...
  • Çaparaq Notlar
  • Firuz Mustafa




  • Firuz Mustafa


    ÇAPARAQ NOTLAR




    Qeydlər
    Etüdlər













    Bakı-2027




    Firuz MUSTAFA

    ÇAPARAQ NOTLAR


    Qeydlər
    Etüdlər


    Təqdim edilən kitabda
    Firuz Mustafanın
    müxtəlif vaxtlarda qələmə aldığı
    çaparaq qeydlər, gündəliklərdən parçalar,
    etüdlər, eskizlər toplanmışdır.

    ISBN 978-9952-37-245-8






    ©Firuz Mustafayev,2027.səh.558
    "Füyuzat" nəşriyyatı,2027

    BAKI-2027




    Türkün sözü
    (fraqmentlər)

    TÜRK. Bu sözün anlamı nədir?
    Türkologiya, türk dilləri, onların arealı, yayıldığı coğrafiya məni daim maraqlandırıb. Hətta rus dilində nəşr edilmiş “Yüz türk etnosu” adlı kitabın tərtibçisiyəm.
    Bunlar öz yerində.
    Məni bu konuda daim bir fikir məşğul edib: əcaba, görəsən TÜRK sözü öz mənşəyini haradan götürüb?
    Əlbəttə, bu istiqamətdə fərziyyələr, şərhlər, mülahizələr, mühakimələr çoxdur. Doğrusu, mövzuyla bağlı indiyəcən oxuduqlarımın və eşitdiklərimin heç biri məni qane etməyib.
    Həmin doğma sözün izi ilə uzun bir yol yürüyüb “finişə” çatdım. Sən demə, Altaydakı bir sıra türk xalqlarının dilində (məsələn: telenqut və yaxud telengit dillərində -ruslar onlara “teleut” deyirlər) TÜRK sözünün konkret anlamı, mənası varmış. Belə ki, türk, türkindaş, türköndaş sözləri “doğma”, “yaxın”, “canbir”, “əziz olan” mənasında işlədilirmiş. Məsələn, “sən mənim türköndaşımsan” (yəni doğmamsan). Bu leksem dilimizdə möhkəm yer tutmuş “qar(ın)daş”, “sirdaş”, “yoldaş” sözləri kimi bizə yaxın, həm də...uzaq imiş...
    ...Bu günlərdə söhbətini Tv-də dinlədiyim bir alim-ziyalının qənaətləri məndə bu “kəşfə” daha böyük və möhkəm əminlik hissi doğurdu. Belə ki, Altayın xalq şairi, Altay YB-nin sədri, türkoloq, şərqşünas, tərcüməçi, Altay xalqının qurultayında (1912) “El başçı” seçilmiş Brontoy Yanqi oğlu Bedürov öz teleçıxışında bu məsələyə bir xeyli işıq tutdu, aydınlıq gətirdi.
    Orasını da deyək ki, zamanında Altayda Türkeş xaqanlığı da olub.
    p.s.
    “Türk” sözü bəzi hallarda “truq” (“truk”) kimi də işlənib. Ehtimal etmək olar ki, rusların “druq” (друг) sözü də buradan yaranıb. Hərçənd ki, bəzi rus izahlı lüğətlərində “druq”un “derjat” sözündən yarandığı iddia olunur.
    Bəzən “bizdən uzaqda” yaşayan türk soydaşlarımızın dilinə, mədəniyyətinə yaxından bələd olmamağımız bizi bir çox nəsnələrdən bixəbər edir.













    Nizaminin öz dilindən eşidək: O, kimdir?
    “Xudaya, türk balasını sən özün qoru...”

    M.Ə. Rəsulzadə "Azərbaycan şairi Nizami" adlı qimətli kitabında dahi şairin (İlyas Yusif oğlu Nizaminin) hansı millətə mənsub olduğunu sübut etmək üçün ”uzaq” mənbəyə yox, məhz elə onun öz yaradıcılığına müraciət edir.
    Müəllif Nizamidən belə bir beyt misal çəkir:

    Torkiyəm-ra dər in həbəş nə xərənd,
    Lacərəm, duğba-ye xoş nə xorənd.

    Türkcəsi:
    (Türkcəmi bu həbəşlikdə alan yox,
    Dovğamı bir yemək deyə sayan yo).

    Məmməd Əmin başqa bir misal da çəkir:

    Əgər şod torkəm əz xərgəh nəhani,
    Xodayə, torkzadəmva to dani.

    Yəni ki

    (Əgər türküm çadırdan gizlinə çəkildisə də,
    Xudaya, türk balasını sən özün qoru.)

    "Xosrov və Şirin” poemasından gətirilən bu misal böyük şairin hansı milli hisslərlə yaşadığını sübut edir. Şair öz türk xanımına- dünyadan köçən Afaqa "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırır.
























    “Amma” və “isə”... birlikdə ola bilməz

    Bəlkə də dilçi olmayanları başa düşmək olar. Amma sırf dil mütəxəssislərinin yazılarında qarşılaşdığımız bəzi səhvlər təccüb və təəssüf doğurur. Uzun-uzadı danışıb vaxt almaq istəmirəm. Konkret olaraq mətləbə keçmək istəyirəm: “amma” bağlayıcısı və “isə” sözü eyni bir cümlədə işlənə bilməz. Məsələn, yazılarda bu tipli cümlələrə tez-tez rast gəlirik:
    “Mən onu eşitməmişəm, amma o isə məni çağırırmış”.
    Cümlə ya belə olmalıdır: “Mən onu eşitməmişəm, o isə məni çağırırmış”. Və yaxud cümlə bu cür olmalıdır: “Mən onu eşitməmişəm, amma o, məni çağırırmış”.
    Sözün qısası, “amma” ilə “isə” bir cümlədə eyni vaxtda işlənə bilməz. Ya “isə” olmalıdır, ya da “amma” (ancaq, lakin, fəqət).
    Vəssalam.
    P.S.
    Yeri gəlmişkən, bu “başıbəlalı” söz, yəni “isə” sözü dilçilik ədəbiyyarında müxtəlif vaxtlarda müxtəlif cür, məsələn, “bağlama” , “köməkçi söz”, “köməkçi fel”, “hissəcik”, “ədat”, “qarşılaşdırma bağlayıcı” və s. adlarla ifadə olunmuşdur.

    Janrlar haqqında

    Ədəbi janrlar haqda çoxdan yazdığım qeydlərdən:
    “Hesab edirəm ki, nəsr (proza) ədəbiyyatın ən aparıcı janrıdır. Ciddi yazıçıların əsərləri getdikcə konkret, ölçülü-biçili paradiqmalara əsaslanır və bu mənada nəsr elmə yaxınlaşmaqdadır. Dünyada hələ nəsrə bir maraq yaşanmaqdadır. Tərcüməçilər reklamı olan romanları çevirmək üçün növbəyə durublar.
    Dramaturgiya isə zaman keçdikcə kino ilə qovuşmağa üstünlük verməkdədir. Elə bu səbəbdən də müasir tamaşalarda kino elementləri fasiləsiz olaraq artmaqdadır. Pyesin oxucusu həmişə məhdud sayda olub.
    Poeziya bir janr kimi musiqi ilə daha çox çulğaşmaqdadır. Poema isə artıq bir poetik janr kimi aradan çıxmaqdadır. Əsasən bu gün musiqi bəstələnən mətnlər öz mövcudluğunu qoruyub saxlamaqdadır. Poeziya daha çox milli hadisədir. Elə bu səbəbdəndir ki, bütün dünyada tərcüməçilər bu sahəyə az diqqət yetirirlər.
    Ədəbi tənqid... Bu, sırf rus “hadisəsidir”. Dünyada belə bir janr yoxdur. Əvəzində ədəbiyyatşünaslıq, esseçilik var...”
    Əlbəttə, bütün bunlar ədəbiyyat müstəvisinə ümumi, qısa bir baxış hesab oluna bilər.
    Axı ədəbiyyat haqda yalnız fikir söyləmək olar, hökm verməksə olmaz...



























    DİL PARADOKSLARI

    Kim kimdən bəhrələnib?
    Bu, çox mübahisəli bir mövzu olsa da belə...

    Bəzən bir dildə işlərilən hansısa bir söz başqa dil(lər)də, həm də quruluş, tip(ologiya), mənşə və ailə mənsubiyyətinə görə bir-birindən çox uzaq olan dillərdə belə, eyni bir mənanı verir. Və hər bir xalqın bu sözləri “özününkü” hesab etməsinə kifayət qədər “dəlil-sübutlar”da olur. Bəzən elmi axtarışlar konkret bir nəticə vermir.
    Ona görə də dilçilik elminə “dil paralelləri” deyilən bir anlayış gətirilib.
    Gəlin, indi sizinlə birlikdə adi, həm də çox işlədilən bir sözü nəzərdən keçirək. Bu, “son” sözüdür. İlk baxışda hər şey aydındır. Yəni “axır” mənasını verən bu söz əksər türk dillərinin leksik tərkibinə daxildir və əksər hallarda da türkmənşəli hesab olunur. Əslində, elə mən özüm də həmin sözü “özümüzünkü” hesab edirəm. Və zənnimcə haqlıyam da. Amma məsələ burasındadır ki, çin dilində də “axır-son” mənasını verən “sün”(son) sözü vardır. Bundan başqa, rus dilindəki “sın” (сын) (oğul), çin dilindəki “sünz” (nəvə), ingilis dilindəki “son” (oğul) sözlərinin eyni kökdən olduğunu güman edənlər də kifayət qədərdir. Vaxtilə, M. Kaşgari “son” sözünün nəsil, şəcərə ilə bağlı olduğunu göstərirdi. Buna ən yaxşı örnək kimi Azərbaycan dilində gen-bol işlədilən məsəllər də nümunə ola bilər. Məsələn, “Filankəs sonsuzdur”, yəni övladsızdır və ya oğulsuzdur. M. Arazın bir şeirində belə bir misra da yada düşür: “Oğlu yoxdur- sonu yoxdur dedilər”.
    Gördüyümüz kimi, dildə bu cür izahı çətin, amma maraq doğuran momentlər də olur.
    Mən özüm belə “dil paralellərinə” aid saysız-hesabsız nümunələr toplamışam və gələcəkdə əlimin altında olan, oxuculara maraqlı görünə biləcək materilların bir qismini nəşr etdirmək fikrindəyəm.
    Yeri gəlmişkən bəzi “paralellərə” diqqət yetirmək olar. Məsələn, şumer dilində “voda” su deməkdir.
    “Su” sözünə monqolca “us”, çin dilində “shui” (şu) deyilir.
    Çin dilində “hen” (yəni olduqca çox), türk dillərində “en” (ən) şəklində işlənir.
    Türkcə “bitik” (yazı, kitab) sözünə çin dilində “biti” deyilir.
    Türkcə “bax” (diqqət yetir) sözü çincədə “ba” deyilir.
    Çincə “ren” sözünə türkcə “eren” (ərən, igid) deyilir.
    Çincə “ben” (şəxsən) sözünə türkcədə “ben” (mən, özüm) deyilir.
    Çin dilində işlənilən “dan” sözü əksər türk dillərində “den” (dən, toxum, dan, yəni səhər, sübh mənasında) kimi işlədilir.
    Yeri gəlmişkən, rus dilindəki “den” (день) sözü də türkcədəki “dan” sözündəndir və bu, mənim “kəşfim” deyil, bir çox rus dilçilərinin qənaətidir.
    Bu cür müqayisələr və paradoks dolu paralellər çoxdur.



























    Kimə necə müraciət etməli?

    "Əttökən" xitablar...
    Qocamanlara da, ağsaqqallara da hörmətim, sayğım böyükdür. Amma düzünü deyim ki, adamlara müraciətən deyilən “ay ağsaqqal” (və ya “kişi”, “ay qoca”, “dayday”) müraciətlərindən şəxsən mənim fərdi qaydada heç xoşum gəlmir.
    Yəqin ki, qadınlar da “ay arvad”, “xala”, “nənə”, “ağız”, “bibi” müraciətini yaxşı qarşılamırlar.
    p.s. Nədənsə bizdə vahid müraciət formasının zəruriliyi ortaya gələndə hər ağızdan bir avaz gəlir. Halbuki az qala bütün millətlərdə, xalqlarda vahid müraciət qaydası var. Ki Yəni hər cinsə və hər yaşa malik olan adamlara konkret şəkildə müraciət etmək formaları mövcuddur.










    YAZININ KVİNTESSENSİYASI
    1."Okean" necə yarandı?
    Adətən hər bir bədii yazının qələmə alınmasında hansısa bir təkanın rolu olur. Bu, daxili təkan da ola bilər, xarici təkan da... Həmin problem adətən yaradıcılıq psixologiyası kimi tədqiq edilir. Bu da təbiidir. Axı bəzən yazıçının öz əsərini yazarkən keçirdiyi hissləri psixoloqlar tədqiq etməyə çalışırlar. Amma hesab edirəm ki, bəzi yazıçılar bu sahədə heç də psixoloqdan geri qalmırlar. Məsələn, Konstantin Paustovskinin bir çox əsərləri buna yaxşı nümunə ola bilər. Belə ki, yazıçı qələmə aldığı bir çox qeydlərində öz əsərlərinin meydana gəlmə səbəblərini, yazı prosesini elə dəqiqliklə təsvir edir ki, bu sənədli qeydlər bədii yazı qədər maraq doğurur. Amma onu da unutmaq olmaz ki, bədii əsər, xüsusən hekayə oçerk deyildir...
    "Okean" adlı bir hekayəm var. Çoxdan yazılıb. Sənədli yazı deyil. Amma bu yazının qələmə alınmasında bir hadisə "təkanverici" rol oynayıb.
    Hərbi xidmətdən geri dönərkən Uzaq Şərq şəhərlərindən birində vağzalda bilet alarkən bir gənc xanım məndən şəhərdəki hansısa ünvanı soruşdu. Çiynimi çəkib bilmədiyimi dedim. Xanım gülümsəyib dedi ki, yəqin Siz də mənim kimi gəlməsiz. Ötəri-eksklüziv dialoqdan belə məlum oldu ki, bu gənc xanım tibb texnikumuna qəbul olub, əslən Sakit okeanın ortasında yerləşən ada-şəhərdən, daha dəqiq desəm, Saxalindən gəlib bu yerlərə... Qatarın yola düşməsinə hələ çox qalırdı.
    Yaxından tanış olduq. Mən öz adımı dedim. O da özünü təqdim etdi:
    - Almira.
    Söhbət əsnasında belə məlum oldu ki, bu gənc xanımın soyadı Yunusovadır. Doğrusu, elə bildim ki, azərbaycanlıdır. Amma o, kökən rus olduğunu bildirdi.
    Vağzaldan çıxıb şəhərə sarı üz tutduq. Lopa-lopa qar yağırdı. Ağ şuba və ağ çəkmə geymiş Almiranın bəyaz sifətinə qonan qar dənələri ulduz qırıntıları kimi parlayırdı. Bu anlarda Almira zərif, bəmbəyaz Qar qıza bənzəyirdi. Sadəcə olaraq o, qocaman Şaxta babanın yox, yanındakı hərbi geyimli gəncin qoluna girmişdi.
    Biz isti kafelərdən birinə daxil olub nəsə sifariş verdik.
    ...Sonralar bu təəssürat hekayəyə çevrildi.
    "Okean" hekayəsində gənc xanım qəhrəmanın ad- familiyası olduğu kimi saxlanılıb... Hekayədə finala yaxın səhnə belə təsvir olunub:
    "Sarvan vaqona qalxıb kip örtülmüş pəncərənin donmuş şüşələri arxasından qıza əl etməyə başladı. İndi onun ürəyinə ağır bir kədər çökmüşdü; bu kədər hissi ona, nədənsə, vaxtsız yağan qarı xatırladırdı. Sarvan əvvəlcədən duyurdu ki, qızla bu təsadüfi görüş onun yaddaşından heç vaxt silinməyəcək... Yox, bu məhəbbət deyildi. Bu, ötəri bir hiss də deyildi. Bəs nə idi görəsən?
    Bayırın qaranlığında qızın tutqun silueti zorla seçilirdi...
    Qatar yola düşdü..."
    Yeri gəlmişkən, sonralar bu hekayə rus, ingilis, fars və özbək dillərinə tərcümə edilib Kanada, Rusiya, Özbəkistan və İranda nəşr olundu.


    2."Alın yazısı" necə yazıldı?

    Səksəninci illərin sonlarında qəfildən xəstələndim. Nitqimdə ləngimə baş vermişdi. Məni Əhmədlidəki "nevroloji" xəstəxanaya apardılar. Səliqə-sahmanlı bir yerdi. Bizim palatada dörd nəfər kişi vardı. Deyir-gülür, zarafat edirdik. Saşa adlı "Kamaz" şoferi, sağlam rus "mujiki" çoxlu lətifələr bilirdi.
    Qonşu palatada qadınlar müalicə olunurdu. Mən arada dəhlizin başındakı darısqal arakəsməyə (xəstə və həkimlərin qeyri-rəsmi "papiros çəkmək üçün" hesab etdikləri yerə) çəkilib siqaret tüstülədirdim. Bir dəfə gənc, yaraşıqlı, qədd-qamətli bir xanım mənə yaxınlaşıb dilucu salamlaşdı.
    - Salam. Olar?
    Görəsən, nəyin "olarını" xahiş edirdi?
    Ani olaraq anladım ki, yəqin siqaret xahiş edir. Qutunu ona uzatdım. O, bir qədər tərəddüd edib dedi:
    - Təşəkkür edirəm. Özümdə siqaret var. Soruşuram ki, burada siqaret çəkmək olar?
    Ətrafa boylanıb dedim:
    - Məncə, olar. Adətən, adamlar burada çəkirlər. Budur, qab da siqaretlə doludur.
    Qadın bir də təşəkkür edib, cibindən "öz qutusunu" çıxartdı. Zərif, uzun, ilik kimi ağ barmaqlarının arasında sıxdığı siqaret giləsini alışdırıb dərindən qullab vurdu. Ətirli siqaretin tüstüsü bir müddət onun başının üstündə halay vuraraq "donub qalırdı". Arada qadın alnına tökülmüş qara-parlaq saçlarını əli ilə yuxarıya sarı "atanda" başının üstündə "donub qalmış" tüstü halayı da ətrafa yayılırdı.
    Sonrakı günlər söhbət əsnasında məlum oldu ki, mənim "siqaret yoldaşım" ali məktəb müəlliməsidir. Yaxınlarda başında əməliyyat olunacağını gözləyirdi. Zahirən sağlam və xoşbəxt görünən bu gözəl xanım hiss olunurdu ki, öz taleyindən heç də razı deyil.
    - Mən əməliyyatdan sağ çıxmayacam...
    Bir neçə gündən sonra həyətdə ağlaşma, hay-küy eşitdim. Kiminsə öldüyünü dedilər.
    Ağ xalatlı tibb işçiləri iri xərəyin qulpundan yapışıb həyətə sarı tələsirdilər.
    Sonralar mən qələmə alacağım "Alın yazısı" adlı hekayədə həmin mənzərəni belə təsvir edəcəkdim: "Xərəyi qapının ağzına çıxartdılar. Ağ xalatlı adamlar mələfəyə bükülmüş meyiti qucaqlarına götürüb "təcili yardım" maşınının arxa qapısına yaxınlaşanda külək mələfənin bir ucunu azacıq qaldırdı. O, qadının qırxılmış ağımsov başını gördü. Qadının üzü sakit idi. Ona elə gəldi ki, qadının dodağında gülüşə, istehzaya bənzər tanış bir təbəssüm donub qalıb. Görəsən, qadın kimə gülürdü? Öz ölümünə, yoxsa yaşanmış (bəlkə də yaşanmamış) ömrünə?
    Maşının qapısı şaqqıltı ilə örtüldü.
    Xəstəxananın həyətinə sükut çökdü..."
    Bax, "Alın yazısı" hekayəsi belə yarandı.


    3."Bəyaz rəqs" necə meydana gəldi?

    Yolum düşən ölkələrdə ilk növbədə kitab dükanlarına baş çəkirəm.
    İndi iş otağımdakı rəflərə düzülmüş müxtəlif elmlərə və janrlara aid kitabların az qala hərəsinin öz alınma, "əldə olunma" tarixi var. Bəzi kitabları isə özüm almamışam, mənə poçtla göndəriblər. Vaxtilə Pribaltikada, Orta Asiyada, Rusiyada yaşayan dost və tanışlardan aldığım kitabları bu gün də saxlayıram. Hətta, bəzən üzünü görmədiyim adamlardan aldığım kitablar da var; məktubla müraciət etmişəm, tezliklə lazım olan kitabı ünvanıma göndəriblər.
    Bu yaxınlarda rəfdəki kitabları qaydaya salarkən göy cildli, iri həcmli bir kitab diqqətimi cəlb etdi. Əslində bu, kitab yox, jurnal idi. Sadəcə olaraq iki, ya üç jurnalı üst-üstə tikib kitab halına salmışdılar. "Kitabın" üstünə göy kartondan səliqəli üzlük çəkmişdilər. Cildin üzərinə isə rəngli karandaşlarla bu sözlər yazılmışdı: Виктор Астафьев. «Царь-ры́ба»
    Amma üst-üstə tikilmiş bu jurnalların adı, nəşr edildiyi tarix qeyd edilməyib. Çox ehtimal ki, bu qalın dərgi "Roman-qazeta"dır. Adətən, "Roman-qazeta"da səs-küy qoparan, məşhur əsərlər nəşr edilirdi. Bizim yazıçılardan da bir çoxunun (M.İbrahimbəyovun, S.Azərinin) əsərləri müxtəlif illərdə bu dərgidə çap olunmuşdu.
    Yadımdadır, 70-ci illərin sonunda rus yazıçısı Viktor Astafyevin romanı oxucular arasında geniş əks-səda vermişdi. Mən əsəri heç cür əldə edə bilmirdim. (Bəli, kitabların da belə bəxtəvər günləri vardı).
    80-ci illərdə Elmlər Akademiyasında aspirant olarkən dostlarımla Nalçikə istirahətə getmişdim. Dağların başındakı turbazaların birində dincəlirdik. Axşamlar geniş meydançada rəqs təşkil edilirdi. Adətən, buraya daha çox gənclər axışıb gəlirdi.
    Mən rəqs etməsəm də, orijinal rəqs nümunələri nümayiş etdirənləri maraqla seyr edirdim.
    Xatirimdədir, rəqs edənlər arasında nisbətən yaşlı bir xanımın göstərdiyi "tryuklar" hamının diqqətini cəlb edirdi. Bu xanım həm Qafqaz, həm slavyan, həm hind, həm də Avropa xalqlarının rəqslərini məharətlə ifa edirdi. Çox zaman yaşıl donda olan bu xanımı biz öz aramızda "yaşıl alov" adlandırır və doğrusu, axşamlar çox vaxt elə bu şən qadının göstərdiyi "nömrələri" izləməyə gedirdik.
    Növbəti axşamların birində yenə rəqs meydançası gənclərin ixtiyarında idi. Birdən "rəqqas qadın" qəfildən meydançaya çıxdı. O, indi qıpqırmızı don geymişdi və əsl alova oxşayırdı. Bu alov sanki sehrli ilan kimi qıvrılır, yığılıb-açılır, ətrafa od saçırdı.
    Arada fasilə oldu. Gecənin aparıcısı növbəti rəqsi elan etdi: "Bəyaz rəqs". Adətən, bu rəqs ifa olunanda qadınlar kişiləri oynamağa dəvət edirlər. Heç gözləmədiyim halda "rəqqas qadın" irəli yeriyib əlini mənə sarı uzatdı. Üzrxahlıq edib bildirdim ki, rəqs edə bilmirəm. Qadın gülümsəyib dedi ki, problem yoxdur, öyrənərsən, hələ cavansan. Dostlarım da him-cim etdilər ki, bu cür xanımın təklifini rədd etmək olmaz, irəli çıx...
    Xanım rəqs edə-edə mənə ürək-dirək verib bildirirdi ki, məsələ heç də onun təsəvvür etdiyi kimi deyilmiş; yəni mən rəqs etməyi bacarırmışam.
    Sən demə, qadın, rəqqas yox, tanınmış bir pedaqoq imiş. Özü də Sibirdəki iri texnikumlardan birində direktor vəzifəsində işləyirmiş. Mən onun rəqsə bu cür marağının səbəbini soruşarkən qadın gülüb dedi: "Axı bizim texnikumda minlərlə tələbə təhsil alır. Orada hər millətin nümayəndələri var. Elə azərbaycanlılar da az deyil. Mən hətta sizin Fərman Salmanovu da tanıyıram. Çalışıram ki, bu tədbirlərdə bütün xalqların mahnı və rəqsləri səslənsin. Özüm də oxumağı, rəqs etməyi çox sevirəm".
    …O, arada oxuduğu kitablardan sitatlar gətirirdi. Bir dəfə söhbət hərlənib-fırlanıb Viktor Astafyevin yeni əsərinin üstünə gəldi. Mən həmin əsər barədə mətbuatda çox oxumuşdum. Amma əsərin özü ilə tanış deyildim. Qadın söz verdi ki, öz evlərinə qayıdan kimi arzusunda olduğum kitabı göndərəcək...
    Hərə öz vətəninə yola düşdü. Bir gün məhəllə poçtalyonu qapını döydü. Əlindəki bağlamanı irəli uzatdı. Baratı açıb baxdım. Xanımın vəd etdiyi kitab idi. Виктор Астафьев «Царь-ры́ба».
    Təəssüf ki, indi həmin kitabı göndərən qadının adını unutmuşam. Amma rus yazıçısı Viktor Astafyevin adı nə zaman çəkilirsə, daim qeyri-ixtiyari, assosiativ olaraq həmin qadını xatırlayıram.
    P.S. Sonralar mən "Bəyaz rəqs" adlı hekayəmdə öz müşahidələrimdən bəzilərini qələmə almağa çalışdım. Təbii ki, orada baş verən hadisənin məğzi, fabulası və məzmunu tam fərqli bir axarda idi. Axı mən oçerk yox, bədii əsər yazmışdım.


    4."Dekret yeri" necə yarandı?

    Məlum məsələdir ki, bədii əsərin meydana gəlməsində daha çox təxəyyülün rolu olur. Əsərin səviyyəsi isə, təbii ki, istedadla bağlı bir məsələdir. Amma orası da var ki, bəzən yazıçının şəxsi müşahidəsi və ya tərcümeyi-halı ilə bağlı nəsnələr də bu və ya digər əsərin meydana gəlməsinə "təkan" verir.
    Mən vaxtilə öz qeydlərimdə "Alın yazısı", "Okean", "Bəyaz rəqs" adlı hekayələrimin qələmə alınmasına səbəb olan başlıca "amillərdən" bəhs etmişdim.
    İndi isə "Dekret yeri" adlı müxtəsər bir hekayəmin yaranmasında hansı "həyat faktının" rol oynaması barədə elə müxtəsərcə söz açmaq istəyirəm.
    Təyinatımı Saatlı rayonuna vermişdilər. Maarif şöbəsinin (indi Təhsil şöbəsi adlanır) müdiri, təcrübəli pedaqoq Qoçəli Pənahov mənim hələlik Adıgün kəndindəki orta məktəbdə fəaliyyətə başlamağımı tövsiyə etdi. "Hələlik" və "tövsiyə etdi" ifadələrinə müraciət etməyim təsadüfi deyil. Zira müdir vurğulamışdı ki, sən həmin məktəbə dekret yerinə gedirsən. Bir müddət adı çəkilən yerdəki məktəbdə işlədim. Yerli əhali sürgündən qayıtmış Mehseti türkləri idi. Bir gün dekretə çıxmış xanım öz yerinə qayıtdı. Şöbə müdirinin tösiyəsi ilə rayondakı səkkizillik məktəbə gedəsi oldum. Yenə dekret yerinə. Az sonra məni başqa bir yerə dəyişəsi oldular. Yenə məlum səbəbə görə. Günlərin bir günü xəbər gəldi ki, "dekretçı" öz yerinə qayıdır. Mənim Mollaəzizli məktəbinə dəyişməyim barədə sərəncam verildi. Yenə dekret yerinə. Bir müddətdən sonra təzəcə istifadəyə verilmiş M.Əzizbəyov adına orta məktəbdə fəaliyyətə başladım...
    Elə o vaxtdan demoqrafik yüksəlişimizin təbliği ilə məşğulam.
    Bax, "Dekret yeri" belə yarandı...




























    “Dünyanın rəngi”.
    İlk irihəcmli bədii yazım.
    nə vaxt yazılıb və haçan nəşr olunub?
    Aldığım qonorar haraya və nə üçün xərcləndi?

    Doğrusunu deyim ki, “Dünyanın rəngi” povestinin yazıldığı dəqiq tadixi unutmuşdum. Təkcə o yadımda idi ki, bu ilk irihəcmli povestimi haradasa 70-lərin sonunda qələmə almışam.
    Bu günlərdə, aradan illər keçəndən sonra, əsərin (əlyazmanın) sonunda yazılmış tarixə baxanda hər şeyi olduğu kimi xatırladım. Amma eyniadlı kitabın nə vaxt nəşr olunduğunu yaxşı yadımdadır. Bir də ki, necə deyərlər, kitabın özündə bütün “sertifakatlar” vardı:
    “Dünyanın rəngi”. Bakı. Gənclik. 1989. Redaktoru: Səyyarə Həbibzadə. Nəşriyyat direktoru F.H. Axundlu. Rəssamı X. Əbilova. Sifarış sayı 270. Tirajı 14.000. Qiyməti 65 qəp.
    “Gənclik” nəşriyyatı. Bakı, Hüsü Hacıyev küç., 4
    “Qızıl Şərq” nəşriyyatı mətbəəsi, Həzi Aslanov küç... və s.

    ...Bütün bunları nə üçün yazıram? Tarix üçün? Yox. Oxucular üçün? Yox. Elə-belə, özüm üçün.
    Povestin sonunda yazılış tarixi qeyd edilib: 1978-1979-cu illər. Və əsər düz on ildən
    sonra- 1989-cu ildə nəşr olunub. Bu, mənim ikinci kitabım idi. İlk kitabım elə həmin nəşriyyatda 1985-ci ildə şair Musa Ələkbərlinin redaktorluğu ilə çap olunmuşdu və “Göyəm kolları” adlanan həmin kitabda hekayələrim toplanmışdı.
    İndiki halda söhbət ilk povestimin nəşrindən gedir.
    Mən povestin məziyyəti barədə nəsə bir söz demək istəmirəm. Amma onun yazıldığı məkanı və fəsli yaxşı xatırlayıram: Bakının ucqar “gecəqondu”larından birində soyuq qış aylarında yazılıb. Bəlkə elə buna görədir ki, “Dünyanın rəngi”ndə bəyaz rəng və qış mənzərələrinin təsviri üstünlük təşkil edir.
    Sonra. Mən bu povestin on il “növbə gözləməsinin” konkret səbəbini dəqiq deyə bimərəm. Amma aradan illər keçəndən sonra belə düşünürəm ki, o vaxtkı “Qlavlit”i mənim qəhrəmanımın bir çox “cəhətləri”, lap elə öz atasına ünvanladığı və “ulu rəhbərin” mavzoleyinə ünvanlamaq istədiyi bu sətirlər də qıcıqlandıra bilərdi:
    “Səni niyə tutublаr, аtа? Аxı, sən fаşistlərə könüllü əsir düşməmişdin ki? Bəyəm əsir düşənin hаmısı günаh yiyəsidir? Mən sənin günаhkаr оlmаdığın bаrədə Bаkıyа, Mоskvаyа məktub yаzmаq istəyirdm, аtа. Əgər cаvаb gəlməsə lаp Lеninə yаzаcаğаm. Qоy mаvzоlеydə оnun kеşiyini çəkənlər оxuyub məlumаt vеrsinlər...Аnаm dеyir ki, еlə məktub yаzmа, öz bаşınа əngəl аçаrsаn... Vаllаh, kənddə də bizə birtəhər bаxırlаr: аxı, sənin nə günаhın vap, аtа? Bəs mənim, bəs аnаmın?.. Dünyа niyə bеlə аmаnsızdır, аtа? Hörmətlə: Vаmiq.
    8 nоyаbr 1948-ci il”.
    Əgər bu fikir belə “qorxulu” idisə, bəs onda o vaxt, rejimin kəshakəs dövründə onun çapına nə əcəb icazə vermişdilər? Bu, bir fatal yazıdır bəlkə?
    Və nəhayət. Bu əsərdə bizin zamanında yaşadığımız bir amansız HƏQİQƏT haqda söhbət gedir.
    Mən fəlsəfə ilə peşəkar şəkildə məşğul olan, həqiqəti heç olmasa nəzəri fikirlərdə axtaran bir tədqiqatçı kimi deyə bilərəm: bu gün mütləq həqiqəti axtaranlar az qala yoxdur. Hamı bu dünyada nisbi həqiqəti axtarışındadır.

    Deyirsən, həqiqət nisbidir, vallah,
    O, birində çoxdur, başqasında az.
    Deyirəm, həqiqət “çoxdursa” hərgah,
    Ortada bir dənə həqiqət olmaz.

    p.s.
    Yəqin ki, dostları o zaman aldığım qonorar da maraqlandırır. Açığı, qonorarın həcmi heç də indi, nağıllaşdırıldığı, əfsanələşdirildiyi kimi “bir aləm pul” deyildi. Xatırlayıram ki, həmin dövrdə ölkəmizdə milli-azadlıq hərəkatı başlamışdı və mən aldığım qonorarı Müsavat Partiyasının 2-ci başqanı olmuş, 1920-ci illərin ortalarından etibarən Türkiyədə yaşayıb fəaliyyət göstərmiş Mirzə Bala Məmmədzadənin Xalq Cümhuriyyərinə həsr edilmiş kitabçasının, yəni başqa bir əsərin gizli nəşrinə xərcləmişdim.
    Elə o vaxtdan maarifçilik yolundayam... Bilmirəm tutduğum bu yol düz olub, yoxsa əyri...


















    “Pompadur”
    Mayakovskinin tənqid hədəfində -
    Ruhulla Axundov

    Ruhulla Axundov hələ çox gənc ikən, 27 yaşından Azərbaycan Kommunistlərinin rəhbərlərindən biri, S.M. Kirovun dövründə MK katibi olmuşdu. Onun MK katibliyindən azad edilməsinin əsas səbəbi bir nəfər tanımadığı adamla əlbəyaxa davaya qalxması olmuşdu. Məsələ belə olmuşdu: Ruhulla Moskva-Xarkov qatarının vaqon restoranındakı pərdənin endirilməsinə etiraz edən sərnişini əzişdirmişdi. Milliyyətcə rus olan sərnişin hay-küy qaldırmış, vaqona milis çağırılmış, məsələyə aydınlıq gətirilmişdi. Sorğu-sual zamanı Ruhulla Axundov özünün MK katibi olduğunu təsdiq edən sənədi göstərmişdi. Tezliklə bu məsələ o vaxtkı mətbuatın gündəminə gəlmiş, “Pravda” qəzetində kəskin yazı dərc edilmişdi. Hətta, məşhur rus şairi V.V. Mayakovski bu “insidenti” özünün “Pompadur” şeirində daha da qabartmışdı. Həmin şeirdə vəzifəli şəxsin adi vətəndaşı əzişdirməsi hiddətlə və şiddətlə tənqid edilmişdi.
    ...Mən Ruhulla Axundovun hazırda Şüvəlanda yaşayan bəzi qohumlarını tanıyıram.






    "Qаtilin pоrtrеtinə əlаvə cizgilər"

    Mən həm Salatın Əsgərovanı, həm də onun qatili Arno Mkrtıçyanı tanıyırdim

    Dünyаnın qəribə təsаdüfləri оlur...
    Jurnаlist Sаlаtın Əsgərоvаnı indi rеspublikаmızdа tаnımаyаn аdаm çətin tаpılаr. Аmmа çоx-çоx təəssüflər оlsun ki, bu tаnışlıq əsаsən оnun ölümündən sоnrа bаş vеrdi. Dаhа dоğrusu, sаğlığındа оnu təkcə "Mоlоdyоj Аzеrbаydjаnа" qəzеtinin оxuculаrı və 5-10 nəfər yаxın аdаmı tаnıyırdısа, аrtıq bu gün "Sаlаtın" sözünün özü qоrxmаzlıq simvоlunu çеvrilib. Mən Sаlаtının оnunlа yаxın ünsiyyətdə оlаn həmkаrlаrındаn dеyiləm. Amma onunla tanış idik. Vаxtilə əməkdаşlıq еtdiyim "Аzərbаycаn gəncləri" qəzеti rеdаksiyаsınа yоlum düşəndə həmin qəzеtlə еyni mərtəbədə yеrləşən digər bir mətbuаt оrqаnının - "Mоlоdyоjkа"nın tаnış jurnаlistlərilə də hаl-əhvаl tuturаm. Аrаbir bеtоn pillələrin qоvşаğındа, liftdə, dəhlizdə rаstlаşdığım Sаlаtınlа dа sаlаmlаşаr, hal-əhvаlını sоruşаrdım. Ən çoxsa vaxtilə mənim də əməkdaşlıq etdiyim "Azərbaycan gəncləri" qəzeti redaksiyasının yerləşdiyi 8-ci mərtəbədə... Uşаq kimi qəribə gülüşü, bоğuq səslə dаnışmаğı vаrdı Salatının. Hərdən əlindəki nazik siqaret dənəsini zərif barmaqları ilə sığayaraq hansısa maraqlı hadisə barədəsə bir-iki cümlə deyib harasa tələsərdi. Mənim Sаlаtınlа оlаn bu cür qısа, ötəri sаlаm-kəlаm və yаzılаrındаn yаddа qаlаn bəzi kiçik еpizоdlаr istisnа оlunmаqlа, оnun bаrəsində indi gеniş söhbət аçmаq və yа xаtirə yаzmаq üçün еlə bir əsаsım yоxdur.
    Dеdiyim оdur ki, mənim söhbətim Sаlаtın hаqqındа dеyil, lаkin həm də Sаlаtın hаqqındаdır. Dаhа dоğrusu, Sаlаtının qаtili hаqqındа. Dоğrudаn dа qəribə təsаdüfləri оlur bu dünyаnın...
    Sаlаtınla wnsiyy’tim bir qədər ötəri, "atüstü" olsa dа, оnun qаtilini nisbətən yаxşı tаnıyırаm. Аrnо Mkrtçyаn vаxtilə mənimlə еyni pоlkun еyni rоtаsındа, lаp еlə еyni vzvоdundа əsgəri xidmətdə оlub. Uzаq Şərqin qvаrdiyа tаnk pоlklаrının birində bütöv bir rоtа yаlnız аli təhsilli əsgərlərdən ibаrət idi. Hərəmiz bir rеspublikаdаn, bir vilаyətdən gəlmişdik. Rоtаdа rus dа vаrdı, lаtış dа, gürcü də... Bizimlə birgə üç еrməni də xidmət еdirdi. Hаmısı dа Аzərbаycаndаn, Dаğlıq Qаrаbаğdаn idi. Hər üçü аzərbаycаnlı uşаqlаrlа оturub-dururdu. Rоbеrt Bаğıryаn, Аrnо Mkrtçyаn və Rаfаеl (fаmiliyаsı səhv еtmirəmsə, Аllhvеrdiyаn idi). Hər üçü ixtisаscа pеdаqоq idi. Rоbеrt tаrixçi, Arnо fizik, Rаfаеl riyаziyyаtçı...
    Mən ətraflı xаtirə yаzmаq niyyətində dеyiləm. Ammа bu günkü qаtilin, dünənki əsgərin pоrtrеtinə müəyyən cizgilər, ştrixlər əlаvə еtmək pis оlmаzdı. Еrməni əsgərləri аrаsındа ən hiyləgəri R.Bаğıryаn idi. Rus dilin təmiz bilir, kоmаndirlərin ürəyinə yоl tаpırdı. Işdən, təlimdən bоyun qаçırmаğın dа çəmini tаpmışdı: tеz-tеz özünü xəstəliyə vurub qоspitаlа, sаnitаriyа hissəsinə gеdir, günlərlə müаlicə оlunurdu. Аrаvurаn, yаlаnçı, hаy-küyçü, yаltаq bir аdаmdı. Bu cəhətlərə görə Rаfаеl də оndаn gеri qаlmırdı.
    Аbоvyаn аdınа Yеrеvаn Pеdinstitutunun məzunu, əslən Dаğlıq Qаrаbаğdаn оlаn fizikа müəllimi Аrnо Mkrtçyаn həmin "еrməni dəstəsinin" ən fаğır, ən üzüyоlа üzvü idi. Аrаbir xəlvətə sаlıb R.Bаğıryаn оnа "dərs" vеrər, onu uşaq kimi danlayar, öz hiylə və məkr prаktikаsındаn müəyyən şеyləri öyrədərdi. Rоtаdаkı əsgərlərin оnlаrа göz qоyduğunu hiss еdən А.Mkrtçyаn öz-özünə xоflаnıb dоstunun sirrini аçаrdı. "Аrа, bunа bаxın, bu Bаğıryаnı dеyirəm, görün mənə nə öyrədir?" Аrnо аz dаnışаn bir аdаmdı. Zаrаfаtlа dеyərdik ki, fаmiliyаsındа səsli (sаit) hərf оlmаdığınа görə özünün də (Mkrtç) səsi çıxmır.
    Deyə bilmərəm o ermənilərin ürəyində Azərbаycаna və azərbaycanlılаrа qаrşı nifrət tоxumu nə vaxtdan göyərməyə bаşlаyıbmış. Dеyə bilmərəm. Аmmа bir еpizоdu xаtırlаtmаq istəyirəm. Bizi tеz-tеz təlimə аpаrır, аvtоmаtdаn durаn və qаçаn hədəflərə аtəş аçdırırdılаr. Аrnо Mkrtçyаnın аtəşi hər dəfə bоşа çıxırdı. О, аvtоmаtlа dаvrаnmаğı, silаh tutmаğı bаcаrmırdı.
    ... Аrаdаn kеçən illər ərzində А.Mkrtçyаn özünün bütün “səhvləri”ni düzəldib. Mərkəzi və rеspublikа tеlеviziyаsı ilə göstərilən süjеtlərdə yеnidən "görüşdüyüm" kеçmiş tаnkçı, fizikа müəllimi sən dеmə, ötən illər ərzində öz "biliyini" hərbi sahədə xеyli təkmilləşdirmiş, nəinki silаhdаn hədəfə аtəş аçmаğı öyrənmiş, həttа insаn оvunа çıxmаğа bаşlаmışdır. Bаğıryаn kimi "müəllimlərin" əməyi puç оlmаmış, Mkrtçyаn kimiləri qаtı millətçilik mikrоbu ilə yоluxmuşdur.
    ... Gözümün önündə əli qələmli zərif, istеdаdlı jurnаlist qız və vаxtilə əli silаhа yаtmаyаn, lаkin müəyyən vаxtdаn sоnrа öz həyаtını silаhsız təsəvvür еtməyən cаni - qоrxunc qаtil cаnlаnır. Mən еkrаndаn bаxаn tаnış sifətdən cinаyətkаrlığın аnаtоmiyаsını оxudum.
    Bir dаhа əmin оldum ki, аğır xrоniki-pаtоlоci xəstəliyə mübtəlа оlmuş xаlqın müаlicəsi аsаnlıqlа bаşа gəlməyəcək...
    Və bir dаhа əmin оldum ki, yеr üzündə hеç bir cinаyət cəzаsız qаlmır.
    11 iyun 1991-ci il












    Əcaib təqdimat

    Gədəbəydən olan “dünya şöhrətli”
    erməni bəstəkarı. Syuni Qriqor Mirzayan adlı birisinin adını eşidən varmı?

    İndi bir-iki kəlmə söz deyəcəm. Amma xahişim budur ki, heç kəs yalançı vətənpərvərlik şüarları deməsn. Nə qədər ki, düzü düz, əyrini əyri deməyəcəyik, yalanlar bizi aşındıracaq və məhv edəcək.
    Məsələ belədir. Demək olar ki, rus dilində az qala hansı məlumatı əldə etmək istəyirsən, hansı informasiyaya nəzər salırsan, hansı xəritəyə baxırsan, hansı medianı izləyirsən, hansı verilişi seyr edirsən, oradan mütləq “erməni barmağı” çıxır. Həm də söhbət təkcə erməni və ya kemiş Sovetlər Birliyi məkamında olan “şəbəkələrdən” getmir. Lap elə qonşu və dost Türkiyə haqda rusca dərc olunmuş kitabların çoxunda “erməni izi” aydın sezilir. Tez-tez “rus dili” deyirəm ona görə ki, mənim az-çox bildiyim dil elə bu dildir. Yəqin ki, digər dillərdə gedən məlumatlar da elə bu cür “faktlarla” zəngindir.
    Məsələ burasındadır ki, elə Türkiyədə dərc edilən bir çox mətbuat orqanında belə, müəyyən elm və mədəniyyət sahələrində çalışmış ermənilərin rolu həddən artıq şişirdilir. Əgər türkcə və rusca çıxmış kitablara və hazırlanmış saytlara baxsanız görərsiniz ki, hətta Türkiyə teatrının əsasının da ermənilər tərəfindən qoyulduğu iddia olunur... Hmmm...
    Keçək özümüzlə bağlı problemə. Azərbaycandakı rayon və bölgələrlə bağlı rusca hazırlanmış ensiklopedik-məlumat tipli, əsasın də vikipediyalarda gedən yazıların əksəriyyətində ermənilərlə, onların fəaliyyəti ilə, mədəniyyəti ilə bağlı yeri gələndə nəsə deyilir. Deyilsin. Amma olan deyilsin.
    Məsələn, heç kəs marşal Baqramyanın Azərbaycanda anadan olduğunu inkar edə bilməz. Heç kəs Şirvanzadənin bizim ilk Xalq yazıçımız olduğunu inkar edə bilməz. Futbolçu Markarovun vaxtilə “Neftçi”də oynadğını da hamı bilir. Sayat Novanın dilimizdə şeir yazdığı da məlumdur... Amma və lakin...
    Bəzən elə məlumatlara rast gəlmək olur ki, adamın necə deyərlər matı-qutu quruyur.
    Bu yaxınlarda təsadüfən vikipediyada Gədəbəylə bağlı rus dilində məlumat rastıma çıxdı. Rayonun tarixi, coğrafiyası, təbiəti, arxeologiyası, əhalisi ilə bağlı verilən informasiyalara bir iradım yoxdur. Di gəl ki...
    Oradakı bölmələrdən biri belə adlanır: “Известные уроженцы”. Yəni bu bölgənin tanınmış adamları. (Bəribaşdan orasını deyim ki, mən özüm də həmin bölgədənəm və özümü heç də “tanınmışlar”dan hesab etmirəm). İndiki halda söhbət ayrı mətləbdən, alayı məsələdən gedir.
    Həmin bölmədə, səhv etmirəmsə yeddi nəfərin adı çəkilir ki, onların da iki nəfəri idmançı, biri biznesmen, biri də alman mənşəli dəniz döyüşçüsü olub. Düzü, şəxsən mən o siyahıdakılardan, yəni o yeddi nəfərdən cəmi bir-ikisini tanıdım. Söhbət indiki halda heç mənim kimisə tanıyıb-tanımamağımdan da getmir.
    Söhbət ondan gedir ki, həmin o qısa siyahıda Syuni Qriqor Mirzayan adlı “məşhur bəstəkar” təqdim edilir. Düzünü deyin, kim belə bir bəstəkarın adını eşidib? Heç olmazsa erməni əsilli bəstəçilərdən Arno Babacanyanın, Aram Xaçaturyanın, Mikael Tariverdiyevin və ya onlar səviyyədə hansısa bir mədəniyyət xadiminin adı çəkilsəydi, yenə dərdyarı idi. Axı kimdir bu Syuni Qriqor Mirzayan? Guya, Gədəbəydə doğulub və Amerikada ölüb. Bəli, guya... Belə bir adam tutaq ki, lap həqiqətın olub da. Amma, lakin və fəqət..
    Əgər haqqında söhbət gedən rayonun taninmış adamlarından söhbət gedirsə bir az diqqətli və insaflı olmaq pis olmazdı.
    Gədəbəyin yüzlərlə elm adamı, ictimai-siyasi, mədəniyyət və dövlət xadimi, tanınmış ziyalısı, şairi, yazıçısı, aşığı, qəhrəmanı olub. Mən demirəm ki, hansısa bir təqdimatda hansısa bir rayonda doğulmuş bütün tanınmış insanların ad-soyadlarının sadalanması vacibdir. Yox. Amma az qala heç kəsin adını eşitmədiyi, tanımadığı, xatırlamadığı bu Syuni Qriqor Mirzayan axı nə vaxtdan “məşhur” bir sima kimi hansısa bir rayonu və ya ölkəni təmsil edir?..
    İndi isə yenə, dübarə sual edirəm: əcaba Gədəbəydən olan Syuni Qriqor Mirzayanı, bu “dünya şöhrətli” bəstəkarı kim tanıyır? Ümumiyyətlə belə bir adam olubmu? Və nəhayət, Gədəbəydə erməni yaşayıbmı? Eşidən-bilən varsa yazsın.
    ...Bəli, az qala bütün informasiyalardan erməni “barmağı”, daha doğrusu erməni “başı” çıxır.
    Bütün bunlar təsadüfdürmü?











    Xocalı faciəsi... hayların öz dilindən

    1992-ci il fevralın 26-da baş verən faciədən 10 gün sonra "Dağlıq Qarabağ Respublikasının" “rəhbərliyi” bizə başsağlığı da vermişdi. Haylar həyasızcasına yazırdılar: "DQR Ali Sovetinin Rəyasət Heyəti Xocalı qəsəbəsinin yaxınlığında yerləşən hava limanının ələ keçirilməsi zamanı dinc sakinlərin həlak olmasından təəssüfləndiyini bildirir və onların qohumlarına başsağlığı verir".- ("İzvestiya" qəzeti, 6 mart 1992-ci il).
    Eks-prezident Robert Koçaryan deyirdi ki, “Azərbaycan ərazisini işğal etdiyim üçün fəxr edirəm”.
    Onun sələfi Serg Sərkisyan bəyan edirdi: “Azərbaycanlılar elə bilirdi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəz. Bu fikri bötüvlüklə dağıtmaq lazım idi. Belə də oldu” (...) “Biz üzərimizə düşən missiyanı yerinə yetirdik. Ermənistan türksüzləşdirildi. Yerdə qalanları siz etməlisiniz”.
    "DQR parlamentinin" keçmiş deputatı Levon Melik-Şahnazaryan qeyd edirdi: “Xocalı qurbanlarına görə qəm-qüssə etmək "çaqqal ulaşmasıdır".
    Publisist Gevorq Yazecyan yazırdı: "Müqəddəs milli qisasçılığın ən yaxşı nümunəsi 1992-ci ilin fevralında Xocalının azad edilməsi oldu. Erməni qanı içmiş düşmən amansızcasına, qəddarcasına, ermənicəsinə məhv edildi"
    Zori Balayan 1996-cı ildə nəşr olunan “Ruhumun canlanması” kitabında yazırdı: “Biz Xaçaturla ələ keçirdiyimiz evlərdən birinə girərkən əsgərlərimiz 13 yaşında bir türk uşağı pəncərəyə mismarlamışdılar. Daha sonra bu uşağın başının, sinəsinin və qarnının dərisini soydum. Saata baxdım. 7 dəqiqə sonra türk uşağı qan itirərək öldü. Xalqımın bir faizinin belə qisasını aldığım üçün sevincindən ruhum qürurlanırdı. Sonra Xaçatur ölmüş türk uşağının cəsədini hissə-hissə doğrayaraq türklərlə eyni kökdən olan itlərə atdı”.
    David Xerdian Livanda çap olunmuş “Xaç uğrunda” kitabında qeyd edir: “Biz soyuqda Daşbulaq yaxınlığındakı bataqlıqdan keçməmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən zabit mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı qızın uşağının meyitinin üstünə basıb addımlamağa başladım. Ayaqlarım və şalvarım qan içində idi. Bu qaydada təxminən 1200 meyitin üstündən keçdim”…
    Belə misallar çoxdur.
    Bu da bunların “ziyalıları”.
    Bu da bunların “qədim mədəniyyəti”.
    Məşhur bir məsəldə deyildiyi kimi, bəzən “həyasızlıq ikinci xoşbəxtlik” hesab olunurmuş... Amma onlar həyasızlıqdan da o yana keçiblər.
    12.02.2012



    Bilsəniz pis olmaz
    İlk Xalq yazıçımız və ilk Xalq artistimiz
    erməni olub...

    Bilənlər bilir: Azərbaycanda Xalq yazıçısı fəxri adına ilk dədə erməni Aleksandr Şirvanzadə (1859-1935-ci illər arası yaşayıb) layiq görülüb- özü də 1930-cu ildə. Yalnız aradan 30 il keçəndən sonra ilk dəfə milli Azərbaycan yazıçısı Süleyman Rəhimova (1960-çı ildə) Xalq yazıçısı adı verilib.
    A.Şirvanzadəyə bu fəxri ad veriləndə bizim böyük ədiblərimiz C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A. Şaiq hələ sağ idi. Amma nədənsə onlar “unudulmuşdu”.
    İndi isə bilməyənlər üçün başqa bir nəsnəni deyim:
    Azərbaycanın ilk Xalq artisti də erməni olub.
    Bəli, bəli, düz oxudunuz. İndiyəcən çoxları elə bilirdi ki, ilk Xalq artistimiz Hacıağa Abbasov olub. Amma sən demə, Azərbaycanın ilk Xalq artisti erməni Ovanes Abelyan (1865-1936) imiş. Düzdür, o da H.Abbasovla eyni ildə (1932-ci il) bu ada layiq görülüb, amma əvvəlsə onun “fərmanı” çıxıb.
    p.s. Həm Şirvanzadə, həm də Abelyan Azərbaycanda (Şamaxıda) doğulub, Ermənistanda dəfn olunub.





    “Qadın poeziyası” varmı?
    Əlbəttə, söhbət, əsasən, bizim ədəbiyyatdan,
    bizim poeziyadan gedir

    Bəribaşdan qeyd etmək istəyirəm ki, bu müxtəsər yazıda başlığa çıxarılan suala hökm şəklində (“hə” və ya “yox” deyə) cavab vermək niyyətində deyiləm. Və elə sonrakı mülahizələrim də, əsasən, (yenə də “əsasın”) sual şəklində olacaq.
    “Qadın poeziyası” nədir?
    Qadınların öz daxili aləmini qələmə alması, yoxsa qadınların poeziyası, yəni onların yazdığı, qələmə aldığı şeirlər?
    Əgər qadınlar haqda qadın deyil, kişi şair də yazırsa, bu poetik nümunələr də adıçəkilən mövzuya müncər oluna bilərmi?
    Məlumdur ki, dilimizdə cins anlayışını ehtiva edən şəxs əvəzlikləri və şəkilçilər yoxdur. Elə isə bizdə şeir yazan kişiyə “şair”, şeir yazan qadına isə “şairə” demək nə dərcədə qanunauyğundur?
    İnkar etmək olmaz ki, qadınlarla, onların daxili aləmi ilə bağlı ən gözəl şeirləri kişi şairlər yazıb. Həmin şeirləri də “qadın poeziyası” nümunəsi hesab etmək olarmı?
    Bəlkə “qadın poeziyası”nın əsl nümunələrini nə qadın, nə də kişi tekstlərində deyil, hansısa hibrit və ya qeyri-müəyyən “orta cinsin” yaradıcılığında aramaq lazımdır?
    Rus tənqidçilərinin bir çoxu deyir ki, onların ədəbiyyatında “qadın nəsri” (yəni “qadın prozası”) var, amma “qadın poeziyası” mövcud deyildir. Əlbəttə, bunu məhz hamısı yox, “bir çoxu” deyir. Bəs bizdə bu sahədə vəziyyət necədir?
    Bəli, siyasətdə, elmdə, təsərrüfatda, peşələrdə “qadın-kişi” bölgüsü az qala yox dərəcəsindədir. Bəs poetik “bölgüdə” necə, belə bir “ayrıseçkilik” varmı? Bəlkə belə “bölgü” aparmaq yersizdir, yanlışdır?
    Poeziyada cinslərdən dolayı psixologiya, fiziologiya, psixofiziologiyanın hansısa bir rolu varmı? Bəlkə poeziyada, ümumiyyətlə, ədəbiyyatda heç yerli-dibli “cins” anlayışı olmamalıdır?
    Poeziyada lirik qəhrəman “biz” çoxluğuna, yoxsa “mən” fərdiliyinə üstünlük verməlidir? Başqa sözlə, lirik mənin “ümumiliyi”, yoxsa “xüsusiliyi” aparıcı olmalıdır?
    Gender probleminin “poetik həllində” kim daha “irəlidədir” - kişi, yoxsa qadın şairlər? Bəlkə bu sahədə də “bərabərlik”, “balanslaşma” mövcuddur?
    Bir də görürsən ki, hansısa bir “şairə” (yəni qadın şair) öz sevimlisinə “canım, gülüm, şirinim-şəkərim, həyatım, mələyim”- deyə, difiramba dolu müraciətlər ünvanlayır və onda istər-istəməz düşünməli olursan ki, yəqin bu xanım ya hansısa kişini imitasiya edir, ya da ki, kişi “duyğuları” ilə yaşayır. Elə deyilmi? Və ya bəlkə bu cür “əzizləmələri”, “oxşamaları” da məqbul hesab etmək lazımdır?
    Qadın qəlbinin gizlinlərinə baş vuran dahiyanə poetik nümunələr var və həmin nümunələrin müəllifi kimi, ilk növbədə məhz qadın şairlər yada düşür. Bu mövzu üzərində gəzişərkən biz istər-istəməz, məsələn, rus poeziyasında Svetayeva, Axmatova və Axmadulina, amerikan poeziyasında Emili Dikson və Marianna Mur, Ukrayna poeziyasında Lina Kostenko, yapon poeziyasında İbaraqi Noriko, macar poeziyasında Sabina Uqi, fransız poeziyasında Luiza Berten və Broda Martina, gürcü poeziyasında Nino Darbaiseli... kimi isimləri xatırlarmalı oluruq.
    Vaxtilə məşhur Anna Axmatovanın məşhur bir şeirində belə misralar vardı:


















    "Milyon-milyon qızılgül"
    mahnısının müəllifi kimdir?

    Son günlər sosial şəbəkələrdə daha bir "sənət qalmaqalı" yaşanmada.
    İddia olunur ki, məşhur "Milyon-milyon qızılgül" mahnısını əvvəlcə Ququş 1969-cu ildə farsca oxuyub, ondan xeyli sonra isə 1983-cü ildə Alla Puqaçova rusca ifa edib.
    Əslində isə təqdim edilən "versiya" qurama, qondarma, təhrif və montaj olunmuş bir lentdir. Belə ki, Ququşun oxuduğu mahnı ilə onun adi mimikası uyğun gəlmir.
    Mahnını məşhur bəstəkar Raymond Pauls görkəmli şair Andrey Voznesenskinin sözlərinə yazıb...
    Bu, öz yerində.
    Məsələ burasındadır ki, bu mahnının motivi məşhur "Ey həyat, sən nə qəribəsən" nəğməsini daha çox xatırladır. Həmin mahnını bəstəkar Oqtay Kazımi şair Cabir Novruzun sözlərinə bəstələyib. Vaxtilə, hələ 60-70-ci illərdə bu mahnı bütün SSRİ-də məşhur idi.
    İstəsəniz, həmin mahnılara paralel qulaq asıb bu qənaətin nə dərəcədə düz olduğuna əmin ola bilərsiz.
    05.12.16





    “İtirdiyim yazılar”dan

    Dəniz oğrusu
    (1)

    Vaxtilə bir hekayə yazmışdım. Di gəl ki, əlyazmansını tapa bilmirəm.
    Bilmirəm indi neyləyim?
    "DƏNİZ OĞRUSU" adlanan həmin hekayənin məzmunu belədir: ata yük maşınında oğlu ilə kənddən şəhərə, yəni Bakıya gəlir.
    Onlar Xəzərin sahilinə çatırlar. Ata əlini yana uzadıb deyir ki, oğlum, bax dəniz o tərəfdədir. Hər şeyə maraq göstərən uşaq maşının pəncərəsindən nə qədər boylanırsa dənizi görə bilmir. Səbəb də məlum, çünki dəniz bütün sahil boyu hasara alınıb. Ata-bala xeyli yol gedirlər. Amma dənizi görmək mümkün olmur ki, olmur.
    Kişi hirslənir:
    -Axı əvvəllər bu tərəfdə dəniz vardı. İndi bu zəhrimar niyə yoxa çıxıb? O boyda suyu gizlətmək olar?
    Uşaq deyir:
    -Bəlkə dənizi oğurlayıblar?
    Ata maşını saxlayıb kuzova, yəni bana qalxır. Oradan uzun nərdivanı, yəni laydırı götürüb hündür hasarlardan birinə dirəyir. Və oradan aşağı baxıb uca səslə uşağa deyir ki, yuxarı qalx, gəl buradan dənizə bax.
    Oğlan nərdivanla yuxarı dırmaşır. Boynunu uzadıb yaxınlıqdakı dənizə baxmaq istəyir. Bu zaman igid gözətçi və ya qəhrəman polis özünü yetirib “cinayətkarları” yaxalayır. Sən demə, bu hasarın o biri üzü hansısa “bərkgedən kapitalist-oliqarxın” evi imiş.
    ...və nəhayət məlum olur ki, bu “oğrular” ... "dəniz öğrusu" imiş.
    Beləliklə, oğrunca dənizə baxmaq istəyən ata-oğul məhkəməyə verilir.
    ...və sizcə bu "dəniz oğruları üçün şanlı məhkəmə hansı qərarı çıxarır?..
    (Düzü, bilmirəm, bu itmiş hekayəni təzədən yazım, ya yazmayım?)

    "Altiayaqli" adli bir hekayəm vardı...
    (2)

    Şox axtardım, tapa bilmədim o hekayəni.
    Mən yazılarımın, əlyazmalarımın üstündə çox əsirəm. Amma iş elə gətirib ki, obyektiv və ya subyektiv səbəblər ucabatından, ən çox da kirayədən-kirayəyə köçməyimdən dolayı bəzi yazılarım it-bata düşüb. Bunun da öz maraqlı və kədərli tarixçəsi var. Amma indiki halda söhbət mənim həmin o itkin hekayəmdən gedir.
    Bəs nə haqdadır o kiçik hekayə?
    Hekayənin qəhrəmanı vəzifə, kreslo sahibi olan bir adamdır. Təbii ki, onun da hər bir normal adam kimi iki ayağı var. Amma hekayənin qəhrəmanı özünü əyləşdiyi kresloya qaynaq etdirib. O, yeridikcə kreslosu da onun arxasınca sürünür... Qısası, ikiayaqlı adam dönüb olur altıayaqlı həşarat.
    Bu, satirik-fantastik bir hekayədir.
    Deyəsən, dünya ədəbiyyatında belə bir janr yoxdur. Hə, xatırladım, var. Amma ortada nümunələr azdır.

    Arzusuz uşaqlar...
    (3)

    Mən vaxtilə bax belə bir hekayə yazmışdım. Onu da itirmişəm...
    Uşaq ağlayıb atasından oyuncaq maşın istəyir. Ata uşağın əlindən tutub öz şəxsi maşın salonundakı avtoları göstərib deyir ki, bu maşınların hamısı sənindir.
    Uşaq oyuncaq qayıq istəyir. Ata bağ evinin qarşısındakı bütün ərazini hasara alıb-dənizin bir hissəsi də həmin hasarın içindədir. O “dənizdə” bir neçə qayıq, hətta gəmi var. İmkanlı ata deyir ki, bax bu gəmi də, bu qayıqlar da sənindir.
    Uşaq təyyarəyə minmək istəyir. Ata deyir ki, bax o təyyarə pilot qarışıq sənindir.
    Uşaq kinoya baxmaq istəyir. İmkanlı ata məşhur kino və teatr aktyorlarını yığıb oğluna təqdim edir. Deyir ki, bu aktyorlar sənin qulluğunda hazırdır.
    Uşaq zooparka getmək istəyir. Ata uşağa ğz şəxsi heyvanxanasını göstərib deyir ki, bu heyvanların hamısı sənindir...
    Xülasə, uşaq nə arzulayırsa ata onun arzularını virtual yox, vizual qaydada yerinə yetirir.
    Uşağın bu dünyada heç bir arzusu qalmır.
    Uşaq heç nə istəmir.
    Əslində uşağın bütün arzuları ata tərəfindən məhv edilir.
    Arzusuz uşaq böyüyür.
    Bundan böyük nə faciə?
    Amma bu uşağın yaşıdı olan başqa bir uşaqsa başqa bir ailədə böyüyür. Həmin uşaq da atasından xahiş ediir ki, ona oyuncaq maşın, oyuncaq qayıq alsın, onu kinoya, zooparka aparsın. Bu pulsuz, kasıb ata övladın arzusunu yerinə yetirə bilmir.
    Bundan böyük nə faciə ola bilər?
    P.S.
    Mən vaxtilə bax belə bir hekayə yazmışdım. Adı da elə bu cür idi: “Arzusuz uşaqlar”. Həmin hekayə ötən il kompütürim “yanarkən” sıradan çıxdı. Amma məzmunu indi yazdığım kimi idi.
    Doğrudan da indi bizdə arzusu məhv edilən uşaqların sayı –hesabı yoxdur. Özü də hərəsi bir cür.
    Hekayənin qəhrəmanı olan hər iki uşağın valideyni oyuncaq almır. Daha doğrusu, birinin bunu almağa imkanı yoxdur, digərininsə həvəsi.
    Sonucda hər iki uşaq arzusuz böyüyür... Biri elə, biri belə arzusuz...




    TEATR... TEATR...


    TEATR İŞIQLARI

    ARTО TЕATRI
    (1)

    Antоnеn Artо (1896-1948) qəribə talеli rежissоrdur. О, sağlığında еlə də diqqəti cəlb еtməyib. Düçar оlduğu uğursuzluqlar оnun səhhətini коrlayıb və sənətкar psiхi cəhətdən sarsılıb. 40 yaşında iкən ağır хəstəliyə düçar оlan Artо ruhi хəstəхanaya düşüb, 9 il оrada müalicə оlunub.
    A.Artоnun tеatrdan istəyi nə idi? О, nəyi təqdir, nəyi təкzib еdirdi?
    Artо müasir tеarı qətiyyən qəbul еdə bilmirdi, о, bеlə hеsab еdirdi кi, çağdaş tеatr və tamaşalar mənsız və кütdür. О, tеatrın mövcudluğunu mistiкada və rеallıqda görürdü. О, tеatra həyatın adекvatı кimi baхa bilmirdi; əкsinə, bеlə hеsab еdirdi кi, tеatrla həyat tоqquşmalıdır. Artо tеatrı "şок tеrapiya", daha dоğrusu "ruhi tеrapiya" hеsab еdirdi. Bu cür кеyfiyyətlər оnu psiхоanaliz tərəfdarlarına daha dоğma еdirdi. Aхı, psiхоanalitiкlər də insanların "daхili" - ruhi zəlzələsinin üzə çıхmasını tədqiq və təbliğ еdirdilər. Artоya görə bu cür "zəlzələlər" insanı кatarsisdən, təmizlənmə prоsеsindən кеçirə bilər.
    Artо "qəddar tеatr" tərəfdarı idi. О, tamaşada mətndən daha çох işarə və ibarələrə üstünlüк vеrirdi. Оna еlə gəlirdi кi, кəsкin qışqırıq və nidalar, ifadəli pоza və жеstlər tamaşaçıya daha çох təsir göstərə bilər.
    Artо gеniş mütaliəli rежissоr, habеlə еssеist, şair və aкtyоr idi. Müasirlərinin bir çохu оnu dərк еdib qiymətləndirə bilmirdilər. Maraqlı burasıdır кi, məhz Artоnun ölümündən sоnra оnun yaradıcılığına böyüк diqqət və maraq göstərilməyə başlanmışdır. XX əsrin inкinci yarısından sоnra mеydana gələn absurd dramaturgiyanın inкişafında Artоnun rоlu təкzibоlunmazdır. Ilк dövrlərdə qəbul еdilməyən bu dramaturgiya sоnralar bütün Avrоpa və dünya mədəniyyəti tariхində öz yеrini tutmalı оldu. Ж.Жеnе, Е.Iоnеsко, S.Bеккеt, habеlə Ж.Sartr, A.Кamyu və s. bu кimi sənətкarlar Artо tеatrının idеyalarından çох şеy əхz еtmişdilər. Sоnraкı illərdə R.Blеn, Ж.Bоrrо кimi rежissоrlar Artо idеyalarını həyata кеçirməyə çalışmışlar.
    Bu gün Qərb ölкələrinin bir çохunda "Uçurum tеatrları", "Yanğın tеatrları", bir sözlə "Qоrхulu tеatrlar" mövcuddur. Bu cür tеatrlarda işgəncə, əzab, qоrхu, hədə, təhqir aparıcı хətti təşкil еdir. Hətta, bir çох tamaşalarda canlı hеyvanlar, məsələn dоvşan və ya ördəк tamaşaçıların gözü qarşısında кəsilir, öldürülür. Səs-кüyə, qaraqışqırığa, nidalara, bağırtıya üstünlüк vеrilir. Bəs məqsəd nədir? "Qəddar tеatr" insanlarda "ölmüş insanlığı" ayağa qalхızmağa-diriltməyə çalışır.
    Artо bеlə hеsab еdirdi кi, tamaşa zalı ilə səhnə arasındaкı birbaşa əlaqə tamaşaçıların bеyninə və ürəyinə təsir göstərir, оnları həyəcanlandırır, düşündürür, tərpədir, еhtizaza gətirir. Rежissоr, hətta, qəddarlığın "qanunauyğunluğunu" da araşdırmağa çalışır, "fundamеntla qəddarlıq" haqqında paradiqma irəli sürürdü. О, dеyirdi кi, qəddarlıqdan təsirlənən tamaşaçı qəddarlığa yох, humanizmə dоğru addımlayacaq.
    Artо və оnun ardıcıllarının təqdir еtdiyi "Qəddar tеatr" bir növ dövrün, gеrçəкliyin mоdеli кimi düşünülmüşdü. Həmin коnsеpsiyaya görə, mahiyyətin dоğurduğu qəddarlıq fеnоmеnini yalnız sənətin adекvat üsulu ilə müalicə еdib aradan götürməк оlar.
    Bütün ziddiyyət və mürəккəbliyinə baхmayaraq "Artо tеatrı" - "Qəddar tеatr" öz təsir və cazibə qüvvəsini bu gün də saхlamaqdadır.













    DAHİ
    Rejissor Yoji Qrotovskinin haqqında düşüncələr
    (2)

    Əgər yaşasaydı... Yoji Qrotovski dünyasını erkən dəyişən dahilərdəndir.
    Kimdir Yoji?
    O, dünya teatr arenasına öz imzasını yazmış əvəzsiz sənətkar, təkrarsız rejissor olmuşdur.
    Qrotovski keçən əsrin 33-cü ilində Polşanın kiçik əyalət şəhərlərindən birində - Jeşuvedə anadan olub. O, ilk təhsilini litseydə almış, sonra Krakov şəhərində Ali dövlət aktyorluq məktəbində oxumuşdur. Gənc Yojinin gələcək fəaliyyətində Moskvada QİTS-də Yuri Zavadekinin kursunda 1955-1956-cı illərdə təhsil alması müstəsna əhəmiyyət kəsb etmişdir. Qrotovsk öyrəndikləri ilə qane olan sənətkarlardan deyildi. O, dərk edirdi ki, insan, ələlxüsus sənət adamı bütün ömrü boyu öyrənməlidir. Əgər Moskvada oxuduğu illərdə gənc rejissor Stanislavski, Vaxtanqov, Meyirxold rejissorluq məktəbinin spesifik sirlərinə bələd olursa, bir il sonra (1957) Parisə gedərək orada Jan Vilor teatrının (TNP – Milli xalq teatrı) orijinal xüsusiyyətləri ilə tanış olur.
    Lakin öyrəndikləri ilə qane olmaq Qrotovskiyə xas cəhət deyildi. Narahat Yoji sonrakı illərdə o vaxtkı Çexoslovakiyanın paytaxtı Praqada “D-34” teatrında E.Burianın yanında təcrübə keçir. O, alman və fransız teatrının klassik ənənələri ilə ciddi maraqlanır, Amerika balet ustalarının fəaliyyəti ilə tanış olur, Çin operasının və yapon səhnəsinin (“No” teatrının), habelə hind yoqlarının “sirlərinə” baş vurmağa çalışır, bir sözlə elə hey öyrənir, öyrənirdi. Doğrudur, o, daim axtarışlarla məşğuldu. Amma deyilənlərdən heç də belə nəticə çıxarmaq olmaz ki, rejissor ömrü boyu eksperimentləri əxs etməklə təsəlli tapıb. Yox, Yoji öyrənməklə yanaşı, öyrəndiklərini tətbiq etməyə də çalışır, habelə öz tərəfdar və şagirdlərini öyrətməkdən yorulmurdu.
    Qrotovskinin yaratdığı “13 sıralı Teatr” sonralar “Teatr-laboratoriya” kimi məşhurlaşdı. Doğrudur, Yoji müstəqil rejissor kimi ilk addımını öz məşhur ingilis müasiri-rejissor Piter Bruk kimi çox da erkən (20 yaşında) almamışdı; lakin 1959-cu ildə Polşanın 60 min əhalisi olan Opol şəhərində rejissorluq fəaliyyətinə başlayan Qrotovskinin adı tez bir zamanda məşhurlaşdı. Artıq 60-cı illərdə həmin əyalət şəhəri bütün dünyada bu istedadlı rejissora görə tanınırdı. Opol qısa bir vaxtda sənət olimpinə çevrilmişdi! Onun ilk işi Çexovun “Vanya dayı” pyesi idi. Lakin cəmi 1-2 dəfə göstərilən həmin əsərin səhnə taleyi uğursuz oldu.
    1960-cı ildə (cəmi bir mövsümdə!) tamaşaya qoyulan “Orfey” (J.Kotko), “Kain” (C.Bayron), “Misteriya-buff” (V.Mayakovski), “Sakutanla” (Kalidas) tamaşaları bir-birinin ardınca Yojiyə misilsiz şöhrət gətirdi. İndi dünya teatr sənəti üzünü əyalət şəhəri Opola tutmuşdu. Teatrın truppası əsasən gənclərdən ibarət idi. Beş il ərzində dünya teatr mühitinin diqqətində olan “laboratoriya” 1965-ci ildə Vroslava köçdü.
    Qrotovski öz teatrının hansısa doktrina və ya “sistemə” tabe olduğunu inkar edirdi. Onun üçün axtarışlar, eksperimentlər vardı. O deyirdi ki, teatra münasibəti və teatr haqqında düşüncələri mütəmadi olaraq, günü-gündən dəyişir, inkişaf edir. Lakin buna baxmayaraq, teatrşünaslar göstərirlər ki, böyük rejissorun əslində “dəmir sistemi” mövcud idi. Qrotovski teatrı “bayramsayağı konfrontasiya” hesab edirdi; o, hesab edirdi ki, hər bir adam bu cür “intim konfrontasiyaya” ehtiyac duya bilər.
    Qrotovski özünün seçib teatra cəlb etdiyi bütün aktyorları “qardaş” hesab edir, onların təkcə səhnə həyatını deyil, habelə bir növ şəxsi həyatlarını da qayğı və... tələbkarlıqla əhatə etməyə çalışırdı. Və bunun nəticəsində “mədəni mühitdə” gözə çarpmayan, qapalı həyat keçirən aktyorların həyatı, şəxsiyyəti də istər-istəməz cəmiyyətdə və mətbuatda marağa səbəb olur, müxtəlif söz-söhbətlərin yaranmasına rəvac verirdi; təbii ki, bu cür “antireklam” özü də reklama səbəb olurdu.
    Qrotovski təkcə aktyorlara yox, elə tamaşaçılara da tələbkarlıqla yanaşırdı. O, heç də hər bir tamaşaçını zala buraxmırdı: “teatr-laboratoriya”nın öz tamaşaçıları vardı. Məsələn, təkcə belə bir fakta diqqət yetirmək lazımdır ki, “Akropolis” tamaşasına cəmi 50 tamaşaçı baxa bilmişdi. Digər tamaşalar da 40, 30, 20... tamaşaçı buraxılmışdı... Əlbəttə, sonrakı illərdə “Teatr-laboratoriyaya” can atan tamaşaçıların sayı artır və buna müvafiq olaraq “icazələrin” miqyası da genişlənirdi. Əvvəlki onillikdə - 60-70-ci illərdə teatrda 8 aktyor, 1 direktor və 1 rejissor – cəmi 10 adam vardısa, 70-ci illərdən sonra burada onlarla adam vardı.
    60-cı illərin sonunda Qrotovski öz “laboratoriyasını” daha da təkmilləşdirərək ona “institut” adı verdi. O, belə hesab edirdi ki, bu “institut”da aktyor öz şəxsiyyətini ifadə etməli, öz psixikasını tamamilə açıb göstərməli, fərdi ilə ümuminin sintezini təqdim etməyi bacarmalıdır.
    Şübhəsiz ki, Qrotovskinin ən məşhur tamaşalarından biri “Akropolis” idi. Bu tamaşada ortaya – tamaşaçı ilə aktyor arasına böyük yeşik qoyulmuşdu. Əsərin bütün qəhrəmanları eyni geyimdə; yırtıq-deşik kostyumlarda idi. Aktyorların yaratdığı absurd “sivilizasiya”, onların son anda qovuşduğu “səadət” – qaz kamerası özlərinin bütün fərdiliklərini, şəxsi keyfiyyətlərini itirmiş əsirlər haqqında aydın təsəvvür yaradırdı.
    Ümumiyyətlə, Qrotovskinin tamaşalarında bərbəzəkli dekorasiyalara təsadüf olunmurdu; o öz teatrını “kasıb teatr” adlandırırdı. Qrotovski teatrının bütün “bəzəyi” onun aktyorları idi. Bu teatrda adi bir predmet bir neçə funksiyanı icra edirdi, məsələn adi bir çəkic mismar çalmaq üçün də yaraya bilərdi, kilsə zəngini çalmağa da.
    70-ci illərə qədər gərgin axtarışlar aparan, metafora və miflərə üstünlük verən, aktyor şəxsiyyətinin imkanlarının üzə çıxmasına çalışan teatr artıq 70-ci illərdə aktyor sənəti institutuna çevrildi. Bu dövrdə teatr təkcə sənət ocağı yox, həm də ünsiyyət vasitəsinə çevrilməyə başladı. İndi bir-birinə tamamilə yad olan adamlar teatrda doğmalaşırdı; indi teatr psixoloji bir laboratoriyaya çevrilmişdi. Açığını demək lazımdır ki, son illərdə Qrotovski teatrı daha çox insanın təkmilləşməsi prosesini izləməklə məşğul olmağa başlamışdı və həmin dövrdə yaradıcılıq həyatının tədqiqi ön plana keçmişdi. Qrotovskini ən çox narahat edən sivilizasiya ilə həyat arasındakı uçurum idi və böyük sənətkar bu fenomenlərin “birləşdirilməsi” üçün əlindən gələni əsirgəmirdi. Amma onun “uçurumlar” üzərində qurmaq istədiyi “körpünün” inşası yarımçıq qaldı. Qrotovski 1999-cu ildə vəfat etdi. O öz epoxasının ən nüfuzlu adamlarından biri idi: professor, Polşanın dövlət mükafatı laureatı, üç dəfə fəxri doktor, Fransanın mədəniyyət və incəsənət üzrə fəxri xaç kavaleri, habelə Dahi mükafatı laureatı idi. Sonuncu mükafat Amerikada məxsusi olaraq iyirminci yüzilin Dahi Qrotovski rejissoru üçün təsis edilmişdi.

    31 iyul 2003-cü il





    BÖYÜK YAPON REJİSSORU AKİRA KUROSAVA
    Dünya sinemasının əfsanəsi
    (3)

    Akira Kurosava 1910-cu il martın 23-də doğulmuşdu. Onun üç bacısı, üç qardaşı olub, Akira ailənin sonbeşiyi idi. Sonralar Kurosava nəsil bütün dünyada bu “sonbeşiklə” tanındı. O, 1927-ci ildə orta məktəbi bitirdikdən sonra rəssam olmaq qərarına gəlir. Hətta, rəngkarlıq məktəbinə də daxil olur. Çoxları Akiranı gələcəyin böyük rəssamı kimi görürdü. Amma o, tezliklə məktəbi tərk etdi. Çünki şəkil çəkməklə dolanmaq çətindi. İndi onu daha çox teatr, kino cəlb edirdi. Əvvəlcə tamaşalara rəylər yazan Kurosava sonralar kinostudiyada işə düzəlir. Əvvəlcə o, bir sıra filmlərdə rejissor assistenti kimi çalışmağa başlayır. Rejissor kimi ilk müstəqil filmi “Dzüdo haqqında əfsanə” 1943-cü ildə çəkilib. A.Kurosava özü bu barədə deyirdi: “Əfsanə” mənim ilk müstəqil yaradıcılıq işim olsa da mən onu debut hesab etmirəm. O vaxt mən özümü artıq yetkin adam sayırdım: hətta, “Diqqət, motor! – deyərkən belə, səsim bir az ayrı cür səsləndi”.
    Akira Kurosava... Dünya kinosunun klassiklərindən biri. Yapon kinematoqrafiyasının zirvəsi. Qəribə və sadə adam. Həyat və yaradıcılığı adiliklə qeyri-adiliyin vəhdətindən yoğrulmuş dahi.
    1944-cü ildə böyük sənətkarın “Ən zəriflər” əsəri ekranlara çıxdı. Bu əsərlə bağlı Kurosava deyirdi: “Mən hərbi zavodda çalışan qadınların kollektiv portretini yaratmaq istəmişəm. Çalışırdım ki, əsər sənədli filmə bənzəsin”.
    Sonrakı illərdə A.Kurosava onlarca film çəkdi. “Gəncliyimə təəssüflənmirəm”, “Möcüzəli bazar günü”, “Gizli duel”, “Evsiz it”, “Dava-dalaş”, “Rasyomon”, “İdiot”, “Yaşamaq”, “Yeddi samuray”, “Bir ömrün tarixçəsi”, “Həyatın dibində”, “Cənnət və cəhənnəm”, “Qırmızı saqqal”, “Dersu Uzaala” və s. Bunlar Kurosavanın özünün çəkdiyi filmlərdir. Lakin onun bir sıra ssenariləri əsasında başqa rejissorların çəkdiyi filmlər də var. “At”, “Gənclik nəğməsi”, “Aviasiyanın zəfəri”, “Portret”, “Suqala Sansiro”, “Qisasçılar haqqında saqa” və s. bu cür ssenarilərdəndir.
    A.Kurosava müsahibələrinin birində deyirdi: “Mən istəyirəm ki, çəkdiyim filmlərə baxan tamaşaçıda düşünmək tələbatı yaransın. Mən ona birbaşa dərs keçməkdənsə, fikirləri sətiraltı çatdırmağa üstünlük vermişəm. Mən öz fikirlərimi üzə birbaşa deməyi xoşlamıram”.
    Kurosava insanı ürəkdən sevirdi. Onun bütün yaradıcılığı insanların səadət axtarışlarına və bu yolda qarşıya çıxan çətinliklərə həsr olunub. Böyük rejissor bir çox dünya klassiklərinin əsərlərini ekranlaşdırmışdır. Lakin bütün bunlara baxmayaraq, onun filmlərinin əsas “zəmini” – cövhəri Yaponiya idi.
    Akira Kurosava ömrünün son illərində verdiyi müsahibələrdən birində demişdi: “Kino mənə çoxlu sevinc və eləcə də əzab gətirib. Mən təzədən doğulsaydım yenə kinonu seçərdim”.
    21 sentyabr 2002-ci il




























    MÜSLÜM MAQOMAYEVDƏN
    MÜSLÜM MAQOMAYEVƏCƏN
    (4)
    “Mənim Allahım – mənim zəhmətimdir”… Hələ qədimdə - antic dövrdə söylənmiş bu aforizmi Müslüm Maqomayevin dilindən eşitmək o qədər də təəccüblü deyildir. Amma başqa sənət sahələrindən fərqli olaraq, mənə elə gəlir ki, müğənni üçün zəhmət, hələ hər şey demək deyildir. (Əlbəttə, söhbət böyük sənətkardan gedir). Müslüm Maqomayevi zəhmətsevərliyi ilə bərabər fərqləndirən, şöhrətləndirən digər mühüm “göstəricilər”də vardır: möhkəm yaddaş, uca qamət, təkrarsız səs, zahiri və daxili cazibə, sadəlik və ciddilik… Böyük sənətkarı səciyyələndirən bu və digər keyfiyyətlərin “siyahısını” xeyli artırmaq da olar.
    Müslüm Maqomayev düz on yaşından səhnədədir. Amma onun professional müğənni kimi arenaya çıxdığı vaxtdan artıq illər keçib. 31 yaşından SSRİ xalq artistidir. Öz epoxasının bəlkə də ən çox sevilən, ən yüksək reytinqə malik olan müğənnisidir. Ən böyük porodokslardan biri isə budur. Müslüm həm klassik opera janrının, həm də müasir estradanın təkrarsız ifaçısıdır.
    Müslüm Maqomayev Azərbaycan musiqisinin və musiqisevərlərinin pasportudur. Dünyanın böyük konsert salonlarını öz əsrarəngiz səsi ilə titrədən, milyonların ürəyinə yol tapan böyük sənətkar bu gün də “forma”dadır.
    Mən Müslümün mahnılarını müxtəlif konsert salonlarında dinləmişəm. Onun yüksək ifa mədəniyyəti, qeyri-adi improvizələri, yumoru, tamaşaçı ilə canlı ünsiyyəti, hazırcavablığı müğənninin portretini tamamlayan ştrixlərdir.
    Müslüm təkcə müğənni yox, həm də istedadlı bəstəkar, rəssam, aktyor və aparıcıdır.
    XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan baba Müslüm Maqomayevin yolunu layiqincə davam etdirən – XXI əsrdə şöhrətinin zirvəsinə çatan nəvə Müslüm Maqomayev. Biz həm də onunla fəxr edirik ki, Müslüm Maqomayevdən – Müslüm Maqomayevəcən uzanan bu yolun böyük bələdçiləri, sələfləri və varisləri olub. Bu yolun ən böyük – müsafirlərindən biri Müslümdür.
    17 avqust 2002













    AKTRİSA ilə DÖYÜŞÇÜNÜN
    DOSTLUĞU
    (5)
    Qərb və rus mətbuatında Çeçenistanın məşhur səhra komandiri Əhməd Zakayevlə dünya şöhrətli ingilis aktrisası Vanessa Redqreyv mövzusu uzun müddət qəzetlərin səhifəsindən düşmədi...
    Səbəb nə idi?

    Zakayev Londona Kopenhagendən xanım Vanessanın müşayiəti ilə uçub gəlmişdir. Məlum olduğu kimi prezident Aslan Masxadovun emissarı İnterpolun beynəlxalq orderi əsasında Rusiyanın xahişi ilə tutulub saxlanılmışdı. Lakin Danimarka məhkəməsi Rusiyanın Baş prokurorunun göndərdiyi dəlilləri əsassız saymış və onun ekstradisiyasından imtina etmişdir. Yeri gəlmişkən xatırladaq ki, Danimarkada Zakayevin hüquqi müdafiəsi xanım Vanessanın şəxsi vəsaiti hesabına təşkil olunmuşdur.
    Londondakı məşhur Hitrou aeroportunda Əhməd Zakayev Britiniya polisi tərəfindən saxlanılmış və sorğu-sual edilmişdir. O, elə həmin gün Londondakı munisipal məhkəmənin hakimi qarşısında dayanmış, hətta, məhkum olunması barəsində hökm çıxarılmışdı; lakin hakim bildirmişdir ki, İçkeriya prezidentinin nümayəndəsi 50 min unt (80 min dollara yaxın) ödəməklə zaminə çıxa bilər. Həmin pulu Vanessa Redqreyv ödəməli oldu.
    Zakayev özü bildirir ki, o, hələ Kopenhagendə olarkən özünün danimarkalı vəkilindən xahiş edibmiş ki, ingilis hakimiyyətini onun Londona uçaçağı barədə məlumatlandırsın. O deyir: "ürəyimin dərinliyində belı bir inam var ki, ingilislər məni ruslara təhvil verməzlər". Londona gələndən bir gün sonra xanım Vanessa mətbuat konfransında çıxış edərək bildirdi ki, Zakayevin İngiltərəyə gəlişi tamamilə leqal xarakter daşıyır. Masxadov emissarının məhz şəxsi dəvətlə gəldiyinə bildirən aktrisa elan etdi ki, keçmiş döyüşçü onun qonağıdır. Son aylara qədər Zakayevin Qərbdə olması rusları o qədər də maraqlandırmırdı. Hətta, ötən müddət ərzində o, Fransa və İsveçrədə olmuş, rəsmi şəxslərlə görüşüb Çeçenistan problemi barədə diskussiyalar aparmışdır. O, habelə, gələcəkdə Qərbdən siyasi sığınacaq istəməyəcəyini də bəyan etmişdir.
    Bəs ilk baxışda bir-biri ilə heç bir əlaqəsi olmayan bu iki nəfəri - aktrisa ilə döyüşçünü bağlayan nədir? Xanım Vanessa öz müsahibələrində tez-tez vurğulayır ki, Zakayevi lap çoxdan tanıyır və onu qətiyyən terrorist hesab etmir. Məsələ burasındadır ki, əslində səhra komandirinin özü də vaxtilə Qroznı Dram Teatrının aparıcı aktyorlarından biri, sonralar isə İçkeriya Respublikasının Mədəniyyət naziri olmuşdur. Bu gün rus mətbuatında Britaniyanın dünya şöhrətli teatr artisti, "Oskar" mükafatı laureatı Redqreyvlə onun həmkarı, keçmiş aktyor Zakayevin əlaqəsi, dostluğu barədə çoxlu dedi-qodular və uydurmalar yazılmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, Redqreyv İngiltərədə təkcə məşhur aktrisa kimi yox, həm də sol radikal siyasətçi kimi tanınır. O, bir vaxtlar parlamentdə sosialist fəhlə partiyasının nümayəndəsi kimi təmsil olunmuş, lakin bu fəaliyyət uğursuzluqla başa çatmışdır. O, 80-ci illərdə fələstinlilərin müdafiəçisi idi. Bu gün isə çeçenləri müdafiə xərclərini məşhur aktrisa təkbaşına çəkməyəcək. Boris Berozovskinin Xeyriyyəçilik fondu bütün xərcləri öz üzərinə götürüb. 65 yaşlı Vanessa Redqreyv və 43 yaşlı Əhməd Zakayev tez-tez jurnalistlər qarşısında çıxış edir, Rusiyanın apardığı imperialist siyasəti ifşa edirlər.
    Böyük Britaniya ilə Rusiyanın rəsmi dairələrinin nümayəndələri Zakayevin Rusiyaya təhvil verilməsi barədə danışıqlar aparsalar da, bunun heç bir əhəmiyyəti olmamışdır. Hətta, Toni Bler və Putin arasında gedən 15 dəqiqəlik söhbətdş səhra komandirinin ekstradisiyası barədə söhbət açıldığı da ehtimal olunur. Lakin bu yaxınlarda keçirilən məhkəmədə Zakayevin ruslara təhvil verilməsi məsələsi tamamilə gündəmdən çıxmışdır. Siyasətçilər belə hesab edirlər ki, gələcəkdə Qərblə Rusiya arasında beynəlxalq mübahisələrin yaranmasına səbəb ola bilər.
    Tam qətiyyətlə demək olar ki, Qərb, Çeçen komandirini qanunların düz-əməlli işləmədiyi Rusiyaya təhvil vermək niyyətində deyildi. Belə bir məsələ də var ki, Britaniya qanunları ölüm hökmünü ləğv etməyən ölkələrə heç kəsi təhvil vermir; hətta, terroristi belə.
    Artıq bir ilə yaxındır ki, (2002-ci ilin əvvəlindən üzü bəri) Zakayev və Redqreyev mövzusu mətbuatın diqqət mərkəzindədir.
    Aktrisa və döyüşçü. Görəsən onları birləşdirən nədir? Sənət, əqidə, dostluq, mübarizə? Bəlkə də bütün bunların hamısı birlikdə... Yəqin ki. Əslində onların hər ikisi aktyor və hər ikisi döyüşçüdür. Mübarizə isə davam edir.
    11 yanvar 2003-cü il





















    SƏHNƏ ONUN UÇUŞ ZOLAĞI İDİ
    Aktyor, rejissor, rəssam...
    (6)

    Əli Salahlı ilə "qiyabi" tanışlığımın tarixi ötən əsrin 80-ci illərinə gedib çıxır. Mən onun çəkildiyi tamaşalara baxmış, radio çıxışlarına qulaq asmış, müsahibələrini dinləmişdim. Lənkəran tərəfdən olan dostlarının toy məclislərində isə onun necə şövq və həvəslə şeir deməsinin şahidi olmuşdum.
    Əli bəylə yaxın ünsiyyətim 3-4 il əvvəl yarandı. Lənkəran Dövlət Dram Teatrı mənim "İlğım" adlı pyesimi öz repertuarına daxil etmişdi. Baş rolun - Çapar obrazının ifaçısı Əli Salahlı idi. Mən xoş bir bahar günü Lənkərana - əsərin premyerasına baxmağa dəvət edildim. Teatrın kollektivi məni təsəvvür etdiyimdən çox isti bir hərarətlə, səmimiyyətlə qarşıladı. (Yeri gəlmişkən qeyd edim ki, teatrın qarşısında Əli Salahlı ilə görüşüb köhnə tanışlar kimi tez-tələsik işgüzar söhbətə keçməyimizi o vaxt mənimlə Lənkərana çəkilişə gedən operator dostum lentə alıb; mən bu yaxınlarda həmin görüş səhnəsinə baxanda doğrusu kövrəldim). Məni təkcə Əli Salahlı deyil, bütün kollektiv öz köhnə tanışı, həmkarı kimi qəbul etdi. Söhbətarası qəhrəmanın ıfaçısı (Ə.Salahlı) əlini saqqalına çəkib yarızarafat-yarıciddi dedi ki, mən məhz sənin yaratdığın obraza - Çapara görə saqqal saxlamalı olmuşam. Və əlavə etdi: "Axı rəssamlar adətən saqqal saxlayırlar". Mən dən zarafatla dedim: "Öz aramızdır, saqqal sizə çox yaraşır; istənilən rəssam sizə bu sahədə həsəd apara bilər". Əli Salahlı ciddiləşib cavab verdi: "Əslində mən elə bir az da rəssamam". Sonra mən bildim ki, Əli müəllim həqiqətən həm də rəssam imiş, özü də "bir az" yox, əməlli-başlı. Və orası da məlum oldu ki, elə "İlğım" tamaşasının quruluşçu rəssamı da - baş rolun ifaçısı Əli Salahlı imiş...
    Tamaşa böyük uğurla keçdi. Xüsusilə, Əli Salahlının yaratdığı obraz öz dolğunluğu ilə seçilirdi. Əli müəllimin təkcə səhnəyə gəlişi, replika və mükalimələri deyil, elə sükutu, düşüncəyə dalması da alqışlarla qarşılanırdı. Mən indiyəcən öz əsərlərimin 20-dən artıq premyerasında iştirak etmişəm. "İlğım"ı və onun əsas ifaçısı Əli Salahlının işini xüsusi dəyərləndirirəm.
    Böyük sənətkarın gur-bariton səsi, nüfuzedici baxışı, cilalanmış hərəkətləri yaddaşıma həkk olunub. O, rəssam Çaparın sevinc və iztirablarını, qısqanclıq və tərəddüdlərini, səhv bı etiraflarını çox təbii boyalarla canlandırırdı. "Tamaşadan sonra Lənkəran ziyalılarından biri mənə yaxınlaşıb dedu: "İndiki zamanda tamaşaçılar komediyaya, ən çox da yüngül gülüşə üstünlük verirlər. Amma mən "İlğım"a baxanda anladım ki, bizdə ciddi əsərləri də sevirlər. Sizə minnətdaram". Mən dedim ki, bu uğur üçün Lənkəran Teatrının kollektivinə, xüsusən də baş rolun ifaçısı Əli Salahlıya daha çox minnətdarlıq düşür...
    Mən Lənkərandan böyük təəssüratla ayrıldım. Həmişə sevdiyim bu diyar, mənim yaddaşımda həm də tamaşalar, premyeralar, bayramlar şəhəri kimi qaldı...
    Sonralar biz Əli Salahlı ilə arabir zəngləşir, bəzi tədbirlərdə rastlaşır, hal-əhval tutur, söhbətləşirdik. Yadımdadır, 2003-cü ilin yeni il gecəsi - 31 dekabrda mənə zəng vurub təbrik etdi. Elə bildim Lənkərandan danışır. Sən demə Bakıda övladının evi varmış - oradan telefon açırmış. Bir il sonra - 2004-cü ildə elə həmin gün ona zəng vurdum, dəstəyi götürən qadın dedi ki, Əli müəllim Lənkərandadır.
    ...2005-ci ilin isti bir yay günü Çənc Tamaşaçılar Teatrının qarşısında sənət adamlarından biri ilə rastlaşdım. Fikirli idi. Görüşdük. Soruşdu ki, Əli Salahlını tanıyırdın? Elə bil ürəyimə damdı ki, nəsə olub. Tərəddüdlə cavab verdim: "Tanıyırdım yox, tanıyıram". Müsahibim xeyli susdu. Handan-hana dedi: "O, səhnədə keçindi".
    ...O, mütləq səhnədə keçinməli idi. Hər kəs öz əbədi məkanında dünyasını dəyişir; dağ kəli zirvədə, qartal səmada, balina okeanda ölür.
    Səhnə -Əli Salahlının müqəddəs və əbədi məkanı, bəlkə də uçuş zolağı idi. O, öz uçuş zolağında - iş başında həlak oldu.
    29 aprel 2006-cı il




    Dramaturgiya haqqında eskizlər (əlavə)

    Dramaturgiyanın öz “əlifbası”, yaxud başqa sözlə, öz elementar qanunları mövcuddur. Dram əsərində mütləq konflik və ya kolliziya olmalıdır ki, bunu da nəzəriyyəçilər “mübarizə” adlandırırlar. Adətən hər bir mübarizənin müəyyən bir səbəbi, gedişatı və nəticəsi olur. Nəsrin mahiyyətində əsasən epoxal hadisələri, poeziyanın cövhərində əsasən qəfil ovqatı təqdim etmək vəzifəsi dayanırsa, dramaturgiyanın hədəfində məhz haqqında söhbət gedən mübarizənin daxili dinamikası bir-birini əvəz edən situasiyalarla təsdiq etmək borcu dayanır.
    Dramaturgiyanın bütün parametrlər üzrə, təsir imkanları daha genişdir. Bu təsir imkanları isə şübhəsiz ki, daha çox teatr, yəni səhnə vasitəsi ilə reallaşır. Mənim gəldiyim şəxsi qənaət belədir ki, qədim Yunanıstanda və əksər Avropa ölkələrində, o cümlədən bizdə, dram janrının digər yazılı ədəbi janrlardan başlıca fərqlərindən biri də geniş auditoriyaya eyni zaman ərzində təsir etmək imkanının olmasıyla bağlıdır.
    Hər bir dram əsərinin dəqiq kontur və parametrləri olur və ya olmalıdır. Burada hər şey hesablanır: dialoq da, pauza da, remarka da, gəliş də, gediş də… Başlanğıc da, kulminasiya da, final da öz konkret həllini tapmalıdır. Bu cəhətdən dram əsərini riyaziyyatla müqayisə etmək olar.
    Dramaturq digər janrlarda yazıb-yaradan söz adamlarından fərqli olaraq, personajın zahiri portret və jestlərini maksimum dəqiq boyalarla verməlidir. Bu cəhətdən dramaturqu rəssamla müqayisə etmək olar.
    Konkret obrazların düşüncə və ifadə spektrində hadisələrin təkcə izahı, şərhi yox, həm də ümumiləşdirilməsi, məcmu kütləsi təqdim olunmalıdır. Bu cəhətdən dramaturq filosofla müqayisə edilə bilər.
    Hər bir gözəl dram əsəri, həm də gözəl bir musiqi əsəridir. Musiqi dramın ruhunda, mahiyyətində, alt və təbii ki, həm də üst qatında olmalıdır. Kamil dramaturq səslərin harmoniyasını anlamalı və öz əsərinə bütöv bir musiqi əsəri kimi baxmalıdır. Bu cəhətdən dramaturqu bəstəkarla müqayisə etmək olar.
    Dram əsərində personajları “postament üzərinə qoyan” söz və ifadələr, hərəkət və pauzalar yonulmalı, yoğrulmalı, cilalanmalıdır. Bu cəhətdən dramaturqu heykəltaraşla müqayisə etmək olar.
    Ümumiyyətlə, dramaturgiya ilə ciddi məşğul olan adamı konstruktiv nizama riayət etmə baxımından memarla, hadisələrin məntiqi əlaqəsinə diqqət yetirmə baxımından tarixçi ilə, obrazların daxili aləminə nüfuz etmə baxımından psixoloqla müqayisə etmək olar.
    Və nəhayət, bir məsələyə münasibət bildirmək istərdim. Niyə gizlədək, bu gün ədəbi qəzet və jurnalların səhifələrində haqqında danışdığımız janrın problemlərinə peşəkar mütəxəssislərdən daha çox, publisist və jurnalistlər daha çox işıq tuturlar. Yaxşı ki, bu son illərdə AMEA-nın müvafiq tədqiqat təsisatlarında, o cümlədən Ədəbiyyar İnstitutnda əsas ədəbi janrlar, həmçinin dramaturgiya üzrə illik hesabatlar hazırlanır və ictimaiyyata təqdim edilir. Amma bu çox azdır. Bu qıtlıqdan yaxa qurtarmağın vaxtı yetişib. Məhdud akademik-nəzəriyyəçi təhlillərlə yanaşı, geniş auditoriyanın baxış bucağı ilə tanışlıq üçün də imkan yaratmaq lazımdır. Bu mənada hesab edirəm ki, AYB nəzdində dramaturgiyaya aid bir nəşrə bir ehtiyac yaranıb. Bu nəşr mövcud ədəbi jurnallardan birinin (məsələn, “Azərbaycan” və ya “Qobustan” jurnalının) əlavəsi kimi də çap oluna bilər. Xatıtladaq ki, Gürcüstanda “Teatr və həyat”, Ermənistanda isə “Dramaturgiya” və “Teatr” jurnalları nəşr edilir.
    Gördüyünüz kimi, təqdim edilən məruzədə bir çox hallarda görkəmli dramaturqlarımızın yaradıcılığının əvvəlki dövrlərinə də müxtəsər nəzər yetirdik. Bu isə zərurətdən doğan bir məsələdir. Axı hətta ayrıca götürülmüş bir yaradıcı adamın belə şəxsi yaradıcılığının onun öz ədəbi fəaliyyətindən təcrid olunmuş şəkildə təqdimi bəzən yarımçıq təəssürat yaradır.
    Hər bir ədəbi janr bir yola bənzəyir. Hər yolunsa öz taleyi, öz istiqaməti, öz ünvanı vardır. Dramaturgiya isə iki yolu və yaxud iki sahili (ədəbiyyat və teatrı) birləşdirən bir körpüdür. Buna görə də onun yükgötürmə qabiliyyəti daha çox olmalıdır.






























    Qan qanı çəkirmiş...

    Nazim Hikmət, Konstantin Paustovski və Zülfü Livaneli. Onları birləşdirən və ayıran amillər.

    Böyük rus yazıçısı Konstantin Paustovskinın adı 60-cı illərdə ard-arda dörd dəfə Nobel mükafatına layıq görülən namizədlər sırasında olub. Bu “sirri” aradan illər keçdikdən sonra mükafat komissiyası açıqlayıb. Bəs bu mükafat niyə verilməyib? Bu, əlbəttə, başqa bir söhbətin mövzusudur. Ədibin 2 kitabı və seçilmiş əsərləri vaxtilə R.Şıxımirova və Ə.Əylislinin tərcüməsində nəşr edilib. Hər iki tərcümə uğurlu alınıb.
    Vaxtilə Moskvada yaşayan Nazim Hikmət öz həmkarının- Paustovskinin poeziya ilə yoğrulmuş nəsrinin vurğunu idi. Hətta, onun barəsində ayrıca məqalə və şeir də yazmışdı. Yazıçının 70 illiyinə həsr olunmuş törəndə xəstəliyi səbəbindən Paustovskinin özü iştirak edə bilməmişdi. Nazim Hikmət qələmə aldığı məqalədə onun barəsində belə demişdi: “Paustovski nəinki rus, eləcə də dünya ədəbiyyatında böyük bir fiqurdur”. Böyük şairin ürəyindən gələn sözlər Paustovskini çox təsirləndirmişdi. O, cavab məktubunda yazmışdı: “Bəlkə də bizim bir-birimizə qarşılıqlı simpatiyamız hər ikimizin doğmalığımızdan irəli gəlir. Çünki mən özüm də yarıtürkəm...”
    Paustovski “Uzaq illər” sənədli povestində “türklərlə qohumluğu” barədə daha ətraflı söhbət açır. Sən demə, onun ata babası rus-türk müharibəsi zamanı türklərə əsir düşmüş, əsirlikdə bir qızla sevişmiş, əsirlikdən sonra isə onu özüylə Rusiyaya gətirmiş və ailə qurmuşdur. Əslən Türkiyənin Kazanlık bölgəsindən olan həmin xanımın adı Fatma idi. O, sonralar xristianlığı (və yeni xristian adını) qəbul etmişdir. Fatma çox ciddi, zabitəli xanım olub. Paustovski bu barədə yazırdı: “Biz babamızdan daha çox, türk əsilli nənəmizdən çəkinirdik”.
    Nazim bu məlumatdan çox təsirlənir.
    Belə görünür ki, qan qanı çəkirmiş...
    ...Yeri gəlmişkən, digər bir guya “başqacürdüşünən” yazıçı haqqında söhbət açmaq istəyirəm. Bu, Zülfü Livaneli adlı yazardır. Adını çoxdan eşitdiyim türk yazıçısıdır. O, təkcə yazıçı kimi deyil, həm də bir musiqiçi, bəstəkar, müğənni, kinorejissor, siyasi xadim kimi tanınır.
    Mən Zülfü Livanelinin adını ilk dəfə 1986-cı ildə böyük yazıçı Çingiz Aytmatovun rəhbərlik etdiyi İssık-kul forumunun iştirakçıları sırasında eşitmişdim. Forum iştirakçəlarını, o cümlədən Livanelini o zamankı Baş katib M.Qorbaçov da qəbul etmişdi.
    O, dəfələrlə Rusiyada olub, Tv-lərdə çıxış edib, mətbuatda müsahibələr verib. İnsaf xatirinə deyək ki, maraqlı personadır. YUNESKO-nun səfiridir.
    İndiyəcən türkcə və rusca tanış olduğum əsərləri maraqsız olmasa da, yaxşı qurulmuş təbliğatı ilə müqayisədə bir qədər zəifdir.
    Bu günlərdə dünya ədəbiyyatını daim izləyən bir dostum mənə Zülfü Livanelinin rusca nəşr olunmuş (“Eksimo”, 2018) bir kitabını verib oxumağımı məsləhət bildi.
    Kitabı böyük həvəslə oxumağa girişdim.
    ...və mütəəssir oldum, türklər demiş könül qırıqlığı yarandı.
    “СЧАСТЬE” adlı bu kitabda bır türk qızının bədbəxt taleyindən söhbət açılır. Olsun. Bəyəm bütün vətəndaşları xoşbəxt olan ölkə var ki?
    Bu kitabda məni təsirləndirən, daha doğrusu acıdan, yazıçının qonşu haylarla bağlı səhv mövqeyi oldu. Guya onun qəhrəmanı Məryam hayların nə zamansa zorla deportasiya olunması xəbərindən sarsılır. Öz canının hayında olan, ailəsi tərəfindən öldürülməyə məhkum olunmuş Məryəm yazıq öz halından daha çox bu “zərərçəkmişlərin” vəziyyəti haqda düşünür...
    Doğrudur, mən kitabı sonacan oxumadım. Elə “hay məsələsi” ilə bağlı səhifəni oxuyandan sonra kitabı qapadım. Xeyr, mən nə natsionalist, nə də şovinistəm. Amma həqiqəti, doğrunu yazmayan yazıçını oxumağa dəyməz.
    Allah Zülfü Livaneliyə müəyyən istedad verib. Amma o, yalan və iftira ilə həqiqəti və doğrunu seçə bilmək qabiliyyətinə malik deyildir.
    Təəssüf. Malesef.



    İRAN ESKİZLƏRİ


    Türkmənçay şəhərində ...
    (1)


    Qriboyedovla Abbas Mirzənin söz
    "döyüşü"

    Abbas Mirzə ilə Paşkeviçin bağladığı “uğurlu” müqavilə

    Türkmənçay müqaviləsinin imzalanması ərəfəsində şahzadə Abbas Mirzə ilə rus diplomatı A.Qriboyedov arasında sərt danışıqlar olub...
    Belə ki, Rusiya-İran müharibələrinin başa çatması ərəfəsində diplomatik danışıqlar başlanır. 1827-ci il iyulun 21-də İranın Qaraziyaəddin kəndi yaxınlığında Fətəli şahın oğlu Abbas Mirzə ilə Paskeviçin nümayəndəsi A.Qriboyedov görüşür.
    Həmin danışıqlardan fraqmentlər:
    Qriboyedov:
    - Biz İrəvan və Naxçıvan əyalətlərini keçərək Araza çatmışıq. Abbas-Abadı tutmuşuq, mən oradan göndərilmişəm.
    Abbas Mirzə:
    - Tutduq! Aldıq! Abbas-Abadı sizə arvaddan betər qorxaq kürəkənim təslim etdi!
    Danışıqlar daha bir saat da bu ruhda davam edir və Qriboyedov Rusiya hökumətinin şərtlərini sadalayır.
    A.Mirzə:
    - Budur sizin şərtləriniz! Siz İran şahına öz təbəəniz kimi göstəriş verirsiniz! Naxçıvanı, İrəvan əyalətini istəyirsiniz, pul, təzminat tələb edirsiniz... Siz harda görübsünüz ki, İran şahı başqa hökmdarın təbəəsi olsun? O, özü başqalarına tac paylayır. İran hələ ölməyib...
    Qriboyedov:
    - İranın xoşbəxt və şərəfli günləri olub... Mən sizə böyük hökmdar Napoleonun adını çəkə bilərəm ki, Rusiya hüdudlarında cəngə girişdi və bununla taxt-tacını itirdi...
    Abbas Mirzə:
    - Amma əsl qəhrəman oldu! Son nəfəsinə qədər müdafiə olundu. Lakin siz ümumdünya işğalçısı kimi hər yeri tutmaq istəyirsiniz, bizim vilayətləri almaq istəyirsiniz, pul tələb edir, heç bir qeyd-şərt qəbul etmirsiniz...
    P.S. Türkmənçay müqaviləsi bundan təxminən 7 ay sonra imzalanacaqdı...

    ...Azərbaycanı ikiyə bölən məlum və məşhur Türkmənçay müqaviləsi gecə yarısı, yəni saat 24.00-da imzalanıb.
    Bəli, Rusiya-İran müharibələrinin başa çatmasını rəsmi təsdiq edən Türkmənçay müqaviləsini tərəflər 1828-ci il fevralın 9-dan 10-na keçən gecə saat 24.00-da imzalayıblar.
    Niyə gecə yarı?
    Məlum olduğu kimi sənədi İran tərəfindən dövlət başçısı Fətəli şahın oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri müəyyən edib ki, səmadakı ulduzlardan gələn sədaya görə, şahzadənin uğur saatı gecə yarıya təsadüf edir...
    Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlər hansı uğuru nəzərdə tuturmuş, indi demək çətindir. Amma məlum və məşhur Türkmənçay müqaviləsinin məhz gecə yarı imzalandığı təsdiq edilmiş faktdır.
    Sənədə birinci Rusiyanın Qafqazdakı qoşunlarının ali baş komandanı, general İvan Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.
    Bu münasibətlə rus toplarından 101 yaylım atəş açılıb...
    Bu da məlum və məşum gecənin gətirdiyi 200 illik bir “uğurun” nəticəsi.
    p.s.
    Mən bir neçə il öncə Türkmənçay şəhərində səfərdə olmuşam. Müqavilənin bağlandığı binanı tapdım. Bu boz, miskin, dərdli şəhərin üzü gülməyən bir “böyük vəzifə” sahibindən soruşdum ki, bəs vaxtilə bu divara vurulmuş müqavilənin bağlandığı sənədi əks etdirən lövhə hanı? Adam dedi ki, bir müddət əvvəl həmin lövhə gecə ikən oğurlanıb.
    Belə çıxır ki, Paskeviçin əli hələ də o tərəflərə çatır... Hətta, 200 ildən sonra belə...


    Xəyyamın vətənində.
    Gənclər nə barədə söhbət edirdi?
    (2)
    Tehrandan Məşhədə gedən qatar Nişapur şəhərindəki dəmiryol vağzalına yan alıb dayandı. Axşam çoxdan düşmüşdü. Kupenin pəncərələrini açdıq. Öyrəndim ki, hələ təxminən yarım saat burada olacağıq. Əlbəttə, otuz-qırx dəqiqəlik qısa bir vaxt səfərə çıxan adamın vağzalda var-gəl etməsi, ötəri tələbatlarını ödəməsi üçün kifayət edə bilərdi. Amma mən kupeni tərk etmədim. Getməyə bir yer də yox idi. Daha doğrusu, baş çəkmək istədiyim bir yer vardı, amma oraya getmək üçün nəinki yarım saat, hətta bir saat belə, kifayət etməzdi. Məsələ burasındadır ki, Şərqin böyük alimi və şairi Ömər Xəyyamən məzarı məhz bu şəhərdə, İranın Nişapur şəhərində idi və mənim də ürəyimdən keçirdi ki, dahi sənətkarın məqbərəsinə baş çəkim. Amma, dediyim kimi, vaxt məhdud idi.
    Kondinsioner işləsə də vaqonun pəncərəsini endirdik. Avqustun qorabişirən istisi sərin kupeyə təpilirdi. Amma pəncərəni qapamaq fikrimiz yox idi; hər necə olsa da süni soyuq havadansa təbii isti daha xoş idi. Bir də ki, bu yerlərdən sanki Xəyyam şeirinin xoş ətri gəlirdi...
    Nə isə...
    Cavan bir oğlan bizim kupenin pəncərəsinə dirsəklənib mobil telefonla farsca nə barədəsə danışmağa başladı. Sonra oğlan aralandı. Çox keçməmiş kupemizin pəncərəsinə gənc bir qız yaxınlaşdı, o da oğlansayaq çərçivəyə dirsəkləndi və kiminləsə nə barədəsə danişmağa başladı. Təbii ki, söhbət yenə fars dilində gedirdi. Bu “yerdəyişmə” bir neçə dəfə təkrar olundu. Hiss olunurdu ki, bu gənc oğlanla qız bizim kupenin pəncərəsinin açıq olduğunu ya bilmir, ya da buna çox əhəmiyyət vermirdilər.
    Oğlanla qız bir müddət boz qaranlıqda “əridilər”. Hərəsi bir səmtə üz tutdu. Və bu vaxt səfər dostlarım Həmid ilə Rza astadan, bığaltı gülməyə başladılar. Sonra bu xəfif gülüşü pıqqıltı əvəz etdi.
    Həmid məndən soruşdu:
    -Ağa, bilirsiz, bu qızla öğlan nə barədə danışırlar?
    -Yox, - deyə, cavab verdim.
    Rza gülüb dedi:
    -Bayaqdan fikir verirsinizsə, bu qızla oğlan bir-biri ilə söhbət edir...
    Mən dedim ki, qızın və oğlanın ayrı-ayrılıqda telefonla danışdıqlarını gördüm; amma söhbətin nədən getdiyini anlaya bilmədim.
    Həmid söhbətə aydınlıq gətirdi:
    -Danışıqlarından belə anlamaq olur ki, bu qızla oğlan bir –birini sevir. Amma onlar üzbəüz dayanıb söhbət etməyə cürət etmirlər. Bizdə rəsmi ər-arvad olmayan şəxslərin bir-biri ilə əl-ələ tutması, hətta üzbəüz söhbət etməsi yasaqdır. Ona görə də sevgiyə dair “gizli” söhbət telefonla gedir. Onlar hələlik yalnız telefonla bir-birinə sevgi ismarışları göndərə bilirlər...
    Rza bunu da əlavə etməyi unutmadı:
    -Əgər polislər bilsələr ki, bunlar gecənin bu vaxtı bu vağzalda bir-birinə sevgilərini izhar edir, özləri də Xəyyamdan sevgi şeiri deyirlər, bu işin sonu yaxşı olmaz.
    Biz gülüşdük.
    Qatar dərindən nəfəs aldı.
    Mən həmin anlarda Xəyyamın bir rübaisini xatırladım:
    Ey şəhər müftisi, səndən pərgarıq,
    Bunca sərxoşluqla səndən huşyarıq.
    Biz şərab içirik sən xalq qanını,
    İnsaf et, hansımız daha qəddarıq?

    ...Bir azdan qatar yerindən tərpədi. Nişapurun işıqları uzaqdan sayrışırdı.


    Zəncan şəhərində
    və ya Çılğın bir eşq etirafı
    (3)

    Zəncan şəhərində məni vətənpərvər, doğma türkcəmizdə yazıb-yaradan şairə xanım qarşıladı.
    Zəncan çox qədim şəhərdir. Bu qədimlik hər addımda hiss olunur. Təəssüf ki, bu qədim şəhərdə cəmi bir gün qaldım. Çünki dostların dəvəti ilə Tehrana getməli idim.
    Köhnə Zəncanda ən yaddaqalan iki yer var desəm, yəqin ki, yanılmaram. Bunlardan biri onbeş hektarlıq yeri zəbt etmiş nəhəng bazar, digəri isə muzey kimi fəaliyyət göstərən “Rahtşuyan” adlı yerdir ki, bunun da mənası “paltar yuyulan ərazi” deməkdir. Vaxtilə qadınlar burada-su ilə təchiz edilmiş yerdə paltar yuyurmuşlar. Muzeyin içərisində bir neçı səhəng, cürdək və qadın fiqurları-heykəlləri də var.
    Amma mənim söhbətim bu sadaladıqlarımın heç biri haqda deyil.
    Təbrizdən fərqli olaraq Zəncanda ucuz hotel tapmaq çətin iş idi. Burada bir gecə qalmaq haradasa ən yaxşı halda iyirmibeş-otuz manata başa gəlirdi. Təbrizdə isə bu qiymətlər beş manatdan başlayır.
    Şairə xanım yoluna rəvan oldu. Mən axtarıb-arayıb nisbətən ucuz hotel tapdım. Bu, nisbətən yüksəklikdə yerləşən, altı-yeddi mərtəbəli, müasir, zövqlə tikilmiş bir bina idi. Yeri gəlmişkən, aradan illər keçəndən sonra indi birdən xatırladım ki, hotellə üzbəüz köhnə binanın az qala quzulayıb tökülən divarına bir barelyef vurulmuşdu. Səhv etmirəmsə (yox, indi onu da xatırladım ki, səhv etmirəm) bu barelyef Şihabəddin Yəhya Suhrəvərdiyə məxsus idi və həmin küçə də böyük filosofun, işraqilik təliminin banısınin adını daşıyırdı. Bu, o zəka sahibidir ki, müasirləri onu "Şihab əl-millə və-l-haqq və-d-din", yəni millətin, haqqın və dinin axan ulduzu adlandırıblar.
    Hotelə daxil oldum. Foyedə görümlü yerdən asılmış zərli çərçivədəki bir kişi portret diqqəti çəkirdi. Az sonra məlum olacaqdı ki, həmin şəkildən boylanan yaraşıqlı, qəhvəyi bığlı, zövqlə avropasayağı kostyum geymiş və qalstuk bağlamış həmin kişi vaxtilə bu hoteli tikdirib, bir neçə il öncə rəhmətə gedib və indi buranın sahibi onun ailə üzvləridir.
    Məni haradasa otuz yaşlarında cavan bir oğlan qarşıladı. Azərbaycan dilində ala-yarımçıq cümlələrlə danışa bilirdi. Bir az gözləməyimi tövsiyyə etdi, bildirdi ki, indi bu işlərə baxan adam gələcək. Mənim haradan gəldiyimi biləndən sonra nəsə qaş-qabağını tökdü, hətta, təəssüf ifadə edəcək bir tərzdə başını yellətdi. Söhbət əsnasında onun incikliyinin səbəbi ilə maraqlandım. O, əvvəlcə bir söz deməsə də sonra aramızda belə bir dialoq oldu:
    -Ağa, Bakı mənim baba vətənimdir...
    -Bakı, yoxsa Azərbaycan?
    -Burada da Azərbaycan var, ona görə biz oraya Bakı deyirik. Hə, onu deyirəm, bir dəfə bir dostumla Bakıya getmək qərarına gəldik. Televizorda baxırıq, çox gözəl şəhərdir. Amma sizin gömrükdə bizi o qədər “yoxlamaya” tutdular ki, axırda bezib elə sərhəddən geri qayıtdıq... İndi hər il Yerevana gedirik. Orada bizə dəyib-dolaşan yoxdur.
    Təbii ki, mən bunun bir təsadüf olduğunu bildirdim. Qonaqpərvərliyimizi vurğuladım.
    Bu əsnada gözlədiyimiz adam, yəni oğlanın anası gəldi. Bu işvə-nazlı, yar-yaraşıqlı, şıq geyimli, başına açıq-yüngül çarşab atmış bir xanımdı. Onun iri-qara gözlərindən həyat eşqi çağlayırdı. Şirəli üzüm giləsini xatırladan qalın dodaqlarına yüngül boya çəkilmişdi. Təxminən əlli yaşı ola biləcək bu xanım sən demə elə şəkli divardan asılmış mərhumun dul arvadı, mənimlə söhbət edən gəncin anası imiş.
    Oğlan bizimlə xudahafizləşib getdi. Qadın kiməsə göstəriş verdi ki, mənimşün boş və münasib qiymətə bir oda tapsınlar.
    Bu naz-qəmzəli xanım əslən elə Bakıdan imiş. Onun ulu babası inqilabdan əvvəl İrana təşrif gətirmiş və daimi məskunlaşmışdır. Qadın çay sifariş verdi. O, arada üzünü, bəyaz boyun-boğazını əlindəki zətif yelpiklə havalandıraraq mənə oradan-buradan suallar verirdi.
    -Sən də Bakıda yaşayırsan? Hə? Bakı gözəl şəhərdir.
    -Bəli, gözəldir. Yəqin ki, televizorda görmüsüz?
    O, şaqqanaq çəkib güldü:
    -Nə televizor, canım? Biz üç-dörd il əvvəl Bakıda olmuşuq.
    -Həyat yoldaşınızla?
    O, bir qədər tutulub dedi:
    -Yox, ərim çoxdan ölüb...- Səsini bir az da yavaşıdıb əlavə etdi:- Mən oraya öz sevgilimlə getmişdim. Siz də sevgilimi deyirsiz?
    -Yəni məşuqunuzla?
    Xanımın rəngi açıldı:
    -Ay sağ ol.
    Foyedə təkcə ikimiz idik. Eşikdə avqust istisi tüğyan etsə də, içəridə xoş bir sərinlik hökm sürürdü. Arada tutqun çadralı bir qadın bizə çay gətirirdi. Belə anlarda Bakıya səfəri barədə danışan hotel sahibəsi söhbəti ya başqa istiqamətə yönəldir, ya da susurdu.
    -Hə, mən Bakıya öz məşuğumla getmişdim. O, məndən çox cavandır. Əsl pəhləvandır. Boy-buxunlu, enli çiyinli, uzun qollu... Söz vermişdi ki, daim bir yerdə olacağıq. Bütün Avropanı gəzmişdik onunla... Bütün xərcləri də mən çəkirdim. Burnundan gəlsin... Onun bircə vəzifəsi vardı-məni sevmək. Ondan ayrı bir şey ummurdum... Qızım Almaniyada Universitetdə oxuyur, indi tətilə gəlib, indi gəlib məni evə aparacaq. Ürəyimdən keçir ki, o da bir türklə ailə qursun... Hə, onu deyirəm, ağa, o alçaqla getmişdim Bakıya. Bilirsən harada qalırdıq? Ortasında böyük hovuz olan bağa yaxın yerdə. Şəhərin ən yaxşı¸ ən bahalı bir ərazisində. Yaxınlıqda bir kilsə də vardı...
    -Yəqin ki, Fəvvarələr bağının yaxınlığı olub...
    -Doğrudur. Dəniz də yaxınlıqda idi. Bir az aralıda bir Nizaminin və bir şairə xanımın heykəli, kitab dükanı...
    -Doğrudur. O şairə də Natəvan xanımdır...
    -Orada cəmi bir xanımın adı yadımda qalıb... İndi də tez-tez onun mahnılarına qulaq asıram. Özü də oxuyur ey: “Yandım, elə yandım”... Zeynəb...
    -Zeynəb Xanlarova.
    -Ay sağ ol. Bax o sanki mənim dilimdən deyir: “Yandım, elə yandım”... Bəli, mənim sinəmə dağ çəkdi o pədər süxtə...
    -İt oğlu...
    Gülüşdük.
    -Ağa, deyəsən bir az farsi bilirsən.
    -Yox... Deməzdim.
    -Hə, bax o it oğlu ilə belə günlər yaşadıq. Sonrası nə olsa yaxşıdır? Deyim sonrasını?
    -Özünüz bilən məsləhətdir.
    -O, gedib özündən çox-çox cavan, həm də zəngin bir qızla evləndi. Mənə dağ çəkdi. İndi mən də fürsət gəzirəm onun bağrina dağ çəkməyə...
    Bayaqdan deyib-gülən bu şad, nikbin xanımın səsi birdən – birə titrədi. İri-qara gözlərində sanki qəzəbli pələnglər oynadı. O, doluxsunmuş halda soruşdu:
    -Ağa, sən nə işin sahibisən?
    -Yazı-pozu adamıyam...
    -Kitab yazansan?
    -Bəli, təxminən elə bir iş...
    Xanım gözlərinin yaşını silərək dedi:
    -Artıq sənin otağın hazırdır. Get dincəl. Sabah sənə mübtəla olduğum bu acı eşqin mənim başıma açdığı oyunlardan yenə danışaram, istəyin olsa onları bir kitaba yazarsan...
    Mən sübh tezdən Tehrana yola düşdüm..

    Pəhləvilər türkdür
    (4)
    Bildiyimiz kimi, İranda Qacarilar sülaləsinın sonunci varisi Sultan Əhməd Şah Qacar (1897-1930) devriləndən sonra əvvəlcə Avropaya, sonra Amerikaya pənah apardı. O, çox gənc ikən Nyu-Yorkda vəfat etdi. Tezliklə hakimiyyətə pəhləvilər sülaləsiin banisi Rza şah Pəhləvi (1878-1941) gətirildi. Onun hakimiyyəti dövründə (1925-1941) İranda zülm və istibdad meydan sulamışdır. Rza Şahın daxildə mövqeyi müəyyən qədər möhkəmlənsə də, ona qarşı xarici təzyiqlər güclənirdi. Şah əslində fars şovinizminin əsas dayaqlarından biri idi. 2-ci Cahan savaşının başlanması Rza Şahın xanədanını xeyli dərəcədə zəiflətməyə başladı. İngiltərə və Rusiyanın təzyiqilə hakimiyyətdən devrilən Şahı əvvəlcə Mauritius adasına apardılar. Amma yad yerin tropik hava şəraitində o, tezliklə xəstələndi.
    Az sonra şahı “quru hava” olan yerə- Cənubi Afrakaya “etap etdilər”. Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda öldü. Onun nəşi Misirdə mumyalanmış və uzun illər Qahirədəki Əl-Rifanın məscidində gizli saxlanılmışdır. Aradan illər keçəndən sonra Rza Şahın yerinə gətirilən oğlu Məhəmməd Rza Pəhləvinin (1919-1980) səyi ilə “gizlədilmiş” mumiya İrana gətirilərək Ray şəhərində dəfn olunmuşdur. 1979-cu il İran inqilabından sonra onun mavzoleyi Ayətullah Xomeyninin razılığı ilə dağıdılıb məhv edildi.
    Dediyimiz kimi, Rza şah qatı şovinist, özü də İranda yaşayan türklərin qənimi idi.
    Bəs əslində Rza kimidi? O, Mazandaranda Türk ailəsində doğulmuşdur. Azərbaycan (türk) dilini də çox təmiz bilirdi. Onun atası Abbas Əli xan da təbii ki, türk dilinində danışır, öz ətrafı ilə bu dildə ünsiyyət qururdu. Abbas Əli hərbçi idi, yeddi oğul atası idi. İlk oğlunun adı Çıraq Əli, sonuncu oğlunun adı Rza idi- indi haqqında söhbət gedən gələcək şah. Şahın anası və arvadı da təmiz türk idi. Güman edilir ki, anası Gəncəbasarda (bəzi müddəalara görə İrəvanda) məşhur türk tayfalarından birində doğulmuşdur. Həmin xanım, yəni Nuşafirin Ayrımlı (Ayrumlu) rus istilasından sonra imkanlı ailə üzvləri ilə birgə indiki Şimalı Azərbaycandan indiki Cənubi Azərbaycana köçmüşdü. Şahın arvadı da həmin nəsildən idi. Belə ki, Nimtac Ayrımlı Tacilmülk xanım da (1896-1982) əslən türk idi, Bakıda İçərişəhərdə anadan olmuşdu. Onun atası hərbçi, rus çar ordusunun mayoru Teymur bəy Ayrımlı idi.
    Deməli, Rza Şahın oğlu və varisi Məhəmməd Rza Şah, necə deyərlər, “tərtəmiz” türk olub. Yaxşı bilirsiniz ki, sonuncu Şahın arvadı Fərəh (1938) Pəhləvi də milliyyətcə türkdür. Xanım hal-hazırda sağdır, Vaşinqtonda yaşayır.
    Gördüyümüz kimi, İranda uzun illər hakimiyyətin yüksək eşalonnunda türklər təmsil olunub. Amma, necə deyərlər, “çe fayda?” Elə indiki rəhbər də əslən Xaminədəndir. Xaminə isə bildiyiniz kimi, türklərin yaşadığı məkandır, böyük ədibimiz Mirzə Fətəlinin ata yurdudur.
    Belə nəticə hasil olunur ki, insan cismən deyil, ruhən bu və ya digər ideyaların, idealların, dilin, dinin, milliyyətin daşıyıcısı hesab olunur və olunmalıdır.
    Hələ orasını demirik ki, yəhudilərin yağı düşməni Adolf özü milliyyətcə yəhudi olub. Bunu təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Amma və lakin... Bu, başqa söhbətin mövzusudur.
    10.11.2024


    İranın dini lideri hansı əsərləri oxuyur?
    (5)

    Dediyindən belə çıxır ki, Xamenei yalnız dini əsərlər oxumaqla kifayətlənmir...
    Ayətullah Seyid Əli Hüseyni Xameneininin geniş mütaliə dairəsi və dünya ədəbiyyatına bələdliyi daim onun müsahiblərini, naşirləri və jurnalistləri heyrətləndirir.

    Qəribədir ki, teokratik bir dövlətin rəhbəri realist bədii əsərlərin oxusunu ön plana çəkir. Onun oxuduğu əsərlər arasında macəra romanları da az deyildir.
    Dini lider gəncliyində oxuduğu əsərlərdən söhbət açarkən deyir: “Mən dünya və İran ədəbiyyatının məşhur roman və povestlərini oxumağı həddən artıq sevirdim. Mişel Zevakonun (Zevako macəra romanlarının müəllifi kimi məşhur olan fransız yazıçısıdır- F.M.) bəlkə də bütün əsərlərini oxumuşam. Ata və oğul Dümaların romanlarını da oxumuşam. İran romanlarının hamısını və ya əksəriyyətni oxumuşam. Onları oxumaq insanın zehninə və qələminə böyük təsir edir”.
    Ayətullah Şərq ədəbiyyatına da yaxşı bələddir. O, yalnız dini əsərlər oxumaqla kifayətlənmir. Xamenei deyir: “Mən Misir, Şam və İraqın böyük və müasir yazıçı və şairlərini oxumuş və axtardığımı İraq şairi Məhəmməd Mehdi Cəvahirinin1 şeirlərində tapmışam... Xalqın əzab və arzularını səsləndirməsi də onun şeirinin dəyərli cəhətlərindəndir. Başqa bir xüsusiyyəti zalım hakimlərə qarşı cəsur mövqeyidir.
    O, bundan ötrü dəfələrlə həbs olunub. Livandan olan ədəbiyyatçı dostum mərhum Seyid Məhəmmədcavad Fəzlullah mənə Cəvahirinin inqilabi və siyasi düşüncələri haqda danışanda bu şairə hörmətim daha da artdı...”
    Xamenei klassik rus ədəbiyyatına yaxşı bələddir. O, qraf Lev Tolstoyun “Hərb və sülh” epopeyasını yüksək qiymətləndirir. Digər qrafın- Aleksey Tolstoyun “Əzablı yollarla” romanı da onun sevdiyi kitablardandır. İranın dini lideri deyir: “Aleksey Tolstoy çox yaxşı yazçıdır. O, inqilabı müdafiə edən Rusiya yazıçılarından biridir, onun əsərləri müasir epoxanın izlərini özündə əks etdirir”.
    Seyid Əli Hüseyni Xamenei böyük rus yazıçısı Mixail Şoloxovun yaradıcılığını xüsusilə yüksək qiymətləndirir. “Sakit Don” romanı Ayətullahın yüksək qiymətləndirdiyi əsərdir. O, əsər haqqında belə deyir: “Mən haradasa oxumuşdum ki, Şoloxov bu əsəri yazıb başa çatdırandan sonra onun nəşrinə izacə verməyiblər. O zaman Maksim Qorki israrla söyləyib ki, “Şoloxov-bizim adamdır, mən buna söz verirəm”. Şoloxov (O, Qazaxıstanda doğulmuşdu- nədənsə Ayətullah Xamenei belə demişdir) öz romanında Don kazaklarının həyat və ovqatını əks etdirmişdir”.
    Ayətullah Tehranda keçirilən 34-cü Beynəlxalq kitab yarmarkasında naşirləri vaxtilə oxuduğu kitabların kəmiyyəti ilə heyrətləndirmişdir. O, son illərdə daha çox memuarları oxumağa üstünlük verdiyini vurğulamışdır.
    Kitablardan tez-tez söhbət açan dini lider naşirlərə daim tövsiyə edir ki, uşaq və gənclər üçün kitabların çapına diqqət yetirsinlər.
    Ayətullah Xamenei kitabın əhəmiyyəti haqqında demişdir: "Kitab elm və biliklərin qapısıdır, yaxşı bir kitab isə insanın kamilliyə çatması üçün ən yaxşı vasitələrdən biridir".
    p.s.
    Bu ilin aprel ayında Ayətullah Seyid Əli Hüseyni Xameneininin 85 yaşı tamam olur. Dediyinə görə, o, bu yaşında da mütaliəni sevir.

    18.03.2024






    Faşizmi təbliğ edən nobelçi

    Knut Hamsun Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır.
    Bu adam açıq şəkildə faşizmi müdafiə edib. Mürtəce baxışları ilə fərqlənib. Hamsun yazırdı ki, sovet ayısının və Britaniya buldoqunun pəncəsindən хilas olmaq üçün Norveçin yeganə хilas yolu Hitlerlə müttəfiqlikdən keçir.
    Yazıçı bütün ömrü boyu nasizmə sadiq qalıb.
    İndi nə etməli?
    Knut Hamsunun adı dünya ədəbiyyatı tarixindən çıxarılmalımı?
    Ümumiyyətlə, yazıçı haqda necə, hansı yolla və nə cür qərar çıxarmaq olar?
    p.s.
    Yeri gəlmişkən, Knut Hamsun Bakıda da olmuş, bu barədə səyahət oçerki yazmışdır.
    Yazıçının yaradıcılığında mühüm yer tutan bir sıra əsərləri dilimizə uğurla rətcümə edilib.









    “Yekə döşlər, iri budlar”. Yox bir...
    Yadımdan çıxmamış sözümün lap əvvəlində onu deyim ki, bizdə əsərinə belə bir ad qoyan yazıçını hoydu-hoyduya götürər, linç edərdilər.
    Halbuki həmin əsərin müəllifi mühafizəkar bir məmləkətdə yaşayır.
    Hə orasını da deyim ki, əsərin başlığına çıxarılmış ifadələr sizin ağlınıza başqa bir fikir gətirməsin.

    Mo Yan məşhur Çin yazıçısıdır. 2012-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Onun haqqında yazanlar adətən yazıçını ya mahik realizmin, ya da hallüsinasiayalı realizmin nümayəndəsi hesab edirlər. Əslində o, həqiqətən realist yazıçıdır və özü də sərt realistik, lap elə məncə naturalist nəsrin nümayəndəsidir.
    Nobelçi yazıçının əsl adı Guan Moyedir. Özü də Çin kommunist partiyasının üzvüdür. Mo Yan onun təxəllüsdür, çin dilində mənası “sus”, “danışa” deməkdir.
    Mo Yan dünyada öz romanları ilə tanınır. Onun ən məşhur romanlarından birinin qəhrəmanı qadındır. Bu əsər rus dilində bu cür səslənir: «Большая грудь, широкий зад». Yazıçı haqda vikipediya bazasının Azərbaycan dilində gedən məlumatında həmin əsərin adı belə tərcümə edilib: “Yekə döşlər, iri budlar”. Bəlkə də bu cür təqdimatın üstündən sükutla keçmək olardı. Dərd orasındadır ki, ardınca həmin roman haqqında müxtəsər məlumatda oxuyuruq: “əsər qadın bədənindən bəhs edir”...
    Bu cür təqdimat təkcə vikipediyada gedən “məqalə”yə aid deyil. Az qala bütün qaynaqlarda əsərin adı və haqqında gedən məlumatlar bu minvalla biri-digərini təkrar edir.
    Zahirən romanın adı rus dilindən düzgün tərcümə edilib. “Yekə döşlər, iri budlar”... Amma tərcüməçilər yaxşı bilir ki, çox vaxt əsərin adı onun mahiyyətindən doğur. Buna aid istənilən qədər misal gətirmək olar. Məsələn digər Nobelçi Mixail Şoloxovun məşhur romanını (“Поднятая целина”) götürək.
    İlk variantlarda həmin əsərin adı “Şumlanmış torpaq” kimi getsə də, sonralar dilimizdə daha düzgün variant tapıldı: “Oyanmış torpaq”.
    Elə Mo Yanın romanını da diqqətlə oxuyandan sonra onun “adını” düzgün müəyyən etmək olardı. Bəli, onu da yazırlar ki, “əsər qadın bədənindən bəhs edir”. Qətiyyən... Bu, yazıçının əsərinə səviyyəsiz, biabırçı bir yanaşmadır. Necə yəni “əsər qadın bədənindən bəhs edir”... Yox bir...
    Yadımdadır, bir neçə il öncə əsər yüksək mükafata layiq görülən zaman ədəbiyyat sahəsində tanınan bir neçə “alim” vay-şüvən qoparmışdı ki, bəs Mo Yanın romanı başdan-ayağa parnoqrafiya və erotikadır...
    Yalandır.
    Çin yazıçısının haqqında bəhs etdiyimiz əsərinin qəhrəmanı, doğrudur, qadındır, orada sevgi də var, nifrət də, zorakılıq da... Amma, ancaq, fəqət, leyk və lakin... Bu, əsər qadın bədənindən bəhs etmir, ay alimi-biəməllər.
    Bir çox dünya klassiklərinin əsərləri ilə müqayisə olanan bu romanın qəhrəmanı min bir məhrumiyyətə dözən, necə deyərlər öz kirpiyi ilə od götürən, döşündən öz balalarına süd verən çinli qadın Şanquan anadır.
    Əsərdən belə bir ideya ortaya çıxır ki, qadın- xalq deməkdir, kişi isə ideya. Xalqla ideyanın birliyi, vəhdəti isə həmişə müsbət nəticə verə bilər.
    Qayıdaq romanın adına. Əsəri oxuyub başa vurduqdan sonra təqdim edilən ad və məzmunun düzgün olmadığı qənaətinə gəlirik. Və belə hesab edirik ki, haqqında bəhs etdiyimiz romanın adı belə tərcümə edilməlidir: “İri sinə, möhkəm arxa”. Buna bənzər digər variantlar da istina edilə bilməz...
    Etməyib tənbəllik əsərin Çin dilində adının necə olduğunu da tapdım və dilmanc vasitəsi ilə tərcümə etdim. Orijinalda adı verirəm, tərcüməsini isə özünüz taparsız: 莫言 “丰乳肥










    Rəhmətlik Kantın dediklərini xatırladım

    O, rasionalistlərlə empiristlər arasında mövcud olan çıxılmaz vəziyyətdən çıxış yolunu göstərməyə çalışırdı.
    Mən də hərdən bu fikrə gəlirəm ki, biz deyəsən çox praqmatikik. O qədər praqmatik ki, nəinki Kant, hətta bütün dünya materialistləri bizə qibtə edə bilər.
    Axı biz, adətən, təkcə təcrübədən keçirilənlərə inanırıq. Bəlkə də elə buna görə mücərrəd təfəkkürdən uzağıq.
    Çoxumuz yalnız əlimizlə toxunub gözümüzlə gördüyümüz nəsnələrin qeydinə qalırıq.
    Məsələn, ayağımız haqda düşünürük, ruhumuz haqda yox.
    Böyrəyimiz haqda düşünürük, vicdanımız haqda yox.
    Mədəmiz haqda düşünürük, məsləkimiz haqda yox.
    Qabırğamız haqda düşünürük, məramımız haqda yox.
    Qulağımız haqda düşünürük, insafımız haqda yox.
    Dişlərimiz haqda düşünürük, imanımız haqda yox.
    Amma əslində hər şey bir azca başqa cür olmalıdır.
    Yəni, dediyim odur ki, bu “görünməyən” nəsnələri daha çox görməyimiz lazım.



    Marksın “gizli” sevgisi

    Engelsin dostuna və dostluqda böyük sədaqəti
    Dahilərin, klassiklrin çoxu təkcə yazıb-yaratdıqları ilə deyil, həm də həyatları ilə maraqlıdır.
    Karl Marks (Karl Henrix Marks) da həmin cərgədədir.
    Ola bilsin, Kimsə Marksın adını eşidib(oxuyub) dodaq büzsün... Bu, olan işdir. Belələrinin haqqı da var Marksa müəyyən “əmma” qoymağa... Marks özü polemikanı sevirdi...
    Mən uzun illər aspirantlara və tələbələrə “Marksizm- leninizm fəlsəfəsinin əsasları”ndan dərs demişəm. Amma özümü nə marksist, nə də leninçi hesab etmişəm. Zatən o vaxtlat başqa bir fəlsəfə dərsliyi də mövcud deyildi. Əslində həmin predmet fəlsəfə tarixi hesab oluna bilərdi. Və yenə əslində, nə Marks filosof olub, nə də Lenin. Marks iqtisadçı, Lenin inqilabçı-hüquqşünas-sosiloq idi və özünü “jurnalist” hesab edirdi. Onların heç bir fəlsəfi nəzəriyyəsi olmayıb. Hətta, bəzi mühazirə saatlarında və çıxışlarımda bu konuda fikirlərimə, həmin “klassikləri” arada tənqid etdiyimə görə töhmətləndirilmişəm də... Zira onlar Sovetlərdə canlı adamdan daha çox, büt kimi təqdim edilirdi. Mən isə canlı, yaşarı Marksı təqdim etmək fikrində olmuşam. Həm də filosof kimi yox, iqtisadçı kimi...
    Bu bir başqa mövzu.
    Bəli, həyatı maraq doğuran tarixi şəxsiyyətlərdən biri Karl Marksdır.
    Mən bu kiçik qeydlərdə Marksın bütöv həyatı haqda deyil, sevgisi və məşuqəsi (sevgilisi) haqda müxtəsər danışmaq istəyirəm.
    Karlın arvadı Jenni Marks ərindən dörd yaş böyük idi. Onların arasında odlu-alovlu eşq yaşanmışdır. Jenni advokat qızı idi, aristokrat (vəkil) ailədən çıxmışdı.
    Valideynləri razı olmasalar da gənclər tez ailə qurdular. Onda Karlın cəmi 18 yaşı vardı. Ona rənginin tutqunluğuna, qatran rəngli saç-saqqalına görə “Mavr” deyirdilər. O, gəncliyində şeir yazırdı, məşhur şair Henrix Hayne (Heyne) ilə uzaq qohum idi. Tezliklə gənc ailədə dörd uşaq dünyaya göz açdı. Onlardan biri –Foksik adlı oğlan uşağı dünyadan tez köçdü. Qızları- Jenni, Laura və Eleonora yaxşı tərbiyə aldılar, öz dövrlərinin məşhur simaları ilə ailə qurdular...
    Bütün bunlar məlum.
    Ailəsinə sədaqətli olan Marksın məşhur bir ifadəsi var: “Я человек, и ничто человеческое мне не чуждо” (“Mən insanam, insana xas olan heç nə mənə yad deyil”). Bəli, Marks insan idi və insani səhvlərdən xali deyildi.
    İstərdim ki, proletariatın dahi rəhbərinin bir “səhvi” haqda söhbət açım. Məsələ burasındadır ki, Marsın gizli sevgisi də vardı. Həm də məsələ orasında idi ki, Marksların evində gənc qulluqçu xanım qulluqçuluq edirdi. Bu, Yelena Demut adlı xanım idi. Evdə onu Lenxen deyə çağırırdılar. Əlbəttə, qulluqçu saxlamağa Marksın maddi imkanı yox idi. Kitablardan çox cüzi qonorar alıdı. Onun ailəsin qayğısını sadiq dostu Fridrix Engels çəkirdi. Çox güman ki, Engels olmasaydı Marks bizə məlum Marks olmayacaqdı. Amma...
    Tezliklə Marksla ev qulluqçusu arasında gizli bir eşq macərası yaşandı. Qadın hamilə oldu və dünyaya bir oğlan uşağı gətirdi. Marks çıxılmaz vəziyyətdə qalmışdı. Jenni ərindən şübhələnməyə, ona eyhamlı işarələr vurmağa başladı. Məsələdən agah olan Fridrix Engels dostunun köməyinə çatdı. O, Jennini inandıra bildi ki, uşağın atası Marks yox, o, özüdür. Yəni Engelsdir. Jenni bir daha bu mövzuya qayıtmadı. Ailəni qorumağa çalışan bütün ağıllı qadınlar kimi, o, “Mavrın” üstünə gəlmədi. Sonralar həmin uşaq böyüdü. Və həyatının sonunacan Engelsi öz atası hesab etdi. Bu uşaq, sonralar fəhlə hərəkatının fəal üzvü olmuş Henri Frederik Lüis adlı inqilabçı idi. Nəhəng tekstil fabrikin sahibinin oğlu, sadiq dost Engels ömrünün sonunacan Marksın “gizli” sevgilisinə və uşağına qayğı göstərdi.
    Bəzi tədqiqatçılar Engelsin həyatına kölgə salaraq onun Yelena ilə əlaqəsinin olduğunu iddia edirlər. Amma bu, səhv informasiyadır. Məsələ burasındadır ki, Engels Meri BöRns adlı-soyadlı xanımı sevmişdir. Meri 41 yaşında vəfat etmiş və bu, Engelsə çox təsir etmişdi. Bir müddət tənha qalan Engels sonralar Merinin bacısı Lizzi Börns ilə birgə yaşamağa balamışdır.
    Engels yalnız öz əcəlinə bir neçə saat qalmış, yəni ölüm yatağında sevgilisi Lizzi ilə evliliyini, nigahını rəsmiləşdirmişdir...
    O ki qaldı Marksın gizli sevgilisi Yelena Demuta, o, uzun bir ömür yaşadı və öləndə Marksın qəbrinin böyründə dəfn olundu...

























    Stalinin qızı
    Svetlana Alliluyevanın sevgililəri

    Mən tarixi-sənədli bir əsər üzərində işləyirəm. Personajlar sırasında inqilabi fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.
    Haqqında söhbət açdığımız Svetlana Alliluyeva bu məşhur ailənin övladıdır. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq Stalinin qızı haqda kiçik qeydləri təqdim edirəm. Svetlananın anası Nadejda Alliluyeva 1932 ci ildə intihar edəndə qızçığazın yeddi yaşı vardı. İlk illər ona demişdilər ki, anası xəstəlikdən ölüb. Sveta sonralar anasının özünü güllə ilə ilə vurub öldürdüyünü biləndə sarsılmışdı. Stalinin qızı sonralar yazırdı: “Təki mənim atam Baş katibə yox, adı bir dülgərə ərə gedəydi”.
    Svetlana təbiətən sərbəst, habelə hökmlü bir qızdı.
    Stalinin sevimli qızı hələ 14 yaşında olarkən Beriyanın oğlu Serqoya vurulmuşdu. Amma oğlan Stalinin qızından iki yaş böyük idi. Bir müddət sonra Serqo Lavrentyeviç məşhur proletar ədib Maksim Qorkinin nəvəsi Marfa Peşkovla evləndi.
    Qorkinin nəvəsi çox gözəl və “modnitsa” idi. Svetlana isə rəftar və geyimində sadəliyi sevirdi. Məsələ budur ki, hər iki məşhur sinanın qızları zaman keçdikcə bir-birinə daha çox nifrət etməyə başladı.
    İlk yeniyetməlik eşqinin oxu daşa dəyən Svetlana 17 yaşında olarkən o zaman tanınmış dramaturq Aleksey Kaplerlə sevişməyə başladı. O zaman Kaplerin 40 yaşı vardı. Kapler “Lenin Oktyabrda” adlı məşhur filmin ssenari müəllifi idi. Kapler Svetanın qardaşı Vasilinin dostu idi. Stalin məktəbli qızının yəhudi əsilli, həm də yaşlı bir adamla sevişdiyini biləndə bərk qəzəbləndi. Az sonra yazıçını “ingilis şpionluğunda” günahlandırıb Vorkuta sürgün etdilər. Kapler orada ağır şəraitdə, xüsusi xidmət orqanlarının təzyiqi altda yaşmağa başladı. O zaman başqa cür ola da bilməzdi. Onlar, bu iki sevgili, bir də Stalinin ölümündən sonra təzədən görüşə bildilər.
    Stalin qızının müstəqil ailə həyatı qurmasını, ümumiyyətlə azadlıqsevərliyini, təqdir etmirdi. Amma Svetlana da Svetlana idi. O, hələ MDU-da təhsil alarkən yenə öz qardaşının tələbə dostu Qriqori Morozovla ailə qurdu. Bu, onun ilk rəsmi nikahı idi. Oğlan Stalinin qızından ötrü dəli-divanə idi. Amma Sveta öz ərinə qarşı soyuq idi. Tezliklə onların övladı oldu. Uşağın adını dahi rəhbərin şərəfinə İosif qoydular.
    Stalin öz nəvəsini sevmirdu, çünki uşağın atası yəhudi idi.
    Qriqori uşaqcanlı idi. İstəyirdi ki, çoxuşaqlı ata olsun. Amma Svetlana ərinin arzusunun xilafına olaraq çox uşaq istəmirdi. Alliluyeva Morozovla yaşayarkən beş dəfə abort etdirdi.
    Svetlana atasının təhriki ilə Qrişadan ayrılmalı oldu. Oğlu Yosenin (İosifin) iki yaşı olanda o, Yuri Jdanovla ailə qurdu. Yurinin atası Andrey Jdanov Mərkəzi Komitə katibi, üstəlik də Stalinin yaxın dostu və silahdaşı idi. Bu izdivac valideynlərin arzusu ilə baş tutmuşdu. Tezliklə onların bu evlilikdən Katya adlı qızları dünyaya gəldi. Amma Svetlana ərini sevmirdi. Onun bütün günü restoran və gənclərin şənlik məclislərində keçirdi. Tezliklə ailə dağıldı. “Ellər atası” bu dəfə boşanmaya sakit yanaşdı, onsuz da böyük ölkənin problemləri az deyildi.
    Svetlana 1956-cı ildə yeni eşqə mübtəla oldu. Bu, onun uşaqlıqdan tanıdığı Svanidze idi. Oğlanın adı Conrid idi. Bu ad ona məşdur amerikan jurnalisti Con Ridin şərəfinə qoyulmuşdu. Məsələ burasında idi ki, Conrid Stalinin birinci arvadının qardaşı oğlu idi. Yəni Svetanın ögey bibisi oğlu. Svanidzenin valideynləri 1938-ci ildə həbs edilərkən öz övladlarından imtina etməli olmuşdular. Conrid uzun illər həbsdə və sürgündə olmuşdu. 1954-cü ildə sürgündən qayıdıb Moskvaya gəlmiş, Xruşşovun şəxsi göstərişi ilə ona mənzil verilmişdi. Svanidze Svetlana ilə 1957-ci ildə ailə qurdu. İki ildən sonra onlar ayrıldılar.
    Svetlana Alliluyeva dördüncü dəfə hind vətəndaşı Braceş Sinqxlə ailə qurdu. Bu adam Moskvaya müalicə üçün gəlmişdi. Kommunist idi. Varlı ailədən çıxmışdı. Alliluyevadan 26 yaş böyük idi. Kreml bu evlənmənin əleyhinə idi. Axı bu necə ola bilər ki, Stalinin qızı xarici vətəndaşla ailə qursun? Amma Sveta öz istəyində möhkəm idi. Ərini də sevirdi. Halbuki Sinqx ağır xəstə idi. Onlar dörd il birgə yaşadılar. 1967-ci ildə Sinqx öldü. Svetlana onu dəfn etmək üçün Hindistana getdi. Amma onun sevgi macəraları davam edirdi.
    Svetlana beşinci dəfə 1970-ci ildə amerikalı memar Uilyam Piterslə ailə qurdu. Onun Olqa Piters adlı qızı oldu. Sonralar həmin qız Kris Evans kimi tanındı.
    1988-ci ildə Svetlana Alliluyeva texaslı Tom Ternerlə yeni ailə qurur. Tom ondan on yaş kiçik idi. Amma evlilikdən bir neçə ay sonra Tom öldü.
    İngiltərədəki meksikalı diplomat Raul Ortiz də Svetlananın son ərlərindən biri idi. Yaşı altmışı keçmiş bu adam yüksək təhsil və mədəniyyət sahibi idi.
    Bütün bunlardan başqa müxtəlif mərhələlərdə Svetlana Alliluyeva müxtəlif adamlarla eşq həyatı yaşayıb. Bunlara misal olaraq məşhur tənqidçi və yazıçı Andrey Sinyavskini göstərmək olar. Bu adam Abram Terts imzası ilə də tanınır.
    Daha bir tanınmış şəxs, məşhur rus şairi David Samoylov Svetanın sevgililərindən biri idi.
    Amerikalı jurnalist Luis Fişer, rus şair və yazıçısı Vladimir Solouxin, jurnalist Dmitri Pisrevski, amerikan iş adamı Ues, redaktor Rozamond Riçardson, Başnell də Svetlana Alliluyevanın sevgililəri olmuşdu.
    Dahi rəhbərin qızı 2011-ci ildə Amerikada Viskonsin ştatında vəfat edib.




























    Stalinin arvadı
    Nadejda Alliluyevanın faciəli həyatı

    Məlumat verildiyi kimi, 20-ci il hadisələri ilə bağlı tarixi-sənədli əsər üzərində işləyirəm. Personajların sırasında fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.
    Stalinin ikinci arvadı Nadejda Sergeyevna Alliluyeva 1901-ci ildə Bakıda doğulmuşdu. Onun atası Sergey Yakovleviç peşəkar inqilabçı idi.
    Nadejdanın damarında gürcü, alman və qaraçı qanı qarışıb birləşmişdi. O, çılğın, söz götürməyən, təvazökar, azadlıqsevən bir qızdı.
    Stalinlə Sergey köhnənin tanışları idilər. Hətta, Nadejda uşaq olarkən gənc Koba bir müddət Bakıda onların evində yaşamışdı. Bir çox tarixçilər gənc inqilabçı ilə yaşlı Sergeyin arvadı Olqanın çox yaxın münasibətdə olduğunu da yazırlar. Onlar yaşıd idilər. Olqanın əri Sergey Alliluyev gənclərin bu “dostluğuna” xüsusi bir əhəmiyyət vermirdi.
    Stalinlə Nadejda 1918-ci ildə ailə qurdular. Bu zaman Stalinin otuz doqquz, Nadejdanın on yeddi yaşı vardı.
    Bu izdivacdan onların iki övladı dünyaya gəlmişdi: Vasili və Svetlana.
    Nadejda bir müddət milli münasibətlər komissarlığında Stalinin yanında, habelə “İnqilab və mədəniyyət” jurnalında, “Pravda” qəzetində işləmişdi. Onun fəaliyyətinin böyük bir qismi Xalq Komissarları Soveti ilə bağlı olub. Məlumdur ki, XKS-nin sədri Lenin idi. Nadejda Semyonovna burada Leninin katibliyində çalışırdı. Hətta, deyilənə görə, Stalin öz arvadı vasitəsilə Leninə gələn gizli, məxfi məgtubları əldə edərək qarşılayıcı tədbirlər görürmüş.
    Stalin kobud, kinli, qisasçı bir adamdı. Məsələn, 0 1921-ci ildə bir müddət arvadı ilə danışmadı. Səbəb də bu idi ki, niyə arvadı ona “siz” deyə müraciət edir. Hətta, həmin il Nadejda partiyadan azad edilib bir müddət sonra yenidən bərpa olunmuşdu. Bütün bu baş verənlərdə Stalinin rəyi yox deyildi.
    Bir dəfə növbəti ailə mübahisəsi zamanı Nadejda ərinə demişdi: “Sən başqasına əzab verməkdən həzz alırsan. Öz öğlunu, öz arvadını, hətta bütün ölkəni əzməkdən feyziyab olursan”.
    Nadejda “Promakakdemiya”da oxuyarkən çoxları, daha doğrusu rektordan başqa heç kəs, bu qadının Stalinin advadı olduğunu bilmirdi. Nadejda öz soyadını da dəyişməmişdi, qızlıq familiyasını saxlamışdı. İşə və dərsə ictimai nəqliyyatla gedib-gəlirdi.
    Zəruri qeyd. Sonralar Sov. İKP MK-nın lideri olmuş Nikita Sergeyeviç Xruşşov Nadejdanın tələbə yoldaşı olmuşdu. O zaman gənc Xruşşovu öz ərinə məhz Nadejda təqdim etmişdi.
    Nadejda Alliluyeva təbiətən ürəyiyumşaq, emosional bir qadındı. O, özünün bir neçə tələbə və iş yoldaşlarını dəfələrlə repressiyanın cəngindən xilas edə bilmişdi. Amma bəzən cəza idarələri onu eşitmirdi. Bir dəfə növbəti xahiş zamanı OQPU-nun rəhbəri Henrix Yaqoda onun xahişini yerinə yetirməkdən imtina edərək demişdi: “Mən artıq heç nə edə bilmərəm. Çox şey mənim imkanım xaricindədir”.
    O, Leninqradda yaşayan valideynlərinə, Xarkovdakı bacısına tez-tez baş çəkirdi. Daim sadə adamların arasında olurdu. Ölkədə baş verən faciələrin, yaranan xofun, həyata keçirilən repressiv tədbirlərin şahidi kimi hədsiz əzab çəkirdi. O, yeganə adam idi ki, ərinə öz iradını deyə bilirdi. Bu “iradlara” görə Stalin onu bir neçə dəfə təhqir etmişdi.
    Nadejda Alliluyevanın iki yaxın rəfiqəsi vardı. Sonralar Stalin hər iki qadını amansız şəkildə cəzalandırdı. Bunlardan biri Polina Semyonovna Jemçujina idi. Bu qadın Stalinin silahdaşı, SSRİ-nin Xarici İşlər naziri və Baş naziri olmuş Vyeçeslav Molotovun arvadı idi.
    Zəruri qeyd. Jemçujinanın əsl ad –soyadı Perl Karpovskayadır. Yəhudi dərzinin ailəsində doğulub. 1921-ci ildə Vyaçeslav Mixayloviç Molotovla ailə qurub. Stalinin arvadı Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub. Jemçujina yüksək dövlət postlarında olub. SSRİ balıq sənayesi naziri, habelə yüngül sənaye naziri vəzifəsində çalışıb.
    1948-ci ildə partiyadan xaric edilmiş, 1949-cu ildə “yəhudi millitçiləri ilə uzun illər cinayət əlaqəsinə görə” maddəsi ilə həbs olunub. Onunla bərabər bir sıra yaxın qohumları, habelə qardaş və bacısı da həbs edilmiş və məhbəsdə həlak olmuşlar. Stalin ölən günün səhəri Beriyanın əmri ilə həbsdən azad olunaraq partiyaya bərpa olundu. Ömrünün sonunacan Stalin ideyalarına sadiq qalıb.1970-ci ildə vəfat edib.
    Nadejdanın digər rəfiqəsi Stalinin əvvəlki arvadının qardaşı Aleksandrın həyat yoldaşı Mariya idi.
    Zəruri qeyd. Opera müğənnisi Mariya Anisimovna Svanidze (Korona) 1939-cu ildə həbs olunmuş, 1942-ci il mart ayının üçündə “NKVD”-nin çıxardığı qərara əsasən güllələnib.Onun bacısı Mariko da “xalq düşməni” kimi ölümə məhkum olunub.
    Aleksandr Semyonoviç Svanidze 1886-cı ildə Gürcüstanda doğulub. Stalinin birinci arvadının qardaşı, opera müğənnisi Mariya Anisimovna Svanidzenin (Korona) əri. Stalinin ən yaxın dostlarından biri.Tanınmış bolşevik, tarixçi və iqtisadçı. Şota Rustavelinin “Pələng dərizi geymiş pəhləvan” poemasını gürcü dilindən ruscaya tərcümə edib. 1937-ci ildə ildə “yejovçu” və “alman casusu” kimi şərlənərək həbs olunmuşdu. Həbsxanada ona təklif olunub ki, Stalinin adına əfv məktubu yazsa, qaynı onu bağışlayacaq. Aleksandr Semyonoviç əsəbiləşərək deyib: “Axı mən Stalindən nə üçün əfv olunmağımı xahiş etməliyəm?Bəyəm bir cinayətim olub?” O, bağışlanma xahişi etmədi. Müharibə başlayandan az sonra, 1941-ci il avqust ayının 20-də güllələndi. Stalin qaynının əfv ərizəsi yazmadığını eşidərkən istehza ilə belə deyib: “Bir buna bax, gör necə qürurludur, ölümü xahişdən üstün bilib”.
    İntihara səbəb kimi bir gün əvvəl -1932-ci il noyabrın 7-də Voroşilovun mənzilində ziyafət zamanı ər-arvad arasındakı kiçik mübahisə də qeyd olunur. Bütün partiya rəhbərliyi Kliment Varaşılovun evinə toplaşıb inqilabın onbeş illiyini qeyd edirdi. Məclisdə Nadejdadan başqa hamı içirdi. Stalin guya zarafat edirmiş kimi narıngi qabığını arvadının üstünə ataraq qışqıb: “Ey, sən də iç”. Qadın əsəbiləşib ona sərt cavab vermişdi: “Mən səninçün nə “ey”əm, nə də “sən”...
    Deyilənə görə, Nadejda Alliluyeva mübahisədən sonra ziyafəti əsəbi halda tərk edərək evə qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da, o, bu zənglərə məhəl qoymayıb. Stalin səhərisi gün də evə gəlib çıxmadı. O, sonralar nəzarətçilərin dediyi kimi, sevdiyi xanımın yanına gedibmiş.
    Zəruri qeyd. Həmin xanım məşhur opera müğənnisi Vara Davıdova olub. Onun əsl soyadı Mçedlidze idi.
    Təbiəti etibarilə çox ailəcanlı və qısqanc Nadya ərinin müğənniyə sevgisindən xəbərdar idi. Noyabrın səkkizindən doqquzuna keçən gün gecə saatlarında Alliluyeva vaxtilə ona hədiyyə olunmuş silahı -“Valter” tapançasını əlinə götürüb alnına dirədi. İntihar etdi.
    Səhərisi günsə bayram konserti olacaqdı.
    Nadejda Alliluyevanın xaç atası görkəmli partiya və dövlət xadimi Avel Safranoviç Yenukidze olmuşdu. Stalin arvadı dəfn olunan gün Yenukidzeni çağırıb dedi: “Onu sən xtistian etmisən, get indi özün dəfn elə”.
    Zəruri qeyd. Yenukidze 1937-ci ildə “xalq düşməni” kimi güllələndi.
    Nadejda Alliluyevanın intiharı və ya öldürülməsi ilə bağlı hələ Stalinin öz sağlığında çoxlu fikir və şayiələr yayılmışdı.
    Rəsmi “Pravda” qəzetində Stalinə verilən başsağlığında Alliluyevanın kor bağırsaqdan əməliyyat olunarkən vəfat etdiyi göstərilirdi.
    Müəmmalı olümlə bağlı digər versiyalar da mövcuddur. Hətta, deyilir ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonnı güllələyib.
    Bəziləri Alliluyevanın özünü öldürməsinin səbəbini ərinin törətdiyi repressiyaların doğurduğu dəhşətlərlə bağlayırlar.
    Nadejdanın, hətta, Stalinin birinci nikahdan doğulmuş oğlu Yakovla yaxın əlaqəsinin olduğunu və buna görə hiddətlənən Stalinin özü tərəfindən güllələndiyini deyənlər də var.
    Nadejdanın yaxın rəfiqəsi və Stalinin qaynı arvadı, bayaq haqqında söhbət açdığımız Mariya Svanidze öz gündəliyində yazırdı ki, bu hadisədən- arvadının özünü öldürməsindən Stalin hədsiz dərəcədə sarsılmışdı. Həmin xanım onu da yazır ki, Nadejda son vaxtlar erkən klimaks və kəskin başağrılarından əziyyət çəkirdi.
    Stalinin qızı Svetlananın yazdığına görə bu intihara səbəb onun anasının psixoloji halı-səhhəti ilə bağlı olub.
    Həmin məclisdə iştirak edən Molotov öz gündəliyində bu intiharı qısqanclıqla bağlayır və yazırdı: “Onun damarından qaraçı qanı axır”.
    Stalinin arvadının dəfni noyabrın onbirində baş tutdu. O, Novodeviçye qəbristanlığında torpağa tapşırıldı.
    Stalinin bioqrafiyasının tədqiqatçısı Dmitri Volkaqonov yazır ki, Nadejda ərinə ölümqabağı məktub yazıbmış. Sonralar bu məktub yoxa çıxdı.
    Stalin arvadının atəş açdığı tapançanı əlinə alaraq demişdi: “Bu ki, oyuncaq bir tapançadır... Hər halda mən pis ər olmuşam, onu kinoya aparmağa vaxt ayırmamışam”.
    Bir çoxları “ellər atasının” dəfndə iştirak etmədiyini yazsalar da, bu yanlış informasiya sayıla bilər; çünki Baş katibib cangüdəni yazır ki, Stalin öz arvadının dəfndə sonacan iştirak etmişdi.
    Bir müddət sonra Nadejda Alliluyevanın məzarının üstündə ağ mərmərdən heykəl qoyuldu. Orada bu sözlər yazılmışdı : “Nadejda Sergeyevna Alliluyeva-Stalina / 1901—1932 / ÜK(b)P –nin üzvü. İ.V. Stalindən xatirə”.
    Arvadını ölümündən sonra Stalin Nadejda Sergeyevnanın qardaşı Pavelgilə tez-tez baş çəkməyə başladı. Çoxları bunu dahi rəhbərin öz qohumlarına diqqəti kimi qəbul edirdi. Amma əslində bu get-gəlin səbəbi ayrı şey idi: Stalin öz qaynı arvadı Yevgeniya Alliluyevaya vurulmuşdu. Əlbəttə, açıqfikirlı, düzünəqulu Yevgeniya Stalinin bu arzusuna “yox” cavabı vermiş, onu az qala evdən qovmuşdu. Bu imtinanın bədəli faciəvi sonluqla ödənildi. Yevgeniya Alliluyeva və qızı Kira “xalq düşməni” kimi həbs edildi, əri Pavel Alliluyev isə zəhərlənib öldürüldü.
    “Ellər atasının” ailə dramı haqda kifayət qədər kitablar yazılmış, filmlər çəkilmişdir.





















    Stalinin oğlu
    və
    Hitlerin bacısı oğlu...

    Yeni tarixi əsər üzərində işləyərkən Stalinin oğlu ilə bağlı əksəriyyətinizin bildiyi bir faktı təzədən araşdırmalı oldum.
    Yakov Cuqaşvili 1941-ci ilin yay aylarında qanlı Smolensk döyüşlərinin birində əsir düşür. Əsir Yakov Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilir. Almanlar Yakovu Stalinqrad döyüşü zamanı sovet ordusuna əsir düşmüş feldmarşal Fredrik Paulus ilə dəyişdirmək istəyirlər. Mənbələrdə Stalinin bu təklifə müxtəlif cavablar verdiyi göstərilmişdir. Həmin cavablardan ən məşhuru budur: “Bir feldmarşalı leytenanta dəyişmərəm”. Digər bir cavab: “Yakov kimi milyonlarla oğlum var. Ya onları da Yakov ilə birlikdə azad edərsiniz, ya da oğlum onlarla eyni taleni yaşamalıdır”-olmuşdur.
    A m m a mənim diqqətimi vacib bir i n f o r m a s i ya cəlb etdi. Hələlik fakt kimi tam təsdiqlənməmiş bir mülahizəyə görə, Adolf Hitler sovet əsirliyində olan bacısı oğlu Leo Raubalı Stalinin oğlu Yakov ilə dəyişdirmək istəmiş, ancaq bu təklif də Stalin tərəfdindən rədd edilmişdir.
    Yakov Cuqaşvili Zaksenhauzen həbs düşərgəsində saxlanılan zaman düşərgədən qaçmaq istəyərkən elektrik tellərinə toxunaraq həlak olmuşdur.

    p.s.
    Yakov 1925-ci ildə 18 yaşı olarkən, 16 yaşlı yəhudi qızı Zoya Qunina ilə evlənmişdi. Stalin oğlunun bu nikahına qarşı çıxır. Yakov əsəbiləşib özünü güllə ilə vurur və sağ qalır. Stalin istehza ilə deyir ki, “bu heç düz-əməlli atəş də aça bilmir”.
    Stalin oğlunu o qədər də sevmirdi. Hətta,deyilənə görə ikinci arvadı Nadejdanı öz oğluna qısqanırdı.
    Sonralar Yakov artilleriya akademiyasına daxil olur. 30-cu illərin əvvəllərində Yakov Olqa Pavlovna Qolışeva ilə tanış olur. Qız Moskvaya Urüpinskdən –Stalinqrad oblastından gəlmişdi. Amma onlar az müddətdən sonra ayrıldılar. 10 yanvar 1936-cı il tarixdə onların Yevgeni adlı övladları dünyaya gəldi.
    1936-cı ildə Yakov balerina Yuli Meltserlə evləndi. Yakov balerinanın əri Nikolay Bessarabla əlbəyaxa vuruşmuş, nəhayət, öz istəyinə nail olmuşdu. Onların bu nikahdan Qalina adlı qızları doğulmuşdu. Nikolay Bessarab sonradan həbs edilərək öldürüldü.

    28.10. 16






    “Görəsən Stalin Feyxtvangeri dolayıb,
    yoxsa suala səmimi cavab verib?”

    Stalin mütaliə etməyi çox sevir, yazıçılarla ünsiyyətdən imtina etmirdi. Görünür, tiranların da öz müsbət səciyyəli hobbiləri olur.
    Dünyaca məşhur alman yazıçısı Lion Feyxtvanger Adolf Hitler hakimiyyətə gələn zaman vətənindən qovulmuş, əvəlcə Fransada, sonra ABŞ-da emiqrasiya həyatı yaşamışdır. 1936-cı ilin sonlarında Moskvaya gələrkən o, Stalinlə görüşmüş və bu zaman “ellər atasından” soruşmuşdu: “Cənab Baş katib, nə üçün bütün küçələrdən və eyvanlardan bığlı bir adamın hədsiz dərəcədə nəhəng portretləri asılıb?”
    Stalinin qısa cavabı belə olub: “Onlar axmaqdırlar. Bizim aramızda elə adamlar var ki, öz sədaqətlərini bildirmək üçün dəridən-qabıqdan çıxırlar. Amma əslində bir nəfər yaltaqlanan axmaq, yüz nəfər düşməndən daha artıq zərər vurur”.
    Rusiyanın tarixçi və sosioloqları çoxdan bəri bu cavab ətrafında baş sındırır və cavab əvəzinə sual verirlər: “Görəsən Baş katib yazıçısı Lion Feyxtvangeri dolayıb, yoxsa suala səmimi cavab verib?”

    p.s.
    Yeri gəlmişkən, Lion Feyxtvangerin bir çox əsərləri dilimizə tərcümə olunub. Xüsusilə onun "Qəribə adamın müdrikliyi, yaxud Jan Jak Russonun ölümü və ölməzliyi" əsəri çox məşhurdur. Qəribədir ki, mən bu qalın sənədli romanı hələ ibtidai sinifdə oxuyarkən mütaliə etmişəm...


























    “Leninlə yatmaq...”

    Stalin öz əsərlərində Lenini az qala bütləşdirsə də, dahi rəhbərin xanımı Nadejda Krupskayanı qətiyyən sevmirdi. Bu nifrət qarşılıqlı idi. Hələ 20-ci illərin əvvəllərində Stalinin belə bir frazası öz yaxın əhatəsindəki adamlara yaxşı tanış idi:
    "Спать с Лениным еще не значит разбираться в ленинизме!» ("Leninlə yatmaq hələ leninizmdən baş çıxarmaq demək deyildir").
    p.s.
    Bəzi tarixçilərin yazdığına görə, N.Krupskayanın 70 illiyi münasibəti ilə göndərilmiş tortu yeyəndən sonra Leninin arvadı zəhərlənib ölmüşdü. Tortu Stalin göndərmişdi. Amma rəsmi nekroloqda Nadejda Konstantinovnanın “ürək çatışmazlığından” vəfat etdiyi göstərilirdi.













    Trotskinin Türkiyədəki evi

    İnqilab “iblisinin” İstanbul yaxınlığındakı
    “uzaq yaşıl ada”dakı evi barədə qeydlər

    Trotskinin bir müddət Türkiyədə, İstanbul civarındakı bir adada yaşadığı barədə çoxdan məlumatlı idim. Moskvada nəşr edilən “Arqumentı i faktı” qəzetində və “Oqonyok” jurnalında Sovet dövrünün sonlarında bu barədə tez-tez yazırdılar.
    İş elə gətirdi ki, haqqında oxuduğum o yerləri az qala otuz il sonra görmək mənə müyəssər oldu.
    Bilənlər bilir: Lev Trotski Sovet hökumətini quranlardan biridir. Kompartiyanın gələcək Baş katibi Stalin hələ 1918-ci ilin noyabrında Rusiyada Sosialist inqilabının qələbəsinin bir illiyi münasibətilə yazdığı məqalədə Sovet dövlətinin yaranmasını iki adamın adıyla bağlayırdı. Bu iki nəfərdən biri Trotski, digəri isə Lenin idi. O zamanlar Trotski Qızıl Ordunun yaradıcısı və komandanı, habelə İnqilabi hərbi şuranın sədri idi.
    Lenin öləndən sonra hakimiyyət uğrunda gedən mübarizədə Stalinlə Trotskinin yolu ayrıldı. 1927-ci ildə Lev Trotski bütün postlardan, o cümlədən Siyasi Büro üzvlüyündən xaric edildi. Stalin öz keçmiş inqilabçı həmkarını əvvəlcə Qazaxıstana sürgün etdi. Amma Lev Davıdoviçin yaxın məsafədən hakimiyyətə təsir etmə imkanlarının tükənmədiyini düşünən Stalin onu bir qədər də “uzağa” göndərməyi qərara aldı. Bu “uzaq” yer Türkiyə idi. O vaxtlar Stalinlə Türkiyə lideri Mustafa Kamal arasında münasibətlər, türklər demiş “sıcaq” idi. 1929-cu ildə Trotski “İliç” teploxodunda “çekistlərin” ciddi nəzarəti altında arvadı Natalya və oğlu Levlə Türkiyəyə gəldi. İki dövlət rəhbəri arasında belə bir şərt kəsilmişdi ki, Trotskinin həyatı qorunsun. Trotski də öz növbəsində qovulduğu və məskunlaşdığı dövlətlərin heç birinin siyası konularına müdaxilə etməyəcəyinə “söz” vermişdi.
    Beləliklə, Trotski və ailəsi İstanbul yaxınlığında, Mərmərə dənizindəki Böyük adada məskunlaşdı. Və məşhur inqilabçı bu “uzaq, yaşıl ada”da dörd il yaşadı.
    Dediyim kimi, mən həmin yer haqda çoxdan məlumatlı idim.
    Yayın sonlarında İstanbul şəhərində pyesimin premyerası idi. Fürsətdən istifadə edib Mərmərə dənizinin sahilində dostlarla gəzintiyə çıxmışdıq. Uzaqda görünən adalar diqqətimi çəkdi. Bosfora sarı boylandığımı görən yerli müsahiblərimdən biri ded
    - Bax, o birinci adaya biz Böyükada deyirik. Ondan sonra daha dörd ada var. Amma onlar nisbətən kiçik adalardır. Oraya gəmilər gedir. İstəsəniz gedib o gözəl yerlərlə tamış ola bilərsiz.
    Hə, deməli məşhur Böyükada lap yaxınlıqda imiş... Mən Trotskinin vaxtilə həmin adada yaşadığını söyləyəndə müsahiblərimin çoxu təəccübləndi. Amma İstanbuldakı “Azərbaycan Evi”nin rəhbəri Hikmət Elp dediklərimə bəraət verərək dilləndi:
    - Bəli, doğrudur, Trotski həqiqətən o adada yaşayıb.
    Bir gün sonra mən gəmi-bərəyə minib Trotskinin “evi”ni axtarmağa yola düşdüm.
    Doğrusunu deyim ki, mənim Trotskiyə heç zaman heç bir rəğbətim olmayıb. Düzdür, onun həyatı haqda bir neçə kitab da oxumuşam. Bilirəm ki, “alovlu tribun” olub, poliqlot kimi bir neçə dili mükəmməl mənimsəyib. Üstəlik ədəbiyyatı sevib və özü də bədii yaradıcılıqla məşğul olub. Amma qəddarlığına, qaniçənliyinə də söz olmayıb. İnqilabı qəbul etməyən milyonlarla adamın məhvinə fərman verib. Maraqlı burasıdır ki, “inqilabın iblisi” adlandırılan bu adamın fəaliyyətinə sevgi bir çox ölkələrdə bu gün də yaşamaqdadır. Ən maraqlısı budur ki, bizim məmləkətimizdə də hərdən “trotskiçilər”in “səsi” eşidilir.
    Hər halda bir müsafir kimi onun yaşadığı evi və ya mənzili görmək pis olmazdı - fikriylə Böyükadada “Trotskinin evi”ni soraqlamağa başladım.
    Ada haqda qısaca onu deyə bilərəm ki, bura çox mənzərəli bir yerdir.
    Əvvəlcə Böyükadada Trotskinin yaşadığı yeri tanıyan bir kimsəni bula bilmədim. Yalnız bir faytonçu həmin evin yerini bildiyini dedi və özü də vəd etdi ki, istədiyi paranı versəm işlər düzələ bilər. Məbləği soruşdum.
    - Hocam, yüz lirə versən, apara bilirim,- dedi.
    Mən bu məbləğın çox olduğunu dedim. O, səksən, sonra isə yetmiş lirəyə razılaşdı. Mən yenə etiraz etdim: “Əlli lirə…” Faytonçu qamçısını atların başı üzərində şaqqıldadaraq faytonunu sürüb məndən uzaqlaşdı.
    Yeri gəlmişkən deyim ki, bu “yaşıl, uzaq ada”da ekoloji təmizliyi qorumaqdan dolayı avtomobillərdən istifadə olunmur. Daha doğrusu, burada heç yerli-dibli avtomobil yoxdur. Minik vasitəsi kimi yalnız faytondan və velosipeddən istifadə edilir. Və onu da deyim ki, məşhur “Çalı quşu” filminin əksər kadrları bu adada lentə alınıb.
    Böyük adanın cəmi 5-6 min daimi sakini var. Amma yay-yaz aylarında buraya gələnlərin, burada yaşayanların sayı on dəfə artır, olur 50-60 min adam. Türkiyənin zəngin adamlarının bir çoxunun burada villası var. Dedilər ki, son zamanlar burada Qafqazadan, habelə bizim ölkəmizdən gedən imkanlılar da ev-eşik alıb.
    Məşhur türk yazıçılarından bir çoxu, o cümlədən Orxan Pamuk bu adada istirahət etməyi çox sevir.
    Mən “Trotskinin evini” axtarmaq üçün daha bir neçə adama müraciət etdim. İşin tərsliyinə bax ki, bu evi “gördüm” deyən yox idi. Faytonçunun istədiyi məbləği ödəmək isə mənim kimi sıravi müsafir üçün sərfəli deyildi. Axı hələ tamaşanı hazırlayanlara da nəsə bir yüngülvari qonaqlıq vermək lazım idi…
    Axtarışımı davam etdirməkdə qərarlı idim.
    Yaşıl xiyabanlardan birini ötüb keçərkən qarşıma çıxan bəstəboy, arıq, çəlimsiz, nurani bir kişiyə yaxınlaşıb öz amacımı yenə dilə gətirdim.
    O, əlüstü cavab verdi:
    - Benn o evi tanıyorum. Buyurun, gedək. Sizi müşaiyət edərim. Trotskinin yaşadığı ev yakındadır...
    Demək, faytonçu mənə düz demirmiş... Tacirlər və sürücülər dünyanın hər yerində eyni...
    Bu xeyirxah, mədəni, ziyalı insanla yaxından tanış olduq. Yalçın Çilingir ixtisasca memardır. Bütün həyatı bu ada ilə bağlı olub. Söhbət əsnasında Yalçın bəyin çox geniş mütaliəyə və dünyagörüşə malik olması məni heyrətləndirdi. O, Azərbaycanı çox sevir, ədəbiyyat vurğunudur. Dediyinə görə, Üzeyir Hacıbəylinin və Qara Qarayevin musiqisinin, Nəbi Xəzri və Bəxtiyar Vahabzadənin şeirlərinin, Rəşid Behbudov və Zeynəb Xanlarovanın səsinin heyranıdır.
    Biz söhbətləşə-söhbətləşə geniş xiyabandan nisbətən dar bir yola düşdük. Üzüaşağı enməyə başladıq. Yaşıl, sıx ağacların arasından Mərmərə dənizinin mavi suları parıldayırdı.
    Az sonra Yalçın bəy dedi:
    - Hə, çatırıq…
    “Trotskinin evi” sahildə imiş. Əslində indi buraya ev yox, “evin qalıqları” demək olardı. Vaxtilə “inqilab iblisinin” yaşadığı üçmərtəbəli evin yerində yanıb sıradan çıxmış hündür kərpic divarlar qalmışdı. Mülkün geniş həyəti vardı.
    Evin darvazası möhkəmcə bağlanmışdı. Hətta, köhnə dəmir qapının üstünə yazılmışdı ki, içəri keçməyə cəhd edən kəsi elektrik cərəyanı vura bilər. Darvaza və qapının üstünə qələm, karandaş və kömürlə çoxlu “şüar” və “çağırışlar” da yazılmışdı. Rus və türk dillərində oxuduğum cümlələrdə bu cür fikirlərə daha çox rast gəlmək olurdu: “Trotski sağdır”, “Trotski ölməyib”, “Trotski dünya inqilabının başçısıdır”.
    Öyrəndim ki, 1931-ci ildə -Trotski həmin evdə yaşayarkən yanğın baş verib. Bu onunla əlaqələndirilir ki, Trotski verdiyi vədi “unudaraq” Stalin haqda kəskin yazılarla çıxış edirdi. Ehtimal olunur ki, evi Stalinin Türkiyədəki tərəfdarları yandırıb. Əslində o zaman Türkiyədə elə Trotskinin tərəfdarları da az deyildi.
    Məlum olduğu kimi, Trotski Türkiyədən çıxarılandan sonra əvvəlcə Fransaya, sonra isə Norveçə gedib. Lakin Stalinin “adamları” onu hər yerdə izləyirdi. Nəhayət, Lev Davıdoviç 1936-cı ildə Meksikaya getməli olub. O, məşhur rəssamlardan ər-arvad Frida Karlo və Dieqo Riveronun mənzilində yaşayıb. Həmin rəssamlar da kommunist idi. Taleyin hökmünə baxın ki, Trotskinin qətlində xüsusi rol oynayan şəxs də də rəssam, bu “ölüm layihəsinin” müəllifi Sikeyros adlı stalinçi bir rəssam idi. Bütün işlərə isə NKVD zabiti, kəşfiyyatçı İosif Romualdoviç Qriquleviç rəhbərlik edirdi (1913-1988). 1940-ci ilin avqust ayının 20-də Qriquleviç və Sikeyrosun hazırladığı plan üzrə əməliyyat həyata keçirildi. Qəzetçi-jurnalist Ramon Merkader (1913-1978) söhbət etmək, götürdüyü müsahibəni oxumaq bəhanəsiylə Trotskinin yaşadığı mənzilə getmiş, onun başına buz baltası ilə zərbələr endirmişdir. İki gün sonra “inqilab iblisi” gözlərini əbədi yumdu. Həmin xəbəri eşidən Stalin öz keçmiş dostunun qətlini bayram kimi qeyd etmişdir.
    Yeri gəlmişkən, 20 il Meksikada həbsxanada cəza çəkən Ramon Merkader sonralar gizli yolla Moskvaya gətirilərək, 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
    Əlbəttə, Trotskinin adı ilə bağlı tarixi çözələsək çox uzaqlara gedə bilərik. Amma indiki halda söhbətin mövzusu tamamilə fərqlidir.
    Mən indi bu evin kimə məxsus olduğu ilə maraqlanıram.
    Demə, bu ötən illər ərzində Trotskinin yaşadığı evdə bir neçə dəfə təmir işləri görülüb, amma... üç dəfə yanğın baş verib. Ev bir neçə dəfə satılıb, əldən-ələ keçib. Yerli sakinlər yarızarafat-yarıciddi belə hesab edirlər ki, bu ev əbədi lənətlənib, burada Trotskinin məkrli ruhu dolaşır.
    2002-ci ildə haqqında söhbət gedən evin sahibəsi Nərminə xanim mülkü 2,5 milyon dollara satıb. Evin indiki sahibi Trotskinin beynəlxalq “imicindən” istifadə edib mülkə daha yüksək qiymət müəyyənləşdirib; ev sahibi belə hesab edir ki, kommunist ideyasının tərəfdarları Bosfor sahilində böyük bir muzey yarada bilərlər.
    Burada çox məşhur adamlar olub. Vaxtilə bu evin yaxınlığındakı hoteldə bir müddət qalan Ernest Heminquey də yanmış evə baş çəkib...
    Mən yeni tanışım Yalçın Çilingirlə evin bir neçə görüntüsünü kadra alıram. Sora səssiz küçə ilə üzüyuxarı qalxırıq.
    Dönüb yuxarıdan Trotskinin “evi”nə sarı boylandım. Qırmızı kərpicdən tikilmiş uca, möhkəm divarlar yaşıl ağacların arasından boylanır. Bu qıpqırmızı divar nədənsə mənə kommunistlərin artıq param-parça olmuş qırmızı rəngli bayrağını xatırlatdı.
    Yalçın Çilingirlə söhbət edə-edə sahilə doğru üz tutduq.
    Artıq axşam düşmüşdü.
    Uzaqdan İstanbulun sayrışan ulduzları dənizdə yuyunurdu.

    p.s. Bir dəfə Trotskinin İstanbuldakı evi ilə bağlı “xatirələrimi” danışarkən hörmətli yazıçımız Anar müəllim gülümsəyib dedi: “Mən də Trotskinin yaşadığı evdə olmuşam, amma... onun Meksikadakı evində. Elə həmin evdə də ölürülüb. Mənzilin divarlarında güllə izləri qalmaqdadır. Bu, 1940-cı ildə Trokskiyə qarşı məşhur solçu rəssam Siqeyros tərəfindən edilən, amma baş tutmayan birinci sui-qəsd zamanı atılan güllələrin izidir. İndi həmin ev muzey kimi fəaliyyət göstərir. Muzeyin əməkdaşları mənim haradan gəldiyimlə maraqlandılar və təəccübləndilər. Sən demə, indiyəcən SSRİ-dən bu muzeyə gələn müsafir olmayıbmış”.
    ...Təbii ki, belə “qorxulu yerlərə” baş çəkmək o illərdə elə də asan deyildi...
    Orasını da qeyd edim ki, Trotski və arvadı Natalya Sedovanın qəbri həmin evin həyətindədir. Belə güman edirəm ki, “inqilab iblisini” ümumi qəbirsanlıqda dəfn etməkdən ehtiyat ediblər. Axı “Stalinin əli” oraya da asanca çata bilərdi...

























    Hitler islam dini haqqında

    Adolf Hitlerin islam dini haqda düşüncələri ilə tanışlıq pis olmazdı, elə deyilmi? Elə isə, o fikirlərlə tanış olaq.
    Hitler deyirdi: “Siz görürsünüz ki, düzgün olmayan din, bizim əsas bədbəxtıiyimiz deməkdir. Nə üçün bizdə yaponlarda olduğu kimi Vətən naminə canından keçməyi ən ali səadət hesab edən bir din yoxdur? Elə maqometan dini (islam dini-F.M.) də xristianlıqla müqayisədə bizim üçün daha münasib ola bilərdi. Xristianlıq öz itəatkarlığı və süstlüyü ilə bizim nəyimizə gərəkdir?”
    (Bu iqtibasın gətirildiyi mənbə: Albert Spir. Inside the Third Reich: Memoirs, səh. 115).
    Hitler başqa bir çıxışında isə belə demişdir:
    “İslam dini böyük qələbələr dinidir. Almanlar bu dinə pənah aparmış olsaydılar, bütün dünyanı fəth edərdilər”.
    (Mənbəyə baxa bilərsiz: “ Adolf Hitler's Monologe im Führerhauptquartier (Monologue with Headquarters of the Führer). Hamburg: Albrecht Knaus, 1980 г.)
    Amma bir şeyi unutmayın ki, bu fikirlərin müəllifi başqası yox, Hitlerdir.
    Təbii ki, Üçüncü Reyxin əsasını qoyan diktatorla razılaşıb-razılaşmamaq hər kəsin öz işidir.
    ...və bu konuda təbii ki, mənim də öz mülahizəm ola bilər.
    Mən bu tipli fikirlər haqda hökm verməyi sevmirəm, yalnız yeri gələndə şəxsi münasibətimi bildirməyi xoşlayıram.
    Təbii ki, mən Hitlerin sərsəm fikirləri və antibəşəri ideyaları ilə şərik deyiləm. Lap elə dinlə, o cümlədən islam dini ilə bağlı söylədiyi xaotik fikirləri ilə də...























    Leninin sevgilisi...
    Krupskayanın əri...

    Leninlə Krupskayanın ər-arvad olduğunu az qala bütün dünya bilir. Amma az adam bilir ki, Leninin qanuni arvaddan başqa mülki arvadı, daha doğrusu sevgilisi də olub. Bu, məşhur inqilabçı İnesa Armand idi.
    Lenin (və eləcə də Krupskaya) İnessa Armandla 1909-cu ildə Parisdə tanış olub. Bu tanışlığa qədər İnessanın iki nikahdan beş uşağı vardı. Bildiyimiz kimi, Krupskayanın övladı olmamışdı.
    Nadejda öz məşhur ərinin fransalı xanıma bənd olduğunu yaxşı bilirdi. Nə qədər təmkinli olsa da belə, Nadya daxilən iztirab keçirirdi. Hətta, bir dəfə boşanmaq qərarına da gəlmişdi. Amma sonralar bu istəkdən daşınmışdı.
    Leninlə İnessanın sevgi macərası izsiz ötüb keçməyib. Deyilənə görə onların Aleksandr (bəzi mənbələrə görə isə Andrey) adlı övladları olub. Bu barədə bir qədər sonra...
    İnessa Fyodorovna Armand 1874-cü ildə Parisdə opera müğənnisi Teodor Stefanın ailəsində doğulmuşdu. O, səkkiz yaşında ikən atasını itirir. Ailə çətinliklərə məruz qalır. İnessa 15 yaşında ikən öz bacısı Rene ilə Rusiyada yaşayan xalasıgilə gəlir. Xala məşhur varlı ailənin-Armandların uşaqlarına musiqi dərsi keçirdi. 1893-cü ildə İnessa Armandın oğullarından birinə- Aleksandrla, onun bacısı Rene isə digər qardaşa- Pavellə ailə qurur.
    İnessanın birinci nikahdan dörd uşağı- iki oğlu, iki qızı olur. 1902-ci ildə qadın öz ərindən ayrılaraq onun kiçik qardaşı 18 yaşlı Vladimirə ərə gedir və bu evlilikdən Andrey adlı oğlu olur. O, əvvəlcə Vladimirin təsiri altında rus eserrçilərinin Moskva qrupu ilə tanış olur.
    Bundan sonra İnessa inqilabı fəaliyyətlə məşğul olur. O, tezliklə bolşeviklərə qoşulur. Dediyimiz kimi, Leninlə Armand Parisdə tanış olmuşdular. İnessa Volodyadan dörd yaş kiçik idi. Bildiyimiz kimi, Nadejda isə Volodyadan bir yaş böyük idi. Xanım İnessa fransız fəhlələri arasında partiya təbliğatı aparırdı. O, Leninin əsərlərini fransızcaya tərcümə edirdi.
    Armand 1917-ci ilin aprelində Rusiyaya Leninlə eyni vaqonda- bir kupedə gəldi. Leninin yaxın silahdaşı kimi ağır döyüşlərdə iştirak etdi. Xəstəliklərə mübtəla oldu.
    Lenin hakimiyyətə gələndən sonra da İnessa Armanda xüsusi qayğı ilə yanaşmışdı. İnqilabdan sonra bu xanım Moskva Xalq Komissarları şurasının sədri seçildi. Armand 1919-20-ci illərdə Rusiya Kommunist (b) Paryiyası MK-da qadın şöbəsinə rəhbərlik edib. İnessa 12 oktyabr 1920-ci il taridə Nalçikdə vəbaya yoluxub və Beslanda vəfat edib. O, Moskvada Kreml divarları önündə dəfn edilib. Məzarının üzərinə Baş nazirdən-Leninin adından əklil qoyulub.
    Yeri gəlmişkən, belə bir rəvayət də gəzir ki, Leninlə Armand ötən əsrin əvvəllərindən tanış olublar və Andrey məhz Vladimir İliçin oğlu olub. Qızıl ordunun kapitanı Andrey Aleksandroviç Armand (1903-1944) müharibədə qəhrəmancasına həlak olub və Vilnüs yaxınlığında-Mariyampolda dəfn olunub.
    ...Rus tarixini yazanlar son zamanlar belə bir mülahizə ilə də çıxış edirlər ki, Nadejda Krupskaya Vladimir İliçdən əvvəl də ailəlik həyatı yaşayıb.
    Gəncliyində Krupskaya yaraşıqlı qız olub. Onun aşiqləri, fanatları az olmayıb. Belə iddia olunur ki, Nadyanın birinci əri Boris Vladimiroviç German olub. O, 1860-cı ildə doğulub. Nadejdadan 9 yaş böyük olub. Eser partiyasının rəhbərlərindən biri kimi tanınıb. Sonralar ər-arvadın yolu ayrılıb və onların nikahı pozulub.
    Yeri gəlmişkən, German məşhur eser Fanni Kaplanın yaxın dostu olub. Bu, həmin Kaplandır ki, 1918-ci il avqust ayının 30-da Lenin Moskvada Mixelson zavodunun fəhlələri qarşısında çıxış edərkən tapançadan bir neçə atəş açmış, nəticədə inqilab rəhbərini ağır yaralamışdı.
    German haqqında “NKVD”-nin keçmiş agenti Kirill Henkin 1984-cü ildə İsraildə nəşr etdirdiyi kitabda ətraflı söhbət açıb. 1984-cü ildə çapdan çıxmış həmin kitabın adı belədir: “Ruslar gəldilər”.
    Kitabda qeyd olunur ki, İnqilabdan sonra Boris German Argentinaya gedir, ömrünü mühacirətdə başa vurur. German mühacirətdə də dinc durmur, terrora əl atır. Həbs olunur və elə həbsxanada “Sosializmin biologiyası” adlı kitabını yazır. O, deyilənə görə məhbəsdə vəfat edir.
    Tarixin bu cür açılmamış səhifələri də olur..





























    Molotovdan ta “Molotov kokteylinə” qədər
    uzun bir ömür
    Mən Molotovu görmüşəm

    Kitabxana zalının girişində kiçik bir növbə yaranmışdı. Məndən bir az aralıda ortaboylu, eynəkli, ciddi görkəmli, enlialınlı, saçına və bığına dən düşmüş, səliqəli geyimli bir kişi dayanmışdı. Mən bu adamı son vaxtlar tez-tez kitabxanada görürdüm. Onun sifəti çox tanış gəlirdi. Bu adamı hər dəfə görəndə özüm-özümə sual verməli olurdum: görəsən, mən onu haradan tanıyıram? Bu boyda şəhərdə belə bir şəxsi tanışımın olmamasına yüz faiz əmin idim. Çünki Moskvadakı tanışlarımı az qala adbaad tanıyırdım. Bu adamı, daha doğrusu onun şəklini isə, olsa-olsa ya televizorda, ya dərslikdə, ya da qəzet-kitab səhifəsində görə bilərdim. Çox güman ki, məşhur yazıçı və yaxud alımlərindən biridir, sadəcə olaraq indi onun kimliyini yada sala bilmirdimm.
    Arabir yaxınlıqdakı “tanışıma” altdan-altdan göz qoyurdum. Növbəmiz yetişəndə bilərəkdən ayaq saxladım ki, əvvəlcə bu yaşlı adam keçib getsin. Kişi təşəkkür edirmiş kimi başını yüngülcə tərpədinb irəli keçdi, oxucu biletini girişdə dayanmış qadına uzatdı.
    Qadın kişinin əlindəki vərəqə giriş üçün ştamp vurub ehtiramla dilləndi:
    -Buyurun, Vyaçeslav Mixayloviç.
    Kişi kitabxananın pillələrinə yaxınlaşıb ora-bura boylandı, sonra ani olaraq nəsə fikirləşib qıvraq addımlarla oxu zalına sarı döndü.
    Arxa tərəfdən kimsə dilləndi:
    -İndicə içəri keçən adam Molotov deyildi ki?
    Kitabxanaçı qadın cavab verdi:
    -Bəli, Molotov idi.
    -O, hələ sağdır?
    -Görürsüz ki, sağdır.
    Başqa bir adam da bu “diskussiyaya” qoşulub dedi:
    -Deməli, Stalin də indiyəcən sağ qala bilərmiş...
    Son günlər kitabxanada rastlaşdığım bu adamın kimliyini mən yalnız indi bildim.
    Vyaçeslav Mixayloviç Molotov vaxtilə SSRİ-nin başçılarından biri, daha doğrusu “ikinci rəhbəri” olmuşdu. O, Stalin komandasının sədaqətli üzvlərindən biri hesab olunurdu.
    Molotov 1890-cı ildə anadan olmuşdur. Əsl soyadı Skryabin idi. Onuşaqlı ailənin sayca üçüncü övladı idi. Ailənin digər üzvləri sonralar öz əzəli familiyalarını daşısılar da, Vyaçesalav sonralar özünə inqilabi bir təxəllüs götürmüşdü və onun vaxtilə “Skryabin” olduğunu çoxları bilmirdi. Onun qardaşlarından biri isə-Nikolay Mixayloviç, “Nolinskiy” soyadı ilə tanınmış bəstəkar oldu.
    Mixail Skryabin istedadlı uşaq idi. Uşaq vaxtı yaxşı skripka çalırdı. Hətta, arada öz gələcək həmkarı Stalin kimi şeir yazmağı da vardı. Yeri gəlmişkən, Stalin komandasının gələcək Baş naziri 1912-1913-cü illərdə “Pravda” qəzetində redaksiya müdiri vəzifəsində çalışarkən orada Koba ilə, yəni Stalinlə tanış olmuşdu. Mixail məhz bu tanışlıqdan sonra, 1915-ci ildə özünə inqilabi “Molotov” təxəllüsünü götürdü.
    Molotov inqilabdan sonra bir müddət Rusiya Bolşeviklər partiyasının katibi vəzifəsində çalışır. Amma bir müddət sonra, 1921-ci ildə, bu vəzifəyə Zinovyev və Kamenevin məsləhəti ilə Stalin seçilir və Baş katib postunu tutur.
    Leninin vəfatından sonra Vyaçesalav Molotov hakimiyyət uğrunda gedən mübarizədə daim Stalini dəstəkləyir.
    Bildiyimiz kimi, Lenindən sonra Xalq Komissarları Şurasının sədri Aleksey Rıkov seçilmişdi. 1930-cu ildə Rıkov vəzifədən kənarlaşdırıldı, onun yerinə Molotov təyin edildi. Az sonra Stalinin “dostları” Zinovyev, Kamenev, Buxarin, Rıkov güllələndi.
    1939-cu ildə SSRİ-nin xarici işlər komissarı Maksim Litvinovu artıq böyük partiya və təsərrüfat təcrübəsi olan Molotov əvəz etdi.
    1941-ci ildə Hitler Almaniyası SSRİ-yə hücum edərkən bu barədə radio ilə çıxış edərək sovet xalqına ilk geniş məlumatı da Molotov vermişdi. Uzun illər bu müraciətdə onun işlətdiyi qanadlı frazalar dillər əzbəri oldu: “Bizim işimiz haqq işidir. Düşmən darmadağın ediləcək. Qələbə bizimlədir”.
    Müharibədən sonrakı illərdə Molotovla Stalinin arasında bir “soyuqlaşma” başladı. Elə buna görə də Vyaçeslav Mixayloviç 1949-cu ildə öz vəzifəsi ilə vidalaçmalı oldu, onu baş diplomat vəzifəsində Andrey Vışinski əvəz etdi. Molotov MK Rəyasət heyətinin tərkibində qalsa da tez-tez Stalinin tənqidinə məruz qalırdı. Az sonra onun arvadı Polina Jemçujina həbs edildi. Yeri gəlmişkən, Stalinin ölkəyə rəhbərliyi dövründə vəzifədə olan bir çox görkəmli dövlət xadimlərinin arvadları ya həbs edilmiş, ya da sürgünə göndərilmişdi. Bunlara misal olaraq “Ümumittifaq ağsaqqalı”-SSRA Ali Sovetinin sədri Mixail Kalinin arvadı Yekaterina Lorberq-Kalinina, Xruşşovun gəlini Lyubov Sizıx- Xruşşova və digərlərini göstərmək olar.
    Hətta, dahi rəhbərin öz yaxın qohumları da həbs edilmişdi. Onun birinci arvadının az qala bütün qohumları, iknci arvadı Nadejdanın bacısı Anna Sergeyevna Alliluyeva-Redens 1948-ci ildə Polina Semyonovna Jemçujina ilə birgə həbs olunmuşdu. O, yalnız Stalin öləndən sonra bəraət almışdır.
    Stalinin vəfatından sonra Molotov yenidən Xarici işlər naziri vəzifəsini tutur, lakin iki il sonra, 1956-cı ildə tutduğu vəzifədən azad edilir. O zaman SSRİ-nin üç şəhəri Molotovun adını daşıyırdı; tezliklə həmin şəhərlərin adı dəyişdirildi. Təcrübəli diplomat 1957-ci ildə “antipartiya” qrupunun üzvü elan edilsə də 1959-cu ildə Monqolustana səfir təyin olunur. 1961-ci ildə 21-ci partiya qurultayında Xruşşov və onun tərəfdarları Molotovun partiya sıralarından qovulmasını tələb edirlər və tezliklə bu məsələ öz həllini tapır. O, 1963-cü ildən təqaüdə göndərilir. Yalnız aradan iyirmi ildən çox bir zaman keçəndən sonra, 1984-cü ildə onun kommunist partiyasına üzvlüyü bərpa olundu. Bu o zamanlar idi ki, Konstantin Çernenko Baş katib idi. Molotovun yenidən partiya sıralarına qayıtmasının təşəbbüskarı isə filosof Riçard Kosolapov olmuşdu.
    Vyaçesalav Molotov 1986-cı ildə qəzetlərdən birinə verdiyi müsahibədə artıq səksən illik partiya stajına malik olduğunu deyirdi.
    Mənim indi haqqında söhbət açdığım çağlarda (80-ci illərdə) keçmişdə yüksək vəzifə adamlarının həyatı az qala tam məxfi saxlanılırdı. Halbuki onların bir çoxu, hətta, Stalinin ən yaxın əhatəsində olanların əksəriyyəti hələ sağ idi.
    Sən demə, o zaman SSRİ-nin keçmiş rəhbərləri Lazar Kaqanoviç (1893-1991), Georgi Malenkov (1901-1988), Dmitri Şepilov (1905-1995) da sağ imiş. Biz bu məlumatları yalnız “aşkarlıqdan” sonra əldə edə bildik. Amma həmin adamlar, “Stalin qvardiyasının” üzvləri demək olar ki, həyatlarının sonuna qədər susmağa üstünlük verdilər.
    ...Vaxtilə Moskvada payız yağışlarının aravermədən yağdığı bir zamanda Lenin adına kitabxanada gördüyüm keçmiş Baş nazir Vyaçesalav Molotov 1986-cı ilin 8 noyabrında vəfat etdi.
    İndi mən bir şeyi də xatırladım: SSRİ-nin keşmiş baş naziri zahiri görkəmi ilə Azərbaycanın hal-hazırkı Baş naziri Artur Rasizadəyə çox oxşayırdı.
    ... Xatırımdadır, mən Moskvadan qayıdandan sonra televiziyaya getmişdim. Ədəbi dram Baş redaksiyasının Baş redaktoru yazıçı Nahid Hacızadə və onun müavini Gəray Fəzli ilə söhbət zamanı Molotovun hələ sağ olduğunu, tez-tez kitabxanaya gəldiyini dedim. Yazıçı həmkarlarım bir-birinə baxıb güldülər. Mən təəccübləndim.
    Vaxtilə səsini müharibədə itirmiş Gəray Fəzli xırıltılı səslə dedi:
    -Bizim gülməyimizin səbəbi var.
    Soruşdum:
    -O nə səbəbdir elə?
    Gəray müəllim qısaca bunu dedi:
    -Biz ötən qış Nahidlə Moskvaya getmişdik. Nahidin kitabının tərcüməçisi Tatyana Oşanina bizi öz ata evinə dəvət etdi. Tanyanın atası bu gün Rusiyanın ən məşhur şairlərindən biri Lev Oşanindir. Lev Oşaninsə məşhur yazıçı Qleb Uspenskinin kürəkənidir. Nə isə, getdik dünya şöhrətli şairin evinə. Qapını Lev İvanoviç özü açdı. Görüşdük. Bizi içəri dəvət etdi. Sən demə, Levin bizdən başqa da qonaqları varmış. Bir neçə general, habelə bir neçə titullu alım və yazıçı. Stolun başında əyləşən kim olsa yaxşıdır: Molotov... Elə bu gur məclisi də o idarə edirdi. Tanış olduq.
    Nahid Hacızadə söhbətə qoşulub gülə-gülə dedi:
    -Yaxşı, Gəray, bir onu da de görək Molotovdan sonra məclisin idarə olunması kimə həvalə olundu?
    Gəray Fəzli gülüb dedi:
    -Bizi görəndən sonra Vyaçesalav Molotov zarafatla dedi: “Madam ki, məclisə Azərbaycandan dostlar gəlib, onda mən tamadalıqdan imtina edirəm. Qafqazlılar olan yerdə mənim məclis aparmağım yerinə düşməz”. Hamımız onun sözünə güldük. Ortaya bir xeyli mübahisə də düşdü. Heç birimiz bu məşhur adamdan sonra məclisi idarə etmək istəmirdik. Nəhayət, Oşaninin təkidi ilə Nahid məclisi aparmağa razılıq verdi.
    ...Yeri gəlmişkən, indi bütün dünyada məşhur olan “Molotov kokteyli” də məhz bu məşhur insanın adı və fəaliyyəti ilə bağlıdır. O, bu “kokteylin” nə ixtiraçısı, nə də istifadəçisi olub. Sadəcə, bu ifadəni ingilislər kəşf edib, sonra geniş yayılıb.
    Bu partlayıcı 1895-ci ildə Kubada, sonralar 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur.
    Partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun şərəfinə belə ad qoyublar. 1939-1940-cı illərdəFin müharibəsi başlayarkən sovet rəhbərliyinin paytaxt Helsinkini havadan bombalaması SSRİ-nin beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir. Bəyanatda deyilirdi ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri şüşə butılkalar – Molotov kokteylləri oldu.
    Mən bu kiçik qeydləri nə üçün qələmə aldım?
    Əslində bu da bizim tariximizin bir səhifəsidir.
    Səhifələrsə müxtəlif cür olur: ağ, qara, qanlı...



























    Beriyanın arvadı-
    Noy Jordaniyanın bacısı qızı

    Lavrenti Beriyanın adı sizə yaxşı tanışdır. Onun arvadı Nino Gegeçkori imkanlı ailədə doğulub, meqrel zadəganı Teymurazın qızıdır. Xanım Nino SSRİ-nin gələcək Baş cəlladı ilə ailə quranda cəmi 16 yaşı vardı. O, olduqca gözəl və cazibədar idi. Kremlin ən gözəl xanımlarından biri hesab olunurdu. Onların tanışlığının da qəribə tarixçəsi olub....
    Amma indi söhbət təkcə Ninodan və Lavrentidən getmir. Və həm də onlardan gedir. Məsələ burasındadır ki, bu xanım bir zaman, yəni 1918-21-ci illərdəki menşevik hökümətində Gürcüstan Demokratik Respublikasının Baş naziri olmuş Noy Jordaniyanın bacısı qızı idi. Qızıl Ordu Gürcüstanı işğal etdikdən sonra Noy Jordaniya Fransaya getmiş, sonrakı illərdə mühacirətdəki Gürcüstan hökumətinin başçısı olmuşdur.
    Bunu nə üçün yazıram?
    Məsələ burasındadır ki, bizdə ADR-in qurucularının nəinki özlərinə, hətta yaxın və ən uzaq qohumlarına divan tutulmuş, az qala onların hamısı Stalin-Beriya-Bağırov repressiyasının qurbanı olmuşdur.
    Lakin, amma, ancaq qonşu Gürcüstanda Beriya “xalq düşməni” Teymuraz Gegeçkorinin qızı, üstəlik “bolşevizmin qatı düşməni” və Gürcüstan Demokratik Respublikasının Baş naziri Noy Jordaniyanın bacısı qızı ilə evlənmişdir. Niyə elə olur? Niyə belə olur?





























    Şoloxovun məşuqəsi
    – xanım Yejova...

    Deyəsən, bir dəfə yazmışdım, yenə yazıram. Təkrar biliyin həm anası, həm də atasıdır.
    Mixail Şoloxov şəxsən mənim çox sevdiyim yazıçıdır. Onun, daha doğrusu onun əsərləri, xüsusən “Sakit Don” roman-epopeyası barəsində dəfələrlə yazmışam. Hətta, yazıçı sağ olanda- onun 70 illiyində “İnsanın taleyi” əsəri barədə yazdığım məqalə tərcümə edilərək Tələbə Elmi Cəmiyyətinin xətti ilə böyük ədibin ünvanına göndərilmişdi və ondan mənə cavab məktubu da gəlmişdi.
    Bütün bunlar öz yerində...
    Bu bəstəboy, yaşıl gözlü, sünbülübığ kişi, yəni Mixail Şoloxo, ilk gəncliyindən SSRİ-də çox məşhur idi. İndi təsəvvür edin ki, bu adam hələ 27-28 yaşında olarkən Qorkinin və Stalinin yaxın dostu idi. Bu da öz yerində...
    O dövrdə, yəni 37-ci ildə Stalindən sonra ən qorxulu adam şübhəsiz ki, Yejov idi. Bəli, düz tapmısız, KQB komissarı (naziri) Nikolay Yejov. Yejovun arvadı isə o dövrün “ulduzu” Yevgeniya Salomonovna Xayutina- Yejova idi. Bəli, bəli, qüdrətli Yejovun arvadı. Hələ bu da öz yerində...
    Ən maraqlısı və dəhşətlisi budur ki, 30-31 yaşlı gənc və iddialı Şoloxov Yevgeniyaya vurulur və onunla eşq macərası yaşamağa başlayır. Hadisənin təfərrüatını bilən komissar Yejovun fikri təbii ki, Şoloxovu aradan götürmək idi. Amma o, bilirdi ki, Şoloxov Baş katib Stalinin yaxın dostudur.
    Qısası, xanım Yevgeniya 1938-ci ildə qətlə yetirildi. Bir versiyaya görə o, intihar etmişdi, digər bir versiyaya görə onu əri Yejov öldürmüşdü.
    Bu hadisədən iki il sonra Yejov da Trotskiçi kimi Stalinin əmri ilə güllələndi.
    Həyatdır də...























    Landau- dahi fizik
    və qadın “ovçusu”...

    Lev Landau... Dau...
    Onun təkcə təltiflərinin hamısını qeyd etmək üçün bir neçə səhifə tələb olunur. SSRİ EA-nın akademiki, Nobel mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Maks Plank adına medalı laureatı, Frits London mükafatçısı, Lenin mükafatı və üç dəfə SSRİ Dövlət mükafatı laureatı, London Kral cəmiyyətinin üzvü, ABŞ Milli Akademiyasının üzvü, Danimarka Kral Akademiyasının üzvü, Amerika İncəsənət və elm akademiyasının üzvü, Fransa Fizika cəmiyyətinin və London Fizika cəmiyyətinin üzvü... Və Nobel mükafatı laureatı.
    Lev Davidoviç Landau 22 yanvar 1908-ci il yanvar ayının 22-də Bakı şəhərində neftçi- mühəndis David Lvoviç Landaunun ailəsində doğulub. Levin anası Lyubov Veniaminovna Qarkavi-Landau ixtisasca həkim idi və bu xanım uzun illər Balaxanıda akuşerka, orta məktəbdə və qadın gimnaziyasında həkim işləmişdi, eksperimental farmakologiyaya aid əsərlər yazmışdı.
    Landau 1916-cı ildənBakı yəhudi gimnaziyasında təhsil almış, 14 yaşında ikən Bakı Dövlət Universitetinə iki ixtisas üzrə-fizika və kimya üzrə daxil olmuşdur. O, sonralar fizikanı seçmişdir. 1924-cü ildən Landau təhsilini Leninqrad Universitetində davam etdirmişdir.
    1927-ci ildə təhsilini başa vuran Lev Landau Leninqrad fiziki-texniki institutunda elmi fəaliyyətə başlayır. Tezliklə 19 yaşlı Landau Kvant nəzəriyyəsinə öz elmi töhvəsini verir, ilk fundamental tədqiqatları ilə elm aləmində parlayır.
    Sonrakı dövrdə Lev Landau Almaniya, Danimarka, İngiltərə, İsveçrədə elmi ezamiyyələrdə olur. O, Berlində A.Eynşteyn ilə tanış olur, Kopenhagendə Nils Borun laboratoriyasında çalışır.
    Yaxın ətrafı adətən ona “Dau” deyə müraciət edirdilər.
    1932-37-ci illərdə Ukraynada çalışan alımin elmi fəaliyyəti artıq ölkədən kənarda da məşhur idi.
    Landau Stalin despotizminin qəti əlyhdarı idi. O, Lenini faşist və avantürist hesab edirdi. Elə bu və digər səbəblərə görə daim xüsusi xidmət orqanlarının nəzarətində idi.
    Dau Sovet rejimi ilə heç cür barışa bilmirdi. 1937-ci ildə Pyotr Kapitsanın təklifi ilə Fizika problemləri institunda nəzəri şöbənin müdiri təyin olunur. Stalin diktaturası əleyhinə yazdığı və tələbələrin paylaşdığı vərəqələrə görə həbs olunur. Bir il həbsdə qalan Landau nəhayət Kapitsanın (və eləcə də Borun) çoxsaylı xahişindən sonra azad edilir.
    1943-47-ci illərdə Landau MDU-nin professoru kimi fəaliyyət göstərir.
    1945-1953-cü illərdə Landau SSRİ-nin Atom layihəsinin hazırlanmasında iştirak edir.
    Görkəmli alim 1956-68-ci illərdə MDU-nin kvant nəzəriyyəsi kafedrasında çalışır, mühazirələr oxuyur.
    7 yanvar 1962-ci il tarixdə böyük fizik Moskvada Dmitrovs şosesində avtomobil qəzasına düşür, 59 gün komada qalır. Dünyanın bütün fizikləri və eləcə də həkimləri Landaunun həyatının xilası üçün əllərindən gələni əsirgəmədilər. Landau altı il ölümlə çarpışdı. O, 1962-ci il noyabr ayının 1-də Nobel mükafatına layiq görüldü. Nobel mükafatının təltifi tarixində ilk dəfə olaraq laureata mükafat xəstəxanada təqdim edildi.
    Zarafatı çox sevən Landau “zarafat günündə” 1 aprel 1968-ci il tarixdə 60 yaşında ikən vəfat etdi.
    P.S.
    Bir qədər də dahi fizikin ailəsi və şəxsi keyfiyyətləri barədə.
    Landau hələ gəncliyində üç “prinsipdən” imtina etmək qərarına gəlmişdi. Bu cəhətlərə daxil idi: evlənməmək, siqaret çəkməmək, spirtli içki içməmək. Ümumiyyətlə, Dau ilk gəncliyində qadınlardan qorxurdu. O, həm də çox utancaq idi.
    Amma Lev Davidoviç birinci prinsipi artıq məşhur fizik olarkən pozdu. O, gözəl bir xanımla -Konkordiya Terentyevna Drobantseva-Landau ilə ailə qurdu. Onlar bir “müqavilə” əsasında evlənmişdilər. Yəni nə ər advadın şəxsi işinə, nə də arvad ərinin şəxsi işinə qarışa bilərdi. Hərə öz həyatını yaşamalı idi. Onlar bütün həyatları boyu bu cür də yaşadılar.
    Kora (Dau arvadını belə çağırırdı) ərinə sədaqətli idi. Hətta, Dau öləndən sonra bu xanım “Mənim ərim dahidir” adlı üçcildlik memuar da yazdı.
    Amma ilk gəncliyində qadınlardan utanan, qorxan Dau evlənəndən bir müddət sonra bütün SSRİ-nin elm aləmində təkcə dahi fizik kimi deyil, həm də dahi “qadın ovçusu” kimi məşhurlaşdı.
    Qadınlar da onu, bu zarafatcıl, deyib-gülən və ən əsası da əliaçıq kişini çox sevirdilər. Kora daim ərinə qısaqansa da hirsini və hikkəsini boğmağa çalışırdı. O, bilirdi və daim təkrar edirdi ki, dahi ilə ailə qurub. Amma qadın öz dahi ərini itirəndən sonra onunla bütün müşahidələrini olduğu kimi, vicdanla, real faktlar əsasında qələmə aldı. Adını qeyd etdiyimiz kitabda Landaunun zərif cinsə münasibəti barədə də ətraflı söhbət açılır. Burada heç bir bəzək-düzək yox idi.
    Yeri gəlmişkən, dahi fizikin oğlu İqor Lvoviç Landau da (1946-2011) tanınmış fizik idi.
    P.P.S
    Bakının məşhur “Tarqovıy” küçəsindən keçərkən Nəsimi heykəlinin qarşısındakı yeraltı keçidi qalxıb sol tərəfdə qotik üslubunda tikilmiş binanın yaxasından asılmış xatirə lövhəsinə ötəri də olsa nəzər salın...







    Yüz yaşlı alim yardıcılığının
    çiçəklənmə dövrünü yaşayır.
    O, dünyanın nəhəng fikir generatorlarından biridir

    Akademik Patonu tanıyırsızmı?
    Bu ilin fevral ayında bir neçə gün Ukraynada qalası oldum. Kiyevdə havalar soyuq keçsə də adamların isti münasibəti qışa meydan oxuyurdu. Bu qədim şəhərdə köhnə dost- tanışlarla görüşdüm. Adətən, başqa şəhərlərə gedərkən teatrlara, muzeylərə, kitab dükanlarına baş çəkirəm. Bu dəfə də adətimə xilaf çıxmadım.
    Kiyevdə olarkən Ukrayna Milli Elmlər Akademiyasına getmək arzusuna düşdüm. Vaxtilə bu qüdrətli elm ocağında dəfələrlə olmuşam. Və bu dəfə məqsədim heç də “akademik təəssübkeşlik” səciyyəsi daşımırdı. Doğrusu, fikrim akademiyanın prezidenti Patonla görüşmək, imkan olarsa onunla söhbət etmək, ondan müsahibə götürmək idi. Tanışlarım böyük alimin enerjili fəaliyyətini qeyd etməklə yanaşı, onun vaxt məhdudıuğunun ola biləcəyini də qeyd etdilər. Əslində elə mənim də vaxtım çox məhdud idi, Xarkova getməli idim. Ona görə də fikrimdən tez daşındım. Amma bilirəm ki, israrlı olsaydım bu görüş baş tutacaqdı. İnşallah, qalsın gələn dəfəyə...
    Bəs kimdir Patop?
    Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırım ki, Boris Yevgenyeviç Paton 1918-ci ildə doğulub. Bu il bu nəhəng elmi simanın 100 yaşı tamam olur. Onun atası Yevgeni Oskaroviç Paton da görkəmli elm xadimi idi.
    Paton 1962-ci ildən UMEA-nın prezidentidir. O, 400 elmi ixtiranın, minə yaxın elmi əsərin müəllifidir. Paton dünya elm və sənayesində metal qaynağı və elektrometallurgiya sahəsi üzrə ən böyük mütəxəssislərdən biri hesab olunur.
    Paton həm də böyük təşkilatçıdır. Bu gün onun rəhbərlik etdiyi quruma 160 elmi-tədqiqat institut və müəssisəsi, 180 büdcə təşkilatı daxildir. Akademiyada 40 mindən artıq adam çalışır.
    Paton gününün birinci yarısını rəhbərlik etdiyi elekrosvarka sahəsinə, ikinci yarısını isə Akademiyanın ümumi işlərinə həsr edir. Alimin kəşfləri bu gün təkcə fizika sahəsində deyil, geniş bir arenada, habelə tibbi-səhiyyə sahəsində tətbiq olunur.
    Boris Yevgenyeviç Paton əsl elm adamıdır.
    Hələ ötən əsrdə onu SSRİ EA-nın prezidenti vəzifəsinə irəli çəkmək barədə Moskvada təşəbbüs irəli sürülmüşdü. 1975-ci ildə SSRİ EA-nın prezidenti, məşhur fizik Keldış ağır xəstə olduğuna görə işdən azad olunmağı barədə ərizə yazmışdı.
    Ölkə rəhbərliyi Mstislav Vsevolodoviç Keldışın yerini tutmaq üçün layıqli namizəd axtarırdı. (Yeri gəlmişkən Keldış milliyyətcə karaim türkü idi). Sov.İKP MK katibi Suslov o vaxt Ukraynaya rəhbərlik edən Şerbitski ilə danışaraq Siyasi Büronun rəyini ona çatdırmışdı. Vladimir Vasilyeviç Şerbitski İttifaq rəhbərliyinin təklifini Patona bildirərkən məşhur alim Moskvaya getməkdən qəti imtina etmişdi. Sonralar Boris Yevgenyeviç bu barədə öz xatirələrində belə demişdi: “Şerbitski məni kabinetinə dəvət etmişdi. Moskvadan gələn təklifi bildirdi. Mən israrla bu təklifdən boyun qaçırdım. O, mənim yanımdaca Suslovla danışmağa başladı. Fikrimi ona bildirdi. Dəstəkdən Suslovun səsi eşidildi: “Necə yəni boyun qaçırır? Axı bu, şəxsən Leonid İliçin təklifidir. Patona deyin ki, o sabah mənim yanımda olsun”. Səhərisi gün mən artıq Moskvada idim. SSRİ EA-nın vitse prezidenti məni elə vağzalda qarşılayıb MK-nın elm şöbəsinin müdiri Trapeznikovun yanına apardı. Biz üçlükdə “boz kardinalın” yanına getdik. Bir saatdan çox söhbətimiz oldu. Suslov məni nə qədər dilə tutsa da təklifə razılıq vermədim. MK katibi mənim təpki göstərdiyimi görüb dedi ki, onda hələlik öz işinizlə məşğul olun, biz yenə təkrarən, 9 Maydan sonra görüşüb bu məsələni müzakirə edərik. Mən oradan birbaşa Keldışın yanına getdim. Onunla söhbət əsnasında mənə edilən təklifi bildirdim. Keldış dedi ki, bu təklifi, yəni öz yerimə sənin namizədliyini mən irəli sürmüşəm, yuxarılara da bunu mən bildirmişəm... Qısası, mən yenə təklifi qəbul etmədim... Və az sonra Aleksandrov SSRİ Ea-nın prezidenti seçildi...”
    Bax, Paton belə insan, belə alim, bir sözlə belə Patondur.
    Paton öz xalqının böyük patriotu, vətənpərvər ziyalısıdır. Krımın Rusiya tərəfindən ilhaqını, Dontskdə gedən savaşı kəskin şəkildə pisləyir.
    Bir neçə il öncə alimin qızı vəfat edib. İndi onun yolunun davamçısı qız nəvəsi Olqadır.
    Paton bu gün də böyük bir enerji ilə öz fəaliyyətini davam etdirməkdədir.
    100 yaşın mübarək, Boris Yevgenyeviç.
    Səni ürəyincə yaşayasan.
    23.02.18





















    Gürcülərin qadınlara verdiyi
    bayram “qonaqlığının” sonluğu necə oldu?

    Bu olmuş əhvalat əslində çox maraqlı bir hekayəyə bənzəyir...
    Aspiranturada oxuyan zaman gənclik dostlarımdan biri ilə Kislovodsk şəhərinə istirahətə getmişdik.
    Turbazada dincəlirdik. O il istirahətə gələnlərin sayı çox olduğundan bizim qaldığımız kiçik otağa müvəqqəti olaraq yaşlı bir adam da yerləşdirdilər. Adətən, cavanlar qocaları o qədər də sevmir. Amma biz tezliklə öz yaşlı otaq yoldaşımızla elə dostlaşdıq ki, sonralar onu qonşuluqda boşalan otağa köçürmək istəyənlərə “müqavimət” göstərməli olduq. Şair demiş, “belə qacalasan qocalanda da...” Çünki həyatda elə qocalar da görmüşəm ki, (yəqin ki, elə siz də belələrini görmüsüz), yaşadıqları illərdə yalnız məkr, hiylə, fırıldaq yığmaqla məşğul olublar.
    Qısası, bizim bu sadə, mehriban, təvazökar dostumuz istefada olan polkovnik idi. Vaxtilə Tiflisdə Zaqafqaziya sərhəd qoşunları komandanlığında qulluq edibmiş.
    Bu ucaboy, ağsaç, mavi gözlü, güləş sifətli, ələlxüsus yumoru sevən qoca “çekistin” familiyası Çekmaryov idi.
    Dostumuz Çekmaryov bizə hərdən başına gələn maraqlı əhvalatlardan danışırdı. Onun danışdığı diqqətiçəkən hadisələrdən biri mənim bu gün də xatırımdadır.
    -Hə, uşaqlar, çoxdan başıma gələn bir əhvalatı indi sizə də danışmaq istəyirəm. Gərək ki, səkkiz mart günü idi. Zastavada birgə xidmət etdiyimiz ukraynalı dostumla qərara aldıq ki, həmin gün arvadlarımızla birgə restorana gedək, qadınlar bayramını qadınlarla birlikdə qeyd edək. Amma tərs kimi bu ərəfədə bizi təcili olaraq zastavaya çağırdılar. Xidməti işlərdə belə axmaq hadisələr tez-tez olur. Biz xanımlarımıza dedik ki, axşam saat filanda Tiflisin “Araqva” restoranında görüşək. Onlar da bizimlə razılaşdılar. İşimizlə bağlı bir xeyli ləngiməli olduq. Xülasə, işimizi bir təhər yoluna qoyandan sonra gec də olsa vədələşdiyimiz restorana getdik. Artıq qaranlıq düşmüşdü.
    Restorana girəndə gözümüzə inanmadıq: hər ikimizin xanımımız restoranda stol arxasında rahatca əyləşib nahar edirdilər. Yox, məsələ bunda deyil. Əsas məsələ burasındadır ki, arvadlarımız iki nəfər lopa bığlı gürcü ilə birgə deyə-gülə yeyib-içirdilər. Bizim gəlməyimiz sanki burada heç hiss olunmadı. Çaşıb qalmışdıq. Bu əsnada xanımım mənə altdan-altdan göz vurdu. Bu, o demək idi ki, hələ üstünü vurma, burada iş var. Mən öz arvadımı yaxşı tanıyıram. O da mənim kimi yumoru sevən bir adamdır.
    Ukraynalı dostumla keçib qonşu stolda əyləşdik. Yemək sifariş verdik. Dostum bərk pərt idi. Mən ona dedim ki, narahat olma, mənim xanımım gözlənilməz sürprizlər etməkdə mahirdir. Bir də ki, burada nə var axı, Allaha şükür, sevimli xanımlarımız gözümüzün qabağında, qonşu stolda əyləşib içtaha ilə yeyib-içirlər. Əlbəttə, bu sözlər təskinlik üçün idi. Hələ heç özüm də bilmirdim ki, bu həngamə niyə və nə üçündür.
    Arada arvadımla onun rəfiqəsi, yəni dostumun arvadı, “bığlı qonaqların” stolunu tərk edib hansısa bir bəhanə ilə eşiyə çıxdılar. Mən tez özümü onlara çatdırdım. Arvadımdan soruşdum ki, bu, nə həngamə, nə məsələdir belə?
    Xanımlar tez-tələsik vəziyyəti izah etdilər. “Biz burada bir xeyli sizi gözləməli olduq. Stol arxasında əyləşib kofe sifarişi verdik. Bir qədər sonra isə bu iki bığıburma gürcü oğlan bizə yaxınlaşdı. Bizimlə tanış olmaq istədiklərini bəyan etdilər. Biz onlara dedik ki, burada öz ərlərimizi gözləyirik. Onlar buna inanmaq istəmirdilər. Elə hesab edirdilər ki, biz “ova” çıxmışıq. Biz nə illah etdiksə bir nəticə hasil olmadı, bunlar qır-saqqız olub yaxamızdan əl çəkmədilər. Hətta, israrla onu da dedilər ki, ərləriniz gəlib çıxsa bizi onlarla tanış edərsiz, biz onlarla dost olarıq... İndi siz gəlmisiz, bir deyin görək innən sonra biz nə edək?”
    Mən xanımlara dedim ki, işinizdə olun. Yəni öz “rolunuzu” oynamaqda davam edin.
    Hə, təzədən salona qayıtdım. Gürcülər bizim xanımları rəqsə dəvət etdilər.
    Xanımlar könülsüz də olsa öz “kavalerləri” ilə rəqs etməli oldular...
    Hər şeyin əvvəli olduğu kimi, bir sonu da olur.
    Yemək-içmək başa çatdı. Gürcü oğlanlar stolun xərcini səxavətlə ödəyib təzədən stola yaxınlaşdılar. Onlar arxayın-arxayın əlllərini centelmensayağı arvadlarımıza uzatdılar: yəni gəlin birlikdə gedirik. Arvadlarımız yenə altdan-altdan bizə baxırdılar. Mən gülümsədim, başımla işarə etdim ki, hələ sakit olun, biz də sizinlə çıxacağıq.
    “Lopabığlılar” deyə-gülə qadınların qoluna girib qapıya yaxınlaşdılar.
    Ukraynalı dostum hər ehtimala qarşı pencəyinin altındakı silahı qurdalayanda mən ona göz basıb sakit olmağını astadan rica etdim.
    Bəli, gürcü oğlanlarla bizim xanımlarımız qol-qola restorandan çıxdılar. Mən tez-tələsik öz stolumuzun hesabını ödəyib dostuma dedim ki, tez arxamca gəl.
    Bəli, cəld çıxdıq eşiyə. Gürcülər qapının ağzında xanımlarla nə barədəsə danışaraq ucadan gülüşürrdülər. Mən başımla dostuma təcili hərəkətə keçmək haqda göstəriş verdim. Hər ikimiz eyni vaxtda irəli şütüdük. Gürcüləri dirsəyimizlə kənara itələdik. Hərə öz xanımının qoluna girdi. Bütün bunlar bir andaca baş berdi. “Lopabığlılar” çaşıb qalmışdılar. Onlar əvvəlcə bizimlə dava etmək istəyirdilər. Xanımlar vəziyyəti izah etməli oldular. Arvadım öz “bığlısına” dedi ki, qatso, bəyəm bayaq biz sizə demədik ki, burada öz ərlərimizi gözləyirik, bəyəm siz demədiniz ki, ərləriniz gəlib çıxsa bizi onlarla tanış edərsiz, biz onlarla dost olarıq... İndi bax budur ərlərimiz gəlib çıxıblar, buyurun tanış və dost olun”.
    Onlar çox pərt olmuşdular. Əsəbdən hər ikisinin bığı titrəyirdi. Onlar elə düşünürdülər ki, bu “səhnəni” biz özümüz qəsdən düzəltmişik. Biz vəziyyəti ətraflı izah etdik. Onlar hər şeyi anladılar. Bir azdan kefləri açıldı və qəhqəhə çəkib güldülər.
    Hətta gürcülərdən biri zarafatla dedi ki, yaxşı, qatso, biz sizin bu xanımlara bir xeyli xərc çəkib diqqət göstərmişik, bəs bunun əvəzində indi nə edək?
    Mən də gülüb onlara belə dedim: “Siz pul xərcləyib xanımlara qonaqlıq vermisiz, amma bundan sonra onlarla nə etməyin lazım olduğunu biz özümüz ayrılıqda müəyyən edəcəyik”.
    Hərə öz xanımının qoluna girib öz evinə getdi.
    Bax belə.
    Dostumuz Çekmaryov söhbəti bitirib astadan güldü:
    -Hə, necədir, maraqlı əhvalatdırmı, uşaqlar?
    Biz qəhqəhə çəkib bir xeyli müddət güldük.













    Dostoyevski türkdürmü?
    Söhbət böyük rus yazıçısının şəcərəsindən gedir

    Son zamanlar nəinki mətbuat səhifələrində, hətta ciddi elmi-tədqiqat məcmuələrində belə elmə heç bir dəxli olmayan, cəfəng, psevdoelmi, uydurma “araşdırmaların” nəşrinə gen-bol yer verilir, oxucunu hər addımda çaş-baş salan “faktlar” üzə çıxarılır. Bu cür hallara daha çox ədəbi diletantların türk tarixinə həsr etdikləri “əsərlər”də təsadüf edilir. Az qala, dünyada mövcud olan bütün xüsusi və ümumi isimlərin, leksik vahidlərin (leksemlərin) hamısının kökü, mənşəyi türk faktı və türk faktoru ilə “əlaqələndirilir”. Əlbəttə, heç kəs türk arealının miqyasını məhdudlaşdıra bilməz. Lakin, eyni zamanda, yalançı, qondarma türkçülüyün körüklənməsinin heç bir elmi əhəmiyyəti olmadığını da xatırlatmağı vacib bilirik.
    Kiçik bir haşiyə də çıxmaq istəyirəm. Bu yaxınlarda polyak əsilli rus alimi Teodor Adamoviç Şumovskinin rus və Azərbaycan ədəbi mətbuatında getmiş müsahibələrində vurğuladığı bir fikir diqqətimi çəkdi. Vaxtilə Azərbaycanın Şamaxı bölgəsində mədrəsə təhsili almış, hazırda Moskvada yaşayan, yaşı yüzü haqlamış məşhur tədqiqatçı dönə-dönə, həm də israrla qeyd edir ki, böyük rus şairi Puşkin öz mənşəyi etibarilə qətiyyən həbəş (ərəb) olmamışdır; alim təkzibolunmaz dəlillərə istinadən sübut edir ki, A. S. Puşkinin ulu babası İbrahim (Abraham) türk olmuşdur.
    Yeri gəlmişkən, rus hərbi, elmi, ədəbi elitasının məşhur simalarından bir çoxu, məsələn, Karamzin, Kantemir, Turgenev, Daşkov, Uşakov, Suvorov, Kutuzov, Timiryazyev (Dəmiryazov), Kartaşev, Turçaninov, Şaxovski, Çerkasski, Şeremetyev (Şərəmətov), Narışkin, Kablukov (Qablıqov), Balaşov, Baskakov, Mustafin, Bulqakov, Tenişev, Yesaulov, Butakov... və onlarla başqaları türk əsilli ruslar olmuşlar. Bu deyilənlər mənim “kəşfim” və ya fantaziyamın məhsulu deyildir. Həmin simaların kimliyi, kökü, şəcərəsi barədə rus tədqiqatçılarının özləri kifayət qədər yazmışlar.
    Nə isə... Bütün bunlar faktlardır və ayrıca, geniş bir söhbətin mövzusudur. Bəri başdan qeyd etmək istərdim ki, aşağıda oxucuların nəzərinə çatdırmaq istədiyim mülahizələr də qətiyyən fərziyyə və ehtimallara deyil, konkret elmi faktlara söykənir. İndiki halda söhbət Dostoyevskidən gedir.
    Fyodor Mixayloviç Dostoyevskinin (1821-1881-ci illər) təkcə rus ədəbiyyatında deyil, dünya mədəniyyəti tarixində oynadığı rolu oxuculara təzədən xatırlatmağa, bizcə, elə bir ehtiyac yoxdur. “İdiot”, “Cinayət və cəza”, “Karamazov qardaşları”, “Alçaldılmış və təhqiredilmişlər”in müəllifi barədə yüzlərcə, minlərcə tədqiqat əsəri yazılmışdır. Mən bütün bu faktları təzədən sadalayıb vaxt almaq niyyətində deyiləm.
    Onu da vurğulamağı vacib bilirəm ki, mən Dostoyevskinin həyat və yaradıcılığına kifayət qədər bələd olsam da, qətiyyən özümü onun tədqiqatçısı hesab etmirəm. Lakin yığcam şəkildə də olsa Dostoyevskinin şəcərəsi, onun mənşəyi ilə bağlı indiyəcən diqqətdən kənarda qalmış bir nüansa azacıq da olsa işıq salmağı özümə borc hesab edirəm.
    Bilənlər bilir, bilməyənlərə demək istəyirəm ki, Dostoyevski daha çox slavyanofil bir yazıçı və xristian dininin mübəlliği kimi tanınır. O, bütün həyat və fəaliyyəti boyu adı bəlli ideyaların təbliği ilə məşğul olmuşdur. Hətta “islamın məhdudluğu” və “nöqsanlarına” toxunmuş, kəskin tənqidi mülahizələr söyləmiş, öz siyasi və dini baxışlarını heç zaman gizlətməmişdir.
    Bütün bunlar faktdır və həmin məlum faktları mən bir daha geniş şərh etməyə ehtiyac duymuram. Artıq qeyd edildiyi kimi, məqsədim diqqəti Dostoyevskinin milli mənşəyi, şəcərəsi ilə bağlı bir fakta yönəltməkdir. Qısaca olaraq bunu demək istəyirəm: Dostoyevski mənşəcə türkdür. Rus tədqiqatçısı (və özü də mənşəcə türk olan) V. Arsenyev 1934-cü ildə Afinada dərc edilən “Novika” məcmuəsində qeyd edir ki, Dostoyevski əslən türkdür, özü də Aslan Mirzə (Murza) Çələbi nəslindəndir. Çələbilər (yəni Dostoyevskinin ulu babaları) Qızıl Ordanın nüfuzlu başçılarından olmuşlar.
    Yazıçının ulu babası Aslan Mirzə 1389-cu ildə anadan olub. Onu da qeyd edək ki, rus zadəganlarının böyük pleyedası - Somovların və Yusupovların, Ptişşevlərin və Arsenyevlərin kökü, mənşəyi məhz Çələbilər nəslində pərvəriş tapıb. Bu familiyaların hamısının mənşəyi eyni mənbədən, vahid kökdən başlayır.
    Bu maraqlı fakt bir sıra Qərb tədqiqatçılarına məlum olsa da, nədənsə, Rusiyadakı dostoyevskişünaslar tərəfindən indiyəcən ətraflı təhqiqat və tədqiqata cəlb olunmamış, sanki, nəzərdən qaçmışdır. Amerikada çap olunmuş “Dostoyevskinin üç sevgisi” adlı memuarda (adıçəkilən əsərin müəllifi məşhur amerikan yazıçısı Mark Slonimdir) həmin faktın əsaslı olduğu qeyd edilir. Beləliklə, elmi dəlillərə söykənərək tam qətiyyətlə söyləmək olar ki, yaradıcılığı bütün dünyaya, həyatı isə Rusiyaya məxsus olan böyük yazıçı F. M. Dostoyevskinin mənşəyi türk olmuşdur.
    Müxtəlif tarixi mərhələlərdə vaxtilə islamı qəbul etmiş müsəlmanlar (o cümlədən türklər) bir çox obyektiv və subyektiv səbəblərə görə zaman-zaman xristian dininə üz tutmuşlar (və bəzən bu proses əksinə getmiş - xristianlar islam dinini qəbul etmişlər). Görünür, Dostoyevskilər nəslinin bir çox nümayəndələri də müəyyən mülahizələrə görə xristian dininə pənah aparmalı olmuşdular. Söz düşmüşkən deyim ki, Dostoyevskilərin ulu qohumları olan Yusupovlar nəslinin bir çox nümayəndələri xristianlığı qəbul etsələr də, onların arasında müsəlman dininə sadiq qalanlar da olmuşdur. Tarixdən məlum olduğu kimi, qraf Yusupov sonralar məşhur saray favoriti Rasputini qətlə yetirmişdir.
    Sonda bir məsələni də vurğulamaq istərdim. Mənə elə gəlir ki, Dostoyevskinin soyadının (familiyasının) əsasını təşkil edən anlam öz mənşəyini məhz “dost” sözündən götürmüşdür. Əlbəttə, deyilənlər bəzilərinə paradoksal görünə bilər. Bu mülahizələri, yalnız məhdud elmi dairəyə məlum olan faktları söyləməklə mən, qətiyyən, Dostoyevskini zorən “türkləşdirmək” niyyətində deyiləm. Məqsəd, sadəcə olaraq, mövcud mənbə və dəlilləri böyük rus yazıçısının pərəstişkarlarının və tədqiqatçılarının nəzərinə çatdırmaqdan ibarətdir.



















    Karamazov yoxsa Karakozov?

    Dostoyevski tədqiqatçıların bir qismi yazıçının məşhur “Karamazov qardaşları” romanından bəhs edərkən əsərin qəhrəmanının (və yaxud əksər qəhrəmanlarının) soyadının “mənşəyini” dəqiqləşdirməyə çalışmışlar. Onların böyük əksəriyyəti əsərin qəhrəmanlarından birinin- Dmitri Karamazovun prototipini də müəyyən etməyə cəhd göstərmişlər. Araşdırıcılarının çoxunun yekdil rəyinə görə Karamazov əslində Karakozovun bədiiləşmiş obrazıdır.
    Bəs kimdir Karakozov?
    Dmitri Vladimiroviç Karakozov –(1840-1866) Rusiya tarixinin tanınmış simalarından biridir. Adətən, tarixi əsərlərdə onu terrorçu kimi təqdim edirlər. Bunun üçün ortada tutarlı faktlar da var. Belə ki, əvvəlcə Kazan Universitetinin hüquq fakültəsində, sonra Mostva Universitetində təhsil alan və təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən qovulan Karakozov tezliklə inqilabi təşkilata qoşulur. O, belə hesab edirdi ki, çarın terror yolu ilə aradan götürülməsi inqilabın alovlanmasına güclü təkan ola bilər. Elə bu “ali” məqsədlə-çarı öldürmək üçün, o, yaşadığı əyalətdən- Serdobsk qəzasından Peterburqa gedir. 1866-cı il aprel ayının 4-də o, Yay bağının darvazası ağzında imperator 2-ci Aleksandra tapançadan atəş açır. Güllə hədəfə dəymir. Onu həbs edirlər. Haqqında həmin il sentyabr ayının 3-də asılmaqla edam hökmü çıxarılır və hökm icra edilir.
    Karakozov (Qaragözov) tatar əsilli inqilabşı idi. Yeri gəlmişkən, Dostoyevski özü də mənşəcə tatar idi. Onun ulu bası Aslan Çələbi Mirzə 1389-cu ildə Qızıl Ordanı tərk edərək xristanlığı qəbul etmişdi. Moskva knyazı Dmitri Donski onun xaç atası idi. (Bax: Уйти ото всех. Лев Толстой как русский скиталец (в составе книги «Лев Толстой. Последний дневник». // М.: ИКАР (Изд-во ВК), 2010.
    • Родные и близкие (в составе книги «Хроники рода Достоевских») // М.: Фонд Достоевского, 2013.
    • Сага о Достоевском (пер. кит. яз.). Пекин. — 2014.
    • Последний год Достоевского. М.: Редакция Елены Шубиной, 2017, 780 С.
    • Пропавший заговор. Достоевский: дорога на эшафот. М.: Академический проект, 2017.
    • Родиться в России. Достоевский: начало начал. М.: Академический проект, 2018. — 749 С.
    Onu da qeyd edək ki, hakimiyyətə gəlmək yollarında terrorizmi istisna etməyən boşeviklər onu ilk inqilabçılardan biri hesab etmişlər. Heç də təsadüfi deyildir ki, sovetləşmə mərhələsindən sonra Rusiyanın bir çox şəhərlərində- Penzada, Tulada, Mojayskda, Serdobskda, Krivoy Roqda bir çox küçə və xiyabanlara Dmitri Vladimiroviç Karakozovun adı verilib.
    Karakozovun taleyi sizə Dostoyevskinin öz həyatını, daha doğrusu onun ilk gənclik illərini xatırlatmır ki? Axı, 1849-cu ildə sui-qəsddə iştirak edən gənc Fyodor Mixayloviç Dostoyevski haqqında da ölüm hökmü çıxarılmışdı. Sadəcə olaraq... çarın “humanist fərmanı” onu edamdan xilas etdi. Və buradaca qeyd edək ki, fərman qüvvəyə minsəydi gələcəyin daha bir görkəmli yazıçısı hesab edilən Vladimir Navokovun babası general-admiral, sonralar Rusiyanın Ədliyyə naziri olmuş Dmitri Nabokov hökmü icra edəcəkdi...
    Bildiyiniz kimi, əvvəllər terrora üstünlük verən Dostoyevski zaman keçdikcə sosialist ideyalarının amansız düşmənlərindən birinə çevrildi...
    Yenə söhbətin əvvəlinə qayıtmaq istəyirəm. Dostoyevskinin əksər tədqiqatçıları terrorçu Karakozovun “fəaliyyətinin” yazıçının yaradıcılığına təsirsiz ötmədiyini yazırlar. Onun təkcə “Karamazov qardaşları” romanında deyil, digər əsərlərində (“İdiot”, “Qumarbaz” və s.) Karakozovun “inqilabı” və yaxud dağıdıcı fəaliyyətinin “izi” bu və ya digər nüanslarda özünü göstərməkdədir.







    «Я научила женщин говорить…
    Но, Боже, как их замолчать заставить!»

    (“Danışmaq öyrətdim mən qadınlara...
    Tanrı, bəs susmağı kim öyrədəcək?”)
    A.A. Axmatovanın bir bəndlik “epiqramından” sitat gətirdiyimiz bu iki misranı kim necə istəsə yoza bilər.
    ... İndi bizdə də danışmağı öyrənən (və ya öyrənməyən) xeyli qadın şair var. Amma yazmağı (və ya yeri gələndə susmağı) öyrənənlər necə, çoxdurmu?
    Əlbəttə, poeziyada və ümumiyyətlə, ədəbiyyatda mövzular “qadın-kişi” paradiqmaları üzrə bölünməyib. Məsələn, vətənpərvərlik, hərb, təbiət, dostluq, düşmənçilik... mövzusunda hər iki cinsin nümayəndələri yaza bilər və yazırlar da. Amma bu mövzulara yanaşmada fərqli nüanslar olmalıdır, yoxsa yox?
    Niyə gizlədək, bizim poetik şifahi xalq ədəbiyyatında, folklor nümunələrində kişi və qadın “fərqi” daha aydın görünür. Belə ki, eşitdiyimiz poetik parçanın kim tərəfindən səsləndirildiyi, yəni onun naməlum müəllifinin kişi və ya qadın olduğu anındaca, elə az qala ilk misradan bilinir. Amma yazılı ədəbiyyata belə bir bədii-psixoloji-estetik-etik “sərhədd situasiyası” nadir hallarda nəzərə çarpır.
    Yenə sözümün əvvəlinə qayıdıram. Poeziyanın “cinslərə” ayrılması nə dərəcədə doğru hesab edilə bilər? Bəlkə belə bir konkret “bölgüdənsə”, “ümumən” poeziya haqqında danışmaq daha məqsədəuyğundur?
    Zənn edirəm ki, səslənən sualların cavablandırılmasında təkcə poetik təsərrüfatda külüng vuran şairlərin, tənqidçilərin və ədəbiyyatçıların deyil, ədəbiyyatı sevən, duyan, qiymətləndirən oxucuların da fikirləri maraq doğura bilər.






















    Dostoyevski və Turgenevin “davası”...

    Bəzən “böyük” adamların da “xırda” hərəkətləri olur.
    İki məşhur rus yazıçısı- Dostoyevski ilə Turgenev qədər dünyada bir – birinə nifrət edən başqa adam təsəvvür etmək çətin məsələdir. Bunun səbəbləri kifayət qədər çox idi. Əvvəllər hər iki yazıçının bir-biri ilə münasibəti yaxşı olub.
    Amma zaman keçdikcə...
    1846-cı ildə nəşr edilən Fedor Mixayloviçin “Bədbəxt adamlar” kitabının cəmiyyət tərəfindən rəğbətlə qarçılandı. Həmin əsəri, hətta, Birinci Nikolay da bəyənmişdi. Az sonra Dostoyevskinin “Oxşarlar” əsəri işıq üzü gördü. Belinskinin gənc Dostoyevskinin əsərini oxuyandan sonra onu “gələcəyin dahisi” adlandırmışdı. Və elə həmin vaxtlar Turgenev (Nekrasovla birgə) bu barədə bir həcv (epiqramma) də yazmışdı. Həmin həcvdə onlar öz həmkarlarının xəstəliyinə də (Dostoyevskidə ürəkgetməsi vardı, epilepsiyaya mübtəla olmuşdu-F.M.). işarə vurmuşdular. Bundan bək inciyən, üstəlik də hədsiz dərəcədə ruspərəst və İsa Məsih dəlisi olan “Cinayət və cəza”nın müəllifi də dinc durmamışdı. O da öz növbəsində “Ərəfə”nin müəllifini Qərbpərəstlikdə ittiham etmiş və demişdi: Yaxşı olar ki, Turgenev bir teleskop alıb Rusiyaya uzaqdan tamaşa eləsin.
    Amma tale onları bir neçə dəfə “yaxınlaşdırmışdı”. Belə ki, “İqrok”un (“Qumarbaz”ın) müəllifi bir dəfə Almaniyada o vaxt kurort və kazinolar şəhəri hesab edilən Visbadendə özünün olan-qalan pulunu və arvadının az-çox pula gedən bəzək əşyalarını uduzandan sonra naəlac qalıb “Dvoryan ocağı”nın müəllifinə müraciət etməli olmuşdu.
    Dostoyevski yazıçı həmkarından beş taler pul istəmişdi. (“Sizi narahat etdiyim üçün üzr istəyirəm. Hərəkətimdən utanıram, xəcalət çəkirəm. Amma məcburam. Adam batanda nə etməlidir?”)
    Bu, həm Turgenev, həm də o vaxt üçün o qədər də böyük məbləğ deyildi- 3 manatlıq alman gümüş pulu idi. Amma, necə deyərlər, “düşmən” qapıya gəlmişdi. Turgenev “dostuna” cəmi beş taler vermiş və onlar “mehribanlıqla” ayrılmışdılar.
    Di gəl ki aradan az keçməmiş Dostoyevski öz həmkarını, onun yaradıcılığını yenə, həmişə olduğu kimi, orda-burda gözdən salmaq üçün aşkar və gizli “təbliğat” aparırdı. Keçmiş dostunun “qərbyönlülüyü”, “dələduz” almanlara rəğbət bəsləməsi onu açmırdı. Turgenev hirslənib ona demişdi: “Almanlar haqda ağzınıza gələni danışmayın. Siz bununla məni də təhqir etmiş olursunuz. Mən özümü artıq rus yox, alman hesab edirəm”.
    Aradan on il keçəndən sonra Tugenev əsəbiləşib verdiyi pulu tələb etdi və aldı da.
    Hər iki yazıçı ömürlərinin sonunacan küsülü qaldılar. Daim Turgenevi təhqiramiz ifadələrlə “xatırlayan” Dostoyevski bir dostuna göndərdiyi məktubda belə yazmışdı: “Tugenev cındır adamdır, mən onu əvvəldən sevməmişəm”. («Тургенев - дрянной человек, я и прежде его не любил...»)
    Bax belə.
    p.s. o vaxt Turgenev Qərbdə və Rusiyada daha çox sevilirdi. Sonralar Dostoyevskinin şıhrəti onu üstələməyə başladı.
    p.p.s. yeri gəlmişkən, hər iki yazıçı türk kökənlidir. Dostoyevskinin ulu babası Aslan Murza (Mirzə) və Tugenevin ulu babası Mirzə Turgen Qızıl Ordanın nüfuzlu adamları olub. Yeri gəlmişkən, mənim bu barədə, yəni onların tarixi qohumluq əlaqəsi ilə bağlı araşdırmam var.
    ... Hərdən düşünürəm: bəlkə hər kəsdə belə “xırdaçılıqlar” olur?..















    Ömürdən uzun sevgi

    Tatyana Yakovleva
    və Vladimir Mayakovskinin həyatının
    bir roman kimi, bir film kimi
    maraqlı parçası

    Tatyana Yakovleva Parisdə yaşayan rus emiqrantı idi. Vladimir Mayakovski ilə onu 15 oktyabr 1928-ci il tarixdə məşhur Liliya Brikin kiçik baçısı Elza Treule tanış etmişdi. Elza da həmin dövrdə Fransada yaşayırdı. Məlumunuz olduğu kimi, Liliya Brik ərli idi. O, həm ərini, həm də məşhur şairi sevirdi və onların heç birini əldən buraxmaq istəmirdi. Bir müddət Volodya ilə aralarından soyuq küləklər əsməyə başladı. Amma Mayakovskinin Tatyanaya bənd olması onun qısqanclıq hissini alovlandırmışdı. Liliya istəyirdi ki, Volodya çox da “uzağa” getməsin, elə onun öz baçısı Elza ilə yaxınlaşsın. Amma necə deyərlər, sən saydığını say...
    Sözün qısası, günlərin bir günü şair öz eşqini bənd olduğu xanıma izhar etdi, onunla ailə qurmaq istədiyini bildirdi. Tatyana onun təklifini qətiyyətlə rədd etdi. Fransız mədəniyyəti üzərində formalaşan bu aristokrat qadın, Rusiyada gəlmiş şairi- “yonulmamış”, “kor-kobud” Mayakovskini ər kimi təsəvvür etmirdi. Mayakovski hiddətlənib demişdi: “Onsuz da mən sənə və Parijə sahib olacağam...”
    Parişdəki çıxışlarına görə Mayakovski əməlli-başlı qonorar almışdı.Yeri gəlmişkən onu da deyim ki, Mayakovski öz həmkarları arasında ən çox qonorar alan qələm adamı idi. Təsəvvür edin ki, təkcə uşaqlar üçün yazdığı “Yaxşı nədir, pis nədir” adlı kiçik həcmli poemasına görə 10.000 dollar (350.000 rubl) qələmhaqqı (qonorar) almışdı. 20-ci illərin bu kəmiyyətdəki pulunun nə qədər böyük məbləğ olduğunu indinin özündə belə, təsəvvürə gətirmək çətin deyil. Şairin Parisdə aldığı qonorarın nə qədər olduğu barədə ziddiyyətli informasiyalar var. Fakt budur ki, şair Parijdə əldə etdiyi halal vəsaitlə RENAULT NN markalı maşın almışdı. 1929-cu ildə həmin maşın Rusiyaya gətirildi...
    Hə, yaxşı, bəs Tatyana Yakovleva ilə Vladimir Mayakovskinin münasibətlərinin sonrakı mərkələsi necə oldu?.. Məsələ belədir ki, Mayakovski Paris banklarından birinə yatırım etdi. Sonra məşhur gül mağazalarından birisinə gedib həmin banka məxsus, indiki anlamda desək, “sertifikatları” təqdim etdi, onlarla müqavilə bağladı. Əldə olunan anlaşmaya görə, qonorar qurtarıb başa çatana qədər, hər həftənin bir günü mağaza əməkdaşları nəhəng gül buketini Tatyanaya təqdim etməli idi.
    İlk gül dəstələri “ünvana” çatdırılan zaman Mayakovski hələ Parisdə idi. Hətta, sevdiyi xanımla bir-iki dəfə görüşmüşdü də. Tatyana bu cür “yüngül xidmət növünün” faydasız olduğunu işarə etmiş, yenə “yox” demişdi.
    Sonra şair vətəninə döndü...
    Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq gül dükanının əməkdaşları hər həftə gülləri “sahibinə” çatdırırdı. Adətən onun üstündə yazılırdı: “Mayakovskidən”.
    Mayakovski 30-cu ildə intihar etdi. Bunu Tatyana bir neçə ildən sonra bilmişdi. Güllər isə gəlməkdə davam edirdi. Xanıma elə gəlirdi ki, Volodya hələ Parijdədir və ona mağazadan özünün aldığı gülləri göndərir və onu “izləyir”...
    Dediyim kimi, müqavilə əsasında verilmiş pulun kəmiyyəti böyük, xərclənməsi isə müddətsiz idi.
    40-cı illərin əvvəllərində müharibə başladı...
    “Mayakovskinin gülləri” gəlməkdə davam edirdi... Yazı da öz yerində: “Mayakovskidən”. Parisdə aclıq idi. Güllər Tatyanın köməyinə gəldi: o, buketləri imkanlı adamlara satıb çörək və zəruri ərzaqlar alırdı. Fransızlar gül-çiçək sevən olurlar. ..
    50-ci illərdə güllər yenə öz ünvanına çatdırılırdı... “Mayakovskidən”.
    60-cı illərdə, Mayakovskinin ölümündən onillər keçəndən sonra da çiçək buketləri hər həftə Tatyana Yakovlevanın Parisdəki mənzilinin qapısını “döyürdü”...
    Bu əhvalat zamanında rus mədəni mühitində bir nağıl kimi dolaşmaqda idi...
    1970-ci illərin sonunda Sovet mühəndisi Arkadi Rıvlit Parisdə olarkən yaşı yetmişi keçmış Tatyana Yakovlevanın mənzilinə gedir. Öz anasından eşitdiyi əhvalatı danışır... Qadın susur. Cavab verməyir.
    Bu əsnada qapı döyülür. Nəhəng çiçək dəstəsi görünür. Buketin üstündəki lentdə məşhur yazı: “Mayakovskidən”...
    Mayakovskinin gülləri, Tatyana ölənəcən onu “təqib etmədə”, onun mənzilinə gəlməkdə idi. Görənlər söyləyirmiş ki, vaxtilə şairə “yox” demiş bu aristokrat xanımın evi gül salonuna bənzəyirmiş... Həyatın bir roman kimi, bir film kimi, lap elə bir nağıl kimi maraqlı parçası...





















    O, Azərbaycan və azərbaycanlılar haqqında
    xüsusi ehtiram və rəğbətlə
    söhbət açırdı...

    Oleq Volkov... Mən onu konkret neçənci ildə gördüyümü indi dəqiq xatırlaya bilmirəm. Düzü, heç onu da xatırlaya bilmirəm ki, Volkovu konkret harada görmüşəm: kitabxanada, ЦДЛ-də, yoxsa hansısa ədəbi məclisdə?.. Təkcə onu xatırlayıram ki, Moskvanın zəhlətökən yağəşlı günləri idi. Yanımdakı tanışım əlinin işarəsi ilə saqqallı, tökmə bədənli, üz-gözündən sağlamlıq yağan kişini göstərərək dedi ki, bu, Oleq Volkovdur, yazıçıdır. Doğrusu, mütaliəmdən heç vaxt şikayətçi olmasam da, o vaxtacan belə bir yazıçının mıvcudluğundan xəbərsiz idim...
    Sonralar, Bakıya gələndən sonra onun Moskva (Rusiya) mətbuatında çıxan yazıları, müsahibələri ilə tanış oldum. Sən demə, belə bir yazıçını tanımamaqda heç də “günah sahibi” deyiləm. Belə ki, o zaman yaşı 85-i keçən Oleq Volkov qısa fasilələrlə ömrünün 35 ilini sürgün və həbslərdə keçiribmiş. Onun həbsə atılmağı bütün hallarda “siyasi motivlərlə” bağlı olub. Yazıçı hətta, bir müddət Gəncə şəhərində də (o zaman Kirovabad adlanırdı), sürgündə olubmuş...
    Sovetlər dağılandan sonra da Volkovun bədii və sənədli yazıları rastıma çıxırdı. O da yadımdadır ki, bir dəfə Elmlər Akademiyasında söhbətimiz əsnasında mərhum türkoloq-tənqidçi Aydın Məmmədov soruşdu ki, Oleq Volkov adı yazıçı eşitmisən? Dedim ki, hətta görmüşəm də. Gülüb dedi ki, mən də görmüşəm. Sonra əlavə etdi:
    -Çox maraqlı adamdır, orijinal yazıçıdır...
    Oleq Volkov 9 yanvar 1900-cu il tarixdə Sankt-Peterburqda doğulub. 1996-cı il fevral ayının 10-da, 96 yaşında Moskvada vəfat edib. Orasını da deyim ki, yazıçı sağlam olub, xəstəlikdən-filandan əziyyət çəkməyib. Ölümünə səbəb bir acı təsadüf səbəb olub: o, günlərin bir günü öz iti ilə axşam gəzintisinə çıxarkən inşaatçıların laqeydliyi ucbatından qapağı açıq qalmış dərin lükə yıxılaraq ağır xəsarət alıb...
    Bəs yazıçı haqqında belə müfəssəl söhbət açmağımın səbəbi nədir? İş burasındadır ki, Oleq Volkov uzun müddət üzərində işlədiyi “Zülmətə qərq olmuş” (orijinalda əsərin adı belədir “Погружение во тьму”, mən təxmini tərcümə etdim) adlı memuarında azərbaycanlılar, lap dəqiq desəm müsavatçılar, onların yüksək mədəniyyəti, etibarlılğı haqda heyranlıqla söhbət açır. Orasını da vurğulayım ki, həmin əsər 60-cı illərdə yazılsa da SSRİ-də nəşrinə qadağa qoyulub və ilk dəfə 1987-ci ildə Parisdə (Fransada) çap olunub...
    Bəli, yazıçı adı çəkilən memuarında yazır ki, Solovkiyə (Solovetski adalarına) 300 nəfərə yaxın müsavatçı sürgün edilmişdi. Onlar türk millətinin (yazıçı elə bu cür də yazır: “türklər”, “türk millətinin nümayəndələri”) müdrik, barışmaz, əyilməz adamları idi və onların hər biri oradakı bütün millətlərin məhbuslarına nümunə idi. Çünki oradakı bir çox adamlara xas olan satqınlıq, (başqa sözlə “işverənlik”) qorxaqlıq, riyakarlıq kimi xüsusiyyətlər türklərə (azərbaycanlılara-F.M.) yad idi.
    Əsərdə oxuyuruq: “В то время в Бутырке их было около трехсот, ссылаемых на Соловки членов партии мусаватистов. Цвет тюркской – по позднейшему, азербайджанской – интеллигенции… Мне открылся мир неведомый и своеобразный. Мир народа, отчаянно отстаивающего свою самостоятельность. Свои традиционные воззрения и обычаи дедов.
    Когда потом пришлось жить бок о бок с мусаватистами на Соловках, я видел, каким сыновним уважением окружены у них седоголовые, как заботливо следят старшие, чтобы никто не был обделен за братской трапезой, как внимательны к тем, кто ищет уединения для молитвы… По ним я мог судить, насколько далеко зашло за минувшее десятилетие одичание русского общества. Как ожесточились характеры по сравнению с окраинным народом, куда позднее проникли и где на первых порах осторожнее внедрялись заповеди новой морали…”
    Əsərdə QULAQ, eləcə də Sovet rəhbərlərinə qarşı müsavatçıların etdiyi qiyam, aclıq və mübarizə təsvir olunur. Yazıçı, Azərbaycan rayonlarından birində müəllim işləmiş Mamud Məmmədov haqqında isə xüsusilə ətraflı söhbət açır...
    ... Və nəhayət. Bu qiymətli sənədli əsərin tərcümə olunub nəşriyyatlarımız tərəfindən nəşr edilməsi şərəfli tariximizi öyrənmək baxımından hər kəs üçün qiymətli bir töhfə olardı.

























    Mən onu tanıyırdım...

    Söhbət böyük rus şairi
    Andrey Voznesenskidən gedir

    Rusiyanın və rusların tarixində Voznesenski soyadlı simalar çox olub. Onların arasında çox güman ki, şair Voznesenski daha məşhurdur.
    Andrey Andreyeviç Voznesenski 1933-cü ildə Moskvada tanınmış alim, professor Andrey Nikolayeviç Voznesenskinin ailəsində doğulub. Sənətkar 2010-cu ildə elə doğulduğu şəhərdə, lap dəqiq desəm, Moskva yaxınlığındakı yazıçı şəhərciyində- Peredelkinoda vəfat edib. Şairin ulu babası məşhur din xadimi olub.
    Andrey 77 yeddi yaş yaşayıb. Onun iki yeddi ilə tamamlanan ömrü nədənsə mənə böyük şairin özünün çox illər öncə yazdığı bir şeiri, daha doğrusu, bir şeirin iki misrasını salır. Zira hələ çox gənc ikən-1962-ci ildə qələmə aldığı “Mən –ailəyəm” adlı həmin şeirdə də söhbət məhz 7-dən gedir, amma qoşa yox, tək 7-dən.
    Я — семья
    Во мне как в спектре живут семь «я»,
    невыносимых, как семь зверей
    А самый синий
    свистит в свирель!
    А весной
    Мне снится
    что я —
    восьмой!
    Mən bu şeiri bilərəkdən orijinalda təqdim edirəm. Çünki burada da Voznesenskinin “memarlığı” apaydın görünür.
    Bu şeir bir vaxtlar adi adamların və intellektlərin dilində çox məşhur idi.
    Voznesenski ixtisasca “ədəbiyyat adamı” deyildi. Moskva Memarlıq İnstitutunu bitirmişdi. O, şeirin də memarı-arxitektoru idi, desəm zənnimcə səhv etmərəm.
    Gəlin bu məqamda Andrey Voznesenskini öz şeirləri ilə yad edək. Mərhum şairimiz Adil Mirseyid vaxtilə Voznesenskinin bir neçə şeirini dilimizə tərcümə etmişdi. Həmin şeirlərdən birini xatırlatmaq pis olmazdı:

    Əgər müqəddəs olsaydım,
    Ah, Tanrım, hər məbəddən
    Bayramlarda boş çərçivə
    Gəzdirərdim hər il mən.

    Gah müqəddəs ağcaqayın,
    Gah bir çay panoramı
    Görünərdi çərçivədən
    və kövrələrdi hamı.

    Qızıl çərçivəyə girər
    Görüşdən gələn qadın.
    Bilmirsən, müqəddəssən -
    Hanı, hanı qanadın?

    Küçənin sol tərəfi
    durub ayaq saxlayardı.
    sağ tərəf çərçivədən
    baxaraq ağlayardı.

    Dediyim kimi, mən Andrey Andreyeviç Voznesenskini tanıyırdım.
    Bir zamanlar Voznesenskini bütün Sovetlər Birliyinin ədəbiyyat həvəskarları tanıyırdı. Onu Avropa və Amerikada da yaxşı tanıyırdılar.
    Şairin sözlərinə yazılan mahnıları kim xatırlamır? Elə təkcə Alla Puqaçovanın ifa etdiyi “Milyon-milyon qızılgül” mahnısını yada salmaq kifayətdir. Şair bu mahnının süjetini Paustovskinin bir novellasından götürmüşdü. Mahnıda məşhur gürcü rəssamı Nika Pirosmaninin (Pir Osmanlı) fransız aktrisasına sonsuz sevgisindən bəhs edilir.
    Əlbəttə, “Allo”, “Unutma”, “Müğənni”, “Akının nəğməsi”, “Nostalgiya” və digər onlarla mahnının mətnini də yada salmaq olar.
    Voznesenski zahirən sakit təbiətli, amma daxilən üsyankar bir adamdı.
    Onu vaxtilə Xruşşov kəskin tənqid etmişdi.
    O, məşhur dramaturq Artur Miller və onun arvadı Merilin Monronun ailəvi dostu idi. Bu barədə şairin bir şeiri və şeirdə bu misralar var: “Mən Merlinəm, Merlin. Mən qəhrəmanıyam İntihar və heroinin”. O, ondörd yaşından Pasternakla tanış olmuşdu.
    O, Sartrın, Haydeggerin, Pikassonun, Paulsun, Vısotskinin, Bob Dilanın dostu idi. Yəqin ki, sonuncu ism oxuculara artıq yaxşı tanışdır; axı Bob Dilan bu ilin Nobel müfatçısı oldu.
    Onun xanımı (1929-ci il təvəllüdlü) Zoya Boquslavskaya tanınmış tənqidçidir və öz fəaliyyətini yenə davam etdirməkdədir.
    Hə, gəldim çıxdım mətləb üstünə.
    Bəli, mən Voznesenskini tanıyırdım. Yazıçıların Mərkəzi Yazıçılar Evindəki (Sedeel –adlanan yerə) yeməkxanaya gedərkən mən daim onu stol arxasında görərdim. O, adətən tək oturardı. Hamıdan seçilərdi. Yayda, payızda əynində dama-dama pencək, payızda uzun plaş (yağmurluq) olardı. Onun boğazında çox vaxt qırmızı rəngli şərf olardı və bu şərf bir növ onun qalstukunu əvəz edərdi. Sanki Voznesenski bu dünyaya elə bu “qalstukla” gəlmişdi.
    O, adətən yeməkxanaya daxil olarkən əsl yüksək mədəniyyət sahiblərinə məxsus bir əda ilə təzim edərək hamı ilə salamlaşardı. Üzündə bir uşaq səmimiliyi olardı.
    Onu az qala həmişə “öz” məlum yerində görmək olardı.
    Yadımdadır, bəzən onun stolunun arxası boş olanda rus yazıçıları yarızarafat-yarıcıddi deyərdilər: “Görəsən bu gün Andrey Andreyeviç “iş yerində” niyə görünmür?”



    Böyük rus şairi dünyasını dəyişdi
    Yevgeni Yevtuşenko haqda

    Mən bu günlərdə Bella Axmadulina və Yevgeni Yevtuşenko haqda, onların sevgisi barədə məqalə üzərində işləyirdim. Amma, zamanın öz qanunları olur.
    Bu gün, aprel ayının 1-də dünya poeziyasının nəhənglərindən biri- Yevgeni Yevtuşenko 85 yaşında vəfat edib.
    Mənim Yevtuşenko ilə ünsiyyətim olmasa da dəfələrlə onun Moskvada və Bakıdak keçirilən şeir görüşlərində, təntənəli poetik bayramlarında iştirak etmişəm. O, başdan-ayağa həqiqi poeziya və həqiqət mücəssiməsi idi.
    Ölümün mübarək, Jenya.
    (Yeri gəlmişkən böyük şairimiz Rəsul Rza da aprel ayının 1-də (1981-ci ildə) dünyasını dəyişib).
    Beləliklə, bu gün bir dahinin simasında bir epoxa da tarixə qovuşdu.
    Yevtuşenkonun ötən əsrdə tərcümə etdiyim bir şeirini təqdim etməklə onun ruhu qarşısında öz borcumu az da olsa yerinə yetirmək istəyirəm.
    O şeirdəki iki misra əslində elə şairin öz manifestinə, öz kredosuna çox uyğundur: “...bizimçün ayıbdır
    nəhəng olmamaq...”
    01.04.2017

    Yevgeni Yevtuşenko

    NƏHƏNG OLAQ!
    E.Neizvestniyə
    Mən yükdaşıyandan,
    yaxud həkimdən,
    mənə paltar tikən
    hər bir dərzidən
    tələb eləyirəm həmişə hökmən-
    hər nə düzəltsəniz
    nəhəng düzəldin.
    Hər tikilən bina,
    ya da ki, çəkmə,
    qoy uyğun gəlməsin adi ölşüyə.
    Təbiilik yoxdur miyanəlikdə,
    təbiilik yoxdur yalan örtüyə.
    Hər kəs məcbur
    etsin özü özünü,
    hər kəsə öz payı yetişsin ancaq.
    Qoyun sizə deyim
    sözün düzünü
    bizimçün ayıbdır
    nəhəng olmamaq.




    Elina Bıstritskaya bu gün vəfat etdi

    SSRİ xalq artisti, teatr və kino artisti.
    Ötən əsrin gözəl, məlahətli, yaraşıqlı və istedadlı qadınlarından biri.
    Mən onu “Sakit Don” filmindən tanıyıb sevmişəm. Elina həmin 3 seriyalıq kino-epopeyada Aksinya obrazını yaratmışdı. Filmin rejissoru Sergey Gerasimov əvvəlcə əsərdəki ən aparıcı rollardan birinə o qədər də məşhur olmayan aktrisanı çəkmək istəmirdi. Məhz romanın müəllifi Mixail Şoloxovun təkidi və təklifi ilə razılıq əldə olundu. Beləliklə, film çox şey qazandı. Belə ki, Elina kinoda 20-ci əsrin ən parlaq qadın obrazlarından birini yaratdı.
    Düzdür, Elina Bıstritskaya başqa rollara da çəkilib. Amma, məncə onun şah rolu Aksinya idi.
    Elina Bıstritskaya bir müddət Litva dramatik teayrının baş rejissoru Andrey Polyakovla vətəndaş nikahında yaşayıb. Rəsmi əri isə SSRİ Ticarət nazirliyində yüksək vəzifə tutan Nikolay Kuzminski olub. Əri ilə 27 illik birgə ailəlik həyatından sonra 1985-ci ildə boşanmışdır. O, bir qədər qapalı, sirli qadın olub.
    Övladı yox idi.
    Milyonlarla azarkeşi əsrin gözəllərindən biri ilə vidalaşmaqdadır...
    26.04.19



    Çoxərlilər və çoxarvadlılar...
    Hərəsi bir cür dəyərləndirilir...

    Avropa və rus mətbuatında tez-tez müsəlmanların çoxarvadlığına aid təhqirli yazılar gedir.
    Rəhmətlik M.F.Axundovun məşhur qəhrəmanı Hətəmxan ağa demiş, avropalı qadınlar əksərən çoxərli, şərqlı kişilərsə çoxarvadlıdır.
    Oxuculardan bəri başdan üzr istəyib elə bu "ikiərlilər" haqda bəzi faktları yada salmaq istəyirəm.
    Məsələn, dahi yazıçı İvan Turgenev məşhur fransız aktrisası Polina Viardonun dəli-divanəsi idi. Qadının rəsmi əri sənətşünas Lui Viardo idi. Onlar özlərini üçlükdə xoşbəxt hesab edirdilər.
    Yazar Avdotya Panayeva öz mənzilində eyni vaxtda iki kişi ilə yaşayırdı. Yazıçı İvan Panayev bu xanımın kəbinli əri idi. Məşhur şair Nikolay Nekrasovla isə Avdotya vətəndaş nikahında idi.
    Lilya Brikin qanuni əri Osip Brik idi. Bu xanımın “sevgilisi” isə məşhur “proletar şair” Vladimir Mayakovski idi. Yeri gəlmişkən, Mayakovski həm də Elza Triole ilə vətəndaş nikahında idi.
    Məşhur rus şairi Aleksandr Blokun arvadı Lyubov Mendeleyeva-Blok, məşhur kimyaçı Dmitri İvanoviç Mendeleyevin qızı idi. Bu xanım eyni vaxtda görkəmli rus yazıçısı və alimi Andrey Belıyın arvadı idi. Bu ailənin hər üç “üzvü” bir müddət eyni mənzildə yaşayıb.
    Rus şairəsi Zinaida Gippius məşhur rus şairi D.S Merejovskiyə ərə getmişdi. Amma eyni zamanda tənqidçi Akim Volınski və ədəbiyyatçı Dmitri Filisofovla yaşayırdı. Sergey Yeseninin qadınlarından biri –Zinaida Rayx həm də eyni vaxtda məşhur rejissor Meyerxoldun arvadı idi.
    Bunları yazmamaq da olardı.
    Amma böyük yazıçı Maksim Qorki demiş, "faktlar yaman şeydir"... Yeri gəlmişkən elə Qorkinin özü də “aş azın duzu” olmayıb. Onun “könül dəftərində” Olqa Kaminskaya, Mariya Zaxarova, Olqa Yulyevna, Yekaterina Voljina, Mariya Andreyeva, Mariya Budberq... və bir çox digər xanımların adı yazılmışdı...

















    “MARKS ƏLEYHİSSƏLAMın çoxcildliyi”...

    Bu gün vaxtilə, uzun illər birgə işlədiyim həmkarlarımı, indiki Fəlsəfə institutunun bir çox əməkdaşlarını xatırladım.
    Hər bir sahədə işləyənlərin öz spesifik xasiyyət və vərdişləri olur. Bu mənada filosoflar da istisnalıq təşkil etmir. Onlar haqqında indiyəcən az yazmamışam, söhbəti yenə davam etdirirəm.
    Midhət Ağamirov. O, zəhmətkeş alim idi. 1920-ci ildə anadan olmuşdu. Lenin adına APİ-ni ekstern yolu ilə iki ilə bitirmişdi. İlkin ixtisasca tarixçi olsa da ədəbiyyata, fəlsəfəyə yaxşı bələd idi. Vaxtilə mətbuatda çalışmışdı. Ömrünün böyük bir dövrü Fəlsəfə institutu ilə bağlı olmuşdu. Rus və Azərbaycan dillərini yüksək səviyyədə bilirdi.
    Səhv etmirəmsə Marksizm-leninizm şöbəsinin müdiri idi. Marksist və qyri- marksist ideyalarla bağlı bir neçə kitabın müəllifi idi. Lenin demişkən, o yeganə tərcüməçi idi ki, “proletariatın dahi rəhbərinin” Azərbaycan dilində nəşr edilən 55 cildlik əsərlərinin hamısının, daha doğrusu hər birinin tərcüməsində iştirak etmişdir.
    Bir qədər ətiacı, daha doğrusu mübahisə etməyi sevən adam idi. İnstitutda az adamla salamlaşardı. Hər iclasda söz alıb danışmağı xoşlayardı. O da yadımdadır ki, mənim yazdığım monoqrafiyanın müzakirəsi zamanı bir-iki durğu işarəsinin “yerində olmadığını” qeyd edib uzun-uzadı bir çıxış etdi. Mən sakitcə onu dinləsəm də, yaşıdladı onu tənqid atəşinə tutdular. Dediyim kimi, irad tutub əhatəli danışmaq onun şakərinə çevrilmişdi. Adamlarsa, daha doğrusu əksər filosoflar qısa postulatlarla danışmağı xoşlayırdılar.
    Tənha yaşayırdı. Deyilənə görə vaxtilə evli olmuş, sonra ayrılmışdı, hətta bir qızı da vardı.
    Ağamirov səxavətli adam idi. Fikir vermişdim, yeməkxanada rəğbəti olan adamların pulunu kassaya ödəməyi sevərdi.
    Sosializmin mübəlliği, fanatı idi. Yəqin ki, başqa cür ola da bilməzdi. Marksdan, Lenindən sitatlar deyərdi, özü də orijinaldan. Bir az alman dilini də bilirdi.
    Rus dilini kamil dildiyinə görə filosofların əsərlərindəki “ağır” cümlələrinin tərcüməsi ilə üzləşənlər ona müraciət edərdilər. Yadımdadır. Mən bir dəfə yarızarafat ondan soruşdum ki, “qreçka” necə tərcümə olunur. Eynəyinin altından bir xeyli məni süzüb, nəhayət: “bilmirəm”- dedi və əlavə etdi: “Hər gün qreçka yeyirəm, amma bilmirəm dilimizdə necədir...” Gülüb dedim ki, “qarabaşaq”. Çiynini çəkib: “Hə, ola bilər, heç fikir verməmişəm”-dedi...
    Sovetlərin son illərində çox əsəbi idi. İllər boyu təbliğ etdiyi sistem gözünün önündə dağılırdı. O, həmin dövlətdən bir sıra yüksək fəxri adlar, böyük tirajla nəşr olunan tərcümələrdən və öz kitablarından iri məbləğdə qonorar almışdı. Yadımdadır, “köhnə hökumət” hələ çökməmiş gənclərdən biri həmin dövrdə adı yasaq olunmuş M.Ə.Rəsulzadənin şəklini qarderobun arxasından asmışdı. Paltar asılanda şəkil görünmürdü. Əslində o vaxtlar çox adam bilmirdi ki, bu şəkildəki adam kim və nəçi olub. Bir dəfə Midhət Ağamirov “paltarsız” qarderobun arxasından şəkli görüb diksindi. Eynəyini çıxarıb diqqətlə baxdı. Başını bulayıb: “Bu kimdir belə? Bu şəkli kim asıb buradan?”-deyə əsəbi şəkildə soruşdu. Məsələdən agah olmayan və şəkildəki şəxsi tanımayanlar təəccüblə ona və şəklə baxıb sidq-ürəklə eyni sualı verdilər: “Doğrudan, o şəkildəki kişi kimdir?”
    Marksist-leninçi alim bir-iki kəlmə ittihamedici ifadə işlədib getdi. Sən demə, o, bu şəkildəki adamı yaxşı “tanıyırmış”...
    Onun yumoru anlamaq və sevmək qabiliyyəti də vardı. Yadımdadır. Bir dəfə belə bir əhvalat danışdı: “Müharıbədən sonra bizi- bir qrup tərcüməçini o vaxtkı Ali Sovetin sədri olan Mirbəşir Qasımovun yanına yığdılar. Sədr bir az ordan-burdan danışandan sonra bizdən soruşdu ki, bilirsiz sizi buraya niyə çağırmışam. Hamımız susduq. Mirbəşir Qasımov sakitcə ayağa durub əvvəlcə barmağını başının üstündəki şəklə sarı tutdu, sonra sanki salavat çevirirmiş kimi əlini üzündə gəzdirərək dedi ki, yoldaşlar, biz buraya toplaşmışıq ki, çox qısa bir zamanda MARKS ƏLEYHİSSƏLAMın çoxcildliyini tərcümə edək... Halbuki Mirbəşir Qasımov rus dilini az qala heç bilmirdi...”
    p.s.
    Zənnimcə Midhət Ağamirovun tərcümə etdiyi bir sıra əsərləri yenidən nəşr etmək olar. Xüsusulə Fridrix Engelsin “Təbiətin dialektikası”, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”, habelə Vladimir Leninin “Materializm və empiriokritisizm”, “Fəlsəfə dəftərləri” əsərləri yenə maraq doğura bilər.

























    Şərq və Qərb
    (dixotomiya)

    Cozef Redyard Kiplinq (1865–1936) deyirdi ki, Şərq Şərqdir, Qərbsə Qərbdir.
    Stop.
    Əslində Şərqlə Qərb arasında çin səddi yoxdur. Amma, ancaq, lakin və fəqət... Arada bəzi fərqli məqamlar var.
    Ötənlərdə Qərb Şərqdən öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən öyrənir.
    Qərbdə rasionallığa, Şərqsə isə nağılçılığa meyl güclüdür.
    Qərb ağla söykənir, Şərq qəlbə.
    Qərb beşiyə təzim edir, Şərqsə qəbrə.
    Qərb bu günlə yaşayır, Şərqsə dünənlə.
    Qərb rasionaldır, Şərqsə irrasional.
    Qərbdə şəxsiyyət güclüdür, Şərqdə isə şəriət.
    Qərb sıçrayışlarla irəliləyir, Şərq isə inersiya ilə.
    Qərbdə fərdi düşüncə hökmrandır, Şərqdə kütləvi düşüncə.
    Qərb adamı cəmiyyətlə daha çox təmasda olur, Şərq adamı isə daha çox təbiətlə təması sevir.
    Qərb öz keçmişindən gülərək, Şərqsə ağlayaraq ayrılır.
    Qərb çoxdandır ki, daha çox fəlsəfəyə, Şərqsə daha çox dinə arxalanır.
    Qərbdə soyuq rənglər, Şərqdə isti rənglər dominantdır.
    Qərbdə qanunlar, Şərqdə isə ənənələr hökmrandır.
    Qərbli gördüyünə, şərqli isə eşitdiyinə daha çox inanır.
    Qərbdə cəmiyyət, Şərqdə isə ailə kultu güclüdür.
    Qərb analizə, Şərq sintezə üstünlük verir.
    Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib postulatlara isnad edir.
    Qərbdə hiylə ağıl əlaməti kimi, Şərqdə isə ağıl hiylə əlaməti kimi qəbul edilir.
    Qərb intellektual tələbata daha çox vəsait ayırır, Şərq həzzlərin təmin edilməsinə.
    Qərbdə din daha çox mədəniyyət elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi kimi.
    Qərbdə sadə görünən çox şey, Şərqdə mürəkkəb təsir bağışlayır.
    Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə isə hökmranlığın pula tabeliyi daha aydın duyulur.
    Qərb Şərqə heyrətlə, Şərq isə Qərbə riqqətlə yanaşır.
    Qərbdə istehsal, Şərqdə isə istehlak hissi güclüdür.
    Qərb savaşa sənət, Şərq sənətə savaş kimi baxır.
    Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq qərbdən pulla geri alır.
    Vaxtilə Şərq Qərbə yürüş etmişdi, bu gün Qərb Şərqə hücum edir.
    Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran sədlər çin səddi qədər enli yox, olsa-olsa çin kağızı qədər nazikdir.
    Qərbi Çərqdən fərqləndirən amillər arasında coğrafi mühitin rolu böyükdür.
    Şərq və Qərb eyni ağacın budaqlarıdır. Budaqların birinə göyərçin qonub, o birisinə bülbül.
    02.05.2002















    Əkrəm Əylisli nədən qorxur?

    Əkrəm Əylislinin istedadlı yazıçı və SÖZə yaxşı bələd olan qələm sahibi olduğunu az adam dana bilər.
    Yazıçının əsərləri bir çox dillərə tərcümə olunub. Xüsusən, sovetlər dönəmində kitabları müxtəlif ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy, hətta, MM-in deputatı da oldu (başqaları necə, o da eləcə). Ən maraqlısı budur ki, Ə.Ə. deputat olana qədər MM üzvlərini öz yazılarında ələ salır, onlara şəbədə qoşurdu. Hətta, onun “Ətirşah Masan” adlı romanında deputatları “sancan” (bəzən haqlı olaraq) yerlər də az deyildi... Dediyim kimi, yaddaşım məni aldatmırsa, məhz həmin “roman-reportajdan” sonra Ə.Ə. deputat “oldu”. Bütün bunlar öz yerində...
    ...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə iştirak edirdi. Yazıçı həm öz ədəbi kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı suallara münasibətini bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə o, həm rusların, həm də ukraynalıların rəhbərlərini tənqid etdi. Rusları deyə bilmərəm, ukraynalıları (daha doğrusu Zelenskini) niyə tənqid etdiyini yəqin ki, yazıçının yalnız özü bilər...
    Ə.Əylislinin ən uğursuz əsəri, şübhəsiz ki, “Daş yuxular” romanıdır. Rus dilində yazılmış bu əsər doğrudan da zəifdir. Həm də lap zəif. Söhbət “müsbət” erməni obrazlarından getmir. Erməninin də (bəlkə, ola bilsin ki) sağlam düşüncəlisi ola bilər. Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən çox aşağı səviyyədədir... Yeri gəlmişkən deyim ki, bu əsəru oxumaq üçün kitabı yazıçının özü təqdim etmişdi mənə. Ki yəni cüzi tirajla nəşr olunmuş (sonralar Rusiyadakı jurnalların birində çap olunan) əsərin ilk oxucularından biriyəm...
    Əkrəm Əylisli istedadlı qələm sahibidir. Amma açıq desək bu adam “şou”suz dura bilmir. ... Vaxtilə Şüvəlanda çıxartdığı “oyunu” (bu hadisəni nisbətən yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana qoyuram hələ... “Daş yuxuların” yandırılması da hələ qalsın bir yana, hərçənd kitab yandırmaq yaxşı əlamət deyil...
    Bax bu yerdə yazıçıya qarşı başqa bir “kitabyandırma” kompaniyası, “törəni” yadıma düşdü... Haradasa “məlum hadisələr” başlayan vaxtlar idi və günlərin bir günü Ə.Ə. Moskvada o zaman məşhur olan jurnallardan birində (Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr olunan “Drujba narodov” dərgisində) müsahibə vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində) dərc edilən bu müsahibədə Əkrəm müəllim təxminən (əslində “təxminənsiz”) belə bir fikir söyləmişdi ki, mən bir çox hallarda digər millətlərə daha böyük ehtiram göstərirəm və özümü onların arasında daha rahat hiss edirəm... Bilənlər bilir, o vaxt bu müsahibə tufan qopartdı. Adıçəkilən jurnalın nüsxələri və Əkrəm bəyin kitabları yandırılmağa başladı. Hərçənd ki, kitab yandırmaq yaxşı əlamət deyil...
    O da yadımdadır ki, həmin dövrdə mən AZ.Tv-də (Gənclik Baş redaksiyasında) “İlğım”, “İdrak”, “Məzunlar” adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən Ədəbi dram verilişləri Baş redaksiyasında Əkrəm Əylislinin xətrini istəyən həmkarları, yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir Tv kanalı vardı. Kütləvi hücuma məruz qalan Ə.Ə. də həmin kanalın adıçəkilən redaksiyasına zəng vurub həyatının təhlukə altında olduğunu bildirmişdi...
    Hər necə olsa da yazıçını xilas etmək lazım idi. Axı bütün “cığal” hərəkətlərinə baxmayaraq Əkrəm Əylisli istedadlı yazıçıdır. Di gəl ki, işin tərsliyindən, bu tanınmış, amma indi oxucu qəzəbinə düçar olmuş yazıçı haqda heç kəs danışmaq istəmirdi. Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə Məmməxdanlı yazıçının bir neçə yaxın həmkarına zəng vurub dilə tutsalar da efir-ekranda çıxış edib Əkrəmi müdafiə etmək istəyənlər yox idi. Hərə yaxasını bir tərəfə çəkirdı. (Hə, elə buna bənzər əhvalat sonralar “Daş yuxular” nəşr olunanda da yenidən vaqe və təkrar olundu, yazıçının dostları qeyb oldular). Axır ki, uzun çək-çevirdən sonra Əkrəm bəyin nəfinə söz demək istəyən iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib Əkrəm Əylislini müdafiə etdilər, onun istedadına yüksək qiymət verdilər, bir balaca xəta etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz keçmiş tələbəsini yüngülvari məzəmmət də etdi... Əkrəm bəy də öz növbəsində (sinxron müsahibədə) jurnalın redaksiyasında onun söylədiklərinin təhrif edildiyini bildirdi və “mən elə yox, belə demək istəmişəm”- deyə, iddia etdi... Təbii, belə yox, elə də ola bilərdi.
    Əkrəm Əylisli xalq düşməni deyil. Amma o, hərdən ədəbi-bədii düşərgədə özünəməxsus bir “fırtına” qoparmağı xoşlayır, lap şou əhli kimi... Görünür, yazıçı unudulmaqdan qorxur. Əslində isə ta qorxudan keçib, Əkrəm Əylisli...
    p.s.
    Təəssüf ki, bir çox elm, sənət və ya siyasət adamları haqqında yazarkən yalnız iki rəngdən istifadə etmək bizdə bir “qanun” halını alıb. Bu, AĞ və QARA rənglərdir. Bu cür daltoniklər üçün adam ya müsbət ya da mənfi, başqa sözlə ya yaxşı ya da pis olmalıdır. Elə Ə.Ə. haqda olan yazılarda da... Mən çalışdım ki, bu kiçicik qeydlərdə Əkrəm Əylislini qara və ağ rənglərin arasındakı “boşluqda” verim. Zənnimcə, adını bilmədiyim o rəng daha “görümlüdür”...








    Ateistin ölümü
    (Filosof Əmrəli İsmayılov haqqında)

    Tərcümeyi-halından çıxarış:
    Əmrəli İsmayılov 1937-ci il yanvarın 5-də ildə Gədəbəy Rayonunun Slavyanka kəndində anadan olmuşdur. Orta məktəbi Slavyankada bitirmiş, 1956-cı ildə BDU-nun tarix fakültəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət “Vışka” qəzetində ədəbi işçi vəzifəsində çalışmışdır.
    1963-cü ildə Azərbaycan EA-nın fəlsəfə sektorunun aspirantıurasına daxil olur., SSRİ EA-nın aspiranturasında Azərbaycan üçün ayrılmış yerdə təhsilini davam etdirir. Namizədliyi müdafiə etdikdən sonra Fəlsəfə İnstitutunda çalışır. Laborantdan şöbə müdirliyinəcən bir yol keçir. Əmrəli İsmayılov 10 nəfər elmlər namizədi hazırlamışdır. O, 4 monoqrafiyanın müəllifi, 7 kitabın tərtibçisidir. O, bir müddət Akademiyanın Rəyasət Heyətində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir. Əmrəli İsmayılov 14 sentyabr 2019-cu il tarixdə vəfat etmiş, doğuldugu Slavyanka kəndində dəfn olunmuşdur.

    Tanınmış filosof Əmrəli İsmayılov dünyasını dəyişdi.
    Bu xəbəri mənə indicə onun bacısı oğlu çatdırdı.
    Bir neçə gün öncə telefonum zəng çaldı. Səsi tutqun, boğuq olsa da tanıdım. Bəlkə də bir 15-20 il idi ki, görüşmürdük.
    -Tanıdın kimdir zəng edən?
    -Tanıdım, Əmrəli müəllim.
    -Eşitdim kənddəsən.
    -Yox, gəlmişəm, indi Bakıdayam.
    -Nə vaxt görüşə bilərik?
    -Elə günü sabah.
    -Onda zəhmət olmasa gələrsən bizə...
    Vədələşdiyimiz vaxt evlərinə getdim.
    O, bütün ömrü boyu özünü marksist filosof və ateist hesab edib. Moskvada aspirantura bitirib Vətənə dönəndən sonra Fəlsəfə İnstitutunda çalışıb. Çox prinsipial, düzünəqulu bir adam idi. Mövqeyi və məsləki sabit idi. Marksın fəlsəfi baxışları haqda monoqrafiyası vardı və bu əsər vaxtilə keçmiş Sovetlər birliyinin sosiloqları tərəfindən yüksək qiymətləndirilmişdi.
    Əksər klassik filosoflarsayağı bəzi qəribəlikləri də vardı. Kant kimi təkliyi xoşlayardı. Russo kimi təbiəti çox sevərdi. Şopenhauer kimi ömrünün sonunacan tənha yaşadı, ailə qurmadı. Amma bütün bunlara baxmayaraq elə adını çəkdiyimiz o Şopenhauer kimi bir daxili nikbinliyi də vardı. Gözəlliyə biganə deyildi.
    ... Görüşdük. Kitab “dalğalarının” arasından boy verib ayağa durdu. Əvvəlki kimi əzəmətli olsa da hərəkətləri ləng idi. Bir xeyli söhbət etdik.
    Zarafatla dedim ki, bax o vaxt rəhmətlik Şahnəzər Hüseynovla səni evləndirmək istəyirdik, əvvəlcə razılaşsan da sonra fikrindən daşındın, halbuki o vaxt səni sevən qadınlar az deyildi.
    Gülümsəyib dedi:
    -Hə, o vaxt... Heyif, Şahnəzər də getdi. Babək Qurbanov necədir? Eşitdim ki, sənin barəndə kitab yazıb.
    -O da rəhmətə getdi...
    -Paho... Nə qəddar dünyadır... Mənim də ömrümə az qalıb. Yəqin ki, bu günlərdə hər şey sona çatacaq...
    Ürək-dirək verdim. Dedi ki, mən materialist, üstəlik də realist adamam. Bilirəm ki, başlanğıcın bir sonu olur. Onkoloji xəstəyəm. Bircə bu ağrılar olmasaydı...
    Rus dilində yazdığı "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı kitabını verdi. Öz uşaqlığından, gəncliyindən danışdı. Vətənpərvər idi.
    -Bilirsən, mən əslən haralıyam?
    Mən onu əslən Ermənistanlı bilirdim. Onu da bilirdim ki, Göyçə mahalından Gədəbəyə, Slavyanka kəndinə köçüb gəliblər.
    -Mənim əslim İğdırdanam. Yəni ulu babam iğdırlıdır. Bizim tayfaya Hacıkazımlı deyiblər. Sonralar ortaya qan davası düşüb, oranı tərk ediblər. Atam Bəyazid rayonunun Əyrivəng kəndində dünyaya gəlib. Sonradan bizimkilər bir müddət indiki Krasnoselsk, köhnədən Çəmbərək adlanan rayonunda məskunlaşıb. Amma 1918-ci ildə erməni qırğını vaxti siz tərəfə, yəni Şınığa köçüblər. Sonrakı taleyimiz isə, bildiyin kimi, Slavyanka ilə bağlı olub. Mən orada doğulmuşam. Rus məktəbini də orada oxumuşam. Bax belə...
    Əmrəli müəllim poeziyanı, ədəbiyyatı sevən, mütaliləli bir adamdı. “Rusdilli” olsa da Azərbaycan ədəbiyyatına da yaxşı bələd idi.
    Söhbətarası amızada kiçik bir dialoq da oldu.
    -Sən Abbasəli Sarovlu adlı şair eşitmisən?
    -Əlbəttə. Tanıyırdım da. Fars dilindən xeyli tərcümələri var. İstedadlı alim, yaxşı şair idi.
    -Hə, mənim dostum idi Abbasəli... Qoy onun bir şeirini deyim... Görüm yadıma düşürmü, xatırlaya bilirəmmi?
    Xatırladı və şeiri əzbərdən dedi.
    Şeir lirik aşiqin öz sevgilisinə müraciəti kimi qələmə alınmışdı. Oradakı bir misra diqqqətimi çəkdi:
    “Kəfənimi kipriyinlə tikərsən...”
    Daha sonra nəyisə xatırlayıbmı kimi dedi: --Bura bax, yoxsa bu şeiri vaxtilə sən demisən mənə?..
    Qısaca:
    -Ola bilər,-deyə cavab verdim.
    ... Bir xeyli söhbət etdik. Bacısı oğlu Camal rusdilli qəzetlərdən birinin əməkdaşı olan xanım yazarla gəlib çıxdı. Müsahibə götürəcəkdilər.
    Əmrəli müəllim zarafatından qalmadı:
    -Sönən filosofun közərtisinə, daha doğrusu külünün istisinə gələnlər az olmur...
    Mən xudahafizləşib qapıdan çıxanda Camal mənə yaxınlaşıb astadan dedi ki, Əmrəli müəllim vəsiyyət edib, deyib ki, onu Gədəbəydə öz yaxınlarının yanında dəfn etsinlər.
    Bayaq zəng vuranda dedi ki, Əmrəli İsmayılovun son vəsiyyətinə əməl etdik, onu Slavyankada dəfn etdik.
    Öz prinsipləri ilə yaşayan bir elm adamını, istedadlı filosofu itirdik.
    Ateistə də rəhmət düşür.
    Allah rəhmət eləsin.
    14.09.19




















    Vida sözü əvəzi
    Səbuhi Məmmədlinin vəfat etdiyini gecə yarısı
    sosial şəbəkələrdən bildim...

    Xatırladım ki, mən onu ilk gənclik illərindən tanıyıram...
    Xatırladım ki, hələ tələbə ikən populyar müstəqil qəzetlərdən birinin redaktoru idi...
    Xatırladım ki, onu aradabir nəşriyyatın yeməkxanasında həmkarlarının əhatəsində, qaynar yemək-içmək məclislərində görürdüm...
    Xatırladım ki, hamıya səmimiyyət və ehtiramla yanaşardı...
    Xatırladım ki, çox gözəl qələmi vardı, orijinal yazıların müəllifi idi...
    Hə, onu da xatırladım ki, təxminən iki ay öncə Respublika xəstəxanasının cərrahiyyə şöbəsinin dəhlizində qarşılaşdıq. Düz bir il əvvəl, 2013-cü ilin yanvarında mən burada əməliyyat olnmuşdumdum və xəstəxanaya hansısa bir arayışı almaq üçün getmişdim. Səbuhi “kolyaskada” əyləşmişdi. Ayağının biri amputasiya olunmuşdu. Mən bunu əvvəldən bilirdim, çünki bu yaxınlarda yazmışdı ki, “ayağımın birinin yoxluğunu sübut edə bilmirəm ki, pensiya alım”. Yanında bir qadın vardı, həyat yoldaşı olduğunu təxmin etdim. Əyilib alnından öpdüm. Adətən, belə hallarda bizim mentalitet üzrə “necəsən?”- sualı verilir. Onsuz da onun necəliyi göz qabağında idi. Sonra bizdəki ənənəvi “qulluğundayam, sənə necə kömək edim?”- sualının üstündən də sükutla keçdim. Mən ona necə kömək edə bilərdim?.. Ayrılanda “Həcər müəlliməyə salam deyin”-dedi...
    Bir müddət sonra mətbuatda oxudum ki, ikinci ayağı da amputasiya olunub... Sonra, səhv etmirəmsə, öz şəbəkə səhifəsində bir kadr gördüm: Səbuhi gülümsəyərək əl çalır, onun ayaqlarının... yox, dizinin ucunda isə balaca bir qız rəqs edirdi. Bəli, Səbuhi gülümsəyirdi...
    ...və, artıq dediyim kimi, 17.01.2024-cü il tarixdə Səbuhinin vəfat etdiyini gecə yarısı eşidib bildim...
    O, bir müddət Biləcəridə, üçyüz saylı orta məktəbdə həyat yoldaşımla bir məktəbdə işləmişdi. Səbuhi hər dəfə görüşəndə öz keçmiş həmkarına salam göndərirdi.
    Səbuhinin yoxluğu xəbəri Həcər müəlliməni də sarsıtdı.
    Mən dedim ki, o, çox istedadlı jurnalist idi. Yoldaşım dedi:
    -O, həm də gözəl müəllim idi. Bilirsən uşaqlar onun xətrini necə istəyirdi? Bu, öz yerində... Amma onun çox qeyri-adi istedadlı bir oğlu vardı, hamı onu məktəbimizin gözü hesab edirdi... Adı Ramal idi deyəsən. Görəsən, o uşaq indi haradadır?..
    Qəribə taleli bir adamı vaxtsız-vədəsiz itirdik. Bir az özündə günah vardı, bir az da bizim hamımızda...
    Son qəmimiz olsun.
    17.01.2024



    VAQİF küçəsi...
    Bir məsələ məni münasibət bildirməyə vadar etdi...

    Mən yer və küçə adlarının tez-tez dəyişdirilməsinin əleyhinəyəm.
    Amma, amcaq və lakin...
    İki görkəmli yazıçımız bir neçə əsəri müştərək yazıb. Onların birgə yazdığı povest və ssenari –“Uzaq sahillərdə” isə daha məşhurdur. Söhbətin yəqin ki, kimdən getdiyini bildiniz. Bəli, səhv etmirsiz, İmran Qasımov və Həsən Seyidbəyli bizim sevilən ədiblərimizdir. Amma indiki halda söhbət bu iki istedadlı qələm adamının yaradıcılığından getmir...
    Bu günlərdə yolum “Nəsimi bazarı” (heç şairin də bazarı olar?) deyilən yerə düşmüşdü. Vaxtilə özüm də həmin ərazidə yaşamışam. Baxdım gördüm ki, geniş, yaraşıqlı küçələrdən biri yazıçı İmran Qasımovun adını daşıyir. Bir az aşağıda isə paralel bir küçə... Vaqif küçəsi. Öz-özümə düşündüm: olmaz ki, bir neçə əsərin həmmüəllifi olan bu iki yazıçının adını daşıyan küçələr də paralel olsun?
    Məsələ təkcə bunda da deyil. Məsələ həm də burasındadır ki, vaxtilə Vaqifin adını daşıyan küçə “Baksovetdən” bir az yuxarıda, Az.Tv-dən bir az aşağıda idi və həmin məşhur küçədə “yazıçıların evi” deyilən bina yerləşirdi- səhv etmirəmsə ünvan Vaqif-30 idi. Sonralar Sovetin çökməyə başladığı dövrdə Vaqifin adı oradan götürüldü və həmin küçə mərhum yazıçının Baksovetdə işləyən oğlunun təşəbbüsü ilə oldu Həsən Seyidbəyli küçəsi.
    Bu, yaxşı ənənə deyil.
    Bizcə, Vaqifin adını yenə “yerinə qaytarmaq” lazımdır.
    Olmaz ki, bir neçə əsərin həmmüəllifi olan iki gözəl yazıçının- İmran Qasımovla Həsən Seyidbəyli adını daşıyan küçələr paralel olsun?
    p.s. Həsən Seyidbəylinin nəvəsi də gənc yazıçıdır və babasının ad-soyadını daşıyır. Çox sevindirici haldır.
    19.02.12










    Snayper, alim, aktrisa
    Ziba Qəniyeva...
    İndiki nəslə bu ad bəlkə də heç nə demir.
    O, Azərbaycanın ilk snayper qadınıdır. 1923-cü ildə Şamaxıda doğulub. Atası Paşa əslən azərbaycanlı, anası özbək idi. Valideynləri repressiya qurbanı olub.
    Ziba əvvəlcə Daşkəndə, sonra Moskvaya gedir. O, aktrisa olmaq istəyirdi. Lunaçarski adına teatr institutunun aktyorluq fakültəsinə qəbul olunmuşdu.
    O, 1941-ci ildə könüllü olaraq cəbhəyə gedir. 1942-ci ildə böyük şücaət göstərir. Bu sərrast atıcı qız 129 faşisti məhv edir. Amma ağır yara alır. Onu döyüş meydanından hərbi təyyarədə Moskva qospitalına gətirirlər.
    Ziba Qəniyevanı xəstəxanada Mariya Federovna Şvernik müalicə edir. Bu xanım SSRİ Ali Sovetinin sədri Nikolay Mixayloviç Şvernikin arvadı idi. Şvernik Kalinindən sonra Stalin dövründə bu posta seçilmişdi. Tutduğu vəzifəyə görə ölkənin ikinci adamı hesab olunurdu.
    Ziba tezliklə sağalır.
    Bütün bunlar bəlkə də adi bir sovet adamının bioqrafiyasıdır.
    Amma ən maraqlısı budur ki, Ziba Qəniyeva xəstəxanadan (qospitaldan) çıxandan sonra Mariya Federovnanın təkidi ilə onlara gedir və onlara yaşayır. Nikolay Mixayloviç Şvernik Zibanı rəsmi övladlığa qəbul edir.
    Sonralar Ziba xanım uzun illər Türkiyədə çalışmış məşhur diplomat Tofiq Qədirovla ailə qurur. Ziba xanım Şərqşünas alim kimi tanınır. Çoxlu elmi araşdırmaların müəllifidir.
    Ziba Qəniyeva 2010-cu ildə rəhmətə gedib.
    Onun övladı Marat Qədirov tarixçidir.
    Bunları nəyə görə yazdım? Yazdım ki, bu da tariximizin bir hissəsidir.
    p.s. Dediyim kimi, Ziba Qəniyeva gəncliyində aktrisa olmaq arzusu ilə yaşayırdı. Amma müharibə onun arzusunu gözündə qoydu.
    Ziba xanım çox iradəli insan olub.
    O, müharibə başa çatdıqdan sonra öz arzusunun qismən reallaşmasına nail olub: “Tahir və Zöhrə” filmində baş rollardan birinə- fars şahının xanımı rolunda çəkilib. Axı o özü də şahanə, gözəl bir xanım idi.












    Bir filmin qəribə taleyi

    Rusiyada 1969-cu ildə lentə alınmış “Hər axşam saat onbirdə” («Каждый вечер в одиннадцать») filmi Moskvada iki nazirliyi bir-biri ilə necə “düşmən” etdi?

    Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” hekayəsinin motivləri əsasında iki film çəkilib (Rusiya və Türkiyədə), radiopyes hazırlanıb. Əsər bir çox dillərə tərcümə edilib.
    İndiki halda Rusiyada 1969-cu ildə lentə alınmış “Hər axşam saat onbirdə” («Каждый вечер в одиннадцать») filmi ilə bağlı maraqlı bir hadisəni yada salmaq istəyirəm.
    Əvvəla, onu deyim ki, həmin hekayəni məşhur rus dramaturqu və yazıçısı Edvard Radzinski ssenariləşdirmişdir. Filmin rejissoru Samson Samsonovdur. Baş rolun ifaçısı isə aktyor, RF-nın xalq artisti, şair və nəğməkar Mixail Nojkindir. Orasını da qeyd edim ki, Radzinski nədənsə (zənnimcə, yazıçının razılığı olmadan) filmdəki versiyada adları dəyişərək “ruslaşdırmışdır”.
    Mənim danışmaq istədiyim əhvalat, filmin bir çox iştirakçılarının, əsasən də “baş qəhrəman”, daha doğrusu bu rolun ifaçısı Nojkinin xatirələri əsasında qələmə alınıb.
    Hekayədə olduğu kimi, filmdə də subay qəhrəman öz dostlarının zarafatına əməl edərək telefonun sayğacını fırladır. Dostların şərti isə belə idi: “Əgər telefonda qadın cavab versə, sən onunla evlənməlisən...” Bildiyiniz kimi, telefonda məlahətli qadın səsi eşidilir... Həmin rolu RF-nin xalq artisti Marqarita Volodina (S.Samsonovun həyat yoldaşı) ifa edirdi. Məsələ burasındadır ki, tamaşaçıların maraqla qarşıladığı film tezliklə ekrandan həyata “addımlamağa” başladı. Belə ki, SSRİ-nin böyük şəhərlərində, xüsusən paytaxt Moskvada, demək olar ki, hər axşam saat onbirdə telefonlarda, ən çox da küçələrdəki telefon köşklərindən gələn zənglərin “tıxacı” yaranırdı. Bəs bunun səbəbi nə idi? Səbəb həm sadə, həm də mürəkkəb idi. Hər axşam saat onbirdə gənclər, təbii ki, ən çox da oğlanlar, ixtiyari nömrələrə zəng edir, dəstəkdə qadın və ya qız səsi eşidərkən haqqında danışdığımız filmin qəhrəmanı kimi hərəkət edir, “sarı simə” vuraraq gələcək tanışlıq üçün “nömrələr”, “bəhanələr” irəli sürürdülər.
    Kimsə deyə bilər ki, burada qəribə nə var? Onsuz da həyatda filmlərin qəhrəmanlarına bənzəmək istəyən adamlar az olmayıb. Bəli, doğrudur... Amma bu “hadisədə” məsələ bir az başqa istiqamət alıb. Gecə (və ya axşam) saat 11-dən sonra telefonların uzun müddət məşğul olması əhalinin, o vaxtkı ibarə ilə desək “zəhmətkeşlərin” narazılığına səbəb olub. Az sonra SSRİ Rabitə Nazirliyinin ünvanına saysız-hesabsız “şikayət məktubları” gəlməyə başlayıb. Sovet adamları öz müraciətlərində bu maraqlı filmin axşamlar onların telefon danışıqlarına təsir göstərdiyini yazırdılar. Rabitə Nazirliyi yeganəxilas yolunu SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə şikayət məktubu göndərməkdə gördü...
    Film isə bütün maneə və təzyiqlərə rəğmən öz “qəhrəmanları” kimi uzun illər öz “ömrünü” yaşamaqda oldu...
    Yeri gəlmişkən onu da qeyd edək ki, melodram janrında çəkilmiş bu filmə 24 milyondan çox seyrçi tamaşa edib.
















    Şair öz qızı Ayselin adının necə
    yaranması haqda danışarkən
    dedi ki...

    Görkəmli şairlə aramızda xoş ünsiyyət vardı. Oğlu Orxan Fikrətoğlunun da xətrini istəyirəm.
    Fikrət müəllim söz üzərində işləməyi çox sevərdi. Onun bir çox qafiyələri, cinasları dillər əzbəridir. Məsələn bu tipli: “Yoxdur mədəniyyəti, vardır mədə niyyəti”, “Soyuz pisateley, soyuz pisatelye”, “Əgər varsa yubiley, onda onu yu biləy” və sair.
    Bir dəfə Fikrət Sadıq mənə belə bir əhvalat danışdı: “Ötən əsrin söhbətidir. Ukraynaya getmişdim- şairə Lesya Ukrainkanın yubileyində iştirak edirdim. Böyük iclas zalında rəyasət heyətinin arxasında “yubilyarkanın”, yəni Lesyanın iri portreti vurulmuşdu. Şəklin altında isə iri hərflərlə onun adı yazılmışdı. Mən “Lesya” sözünü ürəyumdə əvvəlcə olduğu kimi, sonra tərsinə oxumağa başladım. Məəttəl qaldım, tərsinə oxuyanda “Lesya” çevrilib olurdu “Aysel”.
    Elə iclasın ortasında qəfildən məni Ukrayna Yazıçılar Birliyi katibinin otağına dəvət etdilər. Soruşdum ki, nə olub, nə məsələdir? Dedilər ki, Bakıdan zəng vurub səni axtarırlar. Həyəcanlandım, fikirləşdim ki, görəsən nə olub? Tez-tələsik qaçıb dəstəyi götürdüm. Evdən zəng etmişdilər. Xəbər verdilər ki, qızım olub. Sevindim. Tapşırdılar ki, indi qızına elə bir ad tap ki, hamının xoşuna gəlsin. Mən təzədən iclas zalına qayıdıb portretə baxa-baxa bayaqkı kimi “Lesya”nın adını tərsinə oxumağa başladım. Bu sözün əksi heç də pis səslənmirdi: “Aysel”.
    Bakıya dönəndən sonra doğum şəhadətnaməsi almağa getdim. Soruşdular ki, uşağın adını nə qoymaq istəyirsiz? Dedim ki, “Aysel”. Gözlərini döyüb dedilər ki, belə də ad olar? Dedim bəs onda hansı ad yaxşıdır? İdarənin bir işçisi bildirdi ki, müasir ad olsa yaxşıdır. Mən əlüstü dedim ki, onda qoy uşağın adı olsun “Betonə”. Soruşdular ki. bu adın məması nədir? Dedim ki, bu,”beton” sözündən əmələ gəlib. Mən beton evdə yaşadığımüçün bu adı təklif edirəm. Elə bildilər ki, ciddi deyirəm, yenə razı olmadılar.
    Xülasə, bir xeyli götür-qoydan sonra razılığa gələ bildik. Beləliklə, qızımın adı oldu “Aysel”. Deyəsən, bu əhvalatı ilk dəfə sənə danışıram”.
    Allah, sənə rəhmət eləsin, Fikrət Sadıq.












    Cuna kim idi?

    Çoxunuzun hələ də yaxşı xatırladığınız baxıcı, şairə, həkim, astroloq Cunanın (1949-2015) rəsmi ad-soyadı Yevgeniya Davitaşvilidir. Əslində bu məşhur xanım əslən İran türküdür. Əsl soyadı isə Sardisdir. Düzdür, o, Rusiyada, Krasnodar vilayətinin Urmiya kəndində doğulub. Onun atası Yuvaş Sardis isə İran əhli olub, ailəsi ilə birgə Kubana köçüb. Yuvaş Sardis Kubanda kazak qızı Anna ilə ailə qurub. Cunanın nənəsi də “vergili” olub, baxıcılıqla məşğul olub.
    Maraqlı olan budur ki, əslən İrandakı Urmiyadan olan Cuna Krasnodar vilayətinin Kurqan rayonundakı Urmiya kəndində doğulub. Yəni o, iki Urmiyanın övladıdır.
    Belə-belə işlər...













    Qandi və Ustinov

    Buna alın yazısı da demək olar...
    İndira qandi məşhur aktyor-ssenaristin güdazına gedib?

    31 oktyabr 1984-cü iltarixdə Hindistanın Baş naziri İndira Qandi öz iqamətgahında iki terrorist tərəfindən güllələndi. Onu öz cangüdənləri – sikxlər qətlə yetirmişdilər.
    Mən bu hadisəni və bu tarixi nə üçün xatırladım?
    Məsələ burasındadır ki, həmin gün xanım Baş nazir məşhur ingilis ser-cəngavər-bakalavrı Piter Ustinova müsahibə verməyə hazırlaşırdı. Piter Ustinov dünyaca məşhur adam idi. O, aktyor, rejissor, yazıçı, dramaturq, ssenarist idi...
    İndira Qandi həmin səhər çox gümrah görünürdü. Müsahibinin yanına qırmızı libasda gedirdi. Yaxşı bilirdi ki, bu geyim ona xüsusilə yaraşır.
    Piter Ustinovla çəkilişə gələn operatorlar kameraları hazır vəziyyətə gətirmişdilər. Baş nazir gələn kimi məşhur yazıçı ilə söhbətə başlayacaqdı. Ustinov təcrübəli aparıcı idi. İndiyəcən dünyanın bir çox məşhur simaları ilə görüşmüş, maraqlı verilişlər aparmışdı.
    Sonralar Piter Ustinov gündəliyində yazırdı ki, həmin gün səhər saat 10-a 9 dəqiqə işləmiş atəş səsi eşitdim... Biz həmin atəş səsini kamerada qeydə aldıq... Az sonra məlum oldu ki, Baş nazirə 30 güllə atılmışdı. Saat 10-30-da Qandini hospitala çatdırdılar.
    Qandi həmin gün saat 14-20 keçindi.
    Telekameranın yaddaşında yalnız atəş səsləri qaldı. Ustinovun komandası baş varən hadisəni lentə ala bilmədi.
    Bu hadisəyə bəlkə də alın yazısı demək olar.
    Ustinov həmin gün Qandi ilə çəkiliş vədəsi verməsəydi bəlkə də bu hadisə baş verməyəcəkdi və yaxud sonralar baş verəcəkdi...
    Dünyanın belə işləri də olur.
    P.S.
    Ustinov mənim də oxuyub bəyəndiyim yazıçıdır. Amma dünya onu daha çox aktyor kimi tanıyır.
    Mən dostum Hacı Hacılının Ustinovun bir kitabı ilə bağlı qeydlərini oxuyarkən bu hadisəni xatırladım...
    Və həmin hadisəni gündəliyimdə qeyd etdiyimi də xatırladım...
    Xatırladım ki, həmin gün EA-dakı alimlərin bir neçəsi əməlli-başlı kövrəlmişdi. Onlar Qandinin yaşıdları idi...









    Otellonun əlcəyi

    SSRİ Xalq artisti Ələsgər Ələkbərov Şekspirin “Otello” faciəsində baş rolun mahir ifaçılarından biri olub.

    Moskvadakı qastrolda böyük aktyor həmin obrazı məharətlə oynayır. Amma birinci pərdədən sonra ona deyirlər ki, “sifətin qrimlənsə də əlinin qrimlənməsi unudulub”. Axı Otello zənci idi və təbii ki, zəncinin üzü kimi əlinin üstü də qaraşın olmalıdır. Aktyor iradla razılaşır. Doğrudan da onun əlinə qara qrim çəkilməyibmiş. Amma o, təzədən səhnəyə çıxanda hamı görür ki, bu “rəng” məsələsi yenə əvvəlki səhnədə olduğu kimi qalmaqdadır: yəni Otellonun sifəti kömür kimi qapqara, əlləri isə pambıq kimi dümagdır. Bu, rejissorun və bir çox tamaşaçıların diqqətindən yayınmır.
    Amma əsərin finalına yaxın Otello, yəni Ələsgər Ələkbərov nümayiçkaranə şəkildə əlindəki ağ əlcəyi çıxarıb kənara atır və əlcəyin içindən çıxan qapqara zənci əlləri görünür. Bu, hamını təəccübləndirir. Sən demə, böyük aktyor fasilə zamanı əlinə qara qrim çəkdirib üstündən də ağ əlcək geyinibmiş ki, tamaşaçılar çaşbaş düşməsin. Hər şey daha təbii və inandırıcı alınır. Və, onun düşündüyünün əksinə olaraq, tamaşaçılar daha çox çaş-baş qalırlar...


    Kerenskinin paltosu

    Bəzən adamları təkcə hansı firqəyə, prtiyaya, dünyagörüşünə mənsub olduğuna görə deyil, hətta, geyiminə görə “siyasiləşdiriblər”. Məsələn, ötən əsrin 20-ci illərində inqilabçıların bir çoxu Lenin və Trotski kimi sadə kostyum geyməyi xoşlayırdılar. 30-50-ci illərində isə kommunistlarin əksəriyyəti SSRİ rəhbəri, Baş katib Stalin kimi kitel, qalife şalvar, uzunboğaz çəkmə geyirdilər.
    Amma ondan bir müddət əvvəl Müvəqqəti hökumətin Baş naziri Kerenski kimi geyməyə çalışan adamlar, xüsusən, gənclər də olub.
    Aleksandr Fyodoroviç Kerenski qısa bir müddət ərzində Rusiyanın Baş naziri olmuşdu. O, geyim-keciminə fikir verən adamdı. Baş nazir o zamanın dəbinə uyğun olaraq gen, uzunətəkli palto geyirdi.
    Kerenski ölkəni tərk edib qaçandan sonra belə, bolşeviklər keçmiş Baş nazirin paltosunu uzun müddət unutmadılar. Ən faciəvisi isə budur ki, 30-cu illərdə bir çox günahsız insanları geyimləri “Kerenskinin paltosuna” bənzədiyinə görə repressiya etdilər, güllələdilər, sürgünə göndərdilər.
    p.s. Kerenski 90 il ömür sürdü, 1970-ci ildə Nyu-yorkda vəfat etdi, Londonda dəfn olundu.





    Bəyəm yazıçı prokurordur?

    Mediada tez-tez 30-cu illər repressiyasının qurbanları haqda məlumatlar gedir. Əlbəttə, kemişi unutmamaq lazım. Həmin məlumatlarda qurbanlarla yanaşı, bir çox hallarda “baiskarların” da adı çəkilir. Məsələn, Cavidin, Müşfiqin, Cavadın, Seyid Hüseynin, Sanılının, Talıblının, Çobanzadənin, Ülvi Rəcəbin, Şərifzadənin, Çəmənzəminlinin, Simurğun... ölümündə onların bir çox müasirlərinin adları hallandırılır. Adətən, belə hallarda sübut kimi “baiskarların” qələmə aldıqları kəskin tənqidi yazılar nümunə gətirilir.
    Hansısa bir kəskin, hətta qərəzli bir yazısına görə hansısa bir ziyalının, qələm adamının məhv edilməsi inandırıcı deyildir. Ona qalmış, bu gün də öz həmkarlarını “ifşa” edən, eninə-uzununa yıxıb sürüyən (və öz aləmində qəhrəmanlıq edən) müəlliflər kifayət qədərdir və bu “ifşaya” görə heç kəsi məhv etmirlər. Və ən maraqlısı budur ki, məhz bu cür korazehinlər özləri ağılda olan sələflərinin yolunu davam etdirsələr də, onları daha çox tənqid edirlər.
    Deməli, günahı başqa yerdə axtarmaq lazımdır. Cinayətkar qismində ayrı-ayrı adamları deyil, bütöv sistemin özünü ittiham etmək daha doğru olardı. Yəni dediyim odur ki, siyasi sifarişlərlə ədəbi tənqidi yazıları eyniləşdirmək olmaz. Tənqidçi və ya yazıçı baş katib və ya baş prokuror deyil ki, hökm oxusun.
    p.s.
    Amma bununla belə, “işverən baiskarlara”, satqınlara, donosbazlara da bəraət vermək doğru deyil.



























    SSRİ-nin dağılmasında... “Məsi”nin rolu

    Hərdən SSRİ-nin can verdiyi son günləri yadıma düşür. Bəs siz necə, həmin çağları xatırlayırsınızmı? Parlamentlərdəki əsəbi çıxışlar, o vaxtkı nəhəng ölkəni bürüyən “serial” mitinqlər və filmlər, Alma –Ata, Tbilisi, Sumqayıt hadisələri... Əlbəttə, bütün bunları yalnız həmin dövrü görmək üçün yaşı imkan verənlər yada sala bilər...
    Həmin vaxt, Moskvada Kaşpirovski adlı bir şarlatan Mərkəzi TV ilə az qala hər gün çıxış edib milyonlarla insanı “gipnoz” edirdi. Adamların bütün diqqəti “mavi” ekranda olduğundan öz şəxsi problemlərini qısa müddətə də olsa unudurdu. Amma sonra yenə dəniz kimi dalğalanan mitinqlər... Yeri gəlmişkən, Kaşpirovski yenə sağdır, 80-ni ğtsə də gümrahdır, saçına manıslar kimi qara yaxır..
    Bu əsnada bizdə də bir çox əcaib-qəraib hadisələr baş verməkdə idi...
    Əvvəlcə şəhərin “Sovetski” adlanan hissəsində-Təzəpir məscidi tərəfdə, gecələr köhnə bir binanın divarında “sirli insan kölgəsi” zühur etməyə başladı. Şəhər əhli oraya axın edir, amma heç kəs bu kölgənin “mənbəyini” müəyyən edə bilmirdi... Sıravi adamlar deyirdilər ki, hansısa imam zühur etmədədir...
    Sonra kiminsə evində “Məsi” adlı “ağıllı” bir pişiyin sorağı aləmə yayıldı, sən demə həmin pişik “danışırmış”. Gözünə döndüyüm o vaxtki media, habelə TV fürsəti əldən verməyib həmin pişiyi, onun sahibini və ondan yazan jurnalistləri uzun müddət reklam edib “danışdırdı”. Az qala əfkar-ümum bu “danışan” pişiyi “dahi” elan etmişdi. Əslində isə, bu bəxti gətirmiş, qucaqlarda gəzən pişik sadəcə olaraq mıyoldamağı bacarırdı. Nəsə mən onun nə “danışdığını” ayırd edə bilmirdim...
    Əlbəttə, zənimcə, bütün bunlar təkcə TV-nin öz təşəbbüsü deyildi. Adamların başını qatmaq üçün düşünülmüş bir “oyun” idi. Yəni sifariş “yuxarıdan” gəlirdi. Bir növ bizim bu qoçaq Məsi pişik Moskvadakı Kaşpirovskinin anoloqu və ya davamçısı idi. Axı nəsə düşünüb tapmaq lazım idi. Çünki mağazalarda çörək, ət, pal-paltar, mer-meyvə qəhətə çıxmışdı. Mitinqlər bütün ölkənin – SSRİ-nin hakimiyyət sütunlarını tərpətməkdə idi. Tragikomik faciələr bir-birini əvəz edirdi. Bir azdan həmin sütunlar sınacaq, ölkə dağılacaq, komizm arxa plana çəkiləcək, tragediya isə ön plana çxacaqdı.
    Yadınızdadırmı?
    Çox güman ki, bu işlərdə Məsinin də bir balaca rolu oldu.
    20.02.2022





    Cavidlə sürgündə olan adam

    Bakıdan Yerevana gedən qatardakı ümumi vaqonda yerimi müəyyən edib əl çantamı və yağmurluğumu yuxarıdakı qatlama ağac “polkanın” üstünə atdım. İçəri alaqaranlıq idi. Bir az dincəlib vaqonun dəhlizinə çıxdım. Adam az idi. Bələdçi qadın girişdə dayanıb dəmir tutacağa söykənmişdi.
    Açıq pəncərənin ağzında, ensiz dəhlizdəki kiçik dəmir oturacaqda əyləşdim. Payız olsa da hava xoş idi. Pəncərədən bayıra boylandım. Təbiətin qızıl fəsli, yəni son baharın təkrarsız rəngləri hətta, dəmiryol vağzalının bomboz beton səkilərində, daha doğrusu səki boyu sıralanmış təkəmseyrək ağacların yarpaqlarında də hiss olunurdu.
    Qatar yerindən tərpəndi. Bələdçi qadın vaqonun girişindəki kiçik “hücrəsinə” çəkildi.
    Adam az olduğuna görə sakitlik idi. Mən perrona çıxıb siqaret çəkmək istəyirdim. Bu əsnada arıq, uzun, qaraşın sifətini dərin qırışların “şumladığı” bir kişi mənə yaxınlaşıb boğuq səslə dedi:
    -Salam. Axşamınız deyir. Oturmaq olar burada?
    Kişi əli ilə üzbəüzdəki dəmir oturacağı göstərib cavab gözləmədən əyləşdi. Mən dilucu kişinin salamını aldım.
    Əslində vaqonun ensiz dəhlizi boyu səpələnmiş dəmir oturacaqların az qala hamısı boş idi. Amma yaşı yəqin ki, yetmişi çoxdan adlamış bu ahıl adam mənimlə qabaq-qənşər əyləşmək istəyirdi. Yəqin ki, söhbət etməyə adam axtaran birisidir. İstədim ki, ayağa durub siqaret çəkməyə çıxam. Kişi ürəyimi oxuyubmuş kimi dilləndı:
    -Siqaret çəkən deyilsiz ki?
    Könülsüz halda:
    -Çəkirəm,-deyə, cavab verdim.
    -Hə, mən də çəkənəm.
    Perrona çıxdıq. Siqaret alışdırdıq.
    -Müəllim işləyirsiz?
    Aşsaqqalın sualına sualla cavab verdim:
    -Haradan bidiniz?
    Kişi gülümsədi:
    -Mən də müəlliməm.
    Əl verib təzədən tanış olduq.
    Ordan-burdan danışmağa başladıq. Mən gənc mütəxəssis kimi Saatlı rayonunda müəllim işlədiyimi dedim.
    O, tüstünü acgözlüklə sinəsinə çəkirdi. Onun tüstü arxasından bozaran sifətinı doğrayan dərin qırışlar qədim tarix kitablarının səhifələrindən boy verən əzilmiş xəritəyə oxşayırdı. Havada burulan tüstünün çoxu sanki onun sifətindəki bu dərin qırışların dolanbanc “çığırlarında” yoxa çıxırdı.
    Yol yoldaşım sən demə 30-cu illərin müəllimi imiş. Kişi həmin illərin tanınmış şəxsiyyətlərini bizim kimi televizorda yox, həyatda görübmüş.
    Qocaman müəllimin danışdıqları mənim üçün çox maraqlı idi. Söhbətin şirin yerində o, siqaretinə dərin qullab vurub məndən soruşdu:
    -Hüseyn Cavid necə şairdir?
    Bu suala heç bir cavab vermədən bildirdim ki, mən Cavidin “İblis” dramını az qala bütöv əzbərdən bilirəm. Və başladım İblisin son monoloqunu deməyə. Kişi də mənə qoşuldu. Son misraları “xorla” deyib hər ikimiz güldük.
    “...Kimdir cümlə xəyanətlərə bais?
    İblis, İblis, İblis...”
    Təzədən siqaret yandırdıq.
    Kişi tüstünün arxasından “boylanaraq” boğuq səslə dilləndi:
    -Mən Cavidlə birlikdə olmuşam.
    Araya sükut çökdü.
    Mən onun fikrini qırmaq istəmirdim.
    Kişi handan-hana dedi:
    -Mən onunla sürgündə bir yerdə olmuşam ... Yəni bir yerdə “yatmışıq”.. Sibirdə... İrkutskda. O, gözümün qabağında keçinib. Hər ikimizi eyni “statya” ilə tutmuşdular.
    Mən susurdum. Bu maraqlı söhbətin ardını dinləmək istəyirdim.
    Kişi dedi:
    -Gör bir aradan neçə il keçib? Otuz beş il. Amma sanki hər şey dünən olub...
    Biz təzədən vaqona qayıtdıq. Mən Cavid əfəndi ilə bağlı bu qocaman müəllimlə ətraflı söhbət etmək istəyirdim.
    Bir azdan bələdçinin qapısı açıldı. Yarımaçıq qapıdan meyxoş tüstü ətri gəlirdi. Hiss olunurdu ki, qadın bayaqdan öz iş kabinəsində siqaret çəkirmiş. Ətrindən bilinirdi ki, onun çəkdiyi siqaret bizimki kimi ucuz deyil.
    Kişi ayağa durub dinməz-söyləməz perrona sarı yönəldi. Mən səbrsizliklə onun qayıdacağını gözləyirdim. Amma qocaman müəllim sanki buxarlanıb havaya çəkilmişdi. Mən bələdçi xanımdan bayaqkı adamın yerini soruşdum.
    O, əsnəyə-əsnəyə dedi:
    -O, bizim vaqonda deyil ki. Yəqin onun yeri qonşudakı “ümumi” vaqondadır... Elə bildim ki, sənin tanışındar, yolüstü söhbət etməyə gəlib...
    Mən gecə Saatlı dəmir yol stansiyasında qatardan düşdüm. Sabah dərs günü idi. Ətrafa göz gəzdirdim. Amma “yol yoldaşım” gözə dəymirdi...
    Sonralar mən Saatlıda çoxdan işləyən, bu tərəflərin ziyalılarını yaxşı tanıyan müəllim dostum Məmməd Təhməzova (şair Məmməd Elliyə) bu barədə danışanda o, belə dedi:
    -Elli, mən həmin adamı tanıyıram. Sabirabadda müəllimdir. Düz deyir, Sibirdə Cavidlə bir lagerdə sürgündə olub. Bir az qəribəliyi olan adamdır.
    Mən Sibirdə Cavidlə eyni “maddə” ilə yatan o “qəribə adamı” bir daha görmədim...
    Və gör bir aradan neçə neçə il keçib...









    Küləyin yerə atdığı portret...
    Bu, Brejnevin şəkli idi.
    (Səməndər Rzayev haqqında kiçik xatirə)

    Küləkli bir payız günü idi. Arada yağış çiləyidri. AzTv-nin foyesinə toplaşmış bir dəstə adam ucadan deyib-gülür, nəyisə müzakirə edirdilər. Mən də onlara yaxınlaşdım. Əksəriyyəti aktyorlar, bir də ədəbi-dram verilişləri redaksiyasının əməkdaşları idi. Deyəsən hansısa verilişin və ya tamaşanın çəkilişinə hazırlaşırdılar.
    “Dəstə”nin ortasında dayanmış Səməndər Rzayev ucadan, gur səslə danışır, ətrafındakılara nəyisə izah edirdi. Birdən qapı-pəncərələr şaqqıltı, guppultu ilə taybatay açıldı. Haradasa çiliklənən pəncərə şüşəsinin cingiltisi eşidildi.
    Adamlar diksindi. Güclü külək qalxmışdı. Sonra yaxınlıqda, lap qulağımızın dibində şağğıltı və tappıltı eşidildi. Sən demə, dəli külək divardan asılmış şəkli qoparıb yerə atmışdı.
    Heç kəs yerə düşmüş şəklə yaxınlaşmaq istəmirdi. Məsələ burasında idi ki, bu, Brejnevin yağlı boya ilə çəkilmiş iri portreti idi. Şəkildə masa arxasında əyləşmiş Baş katıbin qarşısında buğlanan pürrəngi çay, büllur külqaqbı təsvir olunmuşdu. Brejnevin barmaqları arasındakı siqaret tüstülənirdi. İnsafən, yaxşı bir rəssam işi idi. Bəlkə elə bu şəklə görə, daha doğrusu, siqaret tüstülədən Baş katıbə görə bu ciddi idarədə kişilər bir yana, elə qadınlar arasında da çəkənlərin sayı kifayət qədər idi.
    Bəli, külək Brejnevin şəklini divardan qoparıb mərmər döşəmənin üstünə atmışdı.
    Bayaqdan deyib-gülən adamların səsi sanki birdən-birə batdı. Yalnız küləyin uğultusu eşidilirdi. Şəklə yaxınlaşmaq istəyən cürətli bir kəs yox idi, zira bunun bir düşər-düşməzi ola bilərdi. Çərçivənin içindəki Baş katibinsə dünya vecinə deyildi, ləzzətlə öz siqaretini tüstülədirdi.
    Birdən Səməndər Rzayev asta, ehtiyatlı, ləngərli addımlarla şəklə sarı getməyə başladı, əyilib onu yerdən götürdü. Cibindən dəsmal çıxarıb şəklin üstünün tozunu aldı. Portreti divardan asa-asa özünəməxsus şirin, həlim, asta “bulaq” səsi ilə Baş katibə müraciətən danışmağa başladı:
    -Əziz Leonid İliç, biz sizi çox sevirik. İnanın ki, bu, bizim təqsirimiz deyil. Külək belə etdi. Bağışlayın bizim Bakı küləyini. – Onun ürəyi soyumadı, sanki Baş katib yaxşı “başa düşsün” deyə öz müraciətini rusca da ifadə etdi:- Doroqoy Leonid İliç, mı oçün lyubim vas. Mı zdes ne priçom. Veter vinovat... Prostite bakinskoqo vetra...
    Nəhəng vücüdlu aktyor şəkli divardan asıb yenə asta addımlarla geri çəkildi.
    Bir azdan külək sakitləşdi.
    Brejnevsə öz siqaretini tüstülətməkdə idi.
    Foyedə toplaşanlar dərindən nəfəs aldı.
    Mən də bir siqaret çıxarıb alışdırdım.


    “Xaşistı...”

    Yazıçı Əli Səmədli danışırdı ki, yaradıcılıq evində dincəlirdik. Orada bir çox millətlərin nümayəndələri vardı. Həmkarlarımız arasında qafqazlılar daha çox idi. Biz tez-tez bir yerə yığışıb kabab çəkir, şən məclislər təşkil edirdik.
    Günlərin bir günü səhər tezdən durub xaş hazırladıq. İri qazanı yeməkxanaya gətirib stolun üstünə təzəcə qoymuşduq ki, bir də gördük dünya şöhrətli böyük sənətkar Çingiz Aytmatov qapıdan içəri keşir. Hamımız ayağa durub onu salamladıq. Aytamatovu süfrəyə dəvət etdik. O, soruşdu ki, nə yeyəcəksiz belə? Biz dedik ki, gözəl bir xaş hazırlamışıq.
    Çingiz Aytmatov gülərək zarafatla dedi:
    -Ax, vı xaşistı...













    Namiq Abdullayev:
    “Əbülfət, məni girovluqdan azad et...”

    Bir vaxtlar televiziyada (indiki AzTv-də) fantastik əsərlər müəllifi Namiq Abdullayev və realist əsərlər müəllifi Əbülfət Misiroğlu eyni redaksiyada işləyirdi. Namiq bir qədər sadəlövh, Əbülfət zarafatcıl adam idi.
    O zamanlar Əbülfətin “Qaz 24”ü vardı.
    Bir dəfə xasiyyətcə müxtəlif olan bu maraqlı qələm əhli sübh tezdən harasa getməli olurlar. İndiki Hüseyn Cavid (o vaxtki N.Nərimanov) prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerdə iri meyvə-tərəvəz köşkünün yanından keçəndə Əbülfət qəfildən maşının əyləcini basır.
    Xaraktercə səbrsiz olan Namiq həyəcanla ətrafa boylanıb soruşur:
    -Əbülfət, nə olub? Maşını niyə saxladın? Bəyəm QAİ var?
    Əbülfət gülümsəyib sakit tonda deyir:
    -Yox, əşi, QAİ kimdir ki, məni saxlasın. Orada pomidor satırlar..
    -Pomidorun sənə nə dəxli?
    -Dəxli odur ki, mən pomidor turşusunu çox sevirəm. Dəxli odur ki, evdəkilər mənə deyiblər pomidor görsən al... Dəxli odur ki, pomidor faydalı...
    -Mən nə deyirəm ki? Alırsan, al də... Ta bu qədər izahata nə ehtiyac?
    Əbülfət maşından düşür. Bir neçə iri yeşiyi seçib kənara qoyur. Sonra Namiqlə köməkləşib pomidor yeşiklərini maşının yük yerinə qablaşdırır. Realist yazıçı əlini cibinə atanda məlum olur ki, pul çatışmır. Satıcıya deyir ki, üstümdə pul azdır. Satıcı soruşur ki, bəs onda nə edək.
    Əbülfət deyir:
    -Onda belə edək. Mənim bu dostum hələlik qalsın sənin yanında. Pomidor yeşiklərini aparım evə, pul gətirim. Evim odur ey, orada universitetlə çörək zavodunun arasındadır. Uzaqbaşı beş-altı dəqiqəyə qayıdıb gələcəm.
    Namiq əsəbiləşir:
    -Mən nyə qalmalıyam burada, səninçün girov-zadam bəyəm?
    Əbülfət gülüb deyir:
    -Namiq müəllim, onda sən bu yeşikləri apar bizə, pul gətir, mənsə səni gözləyim burada.
    -Axı mən nə maşın sürə bilirəm, nə də sizin evi tanıyıram, -deyə, Namiq deyinir.
    Bir xeyli mübahisədən, götür-qoydan sonra Əbülfətin dediyi həyata keçir.
    Realist yazıçı maşını sürüb gedir, fantast yazıçı yerdəki boş pomidor yeşiklərindən birinin üstündə əyləşib kəmali-ədəblə öz dostunu gözləməyə başlayır.
    Anlar, dəqiqələr, saatlar keçib keçir. Axşam düşür. Əbülfət gəlmir ki, gəlmir. Çox mədəni və dürüst bir insan olan Namiq Abdullayev bir neçə dəfə pomidor satıcısına “saqqal tərpətməli” olur:
    -Əzizim, bəlkə icazə verəsiniz mən gedim? Sizi əmin edirəm ki, dostumu tapıb gətirəcəm, pomidorun pulunu da artıqlaması ilə ödəyəcəyik. O, elə adam deyil... Yəqin nəsə bir hadisə baş verib.
    Satıcı bu xoşməramlı təklifə qətiyyən razı olmur.
    Axşam düşən zaman Namiq birdən ilan çalmış adam kimi yerindən atılıb küçədən keçən maşının arxasınca götürülur və başlayır uca səslə qışqırmağa:
    -Əbülfət, Əbülfət! Əşi, bir maşını saxla görüm, hara gedirsən belə?
    Əbülfət Misiroğlu maşını saxlayıb təəccüblə həmkarının üzünə baxır:
    -Namiq müəllim, salam.
    -Əleykümsalam,-deyə, Namiq hiddət və qəzəblə dillənir.
    Əbülfət ciddi şəkildə soruşur:
    -Namiq müəllim, xeyir ola, bu tərəflərdə nə gəzirsən belə?
    Namiq Abdullayev hirsindən dili dolaşa-dolaşa deyir:
    -Əşi, sən də qəribə adamsan. Bəyəm bilmirsən nə gəzirəm burada? Bu səhərdən məni bu pomidorsatanın yanında “girov” qoyub getmisən. Hələ üstəlik soruşursan da ki, burada nə işim var. Pomidorun pulunu ver, qoy buradan, bu “girovluqdan”, bu “əsirlikdən” xilas olum.
    Realist yazıçı Əbülfət Misiroğlu and-aman edir ki, onu sübh tezdən burada qoyub getdiyini tamam unudub. Buna görə satıcıdan və dostundan üzr istəyir. Pomidorun pulunu artıqlaması ilə ödəyərək fantast yazıçını “girovluqdan” azad edir.
    Yeri gəlmişkən, Namiq Abdullayevlə uzun illər dostluğumuz və əməkdaşlığımız olub. Yazıçı uzun illər televiziyada çalışsa da, nitqindəki “tələskinliyə” görə efirə çıxmırdı. Amma bir dəfə onu tv-də danışmağa razı saldıq. 1990-cı ildə aparıcısı olduğum “İlğım” verilişində onunla çox geniş müsahibə-söhbətimiz oldu.
    Tərcümeyi-halından çıxarış:
    Namiq Abdullayev 1928-ci il martın 3-də Siyəzən rayonunun Dərə Zarat kəndində anadan olmuşdur. Orta məktəbi Siyəzən rayonunun Xişkədar kəndində qurtarmışdır (1947).
    Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsilini davam etdirmişdir (1948-1952). Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi olmuşdur (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində məsul buraxıcı, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışmış (1961-1988), təqaüdə çıxmış, yaradıcılıqla məşğul olmuşdur.
    Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun fantastik hekayələri, povest və nağılları "Göyərçin", "Pioner" jurnallarında, "Azərbaycan pioneri", "Ədəbiyyat və incəsənət" qəzetlərində çap edilmişdir. "Tərs gün" və "Giberlandiya" pyesləri Sumqayıt, Lənkəran və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur (1987). "Sehirli oğlan" (1960), "İtirilmiş dünya" (1962), "Balaca Kiberin macəraları" (1966), "Gecələr uzanaydı" (1980), "Piyada vəzirə çevrilir" (1987) kitabları kütləvi tirajla nəşr olunmuşdur.
    Namiq Abdullayev 1992-ci il sentyabrın 22-də vəfat etmişdir.




















    Qəzzafinin Ukrayna payızı

    2008-ci il payızının sonu idi. Kiyevin küçələri boyu uzanan qazon və yaşıllıqların üstünə “əl gəzdirən” dümağ qırov artıq qapını kəsdirən qışın ilk əlamətlərindən xəbər verirdi. O vaxt Ukraynada Yuşşenko prezident, Timoşenko isə baş nazir idi. Xatırlayıram, həmin günlərin ən mühüm hadisələrindən biri Obamanın Amerikada prezident seçilməsi idi. Seçkidən bir gün sonra Kiyevdəki qaradərili adamların hamısı-ali məktəb tələbələrindən tutmuş bazarlardakı alverçilərəcən, bütün gecəni fişəng atıb mahnı oxudular, çalıb oynadılar.
    Həmin günlərin yaddaqalan hadisələrindən biri də Liviya lideri Qəzzafinin Kiyevə gəlişi idi.
    Yadımdadır, Ukraynanın Yazıçılar Birliyinə getməli idim. Səhər tezdən durub qəlyanaltı etdim. Sonta televizotda yerli xəbərlərə qulaq asmağa başladım. Proqramlarda Qəzzafinin Kiyevə gəlişi barədə informasiyalar verilirdi. Mən heç yerə tələsmirdim. Görüşəcəyim yazıçı ilə də xüsusi bir işim yoxdu. Bir də ki, bu yazı-pozu tayfasının əksəriyyətinin təndəl olduğuna, günortayacan yatmağına olan inamımdan dolayı, özümçün hoteldən bir az gec çıxmağı qərarlaşdırmışdım.
    Nəhayət, günorta oldu. Gödəkcəmi geyib küçəyə çıxdım. Avtobusa minib şəhərin mərkəzinə yola düşdüm; Yazıçılar Birliyi orada yerləşirdi.
    Avtobusdan düşüb yolu keçdim. Geniş prospektlə üzüyuxarı getməyə başladım. Nəhəng inzibati binanın yanından keçərkən polisin mənə gəldiyim yolu, daha doğrusu, istiqamətimi dəyişmək barədə işarə etdiyini gördüm. Görəsən nə baş vermişdi belə?.. Ayaq saxlayıb ətrafa göz gəzdirdim. İrəlidə möhtəşəm bir çadır qurulmuşdu. “Görəsən toydur, yoxsa yas?”- deyə, ürəyimdən keçirdim. Polis nəfərinin kürəyinin arxasında, çadırın ətrafında dolaşan ucaboy, qaraşın, silahlı qızlar diqqətimi çəkdi. Yox, deyəsən nə toy idi, nə də yas. Möhtəşəm, zəhmli çadır elə uzaqdan adama... “get-get” deyirdi.
    Az sonra yolüstü köşkdən aldığım yerli qəzetlərdə öz-özümə verdiyim suala cavab tapa bildim: sən demə, gördüyüm o nəhəng çadır Liviya lideri üçün qurulubmuş. Axşam televizorda göstərilən geniş bir reportajda isə Qəzzafi və onun çadırı barədə ətraflı məlumat verdilər. O da məlum oldu ki, diktatoru qırx bakirə qız qoruyur. Qəzzafinin düşüncəsinə görə, bu cür qızlarda hissetmə, duyma qabiliyyıti yüksək olur.
    Baş nazir Timoşenko ağ paltarda bədəvi çadırına, məşhur qonağın görüşünə gəlmişdi.
    Həmin gün mənim yadımda həm də digər bir hadisə ilə qalıb. Amma bu, sırf mənim özümlə bağlı olan bir faktdır. Həmin gün, daha doğrusu gecə, televizorun pultundakı düymələri basıb Bakı kanallarını gözdən keşirməyə başladım. Ekranda mədəniyyət yeniliklərindən bəhs edən xəbərlər verilirdi. Əl saxladım. Aparıcı elan etdi ki, Dövlət Gənclər Teatrında “Su pərisi” adlı əsərin uğurlu premyerası olub. Əsərin müəllifi Firuz Mustafa, rejissoru Rəhman Əlizadədir. Sonra əsərin lentə alınmış bir parçası göstərildi.
    Həmin ilin soyuq Kiyev payızı yadımda bax bu cür qalıb.






















    Tanıdığımız və tanımadığımız Tolstoy

    Böyük yazıçı öz toyu ərəfəsində gələcək həyat yoldaşını uzun illər boyu qələmə aldığı gündəliklərlə tanış olmağa təhrik etmişdi

    Lev Tolstoy az qala bütün dünyanın sevdiyi, qiymətləndirdiyi böyük söz və fikir adamıdır. Onun əsərlərində rus adamının psixologiyası, dünyagörüşü sözün imkan verdiyi bütün rəng və qatlarla təsvir edilmişdir.
    Lev Tolstoy həm də bir ailəcanlı adam kimi tanınır. O, öz arvadı Sofiya Andreyevna Bers-Tolstayaya daim sadiq olmuş, onunla birgə 48 il ömür sürmüşdür.
    Bütün bunlar, bu ailə səadəti və etibarı böyük yazıçı ailə həyatı qurandan sonra baş vermişdir. Məsələ burasındadır ki, subay Tolstoyun həyatı coşqun, odlu-alovlu macəralarla zəngin olmuşdur. Məlumdur ki, Lev Nikolayeviç uzun illər gündəliklər yazmışdır. Həmin qeydlərdə yazıçının həyatının bir çox maraqlı anları əks olunub. Gündəliklərdə ədib öz intim duyğuları, sevdiyi qadınlar, hətta aldatdığı xanımlar haqda da çəkinmədən söhbət açır. Gənc Tolstoyun vurulduğu, görüşdüyü qadınlar arasında evli-ailəli xanımlar da olub, subay-ərlik qızlar da.
    Tolstoy həyatında yaxınlıq etdiyi ilk qadın barədə gündəliyində belə yazırdı:
    “Qardaşlarım məni ilk dəfə “ümumxanaya” apardılar, bu, mənim ilk əlaqəm idi və mən bundan sonra həmin qadının çarpayısı yanında dayanaraq ağladım”.
    Gənc Tolstoy ailə həyatı qurana qədər bu cür bir çox sevgi macəraları yaşayır və öz “təəssüratlarını” ərinmədən gündəliklərdə səliqə ilə qeyd edir. Qrafın ən çox əyləndiyi “xanımlar”, təbii ki, onun öz malikanəsindəki qulluqçular, xidmətçilər, əkinçi-biçinçi qadınlar idi. Onlardan birinə - Aksinya adlı ailəli qulluqçu xanıma isə Lev Nikolayeviç qəlbən vurulmuşdu. Tolstoyun bu qadınla bağlı fikirləri ilə tanış olarkən mən nədənsə digər bir dahi rus yazıçısı - Nobel mükafatı laureatı Mixail Şoloxovun “Sakit Don” romanının eyniadlı qəhrəmanı olan Aksinyanı xatırladım: Qriqori Melexovu başdan çıxaran odlu-alovlu və evli-ailəli Aksinyanı. Gənc qrafın sevgisi Yasnaya Polyanada çoxlarına məlum idi.
    Bütün bunlar öz yerində.
    Qraf Tolstoy ailə qurmaq qərarına gələrkən artıq 34 yaşı vardı. O, əvvəlcə Sofiya Andreyevnanın böyük bacısı Lizaya vurulmuşdu. Tolstoy gündəliklərində yazırdı: “Liza Bers məni cəlb edir. Amma bu, baş tutmayacaq... Hissiyyat yoxdur”.
    Sofiya Andreyevna ilə tanışlıq onun həyatında yeni mərhələ olur. Gənc qraf qıza, necə deyərlər, bir könüldən min gönülə vurulur. Gündəlikdəki qeydlərdə oxuyuruq: “Mən vurulmuşam. Heç ağlıma gəlməzdi ki, belə sevmək olar”. O zaman Sofiyanın on yeddi yaşı vardı.
    Amma... Tostoy qıza ürəyini açmağa tərəddüd edirdi. Yox, məsələ təkcə qrafın cəsarətli olub-olmamağında deyildi. Məsələ burasında idi ki, Lev Nikolayeviç çox vicdanlı bir adam kimi gələcək arvadını özünün “keçmiş həyatı” ilə tanış etmək istəyirdi. Tolstoy belə hesab edirdi ki, indiyəcən bada verdiyi ömür bəlkə də bağışlana bilinməyəcək pozğunluqlarla doludur və o, bu barədə mütləq əvvəlcədən Sofiyaya məlumat verməlidir. Bax buna görə o, iki od arasında qalmışdı. Qraf gündəlik qeydlərində yazırdı: “Sabah onunla görüşüb ya bütün həqiqəti deyəcəm, ya da başıma güllə sıxacam”.
    Tostoy öz keçmişi haqda gələcək zövcəsinə şifahi yox, “yazılı” məlumat verməyi qərara aldı. O, bunun üçün sevgilisinə ilk növbədə illərdən bəri yazdığı gündəliklərlə tanış olmağı təklif etdi. Gənc xanımın gündəlik oxumağa marağı və həvəsi yox idi. Tolstoy şərt qoydu: əgər mənimlə, daha doğrusu mənim yazdıqlarımla tanış olmasan bu izdivac baş tutmayacaq. Yazıq Sofiya Andreyevna zorən də olsa gələcək ərinin qeydlərini oxumağa başlayır və oxuduqca da dəhşətə gəlir. Aman Allah, Lyova nə qədər pozğun adam imiş. Tolstoy hətta vurulduğu ailəli qadın qulluqçu Aksinya ilə əlaqələrini bütün “detalları” ilə qələmə almışdı... Amma artıq gec idi. Sofiya qrafla ailə qurmağa söz vermişdi. Bir həftədən sonra onların toyu oldu.
    Sofiya Andreyevna yazırdı: “Onun keçmişi o qədər dəhşətli idi ki, mən onunla heç vaxt barışmayacağımı zənn edirdim. O, məni öpür, mən isə ürəyimdə düşünürəm ki, bu ilk dəfə deyil ki...”
    Amma ailə qurandan sonra qraf Tolstoy bütün keçmiş “səhvlərindən” xilas oldu. O, indi Rusiyanın ən nümunəvi ailələrindən birinin başçısı hesab edilirdi. Sofiya Andreyevna ilə Lev Nikolayeviçin bu izdivacdan on üç uşağı dünyaya gəldi ki, onlardan da beşi hələ körpə ikən həlak oldu. Tolstoyların sonuncu uşağı doğulanda dahi yazıçının 60, onun arvadının isə 44 yaşı vardı.

    Əksər qohumları, dostları və həmkarları ər-arvad Tolstoyların bir-birinə sədaqətinə, diqqətinə görə qibtə edirdilər. Həqiqətən, onlar bir-birini çox gözəl tamamlayırdı. Bütün bunlara baxmayaraq, dahi söz ustası ölümündən on gün əvvəl arvadından inciyib evdən getmişdi. Bunun da bar başqa səbəbi vardı. Səhv etmirəmsə, vaxtilə bu “səbəb” barədə ətraflı yazmışam.
    Yeri gəlmişkən, bir nüansı da qeyd etmək yerinə düşərdi. Tolstoyun gənclik illərində sevdiyi Aksinya ömrünün sonunacaq onların evində qulluqçu kimi fəaliyyət göstərdi. Tez-tez həmin qadınla üz-üzə gələn Sofiya Tolstayanın elə indinin özündə belə daxilən nələr çəkdiyini anlamaq çətin deyildir. Dahi Tolstoyun özü demişkən, “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir...” Əlbəttə, bu məşhur ifadənin ardı hər kəsə məlumdur.



    Balzakın ilk və son məhəbbəti

    Bəlkə də bir çoxları həmin romanı oxumayıb. Amma əminəm ki, hər bir kəs belə bir qanadlı ifadəni çox eşidib: “Бальзаковский возраст”... Adətən bu ifadə dahi fransız yazıçısı Onore de Balzakın “Otuz yaşlı qadın” adlı məşhur romanına və o romanın Jüli adlı qəhrəmanına bir işarə kimi işlədilir.
    Balzakın qadınlarda sevdiyi yaş... Çox adam elə düşünür ki, qeyd olunan yaş həddini, yəni 30 yaşı və ya həmin yaşda olan xanımları yazıçının özü də sevib.
    Əslində heç də elə deyil.
    Maraqlı burasıdır ki, Balzakın atası Berner Fransua Barsa (Balzak) 52 yaşında olarkən 19 yaşlı Anna Şarlotta ilə ailə qurub. Son zamanlar Balzakın tədqiqatçılarından biri Fransua Tayyandye yazır ki, əslində gələcək yazıçının “gizli atası” qonşuluqda yaşayan de Marqona adlı imkanlı bir adam olub.
    Fakt budur ki, kiçik Onoreyə hələ uşaqlıqdan anasının münasibəti çox soyuq olub. O, daim ana nəvazişinə ehtiyac duyub. Görünür bu ehtiyacdandır ki, yazıçı daim özündən yaşlı qadınlara maraq göstərib.
    Balzakın ilk vurulduğu qadının yaşı 30 yox, 40-dan da çox idi. Bu qadın cazibədar Lore de Berni idi və onun 42 yaşı, üstəlik də 9 övladı vardı. O vaxt gələcək dahinin cəmi 20-21 yaşı vardı. Balzakın böyük istedadını da ilk dəfə görüb qiymətləndirən də məhz elə bu qadın olmuşdur.
    ...Sonralar Balzakın bir neçə dəfə vuruldu. Onun sevdiyi qadınlardan ən məşhuru və sonuncusu qrafinya Evelina Qanskaya (Hanskaya) idi. Dahi ədibin bu xanımla coşqun və bir qədər də mistik məhəbbətinə aid çoxlu əsərlər yazılmış, filmlər çəkilmişdir… Balzak ölüm yatağında olarkən Evelina qonşu otaqda öz kefində imiş…






















    Mən akademik Mehdizadə ilə
    görüşmüşəm...

    (Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində kəndli ailəsində anadan olmuşdur. O, 25 il Maarif naziri olmuşdur)

    ...Ali məktəbi bitirən ili təyinatımı Ağsu rayonuna verdilər.
    Avqustun sonları idi. Təyinat yerinə getdim. Sanki havadan od yağırdı. İkimərtəbəli mehmanxanada bir otaq tutdum. O vaxtlar ucuzluq idi. İndi adını dəyişib “hotel” qoyulmuş qonaqxanalarda qiymətlər ceyran belindədir, belə ki, bir gecə qalmaq üçün gərək bir aylıq orta əməkhaqqıdan keçəsən...
    Nə isə... Ağsuda elə bir tanış-bilişim olmadığı üçün eşiyə-bayıraçox az hallarda çıxır, demək olar ki, bütün günümü otqdakı çarpayıma uzanıb özümlə gətirdiyim kitab-jurnalları oxumaqla məşğul olurdum.
    Pambıq “kompaniyasının” qızğın vaxtı idi. Polis maşınları siqnal verərək ora-bura şütüyürdü...
    Maarif şöbəsinin müdirini tapmaq əmri-mahal imiş. Deyirdilər ki, o da təsərrüfatlardan hansınasa “təhkim” olunub, iş yerinə az hallarda gəlir. Bəli, rəsmi sənədlərdə də “təhkimli” sözü işlədilirdi...
    Nəhayət, bir gün müdiri tapdım. Dedi ki, baş qarışıqdır, bir-iki günə gələrsən. İki gündən sonra mehmanxanadan çıxıb təhsil şöbəsinin yerləşdiyi səmtə getmək istəyirdim ki, bir “Villis” markalı maşın xırçıltı ilə yanımda dayandı. Maşından iki polis düşüb qolumdan yapışdı. Nə baş verdiyini kəsdirə bilmədim. Məni maşına əyləşdirdilər. Məlum oldu ki, sahədə pambıq yığımı gedir, küçəyə “boş-boşuna” çıxmaq qadağandır...
    Səhərisi günü təhsil şöbəsinin müdirini tapdım. Vəziyyəti ona izah etdim. Dedi ki, dərslər başlayan kimi şagirdli-müəllimli pambıq yığımına getməli olacağıq. Mən təyinat yerimin dəyişdirilməsini xahiş etdim. Razı olmadı. Dedi ki, bu məsələni yalnız Maarif naziri (İndiki Təhsil naziri-F.M.) həll edə bilər...
    Maarif Nazirliyi Hökumət evində yerləşirdi. Nazirin qapısının ağzında iki nəfər dayanmışdı. Biri yaşlı, arğaz kişi idi, yayın istisində qara kostyum geyib qalstuk taxmışdı. Hiss olunur ki, köhnə maarif xadimlərindəndir. Digəri isə idman görkəmli, əzələli, tösmərək cavan bir oğlandı. Onlar da mənim kimi qəbula gəliblərmiş. Belə məlum oldu ki, nazir fasiləyə çıxıb. Gözlədik. Saat 2 tamam olanda katibə qız bizi içəri dəvət etdi. Hər üçümüz birbaşa nazirin kabinetinə keçdik. Arada televizorda, bir-iki dəfə elmi konfrans və yığıncaqlarda gördüyüm qara sağanaqlı eynəyin qalın şüşələrinin arxasından diqqətlə bizi süzən Mehdi müəllim başı ilə salamlaşıb əli ilə əyləşmək üçün yer göstərdi. Gəlişimizin məqsədini soruşdu. Sən demə, cavan oğlan Bədən tərbiyəsi texnikumunu bitiribmiş. Və o, tez-tələsik ayağa durub iri kabinetdə iti addımlarla irəli yeridi. Sanki naziri vuracaqdı. Hamımız çaşıb qaldıq. Oğlan düz nazirin qarşısında dim-dik duraraq əl-qolu ilə nəyisə izah etməyə çalışırdı. Nazir təmkinlə dedi:
    -Tələsməyin. Məsələni bir az aydın izah edin.
    Bir-iki addım geri gedən oğlan ya əsəbi, ya kəmhövsələ, ya da davranışına nəzarət etməyən adammış. Çünki o, təzədən ley kimi nazirin üstünə yeriyib rabitəsiz şəkildə nəyisə izah etməyə çalışdı. Elə bu əsnada otağa bir kişi daxil oldu. Təbii ki, Nazirliyin əməkdaşı idi. Mehdi müəllim həmin adama dedi ki, bu cavan oğlanın-əzələli idmanşının işini qaydaya salsın.
    Sonra qara kostyumlu müəllim öz “dərdini” danışmağa başladı. Nazir qarşısındakı iri dəftərdə nəsə qeydlər edib, yaşlı maarif işçisinə: “Oldu, həll edərik, gedə bilərsiz”-dedi.
    Növbə mənə çatdı. Gəlişimin məqsədini bildirdim. O, diqqətlə qulaq asıb soruşdu:
    -Bəs nə üçün Ağsuda qalıb işləmək istəmirsən?
    -Mənə dedilər ki, uşaqlarla pambıq yığmağa gedəcəksən. Mən isə dərs demək istəyirəm.
    Mehdi müəllim soruşdu:
    -Hansı rayona getmək istəyirsən?
    Mən dedim ki, öz rayonumuza, yəni Gədəbəyə. O, gülümsəyib dedi ki, Gədəbəydə müəllimə ehtiyac yoxdur, əksinə, müəllim çoxluğu var. Sonra aramızda qısa bir dialoq oldu.
    -Onda başqa bir rayon olsun, -dedim.
    -Məsələn?
    -Məsələn, Saatlı rayonu.
    -Niyə məhz Saatlı?
    -Çünki orada xeyli tələbə yoldaşlarım var.
    Əlinin altındakı kitabçaya baxıb başını qaldırdı:
    -Saatlı... Olar. Orada müəllimə ehtiyac var.
    Araya bir qədər sükut çökdü. Mehdi müəllim qara sağanaqlı eynəyin qalın şüşələrinin arxasından diqqətlə mənə baxib dedi:
    -Amma bəribaşdan bunu deyim ki, Saatlı da pambıqçılıq rayonudur... Əminəm ki, bir daha təyinatını dəyişmək fikrinə düşməyəcəksən...
    Mən həmin təyinatla Saatlıya getdim. Doğrudan da Saatlıda daha qızğın bir “kompaniya” yaşamaqda imiş. Raykom binasının yaxınlığındakı mehmanxanada özümə bir otaq götürdüm. Oranın müdirinin adı, səhv etmirəmsə, Mirfazil idi. Yazıq kişinin bir gözü raykomun binasında idi.
    Mehdi Mehdizadənin sözlərini xatırladım: “Saatlı da pambıqçılıq rayonudur... Əminəm ki, bir daha təyinatını dəyişmək fikrinə düşməyəcəksən...”
    Ta təyinatımı dəyişmək barədə düşünmürdüm.







    Napoleonun gündəliyində nə yazılmışdı?
    "İslam həqiqi dindir”

    İmperator Napoleon Bonapartın “Generalın gündəliyi” başlığı altında yazdığı qeydlərdə öz müşahidə və fikirlərini qələmə alırdı. Onun qeydlərinin birində Yəhudilik, Xristianlıq və İslam haqqında söhbət açır. qiymətləndirdi. O, yazırdı: Musa Peyğəmbər yəhudiləri doğru yola yönəltməli olan bir Allahın elçisi idi. Ancaq onun təliminin yalnız faydalı tərəflərini qorudular. Fəqət bu fikirləri dünyaya yaymaq əvəzinə Musanın söylədiyi bir fikrə: "Allahın seçdiyi xalq" fikrini daha çox qabartdılar.
    O zaman Allah haqqında böyük həqiqəti söyləyən İsa əta olundu. Allahın tək olduğunu və Onu bütün qəlbimizlə sevməyimizi təbliğ etdi.
    Napoleon yazırdı ki, “İsa öldükdən sonra, Romadakı siyasi elita xalqın idarəetmə vasitələrindən birini dində gördü. Beləliklə, İsanı Tanrı rütbəsinə qaldırdılar və o, Tanrının Özünün bir hissəsi oldu. Allah üçün üçlüyünü təsdiqləyən yoldaşlar tapdılar”. Napoleonun fikrincə, bu, artıq bütpərəstlikdir.
    Nəhayət, tarixin müəyyən bir dövründə Məhəmməd adlı bir adam təşrif buyurdu. Bu adam da Musa, İsa və digər bütün peyğəmbərlərlə eyni şeyi söylədi: yalnız bir tanrı var. Bu, islam idi.
    İmperator Napoleon Bonapart deyirdi ki, "İslam həqiqi dindir”. O, yazırdı ki, insanlar daha çox oxusalar, daha ağıllı olacaqlar. Sonra məntiqə tabe olacaq və arqument axtaracaqlar. Bu cür insanlar fərqli tanrılara ibadət etməyəcək və ayinləri kor-koranə şəkildə yerinə yetirməyəcəklər. Onlar Allahın təkliliyini qəbul edəcəklər. "Buna görə də mən ümid edirəm ki, tezliklə İslamın bütün dünyaya yayılacağı vaxt gələcəkdir, çünki ... Onsuz da üstünlük təşkil edir."
    Источники:
    Correspondance de Napoléon 1er: tome V, p518
    Correspondance de Napoléon1er: pièce N°3148
    Journal inédit de Sainte Hélène, de 1815 à 1818 (Gal Baron Gourgaud)

















    “Haralısan, haralı, durna?”

    Vallahi, həm ağlamalıdır, həm də gülməli...
    Adam deməyə də xəcalət çəkir.
    Sən demə, Hüseyn Cavid və Mirzə Cəlil Naxçıvan ədibləri, Cabbarlı Xızı dramaturqu, Axundov Şəki yazıçısı, Əlibəy Hüseynzadə Salyan mütəfəkkiri, Mirzə Ələkbər Sabir Şirvan satiriki, Səməd Vurğun Qazax şairi, Üzeyir Hacıbəyov Qarabağ bəstəkarı, Nizami Gəncəvi Gəncə dahisi imiş...
    Son dövrlərdə bu və digər nəhəng simaların təbliği bu konuda, bu istiqamətdə aparılır. Özü də hər birinin öz "təəssübkeş həmyerliləri" tərəfindən. Bu cılız, bu dayaz, bu nadan "yerlipərəstlər" bu dahi insanlara gah lupa, gah da mikroskop altında baxırlar. Onları "böyütmək" istəyirlər, əvəzində özləri kimi xırdalayırlar.
    O insanlara hərdən teleskopla da baxmaq lazımdır, cənablar... Axı onların heç biri hansısa "rayonun" özəl sərvəti deyil... Bölgəçilik təfəkküründən, gerizəkalıqdan çıxın, bir az qlobal prizmada, iri miqyasda, geniş panoramda düşünün...
    Eh, bu sözü kimə deyirsən?
    Bəyəm eşitməli olanlar deyilən sözü eşidirlər ki?
    Bir məşhur mahnının sözləri yada düşür: “Haralısan, haralı, durna?..”




    Bəyəm kişilər də siqaret çəkir?

    Gürcü tanışım Saşa və arvadı məşhur rəqqasdır. Hər ikisi öz ölkələrinin rəqs ansamblı ilə bütün dünyanı gəzib –dolaşıblar. İndi yaşlaşıblar, təqaüdə çıxıblar.
    Bir neçə il öncə Saşanın qonağı idim. Arvadı eyvanda rəfiqəsi ilə siqaret tüsdülədirdi. Bu əsnada elə söhbətimiz də siqaretin zərərli və “xeyirli” tərəfindən gedirdi.
    Təbiətən çox zarafatcıl olan Saşa dedi ki, istəyirsən gəl sənə siqaretlə bağlı bir maraqlı əhvalat danışım?..
    Dedim ki, buyur.
    Saşa dedi:
    -Bilirsən ki, mən siqaret çəkən deyiləm. Amma arvadım siqaret həvəskarıdır. Əslində balerinaların, rəqqasələrin çoxu siqaret çəkir ki, artıq çəki yığmasınlar. Yəqin ki, bunu bilirsən. Nə isə... Bir dəfə nəvəm qonaq gəlmişdi. Bizə tez-tez arvadımın rəfiqələri toplaşırdılar. Həmin gün qadınlar baş-başa verib söhbət edə-edə bax elə indiki kimi yenə siqaret tüstülədirdilər. Nəvəm kə kənarda oyuncaqlarla oynayırdı. Dişim ağrıyırdı. Mən qadınların “məclisinə” yaxınlaşıb qutudan bir siqaret götürdüm. Eyvana çıxaraq siqareti yandırıb damağıma qoydum. Bu əsnada nənəsinin üstünə yüyürən nəvəmin heyrət dolu səsini, daha doğrusu qışqırtısını eşitdim: “Nənə, nənə, bir babaya bax, o da siqaret çəkir”. Arvadım və onun rəfiqələri təəccübləndilər: “Hə, nə olsun ki? Çəkir çəksin də...” Nəvəm incik halda dilləndi: “Bəyəm kişilər də siqaret çəkirlər?” Hamı qəhqəhə çəkib güldü. Əslində gülməli bir şey yox idi. Axı bu uşaq evimizdə indiyəcən yalnız qadınların siqaret çəkməyini görmüşdü.

























    Bizdə niyə
    dəniz avtobusları yoxdur?
    Halbuki Xəzər dənizi qulağımızın dibindədir...

    Bəli, mənim əsas vəzifəm, missiyyam elmi və bədii yaradıcılıqla məşğul olmaqdır. Amma arada zərurət yarananda az bələd olduğum və ya heç bələd olmadığım sahələrə də baş vururam. İndi də elə bu “bələd almadığım” bir sahədən söhbət açmaq istəyirəm. Beləliklə, nəqliyyat haqda...
    Doğrusu, yolun məsələn, hər kilometrinə nə qədər xərc çəkmək lazım olduğu, ona xərclənən pulun, habelə qumun, betonun, asfaltın miqdarı barədə də məlumatsızam. Amma buradakı yeyintilər barədə mətbuatda tez-tez oxuyuram. Bu da ayrı bir söhbətin mövzusu...
    İndilikdə qısaca onu deyə bilərəm ki, bizim nəqliyyat sistemində bir xaos mövcuddur. Hər gün saatlarla davam edən tıxaclar... Ac qoyunlar kimi mələşən maşınlar... Abtobus və metrolarda basabas
    Görəsən, niyə bizdə dəniz nəqliyyatından istifadə olunmasın?
    Qonşu və qardaş Türkiyədə bir görün nəqliyyat necə tənzimlənir. Məsələn, götürək İstanbulu. Abtobus, havobus, metrobus, tramvay xəttləri qətiyyən bir-birinə mane olmur. Dəniz nəqliyyatı da ki, öz yerində. Müxtəlif həcmli gəmilər (vapurlar) sərnişinləri şəhərin bir nöqtəsindən ən müxtəlif yerlərə fasiləsiz daşıyıb aparır. Bəlkə nəqliyyat başçıları qonşu ölkələrə ezam olunsunlar? Olsun ki, bu təklif kiminsə şəninə toxuna bilər. Yeri gəlmişkən, Rusiya çarı rəhmətlik Pyotr öz məmurlarına etibar etməyərək Hollandiyada gəmiçiliyin və gəmi nəqliyyatının sirlərini öyrənməyə gedibmiş...
    Düzü, mən bilmirəm, məsələn, Bakıdan ölkədaxili regionlara gəmilər işləyirmi? Məsələn, Lənkərana, Astaraya, Xaçmaza...
    Zənnimzə, Bakının bu başından o başına su nəqliyyatından istifadə etmək yolların yükünü xeyli azalda bilər. Məsələn, Azneftdən Əhmədliyə, Ziğa, Sahil qəsəbəsinə, Ələtə gəmilərlə getmək problemə çevrilməz.
    Görəsən bu dediklərimdə siyasətə toxunan bir şey yoxdur ki?
    Keçirəm təklifimin mabədinə.
    Deyə bilərlər ki, bizdə bə qədər gəmini haradan, necə, hansı pulla əldə etmək olar?
    Doğru sualdır.
    Olsun ki, nəqliyyat nazirliyinin bu qədər vəsaiti yoxdur. Amma elə bu sətirləri yazib təklifimi yekunlaşdırarkən gözümə sataşan maraqlı bir məlumatı oxuyarkən düşündüm ki, “vəsaitin” tapmaq elə də çətin iş olmasın gərək.
    Həmin məlumatı tam oxumasam da bu bu cümlələr diqqətimi çəkdi: “Nəqliyyat Nazirinin keçmiş müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun 49 milyon borcu olub. Daha sonra Əsgərovlar ailəsi 29 milyon manatı zərərçəkmişlərə ödəyiblər”. (Sanki söhbət ərzaq dükanına 49 manat borcu olan qonşu Şəmməd kişinin həmin borcun 29 manatını verib yüngülləşməsindən söhbət gedir).
    Görəsən, bu dediklərimdə siyasətə toxunan bir şey olmadı ki?
    Görəsən, 49 milyon manata neçə dəniz abtobusu, sərnişin gəmisi almaq olar?
























    İnək əmən əsgərlər

    və yaxud Qarı nənənin şikayəti,
    Brejnevin gözlənilən səfəri haqda
    maraqlı əhvalat

    İndiki əsgəri xidmət barədə bir söz deyə bilmərəm, amma Sovet dövründə hərbi borcu yerinə yetirən gənclərin başına gələn bəzi maraqlı hadisələr haqda arada öz qedlərimi yazıb oxuculara təqdim edirəm.
    Hərbi hissəmiz Uzaq Şərqdə, az qala Sakit okeana pərçimlənmiş mənzərəli bir yerdəydi. Yaxınlıqda kiçik, kasıbyana bir qəsəbə də vardı. Komandir heyətinin bəzü üzvləri zabitlər üçün tikilmiş mehmanxanada yaşasa da, bir çoxları qəsəbədə kirayənişin idi. Demək istədiyim odur ki, “gəlmə” hərbçilərlə yerli sakinlər arasında xoş münasibət vardı. Amma...
    Uzaq Şərqin füsunkar təbiəti var. Xatırlayıram, yaz gəlmişdi. Qışla yazın “əlbəyaxa” davası gedirdi. Martın sonları, aprelin əvvəlləri idi. Günlərin bir günü batalyon komandirinin əmri ilə bütün heyət, zabitli-əsgərli sıraya düzüldü. Bir neçə gün idi ki, alayda ciddi quruculuq, təmizlik, yaşıllıq işləri aparılırdı. Səbəb də bu idi, həmin günlərdə SSRİ-nin Baş katibi Brejnev yoldaş Baykal-Amur magistralında tikinti işlərin gedişi ilə tanış olacaqdı. Məlumat üçün deyim ki, BAM-ın tikintisinə Sovet dövləti indiki hesala 80 milyard dollar pul xərcləmişdi.
    Bir qədər romantik, bir qədər kövrək, bir qədər də skleroz olan qocaman Baş katib bu səfəri zamanı vaxtilə, gəncliyində qulluq etdiyi tank alayının heyəti ilə də yolüstü görüşəcəkdi. Elə biz də tankçı idik, amma deyəsən dövlət rəhbərinin görüşü bağqa hərbi hissədə olacaqdı...
    Düzdür, BAM bizdən xeyli aralı idi. Amma o vaxtkı “genaralitetin” əmri ilə əsgərlər gecə-gündüz Brejnevin gəlib keçəcəyi dəmir yolunun, stansiyaların keşiyini çəkirdilər...
    Bəli, hamımız sıraya düzüldük. Ciddi (və zarafarcıl) batalyon komandiri ştabdan çıxıb iri, möhkəm, qəti addımlarla cərgəyə sarı irəliləyəndə hamı özünü yığışdırdı. Onun yanında yaşlı, ayaqlarını güclə sürüyən bir qadın da vardı. Komandir şəxsi heyətlə salamlaşdı və qarını yanına dəvət etdi. Qadın gəlib komandirin böyründə dayandı, daha doğrusu büzüşdü.
    Komandirin məlumatından belə məlum oldu ki, ötən gecə bu qarının həyətində ÇP (FH) baş verib. İki əsgər qarının tövləyə bağladığı inəyi əmiblər. Bəli, bəli, ürəklərindən süd içmək keçən, amma inək sağmağı bacarmayan əsgərlər iribuynuzlu keyvanın südünü əmiblər.
    Diribaş qarı əsgərləri elə inəyin altındaca, yəni heyvanın əmcəkləri onların ağzında olarkən yaxalayıbmış. Əsgərlər qarının hənirini eşidib cəld aradan çıxmışdılar. Əlbəttə, həm xoşagəlməz, həm də bir az məzəli hadisə idi. Hamının üz-gözündən bir təbəssüm dalğası keçdi. Həmişə zarafatı sevən kombat isə bu gün möhkəm hirslənmişdi. Hər necə olursa olsun, qarının inəyini əmən əsgərlər tapılmalı idi.
    Məsələ həm də burasındadır ki, o vaxt əsgərlər üçün babat yeməklər hazırlanırdı. Menyuda nələr yoxdu: balıq və mal ətindən tutmuş, ta yumurta və qatığa qədər hər şey verirdilər. Hə, çox şey verirdilər, təkcə təzə süddən başqa. Görünür, cavan əsgərlərin könlündən təzəcə sağılmış süd keçirmiş və onlar ələ düşən ilk imkandan istifadə etmək qərarına gəlibmişlər.
    Bəli, vəziyyət ciddi idi. Üstəlik də bu günlərdə ölkə rəhbərinin Uzaq Şərqə gəlişi gözlənilirdi. Və üstəlik, qarı nənə müharibə iştirakçısı olmuşdu. Allah bilir, bəlkə də bu veteran qarı bir zamanlar Brejnevlə bir alayda vuruşmuşdu. Onlar lap yaxın tanışlar da ola bilərdi. Sanki bu xoşagəlməz xəbər gedib şəxsən əziz Leonid İliçə çatacaqdı...
    Bir neçə gün sonra Baş katıb o vaxtkı Müdafiə Naziri Dmitri Ustinovun müşayəti ilə Primoryenin baş şəhəri Vladivostoka təşrif buyurdu. Onu gətirən qatar lap yaxınlığımızdan keçdi. Hətta, əsgər və zabitlərin çoxu pəncərə arxasından çölə sarı əl edən Leonid İliçi görüb görüb çox xoşnud, xoşbəxt və sevincək olmuşdular...
    İnəyi əmən əsgərləri isə çox tezliklə qonşu hissədə-“stroybat”da tapıb cəzalandırdılar...



    Pepinov haqqında

    Pepinov Əhməd bəy Ömər oğlu Ahıskanın Axalkələk şəhərində doğulmuşdur. 25 yaşında Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetinin üzvü olmuşdur.
    Aprel çevrilişindən sonra qürbətdə yaşayıb.
    Əvvəlcə Ulyanovska, sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir.
    1938-ci ildə repressiyaya məruz qalmışdır.
    Qazaxıstan SSR maarif nazirinin müavini işləmiş, orada böyük maarifçilik işi aparmış bu kişinin adı bu gün qardaş ölkədə anılırmı? Yox.
    Üzümü Qazaxıstanla sıx əlaqələri olan (və ya orada yaşayan) dostlara tuturam. Əhməd bəy Pepinovun adının Qazaxıstanda əbədiləşməsi üçün çalışmaq lazımdır...
    P.S. Təəssüf ki, orda qazax qardaşları məhv edən ermənilərin adına hələ də küçələr qalmaqdadır...
    P.S.S. Böyük sənətkarımız Lütfəli Abdullayev Pepinovun kürəkəni idi...







    Psixoloji illüziyalar

    Bir dəfə psixoloq dərsdə bir qrupun tələbələrinə bir nəfərin şəklini göstərib deyir ki, bu adama diqqətlə baxın, qatı cinayətkardır, qatilin biridir. Və əlavə edir: "Hə, indi bu fotoya baxıb daha nə deyə bilərsiz bu adam haqda"? Qrupun tələbələri lazım olan bütün mənfi fikirlərini deyir, o adamı şəklinə görə qatı cinayətkar kimi təsvir edirlər.
    Həmin müəllim başqa bir qrupda yenə həmin adamın elə həmin şəklini tələbələrə göstərib deyir: "Fotodakı bu adam dahi bir mütəfəkkirdir. İstəyirəm ki, şəklə diqqətlə baxıb bu adam haqda əlavə fikirlərinizi deyəsiz". Həmin qrupun tələbələri şəklə baxıb “dahini” o ki var tərifləyirlər...
    ..Bir də görürsən ki, hansısa bir “milli caninin” şəkli paylanır və o müzakirə olunur... bir qismi deyir ki, bunun cinayətkar olduğu üz-gözündən bilinir, o bir qism deyir ki, bu dahiyanə adamdır...
    Elə həyatda da belədir: “istiqamətvericidən” çox şey asılıdır.
    Ta nə deyim?..
    Təbliğat və təqdimat çox zaman obyektiv reallığın üstündən xətt çəkir.
    Adamlar nədənsə unudurlar ki, hər bir kəs həyatda öz real "şəklini" öz əməlləri ilə çəkir... Yəni zahirən çox gözəl görünən bir adam mahiyyətcə çox mənfur və idbar, zahirən eybəcər görünən bir başqa adamsa daxilən çox zəngin və müsbət şəxs ola bilər.















    “Şair, hökmdarın hüzurundasan”

    Bəzən diktatorlar, tiranlar da doğru sözə, yumora ehtiyac duyurlar. Doğru sözü isə onlara daha çox qələm adamları deyib.
    Stalinin məşhur rus yazıçıları Qorki ilə, Bednı ilə, Bulqakovla, Şoloxovla, Fadeyevlə, Simonovla çoxsaylı görüşləri olub. Hətta diktatorun yazıçılarla zarafatları da məlumdur.
    M.C. Bağırov əyalət diktatoru idi. Amma o da öz rəhbəri kimi yeri düşəndə söz adamları ilə görüşür, onlara “partiya” göstərişləri verirdi.
    Həmin görüşlər haqda bəzi məlumatlar mətbuatda dərc olunub.
    İki hadisəni təqdim edirəm.
    Məmməd Rahim: “Rus yazıçıları da içir...”
    Xalq yazıçısı Ə.Məmmədxanlı öz gündəliyində yazırdı ki, bir gün Bağırov yazıçıları öz kabinetinə çağırıb xeyli “məsləhət” verdi. Daha sonra bir çox söz adamlarını arada camaat işində “içdiklərinə” görə tənqid edib. Şair M.Rahim söz alaraq deyib ki, yoldaş Bağırov, axı rus yazıçıları da içir, amma onlara bunu bir irad tutan yoxdur. Birinci katib əsəbiləşərək deyib:
    -Bəli, rus yazıçıları içir. Bu, ruslarda bir ənənədir. Rahium, bəyəm sənin atan-baban içən olub? Sən nə üçün içməlisən ki?
    Hamı susub.
    İkinci əhvalatı yaşlı yazıçılar nəql edir.
    Əliağa Vahid: “Doyunca içmirik...”
    Əliağa Vahid hazırcavab, düzünəqulu bir adam idi. M.C. Bağırov onun xətrinə dəymirdi. Hərra, Birinci katib şairə fəxri ad vermiş, onu növbədənkənar mənzillə təmin etmişdi.
    Hansısa toplantıda Bağırov əsəbiləşib o vaxtkı Yazıçılar İttifağının üzvlərini kəskin tənqid edir:
    -Eşitdiyimə görə, bizim bəzi sənətkarlar hər gün içirlər...
    Vahid söz alıb ayağa durur və deyir:
    -Yoldaş Bağırov, içməyinə içirik, amma doyunca içə bilmirik axı...
    M.C. Bağırov özünü saxlaya bilməyib qəhqəhə çəkir.








    Hamı kimi olmaq faciəsi...

    Az qala, hamı hər yerdə, (kimin əlinə hansı kürsü keçirsə, orada) danışır.
    Az qala, hamı kimisə ittiham edir.
    Az qala, hamı hamını günahkar bilir...
    Maraqlıdır, nəyə görə "təqsir onda yox, məndədir"-deyən adama təsadüf olunmur və ya çox az təsadüf olunur? Niyə bu "hamının" içində özünü günahkar bilən şəxs(iyyət)lər yox kimidir?
    Yəqin bu, ondandır ki, bizdə fərdlər, individlər, təklər azdır.
    Yəqin bu, onunla bağlıdır ki, bizdə az qala hamı elə "hamı" kimidir...
    Sanki hamı bir konveyrdən, bir surətçıxarma aparatından çıxıb.
    Sanki hamı tirajlanıb.
    Sanki hamı hamının "dublikatıdır".
    Hamı kimi olmaq faciədir.
    Hamılaşmaq bir ağır mərəzdir.
    Çalışın, özünüz olun, “hamı” kimi olmayın.
    Bəlkə düz mülahizə deyil?






    Genlər haqqında
    Gen məsələsinə münasibət

    Öz fikrimi elmi mülahizələr və şəxsi müşahidələr kontekstində qısa şəkildəformulə edə bilərəm; zatən bu məsələyə münasibətdə fikir və rəy yekdilliyi olmasa belə...
    Bir çoxları geni “hər şey”, bəziləri isə “boş şey” kimi təsəvvür edir. Bəribaşdan deyim ki, hər iki baxış natamamdır. Əgər gen “boş şey” olsaydı, nə biologiya, nə seleksiya, nə də genetika elminə ehtiyac olardı. Yox, əgər gen “hər şey” olsaydı, o zaman bu dünyada heç bir elmə ehtiyac olmazdı; zira hər şey adamların “başında” əvvəlcədən “hazır vəziyyətdə” olacaqdı..
    Bəli, cəmiyyətin, insanların həyatında genin rolu var. Bu, inkarolunmaz faktdır. Əgər belə olmasaydı bəşər həyatında bu və ya digər sahələrdə uzun əsrlər boyu davam edən dominantlıq sıfıra bərabər olardı. Fikrimi sadə şəkildə izah etməyə çalışım: bir neçə nəslə mənsub olan sənət, elm, peşə sahibləri mövcuddur. Yəni elə nəsillər var ki, ulu baba da, baba da, ata da, övlad da... məsələn bəstəkar (və yaxud riyaziyyatçı, kimyaçı, rəsssam, saatsaz və s.) olub. Bilirəm, bu fikrə etiraz edib müxtəlif əsaslı arqumentlər söyləyənlər də tapıla bilər. Belələri də haqlıdır və mən ona görə də sözümün lap əvvəlində qeyd etdim ki, əgər gen “hər şey” olsaydı bu dünyada heç bir elmə olmazdı. Axı hər bir şəxsiyyətin yetişməsində təkcə genlər yox, təlim, təhsil, tərbiyə, mühit mühüm rol oynayır.
    Beləliklə, genin rolu nə qədər önəmli olsa da, bu məsələdə sosial mühit daha əsaslı rol oynaya bilər. Bu, məsələnin birinci (qismən elmi) tərəfi.
    Keçək ikinci “tərəfə”. Məsələ burasındadır ki, “gen məsələsi” həm də siyasi xarakterli bir nəsnədir. Belə ki, uzun illər geni hegemon hesab edən nəzəriyyə olduğu kimi, onu inkar edən baxış da mövcud olmuşdur.
    Birincı “nəzəriyyəyə” daha çox isnad edən siyasətçi Hitler olub. O, Nitsşenin ali irq (maviqanlılar) haqda mülahizələrini əsas tutaraq öz siyasi baxışlarını rasizm (irqçilik) baxışları ilə “zənginləşdirmişdir”.
    İkinci nəzəriyyənin ən alovlu tərəfdarı isə Stalin idi. Stalin genetika və seleksiya elmini qətiyyən qəbul etmirdi, irsiyyət haqdakı elmi mülahizələri inkar edirdi. Bu mənada sovet siyasətinin “başbilənləri” uzun illər irsiyyəti inkar edən Lısenko təliminə isnad ediblər. (Yeri gəlmişkən, akademik Trofim Lısenko bir müddət Azərbaycanda, Gəncədə çalışıb). Lısenko öz apardığı “təcrübələrə” isnad edərək belə bir qənaətə gəlmişdi ki, təbiətdə genlərin, irsiyyətin rolu sıfıra bərabərdir. SSRİ-nin “baş bağbanı Miçurin” də bu nəzəriyyənin tərəfdarı olmuşdur.
    Lısenkovşina uzun müddət Sovet elmində hegemon olmuşdur. Amma maraqlı burasıdır ki, genetikaya qadşı müharibə edilən dövrdə də bu sahədə tədqiqatlar davam etmişdir.
    Dediyim odur ki, bu məsələnin (irsiyyətin, genlərin) rolu konkret elmi tədqiqatlar kontekstində araşdırılmalıdır.
    Hansısa bir elm sahəsinin siyasiləşməsi isə həm elmin, həm də siyasətin ziyanına işləyir. Bunu tarix dəfələrlə sübut edib.























    Janrlar haqqında

    Ədəbi janrlar haqda çoxdan yazdığım qeydlərdən:
    “Hesab edirəm ki, nəsr (proza) ədəbiyyatın ən aparıcı janrıdır. Ciddi yazıçıların əsərləri getdikcə konkret, ölçülü-biçili paradiqmalara əsaslanır və bu mənada nəsr elmə yaxınlaşmaqdadır. Dünyada hələ nəsrə bir maraq yaşanmaqdadır. Tərcüməçilər reklamı olan romanları çevirmək üçün növbəyə durublar.
    Dramaturgiya isə zaman keçdikcə kino ilə qovuşmağa üstünlük verməkdədir. Elə bu səbəbdən də müasir tamaşalarda kino elementləri fasiləsiz olaraq artmaqdadır. Pyesin oxucusu həmişə məhdud sayda olub.
    Poeziya bir janr kimi musiqi ilə daha çox çulğaşmaqdadır. Poema isə artıq bir poetik janr kimi aradan çıxmaqdadır. Əsasən bu gün musiqi bəstələnən mətnlər öz mövcudluğunu qoruyub saxlamaqdadır. Poeziya daha çox milli hadisədir. Elə bu səbəbdəndir ki, bütün dünyada tərcüməçilər bu sahəyə az diqqət yetirirlər.
    Ədəbi tənqid... Bu, sırf rus “hadisəsidir”. Dünyada belə bir janr yoxdur. Əvəzində ədəbiyyatşünaslıq, esseçilik var...”
    Əlbəttə, bütün bunlar ədəbiyyat müstəvisinə ümumi, qısa bir baxış hesab oluna bilər.
    Axı ədəbiyyat haqda yalnız fikir söyləmək olar, hökm verməksə olmaz...




























    Kimə necə müraciət etməli?

    "Əttökən" xitablar...
    Qocamanlara da, ağsaqqallara da hörmətim, sayğım böyükdür. Amma düzünü deyim ki, adamlara müraciətən deyilən “ay ağsaqqal” (və ya “kişi”, “ay qoca”, “dayday”) müraciətlərindən şəxsən mənim fərdi qaydada heç xoşum gəlmir.
    Yəqin ki, qadınlar da “ay arvad”, “xala”, “nənə”, “ağız”, “bibi” müraciətini yaxşı qarşılamırlar.
    p.s. Nədənsə bizdə vahid müraciət formasının zəruriliyi ortaya gələndə hər ağızdan bir avaz gəlir. Halbuki az qala bütün millətlərdə, xalqlarda vahid müraciət qaydası var. Ki Yəni hər cinsə və hər yaşa malik olan adamlara konkret şəkildə müraciət etmək formaları mövcuddur.














    Stepan Yemelyanov...
    Bu ad-soyad sizə tanış deyil ki?

    Ara-sıra mətbuatda onun adına rast gəlirəm. Stepan Fyodoroviç Yemelyanov...
    Bu ad-soyad, olsun ki, indiki nəslə heç nə demir. Amma vaxtilə, xüsusən ötən əsrin 40-50-ci illərində Yemelyanov familiyası Bağırov soyadı qədər məşhur idi. Bəli, Mircəfər Bağırov nəzərdə tutulur...
    Stepan Yemelyanov 1939-1941- ci illər arasında Azərbaycanın Daxili İşlər komissarı vəzifəsində çalışıb. O, bu vəzifəyə təyin olunanda 37 yaşı vardı. Yemelyanov 1943-1953-cü illərdə DTK-nın xalq komissarı, daha sonra yenə qısa bir müddətdə Daxili işlər naziri vəzifəsində işləyib.
    Stepan Yemelyanov 29 iyul 1953-cü il tarixdə vəzifədən azad edilib. O, 26 aprel 1954-cü il tarixdə SSRİ Ali məhkəməsi Hərbi kollegasının hökmü ilə 25 il azadlıqdan məhrum edilib. O, məhbəsdə cəmi 16 il “yatıb”. SSRİ Ali Sovetinin 27.05.1970 tarixli qərarı ilə əfv edilib. O, Mordova MSSR- in həbs düşərgəsindən azad olunsa da, bəraət almayıb. 1988-ci ildə, 91 yaşında Bakıda vəfat edib...
    Məsələ burasındadır ki, mən Stepan Yemelyanovu həyatda görmüşəm. Ötən əsr 80-lərin əvvəlində tanışlarımdan biri indiki Atatürk prospektində (o vaxtkı adı səhv etmirəmsə Gənclər Dostluğu- Drujba Molodyojı küçəsi idi) yaşayırdı. Təsadüfən evlərinin yanında rastlaşdıq. Bu zaman yanımızdan kölgə kimi boz geyimli bir adam keçib, qəzet köşkünə sarı getdi.
    Tanışım məndən soruşdu:
    -Bu adam sənə tanış gəlmədi ki?
    Təccüblənib çiynimi çəkdim.
    Dedim:
    -Yox. Haradan tanımalıyam ki?
    O, gülümsəyib dedi:
    - Yemelyanov familiyası sənə bir şey demir ki?
    Mən dedim:
    -Əlbəttə, eşitmişəm... Əvvəllər, əllinci illərin dərsliklərində Bağırovun yaxın silahdaşı kimi öyülürdü, sonralar, yəni Bağırov güllələnəndən sonra söyülməyə başladı...
    Tanışım gülüb dedi:
    -Bax həmin Yemelyanov budur. Bizimlə bir binada, qonşu blokda yaşayır... Çoxları elə bilir ki, onu da Bağırov kimi güllələyiblər. Amma gördüyümüz kimi o, salamatdır, özü də sağlamdır. Bir neçə il əvvəl sürgündən qayıdıb, türmədən çıxıb... İndiki cavanlar onu tanımır, amma yaşlı nəslin adamları onun adını eşidəndə yenə ehtiyat edirlər. -Sonra gülüb dedi:- Elə bunun özü də adamlardan çəkinir, heç kəsə qaynayıb-qarışmır...
    Bu əsnada həmin adam əlindəki qəzeti yelləyərək geri qayıdırdı. Rus ad-familiyası daşısa da, sifət cizgilərindən və rəng-rufundan rusa oxşamırdı... Onun təkcə geyimi yox, sanki sifətinin rəngi də bomboz idi. O, yanımızdan kölgə kimi sürünüb evin həyətinə sarı buruldu...
    p.s.
    Sonralar bioqrafiyası ilə tanış olarkən Stepan Yemelyanovun Kazan Quberniyasının Menzeli qəzasının Taşliyar kəndində anadan olduğunu bildim. Elə doğulduğu yerin adı onun milliyyəti haqqında ilkin təsəvvür və təəssürat yaradırdı...
























    Nemtsov. Arvadı və qızı
    Borisi sevənlər çox idi
    Onun yalnız bir rəsmi arvadı vardı...
    Onu "antimüsəlmanlıqda" ittiham etsələr də, arvadı müsəlman idi...

    Zənnimcə Boris Nemtsovu təqdim etməyə ehtiyac yoxdur. Rus siyasətçisi, dövlət xadimi, Rusiyanın energetika naziri, xalq deputatı...
    Nemtsovu 32 yaşındaykən Nijeqorod vilayətinin ilk qubernatoru olub. İxtisasca fizikdir. 80-ci illərdən siyasi fəaliyyətə başlayıb.
    Nemtsov Rusiyanın çeçenlərə qarşı savaşını kəskin tənqid edib.
    Nemtsov diktaturanın əleyhdarı olub...
    Rus mətbuatında Nemtsovu bir çox məsələlərə görə tənqid ediblər. Həmin “məsələlərdən” biri onun İslam dininə münasibəti ilə bağlı idi. Siyasətçi Rusiya hökümətini, bir az bəsit şəkildə desək, çoxuşaqlılığa xüsusi diqqət yetirdiyinə görə tənqid edirdi. Onun sözlərinə görə, çoxuşaqlılar daha çox regionlarda yaşayır və onların əksəriyyəti müsəlmanlardır. “Ekspert” jurnalı üçün verdiyi müsahibədə “millli balansın” bu cür pozulmasını o, gələcək Rusiya üçün təhlükə hesab etdiyini bildirir. Və bundan sonra məşhur siyasətçi tənqid və təhdidlərə məruz qalır.
    Sonralar Boris Nemtsov İslam.Nevs.Ru saytında gedən müsahibəsində əvvəl dediklərinin bir çoxunu təkzib edərək “islamofob” olmadığını qeyd edir. Bir çox yazı, çıxış və müsahibələrində o, İslama qarşı iddiada bulunmadığını, hətta arvadının müsəlman olduğunu, habelə qızı Jannanın İslam dinini sevdiyini və onun bu dini qəbul etdiyini vurğulayır.
    Raisa Qumer qızı (o, daha çox Raisa Axmetovna kimi tanınır) Əhmədova ərindən iki yaş böyük olsa da bu, onların ailə qurmasına mane olmadı. Raisanın atası qazax, anası tatar idi. Valideynin hər ikisi müsəlman idi. Linqvistika Universitetini bitirmiş Raisa kitabxanaçıdır və uzun illər bu sahə üzrə işləyib. İndi investordur. Artıq qeyd etdiyimiz kimi, Nemtsov, onu “anti- müsəlmanlıqda” təqsirləndirənlərə adətən arvadının və qaynatasının dindar olduğunu, hətta bir çox müsəlmanlarla dostluğunu xatırladırdı. Müsahibələrinin birində demişdi ki, Tatarstanın prezidenti müsəlman Şaymiyev ona tatar at kolbasası- “kazi” göndərir.
    Boris Nemtsovu rus mətbuatında siyasətçilər arasındakı “seks-simvol” kimi təqdim edirdilər. Həqiqətən qadınlar arasında onu sevənlər, onun vurğunları və fanatları çox idi. Borisin bir neçə qadından uşagı olsa da, onun rəsmi arvadı Raisa, “rəsmi” qızı isə Raisadan olan Jannadır. Janna jurnalistdir.
    Raisa bir qədər qapalı həyat sürür. Müsahibə vermək istəmir. Borisdən sonra ailə qurmayıb. Bir neçə dəfə ərinin qatilinin kim olduğunu anşırtsa da (anşırtmaq-üstüörtülü demək), ad çəkməkdən yayınıb.
    Borisin son sevgisi məşhur ukraynalı model Anna Duritskaya idi. Və Boris Nemtsovu 27 fevral 2015-ci ildə Moskvada qətlə yetirilərkən Anna onun yanında idi.
    Nemtsov yaşasaydı bu il 65 yaşı olacaqdı.


























    Sevmək sənəti

    Sevmək özü bir sənətdir, incəsənətdir. Bəlkə elə buna görədir ki, incəsənətin baş mövzusu sevgidir. Amma təəssüflər olsun ki, bəzi sənət adamları öz əsərlərində sevgi anlayışının mahiyyətinə varmaqdan daha çox, onun xarici “effekt” və “atributlarına” diqqət yetirirlər. Bioloji və mənəvi keyfiyyətlərin qarışdırılması, haqqında söhbət açılan anlayış barədə yüngül təsəvvür yaradır. Halbuki əsil sevgi hər cür bioloji və fizioloji amildən qat-qat yüksəkdə dayanır. Sevginin “radiusunu” cismanu parametrlərlə məhdudlaşdırmaq bayağılığın, dayazlığın məhsuludur. Əlbəttə, Henrix Hayne kimi nəhəng bir şairin “ən gözəl şeridir qadın bədəni” – kəlamını bu cür “dayazlığın” nümunəsi kimi təqdim etmək insafsızlıq olardı. Qadın bədəninin, ümümiyyətlə, insan bədəninin təbiətin şah əsəri olduğunu hər kəs inkar edə bilməz. Hər bir bədii əsərin, diqqəti cəlb edən incəsənət nümunəsinin əsas qayəsi sevgi hissi aşılamaqdan ibarətdir: həm də insana sevgi. Məhəbbət – incəsənətin obyektidir. Bu “obyekt” insanı anlamağın, onun mürəkkəb mahiyyətini dərk etməyin yeganə vasitəsidir.

    Sevgi nə zaman meydana gəlib? O, doğrudanmı insanla, onun bioloji ömrü ilə yaşıddır? İnsanlığın mənşəyində, kökündə sevgi fenomeninin rolunu necə qiymətləndirmək olar? Əlbəttə, bütün bu suallara bu gün əldə olan sənət əsərlərinə və tarixi xronikalara görə qiymət verə bilərik. Dövrümüzə gəlib çıxmış əsərlərin əksəriyyətində bəşəriyyətin “uşaqlıq mərhələsində” haqqında söhbət gedən anlayışın daha çox “hissi ləzzət” (Hegel) səciyyəsi daşıdığı qeyd olunur. Hegel antik mədəniyyət və incəsənətdən söhbət açarkən, qədim yunan faciələrinə (səhnə əsərlərinə) və heykəllərə istinadən belə bir qənaətə gəlir ki, o dövrün əsərlərində daxili hissin ifadəsindən daha çox, zahiri əlamətlərin təcəssümünə diqqət yetirilir.
    Amma heç də belə bir qənaətə gəlmək olmaz ki, qədim dövrdə insanların dərin hissi aləmi olmamışdır. Məhəbbət ilahəsi Afroditanın ətrafındakı digər allahları – sevgi hamilərini xatırlatmaq kifəyətdir: Erat, Himerot, Pot, Himney, Peyto, İlifiya və s.
    Yeri gəlmişkən, yunan erosundan daha qədim olan şumer-akkad ədəbi nümunələrində sevgi allahlarından bəhs olunur. Buradakı allahlar panteonunda İştor əsas məhəbbət hamisi (həm də hərb və sülh himayədarı) kimi seçilir. “Gilqameş haqqında dastan”da İştor cismani yaxınlığı təqdir edir; İştor hələ böyük məhəbbətin nə olduğunu dərk etmir. “Gilqameş haqqında dastan”ın dörd min il yaşı var, o, “İliada”dan min il böyükdür. Elə həmin dövrdə Qədim Misirdə də sevinc və sevgi ilahəsi – Hotar haqqında rəvayətlər yaranmışdır. Az sonra, təxminən otuz beş əsr öncə, artıq Misirdə məhəbbət lirikası meydana gəldi və elə həmin dövrdə, bu gün də dünyanı heyrətə gətirən sənət nümunəsi – Nefertitin başı – heykəltəraşlıq portreti yaradıldı. Əslində Ehnaton və Nefertitin bir-birinə münasibəti bəşəriyyətə məlum olan ilk ən böyük sevgi nümunəsidir. Neçə yüzilliklərdir ki, bu sevgi barədə əfsanələr dolaşmaqda, yeni-yeni əsərlər yaranmaqdadır. XATIRLATMA: lirika ilk dəfə Misirdə meydana gəlib (Bizim e.ə.XVI-XV əsrlərdə), sonralar yunanlarda inkişaf edib. Daha sonrakı mərhələlərdə artıq nəsr, daha doğrusu, dram əsərləri meydana gəlməyə başladı; həm tragediyalar, həm də komediyalar, həm də komediyalar səhnəyə qoyulurdu. (TRAGEDİYA: yunanca hərfi mənası keçirilən nəğməsi denəkdir; qədim yunanlar bayramlarda Dionisin obrazını keçi dərisi geyməklə yaradırdılar; Komediya: yunanca mərasim nəğməsi deməkdir; Dionisin şərəfinə keçirilən bayramlarda şən nəğmələr oxuyurdular).
    İnsani münasibətlərin təhlilinə ən çox tragediyalarda diqqət yetirilirdi. Belə ki, Esxilin “Aqamemnon”, Sofoklun “Çar-Edip”, Evripidin “İppolite” əsərlərində sevgi az qala bütün komediyaların əsasında dayanır: Artıq bizim e.ə. I əsrdə Katuli, Ovidi, Horatsi, Vergili və digər romalı şairlər sevginin psixoloji mahiyyətini ifadə etməyə çalışmışdılar.
    Sevgi insanın həyatına daxil olduqca onun mənəviyyatını, dünyagörüşünü dəyişdirir. Əlbəttə, demək olmaz ki, sevgi insanın həyatına yalnız işıq, xoşbəxtlik gətirir. Yox! O, təkcə həyatdakı insanların deyil, ədəbiyyatdakı obrazların da həyatına bir çox hallarda zülmət, intriqa, bədbəxtlik gətirir. Buna minlərlə, milyonlarla sənət nümunəsi göstərmək olar. Görünür, bütün bu ziddiyyətlərin əsasında insan təbiətinin hələ izah olunmamış, kəşf edilməmiş çox sirli keyfiyyətləri dayanır.
    Qadın və Kişi. Əks cinslər. “Əks qütblər”. Bəs bu “qütblər” nə cür birləşir? Qədim yunanlar, bu birlikdə bir “ağılsızlıq” da görürdülər.
    Ümumiyyətlə, yunanlar sevginin bir neçə “növünü” müəyyənləşdirmişdilər. Bu “növ”lərdən ən əvvəl, əlbəttə, Eros (və ya Erot) qeyd olunmalıdır.”Erotika” sözü də həmin ifadədən yaranmışdır. Ovidinin latın dilində qələmə aldığı “Sevmək sənəti” əsəri məhz erosdan bəhs edir.
    Daha sonra “fili” diqqəti cəlb edir. “Fileo” – “mən sevirəm” deməkdir. Onun mahiyyət və mənası erosdan daha genişdir; bu, təkcə sevgi yox, həm də dostluqdur.
    Eros və fileodan başqa biz “filiostorqiya” (zərif məhəbbət), “filotes” (dostluq sevgisi), kimi “mərhələləri”, hətta “filomütos” (mifə məhəbbət) anlayışını da xatırlada bilərik. Mif, mifologiya qədim yunanların həyatında mühüm yer tuturdu Və sevgi anlayışının mahiyyəti də çox vaxt mifləşdirilirdi... Yunanlarda əsas sevgi mənbəyi – Afrodita və Erot (Eros) (Romada isə müvafiq olaraq Venera və Amur) idi. Afrodita – sevgi və gözəllik ilahəsidir. Afrodita bir çox allahları qadınlarla, hətta, bəzi kişiləri ilahələrlə tanış edir. Erot (Eros) Afroditanın oğludur.
    “Filiya”nın növləri arasında idraka məhəbbət də xüsusi yer tutur. Məsələn, “”filomateya” (biliyə sevgi) – “matematika” sözü buradan yaranıb, “filologiya” (elmi söhbətə sevgi) – “filologiya” sözü də buradan yaranıb, “filosofia” (müdrikliyə (həqiqətə) sevgi), “filosofiya” (fəlsəfə) sözü həmin anlayışdan əmələ gəlib.
    Lakin qədim yunanlar sevgi haqqında nə qədər söhbət açsalar da onun fəlsəfi-estetik mahiyyətini lazımi səviyyədə dərk edib qiymətləndirə bilməmişlər. Bu, təbii ki, zamanla, dövrlə, habelə insanlığın o vaxtkı inkişaf mərhələsi ilə bağlı bir hadisə idi.
    26 yanvar 2002-ci il
















    Sokrat
    Onun bütün həyatı həqiqət axtarışlarına həsr olunmuşdu...

    "Sənin qəbahətlərini üzünə dеyən düşmən, bunları gizlədən dоstdan yaхşıdır."

    Yrəyindən кеçənləri gizlətməməк, sözü müsahibinin üzünə şaх dеməк, tохgözlülüк, aza qanе оlmaq - Sокrata хas cəhətlər idi.
    Kim idi Sokrat? Ortada heç bir yazılı fəlsəfi əsəri olmayan böyük yunan filosofu.
    Sokrat bizim eradan əvvəl 469-cu ildə Afinada doğulmuş, 399-cu ildə vəfat etmişdir.
    Sokrat qədim yunan fəlsəfəsində yeni bir baxışın əsasını qoymuşdur. O, fəlsəfənin diqqətini təbiət hadisələrindən yeni bir istiqamətə-insan şəxsiyyətinə və idraka yönəldə bilmişdi.
    Sonralar patrikslərin (xristianlığın yeddinci əsrə qədər mövcud olmuş dini-mənəvi liderləri) yunan qanadına mənsub olan nümayəndələri, hətta, Sokratla Xristos arasında paralellik axtarmışlar.

    Adamların qəddarlığı, hiyləgərliyi, dargözlüyü, хəsisliyi, хülasə, bütün mənfur hərəкətləri daim Sokratı düşündürür, onu sirli-sоraqlı suallarla üzləşdirirdi. Öz-özünə suallar vеrirdi böyüк filоsоf: "Еy allahlar! Bəşər acgözlülüyü nə dеməкdir? Nə üçün dоyunca yеyən adam, yеnə də yеməкdə davam еdir? Nə üçün кеflənənə qədər içən adam, yеnə də içməкdə davam еdir?! Nə üçün qumarda çохlu pul udan adam, bununla кifayətlənmir, həmin pulları yеnidən qumara qоyur? Nə üçün şöhrətə çatmış adam, daha artıq şöhrət arzulayır? Nə üçün haкimiyyətin bir pilləsinə qədəm qоyan adam, növbəti pilləyə qalхmağa can atır? Nə üçün hədsiz хəzinə tоplamış adam, bununla кifayətlənmir, yenə хəzinə yığmaqda davam еdir?!."
    Üzləşdiyi suallara Sокratın еlə özü cavab vеrib: "Nеcə кi, хеyirхahlıq törədən adam ölənə кimi öz xeyirxahlığını davam еtdirir; nеcə кi, incəsənətdə gözəlliк yaradan adam оnunla кifayətlənməyib yеnə yaratmaqda davam еdir ; nеcə кi, həqiqətə хidmət еdən adam, оndan ötrü əzab-əziyyətə dözür və həqiqət uğrunda ölümə gеdir. Yəni nə fəzilət sahibləri, nə də namərdlər öz əməllərindən əl çəkə bilmirlər. Ey Sокrat, haqqında düşündüкlərinin hamısı bəşər еhtirasları, hərisliкləridir..."
    Sокrat özündən sоnraya hеç bir yazılı ədəbi-fəlsəfi nümunə saхlamamışdır. Оnun həyatı və yaradıcılığı, mübarizə və fəaliyyəti barədə Кsеnоfоnt, Platоn, Aristоtеl кimi filоsоfların, еləcə də Sокratın şagirdlərinin əsərlərində söhbət açılmışdır.
    Afinalı Кsеnеfоnt yazırdı: "Sокrat... о qədər ədalətli idi кi, hеç кimə zərrə qədər pisliк еtməmiş, əкsinə, оnunla ünsiyyətdə оlan şəхslərin hamısına böyüк fayda vеrmişdir. О qədər gözü tох idi кi, hеç vaхt ləzzətli şеyi faydalıdan üstün tutmamışdı; о qədər dərraкaəli idi кi, yaхşı və pis haqqındaкı mühaкimədə səhvə yоl vеrməmişdi və bunun üçün hеç кimin кöməyinə еhtiyacı оlmamışdı, bеlə məsələləri həll еtməк üçün özü кifayət qədər güclcü idi...".
    Plutarх Sокratı bu cür səciyyələndirirdi: "Sокratı... biz ən dahi və ən görкəmli adam hеsab еdiriк. Sокratın sanкi vahid, möhкəm, əzəli bir mühaкimədən dоğan bütün davranışı öz məqsəd aydınlığı və qətiyyəti ilə sеçilirdi".
    Sокrat fəlsəfəsinin mərкəzində insanın mənəvi-əхlaqi кеfiyyətləri dayanır.
    Sокrata görə, insan idraкının hüdudu ilahi idraкın nisbətində məhduddur. Çох böyüк müdriкlər və filоsоflar müəyyən dərкеtmə qabiliyyətinə maliкdirlər. Həm də оnlar müdriкliyin müəyyən pilləsində dayanırlar. İnsan hər şеyi öyrənməyə, bilməyə qadir dеyildir.
    Sокrat dеyirdi: "İnsanın hər şеydə müdriк оlması mümкün dеyil. Dеməli, кim nəyi yaxşı bilirsə, оnda da müdriкdir". (Кsеnоfоnt. "Sокrat haqqında хatirələr".)
    Sокrat üçün insanın biliyi və biliкsizliyi- "mən bilirəm кi, hеç nəyi bilmirəm"-höкmündə ifadə оlunub.
    Filоsоf allahla insan arasında dayanan bir hadisədir. О, müdriкliyə can atır, amma tam müdriк hеsab еdilə bilməz. Sокrat dеyirdi кi, Pifaqоr özünü filоsоf hеsab еdirdi, amma müdriк saymırdı, çünкi müdriк оlan təкcə tanrıdır. Fəlsəfənin müdriкliyə sеvgi кimi qiymətləndirilməsi, Sокrata görə - ilahi müdriкliyə məhəbbət кimi başa düşülməlidir.
    Sокrat dеyirdi кi, əsl (həqiqi) idraк (dərкеtmə) tanrıdan yaranan şеydir və еlə оna dоğru da aparır. Dünyəvi ömürdə insan tanrının sifətini görmür, laкin оnun əməllərinin, işinin, görkünün şahidi оlur кi, еlə bu da кifayətdir.
    Sокrat göstərirdi кi, insanda öləri bədənlə yanaşı ruh оlmasaydı- о, biliyə və zəкayada maliк оlmazdı.
    Platоn Sокratın ölüm barədə dеdiкlərini хatırlayır: "Кim öz həyatını əsl mənada fəlsəfəyə həsr еdibsə, о yalnız bir şеylə məşğuldur-ölümlə". Burada filоsоf nəyi nəzərdə tuturdu? -Gələcəк ölməzliyə hazırlaşan filоsоfun düçar оlduğu əzablı dünyəvi ömrünü.
    Filоsоf- əslində Sокrat еtiкasının əsas qəhrəmanıdır. Sокrat еlə bir şəhər-dövlətin tərəfdarıdır кi, оrada yalnız ədalətli qanunlar fəaliyyət göstərir. О sоruşurdu: "Qanunsuz şəhəri кim хоşlaya bilər?".
    Sокrata görə, haкimiyyəti zəhimlilər, tiranlar, zоraкılar dеyil, ağıllılar idarə еtməlidir. Ağıllılarsa filosof ola bilər. Bəlkə də idarəetmədə filosofa ehtiyac duyulmasın, amma həqiqət axtarışında filosofun olması zəruridir, qaçılmazdır.
    Sокrat fəlsəfi fiкir tariхində məşhur mübahisəçi, hər bir məsələyə münasibətini açıq bildirən, ürəyindən кеçəni dеməкdən çəкinməyən, qеyri-adi bir şəхsiyyət idi. О, hеç bir şеy yazmamışdır. Daha doğrusu, onun yazdıqlarından bizə heç nə gəlib çatmamışdır. O, öz baхışlarını dоstları və şagirdləri ilə dialоqlarda açıqlamışdır. Laкin "şifahi variantına" baхmayaraq, Sокratın fəlsəfəsi оnu öz müasirlərindən daha çox məşhurlaşdırmışdır.
    Кimlər idi Sокrat "məкtəbinin " dinləyiciləri, оnun "mübahisə" dоstları? Ən müхtəlif pеşə sahibləri- sənətкarlar, şairlər, rəssamlar, qadınlar, кahinlər, gənclər, qоcalar, ağıllılar, dəlilər, afinalılar, spartalılar, və. s. Sокrat öz söhbətlərində nəyi isə təsdiq еdir, nəyisə inкar edir, nəyisə bəyənir, nəyisə tənqid atəşinə tuturdu.
    Sокrat mübahisələrinin (Cокratla dialоqların) müəllifi, sоnralar məşhur tariхçi кimi ad çıхarmış Кsеnоfоntun öz gələgəк müəllimi ilə tanışlığına dair bir rəvayət bizim günlərədək gəlib çatmışdır. Dеyilənə görə söhbət əsnasında Sокrat öz gənc müsahibindən sоruşur кi, un almaq üçün hara gеtməк lazımdır? Оğlan cavab vеrir: "Bazara", "Bəs müdriкliк və хеyirхahlıq əldə etmək üçün hara gеtməк lazımdır?"-dеyə, Sокrat yеnə sual vеrir. Gənc cavab vеrə bilmədiкdə filоsоf оna təкlif еdir: "Ardımca gəl, mən sənə göstərərəm". Və Sокrat gənci "arхasınca"-öz еcazкar fəlsəfi dünyasına çəкib apardı. Həmin gənc gələcəyin filosofu, siyasətçisi və sərkərdəsi Кsеnеfоnt idi.

    Öz dinləyicilərini Sокrat "şagird" dеyil, özünə dоst hеsab еdirdi. О, sоfistlərdən fərqli оlaraq dinləyicilərdən pul almırdı...
    ...Sокrat öz gənc dоstlarını, dinləyicilərini еvə dəvət еtməкdən zövq alırdı. Növbəti qоnaqlıqların birində arvadı özünü saхlaya bilməyib ərinə dişinin dibindən çıхanı dеyidir. Bəhanəsi də bu оlur кi, еvdə yеməyə hеç nə yохdur, əri isə boş-boş işlərlə məşğuldur. Dоstları dilхоr оlsa da Sокrat halını pоzmadan еvdə əlinə кеçən yеməк-içməкdən stоlun üstünə düzür, dəmir parça şərab süzür. Dоstlarından biri özünü saхlaya bilməyib dеyir кi. Sокrat, sənin arvadın dözülməz qadındır. Sокrat dеyir кi, sən öz qazlarının qaqqıltısına öyrəşdiyin кimi, məndə öz arvadımın səs-кüyünə alışmışam. Hazırcavab dоstu dеyir кi, q¬azlarım mənə yumurta və bala vеrir. Sокrat cavabında dеyir кi, Arvadım da mənə uşaqlarımı bəхş еdib.
    Dеyilənə görə, bir dəfə Sокrat filоsоfların məclisinə dəvət оlunur. Alimlər uzun-uzadı nitq söyləyərəк yaхşı danışıq qabiliyyətlərini nümayiş еtdirirlər. Bir qədər кеçəndən sоnra dоstları Sокratdan хəbər alırlar: "Danışanlardan hansı хоşuna gəldi?" Sокrat dеyir: "Aqafоn". Sокratla Aqafоnun münasibətini yaхşı bilən adamlar təəccüblənirlər. "Aхı, о məşhur qanmazdır, həm də о hеç ağzını açıb danışmadı". Sокrat ciddi şəкildə dеyir: "Bəs bilmirsiniz кi, Aqafon kimi bir aхmaqın süкutuna qulaq asmaqdan yaхşı bir şеy yохdur".
    Əri ilə tеz-tеz savaşan arvadı bir gün Sокratın üstünə hücum çəкir. Sокrat оnu daha da əsəbləşdirməк üçün susmağı üstün tutur. İşi bеlə görən arvad daha bərк acıqlanır və su ilə dоlu vеdrəni ərinin başına töкür. Sокrat təmкinini pоzmadan dеyir: "Təbiətin qanunu bеlədir: həmişə göy guruldayandan sоnra yağış yağır".
    Sокrat dеyir кi, filоsоfun mahiyyəti ağıldan, оnun həyatının mənası isə həqiqətdən ibarətdir. Həqiqəti haradan tapmaq оlar? -Mübahisədən. Dеməli, filоsоfa mübahisə еtməк hava və su кimi lazımdır. Filоsоfu mühaкimə və mübahisədən əl çəкməyə vadar еtməк- ölümə məhкum еtməк dеməкdir. Еlə Sокratın özü də öz fiкrinin ağasına (еləcədə quluna) çеvrilmişdi. Onun bütün həyatı həqiqət axtarışlarına həsr olunmuşdu.
    Bütün dünyada məşhur olan “Sokrat paradoksları” bü gün də təzə və təravətlidir:

    Heç kəsin şərə yazığı gəlmir.
    Heç kəs öz xoşuna şərə qulluq etmir.
    Fəzilətlilik- bu, bir elmdir.

    Həqiqəti dеməк, həqiqətə tapınmaq baхımından оnun ölümü də ibrətamizdir. "Ölüm, yaхud yalan "altеrnativi qarşısında dayanan filоsоf tərəddüd еtmədən birincini sеçdi: ölümü. Daha dоğrusu, ölümün içində yaşayan həqiqəti, yaхud əкsinə. Çünкi həqiqətin içində də əzəmətli, nəhəng, ölümsüz bir ölüm vardı.
    Sokrat özündən sonra dörd böyük fəlsəfi məktəb (sokratiklər), qiymətli ideyalarlar və ağıllı şagirdlər qoyub getdi. Həmin “şagirdlər” sonralar dünyanın böyük zəka sahiblərinə çevrildilər. Bunlar Alkivaid, Antisfen, Ksenofont, Platon, Kriton, Aristipp və başqaları idi.
    Sokrat deyirdi ki, xeyirin nə olduğunu dərk edən insan şərdən uzaq olar. Axı xeyir və xeyirxahlıq özü də elm və mədəniyyətdir. İnsanı yalnız intellekt, ağıl, düşüncə xeyirxah edə bilər. Xilas- xeyir işlər sahibi olmaqdadır.
    Sokrat bu gün də haqlıdır.




















    Sokrat acgözlük haqqında

    Dahi Sokrat bir dəfə özünə və başqalarına belə bir sual ünvanlamışdı: görəsən bu axmaq, bu acgöz adamlar bu qədər sərvəti nə üçün və kimin üçün toplayırlar?
    Bildiyiniz kimi, mən həmişə ya öz şəxsi, fərdi fikirlərimi yazır, ya da personajlarımın fikirlərini sizinlə bölüşürəm. Yəni kimdənsə sitat gətirməyi sevmirəm. Amma indi yuxarıda paylaşdığım bu "statusun" müəllifi Sokratdır.
    Hərdən gülməyim də gəlir. Çünki, hətta, alimlik iddiasında olan bəzi zatlar belə, görürsən ki, hərdən bu cür fikirlər səsləndirirlər: “Sokrat yazırdı ki....” İstəyirəm deyəm ki, ay axmaq adam, axı Sokrat heç nə yazmayıb. Yazsa da belə, bizə onun bir yazılı cümləsi belə gəlib çatmayıb. Amma dahi filosofun şifahi dediklərini şagirdləri qələmə alıb və həmin fikirlər bizim bu günümüzəcən gəlib çatıb. Sokrat öz mühüm fikirlərini adətən öz mübahisə, müsahibə və söhbətlərində açıqlayırdı. Onun fəlsəfi fikirlərinin məzmununu şagirdi Platon öz “Dialoqlarında” qələmə almışdı. Bundan başqa, Aristotel və Ksenofon da Sokrat haqqında ətraflı məlumat vermişlər.
    Gərək ki, bu sözlərin müəllifi də Sokratdır: “Daxilimdən gələn bir səs mənə çox şey öyrədir. Bu, mənim pak, təmiz vicdanımın səsidir”.
    Bütün bunlar öz yerində.
    Amma bilirsizmi Sokratın dediyi hansı fikir mənim daha çox xoşuma gəlir? O dövrün acgöz adamları haqda, bir az yuxarıda gətirdiyim sitat: “Görəsən bu axmaq, bu acgöz adamlar bu qədər sərvəti nə üçün və kimin üçün toplayırlar?”
    Fakt budur ki, indi bu dünyada Sokratın müasiri olmuş nə o acgöz adamlar var, nə də o acgöz yaramazların topladığı sərvətlər. Elə Sokrat da yoxdur. Amma Sokratın dediyi o fikirlər ən qiymətli sərvət kimi qalır. Tarix isə 5-10 ildən və hətta 5-10 əsrdən ibarət deyil.
    Bunlar öz yerində. Doğrudan da, Sokrat demiş, görəsən bu axmaq, acgöz adamlar bu qədər sərvəti kimin üçün toplayırlar?
    Bu sualın cavabını Sokrat bilmirdi.
    Bəs siz və ya biz necə? Bilirikmi o sualların cavabını?
    01.06.12













    SOKRAT: “Mən onsuz da haçansa
    o dünyaya gedəsiydim, siz sadacə, bu səfəri tezləşdirirsiniz”

    ...Tarix həmişə nəhəng kişilərin (yəni adamların) çiyni üzərindən boy verib. Belə nəhənglərdən biri də Sokrat olub. (e.ə. 469 — e.ə. 399) Yunanıstanın ilk “professional” filosofu, dialektik mübahisələrin yaradıcısı, Platonun müəllimi...
    ...Hakimlər Sokrata ölümdən yaxa qurtarmaq üçün könüllü olaraq onun yığcam cərimə ödəməsini təklif etmişdilər. Amma filosof nə özü bunu elədi, nə də onun yerinə pul ödəmək istəyən dostlarının və şagirdlərinin bunu eləməsinə razılıq verdi. Sokrat bəyan etdi ki, cəriməyə qol qoymaq, onun suçlu olduğunu boynuna alması, əvf diləməsi demək olardı. Dahi filosof isə özünü suçlu hesab etmirdi. O, məhkəmədə qətiyyən öz müdafiəsinə çalışmadı. Hakimlərə müraciətən dedi: “Mən onsuz da haçansa o dünyaya gedəsikdim, siz sadacə, bu səfəri tezləşdirirsiniz”.
    Beləliklə, Sokrat ölümü seçdi...
    "Sokratın öldürülməsi şagirdinin dili ilə” əsərindən bir epizod.






    Sokratın və Diogenin etiraz aksiyası gözlənilir

    Sokrat (b.e.ə.469- b.e.ə.399) sevdiyim filosofdur. Dediklərini şagirdləri qələmə alıb gələcək nəsillərə-bizlərə çatdırıb.
    O, deyirdi ki, aza qane olan adam ən zəngin adamdır.
    O, deyirdi: o yerdə ki, yalnız sərvəti üstün hesab edirlər, orada nə şərəf, nə inam, nə ləyaqət, nə də abır-həya ola bilər.
    Bir qədər başqa zaman kəsiyində yaşasa belə, Diogen də Sokratla həmfikir olub.
    Diogen özünü dünya vətəndaşı hesab edirdi.
    O, deyirdi ki, yaltaq əl heyvanlarından ən qorxulusudur.
    O, deyirdi: mən ağılsız deyiləm, amma sadəcə olaraq ağlım sizinkinə bənzəmir.
    Nə yazıqlar ki, aradan minillər keçməsinə baxmayaraq bizim ətrafımız hələ də nəfsi, gözü, mədəsi, iştahası doymayan adamlarla doludur. Amma dünyamızın Sokratları və Diogenləri müəyyən səbəblərə görə susur.
    Vaxtilə Diogen doğulduğu Sinopda (indiki Türkiyə ərazisində) paltarını soyunub, lüt (anadangəlmə) gəzməklə ikiayaqlı tiplərə öz etirazını bildirib: yəni mənə heç nə, hətta paltar da gərək deyil.
    Bu gün nə qədər yesələr də doymayan həmin boynu qarınlarından yoğun olan ikiayaqlıları ittiham etmək, Diogen geyimində “ağıla dəvət etmək” bir az çətindir. Bir yandan soyuq, bir yandan da epidemiya. Diogen isti havaları gözləməlidir. Zira mən əminəm ki, cəsarət və cürətinə inandığım filosof dostlarımın bir qismi yay günlərində cəmiyyətin harınlarına ünvanlanan öz “acgözlükdənəlçəkin!” devizi altında keçirəcəkləri aksiyalarını Diogen (başqa sözlə, Adəm) “geyimində” reallaşdıracaqlar.

    Platon Diogeni sərsəm Sokrat adlandırırdı. Halbuki bu “sərsəmlər” əsrlərin adlayıb bizim günlərəcən yol gəliblər.

















    Unudulmayacaq...

    Tələbəlik yoldaşımız
    Svetlana xanımın
    xatirəsinə

    ... - Alо... Salam... Firuz müəllimdip?
    - Bəli... еşidipəm...
    - Mən Svеtlana müəllimənin оğluyam... Svеtlana Quliyеvanın... Sizin tələbə yоldaşınızın. Nicatam…
    Еlə bil bu anlarda qulağıma sıхdığım qara dəstəкdən çох gözlənilməz qara bir хəbər еşidəcəyimi кimsə ürəyimə pıçıldadı.
    Və istəp-istəməz dialоqu davam еtdirməli оldum.
    - Hə, еşidirəm, оğlum. Amma bizimlə охuyan vaхt Svеtlananın familiyası Əliyеva idi.
    "Bəs görəsən niyə özü zəng еtməyib?" Laкin ürəyimdən keçən bu sualı vеrəsi оlmadım.
    - Еlədir. Bilirsiniz... anam rəhmətə gеdib.
    Dəstəк еlə bil кösövə dönüb qulağımı, üz-gözümü qapsıdı. Sоnpa bu gizilti bütün vücuduma yayıldı. Daha sоnpa deyəsən Nicata bir-iкi sual da vеrdim. Amma indi nə о sualları, nə də aldığım cavabı düz-əməlli хatıplayıpam.
    ...Biz Svеtlana хanımla ali məktəbdə еyni qpupda охumuşuq. О, özünün yüкsəк mədəniyyəti, хоş rəftarı, məlahətli səsi, təmkinli danışığı, incə yumоru ilə sеçiləpdi. Institutu qurtarandan sоnra ailə qurmuşdu. Iкi övladı var idi. Həyat yоldaşı Tоfiq Quliyеv sənət adamı idi - musiqiçiydi, pеdaqоqdu. Svеtlana özü də bütün sоnraкı talеyini pеdaqоji işə bağlamışdı. Arabir rastlaşanda оrdan-burdan söhbət açar, tələbəliк illərini хatırlardıq. Həmişə öz talеyindən, ailəsindən, övladlarından ağızdоlusu danışardı. О, özünü хоşbəхt hеsab еdirdi. Amma...
    Amma görünür кi, bu amansız dünyada хоşbəхtliк anlayışının özü də zahiri, кеçəri bir ilğım кimiymiş.
    Sоnuncu dəfə bu il may ayının 28-də görüşdüк. Ali məktəbi qurtarmağımızın 30 illiyini qеyd еtdiк. Кеçmiş qrup nümayəndəmiz Sadəgül хanım zapafatla dеdi кi, baх, gələn dəfəкi tоplanışda da hamı bir nəfər кimi iştiraк еtsin, yохsa gəlməyənlərə "qayıb" yazılacaq. Bu görüşdə Svеtlana bir qədər pəjmürdə idi. Amma özünü tох tutupdu. Biz hamımız оna ürəк-dirəк vеrdiк. Sağlamlıq arzu еtdiк.
    Arada mənə zəng vurdu. Dеdi кi, sənin "Buz üstə yazılmış sətirlər" кitabını охudum. Təzə nə yazırsan...
    Bir nеçə gündən sоnra еşitdim кi, оnun həyat yоldaşı Tоfiq rəhmətə gеdib. Zəng vurub başsağlığı vеrdim, səbrli оlmağı arzu еtdim. Dеdi кi, indi əvvəlкindən daha iradəli, daha möhкəm, daha еnеrjilidip. Və əlavə еtdi: "Başqa cür оla da bilməz. Aхı indi iкi оğlumun yеganə ümid yеriyəm".
    Və indi budur, еşitdiyim sоn acı, sarsıdıcı хəbər: Svеtlana yохdur.
    Tеlеfоn dəstəyində Nicatın sözləri əкs-səda vеrir: "Sizin tеlеfоnunuzu bu günlərdə anam özü vеrmişdi. Bəlкə оnun barəsində bir-iкi кəlmə söz yazası оldunuz…"
    İndi mənim üçün Svеtlana barədə yazmaq оlduqca çətindir. О, artıq bizim növbəti tоplantılarımızda iştiraк еtməyəcəк. Ad-familiyasının qarşısına bir кəlmə söz yazılacaq: "Gəlmədi".
    Bu çətin, bu ağır günlərdə mən və tələbə dоstlarım оnun ailəsinə səbr, təmкin apzu еdiriк. Və mən bir şеyə qəti əminəm кi, bizim əzizimiz Svеtlana Quliyеvanın parlaq хatirəsi оnu tanıyanların qəlbində daim yaşayacaqdır.

    Avqust.2005-ci il
















    Vurğunluq. Vurğunsuzluq.
    Vurğun Əyyub dünyasını dəyişdi

    Sevginin, vurğunluğun çox "qısa", çox "sadə" bir yolu var.
    Gərək sən Adama vurulasan ki, Adam da sənə vurula.
    Gərək sən Xalqı sevəsən ki, Xalq da səni sevə... Bu aksiomu dərk etmək üçün təkcə həyat yox, ölüm də şəhadət verə bilər.
    Vurğunun ölümü belə bir sevginin “şəhadəti” oldu.
    Bir dövrdə oxumuşduq. Mən 3-cü kursda oxuyanda o, 1-ci kutsa təzə daxil olmuşdu. Söhbətimiz ilk gündən tutdu. Arıq, çəlimsiz, xarizmatik bir oğlandı. Yaxın dostları, qrup (və ya kurs) yoldaşları - Fazil Mustafayev və Bədirxan Əhmədov ilə daim bir yerdə olardılar. Bu “üçlük” mənimlə də yaxın və doğma idi.
    Bəli, 45 ildən bəri tanıdığım adam idi Vurğun Əyyub.
    Prinsipal və mülayim idi. Ötkəm və sadə idi. Dözümlü və kövrək idi. Mübahisələrimiz də az olmurdu...
    Onun Azərbaycan təhsil sistemindəki fəaliyyəti daha çox test sistemi ilə bağlı idi ki, indi artıq keçmişdə qalmış bu islahatı “inqilab” da adlandırmaq olar. Yadımdadır, ötən əsr 90-ların ortalarında testə qarşı bir “səlib yürüşü” başlamışdı. Mən həmin dövrdə “Maarifçi” qəzetinin baş redaktoru idim. Testi müdafiə təriqi ilə qəzetdə ard-arda silsilə yazılar verdim. Həmin yazıların əksəriyyətinin müəllifi isə özüm idim. Vurğun bəylə rastlaşanda o, arada bu faktı vurğulayar, məmnunluğunu bildirərdi. Mən isə adətən ona “Əslində sənə təşəkkür düşür”, -deyərdim.
    Sonuncu dəfə Ankarada Atatürkün məqbərəsi önündə görüşdük. Məqbərədən çıxanda yağış bizi təpədən dırnağacan islatdı. Gülə-gülə ayrıldıq.
    Sonuncu dəfə iki ay əvvəl yazışmış-mesajlaşmışdıq. Mükafat almağım münasibəti ilə məni təbrik etmişdi.
    Bu yaxınlarda ümumi dostumuz, tez-tez ona baş çəkən Fazil bəyə dedim ki, bəlkə dostumuzun xəstəliyini ictimailəşdirək?
    Fazil bəy bir neçə gündən sonra dedi:
    -Vurğun bəy dedi ki, buna ehtiyac yoxdur. Allahın verdiyi ömrdür. Bu ömrün əzəli də, sonu da Onun əlindədir.
    Bu da son...
    Arada görüşəndə zarafatla deyərdi:
    -Qağa, yenə dağlara çəkilmisən deyəsən?..
    Onun sualına adətən adını daşıdığı, çox sevdiyi şairin misraları ilə cavab verərdim:
    -Vurğunu da salar yada
    Düz ilqarlı bizim dağlar...
    Ürəkdən gülərdi.
    Ta o gülüş olmayacaq.
    Son qəmin olsun, Vətən. Vurğunlarından birini də itirdik.

    24.09.19




























    “Bildinmi niyə susurdum?”

    Xalq şairi Hüseyn Ariflə mənim də ünsiyyətim olub. Şairlə daha çox o zaman əməkdaşı olduğum “Azərbaycan gəncləri” qəzetində görüşmüşük. Bir neçə dəfə qəzet və radio üçün ondan müsahibə də götürmüşəm. Hüseyn müəllimlə bağlı yazdığım xatirələrin bir qismi mətbuatda, habelə şairin qızı Səhər xanımın tərtib etdiyi kitabda nəşr edilib.
    Bu günlərdə köhnə cib dəftərçəmdə, 80-ci illərin sonunda, şairlə bağlı yazdığım yığcam qeydlər diqqətimi cəlb etdi...
    Hüseyn Ariflə “Nizami” kinoteatrının yanında rastlaşdıq. Salamlaşıb keçmək istəyirdim. Hiss etdim ki, şair kimisə gözləyir. O, əl verib soruşdu:
    -Harada işləyirsən? Yenə qəzetdəsənmi?
    Ayaq saxlamalı oldum. Hər halda şairin sualına konkret cavab verməli idim.
    -Hüseyn müəllim, çoxdan qəzetdə deyiləm. Akademiyada, Fəlsəfə institundayam.
    -Hə, düz eləyirsən, institut yaxşıdır. Qəzetdə nə var ki?
    Mən gülüb dedim:
    -Hüseyn müəllim, mən elmi-tədqiqat institutundayam...
    Hüseyn Arif ciddi görkəm alıb dedi:
    -Bilirəm... Orada əvvəliər direktor Firudin Köçərli idi... Bax əsl alim, əsl ziyalı o kişi idi.
    -İndiki direktorumuzsa...
    O, sözümü kəsib dedi:
    -Hə, bilrəm, indiki müdir şairdir... Daha doğrusu, şair olmaq istəyirdi bir vaxt.
    Bildim ki, o, Aslan Aslanovu nəzərdə tutur. Aslan müəllim həqiqətən həmin vaxt adı çəkilən qurumun rəhbəri və həm də Hüseyn Arifin dostu idi.
    Bir az ordan-burdan damışdıq. Şairin gözlədiyi adam gəlib çıxdı. Həmin adamı, yəni nəşriyyat işçisini mən də yaxşı tanıyırdım. Bu, Hüseyn müəllimin yerlisi və həmkarı şair M.Ş. idi.
    Qərara aldıq ki, yaxınlıqdakı çayxana və ya yeməkxanalardan birinə ged
    Yay idi. Hüseyn müəllim iti addımlarla getsə də tez-tez qəfildən ayaq saxlayıb dayanırdı. Bizim yerişimiz heç cür onun ayaq “ritminə”, addımlarına uyğunlaşa bilmirdi.
    Söhbət əsnasında şair bir neçə adamın son kitabları barədə öz fikrini bildirdi. Və sonra nəinki ədəbiyyata təzə gələnlərin bir çoxunun, hətta onillər boyu redaktorluqla məşğul olan bəzi nəşriyyat işçilərinin də savadsız olduğundan, kitab oxumamağından gileyləndi.
    Nəşriyyat redaktoru qəfildən ayaq saxladı. Bizi xeyli ötüb keçmiş şair ayaq saxlayıb geri qayıtmalı oldu. Naşirin qaşları düyünləşmiş, sifəti qaralmışdı. Çox güman ki, onu şairin iradı qəzəbləndirmişdi.
    -Bura bax, Hüseyn müəllim, guya sən naşirlərdən, redaktorlardan çox mütaliə edirsən?
    Bəli, doğrudan da naşir Hüseyn Arifin onun bostanına daş atdığını düşünübmüş.
    Hüsen müəllim bir-iki “arqument” gətirsə də, naşiri sakitləşdirə bilmədi. Ona görə də susmağa üstünlük verdi.
    Naşir-redaktorun ağzı açıldı nə açıldı:
    -Sən təkcə hamıya şəbədə qoşmağı bilirsən. Elə ona görə “yuxarılarda”-aşağılarda sənə ciddi yanaşmırlar. Mən gündə iki çap vərəqi həcmində əlyazma oxuyuram. Eləcə də o biri redaktorlar... Bəs sən özün bu son illərdə bir kitab oxumusan, ya yox? Əlbəttə, yox. Haradan oxuyacaqsan ki? İl boyu dağda-aranda olursan.
    Söhbət çox gərginləşmişdi. Naşir özündən çıxmışdı. Hüseyn müəllim susur, bir kəlmə də demirdi. Və şairin yerlisi, həmkarı elə bu ovqatla, danışa-danışa bizdən ayrıldı. Yeməkxanaya getmək söhbəti də yaddan çıxdı.
    Araya bir qədər sükut çökdü. Mən pərtliyi aradan götürmək üçün dedim:
    -Hüseyn müəllim, yaxşı ki, onun dediklərinə cavab vermədiniz.
    O, diqqətlə mənim üzümə baxıb dedi:
    -Heç bilirsən niyə dillənmədim?
    -Yox,-deyə, cavab verdim.
    Şairin bayaqdan tutulmuş sifətinə sanki işıq yayıldı. O, bic-bic gülümsəyib dedi:
    -Mənim kitabım indi onun əlindədir. Yəni mənim bu dava-dalaş gəzən yerlimi bu günlərdə çıxacaq şeir kitabıma nəşriyyat redaktoru təyin ediblər. Bilirsən niyə onu tənbeh eləmədim? Çünki buradan gedib o kitabı zay edəcəkdi. Hələ bunlar bir yana qalsın, öz yazdığı zir-zibillərdən, mənasız söz yığımından da qatacaqdı mənim yazdıqlarımın gözünə. Nəticədə kitab olacaqdı heç zad, bunun özü kimi zay... İndi bildinmi niyə susurdum?

























    “BƏY”,
    “MÜƏLLİM”,
    “ƏMİOĞLU”

    Vallah, sizi bilmirəm, amma mən bizlərin konyukturçuluğuna, lap elə komformistliyinə lap mat-məətəl qalmışam. Həm mənfi, həm də müsbət mənada. O mənada ki, həm yaxşı, həm də pis şeyləri biz hamıdan tez mənimsəyib özümüzünküləşdiririk. Elə hamıdan tez imtina etmək də bizim təbiətimizə qail bir nəsnədir. Uzun-uzadı danışıb sizin qızıldan qiymətli vaxtınızı almaq istəmirəm. (Hərçənd bilirəm ki, ixtiyarınızda vaxtdan qeyri elə bir başqa qiymətli əmlakımız yoxdur!)

    Mən “Arqument” rubrikasının ötən dəfəki guşə (türklər demiş – “köşə”) yazısında dilimizin başına turp əkənlərin bostanına daş atmışdım. Elə bugünkü yazı da bir növ həmin problemin davamı, çözələnməsi kimi qəbul edilə bilər.
    Əvvəllər bizim leksikonumuzda yalnız bir müraciət, xitab forması vardı: “yoldaş”. (Allah eləməmiş, inzibati məsuliyyətə cəlb olunanlara isə “vətəndaş” deyə müraciət olunurdu). Aylar dolandı, illər keçdi və vaxt elə ötdü ki, məmləkətimizin övladları yeni, daha doğrusu, əslində köhnə olan və təzədən dövriyyəyə buraxılan (təkcə pulu dövriyyəyə buraxmırlar ki, söz də pul kimi şeydir) bir sözü gen-bol şəkildə öz leksik cəbbəxanalarına daxil etdilər: bu, “bəy” sözü idi. Təbii ki, qadınlara da ucdantutma “xanım” deyilməyə başlandı. Heç kəs həmin sözlərini işlənməsinə ağız büzüb, qulp qoya bilməz. Həqiqətən, vaxtilə bizdə əksər ziyalılar bir-birinə elə bu cür müraciət ediblər: “Üzeyir bəy”, “Müslüm bəy”, “Nəcəf bəy” və s. Əlbəttə, bununla yanaşı “mirzə”lərimiz (məsələn “Mirzə Fətəli”, “Mirzə Cəlil”, “Mirzə Ələkbər”), “ağa”larımız (məsələn, “Əsgər ağa”, “Cahandar ağa”, “Əşrəf ağa”), “əfəndi”lərimiz (məsələn, “Cavad əfəndi”, “Fərrux əfəndi”, “Osman əfəndi”), lap elə “xoca”mız, “usta”mız, “maestro”muz və s. olub.
    Bütün bunlar olub və olanları heç kəs inkar edə bilməz. Söhbət ondan gedir ki, bizdə (və elə bütün xalqlarda) insanlara tutduğu mövqe və vəzifəyə, malik olduğu sənətə görə müxtəlif qaydada müraciət olunur, çeşidli xitab formalarına üz tutulur.
    Altı-yeddi il əvvəl dəbdə olan “bəy” xitabı yavaş-yavaş güncə qısılmağa başladı, artıq yenidən köhnə olan təzə dəbə düşdü: “müəllim”. Həmin xitab formasına da heç kəs ağız büzə bilməz. Amma bir “əmma” var ki, hamıya “müəllim” deyə müraciət etməyin özü də düzgün arqument hesab oluna bilməz, necə ki, hamıya ucdantutma “bəy” demək özünü doğrultmadı.
    Mən nəyi demək istəyirəm? Dilimiz olduqca zəngindir. Mənsub olduğu ictimai zümrəyə, tutduğu vəzifəyə, məşğul olduğu sənətə müvafiq olaraq adamlara xitabən ən müxtəlif müraciət formalarından istifadə etmək olar: “müəllim”, “bəy” gözəl müraciət formaları olsa da hamıya aid etmək olmaz. “Həmzəyə, Ocaqquluya, necə “bəy” deyəsən, axı?”
    Hər halda, Həmzənin özünəmünasib xitab forması ola bilər. Əlbəttə, mən bununla xaotiklik yarada biləcək hər cür ifadəni dilimizə gətirməyi təqdir etmirəm.
    Belə ki, “qardaş” da gözəldir, “yoldaş” da, “əmoğlu” da bizim gözəl sözümüzdür, lap elə “bacıoğlu” da.
    Baxır sözün, xitabın işlənmə məqamına. Şükür Allaha, biz söz üçün başqa cibə girmirik...
    24 aprel 1999-cu il



















    Poeziya və Mən

    ...Şeirdə nə qədər “sən”, “o”, “siz”, “biz”, “onlar” olursa-olsun, dəxli yoxdur, bunların- bu şəxs əvəzliklərinin hamısının kökündə-mayasında mütləq bir Mən dayanır.
    ...Hər bir ədəbi janrın öz “yükgötürmə” qabiliyyəti olur; məsələn, şeir nə qədər ictimai, siyasi, bəşəri mövzulara üz tutsa da onun nüvəsində, cövhərində fərdi-intim-şəxsi duyğular dayanır. Bir az hökm kimi səslənsə də deyə bilərəm ki, məsələn, nəsrdə- xəlqilik, dramaturgiyada- kosmopolitizm, elmdə- planetar düşüncə dominantdır. Qəribədir ki, mən bu janrların (deyəsən) hamısında özümü sınamışam və (görünür) elə bu səbəbdən də onlardan birindən digərinə keçərkən xüsusi problem yaşamıram.
    ...Mənə elə gəlir ki, hər janrın öz aurası, öz mövzusu, öz təhkiyəsi olur. (Hər halda mənə elə gəlir.) Deyək ki, poeziyada (adətən)- duyğular, nəsrdə- süjet, dramaturgiyada- ideya, elmdə- məqsəd əzəli və başlıca rol oynayır.
    ...Mənim qələmə aldığım nəzm nümünələri bir növ indicə sadaladığım janrların məcmusudur: burada çox vaxt (məndən asılı olmayaraq) duyğular süjet-ideya-məqsəd konteksti ilə bir “blokda” çıxış edir.
    ...Buradakı şeirlərin bir çoxu sərbəst, bir qismi isə heca vəznindədir. Burada janrını bilmədiyim şeirlər də yer tutub. Və o şeirlərin, əgər onlara “şeir” demək olarsa, mütləq əksəriyyəti ilk gənclik illərində qələmə alınıb.
    Baxıb, daha doğrusu oxuyub görəcəksiniz ki, buradakı poetik parçaların həcmi çox qısa və lakonikdir. Bəzən çox uzun yazıları, yüz-ikiyüz misralıq poetik parçaları, “presləməli” olmuşam; axı, əvvəlcədən qarşıya belə məqsəd qoyulub: şeir lakonik olmalıdır. Bəzi şeirlərin içində, hətta, bir çox pyes və romanlar da “əriyib”.
    ...Mən çalışmışam ki, mövzularım (əsasən, konseptual mahiyyət daşıdığı üçün) vaxtın- yəni yazıların qələmə alındığı vaxtın, ab-havasını özündə əks etdirsin.
    ...İlk qafiyəli (və eləcə də ilk mətbu) yazim Ana haqda olub. Sonralar (sonralar deyəndə ki, yeniyetməlik və gənclik illərində) Allahın Anası barədə də yazdım, amma onu çap etmədilər. Mən Allahın bacısı oğlu, sevgilisi(!), qohum-əqrəbaları, O-nun qəbul otağı, göydən telefon zəngi, tanrının göz yaşları (bu həm də “Qapı” romanının ikinci adıdır) və s. ... haqda da yazmışam və həmin yazılar səsləndiyi dar auditoriyalarda bəzən (dinləyicilərim tərəfindən) qınağa tuş gəlib. Qəribədir ki, mənim poetik yazılarımda elə o ilkin mövzular (Ana və Tanrı) həmişə aparıcı xətdə olub.
    ...Allahın anasına olan xitab Allahın özünün Allahını axtarışa sövq edib məni. Bu, bəlkə də mənim yeniyetməlik illərində zox sevdiyim yazızılardan- Maksım Qorkidən və Lev Tolstoydan gələn nəsnələr idi; axı, mən o illərdə Tolstoyun ondörd, Qorkininsə onbeş cildlik seçilmiş əsərlərini təkrar-təkrar oxmuşdum. Onların əsərlərində məhz bu cür Tanrı axtarişları (buna elmi ədəbiyyatda çox vaxt “allahquruculuq” da deyirlər) və öz hərəkətləri ilə ənənəvi cəmiyyət qanunlarının əksinə gedən marginal ədəbi obrazlar diqqəti çəkirdi. Çoxları bilmir ki, bəzən poeziya nəsrdən qidalanır.
    ...Poetik parçalarda sevgini vəsf edən misralar da az deyil. Diqqətli oxucu yəqin duyar ki, bu mövzudakı yazıların hərəsinə bir hiss hakimdir; yəni bir yerdə kimisə sevən aşiq, digər parçada kiməsə nifrət edir. Bu da təbiidır. Çünki həmin kəslər (təbii ki, çox vaxt) müəllifin özü yox, onun lirik qəhrəmanıdır. Təəssüf ki, bizim oxucular arasında hələ də müəlliflə onun bədii, Lirik qəhrəmanını eyniləşdirmə hallarına təsadüf olunur.
    ...Mən uzun illər ki, öz oxucularımlala birbaşa ünsiyyətdən, poetik təmasdan uzaqlaşmışam. Hər halda ilk baxışda belə təəssürat yaranır. Əslində isə bu, bəlkə də belə deyil. Çünki onsuz da mənim nəsr və dram əsərlərimdə (məncə) poetik ruh qabarıq hiss olunur. Poeziyasız nə nəsr, nə dramaturgiya, lap elə nə fəlsəfə ola bilər?
    …Çalışmışam ki, sizə indi təqdim edilən nümunələrdə, xüsusən “onluqlarda” qafiyə və qafiyələnmə sistemində də dinamik dəyişmə prinsipinə əməl edim. Amma bilirəm ki, burada artıq arxaikləşmiş fikirlər və yazılar da var. Bəzi misralardan isə olsun ki, “durğunluq” dövrünün ab-havası gəlir.
    ... “Sən nə üzün poeziyaya xəyanət etdin?” Bu, mənə köhnə dostlarımın (heç bilmirəm burada “köhnə” sözü yerinə düşürmü?) tez-tez ünvanladığı sualdır... Məncə poeziya qafiyəli-qafiyəsiz misraları doğranmış odun parçaları kimi üst-üstə (və ya alt-alta) yığmaqdan ibarət deyil; onun missiyası bir az özgədir. Yəni daha böyük və daha əzəmətlidir.
    ...Bir neçə cildlik yazılarım var. Hə, əlbəttə, poetik nümunələri deyirəm. Amma, çox güman ki, mən bir daha bu janrda yazdıqlarımın çapına çalışmayacağam. Doğrusu, hez bu yzıları da üzə çıxarmaq niyyətində deyildım, dostlar üz vurdular; elə nəşr xərcini də dostlar ödədi. Dostluqdan geri qalmasınlar...
    ...Mən heç vaxt şair olmaq iddiasinda bulunmadım. Bəs nə üçün yazdım bu nümunələri? Cavabı buradakı sətir və fikirlərdə özündə axtarıb tapa bilərsiz və bəlkə də o cavabı bu yığcam qeydlərdə artıq tapmısız. Tapmadınızsa yenə axtarın.

    ...Elə səni də lirik qəhrəmanların sirasında görürəm, qəhrəman oxucum...
    Buradakı Mən əslində mən deyiləm, o, elə Sənsən.







    Azad adam
    (Vaqif Səmədoğlu haqqında)

    Arada bir Səməd Vurğunun virtual və vizual “düşmənləri”, yəni yeni dövrün “proletkult- çuları”- cığırdaşlar, onu da atasına, böyük S.Vurğuna qatıb ya söyür, ya tənqid edir, ya da necə deyərlər, “ilişirdilər”.
    Əvvəllər deyirdilər ki, oğul ataya görə cavabdeh deyil. İndi deyəsən vəziyyət dəyişib: həm ata oğula görə, həm də oğul ataya görə cavabdeh imiş.
    Vaqifin orijinal, böyük, istedadlı şair olduğunu sübuta bir ehtiyac yoxdur.
    Nə isə... Sözüm bunda deyi, həm də bundadır.
    Hər dövrün öz qanmazları və yaramazları olur. 20-ci əsrin nadanları öz toxumlarını 21-ci əsrə də səpələyiblər.
    Hə, Səməd Vurğun demiş...
    O günləri biri mənə deyir ki, Səməd Vurğun Leninə və Stalinə əsər həsr edib. Beləsinin bizim tarixdə qalmaq haqqı yoxdur.
    Soruşdum ki, bəs kimlərin haqqı var? Dedi ki, Üzeyir bəyin, Müşfiqin, Cavidin...
    Dedim ki, hər ikisi dahi sənətkar və böyük şəxsiyyətlərdir. Amma yəqin sənin xəbərin yoxdur ki, Üzeyir Hacıbəyov Stalinə kantata, Müşfiqsə poema həsr edib. Cavid də “Azər” poemasında sosializmi mədh edib...
    “Dostum” gözünü döyə-döyə qaldı. Elə bildi ki, zarafat edirəm.
    Amma mən həqiqəti deyirdim.
    Yox, söhbətin məğzi bu deyil.
    Məsələ burasındadır ki, mənim dostum bir müddət əvvəl mənə rast gələndə belə bir şikayət etmişdi: “Görəsən indiki qəzetlər, kitablar nədən yazır? Düzü, mənim indi yazılanlardan xəbərim yoxdur. Bilirsizmi, mən bu “latın dilini” oxuya bilmirəm”. O, latın əlifbasını nəzərdə tuturdu, amma elə bilirdi ki, əlifba yox, dil dəyişib.
    Bəs bu nadanda bizim milli ədəbiyyatımıza nifrət haradan qaynaqlanırdı? Çox güman ki, “dostumu” ədəbiyyatın üstünə yeni dövrün “proletkultçuları”- cığırdaşlar qısqırtmışlar. O cümlədən antiVurğunlar və antiVaqiflər.
    Daha bu dünyada nə Səməd Vurğun var, nə də Vaqif Səmədoğlu.
    Amma onların ŞEİRİ var.
    ...”Şairə, şeirə hörmət də vardır”...
    Bəli, dahi Səməd Vurğunun istedadlı oğlu Vaqif Səmədoğlunu itirdik. O, harada olsa tam əminliklə deyə bilər: “İlahi, mən burdayam”. Və İlahi onu həmişə öz nəzərində saxlayacaq.
    Sən təpədən-dırnağacan AZAD bir adam idin. Və elə buna görə də özünü azadlıq övladı adlandırmağın yerinə düşəndir.

    Sən mənim
    doğma anamsan, Azadlıq,
    mən sənin
    yad qapısında böyümüş balan. ..
    Sən son ümidimin qaldırdığı
    ağ bayraqsan, Azadlıq,
    mən səni
    yellədən külək.
    Nur içində yat, Vaqif Səmədoğlu
    28.01.2015
























    Arifə bir işarə...
    Arif Əmrahoğlunu xatırlayarkən...

    Ariflə nə vaxt, harada tanış olduğumu tam təfərrüatı ilə xatırlamıram. Hətta, mənə elə gəlir ki, bizim tanışlığımız, dostluğumuz lap uşaqlıq vaxtlarımızdan başlayıb. Amma indi bu sətirləri yazarkən belə bir qəti qənaətə gəldim ki, bizim ilk “salam-əleykümüz” ötən əsrin 70-ci illərinin ortalrına təsadüf edir. Yəni bizim ən azı 35-40 illik bir dövrü əhatə edən doğma, yaxın ünsiyyətimiz olub.
    Heç bilmirəm bu tarixi nə üçün xatırla(t)malı oldum. Axı hələ insanlar arasında ünsiyyət yaradan zamanın məsafəsi özündə hələ heç də hər şeyi ehtiva etmir. Adam var ki, bir ömrün yarısı boyu tanıyırsan, amma bu tanışlığa ömrün qalan yarısında təəssüf edirsən. Amma elə insanlar da var ki, ötəri bir tanışlığın işığı, işartısı daim qəlbində, yaddaşında qalır. Arif məhz belə bir insandı.
    Biz Ariflə uzun müddət Elmlər Akade- miyasında çalışmışıq: o, Ədəbiyyat institutunda, mən isə Fəlsəfə və Hüquq institutunda. Aspiranturada oxuduğumuz illərdə görüşlərimiz daha sıx, daha bol olurdu. O illərdə vaxtımızın çoxu Mərkəzi kitabxanada keçirdi.
    Arif elə o vaxtdan zəhmətkeş, işgüzar bir elm adamı kimi diqqəti cəlb edirdi.
    Zahirən adamayovuşmaz təsiri bağışlasa da daxilən çox həlim, isti, qılıqlı bir insan idi.
    Mən adətən ya Ariflə görüşəndə, ya da onunla xudahifizləşəndə zarafatla: “Arifə bir işarə”-deyərdim.
    Bir müddət Az.Tv-də verilişlər (“İlğım” və “İdrak” verilişləri) aparırdım və Arif tez-tez həmin verilişlərə dəvət edilirdi. O, həmçinin radio və televiziyanın o zamankı ədəbi proqramlarının ən fəal çıxışçılarından biri idi. Onun ədəbi və həyati proseslərə məntiqi yanaşması, özünəməxsus baxışı həmişə maraq doğururdu.
    Ötən əsrin 80-ci illərindən sonra qəzet və jurnal səhifələrində Arif Məmmədov imzası daha parlaq şəkildə boy verməyə başladı. Bu sətirləri yazarkən mən onu da xatırladım ki, həmin dövrdə iki adam eyni ad və soyadın daşıyıcısı idi. Arif Məmmədovlardan biri daha çox folklor və musiqidən, digəri isə ədəbi prosesdən yazırdı. Bəzən “bizim Arifi” Konservotoriyada işləyən Arif müəllimlə səhv salanlar da olurdu. Sonralar Arif öz atasının adını soyad kimi qəbul etdi.
    Mən Arifin müdafiə etməsini, onun toyunu, o toyda qol götürüb oynayan atasını və dostlarını, onun ilk övladının olmasını, ilk kitabının çapdan çıxmasını və bütün bu əlamətdar hadisələri yaxın ətrafı ilə birlikdə “qeyd etməyimizi” yaxşı xatırlayıram. Və bütün bu olaylar həm də ona görə yadda qalıb ki, orada bizim həyatımızın, xüsusən gəncliyimizin bir parçası yaşamaqdadır.
    O, müxtəlif yerlərdə-Nizami muzeyində, Prezident Aparatında işlədi, bir sıra ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul oldu. İşlədiyi sahələrdə xətir-hörmət sahibi idi.
    Arif hamıya kömək etmək istəyirdi. Ömrünün son illərində o, AYB-də katıb vəzifəsində çalışırdı. Bilənlər bilir, yazı-pozu adamlarının arasında ərköyün, emosional, hətta, kifayət qədər cığal adamlar da az olmur. Arif bu mürəkkəb təşkilatın bütün üzvləri ilə dil tapır, ən azından onlarla ümumi bir “ortaq məxrəc”, “konsensus” axtarırdı. Ən “davakar” qələm adamları belə onun xətrini istəyirdilər.
    O, çox zəhmətkeş, əzmkar bir insan idi. Dərs deyir, elmi-tədqiqat işləri ilə məşğul olur, tərcümələr edirdi.
    Dostlara qarşı çox diqqətli və həssas adam idi.
    2013-cü ilin yayını xatırlayıram. AYB-də görüşüb ordan-burdan söhbət etdik. Arif mühüm seçki kompaniyasının təşkil və təbliğində iştirak etmək üçün Gədəbəyə gedəcəyini dedi: “Sənin vətəninə gedirəm. Sən bu yay harada olacaqsan?” Gülüb dedim ki, mən də sənin vətəninə gedirəm. Həqiqətən, mən həmin yayı Gürcüstana istirahətə getdim. Biz bir müddət sonra görüşdük. Arif özünün Gədəbəy təəssüratından fərəhlə danışmağa başladı: “Vallah, sizin yerlər, o dağlar, o bulaqlar, o çaylar mənə öz yerlərimizi xatırlatdı. İnşallah, yenə gedəcəm o yerlərə. Amma bu dəfə birlikdə gedərik”. Mən gülüb dedim ki, bu səfər sənə düşüb, xeyli cavanlaşmısan. O, əlini-əlinə vuraraq: “Bura bax, bəyəm qocalmışıq ki?”-deyə, ürəkdən güldü. Bu anlarda sanki onun geniş sifətinə gen-bol bir işıq yayıldı. Mən həmişə olduğu kimi ona: “Arifə bir işarə”-dedim.
    Arif ömrünün ən mənalı, yaradıcılığının ən məhsuldar bir dövründə dünyasını dəyişdi. Mən indi onu xatırlayanda ürəyimdən keçir ki, kef-əhvalını soruşub yenə həmişəki qaydada: “Arifə bir işarə” deyəm. Amma Arif yoxdur, ariflər isə çox azdır.






















    “Kitabınızı diqqətlə oxudum, çox bəyəndim...”
    (Fuad Poladovun xatirəsinə)

    Səhnəmiz öz nəhənglərindən birini itirdi...
    O, dünyaya may ayında gəlmişdi, elə bu ay da dünyadan köçdü...
    Fuad Poladovu kiməsə təqdim etməyə bir ehtiyac yoxdur. O, milyonların sevimlisi idi.
    Aktyorluq çox çətin peşədir. Mənim tanışlarım arasında bu sənətin nümayəndələri az deyildir. Əksər hallarda aktyorlar öz şəxsi istək və arzularından asılı olmayaraq müxtəlif tamaşalardakı müxtəlif rollarda oynamalı olurlar. Təbii ki, onların şəxsi həyatında ifa etdikləri bu rollardan nəsə qalır. Hətta, bəzən ifa edilən rollar həm onların özlərinin, həm də tamaşaçı auditoriyasının, daha doğrusu tamaşaçıların həyatına bu və ya digər şəkildə təsir göstərir. Görünür, aktyorların yaratdıqları obrazların tez-tez fərqləndiyinə işarə olaraq həyatda hər gün bir “rola”, bir “dona” girən və aktyorluq peşəsinə qətiyyən dəxli olmayan bir çox adamlar haqqında belə bir ifadə işlədilir: “Filankəs aktyorluq edir...”
    Fuad böyük aktyor idi, amma heç zaman “artistlik” etmirdi. O, bütöv şəxsiyyət idi. Möhkəm xarakteri, yüksək mənəviyyatı olan bir insan idi. Dözümlülük nümunəsi idi. Sağalmaz xəstəliyə mübtəla olduğunu bilsə də, həyat eşqini qoruyub saxlamağa çalışırdı.
    Çoxdan tanış idim Fuadla. Ötən əsrdə, 70-lərin ortasında onun “Darıxma, ana” (N.Dumbadze) əsərində yaratdığı Avtandil obrazı o zamankı gənclik tərəfindən böyük bir hərarətlə qarşılanmışdı. Bu personajin haqsızlığa, ədalətsizliyə qarşı söylədiyi monoloq çoxlarının yadındadır. Elə Fuad özü də bütün həyatı boyu haqqın və ədalətin yanında oldu.
    Sonralar onun film və tamaşalarda oynadığı onlarla rol yaddaşlara, ürəklərə köçdü.
    Fuad Poladovun yaradıcılıq fəaliyyəti əsasən Akademik Milli Dram Teatrını ilə bağlı olub. Gəlin bir anlığa onun həmin teatrın səhnəsində ifa etdiyi, ərsəyə gətirdiyi rolları yada salaq.
    Ferdinand -"Məkr və məhəbbət"(Fridrix Şiller), Fərhad - "Məhəbbət əfsanəsi", (Nazim Hikmət), Nizami - "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Baron - "Həyatın dibində", (Maksim Qorki), Rauf -"Kərgədan buynuzu"(Maqsud İbrahimbəyov), Mirzə Səfi – "Mirzə Şəfi" (Nəbi Xəzri), Rəhman, Valeh, Salavan, Qədim, Mübarək, Həsənzadə, Səltənə - ("Mahnı dağlarda qaldı","Məhv olunmuş gündəliklər", "Qəribə oğlan", "Büllur sarayda", "Boy çiçəyi", və "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Hamlet, Benedikt ("Heç nədən səs-küy", "Hamlet" (Vilyam Şekspir), Şahbaz bəy - "Müsyö Jordan və dərviş Məstəli şah", (Mirzə Fətəli Axundzadə), Şöklü Məlik - "Torpağa sancılan qılınc" (Nəbi Xəzri), Çığatay - "Yağışdan sonra "(Bəxtiyar Vahabzadə), Şah Qacar- "Şah Qacar", (Əli Əmirli), və sair....
    Fuad Poladovun ömrünün son otuz ili, daha dəqiq desək, 1989-cu ildən sonrakı mərhələ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlı olub. Onun həmin sənət ocağında yaratdığı bir-birindən fərqli rollar öz təbiiliyi ilə diqqəti çəkirdi.
    Bir anlığa təssəvür edin, bu qədər bədii xarakter bir insanın bioqrafiyasına necə yerləşirdi?.. Başqa sözlə, bir xarakterdə onlarla xarakter özünə necə yer tapırdı?.. Erve Monten - "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan), Daniel - " Tənha kişi üçün tələ" (R. Tom), Pavel Trunnikov - "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski), Lopaxin - "Albalı bağı" (A.P. Çexov), Yuliy Sezar - "Kölgələrin oyunu" (Y. Edlis), Stefan " -Qara dəlik" (Q. Stefanovski), İblis - "İblis" (H.Cavid), Sankiti Oba - "Aramızdakı kabuslar" (K.Abe), Eddi Karbone - "Eddi Karbone" (Körpüdən görünən mənzərə) (A. Miller), Stefan - " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare), Svetlovidov - "Ququşu mahnısı" (A.P. Çexov), Lord Avqust - "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou), Floran - "Müqəddəs bədheybətlər" (J.Kokto), Eduard Polumb - "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon), Həkim Korniş - "Əlçatmaz qadın" (S.Moema), Napaleon 1 - "Napaleon 1" (F.Brukner), Kardinal Vulsi - "Şah oyunları". (Q.Qorin), Həkim Dorn - "Qağayı" (A.P.Çexov), Herman Lyuis - "Qarışıq hisslər" (R.Baer) və s.
    Fuad Poladovun filmlərdə yaratdığı obrazlar da diqqətəlayiqdir.
    Mən Fuadla çoxdan tanış idim. Atüstü qısa söhbətlərimizdə əhvallaşar, sənət və həyatla bağlı söhbətləşərdik. Yadımdadır, düz on il əvvəl, yəni 2008-ci ildə onunla görüşərkən o vaxt yenicə nəşr edilmiş kitabımı ona təqdim etdim. Bu mənim ruscaya tərcümə edilmiş pyeslər kitabım idi. («Пьесы»-F.M.). Kitabda onbir pyes toplanmışdı. Aradan bir müddət keçdi. Onun çox zaman tək-tənha, əzəmətli, şax və şux yerişlə addımladığı küçədə- “Tarqovı”da rastlaşdıq. Fuadın qayğılı sifətindən ilıq təbəssüm dalğaları keçdi. “Kitabınızı diqqətlə oxudum, çox bəyəndim”- deyə, dilləndi.
    Əlbəttə, bir dramaturq kimi mənim ürəyimdən keçirdi ki, Fuad pyeslərimdən birində rol oynasın. Bunu Fuad özü də arzu edirdi. Amma bu bizə qismət olmadı. Ötən qış biz qarşılaşanda o, sanki ürəyimdən keçənləri duyubmuş kimi yenə həmin ilıq, işıqlı təbəssümlə: “təəssüf ki, teatrda əsəri aktyor yox, rejissor seçir”-dedi.
    Fuad Poladov dünyamızı tərk etdi. Əlbəttə, tamaşaçılar istərdi ki, bu, Fuadın növbəti rollarından biri olsun. Amma təəssüf ki, Fuad rol oynamır. Bu sonuncu rolun müəllifi əcəldir.
    Fuad Poladovla teatr tariximizin bir epoxası başa çatmaqdadır.
    Əlvida, böyük sənətkar.
    05.05.2018





    Aydın öz oğlu Ayxana qovuşdu
    Aydın İbrahimov (Qurbanoğlu)
    dünyasını dəyişdi

    Geniş oxucu və tamaşaçı auditoriyası onu bir publisist, şair, ssenarist, folklorçu kimi tanıyırdı. O, uzun illər Az.Tv-də çalışmış, adi müxbirdən Baş redaktorluğa qədər məhsuldar bir yaradıcılıq yolu keçmişdi.
    Aydın mənim yaxın dostum və qohumum idi. O, mərd, səxavətli, əzmkar, istedadlı bir insan idi.
    Çoxları onun fiziki cəhətdən sağlamlığına qibtə edirdi. Amma bir neçə il əvvəl ciyərparası, əziz oğlu Ayxanın ölümü onu sarsıtdı. İndi Aydın Qurbanoğlu öz oğluna qovuşacaq.
    Allah Aydın İbrahimova rəhmət eləsin. Onun bütün yaxınlarına, doğmalarına səbr diləyirəm.
    29.01.2020












    Tarixçi Möhsün Əliyev. Onu
    xatırlayan varmı?

    O adamı indi olsun ki, çoxları unudub. Düzü, az qala elə mən özüm də onu yaddan çıxartmışdım. Halbuki səmimi salam-əleykimiz vardı. İndi birdən-birə xatırladım onu. Sanki həmin adam qəfildən bütün görkəmi, hərəkəti, danışığı, rəftarı, qeyri-adiliyi ilə gözümün önündə canlandı.
    80-ci illərin 2-ci yarısından etibarən ilk Respublikamız haqda ilk sanballı, orijinal yazıların müəllifi o idi, desəm yəqin ki, səhv etmərəm. EA-da eyni mərtəbədə, müxtəlif elmi-tədqiqat müəssisəsində çalışırdıq. Qaraşın, arıq bir adamdı. Nimdaş geyimi vardı. Həmişə əsəbi görünürdü.
    Çoxlarının yaxınlaşıb söz deməyə cürət etmədiyi Ziya Bünyadova “sən” deyə müraciət edər, xoşu gəlməyən adama söyərdi. Hə, orsını da xatırladım ki, bir dəfə (90-cı illırin ortasında) həbs olunmuşdu və məhz küsülü olduğu Ziya Bünyadovun zəmanəti ilə azadlığa buraxılmışdı. Valideynləri repressiya qurbanı olmuşdu. Tək yaşayırdı. Səhv etmirəmsə, əslən Nardaran kəndindən idi. Zahirən adamayovuşmaz olsa da, daxilən həlim bir adamdı.
    İxtisasca memar idi. Di gəl ki, daha çox tarix elmi ilə məşğul olurdu.
    Demokratik Respublikanın (AXC-nin) qurucuları haqqında maraqlı, təkrarsız silsilə yazıları ilə bir çox mətbuat orqanlarında, ən çox da o vaxtkı populyar “Odlar Yurdu” qəzetində sıx-sıx çıxış edərdi.
    Söhbətin qəhrəmanı tarixçi, rəssam, araşdırmaçı Möhsün Əliyev çoxdan haqq dünyasına qovuşub...
    Haqqında söhbət gedən qəzetin redaktoru isə həmin dövrdə əsl maarifçi, ziyalı, naşir, pedaqoq dostumuz Ramiz Əsgər idi. Yəqin ki, Ramiz bəy nə vaxtsa memurlarını qələmə alanda Möhsün (Mövsüm) Əliyev haqda daha ətraflı yazacaq.























    “Məhəbbət əfsanəsi”
    Arif Məlikov gözlərini əbədi yumdu

    Canlı klassiklərimizdən biri də əbədiyyət dünyasına köçdü...
    1990-cı ilin yanvarında Bakıda baş verən qırğına görə Moskvada SSRİ-nin o vaxtkı Baş katibi Qorbaçovun üzünə “mən bu cinayətə görə məhz sizi ittiham edirəm”-deyən, öz Vətənini göz bəbəyi kimi sevən, ölməz əsərlərin müəllifi Arif Məlikov gözlərini əbədi olaraq yumdu.
    Mən onunla tanış idim. Arif müəllim düzlük, ədalət, həqiqət heykəli idi.
    Onun “Məhəbbət əfsanəsi” baleti dünyanın bütün sivil ölkələrinin teatrlarında səslənmişdi, təkcə bizim ölkəmizdən başqa.
    Son qəmin olsun, Vətən...

    09.05.19.











    Diktor, aparıcı, pedaqoq
    (Diktor Rafiq Hüseynov haqqında)

    Biz ötən əsrin 80-ci illərindən tanış idik. O vaxt Rafiq bəy məşhur bir şəxs idi. Mən “İdrak” və “İlğım” adlı elmi-populyar verilişləri aparırdım. Arada televiziyanın foyesində qarşılaşanda o, verilişlə, xüsusən verilişidə iştirak edən çıxışçıların nitqi ilə bağlı qeydlərini deyir, dəyərli məsləhətlər verirdi.
    90-cı illərin əvvəlində Rafiq Hüseynov televiziyaya gələn sədrlərdən birinin təhriki ilə öz sevimli işindən aralanmalı oldu. O zaman mən Politologiya İnstitunda (keçmiş Ali Partiya Məktəbində, İndiki Prezident yanında İA-da) saathesabı dərs deyirdim. Orada Rafiq Hüseynovla rastlaşdım. Sən demə o da həmin təhsil ocağında pedaqoji fəaliyyətlə məşğul olurmuş. Orada daha tez-tez ünsiyyətimiz olurdu. Yüksək mədəniyyətli, savadlı, sadə, ziyalı bir insandı. Yaxşı musiqi və yumor duyumu vardı. Arada özü də musiqi ifa edər və oxuyardı.
    Yeri gəlmişkən, kiçik bir xatirəmi də bölüşmək istərdim. Bəlkə də sizə təəccüblü görünə bilər, mən həyatda sintezator ifa edən ilk “musiqiçi” kimi Rafiqi görmüşəm. Yadımdadır, günlərin bir günü AzTv-nin foyesində bir xeyli adam toplaşmışdı ki, onların da çoxu hansısa verilişdə iştirak etməyə gəlmiş müğənni və aktyorlar idi. Mən də yaxınlaşdım. Rafiq Hüseynov qarşısındakı alətdə musiqi ifa edirdi. Hamı maraqla onu dinləyirdi. Musiqi başa çatdı. Oradakılar əlçaldılar. Sonra adamların bir çoxu bu tanış olmayan musiqi aləti barədə məşhur aparıcıya yerbəyerdən suallar verməyə başladılar. Yadımdadır, rəhmətlik Yaşar Nuri gülə-gülə dedi:
    -Rafiq, bu gedişlə sən müğənnilərin çörəyinə şərik olacaqsan... Alə, nə əntiqə şeydir, bir orkestrin işini görür. Yaxşı, bir bizə izah elə görək, bu qəribə şeyin adı nədir?
    Rafiq ciddiləşib dedi:
    -Düzü, mən özüm də bu alət haqda az məlumatlıyam. Bir onu bilirəm ki, adı sintezatordur. Odur, bir baxın, elektrik naqilinə qoşulub. Elə buna görə də adına elektrik musiqi aləti də deyirlər. Yaşar demişkən, bu, bütöv bir orkestri əvəz edir. Mən indi burada məşq etdim. Gələcəkdə bir konserti, bir toyu bircə alətlə yola vermək mümkün olacaq...
    Hamı güldü.
    Rafiq çox kövrək adam idi. Mən onu dost məclislərində- şən və kədərli anlarda görmüşəm. Övladının yasında hönkür-hönkür ağladığının da şahidi olmuşam.
    Allah rəhmət etsin.
    30.10.17





    Şair Şamxal Rüstəmin “konyakı”...

    ...Ötənlərin söhbətidir.
    Ədəbiyyatın siyasətə, sözün cəmiyyətə meydan oxuduğu vaxtlar idi.
    O illərdə də indiki kimi gənc yazarlar vardı. Amma onlara o zaman “gənc yazar” yox, “gənc ədəbi qüvvələr” deyirdilər. İndikindən bir az fərqli olaraq həmin gənclərin müxtəlif məkanlarda tez-tez ədəbi toplantıları keçirilirdi. İndi o “gənc ədəbi qüvvələrin” bir çoxu dünyasını dəyişib, bəziləri yaşlaşıb, bir qismi isə yenə “gənc yazar” olaraq qalmaqdadır.
    Adətən, həmin yığıncaqlarda yüksək çinli dövlət məmurları da iştirak edirdi.
    Yadımdadır, bu cür toplantılardan biri 80-lərin əvvəlində Şüvəlanda, Yazıçıların Yaradıcılıq Evində təşkil edilmişdi. Mən həmin mötəbər məclisə çalışdığım “Azərbaycan gəncləri” qəzetinin əməkdaşı kimi dəvətli idim. O zaman da qələm əhlinin böyük əksəriyyəti indiki kimi bir qədər çılğın və iddialı idilər.
    Nə isə... Tədbir başladı, nə başladı... Hərə öz yazdığından bir şey oxumağa başladı... Sonra alovlu müzakirələr, iradlar, təkliflər tənqidlər... Nəhayət, gərgin çıxışlar itkisiz başa çatdı. Sanki göy gurultusundan sonra hər tərəfə sakitlik çökdü...
    Mən qəzet üçün öz qeydlərimi apardım. Yeri gəlmişkən onu da deyim ki, cavan yzarlar hələ bir neçə gün burada, Yaradıcılıq Evində qalacaqdılar.
    Yığıncaq başa çatandan sonra evə getməyə hazırlaşdım. Axı yazını təcili qaydada hazırlayıb növbəti nömrəyə çatdırmaq lazım idi.
    Tanışlarımdan bir neçəsi, o cümlədən o vaxtın istedadlı və təvazökar qələm sahibi, köhnə tanışım, radioda çalışan Şamxal Rüstəm mənə yaxınlaşdı. Şamxal bu tanış qələm sahiblərinin arasında “ağsaqqal” hesab olunurdu. Bəs necə, onun şeirləri mətbuatda dərc edilir, radioda səsləndirilirdi. Hələ üstəlik bir çox mətnlərinə tanınmış bəstəkarlar musiqi də bəstələmişdi və həmin nəğmələr tez-tez efirdən evlərə “qonaq gəlirdi”. Hə, az qala unutmuşdum, Şamxalın bir çox satirik şeirləri və həcvləri dillər əzbəri idi.
    Şair özünəməxsus yumşaq, həlim, asta səslə mən “qonaqdan” soruşdu:
    -Xeyir ola, hara belə hazırlaşırsan?
    -Evə.
    Şamxal qonaqpərvər ev sahibi kimi irəli yeriyib qoluma girdi:
    -Evdə nə var, sağolmuş... Qal burada. Görürsən ki, yerimiz-yurdumuz da var gen-bol...
    -Yazını növbəti nömrəyə təhvil verməliyəm.
    -Nömrə qaçmır ki... Bir azdan dənizə gedəcəyik...
    -Mən yazı hazırlamalıyam axı.
    -Yaxşı, onda gedək yeməkxanaya. Nahar vaxtıdır. Sonrasına baxarıq...
    Bu israrlı təklifdən sonra onun sözünü yerə salmadım, yeməkxanaya getdik.
    Naharlanıb yola düşmək istəyəndə bir xeyli adam yaxınlaşıb öz yazılarını oxumaq istədiklərini bildirdilər. Şamxal dedi ki, gəl gedək bu “gənc qırışmalların” yazı-pozularını mənim otağımda birgə dinləyək, bəyəndiyimiz olsa ya qəzetdə dərc etdirər, ya da radioda səsləndirərik.
    Razılaşmalı oldum. O zaman yarımmilyonluq tirajla çıxan “Azərbaycan gəncləri” qəzetində öz imzasını görmək hər bir gəncin müqəddəs arzusu idi.
    Xülasə, getdik Şamxal yaşayan otağa.
    Yenə şeirlər səsləndi, hekayələr oxundu. Bəyənilənlər də oldu, bəyənilməyənlər də... Mən gənclərin ad-soyadını qeyd dəftərçəmə yazdım.
    Bir azdan sonra otaqda cəmi iki-üç adam qalmışdı.
    Şamxal fikirli, qayğılı idi. Səbəbini soruşdum.
    -Yaman dilxoram, -dedi.
    -Nə üçün?
    -Mən elə bildim ki, “ehtiyatım” qalıb. Amma heç nə qalmayıbmış.
    Şamxal şkafın və dolabın gözünü açıb oradakı boş şüşələri göstərdi.
    Hamımız gülüşdük.
    Şamxal lap əsəbiləşdi:
    -Burada gülməli nə var ki? Evə qonaq dəvət etmişik, “qeyd etməyə” bir şey yoxdur... Belə şey olar?
    Mən qapıya yaxınlaşdım. Getmək istəyirdim.
    Şamxal üzümə baxıb dedi:
    -Mən ölüm, bir dəqiqə ayaq saxla. Ürəyimə damıb ki, nəsə olacaq. Səni and verirəm...
    Andəndan keçə bilmədim, dayandım.
    O, küncdəki divana yaxınlaşıb əyildi. Divanın oturacağını qaldırdı. Oturacağın altındakı boşluqda kağıza bükülü bir bağlama vardı. Şamxal bağlamanı açdı: konyak və şokolad...
    Biz elə bildik ki, bu “tamaşanı” şair özü düzəldib. Amma o and-aman etdi ki, bu ideya onun ağlına indi gəlib.
    Və sonra sevinclə izah etməyə başladı:
    -Bax məsələ belə olub... Biz tədbiri keçirməyə gələn gün burada yaşayanlar çıxıb getməyə hazırlaşırdılar. Məni inzibatçı bu otağa göndərdi, dedi ki, burada qalacaqsan. Gəldim. Gördüm ki, yaşlı bir ukraynalı özünə nisbətən cavan bir arvad ilə yır-yığış edir. Kişi üzrxahlıq edib dedi ki, biz bir az ləngimişik. Dedim ki, sizin bizə heç bir maneçiliyiniz yoxdur, hətta istəsəniz yenə burada qala bilərsiz, lazım gəlsə mən qonşu otaqların birində dostlarla gecələyərəm, bizim qalmağa yerimiz çoxdur... Ukraynalılar dedilər ki, biz bu gün təyyarə ilə uçub getməliyik. Nə isə... Onlar yır-yığış edib ayağa durdular. Mən də hörmətli qonaqları qapıyacan yola saldım. Qapıdan çıxhaçıqda kişi belə dedi: “Əminəm ki, biz gələn il yenə buraya gələcəyik; cavan oğlan, əminəm ki, biz məhz burada yenə görüşəcəyik; biz sizin qonaqpərvərliyinizdən çox razıyıq; təəssüf ki, vaxt olmadı bir düz -əməlli tanış olaq; mən bu otaqda öz şirin xatirələrimi qoyub gedirəm; bu, çox bərəkətli, yaxşı auralı otaqdır” və sair... İndi birdən ağlıma gəldi ki o gözəl insan nə demək istəyirmiş...
    Şamxal Rüstəm konyakı stolun üstünə qoyub dedi:
    -Amma gərək sabah bunun yerinə başqa bir konyak alıb qoyam. Axı kişi demişdi ki, gələn il də məhz bu otaqda qalmaq arzusundadır. Bəlkə də onunla birgə vuracağıq o konyakı.
    Otaqdakılar gülüşdülər.
    05.02.2020






















    Xəyyam bəy əbədiyyətə qovuşdu...

    İndicə eşitdim ki, böyük bəstəkar Xəyyam Mirzəzadə vəfat edib.
    Çoxdan tanış idik. O, hətta, biz görüşəndə mənə ehtiramla “dostum” deyərdi. Mən isə ona çox vaxt “Xəyyam bəy” deyə müraciət edərdim. Onun təbiətində bir bəyzadəlik, əsilzadəlik vardı.
    Maestro mənim Gənclər teatrında tamaşaya qoyulan bir çox pyeslərimin musiqisin yazmışdı. Əlbəttə, mən onun yaradıcılıöına yaxından bələd idim. Amma bizi həmin teatrın yaradıcısı, böyük rejissorumuz Hüseynağa Atakişiyev daha yaxından tanış etmişdi. Xatırlayıram ki, əksər tamaşaların premyaralarına ailəlikcə gəlməyi xoşlayardı.
    Olduqca zarafatçıl, nikbin, hazırcavab bir adamdı.
    Təxminən bir il öncə “Yazıçılar poliklinikasında” rastlaşdıq. Onun mənzili, səhv etmirəmsə, elə həmin poliklinikanın üst qatında idi. Evə dəvət elədi. Təşəkkür etdim.
    Əlində əsa vardı. Zarafatla dedim:
    -Maestro, əlindəki bu əsa nədir?
    Zarafata zarafatla cavab verdi:
    -Bu mənim əsam deyil ki... Qonşu üçün almışam.
    Gülüşdük.
    Foyedəki divanda əyləşib bir xeyli söhbətləşdik. Xəstəliyi haqda bir kəlmə də söz açmadı. Mənim yeni yazılarımla maraqlandı. Dedi ki, gəl müştərək bir şey yazaq, məsələn, muzikl, operetta tipli bir şey...
    Bəstəkar, pedaqoq, insan və bütün bu sözlərin, bu təyinlərin hamısının önündə “böyük” sözü yazılmağa layiq olan Xəyyam bəy Mirzəzadə haqq dünyasına qovuşdu...

    30.07.18

























    “Mənsuriyyə” harayı

    Məşhur xanəndə Yaqub Məmmədov vəfat edib

    Böyük sənətkarımız Yaqub Məmmədovun ölümü mənim çoxdan unutduğum, amma görünür yaddaşımın hansı qatındasa indiyəcən dipdiri, oyaq qalan bir xatirəni təzədən dirçəltdi. Bu xatirə əslində Yaqub Məmmədovla birbaşa ilişgili olmasa da, məhrum müğənninin sehrli səsi ilə bağlıdır…
    İsti yay günəşi göydən od ələyirdi. O vaxt mən Muğan bölgələrindən birində - rayon mərkəzindəki məktəbdə müəllin işləyirdim. Şagirdləri pambıq yığımına aparmışdıq. Mən uşaqların belə isti havada işləməsinə qətiyyən razı deyildim. Özüm dağ yerində doğulub böyüdüyüm üçün istinin – bürkünün əlindən qaçmağa bəhanə axtarırdım. İndi belə bir “bəhanə” ələ düşmüşdü. “Rəhbərliklə” aramızda olan mübahisədən sonra hirslənib özümü verdim çayxanaya. Ağacların sərin kölgəsinə çəkilib çay sifariş elədim.
    Az keçməmiş müəllim həmkarım Məmməd Təhməzov göründü. Görüşüb hal-əhval tutandan sonra hamıya “elli” deyə müraciət edən Məmməd, birdən əlini dodağının üstünə qoyub pıçıldadı:
    - Sus, elli… Qulaq as…
    Əvvəlcə heç nə anlamadım. Sonra diqqət kəsilib uzaqdan gələn səsi-şirin zəngulələri ayırd etməyə başladım. Məmməd xalq mahnılarının xiridarı və Yaqubun səsinin vurğunu idi. Radio dalğalarında səsi ərşə bülənd olan Yaqub Məmmədov idi: “Mənsuriyyə” oxuyurdu. Mahnı başa çatandan sonra Məmməd sanki özünə gəlib ah çəkdi:
    - Elli, yəqin biz söz desəm Tanrı məni bağışlayar. Yaqub “Mənsuriyyə” oxuyanda elə bilirəm ki, Allahın özü haray qoparır. Elə bil bizim bu millətin halına ağı deyir Allahın sədası… O günün altında qovrulan uşaqlara, bu yanan səhraya, zalımlığa, şərə qarşı qiyam səsidir. Yaqubun “Mənsuriyyə”si.
    …Aradan xeyli ötdü.
    Bir neçə il əvvəl Yaqub Məmmədovla tanış oldum. Yanında Təbrizdən gəlmiş bir qonağı da vardı. Deyəsən, elə müğənnin özü də Cənub ellərindən təzəcə qayıtmışdı.
    Qış idi. Xanəndə qaragül dərili papağını əlinə alıb muğam sənətinin dünəni, bu günü barədə şirin-şirin söhbət edir, məzəli əhvalatlar söyləyirdi.
    Yadımdadır, sözünün axırında dedi:
    - Qorxuram muğam sənəti get-gedə yetimləşə, sonsuz qala…
    Elə bil ürəyinə nəsə dammışdı. Ürəyimdən keçdi ki, təskinlik verim, amma susdum.
    …Mən bir vaxt Muğan səhrasında radio dalğalarında “Mənsuriyyə”sini dinlədiyim sənətkarın ölüm xəbərini də radiodan eşitdim… Yaddaşımda yenə onun ölməz zəngulələri əks-səda verirdi…
    Nə qədər ki, “Mənsuriyyə” var, Yaqub da yaşayacaq.

    ALLAH RƏHMƏT ELƏSİN.
    06.07.2002



























    Ədəbi “yerlipərəstlər”

    Vallahi, həm ağlamalıdır, həm də gülməli...
    Adam deməyə də xəcalət çəkir.
    Sən demə, Hüseyn Cavid və Mirzə Cəlil Naxçıvan ədibləri, Cabbarlı Xızı dramaturqu, Axundov Şəki yazıçısı, Əlibəy Hüseynzadə Salyan mütəfəkkiri, Mirzə Ələkbər Sabir Şirvan satiriki, Səməd Vurğun Qazax şairi, Üzeyir Hacıbəyov Qarabağ bəstəkarı, Nizami Gəncəvi Gəncə dahisi imiş...
    Son dövrlərdə bu və digər nəhəng simaların təbliği bu konuda, bu istiqamətdə aparılır. Özü də hər birinin öz "təəssübkeş həmyerliləri" tərəfindən. Bu cılız, bu dayaz, bu nadan "yerlipərəstlər" bu dahi insanlara gah lupa, gah da mikroskop altında baxırlar. Onları "böyütmək" istəyirlər, əvəzində özləri kimi xırdalayırlar.
    O insanlara hərdən teleskopla da baxmaq lazımdır, cənablar... Axı onların heç biri hansısa "rayonun" özəl sərvəti deyil... Bölgəçilik təfəkküründən, gerizəkalıqdan çıxın, bir az qlobal prizmada, iri miqyasda, geniş panoramda düşünün...
    Eh, bu sözü kimə deyirsən?
    Bəyəm eşitməli olanlar deyilən sözü eşidirlər ki?





    Bu qəhrəmanı sevməyə dəyər, ya yox?

    ...Tv-lərdən birinin tanınmış qadın aparıcısının əri mediaya müsahibə verib. Kişinin oğlu öz arvadının xəyanətindən xalqa yana-yana şikayət edib.
    Məni ilgiləndirən bu deyil.
    Məsələ burasındadır ki, bir pyes üzərində işləyirəm. Əsərin kişi qəhrəmanı arvadının xəyanətinə görə hamının gözü qarşısında intihar etmək istəyir, tez-tez mətbuata geniş müsahibələr verir.
    Əvvəl elə düşünürdüm ki, mənim qəhrəmanımın hərəkəti inandırıcı çıxmaz.
    Amma həyatda bu cür "qəhrəmanları" görəndən sonra inandım ki, mənim əsərimin qəhrəmanını "sevmək" olar.. çün neçün ki, həyatda ona bənzər qəhrəman (proobraz) da varmış...
    Lakin deyə bilmərəm: bu qəhrəmanı təqdir etməyə dəyər, ya yox?











    ATAM...
    (esse)

    Atam Qədimalı Mustafayevin və dünyadan köçmüş bütün ataların əziz xatirəsinə ithaf edirəm

    O, cəmi 55 il ömür sürmüşdür. Bu il doğulduğu vaxtdan 100, vəfat etdiyi vaxtdansa 45 il keçir.

    Qışın ilk ayı, yəni yanvar gələndə anam sanki kimdənsə öz narazılığını bildirərək deyərdi: “Bircə bu qara gəlmiş tez çıxıb getsəydi...” Bəli, o, sanki qışın bu soyuq-qarlı ayını təbiət hadisəsindən daha çox, konkret bir şəxs kimi təsəvvür edirdi. Elə yanvarın arxasınca da üzünü bir daha görmək istəmədiyi, xoşlamadığı hansısa adamın qarasınca deyinirmiş kimi, bir qədər ehtiyatla da olsa gileylənərdi. “Ehtiyatla gileylənərdi” ifadəsini bilərəkdən işlədirəm. Çünki anam təbiəti, onun bütün fəsillərini xoşlayardı. Bəs o, görəsən qışın bu ilk ayını niyə belə könülsüz qarşılayırdı?
    Doğrusu, mən əvvəllər anamın - Firəngiz Rəhim qızının, yanvar ayından niyə belə gileyli olduğunun səbəbini anışdıra bilmirdim. Axı anam yanvarın “arxasınca” danışanda hələ dünyanın düz olan vaxtıydı, Bakıda məşum və məlum qırğın baş verməmişdi. Bəs o yanvarı niyə belə “qınayırdı”? Müəyyən bir vaxtdan sonra onun bu soyuq aya belə “soyuq” münasibətinin “sirrini” özüm üçün aydınlaşdırdım: atam Qədimalı Mustafayev yanvar ayında dünyasını dəyişmişdi.
    Sonralar anamın “yamanladığı” bu “qara gəlmiş” yanvarın rəngi daha da tündləşdi. Aradan illər keçəndən sonra qanlı 20 Yanvar baş verdi. Sonra anamın qardaşı, yəni mənim dayım, yazıçı Nahid Hacızadə yanvar ayında dünyasını dəyişdi. Qardaşının ölümü anamı sarsıtmışdı. Aradan düz bir il keçmiş anamın özü də bu dünya ilə vidalaşdı- yanvar ayında... Bu bəyaz ayı indi mən də qara rəngdə təsəvvür edirəm.
    Qəribədir, bu doğma adamların hamısı (atam, dayım və anam) müxtəlif illərin eyni ayında, ard-arda sıralanmış günlərində dünyalarını dəyişdilər: 19, 20 və 21 yanvarda... Və bundan da az qəribə olmayan orası idi ki, onların hər üçü bu dünyaya baharda, mart ayında, Novruz bayramı ərəfəsində göz açmışdılar.
    İndi mən atam haqda yazıram. Bu il onun 100 yaşı tamam olacaqdı. Bu, yuvarlaq bir tarixdir, yubiley yaşıdır. Cəmi 55 illik bir ömür yaşadı atam. İndi 45 ildir ki, biz onsuzuq, yəni Atasızıq.
    Atam Qədimalı Mustafayev 1920-ci ildə Gədəbəy bölgəsində, Şınıx mahalının İsalı kəndində doğulub. Onun atası, yəni mənim babam Mehrəli Mustafa oğlu əvvəllər, çarlıq dövründə kəndin ağsaqqalı-kəndxudası, sonralar sovetlər dövründə isə şura sədri vəzifəsində çalışıb. Yaşadığı mahalda sayılıb-seçilən adamlardan olub. 1934-cü ildə babamı “xalq düşməni” kimi güllələyəndə atamın cəmi 14 yaşı vardı. Babamdan sonra böyük ailənin bütün yükü (onun dörd oğul, üç qız övladı olub) nənəm Bahar xanımın çiyninə düşüb. Bahar nənəm çox zabitəli və həm də mütərəqqi qadın olub. Çalışıb ki, övladlarının hamısına təhsil versin. Buna qismən nail də olub.
    Müharibə başlayanda atamgil - ailədəki dörd qardaşın hamısı müharibəyə könüllü gediblər. Böyük əmim tezliklə tərxis edilsə də ailənin digər övladları hərbin bütün ağırlığını öz gözləri ilə görüblər. Əmilərimdən biri döyüşdə həlak olub, digəri yaralanıb.
    O, müharibədən əvvəl Gəncə Pedaqoji Texnikumunu bitirmişdi. Onunla eyni ildə doğulmuş, orta məktəbin eyni sinfində oxumuş görkəmli alim, akademik Firudin Köçərli sonralar atamdan söhbət düşəndə deyirdi: “Mən rəhmətlik Qədimalı müəllimlə texnikuma eyni vaxtda daxil oldum. Xəstəliyimə görə bir il ləngidim. Sonralar yenə Gəncədə təhsilimizi birgə davam etdirdik. Hər gün bir yerdə olurduq. Çox çalışqan adam idi...” Əslində onlar əmioğlu, daha doğrusu əmizadə idilər. Atamın babası Mustafa ilə Firudin müəllimin babası Köçəri doğma qardaş idilər. Onların hamısı İsa kişinin övladları, törəmələri idi. Elə kəndimiz də babamız İsanın adını daşıyır - İsalı.
    Texnikumu bitirəndən sonra atam bir müddət kəndimizdə müəllim işləyib. O, öz seçdiyi sənətə çox bağlı idi. Amma tezliklə başlayan müharibənin od-alov püskürən ağzına könüllü atılan o vaxtkı vətənpərvər gənclərdən biri də atam oldu. O, müxtəlif döyüş bölgələrində vuruşmuşdu. Son xidməti yeri Uzaq Şərq olmuşdu. O, bir çox həmvətənlərimizlə birgə əvvəlcə alman faşistlərinə, sonralar isə yapon Kvantun ordusuna qarşı döyüşlərdə iştirak etmişdi. Atam 15 avqust 1945-ci il tarixindən, yəni Yaponiyanın kapitulyasiyasından sonra da bir müddət “soyuq cəbhədə” olmuşdu.
    Atam müharibədən sonra qiyabi yolla Rus dili institutunda təhsilini davam etdirdi. O vaxtlar rus dili müəllimlərinə ehtiyac çox idi. Atamın çox yüksək dil öyrənmə qabiliyyəti vardı. Müharibədən əvvəl də rus dilinə və ədəbiyyatına marağı çox olub. Söhbət düşəndə deyərdi ki, dil bilməyim müharibədə də karıma gəlirdi. Bəzən komandirin təklifi ilə özümüzünkülər üçün (o, azərbaycanlı əsgərləri nəzərdə tuturdu-F.M.) qəzetlərdən gərəkli məlumatlar oxuyub tərcümə edirdim...
    Müharibədən sağ-salamat geri dönən gənc müəllim Qədimalı Mustafayevin öz iş-gücündən şikayətlənməyə elə bir ehtiyacı yox idi. Sevdiyi sahədə fəaliyyət göstərirdi. Kollektivdə böyük hörməti vardı. Amma müəllim qıtlığı özünü qabarıq göstərirdi. Məsələn, rayonun bir çox məktəblərində alman və fransız dili dərslərini vaxtilə hərbi əsirlikdə olan adamlar keçirdi. Ali təhsilli tarix, ədəbiyyat, riyaziyyat müəllimlərinə də ehtiyac çox idi. Atam məhz Firudin Köçərlinin təşəbbüsü ilə yenidən ali məktəbə sənəd verir və indiki BDU-nun filologiya fakültəsinə (qiyabi) qəbul olunur.
    Həmin illər dumanlı şəkildə də olsa mənim yadımdadır. Atam ildə iki dəfə Bakıya, imtahanlara gedirdi. Gələndə özüylə çoxlu kitablar gətirirdi. O, indi məktəbdə həm rus dili, həm də Azərbaycan dili dərslərini tədris edirdi. Ona görə də evimizdəki rəflərdə bu dillərin hər ikisində kifayət qədər kitablar vardı. Atam bəzən avtoqraflı kitablar da gətirirdi. Axı indi ona dərs deyənlərin əksəriyyəti görkəmli alimlər idi. Müəllimlər arasında atamla həmyaş olanlar da vardı. O vaxtkı gənc universitet müəllimlərindən Əlövsət Abdullayevin, Gülhüseyn Hüseynoğlunun, Ağamusa Axundovun, Kamal Talıbzadənin öz dəst-xətləri ilə yazdıqları avtoqraflı kitabların bir qismi hələ də evimizdə, atamın köhnə kitab rəfində qalmaqdadır. Onun özünün isə hüsnxətt və kalliqrafiya üçün nümunə ola biləcək gözəl xətti vardı. Bizim attestatları adətən o yazardı.
    Öz universitet müəllimləri haqda daim ehtiramla söhbət açardı. Atamın bəzi ifadələri yadımdadır: “Cəfər Xəndan müəllimin qeyri-adi yaddaşı var. Bəzən saatlarla şeir və sitatlar deyir”.
    “Abdulla Şaiqlə görüşümüz oldu. Mən onu nəhəng görünüşlü bir adam kimi təsəvvür edirdim. Sən demə bəstəboy, yomsa bir adammış. Oğlu Kamal müəllimin çiynindəndir. Şaiqlə Səməd Vurğun bacanaqdır”.
    “Biz dekanımızın təşəbbüsü ilə Süleyman Rəhimovun evində olduq. O, ucaboy, nəhəng bir adamdır. Yazdıqları evin bir küncündə üst-üstə qalaqlanmışdı. Döşəmədən ta tavana qədər ucalan bu əlyazmaların “boyu” onun öz boyundan ucadır”.
    “Mir Cəlal müəllim biləndə ki, mən Şınıxdan, Gədəbəydənəm, çox məmnun oldu. Əli Rəsulovu soruşdu. Dedim ki, Əli müəllim bizim maarif müdirimizdir. Ta yaxın qohum olduğumuzu demədim. Bilirdim ki, Əli Rəsulovla vaxtilə birlikdə çalışıb. Hər ikisi yaşıddır, hər ikisi Gədəbəydə lap cavan vaxtlarında məktəb direktoru olub”.
    “Məmmədhüseyn Təhmasib mənə dedi ki, sən gəl öz rayonunuzun folklor nümunələrini topla, hətta, gələcəkdə mövzu götürüb elmi iş yaza bilərsən”.
    Azərbaycan və rus dillərində mütaliə etməyi sevərdi. Bir dəfə mən tələbə olarkən onun əlində Mikayıl Müıfiqlə bağlı bir kitabça gördüm. Soruşdum ki, bəraət alana qədər Müşfiq barədə məlumatın vardımı? “Əlbəttə, - dedi.- Bəz hələ Gəncədə oxuyanda onun yazdıqları ilə tanış idik. Elə ölümünü də orada eşitdik. Müşfiq kimi çoxlarını əsassız yerə məhv etdilər...”
    Atamla birlikdə universitetdə o dövrün bir çox tanınmış adamları, dövlət və mədəniyyət xadimləri də qiyabi təhsil alırdılar. Tələbə dostları ilə çəkilmiş fotoların əksəriyyəti sonralar it-bata düşdü. Tanınmış müğənni, Xalq artisti Gülxar Həsənova da atamla filoloji təhsil almışdı. Səhnəmizin “Ərəbzəngisi” atamın xətrini çox istəyirdi, ona kitablar, səsyazısı olan “vallar” göndərirdi.
    Atam hədsiz dərəcədə ciddi adam idi. Təkcə biz yox, kəndin əksər adamları, xüsusən cavanlar onu görəndə özlərini yığışdırardılar. O, şit zarafat edən, qeybətcil, kobud-köntöy adamları xoşlamazdı. Daha doğrusu, bu cür adamlarla arada uzun bir məsafə saxlayardı. Özü də arada tövsiyə edərdi: “Ağzının sözünü bilməyən adamlardan nə qədər uzaq olsan, o qədər yaxşıdır...”
    Amma həvəslə, ürəklə ünsiyyət qurduğu adamlar da az deyildi. Bacanağı Cahan Bayramovla bəzən saatlarla söhbət edərdi. Cahan kişi də müharibənin od-alovundan keçmiş adamdı.
    Kimisə tərifləməyi xoşlamasa da arada söz düşəndə bacılarının həyat yoldaşları haqda xoş sözlər deyərdi: “Yeznələrin hər üçü ağlı başında olan, fikri-zikri ailəsində olan adamlardır”. Demək olar ki, bacıuşaqlarının hamısı ali təhsil almışdı. Qardaşı oğlu Əsəd Mührəliyevlə və bacısı oğlu Xəlil Köçərli ilə təkcə əmi-dayi kimi yox, həm də aralarındakı yaş fərqinin azlığından dolayı, dost kimi davranırdı.
    Hədsiz ciddiliyinə rəğmən xəfif yumoru da vardı. Xüsusilə Məhəmməd müəllim, Kərim müəllim, Əziz müəllim, Teymur müəllim, Tahir müəllim, Polad müəllim, Əşrəf müəllim, Müseyib müəllim, Xəlil müəllim, Yaqub müəllim, Həsən müəllim, Səlim müəllim, Fərrux müəllim və başqa həmkarları ilə incə zarafatları olardı.
    Yadımdadır, bir dəfə dərs dediyi şagirdlərdən birinə inşa yazısından “aşağı qiymət” yazmışdı. Səbəb də bu idi ki, uşaq materialı kitabdan olduğu kimi, nöqtəbənöqtə köçürmüşdü. Məktəbli oğlan haray-həşir salmış, etirazını bildirmişdi. Atam kitabdan köçürülmüş parçanı ona göstərsə də bir nəticə hasil olmamışdı. Burada maraqlı olan bir nüans da vardı. Belə ki, şagirdin yazdığı, daha doğrusu, köçürdüyü mətndə gedən səhvin “günahkarı” dərslik olmuşdu. Yəni tədris olunan kitabda korrektorun diqqətsizliyi ucbatından səhv getmişdi və həmin səhvi uşaq olduğu kimi öz “inşasına” köçürmüşdü. Atamın yaxın qohumu olan valideynlər, yəni uşağın qiymətindən narazı olan ata-ana məktəbə gəlmişdi. Atam öz qohumlarına “vəziyyəti” izah etdi. Dedi ki, mətn kitabdan köçürülüb, özü də kitabdakı səhvlə birlikdə. “Qonaqlar” dedilər: “Qədimalı müəllim, yaxşı, biz siznən razı: uşaq kitabdan köçürüb. Bunu bildik. Deyirsiz ki, kitabda səhv gedib. Bunu da anladıq. Amma bir şeyi başa düşmədik: ay sağolmuş, tutaq ki, bu kitabın birində səhv olub, ikisində səhv olub... Ta bu qədər kitabın hamısında səhv ola bilərmi?” Sən demə, valideynlər “hazırlıqlı” gəliblərmiş. Belə ki, 9-cu siniflər üçün yazılmış “Ədəbiyyat” dərsliyinin bir neçə nüsxəsini qolutuqlarından çıxarıb göstərdilər... Atam ürəkdən güldü. İzah etməyə çalışdı ki, eyni bir kitabda olan səhv digərlərində də olur. Uşağın anası ciddi halda dedi: “Müəllim, onda belə çıxır ki, kitab yazanların da səhvi olur”. Atam gülə-gülə dedi ki, bəli, alimlərin də səhvi ola bilər, amma buradakı səhvi alimlər yox, bu kitabı çap edənlər buraxıb. Uşağın anası hazırcavablığını bildirdi: “Bax, görürsüzmü, biz kitabyazanın da səhvini tuturuq”. Hamı gülüşdü. Sonra atam onlara öz uşaqlarının təhsilinə belə diqqət yetirdiklərinə görə “sağ olun” deyib yola saldı.
    Atam dünyasını dıyişən vaxt biz - bir ailənin üç övladı müxtəlif ali məktəblərdə tələbə idik. Bizdən kiçik bacı və qardaşımız hələ orta məktəbdə oxuyurdu. Atam üç oğlunun tələbə olduğundan gizli bir qürur duyurdu...
    Aldığım bəd xəbər bütün gələcək düşüncələrimi, planlarımı alt-üst etdi. Atam elə məktəbdəcə, tənəffüs zamanı keçinmişdi. Ömründə xəstəliyin nə olduğunu bilməyən, müharibə alovlarından çıxan, sağlam, gümrah bir adam elə müəllimlər otağındakı kresloda öz gözlərini əbədi yummuşdu.
    Atam həyatda imkanı çatan hər kəsə əl tutar, kömək edərdi. Kiməsə əlavə problem yaradanları xoşlamazdı. O, nəinki öz həyatı, hətta öz ölümü ilə də heç kəsə problem yaşatmadı.
    Müharibə iştirakçısı kimi orden-medalları olsa da onları heç vaxt sinəsinə düzməzdi. Kommunist partiyası sıralarına müharibədə daxil olmuşdu. Amma... kazarmada baş verən yanğın nəticəsində onun və bir çox əsgər-zabit dostlarının partbileti yanmışdı. O, təzədən partiyaya bərpa olunmaq istəmirdi. Söhbət düşəndə səbəbini belə izah edərdi: “Təzədən bərpa olunmaq istəmirəm. Bir də gördün şərləyib deyəcəklər ki, partbileti özün bilərəkdən yandırmısan. Axı bizə bir vaxt “xalq düşməninin” ailəsi kimi baxıblar... Mənim dostlarımın neçəsini min bir bəhanə ilə partiyadan uzaqlaşdırıblar. Bax odur, həmyaşıdım, dostum, qonşum Tapdıq İsrafilov müharibədən sağ-salamat qayıtdı, amma bir bəhanə tapıb təzədən sürgün elədilər. Əvvəllər yazışırdıq... Stalin ölən ərəfədə məktubların arası kəsildi... Bu cür gedərgəlməzə göndərilənlər az olmadı...”

    Bəli, bu il pedaqoq, ziyalı, minlərlə şagirdə dərs demiş atam Qədimalı Mustafayevin doğulduğu vaxtdan 100, vəfat etdiyi vaxtdansa 45 il keçir. O, cəmi 55 il ömür sürmüşdür. Amma o, bu qısa ömrü bütöv yaşamışdır.
    2020-ci il



















    ANAM...
    (esse)

    Anam Firəngiz Rəhim qızının və dünyadan köçmüş bütün anaların əziz xatirəsinə ithaf edirəm

    O, çox iradəli və güclü bir qadın idi. İradəli və güclü olduğu qədər də zərif və gücsüz idi. Bəli, anamı deyirəm, bu günlərdə itirdiyim Firəngiz Rəhim qızı Hacızadə-Mustafayevanı...
    Atam 55 yaşında dünyasını dəyişmişdi. Xatırlayıram, o gözlənilməz faciə bizim həyatda aldığımız ilk böyük zərbə idi. Nə edə bilərdik ki? Axı bu, bizim taleyimizi, özümüzdən asılı olmayaraq, etibar etdiyimiz həyatın zərbəsi idi və sonrakı illərdə biz onun, yəni həyatın daha ağır sınaqlarına tuş gələsi olduq.
    ...Atam Qədimalı Mustafayev ikinci Dünya müharibəsindən əvvəl Gəncədə pedaqoji texnikumu bitirmişdi. Uzaq Şərqə qədər uzun bir döyüş yolu keçmiş, yaponlarla savaşda iştirak etmişdi. O, maarifçi bir adam idi. 1946-cı ildə cəbhədən geri döndükdən sonra da təhsilini davam etdirmiş, əvvəlcə Rus dili İnstitunda, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdı. Atam ömrünün sonunacan öz kəndimizdə- Gədəbəy rayonunun İsalı kəndində Azərbaycan və rus dili ixtisasları üzrə müəllimi işləmişdi. Öz peşəsini çox sevərdi. Dünyasını qəfildən, elə dərs dediyi məktəbdə dəyişən atamdan sonra bizim həyatımız da büsbütün dəyişdi.
    Biz üç qardaş o vaxt tələbə idik. Mən Pedaqoji universitetdə oxuyurdum. Fuad indiki Texniki universitetdə, Fasad Tibb universitetində təhsil alırdı. O vaxt bacım Səyyarə və kiçik qardaşım Ayaz hələ orta məktəbdə oxuyurdular. Anam əvvəllər heç yerdə işləməməmişdi. Amma az sonra anamgil tərəfdən nəslimizin ağsaqqalı, böyük maarif xadimi Əli Rəsulovun və atamın uzun illər işlədiyi təhsil ocağının direktoru Əziz Qurbanovun təklifi ilə anam məktəbdə laboratoriya müdiri təyin olundu.
    Atamın və anamın valideynləri vaxtilə repressiyaya məruz qalmışdı. Ata babam Mehralı Məşədi Müstafa oğlu 1930-cü illərdə “kulak” damğası ilə güllələnmiş, ana babam Rəhim Hacı Məmməd oğlu isə bir müddət məhbəs həyatı yaşamalı olmuşdu. Bizim böyük nəslimiz böyük faciələrdən, od-alovdan, qasırğadan keçmişdi.
    Onlar, yəni anamgil iki qardaş, iki bacı idilər. Rəhim babam ziyalı bir adam idi və övladlarına Cabbarlının, Cavidin qəhrəmanlarının adını qoymuşdu: Sitarə, Fərrux, Firəngiz, Nahid... Bir neçə il əvvəl anam böyük qardaşı, tanınmış kimyaşı alim Fərrux Hacıyevi itirmişdi. Əlbəttə, necə deyərlər, ölüm haqdır. Lakin bu amansız əcəl də bir az “insaflı” olsun gərək. Niyə, nə üçün belə deyirəm? Anam bu son bir il ərzində ağır sınaqlarla üzləşməli oldu. Belə ki, o, əvvəlcə, ötən il böyük bacısı, ana əvəzi Sitarə xanımı itirdi. Keçən ilin, yəni 2018-ci il yanvar ayının 19-da isə o, kiçik qardaşı, tanınmış yazıçı Nahid Nacızadənin ölümündən dolayı daha bir sağalmaz yara aldı. Yeri gəlmişkən, anam öz yazıçı qardaşının bir əsərini çox sevərdi: “Bir ana tanıyırdım” adlı məşhur hekayəsini. Mən o dünyanı, o analı aləmi indi daha yaxşı dərk edirəm. Dünyanın işlərinə bax ki, mənim Firəngiz anam qardaşının bir ili keçirilən yas mərasimi günü, yəni yanvar ayının 20-də dünyaya əlvida dedi. 20 Yanvara biz “qara yanvar” da deyirik. Həmin gün bizim azadlığımız uğrunda həyatlarını qurban vermiş şəhidlərin “qara bayramıdır”. Mən o qanlı hadisədən 29 il sonra vəfat etmiş anamı da bir şəhid hesab edirəm. Axı o da öz həyatını bizim, yəni övladlarının azadlığı və xoşbəxtliyi uğrunda qurban vermişdi.
    Haşiyə: Qəzavü-qədərin hökmünə bax ki, atam da öz dünyasını yanvarın 19-da dəyişib.
    1934-2019. Bu, anamın müqəddəs, ibrətamiz həyatının 85 illik zaman məsafəsidir.
    Anam bizdən, öz övladlarından və yaxən-uzaq qohum-qardaşlardan heç zaman heç nə ummazdı. Onun bütün arzuları, istəkləri Tanrıyla, təbiətlıə bağlıydı. Hərdən söz düşəndə deyərdi ki, kaş Allah məni də öz dərgahına atanız kimi ayaq üstə, əzab-əziyyətsiz aparaydı. O, özü demişkən “yorğan-döşək xəstəsi” olmaqdan, yaxınlarına əziyyət verməkdən ehtiyat edərdi. Sanki Tanrı onun bu arzusunu eşitdi və mənim anam qəfildən, ayaq üstə keçirdiyi qısamüddətli xəstəlikdən dünyasını dəyişdi. Onun bir istəyi də vardı: arabir yarızarafat-yarıciddi deyərdi ki, qorxuram soyuqda-qarda öləm. Anam Günəşi, günəşli havaları sevərdi. Sanki təbiət onun bu ricasını da eşitdi. Yanvarın 20-23-ündə qışın ortasında sanki bahar Günəşi doğdu. Halbuki cəmi iki-üç gün öncə tufan, boran, qasırğa dünyaya meydan oxuyurdu. Biz onu Günəşin, işığın bir parçası kimi torpağa əmanət etdik. Və nəhayət, anam həmişə deyərdi ki, arzum bu dünyadan övladlarımın çiynində köçməkdir. Neyləyim ki, onun arzulamadığımız bu nisgilli arzusu da çin oldu. Heyhat...
    Anamın çox güclü yaddaşı vardı. Onun sinəsi xalq ədəbiyyatı nümunələri, el məsəlləri ilə dolu idi. Xatırlayıram, gəncliyində atamın kitab rəfindəki əsərləri götürüb ucadan ya özü oxuyar, ya da bizə oxutdurardı. Ahıl yaşlarında isə qalın sağanaqlı və qalın şüşəli gözlüyünü alnına sarı qaldırıb qəzet və jurnalları gözdən keçirərdi. O, mənim üçün, atamdan sonra, ən əvəzsiz bir ruh və ədəbiyyat adamı idi.
    Anam etiqadlı bir insan idi. Onun qəribə, qeyri-adi intuisiyası məni daim heyrətləndirirdi. Ürəyinə damanlar daim çin olardı. Adamlar haqqında, hətta hərdən bizim “əleyhimizə”, başqa sözlə “kölgəmizcə” danışanlar haqda belə, heç vaxt heç bir bəd söz deməzdi.
    O, bizə uzun-uzadı nəsihətlər etməz və ya didaktika dolu məsləhətlər verməzdi. Amma tez-tez işlətdiyi bir ifadə vardı və o ifadə daim bir sırğa olub qulağımızdan asılmışdı: “Adam heç vaxt haqqı nahaqqın ayağına verməz”... Haqla nahaqqın, xeyirlə şərin əbədi vuruşduğu bu dünyadan o biri dünyaya köç etdi anam. Bu dünyanın əbədi gərdişinə mən neyləyə bilərəm ki? İntəhasız zamanın amansız dəyirmanı işləməkdə, həmin o dəyirman o sahilsiz zamanın içində qovrulan ömürləri “üyütməkdədir”. Bəli, hamı “buradan” nə vaxtsa “oraya” getməyə məhkumdur. Bir dəfə yazmışdım, yenə xatırladım: “Orada əbədiyyət, buradasa ölüm var”...
    Doğrusu, bilmirəm, “ana” sözü ilə “anmaq” (“an”) leksemi arasında bir əlaqə var, ya yox?.. Amma bu son günlərdə mənə elə gəldi ki, ANA elə bizim həyatımızın ən gözəl, ən ülvi, ən əvəzolunmaz, təkrarsız bir anı deməkdir. O bir an hətta, bəzən sonlu əsrlər və ya sonsuz əbədiyyət qədər uzun görünsə də belə, daim bir an kimi keçici, ötəri, qısa, fani, bir sözlə, anidir...
    O, mənim dünyamın bir parçası idi. İndi demək olar ki, mən öz dünyamın bir parçasını və yaxud öz analı dünyamı itirdim.
    Bəzən tay-tuşlarım öz valideynlərinin yoxluğundan dolayı söhbət düşəndə cəmlik halında “biz yetim adamlarıq” söyləyərkən, mən həmişə qətiyyətlə yaxamı kənara çəkib deyərdim: “Xahiş edirəm, məni o “yetimlər” siyahısına daxil etməyin. Axı mən yetim deyiləm, mənim dağ kimi anam var”. İndi mənim o dağım uçub, mən sinəmə çəkilən dağlarla yaşayıram. Mən yaşımın bu çağında yetim qaldım.
    ...Yazı masamın üstündə anamın iki şəkli var. Birinci şəklin nə vaxt çəkildiyini xatırlamıram. O şəkildə anam məni qucağına alaraq sinəinə sıxıb. İkinci fotonu isə mən özüm çəkmişəm. Onu da deyim ki, anam heç vaxt şəkil çəkdirməyi, “şəkilçəkən” qarşısında dayanmağı xoşlamazdı. Yadımdadır, günlərin bir günü o, kənddəki eyvanımızda öz kiçik kətilində əyləşib pəncərəyə sarı baxırdı. Həmişə olduğu kimi gözləri yenə yol çəkirdi. Mən ondan xəbərsiz mobil telefonumun “tətiyini” çəkdim. Sonralar bu şəklə baxan dost-tanışların çoxu bir-birləri ilə söhbətləşiblərmiş kimi, mənə eyni bir sözü deyirdilər: “Bu, təkcə sənin ananın fotosu yox, öz övladlarının yolunu gözləyən bütün Azərbaycan analarının şəklidir”.
    p.s. Anam Firəngiz Rəhim qızının vəfatı ilə bağlı mənə başsağlığı verən, zəng edən, teleqram vuran, ağır dərdimə şərik olan bütün yaxın dostlara, etibarlı qohumlara, üzünü görmədiyim insanlara, həssas media nümayəndələrinə təşəkkür edirəm. Analardan müğayat olun.
    24.01.19










    О, uşaqla uşaq, böyüklə böyük idi
    (Əli Rəsulov haqqında)

    Adını uşaqlıqdan еşitmişdim. Qоhum-əqrəbaları, dоst-tanışları, sоnralar еtdiyim müşahidələrə görə dеyə bilərəm кi, hətta övladları və həyat yоldaşı da оna «Əli müəllim» dеyə mürayiət еdərdilər. О, uzun illər partiya-təsərrüfat işlərində çalışmışdı. Amma hamı üçün о, MÜƏLLIM idi. Həm də təкyə оna görə yох кi, Əli Rəsulоv ömrünün müхtəlif mərhələlərində (partiya-təsərrüfat işləri ilə yanaşı) məsul bir sahəyə də rəhbərliк еtmişdi – təhsil sahəsinə.
    Bu, sadəyə оnun işinin «görünən» tərəfi idi. Əsil ziyalılıq, əsil müəllimliк Əli Rəsulоvun ruhunda, daхilində, qanında idi. Dоğrudur, о da minlərlə digər insanlar кimi pеdaqоq iхtisasına yiyələnmişdi. Amma gəlin еtiraf еdəк кi, hеç də bütün «dip¬lоm»lular öz çalışdıqları sahənin «görünən» adamına çеvrilə bilmirlər.
    Əli Rəsulоv isə bütün varlığı, fəaliyyəti, rəftarı, davranışı, lap еlə хariyi görünüşü – nurani sifəti, mənalı baхışı, səliqəli daranmış saçları, təbəssümü, gülüşü, yеrişi-duruşu ilə «anadangəlmə» müəllim idi.
    Mənim həyatda gördüyüm müdriк insanlardan biri Əli müəllim оlub. Mən indinin özündə bеlə, оnun təmкininə, sözün yaхşı mənasında astagəlliyinə, qibtə еdirəm. О, adamları nеyə diqqətlə dinlərdi! Çох təəssüf кi, bizim çохumuz zahiri adi, sadə görünən bir şеyə əməl еdə bilmiriк; müsahibimizə qulaq asmaq «istеdad»ımız çatışmır. Bəli, bu özü də bir istеdaddır və çохları bu vеrgidən məhrumdur.
    Əli müəllim bütün müdriк insanlar кimi vaхtında danışmağı və vaхtında susmağı bayarırdı. Rəhbərliк еtdiyi sistеmdə çalışan yüzlərlə müəllimin dərd-sərinə ənyam çəкən, оnlara qayğı göstərən, əl tutan, кöməк еdən bir insan idi Əli Rəsulоv. Mən оnu еl yığınyaqlarında, tоyda-düyündə çох görmüşəm. Işlədiyi vəzifədən, çalışdığı pоstdan asılı оlmayarq Əli müəllim həmişə məylislərin başında idi.
    Yadımdadır, Əli Rəsulоv və Israyil Yəfərоv atam Qədimalı müəllimin vəfatının ili ilə bağlı еvimizə gəlmişdilər. Gеyəni bizdə qaldılar. Adətən, yavanlar «qоya»lara həmişə mühafizəкar кimi baхırlar. Еlə о dövrdə də bеlə idi. Amma mən yaşlı nəslin nümayəndələrinin – Ə.Rəsulоv və I.Yəfərоvun еlm, sənət, ədəbiyyat, siyasət ilə bağlı mülahizələrini dinlədiкyə оnların еrudisiyasına hеyran оlurdum.
    Оnların səmimi, niкbin söhbəti mənim о vaхtкı кədərli, fayiəli, ağrı-ayılı anlarıma bir işıq saldı. Yanvar ayının şaхtası, dоnu-buzu sanкi оnların «isti» söhbətlərinin həniri altında əriyirdi. Əlbəttə, mənim üçün о anlarda Əli müəllimin ədəbiyyatla bağlı mülahizələrini dinləməк maraqlı idi.
    Sən dеmə, о, кlassiк və müasir ədəbiyyata çох yaхından bələd imiş. Dеyəsən, mənim də mütaliəm оnu qanе еtmişdi. Arada öz tövsiyələrini, arzularını bildirirdi: «Охuyub-yazmaqdan bеzmə. Hər şеyin açarı еlmdə-biliкdədir».
    Bеlə bir məsəl var кi, vəzifə insana yох, insan vəzifəyə yaraşıqdır. Həqiqətən Ə.Rəsulоv işlədiyi yеrdən asılı оlmayaraq öz böyüк və ya кiçiк vəzifəsinə həmişə «yaraşıq», uyalıq gətirmişdi.
    Başqa bir hiкmətdə dеyilir кi, insanı daha yaхından tanımaq istəyirsənsə, оna vəzifə vеr (və ya оnu pulu оlanda gör). Əli Rəsulоv hələ ilк gənyliк illərindən vəzifələrdə işləmiş, «yuхarı»larla sıх ünsiyyətdə оlmuşdu. Amma о, bütün müdriкlər кimi təpədən-dırnağayan sadələrin sadəsi idi. Vəzifədən yalnız хеyirхah məqsədlər, insanlara кöməк üçün istifadə еdərdi. Mən arabir böyüк vəzifələrdə əyləşən yекəхana, dayaz, nadan, qanmaz adamların özlərinə bənzər əda və hərəкətlərinin şahidi оlanda Ə.Rəsulоv кimi «кlassiк кişi»lərə dönə-dönə qəni-qəni rəhmət diləyirəm.
    Daхilən öz-özümə dеyirəm кi, nə yaхşı о ağır illərdə sadə adamların üz tutduğu sözübütöv bеlə bir insan, qaranlığın içində nur saçan bеlə bir zyialı оlub. Fiкrirləşirəm кi, Tanrı bеlə bir insana nə yaхşı кi, оnun özünə layiq övladlar bəхş еdib.
    …Mən qələmə aldığım bu кiçiк хatirə-qеydləri tamamlayarкən Ə.Rəsulоvun yaхın qоhumu – mənim uşaqlarımın anası Həyər müəllimə qоnşu оtaqda tеlеfоnla söhbət еdirdi. Оnun dеdiyi bir fiкirdə işlədilən ifadə məni aldı: «Rəhmətliк Əli babam həmişə dеyərdi кi, adam yaşından, vəzifəsindən asılı оlmayaraq böyüкlə böyüк, uşaqla uşaq оlmalıdır»… Кöhnə оlsa da, həmişə dəyərini saхlayan sözlərdir…
    О, əsil еl adamı idi. О, əsil müəllim idi.
    Mən хalqımızın maarifpərvər, ziyalı оğlu Əli Rəsulоvu daim еhtiramla хatırlayıram. Dünyanın bu yür müdriк insanlara həmişə еhtiyayı оlub. Еlə sabah da bеlə оlayaq.

























    Sanki bu cür sonluğu o ğzü seçdi
    (Ənvər Köçərlinin əziz xatirəsinə)

    Arabair gündəlik yazmağım var. Hətta, o gündəliklərdən parçaların bir qismini inişil “525-ci qəzet” uzun müddət öz səhifələrində gen-bol çap edib. Amma son vaxtlar bilmirəm nədənsə (tənbəllikdənmi, vaxt azlığındanmı?-deyə bilmərəm) çoxdan mübtəla olduğum bu “xəstəliyin” daşını atmışdım.
    Aprel ayının ortalarında mənim üçün maraqlı iki önəmli hadisədən sonra köhnə vərdişi (gündəlik yazmağı) təzədən bərpa etmək qərarına gəldim. Amma... belə yerdə deyiblər, sən saydığını say...
    Məsələ burasındadır ki, aprel ayının 16-da mənim Qazax Dövlət Dram Teatrında “Neytral zona” pyesimin, ondan cəmi üç gün sonra, ayın 19-da isə Gəncə Dövlət Dram Teatrında “Vida marşı” pyesimin tamaşası oldu. Yox, əslində “məsələ” bunda deyil. Məsələ orasınadır və ən qəribəsi də odur ki, həmin günlərdə tamaşanın getdiyi şəhərlərdə bir adamın adı daha çox çəkilirdi. Bu, Ənvər Köçərli idi. Yox, Ənvər müəllim, necə deyərlər, incəsənət sahəsinin adamı deyildi (təəssüf ki, mən indi onun adını keşmiş zamanda çəkməyə məcburam), sadəcə olaraq Qazaxda onun çoxlu dost və qohumları vardı. Elə Gəncədə də Ənvəri xatırlayanlar az olmadı. Tanıyanların hamısı onun alicənablığından, canıyananlığından, gözütoxluğundan söhbət açırdı. Amma o insanlar üçün və onu tanıyanların hamısı üşün Ənvər müəllim təkcə qohum-dost deyildi. Ənvər Köçərlinyə yaxından bələd olanlar yaxşı bilir ki, onun təkcə özünəməxsus, ifadəsi sözlə çətin mümkün olan keyfiyyət və cəhətləri, bayaq işlətdiyim “sadəcə olaraq” ifadəsinə qətiyyən sığmır. Həmin anlarda mənim ürəyimdən keçirdi ki, Qazax və Gəncədəki xoş təəəssüratları Bakıya dönəndən sonra mütləq “Doktorla” bölüşəcəyəm, ona dostların-tanışların salamını yetirəcəyəm. Amma... gör fələk nə sayırmış... Tutqun aprel səhəri (ayın 24-də) eşitdiyim xəbər məni sarsıtdı.
    Ənvər Süleyman oqlu Köçərli 1934-cü ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Uşaqlıq illəri Birinci Dünya Müharibəsi dövrünə təsadüf edən bütün yaşıdları kimi o da ağır, məşəqqətli yeniyetməlik və gənclik dövrü yaşayıb. İndi mənim əlimin altında onun onun həyat və fəaliyyətini tam dəqiqliyi ilə, illərə görə əks etdirən rəsmi bir arayış, sənəd yoxdur və düzü, buna heç ehtiyac da duymuram. Çünki onun həyatını quru, rəsmi rəqəmlərlə ifadə etməyin özü də mənə qəribə görünür. Çünki, o, həyatın, təbiətin ğzü qədər sadə, təbii, səmimi bir insan idi.
    İlk gənclik illərində Ənvər Köçərli tibb texnikumunda təhsil almış, bir müddət öz doğma kəndindəki xəstəxanada çalışmışdı. Həyatının sonrakı mərhələsində o, indiki Kənd Təsərrüfatı Akademiyasını bitirmiş, aspiranturada oxuyub dissertasiya müdafiə eymiş, istehsalat müəssisəsinin rəhbəri olmuş, elmi-tədqiqat sahəsində fəaliyyət göstərmişdi. Amma taniyanlarin az qala hamısı məhz ilk gənclik illərində qısa bir zaman kəsiyində göstərdiyi fəaliyyətlə əlaqədar olaraq ona “Doktor”-deyə müraciət edirdi.
    Ənvər Köşərli hörmətli, məşhur bir nəslin övladı idi. O, doğulub boya-başa çatdığı Şınıx torpaqının özü kimi sıxavətli və bətəkətli idi. “Uşaqla uşaq, böyüklə böyük” ifadəsi sanki məhz onun üçün yaranmışdı.
    Onun həm Bakıdakı, həm də İsalıdakı evi, sanki bütün ənvərsevənlərin doğma ocağı, isti bucağı idı. O, təbiəti, torpağı necə də sevirdi... Mən müşahidə edib görmüşəm ki, o hər il yay istirahətini doqma kənddə keçirir və bundan hədsiz dəcədə həzz alırdı. Sadə adamlarla söhbətdən doymurdu. Nəslinin, soyunun, kökünün tarixi ilə maraqlanardı. Yadımdadır, isalıların şəcərəsi ilə bağlı topladığı materialları necə həvəslə “ələk-vələk” edir, hər sözün üstündə necə əsirdı. Sonralar həmin sənədlər, materiallar, faktlar, xatirələr sıralanıb sanballı bir kitaba çevrildi: “Bir ağacın budaqları”. Əldən-ələ, dildən-dilə gəzdi o kitab.
    Mütaliəni sevərdi. Təbiətlə, xalq təbabəti ilə bağlı kitablara üstünlük verərdi. Fikrini qısa, lakonik ifadələrlə deməyi xoşlayardı. Bəzi yaşlılar kimi adamlara, xüsusən gənclərə uzun-uzadı “nümunəvi” məsləhətlər verməyi xoşlamazdı. Qzü əsl örnək, əsl nümunə idi.
    Hər bir işə “qulp” qoyub, az qala hər kəsdə “eyb” axtaran kəslərə həmişə eyhamla deyərdi: “Adamlar haqda söz deyəndə tələsik nəticə çıxartmayın, ehtiyatlı olun”. Bəzən yanında kimsə birisini “yıxıb-sürüyəndə” sakit tərzdə deyərdi:”Onun da yaxşı cəhətləri az deyil...” Adamlarda daim yaxşı cəhətlər, işıqlı nəsnələr axtarardı Ənvər Köçərli. Bu, onun öz daxilindəki işiqdan qaynaqlanırdı.
    Aramızda böyük yaş fərqi olsa da hər görüşəndə sadəliyi, mehribanlığı ilə soyuq rəsmiyyətçiliyi dəf edərdi. Son illər çalışdığı iş yeri- Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutu Aktyor evinin beş-on addımlığında idi. Mərhum Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Gənclər Teatrında demək olar ki, hər il mənim yeni bir pyesimin premyerasi olurdu. Dəfələrlə məndən xəbərsiz tamaşalarıma gəlib, məni “çıxılmaz” vəziyyətə salmışdı Ənvər müəllim. Hər bu cür “xəbərsiz gəlişdən” sonra utanıb-sıxılıb özüm-özümü danlamışam. Əslində isə mənim belə “diqqətsizliyimin” əsasında ona olan böyük hörmətim dayanırdı; mən, sadəcə olaraq, onun vaxtını almamaq, ona əziyyət verməmək istəyirdim.
    Oxuduqlarına, bildiklərinə öz fərdi, bənzərsiz münasibəti olurdu. Ötəri tənqidləri, iradları kimi tərifi də yığcam, obyektiv olurdu onun. Dil pəhləvanı deyildi, əməl adamı idi Ənvər Köçərli.
    Ədəbiyyatçı deyildi, amma ədəbiyyatı sevərdi.
    Yazıçı deyildi, amma yazılanları obyektiv qiymətləndirərdi.
    Ədəbiyyatla, mədəniyyətlə, sənətlə bağlı maraqlı fikirləri, düşüncələri vardı.
    Özünəməxsus incə, xəfif yumoru vardı. Zarafatı xoşlardı. Amma heç kəsin ürəyinə dəyməzdi. Qəddi-qaməti, oturuşu-duruıu, sözü-söhbəti, ağlı-kamalı, insanlara diqqəti, qayğısı ilə seçilərdi bizim Doktor.
    Həyatda həm ağrılı-acılı, həm də xoş, sevinc dolu günləri çox olmuşdu onun. Vəzifənin də, işsizliyində “üzünü” görmüşdü. Amma heç zaman dəyişməmişdı. Məğrur idi. Sınmaq ona yad idi. Olduqca sakit, olduqca təvazökardı. Elə həyatı da bu cür başa çatdi. Gecə yatdı, bir daha oyanmadı. Quş kimi uşub getdi. Heç kəsə əziyyəti dəymədi. Sanki bu cür ölümü, bu cür sonu və sonluğu onun özü seçmişdi. Sanki əcəl özü onun qulluğunda dayanmışdı. Səbrlilik, təmkinlilik nümunəsi idi Ənvər Köçərli.
    Gözəl, tərbiyəli övladlar qoyub getdi: Gülşən, Yalçın, Elxan. Bir də ürəklərdə, yaddaşlarda gözəl xatirələr qoyub getdi.
    İşıqlı, nurlu bir adam itirdik.
    Sanki dünyamızın da işığı öləzidi, azaldı bir az...










    “Böyük dayaq” filminin çəkilişində...

    Ələsgər Ələkbərov məşhur “şilləvurma” səhnəsindən sonra niyə sarsılmışdı?
    Böyük kino aktyoru, Xalq artisti Həsən Məmmədovun dediklərindən: “Böyük dayaq” filmində çəkilirdim. 23-24 yaşım vardı. Baş rolu –Rüsrəm kişini nəhəng sənətkar, SSRİ Xalq artisti Ələsgər Ələkbərov oynayırdı. Mən Qaraş rolunun ifaçısı idim. Orada məşhur bir “şilləvurma” səhnəsi var. Rüstəm kişi oğlu Qaraşa hirslənib onu danlayır və sonda yağlı bir şillə çəkir. Ələsgər müəllim ürəyiyumşaq adam idi. Əlini üzümə yaxınlaşdıranda sanki qolu boşalır, nəticədə “şillə səhnəsi” təbii alınmırdı. Rejissor Həbib müəllim bu səhnənin saxta olduğunu diqqətə çatdırırdı.
    Arada fürsət tapıb Ələsgər müəllimə dedim ki, ustad, çəkinməyin, güclü bir şapalaq ilişdirin üzümə, mən hələ cavanam, dözərəm, qorxusu yoxdur.
    Növbəti dublda Ələsgər Ələkbərov rejissorun tələb etdiyi “şilləni” necə lazımdırsa elə o cür də ilişdirdi. Sanki başımdan tüstü, gözümdən od çıxdı. Səntirləsəm də, özümü ayaqda saxladım.
    Filmin rejissoru Həbib İsmayılov sevincək qışqırdı:
    -Hə, indi alındı.
    Epizodun çəkilişindən sonra Ələsgər Ələkbərov bir kənara çəkilib, kətildə əyləşdi. Başını əllərinin arasına aldı. Hamımız onun çiyinlərinin titrədiyini gördük. Bir azdan hıçqırtı eşitdik.
    Çox ürəkağrıdan mənzərə idi.
    Rejissor Həbib İsmayılov ehtiyatla böyük sənətkara yanaşıb soruşdu:
    -Ələsgər qərdeş, sənə nə olub?
    Ələsgər Ələkbərov başını qaldırıb rejissorun üzünə baxdı. Onu yaşlı gözləri ilə süzüb dedi:
    -Həbib, kaş əlim quruyaydı o uuşağı vurduğum yerdə.... Özümdən asılı olmayaraq onun sifətinə bərk şağalaq vurdum. Bax, əlimin izləri Həsənin üzündə qalıb. Bunu özümə bağışlaya bilmərəm...
    Həsən Məmmədov deyirdi ki, rejissorla onu- Ələsgər Ələkbərovu qucaqlayıb bağrımıza basdıq...
    Belə sənətkarlar da olub...


















    Ədəbi və əbədi gənclik

    1998-ci ilin müsahibəsindən bir parça:
    Sual:
    -Bu günkü ədəbi gənclik barədə nə deyə bilərsiz?
    Cavab:
    -Hazırda ədəbiyyatımıza yeni ədəbi nəsil gəlməkdədir. Onların arasında ümidverici, istedadlı gənclərə də rast gəlmək mümkündür.
    Aradan on il keçdi...
    2008-ci ilin müsahibəsindən bir parça:
    Sual:
    -Bu günkü ədəbi gənclik barədə nə deyə bilərsiz?
    Cavab:
    -Hazırda ədəbiyyatımıza yeni ədəbi nəsil gəlməkdədir. Onların arasında ümidverici, istedadlı gənclərə də rast gəlmək mümkündür.
    Aradan on il keçdi...
    2018-ci ilin müsahibəsindən bir parça:
    Sual:
    -Bu günkü ədəbi gənclik barədə nə deyə bilərsiz?
    Cavab:
    -Hazırda ədəbiyyatımıza yeni ədəbi nəsil gəlməkdədir. Onların arasında ümidverici, istedadlı gənclərə də rast gəlmək mümkündür...
    Sual:
    - Bir dayanın... Bu, hansı gənclikdir? Axı siz on il, iyirmi il əvvəlki cavablarınızda da eyni fikri təkrarlamısız.
    -Bəli, mən bu barədə ötən müsahibələrimdə də söz açmışam.
    -Bəs indi onlar hanı? Həmin “ümidverən” gənclik ortaya normal bir əsər qoya bildimi?
    -Onlar həm ədəbi, həm də əbədi gənclərdir. Daim ümid verirlər...























    MƏNİM KƏNDİM. Şınıx. İsalı

    Modern.az saytının “Mənim kəndim” layihəsinin bu dəfəki qonağı yazıçı-filosof Firuz Mustafadır. O, özünün anadan olduğu, uşaqlığının keçdiyi Gədəbəy rayonunun İsalı kəndi barədə söz açır və o kəndlə bağlı xatirələrini bizimlə bölüşür:
    Kəndimiz, tariximiz və biz
    -Doğulduğum kəndin 200 il yaşı var. Ulu babamız Qazax bölgəsindən köç edib Şınıx mahalına gəlib. O vaxtlar quberniya mərkəzi Gəncə, qəza mərkəzi isə Qazax olub. Əslində, babamızgil bir bölgənin daxilində bir kənddən digərinə köçüb. Gədəbəy rayonu sonralar, sovet dönəmində yaranıb. Kəndimiz İsalı adlanır. İsa kişi indiki Ağstafa ərazisində yerləşən Pirli kəndində, 18-ci əsrin əvvəlində, təxminən 1700-cü ildə anadan olub. Onun iki övladı olub: Zaman və Duman. Duman 1760-1840-cı illər arasında yaşayıb. Duman öz övladlarının böyüyünə elə öz atasının, yəni İsanın adını qoyub. Necə deyərlər, bu ikinci İsa babamızın on övladı olub, doqquz oğlan və bir qız. Oğlanları bunlardır: Məşədi Tağı, Kərbəlayı Mustafa, Molla Nağı, Allahverdi, Cəfər, İsmayıl, Kərbəlayı Köçəri, Musa, Hüseyn.
    İsa kişinin tək qızının adı isə Gülpəri olub. Yəqin ki, soyadıma görə diqqətinizdən qaçmadı, bəli, həmin doqquz oğuldan biri, yəni Kərbəlayi Mustafa mənim ulu babamdır. Mustafanın oğlu Məşədi Mehralı olub. Məşədi Mehralının oğlu Qədimalı, Qədimalının oğlu isə mənəm. Biz dörd qardaş, bir bacıyıq. Artıq dediyim kimi, kəndimizin adı ulu babamızın adını daşıyır - İsalı. Babam Məşədi Mehralı maarifpərvər adam olub. O, əvvəlcə kəndin kənxudası, sonra isə sovet sədri olub. 1934-cü ildə “xalq düşməni” kimi güllələnib, iyirmi il sonra, 1954-cı ildə bəraət alıb. Mən həmin dövrdə baş verən qanlı proseslər barədə “Qapı” romanımda ətraflı yazmışam. Düzdür, həmin roman sırf bədii düşüncə məhsuludur, amma orada babamla bağlı sənədli səhifələr də var.

    Atamız, anamız və cəfamız...
    -Atam Qədimalı Mustafayev ikinci cahan savaşından əvvəl Gəncə Pedaqoji Texnikumunu bitirib. Bir müddət müəllim işləyib. İlk gündən müharibəyə aparılıb. 1946-cı ildə evə dönüb. Qiyabi yolla əvvəlcə rus dili institunu, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Ömrünün sonunacan öz kəndimizdəki məktəbdə rus və Azərbaycan dillərindən dərs deyib. Atamın güclü dil öyrənmək qabiliyyəti vardı. O, cəmi 55 il ömür sürüb. Atam rəhmətə gedəndə bizim evdən üç nəfər ali məktəbdə təhsil alırdı. Bundan sonra biz böyük çətinliklərə dözməli olduq. Anam Firəngiz xanım da uzun illər məktəbdə çalışıb.

    HAŞİYƏ - “İsa kişinin şəcəsəri”
    -Və burasını da deyim ki, bizim nəslimizin 300 illik tarixi haqda mərhum alim Ənvər Köçərli “Bir ağacın budaqları” adlı kitab nəşr etdirib. Mən bu kitaba istinadən, “İsa kişinin nəvələri” adlı şəcərəni tərtib etmişəm. Bizim nəslin qol-budağı, Ermənistan, Gürcüstan, Rusiya ərazisinə səpələnib. Həmin şəcərə ağacında onlar haqqında müfəssəl məlumat var. Gördüyünüz kimi, necə deyərlər, “yeddi arxa dönənimiz” haqda dəqiq, səhih məlumat mövcuddur.
    Nəslimizdə kifayət qədər ziyalı var. Kiçik bir kənddə iki akademik, onlarla alim, tanınmış ziyalı boya-başa çatıb. Təbii ki, əkinçimiz, biçinçimiz, çobanımız, fəhləmiz də yox deyildir.
    Kəndimizdə açılmış ilk dünyəvi məktəbdə Qasım Köçəri oğlu və Məhəmməd Mustafayev kimi tanınmış pedaqoqlar fəaliyyət göstərib.
    Mən kəndimiz haqda ona görə belə geniş söhbət açıram ki, o obanın tarixi həm də bizim nəslin tarixi və taleyidir.
    Saflıq universitetləri
    -Mənim boya-başa çatdığım ev kəndin yüksəkliyində, Ər dağının ətəyindədir. Bizim evdən baxanda az qala, bütün Şınıx ovuc içi kimi görünür. El arasında bu zonaya “Şınıxdərə” də deyirlər; bir az kənardan baxanda bu yerlər öz relyefi etibarı ilə açılmış nəhəng bir kitaba bənzəyir. Bu “kitabın” təbii “səhifələrini” onun meşələri, bulaqları, biçənəkləri bəzəyir. Kəndimiz Ermənistanla sərhəddədir. Sevan gölü bir neçə kilometrlikdədir. Yaxınlıqda malakan kəndləri yerləşir. Malakanlar çox yaxşı, etibarlı qonşudur.
    Kəndimizin qışı çox sərt keçir. Orada hələ də odun sobaları işə yarayır.

    ...Və... Mənim universitetlərim
    -Mən kəndimizdəki orta məktəbdə oxumuşam. Hələ səkkiz, ya doqquzuncu sinifdə ikən ilk komsomol təşkilatı katibi olmuşam. Mənim “komsomolçularım” arasında şagirdlərlə yanaşı, xeyli sayda gənc müəllim də vardı.
    Özünü tərifləmək kimi çıxmasın, uşaq ikən çox mütaliə edərdim. Bu vərdiş məndə yenə qalmaqdadır. Kitab oxumadığım bir günü xatırlamıram. Kəndimizdə 4-5 kitabxana vardı. Məktəb kitabxanası, kolxoz kitabxanası, birləşmiş kitabxana...
    Hamısının üzvü idim. Əvvəllər kəndimizdə elektrik yox idi. Arada neft qıtlığı da olurdu. Necə deyərlər, işığa qənaət etmək lazım gəlirdi. Amma mən bəzən bu “qənaət rejimini” pozur, gecələr lampanı yandırıb kitab oxuyurdum. Özü də harada- evimizdəki böyük yazı stolunun altında. Mən bu “fəndi” Maksim Qorkinin “Mənim universitetlərim” əsərindən oxuyub əxz etmişdim. Əlbəttə, sonralar bu məsələnin üstü açıldı. Düzdür, məni yazıq Peşkov kimi cəzalandırmadılar. Amma əvəzində evdə dəfələrlə “xəbərdarlıq” almalı oldum.

    İlk imtahan
    -Yadımdadır, bir dəfə, hələ ibtidai sinifdə oxuyarkən dayım - yazıçı Nahid Hacızadə bizə gəlmişdi. Evdəkilər ona mənim çox kitab oxumağımdam narahat olduqlarını bildirdilər. Dayım gülüb dedi ki, indi dəqiqləşdirərəm bunun mütaliəsinin həcmini. Və məni sorğu-suala tutdu. Mən o vaxtlar artıq Puşkinin, Tolstoyun, Qoqolun, Maksim Qorkinin, çoxcildliklərini oxuyub başa vurmuşdum. Bundan başqa, Belinskinin, Dobrolyubovun ədəbi-tənqidi məqalələrini, Mayakovski, Fadeyev, Katayev, Şoloxov, Tvardovski kimi şair və yazıçıların əsərlərini də diqqətlə mütaliə etmişdim. Üstəlik “Azərvaycan pioneri” və “Pionerskaya pravda” qəzetlərinin abunəçisi idim. Dayım mənim mütaliəmdən çox razı qaldı və valideynlərimə belə dedi: “Oxumağa davam etsin. Bunun ziyanı yoxdur”. Sonralar ali məktəbdə təhsil alarkən mən orta məktəbdə oxuduqlarımdan imtahan verməli oldum.

    “Oyun”qabağı “məşqlər”
    -Arada o vaxt radioda gedən məşhur “Xoruz baba” verilişində mənim məktubum da oxunurdu ki, bu da sinfimizdə və az qala, bütün kənddə toy-bayrama çevrilirdi.
    Biz məktəbdə olarkən teatr tamaşaları hazırlayırdıq. Yadımdadır, “Hacı Qara”, “Vaqif”, “İki həyat” tamaşalarının “quruluşunu” mən hazırlamışdım. Görünür, dramaturgiyaya gələn yolumun mənbəyi oradan başlayıb.
    Boş vaxtlarımda rəsmlə məşğul olurdum. Rəsm dəftərim, çəkdiyim bəzi mənzərə və portretlər indiyəcən qalmaqdadır. Hətta, bu barədə iki-üç il öncə AzTv-də bir veriliş də hazırlanmışdı.
    O zaman rayonumuzda “Tərəqqi” qəzeti çap olunurdu. Mən əvvəlcə həmin qəzetə, daha sonra Bakıda nəşr olunan “Kommunist”, “Sovet kəndi” qəzetlərinə məqalələr yazmağa başladım. Bax ilk qonorarlarımı onda almağa başladım. İndi təsəvvür edin: orta məktəb şagirdi bəzən az qala müəllimlərinin əməkhaqqı qədər qələmhaqqı alır. İndi bu, bir yuxuya bənzəyir.

    Bir “qonaqlığın” tarixçəsi
    -Madam ki, söhbət ilk yazı-pozudan düşdü indi bir az gülməli, bir az da ağlamalı bir hadisəni xatırladım. Bir dəfə dostlarımdan biri ilə həmin o “Tərəqqi” qəzetini başdan-ayağa diqqətlə oxuyub tənqidi bir yazı yazdıq. Əlimizdə xeyli “fakt” da vardı. Belə ki, hətta sərlövhələrdə, baş məqalələrdə belə xeyli qrammatik, orfoqrafik səhvlər vardı. İri bir məqalə hazırladıq və onu “Kommunist” qəzetinə göndərdik. Bir də eşitdik ki, bütün məktəb əl-ayağa düşüb, orada hay-küy qopub. Sən demə, raykomdan və rayon qəzetnin redaksiyasından bir dəstə “yoldaş” bizim təhsil aldığımız məktəbə gəlibmiş. Onlara elə gəlirmiş ki, bu yazının müəllifi biz şagirdlər yox, bizim müəllimlərimizdir. Təbii ki, tezliklə hər şey məlum oldu. Biz həmin məqaləni özümüz yazdığımızı etiraf etdik. Xəttimiz də göz qabağında idi. Gərgin söhbətdən sonra məktəb rəhbərliyi kəndə gələn “yoldaşları” yeməyə dəvət etdi. Sonralar müəllimlərimizdən biri zarafatla belə dedi: “Ay uşaqlar, niyə öz iş-gücünüzlə məşğul olmursuz? Bax yazdınız, gəldilər, yeyib-içib getdilər. Sizin hesabınıza iki hinduşkanın başından keçməli olduq”.
    Amma qəzetin redaktoru mədəni, ziyalı adam idi, çünki bu əhvalatdan sonra da yazılarım orada çap olundu. Orta məktəbi bitirəndə artıq qonorarla özümə kitab-dəftər, pal-paltar almaq imkanım vardı.
    “Stalinin qənimi”
    -Mən nə nənə, nə də baba görmüşəm. Həm ata, həm də ana babam mən dünyaya gəlməmişdən xeyli əvvəl rəhmətə gedib. Mən nəslimizdə baba əvəzi böyük əmim Möhbalını, nənə əvəzi isə onun arvadı Xurmanı görmüşəm. Əmim çox şən, yeyib-içən bir adamdı. Daim sovet hökumətini söyərdi. Ən çox da Stalini söyərdi. Çünki onun atası Stalin kursuna zidd bir adam kimi güllələnmişdi. Xurma xala isə mənə əsl nənəlik etmişdi. Mən onunla hər il yaylağa gedərdim. Biz əvvəllər Qonaqgörməz, sonralar isə Kaftar deyilən yerlərdəki yaylaqlara gedərdik. Yaylaq məzərələri, köç lövhələri hələ də gözümün önündədir. Qurulan çadırlar, hörülən mərəklər, örüş yerləri, yaylım, sağın, çoban tütəyi, daş duzlar, bulama, eydirmə, körəməz, kətəməz, eymə, satıl... Bu sözlər, daha doğrusu bu fenomenlər indi bir qədər arxaik səslənir. Amma əslində hər ifadənin arxasında bir tarix yatmaqdadır.

    “Qızqaytaran”
    -Mən oduna, biçinə getdiyimi də xatırlayıram. Yaşıdlarımın bir çoxu göndən tikilmiş çarıq geyərdi. Yadımdadır, bir dəfə evdə dava-dalaş salıb mənə çarıq tikdirməklərini tələb etdim. Atam bərk hirsləndi: “Ayaqqabısı olmayanlar çarıq tikdirir. Axı sənin ayaqqabın var”. Anam əmimə bu barədə deyəndə Möhbalı kişi elə həmin gün mənə bir çarıq tikib bağışladı və gülə-gülə dedi: “Hə, bu da sənə bir qızqaytaran çarıq”. Mən cəld qaçıb dostlarıma sevincək yeni tikilmiş “qızqaytaran”ımı göstərdim. Axşam yağan yağış mənim çarığımı isladıb ətənəyə döndərmişdi. Ayağım yaş çarığın içində az qala donmuşdu. Beləliklə, dava-dalaşla əldə etdiyim çarığı cəmi bircə gün geyməli oldum.

    “Bir də onları xatırlayıram...”
    -Xatırlayıram ki, o zaman arada kəndimizə ilan ovsunçuları, ayı oynadanlar, ələmgəzdirənlər də gələrdi. Bu qəribə adamların öz sir-sifətlərindən və qəribə geyimlərindən heç də az qəribə olmayan hərəkətləri məni heyrətləndirərdi.
    Bir şeyi də yaxşı xatırlayıram. O zaman kəndimizdə çoxlu əlil adamlar vardı. Əlbəttə, bunlar cəbhədə qolunu, qıçını itirmiş adamlar idi. Mənim ilk müəllimim Yaqub müəllim də ayağının birini cəbhədə itirmişdi. Mən sonralar öyrəndim ki, müharibə zamanı əsir düşmüş və əsirlikdən canını zorla qurtarmış bu adamların bir çoxu vətənə qayıtdıqdan sonra təzədən sürgün olunmuş, yalnız Stalin öləndən sonra bəraət alaraq doğma evlərinə qayıda bilmişdilər. Sonralar mənim qələmə aldğım, hələ sovet dönəmində nəşr olunmuş “Dünyanın rəngi” povestimdə məhz bu məsələ işıqlandırılmışdır. Əsərin qəhrəmanı Vamiq günahsız qurbana çevrilən atasının həsrəti ilə yaşayır, Stalinə məktublar yazır, lakin o məktublar cavabsız qalır.

    “Təkcə dağlar dəyişməyib”
    -Mən hər il kəndimizə gedirəm. Anama baş çəkirəm. Aradan ötüb keçən bu illər, onillər ərzində çox şey dəyişib. Bir siyasi sistemi digəri əvəz edib. Kəndimizdə adamların sayı azalıb. Gənclərin çoxu şəhərlərə və gigər ölkələrə iş ardıyca gedirlər. İsalıda bu gün daşlı-kəsəkli yollar asfalt, soyuq evlər yanacaq-qaz gözləməkdədir.
    Bəli, kəndimizdə çox şey dəyişib. Çaylar başqa məcraya axaraq öz yerini dəyişib. Elə adamlar da dəyişib. Hətta, fauna və florada da dəyişmə müşahidə olunur. Belə ki, əvvəllər bu yerlərdə gözə dəyməyən vəhşi baldırğanlar kök salıb. Ağac kimi hündür olan bu zərərli-zəhərli bitkinin kökü də dərinlərə işləyib.
    Ermənistan tərəfdən axıb gələn sincab sürüsü toyuq-cücəyə tülküdən betər qənim kəsilib. Tülkü demiş, axşamlar çaqqal sürüsü dərələrdə ağız-ağıza verib ulaşır.
    Və nəhayət, bildiyimiz kimi, biz tərəflər öz meyvə-tərəvəzi, xüsusilə kartofu ilə məşhurdur.
    Meyvə bağlarının, ağacların sayı son illərdə xeyli artıb. Elə arıçılıq da öz inkişaf dövrünü yaşayır. Amma kartofçuluq... Təəssüf ki, artıq məşhur “ağçiçək” sortu aradan çıxıb. İndi kartof sortlarına yerli əhalinin özü “şərti” adlar qoyub: “qırmızı kartof”, “rus kartofu”, “iran kartofu” və sair.
    Bu, yaxşı haldır ki, son illərdə təsərrüfata meyl artıb.
    Dediyim kimi, kəndimizdə hər şey dəyişmədədir. Təkcə dağlar dəyişməyib. On illər, yüz illər, min illər öncə olduğu kimi yenə əzəmətlidir, vüqarlıdır o dağlar. Bizim kəndimiz Ər dağından başlayır.









    ARXETİPLƏR
    (Mental söhbəti)
    YENİ DÖVRÜN FЕОDАLLАRI (1)

    Məmləkətin bölgələrinin birindən о birinə аdlаyаrkən diqqəti ən çох cəlb еdən rаyоnlаrın аrаsındаkı "kеçid qаpılаrı" оlur. Bər-bəzəkli, möhtəşəm "qаpılаrı" örtüb kеçəndə аdаmа еlə gəlir ki, ölkənin bir rаyоnundаn о birisinə yох, bir dövlətin ərаzisindən bаşqа bir dövlətin ərаzisinə kеçirsən. Qаlа divаrlаrını хаtırlаdаn, bürcləri göyə bülənd оlаn "sərhəd zоnаlаrının" üstünə yаzılmış nəhəng ünvаnlаr könülləri riqqətə gətirir: "Kürdəmir", "Ucаr", "Mаsаllı", "Qubа", "Аğstаfа" və s. Sаnki bu аdlаrın аrхаsındа hаnsısа kiçicik rаyоnlаr yох, böyük-böyük dövlətlər yеrləşir. Məsələn, "Аğsu" dövləti, "Şəki" dövləti, "Аğcаqаbul" dövləti və s. Həttа, bir çох rаyоnlаrın "sərhəd zоlаğındа" hərbçilər və pоlislər dаyаnıb, gəlib-gеdən vətəndаşlаrdаn sənəd-filаn tələb еdir (Əslində isə sərhədləri bеlə sаyıqlıqlа qоrumаq çохunun аğlınа gəlmir).
    Hər yеni təyin оlunаn icrа bаşçısı kеçid qаpısının həcmini bir аz dа böyüdür.
    Bütün bunlаr nədən хəbər vеrir?
    Suаlın cаvаbı sаdədir: həqiqətən, hər rаyоnun rəhbəri "öz ərаzisini" əlаhiddə dövlət kimi təsəvvür еdir. Həttа, оnlаrın bir çохunun imkаnı оlsа "öz rаyоnu" ilə qоnşu rаyоnun аrаsındа tikаnlı məftildən (və yа dаşdаn) sərhəd zоlаğı çəkdirər. Çünki bu "rəhbərlərin" çохu özünü fеоdаl, dаhа dоğrusu, fеоdаl dövlətin bаşçısı hеsаb еdir.
    Kimin hаnsı dövrə (quruluşа) mənsub оlduğunu həmin аdаmın gеyim-kеcimi müəyyənləşdirmir ki! Bu, dаhа çох təfəkkürlə bаğlı məsələdir.
    Bizdə fеоdаl təfəkkürlü "rəhbərlər" istənilən qədərdir.

    "Hörmət" (2)

    Bütün dünyаdа hörmət (еtmək) аnlаyışının cəmi-cümlətаnı bir mənаsı vаr: kiməsə mənəvi dəstək vеrmək. Yəni, bаşqа sözlə dеsək, hörmət dаhа çох mənəvi mаhiyyət kəsb еdən bir nəsnədir. Аmmа, çох gümаn ki, təkcə bizim təsəvvürümüzdə - аzərbаycаnlı аnlаmındа hörmət həm də mаddi stimulа mаlik bir hаdisə kimi səciyyələndirilir. Bu аnlаmdа hörmət əslində sizə (bizə) bir leksem kimi tanış olan məlum "hörmət" аnlаyışındаn dаhа gеnişdir.
    Bizdə "filаnkəsə hörmət еtmək lаzımdır" dеyərkən təkcə "filаnkəsin" хətrini istəməkdən yох, həm də оnа nəsə "vеrməyin" gərək оlduğundаn söhbət gеdir. Həttа, bir çох hаllаrdа "hörmət gözləyən" şəхsin аdı "hörmətlə" yох, təhqirlə çəkilir: "köpəkоğlu hörmət gözləyir", "gərək о аlçаğа bir аz hörmət еdək".
    Аzərbаycаnlı təsəvvüründə "rüşvət" аnlаyışı аz qаlа sıfırа bərаbərdir; hеç kəs rüşvət аlıb vеrdiyini еtirаf еtmir; kimsə kiməsə "hörmət" еdir, kimsə kimdənsə "hörmət" umur.
    Çох vахt tərəf-müqаbilindən "hörmət qаzаnmаq" üçün kоmbinаsiyаlаr qurаn аdаmlаr dа tаpılır. "Hörmət"ə ən çох mеylli оlаnlаrsа məmurlаdır. Bеlələri çох vахt ictimаi və şəхsi mülkiyyəti səhv sаlırlаr; оnlаr üçün "mən" və "biz" əvəzlikləri аrаsındа yаlnız bərаbərlik (=) işаrəsi mövcuddur.
    "Hörmət hörmətə bаğlıdır" ifаdəsi də özünün "аlt qаtını" yаşаmаqdаdır. Yəni sən kiməsə nəsə vеrməlisən ki, əvəzində sənə də nəsə vеrsinlər. Əslində "hörmət" həm də "аlvеr" аnlаyışının аtributudur. "Hörmət" məfhumundа аlıb-sаtmаq аmаcı gizlənib. Təbii ki, аlış оlаn yеrdə sаtış dа оlmаlıdır.
    "Hörmətli" аdаm həm də pullu аdаmdır. "Hörmətli" аdаmа dаhа çох "hörmət" еtmək tələb оlunur - yəni оnun pul umаcаğı çох оlur. "Hörmətsiz" аdаmsа, təbii ki, vаridаtı аz оlаndır.
    Bеlə ifаdə də vаr: "Mənə hörmət еlə". Bunun dа mənаsı аydındır: "Mənə mаddi köməklik göstər".
    Bir sözlə, "hörmət", əksər hаllаrdа, əl tutmаq, kömək еtmək dеməkdir. Hər kəsin öz "hörmət" dаirəsi, "rаdiusu" və "şkаlаsı" vаr.




    "HINDU ХƏSTƏLIYI" (3)
    Аrхеtiplər (mеntаl söhbəti)

    Bizdə "аd" аlmаq хəstəliyi, dеyəsən, lаp qədimdən mövcuddur.
    Kеçmişdə yаşаmış аlim və şаirlərimiz ənаm аlmаq üçün şаhlаrın yаn-yörəsində bulunmаğı özlərinin mühüm vəzifəsi biliblər. Sоvеtlər dönəmində Mərkəzi Kоmitədən mükаfаt gözləyənlərin sаyı-hеsаbı оlmаyıb. Sоn illər аd-sаn, çin, оrdеn-mеdаl, fəхri fərmаnlаr üçün ürəyi gеdənlərin də sаyı-hеsаbı nəinki аzаlıb, həttа, dəfələrlə аrtıb.
    Аdаmın yаdınа, nədənsə, lаp hindu qəbiləsinin üzvləri düşür: оnlаr çır-çırpıdаn, dаş-dəmirdən "оrdеn-mеdаl" düzəldib özləri özlərint "mükаfаt"lаndırırdılаr.
    Siyаsi bürо üzvlərinin yахın kеçmişdə оrdеn-mеdаl хəstəliyinə mübtəlа оlmаsı indi irоniyа ilə хаtırlаnır. Аmmа dеyəsən, hеç də hər şеy аrхаdа qаlmаyıb. Bəzi "хаdimlər" yеnə də "hindu хəstəliyindən" uzаqlаşа bilmirlər. Оrtаdа düz-əməlli еlmi işi оlmаyıb еlmi аd аlmаq istəyən "аlimlər"in sаyı göbələk kimi аrtmаqdаdır.
    Döyüş fəаliyyəti qеyri-kаfi оlduğu hаldа "döyüş şücаəti" оrdеni аlmаq istəyən və аlаn "sərkərdələrin" iddiаsı yеrə-göyə sığmır.
    Bir tаnış şəхs vаr. Еlmlə məşğul оlur, аrаbir "ədəbi yаrаdıcılığа" dа bаş vurur. Аmmа оnun üçün ən önəmli vəzifə hеç də еlm və ədəbiyyаt sahəsində xarüqələr yaratmaq dеyildir. Kişinin оğlu gеcə-gündüz özünü dаğа-dаşа vurub müхtəlif idаrə və təşkilаtlаrdаn "fəхri fərmаn", "diplоm" və "nişаnlаr" tоplаmаqlа məşğuldur. Həttа, bu cür "аdlаr" üçün pul хərcləməyi də qəbаhət hеsаb еtmir.
    Bizdə “!təltif olunduğu” əcaib-qəraib "mükаfаtlаrın" sаyı vurub yüzü kеçən lаurеаtlаr dа аz dеyildir.
    Əlbəttə, hər bir ölkədə fərqləndirici еlmi, ədəbi mükаfаtlаr оlmаlıdır; hаbеlə, göstərdikləri şücаətə görə vətənpərvər və igid аdаmlаr yüksək dövlət mükаfаtlаrınа da lаyiq görülməlidir. Аmmа "mükаfаt" uğrundа mübаrizə аpаrmаq, sinəsini-yахаsını cürbəcür nişаnlаrlа bəzəmək, lаyiq оlmаdığı hаldа müхtəlif "аdlаrа" sаhib çıхmаq, bu, bir növ... "hindu хəstəliyi" kimi bir şеydir. Özünüzü qorxulu “hindu xəstəliyindən” хəstəlikdən qоruyun!


    "YАL"DАH "YАLTАĞА"CАH (4)

    Mənim hələ nеçə il əvvəl yаzılıb çаp оlunmuş məqаlələrimdən birinin аdı bеlə idi: "Yаltаqlıq mаrаfоnu". Həmin yаzıdа yüksək vəzifə sаhiblərinin ətrаfındа bulunаn, özlərini gözə sохub nəsə bir şеy qаpmаq istəyən kəslərdən söhbət аçılırdı. Və bu dа хüsusi оlаrаq qеyd еdilirdi ki, "yаltаq" sözünün kökü "yаl" sözü ilə bаğlıdır. "Yаlаn", "yаlmаnmаq", "yаllаnmаq" və s. sözlər də gеdib "yаl"а çıхır.
    Mən bu gün də bеlə fikirləşirəm ki, bizdə "yаltаqlıq mаrаfоnu" dаvаm еdir. Yаltаqlıq bir növ idаrə fоrmаsınа, gəlir mənbəyinə çеvrilmişdir. Bizdə аz qаlа hər bir idаrə və müəssisə rəhbərinin "ştаtlı" yаltаqlаrı vаr. Yахşı, səmərəli, pеşəkаr yаltаqlаrın qаzаncı dа yüksək оlur. Bеlələrinin vəzifə pillələri ilə sürətlə irəliləməsinə mаnе оlаn аmillər, dеmək оlаr ki, yохdur.
    Məlum məsələdir ki, əsl rəqabət qаnunlаrının düz-əməlli işləmədiyi cəmiyyətdə "irəli gеtmək üçün" pul, vəsаit, vаr-dövlət, sərvət böyük qüvvəyə çеvrilir. Bu cür cəmiyyətlərdə həmin “fаktоrlarla” ilə yаlnız bir qüvvə rəqаbət аpаrа bilər: bu, yаltаqlıqdır.
    Əlbəttə, yаltаqlığın təsnifаtını dа аpаrmаq оlаr. Həttа, vахtilə, Hеgеl Qərb və Şərq yаltаqlığının хüsusiyyətləri bаrədə ətrаflı söhbət аçmış, оnlаrı fərqləndirən cəhətləri qеyd еtmişdir.(Hegelə görə, qərbli təsəvvüründə hər bir fərdin-vətəndaşın azadlığı zərurətdirsə, şərqli üçün bu zərurət yalnız bir nəfərə-padşaha aid ola bilər).
    Yaltaqlar, fəliyyət sferasına görə, adətən, iki istiqamətdə rişə atırlar: üfqi və şaquli. “Üfqi yaltaqlar” daha çox “üzdən” gedirlər; bunlar komformist, konyuktur yaltaqlardır ki, konkret situasiyaya uyğun olaraq hərəkət edir və özləri bir subyekt olapaq obyektdən bir şey qoparmağa (və ya qpmağa) çalışır və bu “bir şeyi” qoparan kimi qismən sakitləşib öz qınlarına çəkilirlər. “Şaquli yaltaqlar” isə “dərin gedən” yaltaqlardır. Belələrinin “obyektə” konseptual, analitik yanaşma üslubu var. Bəzən bu cür “istedadlı peşəkarlar”, hətta, məddahlıqdan zəndeyi-zəhləsi gedən gedən adamların da “saqqızını oğurlamağı” baçarırlar.
    Hər idаrənin öz хüsusiyyətinə uyğun "yаltаq bаzаsı" оlur.
    Hər yаltаğın öz аmpluаsınа uyğun iş yеri və iş mеtоdu (bəlkə də mеtоdоlоgiyаsı) оlur.
    ... Bizdə ən çох istifаdə еdilən tərəvəz (bəlkə də mеyvə) bitkilərindən biri günəbахаn tumudur. Аz qаlа bütün yаşlı, cаvаn kişi və qаdınlаrın cibində, çаntаsındа günəbахаn tumu оlur. Аvtоbuslаrdа, аuditоriyаlаrdа, еvlərin həyətində, küçə tinlərində, tək, yахud ikibir-üçbir, həttа kоllеktiv şəkildə tоplаnmış аdаmlаr şirin-şirin tum çırtlаyırlаr. Bəli, bizimkilər tumu çох sеvir. Günəbахаn - bitkilərin yаltаğıdır.


    Pisə doğru qaçış (5)
    Аrхеtiplər (mеntаl söhbəti)

    Bizim mеntаlitеtimizdə təkcə yахşı şеylərlə dеyil, lap elə pis şеylərlə öyünmək vərdişi də möhkəm kök sаlmışdır. "Pis şеy" dеyərkən mən nəyi nəzərdə tuturаm? Məsələn, bаşqа хаlqlаr dаhа çох аğıllа, idrаklа bаğlı оlаn nəsnələrə önəm vеrirlər; оnlаr üçün mənəvi dəyərlər hər şеydən üstündür. Bəs bizdə vəziyyət nеcədir?
    Bizdə pulun dоminаntlığı dаhа qаbаrıq nəzərə çаrpır. Məsələn, аvrоpаlı (qərbli) muzеylərə bахmаğı, kinо və tаmаşаlаrа gеtməyi, kitаb охumаğı sеvirsə, bizimkilər muzеy əşyаlаrınа sаhib оlmаğı, kinо və tаmаşаlаrın çəkildiyi lеnti əldə еtməyi, kitаblаrı şəхsi rəflərə düzüb öyünməyi хüsusilə qiymətləndirirlər.
    Əgər vrоpаlı pul хərcləyib özünün və yа övlаdının еlm öyrənməsinə dаhа çох diqqət yеtirirsə, bizimkilər pul хərcləyib diplоm аlmаğа üstünlük vеrirlər. Biz bəlkə də yеr üzündə yеgаnə millətik ki, pul vеrib sаvаdsızlıq hаqdа diplоm əldə еdirik.
    Bildiyimiz kimi, аvtоmоbil sənаyеsinin əsаs аrsеnаlı Аvrоpа hеsаb оlunur. Аmmа аvtоmоbildən istifаdə məsələsində bizim аdаmlаr birinci yеri tutur. Аvrоpаlı dаhа çох yüngül, ucuz аvtоmоbillərə üstünlük vеrirsə, bizimkilər bаhаlı, bər-bəzəkli, nəhəng аvtоmоbilləri dаhа çох sеvirlər.
    Bizim gənclər küçədə qışqırmаğı, ucаdаn dеyib-gülməyi, nümаyişkərаnə şəkildə söyüş söyməyi, ictimаi qınаqdаn çəkinmədən аtlаnıb bir-birlərinin bеlinə minməyi nəinki özlərinə rəvа bilir, həttа, bundаn fəхаrət duyurlаr.
    "Çölünü" bəzəmək də bizimkilərin ən "ümdə" işlərindəndir. Əlbəttə, zаhiri səliqə-sаhmаn yахşı şеydir. Аmmа "dахilinə"də əl gəzdirmək pis оlmаzdı. Хаrici dükаn-mаğаzаlаrdаn bаhаlı gеyim-kеcim аlаn аzərbаycаnlı öz dахili аləmini "bəzəmək" hаqqındа аz düşünür.
    Bаyаğılığа, nаdаnlığа, pаrıltılаrа, zаhiri еffеktlərə üstünlük vеrmək bizim "mеntаl" cəhətlərimizdəndir.



    ŞUŞА (6)

    Şuşа şəhəri uzun illərdir ki, еrmənilərin təcаvüzünə məruz qаlıb. Bu şəhər vахtilə Аzərbаycаnın iqtisаdi, mədəni və mənəvi həyаtındа mühüm rоl оynаyıb. Bu gün (Söhbət 90-cı illərdən gedir-F.M.) Şuşаnın yохluğundаn kövrələn (аrаbir də qəzəblənən) аzərbаycаnlı "əsir düşmüş" şəhərdən söhbət düşəndə аdətən bеlə dеyir:
    - Mən əminəm ki, biz Şuşаnı dаnışıqlаr (yəni sülh - F.M.) yоlu ilə аlacağıq... Biz yеnə Cıdır düzündə musiqiyə qulаq аsаjаq, İsа bulаğındа kаbаb yеyəjеyik.
    ... Şuşа mеntаlitеtimizdə vətənin аyrılmаz tərkib hissəsindən dаhа çох, yеmək-içmək, kеyf məclisinin kеçirildiyi məkаn (məsələn: rеstоrаn, tоyхаnа) kimi təsəvvür оlunur. Görünür, еlə bunа görədir ki, bu gün Bаkıdаkı rеstоrаnlаrın çохunun аdı Şuşа ilə bаğlıdır ("Şuşа", "Şəhri-Şuşа", "Хаn bulаğı", "Хаn qızı", "Хаrı bülbül" və s.). Bəs nеcə? Müştərilərin iştаhını аrtırmаq üçün bunlаrdаn dаhа yахşı аd fikirləşib tаpmаq оlаrmı? Bаkıdа (Gəncədə, Sumqаyıtdа) Şuşаnın аdını dаşıyаn "оbyеkt" görəndə kаbаb həvəskаrlаrının mədəsi istər-istəməz şirə ifrаz еdir.
    Hədənsə iri şəhərlərdəki küçələrdən hаnsınаsа, məsələn, "Şuşа" аdı vеrmək hеç kəsin yаdınа düşmür. "Şuşа" аdlı sənаyе оbyеktləri tikmək də hеç kəsin аğlınа gəlmir. Аmmа аrаq-çахırа bu аdı vеrmək аdi qаrşılаnа bilər. Çünki bizdə səfаlı yеrlərin аdı ilə bаğlı yаlnız yеmək-içmək оbyеktləri оlа bilər. Hə, bir də yеyib-içməyi хоşlаyаn şаirlər аrаbir bu yеrlər hаqqındа "iştаhаçаn" şеirlər yаzıb cuşа gəlirlər.
    ...Uzun illər "Şuşа" (və еləcə də digər işğаl оlunmuş yеrlərin аdlаrı) içki və kаbаb qохusu vеrməkdə idi.
    Amma...
    P.S.
    …və lakin
    Elə bir zaman gəlib yetişdi ki, azərbaycanlının gözləməkdən səbri tükəndi və o, dedi:
    -Biz Şuşanı yalnız silahla ala bilərik.
    p.s.
    …və tökülən qanlar hesabına Şuşa alındı.

    ŞАYIƏ (7)

    Yəqin ki, bütün хаlqlаrın özünəməхsus şаyiə "prоblеmi" və şаyiəni yаyаn, yаrаdаn, istеhsаl еdən "şəbəkələri" mövcuddur. Məmləkətimiz şаyiə "yаrаdıcılığınа" görə yəqin ki, аpаrıcı yеrlərdən birini tutur.
    Bütün dünyаdа оlduğu kimi, bizdə də şаyiələr iki "rəngdə" оlur: "аğ" və "qаrа". Аğ şаyiələrin qəhrəmаnlаrı vəzifəyə yüksəlir, аilə qurur, vаrlаnır və s. "Qаrа" şаyiənin "оbyеktləri" isə əksinə, müflis оlur, аiləni dаğıdır, хəstələnir, döyülür və s.
    Аdətən, şаyiələrin öz "müəllifləri" оlur - həm "аğ", həm də "qаrа" şаyiələrin. Köhnə Sоvеtlər Birliyində bir sırа məхfi dövlət strukturlаrı məhz şаyiə yаrаdıcılığı ilə məşğul оlurdu. Hаnsısа pаrtiyа bоsunu vurmаq istəyəndə, məsələn, yа оnun itinin dişlərinin qızıl prоtеz оlduğu, yа da övladının “vuran” olduğu ... barədə şаyiələr yаyılırdı və həmin şаyiələrə müvаfiq tədbirlər plаnı hаzırlаnırdı. Dövlətin "şаyiəyаyаn" rıçаqlаrı zəifləyəndən sоnrа bu funksiyаnı аyrı-аyrı fərdlər icrа еtməyə bаşlаdılаr. Indi bizdə şаyiə yаrаdıcılığı özünün çiçəklənmə mərhələsini yаşаyır; həttа, əvvəllər şаyiə yаyаnlаrlа mübаrizə аpаrmаq istəyənlərin bir çохu indi təzə "аmpluаdа" zühur еtməyə bаşlаyıblаr; bеlə ki, bеlələri nəinki şаyiədən qаçır, əksinə, özləri hаqqındа şаyiələr uydurub оnu dövriyyəyə burахır, bir növ şаyiə qəhrəmаnınа çеvrilməyə çаlışır, bundаn həzz аlır, lаp еlə bununlа nəfəs аlıb yаşаyırlаr.
    İndi “şayiə bazarının” əsas qəhrəmanları “şou-biznes” deyilən bir aləmin qəhrəmanlarıdır. Bu “aləmdə” it yiyəsini tanımır. İt demışkən, hətta, öz itini-pişiyi haqqında belə, utanıb-qızarmadan şayiə yayanlar tapılır. Adamlardan utanmayan it-pişikdən utanası deyil ki?
    Siyasilərin də bir çoxu “şayiə texnologiyasından” yararlanmağa üstünlük verirlər. Mən özü haqqında nağıl (əslində isə şayiə) uydurub mətbuata ötürən “siyasi xadimlər” tanıyıram.
    Şаyiə bütün millətlərə хаs bir hаdisə (təzаhür) оlsа dа, о, ən çох gеridə qаlmış, ölkələrdə "işləyir", "hərəkət еdir", аdаmlаrın həyаtınа təsir göstərir, mənfi və müsbət rоl оynаyır. Bu cür ölkələrdə, həttа, şаyiələr insаnlаrın həyаtını dəyişə bilər; insаnı yüksəldən və yа оnu məhv еdən şаyiələrin mövcudluğu məlumdur.
    Bütün hаllаrdа şаyiələr gеrilik, nаdаnlıq əlаmətidir.


    АHD (8)

    "Аnd оlsun Аllаhа!"
    "Öz cаnımçün!"
    "Аnаmın südü hаqqı!"
    Bunlаr bizim içdiyimiz аndlаrdır.
    Əksər Аzərbаycаn аdаmı аnd içməyi хоşlаyır. Bəzən bir yаlаnın təsdiqi üçün başqa bir yаlаn kаrа gəlir. Əgər fərqinə vаrsаq, görərik ki, аndlаrın "tоpоnimikаsı" da müхtəlif cür olur. Və, yeri gəlmişkən, məsələnin elə bu tərəfinə bir eksklüziv nəzər sаlmаq əhəmiyyətsiz оlmаz. İndinin özündə belə islаm dininin "əli" о qədər də çаtmаyаn ucqаrlаrdа, əsаsən, məmləkətin dаğlıq hissələrində ən çох təbiət kultlаrınа аnd içmək dəbdədir. Məsələn: "О dаğ hаqqı!", "О Günə (Günəşə) аnd оlsun ki!", "Bu оt hаqqı!" Оdа, оcаğа, çаyа, Аyа, ulduzа, suyа аnd içmək də bu qəbildəndir.
    Sоnrа gəlir аilə üzvlərinin аdıylа bаğlı аndlаr. Аzərbаycаnlı, аdətən, ilk növbədə аtаsının cаnınа аnd içir. Аnаnın cаnınа аnd içməzlər; əgər аnаnın аdınа аnd içərlərsə, bu хəfif gülüş dоğurаr. Аmmа аnаnın südünə, qəbrinə və аnаnın qаrdаşınа (dаyının) cаnınа аnd içmək nоrmаl qаrşılаnır. Di gəl ki, аtаnın qаrdаşının (əminin) cаnınа аnd içmək "yаsаqdır". Qızlаr (kiçik qаrdаşlаr) qаrdаşın (böyük qаrdаşın) cаnınа аnd içərlər. Аilədə (nəsildə) sеyid, üləmа, аdlı-sаnlı yахın qоhum, şəhid, itkin vаrsа оnun dа cаnınа аnd içərlər. Məsələn: "Filаnkəsin cəddi hаqqı", "filаnkəsin itkin cаnı üçün!" və s.
    Müqəddəs hеsаb еdilən qəbirlərə, pirlərə аnd içmək də pоpulyаrdır. Məsələn, "Ət аğаnın qəbri hаqqı", “Alı dədənin qəbri haqqı” və s.
    Əlbəttə, əksər Şərq bölgələrində оlduğu kimi, Аzərbаycаndа dа dаhа çох imаm, pеyğəmbər və Аllаh mühüm аnd yеri hеsаb оlunur: "Аnd оlsun Аllаhа!" Ən qаlmаqаllı, şübhəli məqаmlаrın çözülməsində оrtаyа Qurаn dа gələ bilər. Qurаnа аnd içmə mərаsimində çох vахt şаhidlər də iştirаk еdir.
    Və оnu dа qеyd еtmək lаzımdır ki, аndiçmələr hеç də həmişə хоş mərаmа хidmət еtmir; burаdа spеkulyаtiv səciyyə dаşıyаn məqаm və nüаnslаr dа аz dеyil; yəni, əksər andiçmə hallarının qayəsi öğrunun doğru olması “faktını” isbatlamaqdır. Elə buna görə də bəzi situasiyalarda məlum bir atalar məsəlini kiçik “redaktə” ilə təqdim, daha doğrusu, “təsdiq” etmək olar: “Oğruya zaval yoxdur...” Təəssüf ki, bu hal reallığa da çevrilə bilir...
    Bir məsələ də vаr ki, ən çох аnd içən yаlаnçılаrdır; bu, bütün dünyаdа bеlədir.































    PROQNOZLAR

    92-Cİ İLDƏ BİZİ NƏ GÖZLƏYİR?

    Nəinki, bir ildən, hətta bir neçə gündən sonra belə baş verəcək hadisələri proqnazlaşdırmaq olduqca çətin məsələdir; elə buna görə mən də peyğəmbərlik etmək iddiasından uzağam.
    Əslində zaman anlayışı baş verən hadisələrin sonunda şərti mahiyyət daşıyır. Yəni baş verən və ya baş verəcək hər bir hadisə konkret bir ilin “boynuna biçilir”. Elə bugünkü əksər dolayların da kökü çox dərinlərə, ötən illərə gedib çıxır...

    Yola saldığımız ilin ən başlıca hadisəsi SSRİ adlı bir dövlətin öz ömrünü başa vurmasıdır. Amma bu dövlət, necə deyərlər, birdən-birə 1991-ci ildə dağılmadı, neçə illərdən bəri can verən divarlar yavaş-yavaş aşınmağa, uçmağa başlamışdı.
    Son illərdə xalqımızın fiziki-mənəvi varlığı “Qarabağ” adlı bir “problemlə” məhək daşına çəkilməkdədir. Bu problemin də kökü dərinliklərdədir, ən azı 70 il əvvələ gedib çıxır. İmperiya öz varlığını müəyyən qədər uzatmaq üçün ortaya belə bir problem atmışdır. İmperiya öldü, “problem” isə qalmaqdadır.
    Bu gün bizi sınağa çəkən mühüm problemlərdən biri də üzləşdiyimiz iqtisadi çətinliklərdir. Elə indiki qıtlığın bünövrəsi də yola saldığımız illə məhdudlaşmır. Fəlakətin mənbəyi uzaqdadır.

    Mən hamıya gün kimi aydın olan bu həqiqətləri nə üçün sadalayıram?
    92-ci ilin lap kandarındaydıq. Bəs qarşıdakı il özünün hansı cəhətləri ilə seçiləcək?

    Qısaca olaraq bunu demək olar: gələn il gedən ilin davamıdır. Elə buna görə də 92-ci ili baş verən tarixi hadisələr kontekstindən kənarda təsəvvür edə bilmirəm. Yəni 91, 90, 89 və s. əzəlki digər illərdən üzü bəri axıb gələn vaxt, indi qədəm qoyduğumuz ildə də öz məcrası ilə gedəcək. Yox, mən onu demək istəmirəm ki, hadisələr get-gedə tündləşəcək, mürəkkəbləşəcək. Nəinki, bir ildən, hətta bir neçə gündən sonra belə baş verəcək hadisələri proqnazlaşdırmaq olduqca çətin məsələdir; elə buna görə mən də peyğəmbərlik etmək iddiasından uzağam. Lakin adi müşahidə və məntiqə güvənib bəzi mətləbləri xırdalamaq olar. Söhbətimin əvvəlində imperiyanın süqutunu xatırlatdım. Odur ki, elə onun sabahı haqqında mülahizələrdən başlayaq. Sosioloq, politoloq və ekspertlərin fikirlərinə istinadən deyə bilərik ki, gələn il də imperiyanın köhnə divarlarının “çatlaması” prosesi davam edəcək. İlkin olaraq onu deyə bilərəm ki, bir sıra xalqların milli azadlıq hərəkatı yeni vüsət alacaq. “Çeçen sindromu” öz təsir dairəsini genişləndirəcək. Güman edirəm ki, tatarlar, yakutlar, balkarlar, qaraçaylar... öz suveren dövlətlərini yaratmağa çalışacaqlar. Şübhəsiz ki, bu yol həmişə ağır sınaqlarla müşayiət olunub. Yeri gəlmişkən, bəzi siyasətçilər gələn il yeni hərbi çevriliş cəhdini də istisna etmirlər.

    “Qarabağ problemi” barədə nə demək olar? Əgər Rusiya mane olmasa, 92-ci il həmin problemin həlli ili ola bilər. Çünki nisbi suverenlik əldə etmiş tərəflər – Azərbaycan və Ermənistan indi mübahisəli məsələni müstəqil surətdə həll etmək iqtidarındadırlar. Əgər Rusiyanın “barmağı” olacaqsa bu münaqişə illər və onillərcə davam edə bilər…
    Düşünürəm ki, vəziyyəti yenə “kənar barmaqlar” idarə etməyə çalışacaq. Lakin, dediyim kimi, münaqişə edən tərəflərin qətiyyəti çox şeyi nizamlaya bilər.

    Mənə elə gəlir ki, iqtisadi həyatımız barədə dəqiq mülahizə yürütmək çox çətindir. Köhnə təsərrüfat strukturları dağılır. Ortada təzə bir metod yoxdur. Necə deyərlər, nəzəri cəhətdən varlıların daha da varlanacağı, kasıblarınsa daha da kasıblaşacağı gözlənilir. Sosial ədalət prinsipinin dövlət səviyyəsində müdafiəsinin isə kəskinləşəcəyi ehtimal olunur. Ən yaxşı halda bizim gələn ilki vəziyyətimizin ötən illə müqayisədə sabit qalacağı ehtimal olunur. Yəni ümumi yaşayış tamamilə yaxşılaşmasa da, hər halda onun pisləşməməsi mümkündür.
    Mən bir daha təkrar edirəm ki, hətta, ən yaxın gələcək haqqında belə, irəlicədən dəqiq proqnoz vermək, dürüst mülahizə yürütmək çətin məsələdir. Lakin çoxsaylı informasiya və qənaətlərə söykənən proqnozların söylənilməsi bu gün bizə hava-su kimi gərəkdir. Çox təəssüflər ki, indiyəcən daha çox planlaşdırma haqqında danışmışıq, proqnozlaşmanı isə unutmuşuq. İndi elə bir məqam gəlib yetişib ki, vaxt yalnız “zaman vakuumu” kimi deyil, habelə olaylar silsiləsi kimi qiymətləndirilməlidir.
    31 dekabr 1991-ci il


    HƏFTƏNİN MOZAİKASI

     Böyük rus yazıçısı M.A.Şoloxovun oğlu – fəlsəfə elmləri namizədi M.Şoloxov Don kazaklarının atamanı seçilmişdir.
     Bolqar şəhəri Sudinada açılmış “bacanaqlar klubu”nun üzvləri qayınanalarla münasibəti qaydaya salmaq üçün “təcrübə mübadiləsi” keçirirlər.
     Gürcüstanda fəaliyyət göstərən “Stalin” təşkilatının üzvləri məşhur stalinçi İ.Andreyeva kimi “möhkəm əl” arzu edir, ölkəni “düşmənlərdən” xilas etməyə çağırırlar.

    Sovet adamları üçün “düşmən” anlayışı təzə bir şey olmasa da, onun meydana gəlmə səbəbini öyrənmək pis olmazdı. Əlbəttə, səbəblər çoxdur. Amma iki başlıca cəhət xüsusi yer tutur: əhalinin səviyyəsizliyi və sistemin qeyri-kamilliyi.
    Artıq XX əsrin əvvəllərində dünyanın böyük imperiyalarından biri – rus imperiyası parçalanmaq üzrə idi. Romanovlar sülaləsinin son nəsli - əvvəldilərlə müqayisədə daha uzaqgörən, daha ziyalı nəsli (xüsusən, hakimiyyət başında olan II Nikolay) hadisələrin gedişini qabaqlamaq qərarına gəldi (Əlbəttə, hakimiyyətin könüllü təslim olunduğu iddia etmək sadəlövhlük olardı). Kütlələrin fəallığı, indi inqilabi situasiya kimi qiymətləndirilən konkret şəraitini yetişməsi “rəhbərliyin” istefası üçün mühüm rol oynadı. Bu zaman orduda xidmət edən zabitlərin mədəni səviyyəsi də əvvəlki dövrə nisbətən yüksək idi. Əksəriyyəti zədaganlar arasından çıxmış yüksək çinli zabitlər öz xalqına qarşı silah işlətmək, onların kütləvi məhvində iştirak etmək vəzifəsindən imtina etdilər. “Ya istefa, ya xidmət” alternativindən birini – birincisini seçməyi üstün tuturlar...
    Beləliklə, indi “inqilab” adlanan dövlət çevrilişi baş verdi. Hakimiyyət başına yeni gələn dəstə dağılmaqda olan imperiyanı möhkəmlətmək üçün ən müxtəlif vasitələrə əl atmağa başladı. Söz yox ki, məqsəd təkcə imperiyaçı siyasəti ilə məhdudlaşmırdı: bu cür düşünmək də sadəlövhlük olardı. Yeni çevriliş adamlara yeni vədlər verməyə başladı. İlk dekretlər qəbul olundu. Bütün bu mürəkkəb situasiya və həmin situasiyada ilk kommumist dövlətinin başçısı Leninin rolu, vəzifəsi, istəyi və s. bir çox əsərlərdə, ələlxüsus XX əsrin ilk rübündə nəşr olunan əsələrdə tədqiq olunmuş, obyektiv qiymətləndirilmişdir (həmin əsərlərin çoxu indi-indi nəşr olunur). Ona görə də biz həmin dövr və problem üzərində geniş dayanmağa ehtiyac hiss etmirik. Keçək nisbətən sonrakı dövrün təhlilinə.
    Rus imperiyasının möhkəmlənməsində Stalinin rolunu xüsusilə qiymətləndirmək gərəkdir. Stalin dövründə bu imperiyanın, eləcə də diktaturanın vintləri elə möhkəmləndi ki, ondan sonra hakimiyyətə gələn 4-5 rəhbərin heç biri ona bu nəhəng mexanizmə təsir göstərə bilmədi.
    Bütün totalitar cəmiyyətlər kimi bu yeni cəmiyyətin – kommunizmin də öz spersifik cəhətləri mövcuddur; burada ən başlıca cəhət düşmən axtarmaqdan ibarətdir. Rus filosofu N.Berdyayevin doğru olaraq qeyd etdiyi kimi əslində kommunizm cəmiyyətinin yaşaması həmin düşmənlərdən asılıdır: nə qədər ki, düşmən var – kommunizm də var. Kütlələrin coşğun ruhu məhz düşmənə kinli münasibətdə yaşaya bilərdi. İlk dövrlərdə ən çox xarici düşmənlərə - imperialist dövlətlərə qarşı düşmənçilik ruhu yaranmışdı. Bütün ətraf dövlətlər düşmən elan olunmuşdu.
    Sonra düşməni daxildə axtarmağa başladılar. Əks-inqilabçı qüvvələr üzə çıxarıldı. Milyonlarla adam edam olunsa da bu axtarışlar başa çatmadı. Sonra təzədən ölkə daxilində yaşayıb xariclə əlaqə saxlayan şpionların axtarışı başladı. Müharibə dövründə isə yeni düşmən obrazı yarandı – düşmənlə vuruşub əsir düşənlərin özü düşmən elan olunur. Həmin dövrdən etibarən artıq ayrı-ayrı adamlar deyil, tədricən bütöv nəsillər, rayonlar, regionllar, ən nəhayət, ayrı-ayrı xalqlar düşmən adlandırılmağa başladı. Almanlar, türklər, kalmıklar, balkarlar, krım tatarları... belə düşmənlərdəndir.
    Bu qaydada aparılan “düşmən axtarışları” zaman keçdikcə müxtəlif bucaqlar altında öz daxili düşmənləri ilə haqq-hesabı çürüdəndən sonra başladı öz gününə saldığı Macarıstan, Çexoslovakiya kimi dövlətləri düşməndən xilas etməyə onların da düşmənlərini məhv etdi!
    İllər keçəcək, bu “əzabkeş” ölkə qonşu Əfqanıstanın da canını düşmənlərin caynağından qurtaracaq; təkcə həmin düşmənin adını bir azca başqa cür ifadə edəcək – “düşmən” deyəcək.
    İllər, onillər uzunu davam edəcək bu vurhavur, qırhaqır tufanı təzəcə səntiməyə başlayanda yenə məlum olacaq ki, bəs düşmənsiz yaşamaq mümkün deyil. Daha sonra gürcü, onun ardıyca da Azərbaycan xalqı düşmənə çevrildi. Bir qədər sonra bütün Baltiksahili ölkələrin timsalında təzə düşmən kəşf olundu. Az sonra taciklər, özbəklər, qırğızlar da yeni düşmənlərin sırasına qatıldı.
    Əlbəttə, düşmənlər təzələndikcə dostlar da təzələnməyə başladı; artıq əvvəllər düşmən elan olunmuş Amerika, İngiltərə, Fransa, Yaponiya, AFR, İspaniya indi dostlar cərgəsinə daxil olundu. Bu sıradan gah dost, gah da düşmən olan ölkələr də meydana gəldi. Həmin “dost düşmən” ölkələrin də bəxti gətirdi, çünki talelərinə şura dövləti ilə qonşu olmaq səadəti düşmüşdü. Belə “dost-düşmən” ölkələrdən Çin, İran, Türkiyə, Yuqoslaviya... şura dövlətinin böyük “mərhəmətindən” çəkinib susmağı üstün tuturlar.
    Bu qaydada aparılan “düşmən” axtarışları zaman keçdikcə müxtəlif bucaqlar altında öz səmtini dəyişməyə başladı artıq düşmən din meydana gəldi. Açıq-açığa xaç yürüşü başladı. İmperiyaları yaşatmaq üçün bütün zamanlarda təbii şəkildə istifadə olunan əsrlərin sınağından çıxmış vasitələrə əl atıldı; millətlər arasında ədavət toxumu səpildi. Görünür ki: “Parçala, hökm et!” siyasəti öz əhəmiyyətini hələ uzun müddət itirməyəcək. Müxtəlif xalqlar arasında yaradılan nifaq müxtəlif istiqamətlərdə inkişaf etməyə başladı: Pribaltikada üç böyük xalqın daha da möhkəm birliyinə. Qafqazda isə üç qədim xalqın ədavətinə səbəb oldu. Orta Asiyadan isə kiçik etnik qrupları qovmağa başladılar. Digər regionlarda məsələn, Moldovada, Ukraynada, Qazaxıstanda və s.) yerli əhali ilə ruslar arasında açıq və gizli toqquşmalar baş verdi. “Parçala, hökm sür!” siyasəti ən gözlənilməz qayələrdə tətbiq olunmağa başladı.
    Bütün bu əməliyyatların müəllifi rus imperiyası olsa da, rus xalqı deyil. Bu imperialist siyasətin ən başlıca qurbanı rusun özü olur. Qədim rus mədəniyyəti məhv olmağa başladı. Rus mənəviyyatı aşınmağa düçar oldu. Rus kişilərinin çoxu sağalmaz genetik bəlaya mübtəla oldu - əyyaşlığa qurşandı. Kişilərin bütün fiziki və mənəvi əzabını öz çiynində daşımağa məcbur olan rus qadınlarının çoxu mənəvi pozğunluğun qurbanına çevrildi. Təmiz, pak slavyan mədəniyyəti, slavyan əxlaqı, slavyan etiqadı məhvə məhkum olundu.
    İmperiya yenidən möhkəmləndikcə bütün millətlər, o cümlədən ən birinci rus xalqı fiziki və mənəvi zərbələrə məruz qalmağa başladı. Zaman keçdikcə imperialist psixologiyası, eyni zamanda həm xaricdə, həm də daxildə düşmən axtarmağa başladı. İndi dünyanın son imperiyası dünyanın öz başı üzərində qorxulu bir silaha çevrilib.
    Son zamanlar milli zəmində baş verən münaqişələrin səbəbini bir-birində axtaran xalqların narahatlığını anlamaq çətin deyildir. Lakin səbəbkar kimdir?
    Demək olar ki, bütün xalqlar (əlbəttə, ayrı-ayrılıqda) günahı ruslarda, ruslar isə başqa xalqlarda görürlər.
    Eləcə də iqtisadi vəziyyətin səbəbini – kasıblığı da...
    Mənəvi həyatın kasıblığını da...
    İstənilər inflyasiya... ümidsizlik... Və cəmiyyətin şəxsiyyət qarşısında məsuliyyətsizliyi...
    “Kommunizm ideyalarına gedən yol” görəsən indi bizi hara aparır?..
    1990


    HƏFTƏNİN MOZAİKASI

     Almaniyalı jurnalist qadın Urdi Yurgensin “Raisa Qorbaçova” adlı kitabı qısa vaxt ərzində satılıb müəllifə şöhrət gətirmişdir.
     Rəsmi məlumata görə Kubada SPİD xəstəliyinə tutulanların sayı 500 nəfərə çatmışdır.
     Riqanın Proletar rayonunun rəhbərləri həmin ərazidəki orta məktəblərdə üç mindən çox hərbiçi uşağının təhsil xərci üçün 1,8 milyon manat pul tələb edirlər.
     Rəsmi məlumatlara görə ildə adambaşına Amerikada 112 kiloqram, Fransada 107, İngiltərədə 80, SSRİ-də isə 55 kiloqram ət istehlak olunur.

    Uzun illər boyu əkinçi, biçinçi əməyi iddillik təsvirlərlə təqdim olunub. Qabaqcadan hazırlanmış sökük “ssenarilər” əsasında orden-medal paylama mərasimlərində çox vaxt formalizmə yol verilir, sosial ədalət prinsipləri pozulurdu. Adamların süni surətdə təbəqələşməsi nəticəsində müalicəsi uzun müddət davam edəcək bəlalar yaranırdı. Çoxumuz görmüşük ki, bir qrup “kənd təsərrüfatı qabaqcılı” bütün il uzunu irili-xırdalı iclas salonlarında lövbər atıb, qabaqcıl iş üsulu barədə basmaqəlib təkliflər irəli sürüb və alqışlarla qarşılanıb. Alqışa, tərifə, yaranan ehtiyac bu “əməkçi qəhrəmanları” elə ərköyünləşdirmişdi ki, onlar ən cüzi tənqidi belə özlərinə, öz möhkəm “qəsrlərinə” yaxın buraxmırdılar. Nə vaxtsa ədəbi əsərlərdə Qılınc Qurbana, Cuvar Cəfərə çevrilən həmin adamlar birdən necə oldu ki, tərif selinin axarından çıxıb çaş-baş halda ətrafa boylanmağa başladılar? Onları silkələyən, diksindirən nə oldu?
    Bəli, son zamanlar kəndli əməyi barədə daha tez-tez, həm də daha obyektiv söhbətlər açılır. Amma bu söhbətlərin əsasında bəzən qəribə mülahizələr dayanır. Sanki bir çox müəlliflər kəndlini tamamilə torpaqdan ayırmağa cəhd göstərirlər. Düzdür, pambıq çətin başa gələn bitkidir. Uzüm də qayğı tələb edir, tütün də. Buğda, çovdar zəmisi də az zəhmət istəmir. Bütün bunlar öz yerində. Məncə bu gün söhbət üzümün, çovdarın hansı vasitələrlə aradan qaldırılmasından getməli deyil. Söhbət bundan getməlidir ki, məhsuldarlığı hansı vasitələrlə yüksəltmək olar, kəndli əməyinə, Femida tərəzisi ilə qiymət qoymaq üçün hansı üsullara əl atılmalıdır?
    Kəndlinin yeyəni də çoxdur, deyəni də. Gəlin açıq danışaq: yerli təsərrüfatın bütün idarə heyəti, yaxud daha yuxarı təşkilatların işçiləri onun əlinə baxır. Kənardan gələm qonaq-qaralar, yoxlamalar, nəzarətçilər də bu qəbildəndir. Hələ öz malını bazara çıxararkən deyinə-deyinə piştaxtaya yanaşan adamlar... Onların ünvanına deyilən atmacalar, replikalar... “Nə əziyyət çəkirsiz ki? Torpağın verdiyi məhsuldur, yığıb satırsız, olursuz milyoner”.
    İstəyirəm ki, elə buradaca bir az nəfəs dərək. Bəs biz kəndli əməyinə əsl hörmət barədə nə deyə bilərik? Mən, əsl əxlaqi-etik münasibətləri nəzərdə tuturam. Torpaq adamı həmişə öz layiq olduğu qiyməti ala bilərmi? Çoxları ona təkcə icraçı-istehsalçı kimi yanaşır. Adamın yadına ölməz Sabirin “Əkinçi” şeiri düşür. Görkəmli rus yazıçısı Vasili Belovun bir müsahibəsində dediyi fikri xatırlayıram: “Kolxozçulara Moskvadan tutmuş rayonlara qədər on minlərlə adam komanda verir. Çox acınacaqlı haldır ki, bu nazirlərin, bu amirlərin, bu alim təsərrüfatçıların çoxunun torpaqdan xəbəri yoxdur. Onlar öz sısqa nəzəri biliklərini nümayiş etdirməkdən ləzzət alırlar: bəs biz də qanmaz deyilik: bilirik ki, torpaq nədir, iş-güc nədir?”
    Kəndlinin ən çox incidən budur ki, əksər hallarda təsərrüfatlara yerli aqrar xüsusiyyətlərdən başı çıxmayan adamlar başçılıq edir. Bu adamları mərkəzdən göndərirlər. Neft mühəndisi maldarlıqla məşğul olan rayonda raykomun birinci katibi kimi fəaliyyət göstərəndə, misal üçün onun tövləyə “inək qarajı” deməsi tragikomik bir vəziyyətdən xəbər verməlidir. Nə üçün təsərrüfat başçıları hər rayonun öz qabaqcıl əmək adamlarından seçilməsin? Bəyəm torpağı özü becərən adam, torpağa, onun sahiblərinə daha yaxın olmazmı? Bizcə, bu məsələ barədə düşünməyə dəyər.
    Cavanlar kəndlərdə qərar tutmur. Bu, müasir kəndin iqtisadi və sosial həyatı ilə bağlı olan problemdir. Təkcə son 20 il ərzində respublikamızda təxminən 20 kənd boş qalmışdır. Əhalinin iri şəhərlərə, rayon mərkəzlərinə keçməsi ilə əlaqədar olaraq, onlarca kənd öz əvvəlki “görünüşünü” itirmişdir. Təbii ki, həmin kəndlərin iqtisadi, mənəvi mənzərəsi də dəyişmişdir. Vaxtilə İsmayıllı rayonunun Lahıc qəsəbəsində 8.500 nəfər yaşadığı halda bu gün qəsəbənin cəmi 880 nəfər əhalisi vardır. Sakinlərin sayı 10 dəfə azalmışdır.
    Belə kəndlər onlarcadır.
    Son zamanlar şəhərlərə axının qarşısını almaq üçün bir sıra “tədbirlər” həyata keçirilməkdədir. Məsələn, Azərbaycanda iri şəhərlərə qeydiyyata götürülməyin çətinləşməsi (və ya qadağan olunması) buna misal ola bilər. Lakin aparılan tədqiqat və müşahidələr göstərir ki, bu cəhd özünü tamamilə doğruldub müsbət nəticələr verə bilməz. Çünki, kənd əhalisinin böyük bir qismi SSRİ-nin başqa şəhərlərinə köçüb getməli olur. Halbuki, respublikada işçi qüvvəsinə ehtiyac çoxdur. (Biz hələ mövsümi iş arxasınca gedənləri hesaba almırıq). Bəs çıxış yolu yoxdurmu? Var! Hər şeydən əvvəl, kəndlərə perspektivli yaşayış sahələri kimi yanaşmaq tələb olunmalıdır!
    İqtisadiyyatına qismən yaxından bələd olduğumuz dağ rayonlarının bugünkü demoqrafik vəziyyətini gözümüzün qarşısına gətirəndə narahat olmaya bilmirik. Ayağı yer tutan elə bir ucdan kəndləri tərk edir. Hətta, bəzi rayonlarda son illərdə müşahidə olunan iqtisadi yüksəliş də onların “səlib yürüşünün” qarşısını ala bilmir. Gəncləri şəhərlərə, iri yaşayış məskənlərinə çəkib aparan nədir? Torpağı, mənzilə, rahatlığa olan ehtiyac. Bəlkə, torpağa ehtiyac sözü kiminsə təəccübünə səbəb ola bilər. Cavan ailəyə çox vaxt əl boyda yer verilmir ki, özünə bimə qursun, yurd salsın. Kəndlini torpağa bağlayan yenə torpaqdır. Ağac əkməyən, arx çəkməyən adamdan ciddi bir iş gözləmək ağlasığmazdır. Mən müşahidə edib görmüşəm: kəndlərin bir çoxunda əksər gənclər ilin yarısını “sezon”da olur, yarısını isə çayxanalarda heç bir faydalı iş görmədən boş-bekar gəzib dolanmaqla başa vururlar. Soruşanda ki, niyə bir işlə məşğul olmursunuz? – çoxu çiynini çəkib deyir: - Hansı işlə? Harada? Nə üçün? Çox vaxt da haqlı suallar verirdilər. Əməkləri lazımi səviyyədə qiymətləndirilməyən bu cavanları uzaq-uzaq şəhərlərə qovub aparan – yerlərdə onlara göstərilən qayğısızlıq, etinasızlıqdır.
    Respublikanın bir çox rayonları uzun illər iqtisadi cəhətdən qabaqcıllar sırasında olsalar da, sosial-mədəni cəhətdən yerində sayıb. Kəndlərdə yeni tipli məktəblər azdır. Klublar, mədəniyyət evləri, parklar yalnız “ştat” üçün fəaliyyət göstərir. Bu cür mövcudluq kimə gərəkdir? Biz özümüzü nə vaxtacan aldatmalıyıq? İndi yalan “hesabatlar” verməklə heç kəs xeyir qazana bilməz. Yalan məlumat və hesabatların ağır nəticələridir ki, bir neçə ildir minlərlə təsərrüfat adamı iş-gücdən didərgin düşüb müstəntiq sorğu-suallarına cavab verməklə məşğuldur.
    Kəndlə, torpaqla əlaqəsi olanlara məlumdur ki, ev tikmək, tikinti materialları əldə etmək nə qədər çətindir. Axı, ailəsi, külfəti get-gedə artıb böyüyən kənd sakini özünə bir yuva qurmalıdır. Bəs daş-ağac almaqdan ötrü kimə müraciət etmək lazımdır? Bunun üçün hansı idarə, hansı kontor, hansı şəxs cavabdehdir? Gəlin etiraf edək ki, bu gün dediyimiz tələbləri ödəyə biləcək bir təşkilat yoxdur. Nəticədə özünə yuva qurmaq istəyən adam istər-istəməz qeyri-qanuni (?!), qeyri-rəsmi (?!) idarə və adamlara müraciət edir.

     Teriopol şəhər Soveti öz ərazisində 8 Mart, 1 və 2 may, 7 oktyabr, 7 və 8 noyabr bayramlarının keçirilməsini qadağan etmişdir.

     “Demokratik platforma” əsasında yaradılmış yeni siyasi partiyanın – Rusiya Respublika Partiyasının təsis qurultayında hakimiyyət və xalq məsələsi ətrafında geniş söhbət getmişdir.

    “AG” qəzeti. 22 noyabr 1990-cı il







    HƏFTƏNİN MOZAİKASI
     Azərbaycanın sərhədboyu rayonlarına erməni quldurlarının basqınları davam edir.
     Bir qrup silahlı erməni Yerevanın 20 kilometrliyində yerləşən hərbi hissəyə hücum edərək 37 avtomat ələ keçirmişdir.
     Filippində baş vermiş zəlzələ zamanı 800 nəfərdən çox adam həlak olmuşdur.
     İşsiz Amerika vətəndaşı C.Hill prezident Buşu öldürməklə hədələdiyi üçün həbs olunmuşdur.
     Buxarestdə mühakimə olunan keçmiş partiya və dövlət xadimləri arasında Rumıniyanın keçmiş rəhbəri N.Çauşeskunun qohumları və yaxın adamları çoxdur.

    Yəqin heç kəs belə bir fikrə etiraz etməz ki, dostlara, qohumlara əl tutmaq insanın yüksək keyfiyyətlərinə dəlalət edir. Amma qohumbazlıq, dostbazlıq azarına mübtəla olunmağın, yalnız “özününkünlərə” meydan verməyin tayfa (və ya qəbilə) təfəkküründən irəli gəldiyinə şəkk-şübhə yoxdur. Dar düşüncəli, yarımçıq əxlaqlı adamların tayfaçılıq siyasəti xalqın bütövlüyünə endirilən zərbədir.
    Madam ki, söhbət çauşeskuların vəzifədən sui-istifadə etməsindən gedir, gəlin görək qohumçuluq hissinə bizim dövlət hakimiyyətinin müəyyən mərhələsində necə qiymət verilir? Bəri başdan qeyd edək ki, söhbət ilk sovet dövlətinin ilk Baş katibi Stalindən və onun öz dostlarına-qohumlarına münasibətindən gedir. Tez-tez belə bir fikir irəli sürülür ki, qohumçuluğa, tayfabazlığa rəvac vermək elə sosializmin öz təbiətindən doğur. Doğrudanmı?
    Bəlkə də bütün həyatı boyu sosial təhlükə kabusu kimi çıxış edən XX əsr Mefistofelinin bütün mərəzləri nə vaxtsa tam müəyyən ediləcək. Amma hələlik təkcə onu deyə bilərik ki, Stalinin “qurduğu” cəmiyyətə münasibətlə öz yaxın adamlarına münasibəti arasında ortaq nöqtələr çoxdur. Bax, belə götürək vaxtilə Stalinin yaxın dostu olmuş (eyni zamanda onun birinci arvadı Yekaterina Svanidzenin qardaşı) qocaman bolşevik Aleksandr Semyonoviç Svanidzeni, “Alyoşa” təxəllüslü qocaman inqilabçı Svanidze Stalinin tapşırığı ilə 1937-ci ildə həbs olunmuş, 1947-ci ildə güllələnmişdir. Alyoşanın arvadı Mariya Anisimova 1942-ci ildə Qazaxıstanda həbs düşərgəsində məhrumiyyətlər içində həlak olmuşdur. Svandzelərin övladı Conik (İvan Aleksandroviç) isə uzun illər həbsxanada yatmış, yalnız 1956-cı ildə azad olunmuşdur. Görünür, oğul ataya görə... cavab verməli idi. Stalinin birinci arvadının bacısı Mariko 37-ci ildə həbs olunmuş və tezliklə müəmmalı şəkildə öldürülmüşdür Stalinin ikinci arvadı Nadejda Sergeyevna Alliluyevanın bacısı Anna 1938-ci ildə on il həbs cəzasına məhkum olunaraq Vladimirskdəki təkadamlıq kamerada saxlanılmış, yalnız müharibədən sonra azad olunmuşdur. Onun əri – uzun illər Bakı çekasında işləmiş Stanislav Fransoviç Redens 1938-ci ildə Beriyanın fitvası ilə tutularaq güllələnmişdur. Stalinin arvadı Nadejdanın qardaşı Pavel Alliluyev zirehli tank idarəsində xidmət göstərərkən günahsız tutulanları müdafiə etdiyinə görə Stalinin qəzəbinə düçar olmuş, 1938-ci ildə 40 yaşında ikən müəmmalı şəkildə öldürülmüşdür. Onun arvadı Yevgeniya Aleksandrovna 1947-ci ildə tutulub on illik həbs cəzasına məhkum olunmuşdur. Pavel və Yevgeniya Alliluyevlərin qızı Kir Pavlovna Alliluyeva 1948-ci ildıə həbs olunmuş, yalnız Stalinin ölümündən sonra azad edilmişdir. Stalinin birinci arvadından olan oğlu Yakovun arvadı Yulya 1941-ci ildə həbs olunmuş, yalnız ərinin ölümündən sonra (1943-cü il) azad olunmuşdur. Stalinin birinci arvadı Yekaterina və ikinci arvadı Nadejdanın ölümü də müəmmalarla doludur.
    Son zamanlar üzə çıxan sənədlərə görə Stalin “yaxın adamlarının” şəkillərindən ibarət albom tərtib etmişdir. O, albomdakı şəkilləri ardıcıl olaraq nömrələyər, bəzən şəkildəki adamlar barədə qısa, kəskin ifadələr yazardı. Şəkillər “1” və “2” rəqəmi ilə nömrələnərdi, “1” – ölüm, “2” – həbs, sürgün demək idi. Hökmdar çox zaman öz tanışlarının şəkillərinin altından “1” rəqəmini yazardı... Görkəmli inqilabçılardan bir çoxu haqqında çıxarılan ölüm hökmləri bizə həmin rəqəmləri xatırladır. Təkcə bu faktı unutmayaq ki, 17-ci partiya qurultayının yüzlərcə nümayəndəsi gizli səsvermədə Stalinin adını siyahıdan pozduqları üçün sonralar “cavab” verməli olmuşlar. SSRİ Konstitusiya komissiyasının 30 üzvündən 16 nəfəri güllələnmiş, 2 nəfəri intihar etmişdir. Onların əksəriyyətinin ailə üzvləri cəzalandırılmışdır. Axır vaxtlar Stalinlə bağlı mətbu yazıların sayı sürətlə artmaqdadır. Yeni faktlar hökmdara baraət qazandırmağa heç bir əsas vermir. Bəziləri belə fikir yürüdür ki, repressiyalarda Stalinin şəxsi günahı olmamışdır. Doğrudanmı? Məsələn, belə bir faktı xatırladaq: N.Xruşov XX qurultaya 41 min adamın adı olan 40 siyahı təqdim etmişdir. Həmin qara siyahının altında Stalin və Molotovun imzası durur. Təkcə 1937-38-ci illərdə Stalinin imzaladığı 383 siyahıda yüz minlərlə ölümə məhkum edilmiş adamın adı vardır.
    Stalin siyasətdə “klassik variantlardan” bacarıqla istifadə edirdi. Fövqəladə komissiyaya (V.Ç.K.) başçılıq edən Yaqodanın 30-cu illərdə törətdiyi qanlı cinayətlərin izini azdırmaq üçün Stalin tezliklə onun özünü aradan götürüb əvəzinə Yejovu təyin etdi. Yejov Yaqodanın fəaliyyətini davam etdirərək milyonlarla adamı ağır cəza və işgəncələrə məruz qoydu. 30-cu illərin sonlarına yaxın Yejov “sosialist qanunçuluğunu ciddi şəkildə pozduğu üçün güllələndi”. Mərkəzi Komitə və Nazirlər Soveti 1938-ci il noyabrın 18-də yeni qərar qəbul etdi. Həmin qərarda düzgün aparılmayan istintaq işlərinin qadağan edilməsi tələb olunurdu. Deməli, sovet qanunları humanizm tələb edirdi. Tezliklə belə bir “humanist” tapıldı: bu L.Beriya idi.
    Stalin hakimiyyət pillələrində həmin şahmat gedişlərindən istifadə etmişdi. Əvvəlcə Zinovyev və Kamenevin yaxından köməkliyi ilə Trotski ifşa edilmiş, sonra Buxarin, Rıkov və başqalarının səyi ilə Zinovyev, Kamenev cəzalandırılmış, daha sonra Malenkov, Mikoyan, Molotov, Kaqanoviç və digər partiya rəhbərlərinin “yardımı” sayəsində Buxarin, Rıkov güllələnmişdir. Bu dövrdə Stalinin hiyləgər siyasəti minlərcə bolşeviki qətlə yetirilmişdir. Stalinin Orconikidze, Frunze, Kirov, Kuybışev kimi “silahdaşlarının” ölümü bu günə qədər sirli qalmaqdadır. Stalin bu cür məkrli, siyasi oyunu ilə sovet marşallarından Blyuxer, Tuxaçevski və Yeqorovu da aradan götürmüşdür: bunlar ilk beş marşaldan üçü idi.
    Aradan götürülmüş adamların əksəriyyəti Stalinin özünün şəxsən tanıdığı görkəmli bolşeviklər idi. Onların demək olar ki, hamısı “partiya və dövlət adından” məhkum olunmuş, “xalq düşməni” kimi güllələnlərdir. Bu cür avantüraçı hökmlər partiya orqanlarında uzun müddət davam etmişdir. Hətta bu günün özündə belə iri və xırda stalinlər öz şəxsi mənafelərinə uyğun gəlməyən müddəaları “qatı cinayət faktı” kimi qəbul edir, həmin müddəaların müəlliflərini isə “partiya adından” cəzalandırmağı vacib bilirlər. Bu, görünür, idarəetmə sistemində ən asan çıxış yoludur. Bütün bu cinayətlətə qol qoymaq hökmdar üçün nəyə görə vacib idi? Bu cür qeyri-bəşəri cinayət hadisələrinin son məqsədi nə idi? Öz talelərinin, ömürlərinin əzəli mənasını inqilabi işdə, cəmiyyətin azadlıq ideallarından axtaran mətin insanların həyatının ölüm hökmü ilə, işgəncələrlər, sürgün yolları ilə başa çatmasının səbəbi nədə idi? Yəqin ki, hər şeydən əvvəl Stalinə hakimiyyət xofu əzab verirdi. O, şəxsi hakimiyyətini möhkəmlətmək üçün hər cür avantüraya hazır idi. Məsələ təkcə bununla bitirdimi? Yox. Stalinin gözətçi və köməkçilərinin dediyinə görə hökmdar ömrünün son illərində gecələr çox az yatır, yuxusuzluqdan əzab çəkir, tez-tez qeyri-adi göstəriş və əmrlər verirdi. Bəzi sənədlərdə göstərilir ki, o, ağır xəstəliyə mübtəla olmuşdu – paronoik idi. İndi bu versiyanı sübut etmək olduqca çətindir. Amma hər halda belə bir faktı sübut etməyə ehtiyac yoxdur ki, Stalin sosial paranoyaya mübtəla olmuşdu.
    Stalinin ağır cinayətlərini təkcə onun özünə şamil etmək doğru olmazdı. Sovet filosofu A.Butenkonun dediyi kimi, həmin cinayətlərdə Stalinlə yanaşı Siyasi Büronun bütün tərkibi məsuliyyət daşıyır. Çünki onun “silahdaşları” sosializm haqqında “Stalin konsepsiyasını” bəyənmiş və onun həyata keçirilməsi üçün “əllərindən gələni” əsirgəməmişlər. Bizcə bu cür qənaət tamamilə doğrudur. Əlbəttə, şəxsiyyətlərin törətdikləri cinayətlərə sistemin özündən gələn nöqsanları, naqis cəhətləri də əlavə etsək fikir tamamlanır. Bax, bizim Stalinin öz yaxın adamlarına münasibəti haqqında olan söhbətimiz elə buradaca başa çatır.

     Simferopolda Krım-tatar xalqlarının problemi üzrə dövlət komissiyası öz işinə başlamışdır.

    26 iyul 1990-cı il

























    HƏFTƏNİN MOZAİKASI

     Kuzbas şaxtaçıları indi də “tütün qiyamı” qaldırıblar.
     Tbilisidə şəhər partiya təşkilatının qərarı ilə Leninin abidəsi götürülüb.
     Moldova SSR Ali Soveti fövqəladə sessiyasında qərara alınmışdır ki, respublika vətəndaşları 1991-ci ilin yazından etibarən öz ərazisində hərbi qulluqda olacaqlar.
     “Nasosnı” adlı yaşayış məntəqəsi Azərbaycanın məşhur xeyriyyəçisi H.Z.Tağıyevin şərəfinə “Zeynalabdin qəsəbəsi” adlandırılmışdır.
     Laçın rayonuna yardım məqsədilə xeyriyyə hesabı açılmışdır.

    “Pis pisliyindən əl çəkmirsə yaxşı yaxşılığından niyə əl çəkməlidir?” Böyük hikməti var bu məsəlin. Başqalarına yaxşılıq etmək, dara düşənlə əl tutmaq bizim xalqımızın ən gözəl keyfiyyətlərindəndir. Elə çox vaxt da açıqürəkliyimizin səxavətliliyimizin oduna düşmüşük. Başqasına rəva görmədiyimizi özümüzə görmüşük. Pisliyə yaxşılıqla cavab qaytarmışıq, zəhər verəni şərbətlə qarşılamışıq.

    Bir sözlə, xeyirxahlığın kökü xalqımızın ürəyindən su alır. Bizdə xeyriyyəciliyin də yaşı elə xalqın özü qədər qədimdir. Amma rəsmi xeyriyyə təşkilatları, cəmiyyətləri ötən əsrin sonlarından etibarən təsis olunmağa başlamışdır. Məşhur Azərbaycan xeyriyyəçisi H.Z.Tağıyevin xalq yolunda çəkdiyi əziyyətləri, nəsillərə örnək ola biləcək səxavəti xatırlatmaq yerinə düşərdi. On illər boyu xalqın yaddaşından onun xeyirxah əməllərini pozmaq üçün aparılan təbliğat işinin heç bir əhəmiyyəti olmamışdır.
    Bizdə sosializmin təntənəsi prosesində az qala bütün sosial, iqtisadi, mədəni problemlərin həll edildiyi elan olunmuş, xeyriyyəçilik işi tamamilə unudulmuşdu. Bəs əslində vəziyyət necədir? Bu gün Azərbaycan respublikasında bir milyona yaxın işsiz var. Rüşvətin, dilənçiliyin, oğurluğun, quldurluğun... günü-gündən artmasının bir səbəbi də bununla bağlı deyilmi?
    İlahi, ölkədə nə qədər dilənçi olar? Həm də düşünəndə ki, bu dilənçilərin xüsusi çəkisi Azərbaycanda başqa respublikalarla müqayisədə dəfələrlə çoxdur, adam öz-özünə sual edir: Bəs, biz hara baxırıq? Bəs bizim xeyriyyə cəmiyyətləri nə işlə məşğuldur?
    Açıq demək lazımdır ki, ölkənin heç bir şəhərində Bakıda olduğu qədər dilənçi yoxdur. Bəyəm həmin dilənçilərin ailə vəziyyəti, yaşayış tərzi ilə maraqlanıb müəyyən tədbirlər görmək olmazmı? Bəlkə qaçqınlar komitəsinin nəzdində ümidi hər yerdən üzülmüş, əl açıb dilənməyi özünə rəva bilən bu adamların taleyi ilə də maraqlanan qrup fəaliyyət göstərə bilərdi? Və ya Bakı Soveti öz bədbəxt, binəsib sakinlərinin siyahısını çıxarıb real tədbirlər planı hazırlaya bilməzdimi? Hələ milis işçilərini, asayiş keşikçilərini demirəm. Amma eşidəndə ki, milisin özü elə həmin o dilənən adamların “payından” faiz tələb edir, məsələnin necə qəliz olduğu aydınlaşır.
    Avtobusda iki nəfərin söhbətini xatırlayıram: “Şəhərdə nə qədər dilənçi olar? Bəs hara baxır buranın böyükləri?”, “Elə böyüklərin özü də dilənməklə məşğuldur. Dilənçi yazıq 5-10 qəpik istəyir, bunlar isə 5-10 minlə də kifayətlənmirlər”. Bəlkə həqiqətən aşağılarla yuxarıların əməlləri arasında analoji oxşarlıq, yaxınlıq vardır? Bəlkə də aşağılar yuxarıları yamsılayır?
    Niyə bizim xalqımızın xeyriyyəçilik işləri unudulmağa başlayıb? Bəyəm xeyirxah əməlləri barədə xalq içində ibrətamiz söhbətlər gəzən M.Cəlil, Ü.Hacıbəyov, N.Nərimanov, C.Cabbarlı, S.Vurğun bizim bu günümüzə örnək ola bilməzmi? Bəs hara baxır bizim adlı-sanlı ziyalılar? Biz hara gedirik?
    Mənim yadımdadır ki, uzaq keçmişdə yox, elə 15-20 il əvvəl ali məktəb müəllimləri əyin-başı köhnə olan, kasıb dolanan tələbələrə kömək edər, onlara ustalıqla (tələbənin şəxsiyyətinə toxunmasın deyə) yardım göstərərdilər. Bəs indi vəziyyət necədir? Bu günün müəllimi dünənkindən hansı cəhəti ilə fərqlənir? İndi tərəflərin yeri dəyişib: tələbə müəllimə “əl tutur”, “yardım edir”. Zaçot kitabçasının arasında “iyirmibeşlik”, “əllilik”, “yüzlük” uzadan tələbələrin söhbətini tez-tez eşitmək mümkündür. Özü də hər yerdə. Görəsən bunu necə qiymətləndirmək olar: faciə, yoxsa məzhəkə kimi?
    Belə “xeyriyyəçilik” xalqı kütləvi dilənçiliyə aparmırmı? Həm də söhbət təkcə maddi yox, həm də mənəvi dilənçilikdən gedir.
    Söhbətimizin əvvəlində qeyd etdik ki, səxavət və xeyirxahlıq göstərmək bizim xalqımızın əzəli cəhətlərindəndir. Bəs indi bu keyfiyyət niyə unudulur? Bəlkə hamı pis dolanır, kasıb yaşayır? Axı, belə deyil. Məsələ burasındadır ki, imkansız adamların əlində olub-qalanı qoparmağı özünə rəva bilənlərin əksəriyyəti vəzifə adamları, imkan sahibləridir.
    Mən yenə bayaqkı mətləbə qayıtmaq istəyirəm və təklif edirəm: dilənçilərə qarşı səlib yürüşü elan etməyin vaxtı yetişib. Mənim bu fikrim sizi çaşdırmasın, söhbət ümumiyyətlə, dilənçilikdən gedir. Həqiqətən heç bir şəhərdə, az qala heç bir ölkədə bizim respublikada olduğu qədər dilənçi yoxdur və onlara yardım məqsədilə təcili tədbir görülməməlidir: məscidlər və “Qayğı” xeyriyyə cəmiyyəti öz respublikasının vətəndaşına real kömək əli uzatmalıdır. Şəhər və qəsəbə sovetləri ərazisində yaşayış qeydiyyatında olan sakinlərin siyahısını tərtib edib onlara maddi yardım göstərməlidir. Bu sahədə hüquqi və ictimai təşkilatların gücünü səfərbər etmək gərəkdir. Düzdür, xalqın ümumi gün-güzəranı o qədər də yüksək səviyyədə deyil. Amma dilənçiliyə meyl millətin bütün psixologiya və əxlaqını korlayır. Elə buna görə də kinli təkcə birmənalı “dilənçi” adı daşıyanlarla iş başa çatmır, az qala bütün zümrə və təbəqələrdə, eləcə də peşə-sənət sahibləri arasında bu cür “vəzifəyə” malik adamlar, yaxud adamlar ordusu yetişdirilir; müəllim-dilənçi, prokuror-dilənçi”, “Raykom-dilənçi”, “nazir-dilənçi... Dilənçilik xalqı mənəviyyatsızlığa, uçuruma sürəkləyir. Bax buna qarşı həqiqi səlib yürüşü elan edilməlidir...
    Nəhayət, respublika hökumətinin başçıları bütün peşə və sənət sahələrində işləyənlərin maaşının yüksəldilməsi barədə ciddi düşünüb təcili tədbirlər görməlidir. İndi heç kəsə sirr deyil ki, bizdə az qala hamı oğurlayır, “daşıyır”, “çırpışdırır”. Adamlarda dilənçilik psixologiyasının yaranmasının başlıca səbəblərindən biri də onlara dilənçi maaşı verilməsi, xalqın maddi həyat şəraitinin aşağı səviyyədə olmasıdır. Əlbəttə, tərbiyə işini də unutmaq olmaz. Bu isə, daha geniş söhbətin mövzusudur...
    Xeyriyyə cəmiyyətlərinin sayı günü-gündən artır. Bəs xeyriyyə işinin özü nə səviyyədədir? Bax, bu məsələ barədə daha ciddi düşünməyin vaxtı çatıb, özü də çoxdan.
    Xeyirxahlıq babalardan qalıb. Qoy ürəyimiz xeyirxahlıqdan su içsin, yaxşılıqdan od alsın, səxavətdən nur əmsin. Onda dünyamız özü boyda xeyirxahlıq heykəlinə çevrilir.
    13 sentyabr 1990-cı il

    HƏFTƏNİN MOZAİKASI

     ABŞ Ermənistan respublikasına 9,8 milyon manat həcmində yardım etmək barədə qərar qəbul etmişdir.
     Rumıniyanın paytaxtında yataqxanaların çatışmazlığına görə tədris ili nümayişlərlə başlanmışdır.
     Kuba rəhbəri F.Kastro ölkədə inqilabi müdafiə komitəsinin 30 illiyi təntənəsində çıxış edərək əhalini “Lenin ideyalarının müdafiəsinə” çağırmışdır.
     Sentyabrın 30-da Azərbaycan SSR Ali Sovetinə və yerli Sovetlərə seçkilər.

    ...Mən qəsdən, bilərəkdən son informasiyada “başa çatmışdır” ifadəsini işlətmirəm. Axı, seçkilər... hələ qurtarmayıb. Hələ mübahisələr, yeni “tur” üçün mübarizələr davam edir.
    Yeddi milyon əhalinin irəli sürdüyü 1.200 nəfərə yaxın namizədin deputat mandatı almaq uğrunda mübarizəsi yəqin ki, hələ xeyli müddət davam edəcək. Kim qalib gələcək? Kim deputat olacaq?
    Artıq deputatların müəyyən hissəsi məlumdur. Amma tam deputat korpusunun təşkil olunmağı üçün hələ xeyli vaxt gərəkdir.
    Kimdir ilk deputat? Son sevinci kimdir? Suallar... Suallar...
    Dediyimiz kimi, artıq ilk nəticələr məlumdur. Yəni biz deputatlarımızın xeyli hissəsini tanıyırıq: adı, iş-gücü məlum və naməlum olan adamlar... Populyar və “gizli” siyasətçilər. Məşhur və az tanınan Vətən övladları...
    Bizim günlərin seçkiləri heç də adi vaxta təsadüf etmir; fövqəladə vəziyyət şəraitində keçirilən seçkilərin öz problemləri, öz çətinlikləri var.
    Kimdir bizim deputatlarımız? Açığı, bu suala cavab vermək, ilk proqnozları ümumiləşdirmək olduqca çətindir. Gəlin, əvvəlcə deputatlarımızın yox, bir daha deputatlığa can atan namizədlərin kimliyi barədə düşünən. Çünki deputat korpusu elə həmin namizədlərdən yaranacaq...
    Mətbuatda çıxan yazılara və dildə-ağızda gəzən söhbətlərə istinasən deyə bilərik; biz ilk dəfədir ki, demokratik seçkilər keçiririk. İlk dəfədir ki, ürəyimizdən keçən adamın namizədliyini irəli sürürük. İlk dəfədir ki, seçkilərə belə həyəcanlı, tərəddüdlü, təzadlı düşüncələrlə gedirik. İlk dəfədir ki, irəli sürülən namizədi qəbul etmək niyyətində deyilik...
    Kimdir bizim deputatmız?..
    Şəxsən mənim işlədiyim müəssisədən – Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutundan respublika Ali Sovetinə on nəfərə yaxın namizəd irəli sürülüb. Hələ şəhər və rayon sovetlərinə irəli sürülən namizədləri demirəm. Bəri başdan onu bilirdim ki, çoxu layiqli, gərəkli namizədlərdir. Öz sözü, dəsti-xətti olan adamlardır. Axı, bir də ki, niyə təəccüblənməliyik: bəyəm parlamentdə filosof və hüquqşünasların çoxluğu bizi sevindirməli deyilmi? Əksinə, tanıdığım ləyaqətli alimlərin bir çoxunun seçki kampaniyasından kənarda qalması ən azı təəssüf doğurur. Amma gərək bir faktı da gizlətməyən: müxtəlif təşkilatların irəli sürdüyü namizədlər arasında təsadüfi adamlar da az deyildi. Öz seçicilərinə pal-paltar, toyuq-cücə, ət-yağ, talon, pul... paylayan namizədlər barədə çoxlu söz-söhbət gəzir. Bunlar, necə deyərlər, “real” yardımdır. Fantastik vədlər verən namizədləri də buraya əlavə etsək mənzərə aydınlaşar.
    Ali məktəb rektorları gələcək tələbə qəbullarının obyektivliyi barədə vədlər verir...
    Nəşriyyat direktorları öz platformalarını bahalı, kağızlarda çap etdirib divarlara yapışdırtdırırlar (Görəsən, kimin hesabına?)...
    İdarə, müəssisə rəhbərləri öz səlahiyyətlərində olan işçiləri qapılara salıb təbliğat apartdırırlar...
    Qoltuğuna “Quran” vurub öz seçicilərinə and içdirən namizədlər də var.
    Mövcud platformaların ümumi məzmunu az qala eynidir: hamı “suverenlik”, “mübarizə”, “milli ordu”, “dirçəliş”, “qələbə” sözlərini gen-bol işlədir.
    Kimlərdir bu adamlar? Nə gizlədək, namizədlərimiz arasında dünənədək “mafioz”, rüşvətxor, fırıldaqçı, kələkbaz kimi tanıdığımız adamlar da yox deyil. Tutaq ki, növbəti sessiyalarda həmin “deputat” söz alıb ayağa duracaq, öz seçicilərinin rəyini ifadə edəcək. Maraqlıdır, seçicilər öz “deputatlarını” necə qarşılayacaqlar? Və həmin “deputat” öz “seçicilərin” nə cür təmsil edəcək?
    Mən ayrı-ayrı görüşlərdə bəzi namizədlərin bir sıra vədlərini xatırlayıb tərəddüd edirdim: su çəkdirəcəm, ev tikdirəcəm, yolları asfaltlaşdırıb, qəsəbəni telefonlaşdıracağam və s. və i.a.
    Adam öz-özünə fikirləşir: yəni doğurdanmı bizdə konkret işlər icra etmək üçün konkret idarə və müəssisələr yoxdur? Əgər varsa onların rəhbərləri nə işlə məşğuldur? Axı, parlament sırf siyasi mahiyyət daşıyan institutdur. Siyasətlə məşğul olmaq üçün isə müəyyən hazırlıq, səviyyə tələb olunur...
    Sən öz işinin öhdəsindən necə gəlirsən, yoldaş müdir?
    Sən niyə öz kollektivinin qayğıları ilə məşğul olmursan, vətəndaş baş direktor?
    Sən niyə öz xəstələrinin harayına tələsmirsən. Hippokrat andı içən həkim?..
    Bəlkə sən sadəcə olaraq öz stolunda öz yerini bərkitməyə səy edirsən?
    Bəlkə sənə “deputat” adı “ehtiyat” üçün, “pis gün” üçün lazımdır?
    Bəlkə ad-san, şöhrət xəstəliyinə mübtəla olmusan?
    Suallar çoxdur. Amma başlıca bir sual da var ki, gərək hər birimizin narahat eləsin, düşündürsün: sən öz deputatını tanıyırsanmı?
    Bəli, suallar çoxdur. Cavablı, cavabsız suallar...
     Yaponiya elektron şirkətinin icad etdiyi yeni videomaqnitofon səslə verilən əmri yerinə yetirir.
     SSR EA Sosiologiya İnstitutunun əvvəlcədən verdiyi məlumatı, ilkin proqnozlara görə növbəti ildə “Komsomolskaya pravda” qəzetinin 15 milyon abunəçisi olacaq. Bəs, bizim rubrikanın dərc olunduğu qəzetin – “Azərbaycan gəncləri” qəzetinin gələn ilki oxucularının kəmiyyəti barədə nə demək olar?..
    4 oktyabr 1990-cı il





















    HƏFTƏNİN MOZAİKASI

     1982-ci ildən bəri İraqa 10 milyon dollar məbləğındə silah satmış SSRİ artıq bu “sazişə” son qoymuşdur.
     Yuqoslaviyada yaşayan serblər özləri üçün muxtariyyət tələb edirlər.
     Sovet və xarici mətbuatda dərc olunmuş maraqlı yazıların xülasəsini verən yeni qəzet – “Ayna” Azərbaycan və rus dillərində nəşrə başlamışdır.

    Son bir-iki ildə bizim respublikada nəşrə başlayan yeni qəzet və jurnalların natamam siyahısına nəzər salanda istər-istəməz dərindən nəfəs almalı olursan; axır ki... çətinliklə də olsa fikir prülarizminə yer verilməkdədir. Axır ki, hamının eyni cür fikirləşmədiyinə inanmağa başlayırıq. Axır ki, “başqa cür düşünənlərə” də qulaq asanlar tapıldı. Axır ki... İndi “Azərbaycan”, “Azadlıq”, “Yeni fikir”, “Respublika”, “Ədalət”, “Aydınlıq” kimi yeni qəzetlər, “Gənclik”, “Xəzər”, “Karvan”, “Araz” kimi gənc jurnallar adamları narahat edən suallara çox vaxt öz “qocaman həmkarlarının” bir çoxundan daha sərrast və dolğun cavab verir.
    Mətbuat get-gedə adamların həyatına, dərd-sərinə daha yaxından nüfuz edir, aydınlaşır, dünyəviləşir. İndi mətbuat siyasi hakimiyyət orqanlarının əlində bir təzyiq olmaq vəzifəsindən get-gedə uzaqlaşır. Mətbuat orqanları, jurnalistlər dayaz siyasi oyunbazların buyruq qulu olmaq “şərəfindən” imtina edirlər.
    Mətbuat özünün yeni mərhələsinə - renosans (intibah, dirçəliş) dövrünə qədəm qoyur. Biz respublikamızda nəşr olunan mətbuatın 1910-20-ci illərdəki kəmiyyət və keyfiyyət səviyyəsinə indi-indi yaxınlaşırıq. Biz əsrin əvvəllərində fəaliyyət göstərən qəzet və jurnallarda çalışan mühərrir və qələm sahiblərinin peşəkarlıq, cəsarətlilik səviyyəsinə indi-indi can atırıq...
    Sovet həyat tərzində son vaxtlara qədər qəribə bir jurnalist, mətbuat adamı obrazı yaradılmışdı: yarıhəqiqət, yarımif olan həmin jurnalist az qala “romantik peşə sahibi” hesab olunurdu. Heç bir hədə-qorxudan çəkinməyən, həqiqətin gözünə dik baxan, hər cür eybəcərliyə qarşı vuruşan jurnalistin natamam obrazına daha nəyi əlavə etmək olardı? Amma biz həqiqətən çox çətin, çox ağır bir sənət sahibi olan jurnalisti bu gün nə tənqid etmək, nə də onu yazımızın “müsbət qəhrəmanı” kimi təqdim etmək niyyətində deyilik. Doğrudur, başqa peşə sahibləri kimi jurnalistlərin də arasında pis və yaxşılar yox deyildir. Amma insaf naminə deməliyik ki, jurnalisti başqa peşə sahiblərindən fərləndirən, onu “kütləvilikdən” ayıran cəhətlər də var; o da bundan ibarətdir ki, jurnalist əhliqələmdir, yəni qələm adamıdır. Etiraz edib deyə bilərlər ki, indi əhliqələm olmayan kimdir? İndi hamı, allaha şükür, yazı-pozuyla məşğuldur. Orası elədir. Amma jurnalistin qələm götürməsi bir az başqa məqsəd gedür. Məsələn, bir var, ərizəbaz qələmə sarılır, bir də var, jurnalist. Bir var yazıçı masa arxasına keçir, bir də var jurnalist. Jurnalistin başqa əhli-qələmlərdən fərqi orasındadır ki, o yazılarının əsas cövhərini çox vaxt elə ayaq üstəcə bloknotuna köçürür. Jurnalist bəzən ruhuna düşməyən mövzular qələmə almalı olur. Jurnalist hərdən döşünə yatmayan adamı tərifləməli olur (bəzən də əksinə). Amma jurnalisti fərqləndirən ən başlıca bir cəhət var: o da bundan ibarətdir ki, haqqında danışdığımız bu əhli-qələm hər gün qələmlə üzbəsurət durub söhbət eləyən yeganə peşə adamıdır. Özüylə, öz qələmiylə söhbət eləyən keyfiyyət, mütləq üstün olmalıdır – həssaslıq. Yəni mən inanmıram ki, hətta, ən “qalın” jurnalistin ürəyində belə zərrə qədər də olsa insaf qalmasın. Özünə hesabat verən, qələmlə danışan adam zahirən başqa cür görünsə də, daxilən heç vaxt laqeyd ola bilməz.
    Məcburam ki, tez-tez müraciət edilən bir misalı mən də xatırladım: jurnalistlər bütün peşə sahibləri arasında az qala ən qısa ömür sürən adamlardır.
    Mətbuat adamının başı çox vaxt qeyli-qallı olur. Çox vaxt həm “yuxarıların”, həm də “aşağıların”, məzəmmətinə dözməli olur; “bığ-saqqal” haqqındakı məsəl yada düşür.
    İlin bütün fəsillərində bütün günlərində mətbuat işləməlidir: deməli, jurnalist üçün vaxt və məkan qadağası yoxdur. Sifariş verilən və ya onu özünə çəkən mövzuları qələmə almaq üçün o bütün minik vasitələrində (və lazım gələrsə piyada) səfərə hazır olmalıdır.
    Bəzən vəzifəli bir şəxsin ünvanına deyilən tənqidi qeyd üçün uzun-uzadı sorğu-suallara cavab verməli olur mətbuat adamı. Jurnalistə qənim kəsilən bütöv sənət və sistem sahibləri də var. Belələrinin əlində imkan olsa məhv edər sadə əhli-qələmləri. Lap həqiqət üçün öz qanı bahasına cavab verən jurnalistlər də az olmur. 1989-cu ildə dünyanın müxtəlif ölkələrində 65 jurnalist öldürülmüş, 241 jurnalist həbsə alınmışdır.
    Bizim jurnalistlər ordumuzun əsgərləri də öz yazılarının ömrünü uzatmaq üçün çox vaxt özlərinin ömürlərini gödəldirlər. Bəzən öz mövqeyinin doğruluğunu sübut etməkdən ötrü məhkəmə qarşısında cavab verməli də olurlar. Yeri gəlmişkən, bu yazının çap olunduğu qəzetdə iki il əvvəl çıxan bir məqalə üçün jurnalist dostlarımızdan biri günlərlə məhkəməyə ayaq döyməli olmuşdu. Əsassız yerə institutdan uzaqlaşdırılan “adamsız” tələbəni müdafiə etdiyi üçün institutlardan birinin vəzifəli şəxsləri mətbuat adamından məhkəməyə şikayət yazıb onu get-gələ sala da, necə deyərlər, axırda “ədalət zəfər çaldı”. Amma belə “zəfər” üçün adam nə qədər əsəb gərginliyinə məruz qalır, nə qədər vaxt itirir?!
    Bizdə son vaxtadək mətbuatı və mətbuat adamını qoruyan (həm də təkcə qoruyan yox) və eləcə də mətbuat azadlığı haqda qanun yox idi. İndi belə bir qanun qüvvəyə minsə də, “gizli”, “yazılmamış” qanunlar hələ də maneələr törədir, buxova çevrilir.
    Fikirləşəndə ki, İsveçdə mətbuat azadlığı haqqında qanun 1766-cı ildə qəbul olunub, 224 il gecikdiyimiz üçün təəssüf hissi keçirsək də, mətbuat haqqında qəbul olunmuş qanunun nə vaxtsa tamamilə tətbiq olunacağına ümid bəsləyirik.
    Bütün bu qayğılı düşüncələrin içindən keçərək mətbuata rəğbət bəsləyən bütün kəsləri belə bir nikbin ovqatla əmin edə bilərik ki, bu gün mətbuata güclü gənc qüvvələr gəlib. Mətbuatımızın sabahı, jurnalistlər demiş, - etbarlı əllərdədir.

     Erməni milli ordusunun quldurları Azərbaycana – Qazax rayonun kəndlərinə növbəti vəhşicəsinə basqınlar etmişlər. Hərbçilərin, milis inşçilərinin və dinc sakinlərin arasında ölənlər və yaralananlar vardır.
    23 avqust 1990-cı il













    NOVRUZ.O, partiyaların fövqündədir

    Günlərin də taleyi insanların taleyinə bənzəyir. Sevincli, kədərli, dərdli, nəşəli günlər... Xoş keçən günlərə “bayram” deyirik. Məsələ burasındadır ki, elə bayramlar da taleyi insan talelərini xatırladır.

    Bayram var ki, elə elan olunduğu gündən “bayram” statusu qazanır, necə deyərlər, toylu-bayramlı olur. Bayram da var ki, elə əzəldən başı qovğalı qeylü-qallı olur. Novruz bayramı sonunculara aiddir. Deyəsən o, elə bayram elan olunan vaxtdan mübahisələrin mərkəzindədir.
    Əslində, Novruz astronomik bayramdır: gecə ilə gündüzün bərabərləşdiyi gün-an min illərdir ki, şadyanalıqla qeyd olunur. Sonralar həmin astronomik an milli, mənəvi, əxlaqi... keyfiyyətlər ehtiva etməyə başlamışdır. Sonrakı illərdə dinlə heç bir əlaqəsi olmayan, ilkin mərhələdə əkin-biçin adamlarının bayramı kimi qeyd olunan Novruza, dini libas geyindirməyə çalışanlar da tapıldı.
    Əgər xatırınızdadırsa yaxın keçmişdə - sovet dönəmində partokratlar Novruzun geniş dairədə keçirilməsinə qısqanclıqla yanaşır, hətta buna maneçilik törətməyə çalışırdılar. Amma partokratların cidd-cəhdinə, qadağa çağırışlarına baxmayaraq insanlar öz tarixi-təbii bayramlarını sevinclə qeyd edər, maneə və hücumlara qorxmadan sinə gərərdilər.
    Sovet hakimiyyəti və partokratiya öz ömrünü faciəvi şəkildə başa vurdu. Məsələ burasındadır ki, indi partokratların yerini tədricən teokratlar (yəni sadə şəkildə izah etsək – mollakratlar) tutmaqdadır. İndi az qala bütün tədbirlərin – təqdir və qadağaların önündə mollalar və ya dini fanatlar gedir.
    Teokratlar da partokratlar kimi Novruzun əleyhinədir. Onlar, ümumiyyətlə bayramı, sevinci, gülüşü sevmirlər. Onlar üçün ən önəmlisi yasdır. Onlar özlərininkindən başqa özgə bir avazı xoşlamırlar; elə bu cəhətə görədir ki, molla musiqi və xanəndə səsi də eşitmək istəmir. Əlbəttə, burada söhbət heç də bütün din xadimlərindən gəlmir; bizdə dünyəvi dəyərlərə qiymət verən, pisi yaxşıdan ayırmağı bacaran ilahiyyatçı və ya sadə dindarlar az deyildir. Amma burası da var ki, indi müxtəlif dünyəvi hadisə və proseslərlə bağlı fətva (fitva) verən din xadimlərinin sayı artıb. Elə Novruz bayramının qismətinə də hərdən bu cür fetvalar düşür. Amma xalq heç nəyə baxmadan öz bayramını keçirməkdədir.
    Xalqımız ötən illərdə olduğu kimi bu il də hər cür kratiyanın – siyasi, dini baxışları fövqünda dayanan ecazkar bayramı – yeni günü layiqincə qarşılayıb yola saldı. Beləliklə, təbiət kimi insanlar da bir Novruz ömrü yaşadı.
    30 mart 2002-ci il



    Oxucu və kitabxana
    Müşavirə

    Oxucu-kitabxana problemi ilə bağlı keçirilirdi. Elə müşavirənin keçirildiyi rayonda – 35 minə yaxın əhalisi olan Xanlarda nə az, nə çox düz 20 min oxucu (!?) var. Qəribədir deyilmi? Nazir müavininin həmin “statistik rəqəmlə” bağlı iradı haqlı idi: səslənən “faktdan” belə çıxır ki, rayonda təkcə kitab oxuyanlar yox, habelə əlifba tanımayanlar da oxucudur.
    Əlbəttə, toplantıda səslənən bütün fikir və mülahizələr haqqında qəzet məqaləsində söhbət açmaq qeyri-mümkündür. Amma fakt budur ki, mədəniyyət işçiləri öz işlərinə “daxildən” və “kənardan” nəzər salmaq imkanı əldə edilir. Və hamının qənaəti eynidir: bu cür tədbirlər görülən işlərə yekun vurmaq və gələcək işlərə “təmas” etmək cəhətdən zəruridir. Axı, mədəniyyətin təmas nöqtəsində sakitlik axtarmaq mümkün deyil.

    13 dekabr 2003-cü il








    Hansı zamanda yaşayırsan?
    Keçmişinizi unutmayın. Amma...
    Bu yazıya kiçik esse də demək olar…

    Zaman anlayışının mahiyyəti hər birinizə fizikadan, fəlsəfədən, lap elə dilçilik elmindən qismən aydındır.
    Amma mən indiki halda zaman barədə “fəlsəfə” açmaq istəmirəm.
    Mahiyyətcə zaman- hadisələrin ardıcıllıqla dərk edilməsidir. Məsələ burasındadır ki, adamlar bəzən öz “zamanlarını” unudurlar. Qısaca məişət misalı səviyyəsində bunu deyə bilərəm: məsələn, çox güman ki, sizin hər biriniz vaxtilə “it günündə” yaşasa da “tüklənəndən” sonra həmin zamanı unudan və öz keçmişi haqda nağıllar uyduran adamları görmüsüz. Bunlara obrazlı şəkildə, əvvəlcə pişik sonra pələng olanlar da demək olar. Yəqin ki, bunun əksini də görmüsüz: məsələn, vaxtilə xalqın sərvətini çapıb-talayan, onu qoyun yerinə qoyan, sonra kasıblayan və bu zaman özünün daim ehtiyac içində yaşaması barədə “hədislər” danışan adamlara da təsadüf etmisiz. Yenə obrazlılığa müraciət etsən, bunlara da əvvəllər canavar olub sonra tülküyə çevrilənlər demək olar.
    Daim gələcək zamanla yaşayan adamlar da yox deyildir. Romantiklərdən keç kəs ziyan görməz.
    Bilirsiz ən fəlakətlisi və qorxulusu, hətta qorxuncu, hansı zamanın adamlarıdır? Əslində, vaxtilə mən onlar haqda çox yazmışam. Amma yenə yazım. Bəli, bu adamların arasında ən qorxulusu əslində heç vaxt yaşamadığı keçmiş zamanı öz həyatlarında yaşadanlardır. Deyəsən, bu cümlə kiməsə bir az anlaşılmaz oldu. Sadə şəkildə deməyə çalışım: özü, məsələn, 21-ci əsrdə yaşadığı halda, təfəkkürü 11-ci əsrdə, Nizami dövründə ilişib qalan adamları nəzərdə tuturam. Görün bir yazıq Nizami bu ağıl sahiblərinin əlindən hələ o vaxt nələr çəkib?...
    Təsəvver edin, bunlar mobil telefonla danışır, amma kimisə parçalamaq haqda düşünürlər. Yəni cismləri bu gündə, şüurları daş dövründədir.
    Keçmişi heç vaxt unutmayın. Xüsusən də öz kemçişinizi. Amma daim keçmişin xiffəti, nostaljisi ilə də yaşamayın.
    Çalışın öz zamanınızı yaşayın.














    ŞINIX

    Şınıx...
    Əslində “Şınıx” adlanan yaşayış məntəqəsi Gədəbəy rayonunun adi, kiçik kəndlərindən biridir. Lakin buna baxmayaraq, həmin kəndin əhatəsindəki digər kiçik və ya böyük yaşayış məskənləri də çox vaxt, elə bu kəndin adıyla “Şınıx” deyə çağrılır. Bundan başqa, Şınıxa xalq arasında “Şınıxdərə”, “Şınıx eli”, “Şınıx mahalı”, “Şınıx zonası” da deyirlər.

    Dediyimiz odur ki, Şınıx ərazi və əhalı resursu baxımından kiçik bir yer olsa da, öz əhatə dairəsi ilə birgə götürdükdə rayonun mühüm strateji və təsərrüfat zonalarından biri hesab olunur.
    Şınıx öz coğrafi statusuna görə də ölkəmiz üçün əlverişli, xüsusi bir mövqeyə malikdir. Bu ərazi Ermənistanın Göyçə mahalı (Krasno-Selsk rayonu) ilə sərhəddə yerləşir. Şınıx uzun illər Gədəbəyin rus (Saratovka, İvanovka), Ermənistanın erməni (Başkənd, Çəmbərək) kəndlərinin əhatəsində yerləşmişdir. İndi Başkənd kəndinin sakinləri ərazini tərk etmişlər. Daha doğrusu, daim nifaq və münaqişə zonasına çevrilmiş həmin kənd, ordumuzun əsgərləri tərəfindən 1992-ci ildə alınmışdır.
    Şınıx təkcə Azərbaycanın deyil, mübaliğəsiz demək olar ki, bütün Qafqazın ən səfalı, mənzərəli məkanlarından biridir. Bu yerlər, öz yeraltı sərvətlərinin zənginliyinə görə də diqqəti cəlb etməkdədir. Burada mineral bulaqların sayı-hesabı isə yoxdur.
    Şınıx haqqında yazılı və şifahi ədəbiyyatda kifayət qədər ədəbi-bədii materiallara təsadüf etmək mümkündür.
    Özünün təbiəti ilə yanaşı həm də zəhmətsevər insanları ilə tanınan bu yerlərdə görkəmli tarixi şəxsiyyətlər, ziyalılar, əmək və müharibə qəhrəmanları yetişmişdir. İndi təkcə şınıxlılar deyil, bütün Azərbaycan həmin insanlarla fəxr edir.
    Bizim apardırmalarımız göstərir ki, Şınıxa zaman-zaman uzaq və yaxın ərazilərdən miqrasiya etmiş insanlar toplaşmış, habelə bu ərazidən digər yerlərə fasiləsiz insan axını olmuşdur. Bu, bəlkə də ilk baxışdan təəccüblü görünə bilər. Məsələ burasındadır ki, bu gün Şınıxda mövcud olan kənd, tayfa və nəsil adlarına, eləcə də soyadlara indiki Ermənistan və Gürcüstan ərazində, habelə Orta Asiya civarında da gen-bol rast gəlmək mümkündür.
    Şınıxı rayon mərkəzindən 50-60 km-lik bir məsafə ayırır. Gədəbəydə, məlum olduğu kumu metal, xüsusən, mis emalının tarixi çox qədimdir. Arxeoloji qazıntılar, əldə olunan faktlar bu bölgədəki əhalinin hələ e. ə. üçüncü- ikinci əsrlərdə mis emalı ilə məşğul olduğunu sübut edir. Yeni dövrdə, 19-cu əsrin 60-cı illərində isə misin və qızılın texnoloji üsulla çıxarılıb emal olunması təzədən vüsət almışdır. Üzun illər buradakı mədənlərin səhmlərinə məşhur Simens qardaşları sahib olmuşdur. Həmin mədənlərdə işləyən mühəndis-fəhlə heyətinin tərkibində şınıxlılar da az olmamışdır.
    Açığını demək lazımdır ki, almanların və eləcə də rusların (malakanların) ondoqquzuncu əsrdə Gədəbəy ərazisinə gəlməsi yerli əhalinin təsərrüfat, mədəniyyət və təhsil səviyyəsinin formalaşmasında mühüm rol oynamışdır. Elə həm də bu inkarolunmaqz təsirin nəticəsidir ki, Şınıx ziyalılarının sorağı bu gün onun hüdudlarını aşmışdır.
    Z ə r u r i q e y d. Bəlkə də bir çoxları bilmir ki, 1879-cu ildə Zaqafqaziyada ilk dəmir yolu Gədəbəy-Qalakənd arasında çəkilmişdir. Həmin xəttin uzunluğu 30 km-a yaxın olmuşdur. 1883-cü ildə isə Qalakənd kəndində çar Rusiyası ərazisində ilk su elektrik stansiyası tikilmişdir. Halbuki həmin dövrdə Avropanın, Asiyanın (habelə Rusiyanın) bir çox mərkəzi şəhərlərində ağ neft lampasından istifadə olunurdu.
    Gədəbəy, o cümlədən Şınıx, özünün yerli, ölkə və dünya əhəmiyyətli abidələri ilə də məşğuldur.
    Biz “Şınıx” toponiminə ən qədim yazılarda təsadüf edirik.
    Yeri gəlmişkən, mən Şınıx eli, bu elin tarixi, habelə “Şınıx” sözünün (toponiminin) etimologiyası haqda bir neçə dəfə yazmışam. Hələ ötən əsrin 80-ci illərində o vaxtlar yarım milyona yaxın tirajla çıxan “Azərbaycan gəncləri” qəzetində bu mövzu ilə bağlı ilkin araşdırmalarım çap olunmuşdu. Yadımdadır, o vaxt oxuculardan, eləcə də Şınıxda yaşayan ziyalılardan xeyli sayda məktub almışdım. Şınıxlılar bu mövzuda aparılan tədqiqatın genişləndirilməsini arzu edirdilər. Amma çox keçmədi ki, bütün ölkəmiz kimi Şınıxın da başının üstünü qara buludlar aldı; axı Şınıx Ermənistanla az qala iç-içə olan bir bölgədir. Elə Göyçə mahalından qopub gələn ilk qaçqın köçünü də Şınıx qarşılamalı oldu.
    Mən Şınıxla bağlı bəzi müxtəsər araşdırmalar aparmışam. Qeyd dəftərlərimdə bir çox faktlar əks olunub. Şınıx toponimi haqda nə demək olar?
    Tarixə ötəri ekskursiya etsək, Şınıx sözünə ən qədim əlyazma və mətnlərdə rast gələ bilərik.
    Tədqiqatlar göstərir ki, qədim türk mənbələrində “Şınıx” bir çox hallarda “şenlik”, yəni “yaşayış məntəqəsi” mənasında işlənmişdir.
    Bəzi mənbələrdə isə bu toponimin “sınıq” sözü ilə əlaqəsi qeyd olunur. Ola bilsin ki, bununla köklü əhalinin bir qisminin nə vaxtsa Sınıq körpü yaxınlığında yaşadığı nəzərdə tutulmuşdur.
    Başqa dillərdə də Şın və Şen etnonimlərinə təsadüf olunur. Məsələn, çin dilində “Şan” (Şin) sözü dağ anlamındadır. Elə “Tyan Şan” dağı buna konkret misal ola bilər. Qazax dilində, daha doğrusu əksər türk dillərində, bu söz Tanrı dağı (Tanrı şını) mənasında işlədilir.
    S i n i x i n u sözü də bu deyilənlərə aiddir. Assurca yazılış formasında bu söz “sinix” və “in” hissələrinə ayrılır (sondakı u hərfi assur dilində adlıq hal şəkilçisidir). Türkcə “sinq”, “çinq” (məsələn, qazaxca “şınq”, tuvaca “şınq” və s. sözlər) sıldırım dağ yarğanı, alınmaz dağ deməkdir. Buradakı “in” leksemi “yarğan”, “çuxur”, “mağara” sözlərindəndir. (Bax: Мурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 234).
    Ölkəmizdə və onun hüdudlarından kənarda bir çox “Şınıx” adlı yaşayış məskənləri olmuşdur.
    Mənbələrdə oxuyuruq: Şınıx - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Kənddə 1897-ci ildə 5 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır. ( Bax: Qorqodyan Z. “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi”, İrəvan, «Melkonyan fond», 1932, 188 səh.). İndi bu ərazidə ermənilər yaşayır.
    Ermənistan ərazisindəki Şınıx yaşayış məskəni erməni dilinə uyğunlaşdırılaraq “Şnox” kimi rəsmiləşdirilmişdir. (Bax: İbrahim Bayramov. “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”).
    Şinq-Tiflis Quberniyasının Borçalı qəzasında da Şınıx toponimi (və yaşayış sahəsi) mövcud olmuşdur. Sonralar həmin kənd “Şnex” adlandırılıb.
    Bir çox mənbələrdə qeyd olunur ki, bu toponim türk dilində “əyri sıldırım dağ yamacı”, “əlçatmaz”, “dərin çuxur, xəndək” mənasında işlənən “şın” sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. (Bax: Молчанова О.Т. “Структурные типы тюркских топонимов Горного Алтая”, Саратов, Издство Саратовского Университета, 1982, 256 с. ).
    Qədim türk dillərində “çınq”, “şinq” sözləri “sıldırım” mənasını verirdi.
    Təəssüf ki, zaman-zaman Şınıx toponimlərinin hüdudu daralmağa başlayıb.
    Yaşlı adamların dediyinə görə, Şınıxda bir neçə dəfə köç olmuşdur. Bu qədim yaşayış məskənində tapılan başdaşılar, qəbirlər, saxsı və mis qablar şınıxlıların hələ qədim zamanlardan dulusçuluq və dəmirçiliklə məşğul olduğunu sübut edir.
    Sözümüzün əvvəlində dediyimiz kimi, Şınıx strateji bir mövqedə yerləşir. Ermənistanın Krasno-Selsk (keçmiş Çənbərək) rayonu ilə bu zonanı kiçik bir dağ silsiləsi ayırır.
    Təəssüf ki, bir müddət Şınıxın kəndlərində yaşayan adamların sayı ilbəil azalırdı. Əlbəttə, bunun bir sıra obyektiv səbəbləri vardı. Amma digər, belə deyək “subyektiv səbəblər” də yox deyildi. Belə ki, vaxtilə adamlar böyük şəhərlərə iş axtarmaq üçün üz tutublar. Halbuki bu kəndlərdə mini-fabrik və istehsal müəssisələri yaratmaq mümkün idi.
    Yaxşı ki, Şınıxda, daha doğrusu Şınıx kəndlərində, son zamanlar bir canlanma hiss olunur. Yeni müəssisə və fərdi yaşayış evləri tikilir.
    Son illərdə Şınıxın bir sıra kəndləri qazlaşdırılıb. Və həmin kəndlərin ərazisindəki yaşıllıq zonaları təzədən genişlənməyə başlayıb. Yollar asfaltlanıb.

    Güman edirik ki, Şınıxda quruculuq işləri get-gedə daha da genişlənəcək. Axı “Şınıx” sözünün bir anlamı da “şenlik”dir.
    13 dekabr 2003-cü il





























    Toponimləri dəyişəndə
    ehtiyatlı olmaq lazımdır...

    Bizdə yer adlarının (toponimlərin) dəyişdirilməsi heç də həmişə effektli olmur. Fikrimizi qısaca ifadə etməyə çalışaq.
    Vaxtilə bizdə Xanlar rayonu vardı. İnqilabçı Xanlar Səfərəliyev “dəbdən düşəndən” sonra həmin rayonun adını dəyişib elədilər Göygöl. Axı onsuz da bizdə Göygöl vardı. Eyni adı həm gölə, həm də rayona verməyə bəyəm bu qədər ehtiyac vardı? Yox, demirəm ki, Xanlar adı saxlanılmalıydı. Daha münasib ad tapmaq olardı
    Elə Xəzər dənizi ilə Xəzər rayonu da onun kimi.
    Sonra. Bizdə Dəvəçi adlı rayon vardı. İndi həmin rayon Şabran adlanır. Xalis türk adını əcnəbi sözlə əvəzləmək bu qədər vacib idi?
    Gədəbəy rayonunda Arabaçı adında iki kənd vardı. El arasında o kəndlərdən birinə Yuxarı Arabaçı, digərinə Aşağı Arabaçı deyirdilər. Yaxınlarda Yuxarı Arabaçının adını dəyişib elədilər Çiçəkli. Düzdür, Çiçəkli adı da pis deyil. Amma məsələ burasındadır ki, Aşağı Arabaçı olduğu kimi qaldı. Heç yuxarısız da aşağı olar?
    Bu misalların sayını yenə artırmaq olar.
    Dediyimiz odur ki, toponimləri dəyişəndə ehtiyatlı olmaq lazımdır. Axı hər adda bir tarix yaşayır.



    Rus -çeçen savaşının görünən
    və görünməyənlər tərəfi

    Savaşın görünən tərəfində mahiyyət və məqsəd aydındır: öz istiqlaliyyətini, azadlığını, suverenliyini tələb edən bir xalq imperiya ambisiyası ilə yaşayan digər bir xalqın təcavüzünə məruz qalıb...
    Bir xalqa dünyanın gözü qarşısında divan tutulur – digər bir xalq dünyaya öz ərazi bütövlüyünü qoruduğunu bəyan edir...
    Bir tərəfi “silahlı quldur dəstəsi”, digər tərəfi “silahlı qüvvələr” adlandırırlar.
    Tərəflər bir-birini ittiham edir, tərəflər bir-birini qırır.
    Tərəflərin savaşının görünən tərəfi haqqında dünyanın bütün informasiya vasitələri məlumat yayır, siyasətçilər şərhlərlə çıxış edir, diplomatlar müxtəlif təklif və versiyalar irəli sürürlər.
    Amma bu məlum və məlun savaşın görünməyən tərəfləri də var ki, həmin tərəflər də var ki, həmin tərəflər çox zaman döyüşən “cinahlardan” birinin təzyiqi sayəsində cidd-cəhdlə pərdələnir, geniş siyasi arenadan gizlədilir. Elitar dairələrdən sızan bəzi məlumat və informasiyalara isnad edərək indi təbliğ və təsdiq edilən məlumatlarla üst-üstə düşməyən gözlənilməz hərbi-siyasi rakurslara paradoksal situasiyalarla üzləşirik.
    Əvvəla, Rus ordusu özünəməxsus hərbi silah-sursatı nə məqdəslə Çeçenistan ərazisində saxlayırdı? Daha doğrusu, bir dövlətə məxsus olan hərbi arsenal hansı niyyətlə “iki dövlət” arasında bölüşdürülüdü? (Və o vaxt hansı “iki dövlətdən” söhbət gedə bilərdi?)
    İkincisi, Çeçenistanın azadlıq istəyi doğrudanmı Rusiyanı sürətlə parçalanmaya gətirib çıxara bilərdi? Axı, bu cür istəklərlə yaşayan xalqlaq Rusiya ərazisində az deyildir.
    Üçüncüsü, doğrudanmı işıqlı ideal uğrunda çarpışan kiçik xalqı belə böyük faciələrə düçar etmək kiminsə şəxsi ambisiyası ilə bağlıdır?
    Dördüncüsü, həqiqətənmi general Dudayevi aradan götürmək rus kəşfiyyatı üçün belə müşkül problemə çevrilib?
    Beşincisi...
    Altıncısı...
    Suallar çoxdur. Həm də bu suallar bu savaşın görünməyən tərəfi ilə bağlıdır.
    Hərbi-siyasi dairələrdən sızan informasiyalara görə (hərçənd ki, bu informasiyaların özü də mübahisəli və şübhəlidir). ƏVVƏLA, rus ordusu öz hərbi arsenalının bir qismini Çeçenistan ərazisində bilərəkdən, gələcəkdə həyata keçirəcəyi “konkret məqsədlər üçün” saxlayıb. Üstəgəl bu silah anbarları hərbçilərin biznes, kommersiya strukturlarına tabedir. İKİNCİSİ, Rusiya Çeçenistana divan tutmaqla həm neft bazarına tam sahib olmaq, həm ərazisində baş verə biləcək çatın qarşısını almaq, həm də digər xalqlara “dərs vermək” niyyəti güdür. ÜÇÜNCÜSÜ, məqsəd təkcə “hərbi quldur birləşmələrini” ləğv etmək yox, Çeçenistanı (və əsasən Qroznını) çeçenlərdən təmizləmək, deportasiya siyasətini həyata keçirmək, beləliklə, ən yaxşı halda, “çeçenlərsiz Çeçenistan” yaratmaqdan ibarətdir. Dördüncüsü, Rusiyanın bank, biznes, ticarət və s. strukturlarında, fəallaşmış çeçenləri (həm də təkcə onları yox) sıxışdırıb aradan çıxarmaq və bununla da tam iqtisadi ağalığa nail olmaq. BEŞİNCİSİ, Rusiya müharibəni bilərəkdən uzadır və Dudayevin aradan götürülməsini bilərəkdən yubadır.
    Altıncısı...
    Yeddincisi...
    Rusiya öz məkrli siyasətini həyata keçirmək üçün əlverişli fürsət əldə edib. Çeçen xalqı hərbi cəsarətlə yanaşı, siyasi çeviklik nümayiş etdirməlidir.

    14 mart 1995-ci il













    Bir az da rüşvət haqqında

    Son vaxtlar bir söz bizim şifahi nitqimizdən, leksikonumuzdan az qala çıxmaq üzrədir: bu “rüşvət” sözüdür. Xahiş edirəm, tez-tələsik özünüzdən çıxıb etiraz etməyə tələsməyin. Biz “rüşvət” sözünün aradan çıxdığını qeyd edirik, rüşvətin özünün yox. Axı, öz aramızdır, indi həmin ifadəni əvəz edən o qədər terminoloji vahidlər peyda olub ki, gəl görəsən. Bəziləri ona “bığ yağı”, bəziləri “şirinlik” isə “şapka” deyir. Xülasə, “rüşvət” sözü get-gedə məhdud dairədə işlənsə də, rüşvətin özü və onun mahiyyətini ifadə edən bənzətmələr günü-gündən çiçəklənməkdədir.
    Rüşvətin ilk dəfə harada, nə zaman meydana gəldiyini söyləmək çətindir. Biz hələ Homerin, Firdovsinin, Nizaminin, Bokkaçonun əsərlərində rüşvətlə bağlı fikirlərə, mülahizələrə təsadüf edirik. Bu dəhşətli sosial mikrob haqqında indi 500 illiyini qeyd etdiyimiz Füzuli özünün məşhur “Şikayətnamə” əsərində ətraflı bəhs edib: orta əsr Bağdadın darısqal küçələri ilə vəqf idarəsinə aylarla ayaq döyən, fəqət öz qanuni təqaüdünü ala bilməyən Məhəmməd Füzulinin harayı illərin o tayından bu günümüzə gəlib çatır. Biz 500 il bundan əvvəlki soydaşlarımızla üz-üzə dayanıb həsb-hal edirik və özümüz-özümüzə baxıb görürük ki, bir-birimizə münasibətimiz və bir-birimizlə rəftarımız bu ötən 5 əsr ərzində o qədər də dəyişmıyib...
    Sovet hakimiyyətinin qələbə çalması ilə başlanan yeni era bir qrup fanatikin hakimiyyəti ilə nəticələndi. Rüşvətə qarşı aparılan kompaniya heç də onun kökünü tamamilə kəsə bilmədi. Hətta, sosializmin memarı (Lenin) yazırdı ki, rüşvət olan yerdə sosializmdən danışmaq əbəsdir. Amma belə bir faktla razılaşmamaq olmaz ki, sosializmin Stalin mərhələsində rüşvətxoru ən amansız cəza gözləyirdi. 50-60-cı illərdə rüşvət alanları, 70-80-cı illərdə isə rüşvət almayanları barmaqla göstərməyə başladılar. 90-cı illər isə... Deyəsən, indi rüşvət almayan adam tapmaq çətindir, söhbət imkan sahiblərindən gedir. Hər halda, söhbət ondan gedir ki, daha rüşvət alıb-verməkdən heç kəs qorxmur. Əlbəttə, cəmiyyətdə vətəndaşların qorxu içərisində yaşaması dözülməz haldır: amma rüşvətin açıq, nümayişkaranə halda intişar tapması daha dözülməzdir.
    Bəlkə də yür üzündə rüşvətin mövcud olmadığı məmləkət yoxdur. Amma rüşvətin milli mentalitetin nüvəsinə çevrildiyi Azərbaycana tay ikinci bir yer tapmaq çətin məsələdir. .. Son illər başımıza gələn faciələrin min bir səbəbi var, bəlkə də həmin səbəblərdən əl başlıcası bizim ruhumuzun rüşvət üstündə köklənməsidir. Hətta, iş o yerə çatıb ki, bu gün işğal olunan torpaqların özü belə məğlubiyyətlə yox, rüşvətlə əlaqələndirilir; heç kəs “geri çəkildik” demir, hamı “torpağı satdıq” deyir. Bu “satmaq” sözünün arxasında bizim psixoloji xəritəmizin böyük bir kəsiyi dayanır.
    Bir ölkənin üzərinə hücum edən digər ölkə öz rəqibinin təkcə iqtisadi-siyasi-ərazi-etnik və s. vəziyyətini yox, habelə milli mənəvi keyfiyyətlərini dərindən öyrənir. Rüşvətə meyl edən, hər şeyi pulla alıb satan xalqın başına həmişə böyük münasibətlər gəlib və gələcək... Düşmən öz rəqibinin zəif cəhətini öyrəndikdən sonra necə və haradan həmlə etməyi asanlıqla müəyyənləşdirir. Rüşvətin tüğyan etdiyi torpaqda təkcə qatarlar və körpülər yox, kəndlər və şəhərlər də dağıdılıb xarabaya çevrilə bilər. Haqsız yerə dara çəkilən adamın fəryadına cavab verməyən göylərdə təyyarənin qəzaya uğraması adi haldır. Ən böyük faciə isə bizim bu “adi hallarla” barışmağımızdır.

    4 aprel 1995-ci il














    SOS! SOS! SOS!

    Hər bir kəsin dost və qohumlarla, yaxın və doğma adamlarla xoş ünsiyyəti, səmimi münasibəti adi və təbii haldır. Öz nəsil və şəcərəsinə hörmət etmək insana xas xüsusiyyətdir. Vaxtilə M.Qorki (rəhmətlik) yazırdı ki, hətta toyuqlar da öz balasını sevir: həm də bu sevgi insanlarda olduğundan az deyildir.
    Amma gəlin görək “özününküləri” sevmək başqalarının “arxa plana” keçməsimi deməkdir? İstedadsız “özününkünü” irəli çəkib qabiliyyətli “özgəni” sinəsindən geri itələmək nə dərəcədə insani hadisə hesab oluna bilər?
    ... Şübhəsiz ki, siz bu cür hadisələrin şahidi olubsunuz: “yuxarılara” çəkilən adamların çoxlu qohum-əqrabası meydana gəlir. Bizim məmləkətin adamları özlərini, adətən, uca kürsülərdə görmək istədiklərindən “yuxarıya” dəvət olunmuş “qohumun ətəyindən yapışmağı qarşılarına ümdə vəzifə kimi qoyur və öz məqsədlərinə çatmaq naminə bütün çətinliklərə mərdliklə sinə gərməyə hazır olurlar...
    ...Və təbii ki, bunun da şahidi olubsunuz: “yuxarı” ilə xudahfizləşib adi vəziyyətə qayıtmış adamı “aşağıdakılar” məzəmmət edirlər: niyə vaxtında özünə və bizə gün ağlamadın, indi biz də bir güzəran sahibi idik. Qohumlara – dostlara niyə əl tutmadın və s. və i.a... Hətta “obyekt” də göstərirlər: niyə filankəsdən nümunə götürmədin?:
    Xülasə, tayfa istəyi, tayfa marağı bir çox hallarda milli, xəlqi, bəşəri dəyərləri, insani sərhədləri ayaqlayıb keçir və nəticədə katastrofik situasiyalar yaranır: tayfa lideri daha çox insanlar qrupunu öz tayfa qanunlarının təsiri dairəsinə salmaq istəyir. Tayfa qanunları cəngəllik qanunlarının ekvivalentidir: “qanunlara” əməl etməsən səni ağır cəza gözləyə bilər.
    Tayfa lideri böyük mənsəblərə can atsa da, hakimiyyəti kiçik qruplara tabe etməyi məqsədə uyğun hesab edir...
    Tayfa icmasının üzvü üçün hər bir təşəbbüs işartısı “mən” və “özümüz” paralellərindən keçir...
    Tayfa təfəkkürü üçün vətən anlayışı doğma ocaq anlayışından o yana keçmir.
    Tayfa hakimləri üçün sərvət – “özümüzünkülərə”, zəhmət – “özgələrə” prinsipi əbədidir.
    Tayfa adamı üçün tayfadan müqəddəs, ali, uca heç nə yoxdur və ola bilməz...
    Qafası tayfa psixologiyası ilə “nizamlanmı.” əsgərə (bəzən “sərkərdəyə”) görə hər kəs – hər döyüşçü “öz” deyərkən doğulduğu kənd, bölgə nəzərdə tutulur. Tayfa xəstəliyi ağır xəstəlikdir; biz buna sosial SPİD də deyə bilərik.
    ...Torpaq uğrunda döyüşlərdə prezident-general Dudayevin oğlu həlak oldu. Bəs bizdə? Yeddi ildir torpaqlarımız uğrunda ölüm-dirim savaşı gedir. Hansı “böyük”, ya “balaca” məmurun övladı döyüşüb və ya həlak olub?
    ...General-nazir Qraçovun oğlu həqiqi hərbi xidmətdədir. Hansı nazirimizin övladı əsgəri xidmətdədir?
    Əsgər təkcə tayfa sərhədlərini qoruyursa, Vətən nicat tapmaz...
    Dərd burasındadır ki, populist çıxışlarla müəyyən vəzifə, mənsəb stoluna sahib olmuş, əslində isə həm xalqın, həm dövlətin başının bəlasına çevrilmiş bəzi “görkəmli dövlət xadimləri” də tayfa qanunlarının mübəlliği kimi çıxış edirlər; onlardan biri bu yaxınlarda mətbuatda çıxış edərək tayfaçılığın qanunauyğun hal olduğunu isbata yetirməyə çalışırdı. Arqumenti də bundan ibarətdir ki, bir neçə il öncə vəzifədən zorla qovulmuş adamların təzədən həmin metodla vəzifəyə qaytarılması təbii hadisə kimi qiymətləndirilməlidir. Bərəkallah! Gözəl məntiqdir: “o sənin atının gözünü çıxarmışdı, sən də onun atının gözünü çıxart, olsun əvəz-əvəz...”
    ...Dilimin ucundan bir məsələni göynərtisi getmir: ilahi, özümüzü özümüzdən hifz et!

    “MAARİFÇİ” qəzeti, 11 aprel 1995-ci il









    ÖMÜR SARAYININ
    KƏRPİCLƏRİ

    Mənim tələbəlik dövrüm 70-ci illərin birinci yarısına təsadüf edir. Təhsil aldığım ali məktəb indiki Səbail rayonunun ərazisində yerləşirdi. Mən Həsən müəllimi elə o vaxtlardan tanıyıram. Bəribaşdan deyim ki, bizim görüşlərimiz adətən yarımçıq, epizodik səciyyə daşısa da, Həsən Əziz oğlu mənim yaddaşımda həmişə bütöv bir şəxsiyyət kimi qalıb.
    Həsən Həsənov hələ gənclik illərindən mühüm dövlət postlarında işləmişdir. Baş nazir vəzifəsinə qədər yüksəlmişdir. Özü də harada işləməyindən asılı olmayaraq hər zaman xalqının mənafeyini müdafiə etmişdir. Xalq da daim ona etimad göstərmişdir. Amma indi mən desəm ki, onun həyat və fəaliyyətinin pik nöqtəsi Gəncə şəhərində işlədiyi dövrə təsadüf edir, zənnimcə səhv etmərəm. Gəncədə Həsən Həsənov sanki illər, onillər boyu öz ürəyində, beynində yığılıb qalan ideyaları qısa bir vaxtda realizə etməyə çalışırdı; o, tələsirdi, ayrılmış “zaman limiti”nin tezliklə başa çatacağından ehtiyat edirdi. Əsrlərdən bəri doğma adının geri qaytarılması yanğısı və ağrısı ilə yaşayan şəhər də sanki öz “reabilitasiyası”nı əldə edmək üçün onun gəlişini çoxdan gözləyirmiş. Gəncə açıq-aşkar başqa bir epoxaya qədəm qoymuşdu.
    O zamanlar Yeni Gəncənin meydana gəlməsi “”Gəncə” adının onillərdən sonra yenidən bəraət alması sahəsində ilk addımlardan biri oldu. Sonra bu addımların- bu uğurların sayı sürətlə artmağa başladı. Artıq şəhərdə baş verən yeniliklərin həyata vəsiqə alması üçün illər yox, elə günlər də kifayət edirdi.
    “Gəncə layihəsi”nin uğurlu həlli Həsən Həsənovun şöhrətini adi adamlar və ziyalılar arasında birə beş artırdı. Onun “aşağılar” və”yuxarılar” qarşısındakı etimadı da yüksəldi. Doğrudur, bəzən işgüzar, yenilkçi adamın işinə, fəaliyyətinə “qulp qoyan”, badalaq vuran yüksəkçinli pedant və bürokrat məmurlar da olur. Amma bütün bunlar xalq sevgisinin önündə olduqca zəif və cılız təsir bağışlayır. Bu mənada Həsən Əziz oğlu coşqun fəaliyyət göstərdiyi illərdə öz inandığı yolla getmiş, bununla belə, həm o vaxtkı siyasi elitanın tələblərinin yerinə yetirilməsində, həm də milli özünüdərkin formalaşmasında əlindən gələni əsirgəməmişdir.
    Bir sözlə, onun rəhbərlik etdiyi dövrdə Gəncənin siması tamamilə dəyişdi. Şəhər memarlıq baxımından özündə tarixiliklə müasirliyin sintezini açıq-aşkar bəyan etdi.
    Bu dövdrdə kərpic tikililər xüsusilə diqqəti cəlb edirdi. Adi, qızılı rəngli kərpiclər sanki Gəncənin qədim tarixinin yeni, həm də qızıl bir səhifəsinə çevrilmişdi. Gəncəlilər meydanlara, məhəllələrə, küçələrə az qala artıq unudulmaqda olan köhnə adları təzədən qaytarırdılar. Və elə bu vaxtlar qədim şəhərə yeni ab-hava gətirən Həsən Əziz oğlunun öz adına da yeni bir “ad” əlavə olundu- “Kərpic Həsən”.
    Çox güman ki, bu yeni ad yeni “layihə müəllifi”nin ürəyindən idi. Bundan yaxşı nə ola bilərdi ki? Adətən, bizim milli folklor nümunələrində ömür sarayından və o saraydan düşən “kərpic”dən söhbət gedir. Amma indi üst-üstə qalanan, saraylara, qəsrlərə hörülən kərpiclər daha çox diqqəti cəlb edirdi.
    ... Həsən Həsənov daim hərəkətdə, fəaliyyətdə olan narahat adamdır. O, həm də bədii və elmi yaradıcılıqla məşğul olur. Mən onun “Brüsseldən məktublar” pyesinin tamaşasina baxmışam. Böyük ədibimiz Mirzə Fətəli Axundovun oğlu Rəşidbəy Axundovun maraqlı həyat və fəaliyyəti ilə bağlı araşdırmalar (habelə onun məktublari, sənədləri, tərcümələri və məqalələrindən ibarət məcmuənin nəşri), son illərdəisə elmi-tədqiqat əsəri kimi ortaya qoyulan, rus dilində yazılmış “Tarixin məqsədi” monoqrafiyası Həsən Əziz oğlunun geniş düşüncə, erudisiya və fəaliyyət sahəsindən xəbər verir. Elə bu əsərlərin də hər biri bir kərpicdir. Söz yox ki, indiki halda daha çox ömür sarayına hörülən, yaşanmış illərə bəzək vuran kərpicdən söhbət gedə bilər.





    “KLAS-KLAS” oyununda KLASSİKA söhbəti
    və yaxud
    “ÖLÜLƏR”DƏN DİRİLƏRƏ

    Bu yazıda sənətşünas İsrafil İsrafilovun “O bizi deyib gəlmişdi…” sərlövhəli məqaləsinin cəmi iki abzası təhlilə cəlb edilib.
    Qəzetlərin birində İsrafil İsrafilovun Akademik Milli Dram Teatrında hazırlanmış “Ölülər” tamaşası haqda gedən qeydləri az sonra saytlarda da yayınlanıb.Həmin yazının adı belədir: “O bizi deyib gəlmişdi…”
    Düzü, məqaləni bütövlükdə oxumamışam. Amma, ancaq, lakin və fəqət əvvəlinci ilə sonuncu abzasa nəzər salarkən belə başa düşdüm ki, hörmətli İsrafilov bu yazıda yeni tamaşanı tənqid edib.
    Əlbəttə, hər hansı bir əsəri tənqid də etmək olar, tərif də...
    Məni indiki halda həmin məqalədə deyilənlərin həqiqəti nə dərəcədə əks etdirib- etdirməmsi deyil, İsrafilovun məqaləsindən oxuduğum o iki abzasda nəyin necə, nə cür ifadə olunmasıdır.
    Vaxt itirmədən faktlara üz tutaq. Birinci abzasda oxuyuruq: “K l a s s i k a nın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir. Bəlkə elə bu səbəbdəndir ki, k l a s s i k a nın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri” (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir. Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan k l a s s i k a özünə qarşı naşı kobudluğun hayıfın amansızlıqla çıxır. Bəli, k l a s s i k a sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”.
    Əvvəlcə cümlənin birinci hissəsinə fikir verək: “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün...” Görünür, müəllif bilmir ki, “klassika”nın “ədəbi-bədii bətnində” heç də hər zaman “əbədi mənalar” qərar tutmur və ya heç qərar tutmalı da deyil. Çünki klassika təkcə ədəbi və bədii mətnlərdən ibarət olmur axı. Musiqi və rənglərdən yaranan klassika da var, hələ üstəlik səslərdən və daşlardan yaranan klassika da . Müəllif deyə bilər ki, o, burada dramaturgiyanı və ya klassik dramaturgiyanı nəzərdə tutub. Ola bilər. Amma güman ki, o, bunu ürəyində tutubmuş. Çünki təqdim olunan cümlədən heç də belə bir fikir (ümumiyyərlə, hansısa bir fikir) hasil olmur.
    İndi isə gəlin həmin cümləni bütövlükdə nəzərdən keçirək: : “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. Bu cümlədən hansı fikir hasil olur? Necə yəni, “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. “O” yəni kim, nə? Yəqin ki, müəllif burada da hansısa “klassikanı” nəzərdə tutur. Bir də ki, klassika təkcə zamanın fövqündə yaşamır axı. Hələ bir cümlənin pafosuna fikir verin: “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”.
    Həmin abzasdakı ikinci cümləyə nəzər salaq: “Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri” (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir”.
    Görəsən, “klassikanın cazibəsinə dayanmaq” nə deməkdir? Görəsən, böyük şairimiz Bəxtiyar Vahabzadənin dilindən təhrif olunmuş şəkildə verilən “ondakı tilsimləri” qırmaq avantürası” ifadəsinin dilimizdə açması nədir?
    Klassika və avantüra... Belə yerdə dramaturgiyanın atası hesab olunan qoca Esxili ağlamaq... bağışlayın, gülmək tutar ya turmaz?
    Hələ bu bir abzasda “klassika” sözünün aşırı dərəcədə işlədilməsindən dolayı yaranan ədəbi-estetik-qrammatik “diskomfortu” demirik.
    Növbəti cümlədə oxuyuruq: “Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfın amansızlıqla çıxır”.
    Tərkiblərə fikir verin bir: “öz zənginliyini təmkinlə qoruyan klassika”, “özünə qarşı naşı kobudluğun”... Görün, nə qədər orijinaldır: “naşı kobudluq”. Və nəhayət, dilimizin inkişafına əsl töhfə ola biləcək ifadə: “hayıfın amansızlıqla çıxır” ... “Hayıfın çıxır” ha... Görəsən o “hayıfın” deyilən nəsnə kimdən, nədən çıxılır”? Bu yerdə adamın yadına istər-istəməz Fridrix Engelsin məlum-məşhur bir ifadəsi düşür: “Təbiət ona qarşı edilən qəsdin hayıfını insanlardan çıxır”. Çox hörmətli İsrafilovun fikri Engelsi mat qoya bilər.
    Buyurun, bu da birinci abzasın son cümləsi: “Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”.
    Necə yəni “klassika sənətkara öz sirlərini açmağa imkan versə də..”? Bəlkə müəllif burada “sənətkar” sözünün əvvəlində hansısa epiteti, istiarəni yazmağı unudub? Yəqin ki, bu elə-belə sənətkar ola bilməz, axı, o sirləri açmaqla məşğuldur. Bəd ayaqda həmin “sənətkarın” yanına bir “dahi” təyinini də artırmaq pis olmazdı. Eləcə də “diletantı rüsvay etməklə cəzalandırır” nə deməkdir görəsən? Yəni diletantın şəxsi işinə yazılmaqla töhmət verilir, yoxsa o, işdən uzaqlaşdırılır? Hələ onu demirik ki, ta o yazıq diletantı “rüsvay edəndən” sonra cəzalandırmağa nə ehtiyac qalır? Zira ikinci cəza birincinin yanında toya getməlidir.
    Hə, lap əvvəldə demişdim axı: çox-çox hörmətli İsrafilovun yazısından cəmi-cümlətanı iki abzas oxumuşdum və amacım da həmin iki cümlədəki fikirlərin mənasını özümçün (və əgər mümkün olarsa, oxucular üçün) çözməkdən ibarətdir.
    İndi keçirəm ikinci abzasa: “2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır. Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir.
    Axı, o, bizi deyib gəlmişdi!..”
    Əvvəlcə abzasın birinci cümləsinə nəzər salaq: “2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”.
    Əslində bu cümlədəki ifadələrin, söz birləşmələrinin və tərkiblərin hər birini ayrılıqda təhlilə və tənqidə cəlb etsəydik, bu “şərh” müəllifin bütöv yazısından çox yer ala bilərdi. Elə bu səbəbdən də təkcə həmin cümlənin özündən, lap “orijinaldan”, ilk mənbədən iqtibaslar verməklə kifayətlənirik: “teatr mövsümü ərzində”, “heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən”, “yaradıcılıq məqsədi cılız olduğu üçün”, “sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”. Bəh-bəh... “Niyə bəs böylə bərəldirsən, a qare gözünü?” (M.Ə.Sabir). Sabirin yerinə kim olsaydı “qare” əvəzinə” bir “qara” sözü də yazardı, rəngləri tündləşdirmək üçün. Amma məqsədimiz zatən tünd olanı bir az aydınlaşdırmaqdan ibarətdir.
    Və nəhayət: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir.
    Axı, o, bizi deyib gəlmişdi!..”
    Yəqin müəllif bu cümlə vasitəsi ilə fikrini ya belə ifadə etmək istəyib: “Bu gün Mirzə Cəlilə və Azərbaycan tamaşaçısına belə münasibət təəssüf doğurur”, ya da ki belə: “Bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməlidir”.
    Amma əvəzində görün nə alınıb? : “Amma təəssüflər olsun” cümləsində artıq fikir ala-yarımçıq da olsa bitib. Yəni bundan sonra ya “çünki” bağlayıcısına ehtiyac duyulmur, ya da ki, qrammatik qanun yeni cümlənin başlanılmasını tələb edir. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfisə ondan ibarətdir ki, cümlədə “nə” inkar əvəzliyindən (gərək ki, dilçilikdə belə deyilir) istifadə olunursa, ikinci bir inkara ehtiyac qalmır. Yəni məlum ifadə “layiq görülməməlidir” yox, “layiq görülməlidir” olmalıdır.
    Hələ bunu da qoyaq bir kənara. İsrafilov bu məntiqsiz, müxtəlif qrammatik səhvlərlə dolu mətni bu sözlərlə bitirib: “Axı, o, bizi deyib gəlmişdi!..”
    Kim? Kim bizi deyib gəlmişdi? Məqalə müəllifi müdrikcəsinə gülümsəyib deyə bilər ki, bəyəm bu cümlənin (daha doğrusu, “sizi deyib gəlmişəm” ifadəsinin) kimə məxsus olduğu sizə məlum deyil?
    O məşhur cümlənin müəllifi hamıya məlumdur. Amma görək İsrafilov ondan əvvəlki cümlədə nə deyir? Məcburuq həmin cümləyə bir də qayıdaq: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir”. Gördüyünüz kimi, bu cümlədə iki komponentə (və ya iki fenomenə) isnad olunur. Onlardan biri Mirzə Cəlil, digəri Azərbatcan tamaşaçısıdır. Bundan sonra “Axı, o, bizi deyib gəlmişdi!..” cümləsini oxuyan sıravı oxucu düşünməli olur: görəsən, “bizi deyib gələn” kim idi elə? Mirzə Cəlil, Azərbatcan tamaşaçısı, yoxsa...
    Yoxsa “bizi deyib gələn” elə İsrafilovun özü imiş?
    Hə, indi yadıma düşdü ki, “Ölülər” tamaşası haqqında yazan İsrafilovun özü bu son zamanlaracan Akademik Milli Dram Teatrın müdiri idi. Yəni, belə baxanda, o da kimisə deyib gəlmişdi.
    Mən indi iki abzasını yüngülvari təhlilə cəlb etdiyim məqalədə, deyəsən, teatrın yeni tamaşası tənqid olunub. Mən məqalənin cəmi-cümlətanı iki cümləsini oxuduğum üçün o tənqidin nədən ibarət olması barədə heç bir fikir yürüdə bilmərəm. Yalnız onu deyə bilərəm ki, hər bir tamaşada qüsur ola bilər. Və yenə əlbəttə ki, hər tamaşa tənqid oluna bilər. Hətta, tamaşanın ortasında zalı tərk etmək də olar. Axı okean suyunun tamını bilmək üçün ondan bir-iki qurtum içmək kifayətdir. Elə zəif söz yığımından ibarət bir yazını da sonacan oxumağa ehtiyac qalmır. Bəzən bu və ya digər sicilləmənin kvintessensiyasını (mahiyyətini, cövhərini) duymaq üçün təkcə əvvəlinci və sonuncu abzası oxumaq yetərli olur.

    Hə, onu deyirdim axı. İsrafilov bir müddət indi tamaşasını təhlil (olsun ki, tənqid) etdiyi teatrın müdiri olub. Həmin dövrdə orada çox solğun, ölgün, hətta demək olar ki, ölü bir mühit yaranmışdı.
    Yaxşı ki, indi teatr “Ölülər”i dirildə bilib. Demək, hələ dirilər cərgəsinə qoşulmağa ümid var. Hər halda diriləri öldürməkdənsə, ölüləri diriltmək ideyası daha önəmli və ... hətta, bir az klassik təsir bağışlaya bilər.
    p.s. Uşaqların “klas-klas” oyununu yəqin ki, çoxunuz yaxşı xatırlayır. Zahirən bəsit, sadə görünən bu uşaq oyunu, bəzən klassika haqda yazılan pafos dolu cümlələrdən (əgər bunları cümlə kimi qəbul ediriksə) daha mənalı və düşündürücü təsir bağışlayır.




















    Bir az da fəlsəfə haqqında...
    Dostum Hacı Hacılıya qısa cavab məktubu
    Əzizim Hacı bəy, salamlar.
    Şadam ki, virtual qaydada da olsa görüşürük. Buna da şükür.
    Əvvəla, onu deyim ki, qətiyyən fəlsəfədən uzaqlaşmamışam. Əksinə, bir az da yaxınlaşmışam. “Əsərləri”min 40 cildliyinin elektron variantını hazırlamaqdayam ki, onun da 3 cildi (23,24,25-ci cildlər) fəlsəfi yazılar, traktat, esse və tədqiqatlardan ibarətdir.
    İkincisi, bildiyin kimi, mən son illər dramaturgiya ilə daha intensiv şəkildə məşğulam. (Vaxtilə sən həmin pyeslərdən bəzilərini teatr səhnələrində görmüsən). Əslində, öz ideyalarımın bir çoxu həmin əsərlərdə bədii vasitə və obrazlarla bu və ya digər şəkildə inikas olunmaqdadır. Heç də təsadüfi deyildir ki, 20-ci əsr yazıçı və ən çox da dramaturqların əksəriyyəti məhz peşəkar filosoflar olub. Məsələn, sənin də yaxşı tanıdığın İonesko, Kamyu, Sartr, Bekket və b. buna misal ola bilər. Bundan başqa, vaxtilə bir fikir adamının dediyi kimi, elə bir sahə ilə məşğul olmaq lazımdır ki, orada səni ya əvəz edəcək və yaxud sənə konkurent (rəqib) ola biləcək adam olmasın. Bu sahədə rəqibim demək olar ki, yoxdur.
    Üçüncüsü, sənin barəsində söhbət açdığın “Ruhun femomenologiyası” əsəri Hegelen, gələcək konseptual-nəzəri baxışlarının mahiyyətini özündə əks etdirən, ilk böyük fəlsəfi “araşdırmasıdır”. Bu, Hegelin mütləq idealizmini təcəssüm etdirən, qapsayan, özündə ehtiva edən bir əsərdir. Əslində “Ruhun femomenologiyası” bir sistemdir, baxışlar sisremi. Burada Hegel öz dahi sələfi Kantdan fərqli olaraq empirik idrakın hüdudlarından kənara çıxmaqla, əsasən, insan idrakının keçdiyi təkamül və evalyusiyon yolu tədqiq etməyə çalışmışdır. Hegelə görə, real-gerçək aləm ideyanın, ruhun təzahürüdür. Hegel hesab edirdi ki, təbiət və cəmiyyətdə baş verən hadisələrin əsasında mütləq ideya və ya dünya zəkası, dünya ruhu dayanır. Bu əsərdə Hegel ilk dəfə dialektikanın (geniş mənada fəlsəfənin) qanun və kateqoriyalarını vermiş, məntiq və idrak nəzəriyyəsini vəhdətini əsaslandırmışdır.
    O ki qaldı bizim gənc dostumuz Rəşad bəyin özü və yaradıcılığı haqqında söhbər açdığı digər alman filosofuna, yəni Edmund Husserlə (və ya Gusserlə) bağlı... deməliyəm ki, onun yaradıcılığının ruhun femomenologiyası sisteminə bir dəxli yoxdur, bir az da dəqiq desəm, yalnız dolayısı ilə dəxli var, o mənada ki, o, öz metodunda həmin sistemi “qabaqlamaq” istəyir, bir az da konkretləşdirsək Kanta və Hegelə qayıtmaq istəyənləri bir az da “irəliyə”- “ilkin təcrübəyə” qayıtmağı tövsiyə edir.
    Edmund Husserl “ruhun femomenologiyası”nı deyil, öz “fenomenologiyanı” qəbul, təqdir və təbliğ etmişdir. Sadə şəkildə izah etmək istəsəm, onun “təmiz fenomenologiyasında” və ya “fenomoloji fəlsəfəsində” irəli sürdüyü metodun əsasında “universal fəlsəfə” və yaxud “universal elm” yaratmaq ideyası dayanır. Bu ideyanın da əsasən 3 pillədən ibarət struktur vardır ki, onlar üzərində geniş dayanmaq xeyli vaxt aparar, indiki halda isə elə bir vaxt imkanım yoxdur. Bir sözlə, Edmund Husserl mövcud olan bütün elmi-fəlsəfi dəyər və baxışlar sisteminin bir “çətir” altında birləşdirilməsini təqdir edirdi.
    Edmund Husserl “fenomenoloji metodunun” əsas prinsipləri onun “Kartezian düşüncələri” və digər əsərlərində təqdim edilmişdir.
    Qısa şəkildə də olsa bunları deməyi özümə borc bildim.
    27.08.2020














    “Qapı” romanı haqqında

    “...QАPI...” 1987-88-ci illərdə qələmə аlınıb. Mən 80-ci illərin sоnundа həmin əsərin çаpı ilə bаğlı bir çоx nəşriyyаt və jurnаllаrа mürаciət еtsəm də о vаxtlаr bir nəticə hаsil оlmаdı. Həttа, о dövrün bir çоx qаrаnlıqlаrа işıq sаlаn “pеrеstrоyка”sı dа кöməyə gələ bilmədi. Hаlbuкi qоnşu Rusiyаdа bir çоx yаzıçının (məs.Pristаvкin, Bulqакоv, Rıbакоv, Plаtоnоv və s.) vаxtilə işıq üzü görməyən - “həbs” оlunmuş əsərləri оxuculаrа təqdim еdildi. Mənim “...QАPI...”m isə аçılmırdı кi, аçılmırdı. Indi bizdə “sаndıq ədəbiyyаtı”nın оlmаdığını iddiа еtməк bir dəb hаlını аlıb. Əlbəttə, mən özümü “rеprеssiyа оlunаnlаrа”, “dissidentlərə” аid еtmirəm. Аmmа fакt budur кi, “...QАPI...”dаn pаrçаlаr yаlnız 90-cı illərin оrtаlаrındа аyrı-аyrı qəzеt və jurnаllаrın səhifələrində görünməyə bаşlаdı. Halbuki mən əsəri ötən əsrin 80-ci illərində yazıb “qаlın” jurnаllаrdаn birinə təqdim etmişdim. Həmin dərginin ədəbiyyat məhsullarına, daha doğrusu nəsrə baxan “tələbkar” məsul işçisi, romanı öz seyfinə qoyub sanki onu həbsə məhkum etmişdi. Qəribədir, sən demə əsər də öz qəhrəmanlarının taleyini yaşamalı imiş.
    Nəhayət, həmin jurnalın həmin o “tələbkar” məsul işçisi günlərin bir günü daha məsul bir işə keçirildi; onun yerinə təyin edilən köhnə yazıçı dostum bir gün, aradan on il keçəndən sonra mənə zəng vurub bildirdi ki, öz xələfinin seyfindən romanımı tapıb. Elə bildim ki, o, əsəri mənə qaytarmaq istəyir. Ona görə də zarafatla dedim ki, ta o əsərin sahibi mən yox, sizsiniz. O da zarafatla bildirdi ki, elə əsərə sahiblik etmək üçün zəng vurub. Onu da əlavə etdi ki, əsəri bir qədər ixtisarla çap etmək istəyirlər. Çünki o zaman ədəbi jurnalların sayları maliyyə qıtlığından dolayı, əvvəllər olduğu kimi hər ay deyil, rübdə cəmi bir dəfə nəşr olunurdu. Mən, necə deyərlər, “kompromisə” getməli oldum. Hər halda heç çap olunmamaqdansa, bu, daha əlverişli təklif idi.
    Beləliklə, romanın “rəndələnmiş” vаriаntı aradan on il keçəndən sonra, 90-cı illərin ortalаrındа (səhv etmirəmsə, 1996-cı ildə) həmin “qalın” ədəbi jurnalda çаp еdildi.
    Sonralar əsəri Mədinə xanım Eldarova rus dilinə tərcümə etdi.
    Və bundan sonra mənim “Qapı”m dəfələrlə oxucularımın qapısını döydü. Eləcə də oxucular bu “Qapı”dan baxıb insanlığın təsəvvür etdiyi və etmədiyi faciələrin anatomiyası ilə tanış oldular.
    P.S.
    Əsərin qəhrəmanı O kimi təqdim olunur. Niyə məhz O? Çünki müdhiş, qorxunc bir “peşə” sahibinin konkret olaraq hansı adı daşımasının elə də fərqi yoxdur. Ona görə ki, O, peşəkar cəlladdır. Xeyr, O, quldur deyildir. Qayda-qanuna tabe olan bir adamdır. Dövlər müəssisəsində öz peşəsinə uyğun işlə məşğuldur. Məhbusları güllələyir. Onun üçün güllələnən adamın kimliyi də o qədər əhəmiyyətli deyildir. Günlərin bir günü O, ağlına belə gətirmədiyi bir adamla qarşılaşmalı olur. Həmin adam onun ata əvəzi, Onu boya-başa çatdırmış əmisidir. Məsələ burasındadır ki, indi O, həmin adamı, “xalq düşməni” elan olunmuş əmisini güllələməlidir...
    Bunu da vurğulamaq lazımdır ki, “Qapı” romanında Azərbaycan ədəbiyyatında ilk dəfə müsbər din xadimi obrazı yaradılmışdır. Axı kütləvi repressiyalar zamanı ən çox təzyiqə və məhrumiyyətə məruz qalan sosial təbəqə nümayəndələri arasında din xadimləri də olmuşdur.



















    Tahir Salahovun qızının toyu

    80-lərin ortaları idi. Təbii ki, söhbət ötən əsrdən gedir.
    Moskvada elmi ezamiyyətdə idim. AzTv-də o vaxtlar mühüm vəzifədə, lap dəqiq desəm Ədəbi Dram Redaksiyasının baş redaktoru vəzifəsində çalışan Nahid Hacızadə telefon danışığı əsasında dedi ki, bir qrup jurnalistlə paytaxta gəlirik, oradan da Balkan ölkələrinə səfərə gedəcəyik. Getdim deyilən dəmiryolu vağzalına. Gələnlərin çoxunu tanıyırdım.
    Tanınmış tərcüməçi və redaktor Həbibə Məmmədxanlı da gələn dəstənin tərkibində idi. Mənim Həbibə xanıma xüsusi hörmətim vardı. Bu xanım məşhur yazıçı Ənvər Məmmədxanlının bacısı idi. Adını çəkdiyim Baş redaktor müavini idi. Hə, az qala yadımdan çıxacaqdı, Nahid Hacızadə də mənim dayımdır.
    Xülasə, Bakıdan gələnlərlə xoş-beş elədik. Həbibə xanım dedi ki, mən xaricə getmirəm, Moskvaya gəlmişəm, özü də toya, yəni Balkanlara səfərə gedən adamların tərkibində deyiləm. Bir taksi tut, məni yola sal. Sözarası dedi ki, bu gün Tahir Salahovun qızının (səhv etmirəmsə, Alagözün-F.M.) toyudur. İstəyirsən birlikdə gedək toya, mən məxsusi o toya gəlmişəm, Tahir bizim ailənin dostu, özü də qapıbir qonşumuzdur, Tağının (Həbibə xanımın həyat yoldaşı-F.M.). Onu da əlavə etdi ki, Salahovun qızı məşhur aktyor Raykinin oğlu ilə ailə qurur. Təbii ki, mənim toyda iştirak etmək fikrim yox idi.
    ...Toydan sonra, səhv etmirəmsə, biz Həbibə xanımla onun iş yerində görüşdük. Həbibə Məmmədxanlı məni görüb öz toy təəssüratını belə bölüşdü:
    -Heç soruşmurasan, toy necə keçdi. Hər şey əla idi. Rusiyanın bütün elitası toyda idi. Arkadi Raykinin oğlu Kostya bizim yeznəmiz oldu.
    Redaksiyadakı əməkdaşlar- tüstü dolu otaqda şahmat oynayan Naniq Abdullayev, Gəray Fəzli, Aydın Qurbanoğlu başlarını qaldırıb Həbibə xanıma qulaq asmağa başladılar.
    Həbibə xanım siqaretinə qullab vurub dedi:
    -Amma təzə yeznə mənim heç xoşuma gəlmədi...
    Namiq müəllim başını qaldırıb kəkələyə-kəkələyə soruşdu:
    -Niyə ki, Həbibə xanım?
    Həbibə xanım gülümsıyib dedi:
    -Namiq, Arkadi Raykin normal görünüşlü, yaxşı vid-fasonlu, ağıllı bir adamdır. Amma onun oğlu heç ürəyimə yatmadı. O, sanki öz atası Raykinin karikaturası, bir az da yumşaq desəm, Raykinin dostluq şarjı idi.
    Həbibə Məmmədxanlı məşhur aktyorun və onun oğlunun portretini sözlə çox əla təsvir etmişdi.
    Görünür bu da ondan irəli gəlirdi ki, Həbibə xanımın əri rəssam idi...



    Heyif səndən, Zöhrab Əmirxanlı...

    Əvvəlcə Natiq Cəfərlinin harayını “eşitdim”, sonra Məzahir Süleymanzadənin yazısını oxudum.
    Hər şey məlum oldu.
    Sarsıldım.
    Səninlə biz çoxdanın, lap çoxdanın tanışı idik.
    Ara-sıra görüşərdik.
    Sonuncu dəfə bu ilki qışın sonlarında Səməd Vurğun bağında rastlaşdıq. Görüşdük, öpüşdük. Kimisə gözləyirdin. Həmişəki kimi çılğın idin, emosional idin. Ordan-burdan danışdıq. Sən zarafatla özünü mənim qəhrəmanımın qardaşı hesab edirdin. Məsələ burasındadır ki, “Cənnət çiçəyi” adlı son romanımın qəhrəmanı Əmirxanlı soyadlı bir alimdir. Səninlə famildaş olan Əmirxanlı da sənin kimi vicdanlı, ləyaqətli bir adamdır.
    İndi sənin mətbuatda çalışdığın vaxtları xatırlayıram. Hər sözün, hər kəlmənin “uğrunda” necə “vuruşduğunu” yada salıram. Sən elə həqiqət uğrunda da bu cür döyüşürdün.
    Arada Rusiyaya getdin, öz jurnalistlik fəaliyyətini orada davam etdirdin.
    Harada oldunsa xalqımızı, millətimizi, məmləkətimizi layiqincə təmsil etdin.
    Həyat yoldaşın Mehriban xanımın vaxtsız vəfatı səni çox sarsıtmışdı. Övladlarınla fəxr edirdin.
    Hər səhər Günəşi hamımızdan tez salamlayırdın.
    ...Bu səhərsə qara bir xəbər döydü ta sənin salamlaya bilməyəcəyin Bakı səhərinin qapısını.
    Nur içində yatasan, Zöhrab Əmirxanlı.
    02.05.2017




























    “Çovğunamı düşdün,"baharın" hanı?”
    Oruc İsgəndərli haqq dünyasına qovuşdu...

    İstedadlı, vətənpərvər, təvazökar, qeyrətli, ədalətsevər, gözü-könlü tox, ləyaqətli bir ziyalımızı itirdik.
    Oruc İsgəndərli uzun illər orta və ali məktəblərdə dərs demişdi. İxtisasca fizik idi, pedaqogika üzrə müdafiə edib alimlik dərəcəsi almışdı. Fizika üzrə maraqlı, orijinal dərsliyin müəllifi idi. Gözəl musiqi duyumu vardı.
    Oprc bəy əslən Şınış mahalından idi. Kəndlərimiz qonşu olsa da onunla sonralar, bir ali təhsil müəssində birgə işləyərkən daha yaxından tanış oldum.
    Dediyim kimi o, elmi dairədə füzüka mütəxəssisi kimi tanınırdı. Amma həm də gözəl poetik təbi vardı, bənzərsiz şeirlər müəllifi idi. Bir dəfə yanıma gəldi, qoltuğundakı qovluğu stolun üstünə qoydu. Bir qədər tərəddüd edə-edə dedi: “Vaxtınız olanda bir bu yazılara baxın”.
    O, gedəndən sonra qovluğu açdım. Orada şeirlər toplanmışdı. Onun poetik düşüncəsi mənim diqqətimi cəlb etdi. Oruc müəllimin şeirlərinə rəy yazdım və onun ilk kitabı həmin rəylə nəşr olundu.
    Oruc İsgəndərli haqq dünyasına qovuşdu. O, cəmi 52 il yaşadı.
    Onun öz səhifəsində paylaşdığı son şeir “Hanı” adlanırdı. Hanı? Bəli, bu sualı hər kəs özüvə vaxtında verməlidir.

    Doğru HANI?
    Gəldim görüşünə doğulduğum ev
    Qapını ot basıb,cığırın hanı?
    Bu boyda imarət tikən kişinin
    Nərəsi, harayı, çağırı hanı..?

    Sac üstdə ayrıydı əppəyin dadı,
    Atamın alnımdan öpməyin dadı.
    Qalmayıb gəlməyin- getməyin dadı
    Çovğunamı düşdün,"baharın" hanı?

    Hopubmu tavana hayı-küyümüz,
    Daşın, divarın da qalıb nəyimiz?
    Orda atımızın,bu inəyimiz,
    Burda qoyunların axuru hanı?

    Qonşu çəpərindən baxmazdıq-ayıb.
    Yaşlılar yanında coşmazdıq-ayıb.
    Dur gətir nəyin var, oturub sayım-
    Bir bilim gəlirin-çıxarın hanı?

    O çayda neçə yol selə düşmüşəm
    Nobatda borana ,yelə düşmüşəm.
    Şəhər haldan salıb, dilə düşmüşəm
    Görünmür bu yolun axırı, hanı?

    Məhlə qanqal-çayır, hasar töküntü
    Quruyb son yalı qabda itin ki...
    Oğul gərək dözə ,dura mətin ki-
    Od ocaq yeri yox, buxarın hanı?
    20 mart
    Doğrudan da HANI?

    03.06.2017
























    Əlibala Hacızadə:
    “BURADA BİR BAŞIPAPAQLI YOXDUR?”
    (Yazıçı Ə.Hacızadı haqda kiçik xatirə)

    Yazıçı Əlibala Hacızadə ilə uzun illər eyni bir qurumda çalışırdıq: o, Elmlər Akademiyasının Şərqşünaslıq, mən isə Fəlsəfə (və Hüquq) institutunda. Bir gün dedi ki, bu gün qonaqlığa getməliyik. Soruşdum ki, hara, kiminlə? Dedi ki, sən, mən, bir də Nahid (Hacızadə) olacaq.
    Qonaqlıq yeri lap yaxınlıqda-“Sovetski” tərəfdə imiş.
    Ev sahibləri hörmətli qonaqları yüksək səviyyədə qarşıladılar.
    Stolun üstündə nələr yox idi? Necə deyərlər, quş iliyi, can dərmanı.
    Bir xeyli ordan-burdan söhbət etdik.
    Hörmətli yazıçılara yaradıcılıqla, gələcək planlarla bağlı da suallar verilirdi.
    Az sonra əllər süfrəyə doğru uzandı... Amma...
    Amma Hacızadələrin qanı xeyli qaraldı. Bunu mən o dəqiqə hiss etdim. Məsələ burasında idi ki, bu naz-nemətlə dolu masanın üstündə təkcə içki yox idi. Yazıçı dostlarıma işarə etdim ki, üstünü vurmasınlar. Bəlkə ev sahibi içkini sevən adam deyil, bəlkə şəriət əhlidir.
    Ortalığa çökən ağır, qara sükutdan ev yiyələri bir şey kəsdirə bilmədilər.
    Evin xanımı çəkinə-çəkinə astadan soruşdu:
    -Bəlkə nəsə çatışmır? Ürəyinizdən keçəni deyin, hazırlayarıq. Bizim sizdən əziz qonağımız olası deyil ki?
    Əlibala müəllim gülümsəyib dedi:
    -Hər şey var... Təşəkkür edirik. Amma tək bir şey çatışmır.
    -O çatışmayan şey nədir elə?-deyə kimsə soruşdu.
    Sənətkar stolun üstünə nəzər salıb dedi:
    -Burada bircə başıpapaqlı çatışmır.
    -Nə?-deyə evin kişisi dik atıldı.
    Qorxdum ki, ortaya qanıqaralıq, pərtlik düşər. Ona görə cəld tərpənib dostumuzun nəyə işarə etdiyini ev sahiblərinə “açıq mətnlə” çatdırdım:
    -Əlibala müəllim içki şüşəsinə adətən zarafatla “başıpapaqlı” deyir. Ürəyinizə ayrı bir şey gəlməsin.
    İçəridəkilər ürəkdən güldülər.
    Ev sahibi qəhqəhə çəkib servantın gözündən bahalı içki şüşəsini çıxara-çıxara dedi:
    -Sağolmuşlar, bunu bayaqdan deyin də.. Bizim arvad da deyir ki, işdi nəbadə birdən bilməyib bu hörmətli qonaqlara içki-filan təklif edərsən...
    Az sonra badələr cingildədi.

    p.s.
    Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970). O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" "İtkin gəlin", “Əfsanəsiz illər”, və s. populyar romanların müəllifidir.
    Yazıçı 8 oktyabr 2009-cu il tarixdə vəfat edib.

























    Şair Oqtay Rza və Servantesin məşhur qəhrəmanı...

    Nahid Hacızadənin iş otağına daxil olanda içəridikilərin pərtliyini hiss etdim. Yazıçının “əbədi” dostları- Əlibala Hacızadə, İlyas Tapdıq və Oqtay Rza yenə onun əhatəsində idi. Bəs görəsən qanıqaralığın səbəbi nə idi?
    Hal-əhvallaşandan sonra Nahid müəllim dedi:
    -Oqtay Rzanın yubileyi münasibəti ilə məqalə yazmışam. Bir ona bax. Gör necədir, əyər-əskiyi yoxdur ki?
    Yazıçının mənə sarı uzatdığı qəzetdə şair haqda iri bir yazı dərc olunmuşdu. Dedim ki, evdə oxuyaram
    Nahid müəllim israr etdi:
    -Yox, indi oxusan yaxşıdır. Özü də çalış diqqətlə oxu...
    Yazını oxumağa başladım. Ürəklə yazılmış bir yubiley məqaləsi idi. Doğrusu, yazıçının arada Oqtay Rzanı məşhur Don Kixotla müqayisə etdiyi məqamı oxuyanda ürəyimdə güldüm və hazırki pərtliyin nə səbəbə yarandığını özümçün təxmini müəyyənləşdirdim.
    Oxu işini başa çatdırandan sonra fikrimi qısa şəkildə bildirdim:
    -Yaxşı yazıdır. Müəllifi və yubilyarı təbrik etmək olar.
    Hacızadələrin hər ikisinin eyni açıldı.
    Nahid müəllim dedi:
    -Eşitdin, Oqtay Rza? Bayaqdan az qala bizi xalq düşməni çıxarmısan. Heç bunu gözləməzdim səndən...
    Mən soruşdum ki, nə baş verib?
    Oqtay Rza üzümə baxib özünəməxsus ciddi bir əda ilə dilləndi:
    -Mirzə, yəni bu yazıda sənə bir artıq-əskik ifadə-filan rast gəlmədi?
    -Yox,- deyə, cavab verdim.
    Şair narazı halda dedi:
    -Axı orada Don Kixotla bağlı sətirlər də vardı...
    İçəridəkilər astadan pıqqıldaşdı.
    Əlibala müəllim dedi:
    -Oqtay, bəyəm Don Kixot pis və ya mənfi adam olub?
    Nahid müəllim dostu deyəni təsdiq etdi:
    -Ay sağ ol. Bunu de də, Əlibala. Don Kixot kişi adam olub...
    Araya sükut düşdü. Hamı ehtiyatlı davranmaq istəyirdi. Axı artıq-əskik deyilə biləcək hər söz Oqtay müəllimin xətrinə dəyə bilərdi.
    Handan-hana İlyas Tapdıq dilləndi:
    -Əlbəttə, mənfi obrazdır. Kimin xoşu gələr ki, ona Don Kixot desinlər? Bu kişi müəllimdir. Auditoriyaya, tələbə qarşısına çıxır. Bu nə ifadədir bu boyda pedaqoq haqda yazılıb? Əlibala, Nahid, heç xoşunuz gələr ki, sizə Don Kixot desinlər?
    İlyas müəllimin “müdadiə”, “dəstək” təriqi ilə etdiyi çıxış sönməkdə olan “ocaöa” sanki təzədən kibrit çəkdi.
    Oqtay Rza onunla bir “cəbhədən” çıxış edən köhnə dostu İlyas müəllimlə əsəbi şəkildə həmrəylik nümayiş etdirdi:
    -Mənim ilk kitabımın redaktoru, o cümlədən iki şeirimin və üç rübaimin qəhrəmanı, xalq şairliyinə namizəd, Prezident təqaüdçüsü İlyas Tapdığın sualına cavab verin.
    Hacızadələr dedilər ki, hər adama Don Kixot olmaq xoşbəxtliyi nəsib olmur axı.
    Əlibala müəllim mənə göz vurub əlavə etdi:
    -Oqtay, sən İlyas deyənə niyə fikir verirsən? O, bayaqdan zarafat edir. Qoy görək gənc dostumuz nə deyir?
    Oqtay müəllim mənə sarı dönüb dedi:
    -Hə, Mirzə, yaxşı, sən bu məsələni necə qiymətləndirirsən?
    Mən vaxtilə Karl Marksdan oxuduğum sitatı yada salmalı oldum:
    -Oqtay müəllim, rəhmətlik Karl Marks yazırdı ki, mən Lamançlı Don Kixotun simasında cəngavərlik epoxasının süqutunu və xeyirxah bir insanın obrazını görürəm.
    Oqtay müəllim sevincək dedi:
    -Mirzə, Marks doğrudan belə deyib?
    -Bəli. Nəyə desəniz and içə bilərəm. Hətta, istəsəniz yazılı şəkildə də təqdim edə bilərəm.
    İçəridəkilər gülüşdü. Oqtay müəllim əllərini sinəsinin üstündə çarpazlayıb çiyinlərini çəkərək özünəməxsus bir yumorla dilləndi:
    -Mirzələr, madam ki, Marks mənə bənzəyən o dünyaşöhrətli qəhrəman haqda belə xoş sözlər deyib, bu, çox yaxşı haldır. Təklif edirəm ki, məqaləni “qeyd etmək” lazımdır. Özü də “yanacaqla”... Hamınızı qonaqlığa dəvət edirəm.
    İçəridəkilər ayağa durdu. Yeməkxana yaxınlıqda idi...

    P.S.
    Təəssüf hissi ilə bildirirəm ki, tanınmış şair, publisist, alim, pedaqoq Oqtay Rza 18 avqust 2019-cu il tarixdə də vəfat etmişdir.




















    “Məşhurların qiyməti”

    Məişət mövzularında gedən söhbətlərə, yazılan xəbərlərə tam biganə olsam da... Bayaq təsadüfən mətbuatda rastıma çıxan bir "söhbətə" və "xəbərə" biganə qala bilmədim.
    Sən demə bizdə “məşhurlar” “xınayaxdıya” 5-10 min manata gedirmiş.
    Düzü, heç xınayaxdının da nə olduğunu, funksiyasını, rolunu düz-əməlli bilmirəm. Amma belə təxmin edirəm ki, bu fenomenal hadisə toyun nəsə mühüm atribut və aksesuarlarından biri ola bilər.
    Orasını da özümçün təxmin edirəm ki, bu “yaxma” nəsə pul qoparmaq üçün uydurulmuş bir həngamədir.
    Görəsən nə qədər çəkir bu həngamə?
    Yəqin ki, 40 gün-40 gecə çəkməz, bir neçə saata başa çatar.
    5-10 min manat...
    Sözüm yoxdur. Yox, var...
    Evin yıxılsın gözünün nurunu solğun lampa işığında əridən alim, gecəni gündüzə qatıb borc aldığı pulla nəşr etdirdiyi kitablarını toz basan yazıçı, rol əzbərləməkdən robota çevrilən əməkli aktyor, çəkdiyi tabloların qarşısında heykələ dönən zavallı rəssam, bəstələdiyi əsəri orenjoman edib parteturaya köçürdə bilməyən bəstəkar, sınaq-yoxlama işlərini yoxlaya-yoxlaya məktəbə gələn “yoxlamalardan” min bir xəstəliyə yoluxan əzmkar müəllim, yanına gələnləri müalicə etməkdən bezib öz dərdi üçün öz xəstələrindən imdad diləyən həkim, gözəlliklərdən ilham alıb nikbin ithaf şeirləri yazan şair, aldığı təqaüdə dondurma alıb ürəyini sərnitmək istəyən təqaüdçü ixtiyar...
    Sizə öz işlərinizdə uğurlar diləyirəm.
    Demə bizdə “məşhurlar” “xınayaxdıya” 5-10 min manata gedirmiş.
    Bəs niyə belə ucuz?





















    Elə mövzular var ki, düzü,
    bilərəkdən toxunmaq istəmirəm...

    Amma, ancaq və lakin...
    Ara-sıra mətbuatda bu cür "gurultulu" xəbərlərə rast gəlmək mümkündür: "Filankəs öz cinsini dəyişib..."
    Bu cür "dəyişənlərə" nümunə kimi adətən bəziləri özlərinin "məşhur" bildikləri adları çəkirlər.
    Bu "məşhurlardan" biri də müğənni Rövşən Hicrətidir. Adətən onu azərbaycanlı (türk) kimi təqdim edirlər. Cinsini dəyişib hazırda Hollandiyada yaşayan Hicrəti (hazırda Lamborgini soyadı daşıyır) azərbaycanlı deyil.
    Rövşənin anası Tamara Hicrəti uzun illər indiki AMEA-da çalışıb. Keçmiş əməkdaşlarımız onu yaxşı tanıyır. Tamara və əri başqa bir millətə məxsus idi... Tamara çox vaxt oğlunun xəstəliyindən şikayətlənirdi.
    Sözümün canı odur ki, Hicrətinin türkə bir dəxli yoxdur.









    Xəstələyimlə bağlı verdiyim mesajdan sonra...

    ...iki dibçəkdə eyni növdən və eyni boyda olan güllər üzərində aparılan əcaib bir təcrübəni xatırladım.
    Məsələ burasındadır ki, hər iki dibçəkdəki güllərə eyni dərəcədə qulluq edilir...
    Amma... birinci dibçəkdəki gülə qulluq edənlər hər gün həmin gülün “ünvanına” xoş sözlər söyləyir, onun “qulağına” ürəkoxşayan ifadələr deyir, bu gülün boy-buxunu, ətrini, rayihəsini tərifləyirlər.
    İkinci dibçəkdəki gülə qulluq edənlərsə hər gün onu pisləyir, təhqir edir, ətrinin ürəkbulandıran olduğunu söyləyirlər...
    Bu təcrübə dəfələrlə bir neçə gül üzərində sınaqdan keçirilir.
    İndiki ifadələrlə desək, hər dəfə şok nəticə alınir. Belə ki, birinci dibçəkdəki gül günü-gündən daha da pardaqlanır, gözəlləşir. İkinci dibçəkdəki gülsə solmağa, öləziməyə başlayır.
    Məncə, bu ibrətamiz misaldan sonra sözümün canı hamıya məlum oldu.
    Dostların xoş sözlərindən sonra özümə inamım artmaqdadır.
    Hələ keçən əsrdə, gənclik dövründə yazdığım sətirləri xatırlayıram:

    Mən hələ ölməyə hаzırlаşmırаm,
    Əcəlin əmriylə rаzılаşmırаm.

    Hələ tələsməyin kədərlənməyə,
    Hələ yеtişməyib bu ömrün sоnu.
    Mən ölümqаbаğı üz tutub göyə
    Özüm yаzаcаğаm nеkrоlоqumu.

    Bаşsаğlığı vеrib, özüm özümə
    Fаtihə surəsi охuyаcаğаm.
    Günəşin nurunu təpib gözümə,
    Kipriyimlə kəfən tохuyаcаğаm.






















    Cavanlar və qocalar...
    Kimdir haqlı?
    Başlıca amil vicdan olmalıdır

    Gənclər və ahıllar arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları olur. Buna ədəbiyyatda, adətən “atalar və oğllar” problemi deyirlər. Ən mübahisəli məsələlərdən biri də vəzifə ilə bağlı olur. Cavanlar yaşlılara vəzifə verilməsini çox vaxt qəbul edə bilmirlər. Elə həmin qaydada, qocalar da gənclərin yüksək vəzifələtə təyin ounmasını bir çox hallarda həzm edə bilmirlər.
    Düşünürəm ki, hər iki tərəf yanlışlığa yol verir. Axmaq, istedadsız, pula həris, vicdansız gənc (bu mənfi keyfiyyətlərin siyahısını uzatmaq da olar), zaman keçdikcə heç də müdrikləşmir, əksinə, onun cavanlqda “topladığı” neqativ cəhətlər daha da inkişaf edir və nəticədə beləsi axmaq, istedadsız, pula həris, vicdansız qocaya çevrilirlər.
    Bəli, vicdanlılıq başlıca amil və cəhətdir.
    Bir çox hallarda uzun müddət vəzifədə olan adamı qınayır, hətta, ona şəbədə qoşurlar. Baxır, kim hansı vəzifədə çalışır. Adam var ki, cəmi bir neçə ay hansısa bir yüksək postda əyləşir və oranı sökür, talayır. Adam da var ki, onillər boyu yüksək vəzifədə çalışır və halallıqla yaşayır. (Yeri gəlmişkən, şəxsən mən heç vaxt yüksək vəzifə tutmamışam, ömür boyu elmi və bədii yaradıcılıqla məşğul olmuşam, vəzifəli məmurların axmağını da görmüşəm, müdrikini də).
    Söhbəti çox da uzatmaq istəmirəm. Mənim şəxsən həyatda gördüyüm, hətta söhbət etdiyim iki adam uzun müddət vəzifədə çalışıb və öz ətrafının sevimlisi olub. Belə ki, 102 il ömür yaşamış Boris Paton 1962-ci ildən 2020-ci ilə qədər Ukrayna EA-nın Prezidenti vəzifəsində çalışmışdır. Yüzdən çox elmi-tədqiqat qurumunu özündə birləşdirən bu nəhəng elmi müəssisənin rəhbəri son nəfəsinəcən elmi fəaliyyətlə məşğul olub, öz xalqının dərin sevgisini qazanıb.
    40 ilə yaxın yüksək elmi vəzifədə çalışan Paton tək deyil ki... Yüzlərlə belə adam olub. Məsələn, vaxtilə görüşüb haqqında yazdığım (Bax: “Rəsul Həmzətovdan götürmədiyim müsahibə”) məşhur şair Rəsul Həmzətov düz 52 il (1951-2003-cü illər arası) Dağıstan YB-nin Sədri fəzifəsində çalışıb. Zənnimcə Dağıstanı daha çox elə Həmzətova görə tanıyırlar...
    Misalların, nümunələrin sayını artırmaq da olar.
    Dediyim odur ki, vəzifədə yaş əsas deyil, vicdan amili başlıca şərt olmalı, rol oynamalı və qiymətləndirilməlidir.









    Keçmişdən gələn qadın

    Hə, o vaxt indiki Neft Akademiyasında təhsil alırdılar.
    Mən onların, necə deyərlər, saathesabı müəllimi idim.
    O, həmişə ön sırada əyləşən, mühazirələrə diqqətlə qulaq asan, seminar məşğələlərində məntiqi çıxışları ilə seçilən bir qız idi. Ağlı və gözəlliyi bir-birini tamamlayırdı. Ciddi texniki sahənin mütəxəssisi olacaqdı. Zarafatla ona “gələcəyin şanlı neftçisi” deyərdim. Bəli, neft mühəndisliyi sahəsi üzrə təhsil alırdı.
    Aradan illər, onillər keçdi...
    Şəhərin ensiz, səliqəsiz küçələrindən birində qucağı cürbəcür sabun və ətirlərlə dolu bir qadın düz üstümə yeridi. Küləyin qarışdırdığı çirkli-boz saçları onun sifətinin çox hissəsini örtmüşdü.
    -Yaxşı kişi adekolonu, diş pastası var. İstəmirsən ki?
    Harasa tələsirdim. Başımı bulayıb bu “küçə biznesmeninin” böyründən ötüb keçmək istəyərkən qadın saçını əli ilə arxaya atıb dedi:
    -Bıy, məni tanımadınız, müəllim. Vaxtilə siz AZİ-də bizə dərs demisiz. Fəlsəfə müəllimim olmusuz.
    Ayaq saxlayıb diqqətlə bu xanımın çöhrəsinə nəzər saldım. Nəsə taniş gəlirdi.
    O, çəkinə-çəkinə dedi:
    -Yadımdadır, Siz o vaxt mənə “gələcəyin şanlı neftçisi” deyərdiniz. Özüm də əlaçı idim. Amma mən... Mənim gələcəyim bax bu cür oldu...
    Mən qəfildən o illəri xatırladım. Bakının küləyi sanki təkcə küçələrə deyil, elə bu qarşımdakı qadının sifətinə də hopmuş zaman tozunu bir anlığa silib-süpürüb apardı. Qəfildən onun gənciyi gəldi gözümün önünə. Bu üzgün, bu yorğun sifətdə bir insan ömrünün keçmişi və gələcəyi əks olunmaqda idi.
    Keçmişdən gələn qadın boz kölgə kimi yanımdan ötüb keçdi.




















    “Razborka” sözünü
    ilk dəfə haçan eşitmişəm?

    Tələbə olarkən başıma gələn bir əhvalatı xatırlayıram.
    O zaman tez-tez şəhərdəki kitab dükanlarına baş çəkirdim. Ən böyük kitab bazarı isə şübhəsiz ki, indiki “Fəvvarələr meydanının” yaxınlığında yerləşən “Kitab pasajı” hesab olunurdu. İndi həmin yerdə pal-paltar satılır.
    Bəzən defisit kitabları əlaltdan tanışlıqla oradan, məhz həmin “pasajdan” alırdıq. (Yeri gəlmişkən, o zaman kitab satıcısı işləyən gələcəyin görkəmli şairi Zəlimxan Yaqubla da həmin mağazada tanış olmuşduq).
    Nə isə, bir dəfə yenə həmin “Kitab pasajı”na yolum düşmüşdü. Fasilə olduğu üçün sürahiyə söykənib gözləməli oldum. Əlimdəki çantanı yerə qoyub təzə aldığım qəzetləri nəzərdən keçirməyə başladım.
    Bu əsnada bir hay-küy eşitdim. Gözümü qəzetdən çəkib baxdım. Yaxınlıqda yekəpər bir kişi ilə qəşəng, sarışın bir qadın bərk mübahisə edirdi. Kişinin həm yaşı, həm gövdəsi, həm də çəkisi məndən təxminən iki dəfə artıq olardı.
    Birdən sanki yaxınlıqda güllə açıldı. Kişinin vurduğu şapalaq qadını yerə sərdi. Cavanlıqda adam çılğın olur. Özümdən asılı olmayaraq tez əlimdəki qəzeti bir kənara atıb irəli cumdum. Kişinin arxası mənə tərəf idi. Nə edəcəyimin fərqində deyildim. Sadəcə qadını növbəti zərbədən yayındırmaq istəyirdim. Arxadan kişinin enli çiyinlərini qucaqladım və elə bu an özüm də qorxuya düşdüm; çünki zalım balasının əzələli qolları daş kimi möhkəm idi. Elə bil ki, sal qayanı qucaqlamışdım. Hiss olunurdu ki, bu heyvərə indinin olmasa da, ən azından çox yaxın keçmişin idmançısı olub.
    Təbii ki, belə bir qəfil hücumu gözləməyən bu yekəpər adam qanrılıb geri baxmq, heç olmasa “hücumçunun” kimliyini müəyyən etmək istəyirdi. Çənəm kişinin “qranit” peysərinə dirənmişdi. Mən onu məhkəmcə qucaqlamışdım. Qorxurdum ki, o məmim qucağımdan, daha doğrusu, qollarımın arasından çıxıb ya qadını, ya da məni, lap elə hər ikimizi tapdasın.
    Birdən kişi çiynini öynadıb yerindəcə fırlanda. Mən də, təbii ki, kişi ilə birlikdə havada dairə cızdım. O, qollarını “sarıqdan” xilas etmək istəyirdi. Kişi başı kəsilən heyvan kimi xırıldayıb əzələli qollarınının dirsəyini yan tərəflərə doğru eşməyə başladı. Mən kişini arxadan qolları qarışıq nə qədər bərk-bərk qucaqlasam da, müvazinətimi sonacan saxlaya bilmədim; belə ki, kişi növbəti dəfə yerində gərdiş edib fırlananda əlim onun boynundan üzüldü. Havada uçub yaxınlıqdakı çantamın yanına düşdüm.
    Həndəvərdən keçən adamların bir-ikisi yaxınlaşıb aramıza girmək istədi. Kişi çox qızmışdı. Hədəqəsindən çıxan gözlərindən sanki qan damırdı. Köpüklü dodaqları səyriyirdi. Bizə yaxınlaşanlar geri çəkilməli oldular...
    Nə isə. Sürahidən yapışıb ayağa durdum, üst-başımı çırpdım.
    Bayaqdan çul kimi yerə sərilmiş qəşəng, sarışın qadın özünü mənə yetirdi. Elə bildim ki, nəsə dil-ağız edəcək. Amma nə eşitsəm yaxşıdır? Qadın hiddətlə üstümə yeriyib dedi:
    -Adə, ay uşaq, yolunla düz gedə bilmirsən? Bu, mənim öz ərimdir. Sən nöş ortaya atılmısan? Sən nəyimsən mənim? Qorxmursan ki, kişi səni vurub öldürər?
    Hiss etdim ki, bu anlarda kişinin hirsi-köpü bir az yatdı. O, əzələli qollarını məşq edirmiş kimi yüngülcə oynadaraq, möhkəm peysərini döndərib çəpəki halda məni süzdü. Sonra bir idmançı təmkini ilə sakit, xırıltılı səslə dedi:
    -Cavan oğlan, çalış heç vaxt başqasının ailə “razborkasına” qarışma... Yoxsa...
    Bax “razborka” sözünü ilk dəfə onda eşitdim.












    Neçə dövlət növü var?

    P l a t o n a görə, onun yaşadığı dövrdə 6 dövlət növü mövcud olub:
    1. Monarxiya - bir nəfərin ədalətli hakimiyyəti
    2. Tiraniya- bir nəfərin ədalətsiz hakimiyyəti
    3. Aristokratiya- azlığın çoxluq üzərində ədalətli hakimiyyəti
    4. Oliqarxiya- azlığın çoxluq üzərində ədalətsiz hakimiyyəti
    5. Demokratiya- çoxluğun ədalətli hakimiyyəti
    6. Timakratiya- çoxluğun ədalətsiz hakimiyyəti; bu cür hakimiyyət polis, ordu, hərbi güc vasitəsi ilə həyata keçirilir.
    Platona görə,
    7-ci dövlət növü də vardır, bu, gələcəyin dövlətidir, həmin dövləti Platon İdeal dövlət adlandırırdı.
    A r i s t o t e l ə görəsə 6 dövlət növü mövcud olub:
    1. Monarxiya
    2. Tiraniya
    3. Aristokratiya
    4. Oliqarxiya
    5. Oxlokratiya (İzdihamın idarə etdiyi hakimiyyət)
    6.Politiya (Orta oliqarxiya ilə orta demokratiyanın qarşılıqlı idarə etdiyi hakimiyyət).




    Ölüm haqdı və ya ölüm haqda…

    Böyük rus şairi Puşkin insan həyatının sonlu olması fikrini çox böyük həyəcan hissi ilə qarşılayıb. Amma o, özünə təskinlik verməyi də unutmayıb. Şair yazırdı:
    Bu işıqlı dünyanın ən sonuncu şairi
    Nə qədər ki, yaşayır, mən də sağam deməli.
    Dahi Lev Tolstoy bütün həyatı boyu ölümdən, əcəldən qorxub. Onun əsərlərində ölüm səhnələri çox realist boyalarla əks olunsa da, bir təhtəlşüur qorxu hissi də duyulur.
    Dünyanın ən böyük fiziklərindən biri Eynşteyn isə öz mülahizələrində ölümdən qorxmadığını bəyan edərək bildirirdi ki, o, özünü kosmosun bir hissəsi sayır, ölümü təbii proses kimi qarşılayır, bundan qətiyyən narahat olmur.
    Mən bir neşə il öncə Portuqaliya yazıçısı, Nobel mükafatçısı Joze Saramaqonun əsərləri ilə tanış olarkən, daha doğrusu “Ölüm fasilələri” romanını oxuyarkən, əcələ başqa bir münasibəti də müıahidə etdim. Bunu əcəllə, ölümlə məzələnmə də adlandırmaq olar. Əlbəttə, burada söhbət yazıçının qəhrəmanlarından gedir. Amma orası da var ki, hər bir ədəbi qəhrəmanda hər bir yazıçıdan, yəni müəllifdən nəsə bir şey var.




    Pyotrun möhürü

    Yəqin ki, əksəriyyətiniz müşahidə edib: “vurmaq” istəyən adamlar adətən boğazlarına çırtma vurub ürəklərindən keçən müqəddəs arzularını mədəni şəkildə bəyan edirlər.
    Yaxşı, bəs bu boğaza çırtma vurmaq haradan keçib bu yeyib-içən, vuran millətə?
    Eşitdiyimə görə, Dəli Pyotrdun zamanında bir işgüzar mujik çarın bütün əmrlərini çox səliqəli şəkildə yerinə yetirirmiş. Pyotr bu kişinin fərasətinə vurulubmuş. Amma bu qoçaq mujikin bir “əmması” varmış, o da bundan ibarət imiş ki, çox içirmiş. Bir gün kefinin xoş vədəsində çar mujikə deyir ki, bəlkə məndən bir təvəqqin-filanın ola. Mujik gözünə göndüyüm də fürsəti fövtə verməyib tez dillənir:
    -Əlahəzrət, sizdən tək bircə xahişim var.
    -O, nə xahişdir elə?
    -Bilirsiz ki, yeyib-içən adamam.
    -Bilirəm. Onsuz da lazım olanda burada sənin “payokunu” verirlər.
    -Elə onu deyirəm. Sizin sayənizdə burada mənə yaxşı qulluq edirlər. Amma saraydan çıxıb şəhərə düşəndə kimdi məni tanıyan? Sizdən niyə gizlədim, hərdən vurmaq istəyirəm, amma pulum olmur.
    -İndi nə edək? Sənə hər gün içməyə pul verim?
    -Pul niyə, əlahəzrət? Sizin gül kimi möhürünüz var. Tapşırın, qoy o möhürü qızdırıb mənim boğazıma vursunlar.
    -O nə üçündür elə?
    -Mən hansı yeməkxanaya girsəm, köynəyimin varatnikini aşağı dartıb sizin möhürünüzün yerini göstərəcəm. Onda görüm hansı köpəy oğlu mənim “payokumu” verməyəcək?
    Pyotr əmr eləyir. Möhürü qızdırıb bu müdrik mujikin boynuna dağ çəkirlər.
    Bundan sonra həmin kişi hansı yeməkxanaya gedirmişsə, köynəyinin boyunluğunu aşağı dartıb boynunda qaralan (bəlkə də qızaran) möhür yerinə çırtma vururmuş. Yəni ki, bu Pyotrun möhürü, onun əmridir. Dəli Pyotrdan qorxan adamların hünəri nə idi ki, mujikin tələbini yerinə yetirməsinlər?
    Məncə, əhvalatın özü kimi onun dəqiq təsviri də pis alınmadı...














    Səbəb nədir nə?

    İddia edirlər ki, Səməd Vurğunun ali təhsili olmaya-olmaya dövlət mükafatları alıb. Bilmirlər ki, Nobel mükafatı alanların bir çoxunun ali təhsili olmayıb. Və yeri gəlmişkən, Nobel alan rus yazışısınin heç birinin (Bunin, Pasternak, Şoloxov, Soljenitsın, Brodski) ali təhsili olmayıb.
    Deyirlər ki, Səməd Vurğun partiyaya, Leninə, Stalinə əsərlər ithaf edib. O dövrdə yaşamış hansı görkəmli sənət adamının bu mövzulardada əsəri yoxdur ki? Ona qalmış Üzeyir bəyin “Stalin” kontatası, Müışfiqin “Stalin” poeması, Cavidin “Azər” poeması, Cabbarlının “Almas”, “Sevil”, “Yaşar” dramları sosializmin təntənəsinə ithaf olunub.
    Bəli, Səməd Vurğun, həqiqətən bir çox ideoloji ehkamlardan asılı olub. Amma burası da var ki, o, ən azı poetik dil baxımından müasir poeziyamızın “qibləsini” müəyyənləşdirib.
    p.s.
    Başqa “şüarlar” da səslənir: Nizami, Xaqani, Məhsəti farsca yazıb. Nəsimi, Fizuli Azərbaycandan kənarda yaşayıb yaradıb… Yəni, “yenilikkçi nadanların” dediyindən belə çıxır ki, bu dahilər də bizim deyil.
    Bir çoxların milli-mənəvi dəyərlərimizə hücumunun səbəbi görəsən nədir?
    Bəlkə Siz deyəsiz? (Mən özüm qismən bilirəm bu səbəbi)…
    p.p.s.
    və nəhayət... Böyük şair haqda deyilən bir firkə də öz münasibətimi bildirmək istəyirəm.
    Fikir ondan ibarətdir ki, guya Səməd Vurğun repressiya illərində kimlərinsə üzünə durub. Yalan fikirdir. Keçmiş Baş prokuror İ.İsmayılov bu məsələ barədə bir neçə dəfə açıqlama verib. Və sənəd-sübutlara isnad edərək deyilənlərin yalan olduğunu söyləyib.
    O başqa bir məsələ ki, Vurğun bir çox müasirlərini tənqid edib.
    Bəyəm bu gün tənqid olunan və ya tənqid edənlər yoxdur?
    Bəyəm söz adamı dövlət başçısı, baş prokuror və ya məhkəmə sədridir ki, bu və ya digər məsələ haqda qərar çıxarsın və ya sanksiya versin?














    70-ci illərin “ədəbi dostları”...

    ...Əvvlcə BMZ zavodunda işləyirdim. Orada çoxlu dostlarım vardı. Bəxtiyar, Rahil, Yadigar, Tələb, Mamed, Şakir, Rasim, Lətif... Aslan Zeynallının yaratdığı “Cərəyan” adlı dərnək BMZ-nin Montindəki mədəniyyət evində fəaliyyət göstərirdi. (Deyəsən, indi ora şadlıq evidir). Tez-tez tanınmış söz adamları ilə görüşlər keçirərdik.
    Sonra tələbə oldum. Demək olar ki, Bakıdakı bütün kirabxana və qiraətxanaların oxucusu idim. Yaradıcı gənclər geniş mütaliə edirdilər...
    Bizi birləşdirən əsasən, ədəbiyyat idi. Ən çox o vaxkı Lenin adına və Sabir adına kitabxanada, arabirsə Axundov adına kitabxanada toplaşardıq. Bu kitabxanaların mütaliə zalları daim üzümüzə aşıq olardı. Hətta, kitabxana “rəhbərliyini” təmsil edən bir çox adamların adını mən indi, aradan onyillar keçəndən sonra da xatırlayıram. “Lenin kitabxanası”nın müdiri, səhv etmirəmsə Abbas müəllim (Abbasov) idi. Nadiyyə xanımsa orada şöbə müdiri idi. İndi həmin müəssisə deyəsən “Prezidentin işlər idarəsinin Kitabxanası” kimi fəaliyyət göstərir.
    Mənim o vaxtlar sıx ünsiyyətdə olduğum dostların əksəriyyəti, təbii ki, yazı-pozu ilə məşğul olan adamlar idi. Böyükxan Bağırlı, Qasid Nağıoğlu, Tahir Qurbanov, Musa Ələkbərli, Zəlimxan Yaqublu, Vaqif Cəbrayılzadə, Rafiq Tağı, Eldar İbrahim, Əyyub Sədi, Səməd (Tibb İnst.) ... Bu imzaların bir çoxu ədəbiyyatsevərlərə yaxşı tanışdır. Bu gün geniş ictimaiyyət Əlabbası və Rafiqi tanınmış nasir, Zəlimxani isə məşhur şair kimi xatırlayır. Vaqif Cəbrayılzadə və Musa Ələkbərli artıq öz fərdi poetik dəst-xətti olan şairlər kimi tanınır. Bizim “məclisə” arada Eldar Nəsib, Taleh Həmid, Əbülfəz Naxçıvanlı da qoşulardı.
    Mənim söhbətim daha çox Böyükxan və Qasidlə (hə, bir də Səmədlə) tuturdu. Bəzən saatlarla dəniz kənarında gəzişər, bulvarın o zamanlar qiyməti 50 qəpik olan tamsız-dadsız çayından içər, amma çox maraqlı söhbətlər edərdik. Böyükxan və Qasid indiki BDU-nun jurnalistika fakültəsində, Səmədsə Tibb ins.-da təhsil alırdı. Hər üçü əslən Cəlilabad (keçmiş Astraxanbazar) rayonundan idi. Onlar qısa bir müddət ərzində Bakıda çalışsalar da, sonrakı fəaliyyətləri rayonda çıxan qəzetlə bağlı oldu.
    Tahir Qurbanov, Rafiq Tağı və Səməd (təəssüf ki, onun soyadını unutmaşam) indiki tibb universitetinin son kurslarında təhsil alırdılar. Tahir çox istedadlı şair idi. Rafiq Tağı ilk hekayələrini yazırdı.
    Bəzən, əsasən, gənc şairlər söz üstə az qala “qırğına” çıxardılar. Bir-birini plagiatlıqda ittiham edənlər də az olmurdu. İçib dava-dalaş salanlar da olurdu. Lap indiki kimi.
    05.10.2010




    YUXULAR HAQQINDA

    Freyd və freydizm bir az arxa plana keçir.
    Yuxudakı şirlər

    Az yatıram. Amma bu qısa zaman çərçivəsində bəzən çox maraqlı yuxular da görürəm. Çoxu da süjetli, fabulalı, dialoqlu, monoloqlu. Hazırca əsərdir, götür yaz. Hərdən düşünürəm ki, bəlkə mən yatanda yuxu görmürəm, yuxu məni görür?
    Dünən gecə görürəm ki, adını unutduğum bir dostumla rastlaşıram, o israr edib deyir ki, yaxınlıqda yaşayıram, gedək bizə. Deyirəm ki, evdə nə var, gəl bir yerdə oturub çay içək, çörək yeyək. O, əlini uzadıb deyir ki, budur, beş-on metrlikdə yaşayır. Nə isə, onun evinə qonaq gedirik. Dostum haradasa Montin tərəflərdə,kino-teatrın yaxınlığında yaşayır. Mənim çiynimdə iri çanta var. Narın yağış yağır.
    Kino-teatrdın yanından keçədə bir şir heykəli gözümə dəyir. Amma hisss edirəm ki, bu heykəl sanki tərpənir, sanki şir canlıdır. Dostum əlini heykəlin belinə çəkir. Bayaqdan “qımıldanan” şir bir andaca elə bil sakitləşir, ta tərpənmir. Mən təəccüblə çiynimi çəkirəm. Dostum deyir ki, bu, adi bir şir heykəlidir.
    Xülasə, söhbət edə-edə gedib çıxırıq dostumun evinə. Baxıb görürəm ki, mənzildə canlı bir şir var. Dostum deyir ki, çoxdan şir saxlayır. Özü də deyəsən bu ev dostumun özünün deyil, o, burada kirayədə qalır.
    Şir sakit-sakit, məlul-məlul üzümüzə baxır. Dostum deyir ki, sən gözlə, mən gedim həm özümüz, həm də şir üçün bir az bazarlıq edim gəlim. Etiraz etmirəm. Dostum çıxıb gedir. Mən diqqətlə şirə baxıram: o, deyəsən qocalıb əldən düşüb. Şirə baxa-baxa onun taleyi barədə düşünürəm. Şir qocalanda necə də yazıq olurmuş... Və məni yuxu aparır...
    Bir azdan qapı döyülür. Gələn dostumdur. İndi o, təkcə bazarlıq edib gəlməyib, özüylə üstəlik gənc bir şir də gətirib. Mən bu yeni gələn şiri o dəqiqə tanıyıram; o, bayaq kinoteatrın yanında gördüyüm şirə çox bənzəyir. Demək, bu hiyləgər şir orada özünü bicliyə qoyaraq “heykələ” dönübmüş. Hə, deməli, otaqdakı şirlər başlarını tərpədib bir-birilə “görüşür”, ağızlarını yaxınlaşdırıb imsiləşirlər.
    Dostum bazarlıq heybəsini açır. Şirlər də öz yeməyini yeyir, biz də. Hiss olunur ki, şirlər öz yeməklərini güc-bəla ilə yeyirlər. Yedikcə udqunurlar. Yəqin ki, onların dişi tökülüb. Dişli şirin burada, bu dar otaqda nə işi var?
    Dostum deyir ki, ta bu şirləri burada saxlamağın bir mənası yoxdur. Gəl onları aparıb zooparka təhvil verək. Belə də edirik. Dostum şirləri qucağına alıb mənim iri çiyin çantamın içinə qoyur. Mən çantanı götürüb çiynimə atıram. Şirlərin çəkisi çox yüngül imiş.
    İndi bayırda güclü külək əsir, şırhaşır yağış yağır.
    Addımlarımızı iri atırıq.
    Bayaq yanından keçdiyimiz kino-teatra çatanda dostum deyir ki, sən burada gözlə, mən zooparkın direktorunu tapım. Deyirəm ki, axı bura zoopark deyil. Dostum deyir ki, ta zoopark burada fəaliyyət göstərir.
    O, gedir müdiriyyəti axtarmağa.
    Kinoteatrın arkasının altında külək və yağış tutmayan bir yerdə dayanıb ətrafa nəzər salıram və görürəm ki, bayaq gördüyüm şir heykəli yerində deyil. Artıq yüz faiz inanıram ki, mənim çantamdakı şirlərdən biri elə həmin “heykəl-şirdir”.
    Bayırda gözləməkdən yoruluram. İçəri keçirəm. Qəribədir, sən demə, bura həm zoopark, həm də kinoteatr imiş.
    Çiynimdəki yükü, daha doğrusu, şirləri yerə qoyuram. Çantadakı vəhşilər dombalaq aşıb nərildəyir. Adamlar, xüsusən uşaqlar, heyrətlə yerdə yumalanan çantaya baxırlar. Mən həyatda olduğu kimi, yuxuda da yalan deməyi xoşlamıram və etiraf edirəm ki, çantada şirlər var, amma onlaq qorxulu vəhşilər deyil, məncə onların heç dişi də yoxdur.. Adamların marağı daha da artır. Onlar istar edib çantanı açmağımı istəyirlər. Mən deyirəm ki, bu şirləri bir azdan buraya təhvil verəcəyik, onda baxa bilərsiz, bir az gözləyin.
    Dostum zooparkın hansısa məsul işçisi ilə gəlir. Həmin məsul işçi əyilib çantaya baxır. Bayaqkı iri çanta indi çox balaca görünür. Sanki onun içində yumalanan iki şir deyil, kiçik siçovullardır.
    Biz dostumla and-aman edib deyirik ki, çantadakılar şirdir...
    Çantanı götürüb yaxınlıqdakı yaşıl əraziyə keçirik...
    Və yuxudan oyanıram...
    Yadımdan çıxmasın deyə yuxuda gördüklərimi yazıya köçürürəm.
    Bilmirəm bu yuxunun mənası nədir. Amma hesab edirəm ki, onun haradan qaynaqlandığını qismən bilirəm.
    Bir müddət əvvəl vaxtilə haqqında yazdığım Bəbirovların evdə saxladığıl şiri xatırlaşışdım. Bilənlər bilir, 80-ci illərdə evində şir saxlayan qadın vardı. Günlərin bir günü həmin xanımı- Bərbərovanı vəhşi şir parçalayıb öldürmüşdü. O vaxtacan həmin şir haqda film çəkilmiş, hətta şir filmlərdə “rol” da oynamışdı.
    Deməli, şir mənim yuxuma elə o xatırlamadan gəlibmiş.
    O ki qaldı çiynimdəki iri çantaya... Dünən yeni çapdan çıxan kitablarımın bir neçəsini həmin çantada evə gətirmişdim...
    Elə yağış da dünənki yağış idi və görünür yuxuma da elə oradan “qonaq” gəlibmiş...
    Hələ orasını demirəm ki, bir çox bədii yazılarımda- nəsr və dram əsərlərimdə Şir obrazı yaratmışam. “Qəfəs” pyesimin əsas personajı elə Şirdir...
    Belə getsə, yuxu ilə bağlı təəssürat və fikirlərim Freydi və freydzmi arxa plana keçirəcək.
    Bunu yazmaqda, yuxumu geniş təsvir etməkdə məqsədim nədir?
    Mən qətiyyən yuxunun “kodlarını” açmaq niyyətində deyiləm. Və hesab edirəm ki, belə bir kod da yoxdur.
    Yuxular hallüsinasiya səciyyəli olur.Və biz adətən həyatda gördüyümüz, barəsində düşündüyümüz hadisələri yuxuda bir qədər təhrif olunmuş, dəyişmiş, metoforik şəkildə görürük.
    Yuxularımız bir növ bizim real həyatımızın yarıfantastik davamıdır.


    Daha oğurluğun kökü kəsilib. Yuxuda...

    Bəli, uzun illərdir ki, yuxusuzluqdan əziyyət çəkirəm. Amma gözümə çimir gələn kimi, adətən, yuxu görürəm. Yuxuların da çoxu qarmaqarışıq olur, sanki montaj olunmuş absurd filmlərə baxıram.
    Bəzən yuxularımda nə zamansa həyatda şahidi olduğum hadisələrin “surətini” də görürəm. Bəzənsə maraqlı bildiyim yuxuları özümçün qeyd edirəm. Hətta, vaxtilə gördüyüm yuxunun “süjüti” əsasında bir hekayə də yazmışam, səhv etmirəmsə onun adı belədir:“Çin olan yuxular”...
    Bu gecə yenə yuxu gördüm. Gördüm ki, bu yaxınlarda səksəni adlamış yazıçı Nahid Hacızadə alt qatında “Olimp” mağazası yerləşən binanın qabağındakı geniş səkidə quraşdırılmış kompütürin arxasında vurhavur nəsə yazır. Onun evi vaxtilə həmin binada yerləşirdi. Yaxınlaşıb salam verirəm. Deyirəm ki, Hacı, (mən ona adətən “Hacı” deyə müraciət edirəm) maşallah, bilgisayarda yazmağı təzə öyrənsən də, çox sürətlə yazırsan. Yazıçı deyir ki, bacıoğlu, mən vaxtilə yazı makinasında yazdığım üçün kompütürdə işləməyə çox tez alışdım. Deyirəm ki, bəs burada, bu səkidə, bu küçəni kənarında niyə quraşdırmısan bu dəfə-darağı, bəyəm evində yer yoxdur? Deyir ki, kompütür elə həmişə burada qalır. Deyirəm ki, axı birdən oğurlayarlar onu. Cavab verib deyir ki, yox, oğurlamazlar, hər yer kameralaşıb.Və onu da əlavə edir ki, bizim şəhərdə ta oğurluq baş vermir, qurd qoyunla otlayır, ümumiyyətlə cinayətin kökü kəsilib. Yuxuda da olsa bu xəbər məni çox sevindirir...
    Sonra ondan ayrılıb üzüaşağı Müşfiqin heykəlinə sarı düşürəm. Heykələ çatanda dönüb arxaya baxıram. Görürəm ki, səkidə quraşdırılmış kompüterin üstündə qalaqlanmış vərəqləri külək tərpədir. Geri qayıdıb yazıçıya demək istəyirəm ki, hava tutulur, deyəsən yağış yağacaq, gəl bu kompüteri evə qaldıraq.
    Amma yazıçı gözə dəymir, o, yəqin ki, artıq evə gedib.
    Diqqətlə baxıram, bayaq səkidə gördüyüm kompütür indi daha çox pianoya oxşayır. Özü də haradansa asta, həzin musiqi səsi gəlir.
    Başımı qaldırıb baxıram, yazıçı öz mənzilinin eyvanından uzaqlara baxır, bilmirəm məni görür yoxsa yox, amma mən ona əl edirəm...
    ...Bu yuxunun izahı və ya açması üçün nə münəccimə, nə parapsixoloqa, nə falçıya, nə də ki “Vyanalı şarlatan” Ziqmund Freydə ehtiyac var.
    Sual: Mən yazıçını niyə yuxuda görmüşəm?
    Cavab: Dünən şair Oqtay Rza və başqa bir tanış zəng edib məndən Nahid bəyi soruşmuşdular. O, bir az nasazdır.
    Sual: Bəs kompütür dəsti niyə küçədə quraşdırılıb?
    Cavab: Mən ötən gün Butan dövləti ilə bağlı bir xeyli material oxumuşdum. Oxumuşdum ki, həmin dövlətdə oğurluq, cinayət hadisəsi baş vermir, əlindəki bağlamanı səkidə qoyub hara istəsən gedə bilərsən və bir ildən sonra qayıdıb görərsən ki, həmin bağlama qoyduğun yerdədir.
    Deməli, hər bir gördüyümüz yuxunun bir real zəmini olur. Hətta, yuxu nə qədər fantastik olsa da belə.
    26.03.17


    Yuxuda beynəlxalq toplantı...

    Deyilənə görə bu gün- 1 Mart Ümumdünya yuxu günüdür.
    Heç bilmirəm belə bir günə ehtiyac var ya yox?
    Adətən, səhərlər qısa, qırıq-qırıq fasilələrlə yatıram. Arada yuxu da görürəm. Gündəlik yuxumu kino lenti kimi montaj etsələr, həcmi çox kiçik həcmli bir sənədli film qədər ola bilər.
    İnsan nəyə görə, hansı səbəbdən yuxugörür? Səbəblər mənə və təbabətə qismən bəllidir: zehni çox məşğul etmək.
    Amma xoşbəxtlikdən, gümrahlığım üçün kiçicik bir çimir kifayət eləyir.
    Hesab edirəm ki, mən bu dünyada tək deyiləm. Yəqin ki, bu cür “yuxu soyqırımına” məruz qalan digər dostlarım da var.
    Amma yuxu çox şirin şeydir.
    Yuxunuz şirin olsun.
    P.S.
    Dediyim kimi, kiçik, “epizodik” çimiralmalarda bəzən maraqlı yuxular da görürəm.
    İndi isə gördüyüm süjetli yuxulardan bəzilərini sizə təqdim etmək istəyirəm.
    ...Gördüyüm yuxuların bəzisi maraqsız olur. Bəzisi isə oyananda yadımdan çıxır. Yadımda qalan, süjetli, fabulalı yuxular da olur ki, mən onları bəzən qələmə alıram. Bu gecə də məhz həmin yuxulardan birini gördüm...
    Görürəm ki, nəhəng, intəhasız bir salonla üzbəüz olan yeməkxanadayıq. Bilmirəm bu nə salondur... Amma yeməkxana da qarşıdakı salon kimi böyükdür. Bu yeməkxana bir az da mətbəxə bənzəyir. Belə ki, ortadakı qaz pilətələrinin üstündə pıqhapıq qazanlar, çaydanlar qaynayır. Hərə özünə qulluq edir. Burada çoxlu adamlar var. Xaricdən gələn qonaqlar da gözə dəyir. Mən yanımdakı yazıçıdan (dayım Nahid Hacızadədən) soruşuram ki, biz buraya nə üçün gəlmişik? O, təəccüblə üzümə baxıb deyir ki, Rüstəm İbrahimbəyovun yaradıcılığına həsr olunmuş beynəlxalq toplantı keçirilir. Hə, baxıb görürəm ki, Rüstəm və qardaşı Maqsud da məclisdədir. Az sonra elan edilir ki, hamı iclas zalına keçsin, tədbir başlayır. Mən nədənsə getmək istəmirəm. Bu əsnada keçəl, bəstəboy, kök bir kişi qarşımı kəsib deyir ki, tez olun salona keçin, siz də çıxışçılardan birisiniz. Deyəsən, haradansa tanıdığım, amma kimliyini, nəçiliyini indi dəqiqləşdirə bilmədiyim bu adam iclasın təşkilatçısıdır. İçəri keçməyə nədənsə tərəddüd edirəm. Kişi öz “tələblərini” irəli sürür: içəri keçin, özü də nəzərə alın ki, çıxışınız mütləq ya ingilis, ya da rus dilində olacaq. Mən etiraz edirəm. Deyirəm ki, ingiliscə bilmirəm, rusca isə dialektdə danışıram, yalnız Azərbaycan dilində danışa bilərəm. Bir də ki, bura xaric deyil axı, niyə öz dilimizdə danışmayaq? Kişi ilə mübahisəmiz davam edir. O, elə hey israrla məni salona dəvət edir, deyir ki, gəl bu məsələni içəridə həll edərik... Mən yaxamı kənara çəkib zala girmirəm...
    Yuxudan ayılanda salona girmədiyim üçün əvvəlcə özümü qınasam da, sonra bu “müdrik” hərəkətimə bəraət verirəm: yaxşı ki, o zala daxil olmamışam... Oradakıların hamısı o dünyada olanlar idi. Məni hansısa gözəgörünməz bir qüvvə oradan çəkib çıxartdı. Yoxsa özümə qalmış içəri keçəcəkdim.
    Qeyd. Hə, indi xatırladım ki, doğrudan da bu ayın 5-də Rüstəm İbrahimbəyovun 85 yaşı tamam olub. Bəs niyə belə sakit? Bir tərəfdən baxanda yaxşı ki, heç olmasa yuxuda onun yubileyinə beynəlxalq səviyyədə hazırlığın “şahidi” oldum. Həmin “toplantıda” iştirak etməsəm belə...
    01.03.2024


    Yuxuda dağları uçururdular

    Gördüm ki, uca, yalçın, çılpaq, sıldırım qayalarla əharə olunmuş dağın zirvəsindəyəm. Yalnız bəzi qorxulu filmlərdə bu cür qorxunc dağlar görmək olar.
    Dağın sinəsində qaraltılar gəzişir. Bir az diqqətlə baxıb görürəm ki, bu “qaraltılar” əli külünglü-lomlo-xəkəntazlı-belli, qara geyimli adamlardır. Bu adamlar hərəkətdə, vurnuxmadadırlar. Birdən yanımda iricüssəli bir kişi peyda olur və deyir ki, dağı sökürlər. Yenə diqqət edib görürəm ki, bu vurnuxan adamlar doğrudan da əllərindəki alətlərlə dağlardan böyük daşlar qoparırlar. Qoparılan daşlar diyirlənərək üzü dərəyə doğru yuvarlanır. Dağlar uçur, dərələrsə daş topaları ilə dolur...
    Ən maraqlısı budur ki, dağdan qoparılan qəlpələrin “altından” qəribə, əcaib insan və heyvan “füqurları” – heykəllər çıxır. Məsələn, qat-qat daşların altından çıxan “heykəllərin” bir çoxu ev və vəhşi hayvanlara- ayıya, tülküyə, itə, pişiyə, bəziləri isə həyatda tanıdığım və tanımadığım adamlara bənzəyir. Yanımdakı cüssəli adamqəfil zühur etdiyi kimi, qəfildən də qeyb olur. Baxıb görürəm ki, daş heykəllərdən biri də elə indi görünüb yoxa çıxan adama bənzəyir.
    Çox kədərlisi, üzücüsü budur ki, dağdan qopan bu iri qaya parçaları və daş qəlpələri diyirlənərək bir az əvvəl üzə çıxan “heykəlləri” də vurub aşırır. Beləliklə, qəlpələrin altından zühur edən “sənət əsərlərini” yüksəkliklərdən axıb gələn daş uçqunları dağıdır, məhv edir, sıradan çıxarır, dərələrə gömür.
    Bu vur-çatlasının nə məqsədlə baş verdiyini anlaya bilmirəm. Düşünürəm ki, ya yol çəkir, ya da elektrik stansiyası qururlar.
    Yuxumun ən maraqlı, yaddaqalan hissəsi sən demə hələ irəlidə imiş. Bu tozanağın, haray-həşirin içindən bir adam mənə yaxınlaşır. Bıy, baxıb görürəm ki, bu, böyük yazıçı Çingiz Aytmatovdur: əzəmətli, ucaboy, ağsaçlı ədib. İndi onunla necə görüşməyimizin təfərrüatını düz-əməlli xatırlamıram. Axı bəzən yuxuların bir çox hissələri ya unudulur, ya da məntiqsiz olur. Bu, bir növ, müəyyən hissələri pozulmuş kino-lentinə bənzəyir.
    Aytmatovla birgə dağın döşündəki ensiz cığırdan keçib harasa, çox güman ki, dağın o biri üzündəki sakit, səs-küysüz guşəyə sarı addımlayırıq. Qayaların birinin ətəyində bir dəstə adam toplaşıb nə barədəsə danışır. Mən salam verirəm. Adamlar öz işlərindədir, söhbət edirlər. Məni təsir edir ki, adamlar bu boyda yazıçını tanımır- Aytmatovu deyirəm...
    “Dağlar uçanda”. Səhər oyananda xatırlayıram ki, Çingiz Aytmatovun son romanının adı belədir.




























    Türk və hindu dillərinin kök yaxınlığı

    Məni uzun illərdir belə bir sual maraqlandırır: görəsən, dünyada elə bir dil varmı ki, orada türkizmlər olmasın? Əslində cavab sadə və qısadır: Yox. Elə bir dil yoxdur ki, onun tərkibində ya türk sözü, ya da türkizm olmasın. Əcaba, elə bir dil varmı ki, orada, məsələn, “tülpan”, “yoqurt”, “dönər”, “kiosk”... sözlərindən heç olmasa biri işlədilməsin? Yoxdur belə bir dil.

    ... Amerikan hinduları ilə türklərin kök birliyi haqda zaman-zaman bir-birinə yaxın və bir-birindən fərqli mülahizələr, hipotezlər irəli sürülüb. Amerikanın qırmızıdərili yerli sakinlərinin mənşəyi elmi və qeyri-elmi fikri uzun illər məşğul edib. Bəs xalqların bir-biri ilə doğma və yad münasibətləri hansı müstəvidə çözülməlidir? Zira bu iki etnosun birbaşa əlaqə və vəhdətini təsdiq edən rəsmi, tutarlı və elmi dəlillər yoxdur.

    Amma... ortada maraqlı hipoteza və fikirlər də yox deyildir. Hesab edirəm ki, bu məsələdə dil faktoru önəmli rol oynaya bilər. Amerikan alimlərinin Miçiqan Universitetində apardığı tədqiqatlara görə müasir hindular bu qitəyə “Berinq körpüsü” vasitəsilə gəliblər. Adıçəkilən ərazi vaxtilə Amerika və Asiya arsında geniş bir dəhliz olub. 12 min il əvvəl həmin “körpü” yox olmuşdur. Hazırda həmin ərazidə Berinq körfəzi yerləşir. Bu miqrasiya uzun bir zaman ərzində davam edib. Təxminən 20-25 min əvvəl indiki hinduların ulu babaları Altaydan köç edərək Amerikada məskunlaşıblar.
    Yeri gəlmişkən, mən özümü dil mütəxəssisi hesab etməsəm də, dillərin “dialektikasını” və “nəfəsini” pis duymuram, bu barədə öz fərdi və fərqli düşüncələrim var. Hətta, dünyaya səpələnmiş türklərlə və türk dilləri ilə bağlı “Yüz türk etnosu” («Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)) adlı kitabın tərtibçisiyəm. Özümü “Ural-Altay” dil nəzəriyyəsinin, (bəzən buna hipotez də deyirlər), tərəfdarı hesab edirəm. Və belə düşünürəm ki, hindu dilləri məhz bu ailəyə daha yaxındır. Düzdür, bu dili 150 ildən bəri tədqiq edən alimlər onu (daha doğrusu, bütün hindu dillərini) vahid bir mikroailəyə daxil edir və bunu “amerinds” adlandırırlar. Məsələ burasındadır ki, “amerinds” nəzəriyyəçiləri hindularla türklərin tarixən həm fiziki, həm də dil cəhətdən qohum olduqlarını inkar etmir.
    Qırmızıdırililərlə bağlı bir neçə il əvvəl Amerikada “Şimali Amerika hinduları haqda məlumat” adlı kitab nəşr edilib və o kitabda hindu dilləri ailəsi haqda geniş məlumatlar verilib.
    Bəli, bü gün dünyanın əksər alimləri müasir hinduların türk kökənli olduğunu irəli sürür. Elə hindu tayfalarının dilindəki bir çox türk sözləri də deyilənlərə illüstrasiya ola bilər.
    Onu da qeyd edək ki, vahid hindu dili mövcud deyildir. Təkcə Şimalı Amerikada 400-dən çox hindu tayfası yaşayır və onların əksəriyyətinin öz danışıq dili vardır. Amma bir çox söz və ifadələr əksər tayfalar üçün səciyyəvidir.
    Gəlin, bəzi sözləri qarşılıqlı şəkildə (hindu və turk dilləri əsasında) nəzərdən keçirək.

    Vakan - kaqan, xan
    Tanı - tanımaiçi-içmək
    kapsun - qapmaq, dişləmək
    kan – qan
    mi - mən
    baha – baba
    ike - iki.

    Mövcud sahənin görkəmli tədqiqatçısı avropalı O. Reriqin və rus alimi Y. Knorozovun mülahizələri ilə tanışlıq da diqqəti özünə çəkir.

    Gəlin, yenə mövcud leksemlərlə paralel şəkildə tanış olaq.

    Yaş - gənc
    yaşel - yaşıl, cavan
    iç - daxil, iç
    oş (uş) – üç
    kuç – güc
    kol – qol
    çab - çap, kəs, doğra
    ax(çı) - ov(çu)
    koş – quş
    aak – ağ
    çul - sutur - dur, dayan
    imi – döş
    imu - əmmək (döş)
    çalan – ilan
    ooç – aş
    ba – balıq
    akan – ağa
    al - oğul.

    Orientalist alim S. Vikavder Altay ailəsinə mənsub olan dillərlə mayya hindularının dili arasında paralellər görür.

    Yenə bəzi sözləri müqayisəli şəkildə nəzərdən keçirək.

    Bet - bitmək
    Bllim – bilik
    vox – boş
    qanlı – qanlı
    yaklel – yandırmaq
    tas – daşımaq
    boya - boya, rəng.

    Uruqvay alimi B. Ferrario mayya qrupuna daxil olan keçuaların dili ilə türk dili arasında oxşarlıq olduğunu irəli sürməklə yanaşı, söz köklərinin yaxınlığını da qeyd edir. Bəzi leksemləri nəzərdən keçirmək pis olmazdı.

    Kok - göy, səma
    vaqe – dayı
    tata – ata
    misi – pişik
    ari – arıq
    qo – qovmaq
    kasa - qaç(an).

    Fransalı orientalist G. Dümezel də hər iki dil arasında oxşarlığı qeyd edərək müqayisələr gətirir. Buyurun, tanış olaq.

    Caqla – saqqal
    Tuqu - tökmək
    Tavqa - dağ, dağ-daş
    Qarvin - mədə, qarın
    Cunqa - son(da), axır.

    Hesab edirəm ki, gətirilən misallar hindu və türk dilllərinin kök və mənşə yaxınlığı barədə düşünməyə, tədqiqatlar, axtarışlar aparmağa imkan verə bilər.







    Rus dilindəki bəzi sözlərin mənşəyi haqqında
    ...söz haqqında söz...
    (fraqmentlər)

    Dilimizin zənginliyinə heç bir şübhə yoxdur.
    Ən mürəkkəb mətni belə, dilimizə yüksək səviyyədə tərcümə etmək mümkündür.
    Belə bir informasiya var ki, dilimizdə yüz iyirmi mindən artıq söz var.
    Elə rus dili də zəngindir. Rəsmi məlumata əsaslanıb desək, rus dilində iki yüz min söz var.
    İngilis dili daha zəngindir, bu dildə təxminən iki milyon sözün olduğu deyilir.
    Çin dilində neçə söz olduğu dəqiq məlum olmasa da, əlli min heroqlifin olduğu bəllidir.
    Elə yapon dilində də vəziyyət təxminən bu cürdür, yəni əlli min heroqlifin olduğu iddia edilir.
    Bir dilin o birindən söz “alması” təbii və adi bir haldır.
    Məsələn, məndə olan məlumata görə, rus dilində on mindən çox türkizm var. Bizim dilimizdə də kifayət qədər ərəb-fars mənşəli söz vardır.
    Bütün bunlar öz yerində...
    Bəziləri rus dilində türk mənşəli sözlərin bolluğunu nəzərdə tutaraq, bu iki dilin kökən eyni olduğunu yazır. Bu, əlbəttə, diletant yanaşmadır. Hansısa dilin lüğət tərkibində əcnəbi sözlərin çoxluğu heç də onların bir-birindən “əmələ gəldiyini” deməyə əsas vermir. Ona qalmış türkcədə də kifayət qədər ərəb və fars sözləri vardır. Amma türk və ərəb, yaxud rus və türk dilləri tamamilə fərqli dil qrupu və dil ailələrinə mənsubdur. İş orasındadır ki, tarixi və coğrafi şərait dillərin bir-biri ilə söz “alış-verişinə” daim təkan vermiş, əsaslı rol oynamışdır. Bu mənada hər bir dil kimi rus dili də digər dillərin təsiri nəticəsində zənginləşmişdir. Elə söhbət də bu məsələ haqqındadır.
    Mən daim elmi və ədəbi dillə məşğul olan bir adam kimi deyə bilərəm ki, dillər bir- birindən çox “qidalanır”. Bu qarşılıqlı ünsiyyət olmadan heç bir dil inkişaf edə bilməz.
    Amma hər bir dildə “boş xanalar” olur. Həmin “xanalar” istər-itəməz ya götürmə sözlərlə, ya da yeni yaranan sözlərlə “doldurulmalıdır”. Məsələn, qardaş türkiyədə bu praktika geniş tətbiq olunub.
    Bizim dilimizdə də bəzi sözlərin yerini “doldurmaq” zərurəti üzə çıxmaqdadır. Məsələn, tez-tez işlədilən “uje” sözü, məncə, qaçılmazlıqdan yaranıb, çünki “artıq” sözü bu “uje”ni tam əvəz edə bilmir. Yox, mən demirəm ki, dilimizə “uje” leksemi gəlsin. Qətiyyən. Sadəcə, müvafiq sözləri tapıb “boş xanalara” gətirmək lazımdır.
    Mən bu qəbildən olan cəmi bir sözü nümunə gətirdim, qalanını da siz özünüz deyin.
    Biri yazır: "...biri yazıb ki, dilçilərimiz bir "sosiska"ya ad tapa bilmirlər".
    Dilimizdə əcnəbi sözlərin yer alaması zaman-zaman mübahisə doğurub və arabir bu məsələyə mən də öz münasibətimi bildirmişəm.
    İndiki halda mən həmin sualı verən insana belə bir sualla "cavab" verərdim: Bəs niyə rus dilçiləri bir "kolbasa"ya ad tapa bilmirlər və indiyəcən bu türk mənşəli sözdən istifadə edirlər?"
    p.s. Qısası, hər bir dil öz stixiyası ilə irəliləyərək öz ömrünü yaşamaqdadır.

    İndi isə bu gün rus dilində işlədilən bəzi sözlərin mənşəyinə nəzər salaq. Orasını da qeyd edim ki, bəzi mətləblərin izahı bir çox hallarda rus dilində verilir. Bu, ona görədir ki, vicdanına sadiq qalan klassik rus tədqiqatçılarının bizim bəzi çağdaş “türkçülərdən” daha artıq “türkçü” olduğunu qoy bilməyənlər də bilsinlər və özləri üçün nəticə çıxarsınlar.

    SOBAKA(köpək). Köpək. Bu söz də türk mənşəlidir.
    Rus dilçilərinin tədqiqatları göstərir ki, “sobaka” sözünün mənşəyi türkcədir. Belə ki, türkcədəki “kopək” sözü azacıq təhriflə (k/s əvəzlənməsi ilə) rus dilinə keçib.
    Большинство лингвистов склоняются к заимствованию слова из тюркских языков, где собаку называют «кобяк» (köbäk).

    ŞTAN(içdon). Rus dilçiləri bu sözün türk mənşəli olduğunu qeyd edirlər. “Ştan” (içdon”) sözü rus dilində “bryuk” (şalvar) sözündən daha əvvəl qəbul olunub.
    Этимология появилось в русском языке гораздо раньше, чем слово «брюки». Cлово «штаны» имеет тюркское происхождение (ыштан, išton). В тюркских языках это слово означает кальсоны или подштанники.

    ALKOQOL(alkoqol). Ərəb mənşəli sözdür. Bu sözü türkizm də hesab edənlər var. Belə ki, bir çox dillərə rus dilçilərinin dediyi kimi təkcə portuqalların hesabına yox, türk dili vasitəsi ilə keçib.
    Слово алкоголь попало в европейские языки из арабского благодаря португальским алхимикам. Арабское al-kuḥl— сочетание определенного артикля al- со словом kuḥl, означавшим порошок металла сурьмы.

    ALQEBRA(cəbr, əl-cəbr) ərəb mənşəli sözdür. İfadənin müəllifi Əl-Xorezmidir.
    Bu termin rus və avropa dillərinin əksəriyyətində geniş istifadə olunur. Существительное «алгебра» происходит от арабского слова «аль джебр», означающего «воссоединение сломанных частей», которое появилось в названии знаменитой книги математика аль-Хорезми об уравнениях.

    ARBUZ(qarpız). Bu, türk mənşəli sözdür.
    Rus dilindəki “arbuz” (qarpız) türk kökənli sözdür. Rus dilçiləri də bunu vurğulayır. Arbuz, daha doğrusu qarpız sözü “qar” və “buz” sözlərinin birləşməsindən yaranıb.
    Русское название “арбуз” получил от тюркского слова “χarbuz/karpuz”.

    KNİQA (kitab). Bu sözün mənşəyi haqda fikirlər müxtəlifdir. Onu çin mənşəli hesab edənlər də var, türk mənşəli olduğunu isbat edənlər də. Amma əksər dil mütəxəssisləri onu türkizm hesab edirlər. Uyqur dilində bu söz “kuinbitik” kimi ifadə olunur. Ümumiyyətlə, qədim türklər kitaba “bitik” deyirdilər.
    Наиболее вероятные версии происхождения праславянского слова kъniga: восходит от древне-тюркско *küinig, уйгурское kuin, kuinbitig.

    Şatyor (çadır). Bu, türkizmə aid sözlərdən biridir. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, söz fars mənşəlidir, “catr” sözündən götürülüb. Amma biz onun türkcə “çatı(lmaq)” sözündən götürüldüyünü ehtimal edirik.
    Слово, распространившееся в ряде славянских языков (в т.ч. в русском, сербском, болгарском, польском, словенском).

    Karaul (qaraul). Əslindəbu bu söz türkcə “qara qul” sözündən götürülüb. Gözətçi mənasındadır.
    В самих же тюркских языках «караул» имел значение «дозор» или «стража».

    Denqi(təngə). Türkcü “dəngə”, “tanqa” sözündən yaranıb. İndi bu sözü ruslar “denqi” kimi işlədir. Qazax dilində isə “tenge” ifadəsi halhazırda pul mənasında saxlanılmaqdadır.
    Слово «деньга» в тюркских языках означало любую монету, сделанную из серебра — оно перекочевало в XIV веке к нам в схожем значении.

    Xozyain(xoca). Хозяин. Fars mənşəli türkizmdır. Belə ki, rus dilində geniş işlədilən “xozyain” leksemi “xoca” sözündən götürülüb.
    История слова берет свое начало именно в период нашествия татаро-монгол. Изначально появилось в персидском языке («ходжа» — господин), откуда и перекочевало в тюркские наречия.

    Kolçan(kolçan). Daha çox Rusiyada hərbi sferada işlədilən «колчан» sözü öz balanğıcını türk (tatar dilindəki kolcan, kulcan –sözlərindən götürülüb.
    Neft. Fars mənşəli türkizm. Mənası- nəm, maye.
    В русский язык слово пришло из турецкого “neft”, куда оно попало из древнеперсидского “naft”, что означало “мокрый”.

    Орда(orda). Qədim türk dilində xanın qərargahı. Məsələn, “Qızıl Orda”. “Orda” sonralar “ordu” mənasında işlədilib.

    Palaç(palaç). Mənası pala, bıçaq. Cəllad (bıçaqçı) mənasında işlədilir.
    Согласно этимологическому словарю Фасмера, русское слово «палач» происходит от турецкого pala — «меч, нож» (см. Килич; ср. палаш)).

    Tamqa(tamğa). (damğa) Тамға — Rus dilində işlədilən “tamojna” sözünün mənşəyi. Sözün əsasında “damğa” leksemi durur. Таможня- damğalı deməkdir.
    В эпоху Алтын орды, караван нес собой тамгу хана, что давало беспрепятсвенный презд по всей территория орды, т.е. таможня дала добро.

    Loşad(at). Rus dilçilərinin az qala hamısı bu sözün türk mənşəli olduğunu qəbul edir, amma bir çox hallarda onun izahını düzgün verə bilmirlər. Loş+at dilmizdə “tənbəl at” anlamında işlənsə də, mahiyyətcə at deməkdir.
    Rus müəllifləri yazır: “Слово «лошадь» является тюркским по происхождению, изначально оно означало «мерин» и выглядело как “alaşa”.

    Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, rus dilindəki əksər at cinslərinin və minik-qoşqu vasitələrinin əksəriyyətinin adı türkcədən götürülüb.
    Məsələn:

    AT CİNSLƏRİNİN ADLARI:
    Лошад-loşad (alaşa)
    Буланый-bulanıq, tutqun
    Мерин-mərin (axtalanmış at)
    Караковый-qara rəngli
    Чалый-çalrəngli
    Тарпан-tarpan
    Табун-tabun
    Кобыла-kobıla, kısrak

    MİNİK NÖVLƏRİ:
    Чепрак-çeprak (göndən hazırlanmış məmulat)
    Чембер-çəmbər
    Мундштук- muştuq(alman kökənli türkizm)
    Арчан-erçan
    Аркан-arkan
    Арба-araba
    Телега-talika (taçka, daşqa)
    Казна-qazna
    Кибитка-kibit (üstü örtülü)
    Гозала-qozala

    Bəli, bu siyahını yenə artırmaq olar.

    Fakt budur ki, rus dilinin kökünə vardıqca, rus dilindəki sözlərin “tozunu” aldıqca, türk mənşəli sözlərin daha aydın şəkildə üzə çıxdığının şahidi oluruq.



    Türkün sözü, sözün düzü

    Bütün dillər bir-biri ilə qarşılıqlı əlaqə və qarşılıqlı təsir nəticəsində zənginləşir. Elə Azərbaycan türkcəsinin leksik tərkibinin zənginləşməsində də digər dillərin rolu olmuşdur.
    Rus dilinin lüğət tərkibi isə daha çox türkizmlər hesabına genişlənmiş və inkişaf etmişdir. Bu da təbiidir. Çünki ruslar daim türk xalqlarının əhatəsində olub. Amma nədənsə bu faktı söyləyəndə bir çoxları sanki qəfildən soyuq çilək qəbul edir. “Nooolsun?”-deyənlər də tapılır. O olsun ki, bu, rus tədqiqatçıları da bu faktdan çıxış edirlər. O olsun ki, bu, bir elmdir. O olsun ki, rus dili bu gün də “köhnə qaydada” zənginləşməkdədir.
    Türk dillərində müəyyən rus sözlərinə rast gəlmək olur. Amma və lakin... rus dilində saysız-hesabsız (mənim hesablamama görə on mindən çox) türk sözü mövcuddur.
    Beləliklə...
    Таз- taz. Türk mənşəli leksem. Mənası: parç, çaşka, badə. (Заимствование из тюркских языков. В турецком “tas” — «чашка»).

    Таракан — Tarakan. Tük mənşəli söz. Происходит от чувашского tar-aqan — «убегающий», тюркского täz — «убегать». Есть еще версия, что слово произошло от уничижительному употреблению тюркского tarqan или tarxan — «сановник».

    Терем – terem. Türk mənşəli leksem. Происходит от кыпчакского tärmä — «женский покой».

    Тахта- taxt, taxta. (Тахта́ (от тур. tahta — древесина) Türk mənşəli leksem. Bir neçə mənası var: doğranmış ağac, ağac taxt-divan, taxt-tac və s. — (мягкий диван с двумя боковыми съёмными валиками-подлокотниками, без спинки или с низкой спинкой).

    Охотник- oxotnik. Türk mənşəli söz. “Oxatan” mənasında. Bu söz haqqında məlumatı ukraynalı soydaşımız Elxan Nuriyav verib.

    Очаг- ocaq. Türk mənşəli söz. Dünyanın əksər dillərində bu sös işlədilir. Bir neçə mənası var: ocaq qalamaq, ailə ocağı və s. Очаг – происходит из тюркского, чагатского оčаɣ — «очаг», «место для приготовления пищи».

    Тормоз-tormoz. Türk mənşəli söz. Əyləc, dur(dur)an, “durmaz” mənasında. (Тормоз -от тюркск. turmaz — подкладка для колёс арбы).

    Товариш- tovariş. Türk mənşəli söz və ya söz birləşməsi. “Davar” və “iş” (iş, eş-yoldaş, ər) sözlərinin birləşməsindən əmələ gəlib. Mənası: mal saxlamaq və ya qazanc üçün iş birliyi (yaratmaq), yoldaşlıq (etmək).

    Топор- topor. Türk mənşəli söz. Sözün mənşəyi: təpər, balta.

    Тулуп- Tulup. Türk mənşəli söz. Hərfi mənası: “dolub”. Düridən hazırlanmış meşok (yeri gəlmişkən “meşok” da türk mənşəli sözdür) və isti geyim. (Заимствование из тюркских языков. Oзначает «цельный кожаный мешок без шва из одной шкуры»).

    Туман- tuman. Türk mənşəli söz. Bu sözün bir neçə mənası var. Tümən-İranda pul vahidi, çən-duman, qadın geyimi.

    Капот- -kapot. Türk mənşəli söz. “Qapamaq”, “qapat” (ört) mənasında.

    Карандаш – karandaş (qara+daş) Türk mənşəli söz. (происходит от тюркского kаrаdаš — «черный камень»; ср.: тур. kara — «черный» и taş — «камень»).

    Карапуз – karapuz . sözün kökü: qarpız. (Происходит от тюркского karpuz – «арбуз» с метафорическим переносом значении — «круглый и толстый, как арбуз»).

    Караул – karaul. Türk dilindəki qara (və)+qul sözlərindən yaranıb. Bəzənsə belə izah edilir: происходит от тюркского karaɣul, что означает «стража или дозор».

    Кинжал – xəncər- происходит от тюркского, крымско.-татарского. хаncär — «кривой кинжал».\

    Кирпич – kərpic- Türk mənşəli söz. (Происходит от тюркскского kerpiç — «саман», татарского — kirpič, казахского — кірпіш).

    Кобура –qobur. Türk mənşəli söz. (Происходит от тюркского, турецкого kubur — «колчан»).

    Колчан – qolçan. Türk mənşəli söz. (Происходит от татарского kolčan, kulčan – «колчан, хранилище для стрел». çanta (paltarların saxlanc yeri),silah (ox) üçün qol çantası.

    Колбаса- kolbasa. Qolla basılan mənasında. Türk mənşəli söz.
    Vaxtilə heyvan qarın- bağırsağına dogranmış əti əllə-qolla basırdılar.

    Кузов –kuzov. Türk mənşəli leksem. (Происходит от татарского kyzau̯ — «берестяная коробка»).

    Каторга- Türk mənşəli söz olduğu ehtimal edilir. Qatır qəfiləsi və ya qatarlanmış mənasında. (Bir çox kallarda yunancadan götürüldüyü iddia olunur).

    Кандал- mübahisə doğuran sözlərdən biri də budur. Bəzi rus dilçiləri bu sözün yunan köklü скандал sözündən yarandığını iddia edirlər. Amma əksəriyyət həmin sözün türk mənşəli olduğunu bildirirlər. Sözün əsasında “kündəli” (kandalı) anlamı dayanır.

    Кабан— qaban. Türk mənşəli leksem. (Происходит от тюркского, татарского, казахского, кыпчакского kaban со схожим значением).

    Сан- san. Türk mənşəli leksem.Ad-san, rütbə, çin mənasında.

    Саранча- sarı- sözündən düzəlib, mənası həşarat. (Из тюркск. sarynča, производн. от sаrу(ɣ) sarı- «жёлтый»).

    Сарафан- sarafan. Fars mənşəli türkizm. Sərfəli, şərəfli geyim- mənasında. Происходит от персидского sеrāрā — «почетная одежда».

    Сарай – saray. Fars mənşəli türkizm. Происходит от персидского sarāi, sarā — «дворец». Персидское слово восходит к древне.-иранскому *srāða-, которое родственно готскому hrōt — «крыша». Сарай- saray (sonralar “çardaq” mənasında işlədilib).

    Серьга – sırğa. Türk mənşəli leksem. Происходит от тюркского śürüɣ — «кольцо», а также чагатского isirɣa, уsуrɣа — «ушные подвески».

    Fitil (Фитиль)- fitil, fatil (فَتِيل). Türkizmdir. Amma sözün kökü ərbcədir: fatil,dir, yəni çevrilmiş, burulmuş və s. mənalarda.
    Этимоном лексем является арабское فَتِيل‎ [fatīl], образованное от корня ف ت ل‎ [f-t-l] (араб. "cкрученный, свёрнутый, переплетённый")

    Çayka (Чайка)- çay quşu (yüngül gəmi). Şayka- “dəniz qulduru” ifadəsi də bu sözdən yaranıb.

    Çemodan(Чемодан).Bu söz türkizmdir. Tatar dilində çamadan, krım-tatar dilində “çumadan” deyilir ki, onun da hərfi mənası “paltar saxlanan yer anlamına gəlir. Sözün mənşəyi farsca “jamadan” leksemindən götürülüb. Yəqin ki, “camaşırxana” sözü də həmin kökdəndir.
    Заимств. через тат. čаmаdаn, крым.-тат. čumadan — то же (Радлов 3, 1940) из перс. ǰāmädān «место для хранения одежды», где ǰāmä «одежда» и dân «хранилище» (ср. Хорн, Npers. Еt. 93, 118);

    Çuqun (Чугун)- çuqun. Türk mənşəli sözdür. Çuvaş dilində tsuğun, karaim dilində çojun, balkar dilində çogun. Происходит от тюркск, ср.: чув. tš́ugun — то же, балкарск. соɣun, тат. čujεn, кумыкск., карач., караимск. čojun, чагат. čüjün.

    Сургуч- surğuc. Türk mənşəli sözdür. M.Kaşğarinin lüğətində bu söz belə mənalandırılır: “bıçaq sapı üzərində tiyəni bərkitmək üçün boyaq maddəsi”. Surgač - «красящее вещество для укрепления лезвия на рукояти ножа»...

    Ералаш- yeralaş. Türk mənşəli sözdür. (Özbəkcə: aralaş, qarışıq, Şor dilində: arlaş- qarışıq-quruşuq). Bir sözlə- həftəbecər mənasında işlədilir.
    «Что это у тебя, братец, в голове всегда ералаш такой?» Гоголь

    Изъян — izyan. Ziyan mənasında. Fars mənşəli türkizmdir.
    Происходит от нов.-персидского. ziyān — «вред» либо авестийский. zуānа — «вред, убыток».

    Фарфор- farfor. Ərəb-fars mənşəli türkizm. Ərəblərin türk imperatoruna verdiyi titul.
    Aраб. faɣfûr «титул китайского императора, название области в Китае, фарфор из этой области» от др.-перс. bаɣарuϑrа-, кальки кит. tien-tse «сын неба».

    Башыбузук- Başıpozuq. Rus dilində əsgər- mənasında işlədilir.
    Башибузу́ки (тур. başıbozuk, от baš («баш») — «голова» и bozuk («бузук», «бозук») — «бешеный, испорченный». (Происходит от тур. başıbozuk «неуправляемый» из baş «голова» и bozuk «испорченный, негодный, плохой». Использованы данные словаря М. Фасмера)

    Конур- Konur. Əlbəttə, zahirən bu sözün mənasını hamı bilir. Bu, rənglərdən birinin adıdır: yəni, qonur rəng.
    Bu, öz yerində.
    Məsələ burasındadır ki, vaxtilə mənim “Dəniz köçü” povestimi ruscaya çevirən tərcüməçi, əsərdəki “it damı” ifadəsinin qarışığını həmin bu “qonur” sözüylə ifadə etmişdi. Düz də etmişdi. Türk dillərində heyvanlar üşün olan “yaşayış yerlərini” biz bir çox hallarda “ev”, “hin” və s. kimi veririk. Əslində isə bu anlayışı “qonur” sözü özündə tam ehtiva edir. Çox güman ki, bu söz “qonmaq” felindən yaranıb. Bir sözlə, bizim unutduğumuz bu “arxaik” söz rus dilində aktiv şəkildə işlənməkdədir.

    Mангал-Турецкое слово "mangal" происходит от арабского "menkal"- مَنْقَل‎ (азерб. manqal, груз. მაყალი , перс. منقل‎ ,)

    Язык-yazık. Rus dilində “dil” nənasında. Bir çox rus dilçiləri bu sözün, yəni “yazık” lekseminin kökündə yazı anlamının durduğunu vurğulayırlar.
    Yeri gəlmişkən, dil mütəxəssislərinin əksəriyyəti, rus dilindəki “den” sözünün türkcədəki “dan”, sözündən, “dom” sözünün “dam” sözündən yarandığını qeyd edirlər.

    Артель-artel. Bu, "ortaq" sözündən yaranmış türkizmdir..

    Лапша-lapşa. Bir sıra türk dillərində, o cümlədən uyğur dilində işlədilən lapça sözündən götürülüb. Mənası: kiçik hissələrə doğranmış parça, hissə, əriştə, ləpik.

    Балбес- balbes. Bu sözün kökünü çoxu bilmir. Ruslar cahil, nadan mənasında işlədir. Düz də edirlər. Amma bu, təmiz turk sözüdür. Mənası azərbaycanca-BİLMƏZ, tatarca BİLMES, qırğızca BİLBES.
    Bir sözlə, qanmaz, anlamaz... deməkdir.
    Ta qalan sinonimləri özünüz əlavə edə bilərsiz....

    Бирюкова́тый-Rus ədəbi dilində işlənən sözlərdəndür. Əsasən qurd, yalquzaq, canavar mənasını verir. Daha çox tənhalığı sevənlərə, aztəhsilli olanlara, habelə ciddi hərbi xarakteri olan kəslərə belə ayamalar qoşulur.
    Əslində isə bu soz, yəni «бирюкова́тый» kökən türkcədir. Börü, yəni canavar. Ç.Aytmatovun «Ölüm kötüyü”ndəki Akbarını (və eləcə də Daşçeynəri) xatırlatmaq kifayətdir. Türk xalqlarında börü (akbarı-ağ börü) sözünü ad –soyad kimi götürən şəxslər də çox olub. Mərhum sənətşünas Ənvər bəy özünə “Börüsoy” təxəllüsünü götürmüşdü.

    Ишак (Ищак)- işak (eşşək). Rus dilçiləri bu sözün türk mənşəli olduğunu birmənalı şəkildə qəbul edirlər. Amma məsələnin maraqlı tərəfi həm də orasındadır ki, bu sözün başqa bir “əvəzedicisi” vardır: osyol. Bəs bu iki anlayış arasında hansı fərq var? Məsələ burasındadır ki, rus dilindəki “osyol” sözü də alınmadır. Dilçilərin əksəriyyəti bu sözün latın mənşəli olduğunu vurğulayırlar. Bəli, “asimus” latıncadan götürülə bilər.
    Amma “osyol”un ispan dilindən alındığı da ehtimal edilir. Belə ki, İspaniyada kral trubaçalanına uca səsinə görə “osel” deyilirdi.
    Həmin sözün alman dilindən keçdiyi də istisna olunmur. Axı almancada “esel” eşşək deməkdir.
    Amma bu sözün türkizm olduğunu da ehtimal edənlər vardır.

    Таракан- tarakan. Bu söz türk -çuvaş dilindəki tar-aqan — tez qaçan, («убегающий») sözündəndir.... heç kəs rus dilinin halına ağlamaz. Əksinə, bu sözlərlə qonşularımızın dili zənginləşib.

    Kарый-karıy. Bu sözün mənası “qara”dır... Desəm ki, «чёрный» sözü elə bu karıydandır, təəccüb etməzsiz. Mənbə də deyə bilərəm. Hələlik yarımmənbə deyirəm: (грамм. 1391–1428 гг.), заимств. из тюркск.; ср.: тур. kara, башк. ҡара, тат. кара, казахск. қара «чёрный»

    Türk və rus dillərində çoxlu “şərikli” sözlər də vardır. Məsələn – dus (душ), vazo (ваза), bileti (билет). Eyni zamanda, eyni cür səslənib ayrı mənalar verən sözlərə də təsadüf olunur. Məsələn, bardak – stəkan(türkcə) qarmaqarışıq, “it yiyəsini tanımır” anlamında (rusca) mənasında, durak – nəqliyyatda dayanacaq və axmaq mənasında, saray – şah sarayı və tövlə mənasında, kabak – ön (qabaq) və balqabaq mənasında, kulak –qulaq və mülkədar mənasında, tabak – yemək qabı və tütün mənasında.
    Misalların sayını yenə artırmaq olar.













    Ukrayna dilində türkizmlər

    Bütün slavyan dillərində saysız-hesabsız türkizmlərə rast gəlmək mümkündür.
    Rys-ukrayna dilçilərinin gəldiyi qənaətə görə Ukrayna dilində beş mindən çox türk sözləri vardır.
    Bəziləri elə anlayır ki, bu faktları söyləməklə biz slavyan dillərinin kasadlığına işarə edirik. Xeyr, belə bir fikrimiz yoxdur. Özlərini az qala rus və rus dili younda xarakiri edənlər sakitləşsinlər. Belə ki, bütün dillər qarşılıqlı təsir nəticəsində zənginləşir.

    “Xoxol”- “göyoğlu”
    Yəqin ki, bu sərlövhəni oxuyub, “xoxol” sözünün sırf türk kökənli leksem olduğunu iddia etdiyim üçün məni “asıb-kəsən” türk düşmənləri yenə qurbağa kimi ağız-ağıza verib quruldaşmağa başlayaqcaqlar.
    Ukraynalara verilən, gah zarafatyana, gah da təhqiramiz şəkildə işlədilən bu söz (xoxol, xoxlı, xoxluşka) öz kökü etibarilə qədim dövrə gedib çıxır. Və bu söz mənşəyini türklərdən götürür.
    Fikrimi əsaslandırmaq üçün əvvəlcə rus, sonra isə ukrayna mənbələrinə isnad etmək istəyirəm. Çünki bu cür hallarda ən yaxşısı “neytral” baxışlara diqqət yetirməkdir.
    Budur, mənbələrdə oxuyuruq:
    “...слово “хохол” первоначально не содержало в своём значении отрицательной оценки... в Киевской Руси чуб на голове (он же хохол) символизировал принадлежность к знатному роду”.
    Rusların yazdığı bu qısa mətnin tərcüməsi təxminən belədir: “...“xoxol” sözü ilkin mənasında özlüyündə mənfi qiymətləndirməni ehtiva etməmişdir... Kiyev Rusunda başın üstündəki “çub” (yəni “xoxol”) nəcib bir ailəyə mənsub olmağı simvollaşdırırdı”.
    Keçirəm ukraynalıların öz şərhinə. Ukraynalı dil mütəxəssisləri də “xoxol” sözünün mənşəcə türklərlə və türk dili ilə bağlı olduğunu təsdiq edirlər.
    Ukraynalılar bu sözün mənasını yuxarıda şərh etdiyimiz qaydada (“xoxol”- başın ortasındakı uzun saç) təqdimatı ilə yanaşı onun ikinci bir məna daşıdığını da nəzərə çarpdırırlar. Elə bu “ikinci məna” da türklərdən götürülüb.
    Buyurun, əvvəlcə Ukrayna dilində oxuyaq. Ruslara müraciətən yazılmış mətndə deyilir:
    “Хохол” — перекладається з тюркської, як “дитя неба”! Росіяни, ви називаєте нас хохлами не знаючи що це означає! Так нарекли українців давним-давно і не дарма. Ми чисті душею, як небо, ми вільні, як небо, ми сильні, як грозове небо!”
    Tərcüməsi belədir:
    “Xoxol” – türk dilindən “göy övladı” kimi tərcümə olunur! Ruslar, siz isə bu sözün mənasını bilmədən bizə “xoxol” deyirsiniz! Ukraynalıları çoxdan belə adlandırırdılar və bu, boş yerə deyildilər. Bizim ruhumuz səma kimi saf, biz göy üzü kimi azadıq, biz fırtınalı səma kimi güclüyük!”
    Gördüyümüz kimi, ukraynalılar bütün hallarda haqqında söhbət açılan sözün türk mənşəli olduğunu qəbul edir, hətta ona maraqlı bir etnonom də əlavə edirlər. Bu söz türkcə həm də “cənnət övladı” deməkdir.
    Yaxşı, bəs bu söz müasir türk (Azərbaycan) dilində işlədilirmi? Bəli, işlədilir. Məsələ burasındadır ki, ukraynalıların başının ortasında, ətrafı qırxılmış saç komu (dəsti) bəzən hörük kimi uzanır, kişilərin kürəyinin ortasınacan sallanırdı. Bu, əlbəttə “kəkil” (“kokil”, “kekil”, “xokil”) adlandırılırdı. Bu cür kəkilləri çox vaxt seçilmişlər saxlayırdı. Əgər fikir verdinizsə “kəkil”(“kokil”) sözü özündə həm də “göy oğlu” (“göy-gök”) anlamını daşıyır.
    Əlbəttə, bizim çoxumuz bu cür kəkilli, igid, cəsur, döyüşkən ukraynalıların obrazını şəkillərdə və filmlərdə görmüşük. Elə indiki zamanda da kəkilli ukraynalılara təsadüf edilir.

    “Kobza” və “kobzar”
    “Kobza” sözü çox güman ki, türk dillərindən, konkret olaraq “kopuz” (“qopuz”) sözündən yaranmışdır. Bu termin öz növbəsində “simli çalğı aləti” mənasını verir. “Qopuz” sözü zaman keçdikcə, tədricən müxtəlif mədəniyyətlərdə müxtəlif simli musiqi alətlərinə aid edilmişdir. Şərqi Avropada, o cümlədən Rumıniyada, Moldovada, Macarıstanda və Çexiyada "kobza" bir növü simləri müəyyən etmək üçün istifadə olunmağa başlamışdır.
    Bəzi dilçilər hesab edirlər ki, “kobza” adı “kop-“ və ya “kov-“ kimi köklərlə bağlıdır, hansı ki, boş və ya içi oyulmuş bir şeyi ifadə edir. Bu, qədim türk simli musiqi alətlərinin korpusunun tez-tez ağacdan oyulması ilə əlaqəli ola bilər.
    Başqa versiyalar da mövcuddur. Məsələn, Azərbaycan alimləri belə düşünürlər: “kop/qop”- “yüksək”, “uz” isə “sehrli səs, melodiya” mənasını verir. Həmçinin “kop”- “simin kəskin dartılması” kimi də şərh edilə bilər.
    Nəticə etibarilə, “kobza” sözünün mürəkkəb tarixi və müxtəlif izahları vardır, lakin onun mənşəyi çox güman ki, "simli çalğı aləti" mənasını verən türk mənşəli “kopuz” sözü ilə bağlıdır.
    Budur, fikrimizi əsaslandırmaq üçün mənbələrə müraciət edirik: “Слово "кобза", вероятнее всего, происходит из тюркских языков, а именно от слова "кобыз". Этот термин, в свою очередь, имел значение "струнный щипковый инструмент". Постепенно, слово "кобыз" распространилось на разные струнные инструменты в различных культурах. В Восточной Европе, в том числе в Румынии, Молдавии, Венгрии и Чехии, "кобза" стала обозначать лютню, завезенную из Западной Европы.
    Некоторые лингвисты считают, что название "кобза" связано с корнем "коп-", "ков-", который обозначает нечто полое, пустотелое. Это может быть связано с тем, что корпус древних тюркских струнных инструментов часто выдалбливался из дерева.
    Есть и другие версии происхождения, например, у азербайджанских ученых: "коп/гоп" означает "высокий", а "уз" – "магический звук, мелодия", или "коп" – "резкий захват" (щипок струны).
    В итоге, слово "кобза" имеет сложную историю и разные толкования, но его происхождение, скорее всего, связано с тюркским словом "кобыз", обозначавшим струнный щипковый инструмент...”

    “İki ev”
    ... Oljas Suleymenovun bir söhbəti (müsahibəsi) rastıma çxdı. Deyir ki, məşhur bir xörək - “spagetti” türk mətbəxi ilə bağlıdır. Şair-tədqiqatçı hətta “spagetti” sözünün də türkcə, daha doğrusu uyğurca olduğunu iddia edir. Bu leksem “aşpa” (lapşa, əriştə) sözü ilə “etti” (ətli, ətlə) sözlərinin birləşməsindən əmələ gəlib. Oljas Suleymenov fikrini belə izah edir ki, bir çox hallarda türk dillərindəki sözlərın əvvəldə gələn sait səslər ixtisar olunur. Amma bu fikir etimoloqlar və adi oxucular tərəfindən qəbul edilməyib. Onların əksəriyyəti bu xörəyin və bu sözün italyanlara məxsus olduğunu bildirirlər. Belə ki, italyan dilində “sphagetti” iki sözdən götürülüb “spago” və “-etti”. Təxminən belə bir məna gəsb edir: “kəndir” və “ciyəz” (“kəndirciyəz”). Yəni “zərif kəndir”.
    Mən “spagetti” sözünün mənşəyi barədə nəsə bir söz demək istəmirəm. Amma o fikirlə razıyam ki, türk dillərində sözün əvvəlində saitin “düşmə” hallarına çox rast gəlmək olur.
    Məsələn, O. Sülüymenovun da dediyi kimi, “Kiyev” lekseminin “iki ev” sözlərindən, “kıpçak” lekseminin “iki pıçak” sözlərindən, habelə “koşşey” sözünün “köç” (“köşçü”) sözündən yarandığı ehtimal olunur ki, ruscada “sısqa”, “arıq” anlamına gəlir. Ümumiyyətlə, Oljas ağa “İqor polku haqqında dastan”ın iki dildə- qədim rus və türk dillərində yazıldığını konkret nümunələrlə göstərib.
















    Məhəmməd Əmin Rəsulzadənin Moskvadakı ünvanı və...

    Mart ayının 6-da Məmməd Əmin Rəsulzadə, Mart ayının 5-də İosif Stalin vəfat edib.
    Böyük demokratın və qanlı diktatorun ölümü müxtəlif illərin eyni tarixinə təsadüf edir. Zamanında onların fəaliyyəti və həyat yolları da kəsişmişdi.
    Əvvəlcə ünvan haqqında…
    Anket formasında olan izahatda Məhəmməd Əmin bəyin Moskvada son dövrlərdə Preçistinskiy bulvar, 29, mənzil 14-də, hal-hazırkı Qoqolevskiy bulvar, 29 ünvanında yaşadığı qeyd olunub.
    Qeyd dəftərçəmə yazdığım bu məlumat gözümə sataşanda artıq 1920-22-ci illər hadisələrindən bəhs edən pyesi tamamlamışdım.
    Araşdırmalar zamanı 20-ci illərdə həmin binada, 16-cı mənzildə Sovetlər İttifaqının Millətlər Nazirliyinin yerləşdiyi məlum olub. “Millətlər naziri” isə həmin dövrdə İosif Stalin olub. Stalin Rəsulzadə bir müddət eyni binada yaşayıblar.
    Bu bir faktdır ki, o zaman Stalinlə Nəriman Nərimanovun münasibətləri kəskin olub. O, hətta, bəzi versiyalara görə Nərimanovun yerinə, Azərbaycan SSR-nin Nazirlər Komissarının sədri və ya birinci katibi vəzifəsinə Məhəmməd Əmin Rəsulzadənin gətirmək istəyirmiş. (Mən bu barədə vaxtilə Qaliyevin xatirələrində oxumuşam). Lakin M.Ə.Rəsulzadə lap əvvəlcədən SSRİ-nin yaxın gələcəyini aydın təsəvvür etdiyinə görə heç bir vəzifəyəcan atmayaraq Moskvanı tərk etmək qərarına gəlib.
    Zəruri qeyd.
    Tarixdən xəbəri olmayanlar, bu konuda bir sətir oxumayanlar belə, tez-tez iddia edirlər ki, guya Rəsulzadəni Moskvadan Stalin “qaçırıb”. Guya onlar dost olublar. Bu, çox səfeh, mənasız, əsassız fikirdir. Düzdür, Məmməd Əmin Kobanı bir neçə dəfə ölümdən xilas edib. Stalin də onu 1922-ci ilin 17 noyabrında öz “komissar” vaqonunda Moskvaya aparıb. Bu, həmin dövrün zərurətindən irəli gəlirdi. Belə ki, Nərimanov Stalinə yazırdı ki, “fəhlələr məni ittiham edib deyir ki, biz Müsavat dövründə indiki Şura dövründə olduğundan daha yaxşı yaşayırdıq”. Buradan belə nəticə çıxır ki, Rəsulzadənin həmin vaxt Bakıda qalması və ya öldürülməsi gənc sovet quruluşu üçün əlverişli deyildi.
    Bəli, Rəsulzadə Moskvaya getdi. Amma bu, onun həyayının təhlükəsizliyi üçün qarant deyildi. Artıq repressiya maşını işə düşmüşdü. O, çox güman ki, tezliklə digər həmkarları və ya düşmənləri kimi edam olunacaqdı.
    Əgər Stalin Rəsulzadəni “xilas” etmişdisə, onunla “dost” idisə, bəs onda niyə onun bütün ailəsini Sibirə sürgün etdirmişdi? Onun anasını və arvadını niyə həlak etmişdi? Oğlunu niyə güllələtmişdi? Qızına niyə işgəncələr verdirmişdi? Qohumlarına niyə divan tutdurmuşdu?
    Mən bir neçə il əvvəl yazdığım “TARİXİN KÖLGƏSİ” əsərində bu sualların bir çoxuna cavab verməyə çalışmışam... Yeri gəlmişkən, bu əsər dünyanın ən uzun dramlarından biridir.




























    Ulu Tolstoyun ulu babası... türk idi.
    Amma onun almanlarla qohumluğu da istisna olunmur.

    Deməli, məsələ belədir: son vaxtlar rus mətbuatınn yazdığına görə, bəzi şovinist ruslar Lev Tolstoyu alman əsilli olduğuna görə qınayır, hətta onun əsərlərinin dərsliklərdən çəxarılmasını... istəyirlər.
    Bəs əsl həqiqətdə Tolstoy kimdir..?
    Bu gün təsadüfən bir neçə il öncə yazdığım kiciçik bir yazı qarşıma çıxdı... Təqdim edirəm.

    Ulu Tolstoyun ulu babası... türk idi. Amma onun almanlarla qohumluğu da istisna olunmur.
    Vaxtilə qələmə aldığım bir sıra yazılarda türk kökənli rus sərkərdə, alim və yazıçılar barədə məlumat vermişəm. Qəribədir, bəzi rusbaşlılar nədənsə bu mülahizələrdən qısqanıb, qeyzlənib və ortada tutarlı faktların olmadığını yazıblar.
    Bəribaşdan deyim ki, mənim bu konuda olan fikir və yazılarım məhz rus mənbələrinə söykənib.
    Bəli, vaxtilə yazmışam ki, Fyodor Dostoyevski əslən türkdür, özü də Aslan Mirzə (Murza) Çələbi nəslindəndir. Çələbilər (yəni Dostoyevskinin ulu babaları) Qızıl Ordanın nüfuzlu başçılarından olmuşlar. Bu, mənim “kəşfim” deyil, ruslar özləri bu deyilənləri əsaslandırıblar. Məsələn, Rus tədqiqatçısı V. Arsenyev 1934-cü ildə Afinada dərc edilən “Novika” məcmuəsində Dostoyevskinin şəcərəsini təqdim edərkən onun nəsil-nəcabatı haqda da məlumat verib.
    İvan Turgenev də türk kökənli yazıçıdır. Bunu ədib özü də yaxşı bilirdi və ilk yazılarını “Mirzə Turgen” imzası ilə dərc etdirmişdi.
    Hər iki yazıçı dünyaca məşhurdur və əlbəttə, heç kəs onların “rusluğunu” əlindən ala bilməz.
    Bildiyimiz kimi, 19-cu yüzilliyin üç dahi sənətkarı digər həmkar və əsrdaşlarından yaradıcılıq diapozonunun genişliyi ilə fərqləniblər. Bu məşhur “üçlüyə” Tolstoy, Turgenev və Dostoyevski daxildir.
    Dediyim kimi, artıq iki görkəmli sənətkarın soykökü haqda rus mənbələrinə isnadən və istinadən öz mülahizələrimi vaxtilə Azərbaycan və rus dillərində çap etdirmişəm.
    Bəs Tolstoyun soykökü barədə nə bilirik?
    Dahi yazıçının özü və onun tədqiqatçıları dəfələrlə qeyd ediblər ki, Lev Nikolayeviç əslən knyaz Qlinskilər nəslinə mənsubdur.
    Bəs Qlinskilər nəslinin özü barədə nə demək olar? Məsələ burasındadır ki, Qlinskilər Qızıl Orda hakimi Mamay xanın (1335-1381) törəmələridir. Mamay əslən xan nəslinə mənsub olmayıb. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra Mamay öz yaxın qohumu Berdi bəyin dəstəyi ilə (o, Berdi bəyin bacısı ilə evlənmişdi) hakimiyyəti ələ almış, Qızıl Ordanın möhkəmlənməsində misilsiz işlər görmüşdür. Mamay xanın övladlarından biri Mansur xan idi. (Məşhur çar generalı və diplomatı Aleksandr Mansurov da məhz həmin Mansur xanın törəmələrindəndir).
    Tarixdə Mansur Kiyatoviç kimi tanınan knyazın nəslinin bir qolunu Qlinskilər təmsil edirdi. Qlinskilər nəslinin ən məşhur nümayəndəsi Mixail Lvoviç Qlinski olmuşdur. Mixail Qlinskinin bacısı qızı Yelena Qlinskaya isə 4-cü İvan Qroznının anası olmuşdur.
    Bir sözlə, Tolstoyun ulu babalarının məşhur Qlinskilər nəsli ilə eyni kökdən olması tarixi faktdır. Yazıçı Mamay xan və Mansur xanla da tarixən qohum idi.
    Və təbii ki, Tolstoy rus yazıçısıdır.


















    UĞURLU YОL
    Хaosun bədii harmoniyası
    (Ülkər Nəsibbəylinin hekayələri haqda)

    Ülкərin hекayələri uzun-uzadı təhкiyə və təsvirlərdən uzaqdır. О, daha çох təhlilə mеyl еdir.
    Ülкər əşya və hadisələrin zahirinə-görünən tərəfinə yох, daхilinə, daha çox “görünməyən” tərəfinə diqqət yеtirməyə üstünlüк vеrir. Başqa sözlə, оnu təsvir etdiyi prоsеsin daхili mahiyyəti daha çох ilgiləndirir.
    О, hələ gənc оlsa da, arıq hər bir sözün çəкisini hiss еdir, məsuliyyətini duyur. Еlə buna görə də sözdən qənaətlə istifadə еtməyə çalışır; söz оnunçün təкcə “tiкinti matеrialı” funкsiyasını dеyil, həm də “еnеrji daşıyıcısı” vəzifəsini icra еdir. Sоyuqqanlılıqla təqdim еtməyə çalışdığı «təsvirlər»də bеlə, bir istiliк duyulur.
    Ülкərin qəhrəmanları bu dünyanın özü кimi qəribə, marginal хaraкtеrlərdir. Məsələn, “Sarı” hекayəsinin qəhrəmanı özünün və ətraf aləmin əvvəlcədən sistеmə salınmış nizamını pоzmağa çalışır. О, еv əşyalarının yеrini, rəfdəкi кitabları, sir-sifətinin ifadəsini, hətta коnкrеt bir nəsnə ilə bağlı təsəvvürlərini, dəyişməкdən zövq alır, sanкi öz ətrafında və daxilində хaоsun harmоniyasını arayır. О, gündəliк “üzləşdiyi” rəngləri sarı rənglə bоyayır. Və оnun təsəvvüründə bütün ətraf aləm sarı rəngə bürünür: pişiкdən tutulmuş qarğaya qədər. Əslində bu “sarılıq” təbiətdən оnun duyğusuna yох, əкsinə, duyğulardan təbiətə кöçür. Bu, bir növ “dəyişməzliyə”, biganəliyə, “ütülü” həyat tərzinə qəhrəmanın daxili bir еtiraz forması kimi də anlaşıla bilər.
    Orasını da deyim ki, Ülkər Nəsibbəyli mənim tələbəlik yoldaşım, eyni qruda təhsil aldığımız, ləyaqətli Azərbaycan qadını olan Heyran xanımın qızıdır. Düzü, mən bunu sonralar bilmişəm. Bəli, o, nümunəvi bir ailədə böyüyüb. Məsələ burasındadır ki, mən Ülkəri lap əvvəlcə bir tərcüməçi kimi tanımışam. Onun ingilis dilindən etdiyi tərcümələr mənim diqqətimi çoxdan çəkməkdədir. Bu gənc qız çox çətin mətnləri dilimizə tərcümə edib. Həmin tərcümələrin böyük əksəriyyəti oxuculara “Xəzər” dərgisindən yaxşı tanışdır. O, dilimizin imkanlarını, gözəllik və zənginliyini öz bədii tərcümələrində yüksək səviyyədə ifadə etməyi bacarır.
    Son zamanlar Ülkəri həm də bir yazıçı kimi “kəşf etmişəm”.
    Ətraflı təhlilə varmadan qısaca оlaraq оnu qеyd bilərəm кi, Ülкər Nəsibbəylinin “Ulduz” jurnalının охucularına təqdim еtdiyim “Sarı” və “Təmas” hеyкələri öz fоrma və uslub оrijinallığı ilə sоn zamanlar gеniş intişar tapmış “bоz ədəbi aхından” fərqlənir, diqqəti cəlb edir.
    Mən gənc nasirə ədəbiyyatın еniş-yохuşlu, sirli-sеhrli yоllarında uğurlar arzu еdirəm.



    POETİK DƏRDİN AD GÜNÜ
    (Rauf Sübhinin şeirləri haqda söz)

    İndi şeir yazanların sayı kifayət çoxdur. Amma məsələ burasındadır ki, onların mütləq əksəriyyəti şeir yazmağın mahiyyətini qafiyəpərdazlıqda, pafosda görürlər. Belələri, adətən, şeir anlayışının “atributunu” kiçik və ya böyük məclislərdə əl-qollarını ölçərək haray-həşir qoparmaqda görürlər.
    İndi oxuculara təqdim edəcəyim Rauf Sübhinin şeirlərinin, necə deyərlər, öz intonasiyası, öz “səsi” var.
    Rauf ixtisasca həkimdir. Amma o, ədəbiyyata təzə qədəm qoyan bəzi üzdəniraq cığırdaşlar kimi öz şeirlərində bədən üzvlərini sadalamaqla “yadda qalmaq” amacı ilə yaşamır. Niyə gizlədək, bir çox gənc şairlər öz sərsəmləmələrində bəzən anatomiya dərsliyinin belə “unutduğu” orqanları ard-arda düzməklə “poetik kəşflər” etmək istəyirlər.
    Rauf Sübhi ədəbiyyatın “əbədi mövzularına” müraciət edir. O, həyatdan, ölümdən, kədərdən, sevgidən yazır. Amma necə?

    Deyirəm,ölü doğulub,
    Yaşayasan, sağ öləsən.
    Həyata qoca gələsən,
    Öləndə uşaq öləsən.
    “Başqa dünya”

    Qocalıq və uşaqlıq haqda çox yazılıb. Amma Raufun yanaşması təzədir, orijinaldır. Həmin şeirdə oxuyuruq:

    Doğum günü doğmalara,
    Ömrünü payla deyələr!
    Doğulanda ehsan verib,
    Öləndə layla deyələr!
    İnsan ömrünə “qeyri-ənənəvi” bir yanaşma. Bu şeirin lirik qəhrəmanı ətraf aləmi öz sağdaşlarından fərqli görür.
    Raufun “Unudaq məni” adlı şeiri də bu cəhətdən, gözlənilməz təşbelərlə diqqəti cəlb edir.

    Hər qəbahət mənimkidi,
    Gəl it kimi tutaq məni !
    Dur gedək,intihar edək,
    Dur gedək,unudaq məni !
    Həmin şeirdə qafiyələnmə prinsipi də maraq doğurur:

    Sənə qıymıram,tanışsan,
    Ya sakit dur, ya danış sın !
    Hamı mənə dərd danışsın,
    Yaş sərib qurudaq məni!
    “Tanışsan”, “danışsın, “danış sin” ... Bu qulaq qafiyələri bizə istər-istəməz həm də şifahi və yazılı ədəbiyyatımızın poetik janrlarindan birini- təcnisi xatırladadır.
    Hiss olunur ki, Rauf Sübhi klassiklərdən və müasirlərdən yaradıcı şəkildə bəhrələnir. Onun şeirlərinin dili rəvan və səlis, fikirləri isə düşündürücüdür.
    “Köhnəlmiş adam” şeiri gənc bir söz adamının “düşüncə spektrinin” rənglərini müşahidə etmək baxımından maraq doğura bilər:

    Bu gün halımı sorma,
    Sinəmin od günüdü.
    Məni təbrik eləyin,
    Dərdimin ad günüdü.

    Raufun qəhrəmanı- “dərdinin ad gününü” qeyd edən bu “köhnəlmiş uşaq adam” öz içində qıvrılır və bu “gönüqalın dünyada” öz yerini axtarır... və bəlkə də o yeri heç tapa da bilmir.

    Daha həvəsim yoxdu,
    Nə uşağa, nə evə.
    Mən köhnəlmiş adamam,
    Atın məni arxivə.

    Raufun şeirlərində həyata bir sufiyana baxış da hiss olunur.

    İnsan nədi,adam nədi,
    Onu bilməkdən gəlirəm.
    Mən ölməyə getmirəm ki,
    Elə ölməkdən gəlirəm.

    Və yaxud:
    Sağlığım var qədəhimə,
    Ölümü sən süz,ölürəm.
    Həmişə səninlə öldüm,
    Bu dəfə sənsiz ölürəm.

    Mən Raufun özünü elə də yaxından tanımıram. Bir-iki dəfə ötəri görmüşəm. Oxuduğu şeirlər diqqətimi çəkib. Və belə hesab edirəm ki, istedadlı (və ya istedadsız) adamı elə bir şeirindən, lap elə bir sözündən də tanımaq olur.
    Ümid edirəm ki, Rauf Sübhi poeziyaya ürəkdən bağlı istedadlı gənclərimizdəndir. O, şeirlərinin birində yazır:
    Daha ayrılıqdan yazan deyiləm,
    Nədən ayrılıram addımım küsür.

    Poetik addımların inamlı , qədəmin mübarək olsun, Rauf Sübhi. Ayrılıqdan ayrılsan da, öz poetik aləmindən ayrılma.












    Axundovun milli mənsubiyyəti haqqında

    “Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur” ... Bu sözlərin müəllifi Mirzə Fətəli Axundovdur.
    Axundov öz tərcümeyi-halında yazıb ki, “milliyyətcə farsam”. Əcaba, bəs görəsən Axundov doğrudanmı farsdır? Axundov o zaman üçün düz deyir- farsdır, amma bu zaman üçün düz demir, o, milliyyətcə türkdür. (Hətta, Axundovu ərəb hesab edənlər də var).
    Məsələ burasındadır ki, Axundov dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisi idi. Və Mirzə Fətəlinin atası təmiz türk qövmündəndir- Təbriz yaxınlığındakı Xaminə kəndindən, anası isə Nuxadandır (Şəkidən). O zamandan az sonra biz rus imperiyasının təbəəliyində olsaq da, həmin dövrəcən doğulanları dəftərxanalarda “fars” kimi qeyd ediblər. Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mizə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərin milliyəti də sənədlərdə gah “tatar”, gah da “fars” kimi qeyd olunub.
    Bəs niyə türk yox, fars?
    Məsələ burasındadır ki, o vaxtlar İranda doğulan bütün insanlar fars, Rusiyada doğulan bütün insanlarsa rus adlandırılırdı.
    Təkcə İranda və Rusiyadamı belə idi? Xeyr. Lap elə bu yaxınlara qədər, Sovetlər Birliyi çökənəcən, SSRİ-dən xaricə gedən vətəndaşların hamısına “rus” deyirdilər. Və yaxud lap indinin özündə də Çindən gələnin hamısına çinli, İngiltirədən gələnin hamısına ingilis, Afrikadan gələnin hamısına zənci demirikmi?
    Axundovun zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara fars, qafqazlı (nadir hallarda tatar) deyirdilər. Hətta, Mirzə Fətəliyə tiflisli, nuxalı, rus deyənlər də olub.
    Mən bunu niyə yazıram?
    Çünki indi təkcə adi adamların arasında deyil, özünü “alim” hesab edən şəxslərin arasında da bisavadlıq artmaqdadır... Və onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edir












    TƏLƏBƏLƏRİMİZ YENİ KİTABLAR HAQQINDA

    “RAST”DA RASTLAŞDILAR
    (Qərib Mehdiyevin “Rast” povesti haqqında qeydlər)

    Yazıçı Qərib Mehdiyevin “Rast” povestində eqoizmlə ürəyiaçıqlıq, inhilizmlə humanizm üz-üzə gəlir. Traktorçu Cəmillə müğənni Sultan ağ və qara rənglər kimi povestin səhifələrinə həkk olunmuşdur. Traktorçuluqla müğənnilik öz-özlüyündə ayrı-ayrı nöqtələrdir. Lakin bu “yad” nöqtələri istedad adlı bir xətt birləşdirir.
    Əsil istedad kimdir? “Rast” povestində yazıçının aydınlaşdırmağa çalışdığı əsas məsələlərdən biri budur.
    Sultan Ağabəyli müğənnidir. Müğənnidir ona görə ki, artıq Sərdar Ağabəyli “məşhur bəstəkar və nəzəriyyəçidir”. Müğənnidir ona görə ki, valideynləri onu məhz müğənni görmək istəyirlər. İnsafən, Sultan o qədər də korafəhim deyil. Lakin o qədər istedadlı da deyildir. Bəs Cəmil? O, müharibə adlı qorxunc dəyirmanın qara daşları arasında üyünüb, son ünvanı “qara kağız” olan tarçı Qurbanın oğlu, Sərdar Ağabəylinin məşuqəsinə çevrilən Sürmənin oğulluğudur.
    Cəmil mahnı müsabiqəsində birincilik qazana bilmir. Çünki irəlidə Ağabəylinin əziz-xələfi, Sultan var. Və “Vətən haqqında nəğmələr bəstələdiyinə görə hər yerdə təriflənən” Ağabəylinin oğlunun ürəyini münsiflər heyəti də sındırmır. Ona görə də “Rast” muğamı Sultana qələbə, Cəmilə məğlubiyyət gətirir.
    Cəmil konservatoriyaya daxil ola bilmir. Nə olsun ki, onun səsi var, istedadı var! Çünki qabaqda Sultan durur. Çünki vokal şöbəsinə 2 nəfər yox, bircə nəfər lazımdır.
    Yenə “Rast” oxunur. Yenə münsiflər heyəti Cəmillə Sultanın istedadını “yoxlayır”. Bu dəfə də qələbə Sultana verilir.
    Nəhayət, “Rast” Cəmillə Sultanı üçüncü dəfə rastlaşdırır. İndi “münsiflər heyəti” toya toplaşanlardır. Cəmil demişkən: “Orada xalq yox idi. Burada isə xalq var. Xalq ədalətlidir, qoy qalibi camaat müəyyən etsin”.
    Ağ rəng qara rəngi ötrüt. İndi “Rast” müğənnilik hüququnu müğənnidən alıb traktorçuya verir.
    Yazıçı Qərib Mehdiyevin povesti, necə deyərlər, bir oxumluq nəğməyə bənzəyir. Əsərin hər fəsli bir muğam üstə “köklənib” desək, yanılmarıq. Başlıqların muğam adları ilə adlandırılması isə povestin təravətini daha da artırır. Düzdür, şərt təkcə forma və üslubda deyildir. Lakin təzə üslubun özü də qiymətləndirilməlidir.
    “Rast”ın əsas qəhrəmanı Cəmilin keçirdiyi əhval-ruhiyyəyə uyğun seçilmiş sərlövhələr obrazı oxuculara daha yaxından tanıdır. “Vilayəti” fəslində bir acı hüzn varsa, “Mayə rəngi” fəslində coşqun qəzab daha güclüdür. Əgər biz “Əraq” və “Əyat” fəsillərindəki Cəmili müqayisə etsək surətin hansı xətt boyunca inkişaf etdiyini bir daha müşahidə etmiş olarıq. “Əyaq”dakı Cəmil artıq özü, öz antipoduna çevrilir. Utancaq, sadəlövh Cəmilin daxilindəki püskürüb çıxan mübariz, coşqun Cəmil təbii olaraq qələbə çalır.
    Əsər bir sıra nöqsanlardan da xali deyildir. Bəzi hadisə və mətləblərin uzadılması lüzumsuzdur. Əsərin “Mayə” fəslində, Cəmillə kolxoz sədri Salam dayının söhbəti istənilən təsiri bağışlamır.
    Ümumiyyətlə, Qərib Mehdiyevin şirin, oxunaqlı bir dillə yazılmış “Rast” povesti, yəqin ki, oxucularımızı razı salacaqdır.

    Firuz MUSTAFAYEV,
    filologiya fakültəsunin tələbəsi
    “GƏNC MÜƏLLİM” qəzeti, 13 aprel 1974-cü il















    ŞAİRİN GÖRDÜKLƏRİ
    (Şota Salehovun kitabı haqqında)

    Bir əlçim kitab... Bir gənc şairin ürək döyüntüləri... oxucu rəyi gözləyən narahatlığı. Ümidverici və təəssüfləndirici misralar. Cəsarətli, tutarlı parçalar. İnstitutumuzun məzunu Şota Salehovun “Gənc şairin ilk kitabı” seriyasından olan kitabçısı “Gördüklərim” adlanır. Kitabı oxuyarkən oxucu hiss edir ki, Şota, həqiqətən, gördüklərindən yazmağa çalışır. Və bu yerdə adamın yadına bir məsəl düşür: “Eşitdiyindən çox gördüyünə inan”.
    İnam başlıca şərtdir. Xüsusən şair inamı. Bir də şairə qarşı oxucu inamı. Şota öz oxucularının çox zaman inandırır.
    Heç yolunuz tarlaya düşübmü? Taxıl zəmisinin necə dalğalandığını görüb- sünüzmü? Həmin zəmilərə şairlərimiz dəniz də deyiblər, səma da, kitab da... Bu təşbehlər istənilən qədərdir. Ş.Salehov da yeni fikir deməyə çalışıb. Və görün o bircə bəndlik “Şeir” şeirində bir sünbül haqqında öz poetik fikrini necə təqdim edib:

    Mən bir gün yolumu
    tarladan saldım,
    Bir anda gözümdə sevinc
    oyandı.
    Çəkib bir sünbülü əlimə
    aldım,
    Ovcumda bir misra şeir
    yarandı.

    Bu poetiklik və təbiilik şairin bir çox başqa şeirlərinə də aiddir. Şotanın şeirləri həcmcə yığcamdır, kiçikdir. Şərt odur ki, öz fikirlərini oxuculara bir “Gördüklərim”i vərəqlədikcə hiss edirsən ki, şair Azərbaycan torpağının çox guşəsini gəzib. Həm də təkcə şair kimi yox, tarxiçi kimi. Axı, gənc şair Azərbaycan SSR EA-nın tarix institutunun aspirantıdır.

    Qobustan haqda çox yazılıb. Poema da, şeir də həsr edilib, balet də bəstələnib, şəkillər də çəkilib, elmi əsərlər, tədqiqat materialları da nəşr olunub. Hamı da öz ixtisası, öz tədqiqatı sahəsində yeni fikirlər söyləməyə çalışıb. Şota da öz fikirlərini şeirə çevirib deyir. Şairə görə, “Bakıdan buraya 10 addımlıq yol yox, bir neçə min illik yoldur”, “bir zəncir həlqəsi bir qəbiləmizdir”. Və “daşlar nəğmə ilə döyüldüyündən nəğməyə dönüb”. Haqqında danışdığımız “Qobustan” şeirinin son misraları şairin fikirlərini tamamlayır. Daha da obrazlı səslənir:

    Heyranam xalqımın
    abidəsinə
    Bura nə qayalıq, nə adi
    daşlıq...
    Kim bilir, bəlkə də yer
    kürəsinə
    Burdan yayılıbdır
    heykəltəraşlıq!

    “Gördüklərim” də şairin “gördüklərinin” bir çoxunu oxucular da görüb. Sən də görübsən, mən də...
    Görmüşük ki, iki ailə bir binada, necə deyərlər “qapıbir qonşudur”. Ancaq onların nəinki gəliş-gedişi var, hətta, bir-birinin adlarını da bilmirlər. Bəli, biz belə “xırda” hadisələri görmüşük, özü də çox... Ancaq kənddən şəhərə - oğlu Aydının yanına gələn Süleyman kişi belə şeyləri görməyib. Süleyman kişi oğlunun yaşadığı binanı tapıb, di gəl ki, mənzili tapa bilmir. O, öz oğlunu həmin binanın sakinlərindən soruşur. Məlum olur ki, burada heç kim bir-birini tanımır. Süleyman kişiyə Vəfadar adlı bir gənc də rast gəlir. O, kişinin verdiyi ünvana baxır.

    Küçə bizim küçədir,
    Dalan bizim dalandır,
    Bina bizim binadır...
    - Tanımıram, ay əmi,
    Bəlkə ünvan yalandır?

    Ancaq tezliklə məlum olur ki, ünvan yalan deyil. Vəfadarla Aydın məsafəcə yaxın qonşulardır. Bir-birlərini isə tanımırlar. Süleyman kişi qonşuları danlayır.
    Şotanın ilk kitabında toplanan “Yaz günləri”, “Tarix”, “Vyetnam döyüşü”, “Qəhrəman” şeirləri də maraqlıdır.

    Təəssüf ki, kitabçadakı şeirlərin hamısı eyni səviyyədə deyil, bu da ondan irəli gəlir ki, Şota həmişə “gördüklərindən” yazmır. O bəzən haradansa, kimdənsə “eşitdiklərini” oxuculara yenidən “xatırladır”.

    Danış, elin sözüylə,
    seyr et sərraf gözüylə,
    sənətkarı özüylə
    Gələcəyə el çəkər.

    Biz, “Çəkər” şeirindən götürülmüş bu parçanın bədii və sənətkarlıq cəhətdən nə qədər zəif olduğuna varmadan təkcə onu demək istəyirik ki, “Sənətkarı el çəkər” ifadəsi çox obrazsız və kobud səslənir.
    “Mənə desələr ki...” şeirində şairin ideyası nə qədər təqdirə və təsdiqəlayiq olsa da mövzu dəfələrlə işlənmiş mövzudur. Hətta, bəzi misralar o qədər işlənib ki, oxucuların şeiri ikinci dəfə oxumağa həvəsi qalmır.

    Ümimiyyətlə, Şota Salehovun “Gördüklərim” adlı şeir kitabçası oxuculara, şairin layiqli hədiyyəsidir. Arzu edirik ki, gənc şair öz vədinə həmişə sadiq qalsın: “gördükləri”ndən yazsın.

    “GƏNC MÜƏLLİM” qəzeti, 8 iyun 1972-ci il





























    “ÇƏNLİBEL”
    (Əlisa Nicatın kitabı haqqında)

    Əlisa Nicat istedadlı şairdir. Onun bu yaxınlarda çapdan çıxmış yeni kitabı “Çənlibel” adlanır. Kitabda şairin bir sıra şeirləri və 4 lirik poeması toplanmışdır. Əlisanın oxuculara təqdim elədiyi yeni hədiyyəsi göstərir ki, onun mövzu dairəsi geniş və rəngarəngdir. O, hansı predmerə müraciət edirsə ona poetik məna verməyi, onu “dilləndirməyi” bacarır. Bu baxımdan kitabdakı “Qu quşu”, “Birdir bizim yaşımız”, “Yay etüdləri” silsiləsindən olan şeirləri maraqlıdır.

    Bu sehirli dünyada
    Nə qədər ki, mən varam
    Səmadan bəxtiyaram,
    Günəşdən bəxtiyaram,
    Çeşmələrin sevinci,
    Çiçəklərin zəriyəm.
    Çəmənlərin baharı,
    Yolların əzbəriyəm...
    İlk baxışda bu misralar adi sadalama təsiri bağışlayır. Lakin şeiri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada artıq söz, yersiz ifadə və misralar yoxdur.
    Şairin poetik baxışının qüvvətli olması oxucunu ələ alır. Onu özü ilə gah Çənlibelin zirvələrinə qaldırır, gah Mirzə Şəfinin dərdinə şərik çıxarır, gah meşə yolunda gəzdirir, gah da gecikmiş məhəbbəti üçün təəssüflənməyə vadar edir.
    Payız haqqında çox şeirlər yazılmışdır. Amma, Əlisanın “Payız”ı başqalarından fərqlidir. O, yarpaqların töküldüyünə belə gözəl poetik məna verir:
    Yarpaqlar töküldü...
    Elə bil ki, təbiət
    Od tutmuş paltarını
    Soyundu tələsik...
    Lakin bu sözləri şairin bütün şeirləırinə şamil etmək mümkün deyil. Məlum həqiqətdir ki, ayrılıqda götürülmüş hər bir sənətkarın yaradıcılığında müəyyən qüsurlarla, qeyri-obyektiv şəkildə intişar edən ritmlərə rast gəlmək olar. Bu isə sənətkarın müəyyən bir qəlibdə ölçüdə yazılmasını qarşıya məqsəd qoyduğu əsərində assosiasiyalar düzümünün pozulmasına, diolektik bağlılığın zəifləməsinə səbəb olur. Nəticədə dinamikliyin qeyri-normal şəkildə inkişaf sənətkarın spesifikliyinə, özünəməxsusluğuna xələl gətirir. Bu baxımdan Ə.Nicatın da şeirləri arasında bitkin olmayan, mücərrəd, ritorik parçalara rast gəlmək mümkündür. Bəzən eyni söz və ifadə dəfələrlə təkrarlanır. Şair əksər şeirlərində “qızılı”, “qürub” və başqa sözləri işlədir. “Qürubumun tozu”, “səsinin qızılı”, “qürublu şehlər” kimi qeyri-real, yeknəsəq, şeirə xələl gətirən ifadələr oxucunu təmin etmir. Şair “Gözəl bir qız olasan” şeirində “qızıl payız” kimi dəqiqlikdən uzaq olan ifadə işlətmişdir. Bildiyimiz kimi, yaza yox, adətən payıza “qızıl payız” deyirlər. Yaxud, adsız şeirlərini birində (səh.35). “Gəl buludlar kimi olaq, rastlaşanda ötüşək, səssiz-səmirsiz” kimi misralarında təbiətin məlum qanunları zəif şəkildə təhrir edilmişdir. Axı, buludlar rastlaşanda heç də “səssiz-səmirsiz” ötüşmür. Onların rastlaşması, toqquşması nəticəsində şimşək çaxır. Bəlkə də şeir abstrakt səciyyə daşısaydı bu cəhət haqqında mühakimə yürütməyə dəyməzdi. Söhbət real predmetdən getdiyi üçün, mücərrəd xüsusiyyətlərin qeyd edilməsini zəruri sayırıq.
    Yeri gəlmişkən, Ə.Nicatın şeirlərində olan zəif cəhətlərdən birini də qeyd etmək istəyirik. Onun bəzi şeirlərinin dili nəsr dili dərəcəsinə enir. Axı, şeirdə daxili poeziya, poetik hiss, fəlsəfə düşüncə olmadıqda, əsər öz təsir qüvvəsini itirir.
    Ümumiyyətlə, Ə.Nicatın “Çənlibel” kitabı bir sıra zəif parçalar istisna olunmaqla, şairin kitabdan kitaba püxtələşdiyini göstərir.
    Firuz MUSTAFAYEV

    “GƏNC MÜƏLLİM” qəzeti, 16 mart 1972-ci il








    YARADICILIQ
    ZƏHMƏT TƏLƏB EDİR

    Bir dəfə poeziya həvəskarlarından biri böyük proletar yazıçısı Maksim Qorkinin yanına öz şeirlərini gətirir. Qorki şeirləri diqqətlə oxuyub, gəncin “Mən şair ola bilərəmmi?” sualına belə cavab verir: “Poeziyanın yollarında çoxlu itiuclu mismarlar var. Əgər sən həmin mismarları ayaqlayıb keçməyə qadirsənsə şair ola bilərsən”.
    Dahi yazıçının sözlərində böyük bir həqiqət vardır. Poeziyanın enişli-yoxuşlu, “mismarlı” yollarından cəsarətlə keçmək üçün şair olmaq istəyən hər bir adamda istedad inam və dözümlülük olmalıdır.
    Redaksiyamıza tələbələr şeir, hekayə və miniatürlərini gətirir, məsləhət istəyir, bəzən hökmən dərc edilməsini tələb edirlər. Əlbəttə, biz onlara imkan daxilində məsləhət verir, xoşagələn şeirləri qəzetimiz vasitəsilə oxucuların mühakiməsinə veririk. Ancaq etiraf etməliyik ki, şeirlərin əksəriyyəti quraşdırma, zəif və bəsit yazılar səviyyəsindən yuxarı qalxa bilmir. Adamın “şeir” deməyə dili gəlmədiyi belə yazılarda yeni fikir və yeni ifadəyə rast gəlmək olmur.
    Coğrafiya fakültəsinin tələbəsi Tapdıq Əlizadə redaksiyamıza iki şeir göndərmişdir. Bu şeirləri oxuduqdan sonra qənaətə gəlirsən ki, Tapdıq hələ şeir yazmağın adi qayda-qanunlarından xəbərsizdir. O “Qarabağ” adlı şeirində yazır:

    Almalı, armudlu,
    heyvalı, narlı,
    Soltanbuz meşəsi,
    üzümlük bağı.
    Çöllərə can verən
    Qarabağ kanalı
    Füsunkar görünən
    Qarabağdadır.

    Burada həddindən artıq fikir dağınıqlığına, qafiyə pozğunluğuna yol verilmiş, hacaların bölgüsü pozulmuşdu. Bir, iki və dördüncü misralar on bir hecalı, üçüncü misra isə on iki hecalıdır. Şübhəsiz ki, söhbət hecaların sayından yox, ümumən şeirin zəif xüsusiyyətlərindən gedir.
    Həmin fakültənin tələbəsi Sabir Nemətzadənin redaksiyamıza təqdim etdiyi şeiri “Tələsirəm” adlanır. Bu şeir süni, quru təsir bağışlayır. Yeni söz, poetik axtarış, ürəkaçan misralar olmadığı üçün oxucunu yorur:
    Tələsirəm gözlədiyim,
    Zəhmət, hünər içərisinə.
    Tələsirəm qovuşmağa
    Milyonların gur səsinə.

    Burada “içərisinə” sözü heca düzümünə əməl etmək xatirinə “içərsinə” kimi yazılıb. Sonra da “zəhmət, hünər” içərisinə necə tələsmək olar?
    Belə qüsurlar fioloji fakültənin tələbəsi Kamal Xəlilovun da şeirlərində vardıq. O, tez-tez ifadə və fikirləri təhrif edir, ritorik, təmtəraqlı sözlər işlədir, şeiri obrazlarla yükləyir. Kamalın “Bahar” şeirində “güllər – ümidlər” qafiyə kimi işlənmişdir. Bütün bu qüsurlarla yanaşı onun şeirində ümidverici misralara da rast gəlmək olur. Kamala məsləhətimiz burud ki, öz üzərində ciddi çalışsın, klassik və müasir şairlərimizin şeirlərini dərindən, hərtərəfli öyrənsin.
    Filologiya fakültəsindən Maqbet Nəbiyevin redaksiyamıza göndərdiyi ilk qələm təcrübələri həm bədii, həm də sənətkarlıq cəhətindən zəifdir.
    Bütün bunlarla yanaşı deməliyik ki, bir sıra müəlliflərin – Firidun Kərimovun, Arif Xəzərin, Zahid Həmidoğlunun, Eldar İbrahimin (filoloji), Kəramət Həsənovun (riyaziyyat), Əli Baybalayevin (hazırlıq şöbəsi) şeirlərində yeni fikir, yeni söz axtarışlarına təsadüf edilir.
    Yaradıcılıq zəhmət tələb edir. Arzu edirik ki, tələbə şairlər həmişə poetik axtarışlar aparsın, çoxlu mütaliə etsin və qəlblərə yol tapan şeirləri ilə bizi sevindirsinlər.

    Firuz Mustafayev
    “GƏNC MÜƏLLİM” qəzeti, 1974...




    Mixail Şoloxov və onun “İnsanın taleyi” əsəri
    haqqında illər öncəsi yazılmış bir məqaləyə
    müəllifin kiçik əlavəsi


    1975-ci ilin baharı. Keçmiş SSRİ-nin bütün müttəfiq rеspubliкalarında böyüк rus yazıçısı, Nоbеl müкafatı laurеatı, həmin vaxt dünya ədəbiyyatının canlı klassiklərindən biri hesab edilən Miхail Şоlохоvun 70 illiк yubilеyi təntənə ilə qеyd оlunur. O zaman mən indiкi Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin sоnuncu кursunda охuyurdum. Məşhur ədibin yubilеyi ilə bağlı tələbə еlmi sеssiyası кеçipilipdi. Mən həmin sеsiyyada "Şоlохоvun "İnsanın talеyi" pоvеsti" mövzusunda məruzə ilə çıхış еtdim. Məpuzə məphum yazıçımız İsmayıl Şıхlının çох хоşuna gəldi. Оnun və tənqidçi İsrail Mustafayеvin tövsiyəsi ilə çıхışın mətnini о vaхt böyüк tirajla çıхan "Azərbayjcan gəncləri" qəzеtinə təqdim еtdim. Amma qəzеtin may nömrələrindən birində mənim imzamla iкi-üç abzaslıq kiçik bir yazı, daha dоğrusu, infоrmasiya xarakterli bir mətn gеtdi: məqaləni кəsib-dоğramışdılap. Bunun səbəbini sоruşanda qəzеtin rеdaкtоru məphum publisist-yazıçı Şamil Fərzəliyеv mənə bеlə dеdi: "Sənin yazından bеlə çıхır кi, həm Şоlохоv, həm də оnun qəhrəmanı Sоkolоv antisоvеtçikdir. Yazını bu cüp çap еtməк оlmazdı".
    Mən bu кəsкin ittihamdan sоnra pеdaкtоpa nəyisə izah еtməyə çalışdım, amma artıq bunun bir mənası yохdu. Оnsuz da məqalə həmin qəzеtdə bip daha çap оlunmayacaqdı кi... Sən demə redaktor mülayim xasiyyətli, həlim bir adam imiş. O, mənim tutulduğumu görüb gülümsəyərək təsəlli verdi: “Belə xırda şeyləri özünə dərd etmə. Gələcəkdə bizimlə əməkdaşlıq edərsən, qəzetçiliyin sirlərini öyrənərsən. Onda özün görərsən ki, hər şeyi çap etmək mümkün düyil”. Mən sonralar bir müddət həmin qəzetdə çalışdım. Amma bu, artıq başqa redaktorun vaxtında baş verdi.
    Aradan onillər кеçəndən sоnpa yеnə bütün dünyanın ədəbiyyat adamlapı, yazıçının milyonlarla oxucusu onu daim ehtiramla anır. Bu gün rus mətbuatında "Saкit Dоn", "Оyanmış tоrpaq", "Оnlar Vətən uğruna vuruşurdulap" кimi ölməz еpеpеya və rоmanların müəllifi haqqında bir-birindən maraqlı və eləcə də ziddiyyətlərlə dolu yazılar çap оlunur. Həmin yazıların əкsəriyyətində bеlə bir fiкir vurğulanır кi, Şоlохоv hеç də sоsialist inqilabının qələbəsini təqdir еtmirmiş, başqa sözlə о, "antisоvеtçi" оlubmuş. Dеyəsən, rеdaкtоp haqlı imiş... Daha dоğrusu, Şamil müəllim yazının məntiqindən düzgün, obyektiv nəticə çıхarıbmış.
    Yeri gəlmişkən, onu da deyim ki, o vaxt həmin məqalə tələbə-elmi cəmiyyətinin dəvətnaməsi ilə birgə Şoloxovun ünvanına-Rostov vilayətindəki Veşenskaya stanitsasına göndərilmişdi.
    P.S.
    Mən XX əsrin böyüк yazıçısı M.Şоlохоvun "İnsanın talеyi" pоvеsti ilə bir neçə on il əvvəl yazdığım еssеni hörmətli охuculapa təqdim еdipəm.
    Beləliklə, böyüк rus yazıçısının 70 illiyi münasibəti ilə qələmə alınan yazı aşağıda sizə təqdim оlunur.

    "İNSANIN TALЕYI"

    Yazıçı ölməz qəhrəmanların, nəhəng adamların həyatını qələmə alar, ancaq оrta səviyyədən, adiliк ölçüsündən yuхarı qalхa bilməz, охucu yanğısına su çiləyə bilməz, sısqa "qəhrəmanlar" yaradar.
    Sənətкar "adi" adamların həyatından əsər yazar, laкin "adiliк" məziyyəti çərçivəsini sındırar, özü də, yaratdığı оbraz da охucu gözündə böyüyər, azmanlaşar.
    Sокоlоv adi bir adamdır. Оnun sənəti də, pеşəsi də özü кimi sadədir. О dülgərdir, şоfеrdir - ən bahlıcası, İnsandır!
    Sокоlоv qəhrəmandır. Ancaq о özünü "qəhrəman" hеsab еtmir. Bu "adi", "sıravi" adam məhz Şоlохоv qələminin qüdrəti vasitəsi ilə bizə nəhəng bir оbraz, yеnilməz bir qəhrəman кimi təqdim еdilir. Yazıçı çох maraqlı bir priyоmdan istifadə еdərəк qəhrəmanı ilə cəmi iкi saatlıq "söhbətə girişib", охucuya кamil, bitкi bir хaraкtеr təqdim еdir.
    Əgər biz, "Sокоlоvla söhbət", "Sокоlоvla müsahibə" dеsəк, bu, çох sоyuq, bəsit səslənərdi. Çünкi bu, adicə söhbət dеyil. Bu - ürəк yanğısıdır. Bu söhbət кiminçünsə alqış, кiminçünsə nifrətdir!
    Müsahibənin diqqət mərкəzində - insan durur; bir də кi, insanın talеyi!
    Söhbət təк bir insanın talеyi yох, ümumiyyətlə, insanların, insanlığın - yəni bəşəriyyətin talеyindən gеdir. "Saкit Dоn" yazan tənqidçilər Qriqоri Mеlехоvun şəхsi talеyini хalq talеyinin екvivalеnti hеsab еdirlər. Mеlехоvun səhvləri də, qələbələri də хalqın səhvi, хalqın aldanışı, хalqın qələbəsi, хalqın inamı hеsab еdilir.
    "Saкit Dоn"un qəhrəmanı haqqında dеyilən həmin sözləri, еlə оlduğu кimi "Insanın talеyi"nin qəhrəmanına da aid еtməк оlar.
    Sокоlоvun хaraкtеri - Sоvеt adamının хaraкtеridir. Bizə еlə gəlir кi, pоvеsti müharibə haqqında yazılmış gözəl həm də оlduqca кədərli bir rекviyеm hеsab еtməк оlar. Sокоlоvun ilк baхışda saкit, bir qədər də коbud danışığının, söhbətinin arхasında bir кövrəкliк, qüvvə sеzilir. Hadisələrin birinci şəхsin dili ilə təhкiyə оlunması, yazıçının imкanlarını bir qədər daraltmışdır, Laкin digər tərəfdən bu, əlvеrişli оlmuşdur. Bеlə кi, qəhrəmanın öz söhbəti ilə, оnun qəlbinə nüfuz еtməк, psiхоlоji düyünləri açmaq imкanı əldə еdilmişdir.
    Sокоlоvun hər кəlməsinə, hər cümləsinə böyüк bir yanğı haкimdir. Biz pоvеstin ilк sətirlərində, ilк səhifələrində qəhrəmanın hələ öz dünyası ilə, əgər bеlə dеməк mümкünsə, öz miкrоmühiti ilə tanış оluruq. Sокоlоv hələ yalnız özünü, öz ailəsini-arvad-uşağını düşünür. О, hətta, hərdən еvə sərхоş gəlib (maaşını alanda), bir az da qalmaqal salır, arvadını bеlə incidir.
    Şоlохоv qələmi, öz qəhrəmanın adi hərəкətini bеlə mənalandırır. Yazıçı Sокоlоvun оbrazını yaratmaqla, охucuya canlı insan təqdim еdir. Sənətкarın sadə üslubu şarjçılıqdan, şüarçılıqdan, plaкatçılıqdan çох-çох uzaqdır. Hətta, biz, hərdən оbrazın bəzi hərəкəti ilə razılaşmırıq, səsimizi qaldırıb, еlə yох, bеlə оlmalıdır - dеmə istəyiriк, Ancaq nə еtməli? Bu, həyatdır! - Bu insandır - həm də canlı insan. Sənətкarın rеalizmini, sənətкarlığını şərtləndirən əsas amillər zühur оlur, gеt-gеdə Sокоlоvun Sокоlоvautu üzə çıхır. Müharibənin başlanması hər şеyi dəyişir. Hərbin zəhərli qохusu, Sокоlоvun da həyatına, miкrоdünyasına təsirsiz qalmır. Bayaqdan öz еvinin, ailəsinin-qızının, оğlunun və кеçisinin talеyini düşünən şəхs, indi dünyanın talеyini düşünür. Həinкi düşünür, hətta bəşəriyyət qarşısında özünü cavabdеh, hеsab еdir. Bеləliкlə "Tələbat" özünə оrqan düzəldir" (Еngеls)
    Artıq, "mən-özümünəm, mən-ailəminəm" fiкri, "mən-dünyanınam, insanlığınam" коnsеpsiyası ilə əvəz оlunur.
    Dеdiyimiz кimi, Şоlохоv охucuya quru, hissiz, duyğusuz pеrsоnaj "sırımır". Оnun təqdim еtdiyi оbraz-insanın özü yaratdığı həyat - həyatın özüdür. Bu fiкri оna görə, iкinci dəfə хatırlatmalı оluruq кi, rоvеstdə bütün hadisələr dinamaк inкişafdadır. Sокоlоv əsir düşür, ölümlə pəncələşip, Sокоlоvun öldüpdüyü ilк adam da düşməndən yох, özümüzünкüləpdəndir. Bildiyimiz кimi əsipliкdə Кrıjnyоv familyalı bir "əclaf" öz коmmunist коmandirini satmaq istəyir. Sокоlоv satqını bоğub öldürür.
    Yazıçı Sокоlоvun öldürdüyü satqın Кrıjnyоvun mеytini uzun- uzadı təsvirlə yох, cəmi bir-iкi cümlə ilə təqdim еdir: "Хain murdar оlmuşdu, dili də bir rarça bayıra çıхmışdı". Bu cümlədən hər şеy məlum оlur. Təкcə "murdar оlmuşdu" ifadəsi Sокоlоvun və Şоlокоvun ölən adammünasibətini dəqiq ifadə еdir.
    Sокоlоvun pоtеnsial iradəsi və səbatı əsirliкdə daha qabarıq şəкildə üzə çıхır. О, öz кişiliyi və mərdanəliyi ilə gözlərimiz qarşısında nəhəng, əyilməz, yеnilməz bir хaraкtеr кimi janlanır. Müharibə adlı dəyirmanın qara daşları insanları un кimi üyütsə də, əsil insanlar yеnə də öz bəşəri hisslərini qоruyub, mühafizə еdirlər. Sокоlоv nə qədər dəyişsə də, nə qədər коbudlaşsa da hələ insan оlaraq qalmaqdadır. Biz оnun əsirliкdəкi həyatı ilə bağlı bir еpizоdu хatırlamağı vacib biliriк. Düşərgə коmеndantı Müllеr hər gün özünü acıqlandırmaq üçün, 10 dəqiqə sıranın qabağında durub bizi söyərdi. Ana söyüşlərini bizim üstümüzə yağdırardı. Ancaq biz bundan bir yüngüllüк duyardıq, aхı, bu sözlər bizim sözlərdən, bu sözləri еşidəndə еlə bil кi, оna yurdundan bir balaca mеh əsirdi. О Müllеr dеyilən bilsəydi кi, оnun söyüşü bizə ancaq ləzzət vеrir, bizi rusca yох, öz dilində söyərdi".
    Yazıçı, göründüyü кimi, Vətəni üçün burnun ucu göynəyən adamların hisslərini оlduqca təbii və maraqlı bir şəкildə təqdim еtmişdir.
    "Insanın talеyi" - talе haqqında yох, ilк növbədə insanın özü haqqında əzəmətli bir abidədir. Insan, özünü talеyin aхarına təslim еtmir. Əкsinə, öz talеyini özü həll еdir, öz talеyinə özü haкim кəsilir. Dеməк, söhbət təкcə Sокоlоvun yох, ümumən, Sокоlоvların talе gərdişinə qarşı mübarizəsindən gеdir. Dеməк, Sокоlоvları məhv еtmə оlmaz. Dünya, оnları vacib оlduğu üçün, lazımlı оlduğuna görə dünyaya gətirmişdir. Sокоlоvlar dünyanı dağıtmaq, хarabaya çеvirməк üçün yох, dünyanı tiкməк üçün dоğulmuşlar.
    Maşındı gəzdirdiyi faşist yоl mühəndisinin başını əzərкən hiddətlənən Sокоlоv, nə qədər qəddərdırsa dоğma tоrrağı qucaqlayıb örərкən bir о qədər кövrəк və səmimidir! "Dava" haqqında düşünəndə qəzəbindən aşıb-başan Sокоlоv, "dava qurtarandan sоnra оğlunu еvləndirib, özüm də оnların yanında qalacağam, həm dülgərliк еləyəcəyəm, həm də nəvələrimə baхacağam" - dеyə şirin düşüncələrə dalarкən nə qədər кövrəlir, saf uşaq хülyasına qarılır?!
    "Insanın talеyi"... Bəlкə dövrün, zamanın talеyi?
    Indi talеləri bir-birinə yağı кəsilən insan həll еdir. Indi talеlər zamanın höкmündən aslıdır. Talе yalnız sənin özünü əzməкlə, tartalamaqla кifayətlənmir. Talе - qоrхunc əllərlə sənin еvini bоmbalayır, ailəni həşərat кimi bircə anda məhv еdir. Talеsinin оğlunu оd-alоv yanğının üstündən ötürüb qələbə günü tоrrağa tarşırır. Talе-sənin еlə hisslərini, еlə arzularını кülə döndərir кi...
    Bəli, insanın talеyi-dünyanın talеyinə çеvrilə bilər.
    Talеnin sərt qanunlarına qarşı sinə görməк üçün Sокоlоvların оlması bir tələbat, bir zərurət кimi mеydana çıхır.
    "Insanın talеyi" müharbə və müharibə qızışdırıcılarına qarşı yazılmış оdlu bir ramflеtdir. Düzdür, əsər, əsasən müharibəyə, müharibənin törətdiyi fəlaкətlərə, hərbin gətirdiyi qırğınlara həsr оlunub. Fəqət söhbət təкcə bununla bitmir. İndi müharibə qurtarıb. Dünyada əmin-amanlıqdır. Şоlохоv öz qələmini qəlbə fişəngləri atılmaq səhnəsi ilə yеrə qоysaydı, bizcə, çох mətləbləpi yapımçıq bupaхmış оlapdı.
    Sокоlоv mühapibədə insan uğpunda, insan hüququ, insan talеyi uğpunda vupuşupdu. Dеməк, о, mühapibədən sоnpa da insanlapdan aypı yaşaya bilməz. О, yеnə кiməsə, nəyəsə gəpəк оlmalıdıp. Sокоlоvun Vanya adlı uşağı himayəyə götüpməsi, baх, həmin həyati məntiqdən dоğup. Ancaq məsələ bunula da bitmip. Qapşıda insanı həyatın səpt üzü, səpt qanunlapı gözləyipmiş! Bipdəfə döngədən çıхan bip inəк özünü Sокоlovun idapə еtdiyi maşına çıppıp. Avtоmоbil müfəttişi, bütün хöşbəхtliyini, ailəsini bəlкədə bütün həyatını cəbhədə qоyan, bip qəhpəmanın Sокоlоvun şоfеpliк vəsiqəsini əlindən alıp. Müfəttiş gеdəndən sоnpa inəк də qalхıb, yоluna pəvan оlup. Müfəttişin aldığı vəsiqə Sокоlоvun çöpəк ağacıdıp. Indi о, iş aхtapmaq üçün Кaşap vilayətinə gеdip. Göpün yazıçı qəhpəmanın хapici əlamələpini nеcə təsvip еdip: "Bip nеçə yеpdən yanmış sıpıqlı başdansоvma və коbud bip halda gözəlləşmiş, кöhnə, хaкi şalvapının yıptığı yaхşı yamanmamışdı, qalın yun cоpabını кüvə dağıtmışdı". Şоlохоvun qəhpəmanının faciəvi talеyi göstəpip кi, mühapibə qələbə ilə başa çatsa da, cəmiyyətdə prоblеmlər hələ qalmaqdadır. Sanкi müharibədən qələbə ilə qayıdan Sокоlоv "dinc" həyatda məğlub оlur. Dеməк, hələ də yеrlərin, vəzifələrin bölüşdürülməsində tərs mütənasibliк var. Dеməк cəmiyyətdə hələ də çatışmamazlılıqlarımız var, əкər-əsкiyimiz var.
    Şоlохоv böyüк bir rеalist кimi sоsial həyatda оlan əyintiləri, çatışmazlıqları özünəməхsus bir cəsarətlə təsvir еdir. İnsanların talеyi uğrundu öz həyatından-öz talеyindən кеçən mübariz bir əsgər, bir sоvеt adamı haqqında, кimi bilir, müharibə zamanı nə işlə məşğul оlan bir avtоmоbil müfəttişi də yalnış qərar da çıхara bilərmiş!
    Rоvеstin sоn sətirlərindən bildiyimiz кimi, başına gələn hadisələri danışan Sокоlоv кövrəlir.Ancaq о göz yaşlarını hamiliyə götürdüyü uşaqdan gizlədir, gərəк uşaq göz yaşını görməsin, özünün dеdiyi кimi, "кişilərin aхıtdığı göz yaşını".
    "Insanın talеyi" о, çох qəribədir. Insan. Insan bəzən alqış, müкafat əvəzinə, cəza da ala bilər. Laкin bu, hələ talеnin başlı-başına buraхılması dеməк dеyil. Səni yеnə də talеlər düşündürməli, narahat еtməlidir - bəşəriyyətin talеyi, insanın talеyi. Şоlохоvun əsərindən mеydana çıхan fiкrin nüvəsi, mahiyyəti bu cürdür.
    Qəhrəman (Sокоlоv) məğlubiyyətlə barışa bilmir. О, qələbələr üçün dоğulub.

    arrel-may 1975-ci il

























    Bir yazının taleyi
    “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı və onun müəllifi haqqında

    Aşağıda təqdim etdiyim yazının altındakı çap tarixini (4 noyabr 1972-ci il) görərkən yaddaşım məni, necə deyərlər xatirələrin cığırı ilə, bir daha ötənlərə-keçənlərə qaytardı. Mən o vaxt tələbə idim. Səhv etmirəmsə, 2-ci kursda oxuyurdum. Mətbuatda ilk qələm təcrübələrim dərc olunurdu. Hər yazının dərci bir bayram idi o vaxt.
    İndi oxuyacağınız məqaləni “Gənc müəllim” qəzetinin redaksiyasına təqdim etmişdim. Bir-iki gün sonra yazının dərc ediləcəyi nömrəni oxumaq, korrektə etmək üçün redaksiyaya dəvət olundum. Redaktor Zakir Sərdarov mənimlə görüşüb əlimi sıxdı, gülümsəyərək dedi ki, yazın xoşuma gəlib, təbrik edirəm, amma bir balaca əl gəzdirmişəm, daha doğrusu, onu azacıq ixtisar etmişəm, məncə bundan inciməzsən. Əlbəttə, inciməyə elə bir əsas ola bilməzdi, o ki ola Zakir müəllim kimi səriştəli, diqqətli bir redaktordan. Mən onu hələ “Müxbir” jurnal-büllütünində işləyəndən tanıyırdım. (Onu da deyim ki, Zakir Sərdarov 1995-2000- ci illərdə MM-də Millət vəkili olmuşdur).
    Yazı dərc olunanda mən onu elə redaksiyadaca oxudum və... heyrətə gəldim. Məqalə az qala yarıbayarı “ixtisar” olunmuş, necə deyərlər əməlli-başlı “qayçılanmışdı”. Redaktor mənim üzümə baxıb ürəyimdən keçənləri duyubmuş kimi yenə ötən dəfəki kimi gülümsəyərək dedi: “Bildim bu dəqiqə nə düşünürsən. Məsələ belədir: mən bu yazını bütövlükdə verəcəkdim. Amma kimsə kitabın müəllifi Alməmməd müəllimə çatdırıb ki, bir cavan oğlan, özü də tələbə, kəskin bir yazı yazıb, sənin yeni kitabını möhkəm tənqid edib. Bunu eşidən Alməmməd Alməmmədov başıalovlu gəlmişdi yanıma, çox əsəbi idi. Məqaləni oxudu, xahiş etdi ki, oradan tənqidi yerləri çıxarım. Mən o deyən yerləri ixtisar elədim. Tələbənin onu tənqid etməsi ilə razılaşa bilmirdi. Hər halda, bunları sənə görə elədim. Çünki birdən gələcəkdə sənə dərs deyə bilər, onunla yollarınız kəsişər...”
    Susdum.
    Əslində nə baş verirdi? Mən tanınmış tədqiqatçı alim Alməmməd Alməmmədovun “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı haqda rəy yazıb onu bir sıra məsələlərə birtərəfli yanaşdığına görə, gəncliyə məxsus bir emosionallıqla tənqid etmişdim. İndi o vaxt yazdığım həmin “tənqidi qeydlərin” bir çoxu yadımdan çıxıb. Amma xatırlayıram ki, o qeydlərdə dahi Tolstoya Şərq düllərindən dərs demiş Mirzə Kazımbəyin adının üstündən sükutla keçdiyi, Qayıbovla məktublaşmaya geniş işıq salınmadığı, islam dini haqda dediyi fikirlərə isnad etmədiyi üçün müəllifi tənqid etmişdim...
    Bütün bunlar öz yerində.
    Sən demə, Alməmməd müəllimin öz həmkarı, məşhur tənqidçi, bizə rus ədəbiyyatı tarixindən mühazirə deyən Əhəd Hüseynovla elmi müstəvidə konflikti varmış və nədənsə elə düşünüb ki, bu məqaləni yazmaq üçün mənə onun “rəqibi” istiqamət verib. Təbii ki, məqalə haqda redaksiya əməkdaşlarından başqa heç kəsin xəbəri yox idi. Söhbət gedib Əhəd Hüseynova çatanda o da demişdi ki, nə kitabdan xəbərim var, nə də o yazıdan. Bir qədər sonra mənim qəzetdə çıxan yazımla tanış olduqdan sonra Əhəd müəllim dedi ki, həqiqətən məqalə çox xoşuma gəldi, amma burada tənqid gözümə dəymədi. Bir neçə gün sonra Zakir müəllim redaksiyaya gələn Əhəd Hüseynova məqalənin əlyazmasının orijinalını “bütöv şəkildə” təqdim etdi. Yazını oxuyan Əhəd müəllimin necə qəhqəhə çəkdiyini indi də yaxşı xatırlayıram. Sonra o, yarızarafat-yarıcıddi dedi ki, istərdim ki, məni də bü cür qərəzsiz tənqid edən qələm sahibi olsun.
    Onu da xatırlayıram ki, o, Azərbaycan satirik nəsri haqda yazdığı materialı (doktorluq dissertasiyasının bir hissəsini) əvvəlcə mənə təqdim edəcəyinə söz verdi və əlavə etdi ki, “o yazını nə qədər istəsən tənqid edə bilərsən, mən özüm tənqirçiyəm və obyektiv tənqiddən xoşum gəlir”... Mən həmin yazını diqqətlə oxudum və öz qeydlərimi bildirdim. Əhəd müəllim mənim “tənqidimdən” doğrudan da çox razı qalmışdı. Hətta, mühazirə zamanı “qeydlərimdən” sitat gətirməyi də unutmurdu.
    Bir müddət sonra Əhəd Hüseynov rəhmətə getdi. Bundan sonra onun dərslərini Alməmməd Alməmmədov deməyə başladı. Düşünürdüm ki, aramızda xoşagəlməz situasiya yarana bilər. Amma belə olmadı, əksinə, bizim münasibətlərimiz yaxşılaşdı. Görünür, mənim hazırlığım yeni müəllimimin və “köhnə dostumun” xoşuna gəlmişdi. Biz onunla sözün əsl mənasında dostlaşdıq. Arada zarafatla deyirdi ki, sizin Şınığın yolu bizim Şamlıxdan keçir. Müəllimim tez-tez mənə deyirdi ki, bax nədən-kimdən mövzu götürsən, sənin elmi rəhbərin mütləq mən özüm olacağam. O vaxt mətbuatda çıxan yazılarımın ilk oxucularından biri, o yazılara görə sevinən və məni ilk təbrik edən də adətən rrofessor (məqalə yazılan vaxt o, dosent idi) Alməmməd Alməmmədov olardı...

    Allah hər iki alimə -Əhəd Hüseynova və Alməmməd Alməmmədova, o cümlədən redaktor Zakir Sərdarova rəhmət eləsin.
    Hə, bu da həmin ixtisar olunmuş, qəzetdə dərc olunmuş başıbılalı yazı.


    TƏLƏBƏ
    MÜƏLLİMİN YARADICILIĞI HAQQINDA

    “LEV TOLSTOY
    VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI”

    Filoloji elmlər namizədi Alməmməd Alməmmədovun ADPİ-nin nəşriyyatı tərəfindən dərc edilmiş yeni kitabı belə adlanır. A.Alməmmədov indiyə kimi rus və Azərbaycan ədəbi əlaqələrinə dair bir neçə kitab və məqalə yazmışdır. Müəllif yeni kitabında Tolstoy irsinin Azərbaycanda yayılması, təbliği və nəşri tarixini tədqiq etməyi qarşısına məqsəd qoymuşdur.
    Kitab üç hissədən ibarətdir.
    Birinci hissədə böyük yazıçının həyat və fəaliyyətindən, zəngin ədəbi irsindən söz açılır. Avtobioqrafik xarakter daşıyan trilogiyasından başlayaraq ra ömrünün sonuna qədər Tolstoyun yazdığı əsas əsərlərin geniş təhlili verilir.
    V.İ.Lenin “Rus inqilabının güzgüsü” adlandırdığı Lev Tolstoy böyük sənətkar olmaqla yanaşı həm də böyük şəxsiyyət olmuşdur. Buna görə də L.Tolstoyun zəngin və maraqlı həyatı ədəbiyyat – tarixçiləri üçün tədqiqat obyekti olmuşdur.
    A.Alməmmədovun kitabında L.N.Tolsto- yun həyat və yaradıcılığı, zəngin ədəbi irsi xronoliji surətdə izlənilir, yazıçının ilk qələm təcrübəsi hesab edilən “Dünənki günün tarixi” adlı hekayəsindən başlayaraq həyatının son dövrlərində yazmış olduğu əsərlərdən, onların yarandığı tarixi şəritdən, həmin əsərlərin məzmun və ideyasından danışdılar. “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabında müəllif, Tolstoy yaradıcılığının dünyəvi əhəmiyyətindən, Tolstoy realizmindən söhbət açaraq bu zəngin irslə Azərbaycan ziyalılarının hələ keçən əsrin sonlarından maraqlandığını bildirir. Kitabda böyük sənətkarın ən məşhur əsəslərindən bir neçəsinin geniş təhlili verilmişdir. A.Alməmmədov bu və ya digər bir əsərin sadəcə məzmununu söyləməklə kifayətlənməyərək, həmin əsərin sənətkarlıq xüsusiyyətlərindən danışır, müxtəlif surətlərin səciyyələndirilməsində, bir ədəbiyyatşünas kimi, öz mülahizə və fikirlərini irəli sürür. Şübhəsiz ki, bütün bu əlamətlər oxucunun Tolstoy irsi haqqında bildiyi məlumatlar çərçivəsini xeyli genişləndirir. Müəllif “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə”, “Hacı Murad” kimi əsərlərin təhlili zamanı bir sıra yeni nəticələrə gəlmiş, həmin əsərlər haqqında indiyə qədər söylənilən fikirləri zənginləşdirməyə çalışmışdır.

    “Hərb və sülh”... Tolstoy qələmindən çıxan sənət abidəsi. Elə bir abidə ki, üstündə təkrarən nəqqaş əlləri gəzsə, heç bir artıq çıxıntıya, izafi cizgiyə rast gələ bilməz. Rusların qəhrəmanlıq salnaməsi sayılan bu romanda, Tolstoyun özünün dediyi kimi, xalq tarixi qələmə alınmışdır. Milli ənənə, reallıq, tarixilik romanın əsasını təşkil edən obyektiv amil kimi götürülərək, konkret materiallar əsasında təhlil edilmişdir.
    A.Alməmmədov öz kitabında Tolstoyun bədii əsərləri ilə yanaşı publisistik xarakterli dini-əxlaqi, fəlsəfi-etik əsərləri üzərində də dayanmışdır. Belə ki, Tolstoyun son dövr yaradıcılığında baş verən təbəddülat daha doğrusu, kəskin dönüş, tədqiqatçının nəzərini cəlb etmişdir. Həmin dövrdə ədib “Etiraf”, “Mənim inamın nəyədir?”, “Həyat haqqında”, “İndi biz nə etməliyik?” kimi traktatlarını yazmaqla, A.Alməmmədovun dediyi kimi, “insanı kölə halına salan, pulun qüvvəsinə hücum edir. Bədbəxtliklərin kökünü xüsusi mülkiyyətdə görür. Onun fikrincə texnikanın inkişafı işsizliyin artmasına səbəb olur ki, bu da bədbəxtliyi daha da çoxaldır”.
    Müəllif kitabın birinci hissəsində o zamankı Senzura Komitələrinin “Tolstoy irsinə necə münasibət bəslədiyini araşdırmaq, öz tədqiqatını Leninqrad mərkəzi dövlət tarix arxivində və Gürcüstan SSR-nin arxivlərində davam etdirmişdir.
    “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabının ikinci hissəsində ilk mənbələrindən gətirdiyi sitat və faktlarla sübut etməyə çalışır ki, böyük yazıçı hələ keçən əsrdə S.Ə.Şirvanin, M.Ə.Sabir, S.M.Qənizadə, A.Nazir kimi sənətkarların yaradıcılığına müsbət təsir göstərmişdir. Ancaq qeyd etmək lazımdır ki, əsrimizin əvvəllərində, yəni müxtəlif ideya və məslək toqquşmaları zamanı mürtəce mətbuatla, demokratik mətbuat arasında münaqişə getdiyi bir vaxtda, Tolstoy yaradıcılığına münasibət məsələsi bütün hallarda düzgün və obyektiv xarakter daşıya bilməzdi. Ona görə də “Fyuzat” jurnalının redaktoru Əlibəy Hüseynzadə mürtəce mədəniyyət və mətbuat adından çıxış edərək Tolstoyun sənətkarlığından, realizmindən, yaradıcılıq fəaliyyətindən daha çox yazıçının yeni din yaradıcısı və əxlaq kahini olması ilə maraqlanırdı.
    Kitabda Ə.Hüseyzadə və onun kimi burjua ideloqlarının məqsəd və istəkləri ətraflı şərh edilmişdir. A.Alməmmədov həmçinin Azərbaycanın bir çox realist yazıçılarının və maarif xadimlərinin Tolstoy yaradıcılığından bəhrələndiklərini qeyd edərək, H.A.Abbasovun, Ə.Qasımovun Tolstoy haqqındakı xatirələrindən və istifadə etmişdir. Haqqında danışdığımız hissənin sonunda Abbasağa Nazir adlı şairin 1910-cu ildə yazdığı “Qraf Tolstoyun vəfatına aid” adlı şeri ilk dəfə bütünlüklə verilmişdir ki, bu da azərbaycanlı ziyalıların qardaş xalqın ədəbiyyatına göstərdiyi marağın təzahürüdür.
    Kitabın üçüncü hissəsi yazıçının əsərlərinin tərcüməsinə həsr edilmişdir. Həmin məsələdən bəhs edən müəllif yazır: “Tərcümə olunan əsərləri, tərtib edilən dərslikləri nəzərdən keçirdikdə məlum olur ki, keçən əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının, müəllim və yazıçılarının biri L.N.Tolstoy olmuşdur”. S.M.Qənizadənin başladığı tərcümə işi C.Məmmədquluzadə, A.Güləhmədov, Q.R.Mirzəzadə, H.İ.Qası- mov, R.Tahirov, Ə.Səbri, Ə.Səttar və onlarla bu kimi ziyalı və yazıçılar tərəfindən davam etdirilmişdir.
    Kitab bəzi xırda qüsurlardan da xali deyildir. Belə ki, kitabın qraf Tolstoyun həyat və yaradıcılığına həsr edilmiş birinci hissəsində böyük yazıçının dramaturji fəaliyyətindən çox ötəri danışılır. Bundan başqa, Tolstoyun yaxın dostları ilə əlaqəsindən, yazışma və məktublarından daha çox istifadə etmək olardı.
    Yeri gəlmişkən, korrektorun və nəşriyyatın ünvanına da bəzi məsələləri çatdırmaq istəyirik. Əsərdə bir çox üslubi və orfoqrafik səhvlər, dil xətaları vardır. Kitabda “araqarışdıran”, “çoxtərəfli”, “artıqtamahlıq” kimi sözlər “ara qarışdıran” (səh.51), “çox tərəfli” (səh.68), “artıq tamahlıq” (səh.71) şəklində getmişdir.
    “Ali Baş Komandan” (səh.59) sözləri bir yerdə böyük, başqa bir yerdə kiçik hərflərlə, Əhməd xan (səh.59) sözü gah bitişik, gah da ayrı yazılmışdır.
    A.Alməmmədovun “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı SSRİ-nin və institutumuzun yarıməsrlik bayramları ərəfəsində müəllim və tələbələrimizə müəllifin layiqli hədiyyəsidir.

    Firuz Mustafayev,
    filologiya fakültəsinin tələbəsi

    “GƏNC MÜƏLLİM” qəzeti, 4 noyabr 1972-ci il











    ƏSİNTİLƏR. MİNİATÜRLƏR. ESKİZLƏR

    Uzun illər orta məktəbdə ədəbiyyat müəllimi olmuş, indi təqaüdə çıxmış köhnə tanışım şikayətlənib deyirdi ki, indi dərsliklərdə nə Şekspirin, nə Servantesin, nə Rustavelinin, nə Hüqonun, nə Balzakın, nə Cek Londonun, nə Tolstoyun, nə Qorkinin, nə Nerudanın, nə Şoloxovun, nə Aytmatovun, nə Dumbadzenin, nə Auezovun... adına rast gəlmək mümkündür. Geniş yazılar, portret oçerklər bir yana qalsın, heç olmasa bu mötəbər isimləri ədəbi icmala -xülasəyə daxil etmək lazımdır. Mən hələ son illərdə dünya ədəbiyyatında parlayan ədəbi ulduzların adını çəkmirəm...
    İndi bildinizmi son zamanlar ədəbiyyata gələnlərin çoxu niyə bisavaddır?.. Orta məktəb dərsliklərində "oksigen çatışmazlığı" duyulur. Hərçənd ki, yazı-pozu ilə məşğul olan o gənclərin sırasında xeyli istedadlı adam var. Gələcək ədəbiyyatımızı havasızlıqda boğulmaq təhlükəsi gözləyir.
    *
    Nazirin qaynatası ağır xəstədir. Xərçəngdir. Onu arvadının yanında –köhnə qəbristanlıqda dəfn edəcəklər. Qəbristanlığa yol çəkilməyə, asfalt döşəməyə başlayırlar.. Dəfnə hazırlıq gedir.
    Yol kənarında güllər əlikir. Su çəkilir.
    Amma bu zaman, tərs kimi, nazir işdən çıxır. Qaynanta ölür. Və hüzrə gələn olmur. Təbii ki, asfalt örtüyün və yolun çəkilməsi də yarımçıq saxlanılır.
    *
    Sabir Yanardağ maraqlı, lap çoxdan tanıdığım bir adam idi. Nədənsə ailə qurmamışdı. Həyatının son illərini ahıllar evində yaşadı və elə orada da rəhmətə getdi. Nikbin bir insandı.
    Sabir bəy bir dəfə söhbət əsnasında dedi:
    -Asif Atanı ölkəyə və kqbeyə mən tanıtdim. İnanmırsız? Onu o qədər təriflədim ki, kqbenin diqqətini çəkdi...
    *
    Bir hərfin min dərdi...
    “Azərbaycan gəncləri” qəzetinin Cəfər müəllim adlı əməkdaşı vardı. Boy-buxunlu, cüssəli, gülərüz, mehriban bir adamdı. Korrektor işləyirdi. Əslində qəzetdə ondan başqa Vəkil adlı digər bir korrektor da vardı. 80-ci illərin əvvəlləri, L.İ.Brejnevin Baş katib olan vaxtları idi. Redaktor Cəfər müəllimə xüsusi bir tapşırıq vermişdi: “Sənin başqa materiallarla işin olmasın. Qalan materialların korrektə işlərinə Vəkil baxacaq. Sən isə qəzetdə əancaq və ancaq Brejnev yoldaşın ad-familiyasına diqqət yetir ki, səhv getməsin. Çünki səhv getsə, başımız ağrıyacaq. Əsas işin isə L nöqtə İ nöqtəninn (yəni L.İ.- Leonid iliç) yerli-yerində işlənməsinə nəzarət etməkdir”.
    Cəfər müəllim verilən tapşırığa layiqincə əməl edir, həftədə üç dəfə çıxan qəzetdə L və İ hərflərini xüsusi olaraq “güdürdü”. Hətta, bəzən dəhlizdə belə dodaqalti “L nöqtə İ nöqtə Brejnev” deyirdi. Bu məsuliyyətli adamın ürəyində müəyyən problem vardı və çox vaxt əli sinəsinin üstdə olardı. Qəzetin əməkdaşı, təbiətən zarafatcıl olan və üstəlik də Cəfərin orta məktəb dostu şair Tofiq Mütəllibov arada həmkarımıza söz atırdı: “Cəfər, bax ayıq-sayıq ol ha... Birdən Brejnev sözündən əvvəl L.İ. yox, L.N. gedər, əziz Leonid İliçin yanında biabır olarıq...”
    Bir gün qəzet çap olunub abunə və satışa gedəndən sonra redaksiyada aləm bir-birinə dəydi, nə dəydi. Və tezliklə Komsomolun MK-sından zəng vurub bildirdilər ki, qəzetdə çox biabırçı, bağışlanılmaz, kobud bir səhv gedib. Sən demə, Baş katibin familiyasının qarşısındakı hərflərdən biri Cəfər müəllimin gözündən “yayınmış”, nəticədə qəzetdə “L.İ. Brejnev” əvəzinə “L.N. Brejnev” gedibmiş.
    Təbii ki, Cəfər müəllimə töhmət verildi. Və bizim korrektor dostumuz bir müddət Tofiq müəllim ilə küsülü oldu. Səbəbini isə özü belə izah edirdi: “Tofiq, sənin L.İ. əvəzinə L.N. deməyin çaşdırdı məni”...
    *
    Altmış yaşdan sonra...
    Çoxdan yazdığım dramdakı personajlardan biri belə deyir:
    "Altmış yaşdan sonra qadınların nazı bitir. Kişilərin "nazı" isə elə altmışdan başlayır..."
    Bunu obraz deyir, mən demirəm ha...
    Ta orasını bilmirəm -düz deyir, yoxsa yalan…
    *
    Alimlər arasında dələduzların olduğunu elə köhnədən də arabir eşitmək olurdu. İndi isə dələduzlar arasında "alimlərin" çoxaldığını görürük.
    *
    Adam var ki, özü boyda kin- kidurət heykəlidir.. .
    Bu, nədəndir -biləmmirəm.
    *
    Hadı Rəcəblinin yaş məsələsi haqda ötən əsrdə dedikləri...
    Düzünü deyim ki, mənim Hadı Rəcəbli ilə düz-əməlli şəxsi tanışlığım yoxdur. Amma, haqq üçünə qeyd etmək lazımdır ki, bu adam öz fəaliyyəti ilə tez-tez gündəmdə yer alır.
    Bir neçə il öncə, səhv etmirəmsə, “Komsomolskaya pravda” qəzetində bir yazı oxumuşdum. İndiyədək o yazının bəzi sətirlərini xatırlayıram. (Bəzən yaddaş adama xeyir vermir, ziyan gətirir.
    Yeri gəlmişkən, həmin yazı Sovetlər birliyi çökəndən bir neçə il sonra (təxminən 17-18 il bundan öncə) dərc edilmişdi.
    Adı çəkilən qəzetin keçmiş müxbiri yazırdı ki, mən 1970-ci illərin əvvəllərində Lənkəran şəhərinə ezam olunmuşdum. Məqsədim o zaman planetin ən qocaman sakini hesab edilən Şirəli Müslümov haqda məqalə yazmaq idi. Lənkəranda bizi komsomol katibi Hadı Rəcəbov qarşıladı. İnsafən, o məqalədə qəzetin müxbiri komsomol Hadı müəllim haqda bir neçə kəlmə xoş sözlər də yazmışdı. Belə ki, yadımdadır, orada Rəcəbovun işgüzarlığı, çevikliyi, rusca normal danışmağı da qeyd edilirdi.
    Yazıda oxuduğum bir moment hələ də yadımdadır. Müxbir yazırdı ki, mən Şirəli Müslümovun özünün, övladlarının, nəvə-nəticələrinin yaşını hesabladım və gördüm ki, nəsə bu yaş haqq-hesabı düz deyil. Belə ki, ailə üzvlərinin real yaş nisbətlərini müqayisə edəndə belə çıxırdı ki, Şirəli baba ilk dəfə ən azı yetmiş neçə yaşında toy edib, ailə qurub. Bu tərəddüdümü komsomol katibinə deyəndə Hadı Rəcəbov (İndiki Rəcəbli) gülüb dedi ki, əzizim, burada təəccüblü nə var ki? Müxbir yazırdı ki, heyrərlə komsomol katibinə baxdım. Komsomol Hadı qəhqəhə çəkib göz vurdu və dedi: “Biz partiya və komsomolun təklifi, habelə Şirəli babanın arzusu ilə öz qocaman sakinimizin yaşını bir xeyli artırmışıq. Bunun kimə nə ziyanı var ki?”
    İndi bu günlərdə pensiya ilə bağlı deputat Hadı Rəcəblinin səsləndirdiyi əcaib fikirləri oxuyanda həmin yazını və o yazının müəllifinə keçmiş komsomolun dediyi fikirlər yada düşdü.
    Ki yəni, adamların real yaşının və ya pensiya yaşının bir az artırılmasının kimə xeyri və ya kimə ziyanı ola bilər?
    *
    Elə mövzular var ki, düzü, bilərəkdən toxunmaq istəmirəm. Amma, ancaq və lakin...
    Ara-sıra mətbuatda bu cür "gurultulu" xəbərlərə rast gəlmək mümkündür: "Filankəs öz cinsini dəyişib..."
    Bu cür "dəyişənlərə" nümunə kimi adətən bəziləri özlərinin "məşhur" bildikləri adları çəkirlər.
    Bu "məşhurlardan" biri də müğənni Rövşən Hicrətidir. Adətən onu azərbaycanlı (türk) kimi təqdim edirlər. Cinsini dəyişib hazırda Hollandiyada yaşayan Hicrəti (hazırda Lamborgini soyadı daşıyır) azərbaycanlı deyil.
    Rövşənin anası Tamara Hicrəti uzun illər indiki AMEA-da çalışıb. Keçmiş əməkdaşlarımız onu yaxşı tanıyır. Tamara və əri başqa bir millətə məxsus idi... Tamara çox vaxt oğlunun xəstəliyindən şikayətlənirdi.
    Sözümün canı odur ki, Hicrətinin türkə bir dəxli yoxdur.
    *
    Tarixən hər bir epitetin, məcazın, təşbehin, metaforanın bir çəkisi, tutumu, sanbalı, yükü olub.
    ...ki yəni, məsələn, Şekspirə "dahi", Tolstoya "korifey", Heminqueyə "məşhur", Eynşetynə "metr" demək heç kəsdə təəccüb hissi oyatmır. Yəni bu epitetlər yerindədir, qəbulediləndir.
    Bmaraqlı orasıdır ki, bizim media, xüsusən Tv-lər ucdantutma hamiya bu epitetləri "şəxsi hədiyyə" kimi paylayır; xüsusən də çalıb-oxuyan bir çox "sənətkarlara".
    Bir sözlə, az qala hamının bir-birinə “korifey” dediyi bir dövrdə və məmləkətdə yaşayırıq.
    p.s. Bilmirəm çox şeyin "defisit" olduğu dövrdə bu cür ucuzluq infilyasiya ilə bağlıdır, yoxsa...
    Görüm sizi heç vaxt ucuz olmayasız...
    *
    Odlu-alovlu tamada nitqi.
    Qudaların bayağı və şıdırğı rəqsi.
    Söylənilən boyat tostlar və sədaqət andları..
    Gələcək ər-arvadın, yəni bəylə gəlinin və onların yanlarındakı istəkli dostlarının kamera qarşısında dişlərini ağarda-ağarda şəkil çəkdirməklikləri.
    Adama elə gəlir ki, əksər toylar ailə qurmaq üçün yox, elə bu pozaları kiməsə göstərmək, kiməsə acıq vermək üçün “təşkil edilir”.
    Çünki bu toyların əksər “səbəbkarları” az sonra “xasiyyətimiz tutmadığı üçün ayrıldıq”-deyirlər.
    *
    Elə adam var ki, başqalarını əsəbiləşdirməkdən həzz alır.
    Ayrı cür də olur. Yəni özünün hirslənməyindən zövq alan adamlara da təsadüf edilir.
    Birincidə tərbiyənin (daha doğrusu, tərbiyəsizliyin), ikincidə isə xəstəliyin rolu qeyd olunmalıdır.
    Birinci halda tiranlığa, ikincidə isə şizofreniyaya meyl özünü göstərir.
    Hər ikisi təhlükəli haldır.
    p.s. Bunları öz şəxsi müşahirə və yazıb-oxuduqlarıma əsaslanıb deyirəm.

    **
    Qoy bir az da özümü tərifləyim
    Amma, ancaq, lakin və fəqət...
    Tanışlarımdan biri dedi:
    -Filankəs sənin 50 cildlik əsər yazmağına bir az tərəddüdlə yanaşır.
    Cavabım belə oldu:
    -Filankəs məni yaxşı tanıyır və tərəddüd etməyə də haqqı var. Yəqin o yaxşı bilir ki, mən bu 50 cilddə toplanacaq əsərləri öz 100 cildliyimdən seçib nəşr etdirirəm.
    -Doğrudan?
    -Bəli. Kimin şübhəsi varsa, buyurub sponsorluq etsin, yüz cildlik seçilmiş əsərlərimi nəşriyyata təhvil verim. Və onu da nəzərə alsınlar ki, bu, hələ yazılanların hamısı deyil, yalnız “seçilmiş əsərlərdir”.
    p.s.
    Ortaya sual çıxa bilər: yaxşı, bəs bu əsərlər özünü maliyyələşdirə bilmirsə, satışda öz xərcini ödəmirsə, nəhayət oxunmursa, niyə yazılmalıdır?
    Doğru sualdır.
    Amma, ancaq, lakin və fəqət...
    Vaxtilə, hətta özümün özümə verdiyim bu suala bir neçə dəfə cavab vermişəm, zərurət olarsa, yenə cavablandıraram.
    *
    Bir dəfə tanışlarımdan biri söhbət əsnasında məndən soruşdu:
    -Qadın nə istəyir?
    Dedim:
    -Kişi nə istəyirsə qadın da onu istəyir.
    Dostum fikrə getdi:
    -Bəs onda kişi nə istəyir?
    Dedim:
    -Qadın nə istəyirsə kişi də onu istəyir.
    Əlbəttə, söhbəti uzatmaq, mətləbi xırdalamaq da olardı. Amma mən kəsə yolla gedib qısa cavab verdim.
    Məncə kişi ilə qadının cins fərqi var, ruh fərqi yoxdur; yəni ruhun cinsi olmur.
    Elə deyilmi?
    *
    Məzmunu bir qədər bayağı, banal, primitiv olsa da belə, mənası düşündürücü olan bir pritçanı xatırladım. Deməli, belə...
    Bir-birini sevən oğlanla qız hamar olmayan yolla gedirmişlər. Birdən qızın ayağına daş dəyir, burxulur. Oğlan bərk dilxor olur:
    -Canım, sənin ayağına dəyən o daş, kaş mənim gözümə dəyəydi...
    Onlar ailə qururlar. İllər sonra həmin hadisə bir də təkrar olunur. Yəni ki, qızın ayağına yenə daş dəyir, burxulur. Kişi bərk əsəbiləşir:
    -Korsan? Ayağının altını görmürsən? Kaş o daş sənin gözünə girəydi...
    Məncə şərhə ehtiyac yoxdur.
    Ən qəribəsi budur ki, elə mən də həyatda bu cür hadisələrin şahidi olmuşam.
    *
    “Qara” sözü ilə bağlı bir qaç kəlmə yazmaq istəyirəm. Amma bəri başdan bilirəm ki, etirazçılarım çox olacaq. Deyəcəklər ki, “qara” sözü bizdə əyyami-qədimdən “böyük”, “nəhəng” anlamı verir. Qoy desinlər.
    Qısası, toponimlərimiz haqda yazmaq istəyirəm.
    Ötən ay yolum məmləkətimizin qərb istiqamətinə düşmüşdü. Kənd və qəsəbələrimizi ötüb keçdikcə lövhələrdə yazılmış adlar diqqətimi çəkirdi. (Bu, məndə bir vərdişdir, adətən getdiyim yerlərin adı və tarixi ilə maraqlanıram). Aman Allah, bizdə nə qədər “qara” toponimlər (eykonomlər, hidronimlər və s.) varmış. Adam oxuyub heyrətə gəlir. Qaragöl, Qaraçay, Qarabulaq, Qarayol, Qarakənd, Qarasu, Qaramurad, Qaraman, Qaraxal, Qaraçöl, Qarabucaq, Qaratəpə, Qaraməryəm, Qaravəlli, Qaraçuxur, Qaralar.......
    Bu aysa yolum ölkəmizin cənub istiqamətinə düşmüşdü. İlahi, yenə hər yer “qara” ilə bağlıdır.
    Qaragül, Qaragüvəndikli, Qarayol, Qarayal, Qarayer...və nəhayər Qarayevkənd.
    Bu əsnada yadıma düşdü ki, biz qara rəngli geyimlərə də çox üstünlük vüririk.
    Bəlkə bir az “ag”a üstünlük verək?
    Bilirəm, deyəcəklər ki, “qara” sözü bizdə əyyami-qədimdən “böyük”, “nəhəng” anlamı verir. Qoy desinlər.
    *
    Müşfiq Şükürov (filosof) soruşur: "Necə oldu ki, Qərb inkişaf edərək Şərqi üstələmiş oldu?"
    Bu vacib sualın çox sadə cavabı var:
    Qərb mütəfəkkirlərinin ardıcıl təpkilərindən sonra keşişlər oz piylənmiş arxalarını cəmiyyətin inkişaf yolunun ağzından kənara çəkməli oldular. Və elm, fəlsəfə, mədəniyyət sürətlə inkişaf etməyə başladı...”
    Фируз Мустафа: “Bu, əsas amillərdən biri hesab oluna bilər, Mushfiq bəy. Amma hamısı deyil. Səbəblər çoxdur. Hətta, uzun bir "səbəblər siyahısı" yazmaq olar. Əgər Siz deyən kimi, Qərbin inkişaf edərək Şərqi üstələməsinin səbəbi arxası "piylənmiş keşişlər" olsaydı, ateist cəmiyyətlər çoxdan böyük inkişafa nail ola bilərdilər. Amma, bildiyimiz kimi, bu, mümkün ola bilmədi... Dediyim kimi, səbəblər kompleksi geniş şəbəkəlidir. Amma mən də mövcud olan səbəblərdən birini deyə bilərəm: elm və təhsilin cəmiyyət həyatına praqmatik tətbiqinə nail olma(ma)q. Şərqdə elm daha çox "idealist" mahiyyət daşıyır, Qərbdə isə təcrübi-praqmatik... Dediyim kimi, digər səbəblər: siyasi, fəlsəfi, iqtisadi, hətta.. coğrafi səbəblər də mövcuddur..”.
    *
    Təəssüf ki, bizim mühitdə milli anlayışdan daha çox, zərərli bir regionçuluq (hansı kənddənsən?) anlayışı da boy verməkdədir.
    Millətləşmə olmayan yerdə milli şüurdan söhbət gedə bilməz.
    Milliləşin, millətləşin.
    Milli şüur olmayan yerdə insanlıq da olmaz.
    İnsanlaşın, insaniləşin.
    *
    Tez-tez rastlaşdığınız hallar...
    Bəli, hər ədəbi yaşın öz “azarlı” sevinci olur...
    Məsələn, görürsən ki, bir gənc şair deyir: Metroda (və yaxud avtobusda... hələ yaxşı ki, bizdə tramvay, trolleybus yoxdur) bir xanım kitabımı oxuyurdu, amma mən ona yaxınlaşıb özümü bir müəllif kimi təqdim etmədim.
    Qoca şairin də öz “azarı” var. Məsələn, görürsən ki, qocaman şair təxminən belə deyir: Bir tədbirdə qocaman bir tamada axıra qədər təkcə mənim şeirlərimi əzbərdən dedi, amma mən utanıb o şeirlərin müəllifinin kim olduğunu demədim...
    Bəs onda Bayron, Puşkin, Vurğun, Neruda, Rembo neyləsin?
    Bax bunun cavabını siz deyin.

    **
    Vəzifədə olanlara bir dəyərli və sınaqdan çıxmış məsləhət
    Arada tutduğunuz postdan istefa verməyi unutmayın. Yox, ürəyinizə başqa şey gəlməsin və xofa da düşməyin. Sadəcə, sizinlə birgə işləyənlərin “sədaqətini” yoxlamaq üçün. Siz vəzifədən çıxanda tezliklə onlar da yoxa “çıxacaq”. Elə ki təzədən tutduğunuz posta qayıtdınız, baxıb görəcəksiniz ki, onlar öz əzəlki “yerlərinə” sizdən qabaq qayıdıblar. Yenə də üzlərində əvvəlki təbəssüm, əzəlki qaydada şirvanmaq, köhnə üsulla şiniyib baxmaq, diş ağartmaq... Dostluq və sədaqət tostları da ki, öz yerində.
    Bəli, yal(t)aqlar vəzifəyə, daha doğrusu vəzifədəkilərə daim “ehtiramlı” və “sadiq” olurlar...
    *
    Eşşəyin çulu ol, qarnının qulu olma.
    Səhv etməmisiz, bu “atalar sözünü” mən “icad” etmişəm. Arada pyeslərimdə bəzi replikaları bu cür “qanadlı ifadələrlə” təqdim edirəm. Sonra onların bir çoxu “atalar sözünə” çevrilir. Yox, demirəm ki, bu pis haldır. Əksinə...
    *
    Bir də görürsən ki, hansısa bir müğənni hansısa müsabiqədə qalib gəlib müsahibə verir və deyir ki, düşmənlər üzərində qələbə qazanıb.
    Hansısa kulinar, hansısa idmanşı, hansısa dərzi, hansısa saç ustası da öz “qələbəsindən” danışır.
    Bu cür “qələbələr” çox olur, amma qalib ola bilmirik.
    *
    Əgər bir adam, məsələn, dükandan çörək oğurlayırsa bu, qatı cinayətdir. Əgər adam, məslən, bankdan milyonlar oğurlayırsa bu, fəzilətdir...
    *
    Özbəkistan Yazıçılar Birliyinin Daşkənddə rus dilində nəşr edilən "Звезда Востока" jurnalının 5-ci (sentyabr-oktyabr) nömrəsində bu günlərdə "Vəsiyyət" ("ЗАВЕЩАНИЕ") adlı hekayəm nəşr olunub. Hekayəni ruscaya orijinaldan Şahlo Kasımova tərcümə edib.
    p.s. "Звезда Востока" jurnalının ildə altı sayı çap olunur.
    20.11.18
    *
    Kral evlənib
    Malayziya kralı Tyanku Mühəmməd Kelentan Sultan bir neçə gün öncə, lap dəqiqi noyabr ayının 13-də, 50 yaşında yenidən ailə qurub. Kralın əvvəlki zövcəsi Tengku Zubaidah binti Tengku Norudin bin Tengku Muda (xanımın ad-soyadı bu cür uzundur, olsun ki, dili də adı kimi uzun olub) ilə nikahı düz on il əvvəl, 2008-ci ildə pozulmuşdu.
    Kralın təzə həyat yoldaşı Oksana Voyevodina rusdur, üç il öncə Miss Moskva-2015 seçilib.
    Toy Moskvada olub.
    Mübarək...
    25.11.18
    *
    Bu günlərdə TV-də Kənd Təsərrüfatı Nazirliyi rəsmisinin maraqlı (?) bir məlumatını eşitdim; sən demə, bizim ölkədə 9 milyon baş qoyun var imiş. Elə həmin gün mətbuatda Respublika Statistika İdarəsinin bir informasiyasını da oxudum: bizdə əhalinin sayı 9 milyondur. Bilmirəm hər nədənsə bu paralel informasiyalar mənə çox pis təsir etdi. Əsəbiləşdim. Başqa sahələrdə, lap elə informasiyaların özündə belə, adətən, balansı pozuruq, amma burada tarazlıq tam təmin edilib. Mən belə "tarazlığı" qəbul etmir, bəyənmir, xoşlamıram.
    *
    Mədəniyyətimizdə, xüsusən çağdaş musiqi mədəniyyətimizdə, kəskin geriləmə hiss olunur. Mən əsasən, bəstəkarları nəzərdə tuturam. Təkcə son 20-30 ildə kimləri itirdik? Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Niyazi, Tofiq Quliyev, Süleyman Ələsgərov, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Əhməd-Cövdət Haçıyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Ramiz Mustafayev, Aqşın Əlizadə, Oqtay Kazımov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Emin Sabitoğlu, Elza İbrahimova, Şahid Əbdülkərimov...
    Mən hələ itirdiyimiz xanəndə və müğənnilərin adını sadalamıram.
    İndi musiqi təsərrüfatı bir-birinə “korifey” deyən bir qrup dayaz, mənasız, korafəhim və korbeyinlərin əlinə keçib. Nə danışmağın xeyri var, nə də susmağın.
    Çox az sayda istedadlar qalıb.
    Mədəniyyətimizin sabahından nigaranam.
    Məşhur sual meydana çıxır: Nə etməli?
    *
    Son illərdə çox qorxulu və təhlükəli bir mövzuya çox idillik, romantik, sürreal, modern, al-əlvan rənglər qataraq geniş kütləyə təqdim edirlər.
    Söhbət “qanuni oğru”lardan, yəni “vor zakon”lardan gedir.
    Nə yazıqlar ki, hələ həyatda bişib-bərkiməmiş gənclərin bir çoxu cinayət aləminin bu cür “qəhrəmanlarını” özlərinə ideal, kumir seçir, onların fanatına çevrilirlər.
    Nə yazıqlar ki, indi insan talelərinə “uf” demədən zərbə endirən canilər haqda filmlər çəkilir, kitablar çıxır, nəğmələr qoşulur.
    Nə yazıqlar ki, öz milləti uğrunda canından keçən əsl qəhrəmanlar arxa plana keçir, cinayət aləminin “qəhrəmanları” ön plana keçir.
    Nə yazıqlar ki, pul və sərvət uğrunda gedən qanlı döyüşlər torpaq və namus uğrunda gedən savaşı üstələyib.
    Nə yazıqlar ki, fiziki güc idrakın gücünə qalib gəlməkdədir.
    Nə yazıqlar ki, incə mənəviyyatlar kobud çəkmələr altında tapdanmaqdadır.
    Nə yazıqlar ki, cılız insanlar böyük insanlığa arxa çevirirlər.
    Amma müqəddəs kitablarda deyildiyi kimi, “ümidsiz-şeytanlardır”. Və bu mənada ümid edirəm ki, elə bir zaman gələcək ki, bu dünyada bütün dəyərlər öz layiqli yerini və dəyərini alacaq.
    Və əlbəttə, bunu da nəzərə almaq lazımdır ki, bir çox hallarda cinayətkarları, “vor zakon”ları da cəmiyyət özü, yəni mikro- və makro-mühit yaratmaqdadır.
    06.11.17
    *
    Sovetlər dönəmində əsərlərinə uzun illər tabu (qadağa) qoyulmuş dünya şöhrətli gürcü yazıçısı Qriqol Robakidze haqda geniş məqaləni tamamlayıb bu gün qəzetlərdən birinə təqdim etdim. Ümidvaram ki, həmin yazı tezliklə işıq üzü görəcək. Qriqol Robakidzenin həyatı Azərbaycanla sıxı bağlı olub. Arvadı Xaçmaz və Qubada yaşayıb.
    Ümidvaram ki, məqalə tezliklə gürcü dilinə tərcümə olunacaq.
    Siz belə bir tərcüməçi tanıyırsızmı?
    Hesab edirəm ki, bu məsələdə gürcü dostların dəstəyi lazım olacaq...
    p.s.
    Yeri gəlmişkən, ömrünün son otuz ilini Avropada yaşamış Robakidze Nobel mükafatı nominantıdır.
    Yəqin ki, əsərləri nə vaxtsa dilimizə də tərcümə olunacaq.
    26.11.16
    *
    Dünya ədəbiyyatının əbədi mövzusu olan “atalar - oğullar” problemini bizim yazarlar çox vaxt “nəvələr – dəvələr” kontekstində çözürlər.
    *
    Evlərin çardaqlarını bəmbəyaz qar örtüb. Belə vəziyyətdə adətən yadıma uşaqlıqda oxuduğum nağıl kitabları düşür. O kitablardakı nağıllara çəkilmiş rəsmlər yaddaşıma əbədi köçüb. İndi qar içində qaralan evlər mənə şəkillərdə gördüyüm həmin o kiçik oyuncaq evcikləri xatırladır. Amma bu “evciklərin” təkcə tüstülü bacaları çatışmır.
    *
    Maraqlıdır. Biz az qala fiziki və təbii qanunların əksinə getməkdəyik. Belə ki, əslində zaman birxətli hərəkət üzrə keçmişdən gələcəyə doğru irəliləməlidir. Amma bizdə zaman əksinə, yəni keçmişə doğru hərəkət etməkdədir. Bu mənada Axundov, Mirzə Cəlil, Sabir ... zaman etibarilə get-gedə bizdən uzaqlaşmaq əvəzinə, bizə daha da yaxınlaşmaqdadırlar. Təəssüflər.
    Bəli, faciəvi hallardan biri də budur ki, keçmişimiz gələcəkdə yaşayır.

    **
    Mətbuatı izləyən yaşıdlarımın yadında ola bilər: 1992-ci ildə bütün dünyanı sensasion bir xəbər dolaşdı. Həkimlərin dozadan artıq verdiyi hormonal dava-dərman nəticəsində 75 yaşlı yapon qadın Sey Senaqonun zahiri görkəmi dəyişdi. Nəticədə qadının yeni dişləri çıxdı, ağ saçları sürətlə qaralmağa başladı, dərisinin qırışları yox oldu. Sanki hər şey nağıllardakı kimi idi. Qısa bir müddət ərzində xanım Senaqo o qədər gəncləşdi ki, hətta az qala özü özünü tanımayacaqdı. Gəncləşmiş qadın özü kimi gənc bir oğlana ərə getdi. Və tezliklə onun övladı oldu.
    Maraqlı burasıdır ki, həkimlər həmin “səhvi” sonralar başqa xəstələr üzərində də sınaqdan keçirdilər. Amma heç bir müsbət nəticə alınmadı.
    Qısası, mən əminəm ki, gələcəkdə orqanizmin gəncləşməsinin dərmanı və sirri tapılacaq. Yəni “itmiş dərman” nə vaxtsa tapılacaq.
    Əmin ola bilərsiz... Bu da nikbin bir akkord.
    *
    Tez-tez yazırlar ki, Zadənin oğlu Azərbaycanı özünə vətən saymır. Burada qəribə nə var ki? Yüz il öncə başqa bir məmləkətdən Azərbaycana köçüb gəlmiş insanlaran övladları bu gün haranı özlərnə vətən hesab edir?
    *
    Gənc yaltaq qocaman yaltağın qarşısında ikiqat əyilib təzim edəndə nədənsə yadıma lirik və epik əsərlərdən daha çox, alleqorik əsərlər (məsələn, təmsil) düşür.
    *
    Bir də görürsən ki, həm həyatdakı, həm də fb-dəki çox hörmətli dostlarım mənə təxminən belə suallar verirlər:
    -Amerika prezidenti (filan işə görə) niyə belə hərəkət edir?
    -Putin niyə (filankəsə) cavab vermir?
    -Tolstoya niyə "Nobel" verməyiblər?
    -Filankəs niyə plagiatlıq edib?
    -Filan əsərə niyə düzgün qiymət verilmir?
    və s. vəi.a...
    Hərdən istəyirəm, hirslənib deyəm ki, axu bu sualların mənə nə dəxli?
    Bunu aidiyyatı olanlardan soruşun...
    Amma hərdən də çox xoşum gəlir bu sualı verənlərdən. Görün dostlarım məni hansı məsələrdə məsuliyyət sahibi (lap elə təqsirli) hesab edirlər...
    *
    20 Yanvar metrosunun çıxışında adamın üstünə tökülüşən taksi sürücülərinin ağcaqanad vızıltısı kimi zəhlətökən səsi heç vaxt kəsmir:
    -Hara gedirsən?
    -Ucuz taksi.
    -İstədiyin yerə ucuz qiymətə.
    Bir dəfə bu naqqallardan biri qır-saqqız olub qalmışdı:
    -Hara gedirsən apararam.
    Soruşdum:
    -Laçına apara bilərsən?
    Sinəsini irəli verdi:
    -Əlbəttə. Neçə verirsən?
    -Bəs Zəngilana?
    O, üzünü yaxınlıqdakı taksi sürücüsünə tutub soruşdu:
    -Ə, bu Zəngəlan hansı tərəfdədir? Qlent var, neçə manat deyim ona?
    Bu da bu...
    24.10.2010
    *
    -Tanıyırsan o qızı?
    -Bəli, tanıyıram. Necə bəyəm?
    -O, harada işləyir?
    -Dükanda.
    -Nə alır, nə satır o xanım?
    -Can alır, naz satır.
    *
    Deyir:
    -Türkiyə bu son 25 ildə çox geri gedib...
    Deyirəm:
    -Haradan bilirsən, a bala?
    Deyir:
    -Öz gözümlə görmüşəm.
    Deyirəm:
    -Neçə yaşın var?
    Deyir:
    -24...
    Deyirəm:
    -Gənc dost, mən Türkiyədə 27 il əvvəl olmuşam. Yəni sən bu dünyaya təşrif gətirməzdən üç il əvvəl... Bu ötən illərdə qardaş ölkə çox irəli gedib.
    Deyir:
    -Onda da qadınlar çadra örtürdü?
    Susuram. Heç hənanın yeridir?
    Bəli, onda çadralılar lap çox idi...
    *
    Ötən əsrin başa çatmasına hələ çox qalmışdı. Bakıya təzəcə gəlmişdim. Günlərin bir günü qərara aldım ki, teatra gedim. Soraqlaşa-soraqlaşa gedib çıxdım Sovetskiyə. Köhnə həyət evlərinin birinin qapısı ağzında iki nəfər kişi nərd aynayırdı. Salam verib soruşdum:
    -Deyə bilməzsiz Dram Teatrı harada yerləşir?
    Kişilət təəccüblə bir-birinin üzünə baxdı. Biri o birindən soruşdu:
    -Bəyəm burada teatr var ki?
    O biri kişi çiynini çəkib mənə cavab verdi:
    -Ə, burda teatr nağayrer?
    Ayrılıb üzüaşağı enməyə başladım.
    Sən demə, “Azdrama” buradan iyirmi metr aralıda imiş...
    *
    Təkcə son bir ayda öz həyatına qəsd edən onlarla insanın içində üç söz adamının intiharı bizi dərindən düşündürməlidir.
    Mövlud Mövlud, Rizvan Axundov, Niyaz Əsgərov...
    Bu ölümlər bir səssiz həyəcan zəngidir.
    Hər intihar cəmiyyət tərəfindən bir ağır imtahan və ağıt ittiham kimi qəbul edilməlidir.
    Niyə?
    Ona görə ki, adamdan soruşarlar: “Bəyəm sən dünya ədəbiyyatında oxumağa əsər tapa bilmirsən?” Təki sən oxuyasan, fərqi yoxdur, bizimki olsun, ya “onlarınkı”. Ki yəni, bu olmasın, o olsun...
    *
    Matias Rustu xatırlayırsızmı və ya onu necə xatırlayırsız?..
    Güman edirəm ki, bu ad yaşı 40-ı keçənlərə nəsə deyə bilər, onların yaddaşlarındakı bəzi mürgülü xatirələri oyada bilər.
    Hə də, söhbət təxminən 30 il bundan əvvəl, SSRİ-nin bərk gedən vaxtı öz şəxsi təyyarəsini Qızıl meydana endirən 20 yaşlı alman pilotundan gedir.
    O əhvalatı kim xatırlayır?
    p.s.
    Məhz bu hadisədən sonra SSRİ-nun bütün güc srukturlarında kadr dəyışikliyi baş verdi. Düzdür, Matias Rust həbs olundu, 1-2 il cəza çədi... Amma... SSRİ tezliklə çökdü.
    *
    Cari 2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı heç kəsə verilməyəcək...
    Səbəb adi və qeyri-adidir.
    Artıq İsveç Kral Akademiyasının bir neçə üzvü istefa verib. İstefaçılar arasında yazıçı Klas Osterqren, ədəbiyyatşünas Çell Espmark, tarixçi Peter Enqlund, nasir Sara Stridoberq vardır. Nəticədə, 18 akademikdən cəmi 10 nəfəri qalıb.
    Əslində adı çəkilən Akademiyaya üzvlər ömürlük seçilir. Çox vaxt onların adı geniş ictimaiyyətə dünyalarını dəyişəndən sonra məlum olur.
    Bəs bu adamların istefası verməsinə səbəb nə olub?
    Məsələ burasındadır ki, məşhur isveç rejissoru və fotoqrafı Jan-Klod Arnonun bəzi layihələri Nobel mükafatı fondunun hesabına maliyyələşdirilirmiş. Əlbəttə, bunun üçün həmin fonda giriş tələb olunurdu. Sən demə, Arnonun arvadı şairə Katarina Frostenson İsveç Akademiyasında çalışırmış. Əri ilə hansısa mədəniyyət mərkəzinə rəhbərlik edən Katarina həmin Akademiyadan pul qoparır, datasiya alırmış.
    Bu ilin aprelində bu şairə xanımın Akademiyada qalıb-qalmaması məsələsi ortaya çıxanda akademiklərin bir çoxu, orada xanım Frostensona yaxın olanlar bu qərarın lehinə yox, əleyhinə səs vermişdilər. Həmkarlarının bu hərəkəti yerdə qalan, daha obyektiv mövqedə qalan vicdanlı akademiklərin hiddətinə səbəb oldu və onlar istefa verdilər. Yalnız bundan sonra, necə deyərlər, abıra boğulan Frostenson da Akademiyadan gedəsi oldu.
    Hələ bu, işin hamısı deyil. İyirmiyə yaxın qadın Jan-Klod Arnonu seksual təklif, təcavüz və cəhdə görə ittiham edib.
    Arno iki il həbs cəzası çəkməyə və 11 min avro cərimə ödəməyə məhkum edilib.
    Bir sözlə, ədəbiyyat üzrə bu ilki Nobel mükafatının verilməməsinin səbəbkarı incəsənət adam olub. Belə yerdə deyiblər: adama zərbə həmişə özününkündən gəlir.
    Bu tərəfdən də dünyanın bir çox adlı-sanlı yazıçıları, məsələn, Stiven Kinq, Couan Roulinq, Alan Mur, Salman Rüşdi, Adonis, Xaruki Murakami, ta nə bilim daha kimlər, ötən ildən düz-əməlli bir şey yazmayıblar. Bu fağırlar əllərini əllərinin üstünə qoyaraq evlərində oturub səbrsizliklə bu mükafatı gözləyirlər və üstəlik də hər biri “muştuluq” verənlərə, yəni xoş xəbər gətirənlərə yaxşı qonaqlıq vəd ediblər.
    07.10.18
    *
    İngilis ədəbiyyatının və ingilis ədəbi dilinin banisi olan Cefri Çoserin (1345 Лондон - 1400-cü illərdə yaşayıb) əsərləri dünyanın ən bahalı kitablarındadır.
    Britaniya yazılı ədəbiyyatının ilkin nümunələrini yaradan Cefri Coserin bir kitabı 7,5 milyon funt sterlinqə satılıb.
    Bizdə isə hətta 70 qəpik verib kitab alanlar da yoxa çıxmaqdadır.
    Niyə Qərbdə kitablara belə qiymət var? Şərqdə isə yalnız pula qiymət verilir?
    *
    Gənc yazarlara bir məsləhət (İndi on məsləhət vermək dəb olsa da belə).
    Arada heç olmasa Axundov kitabxanasına gedib 30-cu illərin qəzetlərinə də baxın. Qorxmayın, latın qrafikasını bilirsinizsə, oxuya biəcəksiniz. Sözüm onda deyil. Orada sizin sələflərinizin, yəni o vaxtki "komsomol" yazarların, bir-birini ittiham edən yazıları var. Çoxu da bir-birindən "ÇK"-ya donos yazıb. Sözüm bunda da deyil. Onların az qala hamısının öz dostları, həmkarları haqda məqalə- söyüşləri bu sözlərlə qurtarır: "Böyük, dahi ədibimiz Maksim Qorkinin sənə verdiyi yazıçı bileti haramın olsun"...
    Məncə çox müasir səslənir.
    *
    Anna Axmatova belə bir ifadəni tez-tez təkrar etməyi xoşlayardı: "Qadının mədəniyyəti onun məşuqlarının sayı ilə müəyyən edilir". «Kультура женщины определяется количеством ее любовников».
    Sizi bilmirəm, şəxsən mən mədəniyyət haqda bir neçə kitabın müəllifi olsam da, böyük şair(ən)in bu fikrinə ilk baxışda vizual yox, virtual fenomen kimi, bir az da sadə və yumşaq şəkildə desəm, adicə qanadlı ifadə kimi baxıram. Amma dediyim kimi, “ilk baxışda...” Qalan məsələlər Anna xanımın və yaxud qadınların öz daxili işidir.
    p.s.
    Hə, burasını da dedyim ki, Rusiyada sosializm qurulana qədər “kультура” (mədəniyyət) savadlılığın dərəcəsi kimi qiymətləndirilirdi.
    Bu barədə də düşünmək olar...
    *
    Söz. Əlbəttə, hər şey olmasa da çox şey ondan başlayır. Onun klassik tərifi belədir: “Söz-fikrin qabığıdır”. Deməli, fakir olmalıdır ki, onun da “qabığı” olsun. Amma, biz çox vaxt elə “qabığı” görürük – boş qabığı. Deməli, “qabıq” hələ söz deyil… Fikir də olmalıdır axı. Bəzən əks mülahizələrə də rast gəlmək olur. Belə ki, bədii və elmi yaradıcılıqla məşğul olan hansısa bir şəxs, özünün məntiqsiz-məzmunsuz yazısının kəm-kəsirini ört-basdır etmək üçün bu cür “arqumentlər” irəli sürür: “əsər aktual mövzuya həsr olunub, əla fikirlər var, amma dili zəifdir, bərbaddır”. Bu, tamamilə cəfəng “əsaslandırmadır”. Axı, artıq qeyd etdiyimiz kimi, firkin qabığı olmalıdır: bu, sözdür. Qabıq yoxsa hansı fikirdən söhbət gedə bilər? Deməli, doğrudan da sözdən başlamaq lazımdır. Söz yoxsa, fakir də yoxdur.
    *
    Məhəmməd Əmin Rəsulzadənin Moskvadakı ünvanı və...
    Mart ayının 6-da Məmməd Əmin Rəsulzadə, Mart ayının 5-də İosif Stalin vəfat edib.
    Böyük demokratın və qanlı diktatorun ölümü müxtəlif illərin eyni tarixinə təsadüf edir. Zamanında onların fəaliyyəti və həyat yolları da kəsişmişdi.
    Əvvəlcə ünvan haqqında…
    Anket formasında olan izahatda Məhəmməd Əmin bəyin Moskvada son dövrlərdə Preçistinskiy bulvar, 29, mənzil 14-də, hal-hazırkı Qoqolevskiy bulvar, 29 ünvanında yaşadığı qeyd olunub.
    Qeyd dəftərçəmə yazdığım bu məlumat gözümə sataşanda artıq 1920-22-ci illər hadisələrindən bəhs edən pyesi tamamlamışdım.
    Araşdırmalar zamanı 20-ci illərdə həmin binada, 16-cı mənzildə Sovetlər İttifaqının Millətlər Nazirliyinin yerləşdiyi məlum olub. “Millətlər naziri” isə həmin dövrdə İosif Stalin olub. Stalin Rəsulzadə bir müddət eyni binada yaşayıblar.
    Bu bir faktdır ki, o zaman Stalinlə Nəriman Nərimanovun münasibətləri kəskin olub. O, hətta, bəzi versiyalara görə Nərimanovun yerinə, Azərbaycan SSR-nin Nazirlər Komissarının sədri və ya birinci katibi vəzifəsinə Məhəmməd Əmin Rəsulzadənin gətirmək istəyirmiş. (Mən bu barədə vaxtilə Qaliyevin xatirələrində oxumuşam). Lakin M.Ə.Rəsulzadə lap əvvəlcədən SSRİ-nin yaxın gələcəyini aydın təsəvvür etdiyinə görə heç bir vəzifəyəcan atmayaraq Moskvanı tərk etmək qərarına gəlib.
    Zəruri qeyd.
    Tarixdən xəbəri olmayanlar, bu konuda bir sətir oxumayanlar belə, tez-tez iddia edirlər ki, guya Rəsulzadəni Moskvadan Stalin “qaçırıb”. Guya onlar dost olublar. Bu, çox səfeh, mənasız, əsassız fikirdir. Düzdür, Məmməd Əmin Kobanı bir neçə dəfə ölümdən xilas edib. Stalin də onu 1922-ci ilin 17 noyabrında öz “komissar” vaqonunda Moskvaya aparıb. Bu, həmin dövrün zərurətindən irəli gəlirdi. Belə ki, Nərimanov Stalinə yazırdı ki, “fəhlələr məni ittiham edib deyir ki, biz Müsavat dövründə indiki Şura dövründə olduğundan daha yaxşı yaşayırdıq”. Buradan belə nəticə çıxır ki, Rəsulzadənin həmin vaxt Bakıda qalması və ya öldürülməsi gənc sovet quruluşu üçün əlverişli deyildi.
    Bəli, Rəsulzadə Moskvaya getdi. Amma bu, onun həyayının təhlükəsizliyi üçün qarant deyildi. Artıq repressiya maşını işə düşmüşdü. O, çox güman ki, tezliklə digər həmkarları və ya düşmənləri kimi edam olunacaqdı.
    Əgər Stalin Rəsulzadəni “xilas” etmişdisə, onunla “dost” idisə, bəs onda niyə onun bütün ailəsini Sibirə sürgün etdirmişdi? Onun anasını və arvadını niyə həlak etmişdi? Oğlunu niyə güllələtmişdi? Qızına niyə işgəncələr verdirmişdi? Qohumlarına niyə divan tutdurmuşdu?
    Mən bir neçə il əvvəl yazdığım “TARİXİN KÖLGƏSİ” əsərində bu sualların bir çoxuna cavab verməyə çalışmışam... Yeri gəlmişkən, bu əsər dünyanın ən uzun dramlarından biridir.

    *
    Əslində, böyük və kiçik millətlər yox, azsaylı və çoxsaylı millətlər olur. Sadəcə, hər bir millətin böyük və kiçik nümayəndələri olur.
    “...üstəlik də ölkəmizdə biznes üçün əlverişli şərait yaradılıb... Mən ailəmin biznesi ilə fəxr edirəm...”
    Adam vəzifədən çıxan kimi verdiyi müsahibədən:
    “-Sizin ailəyə məxsus olan şirkətlərin büdcəyə yüz min manatlarla borcu var...
    -Mənim ailəmə məxsus olan bütün şirkətlər bağlanıb...”
    Bəs bu uğurlu biznesmenlər üçün ölkədə yaradılmış əlverişli biznes şəraiti niyə ildırım sürəti ilə dəyişdi? Nə oldu belə?
    *
    Bəzən, az hallada da olsa belə, yolum ölkəmizdən xaricə düşür. Qürbətdə millətimizin hər hansı bir nümayəndəsi haqda xoş sözlər eşidəndə qürur duyuram. Haqqında mənfi rəy eşitdiyim birisinin hansısa yaramaz hərəkəti isə məni mütəəssir edir.
    Gəlin unutmayaq ki, bu dünyada bizim hər birimiz özümüz boyda bir Azərbaycanıq.
    *
    -Adamın hansı yuvanın quşu olmasını, yəni hansı ağıl-kamala sahib olmasını onun təkcə sir-sifətindən, söz-söhbətindən deyil, lap elə hansı havanı rəqs etməsindən də bilmək olar...
    -Məsələn, hansı havaya?)
    -Bunu siz deyin...
    *
    Ha deyirəm yazmayım. Çünki bəziləri üçün bunlar xırdaçılıq və ya xırda söhbətdir. Amma olmur ku, olmur. Dilimizi hamımız birlikdə qorumalıyıq.
    Axı biz nə üçün “Allah onu rəhmət eləsin”, “Məni şikayət ediblər”, “Belə bir adamlar”, “İn Şə Allah” yazmalıyıq?
    p.s.
    Yaxşı ki, bu məsələlərə diqqət yetirənlər var...
    *
    Arada həyatda kədərli hallara, mətbuatda ürəkdağlayan yazılara təsadüf edirik. Məlum olur ki, hansısa tanınmış adamın oğlu “bomj”, qızı səfil həyat keçirir. Həqiqətən, acınacaqlı haldır. Və hesab edirəm ki, hər bir kəsin səfalət girdabına yuvarlanmasında cəmiyyətin də rolu az deyil.
    Amma, ancaq, fəqət və lakin... Belə bir acınacaqlı tale yaşamalarında o adamların öz günahı daha çoxdur.
    Bizim bir çoxumuz hədsiz imkanlı valideynlər tanıyırıq ki, onların övladları həyatlarının mühüm dövrünü eyş-işrətdə, kef-damaqda, yeyib-içməkdə, gəzib-dolaşmaqda, bir sözlə qayğısız mühitdə keçiriblər.
    Valideyn dünyasını dəyişəndən sonra onlardan qalanı da xərcləyib qurtaran bu zavallıların bircə yolu qalır: o yolun sonu yoxdur, di gəl ki, adı çoxdur,... Bilmirəm o adlardan hansını deyim ki, mənzərə tam aydın olsun...
    *
    Mənim ədəbiyyatla bağlı uzun-uzadı düşüncələrdən sonra gəldiyim qənaət belədir: əsl böyük ədəbiyyat böyük kədər və faciə deməkdir. Burada bir nəfərin faciəsi timsalında bütöv bir xalqın, lap elə bütün bəşəriyyətin faciəsi təsvir və təqdim olunur və ya olunmalıdır. Bunun üçün Tolstoyun, Cek Londonun, Şoloxovun, Aytmatovun əsərlərini yada salmaq kifayətdir.
    *
    Payız qocalıb əldən düşmüş sərkərdəyə oxşayırdı. Elə payızın titrək, xəfif yarpaqları da yorğun əsgərləri xatırladırdı. Günlərin bir günü yarpaqlar payızı çiyinlərinə götürüb torpağa tapşırdılar. Qış şaxta və çovğunun timsalında özünü “hadisə yerinə” çatdırdı. Payızı qardan biçilən dümağ kəfənə bürüyüb dəfn etdilər; təbiətin də öz mollası və mürdəşiri varmış. Göylər göz yaşı tökdü...
    Payız yenə qayıdacaq. Bəs sən necə öz “qayıdışın” barədə düşünürsənmi, insan?
    *
    Bu yaxınlarda bir təcrübəli və stajlı yaltaq yanındakı yekəxana, içiboş, orta səviyyəli vəzifəli adam haqqında belə bir “qanadlı” fikir dedi: “Mənim bu dostum hələ oxunmamış bir kitabdır”. Allah qoymasa, o, bu cümlə ilə həmin adamın olmayan dərin ağlına işarə edirdi.
    Dözməyib dedim: “Sənin dostun həqiqətən oxunmamış bir kitabdır. Heç vaxt oxunmayacaq da. Çünki o “kitabın” yalnız cildi var, səhifələri isə heç vaxt olmayıb”.
    Küsüb getdilər.
    p.s.
    Bir dəfə də belə yazmışdım: Özünü maraqlı kitaba bənzədir. Əslində isə bəzəkli kitab cildinə oxşayır. İçi məzmunsuz və mənasızdır.
    17.07.2005
    *
    Vaxtilə yazmışdım, bu gün, lap elə bu dəqiqələrdə yenə yadıma düşdü: “Daşları kənardan daşıyıb şəhərin mərkəzinə yığmaq lazım deyil. Əksinə, mərkəzdəki daş qalaqlarını şəhərdən bir xeyli kənara daşımaq lazımdır”.
    İndicə yüngülvari zəlzələ oldu. Allah saxlasın.
    06.02.19
    *
    Bu xəbər məni sarsıtdı. Dostum, tələbə yoldaşım, dilçi alim, pedaqoq Акиф Мəммəдовun ölümü mənə çox ağır təsir etdi...
    Akif bəy çox vicdanlı, səmimi, savadlı, səviyyəli, dürüst, istedadlı bir insan idi.
    Nur içində yatsın...
    11.06.17
    *
    Gündəm, populyarlıq...
    Bu sahədə rekord vurmağın yolunu göstərmək çətindir.
    Amma mediada yazılanlara is(ti)nadən bəzi mülahizələr yürütmək olar.
    Öz vətənini, millətini, xalqını, dövlətini söyməklə;
    kişisə arvadından, qadınsa ərindən şikayət etməklə;
    öz anası ilə atasının “sol” eşq macəralarından yazmaqla;
    təmiz adamları şərləyib, natəmizləri tərifləməklə;
    üzünü hər səhər yu(ma)maqla, saqqalını qırx(ma)maqla;
    kitab oxu(ma)maqla, mahnı oxumaqla...
    reytinq yığmaq olar.
    *
    2017-ci ildir. Bu il Oktyabr inqilabının yüz illiyidir... Bu, öz yerində...
    Baxıb görürsən ki, adamın 65-70 yaşı var.
    Son 20-25 ildə bir neçə kitabı çıxıb. Sürətlə “yazar”, alim mərtəbəsinə qalxıb. Hətta, eləsi var ki, elə dediyim yaşdadır, amma məhz bu son 10-15 ildə ali təhsil alıb.
    Adam soruşmaq istəyir: Bu nasıl oluyor, əcaba? Bəs o zamanacan harada idin?
    *
    Pafoslu, patetik, deklorativ, şablon, süni, saxta, bayağı, rəsmi, axta, bir sözlə boğazdanyuxarı, yəni “quru” dildə və “ölü” üslubda danışan və yazan adamların sayı son vaxtlar yaman çoxalıb. Belələri elə düşünür ki, elə belə də olmalıdır.
    Ay adam, adam balası adam kimi danışanda adam olmur bəyəm?
    02.10.10
    *
    Slavyan ad-familiyalı sarışın, cazibədar bir xanımı var, mənə social şəbəkədə dəfələrlə dostluq göndərib.
    Dostlarına baxdım, hamısı bizimkilərdir. Ki yəni o siyahıda bir nəfər də olsun slavyanəsilli kişi xeylağı yoxdur. Yəqin ki, bu xanım da özünəməxsus bir “sevgi troludur”.
    Bilmirəm onu dostluğa alım, yoxsa yox?
    *
    Bəzən tiranlar da insan qəlbini ehtizaza gətirən sözlər deyirlər.
    E. Fromm “Nekrofillər və Adolf Hitler” adlı əsərində qeyd edir ki, Hitlеr söhbətlərinin birində dеmişdir: “İnsanda gözəllik hissi var. Bu hissi yaşadanlar üçün dünya nеcə də zəngin оlur. Gözəllik insanlar üzərində hökmranlıq еtməlidir… müharibə qurtarandan sоnra, mən bеş, yaхud оn ilimi düşüncələrimə və ədəbi əsərlərə həsr еtmək istəyirəm. Müharibələr gəlir və gеdir. Yalnız mədəniyyətin sərvətləri qalır”.
    Hə, bu da sizə Adolf.
    11.02.13
    * Yazıçı İsa Hüseynovun bir qəhrəmanı var- Qılınc Qurban. Bu qəhrəman kommunist Stalin dövründə nadürüstləri asıb-kəsir, haqq-ədalət yolunda canından belə keçməyə hazır olur.
    Amma liberallaşma (daha doğrusu, demokratikləşmə, "yumşalma" dövründə) həmin bu Qurban kişinin qılıncı korşalır, o, daim iclaslarda "prezediumda" əyləşir, vəzifəli adamların kölgəsinə çevrilir... Və camaat Qurbanın "qılınc" ayamasını dəyişirlər. Nəticədə Qılınc Qurban çevrilib olur ... nə?
    12.05.11
    *
    Biz yaşayan binanın altında (Biləcəridə) Hüseyn Cavid adına kitabxana fəaliyyət göstərir. Bu gün məni həmin kitabxanaya dəvət etmişdilər. Mərhum Xalaq yazıçısı İsa Muğanna (Hüseynov) ilə bağlı tədbir keçirilirdi. Bu il ölkəmizdə yazıçının 90 illiyi qeyd olunur.
    Getdim. Çıxış etdim. Tədbirdə yazıçının oxucuları da iştirak edirdi. Şükür, bizdə hələ ədəbiyyatı sevən adamlar
    qalmaqdadır.
    24.10.18
    *
    Əgər mollanın, həkimin və pinəçinin işi çoxdursa...
    Evimizin yaxınlığında ayaqqabı ustası var. Salamımız var. Əvvəllər çox vaxt öz “budkasının” qapısı ağzında dayanıb əsnəyirdi. Kef-əvalını soruşanda deyirdi ki, vəziyyət pisdir, iş yoxdur. Onun halına acısam da, daxilən bir qədər sevinirdim. Sevinirdim ona görə ki, deməli, heç kəsin pinəçiyi işi düşmür, yəni çox adamım təzə ayaqqabı almaq imkanı var.
    Bu günlərdə köhnə ayaqqabımı təmirə vermək istəyirdim. Gördüm ki, pinəçi qardaş öz iş yerində vur-çatlasın işləyir. Yenə kef-əhvalını soruşdum. Başını qaldırmadan, əli ilə alnının tərini silə-silə və gülə-gülə dedi:
    -Allaha min şükür, işlər əladır. Başımı qaşımağa vaxtım yoxdur.
    Ayaqqqabı ustasının vəziyyətinin düzəlməsinə sevinsəm də, doğrusu, çox kədərləndim. Kədərləndim ona görə ki, deməli, çox adamın təzə ayaqqabı almaq imkanı yoxdur, hamı öz köhnə ayaqqabılarını təmir etdirməyə məcburdur.
    Qısası, əgər mollanın, həkimin və pinəçinin işi başından aşıb –daşırsa bu, yaxşı heç nə vəd etmir.
    *
    Ədəbi və əbədi gənclik
    Tanınmış qələm sahibinin 1998-ci ilin müsahibəsindən bir parça.
    Sual:
    -Bu günkü ədəbi gənclik barədə nə deyə bilərsiz?
    Cavab:
    -Hazırda ədəbiyyatımıza yeni ədəbi nəsil gəlməkdədir. Onların arasında ümidverici, istedadlı gənclərə də rast gəlmək mümkündür.
    Aradan on il keçdi...
    2008-ci ilin müsahibəsindən bir parça:
    Sual:
    -Bu günkü ədəbi gənclik barədə nə deyə bilərsiz?
    Cavab:
    -Hazırda ədəbiyyatımıza yeni ədəbi nəsil gəlməkdədir. Onların arasında ümidverici, istedadlı gənclərə də rast gəlmək mümkündür.
    Aradan on il keçdi...
    2018-ci ilin müsahibəsindən bir parça:
    Sual:
    -Bu günkü ədəbi gənclik barədə nə deyə bilərsiz?
    Cavab:
    -Hazırda ədəbiyyatımıza yeni ədəbi nəsil gəlməkdədir. Onların arasında ümidverici, istedadlı gənclərə də rast gəlmək mümkündür...
    Sual:
    - Bir dayanın... Bu, hansı gənclikdir? Axı siz on il, iyirmi il əvvəlki cavablarınızda da eyni fikri təkrarlamısız.
    -Bəli, mən bu barədə ötən müsahibələrimdə də söz açmışam.
    -Bəs indi onlar hanı? Həmin “ümidverən” gənclik ortaya normal bir əsər qoya bildimi?
    -Düz buyurursuz. Məsələ burasındadır ki, onlar həm ədəbi, həm də əbədi gənclərdir. Daim ümid verirlər... Ortada isə neç nə yoxdur.
    *
    Şahidi olduğum dialoq.
    -Məni onluqda gördün?
    -O nədir elə?
    -Yazım onluqda yer tutub.
    -Onluqda? Hmmm.. Gərək iyirmilikdə olaydın.
    -Niyə ki?
    -Hər halda “iyirmilik” bir az “onluqdan” yaxşıdır... İyirmi manat hara, on hara? İyirmiliyə özün yeyib –içə bilərsən, hələ üstəlik birinə də yarımqonqlıq verə bilərsən... Onluğa nə düşür ki? Hələ əlliliyi, yazlüyü demirəm...
    *
    Köhnə söhbətdir. Avtobusda gəlirdim. Birdən əzan səsi eşirdim. Elə bildim ki, yaxınlıqda məscid-zad var və bu səs də o tərəfdən gəlir. Adamlar o yan-bu yana boylandılar. Sən demə bu, bir xanımın telefonunun çağırısı imiş. Xanım bacı özgə bir qiyafədə idi. Başını ağ, yaşıl və qara çadra ilə möhkəmcə örtmüşdü. Əlbəttə, bu, onun öz işidir. Kiminsə geyiminə xüsusi diqqət yetirmək doru deyil (qələm adamından qeyri)...
    Nəhayət, xanım telefonun düyməsini basdı, əzan səsi kəsildi. İndi salonu başqa bir səs- bu “allı-güllü” xanımın gur səsi başına götürdü:
    -O ifritəyə de ki, getdiyi Kərbəla onun qənimi olsun... O, aldığını bu gün geri qaytarmasa başına iş gələcək. O ifritəyə əyan olsun ki, mən Allaha yaxın adamam...
    Və ardıyca da digər “qiymətli” təşbehlər, metaforalar...
    Ən maraqlı sözü xanım sözünün sonunda dedi:
    -O ifritəyə de ki, mən bu sözü ona Allahın adından deyirəm. Bu, tezliklə görk olacaq ona...
    Dayanacaqda avtobusdan düşən bir yaşlı xanım başını bulaya-bulaya deyindi:
    -Siz bir bu ifritənin Allah adından hökm verməyini eşitdinizmi?.. Bax, dinimizi bu cür dinsizlər belə gözdən salır.
    Ta nə deyəsən?
    *
    80-ci illərdə yazdığım pyesdə (“Ağrı”) bir dialoq var. Əsassız yerə Ədilov tərəfindən şərlənib tutulan adam öz düşməninin ölümünü eşidib sevinir. Dostu ona deyi ki, insan ölümünə sevinmək günahdır.
    -Sən günah edirsən. Bilirsənmi bunu?
    -Bəli, bilirəm. Axı o başkəsən, evyıxan Ədilov özü həmişə deyərdi ki, “ özüm yaxşı bilirəm, mən öləndə çoxları sevinəcək. Qoy sevinsinlər. Mən bu dünyadan kam alıb gedirəm, bunlarsa nakam öləcək”.
    -Hə, onda düz edirsən... İnsan lənəti də, rəhməti də özü qazanır...
    Sonralar bu obraz mənim “Qapı” romanımda da zühur etdi...
    *
    Məni TV-lərə (bir dramaturq kimi) çağıranda arabir tərəf-müqabilim aktyorlar olur. Müşahidə etmişəm əksəriyyəti eyni xasiyyətdə olur: işdən çıxan rəhbərliyi pisləyir, yeni gələni tərifləyirlər. Klassiklər düz deyib: incəsənət həyatın güzgüsü, inikasıdır. Təbii ki, stabil, sabit fikirli aktyorlar da olur...
    14 oktyabr 2013
    *
    Çox mütəəssir oldum... Çox...
    Dostlardan birinin statusunda oxudum ki, mağaza sahibi çörək oğrlamaq istəyən 20 yaşlı gənci tutub polisə təhvil verib.
    Əlbəttə, oğurluq çox pis şeydir. İstər dövlət büdcəsindən, istərsə də mağazadan olsun.
    Amma məncə bir çörək oğurlamaq istəyən adamı bağışlamaq olar.
    Bu yerdə Viktor Hüqonun "Səfillər" romanını xatırladım.
    Əsərin qəhrəmanı Jan Valjan ilk dəfə çörək oğurladığına görə həbs olunur, katorqa həyatı sürü
    Həbsxanadan çıxan günsə "cinayətkar" keşişin evindən qaşıq oğurlayır. Polis Jan Valjanı tutur. Keşiş deyir ki, o qaşıqları mən özüm ona bağışlamışdım, onu buraxın...
    O, bəyənmədiyimiz keşiş, bu da bizim demokratik dövlətin mağaza müdiri.
    Hansı daha şərəfli, daha vicdanlıdır?
    *
    Mediada tez-tez 30-cu illər repressiyasının qurbanları haqda məlumatlar gedir. Əlbəttə, kemişi unutmamaq lazım. Həmin məlumatlarda qurbanlarla yanaşı, bir çox hallarda “baiskarların” da adı çəkilir. Məsələn, Cavidin, Müşfiqin, Cavadın, Seyid Hüseynin, Sanılının, Talıblının, Çobanzadənin, Ülvi Rəcəbin, Şərifzadənin, Çəmənzəminlinin, Simurğun... ölümündə onların bir çox müasirlərinin adları hallandırılır. Adətən, belə hallarda sübut kimi “baiskarların” qələmə aldıqları kəskin tənqidi yazılar nümunə gətirilir.
    Hansısa bir kəskin, hətta qərəzli bir yazısına görə hansısa bir ziyalının, qələm adamının məhv edilməsi inandırıcı deyildir. Ona qalmış, bu gün də öz həmkarlarını “ifşa” edən, eninə-uzununa yıxıb sürüyən (və öz aləmində qəhrəmanlıq edən) müəlliflər kifayət qədərdir və bu “ifşaya” görə heç kəsi məhv etmirlər. Və ən maraqlısı budur ki, məhz bu cür korazehinlər özləri ağılda olan sələflərinin yolunu davam etdirsələr də, onları daha çox tənqid edirlər.
    Deməli, günahı başqa yerdə axtarmaq lazımdır. Cinayətkar qismində ayrı-ayrı adamları deyil, bütöv sistemin özünü ittiham etmək daha doğru olardı. Yəni dediyim odur ki, siyasi sifarişlərlə ədəbi tənqidi yazıları eyniləşdirmək olmaz. Tənqidçi və ya yazıçı prokuror deyil ki, hökm oxusun.
    p.s.
    Amma bununla belə, “işverən baiskarlara”, satqınlara, donosbazlara da bəraət vermək doğru deyil.
    *
    Bir də görürsən ki, birisi bir ətək pul verib “öz adından” kitab yazdırır. Başqa birisi isə “öz adına” dissertasiya qaralatdırır.
    Deyə bilərlər ki, yəqin buna ehtiyacları var. Yox, heç ehtiyacları da yoxdur. Əksinə, bu “şanlı işləri” pul xərcləyib əldə edirlər. Sadəcə şöhrətə olan “azarlarını” öldürmək, xəstə təxəyyüllərini daha da “qanadlandırmaq” üçün pul xərcləyirlər.
    Hətta, başqasının “realizə etdiyi” bu işlərdən dolayı cani-dildən ləzzət alan “alim” və “yazıçılar” da yox deyildir.
    Bilirsiz, bütün bu baş verənləri nə ilə müqayisə etmək olar? Məsələn, tutaq ki, birisinin hansısa bir idman növü üzrə qələbə çalmaq şansı yoxdur. Hansısa bir idmançıya pul verib qəyyumluq edir və onun vasitəsi ilə “öz qələbəsini” təmin etdirir. Və yaxud, birisinin evlənmək iqtidarı yoxdur. Amma xərc çəkib hansısa bir gəncə toy edir və bu yolla “özünə ailə” qurur.

    **
    Tanişimin rəhbərlik etdiyi müəssisədə onun öz əməkdaşı ilə konflikti yaranmışdı. Səbəb də bu idi ki, əməkdaş tanışımım arxasınca söyüş söyübmüşdü, onun atasını “yağlamışdı”.. Xəbərçi tez-tələsik söyüşü “lazımi qaydada” öz “ünvanına” çatdırıbmış. Müəssisə rəhbəri işçisini qovmaq istəyirdi.
    Xəbər tanışımın atasına gedib çatmışdı. Doğrusu, o yaşlı kişi çox ayıq, müdrik bir adam idi. O,oğlunu bir az məzəmmət edib dedi:
    -Əvvəla, vəzifə sahibini söymək qeyri-adi bir şey deyil. İkincisi, səni yox, məni söyüblər. Üçüncüsü, özünü söydürmək istəmirsənsə get işdən çıx, otur evində. Qoy qulağın dinc olsun, başın da ağrımasın.
    Hər halda atanın məsləhəti öz bəhrəsini verdi. Əməkdaşla müdir bir yerdə işləməli oldu.
    *

    Ədəbi janrlar haqda çoxdan yazdığım qeydlərdən:
    “Hesab edirəm ki, nəsr (proza) ədəbiyyatın ən aparıcı janrıdır. Ciddi yazıçıların əsərləri getdikcə konkret, ölçülü-biçili paradiqmalara əsaslanır və bu mənada nəsr elmə yaxınlaşmaqdadır. Dünyada hələ nəsrə bir maraq yaşanmaqdadır. Tərcüməçilər reklamı olan romanları çevirmək üçün növbəyə durublar.
    Dramaturgiya isə zaman keçdikcə kino ilə qovuşmağa üstünlük verməkdədir. Elə bu səbəbdən də müasir tamaşalarda kino elementləri fasiləsiz olaraq artmaqdadır. Pyesin oxucusu həmişə məhdud sayda olub.
    Poeziya bir janr kimi musiqi ilə daha çox çulğaşmaqdadır. Poema isə artıq bir poetik janr kimi aradan çıxmaqdadır. Əsasən bu gün musiqi bəstələnən mətnlər öz mövcudluğunu qoruyub saxlamaqdadır. Poeziya daha çox milli hadisədir. Elə bu səbəbdəndir ki, bütün dünyada tərcüməçilər bu sahəyə az diqqət yetirirlər.
    Ədəbi tənqid... Bu, sırf rus “hadisəsidir”. Dünyada belə bir janr yoxdur. Əvəzində ədəbiyyatşünaslıq, esseçilik var...”
    Əlbəttə, bütün bunlar ədəbiyyat müstəvisinə ümumi, qısa bir baxış hesab oluna bilər.
    Axı ədəbiyyat haqda yalnız fikir söyləmək olar, hökm verməksə olmaz...
    *
    Məişət mövzularında gedən söhbətlərə, yazılan xəbərlərə tam biganə olsam da... Bayaq təsadüfən mətbuatda rastıma çıxan bir "söhbətə" və "xəbərə" biganə qala bilmədim.
    Sən demə bizdə “məşhurlar” “xınayaxdıya” 5-10 min manata gedirmiş.
    Düzü, heç xınayaxdının da nə olduğunu, funksiyasını, rolunu düz-əməlli bilmirəm. Amma belə təxmin edirəm ki, bu fenomenal hadisə toyun nəsə mühüm atribut və aksesuarlarından biri ola bilər.
    Orasını da özümçün təxmin edirəm ki, bu “yaxma” nəsə pul qoparmaq üçün uydurulmuş bir həngamədir.
    Görəsən nə qədər çəkir bu həngamə?
    Yəqin ki, 40 gün-40 gecə çəkməz, bir neçə saata başa çatar.
    5-10 min manat...
    Sözüm yoxdur. Yox, var...
    Evin yıxılsın gözünün nurunu solğun lampa işığında əridən alim, gecəni gündüzə qatıb borc aldığı pulla nəşr etdirdiyi kitablarını toz basan yazıçı, rol əzbərləməkdən robota çevrilən əməkli aktyor, çəkdiyi tabloların qarşısında heykələ dönən zavallı rəssam, bəstələdiyi əsəri orenjoman edib parteturaya köçürdə bilməyən bəstəkar, sınaq-yoxlama işlərini yoxlaya-yoxlaya məktəbə gələn “yoxlamalardan” min bir xəstəliyə yoluxan əzmkar müəllim, yanına gələnləri müalicə etməkdən bezib öz dərdi üçün öz xəstələrindən imdad diləyən həkim, gözəlliklərdən ilham alıb nikbin ithaf şeirləri yazan şair, aldığı təqaüdə dondurma alıb ürəyini sərnitmək istəyən təqaüdçü ixtiyar...
    Sizə öz işlərinizdə uğurlar diləyirəm.
    Demə bizdə “məşhurlar” “xınayaxdıya” 5-10 min manata gedirmiş.
    Bəs niyə belə ucuz?
    *
    Modernist molla... Bir az köhnə söhbətidir: hüzr yerində idim. Molla əmi qarşısındakı planşetdən əyələri oxuyur, arada “alaverdi” (fasilə) elan edib, inkişafdan geri qalmış Avropanı tənqid etməyi də unutmurdu. Hiss olunurdu ki, vətənpərvər, patriot molladır.
    Molla əmi yas yerindən çıxıb düz mərasim evinin qarşısındakı “Mersedesə” əyləşərək mərasimi tərk etdi... (Bəlkə də “yasdan çıxmağa” tələsirdi...)
    Ta bir söz deyə bilmədim. Hüzrdə nə deyəsən ki?
    Bəyəm deməli idim ki, molla əmi, əlinin altındakı o planşet də, o mindiyin maşın da Avropa istehsalıdır?
    Niyə deyim ki?
    Sonra çıxıb Avropaya gedər... Yenə hər necə olsa da, burada yerli əhəmiyyətli mərasimləri yola verir.
    *
    Ərəb Əmirliyində xoşbəxtlik nazirliyi təsis olunub. Şimali Koreyada gülmək rəsmən qadağan edilib.
    Belə yerdə adam düşünməli olur:
    Dünyamız hara gedir?
    Güimək lazımdır, ya ağlamaq?
    *
    Bir çox dostlarım milli-mənəvi dəyərlərimizi təhqir edən yazılara fikir verməməyi tövsiyə edirlər.
    Əlbəttə, mən hər bir kəsin öz fikrini, düşüncəsini sərbəst şəkildə, azad formada ifadə etməsinin tərəfdarıyam.
    Amma məsələ burasındadır ki, bir çox müəlliflər məqsədli şəkildə xalğımızın tarixi və mənəvi-mədəni taleyində mühüm rol oynamış şəxsiyyətləri təhqir edir, ələ salır, onların fəaliyyətinə qara yaxır.. Üstəlik, bütün bu qarayaxmaların və cızma-qaraçıların konkret qruplar tərəfindən idarə olunduğu da şübhə doğurmur. Doğrudanmı biz bütün hallarda susmalı, “atılan toplar” hələ bir yana qalsın, atılan daşlara etinasız yanaşmalıyıq?
    *
    Eşitdiyim xəbərdən çox təsirləndim. Mahir tərcüməçi, teatrşünas, keçmiş hərbi jurnalist Həmzəli İlyaslı vəfat etmişdir...
    Çox sadə, təvazökar, təmkinli, həssas, ziyalı bir adam idi...
    Geniş mütaliəsi, maraqlı söhbətləri, ətrafda baş verən hadisələrə öz baxış bucağı vardı...
    Yaxınlarına və doğmalarına başsağlığı verirəm.
    Son qəminiz olsun.
    Allah rəhmət eləsin.
    05.06.2020
    *
    Uzun illər boyu ayrı-ayrı rejimlərdə yaşamış Qərbi Almaniya və Şərqi Almaniya xalqları eyni xalq olsalar da uzun müddət eyni xalq ola bilməyiblər.
    Şimali Koreya ilə Cənubi Koreya tarixən eyni xalq olsalar da, onillərdən bəri eyni xalq deyillər.
    Və eləcə də bir çox başqa xalqlar...
    Ki yəni, dil, din, məişət, torpaq... xalqların birliyi üçün kifayət şərtlər və arqumentlər deyildir. Bu konuda rejimlərin rolu daha mühümdür.
    *
    Aman Allah, bu kiçik məmləkətdə nə qədər yekə psevdoalimlər, psevdoşairlər, bir sözlə psevdodahilər varmış... Duam belədir:
    İlahi, bizi bu kiçiklərin "böyüklüyündən" hifz eylə...
    p.s. Təfəkkürü mamır bağıamış elə ademiklərimiz var ki, ağızlarını açıb danışanda kəndimizin bir çox modernist çobanları onların əvəzinə xəcalət çəkir...
    *
    Böyük mənəvi dəyərləri hələ bir kənara qoyuram... Barı elə yaşa ki, heç olmasa xəstələnəndə "Allah şəfa versin", dünyanı dəyişəndə isə "Allah rəhmət eləsin"- deyənin tapılsın, ay dost...
    Bunu niyə deyirəm? Arada xəstələnən və ya ölən məmurların çoxu haqda çoxluq bir az başqa cür sözlər deyir...
    *
    Zaman, adamların mahiyyətini bütün çılpaqlığı ilə üzə çıxaran ən təmiz lakmus kağızı və ya ən güclü rentgen şüasıdır.
    Zaman keçdikcə insanların zahiri portreti daxili portretlərinin təsiri və işığı altında daha da aydınlaşır. Və bu vaxt bəzən yaxın dost hesab edilənlərin əslində həqiqi dostluqdan neçə işıq ili uzaqda olduqları üzə çıxır.
    Adama hərdən elə gəlir ki, əsl dostlar realdan daha çox, virtual aləmdə mövcud ola bilərlər.

    **
    Hər cür müqayisə yersiz olsa da…
    (İki “ədəbiyyat adamının” söhbəti)
    -Bura bax, de görüm səninçün ədəbiyyat nədir?
    -Mənimçün ədəbiyyat… süd məhsuludur.
    -Bu, nə deməkdir belə?
    -Süd məhsulu bilmirsən nədir? Ağartı…
    -Ağartının ədəbiyyata nə dəxli?
    -Dəxli çoxdur… İstəyirsən izah edim sənə?
    -Hə… Pis olmazdı.
    -Bilirsən ki, ədəbiyyatda janr və forma bölgüsü var.
    -Bilirəm.
    -Mən öz “bölgümü” bayaq dediyim ləzzətli məhsullar üzrə aparıram…
    -Məsələn…
    -Məsələn, mənim bölgümə görə, nəsr yağ deməkdir, dram-qaymaq, şeir-şor, qəzəl-kəsmik, tənqid-ayran…
    -Başqa müqayisə tapa bilmədin?
    -Əlbəttə, mən istərdim ki, ədəbi janrları daha dadlı və ləziz nemətlərlə müqayisə edim… Məsələn, kürü ilə, bal ilə… Amma düzünü deyim ki, bu məhsulların tamını-dadını çoxdan unutmuşam. Ona görə də bu cür bənzətmələrə müraciət etməyə cürətim çatmadı…
    -Sənin müqayisən məni heç açmadı…
    -Mən buna təbii baxıram. Axı klassiklərdən biri deyib ki, “hər cür müqayisə yersizdir”…
    *
    Ədəbi janrlar haqda çoxdan yazdığım qeydlərdən:
    “Hesab edirəm ki, nəsr (proza) ədəbiyyatın ən aparıcı janrıdır. Ciddi yazıçıların əsərləri getdikcə konkret, ölçülü-biçili paradiqmalara əsaslanır və bu mənada nəsr elmə yaxınlaşmaqdadır. Dünyada hələ nəsrə bir maraq yaşanmaqdadır. Tərcüməçilər reklamı olan romanları çevirmək üçün növbəyə durublar.
    Dramaturgiya isə zaman keçdikcə kino ilə qovuşmağa üstünlük verməkdədir. Elə bu səbəbdən də müasir tamaşalarda kino elementləri fasiləsiz olaraq artmaqdadır. Pyesin oxucusu həmişə məhdud sayda olub.
    Poeziya bir janr kimi musiqi ilə daha çox çulğaşmaqdadır. Poema isə artıq bir poetik janr kimi aradan çıxmaqdadır. Əsasən bu gün musiqi bəstələnən mətnlər öz mövcudluğunu qoruyub saxlamaqdadır. Poeziya daha çox milli hadisədir. Elə bu səbəbdəndir ki, bütün dünyada tərcüməçilər bu sahəyə az diqqət yetirirlər.
    Ədəbi tənqid... Bu, sırf rus “hadisəsidir”. Dünyada belə bir janr yoxdur. Əvəzində ədəbiyyatşünaslıq, esseçilik var...”
    Əlbəttə, bütün bunlar ədəbiyyat müstəvisinə ümumi, qısa bir baxış hesab oluna bilər.
    Axı ədəbiyyat haqda yalnız fikir söyləmək olar, hökm verməksə olmaz...
    *
    Niyə kitab oxunmur?
    -Balam, niyə kitablarınızın çapından, oxucuların yoxluğundan gileylənirsiz? Yaxşı yazın ki, oxucunuz da olsun...
    -Nizami, Şekspir, Hüqo, Tolstoy, Markes pis yazmayıb ki... Amma indi bizdə onları da oxuyan yoxdur...
    -Hmmm... Bəs onda nə etməli? Zorla oxucu yetişdirməliyik? Bu, pambıq, ya da qarpız deyil ki, becərməsini yüksək səviyyədə aparıb yaxşı da məhsul alaq... Konkret səbəbi göstərin...
    -Hesablamışam, bunun düz yüz on bir səbəbi var... Onda gərək bir-bir sayam.
    -Sən saydığını say, mənim sizi dinləməyə nə vaxtım var, nə də həvəsim. Qələt elədim bir sual verdim. Hələlik...
    -Bax səbəbin biri elə budur.
    *
    Bəli, Rusiyanın tərkibinə daxil olmaq da faciələrlə başa gəldi, sonralar Rusiyadan ayrılmaq da...
    SSRİ-dən qopmuş respublikaların bir çoxu bu gün Rusiyaya təxminən belə bir yumşaq, ehtiyatlı “şüarla” müraciət etməkdədir:
    -Səni sevəcəyik, sən sevməsən də...
    Rusiyanın isə həmin ölkələrə münasibəti və çatdırmaq istədiyi mesaj daha aqressiv notlar üstə köklənib:
    -Məni sevəcəksiz, mən sevməsəm də...
    *
    Şuşanın ərazisi cəmi 300 hektardır. Hazırda təxminən 300 məmur dişini qıcayıb oradan torpaq qoparmaq istəyir. Hər məmur 1 hektar torpaq qamarlayıb hasara alsa Şuşanı görmək hər adama nəsib olmayacaq. Şuşa olacaq Xəzərin bir tayı. Belədə bu tarixi şəhər qalacaq uca hasarların əhatəsində. Və indi Xəzərə necə tamaşa edə bilirsinizsə Şuşanı da elə o cür "seyr edəcəksiz".
    P.S.
    Bu gün Prezident talançı və yalançı "Şuşasevərlərə" kifayət qədər dərs verdi.
    Axı doğrudan da bu məmurların "Şuşa sevgisinin" arxasında quruculuqdan daha çox, bir talançılıq missiyası dayanır. Onların çoxu dövlətin vəsaiti hesabına Bakıdan başlayan harınlıq "marşrutunun" quyrğunu Şuşaya, hətta imkanları çatarsa oradan da Gorusa və hətta Yerevana qədər uzatmaq niyyətindədirlər.
    Şuşanı acgöz möhtəkir və isteklakçılardan qorumaq gərək...
    01.02.2021
    *
    İşləyənlərin və işsizlərin sayını, polis idarələrinin işçiləri statistika idarələrinin işçilərindən daha dəqiq bilirlər.
    *
    Uçan boşqab - koronavirusun böyüdülmüş variantına yaman oxşayır...
    *
    Bir vaxt tənqid etdiklərini sonralar böyük eşq və həvəslə təqlid edənləri çox görmüşəm.
    *
    Hə, deyirdin “görüm sənə o gözəgörünməz qənim olsun”. Bu da sənə “gözəgörünməz”... koronavirus.
    *
    “Kasıb” beyinlər “zəngin” fəlakətlər yuvasıdır.

    İnsanın sözünün çəkisi onun özünün çəkisindən daha ağır, daha sanballı olmalıdır.
    *
    Bütün istedadlı adamlar kimi, o da bütün istedadlı adamlara nifrər edirdi.
    *
    Sanki gələcək dünyanı idarə etməyin baş məşqləri gedir...
    *
    Dünya- dar paltar kimi məni sıxır. Sanki bu “paltar” rezindəndir.
    *
    Hamının sevdiyi adam olmaq... qətiyyən (müsbət) adam olmaq deyil.
    Başqa sözlə, adam olmaq üçün gərək adam olasan...
    *
    Dil təkcə ünsiyyət vasitəsi deyil, o, həm də vətəndir.
    *
    ..Guya quranda yazılıb ki, evli kişiləri koronavirus tutmur. Mənası da budur ki, eyni vaxtda bir evdə iki bəla ola bilməz.
    ...İndi kim nədən ölürsə o lənətəgəlmiş virusun boynuna yıxırlar. Bu, lap ona oxşayır ki, baş vedən qətl hadisəsi hansısa bir günahsızın adına yazılır.

    *
    Evlənmək- ömür boyu ödənilməsi sonacan mümkün olmayan güzəştli kredit.
    *
    Baxır, amma görmür.
    Dinləyir, amma eşitmir.
    Yeriyir, amma irəliləmir.
    Ömür sürür, amma yaşamır.
    İnsandır, amma adm deyil...

    *
    Zahirən dostdur onlar,
    amma tam fərqlidirlər.
    Uzaqdır bir-biindən
    bu adamlar N qədər.
    Biri çox düznəqulu,
    o biri tamam göpdur.
    Biri filantropdur,
    biri mizantropdur.
    *
    Yay gələndən bəri
    ürək sözlərimi yazıram
    zərif kəpənək qanadlarına.
    Bilmirəm o zər-zibalı məktublar
    gedib çatırmı sana?
    *
    Bir əsər üzərində
    işləyirəm çoxdandır,
    ilkin adı “Ərəfə”.
    İndisə yorulmuşam,
    gedirəm gəzişməyə
    “Qış bulvarı” tərəfə.
    p.s.-i də var bunun:
    birlikdə çay içənlər
    nail olar şərəfə.
    18.03.18
    *
    Yay Günəşi. Karantin.
    Ensiz dalan. Qara tin.
    Yalnız it-pişiyi olanlar
    çıxa bilər küçəyə.
    Qonşuluqdakı qoca bayaqdan
    həsədlə baxır bayırdakı küçüyə.
    Ünvansız əsəb, qəzəb və kin
    adamları əfi ilan edib.
    Sanki hamı hamıya
    Müharibə elan edib...
    *
    Durmadan gecəni qatıb gündüzə
    Nə qədər zibili çıxartdı üzə.
    Dağdan yavaş-yavaş enərək düzə
    İndi üz tutubdur arana virus,
    Gedir qırıcı tək tarana virus.
    *
    Sənin içinə çökmüş qaranlıq ilə zülmət
    Sənin gözünlə baxır bu gen dünyaya əlbət.
    *
    Sən də qarışarsan bir səfil kimi
    tarixin qaranlıq, zülmət köçünə.
    Bilmirəm... Bilmirəm...
    Yay gələndən bəri
    ürək sözlərimi yazıram
    zərif kəpənək qanadlarına.
    Bilmirəm o zər-zibalı məktublar
    gedib çatırmı sana?
    *
    Vicdan laldır. Məslək kardır.
    Tanrı bizi görmür daha.
    Gör bir hansı dövrdəyik:
    ömür ucuz, ölüm baha.
    f.m.
    Совесть нема, а цель глуха,
    От нас творец глаза отводит.
    Это наша вот эпоха,
    Смерть дороже жизни стоит .
    Tərcümə edəni: Təranə Məmməd
    *
    -Ağlım ürəyimdən kredit tələb edir...
    -Ağrım ürəyinə...
    *
    Hesablamısanmı: Sənin xoşbəxt olmağına neçə işıq ili qalıb?







    MÜNDƏRİCAT:

    Çaparaq Notlar
    TÜRK. Bu sözün anlamı nədir? s.03
    Nizaminin öz dilindən s.05
    “Amma” və “isə”... birlikdə s.07
    Janrlar haqqında s.08

    DİL PARADOKSLARI: s.10
    Kim kimdən bəhrələnib? s.10
    Kimə necə müraciət etməli? s.13

    YAZININ KVİNTESSENSİYASI:
    1."Okean" necə yarandı? s.18
    2. 2."Alın yazısı" necə yazıldı? s.20
    3."Bəyaz rəqs" necə meydana gəldi? s.22
    4."Dekret yeri" necə yarandı? s.23
    “Dünyanın rəngi” s.24
    “Pompadur”. Mayakovskinin tənqidi s.28
    "Qаtilin pоrtrеtinə əlаvə cizgilər" s.29
    Əcaib təqdimat. Gədəbəydən olan... s.33
    Xocalı faciəsi... hayların öz dilindən s.37
    Bilsəniz pis olmaz. İlk Xalq yazıçımız... s.39
    “Qadın poeziyası” varmı? s.40
    "Milyon-milyon qızılgül" s.43

    “İtirdiyim yazılar”dan: s.44
    1.Dəniz oğrusu s.48
    2."Altiayaqli" adli bir hekayəm vardı... s.50
    3.Arzusuz uşaqlar... s.51

    TEATR... TEATR...
    1.Arto teatrı s.48
    2.Dahi. Rejissor Yoji Qrotovski s.51
    3.Böyük yapon rejissoru... s.56
    4.Müslüm Maqomayevdən... s.59
    5. Aktrisa ilə döyüşçü s.61
    6. Əli Salahlı s.63
    7. Dramaturgiya haqqında eskizlər s.65
    Qan qanı çəkirmiş... s.68

    İRAN ESKİZLƏRİ. Türkmənçayda s.75
    1.Qriboyedovla Abbas Mirzə s.78
    2.Xəyyamın vətənində. Gənclər... s.80
    3.Zəncan şəhərində və ya Çılğın bir eşq... s.83
    4. Pəhləvilər türkdür s.86
    5. İranın dini lideri hansı əsərləri oxuyur? s.88
    Faşizmi təbliğ edən nobelçi s.91
    “Yekə döşlər, iri budlar”. Yox bir... s.92
    Rəhmətlik Kantın dediklərini xatırladım s.95
    Marksın “gizli” sevgisi s.96
    Stalinin qızı Svetlana Alliluyeva.. . s.100
    Stalinin arvadı Nadejda Alliluyeva... s.105
    Stalinin oğlu və Hitlerin bacısı oğlu... s.113
    “Görəsən Stalin Feyxtvangeri ..?” s.115
    “Leninlə yatmaq...” s.117
    Trotskinin Türkiyədəki evi s.118
    Hitler İslam dini haqqında s.127
    Leninin sevgilisi... Krupskayanın əri... s.129
    Molotovdan ta “Molotov kokteylinə... s.133
    Beriyanın arvadı... s.141
    Şoloxovun məşuqəsi – xanım Yejova... s.143
    Landau- dahi fizik və qadın “ovçusu”... s.145
    Yüz yaşlı alim s.149
    Gürcülərin bayram “qonaqlığı” s.153
    Dostoyevski türkdürmü? s.158
    Karamazov yoxsa Karakozov? s.163
    «Я научила женщин говорить… s.166
    Dostoyevski və Turgenevin “davası”... s.168
    Ömürdən uzun sevgi s.171
    O, Azərbaycan və azərbaycanlıları... s.175
    Mən onu tanıyırdım... Voznosenski. s.177
    Böyük rus şairi dünyasını dəyişdi s.181
    Elina Bıstritskaya bu gün vəfat etdi s.185
    Çoxərlilər və çoxarvadlılar... s.186
    “MARKS ƏLEYHİSSƏLAM”... s.188
    Şərq və Qərb s.192
    Əkrəm Əylisli nədən qorxur? s.195
    Ateistin ölümü s.199
    Vida sözü əvəzi s.204
    VAQİF küçəsi... s.206
    Snayper, alim, aktrisa s.208
    Bir filmin qəribə taleyi s.212
    Şair öz qızı Ayselin adını s.214
    Cuna kim idi? s.215
    Qandi və Ustinov s.216
    Otellonun əlcəyi s.218
    Kerenskinin paltosu s.219
    Bəyəm yazıçı prokurordur? s.220
    SSRİ-nin dağılmasında... “Məsi”... s.224
    Cavidlə sürgündə olan adam s.226
    Küləyin yerə atdığı portret... s.228
    “Xaşistı...” s.230
    Namiq Abdullayev... s.231
    Qəzzafinin Ukrayna payızı s.236
    Tanımadığımız Tolstoy... s.239
    Balzakın ilk və son məhəbbəti s.243
    Mən akademik Mehdizadə ilə s.245
    Napoleonun gündəliyindən... s.249
    “Haralısan, haralı, durna?” s.251
    Bəyəm kişilər də siqaret çəkir? s.252
    Bizdə niyə dəniz avtobusları yoxdur? s.254
    İnək əmən əsgərlər s.257
    Pepinov haqqında s.260
    Psixoloji illüziyalar s.261
    “Şair, hökmdarın hüzurundasan” s.263
    Hamı kimi olmaq faciəsi... s.265
    Genlər haqqında s.266
    Janrlar haqqında s.267
    Kimə necə müraciət etməli? s.269
    Stepan Yemelyanov... s.272
    Nemtsov. Arvadı və qızı s.275
    Sevmək sənəti s.278
    Sokrat. Onun bütün həyatı s.283
    Sokrat acgözlük haqqında s.291
    SOKRAT: “Mən onsuz da... s.293
    Sokratın və Diogenin etiraz aksiyası... s.294
    Unudulmayacaq... s.296
    Vurğunluq. Vurğunsuzluq... s.299
    “Bildinmi niyə susurdum?”(H.Arif) s.302
    “BƏY”, “MÜƏLLİM”, “ƏMİOĞLU” ... s.306
    Poeziya və Mən s.309
    Azad adam - Vaqif Səmədoğlu s.313
    Arifə bir işarə... Arif Əmrahoğlu s.316
    “Kitabınızı diqqətlə oxudum...” s.320
    Aydın öz oğlu Ayxana qovuşdu s.324
    Tarixçi Möhsün Əliyev... s.325
    “Məhəbbət əfsanəsi” Arif Məlikov s.327
    Diktor, aparıcı, pedaqoq s.328
    Şair Şamxalın konyakı s.330
    Xəyyam bəy əbədiyyətə qovuşdu... s.335
    “Mənsuriyyə” harayı s.337
    Ədəbi “yerlipərəstlər” s.340
    Bu qəhrəmanı sevməyə dəyər, ya yox? s.341
    ATAM... (esse) s.342
    ANAM... (esse) s.352
    О, uşaqla uşaq, böyüklə böyük idi s.358
    Sanki bu cür sonluğu o ğzü seçdi s.362
    “Böyük dayaq” filminin çəkilişində... s.367
    Ədəbi və əbədi gənclik s.369
    Mənim kəndim. s.371

    ARXETİPLƏR
    Yeni dövrün feodalları (1) s.381
    "Hörmət" (2) s.382
    “Hindu xəstəliyi” (3) s.384
    “Yal”dan “yaltağacan”(4) s.385
    Pisə doğru qaçış (5) s.387
    Şuşa (6) s.389
    Şayiə(7) s.391
    And(8) s.393

    PROQNOZLAR
    92-Cİ İLDƏ BİZİ NƏ GÖZLƏYİR? s.395
    HƏFTƏNİN MOZAİKASI s.410
    HƏFTƏNİN MOZAİKASI s.416
    HƏFTƏNİN MOZAİKASI s.428
    HƏFTƏNİN MOZAİKASI s.433
    HƏFTƏNİN MOZAİKASI s.438
    NOVRUZ.O, partiyaların fövqündədir s.432
    Oxucu və kitabxana. Müşavirə s.434
    Hansı zamanda yaşayırsan? s.435
    Şınıx s.437
    Toponimləri dəyişəndə s.444
    Rus çeçen savaşının... s.445
    Bir az da rüşvət haqqında s.448
    SOS! SOS! SOS! s.451
    ÖMÜR SARAYININ KƏRPİCLƏRİ s.454
    “KLAS-KLAS” oyunu s.457
    Dostum Hacı Hacılıya s.465
    “Qapı” romanı haqqında s.468
    Tahir Salahovun qızının toyu s.471
    Heyif səndən, Zöhrab Əmirxanlı... s.473
    “Çovğunamı düşdün,"baharın" hanı?” s.475
    “Dünyanın rəngi” s.478
    Əlibala Hacızadə: “BURADA s.481
    Oqtay Rza və Servantesin qəhrəmanı s.484
    “Məşhurların qiyməti” s.486
    Elə mövzular var ki... s.487
    Xəstələyimlə bağlı ... s.488
    Cavanlar və qocalar... s.490
    Keçmişdən gələn qadın s.492
    “Razborka” sözünü s.494
    Neçə dövlət növü var? s.497
    Ölüm haqdı və ya ölüm haqda… s.498
    Pyotrun möhürü s.499
    Səbəb nədir nə? s.501
    70-ci illərin “ədəbi dostları”... s.503

    YUXULAR HAQQINDA s.505
    Türk və hindu dillərinin kök yaxınlığı s.517
    Rus dilindəki bəzi sözlərin mənşəyi s.522
    Türkün sözü, sözün düzü s.539
    Ukrayna dilində türkizmlər s.541
    Məhəmməd Əmin Rəsulzadənin Moskvadakı
    ünvanı və... s.547
    Ulu Tolstoyun ulu babası... türk idi. s.550
    Хaosun bədii harmoniyası
    (Ülkər Nəsibbəylinin hekayələri haqda) s.556
    POETİK DƏRDİN AD GÜNÜ
    (Rauf Sübhinin şeirləri haqda söz) s.555
    Axundovun milli mənsubiyyəti haqqında s.559
    Qərib Mehdiyevin “Rast” povesti haqqında s.561
    Şota Salehovun kitabı haqqında s.564
    Əlisa Nicatın kitabı haqqında s.569
    YARADICILIQ ZƏHMƏT TƏLƏB EDİR s.571
    Mixail Şoloxov və onun “İnsanın taleyi” əsəri s.575
    Bir yazının taleyi
    “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” s.585

    ƏSİNTİLƏR. MİNİATÜRLƏR. ESKİZLƏR s.594



    Firuz Mustafa
    Müəllif haqqında. Qısa bioqrafiya
    s.677
    Firuz Mustafanın əsərləri
    s.681



















    Firuz Mustafa

    ÇAPARAQ NOTLAR

    Qeydlər
    Etüdlər



    Bakı.2024,səh.,558

    ©Firuz Mustafa,2027
    Dizayn: A.Mustafayev
    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmail.com
    Tel.:+994 50 413 3572

    "Füyuzat" nəşriyyatş 2027
    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)
    BAKI-2027




    QEYDLƏR


    .............................................................................................................................................................................................................................................................

  • oktyabr 2026, Firuz M.

  • 2
Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Qeydlər Etüdlər Təqdim edilən kitabda nın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......

Dramatik pauzalar. Məruzə

Firuz Mustafa

Dramatik Pauzalar: Əvvəl Və Sonra Azərbaycan Dramaturgiyası qurultaylararası dövrdə (məruzə) Proloq Dramaturgiyamızın son illərdəki durumu ilə bağlı söhbət açmazdan əvvəl, təəssüf hissi ilə qeyd etməliyəm......

Trio. Rusca

Firuz Mustafa

1. Райский Цветок (роман) 2. Морское Кочевье (повесть-притча) 3. День Лошади (рассказ-триптих) Баку-2021 фируз мустафа ТриО роман.повесть.рассказ В представленную читателям книгу Фируза......

Луч. Qarışıqjanr. Rusca

Firuz Mustafa

ЛУЧ Смешанные жанры Философия.Поэзия.Афорзмы.Эссе Баку.2026 фируз мустафа луч смешанные жанры Философия.Поэзия.Афорзмы.Эссе Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу читателей......

Rasskazı. Frazı. Rusca

Firuz Mustafa

Фируз Мустафа Любовные послания на мёртвом языке Рассказы и фразы Баку.2026. фируз мустафа Любовные послания на мёртвом языке Рассказы и фразы Творчество Фируза Мустафы, как......

Teatr Meydanı. Roman

Firuz Mustafa

Teatr Meydanı Detektiv roman Bakı-2020 Teatr Meydanı (roman) Detektiv Dеtеktiv jаnrdа qələmə аlınmış "Teatr meydanı" əsərində bir-birini əvəz еdən gözlənilməz hаdisələr......

Roman. Povest. Rusca

Firuz Mustafa

ПРОЗА Романы Повести Рассказы Bakı-2026 Фируз МУСТАФА Фируз Мустафа. Проза. Романы.Повести.Рассказы 2026.с.510.Баку. Редактор: Г.Мустафаева В книге представлена проза (романы, повести и рассказы) известного......

Oyunlar. Hikayeler. Türkce

Firuz Mustafa

Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar Baku-2023 Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar ünlü bir Azerbaycan yazarı ve filozofutur.......