...
  • Əsərləri. 3 cild
  • Firuz Mustafa
  • Firuz MUSTAFA
    ƏSƏRLƏRİ
    40 cilddə
    PYESLƏR
    Üçüncü cild
    BAKI- 2020
    Firuz Mustafa Əsərləri 3
    2
    Firuz Mustafa
    ƏSƏRLƏRİ
    40 cilddə
    PYESLƏR
    3-cü cild
    ISBN 978-9952-37-245-8
    Oxuculara təqdim edilən coxcildliyin üçüncü cildinə Firuz Mustafanın müxtəlif illərdə qələmə alınmış pyesləri daxil edilmişdir. Pyeslərin hamısına teatrlarda quruluş verilmişdir.
    ©Firuz Mustafa.2020. səh.342
    "Teatr" jurnalının nəşri.2020
    Bakı.2020.
    Firuz Mustafa Əsərləri 3
    3
    QARIŞQA TƏLƏSİ
    (İki hissəli dramatik komediya)
    İŞTİRAKÇILAR:
    XANIŞ
    AMİRƏ
    BORAN
    DELFİNƏ
    Birinci hissə
    Təbiətin mənzərəli guşəsi. Öndə rəqs meydançası. Arxada sanatoriya evciyi (kottec). Musiqi. Sanatoriyada dincələnlər rəqs edir. Amirə və Delfinə də rəqs edənlər
    Firuz Mustafa Əsərləri 3
    4
    arasındadır
    . Boran rəqs edən dəstənin ortasındadır: o, kişi-qadın cütlüyündən fərqli olaraq tək rəqs edir. Rəqs başa çatır. Њamı dağılışıb gedir. AMİRƏ öz otaqlarına keçib pəncərəyə yaxınlaşır. Musiqi dəyişir. Az sonra qadının baxışları bir nöqtəyə sancılır. Bayaqdan qayğısızlıq yağan sifəti əvvəlcə ciddi, sonra qəzəbli ifadə alır. Uzaqdan eşidilən melodiya get-gedə güclənir. Qadın gözünü naməlum nöqtədən çəkmədən əsəbi halda yırğalanır, yerində qurcalanır. Amirə gördüyü mənzərəyə inanmırmış kimi əlini gözünün üstünə qoyub başını pəncərədən bayıra çıxarır, sonra yenə əzəlki pozanı alır. Nəhayət, başını yırğalaya-yırğalaya otaqda var-gəl edir.
    XANIŞ gəlir. Melodiya dəyişir. Amirə geri çəkildiyindən Xanış onu görmür; Xanış sanki sadə idman təmrinlərini yerinə yetirərək qollarını yana açır, ayağının birini yuxarı qaldırıb yerində fırlanır. Sonra fit çala-çala açıq pəncərəyə yaxınlaşır; o da Amirə kimi haraysa boylanır və sonda baxışları məchul nöqtəyə dikilir. Amma Xanış, qadından fərqli olaraq şəndir. Xanış başını pəncərədən bayıra çıxarıb əlini yellədir: sanki kimisə
    Firuz Mustafa Əsərləri 3
    5
    səfərə yola salır. Qadın Xanışa yaxınlaşıb onun çiyninin üstündən uzaqlara baxır, sonra yenə uzaqlaşır. Hələlik Xanış qadını görmür. Qadın qəzəblə Xanışı süzür. Xanış başını çiyinlərinə qısıb gülümsəyir, əlini əlinə sürtür və yenə fit çalır.
    AMİRƏ: - Hara boylanırsan belə? gözün kimi axtarır?
    XANIŞ: - Hə?.. Sən buradasan?..
    Xanış özünü itirib cəld pəncərənin önündən çəkilir. O yan-bu yana boylanıb irəli yeriyir. gəlib Amirənin qənşərində dayanır.
    AMİRƏ: - Ayrı vaxtlar deyirsən ki, gözüm zəifdir, nə bilim qulağım ağır eşidir... Amma indi pəncərə önündən çəkilmirsən... Xeyir ola?
    XANIŞ: - Bəs sən hələ dükana getməmisən?..
    AMİRƏ: - Bura bax, mən səndən nə soruşuram, sən mənə nə cavab verirsən?.. Deyəsən, doğrudan ağır eşidirsən...
    XANIŞ: - Kim deyir ki, mən ağır eşidirəm? Mənim qulaqlarım necə lazımdır qulluğumda
    Firuz Mustafa Əsərləri 3
    6
    dayanır
    . Mən bir az gözümdən şikayətliyəm: yaxını pis görürəm.
    AMİRƏ: - Belə çıxır ki, uzaqgörənsən, Xanış Xostanoviç!
    XANIŞ: - Mən həm uzaqgörənəm, həm də uzağı görənəm, Amirə xanım!
    AMİRƏ: - Elə isə sualıma cavab ver. (Pauza). Niyə susursan? De görüm bayaqdan pəncərədən kimə baxırsan?..
    XANIŞ: - Amirə, yenə nə olub sənə?.. Axı, biz buraya istirahətə gəlmişik.
    AMİRƏ: - Deyəsən, sən istirahət deyəndə ayrı şeylər barədə düşünürsən.
    XANIŞ: - O “ayrı şey” nədir elə? De, qoy biz də bilək.
    AMİRƏ: - Bura bax! Saç-saqqalını ağartmısan, amma özünü uşaq kimi aparırsan!..
    XANIŞ: - Bıy, işə düşmədik!.. Nə olub axı, Amirə?
    AMİRƏ: - Yaxşı, elə isə de görüm: bayaq bağın içində kiminlə elə şirin-şirin xosunlaşırdın, Xanış Xostanoviç?..
    XANIŞ: - Bayaq?.. Bağın içində?.. Hə, bayaq, bayaq... Mən özüm-özümlə danışırdım.
    Firuz Mustafa Əsərləri 3
    7
    AMİRƏ: - Özün-özünlə... danışırdın? Nə barədə?..
    XANIŞ: - Yox ey, nazirlə söhbətləşirdim...
    AMİRƏ: - Nazirlə söhbət edirdin?.. Naziriniz qadındır bəyəm?.. O da sanatoriyadadır?..
    XANIŞ: - Yox ey... Nazirin özü yoxdur burada... O, məni sabah qəbul edəcək. Mən indidən o görüşə hazırlaşıram... O, mənə sual verirdi, mən isə ona cavab...
    AMİRƏ: - Harada?.. Bağda?..
    XANIŞ: - Əlbəttə... Bağda... Yox ey, nazir nə gəzir bağda? Mən sabahkı görüşə hazırlaşıram - bir növ məşq edirəm.
    AMİRƏ: - Bəs o qadın kim idi elə?.. Sənin yanında əyləşmişdi.
    XANIŞ: - Qadın?.. Hansı qadın?.. Hə, skamyada əyləşən qadını deyirsən yəqin... Mən onu heç düz-əməlli görməmişəm də...
    AMİRƏ: - Axı, sən yaxını pis görürsən, Xanış Xostanoviç... Doğrumu deyirəm?..
    XANIŞ: - Doğru deyirsən... Amma o qadın öz aləmində idi... Mən onu sonra gördüm.
    AMİRƏ: - Xanış, bura bax, mən yaxını da yaxşı görürəm, uzağı da. Sən o qadınla
    Firuz Mustafa Əsərləri 3
    8

    hbət edirdin axı... gözünün içinəcən yalan deyirsən!
    XANIŞ: - Hə... Yox... Bilirsən, məsələ nə yerdədir?.. O qadın lap sonra gəlib əyləşdi mənim yanımda.
    AMİRƏ: - Sonra?.. Necə yəni, “sonra”?
    XANIŞ: - Mən nazirimizlə söh
    bəti qurtarandan sonra başımı qaldırıb gördüm ki, yanımda bir qadın əyləşib. Vəssalam!
    AMİRƏ: - Yəqin o qadın da özü-özünə kiminləsə danışırmış... Bəlkə o da sənin kimi öz nazirinin suallarına cavab verirmiş... Hə-ə-ə?..
    XANIŞ: - Mən o qadınla... O qadın mənimlə... Yox... biz danışmırdıq...
    AMİRƏ: - Elə isə de görüm, sən bayaq içəri keçəndən sonra nə üçün tez-tələsik özünü pəncərənin yanına təpdin?.. Kimə baxırdın oradan?..
    XANIŞ: - Pəncərədən kimə baxırdım?.. Uzaqlara... Təbiətə...
    AMİRƏ: - Axı, sən uzaqgörənsən...
    XANIŞ: - Uzaqgörən olmasam da, uzağı görürəm...
    Firuz Mustafa Əsərləri 3
    9
    Amirə iti addımlarla otaqda var-gəl edir, deyəsən nəyisə axtarır. Asılqandan pencəyini götürüb geyir. güzgü qarşısında dayanıb özünü səliqəyə salır, saçını darayır, dodağına pomada çəkir. Xanış təəccüblə Amirəni süzüb, başını bulayır, keçib kresloda əyləşir. Amirə gəlib onun qarşısında dayanır, əlini belinə qoyub təkkəbbürlə Xanışa baxır.
    AMİRƏ: - Deməli, yaxını pis görürsən.
    XANIŞ: - Kimi pis görsəm də, səni yaxşı görürəm, Amirə. Hara belə? Hə, dükana?.. Mənə piyama almağı unutma. Sənin zövqün yaxşıdır...
    AMİRƏ: - Heç olmasa zövqümü qiymətləndirirsən... Buna da şükür...
    XANIŞ: - Mən obyektiv adamam...
    AMİRƏ: - Yaxşı, bir şey ver görüm, ay obyektiv adam. Axı, arvadın dükana gedir...
    XANIŞ: - Dünən sənə bir ətək pul vermədim?
    AMİRƏ: - Özün bil...
    Amirə hirsli-hikkəli halda qapıya yaxınlaşır. Əl çantasını götürür. Musiqi. Xanış kreslodan durub onun arxasınca gedir.
    Firuz Mustafa Əsərləri 3
    10
    Amirə qəzəblə onu süzür. Xanış gülümsəyir. Amirə də gülümsəyir. Xanış əlini qoltuq cibinə salıb telefon kitabçasının arasından çıxartdığı şax əskinası Amirəyə uzadır. Qadın üz-gözünü turşudub əli ilə Xanışın əlini geri itələyir. Xanış kitabçanın arasından çıxartdığı pul dəstini onun ovcuna basır. Qadın gülümsəyib pulu çantasına qoyur, sonra başını irəli uzadıb Xanışın yanağından öpür.
    XANIŞ: - Piyama yadından çıxmasın.
    AMİRƏ: - Arxayın ol. (Barmağını silkələyir). gözün orda-burda olmasın ha!
    Amirə birdən nəyisə xatırlayıbmış kimi cəld pəncərəyə yaxınlaşır, onu daha da kip örtür və pəncərənin tülünü çəkir, sonra tünd örtüyünü (pərdəsini) qapayır. Xanış başını bulayır. Amirə çıxır. Xanış güzgüyə yaxınlaşıb yanağını (indicə arvadının öpdüyü yeri) əli ilə bərk-bərk təmizləyir. Sonra pəncərəyə yaxınlaşır. Bayıra boylanır. Baxışları kimisə arayır. Amma deyəsən axtardığını tapa bilmir. Keçib kresloda əyləşir. Qapı döyülür. Xanış qapıya
    Firuz Mustafa Əsərləri 3
    11
    yaxınlaşır
    . DELFİNƏ gəlir. O, bəzək-düzəkli bir qadındır. Xanış diqqətlə qadını süzür, gülümsəyir.
    XANIŞ: - Buyurun... Xahiş edirəm keçin içəri...
    DELFİNƏ: - Bəs Amirə xanım hanı?..
    XANIŞ: - Amirə?.. Hə, Amirə... Sizə Amirə lazımdır, yoxsa...
    DELFİNƏ: - Yox... Hə... Dedim bəlkə otaqları yığışdırmaq lazımdır...
    XANIŞ: - Amirə özü yığışdırar, eybi yoxdur. Sizə zəhmət olar.
    DELFİNƏ: - Nə zəhmət?.. Bu, mənim vəzifəmdir...
    XANIŞ (mənalı-mənalı): - Siz daha böyük vəzifəyə layiqsiniz...
    DELFİNƏ (gülümsəyir): - Doğrudan?
    XANIŞ: - Əlbəttə, doğrudan. Yəqin ki, təhsiliniz də var...
    DELFİNƏ: - Var... Təhsilliyəm. Amma həmişə müdir katibəsi işləmişəm.
    XANIŞ: - Yəqin ki, bilirsiniz: mən də müdirəm...
    DELFİNƏ: - Eşitmişəm...
    XANIŞ: - Katibəm də dekretə çıxıb.
    Firuz Mustafa Əsərləri 3
    12
    DELFİNƏ: - Doğrudan? Nə yaxşı!..
    XANIŞ: - Yəqin ki, subaysınız...
    DELFİNƏ: - Yox, niyə ki? Ərim var...
    XANIŞ: - Mənim katibəm subay idi...
    DELFİNƏ: - Subay idi?.. Bəs o, necə olub ki, dekretə çıxıb?.
    XANIŞ: - Hə... Həqiqətən, bu, necə olub? Düzü, mən bu barədə heç düşünməmişəm.
    Delfinə şaqqanaq çəkib gülür. Xanış əvvəlcə təəccüblə, sonra təbəssümlə qadını süzür; daha sonra özü də Delfinəyə qoşulub gülür, qəşş edir. Qadın ciddiləşir; Xanış da özünü ələ alır.
    DELFİNƏ: - Siz nəyə gülürsünüz?..
    XANIŞ: - Heç... Elə-belə... Sizin gülüşünüz mənə də sirayət etdi. Mən sizi arabir dəhlizdə, həyətdə görürəm. Düzü, salam verməyə cürət etmirəm...
    DELFİNƏ: - Niyə?..
    XANIŞ: - Qorxuram.
    DELFİNƏ: - Kimdən?
    XANIŞ: - Sizdən...
    Firuz Mustafa Əsərləri 3
    13
    DELFİNƏ: - Məndən?.. (Təəccüblə güzgüyə yaxınlaşır). Mən elə qorxuncam bəyəm, Xanış Xostanoviç?..
    XANIŞ: - Deməli, siz mənim adımı da bilirsiniz?..
    DELFİNƏ: - Sizi kim tanımır ki? (Nazlanır). Siz məşhur adamsız, Xanış Xostanoviç!
    XANIŞ: - Məşhur adam olmaq özü də bir faciədir, Delfinə xanım.
    DELFİNƏ: - Hım-m-m... Belə çıxır ki, siz də məni tanıyırsınız...
    XANIŞ: - Sizi necə tanımamaq olar, Delfinə xanım?..
    Xanış irəli yeriyib Delfinə ilə üz-üzə dayanır, mənalı-mənalı gülümsəyib qadını süzür: Delfinə də gülümsəyir. Pauza. Musiqi. Səs-küy. Xanış bayırdan eşidilən hay-küyü eşidib tez kresloya çökür. BORAN özünü içəri təpir. Onun çiynində radio, qoltuğunda santexnika alətləri və uzun boru var. Xanış ayağa durur. Boran onun qənşərində dayanır.
    BORAN: - Sən çağırmısan məni?
    Firuz Mustafa Əsərləri 3
    14
    XANIŞ: - Mən?.. (Təəccüblə). Mənim sizinlə nə işim?..
    BORAN: - Unitazın tutulmayıb?..
    DELFİNƏ: - Camaatın unitazı ilə sənin nə işin?..
    BORAN: - Mən səndən soruşmuram...
    XANIŞ: - Bizim unitaz normaldır, qaydasında işləyir...
    BORAN: - Bəs borudan su axmır ki?..
    XANIŞ: - Hansı borudan? Kimin borusundan?..
    BORAN: - Sənin borundan!..
    XANIŞ: - Mənim borumdan?..
    DELFİNƏ: - Sənin camaatın borusu ilə nə işin?..
    BORAN: - Mən səndən soruşmuram...
    XANIŞ: - Bizim borumuz normaldır...
    BORAN: - Normaldır?.. Yoxlayarıq!..
    XANIŞ: - Nəyi?.. Nə yoxlayırsız?..
    BORAN: - Sənin borunun vəziyyətini.
    DELFİNƏ: - Sən get öz borunu təmir elə!
    BORAN: - Mən səndən heç nə soruşmuram.
    XANIŞ: - Deyin görüm, sizə nə lazımdır?..
    BORAN: - Sizin tualetin vəziyyətini yoxlamalıyam. Sanatoriyanın rəhbərliyinə yazmısız ki, orada vəziyyət ürəkaçan deyil.
    Firuz Mustafa Əsərləri 3
    15
    XANIŞ: - Harada?..
    BORAN: - Tualetdə!
    XANIŞ: - Tualetdə?.. Mən heç kəsə heç nə yazmamışam.
    DELFİNƏ: - Xanış Xostanoviç, bəlkə sizdən əvvəl burada yaşayanlar yazıb?..
    XANIŞ: - Ola bilər.
    DELFİNƏ: - Oradan iy-zad gəlmir ki?..
    XANIŞ: - Haradan?.. Hə, oradan...
    BORAN: - Yoxlamaq lazımdır...
    XANIŞ: - Nəyi? Haranı?..
    BORAN: - Borunu, tualeti...
    XANIŞ: - O tualet, o da siz. Nə qədər istəyirsiniz yoxlayın...
    DELFİNƏ: - Qoy həm yoxlasın, həm də qoxulasın. Bəlkə doğrudan da boru su buraxır.
    XANIŞ: - Mənim etirazım yoxdur...
    BORAN: - Özün çağırtdırmısan məni... Amma indi yaxanı kənara çəkirsən.
    XANIŞ: - Mən heç bir santexnik-zad dəvət etməmişəm bura. Bəlkə burada bizdən əvvəl yaşayanlar dəvət ediblər? Bax, bu ola bilər.
    BORAN: - Mənə bu gün məlumat veriblər. Öz əlimdəki işi yarımçıq qoyub bura gəlmişəm.
    Firuz Mustafa Əsərləri 3
    16
    DELFİNƏ: - Sənin də işin olarmış.
    BORAN: - Məndən çox işi olan var ki? (Xanışa). Heç soruşmursan əlimdəki iş nədir?
    XANIŞ: - Hə, o nə işdir elə?
    BORAN: - Bir bəri dur, qulağına deyim: mən bu saat bir layihə üzərində işləyirəm... Fil tələsi hazırlayıram.
    XANIŞ: - Nə hazırlayırsan?
    BORAN: - Fillər üçün tələ!
    XANIŞ (başını bulayır): - Hə, bildim.
    DELFİNƏ: - O, nə deyir elə?
    BORAN: - Heç... sənə aid deyil.
    DELFİNƏ: - Yaxşı, yaxşı, get işinlə məşğul ol.
    BORAN: - Mən səndən heç nə soruşmuram.
    Boran çiynindən asdığı radionu kreslonun üstünə atıb tualetə keçir. Su şırıltısı eşidilir.
    DELFİNƏ: - Mən gedim...
    XANIŞ: - Mən şad oldum...
    DELFİNƏ: - Nəyə?..
    XANIŞ: - Sizinlə əyani tanışlığa.
    DELFİNƏ: - Mən qiyabi oxumuşam...
    XANIŞ: - Nə?..
    Firuz Mustafa Əsərləri 3
    17
    DELFİNƏ: - Heç... Sonra gəlib yır-yığış edərəm...
    XANIŞ: - Hə, gəlin... Tez-tez gəlin. O ki, qaldı yır-yığışa, Amirə özü də yığışdıra bilər. Lap elə mən özüm də... Eh, bu gic haradan gəlib çıxdı?..
    DELFİNƏ: - Kim?..
    XANIŞ: - Boru düzəldəni deyirəm...
    DELFİNƏ: - Düzəldir, qoy düzəltsin...
    XANIŞ: - Orada düzəltməli bir şey yoxdur...
    DELFİNƏ: - Xanış Xostanoviç, hələlik...
    XANIŞ: - getdiniz?.. Yaxşı... görüşərik...
    Delfinə çıxır. Xanış tualetə sarı baxıb geri qayıdır, kresloda əyləşmək istəyir, amma oradakı radionu görüb oturmaq fikrindən vaz keçir. Radionu götürüb qurdalayır: radiodan qarışıq səs-küy eşidilir. Boran gəlib radionu onun əlindən alır; hansısa düyməni basır, oyun havası çalınır. Xanış təəccüblə onu süzür. Boran iti addımlarla tualetə gedir və az sonra geri qayıdır: onun əlində dəmir parçaları, kəsik borular, çəkic-kəlbətin var. Boran gətirdiyi “alətləri” bir-birinə vurub cingildədir, radioda çalınan musiqinin ritminə uyğun olaraq çiyinlərini
    Firuz Mustafa Əsərləri 3
    18
    oynadır
    , sonra şıdırğı rəqs etməyə başlayır. Xanış qorxu qarışıq heyrətlə ona baxır. Boran “alətləri” qoltuğuna vurub tualetə keçir, oyun havası dəyişir; Boran yenə qoltuğu dəmir-dümürlü gəlir, yenə rəqs edir. Rəqs başa çatandan sonra Boran boru parçalarından birini götürüb Xanışa yaxınlaşır. Xanış geri çəkilir. Boran əyilib boru parçasını Xanışın dizinə yaxınlaşdırır. Xanış yerində donub qalır. Boran boru parçasını hansısa ölçü vahidi kimi onun qaməti boyunca tutub sanki boyunu ölçür, hesablayır. Sonra Boran boru parçası ilə Xanışın boyunu onun kürəyi boyu (arxadan) ölçür. Xanış dinməzcə, qorxa-qorxa Boranın “boyunölçməsini” müşahidə edir. Daha sonra Boran yenə tualetə keçir. Yenə oyun havası səslənir. Və bu əsnada Amirə gəlir. Qadın bir müddət rəqs edən kişiyə - Borana təəccüblə baxır. Musiqi xırp kəsir. Xanış sanki qəflət yuxusundan oyanır. Boran əlindəki dəmir parçasını bir-birinə vurur. Amirə əlini belinə qoyub Xanışın qarşısında dayanır. Xanış sanki Amirəni elə indicə görür.
    Firuz Mustafa Əsərləri 3
    19
    AMİRƏ: - Bu kimdir belə?..
    BORAN: - Kim kimdir?..
    AMİRƏ: - Bu, nə gəzir mənim otağımda?..
    BORAN: - Bu, kimin otağıdır?
    AMİRƏ: - Mənim!.. Mənim otağımdır!..
    BORAN: - Bu, dövlətin sanatoriyasıdır.
    AMİRƏ: - Bəs sən kimsən?..
    BORAN: - Mən Boranam...
    XANIŞ: - Bu, santexnikdir.
    AMİRƏ: - Bəs deyir ki, guya borandır...
    XANIŞ: - Bəlkə də borandır, nə bilim...
    AMİRƏ: - Ey, boransan, tufansan - nəsən bilmirəm, yığışdır zir-zibilini... Özün də xoş getdin... Bildin?..
    BORAN: - Orada iş yarımçıq qalıb...
    AMİRƏ: - Harada...
    BORAN: - Tualetdə...
    AMİRƏ: - Cəhənnəmə ki, yarımçıq qalıb. (Tualetə yaxınlaşır)! Sən nə iş görürsən?.. (Qapıdan baxır). Nə günə salmısan buraları? (Burnunu tutub qışqırır). Tfu! Unitazı niyə sökmüsən?.. Bu nə iydir, bu nə qoxudur?.. Puf-f-f!.. Tez ol unitazı qoy yerinə!..
    XANIŞ: - Unitazı söküb?..
    AMİRƏ: - Bəs görmürsən buranı nə günə salıb?..
    Firuz Mustafa Əsərləri 3
    20
    XANIŞ: - İndi o unitaz mənə lazımdır, bəs nə edim?..
    BORAN: - Unitaz lazımdır sənə?.. Məndə əntiqə bir unitaz var...
    XANIŞ (büzüşüb şalvarının belini yuxarı dartır): - Neynirəm sizin unitazı? Mənə öz unitazım lazımdır.
    BORAN: - Hə, indi düzəldərəm. Təşkil edərəm sənin üçün...
    AMİRƏ: - Tez ol unitazı qoy yerinə...
    BORAN: - Boru çürüyüb, heç nəyə yaramır. (Tualetə girib tez geri qayıdır; əlində tutduğu borunu Xanışa sarı uzadır). görürsən nə vəziyyətdədir.
    AMİRƏ: - O, yaxını yaxşı görmür.
    BORAN: - Kim? Bu?.. (Xanışa). Borunu görmürsən?.. (Amirəyə). Bəs sən necə, görürsən?..
    AMİRƏ: - Pu-f-f-f... Rədd elə bu zibili! İyisindən adamın ciyəri partlayır.
    BORAN: - Dəyişmək lazımdır...
    AMİRƏ: - Dəyişmək lazımdır - dəyişdir. Kimi gözləyirsən?..
    BORAN: - Nə deyirəm ki, dəyişdirim də! İşimin adı nədir?..
    XANIŞ: - Kömək lazımdır?..
    Firuz Mustafa Əsərləri 3
    21
    BORAN: - Ay sağ ol! Arif adamsan...
    XANIŞ (qolunu çırmayır): - Mən sizə kömək edərəm.
    BORAN: - Elə kömək yox ey... (Barmaqlarını bir-birinə sürtür). Təzə boru almaq lazımdır.
    XANIŞ (Amirəyə): - Mənə piyama aldın?..
    AMİRƏ: - Piyama qaçmır ki? Alınar də...
    BORAN: - Əlbəttə, piyamanı istənilən vaxt almaq olar.
    AMİRƏ (tərs-tərs Boranı süzür): - Sən get öz işinlə məşğul ol...
    BORAN: - Mən öz işimi qurtarmışam. (Alətləri yığışdırır). İndi qalır sizin işiniz...
    XANIŞ: - Nə iş?..
    BORAN: - Necə yəni nə iş?.. Hə, az qala unutmuşdum, sən yaxını yaxşı seçmirsən, axı! (gedib kənarda dayanır, barmaqlarını bir-birinə sürtür). İndi gördün nə lazımdır?.. Mani-mani!..
    XANIŞ (Amirəyə): - Piyamanın pulunu...
    AMİRƏ: - Nə pul, nə piyama?.. Qoy o da rədd olsun, sən də...
    BORAN: - Kim rədd olsun? (Dəmir parçasını götürüb Xanışın üstünə yeriyir). Kimi təhqir edirsən?..
    Firuz Mustafa Əsərləri 3
    22
    XANIŞ: - Mən?.. Mən sizə bir söz demədim ki?..
    BORAN: - Bu qadın sənin arvadın deyil?
    XANIŞ (qorxa-qorxa): - Arvadımdır...
    BORAN: - Bəs sən öz arvadına nə üçün düz-əməlli ərlik etmirsən?..
    AMİRƏ: - Yaxşı, bizim sənə nə qədər borcumuz var, qardaş?..
    BORAN: - Qardaş yox, “Boran”... Ən yaxşı halda - Borya...
    XANIŞ: - Yaxşı, hirslənməyin...
    BORAN: - Neyləyim hirsləndirirsiniz də...
    AMİRƏ (sumkasını qurdalayır): - Borcumuz...
    BORAN: - Borcu deyirsən? Elə bir piyamanın pulu ancaq eləyər.
    AMİRƏ: - Ala, mən pulu verirəm. (Pulu uzadır). Amma incimə, sanatoriya rəhbərliyinə şikayət edəcəyəm.
    BORAN (pulu cibinə qoyur): - İndi istəyirsən lap ölkə rəhbərliyinə şikayət elə! (Xanışa). O açarı bura ver!.. Hə, az qala unutmuşdum, sən yaxını görmürsən, axı! Qoy onda uzağa qoyum ki, görə biləsən. (Açarı aparıb kənara qoyur). Hə, indi görürsən o çəkici?.. Uzaqdadır, hə, bax
    Firuz Mustafa Əsərləri 3
    23
    orada
    . Ay sağ ol, onu gətir ver mənə! (Amirəyə). Sən necə, yaxını yaxşı görürsən?.. Onda o radionun düyməsini bas! Forslu xanıma oxşayırsan... Eybi yox, sənin qazını alan tapılar!.. (Xanışa). Elə sənin də... Bir az cəld olun!..
    Musiqi. Boran tez-tez tualetə girib-çıxır, əlini müxtəlif alət və ehtiyat hissələrinə sarı uzadır; Xanış və Amirə musiqinin ritminə və Boranın tapşırığına müvafiq olaraq sağa-sola, irəli-geri qaçır, lazım olan işi görür, alətləri verir, ətəkləri və yaxalıqları ilə tərlərini silir, bir-birlərinə toxunur, çəmkinir, qışqırır, yenə işləyirlər. Boran arabir əlinə götürdüyü alət və boru ilə onları hədələyir, çalınan musiqinin ritminə uyğun rəqs edir, əlindəki dəmir parçalarını bir-birinə vurub cingildədir, sanki bununla işin ritmini sürətləndirir. Nəhayət, musiqi susur. Hamı alnının tərini silir.
    AMİRƏ: - Of-f-f... Lap əldən düşdüm...
    BORAN (Xanışa): - Bura bax, sən bu instrumentləri buradan yığışdır, get orada üst-üstə yığ...
    Firuz Mustafa Əsərləri 3
    24
    XANIŞ: - Niyə orada?.. Elə burada da yığmaq olar...
    BORAN: - Axı, sən uzağı yaxşı görürsən... Apar uzaqda yığ bunları.
    XANIŞ: - Oldu... Hirslənməyin...
    AMİRƏ: - Mən hirsimi tökməyə adam gəzirəm.
    XANIŞ: - Elə mən də... (Borana). İndi istifadə etmək olar?..
    BORAN: - Nə-ə-ə?.. Nə dedin?..
    XANIŞ: - Tualeti deyirəm...
    BORAN: - get, nə qədər istifadə edirsən et...
    XANIŞ: - Yaxşı, sonra...
    BORAN: - Sonra niyə?.. get indi yoxla ki, sonra protenziyan olmasın...
    XANIŞ: - Piyamasız olmaz...
    AMİRƏ: - Nə “piyama-piyama” salmısan?.. Hökumətin əvəzinə sanatoriya təmir etdirirsən! gör bir sənin başın işləyir?..
    XANIŞ (Borana): - görürsüz də...
    BORAN: - Fikir vermə. Arvadların hamısı elə bu cür olur...
    XANIŞ: - Sizinki də belədir?..
    BORAN: - Nə?.. Tualet?..
    XANIŞ: - Yox ey... Ailənizi deyirəm...
    BORAN: - Bundan da betərdir.
    Firuz Mustafa Əsərləri 3
    25
    XANIŞ: - Onda bizimkinə şükür.
    AMİRƏ: - Arvad kimi boş-boş danışan kişilərdən zəhləm gedir...
    BORAN: - Elə mənim də... (Xanışa). O alətləri bir yerə yığdın? Di bəri ver! Hə, bax belə!.. O radionu da keçirt çiynimə... Bir az cəld ol... Di hələlik, görüşənəcən...
    Xanış tərini silir. Amirə diqqətlə Boranı süzür.
    AMİRƏ: - Mən bunu haradansa tanıyıram... İt oğlu it!..
    XANIŞ: - Kimi söyürsən, Amirə?..
    AMİRƏ: - Sən kəs səsini. Bildin?..
    XANIŞ: - Axı, nə olub?.. Hara hazırlaşırsan belə?..
    AMİRƏ: - Univermağa gedirəm. Oradan da bacımgilə gedəcəyəm. Bəlkə heç bu gün gəlmədim.
    XANIŞ: - Mənə piyama...
    AMİRƏ: - Piyama? Yenə piyama? görmədin piyamanın pulunu o əyyaş fırıldaqçıya verdim.
    XANIŞ: - Yaxşı, o biri otaqda pencəyin qoltuq cibində pul var, onu götür. Amma
    Firuz Mustafa Əsərləri 3
    26
    piyama almaq yadından çıxmasın... Mən sabahkı görüşə hazırlaşmalıyam. Nazir qəbul edəcək...
    Amirə cəld qonşu otağa girib çıxır. Sumkasını qolunun üstünə atıb çıxır. Musiqi. Xanış güzgü qabağında dayanıb qaş-gözünü oynadır, əyilir-düzəlir, gülümsəyir, dişini ağardır. Sonra ucadan qəhqəhə çəkir. Biz az keçmiş kədərli görkəm alır. Əlini cibinə qoyub otaq boyu əvvəlcə asta, sonra cəld addımlarla hərəkət edir. Bu hərəkət tədricən qaçışa çevrilir. Nəhayət, Xanış ayaq saxlayıb üzünü divara çevirir, öz-özünə nəsə pıçıldayır. Musiqi dəyişir. Delfinə gəlir. Qadın kənardan Xanışa göz qoyur. Xanış ya qadının gəlişindən bixəbərdir, ya da özünü elə göstərir ki, guya Delfinənin otağa daxil olduğunu hiss etməyib. Xanış əli ilə kimisə hədələyir, şəhadət barmağını yuxarı qaldırır, qəddini düzəldir. Delfinəni gülmək tutur, o, əli ilə ağzını qapayıb pəncərənin tül pərdəsinin arxasında gizlənir. Xanış öz işindədir: o, yenə kimisə hədələyir, (yəqin ki, bu “kimsə” ona tabe olan işçilərdəndir) sonra əllərini kürəyinin arxasında
    Firuz Mustafa Əsərləri 3
    27
    çarpazlayıb otaqda gəzişir. Delfinə gülməyini saxlaya bilməyib pıqqıldayır. Xanış ayaq saxlayıb ətrafa boylanır, sonra asta addımlarla gülüş səsi gələn səmtə-pərdəyə yaxınlaşır.
    XANIŞ: - Bıy, sən hələ getməmisən? Deyəsən, məni izləyirsən, hə?..
    Xanış əlini uzadıb pərdənin üstünü sığallayır. Bundan sonrakı söhbətdə Xanış guya arvadı ilə danışır, amma hiss olunur ki, o, pərdə arxasındakı qadının Delfinə olduğunu bilir.
    DELFİNƏ: - Hım-m-m...
    XANIŞ: - Hım-m-m... Deməli, sənin belə işlərin də varmış. Mənə bayaqdan göz qoyurmuşsan, hə?..
    DELFİNƏ: - Hım-m-m...
    Xanış pərdənin arxasından Delfinənin qolundan tutur, sonra əlini onun çiyninə qoyur.
    Firuz Mustafa Əsərləri 3
    28
    XANIŞ: - Bir bəri dur görüm. Nədir, niyə dartınırsan?.. İlahi, səndən nə gözəl ətir gəlir! Qoy bir maç edim səni. Eybi yoxdur, qoy elə pərdənin bu üzündən o üzünə öpüş payı göndərim. Amman Allah, aramızdakı bu pərdə lap Çin səddindən də qalındır. Bəlkə aramızdan pərdəni götürək?.. Hı-ı-ı?.. Yox?.. Paho, lap bihuş oldum! Bu sənin saçının öz təbii ətridir?
    DELFİNƏ: - Siz nə edirsiniz?.. Dayanın, əlinizi çəkin, Xanış Xostanoviç!..
    XANIŞ: - Nə-ə-ə?.. Bəyəm sən... sən... mənim arvadım deyilsən?..
    DELFİNƏ: - Sənin arvadın?.. Xeyr, sənin arvadın Amirədir... Mən sənin arvadın deyiləm.
    Xanış pərdənin bu üzündən o üzünə sığal çəkə-çəkə danışır.
    XANIŞ: - Yaxşı, yaxşı... Bəyəm mən görmürəm sən kimsən?.. Sən elə əsl mənim... e-e-e... əsl adamımsan...
    DELFİNƏ: - Xahiş edirəm, dinc durun, Xanış Xostanoviç!.. Mən başqasınınam...
    Firuz Mustafa Əsərləri 3
    29
    Xanış pərdəni qucaqlayır.
    XANIŞ: - Necə yəni “başqasınınam”?.. Sən mənimsən!.. Sən mənim olmalısan... Axı, sən necə başqasının olmalısan?.. Yox, bu ola bilməz.
    DELFİNƏ: - Hım-m-m... Yox... Xanış Xostanoviç, axı siz... siz... ailəli adamsınız... Arvadınız, uşağınız, nəvəniz...
    Xanış üzünü pərdəyə sürtür...
    Həzin musiqi. Amirə gəlir. Diqqətlə ətrafa nəzər salır. ‚zünü pərdəyə söykəmiş Xanışı görüb əlini sinəsinə qoyur: elə bilir ki, ərinə nəsə olub. Amma pərdə arxasından qadın səsi eşidib kənara çəkilir, söhbətə diqqət kəsilir. ‚z-gözünün ifadəsindən Amirənin möhkəm əsəbiləşdiyi bilinir.
    XANIŞ: - Sən mənim hər şeyimsən... Həm arvadım, həm dostum, həm ruhum, həm ürəyim...
    DELFİNƏ: - Xanış Xostanoviç, yaxşı deyil, arvadınız gələr birdən... Əlinizi çəkin...
    XANIŞ: - Bəlkə çıxasan pərdənin arxasından?.. Bəlkə işıqda baxım sənin o ay
    Firuz Mustafa Əsərləri 3
    30
    üzünə
    ?.. Of-f-f... Bircə yetsəydim sənin vüsalına... Məni üzəcək bu həsrət, bu həsrətin odu.
    DELFİNƏ: - Sakit olun, Xanış Xostanoviç, xahiş edirəm... Çəkilin... Birdən arvadınız...
    XANIŞ: - Of-f-f... Mən mələklər aləmindən şeytanlar aləminə düşmək istəmirəm... Mənə rəhminiz gəlsin...
    Amirə yaxınlaşıb əli ilə ərini qaramatlayır. Sonra yenə geri çəkilir - Xanış pərdənin arxasından başını Delfinənin çiyninə qoyur.
    DELFİNƏ: - Xanış Xostanoviç, mən bilməzdim ki, sizin belə incə ürəyiniz var?..
    XANIŞ: - Məni çoxları başa düşmür. Of-f-f... Mənim ürəyim... Mənim qəlbim, ruhum... Bura bax... Xahiş edirəm, qulaq as mənə... Artıq mənim ayaq üstə durmaq taqətim yoxdur... Eşidirsənmi?.. gəl çıx o pərdənin arxasından...
    DELFİNƏ: - Yox, çıxa bilmərəm...
    XANIŞ: - Niyə?.. Utanırsan?..
    DELFİNƏ: - Hım-m-m...
    XANIŞ: - Eybi yoxdur... Onda qaranlıqda söhbətləşərik...
    Firuz Mustafa Əsərləri 3
    31
    DELFİNƏ: - Birdən arvadınız...
    XANIŞ: - Nə “arvad-arvad” salmısan?.. Arvad kimdir?.. Bəyəm arvad mənim ürəyimin hökmdarıdır?.. Bir də ki, sənə dedim, axı: mənim dostum da, arvadım da, qəlbim də, ruhum da sənsən, sən...
    Amirə qəzəblə irəli cumur, sonra nəsə fikirləşib geri qayıdır, işığı söndürüb kənara çəkilir. Qaranlıq. Təkcə Xanışın üstünə işıq düşür.
    DELFİNƏ: - İşığı siz söndürdünüz?
    XANIŞ: - Yox... Deyəsən bütün işıqlar söndü... Bəlkə də elə bu yaxşıdır: axı, sən qaranlıqda üzə çıxmaq istəyirdin... Bir də ki, elə sənin öz işığın bizim bəsimizdir. Bura bax... Qulaq as... Keçək o biri otağa... Orada söhbətləşək... Başa düşürsən məni?.. Qoy əvvəlcə bir üz-gözümə su vurum... İndi gəlirəm.
    Xanış hamama keçir. Su şırıltısı, sonra gərgin musiqi səsi eşidilir. Amirə pərdəyə yaxınlaşır, onu yana çəkib Delfinənin qolundan yapışır. Hər iki qadın əlbəyaxa
    Firuz Mustafa Əsərləri 3
    32
    olur
    . Vuruşurlar. Sonra sakitlik çökür. Qadınlar gülüşürlər. Yenə musiqi. Amirə Delfinəyə nəyisə izah edir. O, (Delfinə) başı ilə təsdiq edir. Amirə Delfinənin ovcuna nəsə (yəqin ki, pul) basır. Delfinə çıxır. Amirə pərdənin arxasına keçir. Xanış çiynində dəsmal hamamdan çıxır: o, alt paltarındadır. İndi işıq təkcə Xanışın üstünə düşür; o, pərdəyə yaxınlaşır.
    XANIŞ: - Hələ buradasan?..
    AMİRƏ: - Hım-m-m...
    XANIŞ: - gəl, utanma... Niyə çəkinirsən... Qaranlıq istəyirdin, bax, bu da qaranlıq... Əsl sevib-sevilmək məqamıdır...
    AMİRƏ: - Hım-m-m...
    Xanış əli ilə pərdəni, daha doğrusu pərdənin o biri üzündə dayanmış Amirənin çiynini sığallayır. Qadın gülüşü eşidilir. Sonra bu gülüşə Xanışın şən qəhqəhəsi qarışır. Onların səs-küyünü qarışıq musiqi sədası müşayiət edir. Bir qədər keçmiş Amirə pərdənin dalından çıxır və Xanışla qoşa, qol-qola qonşu otağa doğru gedirlər. İndi onların təkcə silueti görünür. Musiqi
    Firuz Mustafa Əsərləri 3
    33
    tədricən gurlaşır. Xanış və Amirə çıxan kimi qaranlıqdan Delfinə zühur edir. Onun sifətinə işıq düşür. Delfinə sakit, yumşaq addımlarla qonşu otağa sarı gedir, boynunu uzadıb qulağını şəkləyir. Qonşu otaqdan əvvəlcə gülüş, qəhqəhə, sonra hıçqırıq səsləri gəlir. Delfinənin sifətinə gah gülüş, gah kədər, gah təbəssüm, gah qəzəb qonur; o, qulağını qapıya söykəyib içəridən gələn səs-küyü dinləyir. Bir azdan Xanışın səsi eşidilir, sanki bu səs repreduktordan gəlir. Və həmin səsin intonasiya, tembr və plastikasına uyğun olaraq Delfinənin yest və mimikaları dəyişir, “rəngdən-rəngə” düşür: qadın gah qaşlarını çatır, gah sifətini turşudur, gah dilini çıxarır, gah gözünü yumur, gah əli ilə üzünü qapayır, gah irəli gedir, gah da ayaq saxlayıb heykəl kimi yerində donub qalır.
    XANIŞ (səsi eşidilir): - Sən mənim taleyim,
    mənim ruhumsan, Dəli ceyranımsan, şıltaq ahumsan. Gəl ovla könlümü,
    Firuz Mustafa Əsərləri 3
    34
    gəl al canımı,Gəl ovut hissimi,
    həyəcanımı.Nə gözəl adın var:
    Delfinəsən sən! Suyun yox, qurunun delfinisən sən! Gərdənin oxşayır zirvə qarına, İzn ver, qoy düşüm
    ayaqlarına. Bu gecə quş kimi
    azadam, azad...
    Ya rəbb, bu gecənin ömrünü uzat!
    Xanışın səsini musiqi müşayiət edir. Delfinə musiqi sədasına uyğun yüngül rəqs edir; o, sanki yuxuda uçur. Xanış və Amirə görünür. Delfinə çıxır.
    AMİRƏ: - Њım-m-m...
    XANIŞ: - Bu işıq da yanmadı ki, bir üzünü düz-əməlli görüm. Yəqin o santexnik köpək oğlu elektrik xəttini korladı bayaq... Amma bir yana baxanda elə qaranlıq yaxşıdı. Bunun
    Firuz Mustafa Əsərləri 3
    35
    da öz romantikası var... Xoşum gəldi səndən. Sənin kimi qadından ötrü adam nəinki pulundan, lap canından da keçər. Mənim abır-həyalı qadınlardan xoşum gəlir. Yoxsa mənim arvadım... Elə bil ailə tərbiyəsi almayıb zalımın balası. Öz günahımdır, nə edim... Pal-paltarını geyinə bildin?.. Bir şey unutmamısan ki?.. Mənimki elə iy biləndir ki, gəl görəsən. Əgər o zastavada, yaxud gömrükdə işləsə sərhəddən bir çöp də keçirmək olmaz; yəqin bütün qaçaqmalçıların axırına çıxar. Mənimki arvad deyil ki, taundur, vəbadır, sarılıqdır. Bir sözlə, başdan-ayağa xəstəlik mənbəyidir. Ərin var sənin?.. Utanırsan?.. Bıy, hə, bayaq demişdin axı: ərin var... Əlbəttə, belə gözəl xanım ərsiz olmaz ki. Düzü, heç ayrılmaq istəmirəm sənnən. Amma neyləyəsən ki, hər anın öz hökmü var. Əminəm ki, yenə görüşəcəyik. Bu, sonuncu görüş ola bilməz... Qaranlıqda bir şey seçə bilirsən?.. Bax, qapı o tərəfdə olmalıdır. Yəqin ki, dəhliz də qaranlıqdır. gedəndə ehtiyatlı ol... Birdən yıxılarsan. Səni özüm ötürmürəm ki, birdən görüb-eləyən olar. İndi axmaq adamlar çoxdur. Nə üçün namuslu bir qadın haqda
    Firuz Mustafa Əsərləri 3
    36
    boş
    -boş şayiələr yayılmalıdır?.. Elə deyilmi? Ay sağ ol... Qoy bir maç eləyim səni... Di hələlik. Sağ ol... Tezliklə görüşərik.
    Amirə çıxır. Bayırda səs-küy. Hiss olunur ki, qapıdan çıxan Amirə dəhlizdə Delfinə ilə rastlaşıb. Xanış səs-küyü eşidib büzüşür. Cəld əynini geyinib kresloda əyləşir, əlinə kitab götürür. İşıq artır. Amirə gəlir. Qadın “kitab oxuyan” Xanışın başı üzərində dayanır. Xanış gözlərini ovuşdurub təəccüblə Amirəyə baxır.
    AMİRƏ: - Hım-m-m... Oxuyursan?.. Özü də eynəksiz? Deməli gözün açılıb.
    XANIŞ: - Mane olma!..
    AMİRƏ: - Nə?..
    XANIŞ: - Dedim, mane olma!..
    Amirə yaxınlaşıb kitabı Xanışın əlindən alır və bir kənara atır. Xanış ayağa durub qadınla üz-üzə dayanır.
    AMİRƏ: - Əxlaqsız!
    XANIŞ: - Nəsə təzə şeylər eşidirəm.
    AMİRƏ: - Şərəfsiz!
    Firuz Mustafa Əsərləri 3
    37
    XANIŞ: - Bax, bu da təzə oldu.
    AMİRƏ: - Həyasız!
    XANIŞ: - Sənə nə olub? Niyə mənim ovqatımı korlayırsan, Amirə xanım? Özün bilirsən ki, görüşə hazırlaşıram.
    AMİRƏ (gülür): - görüşə hazırlaşırsan? Hansı görüşə?.. Axı, sən görüşü indicə başa vurmusan...
    XANIŞ (çəkinə-çəkinə): - Hansı görüşü deyirsən?..
    AMİRƏ: - Bilmirsən hansı görüşü deyirəm?.. Bilmirsən, hə? Yaxşı-yaxşı fikirləş, Xanış Xostanoviç!.. gözün zəifləyib, ağlın ki, yerindədir. Bəlkə yaddaşın da zəifləyib? Elə isə yadına salaram: “dəli ceyranımsan, şıltaq ahumsan”.
    XANIŞ: - Nə ahu, nə ceyran?.. Sən nə sayıqlayırsan? Ağlın çaşıb, nədir?..
    AMİRƏ: - İndi görərik kimin ağlı çaşıb! (Qapıya yaxınlaşır). Delfinə, bir buraya gəl görüm!
    Delfinə təzə geyimdə daxil olur.
    DELFİNƏ (utana-utana): - Eşidirəm.
    Firuz Mustafa Əsərləri 3
    38
    AMİRƏ: - Sən bayaq burada nə gəzirdin, Delfinə?.. Utanma, düzünü de...
    DELFİNƏ: - Bayaq?.. Nə vaxt?.. Mən... mən...
    XANIŞ: - Bu qadını mən ilk dəfədir ki, görürəm...
    AMİRƏ: - Yalançının atası
    na lənət!
    XANIŞ (Delfinəyə): - Vətəndaş, məni tanıyırsan? (Pauza). Yox! (Amirəyə). görürsən?!.
    DELFİNƏ (Xanışa): - Tanımırsan məni?..
    XANIŞ (Delfinəyə eyhamla, yalvarıcı nəzərlərlə): - Yox... O mənada yox... Əlbəttə, mən sizi sanatoriyanın həyətində, dəhlizdə-filanda görmüşəm. O mənada yox...
    DELFİNƏ: - Sən məni hər mənada tanıyırsan!..
    AMİRƏ (Xanışı yamsılayır): - “...dəli ceyranımsan...”
    DELFİNƏ: - ...“şıltaq ahumsan...”
    AMİRƏ: - “Nə gözəl adın var: Delfinəsən sən”.
    DELFİNƏ: - “Suyun yox, qurunun delfinisən sən”.
    AMİRƏ: - “Bu gecə azadam, azad...”
    Firuz Mustafa Əsərləri 3
    39
    DELFİNƏ: - Bəs kim idi deyən ki, “bu gecənin ömrünü uzat?!”
    XANIŞ (qadınların qarşısında diz çökür): - Yalvarıram, xahiş edirəm məni biabır etməyin...
    AMİRƏ: - Mən səni biabır yox, ifşa edəcəyəm!
    DELFİNƏ (Xanışa): - Onsuz da mən camaat içində rüsvay olmuşam... Hələ ərim bilsə...
    AMİRƏ: - Ay qız, sənin ərin də var?..
    DELFİNƏ: - Əlbəttə, var! Heç mənim kimi qadın ərsiz ola bilər? Borya bilsə hamımızı qıracaq.
    AMİRƏ: - Borya kimdir?..
    DELFİNƏ: - Boryanı tanımırsız? Boranı deyirəm də... Bayaq sizin tualetin borusunu dəyişdirən oğlan mənim ərimdir...
    XANIŞ: - Paho... İşə düşmədik...
    DELFİNƏ: - Mənim namusuma toxunulub.
    XANIŞ: - Bacı, sakit ol!
    DELFİNƏ: - Mən təhqir olunmuşam!
    AMİRƏ: - Yaxşı, yaxşı, haray-həşir salma...
    DELFİNƏ: - Ərin mənə sataşıb. Kimsəsiz bir qadına...
    AMİRƏ: - Ay qız, sakit ol, gicləmə... Sənə deyilmədi ki, haray-həşir qoparasan.
    Firuz Mustafa Əsərləri 3
    40
    DELFİNƏ (Xanışa): - Dil töküb məni yoldan çıxarmısan: “gərdəyin oxşayır zirvə qarına”.
    XANIŞ (diz çökür): - Delfinə xanım, məni biabır etməyin. “İzn ver, qoy düşüm ayaqlarına”.
    AMİRƏ (Xanışa): - Ayağa dur, utanmaz...
    DELFİNƏ: - Mən rüsvay olmuşam, mən təhqir edilmişəm. Mən... Kimsəsiz bir qadının namusuna toxunulub!
    Hay-küy. Boran qoltuğu alətlərlə dolu, çiynində radio daxil olur. gətirdiyi ehtiyat hissələrini kreslonun üstünə atıb hiddətlə otaqda var-gəl edir və qəfildən Xanışın qarşısında dayanır.
    BORAN: - Mənim arvadımın namusuna toxunublar! Mən bu işi belə qoya bilmərəm! Burada baş əziləcək, diş töküləcək, qan axıdılacaq!..
    DELFİNƏ: - Boran, Borya! Yalvarıram, hirslənmə!
    XANIŞ: - Qardaş, bir sakit ol!..
    AMİRƏ: - Bu, nə oyundur çıxarırsız?.. Rədd olun buradan!
    BORAN: - Mənim qeyrətimə kim sataşıb?..
    Firuz Mustafa Əsərləri 3
    41
    Boran əvvəlcə alətlərdən birini, daha sonra başqasını qapıb Xanışın üstünə hücum edir. Musiqi. Dəmir cingiltisi. Səs-küy. Süpürləşmə. Boran Xanışı yerə yıxır. Amirə Delfinəni yumruqlayır. İşıqlar sönür.
    Pərdə
    İkinci hissə
    Yenə həmin məkan. Otaqda səliqəsizlik hiss olunur. Xanış pəncərə pərdəsinin arxasından
    Firuz Mustafa Əsərləri 3
    42
    çıxır
    , qorxa-qorxa, çəkinə-çəkinə ətrafa boylanır. Onun əli sarıqlıdır, üz-gözünə leykoplastr yapışdırılıb. Xanış güzgünün qarşısında dayanıb leykoplastrı sifətindən ehmallıca qoparır, ufuldaya-ufuldaya əlinin sarığını açır. Sonra gedib pəncərədən bayıra baxır. Amirə gəlir. Otağın ortasında dayanıb əlini amiranə şəkildə belinə qoyur, boylanıb pəncərə önündə dayanan Xanışı görür, əli ilə onu qaramatlayır, sonra güzgü önündə dayanaraq üst-başını sığallayır.
    AMİRƏ: - İndi kimi axtarırsan?..
    XANIŞ (diksinir): - Nə?..
    AMİRƏ: - Deyirəm kor olmuş gözlərin indi kimi axtarır?
    XANIŞ: - Vallah, durduğum yerdə şərə, böhtana düşmüşəm.
    AMİRƏ: - Hələ bir danışmağa dilin də var.
    XANIŞ: - Sən mənə inanmaq istəmirsən, Amirə...
    AMİRƏ: - Mən sənə nə üçün inanmalıyam, Xanış Xostanoviç?
    XANIŞ: - Biz neçə ilin ailəsiyik. Mənim sənə ikidən-birdən xəyanət etdiyimi eşitmisən indiyəcən?..
    Firuz Mustafa Əsərləri 3
    43
    AMİRƏ: - Eşitməyə ehtiyac yoxdur ki... Mən səni yad qadınla öz yatağımda tutmuşam.
    XANIŞ: - Yalandır!
    AMİRƏ: - Yalan olan nədir, Xanış?..
    XANIŞ: - O qadının dedikləri!
    AMİRƏ: - Bəlkə gedim Delfinəni yenə çağırım?..
    XANIŞ: - Yox... Sən canın... Yox... O, həyasızın biri imiş...
    AMİRƏ: - Bura bax, Xanış... Sən öz günahını boynuna almasan mən birdəfəlik çıxıb gedəcəyəm.
    XANIŞ: - Sən məni məhv etmək istəyirsən?..
    AMİRƏ: - De görüm günahını dərk edirsən, ya yox?
    XANIŞ: - Bağışla məni, Amirə. Bu dünyada hər bir kişinin öz qadını qarşısında bir günahı olur. Elə mən də... səhv etmişəm...
    AMİRƏ: - Yaxşı... İndi danış görüm hadisə necə oldu?..
    XANIŞ: - Hamısını o it qızı danışdı ki... Özü də ərinin qulağı eşidə-eşidə..
    AMİRƏ: - Deməli düz danışırmış...
    XANIŞ: - Xahiş edirəm, yalvarıram, gəl qurtaraq bu söhbəti...
    Firuz Mustafa Əsərləri 3
    44
    AMİRƏ: - Xeyr... Bu söhbət qurtaran deyil hələ. Onlar səni məhkəməyə vermək istəyir. (Pauza). Niyə susursan? Eşitmirsən? Yoxsa sənə sərf etmir bu cür söhbətlər? Neyləyək? Öz günahındır - əzabını da özün çəkməlisən. Belə deyilmi? görünür sənin artıq pul-paran olduğunu öyrəniblər.
    XANIŞ: - Məndə artıq pul nə gəzir. Öz ailəmi zorla dolandırıram.
    AMİRƏ (Xanışı yamsılayır): - “Sənin kimi qadından ötrü adam nəinki pulundan, lap canından da keçər”. Bəlkə bu sözləri deyən də sən olmamısan?..
    XANIŞ: - Mən indi anladım ki, qadınların hamısı iblis imiş!
    AMİRƏ: - Hamısı?!.
    XANIŞ: - Hamısı deyəndə ki... (Qorxa-qorxa). Bəzisi...
    Amirə əvvəlcə güzgü qarşısında, sonra Xanışın önündə dayanıb astadan gülür. Xanış təəccüblə qadına baxır. Asta gülüş get-gedə qəhqəhəyə çevrilir. Amirənin şaqqanaq çəkib gülməsi Xanışı qorxuya salır. Qadın güldükcə, Xanış geri-geri qapıya sarı çəkilir və Amirə eləcə gülə-gülə Xanışın üstünə sarı
    Firuz Mustafa Əsərləri 3
    45
    gedir
    . Xanış yazıq-yazıq, gözlərini qırpa-qırpa divara söykənir, sanki kimdənsə, hansı görünməz qüvvədənsə imdad istəyir. Qadın Xanışın qənşərində dayanıb sinəsini onun sinəsinə söykəyir və dəlicəsinə qəhqəhə ilə gülməkdə davam edir. Xanış qoruxdan əsir, onun dizləri titrəyir. Qadın gülsə də qəzəblə Xanışın gözlərinin içinə baxır. Xanış tədricən, yavaş-yavaş yerə çökür. Qadın onun yaxasından yapışıb yuxarı dartır, ayaq üstə qaldırır. Onlar üz-üzə dayanırlar. Amirə qəfildən susur. Ciddi və diqqətli nəzərlərlə Xanışı süzür.
    AMİRƏ: - Demək, günahını etiraf edirsən...
    XANIŞ: - Əlacım nədir ki... Etiraf etməliyəm. Bir də ki, bu məsələ böyüyüb yuxarıların qulağına çatsa hər şey alt-üst olar, bütün planlarım pozular.
    AMİRƏ: - Əgər yuxarılar eşidib tələb etsə sən həqiqəti olduğu kimi danış. Çəkinmə, qorxma...
    XANIŞ: - Hansı həqiqəti?.. Hə, yenə başladın? Amirə, sən canın qurtar bu söhbəti.
    Firuz Mustafa Əsərləri 3
    46
    AMİRƏ: - Xeyr! Elə şey yoxdur... (Pauza). Əgər sən həqiqəti danışmaq istəmirsənsə... onda qoy mən danışım.
    XANIŞ: - Yenə, o söhbət?.. Yenə həqiqət?.. Axı, mən hər şeyi boynuma aldım. günahkaram, qələt eləmişəm. Əl çək mənim yaxamdan!..
    AMİRƏ: - Əvvəla, əl çəkən deyiləm. İkincisi də əsl həqiqət heç də sən deyən deyil.
    XANIŞ: - Of-f-f!.. Həqiqət, həqiqət...
    AMİRƏ: - İndi danışaram sənə o həqiqəti...
    Qəfil musiqi taktı. Xanış hürküb əli ilə başını tutur. Bundan sonrakı hərəkət və yestləri musiqi müşayiət edir. Əslində indi baş verənlər artıq baş vermişlərin təkrarıdır. Amirə səssiz hərəkətlərlə Xanışa baş vermiş həmin hadisəni təzədən xatırladır. Musiqi dəyişir. Səhnə azacıq qaranlıqlaşır və təzədən işıqlanır. Tamaşaçılara əsərin birinci hissəsindən tanış olan səhnə: Xanış pəncərə pərdəsinin bu üzündən o üzünə sığal çəkə-çəkə nəsə deyir. Və məlum olur ki, pərdənin arxasında kimsə var. Artıq tamaşaçı “o üzdəki”, “o tərəfdəki” adamı tanıyır: bu, Delfinədir. Xanış üzünü pərdəyə
    Firuz Mustafa Əsərləri 3
    47
    sürtür və bu əsnada Amirə gəlir. Qadın üzünü pərdəyə söykəyən Xanışı görüb əlini sinəsinin üstə qoyur: Amirəyə elə gəlir ki, ərinə nəsə olub. Amma pərdə arxasından qadın səsi eşidib kənara çəkilir, söhbətə qulaq asır. ‚z-gözünün ifadəsindən Amirənin möhkəm əsəbiləşdiyi hiss olunur. Xanış pərdəyə sığal çəkir; təbii ki, o, arvadının gəlişindən xəbərsizdir. Amirə yaxınlaşıb əli ilə ərini qaramatlayır və geri çəkilir. Xanış pərdənin arxasından başını Delfinənin çiyninə qoyur. Amirə qısqanclıq və qəzəb içində qovrula-qovrula irəli cumur, amma nəsə fikirləşib yenə geri qayıdır, əlini atıb işığı söndürür və kənara çəkilir. Qaranlıq çökür. İndi təkcə Xanışın üstünə işıq düşür. Xanış hamama keçir. Su şırıltısı. Və bu zaman Amirə Delfinəyə yaxınlaşıb onun qolundan yapışır. Qadınların əlbəyaxa döyüşü. Sonra sakitlik. Qadınlar gülüşür. Amirə Delfinəyə nəsə deyir və onun ovcuna pul basır. Delfinə gülümsəyib otaqdan çıxır. Amirə pərdə arxasına keçir. Xanış çiynində dəsmal, alt paltarında hamamdan çıxır; o, pərdəyə yaxınlaşıb Delfinə hesab etdiyi Amirənin çiyninə sığal çəkir. Qadın gülüşü.
    Firuz Mustafa Əsərləri 3
    48
    Xanış da gülür. Az sonra onlar (Xanış və Amirə) qol-qola qonşu otağa keçirlər. Delfinə sanki rəqs edə-edə gəlir. Musiqi qəfildən kəsir. Qaranlıq çökür və işıq yanarkən Delfinə artıq yoxdur. Amirə və Xanış yenə “səssiz səhnədən” əvvəlki “statusda” zühur edirlər. İndi onların hər ikisi gülür.
    XANIŞ: - Deməli, o qadın sən imişsən?!.
    AMİRƏ: - Yoxsa buna təəssüf edirsən?..
    XANIŞ: - Sən də söz danışdın. Bircə ondan yaxamı qurtarsaydım.
    AMİRƏ: - Amma... Amma mən bir şeyi də dəqiqləşdirmək istəyirəm: Delfinənin səninlə əvvəllər əlaqəsi olubmu?..
    XANIŞ: - Sən nə danışırsan, Amirə?.. Mən o qadını o vaxtacan uzaqdan-uzağa, arabir dəhlizdə - həyətdə görmüşdüm. İlk dəfə idi ki, onunla üz-üzə gəlirdim.
    AMİRƏ: - Axı, sən özün eşitdin ki, o abırsız qadın o otaqda (əli ilə qonşu otağa işarə edir) sənin mənə dediklərini az qala söz-söz, kəlmə-kəlmə təkrar edirdi. Mənə elə gəlir ki, sən o sözləri vaxtilə ona da söyləmisən.
    Firuz Mustafa Əsərləri 3
    49
    XANIŞ: - Ay tövbə! Yalan deyirəmsə Allah mənə qənim olsun! Mənim o qadınla əvvəllər heç bir əlaqəm, ünsiyyətim olmayıb!
    AMİRƏ: - Bəs o, sənin mənə dediyin o komplimentləri kimdən eşidib?..
    XANIŞ: - Ona nə var ki, ey?.. Yəqin bu sanatoriyadakı kişilərin çoxu ilə görüşüb.
    AMİRƏ: - Yəni başqa kişilərdən eşidib o cür qiymətli sözləri?..
    XANIŞ: - Hər şey ola bilər.
    AMİRƏ: - Sənin sözündən belə çıxır ki, kişilərin hamısının şparqalkaları eyni mənbədəndir?
    XANIŞ: - Nə şparqalka, nə mənbə? Heç nə anlamıram!
    AMİRƏ: - Bəyəm kişilərin hamısı qadınlara eyni sözləri deyir?
    XANIŞ: - Əlbəttə! O qadınlardır ki, hər kişi ilə bir dildə danışır. Kişilərin söz ehtiyatı azdır. Ona görə bütün kişilər bütün qadınlarla eyni cür danışır.
    AMİRƏ: - Yaxşı, yaxşı, kişiləri az müdafiə elə. Bəyəm tanımırıq bu qırılmışları.
    XANIŞ: - Amirə, az qarğış elə kişilərə! Bu yazıq kişilər qadınların bildiyini, heç milyonda birini də bilməz!
    Firuz Mustafa Əsərləri 3
    50
    AMİRƏ: - görüm yazıq ilan vursun kişiləri!..
    Qapı döyülür. Amirə qapıya sarı gedir. Boran gəlir. Hamı bir-birinə sualedici nəzərlərlə baxır.
    AMİRƏ: - Sənə nə lazımdır?
    BORAN: - Mənə bu evin kişisi lazımdır.
    XANIŞ: - Əvvəla, bura ev yox, sanatoriyadır. İkincisi də eşidirəm sizi.
    BORAN: - Deməli, burada kişi sənsən?
    AMİRƏ: - Boş-boş çərənləmə!.. Nə sözün var, onu de!
    BORAN: - Mən kişiyəm, ona görə də kişi ilə söhbət etmək istəyirəm. (Amirəyə). Sənə isə məsləhətim budur ki, kişi işinə qarışma.
    AMİRƏ: - Kül olsun sənin kişi başına!
    XANIŞ: - Xahiş edirəm çıxın gedin... Mənim sizə deyiləcək heç bir sözüm yoxdur.
    BORAN: - Amma mənim sözüm var!
    AMİRƏ: - get sözünü evdə arvadına de!
    BORAN: - Mənim arvadıma heç bir sözüm yoxdur! Mənim sözüm sənin ərinədir!
    AMİRƏ: - Rədd ol dedim! Bu gen dünyanı başına dar edərəm ha!
    Firuz Mustafa Əsərləri 3
    51
    BORAN: - Paho! Qorxdum! (Dirsəyini göstərir). Qorxdum sizdən. (Amirəyə). Sən get arvad işi ilə məşğul ol! Kişi işinə qarışma.
    XANIŞ: - Əzizim, vətəndaş, yoldaş, xahiş edirəm bizə mane olmayın. Onsuz da qayğılarımız, iş-gücümüz çoxdur... Sən də bu yandan...
    BORAN: - Elə bilirsən camaat boş-bekardır! Bəyəm mənim iş-gücüm yoxdur? Yoxsa başqasını avara hesab edirsən?..
    AMİRƏ: - De görüm nə istəyirsən ey?..
    BORAN: - Nə istəyirəm? Kopensasiya tələb edirəm.
    XANIŞ: - Nə?.. Nə tələb edirsiz?..
    BORAN: - Kom-pen-sa-si-ya!.. Aydındır? Yoxsa yenə təkrar edim?
    XANIŞ: - Nədən ötrü?..
    BORAN: - Nədən ötrü?.. (gülür). Özün yaxşı bilirsən nədən ötrü!
    XANIŞ: - Kompensasiya?.. Hım-m-m...
    BORAN: - Bəli, bəli, kompensasiya: özü də mənə dəyən mənəvi zərər üçün.
    AMİRƏ: - O hansı zərərdir elə? Bəlkə deyəsən biz də bilək.
    Firuz Mustafa Əsərləri 3
    52
    BORAN: - Arvadımın namusuna təcavüz edilib.
    AMİRƏ: - Bundan sənə nə?
    XANIŞ: - Ayıbdır... Çıxın gedin.
    BORAN: - Nə? Ayıbdır? Kimə ayıbdır? Sənə, yoxsa mənə?
    AMİRƏ: - get arvadından tələb elə?..
    BORAN: - Nəyi? Kompensasiyanı?..
    AMİRƏ: - Elə hər şeyi...
    XANIŞ: - Böhtançılıqla məşğul olmayın... Özünüzə hörmət edin.
    BORAN: - Böhtançı kimdir? Mən zərərçəkənəm, özüm də tələbimdə israrlıyam. Lazım gəlsə bu işi məhkəməyə verəcəyəm!
    AMİRƏ: - Hara istəyirsən ver.
    BORAN: - Mən hələlik sizinlə adam dilində danışıram.
    AMİRƏ: - Amma özün adam deyilsən.
    XANIŞ: - Amirə, sən canın, baş qoşma. görmürsən bu, dava-dava deyir?..
    BORAN: - Mən mənəvi zərər üçün...
    AMİRƏ: - Deməli sən öz arvadının axmaq hərəktləri üçün başqasından pul tələb edirsən?
    BORAN: - Pul niyə? Axı, mən dedim: kompensasiya!
    Firuz Mustafa Əsərləri 3
    53
    AMİRƏ: - Yaxşı ki, pul tələb etmirsən.
    BORAN: - Kompensasiyanı mən beynəlxalq pul vahidi ilə tələb edirəm.
    AMİRƏ: - Bərəkallah!.. Yəqin dollarla...
    XANIŞ: - Bəlkə də “yevro” istəyir...
    BORAN: - Hər ikisi ilə olar. Elə bir fərqi yoxdur.
    AMİRƏ: - İddiaçı sənsən?..
    BORAN: - Bəli! Mənəm!
    AMİRƏ: - Bəs niyə məhz sən, arvadın yox?..
    BORAN: - Çünki mənəvi zərər mənə dəyib. Bütün sanatoriya mənə gülür, məni ələ salır. Mənə mənəvi - psixoloyi təzyiqlər var. Delfinənin nə vecinə? Zərərçəkən mənəm! Deməli, iddiaçı da mən olmalıyam.
    XANIŞ: - Ayıbdır, vallah ayıbdır. Adam bir az abırlı olar.
    BORAN: - Nə?.. Kim abırlı olar? Sənsən abırlı? Paho! Abırlıya-həyalıya bir bax! Camaatın qanuni arvadını günün günorta çağı... Yox, deyəsən onda hava qaralmışdı...
    XANIŞ: - Rədd olun!
    BORAN: - Kim? Mən?
    AMİRƏ: - Xanış Xostanoviç, görürsən də sənin zarafatının sonu necə oldu?..
    Firuz Mustafa Əsərləri 3
    54
    XANIŞ: - Axı, mən... Mən o qadını heç düz-əməlli tanımıram da...
    BORAN: - Nə?.. Tanımırsan? (Şaqqanaq çəkib gülür, əlini şappıltı ilə əlinə vurur). Bu Delfinəni tanımırmış! Mənim arvadımı nəinki sanatoriya, az qala bütün şəhər tanıyır.
    XANIŞ: - Qadın xeylağını təhqir etməyin.
    BORAN: - Kim təhqir edə bilər mənim arvadımı?
    AMİRƏ: - Deyəsən, bu xəstədir...
    BORAN: - Kim? Sənin ərin? Elə mən də bunun sağlam adam olmasına şübhə edirəm...
    AMİRƏ: - Elə isə əl çək bu xəstədən.
    XANIŞ: - Ayıbdır, vallah, ayıbdır.
    BORAN: - Deyəsən, utanır.
    AMİRƏ: - Yəqin ki...
    BORAN: - Özü də ki, xəstə...
    AMİRƏ: - Elədir...
    XANIŞ: - Ayıbdır...
    BORAN: - Xəstəliyinə görə müəyyən qədər keçmək olar.
    AMİRƏ: - günahından?..
    BORAN: - Yox... Kompensasiyanın məbləğindən.
    Firuz Mustafa Əsərləri 3
    55
    Amirə diqqətlə Boranı süzür: bu, bir növ həkimin xəstəni müşahidə etməsinə bənzəyir. Amirə gülümsəyir. Boran da gülümsəyir, sonra gülür. Xanış və Amirə də ona qoşulub mənalı-mənalı gülürlər. Amirə əlini Boranın çiyninə qoyur.
    AMİRƏ: - Yaxşı... Danışdıq.
    BORAN (geri çəkilir): - Əlinizi çəkin... Mən qadın şərindən qorxuram... Bir də ki, nəyi danışdıq? Yalnız kompensasiyanın məbləğinin azaldılmasından söhbət gedə bilər.
    AMİRƏ: - Oldu, oldu... Bu barədə də sonra danışarıq.
    BORAN: - “Sonra” deyəndə ki... Çox da sonraya saxlamayın. Əlimdə yarımçıq işim var.
    AMİRƏ: - Nə iş?..
    BORAN: - Ərin yaxşı bilir o işin nədən ibarət olduğunu.
    AMİRƏ (Xanışa): - Sən haradan bilirsən ki, bu, nə işlə məşğul olur.
    XANIŞ (çiynini çəkir): - İş? Nə iş?..
    Firuz Mustafa Əsərləri 3
    56
    BORAN: - Sənə demişdim, axı. Nə tez unutmusan? Yaddaşın zəifdi deyə hər şeyi tezcə unudursan.
    AMİRƏ: - Bax, bunu düz deyirsən. Bəlkə özün xatırladasan o işi?.. Bu, sklerozdur.
    BORAN (Xanışa): - Sklerozsan?.. Onda notratil at. Bildin? Not-ra-til...
    AMİRƏ: - İçər, mütləq içər... Sənin həkimliyin də varmış ki...
    BORAN: - Keçmiş formasepəm. İndi santexnika ilə məşğulam.
    XANIŞ: - Hə, yadıma düşdü!..
    AMİRƏ: - Niyə qışqırırsan?.. Yadına düşən nədir?
    XANIŞ: - Fil məsələsi!..
    BORAN: - Ay sağ ol!
    AMİRƏ: - Nə?.. Fil nədir?..
    XANIŞ: - Fil üçün tələ hazırlayır.
    AMİRƏ (gülür): - Fil üçün?.. Tələ?.. Bəyəm fil tələsi də olur?..
    XANIŞ: - Yəqin ki, olur...
    BORAN: - Necə yəni “yəqin ki...”? Əlbəttə, fil tələsi olur. Siçan tələsi olursa fil tələsi niyə olmasın?..
    XANIŞ: - Lap at tələsi, it tələsi, çaqqal-tülkü tələsi də olur.
    Firuz Mustafa Əsərləri 3
    57
    BORAN: - Ay sağ ol! Mənə indi təkcə fil tələsi sifariş veriblər.
    AMİRƏ: - Kim sifariş verib?..
    XANIŞ: - Yəqin ki, Hindistan səfirliyi.
    BORAN: - Yox... Nə Hindistan?..... Nə səfirlik? Bu, qvineyalıların sifarişidir.
    XANIŞ: - Qvineya?..
    BORAN: - Bəli, bəli, Qvineyadan. Özü də Konakri şəhərindən.
    AMİRƏ: - Maraqlıdır...
    XANIŞ: - Doğrudan, maraqlı təklifdir.
    AMİRƏ: - Hiss olunur ki, siz çox ağıllı adamsız...
    BORAN (gülümsəyir): - Əlbəttə... Buna şübhəniz olmasın...
    AMİRƏ (gülür): - Qətiyyən...
    XANIŞ: - Materal nədəndir?..
    AMİRƏ: - Nə?..
    XANIŞ (Borana): - Deyirəm hansı materialdan hazırlayırsan?
    BORAN: - Nəyi?
    XANIŞ: - Fil tələsini...
    BORAN: - Hə, tələni deyirsən?.. Yox, bunu deyə bilmərəm. Bu, sirrdir...
    AMİRƏ: - Eybi yoxdur... Hələ qoy hazır olsun...
    Firuz Mustafa Əsərləri 3
    58
    BORAN: - Elədir. Hələ proses gedir... gələcəkdə geniş açıqlama verəcəm. Yəqin ki, o vaxt siz də eşidərsiniz.
    XANIŞ: - Bu böyük kəşfə bənzəyir.
    AMİRƏ: - Böyük yox ey, nəhəng...
    BORAN: - Yaxşı, onda mən gedim...
    XANIŞ: - Sizə yaxşı yol..
    AMİRƏ: - Sağ olun...
    BORAN: - Sonra görüşüb həll edərik...
    AMİRƏ: - Nəyi?.. Fil məsələsini?..
    BORAN: - Fil?.. Nə fil?.. Nə məsələ?.. Mən kompensasiya məsələsini deyirəm...
    AMİRƏ: - Yaxşı... Yaxşı... Oldu... Sağ olun...
    Boran təzim edib gedir. Amirə hikkəli-hikkəli Xanışla üz-üzə dayanır.
    XANIŞ: - Maraqlı məsələdir.
    AMİRƏ: - Nə? Kompensasiya?..
    XANIŞ: - Yox ey... Fil üçün tələni deyirəm.
    AMİRƏ: - Başın xarab olub sənin?..
    XANIŞ: - Doğru sözümdür...
    AMİRƏ: - Ta mənim sənə sözüm yoxdur, Xanış! Əsəbdən əl-ayağım əsir... Qorxuram
    Firuz Mustafa Əsərləri 3
    59
    infarkt keçirim! Sənin nə vecinə?.. Arsız adamsan...
    XANIŞ: - Yaxşı... yaxşı... Hirslənmə... əyləş... (Onun qolundan tutur).
    AMİRƏ: - Rədd ol! Mənə xidmət göstərməyinə bir bax bunun! gör sənin ucbatından kimlərlə ağız-ağıza verməli olmuşam?.. Dəlilərlə, həyasızlarla...
    XANIŞ: - Yox, o, dəliyə oxşamır...
    AMİRƏ: - Əlbəttə, oxşamaz!.. Bu, öz xeyrini bilən dəlidir! Of-f-f... Mən gedirəm.
    XANIŞ: - Hara?..
    AMİRƏ: - Masaya, saunaya... Sonra dişlərimi göstərəcəm həkimə. Elə bil ki, mən sanatoriyaya yox, dava-dalaş məntəqəsinə gəlmişəm. Nə istirahətim istirahətdir, nə də müalicəm müalicə... Mənim taleyim elə əzəldən gətirməyib... (Pauza). gözünü döymə, Xanış! Tez ol!
    XANIŞ: - Nə olub? Neyləyim?..
    AMİRƏ: - Pul ver!
    XANIŞ: - Pul? Nə pul?
    AMİRƏ: - Bəs elə bilirsən müalicə protseduraları pulsuzdur?
    XANIŞ: - Mən ki, dünən pül verdim sənə...
    Firuz Mustafa Əsərləri 3
    60
    AMİRƏ: - Dünən verdiyin dünən xərcləndi... İndi “dünən” deyil, “bu gündür”.
    XANIŞ: - get sumkamın içindəki kağızın arasından götür... Vallah, bu xarabaya gələndən talanmışam...
    AMİRƏ: - Mənasız şeylər danışırsan...
    Amirə hikkəli-hikkəli qonşu otağa keçir. Xanış əlini belinə qoyub düşüncəli halda gəzişir. Amirə cəld addımlarla çıxıb tez də geri qayıdır, gəlib Xanışın qarşısında dayanır.
    XANIŞ: - Nə olub?.. Niyə belə baxırsan mənə?
    AMİRƏ: - gör yenə bir hoqqa çıxara bilirsənmi?
    XANIŞ: - Nə hoqqa?.. Hə?.. Mən fil tələsi barədə düşünürəm...
    AMİRƏ: - Nə?.. Hə, fil üçün tələ!.. Elə sənin özünə tələ hazırlamaq lazımdır!
    Amirə əlini Xanışın alnına qoyur, sanki onun qızdırmasını yoxlayır, sonra şəhadət barmağını termometr kimi silkələyib baxır: “ölçdüyü” hərarətin “dərəcəsini yoxlayır”.
    Firuz Mustafa Əsərləri 3
    61
    Və gülə-gülə çıxır. Xanış təəccüblə Amirənin arxasınca baxır. Musiqi. Xanış otaqda gəzişir. Delfinə gəlir. Təzə, yaraşıqlı geyimdədir. Xanış qadını görüb qorxa-qorxa geri çəkilir. Delfinə qəti addımlarla Xanışa yaxınlaşır.
    XANIŞ: - Sizsiniz?.. Əriniz indicə getdi...
    DELFİNƏ: - Ərim? Borya?..
    XANIŞ: - Hə... Boran...
    DELFİNƏ: - Bəs sənin arvadın hanı?
    XANIŞ: - Nə?.. Kim?..
    DELFİNƏ: - Deyirəm Amirə gözə dəymir...
    XANIŞ: - İndi gələr... Bir azdan...
    DELFİNƏ: - gəlsin də... Qorxan var ondan bəyəm?
    XANIŞ: - Yox... Kim dedi ki, siz ondan qorxursuz?
    DELFİNƏ: - Nə “siz-biz” salmısan, Xanış Xostanoviç?
    XANIŞ: - Mən yaxından tanımadığım adamlara həmişə bu cür müraciət edirəm.
    DELFİNƏ (gülür): - Nə?.. Yaxından? Ta bundan da yaxın tanışlıq olar?..
    Firuz Mustafa Əsərləri 3
    62
    XANIŞ (diqqət kəsilir): - Deyəsən Amirə gəlir... Bəlkə siz... xahiş edirəm... Deyirəm sonra gələrsiniz...
    DELFİNƏ: - Nədir, qorxursan məndən? (gülür). Ay səni, Xanış Xostanoviç... Elə bil sən heç o adam deyilsən.
    XANIŞ: - Hansı adam?..
    DELFİNƏ: - Hansı adam? Delfinəyə dil tökən, yalvaran adam! Diz çöküb ilan dili çıxaran adam!.. İndi bildim hansı adamı deyirəm, Xanış Xostanoviç?..
    XANIŞ: - Bəyəm mən sizə dil tökmüşəm?.. Bu cür qadına... Sizin kimi bir xanıma yalan demək yaraşmaz...
    DELFİNƏ: - Mən yalan danışıram?
    XANIŞ: - Hadisələrin təhl
    ili belə göstərir...
    DELFİNƏ (gülür): - Nə?.. Nəyin təhlili?.. Sənin ağlın yerindədir, Xanış Xostanoviç?
    XANIŞ: - Mən abırlı adamam. Xahiş edirəm şərə salmayın məni!..
    DELFİNƏ: - Abır-həya sahibinə bir bax... Bəlkə biz abırsızıq?.. Yoxsa məni axmaq hesab edirsən?
    Firuz Mustafa Əsərləri 3
    63
    XANIŞ: - Niyə ki... Yox... Sadəcə olaraq biz ayrı dünyagörüşlü adamlarıq... Mən ailəli adamam... Siz də ailəli qadınsınız...
    DELFİNƏ: - Bunu indi yadına salmısan?.. Bəyəm bilmirdin ki, mən ailəliyəm... Orada, o otaqda diz çöküb yalvaranda.
    XANIŞ: - Mən diz çöküb yalvarmışam? Bu, ola bilməz... Mən öz arvadımla...
    DELFİNƏ: - Arvadınla?.. (gülür). Yoxsa arvadın sənə deyir ki, onu oxşamısan, onu əzizləmisən?.. Ona şer demisən, ona yalvarmısan? Hə?..
    XANIŞ: - Yox ey... Mən dəqiq bilirəm ki, Amirə gələndən sonra siz çıxıb getdiniz...
    DELFİNƏ: - Amirə nə nə gəzirdi burada?.. Sənin arvadın mən yataqdan çıxandan sonra gəldi. Yoxsa xatırlamırsan?..
    XANIŞ: - Yox... Bu, belə deyil axı...
    DELFİNƏ: - Arvadın məsələni ört-basdır eləmək istəyir.
    XANIŞ: - Yox... İnanmıram buna. Əksinə, adətən qadınlar od olmayan yerdə tüstü axtarmağı xoşlayırlar.
    DELFİNƏ: - Sənin arvadının tüstüsü hələlik öz təpəsindən çıxır... İndi onun başqa yerdə tüstü axtarmağa üzü yoxdur.
    Firuz Mustafa Əsərləri 3
    64
    XANIŞ: - Sizin sözünüzdən belə çıxır ki, Amirə dediklərini özündən uydurur...
    DELFİNƏ: - Əlbəttə... Xanış Xostanoviç, bir diqqət yetir... Özün də yadına sal...
    XANIŞ: - Mən başımı itirmişəm...
    Musiqi. Hiss olunur ki, Delfinə Xanışa onların “ilk görüşünü” yada salır: Xanış üzünü divara çevirib öz-özünə nəsə pıçıldayır. Delfinə ondan ayrılıb qapıya yaxınlaşır, guya otaqdan “çıxır”, sonra asta addımlarla yenidən otağa “daxil olur”. Qadın təəccüblə öz-özünə nəsə pıçıldayan Xanışa göz qoyur. guya onun gəlişindən Xanış xəbərsizdir; Xanış kimisə hədələyir, “asıb-kəsir”. Kişinin qəribə hərəkətlərinə göz qoyan Delfinəni gülmək tutur; qadın əli ilə ağzını qapayıb pəncərənin tül pərdəsinin arxasında gizlənir. Xanış yenə bir müddət kimisə hədələyib (yəqin ki, bu “kimsə” onun tabeçiliyində olan işçilərdən biridir) otaqda gəzişir. Delfinə özünü saxlaya bilməyib gülür. Xanış ətrafa göz gəzdirib gülüş səsi gələn səmtə - pərdəyə yaxınlaşır.
    Firuz Mustafa Əsərləri 3
    65
    XANIŞ: - Bıy, sən hələ getməmisən? Deyəsən, məni izləyirsən, hə?..
    Xanış əlini uzadıb pərdəni sığallayır. guya pərdə arxasındakı Delfinə yox Amirədir. O, əli ilə pərdəni sığallaya-sığallaya nəsə deyir, amma onun səsi eşidilmir, daha doğrusu səslənən musiqi onun (və Delfinənin) söhbətini eşitməyə imkan vermir. Xanış pərdəni qucaqlayır. Musiqi xırp kəsir.
    DELFİNƏ: - Yoxsa bunların hamısını mən özümdən uydururam?..
    XANIŞ: - Yox... Məncə sən pərdənin arxasından çıxandan sonra Amirə gəlib çıxdı...
    DELFİNƏ: - Bunu sənə kim deyir? Amirə? O, qələt eləyir. Amirə nə gəzirdi burada? Bəyəm öz ərini başqa qadınla bir otaqda görən qadın sakit dayana bilər? Yox!.. Bax, sən burada dayanmışdın. Sonra sən hamama keçdin. Bəlkə bunu da yalan deyirəm? Sonra sən hamamdan çıxıb mənim qoluma girdin, biz qonşu otağa keçdik. Bax oraya!..
    XANIŞ: - Yox, o otağa mən öz arvadımla keçmişəm!
    Firuz Mustafa Əsərləri 3
    66
    DELFİNƏ: - Yox bir, bəlkə Borya ilə mən olmuşam orada?!.
    XANIŞ: - Boran gəlmişdi bayaq...
    DELFİNƏ: - Nə olsun ki?..
    XANIŞ: - O, kompensasiya tələb edir...
    DELFİNƏ (gülür): - Əcəb eləyir!
    XANIŞ: - O, həqiqətən fil üçün tələ hazırlayır?..
    DELFİNƏ: - Bəli, hazırlayır...
    XANIŞ: - Maraqlıdır...
    DELFİNƏ: - Əlbəttə, maraqlıdır... Amma sən araya söz qatma. Bildin?.. Hə... Sən mənim qolumdan tutub bax o otağa çəkdin. gözünü niyə döyürsən? Bir qoluma gir görüm. Tez ol!..
    Xanış çəkinə-çəkinə Delfinənin qoluna girir. Qadın qonşu otağa üz tutur.
    XANIŞ: - Dayanın bir! Haraya belə?..
    DELFİNƏ: - Mən hər şeyi sənə təkrarən, olduğu kimi göstərmək istəyirəm. gəl arxamca. Tez ol!
    XANIŞ: - Xahiş edirəm... Yalvarıram... Axı, ayıbdır. Birdən Amirə gəlir. Siz bilirsiniz o necə qadındır?
    Firuz Mustafa Əsərləri 3
    67
    DELFİNƏ: - Ona qalmış elə Borya da gələ bilər...
    XANIŞ: - Bəli.. Sizin əriniz də gəlib çıxa bilər...
    DELFİNƏ: - Dəxli yoxdur. Kim gəlir gəlsin... Mən sizə həqiqəti sübut etməliyəm...
    XANIŞ: - Belə də sübut olar?..
    DELFİNƏ: - Axı, sən boynuna almaq istəmirsən...
    XANIŞ: - Mənim nazirlə görüşüm var. Mən qayğılarla yaşayıram...
    DELFİNƏ: - Mən lazım gələrsə sənin nazirinə də həqiqəti sübut edərəm.
    Delfinə Xanışın qolundan tutub qonşu otağa çəkir. Xanış dartınır, qadın buraxmır. Onlar az qala süpürləşirlər. Musiqi. Delfinə Xanışı çəkib qonşu otağa aparır. Onların səs-küyü. Şıdırğı musiqi. Bu əsnada Boran əlində santexnika alətləri, çiynində radio gəlir. O, radionu qurur. Musiqi daha da güclənir. Boran alətləri bir-birinə vurub cingildədə-cingildədə oynaq bir rəqs ifa edir. Bu əsnada Amirə gəlir. Heyrətlə Borana baxır. Qonşu otaqdan gülüş və hıçqırıq səsləri eşidilir.
    Firuz Mustafa Əsərləri 3
    68
    Sonra Xanışın səsi gəlir; sanki o, rekroduktorla danışır.
    XANIŞ (səsi eşidilir): Sən mənim taleyim, mənim ruhumsan, Dəli ceyranımsan, şıltaq ahumsan. Gəl ovla könlümü, gəl al canımı, gəl ovut hissimi, həyəcanımı. Nə gözəl adın var: Delfinəsən sən! Suyun yox, qurunun delfinisən sən!
    Gərdənin oxşayır zirvə qarına, İzn ver, qoy düşüm ayaqlarına. Bu gecə quş kimi azadam, azad...
    Ya rəbb, bu gecənin ömrünü uzat!
    Xanışın səsini musiqi müşayiət edir. Boran musiqiyə uyğun yüngül rəqs edir. Amirə sanki yerində quruyub qalıb. Sonra Boran alətləri atıb onun qarşısında referans edir; qadın əvvəlcə geri çəkilsə də sonra əlini irəli uzadır. Boran onun qolundan tutur. Onlar birlikdə rəqs edirlər.
    Rəqs başa çatır. Amirə qəfil kəskin hərəkətlə qonşu otağın qapısına sarı gedir. Amma nədənsə ayaq saxlayır. gülüş səsləri eşidilir.
    Firuz Mustafa Əsərləri 3
    69
    BORAN: - Deyəsən kefdədilər.
    AMİRƏ: - Nə?..
    BORAN: - Səs-küyü eşitmirsən?..
    AMİRƏ: - Yox... Nə səs-küy? Mən heç nə eşitmirəm...
    BORAN (qonşu otağa keçmək istəyir): - gedim görüm kimdir oradakı...
    AMİRƏ: - Sənin nə itin azıb mənim yatağımda?.. (Onun qarşısını kəsir). Çıx get buradan!
    BORAN: - Mən öz arvadımı gəzirəm!
    AMİRƏ: - get arvadını öz evində axtar!
    BORAN: - Bu sanatoriya mənə evimdən də doğmadır...
    AMİRƏ: - Əşi, yekə kişisən, boş-boş danışıb mənim başımı xarab eləmə. Çıx get deyirəm sənə!
    BORAN: - ‚stümə niyə qışqırırsan?.. Sən mənim arvadım-zadsan bəyəm?..
    AMİRƏ: - Sənə dedim get öz iş-gücünlə məşğul ol!.. (Onun yaxasından tutur). Yoxsa sənə bir toy tutaram ki!..
    BORAN: - Əlini çək yaxamdan!.. Yox bir qorxdum səndən!..
    Firuz Mustafa Əsərləri 3
    70
    AMİRƏ: - Qorxarsan, hələ bir o yana da keçərsən!
    BORAN: - Ay qorxdum ha!
    Amirə Boranın yaxasından tutub bayıra itələyir. Musiqi. Boran təzədən özünü içəri təpmək istəyir. Qadın onu təzədən qovur, özü də bayıra çıxır; zərbə səsləri, kişi qışqırtısı eşidilir. Hiss olunur ki, Amirə Boranı döyür. Qadın yumruğunu düyünləyib bir-iki dəfə bayıra çıxıb-içəri girir. Boranın uzaqlaşan addım səsləri eşidilir - deyəsən, o, qaçıb canını Amirənin əlindən qurtarır. Qonşu otaqdan yenə kişi və qadın səsləri eşidilir. Amirə hiddətlə həmin otağa sarı gedir və yenə ayaq saxlayır. Musiqi dəyişir: həzin, asta melodiya səslənir. Amirə yumşaq, ahəstə addımlarla, sanki ayağının ucunda qonşu otağa doğru getməyə başlayır. Boran görünür. O da Amirə kimi asta, ehtiyatlı addımlarla yeriyir; ayağının ucunda, əyilə-əyilə Amirənin arxasınca irəliləyir. Boranın gəlişindən Amirənin xəbəri olmur; Amirə gedir - Boran gedir, Amirə dayanır - Boran da dayanır. Nəhayət, Amirə qonşu otağa keçir, amma Boran qapı ağzında ayaq
    Firuz Mustafa Əsərləri 3
    71
    saxlayır
    , o biri üzə keçməyə cürəti çatmır. Az sonra Amirənin qışqırığı eşidilir. Boran qorxudan döyükə-döyükə qalır. Amirə qaça-qaça gəlir, Boranla toqquşur.
    AMİRƏ: - Sən yenə gəldin?..
    BORAN: - Dedim birdən qorxub eləyərsən...
    Amirə kreslonun üstünə atılmış dəmir borunu götürüb yenə bayaqkı asta, ehtiyatlı addımlarla irəli gedir. Onun hərəkətlərini Boran da olduğu kimi təqlid edir: dəmir borunun birini çiyninə tüfəng kimi qoyub Amirənin arxasınca addımlayır. Amirə dövrə vurub yavaşca geri qayıdır. Boran isə istiqamətini dəyişmədən düz gedir, qonşu otağa daxil olur. Amirə heyrətlə qonşu otağa boylanır: o biri üzdən Boranın qışqırığı gəlir. Amirə qorxub geri qaçır. Boran da gəlir. Amirə və Boran tövşüyə-tövşüyə üz-üzə dayanırlar. Amirə başı ilə Borana işarə edir ki, yenə qonşu otağa keç! Boran qorxur. Amirə özünü irəli verib qətiyyətli addımlarla o biri üzə keçmək istəyir. Boran qadının qarşısını kəsir. Qadın dayanır. Boran əlindəki borunu bir kənara atıb qolunu
    Firuz Mustafa Əsərləri 3
    72
    çirməyir
    , çiyinlərini idmançılarsayaq oynadıb o biri otağa keçir. Amirə geri çəkilib əlindəki borunu döyüşə hazır vəziyyətdə tutur. Boran yataqdakı çarpayını (və ya yorğan-döşəyi) sürüyə-sürüyə gətirir. Sanki yataqda, örtüyün altda iki nəfər yanaşı uzanıb.
    AMİRƏ: - Yatıblar deyəsən...
    BORAN: - Yox... özlərini yuxuluğa vurublar.
    AMİRƏ: - İndi oyadırıq onları.
    Amirə əlindəki borunu tüfəng kimi yatağa sarı tuşlayır. Boran əlini örtüyün üstündən “yatanların” bədəninə toxundurur; örtüyün altındakıların heç biri tərpənmir. Amirə təəccüblə yatağa baxır, sonra əlindəki borunu kənara atıb çarpayıya (yatağa) yaxınlaşır; o da əlini yatağa sürtür.
    BORAN: - Tərpənmirlər...
    AMİRƏ: - Tərpənərlər... Darıxma...
    Amirə yatağı yumruqlayır.
    Firuz Mustafa Əsərləri 3
    73
    BORAN: - Bəlkə...
    AMİRƏ: - Nə “bəlkə”?.. “Bəlkə” nədir?..
    BORAN: - Deyirəm ölüblər bəlkə...
    AMİRƏ: - Ölüblər?.. Ola bilməz!..
    Amirə ehtiyatla yatağın üstünə atılmış örtüyü qaldırır. Yataqda iki mütəkkə və ya uzunsov balış yan-yana qoyulub. Amirə qorxa-qorxa mütəkkələrdən (balışlardan) birini qucağına götürüb o üz-bu üzünə baxır. İkinci mütəkkəni Boran götürür: o da qucağındakı “əşyayi-dəlili” diqqətlə nəzərdən keçirir. Onlar mütəkkələri yerinə qoyub tez çarpayının (yatağın) altını, yorğan-döşəyin arasını axtarır, amma heç bir şey tapa bilməyib məyus halda bir-birlərinə baxırlar. Boran əyilib yenə mütəkkəni götürür. Qadın da onu təqlid edir. Hər ikisi eyni vaxtda mütəkkəni “yoxlayır”, üzlükləri çıxarır, astarı deşib tükü ovuclayır, qoxulayır, təəccüblə çiyinlərini çəkirlər. Sonra onlar ovucladıqları tükü hiddətlə yatağa çırpırlar. Ritmik musiqi. Amirə və Boran səslənən musiqinin sədaları altında yorğan-döşəyi, yataq dəstini ələk-vələk eləyir, bir şey tapa bilməyərək qaça-qaça qonşu otağa keçir,
    Firuz Mustafa Əsərləri 3
    74
    yenə qayıdırlar. Onların bu hərəkətləri bir neçə dəfə təkrar olunur. Onlar növbəti dəfə qonşu otağa keçəndə Xanış və Delfinə qəfildən gəlir, o bir üzdə səs-küy eşidib tez pəncərə pərdəsinin arxasında gizlənirlər... Boran və Amirə qonşu otaqdan çıxır, yorğun halda çarpayının üstünə (yatağa) çöküb, əlləri ilə başlarını tuturlar: təbii ki, onlar hələlik “yeni gələnləri” görmürlər. Delfinə və Xanış ehtiyatla pərdəni qaldırıb yataqda yanaşı oturub əlləri ilə başlarını tutmuş “cütlüyə” baxırlar. Amirə və Boran tədricən ayağa durur, əllərini üzlərindən çəkir, diqqətlə bir-birilərinə baxır və qəfildən şaqqanaq çəkib gülüşürlər. Sonra onlar yataqdakı balışları götürüb bir-birlərinin üstünə atır, yerə səpələnən tüklərin arasında atılıb-düşür, sanki rəqs edirlər. Xanış və Delfinə pərdənin arxasından çıxır, tüklərin içində “üzənlərə” yaxınlaşırlar.
    DELFİNƏ: - Ey-y-y! Əllər yuxarı!
    AMİRƏ (geri çəkilir. Borana): - Aha! Axı, mən sənə dedim ki, bunlar haradasa - buralarda gizləniblər.
    Firuz Mustafa Əsərləri 3
    75
    DELFİNƏ (Xanışa): - Xanış Xostanoviç, mən sənə demişdim axı...
    XANIŞ: - Unutmuşam... Nəyi demişdin mənə?..
    DELFİNƏ: - Mən sənə demişdim ki, biz onları mütləq birlikdə tutacağıq!
    BORAN: - Delfinə, sən harada idin?..
    DELFİNƏ: - Harada olasıyam ki?.. Mütəkkənin içində, tüklərin arasında gizlənmişdim.
    BORAN: - Mən dedim axı... Bunun cindarlığı da var...
    XANIŞ: - Balışı-mütəkkəni niyə bu kökə salmısınız?..
    DELFİNƏ: - Onlar yəqin qorxublar ki, mən bu yatağı, yorğan-döşəyi, mütəkkələri cadulamışam.
    AMİRƏ: - Boran, sənin arvadın cadu ilə məşğul olur.
    BORAN: - Onun məşğul olmadığı iş var ki?..
    XANIŞ: - Delfinə, sən doğrudan cadugərsən?..
    DELFİNƏ (gülür): - Bəs indiyəcən bilmirdin bunu?..
    AMİRƏ: - Xanış, bu cadugəri haradan tapıb-gətirmisən bura?..
    Firuz Mustafa Əsərləri 3
    76
    XANIŞ: - Bəyəm mən gətirmişəm?..
    DELFİNƏ: - Mən özüm gəlmişəm!..
    BORAN: - O, lazım olan yerə özü gedir...
    XANIŞ: - Bəs sən?..
    BORAN: - Məni hər yerdə gözləyirlər.
    AMİRƏ: - Bunların hər ikisi eyni ağıldadır deyəsən...
    XANIŞ: - Amma Boranın sənəti pis deyil.
    DELFİNƏ: - İndi kimdir onun sənətinə qiymət verən?.. (gülür). Əsl sənət səninkidir, Xanış Xostanoviç.
    AMİRƏ: - Nədir Xanışın sənəti?..
    DELFİNƏ: - Heç bir işlə məşğul deyil, amma cibi həmişə pulla dolu olur.
    AMİRƏ: - Bəs o, evdə həmişə şikayətlənir ki, pulum yoxdur.
    BORAN: - Nə olsun, mən də şikayətlənirəm ki, kasıbam...
    DELFİNƏ: - Borya, bəyəm sənin də pulun olur?..
    BORAN: - İndi yoxdur, amma bu yaxınlarda olacaq...
    XANIŞ: - Mən Borana inanıram...
    DELFİNƏ (gülür): - Ha-ha-ha... Borana da inananlar olarmış!
    XANIŞ: - O, nadir bir işlə məşğul olur.
    Firuz Mustafa Əsərləri 3
    77
    DELFİNƏ: - O nə işdir elə?..
    XANIŞ: - Fillər üçün tələ düzəldir...
    DELFİNƏ: - Hım-m-m...
    AMİRƏ: - Hım-m-m...
    BORAN: - İndi təzə sifariş də almışam. (Pauza). Qarışqalar üçün tələ hazırlamaq lazımdır.
    HAMI: - Qarışqa üçün tələ?..
    BORAN: - Bəli!.. Axı qarışqalar yaman sürətlə artır.
    XANIŞ: - Mən sizə dedim axı... Təəssüflər ki, biz istedadlı adamların qədrini bilmirik.
    AMİRƏ: - İstedada bir bax!..
    DELFİNƏ: - İstedadların qədri harada bilinir ki?..
    BORAN: - Heç olmasa siz sağ olun ki, mənim kiçik işimə belə böyük qiymət verirsiniz...
    AMİRƏ: - Xanış, xeyir ola, yaman boylanırsan ora-bura?..
    XANIŞ: - Deyəsən yataq otağından səs gəlir... Yoxsa mənim qulağım səsə düşüb?..
    Qonşu otaqdan səs-küy, gülüş səsləri eşidilir. Xanış və Amirə çəkinə-çəkinə əvvəlcə Delfinəyə, sonra Borana baxırlar. Boranla
    Firuz Mustafa Əsərləri 3
    78
    Delfinə şaqqanaq çəkib gülür, yatağa çökür, sonra hərəsi bir mütəkkə (balış) götürüb ayağa dururlar; onlar Xanış və Amirə ilə üz-üzə dayanırlar. Yenə gülüş səsləri. Xanış və Amirə də gülür. Hamı səs-küy sədaları altında qonşu otağa sarı gedir. Səs-küy tədricən azalır.
    PƏRDƏ
    Firuz Mustafa Əsərləri 3
    79
    PAYIZ MEŞƏSİNDƏ VALS
    Birpərdəli pyes
    İŞTİRAKÇILAR:
    C a h a n g i r Muradbəyli
    A s l a n o v
    R a f a e l
    V i k t o r i n a
    Pərdə qalxır.
    Arxa planda meşəlik. Ön planda iki ağac və kəsilmiş kötüklər. Başlanğıcda gərgin musiqi sədası, sonra uzaqdan atəş səsləri eşidilir.
    Firuz Mustafa Əsərləri 3
    80
    Əvvəlcə Aslanov görünür. O, cəld bir hərəkətlə səhnənin önünə, arxaya-meşə tərəfə, sola-sağa doğru addımlayır. Sanki kiminsə gəldiyini hiss edib, tez-tələsik yaxınlıqdakı ağaclardan birinin arxasına çəkilir. Boynundan asılmış durbini gözünə yaxınlaşdır, diqqətlə ətrafı nəzərdən keçirir.
    Cahangir Muradbəyli görünür. Aslanov ağacın arxasından çıxıb Cahangirə yaxınlaşır.Onların hər ikisinin əynində hərbi geyim, çiyinlərində silah və hərbi çanta var.
    A s l a n o v. Komandir, şükür, yaxşı qurtardıq. Sən demə, bizim gəldiyimiz yolun bir hissəsi minalanıbmış.
    C a h a n g i r. Sən bunu nədən bildin?
    A s l a n o v. Bombardmandan sonra biz bir-birimizi itirdik. Mən sizi axtarmaq məqsədilə təzədən geri qayıtmalı oldum. Fürsətdən istifadə edərək, keçib gəldiyimiz yolun aşağı tərəfini uzaqdan da olsa bir xeyli müşahidə etdim. Yolun düzənliyə uzanan hissəsində bir neçə heyvan gördüm. Onların bir qismi ölmüşdü. Yaralı heyvanlar da vardı. Belə anladım ki, yaxınlıqdakı kəndin mal-qarası həmin yoldan keçəndə minaya düşərək tələf
    Firuz Mustafa Əsərləri 3
    81
    olub. Yaxşı ki, siz birbaşa meşə yoluna çıxmısız.
    C a h a n g i r. Düzü, mən də səndən bərk nigaran idim. Bombardmandan sonra güllə yağışının altından keçib bu səmtə-meşəyə doğru üz tutdum. Səni ucadan səsləməyə isə ehtiyat edirdim. Axı, necə deyərlər, meşə çaqqalsız olmaz.
    A s l a n o v. Özü də ikiayaqlı çaqqallar...
    Hər ikisi çiyinlərindəki çantaları yerə qoyub gülüşürlər. Sonra araya ani sükut düşür. Onlar nəsə duyublarmış kimi, ehtiyatla ətrafa boylanırlar. Uzaqdan boğuq atəş səsləri gəlir.
    C a h a n g i r (əlini irəli uzadaraq). Orada burulan o qara tüstünü görürsən?
    A s l a n o v. Bəli, görürəm. (Əlini gözünün üstünə qoyub uzaqlara baxır). Nəsə alışıb-yanır. Tüstü qətran kimi qapqaradır. Allah bilir, bu köpək uşağı indi hansı zavoda-fabrikə od vurub yandırıblar. Çox güman ki, tanklardan yaxın məsafədən atəş açıblar.
    C a h a n g i r. Ola bilər... (Pauza). Lap kibritlə də yandıra bilərlər. (Durbin gözünə yaxınlaşdırır, başını qaldırıb uzaqlara
    Firuz Mustafa Əsərləri 3
    82
    baxır). Hər tərəf tüstüdür. Başqa heç nə görmək mümkün deyil.
    A s l a n o v. Bircə uşaqlarla əlaqə yarada bilsəydik...
    C a h a n g i r. Düşünürəm ki, biz öz dəstəmizlə yalnız gecə əlaqə yaradıb birləşə biləcəyik... Qaranlıqda atılan fişəng bizə bir işarə olacaq.
    A s l a n o v. Elədir...
    C a h a n g i r. Yanıq iyi gəlir. Hiss edirsən? Elə bil meşədə yanğın var...
    A s l a n o v. Bu alçaqlar təkcə bizim insanları yox, bu tərəfin bütün dilsiz-ağızsız heyvanlarını-quşlarını, hətta, daşını-ağacını da özlərinə düşmən bilirlər.
    C a h a n g i r. Bu, təkcə nifrət hissi deyil, bəlkə də hələ elmin yaxşı öyrənə bilmədiyi bir xəstəlikdir. O xəstəliyin məğzi- mənası isə bundan ibarətdir ki, biz özümüzə məxsus olmayan hər şeyi didməli, qırmalı, əzməli, dağıtmalı, məhv etməliyik.
    A s l a n o v. Bu cür xəstələri iynə-dərmanla sağaltmaq mümkün deyil, komandir. Hərbin öz qanunları var...
    C a h a n g i r. Bu, ruhi-mənəvi xəstəlikdir...
    Firuz Mustafa Əsərləri 3
    83
    A s l a n o v (çiynindəki silaha işarə ilə). Onların iynə-dərmanı bax budur.
    C a h a n g i r. Yox, silahla sağaltmaq da ağlabatan məsələ deyil.
    A s l a n o v. Bəs onda çarə nədir, nədədir, komandir?
    C a h a n g i r. Aslanov, faşistlər bunlardan da betər idi. Onlar necə sağaldı?
    A s l a n o v. Eşitdiyimə görə, elə onlar da burunları ovulandan sonra haqq yoluna qayıtdılar... Mən başqa bir yol bilmirəm, komandir.
    C a h a n g i r. Yollar çoxdur, Aslanov. Amma sənin dediyin yol, ən sonuncusudur.. .
    A s l a n o v. Mən sıravi bir əsgərəm, komandir. Elə böyük hərbi savadım da yoxdur. Amma anladığım budur ki, pazı yalnız pazla çıxarmaq olar... Kobud ifadəmə görə üzr istəyirəm. Müharibənin öz qanunları var axı...
    Meşədəki quşların cəh-cəh səsi eşidilir.
    C a h a n g i r. Eşidirsən?
    A s l a n o v. Bəli, eşidirəm. Çox gözəl oxuyurlar... Elə bil onlar yazın gəlməsini
    Firuz Mustafa Əsərləri 3
    84
    qarşılayırlar. Halbuki artıq payızdır. Deyəsən, quşlar fəsillərin yerini səhv salıblar.
    C a h a n g i r. Hesab edirəm ki, quşlar da adamlar kimi təbiətin bütün fəsillərini sevirlər.
    A s l a n o v. Yəqin ki, ağaclar da adamlar kimi qışın- soyuğun yaxınlaşdığını hiss edir, buna görə də öz libaslarını soyunmağa tələsmirlər.
    C a h a n g i r (ani fikrə gedir). Yaxşı xatırlayıram, bizim oxuduğumuz hərbi məktəbin yaxınlığında da bax elə bu cür bir, hələ bir az da böyük bir meşə vardı. Mən arada meşəyə gedər, ağacların altında uzanar, ya kitab oxuyar, ya da quşların səsinə qulaq asardım... Yadımdadır, meşədə bax elə bu cür bir tala vardı. Həmin tala betonla örtülmüşdü, arada ondan əsgər və zabitlər rəqs meydançası kimi də istifadə edirdilər. Amma oralara payız çox tez gələrdi. Qızılı yarpaqların xışıltısı hələ də qulağımdan çəkilməyib. Payızın nəfəsi çəkilməmiş, meşə qalın qar örtüyünə bürünərdi... Hə, oralar az qala ilin yarısını qışın “nəzarəti altında” olardı. Axı ora şimal idi. Mən isə bir cənub
    Firuz Mustafa Əsərləri 3
    85
    adamı kimi öz yerlərimizi daha çox sevirəm... Təbiət hər yerdə gözəldir.
    A s l a n o v. Hmmm... Yaxşı vaxtlar olub. Meşə, tala, rəqs, heyvanlar, quşlar...
    C a h a n g i r. Aslanov, mənə elə gəlir ki, hər yerin quşlarının, lap elə heyvanlarının öz dili olur...
    A s l a n o v. Necə yəni, komandir, “öz dili”? Düzü, bunu anlamadım.
    C a h a n g i r. Belə deyək də... Sanki hər xalqın öz ərazisindəki quşların-heyvanların öz dili olur. Məsələn, şimal ölkələrindəki quşların dili ilə qərb və ya şərq ölkələrindəki quşların dili arasında fərqlər var... Elə adamlar kimi. Mən öz ehtimalımı deyirəm.
    A s l a n o v. Hə, anladım siz deyəni. Yaxşı, bəs onda durnalar? Onlar az qala bütün dünyanı gəzirlər... Özləri də eyni qaydada qıy vurur, bir-birlərini anlayırlar.
    C a h a n g i r. Hə, məncə bunu düz deyirsən. Onların səsləri-nidaları hər yerdə eynidir. Hamısı bir-birini bir qıydan anlayır. Ola bilsin ki, başqa quşlardan fərqli olaraq, dünyadakı bütün durnaların hamısının dili eynidir. Ya da ki, onlar “poliqlotdur”... Anlayırsan bu sözlərin mənasını?
    Firuz Mustafa Əsərləri 3
    86
    Gülüşürlər.
    A s l a n o v. Bəli, əlbəttə anlayıram, komandir... Bilirəm “poliqlot” nədir- yəni çox dil bilən... Hətta “politoloq” nədir, onu da bilirəm. (Gülür). Orta məktəbdə yaxşı oxumuşam... Kəndimiz meşənin ətəyində idi. (Ciddiləşir). Komandir, mən də təbiəti çox sevirəm. Amma quşlardan daha çox yarpaqların səsini dinləməyi xoşlayıram. Bəzən yarpaqlar səs-səsə verib qəribə səslər çıxarırlar. O vaxt mənim də ürəyimdə qəribə bir melodiya səslənir.
    C a h a n g i r. Sən əsl romantiksən ki, Aslanov... (Pauza). Bilirəm ki, hələ evli deyilsən...
    A s l a n o v. Bəli, düz buyurursuz. Hələ ailə qurmamışam, subayam.
    C a h a n g i r. Amma çox güman ki, gözaltın var.
    A s l a n o v. Üzr istəyirəm... Nişanlım var. Dava başlayanda evdə dura bilmədim. Orduya könüllü gəlmişəm.
    C a h a n g i r. İnşallah, tezliklə dava-şava başa çatar. Toyunu edərsən. Bizim uşaqların hamısı iştirak edəcək sənin toyunda. Qoy qulağımız daim top-tüfəng yox, musiqi səsi
    Firuz Mustafa Əsərləri 3
    87
    də eşitsin. Bu quşların səsi kimi gözəl, təbii musiqi səsi...
    A s l a n o v. Təki sağlıq olsun...
    Quşların cəh-cəh səsi qəfildən kəsilir.
    C a h a n g i r. Eşidirsən?
    A s l a n o v. Nədənsə quşların səsi xırp kəsildi birdən...
    C a h a n g i r. Bir diqqət yetir. (Pauza). Meşədən səs gəlir. Elə bil quru ağaclar ayaq altında qalıb şaqqıltı ilə qırılır..
    A s l a n o v. Komandir, düzü, mən elə bir səs-filan eşitmirəm...
    C a h a n g i r (diqqətlə dinləyir). Meşədə kimsə var. (Durbinlə ətrafa baxır). Heç kəs gözə dəyməsə də, mən yaxınlıqda adam hənirtisi duyuram. Peşə intuisiyam məni heç vaxt aldatmaz. Kənara çəkilmək, heç olmasa meşənin sıxlığına doğru getmək lazımdır. Tez ol, Aslanov...
    A s l a n o v. Oldu, baş üstə, komandir... Müharibənin öz qanunları var.
    Onlar hərbi çantalarını götürüb kənara çəkilir, gözdən itirlər. Həyəcanlı musiqi.
    R a f a e l və V i k t o r i n a görünür. Hər ikisi hərbi geyimdədir. Onlar çiyinlərindəki
    Firuz Mustafa Əsərləri 3
    88
    çanta və silahları yerə qoyub dərindən nəfəs alırlar. Musiqi sədası tədricən azalır.
    R a f a e l. Deyəsən, yolu azmışıq.
    V i k t o r i n a. İndi ya xəritəyə, ya da kompasa baxmaq lazımdır.
    R a f a e l. Burada xəritənin-kompasın nə xeyri? Tanımadığım yerlərdir.
    V i k t o r i n a. Necə yəni “tanımadığım yerlər”? Bəyəm bura sizin torpaqlar deyil?
    R a f a e l. Yox, haradan oldu bizim torpaqlar?.. Bir də ki, mən şəhərdə doğulub böyümüşəm.
    V i k t o r i n a. Bəs demirdin ki, biz öz torpaqlarımızın müdafiəsi uğrunda vuruşuruq?
    R a f a e l. Hə, deyirdim... Amma bu, gənc əsgərlərə ünvanlanmış bir çağırış idi. Biz onları başqa cür necə döyüşə səfərbər edə bilərik?
    V i k t o r i n a. Yaxşı, bəs onda mən nə uğrunda vuruşuram? (Gülür). Bəlkə mənə aid olan bu suala sən cavab verəsən?
    R a f a e l (bir qədər fikrə gedir). Hmmm... Sən düşündürücü sual verirsən, Viktorina. Lap elə öz adın kimi... Yəni viktorina sualı kimi bir şey... Ona görə də gərək
    Firuz Mustafa Əsərləri 3
    89
    krossvordda-viktorinada olan suallara dəqiq cavab verəsən... Məsələ belədir: sənə bizim orduda yüksək maaş verilir. Çünki sən özün də yüksək səviyyəli atıcısan. Bizim orduda sənin kimi dörd- beş snayper ola, ya olmaya. Özü də qəribədir ki, bizim ordunun ən yaxşı atıcıları məhz qadınlardır.
    V i k t o r i n a. Düzdür, inkar etmirəm, mən burada yaxşı donluq alıram. Amma orasını da deyim ki, məni buraya çəkib gətirən təkcə pul yox, həm də canımdakı eşq və damarımdakı qandır.
    R a f a e l. Eşq, qan... O, nə eşqdir, nə qandır elə?
    V i k t o r i n a. Vətən eşqi... Xalqıma, vətənimə olan eşq.
    R a f a e l. Axı sən tamamilə özgə bir ölkədə doğulub böyümüsən.
    V i k t o r i n a. Nə olsun ki? Atam mənə həmişə deyərdi ki, öz tarixi vətəninə daim sadiq ol, onu sev, onun eşqi ilə yaşa.
    R a f a e l. Mən bir az da tərəddüd edirəm.
    V i k t o r i n a. Niyə? Nəyə inanmırsan sən?
    R a f a e l. Gəl açıq danışaq, Viktorina. (Gülümsəyir). Bizim ordudakı muzdluları
    Firuz Mustafa Əsərləri 3
    90
    buraya çəkib gətirən yalnız pul eşqidir. Zənn edirəm ki, elə səni də...
    V i k t o r i n a. Olsun. Sən elə beləcə də düşün... Amma mənim canımdakı eşqi duymaq hər adama nəsib ola bilməz.
    R a f a e l. Ola bilər... (Ciddiləşir). Bura bax, Viktorina. Madam ki, romantik tona keçdin, onda sənə bir sual verim: necə oldu ki, belə bir peşəni seçəsi oldun?..
    V i k t o r i n a. Snayperlik peşəsinə mən elə-belə yiyələnməmişəm... Bu, uzun əhvalatdır. Başima gələn hadisələrin hamısını yazsam, gərək çoxseriyalı bir film çəkilsin. Qısaca olaraq onu deyə bilərəm ki, mənim atam mahir ovçu idi, özümsə gəncliyimdə model olmuşam.
    R a f a e l. Axı sən indi də gəncsən.
    V i k t o r i n a. Düzdür... Demək istəyirəm ki, ilk gəncliyimdə... Bəli, bir müddət yaraşıqlı, populyar bir model kimi az qala dünyanın yarısını gəzmişəm. Sonra mən sevdiyim adam tərəfindən aldadıldım, ağır bir zərbə aldım... Nə isə, keçmişə qayıtmaq istəmirəm.
    R a f a e l. Hmmm... Deməli belə. Eşq və qan məsələsinin sirri yavaş-yavaş aydınlaşır...
    Firuz Mustafa Əsərləri 3
    91
    Ortada vətən-torpaq eşqindən daha çox, qəlbinin dərinliyində kiməsə odlu-alovlu bir eşq varmış. Və indi dediyindən belə başa düşmək olar ki, sən atıcılığı kimdənsə intiqam almaq, qan tökmək üçün öyrənmisən.
    V i k t o r i n a. Eybi yox, qoy belə olsun. Yəni sən bu cür anla... Atıcılıq da mənim bir eşqimdir... (Gülür). Elə tüfəng də mənim ilk eşqimin bir rəngi, bir nişanəsidir. (Çiynindəki silaha işarə ilə). Hələ uşaqlıq çağlarımdan at belində atamla birgə ova çox getmişəm. Mindiyim atın altımda necə şahə qalxdığını, necə ləngər vurduğunu, necə kişnədiyini indi də xatırlayıram... İha-ha-ha... (At kimi “kişnəyir”). Anlayırsan? Mən sənə at deyirəm, at... Hə, bax belə... İiiiha-ha-ha... (Yenə at kimi “kişnəyərək” əllərini yuxarı qaldırıb yambızını silkələyir, ayaqlarını bərk-bərk yerə vurur). Hə, necədir? Səndə bizim atımız haqda bir təsəvvür yarandı? İiiiha-ha-ha...
    R a f a e l. Sən nə edirsən? Birdən eşidən olar. Elə bilərlər meşədə ya at, ya da ki, atlı var...
    Firuz Mustafa Əsərləri 3
    92
    V i k t o r i n a. Hə, bax bunu düz deyirsən. O günlərim yada düşəndə özümü həmişə unuduram. Dediyim odur ki, elə o vaxtlar da mahir atıcı idim... Amma sonralar heyvanları yox, adamları nişan almaq qərarına gəldim.
    R a f a e l. Yəqin ki, səni aldadan, sənə xəyanət edən adama da atəş açmısan. (Gülür). Zarafat edirəm. (Ciddiləşir). Amma bir yandan da düz deyirəm... Axı sən snaypersən.
    V i k t o r i n a. Zarafatlıq bir şey yoxdur. Sən doğru deyirsən. Mənim həyatımı zəhərləyən, taleyimlə oynayan, mənə xəyanət edən adam sinəsinin ortasından, düz ürəyinin başından vurduğum ilk canlı hədəf oldu.
    R a f a e l. Sən belə imişsən ki... Bəs buna görə tutmadılar səni?
    V i k t o r i n a. Bəli, mən o adama görə bir müddət cəza çəkəsi oldum. Sonra... Hə, sonra, yəni azadlığa çıxandan sonra bax bu peşəni seçməli oldum. Axı ilk sınaqdan yaxşı keçmişdim. Beləliklə də oldum snayper.
    R a f a e l (əlini qulağına yaxınlaşdırıb diqqətlə ətrafı dinləyir). Eşidirsən?
    V i k t o r i n a. Nəyi?
    Firuz Mustafa Əsərləri 3
    93
    R a f a e l. Sanki yaxınlıqda kimsə var. Ayaq səsləri eşidirəm. Qorxuram mühasirəyə düşək.
    V i k t o r i n a. Ölümdən qorxursan?
    R a f a e l. Diri-diri ələ keçməkdən daha çox qorxuram.
    V i k t o r i n a. Elədir... Mən də məhz bundan qorxuram. Bu geyimdə ələ keçsəm, gör başıma nə oyun açarlar.
    R a f a e l. Bəlkə də səni qadın olduğuna görə bağışlayarlar. Amma məni...
    V i k t o r i n a. Bəli, bəlkə də qadın olduğuma görə bağışlayarlar. (Mənalı tərzdə). Amma hərbçi olduğuma görə çətin ki, bağışlayalar.
    R a f a e l. Hə, bunu düz deyirsən... Bəs nə etməli? Əgər birdən doğrudan da, nəsə baş versə...
    V i k t o r i n a. Buna görə də mən indi hərbçi, snayperçi yox, qadın olmaq istəyirəm.
    R a f a e l. Bu, necə olur? “Qadın olmaq”...
    V i k t o r i n a. Çox sadə. Hərbi geyimimi soyunub qadın paltarımı geyirəm. Vəssalam. İşdir şayəd, birdən əsir-zad düşsək deyərsən ki, bu qadın mülki bir adamdır, yolu azıb,
    Firuz Mustafa Əsərləri 3
    94
    mənə qoşulub, evinə yola salmaq istəyirəm... Nə isə özün daha inandırıcı bir şey fikirləşib taparsan... Hə, tapdım, deyərsən ki, xaricdən gəlib, sülh yaradan beynəlxalq təşkilatı təmsil edir... İndi təkcə geyimimi dəyişmək qalır.
    R a f a e l. Təki heç kəsə ilişib eləməyək... Əsas məsələ budur. Yaxşı, bəs sənə haradan tapaq bu meşədə o istədiyin geyim-kecimi?
    V i k t o r i n a. O paltar burada, mənim əlimin altındadır. (Əlini yerdəki çantaya atır). Komandir, indi isə icazə ver, öz qadın paltarımı geyinim.
    R a f a e l. Ta mənim sənə sözüm yoxdur. Elə bilirəm çantadakı sursatdır (Ğz-özünə dodaqaltı mızıldanır). Hmmm... Qadın olmaq istəyir. Ona qalmış mən də kişi olmaq istəyirəm. (Qadına sarı). Özün bilərsən, nə edirsən et... İstəyirsən geyin, istəyirsən də soyun.
    V i k t o r i n a. Həm soyunacam, həm də geyinəcəm. Elə isə, üzünü yana çevir. Lap elə baxa da bilərsən... Mənim üçün elə bir əsaslı fərqi yoxdur.
    R a f a e l. Elə mənim üçün də...
    Firuz Mustafa Əsərləri 3
    95
    Rafael üzünü yana çevirir. Viktorina əyninidəki üst hərbi paltarları və çiynindəki silahı çantaya yığır, çantadan çıxardığı paltarları isə tez-tələsik geyə-geyə danışır.
    V i k t o r i n a. Bax bu mənim ayaqqabım, bu mənim donum, bu mənim sırğam... Hə, bunları geyirəm... (Cəld hərəkətlə paltarları qablaşdırır). Bax bu mənim silahım, bu mənim çəkməm, bu papağım-bunların hamısını qatlayıb qoyuram çantama. Bu da mənim dodaq boyam (Əynini geyib əlindəki güzgüyə baxır, dodağına boya çəkir, nazlana-nazlana özünü səliqəyə salır). Deyəsən, get-gedə qadına çevrilirəm. (Çantadan çıxartdığı kiçik tapançanı əlinə götürüb o üz-bu üzünə diqqətlə baxır, yuxarı qaldırıb sanki kimisə nişan alır, sonra nəsə fikirləşib onu əyninə geydiyi pencəyin cibinə qoyur).Bu kiçik hədiyyəni isə hələlik bərayi-ehtiyat götürüb cibimə qoyuram... (Pauza). İndi sanki birdən-birə hiss etdim ki, qadın olmaq hərbçi olmaqdan daha şərəflidir. (Rafaelə).
    R a f a e l. Geyindin?
    V i k t o r i n a. Ehey, deyəsən, gözünün altından mənə baxırsan...
    Firuz Mustafa Əsərləri 3
    96
    R a f a e l. Qətiyyən... Mən yad qadınlara baxmıram.
    V i k t o r i n a. Bəs niyə baxmırsan? Bəyəm kişi deyilsən?
    R a f a e l. Mən? Mən kişiyəm e... Amma sən... sən...
    V i k t o r i n a. Mən qadın deyiləm hə? (Yaxınlaşıb düz onun qarşısında durur). Mən? İndi səni başa salaram. (Əlini cibinə atıb tapançanı çıxarır, ona sarı tuşlayır). Bilərsən mən kiməm. Əllər yuxarı.
    Rafael geri-geri çəkilib qorxu, təəccüb və heyrətlə paltarını dəyişmiş qadına baxır. Hiss olunur ki, qadının gözəlliyi kişini cəlb etsə də üstünə tuşlanan silah onu vahimələndirir. Əllərini qaldırır.
    R a f a e l. Dayan. Nə edirsən? Allah xatirinə, əl saxla!..
    V i k t o r i n a. Xeyr. Elə iş yoxdur. Sən başınla cavab verəcəksən...
    Rafael irəli atılıb qadını qucaqlayır, onu tərk-silah etmək istəyir. Viktorina ilə əlbəyaxa olurlar. Qadının əlindəki silah
    Firuz Mustafa Əsərləri 3
    97
    açılır. Onlar qorxub geri çəlirlər. Rafael silahı Viktorinanın əlindən alıb yaxınlıqdakı ağacın sinəsindəki böyük deşiyə-boş koğuşa qoyur. Sonra asta addımlarla bir-birinə yaxınlaşırlar. Kişi əlini qadının çiyninə qoyub diqqətlə onu süzür. Qucaqlaşırlar.
    R a f a e l. Viktorina...
    V i k t o r i n a. Rafael...
    R a f a e l. Sən beləsənmiş...
    V i k t o r i n a. Mən silahsız olanda özümü çox gücsüz, zəif hesab edirəm.
    R a f a e l. Bax sən indi əsl qadınsan... Qoy hələ silahın və hərbi geyimin səndən bir müddət uzaq olsun. Sən qadın kimi daha güclüsən.
    V i k t o r i n a. Sən elə düşünürsən?
    R a f a e l. Bəli, Viktorina...
    V i k t o r i n a. Rafael... Mən... Sən... Biz birlikdə...
    Cahangir və Aslanov görünür.
    C a h a n g i r (uca səsə). Əllər yuxarı!
    A s l a n o v. Silahları yerə atın!..
    Rafael və Viktorina diksinib geri çəkilir, çaşqın-çaşqın qəfil peyda olmuş döyüşçü geyimindəki adamlara baxırlar. Rafael
    Firuz Mustafa Əsərləri 3
    98
    çiyinlərindəki silahi yerə atır. Hər ikisi əllərini yuxarı qaldırır.
    C a h a n g i r (Aslanova). Silahı yerdən götür.
    A s l a n o v. Baş üstə, yoldaş komandir. (Yerdəki silahı götürüb diqqətlə güllə darağına- sandıqçaya baxır, sonra həmin silahı götürüb öz çiynindən aşırır). İçində güllə yoxdur. Amma bayaq atəş səsi gəldi.
    C a h a n g i r. Onların üst-başını yoxla.
    A s l a n o v. Baş üstə, yoldaş komandir.
    Aslanov əli ilə Rafael və Viktorinanın cibini, üst-başını yoxlayır.
    C a h a n g i r. Çantaları da nəzərdən keçir. Yəqin ki, içində sursat var.
    A s l a n o v. Oldu, komandir. (Viktorinaya). Bəs sənin silahın hanı?
    V i k t o r i n a. Mən...
    R a f a e l. Biz...
    V i k t o r i n a. Bilirsiz, mən, o, biz...
    C a h a n g i r. Dedim ki, əllər yuxarı. Siz əsirsiniz.
    A s l a n o v (yerdəki çantaları yoxlayaraq). Çantaların birində silah var. O birisində yoxdur... Hə, (Rafaeli göstərir) bunun silahı
    Firuz Mustafa Əsərləri 3
    99
    mənim çiynimdəkidir. (Əli ilə öz çiynindəki silaha işarə edir). Bu isə bu xanım qızın silahı... (Vikrorinanın çantasından silahı çıxararaq sandıqçanı yoxlayır). Üç daraq güllə bu çantada, iki daraqsa o birisindədir... (Həmin silahı da çiynindən asır. Öz silahını isə bərk-bərk sinəsinə sıxır). Hə, bax belə. Pis qənimətlər deyil. Hərbin öz qanunları var.
    V i k t o r i n a. O çantadakı silah mənim deyil. Mən...
    A s l a n o v. Bəs kimindir? Yoxsa mənim silahımdır, gəlib girib sənin çantana?
    V i k t o r i n a. Yaralı bir əsgərin... O əsgərin özünü döyüş meydanından çıxarıb apardılar. Mənsə onun yerə atılıb qalmış çantasını tapıb götürdüm.
    C a h a n g i r. Yaxşı, xanım, siz o “yaralı əsgərin” yanında nə gəzirdiniz? Ümumiyyətlə, deyin görək, siz özünüz kimsiniz? (Rafaelə). Əllər yuxarı.
    V i k t o r i n a. Mən yüksək səviyyəli Beynəlxalq təşkilatı təmsil edirəm. Sülh missiyasını yerinə...
    A s l a n o v. Hmmm... Sülh yaratmağa gəlib. (Rafaelə baxıb istehza ilə). Hərbin öz
    Firuz Mustafa Əsərləri 3
    100
    qanunları var. (Rafaelə). Yoxsa sən də sülhsevər qüvvələri təmsil edirsən?
    R a f a e l. Xeyr, mən əsgərəm. (Cahangirə baxır). Əsgərin borcu odur ki...
    A s l a n o v. Bura bax, nə boş-boş danışırsan? Sən əsgər yox, zabitsən. Bəyəm mən sizin paqonu, sizin çini tanımıram? (Əli ilə onun çiyninə, paqonuna vurur). Əlbəttə, tanıyıram. Əsgər mənəm... (Əli ilə öz çiyninə işarə edir). Mənəm əsgər. O kişi də mənim komandirimdir. (Əli ilə Cahangirə işarə edir). Əsgərə bir bax... Hələ danışmağa üzləri də var.
    Söhbət əsnasında Cahangir və Rafael altdan-altdan diqqətlə bir-birlərini süzürlər.
    R a f a e l. Muradbekov? Mən səhv etmirəm ki?
    A s l a n o v. Muradbeyli... (Heyrətlə). Bu, nə deyir?
    R a f a e l. Cahangir?
    C a h a n g i r. Rafael? Rafael Adamoviç... Hə, deməli bu sənsən...
    A s l a n o v. Bıy... Bu nə işdir belə? (Diqqətlə onlara, sonra Viktorinaya baxır). Vallah, mən heç nə anlamıram. Hərbin öz qanunları var.
    Firuz Mustafa Əsərləri 3
    101
    C a h a n g i r (Aslanova). Biz bu adamla vaxtilə eyni hərbi hissədə qulluq etmişik.
    V i k t o r i n a. Aaaa... Nə yaxşı oldu.
    R a f a e l. Biz dost olmuşuq...
    V i k t o r i n a. Nə gözəl...
    A s l a n o v. Dost olduğun adamın torpağında indi düşmənçilik edirsən?
    R a f a e l. İcazə versəniz əlimi yanıma salar, yaxud köhnə dostumun əllərini sıxaram... Onsuz da əliyalınıq...
    C a h a n g i r. Əlinizi yanınıza salın. Amma görüşməyə ehtiyac yoxdur. Bir də ki, Rafael, sənin əlin qana batıb...
    V i k t o r i n a. Siz ki, dost olmusunuz...
    A s l a n o v. Nə dost? Beləsindən dost olar? Dostlara bir bax.
    Rafael qollarını yanına salıb bir müddət əlini ovuşdurur, sonra yaxınlıqdakı kötüyün üstündə əyləşir, başını yerə dikir.
    R a f a e l. Gör bir biz harada üz-üzə gəldik. (Sanki öz-özünə). Heç ağlıma gəlməzdi...
    A s l a n o v. Adamın ağlına gəlməyənlər bəzən başına gəlir.
    C a h a n g i r. Hmmm... Belə-belə işlər. Bayaq sənə bir sual verildi, amma sən deyəsən o sualdan yayınmaq istəyirsən.
    Firuz Mustafa Əsərləri 3
    102
    R a f a e l (başını qaldırıb Cahangirə baxır). Hansı sualdan?
    C a h a n g i r. Siz buraya nə üçün gəlmisiz? İndiki halda sual konkret olaraq sənə ünvanlanıb: burada nə gəzirsən, Rafael Adamoviç?
    R a f a e l. Nə gəzirsən deyəndə ki... Bura döyüş bölgəsidir. Mən də əmrə tabe adamam... (Ayağa durur). Biz hamımız, sən də, mən də buraya özümüz gəlməmişik. Bizi bu od-alovun içinə...
    C a h a n g i r. Əmrə tabe adam... Rafael Adamoviç... Hmmm... Axı bura sizə məxsus olan ərazidən çox-çox uzaqdır. Sən yad torpaqdasan...
    R a f a e l. Mən də sənin kimi əmrlə gəlmişəm. Könüllü gəlməmişəm ki...
    C a h a n g i r. Əmrlə, ya əmrsiz... Bunun mətləbə dəxli yoxdur. Bax ayağımın altındakı bu torpaq mənə, bizə məxsusdur. Fakt budur ki, mən öz torpağımız uğrunda vuruşuram. Bəs sən? Sən nəyin, kimin uğrunda vuruşursan? Mən öz əhalimizi, öz soydaşlarımı müdafiə etmək üçün əlimə silah götürmüşəm. Bə sən? Sən buraya kimi
    Firuz Mustafa Əsərləri 3
    103
    kimdən qorumağa gəlmisən, Rafael Adamoviç?
    A s l a n o v. Bayaq dostluqdan dəm vururdun. İndi kişinin sualına cavab ver... Hərbin öz qanunları var.
    V i k t o r i n a. Rafael düz deyir də... Onun nə günahı? Göndəriblər, o da gəlib. Bəyəm o, özbaşınadır? (Aslanova). Bəli, düz deyirsiz, hərbin öz qanunları var.
    A s l a n o v (Viktorinaya). Bura bax, başqasının yerinə cavab vermə. İndi sənin özün də bəzi mətləbləri açıb deməli olacaqsan...
    C a h a n g i r. Mən öz sualıma cavab gözləyirəm, Rafael.
    R a f a e l. Əslində o suala Vikrorina cavab verdi...
    A s l a n o v. Vikrorina? Sən viktorinasan?
    V i k t o r i n a. Bəli, mən Viktorinayam...
    A s l a n o v. Mən lap uşaqlıqdan vikrorina sevən olmuşam...
    Hamı gülür.
    V i k t o r i n a. Yenə sevə bilərsən...
    A s l a n o v. Yox ey... O mənada yox. Viktorinada maraqlı suallar olurdu... O da
    Firuz Mustafa Əsərləri 3
    104
    krossvord kimi bir şeydi. Mən orada boş xanaları doldurmağı xoşlardım.
    V i k t o r i n a. Elə mənim taleyimdə, həyatımda da boş xanalar çoxdur. İndiyəcən o boşluğu dolduran bir adam tapılmayıb.
    A s l a n o v. Ay qız, sarı simə vurmaq lazım deyil. Bu da Viktorina olubmuş... Paho. Müharibənin öz qanunları var... (Rafaelə). Adamoviç, komandir səndən cavab gözləyir. Nə olsun ki, vaxtilə bir yerdə qulluq etmisiz. Mənimlə birgə qulluq edənlər də az olmayıb. Bunun məsələyə nə dəxli? Axı hərbin öz qanunları var.
    R a f a e l. Bura baxın, əgər sizdən yuxarıdakı komandirlər əmr verərsə, o əmrdən yayına bilərsizmi?
    C a h a n g i r. Baxır o əmr nə məqsədlə verilir...
    R a f a e l. Bu, həmişə belə olub. Axı biz birinci gün deyilki orduda qulluq edirik...
    A s l a n o v. Nə? Nə birinci-ikinci gün? Sən suala düzgün cavab ver. Hərbin öz qanunları olur.
    R a f a e l. Bəli. Elədir. Hərbin öz qanunları olur. Biz hərbi and içərkən bütün əmrləri sözsüz yerinə yetirəcəyimizi...
    Firuz Mustafa Əsərləri 3
    105
    yetirəcəyimizə... söz vermişik, and içmişik və...
    C a h a n g i r. Dayan, Rafael Adamoviç... (Rafaelə yaxınlaşır). Bəyəm sizə and içdirəndə boynunuza qoyublar ki, gedib yad torpaqda vuruşacaq, vuruşduğunuz yerlərdə yaşayan dinc əhaliyə divan tutacaqsınız? (Onun yaxasından yapışır). Siz and içmisiz ki, qocaları, körpələri qıracaq, qız-gəlinləri əsir götürüb qul kimi işlədəcəksiniz? Siz and içmisiz ki, adamların illər, əsrlər boyu qan-tərlə tikdikləri evləri, sarayları, qəsrləri, mülkləri darmadağın edəcəksiniz? Bəyəm siz and içmisiz ki, taladığınız yerlərə od vurub yandıracaqsınız? Bəlkə siz ayağınız dəyən yerləri xarabalığa çevirmək üçün də and içmisiz? (Pauza). Sənin, sizin hərbi and bu cürdürmü? (Üzünü yana çevirib ondan bir qədər uzaqlaşır). Cavab ver. Niyə susursan?
    R a f a e l. Mən... Biz and içmişik ki, öz torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Başqa heç nə...
    C a h a n g i r. “Öz torpaqlarımızı”... Bəyəm bura sizin torpağınızdır ki, onu da qoruyasız? Bəyəm biz yadelli işğalçılarıq? Bəyəm biz kiminsə torpağına göz dikmişik?
    Firuz Mustafa Əsərləri 3
    106
    Bəyəm sən özün bilmirsən ki, bu yerlərin sahibi kimdir? Bəyəm sən anlamırsan ki, böyük bir cinayət törətmisən?
    A s l a n o v. Niyə bilmir? Yaxşı bilir. Hələ bir bunun dili də var danışmağa. “Öz torpaqlarımızı...” Axı sənin burada nə itin azıb? Burada sizin torpağınız nə gəzir, ay adamlığı olmayan Adamoviç? Bəyəm sən bilmirsən ki, bura bizim torpaqlardır?.. Bax, ora bizim qəsəbədir. Mən özüm orada doğulmuşam. Görürsən? (Əlini uzaqlara sarı uzadır). Bax sağ tərəf əkin, sol tərəf biçin sahələrimiz olub. O tərəfsə bizim bağ yerlərimizdir. Odur bax, dünən partlatdığınız o körpünü də bizimkilər neçə il əvvəl tikib. O da sizin bu gün minaladığınız yollar. (Cahangirə sarı dönür). Komandir, icazə verin bu adamlıqdan uzaq olan Adamoviçi... (Silahı hiddətlə öz sinəsinə sıxır). Hərbin öz qanunları olur axı...
    V i k t o r i n a. Sizin çox alicənab komandiriniz var. Onun necə centelmen, necə kübar adam olduğu elə üz-gözündən oxunur.
    A s l a n o v. Alicənab... Amma baxan kimi görünür ki, bu Adamoviç elə sənin özün
    Firuz Mustafa Əsərləri 3
    107
    boyda, özü də həlli çətin olan bir viktorinadır. Hələ nə sənin özünün, nə də sənin bu Adamoviçinin xanalarındakı sualların heç birinin aydın cavabı görünmür. Sən özün kimsən axı?
    R a f a e l. O xanım xarici bir vətəndaşdır.
    V i k t o r i n a. Bəli, hamı məni madumazel Viktorina kimi tanıyır. Mənim çiynimə çox ağır bir yük, yəni sülh missiyası düşür...
    A s l a n o v. Sülh missiyası... Oho... Bir sözə fikir ver... Yox bir, sülh göyərçini.
    C a h a n g i r. Yaxşı, madumazel Viktorina, elə isə deyin görək, o missiyanı niyə məhz burada, bu meşədə yerinə yetirmək qərarına gəlmisiz?
    V i k t o r i n a. Çox orijinal sualdır. Gərək belə suala konstruktiv cavab verəsən. Mən və təşkilatımızın digər üzvləri belə bir qərara gəldik ki, baş verənlərlə məhz hadisə yerində tanış olaq. Bizim heyət bir neçə gündən sonra sizin əsgər və komandirlərlə görüşməyi planlaşdırırdı...
    A s l a n o v. Onlar da yəqin ki, sənin kimi xanaları boş viktorinalardır...
    C a h a n g i r. Rafael, şəxsən sən özün bu xanımın dediklərinə nə dərəcədə inanırsan?
    Firuz Mustafa Əsərləri 3
    108
    R a f a e l. Mən Viktorina ilə bu son günlərdə tanış olmuşam. Düz deyir, xarici ölkə vətəndaşıdır.
    C a h a n g i r. Mənim eşitdiyimə görə, sizin orduda xaricdən gəlmiş bir neçə qadın snayper də xidmət edir. Bu da onlardan biri deyil ki?
    V i k t o r i n a. Bıy, siz nə danışırsız? Mən heç quşa güllə ata bilmərəm, o ki adam ola.
    A s l a n o v. Amma mənim bildiyimə görə atıcılar quşu gözündən, həm də nəinki gözündən lap elə dimdiyindən vururlar.
    V i k t o r i n a. Axı mən... İnanmırsız mənə?
    C a h a n g i r. Biz hər şeyi aydınlaşdıracağıq... Darıxmayın.
    V i k t o r i n a. Axı siz Rafaellə dost olmusuz.
    R a f a e l. Bəli, Cahangirlə bizim dostluğumuzun tarixi uzaqlara gedib çıxır. Biz elə indi də dostuq.
    C a h a n g i r. Xeyr, Rafael Adamoviç, biz dost deyilik. Biz əks səngərlərdəyik.
    R a f a e l. Bu dünyada ən bədbəxt peşə bilirsiz nədir? (Pauza). Hərbçi olmaq. Əmrin, özündən yuxarıda duranın qulu olmaq. Mənim günahım nədir? Deyirlər get-
    Firuz Mustafa Əsərləri 3
    109
    gedirəm, deyirlər gəl-gəlirəm. Bəyəm bizim öz başımız öz əlimizdədir ki, bir müstəqil də qərar qəbul edək.
    C a h a n g i r. Əlbəttə, başqa, yad bir ölkənin torpağına soxulub müharibə etmək nəinki bədbəxtlik, hətta cinayətdir. Siz cinayət etmisiz. O cümlədən sən özün... Amma mən özümü qətiyyən bədbəxt hesab etmirəm. Çünki mən öz torpağımı özgələrdən qoruyuram.
    V i k t o r i n a. Belə çıxır ki, siz bizi azad buraxmaq niyyətində deyilsiz.
    C a h a n g i r. Xeyr. İndiki halda bu barədə danışmaq belə gülüncdür... Hər şey araşdırılacaq, öyrəniləcək, dəqiqləşdiriləcək, yalnız bundan sonra konkret qərar çıxarılacaq. V i k t o r i n a. Bu, dövlətlər arasında nifaq salmaq deməkdir. Unutmayın ki, mən burada sülhpərvər qüvvələri təmsil edirəm. Mən...
    A s l a n o v. Gəlib meşədə sülh yaradır. Nə gözəl məsələdir... Hərbin öz qanunları olur.
    V i k t o r i n a. Bəli, məhz hərbin öz qanunları olur. Mən bu qanunları pis bilmirəm.
    Firuz Mustafa Əsərləri 3
    110
    A s l a n o v. Əlbəttə, bilirsən. Elə mən də bunu deyirəm...
    C a h a n g i r. Rafael Adamoviç, yəqin ki, sən müharibə başlayandan orduda qulluq edirsən...
    R a f a e l. Məni aldadıb gətirdilər. Çox şey vəd etmişdilər.
    C a h a n g i r. Yəqin ki, hətta, müdafiə naziri postunu da vəd ediblərmiş...
    R a f a e l. Yox, söhbət postdan getmir...
    C a h a n g i r. Bəs nədən gedir söhbət?
    R a f a e l. Mən hərbçi olsam da mülki vəzifədə çalışmaq istəyirdim.
    C a h a n g i r. İndi deyirsən inanaq sənə, Rafael Adamoviç?
    R a f a e l. Mən həqiqəti deyirəm.
    C a h a n g i r. Axı sən bir vaxtlar hələ uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşadığını deyirdin...
    R a f a e l. Düzdür, deyirdim. Amma sonra bu arzuların puç olduğunu anladım. Anladım ki, insan öldürmək bir peşə deyil...
    Qəflətən şiddətli gurultu gurultu eşidilir. Hamı cəld aşağı oturur.
    Firuz Mustafa Əsərləri 3
    111
    C a h a n g i r (Rafaelə). Budur, siz tərəfdən atırlar.
    R a f a e l. Yox... Məncə bizimkilər o tərəfki cinahı tərk ediblər.
    A s l a n o v. Komandir, bu tərəfə mərmi düşə bilər.
    V i k t o r i n a. Əlbəttə, biz burada hər dəqiqə təsadüfi gülləyə tuş ola bilərik.
    R a f a e l. Yaxşısı budur meşənin dərinliyinə sarı çəkilək.
    V i k t o r i n a. Hə, bax bu yaxşı fikirdir.
    A s l a n o v. Meşədən heç yer görünmür. Yenə bura yaxşıdır.
    C a h a n g i r (durbinlə uzaqlara baxır). Yalnız tüstü görünür... Tüstü.
    A s l a n o v. Yandırmaq işinə bunlar baxır. (Qəzəblə). Bunların atasına od vurub yandırmaq lazımdır. Hərbin öz qanunları olur.
    V i k t o r i n a. Mən qorxuram... Bu talaya hər dəqiqə mərmi düşə bilər.
    A s l a n o v. Siz özünüzünkülərə işarə verməsəniz, buraya heç kəs atəş açmaz.
    V i k t o r i n a. Yəqin ki, siz zarafat edirsiz. Biz necə işarə verə bilərik?
    Firuz Mustafa Əsərləri 3
    112
    A s l a n o v. Biz nə bilək ki, meşəyə can atmaqda sizin istəyiniz nədir?
    C a h a n g i r. Meşənin dərinliyinə çəkilməyə bir ehtiyac yoxdur.
    R a f a e l. Düşünürəm ki, təhlükəsizlik baxımından bu daha...
    C a h a n g i r. Biz buradan ətrafı daha yaxşı müşahidə edə bilirik. Meşədə yarpaqların arasından heç nə seçilmir.
    R a f a e l. Orası elədir... Qəribədir, artıq payız gəlib, amma ağaclar sanki təzəcə yarpaqlayıb.
    V i k t o r i n a (Cahangirə). Cənab komandir...
    C a h a n g i r. Buyurun. Eşidirəm...
    V i k t o r i n a. Bəlkə icazə verəsiniz...
    C a h a n g i r. Nəyə?
    V i k t o r i n a. Bizə... Yolumuza davam edək. Olar?
    C a h a n g i r. Belə bir planımız yoxdur.
    V i k t o r i n a. Axı siz Adamoviçlə dost olmusuz.
    C a h a n g i r. İndi biz ayrı-ayrı səngərlərdəyik. Özü də həmin səngərlərdə üzbəüz dayanmışıq...
    Firuz Mustafa Əsərləri 3
    113
    V i k t o r i n a. Şəxsən mən heç bir səngərdə olmamışam. Mən daim neytral zonada oluram. Mənim missiyam sülh yaratmaqdır.
    A s l a n o v. Siz sülhü də gözdən salmısız, müharibəni də... Sizin missiyanız arxadan kürəyə xəncər saplamaqdır.
    V i k t o r i n a. Adamlara inanmaq lazımdır...
    A s l a n o v. Adamlara hə... Amma adamoviçlərə yox.
    R a f a e l. Mən etiraf edirəm, bu inamsızlığın yaranmasında bizim də günahımız var. Biz hərbçi kimi məsuliyyət daşımalıyıq ki...
    C a h a n g i r. Rafael, məsuliyyət hissini indi burada, bu payız meşəsində xatırlamalı oldun?
    R a f a e l. Mən burada, sənin dediyin kimi, bu payız meşəsində təkcə öz məsuliyyət hissimi yox, həm də öz dünənimi xatırladım.
    V i k t o r i n a. Doğrusu, mən payızı heç sevmirəm.
    R a f a e l. Məsələ burasındadır ki, mənim gözlərimin önündə canlanan xatirələrimin əksəriyyəti payızla bağlıdır.
    Firuz Mustafa Əsərləri 3
    114
    V i k t o r i n a. Maraqlıdır... Nə üçün? Payız mənim yadıma özü kimi soyuq, qəmli xatirələri salır. Mən yazı sevirəm. Yaz gələndə qanım qaynayır. Ruhən təzələnirəm.
    A s l a n o v. Ruhu təzələnir...(İstehza ilə). Təzə ruh.
    R a f a e l. Yəqin ki, sən də o payızı xatırlayırsan, Cahangir. Təhsilimizin son payızını... Yadındadır, yeni hərbi hissəyə getməyimizə sanılı günlər qalmışdı. Hər tərəf qızılı rəngə boyanmışdı. Yaxınlığımızdakı meşədə artıq yarpaq tökümü başlamışdı. Xatırlayıram, həmin il payız çox tez gəlmişdi...
    Həzin musiqi. Sonra quşların səsi eşidilir.
    V i k t o r i n a. Quşlara qibtə edirəm...
    R a f a e l. İndi mən meşədə oxuyan o quşların səsini də eşidirəm. Sanki hər şey dünən, dünən yox, lap elə bu gün baş verib. Cahangir, sənin məhz həmin gün mənim həyatımda oynadığın rolu da yaxşı xatırlayıram. Bəlkə də o gün olmasaydı, hər şey başqa cür olacaqdı... Bunu indi bir mən bilirəm, bir də sən özün... Qoy danışım, həmin gün nə baş verdiyini bunlar da bilsinlər...
    Firuz Mustafa Əsərləri 3
    115
    A s l a n o v. Komandir, nə baş vermişdi onda?
    C a h a n g i r. Görək nə deyir...
    V i k t o r i n a. Mənimçün də çox maraqlı gəldi? Rafael Adamoviç, nə baş vermişdi həmin gün?
    R a f a e l. Dediyim kimi, biz onda lap gənc, beyni qanlı idik. Mən bayaq xidmət etdiyimiz hərbi hissənin yaxınlığındakı o meşəni təsadüfən xatırlamadım. Meşədə bax elə bu cür bir tala da vardı. Arada hərdən orada əsgərlər üçün rəqs təşkil olunurdu. Hissəmizin yerləşdiyi kiçik şəhərdə rabitəçilər hazırlayan bir texnikum da vardı. Orada əsasən qızlar təhsi alırdı və həmin qızlar çox zaman o talaya gələr bizimlə rəqs edərdilər. Yəqin ki, yaxşı xatırlayırsan, Cahangir.
    A s l a n o v (Cahangirə). Bu, çox naqqal, gəvəzə adama oxşayır. Gəlsəniz bunların əl-qolunu bağlayım.
    C a h a n g i r. Nə üçün?
    A s l a n o v. Birdən qaçmaq fikrinə düşərlər...
    C a h a n g i r. İnanmıram... Silahları müsadirə olunub...
    Firuz Mustafa Əsərləri 3
    116
    Musiqi səsi artır.
    R a f a e l. Həmin gün yenə rəqs təşkil olunmuşdu. Musiqi mənim də sümüyümə düşmüşdü. Qərara aldım ki, bayaqdan gözaltı etdiyim, kənarda dayanıb qəmli-qəmli dayanmış yaraşıqlı qızı rəqsə dəvət edim. Hiss edirdim ki, o qız mənim ricamı qəbul edəcək. Cürətimi toplayıb irəli yeridim. Yaxınlaşıb təzim etdim. (Viktorinaya yaxınlaşıb təzim edir). Bax belə. Qız etiraz etmədi. Zərif əlini irəli uzatdı.
    Viktorinaya əlini irəli uzadır.
    A s l a n o v. Bu, nə çərənləyir belə?
    C a h a n g i r. Az qala mənim çoxdan unutduğum bir hadisəni yada salır.
    R a f a e l. Və biz musiqi sədaları altında rəqs etməyə başladıq. O, mənim sinəmə sığınmışdı. Artıq duyurdum ki, mənim təklifim onun da ürəyindən olub. Sanki hər ikimiz göyün yeddinci qatında idik. Az qala orada olanların hamısı bizə, bizim rəqsimizə tamaşa edirdi. Amma nədənsə Cahangir gözümə dəymirdi.
    Rafael və Viktorina rəqs edirlər. Onlar arada dövrə vurub kənara çəkilirlər.
    Firuz Mustafa Əsərləri 3
    117
    V i k t o r i n a. Sən çox gözəl rəqs edirsənmiş ki...
    R a f a e l. Hər halda başımı girələyə bilirəm.
    V i k t o r i n a. Bura bax, sən nə etmək istəyirsən? Fikrin nədir?
    R a f a e l. Burada mən nə edə bilərəm ki? Demək olar ki, biz əsir düşmüşük. Gərək yalvarıb imdad diləyək... Ayrı bir yol var ki?
    V i k t o r i n a. Var.
    R a f a e l. O nə yoldur elə? Qaçmaq? Qaçsaq arxadan vuracaqlar.
    V i k t o r i n a. Yox. Mən onlara atəş açmaq istəyirəm.
    R a f a e l. Atəş? Nə ilə? Axı silahlarımız müsadirə olunub.
    V i k t o r i n a. Tapança oradadır... Ağacın koğuşunda.
    R a f a e l. Bəs onu oradan necə götürəcəksən?
    V i k t o r i n a. Rəqs edə-edə yaxınlaşarıq o ağaca. Mən tapançanı götürüb atəş açacağam. Əvvəlcə sənin o “dostunu” gəbərdəcəyəm. O birisi ilə hesablaşmaq asandır.
    R a f a e l. Birdən güllə yan keçsə necə?
    Firuz Mustafa Əsərləri 3
    118
    V i k t o r i n a. İndiyəcən mənim hədəfdən yayınan gülləm olmayıb.
    R a f a e l. Yox... Tələsmə hələ.
    V i k t o r i n a. Ta qorxmaqdan keçib. Mən alın yazısına inanıram. İnanıram ki, biz buradan xilas olacağıq...
    Rafael və Viktorina rəqs edib dövrə vuraraq əl-ələ tuturlar. Musiqi səsi azalır.
    R a f a e l (asta-asta rəqs edərək). Hə, bilirsiz sonra nə oldu? Sən demə, bu qızdan ötrü dəli-divanə olan bir heyvərə də varmış həmin talada. Bir də gördüm boynumun arxasından “gupp” bir yumruq. Gözümə qaranlıq çökdü. Özümü bir təhər tarazlayıb bu heyvərəyə cavab yumruğu atdım. Biz əlbəyaxa olduq. Bayaq mənimlə rəqs edən qızın kömək diləyən səsi hələ də qulağımdadır. Hiss edirdim ki, bu heyvərə məndən güclüdür. Bu əsnada mənim əziz dostum Cahangir haradansa, sanki yerin altından çıxıb meydana atıldı. Həmin heyvərə arada qıza da bir-iki şillə də dartdı. Cahangir irəli yeridi, mənə və qıza əl qaldıran o heyvərənin yaxasından yapışdı, bir zərbə ilə onu yerə sərdi.
    Firuz Mustafa Əsərləri 3
    119
    A s l a n o v. Komandir, gərək o zaman bunu etməyəydiniz. (Pauza). Əlbəttə, sizi başa düşürəm... Haradan biləydiniz ki, vaxt gələcək, bunlar bizə yumruq atacaqlar?
    V i k t o r i n a. Bu, əsl qəhrəmanlıq nümunəsidir ki...
    R a f a e l. Bəli, mən dostum Cahangirə çox borcluyam. Daim ürəyimdən keçib ki, onun borcundan çıxım.
    A s l a n o v. Hmmm... (İstehza ilə). Borcundan çıxmaq istəyir. Yəqin unudub ki, müharibənin öz qanunları var.
    Rafael və Viktorina rəqs edə-edə yaxınlıqdakı ağaca yaxınlaşır.
    R a f a e l. Düzünü deyim ki, mən çox qorxuram.
    V i k t o r i n a. Bəs necə olub ki, sən bu peşəni seçmisən? Heç qorxaq adamdan döyüşçü olar?
    R a f a e l. Bizim vaxtımızda müharibə yox idi. Əmin-amanlıq idi.
    V i k t o r i n a. Qorxma. Ağciyər olma... Yaxşı ki, bayaq tapançanı o ağacın koğuşuna atdın. Yəqin ki, bu da bir alın yazısı imiş.
    Firuz Mustafa Əsərləri 3
    120
    Çünki az sonra bunlar peyda olub, üst-başımızı yoxladılar.
    R a f a e l. Məncə onlar bizdən şübhələniblər.
    V i k t o r i n a. Sərsəmləmə... Yadda saxla ki, mən sonuncu fürsətə əl atmalıyam. Bu şansı qaçıra bilmərəm. Sən isə öz xatirələrini söyləməkdə davam et. Bir hovur onların başını qat.
    R a f a e l (ucadan). Hələ bu dediklərimlə iş bitmir. İş elə gətirdi ki, mən sonra həmin qızla, yəni o payız meşəsindəki talada rəqsə dəvət etdiyim qızla ailə qurası oldum.
    A s l a n o v. Komandir, bu, nə hətərən-pətərən danışır belə?
    C a h a n g i r. Aslanov, bayaqdan fikir verirəm, bu qız yaman boylanır o yan-bu yana. Olsun ki, haradasa silah-sursat gizlədiblər.
    A s l a n o v. Hər şey ola bilər, komandir. Lap pusquda bunların adamı da ola bilər. Bunların belə arsız-arsız oynamasına bir baxın. Özü də bayaqdan yaman pıçıldaşırlar...
    V i k t o r i n a (Rafaelə). Hə, lap az qalıb. Tapançanın gülləsi atəşə hazırdır. Qalır bircə
    Firuz Mustafa Əsərləri 3
    121
    tətiyi çəkmək. Sən mənim belimdən möhkəm yapış. Əllərin əsməsin.
    R a f a e l. Bu, məndən asılı deyil ki...
    V i k t o r i n a. Hə, bu da həmin ağac. Yaman baxırlar bizə...
    Viktorina əlini irəli uzadıb ağacın koğuşundan tapançanı çıxarır. Cəld nişan alıb atəş açır. Cahangir sərpilib yerə yıxılır. Aslanov avtomatı sinəsinə sıxıb atəş açmağa hazırlaşır. Rafael və Viktorina cəld qaçmağa çalışırlar.
    A s l a n o v. Komandir, sizə nə oldu? Deyəsən yaralanmısız. Mən bu saat bu alçaqları...
    C a h a n g i r (ayağa durub Aslanova). Deyəsən, güllə qolumu siyirdi... Onları diri tutmaq lazımdır.
    V i k t o r i n a (Rafaelə). Gəl... Qaçdıq...
    R a f a e l. Dayan. Arxadan vura bilərlər.
    C a h a n g i r. Dayanın! Qaçmaq cəhdiniz əbəsdir. (Aslanova eyhamla və əlinin işarəsi ilə bildirir ki, yuxarıya doğru atəş açsın). Aslanov, atəş!
    Aslanov silahın lüləsini yuxarı tutub sürəkli atəş açır.
    Firuz Mustafa Əsərləri 3
    122
    A s l a n o v. Əllər yuxarı!..
    C a h a n g i r. Silahı yerə atmasanız, atəş açılacaq.
    A s l a n o v. Bax bu dəqiqə silahların hamısını son gülləsinə qədər sizin cəmdəyinizə boşaldacağam. Əgər bunu istəmirsinizsə...
    Gərgin musiqi. Rafael və Viktorina ayağa durub yenə aradan çıxmaq istəyirlər. Aslanov havaya bir neçə dəfə atəş açır. Qaçmaq istəyənlər tərəddüdlə ayaq saxlayır. Aslanov yüyürüb Viktorinanın əlindəki silahı almaq istəyir. Onlar əlbəyaxa olurlar. Tapança Viktorinanın əlindən yerə düşür. Aslanov cəld silahı yerdən götürərək öz kəmərinin altından keçirir. Rafael dinməz-söyləməz , hiss olunacaq bir qorxu içində başını yerə dikir.
    A s l a n o v. Komandir, icazə verin bunların hərəsinin təpəsinə bir güllə sıxım.
    C a h a n g i r. Hər ikisi öz lazımı cəzasını alacaq.
    R a f a e l (Viktorinaya). Axı mən sənə dedim. Bildim ki, bu, baş tutan iş deyil.
    Firuz Mustafa Əsərləri 3
    123
    C a h a n g i r. Əllər yuxarı. (Aslanova). Sən bunları qol-qola bağla. Qoy qaça bilməsinlər...
    A s l a n o v. Oldu. Baş üstə. (Cəld hərəkətlə çantadan çıxartdığı kəndirlə Rafael və Viktoriyanın qollarını bir-birinə bağlayır). Hə, indi dincələrsiz. (Cahangirə). Komandir, qolunuz çox incitmir ki? Qoyun sizin yaranıza baxım.
    C a h a n g i r. Yox, yüngül yaradır. (Dəsmalla qolunu sarımağa cəhd edir). Keçib gedər.
    V i k t o r i n a. Mənim çantamda tənzif var... İcazə versəniz...
    A s l a n o v. Hələ bunun danışmağa dili də var. Bəs bayaq deyirdin ki, bu çanta mənim deyil. (Cahangirin qoluna sarımaq istədiyi dəsmalın ucunu düyünləyərək tərs-tərs “əsirləri” nəzərdən keçirir). İkiniz də canisiz.
    V i k t o r i n a. Çanta mənim deyil, amma tənzif mənimdir. Qadınlar həmişə ehtiyatlı olur.
    A s l a n o v. Bəyəm sən qadınsan?
    V i k t o r i n a. Əlbəttə, mən indi, bu anlarda qadınam.
    Firuz Mustafa Əsərləri 3
    124
    A s l a n o v. Sən qadın yox, iblissən. Elə hər ikiniz iblissiz...
    V i k t o r i n a. Elə söz deməyin. Mən sülhməramlı bir insanam...
    R a f a e l. Mənim günahım yoxdur. İnanın mənə...
    C a h a n g i r. Tələsmək lazım deyil... Biz hər şeyi aydınlaşdıracağıq.
    Uzaqdan fişəng atılır.
    A s l a n o v. Görürsünüz, uzaqdan fişəng atırlar, komandir.
    C a h a n g i r. Bizimkilərdir. Bizim uşaqlardır. Bu, bir işarədir. İndi biz də onlara cavab işarəsi verməliyik. Hə, getdik...
    Musiqi. Fişəng atılır. Uzaqdan atəş səsləri eşidilir. Qolları bir-birinə bağlanmış Rafael və Viktorina öndə, Cahangirlə Aslanov isə arxada, marş sədaları altında səhnəni tərk edir.
    PƏRDƏ
    Son
    Qeyd. “Payız meşəsində vals” pyesi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu ildə elan etdiyi təkpərdəli pyeslər müsabiqəsində birinci yeri tutmuşdur.
    Firuz Mustafa Əsərləri 3
    125
    ADSIZ
    (2 pərdəli 6 şəkildə dram)
    İŞTİRAK EDİRLƏR:
    ADSIZ (LAL)
    QADIN
    QIZ
    İBİL
    TARXAN
    Hələ pərdə açılmayıb. Səhnənin önündə tərkibi kişi və qadınlardan ibarət xor; xor oxuyanların geyimində matəm elementləri hiss olunur.
    Firuz Mustafa Əsərləri 3
    126
    XOR:
    Adamlar yatmaq istəyir,
    Röya qaçır adamlardan.
    Adamlar dünyaya gəlir,
    Dünya qaçır adamlardan.
    Mələklər kələkdən bezib
    Göyə qaçır adamlardan.
    Bir Tanrıdan soruşan yox - Niyə qaçır adamlardan? PROLOQ
    (Pərdə tədricən, qismən yarımçıq açılır. Uzaqdan həzin, üzüntülü musiqi eşidilir. İşıqların çarpazlaşdığı nöqtədə qaraltı görünür. Sonra bu qaraltı tərpənir; bu, yerə çökmüş Adsızdır. O, yavaş-yavaş, büdrəyə-büdrəyə ayağa durur, ətrafa boylanır. Az sonra Qızın silueti görünür; o, canlı adamdan daha çox xəyala bənzəyir. Oğlan yuxuda uçan adamsayağı asta yerişlə, yavaş-yavaş Qıza sarı addımlayır. Qız tədricən görünməz olur - daha doğrusu, ağacın arxasında gizlənir. Qıza doğru addımlayan Oğlan (Adsız) səhnədəki ağacı qucaqlayır, diz çöküb hıçqırır. Musiqi sədası get-gedə
    Firuz Mustafa Əsərləri 3
    127
    uzaqlaşır
    . Oğlan ayağa durub əllərini göyə açır. Sanki o, səssizcə dua edir, göylərdən imdad diləyir. İşıq sönür. Pərdə tam qapanır).
    BİRİNCİ PƏRDƏ
    BİRİNCİ ŞƏKİL
    BİRİNCİ MƏCLİS
    (Pərdə açılır. Bağ evi. Səliqəli otaq. Qadın divanda əyləşib. Qız otaqda gəzişir. Onlar yüngül yay geyimindədirlər).
    QADIN: - Qızım, bu səhərdən heç nə yeməmisən. Yenə nə olub sənə? Niyə qanın qaradır?
    QIZ: - Heç... Hava istidir. İştahım yoxdur.
    QADIN: - İştah diş altında olur. Özünü niyə üzürsən? Yoxsa kökəlməkdən qorxursan?..
    QIZ: - Eh, ana, sən də... Yaxşı, görək... Nə kökəlmək, nə yemək?.. Mən nə hayda, sən nə hayda?!.
    QADIN: - Qızım, Allaha şükür, atan sağ, anan salamat. Özün də ki, maşallah, ay parçası kimi... Gözəl-göyçək qızsan... Əlin yerində, ayağın yerində. Nəyin çatışmır sənin?..
    QIZ: - Ağlım çatışmır...
    Firuz Mustafa Əsərləri 3
    128
    QADIN (gülür): - Ağlın?.. Ha-ha-ha! Ağıl indi kimə gərəkdir ki?.. (Ciddiləşir). Doğrudan, niyə bikefsən?.. Sən mənim canım, düzünü de, qızım... Nə olub sənə?..
    QIZ: - Ta bundan artıq nə olacaq ki?..
    QADIN: - Yoxsa, o narkomanın fikrini eləyirsən?.. Bura gəl görüm. (Qızı qucaqlayır). Qoy rədd olsun! Hər yarağımız vardı, bircə saqqal darağımız çatışmırdı. Elə yaxşı ki, bu iş vaxtında xətm olundu. Onsuz da bizimki onlarla tutan deyildi.
    QIZ: - Bizimki onlarla tutan deyildi? Bəs bunu niyə indi deyirsən?..
    QADIN: - Zərərin yarısından qayıtmaq da xeyirdir... Bir də ki, belə boş-boş şeylər üçün qanını niyə qaraldırsan?..
    QIZ: - Sən bunu boş şey hesab edirsən?..
    QADIN: - Əlbəttə... Rəsmi nişanlanmamısan, ərə getməmisən... Yox bir, narkomanın dərdini çəkəcəyik...
    QIZ: - Mən biabır olmuşam... Xəcalətimdən evdən çıxa bilmirəm... Gözə görünmək, istəmirəm...
    QADIN: - Axmaqsan, vallah... Axı kim bilir ki, sən deyiklisən? Qızı yüzü istəyər, biri alar. Bəyəm səni indiyəcən istəyənlər az
    Firuz Mustafa Əsərləri 3
    129
    olub
    ? O narkoman da olsun onlardan biri... Oturub yas saxlayası deyilsən ki...
    QIZ: - Axı, sən haradan bilirsən ki, o narkomandır?..
    QADIN: - Paho! Haradan bilirəm?.. Bəyəm gözüm kordur, qulağım kardır?.. Görürəm, eşidirəm... İndi yer də qulaqlıdır, bala... Allaha şükür, hələ ağlım özümdədir. Öz uşağımın başından keçməmişəm ki?..
    QIZ: - Sən cəmi beş-altı ay əvvəl onun haqqında, onun ailəsi barədə danışanda dilin-ağzına sığmırdı... Amma indi...
    QADIN: - Axı, mən haradan biləydim ki, bu belə olacaq?..
    QIZ: - Onun atası ilişənə qədər belə danışmırdın. Elə ki, onlar dilə-ağıza düşdülər...
    QADIN: - Elə onun atası da bu işlə məşğul olurmuş...
    QIZ: - Narkomaniya ilə?..
    QADIN: - Hə də... Yox... Atası narkomaniya ilə yox, narkobizneslə məşğul olurmuş. Bunu atana yuxarılardan deyiblər...
    QIZ: - Axı, atam neçə illərdir ki, bu ailə ilə dostdur. Bəyəm o indiyəcən öz dostunun nə işlə məşğul olduğunu bilmirmiş?..
    Firuz Mustafa Əsərləri 3
    130
    QADIN: - Atan yazıq ömrü boyu hökumət işində çalışıb; o, haradan bilsin ki, onun bağ qonşusu nə işlə məşğuldur? Biz bu ailəni yaydan-yaya görmüşük. Elə sən özün də...
    QIZ: - Ona qalmış mən sizin təklifinizə heç əvvəldən razı deyildim. Bəyəm siz onlara söz verəndə heç mənim razılığımı soruşmuşdunuz?.. Mən də məcbur olub sizin təklifinizə...
    QADIN: - Yaxşı, qurtar bu söhbəti! Axı, hansı ata-ana öz övladının xoşbəxtliyini istəməz?.. İki ailə arasında ötəri söhbət olmuşdu. Qohum olmağı təklif etmişdilər. Biz də belə hesab eləyirdik ki, normal adamlardır: imkanlı, zəngin...
    QIZ: - Sizi elə onların var-dövləti başdan çıxarmışdı.
    QADIN: - Dedim, yığışdır bu söz-söhbəti. Nə olub? Qarıyıb evdə qalmısan?! Sənin həyatın hələ irəlidədir.
    QIZ: - Xəcalətdən qızların üzünə çıxa bilmirəm...
    QADIN: - Hansı qızların?!.
    QIZ: - Rəfiqələrimin... Dost-tanışlarımın...
    Firuz Mustafa Əsərləri 3
    131
    QADIN: - Hər şeyi ürəyinə salma, qızım, Allah qoysa, ondan da yaxşı oğlan tapacağıq...
    QIZ: - “Tapacağıq”... Mənə heç kəsi tapmaq lazım deyil.
    QADIN (gülür): - Ha-ha-ha!.. Qızım, atanla mən bir az köhnədəbli adamlarıq...
    QIZ: - Bilirəm necə köhnədəblisiniz. Xüsusən də sən...
    QADIN: - Nə olub mənə?..
    QIZ: - Həmişə özün demirsən ki, o vaxt atanı zorla ram etmişəm, o, xam at kimi idi...
    QADIN: - Mən ayrı, sən ayrı... Yox... Yə’ni... dövr ayrıdır. Bu gün zamana dəyişib. Onda vəfa vardı, e’tibar vardı. İndi tanımadığın adamla necə qohum olasan?.. Fırıldaqçılar aləmi başına götürüb... Atan fağır, mədəni bir adam idi o vaxt. İndi elə oğlanları yalnız yuxuda görmək olar, qızım.
    QIZ: - Hamıya eyni gözlə baxmaq olmaz...
    QADIN: - Yaxşı, görürəm əsəbisən... Çıx bir az bağda hərlən, havanı dəyiş. İki gündür gəlmisən bağ evinə, hələ bir dəfə bayıra çıxmamısan.
    Firuz Mustafa Əsərləri 3
    132
    QIZ: - Mən burada boğuluram. Atama zəng vur, sürücünü göndərsin, mən şəhərə getmək istəyirəm.
    QADIN: - Sürücü gəlməyinə gələcək. Amma atan şəhərdə qalacaq... İşi var, xaricdən qonaqları gəlib yenə... Çıxa bilmir...
    QIZ: - Bəs elə isə sürücü nəyə gəlir bura?..
    QADIN: - İbili gətirəcək.
    QIZ: - İbil nədir?..
    QADIN: - İbil də İbildir də. Bəyəm tanımırsan atanın idarə rəisini?.. (Onu yamsılayır) “İbil nədir?” İbil canlara dəyən bir oğlandır.
    QIZ: - O, nə gəzir buralarda?..
    QADIN: - Özünə bağ evi axtarır. Belə məsləhət görmüşük ki, onların evini alsın... O narkobaronun evini... Niyə başqasına qismət olsun o ev?.. İbil özümüzünküdür... Qonşu olarıq. Elə deyilmi?.. İbil elə-belə oğlan deyil. İşləyəndi, qazanandı...
    QIZ: - İşi avand olsun o... İbildi-zibildi, nədi onun.
    QADIN: - Yaxşı, ağzını təmiz saxla. Zibil nədir? Eşidib inciyər...
    Firuz Mustafa Əsərləri 3
    133
    QIZ: - Mən onu görəndə yadıma həmişə zibil düşür. Elə özü də zibilə oxşayır, söz-söhbəti də...
    QADIN: - Dedim, axmaqlama! Bu şəhərin beş kişisindən biridir o!..
    QIZ: - Kim?..
    QADIN: - İbil!..
    QIZ: - Yox bir, zibil! (Pəncərəyə yaxınlaşır). Odur, bağın o başında zibil yandırırlar. Kimdir o oğlan?.. Tonqal qalayıb deyəsən...
    QADIN (pəncərəyə yaxınlaşıb bağa sarı baxır): - Hə, onu deyirsən?.. Tarxanın qohumudur də...
    QIZ: - Tarxan kimdir?..
    QADIN: - Tarxanı tanımırsan?.. Qonşuların bağbanını deyirəm. Sənin o narkoman... Hə, o narkobaronun bağında işləyir neçə illərdir. Əvvəllər sürücü idi. Uşaq vaxtı maşınına çox minmisən... Atan xahiş etmişdi ki, bizim bağımızdakı ağaclara da əl gəzdirsin. O da dedi ki, özünün işi çoxdur, əvəzində bu oğlanı göndərib...
    QIZ: - Neçə vaxtdır fikir verirəm, heç səsi də çıxmır... Başını aşağı salıb ağacların dibini belləyir, çır-çırpını yığıb yandırır.
    Firuz Mustafa Əsərləri 3
    134
    QADIN: - O. laldır də... Dili-ağzı yoxdur. Yemək-içməyini də özü ilə gətirir. Özü də qız kimi həyalıdır, adamın üzünə baxanda çuğundur kimi qızarır.
    QIZ: - Axı, o, bə’zən elə bil ki, kiminləsə danışır.
    QADIN: - Yəqin ağaclarla, quşlarla söhbət edir. (Gülür). Mən deyirəm o, lal-kardır, sən də deyirsən ki, o danışır... Düş aşağı, bəlkə səni görüb dili açıldı.
    QIZ: - Qoy rədd olsun! Elə lalımız əskik idi!
    QADIN: - Heyif ki, qulağı eşitmir, yoxsa çağırardım... Adamın yazığı gəlir... Bu səhərdən qarışqa kimi eşələnir ağacların arasında. Olsun ki, heç nahar da eləməyib...
    QIZ: - Soruşaydın də... Bəlkə acdır...
    QADIN: - Necə soruşum? Deyirəm laldır. Aşağı düşməyə də ərinirəm. Bir də görmürsən, göydən od yağır. Günün altına çıxmaq istəmirəm. Dərim zərifdir, o dəqiqə yanır...
    QIZ: - İstəyirsən, mən çağırım...
    QADIN: - Get çağır...
    QIZ: - Yox, ey... Elə buradan çağırım... Yox bir, gedib minnət eləyəcəm ona...
    QADIN: - Buradan necə çağırmaq olar?..
    Firuz Mustafa Əsərləri 3
    135
    QIZ: - Çox sadə... Oradan mənə qaşıqdan-çəngəldən bir şey ver, atım... Ya da bilyard topu...
    QADIN: - A-a-a!.. Sən nə deyirsən?!. Nəsə atarsan, gedib baş-gözünə dəyər, biabır olarıq... Özü heç, Tarxanın əlində qalarıq...
    QIZ (pəncərədən baxır): - Odu ey, ağacın altından evə sarı boylanır... İstəyirsən, sən əl elə çağır...
    QADIN: - Çağır deyirsən, çağırım. (Pəncərədən əl edir). Ey, lal... Ay lal!.. (Qıza). Adını da bilmirəm... Gərək Tarxandan soruşaydım. (Bayıra). Lal, eşidirsən məni?!. (Qıza). Hə, deyəsən eşitdi... qandı... (Bayıra). Ay lal, bura gəl! Acmısan?.. Bəri gəl! (Qıza). Yazıqdır... Birdən su-zad içmək istəyər... Qoy gəlib bir az kölgələnsin... Hə, deyəsən gəlir yavaş-yavaş. Neçə gündür buradadır, elə quzu kimi başını aşağı salıb qurdalanır... Zəhmət adamıdır... Köhnə vaxt olsaydı beləsinə orden-medal verərdilər...
    QIZ (pəncərədən baxır): - Hə, pilləkənin ayağında ayaq saxladı. Deyəsən, yuxarı qalxmaq istəmir. Elə qalxmasa yaxşıdır. Üst-başından İbil, e-e-e zibil yağır.
    Firuz Mustafa Əsərləri 3
    136
    QADIN: - Yaxşı, gicləmə! “İbil”, “zibil”... Soruş, gör su-zad istəmir ki?..
    QIZ (pəncərədən qışqırır): - Ey, lal su istəmirsən ki? (Qadına). Başını aşağı salıb susur...
    QADIN: - Xoşbəxt adamdır ki, dili-ağzı yoxdur. Nə bir pis söz eşidir, nə də yaman söz danışır. (Pəncərədən əl edir). Ay Allahın lal-karı, yuxarı qalx! (Qıza). Bıy o, niyə qayıtdı? Bəyəm pis söz dedik bu axmağa?.. Hə, gedib özünü səliqəyə salır... Odur ey, əl-üzünü yuyur, əyin-başının toz-torpağını çırpır. Halal olsun sənə, ay lal! Çoxlarından mə’rifətli-qanacaqlısan!.. O narkoman içəri keçəndə heç ayaqqabısını da soyunmurdu... Narkobaronun oğlunu deyirəm... Ona bax, buna bax... Görürsən lalın səliqə-sahmanını?!. Lal olanda nə olar ki? Gərək adamın mədəniyyəti olsun... Hə, əl-üzünü yudu. Yenə dayandı pilləkənin ayağında. (Əl edir). Yuxarı qalx! Hə, yuxarı, evə!.. Sən nə dilbilməzssən! Doğrudan da, lal ki, lal!.. Gəl! Gəl!.. Hə, bax belə... Nə həyalı adamdır bu!.. Ona bax, gör bir necə qızarıb...
    QIZ: - Yəqin gün vurub... üz-gözü ona görə qızarıb...
    Firuz Mustafa Əsərləri 3
    137
    QADIN: Yox, fikir vermişəm, təkcə söhbət edəndə qızarır...
    II MƏCLİS
    (Adsız (lal) gəlir. Qapı ağzında dayanır. Qız, Qadın və Adsız).
    QIZ: - Keçin içəri, keçin...
    QADIN (gülür): - A-a-a... Deyirəm xədiməm, deyirsən neçə uşağın var... O, eşitmir, laldır, ay qızım...
    QIZ: - Nə olsun eşitmir? Axı, o necə olsa başa düşməlidir... (Əli ilə oğlana oturmaq işarəsi verir). Əyləşin, ayaq üstə durmayın...
    (Həmin söhbət əsnasında və ümumiyyətlə tamaşanın sonunacan oğlan (Adsız) əyləşmir, ya ayaq üstə dayanır, ya da gəzişir).
    QADIN: - Gərək adını Tarxandan soruşaydım... Hə, onsuz da soruşmağın bir mə’nası da yoxdur. Özü-özünü eşitmir, bizi haradan eşidəcək?..
    QIZ: - Bəlkə də heç adı yoxdu bunun?..
    Firuz Mustafa Əsərləri 3
    138
    QADIN: - Elə şey olar?.. Yəqin ki, bir adı var də... Bəs necə çağırırlar evdə-eşikdə?..
    QIZ: - Beləsinə nə ad?.. Yəqin ki, elə adı Adsızdır...
    QADIN: - Adsız? Qoy olsun Adsız. (Əli ilə işarə edir). Ay Adsız, bir şey yemirsən? Bəlkə çaydan-sudan içmək istəyirsən? Birdən ac qalarsan, biz qan-qarğış yiyəsi olarıq... Sonra sənin sahibinin əlində qalarıq...
    QIZ: - Sahibinin?.. Bu heyvan - zaddır ki, sahibi olsun? Kimdir sahibi?..
    QADIN: - Tarxanı deyirəm də... Sənə demədim ki, bunu o gətirib çıxarıb buralara?.. Amma çox həyalı oğlana oxşayır. Lal olanda nə olar? Gör nə incə sifəti, ağıllı gözləri var?..
    QIZ: - Doğrudan da... Ana, bir onun əllərinə bax barmaqları necə uzundur...
    QADIN: - Hə, lap pianoçu barmaqlarıdır ki... Bəlkə də imkanlı bir ailədə doğulsaydı musiqiçi ola bilərdi...
    QIZ: - Musiqiçi?.. Yox, laldan nə musiqiçi?.. O, səsləri eşitmir... Amma lallar arasında rəssamlar, heykəltəraşlar var.
    Firuz Mustafa Əsərləri 3
    139
    QADIN: - Görəsən, yazığın ailəsi varmı? Eh, bir də ki, beləsinin nəyinə lazımdır arvad-uşaq?..
    QIZ: - Niyə ki?..
    QADIN: - Axı, çətin olar... Onunla ailə quran nə gün görəcək?..
    QIZ: - Hər halda özü kimi bir lal qızla ailə qura bilər...
    QADIN: - Yəqin uşaqları da lal olar...
    QIZ: - Yox, mən oxumuşam ki, çox vaxt lalların iste’dadlı, dilli-dilavər uşaqları olur.
    QADIN: - Başını aşağı dikib... Ona bax... Elə bil suçlu uşaqdır...
    QIZ: - Adamın yazığı gəlir. Yəqin ki, onun-bunun həyət-bacasında işləyib çörəkpulu qazanır. Ana, bir şey verəcəksiniz buna?..
    QADIN: - Nə verəsiyik ki?..
    QIZ: - Pul-para...
    QADIN: - Hər halda bir hörmət eləyərik... Ya da məsləhətləşərik Tarxanla. O, özü bilər...
    QIZ (Adsıza): - Ay Adsız, əyləş də! Ağac kimi bitmisən qapının ağzında...
    (Adsız çiynini çəkir. Əlini sinəsinə qoyur - deyəsən, diqqətə görə onlara təşəkkür edir).
    Firuz Mustafa Əsərləri 3
    140
    QADIN: - Əyləşmək istəmir. Bizə təşəkkür edir. Görürsən, nə mədəni oğlandır!.. Yoxsa, o narkoman...
    QIZ: - Yoxsa, o İbil... Zibil, Dibil...
    QADIN: - Sən canın, İbilin kölgəsini qılınclama... Eşidər, inciyər birdən...
    QIZ: - Cəhənnəmə eşidib incisin...
    QADIN: - İbilin yaxşı gələcəyi var. Çox bacarıqlı oğlandır. Görürsənmi, o öz gücünə haraya qalxıb...
    QIZ: - O, danışanda mənim ətim tökülür, xəcalət çəkirəm...
    QADIN: - Nə üçün?..
    QIZ: - Fikir verməmisən ədalarına?!. Səninlə elə danışır ki, elə bil qadın rəfiqələrindən biridir. Əzilir, büzülür, gözlərini süzdürür...
    QADIN: - Mədəni, ziyalı adamdır də...
    QIZ: - Paho! “Mədəni!..” O, yaltaqdır!..
    QADIN: - İndi yaltaq olmayan var ki?.. Bir də ki, hərə özündən böyüyünün hörmətini saxlamalıdır... Görürsənmi, hətta, bu Allahın lal-karı da mədəniyyət nümayiş etdirir...
    QIZ: - Hiss olunur ki, bu, təbiətən utancaq adamdır... Amma İbil... Bircə sabunu çatışmır... Ötən dəfə fikir verirəm, atama
    Firuz Mustafa Əsərləri 3
    141
    deyir ki, siz mənim idealımsınız, mən həyatda hər şeyi sizdən öyrənmişəm... Nə bilim, mən sizin ayağınızın tozu da ola bilmərəm... Siz mənə çörək vermisiniz...
    QADIN: - Nə olsun ki, ay qızım?.. Elə atan da öz böyükləri ilə ehtiyatla davranır... Konfiliktə girmir... Neyləsin?.. Zəmanə belədir.
    QIZ: - Yaxşı, yaxşı... İbilə haqq qazandır görək...
    QADIN: - Yox... Vallah, İbil yaxşı oğlandır... Sənin sözündən belə çıxır ki, İbil danışmasın... Bu bədbəxt kimi lal-kar olsun?..
    QIZ: - Elə əttökən, mə’nasız söhbətlər edən adamdan bu cür lal daha yaxşıdır...
    QADIN: - Boy, iraq olsun, qızım... (Maşın siqnalı eşidilir). Deyəsən, gələn var... Yəqin atanın şoferidir. İbil onunla gəlməlidir... Bax, onun yanında özünü yaxşı apar ha!..
    QIZ: - Yaxşı aparım? İbilin, zibilin yanında? Mən hara, o hara?..
    III MƏCLİS
    Firuz Mustafa Əsərləri 3
    142
    (Maşın siqnalı eşidilir. Az sonra İbil gəlir. Adsız yenə ayaq üstədir, ətrafa baxır, döyükür, hiss olunur ki, sıxılır. Qadın, Qız, Adsız və İbil).
    QADIN: - Xoş gəlmisən, İbil. Necəsən? Bəs sürücü hanı?..
    İBİL: - Salam... Salam. (Qadına). Sürücü şəhərə qayıtdı. Maşını yola saldım getdi... Gərək öz maşınımla gələydim... (Qıza). Hə, siz necəsiniz?.. İşləriniz?.. (Ayaq üstə durmuş Adsıza işarə ilə). Bu kimdir belə?.. Niyə keçib əyləşmir?
    QADIN: - Bağda işləyir. Həyət-bacada təmizlik işləri aparır.
    İBİL: - Bağbandır?
    QADIN: - Hə... Tarxanın qohumudur.
    İBİL: - Tarxan kimdir?..
    QADIN: - Qonşu bağda gözətçidir... Dediyimiz bağda...
    İBİL (Adsıza): - İndi o bağda yaşayan var?..
    QADIN: - Yox... Təkcə Tarxan oradadır... Yəqin bağın sahibi də gəlib çıxar... Bağa baxmısan?..
    İBİL: - Baxmışam... Gərək bu gün beh verəm...
    Firuz Mustafa Əsərləri 3
    143
    QADIN: - Hə... Danışarsız... Əla bağdır... Uduzmazsan... (Gülür). Məncə bizimlə qonşu olmağa dəyər...
    İBİL: - Əlbəttə...
    QADIN: - Əyləş... Keç otur...
    İBİL: - Əyləşərəm. (Adsıza baxır). Bəs bu niyə heykəl kimi ayaq üstə donub qalıb?..
    QADIN: - Bayaqdan deyirik keç əyləş, nədənsə oturmaq istəmir...
    İBİL (Adsıza): - Əşi, keç əyləş də!.. (Qadına). Bunun adı nədir?..
    QADIN (gülür): - Adını elə Adsız qoymuşuq...
    İBİL: - Adsız?.. Pəh-pəh... Əntiqə addır!..
    QIZ (ciddi): - Hər halda İbil adından pis deyil...
    QADIN (Qıza qaş-göz edir): - Niyə ki?.. İbil oricinal addır. Qızım zarafat edir...
    İBİL: - Doğrudan da... Mənim öz adımdan xoşum gəlir...
    QADIN: - Yeni, müasir addır...
    İBİL: - Bilirsiniz adımın mə’nası nədir?..
    QADIN: - Yəqin ki, ərəb, ya da fransız adıdır...
    Firuz Mustafa Əsərləri 3
    144
    İBİL: - Yox... Bu adı mənə anam verib. Dörd dayım var. Anam öz qardaşlarının adlarının baş hərflərini yığıb bu adı düzəldib...
    QIZ: - Əgər beş dayınız olsaydı... Onda necə?..
    İBİL: - Onda yəqin ki, adım beş hərfli olardı...
    QIZ: - Belə çıxır ki, dayılarınızdan birinin adı “d” hərfi ilə başlasaydı “dibil”, ya da “z” hərfi ilə başlasaydı “zibil” ola bilərdiniz...
    QADIN (Qıza): - Sən hərdən elə zarafat edirsən ki... qətiyyən yerinə düşmür. Əlbəttə, İbil evin öz adamıdır, bundan inciməz. Amma səni düz-əməlli tanımayan adam elə bilər ki, sözünün yerini bilmirsən...
    İBİL: - Yox, mən hər sözdən inciyən deyiləm... (Adsıza). Sən niyə gözünü döyürsən?.. Ya keç əyləş, ya da çıx get...
    QADIN: - Bəlkə elə biz də bağa düşək... Burada hava istidir... Siz istirahət edin, mən də çay-çörək hazırlayım...
    (Çıxırlar).
    II ŞƏKİL
    Firuz Mustafa Əsərləri 3
    145
    (Bağ. Yaşıl ağaclar. Yelləncək-kreslo. Yüngül stullar.).
    I MƏCLİS
    (Adsız, Qız, İbil. Qız şortik geyib, yelləncək-kresloda əyləşib. İbillə Adsız ayaq üstədir).
    İBİL (Adsıza işarə ilə Qıza): - Bu niyə kölgə kimi düşüb bizim arxamızca?..
    QIZ: - O, bəyəm kiməsə mane olur?..
    İBİL: - Bəlkə bizim xəlvəti bir söhbətimiz var...
    QIZ: - Xəlvəti söhbət?.. Əvvəla, o söhbətin Adsıza heç bir dəxli yoxdur, ən azı ona görə ki, o, eşitmir...
    İBİL: - Adsız! Adsız! .. Pəh-pəh!.. Nə gözəl addır!..
    QIZ: - İkincisi də, bizim aramızda xəlvəti nə söhbət ola bilər?..
    İBİL: - Mənə elə gəlir ki, o hər şeyi başa düşür. (Adsıza əli ilə işarə edir). Bura bax, ürəyim yanır, get bir az su gətir içək...
    (Adsız sualedici nəzərlərlə Qıza baxır. Qız başını tərpədir: yə’ni su gətirə bilərsən.
    Firuz Mustafa Əsərləri 3
    146
    Adsız bağın o başındakı krana yaxınlaşıb, qrafinkanı su ilə doldurur).
    QIZ: - Siz onunla kobud danışmayın...
    İBİL: - O, bəlkə də özünü bicliyə vurub...
    QIZ:- Nə üçün?..
    İBİL: - Guya lal-kardır, amma ola bilsin ki, eşidir... (Gülür). Ha-ha-ha... Yox... Zarafat edirəm. Adam üzünə baxan kimi, onun küt olduğunu bilir...
    QIZ: - Əksinə, hiss olunur ki, o, çox həssas adamdır... Hər şeyi ürəyinə salır. Siz bir onun gözlərinə baxın... Əllərinə fikir verin...
    İBİL: - Gözləri.... Əlləri... Ayaqları... Zahirən hər şeyi yerindədir. Görəsən ağlı necə, qaydasındadırmı?..
    QIZ: - Siz tanımadığınız adam haqqında nə üçün belə şeylər danışırsınız?.. Bəlkə də o çox ağıllı-dərrakəli bir adamdır...
    (Adsız onlara yaxınlaşır. Qrafindən fincana su töküb Qıza uzadır).
    QIZ: - (suyu içib): Sağ olun, əsil centlmensiniz... (Adsız fincanı İbilə uzadır).
    Firuz Mustafa Əsərləri 3
    147
    İBİL (suyu başına çəkib): - Hə, bax belə, özün də içə bilərsən...
    (Adsız başını tərpədir: yəni sağ olun, içmirəm).
    QIZ: - O, bütün günü işləyir... Zəhmətkeş oğlandır...
    İBİL: - Əlindən ayrı nə iş gəlir ki?... Yəqin oxuyub, yazmağı da bilmir... Qoy gedib öz işiylə məşğul olsun. (Adsıza əli ilə işarə edir). Hə, get bağın kol-kosunu təmizlə, boş dayanma... Üzümə niyə elə baxırsan?.. Gözünü bərəltmə, dedim: get... belini-dırmığını götür...
    (Adsız onlardan aralanıb bağın səliqə-sahmanı ilə məşğul olur).
    QIZ: - Yazıq... Kasıbçılıqdan onun-bunun qapısında işləməyə məcburdur...
    İBİL: - Nə olsun ki?.. Hərə bir yerdə işləməlidir də... Hələ sevinsin ki, belə bir ailə onu qapıdan içəri buraxıb... Xanım-xatın bir qadın onu nəyəsə buyurur... Belə bir gözəl qız onun əlindən su içir. Elə deyilmi?..
    Firuz Mustafa Əsərləri 3
    148
    QIZ (kinayəli): - Belə bir gözəl oğlan onunla üzbəüz söhbət edir...
    İBİL: - Siz nədənsə mənimlə həmişə bir təhər danışırsınız...
    QIZ: - Bir təhər?..
    İBİL: - Bəli.. Tikanlı sözlərlə... İstehza ilə...
    QIZ: - Mənim üslubum belədir...
    İBİL: - Bəlkə də... Amma sizin hər tikanlı sözünüzü mən ən qiymətli hədiyyə kimi qəbul edirəm...
    QIZ: - Doğrudan?..
    İBİL: - Həqiqətən... Mənim sizdən inciməyə qətiyyən haqqım yoxdur... Çünki sizin çox təmiz ürəyiniz var...
    QIZ: - Bəs öz ürəyiniz necə?..
    İBİL: - Mən həssas adamam... Mənə elə gəlir ki, biz bir-birimizi yaxşı başa düşərik...
    QIZ: - Nə mə’nada?..
    İBİL: - Elə hər mə’nada ... Dedim ki, mən həssas adamam...
    QIZ: - Həssas?.. Siz doğrudan həssas adamsınız?..
    İBİL: - Əlbəttə... Mən həm də səbrli, təmkinli adamam... Gözəllərin hər bir tənəsinə dözməyə hazıram... Xüsusən də sizin...
    Firuz Mustafa Əsərləri 3
    149
    QIZ: - “Gözəllər”... Hım-m-m... Gözəl o ağacdır, o yarpaqdır, o çiçəkdir...
    İBİL: - Hə, bir də o laldır gözəl... (Gülür). O, ağacdan da gözəldir. Ey, lal!... Adsız!..
    QIZ: - Nə işiniz var onunla?..
    İBİL: - Elə-belə məzələnirəm...
    QIZ: - O, öz işi ilə məşğuldur...
    İBİL: - Zəhmət adamıdır...
    QIZ: - Nə olsun ki?
    İBİL: - Lal bura gəl!..
    (Adsız yaxınlaşır).
    QIZ: - Axı, siz ona nə demək istəyirsiniz?..
    İBİL (Adsıza): - Ey, bura bax!.. Qayçını götür, o ağacların quru budaqlarını buda! Qandın?.. Hə, di gedə bilərsən...
    (Adsız onlardan aralanır, ağacların arasında qurdalanır).
    QIZ: - O, nəsə bikefdir.
    İBİL: - Çoxdan tanıyırsınız onu?..
    QIZ: - Yox... Bir-iki gündür... Bağ evinə gələndən...
    Firuz Mustafa Əsərləri 3
    150
    İBİL: - Heyvan kimi bir şeydir. Nə deyirsən, elə küt-küt adamın üzünə baxır... Yə’ni beləsinin yaranmasına ehtiyac vardımı?..
    QIZ: - Niyə elə deyirsiniz?.. Onun çox ağıllı gözləri var.
    İBİL: - Onda heç bir ağıl nişanəsi yoxdur... Ona bax, yenə gözlərini bərəldib bura baxır. (Adsıza sarı qışqırır)... Ey adsız qanmaz, bir bura gəl görüm!..
    QIZ: - Nə sözünüz var ona?.. öz işi ilə məşğuldur...
    (İbil yerdən daş götürüb bağın dərinliyinə - Adsıza sarı atır; oğlan onlara yaxınlaşır).
    İBİL: - Gəl, gəl, bura... Deyirəm, axı... Bu, hər şeyi anlayan lallardandır. Özü də bicin biridir...
    QIZ: - Tanımadığınız adam barədə belə sözlər danışmayın...
    İBİL: - Bizim dediyimiz sözlərin ona nə isti-soyuğu?.. Onsuz da o heç nə eşitmir...
    QIZ: - Onun eşidib-eşitməməyinin fərqi yoxdur. Mən ki, eşidirəm.... Hətta, ola bilsin ki, mən də lalam. Özünüz ki, özünüzü
    Firuz Mustafa Əsərləri 3
    151
    eşidirsiniz
    ... Hər kəs özü öz qarşısında qəbahətə yol verməməlidir...
    İBİL: - Bəyəm kiminsə lal olmağında mənim bir günahım var?.. Mən neyləyim ki, Allah buna o boyda qulaq verib, amma eşitmək qabiliyyəti verməyib?... (Adsıza əli ilə işarə edir). Bura bax, gedib siqaret ala bilərsən? Hə?.. Anladın? Yaxşı, götür bu pulu, bağın o biri üzündə dükan var, oradan bir-iki qutu siqaret al. Özü də yaxşısından al, ha.... Qandın?.. (Pulu uzadır). Gedə bilərsən. Ə, nə dik-dik baxırsan üzümə?..
    (Adsız iti nəzərlərlə onu süzüb pulu götürmür, geri çevirilir, asta addımlarla uzaqlaşır. İbil əlində pul Adsızın arxasınca getmək istəyir. Qız ayağa durub İbilin qarşısında dayanır)...
    QIZ: - Siz ondan nə istəyirsiniz? ..
    İBİL: - Buna bax bir!.. Deyəsən qudurub!.. Bu saat mən onu təpiyin altına salıb əzişdirəcəyəm... Onda dili açılar köpəyoğlunun! Tərbiyəsiz!.. Allah özü bilir kimi lal-kar yaratmaq lazımdır!.. Dəvənin qanadı olsaydı uçurmadığı ev qalmazdı.
    Firuz Mustafa Əsərləri 3
    152
    QIZ: - Qanadlı dəvələr də var - dəvəquşu, amma ev-eşik uçuran deyil...
    İBİL: - Siz də zarafata vaxt tapdınız!.. Mane olmayın, qoyun onun ağlını başına gətirim!.. Heyvan!.. Heyvərə!.. Tərbiyəsiz!..
    (İbil Adsıza sarı gedir. Adsız ağır addımlarla geri dönür, İbilin qarşısında dayanıb iti nəzərlərlə onu uzun-uzadı süzür).
    QIZ: - Mənə elə gəlir ki, o sizin ağzınızın tərpənişindən, əl-qolunuzun hərəkətindən hər şeyi anlayır. Axı, lallar çox həssas olur. Deyilənə görə, onlar hətta adamların gözlərindən ürəklərini oxuya bilirlər.
    İBİL: - Axı, mən nə dedim ona?.. Sadəcə olaraq, siqaret alamağa göndərirəm. (Adsıza). Yaxşı, get rədd ol burdan! Sonra danışaram səninlə!..
    QIZ: - Aman Allah! Bir onun gözərinə baxın, necə də pələng kimi vurnuxur!..
    İBİL: - Gərək onun qulaqları ilə yanaşı gözləri də tutulaydı!.. (Adsıza). Rədd ol, dedim sənə!..
    Firuz Mustafa Əsərləri 3
    153
    (Adsız İbilə yaxınlaşır. Hiss olunur ki, hirsli, qəzəblidir: Qız onların arasında dayanır)
    QIZ: - O, çox qəzəblidir. Deyirlər, lallar hirslənəndə çox qorxulu olurlar... (Adsıza). Siz öz işinizlə məşğul olun... Xahiş edirəm, hirslənməyin...
    (Adsız bağın dərinliyinə çəkilir).
    İBİL: - Hə, o sizi yaxşı anlayır...
    QIZ: - Elə sizi də...
    İBİL: - Siz mənimlə həmişə qeyri-ciddi davranırsınız?..
    QIZ (Gülür): - Qeri-ciddi? Mən özümü kifayət qədər ciddi adam hesab edirəm.
    İBİL: - Bəlkə də fikrimi düzgün ifadə etmədim; əksinə, siz mənə ciddi, rəsmi adam kimi yanaşırsınız...
    QIZ: - Siz nə üçün belə qənaətə gəlmisiniz?..
    İBİL: - Allaha şükür gözüm görür, ağlım kəsir... Özüm də ki, lal-kar deyiləm...
    QIZ: - Bilirsinizmi, mən həqiqəti demək istəyirəm: məncə sizdə, daha doğrusu, sizin xarakterinizdə sadizm elementləri var...
    Firuz Mustafa Əsərləri 3
    154
    İBİL: - Sadizm?.. (Gülür). Yə’ni mən sadistəm?..
    QIZ: - Dedim ki, mənə elə gəlir...
    İBİL: - Xətrinizə dəyməsin, elə mən də sizdə bu cür hallar müşahidə edirəm...
    QIZ: - Doğrudan?..
    İBİL: - Bəli, doğrudan. Məsələn, siz məni başqalarının yanında təhqir etməkdən həzz alırsınız... Mənə “dibil”, “zibil” deyirsiniz... (Pauza). Amma, təbii ki, mən belə şeylərdən inciyən deyiləm...
    QIZ: - Bunun özü qeyri-təbii haldır: əksinə, normal adam bu cür hallarda inciməlidir.
    İBİL: - Yox, mən heç vaxt sizdən incimərəm... Bütün ömrüm boyu...
    QIZ: - Ömrünüz boyu?.. Yə’ni siz uzunmüddətli bir döyüşə hazırlaşırsınız?..
    İBİL: - Döyüş deyəndə ki... Mən nə sadistəm, nə də döyüşçü. Mən ürəyiaçıq bir adamam; özü də bilmirəm ki, məni nə üçün sadist adlandırırsınız?..
    QIZ: - Mən sizin ədanızı, rəftarınızı müşahidə edib bu qənaətə gəlmişəm. Doğrudur, hər bir adamda sadizm əlamətləri ola bilər, bəlkə elə mənim özümdə də... Amma bu, sizdə daha qabarıq hiss olunur.
    Firuz Mustafa Əsərləri 3
    155
    Elə o lalla, Adsızla rəftarınız da çox şeydən xəbər verir...
    İBİL: - Ha-ha-ha... Düzü mən istəməzdim ki, bizim söhbətimizin mövzusu bu gicbəsər lal olsun...
    QADIN (kənardan səsi gəlir): - Gəlin, çay-çörək hazırdır...
    (İbillə Qız gedirlər. Musiqi. Adsız görünür. Hadisələrin sonrakı gedişi bir növ yuxuda baş verir. Qız sanki uça-uça gəlir. O, şəffaf paltardadır. Bəlkə bu da reallıq deyil, bir yuxudur - Adsızın yuxusu. Qız yelləncək-kresloya yaxınlaşıb əyləşir, asta-asta yellənir. Musiqi sədası altında tərpənən yelləncək birdən dayanır. Adsız ağacların arasından çıxıb Qıza yaxınlaşır. Əlini uzadıb yelləncəyi astaca yırğalayır. Qızın üzünə işıq düşür; bu, bəlkə də Ay işığıdır. Sonra qız gözlərini yumub; o, sanki yuxuya gedib. Bir qədər sonra qız gözlərini açıb ətrafa boylanır. Arxa tərəfdə hənirti duyub qanrılır. Adsızı başının üstündə görüb gülümsəyir. Oğlan ona baxıb sanki ürəklənir; onun da üzündə təbəssüm işırtıları görünür. Qız ayağa durub Adsızla üz-üzə, göz-gözə dayanır. Qız əlini oğlanın
    Firuz Mustafa Əsərləri 3
    156
    çiyninə qoyur. Adsız qızın əllərini öpüşlərə qərq edir. İşıq azalır və yenidən güclənir. İndi yelləncək-kresloda Adsız təkdir. Qız yoxdur. Bəlkə də heç Qız yerli-dibli olmayıb, sadəcə olaraq oğlan yuxu görürmüş. Oğlan gözlərini geniş açıb ətrafa yerə, göyə baxır. Kreslonun önündə diz çökür, kreslonu öpür, başını qoltuqluğa söykəyib nə barədəsə fikirləşir; o, nəyisə xatırlayıbmış kimi yerə sarı əyilir və qızın yerdəki ayaqqabısını götürür, ayaqqabını qoxulayır, sığallayır, öpür. Ayaqqabını yerə qoyub qollarını yana açır. Göydən düşən bir parça işığı sanki qucaqlayıb bağrına basmaq istəyir. Bəlkə də o işıq Adsız üçün elə o Qızın özü deməkdir. Adsız xəyalındakı Qızı, əslində isə bir parça işığı tumarlayır, əzizləyir, oxşayır, öpür. Sonra o, öz aləmində sanki başını qızın sinəsinə qoyub hönkür-hönkür ağlayır. Onun çiyinləri titrəyir. Onun göz yaşları yanaqlarına süzülür. Qız bağ evinin kandarında görünür, o, yenə əzəlki geyimində - şortikdədir. O bağa, bağdakı kresloya, o kreslonun yanında dayanıb qəribə hərəkətlər edən Adsıza baxır. Əvvəlcə gülümsəyir, sonra ciddiləşir. Sonra isə sanki
    Firuz Mustafa Əsərləri 3
    157
    dəhşətə gəlir, qorxuya düşür. Qızın gözləri təəccübdən böyüyür, hədəqəsindən çıxır. O, asta addımlarla Adsıza yaxınlaşır. Adsız qəfildən xəyal aləmindən ayrılır, Qızı görüb utanır, xəcalət çəkir. Qız ona yaxınlaşır. Adsız addım-addım geri çəkilir. Qız əllərini ona sarı uzadır, amma Adsız cavab hərəkəti etmir, geriyə doğru addımlayır... addımlayır və kreslo-yelləncəyə çökür. Qız qəşş edib gülür. İşıq azalır... İşıq artır. Musiqi azalır. İbil görünür...)
    II MƏCLİS
    (İbil və Qız).
    İBİL: - Deyirlər qonşunuz narkobizneslə məşğul olurmuş...
    QIZ: - Kim deyir?..
    İBİL: - Oğlu da narkoman imiş...
    QIZ: - Bunları kim deyir?..
    İBİL: - İndi ilişiblər...
    QIZ: - Kim?..
    İBİL: - Qonşularınız... İndi bağlarını satırlar... Borca düşüblər. İstəyirəm onların bağını mən alım. Necə məsləhət görürsünüz?..
    Firuz Mustafa Əsərləri 3
    158
    QIZ: - Kim?..
    İBİL: - Siz... Hər halda qonşu olmusunuz...
    QIZ: - Nə olsun ki?.. Bunların mənə nə dəxli var?.. Satan - o, alan - siz...
    İBİL: - Axı, biz qonşu olacağıq. Elə deyilmi?
    QIZ: - Mən bağda aradabir oluram... Nadir hallarda...
    İBİL: - İnnən sonra tez-tez olarsınız. Mənim xətrimə... Deyirlər, qonşunuzun - o narkobiznesin oğlu axmağın birisidir...
    QIZ: - Xeyir, o çox alicənab oğlandır, özü də bə’ziləri kimi tanımadığı adamlar barədə iftira söyləmir. Ümumiyyətlə, mən qeybətcil kişiləri xoşlamıram...
    İBİL: - Elə mən də...
    QIZ: - Hə, o dəqiqə hiss olunur...
    İBİL: - Qəribə tiplərlə qonşusunuz: biri narkoman, biri lal-kar...
    QIZ: - Biri axmaq, biri dibil...
    İBİL: - Mən sizin hər bir sözünüzü ən qiymətli ərməğan kimi qəbul edirəm... Mənə elə gəlir ki, bizim bu cür mübahisələrimizin gələcək həyatımızda yalnız əhəmiyyətli rolu ola bilər...
    Firuz Mustafa Əsərləri 3
    159
    QIZ: - O nə həyatdır elə?.. Şəxsən mənim gələcəyim artıq keçmişdə qalıb... Ola bilsin ki, sizin keçmişiniz gələcəkdədir...
    İBİL: - Sizin çox oricinal mühakimələriniz var... İndi isə icazə verin, mən gedim... Qonşu bağa baş çəkməliyəm... Tezliklə qayıdacağam... Hələlik...
    (İbil gedir, Qadın gəlir).
    III MƏCLİS
    (Qadın və Qız).
    QADIN: - O lal gədənin başı xarabdır deyəsən...
    QIZ: - Nə olub ki?..
    QADIN: - Neçə gün idi başını aşağı salıb öz iş-gücü ilə məşğul olurdu. Amma dünəndən bəri dəyişib, elə bil...
    QIZ: - Dünəndən... dəyişib?..
    QADIN: - Hə də, sən gələndən...
    QIZ: - Mən gələndən?..
    QADIN: - Fikir verirəm, elə gözü buradadır. Kölgə kimi sənin arxanca sürünür...
    QIZ: - Mənsə heç nə hiss etmirəm. Bəlkə elə əvvəldən bü cürdür... Yəqin qəribəliyi var...
    Firuz Mustafa Əsərləri 3
    160
    QADIN: - Bəs onun bu qəribəliyi neçə gün idi niyə üzə çıxmırdı?.. Gah sən əyləşən kresloya yayxanıb yellənir, gah ağacı qucaqlayıb öz-özünə nəsə danışır...
    QIZ (gülür) : - Danışır?..
    QADIN: - Öz dilində nəsə mızıldanır... Gah əllərini göyə uzadıb gözlərini yumur, elə bil ki, dua oxuyur, gah da gülür... Allah bilir, bəlkə başı xarabdır... Qoy Tarxan gəlsin, qovacağam onu buradan...
    QIZ: - Yox... O ki, sakit oğlana oxşayır...
    QADIN: - Sakit? Əlbəttə, sakit olmalıdır. Dili yox, ağzı yox... Məni onun hərəkətləri şübhələndirir... (Pauza). İbil də buradan nəsə qanıqara getdi. Nə olmuşdu görən?.. Yenə sancaqlamamışdın ki, onu?..
    QIZ: - İbil... Zibil... E-e-e... Bağışla, sən Allah... Dilim öyrənib... Yox, İbil bizimlə bağda deyib-gülürdü... Özü də Adsızla dostlaşmışdı deyəsən...
    QADIN: - Dostlaşmışdı?.. Əksinə, İbil mənə dedi ki, o gici burada rədd eləyin, getsin.
    QIZ: - Axı, kimdir İbil?.. O, nə vaxtdan bu evdə ağalıq etmək fikrinə düşüb?.. Vallah, atama deyərəm, onu işdən iti qovan kimi qovar.
    Firuz Mustafa Əsərləri 3
    161
    QADIN: - Gicləmə!.. Atan da onun xətrini çox istəyir.
    QIZ: - Nə oldu sizə birdən-birə?.. Həmişə onu ələ salıb gülürdünüz! Dünən pıxı olan zibil e-e-e... İbil indi çiçi olub?..
    QADIN: - Sənə dedim, gicləmə!.. Allahına şükür elə ki, İbil kimi bir oğlan sənə ağız açmaq istəyir.
    QIZ: - Onun ağzı həmişə açıqdır. Axı, istəyi nədir sənin o İbilinin?..
    QADIN: - O niyə mənim olsun ki?.. İbil səninlə ailə qurmaq istəyir...
    QIZ: - İbil qələt eləyir, başını da daşa döyür!..
    QADIN: - Sən özün qələt eləyirsən. Bildin?.. Ölünü özbaşına qoysan kəfəni yırtar. Sən də özbaşına olsan, ya kora gedəsisən, ya keçələ... ya da lala...
    QIZ: - Kor da İbildən yaxşıdır, kar da, lal da...
    QADIN: - Rədd ol buradan! Bilmirəm gedib kimə oxşamısan?!. Oxşadıqlarına lənət!..
    (Qız çıxır Tarxan gəlir).
    IV GƏLİŞ
    (Qadın və Tarxan)
    Firuz Mustafa Əsərləri 3
    162
    TARXAN: - Məni niyə söyürsən, balam?..
    QADIN: - Sən canın, o lalını da götür, get buradan.
    TARXAN: - Nə olub ki?.. Niyə hirslənmisən?..
    QADIN: - Bu qız mənim başıma oyun açır...
    TARXAN (diqqətlə ətrafa nəzər salıb): - Mənə oxşayıb yəqin...
    QADIN: - Sən də yaşlaşdıqca xərifləyirsən deyəsən!..
    TARXAN: - Hər şey ola bilər... Dəryaca ağlın olsa, kasıb olsan gülərlər...
    QADIN: - Get öz iş-gücünlə məşğul ol, Tarxan. Onsuz da qanım qaradır.
    TARXAN: - Balam, niyə əsəbləşirsən? Maşallah, qu quşuna bənzəyirsən (Qadına yaxınlaşır). Səni görəndə elə bilirəm ki, ikimiz də hələ subayıq...
    QADIN (geri çəkilir): - Yaxşı, dinc dur. Gələn olar. Deyəsən, başına at təpib sənin.
    TARXAN: - Xahiş edirəm, məni təhqir etmə.
    QADIN: - Özünü yüngül aparma. Elə bil öz arvadınla danışırsan...
    TARXAN - Hər halda öz qızımın anası ilə danışıram...
    Firuz Mustafa Əsərləri 3
    163
    QADIN: - Kəs səsini!.. Sən nə həddlə bu cür danışırsan mənimlə?.. Sən kim, mən kim?!.
    TARXAN: - İndi belə oldu?.. Mənim qızım... Mənim qızım haqqında...
    QADIN: - Kimdir axı sənin qızın?.. Sən özün kimsən?!. Get işinlə məşğul ol, dedim!
    TARXAN: - Elə etmə ki, açım pambığı, töküm sandığı! Heç kəs bilməsə də sən yaxşı bilirsən ki, kimdir sənin qızının atası!..
    QADIN: - Bu, sənin uydurmandır!.. Gicləmə!..
    TARXAN: - Mənimlə bir yerdə keçirdiyin o gecələr də uydurmadır?!. Mənə məndən uşağa qaldığını dediyin o gün, o an da uydurmadır?..
    QADIN: - Mən ərli qadın olmuşam...
    TARXAN: - Bəli, ərli olmusan! Ərin səndən əvvəl də evli olub... Elə səninlə də yeddi-səkkiz il yaşayıb... Amma o uşaq bizim görüşümüzdən sonra dünyaya gəlib! O, mənim qızımdır! Bildin?! Sən məni bu qədər qanmaz, bu qədər eşşək hesab edirsən?!.
    QADIN: - Mən qələt eləyib səninlə bir-iki dəfə görüşmüşəm... Qanmamışam... Nə olsun ki?.. İndi özündən nağıllar uydurursan... Bir
    Firuz Mustafa Əsərləri 3
    164
    də ki, kişi olan kəs ağzını Allah yolunda açıb boş-boş danışmaz...
    TARXAN: - Sən özün məcbur edirsən məni bu cür danışmağa...
    QADIN: - Sən nə demək istəyirsən?.. Ümumiyyətlə, sən məndən nə istəyirsən?
    TARXAN: - Mən?.. Heç nə... Elə səni görmək istədim...
    QADIN: - Hım-m-m... Ta bağda elə bir görüləsi iş yoxdur.
    TARXAN: - Hələ ağacların çoxu budanmayıb...
    QADIN: - Eybi yoxdur... Qalan işləri sən özün görərsən. O lala da beş-on manat verib yola salarıq...
    TARXAN: - O, kənar adam deyil... Mənim oğlumdur...
    QADIN (heyrətlə): - Sənin oğlundur?.. Axı, mən sənin uşaqlarını tanıyıram...
    TARXAN: - O, əvvəlki arvadımdandır. Nənəsi böyüdüb onu. Mənim doğma övladımdır...
    QADIN: - Hə, belə de... Qəribədir... Elə ilk gündən hiss etmişdim ki, sizin ümumi, oxşar cəhətləriniz var.
    TARXAN: - Nə mə’nada...
    Firuz Mustafa Əsərləri 3
    165
    QADIN: - O da sənin kimi tərsdir deyəsən...
    TARXAN: - Tərs?.. Yox, o, tərs deyil. Amma ürəyinə yatmayan adama qarşı kinini gizlətmir. Xoşuna gələn adama isə ürəyini çıxarıb verər. Xasiyyəti bu cürdür. Neyləmək olar?.. İndi vəziyyət çətindir. Qapılarda işləyib birtəhər öz çörəkpulunu qazanır... Ağacları, otları çox sevir. Hərdən mənə elə gəlir ki, o, təbiətin dilini bilir: quşlarla, qarışqalarla, çiçəklərlə danışır... Olduqca həssasdır. Neyləyim, Allah onu belə yaradıb. Oğlum olduğu üçün demirəm: çox ağıllı, dərrakəli uşaqdır...
    (Ayaq səsləri. Qadın pəncərədən bayıra boylanır).
    QADIN: - Deyəsən, gələn var... Hə, sonra gələrsən, bu barədə danışarıq... Get, get, tez ol... Tez ol!.. Tez ol - dedim sənə... Arxa qapıdan çıx...
    PƏRDƏ
    Firuz Mustafa Əsərləri 3
    166
    II PƏRDƏ
    I ŞƏKİL
    I MƏCLİS
    (Bağ evi. Qadın və Qız)
    QADIN: - İbil qonşunun bağına baxıb, bəyənib. Deyəsən, beh də verib...
    QIZ: - Mənə nə?.. Bizə nə?..
    QADIN: - Bilmirəm İbilin adını eşidəndə ağzın niyə əyilir?..
    QIZ: - Bilmirəm İbilin adını çəkəndə sənin üzün niyə gülür?..
    QADIN: - İbil ağıllı, fərasətli oğlandır. O, atanın tabeliyində işləsə də, atan onun əlinə baxır.
    QIZ: - Dilənçi-zaddır bəyəm atam?..
    QADIN: - Alqı-satqı məsələlərinə, maliyyə işlərinə İbil rəhbərlik edir. Bir də ki, o, gözümüzün qabağında böyümüş adamdır. Cikini də bilirik, bikini də...
    QIZ: - İbilin üz -gözündən hiylə, yalan, dələduzluq tökülür.
    Firuz Mustafa Əsərləri 3
    167
    QADIN: - Bunun sənə nə dəxli?.. Bəs o, sadəlövh olsa yaxşıdır?.. İndi adamların əksəriyyəti başını yalan-pilanla, yaltaqlıqla girləyir. Heç kəs dikbaş, yekəxana adamı xoşlamır. İbil uzaqgörən, müdrik oğlandır. İdarənin adi kuryerliyindən rəisliyə qədər yüksəlib. Ona kim kömək edib? Heç kim! Yetim oğlandır, heç kəsi yoxdur. İdarədə atan başda olmaqla hamı onunu xətrini istəyir.
    QIZ: - Mən onun ilk iş günlərini yaxşı xatırlayıram. Qapılarda boyun bükdüyü vaxtları deyirəm. Hamının da üzünə irişərdi. O vaxt mən atamın kabinetində əyləşib gəlib-gedənləri müşahidə edərdim. İbil atamın yanına gələndə qəddi əyilər, sifəti rəngdən-rəngə düşərdi. Ağzı qulağının dibinə gedər, dişlərinin üstü həmişə açıq olardı.
    QADIN: - Nə olsun ki? İndi İbilin qəbuluna düşmək üçün çoxları onun qapısında boyun bükür...
    QIZ: - O da xatırımdadır ki, idarədə onu nədənsə “aftafa” adlandırırdılar.
    QADIN: - İndi o idarədəkilərin çoxu İbilin özünə aftafa daşıyır.
    Firuz Mustafa Əsərləri 3
    168
    QIZ: - İbil cəmiyyətdəki normal adamlara bir karikaturadır...
    QADIN: - Cəmiyyət özü İbil üçün bir karikaturadır.
    QIZ: - Nədir, yoxsa cəmiyyət İbilləşir?..
    QADIN: - Cəmiyyətin İbilə çatmağına hələ çox var. Bir də ki, nə cəmiyyət-cəmiyyət salmısan ey?.. Tüpürəsən cəmiyyətə!.. Cəmiyyət!.. Yox bir təbiət!..
    QIZ: - İbil təbiətə daha yaxındır, nəinki cəmiyyətə...
    QADIN: - Yaxşı, yaxşı, boş-boş danışma...
    (Maşın səsi eşidilir).
    Deyəsən İbildir. Maşın səsi gəlir...
    (Qapıya sarı çıxır)
    (Bayıra). hə, salam! Xoş gəlmisən! Keçin bağda əyləşin. İndi mən də gəlirəm. Ev yaman bürküdür...
    II ŞƏKİL
    I MƏCLİS
    Firuz Mustafa Əsərləri 3
    169
    ( Qız və İbil bağda. Adsız kənarda ağacların arasında qurdalanır - arabir görünüb gözdən itir).
    İBİL: - Mənə elə gəlir ki, biz artıq bə’zi məsələləri özümüzçün aydınlaşdırmalıyıq.
    QIZ: - Özümüzçün?..
    İBİL: - Bəli.
    QIZ: - Siz nəyi nəzərdə tutursunuz?..
    İBİL: - Mənə elə gəlir ki, biz artıq bir-birimizə “siz” yox, “sən” deyə müraciət edə bilərik.
    QIZ: - “ Siz” daha münasib müraciət formasıdır.
    İBİL: - O, baxır kimin üçün sərfəlidir. Məncə, biz bir-birimizə yad adam deyilik.
    QIZ: - Heç doğma da deyilik.
    İBİL: - Hər halda belə bir perspektiv görünür...
    QIZ: - Hansı tərəfdən?..
    İBİL: - Hər iki tərəfdən...
    QIZ: - Sizin proqnozunuz o qədər də düzgün deyil.
    İBİL: - Yenə “siz”? Yaxşı, nə edək qoy belə olsun... Mənə elə gəlir ki, bizim
    Firuz Mustafa Əsərləri 3
    170
    münasibətlərimizin korlanması üçün elə bir əsas yoxdur.
    QIZ: - Əlbəttə... Bizim münasibətlərimiz həmişə olduğu kimi qalacaq...
    İBİL: - Və bir qədər də dərinləşəcək, inkişaf edəcək... Elə deyilmi?..
    QIZ: - Mən öhdəlik götürməyi xoşlamıram...
    İBİL: - Gəlin bir qədər açıq danışaq.
    QIZ: - Buyurun...
    İBİL: - Mən sizinlə ailə qurmaq istəyirəm...
    QIZ: - Elə bu ... (Gülür). Amma mən sizdən nəsə daha mühüm bir xəbər eşidəcəyimi düşünürdüm...
    İBİL: - Bundan daha mühüm xəbər nə ola bilər?..
    QIZ: - Məsələn, siz intihar etmək istəyirsiniz?..
    İBİL: - İntihar? Mən özümü nə üçün öldürməliyəm ki?.. Mənim günahım nədir?..
    QIZ: - İctimayyətin diqqətini özünüzə cəlb etmək üçün.
    İBİL: - Mən heç nə başa düşmürəm. Siz ciddi danışırsınız, yoxsa mənimlə zarafat etmək istəyirsiniz?..
    Firuz Mustafa Əsərləri 3
    171
    QIZ: - Əlbəttə, ciddi sözümdür. Əgər intihar etsəniz bütün dünyanın, ən azı, ölkənin diqqəti sizə yönələr.
    İBİL: - Siz məni gic yerinə qoymayın. Mənə elə gəlir ki, kifayət qədər ağıllı adamam...
    QIZ: - Bunu hardan bilirsiniz?..
    İBİL: - Gəlin söz güləşdirməyək. Mən artıq öz sözümü dedim... Ürəyimi sizə açdım...
    QIZ: - Siz belə bir seçimi öz ürəyinizin hökmü ilə edirsiniz?..
    İBİL: - Təbii ki... Mən uşaq deyiləm. Bunu nə üçün soruşursunuz?..
    QIZ: - Nə üçün?.. Bə’zən adamaları kənardan idarə edirlər... (Pauza). Yeri gəlmişkən, sizin seçiminizin əsasında nə durur?.. Yə’ni hansı amil?..
    İBİL: - Rəğbət... İstək... Sevgi...
    QIZ (gülür): - Doğrudan?..
    İBİL: - Şübhəsiz...
    QIZ: - İnanan daşa dönsün...
    İBİL: - Deyəsən, mən sizin nəzərinizdə çox mənfi çalarlı adamam...
    QIZ: - Xeyir... Ümumiyyətlə, siz mənim nəzərimdə heç bir çalara malik deyilsiniz...
    Firuz Mustafa Əsərləri 3
    172
    İBİL: - Olsun... Çalışaram ki, bundan sonra ürəyinizin hansı bir guşəsindəsə özüməməxsus yer tutum...
    QIZ: - Buna ehtiyac yoxdur... Siz çalışın ki, başqa ürəklərdə yeriniz olsun...
    İBİL: - Mənə elə gəlir ki, ata-ananız bizim gələcəkdə möhkəm bir ailə qurmağımız üçün...
    QIZ: - Ata-anam?.. (Gülür). Ata-anamın bu cür məsələlərə baş qoşmasına ehtiyac yoxdur. Mən özüm öz taleyimin ağasıyam...
    İBİL: - Mənə ən çox xoş gələn cəhət sizin sərbəstliyinizdir... Elə buna görə də ürəyimi birbaşa sizin özünüzə açmağa qərara aldım.
    QIZ: - Mənə elə gəlir ki, siz imkanlı adamsınız, elə deyilmi?..
    İBİL: - Bunun mətləbə nə dəxli?.. Tutalım ki, imkanlıyam...
    QIZ: - Lap yaxşı... İndi qızların çoxu imkanlı, sərvətli oğlanları sevir... Siz başqa birisi ilə də ailə qura bilərsiniz...
    İBİL: - Qəribə adamsınız... (Gülür). Siz məni ələ salmırsınız ki?..
    QIZ: - Əlbəttə, yox...
    İBİL: - İmkanın məhəbbətə nə dəxli?..
    Firuz Mustafa Əsərləri 3
    173
    QIZ: - Mənim bu cür bayağı söhbətlərdən zəhləm gedir...
    İBİL: - Amma mənim sizdən xoşum gəlir. Özü də nəzərə alın ki, mən qarşısına qoyduğu məqsədə çatmaq üçün hər şeydən keçməyə hazır olan adamlardanam...
    QIZ: - Məhəbbət - qarşıya qoyulan məqsəd ola bilməz... Görünür, siz onu vəzifəyə çatmaq üçün göstərdiyiniz sə’ylə qarışıq salırsınız...
    İBİL: - Nəzərə alın ki, mən hər bir istəyimə öz gücümlə çatmışam. Mən möhkəm iradəli adamam...
    QIZ: - Özünüzü mənə tanıtmaq istəyirsiniz?.. Şükür Allaha, mən sizə az da olsa bələdəm...
    İBİL: - Xeyir, siz məni o qədər də yaxşı tanımırsınız...
    QIZ: - Mən sizin xarakterinizə müəyyən qədər...
    İBİL (gülür): - ... bələdsiniz, eləmi?.. Yanılırsınız. Mən sizin təkcə üzdən tanıdığınız İbil deyiləm... Siz məni ələ salırsınız: İbil, zibil, dibil... Nə bilim, daha nə... Mənsə hər şeyi uduram. Mən bu mərtəbəyə çox şeyi uda-uda gəlmişəm. İndiyəcən məni təhqir edənlərin, mənə quyu
    Firuz Mustafa Əsərləri 3
    174
    qazanların çoxu aradan çıxıb... Amma mən irəliləyirəm. Məni hələ qarşıda çox pillələr, çox mərtəbələr gözləyir... Bir vaxt mənə badalaq vuranların çoxu mənim arxamca çapmaqdadır. Amma onlar mənə heç vaxt çata bilməyəcəklər... Mənim ayaqqabımı geymək olar, amma mənim yerişimi yerimək olmaz...
    QIZ: - Elə buna görə də biz eyni yolla gedə bilmərik... Yerişimiz ayrıdır...
    İBİL: - Məni öz yolumdan heç bir qüvvə döndərə bilməz. Bəlkə də sənin nəzərində mən mənfi bir tip kimi canlanıram. Amma əslində elə deyil. Mənim kimliyimi sənin ata-anan qismən bilir. İndi böyük bir idarənin maliyyə sütunları mənim çiynimdə dayanıb. Mənimlə hesablaşmağa çoxları məcburdur. Mən bu mərtəbəyə öz gücümlə gəlib çıxmışam... Öz dişimlə-dırnağımla... E’tiraf edirəm, kiminsə qarşısında əyilmişəm, boyun bükmüşəm, amma sonda öz məqsədimə çatmışam... İndi çoxları mənim qarşımda baş əyir, mənə quyruq bulayır, mənə yalmanır, yaltaqlanır... Mən neyləyim ki, dünya belədir... Bəli, düz buyurursunuz, indi mənim çox şeyim var: vəzifəm, pulum, maşınım,
    Firuz Mustafa Əsərləri 3
    175
    mülküm
    ... Bu gün gördüyün o üçmərtəbəli bağ evini də alacağam... (Pauza). İndi söz sənindir. Mənə elə gəlir ki, biz artıq hər şeyi müzakirə etdik. Elə deyilmi, mənim əzizim?..
    (İbil Qızın əlindən tutur. Qız qəzəblə ona baxıb əlini çəkir. Adsız arxadan onlara yaxınlaşır. Onun əlində oraq var).
    QIZ: - Xahiş edirəm, artıq-əskik hərəkət etməyəsiniz... Ayıbdır...
    İBİL: - Kimdən ayıbdır?..
    QIZ: - Hamıdan...
    (İbil geri dönüb Adsızı görür).
    İBİL: - Bu axmağı hələ qovmamısız buradan?..
    QIZ: - O, nə üçün qovulmalıdır?..
    İBİL: - Axmaqlığına, bicliyinə, gicliyinə görə. (Adsıza). Ey, bura gəl! Gözlərini bərəltmə!.. Bildin?..
    QIZ: - Onunla işiniz olmasın...
    İBİL: - Mənim onunla nə işim?..
    QIZ: - Bəs nə istəyirsiniz ondan?..
    Firuz Mustafa Əsərləri 3
    176
    İBİL: - Heç... (Adsıza maşın açarı uzadır). Bura bax, bu açarı görürsən?.. (Əli ilə başa salaraq). Hə, get mənim maşınımdan bir-iki şüşə soyuq su götür, gəl bura. Başa düşdün?.. (Mehriban, yumşaq cestlə danışır). Hə, yük yerindən... Anladın?.. Deyəsən, qandı. Hə, di get... Tez ol!.. Ay sağ ol...
    (Adsız açarı götürüb sakit addımlarla gedir).
    II MƏCLİS
    (Qız və İbil).
    QIZ: - Sizdə adamlara qarşı bu cür nifrətin səbəbi nədir?..
    İBİL: - Adamlara?.. Bəyəm o, adamdır?..
    QIZ: - O çoxlarından təmiz, xeyirxah adamdır.
    İBİL (gülür): - Ha-ha-ha... Adam tapdınız ha!..
    (İbil Qıza yaxınlaşıb əlini onun boynuna dolayır)...
    QIZ: - Sizə dedim əliuzunluq eləməyin!..
    Firuz Mustafa Əsərləri 3
    177
    İBİL: - Siz də boş yerə hay-küy salmayın!.. Mən uşaq deyiləm... Elə siz də...
    (Qız geri çəkilir. İbil kreslo-yelləncəyə çökür).
    QIZ: - Deyəsən, siz mənim o biri üzümü görməmisiniz?..
    İBİL: - Mənə adamların hər üzü bəllidir. O cümlədən sizin... Mən öz məqsədimə çatmaq üçün...
    QIZ: - ... hər şeydən keçən adamsınız. Hə? Artıq bunu dediniz, biz də eşitdik. Doğrudan da siz hər şeyinizdən keçib qurtarmısınız...
    İBİL: - Bilmirəm siz nəyi nəzərdə tutursunuz?..
    QIZ: - Elə sizin nəzərədə tutduğunuzu...
    QADIN SƏSİ (kənardan): - Süfrə açmışam... Odu ey, ağacın altında, gedin əyləşin... Eşidirsən, qızım? İbil, eşidirsən?..
    (Qız və İbil gedir).
    III ŞƏKİL
    I MƏCLİS
    Firuz Mustafa Əsərləri 3
    178
    (Bağ evi. Tarxan və Qadın).
    QADIN: - Bəs o bağ satılandan sonra sən nə etmək fikrindəsən?
    TARXAN: - Bağı başqasına, yad adama satmırlar ki?..
    QADIN: - Sən hardan bilirsən bunu?..
    TARXAN: - Sənin kürəkəninə satırlar bağı.
    QADIN: - Kürəkənimə?..
    TARXAN: - Olsun gələcək kürəkənin...
    QADIN: - O kimdir elə?..
    TARXAN: - Deyəsən, sən özünü ağıllı, başqalarını gic hesab edirsən?.. Bəs o İbildi nədi, buralara nə üçün gəlib-gedir?.. Bəyəm o sənin kürəkənin olmağa hazırlaşmır?..
    QADIN: - Niyə məhz mənim?.. Mənim ərim var... O, özü bilər.
    TARXAN: - Ona qalmış, o İbil mənim kürəkənim hesab oluna bilər...
    QADIN: - Tarxan, sənə indiyəcən neçə dəfə demişəm, yenə təkrar edirəm: bu atmacalardan əl çək... Eşidib-bilən olar...
    TARXAN: - Mən heç kəsdən qorxmuram... Əvvəllər cavan idim, güclü idim, imkanlı adamın sürücüsü idim, məni adam yerinə qoyurdun... İndi o adam müflisləşib, mənsə
    Firuz Mustafa Əsərləri 3
    179
    adicə bağ qoruqçusuna çevrilmişəm... Sən qızını onun oğluna vermək istəyirdin... Qızın da bağlanmışdı o uşağa... Sonra narkobizneslə bağlı söz-söhbət çıxdı ortaya, sən qızın qulağını doldurub uzaqlaşdırdın. Halbuki o oğlan İbildən milyon kərə ağıllı, dərrakəli idi. Bu söz-söhbəti də yalandan atmışdılar ortaya; o ailənin əlləm-qəlləm işlərlə əlaqəsi yox idi. Sadəcə olaraq yuxarıların sifarişi ilə şərə saldılar, dolaşdırıb bankrot elədilər...
    QADIN: - Bunların mənə nə dəxli?..
    TARXAN: - Dəxli çoxdur. Siz uzun illər qonşu olmusuz, ailəvi dostluq etmisiz, get-gəliniz olub. Belə bir hadisə hər kəsin başına gələ bilər...
    QADIN: - Əgər o bağı İbil alsa, tapşıraram ev-eşiyə yenə sən göz-qulaq olarsan...
    TARXAN: - Doğrudan?..
    QADIN: - Həqiqətən... Onsuz da indi iş tapmaq müşkül məsələdir... İbil də az-çox tanıyır səni...
    TARXAN: - Yadında saxla: mən acından ölsəm də İbil kimisinin qapısıda işləmərəm...
    QADIN: - Sənə nə fərqi? İbil, ya başqası?..
    Firuz Mustafa Əsərləri 3
    180
    TARXAN: - Mən o kişi ilə yaxın dost olmuşam... Bir də ki, məni buralara bağlayan ayrı səbəb olub...
    QADIN: - O, nə səbəbdi elə?..
    TARXAN: - Lap elə sənə görə bağlanmışam...
    QADIN: - Tarxan, sən də ailə başçısısan, mən də... Bu cür söhbətlər yaraşmaz bizə...
    TARXAN: - Yaraşmaz... Niyə yaraşmaz?.. Əgər mən yenə şəhərin ən varlı adamının dostu olsaydım, əgər yenə pul selində üzsəydim...
    QADIN: - Sən adi sürücü olmusan...
    TARXAN: - Sürücü olmuşam... Amma adi yox... Çoxları mənə salam vermək üçün növbədə dayanıb... Sən ki, bunları yaxşı bilirsən?..
    QADIN: - Axı, sənin dediklərinin mənə nə dəxli?
    TARXAN: - Dəxli var! Mən sənə övlad bəxş etmişəm...
    QADIN: - Kəs səsini!
    TARXAN: - O mənim qızımdır!..
    QADIN: - Bura bax, niyə qışqırırsan? Lap olsun sənin qızın. Sonra? İstəyin nədir?..
    TARXAN: - O, İbilə getməməlidir...
    Firuz Mustafa Əsərləri 3
    181
    QADIN: - Paho! Bu da təzə çıxdı!.. Sən hökm verirsən...
    TARXAN: - Mən sözümü dedim sənə...
    QADIN: - Vallah, sənin sözlərinə bişmiş toyuğun da gülməyi gələr... Bəs elə isə de görüm, cənab Tarxan, qız kiminlə ailə qurmalıdır?..
    TARXAN: - Öz deyiklisi ilə... O, çox namuslu oğlandır...
    QADIN: - Axı, o, narkomandır...
    TARXAN: - Bunlar uydurmalardır... Nə narkoman, nə taksoman?.. O, heç siqaret belə çəkmir... Deyir ki, qız başqasına getsə özümü də öldürəcəm, onu da...
    QADIN: - Elə bu bəyanatından aydınca görünür ki, o gədənin ağlı özünü idarə etmir...
    TARXAN: - Sizin bu hərəkətiniz onun atasına da pis tə’sir edib. Düzdür, borca düşüb bağını İbil kimi zibilin birinə satmağa məcbur olub... Amma dünya həmişə belə olmayacaq ki... Su gedən arxa bir də gedər...
    QADIN: - Xahiş edirəm, sən heç kəsə vəkillik etməyəsən... Hər kəs öz övladının xoşbəxtliyinə çalışır: sən də, mən də, o dilənçi də, o narkobaron da... Hamı, hamı...
    Firuz Mustafa Əsərləri 3
    182
    TARXAN: - Mən sənə öz fikrimi dedim. Hələ gec deyil... Yaxşı-yaxşı fikirləş...
    QADIN: - Hər halda mən tək deyiləm, ərim var...
    TARXAN: - Ərin var... Bilirəm... Amma bu evin sükanı sənin əlindədir.
    QADIN: - Yaxşısı budur, hərə öz işiynən məşğul olsun...
    TARXAN: - Bu gündən e’tibarən mənim heç bir işim yoxdur... Mən dünyanın sərbəst, azad adamıyam... (Pəncərəyə yaxınlaşır, kiməsə əl edir). Eyyy!.. Bura gəl...
    QADIN: - Kimi çağırırsan elə?..
    TARXAN: - Oğlumu... Deyəsən, ona nəsə tapşırıblar... Hə, gəlir...
    QADIN: - O, səni eşitdi?..
    TARXAN: - O, çox həssas uşaqdır... Hər şeyi anlayır, dərk edir...
    II MƏCLİS
    (Adsız gəlib qapı ağzında dayanır. Tarxan, Qadın, Adsız).
    QADIN (Adsıza): - Keç əyləş...
    Firuz Mustafa Əsərləri 3
    183
    TARXAN: - Yox, lazım deyil... (Adsıza). Hara gedirsən?.. Hara?..
    (Adsız əli ilə anladır ki, ona iş buyurublar).
    QADIN: - O, səni əməlli-başlı anlayır...
    TARXAN: - O, hamını anlayır... Hər bir adamın üz-gözündən onun kimliyini, nə yuvanın quşu olduğunu bilir. (Adsıza). Hə, oğlum, get işini qurtar... Bu gün çıxıb gedirik buradan. Bildin?.. Elə mən də gedim, yır-yığış edim, birlikdə gedərik... Oldu?..
    (Adsız başını tərpədir, qapıya yaxınlaşıb geri qanırılır, Qadına baxır).
    QADIN: - Gedirsiniz?..
    TARXAN: - Gedək... Bəlkə bir daha görüşmədik...
    QADIN: - Niyə ki? Yenə qalarsız bağda, göz-qulaq olarsız... İbilə də deyərəm... Onsuz da kimsə baxmalıdır bu bağ evlərinə... Sahibsiz evləri çapıb-talayarlar, dağıdarlar... Maşallah, oğlunun çox ağıllı gözləri var... Neçə gündür fikir verirəm, səliqə-sahmanı xoşlayır... Tərbiyəlidir... Heyif bu uşaqdan...
    Firuz Mustafa Əsərləri 3
    184
    TARXAN: - Nə olub bəyəm?..
    QADIN: - Laldır də... Eşitmir...
    TARXAN: - Allah günaha yazmasın, hərdən fikirləşirəm ki, elə bir yandan lal olmağı yaxşıdır. Heç olmasa bu iyrənc dünyada söylənilən yalanları eşitmir. Adamların bir-birinin ünvanına yağdırdığı söyüşləri, qarğışları, nifrətləri dinləmir. O, hər yerdə gözəllik axtarır, səliqə-sahman yaradır... Çiçək əkir, gül becərir, bağ-bağça salır... Otlarla, qarışqalarla, quşlarla danışır. Öz sözünü suya deyir, aya deyir, ulduza deyir. O, nə yaxşı ki, bu mindilli, min sifətli insanların səsini eşitmir. Bəlkə də mənim bu bədbəxt oğlum dünyanın ən xoşbəxt insanıdır... Hərdən mən qibtə edirəm ona: özüm də lal-kar olmaq istəyirəm... Bəlkə də dünyadakı adamların hamısı lal olsaydı daha yaxşı olardı. İftiradan, yalandan, şərdən, böhtandan canımız qutarardı. Başımıza gələn bəlaların çoxu dilimizdən gəlir. Dilsizin nə vecinə?.. (Adsıza). Get, işinlə məşğul ol... Mən də gəlirəm...
    (Adsız çıxır. Adsız ağacların, kolların arasında bağda. Uzaqdan, lap uzaqdan
    Firuz Mustafa Əsərləri 3
    185
    melodiya eşidilir: sanki kimsə musiqi dilində pıçıltı ilə danışır. Qadın və Tarxan görünür. Onlar qol-qola gəzişərək nə barədəsə danışırlar. Az sonra onlar gedir, Qız və İbil görünür. Onlar əl-ələ tutublar. Yenə musiqi. Adsız onları nəzərləri ilə müşaiyət edir).
    IV ŞƏKİL.
    I MƏCLİS.
    BAĞ.
    (Qız, İbil, Adsız).
    İBİL: - Bu gədə yenə ağac kimi bitib başımızın üstündə... (Pauza). Hə, onu deyirdim, bu gün bağın pulunu verib bir-iki günə köçürəm... Qonşu olacağıq... E’tirazın yoxdur ki?..
    QIZ: - Mən başqalarının işinə qarışmağı xoşlamıram...
    İBİL: - Mən başqası deyiləm ki... (Şüşədən stəkana su süzərək). İç, sərin sudur...
    QIZ: - İçmirəm. Sağ olun. (Adsıza). Su içmək istəyirsən? (İbilə). Ona da su təklif edin də...
    İBİL (Adsıza): - Bura bax, su içəcəksən?..
    Firuz Mustafa Əsərləri 3
    186
    (Adsız başını yelləyir: yəni - yox).
    QIZ: - Siz onunla elə danışırsınız ki...
    İBİL: - Onunçün nə fərqi?.. Onsuz da heç nə eşitmir, heç nə qanmır...
    QIZ: - Sizə elə gəlir. O, hər şeyi başa düşür...
    İBİL: - Bunu hardan bilirsən?..
    QIZ: - Elə onun üz-gözünün ifadəsindən...
    İBİL: - Nə ifadə?.. Onun üz-gözündən ifadəsizlik yağır.
    QIZ: - Siz zəif adamlarla həmişə bu cür rəftar edirsiniz?..
    İBİL: - Nə cür?..
    QIZ: - Kobud... Qaba...
    İBİL: - Bəyəm o zəifdir?.. Bir Peysərinə, əzələlərinə bax...
    QIZ: - Hər halda təbiət ondan müəyyən şeyləri əsirgəyib...
    İBİL: - Təbiət özü kiminlə nə cür rəftar etməyi bizdən yaxşı bilir...
    QIZ: - Heç olmasa biz öz rəftarımızla təbiətin səhvini düzəltməliyik...
    İBİL: - Biz elə öz səhvlərimizi düzəltməklə məşğul olsaq, bu kifayətdir...
    QIZ: - Elə mən də onu deyirəm...
    Firuz Mustafa Əsərləri 3
    187
    İBİL (əlində maşın açarını oynadaraq Adsıza): - Maşının qapısını bağladın?..
    (Adsız başını tərpədir, yə’ni - bəli).
    QIZ: - Maşın həyətdə deyil bəyəm?
    İBİL: - Nə olsun ki?.. Pul maşındadır, bağın pulu... (Qonşu həyətə işarə ilə). Bu narkobaron niyə gəlib çıxmadı görən?..
    QIZ: - Yaxından tanımadığınız adam haqqında belə şeylər söyləməyin...
    İBİL: - Bütün ölkə danışır ki, o, narkobizneslə məşğuldur...
    QIZ: - Bu, onu sevməyənlərin iftirasıdır...
    İBİL: - Yaxşı, elə isə mən pəs... (Dinşəyir). Deyəsən, qonşu darvaza açıldı. Yəqin gələn var. Olsun ki, narkobarondur... Gedim söhbətləşim, bir azdan gələcəyəm...
    (İbil gedir. Adsızla Qız üz-üzə dayanırlar. Qız nəyəsə qəh-qəhə çəkib gülür. Adsız təəccüblə Qıza baxır. İbil hövlnak qayıdır, qışqıra-qışqıra Adsıza sarı yeriyir).
    QIZ (ciddiləşib İbilə baxır): - Nə olub? Niyə qışqırırsınız?..
    Firuz Mustafa Əsərləri 3
    188
    İBİL (Adsızın yaxasından yapışır): - Pul hanı, əclaf?..
    QIZ: - Nə pul?.. Hansı pul?..
    İBİL: - Bu özü yaxşı bilir hansı pulu deyirəm...
    QIZ: - Mən heç nə anlamıram...
    İBİL: - Bu da anlamır?!. (Adsıza). Gözünü niyə bərəldirsən?.. Hanı pul?.. Bağın pulu! Pullar bağlamada idi. Yoxdur! Bu götürüb pulu!.. Bu əclafın işidir! Öldürərəm səni! Bura ver pulları!..
    QIZ: - Axı, bu necə götürə bilər pulu?..
    İBİL: - Çox asanca... Arxa oturacaqda idi pul bağlaması. İndi yoxdur. Mən açarı buna verib dedim ki, yük yerindən mineral su gətir. Bu isə pulları götürüb. Elə buna oxşayan o kişi də bayaq maşının həndəvərində fırlanırdı...
    QIZ: - Kim?..
    İBİL: - Tarxandı - nədi... Elə o da düz-əməlli adama oxşamır. Hanı pul?..
    (İbil Adsızın yaxasından tutub silkələyir, cibindən pul çıxarıb onun sifətinə çırpır)...
    QIZ: - Dayanın! Siz nə edirsiniz?!.
    Firuz Mustafa Əsərləri 3
    189
    İBİL (Adsıza): - Mən bunun nəfəsini kəsəcəyəm!..
    QIZ: - Bəlkə heç o götürməyib... Bəlkə onun xəbəri yoxdur. Buraxın onun yaxasını!..
    İBİL: - Mən uşaq deyiləm ki... Mən bu alçağın üzünü görən kimi bildim ki, düz əməlin yiyəsi deyil... (Adsıza). Tez ol, pulu qaytar bura! Yoxsa sənin başını maşının təkərinin altına qoyacağam! Eşitmirsən, hə?.. Lal-karsan?.. İndi açaram sənin dilini!.. Özünü axmaqlığa qoyub aradan çıxmaq istəyirsən?!. Xeyr! Sənin nömrələrin keçməz. Sən axtaran adam mən deyiləm! Nəfəsini kəsəcəyəm sənin!.. Tez ol, pulu qaytar bura!.. Qanırsan, yoxsa yox?!.
    (İbil Adsızın boğazından yapışıb boğur. Adsız onun əlindən qopub dəli kimi var-gəl edir, xilas yolu, kömək axtarırmış kimi vurnuxur. Onun gözləri hədəqədən çıxıb. Sonra o diz çökür, dizin-dizin sürünə-sürünə yaxınlıqdakı ağaca yaxınlaşır, ağacı qucaqlayır, nəsə pıçıldayır, sanki ağaca nəsə deyir, ağacdan kömək umur... Göyə əl açır, sanki göydən imdad diləyir).
    Firuz Mustafa Əsərləri 3
    190
    QIZ: - Yox! Mən inanmıram! O, elə adama oxşamır!
    İBİL: - Oğrunun, fırıldaqçının buynuzu olur bəyəm?!. Mənim pullarımı bu əkib, bu! (Adsıza). Sən nə hoqqa çıxarırsan?.. Nə oyunbazlıq edirsən?!. Qaytar mənim pulumu!.. Alçaq!..
    (İbil yenə Adsızın üstünə hücum çəkir, onu yumruqlayır, şillələyir, təpikləyir. Adsızın üst-başı cırılır. Adsız səndələyir, ağaca söykənir; onun gözləri pələng bəbəkləri kimi vurnuxur. Nəhayət, Adsızla İbil üz-üzə, döş-döşə dayanırlar. Onların hər ikisi tövşüyür).
    QIZ: - Yox! Ola bilməz!.. Mən inanmıram!.. Dayanın! Əl saxlayın! (İbilə). Maşına yaxşı-yaxşı baxın... Bəlkə heç götürməmisiniz pulu! Bəlkə evdə qalıb, unutmusunuz?..Hər şey ola bilər!.. Bəlkə başqası edib bu işi... Bir az səbrli olun!..
    (İbil yenə Adsızın üstünə yeriyir. Musiqi. Adsız sür’ətli addımlarla ondan aralanıb bağın dərinliyinə gedir, az sonra qayıdır; onun əlində oraq parıldayır. Qızla İbil heyrət
    Firuz Mustafa Əsərləri 3
    191
    və qorxu ilə onu süzür. İbil geriyə doğru addımlayır. Qız onların arasında dayanır. Adsızın ilk dəfə səsi eşidilir. O, dəlicəsinə qəhqəhə çəkir, gülür, qəşş edir: sanki göy guruldayır. Adsız sanki dağların-dərələrin qoynunda haray qoparır, onun səsi dalğalanır, əks-səda verir. Bu əks-səda bütün zalı başına götürür. Sanki yer-göy lərzəyə gəlir. Elə bil təbiət də onun harayını eşidir: uzaqdan göylərin qəhqəhəsi eşidilir, şimşək çaxır, göy guruldayır. Qız və İbil yerlərində donub qalıblar. Adsız əlindəki orağı bir neçə dəfə qılınc kimi oynadıb öz sinəsinə sancır. Musiqinin sədası artır. Adsız səntirləyir, büdrəyir, müvazinətini itirib yerə sərilir. Səs-küy... Haray-həşir. Qız orağı dartıb Adsızın sinəsindən çıxarır).
    II MƏCLİS
    (Qadın iti addımlarla gəlir. Qız, İbil və Qadın).
    QADIN: - Bu nədir?!. Nə baş verib burada?.. Bu tifili kim yıxıb?.. Ona nə olub?.. Ay aman!..
    Firuz Mustafa Əsərləri 3
    192
    İBİL: - (kəkələyir): - Mənim pulumu... Bağın pulunu... Bu, oğrudur... Maşından pulu götürüb...
    QADIN: - Nə pul?.. Maşında nə işi vardı bunun?..
    İBİL: - Mən onu bir-iki şüşə su gətirmək üçün maşına göndərmişdim. Açarı da vermişdim... Gedib gördüm pul yoxdur... Axı, pul bağlaması maşında idi...
    QADIN: - Ay aman!.. Həkim çağırmaq lazımdır... Tez olun!.. O, qan qusur!.. O, can verir...
    QIZ: - Mən inanmıram... İnanmıram...
    QADIN (Qıza): - Qızım, tez ol, zəng vur, qoy həkim gəlsin... Bu nə müsibətdir başımıza gəldi?! Əgər Tarxan bilsə... Bu işdən qan qoxusu gəlir... Onu kim vurdu?...Özü?... Hə?...
    İBİL: - Hə, özü vurdu özünü... Orağı sinəsinə sancdı...
    QADIN: - Tez ol, qızım... Zəng vur...
    III MƏCLİS
    (Qız gedir. Tarxan gəlir. Qadın, İbil, Tarxan).
    Firuz Mustafa Əsərləri 3
    193
    TARXAN: - Bu uşağa nə olub?..
    İBİL: - Hirslənib özü-özünü vurdu... Oraqla...
    TARXAN: - Kim hirsləndirib onu?.. (Adsızın önündə diz çökür). Onunla kimin ədavəti ola bilər axı?.. Kim?.. Mənim balama kim əl qaldırıb?..
    QADIN: - Nəsə hirslənib...
    İBİL: - Mənim pulum yoxa çıxıb... Bundan soruşdum...
    TARXAN: - Nəyi?.. (Ayağa durur). Nəyi soruşdun?..
    İBİL: - Pulu... Pulun yerini.... Dedim, bəlkə...
    TARXAN: - Nə “bəlkə”?.. Bəlkə o, oğrudur?.. Bəlkə o götürüb, hə?..
    İBİL: - Dedim bəlkə...
    QADIN: - Deyib bəlkə...
    TARXAN: - Bəlkə?.. Bəlkə elə siz vurmusunuz onu?..
    QADIN: - Yox, Tarxan... O, özü-özünü vurub... Budur, bu oraqla ... oraq qanlıdır...
    TARXAN (orağı alır): - Oraq qana bulaşıb... Oraq qanlıdır... (Adsıza sarı əyilir). Səni kim vurdu, mənim balam, Mənim dilsiz-ağısız balam !.. Oğlum mənim... O, gözlərini
    Firuz Mustafa Əsərləri 3
    194
    yumub
    !.. O, huşunu itirib!.. (Orağı atır). O, can verir!..
    IV MƏCLİS
    (Qız qaça-qaça gəlir - onun əlində çanta var. Tarxan, İbil, Qadın, Qız).
    QIZ (İbilə): - Çantanı evdə qoymusuz... Deyəsən pul buradadır... Sizin pulunuz... (Çantanı açıb baxır). Hə, puldur... Çanta evdə idi-pəncərənin önündə... (Çantanı İbilə verir).
    QADIN: - Həkim çağırdın, qızım?..
    QIZ: - Zəng vurdum...
    TARXAN: - Mənim oğlum can verir! Mən bu qanı yerdə qoya bilmərəm! Mən sizin hamınızı qıracağam! Mən bu canavar yuvasını dağıdacağam. Siz hamınız cavab verməlisiniz... Hamınızın kökünü kəsmək lazımdır! Ax, ilanlar!.. Canavarlar!.. Bir dayanın... Mən indi sizə göstərərəm... Mən bu tifilin qanını sizdən alacağam...
    (Tarxan qışqıra-qışqıra dəlicəsinə gedir).
    Firuz Mustafa Əsərləri 3
    195
    V MƏCLİS
    (Adsız yerə uzanıb. Qız, Qadın və İbil).
    QADIN (İbilə): - İbil, sən tez ol get...
    İBİL: - Hara?.. Hara gedim?..
    QADIN: - Aradan çıx... Get!.. Sən Tarxanı tanımırsan... O, çox tərs adamdır...
    QIZ: - Deyəsən o canını tapşırdı. (Adsıza doğru əyilib onun nəbzini tutur). Nəbzi vurmur...
    QADIN: - İbil, tez ol... Pulu götürdün? Hə?.. Di tez ol... Ləngimə... Maşına əyləş... Get, get!..
    (İbil iti addımlarla gedir. Atəş səsi eşidilir. İbil əli ilə sinəsini tutub geri qayıdır, Adsızın yanında diz çöküb yerə sərilir)...
    QIZ: - Ay aman!..
    QADIN: - Tarxan vurdu onu... Axı, mən deyirdim...
    QIZ: - Günah bizdədir, ana...
    QADIN: - Bizim nə günahımız var, İlahi?!.
    Firuz Mustafa Əsərləri 3
    196
    EPİLOQ
    (Qadın və Qız bağçada gəzişirlər. Musiqi sədası eşidilir. Sonra bu sədanı göy gurultusu əvəz edir. Üç qaraltı görünür: bunlar uzun əba geymiş kişilərdir. Yerişlərindən Adsıza, Tarxana və İbilə bənzəyirlər. Kişilər əl-ələ verib qadınlara sarı yeriyirlər; qadınlar onların əhatəsində qalır. Pərdə enir).
    Pərdənin önündə xor: Kişilər qara, qadınlar bəyaz paltarda. XOR: Nə çən-duman, nə qar-yağış, Nə sis qovur adamları. Elə bil ki, haqdan gələn Bir hiss qovur adamları. Gah ağıllı, gah da nadan, Xəbis qovur adamları. Mələklər baxır göylərdən - İblis qovur adamları.
    Pərdə
    SON
    Firuz Mustafa Əsərləri 3
    197
    TIXAC
    (İki hissəli dram)
    İŞTIRAKÇILAR :
    BƏYİN ATASI
    GƏLİNİN ATASI
    KIŞI
    QADIN
    TAMADA
    I hissə
    (Salon. Şadlıq evinin zalı. Tamaşaçıların əyləşdiyi zal bir növ səhnənin davamıdır: tamaşaçılar sanki toyun iştirakçılarıdır.
    Firuz Mustafa Əsərləri 3
    198
    Əsərin əsas iştirakçıları zaldan-tamaşaçılar arasından keçib səhnəyə çıxırlar. Səhnədə toy şənliyini əks etdirən mizan: cərgə ilə düzülmüş stol və stullar. Yuxarı başda-bəylə gəlinin əyləşəcəyi stullar hələlik boşdur. Tamaşanın (toyun) əsas iştirakçıları səhnədədir: Gəlinin Atası, Bəyin Atası, Kişi, Qadın, bir qədər sonar isə Tamada və toy iştirakçıları. İştirakçıların-toya gələnlərin narahatlığı hiss olunur. Əsas iştirakçılar ayaq üstədir, vurnuxurlar).
    TAMADA (əlində mikrafon zaldan səhnəyə doğru gedərək): -Toyumuz mübarək! Subaylarımızdan görək! Gözünüz aydın olsun! Həmişə toylarda!
    SƏSLƏR: -Mübarək! Mübarək! Təbrik edirik!..
    (Alqış səsləri. Kiçik musiqi parçası).
    TAMADA: -Alqışlar! Yenə alqışlar!
    (Fonoqrama yazılmış gurultulu alqış səsləri eşidilir).
    Firuz Mustafa Əsərləri 3
    199
    BƏYİN ATASI (Tamadaya): -Hələ bir az gözləyək… Gecikirlər… Sən tələsmə.
    TAMADA:- Görəsən, nə olub? … Allah eləməmiş, bir hadisə-zad baş verməyib ki?..
    BƏYİN ATASI: -Yox … Deyəsən, hələlik yol bağlıdır… İndi gəlib çıxarlar…
    TAMADA (toy iştirakçılarına mikrafonla): -Bəyimizin atası bir qədər narahatdı, nigarandır. Çünki bəylə gəlin toya gecikir. Biz bunu təbii hal kimi qəbul edirik. Bəs necə?.. Ata öz övladı üçün həmişə narahat olmalıdır. Elə onun əziz qardaşı-gəlinimizin atası da narahatdır…
    GƏLİNIN ATASI:-Mən qətiyyən narahat deyiləm, cənab tamada! Narahatçılıq üçün heç bir əsas yoxdur.
    TAMADA: -Təki elə olsun!.. (Bəyin Atasına -mikrafonsuz). Bəlkə bəylə gəlin
    gələnəcən siz bir-iki kəlmə söz deyəsiniz? Axı, musiqiçilər gəlinin arxasınca gedib.
    BƏYİN ATASI:-Yox, hələ gözləyək…
    GƏLİNİN ATASI: -Niyə gözləməliyik ki? Qoy çalıb-oxusunlar.
    TAMADA (çaşqın halda):- Mən bilmirəm kimə qulaq asım? Bizim öz proqramımız,
    Firuz Mustafa Əsərləri 3
    200
    ssenarimiz var… Farsların bir sözü var, deyir…
    BƏYİN ATASI: -Qaça-qaç deyil ki?.. Bir az səbr edək…
    GƏLİNİN ATASI (incik halda): -Özünüz bilən məsləhətdi…
    TAMADA (qudalara):- Onda bəlkə belə edək: özüm sintizatorda bir tuş çalım… Olarmı?..
    BƏYİN ATASI: -Olsun də…
    GƏLİNİN ATASI:-Qoy çalsın…
    TAMADA (mikrafonla): -İndi sizinçün bir tuş…
    (Kiçik musiqi parçası səslənir).
    QADIN (əlini qulağına tutub qarşısında əyləşmiş Kişiyə sarı əyilir): -Nə olub?...Niyə gecikirlər?.. Bəylə gəlini deyirəm…
    GƏLİN:-Nə bilim?.. Deyəsən, yolda nəsə olub…
    QADIN: -Bir az ucadan danışın… Səs-küydən eşitmək olmur…
    KİŞİ (ucadan):-Deyirəm ki, indi gəlib çıxarlar…
    QADIN:-Kim?..
    Firuz Mustafa Əsərləri 3
    201
    KİŞİ:-Kim? Bəylə gəlin. Onların toy maşını…
    QADIN: -Görən qəza-zad olmayıb ki? İndiki cavanlar maşını elə qovurlar ki, elə bil təyyarə sürürlər…
    KİŞİ:-Yox , heç nə olmayıb… Yoldu də…
    QADIN:-Təki elə olsun…
    KİŞİ:-Nə olsun?
    QADIN: -Heç… Deyirəm, təki salamatçılıq olsun, qalan hər şey düzələr…
    KİŞİ:-Dünyada düzəlməyən iş yoxdur, xanım…
    TAMADA (Gəlinin Atasına ): -Bəlkə başlayaq?..
    GƏLİNİN ATASI:-Əşi, nəyə başlayaq? Qoy gəlib çıxsınlar də!
    BƏYİN ATASI:- İndi gələrlər… Bir az səbrli olaq… Belə şeylərə fikir verməyin…
    TAMADA: -Axı, camaat bizi gözləyir.
    GƏLİNİN ATASI:- Sənə nə var ey?.. İstəyirsən beş-üç kəlmə deyib məclisi qızışdırasan, sonrası da nə olar-olar…
    TAMADA: -Söhbət beş-üç kəlmədə deyil…
    GƏLİNİN ATASI:- Bəs söhbət nədədir?.. Beş-on manatda? Qorxma, çənə vurmağının
    Firuz Mustafa Əsərləri 3
    202
    pulunu ödəyərlər. Guya tamada qəhətliyidir?..
    TAMADA:-Söhbət pulda da deyil!..
    GƏLİNİN ATASI:-Bəs nədədir?.. Sən niyə narahat olursan?.. Qoy uşaqlar gəlsinlər, sonra sənə söz verilər…
    TAMADA:-Mənə söz vermək lazım deyil. Mən özüm başqalarına söz verirəm… Xahiş edirəm, məni təhqir etməyin…
    BƏYİN ATASI: -Əşi, burada nə var ki?.. Biz nə üçün mübahisə edirik?.. Məncə, tamada öz işinə başlaya bilər…
    TAMADA: -Möhtərəm qudalar! Siz məni bağışlayın… Doğrusu, mən çox çətin vəziyyətə düşmüşəm; bilmirəm iclasımızı, e-e-e, bağışlayın… toyumuzu açıq e’lan edim, yoxsa…
    GƏLİNİN ATASI:-Ta mənim deməyə sözüm yoxdur…
    TAMADA:- Bəlkə sözü bəyin atasına verək?.. Qoy o öz xeyir-duasını versin… Qayda belədir…
    GƏLİNİN ATASI:-Axı, bəy hələ gəlib çıxmayıb…
    BƏYİN ATASI:-Elə gəlin də…
    Firuz Mustafa Əsərləri 3
    203
    TAMADA:-İndi gəlib çıxarlar… Darıxmayın…
    GƏLİNİN ATASI:-Onlar evdən çoxdan çıxıblar… Mən evə zəng vurmuşdum…
    BƏYİN ATASI:-Mən də zəng vurmuşdum… Uşaqlarla danışdım. Deyirlər ki, yoldayıq, yubanırıq…
    TAMADA:-Niyə yubanırlar, axı?..
    BƏYİN ATASI:-Nə bilim ey?! Nəsə tixac yaranıb yolda…
    TAMADA:-Nə tıxac?..
    BƏYİN ATASI:-Tıxac də… Probka… Yollar bağlıdır… Qoy bir də zəng vurum… (Tamadaya). Sizdə telefon var?..
    TAMADA:-Var. (Mobil telefonu ona verir). Buyurun… Nömrəni bilirsiniz?.. Kiminlə danışacaqsınız?..
    BƏYİN ATASI:- Oğlumun telefonu yoxdur… Qoy kürəkənimə zəng vurum. (Telefonda nömrəni yığıb danışır). Salam. Hə, mənəm.. Nə olub, niyə gecikirsiniz?.. (Pauza). Düzünü deyin, bir hadisə-zad baş verməyib ki?.. Bəlkə kiməsə ilişmisiniz? (Pauza). Yol nə vaxt açıla bilər? Bilmirsiniz?.. Bəs biz nə edək?.. Sizi gözləyək?.. (Pauza). Yaxşı, yaxşı, oldu…
    Firuz Mustafa Əsərləri 3
    204
    GƏLİNİN ATASI:-Nə deyir? … Bəlkə nəyisə gizlədirlər?..
    BƏYİN ATASI:- Yox, heç nə olmayıb. Hər şey qaydasındadır… Məsələ dediyim kimidir: yolda tıxac yaranıb…
    TAMADA:- Canım, tıxac olar beş dəqiqə, on dəqiqə… Hər nə isə… İndi nə edək?..
    GƏLİNİN ATASI:-Nə etməliyik?... Gözləyək…
    BƏYİN ATASI:- Uşaqlar deyir ki, siz işə başlayın… Qoy camaat yeyib-içsin… Yəqin ki, tezliklə yol da açılar…
    TAMADA:-Bu nə tıxacdır ey?... Yolu niyə bağlayırlar?.. Niyə qoymurlar ki, camaat öz iş-gücüynən məşğul olsun?..
    BƏYİN ATASI:-Nə bilim, vallah?... Deyirlər, şəhərə haradansa böyük bir nümayəndə heyəti gəlir, başçısı da hansı təşkilatınsa, ya hansı ölkəninsə rəhbəridir…
    TAMADA:-Xoş gəlib, səfa gətirirlər. Nə olsun ki? Bəyəm şəhərə qonaq gələndə camaat öz toyunu etməməlidir? Almanların məsəli var, deyir…
    GƏLİNİN ATASI:-Əşi, sən öz işinlə məşğul ol… Bu cür şeylərə niyə müdaxilə edirsən?
    Firuz Mustafa Əsərləri 3
    205
    TAMADA:-Nə müdaxilə, canım?... Bəyəm şəhərə gələn hər qonağa görə yol-izi bağlamaq lazımdır?.. Bu gülünc işdir…
    GƏLİNİN ATASI:-Sənə dedim, öz işinlə məşğul ol… Sənə nə dəxli var ki, kim gəlir, kim gedir?... Sən tamadasan, yoxsa siyasi xadim?..
    TAMADA:-Mən tamadayam…
    GƏLİNİN ATASI:-Tamadasan lap yaxşı. Elə isə öz vəzifəni icra et!..
    TAMADA:-Onda siz mənə imkan yaradın, qoyun öz sözümü deyim. (Saata baxır). Görün bir nə qədər vaxt keçib?.. Axı, yaxşı deyil. Hamı narahatdır…
    GƏLİNİN ATASI:-Səni kim tapıb gətirib bura?.. Sən niyə çalası kimi çalxalayırsan bu məclisi?.. Sənə kim hansı səlahiyyəti verib?
    BƏYİN ATASI:-Gəlin, boş yerə mübahisə etməyək. Məncə, qonaqlara bir neçə kəlmə demək olar…
    TAMADA (mikrafonla):-Əziz dostlar, əziz qonaqlar!.. Obyektiv səbəblərə görə bəylə gəlin toya gecikir… Əlbəttə, biz onları bura gələndən sonra cəzalandıracağıq… Amma nəzərə alın ki, bu, bir zarafatdır…
    GƏLİNİN ATASI:-Zarafat olan nədir?..
    Firuz Mustafa Əsərləri 3
    206
    TAMADA:-Bizim cəza tədbiri görməyimiz… Bu cəza təriqi ilə biz onları-yəni bəylə gəlini şıdırğı bir rəqsə dəvət edəcəyik. Nə isə… Bu gün bu məclisdə ən çox sevinən, ürəkləri həyacan və qürur hissi ilə döyünən bəylə gəlinin atasıdır-yəni qudalardır… İcazə verin, ilk badələri onların sağlığına qaldıraq… Sözü qudalardan birinə…
    GƏLİNİN ATASI:-Mənim sözüm yoxdur…
    BƏYİN ATASI (Tamadaya):-Mənim əvəzimə siz özünüz danışın…
    TAMADA:-Qudaların əvəzindən hamınızı təbrik edirəm… Eləcə də hamınızın adından qudaları təbrik edirəm… İndi isə icazə verin sözü musiqiyə verim. Sizi rəqsə dəvət edirəm…
    (Tamada və toy iştirakçıları rəqs edir).
    TAMADA:-Sağ olun, əziz qudalar! Sizi bir daha təbrik edirəm, əziz məclis iştirakçıları!..
    QADIN (Kişiyə):-Bəylə gəlin hələ gəlib çıxmayıb?..
    KİŞİ:-Yox… Hələ bir soraq yoxdur. Deyirlər, yolda tıxac yaranıb…
    Firuz Mustafa Əsərləri 3
    207
    QADIN:-Tıxac?.. Yolu bağlayıblar? Bəlkə bəydən nəmər-zad istəyən var?..
    KİŞİ (gülür):-Yox, yox… Şəhərə qonaq gəlir… Ona görə yollar bağlıdır…
    QADIN:-Paho! Bu da təzə çıxdı… Heç olmasa bəylə gəlinə yol versinlər…
    KİŞİ:- Axı, bu mümkün deyil…
    QADIN:-Niyə mümkün deyil?..
    KİŞİ:- Bəyi gətirən maşın ortada qalıb yəqin… Hərəkət edə bilmir…
    Qadın:-Düşüb piyada gəlsinlər…
    KİŞİ:- Piyada?.. Axı, onlar uzaqdadırlar… Oradan maşınla bəlkə də bir saatlıq yol var… Necə gələ bilərlər?..
    QADIN:-Qol-qola tutub yola çıxsınlar. Ya da bir at tapıb tərkləşsinlər…
    KİŞİ (gülür):-Yaxşı fikirdir… Köhnə toylara gəlini faytonla, ya da at belində gətirərdilər… İndi dünya dəyişib…
    QADIN:-Siz hansı tərəfdən gəlmisiz…
    KİŞİ:- Necə yəni, hansı tərəfdən?..
    QADIN:-Deyirəm, bəy tərəfin adamısız, yoxsa gəlin tərəfin?..
    KİŞİ:-Bəylə eyni yerdə işləyirəm…
    QADIN:-Doğrudan?.. Mənsə hər iki tərəfi təmsil edirəm. Gəlinin şöbə müdiriyəm…
    Firuz Mustafa Əsərləri 3
    208
    KİŞİ:- Bəs bəyi haradan tanıyırsınız?..
    QADIN:-Onun günü bizim poliklinikada keçir…
    KİŞİ (gülür):-Yəni o, belə tez-tez xəstələnir?
    QADIN:-Yox, tez-tez öz nişanlısının yanına gəlir… Hə, əvvəllər o, bir-iki dəfə zökəm olub gəlmişdi. İynə-dərman yazdıq. Sonra eşq-məhəbbət məsələsi ortaya çıxdı… Hər gün nişanlısına baş çəkir. Üz-gözümüz öyrənib ona. Çox yaxşı oğlandır. Sizin kollektivə xüsusi təşəkkür düşür.
    KİŞİ:- Nə üçün?..
    QADIN:-Belə ağıllı, tərbiyəli gənc yetişdirdiyinizə görə…
    KİŞİ:-Bizə təşəkkür yox, töhmət düşür…
    QADIN:-Töhmət?..
    KİŞİ:-Bəli, töhmət! (Pauza). İndi cəmiyyət bu cür sakit, mərifətli adamları həzm edə bilmir…
    QADIN:-Sizin sözünüzdən belə çıxır ki, biz canavar yetişdirməliyik, hə?..
    KİŞİ:-Cavab verməyə çətinlik çəkirəm. İndi belə adamları çox ağır sınaqlar gözləyir…
    QADIN:-Cavandırlar, çətinliyə dözərlər…
    KİŞİ:-Atası da özü kimi sakit, fağır adamdır… Halal əməklə böyüyən ailədir.
    Firuz Mustafa Əsərləri 3
    209
    Amma, deyirlər, qayınatası imkanlı kişidir, hər halda qudasına, kürəkəninə əl tutar, kömək edər…
    QADIN:-Gəlinin atasını deyirsən? (Pauza). Hə, elədir, varlı-hallı adamdır. Mən bu ailəyə yaxşı bələdəm… Elə bəyin də ailəsini az-çox tanıyıram. Məncə dil taparlar. Allah xeyir versin…
    KİŞİ:-Əlbəttə, biz hamımız onlara xeyir-dua verməyə toplaşmışıq… Təki xoşbəxt olsunlar…
    QADIN:-Bir az ucadan danışın, yaxşı eşitmirəm… Yaman səs-küy var…
    KİŞİ (ucadan):-Deyirəm, mübarək olsun!..
    QADIN:-Nəsə səsiniz, ləhcəniz yaman tanış gəlir… Elə bil nə vaxtsa görüşmüşük…
    KİŞİ (diqqətlə onu süzür):-Mənə də elə gəlir… Deyəsən, tanışıq… (Pauza). Aha, deyəsən yadıma düşür…
    QADIN:-Xatırlaya bildiniz?..
    KİŞİ:-Qatarda…
    QADIN:-Harada?..
    KİŞİ:- İki sutka bir kupedə yol getmişik… Mən əsgəri məzuniyyətdən geri qayıdırdım… Hərbi hissəyə… Sizsə, deyəsən ananızın yanına gedirdiniz… Səhv
    Firuz Mustafa Əsərləri 3
    210
    etmirəmsə-o Şimal şəhərlərinin hansındasa xəstələnmişdi… Xəstəxanada idi…
    QADIN:-Gör bir neçə il ötüb keçib?..
    TAMADA (mikrafonla):-Artıq bir saat keçib!..
    QADIN:-Nə… bir saat?.. (Pauza). Hə, tamadadır danışan?.. İlahi, vaxt nə tez keçir?..
    KİŞİ:-Elədir… Mən artıq qızımı köçürmüşəm… Amma sizinlə tanış olanda sütül bir oğlandım…
    QADIN:-Xatırlayıram… Sən ünvanını vermişdin… Hətta, orada bir müddət məktublaşdıq da…
    KİŞİ:-O məktublar indi də mənim arxivimdə qalmaqdadır…
    QADIN:-Qorxmursunuz ki, arvadınızın əlinə düşər…
    KİŞİ:-O, çoxdan rəhmətə gedib... Qızımın üç yaşı olanda...
    QADIN:-Allah rəhmət eləsin... Bu yaxınlarda köhnə albomda bir əsgər şəkli dəydi gözümə... Zorla xatırlaya bildim-sizin şəkliniz idi... Eh, huş qalıb ki?..
    KİŞİ:-Yaxşı ki, xatırlaya bilmisiniz... Gör üstündən neçə il keçib...
    Firuz Mustafa Əsərləri 3
    211
    QADIN:-Səsinizdən tanıya bildim sizi... Təsadüfə bir bax...
    KİŞİ:-Sifətinizin cizgiləri elə o vaxtkı kimidir...
    QADIN:-Yox bir!... İndi mən özüm-özümü tanımıram... Nə sifət, nə cizgi?..
    (Tamada Bəyin Atasına və Gəlinin Atasına yaxınlaşır. Kişi ilə Qadın əl-qollarını ölçə-ölçə nə barədəsə söhbət edirlər).
    TAMADA: -Mən özüm danışım, yoxsa siz...
    GƏLİNİN ATASI:- Mən sizin səsinizi eşitmək istəmirəm...
    TAMADA: -Axı, mənlik bir iş var ki?... Bəyəm yolun bağlanmasında günahkar mənəm?..
    GƏLİNİN ATASI:-Əşi, məsələ təkcə yolda deyil...
    BƏYİN ATASI:- Gəlin, səbrli olaq: Axı, tıxacı biz yaratmamışıq... Bu tıxacı yaradanlar var... Onların özləri də bir tıxac olub keçiblər boğazımıza...
    GƏLİNİN ATASI (Bəyin Atasına):- Bura baxın, xahiş edirəm, toy məclisini siyasi diskussiya klubuna çevirməyin.
    Firuz Mustafa Əsərləri 3
    212
    BƏYİN ATASI:- Axı, ən çox narahat olan siz özünüzsünüz...
    GƏLİNİN ATASI:-Mən... Bəli narahatam... Mən öz övladım üçün narahatlıq keçirirəm... Düşünürəm ki, qızım kimə qismət olub; onun sabahı necə olacaq?.. Mən atayam... Sizsə başlamısınız tıxac belə gəldi, boğaz elə getdi...
    BƏYİN ATASI:-Bəlkə yalan deyirəm? Bu cür qarşılaşma, yolasalma mərasimi, bu vur-çatlasın kimə gərəkdir?..
    GƏLİNİN ATASI:-Mən sizə dedim ki, özünüzə aid olmayan işlərə baş qoşmayın. Axı, siz mühəndissiniz... Nə bilirsiniz politika nədir, diplomatiya nədir?..
    BƏYİN ATASI:- Mən nə siyasətçiyəm, nə də diplomat. Amma mən həyatın nə olduğunu yaxşı dərk edirəm... Məncə...
    GƏLİNİN ATASI:-Öz işinizlə məşğul olun... Dünyanın böyük oyunları, nəhəng siyasəti, xırda qeybətləri var... Gəlin, qeybətlə məşğul olmayaq... Böyük okeanlarda böyük balinalar üzür...
    TAMADA:-Xırda kilkələri xırda akulalar yeyir...
    Firuz Mustafa Əsərləri 3
    213
    GƏLİNİN ATASI:-Okeanların aysberqləri var... Suyun altında görünməyən buz dağları olur...
    BƏYİN ATASI:-Deyəsən, siz böyük siyasətlə ciddi məşğul olursunuz?..
    GƏLİNİN ATASI:-Mən siyasətlə məşğul olmuram. Mən siyasəti öz mətbəximdə bişirib boşqaba çəkirəm... Onunsa öz müştəriləri var...
    TAMADA:-Nəyin müştərisi var?
    GƏLİNİN ATASI:- Nəyin?.. Toyuğun müştərisi tülkü, qoyunun müştərisi qurd olan kimi, böyük və kiçik siyasətin də öz müştəriləri olur. (Tamadaya). Bir də ki, sən get öz işinlə məşğul ol...
    TAMADA:-Doğru buyurursunuz... Amma heç özüm də bilmirəm ki, neyləyim? Burada mənə bir səlahiyyət verən var ki?..
    GƏLİNİN ATASI:- Pahoo! İşimizə bir bax! Allahın tamadası da səlahiyyət istəyir...
    TAMADA:- Bəlkə sözü çəngəl-bıçağa, e-e-e, bağışlayın mikrafona, e-e-e, mikrafonu çıxışçılardan birinə verək...
    GƏLİNİN ATASI:-Kim tapıb gətirib bu tamadanı?.. Ağzı qatıq kəsmir bunun!..
    Firuz Mustafa Əsərləri 3
    214
    TAMADA:-Xahiş edirəm, təhqirə keçməyin... Hərənin özünə görə ləyaqəti var... İstəmirsinizsə, çıxıb gedim...
    BƏYİN ATASI:- Axı, söz güləşdirməyin nə mənası var?.. Bir də ki, ortada mübahisəli bir məsələ yoxdur... Toy karvanı bizim istəyimizdən asılı olmayaraq gecikir... Faciə-zad baş verməyib ki?! Qoy camaat yeyib-içsin, deyib-gülsün, söz desin, oynasın...
    GƏLİNİN ATASI:- Yaxşı, mənzil məsələsi nə yerdədir?..
    BƏYİN ATASI:- Nə mənzil?.. Hə, uşaqların mənzil məsələsini deyirsiniz?.. Hələlik, kirayədə yaşayarlar... Sonra yavaş-yavaş pul toplayıb özlərinə yuva qurarlar!..Tələsmək lazım deyil... Allaha şükür, hər ikisi təhsilli, ağıllı uşaqlardır...
    GƏLİNİN ATASI:-Bütün günahlar məndədir...
    BƏYİN ATASI:- Niyə bu cür düşünürsünüz?..
    GƏLİNİN ATASI:-Bilmirəm bu uşaq kimə oxşadı? Bəyin evi yox, eşiyi yox, maşını yox... Düz əməlli bir işi yox... Axı, nə var elmi-tədqiqat institutunda?
    Firuz Mustafa Əsərləri 3
    215
    BƏYİN ATASI:- Mən öz övladımdan yerlə göy qədər razıyam. Əziyyət çəkib tərbiyəli uşaq böyütmüşəm. Var-dövlət gəldi-gedərdi... Təki xoşbəxt olsunlar...
    GƏLİNİN ATASI:- Möhtərəm quda, xətrinizə dəyməsin... Elə bil siz yüz il əvvəlin adamısınız... Mühakimələrinizdə arxaiklik var... Mənim qızımın yaşamağa bir koması olmalıdır, ya yox?
    TAMADA:- Bəlkə bir-iki kəlmə söz deyəsiniz?..
    GƏLİNİN ATASI (Tamadaya):- Əşi, əl çək yaxamdan! Mən nə hayda, sən nə hayda! (Bəyin Atasına). Bax, gizlətmirəm... Mənim üç yerdə mənzilim var... Öz qızımada, sizin oğlunuza da dedim ki, gedin o evlərin birində yaşayın... Sizin oğlunuz özünü çəkib qoydu dağın başına: mən qayınata evində yaşaya bilmərəm... İndi siz deyirsiniz ki, kirayədə yaşayacaqlar. Neçə ilin mühəndisisiniz, sex rəisi olmusunuz, direktor müavini işləmisiniz... Özünüzə bir gün ağlamamısınız... Xətrinizə dəyməsin ey... Ta iş-işdən keçib, qohum oluruq. Günah məndə, bir də qızımdadır... İki ayağını bir başmağa dirədi... Guya oğlan qəhətliyi idi... Mənim öz
    Firuz Mustafa Əsərləri 3
    216
    dostumun oğlu vardı: boy-buxunlu, xətir-hörmətli... Özü də milyonçu, kommersant... Bəyənmədi... İndi get, yaşa... Elə maşınların tıxaca düşməyi nədənsə xəbər verir... Bunun özü də nəyəsə bir işarədir...
    BƏYİN ATASI:-Gəlin, səbrli olaq. Axı, biz bura toya yığışmışıq... Eşidib-bilən nə deyər?..
    TAMADA (mikrafonla):-Bu gün bizim hamımızın, ələlxüsus qudaların-bəylə gəlin atasının ən xoşbəxt günüdür. Bu gün gözəl bir ailənin bünövrəsi qoyulur. İki nəsil qohum olur. İki könül birləşir. İki əl uzanır bir-birinə sarı. Bu gündən e’tibarən iki ürək bir canda çırpınacaq. Mən bir daha valideynlərin sevincinə şərik olmaq istəyirəm. Sizə məlum olduğu kimi, musiqiçilər də gəlini gətirən dəstəyə qoşulub gedib. Onlar obyektiv, bəlkə də subyektiv səbəblərə görə gecikirlər. Yolda tıxac yaranıb. Maşınların hərəkəti dayanıb. İnşallah, tezliklə yol açılar, bəyimizlə gəlinimiz gələr, biz onları alqışlarıq... İndilikdə isə, qaldırın badələri! Biz bu səmimiyyətin, bu qohumluğun şərəfinə içək!..
    Firuz Mustafa Əsərləri 3
    217
    QADIN:-Mən ömrümdə bu cür toy görməmişəm: gəlin hanı, bəy hanı?!
    KİŞİ:- Görünür, hələ tıxacdan çıxa bilməyiblər... Bizim əlimizdən nə gəlir?.. Siz niyə yemirsiniz?.. Bəlkə şampan içəsiniz?.. (Qadının qarşısındakı qədəhə şampan, özünə isə şərab süzür). Mən şəraba daha çox üstünlük verirəm...
    QADIN:-Deyirsiniz, içək?..
    KİŞİ:- İçək öz sağlığımıza... Köhnə xatirələrimiz təzələndi. Heç yatsam yuxuma da girməzdi ki, nə vaxtsa görüşək... (İçir). Bizim o vaxtkı məktublaşmağımız davam etsəydi, bəlkə də həyatımız ayrı cür qurulardı.
    QADIN:- Nə bilmək olar? Bəlkə də...
    KİŞİ:-Oğul-uşaqdan nəyiniz var?...
    QADIN (tutulur):- Üç uşaq böyütmüşəm...
    KİŞİ:-Alah saxlasın...
    QADIN:- Qardaşımın uşaqlarıdır... Qardaşım maşın qəzasına düşdü-öz arvadı ilə... Uşaqları götürüb mən saxladım...
    KİŞİ:-Bəs öz ailəniz?..
    QADIN:- Özüm ailə qurmadım. (İçir). Bütün həyatımı o uşaqlara həsr elədim... İndi
    Firuz Mustafa Əsərləri 3
    218
    maşallah, üçü də böyüyüb ailə sahibi olub... Nəvələrim var...
    KİŞİ:- İndi təksiniz?..
    QADIN (gülür):- Tək niyə?.. Dedim ki, nəvələrim var... Nənəyəm...
    KİŞİ:- Bəlkə növbəti badələri nəvələrin, balaların sağlığına içək?.. Axı, mənim də nəvələrim var...
    QADIN: -Yaxşı sağlıqdır... İçək...
    (Kişi və Qadın içir. Qudalar bə barədəsə danışır, mübahisə edirlər. Tamada gah stollara, gah da qudalara yaxınlaşır).
    KİŞİ:- Deyəsən, qudalar mübahisə edirlər...
    QADIN:-Deyəsən...
    KİŞİ:-Yolda tıxac yaranıb... Nə etmək olar?.. Hər halda səbr etmək lazımdır... Elə deyilmi?..
    QADIN:- Yox, məsələ təkcə yolda deyil... Elə onların münasibətlərində də tıxac yaranıb...
    KİŞİ:- Kimin? Bəylə gəlinin?.. Bəy yaxşı oğlandır...
    QADIN:- Elə qız da yaxşı uşaqdır. Amma atası bu xeyir işə razı deyildi...
    Firuz Mustafa Əsərləri 3
    219
    KİŞİ: -Nə üçün?..
    QADIN:- Öz aramızda qalsın: oğlan kasıb ailədəndir... Atası siravi mühəndisdir...
    KİŞİ:- Bilirəm... Bəy dörd ildir ki, bir dəst kostyumdadır... Elə əyin-başından görünür... Amma istedadlı, ağıllı oğlandır...
    QADIN:- Qızın atası varlı-hallıdır. Yuxarılarda da qohum-əqrabası çoxdur. Qızı imkanlı bir ailənin oğlu istəyirdi... Amma qız razı olmadı...
    KİŞİ:- Niyə?.. Ağılsız olub...
    QADIN:- Düz deyirsiniz?..
    KİŞİ:-Doğru sözümdür. Kasıb ailələrdə həmişə söz-söhbət olur...
    QADIN:- Kasıb ailənin söz-söhbətlərini elə söz-söhbətlə də yerinə qoymaq olur... Amma varlıların münaqişəsini top-tüfənglə də səngitmək olmur. Böyük faciələrin hamısı böyük sərvətdən, böyük pullardan törəyir...
    KİŞİ:- Qəribədir... Elə bil ki, sizdə var-dövlətə qarşı bir allergiya var...
    QADIN: - Allergiya yox, nifrət... Mən həkiməm... Müşahidə edib görürəm ki, indi az qala bütün ölüm, qəti-qarət hadisələrinin kökündə pul, var-dövlət, sərvət dayanır.
    Firuz Mustafa Əsərləri 3
    220
    Padşahların da, dilənçilərin də həyatının mənası puldur, pul...
    KİŞİ:- Birdən siz elə fikirləşərsiniz ki, mə özüm dövlətli adamam... Yox, elə deyil. Sadəcə olaraq, mən də sizin kimi öz müşahidələrimi söyləyirəm. Axı, indi pul az qala hər şeyi üstələyib...
    QADIN:-Dünyada elə şeylər var ki, pulun oraya nüfuz etməsi qeyri-mümkündür.
    (Kişi və Qadın ayağa durub foyeyə doğru gedirlər).
    KİŞİ:- Yadımdadır, sizinlə o uzun səfər zamanı-Şimala üz tutub gedən o qatarda da biz bu cür söhbətlər eləmişdik...
    QADIN: - İki günlük yol yoldaşlığı zamanı biz çox şeylərdən danışmışıq. İndi çoxu yadımdan çıxıb. (Pauza). O vaxt sizinlə eyni kupeyə düşəndə düzü çaşıb qalmışdım...
    KİŞİ:-Xatırımdadır, sizi vağzaldan bir oğlan yola salırdı. Mən əvvəlcə elə bildim ki, o, sizin ya atanız, ya da əminizdir...
    QADIN:-Yox, o, mənim böyük qardaşım idi...
    Firuz Mustafa Əsərləri 3
    221
    KİŞİ:-Hə, siz kupedə mənə bu barədə danışmışdınız.
    QADIN:- O, sonra qəzaya düşüb öldü... Hə, onda qardaşım mənə dedi ki, gəl sənin yerini dəyişək... Amma qonşu kupelərdə boş yer tapa bilmədik.
    KİŞİ:- Sonra o mənə yaxınlaşıb dedi ki, bu uşaq yolda, filan şəhərdə düşəcək, ondan muğayat ol. Mən əsgəri qaydada təzim edib dedim ki, baş üstə, arxayın olun... Amma sonra baxıb gördüm ki, yol yoldaşım heç də uşaq deyilmiş. (Gülür). Hamısı indi yadıma düşür. Bəlkə də ayrı vaxt bunları xatırlaya bilməzdim. Görünür, indi sizinlə üz-üzə dayanmışam deyə, yaddaşım itiləşib...
    QADIN:- Yadımdadır, o vaxt biz sizinlə çox şeylər barəsində danışdıq...
    KİŞİ:-Tək bircə şey haqqında söhbət açmadıq... (Pauza). Amma mən məktublarımda o toxunmadığımız mövzuya işarələr edirdim... üstüörtülü...
    QADIN:-Ola bilər. (Utanır). Nəsə başa düşməmişəm görünür...
    KİŞİ (gülür):-Yəqin ki, o sizə vaxt başa düşmək sərf etmirmiş... Deyəsən, qardaşınız sərt adam idi...
    Firuz Mustafa Əsərləri 3
    222
    QADIN:- Elədir... Məni o böyütmüşdü, bir növ atalıq etmişdi.
    KİŞİ:-Bəs indi təklik, tənhalıq sıxmırmı sizi?..
    QADIN:-Yox ... Öyrənmişəm təkliyə... Ta heç nədən qorxum yoxdur... Bəs siz?
    KİŞİ:- Elə mən də... (Pauza). Çox qəribədir, bu ötən illərdə biz bir dəfə də üz-üzə gəlməmişik...
    QADIN:-Bəlkə də rastlaşmışıq. Görünür, tanımamışıq bir-birimizi... Əgər indi danışmasaydınız, yenə də tanımayacaqdım... Mənim güclü səs yaddaşım var. Diktorları, aktyorları elə səslərindən tanıyıram. Sizin də özünəməxsus ləhcəniz, səs tembriniz var. Bu neçə ildə səsiniz zərrəcə də dəyişməyib.
    KİŞİ:- Əslində siz də az dəyişmisiniz. (Pauza). Hə, o vaxt mən sizi vağzaldan yola salandan sonra kupeyə qayıtdım... Dəsmalınızı unudub orada qoymuşdunuz...
    QADIN (gülür):- Aman Allah, siz hər şeyi xatırlayırsınız. Sonra bu barədə məktubda da yazmışdınız...
    KİŞİ:- Hə, yazmışdım... Ətirli bir dəsmaldı... Mən o dəsmalı uzun müddət qoruyub özümdə saxladım. Sonra hərbi xidməti başa
    Firuz Mustafa Əsərləri 3
    223
    çatdırıb elə qulluq elədiyim şəhərdə universitetə girdim... Bir neçə il buralarda olmadım... Bax, elə o vaxtdan əlaqələrimiz kəsildi...
    QADIN:- Az sonra anam vəfat elədi... Biz evimizi dəyişdik... Sonra qardaşımın başına faciə gəldi... Onun uşaqlarını mən böyütməli oldum... Eh, nə isə... Həyatdır-sevinci də var, kədəri də...
    TAMADA (mikrafonla):- İndi bizim şahidliyimizlə gözəl bir ailənin təməli qoyulur... Bu məclisdə ağsaqqallar, ağbirçəklər var... Onlar bizə örnəkdir. Gəlin, bu badələri içək ağsaqqalların sağlığına!...
    QADIN:-Keçək əyləşək... Bizim sağlığımıza içirlər...
    KİŞİ:-Bizim?
    QADIN:- Hə də... Ağsaqqalların, yaşlıların, qocaların...
    KİŞİ:- Mən hələ özümü qoca hesab etmirəm. Məncə, elə siz də...
    QADIN:- Yox, mən artıq qocalmışam... Siz özünüzə baxmayın-kişilər gec qocalır. Amma qadınlar... Onlar pensiyaya da kişilərdən əvvəl çıxır...
    Firuz Mustafa Əsərləri 3
    224
    KİŞİ:-Özünüzə böhtan atmayın... Siz hələ qocalmamısınız...
    QADIN:- Deyəsən, şərab sizi tutub... Bayaq çox içdiniz?..
    KİŞİ:-Xeyr... Mən nə içdim ki?.. Mən hələ rəqs edəcəyəm, mahnı oxuyacağam...
    QADIN (gülür):-Yəni elə işləriniz də var?!.
    KİŞİ (gülür):-Əlbəttə!.. Bəyəm bizə olmaz?!.
    GƏLİNİN ATASI (Tamadaya):- Sən tamada yox, əngsən, əng! Zəvzək, boşboğaz! ..
    TAMADA (təmkinlə):-Sizi anladım. Bəlkə nəsə bir sifarişiniz var? (Bəyin Atasına yaxınlaşır). Sizin qudanız xəstə deyil ki?..
    BƏYİN ATASI:- Yox... Yenə nə olub?..
    TAMADA:-Heç... Deyəsən, oynamaq istəyir...
    BƏYİN ATASI:-Doğrudan?.. Bir hava çalın, qoy oynasın ...
    TAMADA:-Kim? Mən özüm?..
    BƏYİN ATASI:- Bəs kim?.. Axı, musiqiçilər yoxdur... Gecikirlər...
    TAMADA:- Hazır fonoqramamız var... Olar?..
    BƏYİN ATASI:- Olar! Niyə olmur?!. Onsuz da indi çoxları fonoqram ilə çalıb-oxuyur...
    Firuz Mustafa Əsərləri 3
    225
    TAMADA:-Məsləhət sizindir. (Mikrafonla). İndi isə qudaları rəqsə dəvət edirik...
    (Tamada fonoqram oxudur:rəqs havası çalınır. Bəyin Atası oynaya-oynaya Gəlinin Atasına yaxınlaşır. Gəlinin Atası sürətli addımlarla Tamadaya yaxınlaşır. Tamada elə bilir ki, Gəlinin Atası onunla rəqs etmək istəyir. Tamada qollarını yana açıb Gəlin Atasına doğru irəliləyir. Gəlin Atası Tamadaya çatanda şillə ilə onu vurur. Tamada səntirləyir, amma yıxılmır. Gəlinin Atası Tamadanın yaxasından yapışıb nəsə deyir, yəqin ki, onu söyür. Bəyin Atası onlara doğru qaçır. O da nəsə deyir. Amma gur musiqidə onların heç birinin səsi eşidilmir. Onlar dartışır, yumruqlaşırlar... Kişi ilə Qadın onlara yaxınlaşıb harayçılıq edir, onları ayırırlar. Musiqi susur. Lirik melodiya eşidilir. Kişi mikrafonu əlinə alır).
    KİŞİ (mikrafonla):- Bir daha toyunuz mübarək olsun! Alqışlar! (Alqış səsləri eşidilir). Alqışlar! İndi isə icazə verin, sizə öz musiqi salamımı yetirim!..
    Firuz Mustafa Əsərləri 3
    226
    (Kişi mikrafonda şeirin mətnini bənd-bənd deklomasiya kimi ifa edərək oxumağa başlayır və sonra oxuya-oxuya Qadınla rəqs edir).
    KİŞİ (mikrafonla oxuyur):
    -Burada yel əsməz, yengələr oynar,
    Küçələr qol açar, döngələr oynar,
    Biz durub baxırıq-kölgələr oynar,
    Açaq könlümüzü doğmaya, yada,
    Ey cənab tamada, cənab tamada!
    Mən hələ susuram, sənsə kükrə, coş,
    Ürəyim doludur, badələrsə boş.
    Sən indi ayıqsan, mən isə sərxoş,
    Bu gün xatirələr düşəcək yada
    Ey cənab tamada, cənab tamada!..
    Bu məclisdən olmaz, bu gündən olmaz,
    Nədir məclisinki?-şərab, xoş avaz!
    Qoy hələ gözəllər rəqs etsin bir az.
    Ruhum bir dənizdir, ürəyim-ada
    Ey cənab tamada, cənab tamada!
    İzn ver, sonuncu badəni içim,
    Sonrasa ağlayım mən için-için.
    Bir gülüş, bir görüş, bir öpüş üçün
    Firuz Mustafa Əsərləri 3
    227
    Mən bütün ömrümü verərəm bada
    Ey cənab tamada, cənab tamada!..
    (Alqış səsləri. İştirakçılar əl çalır).
    SƏSLƏR:-Sağ ol! Var ol. Bravo! Əla!
    KİŞİ:-Toyumuz davam edir!
    Pərdə
    II hissə
    (Yenə həmin məkan Bəylə Gəlinin əyləşəcəyi stullar yenə də boşdur. Tamada başı sarıqlıdır. Bəyin Atası və Gəlinin Atası bikefdir. Qadınla Kişi foyedə şən halda nə barədəsə söhbət edir.)
    Firuz Mustafa Əsərləri 3
    228
    TAMADA (Bəyin Atasına):- İndi biz nə edək?.. Nə musiqiçilər gəlib çıxdı, nə də bəylə gəlin...
    BƏYİN ATASI :- Heç özüm də bilmirəm nə edim... Qudamla da ki, söhbət etmək qeyri- mümkündür...
    TAMADA :- Zalım balası elə bil ki, zəhər tuluğudur. Xətrinizə dəyməsin, belə adamla qohum olmaq hər oğulun işi deyil... Elə “qan-qan” deyir. Hövsələsiz, hirsli, jırtqoz adamdır. Mən sizin xətrinizə qalmışam burada... Yoxsa hər şeyə tüpürüb getmişdim. Özünü elə aparır ki, elə bil dədəmin dədəsinə, ozümün özünə borcum var...
    BƏYİN ATASI:- Bir az səbr edək, dözək... Camaatdan ayıbdır. Eşidib-bilən lənətləyər, söyər bizi...
    TAMADA:- Elə bil mən uşağım, bəbəyəm...Üstümə xoruzlanmağına, yumruq-təpik atmağına bax bunun. Deyəsən, hələ boynu qoltuq görməyib... Mən bu təhqirlərə yalnız sizə görə dözürəm: O biri tamadalar kimi beş-üç manatın zəlili deyiləm... Sizə mənim xüsusi hörmətim var. Gör neçə ilin tanışıyıq...
    Firuz Mustafa Əsərləri 3
    229
    BƏYİN ATASI :- Sağ olun. Xətriniz artıq olsun. Bir o telfonu bəri ver, görüm. (Tamadadan mobil telefonu alıb kiminlə isə danışır). Hə, nə oldu?... Əşi, bəs nə edək?... (Pauza). Vertalyot göndərək?!. Belə də iş olar?... Tıxac?!. Belə məclisdə də tıxac yaranıb... Nə? (Pauza). Hə, yaxşı, sonra danışarıq bu barədə... Yol açılan kimi zəng vurun, xəbər verin! Oldu!... (telefonu tamadaya verir). Yol hələ bağlıdır... Məclisi bir təhər yola verin...
    TAMADA (mikrafonla):- Bizim gəlinimizin atası, əziz quda, gözəl insan, böyük ürək sahibi, ləyaqətli ağsaqqal, nəsillərə örnək, qəlbi kövrək...
    GƏLİNİN ATASI (tamadaya):- Nə rəqs?.. Nə mahnı?.. Siz kimi ələ salırsınız?.. Siz tanıyırsız məni?...
    TAMADA:- Əlbəttə!.. Siz dünyanın ən gözəl, ən munis, ən təmiz, ən ləyaqətli bir insansınız... Eşq olsun sizə!.. (mikrafonda). Eşq olsun gəlinimizin atasına, hörmətli qudamıza!.. Gəlin növbəti badələri bir daha gəlinin atasının... atasının... sağlığına içək!...
    KİŞİ (Qadına):- Gedək əyləşək yerimizdə...
    Firuz Mustafa Əsərləri 3
    230
    QADIN:- Salon yaman istidir... Bəlkə içmək istəyirsiniz?.. (Gülür). Amma içənə oxşamayarsınız...
    KİŞİ:- Yox, çox içən deyiləm. Amma bu gün sərxoş olmaq istəyirəm...
    QADIN:- Niyə məhz bu gün?...
    KİŞİ:-Adam hərdən içib unutmaq istəyir dünyanı. Axı, ətrafa həmişə ayıq, aydın nəzərlərlə baxmaq da düzgün deyil...
    QADIN:- Sərxoşların gözündə dünya baş-ayaq görünür...
    KİŞİ:- Hərdən baş-ayaq görmək lazımdır dünyanı... Yoxsa adamın ürəyi partlayar...
    QADIN:- Nə üçün?...
    KİŞİ:- Aradabir dünyanın qəbul olunmuş əbədi qanunlarını vurub alt-üst etmək lazımdır...
    QADIN:- Nəyə görə?..
    KİŞİ:- Həmişə ağıllı görünmək olmaz; hərdən dəlilik etmək lazımdır!...
    QADIN:- Nədən ötrü?!.
    KİŞİ:- Bəyəm dünya təkcə ölülərdən və dirilərdən ibarətdir?..
    QADIN:- Bunun bizə nə dəxli var?..
    KİŞİ:- Bəyəm təbiətin cəmi iki rəngi var?.. Ağ və qara?..
    Firuz Mustafa Əsərləri 3
    231
    QADIN:-Mən heçnə başa düşmürəm.
    KİŞİ:- Bəyəm sevilməyin, şadlanmağın konkret bir zamanı var?..
    QADIN:- Mən sizi yenə anlamadım.
    KİŞİ:- Bəyəm ürəyin vahid bir düsturu var?..
    QADIN:- Mən riyaiziyyatçı deyiləm; düsturdan başım çıxmır...
    KİŞİ:- Bəyəm ürək təkcə fizioloji- tibbi bir anlayışdır?..
    QADIN:- Hə, bu başqa məsələ... Mən ürək həkimiyəm...
    KİŞİ:- Hə, şükür, mətləbə yaxınlaşdıq... Ürək nədir?.. Ürək nə vaxt bayram etməlidir?..
    QADIN:- Ürəyin vurması-elə onun bayramı deməkdir...
    KİŞİ:- Səhv edirsiniz! Mənim ürəyim vurur, amma o çoxdandır ki, bayram etmir. Mənim ürəyim yas saxlayır, qovrulur, yanıb külə dönür...
    QADIN:- Nə üçün?..
    KİŞİ:- Axı, mən sizə dedim ki, biz bəzən əbədi qanunlara qarşı getməliyik...
    QADIN:- Mən sizi heç cür anlamadığımı bildirdim...
    KİŞİ:- Mən indi sizə deyirəm: ürəyin düsturu yoxdur. O, hər yaşda bayram etmək istəyir.
    Firuz Mustafa Əsərləri 3
    232
    Nə qədər bayağı səslənsə də mən belə başa düşürəm...
    QADIN:- Siz dediyiniz o bayramlar indi mənim üçün əlçatmaz, ünyetməzdir...
    KİŞİ:-Biz yaşamalıyıq, yaşatmalıyıq o bayramları...
    QADIN:-Siz çox nikbin adamsınız. Elə oxuyub-oynamağınızdan da görünür...
    KİŞİ:- Mənim ürəyimdə bir boşluq var... İndi o boşluğa bir işıq, bir hərarət axmaqdadır.
    QADIN:- Siz çox maraqlı şeylər barədə danışırsınız...
    KİŞİ:- Mən sizin istehzanızı başa düşürəm. Bilirəm, siz demək istəyirsiniz ki, mən gülünc şeylər danışıram... Amma indi mən gülünc görünməkdən qorxmuram. Qoy mənə gülsünlər, qoy məni ələ salsınlar, qınasınlar məni... Bəzən insan öz xöşbəxtliyini özünün gülünc görünə biləcəyinin qorxusundan itirir; mən indi qorxmuram bundan. Qoy mən gülünc görünüm.
    QADIN:- Siz, deyəsən, sərxoşsunuz...
    KİŞİ:- Mənim beynimdə nəsə uğuldayır, yaddaşımda nəsə çaqqıldayır: bu Şimala gedən bəyaz bir qatarın, o qatarın təkərlərinin səsidir... Hər tərəfi qar örtüb. İsti
    Firuz Mustafa Əsərləri 3
    233
    kupedə utancaq bir əsgər və məlaikə kimi məhsum bir qız var. Onlar həyat haqqında, gələcək haqqında danışarlar. Həyat hələ onların öz zəhərli dişlərini qıcamayıb. Onlar üçün hər cür səadət, xoşbəxtlik hələ irəlidədir... Onların arzuları da qatarın pəncərəsindən görünən bəmbəyaz qar təpələri kimi safdır, təmizdir. Bəlkə də o anlarda- o təsadüfü səfər zamanı onların ürəyindən tamam ayrı bir istək, başqa bir arzu keçir... Amma...amma... onlar çox tezliklə ayrılmalı olurlar...Bu ayrılıq illərin, onillərin üstündə körpüyə çevrilir və günlərin bir günü bu körpü onları təzədən üz-üzə gətirir, görüşdürür... İndi o günlər sifətləri qırışlar doğrayıb, indi o sərt qışın bəmbəyaz qarı şəvə saçlara yağıb... İndi o qatarın fiti qulaqlarda əks-səda verir, indi o qatarın təkərləri xatirələrin üstündən ötüb keçir... Amma dəyişən təkcə zamandır, zahiri görüntülərdir... Ürəksə elə həmin ürəkdir...
    QADIN:- Siz elə şeylərdən danışırsınız ki... Axı, ayıbdır...
    KİŞİ:-Nədən?..
    QADIN: -Ağaran saçımızdan, ötüb keçən yaşımızdan...
    Firuz Mustafa Əsərləri 3
    234
    (Kişi Tamadaya yaxınlaşıb mikrafonu alır).
    KİŞİ:- Məclis əhlinə bir nəğmə sovqatı-“Yaşımdan utanıram”. (Oxuyur).
    Taleyimə qar yağır-
    Qışımdan utanıram.
    Huşum başımdan çıxır
    Huşumdan utanıram.
    Qollarım budaq olub,
    Əllərim yarpaq olub...
    Qara tellər ağ olub-
    Saçımdan utanıram.
    Xətrinə dəyəmmirəm,
    Qapını döyəmmirəm.
    “Sevirəm”-deyəmmirəm,
    Yaşımdan utanıram.
    (Kişi mahnını ifa edəndən sonra Qadına yaxınlaşır. Zaldan alqış səsləri eşidilir).
    SƏSLƏR: Ura! Sağ ol! Yaşa! Bravo! Molodes!..
    Firuz Mustafa Əsərləri 3
    235
    TAMADA (mikrafonla):-Gördüyünüz kimi, məclisimiz öz axarıyla gedir. Amma, necə deyərlər, sevgi nə yaşa baxır, nə də saça. Mən sizin hamınıza sevgi, məhəbbət dolu bir ömür arzulayıram. (Kişiyə). Sağ ol, cavan oğlan! Məhəbbət həmişə vaxtında gəlir. Sevgidə heç vaxt gecikmək söhbəti yoxdur.
    KİŞİ (Qadına):- Görürsünüz, tamada nə deyir?..
    QADIN:-Məhəbbət həmişə vaxtında gəlir?..
    KİŞİ:-Mən bunu öz ruhumla, öz ürəyimlə hiss edirəm...
    QADIN:-Axı, siz nə demək istəyirsiniz?..
    KİŞİ:-Artıq mən öz sözümü dedim... Özü də Süleyman dilində. Axı, Süleyman peyğəmbər quş dilini də bilirdi... Mən hər şeyi xırdalamaq istəmirəm...
    QADIN:-Siz həmişə bu cürsünüz?..
    KİŞİ:-Necə yəni-“bu cür”?..
    QADIN:-Belə gülər, şən, şux, nikbin?..
    KİŞİ:- Yox, qətiyyən! Mən dünyanın ən əzabkeş, ən ciddi, bəlkə də ən bədbin adamıyam...
    QADIN:-Bəs sizə bu gün nə olub?..
    KİŞİ:- Bu gün ağlım hissimi üstələyib. Bu gün mən dünyaya başqa gözlə baxıram...
    Firuz Mustafa Əsərləri 3
    236
    Dünya mənə olduqca gözəl, gənc, munis görünür... Sanki mən təzədən doğulmuşam...
    TAMADA (mikrafonla):- İtaliyanların bir yaxşı sözü var, deyir...
    GƏLİNİN ATASI (hirsli):- Əşi, bizə italyanların, çukçaların nə dəxli? Bayaqdan fikir verirəm, ağzını qoymusan Allah yolunda; elə bir yandan hüdüləyib tökürsən... Bəyəm burada böyük-kiçik yoxdur?.. Yoxsa öz biliyini nümayiş etdirirsən bizə?.. Yoxsa elə hesab edirsən ki, biz kitab-zad oxumamışıq?.. Yoxsa buradakıların hamısı bambılıdır səninçün?.. Adam bir söz deyəndə ağzında bişirər onu, yüz dəfə ölçüb-biçər...
    TAMADA:- Mən sizdən xahiş edirəm, öz sözünüzə, hərəkətlərinizə fikir verin!..
    GƏLİNİN ATASI:- Nə sarsaqlayırsan?.. Nə demək istəyirsən?..
    TAMADA:- Mən belə hesab edirəm ki, siz içməmisiniz...
    GƏLİNİN ATASI:- Mən içən deyiləm. Bildin?.. İçsəydim mən də bəziləri kimi bu yaşımda ortaya düşüb dingildəyər, ya da mahnı oxuyardım. (Kişiyə işarə ilə). Mən öz məclisimə heç vaxt yüngül, qeyri-ciddi
    Firuz Mustafa Əsərləri 3
    237
    adamları dəvət etmirəm. Kişi gərək öz çəkisini, öz yerini bilsin!.. Bildin?..
    TAMADA:- Ermənilərin bir sözü var, deyir: “Hingi hing dasnı hing”.
    GƏLİNİN ATASI (qışqırır):- Nə erməni?.. De görüm sən kimsən, haradan gəlmisən?!
    TAMADA:- Gürcülərin bir sözü var, deyir...
    GƏLİNİN ATASI:-Əşi, sən nə sərsəm-sərsəm danışırsan?.. Nə erməni, nə gürcü?.. Sən özünü harada hiss edirsən?..
    TAMADA: -Farsların bir sözü var, deyir: “Xər həmin xər əst, çuli digər əst”.
    GƏLİNİN ATASI:-Əşi, bu heyvərəni hansı meşədən tutub gətiriblər?..
    TAMADA: -Türklərin bir məsəli var, deyir...
    GƏLİNİN ATASI:- Rədd ol gözümün qabağından!..
    TAMADA (mikrafonla):- Bizim gəlinimizin atası-möhtərəm qudamız növbəti badələr qonaqların sağlığına qaldırmağı təklif edir. Bizim bugünkü məclisimizdə fransızlar, farslar, ruslar, türklər, gürcülər, çukçalar iştirak edir... Qonaqların sağlığına!.. Bir musiqi antraktı!..
    (Musiqi antraktı. Alqış səsləri).
    Firuz Mustafa Əsərləri 3
    238
    GƏLİNİN ATASI:- Mən bu məclisə heç kəsi dəvət etməmişəm! Nə rus, nə türk, nə fransız?.. Məni dolayırsan?..
    BƏYİN ATASI:-Nə fərqi var: ya siz, ya mən?..
    GƏLİNİN ATASI: -Yox, mən belə qohumluqdan heç nə gözləmirəm. Bəlkə də bu tıxac elə Allahın əmridir... Bəlkə də elə bu cür məsləhətdir...
    BƏYİN ATASI:-Axı, bura toy məclisidir. Burada zarafat da olar, şuxluq da, deyib-gülmək də...
    GƏLİNİN ATASI:- Hətta, təhqir də?..
    BƏYİN ATASI:-Təhqir?.. Kim kimi təhqir edir?..
    GƏLİNİN ATASI:- Burada nə böyük var, nə kiçik?.. Biri icazəsiz durub yaşına yaraşmayan hərəkət edir. (Kişiyə işarə edir). Biri ağlına gələni üyüdüb tökür. (Tamadaya işarə ilə). Biri məclisi siyasi diskussiya klubuna çevirmək istəyir... Hərənin öz səviyyəsi var... Hərə öz səviyyəsində adamla oturub-durmalıdır!..
    TAMADA (mikrafonla):- Rusların bir sözü var, deyir, net dobro bez xuda... Hər
    Firuz Mustafa Əsərləri 3
    239
    qaranlığın bir işığı, hər axşamın bir səhəri var. Hər əvvəlin bir davamı, bir sonu olur... Hər övlad öz valideynin sonudur. Hər bir valideyn, yəni ata-ana özü həyatda əldə edə bilmədiyini çalışır ki, övladının simasında tapsın. Bu gün iki gül balanın, iki övladın, iki vəliəhdin, iki varisin, iki gəncin, iki növcavanın toy günüdür. İçək növbəti badələri övladların sağlığına!..
    QADIN:- Deyəsən, məsələ bir qədər qəlizdir. Nəsə qudaların sözü düz gəlmir...
    KİŞİ:- Gəlinin atası çox özündənrazı, təkəbbürlü adama oxşayır...
    QADIN:- O, əvvəllər kasıb bir adam idi. Sonralar alverlə məşğul olmağa başladı...
    KİŞİ:- Kommersantdır?..
    QADIN:- Yox... Alverçidi... Hə də, kommersant... Yuxarıda qohum-əqrabası çoxdur. İndi fələklə əlləşir... Qızını kasıb kişinin oğluna vermək istəmirdi. Amma qızı yaxşı uşaqdı: ağıllı, uzaqgörən... Dedi ki, məni istəmədiyim oğlana verməsəniz ya qoşulub qaçacağam, ya da özümü öldürəcəyəm...
    KİŞİ:- Əhsən!.. Əhsən belə qıza!..
    QADIN:-Doğru sözünüzdür?..
    Firuz Mustafa Əsərləri 3
    240
    KİŞİ:-Əlbəttə!.. İnsan iradəli olmalıdır: həm cavanlıqda, həm də qocalıqda...Mən özüm vaxtilə çox əfəl, utancaq, qorxaq olmuşam... İndi söyürəm öz-özümü!..
    KİŞİ:-Elə öz cəsarətsizliyim üçün...
    (Gəlinin Atası, Bəyin Atası və Tamada nə barədəsə mübahisə edirlər. Kişi ilə Qadın stola yaxınlaşır).
    QADIN:- Məncə bu toyun sonu yaxşı qurtarmayacaq...
    KİŞİ:- Hər şey yaxşılığa doğru gedir...
    QADIN:- Qudalar yaman mübahisə edir, dartışırlar...
    KİŞİ:- Eybi yoxdur, dartışıb barışarlar... Qohumluq özü də sərt sınaqlardan, bərkdən-boşdan keçməlidir... Əsas məsələ isə budur ki, bəylə gəlin bir-birini başa düşür, anlayır...
    QADIN:- Amma qudalar az qala yumruq davasına çıxıblar... Ayıbdır, camaat onlara baxır.
    KİŞİ:- Bizim öz problemlərimiz var. İndi onların bizə dəxli yoxdur...
    Firuz Mustafa Əsərləri 3
    241
    QADIN:- Bizə, daha doğrusu, mənə dəxli çoxdur... Axı, gəlin mənim şöbəmdə işləyir.
    KİŞİ:- Bəysə mənimlə bir idarədə çalışır... Biz onlara yalnız xeyir-dua verə bilərik... Gəlin, içək bu badəni bəylə gəlinin sağlığına! Yox, elə öz sağlığımıza da içmək olar...
    QADIN:- Mən içmirəm... Bəsdir...
    KİŞİ:- Mən isə içirəm... Sizin sağlığınıza... Sağ olun... Sizin əbədi gözəlliyinizin sağlığına (İçir). Siz həmişə gəncsiniz...
    QADIN:- Kənardan sizə baxan elə fikirləşər ki, dünyanın ən qayğısız adamısınız ...
    KİŞİ:-Qətiyyən elə deyil. Mən bütün ömrüm boyu ehtiyac, qayğı içində yaşamışam.
    Elə indi də...
    QADIN:-Doğrudan?..
    KİŞİ:-Bu, həqiqətən belədir. Ehtiyac-mənim gündəlik məşqimdir. O, məni bir idmançı kimi daim formada saxlayır...
    QADIN:- Amma nədənsə zahirən xoşbəxt adam təsiri bağışlayırsınız... Bəlkə də mənə elə gəlir...
    KİŞİ: -Yox, təkcə sizə yox... Elə mənim özümə də hərdən elə gəlir... İnsan ürəyinin qəribə sirrləri olur. Biz çox şeyi vaxtında dərk edib qiymətləndirə bilmirik...
    Firuz Mustafa Əsərləri 3
    242
    QADIN:- Məsələn, nəyi?..
    KİŞİ:- Məsələn, elə xoşbəxtliyin nə olduğunu...Bax, mən artıq müəyyən bir ömür yaşamış adamam. Hətta, bəzilərinin nəzərində ahıl, ağsaqqal bir şəxsəm...
    QADIN (gülür):- Bəyəm elə deyil?...
    KİŞİ:- Bəlkə də elədir. Bilmirəm... Amma mən hər gün xoşbəxtlik barədə düşünürəm. Mənə elə gəlir ki, o xoşbəxtlik yol gəlir, mən hələ onu tapa bilməmişəm... Məncə hər bir adam öz xoşbəxtliyini gözləyir-bütün ömrü boyu... Hətta, ən xoşbəxt adam belə...
    QADIN:- Əslində isə xoşbəxtlik insanın burnunun ucunda olur...
    KİŞİ:- Biz sadəcə olaraq o xoşbəxtliyi görmürük. O xoşbəxtlik deyilən şey bir qatar kimi tüstülənə-tüstülənə, fit çala-çala bizdən uzaqlaşır. Bizə isə o qatarın arxasınca əl etmək qalır... Bir də bəm-bəyaz qar təpələrini xatırladan soyuq xatirələr...
    QADIN:- Siz çox obrazlı danışırsınız.
    KİŞİ:- Mən öz düşündüyümü, öz ürəyimdən keçənləri söyləyirəm...Mən öz xoşbəxtliyimi axtarıram... Mən onu biləcəyəmmi?.. (Pauza). Bilmirəm...
    Firuz Mustafa Əsərləri 3
    243
    TAMADA (mikrafonla):- Müdriklərdən biri deyib ki, məhəbbətdə sağ və sol, qalib və məğlub olmur. Məhəbbət ürəklə bağlı məsələdir. Sevən adam dünyanın ən xoşbəxt, ən böyük, ən nəhəng adamdır... İspanlarda bir söz var...
    GƏLİNİN ATASI (Tamadaya):- Yenə gicləyirsən. Bəsdir! (Bəyin Atasına) Bu nə çərənliyir yenə?.. Böyük adam demişkən... Siz hansı partiyanın üzvüsünüz?...
    BƏYİN ATASI:-Heç bu söhbətin yeridir?..
    GƏLİNİN ATASI:-Deyirəm iqtidarı dəstəkləyirsiniz, yoxsa müxalifəti?..
    BƏYİN ATASI:-Başa düşmürəm..
    GƏLİNİN ATASI:- Nəyi başa düşmürsünüz?.. Dediyim odur ki, mövqeyinizi bildirin...
    BƏYİN ATASI:- Biz qohum, oluruq... Məncə artıq əskik danışmağa heç bir ehtiyac yoxdur.
    GƏLİNİN ATASI:- Qohum oluruq... Bəyəm qohum olanda adamı ələ salır, dolayarlar?..
    BƏYİN ATASI:- Kim kimi ələ salır?..
    GƏLİNİN ATASI:- Tamada... O, məclisdəkilərin hamısını, o cümlədən məni təhqir edir!..
    Firuz Mustafa Əsərləri 3
    244
    BƏYİN ATASI:- Mənə elə gəlir ki, siz özünüz məclisin pozulmasına cəhd edirsiniz...
    GƏLİNİN ATASI:- Mən?..
    BƏYIN ATASI:- Bəli, siz!.. Axı, nədir sizi qane etməyən?.. Siz nədən narazısınız?!
    GƏLİNİN ATASI:- Madam ki, belə oldu onda mən bu cür qohumluğun üstündən xətt çəkirəm.
    BƏYİN ATASI:- İndi elə bir zamandır ki, ailə problemlərini ailə üzvlərinin özləri həll edir.
    GƏLİNİN ATASI:- Nədir, yoxsa mənim ailə məsələmi siz həll etmək istəyirsiniz?..
    BƏYİN ATASI:-Qətiyyən!.. Mənim elə bir istəyim yoxdur. Qoy öz problemlərini cavanlar özləri yoluna qoysunlar...
    GƏLİNİN ATASI:- Mənim öz ailəmin... Öz qızımın öhdəsindən gəlməyə gücüm çatar... Mən bir ata kimi... Əgər o, mənim sözümdən boyun qaçırsa... Mən onu da məhv edərəm onun seçdiyi o oğlanı da... Mənim gücüm, iradəm çatar buna!..
    BƏYİN ATASI:-Mənə elə gəlir ki, bu cür məsələləri top-tüfənglə, qılınc-qalxanla həll
    Firuz Mustafa Əsərləri 3
    245
    etmirlər... Bir də ki, biz orta əsrlər də yaşamırıq...
    TAMADA (mikrafonla):- Ataların bir zərb-məsəli var, deyir-“bir qız bir oğlanındı”. Bizim xalqımızın gözəl adətləri var. O adətlərdə bizim dünənimiz, keçmişimiz yaşayır. Biz bu gün dünənimizin ən saf, ən təmiz, ən gərəkli zərrələrini yaşadırıq... Bir qız –bir oğlanındır!. Sevən ürəkləri heç bir qüvvə bir-birindən ayıra bilməz! Məhəbbət pula, sərvətə, dövlətə baxmır. Məhəbbətin ilk ünvanı, son ünvanı ürəkdir!
    GƏLİNİN ATASI:- Mən göstərərəm sizə o ilk ünvanı, son ünvanı (mobil telefonla zəng vurur). Alo! Hə, mənəm. Hələ yol açılmayıb? Yox?.. Yaxşı ki, hələ açılmayıb! Elə tıxac olsa yaxşıdır! (Pauza). Əlbəttə, daxili-xarici siyasət, qlobal problemlər həll olunur. Yol da bağlanar, tıxac da olar... Ə, bunu çoxları qanmır, axı! Kim qanmır? Elə mənim bu qudam... Ə, bunlar siyasi cəhətdən çox savadsızdır... Hələ siyasətin nə olduğunu qanmırlar... (Pauza). Yox ey, yol açılan kimi maşını geri sürdürün... Hə də, evə... Mən belə istəyirəm. Gəlib hər şeyi izah edərəm. Bizimkiynən bunlarınkı tutmaz! Niyə?!
    Firuz Mustafa Əsərləri 3
    246
    Niyəsini sonra deyərəm. Ə, ən böyük tıxac elə buradadır! (Pauza) Bildin? Qandın?
    KİŞİ:- Deyəsən, qudalar bir-biri ilə dil tapa bilmirlər...
    QADIN:- Əsas məsələ qızla oğlanın dil tapmasıdır...
    KİŞİ:-Məncə onlar dil tapacaqlar...
    QADIN:- Gəlinin atası çox cığallıq eləyir.
    KİŞİ:- Bəyin atası da tərs adamdır. Dediyindən dönən deyil... Mən bunu hiss edirəm...
    QADIN:- Mənim çoxdan ürəyimə dammışdı ki, bu işi pozmağa çalışacaqdır... Qız hər gün ağlayıb deyirdi ki, atam məni bu fikirdən daşındırmağa çalışır. Onun atası varlı-hallı bir adamla qohum olmaq istəyirdi.
    KİŞİ:- Hım-m-m... (Pauza). Bütün bunlar öz yerində... Belə çıxır ki, indi siz tamamilə tək yaşayırsınız...
    QADIN:-Hə, təkəm... Hərdən nəvələrim gəlir baş çəkir...
    KİŞİ:- Nəvələriniz?..
    QADIN:-Hə də... Qardaşımın nəvələri... Axı, mən sizə dedim: qardaşım vəfat edəndən sonra onun övladlarını mən böyütmüşəm... Siz necə?... Uşaqlarla bir yerdəsiniz?..
    Firuz Mustafa Əsərləri 3
    247
    KİŞİ:-Yox... Elə mən də təkəm... Qızımı köçürmüşəm. Təklik üzür məni...
    QADIN:-Siz arvadınızı tez itirmisiniz... Gərək vaxtında ailə quraydınız...
    KİŞİ:-Vaxtinda?.. Bəlkə elə indi gəlib yetişib o vaxt deyilən şey?..
    QADIN:-Mən başa düşmürəm ki, siz nədən, kimdən danışırsınız?..
    KİŞİ (gülür):- Yəni bunu başa düşmək üçün böyük münəccim olmaq lazımdır?..
    QADIN:- Deyəsən, siz doğrudan da sərxoşsunuz...
    KİŞİ:-Sərxoşam... Amma şərabdan yox...
    TAMADA (Bəyin Atasına):- Bəlkə deməyə bir sözünüz var?.. Mən məclisdə demokratizmin tərəfdarıyam... Kimin ürəyindən nə keçirsə, buyurun...
    BƏYİN ATASI:- Mənim elə bir sözüm yoxdur...
    TAMADA (mikrafonla):- İndi isə sözü, gəlinimizin atasına veririk! Alqışlar!..
    GƏLİNİN ATASI:-Mən artıq öz sözümü demişəm!..
    TAMADA (mikrafonla):- Yenə alqışlar!.. Mikrafonu gəlinin atasına təqdim edirik!..
    Firuz Mustafa Əsərləri 3
    248
    (Gəlinin Atası çaşıb mikrafonu götürür).
    GƏLİNİN ATASI (mikrafonla):- Alo! Alo!.. Kimdir danışan?.. (Hiss olunur ki, o mikrafonu telefonla dəyişik salıb). Ə, kimdir danışan?.. Niyə cavab vermirsiniz?!, (Tamadaya hücum çəkir, yenə mikrafonla danışır). Məni axmaq yerinə qoyursan?.. Mən sizin hamınızın dərsini verərəm!.. Yaxşı, olsun!.. Dəyyus! Yaramaz!..
    (Gəlinin Atası əlində mikrafon Tamadanın arxasınca qaçır. Toy iştirakçıları onları alqışlayır-onlar çoxu bütün bunların bir zarafat olduğunu zənn edir. Gəlinin Atası Tamadanın boğazından yapışır. Tamada onun əlindən mikrafonu qapır, sintizatora yaxınlaşıb bir oyun havası çalır. Bəyin Atası Gəlinin Atasını sakitləşdirir. Alqış səsləri eşidilir. Toy iştirakçılarından bəzisi rəqs edir).
    QADIN:- Mən heç bir şey anlamıram...
    KİŞİ:-Deyəsən, gəlinin atası əməlli-başlı gicdir...
    QADIN:- O, toyu pozmaq istəyir...
    Firuz Mustafa Əsərləri 3
    249
    KİŞİ:- Bu, toydan daha çox, məzhəkəyə bənzəyir. Belə də toy olar?..
    QADIN:- Yazıq qızın ürəyinə dammışdı...
    KİŞİ:- Nə?.. Nə dammışdı?..
    QADIN:-Toyun bu cür alınacağı...
    KİŞİ:- Elə mənim də ürəyimə dammışdı ki, bu toyun finalı ayrı cür olacaq...
    QADIN:-Ayrı cür?.. Necə yəni?..
    KİŞİ:- Mən bunu izah etməyə çətinlik çəkirəm...
    TAMADA (Bəyin Atasına):- Bağışlayın ey... Xətrinizə dəyməsin... Siz belə heyvərə qudanı haradan tapmısınız?..
    BƏYİN ATASI:- Yavaş danışın... Eşidər... Onsuz da o, özünü bizimlə qanlı-bıçaq hesab edir... Eh, günah oğlumdadır. Sonulayıb-sonulayıb özünə elə yerdən qız seçdi ki... Bunlar başqa tərbiyə yiyəsidirlər...
    TAMADA:-Elə məclisi pozmağa bir bəhanə axtarır... Məncə elə pozacaq da... Hikkəli adamdır...
    BƏYİN ATASI:-Gərək birtəhər yola verək... Özün görürsən ki, qan-qan deyir...
    TAMADA:-O kiminləsə telefonla danışırdı... Deyəsən, toy karvanının ağzını geri
    Firuz Mustafa Əsərləri 3
    250
    döndərmək istəyir... Hər halda, özünüz danışıb məsələni yoluna qoyun.
    BƏYİN ATASI:- Gör bir mənim oğlum sümüyümüzü kimin sümüyünə caladı?.. Amma, insafına gəlin yaxşı uşaqdır... Əgər qudam yenə hay-küy salsa oğluma deyəcəm, qoy qızı götürüb aradan çıxsın...
    TAMADA:-Bəs onda biz bu toyu kimin üçün edirik?.. Mən kimin sağlığına tost deyirəm?.. Vallah, bu məclisdən bir şey anlamıram: yolda tıxac yaranıb, burda da belə...
    BƏYİN ATASI:- Elə burda da tıxac yaranıb. Qudamız bir tıxac olub keçib bizim boğazımıza... Bir dəli şeytan deyir, tüpür hər şeyə, bu tıxac oğlu tıxacı sal təpiyin altına...
    TAMADA:- Yox, səbrli olun... Elə mən özüm də yığmışam bunun əlindən... Amma neyləmək olar... Gərək indi gəlin tərəf deyən havaya oynayaq... Doğrusu, heç tərif deməyə də dilim gəlmir. Bu heyvərənin nəyini, harasını tərifləyəsən?..
    BƏYİN ATASI:- Sən öz işində ol.
    TAMADA (mikrafonla):- Farsların böyük bir şairinin ibratamiz sözləri var, deyir:
    Əgər adəmi beçeşməsto dəhano kuşa bani,
    Çe miyan nəqş divar və miyane ədəmiyyət?
    Firuz Mustafa Əsərləri 3
    251
    Yəni ağız-burun-qulaq adamı adam eləsəydi, onda naxışlı divarla adam arasında nə fərq olardı? Mən tam qətiyyətlə deyə bilərəm ki, bizim gəlinimizin atası, hörmətli qudamız məhz bu cür insanlardandır... Yəni bu cür adam deyil... O qulağı-burnu, dili-ağzı yerində olan bir şəxsdir. Gözəl xasiyyəti, incə rəftarı, şirin dili var bizim qudamızın. Şəxsən mən özüm onunla qısa bir vaxtdır tanış olmuşam. Amma okeandakı suyun tamını bilmək üçün ondan bir damcı içmək kifayətdir. Bir okeandır bizim gəlinimizin atası, bizim möhtərəm qudamız... Mən belə hesab edirəm ki, bu gözəl insanın sağlığına nə qədər xoş sözlər desək, nə qədər badələr boşaltsaq yenə azdır. Biz növbəti badələri yenə qudaların, ələlxüsus gəlinin atasının sağlığına içirik. (İçir). İndi isə bir rəqs havası!..
    (Oyun havası çalınır. Tamada oynaya-oynaya, daha doğrusu səntirləyə-səntirləyə Gəlinin Atasına yaxınlaşır. Gəlinin Atası özünü dartıb qırağa çəkir, mobil telefonla kiminləsə danışır, əl-qolunu ölçür-onun ağzı köpüklənib. Hiss olunur ki, bərk qəzəblənib.
    Firuz Mustafa Əsərləri 3
    252
    Toy-tamaşa iştirakçılarından bəzisi tamadaya qoşulub rəqs edir. Rəqs başa çatır. Qadınla Kişi foyedə gəzişir).
    KİŞİ (Qadına):- Sizə bir təklif etsəm qəribə görünməz ki?..
    QADIN:- Nə təklif?..
    KİŞİ:- Deyirəm, birdən xətrinizə dəyər...
    QADIN:- Elə təklif irəli sürün ki, xətrə dəyən olmasın...
    KİŞİ:- Bəlkə bu toydan sonra bizə gedək?..
    QADIN:- Sizə?.. Nə üçün?..
    KİŞİ:- Lap elə sizə də getmək olar...
    QADIN:- Bizə?.. Niyə məhz bu gün?..
    KİŞİ:- Mən istəyirəm ki... İstəyirəm ki...
    QADIN:-Axı, nə istəyirsiniz?..
    KİŞİ:- Məncə bu toyun axarı, istiqaməti dəyişir.
    QADIN:-Necə bəyəm?..
    KİŞİ:- Görmürsünüz necə mübahisə gedir?.. Tamada qudaların arasında qalıb.
    (Qudalar əl-qollarını ölçə-ölçə nə barədəsə danışır, mübahisə edirlər. Tamada qudalardan gah birini, gah da digərini kənara çəkir. Bəyin və Gəlinin atası
    Firuz Mustafa Əsərləri 3
    253
    döyüşkən xoruz kimi bir-birilərinin üstünə atılırlar).
    QADIN (qudalara işarə ilə Kişiyə):- Paho! Doğrudan da!... Axı, onlar niyə dalaşqan xoruz kimi bir-birilərinin üstünə atılırlar?!. Ayıbdır, yekə kişidirlər, utanmırlar... Özləri öz toylarına qan-qaralıq salırlar...
    KİŞİ:- Elə ona görə deyirəm ki, bu məclisin axarı dəyişməkdədir.
    QADIN:-Məncə artıq dağılışmaq vaxtıdır. Çıxıb getmək lazımdır.
    KİŞİ:- Haraya?..
    QADIN:-Əlbəttə, evə!
    KİŞİ:- Siz necə təklif edirsiniz-sizə gedək, yoxsa bizə?..
    QADIN:-Hərə öz evinə...
    KİŞİ:- Bəlkə evləri birləşdirək?..
    QADIN:-Başa düşmədim. Çox qəliz danışırsınız.
    KİŞİ:- Başa düşmədiniz? Deyirəm, bəlkə ürəkləri birləşdirək. İndi başa düşdünüz?!.
    QADIN:-Əlbəttə, siz sərxoşsunuz. Sabah yuxudan ayılacaqsınız, indi dediyiniz sözlər özünüzə də gülməli gələcək...
    KİŞİ:- Mən indi dediyim hər söz üçün bütün həyatımla məsuliyyət daşıyıram. Mən uşaq
    Firuz Mustafa Əsərləri 3
    254
    deyiləm... Saç-saqqalımın ağ vədəsində məsuliyyətsiz söz danışa bilmərəm...
    QADIN:-Unutmayın ki, hər dövrün, hər yaşın öz ahəngi olur.
    KİŞİ:- Mən artıq bu barədə ətraflı danışdım. Məncə siz əsassız mühakimələr söyləyirsiniz.
    QADIN:-Əsassız?..
    KİŞİ:- Bəli, əsassız, həm də absurd. Yaxşısı budur, gəlin, məsələnin ikinci mərhələsini müzakirə edək...
    QADIN:- O, nə mərhələdir elə?..
    KİŞİ (ətrafa boylanır) :- İndi deyərəm, qoy görək bu işin axırı necə olur?..
    (Musiqi. Toy sahibləri yumruq davasına çıxırlar. Arada Bəyin və Gəlinin Atasının yumruğu tamadanın başına enir. Tamada vuruşanları ayırmaq istəyir. Məclis bir-birinə dəyir).
    TAMADA:-Elə ikiniz də bir yuvanın quşusunuz! Mən bu cür məclisi idarə edə bilmərəm. Mən öz postumdan istefa verirəm! Gedin özünüzə layiq tamada tapın!
    Firuz Mustafa Əsərləri 3
    255
    BƏYİN ATASI (Tamadaya):- Əşi, bir dayan görək! Lap biabır olduq! Sən məclisi idarə et! Qudamla mən özüm dil taparam.
    GƏLİNİN ATASI:- Biz heç o dünyada da dil tapa bilmərik. Yaxşı ki, bu qohumluğa elə bəri başdan nöqtə qoyuldu. Yoxsa bu işin sonu qanla qurtara bilərdi.
    BƏYİN ATASI:-Əşi, dayanın bir görək! Deyəsən, tıxac qurtarıb, yollar açılıb.
    GƏLİNİN ATASI:- Mən artıq öz kamandamı vermişəm: qızım evə qayıtmalıdır. Biz qohum ola bilmərik. Hərə gedib öz tayını tapsın. Mənim qızım bu ocaqda qala bilməz...
    BƏYİN ATASI:-Əziz quda, mənə hərbə-zorba gəlmə! Yadında saxla ki, o qız mənim ocağıma qismət olacaq. Bu, bizdən asılı deyil. Cavanlar sevişib ailə qururlar. Bizdənsə onlara xeyir-dua vermək qalır.
    GƏLİNİN ATASI:- Xeyir! Bu izdivac baş tutan deyil! (Ona yaxınlaşan Tamadaya). Sən nə istəyirsən məndən?.. Əl çək yaxamdan! Sırtıq, həyasız!..
    TAMADA:-Əşi, mərifətli danış...
    BƏYİN ATASI (Tamadaya):- Yaxşı, sən çəkil bu yana. İndi məsələ tamadalıq deyil.
    Firuz Mustafa Əsərləri 3
    256
    TAMADA:- Bu məclisə Tamada yox, ordu generalı gətirmək lazımdır, özü də top-tüfəngli...
    QADIN (Kişiyə):- Dünən radioda deyirdilər ki, şəhərə hansı ölkəninsə ordu generalı gəlib, bəlkə indi yolda ona görə tıxac yaranıb...
    KİŞİ:- Ta tıxac yoxdur, yollar açılıb deyəsən...
    QADIN:-Təki elə olsun...
    KİŞİ:- Qalır ikinci mərhələ...
    QADIN:-O nə mərhələdir, axı?..
    KİŞİ:- Toyu harada etməli?..
    QADIN:-Bəyəm bu, toy deyil elə?..
    KİŞİ:- Doğrudan da... (Pauza). Bəlkə məclisin axarını dəyişdirək?!.
    QADIN:-Ağlım bir şey kəsmir bu toydan. Bir ora baxın! Qudalar atışırlar. Lap biabırçılıqdır. Paho!.. Gəlinin atası lap gic imiş ki! Elə bəyin atası da səbrsiz adamdır. Heyif o qıza, o oğlana ki, bu cür ataları var.
    (Bəyin və Gəlinin atası əlbəyaxa olurlar).
    TAMADA:-Bəsdir, ayıbdır! Camaat sizə gülür.
    Firuz Mustafa Əsərləri 3
    257
    GƏLİNİN ATASI (zəng vuran mobil telefonla danışır):- Alo! Alo! Eşidirəm! Kim!.. Hə, nə olub?!. Nə tıxac?! . Bəs qız hanı?.. Sənə demədimmi qızı evə apar? Getmədi?.. Hara qaçdılar?!. Maşınla?!. Maşını oğlan özü sürürdü? Mən ona göstərərəm kimliyimi!.. İkisini də güllələyəcəm!..
    (Gəlinin Atası sürətli addımlaral çıxıb gedir. Bəyin Atası Tamadadan mobil telefonu alıb danışır)
    .
    BƏYİN ATASI (mobil telefonla danışır):- Hə, yollar açılıb?!. Bəylə gəlin qoşulub qaçdılar? Hara?.. Şəhərdən kənara?.. Əşi, bizim bu qudamız lap həngamə imiş!.. Elə qoşulub qaçdıqları yaxşıdır. Əlbəttə, vaxt gələr atəşkəs elan edib barışarıq. (Telefonu Tamadaya uzadaraq). Hə, aradan çıxıblar... Bəylə gəlini deyirəm. Bəlkə də belə yaxşıdır.
    TAMADA:-Yaxşı, bəs mən nə edim?..
    BƏYİN ATASI:- Gör bir neyləyirsən. Hələ camaatın başını bir az qat, sonra da məclisi bağlı elan edib de ki, toyumuz başa çatıb.
    Firuz Mustafa Əsərləri 3
    258
    TAMADA:- Artiq hamı vəziyyəti başa düşüb, görmürsünüz məclisdə nə pıçhapıç var?!. Mən yalançı məclisin tamadası olmağa öyrənməmişəm.
    BƏYİN ATASI:-Özün bilən məsləhətdir.
    TAMADA:- Bəs pul?..
    BƏYİN ATASI:- Nə pul?..
    TAMADA:-Tamadanın nəməri... Mənə çatacaq zəhməthaqqı...
    BƏYİN ATASI:- O xırda məsələdir... Pul əl çirkidir. Mən gedim görüm uşaqların başına nə iş gəldi... Sən öz işində ol...
    TAMADA:- İş var ki?... Qoyursuz ki, işləyək?!
    BƏYİN ATASI:-Yaxşı... Hələlik! Görüşərik!
    (Bəyin Atası çıxır. Çaşabaş qalmış Tamada mikrafonu götürür).
    TAMADA (mikrafonla):- Əziz dostlar, soydaşlar, qohumlar, qonşular!.. Bu gün biz iki gözəl ailənin... iki gəncin...iki qudanın... məclisinə toplaşmışıq... Deyirəm əvvəlcə bir tuş çalınsın, sonrasına baxarıq. İndi isə badələri qaldırın!
    Firuz Mustafa Əsərləri 3
    259
    (Musiqi. Kişi ilə Qadın nə barədə isə mübahisə edir. Deyəsən, nəhayət, deyəsən Qadın Kişi ilə ümumi fikrə gəlir. Onlar gülümsəyib əl-ələ tuturlar. Sonra Kişi Tamadaya yaxınlaşır, ona nəyisə izah edir: əvvəlcə təəccüblənən Tamada sonra qəh-qəhə çəkib gülür. Tamada qol götürüb oynayır, Kişi ilə Qadını rəqsə dəvət edir).
    QADIN:- Lap biabır oldum!..
    KİŞİ:- Niyə?.. Onsuz da bu toy gec-tez baş tutmalı idi.
    TAMADA (Kişi ilə Qadına):-Xahiş edirəm yerlərinizi tutun!
    (Kişi ilə Qadın-bəylə gəlin üçün nəzərdə tutulmuş kreslolarda əyləşirlər. Alqış səsləri eşidilir).
    TAMADA (mikrafonla):-Mənim əzizlərim, toyumuz davam edir. Daha doğrusu, məclisimiz indi-indi qızışır. Daha tıxac yoxdur. Yollar açılıb... Bəylə gəlinimiz öz yerlərini tutub. Biz bu toyda şahid kimi iştirak edirik. Gəlin bəylə gəlini alqışlayaq. Gəlin, hamımız bir ağızdan deyək: toyunuz
    Firuz Mustafa Əsərləri 3
    260
    mübarək! Qoşa qarıyasınız! Gəlin hamımız “Yallı” gedək!
    (Musiqi. İştirakçılar əl tutub rəqs edir, yallı gedir).
    PƏRDƏ
    SON
    Firuz Mustafa Əsərləri 3
    261
    TABUT
    (İki hissəli dram-qrotesk)
    İŞTIRAK EDIRLƏR:
    KİŞİ
    QADIN
    OŠLAN
    QIZ
    QULLUQÇU
    Təbilçilər
    Birinci hissə
    Mənzil. Nəhəng otaq. Yuxarı başdakı iri stolun üstündə tabut. Yaxınlıqda royal. Tabutun üstünə işıq düşür. Divardan iri şəkil asılıb: şəkildəki kişigülümsəyir. QADIN və QULLUQÇU qadın kresloda əyləşiblər. Qadınların yas saxladıqları təkcə otaqdakı
    Firuz Mustafa Əsərləri 3
    262
    tabutdan yox, elə onların geyim-kecimlərindən də bilinir.
    Bir azdan Qulluqçu qadın qalxıb pəncərəyə yaxınlaşır.
    QADIN (doluxsunmuş halda):- İndi mən nə edim? Kimdən imdad diləyim? Kim məni başa düşəcək, kim? Ay Allah…
    QULLUQÇU (diqqətlə Qadını süzür):- Özünüzü ələ alın. Guya sizdən başqa… (Duruxub sözünü dəyişir). Hmm… Elə bil qurbağa gölunə daş atıblar. Elə bil hamı ölüb. Nə gələn var, nə də gedən… Heç sürücüdən də bir səs-soraq çıxmadı.
    QADIN:- Bəs uşaqlar harada qaldı görəsən?
    QULLUQÇU: Bəlkə uçuş yoxdur, uşaqlar ona görə gələ bilmirlər. Eh, bir də ki, gəlib neyləyəcəklər axı? (Tabuta sarı baxır). Ölən öldü, köçən köçdü. (Kövrəlir). Bilmirəm bizim axırımız nə olacaq?..
    QADIN:- Nə olasıdır ki?
    QULLUQÇU:- O olsıdır ki, bu ailəyə qarşı güclü, həm də məkrlı planlar hazırlanır. Ordan-burdan qulağıma səda gəlir; deyirlər camaat qəbristanlığa yığışmaq istəyir.
    QADIN:- Qoy yığışsınlar… Nə olsun ki?
    Firuz Mustafa Əsərləri 3
    263
    QULLUQÇU:- Bu boz kütlə mərhumun ailəsinə mane olmaq istəyir.
    QADIN:- Nə üçün? Səbəb nədir?
    QULLUQÇU:- Bunun səbəbini öləndən soruşmaq lazımdır…Ölülərsə həmişə susur.
    QADIN:- Heç nə anlamıram.
    QULLUQÇU:- Eləmən də heç nə başa düşmürəm. Ehhhh… Bu sürücü harada qaldı belə? Görəsən maşın həyətdədir?.. Qoy bir düşüm baxım.
    Qulluqçu çıxır. Qadın tabuta tərəf gedir. Qapının zəngi çalınır. Qadın diksinib çönür, qapıya yaxınlaşır.
    QADIN:- Buyurun, gəlin, qapı açıqdır.
    Kişi içəri keçir. Geyimindən, əba və əmma-məsindən şəriət adamı olduğu hiss edilir. Qoltuğunda qalın kitab, əlində təsbeh var. Kişi sir-sifətdən divardakı şəklə bənzəyir. Qadın heyrətlə onu süzüb geri-geri addımlayır. Kişi sanki təəccüblənib, diqqətlə qadına baxaraq salavat çevirir.
    Firuz Mustafa Əsərləri 3
    264
    KİŞİ:- Əs-səlamun əleyküm… Bismillahir-rəhmanir-rəhim…
    QADIN:- Sizə kim lazımdır? Sizi kim dəvət edib? Siz… Sən… Siz…
    KİŞİ:- Mənə heç kəs lazım deyil... Mən bura özüm gəlmişəm... Eşitdim ki, qonşuluq-da rəhmətə gedən var...
    QADIN (yenə heyrətlə Kişini süzür): - Bi-lirsizmi, mərhumun övladları gəlib çıxmayıb. Hələlik, mollaya ehtiyac yodur.
    KİŞİ: - Bəyəm o müsəlman deyildi?..
    QADIN (çiyinini çəkir): - Onun dinə özü-nəməxsus münasibəti vardı. Deyə bilmərəm ki, o, müsəlman idi, yoxsa qeyri-müsəlman... Bu məsələyə dəfn komissiyası baxacaq...
    KİŞİ: - Aydındır... Anladım... Bağışlayın... Vəəssəlamu aleykum və rəhmətullahi və bə-rəkətuhu.
    Kişi salavat çevirib çıxır. Qulluqçu qadın qayıdıb gəlir.
    QULLUQÇU: - O, kim idi elə?.. O əbalını-əmmaməlini deyirəm... Özü də sir-sifətdən yaman tanış gəlirdi..
    Firuz Mustafa Əsərləri 3
    265
    QADIN: - Hə, doğrusu, mən qorxdum... De-yəsən, molladır… (Divardakı şəklə işarə ilə). Mərhum belə şeylərə pis baxırdı. Mollaya-zada inamı yox idi... Hə, nə oldu? Sürücüdən bir soraq çıxmadı?
    QULLUQÇU: - Yox... Yəqin indilərdə gəlib çıxar…
    QADIN: - Deyəsən, o, yamanca qudurub...
    QULLUQÇU: - Kim?..
    QADIN: - Cürücünü deyirəm... Neçə il mə-nim evimdə yallanıb, indi quyruğu belində gəzir...
    QULLUQÇU: - Sənin evində?
    QADIN: - Əlbəttə…
    QULLUQÇU: - Əvvəla “sənin” yox, “sizin”… Yəni bizim. İkincisi də sizin kimin bostanına daş atdığı mənə yaxşı məlumdur. Yəqin ki, bir aydan sonar elə məni də o sürücü kimi “qiymətləndirəcəksiz. Yadda saxlayın, mən bu evin köhnə adamıyam. Bu evin sütunları mənim çiynimdədir. Mən bu-rada təkcə qulluqçu yox, həm də... həm də... bu ocağa doğma adam olmuşam...
    QADIN: - Siz niyə hər sözü özünüzə götü-rürsünüz?.. Dünəndən bəri dəyişmisiniz elə
    Firuz Mustafa Əsərləri 3
    266
    bil. Bəyəm sizin adınızı çəkən, sizə bir artıq-əskik söz deyən var ki?
    QULLUQÇU:- Mən uşaq-zad deyiləm ki. Sizin ürəyinizdən keçəni elə gözünüzdən oxuyuram.
    QADIN: - Axı, indi mənim ürəyimdən nə keçə bilər ki? Ərimi itirmişəm…. Ürəyim parçalanır. Tabut ortada qalıb… Uşaqlar gəlib çıxsaydı mərhumu torpağa tapşırardıq… Bir də ki, sizə nə dəxli var-mə-nim ürəyimdən nələr keçir?.. Siz kimsiniz? Bu evin adi bir qulluqçusu... Gedin öz işiniz-lə məşğul olun. (Səsini qaldırır). Eşidirsiniz məni, yoxsa?..
    Qulluqçu altdan-altdan Qadını süzüb həyətə enir. Yenə qapı zəngi. Qadın qapıya yaxınla-şır. Bayaqkı Kişi keşiş qiyafəsində görünür: qoltuğunda kitab, əlində xaç var.
    KİŞİ (sinəsinə xaç işarəsi çəkir): - Tsarsktvi-ye nebesnoye... Pust zemlya budet puxom...
    QADIN: - Sizə nə lazımdır?.. Sizi kim çağı-rıb bura?..
    KİŞİ: - Mən özüm gəlmişəm. (Tabuta işarə ilə). Mən Allah və mərhum qarşısında öz
    Firuz Mustafa Əsərləri 3
    267
    borcumu yerinə yetirirəm. (Kişi sinəsinə xaç işarəsi çəkir). Tsarstviye nebesnoye...
    QADIN: - Siz mərhumu tanıyırdınız?..
    KİŞİ: - Bu, o qədər də vacib deyil. Biz hamı-mız bir Allahın övladlarıyıq: dirilər də, ölülər də...
    QADIN: - Lazım gəlsə, biz özümüz sizi tapa-rıq... Bilirsizmi?.. Biz... Mən... Hər şey dəfn komissiyasından asılıdır.
    KİŞİ: - Anladım, övladım, anladım... (Xaç çəkib qapıya yaxınlaşır). Pust zemlya budet puxom... Tsarstviye nebesnoye...
    Kişi çıxır. Qadın həyəcanlıdır. O, geri qayı-dıb divardakı şəklə diqqətlə baxır. Qulluqçu qadın gəlir.
    QULLUQÇU: - Bu nədir? Molla gedir, keşiş gəlir. Belə getsə, bir azdan katolikos da gələ-cək... Onları kim çağırıb bura?..
    QADIN: - Kim çağırıb? Mən nə bilim? Bəlkə elə sizin tanışlarınızdır?
    QULLUQÇU: - Mənim keşışlə, molla ilə nə işim? (Pauza). Doğrudan ey, görəsən bu sürücü harada qaldı?
    Firuz Mustafa Əsərləri 3
    268
    Qapı zəngi. Uluqçu qapını açır. Qız gəlir. Əlində sumka, çiynində çanta. Qız hikkəli-hikkəli ətrfa nəzər salır, iti addımlrla tabuta yaxılaşır, diqqətlə meyitə baxır, sonra tabutdan aralanıb divardakı şəklin önündə dayanır, əlləri ilə üzünü örtüb hıçqırır. Qulluqçu onun qolundan yapışıb kənara çəkir. Qız kresloda əyləşir.
    QIZ (hıçqırır): - Ata... Ata... (Hönkürür). Sənə nə oldu, ata?!.
    QULLUQÇU: - Özünü üzmə... Heç kəs bunu gözləmirdi. Atan qəfildən keçindi. Heç və-siyyətini də edə bilmədi. Günorta işdən gəldi, naharını edib keçdi öz otağına. Onda mən hə-yətdə idim. Bir də gördüm ki, anan qışqırır...
    QIZ: - Anam? (Qadına istehzalı nəzər salır). Mənim anam yoxdur... O, çoxdan ölüb... Anam sağ olsaydı mən öz ev-eşiyimdən di-dərgin düşməzdim...
    QULLUQÇU: - Yaxşı... İndi bu söhbətin ye-ri deyil. Nə fərqi var ki? (Qadına işarə ilə). Lap olsun analığın... Hə, nə isə, səs-küyə qa-çıb gəldim. Kişi döşəmədə üzüquyulu idi. Götürüb çarpayıya uzatdıq. Artıq keçinmişdi. Onun ölümü bizi sarsıtdı, belimizi qırdı
    Firuz Mustafa Əsərləri 3
    269
    bizim… Əvvəlcə sənə, sonar da qardaşına zəng vurduq. Tabut sifariş verdik… (Pauza). Sən təyyarə ilə gəldin?..
    QIZ: -Hə… Bəs qardaşım gəlib çıxmayıb?
    QULLUQÇU:- Hələ yox…
    QADIN (Qıza yaxınlaşır):- Qardaşınla mən özüm danışdım. Hesabnan bu gün o da gəlib çıxmalıydı.
    QIZ:- Mən üç təyyarə dəyişmişəm… Qorxurdum ki, gəlib dəfnə çatmayım… (Ayağa durur). Gözümə heç kəs dəymir. Bəs camaat hanı?
    QULLUQÇU:- Camaat? Yəqin hələ eşidib-bilən yoxdur. Bəlkə də heç inanan yoxdur onun ölümünə. Axı mərhum çox sağlam, gümrah adam idi… Ona baxan deyərdi ki, hələ yüz il yaşayacaq. Çox qəribədir…
    QADIN:- Yox, bayaq qəzetdən, bir də radiodan zəng vurmuşdular. Soruşurdular ki, bu söz-söhbət doğrudurmu? Camaat o qədər şaiyələr eşidib ki, ta həqiqətə də inanmır.
    QIZ:- Yaxşı, bəs dəfn nə vaxt, harada olacaq? Yer götürüblər?
    QADIN:- Bu işlə yuxarılar məşğul olacaq. Hər halda cənazə əvvəlcə teatra qoyulmalıdır…
    Firuz Mustafa Əsərləri 3
    270
    QIZ:- Teatra? Mənim atamın teatra nə dəxli? Bəyəm o, aktyor olub?
    QADIN:- Qayda belədir. Yuxarıdan belə məsləhət gördülər.
    QIZ (Qadına):- Yuxarıdan? Bəlkə bu sənin öz təşəbbüsündür? Axı vaxtilə sən məşhur sənət adamı, səhnə adamı olmusan. Atamı da öz səsinlə, öz sənətinlə sehirləmisən…
    QADIN:- İndi belə söhbətlərin yeri deyil. (Hikkəli-hikkəli). Keçmişi qurdalamayın…
    QULLUQÇU:- Mərhumu torpağa tapşırmaq lazımdır. (Qapı döyülür). Hə, deyəsən,gələn var… (Qapıya sarı uca səslə). Gəlin, gəlin, qapı açıqdır…
    Bayaqkı Kişi daxil olur. Başında enliqanad şlyapa var. O, indi müasir dəbdə tikilmiş kostyum, onun üstündənsə mantiya geyinib. Hamı heyrət və qorxu hissi ilə onu süzür; məsələ burasındadır ki, Kişinin görkəmi di-vardıkı şəkli-mərhumu xatırladır. Qız ayağa durub Kişiyə yaxınlaşır, diqqətlə onun üzünə baxır, sonra tabutun yanına gedib meyitə nə-zər salır. Qadın, Qulluqçu və Qız hıçqırır.
    Firuz Mustafa Əsərləri 3
    271
    KİŞİ:- Bilirsinizmi, insanın ürəyi ətraf aləmlə düz olubsa, onun dəfnində hansısa din adamının, tutalım ki, mollanın ya keşişin mütləq mənada iştirakına o qədər də ehtiyac yoxdur. Tutaq ki, biri ateist olub, ömrü boyu Allaha qarşı mübarizə aparıb, belə olan halda hansı ayinin tətbiqindən söhbət gedə bilər?... (Kişi pəncərəyə yaxınlaşıb dodaqaltı nəsə mızıldanır, qəribə əl hərəkətləri edir).
    QIZ (Qulluqçuya): - Bu, kimdir belə?..
    QULLUQÇU (çiynini çəkir): - Bilmirəm. Bəlkə də atanın tanışıdır...
    QIZ: - O, həqiqətən atama çox oxşayır. Bəl-kə də qohumumuzdur...
    QULLUQÇU: - Mən onu birinci dəfədir ki, görürəm. Daha doğrusu, üçüncü dəfə… Bayaq molla, sonar keşiş qiyafəsində gələn də bu idi deyəsən. Eləmi? (Qadına). Siz tanımırsınız ki, bunu?
    QADIN: - Yox... Mən... yox... Tanımıram...
    Qapıda ayaq səsi. Qulluqçu qapıya yaxınla-şır. Oğlan gəlir.
    QULLUQÇU: - Hə, gəlib çıxdın?..
    Firuz Mustafa Əsərləri 3
    272
    OĞLAN: - Hımmm… Məni gözləyirsiniz? (Kişiyə işarə ilə). Bu kimdir belə?
    Qadınların hamısı çiyinlərini çəkir; yəni tanımırıq, bilmirik.
    QIZ (oğlana yaxınlaşır):-Salam… Deyəsən, məni görmədin…
    OĞLAN: - Salam... (Soyuq tərzdə). İndi gəlmisən?..
    QIZ: - Hə, təyyarədən elə indicə düşmüşəm...
    KİŞİ (Geri qanrılıb otaqdakıları diqqətlə sü-zərək): - İnsan doğulur, yaşayır, ölür... Zahi-rən burada elə dərin məna və mətləb yox-dur... Fəqət bu aləmdə baş verən hər bir lokal və qlobal hadisənin öz məzmun və mahiyyəti vardır... Bu baxımdan mərhumun həyatının və ölümünün mənası dərin məzmun və ma-hiyyət kəsb edir.
    OĞLAN: - Bu, nə danışır? (Kişiyə). Siz kim-siniz?.. (Tabuta işarə ilə). Mən neçə illər onunla bir yerdə işləmişəm, onun sürücüsü olmuşam... Sizi ilk dəfədir ki, görürəm... Sizi kim dəvət edib bura?..
    Firuz Mustafa Əsərləri 3
    273
    KİŞİ: - Hüzr yerinə heç kəs dəvət almır. Hər kəs öz ürəyinin hökmü ilə gəlir mərhumla vi-dalaşmağa...
    OĞLAN: - Çıx get öz işinin dalıyca...
    QADIN (Oğlana): - Qoy qalsın... Onunla işin olmasın.
    QIZ (Oğlana): - Dəymə... O, mənə atamı xa-tırladır...
    QULLUQÇU: - Elə bil ürəyimə nəsə da-mıb... Yaxşı, tabut nə vaxtacan otrada qala-caq? O, harada dəfn olunmalıdır?..
    KİŞİ: - O, şəhərin ən uca yerində dəfn olun-malıdır. Gələcəkdə o qəbrin üstündə nəhəng abidə qoyulmalıdır. Bu məsələni mən özüm həll edəcəyəm. Siz darıxmayın... Telefon ha-radadır?
    QADIN: - Çox sağ olun, xeyirxah adam...
    QULLUQÇU: - Allah sizə ömür versin.
    QADIN: - İstəsəniz onun öz kabinetindən zəng vurun. Onun öz şəxsi telefonundan...
    KİŞİ: - Olar... Olar... Mümkündür...
    Kişi, Qadın və Qulluqçu dərinliyə çəkilir. Ki-şi dəstəyi götürüb harasa zəng vurur, onun səsi eşidilmir. Kişi əl-qol hərəkətləri ilə ki-məsə nəyisə izah edir. Qadın ona fincanda su
    Firuz Mustafa Əsərləri 3
    274
    verir, Quluqçu onun b
    aşından şlyapasını çıxarıb pianonun üstünə qoyur. Kişi mantiyanı soyunur, kənara atır. Hiss olunur ki, qadınlar ona qayğı göstərir, onun qulluğunda dururlar. Oğlan və Qız söhbət edirlər.
    QIZ:- Cənazə haradan götürüləcək? Matəm mitinqi harada keçiriləcək? Dəfn komissiyasına kim rəhbərlik edəcək?
    OĞLAN:- Hansı matəm mitinqini deyirsən? Bir azdan tufan qopacaq... Camaat ayağa durub. Başa düşürsən? Camaat...
    QIZ:- Camaat? Nə istəyir o camaat?
    OĞLAN:- Camaat? Çox şey isteyir. Zavodlar-fabriklər dayanıb, nəqliyyat işləmir... Nə matəm? Nə mitinq? Nə komissiya? Adamlar qisas tələb edir.
    QIZ:- Kimdən?
    OĞLAN:- Kimdən? O tabutda yatandan!
    QIZ:- Ölüdən?
    OĞLAN:- Bəli! Ölüdən...
    QIZ:- Kəs səsini, nankor... Sənin başın xarab olub. Sən onun çörəyi ilə böyümüsən...
    OĞLAN: - Səhv edirsən! Mən öz zəhmə-timlə, öz əməyimlə dolanmışam. Başqası bil-
    Firuz Mustafa Əsərləri 3
    275
    məsə də sən bunu yaxşı bilirsən... (Tabuta işarə ilə). O, mənim də axırıma çıxmaq istə-yirdi. O, istəyirdi ki, mən öz bildiklərimi özümlə qəbrə aparım. Hazırlaşırdı ki, başımı əksin. Amma özü əvvələ düşdü... Onu tanı-yanların çoxu yenə xofdadır. İnanmırlar bu qəfl ölümə.
    QIZ: - Sağlığında hamı onu tərifləyirdi... Onu böyük iş adamı, nəhəng biznesmen, müdrik siyasətçi hesab edirdilər. İndi nə oldu birdən-birə?.. Ölüdən nə tələb edirlər?
    OĞLAN: - Başqası bilməsə də, sən yaxşı bi-lirsən ki, o, mənsəbə cinayət yolu ilə çatmış-dı. Öz rəqiblərinin meyitini ayaqlaya-ayaqla-ya yüksəlmişdi o mərbəyə... Sağlığında on-dan qorxurdular, çəkinirdilər... Ona görə su-surdular… Nə olsun ki, sənin atandır?..
    QIZ: - Meyiti basdırmaq lazımdır... Sən mənasız şeylər danışırsan... Görünür, hələ keçmişi unutmamısan.
    OĞLAN: - Keçmişi? Keçmiş artıq keçmişdə qalıb... Mən sənin nəyə işarə etdiyini bili-rəm... Doğrudur, bir vaxt səni istəmişəm. Mən bunu gizlətmirəm. Bəs sən özün? O vaxt intihar etmək, özünü yandırmaq istəyən
    Firuz Mustafa Əsərləri 3
    276
    sən deyildin? Bəlkə indi peşimançılıq hissilə xatırlayırsan öz dünənini?..
    QIZ: - İndi bu söhbətin yeri deyil. Tabut tor-pağa gömülməlidir. Mən sənin bu qədər qi-sasçı-qərəzçi olduğunu təsəvvür etməzdim. Görünür, camaatı da sən qızışdırırsan.
    OĞLAN: - Mən? Xeyr! Bəyəm camaat çörə-yi qulağına yeyir. O, yəni sənin atan, bütün iş yerlərində insanları istismar etməklə məşğul idi. Yüzlərlə, minlərlə adam sanki ölüm dü-şərgəsində, konslagerdə yaşayırdı. Heç buna “yaşamaq” demək də düzgün deyildi... O, insanların qanına susamışdı... İndi sən öz ata-nı mələk libasında görürsən.
    QIZ: - Belə çıxır ki, meyit məhkəmə qarşısında dayanmalıdır.
    OĞLAN: -Bəli, indi onun meyiti, cəsədi cavab verməlidir. O, sağ olarkən həmişə su-surdu, bütün suallardan yayınırdı. Amma in-di o cəsəd danışacaq, çox suallara cavab ve-rəcək...
    QIZ: - Sərsəmləmə!.. Sən hansı sual-cavab-dan danışırsan?..
    OŠĞLAN: - Mən nə dediyimi yaxşı bilirəm! Bəyəm bu var-dövlət, bu sərvət elə-belə top-lanıb?..
    Firuz Mustafa Əsərləri 3
    277
    QIZ: - Hansı var-dövlət, hansı sərvət?.. O, çox sadə bir həyat keçirib...
    OĞLAN: - “Sadə həyat”... Mənə yaxşı məlumdur o “sadə həyat”... O, özünün bütün şəriklərini terror yolu ilə aradan çıxarmışdı. Ətrafındakıları əbədi, basqı altında saxlayırdı. O, adamları əzməyi, ayaqlamağı sevirdi. O, özünün törətdiyi murder əməllərdən həzz alırdı. O, rəqiblərini də məhv eləmişdi, şəriklərini də… İndi fabriklər, zavodlar, banklar işləmir. İşçilər öz tələblərini irəli sürürlər.
    QIZ: - Nə tələb?.. Ölüdən nətələb etmək olar?
    OĞLAN: -Tələb olunur ki, meyit torpağa basdırılmasın… Onu heç dənizə də atmaq olmaz. O, mühakimə olunmalıdır…
    QIZ: - Kəs səsini! Deyəsən, sən ağlını itir-misən...
    OĞLAN: - Qətiyyən! Axı, sən öz atana mən-dən pis bələd deyilsən. Niyə həqiqətlə razı-laşmaq istəmirsən ? O, öz ətrafında müdhiş, qorxunc, qapalı bir dairə yaratmışdı. Elə bil ki, o, hamıdan qisas almaq istəyirdi... O, qo-calmışdı, amma ürəyində rəhm, insaf-mürüv-
    Firuz Mustafa Əsərləri 3
    278
    vət deyilən şey yox idi. Sən ki, bunları bilirsən…
    QIZ: - O, bizə qarşı da cərt, tələbkar idi. Nə olsun ki? Təbiəti belə idi onun.
    OĞLAN- Sərt... Yox... O, sərt deyildi. Hətta, öz övladlarına qarşı da inamsız və amansız idi. Sizə də bir alət, bir vasitə kimi yanaşırdı. O, yaxşı bilirdi ki, siz onun ümidlərini doğ-rultmayacaqsız... Ona görə də sizi özündən uzaqlaşdırmışdı.
    QIZ: - Mən bu illərdə sanki sürgündə olmu-şam. Elə qardaşım da... O, indi başqa bir öl-kənin vətəndaşlığını qəbul edib. Biz əzab-əziyyətlə böyümüşük.
    OĞLAN: - Nədir, indi siz atanızın top-tü-fənglə qazandığı sərvətə sahib olmaq istəyir-şlığını qəbul edib. Biz əzab-əziyyətlə böyümüşük...
    OĞLAN: - Nədir, indi siz atanızın top-tü-fənglə qazandığı sərvətə sahib olmaq istəyir-siniz?..
    QIZ: - Mən sadəcə olaraq atamın dəfninə gəlmişəm.
    Kişi gəlir, Qız çıxır.
    Firuz Mustafa Əsərləri 3
    279
    KİŞİ(Oğlana): - Cavan oğlan, sən kimsən və sənə nə lazımdır?
    OĞLAN: - Mən elə bu sualı sənə vermək istəyirdim.
    KİŞİ:- Çox yaxşı. Mən özümü təqdim edirəm: dəfn komissiyasına mən başçılıq edəcəyəm. Mərhum mənim rəhbərliyim altında torpağa tapşırılacaq. Orada əsas məruzəçi də mən özüm olacağam. İndi nekroloqu hazırlayırıq.; sabah bütün qəzetlər, telekanallar mərhumun tərcümüyi-halını, şəkillərini verəcək.
    OĞLAN: - Hım-m-m... Aydındır... Sən yaman oxşayırsan mərhuma. (Divardakı şə-kilə işarə edir). Bəlkə öz şəklini verəsən mərhumun əvəzinə.
    KİŞİ: - Yaxşı, yaxşı... Boş-boş danışma… Cavab ver görüm sən özün kimsən axı?..
    OĞLAN: - Elə mən də dəfn komisiyasının sədriyəm...
    KİŞİ: - Səni kim təyin edib o vəzifəyə?
    OĞLAN: - Bəs sənə o təyinatı kim verib?
    KİŞİ: - Bu, yuxarıların göstərişidir.
    OĞLAN: - Amma mən təyin olunmamışam, məni seçiblər.
    KİŞİ: - Kim seçib?
    Firuz Mustafa Əsərləri 3
    280
    OĞLAN: - Aşağılar…
    KİŞİ (əyilib aşağıya, öz ayağına baxır): - Aşağıda nə var, kim var?
    OĞLAN: - Əməkçi insanlar, kollektiv…
    KİŞİ (dəlicəsinə gülür): - Ha-ha-ha… Ha-ha-ha… Paho! Paho!
    Əməkçi… İnsanlar… (Ciddiləşir, tabuta yaxınlaşıb diz çökür, meyitə müraciətlə). Bağışla, əziz insane… Hörmətli mərhum… Deyəsən, günah elədim. Bizə sizin qarşınızda , eeeee, tabutunuz önündə gülmək yaraşmaz. Bu gün biz dərin kədər və hüzn içindəyik…
    Qadın, Qız və Qulluqçu daxil olur.
    QADIN: - Nə olub?..
    KİŞİ: - Bu cavan oğlan elə bir şey dedi ki, onun əvəzinə mən mərhumdan üzr istəməli oldum.
    QADIN (Oğlana): - Deyirlər buraya nəsə tələblərlə gəlmisən? Nədir elə o tələblər?
    OĞLAN: - Mərhuma qarşı ittihamlar irəli sürülüb, onun barəsində hökm çıxarılacaq.
    QULLUQÇU: - Deyəsən, sayıqlayırsan! Nə hökm, nə ittiham!
    Firuz Mustafa Əsərləri 3
    281
    QIZ: - Sizin öüzünüzü ittiham etmək lazım-dır! Hamınızı!..
    KİŞİ: - Komissiyanız istintaqla məşğul ola-caq?..
    OŠLAN: - Bəli!
    KİŞİ: - Get öz iş-gücünlə məşğul ol, oğlan? Sən kimsən, nəçisən? Səhv etmirəmsə sürü-cüsən, elə deyilmi?
    OĞLAN: - Tutaq ki, elədir... Nə olsun ki?..
    KİŞİ: - O olsun ki, sən hələ uşaqsan... Sən hələ dünya görməmisən...
    OĞLAN: - Mən çox şey görmüşəm...
    KİŞİ: - Gördüklərin azdır... Elə yaşın, təcrübən də çox deyil...
    QULLUQÇU (Oğlana): - Sənin başın hələ daşdan-daşa dəyməyib.
    QADIN: - Gör bir dünya necə xarab olub? Gbir kimlər kimlərə meydan oxuyur?!.
    KİŞİ: - Gözəl, ləyaqətli bir insanın ünvanına nalayiq sözlər demək ən azı tərbiyəsizlikdir...
    OĞLAN (acı-acı gülür): - Ha-ha-ha... Gözəl, ləyaqətli... O, ətrafındakı adamlara daim zü-lüm eləyib, onları əzib, alçaldıb və bundan həzz alıb... Sən zahirən ona oxşasan da, onu yaxşı tanımamısan, kişi!
    Firuz Mustafa Əsərləri 3
    282
    KİŞİ: - O, büu həyatı boyu insanların, öz dost və tanışlarının xoşbəxtliyi uğrunda çalı-şıb... Bütün bunlar mənə məlumdur…
    OĞLAN: - Axı, onun heç bir dostu olma-yıb... Mən onun sürücüsü olmuşam. Hamı-dan yaxşı tanıyıram onu... (Kişiyə). Sən isə nağıl danışırsan. Bəlkə də heç onu tanımır-san...
    QADIN: - O, ailəcanlı idi...
    QULLUQÇU: - O, ürəyiyumuşaq idi...
    OĞLAN: -- Onun heç yerli-dibli ürəyi yox idi. Siz çox şeyi bilmirsiz. O, özü zəhərləyib öldürtmüşdü öz arvadını. (Qıza). Sənin ananı... o, öldürmüşdü...
    QIZ: - İftira danışma!
    OĞLAN: - Sənin anan çox şey bilirdi, elə özü bildiklərinin də güdazına getdi... Sənin atan...
    KİŞİ: - Onun öz şəxsi həyatı olmayıb, o, həmişə başqaları üçün yaşayıb. Onun ürəyi məşəl idi...
    OĞLAN: - O, özünü qayğıkeş adam kimi təqdim etməyi bacarırdı. Amma bu təqdimat aldadıcı idi. O, başqalarının xoşbəxtliyindən yox, bədbəxtliyindən həzz alırdı….
    Firuz Mustafa Əsərləri 3
    283
    KİŞİ: - Bu gün bizim ən kədərli günümüzdür. Biz ən yeni tarixin ən müdrik bir insanını torpağa tapşırmağa hazırlaşırıq. Amma biz gələcəyə nikbin nəzərlərlə baxmalıyıq. Əlimiz işdən soyumamalıdır.
    QADIN: - Elədir!
    QIZ: - O, şərəfli bir ömür yaşayıb.
    QULLUQÇU: - O, həmişə bizimlə olacaq.
    KİŞİ: - O, ölməyib, əbədiyyətə qovuşub.
    OĞLAN: -Bir mənə deyin görüm, bu fırıldaqçı kimdir? Onu kim çağırıb bura?
    KİŞİ: - Fırıldaqçı sən özünsən. Sən satqın-san. Dünənəcən əlini öpdüyün, qarşısında təzim etdiyin bir adamın ruhunu təhqir edir-sən.
    OĞLAN: - Bəlkə onun ruhu səndə təcəllə ta-pıb? Sən ona yaman oxşayırsan ha: həm xa-siyyətcə, həm də zahirən.
    KİŞİ: - Mənasız şeylər danışma. Mən yalnız zahirən ona oxşaya bilərəm… Amma onun kimi ola bilmərəm. O, dahi idi...
    QADIN (Kişiyə): - Biz onun yolunu davam etdirəcəyik!..
    OĞLAN:- Amma mən onun kimi ola bilmə-rəm. O, dahi idi...
    Firuz Mustafa Əsərləri 3
    284
    QADIN (Kişiyə): - Biz onun yolunu davam etdirəcəyik!..
    OĞLAN (gülür): - Ha-ha-ha! Hansı yolu de-yirsiniz? (Qadına). O, sənin özünü yoldan çı-xarmışdı. Sən ona görə öz ərini güdaza verdin. Guya atan, baban yaşında olan amansız, qəddar bir kişiyə burulmuşdun? Yalandır! Mən yaxşı bilirəm size bir-birinizə bağlayan nə idi. Yox, bu oyunlar keçməz!
    KİŞİ: - Sən kimsəsiz, köməksiz bir qadından nə istəyirsən?.. Onun günahı nədir? Bəyəm vəzifəli, yaşlı, adlı-sanlı bir kişiyə ərə get-mək cinayətdir?.. Bu, hansı kadeksdə, hansı qanunda yazılıb? İnsanı öz iradəsinə qarşı çı-xarmağa kim vadar edə bilər? Sevmək nə vaxtdan yasaq olunub?
    OĞLAN: - Sən hansı sevgidən dəm vurur-san? Ümumiyyətlə, kim səni danışmağa vəkil edib? Sən kimin adından danışırsan?..
    KİŞİ: - Mən haqqın, həqiqətin adından danı-şıram.
    OĞLAN: - Tüpürüm o həqiqətə ki, onu şey-tanlar əkir, iblislər becərir.
    KİŞİ: - Sən hələ körpəsən, uşaqsan. Sən nə bilirsən ki, Ay haradan doğur, Gün harada batır?!. Sənin əlin həmişə sükanda, gözünsə
    Firuz Mustafa Əsərləri 3
    285
    yollarda olub. Amma sən qanmırsan ki, bu dünyanın öz sükanı, o sükanısa idarə edən güclü əllər var. Sən görə bilməzsən o görün-məz əlləri...
    QADIN (eyhamla Oğlana): - Mən bilmirəm, sənin nə vaxtsa kiminləsə nakam məhəbbət sərgüzəştin olub... Bunun mənə heç dəxli də yoxdur. Amma mən öz ərimə həmişə səda-qətli olmuşam. Yaşın xoşbəxtliyə nə dəxli?.. Mən xoşbəxt bir həyat sürmüşəm... öz mərhum ərimlə… (Tabuta baxıb hıçqırır).
    QIZ (Qadına): - Xahiş edirəm, sözünə sərhəd qoyasan...
    QULLUQÇU (Qadına): - İndi belə söhbətlə-rin yeri deyil. Biz əziz, doğma bir adamı itir-mişik.
    QADIN: - Mən hamıdan çox əzab çəkirəm... Qovruluram...
    OĞLAN (Qadına): - Sən əzab çəkirsən?! İnanan daşa dönsün. Sən həmişə olduğu kimi yenə də kef çəkmək istəyirsən!..
    QULLUQÇU (Oğlana): - Yaxşı, bəsdir!
    QIZ (Oğlana): - Kəs səsini! Axmaq! Vicdansız! Səni it kimi gəbərtmək lazımdır…
    Firuz Mustafa Əsərləri 3
    286
    Qulluqçu ilə Qız, Oğlanın yaxasından tutub qapıya sarı dartırlar. Səs-küy, haray-həşir. Onlar çıxır. Otaqqda Qadın və Kişi qalır.
    QADIN: - Mən öz tənhalığımı indi dərk et-məyə başlamışam. Sən demə, ətrafımdakıla-rın hamısı yalquzaq kimi marıtda durub əri-min ölümünü gözləyirmişlər. Dünənəcən qarşımda quyruq bulayanlar indi mənə yağı kəsiliblər. Onlar əl-ələ verib, birləşib məni didib parçalamaq, məhv etmək istəyirlər.
    KİŞİ: - Sən möhkəm ol! Onlar sənə heç bir şey edə bilməyəcəklər. Mən səni onların it caynağından, zəhərli dişlərindən xilas edəcə-yəm.
    QADIN: - Sağ ol, xeyirxah adam... Elə bil ki, bu çətin günümdə səni Tanrı göndərib mə-nim köməyimə... Düzünü deyim ki, sən mənə öz ərimi xatırladırsan. O da sənin kimi cəsa-rətli, qətiyyətli idi. Hamı ondan çəkinərdi, hamı ona hörmət edərdi, ona səcdə qılardı.
    KİŞİ: - Hörmət qorxudan doğmalıdır. Mə-həbbətdən hörmət yaranmaz. Dünyanı qorxu idarə edir. Adamların ürəyində əbədi xof ol-malıdır.
    Firuz Mustafa Əsərləri 3
    287
    QADIN: - Tabut ortada qalıb. Biz meyiti tez-liklə torpağa tapşırmalıyıq...
    KİŞİ: - Ölünü dəfn edənə qədər biz onun öl-məzliyini, əbədi yaşarlığını kütləyə təlqin et-məliyik. Qoy hamı bilsin ki, mərhumun öz dünyasını dəyişməyi simvolik, şərti mahiyyət daşır.
    QADIN: - Necə yəni? Heç nə başa düşmə-dim... Axı, o, ölüb...
    KİŞİ: - Ölüb... Amma biz ölməmişik. Biz onun işini, əməlini yaşatmalıyıq. Həyat öz köhnə axarıyla davam etməlidir. Müəssisələr işləməlidir... Banklar fəaliyyət göstərməli-dir... Adamlar bizə, daha doğrusu, sənə yenə əzəlki sədaqətlə qulluq etməlidir. Ölənin yoxluğu hiss olunmamalıdır... Mənim dedik-lərimi başa düşürsənmi?.. Əgər mərhumun əbədiyaşar obrazını yaradıb yaşada bilməsək onda bizi, daha doğrusu səni, qarşıda böyük fəlakət və faciələr gözləyir. Bildinmi? Anladınmı? Adamlar yalnız böyük mifin qarşısında özlərinin cılızlığını, kiçikliyini dərk edirlər. Biz camaata mərhumun nəhəngliyini təlqin etmıəliyik. Bax, onda ətrafdakılar sakitləşib çaqqal kimi öz
    Firuz Mustafa Əsərləri 3
    288
    yuvalarına çəliləcəklər. Ağıl zora söykənəndə hər şey asan həll olunur.
    QADIN: - Mən mərhum ərimin ətrafındakı adamlardan həmişə yalnız xeyirxahlıq, nəvaziş görmüşəm.
    KİŞİ: - Bəs indi niyə görmürsən o nəvazişi? Niyə? Əgər sən özün öz üzərində qələbə çalsan, yenə xoşbəxt olacaqsan… Bunun üçün iradəli, dözümlü olmalısan.
    Mən iradəsiz adam deyiləm…
    KİŞİ: - Sən innən belə mənim iradəmlə hesablaşmalısan... Yalnız bu birlik bizi daha doğrusu, səni xilas edə bilər...
    QADIN: - Axı mən səni heç düz-əməlli tanı-mıram... Sən kimsən?.. Qohum? Qonşu? Ta-nış?.. Dost?.. Yoxsa...
    KİŞİ: - Mən hər kiməmsə elə buyam. Məhz olduğum kimi dayanmışam sənin qarşında...
    QADIN: - Heç nə anlamıram... Heç nə... Sən mollasan, yoxsa keşiş? Bəlkə də lap ateist-sən?.. Sən haradan zühur eləmisən?.. Səni bi-zim evimizə gətirən nədir? Mənim mərhum ərimlə sənin nə əlaqən?.. Məqsədini, niyyəti-ni açıq de mənə!.. Mən qorxu və xof içində-yəm. Axı, mən bilməliyəm sən kimsən?..
    Firuz Mustafa Əsərləri 3
    289
    KİŞİ: - Biz bu andan etibarən eyni adamıq. Mən sənin köməyinə gəlmişəm, sənin xilas-karınam. Amma mən göydən-zaddan enmə-mişəm. Mən sənin mərhum ərinin arzusu, və-siyyəti ilə gəlmişəm bura...
    QADIN: - Nə vəsiyyət?.. O, qəflətən öldü...
    KİŞİ: - Dünyada elə sirlər var ki, onun cəmi bir-iki şahidi olur. (Nəyəsə eyhamla). İndi yeganə şahid mənəm. Bundan sonra biz bir-likdə fəaliyyət göstərəcəyik. Biz çəkici bir zindana vuracağıq. Mənim dediklərimi anlayırsanmı?
    Kişi Qadının əlindən tutur. Qadın qorxu içində geri çəkilir. Kişi tabuta yaxınlaşır. Diqqətlə mərhumun sifətinə nəzər salır. Əlini uzadıb sanki meyitin gəzlərini qapayır və öz gözlərini də yumur. Musiqi. Kişi asta-asta Qadına yaxınlaşır.
    QADIN (həyəcanla): - Sən nə edirsən?
    KİŞİ: - Mən mərhumun gözlərini qapadım. Qoy o rahat uyusun.
    QADIN: - Mən quruyub qalmışam... Bu evə səndən başqa gələn yoxdur. Hanı onun dost-
    Firuz Mustafa Əsərləri 3
    290
    tanışları? Sanki bu dünyada belə adam olma-yıb... Nəsə oğlu da gəlib çıxmadı...
    KİŞİ: - Mərhumun oğlu gəlməyəcək.
    QADIN: - Sən bunu hardan bilirsən?
    KİŞİ: - Bilirəm... Mərhumun oğluna zəng vurub deyiblər ki, gəlsən səni öldürəcəklər, qətlə yetirəcəklər. Bildiriblər ki, atasının düş-mənləri, əleyhdarları ayağa qalxıblar, mərhu-mun bütün yaxınlarını məhv edəcəklər... O, gəlməyəcək...
    QADIN: - Aman Allah, bəs meyiti kim dəfn edəcək?
    KİŞİ: - Mən, sən, biz... Sən mənə kömək et-məlisən. Biz əl-ələ verib hər şeyi öz yoluna qoymalıyıq. Hər kəsə öz yerini göstərməliyik. Bizim nə mərhumun oğluna ehtiyacımız, nə də qızına. Dəfn komissiyası-na özüm rəhbərlik edəcəyəm. Amma indi çox şey səndən, sənin qərarından asılıdır.
    QADIN: - Mən hansı qərarı verməliyəm? Başa düşmürəm…
    KİŞİ: - Sən mənə səlahiyyət verməlisən. Sən mənim arxamda möhkəm dayanmalı-san... Başa düş ki, bizi qarşıda ağır sınaq, ağır döyüş gözləyir. Kütlə mərhumun dişi-dırnağı ilə qurub yaratdığını vurub dağıtmaq
    Firuz Mustafa Əsərləri 3
    291
    istəyir. Onlar, o ağılsız həşəratlar, qisasçılıq, talançılıq hissi ilə qovrulub yanır. İndi hərə özünü bir sahib, bir ağa libasında görmək is-təyir. Onlar hazıra nazir olmaq niyyətindədir. Biz buna imkan verməməliyik. Biz onları əz-məliyik.
    QADIN: - Yoxsa sən özünü varis elan etmək niyyətindəsən?..
    KİŞİ: - Varis sənsən... Mənsə sənin yalnız əlini və ürəyini istəyirəm. Milyonlar sənin, sənsə mənim olursan...
    QADIN: - Sən nə danışırsan?.. Meyit hələ soyumayıb, sənsə mənə iyrənc təkliflər edir-sən. Bir də haradadır o milyonlar?!.
    KİŞİ: - Milyonlar?!. O uğuldayan kütlə mil-yonlar demək deyilmi? Onlar gücdür, ener-æidir... Biz bu eneræini bir axara, bir məcra-ya yönəltməliyik. Yoxsa özümüz qalacağıq o boz kütlənin çirkli ayaqları altında.
    Bayırda uğultu. Qadın qorxa-qorxa döyükür, ətrafa boylanır. Kişi ona yaxınlaşır, Qadının əlindən tutub köksünə sıxır.
    QADIN (qorxa-qorxa tabuta sarı baxır): - Sən bütün hərəkətinlə, görünüşünlə ona
    Firuz Mustafa Əsərləri 3
    292
    bənzəyirsən. Mən nədənsə onun ölümünə inanmıram.
    KİŞİ: - Biz onun yolunu ləyaqətlə davam etdirməliyik. Biz onun əməllərini necə lazımsa yaşatmalıyıq. O, həmişə bizim aramızda olmalıdır. (Pauza). O, ateist idi, deyilmi?
    QADIN: - Sən bunu haradan bilirsən?
    KİŞİ: - Əlbəttə, bunun heç nəyə dəxli yoxdur. Sən əvvəllər sənətlə, musiqi ilə məşğul olmusan, elə deyilmi?
    QADIN: - Sən bütün bunları haradan bilirsən axı?
    Kişi dinməz-söyləməz tabutun yanındakı royala yaxınlaşır. Əyləşir. Qapağı qaldırıb çalır. Əvvəlcə Kişi tək, sonra Qadınla bir-likdə oxumağa başlayır:
    KİŞİ: Bu aləm də, o röya da
    Bişək, bir tabutdur, tabut.
    O dünya da, bu dün-ya da
    Firuz Mustafa Əsərləri 3
    293
    Qəşəng bir tabutdur, tabut.
    QADIN: Ötüb keçən yaşı-mızdır,
    Bəla çəkən başımızdır.
    Yorğan-sinə daşımızdır,
    Döşək- bir tabutdur, tabut.
    KİŞİ və QADIN: Bu dünya yaman kiçikdir,
    Elə bil ki, ev-eşikdir.
    Tabut özü bir beşikdir,
    Beşik-bir tabutdur, tabut.
    KİŞİ (ayağa durur): - Mən getdim… İşlərim var.
    Firuz Mustafa Əsərləri 3
    294
    QADIN (imdad diləyən nəzərlə onu süzür): - Hara gedirsən?.
    KİŞİ: - Bir azdan izdihamın qarşısına çıx-maq lazımdır. Axı, hər ağızdan bir avaz gə-lir... Bu gün biz sussaq, sabah danışa bilmə-yəcəyik. İndi isə nekroloqu və çıxışı hazırla-malıyam. Axı mən dəfn komissiyasının səd-riyəm...
    Qadın sanki nəzərləri ilə onu yola salır. Kişi gedir. Qadın qorxa-qorxa tabuta baxır. İrəli yeriyir. Tabutun yanından keçib royala ya-xınlaşır, royalın qapağını örtür. Oğlanla Qız gəlir.
    OĞLAN: - Mən demişəm, yenə də deyirəm: o, uzun illər camaata divan tutub. Çox evlər yıxıb, çox ailələri başsız qoyub.
    QIZ: - Elə isə sən nə üçün illər boyu onunla işləməyə razı olmusan?..
    İndi onun meyitinə dediklərini o vaxt nitə üzünə demirdin?
    OĞLAN: - Əvvəllər burada sənə görə qalıb işləyirdim. Sonralar o, özü məndən əl çəkmədi. Əlbəttə, o, məni də aradan götürmək istəyirdi; axı mən də çox şey
    Firuz Mustafa Əsərləri 3
    295
    bilirdim. Amma ölüm onun arzusunu gözündə qoydu.
    QADIN (Oğlana): - Cəfəng şeylər uydurur-san. Sən həmişə onun qulu olmusan...
    OĞLAN: - O, ətrafındakıların hamısına öz qulu kimi baxırdı.
    QIZ: - Nə qul, nə quldar?!. Biz hansı dövrdə yaşayırıq?!. O nə etməli idi ki, ətrafına alçaq, riyakar adamlar toplaşmışdı?!.
    OĞLAN: - O, məğrur, cəsarətli adamların hamısını əzib məhv etmişdir. Məndə faktlar var!..
    QADIN: (onlara yaxınlaşır. Oğlana): - Ya-landır. Böhtan danışma. O, həmişə öz tabeçi-liyində olan adamların təəssübünü çəkib. Ha-mı onu sevib, onu sayıb, onunla hesablaşıb. Bildin?
    QIZ: - Mən atamı heç də ideallaşdırmaq istə-mirəm. Düzdür, onun nöqsanları olub. Am-ma onun xasiyyəti, xarakteri illər boyu cila-lanıb, formalaşıb... Çox şeyi ona öz ətrafı diqtə edib.
    QADIN: - Mən onu ailəcanlı bir adam kimi tanımışam. O, həssas bir insan idi. Amma o, heç də təkcə öz ailəsi üçün yaşamayıb.
    Firuz Mustafa Əsərləri 3
    296
    OĞLAN: - O, nə öz ailəsini, nə də öz ətrafın-dakıları adam yerinə qoyub. O, yalnız özü üçün yaşayıb. O, adamları qorxu altında sax-lamaqdan böyük həzz duyurdu. Bəyəm onun kim olduğu bizə məlum deyil? Bəyəm biz bilmirik ki, öz arvadınıo, o, özü zəhərlədib..? Bəyəm öz qulluqçusu ilə yaşadığından da xə-bərsizik? Cavan, gənc, gözəl bir xanımı özü-nə necə arvad etdiyini də heç kəs bilmir?!.
    QADIN: - Sən nə danışırsan?!. Utanmırsan? Böhtan uydurma, günahdır!
    OĞLAN: - Nə böhtan?!. Axı, sənin birinci ərin məhz onun sifarişi ilə qətlə yetirilib... Sonra o qətli törədənin özünü də aradan gö-türdtü... Yoxsa sən onu sevib, ona vurulub ailə qurmusan?! Yoxsa sizi ülvi bir məhəbbət birləşdirdi?!. Sizin izdivacınızın kökündə məkr, xəyanət dayanıb...
    QADIN: - Sən yalan danışırsan.!.
    QIZ (Oğlana): - Deyəsən, sənin başın həqi-qətən xarab olub?!. Ağlına gələni uydurur, ağzına gələni üyüdüb tökürsən!.. Sən mən-dən, bizdən, bizim ailəmizdən qisas almaq is-təyirsən! Sən camaatı ayağa qaldırıb bizim üstümüzə yeritmək istəyirsən! Bunu bacar-mayacaqsan!
    Firuz Mustafa Əsərləri 3
    297
    OĞLAN: - Mənim sizinlə heç bir şəxsi əda-vətim yoxdur! İnanın mənə! Bütün müəssə-lər, o cümlədən silah zavodu dayanıb. Cama-at zəncir gəmirir. Başa düşürsünüzmü? Axı, mən yaxşı bilirəm ki, onun ən böyük gəliri silah istehsalından idi. Zavodun buraxdığı top-tüfənglərin səsi bu gün dünyanın hər ye-rindən eşidilməkdədir. Bu silahlarla günahsız insanlar qətlə yetirilir. Bu silahlar bu gün ev-ev, kənd-kənd, şəhər-şəhər, ölkə-ölkə yayılır, sinələrə tuşlanır, qanlar tökür...
    QADIN: - Nə olsun ki?..
    OĞLAN: - İndi hamı cavab gözləyir.... Tə-ləblər var.
    QADIN: - Axı nə istəyirlər.?. Nədir istəyiniz tələbiniz?
    OŠÖLAN: - Məsələn, tələblərdən biri belə-dir: siz çıxıb getməlisiniz!
    QADIN: - Hara, hara getməliyik biz?
    OĞLAN: - Xaaarici dövlətlərdən birinə...
    QADIN: - Bəs biz öz ölümüzü basdırma-yaq?..
    OĞLAN: - Ölünün taleyi barədə biz özümüz qərar çıxaracağıq.
    QIZ: - O nə qərardı elə?..
    Firuz Mustafa Əsərləri 3
    298
    OĞLAN (tabuta işarə ilə): - O, bəlkə də heç dəfn olunmadı...
    QADIN: - Başa düşmədim... Biz meyiti - rəhmətə gedən adamı torpağa tapşırmamalı-yıq?..
    OĞLAN: - Mən demişəm, yenə də deyirəm: o, torpağa tapşırılmayacaq. Qərar belədir!
    QIZ: - Bəs sizin qərara görə, mənim atamın cəsədi raya gömülməlidir?..
    OĞLAN: - Çox güman ki, heç yerə... O, bu-rada qalacaq. Biz bəlkə də mavzoley tikib onu orada saxlayası olacağıq. Qoy gələcək nəsillər bundan ibrət dərsi alsınlar...
    QIZ: - Mavzoley?..
    OĞLAN: - Bəli, mavzoley... Qoy O mavzo-leyə gələnlər tiranın mumiyalanmış nadir nüsxəsi ilə tanış olsunlar. Onun ruhuna lənət oxusunlar... Başqaları isə baxıb bundan ibrət dərsi götürsünlər.
    QADIN (üzünü tabuta tutur): - Eşidirsənmi?
    Qulluqçu və Kişi gəlir.
    KİŞİ: - Nə olub yenə? (Oğlana). Sən mər-humdan nə istəyirsən?
    QADIN: - Onun mərhuma sözü var.
    Firuz Mustafa Əsərləri 3
    299
    QULLUQÇU: - Bıy başıma xeyir, bəyəm ölü söz eşidir?
    OĞLAN: - Mən əminəm ki, o hər şeyi eşidir. Qoy eşitsin. Eşitsin və eşitdiklərinin hamısını cəhənnəmdəki şeytanlara danışsın.
    Otaqdakılar Oğlanın üstünə hücum çəkirlər. Otaqdakılar çıxır. Sağ və sol tərəfdən təbilçilər gəlir. Təbillər səslənir. Musiqi.
    Pərdə
    İkinci hissə
    Həmin evin həyəti. Arxada böyük pəncərə. Qadın pəncərə önündədir. Həyətdə Kişi və Oğlan söhbət edirlər. Tabut həyətin ortasındadır. Qadın pəncərədən Kişi və Oğlana göz qoyur. Uzaqdan matəm musiqisi
    Firuz Mustafa Əsərləri 3
    300
    eşidilir. Arabir pəncərədən Qız və Qulluqçunun siluetı görünür.
    OĞLAN: - Biz bu gün öz sözümüzü deməliyik. Buraya da elə bu məqsədlə, bu arzu ilə toplaşmışıq. Biz illərdən bəri qanımıza yerikləyən,iliyimizi soran, nəfəsimizi kəsən, son tikə çörəyimizə şərik çıxan mənfur bir insandan yaxa qurtarmışıq. Amma o, hələ məzara gömülməyib. Bu adam bütün insanlığın düşməni olub. O, nəinki öz ətrafındakı adamlara, hətta, öz doğmalarına, yaxınlarına belə divan tutub. Övladları ondan üz döndərib. Əvvəlki arvadını özü qətlə yetirib, sonar gənc, gözəl, həm də ərli bir qadınla ailə həyatı qurub; elə o qadının da ərini aradan götürüb. O, ömrü boyu şərə xidmət edib. O, ömrü boyu insanlara zülm edib. Onun ucbatından nə qədər ailə başsız, nə qədər qadın ərsiz qalıb! İndi hamı ədalət divanını tələb edir.
    KİŞİ: - O boz kütlə nə istədiyini özü də dərk etmir.
    OĞLAN: - Sənin “kütlə” adlandırdığın o adamlar sadəcə olaraq adam kimi yaşamaq istəyirlər.
    Firuz Mustafa Əsərləri 3
    301
    KİŞİ: - Qoy yaşasınlar adam kimi. Kimdir onlara mane olan? Kimdir onların əl-qolunu sarıyan, buxovlayan?
    OĞLAN: - Onlar həmişə əzilib, döyülüb. Onların haqqı tapdanıb… Nəhayət, onlar, daha doğrusu biz, öz taleyimizi özümüz həll etmək istəyirik.
    KİŞİ: - Demos kratos? Xalq hakimiyyəti ələ almaq istəyir, hə?
    OĞLAN: - Biz hakimiyyət-zad istəmirik. Biz adi insane ömrünü yaşamaq istəyirik.
    KİŞİ: -“Adi insane ömrü”… Hımmm. Mərhum da adi bir insane ömrü yaşayıb. Onun da adi bir insane kimi dəfn olunmaq hüququ var. Amma siz haray-həşir qoparmısınız. “O, torpağa tapşırılmamalıdır”, “o, cavab verməlidir”, “o, mühakimə olunmalıdır”… Daha nə bilim nə. Budur sizing insanlığınız? Budur demos kratos? Budur ləyaqət, namus, qeyrət?
    OĞLAN: - O, hələ sağ ikən mühakimə olunmalı idi. Amma ölüm bu məsuliyyəti onun üzərindən götürdü. Ondi onun nəşi, onun murder cəsədi cavab verməlidir. Bu mühakimə təkcə onun özünə və bizə gərək deyil, həm də gələcək nəsillərə lazımdır. Bu,
    Firuz Mustafa Əsərləri 3
    302
    hamıya görk olmalıdır. Bu hadisədən çoxları ibrət dərsi götürməlidir.
    KİŞİ: - Nədir, yoxsa siz onu mumiyalayıb mavzoleyə qoymaq istəyirsiniz?
    OĞLAN: -Bəli, əslində onu yalnız mavzoleydə saxlamaq lazımdır. Çünki onu nə torpaq qəbul edər, nə su, nə də hava. O, vakuumda saxlanılmalıdır.
    KİŞİ: - Cəfəng şeylər danışırsan. Siz hamınız havalanmısız. Sizi müalicə etmək lazımdır. Yox, size güllələmək də azdır.
    OĞLAN:- Mənə hədə-qorxu gəlməyin. Mən ölümdən qətiyyən qorxmuram. Mən onsuz da kəfəni boynuma dolamışam.
    KİŞİ: - Yaxşı, yaxşı, haray-həşir salma. Mən dünyanı görə-görə gəlmişəm. Cox görmüşəm sənin kimi dil pəhləvanlarını. Rədd ol buradan!
    OĞLAN:- Sən özün rədd ol, alçaq, fırıldaqçı. İt kimi gəbərdərəm səni! Deyəsən, böyüklük, ağalıq etmək eşqinə düşmüsən?! Bacarmayacaqsan bunu…Eşidirsən?
    KİŞİ: - Eşit və unutma: sən özün it kimi gəbərəcəksən. Sən kimə arxalanırsan? O haray-həşir qoparan sürüyə? O heç də arxa deyil, o, sabun köpüyüdür. Mən üfürüb
    Firuz Mustafa Əsərləri 3
    303
    köpünü alacağam sənin güvəndiyin o çirkab sürüsünün…
    OĞLAN:- Sən özün çirkabsan, çirkli sabun köpüyüsən. Sənin ələ saldığın o kütlə, o sürü səni bir zibil topası kimi süpürləyib zibilliyə atacaq. (Tabuta işarə ilə). Bax, səni də belə bir aqibət gözləyir. Özünə indidən bu cür bir tabut sifarış verə bilərsən.
    KİŞİ: - Yaxşı, baxarıq.
    OĞLAN:- Baxarıq…
    Kişi çıxır, Qız gəlir.
    QIZ:- Mən sənin hərəkətlərindən heç bir şey anlamıram.
    OĞLAN:- Burada anlaşılmaz nə var ki?
    QIZ:- Axı sən nəyə nail olmaq istəyirsən?
    OĞLAN:- Mən yox, biz…
    QIZ:- İndiki halda söhbət səndən gedir.
    OĞLAN:- Əgər düzünü bilmək istəyirsənsə, biz sənin atanın illərdən bəri qurub-yaratdığı sistemi vurub-dağıtmaq istəyirik.
    QIZ:- Atamın?
    OĞLAN:-Bəli, atanın.
    QIZ:- Artıq mənim atam yoxdur.
    Firuz Mustafa Əsərləri 3
    304
    OĞLAN:- Atan toxdur, amma onun varisləri, tör-töküntüləri hələ yaşayır. Biz onların hamısını kürüyüb atmalıyıq.
    QIZ:- Siz hansı eradan, hansı əsrdən gəlmisiz? Siz kimə, nəyə qarşı, həm də necə vuruşursunuz? Sizin söz-söhbətinizdən mağara qoxusu gəlir. Sizin beyninizi, şüurunuzu kif basıb.
    OĞLAN:- Bu, bəlkə də həqiqətən belədir. Amma bunun günahı bizdə yox, yenə də sənin atandadır.
    QIZ:- Siz mənim atama sağlığında nə vermisiniz ki, indi onun ölüsündən ala bilmirsiniz?
    OĞLAN:- O, bizi həmişə əsarətdə, qorxu altında saxlayıb. O, öz tabeçiliyində olanların hamısı ilə qul kimi rəftar edib. Bəlkə də elə buna görə bizim şüurumuzu, sənin dediyin kimi, kif basıb. O, dövlət içində qorxulu bir dövlət yaratmışdı. Heç kəs cürət edib ona söz deyə bilmirdi.
    QIZ:- Artıq o, yoxdur. O, tabutdadır… Onsuz da kimsə onu əvəz etməlidir. Edəcək də… Onun müəssisələri, zavodları başsız qalası deyil ki? Oraya milyonlarla vasait qoyulub.
    Firuz Mustafa Əsərləri 3
    305
    OĞLAN:- Nədir, yoxsa bundan ötrü gəlmisən? Bəs indiyəcən harada idin? Bəlkə özünü varies etmək istəyirsən?
    QIZ:- Qulaq as! Yaxşı deyiblər ki, qızmış başda ağıl olmaz. Gəl biz üz-üzə əyləşib düz-əməlli söhbət edək.
    OĞLAN:- Məncə biz artıq ətraflı söhbət etmişik. Ta bizim mövzumuz tükənib.
    QIZ:- Sən boş xülyalardan əl çək. Biz ölünü də dəfn edəcəyik, başqa işləri də qaydasına qoyacağıq. Amma vaxt gələcək sən öz hərəkətlərindən peşiman olacaqsan.
    OĞLAN:- Qətiyyən…
    QIZ:- Sənə elə gəlir ki, bütün ətrafın zülmət içindədir və o zülmətdə işıq saçan, bərq vuran tək bircə adam var- o da sən özünsən. Yoxsa bu aləmi sən təzədən qurmaq istəyirsən? Unutma ki, dünya elə əzəldən belə gəlib, həmişə də bu cür gedəcək.
    OĞLAN:- Nə cür?
    QIZ:- Hərə öz nəğməsini oxuyacaq… Hərə öz qismətini alacaq.. Hərə öz ömrünü yaşayacaq. Sən başqasının ömrünü, taleyini yaşaya bilməzsən ki… Elə başqası da sənin… Amma fikirləşib birlikdə bir çıxış yolu aramaq mümkündür.
    Firuz Mustafa Əsərləri 3
    306
    OĞLAN:- O, nə yoldur elə?
    QIZ: - Mən səninlə açıq danışmaq istəyirəm: atamdan qalan zavodlar yenə işləməlidir. Kimsə bu işi icra etməlidir. Biz əl-ələ verib çox şeyi yoluna qoya bilərik... Mən səninlə bu barədə danışmaq istəyirdim. (Qız Oğlana yaxınlaşır, əlini onun çiyninə qoyur). Başa düşürsənmi?.. Mənim dediklərim sənə sərf edirmi? Axı, bizim gələcəyimiz hələ qabaqdadır. Qarşıda bizi gözəl, mənalı,şan-şöhrətli bir ömür gözləyir.
    OĞLAN (geri çəkilir): - Sən özün indicə dedin ki, heç kəs başqasının ömrünü, taleyini yaşaya bilməz. Elə mən özüm də... Mən öz yolumla getməliyəm.
    QIZ (hikkəli): - Unutma ki, o yolun sonu zülmət və qaranlıqdır.
    OĞLAN: - Biz o zülmətləri yarıb keçmək istəyirik!..
    QIZ (acı-acı gülür): - Biz... Biz... Axı, siz kimsiniz?.. Bəyəm siz canlısınız, yaşarısınız?.. (Tabutu göstərir). Bax, o tabutda uzanan meyit sizdən daha canlıdır! Siz yel olub o tabutun yanından belə keçə bilməzsiniz!.. Sənə elə gəlir ki, milyonlara sahib çıxmaq asandır. Səhv edirsən! Siz
    Firuz Mustafa Əsərləri 3
    307
    hamınız yanılırsınız! Gedin, öz işinizlə məşğul olun! Rədd olun hamınız!
    Qız çıxır, Qadın gəlir.
    QADIN (Oğlana yaxınlaşır): - Nəsə bikef dəyirsən gözümə... Nə olub sənə?.. (Tabutu göstərir). Mən başa düşürəm: sən mənim mərhum ərimlə neçə il birlikdə işləmisən… Əlbəttə, sənə ağırdır. Kədərlənirsən… Bizim hamımız üçün ağırdır. Amma nə etməli? Dözməliyik…
    OĞLAN: - “Dözməliyik”... Nə qədər dözmək olar?..
    QADIN: - Başqa nə əlcımız var ki?.. Hər halda əl-ələ verib xilas olmalıyıq… (Oğlana yaxınlaşır). Mən deyəni başa düşürsənmi? (Oğlanın əlindən tutur). Axı biz nə üçün başqasından imdad diləməliyik? Biz özümüz ölmüşük bəyəm? Biz özümüz ağa ikən başqalarının bizim üzərimizdə ağalıq etməsinə nə üçün imkan verməliyik? Bəlkə səhv edirəm? (Tabuta işarə ilə). O, sənin xətrini çox istəyirdi. O, məni yalnız sənə etibar edə bilərdi. O, bizi bağışlayar. Bir də ki, Allahın qoyduğu yoldan çıxmırıq ki…
    Firuz Mustafa Əsərləri 3
    308
    Elə deyilmi? Biz fürsəti əldən verməməmliyik. O isə qoy rədd olub getsin…
    OĞLAN: - Kim?
    QADIN: - Ərimin oxşarı... Axı, mən onu heç tanımıram da... O, haradan gəlib çıxdı?.. Kim onu göndərib bura?.. Nəsə şübhəli tipə oxşayır. Mən onun üzünə baxanda vahimələnirəm, dizlərim əsir... Elə bilirəm ölü dirilib. (Oğlanla döş-döşə dayanır). İndi səndən çox şey asılıdır. Elə məndən də... O həyasız haradan gəlib çıxdı bilmirəm.
    OĞLAN: - Kim?..
    QADIN: - Kim olacaq - onun qızı. Mənim ögey qızım. Biz onu qovmalıyıq. Onun iştahı böyükdür. Gedib dünyanı dolaşıb, kefini çəkib, indi gəlib vərəsəlik iddiasına düşüb.
    OĞLAN: - Bəs onda niyə çağırmısan onu?
    QADIN: - Onu qulluqçu çağırıb. Guya atasının dəfninə gəlib.Əslində onlar birləşib məni əzmək, buradan qovmaq istəyirlər. İmkanları olsa öldürərlər məni. Amma bunu bacarmayacaqlar. Çünki biz səninlə birlikdəyik…
    OĞLAN (geri çəkilir): - Yox... Yox... Bizim yolumuz ayrıdır...
    Firuz Mustafa Əsərləri 3
    309
    QADIN: - Sən özünü qəribə aparırsan. Ağlını başına topla... İradəni cilovla. Axmaqlıq eləmə. Mənim sözümə qulaq as...
    OĞLAN: - Mən öz yolumdan çıxa bilmərəm... Artıq geriyə yol yoxdur.
    QADIN: - Bu yol səni ölümə aparır.
    OĞLAN: - Mən ölümdən qorxmuram...
    QADIN: - Axı, mənasızdır bu ölüm! Başa düşürsənmi?.. Sən doğurdanmı bu qədər ağılsızsan?..
    OĞLAN: - Mən artıq öz qərarımı vermişəm.
    QADIN: - Qərarını vermisən?!. Ver!.. Tüpürüm sənin qərarına! Sən doğrudan da gic imişsən!.. Eybi yoxdur! Biz başqa qərar verən taparıq. (Tabuta yaxınlaşır). Bəs sənin qərarın nədir?.. İcazə ver mən özüm qərar çıxarım! (Tabuta sığal çəkir). Sən rahat uyu... Mən özüm hər şeyi yoluna qoyacağam. Mənə bir sözün yoxdur ki?.. Axı, bəzən dirilərin də ölü məsləhətinə ehtiyacı olur. Sən həmişə deyirdin ki, mənim yerim ürəyinin başındadır. İndi sənin ürəyin susub. Bəlkə məni də öldürüb dəfn etmək istəyirsən ürəyində?.. Yox, mən hələ ölmək istəmirəm. (Oğlana). Bəlkə sən ölmək istəyirsən?..
    OĞLAN: - Mən ölmək istəyirəm...
    Firuz Mustafa Əsərləri 3
    310
    QADIN: - Sənə uğurlu ölüm arzulayıram. Ölümün mübarək!..
    Qadın çıxır, Qulluqçu gəlir.
    QULLUQÇU: - Bura bax, mənə yaxşı-yaxşı qulaq as. Bunlar bizim axırımıza çıxmaq istəyirlər...
    OĞLAN: - Kim?.. Başa düşmürəm, sən nə deyirsən?..
    QULLUQÇU: - Yəni sən elə keysən?.. Anlamırsan?..Bunların arasında yad bizik - sənlə mən... Bizi əzmək istəyirlər. Başımızı işlədib çıxış yolu tapmalıyıq.
    OĞLAN: - Sən nə etmək istəyirsən?
    QADIN: - Mən istəyirəm ki, biz səninlə bunların axırına çıxaq. Axı, sən özün bilirsən ki, mən bu evin sadəcə qulluqçusu olmamışam... (Tabuta nəzər salır). O, mənim ən əziz, ən doğma adamım olub. (Oğlana) Elə sən də doğma adamsan. (Oğlana yaxınlaşır). Indi mənim səndən başqa kimim var ki?.. (Onun boynunu qucaqlayır). Biz səninlə çox şey edə bilərik, çox şey. O ifritələrin ikisini də qovarıq. Haradansa xortlayıb gəlmiş o iblisi də rədd edərik...
    Firuz Mustafa Əsərləri 3
    311
    OĞLAN: - Kimi?..
    QULLUQÇU: - O tabutda uzananın oxşarını deyirəm... O haradan zühur elədi, bilmirəm?.. Mən bilirəm ki, sən onların hamısının öhdəsindən gələ bilərsən...
    OĞLAN: - Sən haradan bilirsən bunu?
    QULLUQÇU: - Bilirəm. Çünki sənin arxanda yüzlərcə, minlərcə adam dayanıb... O sürünü bu həyasızların üstünə yeritsən hər şey öz yoluna düşəcək.
    OĞLAN: - Sürü?!. Sən kimə sürü deyirsən?.. Sürü sizsiniz! Rədd olun hamınız!.. Bildin?!. əxlaqsızlar!..
    QULLUQÇU: - Xudaya, dəlinə şükür!..
    OĞLAN: - Rədd olun, dedim!..
    Oğlan Qulluqçuya hücum çəkir, Qulluqçu, daha sonra Oğlan otaqdan çıxır. Qadın və Kişi gəlir.Qız və Qulluqçunun siluetləri görünür.
    QADIN: - Mən qorxuram… Qorxuram…
    KİŞİ: - Nədən, kimdən qorxursan?
    QADIN: - Özümdən… Bir də sənin taleyindən. Birdən sənə qarşı sui-qəsd təşkil edərlər. Səni öldürərlər. Elə bil ürəyimə
    Firuz Mustafa Əsərləri 3
    312
    damıb, nəsə olacaq. Sən özünü qorumalısan…
    KİŞİ: - Sən məndən nigaran olma... Mən heç nədən qorxmuram. Mən bu hay-küylü sürü-nün ağzını dağa dirəyəcəyəm... Onların buy-nuzu qırılmasa, dırnağı qopmasa ağılları baş-larına gələn deyil. Mən isə bunu edəcəyəm... Mən buna qadirəm. Öz istəyimi yerinə yetir-mək üçün kifayət qədər gücüm və enerjim var. Sən buna əmin ola bilərsən, mənim əzizim.
    QADIN: - Mən tezliklə bu yasdan, bu ma-təmdən çıxmaq istəyirəm. Mənim ürəyim sı-xılır. Sanki qorxunc yuxular görürəm.
    KİŞİ: - Darıxma... Hər şey yaxşı olacaq... Tezliklə biz matəm mitinqi elan edəcəyik. Öz tərəfdarlarımızı toplamalıyıq.
    QADIN: - Bəyəm tərəfdarımız qalıb ki? İndi hamı mərhumu, onun ailəsini, yəni bizi ittaham edir.
    KİŞİ: - Kütlə həmişə belədir. O, qan görmək istəyir. O, ölümə susayır… O, dar ağaclarına yerikləyir… Mən qurduraram o dar ağaclarını. Mən kütləyə onun istədiya havanı çaldıraram. Onun sevdiyi hava ölüm
    Firuz Mustafa Əsərləri 3
    313
    marşıdır. Biz matəm mitinqinə hazırlaşmalıyıq. Sən də get hazırlaş.
    QADIN: - Görəsən, bu qorxulu yuxudan nəhayət, haçan yaxa qurtara biləcəyəm?
    KİŞİ: - Dedim ki, darıxma. Özünü qaydaya sal… Bir azdan matəm mitinqi olacaq.
    Qadın pəncərədəki tül pərdənin arxasına ke-çir; o, paltarını soyunur, matəm libası geyinir. Tül pərdə arxasında Qadının silueti görünür. Kişi ona baxır, baxır və keçib roya-lın arxasında əyləşir. Kişi royalda çalmağa başlayır. Qız daxil olur. O, Kişiyə tamaşa edir. Kişi oxumağa başlayır. Bir azdan Qız da ona qoşulub oxuyur. Qadın tül pərdənin arxasında görünməz olur - dərinliyə çəkilir.
    KİŞİ: -Xəzan gəlib, solub bağlar
    Qoy çiçəyim, gülüm gülsün.
    Səni görən gözüm ağlar -
    Səni soran dilim gülsün.
    QIZ: Gördüm bahar sellərini,
    Dərdim payız güllərini.
    Əlim oxşar əllərini-
    Barı bir yol əlim gülsün.
    KİŞİ və QIZ: Yar yanıma gəlməsə də,
    Firuz Mustafa Əsərləri 3
    314
    Göz yaşımı silməsə də,
    Tale mənə gülməsə də
    Qoy üzümə ölüm gülsün.
    Kişi ilə Qızın dueti başa çatır.
    QIZ: - Siz mənə atamı xatırladırsınız. O, çox ciddi sərt adam idi. Amma siz təbiətən yumşaq adama oxşayırsınız.
    KİŞİ: - Yox, mən sənin atana oxşaya bilmərəm. Xahiş edirəm, sən məni mərhuma bənzətmə.
    QIZ(divardakı şəkli göstərir): - Bir o şəklə baxın. Elə bil bir almanı iki yerə bölüblər. Siz ona necə də bənzəyirsiniz. Offff… O, mənə necə də həm doğma və həm də yad bir adamdır.
    KİŞİ: - Mən də yad adamam, amma istərdim ki, sənə doğma olum…
    QIZ: - Nə mənada?
    Kişi Qıza yaxınlaşır, onun qolundan tutub özünə sarı çəkir.
    KİŞİ: - Elə hər mənada.
    QIZ: - Mən sizi başa düşmürəm.
    Firuz Mustafa Əsərləri 3
    315
    KİŞİ: - Niyə? Uşaq deyilsən ki? (Mənalı tərzdə). Sənin dostun, sirdaşın varmı?
    QIZ: - Əlbəttə…
    KİŞİ: - Mən istərdim ki, sənin ən yaxın adamın olum. (Qızı qucaqlayır). Mən istərdim ki, sən dünyanın ən xoşbəxt qadını olasan. Sənin buna haqqın çatır.
    QIZ: - Atamın tabutu torpağa tapşırılmayıb. Siz nə barədə danışırsınız?.. Mənim ürəyim-dən qara qanlar axır. Bizim sabahımız, gələ-cəyimiz necə olacaq?
    KİŞİ: - Darıxma. Hər şey düzələcək... Biz hər şeyi yoluna qoyacağıq. Sən mənə arxa ol-malısan. Biz düşmənlərin hamısının axırına çıxacağıq.
    QIZ: - Düşmən bir deyil, iki deyil... Bütün ətraf düşməndir. İndi hamı “qan-qan” deyir.
    KİŞİ: - Onlar başsız qoyun sürüsü kimidir. At ölüb - itin bayramıdır. O sürücü gədə ya-man əl-ayaqdadır. Camaatı ən çox qızışdıran odur...
    QIZ: - Bəlkə də o, ən çox məndən qisas al-maq istəyir...
    KİŞİ: - Səndən?.. Nə üçün?
    QIZ: - Heç... Elə-belə... (Geri çəkilir). Bu, uzun əhvalatdır.
    Firuz Mustafa Əsərləri 3
    316
    KİŞİ: - Başa düşürəm... İndi onun ağlı ça-şıb...
    QIZ: - Yox, o, elə də gic adam deyil. ..
    KİŞİ: - Gic deyil? Amma indi camaat onu gic kimi tanımalıdır. O, daş-qalaq olunmalıdır. O, edam edilməlidir.
    QIZ: - Edam? Yox, axı bu mümkün deyil. İndi hamı ayağa qalxıb.
    KİŞİ: - Əgər biz bir addım geri çəkilsək, onlar-o zəncir gəmirən adamlar bizim özümüzü edam edəcəklər. Ona görə də biz yumruq kimi bir olmalıyıq.
    QIZ: - Biz deyəndə siz kimi nəzərdə tutursunuz?
    KİŞİ: - Mən “biz” deyəndə elə özümüzü nəzərdə tuturam. Yəni bu evin sakinlərini. Biz əzib məhv etməliyik o qoyun sürüsünü. Hətta, lazım olarsa, dəzgahların ağzından çıxan o silah-sursat, o top=tüfəng öz əzəli rolunu oynamalıdır.
    QIZ: - Siz nə danışırsınız?
    KİŞİ: - Bəli toplar atılanda hər şey, hamı susur. Cəngavərlər, əjdahalar, bahadırlar belə, güclə hesablaşmağa məhkumdur.
    QIZ: - Yox, yox, buna getmək olmaz.
    Firuz Mustafa Əsərləri 3
    317
    KİŞİ: - Biz, əlbəttə, ilk növbədə dinc danışıqlara getməliyik. Amma lazım olarsa, biz öz sözümüzü toplarla deyəcəyik. Bədəndən ayrılan başlar heç vaxt danışmaz. Tabutdakılar həmişə susur.
    QIZ: - Arabir atam da bu sözləri deyərdi...
    KİŞİ: - Amma bu gün o, susmaqdadır, indi danışan mənəm. Vaxt gələcək mən də sus-malı olacağam. O zaman başqa birisi gələcək - o, danışacaq... Dünya əzəldən belədir... Ya-zılmamış əbədi qanunları var bu dünyanın - biz istəsək də, istəməsək də o qanunlarla he-sablaşmalıyıq...
    QIZ: - İlahi, ürəyim parçalanır! Doğrudanmı dünya bu qədər qəddarmış!..
    KİŞİ: - Qətiyyən fikir eləmə. Sən tezliklə dünyanın ən xoşbəxt qadını olacaqsan.
    QIZ: - Of-f-f... Mən necə də bədbəxtəm?.. İndi hamı mənə canavar kimi görsənir... Ha-mı bir-birini didib-parçalamağa hazırlaşır...
    Kişi susur. Musiqi. Qız gedir. Pəncərənin tül pərdəsinin arxasından Qızın silueti görünür; o, özünü səliqəyə salır, daranır. Kişi tabuta yaxınlaşır, qapağı götürüb meyitə baxır, sonar yenə qapayır. Tabutun üstündə əyləşir.
    Firuz Mustafa Əsərləri 3
    318
    Az sonar səslənən melodiyanın sədası altında Qulluqçu sanki rəqs edə-edə gəlir. Kişi ayağa durur, Qulluqçuya baxır, sonra ona yaxınlaşır. Melodiya dəyişir: Ştrausun valsı çalınır. Kişi və Qulluqçu şən ovqatla əl-ələ tutub rəqs edirlər. Onlar nə barədəsə danı-şır, fikir mübadiləsi aparırlar; amma səslə-nən musiqi sədası onların söhbətini eşitməyə imkan vermir. Rəqs başa çatır. Kişi Qulluq-çunun əlindən öpür. Qulluqçu gedir. Musiqi səsi tədricən azalsa da fon kimi davam et-məkdədir.
    Arxadakı dekorasiyalar götürülüb. Səhnədə tabut və üstündə mikrafon quraşdırılmış iki kürsü. Uzaqdan uğultu sədası gəlir: sanki iki tərəfdən izdiham dalğası yaxınlaşır. Kişi ta-butun üstünə çıxıb ətrafa boylanır. Oğlan gö-rünür. O, qədim döyüşçü geyimindədir. Kişi cəld tabutun üstündən yerə hoppanır.
    KİŞİ: - Dəfn komissiyası adından matəm mi-tinqini açıq elan edirəm.
    Matəm marşı çalınır. Sonra sükut çökür. İzdiham sakitləşir. Lakin izdihamdan ayrılıb
    Firuz Mustafa Əsərləri 3
    319
    gələn iki təbilçi önə çıxır; onlardan biri səhnənin sağ, digəri sol tərəfində dayanır.
    Bu gün yerlər, göylər nalə çəkib ağlayır. Ha-mı üçün doğma, əziz olan bir insanı itirmişik. O, sadə, lakin şərəfli bir ömür yaşayıb. Budur, biz onun tabutu qarşısındayıq. Bu böyük insanı son mənzilə yola salmaq istəyirik. Amma biz onu torpağa tapşırmağa tələsmirik. Biz hələ onunla vidalaşmalıyıq. Bu, bizim borcumuzdur. Mən mərhumun ölümünü ürəkağrısı ilə qarşılamışam. Mənə elə gəlir ki, bu gün tabutda uyuyan, əbədi yuxuya gedən elə mən özüməm.
    Sağ tərəfdəki təbilçi barabanı döyəcləyir.
    OĞLAN: - İnanmayın bu fırıldaqçıya! Onun kim olduğunu heç kəs bilmir.
    Sol tərəfdəki təbilçi barabanı döyəcləyir.
    QADIN: - Böhtan atma, o, mərhumun doğ-ması, əzizidir!
    Firuz Mustafa Əsərləri 3
    320
    KİŞİ: - Tezliklə bunun kimliyi burada faş olacaq!
    Sağ tərəfdəki təbilçi barabanı döyəcləyir.
    OĞLAN: - Yalan deyirsən! Onlar heç vaxt tanış olmayıblar. Bu, sadəcə olaraq onun ox-şarıdır. Amma əmin ola bilərsiniz ki, onlar elə təbiətcə də eyni adamlardır. Bu da onun kimi yaramazın, əclafın biridir. Bu da onun kimi avanturistdir, qəddardır, qaniçəndir. Əgər biz bu şərin, bu fitnə-felin qarşısını ala bilməsək, özümüzə indidən ölüm hokum kəsməliyik. Onsuz da o, bizim hamımızın kökünü kəsmək istəyir. Biz onu əzməliyik! Biz onu məhv etməliyik.
    Sol tərəfdəki təbilçi barabanı döyəcləyir.
    Alqış səsləri eşidilir. Qız, Qadın və Qulluqçu sakit dayanıblar, əl çalmırlar.
    KİŞİ: - Siz kimə, nəyə əl çaldığınızı dərk edirsinizmi? Axı, siz bu adamı məndən yaxşı tanıyırsınız. Sizə məlumdur ki, o, uzun müd-dət mərhumun sürücüsü olub, onun xidmə-tində dayanıb. Bu gün isə sizin qarşınızda hə-
    Firuz Mustafa Əsərləri 3
    321
    qiqət mücahidi libasında zühür edib. Ona elə gəlir ki, insanları da sükanı arxasında əyləş-diyi maşın kimi çox asanlıqla idarə etmək mümkündür. Xeyir, cavan oğlan! (Oğlana). İnsan maşın deyil. Sən yanılırsan! İnsanın ağlı var, ürəyi var, ən əsası - ruhu var! Sən heç özün-özünü idarə edə bilmirsən, o ki, ola cəmiyyətin bir hissəsi olan zəhmət adamları. Sən insanlara qara, boz kütlə kimi baxırsan; bu, qətiyyən belə deyil! Buraya zehnli, dü-şüncəli, ağıllı, idraklı, şüurlu, ən əsası - na-muslu adamlar toplaşıb. Sən onları aldada bilməzsən! Sən onları öz düz yollarından sa-pındıra bilməzsən! Sən çörək itirənsən! Sən öz əcdadına xor baxansan! Sən haqq, ədalət divanı qarşısında öz başınla cavab verməli-sən!
    Sağ tərəfdəki təbilçi barabanı döyəcləyir.
    Alqış səsləri eşidilir.
    OĞLAN (izdihamla): - Siz kimə əl çalırsı-nız? Fırıldaqçının, başkəsənin birinəmi? Doğrudan da siz kütləsiniz!..
    Firuz Mustafa Əsərləri 3
    322
    Etiraz ifadə edən səs-küy. Qadınlar da qışqı-rır, etiraz edirlər.
    KİŞİ (izdihama): - Görürsünüzmü? Eşidirsi-nizmi? O, sizi heç adam yerinə belə qoymur! O, sizi təhqir edir!.. Onun cəzaluna siz özünüz verməlisiniz. Belələrinə bizim aramızda yer ola bilməz! O, insanlar arasına nifaq toixumu səpir. O, təkcə sizing yox, bütün insanların düşmənidir. O, elə özünün də düşmənidir. Ar olsun!
    SƏSLƏR: -Ar olsun!..
    OĞLAN: - Siz bu şarlatana qulaq asmayın!
    Sol tərəfdəki təbilçi barabanı döyəcləyir.
    KİŞİ: - Bu adam avantüristdir! O, sizi uçuruma aparır!
    Sağ tərəfdəki təbilçi barabanı döyəcləyir.
    OĞLAN: - Bu sizi boyunduruq altinda saxlamaq istəyir!
    Sol tərəfdəki təbilçi barabanı döyəcləyir.
    Firuz Mustafa Əsərləri 3
    323
    KİŞİ: - Ar olsun fırıldaqçılara!
    Sağ tərəfdəki təbilçi barabanı döyəcləyir.
    KİŞİ: - Ar olsun! Bu gün sizin qarşınıza çıx-maqda mənim bir məqsədim, bir istəyim var: biz nəhayət, şəri xeyirdən, pisi yaxşıdan ayır-malıyıq. Bu gün fırıldaqçılar meydan sulayır. Belələri bizim namuslu, ləyaqətli, şəxsiyyətli adamlarımızın üstünə çirkab atır. Sizə yaxşı məlumdur ki, mərhumun hamımıza nümunə ola biləcək gözəl bir ailəsi var. Biz bu ailə ilə fəxr etməliyik. Bu ailənin qadını dünyanın bütün analarına örnək olmalıdır. O, bu gün burada, sizin qarşınızdadır. O, matəm içində-dir. Tale onun sinəsinə çalın-çarpaz dağ çə-kib. Amma o, dözür, səbr edir. Allah səbr edənləri sevir. Bu ailənin bakirə, gözəl bir qı-zı var! O, neçə vaxtdır ki, sizin problemləri-nizin həlli ilə məşğuldur. Bütün dünyada si-zin hüquqlarınızı qorumaqla məşğuldur. O, bu gün buradadır. Doğma atasının matəm mitinqində iştirak edir. Mən sizin adınızdan qeyrət rəmzi olan balamıza başsağlığı veri-rəm! Mərhum sadə bir həyat keçirib. Onun ailəsinin yaxın himayədarı da buradadır; o
    Firuz Mustafa Əsərləri 3
    324
    qadın evin qulluqçusu olsa da özünü mərhu-mun doğması hesab edib. Mən ona da baş-sağlığı verirəm. Bu, bizim hamımızın ümumi dərdimizdir. Amma bu kədər bizi əzə bilməz, yıxa bilməz... Biz gələcəyə daha nikbin nə-zərlərlə baxmalı, daha böyük ideallara can atmalıyıq! Biz rəzillərdən, nadanlardan, avanturistlərdən yaxa qurtarmalıyıq. Həyat davam edir. „eriyə yol yoxdur! Mən sizin ira-dənizi alqışlayıram! Eşq olsun sizə!
    Sağ və sol tərəfdəki təbilçilər barabanı döyəcləyirlər.
    Alqış səsləri eşidilir. Qadın, Qulluqçu və Qız da əl çalırla.
    OĞLAN: - Ax, qoyunlar, qoyunlar! Ax, na-danlar! Siz xəyanətə, rəzalətə əl çalırsınız! Sizi gəmirən, sizi əzən, başınızı üzən, sinəni-zi tapdalayan gözbağlayıcını, şarlatanı alqış-layırsınız!.. (Hay-küy, fit səsləri; hiss olunur ki, izdiham və eləcə də qadınlar oğlanın çıxı-şından narazıdır).
    Mənim sözümü kəsməyin. Mənə imkan ve-rin danışmağa. Görün siz kimə əl çalırsınız?! Fahişəni mələk, oğrunu həqiqət mücəssiməsi
    Firuz Mustafa Əsərləri 3
    325
    kimi təqdim edən bir əxlaqsızı müdafiə edir-siniz. Mən tüpürürəm sizin murdar sifətinizə! Siz insan deyilmişsiniz. Siz məni öz dilman-cınız, öz sözçünüz, öz nümayəndəniz kimi bu kürsüyə qaldırmışdınız. Bəs üzünüz nə tez döndü?.. Budurmu sizin iradəniz?.. Budurmu sizin etibarınız, inamınız, etiqadınız? Allah özü şahiddir ki, mənim yalnız bir məqsədim olub: sizin dərdinizə əlac etmək, sizin yolu-nuzda vuruşmaq, sizin hüququnuzu qorumaq. (Pauza). Sizi indiyəcən əziblər. Siz elə buna layiqsiniz. Mən indi bunun şahidi olmaqda-yam! Ar olsun sizə! Tüpürüm sizə! Ax, qoyunlar!..
    Hay-küy, fit səsləri. İzdihamın və qadınların etiraz çağırışları.
    KİŞİ: - Sən bu qədər insanı qoyun adlandırır-san, eləmi? Qoyun sən özünsən. Sən ölümə layiqsən!
    OĞLAN (acı-acı gülür): - Ha-ha-ha! Ölüm! Ölüm?!. Mən ölümdən qorxmuram! Mən ne-çə ildir ki, ölümə doğru yol gəlirəm. Qoy məni öldürsünlər, qətlə yetirsinlər! Qoy sizin hazırladığınız o toplardan birinin mərmisi
    Firuz Mustafa Əsərləri 3
    326
    mənim sinəmdə döyünsün! Qoy məni güllə-ləsinlər! Onsuz da o gorbagor çoxlarını öl-dürtürüb o dünyaya vasil edib! (Tabutu gö-stərir). Mən ölənlərin heç birindən artıq de-yiləm. Mən ölümü alqışlayıram. Mən öz ölü-mümə “xoş gəldin” deyirəm!
    Hay-küy, etiraz səsləri.
    KIŞI: - Xeyr, biz səni güllələməyəcəyik. Mərhumun rəhbərlik etdiyyyi zavod neçə il-lərdir ki, silah istehsalı və ixracı ilə məşğul-dur. Bunu heç kəs gizlətmir! Amma biz bu gündən etibarən dar ağacı istehsalı ilə məşğul olmağa başlayırıq. Bu, bizə tarixdən miras qalan, haqqında kitablardan oxuyub özünü kinolarda gördüyümüz dar ağaclarından fərq-lənir. O, avtomatlaşmış, kompüterlə işləyən bir maşındır. Bu, bizim böyük kəşfimiz, el-mimizin ən son nailiyyətidir. (Üzünü arxaya tutur). Bu sərsəmi, bu cinayətkarı çəkin dar ğacına!
    Təbilçilər barabanı döyəcləyirlər.
    Arxadan atılan kəndir Oğlanın boynuna ke-çir. Onu dartıb sürüyürlər. Alqış səsləri eşi-
    Firuz Mustafa Əsərləri 3
    327
    dilir. Kişi gurultulu alqışlar altında əl-qolu-nu ölçə-ölçə nəsə irad edir, danışır. Lakin al-qış səsləri onun səsini üstələyir; Kişinin səsi eşidilmir... Az sonra diyircək (təkər) üstə qu-raşdırılmış dar ağacı səhnənin ortasına doğ-ru hərəkət edir. Səs-küy azalır. Alqışlar sən-giyir, hər tərəfə sükut çökür.
    OĞLAN: - Hə, indi sakit oldunuz?!. Ax, za-vallılar, həşaratlar, hörümçəklər! Mənim sizə yazığım gəlir! Ciz bir tikə çörək üçün it kimi hürür, pişik kimi miyoldayır, çaqqal kimi ulayırsınız. Məni edam edənlər bilsin ki, heç bir dar ağacı mənim iradəmi sarsıda bilməz. Məni öz istəyimdən, öz idealımdan döndərə bilməz heç bir dar ağacı! Mən özüm addım-layan, yeriyən bir dar ağacıyam! Mən özüm asıldığım bu dar ağacını edam edirəm. Dar ağacı məndən asılıb, mən dar ağacından asıl-mamışam!.. Mən bu gün qətiyyətlə deyirəm: vaxt gələcək ki, sizin hamınızı dar ağacından asacaqlar. Çünki siz şərə qulluq edirsiniz. Siz iblisə dəstək verirsiniz. Sizin min sifətiniz var. Məhşər günü yaxınlaşmaqdadır. Bax on-da - o məhşər günündə hər ağacdan bir cəsəd asılacaq, tabuta ehtiyac qalmayacaq. Boş ta-
    Firuz Mustafa Əsərləri 3
    328
    butler size gözləyəcək. İndi isə mən cənnətə “salam”, cəhənnəmə isə “əlvida” deyirəm. Əlvida!
    Dar ağacı səhnənin önünə doğru hərəkət edir. Oğlan boynunu kəndirin ilgəyiə keçirir. Təbillər çalınır. Musiqi. Kişi tabuta yaxınla-şır, qapağı götürür. Tabut boşdur. Kişi, Qa-dın, Qız və Qulluqçu əvvəlcə heyrətlənir, sonra boş tabutu çiyinlərinə götürüb səhnəni tərk edirlər.
    Pərdə
    Firuz Mustafa Əsərləri 3
    329
    Müəllif haqqında
    Firuz Mustafa
    (Firuz Qədimаlı оğlu Mustаfаyеv) - nasir, dramaturq, esseist, filosof
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən həmin ilin gah iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustafa Əsərləri 3
    330
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir. Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə
    Firuz Mustafa Əsərləri 3
    331
    еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 80-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tеаtr” jurnаlının təsisçidir. İki övladı var.
    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    Cəfər Cаbbаrlı mükafatı
    “Humay” mükafatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının müкаfаtı
    Firuz Mustafa Əsərləri 3
    332
    Firuz Mustafanın əsərləri
    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    Firuz Mustafa Əsərləri 3
    333
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    Firuz Mustafa Əsərləri 3
    334
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • Seşilmiş əsərləri (Pyeslər) (1-ci cild) (“Renessans-A” nəşriyyarı, 2019)
    Rusca kitabları:
    Firuz Mustafa Əsərləri 3
    335
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    Firuz Mustafa Əsərləri 3
    336
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)
    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    Rusiyada şap olunmuş kitabları:
    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    İranda çap olunmuş kitabları:
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017
    “Dəniz köşü” “Sona nəşriyyatı İran İR, Tehran, 2020
    Özbəkistanda nəşr olunan kitab:
    Firuz Mustafa Əsərləri 3
    337
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018
    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)
    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    Firuz Mustafa Əsərləri 3
    338
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    Firuz Mustafa Əsərləri 3
    339
    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı
    Firuz Mustafa Əsərləri 3
    340
    MÜNDƏRİCAT:
    QARIŞQA TƏLƏSİ
    s.3
    PAYIZ MEŞƏSİNDƏ VALS
    s.79
    ADSIZ
    s.125
    TIXAC
    s.197
    Müəllif haqqında
    s.329
    Firuz Mustafanın əsərləri
    s.331
    Firuz Mustafa Əsərləri 3
    341
    Firuz MUSTAFA
    ƏSƏRLƏRİ
    Üçüncü
    40 cilddə
    PYESLƏR
    Redaktor: Aynurə Mustafayeva
    Bədii tərtibatçı: Aqşin Mustafayev
    Korrektor, yığıcı, dizayner: F. Mustafa
    Yığılmağa verilib: 02.02.2020
    Çapa imzalanıb: 20.07.2020
    ISBN 978-9952-37-245-8
    El.ünvan: firuz_52@mail/ru
    Tel.:+994 50 413 3572
    ©Firuz Mustafa.2020.səh.342
    Firuz MUSTAFA
    (Firuz Qədimalı oğlu Mustafayev)
    Bakı-2020
    Firuz Mustafa Əsərləri 3
    342
    Qeydlər üçün
  • aprel 2026, Firuz M.

  • 2
Əsərlər 4 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Dördüncü cild Bakı- 2020 Əsərləri 4 2 Əsərləri 40 cilddə Pyeslər 4-cü cild Isbn 978-9952-37-245-8......

Əsərləri. 3 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Üçüncü cild Bakı- 2020 Əsərləri 3 2 Əsərləri 40 cilddə Pyeslər 3-cü cild Isbn 978-9952-37-245-8......

Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti

Firuz Mustafa

Tərtibçi Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti Isbn 978-9952-37-245-8 Bakı-2024 Tərtibçi Yaşamaq sənəti Xalq Təbabəti Təbiətin resepti Bakı.2024,səh.,300 4502020000 F--------------------2024 009......

Könlümün gül yüküsən

Dəhnəli Məmməd Hacızadə

Yadındamı ilk görüş? Novruz ərəfəsiydi. Şİrniyyat gətirmişdin. Sevinib uşaq kimi özümdən ixtiyarsız al yanağından öpdüm. Sənsə həyəcanlanıb özünü itirmişdin. Qollarım arasında bərk-bərk sıxmışdım səni. İlk......

2 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər İkinci cild Bakı- 2020 Oxuculara təqdim edilən coxcildliyin ikinci......

+1 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Birinci cild Bakı- 2020 Əsərləri Pyeslər 1-ci cild 40 cilddə Isbn 978-9952-37-245-8 Oxuculara təqdim edilən coxcildliyin ilk......

Bayatılar

Dəhnəli Məmməd Hacızadə

Əzizim dostun olsun, Dost ol ki, dostun olsun. Allah dostunu dost tut, Allah da dostun olsun. Əzizim düz ilməni, Yaxama düz ilməni. Yarın eşqi tükənməz......

Şəkimin

Dəhnəli Məmməd Hacızadə

Sevinmişəm,qəmlənmişəm,küsmüşəm Girişində,çıxışında . Mən də,bir at oynadası biriydim, Enişində,yoxuşunda . Açdım güllü budaqlara gözümü, Bu torpaqdan aldım gücü,dözümü. Əzəl gündən tanımışam özümü, İlməsində,naxışında . Yol......

Gedək qapısını çırpıb dünyanın

Dəhnəli Məmməd Hacızadə

Ağası dığadır,dığası ağa, Quduz tək haqqını qarpıb dünyanın. Dözəsi halımız yoxdu sınağa, . Torpağa sevgi var ilıq nəfəsdə, İllərdir əsrlər qulağı səsdə.......

Yatmıram ipinə,sapına dünya

Dəhnəli Məmməd Hacızadə

Pulun üz döndərib düzgün adamdan, Dolur əyrilərin cibinə,dünya. Xəcalət çəkirəm yerinə sənin, Girirəm torpağın dibinə,dünya. Tikan da əyrinin,gül də əyrinin, Danışan”bir qarış dil”də əyrinin. Qızıl......