayaraq, nəticə etibarilə bu proqnozlaşdırma praktikasını mənimsədi. Erkən ifadələrində (məsələn, Marksın “qarşıdakı sosial inqilabın” xarakteri ilə bağlı analizində) o, yoxlanıla bilən proqnozlar irəli sürür və həqiqətən təkzib olunurdu... Lakin bu təkzibi qəbul etmək əvəzinə Marksın ardıcılları nəzəriyyəni və sübutları yenidən təfsir edərək onları uyğunlaşdırmağa çalışdılar. Beləliklə, bu nəzəriyyə təkzib olunmaqdan xilas oldu, lakin bu, onu elmi status iddialarından məhrum edən vasitələrin istifadəsi hesabına əldə edildi.
    Popper bülə hesab edirdi ki, təcrübə, fərziyyələr və təkziblər, bir sözlə səhvlər dünyaya müəyyən interpretasiyalar tətbiq etmək cəhdlərimiz məntiqi olaraq müşahidələrdən əvvəl gəldiyini bizə anlatdı. “Mən düşünürəm ki, bu prinsip elm üçün də doğrudur və elmi nəzəriyyələr müşahidələrin nəticələrinin xülasəsi deyil, yoxlanış üçün irəli sürülmüş, müşahidələrlə qarşılaşmada təkzib oluna bilən cəsarətli fərziyyələrdir”.
    Popper uzun illər ərzində XX əsr qərb fəlsəfəsi və sosiologiyasının əsas müzakirələrinin mərkəzində olmağı bacardı. Onun öz dahi müasirləri Rassel, Vitgenşteyn, Karnap, Kun və Lakatos ilə apardığı sağlam mübahisələrin cövhərində fəlsəfə ilə bağlı ən mühüm problemlər dayanırdı.
    Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Karl Popperin bir sıra yaradıcılıq nümunərləri, o cümlədən məşhur “Açıq cəmiyyət və onun düşmənləri” əsəri Azərbaycan dilinə tərcümə edilmişdir.
    Ümumiyyətlə, açıq cəmiyyət nəzəriyyəsinin əsasını qoymuş Karl Popperin əsərləri biliyin təbiəti, elm tarixi, siyasi fəlsəfə və fəlsəfi metodoloji məsələlərinə aid baxışların tədqiqindədə mühüm rol oynamışdır.























    Sartr. Varlıq və heçlik arasında

    Jan-Pol Sartr (fr. Jean-Paul Charles Aymard Sartre; 21 iyun 1905, Paris, Fransa — 15 aprel 1980, Paris, Fransa) — fransız ekzistensialist filosofu, ateist, yazıçı, dramaturq, esseist, sosialist. 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş, lakin bu mükafatdan imtina etmişdir.
    Sartr azadlıq, yadlaşma və dialektika haqqında qiymətli fikirlər söyləmişdir. Mən bu müxtəsər yazıda həmin paradiqmalara (yəni azadlıq, yadlaşma və dialektika), habelə məşhur fikir adamının ədəbi yaradıcılığında qoyulan fəlsəfi paradiqmalara toxunmağa çalışacağam toxunacağam. Sartr, habelə böyük humanist və pasifist (savaş əleyhdarı-F.M.) olmuş, dövrünün böyük müharibələrində baş verən təcavüzkarlığa qarşı çıxmışdır.
    Sartr bir çox ədəbi və fəlsəfi əsərlərin müəllifidir. Bunlardan ən məşhurları "Ekzistensializm — bu, humanizmdir" (1946) və "Ürəkbulanma" (1938) əsərləridir.
    ...Dünyaca məşhur yazıçı-filosof ailədə tək uşaq idi. Onun atası Jan-Batist Sartr, Fransa Hərbi Dəniz Qüvvələrinin zabiti olmuşdur. Ana tərəfdən Jan-Pol, məşhur Albert Şveytserin əmisi oğlu idi. Gələcək dahi hələ çox körpə ikən atasını itirmişdi.
    Sartr ilk gəncliyindən, yəni liseydə və ali normal məktəbdə təhsil alarkən öz yaşıdları və müəllimləri tərəfindən çox yaxşı tanınmışdır. Hər dəfə yeməkxanaya daxil olanda Jan Polu dostları sürəkli alqışlarla qarşılayırdılar. Bununla yanaşı, Sartr digər sahələrdə də fəal idi; o, ildə 300-dən çox kitab oxuyur, mahnılar, şeirlər, hekayələr, romanlar yazırdı. Sartr gənclik dövründə gələcəkdə məşhur olacaq şəxslərlə — Pyer-Anri Simon, Raymond Aron, Moris Merlo-Ponti və Anri Qiyemen ilə dostlaşmışdı.
    1929-cu ildə Sartr, xanım Simona de Bovuarla tanış olmuşdur. Bu məşhur feminist qadın sonralar onun yalnız həyat yoldaşı deyil, həm də həmfikri olmuşdur.
    Sartr 1931–1939 və 1941–1944-cü illərdə Fransanın müxtəlif liseylərində fəlsəfə tədris etmişdir.
    1939-cu ildə Sartr Fransız ordusuna çağırılmış və burada meteoroloq kimi xidmət göstərmişdir. Xidmət müddətində Sartr çox yazırdı. Onun bu dövrdə yazdığı mətnlər sonradan "Qəribə müharibənin gündəlikləri" adı ilə nəşr edilmişdir. O, ordunun ciddi və iyerarxik münasibətlərinə dözməkdə çətinlik çəkdiyi üçün xidmət yoldaşları ilə ünsiyyətdən qaçmağa çalışırdı. 1940-cı ildə Alman qoşunları tərəfindən əsir götürülərək doqquz ay müddətində hərbi əsir kimi qalmışdır – əvvəlcə Nansidə, sonra isə Trierdə. Bu dövrdə Sartr əvvəlki fərdiyyətçiliyindən uzaqlaşmış, həbsdəki yoldaşlarına hekayələr və lətifələr danışmış, boks döyüşlərində iştirak etmiş, həmçinin Milad axşamı üçün “Barion, ildırımın oğlu” adlı bir tamaşa da yazıb səhnələşdirmişdir.
    Məhz bu dövrdə Sartr öz sələfi Martin Haydeggerin "Varlıq və zaman" adlı kitabını oxumuşdur ki, bu da sonralar onun fenomenoloji ontologiyaya dair esselərinə böyük təsir göstərmişdir. Səhhəti ilə əlaqədar olaraq Sartr 1941-ci ilin aprel ayında hərbi əsirlikdən azad edilmişdir.
    1941-ci ilin mayında Parisə qayıdan Sartr öz həmfikirləri və Ali Normal Məktəbin tələbələri ilə birlikdə "Sosializm və Azadlıq" adlı gizli antifaşist qrup yaratmışdır. Lakin bu qrup qısa müddət mövcud olmuş və tezliklə dağılmışdır. Bunun ardınca Sartr yazıçılıq fəaliyyətinə qayıtmışdır.
    Sartr bir müddət Alber Kamyu tərəfindən gizli fəaliyyət dövründə yaradılmış "Combat" (“Döyüş”) qəzeti ilə çox fəal əməkdaşlıq etmişdir. Sartr Kamyu ilə 1951-ci ilə qədər dost qalmış, lakin sonralar fikir ayrılığına görə onların münasibətləri pozulmuşdur...
    ...Jan-Pol Sartrın karyerasının ilk dövrü əsasən "Varlıq və heçlik" (1943) əsəri ilə müəyyən edilir, lakin sonradan o, kommunist və kapitalist bloklara parçalanmış bir dünya anlayışına keçmiş və geniş şəkildə reklam edilən siyasi fəaliyyətə başlamışdır. Sartr, alman faşist işğalı zamanı passiv qalan hər kəsi sərt şəkildə tənqid etmişdir.
    Sartr bir müddət marksizmi və sovet quruluşunu müdafiə etmişdir. 1952-ci ildə Sülhün Müdafiəsi üzrə Vyana Xalq Konqresində sülh tərəfdarı kimi çıxış etmiş, 1953-cü ildə Dünya Sülh Şurasının üzvü seçilmişdir. Həmin dövrdə Sartr, Şərq Blokunun mənəvi üstünlüyünə inanırdı və bunun "ümidləri qorumaq" üçün zəruri olduğunu iddia edirdi.
    1956-cı ildə Sartr və "Yeni Zəmanə" jurnalının redaksiyası (Kamyudan fərqli olaraq) “fransız Əlcəzairi” ideyasını qəbul etməkdən uzaqlaşdı və Əlcəzair xalqının müstəqillik arzularını dəstəklədi. Sartr işgəncələrə qarşı çıxır, xalqların öz talelərini müəyyən etmək azadlığını müdafiə edir və zorakılığı kolonializmin təhlükəli nəticəsi kimi təhlil edirdi.
    Fransız millətçilərindən dəfələrlə təhdidlər alan Sartrın Parisin mərkəzindəki mənzili iki dəfə partladılmışdı. 1960-cı ildə onun "Dialektik zəkanın tənqidi" əsəri nəşr olundu. Bu əsərdə Sartr marksizmə daha güclü intellektual dəstək vermək istəyirdi; lakin nəticədə Marksın "sinif" anlayışını obyektiv bir mahiyyət kimi təqdim etməsinin səhv olduğu qənaətinə gəldi. Sartr erkən Marksın əsərlərindəki humanist dəyərlərə münasibətinə görə 1960-cı illərdə Fransanın aparıcı solçu intellektualı Lui Althusser ilə mübahisəyə girişmişdi. Althusser gənc Marksın ideyalarının "elmi" sistemin təsiri ilə sonradan aradan qaldırıldığını iddia edirdi. Sartrın kommunist fəallarına öz münasibəti vardı. O, belə hesab edirdi ki, onlar (kommunistlər) inqilabi həvəslərini azaltmamaq üçün işçilərə heç də bütün həqiqəti söyləməməlidirlər.
    1960-cı illərdə Sartrın siyasi esse yazılarının əsas mövzusu Fransa fəhlə sinifinin "amerikanlaşması"na olan nifrəti idi. Onun fikrincə, fransız fəhlələri inqilab təşviqatı aparmaq əvəzinə, dublyaj edilmiş Amerika televiziya şoularına baxmağa üstünlük verirdilər.
    Sartr Üçüncü Dünya ölkələrinin intellektualları kimi, 1959-cu il Kuba inqilabını fəal şəkildə dəstəkləyirdi. 1960-cı ilin iyun ayında o, Fransada "Şəkər üzərində Qasırğa" başlıqlı 16 məqalə yazdı. Sartr həmin dövrdə Kuba xəbər agentliyi "Prensa Latina" ilə əməkdaşlıq edirdi.
    Sartr Vyetnamda törədilmiş hərbi cinayətləri araşdıran Russell Tribunalında da fəal iştirak edirdi. 1967-ci ildə hərbi cinayətləri araşdıran Beynəlxalq Tribunal Stokholm və Roskilde şəhərlərində iki iclas keçirdi. Bu iclaslarda Sartr, “fransız Əlcəzairindəki” soyqırım da daxil olmaqla, qalmaqallı çıxışlar etdi.
    Sartr, 1968-ci il Fransız inqilabında fəal iştirak etmişdir. Onu hətta inqilabın simvolu adlandırmaq olar. Belə ki, üsyançı tələbələr Sorbonnaya daxil olduqda, yalnız Sartrı içəri buraxmışdılar. Müharibədən sonrakı illərdə o, çoxsaylı demokratik, maoist hərəkat və təşkilatlarda yer aldı. Sartr Əlcəzair müharibəsinə, 1956-cı il Macarıstan üsyanının yatırılmasına, Vyetnam müharibəsinə, Amerikan qoşunlarının Kubaya müdaxiləsinə, Sovet qoşunlarının Praqaya daxil olmasına və SSRİ-də fərqli fikirlərin boğulmasına qarşı etirazlarda da fəal iştirak etmişdir.
    Həyatı boyunca Sartrın siyasi mövqeyi kifayət qədər dəyişkən olsa da, hər zaman solçu ideologiyaya sadiq qalmış və həmişə məzlumların, o cümlədən "Ürəkbulanma" romanında təsvir olunan "təlimsiz" insanın hüquqlarını müdafiə etmişdir.
    1964-cü ildə Sartr Xruşşovun Stalin repressiyalarını və təmizləmələrini ifşa edən "Gizli məruzə"ni tənqidlə qarşılamışdır. O, "kütlələrin həqiqəti qəbul etməyə hazır olmadığını" iddia etmişdir. 1973-cü ildə Sartr "inqilabi hakimiyyətin həmişə ona təhlükə yaradan bəzi insanlardan qurtulmalı olduğunu və onların ölməsinin yeganə yol olduğunu" iddia etmişdir.
    Sartr, Polşa lideri Vladislav Qomulkaya heyranlıq bəsləyirdi. Qomulka "sosializmə Polşa yolu" ideyasını dəstəkləyən və Polşanın daha müstəqil olmasını istəyən bir şəxs idi.
    1968-ci ildə Parisdə tələbə etirazları zamanı Jan-Pol Sartr, Sorbonnada onun şərəfinə tələbə mükafatı təsis etməkdən imtina etdi. Mükafat azadlıq, ekzistensial seçim və ümumilikdə humanizm anlayışlarının izahı ilə bağlı ən yaxşı tələbə essesi üçün nəzərdə tutulmuşdu. Növbəti etiraz aksiyası iğtişaşa çevrildikdə, Sartr saxlanıldı və bu, tələbələr arasında böyük narazılıq yaratdı. Şarl de Qoll bu hadisədən xəbər tutduqda Sartrın azad olunmasını əmr edərək demişdi: “Fransa Volterləri həbs etmir”.
    1980-ci il aprelin 15-də Sartr Parisdə vəfat etdi. O, vəsiyyət etmişdi ki, dəbdəbəli dəfn mərasimi keçirilməsin. Lakin buna baxmayaraq, onun vida mərasiminə 50 min insan qatılmışdı.
    Dediyimiz kimi, Sartrın fəlsəfəsində mərkəzi konsepsiyalardan biri azadlıq anlayışıdır. Sartr azadlığı mütləq, birdəfəlik verilmiş bir nəsnə kimi təsəvvür edirdi (“İnsan azad olmağa məhkumdur”). Yəni azadlıq, insanın mahiyyətindən əvvəl gəlir. Sartr azadlığı hərəkətsizliyə aparan ruhun azadlığı kimi deyil, insanın heç kimin əlindən ala bilməyəcəyi seçim azadlığı kimi başa düşürdü. Məsələn, məhbus qərar verməkdə azaddır —onun təslim olmaq və ya azadlığı uğrunda mübarizə aparmaq hüququ var, bundan sonra nə olacağı isə filosofun səlahiyyətindən kənarda olan şəraitlə bağlıdır.
    Azad iradə konsepsiyası Sartrın “proyekt” (layihə) nəzəriyyəsində genişlənir. Bu nəzəriyyəyə görə, fərd özünü özünə verilmiş bir hadisə kimi deyil, “proyektləşdirərək” formalaşdırır. Bununla o, özünə və əməllərinə görə tam cavabdehdir. Sartrın mövqeyini təsvir etmək üçün “Ekzistensializm — bu, humanizmdir” adlı əsərində gətirdiyi Ponjun sitatı daha uyğun gəlir: “İnsan — insanın gələcəyidir”.
    Sartra seçim və məsuliyyət probleminə xüsusi diqqət yetirmişdir. O, hesab edirdi ki, bu fenomenlər insanın mövcudluğu ilə bağlı yaranan bir problemdir. Əgər hər bir insan həyatının hər bir anında seçim qarşısında qalırsa, o zaman hər bir qərar və hərəkət onun gələcək taleyini müəyyənləşdirir. Buna görə də, hər bir qərar insanın sabahkı gün qarşısında məsuliyyət yükü daşıyır. Sarta görə, hər bir insanın qərarı nəinki təkcə özünün, habelə bəşəriyyətin taleyini də formalaşdırır. Bu isə istər-istəməz məsuliyyət səviyyəsinin dəfələrlə artmasına gətirib çıxarır.
    “Ekzistensiya” subyektiv şəkildə götürülmüş fəaliyyətin daim canlı olan məqamıdır. Bu anlayış sabit bir substansiyanı deyil, davamlı balanssızlığı ifadə edir. “Ürəkbulanma” romanında Sartr göstərir ki, dünya mənasızdır, “mən” isə məqsədsizdir. Şüur və seçim aktı vasitəsilə “mən” dünyaya məna və dəyər verir.
    Məhz insan fəaliyyəti ətraf dünyaya məna qazandırır. Əşyalar fərdi insan mənalarının işarələridir. Bu mənadan kənarda onlar sadəcə passiv və inert şəraitdən ibarət olan verilmişlikdir. Onlara müəyyən fərdi-insani məna verərək insan özünü bu və ya digər şəkildə müəyyənləşdirilmiş şəxsiyyət kimi formalaşdırır.
    Sartr azadlıq və məsuliyyət haqqında nə deyir?
    İnsan azad olduğu müddətcə şəxsiyyət olaraq qalır, hər şeyi sərbəst mühakimə edir, sərbəst qərar verir. Amma Sartr (və eləcə də Kamyu) iddia edir ki, azadlıq insanı məsuliyyətdən azad etmir. İnsan öz hərəkətlərinə və əməllərinə görə məsuliyyət daşıyır. Amma bu, hüquqi deyil, mənəvi məsuliyyətdir.
    Sartr azadlıq anlayışı ilə yadlaşma anlayışını əlaqələndirir. Sartr müasir fərdi, müasir şəxsi əslində yadlaşmış bir varlıq kimi görür. Belə ki, onun fərdiyyəti standartlaşdırılıb (peşəkar təbəssümü və dəqiq hesablanmış hərəkətləri ilə standartlaşdırılmış ofisiant kimi), müxtəlif sosial institutlara tabe edilib. Bu institutlar, elə bil, insanın “üzərində durur” və ondan qaynaqlanmır. Məsələn, dövlət – bu, yadlaşmış bir fenomeni təmsil edir; fərdin ümumi işlərin idarə olunmasında iştirak etmək qabiliyyətinin yadlaşmasıdır. Nəticədə insan öz tarixini yaratmaq qabiliyyətindən, yəni ən vacib şeydən məhrum olur.
    Özündən yadlaşmış insan maddi əşyalarla problemlər yaşayır – bu əşyalar öz təkrarlanan mövcudluqları, yapışqan və sabit-durğun varlıqları ilə ona təzyiq edir, “ürəkbulanma” yaradır. Bunun əksinə olaraq, Sartr xüsusi, bilavasitə, bütöv insan münasibətlərini vurğulayır.
    Sartrın toxunduğu əsas paradiqmalardan biri dialektika idi və onun mahiyyəti tamlığı “sintezlə birləşdirməkdə”, yəni totalizasiyada ifadə olunur. Çünki yalnız tamlıq daxilində dialektik qanunlar mənalı ola bilər. Fərd öz maddi şəraitini və digər insanlarla münasibətlərini “totalizasiya” edir və özü tarix yaradır və nəticədə tarix onun özünə çevrilir. Totalizasiya tələbi insanın bütün təzahürlərdə tam şəkildə açılmasını nəzərdə tutur, insan azadlığının məkanını genişləndirir.
    Sartr israr edir ki, dialektika məhz fərddən qaynaqlanır, çünki bu, onun prinsipial mahiyyətini, “şəffaflığını” və “rasionallığını” təmin edir – yəni bu, insanın fəaliyyəti ilə həmin fəaliyyətin dərk olunmasının birbaşa uyğunluğu kimi qəbul edilir. Axı normal insan hansısa hərəkəti edərkən istər-istəməz düşünür ki, nə üçün bunu edir. Təbiətdə bunların heç biri olmadığı üçün, Sartr təbiət dialektikasını inkar edir və hətta, buna qarşı bir sıra arqumentlər irəli sürür.
    Sart öz əsərlərində (təxminən Kant kimi) "özündə" və "özü üçün" konsepsiyasını inkişaf etdirir. O, belə hesab edir ki, insan şüuru iki hissəyə bölünür: obyektiv reallığı (və ya xarici dünyanı) əks etdirən “şüursuz” hissə və bu reallığın subyektiv interpretasiyası olan “şüurlu” hissə.
    Xarici dünyanın qavranılması və onun təsirinin əks olunması (inikası) bizim təsəvvürlərimizdən asılı deyildir. Dünya necədirsə, beyində də elə o cür əks olunur. Amma dünya mənzərəsinin interpretasiyaları həyat təcrübəsi, dəyərlər, təsəvvürlər və biliklər əsasında formalaşır. Sarta görə, insan həmişə ətraf aləmlə qarşılıqlı əlaqədədir və o, bu dünyadan təsirlənir. Lakin filosof hesab edir ki, dünya insanı əvvəlcədən müəyyənləşdirmir, əksinə, ona seçim və özünü təyin etmək imkanlarını təqdim edir.
    Sartr üçün digər vacib bir məsələ həyatın mənası problemidir. O iddia edir ki, insan həyatı absurddur, yəni mənasız və məqsədsizdir, çünki həyatın əvvəlcədən müəyyən edilməsi haqqında deyilənlər, başqa sözlə qəzavü-qədər haqqında söylənilən metafizik fikirlər doğru hesab oluna bilməz.
    Sartın etikası, yəni insanın etik fəaliyyəti ilə bağlı fikirləri də Kantın kateqorik imperativinə bənzəyir. Filosof deyir ki, hər birimiz xeyirə can atmalıyıq ki, bəşəriyyət də xeyirxah olsun. Əgər biz pislik edəriksə, bəşəriyyət də pis olacaq.
    Sartr deyirdi ki, insan varlığı mahiyyətdən əvvəldir, lakin dünyanın qalan hissəsi üçün əksinə, mahiyyət varlıqdan əvvəldir. Başlanğıcda insan sadəcə mövcuddur, sadəcə canlı hiss edir. Və sonra, həyatın gedişatında, tədricən hansısa bir mahiyyət qazanır. “Mövcudluq mahiyyətdən əvvəldir” tezisi sonradan ekzistensialist hərəkatın aksiomuna çevrildi.
    Sart ekzistensializm fəlsəfəsindəki "həmkarı" Alber Kamyu ilə əvvəllər yaxın münasibət saxlamışdı. Onlar işğal olunmuş Parisdə tanış olmuş və qanlı müharibəyə yol verən dünyanın absurdluğunu və əsaslı dəyişikliklərə ehtiyacı duymuşdular. Ancaq bu dəyişikliklərin həyata keçirilmə metodları haqqında onların arasında ciddi fikir ayrılığı vardı. Kamyu hər hansı şəraitdə zorakılığı yolverilməz hesab edərək, qəddarlıq və despotizmin əleyhinə çıxış edirdi. O, bu məsələyə 1951-ci ildə dərc olunan "Qiyamçı adam" (“L’Homme révolté”) essesini həsr etmişdi. Bu yazı Sartda demək olar ki, "ürək bulanması" yaratmışdı. Sartın fikrincə, etika və mənəviyyat məsələləri insanları ümumi bərabərlik və ədalətə nail olmaq məqsədindən daha az narahat etməli idi.
    Buna baxmayaraq, Sart öz fəal yazıçı fəaliyyətinə rəğmən, ədəbiyyatın cəmiyyətə get-gedə az təsir etdiyini vurğulayırdı.
    Jan-Polun qeyri-adi ədəbi istedadı və qabiliyyəti çox erkən üzə çıxmışdır. Belə ki, ədəbiyyatda ilk addımlarını səkkiz yaşında atmışdır. Bu yaşda artıq o, "Banan ticarətçisi" (“Le Marchand de bananes”) və "Kəpənək uğrunda" (“Pour un papillon”) romanlarını yazmışdı.
    Jan-Pol Sartr dünyada bir yazıçı kimi daha çox məşhurdur. Laki o, hər oxucunun müəllifi deyil. Onun kitabları fəlsəfi dərinliyi, kəskin həyat problemləri və siyasi baxışları ilə fərqlənir. Müəllifin düşüncələrinin dərinliyini dəyərləndirmək üçün onun “Ürəkbulanma” əsərini oxumaq kifayətdir. O, ədəbi fəaliyyətə bu romanla başlamışdır. Bir çox tənqidçilər bu romanı Sartrın ən yaxşı əsəri hesab edirlər.
    "Ürəkbulanma"da Antuan Roquenti adlı birisinin gündəliyi ilə tanışlıq əsərin əsas açarı hesab oluna bilər. Süjetə görə, romanın qəhrəmanı Fransanın qondarma Buvil şəhərində yaşayır. Antuan insanları, izdihamı diqqətlə müşahidə edir, lakin bu onun bu müşahidələrini heyvanların müşahidələri ilə müqayisə etmək olar. Əslində Antuan, sanki heç özünü də insan hesab etmir. O, insanların varlığına mərhəmətlə baxır. Qəhrəman praktiki olaraq insanlarla ünsiyyət qurmur və bu barədə heç kimə danışa bilməməkdən çox əziyyət çəkir. Antuan daim öz varlığının absurdluğu, mənasızlığı haqqında fikirləşir. Personaj nə baş verdiyini başa düşmək üçün hadisələrin "dibinə varmaq" istəyir. Ürəkbulanma ona vaxtaşırı təsir edir. Antuan dərk edir ki, keçmiş çoxdan geridə qalıb, gələcək isə mənasızdır və onda mühüm heç nə olmayacaq.
    Yazıçının “Divar” hekayəsi də fəlsəfi mahiyyəti ilə seçilir. Hekayənin qəhrəmanı edama məhkum edilir. Ona bir seçim təklif olunur: yoldaşının harada olduğunu desə, həyatda qala bilər. Qəhrəman son ana qədər əməkdaşlıqdan imtina edir. Hekayədə onun düşüncələri və yaşadığı hisslər təsvir olunur. Nəticədə qəhrəman yoldaşının yerini yalnış göstərir. Ancaq tale, qəzavü-qədər başqa cür davranır. Belə ki, qəhrəmanın yalnış olduğunu düşündüyü məlumatın həqiqət olur. Yoldaşı güllələnir, amma qəhrəman azadlıq qazanır. Lakin onun həqiqətən azad olduğunu düşünmək nə dərəcədə doğrudur?
    “Azadlıq yolları” trilogiyası Sartrın çoxsaylı fəlsəfi fikirlərini, siyasi və yaradıcılıq baxışlarını özündə birləşdirir.
    Azadlıq nədir və insan həqiqətən azad ola bilərmi? “Olmaq ya olmamaq” – bu sual əsrlərdir insan zehnini məşğul edir. Əsərin qəhrəmanlarının hekayələri və süjetlər olduqca müxtəlifdir. Sanki yazıçı öz oxucularına sual verir: siz “azadlıq yolları”ndan qəhrəmanlarla birlikdə keçməyə hazırsınızmı?
    “Varlıq və heçlik” adlı əsərində Sartr, iradə azadlığının mövcud olduğunu sübut etməyə və göstərməyə çalışır. Bu fəlsəfi esse Sartrın öz şüur və varoluş nəzəriyyəsini əks etdirir. Fenomenin təbiətini araşdıraraq, o, iki varoluma növünü təsvir edir: “özündə varolma” və “özü üçün varolma”. “Özündə varolma” insan varlığına bənzədilə bilər, “özü üçün varolma” isə şüurun varlığıdır. Yazıçının qənaəti budur ki, nsan olmaq – Tanrı olmaq istəyinə can atmaqdır, yaxud insan mahiyyət etibarilə Tanrı olmaq arzusudur.
    “Sözlər” avtobioqrafik povesti Sartdın erkən uşaqlıq dövrünə həsr olunub. Müəllif bu əsərdə kitablarla ilk tanışlığı və yazıçı olmaq istəyinin necə yaranıb möhkəmləndiyini təsvir edir. Povest kiçik adamın yanlışlıqları, illüziyaları və fantaziyalarını əks etdirir ki, bu da onun gələcək böyüklük həyatına kölgə salmışdır. Müəllif öz uşaqlığından, ailəsindən və dostlarından, əsasən də kitablarla ilk tanışlığından və yazıçı olmağa olan istəyinin ilkin dövründən danışır: “Mən öz dinimi tapdım: kitab mənə hər şeydən daha vacib görünməyə başladı”. Daha sonra qeyd edir ki, dünya ilk dəfə mənə məhz kitablar vasitəsilə açıldı. "Sözlər" 1964-cü ildə, yəni təsvir olunan hadisələrdən əlli il sonra ortaya çıxdı. Elə həmin il Sartr öz müstəqilliyini şübhə altına almaq, daha doğrusu əldən verməmək istəmədiyini bəyan edərək Nobel mükafatından imtina etmişdi.
    Jan-Pol Sartr səkkiz pyesin müəllifidir. Bu əsərlər (“Bağlı qapılar arxasında”, “Milçəklər”, “Nekrasov” (“Yalnız həqiqət”), “Dəfn edilməmiş ölülər”, “Şeytan və Tanrı”, “Altonanın məhbusları” , “Çirkli əllər”, “Namuslu fahişə”) dünyanın bir çox teatrlarında tamaşaya qoyulmuşdur. (İndi xatırlayıram ki, “Nekrasov” pyesi ötən əsrin ikinci yarısında Xalq şairi S.Rüstəm tərəfindən tərcümə edilib “Azərbaycan” jurnalında dərc olunmuşdu-F.M.). Bu əsərlərdən biri -“Milçəklər” daha məşhurdur. Pyes Eşxilin “Oresteiyası”nın parafrazıdır, amma Sartrın yozumunda şəhər vətəndaşları günah hissi ilə yaşamağa məhkumdur. Bu, totalitar rejimlərin idarəetmə mexanizmini təsvir edən Sartrın böyük bir sosial-psixoloji kəşfi idi. Əsər azadlıq mövzusunu son dərəcə kəskinləşdirir: azadlıq öldürməyi tələb edir.
    “Bağlı qapılar arxasında” əsəri isə üç günahkarın - bir kişinin və iki qadının, cəhənnəmdə qapanmış həyatından bəhs edir. Cəhənnəm burada otel otağı kimi təsvir olunur. Əsər, məşhur “Cəhənnəm- başqalarıdır” aforizmi ilə sona çatır.
    Sartrın bütün pyesləri kəskin intellektual və fəlsəfi xarakter daşıyır, amma onların hər biri tamaşaçıları sərt həqiqətlərlə üz-üzə qoyur. Bu, Sartrın teatr sənətinə gətirdiyi yeni bir yanaşma idi.
    Sartrın nisbətən az tanınan əsərlərindən biri “Daha təklif yoxdur” pyes- romanıdır.
    Əsərdə göstərilir ki, o biri dünyada çoxdan ölmüş iki insan qarşılaşdı: onlardan biri tərəfindən öldürülən inqilabçı Pyer Dümen və miras uğrunda əri tərəfindən zəhərlənən Həvvadır.
    Pyer və Həvvaya bir-birlərinə aşiq olmaq və yeni həyat hüququ qazanmaq üçün 24 saat ərzində həyata qayıtmaq şansı verilir. Pyer bu qısa müddət ərzində yoldaşlarının uğursuzluğa məhkumluğunun səbəbini öyrənir. Həvva isə bacısı Lucettanı qatil əri ilə evlilikdən xilas etməyə çalışır. Onlar bu şansı əldən verirlər. Həvva və Pyer axirətdə yenidən görüşdülər. Artıq onların arasında eyni hisslər yox idi. Artıq imkanlar əldən gedib, hisslər də soyuyub. Beləliklə, Həvva və Pierre ayrılaraq yenə adi laqeyd ruhlara çevrilirlər. Amma bu “karusel” davam edir. Belə ki, daha bir cüt sevgili həyata qayıtmaq və əsl sevgini tapmağa çalışmaq şansı qazanır. Necə deyərlər, ölüm və həyat davam edir...
    1964-cü ildə Jan-Pol Sartr “azadlıq ruhu və həqiqət axtarışları ilə zəngin, dövrümüzə böyük təsir göstərmiş yaradıcılığına görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Lakin o, bu mükafatı qəbul etməkdən imtina etdi və heç bir ictimai instituta borclu olmaq istəmədiyini, müstəqilliyinə kölgə salmaq istəmədiyini bəyan etdi. Bundan başqa, Sartrı Nobel Komitəsinin açıq şəkildə antisovet və“burjua” yönümlü mövqeyi narahat edirdi. Sartrın fikrincə (“Niyə mükafatdan imtina etdim” yazısında qeyd etdiyi kimi), mükafatın təqdim olunması üçün uğursuz bir vaxt seçilmişdi- bu, elə bir vaxt idi ki, böyük humanist, SSRİ-ni açıq şəkildə tənqid edirdi. Təbii ki, Nobel mükafatına layiq görülməsi, onun təkcə elmi və bədii yaradıcılığı ilə deyil, həm də siyasi baxışları ilə bağlı idi.
    Həmin il Sartr ədəbi fəaliyyətdən imtina etdiyini bəyan edir. O, yazılarının birində qeyd edirdi: "Qırx yaşına qədər insanların ədəbiyyat vasitəsilə dəyişə biləcəyinə inanırdım. İndi buna inanmıram. İnsanlar oxuyur və özlərini dəyişdiklərini düşünürlər. Amma bu təsir uzunmüddətli deyil."
    Haşiyə. Jan-Pol Sartr hələ sağlığında ikən təkcə elmi-fəlsəfi və ədəbi əsərləri ilə deyil, siyasi baxışları, habelə dünyada baş verən hadisələrə şəxsi münasibəti ilə dünyada məşhur idi. O, xüsusən Fransa mühitində cəsarət simvolu hesab olunurdu.
    Sovetlər birliyində, elmi-ictimai-siyasi dairlərdə Sartra münasibət birmənalı deyildi. Belə ki, bəzi materalist baxışlarına görə onu matrsist hesab edənlər, ekzistensialist görüşlərinə görə onu “burjua filosofu” hesab edirdilər. Onun bədii və elmi əsərləri həmin dövrdə daha çox “samizdat”lar tərəfindən nəşr edilib yayılırdı. Yadımdadır, ötən əsrin 80-ci ilində, aspiranturaya təzəcə daxil olmuşdum. Elmi seminarların birində əlimdə Sartrın kitabını görən yaşı fəlsəfə tədqiqatçısı az qala qorxa-qorxa astadan soruşdu: “Satrı nəyə görə oxuyursan?” Zarafatla dedim ki, tənqid etmək üçün. Onu da xatırlayıram ki, həmin günlrdə Sartr yenicə vəfat etmişdi.
    Yeri gəlmişkən, Sartrın bir çox bədii və fəlsəfi əsərləri, o cümlədən “Ürəkbulanma”, “Sözlər”, “Varlıq və heçlik”, “Sahibin uşaqlığı”, “Divar”, “Seçilmiş əsərləri” dilimizə tərcümə olunmuş, kitab şəklində nəşr edilmişdir.
    Bütün ziddiyyətli fəaliyyət və baxışlarına baxmayaraq, Jan-Pol Sartr 20-ci əsrin ən parlaq fikir adamlarından biri hesab olunur.



    Kamyu. Absurddan absurda keçid

    Albert Kamyu (fr. Albert Camus, 7 noyabr 1913, Mondovi, Fransız Əlcəzairi – 4 yanvar 1960, Villeblevin, Fransa) – fransız filosofu, ekzistensialist, jurnalist, yazıçı, dramaturq, publisist və esseist. “Yad” (1942), “Taun” (1947) və digər məşhur əsərlərin müəllifi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957).
    Albert Kamyu 7 noyabr 1913-cü ildə Əlcəzairin şərqində yerləşən kiçik Mondovi şəhərində anadan olmuşdur. Atası Lüsyen Kamyu şərabçılıq şirkətində çalışmışdır. Oğlunun doğulmasından az sonra Birinci dünya müharibəsinə çağırılmış və Marne döyüşündə yaralanan ilk əsgərlərdən olmuşdur. Anası ispan əsilli Katerin Sant ərinin ölümündən sonra uşaqları ilə birlikdə Əlcəzairdəki Fransız fəhlə məhəlləsinə köçmüşdür. Ailə Fransız hökumətindən cüzi pensiya alsa da çox kasıb yaşayırdı. Katerin uşaqları dolandırmaq üçün işləyirdi.
    Albert hələ ağlı dünya işlərindən kəsməyən vaxtlar katoliklərin müqəddəs ayinlərindən keçmiş, sonralar məktəbə daxil olmuş, hələ uşaqlıqdan kitablara maraq göstərmişdir. Kamyu məktəbi bitirdikdən sonra liseyə daxil olmuşdur. Liseydə təhsil aldığı dövrdə Albertə vərəm diaqnozu qoyuldu və bu səbəbdən o, bir il ərzində təhsilini müvəqqəti dayandıraraq ailəsini yoluxdurmamaq üçün xalasıgilə köçdmüşdür.
    Kamyu sağalıb liseyə qayıtdıqdan sonra, onun dünyagörüşünün formalaşmasına fəlsəfə müəllimi Jan Qrenye güclü təsir göstərmişdir. Bu dövrdə o, Andre Malronun əsərləri ilə maraqlanmışdır. Fəlsəfə sahəsindəki diqqəti əsasən qədim yunan filosoflarına yönəlmiş, alman fəlsəfəsində isə onun diqqətini yalnız Fridrix Nitsşe çəkmişdir.
    1932-ci ildə Kamyu gələcək həyat yoldaşı, narkotikaya meylli Simona İlyeni tanımışdır. Onlar 1934-cü ildə evlənmişdir. Bu dövrdə o, dostuna məxsus qəzet üçün müxtəlif məqalələr yazırdı və yerli müsəlmanların özünüdərkinin artırılmasını, Əlcəzairdə fransızlar və digər qrupların hüquqlarının müdafiəsini təbliğ edən birləşmələrdə iştirak edirdi.
    1933-cü ildə Kamyu kiçik ədəbi əsərləri üçün iki mükafat qazanmışdır. Həmin il o, Əlcəzair Universitetinə daxil olmuş, fəlsəfə, fəlsəfə tarixi, etika, sosiologiya, psixologiya və klassik ədəbiyyat üzrə kurslar keçmişdir. Gənc tələbə pul qazanmaq üçün müxtəlif işlər axtarır, repetitorluq edirdi. Kamyu kommunizmə skeptik yanaşırdı və onu “dünyəvi din” adlandırırdı. Bununla belə 1935-ci ildə bir tanışının təsiri ilə Kommunist Partiyasına qoşulmuşdur.
    Partiyada o, mədəni fəaliyyətə cavabdeh idi, sol təbliğatını yayır, fəhlələri maarifləndirmək məqsədilə mədəni tədbirlər təşkil edir, ərəb cəmiyyətini də sol ideyalara cəlb etmək istəyirdi. O, heç vaxt marksist ədəbiyyata maraq göstərmirdi. Kommunist partiyasındakı fəaliyyətini isə yalnız zəhmətkeş xalqın vəziyyətini yaxşılaşdırmağa cəhd kimi görürdü.
    Kamyu1936-cı ildə xristian metafizikasına həsr olunmuş dissertasiya yazır və xüsusilə Plotin və Avreli Avqustin əsərlərinə müraciət edir. İş ciddi akademik üslubda yazılmışdı, lakin 60-cı illərin ortalarında məlum oldu ki, Kamyunun dissertasiyasına bir neçə mənbədən iqtibaslar daxil edilib, orijinal mənbələrə isə isnad olunmayıb.
    Təhsilini başa vurduqdan sonra onun həyatında ciddi problem yaranır. Narkotik asılılığı səbəbindən səhhəti pisləşən həyat yoldaşı ilə münasibətlərini kəsir. Yazıçı olmağı arzulayan Kamyu bu illərdə fəal şəkildə qeydlər aparır və gələcək əsərlərinin prototiplərini yaradır.
    Bu dövrdə Kamyu teatr fəaliyyəti ilə maraqlanmağa başlayır. O, "İşçi Teatrı"na rəhbərlik edir və orada Andre Malronun 1935-ci ildə yazılmış "Təhqir illəri" romanı əsasında tamaşa hazırlayır. Tamaşa müəllifin öz razılığı ilə səhnələşdirilmiş və 1936-cı il yanvarın 25-də böyük zala malik çimərlik müəssisəsində göstərilmişdir. Həmin tamaşaya təxminən 500 nəfər adam qatılmışdı. Lakin kommunistyönlü qəzet bu rəqəmi 1500 kimi göstərmişdi.
    Bir neçə ay ərzində daha bir neçə tamaşa təşkil edildi. Bundan əlavə, Kamyu özü "Asturiyada üsyan" adlı bir pyes yazır. Pyesin nəşrini Kamyunun universitet illərindən ta ömrünün sonuna qədər dostluq etdiyi fransız radio aparıcısı və qəzet redaktoru Edmond Şario reallaşdırır.
    1937-ci ilin mart ayında Kamyu yerli mədəniyyət evində Leon Blumun müsəlmanlara seçki hüququ vermək haqqında qanun layihəsini dəstəkləmək üçün çıxış edir. Bu, müsəlmanlarla fransızlar arasında barışıq və assimilasiyanın bir hissəsi kimi nəzərdə tutulurdu. Bununla bağlı kommunist partiyası tərəfindən bir manifest də nəşr olundu. Lakin bununla belə, Kamyunun kommunistlərlə münasibəti həmişə gərgin olub. O, əslində marksist ideyalardan uzaq bir adam idi. Bu səbəbdən, Kamyu 1937-ci ilin noyabr ayında partiyadan xaric edildi.
    İkinci Dünya Müharibəsi başlandıqdan sonra Kamyu maddi sıxıntılar səbəbindən Fransaya yollanmağa məcbur olur. Parisdə Alber Kamyu “Paris-Soir” qəzetində texniki redaktor kimi çalışırdı. 1940-cı ilin mayında o, "Yad" (“Özgə”) povestini tamamladı. Həmin ilin dekabrında müxalif fikirləri olan Kamyu, çalışdığı qəzetdən qovuldu və işğal edilmiş ölkədə yaşamaq istəmədiyi üçün Əlcəzairin Oran şəhərinə qayıtdı. Burada o, bir müddət özəl məktəbdə fransız dili müəllimi kimi fəaliyyət göstərdi və1941-ci ilin fevralında "Sizif haqqında mif" əsərini yazıb tamamladı.
    Tezliklə Kamyu Müqavimət Hərəkatına qoşuldu, “Combat” adlı gizli təşkilatın üzvü oldu və yenidən Parisdə yaşamağa başladı. Müharibə zamanı Kamyu gizli təxəllüslə “Alman dostuma məktublar” adlı əsər yazdı və bu əsər sonralar ayrıca kitab kimi nəşr olundu. O, 1943-cü ildə Sartrla tanışlıqdan sonra onun pyeslərinin səhnəyə qoyulmasında iştirak etdi.
    1944-cü ildə Kamyu “Taun” romanını yazdı, lakin bu əsər yalnız 1947-ci ildə nəşr edildi. Bu vaxtlar Kamyu ailəsində ikinci evlilikdən Jan və Katrin adlı əkiz uşaqlar dünyaya gəlmişdi.
    Müharibədən sonra Kamyu “Combat” qəzetində işini davam etdirdi. Nəşriyyat onun əvvəllər yazdığı əsərləri çap etməyə başladı və bu əsərlər yazıçını məşhurlaşdırdı. 1946-cı ildə Kamyu 19 yaşlı model Patrisiya Bleklə tanış oldu. Patrisiya gələcəkdə jurnalist, tərcüməçi, nəşriyyatçı və Kamyunun tərcümeyi-halını yazan şəxs kimi tanındı. 1947-ci ildən etibarən Kamyu solçu hərəkatla və şəxsən Sartrla münasibətlərini tədricən kəsdi, “Combat” qəzetindən ayrıldı və müstəqil jurnalist kimi müxtəlif nəşrlər üçün məqalələr yazmağa başladı. Bu məqalələr sonradan “Gündəlik qeydlər” adlı üç cildlik kitabda toplanmışdı. "Mühasirə vəziyyəti" və "Ədalətlilər" adlı pyeslərini də həmin illərdə yazmışdır.
    1951-ci ildə anarxist “Libertaire” jurnalında Kamyunun “Qiyamçı adam” adlı əsəri nəşr olundu. Bu əsərdə o, insanın, həyatın absurdluğu ilə mübarizəsini araşdırırdı. Solçu tənqidçilər, o cümlədən Sartr, bu əsəri sosializm uğrunda siyasi mübarizədən imtina kimi qiymətləndirdilər. Kamyu isə Avropanın siyasi həyatını diqqətlə izləməyə davam edir və gündəliklərində Fransada sovetpərəst əhval-ruhiyyənin artmasından, həmçinin kommunist rejimlərin Şərqi Avropadakı cinayətlərinə qarşı Fransanın solçularının göz yumma meylindən narahatlığını bildirirdi.
    Kamyu getdikcə teatra daha çox maraq göstərirdi. O, 50-ci illərdə öz pyeslərini səhnəyə qoymağa başladı, "Süqut" (“Çöküş”) adlı povestini yazdı.
    1957-ci ildə Alber Kamyuya "zəmanəmizdə insan vicdanının problemlərini diqqətli bir ciddiyyətlə işıqlandıran mühüm ədəbi əsərlərinə görə" Nobel mükafatı verildi. Belə hesab edirik ki, o, bu mükafat təkcə yaradıcılıq uğurlarına görə deyil, həm də cəsarətli vətəndaş mövqeyinə görə layiq görülmüşdür.
    1960-cı il yanvarın 4-də Alber Kamyu dostu Mişel Gallimardın ailəsi ilə birlikdə Provansdan Parisə qayıdarkən avtomobil yoldan çıxaraq ağaca çırpıldı. Kamyu hadisə yerində həlak oldu. Sürücü isə xəstəxanada iki gün sonra dünyasını dəyişdi. Kamyunun şəxsi əşyaları arasında "Birinci insan" adlı bitməmiş povestin əlyazması və istifadə olunmamış dəmir yolu bileti tapıldı.
    Alber Kamyu Fransanın cənubundakı Lüberon bölgəsində yerləşən Lourmaren qəbiristanlığında dəfn edildi.
    Çex yazıçı və tərcüməçi Yan Zabrananın gündəliklərində yazılmış və 2011-ci ildə məlum olmuş bir versiya diqqəti cəlb edir. Bu versiyaya görə, Kamyunun avtomobil qəzası Sovet xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdir...
    ...Fəlsəfə ilə ilgisi olan hər kəsə yaxşı məlumdur ki, Kamyu ekzistensializmin görkəmli nümayəndəsi hesab olunur. Amma çoxları bilmir ki, Kamyu özü heç bir zaman ekzistensial fəlsəfə ilə əlaqəsini qəbul etməmişdir. Onun əsas fəlsəfi məsələlərindən biri tamamilə ekzistensial mövzunu — intihar problemini əhatə edirdi. Bu barədə o özü yazırdı: "Əsl həqiqətdə yalnız bir ciddi fəlsəfi problem var — intihar problemi. Həyatı yaşamağa dəyər, ya yox — bunu həll etmək fəlsəfənin fundamental sualına cavab vermək deməkdir". Bu və digər səbəblərdən Kamyu adətən filosoflar və ekzistensialistlər arasında təsnif edilir. Lakin başqa bir fikir də mövcuddur. Məsələn, “Philosophy Now” jurnalında Qreq Stoun iddia edir ki, Kamyunun ekzistensialist kimi təsnif edilməsi səhvdir. O, bu səhvi əsasən Kamyunun Sartrla olan polemikası ilə əlaqələndirir. Stoun belə hesab edir ki, Sartrın "varlıq mahiyyətdən əvvəl gəlir" tezisi ilə Kamyunun yanaşması uyğun deyildir. Zira Kamyu tez-tez öz əsərlərinin ekzistensializmə aid edilməsinə təəccüblənirdi və hətta, bir vaxtlar bu cərəyanın nümayəndələrindən açıq şəkildə ayrılmağı planlaşdırırdı. Bundan əlavə, Kamyunun özünün dediyinə görə, "Sizif haqqında mif" əsəri Kyerkoqor, Yaspers, Haydegger kimi ekzistensialistlərin tənqidinə həsr olunmuşdur.
    Kamyu hesab edirdi ki, həyatın mənası bizdən kənarda deyil, bizim içimizdə olmalıdır. Həyatın mənasını axtarmaq mənasızlığın qaranlığına qarşı mübarizədir, insanın özünün daxili transformasiyası, daxili yaradıcılığıdır.
    O, iddia edir ki, həyat ölümlə başa çatır, lakin o vaxtacan (yəni ölümə qədər-F.M.) hər şey bizdən asılıdır. Nəyin doğru və nəyin yanlış olduğunu müəyyən edən Ali varlığın mövcudluğu və ölümdən sonra həyatın olması fikrindən əl çəksək, seçdiyimiz kimi yaşaya və dünyanın tamamilə bizim olmasına nail ola bilərik.
    Kamyuya görə, həyatın mənasını həqiqətən dərk etməyin yeganə yolu ölüm ehtimalı ilə üzləşməkdir. Bu mənada, yalnız bir ciddi fəlsəfi problem var, o da intihardır. Həyatı yaşamağa dəyər ya yox sualına cavab vermək, əslində fəlsəfənin fundamental sualına cavab verməyə bərabərdir. Qalan hər şey - istər dünyanın üç ölçüsü, istər ağlın doqquz, istərsə də on iki kateqoriyası – bütün bunların hamısı sonra gəlir.
    Bəli, Kamyu intihar problemini araşdırımış və bu barədə ilk dəfə 1942-ci ildə yazdığı "Sizif haqqında mif" esseində bəhs etmişdir. Kamyunun intihara yanaşması, əslində intihara səbəb olan hadisələrin analizindən deyil, həyatı erkən başa çatdırmaq aktının "nəzərdə tutduqlarından" irəli gəlir. İntihar edən şəxs bu şəkildə həyatın dəyərinə münasibətini formalaşdırır və faktiki olaraq "həyat buna dəyməz" bəyanatı verir. Kamyuya görə, intihar -insanın öz hərəkətlərinə bir məna vermək arzusu ilə dünyanın obyektiv mənasızlığı nəticəsində ortaya çıxan ziddiyyətin təzahürüdür. Bu ya dünyanın "böyük məqsədini" anlamaq istəyindən, ya da belə bir biliyə insan ağlı ilə nail olmağın mümkünsüz olduğuna əminlikdən irəli gəlir. İnsan arzuları ilə dünyanın anlaşılmazlığı qarşılaşdıqda məhz absurd yaranır.
    Albert Kamyu niyə həyatı absurd hesab edir?
    “Tanrının ölümü” mədəni çərçivəsi daxilində olan A. Kamyu insanın ilkin dünyagörüşünün absurdluqla ifadə olunduğunu fərz edir. O, belə hesab edir ki, absurdun mənşəyi insanla dünya arasında ekzistensial və koqnitiv səviyyədə harmoniya və tarazlığın olmamasındadır.
    Kamyuya görə, Absurd mənanın insani arzusu ilə varlığın mənasızlığı arasındakı gərginlik və ya müqayisədən doğulur.
    Kamyuya görə, dünya özü absurd deyil, absurd fərdin dünya mexanizmini və məqsədini anlamağa çalışması zamanı yaranan hissdir və bu hiss (və ya bu duyğu) "təbiətin səssizliyinə" çırpılır. Buna əsasən, intiharı yalnız psixi xəstəlik kimi izah edə bilmərik, xüsusilə də söhbət absurddan gedirsə. Kamyu özü absurddan çıxış yolu kimi intihara qarşı çıxırdı. O, intiharın və dinin absurd problemləri həll etmək cəhdləri olduğunu qəbul etsə də, hər iki yanaşmanı rədd edir, "paradoksa qarşı durmağın" zəruri olduğunu düşünürdü. İntihar absurdu aradan qaldırsa da, bu yalnız fərdin ağlının sərhədləri daxilində olur, çünki absurd, insan ağlından kənarda mövcud deyil və buna görə də problemi həll etmir.
    Kamyu intihardan başqa, absurda və mənasızlığa alternativ olan "son ümidi", məsələn, dinin xilas yolu olduğunu da rədd edirdi. O, bu yanaşmanı absurddan qaçış, yəni həyatın çətinliklərindən qaçmaq kimi görürdü. Amma Kamyu bir filosof kimi, dini intihardan daha yaxşı alternativ hesab edirdi. Bununla yanaşı, Kamyu həm dinə, həm də intihara alternativ olaraq absurd dünyada insanın həyatına üçüncü bir reaksiyanı, başqa bir yolu təklif edir: bu, qiyamdır, yəni qiyam yoludur.
    Albert Kamyu üçün dünya haqqında yeganə mümkün etibarlı məlumat, öz mövcudluğu və ətraf aləmin mövcudluğudur. Kamyunun mülahizələri ətraf aləmin dəyərlərini nihilistcəsinə inkar etməyi ifadə etmir, o, öz fikirlərini daha çox Kartezian skeptisizminə aid edir. Kamyu ətraf mühitin faktlarını ardıcıl şübhə vasitəsilə qiymətləndirmə yolunu axtarırdı. Bununla əlaqədar olaraq, o, öz fəlsəfəsini mahiyyət etibarilə insanın ontoloji ehtiyaclarından irəli gələn epistemologiya hesab edir. Kamyu etik və transcendental dəyərləri inkar etdiyi üçün yuxarıda qeyd olunan yolu, məhz qiyam konsepsiyasını irəli sürür.
    Ümumiyyətlə, Albert Kamyu ateist ekzistensializmin nümayəndədəsi hesab olunur. Onun baxışları adətən ateizm hadisəsi kimi xarakterizə edilir. Çünki Kamyu dini tənqid edən şəxslərdən idi. "Sizif haqqında mif" əsəri üzərində işlədiyi dövrdə o, fəlsəfəsinin əsas ideyalarından birini belə ifadə etmişdi: “Əgər həyat qarşısında bir günah varsa, bu, ümidlərin olmamasında deyil, əksinə, həyatı digər dünyada axtarmaqda və bu dünyadakı amansız möhtəşəmliyi rədd etməkdədir.” Bununla belə, ateist (dinsiz) ekzistensializmin tərəfdarlarının ateizmə aid edilməsi bir qədər şərtidir və Kamyunun inanca qarşı yanaşmalarına baxmayaraq, o, həyatın absurdluğunu təsdiqləyir. Lakin Kamyu özünün nə ekzistensalist, nə də ateist olduğunu qəbul edirdi. O, deyirdi: “... Mən filosof deyiləm. Ağılın hansısa bir sistemə inanmağa kifayət etməyəcəyinə inanıram. Məni həqiqətən maraqlandıran şey, həyatda nəyə əsaslanmaq lazım olduğunu bilməkdir...”
    Albert Kamyunun nihilist baxışlarının əsasını şəxsi təcrübələri, həyati yaşantıları təşkil edir. O, bu təcrübələri rus yazıçısı Fyodor Dostoyevskinin "Cinlər" romanının qəhrəmanı, mühəndis Kirillov obrazı ilə əlaqələndirmişdir. Jan Onimusun fikrinə görə, Kirillov obrazı Kamyunun gələcək həyat görüşlərinə çox təsir etmişdir. Dostoyevskinin əsərində mühəndis Tanrıya və həyata olan inamını itirir və nəticədə intihar edir. Bu, Kamyunun "qiyam" adlandırdığı bir anlayışdır. Həyatdan narazılıq Kamyunun erkən işlərində də görünür. Bu mənada Kirillovun hərəkəti, Kamyunun intiharı "ölümə qalib gəlmək" prinsipi kimi başa düşməsinə təsir göstərmişdir. Yəni insan öz ölümünün qaçılmazlığını anlayaraq intihar yolu ilə əzablarına son qoyur və beləliklə, “öz taleyinin sahibi” olur. Kamyunun fikrincə, ölümün dərk edilməsi, əslində mədəniyyətin həqiqi inkişafıdır. Daha sonra "Sizif haqqında mif" əsərində bu ideyaları inkişaf etdirən Kamyu, absurda cavab olaraq intiharı müdafiə etməsə də, insanın belə addımlarında “məntiq” və “üstünlük” görürdü.
    Friedrix Nitşenin fəlsəfəsinin bir çox aspektləri Albert Kamyunun düşüncələrində əks olunur. Nitşe kimi Kamyu da insanın dini düşüncə formasını həyatdan "uzaqlaşma" kimi başa düşür. Qeyd etmək lazımdır ki, Nitşenin fəlsəfəsi Kamyunun esselərində müzakirə obyektidir. Xüsusilə, "Sizif haqqında mif" əsərində absurd və intihar haqqında müzakirə o, Nitşenin fikirlərindən başlayır: “Oyunun şərtləri belədir: ilk növbədə cavab vermək lazımdır. Və əgər Nitşenin istədiyi kimi, hörmətə layiq bir filosof örnək olmalıdırsa, cavabın əhəmiyyəti də aydın olur — onun ardınca müəyyən hərəkətlər gələcək. Düzdür, bu açıq-aşkar həqiqəti ürək hiss edir, lakin onu ağılla dərk etmək lazımdır…”
    ...Kamyu dünya ədəbiyyatında həm də bir nasir, dramaturq və publisist kimi məşhurdur. Kamyu ədəbi yaradıcılıga 1934-cü ildə başlamışdır. Bu dövrdən 1939-cu ilə qədər o, həyatı haqqında bir sıra esselər yazmış və bunları “Astar və üz”, habelə “Toy” adlı toplularda çap etdirmişdir. Bundan əlavə, o, Fransada sonradan nəşr olunmuş “Kaliqula” və “Xoşbəxt ölüm” əsərləri üzərində işləməyə başlamışdır. Sonuncu əsərdə Kamyunun öz həyatı ilə oxşar anlar təsvir edilmişdir. Əsərin baş qəhrəmanı Patrik Merso ağciyər xəstəliyindən əziyyət çəkir, Avropada səyahət edir və Əlcəzairə qayıdaraq orada dünyasını dəyişir. Əsər müəllifin sağlığında çap edilməmişdir. Adel Kinqin dediyinə görə, romanın süjeti kəsik-kəsik təsvir edilmişdir, epizodlar bir-biri ilə bağlı deyildir. Bu format Kamyunun 1937-ci ilin avqustunda üzərində işləməyə başladığı “Yad” əsəri ilə müqayisə edilir.
    Kamyunun debüt romanı “Yad”ın ilkin versiyası ehtimal ki, 1940-cı ildə yazılmışdır. Bu dövrdə Kamyu Fransadan Əlcəzairə köçməyə hazırlaşırdı. Daha sonra əsər yenidən işlənərək 1941-ci ilin aprelində Fransaya göndərildi və nəşr üçün hazırlandı. Lakin ölkə nasist işğalı altında olduğu üçün romanın naşiri Qaston Qallimar əsəri Alman hakimiyyətinin senzurasına təqdim etməli oldu. Sensuradan uğurla keçən kitab 1942-ci ilin iyununda 4400 nüsxə tirajla satışa çıxarıldı. Kiçik tirajla nəşr edilməsinə baxmayaraq, əsər oxucular tərəfindən maraqla qarşılandı.
    Romanın baş qəhrəman Merso, Robert Solomonun dediyi kimi, “xarakteri olmayan” bir personajdır. Süjet boyu o, bir sıra problemlərlə üzləşir. Amma bu yaşantılar, məsələn, anasının ölümü, bir fahişəxana idarəçisinin zorakılığı, bir adamı öldürməsi, həbsi və məhkəməsi Merso tərəfindən soyuqqanlılıqla qarşılanır. Yəni o, bu hadisələrə heç bir emosional reaksiya vermir. Buna görə də o, demək olar ki, nə keçmişi xatırlayır, nə də gələcək haqqında düşünür. Solomon əsəri “təcrübə və düşüncə fenomenologiyası arasındakı münasibət problemi” haqqında bir kitab kimi izah edir. Merson yalan danışmadığı bacarmayan bir insan kimi təsvir olunmasına baxmayaraq, Solomon buna etiraz edərək bəzi hallarda onun yalan danışmadığını, lakin həqiqətə qarşı biganə olduğunu iddia edir.
    Haşiyə. Orijinalda, yəni fransızcada “L'Étranger” adlanan əsərin adı dilimizə müxtəlif cür tərcümə olunur. Məsələn, “Yad”, “Özgə”. Türk dilinə əsərin adı “Yabancı” kimi çevrilib. Mahiyyət aydındır, söhbət “kənad adamdan” gedir. Bəs bunu bir sözlə necə ifadə etmək olar? Zənnimcə, “Yad” adı daha münasib seçimdir.
    Kamyunun digər əsəri “Taun” 1947-ci ildə çap olunmuşdur. Əsərdə bubon taunu epidemiyası ilə mübarizə aparan və digər dünya ilə əlaqəsi kəsilən Oran şəhəri təsvir edilir. Əsərin əsas qəhrəmanı doktor Bernard Riye epidemiyaya qarşı mübarizə aparır. Roman ənənəvi olaraq Fransa müqavimət hərəkatının nasist işğalına qarşı mübarizəsinin motivi kimi şərh olunur. Bu interpretasiya, Fransada faşist işğalçılarını təsvir edən məşhur "qəhvəyi taun" ifadəsinin təsiri altında formalaşmışdır. Belə bir fikir Jan-Pol Sartr tərəfindən dəstəklənmişdir. Halbuki, Kamyu nə nasizmi, nə də digər siyasi təcrübələri insan iştirakından kənarda, özbaşına meydana gələn hadisələr kimi qəbul etmirdi. Kamyu "Taun"u "fərdi etirazın çoxluğun həmrəyliyinə keçidi" kimi təsvir etmişdir. O, bununla "Yad" əsərindən "Taun"a qədər bir genealoji sistemi izləyərək, "insanın absurda qarşı çılpaqlığı"nı və "eyni absurda dair fərqli baxışların bərabərliyini" vurğulamışdır. Əsərdə iki davranış modeli göstərilir: absurda tam dalmaq və yeni siyasi-sosial praktikalar şəklində təcəlli edən absurda qarşı mübarizə. Kamyunun fəlsəfəsinə görə, "absurdu məğlub etmək" mümkün deyildir. Absurdu mübarizənin mərkəzi kimi qəbul edən Kamyu, onu insan varlığının ayrılmaz şərti hesab edir. Buna görə "Taun" əsərində taunla mübarizə absurda qarşı çıxmağın rəmzi kimi təqdim edilir. Lakin bunun, absurddan tamamilə kənara çıxaraq qalib gəlməklə nəticələnməyəcəyini bilmək vacibdir. Doktor Rie bu düşüncəni "sonsuz məğlubiyyət" adlandırır. Əsərdə din mövzusu da əks olunur. Kamyu xristian əxlaqına qarşı çıxır. Bu kontekstdə doktor Rie ilə keşiş Panelü arasında qarşıdurma yaranır. Rie xəstəliyə fəal şəkildə qarşı çıxır, Panelü isə hadisələri Allahın iradəsi kimi qəbul edib insanlara bunu sadəcə qəbul etməyi buyurur. Rie isə təkid edir: "Bəlkə də, Tanrı üçün ən yaxşısı odur ki, ona inanmasınlar və ölümə qarşı bütün gücləri ilə səmaya baxıb susqunluğu görmək əvəzinə mübarizə aparsınlar". Bu fikir əsərdə vurğulanan absurda dalmaq və ona qarşı mübarizə dikotomiyasını göstərir. Kamyu hətta "Taun"u "anti-xristian əsər" adlandırmışdır.
    Haşiyə. 2019-cu ildə Çində başlayan COVID-19 pandemiyası "Taun" əsərinə marağı yenidən artırdı. Ümumdünya İqtisadi Forumu bu əsəri pandemiya şəraitində oxunmalı beş kitabdan biri kimi təqdim etdi. Hətta, bəzi media nümayəndələri yazdı ki, bu roman insanlara COVID-19 şəraitində yaşamağı öyrətməkdə və insanlarla həmrəy olmaqda kömək edə bilər. Tədqiqatçılara görə, əsərdəki taun epidemiyası insanın gözlənilməz, sürətlə yayılan xəstəlik şəraitində öz həyatını qurmaq məcburiyyəti ilə uyğunluq təşkil edir.
    Kamyunun avtobioqrafik əsərləri də diqqəti çəkir. O, uşaqlıqda ev şəraitini əks etdirən ilk esselərini yazmışdır. Yazıçının 1994-cü ildə, yəni ölümündən sonra nəşr olunmuş "Birinci Adam" adlı son romanında onun Əlcəzairdəki ilk illəri təsvir edilir. Əsərin baş qəhrəmanı Jak Kormeri, mahiyyətcə Kamyunun öz obrazını xatırladır. Əsərdə yoxsulluq, məişət zorakılığı və qəhrəmanların, xüsusən öz ananın passiv davranışı qabarıq əks olunur. Lakin Kamyu ana obrazını sevgi ilə təsvir edir, baxmayaraq ki, onun xəstəliyi sosiallaşmasını çətinləşdirirdi.
    Kamyu tez-tez esselərində öz həyatından bəzi kiçik hadisələri obrazlara çevirmişdir. Məsələn, "Yad" romanında həyatında baş verən hadisələr qələmə alınmışdır. Jurnalist fəaliyyəti zamanı işıqlandırdığı dələduzluqla bağlı məhkəmə prosesi romanın süjetində təsvir edilən situasiyalara əks olunmuşdur.
    Kamyunun "Asturiya üsyanı" əsərində 1934-cü ildə İspaniyanın Asturiya regionunda baş verən mədənçilərin tətilləri təsvir edilirdi. Eksperimental epik teatr üçün nəzərdə tutulan əsərdəki hadisələr şimali İspaniyada yerləşən Oviedo adlı mədənçilər şəhərində baş verirdi. Tamaşa zamanı zaldakı oturacaqlar, tamaşaçıların şəhərin küçələrində olduğu təəssüratını yaratmaq üçün xüsusi şəkildə düzülmüşdü. Hadisələr isə "mərkəzi meydan"da cərəyan edirdi. Zalın ortasında danışıqlar tərəflərini oynayan aktyorların əyləşdiyi masa yerləşirdi. Tamaşaçılar, müxtəlif nöqtələrdən bu masanı izləyərək, hadisələr haqqında fərqli mövqelər formalaşdıra bilirdilər. Kamyunun öz sözlərinə görə, tamaşaçılar süjeti "şəxsi həndəsələrinə əsasən" qəbul etməli idilər. Amma və lakin... Tamaşa reallaşmadı. Əlcəzairin sağçı merinin razılıq verməməsi səbəbindən "Asturiya üsyanı" əsəri sadəcə ədəbiyyat əsəri kimi 500 nüsxədə çap edildi. Nüsxələr Kamyunun dostu Edmond Şarionun köməyi ilə yayımlandı və iki həftə ərzində satıldı.
    Yeri gəlmişkən, bizdə dərc edilən əksər yazılarda onun adı “Alber”, soyadı isə gah Kamyu, gah Kamü, gah da Kamus kimi gedir ki, görünür bu da rus dilindən kalka kimi götürülüb.
    Kamyunun əsərləri bütün dünyada olduğu kimi, Azərbaycanda da intellektual oxucular tərəfindən daim maraqla qarşılanıb. Təqdir olunası faktdır ki, bu məşhur filosof-yazıçının kitablarının bir çoxu dilimizə çevrilərək çap evlərində, xüsusən “Qanun” nəşriyyatında dönə-dönə nəşr edilmişdir. Deyilənlərə nümunə kimi “Yad”, “Hə ilə yox arasında”, “Çöküş”, “Kaliqula”, “Xoşbəxt ölüm”, “Taun” kitablarını göstərə bilərik.




    Habermas. Kantın məşhur varisi və
    diskus etikasının banisi

    Yurgen Habermas (18 iyun 1929, Düsseldorf, Almaniya) — alman filosofu və sosioloqu. 1964-cü ildən Frankfurt Universitetinin professoru olmuşdur. O, həmçinin 1970–1981-ci illərdə elmi-texniki dünyanın yaşayış şəraitini araşdırma institutunun direktoru kimi fəaliyyət göstərmişdir. Habermas Frankfurt məktəbinin nümayəndəsi, kommunikativ fəaliyyət və diskurs etikası konsepsiyalarının yaradıcısıdır.
    Habermas kiçicikk Gummersbax şəhərində böyümüşdür. Onun atası Ernst yerli Ticarət və Sənaye Palatasının rəhbəri idi. Yürgen anadangəlmə çatlaq damaq ilə (buna xalq arasında “canavar damaqlı” da deyirlər) doğulmuş və insanlarla ünsiyyət onun üçün uzun müddət çətin olmuşdur. Bu vəziyyət, sonradan onun kommunikasiya fəlsəfəsinə maraq göstərməsində böyük rol oynamışdır. Uşaqlıqda keçirilən iki çətin cərrahi əməliyyat ona bir qədər gec də olsa insanlarla normal ünsiyyət qurmağa imkan vermişdir.
    Habermasın atası Nasist partiyasının üzvü idi, Yürgen isə gənc yaşlarında “Gənchitlerçilər” (“Hitleryugenda”) təşkilatının üzvü olmuşdur. Habermasın öz etiraflarına əsasən, İkinci Dünya Müharibəsindən sonra alman cəmiyyətinə daxil olan amerikalı marksistlərin təsirinə məruz qalmışdır. O, 1949–1950-ci illərdə Höttingen, 1950–1951-ci illərdə Sürix və 1951–1954-cü illərdə Bonn universitetlərində təhsil almışdır.
    Habermasın fəlsəfi düşüncəsi ilkin olaraq alman elmi fikrinin təsiri ilə formalaşmışdır. O, 1964-cü ildə Frankfurt Universitetində kafedraya rəhbərlik etmiş, Frankfurt məktəbinin “ikinci nəsli”nin ən görkəmli nümayəndələrindən biri olmuşdur.
    1960-cı illərin ortalarında tələbə hərəkatının ideoloqu kimi tanınan Habermas, bir müddət sonra tələbə nümayişləri zamanı radikal qanaddan uzaqlaşmışdır. Üstəlik o, həmin liderləri “solçu faşizm”də ittiham etmişdir. 1970-ci illərdə Habermas Sosial Demokrat Partiyasının ümumi istiqamətinə uyğun tədqiqat proqramlarını həyata keçirmişdir. O, bu proqramları Maarifçilik ideallarına, azadlıq və bərabərlik ruhuna uyğunlaşdırmağa çalışmışdır.
    Habermas 1981-ci ildə Münhen yaxınlığındakı Ştarnberqdəki Maks Plank İnstitutundan ayrılaraq Frankfurta qayıtmışdır. 1983–1994-cü illərdə Frankfurt Universitetində fəlsəfə kafedrasına rəhbərlik etmişdir. Təqaüdə çıxdıqdan sonra da onun siyasi baxışları dəyişməz qalmış və Avropanın sol siyasi qüvvələrinin ideoloqlarından biri olmuşdur.
    Habermas 1955-ci ildə Uta Vesselhoft ilə ailə həyatı qurmuş və üç övladı olmuşdur.
    Hal-hazırda onu “Almaniyanın əsas fəlsəfi fiqru”, İmmanuel Kantın varisi, Karl Marksın qəzəbinin, Freydin reallıq anlayışının və Amerika praqmatist filosoflarının dəqiqliyinin davamçısı adlandırırlar.
    O, fəlsəfi apriorizmi (apriorizm- insanın təcrübəyə qədər və təcrübədən aslı olmayaaq əldə etdiyi bilik və ya fəlsəfi təlim-F.M.) inkar edir və postmetafizik fəlsəfə layihəsini inkişaf etdirməyə cəhd göstərır. Yəni hesab edir ki, fəlsəfi anlayışlar empirik müşahidələrdən asılıdır və elmi fənlərlə dialoqda özünü daim təsdiqləməlidir.
    Habermasın əsas ideyalarından biri müasir şəraitdə bilik nəzəriyyəsinin yalnız sosial nəzəriyyə kimi mövcud ola biləcəyinə dair inancıdır.
    Habermasın fikrincə, Marks və Engels sosializmi konkret əxlaqın təcəssümü kimi başa düşürdülər. Onlar bunu azadlığın formalarının mövcudluğu üçün zəruri şərtlərin birliyi kimi izah etmirdilər, hesab edirdilər ki, cəmiyyətin müxtəlif qrupları bu barədə öz aralarında razılığa gəlməli və ümumi mövqeyə nail olmalıdır.
    Habermasa görə, problemin əsas həlli Kantın praktik ağıl və suveren iradənin, insan hüquqları və demokratiyanın birləşdirilməsi ilə bağlı mülahizələrindədir. Vətəndaşların kollektiv iradəsi yalnız ümumi və abstrakt qanunlar şəklində təzahür edə bildiyi üçün bu iradə ümumiləşdirilə bilməyən maraqları istisna etməyə və hamı üçün bərabər azadlıqları təmin edəcək qaydaları qəbul etməyə məcbur edilməlidir. Habermasa görə, Kantın bu konsepsiyasına uyğun olaraq xalq suverenliyi praktikasının tətbiqi insan hüquqlarını təmin edir, lakin nə liberalizmə təslim olur, nə də demokratiya və sosializmin ideallarına xəyanət edir.
    Habermasın baxışları bir təkamül keçirmişdir və şərti olaraq onun yaradıcılığının iki əsas dövrünü müəyyən edir. Birinci dövrün əsas əsəri “Bilik və maraq” (1968) kitabı, ikinci dövrün mərkəzi işi isə “Kommunikativ hərəkət nəzəriyyəsi” (1981) hesab olunur.
    Birinci dövrdə Habermas psixoanaliz və hermenevtikaya müraciət edir. O, “Bilik və maraq” (1968) kitabında yazır: “Psixoanaliz bizim üçün metodoloji refleksiyanı nəzərə alan yeganə hiss olunan elm nümunəsidir”. Onun fikrincə, bu metodoloji refleksiya fərdi “sistemli şəkildə təhrif edilmiş kommunikasiya”dan azad edir.
    İkinci dövr Habermasın əvvəlki mövqeyini yenidən dərkinin və yeni sintez axtarışının (1970-ci illər) davamıdır. Bu dövr əsas nəzəri modelin inkişafını, diskurs etikası və hüquq fəlsəfəsinin bu modelə tətbiqi kimi genişləndirilməsini əhatə edir.
    Habermas hesab edir ki, "həqiqi Marks", elə Marksun özü tərəfindən də qəbul edildiyi kimi, ortodoksal marksist olmayıb. Bu fikir, Marksun fəlsəfi antropologiya sahəsindəki əsərlərində öz əksini tapır. Buna görə də, onun sonrakı dövrlərə aid əsərlərinin ənənəvi anlaşılması əsaslı şəkildə yenidən qiymətləndirilməli və həmin dövr Marksun liberter sosializm tərəfdarı kimi ortaya çıxışını daha aydın şəkildə izah edən fəlsəfi-antropoloji perspektivdə yenidən dəyərləndirilməlidir.
    Habermas Marksın və digər solçu hegelçilərin, habelə sağ hegelçilərin və Nitşenin təlimlərini “modernizm layihəsi”ni daha da müzakirə etmək üçün “üç perspektiv” kimi nəzərdən keçirir. O, XIX əsrin ikinci yarısında hegelçilər və marksistlər tərəfindən irəli sürülən bəzi fikirlərdən, xüsusən də ağılın hakimiyyət, istismar və nəzarət aləti kimi qəbul edildiyi dövrdən prinsipial olaraq fərqlənmədiyini vurğulayır. Filosof belə hesab edir ki, hegeçilər və marksistlər yenilənmiş ağılı “yanlış formalar və illüziyalar krallığını” dəyişdirmək vasitəsi kimi görürdülər. Habermasın fikrincə, Nitşenin mövqeyi daha fərqli və məhsuldar idi: o, ağıl anlayışını yenidən nəzərdən keçirməkdən və Maarifçilik dialektikasından imtina etmişdi. Habermas “kommunikativ ağıl” əsasında ağıla yenilənmiş tənqidi layihə təklif edərək postmodernist diskursa qarşı çıxır.
    Qərb düşüncəsinin logosentrizmini (logosentrizm- sözü və mətni dünyanın və ya hadisələrin dərkində ən başlıca amil hesab edən təmayül-F.M.) tənqid edərkən, Habermas iddia edir ki, logoçentrizm əslində gündəlik kommunikasiya ilə daxilən bağlı olan rasional düşüncənin sistemli şəkildə təhrif olunmasıdır. Əgər Qərb fəlsəfəsində olduğu kimi “mən” subyektivliyindən deyil, kommunikasiya ilə təmin olunan intersubyektivliyindən çıxış edilsə, o vaxt “mən” əslində başqa bir şəxslə ünsiyyətdə olur və bu ünsiyyət subyektə özünü qarşılıqlı təsir iştirakçısı kimi qəbul etməyə imkan verir.
    “Kommunikativ ağla” əsaslanan Habermas, nitq aktının vacibliyə olan iddiasının təmin edilməsinin iki mühüm variantını fərqləndirir: implikativ (gizli) və eksplikit (açıq). Birinci variant birbaşa, “saf” kommunikasiya səviyyəsində baş verir. Əgər bu səviyyədə razılığa nail olunmursa, kommunikasiya dayandırılmasının və ya dilin vasitəçi təsir üçün alət kimi istifadəsinin alternativi kimi diskurs çıxış edir. Diskurs mübahisəli əhəmiyyət iddiasını dialoq prosesi çərçivəsində arqumentlər vasitəsilə yoxlamaq və ümumi razılığa nail olmaq məqsədilə həyata keçirilir.
    Faktiki mövcud olan kommunikasiyaya münasibətdə diskurs, “ideal nitq vəziyyəti”dir. Habermas hesab edir ki, ideal nitq vəziyyəti, iştirakçıların öz iddialarının başqaları tərəfindən tanınacağına ciddi yanaşdıqları halda, faktiki kommunikativ təcrübələrin iştirakçıları üçün zəruri bir şərtdir. Habermas instrumental, strateji və kommunikativ fəaliyyətləri də bir-birindən fərqləndirir. Kommunikativ fəaliyyət dilin qarşılıqlı anlaşma əldə etmək məqsədilə istifadəsini nəzərdə tutur.
    Kommunikativ fəaliyyətin şərti, iştirakçıların ortaq həyat dünyasında birgə bölüşdükləri vəziyyətin izahlarına əsaslanaraq öz planlarını birgə razılaşdırmaq cəhdidir. Beləliklə, aktorlar (Aktor -sosial qarşılıqlı əlaqənin bölünməz hissəciyi, yəni atomudur-F.M.) özləri üçün ümumi vəziyyət izahlarını formalaşdırmağı və fəaliyyət məqsədlərini razılaşdırmağı qarşılıqlı anlaşma prosesləri əsasında əldə etməyə hazırdırlar. Bu anlaşma nitq aktlarında ifadə edilən və zərurət olduqda diskursiv şəkildə təmin edilə bilən əhəmiyyət iddiaları vasitəsilə əldə edilir.
    İntersubyektiv razılaşma, mükafatlandırma, təhdid, aldatma və ya yanlış yönləndirmə ilə açıq şəkildə əldə edilən razılaşma, düzgün hesab edilə bilməz. Faktiki kommunikasiyada kommunikativ razılığın görünüşü altında tərəfdaşlara zorla təsir etmək cəhdləri ola bilər. Buna görə də Habermas “gizli strateji fəaliyyət” anlayışını təqdim edir. Gizli strateji fəaliyyətin xarakteri nitq aktlarının kommunikasiya xaricində olan məqsədlər üçün istifadə edildiyi hallarda ortaya çıxır.
    Əgər ideallaşdırılmış şəkildə baxılarsa, cəmiyyətin inteqrasiyası yalnız qarşılıqlı anlaşma vasitəsilə həyata keçirilir. Lakin faktiki olaraq cəmiyyətdə aktorların fəaliyyəti onların niyyətlərindən asılı olmayan və gündəlik həyatda ümumiyyətlə nəzərə çarpmayan funksional qarşılıqlı əlaqələrlə də koordinasiya olunur. Habermasa görə, müxtəlif qütblərə bölünmüş cəmiyyətdə iqtisadiyyat və bürokratlaşdırılmış dövlət idarəetməsi kimi alt sistemlər bir tərəfdə, ailə, qonşuluq, sərbəst assosiasiyalar və ictimai birliklər kimi sahələr isə digər tərəfdə yer alır. Cəmiyyətin rasionalizasiyası prosesi “yanlış şüurun” yox olmasına gətirib çıxarır, lakin sistemin həyat dünyasının strukturlarına gizli müdaxiləsi sonrakı kapitalist cəmiyyətlərdə qalır. İndi bu gizlilik gündəlik şüurun sintez gücünün zəifləməsi və fraqmentasiyası ilə təmin edilir ki, bu da biliklərin ixtisaslaşması və ənənədən ayrılması nəticəsində meydana gəlir.
    Maraqlı məsələlərdən biri də, anarxist sosializmin layihəsi təklif etdiyi layihədir. Bu layihəyə görə, azadlıq və bərabərliyin həyata keçirilməsi problemini həll etmək üçün cəmiyyətin sərbəst assosiasiyalar vasitəsilə inteqrasiya edilməsi ideyasını inkişaf etdirilməlidir. Guya belə bir cəmiyyətdə hökmranlıqdan azad olan bir nizam yarana bilərdi. Y.Habermas yazır: “Anarxistlər müasir rasional hüququn faydalı mal mübadiləsindən deyil, problemləri həll edən və fəaliyyətləri əlaqələndirən razılaşma hazırlığına yönəlmiş başqa bir impulsa əsaslanır. Assosiasiyalar formal təşkilatlardan fərqlənir, çünki birlik məqsədi assosiasiya üzvlərinin dəyər yönümləri və məqsədləri baxımından funksional olaraq fərqlənməmişdir”. Müasir cəmiyyətin tənzimləmə və təşkilata olan ehtiyacı bu layihəni hazırda mümkün etmir. Bununla belə, sərbəst assosiasiyalar ideyası perspektivli qala bilər.
    Habermasa görə, Avropa bir sıra səbəblərə görə ABŞ-dan daha sosial məsuliyyətli və daha humanistdir. Zira Avropa ölkələri daha sekulyar, tolerant və xarici siyasətlərində daha sülhpərvərdirlər. Habermas Avropanın kapitalizm modelini dövlət və cəmiyyət tərəfindən daha çox tənzimlənən və nəzarət edilən model kimi qəbul edir. Bəlkə elə buna görədir ki, bu gün Habermasın fikirləri ABŞ universitetlərində müəyyən təsirə malik olsa da, Almaniya və Avropanın digər ölkələrinin fəlsəfi dairələrində daha böyük nüfuz qazanmışdır.
    Habermas milli identikliyi universallaşmış özünüdərk və ya Hegelin ruh anlayışı vasitəsilə izah edir. Fərdi refleksiya ilə onun intersubyektiv qəbulunun kəsişdiyi mühitin yaradılması həqiqi identiklik anlamını əks etdirir.
    Habermas ictimai sahəni “şəxslərin bir araya gələrək dövlətlə birlikdə cəmiyyətin ehtiyaclarını ifadə etdiyi bir məkan” kimi müəyyən edir.
    Sosiologiyada Habermasın əsas töhfəsi cəmiyyətin təkamülü və modernləşməsi haqqında kompleks nəzəriyyənin işlənib hazırlanmasıdır. O, kommunikativ rasionalizm və rasionalizasiya ilə yanaşı, strateji-instrumental rasionalizm və rasionalizasiya arasındakı fərqi vurğulayır.
    Yurgen Habermas öz demokratik nəzəriyyəsini “diskursiv demokratiya nəzəriyyəsi” adlandırır. Onun fikrincə, siyasət insanlara öz həyatlarını təşkil etmək və hansı ümumi qaydalara əməl edəcəklərini müəyyənləşdirmək imkanı verir. Bunun üçün siyasət siyasi arqumentləşməyə və əsaslandırmaya geniş yer ayırmalıdır.
    Habermasın (Karl-Otto Apel ilə birgə) işləyib hazırladığı diskurs etikası, əslində, kommunikativ rasionalizm prinsiplərinə əsaslanan müasir əxlaq nəzəriyyəsidir. Bu nəzəriyyə əxlaqi normaların praktiki diskurs çərçivəsində, müəyyən formal meyarlar təmin edildikdə, rasional arqumentasiya vasitəsilə əsaslandırıla biləcəyini iddia edir.
    Diskurs etikasının əsas prinsiplərindən biri universallaşdırma prinsipidir. Bu prinsipə görə, əxlaqi mühakimələrdə istinad edilən normalar bütün maraqlı tərəflər üçün açıq tənqid və yoxlamaya imkan verməlidir. İkinci prinsip praktiki diskurs hesab olunur. Bu, iştirakçıların öz mövqelərini arqumentlərlə əsaslandırdığı və normaların əhəmiyyəti barədə razılığa gəlməyə çalışdığı bir prosedurdur. Nəhayət, üçüncü prinsip kommunikativ rasionalizmdir ki, bu da özünü qarşılıqlı anlaşma prosesində, kommunikativ fəaliyyətdə daha çox göstərir.
    Diskurs etikası özündə diskursda iştirak azadlığını və qəbul edilən qərarlar üçün məsuliyyəti ehtiva edir.
    Diskurs etikası “məqsədyönlü rasionalizmə” qarşı çıxır, çünki bu yanaşma mənəvi düşüncələri deyil, məqsədlərin əldə edilməsini prioritet edir.
    Diskurs etikası hüququn və siyasi fəlsəfənin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu etika “məsləhətləşməli demokratiya” konsepsiya və ya modelini təklif edir. Həmin modeldə qərarlar açıq və rasional müzakirələr əsasında qəbul edilir. Yürgen Habermasın diskursiv hüquq nəzəriyyəsi ilə diskurs etikasının prinsiplərinin hüquq sistemində necə həyata keçirilə biləcəyini göstərməyə çalışır.
    Diskurs etikası əhəmiyyətli olmasına baxmayaraq, tənqidə məruz qalmışdır. Bəzi tənqidçilər diskurs prinsiplərinin praktikada tətbiqinin çətinliyinə və müzakirə prosesində manipulyasiya ehtimalına diqqət çəkirlər. Digərləri isə diskurs etikasının rasionalizmə həddən artıq güvəndiyini və insan təbiətinin emosional və irrasional komponentlərini kifayət qədər nəzərə almadığını düşünürlər.
    Diskurs etikasının əsas prinsipi belə ifadə olunur:
    “Diskurs etikasına görə, bir norma yalnız o halda əhəmiyyətə iddia edə bilər ki, ona aid olan hər kəs praktik diskurs iştirakçıları kimi bu normanın qüvvədə olmasını qəbul etsin və ya qəbul edə bilsin.”
    Etik diskurs (bəzən proto-diskurs da adlanır) praktik elmlərdə artan bir proses kimi başa düşülür. Onun bu elmlərdəki inkişaf səviyyəsi nəzəri bazasının dərinliyindən asılıdır. Bu sahələr arasında lider mövqe daha erkən institusionalizasiyası səbəbindən iqtisadiyyata aiddir.
    Sadə şəkildə desək, diskurs “dil içində dil”dir, yəni müəyyən leksika, semantika, praqmatika və sintaksisdir ki, bunlar aktual kommunikativ aktlarda, çıxışlarda və mətnlərdə ideologiya kimi üzə çıxır.
    Araşdırıcı əsas diskurs növlərini belə müəyyənləşdirir: məişət, kütləvi informasiya- media, ədəbi, elmi, siyasi, hüquqi, dini, iqtisadi, ictimai-işgüzar.
    Habermas həmçinin diskurs etikasına əsaslanan məsləhətləşməli demokratiya konsepsiyasının müəllifidir. Diskurs etikasının çatışmazlıqları demokratiyanın və hüquqi idealın müxtəlif konsepsiyalarının çatışmazlıqlarında özünü göstərir və bu vəziyyət diskurs etikasının öyrənilməsinə və inkişafına xüsusi əhəmiyyət qazandırır.
    Yürgen Habermasın “Kommunikativ fəaliyyət nəzəriyyəsi”kitabı 1981-ci ildə çap olunmuşdur. Əsərdə sosial reallığın inteqrativ anlaşılmasına yönəlmiş eyni adlı nəzəriyyə təqdim edilir. Bu nəzəriyyəyə əsasən, kommunikativ model klassik rasionalizm anlayışını yenidən nəzərdən keçirmək və sosial quruluşun tənqidi qiymətləndirilmə miqyasını müəyyənləşdirmək məqsədi güdür. Müəllifin niyyətinə görə, bu əsər geniş miqyaslı sosial nəzəriyyənin əsası olmalı idi. Habermas nəzəriyyəsini sonrakı işlərində də inkişaf etdirmişdir.
    Əsərdə əsas məsələlərdən biri yenə dil problemidir. Kommunikasiya prosesinin dialoji xarakteri ilə izah olunur ki, dilə xüsusi diqqət yetirilmədən kommunikativ fəaliyyətin spesifikasını öyrənmək mümkün deyil. Sosioloq kommunikasiya prosesini, dil ifadələrinin məna və əhəmiyyətinin üzə çıxarıldığı bir qarşılıqlı təsir forması kimi qəbul edir.
    Daha bir əhəmiyyətli tədqiqat problemi diskurs problemidir, çünki sosial şərtləndirilmiş nitq ifadələrinin təhlili məhz onun üzərində qurulur. Diskurs, həmçinin qarşılıqlı təsir, Habermasa görə, kommunikativ fəaliyyətin bir formasıdır və dil konsensusunun, yəni kommunikasiya subyektləri arasında razılaşmanın əldə edilməsinə yönəlmişdir. Bu, maraqlar arasında balansın və kommunikasiya subyektlərinin hərəkətlərində simmetrik şansların təmin edilməsinə xidmət edir.
    Sosial münasibətlərdən söz açan Habermas, bu münasibətlərin iki növünü qeyd edir: şəxsi və transaksiyalı. Şəxsi münasibətlər qarşılıqlı hörmətə, transaksiyalı münasibətlər isə digər şəxsin instrumental istifadəsinə əsaslanır.
    Qələmə aldığımız bu yazının sərlövhəsində Haberması dahi Kantın varisi kimi təqdim etmişik. Bu, təsadüfi deyildir. Belə ki, Habermas öz əsərlərində məşhur sələfi İmmanuel Kantın bir sıra ideyalarını, xüsusilə əxlaq fəlsəfəsi və demokratiya nəzəriyyəsini yenidən şərh edir və inkişaf etdirir. O, Kantın praktik ağıl və kateqorik imperativ konsepsiyasına isnad edir, lakin onları daha çox kommunikativ fəaliyyət və ictimai sfera kontekstinə müncər edir.
    Habermas da məhz Kant kimi praktik zəkanın əxlaqi fəaliyyət üçün əhəmiyyətini qəbul edir. Lakin Kant bunu fərdi şüurla əlaqələndirirdisə, Habermas diqqəti daha çox insanların qarşılıqlı əlaqəsində formalaşan kommunikativ ağla yönəldir.
    Habermas daha çox Kantın fərdi avtonomiya ideyasından demokratik prinsiplərin əsaslandırılmasında istifadə edir. O hesab edir ki, demokratiya ictimai rasionalizm prinsiplərinə əsaslanmalı, burada bütün vətəndaşlar müzakirələrdə və ictimai iradənin formalaşmasında bərabər imkanlara malik olmalıdırlar. Zəkanın ictimai istifadəsi anlayışından ilhamlanan Habermas, ictimai sfera konsepsiyasını inkişaf etdirir, bu sferanı rasional müzakirə və ictimai rəyin formalaşması üçün bir məkan kimi təqdim edir. O, ictimai sferanın demokratik inkişafa və vətəndaş cəmiyyətinin formalaşmasına mühüm təsir göstərdiyini vurğulayır.
    Habermas daha çox Kantın əxlaq fəlsəfəsində və zəka nəzəriyyəsində öz kommunikativ fəaliyyət və deliberativ (Delbirativ- fikir mübadiləsi və ya diskussiya nəticəsində əldə edilən konsensus-F.M.) demokratiya konsepsiyasını inkişaf etdirmək üçün əsas görür.
    Amma burası var ki, Habermas heç də Kantın ideyalarını sadəcə təkrarlamır. Filosof öz dahi müəlliminin doktrinasını müasir sosial və siyasi reallıqlar fonunda yenidən şərh edərək tamamilə yeni, orijinal fəlsəfi sistem yaratmışdır.
    Habermasın təqdim etdiyi kommunikativ rasional düşüncənin modifikasiyası proqramı universal və ya formal praqmatika konsepsiyasını yaradır. Bu konsepsiyanın məqsədi dil vasitəsilə qarşılıqlı anlaşma imkanlarının ümumi şərtlərini yenidən qurmaqdır. Filosofun əsas tezisi elmi və sosial tərəqqi biliklərinin formalaşdırılmasında texniki, praktik və azadedici olmaqla üç “bilik marağının” dərin antropoloji köklərə malik olduğunu vurğulamaqdan ibarətdir.
    Zamanında millətçi olan Habermas bu gün dünyanın ən mütərəqqi düşüncə sahiblərindən biridir. O, hər cür milli ayrıseçkiliyin düşmənidir. Filosof müsahibələrindən birində miqrantlarla bağlı verilən suala cavab verərkən deyir:
    “Mən bizim mədəniyyətimizlə fəxr edirəm, çünki o, ikinci və ya üçüncü nəsil türk, iranlı və yunan miqrantlarını əhatə edir. Bu insanlar görkəmli rejissorlar, jurnalistlər, televiziya aparıcıları, baş direktorlar, ən yaxşı həkimlər, yazıçılar, siyasətçilər, musiqiçilər və müəllimlər yetişdiriblər. Bu, mədəniyyətimizin gücünün və yenilənmə qabiliyyətinin əyani sübutudur. Bu insanları inkar edən sağçı populist yanaşma, əslində, heç bir əsaslı məntiqə malik deyil”.
    Habermas Avropada inkişaf etdirilən “islam modelinə” də münasibət göstərir: “Biz universitetlərimizdə İslam ilahiyyatını tədris etməyə çalışırıq. Bu o deməkdir ki, biz öz ölkəmizdə dini müəllimlər yetişdirə bilərik, onları Türkiyədən və digər ölkələrdən dəvət etməyə ehtiyac qalmır. Lakin, əslində, bu proses miqrant ailələrini həqiqətən birləşdirə bilib-bilməməyimizdən asılıdır. Amma bu, qlobal miqrasiya dalğalarına aid məsələ deyil. Bunun öhdəsindən gəlməyin yeganə yolu miqrant axınının iqtisadi səbəblərini onların öz ölkələrində aradan qaldırmaqdır”.
    Habermasın ədəbiyyat haqqında baxışları da maraq doğurur. Habermas ədəbiyyatı ictimai dəyərlər və normaların formalaşdığı ictimai sferanın mühüm elementi kimi dəyərləndirir. Onun fikrincə, bədii əsərlər vasitəsilə insanlar mürəkkəb sosial problemləri dərk edir, müxtəlif baxışları ifadə edir və dialoq iştirakçısına çevrilir. Habermasın kommunikativ fəaliyyət nəzəriyyəsi çərçivəsində, ədəbiyyat, daha çox ümumi anlaşmanın yaradılması və razılaşmanın formalaşmasında mühüm rol oynayır. Filosofun fikrincə, ədəbiyyat empatiya və başqalarının baxışlarını anlama qabiliyyətini inkişaf etdirir. (Empatiya-bəzən simpatiya anlamı ilə sinonim kimi də işlədilir. Əgər simpatiya, insanın duyğularını ehtiva edirsə, empatiya insanların düşüncə və davranışlarını ifadə edir. Empatiyanın əks anlamı antipatiya adlanır-F.M.).
    Habermas estetik təcrübəni əxlaqi mühakimələrin formalaşması ilə əlaqələndirir. Onun fikrincə, oxucu bədii əsər vasitəsilə əxlaqi dilemmaları daha dərindən anlayır və öz əxlaqi prinsiplərini formalaşdırır. Habermas üçün ədəbiyyat sadəcə əyləncə forması deyil, həm də sosial dərk, kommunikasiya və ictimai rəyin formalaşması üçün mühüm vasitədir. O, tənqidi təfəkkürün, empatiya qabiliyyətinin və demokratik iştirakın inkişafında mühüm rol oynayır.
    Habermas siyasi və iqtisadi institutların ictimai sferaya “müdaxiləsini” tənqid edir və bunun sərbəst və tənqidi müzakirələrə mane olduğunu bildirir.
    Habermasa görə, Avropa mədəniyyətinin modern dövrdəki xüsusiyyətləri Maks Veberin izahına uyğun olaraq ağlın üç aspektə bölünməsi ilə xarakterizə olunur: həqiqət, düzgünlük və gözəllik, yəni başqa sözlə bilik, ədalət və zövq məsələləri.
    Yurgen Habermasın əsas tədqiqatları rasionalizm, kommunikasiya, demokratiya və ictimai sfera məsələlərinə yönəlib. Bununla belə, onun kommunikativ rasionalizm və ictimai sfera kimi konsepsiyaları ümumən bütün cəmiyyət həyatı və feminist tənqid üçün də əhəmiyyətlidir. Üstəlik alimin bir çox qənaətləri gender münasibətlərinin təhlilinə də tətbiq oluna bilər.
    Habermas iddia edir ki, qarşılıqlı anlaşma və hörmətə əsaslanan kommunikasiya rasional ictimai rəyin və demokratiyanın formalaşdırılmasının əsas şərtidir. Bu yanaşma, qadınların ictimai həyata və ictimai rəyin formalaşmasına qatılmasını məhdudlaşdıran patriarxal strukturların tənqidində istifadə oluna bilər.
    Habermas ictimai sferanı vətəndaşların ictimai məsələləri müzakirə etdiyi və siyasi iradə formalaşdırdığı bir məkan kimi təsvir edir. Lakin, o qeyd edir ki, tarixən ictimai sfera yalnız kişilərlə məhdudlaşmışdır. Feminist tənqid göstərir ki, qadınlar tez-tez bu sferadan kənarlaşdırılmışdır.
    Bu analiz gender münasibətlərinə də tətbiq edilə bilər, burada qadınlar tez-tez kişilərin ehtiyaclarını qarşılamaq üçün obyekt kimi qəbul edilir. Habermas feminist nəzəriyyəçi olmasa da, onun əsərləri gender münasibətlərinin və qadınların ictimai həyata qatılmasını məhdudlaşdıran patriarxal strukturların təhlili və tənqidi üçün istifadə edilə bilər.
    Habermasın kommunikativ fəaliyyət nəzəriyyəsi mədəniyyətin istehsalı və təkrar istehsalını qiymətləndirmək, şərh etmək və anlamaq baxımından çox qiymətlidir.
    Habermasın fəlsəfəyə və filosoflara tövsiyyə etdiyi vəzifə, ağlın müxtəlif aspektlərinin birliyini təmin etmək və ekspert mədəniyyətlərini gündəlik kommunikasiya ilə əlaqələndirməkdir.
    Ümumiyyətlə, fəlsəfə və sosiologiya üçün Habermasın ən böyük töhfəsi onun cəmiyyətin təkamülü və modernləşməsi haqqındakı nəzəriyyəsidir. O, əsərlərində bir tərəfdən kommunikativ rasionallığa və rasionallaşdırmaya, digər tərəfdən isə strateji-instrumental rasionallığa və rasionalizm arasındakı fərqə diqqət yetirir.
    Habermas bu gün belə öz fəal ictimai və elmi fəaliyyətini davam etdirməkdədir. Dünya ictimaiyyətinin marağına səbəb olan bir aksiya da maraqlıdır. Belə ki, koronavirus pandemiyası zamanı dünya şöhrətli filosof tibb assosiasiyasının təklifinə qarşı çıxaraq, yaşlılar üçün selektiv tibbi xidmətdən imtinaya imza atdı.
    Habermas XX əsrin ikinci yarısının ən nüfuzlu siyasi və sosial düşüncə sahiblərindən biri hesab olunur.





    Makovelski. Polyak əsilli böyük
    Azərbaycan filosofu

    O, Azərbaycan fəlsəfə elminin təşəkkül və inkişafında müstəsna rol oynayıb.
    O, bütün dünyada Şərq və Qərb fəlsəsinin tədqiqi sahəsində ən böyük alimlərdən biri hesab olunur.
    Akademiklərdən Heydər Hüseynov, Firudin Köçərli, Ziyəddin Göyüşov, Aslan Aslanov onun yetirmələri idi.
    O, özünü Azərbaycan alimi hesab edirdi.
    Aleksandr Osipoviç Makovelski. Antik fəlsəfə, məntiq və psixologiya üzrə dünyanın tanınmış alimi.
    Makovelski 2 iyul 1884-ci ildə Qrodno şəhərində polyak ailəsində anadan olmuşdur. Xatırlatmaq istərdim ki, orta əsrlərdə bu şəhər Litva knyazlığının paytaxtı olub.1921-ci ildə Riqa sülh sazişinə əsasən şəhər Polşanın tərkibinə daxil olub, 2-ci Cahan müharibəsinin sonlarında (1944-cü ildə) isə şəhər Belarusun tərkibinə keçib.
    Aleksandr Osipoviç Qrodnoda klassik gimnaziyanı bitirdikdən sonra Kazan Universitetinin tarix-filoloji fakültəsində təhsil alıb. O, 1908-ci ildən pedaqoji fəaliyyətlə məşğul almağa başlayıb.
    Makovelskinin həyat və fəaliyyətinin mühüm bir mərhələsi Azərbaycanla bağlı olub. O, 1946-ci ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olmuş,1949-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Alimin fundamental əsərləri antik fəlsəfə, məntiq və Yaxın Şərq xalqlarının fəlsəfə tarixinə həsr edilmişdir.
    Makovelski 16 dekabr 1969-cu ildə Bakı şəhərində vəfat etmiş, 1-ci Fəxri xiyabanda dəfn edilmişdir.
    ...Desəm ki, Makovelski mənim adını eşitdiyim ilk filosoflardan biri olub, təəccüblənməyin. Bunun öz tarixi var. Məsələ burasındadır ki, qonşumuz, tanınmış pedaqoq Qasım Köçəri oğlunun yolu hərdən Bakıya düşürdü və oradan qayıtdıqdan sonra o, öz təəssüratlarını həvəslə həmkarlarılna və şagirdlərinə danışırdı. Qasım müəllimin Aleksandr Osipoviç Makovelski ad-soyadlı bir alim haqqında söylədikləri onu dinləyənlər arasında xüsusi maraq kəsb edirdi. O vaxt mən orta məktəbin aşağı sinfində oxuyurdum. Qasım Köçəri oğlu bizim qohum və qonşu idi. Onun oğlu tanınmış filosof Firidun Köçərli o vaxtlar “Fəsəfə institutunun” direktoru idi. Sən demə, Firidun müəllimdən əvvəl həmin instituta (sekrora) məhz akademik Makovalski rəhbərlik edibmiş. Müəllimimiz arada Makovelski haqqında, bu böyük alimin sadəliyini, böyüklüyünü təsdiq edən çox maraqlı əhvalat və epizodlar danışırdı. Bu qocaman pedaqoqların- Aleksandr Osipoviç ilə Qasım Köçəri oğlunun arasında bir dostluq yaranmışdı.
    Xatırımdadır, bir gün Bakıya növbəti səfərindən kəndə qayıdan qocaman müəllimimizin əlində çox yaraşıqlı bir əsa gördük. Əsanın üzərindəki sədəfli-zərli işləmələr elə uzaqdan adamın diqqətini cəlb edirdi. Qasım müəllim həmin əsanı ona Makovelskinin hədiyyə etdiyini qürurla söyləyirdi. Bəli, elə deyilişi, səslənməsi belə özlüyündə maraq doğuran bu “Makovelski” adı mənə elə o vaxtlardan tanış idi. Sonralar mən bu böyük alimin elmi irsi ilə tanış oldum. Deyim ki, onun antik fəlsəfəyə dair tədqiqatları və orijinaldan tərcümələri bu gün də öz dəyərini saxlamaqdadır. Mən özüm vaxtilə “Avesta” ilə bağlı yazdığım silsilə məqalələrdə bir neçə dəfə onun əsərlərindən iqtibas gətirmişəm. (Məsələn, böyük alim yazırdı:“...Avestanın bizə gəlib çatmış bütün kitabları (Vendidad, Yasna, Vispered və Bundehiş) qədim Azərbaycan ədəbiyyatının nümunələrindəndir”).
    Aleksandr Osipoviçin ölümündən onillər keçir. Doğrusu, mən bu böyük alimin Bakıda indiyəcən hansısa vərəsəsinin qalması barədə məlumatsız idim. Bir dəfə görkəmli şair (artıq haqq dünyasına qovuşub-F.M.) İlyas Tapdıqla məşhur “əjdəha” heykəlinin yanında yerləşən və o heykəldən heç də az məşhur olmayan “alimlər evinin” qabağında gəzişərkən müsahibim, yaxınlıqdakı skamyada əyləşib nəzərlərini uzaqlara dikmiş nurani, ahıl bir qadını göçtərib məndən soruşdu: “Bilirsən o qadın kimdir?” Mən qadını tanımadığımı bildirdim. Şair gülümsəyib dedi: “Bu xanım sənin məşhur həmkarın filosof Makovelskinin nəvəsi Olqa xanımdır. Mənim qonşumdur. Musiqiçidir. Çox mədəni xanımdır. İstəsən səni tanış edə bilərəm.”
    Tanışlıqdan sonra mən Makovelski haqqında onun nəvəsinin xatirələrini qələmə almaq istədiyimi bildirdim. Olqa Alekseyevna Yujanina-Makovelskaya ilə vədələşib bir neçə gündən sonar onun mənzilində görüşdük.
    Bu mənzildə hər şey qədimlikdən xəbər verir: mebellər də, kitab rəfi də, rəfdəki kitablar da… Burada vaxtilə böyük alim yaşayıb. Azərbaycan (və eləcə də dünya) fəlsəfi fikrinin görkəmli tədqiqatçısı bu mizin arxasında əyləşib, bu döşəmənin üstə gəzişib, bu kresloda əyləşib.
    -Olya xanım, babanızı necə xatırlayırsınız?
    O, xeyli fikrə gedib aram-aram öz yaddaşını təzələməyə çalışır.
    - Babam çox vicdanlı, zəhmətkeş, sadə, təvazökar adam idi. Öz arvadını, yəni mənim nənəmi sonsuz bir məhəbbətlə sevirdi. Ümumiyyətlə, onlar bir-birinin vurğunu idilər. Gecə-gündüz işləyirdi. Özünü Azərbaycan alimi hesab edirdi. Əsl vətəndaş idi.
    -O, daim, bütün yaradıcılığı boyu dövlətin, partiyanın himayəsində olub, mükafatlara, təltiflərə layiq görülüb…
    -Bəli, onunla yaxın təmasda olan adamlara həmişə belə gəlib. Amma əsl mahiyyətdə belə deyil. Bəlkə də indi çoxlarına qəribə gələ bilər; babam heç communist partiyasının üzvü də deyildi. Ona dəfələrlə bu barədə demişdilər, partiyaya keçməsini təklif etmişdilər, amma o, həmişə bu təklifdən yayınmışdı. Cavanlıqda deyirdi ki, özümü hələ kommunist olmağa hazır bilmirəm, qocalanda isə artıq bunun gec olduğunu bildirirdi… Sizə bir məsələni bildirmək istəyirəm, Aleksandr Osipoviç gəncliyində Rusiyada Sovet hakimiyyətinin qurulmasını faciə hesab etmişdi. Bunun da öz səbəbi vardı. Makovelski hələ lap gənc yaşlarından bir fəlsəfə tədqiqatçısı kimi məşhur idi. Artıq 1914-cü ildə fundamental “Sokrataqədərkilər” əsərinin birinci cildi işıq üzü görmüşdü. Bu zaman alimin cəmi-cümlətanı otuz yaşı vardı.1915-ci ildə ikinci cild çapdan çıxdı. Bu əsərin işiq üzü görməsi Rusiya və Avropa elmi ictimaiyyəti üçün böyük bir hadisə oldu. ”Sokrataqədərkilər” əsərinin hər iki cildi çapdan çıxdıqdan sonra mətbuatda çoxsaylı rəylər, resenziyalar dərc olundu. Elmi ictimaiyyət, alimlər, filosoflar qiymətli əsərin ərsəyə gəlməsini müsbət rəylərlə və böyük razılıqla qarşılamışdılar. 1918-ci ildə “Sokrataqədərki fəlsəfə” əsəri, yəni tarixi-təndiqi mənbələrin xülasəsi, kitab halında işıq üzü gördü, 1919-cu ildə isə “Sokratagədərkilər”in üçüncü cildi çap olundu. Təsəvvür edin ki, bütün bunlar vətandaş muharibəsinin qizğın dövründə Kazan şəhərində yazılmış və çap olunmuşdur. Dediyim odur ki, Aleksandr Osipoviç bütün həyatını elmə bağlamışdı və ona elə gəlirdi ki, Sovet hakimiyyəti bəşər mədəniyyətinin mövcud dəyərlərinin üstündən xətt çəkəcək. Onun belə düşünməsinin bir əsası da vardı; fəhlə-kəndli hökumətinin cəza dəstələri həmin illərdə bir çox görkəmli elm adamlarını məhv etmişdi. Babam depressiyaya qapılmışdı, hətta özünü güllələmək istəyirmiş, onu bu fikirdən nənəm daşındırıb. Sonralar onlar bu barədə danışanda mən eşitmişəm.
    Mən Olqa xanımın dediklərinə əlavə edirəm:
    -Aleksandr Osipoviçi kommunistlər öldürmədi, o, sovet hakimiyyəti illərində geniş elmi fəaliyyətlə məşğul oldu. Nəinki, rus və Azərbaycan, hətta, bütün dünya fəlsəfi elmi bundan qazandı.
    -Elədir. Babam 1920-ci ildə müxtəlif şəhərlərdəki universitetlərdən, o cümlədən Bakı Universitetindən dəvət almışdı. O, azərbaycanlıları çox sevirdi, elə buna görə də tərəddüd etmədən Bakını seçdi, Bakıda yaşamağa qərar verdi.
    Haşiyə. Makovelski 1920-ci ildən ta 1960-cı ilə qədər indiki Bakı Dövlət Universitetində müəllimlik edib. Eyni vaxtda Politexnik, Pedaqoji və Müəllimlərin Təkmilləşdirilməsi İnstitutlarında muhazirələr oxumuşdur. O, Ümumiyyətlə, Makovelski təhsil ocaqlarında bir neçə predmetdən muharizələr oxumuşdur: fəlsəfə tarixi, sosial-siyasi nəzəriyyə tarixi, məntiq, psixologiya, məntiq tarixi, estetika, etika, pedagogika. O, müstəsna yaddaşa və məmtiqə malik bir insan idi.
    Olqa xanımla söhbətimiz davam edir:
    -Babam ensiklopedik adam idi. Hətta, ahıl yaşlarında belə oxumaqdan yorulmazdı. O, əsl filosof, mütəfəkkir və pedaqoq idi.
    -Bilirəm, o, lap gənclik illərindən dərin elmi tədqiqat işləri ilə məşğul olmuşdur.
    -Bəli, 1904-cu ildə üçüncü kurs tələbəsi olarkən Kazan Universitetinin yüzillik yubileyində “Safoklun Antiqona faciəsində dramatik konfliktə yeni baxışların dəyərləndirilməsi” adlı əsərinə görə medalla mükafatlandırılmışdır. O vaxt onun vur-tut iyirmi yaşı vardı.
    -Makovelskinin Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində də əvəzsiz xidmətləri olmuşdur. Nizamı və Vazeh haqda qiymətli tədqiqatların müəllifidir. O, bizim ölkədə yeni elmi sahənin əsasını qoymuşdur- bu, Azərbaycan fəlsəfəsinin tarixi adlanır.
    -Bəli, artıq sizə dediyim kimi, o, Azərbaycanı və azərbaycanlıları çox sevirdi. Elə bu məmləkətdə yaşayıb işləmək istəyi də bu sevgidən qaynaqlanmışdı.
    -Onun bizdə çoxlu yetirmələri-ardıcılları və şagirdləri olub.
    -Mən onların, Makovesskinin yetirmələrinin demək olar ki, hamısını həyatda görmüşəm. Heydər Hüseynov, Şükufə Mirzəyeva, Möhbalı Qasımov, Firidun Köçərli, Aslan Aslanov, Ziyəddin Göyüşov, Əddin Şakirzadə onun tələbələri olmuşdu. Heydər Hüseynovun ölümü babama çox təsir etmişdi, o, uzun müddət özünə gələ bilmədi. İndi mən sizə bir şəkil göstərəcəm, görün oradakı adamlardan kimisə tanıyırsınızmı.
    Yeri gəlmişkən onu da deyim ki, Olqa xanım bu yaşda komputeri öyrənib, internetdə öz övladları, indi Sankt-Peterburqda yaşayan oğlanları ilə yazışır. O, ayağa durub komputeri işə salır, ekrandan mənə sanki tarix boylanır. O, söhbətini davam etdirir :
    -Bu şəkil min doqquz yüz altmış dördüncü ildə çəkilib. Babamın səksən illiyinə onun dostları və tələbələri bizim mənzilə toplanıblar. Bax, babam burada, ortada əyləşib.
    Mən fotoya diqqətlə baxıb deyirəm:
    -İcazə verin buradakıların bir qismi barədə mən danışım. Bax, burada, kresloda əyləşmiş Aleksandr Osipoviçın arxasında dayanan adamların bəzilərini mən şəxsən tanıyıram. Akademik Firidun Köçərli, akademiyanın müxbir üzvləri Məqsəd Səttarov və Ziyəddin Göyüşov. Vaxtilə, onlar məndən imtahan götürüblər, müəllimim olublar. İndi onların heç biri həyatda yoxdur. Allah hamısına rəhmət eləsin.
    -Heyif, hamısı gözəl, istedadlı adamlar idi.
    -Siz babanızın son günlərini necə xatırlayırsınız ?
    -Ömrünün son illərində onun eşitmə və görmə qabiliyyəti zəifləmişdi. Amma yaddaşı, zehni çox iti idi. Biz onun dediklərini kağıza köçürürdük. Aleksandr Osipoviç özünü heç vaxt işsiz təsəvvür etmirdi. Daim axtarışda idi.
    -Onun əlyazmalarını saxlayırsınızmı?
    -Min doqquz yüz səksəninci illərin birinci yarısında babamın vaxtilə işlədiyi instita Moskvadan Fəlsəfə İnstitutuna çox görkəmli bir alim dəvət olunmuşdu. Zahid Orucov... Direktor idi. Tanıyırsız yəqin...
    -Bəli. Dialektik məntiq üzrə dünyada tanınmış mütəxəssisdir.
    -O, mənə bir dəfə zəng vurub babamın nəşr olunmamış əsərlərinin taleyi ilə maraqlandı. Mən onun əlyazmalarını aparıb instituta verdim. Sonrasından xəbərim olmadı.
    -Mən bu məsələ ilə maraqlanaram.
    (P.S. Maraqlandım. Öyrəndim ki, böyük alimin əsərləri yığılıb, səhifələnib, nəşrə hazırdır, sadəcə çap üçün vəsait çatışmazlığına görə “yatıb qalmaqdadır”).
    Hiss olunur ki, Olqa Alekseyevnanın mənzilinin təmirə ehtiyacı var. Mən bunu eyhamla bildirirəm:
    -Sizin yaşadığınız bina təmir olunub, amma mənziliniz...
    -Bilirəm siz nə demək istəyirsiniz. Mən ömrümdə kiməsə ağız açmamışam, innən belə də bu barədə kiməsə müraciət edən deyiləm. Babamın adı, xatirəsi Azərbaycanda daim əziz tutulub. O, indi Fəxri xiyabanda uyuyur. Amma ürəyimdən bir istək keçir. İstərdim ki, əlaqədar təşkilatlar bir məsələdə, yəni mənim bir istəyimin reallaşmasına kömək etsinlər. Bizim binanın fasadında görkəmli alimlərin çoxunun xatirə lövhələri vurulub. Məncə babam da belə nadir simalardan biri olub. İstərdim ki, onun da adı əbədiləşdirilsin. Axı Azərbaycan elminin inkişafında onun rolu çox olub.
    Yeri gəlmişkən xatırlatmaq istərdim ki, Olqa Alekseyevna Yujanina-Makovelskaya Azərbaycandakı polyak icmasının sədri olub. Tanınmış skripka ifaçısıdır. Ölkəmizdə onun çoxlu şagirdləri var.
    Mən Olqa Alekseyevna ilə xudahafizləşirəm...
    Haşiyə. Azərbaycanın böyük ziyalıları, akademik Mirəsədulla Mirqasımov, Mirzə İbrahimov, Səməd Vurğun, Yusif Məmmədəliyev Makovelskinin yaxın dostları olub. O, Üzeyir bəyin və Qara Qarayevin müsiqisini çox sevir, Sabirin və Rəsul Rzanın şeirlərini oxumaqdan həzz alır, Azərbaycan folklorunu yüksək qiymətləndirirdi. Nizami poeziyası haqqında saatlarla danışardı. “Avesta”nın məhz Azərbaycan ərazisində yarandığını da ilk dəfə o, iddia etmişdir.
    Makovelski görkəmli Azərbaycan filosofu Heydər Hüseynovun müəllimi və onun rusca yazılmış məşhur "XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən" kitabınım redaktoru olub. M.C.Bağırovun Makoveskidən ümumiyyətlə xoşu gəlmirdi. Çünki Aleksandr Osipoviç ictimaiyyət arasında böyük nüfuz sahibi idi. O vaxt Heydər Hüseynovla birlikdə böyük alimi də “vurmaq” üçün tiranın əlinə fürsət düşmüşdü. Hətta indinin özündə belə, bir çoxları Bağırovun bu kitabla bağlı qəzəbinin səbəbini müxtəlif yerə yozur, nağıllar uydurur. Əslində isə səbəb “sadə” idi. Belə ki, 1949- cu ildə Stalin mükafatı alimə Bağırovun “başının üstündən”, yəni onun razılığı olmadan verilmişdi. H.Hüseynov həmin dövrdə Partiya Tarixi İnstitutunun direktoru işləyirdi. Aleksandr Osipoviç öz sevimli tələbəsinin “günahlarının” səbəbi haqqında söhbət gedərkən dəfələrlə demişdi: “Heydəri yox, məni ittiham edin. O əsəri mən redaktə etmişəm...” Yadımdadır, tez-tez Fəlsəfə institutuna gələn Sara xanım da (Heydər Hüseynovun qızı) öz atasının müəllimi haqqında həmişə ehtiramla danışardı.
    Bildiyimiz kimi, Heydər Hüseynov təzyiqlərə dözməyərək 1950-ci ildə intihar etmişdi. Onun dəfnində iştirak edən Firidun Köçərli Univesitetin həmkarlar təşkilatı sədrliyindən, Ziyəddin Göyüşov komsomol komitəsi katibliyindən, İrşad Əliyev aspiranturadan qovulmuşdu. Sonralar adlı-sanlı alimlər kimi tanınan bu simaların hamısı Makoveskinin tələbələri idi.
    Qəddar, qaniçən Birinci katib (M.C.Bağırov) böyük alimi dəfələrlə təhqir etmişdi: “Biz hələ bu şübhəli adamın Azərbaycana haradan və nə məqsədlə gəldiyini araşdırmalıyıq”. Bu deyilənlər mətbuatda da dərc olunmuşdu. İşdən azad edilən, aramsız təhdid olunan bu böyük alim, bir müddət Türkmənistanda çalışmış, yalnız qanlı-qadalı “Bağırov erası” başa çatdıqdan sonra Azərbaycana qayıtmışdır.
    Heç şübhəsiz ki, dünya fəlsəfə tarixinin titanlarından, zirvələrindən biri də Aleksandr Osipoviç Makovelski olub. Hesab edirəm ki, bu böyük alimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görüləcək.
    Və nəhayət. Bu yazını işləyərkən Makovelski ilə, habelə, onun şəxsi həyatı ilə
    bağlı bir sıra materiallarla, sənədlərlə tanış oldum. Öyrəndim ki, böyük alim 1908-ci ildə gələcək arvadı Vanda Romanovna Zalevskaya ailə qurmuş, onlar 60 il birgə həyat sürmüşlər. 1909-cu ildə onların Sofya adlı qızları dünyaya gəlib. Mənim müsahıbım Olqa Alekseyevna məhz Sofyanın qızıdır. Olqa xanımın öz nənəsindən misal gətirdiyi bir şeir diqqətimi çəkdi. Orada belə misralar vardı:
    Həyat -əyləncə yox, cəhddir, istəkdir,
    Daş-kəsəkli yoldur- gedir Günəşə.
    Polad iradəli aqil insanlar
    Dözər, tab gətirər yanar atəşə.
    Aleksandr Osipoviç Makovelski məhz bu cür polad iradəli və... zərif qəlbli bir insan olub. O, polyak əsili Azərbaycan alimi idi.















    Cahangir Nağıyev. İlk professional filosoflarımızdan biri

    O, cəmi 26 il ömür sürüb.
    Onun qeyri-adi istedadı müəllimlərini və həmkarlarını heyrətə gətirirdi.
    O, Qərb və Şərq fəlsəfəsinin tədqiqi ilə məşğul olurdu.
    O, bir çox sirləri özü ilə apardı.
    Söhbət Azərbaycan filosofu, peraqoq, tərcüməçi Cahangir Musa oğlu Nağıyevdn gedir.
    O, 1903-cü il martın 31-də Gəncədə (o zamankı Yelizavetpol quberniyasında) bağban ailəsində anadan olub. İlk təhsilini ibtidai rus-tatar məktəbində və Gəncə kişi gimnaziyasında alıb. C.Nağıyev 1922-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Sonra təhsilini Qırmızı Professura İnstitutunun Fəlsəfə fakültəsində davam etdirib. Bakıya qayıtdıqdan sonra BDU-da fəlsəfədən mühazirələr oxuyub.
    Gənc Cahangir Avropanın müxtəlif fəlsəfə məktəbləri ilə tanış olmaq üçün Fransa və Almaniyada olmuşdur. Avropa səfərindən qayıtdıqdan sonra "Deşan fəlsəfi sistemi" adlı əsər yazmışdır. Nağıyev alman və fransız dillərini mükəmməl öyrənmiş, fars və ərəb dillərini mənimsəmişdi. Onun "Marksın materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: Smit-Marks" əsərlərinin əlyazması qalmışdır.
    Cahangir Nağıyev ömrünün son illərində BDU-da fəlsəfə (dialektik materializm) kafedrasının müdiri olmuş, 1929-cu il noyabrın 16-da 26 yaşında ikən həyat yoldaşı ilə birlikdə faciəli surətdə həlak olmuşdur.
    ...O, elmin sonsuz fəzasında şimşək kimi çaxıb, elə şimşək kimi də sönüb. Belə ömrə heç “qısa” deməyə belə, adamın dili gəlmir. Çünki qısadan da qısa olub onun həyatı. Cəmi 26 illik bir ömür yaşayıb. İndiki təsəvvürə görə o, ilk gənclik çağında tərk edib bu qoca dünyanı.
    Cahangir Nağıyev... Azərbaycan fəlsəfi, ictimai-siyasi tariximizin ilk tədqiqatçılarından biri. Şərq və Qərb fəlsəfəsinin alovlu təbliğatçısı. Görkəmli pedaqoq. Heyrətamiz yaddaşa malik poliqlot. İctimai xadim. Böyük erudisiyalı ziyalı. 26 illik mənalı ömrün maraq şaxələri bu cürdür. Mübağiləsiz demək lazımdır ki, Cahangir Nağıyev qeyri-adi istedada malik bir insan, bir alim olmuşdur. Amma təəssüflər olsun ki, o, indiyəcən öz layiqli qiymətini almamış, alimin zəngin fəlsəfi irsi ciddi tədqiqatdan kənarda qalmışdır.
    Gələcək filosof lap erkən çağlarında – 3 yaşında ikən ata-anadan yetim qalmış, dayısının himayəsində boya-başa çatmışdır. Hələ körpə ikən qabiliyyəti, maraq dairəsinin genişliyi ilə yaşıdlarından fərqlənmişdir.
    Yeniyetmə Cahangir bolşeviklərin “sosial bərabərlik” ideyasına ürəkdən inanmış, 15 yaşında ikən dayısı Məmməd Xəlilovun dəstəyi ilə partiya sıralarına daxil olmuş, gizli ədəbiyyatı yaydığı üçün dəfələrlə zindana atılmışdır.
    Haşiyə: İlk gəncliyində kommunizmi təbliğ edən Cahangir Nağıyev, sonralar “antikommunist” təbliğatına görə ittiham edilmiş, böyük ideal və ideyalara inanan bu böyük zəka sahibi mənəvi terrorun qurbanına çevrilmişdir.
    C.Nağıyev hansı ictimai-siyasi cəbhədə fəaliyyət göstərməsindən asılı olmayaraq xalqın maariflənməsinə, siyasi şüurunun formalaşmasına çalışırdı. O, dəfələrlə qeyd etmişdir ki, savadsız, nadan kütlə ilə böyük ideallara nail olmaq qeyri-mümkündür. Özü isə bir filosof kimi xalqın, millətin özünüdərkində elmi dünyagörüşün, təhsilin, mədəniyyətin əvəzsiz rolunu qiymətləndirir, gecə-gündüz çalışır, şam kimi əriyirdi. O vaxtkı bir çox məhdud dünyagörüşlü, küt, nadan bolşeviklərə Cahangir Nağıyevin maarifçilik ideyaları qəribə təsir bağışlayır, hətta müəyyən dairələrdə istehza doğururdu. Belələri üçün “inqilab” anlayışı qan, qırğın, ölüm, həbs... demək idi. Çoxları “maarif”, “mədəniyyət” sözünü eşidəndə ağız büzür, bunu zəiflik əlaməti, inqilaba qarşı təxribat hesab edirdi.
    Dediyimiz kimi, 1922-ci ilin axırlarında C.Nağıyev Moskvaya öz təhsilini davam etdirməyə getdi. O, Birinci Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olaraq burada 1924-cü ilə qədər təhsil alıb. 1922-23-cü dərs ilindən başlayaraq C.Nağıyev eyni vaxtda həm Moskva “Trujenik” zavodunda, həm Mıtışın vaqondüzəltmə zavodunda, həm də Birinci Moskva Dövlət Universitetində fəlsəfi dərnəklərin fəaliyyətinə rəhbərlik edib.
    1924-cü ildə AK (b) P-nın katibi Ə.Qarayevin zəmanəti ilə C.Nağıyev Qırmızı Professura İnstitutunun (QPİ) iqtisadiyyat şöbəsinin ictimai elmlər fakültəsinə daxil olmuşdur. Tezliklə onun fəlsəfi problemlərə göstərdiyi maraq QPİ-nin professor-müəllim heyətinin və tez-tez çıxış etdiyi bir sıra nüfuzlu fəlsəfi jurnalların əməkdaşlarının diqqətini cəlb etdi. Məhz buna görə də də İnstitutun rəhbərliyi Nağıyevin fəlsəfə şöbəsinə keçməsinə razılıq verdi. Qısa müddət ərzində onun fəlsəfə sahəsində göstərdiyi fəaliyyət, böyük istedadı və qabiliyyəti İnstitutun elmi şurasında xüsusi qeyd olundu. Hələ ikinci kursda oxuyarkən “K.Marksın dəyər nəzəriyyəsində dialektika”, “Kateqoriyaların “Kapital”a tətbiq edilməsi təcrübəsi” mövzusunda hazırladığı məruzələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. C.Nağıyevin bu dövrdə qələmə aldığı bir əsər – “Hegelin sosial fəlsəfəsinin problemləri” xüsusilə böyük maraq doğururdu.
    Haşiyə. Açığını demək lazımdır ki, “sıravi” bir tələbənin Hegel yaradıcılığına müraciət etməsinin özü cəsarətli bir addım idi. Dünya ruhunun insanda xarakter, şəxsiyyət və fərdilik qazandığını və insanın idraki fəaliyyətində əks olunduğunu iddia edən böyük alman filosofunun mürəkkəb “sistemini” bu yaşda əxz etmək, habelə onun (Hegelin) sosial fəlsəfəsinin mahiyyətinin şərhinə cəhd göstərmək heç də asan məsələ deyildir.
    Gərgin elmi və təşkilatı iş Cahangir Nağıyevi 21 yaşında ağır mərəzə-əsəb xəstəliyinə mübtəla etdi. Dostları və həkimlər onu təhsili dayandırıb istirahətə getməsini təkid etsələr də, bir nəticə hasil olmadı. O, 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla Bakıya göndərildi. Lakin Bakıda çox işləyə bilmədi. Gərgin fəaliyyət xəstəliyin yenidən güclənməsinə səbəb oldu. Həkimlərin məsləhəti ilə C.Nağıyev Almaniya və Fransaya müalicə olunmağa göndərildi.
    Avropa ölkələrindən Bakıya qayıdan kimi C.Nağıyev yenidən qızğın elmi fəlaiyyətə başladı. Azərbaycan Dövlət Universitetində dialektik materializm kursu üzrə mühazirə oxuyan ilk azərbaycanlı alimlərdən biri C.Nağıyev idi. Onun təşəbbüsü ilə “İnqilab və Mədəniyyət” jurnalında fəlsəfə şöbəsi təşkil edildi. Həmin jurnalın 1928-ci il 1-ci nömrəsində çap olunmuş “Spinoza haqqında” adlı böyük məqalə bu gün də maraq doğurur.
    Haşiyə. Yeri gəlmişkən, Benedikt Spinoza yəhudi əsilli Holland filosofudur. Onun fəlsəfi baxışları daim öz orijiallığı ilə diqqəti cəlb edib. Spinoza əksər əsərlərini latın dilində qələmə alıb. Panteizm və rasionalizm dünyagörüşü haqqında ilk fundamental əsərlərin yaradıcısıdır. Spinoza öz teoremlərinin tərifindən isbatına qədər məntiqi zəncir qurmaq üçün riyazi üsullardan istifadə edərək İlahi Substansiya konsepsiyasına əsaslanan öz fəlsəfi sistemini yaratdı. Sonralar o, Leybnizlə birlikdə Yeni Dövr fəlsəfəsinin yaradıcısı adlandırılacaqdı. Spinoza özünün “Teoloji-siyasi traktat”ında vətəndaşların fikir və vicdan azadlığını təmin etməklə yanaşı, onların bütün məsələlərində din və ya kilsənin deyil, dövlətin səlahiyyət sahibi olması fikrini irəli sürdü. Zənnimcə, gənc filosof Nağıyevi Spinozada məhz bu sonuncu baxış daha çox cəlb etmişdir. Çünki həmin fikirlər yeni qurulmuş cəmiyyətin din və dövlətlə bağlı tələbləri ilə uyğun gəlirdi.
    Almaniya və Fransaya səfərdən sonra rus dilində yazdığı “Desan fəlsəfi sistemi haqqında”, “Hindistan İngiltərə zülmü altında” və s. əsərlər də maraq doğur.
    Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiyədək C.Nağıyevin qoyub getdiyi fəlsəfi irs toplanmamışdır. Son vaxtlara qədər onun əsas əsərləri elmi ictimaiyyətə məlum deyil. Mərhum filosof Ziyəddin Göyüşov onun aşağıdakı əsərlərinin əlyazmalarını tapmışdır: “Marksın materializmi”, “Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: “Smit-Marks”.
    C.Nağıyev o dövrün əksər qəzet və jurnallarında, eləcə də Azərbaycan mətbuatından dərin məzmunlu elmi, nəzəri əsərlərlə çıxış edirdi. Alimin coşğun fəaliyyəti, əməksevərliyi heyrətamiz idi. Bu qədər əsərin belə bir qısa müddət ərzində yazıldığına adam az qala inanmaq istəmir. C.Nağıyevin maraq və tədqiqat dairəsi də olduqca genişdir: fəlsəfə, ədəbiyyat, sosiologiya, iqtisadiyyat, siyasət, incəsənət...
    Lakin C.Nağıyevin bədxahları, onun uğurlarının paxıllığını çəkənlər də yox deyildi. Bir müddət xaricdə yaşamış alimin fəaliyyəti şübhə altına alınırdı. Onsuz da gərgin zehni əmək nəticəsində əldən düşmüş, əsəb xəstəliyindən əzab çəkən alimin özü və ailəsi barədə əsassız şaiyələr yayır, onu dedi-qodu obyektinə çevirmək istəyirdilər. Təsir altına düşənlər arasında bədxah qonşularımızın nümayəndələri ilə yanaşı elə öz soydaşlarımız da az deyildi. Fiziki və mənəvi əzginliklə yanaşı, maddi çətinliklər də öz təsirini göstərməkdə idi. O, günü-gündən şam kimi əriyirdi. Nəhəng istedad özünün böyük elmi və pedaqoji fəaliyyət proqramını həyata keçirə bilmədi. 1929-cu il noyabr ayının 15-də C.Nağıyev əsəb xəstəliyinin şiddətləndiyi bir vaxtda həlak oldu. Beləliklə, şimşək çaxımına bənzəyən bu ömür zamanın nisbətindəki bir göz qırpımında elə bir şimşək çaxımında da başa yetdi.
    Cahangir Nağıyev bizim unudulmağa layiq olmayan, ürəyi xalqın maariflənməsi üçün yanan, özünün şüurlu həyatını elmi axtarışlara həsr edən yüksək təfsillli ilk professional filosofumuz olmuşdur. Amma biz onun yubileyini indiyəcən qeyd etməmiş, əsərlərini işıq üzünə çıxarmamışıq. Heç olmazsa, innən belə, gec də olsa Gəncədə və Bakıda alimin xatirəsini əbədiləşdirmək üçün müəyyən konkret tədbirlər həyata keçirmək gərəkdir. Bəs bu işləri biz görməsək, biz yazmasaq... kim görməli, kim yazmalı, kim yanmalıdır?
    Haşiyə. Mən Cahangir Nağıyev, onun qısa və faciəli ömrü, habelə zəngin yaradcılığı barədə hələ 1980-ci illərin əvvəllərində, EA-nın Fəlsəfə institutunda çalışarkən eşitmişdim.Cəmi 26 il ömür sürmüş bu gəncin həyatı məndə elə o vaxtdan maraq doğurmuşdu. Mən nisbətən yaşlı, təcrübəli həmkarlarımdan Nağıyevlə bağlı məlumatlar almaq istəyirdim. Təəssüflər ki, onlardan heç birinin yaşı bu gənc dahini görməyə imkan verməmişdi. Bir də ki, o, həyatla vidalaşan zaman- 1929-cu ildə ölkədə fəlsəfə elminin inkişafına təkan verən müvafiq təsisatlar da formalaşmamışdı.
    Doğrusu, hansı bir filosofunsa (o cümlədən Nağıyevin) həyat və fəaliyyətini öyrənmək mənim vəzifə və tədqiqat səlahiyyətimə daxil olan nəsnə deyildir. Sadəcə olaraq, bu gənc dahinin qısa həyatı, onun ölümün səbəbi məni daha çox ilgiləndirirdi. Amma “nəyisə” öyrənmək o dövrdə çətin məsələ idi. Sanki adamlar nəyisə bilir, lakin həqiqəti deməkdən çəkinirdilər.Hər halda mənə elə gəlirdi.
    Bütün bunlara baxmayaraq, mən Cahangir Nağıyevlə bağlı müəyyən informasiyalar əldə edə bildim. Fraqmental məlumatlardan belə bir fikir hasil olunurdu ki, hələ yeniyetməlik çağından onun qeyri-adi istedadı üzə çıxıb. Eşitdiyim mülahizələrdən bəzi qırıntılar: “O, bir neçə dil bilirdi...”, “Rozaliya adlı yəhudi bir xanımla ailə qurmuşdu...”, “Onun paxılları çox idi...”, “O, intihar etmişdi...”, “Onu öldürmüşdülər”, “Qəzaya düşmüşdü...”, “Avtomobil qəzasında həlak olmuşdu...” Əslində, sonuncu versiya daha doğru idi. Amma ən yaxın tarixin belə, bir çox “sirləri” açılmamış qalmaqdadır.
    Həmin dönəmdə mən qəzetlərdə elmi səciyyəli rublikalar aparır, televiziyada verilişlər hazırlayırdım. Yadımdadır, 1986-cı ildə Az.Tv-nin Gənlik Baş redaksiyası tərəfindən yayımlanam “Gənclik” proqramında Cahangir Nağıyevlə bağlı süjet hazırlamışdım və veriliş efirə gedəndən sonra nakam filosofun qardaşı gəlib məni tapmışdı. Bu, ahıl, kövrək, rus və Azərbaycan dillərini mükəmməl bilən bir adam idi; səhv etmirəmsə, təbiətşünaslıq və ya kənd təsərrüfatı üzrə mütəxəssis idi. Bakıda yaşayırdı. Biz onu lentə aldıq. Teleçıxışında həyatdan vaxtsız getmiş qardaşı haqqında ilginc məlumatlar verdi. Amma onun söhbətini dinlədikcə mənə elə gəlirdi ki, o da həmin dövrün əksər yaşlı ziyalıları kimi bəzi şeyləri, o cümlədən qardaşının ölümü ilə bağlı bildiklərinin bir çoxunu gizlədir.
    Sonda təəssüf hissi ilə qeyd etməliyik ki, filosof Cahangir Nağıyev həyat və fəaliyyəti indiyəcən kifayət qədər tədqiq olunmayıb.Unudulmağa layıq olmayan, çox gənc ikən həlak olmuş bu qeyri-adi istedad sahibi unudulmaqdadır.





    Heydər Hüseynov. Filosof ömürlə ölümün yolayrıcında

    Tərcümüyi-halından çıxarış.
    Heydər Nəcəf oğlu Hüseynov 1908-ci il aprel ayının 3-də İrəvanda tacir ailəsində anadan olmuşdur. Heydər ailədəki altı uşağın ən kiçiyi idi. O, anadan olandan az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə erməni quldurları tərəfindən öldürüldükdən sonra ailə əvvəl Batuma, sonra Stavropola, 1920-ci ildə isə Bakıya köçüb.
    Heydər Hüseynov məktəbə gec, yalnız on iki yaşı olanda gedib. O, məktəbi bitirəndən sonra əvvəlcə Bakı Pedaqoji Taxnikumunda təhsil almış, 1927–1931-ci illərdə isə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqogika fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Paralel olaraq həmin İnstitutun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini də bitirmişdir.
    Heydər Hüseynov əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir. 1931–1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1936–1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru, 1939–1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945–1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. O, eyni zamanda Akademiyanın ictimai elmlər bölməsinin sədri, 1943–1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri, 1945–1950-ci illərdə isə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olmuşdur.
    İki dəfə Stalin mükafatına layıq görülmüşdür.
    1950-ci il avqustun 15-ində intihar etmişdir.
    Bu yazılanlar təbii ki, Heydər Hüseynovun rəsmi bioqrafiyasından sətirlərdir.
    Onu tanıyanların yekdil rəyinə görə, Heydər hələ uşaqlığından və ilk gəncliyindən fitri istedadı ilə fərqlənib. Orta məktəbdə Heydərlə yanaşı Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov və digər tanınmış şəxslər də oxuyurdular. Həmin dövrdə gələcək filosof ədəbiyyata maraq göstərir, şeirlər yazırdı. Məsələn, gənc Heydərin o illərdə yazdığı “Zəngi” şeiri İrəvandakı Zəngi çayına həsr olunmuşdu:
    Aylar, illər boyu aşar, daşarsan,
    İçində çınqıllar oynaşar, Zəngi.
    Qayalar üstündən yel tək aşarsan,
    Qoynunda köpüklər qaynaşar, Zəngi.
    Onun çox yaxın dostlarından biri nakam şairimiz Mikayıl Müşfiq idi. Sonralar Heydər, necə deyərlər poeziya ilə vidalaşaraq, elmə meyl etdi, fəlsəfə ilə daha ciddi şəkildə məşğul olmağa başladı.
    Gənc Heydər gecə-gündüz çalışır, gənc Respublikanın elmi və mədəni mühitində öz gərgin fəaliyyəti ilə seçilirdi.
    Haşiyə. Mən Heydər Hüseynovun qardaşı Yaqub kişini yaxından tanıyırdım. 1970-ci illərin əvvəllərində o zamankı BEMZ adlanan zavodda fəhlə işləyirdim. Bizim sahə rəisimiz Yaqub kişi idi. Bu dolubədənli, ortaboy, qaraşın, zahirən zəhmli adam əslində çox milli, müdrik, yumoru sevən ziyalı bir şəxs idi. Bizim kollektivdə Qrişa adlı axsaq bir erməni vardı və Yaqub kişi nədənsə bu oğlanı “Tiqran” deyə çağırır və arada istehza ilə deyirdi ki, bəlkə İrəvanın adını dəyişib sənin şərəfinə Tiqranakert edək... Mən Heydər Hüseynov haqqında ilk məlumatı atamdan eşitmişdim.Bilirdim ki, filosof intihar edib. Düzünü deyim ki, mənim Heydər Hüseynovun həyatına az-çox bələdliyim, hətta onun intihar etməsindən xəbərdar olmağım Yaqub kişini xeyli təəccübləndirmişdi. Amma o, qardaşı haqqında ətraflı danışmağa nədənsə o qədər də meyl göstərmirdi. Sanki nədənsə ehtiyat edirdi. Halbuki “Qırmızı terror” çoxdan arxada qalmışdı. Yadımdadır ki, bu mövzuda söhbət düşəndə kövrəlirdi. Arada uşaqlığının keçdiyi yerlərdən söhbət açar,”İrəvan bir vaxt bizim idi”- deyərdi. Hə, o da yadımdadır ki, Yaqub Hüseynov 1906-cı il təvəllüdlü idi və onun rəssam tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş böyük şəkli əmək qabaqcıllarının sırasında zavodun girişində asılmışdı.
    Heydər Hüseynov ilk dəfə Stalin mükafatına M.C.Bağırovun təqdimatına əsasən Y.Mirbabayev, A.Orucov ilə birlikdə “Rus-Azərbaycan lüğəti”nin tərtibatına görə 1948-ci ildə layiq görülmüşdü. İkinci dəfə Heydər Hüseynov mükafata fərdi qaydada təqdim edilmişdi. Belə ki, üçüncü dərəcəli Stalin mükafatı ona 1950 –ci ildə (1949-cu il üçün) — “XIX əsr Azərbaycan ictimai və fələsəfi fikir tarixindən” kitabına görə (Ədəbi tənqid və sənətşünaslıq nominasiyası üzrə) verilmişdi. Mükafatın məbləği 25 min manat idi ki, bu pulu da alim uşaq evinə köçürmüşdü.
    Amma bu mükafat Heydər Hüseynovun həyatını tamamilə alt-üst etdi. Elə onu intihara aparan yolun mənbəyi də o mükafatdan başlamışdı.
    Bəs mükafatı alandan sonra o zamankı ölkə rəhbərini, çoxlarının pıçıltı ilə “Mirqəzəb” adlandırdığı Mir Cəfər Bağırovu qəzəbləndirən səbəb nə olmuşdu?
    Bu ötən illər ərzində alim ilə “hökmdar” arasında baş verən münaqişənin səbəbləri haqqında bir çox fərziyyələr də irəli sürülməkdədir. Hesab edirəm ki, gerçəkliyin üstünə kölgə salmağa ehtiyac yoxdur.
    Mütləq əksəriyyətin dediyindən belə qənaətə gəlmək olar ki, Heydər Hüseynovun sıxışdırılmasına və ölümünə səbəb ölkə rəhbərinin qısqanclığı olub. Alimin yuxarıda adı çəkilən kitabı, necə deyərlər M.C.Bağırovudan “xəbərsiz”, yəni onun razılığı olmadan mükafata təqdim olunmuşdu. Bu işin təşəbbüskarı iki məşhur sima- akademiklər Səməd Vurğun və Mirzə İbrahimov, onu “reallaşdıran” isə Stalin mükafatı komitəsinin sədri görkəmli yazıçı Aleksandr Fadeyev idi. Bağırov müəyyən səbəblərə görə (xüsusən, onun müstəqil fikir deməsinə, azad sözü müdafiə etməsinə, Azərbaycan yazıçıları ilə “icazəsiz” dostluğuna görə) Fadeyevı “həzm” edə bilmirdi. Belə bir məqamda kommunist despotun əlinə “əlinin altındakı” alimi vurmaq fürsəti düşmüşdü. Amma onu “vurmaq” üçün ortada kifayət qədər ağlabatan “sübut” olmalı idi. Bağırovun əlaltıları kitabı dəfələrlə oxuyub belə bir “sübutu” tapmışdılar. Məsələ burasında idi ki, Heydər Hüseynovun kitabında Dağıstan xalqlarının azadlıq hərəkatına başçılıq etmiş Şeyx Şamil haqqında iki-üç səhifəlik məlumat verilmiş, o, xalq qəhrəmanı kimi təqdim olunmuşdu. Və alimin bu münasibəti Mirzə Kazımbəyin “Müridizm və Şamil” əsərindən məlum hərəkatla bağlı yazdığı qeydlərdən qaynaqlanmışdı.
    Həmin dövrdə Şeyx Şamilə qarşı münasibət hələ tam aydınlaşmamışdı. Daha doğrusu, “ellər atası” Stalinin bu el qəhrəmanı haqqında fikri heç də birmənalı deyildi. Azərbaycan rəhbəri Kreml başçısının dağıstanlılara, xüsusən sürgün etdirdiyi çeçenlərə daxili nifrətini bildiyi üçün kitabdakı “zəif nöqtədən” bərk-bərk yapışaraq hərəkətə keçdi. Bu “nöqtə” Şeyx Şamillə bağlı idi. İndi qalırdı təkcə “vurmaq” üçün “ideoloji baza” yaratmaq. 1950-ci ildə M.C.Bağırovun “Müridizm və Şamil hərəkatının xüsusiyyətləri barədə” kitabı nəşr olundu. Çox güman ki, bu kitabı tiranın özü yox, onun əlaltıları yazmışdı. Amma söz yox ki, kitabda yer almış “tezislərin” müəllifi o, özü idi. Bağırov “yoldaş” yazırdı: “Heydər Hüseynov Şamil hərəkatını azadlıq və mütərəqqi addım kimi qiymətləndirir. Bu qiymət marksist nöqteyi-nəzərdən və siyasi baxımdan səhv, tarixi həqiqətlərə və tarixi materializmə ziddir. Müridizm İslamda daha savaşqan və irticaçı cərəyan olmuşdur və xalq kütlələrinə qarşı zülm aləti kimi istifadə olunmuşdur. İşğalçı türk ordusuna, ingilis müstəmləkəçilərin maraqlarına qulluq etmişdir. O, Dağıstanı Rusiyadan ayırmağa çalışmış, Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır. Ona görə də Şamil hərəkatı sırf mürtəce xarakter daşımış, inqilabi hərəkatın maraqlarına ziddiyyət təşkil etmiş, Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləngidici təsir göstərmişdir”.
    Bəli, sən demə, Şamil ingilis və ya Türkiyə casusu imiş, ruslara qarşı nifrət hissi bəsləyirmiş, mürtəce xarakterli birisi imiş.
    Bağırovun əli daha çox dostu Beriya vasitəsi ilə Kremlə çatırdı. Səylər nəticəsiz qalmadı. Tezliklə mükafat ləğv olundu. Amma ölkənin qisasçı, intiqamçı “sahibi” filosofdan heç də əl çəkmək niyyətində deyildi. Heydər Hüseynovu “ifşa” kampaniyası get-gedə yüksək vüsət almaqda idi. Təhdid, təhqir və hədələrdən “xilas” olmağın yolunu intiharda görən alim 1950-ci il avqust ayının 15-də Şüvəlandakı bağ evində özünü asdı.
    Bağırov alimin cəsədindən belə əl çəkmirdi. Belə ki, “yuxarıdan” Heydər Hüseynovun dəfninin tam “gizli” şəkildə aparılması tələb olunurdu.
    Haşiyə. İş elə gətirib ki, mən otuz il Heydər Hüseynovun həmkarları və tələbələri ilə birlikdə bir qurumda, yəni EA-nın Fəlsəfə və Hüquq İnstitutunda çalışmışam. Doğrusunu deyim ki, alimın ölümü ilə bağlı həqiqətlər yalnız 80-ci illərin sonundan bütün nüanları ilə faş olmağa başladı. Fəlsəfə İnstitututunda çalışarkən şöbəmizin mərhum əməkdaşı İrşad Əliyevin öz müəllimlərinin dəfni haqqında dediklərini yaxşı xatırlayıram: “Heydər Hüseynov əvvəl də bir dəfə intihara cəhd etmişdi, venasını kəsmişdi, onu ölümdən Mustafa bəy Topçubaşov xilas etmişdi... Müəllimimizin ölümü bizim hamımızı sarsıtmışdı. Biz o vaxt gənc idik. Cəsarətli idik. Dəfni təşkil edənlər arasında, demək olar ki, yaşlı adamlar yox idi. Akademiyanın alimlərinə ultimatum vermişdilər ki, dəfndə kim iştirak etsə cəzalandırılacaq. Dəfn Yasamal məzarlığında oldu. Qəbi biz özümüz-onun tələbələri göz yaşları tökərək qazdıq. Tanımadığımız adamlar bizi tələsdirirdilər. Heç şübhəsiz ki, onlar “dəniz qırağının” əməkdaşları idi. Arada bir “Pobeda” maşının yanımızdan asta-asta dövrə vurub keçdiyini gördük. Arxa oruracaqda əyləşən adamı hamımız tanıdıq. Bu, Akademiyanın vitse-prezidenti Səməd Vurğun idi. Şair bizim müəllimimizlə yaxın dost idi. Çox vaxt yemək-içməyə də bir yerdə gedirdilər”.
    Dəfndə iştirak edən tələbələri, o cümlədən Firudin Köçərlini və Ziyəddin Göyüşovu Universitetdə tutduqları vəzifədən azad etdilər, İrşad Əliyevi isə aspiranturadan qovdular. Haqqında söhbət gedən “XIX əsr Azərbaycan ictimai və fələsəfi fikir tarixindən “ kitabının redaktoru, Heydər Hüseynovun müəllimi akademik Aleksandr Osipoviç Makovelskini gözümçıxdıya saldılar. Mircəfər Bağırov onu şantaj və təhqir etməyə başladı. Milliyyətcə polyak olan Makovelski çox abırlı adam idi, baş götürüb Türkmənistana getdi və yalnız Bağırov vəzifədən çıxarılandan sonra Azərbaycana qayıtdı.
    Orasını da qeyd etmək yerinə düşər ki, Heydər Hüseynovun həmkarlarının bir çoxu uzun müddət onun intihar etdiyini yox, qətl olunduğunu, kimlərinsə, daha doğrusu xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü iddia etmişlər. Zənnimcə, bu iddia yalnız ehtimal kimi qəbul edilə bilər.
    Aradan illər keçəndən sonra bu və ya bunabənzər qətllərdə Bağırovun “əlinin” olmamasını, günahsızlığını “sübut” etməyə çalışan qələmkeşlər də peyda olub. Hətta, bəziləri daha da irəli gedərək vaxtilə baş vermiş “Qırmızı terror” adlı qətliamda az qala nəinki Bağırovun, hətta Stalinin belə iştirak etmədiyini iddia edirlər. Guya tiranların bu qətllərdən qətiyyən xəbəri olmayıb. Mən indi bu məsələnin üzərində çox dayanmadan, bunu deyə bilərəm ki, əvvəla, dövlət başçısının həmin qətllərdən xəbəri olmayıbsa bu, daha acınacaqlı haldır. İkincisi, qatilləri haradasa mücərrəd bir məkanda axtarmağa ehtiyac yoxdur. Üçüncüsü, hər bir ölkənin başçısı baş verən bütün hadisələr üçün cavabdehdir.
    Axı bir məsələni də unutmayaq ki, bizi Heydər Hüseynovun qətlindən (bəli, əslində o da qətlə yetirilmişdi) heç də uzaq tarix ayırmır.
    Haşiyə. Heydər Hüseynovun qızı Sara xanım arabir bizim çalışdığımız İnstituta, atasının keçmiş tələbələrinin yanına gələr, atası haqqında xatirələri toplayardı. Sara xanımın oğlu Heydər Aslanov (Hüseynov) da bizim elmi təşkilatda çalışırdı. Mənim yaşlı həmkarlarım öz müəllimlərinin necə böyük ürək sahibi olmasından, tələbələrə qayğısından, alicənablığından həvəslə danışardılar. Çoxu İkinci caham müharıbəsinin ağrı-acısını görmüş bu gənclər üçün Heydər Hüseynov bir xeyirxahlıq və ədalət timsalı idi. İrşad Əliyev danışırdı ki, tələbələri Heydər Hüseynovun məzarını iki dəfə qazmalı olublar. Birinci dəfə “məxfi dəfn” 1950-ci ildə qorxu və təzyiq altında olub. İkinci dəfə ziyalıların müraciəti və o vaxtkı ölkə rəhbərliyinin tapşırığı ilə bu məzar 1956-cı ildə Birinci Fəxri Xayabanda qazıldı. Yeri gəlmişkən, ikinci dəfə dəfnin 1958-ci ildə baş tutduğunu deyənlər də var. Amma mən İrşad Əliyevin qeyd etdiyi tarixi daha dəqiq hesab edirəm. İrşad müəllim onu da deyirdi ki,o vaxtkı Respublika rəhbərlərinin hamısının (İmam Mustafayev, Mirzə İbrahimov, Sadıq Rəhimov nəzərdə tutulur-F.M.) Heydər müəllimə böyük ehtiramı vardı.
    Beləliklə, onun tələbələri altı il əvvəl səksəkə ilə dəfn edilmiş cəsədi milli adət-ənənəmizə uyğun qaydada, dostlarının, ailə üzvlərini və tələbələrinin iştirakı ilə 1956-cı ildə yenidən torpağa tapşırdı.
    Şübhəsiz ki, Heydər Hüseynov bəzilərinin düşündüyü kimi nə antimarksist, nə də antikommunist idi. O, sosializm ideallarına inanan bir alim idi. “Marksizm-leninizm fəlsəfəsinin əsasları” dərsliyinin müəllifi idi. Hətta, birinci dəfə intihara cəhd edərkən: “Mənim damarımı kəssələr, yerə tökülən qanım da “kommunist” yazar”- demişdi. Amma çox güman ki, onun Sovet quruluşuna olan sevgisinin arxasında gizli bir xof da var idi. Axı o, repressiyanın canlı şahidlərindən biri olmuşdu. Yaxın dostlarının mənsub olduğu “sıralardan” necə qoparıldığını öz gözləri ilə görmüşdü. Bəs onu intihara aparan səbəblərin anatomiyasını nə ilə əlaqələndirmək olar? Qısaca olaraq onu deyə bilərəm ki, “Qırmızı terrorun” azğın “müəllifləri” təkcə ayrı-ayrı fərdlərlə “haqq-hesab” çürütməklə kifayətlənmir, əksər hallarda “müqəssirlərin” bütün nəsil-nəcabətini məhv etməyə çalışırdılar. Bu mənada, belə hesab edirəm ki, Heydər Hüseynovun intihar “seçimi”, həm də onun yaxın və doğma insanları qorumaq istəyindən qaynaqlanmışdı.
    Bağırov “erası” başa çatdıqdan sonra Heydər Hüseynov şəxsiyyətinə və yaradıcılığna maraq və diqqət artdı. Filosofun əsərləri yenidən nəşr olunmağa başladı.
    Heydər Hüseynov təkcə XIX əsr Azərbaycan ictimai, siyasi və fələsəfi fikir tarixini öyrənməklə kifayətlənməmişdir. Onun Xaqani, Nizami, Füzuli, Xətai, Bakıxanov, Mirzə Kazım bəy, Axundov, Zərdabi haqqında bu gün də qiymətli olan tədqiqatları və fikirləri vardır.
    Bəli, Heydər Hüseynov Azərbaycan elm tarixin görkəmli nümayəndələrindən biri olub. Onun faciəli ölümü və şərəfli həyatı bu gün də bizi düşünməyə, baş vermiş qanlı hadisələrə bir daha ayıq-sayıq nəzər salmağa vadar edir.


















    Firudin Köçərli. O, yaradıcılığını tədqiq etdiyi maarifçi demokratlara bənzəyirdi

    Akademik Köçərli Firudin Qasım oğlu 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək doğma kəndində müəllimlik fəaliyyətinə başlamışdır.
    F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdində olan fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetinin tələbə həmkarlar təşkilatının sədri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
    F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər fəlsəfə və hüquq inistitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün son anı olan 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərmişdir.
    F.Köçərli 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. F.Köçərli 1966-cı ildə Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.
    Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. Eyni zamanda F.Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan “SSRİ də fəlsəfə tarixi” adlı kitaba daxil edilmişdir.
    Akademik F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində çıxışlar etmişdir.
    Akademik F.Köçərli 2005-ci il iyunun 3-də dünyasını dəyişib.
    Adətən, insanın müdrikliyi həm də onun dediyi sözün əhəmiyyəti, çəkisi, qiyməti ilə dəyərləndirilir. “Həm də"- deyirəm, ona görə ki, müdriklər təkcə dedikləri yox, həm də demədikləri üçün məsuliyyət daşıyırlar. Deməli, müd¬rik adam həm də susmağı (mənalı susmağı ilə!), lap elə adi təbəssümü ilə (əlbəttə, mənalı təbəssümü ilə!) müdrikdir...
    ...Dəniz kənarında iri, iti addımlarla hərəkət edən, sanki harasa tələsən ucaboy, xoşsifət bir adam arabir ayaq saxlayıb tanışları ilə görüşür, hal-əhval tutardı. Kənardan göz qoyan olsaydı, bəlkə də bir az təəc-cüblənərdi: bayaqdan harasa "tələsən" bu adam onunla görüşənləri səbrlə dinləyər, öz müsahiblərinin bəzən uzanan söhbətlərinə diqqətlə, təmkinlə qulaq asardı.
    Mən indi bu sətirləri yazarkən Firudin Köçərlinin ən başlıca məziyyətlərindən birinin, bəlkə də birincisinin, məhz "təmkin" kəlməsi ilə ifadə oluna biləcəyini özümçün bir daha müəyyənləşdirməli oluram.
    Mənim həyatımın böyük bir kəsimi Fəlsəfə İnstitutu ilə bağlı olub (sonralar rəsmən Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqlər İnstitutu kimi tanınan bu elm ocağının adı çox vaxt elə bu cür qısa şəkildə formula olunub). Amma, necə deyərlər, Firudin Köçərli ilə "tanışlığımız"ın tarixi bir xeyli əvvələ gedib çıxır. Məsələ burasındadır ki, Firudin müəllim mənim qohumumdur, atamın yaşıdı və dostu olub; hər ikisi orta məktəbdə və 30-cu illərin sonlarında Gəncədə birgə təhsil alıblar.
    1945-ci ildə Firudin müəllim Azərbaycan Dövlət Uni¬versitetinin tarix fakültəsi nəzdində açılmış fəlsəfə şöbəsi¬nə daxil olmuşdur (atam sonralar ADU-nun filologiya fakültəsini bitirib).
    Firudin Köçərlinin ulu babası İsa (hazırda kəndimiz babamızın adını daşıyır: İsalı kəndi), habelə babası Köçəri öz dövrünün mütərəqqi insanları olublar. Onun atası Qasım müəllim isə təkcə yaşadığı bölgədə deyil, bütün Respublikada bir ziyalı-maarifçi kimi tanınmışdır.
    Görünür, F.Köçərlinin həyatının sonrakı məqamların¬da gen yaddaşının mühum rolu olmuşdur. Bu gün böyük alimin elmi və təşkilatçılıq fəaliyyəti çoxlarına məlumdur. Biz yuxarıda onun həyat yoluna qısaca nəzər saldıq. Bütün bunlar Firudin müəllimin tərcümeyi-halının, necə deyərlər, "rəsmi", bir növ "texniki" tərəfləridir.
    Azərbaycan elmi ictimaiyyəti F.Köçərlini daha çox yorulmaz bir tədqiqatçı kimi tanıyır. Onun Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseyn¬zadə, Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinə həsr olunmuş fundamental tədqiqat¬ları öz əhəmiyyətini bu gün do saxlayır və şübhəsiz ki, bu əsərlər gələcək araşdırıcılar üçün də qiymətli bir mənbə olacaqdır.
    Ümumiyyətlə, Firudin müəllim üç yüzə yaxm əsərin, iyirmidən çox kitabın müəllifidir. Və ən maraqlısı budur ki, F.Köçərli daha çox, uzun illər həyat və yaradıcılığını səbrlə, təmkinlə tədqiq etdiyi "qəhrəmanlara" - maarifçi və demokratlara daha çox bənzəyir. O da məhz həmin aydınlar kimi daim insanların maariflənməsi, savadlanması üçün əlindən gələni əsirgəməmişdir.
    Bütün böyük alimlər həm də böyük vətəndaş olurlar. Məhz bu cəhətinə görə də F.Köçərli bir çox həmkarların¬dan fərqlənirdi.
    O, sözün əsl mənasında, xalqla nəfəs alırdı. Onu həmişə sadə, adi, sıravi adamların əhatəsində görmək olardı; insanlar öz problemlərini, dərdlərini ona deməkdən çəkinməzdilər. Onun qəbul otağında heç kəsin növbə gözlədiyini görmək olmazdı; çünki Firudin müəllim "gizli" söhbətləri sevməz, hamıya eyni münasibət göstərər, adamlara əl tutar, hörmət edər və sonra da bütün müdrik¬lər kimi elədiyi yaxşılığı unudardı...
    F.Köçərli direktor işlədiyi müddətdə Fəlsəfə İnstitu¬tunda çox işgüzar, canlı bir atmosfer yaratmağa nail olmuşdu. O, əsl demokrat, humanist, yüksək əxlaqlı bir insan idi. Söz yox ki, onun "yumşaqlığ"ından sui-istifadə etməyə çalışanlar da tapılırdı: bəziləri "sərt" olmadığı üçün onu qınayır, bəziləri də öz "elmi fəaliyyəti" intriqalara istiqamətləndirirdi.
    Hətta, bu təvazökar insanla "yüksək ton"da danış-mağa, öz evlərindən yığıb gətirdikləri çirkab və qəzəbi onun üstünə tökməyə cəhd edənlər də tapılırdı. Belə gər¬gin situasiyalarda Firudin Köçərlinin dəfələrlə adi bir təbəssümlə, bir zarafatla məlum atmosferi necə dəyiş¬diyinin çoxları şahidi olub.
    Firudin müəllim hətta ona "düşmənçilik" edənlərlə belə ünsiyyətini itirməz, "küsənlər"lə dil tapar, bir sözlə, bütün adamlarda, hətta, pislərdə belə həmişə işıqlı cəhətlər axtarardı. Kimisə "yıxıb-sürümək", kiminsə "axırına çıxmaq", kiminləsə "amansız mübarizə"yə girişmək Firudin Köçərli xasiyyətinə, xarakterinə yad idi. O, sözün böyük mənasında, sülh, barışıq, əmniyyət adamı idi.
    Firudin müəllimi əsl təvazökarlıq nümunəsi hesab etmək olardı. O, heç vaxt bəzi həmkarları kimi, yeri gəldi- gəlmədi, öz yaradıcılığından "sitat" gətirməz, yazdıqları ilə öyünməzdi. Hətta, (bunu onunla işləyənlərin və onu tanıyanların yəqin ki, əksəriyyəti bilir), ona "filosof' deyəndə özünü bir növ narahat hiss edər, "mən filosof yox, fəlsəfə tədqiqatçısıyam, əgər belə demək mümkünsə, fəlsəfəçiyəm" - deyər və bundan sonra "əsl filosofların” adını sadalayardı...
    Yeri gəlmişkən deyim ki, (bu, bəlkə də bir az yerinə düşmür) mən Firudin müəllimin direktor işlədiyi müddət¬də hansısa bir şəxsi xahiş üçün onun qapısını açdığımı xatır¬lamıram; həm də təkcə mən yox, institutun əmək¬daşlarının əksəriyyəti. Bu, direktorun "zəhmi" ilə bağlı deyildi (artıq qeyd edildiyi kimi, Firudin müəllim son dərəcə təvazökar və sadə bir insan idi). Məsələ burasın¬dadır ki, F.Köçərli institutda elə bir mülayim atmosfer, elə bir isti ab-hava yaratmışdı ki, əməkdaşların kimdənsə şikayət etməyə, kiminsə xahişini etmək məqsədilə onun yanma getməyə ehtiyacı qalmırdı.
    Əksinə, başqa institut, başqa idarə və müəssisələrdən onun yanına dəstə-dəstə adamlar məsləhətə, xahişə (bəzən də öz müdirlərindən şikayətə) gəlirdilər.
    F.Köçərli Azərbaycan ziyalısı olsa da, onu keçmiş SSRİ-nin elmi-fəlsəfi ictimaiyyəti də yaxşı tanıyırdı. Alimin ölkəmizdən kənarda yetirmələri az deyildi.
    Yadıma bir epizod düşür: 70-ci illərin sonları idi. Azərbaycan Televiziyasında müxtəlif verilişlərdə ssenarist və aparıcı kimi iştirak edirdim. Bir dəfə ölkəmizə gələn xarici tələbə-gənclərlə bağlı veriliş hazırlamaq məqsədilə Mingəçevirə gedəsi oldum.
    Dünyanın ən müxtəlif ölkələrinin, eləcə də SSRİ-nin bir çox aparıcı ali təhsil ocaqlarından gəlmiş gənclər Mingəçevirdə dincəlirdilər. Minsk Dövlət Universitetinin tələbələrinə sarışın, gülərüz, orta yaşlı bir qadın rəhbərlik edirdi. Söhbət əsnasında belə məlum oldu ki, o, fəlsəfə kafe¬drasının əməkdaşıdır və bu yaxınlarda onun çalışdığı kafe¬drada aspirantlardan birinin müdafiəsində akademik F. Köçərli iştirak edib.
    Həmin aspirantı "vurmaq" istəyirmişlər. Amma F. Köçərli gənc tədqiqatçını müdafiə edib, "hücumçular" geri çəkiliblər. Qadın ömründə bir dəfə gördüyü Firudin müəllimin maraqlı çıxışı, zəngin erudisiyası, təmənnasız xeyirxahlığı barədə heyran-heyran danışırdı.
    Bilmirəm təsadüfdəndi, zərurətdəndi - hər nədəndisə, o günün axşamı bizim istirahət etdiyimiz binanın foyesində qoyulmuş televizorda Firudin Köçərlinin çıxışı gedirdi. Mən tez həmin belorusiyalı qadını ekran qarşısına çağırdım.
    O, televizorda Firudin Köçərlini görüb uşaq kimi sev¬inərək şən-şən qışqırdı: "Hə, bu ki, bizim Firudin Qasımoviçdir! Görün bir o, nə gözəl, nə ağıllı adamdır. Onunla fəxr etməyə, öyünməyə dəyər. Çünki o, əsl xeyir¬xahlıq mücəssəməsidir! "
    Doğrudan da o, xeyirxahlıq üçün doğulmuşdu.
    Başqa bir epizod: 80-ci illərin əvvəllərində Fəlsəfə institutunda hansısa Ümumittifaq miqyaslı tədbir keçirilirdi. SSR1- nin əksər respublikalarından nümayəndələr gəlmişdilər. Qonaqlar "Azərbaycan" mehmanxanasında yerləşdiril¬mişdi. (O vaxt mən aspirant idim).
    Firudin müəllimin rəhbərlik etdiyi tədbirin qərargahı da mehmanxanada idi. Qonaqların arasında məşhur akademik Lomov da (psixoloq) vardı. Bizim ali məktəblərin birində işləyən iki nəfər "alim", çəkisi z qala iki yüz kiloqrama çatan, araq-çaxırı vedrə ilə içən Lomovu az qala qucaqlarına götür¬mək, bellərinə şəlləmək istəyirdilər.
    Əlbəttə, qonağa diqqət yetirmək yaxşı əlamətdir. Amma bu "alim "lər açıq-aşkarca "mərkəzdən gələn " qonağa yal¬taqlanır, məddahlıq edir, uzun-uzadı sağlıqlar deyir, onun qulluğunda bulunurdular. Bir-iki dəfə mənə də "tapşırıq" verdilər: restorandan nəsə almaq lazımdı. Mən etiraz etdim, "tapşırığı” yerinə yetirmədim. Deyəsən, "dikbaşlığım" nə qonağa xoş gəldi, nə də bizim "alimlərə".
    Hiss etdim ki, bizim o "cəfakeş yerli alimlər" Firudin müəllimə məndən şikayət ediblər. Ortaya yaman pərtlik düşmüşdü. Bir az sonra Firudin müəllim mənə yaxınlaşıb ordan-burdan söhbət açdı, başı ilə "alim"lər tərəfə işarə edib qımışdı: "görürsən də bunlar necə canfəşanlıq edirlər". Hiss etdim ki, Firudin müəllimin də bu cür yaltaqlardan xoşu gəlmir.
    Tez-tez təkrar eləyirdi:
    ...Rəhmətlik Heydər Hüseynov deyərdi ki, yazılan qalacaq. Nə qədər sağıq, aramalıyıq, axtarmalıyıq, işləməliyik. (Yeri gəlmişkən, o, 1950-ci ildə sevimli müəllimi akademik Heydər Hüseynovun dəfnində iştirak etdiyinə görə indiki BDU-nun Həmkarlar təıkilatı sərdliyindən uzaqlaşdırılmıdı).
    ...Deyirlər sosializm pisdir. Yaxşı, buna mən də şərik. Amma onun yaxşı cəhətləri də olub.
    Özünəməxsusluğu vardı Firudin müəllimin:
    ...Kurortlarda dincəlməyi xoşlamazdı. Hər yay doğma yerlərə - Şınıxa, doğma İsalıya gedərdi; ziyalılarla, əkin-biçin adamları ilə ünsiyyətdə olmağı çox sevərdi;
    ...Şəhərdə ən çox sevdiyi məşğulliyyəti piyada gəzmək, kənddə isə arıya baxmaqdı;
    ...Bəzi tay-tuşları ilə zarafat etməyi xoşlayardı; məsələn, ən gərgin, uzun iclaslarda belə, bir də görərdin ki, üzünü ciddi "rejim" gözləyən Hüseynağa müəllimə (institutun əməkdaşına) tutub deyərdi: "Hüseynağa müəllim, sənin naharının vaxtıdır, nə vaxt istəsən gedə bilərsən".
    ...Dostluğa sədaqətli idi - vəzifəli və vəzifəsiz dostlara heç bir fərqi qoymazdı: tələbə dostları Aslan Aslanov, Məqsəd Səttarov, Ziyəddin Göyüşov, İqrar Əliyev, Qədim Mustafayev və başqaları ilə uzun illər boyu dostluğu qoruyub saxlamışdı.
    ...Təhsilə, biliyə çox yüksək qiymət verirdi, "hamı savadlı olmalıdır"- deyərdi.
    ... Hansısa yaxşı, xeyirxah bir adamı tərifləyəndə deyər¬di: "Peyğəmbər kimi ədalətli insandır".
    ... "Alma meyvələrin şahıdır”- bu da Firudin müəllimin sözləridir.
    Firudin müəllim yumoru çox sevərdi, şit zarafatlardan zəhləsi gedərdi.
    Mən onun haqqında hansısa bir epiteti işlətməyə ehti¬yat edir, düzü, buna elə bir ehtiyac da duymuram. O, doğulduğu və canı qədər sevdiyi Azərbaycan torpağının özü kimi saf, təmiz, səxavətli idi.
    Firudin Köçərli artıq haqq dünyasına qovuşub (o, 2005-ci il iyun ayının 3-də vəfat etmişdir). Amma mənə elə gəlir ki, onu tərifləməyə qətiyyən ehtiyac yoxdur. Çünki o, hər cür tərifdən uca idi.
    "Yalnız şərin təmtəraqlı sözlərlə bəzənməyə ehtiyac var, xeyirxahın isə buna qətiyyən ehtiyacı yoxdur". Arabir başımda dolaşan bu sözlər artıq tarix səhnəsindən silinib getmiş bir topluma - latın xalqına məxsusdur. Qəribədir, xalqın özü yoxdur, amma sözü qalıb. Bəli, xeyirxahların tərifə bir ehtiyacı olmaz.
    Firudin Köçərlini yad etmək, xatırlamaq lazımdır. O, xalqımızın yaddaşında daim yaşamağa layiq bir ziyalı, alim, mütəfəkkir, xeyirxah bir insan idi. O, əsl filosof idi, amma özünə "filosof” deməyə tərəddüd edirdi. Bütün müdriklər kimi sadə və müdrik idi.
    Mən əminəm ki, Firudin müəllim özünün əzəmətli, vüqarlı görkəmi ilə bizim yaddaşımızda daim boy verib ucalacaqdır - öz əsərləri, öz dedikləri, öz xeyirxahlıqları ilə.



    Məqsəd Səttarov. Filosof ömrünün
    kvintessensiyası

    Məqsəd Səttarov öz dövrünün görkəmli filosofu, maarifçisi, pedaqoqu və nəzəriyyəçisi idi.
    Onun yetirmələrinin sorağı bu gün dünyanın müxtəlif guşələrindən gəlir.
    O, idrak və şüur problemlərini fəlsəfi aspektdə araşdıran görkəmli elm adamı idi.
    Məqsəd Səttarovun doğum tarixi gah 1924-cü il, gah da 1925-ci il kimi qeyd olunur. Məqsəd müəllim özü bu tarixlə bağlı söhbət düşəndə, adətən, yarızarafat-yarıciddi deyərdi: “Bir onu dəqiq bilirəm ki, may ayında doğulmuçam”. Biz də onu adətən hər il may ayının 13-də təbrik edərdik.
    Məqsəd Səttarov Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. Onun atası Məmmədəli kişi uzun müddət hüquq-mühafizə sistemində çalışmışdır.
    İkinci Cahan Müharibəsinin elə ilk günlərindən ordu sıralarına çağırılmış, ağır və məşəqqətli döyüş yolu keçmiş gələcək filosof, ordudan tərxis edildikdən sonra- 1945-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. Məqsəd müəllimin özünün dediyinə görə, əvvəlcə riyaziyyat fakültəsinə daxil olubmuş. O zaman ölkədə artıq yaxşı riyaziyyatçılar yetişməkdə idi. Amma tarix fakültəsinin fəlsəfə şöbəsi təzəcə fəaliyyətə başladığından filosof kadrlara böyük ehtiyac duyulurdu. Universitetin rektoru Abdulla Qarayevin təklifi ilə o, yeni açılan ixtisası seçib.
    Məqsəd Məmmədəli oğlu 1950-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş, elə həmin il aspiranturaya daxil olmuş, 1954-cü ildə fəlsəfə dokto¬ru, 1964-cü il¬də isə elmlər doktoru üzrə disser-tasiyasını müdafiə etmişdir. O, 1989-cu ildə Azərbaycan Milli Elmlər Akade¬mi¬ya-sının müxbir üzvü seçilmişdir.
    Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat edib.
    ...O, mənim elmi rəhbərim idi. Mənəvi tələbatların inkişafı ilə bağlı olan dissertasiya mövzusunu da onun özü təklif etmişdi. Məqsəd müəllim o illərdə indiki AMEA-nın fəlsəfə kafedrasının müdiri idi. Mən isə Fəlsəfə və Hüquq institutunun elmi işçisi vəzifəsində çalışırdım. Demək olar ki, onunla hər gün görüşürdük. Bəzən məni də imtahan götürən komissiyanın tərkibinə daxil edirdi. Aspirant və dissertantlardan imtahan qəbul edir, “minimum” imtahanları götürürdük.
    Günlərin bir günü, növbəti görüşümüz zamanı Məqsəd müəllim, adəti üzrə ağır-ağır, özünəməxsus ləngərli bir nitqlə ordan-burdan söhbət açandan sonra dedi: “A kişi oğlu, imtahanlarda bizə kömək edirsən, buna görə təşəkkür edirəm. Amma istəyirəm ki, sən birdəfəlik bizim kafedraya gələsən. Açığını deyim ki, bizdə aspirantlara, ruscadan fərqli olaraq, Azərbaycan dilində fəlsəfədən dərs deyəcək səviyyədə mütəxəssis yoxdur. Olanlar da ali məktəbə üz tuturlar, görünür orada dolanışıq yaxşıdır. Gəl belə edək, sən Fəlsəfə İnstitutu ilə üzülüş, gəl bu kafedraya. Mən də ta yorulmuşam...”
    Beləliklə, bir xeyli müddət kafedrada işləməli oldum. Orada əvvəlcə dosent, daha sonra professor (vəzifəsini icra edən) kimi fəaliyyət göstərdim. Məqsəd müəllim aspirant, doktorant və müəllim kollektivinə çox tələbkar idi. Hətta, ən yaxın dostları belə ona kiminsə xahişini etməyə çəkinirdilər. Çünki hamı bilirdi ki, onun şüarı –cavabı bu cür olacaqdı: “Madam ki, tapşırırsan, onda daha yaxşı hazırlaşsın, sənin adını batırmasın”.
    O zaman aspiranturaya daxil olmaq əmri-mahal idi. Yüksək rəqabət olurdu. Dövlət rəhbərlərinin əksəriyyətinin, habelə tanınmış ziyalıların çoxunun övladları aspiranturada təhsil almağa can atırdı. İndi isə, məlumdur ki, vəziyyət obyektiv və subyektiv amillərdən asılı olaraq bir xeyli dəyişib. Belə ki, biznesə, menecerliyə maraq daha yüksəkdir. Bəli, gələcək alimlərin fəlsəfədən imtahan verməsi elə də asan olmurdu. Amma hamı imtahan komissiyası sədrinin obyektivliyinə inanırdı. İnanırdılar ki, Məqsəd müəllim heç vaxt haqqı nahaqqın ayağına verməz. O, adətən kiminsə biliyini qiymətləndirəndə komissiya üzvləri ilə uzun müddət müzakirə aparır, optimal variantlar axtarırdı.
    Haşiyə. Yadımdadır, 80-ci illərin sonunda, bir dəfə növbəti qəbul imtahanı zamanı, səhv etmirəmsə fizika üzrə, aspiranturaya bir yerə iki nəfər gənc sənəd vermişdi. Gənclərin hər ikisi yaxşı cavab verdi. Hiss olunurdu ki, Məqsəd müəllim nəyə görəsə tərəddüd edir. Onun iri, mavi gözləri bir müddət uzaqlara dikildi. Sanki bir başqası yox, özü ağır suallar qarşısında qalmışdı. Bəli, imtahan suallarına cavab verənlərin qiymətləndirilməsi zamanı gəlmişdi. Belə anlarda həmişə olduğu kimi yenə “tarazlılığı” saxlamaq lazım idi. Bu “tərəzi” indi onun əlindəki qələm idi. O, qələmini qiymət cədvəlinin üstündə hərləyərək ağır-ağır dilləndi: “İndi biz nə etməliyik? Bax o xanımı mənə bizim prezidentin (EA prezidentini nəzərdə tuturdu-F.M.) adından tapşırıblar. O cavan oğlanı isə tapşıran olmayıb. Özünüz gördünüz ki, hər ikisi yaxşı cavab verdi. Amma bu sınaqdan onların biri keçməlidir. Çünki aspiranturaya o ixtisas üzrə cəmi bir yer ayrılıb. Biz kiminsə tapşırığını əsas kimi qəbul etmirik, əsas meyarımız bilikdir. Bilik də ki, özünüz gördünüz... Hər ikisi savadlıdır. Nə deyirsiz, nə edək ki, vicdanımız təmiz qalsın?” Mənim təklifim belə oldu: “Hər ikisi yaxşı cavab verdi. Hər ikisinə eyni qiymət yazmaq lazımdır. Bilirəm, o ixtisas üzrə cəmi bir yer ayrlıb. Amma indiyəcən bunlar paralel qiymətlər alıblar. Bu “tandemi” yenə gözləyək. Daxil olacaqları ixtisas üzrə əlavə bir yerin ayrılması Akademiyanın prezidenti üçün elə də çətin məsələ deyil”. Məqsəd müəllim razılaşdı. Hər iki gəncə “əla” qiymət yazdıq. Ən çox sevinənsə yəqin ki, imtahanın nəticəsini gözləyən “adamsız adam”, yəni cavan oğlan idi. Məqsəd müəllim də nəticədən razı qalmışdı. “Ən optimal yolu tapdıq, kişi oğlu. O oğlana aşağı qiymət versəydik, vicdanım məni rahat qoymazdı, səhərəcən yata bilməzdim”.
    Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həm¬çinin ictimai şüu¬run inkişaf qanunauyğunluqları isti¬qa¬mət¬ində idi. O, Azərbaycanın mə¬nə¬vi-mədəni həyatında islamın yeri və rolu, ic¬timai şüurun strukturu və onun ün¬sür¬lə¬ri¬nin qarşı¬lıq¬lı təsiri, ictimai şüurun yeni¬ləş¬di¬ril¬məsi və sağlamlaş¬dırıl¬ması yollarını araş¬dırıb.
    İdrak və şüur problemləri onu daha çıx düşündürüdü. Hələ 1961-ci ildə yazdığı “Sovet adamlarının süurundakı kapitalizm qalıqlarının aradan qaldırıması haqqında” kitabında çox mühüm bir məsələyə- ictimai şüurun ictimai varlıqdan geri qalmasının səbəb vənəticəsinə toxunmuşdir. Aradan xeyli müddət keçdikdən sonra, 1988-ci ildə nəşr edilmiş “Sosialist ictimai şüuru” adlanan əsərdə ictimai şüurun bir sıra aktual məsələlərinə işıq tutulmuşdur. Zənnimcə onun şüur problemi ilə bağlı qələmə aldığı “Adi şüur və onun inkişaf dialektikası” adlı yığcam kitab daha əhəmiyyətlidir. Müəllif adi şüurun daha çox şəxsi müşahidə və təcrübəyə əsaslandığını, gerçəkliyin predmet və hadisələrinin mahiyyətini tam aça bilmədiyini, əsasən ötəri təzahürləri əks etdirdiyini konkret misallarla əsaslandırmışdır.
    Dediyim kimi, Məqsəd Səttarov uzun illər din, ateizm və din tarixinin tədqiqi ilə məşğul olmuşdur. Bu cəhətdən onun “İslam dinində modernizasiya” əsəri diqqəti çəkir. Müəllif göstərir ki, insanların, ictimai həyat şəraitinin inkişafı, habelə insan təcrübəsinin artıb zənginləşməsi ilə əlaqədar dini etiqadlar da dəyişmış, yeni formalar almışdır. Bu proses yenə davam etməkdədir. Belə ki, elmi-texniki tərəqqinin, ictimai həyatın inkişafının təsiri ilə bağlı olaraq dində də müxtəlif dəyişikliklər baş verməkdədir. Onun son əsərlərindən biri- “Fəlsəfə və ideologiya” da maraq doğurmaqdadır.
    Məqsəd Səttarov Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi yollarını, habelə fəlsəfə, din, ontologiya, qnoseologiya və etikanın bir çox aktual problemlərini araşdırmışdır.
    Məqsəd müəllim Makovelski və Heydər Hüseynov kimi filosofların yetişdirməsi idi. Heydər Hüseynovun intiharı onun aspirant və tələbələrinin hamısını, o cümlədən Məqsəd Səttarovu çox sarsıtmışdı. O, arada öz müəllimləri haqqında maraqlı xatirələr danışmağı xoşlayardı.
    Məqsəd müəllim nə qədər ciddi və tələbkar olsa da, bir o qədər də həssas idi. Müharibənin ağrı-acılarını görmüş bu adam heç kəsin taleyinə biganə qala bilməzdi. Yeri gəlmişkən, şahidi olduğum bir hadisəni xatırlatmaq istərdim.
    Yadımdadır, günlərin bir günü “minimum” imtahanları qəbul edirdik. Gələcəyin elm adamları imtahan zalına daxil olur, biletlərini çəkir, kamali-ədəb və ehtiramla suallara cavab verirdilər... İmtahan verənlər zalı tərk edir, onları növbəti “həmkarları” əvəz edirdi. Belə gərgin anların birində qapı açıldı, ucaboy, qamətli bir oğlan daxil oldu. Amma o, tək deyildi, oğlanın qollarının üstündə gənc, yaraşıqlı bir ... xanım vardı. Düzü, Məqsəd müəllim də çaşdı, mən də. Əyləşmək üçün yer göstərdik. Oğlan ehtiyat və ehtiramla xanımı kreslada əyləşdirtdi. Təbii ki, onlardan biri imtahan verməyə gəlmişdi. Və çox güman ki, oğlan bu gənc xanımı imtahana gətirmişdi. Görəsən oğlan bu xanımın nəyi idi? Ehtimal ki, qardaşı, qohumu, sürcüsü ola bilərdi... Söhbət əsnasında belə məlum oldu ku ki, anadangəlmə qüsurla doğulmuş xanım imtahan verməyə gəlib. Oğlan onun həyat yoldaşı imiş. Bu yaraşıqlı oğlan bu zərif qızı sevib, onunla ailə qurub. Hər ikisi incəsənət sahəsinin adamı idi. Elmə maraq göstərirdilər. Oğlan əlini uzadıb bilet çəkdi və götürdüyü bileti qıza uzatdı. Qız sualları ucadan oxuyub cavab verməyə başladı. Onun sərrast nitqi, aydın diksiyası, yumşaq səs tembri vardı...
    Bir qədərsonra Məqsəd Səttarov əlinin işarəsi ilə “dayanmaq” işarəsi verdi. Qız susdu. Məqsəd müəllimin iri, yaşıl-qonur gözlərinin dərinliyində kədər qarışıq bir rəğbət işartısı parlayırdı. O, doluxsunmuşdu. Kitabçasında yazılmış yüksək qiyməti görən qız və onun həyat yoldaşı da qəhərləndi.
    Məqsəd müəllim üzünü oğlana tutub dedi:
    -Kişi oğlu, xanımın yaxşı hazırlaşdığına görə ona yüksək qiymət yazdıq. Sənə də bu böyük fədakarlığına görə şifahi də olsa “əla” yazırıq. Gedə bilərsiz. Bir-birinizdən muğayat olun.
    Oğlan təşəkkür edib xanımını ehtiramla qucağına götürdü...
    Mən bu yazını qələmə alarkən, aradan illər keçəndən sonra vaxtilə İncəsənət İnstitutunun məzunu və əməkdaşları olmuş, artıq vəfat etmiş həmin cütlüyün adını dəqiqləşdirdim: Mehman Abdullayev və Fəridə Allahverdiyeva. Onu da öyrəndim ki, indi onların övladları Türkiyədə yaşayır.
    ...Məqsəd müəllim öz dövrünün övladı idi. O, ağır döyüşlərdən çıxmışdı. Kommunist idi. Sosializmə, marksizmə ürəkdən inanırdı. Sovet quruluşunun dağılmasının da şahidi olmuşdu. Biz hərdən onunla gələcək haqqında söhbət edirdik. Bir dəfə söhbət əsnasında ona dedim ki, tarixi materializm filosofların, sosializm realizmi isə yazıçıların yetişməsinə mane oldu. Razılaşdı. Və əlavə etdi ki, o quruluşun da müsbət cəhətləri az olmayıb.
    Məqsəd müəllim çox maraqlı müsahib idi. Mühazirələri də canlı olurdu. Nitqində qısa fasilələr olurdu, adətən düşünə-düşünə, sanki daha sərrast, daha münasib ifadə və sözləri “seçə-seçə”, cilalayaraq danışırdı. Bu hallarda o, daha çox, özünün səliqə ilə yan-yana düzdüyü daşların üstündə naxışlar açan usta memara bənzəyirdi. Məqsəd Məmmədəli oğlu, necə deyərlər “dilinin üstündə dil bitən”, yəni onun öz təbirincə desək “bülbül kimi ötən”, amma dediklərinin içində hansısa bir rasional fikir olmayan natiqləri qəbul etmirdi. Ranqından asılı olmayaraq bu tipli adamların çıxışını dinləyəndə adətən deyərdi ki, filankəs mahiyyəti üzrə danışmır, mənasız söz yığımı üyüdür, dediyinin fərqinə varmır, cəfəngiyyat söyləyir. Bəli, o, həm yazılı, həm də şifahi nitqdə yalnız mahiyyət üzrə fikir bildirməyi qəbul edirdi. Başqa sözlə desək, Məqsəd Səttarov həm fəaliyyətin, həm fikrin, həm də ömrün mahiyyətini, yəni kvintessensiyasını aydın şəkildə ifadə etməyin tərəfdarı idi. Əsində elə filosofun missiyası mahiyyətə varmaq, həqiqət axtarmaqdan ibarətdir.
    Məqsəd Səttarovun tanışları çox olsa da, dostları az idi. Ən yaxın dostu uzun illərinin sınağından çıxmış akademik Firudin Köçərli və sədaqətli aspirantı professor Maqsud Cəlilov idi. Arada görkəmli dilçi alim Vaqif Aslanovu da Məqsəd müəllimin yanında görmək olurdu. O, Səttarovla eyni kənddə anadan olmuşdu. Aralarında 4-5 yaş fərq olsa da Universitetdə müxtəlif kurslarda paralel oxumuşdular. Bilənlər bilir, Vaqif müəllim çox savadlı, poliqlot, prinsipial alim idi. Amma onun hər adamla sözü tutmurdu. Xasiyyəti bir qədər tünd, yumşaq desək dili “iti” idi. Di gəl ki, onun Məqsəd müəllimlə söhbəti alınırdı. Mən sonralar eşitdim ki, 30-cu illərdə Vaqif Aslanovun atası İmaməlini şərləyib həbs edən zaman Məqsəd müəllimin atası onun xilas olması üçün əlindən gələni əsirgəməyib, nəticədə Vaqif Aslanovun atası cəza təhlükəsindən xilas olub. Yəqin ki, bu iki ziyalının xoş ünsiyyətinin yaranmasında bu hadisənin, bu faktın da rolu var idi.
    Məsəd müəllim qadınlara münasibətdə olduqca nəzakətli və diqqətli idi. Gözəlliyə qarşı etinasız deyildi. Yumor hissindən də xali deyildi, ekspromt aforizmlər deməyi xoşlayardı.
    O, ciddi ailə başçısı idi. Həyat yoldaşı və məslək dostu Olqa Mixaylovna uzun illər öz həyat yoldaşının doğma kəndində, Poyluda müəllim işləmişdi, Azərbaycan dilində çox təmiz, şirin bir ləhcə ilə danışırdı. Onların özləri kimi ziyalı övladları, üç oğlu vardı. Səhv etmirəmsə, Olqa xanım fransız-alman kökənli idi. Oqtay memar idi. Mikayıl geoloqdur, Rəcəb isə atasının yolunu seçib, filosofdur, vaxtilə Lomonosov adına MDU-nun fəlsəfə fakültəsini bitirib.
    Xatırlayıram, sonuncu nəvəsi, Rəcəbin oğlu İsmət anadan olanda Məqsəd müəllim çox sevinirdi. Mən zarafatla dedim: “Məqsəd müəllim, yəqin ki, nəvə də gələcəkdə atası və babasının yolunu seçib filosof olacaq”. O, gülümsəyərək dilləndi: “A kişi oğlu, təki xalqımız üçün gərəkli adam olsun”. İsmət Səttarov gənc olmasına baxmayaraq məsul işdə çalışır, hazırda Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədridir, özü də səhv etmirəmsə texnika üzrə fəlsəfə doktorudur.
    P.S.
    Bu il mənim mərhum elmi rəhbərim, gözəl alim, tanınmış filosof, vətənpərvər insan akademik Məqsəd Səttarovun anadan olmasının yüz ili tamam olur.
    Ehtiramla yad edirik.




























    Midhət Ağamirov. Marksist filosofun
    kredosu

    Midhət Ağamirov (15 may 1920, Şuşa – 1 noyabr 1995) -Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi.
    Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir.
    Midhət Ağamirov “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.
    O, 1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır.
    O,1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində “M.Ə.Sabirin ictimai-siyasi baxışları” mövzuisunda namizədlik dissertasiyasını, 1972-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
    M.Ağamirov 1986-cı ildən ömrünün sonuna kimi Fəlsəfə və Hüquq institutunnda “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin müdiri vəzifəsində işləmişdir.
    ...Bu gün vaxtilə, uzun illər birgə işlədiyim həmkarlarımı, indiki Fəlsəfə institutunun bir çox əməkdaşlarını xatırladım.
    Hər bir sahədə işləyənlərin öz spesifik xasiyyət və vərdişləri olur. Bu mənada filosoflar da istisnalıq təşkil etmir. Onlar haqqında indiyəcən az yazmamışam, söhbəti yenə davam etdirirəm.
    Midhət Ağamirov zəhmətkeş alim idi. 1920-ci ildə anadan olmuşdu. Rus və Azərbaycan dillərini yüksək səviyyədə bilirdi.
    Səhv etmirəmsə, əvvəllər Marksizm-leninizm fəlsəfəsi şöbəsinin müdiri idi. Marksist və qyri- marksist ideyalarla bağlı bir neçə kitabın müəllifi idi. Lenin demişkən, indi xatırladm ki, o, yeganə tərcüməçi idi ki, “proletariatın dahi rəhbərinin” Azərbaycan dilində nəşr edilən 55 cildlik əsərlərinin hamısının, daha doğrusu hər birinin tərcüməsində iştirak etmişdir.
    Bir qədər ətiacı, daha doğrusu mübahisə etməyi sevən, daim nəyisə israrla sübut etməyə meylli adam idi. İnstitutda az adamla salamlaşardı. Elə adamların çoxu da bu cəhətlərinə görə onunla salamlaşmayırdı. Hər iclasda söz alıb danışmağı xoşlayardı. O da yadımdadır ki, mənim yazdığım monoqrafiyanın müzakirəsi zamanı bir-iki durğu işarəsinin “yerində olmadığını” qeyd edib uzun-uzadı bir çıxış da etmişdi. Mən sakitcə onu dinləsəm də, yaşıdladı onu tənqid atəşinə tutdular. Dediyim kimi, irad tutub əhatəli danışmaq onun şakərinə çevrilmişdi. Adamlar isə, daha doğrusu bizdəki əksər filosoflar, qısa postulatlarla danışmağı xoşlayırdılar.
    Tənha yaşayırdı. Deyilənə görə vaxtilə evli olmuş, sonra ayrılmışdı, hətta bir qızı da vardı.
    Ağamirov ümumən səxavətli adam idi. Fikir vermişdim, yeməkxanada rəğbəti olan adamların pulunu kassaya ödəməyi sevərdi.
    Sosializmin mübəlliği, fanatı idi. Yəqin ki, başqa cür ola da bilməzdi. Marksdan, Lenindən sitatlar deyərdi, özü də orijinaldan. Bir az alman dilini də bilirdi.
    Rus dilini kamil dildiyinə görə filosofların əsərlərindəki “ağır” cümlələrinin tərcüməsi ilə üzləşənlər ona müraciət edərdilər. Yadımdadır. Mən bir dəfə yarızarafat ondan soruşdum ki, “qreçka” necə tərcümə olunur. Eynəyinin altından bir xeyli məni süzüb, nəhayət: “bilmirəm”- dedi və əlavə etdi: “Hər gün qreçka yeyirəm, amma bilmirəm dilimizdə necədir...” Gülüb dedim ki, “qarabaşaq”. Çiynini çəkib: “Hə, ola bilər, heç fikir verməmişəm”-dedi...
    Sovetlərin son illərində çox əsəbi idi. İllər boyu təbliğ etdiyi sistem gözünün önündə dağılırdı. O, həmin dövlətdən bir sıra yüksək fəxri adlar, böyük tirajla nəşr olunan tərcümələrdən və öz kitablarından iri məbləğdə qonorar almışdı. Yadımdadır, “köhnə hökumət” hələ çökməmiş gənclərdən biri həmin dövrdə adı yasaq olunmuş M.Ə.Rəsulzadənin şəklini qarderobun arxasından asmışdı. Paltar asılanda şəkil görünmürdü. Əslində o vaxtlar çox adam bilmirdi ki, bu fotoşəkildəki adam kim və nəçi olub. Bir dəfə Midhət Ağamirov “paltarsız” qarderobun arxasından şəkli görüb diksindi. Eynəyini çıxarıb diqqətlə baxdı. Başını bulayıb: “Bu kimdir belə? Bu şəkli kim asıb buradan?”-deyə əsəbi şəkildə soruşdu. Məsələdən agah olmayan və şəkildəki şəxsi tanımayanlar təəccüblə ona və şəklə baxıb sidq-ürəklə eyni sualı verdilər: “Doğrudan, o şəkildəki kişi kimdir?”
    Marksist-leninçi alim bir-iki kəlmə ittihamedici ifadə işlədib getdi. Sən demə, o, bu şəkildəki adamı yaxşı “tanıyırmış”...
    Onun yumoru anlamaq və sevmək qabiliyyəti də vardı. Yadımdadır. Bir dəfə belə bir əhvalat danışdı: “Müharıbədən sonra bizi- bir qrup tərcüməçini o vaxtkı Ali Sovetin sədri olan Mirbəşir Qasımovun yanına yığdılar. Sədr bir az ordan-burdan danışandan sonra bizdən soruşdu ki, bilirsiz sizi buraya niyə çağırmışam. Hamımız susduq. Mirbəşir Qasımov sakitcə ayağa durub əvvəlcə barmağını başının üstündəki şəklə sarı tutdu, sonra sanki salavat çevirirmiş kimi əlini üzündə gəzdirərək dedi ki, yoldaşlar, biz buraya toplaşmışıq ki, çox qısa bir zamanda Marks Əleyhünsəlam”ın on çoxcildliyini tərcümə edək... Halbuki Mirbəşir Qasımov rus dilini az qala heç bilmirdi...”
    Orasını da demək lazımdır ki, M.Ağamirov marksist olduğuna və Marksın əsərlərini tərcümə etdiyinə görə qürurlanır, bununla fəxr edirdi.
    p.s.
    Zənnimcə Midhət Ağamirovun tərcümə etdiyi bir sıra əsərləri yenidən nəşr etmək olar. Xüsusulə Fridrix Engelsin “Təbiətin dialektikası”, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”, habelə Vladimir Leninin “Materializm və empiriokritisizm”, “Fəlsəfə dəftərləri” əsərləri yenə maraq doğura bilər.














    Camal Mustafayev. Şəxsiyyət, Alim,
    Filosof, Vətəndaş.

    (Görkəmli filosof-pedaqoq Camal Mustafayev haqda iki yazı. O yazılardan biri onun sağlığında, digəri isə vəfatınfan sonra qələmə alınıb)

    Tərcümeyi-halından çıxarış:
    Camal Vəli oğlu Mustafayev (1928 – 4 dekabr 2017) — fəlsəfə elmlər doktoru, professor, Əməkdar elm xadimi.
    Camal Vəli oğlu Mustafayev 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olmuşdur. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində almışdır. Sonra Tbilisi ikiillik Müəllimlər İnstitutunda oxumuş, iki il Kosalı kəndində müəllim işləyib.
    Camal Vəli oğlu 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.
    1954-cü ildə SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olub. Aspirantura illərində onun elmi araşdırmaları "Nizaminin fəlsəfi və etik görüşləri" mövzusu ətrafında olmuşdur. O, bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir.
    C. Mustafayev 1957-1968-ci illərdə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir.
    1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alımlik dərəcəsinə layiq görülmüşdür.
    1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləmişdir.
    1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olmuşdur. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışmışdır.
    C. Mustafayev orta əsrlər Azərbaycan fəlsəfi fikri sahəsində bir sıra samballı əsərlər çap etdirmişdir. Xüsusən onun Nizami fəlsəfəsinə, XII əsr Azərbaycan düşüncəsinə aid əsərləri geniş oxucu kütləsinə bəllidir. Moskva və başqa şəhərlərin nüfuzlu jurnallarında əsərləri çap olunmuşdur. Onun Müsəlman şərq sosial utopiyasına aid tədqiqat işləri və s. əsərləri xarici dillərə tərcümə olunmuşdur.
    1.
    Vəzifə yükü
    Bu gün cəmiyyətdə ziyalıların rolu barədə çox müxtəlif, ziddiyyətli mülahizələr eşitmək mümkündür. Bəziləri ziyalını bitərəf mövqeli sosial qrupa, başqaları isə radikal təbəqəyə aid edirlər. Onları sosial müstəvinin “passiv” və “fəal”, “zəif” və “güclü” hesab olunan əks qütblərinə ayıran baxışlar da mövcuddur. İrili-xırdalı məclislərdə tez-tez kəskin mübahisələr səslənir: Kimdir ziyalı? Kimə ziyalı deyirlər? Onu başqalarından hansı keyfiyyətləri fərqləndirir və ya fərqləndirməlidir?
    Doğrudan da, axı sən kimsən, ziyalı?
    Təəssüflər olsun ki, həmin suala birbaşa, yığcam şəkildə cavab vermək mümkün deyil. Elmi ədəbiyyatda da “ziyalı” fenomeni haqqında bir mənalı, yekdil rəy mövcud deyil.
    Qəzetimizin əvvəlki saylarında olduğu kimi, bundan belə də ictimaiyyətin əsl ziyalı kimi qəbul etdiyi, nüfuzuna söykəndiyi ayrı-ayrı ziyalılarımız barədə, yəni konkret şəxsiyyət haqqında ayrıca yazılar dərc edəcəyik. Bugünkü söhbətimizin qəhrəmanı fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevdir.
    Camal Mustafayev M.Ə.Rəsulzadə adına BDU-nun etika və estetika kafedrasının müdiridir. Onun ziyalılığı dərin elmi savadında, mühakimə və baxışındadır. İşıqlı zəkası və geniş qəlbi ziyalılığa gözəl nümunədir.
    Bəlkə də bəziləri üçün o, zahirən çox şeyə laqeyd sözün müəyyən mənasında liberal adam təsiri bağışlayır. Amma onu uzun illər tanıyanlar yaxşı bilirlər ki, xırdaçılığa varmayan, kiçik intriqa və qeybçilikdən uzaq olan bu adam, prinsipial məsələlərdə həmişə çox aydın və dəqiq mövqedə dayanır, öz sözünü “qırmızıcasına”, şax deməkdən çəkinmir.
    Camal müəllim həmişə hakimiyyətlə müxalifətdə olan ziyalılardandır: “durğunluq” dövründə də, “yenidənqurma” əyyamında da. Elə indi – adını xüsusi terminlə formulə etməyə çətinlik çəkdiyimiz bir vaxtda da o, müxalifətdədir. Həm də bu, süni yalançı “müxalifətçilik” deyil. Yalanla, irtica ilə, despotiya ilə, anarxiya ilə barışmamaq onun alim-filosof təbiətindən irəli gəlir. Mən həmişə müşahidə edib görmüşəm ki, arı şana daraşan kimi, hakimiyyət stolunun ətrafındakı boş stollara can atan ziyalılara (adam az qalır “ziyanlı” desin) Camal müəllim necə acayıb, onların əvəzinə necə xəcalət çəkib.
    Camal Mustafayev bizim bəzi filosoflarımız kimi “partiya qərarlarından ruhlanaraq” gündə bir məzhəbə qulluq etməyib. Onun öz “əbədi” tədqiqat sahəsi, öz mövzusu olub. Orta yüzilliklər fəlsəfəsi, xüsusən Nizami haqqında fundamental tədqiqat görkəmli alimləri tərəfindən yüksək qiymətləndirilib.
    Onun elmi fəaliyyətinin mühüm bir qismi müəllimliklə bağlıdır. On illərdir ki, ötkəm və həlim səsi respublikanın müxtəlif ali məktəblərinin auditoriyalarından gəlir. Aristotel, Nizami, Kant, Hegel, Kamyu haqqında saatlarla söhbətinə qulaq asanlar yorulmur. Fəlsəfə tarixinin gözəl mütəxəssisi kimi öz şəxsi mülahizə və mühazirələri ilə tələbələrinin sevgisini qazanıb.
    O, daxilən azad, müstəqil bir şəxsiyyətdir.
    Ətrafımızda baş verən hadisələrə öz münasibəti var Camal müəllimin. O, hər cür yüksəlişin, inkişafın əsasında: istərsə də siyasi sahədə - mənəviyyatı başlıca amal hesab edir. Bəli, o, mənəviyyat adamıdır.
    Camal Mustafayev ümumi mücərrəd postulatlarla danışmağı sevmir, konkret misallara müraciət etməyi üstün tutur. Onun üçün mücərrəd xoşbəxtlik, abstrakt xeyirxahlıq yoxdur: xeyirxahlığı da ünvanlıdır, tənqidi də.
    Son zamanlara qədər öz ictimai mənliyini gizlədən, yaxud özünün “muzdur”, “nökər” ailəsindən olduğunu fəxrlə bəyan edən, hətta bundan istifadə edərək, vəzifə pillələri ilə üzüyuxarı dırmananların bir çoxu indi özünü “kapitalist”, “burjua” nəslinin nümayəndəsi kimi qələmə verir. Camal Mustafayevin valideynləri, ailə üzvlərinin çoxu repressiyanın qurbanı olub. Amma necə deyərlər, o kəshakəs, tuthatut illərindən belə, alim öz nəsli, şəcərəsi barədə fəxrlə danışır, heç nəyi gizlətmirdi. Professor belə hesab edir ki, hər bir kəsə onun əməyinə, xalq qarşısındakı, xidmətlərinə görə qiymət verilməlidir. İnsanda daxili qürur, əyilməzlik, vüqar olmalıdır. Ələbaxımlıq təkcə ayrı-ayrı adamları yox, elə bütöv milləti də fəlakətə düçar edə bilər. Görünür, bu səbəbdəndir ki, Camal müəllim keçmiş SSRİ xalqlarının xaricdən göndərilən ərzaq yüklü təyyarələrə - “Humanitar yardıma” hərisliklə əl açmasına çox yumorlu istehsalı münasibət bəsləyir. Doğrudan da, onun-bunun əlinə baxan millətin hansı xoş gələcəyi, hansı nikbin vəziyyəti haqda danışmaq olar?
    Camal Mustafayev tribuna, “meydan” ziyalılarından deyil. Hərçənd ki, milli dirçəlişdə, ictimai-siyasi şüurun təşəkkülündə heç bir müsbət, mütərəqqi yolu istisna hesab etmir. O, yeri düşəndə qədim yunan demokratiyasından, Şərq intibahından maraqlı detallar söyləyir, xalqımızın öz istiqlaliyyəti uğrunda apardığı mübarizədən vəcdlə danışır. Və belə hesab edir ki, təkamül, tərəqqi inkişaf təbii-tarixi bir proses kimi qiymətləndirilməlidir. Bu prosesdə hər bir ziyalının taleyinə, qismətinə, çiyninə müəyyən vəzifə düşür.
    Alimi çox vaxt cavanların əhatəsində görmək olar. Hər kəsin uğrunda özününkü qədər sevinir. Bəyəndiyi əsər, məqalə haqqında fəxrlə danışır, ürəyinə yatmayan fikri bəzən yumşaq tərzdə, bəzən də qətiyyətlə rədd edir. Öyrətməklə işini bitmiş hesab etmir, özü də öyrənir. Və bunu etiraf etməkdən çəkinmir. Görünür, elə bu səbəbdəndir ki, onun vaxtının, ömrünün çox hissəsi kitabxanaların qiraət zallarında keçir...
    Qoca Sokratın tez-tez təkrar etdiyi bir ifadə vardı: “Özünü dərk et!” Sonralar alman mütəfəkkiri Höte sual edirdi: “Özünü necə dərk etməli?” Və elə özü də cavab verirdi – fəaliyyətlə, öhdənə düşən vəzifəni yerinə yetirməklə.
    Professor Camal Mustafayev öz öhdəsinə düşən vəzifəni həmişə namusla yerinə yetirir: bir vətəndaş kimi, ziyalı kimi...
    P.S. Professor Camal Mustafayev famildaşım-soydaşım olsa da, qohumum deyil.
    13 may 1992-ci il

    2.
    Bu dünyanın işığı bir qədər azaldı...
    Camal Mustafayev dünyasını dəyişdi.
    Məlumatı bu səhər eşitdim. Onu da eşitdim ki, öz vəsiyyətinə görə Qarayazının (Qardabaninin) Kosalı kəndində dəfn ediləcək.
    Xalqımız özünün çox ləyaqətli, istedadlı, nəcib, dəyanətli övladlarından birini də itirdi.
    Camal müəllim sözün əsl mənasında Şəxsiyyət, Alim, Filosof, Vətəndaş idi.
    Aramızdakı böyük yaş fərqinə baxmayaraq, bizi uzun illərin dostluq telləri bağlayırdı. Əslində o dövrün, ötən əsrin uzaq və yaxın 70-80-si illərinin gəncliyinin bir neçə yaxın dostu vardı ki, onlardan biri də Camal müəllim idi. Bizi Axundov kitabxanası dostlaşdırmışdı. Az qala, bütün günümüz o işıqlı məbəddə keçirdi.
    Camal müəllim kitabxanaya gələnlər arasında az qala “öz statusu” olan bir adamdı. Əslində kitablar Camal Mustafayevin ən yaxın dostu, Camal Mustafayevsə kitab oxuyanların ən yaxın dostu idi. Bax, onun “statusu” bu idi.
    O vaxtlar filosof Asif Ata (Əfəndiyev) də həmin kitabxanaya tez-tez gələn adamlardan biri idi. Adəti üzrə hər adamı saymayan, bir qədər acıdil Asif müəllim, həmkarı Camal Mustafayev haqda söhbət düşəndə ehtiramla: “O, filosofdur”-deyərdi.
    Bəli, o, filosof idi. Dostlardan bəziləri familiyamız eyni olduğuna görə, hətta, bizi qohum hesab edirdi. O da, mən də adətən bu barədə söhbət düşəndə təxminən eyni fikri deyərdik: “Biz qohumuq, amma mənəvi cəhətdən...”
    Bəzən məndən soruşardılar: “Görəsən, Camal müəllim niyə belə az yazır?”. Mənim Cavabım adətən belə olardı: “Əksinə, Camal müəllim ən məhsuldar alimlərimizdəndir. Bir tarixə baxın, Sokratdan bizə bir yazılı cümlə belə gəlib çatmayıb. Çünki o, öz ideya və fikirlərini şifahi şəkildə yayıb. Amma Camal müəllimin həm yazılı fikirləri çoxdur, həm də şifahi”.
    O, dünyanın ən zəngin adamlarından biri idi. Əlbəttə, mənəviyyatca.
    Cüzi qazancını, maaş və qonorarını gənclərə xərcləməkdən xüsusi zövq alardı.
    ...Bir neçə il əvvəl dostlardan biri ilə (Vahid Ömərlə) vədələşib onun mikrorayondakı mənzilinə getdik. Yataq xəstəsi idi. Düzü, inanmırdım ki, bizi tanıyacaq. Amma... dünən xudahifizləşib ayrılmış adam kimi qarşıladı bizi. Səsi gümrah idi. Xeyli söhbət etdik. Dedi ki, hələ otuz il bundan əvvəl mənim haqqımda yazmısan, yaxşı xatırlayıram... Sonra dahi Nizamidən söhbət açdı, vaxtilə onun haqqında doktorluq müdafiə etmişdi. Sonra çox sevdiyi Səməd Vurğunla bağlı xatirələrini danışdı. Dedi ki, bilirəm son vaxtlar Səmədə qarşı hücumlar var. Qoy olsun. Bu, ötəri bir şeydir. Mən Vurğunun şairliyini qoyuram bir kənara, onun “məmurluğunu” yada salmaq istəyirəm. Bunun üçün təkcə öz həyatımdan misal çəkməyim kifayətdir: o zaman atası repressiya qurbanı, “xalq düşməni” olan bir gənci aspiranturaya göndərmək hər oğulun işi deyildi. Bunu o vaxt yalnız Səməd Vurğun edə bilərdi və etdi də... Onda Səməd Elmlər Akademiyasının vitse-prezidenti idi... Bir özünüz fikirləşin, indiki “akademiklərdən” hansı belə cürətə malik ola bilər?.. İndiki “alimlərimiz”, “şairlərimiz” adi bir icra başçısının, polis rəisinin qorxusundan cınqırını çıxara bilmir, o ki ola hansısa “vurulmuş” bir adamın övladına əl tutmaq... İndi az qala yoxdur elə adamlar...
    Bilirdi ki, elmi fəaliiyətlə yanaşı bədii yaradıcılıqla da məşğul oluram. Məni sorğu-suala tudu. Dedim ki, yenə yazıb-pozuram. Dedi ki, yoxsa kitabsız gəlmisən bizə?.. Düzü, onu yormaq istəmirdim. İsrar edib kitab istədi. Çantamdan çıxartdığım “Qapı” romanını stolun üstünə qoydum. Dedi ki, mütaliəm köhnə qaydada davam edir. Məni kitablardır yaşadan...
    Aradan bir-iki gün keçmiş ev telefonum zəng çaldı. Dəstəyi götürdüm. Camal Mustafayev idi. Əvvəlcə onu soruşdu ki, sizin nəsildən repressiyaya məruz qalan olubmu? Dedim ki, bəli, babamı 34-cü ildə güllələyiblər. Dedi ki, sən demə, bizi həm də elə bu dərd “qohum” edibmiş. Axı mənim atam da repressiya qurbanı olub. Sonra əsər haqda geniş təəssüratını danışmağa başladı. Düzü, ona kitab verdiyimə görə bir az peşimançılıq hissi də keçirdim. O, bunu hiss edib dedi:
    -Yaxşı ki, belə bir mövzuya müraciət etmisən. Yaxşı ki, belə bir kitabı mənə də təqdim etmisən. Mən indiyəcən bizdə bu mövzuya belə geniş spektrdən yanaşan yazıçı görməmişəm. Elə bilirdim ki, təkcə ruslar yazıb bu mövzuda. Bu roman bizim babalarımıza-atalarımıza qoyulan ən yaxşı abidədir...
    O, əsərdəki obrazları, xarakterləri, hadisələri geniş təhlil süzgəcindən keçirir, xahiş edirdi ki, onun dediklərini qələmə alım. Amma mən onun dediklərini yazmağa bir ehtiyac duymurdum. Axı Sokrat üçün yazıdan daha önəmli bir şifahi dil də var. Bəlkə də bu dil, yazılı dildən daha uzunömürlüdür.
    ... Mən hərdən özüm-özümə bir sual verirəm: “Görəsən, əsl azərbaycanlı, lap elə bu dünyanın əsl adamı necə olmalıdır?” Və istər –istəməz gözlərim önündə bir neçə insanın obrazı canlanır. Həmin obrazlardan biri Camal Mustafayevin, bu nurlu, kübar, ziyalı, ağayana insanın obrazıdır.
    Hər bir işıqlı insanın bu dünyanı tərk etməsi ilə sanki dünyamız bir az kiçilir, bir az daralır, hətta bir az qaranlıqlaşır.

    Bizi bir işıqlı insan tərk etdi bu gün...
    Çoxları ona “Dədə Camal” deyərdi.
    Əlvida, Dədə Camal.
    02 dekabr 2017-ci il



    Tofiq Rəsulov. O, seçdiyi sənətin əsl
    mahiyyətinə sadiq idi

    Tərcümeyi-halından çıxarış:
    Tofiq Əli oğlu Rəsulov ( 21 may1930, – 3 may 2012 ) — Fəlsəfə elmləri namizədi, ictimai xadim, pedaqoq, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi
    Tofiq Əli oğlu Rəsulov 21 may1930-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində Azərbaycanın sayılıb-seçilən, əsl xalq ziyalılarından biri olmuş, ədalətli və xeyirxah dövlət qulluqçusu kimi tanınmış, el ağsaqqalı Əli Rəsulovun ailəsində dünyaya göz açıb. O, çoxuşaqlı ailədə böyüyüb. İki qardaşı, altı bacısı hamısı ali təhsil alıb. Bir qardaşı və bir bacısı dissertasiya müdafiə edib, elmlər namizədi alimlik adını alıb.
    Tofiq Rəsulovun uşaqlığı,yeniyetməliyi və ilk gəncliyi Gədəbəy, Tovuz və Zəngilan rayonlarında keçib. Tofiq Rəsulov orta təhsilini, əvvəlcə Tovuz rayonunun Puşkin adına orta məktəbində almış, sonra isə atası Əli Rəsulovun, Zəngilan rayon partiya komitəsinə ikinci katib təyin edildiyi üçün, Zəngilan rayonunun Pircivan kəndində davam etdirmiş və 1947-ci ildə həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə yüksək balla Azərbaycan Dövlət Universitetinin (indiki BDU ) tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetində yaxşı oxuması və ictimai fəaliyyəti nəzərə alınmış və 1952-ci ildə universiteti bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutunun fəlsəfə kafedrasına müəllim göndərilmişdir. Bir müddət Gəncə Dövlət Pedaqoji İnstitutunda kabinet müdiri vəzifəsində çalışdıqdan sonra 1954-cü ildə SSRİ EA Fəlsəfə və Hüquq İnstitutunda aspiranturaya daxil olmuş və 1958-ci ildə “XIX əsrin axırlarında pozitiv sosiologiyanın tənqidi” mövzusunda böyük uğurla namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi adını almışdır. Moskvadan qayıtdıqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. Tofiq Rəsulov, 1961-ci ildən Azərbaycan KP MK-da mühazirəçi olmuş, 1961-1962-ci illərdə Azərbaycan Kommunist Partiyasının orqanı olan “Azərbaycan kommunisti” jurnalında redaktor müavini təyin edilmiş və 4 il burada işləmişdir. 1966-1969-cu illərdə Bakı Ali Partiya Məktəbinin fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmış, 1969-cu ilin sentyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mühazirəçilər qrupunun rəhbəri təyin edilmışdir. Respublika “Bilik” cəmiyyəti rəyasət heyyətinin üzvü, Bakı Marksizm-Leninizm Universiteti fəlsəfə kafedrasının rəhbəri olmuşdur. 1981-ci ildən Bakı Ali Partiya məktəbində fəlsəfə kafedrasınn müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradıldıqdan sonra akademiyanın “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində ömrünün sonuna kimi çalışmışdır. 1989-cu ildə professor adı verilmişdir.
    Tofiq Əli oğlu Rəsulova Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxfi adı almışdır.[1]
    Professor T.Ə.Rəsulov 3 may 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
    Bəli, Tofiq müəllim may ayında dünyaya göz açıb və may ayında da vəfat edib. Mən bu müxtəsər yazını o, sağ ikən, 80 illik yubileyində qələmə almışam.
    Tofiq müəllimi ilk dəfə nə vaxt, harada gördüyümü indi bütün təfərrüatı iıə xatırlamıram. Amma orası yaxşı yadımdadır ki, mən hələ uşaq olarkən onun adı evimizdə ehtiramla çəkilərdi. Tofiq Rəsulov anam Firəngiz Rəhim qızının əmisi oğludur. Anam hər yay ozünün boya-başa çatdığı doğma kəndə- Düzrəsulluya gedəndə çox vaxt məni də özü ilə oraya aparardı. O zamanlar Düzrəsulluda görüb görüşdüyüm maraqlı insanlardan biri də Tofiq müəllim olardı. Mənim uşaqlıq xarirələrimdə Tofiq müəllim sadə, təvazökar, təmkinli bir adam kimi qalıb. Və ən maraqlısı budur ki, ötüb keçən zaman onu, sözün yaxşı mənasında, dəyişə bilməyib- aradan keçən illər ərzində görkəmli ziyalımız həmin gözəl insani keyfiyyətlərini qoruyub saxlayıb və üstəlik daha da zənginləşdirib.
    Yeri gəlmişkən deyim ki, Düzrəssullu kəndinin bünövrəsini qoyan Rəsul kişi Tofiq müəllimin ulu babasıdır. İndi bütün Şınıx mahalında və ölkəmizin müxtəlif guşələrində həmin Rəsul kişinin adlı-sanlı nəvə-nəticələri çoxdur və onlardan biri də artıq omrünun səksəninci baharını qarşılayan Tofiq Əli oğlu Rəsulovdur. Burası bir həqiqətdir ki, Tofiq Rəsulov bahar aylarından birində- qış çıxandan sonra- gülün, çiçəyin təbiətə “meydan oxuduğu” bir gündə dünyaya göz açmışdır.
    Mən bu müxtəsər yazıda öz səxavətlı və yumşaq-ipək təbiəti etibari ilə daha çox baharı xatırladan Tofiq Rəsulovun bir neçə ümdə cəhətini önə çəkmək istəyirəm.
    Xalq arasıda belə bir ifadə var: ”filankəs el adamıdır”. Sözün həqiqi mənasında Tofiq müəllim xalq adamı, el-oba adamıdır. Yox, mən heç də onu demək istəmirəm ki, bu müdrik insan təkcə bir el-obaya məxsusdur. Qətiyyən! O, bütün Azərbaycan üçün gərəkli bir şəxsiyyətdir və onun özünün yetirmələrinin səsi-sorağı da ölkəmizin hər bir güşəsindən eşidilməkdir. Mən bu sözlərlə həm də onu demək istəyirəm ki, Tofiq Rəsulov bir təcrübəli pedaqoq, müdrik insan kimi, yaşından və tutduğu mövqedən asılı olmayaraq, hər kəslə onun öz dünyagörüşü səviyyəsində sohbət etməyə qadir şəxsiyyətdir.
    Mən deyərdim ki, Tofiq Rəsulov anadangəlmə filosofdur. Amma o, necə deyərlər, təkcə təbiətin bəxş etdiyi istedadla qane olmur, yaşının bu müdrik çağında da daim arayır-axtarır, mütaliə edir, yeni elmi-nəzəri mülahizələrlə tanış olur, öz öyrəndiklərini geniş auditoriyanın ciddi mühakimə obyektinə çevirməkdən çəkinmir. Şəxsən mən özüm fəlsəfi problem və paradiqmalara, bu müstəvidə aparılan mübahisə və diskussiyalara az –çox bələd olsam da, Tofiq müəllimlə hər görüşdə ondan yeni-yeni informasiya və mülahizələr eşidir, baş verən hadisə və proseslərə onun orijinal şəxsi münasibət və baxışının şahidi oluram.
    Tofiq müəllim “klassik” adamlardan və alimlərdən biridir. Onun bu və ya digər problemlə bağlı illər boyu formalaşmış mühakimə və müşahidələri vardır. O, bizim bir çox hövsələsiz dost, taniş və həmkarlarımızdan fərqli olaraq, baş verən bu və ya digər taleyüklü məsələ və hadisələrə gündə bir cür “qiymət” verməyə çalışmır; əksinə, o, hər cür komformist və “mövsümi” təəssürat yaratmaqdan çox-çox uzaq bir insan kimi daim obyektiv mövqedən çıxış edir. Bilənlər yaxşı bilir ki, Tofiq müəllim qiymətləndirdiyi hadisənin mahiyyətinə varmağa, yüz ölçüb-bir biçməyə, nəhayət, onu olduğu kimi təqdim etməyə çalışır. Elə bu səbəbdəndir ki, onun qiymətləndirmə “meyarının” hüdudları geniş, ömrü isə uzun olur.
    Tofiq müəllim çox təcrübəli pedaqoq və maarifçidir. Onun təmkini rəftarı, səlis nitqi, məntiqli mühakimələri, mədəniyyəti, oturuşu-duruşu, müsahibinə diqqəti, ağsaqqallara hörməti, gənclərə qayğısı çoxlarına örnək ola bilər.
    Tofiq Rəsulovun həyatını mütaliəsiz təsəvvür etmək olmaz. O, yeni çapdan çıxan və diqqəti az-çox cəlb edən hər bir elmi-fəlsəfi əsər haqqinda öz maraqli, bənzərsiz fikirlərini söyləməkdən zövq alır. Onun dünya ədəbiyyatının görkəmli simaları ilə bağlı mülahizələri də həmişə dinləyicidə maraq doğurur.
    Tofiq müəllim təbiətən nikbin, işıqlı adamdır. O, insanlarda yalnız müsbət, işıqlı cəhət və keyfiyyətlər axtarmağa çalışır; bəlkə də bəzən insanları pis əməllərdən çəkindirməyin rasional yollarından biri elə budur.
    Mən adətən lakonik danışmağı xoşlayan Tofiq Rəsulovla bağlı bu lakonik təəssüratımı buradaca başa vuraraq, ona can saqlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzu edirəm.
    P.S.
    Flsəfənin əsas anlamı “müdrikliyə sevgi” ilə bağlıdır. Tofiq Rəsulov seçdiyi sənətin əsl mahiyyətinə sadiq idi.
    Təəssüf ki, biz bu görkəmli alimi, nadir şəxsiyyəti tez itirdik.
    Tofiq müəllim onu tanıyanların yaddaşında daim müdrik bir insan kimi qalacaq.






    Cəmil Əhmədli. Fəlsəfə onun həyat yolunun mahiyyətidir

    Tərcümeyi-halından çıxarış:
    Cəmil Əhmədli 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində tanınmış pedaqoq Mirzə Teymur Əhmədlinin ailəsində doğulmuşdur. 1938-ci ildə birinci sinifə gedən C.Əhmədli müharibə illərində, məktəblərin çətin fəaliyyət göstərdiyi dövrdə atasının yanında təhsil almışdır. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən respublikada keçirilən riyaziyyat olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi C.Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak etmiş və onun həmin instituta qəbul olunduğunu bildirmişdi. Lakin maddi çətinliklərə görə Cəmil Əhmədli Moskvaya gedə bilmir, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə verərək qəbul olmuş, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
    Cəmil Əhmədli 1953-cü ilin yayında SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yolu ilə imtahan verərək qəbul edilmişdir. 1956-cı ildə Akademik Teodar Oyzermanın rəhbərliyi ilə "Azadlıq və zərurət" mövzusunda dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1960-cı ildə Bakıda nəşr edilən "Azadlıq və zərurət" (rus dilində) kitabı mövzuya dair keçmiş SSRİ məkanında ilk monoqrafiya idi.
    1954-1956-cı illərdə Moskva Dövlət Universitetində, 1958-1962-ci illərdə Azərbaycan Sənaye İnstitutunda, 1963-1972-ci illərdə Bakı Ali Partiya Məktəbində, 1959-1974-cü illərdə Azərbaycan SSR EA-nın Aspiranturasında fəlsəfə kursundan dərs demişdir.
    1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi katib kimi fəaliyyət göstərmiş , baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1958-ci ildən etibarən "Materialist dialektikanın qanun kateqoriyası" mövzusu üzərində çalışmış, 1963-cü ildə 20 çap vərəqi həcmində 2 böyük monoqrafiya çap etdirir. 1964-cü ildə bu əsərlər filosofun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.
    1966-cı ildə bərpa edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Fəlsəfə kafedrasının müdiri olan C.Əhmədli 1990-cı ilə qədər orada müdir vəzifəsində çalışmışdır. 1990-cı ildən 2000-ci ilə qədər Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasının müdiri vəzifəsində işləmişdir.
    Cəmil Əhmədli Bakı Dövlət Universitet-ində Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının professoru olmuşdur.
    Cəmil Əhmədli 2010-cu il fevralın 9-dan 10-na keçən gecə dünyasını qəflətən dəyişib. Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
    Akademik Qoşqar Əhmədovunn qardaşıdır.
    Məmləkətimizdə “Mən filosofam!” -deməyə səlahiyyəti çatacaq adamları barmaqla saymaq olar. Həmin tək-tük adamlardan biri də şübhəsiz ki, Cəmil Əhmədlidir.
    Səd heyiflər ki, çağdaş zamanda digər elm sahələri kimi fəlsəfə də bir növ özünün təbəddülat dövrünü yaşamaqdadır. Amma qəribə burasındadır ki, məhz belə bir dövrdə filosof olmaq eşqinə düşənlərin sayı gündən-günə çoxalmaqdadır.
    Fəlsəfənin mahiyyətini, əgər belə demək caizsə, kvintessesiyasını dərk etməyənlər fəlsəfədən çox sədsəfə ilə məşğuldurlar. Belələri dünən də olub, bu gün də var və yəqin ki, sabah da olacaq.
    Cəmil müəllim seçdiyi elmə necə olursa- olsun, filosof olmaq xatirinə gələnlərdən deyil. Fəlsəfə Cəmil Əhmədli ömrünün, həyat yolunun mahiyyətindədir. O, fəlsəfənin köməyilə kainatı, dünyanı, yaşadığı mühiti, nəhayət özü- özünü dərk etməyə çalışıb.
    Cəmil müəllim fəlsəfə elminə bir çoxları kimi altdan yuxarı və ya üstdən aşağı baxmayıb. O, bütün həyat və fəaliyyəti boyu fəlsəfə ilə paritet əsasda birbaşa təmasda, üz-üzə, göz-gözə olub. Özünün axtardığı sualların cavabını fəlsəfədə tapmağa çalışan Cəmil Əhmədli, bir çox hallarda fəlsəfənin axtardığı suallara özü cavab verməli olub.
    Cəmil Əhmədli fəlsəfəyə hansısa elmin “yedəyi”, “qoşqusu” kimi yanaşmayıb. Fəlsəfə onun üçün ideoloji lokomativ rolunu oynamayıb. Fəlsəfə kimisə “vurmaq” üçün siyasi toxmaq, zona vəzifəsini də icra etməyib onun üçün. Məhz buna görə də, Cəmil Əhmədli statistika idarəsinin rəqəmlərindən ilham alaraq, sayı beşillikdən- beşilliyə artan ( və ya azalan) məişət tikintilərindən, hamam və dəlləkxanalardan yazan, elmi səngəri tez-tez dəyişən, gah teoloq, gah da ateist olan “filosoflardan” fərqli bir yolla getmişdir. Nəticədə idrak nəzəriyyəsinə, fəlsəfə tarixinə, sosiologiyaya, etik və estetik fikir tarixinə aid qiymətli əsərlər meydana gətirmişdir. Bütün bunlarla yanaşı o, tərcümə və redaktorluq işi ilə məşğul olmuş, aspirantlar və dissertantların yetişməsi, pərvazlanması üçün əlindən gələni əsirgəməmişdir.
    Və bəlkə də, ən ümdəsi budur ki, Cəmil Əhmədli orijinal bir insandır. O, zahirən tündməcaz, adamayovuşmaz görünsə də, təbiətən yumşaq, həm də prinsipial bir şəxsiyyətdir. Yeri gəlmişkən, onun xarakterinə yad olmayan bir keyfiyyəti də xüsusi qeyd etmək istərdim.
    Cəmil müəllim yenilkçidir. Məhz Əhmədlinin təşəbbüsü və rəhbərliyi ilə 1969-cu ildə Azərbaycanda ilk sosioloji laboratoriya yaradılmışdır. Laboratoriyanın əməkdaşları fəaliyyət göstərdikləri 15 il ərzində 10-a yaxın aktual mövzu üzrə tədqiqat keçirmiş, 100-dən çox kitab, elmi məqalə çap etdirmiş, 10-dan çox beynəlxalq konfransların təşkilatçıları, iştirakçıları olmuşlar.
    Mənim o qədər də sıx- sıx görüşmədiyim, necə deyərlər, toyda- yasda rastlaşdığım Cəmil müəllim çox hazırcavab, yumoru sevən və qiymətləndirən adamdır. O, öz söhbətlərinin bir çox “qəhrəmanlarını”olduqca dəqiq ştrixlərlə qeyd etməyi bacarır.Adətən bu cür “ədəbi” müşahidə və obrazlı təsvir qabiliyyəti istedadlı, həssas yazıçılarda olur.
    Son günlərdə Cəmil müəllimlə Bakı Avrasiya Universitetində (keçmiş Ali Diplomatiya Kollecində) görüşüm oldu. O, həmişə olduğu müasir elmin qarşısında duran ümdə vəzifələrdən, özünün son dövrdə yazdığı elmi araşdırmalardan söz açdı. Və söhbətin sonunda bir neçə maraqlı və ibrətamiz məsəl gətirdi.
    Mən görüşümüzdən istifadə edib böyük alimimizi yubiley münasibəti ilə təbri etdim. O, gülüb dedi ki, filosofun konkret yaşı olmur.
    p.s.
    Mən bu yazını professor Cəmil Əhmədlinin sağlığında qələmə almışam. Görkəmli filosofumuz bir qış günü gözlərini bu dünyaya yumdu.









    Yusif Rüstəmov. Filosofun həqiqətə
    sevgisi

    Yusif İman oğlu Rüstəmov - Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Universitetinin prorektoru (2000-2003), Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, Fəlsəfə Dissertasiya Şurasının sədri, Fəlsəfə, politologiya və sosialogiya elmləri üzrə Respublika Problem Şurasının sədri, öz təşəbbüsü ilə təsis etdiyi Fəlsəfə Cəmiyyətinin prezidenti, "Fəlsəfə", "Elmi əsərlər", "Qərb-Şərq sivilizasiyalarının dialoqu" jurnallarının baş redaktoru.
    Yusif İman oğlu Rüstəmov 1932-ci il dekabrın 29-da Qazax şəhərində doğulmuşdur.1954-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsini fəlsəfə ixtisası üzrə bitirmişdir. (1964-cü ildən 1974-cü ilədək) Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışmışdır. Y.Rüstəmov 1973-cü ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini, 1977-ci ildə isə professor elmi rütbəsini almışdır. Y.Rüstəmov 1974-2003-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (hazırda Bakı Slavyan Universiteti) kafedra müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda da 2000-2003-cü illərdə özəl əsaslarla fəaliyyət göstərən Azərbaycan Universitetinin prorektoru vəzifəsində fəaliyyət göstərmişdir. Professor Y.Rüstəmov 2003-cü ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru təyin edilmişdir.
    Elmi əsərlərindən özünəməxsus diqqətəlayiq yer tutan kitablarından biri 2005-ci ildə nəşr etdirdiyi "Türk fikir tarixi haqqında mülahizələr"dir. Kitab müəllifin müxtəlif illərdə qələmə aldığı və ayrı-ayrı kitab və jurnallarda dərc olunan yazıları əsasında tərtib edilmişdir.
    O, 15 il Dissertasiya Şurasının üzvü, 3 il isə həmin şuranın sədri olmuşdur. 10 il AAK-ık Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Fəlsəfə, politologiya və sosialogiya elmləri üzrə Respublika Problem Şurasının sədri olmuşdur. Filosof eyni zamanda bir sıra elmi şuraların üzvü olmuşdur.
    Yüsif Rüstəmov 20-dən çox elmi monoqrafiyanın elmi redaktoru olmuş, onlara rəy vermişdir. "Fəlsəfə", "Elmi əsərlər", "Qərb-Şərq sivilizasiyalarının dialoqu" jurnallarının baş redaktoru, ölkəmizdə öz təşəbbüsü ilə təsis etdiyi Fəlsəfə Cəmiyyətinin prezidenti olmuşdur. Azərbaycan Milli Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur. Y.Rüstəmovun rəhbərlik etdiyi Filosoflar Cəmiyyəti YUNESKO-nun Beynəlxalq Fəlsəfə Cəmiyyətinə üzv qəbul edilmişdir.
    **

    Adi şüurun imкanlarına və məişət səviyyəsində düşüncəyə söyкənən mühaкiməyə görə, filоsоf ya çох sadə həqiqətləri qəliz, qеyri-müəyyən anlayışlarla izah еdən, ya da кi, əкsinə-qəliz fiкirləri bəsit şəкildə intеrprеtasiya еdən şəхs оlmalıdır.
    Əslində isə filоsоf hər iкi təsəvvürdən uzaq - həqiqətə söyкənən bir dünyagörüş sahibidir və hеç də təsadüfi dеyildir кi, fəlsəfənin bir tеrmin кimi açması, qəbul еdilmiş ənənəvi “müdriкliyə sеvgi”dən başqa, həm də həqiqətə sеvgi dеməкdir.
    Yusif Rüstəmоvu bir fəlsəfə tədqiqatçısı, filоsоf кimi səyiyyələndirən ən ümdə кеyfiyyətlərdən biri оnun məhz кlassliк anlamda ifadə оlunan həqiqətə sеvgisi, həqiqətə bağlılığıdır. О, bir insan кimi daim tapındığı həqiqətlərdən yazmağa üstünlüк vеrir. Tədqiqatçı daha çох Şərq fəlsəfəsinin araşdırılması ilə məşğul оlsa da, nеyə dеyirlər həqiqətin paradiqmalarını bütöv halda təsəvvür еdir və bu mənada оnun “Şərq” və “Qərb” fеnоmеnləri biri-digərini inкar еtmir, “оnun həqiqəti” lокallıqdan daha çох qlоballığa, bütövlüyə maliкdir və ya buna mеyllidir.
    Yusif Rüstəmоv tariх fəlsəfəsinə və fəlsəfə tariхinə tеz-tеz mürayiət еdir. Amma mahiyyət və düşünyə еtibarilə о, çağdaş, çеviк ağıla maliк alimdir. Hеç də təsadüfü dеyildir кi, filоsоfun gərgin zəhmətinin nətiyəsi оlan tədqiqat əsərləri, sanballı mоnоqrafiyaları və qiymətli dərsliкləri gеniş auditоriya tərəfindən maraqla qarşılanmaqdadır.
    Yusif müəllim uzun illər tələbə və aspirantlara fəlsəfə еlminin, nеyə dеyərlər, sirlərini öyrətmişdir. Indi оnun yеtirmələrinin səsi-sоrağı müхtəlif еlmi-iytimai-siyasi-pеdaqоji auditоriyalardan gəlir.
    Yusif Rüstəmоv təbiəti еtibarilə bir sıra “ağır”, “təmкinli” filоsоflardan fərqli оlaraq еmоsiоnal, həssas adamdır. О, qəbul еtmədiyi fiкri (həmin fiкirləri söyləyənin “ranq”, titul və sinindən asılı оlmayaraq) anındaya təкzib еtməyə üstünlüк vеrir; о, üzdə bir, batində ayrı yür, yəni «diplоmatiк» mülahizə yürütməməyə çalışan alimlərdən dеyildir.
    Adətən filоsоfu daha çох yalnız təfəккürə üstünlüк vеrən insan кimi qələmə vеrməyə çalışırlar. Əlbəttə, zəкa filоsоfun başlıya кеyfiyyətidir. Bu, öz yеrində. Amma əsl filоsоflar həm də duyğulu ürəк sahibləri оlur. Bu mənada Yusif Rüstəmоv dünyaya, həqiqətə təкcə ağlı və ürəyi ilə dеyil, həm də ağlının ürəyi və ürəyinin ağlı ilə baхmağa çalışan və buna nail оlan filоsоfdur.
    P.S. Bu yazı fəlsəfə еlmləri dокtоru, prоfеssоr Yusif Rüstəmоvu anadan оlmasının 75 illiyi münasibəti ilə qələmə alınmışdır.
    Görkəmli alimimiz 2010-cu ildə vəfat etmişdir








    Əmrəli İsmayılov.Sonuncu ateist
    filosofun olumu və ölümü

    Tərcümeyi-halından çıxarış:
    Əmrəli İsmayılov 1937-ci il yanvarın 5-də ildə Gədəbəy Rayonunun Slavyanka kəndində anadan olmuşdur. Orta məktəbi Slavyankada bitirmiş, 1956-cı ildə BDU-nun tarix fakültəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət “Vışka” qəzetində ədəbi işçi vəzifəsində çalışmışdır.
    1963-cü ildə Azərbaycan EA-nın fəlsəfə sektorunun aspirantıurasına daxil olur., SSRİ EA-nın aspiranturasında Azərbaycan üçün ayrılmış yerdə təhsilini davam etdirir. Namizədliyi müdafiə etdikdən sonra Fəlsəfə İnstitutunda çalışır. Laborantdan şöbə müdirliyinəcən bir yol keçir. Əmrəli İsmayılov 10 nəfər elmlər namizədi hazırlamışdır. O, 4 monoqrafiyanın müəllifi, 7 kitabın tərtibçisidir. O, bir müddət Akademiyanın Rəyasət Heyətində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir. Əmrəli İsmayılov 14 sentyabr 2019-cu il tarixdə vəfat etmiş, doğuldugu Slavyanka kəndində dəfn olunmuşdur.
    Tanınmış filosof Əmrəli İsmayılov dünyasını dəyişdi.
    Bu xəbəri mənə bir müddət əvvəl onun bacısı oğlu çatdırdı.
    Bir neçə gün öncə telefonum zəng çaldı. Səsi tutqun, boğuq olsa da tanıdım. Bəlkə də bir 15-20 il idi ki, görüşmürdük.
    -Tanıdın kimdir zəng edən?
    -Tanıdım, Əmrəli müəllim.
    -Eşitdim kənddəsən.
    -Yox indi Bakıdayam.
    -Nə vaxt görüşə bilərik?
    -Elə günü sabah.
    -Onda zəhmət olmasa gələrsən bizə...
    Vədələşdiyimiz vaxt evlərinə getdim.
    O, bütün ömrü boyu özünü marksist filosof hesab edib. Moskvada aspirantura bitirib Vətənə dönəndən sonra Fəlsəfə İnstitutunda çalışıb. Çox prinsipial, düzünəqulu bir adam idi. Mövqeyi və məsləki sabit idi. Marksın fəlsəfi baxışları haqda monoqrafiyası vardı və bu əsər vaxtilə keçmiş Sovetlər birliyinin sosiloqları tərəfindən yüksək qiymətləndirilmişdi.
    Əksər klassik filosoflarsayağı bəzi qəribəlikləri də vardı. Kant kimi təkliyi xoşlayardı. Russo kimi təbiəti çox sevərdi. Şopenhauer kimi ömrünün sonunacan tənha yaşadı, ailə qurmadı. Amma bütün bunlara baxmayaraq elə adını çəkdiyimiz o Şopenhauer kimi bir daxili nikbinliyi də vardı. Gözəl qadınlara biganə deyildi.
    ... Görüşdük. Kitab “dalğalarının” arasından boy verib ayağa durdu. Əvvəlki kimi əzəmətli olsa da hərəkətləri ləng idi. Bir xeyli söhbət etdik.
    Zarafatla dedim ki, bax o vaxt rəhmətlik Şahnəzər Hüseynovla səni evləndirmək istəyirdik, əvvəlcə razılaşsan da sonra fikrindən daşındın, halbuki o vaxt səni sevən qadınlar az deyildi.
    Gülümsəyib dedi:
    -Hə, o vaxt... Heyif, Şahnəzər də getdi. Babək Qurbanov necədir? Eşitdim ki, sənin barəndə kitab yazıb.
    -O da rəhmətə getdi...
    -Paho... Nə qəddar dünyadır... Mənim də ömrümə az qalıb. Yəqin ki, bu günlərdə hər şey sona çatacaq...
    Ürək-dirək verdim. Dedi ki, mən materialist, üstəlik də realist adamam. Bilirəm ki, başlanğıcın bir sonu olur. Onkoloji xəstəyəm. Bircə bu ağrılar olmasaydı...
    Rus dilində yazdığı "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı kitabını verdi. Öz uşaqlığından, gəncliyindən danışdı. Vətənpərvər idi.
    -Bilirsən, mən əslən haralıyam?
    Mən onu əslən Ermənistanlı bilirdim. Onu da bilirdim ki, Göyçə mahalından Gədəbəyə, Slavyanka kəndinə köçüb gəliblər.
    -Mənim əslim İğdırdanam. Yəni ulu babam iğdırlıdır. Bizim tayfaya Hacıkazımlı deyiblər. Sonralar ortaya qan davası düşüb, oranı tərk ediblər. Atam Bəyazidlidir, orada Əyrivəng kəndində dünyaya gəlib. Sonradan bizimkilər bir müddət indiki Krasnoselsk, köhnədən Çəmbərək adlanan rayonunda məskunlaşıb. Amma 1918-ci ildə erməni qırğını vaxti siz tərəflərə, yəni Şınığa köçüblər. Sonrakı taleyimiz isə, bildiyin kimi, Slavyanka ilə bağlı olub. Mən orada doğulmuşam. Rus məktəbini də orusca rada oxumuşam. Bax belə...
    Əmrəli müəllim poeziyanı, ədəbiyyatı sevən, mütaliləli bir adamdı. “Rusdilli” olsa da Azərbaycan ədəbiyyatına da yaxşı bələd idi.
    Söhbətarası amızada kiçik bir dialoq da oldu.
    -Sən Abbasəli Sarovlu adlı şair eşitmisən?
    -Əlbəttə. Tanıyırdım da. Fars dilindən xeyli tərcümələri var. İstedadlı alim, yaxşı şair idi.
    -Hə, mənim dostum idi Abbasəli... Qoy onun bir şeirini deyim... Görüm yadıma düşürmü, xatırlaya bilirəmmi?
    Xatırladı və şeiri əzbərdən dedi.
    Şeir lirik aşiqin öz sevgilisinə müraciəti kimi qələmə alınmışdı. Orada ölüm haqqında kədərli misralar vardı...
    Bir xeyli söhbət etdik. Bacısı oğlu Camal rusdilli qəzetlərdən birinin əməkdaşı olan xanım yazarla gəlib çıxdı. Müsahibə götürəcəkdilər.
    Əmrəli müəllim zarafatından qalmadı:
    -Sönən filosofun közərtisinə, daha doğrusu külünün istisinə gələnlər az olmur...
    Mən ona bir xeyli təskinlik verərək xudahafizləşib qapıdan çıxanda Camal mənə yaxınlaşıb astadan dedi ki, Əmrəli müəllim vəsiyyət edib, deyib ki, onu Gədəbəydə öz yaxınlarının yanında dəfn etsinlər...
    Əmrəli İsmayılov dünya ilə vidalaşdı. O, axirət dünyasına inanmırdı. Materialis-ateist filosof idi. Biz bəlkə də sonuncu ateist filosofla vidalaşdıq.
    Yaxınları-doğmaları onun vəsiyyətini yerinə yetirdilər.
    Bayaq Camal zəng vuranda dedi ki, Əmrəli İsmayılovun son vəsiyyətinə əməl etdik, onu Slavyankada dəfn etdik. Təbii ki, dəfn zamanı ənənəvi dini rituallara da ciddi şəkildə əməl olunmuşdu.
    Öz prinsipləri ilə yaşayan bir elm adamını, istedadlı filosofu itirdik.
    Ateistə də rəhmət düşür.
    Allah rəhmət eləsin.
    14.09.19





















    Babək Qurbanov. Filosof, bəstəkar,
    esseçi, pedaqoq

    Professor Dr.Babək Qurbanov (Osmanoğlu) haqqında bir neçə söz

    Tərcümeyi-halından çıxarış:
    Babək Qurbanov (26 iyun 1939, Qazax rayonunda doğulub. - 28 mart 2019-cu ildə Bakı şəhərində vəfat edib, Qazax rayonununda dəfn olunub) - Xalq şairi Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor.
    Babək Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsində oxuyub və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib.
    1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
    1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981-1989-cu illər arası AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992-2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləmiş. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur. Professor Babək Qurbanov Azərbaycan və Türkiyədə Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalələr həsr etmişdir. Babək Qurbanovun 700-ə yaxın əsəri və 30-a yaxın kitabı çıxmışdır. Babək Qurbanov türk alimləri prof. Mehmet Takkaçla "Televiziya sənəti", "Ev tiyatrosu" kitablarını, prof. Bilgə Seyidoğlu, dosentlər M.Karabulut, Yavuz Şen və b. ilə müştərək məqalələr yazaraq çap etdirmişdir.
    Tədqiqatçının başqa mətbu orqanlarda - qəzet və dərgilərdə çıxan çoxsaylı məqalələri də yuxarıda deyilənlərə dayaq olur.
    Mən Babək Qurbanovla çoxdan, lap çoxdan tanışam. Biz ötən əsrin 80-ci illərində eyni bir elmi-tədqiqat qurumunda - Fəlsəfə və Hüquq İnstitutunda çalışmışıq. Mən Elmlər Akademiyasının aspiranturasına daxil olanda Babək Qurbanov artıq tanımış alim, fəlsəfə elmləri doktoru idi.
    Babək Qurbanov çoxsaylı elmi əsərlərin müəllifidir. O, ölkəmizi dəfələrlə xarici məmləkətlərdə layiqincə rəmsil etmişdir. Alimin Rusiyada, Türkiyədə kitabları nəşr olunmuşdur.
    Babək müəllim uzun illər, əsrin dörddə biri qədər qonşu və dost ölkədə - Türkiyədə çalışıb. O, indiyəcən müxtəlif universitetlərdə dərs demiş, yüzlərlə öyrənci yetişdirmişdir.
    Söhbətimin əvvəlində qeyd etdiyim kimi, mən Babək bəylə çoxdan tanışam. Amma qəribə burasıdır ki, bu əzəli tanışlıq yalnız sonralar - Babək müəllim Türkiyəyə gedəndən sonra yaxın dostluğa çevrildi.
    Etibarlı dostum hər dəfə Vətənə dönəndə telefon açıb məni arayır, iş-gücümlə maraqlanır. Adətən, biz görüşəndə Babək Qurbanovun sualı belə olur: “Qağa, təzə nə yazırsan, nə yaradırsan? Təzəlikcə hansı pyesin tamaşaya qoyulub? Uzaqdayam, tamaşalarına baxa bilmirəm. Heç olmasa kitablarından ver, qoy qürbət eldə oxuyum”.
    Doğrusunu deyim ki, mən son vaxtlar adamlara kitab verdəyi xoşlamıram. Niyəsi də bununla bağlıdır ki, əksəriyyət “etika xətrinə” kitab istəyir və çox vaxt bu kitabların heç varağını da tərpətmir.
    Növbəti görüşlərin birində Babək bəy məndən yenə kitab istədi. Çantamdakı kitabı çıxarıb ona təqdim etdim. Bu, mənim rusca nəşr edilmiş “Pyeslər” («Пьесы») məcmuəm idi. Doğrusu, bir müddət kitabın sonrakı taleyindən xəbərsiz qaldım. Bir də ki, nə xəbər olmalı idi?
    Günlərin bir günü internetdə öz ad-soyadımı yazarkən haqqımda osmanlı türkcəsində bir yazının nəşr olunduğunu gördüm. Təəccübləndim. Baxıb gördüm ki, yazının müəllifi Babək müəllimdir. Yazı Türkiyənin “İL QAZETESİ”ndə (ekim ayı 2009-cu il tarixdə) iki sayda dərc olunmuşdu.
    Məni təəccübləndirən məsələlərdən biri dostumun bu barədə mənə heç bir söz deməməsi oldu. Yalnız bizim növbəti görüşümüz zamanı bunu xatırladanda Babək bəy özünəməxsus bir xoş təbəssüm və təvazökarlıqla dedi:”Ay qağa, bu, nə böyük işdir ki? Xoşuma gəlib, mən də yazmışam”.
    Məni təəccübləndirən başqa bir nəsnə də vardı ki, bu da tam bir cəhətlə bağlıydı. Artıq qeyd etdiyim kimi, mən dostuma, rusca tərcümə olunmuş kitabımı vermişdim. Təbii ki, Babək Qurbanov rus dilini yüksək səviyyədə bilir. Bu dildə onlarla əsərin müəllifidir. Yəni burada təəccüblü heç nə yoxdur. Təəccüblü orası idi ki, Babək müəllim rusca təqdim edilən kitabdakı pyeslər haqqında (o əsərlərin sayı isə, səhv etmirəmsə onbeş idi) yazarkən, onların hamısının adını Azərbaycan dilində, yəni orijinalda olduğu kimi, tam adekvat variantda vermişdi. Deyə bilərlər ki, burada təəccüblü nə var ki? Məsələ burasındadır ki, həmin pyesləri rus dilinə çevirən tərcüməçilər bəzən əsərin konkret adı ilə bağlı müxtəlif variantlar təklif etmişdilər. Biz rus dilində son variantın adını “tapmaq” üçün bəzən uzun-uzadı götür-qoy etmiş, hətta tərcüməçilərlə kəskin mübahisələrə qatılmışdıq. Babək bəysə, necə deyərlər, bu adların düzgün çevrilməsi üçün heç kəslə fikir dartışması aparmamış, amma oxu necə deyərlər “gözündən vurmuşdu”.
    Sonrakı dönəmlərdə biz görüşən zaman Babək müəllim məndən yenə təzə kitablarımı istəyirdi. Təbii ki, mən dostumun sözündən çıxmırdım. Və aradan çox az bir müddət keçmiş ona təqdim edilən kitabların rəyini sayt və ya qəzet-jurnal səhifələrində görürdüm.
    Beləliklə, indi mənim əlimin altında Babək Qurbanovun kitablarımla bağlı yazdığı dörd məqalə var. Və mənə elə gəlir ki, bu yazılar görkəmli bir alimin təkcə mənim fəaliyyətimlə bağlı adi, sıradan fikir və mülahizələri deyil, bütöv mədəniyyətşünaslıq və elmşünaslığımızla bağlı həssas düşüncələridir. Həmin yazılarda müəllifin erudisiyası, ürək genişliyi, prinsipiallığı, mövqeyi, səmimiyyəti aydın duyulur.
    Babək müəllimlə bu günlərdə görüşərkən onun mənim elmi və bədii kitablarımla bağlı yazdığı məqalələrin sayı ilə maraqlandım. O, gülümsəyib dedi:
    - Qağa, mənə neçə kitab vermisənsə, hamısı barədə yazmışam. Ola bilsin ki, o yazıların bəzisi sənə çatmayıb.
    Mən də ona zarafatla dedim:
    - Gözəl insan, o məqalələrin yazıldığı tarixi, çap olunduğu qəzet-jurnalın adını mənə demisiz ki, mən də onların sayını dəqiq bilim? Ordan-burdan eşidib bilirəm ki, barəmdə hardasa nəsə yazmısız. Ta belə qərara gəlmişəm ki, innən belə Sizə kitab bağışlamayım.
    O, təəccübləndi:
    - Niyə? Nə üçün? Nə olub ki?
    Mən yarızarafat-yarıciddi dedim:
    - Ay sağolmuş, əvvəla, indi az qala, heç kitab oxuyan yoxdur. İkincisi də ki, kitablarla Sizi yormaq istəmirəm. Yəni o mənada ki, hansı kitabı verirəmsə, haqqında geniş rəy yazırsan...
    Dostum bir az fikrə gedib, özünəməxsus asta səslə, ciddi tərzdə dedi:
    - Yox, bunu düz demirsən. Əvvvəla, kitab oxuyan var, misal üçün elə biri mən özüm. İkincisi də ki, kitablar məni yormur. Xüsusən, bəyəndiyim kitablar. Sevdiyim müəlliflərin kitablarını mən ürəklə oxuyuram. Hətta, onlar haqda ürəklə yazıram da. Bir də ki, kitabsız ziyalı ömrü olar? Allaha şükür, bizdə kitab probleminin komik və faciəli cəhətlərini sən özün “Köhnə kitablara elegiya” hekayəndə açıb tökmüsən...
    Babək Qurbanov pedaqoq, filosof, musiqişünas, bəstəkar, esseist, tərcüməçi kimi bu gün öz fəaliyyətini Qaziantep Universitetində (Türkiyə) davam etdirir.
    P.S. Ötən əsrin 90-cı illərində (səhv etmirəmsə, lap elə 90-cı ildə) o vaxt yenicə fəaliyyətə başlasa da oxucular arasında çox tez populyarlıq qazanmış “Xəzər” jurnalı redaksiyasına getmişdim. Dərginin Baş redaktoru Vaqif Cəbrayılzadə ilə görüşən zaman şair dostum mənə dedi ki, bəlkə bizə bir fəlsəfi tərcümə verəsən. Mən müxtəlif filosofların və əsərlərin adını çəkdim. Tərcümə mərkəzinin o vaxtkı müdiri, mərhum Aydın Məmmədov bizimlə söhbətə qoşuldu. Belə qərara gəldik ki, görkəmli rus filosofu Nikolay Berdyayevin “Rus kommunizminin qaynaqları və mənası” əsərini tərcümə edim. Əsərin böyük bir hissəsini dilimizə çevirdim. Və həmin parca dərgidə dərc olundu. Amma tərcüməni obyektiv və subyektiv səbəblərə görə başa çatdıra bilmədim. Aradan illər keçdi. Bir-iki il əvvəl Babək müəllim mənə bir kitab verib dedi ki, vaxtın olsa baxarsan. Baxıb gördüm ki, vaxtilə Berdyayevin bir hisssəsini tərcümə etdiyim məşhur əsəridir. Əsər osmanlı türkcəsində nəşr edilmişdi. Təbii ki, mənim etdiyim tərcümədən Babək bəyin xəbəri yox idi. Əsəri tərcümədə təzədən diqqətlə oxudum. Babək Qurbanovun ruscadan türkcəyə tərcüməsinə heyran qaldım və növbəti görüşdə zarafatla ona dedim:
    - Babək müəllim, gərək mən bu əsəri öz dilimizə orijinaldan, yəni Nikolay Berdyayevdən yox, elə sizin tərcümədən- osmanlı türkcəsindən çevirəydim.
    P.P.S. İstəyirəm bir-iki kəlmə də Babək Qurbanovun xarakterik cəhətləri barədə deyim. O, olduqca təvazökar, sadə, səmimi bir insandır. Adamlarla tez ünsiyyətə girir, yumoru sevir və elə özündə də yumor hissi güclüdür. Necə deyərlər, hamı ilə dil tapmağı bacarır. Yüksək mədəniyyət, mənəviyyat və əxlaq sahibidir. Onun dostları arasında hər cür peşə və sənət sahibi (hətta, heç bir işi-peşəsi olmayanlar da) vardır. Babək öz dostlarını çox sevir. Elə dostları da Babək bəyi daim xətrini yüksək tutur, onu qiymətləndirirlər.
    ...Xatırlayıram, bir gün Babək bəy Türkiyədən zəng etdi:
    - Xocam, vallah, sən əməlli-başlı şairsən.
    Tez cavab verdim:
    - Xeyr, xocam. Qətiyyən. Mən şair deyiləm. Heç o iddiada bulunmuram da.
    Babəkin cavabı gecikmədi:
    - Ta mənə yox də, xocam. Mən gözümü açıb evimizdə Səməd Vurğunu, Süleyman Rüstəmi, Zeynal Xəlili, Hüseyn Arifi görmüşəm. Hələ rus şairlərini demirəm. Yəni, şeirin nə olduğunu pis bilmirəm.
    - Xocam, sözünün Mustafasını de.
    - Sənin “Qocalma, gözəl” adlı bir şeirini oxudum. Çox xoşuma gəldi. Ona musiqi bəstələmək itəyirəm. İcazə verməyini istərdim...
    - İcazəyə bir ehtiyac yox, xocam...
    Bir neçə gündən sonra Babək şeirin notunu və ifasını mənə göndərdi. Çoxları bilmir ki, Babək ilk ixtisası etibarı ilə bəstəkardır.
    Mahnının mətni belədir:

    Gözəl, qocalma

    Dən düşübdür saçlarına,
    Amandı, qocalma, gözəl.
    Dünya özü qocalsa da,
    Amandı, qocalma, gözəl.

    Əlim göydə, üzüm haqda,
    Mən ayaqda, sənsə taxtda,
    Gəl baş əymə keçən vaxta,
    Amandı, qocalma, gözəl.

    Qəm əkilər gözlərimə,
    Sədd çəkilər sözlərimə,
    Ağrı çökər dizlərimə,
    Amandı, qocalma, gözəl.

    Dərd adamı heydən salır,
    İlan olub ürək çalır.
    Firuz sənlə bir qocalır,
    Amandı, qocalma, gözəl.

    İndi Babək Qurbanovun bəstələdiyi həmin mahnı Türkiyə efirlərində bir çox müğənnilərin ifasına tez-tez səslənməkdədir.
    P.P.S.S. Yeri gəlmişkən, onu da deyim ki, Babək bəy bir çox yazılarının altına bəzən “Osmanoğlu” imzasını da atır. O, böyük sənətkarımız, Xalq şairi, mərhum Osman Sarıvəllinin oğul yadigarıdır. Çoxumuz Babək Qurbanovu elə şair ürəkli filosof kimi tanıyırıq.

    Bizim çoxumuza örnəkdi Babək,
    Uşaqtək həssasdı, kövrəkdi Babək.
    Daim dostlarının ürəyindədir,
    Elə özü boyda ürəkdi Babək.

    Oxuduğunuz bu yazını mən Babəkin sağlığında yazmışdım.
    Təəssüf ki, bu gün Babək yoxdur...
    ...Bəli, günəşli bir yay günündə dünyaya gələn Babək Osmanoğlu günəşli bir bahar günündə də dünyasını dəyişdi. O, bu müvəqqəti dünyaya “əlvida” deyib gözlərini yumdu, əbədiyyətə qovuşdu.
    İstedadlı alim, böyük vətəndaş, gözəl şəxsiyyət... Bilirəm, bu gün bu “istedadlı”, “böyük” və “gözəl” kimi təşbehlər son dövrlərdə hətta, qeyri-ciddi “sənət” aləmində yeni iməkləyən hansısa təsadüfü adamlara da şamil olunur. Amma... Amma nə yazıqlar ki, çox ciddi alimlər bu gün bizim cəmiyyətimizə layiqincə təqdim olunmur.
    Professor Babək Qurbanov ciddi alim və nəzəriyyəçi idi. O, Azərbaycanın Xalq sairi Osman Sarıvəlli ocağının itirdiyi son oğul yadigarı idi.
    Babək Osmanoğlu ömrünün son illərində Türkiyə Cümhuriyyətinin müxtəlif universitetlərində çalışmışdı. Ümumiyyətlə, müxtəlif auditoriyalarda müxtəlif dillərdə - Azərbaycan, türk, rus, ingilis dillərində mühazirələr söyləyən Babək Osmanoğlu unikal bir insan idi. O, hər yerdə Azərbaycanımızın layiqli təbliğatçısı idi.
    Babək Qurbanov mənim barəmdə də bir çox məqalələr yazıb və həmin məqalələri Türkiyə, Rusiya və Azərbaycan mətbuatında dərc etdirib.
    Sonralar həmin yazılar ayrıca kitab şəklində nəşr olunub. “Firuz Mustafanın yaradıcılığı (Dörd bucaq)” adlı həmin kitab mənimçün bu gün də çox əzizdir.
    ...Sonuncu dəfə ölümündən təxminən doqquz-on gün əvvəl zəng vurmuşdu. Ümumi dostumuz (Fazil Mustafayev vasitəsi ilə) mənə öz yeni kitabını və ruscadan türkcəyə çevirdiyi məşhur bir əsəri (“Canqar” dastanını) göndərmişdi. Bir xeyli söhbət etdik. Arada Babək müəllim məndən soruşurdu: “Xocam, dərdiş, ağlın nə kəsir, mənim xəstəliyim sağala bilərmi?”
    Mən ona ürək-dürək verərək dedim:
    - Xocam, sənin bu xəstəliyin ötəridir, müvəqqətidir. Allah qoysa, tezliklə sağalıb ayağa duracaqsan.
    Telefon dəstəyində onun, ağır xəstəliyin cəngində çırpınan dostum Babəkin, uşaq kimi təvazökar, səmimi və sadəqəlbli sirdaşımın dirçələn səsini eşidirəm:
    - Xocam, bəs bu xoş gün nə zaman, nə vaxt, harada olacaq?
    Mən ona təskinlik verirəm:
    - Xocam, Allah qoysa lap tezliklə, elə bu yaz sağalacaqsan. Sənin dərdinin dərmanı Şınıxda və Şıxlıdadır.
    O, az sonra, arada heç on dəqiqə keçməmiş mənə yenə zəng edib bir qədər gümrah səslə dedi:
    - Sən mənə yeni ümid verdin. Mən günəşli yazı gözləyirəm... -Və uzun bir fasilədən sonra asta səslə dedi:- Xocam, dünyanın işini bilmək olmaz... Etibarsız dünyadır. Səndən bir xahişim var: bildiyin kimi, mən kalmıkların bir dastanını dilimizə tərcümə etmişəm...
    Dedim:
    -Bəli. Bilirəm...
    O, sözünə davam etdi:
    -Bax həmin dastanı mən türkcəyə, yəni osmanlı türkcəsinə də çevirmişəm. Amma xəstəlik aman vermədi ki, onu Türkiyədə çap etdirim... Hə, onu demək istəyirəm... Səndən xahişim nədir? Başıma bir iş gəlsə çalış bu dastanı Türkiyədə nəşr etdir. Çox qiymətli əsərdir... “Koroğlu” səviyyəli dastandır.
    O, həmin əsərin elektron variantını mənə göndərdi...Bu, onun son vəsiyyəti idi.
    Mart ayının 28-də son illər Babək Qurbanovun daim qayğısına qalan, onunla gündəlik ünsiyyəti olan dostumuz rəssam-sənətşünas Sayyad Bayramov mənə zəng etdi:
    - Babək müəllim bu gün keçindi. Biz indi onu Qazağa aparırıq...
    Və beləliklə Babək Qurbanov günəşli bir yaz günündə Qazaxdakı İkinci Şıxlı qəbiristanlığında böyük sənətkarımız, Xalq şairi Osman Sarıvəllinin və üç qardaşının -Afər, Rafiq və Seyranın əbədi uyuduğu məzarıstanda torpağa tapşırıldı...
    Bəbək xocam, mən adətən ona bu cür müraciət edirdim. O, özü ilə bizim, öz dostlarının və doğmalarının ürəyinin bir parçasını da getdiyi o əbədi dünyaya apardı.





























    Ağayar Şükürov.Zəhmət onun
    həyatının mənasıdır

    Tərcümeyi-halından çıxarış:
    Ağayar Şükürov Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri, Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, professor.
    Ağayar Şükürov 25 mart 1946-cı ildə Biləsuvar rayonunun (keçmiş Puşkin) Əmənkənd kəndində anadan olmuşdur.
    Orta məktəbi doğulduğu kənddə 1963-cü ildə bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin fakültəni bitirmişdir.
    1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında oxumuşdur.
    1975-ci ildə fəlsəfə elmləri namizədi, 1989-cu ildə isə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.
    1990-cı ildən Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir.
    Əsasən fəlsəfə və din tarixi, mifologiya, mədəniyyət və ekoloji problemlərin tədqiqi ilə məşğul olmuşdur. Onun 30-a qədər kitabı, 330-dən artıq elmi məqaləsi çapdan çıxmışdır. O, 2 elmlər doktoru, 25 elmlər namizədi yetişdirmişdir.
    O, 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir.
    Ağayar Şükürov 2008-ci ildə vəfat etmişdir.
    Zəhmətin insan həyatında оynadığı rоl barədə ətraflı danışmağa lüzum görmürəm. Mən sadəyə оlaraq, bunu dеyə bilərəm: zəhmət-insanın mahiyyətidir. Bizdə fiziкi əməкlə, əкin-biçinlə məşğul оlan кəs haqqında danışarкən «zəhmətкеş» еpitеtinə mürayiət еdirlər. Mənə еlə gəlir кi, intеllекtual əməкdə də bu fеnоmеnin (əməyin) dəyəri, ölçüsü intəhasızdır; dоğrudur, yaradıyı adamlarda, bir çох hallarda istеdadın rоlu hədsiz dərəyədə qabardılır, amma оnun «pоstamеntində» nəyin dayandığı unudulur. Zəhmət məhz bu yür pоstamеntdir, zəmindir. Çünкi zəhmətsiz istеdad hеç vaхt pərvəriş tapa bilməz.
    Azərbayyanımızda istеdad cəhətdən “vеrgili” оlan кəslər az оlmasa da, zəhmətə çiyin vеrənlər azdır. Ağayar Şüкürоv məhz zəhmətlə “qоl-bоyun оlan” yaradıcı ziyalılarımızdan biridir. Mənim tanıdığım Ağayar yazı stоlunun arxasında az qala günlərlə əyləşib işləməkdən qorxmayan, gеcəni-gündüzə qatıb çalışan еlm adamıdır. Оnun fəlsçəfə еlminin müхtəlif sahələrinə aid yazdığı yüzləryə irili-хırdalı əsər mütəхəssislərə yaхşı tanışdır. Ağayar Şüкürоvun yaradıyılığının başlıca məziyyətlərindən biri də оnun dar sahəyə qapılıb qalmaması, müхtəlif istiqamətlərdə fəaliyyət göstərməsidir. Bеlə кi, о, təкyə fəlsəfəyə aid dərsliк və məqalələrin dеyil, habеlə tariх, ədəbiyyatşünaslıq, sənətşünaslıq və s. еlm sahələrinə çохsaylı araşdırmaların müəllifidir. Bu dеyilənlərə misal оlaraq tədqiqatçının təкyə 10 cildliк “Mifоlоgiya”sını göstərməк оlar. Yеri gəlmişкən, qеyd еtməyi vacib bilirəm кi, Ağayar dünyanın dərкinə təкcə еlmi yоlla yох, həm də bədii (оbrazlı) şəкildə nail оlmaq istəyir. Bеlə кi, sоn vaхtlar mətbuatda оnun şеirləri çap оlunur; hətta, şеir кitabı işıq qüzü görüb.
    Düzdür, Ağayar bəzən nəyəsə nail olmaq üçün çox tələsir. Bu “tələsgənlik” onun bir çox yazılarında da aydın hiss olunur. Amma ümidvaram ki, gələcəkdə öz yazdıqlarına təzədən qayıtmaq imkanı olacaq. Necə deyərlər, qarşıdakı zamanın məsafəsi, yəqin ki, bütün yarımçıq və “tələsik” işləri qaydasına qoymağa imkan verəcək.
    Ağayarı yaхından tanıyanlar yaхşı bilir кi, о, təкcə еlm adamı dеyil, həm də “həyat adamıdır”, özünü dоst məclislərində sərbəst, хоşbəхt hiss еdir. Оnun cəsarəti, sədaqəti, döyüşкənliyi, хеyirхahlığı haqqında da коnкrеt misal və еpizоdların rəngarəng illüstrasiyası ətraflı danışmaq оlar.
    p.s.
    Bu yazı Ağayar Şüкürоvun 60 yaşı tamam olarkən qələmə alınıb.
    O, 2008-ci ildə vəfat etmiş, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılmışdır.






    Sabir Bəşirov. Ədəbiyyatda və həyatda gözəllik axtaran adam

    Tərcümeyi-halından çıxarış:
    Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü.
    Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.
    Monoqrafiyaları:
    "Anar" (1994)
    "Əlabbas: Sözün köhnə kişisi" (2005)
    "Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu" (2006)
    "60-cılar nəsrinin etik problemləri" (2006)
    "Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə..." (2010)
    "Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni" (2010)
    "Nəriman Əbdülrəhmanlı: işıq adamı" (2010)
    "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011)
    "Firuz Mustafa: İdrakla hissin vəhdəti" (2012)
    "Əjdər Ol: nəsrin imkanları" (2014)
    "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti"[2]
    Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında dünyasını dəyişib.
    Haqqında yazılanlar:
    Əsgər Rəsulov: Sabir Bəşirov haqqında portret oçerk
    Sabir Bəşirov 1989-cu ildə "Metodist müəllim" və "Qabaqcıl maarif xadimi" adlarını qazanmışdır.
    ...Əgər məndən soruşsaydılar ki, bugünkü ədəbiyyatşünaslıq elmində və ədəbi tənqiddə çatışmayan ən başlıca cəhət nədir, düşünmədən deyərdim: ümumiləşdirmə. Düzdür, ortaya qoyulan ədəbi məhsullar haqqında mütəmadi olaraq qəzet və jurnal səhifələrində müxtəlif səpkili yazılar dərc edilir. Amma təəssüflər olsun ki, həmin yazıların əksəriyyətinin meydana gəlməsində proteksiya və təmənna “işartıları” açıq-aydın hiss olunur. Ona görə də son dövrün ədəbi tənqidi daha çox mədhiyyəyə, tamada sağlığına bənzəyir və beləliklə də bu “münbit” zəmində ədəbi məddahlıq intişar tapır.
    Mən bir dəfə demişdim, yenə təkrar etməyə məcburam: böyük ədəbiyyat əsnəməyə başlayanda “böyük tamadalar” meydana gəlir.
    Bütün bunlarla yanaşı, tam bədgüman olmağa da dəyməz. Çünki hələ vicdanlı, obyektiv tənqidin və tənqidçilər nəslinin kökü tam kəsilməyib.
    Sabir Bəşirov imzası yəqin ki, necə deyərlər, geniş oxucu auditoriyasına o qədər də tanış deyil. Amma onun yazıarı ədəbi aləmin nümayəndələrinə yaxşı bəllidir.
    Sabir Bəşirov mərkəzdə məskunlaşmayıb. O, Bakıdan yüz kilometrlərlə aralı olan bölgədə, Yardımlı rayonunun Peştəsər kəndində yaşayıb yaradır. Bəlkə elə buna görədir ki, onun ədəbiyyata “kənardan” baxışı daha obyektiv və təmənnasızdır; çünki məbəd uzaqdan daha aydın görünür.
    Sabir Bəşirov filosofdur. Yəni fəlsəfə alimidir, fəlsəfə elmi ilə peşəkar şəkildə məşğul olur və bu sahədə bir sıra ciddi tədqiqat işinin müəllifidir. Görünür elə ona görədir ki, bayaq sözümüzün əvvəlində ədəbiyyatşünaslığımızda qıtlığından gileyləndiyimiz bir cəhət, ümumiləşdirməyə meyl, onun yazılarında özünü qabarıq şəkildə biruzə verir.
    Sabir Bəşirov pedaqoqdur, müəllimdir. İlin-günün bu qarışıq, mürəkkəb vədəsində ədəbiyyata, ədəbi şəxsiyyətlərə, hətta, ədəbi obrazlara bir örnək kimi yanaşmaq istəyi də yəqin ki, onun özünün və sevib-seçdiyi peşənin təbiətindən irəli gəlir.
    Sabir Bəşirov ədəbiyyatımızla, onun problemləri ilə bağlı bir sıra tutarlı tədqiqatlar ortaya qoymuşdur. Filosof-tənqidçinin yazılarında ədəbiyyatımızın son onilliklər ərzindəki fəaliyyəti əsaslı surətdə araşdırılmışdır. Onun “60-cılar nəsrinin etik problemləri” adlı tədqiqat işində, elə əsərin adından göründüyü kimi, maraqlı bir ədəbi mərhələnin mühüm fəlsəfı aspektləri araşdırılır.
    Sabir Bəşirovun başlıca xidmətlərindən biri də, onun hansısa bir ədəbi epoxanın “çərçivəsi” daxilində ilişib qalmamasıdır. Biz onun klassik maarifçilərimiz, ədəbi-nəzəri fikir tariximiz, klassik və müasir poeziyamız, nəsrimiz və dramaturgiyamız haqqında yazılarının hər sətrində, hər cümləsində vətəndaş yanğısını, sözə məhəbbətini, ədəbiyyata sədaqətini hiss edirik.
    Sabir Bəşirov yəqin ilk tədqiqatçılarımızdandır ki, 80-cilər ədəbi nəsli barədə geniş, ardicil, sistemli şəkildə yazmaqla məşğuldur. Onun “Əlabbas: Sözün köhnə kişisi”, “Nəriman Əbdülrəhmanlı: İşıq adam”, “Nizami Cəfərov: Səxsiyyət və yaradıcılıq fenomeni”, “Xanəli Kərimli: Bir ömrün nağılı” adlı tədqiqatları diqqəti çəkir. Bu əsərlər, göründüyü kimi, məhz “80-cilərə”, onların ədəbi yaradıcılığına və ədəbi taleyinə həsr olunmuşdur.
    Mən bu “səksənincilər” ifadəsini nə üçün belə xüsusi vurğu ilə qeyd etməyimin səbəbini qısaca olaraq aydınlaşdırmaq istərdim. Məsələ burasındadır ki, bəziləri, daha doğrusu, bizim bir çox qocaman, yaşlı yazıçılarımız “səksənincilər” deyəndə səksənirlər. Elə ədəbiyyatşünaslıqla məşğul olan bəzi ahıl “patriarxlarımız” da “səksənincilər” sözünü eşidəndə səksəkəyə düşürlər. Onların əksəriyyətinə elə gəlir ki, son qırx-əlli ildə ədəbiyyatımızda “dişədəyən” bir əsər meydana gəlməyib. Belələri elə düşünür ki, illərdən bəri ədəbiyyat, öz dərsini bilməyən uşaq kimi susaraq ya “yerində sayır”, ya da “sinifdə qalıb”.
    Görünür elə bu səbəbdəndir ki, vəzifəsi birbaşa ədəbiyyatı tədqiq etmək olan əksər təsisat və institutlarımızda bir susqunluq var; son illərin ədəbi nümunələrini araşdıran əsərlər gözə dəymir. Ədəbiyyatşümaslarımız və tənqidçilərimiz mürgü döyür, yazılanları “görmür”. Ədəbi orqanların əksəriyyəti deyəsən öz vəzifə borcunu tamamilə yaddan çıxarıb; onların əməkdaşları özlərinin və oxucuların mənəvidən daha çox bioloji tələbatlarının ödənilməsinə can atırlar. Totalitar epoxanın repressiyalarını müstəqillik dövrünün depressiyaları əvəz etməkdədir. Məlum (və naməlum) səbəblər ucbatından “səksənincilər”in yaradıcılığı nəinki dissertasiya mövzularının, heç kurs işlərinin belə, tədqiqat obyektlərinə çevrilmir. Amma son illər ədəbi mühitinin və bütöv ədəbi dövrün üstündən xətt çəkmək istəyənlərin nihilist niyyətlərinin əksinə olaraq, ədəbiyyat öz yoluyla getməkdə, inkişaf etməkdədir.
    Ədəbiyyata lazımi diqqət və qayğının göstərilmədiyi bir zamanda bizdə istedadla yazılmış əsərlər yox deyildir. Bəzən deyirlər ki, əgər belə əsərlər varsa, konkret ad çəkmək lazımdır. Mən yeri gəlmişkən, indi yadıma düşən bəzi əsərləri və onların müəlliflərinin adını çəkmək istəyirəm. Götürək elə “səksənincilər”i və onların yaradıcılıq nümunələrini. Mənə elə gəlir ki, Nəriman Əbdülrəhmanlının romanları ədəbiyyatımızda hadisədır. Əkrəm Əylislininin “Yalqız” romanı haqqında dediyi sözlər (“bu əsər vaxtında çap olunsaydı, ədəbi sensasiya doğurardı”) N. Əbdülrəhmanlının bütün yaradıcılığına şamil oluna bilər. Əlabbasın “Köhnə kişi”, “Qiyamçı”, Səfər Alışarlının “Maestro” romanlarını da bu siyahıya əlavə edə bilərəm.
    Həmin mərhələdə yazıb-yaradanların siyahısını davam etdirən Sabir Bəşirov yazır: “Аqil Аbbаs, Rаfiq Tаğı, Mеhribаn Vəzir, Аfаq Məsud, Sаdаy Budаqlı, Bаbа Vəzirоğlu, Еyvаz Əlləzоğlu, Rаmiz Əkbər, Аzаd Qаrаdərəli, Аslаn Quliyеv, Sаdıq Еlçаnlı, Kаmil Əfsərоğlu, Əjdər Ol, Çingiz Аbdullаyеv... bunlаr 80-cilər ədəbi nəslidir”.
    Burada yalnız “səksənincilər”in adı çəkilir. Halbuki sonrakı mərhələlərdə də çoxlu istedadlı nasirlər meydana gəlmişdir.
    Sabir Bəşirov yazır: “Bir qədər sоnrа Yаşаr, Оrхаn Fikrətоğlu, Fəхri Uğurlu… gözəl hеkаyələr yаzdılаr.
    Bu ənənə bu gün də dаvаm еdir. Burаdа mən Günеl Аnаr qızının və Nаtiq Məmmədlinin аdlаrını dа qеyd еtmək istərdim.”
    Biz Sabir bəyin bu “siyahısına” Elçin Hüseynbəyli, İlqar Fəhmi, Etimad Başkeçid, Yunis Oğuz kimi yazıçıların da adını daxil edə bilərik.
    Sabir Bəşirovun dediklərinə əlavə kimi qeyd edə bilərəm ki, ədəbiyyatımızda yeni imzalar görünməkdədir. Mən son vaxtlar Əli Əkbərin “Amneziya”, Pərvizin “Yad dildə” romanlarını, habelə Kənan Hacının, Zümrüd Yağmurun, Seymur Baycanın, Şərif Ağayarın, Aqşin Yeniseyin, Günel Mövludun, Kamran Qasımovun, Aysel Əlizadənin, Cavidanın, Pərvinin, Feyziyyənin nəsr və publisistika nümunələrini diqqət və maraqla oxumuşam. Onların bir çoxunda məni təmin etməyən cəhətlər olsa da (açıq-saçıq təsvirlər, kobud idioma və ifadələr, qeyri-etik və qeyri-estetik yanaşmalar), bütövlükdə ədəbiyyata yeni bir ədəbi nəslin gəldiyini görməmək mümkün deyil.
    Söhbətimizin “qəhrəmanı” Sabir Bəşirovdur və həm də təkcə o deyil. Söhbətimizin digər bir “qəhrəmanı” da Sabirin bütün həyat və fəaliyyətini həsr etdiyi ədəbiyyatdır.
    Sabir Bəşirov ədəbiyyatda nəyi görmək istəyir? Onun yazılarında bu sualın birbaşa cavabı olmasa da, ortada olan yaradıcılığına istinadən deyə bilərik: gözəlliyi. Və mənim qənaətimə görə o, təkcə ədəbiyyatda deyil, elə həyarda da gözəllik axtaran bir yaradıcı insandır. “Dünyanı gözəllik xilas edəcək”. F. Dostoyevskinin bu hökmü uzun illərdir ki, mübahisə mənbəyinə çevrilib. Bu tezislə bağlı mən dəfələrlə öz fikrimi açıqlamışam.
    Təbii, bu gün dahi ədibin dediklərini qəbul etməyənlərin, onu “qəribçiliyə salanların” sayi kifayət qədərdir.
    Meşşanlığın, nadanlığın, bir sözlə eybəcərliyin hər addımda gözə girdiyi bir cəmiyyətdə, əlbəttə, “ğözəllik” sözü və gözəlliyin özü istehzaya səbəb olmalıdır.
    Maddi sərvətlərin mənəvi dəyərləri küncə sixdığı bir mühitdə, bəlkə də “gözəllik” haqqında danışmaq xəstə adamın yaydakı qar sevdasına bənzəyir. Olsun.
    Mən də elə bir qənaətdəyəm ki, dünyanı yalnız gözəllik xilas edə bilər.
    Amma məsələ burasındadır ki, dünyanı xilas edəcək gözəlliyin özünün də indi xilasa ehtiyacı var.
    O gözəlliyin xilaskarından birinin adı da ədəbiyyatdır.
    Bəli, ədəbiyyat gözəlliyi xilas edə bilər.
    Ona görə də deyə bilərəm: dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək.
    Hər halda ədəbiyyat indiyəcən dünyanı dəyişdirə-dəyişdirə əbədiyyətə doğru intəhasız bir gəlişmə yaşamaqdadır. Yəni belə hesab etməkolar ki, ədəbiyyatın bir adı da əbədiyyətdir.
    Hüqonun, Mopassanın əsərləri Fransanı dəyişdi.
    Turgenevin,Tolstoyun qəhrəmanları rus həyatını dəyişdi.
    Sofi Lorenin yerişi az qala bütün dünya qadınlarının “yerişini” dəyişməyə müvəffəq oldu.
    Axundovun, Cabbarlının, Əfəndiyevin pyesləri Azərbaycan mühitini dəyişdi.
    Dünya yenə dəyişəcək. Özü də gözəlliyə doğru.
    Sabir Bəşirov da, artıq qeyd etdiyimiz kimi, dünyanın gözəlliyini arzulayan, gözəlliyi xilas edəcək ədəbiyyatın və o ədəbiyyatı yaşadacaq əbədiyyətin gücünə sidq ürəklə inanan bir pedaqoq, ədəbiyyatçı və filosofdur.
    P.S.
    Bu günlərdə Sabir Bəşirovun 55 yaşı tamam olur. Dostları bu sadə, müdrik və təmənnasız insanı ürəkdən təbrik edirlər. İki beşin mübarək, Sabir Bəşirov. Mən arabir Sabir Bəşirovla zəngləşəndə deyirəm: “Dağlara salam deyin”. İndi üzümü dağlara tutub deyirəm: “Sabir Bəşirova salam deyin”.
    P.P.S.
    13 noyabr 2011-ci il
    ... və günlərin bir günü mətbuatda belə bir xəbər oxudum: “Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında dünyasını dəyişib.
    O, ucqar kənddə yaşasa da Azərbaycan ədəbi proseslərinin fəal iştirakçısı olub. Peşəkar tənqidçi kimi tanınıb və ədəbi mühitin istiqamətlənməsində əvəzedilməz rol oynayıb”.
    Həmin günlər bərk xəstə idim. Bu xəbər mənim dərin dərdlərimin üstünə yeni bir dərd də gətirdi.
    ...Düşünürəm ki, Sabir Bəşirovun itkisi tək bir ailənin deyil, ədəbiyyatımızın itkisidir.
    12.05.2019-cu il











    Niyazi Mehdi. Filosofun “mən” olmasının
    tarixçəsi

    "Gündəlikdən" sətirlər. Bəlkə də Niyazi Mehdi demiş, "gündəlikdən didmələr"...

    26.02.2025
    Nizaməddin Şəmsizadənin hüzr məclisində deputat Fazil Mustafa həmkarımız Niyazi Mehdinin sağlıq durumunun ağır olduğunu bildirdi...

    28.02.2025
    Səhər tezdən sosial şəbəkələrdə Niyazi Mehdinin vəfat etdiyini oxudum. Yəqin ki, nə vaxtsa haqqında yazacam...

    02.03.2025
    ...Axşam Niyazi Mehdinin yas məclisində (Təzə Pir məscidində) iştirak etdim. Bir xeyli dost-tanış rast gəldi. Nə yazıqlar ki, son zamanların “ünsiyyəti” daha çox mərasim evlərində baş tutur...
    Niyazi ilə nə çox yaxın dost, nə də çox uzaq tanış idik. Həmkar idik. Zənnimcə, bir çox məsələlərdə həmfikir idik.
    Ötən əsrin 80-lərindən sonra Niyazi Mehdi ara-sıra çalışdığım Fəlsəfə (və Hüquq) İnstitutuna gələrdi. Hərdən fikir mübadiləsi aparadıq. Onun mənim əlimə keçən ilk kitabı rus dilində idi, Şərq mədəniyyətinə həsr olunmuşdu. Sonralar Niyazinin maraqlı kitabları işıq üzü gördü. Onun həm özü, həm də yazıları orijinal idi və əksəriyyət tərəfindən maraqlı qarşılanırdı. Amma... onu anlamayanlar və anlamaq istəməyənlərə də rast gəlmək olurdu. Niyazi belələri haqqında yumorla danışmağı xoşlardı...
    Adətən, çiynində gəzdirdiyi meşin çantadan çıxatdığı qutudan çıxartdığı siqaretin tüstüsünü acgözlüklə sinəsinə çəkən həmkarım zahirən adamayovuşmaz, köntöy adam təsiri bağışlasa da, əslində çox həssas, duyğusal bir insan idi. Adamlarla çox mədəni rəftar edən Niyazi başqalarındansa, özünə daha çox istehza və tənə ilə yanaşan bir qələm adamı idi. Bu cəhətdən onun öz həyatı daha çox məhz özünün “tədqiqat obyektinə” çevrilirdi.
    Niyazı bədii yazılarına bir fəlsəfi not, fəlsəfi yazılarına isə bədii lad qatmağı bacarırdı. Elə təkcə kitablarının adı onun yaradıcılığı haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Məsələn, “Özümdən diddiklərim”, “Fəlsəfədən diddiklərim”, “110 nəsnə”, “Yəhudi dili”, “Çətin və dolaşıq durumların kulturolojisi (Şərq və Qərb mədəniyyətlərində virtual örtüyün "kosmoqoniyası"”, “Bloger”, “Altay və Umay”... onun bir sıra elmi, publisistik və bədii kitablarının sırasından “didilənlərdir”.
    İş elə gətirib ki, mən Niyazinin atası Musa müəllimi də görmüşəm. O, elmi ateizm müəllimi idi, fəlsəfə ilə məşğu olurdu. Mən onun anası ilə də tanış idim. Yadımdadır, səhv etmirəmsə mən o vaxtkı Politexnik İnstitutda “saathesabı” dərs deyərkən Rəfiqə müəllimə fəlsəfədən seminar dərsləri, mən isə mühazirələr aparadım. Bu zərif, abır-həyalı xanımla tez-tez rastlaşar, söhbət edərdik. O, adətən, oğlu Elçini soruşardı: “Elçin işə gəlmişdi, siqaret çəkirdimi...” Elçin bizim institutda çalışırdı. Yəni o da fəlsəfə elmi ilə məşğul olurdu. Elçin yaraşıqlı, şıq geyimli bir gənc idi. Sonralar, səhv etmirəmsə Estaniyaya getdi, evlənib elə orada da qaldı. Niyazinin həyat yoldaşı Dilarə xanım da fəlsəfə ilə məşğuldur, ali məktəbdə bu fənni tədris edir... Göründüyü kimi, Niyazi Mehdi təkcə “makromühitdə” deyil, “mikromühitdə” də daim elmi-fəlsəfi “aurada” olub...
    Niyazi Mehdi inanclı adam idi. O, indi haqq dünyasındadır.
    ... Yas yerindən çıxanda mərhumun bir kitabını da özümlə götürdüm. Bu, “Mən” olmağımın tarixçəsi” adlı yeni kitab idi, “Qanun” nəşriyyatı çap etmişdi. Qapının ağzında dayanmış ortaboy, saqqallı, kədərli siması ilə seçilən gənc bir oğlan hüzrə gəlib-gedənlərlə əhvallaşırdı. Bu, 45 il əvvəl gördüyüm Niyaziyə çox bənzəyirdi. Qısa sorğu-sualdan belə məlum oldu ki, səhv etmirəmmiş...
    Mərasim zalından yazıçı Azad Qaradəli ilə birlikdə çıxdıq. Yolun ortasında məlum oldu ki, həmkarım çantasını unudub. Həyəcanlı idi. Cəld geri qayıtdı. Çanta öz yerində imiş...
    ...Bir filosofu itirdik. Ruhuna ehtiram.
    Yeri cənnət olsun.

    15.03.2025
    “Mən” olmağımın tarixçəsi”ni oxuyub başa çatdım. Bu, filosofun memuar janrında qələmə aldığı əsərdir. Hesab edirəm ki, indiyəcən bizdə bu janrda mövcud olan yazılarda gerçəkliyin “bir üzü” bu səpkidə qələmə alınmayıb. Bəli, hesab edirəm ki, bu dünyada gerçəkliyin cəmi bir üzü var.
    Niyazi Mehdi təkcə gördüklərini “olduğu kimi” yazmır. Bu, işin bir tərəfidir. O, düşüncələrini də oxucuya olduğu kimi, “çılpaq” şəkildə verməkdən çəkinmir
    Etiraf etmək lazımdır ki, həyat həqiqətlərinin bu cür təsvirinə yalnız Qərbdə meydana gəlmiş memuarlarda rast gəlmək mümkündür. Bu deyilənlərə misal kimi Nabokovun, Andre Moruanın, Ayris Myordoqun xatirə və memuarlarını yada salmaq olar.
    Filosoflar düz deyir ki, həqiqət real aləmin inkişafında və dərkində müstəsna rol oynayır. Və bu mənada Niyazi Mehdi də bu əsərdə həqiqətin “bir üzünə” üz tutub.









    İzzət Rüstəmov. Filosof sadəliyinin
    anatomiyası

    Tərcümeyi-halından çıxarış:
    İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb. 1984-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987-1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999-2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən sonrakı dövrde Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışıb.
    İzzət Rüstəmov 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir.
    O,1991-ci ildə Akademik S.İ.Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti -nin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
    İzzət Rüstəmov 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir.
    İzzət müəllimi çoxdan tanıyıram. Mənim qohumumdur. Orta məktəbdə mənim anam və dayılarımla eyni bir dövrdə, eyni bir məktəbdə təhsil alıb. Hələ uşaqlıq və yeniyetməlik illərində öz istadadı və bacarığı ilə yaşıdlarının çoxundan fərqlənib. Elə ali məktəbdə də yüksək qiymətlərlə oxuyub.
    İzzət müəllim universiteti yüksək qiymətlərlə bitirdiyinə görə aspiranturada saxlanılıb. Az sonra, daha dəqiq desək, 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İzzət Əşrəf oğlu Rüstəmovun rəsmi bioqrafiyasından götürülmüş bu “quru” sətirlər, təbii ki, alim-vətəndaşın bütün fəaliyyətinitam dolğunluğu ilə əhatə etmir və edə də bilməz.
    İzzət Əşrəf oğlu unikal, orijinal bir şəxsiyyətdir. O, zəhməti özünün tanrısı hesab edən kəslərdəndir.
    İzzət Rüstəmov görkəmli alim, fəlsəfə üzrə yorulmaz tədqiqatçıdır. Həmkarları arasında ciddi elmi araşdırmaların müəllifi kimi seçilir və qiymətləndirilir. Onun indiyəcən bir sıra dəyərli kitabları işıq üzü görmüşdür. "Həsən bəy Zərdabi (Dünyagörüşü)" (1969), – "XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti" (1992), "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri" (2001), "Əslimiz-nəslimiz (tarixi-sosioloji etüdlər)" (2006) monoqrafiyaları, "Çernışevski və Azərbaycanda ictimai fikir" (akad. F.Köçərli ilə müştərək) "Abbasqulu aga Bakıxanov", "Mirzə Fətəli Axundov", "Müasir təbiətşünaslığa konseptual yanaşma", "Həsən bəy Zərdabi ilə əlaqədar bir sıra dünyagörüşü məsələləri", "XX əsr Azərbaycan romantizminin fəlsəfəsi", "Həsən bəy Zərdabi görkəmli mütəfəkkir və publisist kimi" və digər kitabları çap olunmuşdur.
    İzzət Rüstəmov habelə istedadlı, təcrübəli, məhsuldar bir tərcüməçidir. “Qısa estetika lüğəti” (A.Aslanovla müştərək), "A.V.Anikinin “Elmin gələcəyi (Marksaqədərki iqtisadi mütəfəkkirlərin həyatı və ideyaları)", Z.T.Qolenkova, M.M.Akuliç və V.N.Kuznetsovun "Ümumi sosiologiya" əsərləri məhz İzzət müəllimin tərcüməsində Azərbaycan dilində işıq üzü görmüşdür.
    Elə bu kitablar da İzzət Rüstəmovun rəsmi səciyyə daşıyan tərcümeyi-halının yalnız bir hissəsidir. Amma görkəmli alimin şəxsi həyatından irəli gələn elə keyfiyyət və cəhətlər var ki, onlar necə deyərlər, “rəsmiləşməyib”. Mən bu cəhətlərə onun çalışqanlığını, diqqətcilliyini, obyektivliyini, sadəliyini, təvazökarlığını aid edər və əminliklə onu da vurğulaya bilərəm ki, həmin keyfiyyətlərdən ən başlıcası sadəlikdir.
    Sadəlik. Bu, yəqin ki, İzzət Rüstəmovun təbiətindən irəli gələn bir məsələdir. Axı insana bu keyfiyyətlər hansısa bir universitetdə “tədris” edilib öyrədilmir. Bunu başqalarının nümunəsində öyrənib əxz etmək də ağlabatan məsələ deyildir. Sadəlik insana anadangəlmə xas olan əxlaqi keyfiyyətdir. Bir növ onun da öz anatomiyası var. Biz həyatda adamlar görmüşük ki, sadəliyi az qala rol kimi ifa etməyə, “oynamağa” çalışır, amma həyatın, ömrün hansısa məqamında bu saxtakarlıq üzə çıxır. Çünki daxildən gəlməyən sadəliyi imitasiya etmək qeyri-mümkündür. Amma ruhdan, candan gələn sadəlik, təvazökarlıq insanın daimi yol yoldaşı olur.
    Mürəkkəb bir zamanda yaşayırıq. Adamlar vəzifə pillələri ilə sürətlə enir və qalxır. Bu, təbii, qanunauyğun bir haldır. Amma baş verməkdə olan bu təbii hadisələrin içində biz bir çox hallarda qeyri-təbiiliklərlə də üzləşirik; belə ki, bir çoxları vəzifə iyerarxiyasının müəyyən bir pilləsinə yüksələrkən, necə deyərlər onların çini yüksələrkən, az qala tamam başqa bir dona girir, başqa ədalarla yaşayır. Bu cür metamorfoza bütün hallarda etik cəhətdən ikrah, estetik cəhətdən isə acı gülüş doğurur.
    İzzət Rüstəmov vəzifə olimpinin yüksək qatlarında fəaliyyət göstərmiş bir adamdır. Amma o, bütün hallarda, hansı vəzifədə işləməsindən asılı olmayaraq öz təvazökarlığını, sadəliyini qoruyub saxlamışdır. İzzət müəllim adamlarla tez ünsiyyətə girir, öz imkanları çərçivəsində onlara dəstək olmağa çalışır, dəyərli məsləhətlər verir.
    O, əsl müəllim və ziyalıdır. Lokal mühitdən- auditoriyadan başlayan dərslərini qlobal müstəvidə- ekran və efirdə davam etdirir, elmi, əxlaqi, mənəvi dəyərlərimizi təbliğ etməkdən yorulmur. İnsanlarla ünsiyyətdən zövq alır. Həttta, ömrün bu müdrik çağında belə, öyrənir və öyrədir.
    İzzət Rüstəmov vətənpərvər bir ziyalıdır və o, öz övladlarını da bu ruhda böyüdüb tərbiyə etmişdir. Onun oğlu Məzahir Rüstəmov torpaqlarımızın bütövlüyü uğrunda şəhir olmuş, Milli Qəhrəman adına layiq görülmüşdür.
    Bu günlərdə İzzət bəyin 80 yaşı tamam oldu. Ömrün bu müdrik çağında o, gümrah və hətta, deyərdim ki, gəncdir. Daim idmanla məşğul olur, gəzintiyə çıxır. Demək olar ki, bütün məzuniyyətlərini doğma kəndlərində keçirir. El şənliklərində qol götürüb gənclərə nümunə ola biləcək oyun havalartı nümayiş etdirməyi də var İzzət müəllimin. Bu görkəmli ziyalımız haqda düşünərkən istər-istəməz bir el məsəlini xatırlamalı olursan: bu adam uşaqla uşaq, böyüklə böyükdür. Onu yumşaq, komfort maşınların kabinələrində görmək çox müşkül məsələdir; həmişə ictimai nəqliyyatdan istifadə edir. Mən onu tez-tez metro qatarlarında və sərnişin avtobuslarında görürəm. Bu, həm də onun sadə adamlarla ünsiyyət tələbatından irəli gəlir.
    Bir daha vurğulamaq istəyirəm ki, maraqlı, məhsuldar bir ömür yaşamış İzzət Rüstəmov öz həyat və fəaliyyəti ilə çoxlarına örnək ola bilər.
    Mən hörmətli yubilyarımızı ürəkdən təbrik edirəm.
    11.02.2012


























    Zahid Orucov. İnsan varlığının mənşəyi
    çağdaş fəlsəfədə

    Bu yaxınlarda Rusiyanın məşhur “Subkultura” portalı bir yazı və belə bir sualla çıxış etmişdir: “Müasir dünyada filosof varmı?” (“Есть ли философы в современном мире?”) Maraqlı burasıdır ki, həmin yazıda dünyanın ən görkəmli dörd çağdaş filosofu (Deni-Robert Dyüfur, Mişel Onfre, Mühəmməd Abel əl -Cəbri və Zahid Orucov) haqqında məlumat verilmişdir. Orası da vurğulanmışdır ki, bu gün elm aləmində ən çox tanınan filosoflardan biri “Azərbaycan kökənli filosof Zahid Orucovdur”. Dünyanın bir çox ölkələrində kitabları nəşr edilən, əsərləri tədris edilən Zahid Orucovu Azərbaycanda çox təəssüflər ki, geniş ictimaiyyət o qədər də tanımır.
    Bəs kimdir Zahid Orucov?
    Zahid Məlik oğlu Orucov 4 aprel 1932-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, fəlsəfə tarixi, dialektik məntiq, sosial bilik metodologiyası sahələri üzrə elm aləmində tanınmış mütəxəssisdir.
    Haşiyə. Zahid Orucovun atası professor Məlik Orucov tarixçi alim idi, uzun illər indiki BDU-da çalışmışdır. Zahid ilk gəncliyində idmanla məşğul olub. Amma son sinifdə atasının tövsiyəsi ilə idmanın “daşını atıb”. O, bir müsahibəsində deyir: “Atam mənə fəlsəfə fakültəsinə daxil olmağı tövsiyə etdi. Belə də oldu. MDU-ya daxil oldum. İlk sessiyanı əla qiymətlərlə başa vurdum, atam əvvəlcə buna inana bilmədi”.
    Zahid Orucov Universitetdə təhsilini başa vurduqdan sonra 1955-1967-ci illərdə Bakıda elmi və pedaqoji fəaliyyətlə məşğul olmuş, çox gənc ikən Moskva Elektron Texnikası İnstitutunda fəlsəfə kafedrasını təsis etmiş, bir müddət MDU-nun fəlsəfə fakültəsində professor olaraq çalışmış, dialektik məntiq üzrə öz mühazirələr kursunu tədris etmiş, eyni zamanda "Fəlsəfi elmlər" jurnalının baş redaktor müavini olmuşdur.
    Alim sonralar müəllimlik illərini belə xatırlayır: “MDU-da öz kursumu oxumağa başladım. Orada fəlsəfəyə maraq göstərən tələbələr çox idi. Auditoriya həmişə dolu olurdu. Hətta gülməli hadisələr də olurdu. Bir dəfə mühazirə oxuyurdum, gənc bir oğlan döşəmədə oturmuşdu. Soruşdum: “Doğrudanmı yer yoxdur?” O başını tərpədib dedi: “Mən iqtisadiyyat fakültəsindənəm”. Əlbəttə, xoş idi ki, digər fakültələrin tələbələri də mənim kursumu dinləməyə gəlirdilər”.
    Zahid Məlik oğlu 26 yaşında namizədlik, 34 yaşında doktorluq müdafiə etmiş, öz dövrünün ən gənc filosoflarından biri olmuşdur. O, 1985-1987-ci illərdə Azərbaycan SSR rəhbərliyinin təkidli təklifi ilə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Haşiyə. Mən Zahid müəllimi məhz həmin illərdə tanımışam. O, iki il müddətində bizim İnstituta təhbərlik etmişdir. Aradan illər keçib. Sonralar rastlaşmasaq da, o, mənim yaddaşımda obyektiv və analitik elmi təhlilləri ilə seçilən bir alim kimi qalıb. Zahid Orucov olduqca sadə, təvazökar, vicdanlı, necə deyərlər “düzünəqulu” bir adim idi. Elə bu cəhətlərinə görə, bəzi dairələr və bir çox şəxslər onu “həzm” edə bilmirdilər. O, qısa bir vaxt ərzində elmi idarəyə rəhbərlik etdi. Sonralar müsahibələrində vəzifəni tez tərk etməsinin səbəbini belə izah edib: “Direktor işlədiyim iki il ərzində iki cümlə də yaza bilmədim”. Zənnimcə, Zahid Orucov vəzifədən təkcə vaxt qıtlığına görə istefa verməmişdi. Axı o, təşkilatçılıqdan qorxan birisi deyildi. Hələ 35 yaşlı bir gənc ikən professor Orucov, Moskvadakı nüfuzlu ali məktəblərin birində fəlsəfə kafedrası yaradaraq ona rəhbərlik etmişdir.
    Zahid Orucov 1987-ci ildə keçmiş SSRİ Ali Partiya Məktəbinin rəhbərliyinin dəvəti ilə Moskvaya qayıtmış və əvvəlcə fəlsəfə professoru, daha sonra Rusiya Dövlət Humanitar Universitetinin professoru olmuşdur. O, sonrakı illərdə Rusiya Federasiyası Prezident Administrasiyası yanında Dövlət İdarəetmə Akademiyasının aparıcı və baş elmi işçisi vəzifəsində çalışmış, sosiologiya kafedrasının, daha sonra Moskva İşgüzar İdarəetmə İnstitutunun (sonralar Moskva Dövlət İşgüzar İdarəetmə Akademiyası) professoru kimi fəaliyyət göstərmişdir.
    Zahid Orucov Almaniya, ABŞ, Kanada, Kuba universitetlərində alman, ingilis, ispan dillərində mühazirələr və kurslar keçmişdir. Professor Orucovun bir çox xarici ölkələrdə müxtəlif dillərdə nəşr olunmuş elmi əsərlərndə nəzəri isbat məsələləri, onun empirik və formal-məntiqi isbatlardan fərqləri, dialektik məntiqin sistematik izahı məsələləri araşdırılmışdır. 1980-ci illərdə ABŞ-ın Kornell Universitetində məşhur sovetoloq professor Ceyms Skenlan öz kitabında qeyd etmişdir ki, “Orucovun işlərindən sonra dialektik məntiq ABŞ-da əvvəlki kimi rədd edilə bilməz, çünki artıq elmi hörmətə layiq bir səviyyəyə qaldırılmışdır”.
    Zahid Orucov həmçinin aralıq halqaların analiz metodu və nəzəri sistemlərin yaradılmasına dair tədqiqatlar aparmışdır. Bu metodun əhəmiyyəti akademik A.M. Çernuxun rəhbərliyindəki tədqiqat qrupu tərəfindən xüsusi qeyd edilmişdir.
    Zahid Orucov islahatların cəmiyyətin inkişafı üçün zəruri metod kimi nəzəriyyəsini, həmçinin iqtisadi idarəetmənin mərkəzləşdirilmiş yanaşmaya əks olaraq universal metod kimi regional inkişaf nəzəriyyəsini, habelə, "keçmiş", "keçmişin amilləri", "toplanmış keçmiş" anlayışını insan təbiətinin substansial anlayışları kimi işləyib hazırlamışdır.
    Zahid Orucovu bir filosof kimi ən çox düşündürən ümdə məsələlrdən biri insan varlığının mənşəyi və onun təşəkkülü, evalyusiyası problemidir. Alim belə hesab edir ki, Darvinin nəzəriyyəsi təxminən 150 ildən sonra belə, insanın təbii mənşəyini sübut edə bilmir, çünki insan təbiətini anlamaqda "təmiz bioloji" yanaşmadan uzaqlaşmır. Orucovun irəli sürdüyü konsepsiyanın mahiyyəti belədir: bu problemin həlli üçün fəlsəfə təkcə bioloji amillərə deyil, onunla yanaşı psixoloji, dilçilik və sosiologiya kimi müxtəlif elmlərin nəticələrinə əsaslanmalıdır. Bu fikir yeni və cəsarətli bir addım hesab edilir.
    Zahid Orucov təkcə Darvinin bir çox mülahizələri ilə deyil, habelə Marksın irəli sürdüyü bəzi mühüm tezislərə də tənqidi yanaşmışdır ki, bu da onun dərin analitik bilgisindən və alim cəsarətindən irəli gəlir. Professor Orucov Marks haqqında belə deyir: “O, dahi iqtisadçı idi... Lakin mən Marksla heç də hər şeydə razı deyiləm. Məsələn, cəmiyyətin siyasi şüurunun yalnız iqtisadiyyatdan asılı olduğu və iqtisadi bazanın siyasi üstqurumu müəyyən etməsi haqqında onun məşhur konsepsiyasını qəbul etmirəm. Mənə elə gəlir ki, burada Marks səhv edir – onun təsəvvürünə görə, insan müstəqil şəxsiyyət kimi deyil, bu prosesin yalnız “tamamlayıcısı” kimi çıxış edir. Mən isə hesab edirəm ki, insanın öz təbiəti var, o, iqtisadi şəraitdən asılı olmayaraq özü-özünə qərar verə bilər...”
    Naturalistik insan konsepsiyası, heyvandan insana məntiqi keçidi hələ də qəti şəkildə izah edə bilmir və bəzi alimlər bunu "itkin halqa"nın olmaması ilə izah edir. Lakin əslində "həlledici halqa" mövcuddur və naturalistik yanaşma bunu ümumiyyətlə nəzərə almır. İnsanların aprior düşünmə qabiliyyətini nəzərə almaması bu yanılmanın əsas səbəbidir. Bunu klassik alman fəlsəfəsi, xüsusilə dahi filosof İ. Kant sübut etmişdir. Kant hesab edirdi ki, insan məhz zəkaya malik olduğu üçün aprior düşünmə qabiliyyətinə malikdir. Bununla belə, Kant Ç. Darvinin təkamül nəzəriyyəsindən xəbərsiz idi və buna görə də heyvanın aprior olmayan düşüncədən insana xas aprior düşüncəyə keçidi problemini həll edə bilməmişdi.
    Apriorizm (təcrübədən asılı olmayaraq qazanılan bilik-F.M.) məsələsi hələ Platon tərəfindən "xatırlama" anlayışı ilə və daha sonra Leybnits tərəfindən "anadangəlmə ideyalar" anlayışı ilə irəli sürülmüşdür. Lakin Ç. Darvin XIX əsrdə ingilislərə xas sensualizm mövqeyində dayanaraq, duyğu təcrübəsini mütləqləşdirirdi və abstraksiya qabiliyyətini insan ağlının yetərli xüsusiyyəti hesab edirdi.
    Professor Orucov insanın aprior qabiliyyətinin necə meydana gəldiyini "toplanmış keçmiş" anlayışına əsaslanaraq məntiqi şəkildə izah edir. Bu anlayış özünün strukturunda aşağıdakıları ehtiva edir: 1. xaotik hissə; 2. təşkil olunmuş, yəni nizamlanmış hissə; və nəhayət, 3. müvafiq dövrün (tarixi epoxanın) düşüncə tərzini. Bu düşüncə tərzi "toplanmış keçmiş"i nizamlayır və yeni təcrübə, məntiq və dövrün düşüncə üsullarının formalaşması imkanlarını yaradır. Bütün bu qabiliyyətlərin təməlində yaradıcılıq və ya F. Nitsşenin təbiri ilə desək, "xaosu təşkil etmək" bacarığı dayanır. Orucovun nəzəriyyəsinə görə, "toplanmış keçmiş" (və ya K. Popperin "üçüncü dünya"sından fərqli olaraq) insanın ayrılmaz bir hissəsidir və insan onu daim özü ilə daşıyır, onunla qarşılıqlı əlaqədə olur və onu "təşkil edir".
    Bəs "toplanmış keçmiş" necə yaranır? Bu, insanın əcdadına instinkt kimi verilmiş sözlü dilin imkanlarından doğur. Ç. Darvin hələ öz dövründə dilin insana instinkt olaraq verildiyini irəli sürmüşdü. Bu fikir bir çox alim tərəfindən qəbul edilsə də, müasir dilçilər, xüsusilə N. Xomski və S. Pinker tərəfindən daha da əsaslandırılmışdır. Onlar dilin insanın yaradıcılıq qabiliyyətlərini oyandırmaq xüsusiyyətinə malik olduğunu vurğulamışdır. S. Pinker, N. Xomskiyə əsaslanaraq, dilin aprior düşüncənin xüsusiyyətlərinə yaxın olduğunu və bunun insan təbiətinin yaranma sirrini anlamaq üçün əhəmiyyətli olduğunu qeyd edir.
    Sözlərin konkret xarici obyektlərdən asılı olmaması insanlara bir tərəfdən hər bir cümləni tarixən heç vaxt təkrarlanmayan yeni kombinasiya ilə qurmaq imkanı verir, digər tərəfdən isə uşaqlar doğuluşdan bütün dillərin qrammatikasına xas olan bir sxem ("Universal Qrammatika") daşıyır. Bu, onlara valideynlərinin nitqində sintaktik modelləri fərqləndirmək bacarığı qazandırır.
    Şifahi dilin "başlanğıcı" kimi keçmiş ilə insan təbiətinin sintezi nəticəsində "toplanmış keçmiş" yaranır və bu “keçmiş” olmadan insanın aprior qabiliyyəti mümkün deyildir. "Toplanmış keçmiş" insana keçmişin elementləri ilə qarşılıqlı əlaqədə olmağa və əvvəllər bir-biri ilə qarşılıqlı əlaqədə olmayan bu elementləri sintez etməyə imkan verir. Beləliklə, Kantın aprior sintez anlayışı, yəni tam apriorizm meydana çıxır ki, bu da insana xas olan bir xüsusiyyətdir.
    Z.Orucov bir qədər də irəli gedərək iddia edir ki, hətta heyvanlar dünyasında belə, apriorizmin müəyyən dərəcədə mövcud olduğu müşahidə edilir. Əgər heyvan "ölü" daşlardan fərqli olaraq, xarici mühitdə baş verən dəyişikliklərə qabaqlayıcı reaksiya verməsəydi, onu daha güclü yırtıcılar və ya təbiət hadisələri məhv edərdi. Heyvan "mikroapriorizm"ə, yəni məntiqi analoji forma şəklində bir qabiliyyətə malikdir. Bu qabiliyyət ona ətrafında baş verən müxtəlif proseslərə fərqli reaksiya verməyə imkan yaradır. Analogiya ən sadə məntiqi düşüncə formasıdır və heyvana “özünü", necə deyərlər, "başqasından" ayırd etmək imkanı verir.
    Filosof Zahid Orucov hesab edir ki, Paleolit dövründə yaşayan insan artıq analitik qabiliyyətə, hətta "yarım-apriorizmə" malik idi. Bu qabiliyyət vasitəsilə o, daşlardan və ya öldürülmüş heyvanlardan “təhlükəli” alətləri ayıra bilirdi.
    İnsanın yeni təcrübəsi, onun miqyasından asılı olmayaraq, aprior şəkildə formalaşır. Məsələn, Zahid Orucovun fikrincə, insanın temporal mövcudluğunun bütün tarixi dövrü üç səviyyədən ibarət olan yeni düşüncə tərzi ilə müəyyən edilir. Həmin səviyyələr bunlardır: 1) ümumi məntiqi anlayışlar, 2) etik anlayışlar, 3) empirik və praktik səviyyə. Bu düşüncə üsulları aprior qabiliyyət vasitəsilə əldə edilən yeni anlayışlar əsasında formalaşır. İnsan daim özü ilə "üçüncü dünya" adlanan bir aləm daşıyır və bu aləm vasitəsilə xaosu "təşkil edir". Burada Alber Kamyunun sözlərini xatırlamaq yerinə düşər: "Bütün böyük islahatçılar tarix boyu Şekspir, Servantes, Molyer və Tolstoyun əsərlərində yaradılmış azadlıq və ləyaqətə olan susuzluq hissini təmin edə biləcək bir dünyanı əks etdirmək istəmişlər”.
    Yeri gəlmişkən, Kamyu başqa bir yerdə insanın aprior qabiliyyətinin yaradıcı təbiətinə diqqət çəkərək deyir ki, "incəsənət əsərlərindəki təsəvvür olunan dünya, real dünyaya düzəlişdir... Roman, taleyi əvvəldən hazırlanmış ölçünü kəsib qısaldır. Beləliklə, o (yəni bədii əsər-F.M.) Tanrının yaratdığı ilə rəqabət aparır və heç olmasa müvəqqəti də olsa ölüm üzərində qalib gəlir”.
    Bu düşüncələr göstərir ki, insan həm incəsənət sahəsində, həm də real islahatlar sahəsində daim xaosu təşkil edir, ona öz təsəvvürlərinə uyğun forma verir və bu təsəvvürləri zamanla gerçəkliyə çevirir. Eyni proses gündəlik həyatda da baş verir, belə ki, insan öz həyat şəraitini, digər insanlarla münasibətlərini təkmilləşdirməyə və dəyişməyə çalışır.
    Zahid Orucov bu baxışlardan insan tarixinin daxili mənasını üzə çıxarır. Bu mənanın əsası, insan təbiətinin temporal (müvəqqəti, keçici xarakter-F.M.) mövcudluğun birinci mərhələsindən (ilk icma dövründən) miras qalmış əsas heyvani instinktlərdən — güc və zəiflik instinktindən mərhələli şəkildə "qurtulmasıdır". Bu "qurtulma" dörd böyük mərhələdə həyata keçirilir ki, bunun da hər biri müvafiq olaraq dörd sivilizasiya səviyyəsinə uyğun gəlir: 1) yazılı hüquq (antik dövr), 2) ümumbəşəri etika (orta əsrlər), 3) burjua bərabərliyi və pulun insan fəaliyyətinin universal ölçüsü kimi qəbul edilməsi (yeni dövr), 4) nəhayət, insanın fərdi yaradıcı azadlığına əsaslanan informasiya dövrü. Sivilizasiya səviyyələri zaman etibarı ilə tarixi dövrlərə uyğun gəlir. Temporal mövcudluğun üçüncü mərhələsində (post-tarix dövrü), alimin fikrincə, insan təbiəti heyvani instinktlərdən azaddır və burada "ağıl instinkti" (Hegelin termini) hökm sürür. Bu instinkt insana xasdır və onun təbiətinə tam uyğun gəlir. Temporal mövcudluğun bu mərhələsində insanlar arasında ictimai münasibətlərin mənbəyi artıq miras qalmış heyvani instinktlər deyil (tarixdə müharibələr, qul sahibliyi, diktaturalar və s. formalarını alırdı), Aristotelin dediyi kimi, dostluqdan qaynaqlanan yeni etik münasibətlərdir.
    Zahid Orucov Yeni dövr utopistlərinin "insan təbiəti"nin dəyişməz olduğunu iddia edən konsepsiyasını rədd edir. Bunun əksinə olaraq, "insan təbiətinin" tarixi olaraq dəyişən "ictimai münasibətlərin məcmusuna" bərabər olduğunu iddia edən konsepsiyanı da qəbul etmir. Filosof iddia edir ki, tarix insanın inteqrativ təcrübəsidir. İnsan mövcudluğunun temporal anlayışı, əsasən, iqtisadi, ictimai-siyasi və ya dövlət amilləri ilə deyil, zamanla, yəni insanın heyvani dünyadan ayrılmağa başladığı vaxt ilə və bu prosesi nə qədər qabaqlaması ilə müəyyən edilir. İnsanın mövcudluq tərzi onun keçmişlə münasibətini xarakterizə edir, çünki keçmişin özü də (dil, düşüncə, məntiq və s.) həmişə indiki halda mövcuddur. Beləliklə, XXI əsrin əvvəlində hominidlərin insan mənasında transformasiyası problemi, insan təbiətinin mahiyyətinin - ağlın formalaşmasının məntiqi əsasında fəlsəfi izahını tapmışdır.
    Bəli, dialektik məntiqin öyrənilməsində böyük nailiyyətlər əldə etmiş filosof uzun illərdən bəri mühüm bir ideyanın - insan təbiətinin formalaşmasını tədqiq etməklə məşğuldur.
    Tanınmış filosof, professor T.V. Kuznetsova, Zahid Orucovun son kitabları haqqında söz açarkən yazmışdır: "Bu gün demək olar ki, Z.M. Orucovun “İnsan təbiəti və tarixin mənası” kitabında Karl Yaspers tərəfindən formalaşdırılmış fəlsəfənin əsas probleminin elmi-fəlsəfi həlli kifayət qədər inandırıcı formada təqdim edilmişdir”.
    Zahid Orucovun yaşı 90-ı keçsə də, yenə ciddi elmi tədqiqat işi ilə məşğuldur. O, müsahibələrində tez-tez vurgulayır ki, bu yaşda başladığın işləri tez başa vurmalısan. Böyük alimə yaradıcılıq fəaliyyətində daha böyük uğurlar arzu edirik.




    Yuxularlar haqqında
    Freyd və freydizm bir az arxa plana keçir

    Az yatıram. Amma bu qısa zaman çərçivəsində bəzən çox maraqlı yuxular da görürəm. Çoxu da süjetli, fabulalı, dialoqlu, monoloqlu. Hazırca əsərdir, götür yaz. Hərdən düşünürəm ki, bəlkə mən yatanda yuxu görmürəm, yuxu məni görür?
    Dünən gecə görürəm ki, bir dostumla rastlaşıram, o israr edib deyir ki, yaxınlıqda yaşayıram, gedək bizə. Deyirəm ki, evdə nə var, gəl bir yerdə oturub çay içək, çörək yeyək. O, əlini uzadıb deyir ki, budur, beş-on metrlikdə yaşayır. Nə isə, onun evinə qonaq gedirik. Dostum haradasa Montin tərəflərdə yaşayır. Mənim çiynimdə iri çanta var. Narın yağış yağır.
    Kino-teatrdın yanından keçədə bir şir heykəli gözümə dəyir. Amma hisss edirəm ki, bu heykəl sanki tərpənir, elə bil şir canlıdır. Dostum əlini heykəlin belinə çəkir. Sanki şir donub sakitləşir, ta tərpənmir. Mən təəccüblə çiynimi çəkirəm. Dostum deyir ki, bu, adi bir şir heykəlidir.
    Xülasə, söhbət edə-edə gedib çıxırıq dostumun evinə. Baxıb görürəm ki, evdə canlı bir şir var. Dostum deyir ki, bu evdə çoxdan şir saxlayır. Özü də deyəsən bu ev dostumun özünün deyil, o, burada kirayədə qalır.
    Şir sakit-sakit, məlul-məlul üzümüzə baxır. Dostum deyir ki, sən gözlə, mən gedim həm özümüz, həm də şir üçün bir az bazarlıq edim gəlim. Etiraz etmirəm. Dostum çıxıb gedir. Mən diqqətlə şirə baxıram: o, deyəsən qocalıb əldən düşüb. Şirə baxa-baxa onun taleyi barədə düşünürəm. Və məni yuxu aparır. Bir azdan qapı döyülür. Gələn dostumdur. İndi o, təkcə bazarlıq edib gəlməyib, özüylə gənc bir şir də gətirib. Mən bu yeni gələn şiri o dəqiqə tanıyıram; o, bayaq kinoteatrın yanında gördüyüm şirdir. Demək, bu hiyləgər şir orada özünü bicliyə qoyaraq “heykələ” dönübmüş. Hə, deməli, otaqdakı şirlər başlarını tərpədib bir-birilə “görüşür”, ağızlarını yaxınlaşdırıb imsiləşirlər.
    Dostum bazarlıq heybəsini açır. Şirlər də öz yeməyini yeyir, biz də. Hiss olunur ki, şirlər öz yeməklərini güc-bəla ilə yeyirlər. Yedikcə udqunurlar.Yəqin ki, onların dişi tökülüb. Dişli şirin burada, bu dar otaqda nə işi var?
    Dostum deyir ki, ta bu şirləri burada saxlamağın bir mənası yoxdur. Gəl onları aparıb zooparka təhvil verək. Belə də edirik. Dostum şirləri qucağına alıb mənim iri çiyin çantamın içinə qoyur. Mən çantanı götürüb çiynimə atıram. Şirlərin çəkisi çox yüngül imiş.
    İndi bayırda güclü külək əsir, şırhaşır yağış yağır.
    Addımlarımızı iri atırıq.
    Bayaq yanından keçdiyimiz kino-teatra çatanda dostum deyir ki, sən burada gözlə, mən zooparkın direktorunu tapım. Deyirəm ki, axı bura zoopark deyil. Dostum deyir ki, ta zoopark burada fəaliyyət göstərir.
    O, gedir müdiriyyəti axtarmağa.
    Kinoteatrın arkasının altında külək və yağış tutmayan bir yerdə dayanıb ətrafa nəzər salıram və görürəm ki, bayaq gördüyüm şir heykəli yerində deyil. Yüz faiz inanıram ki, mənim çantamdakı şirlərdən biri elə həmin “heykəl-şirdir”.
    Bayırda gözləməkdən yoruluram. İçəri keçirəm. Qəribədir, sən demə, bura həm zoopark, həm də kinoteatr imiş.
    Çiynimdəki yükü, daha doğrusu, şirləri yerə qoyuram. Çantadakı vəhşilər dombalaq aşıb nərildəyir. Adamlar, xüsusən uşaqlar, heyrətlə yerdə yumalanan çantaya baxırlar. Mən həyatda olduğu kimi, yuxuda da yalan deməyi xoşlamıram və etiraf edirəm ki, çantada şirlər var, amma onlaq qorxulu vəhşilər deyil, məncə onların heç dişi də yoxdur.. Tamaşaçıların marağı daha da artır. Onlar istar edib çantanı açmağımı istəyirlər. Mən deyirəm ki, bu şirləri bir azdan buraya təhvil verəcəyik, onda baxa bilərsiz, bir az gözləyin.
    Dostum zooparkın hansısa məsul işçisi ilə gəlir. Həmin məsul işçi əyilib çantaya baxır. Bayaqkı iri çanta indi çox balaca görünür. Sanki onun içində yumalanan iki nəhəng şir deyil, kiçik siçovullardır.
    Biz dostumla and-aman edib deyirik ki, çantadakılar şirdir...
    Çantanı götürüb yaxınlıqdakı yaşıl əraziyə keçirik...
    Bilmirəm bu yuxunun mənası nədir. Amma hesab edirəm ki, onun haradan qaynaqlandığını qismən bilirəm.
    Bir müddət əvvəl vaxtilə haqqında yazdığım Bəbirovların evdə saxladığıl şiri xatırlaşışdım. Bilənlər bilir, 80-ci illərdə evində şir saxlayan qadın vardı. Günlərin bir günü həmin xanımı- Bərbərovanı vəhşi şir parçalayıb öldürmüşdü. O vaxtacan həmin şir haqda film çəkilmiş, hətta şir filmlərdə “rol” oynamışdı.
    Deməli, şir mənim yuxuma buradan gəlibmiş.
    O ki qaldı çiynimdəki iri çantaya... Dünən yeni çapdan çıxan kitablarımın bir neçəsini həmin çantada evə gətirmişdim...
    Elə yağış da dünənki yağış idi və görünür yuxuma da elə oradan gəlibmiş...
    Hələ orasını demirəm ki, bir çox bədii yazılarımda- nəsr və dram əsərlərimdə Şir obrazı yaratmışam. “Qəfəs” pyesimin əsas personajı elə Şirdir...
    Belə getsə, yuxu ilə bağlı təəssürat və fikirlərim Freydi və freydzmi arxa plana keçirəcək.
    Bunu yazmaqda, yuxumu geniş təsvir etməkdə məqsədim nədir?
    Mən qətiyyən yuxunun “kodlarını” açmaq niyyətində deyiləm. Və hesab edirəm ki, belə bir kod da yoxdur.
    Yuxular hallüsinasiya səciyyəli olur.Və biz adətən həyatda gördüyümüz, barəsində düşündüyümüz hadisələri yuxuda bir qədər təhrif olunmuş, dəyişmiş, metoforik şəkildə görürük.
    Yuxularımız bir növ bizim real həyatımızın yarıfantastik davamıdır.





    Kimdir Filosof?

    Uzun illər tələbə, aspirant və doktorantura auditoriyasında fəlsəfənin müxtəlif istiqamətləri üzrə dərs demişəm. Amma bu kitab qətiyyən mənim “mühazirə dəftərim”dən qeydlər deyildir. Əvvəla, haqqında söhbət açılan klassiklərin əksəriyyəti uzun illər tədris proqramlarına daxil edilmirdi. İkincisi, klassiklər istisna olunmaqla, yeni dövr filosofların çoxu “burjua sosioloqları” kimi tənqid olunur və ya lənətlənirdi. Üçüncüsü isə, Sovetlərin məlum ideoloji “qəlib” və “ölçülərinə” uyğun gəlməyən bir çox filosofların az qala adının belə çəkilməsi yasaq olunmuşdu. Mən haqqında söhbət açılan görkəmli fikir adamlarını fəlsəfəsevərlərə tendensiyasız, ideoloji “tərəfkeşlik-dən” uzaq, obyektiv gerçəkliyin prizmasından təqdim etməyə çalışmıam.
    Oxucular diqqət yetirdisə, “Filosoflar” kitabının əvvəlində Zərdüşt, Budda və Konfutsi haqqında söhbət açılır. Bu isə təsadüfi deyildir. Hər üç əfsanələşmiş mütəfəkkirin fikirləri zaman keçdikdən sonra dini təlim səviyyəsində öyrənilib təbliğ olunmağa başlamışdır. Nəticədə həm Zərdüşt, həm Budda, həm də Konfutsi bir sıra region və dövlətlərdə peyğəmbər kimi qəbul olunmuşdur.
    İndiyə qədər bizdə fəlsəfə tarixi istiqamətində xeyli sayda həm orijinal, həm də tərcümə əsərləri nəşr edilmişdir. Əlbəttə, bu, təqdirəlayiq haldır. Lakin təəssüfdoğuran hal budur ki, həmin yazıların bir çoxu “həvəskarlar” tərəfindən araya-ərsəyə gətirilmişdir. Hətta, iş o yerə çatıb ki, əksər hallarda fəsəfənin adi “tikinti materialları”, yəni terminoloji bazası “qarmaqarışıq ambara” çevrilib. Məsələn, fikrimi bir neçə sadə misalla izah etməyə çalışsam deyə bilərəm ki, mətnlərdəki əksər terminlər öz yerində “oturdulmayıb”. Tutaq ki, hansısa bir mətndə istifadə edilən “ağıl” anlayışının bir çox hallarda fəlsəfi anlamdakı “ağla” heç bir aidiyyatı olmadığını görərmək olar. Bir az da irəli gedən olsa, asanca görə biləri ki, “müəllif” və ya “tərcüməçilərin” böyük əksəriyyəti, ümumiyyətlə, “ağıl”, “zəka”, “şüur”, “idrak” kimi anlayışların mahiyyətindən bixəbərdir. Elə bu səbəbdən də həmin anlayışlar çox zaman bir “çətir” altında toplanır, paralel və ya sinonim terminlər kimi işlədilir. Halbuki bunlar zahirən bir-birlərinə yaxın olsa da, fərqli fəlsəfi termin və leksemlərdir. Əgər məsələyə rus dili ilə müqayisəli şəkildə yanaşılsa, mənzərə bir qədər də aydınlaşar. Məsələn, həmin terminlər ruscada (habelə almancada, ingiliscədə) fərqlı şəkildə təqdim edilir. Belə ki, əslində “ağıl”-ум, “zəka”-разум, “şüur”-сознание, “idrak”-познание kimi ifadə olunmalıdır.
    Bu qəbildən olan misalların sayını istənilən qədər artırmaq olar.
    Təqdim edilən kitabda dünyanın görkəmli fikir adamları ilə yanaşı ölkəmizin bir sıra filosofları haqqında da söhbət açılır. Bu yazılar daha çox xatirə fraqmentləri ilə tamamlanan portret-oçerklərdir.
    Və nəhayət, bu deyilənlərə kiçik bir əlavə. Kimdir filosof?
    Adətən, “filosof” deyəndə adi şüurda Sokratvari bir şəxsiyyətin obrazı canlanır. Əslində ortada Sokratın heç bir əsəri yoxdur. Lakin bu, o demək deyil ki, Sokratın filosofluğu şübhə doğurur. Yox, Sokrat filosofdur. Özü də böyük filosof. Amma, məsələn, Sokratdan fərqli olaraq Aristotel dünya fikir xəzinəsinə onlarla qiymətli əsər bəxş edib.
    Ümumiyyətlə, biz filosofları üç qrupa bölə bilərik.
    1.Yaradıcı filosoflar. Öz doktrinası, nəzəriyyəsi, paradiqması olan mütəfəkkirlər. Məsələn, adını yuxarıda çəkdiyim Aristotel kimi.
    2.Fəlsəfə tarixini, filosofların həyatını araşdıra alimlər. Onlara tədqiqatçı filosof adlandıra bilərik. Məsələn, 9 cildlik monumental "Fəlsəfə tarixi”nin müəllifi ingilis filosofu Frederik Copleston kimi.
    3.Fəlsəfəni tədris, təbliğ və təşviq edən pedaqoqlar. Söz yox ki, onlar da filosofdur. Məsələn, böyük müəllim Platon kimi.
    Sizə təqdim edilən kitabda əsasən “birinci qrupa” daxil edilən mütəfəkkirlər, yəni yaradıcı filosoflar haqqında söhbət açılıb.









    Firuz Mustafa
    Qısa bioqrafiya və biblioqrafiya
    Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof

    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Bioqrafiyası
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Dövlət Pedaqoji Universitetinin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərində fəlsəfə, fəlsəfə tarixi, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr oxumuşdur.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s.), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа AYB Dramaturgiya sektorunun rəhbəri, “Teatr” jurnalının təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifаqının, Fəlsəfə Cəmiyyətinin, habelə Qafqaz Yazıçılar Klubunun üzvüdür.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər.
    Firuz Mustаfаnın əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir.







    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    İki dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının mükаfаtı





    Firuz Mustafanın elmi və bədii əsərləri
    (biblioqrafiya)

    Firuz Mustafanın
    Azərbaycan teatrlarında tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):

    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı (“Musiqili məktublar”)
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “İfritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • “Safari”- Tədris Teatrı
    • “Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Müqəvva”- (festival üçün)- Azərbaycan Dövlət Akademik Rus dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Adsız” (rusca)- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)

    Firuz Mustafanın
    xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Trabzon Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019).

    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” - (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Məruzə”.Bioqrafiya.Biblioqrafiya (“Renessans-A” nəşriyyarı, 2024)

    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    *Seçilmiş əsərləri (40 cilddə) (“Ekoprint”) nəşriyyatı, 2018)

    *“Gündəliklər” (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2024)

    *Фируз Мустафа “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)
    •
    İngiliscə kitabları:
    • “A sea nomad” (Dəniz köçü”). povest- (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend” (“Kəhrəba, sadiq dost) - (“Elm fondu”nun nəşri, 1997)
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram. (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)

    Tərcüмələr:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (“Teatr” jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada nəşr olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)

    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017
    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    “Amazon”da dərc edilən və yayınlanan kitabları
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram- (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)

    Firuz Mustafaya
    həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)

    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu)
    (2012)

    • Sabir Bəşirov. “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)

    • Babək Qurbanov. "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)

    *Firuz Mustafanın yaradıcılığına həsr edilmiş monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)




    Mündəricat:



    MÜNDƏRİCAT:


    FƏLSƏFİ FİKİR TARİXİNDƏN YARPAQLAR


    Zərdüşt. Xe¬yir¬ və Şə¬rin əbədi mü¬ba¬ri¬zə¬si

    Konfutsi. Din səviyyəsinə yüksələn fəlsəfi təlim

    Budda. Müdriklik, mərhəmət və azadlıq simvolu

    Sokrat. Tanrı ilə insan arasında

    İbn Xəldun. Sosiologiya elminin banisi və “Şərqin Marksı”

    Frensis Bekon. Onu Şekspirlə hansı “tellər” bağlayırdı?

    Kant. Avropa intibahının sonuncu nəhəngi

    Hegel. Azad ruhun və ədalətin tərənnümü

    Şopenhauer. “Pessimist fəlsəfənin” optimist nümayəndəsi

    Berdyayev. Azadlıq fəlsəfəsinin mübəlliği

    Nisida Kitaro. Yapon fəlsəfəsində Qərb-Şərq “körpüsünün” memarı

    Nitsşe. Dünyanın ən mübahisəli və qalmaqallı filosofu

    Freyd. Fikir generatorunun “metopsixologiyası”

    Rassel. Aristotelin ensiklopedik davamçısı və görkəmli epistemoloq

    Yunq. İnsanın daxili aləminə fərqli analitik
    baxış

    Vitgenşteyn. Dünya yalnız faktlardan ibarətdir

    Fromm. Sosialist humanizmi konsepsiyasının yaradıcısı və “Sevmək sənəti”nin müəllifi

    Popper. Tənqidi rasionalizmin banisi

    Sartr. Varlıq və heçlik arasında

    Kamyu. Absurddan absurda keçid

    Habermas. Kantın məşhur varisi və diskus etikasının banisi

    Makovelski. Polyak əsilli böyük Azərbaycan filosofu

    Cahangir Nağıyev. İlk professional filosoflarımızdan biri

    Heydər Hüseynov. Filosof ömrün və ölümün
    yol ayrıcında

    Firudin Köçərli. O, yaradıcılığını tədqiq etdiyi maarifçi demokratlara bənzəyirdi

    Məqsəd Səttarov. Filosof ömrünün
    kvintessensiyası

    Midhət Ağamirov. Marksist filosofun
    kredosu

    Camal Mustafayev. Şəxsiyyət, Alim, Filosof, Vətəndaş.

    Tofiq Rəsulov.O, seçdiyi sənətin əsl mahiyyətinə sadiq idi.

    Cəmil Əhmədli. Fəlsəfə onun həyat yolunun mahiyyətidir

    Yusif Rüstəmov. Filosofun həqiqətə
    Sevgisi

    Əmrəli İsmayılov.Sonuncu ateist
    filosofun olumu və ölümü

    Babək Qurbanov. Filosof, bəstəkar, esseçi, pedaqoq

    Ağayar Şükürov.Zəhmət onun
    həyatının mənasıdır

    Sabir Bəşirov. Ədəbiyyatda və həyatda gözəllik axtaran adam

    Niyazi Mehdi. Filosofun “mən” olmasının
    tarixçəsi

    İzzət Rüstəmov. Filosof sadəliyinin
    anatomiyası

    Zahid Orucov. İnsan varlığının mənşəyi
    çağdaş fəlsəfədə

    Sözardı

    Firuz Mustafa
    Qısa bioqrafiya və biblioqrafiya










    Ümumi həcmi: 558 səh.



    Firuz MUSTAFA


    FƏLSƏFƏ İŞIĞINDA


    (İkinci nəşr)








    BAKI-2025




    Firuz Mustafa

    Filosoflar


    Bakı.2025. səh.,490

    Kitabın redaktoru və yığıcısı:
    F.Mustafa
    Dizayn: A.Mustafa

    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmail.com

    Tel.:+994 50 413 3572
    "Renessans-A" nəşriyyat evi,2025


    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)
    BAKI-2025







  • noyabr 2026, Firuz M.

  • 26
Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Adamın kölgəsi

Tural İsmayılov

Bir səhər bir adam oyandı və gördü ki, kölgəsi yoxdur. Əvvəlcə qorxdu. Sonra güzgüyə baxdı. Hər şey qaydasında idi. Üzü, əlləri, ayaqları yerindəydi. Sadəcə kölgəsi......

Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......