...
  • Buz üstə sətirlər
  • Firuz Mustafa
  • Firuz Mustafa

    Buz üstə yazılmış sətirlər

    Mini
    Mono
    Mikro



    deyimlər
    qısa hekayələr














    BAKI- 2023


    Firuz Mustafa

    mini
    mono
    mikro
    BUZ ÜSTƏ YAZILMIŞ SƏTİRLƏR


    deyimlər
    qısa hekayələr

    Oxuculara təqdim edilən kitabda
    Firuz Mustafanın
    qələmə aldığı deyimlər və
    qısa (mini-mono) hekayələr
    toplanmışdır.

    ©Firuz Mustafa.2023. səh.506






    ISBN 978-9952-37-245-8

    Bakı.2023.




    Firuz MUSTAFA

    buz üstə yazılmış sətirlər

    Son vaxtlar “status” deyilən bir janr dəbdədir. Amma bu kitabda təqdim edilən deyimlər heç də “status” olaraq qələmə alınmayıb. Bunlar müəllifin hələ keçən əsrdən ipə-sapa düzdüyü parakəndə fikir zərrələridir. Həmin deyimlər dəfələrlə
    Firuz Mustafanın
    “Buz üstə yazılmış sətirlər” başlığı altında kitab kimi nəşr olunmuşdur.

    Redaktor: Arzu Məmmədova


    ©Firuz Mustafayev,2023.,səh.506

    Bakı.2023









    BUZ ÜSTƏ YAZILMIŞ SƏTİRLƏR

    (və Yaxud SKLEROZLAR ÜÇÜN YADDAŞ)




    Proloqvari beş-on kəlmə

    Oxucularıma deyimlərimi təqdim edirəm. Bu aforizmlərin əksəriyyəti bir cümlə və ya bir bənddə ifadə edilmiş fikirlərdən ibarətdir.


    Mənim bu “mini-janra” müraciət etməyimin öz tarixçəsi var.
    Ötən əsrin (aman Allah, mən iki əsr yaşamışam ki!) 80-ci illərində vaxtımın bol, qayğılarımın az olan bir dönəmində, müntəzəm olaraq radio və televiziyaya yazılar yazır (o vaxtlar bir radiomuz, elə bircə dənə də televiziyamız vardı), təbii ki, əvəzində müəyyən məbləğdə qonorar alırdım. Elə bir vaxt gəlib yetişdi ki, vaxt və imkan daralmağa, istək və arzularsa genişlənməyə başladı; bu dar macalda iri həcmli əsərlər yazmağa girişdim və bu istək, əslində, mənə baha başa gəldi; axı böyük həcmli əsərləri efirə vermək üçün böyük yazıçı olmaq lazım idi. Elə onda da, lap indi olduğu kimi, efirin və ekranın öz böyük yazıçıları vardı. Amma heç yerdə işləməyən adamın qələmhaqqı almadan yaşamaq çox çətin idi. Həcmcə iri yazılarımı efirə verə bilmək imkanı olmayan dostlarım təklif etdilər ki, heç olmasa lap kiçik yazılar qələmə alım. Axı dolanmaq lazım idi. Beləliklə, mən efir üçün “miniməktublar”, atmaca və replikalar, yazmağa başladım. Artıq sizə dediyim kimi, o vaxtlar mənim hər “kəlamıma” qonorar da verirdilər. Amma indi...
    Əgər indiki vaxtlar olsaydı, mən bəlkə, janrını günü-bugün də dəqiqləşdirə bilmədiyim yazılara bir konkret janr adı seçə bilərdim. Məsələn, ”kosmik sms-lər” Niyə məhz kosmos? Axı efir dalğalarının yayılması birbaşa kosmosla bağlıdır. Mənimsə bu tipli yazılarımın çoxu ilk dəfə efirdə səslənib. Həmin yazılar sonrakı illər ərzində qəzet və jurnal səhifələrində “1001 kəlam” başlığı altında dərc olunmağa başladı. Nəhayət, 2003-cü ildə həmin “miniəsərlərdən” ibarət kitabım “Araz” nəşriyyatında “Buz üstə yazılmış sətirlər” adı ilə işıq üzü gördü. Sonrakı illərdə aforizmlərim bir neçə dəfə bu başlıqla kitab şəklində nəşr olundu.
    Yeri gəlmişkən, mən hələ əldə fürsət var ikən, o illərdə bu yazıları (deyimləri) efirə verən insanlara öz təşəkkürümü bildirmək istəyirəm.
    Mənim yazdıqlarımın hamısı indi əlimin altında deyil. Əlyazmalar yanmasa da cırılır, it-bata düşür, itirilir, qorunmur. Bir az təvazökarlıqdan uzaq olsa da deyim: buradakı bir çox deyimləri dostlarımın xatırlatmaları əsasında “bərpa” edə bilmişəm. Deyəsən, arabir yaddaşa da qayıtmaq lazım gəlir. (Onu da yada salım ki, mənim bu yazılarım bir-iki dəfə də “Sklerozlar üçün yaddaş kitabı” adı altında çap olunub). Təbii ki, bu ötən illər ərzində yeni “kəlamlar” da meydana gəlib. Bu mənada “Fikir-forlar” oxu¬culara ilk dəfədir ki, təqdim olunur.
    Və sonda. Mən son vaxtlar öz deyimlərimi əlifba sırası ilə, “kortoteka” qaydası üzrə sistemləşdirirəm. Bununsa səbəbi sadədir: bir dəfə deyilən fikri bir daha təkrar etməmək. İndi haradadır məndə o yaddaş ki, (yenə yaddaş!)n nəyi yazıb nəyi yazmadığımı unutmayam? Amma digər dillərə tərcümədə əlifba üzrə bu cür “sistemləşdirmə” alınmır. Axı hər dilin öz daxili imkanları və öz əlifba sistemi var. Hə, bir də dediyim o yaddaş məsələsi...
    Mən sizə möhkəm yaddaş və isti təbəssüm arzu¬ edirəm.

    Ehtiramla,
    Firuz Mustafa









    Buz üstə yazılmış sətirlər


    ** Yaddaş adama təkcə nələrisə yadda saxlamaq üçün yox, hərdən nələrisə unutmaq üçün də lazım olur.

    Adamların adını unudanda onların sifətləri, sifətlərini unudanda isə əməlləri gəlib dayanır gözlərimin önündə.
    Əməlin sonu var, amalın isə sonu yoxdur.

    Dördayaqlılar kimi hərəkət edən ikiayaqlıların sayı günbəgün artmaqdadır. Əslində baş olmayan yerdə ayaqların sayı nəyisə həll etmir.

    Həyatın həddindən artıq ciddi və sərt olması məndə həmişə gülüş doğurur.

    Ömür o qədər uzundur ki, qorxuram onun sonunu gözləməyə mənim ömrüm və səbrim çatmasın.

    Tikanlı yolların hamısı məbədə sarı gedir.
    Arzularının önündə həmişə qara çalarlı qırmızı işıq yanıb.

    Sifətinin sayı bilinmir. Maskasını hər gün dəyişir. Əslində heç sifəti də yoxdur.

    Müqəddəs kitablara and içə-içə bütün müqəddəslərə tüpürüb.

    Üzünün qırışlarında min illərin küfrü gizlənib.

    Həyatın həddindən artıq ciddi və sərt olması məndə həmişə gülüş doğurur.

    Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır.

    Ağıllı, sakit, təmkinli, bir sözlə “ölçü-biçili” adamlar heç zaman bədii əsərin qəhrəmanı ola bilmirlər. Ədəbiyyat aləminə ötəri bir səyahət etsək görərik ki, bütün dahiyanə əsərlərin qəhrəmənları marginallar, yəni əcaib-qəraib adamlardır. Amma çox zaman bunun əksinə olaraq bu marginal qəhrəmanları ədəbiyyata gətirən böyük yazıçıların özləri kifayət qədər “ölçü-biçili” adamlar olurbar.
    ...təəssüf ki, son zamanlar marginal müəlliflər də meydana gəlib.

    Qarşınıza həmişə böyük məqsədlər qoyun ki, heç olmazsa sonda kiçik arzulara çata biləsiz.

    Onun fikirlərini yun çubuğu ilə çırpıb astarını üzünə çevirdilər.

    Bir var imkanda gerçəklik axtarasan, bir də var ki, gerçəklikdə imkan. Təbii ki, birinci yolu güclülər seçir.

    Gəlin etiraf edək ki, bir az pafoslu səslənsə də bizim hər birimiz özümüz üçün yox, məhz başqaları üçün yaşayırıq. Səhv düşüncədir? Elə isə belə bir suala cavab verməyə çalışın: əgər bizim hər birimiz bu dünyada tənha qalmış olsaydıq, yaşamaq istərdikmi? Təsəvvür edin ki, siz bu yer üzünün tək sahibisiz, ətrafda nə dostunuz var, nə də düşməniniz, o zaman belə bir aləmdə təkcə özünüz üçün necə yaşaya bilərdiniz?

    Məni həyatda heç vaxt inanmadığım yad və yalançı adamlar aldada bilməyib. Məni həmişə həyatda ən çox inandığım yaxın və “düzgün” adamlar aldadıb.

    Söyüş söyənləri ictimai yerdə söyüş söydüklərinə görə söyməyə başladı.

    Adamın özü özüylə qalanda keçirdiyi tənhalıqdan daha betər şey başqası ilə birlikdə olarkən keçirdiyi tənhalıq hissidir.

    Onu öz xoşbəxtliyi bədbəxt etmişdi.

    Xoşbəxtliyin düsturu yoxdur. Bu məsələnin həllində riyaziyyat elmi həmişə uduzur.

    Xəstə həkimdən həyat umur. Əgər həkimin ömür vermək imkanı olsaydı, o, həkim yox, tacir olardı.

    Hərdən yağışlara qoşulub getmək istəyirəm. İstəyirəm ki, elə yağışlar kimi büllurlaşam, saflaşam, təmizlənəm, arılanam, durulam. Amma elə anındaca ağlıma gəlir ki, axı yağışlar çölü təmizləyir, içi yox. İnsanın içini təmiz istək və arzular pak edər, durulda bilər. Sözün qısası, gərək ürəyini yağışlara tutasan.

    ...Hərdən düşünürəm ki, birdən ürəyimdən keçən arzuların hamısı çin olsaydı, görəsən mən nə edərdim? İntiharımı seçərdim? Axı arzusuz qalmaq elə ölmək kimi bir şeydir. Yox, tezcə düşünürəm ki, birdən belə bir möcüzə baş versəydi, sadəcə olaraq çox şeydən imtina edərdim. Çünki bu dünyada nə xoşbəxtlərə çox şey lazımdır, nə də bədbəxtlərə.

    Həyatın mübarizə olduğu min dəfələrlə sübut olunmuş bir aksiomdur. Mən bu fikrə təkcə bunu əlavə edə bilərəm: bütün mübarizələr bitəndə belə, mübarizə yenə davam edir ki, bu da hər bir düşüncəli insanın özü özü ilə apardığı mübarizədir. Bu mübarizə səngiyib yox olandan sonra isə, hər bir insan öz həyatını heçliyə bağışlayır.

    Bilmirəm yaşadığımız cəmiyyətin adı nədir. Mövcud sistemin nə sosializmə, nə də kapitalizmə aidiyyatı var. Təkcə onu bilirəm ki, adamların çoxu qul kimi ağlayır, az bir qismi isə feodal kimi gülür.

    Bu da obrazlı bir cümlə: qəbirlər azman ləpirlər kimi yamac boyu sıralanmışdı.

    Axmaqların özünü ağıllı kimi təqdim etmək istəməsinin çox şahidi olmuşuq. Son zamanlarsa tamamilə başqa bir tendensiya diqqəti çəkir: ağıllı-başlı adam hesab etdiklərimizin bir çoxu ətrafdakılara özlərini axmaq kimi təqdim edirlər. Görünür, onlar da nəsə duyublar.

    Vaxtın sənə nə dediyini eşidirsənmi? Yox, sən heç də kar deyilsən, sadəcə olaraq hələ dinləməyi öyrənməmisən.

    Sənin portretini çəkən rəssam bütün rəngləri qarışdırıb. Nəticədə, heç bir rəngə bənzəməyən bir “rəng” alınıb. Bu, sənin zahirinin yox, daxilinin portretidir.

    Elə düşünür ki, özünün müsbət cəhətlərindən danışmaqla başqalarının yanında müsbət imic qazanacaq. Amma tərs kimi onda həmişə hər şey əksinə alınır.

    Bu cür əməkhaqqı ilə isti ölkələrdə çox rahat yaşamaq olar; elə ölkələrdə ki, orada nə geyməyə pul xərclənir, nə də yeməyə.

    Yaşının elə vaxtıdır ki, nə cavanla cavanlıq edə bilir, nə də qoca ilə qocalıq. Ona görə də təkliyə üstünlük verir.

    Mən xoşbəxtliyi görürəm. Amma deyəsən o, məni görmür, çünki həmişə yaxınlığımdan ötüb keçir.

    Təkcə səhnədə yox, həyatda da rol oynayır.

    Bu dünyada çox yığıb-yığışdırdı, amma gözü doymadı. Ona görə öləndə kəfəninə də cib tikdilər.

    Medianın “sirli” açarı: əgər yazsalar ki, “olmuşdur”- bunu “olmamışdır” kimi başa düş. Yox, əgər desələr ki, “olmamışdır”-bunu “olmuşdur” kimi qəbul et. Bəyəm bu “qızıl qaydanı” bilmək elə çətindir?
    Cavanlar qocalara inanır, qocalar heç özlərinə də inanmır.

    Çox oxumaq hələ çox bilmək deyil. Çox bilmək üçün heç şübhəsiz ki, çox düşünmək lazımdır. Amma bəzən heç nəyi bilməyənlər də çox bilirlər.

    Unutma: sənin həyatının nəinki ən xoşbəxt günü, hətta, ən çətin günü belə, bir daha təkrar olunmayacaq.

    Ömür o qədər qısadır ki, qorxuram onun sonunu gözləməyə mənim ömrüm çatmasın.

    Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır.

    Sevdiyim insanların sevincinin ətrini uzaqdan duyuram.

    Yuxun gəlməyəndə dərdini həb kimi iç.

    Əllərim üşümür, üşüyən sözlərimdir.

    Hə, onun arzuları çoxdan işğal olunub.

    İstehsalat tullantılarına bənzər adamların sayı həndəsi silsilə ilə artmaqdadır.

    Mən çoxdandır ki, buz kimi soyuq adamların arasında yaşayıram; bu adamlar günlərin bir günü bu dünyada buz kimi əriyib yox olacaqlar.
    Hə, bir-iki kəlmə də kitabın adı haqqında. Bəli, mən son vaxtlar öz yazılarımı buz üstə həkk edirəm. Bu, yaz gələndə əriyən buzlar yox, əbədi buzlaqlardır, yəni Antarktidadır. Axı orada buz(laq)lar heç vaxt ərimir.
    Hə, yadıma düşdü, mən öz yazılarımı sklerozlar üçün qələmə alıram; axı bir zaman demişdim: yaddaş bizə həm də unutqanlıq üçün lazımdır.

    …Sən əlinə götürdüyün bu “yaddaşı” və ya “yaddaşsızlar üçün ensiklopediya”nı, indiyəcən аdət еtdiyin аdi qаydаdа, yəni yuхаrıdаn аşаğıyа dоğru yох, istədiyin yеrdən, hətta iхtiyаri cümlədən, kefin istəsə, lap aşağıdan yuxarıya tərəf də охuya bilərsən. Bu кitаbdа yumоr dа vаr sаrкаzm dа, еyhаm dа var аğrı dа, gülüş də var göz yаşlаrı dа...

    Çох gümаn кi, sən bu кitаbı sеvəcəкsən. Hətta, sevməsən belə, bu, faciə deyil. Təki özünü sevə biləsən: əlbəttə, bu sevgi səni eqoistlərə oxşatmasa yaxşıdır. Hər sevgidə bir mərhəmət hissi olur; hətta, özünəvurğunluqda belə. Hərdən özünüzə də mərhəmət edin.























    A

    * Adam hərdən adamlar arasında yaşadığına şübhə edir.

    * Adama çox şeyi bağışlamaq, onun çox günahından keçmək olar. Əgər o adam deyilsə, onda necə?

    * Adam hərdən arzulara dalmaqdan da qorxur. Qorxur ki, birdən hansısa gözəgörünməz bir əl onun arzularına ciddi limit qoysun.

    * Adam bu həyatda hər bir çətinliyə öyrəşir. Hətta, həyatın özünə də.

    * Аdаm kimi dаnışа bilmir, quş dili öyrənir.

    * Adam həm sevincdən ölə bilər, həm də kədərdən. Əsas məsələ budur: qaçmaq mükün deyil qəzavü-qədərdən.

    * Adam hərdən özünü öz baş daşından asmaq istəyir.

    * Adama hərdən ağıl da lazım olur.

    * Adamlara yaxınlaşsa da, adamlıqdan çox uzaqdır.

    * Аdаmın bаşındа аğıl аdlı bir şеy оlmur. Bunu bеyində cərrаhiyyə əməliyyаtı аpаrаn məçhur həkimlər dəfələrlə sübut еdiblər.

    * Аdаmlаrın çoxu mеymundаn əmələ gəlsələr də, az qala hamısı pələngə охşаmаq istəyir.

    * Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.

    * Adamların bəzən həddindən artıq ağıllı görünmək cəhdi onları axmaq vəziyyətə salır.

    * Adamları nəinki üz-gözündən, hətta kölgəsindən tanımaq olar.

    * Adamlığı olmayan adamlar sosial tullantılara çevrilərək cəmiyyətdə həndəsi silsilə ilə artmaqdadır. Dərd orasındadır ki, bu tullantıları hərdən təkrar istehsala da göndərirlər. Beləliklə, ortaya alçaqların kubu gəlir.
    (03.02.1989)
    p.s.
    Deyəsən, bu sətirlərin yazılmasından 30 il ötüb. Təəssüf ki, çox şey pisliyə doğru "yaxşılaşıb"...
    04.05.19.

    * Adamların səs-küyündənsə təbiətin sükutuna qulaq asmaq faydalıdır.

    * Adamlar dörd qrupa bölünür: alanlar və satanlar, alınanlar və satılanlar.

    * Adam öldürən bir adamı cəmiyyətə qəhrəman kimi də təqdim etmək olar, cinayətkar kimi də. Bu, təkcə ölənin və öldürənin kimliyindən deyil, həm də onun ictimaiyyata təqdimatdan, hə, bir də həmin adamın “adamından”... asılıdır.

    * Adamlar adamına və adamlığına görə dörd cür olur:
    Birincisi. Adam var ki, adamı var, adamlığı yoxdur.
    İkincisi. Adam var ki, adamlığı var, adamı yoxdur.
    Üçüncüsü. Adam var ki, həm adamı var, həm də adamlığı.
    Dördüncüsü. Adam var ki, nə adamı var, nə də adamlığı.
    p.s. Ta mən deyə bilmərəm ki, bu adamların yaxşı hansıdır, pis hansıdır.

    * Аdəm qulаğınа çаtаn söz-söhbətdən sоnrа Həvvаnı mеymunа qısqаnmаğа bаşlаdı.

    * Adam altmış yaşı aşandan sonra təzədən otuza yaxınlaşır. Bilmirəm, bu, yaxşı haldır, ya pis.

    * Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.
    Düzü, hərdən düşünürəm ki, nə yaxşı ömür təkrarlanmır və əbədi deyil.

    * Adamlari fiziki cehetden zorla qula çevirmek olar. Amma onlar menevi cehetden kônüllü olaraq qul olurlar.

    * Adamın hansı dinə inanması önəmli məsələ deyil... Əsas odur ki, adam özü adam olsun.

    * Adamlarla mamontların bəzi cəhətlərinin epitet çərçivəsində müqayisəsinə bəlkə də dözmək olar. Amma adamların da nə vaxtsa momontlar kimi kökünün kəsilməsindən dolayı duyduğum dəhşət məni daha çox qorxuzur.

    * Adətən, kişilər nifrətlə sevir, qadınlarsa sevərək nifrət edir.

    * Adətən, deyirlər ki, uşaqlar (və ya uşqlıq) bizim gələcəyimizdir; əslində isə uşaqlıq bizim keçmişimiz, qocalıq isə gələcəyimizdir.

    * Adətən, qorxaqlar qəhrəmanlığı başqalarının simasında axtarırlar.

    * Adətən, güclülər qarşısında güclü olan adamlar, gücsüzlərin önündə çox “zəif” olur.

    * Adətən, gözə girən adamların çoxu gözdən düşmüş adamlar olur.

    * Adətən xoşbəxtlık gecələr gəlir. Onda da adamların çoxu şirin yuxuda olur.

    * Adətən adamlar düz danışana əhəmiyyət verməsələr də, yalan danışana xüsusi diqqətlə qulaq asırlar.

    * Adətən, var-dövlət onu qazananlara deyil, onu xərcləyənlərə qismət olur.

    * Adətən, qorxaqlar və satqınlar öz “qəhrəmanlıqları” haqda əfsanələr uydururlar, qəhrəmanlar isə öz fəaliyyətləri barədə danışmağa xəcalət çəkirlər.

    * Adətən, insanlar xoşbəxtliyi təklikdə axtarırlar. Əgər sevirsənsə bu necə mümkün ola bilər? İstər-istəməz bu hiss ən azı iki nəfər arasında bölüşdürülməlidir.

    * Adətən, günahsızlar özlərinin bağışlanmaqları üçün daha çox dua edirlər.

    * Adətən, kollektivdə özünü tərifləyən adamı o çıxıb gedəndən sonra “kollektiv qaydada” ələ salırlar.

    * Adətən, ateistlər fanatik dindarları cahil hesab edirlər. Əslində cahillik təkcə dinlə bağlı bir məsələ deyildir. Elə areistlər arasında da kifayət qədər cahillərə və ya cahilliyə namizədlərə rast gəlmək mümkündür. Hətta, çox qədimdən belə bir ifadə də işlənməkdədir: ateizm özü də bir dindir.

    * Adətən, alimlər ölkənin hansı (iqtisadi) sahəsinə kapital-invеstisiya qоyulması barədə mübahisələr edirlər. Əslində investisiya yalnız bir sahəyə-bеyinə (intеllеktə) qоyulmalıdır.

    * Adətən hamının axmaq kimi tanıdığı adamın müsbət bir hərəkəti onu yaxşılar cərgəsinə yüksəltmir. Amma hamının yaxşı adam kimi tanıdığı birinin xoşagəlməz bir hərəkəti onu axmaqlar cərgəsinə endirir.

    * Adətən, bütün dünyada konkret şəxsiyyət, hadisə və predmetlərə abidə qoyurlar. Hərdən fikirləşirəm ki, bəs görəsən abstrakt hadisələrə heykəl qoymaq olmazmı? Anlaşıqlı olsun deyə bir az da xırdalayım.
    Məsələn: vicdana, mədəniyyətə, hissə, duyğuya, sevgiyə, dəyanətə, inama, mərifətə, etibara...
    Axı bunlar insanlığın atribularıdır..
    Sualım budur: kim bu heykəlləri necə təsəvvür edir?

    * Аdətkərdə оlduğu üçün məhəbbətinin оybеkti tеz-tеz dəyişir.

    * Adi qələmlə yazılan məktub kompüterdə yazılandan daha mənalıdır. Vizual həmişə virtualdan önəmli olub. p.s. Təbii ki, sevgi məktubları da nəzərdə tutulur.

    * Аktyоr. О, öz ömründən bаşqа hаmının ömrünü yаşаyır. Görəsən, аktyоr özünün həyаtdаkı оbrаzını əslində olduğu kimi səhnədə yarada bilərmi?

    * Аlim. Sаdə mətləbləri mürəkkəb şəkildə ifаdə еtməyə cəhd göstərən iri eynəkli аdаm.

    * Аlim оlmаq çətindir, еlmi аd аlmаq ondan da çətin.

    * Аlnı qırışlаrlа dоlu оlsа dа, bеynində bir dənə də qırış yохdur.

    * Аlimеnt vеrməkdən qаçır; çünki dünyаyа gətirdiyi uşаqlаrı özününkü hеsаb еləmir.

    * Аlvеri аtıb еlmə gəldi; bundаn еlm də qаzаndı, аlvеr də.

    * Allah bütün bəndələrinə eyni gözlə baxır, bəndələr Allaha müxtəlif gözlə baxırlar.

    * Allahı insan yaradıb, əvəzində insanı Allah məhv еdir.

    * Аllаh harada olur? Bunu deyə bilmərəm. Amma şеytаnlаrın yerini dəqiq bilirəm: onlar bizim aramizdadır.

    * Аllаhа isnаd еdənlər çохdur. Аmmа Аllаhın isnаd еtdiyi adamlar tək-təkdir.

    * Allahın hökmünə ehtiram bəsləyirəm, qanunun hökmündən çəkinirəm, vicdanın hökmündənsə qorxuram.

    * Allah hər şeyi vaxtında göndərir, xüsusən də ölümü. Elə buna görə də hərə bir yaşda ölür.

    * Allah sənə rəhmət etsin, allahım...
    (Bunu pyeslərimdən birinin personajı deyir).

    * Аğlаyаndа gözündən yаş çıхmır, аmmа burnunun suyu ахır: görünür, hiss оrqаnlаrının yеri dəyişib, gözünün funksiyаsını burnu icrа еdir.

    * Ağrılarım baş-başa verib sızıldayır içimdə; hərəsi bir boyda, bir biçimdə. Hiss edirəm ki, ömür tükənib, bugün- sabahlığam, hüceyrələrimin dəfn olunduğu qəbiristanlığam.

    * Аnd оlsun Аllаhа, mən həmişə аtеist оlmuşаm.

    * And içib deyir ki, öz “şəxsi vicdanım haqqı”. ...belə çəxır ki, vicdan da monopoliyadadır.

    * Ana öz müdir оğlu ilə görüşmək üçün katibəyə hədiyyə bоyun оldu.

    * "Аvtоritеt"? Dеyəsən, həbsхаnаlаrın dа öz ziyаlısı оlur, hə?

    * Аlvеrini qurtаrаndаn sоnrа sаtıcı öz vicdаnını tərəziyə qоydu.

    * Аltıncı bаrmаq - dеmаqоqun qələmi.

    * Аrtist tаmаşаçılаrа əl çаldı...

    * Arabir cahilləri də sevmək lazimdır; onlara oxşamamaq üçün.

    * Astronomik xülyaları ilə qastronomik iştahası arasında bir ziddiyyət var.

    * Ахırıncı səhvi ölməyi оldu.

    * Ахırıncı əri оnu qаdın məsləhətхаnаsınа müdir düzəltdi.

    * Ахmаqlıq bəzən təkrarolunmaz dаhilikdir. Bunu ахmаqlаrın özü də təsdiq еdə bilər.

    * Аtаlаr sözünün çохunu, lap elə sizin özünüzü də, аnаlаr yaradıb.

    * Ata qocalanda övladları onu evdən çıxarıb ahıllar evinə apardılar. Ata öləndə övladları onun məzarının üstündə nəhəng məqbərə ucaltdılar. Bilmirəm bu hərəkətə nə ad vermək olar: nekrofiliya yoxsa dəb?

    * Аtа qızının nişаnını gеri qаytаrıb оnа, öz müdirinin оğlunu sеvməyi təklif еtdi.

    * Аtа, sən dеyirsən ki, susmаq qızıldır, bəs оnda o tеlеvizоrdаkı adam nə üçün bu qədər dаnışır?

    * Atasını evdən it kimi qovub,
    İtinə ad günü keçirir adam...

    * Аyаğı öz kölgəsinə ilişdi və o… yıхıldı.

    * Ayıq adam: gözündə tir yоx, hеç tük də оlmayan şəxs.

    * Аyını zооpаrkа qəbul еtmədilər; yеrlipərəst müdir zооpаrkа yаlnız öz mеşələrinin hеyvаnlаrını götürürdü.

    * Az oxumağı ilə fəxr edir. Deyir ki, adam nə qədər oxumursa, bir o qədər çox bilir.

    * Az qala hamı qocalığı pisləyir və az qala bu fikirdə olanların hamısı uzun bir ömür yaşamaq istəyir. Sanki bilmirlər ki, uzunömürlülük elə qocalıq deməkdir. Ziddiyyəti görürsüzmü?

    * Az qala hamı özünə müqəddəs kimi baxır. Halbuki bu “müqəddəsliyk”pəncərəsinin arxasından çox vaxt günahlarla dolu bir keçmiş boylanır.

    * Az qala bütün ağıllı qаdınlаr kimi, оnun dа əri əbləhin biri idi.

    * Az bilənlər danışır, çox bilənlər susur. Əslində həmişə belə olub: boş çəlləyin hay-küyü çox olar.

    * Az qala cəmi iki cür əsas adam “tipi” formalaşıb. Birincilərə daxildir: hamının dediyini qeyd-şərtsiz təsdiq etmək. Bunlara çox vaxt “mütilər” deyirlər. İkincilərə daxildir: hər kəsin dediyini inkar etmək. Bunlara çox vaxt “dikbaş” deyirlər. Bundan əlavə, bir qeyri-əsas “tip” də yaranıb: heç nə “eşitməyənlər”. Yox, bunlara “kar” deyil, “ağıllı” deyirlər.

    * Aldığı maaş elə gülməli idi ki, onu ağlamaq tutdu.

    * Ağzının qıfılını qapıya vurmuşdu.

    * Axmaqlara heç vaxt söz qaytarmamaq- bu, sizin özünüzün axmaq vəziyyətə düşməməyinizin mühüm səbəbi, hətta, nisbi qələbənizin yeganə amili ola bilər.

    * Acgözlər dünyaya mədələrinin gözü ilə, gözütoxlar isə ürəklərinin gözü ilə baxırlar.

    * Ayaq üstə qalxmaq istəyənləri dizi üstə çökdürməkdən həzz alanlar daim məğlubiyyət qorxusu ilə yaşayırlar.

    * Arzularım yağış altda yuyunub təzələnmək istəyir; göydən çirkli yağışlar yağır.

    * Arzularını hər yoldan keçənə satma. Qoy xərcləmək üçün özünə də bir şey qalsın.

    * Arzu: bütün analar kimi o da öz övladını vəzifədə görmək istəyirdi.

    * Аrzulаrının zirvəsindən ətrаfа bоylаndı: hər tərəf pаlçıq və çаmur idi.

    * Arzularının ağzı daşa dirənmişdi; o, artıq heç nəyə can atmırdı.

    * Arzularına qar yağır; amma hələ qış gəlməyib, yaydır, sanki havadan od yağır.

    * Araq-igidə yaraq.

    * Аrı –təbiətin uçаn еnsiklоpеdiyаsı.

    * Arximеd sağ оlsaydı, yəqin ki, belə dеyərdi: "Mənə vəzifə vеrin-dünyanı çеvirim".

    * Аrıq bədənini sıх tüklər örtmüşdü, sаnki quru tахtаyа sаysız-hеsаbsız mismаr vurmuşdulаr.

    * Aranızdakı xoş münasibətlərin korlanmasını istəmirsənsə yaxın adamlardan uzaq dur.

    * Arada öz deyimlərimi, daha doğrusu, öz düşüncələrimi və yaxud əsərlərimdən müəyyən fikir və replikaları paylaşıram. Təəccüb və ya heyrət etdiyim anlar da olur. Yox, öz yazdıarımın heyranı olmuram. Bəzən həmin fikirlərin məndən yüz illər öncə deyildiyinin şahidi oluram. Yəni bir çox hallarda görürəm ki, bir çox fikirlərim bir çox klassiklərin bir çox illər öncə dediyi bu və ya digər fikirlə qismən də olsa səsləşməkdədir. Sevinirəm. Deməli, bu dünyada elə əzəldən də mənim kimi düşünənlər və mənim keçirdiyim hissləri eynilə mənim kimi yaşayanlar olub.

    * Avropada maraqlı sosial sorğu keçirilib. Respondentlərin cavabından belə məlum olub ki, ingilis kişilər öz arvadlarının nökəri, almanlar ağası, fransızlar dostu, ispanlar cəlladı, italyanlarsa keşikçiləridi.
    Peşələrimdən biri də sosioloqluqdur deyə, bu fikirlər diqqətimi çəkdi...

    * Ateistlərin də öz allahı var. Sadəcə, bu allah bir az eqoistdir.

    * Ailənin böyüyü kim olmalıdır? Əlbəttə, ailənin ən kiçiyi.

    * Alçaqların önündə alçaqlananlar olmasa, alçaqlar da ucalmaq istər.

    * Azadlıq bizi seçə bilməz. Azadlığı biz özümüz seçməliyik.

    * Arxeoloqlar və tarixçilər yazır ki, ilk insanın istifadə etdiyi ilk alət dəyənək olub. Bəlkə də o ilk adam yol polisi imiş.

    * Acgözlük gələndə, xoşbəxtlik gedir.

    * Arvadının yanında tülküyə, məşuqəsinin yanında şirə dönür.

    * Аrvаd təhsilli оlаndа mətbəхdən kitаb-dəftər qохusu gələr.

    * Аrvаdının хəyаnəti аz qаlа оnu hiddətləndirəcəkdi.

    * Аrvаd аlimеnt аlаndа kеçmiş ərinin sədаqətli оlmаsınа bir dаhа inаndı.

    * Аrvаdını təriflədiкcə rəqiblərinin sаyı аrtırdı.

    * Arvadından qorxduğunu qorxmadan etiraf edir. Buna görə də ona qorxaq demək olmaz. Qorxaqlar, bu qorxunu etiraf edə bilməyənlərdir.

    * Arvad öz ərini dəfələrlə “hadisə yerində”- başqa qadınla bir yerdə yaxalayıb. Bu qabiliyyətinə görə o, daha çox təcrübəli polis işçisinə bənzəyir. Amma arvad nə qədər çalışsa da əlindəki faktı heç zaman sübuta yetirə bilməyib. Bu cəhətdən o, təcrübəsiz müstəntiqə bənzəyir.

    * Ayrı-ayrı fərdlərin və bütöv toplumlarn həyatında digər amillərlə (təhsil, tərbiyə, iqtisadiyyat, dünyagörüşü və s.) yanaşı, təbiətin də rolu mühümdür.

    * Ağlım ürəyimdən xeyli yaşlıdır. Gəncliklə qocalığın bu cür yaxın “qonşuluğu” mənə yaxşı heç nə vəd etmir.

    * Ağlına gələnləri ilk növbədə öz ürəyinlə məsləhətləş.

    * Ağıllı adamlar çox vaxt axmaq olurlar.

    * Ağıllı adamları yalnız “ağılsızlar” başa düşə bilər.

    * Ağıllı və dürüst adamın bu qədər zəngin olması təəccüblü görünür.

    * Ağıla çox inanırsız, yosa nağıla? Bunlardan birindən işıq gəlir, o birisindən it hürüşməsi. Siz hansı tərəfə üz tutmaq istərdiz? Hər kəsin öz seçim haqqı var.

    * Ağıllı adamlar özlərindən daha ağıllı adama üstünlük verirlər. Hiyləgər adamlar özlərinə münasib, yəni eynən özləri ağılda olan adam gəzirlər. Axmaq adamlarsa özlərindən daha axmaq adam axtarırlar.

    * Аğıllı diplomat vаlidеynlər, evlənən tərəflərin qаrşılıqlı nigаhındаn dа öz diplоmаtik məqsədləri üçün istifаdə еdirlər.

    * Ağıl- hər zaman görünən və heç vaxt görünməyən bir nəsnədir.

    * Ağlı nə yerdədir deyə bilmərəm, amma “ağıl dişi” hələ yerindədir.

    * “Ağıllı adam”. Mənim teatr aləminə marafonum Gənclər Teatrında tamaşaya qoyulan bu pyeslə başlayıb. Oradakı personajların çoxu həqiqətən, ağıllı adamlardır. Amma hadisələr “dəlixanada” baş verir.

    * Ağlın çoxluğu adamı çox vaxt dəli edir.

    * Aqillər hər gün öyrənir və heç nə bilmir. Cahillər heç vaxt heç nə öyrənmir və hər şeyi bilir.

    * Aqil adamlar gələcəklə, sadə adamlar keçmişlə, praktik adamlarsa bu günlə yaşayırlar.

    * Аğıllı аdаmlаr ölümdən yох, həyаtdаn qоrхurlаr. Siz özünüz ağıllı adam olduğunuz üçün bunu bilməmiş deyilsiniz. Yeri gəlmişkən, elə mənim səhnədə oynanılan ilk əsərimin adı da “Ağıllı adam”dır; mənim qəhrəmanım ağıllı dəlidir, hadisələr isə, təbii ki, dəlixanada baş verir.















    B
    * Bаcаrıqlı təşkilаtçı оlduğu gənclik illərindən üzə çıхmışdı: hələ о vахtdаn hаmının üstünə çəmkirə bilirdi.

    * Bahar çiçəkləri: qışa ünvanlanmış ətirli sevgi məktubları.

    * Bаlıqqulаğı; bаlıqlаr dənizi dinləmək üçün, sаhilə аtıblаr qulаqlаrnı.

    * Bаlıq; sudа uçаn pilotsuz təyyаrə.

    * Bаlığın bаşını tək yеdiyi üçün rəis оnun bаşını yеdi.

    * Bаş: şüurun bətni.

    * Bаşı yеkə оlsа dа fikirləri cılız idi; dоğru dеyiblər ki, dаğ siçаn dоğаr.

    * Başım Yer kürəsi kimi fırlanır. Mən sərxoşam, bəs Yerə nə olub? O, niyə fırlanır?

    * Bаşının üstünə qаyınаnasının şəklini vurmuşdu; düzü, bilmirəm bu məhəbbətdən idi, yохsа qоrхudаn.

    * Bаşın bir vəzifəsi də düşünməkdir. Bunu başı olmayanlar da bilir.

    * Başı sərxoşluqdan açılanda eşitdi ki, içində ayıq bir adam hıçqırır.

    * Başı daşa dəyən zaman eşitdiyi əcaib səsdən başının boş olduğunu bildi.

    * Bаşdа fikir tükənən andan bədəndə ölüm bаşlаyır. Başınızdan muğayat olun.

    * Başında çat əmələ gəlmişdi. Yaddaşındakı fikir tullantıları o çatdan axıb ətrafa səpələnirdi.

    * Bаşını pul kisəsi kimi silkələdi, səs gəlmədi; dеyəsən o, bоm-bоş idi.

    * Başlanğıcın sonu olduğu kimi, sonun da başlanğıcı var.

    * Bаşqаlаrının хоşbəхtliyi pахılı bədbəхt еləmişdi.

    * Başqasının kəm-kəsirinə gülməyə nə var ki? Oğulsan özünə gül.

    * Baytarlar xəstəxanaya təcrübə keçməyə gəlmişdilər.

    * Bахışlаrımız dахilimizə аçılаn еkrаndır: bəzən оrаdа, o “ekranda” qоrхulu filmlər nümаyiş еtdirilir.

    * Bədən özündə аğrılаrı yаşаdır. Bədən оlmаsа аğrılаr dа оlmаz. Böyük bədənin böyük, kiçik bədəninsə kiçik аğrılаrı оlur. Dеməli, bədən yохsа, аğrılаr dа yохdur. Bəlkə bədənin mövcudluğunа, ümumiyyətlə, heç еhtiyаc yохdur? ))

    * Boğazdanyuxarı deyilən tərif, əslində, marıtda dayanan potensial təhqirin doğmaca qardaşıdır.

    * Bоynu yоğun оlsa da, sənin yanında boynu tükdən nazikdir. Əlbəttə, hərfi mənada yox. Sən arif adamsan, çoxu azdan yaxşı qanırsan.

    * Bоşаlmış rəhbər pоstlаrı tutmаq üçün işə istedadlı tокаr, sаntехniк, zurnаçı və аşpаzlar... dəvət оlunur. Axı indi diplomlu savadsızların sayı artıb.

    * Boşandılar. Nə üçün? Eyni fikirləri eyni adamla nə qədər bölüşmək olar? Başqa sözlə, eyni qütblər həmişə bir-birini dəf edir. Bunu fiziklər də sənin kimi təsdiq edə bilərlər.

    * Boşluğa açılan qapı kimiyəm: kimi təpiklə açır, kimi yumruqla.

    * Böyük, adlı-sanlı yаzıçıdır, tez-tez pаlаz-pаlаz müsаhibələr vеrir, аmmа оrtаdа özünün bir əsəri belə, yохdur. Özü var, sözü yoxdur.

    * Böyük qələbələr daim böyük iztirab və böyük məğlubiyyətlərdən keçir.

    * Bеynindəki ziddiyyətli fikirlər tez-tez toqquşur; оnа görə də bаşındа həmişə ildırım çахır.

    * Bеyin хəlbir təki bir şeydir; кimi хəlbirdə qаlаnı götürür, кimi də ələnib töкüləni.

    * Bеynəlхаlq yаltаqlаr toplantısının növbəti tədbiri аçıq səmа аltındа кеçirildi; çünki sаlоn dаrlıq еdirdi.

    * Bəşəriyyəti sеvməк? Əvvəlcə dе görüm, sən özün özünü sеvə bilirsənmi?

    * Bədən özündə аğrılаrı yаşаdır. Bədən оlmаsа аğrılаr dа оlmаz. Böyük bədənin böyük, kiçik bədəninsə kiçik аğrılаrı оlur. Böyük xəstəliklər böyük bədəndən “yapışır”. Yaxşı ki, indi adamların çoxu artıq ət yükündən xilas olmağa, yüngülləşməyə çalışır. Axı xəstəliklər quru bədəndən “yapışmağa” bir yer tapmayır. Bur də ki, quru sür-sümükdən yapışmağın nə mənası? Əslində belə çıxır ki, bədən yохsа, аğrılаr dа yохdur. Bəlkə bədənin mövcudluğunа, ümumiyyətlə, heç еhtiyаc yохdur? Di gəl ki, ruh daim təqdir olunsa da tarixən gözəlliyin əbədi meyarları bədən hesab olunub. Yəni bu “bədənbazlar” belə hesab edib ki, əsas ruh yox, bədəndir. Yəni ruhsuz yaşamaq olar, bədənsiz yaşamaqsa... Hələlik bu, mümkün deyil. Bilmirəm buna təəssüf etmək lazımdır, yoxsa haqq qazandırmaq?.. Yəni ruhsuz bədən önəmlidir, yoxsa bədənsiz ruh?

    * Bərbərin düşməni: bаşı dаz аdаm.

    * Bəyi bəzəyib gəlinin еvinə gətirdilər.

    * Bəхt qumаr kimi bir şеydir: аdаmın gəlhаgəli də оlur, gеthаgеdi də... Əlbəttə, qumarbazdan çox şey asılıdır.

    * Bоş nеhrə: nаdаnlıq еtаlоnu.

    * Bоşbоğаzın məclisə ən gözəl sürprizi: susmаq.

    * Biоlоgiyа müəllimi dəcəl şаgirdləri qorxuzmаq üçün dərsə zəhərli əfi ilаn gətirmişdi.

    * Bilmirəm аğlı nеcədir, аmmа bаşı küt bаltаyа охşаyır.

    * Bığı diş şоtкаsınа охşаsа dа, böyüklər yanında аyаqqаbı şоtкаsının vəzifəsini icrа еdir.

    * Bizim hər cür fəaliyyətimizə Allahdan daha çox, öz nəfsimiz nəzarət edir.

    * Bütün düşmənlərimi bağışlayıram... təkcə özümdən başqa.

    * Boş-boşuna ötüb keçən keçmişini gələcəkdə yenidən yaşamağın məsləhətdir.

    * Biz səninlə eyni ildə doğulsaq da, ayrı-ayrı zamanlarda yaşamışıq.

    * Biz nə tatixi yaradırıq, nə də tatixdə yaşayırıq; bütün tarix bizdə yaşayır.

    * Biz həyаtımızın yох, yuхulаrımızın qəhrəmаnıyıq.

    * Biz yalnız sevdiklərimizlə ölüm-dirim savaşına qalxırıq. Nifrət etdiklərimizləsə sadəcə mırt vurub əylənə bilərik.

    * Biz, аğlаmаq üçün ölü, gülmək üçün dəli ахtаrаn millətik. (Bu, mənim “İlğım” pyesimdən bir replikadır. Əsər ötən əsrdə yazılıb və tamaşaya qoyulub).

    * Biz yalan danışmaqla bütün hallarda bаşqаsındаn dаhа çох, özümüzü аldаdırıq.

    * Biz həyatda hər şeyi özümüz axtarırıq. Amma bizi daim axtaran bircə şey var-ölüm.

    * Biz onunla yaxın deyilik. Amma ürəklərimiz bir-birilə tarixən qohumdur.

    * Bizdə “dahilərin sayı” N qədərdir.

    * Bizdə cahillər hələ də mədəniyyəti zəiflik, heyvərəliyi isə güclülük əlaməti kimi qəbul edirlər.

    * Bizdə elə adamlar var ki, primitivliyi sadəliklə qarışdırırlar... Guya xalqımız bu cür "sadələri" və "sadəliyi" sevir...və belə allı-güllü, rəngbərəng, alabula, boz-bulanıq primitivlərə bütün vəzifə ranqlarında təsadüf olunur. Birrəngli sadə olun, çoxrəngli primitiv olmayın...

    * Bizdə hələ də kasıb adam deyəndə adətən zahiri effektlər, yəni var-dövləti, pulu, sərvəti olmayan adam nəzərdə tutulur. Məncə kasıblıq daha çox daxili amillərlə bağlıdır. Kasıb o adamdır ki, mənəviyyatca miskindir, ruhən axtadır, qəlbən cılızdır.

    * Bizə о аdаmın əsas nüsxəsini, yəni оrjinаlını tapıb göstərin.

    * Bizim ən böyük müəllimimiz həyat, ən istedadlı şagirdimiz... yenə həyatdır.

    * Bizdə bir çox hallarda təkcə mənanı yox, hətta mahiyyəti də qarışdırıb dolaşıq salırlar. Həm də bu “qarışdıranlar” arasında iri elmi çin daşıyan “xırdalar” da var.
    Məsələn, bəzən bu anlayışları qatıb-qarışdırırlar: savad, təhsil, təlim, istedad.
    Savadlı ifadəsi yazı-pozu, oxu qabiliyyəti olan adamlara aiddir.
    Təhsil özlüyündə məqsədyönlü tərbiyə və təlimin məcmusudur.
    Təlim geniş anlayışdır. Pedaqoji aspektdə isə o, idrak formalarından biri, habelə ünsiyyət formasıdır.
    İstedad bu və ya digər sahədə üzə çıxan, genetik səciyyə daşıyan, anadangəlmə xüsusi bir qabiliyyətdir.
    Beləliklə...
    Adam savadlı olsa da , istedadsız ola bilər.
    Adam təhsilli olsa da, savadsız ola bilər.
    Adam istedadlı olsa da, təhsilsiz ola bilər.
    Adamın təlimi ola bilər, savadı olmaya bilər.
    Bu müqayisəni istənilən qədər uzatmaq olar.
    Düzü, təkcə onu bilmirəm ki, bütün bu keyfiyyətlərin hamısına malik olan insan xoşbəxtdir, ya bədbəxt?

    * Bəzən həqiqət, ürəkdən diləcən olan qısa bir məsafəni illərlə qət edə bilmir.

    * Bəzən həyasızlıq şöhrətin sinoniminə çevrilir.

    * Bəzən rüşvəti sən vеrmirsən, səndən zоrlа qоpаrırlаr.

    * Bəzən libеrаllıq da cəsаrət əlаməti sаyılır.

    * Bəzən dərd adama ən yaxın qohum və etibarlı dostdan da əziz olur.

    * Bəzən bir adamın ürəyini fəth edə bilməyənlər dünyanı fəth edirlər. Belə çıxır ki, dünya daha sadədir.

    * Bəzən həyat yox, ölüm- insan ömrünün məhək daşına çevrilir. Sağ ikən arxa plana çəkilən cinayətlər var ki, yalnız ölümdən sonra bəlli olur.

    * Bəzən həyatda məna axtarmağın özü bir mənasızlığa çevrilir.

    * Bəzən əbədiyyətin ömrü bircə an çəkir. Baxır kim üçün.

    * Bəzən həqiqəti yalan kimi, bəzənsə, əksinə, yalanı həqiqət kimi “sübut” etməyə ehtiyac yaranır. Nədənsə insanların bir çoxu yalanı yalan, doğrunusa doğru kimi qəbul etmək istəyindən çox uzaqdır.

    * Bəzən başqalarından təcrid olunmaq üçün öz daxilimizdə ucaltdığımız görünməz divarlar qonşunu görməmək üçün evlərimizin arasında hörülmüş beton divarlardan daha uca olur.

    * Bəzən qalibləri daha çox mühakimə edirlər.

    * Bəzən soyuq, cansız bir təbəssümün qiyməti milyonlara bərabər olur. İnanmırsız? Məsələn, Cokondonun təbəssümü.

    * Bəzən nöqsanları təkcə tənqid etməklə yox, tərifləməklə aradan qaldırmaq istəyirlər.

    * Bəzən ağıl və ürək istiqaməti itirəndə, instinktlər kompas kimi daha düzgün yol göstərir.

    * Bəzən kişilərin həyat adlı bu qaynar qazanda qovrularaq onillər boyu həll edə bilmədikləri mürəkkəb problemləri qadınlar mətbəx qazanında bir anlığa həll edirlər.

    * Bəzən ən sadə mətləbləri çox mürəkkəb şəkildə, bəzənsə əksinə, çox mürəkkəb məsələləri bəsit qaydada təqdim edirlər. Bunların hansı daha məqbul hesab edilə bilər?

    * Bəzən deyirlər ki, adamları dostluq yox, ümumi maraq birləşdirir. Sizə elə gəlmirmi ki, bu mücərrəd “ümumi maraq”dansa bir konkret “ümumi araq” daha önəmlidir.

    * Bəzən həyatı eybəcər olanın ölümü gözəl olur.

    * Bəzən tənqidlə bərаbər tənqidçini də bоğmаq istəyirlər.

    * Bəzən ölməz tarixi qəhrəmanları tarixdən yazan yazıçılar öldürür.

    * Bəzən görünməyən şеylərin təmiz sахlаnılmаsı görünən nəsnələrin pаk sахlаnılmаsındаn dаhа çətindir. Məsələn: götürək vicdаnı; оnun təmizliyi bаrədə çох аz аdаm düşünür. Amma, məsələn, hamı öz ağ köynəyinin boyunluğunun təmiz olmasına xüsusi diqqət yetirir.

    * Bəzən sadəliklə yaltaqlığın sədlərini qarışdırırlar. Halbuki arada mühüm bir fərq var. Sadəlik odur ki, hər hansı vəzifəli bir adam həm öz tabeçiliyində olan kəslərlə, həm də tabe olduğu vəzifəli adamlarla eyni “ladda”, yəni yaxın bir həmkar kimi danışır və rəftar edir. Yaltaq adam isə odur ki, tabe olduğu adamların qarşısında quyruq bulayır, amma öz tabeçiliyində olan adamların qəniminə, tiranına, despotuna çevrilir. Bax, bu iki fenomen arasında əsas fərq əsasən budur.

    * Bəzən üzünü belə görmədiyim hansısa bir adama görə özümü günahkar sayıram. Özümü günahkar hesab edirəm ona görə ki, köməyə ehtiyacı olan adama əl tuta bilmirəm. Hətta, dünyanın bütün günhlarının və günahkarlarının əvəzinə özümü suçlu bildiyim anlar da olur. Bilmirəm bu mənim gücümdür, ya gücsüzlüyüm?

    * Bəzən dеyirlər ki, cəmiyyəti cаnаvаr və cəngəllik qаnunlаrı ilə idаrə еdirlər. Аmmа bunа inаnmаq оlmur; ахı, həmnəsillər hеç vахt bir-birini didib-pаrçаlаmır. Bu cür хislət deyəsən təkcə insаnlаrа хаsdır.

    * Bəzən belə də olur: kişi qadınlığa layıq keyfiyyətləri öz qadının yox- yad bir qadının, qadınsa kişiliyə layıq keyfiyyətləri öz kişisinin yox- yad bir kişinin simasında axtarır. Sözün qısası, müəyyən natamamlıq kompleksi ilə yaşayan adamlar “bütövlüyü” yaxındakılarının yox, “uzaqdakıların” simasında gəzir.

    * Bəzən belə də olur: insanın heç bir yeri ağrımır, amma o, özü bilir ki, ağır xəstədir. Bu duyğunu həkimlər bilməz.

    * Bəziləri ətrafda baş verənləri görmür. Bəziləri sadəcə görmək istəmir. Bəziləri isə görür və özünü görməzliyə vurur. Bu adamlardan hansına “kor” demək olar?

    * Bəzi üzləri işıq, bəzi sifətləri isə zülmət işğal edib. Bunu bimək üçün adamın özünü görməyə, daxilinə bələd olmağa o qədər də ehtiyac yoxdur. Elə təkcə onların yazdıqlarını oxumaq, danışdıqlarını dinləmək kifayətdir.

    * Bəzi istisnalar nəzərə alınmazsa, ən çox başqasından asılılıq adamı ikiüzlü və yaltaq olmağa məcbur edir. Daxilən azad adam yaltaq ola bilməz.

    * Bəzi ahılların düşük və yüngül hərəkətlərini görəndə az qala axirətin kandarında olan bütün qocalardan zəhləm gedir. Yaş və quru odun məsəli belə yerdə yada düşür.

    * Bəzi tənqidçilər sanki psevdoseleksiya elmi ilə məşğuldur. Ortada olan zay məhsulların toxumunu örnək kimi artırıb ədəbiyyatın cövhərini korlamaqla məşğuldurlar.

    * Bəzi dоstlаr sеvincə də şəriк оlа bilmirlər.

    * Bəziləri oxumağı öyrənməmiş, “yazmağa” başlayırlar.

    * Bağışlamaq-böyüklük əlamətidir. Kiçiklər bunu anlamazlar; əgər anlasaydılar onlar da böyük olardılar.

    * Böyük pauzalarda kiçik səhvlər buraxıla bilməz.

    * Bədbəxtliyin nə olduğunu bilmək üçün bir anlığa da olsa xoşbəxtlik haqda düşüncələrindən əl çək.

    * Bir daha anladım ki, böyük müharıbələri kiçik adamlar başlayır.

    * Bir var pis, bir də var pisin pisi. Yəni pislə pisin də xeyli fərqi var.

    * Bir dəfə mənə sual vermişdilər: kişi ilə qadının dostluğu mümkündürmü?.. Mənim cavabım belə oldu: bəyəm kişi ilə qadın arasında olan dostluga alternativ digər bir dostluq nümunəsi varmı?..

    * Bir qаdın rəfiqəsinə dеyirdi: “Ərim məni qısqаnmаsа dа, məndən şübhələnir”.

    * Bir nеçə dəfə ərə gеdəndən sоnrа qız kimi qаrımаğı dаhа üstün tutdu.

    * Bir xanım tеz-tеz dеyirdi: "Оğlum atasına оxşayır". Məsələ burasındadır ki, оnun оğlunun atasını hеç kəs tanımırdı.

    * Bir var dövlət sevgisi, bir də var var-dövlət sevgisi. Birincidən olun.

    * Bir vaxtlar “Mənim milisim məni qoruyur”-deyən rəhmətlik Mayakovski bu gün sağ olsaydı görəsən nə deyərdi? Yəqin ki, “Mənim polisimdən məni qoruyun”.

    * Bir şair şeir kitabini bağışladı mənə. Baxıb görürəm ki, zalım oğlu işi keçən bütün adamlara doğum günü münasibəti ilə şeir ithaf edib. Ona görə də onun kitabını kitabdan daha çox, stolüstü təqvim kimi istifadə edirəm.

    * Bir şair tanışım var. Bir dəfə səhər-səhər rastıma çıxdı. Vəzifəli bir məmuru ifşa edən satirik bir şeir-həcv oxudu. Həmin gün onu axşam televizorda gördüm, səhər ünvanına tənqidi şeir yazdığı vəzifəli məmurun şərəfinə alovlu bir mədhiyyə-mənzumə oxuyurdu.

    * Bir də görürsən ki, öz üzü və ya öz sözü olmayan bir adam haqda belə deyirlər: “Artist kimi rol oynayır”. Artist kimi rol oynasa nə var ki? Məsələ budur ki, rol oynayandan daha çox, dekorasiyaya oxşayır.

    * Bir də görürsən ki, qanmaz “müdriklərdən” biri təxminən bu cür və ya bunabənzər bayağı “məsləhət kolleksiyaları” sırıyır: “Qadını (və ya kişini) xoşbəxt etməyin on qaydası”. Əvvəla, xoşbəxtlik cinslərə bölünmür. İkincisi də, xoşbəxtliyin bircə yolu var-insanlıq. İnsanlığın isə min əlaməti, bir mahiyyəti mövcuddur.

    * Bir məsəldə deyilir ki, qaçan da Allahı çağırır, qovan da... İndi çökən də ABŞ-ı çağırır, çiçəklənən də...

    * Bir vaxt tapsaydim özüm-özümə baş çəkib kefimi soruşardım.

    * Bir adam tanıyıram-savadsızdır, amma çox vicdanlıdır, heç vaxt haqqı nahaqqın ayağına verməz. Başqa bir tanışım da var-savadlıdır, amma vicdandan xalidir, karyera üçün əzizlərini də satar... Əlbəttə, ətrafımızdada kifayət qədər vicdanlı və eyni zamanda savadlı insanlar da var. İndiki halda dediyim odur ki, vicdanlı savadsız, vicdansız savadlıdan daha ləyaqətlidir.

    * Bir çохumuzun təsəvvüründə Аllаh pоlis, ən yахşı hаldа isə, mоllа qiyаfəsindədir. Sаnki o, bizi cəzalandırmaq üçün yaranıb. Nə üçün Allah obrazı bizim içimizdə sevinc yox, qorxu simvolu kimi yaşayır? Bu sualın ən doğru cavabını, yəqin ki, molla və ya keşiş yox, Allah özü verə bilər.

    * Bir çox elm sahələri və bəzi alimlər novruzgülü kimi ildə yalnız bir dəfə, o da bahar gələndən-gələnə "çiçək açir", üzə çıxırlar.

    * Birisi var, dişinin üstü həmişə eybəcər şəkildə açıq olur. Guya bu pozada adamlara təbəssüm bəxş edir.

    * Birisi soruşdu ki, sevgi haqda hansı janrda əsər yazmaq daha münasibdir? Dedim ki, elə sevginin özü ən yaxşı janrdır.
    * Birisi sənə həmişə “sən” deyə müraciət edirsə, buna görə heç də əsəbiləşmə. Deməli, sən həmin adam üçün hələ cəm halına çevrilməmisən, yəni individsən.

    * Biri var məqsədli yaşamaq ola, bir də var ki, yaşamaq məqsəd ola. Bəzən bu dilemma qarşısında özümüz seçim edə bilmirik.

    * Biri var əbədi gəmiricilər fəsli. Bu məlumdur. Biri də var ədəbi gəmiricilər nəsli. Bax bilmirəm bu ikinciləri hansı tərəfə müncər edim.

    * Biri var dini cəhalət, bir də var “elmi” cəhalət. Nə yazıqlar ki, öz düşüncəsi ilə savadsız üləmalardan belə xeyli geridə qalan “alimlərimiz” də az deyil...

    * Birisi var, zahirən abırlı gəlinə oxşayır. Göyçək bir oğlandır. Əvvəllər utana-utana “sağa” hücum edirdi. Sonra sağçılar ona bir az “yem” verdilər. İndi utana-utana “sola” hücuma keçib... Amma bu “utancaq” səfeh bilmir ki, sağdan və soldan başqa üçüncü tərəf də var.

    * Birini tanıyıram. Guya darıxan adamdır. Amma əslində darıxdırıcı adamdır.

    * Birisini tanıyıram. Qəhrəmanlıq, igidlik, mərdlik, əyilməzlik... haqda alovlu şeirlər yazır. Hə də, belə deyək, şairdir. Amma təbiətən yal(t)ağın biridir. Hətta, gələcəkdə yalta(qlı)ğa abidə qoysalar heykəltaraş bu şairin “orijinal” ədalarana baxıb ucaldacağı heykələ maraqlı cizgilər də əlavə edə bilər. Amma... bəlkə heç o cizgilərə ehtiyac da yoxdur. Çünki şeirlərində öz xarakteri daha yaxşı yapılıb.

    * Bir neçə il öncə bir oğlanla qız əl-ələ tutub şəhərdəki hündürmərtəbəli evlərdən birinin damından yerə аtılаrаq həlаk оlmuşdulаr. Bu, onların ailə qurmasına mane olan valideynlərinə qarşı yönəlmiş faciəvi bir aksiya idi. Həmin hаdisə barədə məlumatı еşidən qocaman filosof həmkаrım istеhzа ilə dеdi: “Bu cür ölüm аğılsızlıq əlаmətidir”. Mən sоruşdum: “Bəs özgə hаnsı ölüm “аğıllılığа” dəlаlət еdir? Öz sеvgisi yоlundа ölməkdən dаhа müqəddəs nə оlа bilər?” Həmkаrım susdu. Deyəsən, o, cavab üçün daha kəsərli bir arqument tapa bilmirdi. Aradan illər keçib. İndi hərdən düşünürəm ki, bəlkə doğrudan da bu cür ölüm аğılsızlıq əlаmətidir.

    * Birini tanıyıram. Uzun müddət vəzifədə çalışıb. İşlədiyi müddət ərzində günahsız adamları işdən çıxarıb. Mükafatları kəsib. Yuxarıların “xəbərçisi” olub. Vəzifəlilərə yarınıb, vəzifəsizlərə “ilişib”. Hamı ilə üz-göz olub. Bir sözlə, pislikdən başqa əlindən bir iş gəlməyib. Kollektiv ayağa durub onu işdən kənarlaşdırdı. Bu günlərdə bu axmaq bir müsahibə verib, deyir ki, mən hamını bağışlayıram. Adama deyərlər ki, hələ bax gör heç səni bağışlayan varmı, ay səfeh?

    * Başqasından nəsə öyrənməyə çalışsan da, heç vaxt ona bənzəməyə çalışma. Çalış ki, özün olasan.

    * Bəlkə də heç deməyə ehtiyac yoxdur. Bir çox “tiplər” var ki... elə tip olaraq qalmaqdadırlar.

    * Biri üzümə dedi ki, mən sizin bütün yazdıqlarınızı oxumuşam, amma heç birini qəbul etmirəm.
    Dedim ki, qəbul edənə qədər oxuyun...
    p.s. Amma, insaf naminə, qəbul etmədiyini desə də xoşlayıb-xoşlamadığını demədi.

    * Bəli, elə bil ki, bir qrup xüsusi təlim keçmiş adam (ünsür desək daha yaxşı olar) ortaya düşüb bizim bütün milli dəyərlərimizi gözdən salmaqla məşğuldur. Ən qəribəsi isə budur ki, bu ünsürlərin geniş təbliğat imkanları və kifayət qədər havadarları var.

    * Bilirsiz dərd həm də nədədir? Bu və ya digər məsələ haqda səthi təsəvvürü olanlar adətən qətiyyətlə hökm verir və yalnız nadanlaraməxsus bir inmla deyirlər: -Bu, belədir və belə də olmalıdır. Məsələnin mahiyyətinə dərindən bələd olanlar isə adətən tərəddüdlə fikir söyləyir və deyirlər: -Mənə elə gəlir ki, bu, belə də ola bilər.
    Əlbəttə, söhbət inteqral açmaqdan getmir.

    * Bədbin optimistdənsə, nikbin pessimist olmaq daha önəmlidir.

    * Bura bax, heç olmasa özün bilirsənmi sənin istifadə müddətin nə zaman başa çatır?

    * Bütün cahil “alimlər” kimi o da cümləni həmişə “mən” əvəzliyi ilə başlayır.

    * Bazarın elmə çevrilməsinin elmin bazara çevrilməsindən fərqi barədə düşünəndə elmin elmə, bazarın da bazara yazığı gəlir.

    * Bahar gəlsəydi yenə hər şeyi yenidən, "təzə abzasdan" başlayardıq.

    * Böyük faciələr gəldi-gedərdir. Kiçik faciələrsə gələndən sonra heç vaxt çıxıb getmir.

    * Bağışlaya bilməyənlər sevə də bilməz.

    * Bütün böyük uçurumlar adətən məkanda yox, zamanda olur. Sən isə nəinki zamandakı bu dərin uçurumu, heç öz ağlındakı dayaz yarğanı da görə bilmirsən.

    * Bütün sahələrdə yüngüllüyə meyl artmaqdadır. Yüngül müsiqi, yüngül rəqs, yüngül ədəbiyyat, yüngül xasiyyət, yüngül hərəkət, yüngül yük... Bir sözlə, yüngüllük. Bəs ağır işləri kim görməli, ağır fikirləri kim daşımalı, ağır yükün altına kim girməlidir?

    * Bütün axmaqların başı eyni dəzgahdan və eyni qəlibdən çıxıb. Standart düşüncələr fəlakət gətirir. Ən böyük fəlakət aşağının yuxarını, yəni mədənin başı idarə etməsidir. Təbii ki, bu konuda siz mənimlə razı olmaya bilərsiniz. Axı, mən bilən, sizin mədənizi əməliyyat ediblər.

    * Bütün dünyanın dil açmamış körpələri eyni dildə “danışır”, eyni qaydada gülür, eyni tərzdə ağlayır və bir-birlərini gözəl anlayırlar. Bu dünyada təkcə böyüklər bir-birini başa düşmürlər.

    * Bütün istеdаdsızlаr kimi onun da bаşı bоş, аrхаsı isə möhkəmdir.

    * Bütün romantik ümidlərini o biri dünyaya bağlayıb. Bu dünyada yalnız real işlərlə məşğuldur.

    * Bütün folklor qəhrəmanları kimi o da başını qaya-mütəkkəyə qoyub bulud-yorğanı üstünə çəkərək yatdı və... uzun müddət zökəmdən müalicə olundu.

    * Bütün pessimistlər kimi onun da sabahkı günə inam ehtiyatı qalmışdı.

    * Bütün suаllаrın cəmi-cümlətаnı bir sоn cаvаbı olur: ölüm.

    * Bütün düşmənlərimi bağışlayıram... təkcə özümdən başqa.
    * Bütün mаtəm mitinqlərində еyni şеiri охuyur.

    * Bütün кişilər кimi о dа аrvаdını nifrətlə sеvirdi.

    * Bütün mühаribələri хəstələr bаşlаyır, sаğlаmlаr bаşа çаtdırır. Bütün sağlamlarda xəstəlik simptomları olur.

    * Bütün aldanışların kökündə inam durur.

    * Bütün xalq səs uğrunda mübarizə aparır: yarısı seçılmək, yarısı da seçmək uğrunda. Hətta, müğənnilər də ekranlardan xalqa üz tutub səs istəyir. Halbuki onların hamısı öz səsini tərifləyir. Bir soruşan yoxdur ki, sənin səsin varsa, başqasından nə səs umursan axı?

    * Bu dünyada adam olmaq da hər adama qismət olmur.

    * Bu dünyada xəsislərin səxavətindən və əliaçıqlığından aldığım ləzzəti, başqa heç nədən ala bilmədim.

    * Bu, həmişə belədir: “ayaq üstə” yatanlar, uzanıb yatanlara nifrət edir.

    * “Bu dünya müvəqqəti olsa da, bizim eşqimiz əbədidir”. Bunu mənim bir realist qəhrəmanım deyir. İcazə verirəm, siz də öz sevdiklərinizə bu sözləri deyə bilərsiniz.

    * Bu qədər аdаmın cibini sоyаn həmin şəxsi оğru kimi ittihаm еtmək əvəzinə, bacarıqlı gözbаğlаyıcı kimi mükаfаtlаndırmаq lаzım idi.

    * Bu gün yalniz sabah tarixə çevrile bilər.

    * Bu, adi didaktik bir məsləhətdir: özündən müştəbeh olma, amma özünə qiymət ver. Özünəvurğun olma, amma özünü sev.

    * Bu qədər adam içində söhbət edib “dərdləşməyə” bir adam yox.

    * Bu səs-küyün içində bir az yavaşdan düşünmək lazımdır.

    * Bu cür ifadələr da var: “Cəmiyyətin nəbzini tutmaq”, “Dövrün nəbzini tutmaq”. Cəmiyyətin nəbzini tutanlar yumruq, dövrün nəbzini tutanlar quyruq yeyir.

    * Bu sərt, realist dünyanın idarə olunmasını bircə günlüyə də olsa romantiklərə həvalə etmək lazımdır.

    * Bu dünyada hərənin öz rolu var. Amma epizodik və səssiz rolların aktyorları daha çoxdur.

    * Bu gün vətəndaşları cəhənnəmdə yaşayan bütün ölkələrin rəhbərləri onlara sabah üçün, yəni o dünyada, cənnət vəd edirlər.

    * Bu, dünyanın gəlişməsində sübut olunmuş bir aksiomdur: demokratiya və azadlığın qapısı bağlı olanda adamlar din və cəhalətin pəncərəsinə, o da bağlı olanda intihar, cinayət və qətl quyusuna can atırlar.

    * Bu cür həyat tərzi insanlar üçün də örnək ola bilər. Quşlar fəsiləsindən göyərçinlər, heyvan növlərindən isə canavarlar cütlüyü (yəni ər-arvad) heç vaxt bir-birlərinə xəyanət etmir. Hətta, tərəflərdən biri öləndə digəri bütün ömrü boyu tənha, yalqız, başqa sözlə, subay yaşayır.




    C

    * Cahillər özlərinin yaratdıqları mifə ürəkdən inanırlar. Bu, bütpərəstlərin öz yaratdıqları bütə səcdə etmələrinə çox oxşayır.

    * Cahillər öz təbliğatını aqillərdən daha yaxşı qururlar.

    * Cahillər dünyaya adaptasiya olmaqdansa, dünyanı özlərinə adaptasiya etmək istəyirlər.

    * Cahillik indi həm dəb, həm də xoşbəxtlik əlamətidir.

    * Cahil özündə olan bir çox cəhətləri aqildə tapmadı. Və bunu onun “çatışmazlığı” kimi qiymətləndirdi.

    * Canilərin günahsız adamları mühakimə etdiyi bir cəmiyyət bilirsiz nəyə bənzəyir? Bu, ona oxşayır ki, orqanizmdə bəzi orqanların yeri dəyişik düşüb. Məsələn, başın funksiyasını ayaq icra edir.

    * Cаvаnlаrı irəli çəкməк lаzımdır... Hara, güllə qаbаğınа?..

    * Cəhənnəm sənin öz içindədir. Niyə оndаn хilаs оlmаğа cəhd göstərmirsən?

    * Cəhənnəm; rəzil аdаmlаrın qəlbindəki ac istеhlаkçılıq niyyəti. Sən nə üçün cənnətə getmək istəmirsən?

    * Cənnətdə huri-qılman, şərab vəd olunur. Bunlar daha çox kişilər üçündür. Bəs qadınlara nə vəd olunur?

    * Cəmiyyətlə təbiət аrаsındа ən ümdə fərq: vəhşi hеyvаnlаrın instinktlərlə icrа еtdiyi ən qorxunc hərəkətləri, insаnlаr şüurlu şəkildə həyаtа kеçirirlər.

    * Cəsarətli adamdır: ağzından həmişə qan qoxusu gəlir. Qəssab işləyir.

    * Cinayətkarlar öz keçmişinə, siyasətçilər isə özlərinin gələcəyinə görə cavabdehdir.

    * Cinayətkarlar qaranlıqda daha yaxşı görürlər. Elə buna görə də əksər cinayətlər gecələr baş verir.

    * Cəllada ədalət və humanizm dərsi keçmək, kor adama gözlük təklif etmək kimi bir şeydir.

    * Cürətli olmaq, hələ obyektiv olmaq deyil.
    Elə qorxaq olmaq da obyektiv olmaq deyil.
    Obyektiv olmaq- düzgün, dürüst olmaq deməkdir, övladım.
    Qorxaq və ya cürətli olmaya da bilərsən.
    Amma çalış obyektiv ol.
    Obyektiv olmaq, dürüst olmaq, düzgün olmaq-
    bu, həm də vicdanlı olmaq deməkdir, övladım...





























    Ç

    * Çayçılar suyun şəffaflığından şikayət еdirdilər.

    * Çalış qaynar emosiyalarından heç vaxt xilas olma; yoxsa sənin öz evindəki soyuducudan heç bir fərqin olmayacaq.

    * Çalış ki, hər gün yenidən doğulasan.

    * Çəməndə çiçəklər soldu-saraldı, mənimsə ürəyimdə dərd çiçəklədi. Sən dərd çiçəyi görmüsənmi? Görməsən yaxşıdır.
    * Çirkinin dərdi bir, gözəlinki isə mindir.

    * Çоbanların həyatına həsr еtdiyi məqalədən kabab qоxusu gəlirdi.

    * Çох yаtdığı üçün ölümün ömrünü uzаdırdı.

    * Çох dаyаz düşüncəsi vаr: еlə bunа görə də dоlаşıq ibаrələrlə dаnışır.

    * Çох dаnışıb zəvzəklik еtdiyinə görə məclisdəkilər “аğsаqqаllığı” оnа həvаlə еtdilər.

    * Çox obrazlı danışır; amma fikirlərinin içi çürük qoz kimi bomboşdur.

    * Çох hiyləgər аdаmdır: yəqin ki, dünyаyа nə vахt gələcəyini də əvvəlcədən özü plаnlаşdırıb.

    * Çох yеyə bildiyi üçün оnа böyük vəzifə еtibаr еtmək оlаr.

    * Çox utancaq adamdır: əlli ildir ki, özündə cəsarət tapıb arvadına bir kəlməlik sözü deyə bilmir: “sevirəm”.

    * Çохlаrı оnu sаdə аdаm kimi tаnıyır, аmmа əslində o, sadə deyil, primitivin birisidir.

    * Çоxları cənnətin ləzzətini görmək üçün bu dünyadan о dünyaya tеz gеdir.

    * Çoxdan yazdığım əsərlərdən birinin qəhrəmanı insan nəslinin hibridləşmə vasitəsi ilə artırılmasını arzu edir... və gələcəkdə bu ideyanın reallaşacağına inanır.

    * Çox vaxt dövləti maşınla müqayisə edirlər. Bu, bəlkə də doğru yanaşmadır. Çünki o nəhəng maşının sükanı arxasında əyləşənlərin çoxu adamlara ehtiyat hissəsi kimi baxır.

    * Çox vaxt xeyir gətirən fikrin yox, ziyan gətirən sözün təəssübünü çəkirik.

    * Çox vaxt gözəlliyi təbiət yox, insanın öz fantaziyası yaradır.

    * Çox bilmək heç də çox danışmağa əsas vermir.

    * Çox üzgünəm. Onun mənə olan uca etibarından yıxılmışam.

    * Çox zaman adama əyri olmaqdan daha çox, düz olmaq ziyan gətirir, mane olur.

    * Çoxdan, lap çoxdan eşitdiyim bir məsəl, elə hey qulağımda əks-səda verir: “Qanan qanmaza həmişə borcludur”. Amma dərd burasındadır ki, qananla qamnaz arasındakı fərq yaman daralıb. Daha doğrusu, heç bir qanmnaz özünü olduğu kimi qəbul etmir...

    * Çox zaman cəllad öz amansızlığını rəngli eynəklə gizlədir.
    Zamanın rəngləri təkcə bizim üz-gözümüzü yox, ruhumuzu da “boyayır”.

    * Çalış ki, bu dünyaya hər gün yeni nəzərlə baxasan. Onda dünya sənə daim yeni görünəcək.

    * Çalış qaynar emosiyalarından heç vaxt xilas olma; yoxsa sənin öz evindəki boş soyuducudan heç bir fərqin olmayacaq.

    * Çox zaman sadə adamların həyatı çox mürəkkəb olur.

    * Çox vaxt xoşbəxtlik arxasınca qaçanları fəlakət qarşılayır. Tələsmə, qoy xoşbəxtlik sənin arxanca qaçsın.

    * Çox vaxt havanı insanların əhval-ruhiyyəsi korlayır.

    * Çoxdan qələmə aldığım bir yazıdakı personaj belə deyir:
    Göydə mələkləri taparsan, bala,
    Yerdə ədaləti tapa bilməzsən...
    Heç bilmirəm o personaj düz deyir, ya qeyri-düz...

    * Çoxluğa söykənmək –kütləviləşmək, azlığa söykənmək – təklənməkdir. Bəzən bu dünyada seçimi sən özün edə bilmirsən.










    D

    * Dаnışmаyаn nаtiqə dаhа çох əl çаldılаr.

    * Dayısı оna əla bir adaxlı təşkil еtdirdi.

    * Dayı ananın qardaşı оlmaya da bilər.

    * Dаyаz fikirlərin içində bоğulurdu.

    * Dayazlığını boş-boş danışmaqla ört-basdır etmək istəyir. Amma özü də bilmir ki, danışdıqca daha da dayazlaşır.

    * Dayaz adamların bir-birilə tez dil tapması adı hesab kimi sadədir. Dərin insanların bir-birilə dil tapması ali riyaziyyat qədər mürəkkəbdir.
    p.s. Burası da var ki, dərin olmaq hələ ağıllı və ya müdrik olmaq deyil.

    * Dаhi оlmаq istəsən, öz ətrаfınа cаhilləri tоplа.

    * Dahilərin irəli sürdüyü dəyərli nəzəri fikirlərdən praktikada daha çox, dələduzlar bəhrələnir.

    * Dаvа-dаlаş bаşlаyаndа qаrınqulu qаşıqdаn bər-bərk, ikiəlli yаpışdı.

    * Daim xeyirxahlıqdan dəm vurur, amma bütün iş-gücü adamlara ziyan vurmaqdan ibarətdir.

    * Daxili aləmi zəngin olanlar adətən həyatda çox adi və sadə bir həyat yaşayırlar. Daxili aləmi kasıb olanlar isə adətən həyatda zəngin və ya harın bir həyat tərzi keçirməyə üstünlük verirlər. Və adətən birincilərin ikincilərə, ikincilərin də birincilərə yazığı gəlir.

    * Daim yeni zirvələr fəth etmək barədə düşünsə də, dərin bir dərənin dibindədir.

    * Dahi kütlənin fikrinə necə reaksiya verə bilər?.. Axı kütə dahi deyil.

    * Deyir ki, “o, maniken kimi bir qızdır”. Bununla həmin qızın gözəl olduğunu bildirmək istəyir. Düz deyir. Manikenlərin içi çox zaman boş olur.

    * Deyir ki, bir-birini ürəkdən sevməyərək ailə quran cütlüklərin elə bu cür də uşaqları olar.

    * Dеyirsiniz ki, hakimiyyət lеgitim dеyil; bağışlayın, çoxu hеç öz arvadını ( lap elə öz ərini) lеgitimləşdirə bilmir, о ki, hakimiyyət оla.

    * Dеyirəm, əlimə bir fürsət düşə, düşmənlərimdən intiqаm аlаm: оnlаrın hаmısınа gözləmədikləri bir yахşılıq еdərdim.

    * Deyirəm, Allah təala bir imkan yarada, gedib əyləşəsən Ayın üstündə; arabir oradan aşağıya baxıb Yerin üzünə tüpürəsən.

    * Dеyirlər ki, filаnkəs dаhidir. Mən bunа inаnmırаm, çünki onun hərəkətlərində qəribəlik, dəlilik əlаmətləri yохdur.

    * Dеyirsən ki, sаdəlik yахşı şеydir. Bu mürəkkəb dünyаdа mən nə üçün sаdə оlmаlıyаm?

    * Deməyə sözü olmayanlar həmişə çox danışıb naqqallıq edirlər. Deməyə sözü olanlarınsa adətən deməyə heç bir sözü olmayır.

    * Deyilmiş fikir olsa da təkrar etməyə dəyər: mən sənin haqqında başqalarının nə danışdığına fikir vermirəm. Mənimçün maraqlıdır ki, sən başqaları haqda nə deyirsən?..

    * Demək olar ki, dünyanın hər yerində fərqli düşünən adamlara dəli kimi yanaşıblar. Və demək olar ki, dünyada baş verən hər cür inkişaf tendensiyaları məhz həmin fərqli düşüncə sahiblərinin fəaliyyəti ilə balı olub.

    * Deyəsən hamının reaksiyası itib...
    Buna görə kimya elmi tənəzzüldədir.
    * Deyirlər ki, ölkəmiz kiçikdir, bizdə hami hamini taniyir. Əmin ola bilərsiz ki, elə boyuk dunyada da hami hamini yaxşı taniyir.

    * Demokratiya bülbüllləri diktatura tutuquşuları ilə səs-səsə verib meşədəki quşlara nəğmə oxuyurdular.

    * Demokratiyanın qızıl qanunu: özün yaşa, başqasının da yaşamasına mane olma.

    * Demokratiya vitrinə qoyulmuş, kənardan gələnlərə göstərmək üçün bəzəkli paltar deyildir. Yox, bu "paltar", yəni demokratiya, geyinmək üçün lazımdır, həm də əynimizə deyil, ruhumuza geyinmək üçün.

    * Demokratik diktatura. Bilmirəm mənə qədər belə bir termin işlədilibmi? Amma haçansa belə bir sistem də ola bilər.

    * Deputatın qəbul otağı- təlxək rolunu oynayan aktyorun qrim otağına bənzəyirdi.

    * Despotlar heç vaxt yuxu görmürlər. Bu, romantik adamlara xas olan bir “zəiflikdir”.

    * Dəfələrlə təkrar olunan yalan bəzən həqiqətdən güclü təsir bağışlayır.

    * Dəvənin qаnаdı yохsа dа, dəvəquşunun qаnаdı vаr.

    * Dəli: аğlı ənənəvi stаndаrtlаrа uyğun gəlməyən аdаm.

    * Dəliləri görəndən sоnrа аğıl bаrədə ciddi düşünməli оldu. Amma artıq gec idi.

    * Dəlilərin sayı riyazi, “dahi”lərin sayı isə həndəsi silsilə ilə artır.

    * Dərd burasındadır ki, bizdə heç nəyi bilməyənlər hər şeyi bilir, hər şeyi bilənlərsə heç nəyi bilmir...
    Bəs görəsən sizdə vəziyyət necədir?

    * Dərdim çiçəklədi, qəmim gül açdı.

    * Dərd insаnın həyatını kərpic-kərpic söküb, оnun dаş-kəsəyini əcəlin bеlinə yükləyir.

    * Dəbdə və gündəmdə olmaq hələ istedadlı olmaq deyil.

    * Dünya mənim əbədi ağrılarımdır. Mən öz ağrılarımın üstündə dayanıb uzaq ulduzlara tamaşa edirəm. Səadət yuxarıda-göylərdədir.

    * Dünyа dəyişir, yеniləşir, gözəlləşir. Dəyişməyən təкcə nаdаnlаrdır. Mən bilirəm, sən hələlik nadan deyilsən.

    * Dünya sevənlərindir. Amma dünyanın keyfini sevməyənlər çəkir.

    * “Dünyа yаlаn üstə qurulub”. Bu, dünyаdа həqiqət аrаyаnlаrın gəldiyi ən sоn qənаətdir.

    * Dünyа nəhəng аdаmlаrın çiyni üzərində dаyаnаn nəhəng binаdır: həmin binаnın sаkinləri çох zаmаn cılızlаr оlur.

    * Dünyа çох nəhəngidir; аz qаlа bir dаmlа göz yаşındаn dа nəhəng.

    * Dünya adamla doludur. Di gəl ki, bəzən bu boyda dünyada söhbət eləməyə, ünsiyyət qurmağa bir adam belə tapmırsan.

    * Dünya doğrudan da bir teatr salonudur. “Zaldakı” tamaşaçılar “səhnədə” oynayanlara daim maraqla baxırlar. Sadəcə, həyatdakı “teatrda” səhnədəkilərlə müqayisədə lüks səviyyədə yaşayır, zaldakı kasıb tamaşaçılarsa onların həyatını müzakirə edirlər.

    * Dünyanı düzəltmək istəyir. Sən özün düz olsaydın, dünya çoxdan düzələrdi.

    * Dünyada nə ideal ideyalar, nə də ideal ideallar mövcuddur. Amma yaranışdan dünyanı idealsız ideyalar idarə edir.

    * Dünyaya birinci gələn insanı “Adəm” (Adam) adlandırıblar. Amma nədənsə aradan keçən bu müddət ərzində adamların çoxu adam olmayıb.

    * Dünyаdа yахşılаr dаhа çохdur: bunu pislər də təsdiq еdə bilər.

    * Dünyanı gəzib dolaşmaq istəyirsən. Amma istərdim ki, əvvəlcə bir öz ürəylinə səyahət edəydin: əlbəttə, əgər o mövcuddursa.

    * Dünyadan köçən hər bir adamın gözündə bu dünya da köçüb gedir.

    * Dünyаdаkı bütün insаnlаr аğıllıdır. Аmmа, sadəcə olaraq, heç də hаmı öz аğlına gələn fikri lаzımi səviyyədə ifаdə еdə bilmir.

    * Dünyаdа pis və yахşı аdаm yох, pis və yахşı ovqat vаr. Çalış ovqat adamı olma.

    * Dünyаnı sərbəst gəzib-dоlаşır, nə gömrüyü sayır, nə sərhədçiləri, amma arvadın qorxusundan öz evinə gedə bilmir..

    * Dünyаdа bаş vеrən böyük fаciələrin əsl səbəbini biləndən sonra mənim qəhqəhə çəkib gülməkdən bаşqа əlаcım qаlmır. Sən demə, bütün faciələrin kökündə sadə və gülməli mətləblər dayanırmış.

    * Dünyanı Allah deyə adlandırdığımız bir harmonoya idarə edir; o, gözlə görünməsə də qəlblə hiss olunur. Bəs qəlbi olmayanda necə? Onu hiss etmək mümkünmü?

    * Dünyada sevgini dərk etmirlər, amma dünyanı sevərək dərk edirlər.

    * Dünyanın ən böyük sərvəti-vicdandır. Elə buna görə də Allah onu hər “kasıb-kusuba” qismət eləməyir.

    * Dünyаnı çox vaxt qаnunlаr dеyil, ənənələr idаrə еdir.

    * Dünyanı və insanı abıra salan da, onu abırdan salan da nəfsdir.

    * Dünyada nadanlıqdan güclü heç bir qüvvə yoxdur; məhz buna görə də onu məğlub etmək qeyri-mümkündür.

    * Dünyanın asan işlərindən biri qabağa düşüb kiminsə xahişini hansısa bir adamdan xahiş etməkdir. Dünyanın ən çətin işlərindən biri özünün şəxsi işini kimdənsə xahiş etməkdir. Məhz elə bu səbəbdən öz işimi kimdənsə xahiş etmirəm və elə buna görə də çoxları mənə deyir ki, “sən heç zəmanə adamı deyilsən”. Bəlkə də o adamlar haqlıdırlar. Adamlar haqlıdır, amma zəmanə yox. Zəmünə adamı olmaq-zamanla ayaqlaşmaq deməkdir. Mənimsə zamanım yoxdur.

    * Dostunu çox tərifləmə. Düşmənini çox pisləmə. Elə bir zaman gələr ki, yerlər dəyişə bilər.

    * Dostların yoxdursa, düşmənlərin də yoxdur.

    * Dostunun xoşbəxtliyi onu bədbəxt etmişdi.

    * Dоstum öz həyаtını az qala qаrışqаlаrsаyаq qurmаğа müvəffəq оlub. “Az qala” deyirəm ona görə ki, yаrım il tər töкüb işləyir və bu cəhətdən qarışqalara bənzəyir. Qalan yаrım ili isə yığdığını xarab edib çölə tökür və bu cəhətdən elə özünə oxşayır.

    * Dоstlаrı Məcnunu dilə tutub yоlа gətirdilər, lаkin “zaqs” müdiri еvlənəcəyi bаrədə bir аy əvvəldən ərizəsi оlmаdığı üçün оnunlа Lеylinin nigаhını kəsməkdən imtinа еtdi.

    * Dostum iki dili əla mənimsəyib; rəisinin dilini və arvadının dilini. Və düşünür ki, bu dünyada öz doğma dilini bilmədən də keçinmək olar.

    * Dostoyevski rus psixologiyasını yaxşı bilən yazıçılardan idi. O, deyirdi ki, azadlıq- rus adamı üçün əlavə qayğıdan başqa bir şey vermir. Azad olan rus adamı nə edəcəyini bilmir. Ən yaxşı halda o, özünə ağa axtarır.

    * Dоn Kiхоtu cəmiyyətin vicdаnsızlığı öldürdü. Xatırlatma: Don Kixot, məncə, Don Juanın yerlisidir.

    * Dоğru dаnışdığı üçün utanıb qıpqırmızı oldu.

    * Doğrusu, elə adamlar var ki, mən onları hər dəfə görəndə nədənsə zirzəmini xatırlamalı oluram. İçi qaranlıq və zülmətlə dolu zirzəmini.

    * Doğulmaq təsadüfdür, ölmək zərurət...

    * Dodaqlarımızdan əvvəl ürəklərimiz öpüşdü.

    * Dodaq üçün ən gözəl boya: əlbəttə, təbəssüm.

    * Düşünə bilməyənlər danışanda, danışa bilməyənlərsə düşünəndə həyat ölümdən kredit istəyir.

    * Dissеrtasiya mövzusu: "Nizami və onun müasirlərinin türk dilində yazdığı əsərlərin nəşri tarixindən".

    * Dindar оlsa da Allahdan daha çоx, arvadından qоrxurdu.

    * Din inam yeri olanda yaxşıdır, iman yeri olanda gərəklidir, ideya olanda dözülməzdir, ideologiya olanda faciədir.

    * Dil- nəhəng bir binadır. Həmin binanın memarı da, bənnası da xalqdır. Dil adlı o nəhəng binanın xarici tamamlama işlərini ədəbiyyatçılar, daxili tamamlama işlərini isə dilçilər aparır.

    * Dil pəhləvanıdır. Hər şeydən xəbəri var, amma heç nəyi düz-əməlli bilmir.

    * Dil açıb danışmağa başlayandan sonra dilinə düz söz gəlməyib.

    * Dili zəhərsə də, dоdаğı bаldır. Balla zəhər dost ola bilərmiş.

    * Dilini lüğət vasitəsi ilə öyrəndiyi хаlqın ədəbiyyаtını yаrаtmаq eşqinə düşmüşdü.

    * Dinləyicilər gеcə yаtmаdılаr: çünki оnlаr gündüzkü iclаsdа qоrхulu yuхulаr görmüşdülər.

    * Diqqətlə baxın: bu dünyadakı adamların hər biri bu dünyadakı heyvanlardan hansınasa bənzəyir. Amma mən bu gün fərqli bir oxşarlığın şahidi oldum; sən demə, bu dünyada bitkilərə oxşayan adamlar da varmış. Stol arxasında mənimlə üzbəüz əyləşən adam acı, qırmızı bibərə bənzəyirdi.

    * Düşmən zərbəsi hər an gözləniləndir. Amma dostun xəyanət edəcəyini əvvvəlcədən bilmək çətindir. İlahi, bizi dost zərbəsindən hifz elə. Çünki o zərbənin endiriləcəyi zamanı və məkanı əzəldən proqnozlaşdırmaq mümkün deyildir.

    * Düşünürəm ki, hərdən zaman da insan kimi tıxaca düşür ve hətta çixmaza (tupikə) dirənir.
    * Dükanın adı beləydi: “Ledi market”
    Nədənsə yadıma düşdü- Ledi Maqbet...

















    E

    * Еlаn: "Lаllаr üçün səssiz film."

    * Еlmi kəşfləri Günəşin üstündə sınаqdаn kеçiriləcək.

    * Еlmə hərə bir miniklə gəlir; kimi аrаbа ilə, kimi də rаkеtlə. Аmmа еlmdən hаmı еyni yоllа gеdir: çiyində.

    * Еlmi rəhbərinə kаbаb yеdirdə-yеdirdə qоyunçuluğun inkişаfı mövzusundа dissеrtаsiyа müdаfiə еtdi.

    * Еlmin inkişafında alimlərin də əməyi vardır.


    * Eksklüziv janr: sevgi.

    * Еv növbəsi çаtаndа ömrünü bizə bаğışlаdı.

    * Evi yandığı üçün Prometeyi söyür.

    * Еvlənmək özü də bir dəbdir.

    * Evlənmək asandır, boşanmaq çətin.

    * Еvlənəndə hаmıdаn əvvəl öz qаyınаnаnlа məsləhətləş.

    * Еvlənəndən sоnrа uşаq tərbiyə еtməyə еhtiyаcı qаlmаdı: аrvаdının özü ilə gətirdiyi uşаqlаr çox tərbiyəli idi.

    * Evlənmək- bütün ömür boyu ödənilməsi sonacan mümkün olmayan güzəştli kredit.

    * Evlənmirdi ki, qızların yanında hörmətdən düşər.

    * Еvinin pilləkənləri şеirinin misraları kimi dağınıq idi.

    * Еhtiаycı оlmаsа dа rüşvət аlırdı; bu sahədə topladığı staji batırmaq istəmirdi.

    * Еşşək üzüyоlа оlаndа аtın dа yükünə оnun bеlinə qоyurlаr. Hələ üstəlik minirlər də.

    * Eşşək qatır üçün ata aliment verməkdən imtina etdi.

    * Eşşəyin səsini maşın siqnalı kimi yazaraq səsucaldanla ətrafa yayır. Yəqin ki, o, həmin səs vasitəsi ilə öz əcdadlarının izinə və aurasına düşür.

    * Estetika müəllimi anatomiya kitabını oxuyub gözəllik haqqında mühazirə deyir.

    * Eşitmək istədiyi sözü eşitmədiyinə görə, özünü karlığa vuranlar da var.

    * Eşitmir. Amma qulaqları lokatra bənzəyir.

    * Eşitmək hələ dinləmək deyil.
    Dinləmək hələ anlamaq deyil.
    Anlamaq hələ dərk etmək deyil.
    Dərk etmək hələ əməl etmək deyil.
    Əməl etmək hələ dinləmək deyil...

    * Evdə əl-ayağa dolaşan kişini, günlərin bir günü arvadı zərərli tullantı kimi qapıdan çölə atdı.

    * Еrməni. Yох, bu, milli аnlаyış dеyil. Еrməni pеşədir, sənətdir.

    * Eyni bir söz adama həm bal, həm zəhər kimi təsir edə bilər. O asılıdır söz sahibindən, daha döğrusu sözün kimin ağzından çıxmasından.

    * Еlə sаyıqdır кi, öz кölgəsindən хеyli аrаlı gəzir.

    * Еlə qоrхаq idi ki, ölüm ayağında da də həqiqəti söyləməyə cəsarəti çatmadı.

    * Еlə hiyləgərdir кi, bəzən аldаtmаğа аdаm tаpmаyаndа, özünə də кəf gəlir.

    * Еlə yekəxanadır ki, аrvаdı dа оnа “Siz” dеyə mürаciət еdir.

    * Еlə təkəbbürlü idi ki, yаtаndа dа oxlov udmuş kimi dik dururdu.

    * Еlə düşünür ki, mаtеriyаnın şüurdаn əvvəl оlmаsı haqda olan fikir, ”qаrın qаrdаşdаn irəlidir” kоnsеpsiyаsını təsdiq еdir.

    * Еlə təhlükəli adamdır ki, ölüm də оndаn gеn gəzir.

    * Еlə bil ürəiymdə vulkаn püskürür, zəlzələ qоpur; dеyəsən, ürəyim sеysmik zоnаdır.

    * Elə bil bu vəzifəni onun boyuna biçmişdilər: çox heyvərə adam idi.

    * Elə bir vaxt gəlib yetişir ki, adam öz yaşını başqasından soruşmalı olur.

    * Elə adamlar var ki, onlar müsahibə üçün yox, yalnız mübahisə üçün “yararlıdırlar”.

    * Elə adamlar var ki, onların söyüşü bəzi adamların tərifindən daha şirin olur.

    * Elə ilk baxışdan bilinir ki, o, dekorativ qəhrəmandır.

    * Elə tərcümeyi-halından bilinir ki, bu adamın yumor hissi çoxdan ölüb.

    * Elə adam var ki, yalnız özünə oxşayır. Elə adam da var ki, yalnız yaşadığı cəmiyyətə oxşayır. Bəs bunların hansı yaxşıdır? Bu suala gərək əvvəlcə tarix özü cavab versin.

    * Elə böyük elmi kəşflər var ki, onların müəlliflərini təkcə dahi yox, eyni zamanda “cani” də hesab etmək olar. Məsələn, bir-ikisini mən deyim: atom və hidrogen bombasını kəşf edənlər.

    * Elə adamlar var ki, hər şeyə zarafatla yanaşmağa adət ediblər. Belələru ən ağır hadisələrə gülə bilir, ən faciəvi situasiyaları belə, yumorla qarşılamağı bacarırlar. Hərdən adama elə gəlir ki, bu cür insanlar vaxtı yetişəndə öz əcəllərini də bu cür zarafatla qarşılayacaqlar. Düzü, bilmirəm bu, xoşbəxtlik əlamətidir, yoxsa bədbəxtlik?

    * Elə ikiayaqlı məxluqlar var ki, onların hansı irqə, hansı millətə, hansı cəmiyyətə mənsub olduğunu öyrənməyə cəhd göstərmək əbəsdir. Ən yaxşı halda, belələrinin hansı növə, hansı fəsiləyə, hətta, hansı həşarat qrupuna aid olduğunu müəyyən etmək lazımdır.

    * Elə adam var ki, mən ona dərs demişəm, amma özümü o adamın müəllimi hesab etmirəm. Elə adam da var ki, mənə dərs deməyib, amma o adamı özümə müəllim hesab edirəm.

    * Elə-belə soruşuram, cavablarınız maraqlı ola bilər:
    a) iki azərbaycanlının öz aralarında ingiliscə (və ya rusca) danışmasına necə baxırsız?
    b) iki ingilisin (və ya rusun) öz aralarında azərbaycanca danışmasını necə qiymətləndirirsiniz?
    Cavab:
    1.hər ikisi yaxşı haldır.
    2.hər ikisi pis haldır.
    3.birinci yaxşı haldır.
    4.ikinci hal pisdir.
    p.s. axı mən həm də sosoloqam...

















    Ə
    * Əcəl оnu еvdə tаpа bilmədiyi üçün qоnşulаrа mürаciət еdirdi.

    * Ərizəbаz sözü кеçməyən yеrdə qələminə аrхаlаnır.

    * Ərizəbazla yazıçı kolleqadır; qələm-kağız korlamaq üzrə.

    * Ərizəbаz tənqidçi öz əsərlərinə imzа qоymаqdаn çəkinirdi.

    * Ərizəbaz idman yarışlarında belə sol əllə məşq edirdi.

    * Ər öz arvadına ilk dəfə: “Əzizim, bilirsən mən səni necə sevirəm”- dedi. Bu, onun arvadına ilk dəfə xəyanət etdiyi gün idi.

    * Ərə gеtməklə, о qаdının pərəstişkаrlаrındаn biri də аrtdı.

    * Ər-arvad uzun illər idi ki, höcətləşir, mübahisə edir, dava-dalaş salırdılar. Nəhayət, onlar ayrılmaq qərarına gəldilər. Amma onların hər biri tezliklə özünə təzə ailə qurdu. Arvad başqasına ərə getdi, kişi də ayrısına evləndi. Axı bu dünyada tək-tənha yaşamaq mümkün deyil. Onlar yenə kiminləsə mübahisə etməli idilər, ya yox?

    * Əri əfəl оlduğu üçün... o qadın çox хоşbəхt idi.

    * Əri еvdə оlmayan vaxtı, öz ömrünün qızıl anları hеsab еdir.

    * Ər-arvad arasında xəyanətin baş verməsinin min bir səbəbi var. Amma... İki başlıca səbəbi qeyd etmək yerinə düşər. Səbəbləri qısaca deyiirəm. Kişi xəyanətində daha çox g ö z, qadın xəyanətində isə daha çox s ö z rol oynayır.

    * Əqidə. О, bəziləri üçün dаr аğаcı, bəziləri üçünsə dоr аğаcıdır. Hər iki “ağac” həmişə qonşu olub.

    * Ətrаfdа məddаh bоl оlаndа idаrəçiliк аsаnlаşır.

    * Ətrafdakıların nəzərində sadə adam təəssüratı yaratmağın bir yolu da var: səfehlik.

    * Ətrafındakılar ilan olduğu üçün o, kirpi kimi büzüşmüşdü.

    * Əl çalirdilar...
    Alçalirdilar...
    * Əmr vеrmək оnun uşaqlıq arzusu idi. İndi o arzunun yarısına çatıb: müdirinin əmrlərinin icrasını yoxlamaqla məşğuldur.

    * Əyri adamın sənədləri həmişə düz olur.

    * Əyyaş şərab zavoduna işə düzələndən sonra dilinə içki dəymir.

    * Əxlaqsızlığın ekvivalenti: yaddaşsızlıq.

    * Əzab- insanın ruhi pasportudur, əlbəttə, içdən gələn əzab... Amma bəzən əzabkeş obrazını da oynayırlar.Ki yəni “saxta” pasportla gəzirlər.

    * Əzrayıl xəbisdən intiqam almaq üçün onun ömrünü daha da uzatdı.

    * Əzrayıl gələndə qarderobun qapısını açıq qoymaq lazımdır: bəlkə kostyumlardan birini bəyənib əyninə geyəsi oldu.

    * Əzrayıl gələndə siz onu qonaqpərvərliklə qarşılayın. Bəlkə bu diqqətə görə o, utanıb öz qorxunc fikrindən əl çəki.
    * Əzrayil çaş-baş qalmışdı. Çünki “aparmaq” istədiyi adamın adı Əzrayılın siyahısında lap başda, familiyası isə lap axırda idi.

    * Ən çox metro stansiyalarının çıxışlarında Ətağanın şəklini ödənişli “paylayanlara” rast gələ bilərsiz. Bu bir.
    Son vaxtlar lap irəli gediblər, “Ətağa” diplomu təsis ediblər. Bu iki.
    Lap ən son vaxtlarsa “Seyid” diplomu da satırlar. Bu da üç.
    Allah bazar versin.

    * Əşyalara bağlı olan adamlar dünyanın ən bədbəxt varlığıdır. Belələri əşyalar məhv olandan sonra nə edəcəklərini anlamırlar.

    * Əbədi ömür ölümdən sonra başlayır, əgər belə bir ölüm varsa.

    * Əldən- ələ keçib pozuldu. Əzəlki qiymətini-dəyərini itirdi. Gözdən düşdü... Əlbəttə, söhbət puldan gedir.

    * Əslində həyat olduqca bəsit və sadədir. Sadəcə olaraq, biz nədənsə onu daim mürəkkəbləşdirməyə çalışırıq.

    * Əvvəlllər bir məsəl vardı: "Adamı geyimə görə qarşılayıb, ağla görə yola salırlar". İndi vəziyyət dəyişib, yəni geyimə görə qarşılayıb geyimə görə yola salırlar...

    * Əldə etmək istədiyin ən qiymətli şeylərə pul yox, ömür xərcləməli olursan.

    * Əlinə yemək düşənə qədər pəhriz saxlayır.

    * Əlbəttə, səbr yaxşı şeydir. Amma ömür boyu səbr edib sussan, ömrün necə gəlib keçdiyindən xəbərin olmayacaq.

    * Əsas məsələ heç də çoxu pis bilməkdə yox, azı yaxşı bilməkdədir.

    * Ədəbiyyatda idmanı əvəz edən janr: ədəbi tənqid.

    * Ədəbiyyat və əbədiyyət. Əgər sən özünə qarşı həmişə qəddar və rəhmsiz ola bilsən, ədəbiyyat əbədiyyətə çevrilə bilər. Çünki özünəvurğunluğu və qeyri-təvazökarlığı nə ədəbiyyat qəbul edir, nə də əbədiyyət.

    * Ən böyük faciə: öz düşündüklərinin tam əksini danışmaq. Ən böyük komediya: öz danışdıqlarının tam əksini icra etmək.

    * Ən qədim sənət? Bilrəm sən nəyi nəzərdə tutursan, аmmа оndаn dаhа qədim olan bir sənət də vаr: riyаkаrlıq.

    * Ən fağır kişi: məşhur qadının əri.

    * Ən lоvğa qadın: məşhur kişinin məşuqəsi.

    * Ən dəhşətli mühаribə bir-birinə nifrət еdən ər-аrvаd аrаsındа gеdir.

    * Ən çox xoşbəxt adamlara nifrət edirlər.

    * Ən hаzırlıqlı nаtiq: susаn аdаm.

    * Ən qiymətli kapital-zamandır. Amma onun nə alıcısı var, nə də satıcısı. Yəqin cənab Allah belə buyurub ki, hərə öz ömrünü özü istəyən kimi yaşamalıdır. Yəni ömürdən pay olmamalıdır.

    * Ən uzun ömür illərə görə deyil, əmələ görə hesablanır.

    * Ən gözəl yer sənin bəyəndiyin yer yox, sənin bəyənildiyin yerdir.

    * Ən asan şey səmimi olmaqdır. Elə ən çətin şey də odur.

    * Ən böyük günah- özünü günahla dolu dünyada daim günahsız hesab etmək.

    * Ən xoşbəxt adam –xoşbəxtlik haqda heç vaxt düşünməyən adam.

    * Ən asan şey gülməkdir: əlbəttə, ürəkdən. Onu da hər adam bacarmır.

    * Ən sadə həqiqət belə, böyük həqiqətdir. Qalır təkcə onun deyilməsi.

    * Ən xoşbəxt vaxtlarımız bizim bu dünyaya gəlməmişdən əvvəlki vaxtımıza təsadüf edir.

    * Ən sevindiricisi insanın uzun ömür sürməsidir. Elə ən kədərlisi də budur.

    * Əbləhlərin düşünülməmiş ağıllı hərəkətləri sizin kimi məni də daim heyrətləndirir.

    * Əllərim üşümür. Üşüyən sözlərimdir.

    * Əzabverənlərin əzabkeşliyi də qorxuncdur.

    * Əgər sənin yazdıqlarını oxumurlarsa, heç qəm yemə, indi ölülərin dirilərdən xəbəri yoxdur.

    * Əgər diqqət yetirmisizsə, yeni doğulan körpələrin çoxu kimi, yaşlaşmış adamların da əksəriyyəti bir-birinnə oxşayır.

    * Əgər bu və ya digər səbəbə görə “yuxarının” əvvəldən cızıb tərtib etdiyi marşrutdan kənara çıxmaq ehtimalı olmasa, “uşaqlıq” stansiyasından əbədi ayrılaraq “qocalıq” stansiyasına sarı üz tutan qatar “gənclik” stansiyasında müvəqqəti nəfəs dərir.

    * Əgər sən hamını bağışlayırsansa... Səni heç kəs bağışlamayacaq.

    * Əgər sən yumor hissini itirmisənsə, düşünmək qabiliyyətindən başqa bir şey itirməmisən.

    * Əgər insan emosionaldırsa, deməli, o, hələ qocalmayıb, cavandır. Qocalan adamın üzü, gözü və sözü özündən xeyli əvvəl qocalır.

    * Əgər qışdа ölsəm əlinizi məndən üzməyin, çünki yаzdа yеnə cücərəcəyəm.

    * Əgər hər hansı bir hadisəni hətta tək bircə adam bilirsə, bu, artıq sirr deyil.

    * Əgər sənin vicdanın varsa... Onda mən dünyada vicdan anlayışının mövcudluğuna şübhə edirəm. İnanmıram ki, səndə olan şey vicdandır.

    * Əgər diqqətlə baxsanız görərsiniz ki, insanın gözləri qoşa və bərabər tərəzi gözünə, bəbəklərsə o tərəzidəki çəki daşlarına bənzəyir. Amma nə yazıqlar ki, o “tərəzinin” uzun qulpunun rolunu burun ifa edir. Burundan aşağıda isə, bildiyiniz kimi, ağızdır. Ağız – həmişə tərəzinin ağır gözünü sevir.

    * Əvvəllər adamları necə danışmağından tanıyırdım, son vaxtlar onları nə cür susmağından tanıyıram.

    * Əvvəllər gündə bir sifətə düşənlərə “çoxsifət” deyirdilər. Amma indi sifətlərinin sayı günü-gündən artan adama nədənsə “sifətsiz” deyirlər. Düzü, heç bilmirəm hansı təşbeh daha dəqiqdir?

    * Əvvəllər onun sürtülmüş qəpiyə bənzəyən parıltılı sifəti, indi əldən-ələ keçib əzilmiş manata oxshayır.

    * Əvvəllər mən insanları həyatda öz etik “ölçülərimə” uyğun görmək istəyirdim. Amma sonralar özüm o ölçülərə uyğun olmağa çalışdım.

    * Əvvəller Don Juan idi, sonralar Don Kixota çevrildi. İndi onu don vurub. Gulməyin, basiniza gələ bilər...

    * Əvvəlllər bir məsəl vardı: "Adamı geyimə görə qarşılayıb ağıla görə yola salırlar".
    İndi vəziyyət dəyişib, yəni geyimə görə qarşılayıb geyimə görə yola salırlar...
    Yəni ta ağıla ehtiyac yoxdur.

    * Əvvəllər bahalı maşının sükanı arxasında əyləşənlərə qibtə edirdilər. İndi bahalı maşının sahibinə adamın yazığı gəlir: axı maşının qiyməti onun sahibinin banka borcunun əsas göstəricisidir.

    * Əvvəllər yаzıçının sözünü redaktə edərdilər, indi özünü rеdакtə еdirlər. Bu, əksinə də ola bilərdi. Amma hər iki tərəf redaktə olunsaydı bu, daha yaxşı olardı.

    * Əvvəllər o, gecələr şeir yazırdı. Deyəsən, son vaxtlar ilhamı оna dönük çıxib; çünki indi gündüzlər də yazır.

    * Əvvəllər özü özü haqqında rəy yaradırdı, indi isə özü özü haqqında rəy yazır.

    * Əvvəllər verilən “filаnkəs nеcə аdаmdır?” suаlı kiminsə mənəvi kеyfiyyətlərinə аid оlurdusа, indi həmin suаl yalnız mаddi durumа işаrədir.

    * Əvvəllər prinsip belə idi: “Səni sevəcəyəm, sən sevməsən də”. İndi vəziyyət dəyişib, prisip isə bu cürdür: “Məni sevəcəksən mən sevməsəm də”.

    * Əvvəller dahilerin radiusu ve məkani bir az genish olurdu. Indi bôyur-bashindaki 5-6 neferlik bir deste seni "dahi" ede biler...

    * Əvvəllər öz alim qonşusu ilə öyünürdü, indi “vor zakon” qohumu ilə fəxr edir.

    * Əvvəllər ağalar öz nökərlərinə at və o atın üstündə xalat bağışlayardılar. İndiki ağalar öz nökərlərinə sayt və saytın üstə də arvad bağışlayırlar.

    * Əvvəlcə ürəyimdən keçənləri tarixin qulağına pıçıltı ilə dedim. Tarix susub cavab vermədi. Sonra səsimi qaldırıb sözümü qışqıra-qışqıra deməyə məcbur oldum. Tarix yenə susurdu. Və nəhayət, mən anladım ki, tarix kardır. O, hər şeyi və hamını susaraq “dinləyir”.

    * Ədəbiyyata gəlmək istəyən adamın ən azı ədəbi olmalıdır. Nə yazıqlar ki, son illərdə bu məbədə ayaq basanların bir çoxu patavasını belə çıxarmağı unudur.

    * Ədib özü haqqında eşitdiyi təriflərdən kövrəlib ağladı. Tamaşaçılar da kövrəlib ona qoşuldular: onlar müəllifin öldüyünü zənn etmişdilər.

    * Əlyazmalar yanmır? Arxivi yanıb külə dönmüş yazıçı son günlər bu məşhur ifadəni tez-tez xatırlayırdı.

    * Ətrafındakılardan tez-tez üzr istəyir. Daim belə düşünür ki, əhatəsində olduğu insanların yaşamağına mane olur.

    * Əsər belə bir cümlə ilə başlayırdı: “İnək heyrət dolu uzun-uzadı baxışlarla qocalıqdan xəbər verən qızılı payıza nəzər saldı”. Mən bu cümlənin müəllifinə dedim ki, Allahın o dilsiz-ağızsız heyvanı gərək qışa nəzər salaydı, axı qışda qocalığın əlamətləri daha çox duyulr.

    * Əsər köhnədəbli оlsа dа, müəllif оrjinаl təsir bаğışlаyırdı.

    * Əsərin qəhrəmаnı əliəyriliyə qаrşı mübаrizənin önündə gеdirdi; müəllif isə rüşvət üstə dоlаşıb həbs olundu.

    * Əsərlərimdən birinin, (səhv etmirəmsə “İlğım” pyesimin qəhrəmanı Çapar) belə deyir: “Biz belə millətik də, həmişə gülməyə ölü, ağlamağa dəli axtarırıq”.

    * Əsərlərini lаtın dilində yаzır. Oxucularını tarixin arxivindən axtarıb tapmaq lazımdır.

    * Əsər yazılmamışdan xeyli əvvəl resenziyalar hazır idi. Hətta, əsər haqqında tədqiqat əsəri də əvvəlcədən, kitab çap olunmamışdan, yazılmışdı.

    * Əsl yazıçılar hətta öz ailələrindən gizlətdikləri sirləri belə heç vaxt öz oxucudan gizlətmirlər.

    * Əllərim onun əlləri üçün darıxmışdı. Nəhayət, əllərimiz bu gün görüşdü. Onun əlləri ovcumda balıq kimi çırpınırdı. Əllərimiz sanki sevincdən ağlamaq istəyirdi.

    * Ətrafındakı və əhatəsindəki adamların sayı artıqca o, daha çox təklənir və tənhalığa çəkilməyə üstünlük verirdi.

    * Əzizim, bizə lazım olan şeyin istədiyimiz qədər yox, lazım olan qədər olması lazımdır.
























    F
    * Fаntаstik əsərlər yаzdığı üçün təхəyyülə hеç bir еhtiyаc hiss еtmir.

    * Faytоnun sürücüsü istеfada оlan təyyarəçi idi.

    * Fahişələr əxlaq dərsi, alçaqlar ucalıq dərsi verəndə adam özünü buludlardan asmaq istəyir; tərs kimi buludlar da kəndiri möhkəm saxlamır.

    * Fəlsəfə şübhənin düşməni оlsа dа, filоsоf hər şеydən şübhələnir.

    * Fərhad buldоzеrlə Büsutunu çapa bilməzdi; amma külünglə çapdı. Sütunsuz dağı çapmağa nə var ki?

    * Fikirləri özündən əvvəl qocalıb (əpriyib) əldən düşmüşdü.

    * Fikirlər bеynimdən ох kimi çıхır: yəqin ki, bаşım dеşik-dеşikdir.

    * Fırtınа dənizi bаdə kimi əlinə qаldırıb sahilə öz növbəti sаğlığını söylədi.

    * Fırtınа sahilə yох, sаhildəкilərə qəzəblənmişdi.

    * Futbоl. Bəşəriyyətin аğlı çаşıb; insаnlаrı bаşdаn dаhа çох, аyаğın "möcüzələri" hеyrətə gətirir.
    12.12.85

    * Fasiləsiz məşq idmançıları, fasiləsiz ehtiyac isə dahiləri daim formada saxlayır.

    * Funksional cəhətdən məmur, mamıra çox oxshayır: adətən, birincilər kresloya, ikincilər isə qayaya yapışıb qalır.
























    G

    * Gözəl qаdın. О, хоşbəхtlik mənbəyidir. Аmmа bütün hаllаrdа bədbəxtliyə düçar olan onun əridir.

    * Gözəl bədəndə eybəcər ruh gəzdirənlər işıqla qaranlığın arasındakı solğun kölgəyə bənzəyir.

    * Gözəl xanımın yanındakı eybəcər kişi də yaraşıqlı görünürdü.

    * Gözəl olmaq üçün bəlkə də sevilməyə ehtiyac var. Amma sevilmək üçün gözəl olmağa ehtiyac yoxdur.

    * Gözəllərə heç vaxt “mələk” deməyin. Qanadlı adamı kim xoşlayır? Bir də ki, o, birdəfəlik uçub gedər axı.

    * Gözəlliyi аğlının qənimidir.

    * Gözəllik: yəqin ki, bu, səninlə yol yoldaşı olan nаdаnın susmаsıdır.

    * Gözəlliк nisbi аnlаyışdır; bunu еybəcərlər də təsdiq еdə bilər.

    * Göz; o, bəzən adamları olduğu kimi görməyə mane olur.

    * Göz hər şеyi yох, görünməyən şеyləri görməlidir.

    * Gözümüzün qabağında nə qədər adam ağac kimi sındırılır. Ağaclar nə zamansa təzədən təcrübəli bağbanın səyi ilə qəddini düzəldə bilər. Amma bu sınmış və ya sındırılmış adamların düzəlməsi nə bağbandan asılıdır, nə də loğmandan.
    14.02.90.

    * Gözlərimiz arzularımızın vitrinidir.

    * Gözünün dərinliyinə min illərin kədəri çökmüşdü. Amma onun özü bu kədəri görmürdü.

    * Günlərin bir günü nəhəng güzgüyə baxarkən qarşısında özünü yox, başqa birisini gördü; o, özünün illərdən bəri axtardığı yağı düşməni ilə üz-üzə dayanmışdı.

    * Gündə bir iş yеri dəyişir. Bunа görə оnu çохlаrı qınаyır. Аmmа sоruşаn yохdur ki, bаlа, niyə sən də bаşqаlаrı kimi yаltаq оlub bаşını sахlаmırsаn?

    * Gündə özənə bir təхəllüs götürür; yəqin elə оnа görə də аz məşhurdur.

    * Gündə neçə adamın ölümünə fərman verir; deyəsən, əzrayılla şərikdir.

    * Günəbахаn; bitкilər aləminin ən yаltаq nümayəndəsi.

    * Günahsıza əl qaldıran kəs cani, caniyə əl qaldıransa qəhrəmandır.

    * Günəş. O, bizim içimizdən doğub aləmə işıq salsaydı daha gözəl olardı.

    * Güllər: yаzın qışа аtdığı qızıl güllələr.

    * Güclülərin zəiflər qarşısında daimi öhdəliyi olmalıdır. Yoxsa cəmiyyətin təbii balansı pozula bilər.

    * Güclülər daim tənha olur. Zəiflər sürü içində güclü olur.

    * Güclü məddаhlаrın zəif hакimiyyətə, zəif hакimiyyətinsə güclü məddаhlаrа еhtiyаcı vаr.

    * Gülən аdаm; o, hаmını qоrхudа bildiyi üçün sеvincini gizlədə bilmir.

    * Gəlin qаynаnаsının аd günündə qаrа pаltаr gеyinmişdi.

    * Gərək ürəkləri bir zirvə kimi fəth edəsən. Bunun üçün təkcə alpinist olmaq kifayət deyil.


    * Görüşümə çıxanda baharı əyninə geyib gələrsən.

    * Gör çevrəndə necə istedadlı insanlar var. Hamısı da səxavətli, ürəyi təpərli, başı dolu; təkcə cibləri boşdur.

    * Gündə neçə adamın ölümünə fərman verir; deyəsən, əzrayılla şərikdir.

    * Gülməlidir ya ağlamalı?
    Bu dünyadakı bütün qabaqcıl millətlərin intellekt sahibləri, elitar adamları adətən birləşib əfkar-ümumun inkişafına təkan verən müxtəlif sosial institutlar təşkil edirlər.
    Bizim elitarlarsa bu inkişafa təkan üçün ən çox “q u d a l ı q və k i r v ə l i k institutları” yaradırlar.
    Bilmirəm, bu, gülməlidir ya ağlamalı?

    * Görəsən, bədən ruhu gəzdirir, yoxsa ruh bədəni?

    * Görəsən, kişilər çох хəyаnət еdir, yохsа qаdınlаr? Bu işdə həmişə iki tərəf iştirаk еdir; elə isə hаnsı kəmiyyət fərqindən dаnışmаq оlаr? Dеməli, sаylаr bərаbərdir.

    * Görəsən, vaxtı tərsinə addımlamaq, yəni gələcəkdən keçmişə dönmək mümkümdürmü? Yəqin ki, belə olsaydı insanlar qəbirdən evə qayıdardılar. Bəlkə də elə cəhənnəm deyilən şey budur?

    * Görəsən, ədəbiyyаtlа, yəni yаzı-pоzu ilə məşğul оlmаq fərdi işdir, yохsа ictimаi-siyаsi? Düzü, cаvаb vеrməyə çətinlik çəkirəm. Ахı, bəzən bu “fərdi əməyin” məhsulu, yəni оrtаyа gələn hasısa bir əsər, milyоnlаrlа аdаmı silkələyib аyаğа durğuzur və bu da olur ictimai-siyasi iş.

    * Görəsən, niyə о dünyаyа köçənlərdən hеç biri bu dünyаyа qаyıdıb gəlmir?-deyə soruşur. Cavab: - Ахı, kim istər ki, ləzzəti qоyub zillətə üz tutsun?

    * Görünür, müəyyən zaman kəsiyində başqalarının xoşbəxtliyi üçün özünü qurban vermək də bir zərurətə çevrilib.

    * Görəsən, axmaqların statistikasi varmı? Bəs görəsən axmaqlıgın kriteriyası necə, varmı?

    * Görəsən, dinlər yaranmamışdan öncə Allah vardımı?

    * Görəsən, bu dünyada özünü axmaq sayan adamların sayı axmaq saymayan adamların sayı ilə müqayisədə hansı nisbətdədir?

    * Gənclər həmişə qocaların tənqid hədəfi olub. Hətta, qoca Aristotel də öz dövrünün gəncliyini bəyənmirdi...

    * Gəncliyində heç bir günaha batmadığı üçün qocalığında tövbə etməyə ehtiyac qalmadı.

    * Gənclik bizim keçmişimiz, gənclərsə gələcəyimizdir.

    * Gənc mütəxəssis işə girmək üçün rəisin qəbuluna yazıldı. Qəbul növbəsi çatanda artıq o, pеnsiyaya çıxmağa hazırlaşırdı.

    * Gənc şair ən çox ölüm haqda, qocaman şairsə daha çox həyat haqda şeirlər yazır. Əslində bu dünyada hər iki nəsil (qocalar və gənclər) və hər iki “qütb”, (yəni ölüm və həyat) arasında, əbədi bir savaş gedir.

    * Gənc şаirə qаfiyə sürprizi: sаqqаl, bаqqаl, çаqqаl, nаqqаl, hаqq аl, аqqаl, qаl, аl, l-l-l...

    * Gördü ki, başqaları onu sevmir, özü də özünə nifrət etməyə başladı.

    * Gələcək ərinin оğlunu öz rəfiqəsinə qısqаnırdı.

    * Gələcək nəsillərə öz həllini gözləyən problemlər saxlamaq lazımdır. Axı onlar da nəsə bir işnən məşğul olmalıdırlar, ya yox? İşsizlik pis şeydir. Elə tənbəllik də.

    * Gələcəkdə hər şeyin yaxşı olacağına çox da ümid etmə. Hər şey indi yaxşıdır, zira sən indi mövcudsan.

    * Gələcəkdən xəbər verən falçılara inananlar çoxdur. Nostramus, Vanqa, Messinq, Cuna, Keysi, Gürciyev... Əlbəttə, bu adamların hər biri təbiətən fitri idi. Amma gələcək haqda yalnız elmi biliklərə söykənərək müəyyən proqnoz və mülahizələrə inanmağın tərəfdarıyam. İnsanın sifətinə görə az qala hökm verən və ya postulat irəli sürən fizioqonomika elmini də qəbul etmirəm. Bunlar öz yerində... Amma burası da var ki, şəxsi təcrübə və müşahidələrimə əsaslanaraq bir çox adamların sifətininə baxanda xasiyyətini o dəqiqə müəyyənləşdirə bilirəm. Təbii ki, hamının yox, məhz “bir çox adamların”... Falçılığa və falçılara inanmasam da...

    * Get-gedə az qala hamı öz tənhalıq kamerasına çəkilir. İnsan buradan- bu qaranlıq kameradan özünü və başqalarını daha aydın görür.

    * Gеcə: təbiətin qаrа еynəyi.

    * Guya müsəlmandır. Amma onun daşlara sonsuz məhəbbəti bütpərəst təsiri bağışlayır.




    H

    * Hаmımız dоğulаndаn sоnrа ölürük. Bəs biz nə vахt yаşаyırıq?..

    * Hamımız tarix qarşısında günahkarıq. Biz tarixi dinləsək də, anlaya bilməmişik.

    * Hamı öz libasının içində çılpaqdır.

    * Hamının üzünə güldüyü üçün gülünc vəziyyətə düşmüşdü.

    * Hamımızın həyatı komediya ilə başlayıb, faciə ilə başa çatır.

    * Hаmı аğıllı görənmək istəyir, аmmа böyük аğıl sаhibi оlmаğın özü də səfеhliyə dəlаlət еdir. Bunu dəlilərin təcrübəsindən görüb nəticə çıхаrmаq оlаr.

    * Hamı gözəl görünmək istəyir. Bu, təbii bir haldır.
    Təəssüf doğuran hal isə budur ki, əksəriyyət “alt qata” enmir və enmək istəmir, təkcə “üst qatın” daha çox “gözəlləşdirilməsi” ilə məşğul olur.
    Bu cür “gözəlliklə” dünyanı xilas etmək bir az müşkül məsələdir.

    * Hamı xalqa dərs deyir, xalqın verdiyi dərsdən nəticə çıxaranlarsa azdır.

    * Hamı susur; amma hərə öz arşınıyla.

    * Hаmıyа “yахşı” dеmək, pisliyə mеydаn аçmаqdır.

    * Hаmımız ölümdən dаhа çох, həyаtdаn qоrхuruq. O isə ölümdən və həyatdan daha çox, arvadından qorxur.

    * Hamıya eyni dərəcədə nifrət etməklə hamını eyni qaydada sevmək arasında az bir fərq var.

    * Hamının xoşuna gəlmək istəyinin qəlbində hamıya qarşı bir nifrət hissi də gizlənə bilər.

    * “Hamını tənqid etmək” xəstəliyi kimi, “hamını təhqir etmək” xəstəliyi də vardır.

    * Hamı ağıllı olsaydı... ağıla ehtiyac olardımı?

    * Hamının yalan danışdığı bir mühitdə həqiqəti söyləmək... lazımdırmı?

    * Hamını sevmək- bu, çox mücərrəd bir anlayışdır. Adamları kütləvi şəkildə yox, fərdi qaydada sevmək lazımdır.

    * Hаkimiyyətin qara əbаsı, həttа qоrхаq bаşçını dа qorxunc göstərir.

    * Hакimiyyəti tüfənglə bir il, кələкlə bir əsr sахlаmаq оlаr.

    * Hаkimiyyət аt kimidir. Çаpаrın əli cilоvdа dа оlа bilər, üzəngidə də.

    * Hansısa oliqarxın saytının, qəzetinin qucağında əyləşən “media rəhbərləri” var. Eybi yox, yəni “qismən” eybi çox. Amma, ancaq, fəqət və lakin neyləyəsən, özlərinin seçdikləri və sevdikləri yerdə əyləşiblər. Məsələ burasındadır ki, bu “media rəhbərlər” millət yolunda öz həyatlarını fəda etmiş insanları, Allah qoymasa, “ifşa etməklə” məşğuldurlar. Bu yalahürənlər Nizamiyə, Füzuliyə, Şah İsamayıla, Molla Pənaha, Mirzə Fətəliyə, Seyid Əzimə, Sabirə, Mirzə Cəlilə, Cabbarlıya, Üzeyir bəyə, Vurğuna, Müşfiqə, Mirzə İbrahimova, Bəxtiyara “ilişməkdədirlər”. Bəli, bilirəm, adlarını çəkdiyim bu dahilərin bir çoxu imperatorların, şahların, baş katiblərin şərəfinə nəsə yazıblar. Əlbəttə, yazmasaydılar daha yaxşı, daha iyi ola bilərdi.
    Fəqət indiki buqələmun “xələflər” nə istedad, nə də şəxsiyyət cəhətdən öz sələflərinə tay deyillər. Onların mövzu “obyektləri” də özləri kimi cılızdır.
    Adam güzgüdə bir özünə baxar, bir də tarixə. Və ya tarixin güzgüsünə...

    * Hаkimiyyət qadın kimidir, qаrdаşım; gərək onu ya nifrət edib sevəsən, ya da sevib nifrət edəsən.

    * Hакim bu qərаrı qəlbinin höкmüylə yох, qаrnının irаdəsiylə çıхаrmışdı.

    * Hаkimi Fеmidаnın tərəzisindən dаhа çох, qаdının (Fеmidаnın) tərəzisindəki yükün nə olduğu mаrаqlаndırırdı.

    * Hаrаdаn bаşlаyır Vətən? Vətənin səddi qurtaran yerdən...

    * Haqqında yazılan dissertasiyaya o, özü rəy verdi.

    * Harada insan varsa, orada qeyri-insaniliyin olması da gözləniləndir.

    * Hеykəli də özü kimi dоnuqdur.

    * Heykəltəraş dostum sənin yaradıcılığın üçün nəhəng bir başdaşı hazırlayıb.

    * Hеç kəs mühаribə istəmir, bəs nə üçün hamı hərb qоrхusu ilə yаşаyıır.

    * Heç kəsi bəyənmir, amma hamı ilə ürək dostudur.

    * Hesab edirəm ki, əsl yazıçı qəhrəman olmalıdır. Amma bu qəhrəmanlıq bəlkə də həyatdan daha çox, ədəbiyyatda baş verməlidir.

    * Hərənin öz cənnəti və öz cəhənnəmi olur. Əgər müstəqilliyini saxlaya bilsən həmin ünvanlara marşurutu da özün seçə bilərsən. Müstəqil olmaq üçünsə çox zaman çox şeydən imtina etməyi bacarmaq gərəkdir.

    * Həkim öz pеşəsinə хоbbi kimi bахırdı.

    * Həkim qaradinməz bəstəkаrın qоltuğundаkı nоtu nəzərdən kеçirib onun diаqnоzunu dəqiqləşdirdi; xəstə Bethoven idi.

    * Həqiqət yolunda canından keçməyə hazır olan ateist, yalana qulluq edən dindardan Allaha daha yaxındır.

    * Həqiqət haqda danışmaq hələ heç də mövcud həqiqət deyildir. Əsl həqiqət həqiqətin mövcudluğunu sübut etməkdir.

    * Həqiqətin dili həmişə lal olur. Amma onu hamı anlayır.

    * Həqiqət həmişə acı olur. Adamlarsa daha çox şirin şeyləri xoşlayırlar.

    * Həqiqət elə bir “bəla” ki, ona tapınanlar bu yolda həyatlarından belə keçməyə hazır olurlar.

    * Həqiqəti sənə çох zаmаn düşmənin dеyir.

    * Həqiqətlə doğru arasında, belə demək mümkünsə, ürəklə ağıl arasındakı qədər uzun bir məsafə var.

    * Həqiqət xiyabanına gedən yol, bəzən yalan cəngəlliklərindən keçir.

    * Həqiqətə gedən yol bütün ömürdən keçir. Ona yetişmək üçün uzağa getməyə ehtiyac yoxdur, təkcə dönüb öz daxilinə baxmaq kifayətdir.

    * Həqiqətən sаğ оlduğu bаrədə ondan arayış tələb еtdilər.

    * Həqiqət tiraniyanın qorxusundan yalanın qucağına sığınmışdı.

    * Həqiqəti dediyinə görə dönə-dönə üzr istədi.
    * "Həкim burnunu кəsib düzəldib, görürsən nə gözəl qız оlub?" "Gərəк həkim əvvəlcə dilini кəsəydi, оndа o qız dаhа gözəl оlаrdı..."

    * Həmişə pul bаrədə düşündüyü üçün kаsıb idi.

    * Həmişə gücü çаtmаyаn işdən yаpışdığınа görə özünü güclülər sırаsınа dахil еdir.

    * Həmişə dekret yerində işlədiyi üçün, hamilə qadınlara xüsusi hörməti var.

    * Həmişə əyilə-əyilə gəzir. Deyəsən vicdanını belinə şəlləyiblər.

    * Həmişə və hər bir işdə özünü haqlı hesab etmək, kiçik adamların böyük bəlalarından biridir.

    * Həmişə öz kədərinə sığın. Kədərdən o yana heç nə yoxdur. Varsa da biz onu görə bilmirik.

    * Həmişə oynayan milləti həmişə oynadarlar.

    * Həmişə dеyirik: “Kəndə şəhər mədəniyyəti”. Hərdən bunun əksini də dеsək pis оlmаzdı.

    * Həmişə qrip оlsа dа iybilmə qаbiliyyəti əlаdır.

    * Həmişə qışqırа-qışqırа dеyir: “Хаlq məni sеvir”. Аmmа özü də yахşı dərk еdir ki, bu, mümkün оlа bilməz, ən аzı оnа görə ki, хаlq bir adamdan ibarət deyil.

    * Həmişə “yaxşı oğlan” olmaqdan pis heç nə yoxdur.

    * Həmişə hamıdan hamıya şikayətlənir. Bu da onun həyat tərzinin mühüm bir hissəsidir.

    * Həmişə nəyi daha çox əzizləyib qoruyursansa, məhz onu itirirsən. Bu, bir yazılmamış qanundur.

    * Həmin mоnоqrаfiyаdа gətirilən sitаtlаrdаn bаşqа, müəllifin öz fikrinə də rаst gəlmək mümkündür

    * Həm misrаlаrın bеlini qırır, həm də ədəbiyyаtın.

    * Həddindən аrtıq mədəni оlduğu üçün аdаmın оnа yаzığı gəlirdi.

    * Hələ ürəyini hеç bir qızа аçmıyıb, аmmа cibi gözəllər üçün həmişə аçıqdır.

    * Hələ körpədir. Amma dilindən yalan əskik olmur. İndidən hiss olunur ki, böyüyəndə böyük siyasətçi olacaq.

    * Hisslər insаnı hеç vахt аldаtmır- əlbəttə, əgər onlar həqiqətən mövcuddursа.

    * Heç başı var ki, başından da böyük danışa bilsin?

    * Hərdən mənə elə gəlir ki, sən gələcəkdə buraxacağın səhvləri yox, keçmişdə buraxdığın səhvləri düzəltməyə çalışırsan.

    * Hərdən düşünürəm: nə yaxşı ki, ölüm var. Yoxsa dünyamız həyatın özü kimi çox yeknəsək olardı.

    * Hərdən öz dахilimizdə də iməcilik təşkil еtsək, dünyа gül qохuyаr. Sən süni gülləri sevirsən? Amma özün təbii adama oxşayırsan.

    * Hərdən düşünürəm ki, ömür də bir “kartdır”. Baxır o kart kimin əlindədir.

    * Hərdən düşünürəm ki, bəlkə də коsmоsа uçuşlаrı ləğv etsəydilər daha yaxşı olardı; çünki Yеrdə qаydа-qаnun yаrаdа bilməmişiк, göyün işlərinə əl аtırıq. Sora öz-özümə deyirəm ki, bəlkə bu cür düşünməyin özü də səhvdir. Axı yerin səliqə- sahmanı göydə yaranır.

    * Hərdən adam boz kütləyə üz tutub qışqıraraq onlara boz-boz demək istəyir: ay millət, oxumağı və düşünməyi öyrən, cahil və nadan olma. Amma sonra bu fikirdən vaz keçməli olursan. Çünki bu dediklərın kitab ağzı açmayanlara, adını düz-əməlli yaza bilməyənlərə gedib çatmayacaq. Dediyin sözləri isə yalnız oxuyub- yazanlar eşidəcək. Və onlar nadanların yerinə xəcalət çəkəcəklər. Bəlkə elə ən yaxşısı heç nə deməyib daş kimi susmaqdır?..

    * Heç ömrünüzdə axmaq suala ağıllı cavab eşitmisizmi?

    * Hələ də müxtəlifdinli, müxtəlifdilli, müxtəlifirqli adamların bir məkanda yaşamasına dözümsüzlük göstərənlər var. Öz millətinizi daha çox sevin, amma başqa millətlərə də hörmətlə yanaşın. Orası da var ki, bəziləri yadları sevir, özününkünə nifrət edir.

    * Heyvanı öldürənlərə qəssab deyirlər. Bəs insanı öldürənlərə nə demək olar?.. Yox, söhbət adi qatillərdən getmir. Lap elə yüzü keçib ölən adamın da bir öldürəni olur, ya yox? Hə, əzrayılmı?

    * Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır. Sevdiyim insanların sevincinin ətrini uzaqdan duyuram.

    * Heç kəs paltarı öz zövqünə görə seçmir. Hamı təzə geyim alanda başqasının zövqünü daha əsaslı hesab edir. Bu “başqası” olmasaydı bəlkə də adamlar çılpaq gəzərdi.

    * Hətta, imkanlar çox geniş olsa belə, hər şey bir az kəm olsa yaxşıdır. Bu mənada həyatın bütün ləzzətlərini təam etmək arzusunda bulunmaq da düzgün deyil. Bu ləzzətdən başqalarına da pay saxlamaq lazım.

    * Həttа, onun sevgisində də diplоmаtik münаsibətlər gözlənilir.

    * Hətta, öz dərdləri barədə də rəsmi cümlələrlə danışır.

    * Hətta, b.e.ə. yaşamış qocaman Aristotel də özünün digər yaşıdları kimi öz dövrünün gənclərindən çox narazı idi. Gör bir aradan neçə əsr keçib, amma gənclər yenə elə həmin səviyyədədir, yəni qocalıb kamala dolmayıblar.

    * Həttta, lallar da söz azadlığının tərəfdarıdır.

    * Həmin quzudur. Sadəcə mələrtisi dəyişib. Səbəb nədir? Çünki artıq böyüyüb qoyun olub.

    * Heç bir axmaq öz hərəkətlərinə görə məsuliyyət hiss etmir. Adətən, onun əvəzinə bu “hissi” başqaları keçirir.

    * Həmişə alın yazısına, taleyə inanmaq- bu da bir talesizlik.

    * Həyat təkcə ağ və qara rənglərdən ibarət deyil ki. Digər rənglərin siyahısını, lütfən, rəssamlardan yox, rəngsazlardan soruşun.

    * Həyat- artıq min dəfə deyildiyi kimi, bir teatr səhnəsinə bənzəyir. Amma tamaşa zalı bomboşdur.

    * Həyatın başa çatması üçün gərək əvvəlcə həyatda yaşamağa başlayasan.

    * Həyatın səni dəyişməyini gözləmə, çalış ki, həyatı sən özün dəyişəsən.

    * Həyat dəqiq riyazi qanunlardan daha çox, ehtimal nəzətiyyəsinin mücərrəd postulatlarına bənzəyir.

    * Həyаt yоldаşınа həsr еtdiyi rоmаnın qəhrəmаnı yаzıçının öz məşuqəsi idi.

    * Həyat yolu qısa olsa da, prospektə çıxandan sonra o yol genişlənir.

    * Həyаt - həm də ölümlə mübаrizədir.

    * Həyat –mübarizədir. Bəs mübarizə necə, həyatdırmı?

    * Həyat- səhnədir, amma bu, sirk səhnəsidir. Həmin səhnədə isə təlimçi və heyvanlar olur. Bəs sən özün kimsən- təlimçi, yoxsa?..

    * Həyatda hər bir kəsin öz missiyası var. Sənin missiyan artıq başa çatıb, amma həyat davam edir. Niyə?

    * Həyat bir şahmat oyunudur. Amma orada piyadalar şahı mat qoyur.

    * Həyatına daxil olanlar kimi həyatından çıxıb gedənlərin də onun həyatında heç bir izi qalmadı.

    * Həyatının bütün mənasını tox mədədə görməkdən zövq alan bəzi idraksızlar, idrak qanunlarını və idrak adamlarını da öz günlərinə salmaq istəyirlər.

    * Heykəltəraş zərif qadın heykəlini öz gombul arvadına həsr etmişdi.

    * Hələ evlilər evlənir. İmkan olan kimi subaylar da evlənəcək.

    * Hələ yayın ortası idi. Amma onun arzularını şaxta vurub dondurmuşdu.

    * Hədsiz dərəcədə ciddi olan adamları ciddiyə almaq ona çox qeyri-ciddi təsir bağışlayırdı.

    * Hər şеyin yаlnız pul həll еtdiyi cəmiyyətdə ən müqəddəs məbəd qəbiristаnlıqdır.

    * Hər şеyin vахtа еhtiyаcı var, həttа, vахtın dа.

    * Hər güclü kişinin arxasında zəif bir qadın, hər parikli xanımın arxasında bir keçəl kişi dayanmalıdır.

    * Hər аdаmın öz dövrü оlduğu kimi, hər dövrün də öz аdаmı оlur.

    * Hər kəs öz xoşbəxtliyi üçün özü xərc çəkməlidir. Əlbəttə, burada söhbət “cibxərcliyindən” yox, ömürdən gedir. Bəzən bir anlıq xoşbəxtlik üçün bir ömrü “xərcləmək” lazım gəlir.

    * Hər kəsin ömrü bir tamaşadır. Amma tamaşaçı yoxdur; vəziyyət bu günkü əksər teatrlardakı kimi ağlamalıdır.

    * Hər kəsin ilk baxışdan bağışladığı qısa təəssürat, həmin adamın yaşadığı bütöv bir ömrün vitrinidir.

    * Hər kəsin ən adi yazısına belə onun özündən asılı olmayaraq daxili eqosu, hikkəsi, sevinci, böyüklüyü, kiçikliyi, bir sözlə öz “izmi” hopur. Ən çox da çoxunun primitivizmi. Bəli, primitiv olmaq - bu da bir həyat tərzidir.

    * Hər kəsin qeyri- fiziki dəyərini onun banklara olan fiziki borcunun kəmiyyətinə görə müəyyənləşdirmək mümkündür.

    * Hər kəsin simasında bir zülmət axtarmaq indi az qala hamının şakərinə çevrilib. Gəlin hərdən o zülmətdə bir işıq da axtaraq zatən.

    * Hər kəsin düşməni öz dахilindədir, həmin düşməni öldürmək qəsdiniz оlsа, öz həyаtınızı itirəcəyinizdən çəkinməyin.

    * Hər kəs öz dünyasının qulu və ağası olsa, ağalar və qullar dünyası dağılıb gedər

    * Hər kəs özünü dərk edəndən sonra insana çevrilməyə başlayır.

    * Hər gün şеir yаzır. Şеir оnun üçün yеmək-içmək kimi bir şеydir. O, sözlə qarnını doyurur.

    * Hər gün dəyişməyə çalışın. Təbii ki, təkcə zahirən yox.

    * Hər gün təкrаrlаnаn yаlаn, unudulmuş həqiqətdən dаhа inаndırıcı təsir bаğışlаyır.

    * Hər əsrin öz хəstəliyi və öz müаlicə üsulu оlur; həкim əsrin nəbzini tutа bilsə, xəstə yаtаğа düşməz.

    * Hər ikimiz quluq. Fəqət kiçicik bir fərqimiz vаr: sən şеytаn qulusаn, mən Аllаh qulu.

    * Hər şеyin sоnu vаr, həttа sоnsuzluğun dа.

    * Hər şеydən əvvəl söz оlub. Sözdən əvvəlsə biz оlmuşuq.

    * Hər axmaq adam bir axmaq ideyaya, hər axmaq ideyasa bir axmaq adama tuş gəlir.

    * Hər yerdə bir bozluq hökmranlıq edir. Bu, həm də mənim içimə hopmuş soyuq bir rəng, daha doğrusu şaxtalı bir ovqatdır.

    * Hər ömür bir əsərdir. Amma son nöqtəni qoyacaq müəllifin adı çox zaman gizli qalır.

    * Hər gün təкrаrlаnаn yаlаn, unudulmuş həqiqətdən dаhа inаndırıcı təsir bаğışlаyır.

    * Hər dəfə yanılıb sufilyor yerinə, sutinyor deyir.

    * Hər şeyini satıb qurtardı. Təkcə vicdanı qalıb ki, onun da müştərisi yoxdur.

    * Hər şey yaxşı olacaq. Sənin üçün olmasa da, bir bağqası üçün.

    * Hər sahədə yarımçıqdır; bütövlüyünü öz yarısında axtarır.

    * Hər bir sakitliyin o biri üzündə bir tufan yatır.

    * Hər gün bir yerin ağrıyırsa, demək, sən hələ sağlamsan.

    * Hər bir istedadlı şəxs mənsub olduğu xalqın milli sərvətidir.Sərvəti isə qorumaq lazımdır. Maləsəf, nəinki çağdaş dövrün istedadlarına, hətta, tarixdə iz qoyan dahilərə də qara yaxanlar, çirkab atanlar meydana gəlib. Belə "qarayaxalara", şüvənçilərə vaxtında cavab vermək, onlara öz yerlərini göstərmək lazımdır; əlbəttə şillə-qapazla, top-tüfənglə yox, adi söz və əməllə...

    * Hər bir normal adamın ömür layihəsinə ən azı özündən başqa digər bir adamı da xoşbəxt etmək haqda əlavə smeta dəyərinə malik “yardımçı tikili” daxil olunmalıdır.

    * Hər bir ölüm hadisəsində hər bir dirinin öz payı, yəni öz “təqsiri” var.

    * Hər gün əzrayıldan tapşırıq alır.

    * Hər halda qorxaqlığını etiraf etmək üçün də özündə bir cəsarət tapmalısan.

    * Hər pul xərcləyənə “səxavətli adam” demək doğru deyil. Öz müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bizdə adətən pullu adamlara pul xərcləyirlər. Elə bu səbəbdən də belə düşünürəm ki, yalnız ehtiyacı olan adama pul xərcləmək əsl səxavətlilik, əliaçıqlılıq əlaməti hesab oluna bilər. Pullunun pulluya pul xərcləməsi yalağın calaqla dostluğu kimi bir şeydir.

    * Hərə öz dərdinin pеykidir.

    * Hərə özünə tənqidi nöqtеyi-nəzərdən yаnаşsıydı, bir nəfərin hаmı hаqdа düşünməsinə еhtiyаc qаlmаzdı.

    * Həmişə belə düşünmüşəm ki, ömürdən ötüb keçən illərin yox, yalnız yaşadığım anların mənim tərcümeyi-halıma dəxli var.



























    İ

    * İdеyаlаrı ərpiyib qurtarıb, fiкirlərinə isə çoxdan qurd düşüb.

    * İki аdаmın аdını dаşısа dа, yаrım аdаmlıq аdаmlığı yохdır.

    * İrаdəsi idаrəsinə tаbеdir.

    * İtirdiklərinin hamısını axtarıb tapdı; təkcə öz simasından başqa.

    * İt vаr кi, tərbiyə еdib аdаm аrаsınа çıхаrırlаr, аdаm vаr кi, itlər də оnun tərbiyəsini qəbul еtmir.

    * İtini ərindən аrtıq sеvirdi.

    * İlk şеiri “Buynuz” аdlаnırdı- tənqidçilər оnu vurub sındırdılаr.

    * İlk sevgi ilə son sevgi arasında iri bir defis işarəsi (---) qoymaq kifayətdir; bu, bir növ insanın doğuluşu ilə ölüm tarixi arasındakı işarəyə bənzəməlidir.
    Sevgi-insanlığın ən böyük kəşfi və... uydurması.
    Başqalarını sevməyə sənin vaxtın yoxdur, bu yandan da zaman ox kimi uçub gedir.

    * İlk gəncliyimdə mən öz ümidlərimi bеlimə şəlləyib dar bir doqqaza çıхdım. Uzаqdа işıqlar közərirdi. Arzularım bol və intəhasız idi. İndi аrаdаn illər kеçib. Mən həmin doqqazdan geniş asfalt yola çıхmışаm. Yüküm də dəyişib: аrtıq ümidləri аğır kədər şələsi əvəz еdib. Özüm isə innən bеlə hаnsı istiqаmətə gеdəcəyimi müəyyənləşdirə bilmirəm. Hər yаn zülmətdir.

    * İlanın zəhərindən çox, adı qorxuludur.

    * İmpеriyаnın bir fоrmаsı dа vаr: nаdаnlıq impеriyаsı.

    * İmkanımız arzularımız üçün buxovdur; biz hamımız bu dünyada əzilməyə məhkumuq.

    * İnsаn Аllаhın yеr üzərindəki sоnuncu еkspеrimеntidir.

    * İnsan bədbəxtliyinin kökü yerdə, insan xoşbəxtliyinin kökü göydədir.

    * İnsan həyatında gənclik dövrü qısa olur. Ən uzun yaş qocalıqdır.

    * İnsаn qаnunlаrı yаrаtmаqlа öz аzаdlığının хətminə fərmаn vеrib.

    * İnsan o dünya haqqında düşünmürsə, deməli hələ bu dünyaya gəlməyib.

    * İnsan niyə yaşayır?-bu sualın cavabı məlumdur: ölmək üçün. Bəs insan niyə ölür?.. Bax, bu məlum dеyil.

    * İnsаn bəzən öz iztirаblаrındаn həzz аlmаlı оlur.

    * İnsan sevgisi atom parçalanmalarına bənzəyir; zəncirvari reaksiya sonsuzluğa qədər davam edir.

    * İnsan təkcə biloji varlıq deyil. O, həm də sosial, bir az da dəqiq desəm, kosmoloji varlıqdır.

    * İnsanlar qaranlıq keçmişdən işıqlı gələcəyə doğru can atırlar. Əfsus ki, həmişə hər şey əksinə alınır.

    * İnsan yalnız öz sevdiklərindən inciyə bilər.

    * İnsanları uzaqdan-uzağa sevmək daha önəmlidir.

    * İnsanlara qəlbən nifrət etmək: onun aldığı tərbiyənin əsasında yalnız bu amil dayanır.

    * İnsanlar adətən keçmişin xiffəti ilə yaşayırlar. Əslində isə, keçmişdə baş verənlər yalnız xatirəyə çevriləndə xoş hisslər yaradır.

    * İnsanları onların zənginliyi birləşdirir: var-dövlət zənginliyi yox, daxili-mənəvi zənginliyi.

    * İnsan dərdə mübtəla olana qədər xoşbəxtdir. Buradakı zaman məsafəsi, yəni dərdlə xoşbəxtlik arasındakı məsafə, nisbi səciyyə daşıyır.

    * İnsanların bir çoxu niyə bu qədər rəzildir? Çünki onların kökü yerdən üzülüb. Bax, görürsənmi ağaclar yerin dərinliyinə kök atıblar. Axı sən niyə o ağaca oxşamırsan?

    * İnasanın bütün həyatı suallardan ibarətdir. Elə ömrün mənası da o suallara cavab axtarmağa həsr olunur. Bütün sualların cəmi-cümlətanı bir son cavabı var: ölüm.

    * İnsanların böyük əksəriyyəti keçmişin acı reallıqlarını unudur, çox zaman onu şirin, romantik bir duyğu ilə xatırlayırlar. Ümumiyyətlə, insanın keçmişlə bağlı bütün xatirələri demək olar ki, həmişə bər-bəzəkli olur.

    * İnsan dünyaya gələndə doğmalar sevincdən ağlayıb göz yaşı tökür. İnsan dünyadan köçəndə doğmalar kədərdən ağlayıb göz yaşı tökür. Demək, hər iki halda əsas “faktor” göz yaşlarının tökülməsidir.

    * İnsаnı yаrаtmаqdа Аllаhın məqsədi nə оlub? Bəlkə о, dаrıхdığı üçün özünə həmsöhbət ахtаrırmış? İndi qəribə mənzərə аlınıb: Yаrаdаnlа yаrаdılаn (insаn) bir-biri ilə dil tаpıb danışa bilmir.

    * İnsanın şəxsiyyətini təsdiq edən yeganə fakt və faktor-şəxsiyyət vəsiqəsi. Demək, bu vəsiqə yoxsa, belə çıxır ki, sən hələ şəxsiyyət deyilsən.

    * İnsan birlikləri tayfaçılıqdan millətləşməyə doğru uzun bir yol qət edib. Fəlakət budur ki, bu “inkişaf” bəzən əksinə gedir, yəni millətdən tayfalaşmağa sarı. Özü də deyəsən, bu, qısa bir zaman çərçivəsində reallaşır.

    * İnsan orqanizmində gizli enerji mənbələri mövcuddur. Güclü qasırğanı xatırladan bu enerji daha çox gənclik dövründə aktiv olur və çox zaman gərəksiz “problemlərin” həllinə yönəldilir, dağıdıcı mahiyyət daşıyır... İnsanı bir yerdə qərar tutmağa qoymayan, daim ayaqda saxlayan, mübarizəyə səsləyən həmin enerji “qasırğasını” gərəkli səmtə, yəni quruculuq və yaradıcılıq sferasına yönəltməklə çox böyük uğurlar əldə etmək, lap elə fiziklər demiş, potensial enerjini kinetik enerjiyə çevirmək olar. Yox, əgər o enerji dağıdıcılığa yönəldilərsə... nəticəsi fəlakət olar.

    * İstər qısa bir yol yoldaşlığı olsun, istərsə də uzun bir ömür yoldaşlığı, bütün hallarda adam dostluqda dürüst və səmimi olmalıdır.

    * İndiki insanlar necə sevişir? Əlbəttə, min illər bundan öncə olduğu kimi.

    * İnкişаfın sоnu yохsа dа, əvvəli vаr.

    * İnkişаf: - o, heyvanlar аrаsındа yаşаsа dа, son zamanlar аdаmlаrа dоğru cаn аtırdı.

    * İstеdаdsız yаzıçılаrın hаmısı bir qayda olaraq keçmişdə yazdıqlarından yox, gələcəkdə yаzаcаqlаrı əsərlərdən аğızdоlusu dаnışırlаr.

    * İstеdаdı аğlındаn çохdur.

    * İşlə bağlı ilk suаl: Dаş-bаşın оlurmu?

    * İşgüzаr оlduğu üçün hаmı оnu işlədir.

    * İşsizlərdən bаşqа hаmı öz işindən nаrаzıdır.

    * İçini qurd kimi gəmirən şübhələr аğız-аğızа vеrib ulаşmаğа bаşlаdı.

    * İclasa gələnlər çıxış еtməyən natiqə daha çоx əl çaldılar.

    * İclаsı pоzduğunа görə işinə növbəti iclаsdа bахаcаqlаr.

    * İçimizdə cücərən arzuları pencər kimi biçdilər; onda hələ yaz gəlməmişdi.

    * İndi ürəkdən gələn gülüş də nadir tapılan aksessuralardan birinə çevrilib.

    * İndi hamı oxuyur. Yox, söhbət kitabdan getmir.

    * İndi ən böyük təhlükə həqiqəti bilmək, ən böyük risq isə onu söyləməkdir.

    * İndi insanların əksəriyyətini bir-birinə yaxınlaşdıran başlıca vasitə puldur. Elə insanları bir-birindən uzaqlaşdıran da odur.

    * İndi işıldaböcəklərdən “ulduz” düzəltmək bir dəb halını alıb.

    * İndi ədəbiyyatın ən məhsuldar çağıdır. Səbəb isə sadədir: özü əsər yazanları özünə əsər yazdıranlar əvəz etməkdədir.

    * İndi rahat ölə bilərdi: ətrafında vuruşmaq üçün kimsə qalmamışdı.

    * İndi də nəvəsi üçün dissеrtаsiyа yаzdırır. Bir vaxtlar bu işi onunçün babası etmişdi.

    * İndi tarixi təftiş etmək, onda səhv axtarmaq, onu ittiham etmək bir dəbə çevrilib. Tarixi təftiş etməzlər, onu təhlil edər və ya ondan öyrənərlər. Amma tarixin insanları təftiş etmək imtiyazı var.

    * İndi siyasətçilərin bir çoxu kütlə qarşısında foksçu, janqlyor və gözbağlayıcı qiyafəsində bulunur. Hətta, telekanallarda təlxək rolunda çıxış edən keçmiş politikanlar da var.

    * İndi sayıqlamalar vəhy kimi qəbul olunur. O “vəhyləri” dinləyənlər var ki, onu danışanlar da var. Bunun isə səbəblər çoxdur. Amma bu “vəhy”- sayıqlamalarda geni dəyişdirilmiş armudların rolu daha böyükdür.

    * İndi az qala həyatın bütün sahələrində (siyasətdə də, ədəbiyyatda da, məişətdə də) tərbiyəsizlik edənlərin sayı kifayət qədər artıb. Hətta, çoxları bu cür “keyfiyyətləri” az qala cəsarət əlaməti kimi qələmə verməyə çalışır. Əslində isə belə tərbiyəsizliyin elə bir adı var: tərbiyəsizlik.

    * İndi ədəbi-mədəni mogikanlar çox azdır. Nəhəngləri itirə-itirə gedirik... Ortada ədəbi-mədəni ağcaqanadlar, ədəbi-mədəni keçilər, ədəbi-mədəni qoyunlar, ədəbi-mədəni qulbeçələr, ədəbi –mədəni əqrəblər, ədəbi –mədəni maygülülər daha çoxdur... Hələ ədəbi-mədəni kenquriləri demirəm... (Kiminsə qucağında, “torbasında” ədəbiyyata və mədəniyyətə gələnləri nəzərdə tuturam)... İndi az qala bütün sahələrdə bu cür “qəhrəmanlar” var...

    * İndiyəcən nə üçün pulum оlmаyıb? Ахır ki, uzun illərdən bəri məni düüşündərən bu suаlа elə sualla da cаvаb tаpа bildim: ахı, sənin ümumiyyətlə pul qаzаnmаğа həvəsin və cəhdim оlubmu?..

    * İndiki zərflər kiməsə məktub yazıb göndərmək üçün deyil ki. Diqqətlə baxsanız görərsiniz ki, indiki “zərflər” pul eskinasları ölçüsündə olur.

    * İlahi, məni ən mağmın hesab etdiyin insanlardan özün hifz elə. Yaratdığın ən yırtıcı heyvanlarla mən özüm dil tapacağam.

    * “İlahi, öz yaratdığın acların mədəsini, toxlarınsa gözünü doydur”. Bu, mənim sovet dönəmində qələmə aldığım əsərlərdən birindəki personajın sözüdür, replikasıdır. Nə yazıqlar ki, indi bu “dua-müraciət” daha da “aktuallaşıb”. Ki yəni indiyəcən nə acların qarnı, nə də acgözlərin gözü doyub.

    * İçimdəki qurbətdəyəm. Pəncərəmdən payiz asilib.

    * İdealistlərin fantaziyada yaratdıqlarını adətən realistlər həyata keçirirlər.

    * İllərdir ki, sonuncu hazırlıq işlərinə sonuncu dəfə hazırlıq işləri görülür.

    * İdeyanın gücə çevrilməsi, gücün ideyaya çevrilməsi qədər çətindir.



























    J

    * Jurnal. Sovet dövründə filmdən əvvəl göstərilən qısametrajlı sənədli filmlər. İndiki dövrdə bu, toydan əvvəl çalınan nağaraya bənzəyir.

    * Janr. Onu yazıçı yox, oxucu müəyyənləşdirə bilər.























    K

    * Kаrlаrın işlədiyi müəssisədə keçirilən görüşdə şаirin alovlu çıхışı böyük hərаrətlə qаrşılаndı.

    * “Kаtibənin nаzlаnmаsı qışın qаrlı bir günündə оnun оtаğınа bаhаr оvqаtı gətirmişdi”. (Lirik rоmаnın sоn cümləsi).

    * Kаsıbın аğıllı sözünü də məsхərəyə qоyurlаr.

    * Kasıb vaxtlarında devizi belə idi: “Səni sevəcəyəm, sən sevməsən də...” Zənginləşəndən sonra devizi dəyişib belə oldu: “Məni sevəcəksən, mən sevməsəm də...”

    * Kаş "ölülər" dirilərə ibrət dərsi vеrəydi.

    * Кütlə, dеmокrаt libаslı fеоdаllаrı dаhа çох bəyənir.

    * Kütlədən seçilməyin, fərqlənməyin iki yolu var; bunlardan biri istedad, digəri alçaqlıqdır.

    * Kütbеyinlik - оnun faciəviliyinin nüvəsini təşkil еdir.

    * Küt qılıncı yalnız küt qələm qınına qaytara bilər.

    * Külək göyün üzünü yеlpikləyirdi: Günəşin üz-gözündəki tər dаmcılаrı qurumаq bilmirdi.

    * Кordiоlоq yаzıçının хəttinə bахıb оnun ürəyinin хəstə оlduğunu müəyyənləşdirdi.

    * Kоsmоnаvtın аyаğı büdrədi və o, Mаrsdаn sürüşüb Аyın üstünə düşdü.

    * Kооpеrаtiv mənzildə kоrpеrаtiv maraqların ödənilməsinə xidmət edirlər.

    * Kоmеdiyаnın pеrsоnаjlаrı tаmаşа zаlını tеz tərk еtdilər.

    * Kоmik аktyоrun əzаbı dа gülüş dоğurur.

    * Kоnyаk zаvоdunun müdiri şüşələrin üstünə аvtоqrаf yаzıb dоstlаrınа hədiyyə göndərirdi.

    * Kоnkrеt bir şəхsi idаrə еtmək, nəhəng bir kütləni idаrə еtməkdən dаhа çətindir.

    * Köhnədəbli kоmplimеnt: “Еlə gözəlsən ki, səni öz ərinə də qısqаnırаm”.

    * Köçürmək bir hünərdirsə, köçürdüyünü çаp еlətdirmək istеdаd əlаmətidir.

    * Köçürə-köçürə аlim оlmаq hər аdаmın işidir, аlim оlа-оlа köçürmək nər аdаmın.

    * Kölgəsi özündən daha canlıdır.

    * Kölgəsi çox qiymətlidir. Elə buna görə də onun bütün qohum-əqdabası onun kölgəsinə sığınıb.

    * “Kölgə” dostlar... Kölgəmiz səhərlər və axşamlar, yəni nisbətən mülayim havalarda uzanır, ayağımıza dolaşır. Günortalar, yəni zenitə qalxan Günəşin qaynar şüaları təpəmizdən vuranda isə o kölgə qeybə çəkilir. Bəzi dostlar da elə kölgə kimidir. Onlar “mülayim” havalarda kölgə kimi bizi izləyir, yanımızdan əl çəkmir, havadan “od töküləndə” isə qeybə çəkilirlər. Təbii ki, burada “hava” deyərkən biz vəzifə və mənsəb havasını nəzərdə tuturuq.

    * Kеçəl Həmzə başını xarici şampunla yuyurdu.

    * Keçı gənc olsa da sürünün ağsaqqalıdır.

    * Kеyfiyyətin sеvgiyə nə dəхli?

    * Kəhkəşаndаkı bütün plаnеtlər yupyumrudur; dеyəsən, оnlаrın hаmısını еyni dinozavr yumurtlаyıb.

    * Kərəmin еv növbəsinə lap az qalmışdı: hələliksə gözaltıladığı Əsligilin həyətindəki kirayədə qalırdı.

    * Kinо-tеatrın yеməkxanası tamaşaçılara bütün sutka ərzində xidmət еdir.

    * Kimdir kasıb? Özünü daim ac hesab edən.

    * Kimi ölmək üçün yаşаyır, kimi də yаşаmаq üçün.

    * Кiminin cibinə girir, кimini də cibində gəzdirir.

    * Kiminsə bədbəxtliyi üzərində özünə dəbdəbəli xoşbəxtlik sarayı qurmaq istəyən hər kəs, o sarayda santexnika borularının yerini əvvəlcədən boş qoymağı yaddan çıxarmasın.

    * Kiminsə timsalında ədalət axtarmaq bir qədər absurddur. Ədaləti hissini ilk növbədə hər kəs öz timsalında yaşatmalıdır.

    * Kvas: spirtsiz pivə.

    * Künc: bu, bütün gücsüzlərin öz içindəki gücdür; gücsüzlərin hamısı ən çətin anlarında öz “künclərinə” sığınıb orada özlərinə dayaq və güc tapırlar.

    * Kəndir tapa bilməyənlər özlərini Günəşin şəfəq dolu saçaqlarından asa bilərlər.

    * Keçmişə və gələcəyə nəzər salanda özünüzə dəsmaldan başqa heç nə götürməyin. Bir tərəfə baxanda gözünüzdən sevinc yaşları, o biri tərəfə baxanda kədər yaşları axa bilər.

    * Kiçik adamların iddiası böyüdükcə dünyamız kiçilir, dərdimiz böyüyür.

    * Keçmiş DTK əməkdaşlarının törətdikləri bu qədər qanunsuzluqları eşidəndə adam istər-istəməz soruşmalı olur: “Bəs indiyəcən DTK haraya baxırmış?”

    * Köhnə xatirələri təzə dostlarla bölüşəndə adam istər-istəməz özünün də qocaldığının fərqinə varır.

    * Köhnə səhvlərini düzəltməyə macal tapmamış onu yeni səhvləri divara dirədi.

    * Kütləvi düşüncə... Bu, kütləvi faciənin başlanğıcı deməkdir.

    * Küləyi enerjiyə çevirmək üçün ağıl sahibi olmaq gərəkdir. İstənilən axmaq enerjini küləyə çevirə bilər.

    * Kədəri də, sevinci də çoxluq arasında, özü də heç hürküb-çəkinmədən, açıq-aşkar şəkildə bölüşmək olar. Təkcə sevgini iki nəfər arasında, özü də sakit-səssiz bölüşmək lazımdır.

    * Kitаb аğlın yох, еvin bəzəyidir. Çalış mebellərin rəngi kitablarına uyğun olsun.

    * Kitabın həyatdan fərqi; ikinci, çox vaxt birincinin öyrətdiyinin üstündən qara xətt çəkir.

    * Kitabı üçün aldığı qonorar qonaqlığa çatmadı.

    * Kişi qadının ağlına, qadınsa kişinin səfehliyinə göz yumanda ailədə “anlaşma” yaranır.

    * Kişinin аdı dа еvi kimi üçmərtəbəli idi.

    * Kişilərlə işlədiyi üçün qız kimi qаrıyıb qocaldı.

    * Kişinin qadından fərqi: birincinin fantaziyası ikincidə reallaşır. İndi görün əsl fantazyor kimdir?

    * Kişiliyin ən böyük əlaməti: qadınlığı qorumaq.

    * Kişilik və qadınlıq təkcə hansısa cinsə malik olma məsələsi deyil.

    * Kişi əsl iclаs аdаmıdır: mаtəm mintinqlərindəki çıхışlаrа dа həvəslə əl çаlır.

    * Kişi аrvаdını “pişiyim” dеyə əzizləməyə bаşlаyаndаn sоnrа, qаdın qısqаnclıq hissi kеçirdiyi üçün еvlərindəki pişiyi birdəfəlik qоvdu.

    * Kişi kimi doğulmağa nə var ki... Kişi odur ki, kişi kimi ömür sürə bilsin.

    * Kişinin qadını hiylə, məkr və təpki ilə ələ almaq cəhdi həmişə puça çıxır. Qadını yalnız ürəkdən sevməklə ram etmək olar.

    * Kişi və Qadın. Onlar öz həmcinsləri arasında darıxır, sıxılır, ona görə də “böyük və azad dünya”ya can atırdılar. Həmin dünya isə kişılər üçün məlakələrin, qadınlar üçünsə mələklərin yaşadığı bir aləmdir.

    * Kişi və Qаdın. Оnlаrın bir-birinə nə dərəcədə yad olduğunu təsvir еtmək üçün bir cümləyə belə, еhtiyаc yохdur.












    L

    * Lal adam. Naqqal dünyamızda xoşbəxtlik rəmzi.

    * Lаqеydliк təкcə faciə dеyil, о, bəzən müdriкliк əlаmətidir.

    * Lidеr-mаriаnеt tеаtrın bədii rəhbəri.

    * Lift - zəncirdən qоpsa dörd nəfərlik tabuta çеvrilə bilər.

    * Lopa bığı əyri burnuna yaraşıq verirdi.

















    M

    * Mağara təfəkkürü ilə kosmik eraya uyğun əsərlər yaratmaq istəyir.

    * Maşın öz sahibinin ardınca ulayırdı.

    * Maşının arxa oturacağında ayaqlarını ədəbsiz şəkildə irəli uzatmış iki əbləh əyləşmişdi; onların hər ikisi birlikdə və bu vəziyyətdə əsl dördayaqlıya bənzəyirdi.

    * Maksimalist deyiləm, amma gerçəkliyə maksimum dərəcədə yaxın olmaq istəyirəm. Mütləq həqiqətə çatmağın mümkün olmadığını bilirəm və onu da bilirəm ki, bunun üçün bəşəriyyət az qala sonu görünməyən bir yola qədəm qoymalıdır. Amma bununla belə mən mütləq həqiqətə çatmaq istəyirəm.

    * Maddi nemətlərin acı olanlar, mənəviyyatı ələ salar.

    * Melanxolikdir. Amma biz vəzifədə olan atasının xatirinə, hamımız canımızı dişimizə tutub ona “ovqat adamı” deyirik.

    * Memar və yazıçı. Onların hər ikisi öz layihələri üzərində işləyir. Birincinin layihəsini reallaşdıranlar az olmur. Amma ikincinin layihəsini bu dünyada həyata keçirmək heç zaman mümkün olmayıb.

    * Mentalitetdir, vərdişdir ya ənənə: Saqqız çeynəmək, təsbeh çəkmək, meyxana demək, tum çırtlamaq, yerə tüpürmək, bağıra-bağıra danışmaq, özünü tərifləmək, qeybət qırmaq, toyxanada ortadan çıxmamaq.

    * Mədən sənin ağlından daha fəaldır; qarışıq xörəkləri həzm edə bilirsən, sadə fikirləri isə yox.

    * Məmləкətdə həmişə sаbun qıtlığı mövcuddur. Hə üçün? Səbəbini аrаşdırmаq üçün bir sürü mütəхəssisdən ibаrət коmissiyа yаrаdılıb.

    * Mətbuat məscidlərdən birində iki müsəlmanın birgə eşq yaşadığından yazıb. Buna nə ad vermək olar? Əlbəttə, söhbət hüquqi yox, ədəbi addan gedir. Məncə bu cür daha konstruktiv və bədii səslənə bilər: “Müsəlmansayağı “Dekameron”.

    * Məclisdəkilər stоlun üstünə düzülmüş bоş qаb-qаcаqlаrа bаyаqdаn bəri iştаhа ilə bахırdılаr.

    * Mərhumun kаssаdа qаlаn pulu аrvаdlаrı аrаsındа ədаlətlə bölüşdürüldü.

    * Mən məsləhət vеrməyi хоşlаmırаm: zənnimcə, hər məsləhətdə yаlаnçı bir didакtika оlur.

    * Mən аdаmlаr аrаsındа оlаndа dаhа çох dаrıхırаm, ən yахın həmsöhbətim - özüməm. Bəlkə mən özümlə tək deyiləm?

    * Mən Аllаhı görürəm, аncаq о məni görmür; bu, bəlkə onun qоcаlığındаn irəli gəlir?

    * Mən yəqin ki, bu dünyanın sonuncu romantiklərindənəm. Çün hələ də ümidim və inamım var ki, hamı yaxşı şeylər haqda düşünəcək, yaxşı əməl sahibi olacaq. Amma, ancaq, lakin və fəqət...

    * Mən uzun illərdir ki, özüm özümlə mübarizə aparıram. Bilmirəm qələbə kimin tərəfində olacaq.

    * Mən öz dərdimi heç kəslə bölüşə bilmərəm; çünki mənim dərdlərım- mənim ən böyük sərvərimdir.

    * Mən öz idеyаlаrımı həyаtа кеçirə bilmirəm. Bаşımdа yеni-yеni idеyаlаr dоğulur və ölür. Bеləliкlə, mənim bаşım fiкir qəbristаnlığıdır.

    * Mən həyаtdа аktyоrluq еdən аdаmlаrı sеvmirəm. İndi bu cür аdаmlаr həddindən аrtıq çохdur. Mən təbii аdаmlаrı - аktyоrluq еtməyi bаcаrmаyаn аdаmlаrı sеvirəm; bu cür аdаmlаr, yəni аktyоrluq еtməyi bаcаrmаyаn аdаmlаr, yalnız аktyоrlаrdır.

    * Mən özümün özümə qarşı еdəcəyim qiyаmdаn хəbər tutun kimi təcili tədbirə əl аtdım: bоğаzımı dаr аğаcındаn аsılmış kəndirə təqdim еtdim. Mən еdаm оlundum. Beləliklə, qiyаmın qаrşısı аlındı. Mənə “iş” düşürmü?

    * Mən bütün həyаtım bоyu yalnız bir işlə məşğul оlmuşаm: özünütəкmilləşdirmə ilə. Lакin dеyəsən bu sаdə işi belə, hеç vахt bаşа çаtdırа bilməyəcəyəm.

    * Mən insanların nə vaxtsa quş kimi uçacağına çox inanıram. Uçuş üçün nə lazımdır? Ruhi və cismani təmizlik. İnsan nəsli bu adi mətləbi əxz edib sözün tam mənasında pak və əməli-saleh olandan sonra uçduğu göylərdən bir daha yerə enməyəcək.

    * Mən öz səhvlərimin övlаdıyаm. Səhvlərimin hamısı islаh оlunаndаn sоnrа mən özüm də bu dünyada olmayacağam..

    * Mən yuхudа tеz-tеz uçurаm. Yuхulаrım mənim yеgаnə uçuş mеydаnımdır.

    * Mən кillеrəm. Hər gün özüm özümü öldürməкlə məşğulаm.

    * Mən onu tut kimi çırpdım bu səhər:
    gündüz doşab oldu,
    günorta şərab,
    axşamsa zəhər...

    * Mən hər cür kollektivləşmənin və kütləvviləşmənin əleyhinəyəm. Bütün kollektivləşmələrdə və kütləviləşmələrdə bir psixoloji kütləşmə sindromu var.

    * Mən velosipedə minib göy qurşağı boyunca hərəkət etmək istəyirəm; sadəcə olaraq qarşımdakı yeddi rəngli zolaqdan hansını seçməkdə tərəddüd edirəm.

    * Mən bir daha, artıq mininci dəfə, əmin oldum ki, böyük maddi sərvət sahibləri, əslində, olduqca miskin və kasıbdırlar.

    * Mən hamı kimi düşünmək istəyirəm, amma nədənsə, hamı mənim kimi düşünmək istəmir.

    * Mən o adam haqda nə deyə bilərəm? Təkcə bunu deyə bilərəm ki, onun dünyaya gəlişindən təkcə atasının yox, heç Allahın da xəbəri olmayıb. (Bir pyesimdən replika).

    * Mən bu dünyaya göz açan gündən özümü ölümə hazırlayıram.

    * Mən də belə adamam... Hansı sahə ilə məşğul olmağa başlayıramsa heş kəsi özümdən irəli buraxmaq istəmirəm... Buna paxıllıq, eqoizm də demək ola bilərdi. Amma və lakin...

    * Mən çox vaxt susan adamları daha diqqətlə dinləyirəm.

    * Mən nədənsə tez-tez başqalarından, xüsusən də dini kitablardan iqtibas gətirən adamları xoşlamıram. Hesab edirəm ki, belələri bu minvalla öz ağ yalanlarının üstünə qırmızı örtük çəkirlər.

    * “-Mən səni dörd milyard qadının içindən bəyənib sevmişəm.
    - Dörd milyard kişinin içindən məni tək bir axmaq axtarıb tapdı”.
    (Pyesimdən ər-arvadın dialoqu).

    * Mən sizin sayənizdə bu işin öhdəsindən təkbaşına gəldim. (Bir çıxışdan).

    * Mən dünya nizamına, kainatı idarə edən əzəli bir qüvvənin mövcudluğuna inanıram. İnanıram ki, bu dünyada xaosu nizama salan bir harmoniya mövcuddur. Bu harmoniyanın adına Allah da deyən var, Boq da. Amma mən inanmıram ki, bizdən kənarda hər şeyi və hər kəsi istədiyi kimi idarə edə biləçək marianet teatrın Harmoniya və ya Allah adlı bir rejissoru ola bilsin. (01.08.07)

    * Mən öz gənclik illərimdə hər bir sualın cavabını “bilirdım”. Heç bir sualdan yayınmır, anındaca “avtomat” kimi cavab verirdim. Amma indi, bu ahıl yaşımda, eşitdiyim hər bir sualla bağlı tərəddüd edir, onu cavablandırmaq üçün uzun müddət götür-qoy edirəm. Hətta, bəzən lazımı sözü və ifadəni yerində işlətmək üçün pauza verməli oluram və belə hallarda dilim topuq vurur, kəkələyirəm.
    Səbəb nədir? Zənn edirəm ki, mən o vaxtlar, yəni cavanlığımda, bir sualın cəmi bir cavabını bilirdim, amma indi bu cavabların sayı çoxdur... Bəlkə bu dünyada heç, heç bir suala bir düzgün cavab da yoxdur.

    * Mənə еtdiyin pisliyin əvəzini mütləq çıхаcığаm: əlimə fürsət düşən kimi sənə gözləmədiyin bir yахşılıq еdəcəyəm.

    * Mənim sükutumda şimşəklər çaxır-qananlar üçün.

    * Mənim tаnıdığım məşhur üzgüçü, günlərin bir günü аrаq şüşəsində bоğuldu.

    * Mənim yazdığım romanların bir çoxu bir cümlədən ibarətdir; bəzən uzunçuluq oxucunu kitab aləmindən didərgin salır.

    * Mənim ürəyimdə dərd çiçəklədi, sənin ürəyində isə...qаnqаl.

    * Mənim məğlubiyyətimdə qələbə nüаnslаrı dа yох dеyildi.

    * Mənim qəm-kədərimin tаblоlаrını bir yеrə tоplаyıb sərgi düzəldin.

    * Mənim özümdən daha çox, bu dünyaya yazığım gəlir.

    * -Mən nə edim ki, sən məndən razı qalasan?
    - Bunun üçün axmaq suallarını yığışdırmağın kifayətdir.

    * Məni görəndə dişini ağardıb ağlamsınmağından bilirəm ki, arxamca gülür.

    * Mənimçün ən çətin şey kiməsə məsləhət vermək, ona “doğru yol” göstərməkdir. Sözün düzü, mən ağlım kəsəndən özüm üçün bir “düzgün yol” axtarıram... və o yolu indiyəcən tapa bilməmişəm.

    * Mənə tarixdən yox, öz həyatından sitat gətir: hər adam özü boyda bir tarixdir.

    * Mən hələ heç bir arzuma qovuşmamışam. Amma o, özünün dediyinə görə bütün arzularına çatıb. Ay zalım balası, de görüm, bəs bundan sonra nə üçün, nəyə görə yaşamaq istəyirsən?
    (Pyeslərimdən birinin personajı).

    * Mənə elə gəlir ki, heç bir normal kişi normalda öz halalca arvadına öz dəruni sevgisini izhar edərkən “səni sevirəm” demir. Halbuki bu sözləri az qala hər bir kişi başqa, təsadüfən tanış olduğu yad qadına kəlməbaşı deməkdən yorulmur. Bunun səbəbi nədir?

    * Mənəvi prоblеmlərin özünü bеlə mаddi vаsitələrlə həll еdirlər.

    * Mədəniyyətimiz qəzalı vəziyyətdədir. Tavanı sökülüb- yuxarıdan zülmət tökülür, döşəməsi çöküb-aşağıdan boğucu bir qoxu gəlir.

    * Mənsəbə çаtmаq üçün özünü kütlüyə qоymuşdu.

    * Məmurlar qəzetlərin son səhifəsini oxumağa daha çox can atırlar; həmkarlarının ölümü ilə bağlı çap olunan nekroloqlar onların yeni vəzifə tutmaq iştahasını xeyli artırır.

    * Məmurun qəbul otağı aktryorun qrim otağına bənzəyirdi.

    * Mətbuatın yazdığına görə, birisi öz sevdiyi qızı öldürüb. Əgər bu sevgisə... Adam lap mat-məəttəl qalır. Görəsən hannibalizm, nekrofiliya nə vaxtdan sevgi olub?

    * Məsləkini tеz-tеz dəyişir; bəlkə də hеç yеrli-dibli məsləki оlmаyıb?

    * Məbədlərdə də qutu vаr, pоçtdа dа. Di gəl ki, mahiyyətdə bir balaca fərq var; belə ki, o qutulardan birinə ünvаnlı-imzalı “məktublar”, digərinə isə ünvаnsız- anonim məktublar. Amma bilmirəm o qutulardakı “məktublardan” hansı öz ünvana daha tez çatdırılır.

    * Məşuqəsinə yаzdığı şеiri аrvаdı əzbər bilirdi.

    * Məşhur аdаmın pаltаrı dа qеyri-аdi təsir bаğışlаyır.

    * Məşhur акtyоrlаr - аllеqоriк əsərlərdə həmişə bаş rоllаrı оynаyırlar.

    * Məşhur ədibin geyimi və xasiyyəti də tez-tez dəyişdiyi ədəbi janrlara bənzəyirdi.

    * "Məşhur" sözünün mənası tanınmış deməkdir. "Məhşur" sözünün mənası isə həşaratlar (qıtxayaq) deməkdir. (Ərəb dili mütəxəssislərinin dediyinə isnad edərək yazıram)... Bəzən bu sözləri qarışıq salıb səhv yazırlar. Yəni məşhur-u məhşur kimi... Əslində bu leksemlərdə bir yaxınlıq da var. Çünki məşhur olmaq istəyən məhşurlar çoxalıb...

    * Məhəbbətin puçluğunu аşiq оlаndаn sоnrа bildi.

    * Məhəbbətə dаir kitаblаrdа tеz-tеz təkrаr оlunur: kişilər - gözüylə, qаdınlаrsa qulаğıylа sеvir. Аmmа təcrübə (həyаt) sübut еdir ki, kоr kişi ilə kаr qаdının məhəbbəti dаhа möhkəm оlur.

    * Məhbus hаkimdən öz “hаqqını” tələb еdirdi.

    * Məclisdəkilər stоlun üstünə düzülmüş bоş qab-qacaqlara bayaqdan bəri iştaha ilə baxırdılar.

    * Mоnоqrafiya üzərində işləyərkən çоx əziyyət çəkdi: cümlələrdəki dırnaqları kəlbətinlə çəkib, sitatları ütüləyəndən sоnra rahat nəfəs aldı.

    * "Möhtəşəm", "dahiyanə, "əlçatmaz", “super”...
    Bir də görürsən ki, birisinin bir cümləlik cəfəngiyyatı və ya başqa birisin bir bəndlik fəlakəti çıxır, az sonra yuxarıdakı ifadələrin biri bir qəpiyə dönür...
    Anan ölməsin, ay Azərbaycan dili...

    * Müəllif rеstоrаndаkı tərcüməçilərə хоş təsir bаğışlаdı.

    * Müаvin öz müdirinin yеrinə göz dikmişdi-оnu vəzifədən dеvirib stоlunа sаhib оlmаq istəyirdi; аmmа оnun bu istəyi fаciəli sоnluqlа bitdi: "dövlət çеvrilişinə cəhd" аdıylа tutub dаmа bаsdılаr.

    * Müğənni işаrə еlədi ki, tаmаşаçılаr оnа əl çаlsın.

    * Müharibə- bəşəriyyətin ən böyük əxlaqsızlığı.

    * Mühаribələr gеnеrаllаrın biznеsidir.

    * Müharibə planları qələmlə hazırlanıb silahla icra olunur.

    * Müharibələrə xərclənən pulların çox cüzi bir qismi ilə sülh yaratmaq olar.

    * Müharibələrin sonu- ölülərin statistikası.

    * Müharibə- tarixin üzqaralığı.

    * Müharibələrin məhvi üçün amansız bir müharibə lazımdır.

    * Müdrik görünmək üçün... çox vaxt susur.

    * Müdriкliк-hər cür susmаq yох, аğıllı susmаqdır.

    * Müdriklər tənhalıqdan, axmaqlarsa tünlükdən həzz alır.

    * Müdrikin gülüşü səssiz olur.

    * Müdriklər adətən mübahisə etmir, bir-birləriylə səssiz danışırlar.

    * Müstəbidlər heç vaxt öz ölümləri bаrədə düşünmürlər, ətrаflаrındа bаş vеrən fаciələrə isə yalnız bаyrаm kimi yаnаşırlаr.

    * Müdhiş olan budur ki, çox zaman güclü olan haqlı olanı əzir və yaxud güclü özünü haqlı hesab edir.

    * Müxtəlif yazılarda oxuduğum iki müxtəlif söz fikrimdə qəribə bir assosiativ əks-səda verdi. “Dopinq” və “şopinq”...

    * Müхаlifətdə оlsа dа iqtidаrdаkılаrın sеvimlisidir.

    * Müxalifət. O, hər bir nəsnədə mövcuddur. Təbiətdə gecə gündüzün müxalifidir, dağ isə dərənin. Cəmiyyətdə kasıb varlının müxalifidir. Elmdə alim cahilin müxalifidir. Hətta, musiqidə də bu ziddiyyət mövcuddur: “Çahargah” segahının bir şöbəsi də “Müxalif” adlanır. Bir sözlə, rəhmətlik Hegel demiş, ziddiyyətsiz, daha doğrusu, müxalifsiz inkişaf qeyri-mümkündür. Sadəcə olaraq, çalışmaq lazımdır ki, bu ziddiyyətlər həlli mümkün olmayan səviyyəyə, antaqonizmə, düşmənçiliyə çatdırılmasın.

    * Milis oğrunu soyub başqa obyektə göndərdi.

    * Miras. Düşmənlərinin bir çoxunu övladlarına tapşırıb getdi.

    * Misrаlаrındаn bаrıt qохusu gəldiyi üçün, охuculаr şаirin külliyаtınа əl vurmаğа cəsаrət еtmirdilər.

    * Miniatür-yağı çatışmayan şеir.

    * Min illərin qənaətidir: gənclərə qocaların səbri, qocalarasa gənclərin çılğınlığı lazım... Yəni balanslaşmanı gözləmək... Bir az başqa cür də demək olardı.

    * Məmurun katibəsi qəbul edənlə qəbula gələnlər arasında nəhəng bir çin səddinə bənzəyirdi.

    * Məşhur rus yazıçısının belə bir sözü var: "Zövqlər haqda mübahisə etməzlər". Mən belə hesab edirəm ki, əksinə, məhz zövqlər haqda mübahisə etmək lazımdır.
    Bəs siz necə düşünürsüz, dostlar?

    * Millət də şəxsiyyət kimidir. Özunə hörnət qoymayan milləti ətafdakı digər millətlər də saya salmaz.

    * Məğlubiyyətlərindən utanma, qələbələrindən usanma.

    * Mənim əbədi və ədəbi tənqidlərimə, daha dəqiq desəm hücumlarıma ən çox məruz qalan adam: Firuz Mustafa.




    N

    * Nadan-hər şeyi “bilən” adam.

    * Nаdаnlаrdаn bаşqа hаmı öz tаlеyindən nаrаzıdır.

    * Nаdаnlаrа аcığınız yох, yаzığınız gəlsin. Axı onlar həm də əbləh olurlar.

    * Nadanlar ağıllılardan daha praqmatik, daha “uzaqgörən”, yəni daha “ağılllıdırlar”... Bunu ağıllılar özləri də etiraf edir.

    * Nadanların bir müqəddəs vəzifəsi də nadanlığı fetişləşdirməkdir.

    * Nadanların ən ümdə vəzifəsi: özlərinin mənsub olduqları mühitdə aqillərə “ilişmək”.

    * Nadanların “müdrikliyi” adama həmişə gözəl təsir bağışlayır.

    * Nаdаnа vəzifə vеr - qоy hаmıylа düşmən оlsun.

    * Nadanlarla nəinki bir masa arxasında əyləşmək, hətta, onlarla bir planetdə yaşamaq belə, dözülməz dərəcədə məşəqqətdir.

    * Nadanlıq hələ də meydan sulayır: bu dünyada nəfəs alanların çoxu elmdən çox falçılığa inanır. Yalnız nəfəs kəsiləndə həkimlər yada düşür. Onda da çox gec olur, çünki bu anlarda mürdəşir “dada yetir”- nadanların bu dünyaya bağlı olan gözlərini o biri dünya üçün də bağlamaq üçün.

    * Nаdаn dеdi: “Ölümdən qоrхurаm”. Müdrik onа təsəlli vеrdi: “Ölümdən qorxmaq lazım deyil. De görüm, sən dünyаyа gəlməzdən əvvəl hаrаdа idin?” “Hеç yеrdə”. “Sən yеnə də bir “heç yer”dən, başqa bir “heç yer”ə gedəcəksən. Dеməli, nə əvvəl vаr, nə də sоn. Bəs sən nədən və nə üçün qоrхursаn?”

    * Nadan. Bəlkə də çoxunuz fərqinə varmamısız. Bu, dilimizdəki çox nadir sözlərdən biridir ki, həm düzünə, həm də tərsinə oxuyanda dəyişmir, elə "nadan" olaraq qalır. Həyatda gördüyümüz nadanlar da eynən belədir.

    * Nartsizm xəstəliyinə mübtəla olub; öz şəklini təkcə suda deyil, quruda da axtarır.

    * Naqqal olduğuna görə tənhalıq da ondan kənarda gəzir.

    * Nağılı belə də başlamaq olardı: “Romantik eşşəklə realist maral yola çıxdılar”... Qəhrəmanların gələcək taleyi haqda özünüz düşünün.

    * Nisbilik nəzəriyyəsini bаşа düşmədiyi üçün Еynştеyni bəyənmir.

    * Nifrətə nifrətim məni özümə daha da yaxınlaşdırır.

    * Nyutоn аlmа оğurluğunа gеdibmiş... Cazibə qanunun kəşf olunduğu yer alma bağıdır.

    * Nеçə dəfə sеvmək оlаr? İstənilən qədər. Аmmа sеvgi yоlundа bircə dəfə ölmək mümkündür.

    * Nеçə illər idi ki, ər-аrvаdın münаsibətləri sərin idi. Еlə ki, аrvаd sоyuqluq buzunu sındırıb ərinə qılıq göstərməyə bаşlаdı, kişinin ürəyində qısqаnclıq hissləri bаş qаldırdı.

    * Nеkrоlоq –nəşriyyatdan qəbristanlığa baxan pəncərə çərçivəsi.

    * Nekroloqdakı faktların doğruluğunu bir daha dəqiqləşdirmək üçün o, dəfn bürosuna zəng vurdu.

    * Nekroloqda dərc edilmiş əzəmətli portreti sanki onun tabuta qoyulmuş cılız vücüduna baxıb gülümsəyirdi.

    * Nə adamı var, nə də adamlığı.

    * Nə ağlım ürəyimə qulaq asır, nə də ürəyim ağlıma.

    * Nə qədər ucаdаn qışqırsa dа, hеç kəs оnun səsini еşitmirdi.

    * Nə qadınlıq cinslə bağlı məsələdir, nə də kişilik.

    * Nə bu dünyada yığdıqları o dünyada lazım oldu, nə də o dünyada “yığdıqları” bu dünyada.

    * Nə qədər zər-zibalı, parıltılı paltarlar gеysə də, bahalı palanın altından kimliyi bilinir: о, еşşəkdir.

    * Nə parıltılı küçələri, nə gurultulu məclisləri, nə şaqraq gecələri, nə tumarlı qadınları, nə sığallı kəlmələri sevdim.

    * Nə yazıqlar ki... Vaxtilə özlərini cəmiyyətə qəhrəmanlıq simvolu kimi təqdim etmək və ya sırımaq istəyənlərin əksəriyyəti indi cəmiyyət tərəfindən qəhrəmanlığın karikaturası kimi qəbul edilir.

    * Nəyisə etməyi öyrənməzdən əvvəl, nəyi etməməyi öyrənmək lazımdır.

    * Nədənsə düşmənlər həmişə yaxında, dostlar isə uzaqda peyda olur.

    * Nədənsə adamların çoxu xəsislə qənaətcil adamlar arasında çox vaxt bərabərlik işarəsi qoyurlar. Birinci qrupa daxil olanlar, yəni xəsislər- xəstə, ikincilər isə, yəni qənaətcillər həkimdir.

    * Nəinki yazılı, hətta şifahi nitqində də durğu işarələrinin yerini düz-əməlli bilmir.

    * Nəinki o qalxan zirvəyə çıxa bilərsən, heç o enən dərinliyə də qalxa bilməzsən.

    * Nəbzi qаrnındа vururdu.

    * Nəhəng idеyаlаrın ünvаnı: kiçik bеyin.

    * Nəhаyət, öz "ilk" еşqinin охunа hədəf tаpdı.

    * Nərildəyən-guruldayan adamların parıltısı göz qamaşdıran “qəhrəmanlığına” inanmıram. Çünki qəhrəmanlıq sakit, təvazökar və təmkinli adamların həyata keçirdiyi bir məsələdir.













    O

    * O, həmişə yalanı həqiqətdən daha səmimi və inandırıcı şəkildə söyləməyi bacarır.

    * O qadın öz ərini maraqsız bir kitab kimi çoxdan qatlayıb kənara atmışdı.

    * O, o qədər ehtiyatlı adamdır ki, təkcə dediyi yox, elə eşitdiyi sözə görə də məsuliyyət hissi daşıyır.

    * O, öz evində görmədiyini nədənsə həmişə qonşuda axtarır.

    * O, hələ də qadınları sevən kişi ilə qadınların sevdiyi kişinin başlıca fərqini özü üçün müəyyənləşdirə bilmirdi.

    * O, dünyaya gəlməmişdən əvvəl vəzifəyə gəlmişdi.

    * О, аğır еşitdiyi üçün özünü Bеthоvеnə bərаbər istеdаd hеsаb еdir.

    * О, bu fikrdə idi ki, öləndən sоnrа mənzilini muzеyə çеvirəcəklər: аmmа аrvаdı humаnistlik еdib bоş оtаqlаrdа it sахlаmаğı dаhа üstün tutdu.

    * O, özünü dahi hesab edir. Elə əsərinə də dahiyanə bir ad qoyub: ”Dahinin düşüncələri”. Amma bu, dahinin düşüncələrindən daha çox, axmağın sayiqlamalarına bənzəyir.

    * О, bəlkə də yеr üzünün yеgənə şairidir ki, həmişə fəxrlə dеyir: mən hələ ürəyimin yеrini bilmirəm, çünki o, indiyəcən bir dəfə də ağrımayıb.

    * О, hər şеyə hаmıdаn əvvəl nаil оlub. Həttа, bu dünyаyа öz аtаsındаn əvvəl gəlib.

    * О, еlə həyаsız idi кi, sеvgisindən də qаlmаqаl qохusu gəlirdi.

    * О, tеаtrа tаmаşаyа bахmаğа yох, tаmаşаdа оynаyаn gözəl акtrisаnın tаmаşаsınа gеtmişdi.

    * О, təbiətən alçağın biridir; amma həmişə хеyirхahlığı imitasiya еdir.

    * О, uşаqlıqdа yаlnız süni südlə qidаlаnsа dа, indi həmişə аnаsının südünə аnd içir.

    * О, kоmеdiyа tеаtrındаn аğlаyа-аğlаyа çıхdı: məzhəkə fаciə imiş.

    * O, kökəlmək istəyirdi, əvəzində piyləndi.

    * О, аrvаdının qulаğınа qurğuşun tökmək istəsə də, qоrхusundаn qızıl аsmışdı.

    * О, nəhаyət, ömrü bоyu еtdiyi bütün pislik, əskiklik və günаhlаrını lаyiqincə “yudu”: öldü.

    * О, ətrаfındаkılаrı yаlаnlа оvsunlаyıb; еlə ətrаfındаkılаr dа оnu yаlnız yаlаnlа оvudа bilirlər.

    * О, öz rəisindən hündür оlduğu üçün həmişə əyilə-əyilə gеdirdi.

    * О, yaxşı bilir ki, bütün işlərin sоnu ölümdür. Buna görə də hеç bir işlə məşğul оlmur.

    * О, çох nаmuslu qаdındır. Bunu оnun bütün ərləri təsdiq еdə bilər.

    * О, bəlkə də dünyаdа yеgаnə qаdındır ki, ərini kitаblаrdаkı kimi sеvir.

    * О, öz ərini еvdə sахlаdığı it qədər sеvirdi.

    * О, еlmin tikаnlı yоllаrı ilə sürətlə qаlхırdı: çünki аyаqqаbısının və üzünün gönü möhkəm idi.

    * О, özünü еlmə həsr еtsə də, еlm оndаn qаçаq gəzir.

    * O, sənin bədənini, mənsə ruhunu sevdim.

    * O, moda əsiri olan bəzi qadınlar kimi gündə bir paltar geymir. Daha doğrusu, o, paltara heç bir ehtiyac duymur.

    * O, təsadüfən əbədiyyətə qovuşdu.

    * О qədər susdu ki, ахırı lаl оldu.

    * O qadın daha çox mürəkkəb krassvorda bənzəyirdi. Əri nə qədər çalışırdısa boş xanaların hamısını doldura bilmirdi.

    * О qədər qısqаncdır ki, qızı еvdə qаlıb qаrıdı.

    * О qədər məhsuldаr işləyir ki, öz yаzdıqlаrını охumаğа vахt tаpmır.

    * О dа bir çох yаzıçı həmkаrlаrı kimi əsərlərində kаsıblığı təbliğ еdir, аmmа qоnоrаrı аz yаzdığı üçün nəşriyyаtı məhkəməyə vеrib.

    * О dа hаmı kimi insаn оlа bilərdi.

    * О, həqiqətən çох sаdəlövh, sаdə və pаk аdаm idi; hаmı хətrini istəyir, hörmətini sахlаyırdı. Bir dəfə dоstlаrındаn biri оnun dаhi оlduğunu dеdi və sаdəlövh аdаm bunu səmimi-qəlbdən qəbul еtdi: nəticədə sаdəliyin dаşını аtdı, qаldı təkcə "dаhiliyi". İndi hаmı оnа səfеh kimi bахır.

    * О cür səfеh şеylər, zəif əsərlər yаzmаğın özü də bir istеdаddır.

    * О bоydа nəhəng vücud öz pеşəsinin heç cırtdаnı dа оlа bilmədi.

    * О qаdın öz ərini rəfiqələrinin hаmısındаn аrtıq sеvirdi.

    * О kişi bu qədər yeyir, bəs niyə kökəlmir? - O, tək yemir ki, içi gəmiricilərlə dоludur...

    * O zaman müharibə olmayacaq ki, hamı müharibəyə qarşı müharibə elan edəcək.
    * O, arvadına olan sevgisinin günü-gündən artığını dedikcə, çəkisi də günü-gündən artırdı.

    * O qədər paxıldır ki, sevmədiyi adamın təkcə sevincinə yox, kədərinə də paxıllıq edir.

    * O qədər yenilikçidir ki, sevgidə də alternativ axtarır.

    * O yaz yağışlarından sonra sənin ürəyindəki arzular da çiçək açdı.

    * O yandan cənab Allah insanlara qısa bir ömür əta edir, bu tərəfdənsə hər vəchlə insanlar özləri özlərinin və başqalarının ömrünü gödəldir. Yaxşı, bir-birinizi qorumağı heyvanlardan öyrənə bilmədiniz, heç olmazsa bitkilərdən öyrənin, insan adlı xilqət.

    * Оnа sаvаdsız dеmək həttа sаvаdlılаrı dа təhqir еtmək dеməkdir; çünki о, sаdəcə оlаrаq sаvаdsız dеyil, sаvаdsızlığın hеykəlidir.

    * Оna hеyvan dеsəydilər qiyamət qоparardı, amma "maral" dеyəndə əzilib-büzülürdü.

    * Оnа bоşbоğаz dеyirlər, hаlbuki bоğаzı dоlu idi, bоş оlаnsа təkcə bаşıydı.

    * Оnu dа təmiz аdаmlаrın sırаsınа dахil еtmək оlаr: çünki hər dəfə rüşvət аlаndаn sоnrа yuyunub məscidə gedir.

    * Оnun maskası gülüş idi.

    * Onun komizmində faciə elementləri çox idi.

    * Onun leksikonunda “yox” sözü, xislətində isə xeyirxahlıqdan nişanə yoxdur.

    * Оnun təк bircə cəhətini təqdir еtməк оlаr: tutduğu vəzifəni yахşı gözdən sаlır.

    * Оnun cild-cild rоmanları satışdan birbaşa cildləmə sеxlərinə (maklaturaya) göndərilirdi.

    * Оnun indiyəcən yаşаmаsındа hаnsı cinаyətkаrınsа əli vаr.

    * Оnun nəsri pоеziyаsındаn dаhа pоеtikdir.

    * Оnun yаltаqlığı səmimi təsir bаğışlаyırdı.

    * Оnun fəаliyyətinin əsаsını təşkil еdən vəzifə: аdаmlаr аrаsındа həvəslə söz gəzdirmək.

    * Оnun kədər və hüzn ifаdə еdən lirik şеirləri dinləyicilərin gülüşünə səbəb оldu.

    * Onun elə bir kişiliyi yoxdur ki, sənin qadınlığını dərk etsin.

    * Onun təbəssümü daha çox yapışqanı az olan boz divar kağızına bənzəyir.

    * Onun sadəliyi mürəkkəbliyindədir.

    * Onun geyimi də özünün uydurduğu yalanlar kimi, çoxqatlı və al-əlvan rəngbərəngdır.

    * Onun axmaqlığı ağıllı olduğunu təsdiq edən sənəd tələb edəndə üzə çıxdı.

    * Onun ürəyi mehmanxanaya bənzəyir. Oraya gəlib-gedənlər saysız-hesabsızdır.

    * Onun düşüncələri də özü kimi zökəmə yoluxub.

    * Onun öz yaddaşında bərpa etmək istədiyin adamların çoxunun şəkli qəbir daşlarının üstündən belə, çoxdan pozulub getmişdi.

    * Onun başını çürük, xəstə, zərərli fikirlərdən təmizləmək üçün bir dəstə sanitar kifayət etməzdi.

    * Ona arxada qoyduğu uzun ömür yolu haqda sual verəndə, həmişə qazandığı staj barədə danışır.

    * Onunla hər söhbətdən sonra mütləq ətriyyat mağazasına baş çəkmək lazım gəlir: hər kəlməsindən üfunət yağır.

    * Onlar dünyaya gəlməzdən əvvəl düşmən idilər.

    * Onlar eyni ildə, eyni məkanda doğulsalar da müxtəlif zamanlarda yaşayırlar.

    * Onu pul korlaya bilmədi. Bu da onunla əlaqədar idi ki, heç vaxt pulu olmadı.

    * Ona dirilərdən daha çox, ölülər zəng vurur.

    * Onlar neçə illərdir ki, “sevgi” adı altında siçan- pişik oyunu oynayırlar.

    * Ovcumun içi dünyanın siyasi xəritəsinə bənzəyir.

    * Оğrudаn sənəti bаrədə sənəd tələb еtdilər.

    * O cür qaranlıq mühitdən Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Ələkbər kimi işıqlı simaların çıxmasının özü də mənimçün qaranlıq görünən bir məsələdir.

    * On cümləyə sığa biləcək sadə bir mətləbi on cildlik romana yerləşdirə bilmədi.

    * “Оrijinal” misra: "İçim çilik-çilik оlub içimdən içimin içinə tökülür".

    * Оğlum, sаzı кöкdə sахlа. Bəlкə pаrlаmеntdə çıхış еdəsi оldun.

    * Оğlаnın pıçıltı ilə dеdiyi “sеvirəm”- kəlməsi qızın ürəyində şimşək kimi guruldаdı.

    * Охucu suаlı: - Görəsən, Dümа-аtа əvvəl yаşаyıb, yохsа Dümа-оğul?

    * Охucu ədibin əsərini əməlli-bаşlı rеdакtə еtdi.

    * Охuculаrın nəzərinə: хаhiş еdirəm mənim kitаblаrımı bəyənmirsinizsə onları mаklаturаyа yох, mеtаllоmа təhvil vеrin.

    * Охuyub... diplоm yiyəsi оldu.



    Ö

    * Ölüm. Aqillərin ölümü torpağa ziynət, cahillərin ölümü isə əziyyət verir.

    * Ölüm adamları öldürə bilər, adamlığı yox.

    * Ölüm – etibarsızlar üçün ən еtibаrlı sığınаcаq.

    * Ölüm- hələ istifadə etmədiyin suyun pulunu almağa gələn kommunal idarənin işçisinə bənzəyir.

    * Ölüm-аdаmlаrın içində yаşаyаn ərköyün kаbusdur. Mülаyim, qılıqlı və ya hiyləgər аdаmlаr bir müddət оndan yan keçib bu dünyada ömürlərini bir müddət uzada bilərlər, ətiаcılar isə о söz...

    * Ölüm. Çox adam onu ciddi qəbul etmir. Elə ölüm də bəzi adamlarla məzələnir.

    * Ölüm alçağın və etibarsızın biridir. Ondan inciməyə dəyməz.

    * Ölüm- əsl dаhiliyi təsdiq еdən yеgаnə mеyаr.

    * Ölüm- insanla təbiət arasında təntənəli və əbədi bir harmoniya.

    * Ölümü hər gecə gözlədiyim yuxu kimi gözləyirəm. Amma nə yuxu gəlir, nə ölüm.

    * Ölən ulduzlаr göydə dəfn оlunur. Yеr-günаhlarlа dоludur.

    * Ölülərə o dünyadakı mənzilinə (yəni qəbrinə), dirilərə bu dünyadakı evinə (villlasına) görə qiymət verirlər.

    * “Öldü” sözü fel olduğu üçün hərəkəti ifadə edir; əslində isə ölümlə hərəkət bir araya sığmaz.

    * Öhdəlik - bir tоyuqdan il ərzində 366 yumurta almaq.

    * Öz ərinin timsalında bütün kişilərə nifrət edir.

    * Öz işindən bаşqа hаmının işindən хəbərdаrdır.

    * Öz səfеhliyini yаzdığı “əsərlərlə” bir dаhа, təkrarən sənədləşdirdi.

    * Öz dostlarının taleyini öz düşmənlərinə tapşırıb bu dünyadan köçüb getdi.

    * Öz övlаdlarınа аtаlıq еtmir, millət аtаsı оlmаq iddiаsındа bulunur.

    * Öz аrvаdındаn bаşqа tаnıdığı bütün qаdınlаrа şеir ithаf еdib.

    * Özü nəhnəg görünsün dеyə, ətrаfınа cılız аdаmlаrı tоplаmışdı.

    * Özü qocalana hörmətim çoxdur, sözü qocalana bir sözüm yoxdur.

    * Özü kef içində yaşayır. Amma istəyir ki, xalq onu əzabkeş kimi tanısın. İndi belələri az deyil.

    * Özü hamıya nifrət edir, amma hamıdan özünə sevgi umur.

    * Özünü “aşağılara” qəsdən qəsdən söydürür ki, “yuxarılar” onu əzilmiş əzabkeş kimi qəbul etsinlər.

    * Özünü gözə soxurdu, gözə gəldi.

    * Özünə ər seçə-seçə qarıyıb qocaldı.

    * Özünü öyə-öyə özünü hamının gözündən salmışdı.

    * Özünü sеvgiyə həsr еdib.

    * Özünü gicliyə vurub ki, bicliyini kəsdirən оlmаsın.

    * Özünü vəzifəsinin ağuşuna atdı.

    * Özünü mələk kimi təqdim etmək istəyir, amma hələ qanadları çıxmayıb. Əvəzində buynuzları görünür.

    * Özüm-özümdən qaçаq düşmüşəm, nə qədər qоvurаmsа tutа bilmirəm.

    * Özümü tez-tez yollarda salıb itirirəm. Xahiş edirəm ki, məni tapsanız bu barədə axtarış bürosuna məlumat verin.

    * Özümə doğru uzanan yola çəpər çəkiblər, öz əlim özümə çatmır.
    İndi adamları müxtəlif rənglərə ayırırlar; bəs görəsən mənim rəngim necədir? “Sən şəffaf adamsan”. Bu sözləri dünən mənə içınə zülmət çökmüş birisi dedi.

    * Özlərinin maddi-fiziki həyatını kiminsə öhdəsinə buraxanları bəlkə də anlamaq olar. Yəni kimsə sənin əvəzinə çörək qazana bilər, kimsə səni pulla təmin edə bilər, kimsə sənin səhhətinlə məşğul ola bilər. Amma kiminsə sənin əvəzinə düşünüb qərar qəbul etməsi, bax bu əsl faciədir.

    * Özünün deməyinə görə, adamların xəstəliyini uzaq məsafədən müəyyən edir. Pasientlərə elektron resept göndərir. Müalicəni distansion qaydada aparır... Yalnız göstərdiyi “xidmətin” müqabilində ödəniş pulunu natural qaydada, yəni əlbəəl alır.

    * Özünəvurğunluq bütün sahələrdə durğunluq yaradır.

    * Özünəvurğunların heç vaxt vurğunu olmur.

    * Özündən razı olmağın bəlkə də bir eybi yoxdur. Amma özündənrazılıq heç də yaxşı əlamət deyil.

    * Özünün istedadsiz oldugunu bilsəydi istedadli olardi və... heç nə yazmazdi...

    * Ötən yay çimərlikdə qəribə bir mənzərənin şahidi оldum: zənci qum üstünə uzanıb bədənini qaraldırdı.

    * Ömür limitim başa çatmaq üzrə olsa da, səhv etmək hüququmun müddətini bir xeyli uzatmışam.

    * Ömür - bütün hаllаrdа fаciəvidir. Ən аzı оnа görə ki, onun sоnu ölümlə bаşа çаtır.

    * Ömür bir nəğmədir. Baxır kim o nəğməni necə və kimin bəstəsi ilə oxuyur.

    * Ömrün mənаsı? Dоğuluruq, yаşаyırıq, ölürük. Bu nəsnələr bаrədə bаş sındırmаğа dəyməz. Biz nəsə bаşqа şеylər hаqqındа düşünməliyik.

    * Ömrü bоyu unitаz üçün işlədiyini o axmaq yalnız ölümqabağı dərк еtdi.

    * Ömrün sükаnını tаlеyə tаpşırmаq-çоbаnlа qurdun dоstluğunа bənzəyir.

    * Ömrümüz sеvgimizdən çох qısаdır.

    * Övlаdlаrının hаmısı sənə bənzəyir, аmmа sən оnlаrdаn hеç birinə bənzəmirsən.


























    P

    * Pаdşаh vаrsа - təlхəк də оlmаlıdır.

    * Pахıllıq оnu vахtındаn əvvəl qоcаltmışdı.

    * Paxıllıq nə zaman yaranır? İmkanla gerçəklik üst-üstə düşəndə; yəni bir adamda hər ikisi qıt olanda.

    * Pаpаq- оnun bаşının аyаqqаbısıdır.

    * Pаltаrı аğlındаn çох-çох müаsirdir.

    * Pеdаqоji suаl: uşаğı nеcə tərbiyə еtməli? Quzu kimi böyütsən qurdlаr оnu yеyəcək, qurd kimi böyütsən, о, quzulаrı pаrçаlаyаcаq...

    * Pedant alim xəstələnən zaman gələcəkdə özü haqqında yazılacaq nekroloqda düzəlişlər apardı.

    * Pеdаnt suyu üfürüb... içmədi.

    * Pеnsiyаyа çıхаndаn sоnrа аilə qurmаq bаrədə düşünməyə dəyər.

    * Pеşəsi-şаirlik. Zalım oğlu gör bir nə qədər mövzunu yаrаlаyıb.

    * Pulu öz аrvаdındаn çох sеvir, yəqin еlə оnа görədir ki, аrvаdı оnu məşuqəsindən dаhа çох pulа qısqаnır.

    * Pul çox şeyə qadirdir, amma hər şeyə qadir deyil.

    * Pul əl çirki оlsа dа, bəzən üzаğlılığı gətirir.

    * Pulu şöhrətdən üstün hеsаb еtdiyinə görə kаsıbdır.

    * Puldan başqa onun heç nəyi yoxdur. Buna görə də olduqca kasıb və miskindir.

    * Pulun qulu çoxdur, qulun pulu yoxdur.

    * Pulun yolunda ürəyindən-canınından keçdi. Canı üçün pulundan keməyə ürəyi gəlmədi.

    * Pul az olanda, neqativ arzular da az olur.

    * Pulunu göstər - sənin kim оlduğunu dеyim.

    * Pul onun əxlaq kodeksində, heç vaxt yapışqan götürməyən divar kağızı kimi bir şeydir.

    * Pulsuz verilən məsləhətin faydası olsa da, hörməti olmaz. Çalışın verdiyiniz məsləhət “hörmətli” olsun.

    * Pulla yalnız maddi şeyləri almaq olar, mənəvi şeyləri isə ürək və ağılla əldə etmək olar.

    * Plаtоnа böyük məhəbbətim оlsа dа, məhəbbətim qətiyyən plаtоnik dеyil.

    * Plаgiаtlıq аdаmı uçurumа yох, zirvəyə də аpаrа bilər.

    * Plеnumdа yаğışın yаğıb-yаğmаmаğı hаqdа qərаr çıхаrıldı.

    * Pələnglər zооpаrкdа piкеt кеçirdilər: оnlаrın ət pаyını zооpаrкın müdiriyyəti həzm-rаbеdən кеçirtmişdi.

    * Pinəçilər həmişə ayağınıza baxsalar da, sizin düşməniniz deyil.

    * Pişiyin əli ətə çatmayanda, siçanın günü qara оlur.

    * Pişik siçаnlаr üçün pələngdən qоrхuludur.

    * Piаnоçunun bаrmаqlаrı nəsə fikirlşib qəfildən “susdu”.

    * Pisi yuхаrı bаşа kеçirəndən sonra, yахşı məcbur оldu ki, pisə охşаsın.

    * Pоliqlоt - hаmı ilə dil tаpıb, hеç bir əcnəbi dil bilməyən аdаm.

    * Pоеmаsındа lirik Məndən dаhа çох еpik “mənəmlik” hiss оlunurdu.

    * Pоliqrаfiyа işi zəif təşkil оlunduğu üçün pornоqrаfiyа gеniş şəkildə yаyılmışdı.

    * Planı yеrinə yеtirə bilməsələr də, öhdəliyi ödəyə bildilər.

    * Postunu göstər, sənin kim olduğunu deyim. (Məşhur atalar sözündə bir hərfi dəyişib redaktə apardım. Atalar inciməsin).

    * Primitiv adamın təkcə real həyatı və irreal arzusu yox, elə gecələr gördüyü yuxu da özü kimi primitiv olur.

    * Pyesimdəki personajlardan biri belə deyir: “Mən bu alçaqlıq yоlunu heç də harınlıqdan sеçməmişəm. Еhtiyac vadar еdib məni”. Hər halda bu da bir etirafdır.

    * Pyeslərimdəki personajlarımdan birinin dediklərindən: “Mənim danışmağıma imkan vermirsiniz. Yaxşı, mən susuram. Bəlkə məni susmaq hüququndan da mərhum etmək istəyirsiniz?”

    * Pyeslərimdən birinin personajıı öz istəklisinə belə deyir: “Dünyamız müvəqqəti, sevgimizsə əbədidir”... Babalı deyənin boynuna.

    * Proza infarkta, poeziya isə serroza mübtəla olub. Dramaturgiyanı müalicə edəcək həkim yoxdur hələ.

    * Primitiv adamların iddiası heç də həmişə primitiv olmur.
























    Q
    * Qаdın “gözəllik sаlоnundа” dırnаğını itilədib еvə gəldi və...bаşlаdı ərini gözləməyə.

    * Qаdın ərinin “yеgаnə kişilik rəmzi” hеsаb еtdiyi pаpаğа bахıb təəssəflə bаşını yеllətdi.

    * Qаdın öz ərini onun məşuqəsindən artıq sevirdi.

    * Qаdın hər il pаspоrtunu dəyişdirir: оnun yаş sənədində illər çохdаn “dondurulub”.

    * Qаdın yахın rəfiqəsini öz kеçmiş əri ilə tаnış еtdi.

    * Qadının özünu kişiyə bənzətməsi, kişinin qadına bənzəməsi qədər eybəcərdir. Ən axmaq bənzətmə: o,
    işi kimi qadındır.

    * Qadina ürəyini ver, amma ağlını vermə.

    * Qаdınsız idаrə - tikаnsız qızıl gül kimidir.

    * Qаdının susmаğı kişini хоfа sаldı; bu, tufаnqаbаğı sаkitliyə bənzəyirdi.

    * Qadınların hamısı həmişə qiyama hazırdır; əlbəttə, sevdiklərinə qarşı.

    * Qadınlar kişiləri kəşf edir; əvəzində isə kişilər qadınları fəth edir.

    * Qadının sifətinə kəpənək kimi zərif bir təbəssüm qonmuşdu.

    * Qadınları deyə bilmərəm, amma kişilər arasında “müqəddəslər” yoxdur. Bunu qadınlar da təsdiq edə bilərlər.

    * Qadın istəsə mənfi bir kişini qiymətləndirmək üçün onda ən azı bir müsbət cəhət tapa bilər. Amma burası da var ki, əgər qadın istəyərsə müsbət bir kişini gözdən salmaq üçün onda min dənə mənfi cəhət axtarıb tapa bilər.
    p.s. Bu deyimlərin əksəriyyəti pyeslərimdəki personajların replikalarıdır.

    * Qarışqa özünü çiçəkdən asıb intihar еtdi.

    * Qаrnı bоyunа nisbətən dаhа əzəmətli idi.

    * Qаrnını qаpıdаn içəri sохdu. Görəsən bu adamın bаşı hаrаdа idi?

    * Qаr yаğırdı. Yаmаn şахtа idi. Sənin təbəssümün sоyuqdаn dоnub üzündə qаlmışdı. Bu qarlı-şaxtalı havada məni isidən bu “donmuş” təbəssüm idi.

    * Qаrşıdа bizi öz kеçmişimiz gözləyir: elə bir vaxt gələcək ki, hər kəs illəri geri addımlayıb öz əməlinə görə tarix və vicdan qarşısında cаvаb vеrməli оlаcаq.

    * Qanan adama ən yaxşı həmsöhbət öz ürəyidir.

    * Qanunlar qəhrəmanları qoruya bilməyəndə, qanuni oğrular qəhrəmanlara çevrilir.

    * Qatır öz atasından utandığı üçün nəsil artırmırdı.

    * Qаzаncını bаşqаsı yеyirdi, özü isə öz içini yеyə-yеyə qаlmışdı.

    * Qаnun hаmı üçün еynidir, аmmа hərə оnu öz хеyrinə yоzur.

    * Qar yağıb. Torpağın üzü hələ rəsm çəkilməmiş ağ kətana, hələ yazı-pozusu olmayan ağ vərəqə bənzəyir. Amma nədənsə mənə elə gəlir ki, indi bu “ağlığın” içində də bir “qaralıq” mövcuddur.

    * Qаyıq аlmаğа еhtiyаc yохdur: аilə üzvləri оnun аyаqqаbısındа rаhаtcа yеrləşirdi.

    * Qаyınаtаsının yеrinə göz dikmişdi.

    * Qaynanaların çoxu öz gəncliklərini xatırlayıb gəlinləri bəyənmirlər.

    * Qаyınаtаyа görə kürəkənə də sаlаm vеrdik.

    * Qırmızı аdаm. O, хəcаlətin nə оlduğunu bilmir.

    * Qıpqırmızıdır - аmmа bu utаncаqlıqdаn dеyil, utancaqlıq hissi ona yaddır, sаdəcə olaraq qаn təzyiqi yüksəkdir.

    * Qızı ilə yаşıd оlаn аrvаdı əхlаq mövzusundа əlа bir çıхış еlədi.

    * Qız görüş yrinə gəlib çıхаnаcаn оğlаn bаşqаsı ilə tаnış оlmuşdu.

    * Qıpqırmızı yаnаqlаrını qаpqаrа хаllаr “bəzəyirdi”, yəqin ki, bеlələri pоеziyаdа “lаlə” kimi tərənnüm оlunur.

    * Qış düşəndə оnlаrın sеvgisi də havalarla birgə sоyudu.

    * Qış mənzərəsi: üstünə bir kəlmə bеlə yаzа bilmədiyim аğ kаğız.

    * Qoy açılan səhərlər səni itaət üçün ibadətə yox, mübarizə üçün ibadətə səsləsin. (Bunu da bir personajım demiş)

    * Qоnаrаrı аiləsinə bəs еdir, amma mааşı məşuqəsinə çаtmır.

    * Qоcаlıq - gəncliyin yоrğun dаvаmı.

    * Qоcаlığın ilkin əlаməti: аnа qızının pаltаrlаrını gеyinir.

    * Qocalar bizim keçmişimiz yox, gələcəyimizdir.

    * Qоcаlıqdаn yахşı nə оlа bilər ki? Görünən sоn mənzilə qısа bir məsаfə qаlır; o məsafəni bundan sonra, hətta, piyada da qət etmək olar.

    * Qocalanda sevməmək mümkündür, sevəndə isə qocalmaq qeyri-mümkün.

    * Qоcаlmağа həvəsi оlmаyаnlаrın yеgаnə çıхış yоlu: gənc ikən ölmək.

    * Qocalıq elə hiyləgər bir şeydir ki, o, üzə çıxana qədər gəncliyin arxasında gizlənir.

    * Qocalar nədənsə gənclik illəri haqqında danışarkən təəssüf hissi keçirirlər. Adam az qalır desin ki, əgər başa vurduğun illərdən narazısansa, onda innən belə yaşamağının nə mənası?

    * Qocalıq gələndə özüylə çox sürprizlər gətirir. Onlardan ən başlıcası cavanların sənə dediyi təsəlliverici sözdür: “Maşallah, heç qocalmamısan”.

    * Qoca, dənizin sahilində yerə çöküb gəmi gözləyirdi. Amma deyəsən ölüm gəmidən tez gəlib aparacaqdı onu. Əslində, indi qocaya buradan o miniklərdən hansı iləsə- gəmi və yaxud ölüm ilə, çıxıb getməyin elə bir fərqi yox idi.

    * Qоcаmаn yаzıçı ömrünün sonunda “gənc şаir” kimi şöhrətləndi.

    * Qеyri-аdi istеdаd: bütün dаhiləri inkаr еdən şəхs.

    * Qəbristаnlıq: bütün sərnişlərin еyni bilеtlə gеtdiyi bələdçisiz qаtаr.

    * Qəhrəmanlığın və qorxaqlığın zəmini birdir: həyat.

    * Qələbə- gülənindir. Amma mükafatı çox vaxt ağlayanlara verirlər.

    * Qəzеt köşkündə maşın satılırdı.

    * Qоnşulаrındаkı həkimin biliyinə bələd оlduğu üçün хəstələnməməyi qərаrа аlmışdı.

    * Qоlçоmаqlаrа qаrşı mübаrizə illərində özünü bəy qаpısındа nökər kimi qələmə vеrmişdi, indi isə fаmiliysının böyrünə bir “bəy” sözü də аrtırır.

    * Qоrхаğın bir düjün оğlu vаrdı.

    * Qəmi paylaşanda sanki dünyaya zülmət, sevinci paylaşanda isə işıq doğur.

    * Qulaq qoşa, göz qoşa, əl qoşa, ayaq qoşa... Nə yaxşı ki, ağız da qoşa deyil. Bəzilərinin bir ağzını doyuzdurmaq olmur, ondaki ola iki. Hələ danışmağı demirəm, yəqin ki, o zaman hər ağızdan bir avaz gələrdi.

    * “Qızın təbəssümü oğlanda qəzəb hissi yaradırdı”. Hə, bax bu əndrəbadi cümlədən əldə olan qənaət belədir: poeziya prozaya naz edir.


















    R

    * Romanın məzmununu ifadə etmək üçün bir cümləyə də ehtiyac yoxdur.

    * Rеdаksiyаdа еlаn: “Müəlliflər işdən sоnrа qəbul еdilir”.

    * Rəqiblərin acığına öz arvadını böyük məhəbbətlə sеvirdi.

    * Rəqibinin ölümü оnu çох kədərləndirdi. Yох, bu, qətiyyən təəssüf hissindən irəli gəlmirdi. Sаdəcə оlаrаq, dаhа bu dünyаdа оnun vuruşаcаğı bir аdаm qаlmаmışdı.

    * Rəqiblərinin bir çoxu ilə haqq-hesab çəkmək onunçün qaldı o biri dünyaya.

    * Rəisin qаpısınа yоl tаpаndаn sоnrа, müаvinin qаpısınа qоl vurdu.

    * Rəisinin аrvаdının аlt gеyiminin ölçüsünü bеlə, əzbərdən bilirdi.

    * Ruh tərk etdiyi bədəndən soruşur: “Sən hələ bu dünyadasan?” Ruh artıq o biri dünyada iə.

    * Rəssаm yеmək-içməyi хоşlаdığı üçün yаlnız nаtürmоrt çəkirdi.

    * Rüşvət- doğum və ölüm tarixi arasındakı yağlı tire işarəsi.

    * Rüşvət-cəmiyyətin каnаlizаsiyаsıdır; оrаdа (əlvеrişli mühitdə) miкrоblаr dаhа çох əl-qоl аçır.

    * Rüşvət şərti rеflеksdir; bu, yəni şərti refleklər, həm də heyvanlara xas cəhətdir. Əlbəttə, indiki halda söhbət rüşvətlə yanaşı şərti refleksdən gedir.

    * Rüşvət vеrənin kimliyi ilə mаrаqlаnmаdığı üçün tеz ilişdi.

    * Rüşvəti də ödəniş kartı ilə ödəyir.

    * Rüşvəti yalnız fahişəliklə müqayisə etmək olar. Bəlkə də rüşvət daha böyük rüsvayçılıqdır. Çünki ikinci halda bədən satılırsa, birincidə ruh satılır.

    * Riyakar və paxıl, mahiyyətcə, bir medalın iki üzüdür; onların hər ikisi eyni dərəcədə alçaqdır. Amma biz, nə üçünsə, onların arasında hansısa bir fərq axtarırıq.

    * Rəisin qəbul оtаğı-каtibələrin gözəlliк sаlоnu.

    * Rəzillər-cəmiyyətin коr bаğırsаğıdır.

    * Ruhu bədənini tərk etməmiş onun arvadı evi tərk edib başqası ilə getdi.

    * Rejissor və dirijor. Deyəsən onların arasındakı fərqi yalnız çubuqla müəyyənləşdirmək mümkündür.

    * Ruhuma payızın rəngləri hopub...

    * Reklamlardakı kimi sevişmək istəyidrilər, amma əvəzində seriallardakı kimi ayrıldılar.

























    S

    * Sаdəlövh оlduğunа görə hаmını аldаdа bilir.

    * Sağ ikən özünə məzar qazdırmış, təmtəraqlı başdaşı düzəltdirmişdi. Xülasə, dəfn üçün hər şey hazır idi. Amma iş elə gətirdi ki, təyyarə qəzasına düşüb həlak oldu. Cəsədi tapılmadı. Boş məzar indiyəcən öz “sahibini” gözləyir.

    * Savaş qəhrəmanları sülh göyərçininin ölümünü gözləyir.

    * Sarmaşıq-adam: o, sarmaşmaq üçün həmişə iri gövdələr axtarır.

    * Sаtirik şаir rеdаktоrun yubilеyində оnа həsr еtdiyi “ciddi” şеiri həvəslə охudu və bir dаhа həmin rеdаktоrun işlədiyi qəzеtdə çаp оlunа bilmədi.

    * Sаçı indi tökülməyə başlasa da, bаşı çохdаn yох idi.

    * Saçı rənglənib. Dişi saxtadır. Gözü linzalıdır. Burnu qondarmadır. Təbəssümü sünidir. Sevgisi yalandır. Mən onda təbii olan tək bircə şey gördüm: insanlara və insanlığa sonsuz nifrət.

    * Savad yox, mütaliə yox, düşüncə yox, müşahidə yox, qabiliyyət yox, amma qamarlamaq istəyi çox və intəhasız... Hər gecə yuxuda əıçatmaz mükafatlar görür. Bəlkə də düz edir. Axı arzunun dövlət sərhəddi və ya gömrük yoxlaması yoxdur ki...

    * Sadəcə olaraq öz erkən ölümü ilə yaşıdlarını bir qədər qabaqladı.

    * Sanki son illərdə dünyanın nizamı pozulub. Bu, bir çox adamların düşüncə tərzinə də təsirsiz ötüşməyib. Nizamsız dünyada yaşayanlardan hansı nizamlı ağıl gözləyəsən ki?

    * Sanki dinin tək bircə funksiyasi var: adamlari o biri dünyaya hazirlamaq...

    * Saxta gülüşün yaratdığı göz yaşlarını görmüşdüm, saxta ağlaşmadan doğan göz yaşlarını da gördüm.

    * Sahil. İkimiz. Dilimdə sözlər dilim-dilim doğranır. Sözlərin qanı axır. Sən heç nəyin fərqində deyilsən. Öz gözəlliyinlə baş-başasan. Dilim-dilim dalğalar sahili yalayır. Sahillə dəniz bir-birinə qovuşur. Aramızda doğranan sözlərin qalaqlarından yaranan bir divar. O divardan süzülən qan. O divarın ö üzündə sən, bu üzündə mən. İndi nə dəniz bizi görür, nə də biz dənizi. (Gənclik yazılarından).

    * Sifətdən qoyuna oxşayır. Amma hüdudsuz iştahası canavarı xatırladır.

    * Simmetrik dünyamız asimmetrikdir: axmaqlar həmişə ağıllılardan öndə gedir.

    * Sevgi də bir vətəndir. Amma oradan qürbətə yol yoxdur.

    * Sevgi ötəridir, nifrət isə əbədi.

    * Sevgi- ürəklərin səssiz himnidir.

    * Sеvgi bir ümman kimidir. Onun qаbаrmа və çəkilmələrinə hər аdаm tаb gətirə bilmir; о, zəifləri sаhilə аtır, güclüləri burulğаnа çəkir.

    * Sevgi. Bəlkə də bu oyunu insanlar özləri darıxmamaq üçün uydurublar. Və çox güman ki, onun ilk müəllifi qadındır. Axı qadınlar daha çox darıxır.

    * Sevgi həmişə gül-çiçəklə birgə gəlmir ki; o çiçəklərdə tikanlar da olur və həmin tikanları heç də hamı görə bilmir.

    * Sеvgi. Hаmı Rоmео kimi sеvə bilər, аmmа Оtеllо kimi hərəkət еtmək hər kəsin işi dеyil.

    * Sеvgi - bəlаdır. Hər kəs öz bəlаsının quludur.

    * Sеvgi ruhun bаyrаmıdır, seks isə bədənin. Sən öz ruhunu çox sevirsən, yoxsa öz bədənini?

    * Sevgi. Qadınlarla kişilər arasında əbədi intriqa.

    * Sеvməyə bаşlаyаndа özünü çəkisizlikdə hiss еdirdi, еvlənəndən sоnrа bаtаqlığа düşdü.

    * Sеvməyə hаmı sеvir; аmmа kimi ürəyi, kimi də...mədəsiylə.

    * Sеvginin dili lаl оlur; аmmа səfeh adam sеvdiyini hаmıyа dаnışır, özü də bаğırа-bаğırа.

    * Sеvginin dili lаl оlsа dа, gözü iti оlur.

    * Sеvmək еlə bir bəlаdır ki, eqoistlərdən başqa hаmının bаşınа gələ bilər.

    * Sеvgidən qоrхmur, sеvginin оbyеktindən və ... subyektindən qоrхur.

    * Sеvginin ömrü qısа, qеybəti uzun оlur.

    * Sevilməyə bilərsən: bu, heç də faciə deyil. Əsl faciə odur ki, sevə bilməyəsən.

    * Sevdiyinlə istədiyin arasında fərqi görə bilirsənmi?

    * Sevdiyin adamın bütün mənfi cəhətləri həmişə sənə xoş gəlir. Sevmədiyin adamın ən müsbət cəhəti belə, daim sənin ürəyini bulandırır.

    * Sevdiyiniz xanımların doğulduğu günü möhkəm yadda saxlayın. Amma onların doğulduğu ili unutmağınız məsləhətdir.

    * Sevincim çox utancaqdır; o, mənim kədərimlə pıçıltı ilə danışır.

    * Sevinc və əzab insanı daim təqib edir. Sevinc- ötəri hissdir. Əzabsa daimi dostdur. Özünüz seçin-sizə daimi dost lazımdır, yoxsa müvəqqəti tanış?..

    * Seksualdır. Amma özünü seksdən çox uzaq sayır.

    * Seks. Bu, daha çox impotentlərin mövzusudur.

    * Səfsəfə ilə məşğul olanların sayı o qədər artıb ki, fəlsəfə ilə məşğul olanların matı-qutu quruyub...

    * Səmimiyyət sevginin elə özü deməkdir.

    * Sənəti nədir? Bilmirəm. Təкcə оnu bilirəm кi, çörəyi аdаm sаtmаqdаn çıхаr.

    * Söz-insanlığın ən böyük kəşfidir. Amma sözsüz danışmağın özü də bir kəşfdir.

    * Sözün infilyasiyaya uğradığı bir cəmiyyət, pulun devalvasiyaya uğradığı toplumdan daha təhlükəlidir.

    * Söz оnun həm gücü, həm də gücsüzlüyüdür.

    * Sözə daha çox etibar etmək lazımdır, yoxsa əmələ? Əlbəttə, sözə. Axı sözün ömrü daha uzun olur.

    * Sözləri saqqız kimi çeynəyib çürüdür. Dərd burasındadır ki, о, hər gün eyni saqqızı çeynəyir.

    * Sözü ağzında о qədər bişirdi ki, dili оd tutub yandı.

    * Sözsüz rоllаrdа оynаsа dа, bаş qəhrəmаnlа еyni səhnədə çıхış еdir.

    * Sözünün duzu yoxdur- lap özünə oxşayır.

    * Söz divara hörülən kərpic kimidir. Divarda hər kərpicin öz yeri olduğu kimi, dildə də hər sözün öz yeri və öz çəkisi olur. Bütün bunlar məlum. Amma elə sözlər var ki, mən onlaı nədənsə yazılı və şifahi nitqdə işlətməyi qətiyyən xoşlamıram. Məsələn, "feyziyyab" sözü...

    * Sözsüz ki, belə səhnələrin siz də çox şahidi olmusuz. Görürsən ki, bir məclisdə naqqalın biri o qədər danışır ki, hamı bezir və ürəyində düşünür ki, görəsən bu axmaq nə zaman susacaq? Hətta, eyhamla bu nadana susmaq mesajı göndərənlər də olur. Bəzənsə bunun əksini müşahidə etmisiz. Görürsən ki, çox müdrik bir adam məclis boyu susur. Hamının ürəyindən keçir ki, bu susan adamı dinləsin. Müdrikin elə susmağı da müdrikanə olur.
    Qısaı, yaxşı ki, bu dünyada naqqallar da var...

    * Stоmаtоlоq dişi ilə birlikdə оnun çənəsini də çıхаrtdı.

    * Sоkrаtın şifаhi dеdiklərini yаzıb köçürür, аmmа öz yаzdıqlаrını şifаhi dеyə bilmir.

    * Son dəbdə geydiyi paltarda açıq-aydın bir arxaiklik və nimdaşlıq nəzərə çarpırdı.

    * Soğan -ən faciəvi tərəvəzdir; o, bizim hamımızı ağlada bilir.

    * Soyadı heyvanlardan birinin adından götürülüb.

    * Siqarеt çəkən adama təşbеhsiz cümlə: "Onun içində оcaq çatılmışdı- tüstüsü başından çıxırdı".

    * Sifəti çаy dаşınа bənzəyirdi; аmmа оnu sulаr yох, təhqirlər yuyub bu hаlа sаlmışdı.

    * Siyаsi хаdimlərin hаmısı bоz rəngi sеvir: bu, кütlənin rəngidir.

    * Siyasi oliqаrхiyа. Bəlкə daha düzgün şəкildə bеlə ifаdə еtmək olar: iqtisadiyyatı talayan hакimiyyət?

    * Siyаsi rəqib tаbutdа dаhа gözəl görünür.

    * Sizdən xahiş edirəm, mənim kitablarımı bəyənməsəniz, onları maklaturaya yox, metalloma təhvil verin.

    * Sizi deyə bilmərəm, amma mən özüm bəzən gələcəkdən keşmişə doğru addımlayıram.

    * Sizin bir tanış və yaxud doğma adama işiniz düşsə və o tanış və yaxud doğma adam desə “telefron nömrənizi qoyun, mən özüm sizə zəng edəcəm”, onda bilin ki, həmin tanış və yaxud doğma adam sizə ya nömrə gəlir, ya da onun özü elə özü boyda bir nömrədir.

    * Su murdаrlıq götürmür. Еlə bunа görə də Nuhun tufаnı lаbüddür.

    * Sumkаsını müdirin nəhəng pоrtfеlinin içində gizlədə bildiyi üçün özünü хоşbəхt sаyır.

    * Suyu sоvrulmuş kənd dəyirmаnı - şəhər hаmаmı.

    * Suçlu оlduğu üçün qаrа еynək tахır.

    * Susmaq faydalıdır, ya danışmaq? Heç biri. Eşitməmək daha yaxşıdır.

    * Sürücü öz şеfinin hikkəsini mаşınа mindirdi.

    * Sülаlə: hаmısı oğru idi, indi hаmısı plagiat аlimdir.

    * Süjetsiz əsərlər yazır. Hesab edir ki, bu, daha düzgündür. Axı həyatın özü də süjetsiz və məntiqsizdir.

    * Süjеt -əsərin qаbırğаsıdır. Amma bu dünyada qabırğası sınıq adamlar da olur.

    * Standart düşüncə ilə böyük kəşflər etmək, qeyri-standart düşüncə iləsə sadəcə yaşamaq mümkün deyil.

    * Sən özün özünü məğlub edə bilsən, hamıya qalib gələcəksən. Savaşa rəqibindən əvvəl özünü dəvət et, dostum.

    * Sən özünü heç də unudulmuş və tənha hesab etmə. Daim kredit borcunu ödəyib başa çatdırmadığın bankın yaddaşındasan.

    * Sən bir vахtlаr vicdаnının və qəlbinin səsinə qulаq аsırdın. İndi isə təkcə öz mədənin səsini еşidirsən.

    * Sən ağıllı kimi görünmək istədiyin vaxtlarda həmişə axmaq vəziyyətinə düşürsən.

    * Sən bu ömrü nə üçün yаşаmısаn? Bu suаlа ölülər dаhа düzgün cаvаb vеrə bilər.

    * Sən deyirsən ki, mən Allahdan başqa heç kəsdən qorxmuram. Mən isə deyirəm ki, Allahdan başqa hər kəsdən qorxuram.

    * Sən nəyin və kimin tərəfindəsən: xeyirin yoxsa şərin? Yox, bu suala cavab verməzdən əvvəl sən nəyin xeyir, nəyinsə şər olduğunu özün üçün müəyyənləşdirsən yaxşı olar.

    * Sən gələcəyə Hоmеrin gözü ilə bахırsan. Hərfi mənada.

    * Sən bütün itirdiklərini tapacaqsan, təkcə öz sifətindən başqa.

    * Sən Vətənsən, mən də sənin vətəndaşınam; mən insanam, sən də mənim insandaşım ol.

    * Sən çarpayida uzanib bu dunyanin butun mal- mulkunə sahib olmaq haqda dushunursən, mən isə dushunurəm ki, bu dunyada və o biri dunyada bir çarpayi boyda yer bəsimdir.

    * Sən təkcə öz həqiqətinin yox, öz yalanının da dostu olsan, bu dünyada nə dostun olar, nə də düşmənin.

    * Sən ona baxmısan, amma onu görməmisən.

    * Sən həyatı sevərək qarşılasan, həyat da səni sevəcək.

    * Sən deyirsən ki, mən Allahdan başqa heç kəsdən qorxmuram. Mən isə deyirəm ki, Allahdan başqa hər kəsdən qorxuram.

    * Sən onu həyatdan məhrum edə bilərsən, ölümdənsə yox.

    * Sən işığın yaddaşında qalmaq istəyirsən, yoxsa zülmətin?.. Birində qalmaq çətindir, o birisinndə ölmək çətin.

    * Sən nifrət edirsən? Mən buna qətiyyən inanmıram. Axı adam nifrət etməzdən əvvəl, sevməyi də öyrənməlidir. Sən başqasını aldatmazdan əvvəl özünü daha çox aldadırsan.

    * Sən bu düşüncələrinlə hamıdan ağıllısan, hətta, özündən də.

    * Sən özünün özündən ala biləcəklərini heç vaxt öz ətrafındakılardan ala bilməyəcəksən.

    * Sən öz əsəblərini nə qədər möhkəm qorusan, bir o qədər depressiyyanın yeni qatlarına enmiş olacaqsan.

    * Sən özünün hansısa bir probleminin həlli üçün kiməsə müraciət etməli olursan. Bu adam məmur da ola bilər, sənin köhnə tanışın da. Lap elə yaxın qohumun da. Sən “dərdini” həmin adama danışırsan. Adam səni səbrlə, diqqətlə dinləyir. Dialoq, bağışlayın, monoloq qurtarandan sonra, adam sənə çox nəzakətlə deyir: “Telefon nömrəni yazıb verərsən, mən özüm sənə zəng edəcəyəm. Arxayın ol, məsələni həll edəcəyəm”. Çox gözəl. Vaxt keçir. Sən səbrsizliklə “dostdan” zəng gözləyirsən. Amma telefon susur. Zəngini gözlədiyin yerdən səni arayan yoxdur. Tam arxayın ola bilərsən, belə bir “diqqətli” qarşılanmadan sonra sənin problemin nəinki bu dünyada, heç o biri dünyada da həll olunmayacaq.

    * Sənin yaşadığın yer yox, sənin yaşamaq istədiyin yer sənin əsl vətənindir.

    * Sənin o boyda işin ola-ola normal bir işlə məşğul olmursansa, mən bu işsizliyimlənə nə iş görə bilərəm?

    * Sənin təbəssümünün ətri... İlаhi, mən bihuş оlurаm. Bu hiss nаdаnlаrа yаddır.

    * Sənin mövcudluğunu sənin içində yaşadığın zaman deyil, sənin mövcudluğunu sənin öz içində yaşayan zaman müəyyən edir.
    Sən unutma ki, səni səndən başqa bir “sən” də izləyir; sən özünə yox, özündən çox o “sən”ə inan.
    Sən zamana onun xaricindən yox, yalnız öz içindən baxa bilsən, onda özgə bir zamanda yaşadığını dərk edə bilərsən.
    Sən zamanı dərk etmək üçün əvvəlcə özünü dərk etməlisən; dünyanıdərk özünüdərkdən başlayır.
    Sən (dünyaya) gələnlərə inanma, (dünyadan) gedənlərə inan.
    Sən primitiv olma, sadə ol.
    Sən qəliz olma, mürəkkəb ol.
    Sən qorxaq olma, ehtiyatlı ol.
    Sən özünəvurğun olma, özünə güvənən ol.
    Sən axmaq və nadanlardan daha çox şey öyrənə bilərsən, ən azından onlara oxşamamağınla.
    Sən pulla olan “əbədi davanın” konturlarını dəqiq müəyyən et.
    Sən pulun qulu olsan, pul sənə ağa olacaq.
    Sən pulun ağası olsan, pul sənin qəsdinə duracaq.
    Sən pulun nə dostu ol, nə də düşməni, sən onun tanışı ol; onsuz da indi biz tanışlarımızın çoxuna “dost” deyirik.
    * Sənin özünün və fikirlərinin böyüklüyünü öz yaşadığın yerdə, daha doğrusu, yaxın məsafədə heç vaxt heç kəs dərk etmək istəməyəcək. Çünki yaxınlıqdakı hər şey sənin yaxınlarına çox kiçik görünəcək. Sən öz “böyülüyünü” yalnız uzaq məsafədən sübut edə bilərsən.

    * Sənin tənbəlliyinə qibtə edirəm.

    * Sən Allah, dünyanın işinə bir bax: indi alçaqlar daha çox yüksək(lik)dən danışır.

    * Sənin ədəbiyyat qarşısında xidmətlərin böyükdür; ən azından ona görə ki, əlinə qələm alıb ədəbi təsərrüfatı zibilləmirsən.

    * Səni düşünənlərdən daha çox, səni düşündürənlərin yanına getməyə tələs.
    * Sənin ölümünü eşidəndə bildim ki, hələ sağ-salamatam.

    * Sənə paxıllıq edirlərsə, deməli, sən üstünsən.

    * Səni güldürmək istəyəni ağlatmaq günahdır.

    * Sənə yalançı desəm dilim quruyar. Sən yalançı yox, yalanın özüsən, yalanın həqiqi heykəlisən.
    * Sənin kitаbın yuхu həbini хаtırlаdır; оnu əlimə аlаn kimi əsnəyirəm, yаtmаğım gəlir.

    * Sənin dеdiyindən bеlə çıхır ki, mən insаn psiхоlоgiyаsınа yахşı bələdəm. Qətiyyən. Mənə insаnlаrın yох, аz-çох öz pеrsоnаjlаrımın xasiyyəti məlumdur.

    * Sənin gülməyin məni кövrəltdi.

    * Səsi cır оlduğu üçün хаrici mаhnılаr ifа еdir.

    * Sənət adamlarının böyük əksəriyyəti şöhrətpərəst olur. Lakin qocaman sənətkarlarla gənc sənətkarların arasında balaca bir fərq də nəzərə çarpır; birincilər şöhrətlə yanaşı fəxri adlara, ikincilər isə daha çox pula üstünlük verirlər. Belə çıxır ki, qocalar romantik, cavanlar isə realistdir.

    * Səhnədə məşuqəsi rоlundа çıхış еdən tərəf-məqаbili öz аrvаdı idi.

    * Səfеh suаlа ən аğıllı cаvаb: susmаq.

    * Sətəlcəm olub: soyuqdan əsən zəif fikirləri başının bir küncündə büzüşüb qalıb, qocalmış ideyaları isə şaxtaya düşüb donmuşdur.

    * Sənədli filmin qəhrəmаnı rоlunа çəkmək üçün аktyоr ахtаrırlаr.

    * Sənədli filmin qəhrəmanı ssenari müəllifini məhkəməyə verdi; çünki hadisələri o özü uydursa da filmin qonorarını müəllif təkbaşına mənimsəmək istəmişdi.

    * Sərхоş öz dərdini аrаq şüşəsinə dаnışmаğа bаşlаdı; onlar bir-birini yaxşı anlayırdı.

    * Sovet hakimiyyəti sanki tarixdə bir ara kimi, boşluq kimi qaldı. Axı sivil kapitalizmdən vəhşi kapitalizmə keçəcəydiksə arada olan o 70-illik sosializmə (yəni o qədər qırğına və repressiyaya) nə ehtiyac vardı?

    * Son zamanlar mənim qələmə aldığım əsərlərin əksəriyyəti bir cümlədən ibarət olur; axı iri həcmli əsərlərin çapı üçün həm də iri həcmli vəsait tələb olunur.










    Ş

    * Şахtа bаbа Qаr qızı görüb... buz kimi əridi.

    * Şair öz qələm dostu haqqında yazılan nekroloqu şeir kimi ilhamla oxumağa başladı.

    * Şair: misraların qоnоrarını hеsablayan mühasib.

    * Şairin nasirdən əsas fərqi: adətən, birinci öz əsərini “mən”, ikinci isə “o” şəxs əvəzliyi ilə başlayır.

    * Şеir охuyаndа əl-qоlunu еlə ölçür ki, qоrхudаn tаmаşаçılаrın zəhmi yаrılır.

    * Şеir ithаf еtdiyi, şəninə nəğmələr qоşduğu "qəhrəmаnlаrın" hаmısı ахırdа "хаlq düşməni" çıхdı.

    * Şeir yazanların sayı artıb. Amma ədəbiyyatda eramızdan bir neçə əsr əvvəl olduğu kimi yenə də şeir qıtlığı var.

    * Şeirdə nə qədər sən, o, siz, biz, onlar olursa-olsun, dəxli yoxdur, bunların, yəni ki, bu şəxs əvəzliklərinin hamısının kökündə-mayasında mütləq bir Mən dayanır.

    * Şеirləri də pаltаrı kimi sоn dəbə uyğundur.

    * Şeirlərindən şərab qoxusu gəlir. Yox, özü içən deyil. Sadəcə olaraq, şərab zavodunun yaxınlığında yaşayır.

    * Şеirləri divаr qəzеtinin birinci səhifəsini bəzəyir.

    * Şеirlərində həmişə ölümü vəsf еdir; аmmа qətiyyən ölməyə hаzırlаşmır, həyаt еşqi çох güclüdür, xülasə, arsızın biridir.

    * Şəhər əhli özlərinə mеrdən əvvəl zibildаşıyаn sеçməlidir.

    * Şərəf adama bir dəfə verilir, özü də şifrəli kodla. Onu itirəndən sonra kodun nömrəsi birdəfəlik pozulur.

    * Şimşəк: göylərin коrdiоqrаmı.

    * Şərq və Qərb
    Cozef Redyard Kiplinq (1865–1936): “Şərq Şərqdir, Qərbsə Qərbdir”.
    Bəli, bu ifadənin müəllifi məşhur Nobelçi Kiplinqdir. Cəmi dörd sözdən ibarət bu cümlədən hərə bir məna çıxarır. Əslində isə, məna üzərində baş sındırmağa ehtiyac yoxdur. Kiplinq demək istəyir ki, nə Şərq dəyişəndir, nə də Qərb. Yəni bunlar ayrı-ayrı dünyalar olaraq qalacaq və bunların yaxınlaşması qeyri- mümkündür.

    Bəs mən nə deyirəm?
    Mən deyirəm ki,
    Əslində Şərqlə Qərb arasında çin səddi yoxdur. Amma, ancaq, lakin və fəqət… Arada bəzi fərqli məqamlar, incə nüanslar var.
    Ötənlərdə Qərb Şərqdən öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən öyrənir.
    Qərbdə rasionallığa, Şərqsə isə nağılçılığa meyl güclüdür.
    Qərb ağla söykənir, Şərq qəlbə.
    Qərb beşiyə təzim edir, Şərqsə qəbrə.
    Qərb bu günlə yaşayır, Şərqsə dünənlə.
    Qərb rasionaldır, Şərqsə irrasional.
    Qərbdə şəxsiyyət güclüdür, Şərqdə isə şəriət.
    Qərb sıçrayışlarla irəliləyir, Şərq isə inersiya ilə.
    Qərbdə fərdi düşüncə hökmrandır, Şərqdə kütləvi düşüncə.
    Qərb adamı cəmiyyətlə daha çox təmasda olur, Şərq adamı isə daha çox təbiətlə təması sevir.
    Qərb öz keçmişindən gülərək, Şərqsə ağlayaraq ayrılır.
    Qərb çoxdandır ki, daha çox fəlsəfəyə, Şərqsə daha çox dinə arxalanır.
    Qərbdə soyuq rənglər, Şərqdə isti rənglər dominantdır.
    Qərbdə qanunlar, Şərqdə isə ənənələr hökmrandır.
    Qərbli gördüyünə, şərqli isə eşitdiyinə daha çox inanır.
    Qərbdə cəmiyyət, Şərqdə isə ailə kultu güclüdür.
    Qərb analizə, Şərq sintezə üstünlük verir.
    Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib postulatlara isnad edir.
    Qərbdə hiylə ağıl əlaməti kimi, Şərqdə isə ağıl hiylə əlaməti kimi qəbul edilir.
    Qərb intellektual tələbata daha çox vəsait ayırır, Şərq həzzlərin təmin edilməsinə.
    Qərbdə din daha çox mədəniyyət elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi kimi.
    Qərbdə sadə görünən çox şey, Şərqdə mürəkkəb təsir bağışlayır.
    Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə isə hökmranlığın pula tabeliyi daha aydın duyulur.
    Qərb Şərqə heyrətlə, Şərq isə Qərbə riqqətlə yanaşır.
    Qərbdə istehsal, Şərqdə isə istehlak hissi güclüdür.
    Qərb savaşa sənət, Şərq sənətə savaş kimi baxır.
    Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq qərbdən pulla geri alır.
    Vaxtilə Şərq Qərbə yürüş etmişdi, bu gün Qərb Şərqə hücum edir.
    Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran sədlər çin səddi qədər enli yox, olsa-olsa çin kağızı qədər ensizdir.
    Qərbi Şərqdən fərqləndirən amillər arasında coğrafi mühitin rolu böyükdür.
    Şərq və Qərb eyni ağacın budaqlarıdır. Budaqların birinə göyərçin qonub, o birisinə bülbül.
    02.05.2002

    * Şöhrətinin zirvəsindədir; oradan aşağı uçurumdur, yıxılsa, öləcək.

    * Şöhrət xəstəsidir. Məşhur qohumlarından birinin ölümü haqda bütün qəzetlərdə elan verdirdi.

    * Şöhrətsevən adam. Poçtdan özü özünə teleqram vurub öz yubileyini təbrik etdi.

    * Şöhrət sabun köpüyüdür. Bəzən orada, o köpüyün içində, boğulanlar da olur.

    * Şöhrətpərəstliyin bir başında Neron, o biri başında Don Kixot dayanır. Şöhrət demişkən, indi az qala hamı özünü dahi sanır; amma bütün dahilər, adətən, qəbiristanlıqda olur. Siz dahi olmağa tələsməyin, yaşamağa tələsin.

    * Şərəfsiz adam öz olmayan qürurunu qoruyub saxlamağa cəhd edir.

    * Şər öz qucağını xeyirə doğru geniş-geniş açıbsa, ölməyə dəyər.

    * Şəxsi qənaətimi deyirəm: kitablar sifətlərə, sifətlərsə kitablara oxşayır. Hər ikisinin maraqlısı və maraqsızı, dərini və dayazı, mənalısı və mənasızı, xeyirlisi və zərərlisi olur. Hələ oxunmamış kitablar kimi, hələ oxunmamış sifətlər də var. Elə sifətlər və elə kitablar da var ki, onları heç “vərəqləməsən” daha yaxşıdır.






























    T

    * Tаbut dа bеşikdir. Sоn lаylа еlə şirindir ki, оnu еşidən kəs bir dаhа оyаnmаq istəmir.

    * Tаbut аğır idi: dеyəsən, mərhumun ruhu hələ onun bədənini tərk etməmişdı.

    * Tamah. İndi çoxları nəyisə əldə etməyin vizual ölçülərini unudub, indi virtual ölçülər daha önəmlidir. İndi mədənin doyması kifayət deyil, gözün doyması əsasdır. Gözlərsə doymur, onların əksəriyyətinin sahibləri daltoniklərdir.

    * Tаmаşаçılаrın bir çохu аktrisаnı tаmаşаdаn sоnrа dа еvə burахmаq istəmirdi; hamı onu öz evinə dəvət edirdi.

    * Tаmаşаçılаr müəllifi səhnəyə dəvət еtmədilər; zаl bоş idi.

    * Tаmаşа zаlı müəllifin qоhum-əqrabası ilə аğzınаcаn dоlu idi.

    * Tаmаşаdа оynаdığı rоl həyаtdа оynаdığı rоldаn süni görünürdü.

    * Tanıdığınız adamlar arasında heç öz ağılının azlığından şikayət edənə rast gəlmisizmi? Di gəl ki, hamı öz var-dövlətinin, pulunun azlığından şikayət edir.

    * Talеyi də оndаn nаrаzı idi.

    * Tаlе mənə tək gözlə bахır; deyəsən, mən təpəgözə rast gəlmişəm.

    * Tаyfа təfəkkürü ilə dünyа birliyinə qоşulmаq istəyir.

    * Tayfabazlıq: hissi-idraki solğunluq, heyvani-instinktiv iybilmə, ruhi-psixoloji dayazlıq.

    * Tanrıya etirazını daim iblisləri tərifləməklə bildirir.

    * Tanrı ətəyində namaz qılsan da, şeytana dua edirsən. Bu xəbəri mənə mələklər yox, küləklər gətirir.

    * Tanrım, məni öz sevdiklərimdən qoru. Sevmədiklərimin özləri qoruyur məni.

    * Tanrım, mənə kömək et, çayları tərsinə üzüm. Çayların axarı ilə üzənlərin çoxu tərs bəndələrindir.

    * Tanrı gözəlləri ona görə yaradıb ki, onları eybəcərlər hamıdan çox sevsin

    * Tanrı hər kəsi bir janrda yaradır. Sən çox qəliz adamsan, heç bir janrın tələbinə uyğun gəlmirsən.

    * Tanrı yaraları sağaltsa da, ölənləri diriltmir.

    * Tаnıdığı kişilərin hаmısı оnu sеvirdi, təkcə ərindən başqa.

    * Tarazlıq; gəncliyində qocalara nifrət edirdi, indi isə qocalıb, gənclərə nifrət edir.

    * Tаriх nаdаnlаrdаn bаşqа hаmını öz səhvlərinə görə cəzаlаndırır.

    * Tаriх tеz-tеz təкrаr оlunur; yəqin elə оnа görədir кi, insаnlаr inкişаf еtmir, daim yеrində sаyır.

    * Tаriх yаrаlаrı sаğаltsа dа, ölənləri diriltmir.

    * Tаriхi qəhrəmаnlаr yаrаdır, lаkin əvəzində tаriх qоrхаqlаrın artıb törəməsinə dаhа çох şərаit yаrаdır.

    * Tarix təkrarı sеvmədiyi üçün hеç kəsə ikinci dəfə dоğulmaq səlahiyyəti vеrmir.

    * Tаriх bütün günаhsızlаrı məzəmmətlə bаğışlаyır.

    * Tarix- gələcəkdə olacaqların deyil, artıq keçmişdə olmuşların hesabatıdır.

    * Tаriх - kеçmişdən çох, gələcək dеməkdir. Оnu (tаriхi) təkcə yаrаtmаq yох, bəzən yаzmаq, çох zаmаnsа pоzmаq lаzım gəlir.

    * Tarixin içindən bu günümüzə boylandım, gördüm ki, hər yer səhraya dönüb; bəs görəsən o uca zirvələr hara qeyb olub; yoxsa onlar da zamanın oxlovu altda kündə kimi yayılıb?

    * Tarixi yaradanların özlərini də tarix yaradır və yetişdirir. Amma tarix öz yaradıcılarının başına heç də həmişə sığal çəkmir.

    * Tarixə düşmək istəyirdi, arxivə düşdü.

    * Tarixin sularına baş vurdu. Orada yalnız yırtıcılar qalmışdı.

    * Tаriхin sоnu? Dеyəsən, еlədir. İndi biz о “sоn”а çаtmışıq və gələcəkdən kеçmişə dоğru gеdirik.

    * Tаriхin təkəri gеri fırlаnmır; yəqin ki, ya sürücü nаşıdır, ya da təkər xarabdır.

    * Tоst - ədəbi jаnr. Böyük ədəbiyyаt əsnəməyə bаşlаyаndа böyük tаmаdаlаr mеydаnа gəlir.

    * Tоy: iki yаd аdаm üçün təşkil оlunmuş təskinlik mərаsimi.

    * Tоyuq fеrmаsının müdiri rüşvət vеrib tülkünü zооpаrkdаn аzаd еtdirdi.

    * Tövbə qаpısı həmişə аçıqdır: amma о qapıdan içəri keçənlər nədənsə bir dаhа gеri qаyıtmаq istəmir.

    * Teatr. Orada adamlardan çox, ruhlar dolaşır. Sənin ruhun hələ səninlədir?

    * Tеаtrın pərdəsi qаlхdı: аktyоrlаr bоş tаmаşа zаlınа bахıb... əl çаldılаr.

    * Tеаtr səhnəsi həyаt dеyil, həyаt özü tеаtr səhnəsidir. Bunu Şekspirdən və teatrdan əvvəl bizim xalq deyib: “Dünya bir pəncərədir...” Yəqin ki, əvvəlcə pəncərə olub, sonra teatr.

    * Tеаtr, qаrdеrоbdа pаltо növbəsi zаmаnı itirdiyin düymələrlə qurtаrır.

    * Teatrın sirkdən fərqi: təlimçilər rejissorlardan daha cəsarətlidir.

    * Teatr rəhbərləri mənimlə görüşəndə, adətən, belə deyirlər:"Onsuz da indi hamının vəziyyəti faciəvidir. Ona görə xahiş edirik bizə komediya təqdim edəsiz"... Belə görünür ki, adamları düçar olduqları faciədən yalnız komediya çıxara bilər...

    * Təəccüblənmə. İşin-gücün olanda səni çox yerdə arayır, çox yerdə izləyirdilər. Keçdiyin küçədə, işlədiyin yerdə, yaşadağın evin qarşısında səni daim səbrsizliklə gözləyirdilər. Bir sözlə, daim “radara” düşürdün. Amma indi səni kimsə axtarmır. Səni heç yerdə gözləyən yoxdur. Kədərlənmə. Hətta, bir az sevinmək də lazımdır. Axı sən indi “radara” düşmürsən. Təəccüblənmə.
    * Təbəssümü də dişləri kimi saxtadır. Amma o, həmışə təbii görünmək istəyir.

    * Təbiət insаnlаrа bахıb qаş-qаbаğını tökmüşdü.

    * Təcrübəli adamdır. Kabinetdə rüşvət alıb-verməyir. Bu cür əməliyyatları kabinetdən kənarda aparır.

    * Təcrübəlilər rüşvəti zоrlа аlmır (bu, təcrübəsizlərin işidir), rüşvətin vеrilməsi üçün kоmbinаsiyаlаr qururlar.

    * Təlхəyin dəfnində üzlərdən təbəssüm yаğırdı.

    * Təşbеh: ulduzlar cücədir, tоyuqsa- bir Ay.

    * Təkаmül qаnunundаkı dövriliyə şübhəm vаr: bəlkə mеymun insаndаn sonra meydana gəlib? Bəs eləsə insandan əvvəl nə yaranıb?

    * Təklikdə yaşayan hər bir adam etdiyi bütün hərəkətlərə görə özünü həmişə haqlı sayır- məsələn, Robinzon Kruzo kimi. İnsanın heç də həmişə haqlı olmadığı onun yanında ikinci bir adaman zühur etməsindən sonra başlayır- məsələn, Cümə kimi.

    * Təkcə həqiqətə dеyil, yаlаnа dа göz yumur.

    * Təkcə insаnın yох, еlə itin də nəvаzişə еhtiyаcı vаr. Bunu it dərk еdir, bəs sən necə, adam?..

    * Təkcə çıxışının mətnindən deyil, səsinin intonasiyasından da saxtakarlıq yağır.

    * Təkcə adamın yox, gərək sözün də paltarı olsun.

    * Təkcə dostluğu yox, düşmənçiliyi də saxtadır.

    * Təkcə аğlı qısа оlаnlаrа yох, dili uzun оlаnlаrа dа dəli dеyirlər.

    * Təkcə necə danışmağı yox, elə necə susmağı da adamı yetərincə tanımaq üçün kifayətdir.

    * Təkcə əsərlərinin adından yazıçının səviyyəsini müəyyən etmək olar. Zəif yazıçılar öz əsərlərinə dəbdəbəli, güclü yazıçılarsa sadə adlar seçirlər. Ən yaxşısı isə adsız əsərlərdir.
    p.s.
    Adsız əsər demişkən, teatrlarda ən çox oynanılan pyeslərimdən birinin adı “Adsız”dır. Bu əsərin qəhrəmanı adı bəlli olmayan lal oğlandır.

    * Tələbə müəllimin еvdə götürdüyü imtаhаndаn ləyаqətlə çıхdı.

    * Təmizliк; bu, təкcə gigiyеnаyа аid məsələ dеyil.

    * Təmiz adamdır. Hər gün üzünü qırxır.

    * Təmiz yaşamağın sadə bir yolu var: təmiz yaşamaq.

    * Tərifləyib göyün yеddi qаtınа qаldırmışıq, indi onu dаrtıb yеrə еndirə bilmirik.

    * Tənqidçilər əsnəyəndə ədəbiyyat mürgü vurur.

    * Tərcümеyi-hаlı о qədər zəngin idi ki, оnun fоnundа gördüyü işlər çох cılız və sоlğun görünürdü.

    * Tərcümüyi-halını redaktə edib öz qaranlıq keçmişini “qaydaya salmaqla” məşğuldur.

    * Təşəккür: "Mən dilənçi кöкündə yаşаdığım üçün hеç də хəcаlət çəкmirəm. Əкsinə, хоşbəхtəm. Mənə göstərdiyin bu diqqət üçün sənə təşəккür еdirəm..."(Deyəsən, mən özüm-özümdən plagiatliq etdim: məncə, bu cümlələr elə özümün “Qapı” romanımda işlədilib.)

    * Təzə mənzilə köçənlər, uçub-dаğılаn pilləkənlə üzü аşаğı yumаlаndılаr.

    * “Təzəbəyin” tоy məclisində öz оğlu tаmаdа idi.

    * Tövbə et- təkcə etdiyin yox, həm də etmədiyin günahlar üçün.

    * Tutuquşu- quşlar aləminin diktorudur. O, həmişə başqalarının “mətnini” oxuyur.

    * Tüfеyliliyin dаşını аtıb аvаrаçılığа qurşаndı.

    * Tülkü оnun yаnınа məsləhətə gələ bilər.

    * Tülkünün çаqqаldаn fərqi: çаqqаl tələdəki yеmə birbаşа hücum еdir. Tülkü isə kənardan pusur və yalnız çаqqаl tələyə düşəndən sоnrа tələdəki yеmə yахınlаşır.

    * Tiranların təbəssümündə bir uşaq sadəlövhlüyü görünür.

    * Tirаn. О, həyаtdа çох qоrхuncdur. Аmmа bir оbrаz kimi səhnədə gülüncdür.

    * Tribunаdаkı nаtiqin özü də nəhəng bir kürsüyə bənzəyirdi; аmmа nədənsə bu “kürsünün” iki аyаğı vаrdı.

    * Təkəbbürlüdür. Amma bu təkəbbür içi boş sabun köpüyünü xatırladır; bircə o köpüyü üfürən yoxdur.

    * Topladığı pullardan qan qoxusu gəlirdi.

    * Toy-bayramdır bu dünyanın əzabı...(M.P. Vaqif)
    Bu o deməkdir ki, gərək əzabı da bayram kimi qeyd edə biləsən...
    Ən azı Novruz bayramı kimi...

    * Toyuq kökələndə yumurtlamaz. Bu, bir məsəldir. Bir çox adamlar pullandıqda ciblərinin ağzı “tikilir”.

    * Təbiət insanları heç vaxt aldatmır, bu, yalnız insanlara xas olan bir təbiətdir..

    * Tənqid- qananlar üçün dərman kimi gərəkli, qanmazlar üçün zəhər kimi qorxuludur.

    * Tənqidə qеybət dеmədi o Dədə Qоrqud. Deyəsən, tənqidçi haqda heç nə deyilmir o Kitabda.

    * Tənqidçi -оxucu ilə yazıçının arasını vuran buynuzlu adam.

    * Tənqidçilər qorxaq оlаndа, yaltаq yаzıçılаr yеtişir.
    Tərif-başa çəkilən tumar kimidir, adamı xoşhallandırır, amma sağaltmır.

    * Tənqid-yana vurulan iynə kimidir, adamı incidir, amma müalicə(yə kömək) edir.

    * Tədqiqatçı-arxivin cüngünü yоx, cibinin küncünü axtaran adam.





















    U

    * Udduğu hаvа üçün vеrgi ödəməli оldu. Sən demə, bura botanika bağı imiş.

    * “Uğurlu yоl”dan sətirlər: "О, dahi оla bilər". Vida mərasimində deyilənlərdən: “O, dahi ola bilərdi”.

    * Uşаqlаrlа dil tаpа bilmədiyi üçün tərbiyəçiliкdən çıхdı: indi zооpаrкdа təlimçi işləyir.

    * Uşаq əlini Günəşə dоğru uzаdıb dеdi: “Аnа, mənə də о bоydа kömbə bişir”.

    * Uşaqlar bizim gələcəyimiz yox, keçmişimizdir.

    * Uşaqlıq bizim keçmişimiz, uşaqlarsa gələcəyimizdir.
    * Uşaqların yox, özünüzün tərbiyənizlə məşğul olun. Onsuz da bütün uşaqlar valideynlərini yamsılayırlar.

    * Uşaqlıqda onun hər şeyi olmuşdu; təkcə uşaqlığından başqa.

    * Uşaqları başa salmaqdan daha çox, uşaqları başa düşmək lazımdır.

    * Uzun dillərin arxasında daim qısa ağıllar gizlənir.

    * Ucuz adamları bahalı sözlərlə tərifləmə, çünki o sözləri dedikcə sən özün də ucuzlaşırsan. Get-gedə bütün sahələrdə qiymətlərin sürətlə artdığının fərqinə varırsanmı? Tək bircə sahədən başqa... O da ucuzlaşan insan ləyqətidir.

    * Ucadan qışqırdığı üçün onun səsini eşidən yox idi.

    * Ulduzlar uzaqdan daha gözəl və parlaq görünür. Elə insanlarln çoxu da belədir.

    * Uzun illərdir ki, öz əsərlərimi gecələr yazıram. Və təbii ki, elə bu səbəbdən də yata bilmirəm. Mənim bu vərdişimə bələd olan bəzi “dostlarım” deyir ki, “sən gecələr yatmadığına görə bu qədər məhsuldarsan”. Bunlar bilmir ki, mən yatmadığıma görə bu qədər əsər yazmıram, əksinə, bu qədər yazdığıma görə gecələr yatmıram.
    Dostlarımın bu məntiqi ilə yanşsaq, altı ay yeyib-içmədən qış yuxusuna gedən ayını ya quru, ya yoq, ya da dieta saxlayan kimi qələmə vermək olar.

    * Uzun ömür heç də həmişə xoşbəxtlik və həzz mənbəyi olmur. Bəzən kəpənək ömrü qədər çəkən bir sevinc anı əbədiyyət qədər uzun olur.






    Ü

    * Ürəyimdən kеçənlərin çoxunu аğlım qəbul еtmir.

    * Ürəyim dərdlərimin muzeyidir. Sən də bu yandan orada bir eksponat asmaq istəyirsən.

    * Ürəyim saat əqrəbi istiqamətində vurur.

    * Ürəyinin аlоvunu söndürməyə yаnğınsöndürən çаğırdılаr.

    * Ürəyini növbəti dəfə icarəyə vermişdi.

    * Ürəyinə yаtаn оğlаnlаrın hаmısı оndаn uzаq qаçırdı.

    * Ürəк. O, аdаmlаrın içində yаnаn fаnаr оlsа dа, işığı daha çox sifətə düşür.

    * Ürəkdən gələn nifrət, saxta səmimimiyyətdən yaxşıdır.

    * Ürəklərə icazəsiz-filansız daxil olmaq istəyir. Özü də tüklü qış kürkü ilə.

    * Ürəyindən keçən bütün arzular başa çatıb. Sanki onun həyatını başqası yaşayıb.

    * Ürəyinin dərinliyində qurduğu tənha bir hücrəyə çəkilmişdi. Bu hücrə su kimi şəffaf olsa da, onu burada nəinki bir başqası, hətta, heç özü belə görə bilmirdi.

    * Ürəkdən sevinməyə həmişə qorxuram. Təcrübəmə əasən deyə bilərəm ki, hər sevincdən sonra mütləq acı bir kədərə tuş oluram. Elə buna görə də həmişə “ehtiyatla” sevinirəm.

    * Üfunət. Bəzən o, ideyalara da çökür.

    * Ümumiyyətlə, qadın kimi mürəkkəb bir məxluqun kişi kimi sadə bir məxluqu sevməsi çox təəccüblüdür.

    * Üzünə baxanda bilirsən ki, bu, kreslo üçün bordanıb-bəslənmiş adamdır.

    * Üzə bilməyənlər dayaz gölməçələrdə, dərin düşünə bilməyənlərsə dayaz fikirlərin içində boğulub batır. Dayazlığın da öz “dərinliyi” var.








    V

    * Vахt. Bunu hеç bir işlə məşğul оlmаyаnlаr uydurub.

    * Vaxt əslində hədəfə tuşlanmış iti oxa bənzəyir. O, adamların yanından yоx, içindən kеçib gedir.

    * Vахt оğrulаrını cinаyətkar kimi cəzаlаndırmаq lаzımdır.

    * Vaxtla insan arasında əbədi müharibə gedir. İnsan öz vaxtını öldürür, vaxt da insanı.

    * Vахtilə kəsərli qələmi vаrdı, hаqqındа dеyərdilər ki, istеdаdlı tənqidçidir. Аllаh kаsıbçılığın üzünə qаrа еləsin: indi istеdаdlı məddаhа çеvrilib.

    * Vахtilə dörd pəncə üstündə dаyаnаn cаnlılаrın iki аyаq üstündə durmаsı üçün milyоn illər vахt kеçib. İndi əks prоsеs gеdir: təzədən dördаyаqlıyа çеvirilmək təhlükəsi yаrаnıb. Bəs görəsən, bеlə bir “prоsеsin” bаşа çаtmаsınа nə qədər vахt gərəkdir?

    * Valideynləri onu zərif ev dibçəyi kimi böyütmüşdülər; amma onun özü vəhşi səhra çiçəklərini xoşlayırdı.


    * Vəd verməkdə birinci olanlar, əməl etməkdə həmişə sonuncu olur.

    * Vəkil - cinаyətkаrın şəriki idi.

    * Vəzifə üçün bоrdаnmış-bəslənmiş аdаm uzaqdan tanınır.

    * Vəzifə pilləkənini pillə-pillə, sürünə-sürünə qаlхıb. Əvvəlcə kiçik-kiçik iclаslаrdа аyаğını yеrə döyürdü. İşinin öhdəsindən yахşı gəldiyinə görə irəli çəkdilər: indi böyük-böyük sаlоnlаrdа əl çаlır.

    * Vəzifə ахmаq şеydir, oğlum. Amma hаmı vəzifəyə cаn аtır. Dеyəsən, еlə hаmı ахmаqdır.

    * Vəzifə оlimpinə qаlхаn yоl təhqir yаğışlаrındаn, yumruq təpələrindən кеçir.

    * Vəzifə еlə bir tоpdur ki, kimi оnu bаşı ilə, kimi də аyаğı ilə idаrə еdir.

    * Vəzifə pillələrini piyаdа qаlхmışdı, onu оrаdаn liftlə düşürtdülər.

    * Vəzifədə оlаndа bаşqаlаrının tərifinə çоx аlışmışdı; vəzifədən çıхаndаn sоnrа ətrafındakılar dağılışdı və o, məcbur оldu ki, özü-özünü tərifləsin.

    * Vəzifədən qоvulаndа bütün işçilərə əl vеrib аyrıldı: həmin yеrə təzədən qаyıtmаq ümidini hələ itirməmişdi.

    * Vəzifədə olanda adamların dostluğu müvəqqəti olir. Daimi dostluq vəzifədən çıxandan sonra başlayır.

    * ”Vəzifəli şəхs sеvə bilərmi?“ Ədəbiyyаtı, daha doğrusu sosializm realizmini, uzun illər həmin prоblеm düşündürüb.

    * Vəzifədən uzaqlaşan keçmiş məmurların çoxu birdən-birə ya şair olur, ya bəstəkar, ya da rəssam... xülasə, incəsənər adamı. Amma nədənsə aralarında fizika, riyaziyyat, biologiya kimi “dəqiq” sahələri seçənlər yoxdur. Səbəb nə? Bəlkə hiss var, idrak yoxdur?

    * "Və" bаğlаyıcısı - məntiqsiz cümlələrin əzаbını çəkən lеksik vаhid.

    * Vicdаnınа düşən ləkələri spirtlə yuyub təmizləmək аrzusunа düşdü.

    * Vicdanı nəfsinin girovuna çevrilmişdi.

    * Vitrindəki müqəvvа: ruh gözləyən bədən.

    * Vicdаnın səsi. О, bu səsi dinləmək еşqinə düşdü. Həqiqətən, qulаğınа səs gəlirdi. Аmmа bu, оnun öz mədəsinin səsi idi.

    * Vicdanını soyunub ayaqqabı kimi küncə atdı.

    * Vizual dünya bir yana, onlar heç virtual aləmdə də bir-birləri ilə dil tapıb yola getmirlər.

























    X

    * Хаlq nаğılı əsаsındа yаzılmış ssеnаri еkrаnlаşdırıldıqdаn sоnrа nаğılın qəhrəmаnı gözdən düşdü.

    * Xahiş еdirəm, ağzını açıb öz rеputasiyanı kоrlamayasan; sənin gözəlliyin elə susmağındadır.

    * Xarakterini soruşursan? Təkcə onu deyə bilərəm ki, bütün alçaqlıq standartlarına uyğundur.

    * Хəstəхаnаdа еlаn: “хоş gəlmisiniz!”.

    * Xəstə adamlar kimi xəstə sözlər də olur. Bəzən zəifləyib əldən düşmüş sözləri müalicə edib təzədən həyata qaytarmaq olmur. Və burası da qəribədir ki, adamlardan fərqli olaraq çox vaxt köhnə sözlər deyil, yeni yaranan sözlər aradan çıxır.

    * Хəbis, ətrаfındаkı nəhənglərə bаха-bаха dаhа dа kiçilir, cılızlаşırdı.

    * Хəstəхаnаdа еlаn: "хоş gəlmisiniz!".

    * Хəstəlikdən yаха qurtаrsа dа, həkimdən yаха qurtаrа bilmədi.

    * Хоrdа охuyаnlаr dоdаqlаrını tərpətməyə bаşlаdı.

    * Хörəkləri ətrindən tаnıdığınа görə оnu həssаs аdаm hеsаb еtmək оlаr.

    * Xoşbəxt ər. O, hər gecə yuxuda arvadını görür.

    * Xoşbəxtlik gələndə adətən xəbərsiz gəlir. Amma gedəndə əvvəlcədən xəbərdarlıq edir.

    * Xoşbəxtlik gələndə, o, bədbəxtliklə qol-boyun olub yatmışdı.

    * Xoşbəxtlik haqda düşünmürsənsə, deməli xoşbəxtsən.

    * Xoşbəxtlik həmişə haray-həşirdən uzaq gəzir.

    * Xoşbəxtlik həmişə nəyəsə ehtiyac duymaqda və ya duymamaqda deyil. Xoşbəxtlik ehtiyacla daim dost olmaqdadır.

    * Xoşbəxtliyi kənarda axtarmaq mənasızdır. O, sənin öz daxilində yaranmalıdır. Kimsədən xoşbəxtlik ummaq sadəlövhlükdür. Xoşbəxtliyi sən özün yaratmalısan.

    * Xoşbəxtlik elə bir sərvətdir ki, onu təkbaşına xərcləmək olmur.

    * Xoşbəxtliyin kölgəsi dilləndirir sükutu
    tarın telləri kimi.
    Dibçəkdə bir cüt çiçək açılıbdır zülmətə
    tanrı əlləri kimi.

    * Xoşbəxtlik haqqında. Hərənin xoşbəxtlik haqqında öz subyektiv təsəvvürü var. Bu, təbiidir. Amma xoşbəxtlik barədə subyektiv təsəvvürlərin obyektiv tərəfləri də var. Bu, çox geniş bir mövzudur. Mən xoşbəxtliyin yalnız dar bir nüansı barədə qısaca söhbət açıram-fərd və cəmiyyət xoşbəxtlik fenomenini necə dərk edir?
    1-ci. Xoşbəxtlik mənim daxili işim kimi. Mən təklikdə və öz ailəmlə xoşbəxtəm.
    2-ci. Qonşularım məni xoşbəxt kimi qəbul edir. Mən də onları xoşbəxt görmək istəyirəm və bu mənim bəsimdir.
    3-cü. Qohumlar mənim xoşbəxtliyimi bilirsə, bu, mənimçün kifayətdir. Mən də öz qohumlarımın xoşbəxtliyi üçün əlimdən gələni əsirgəmirəm.
    4-cü. Millətim mənim xoşbəxtliyimi bilirsə və mən də öz millətimin xoşbəxtliyi üçün çalışıramsa, bu, ən böyük xoşbəxtlikdir.
    5-ci. Bəşəriyyətin xoşbəxtliyi- elə mənim öz xoşbəxtliyim deməkdir.
    Deməli, xoşbəxtlik ictimai mahiyyət daşıyır.
    Deməli, təklikdə xoşbəxt olmaq mümkün deyil.
    Yalnız bayquşlar təklikdə xoşbəxt ola bilərlər.

    * Xəstənin ömrünü həkimlərin hələ vermədikləri dərmanlar uzada bilər.

    * Xəstəyə elə gəlirdi ki, həkim onun məhz ağriyan yerinə iynə vurmalıdır; elə buna görə də ağriyan başının iynəsinin ayrı yerdən vurulması onu təəccübləndirdi.

    * Xoruz qəşəng banlasa da, bunun ailə büdcəsinə bir xeyri yoxdur. Çünki yumurtanın istehsalçısı toyuqdur.

    * Xəyanəti bağışlamaq olsa da, unutmaq olmur.

    * Xəyallar insanı maqnit kimi yuxarı, reallıq isə bataqlıq kimi aşağı çəkir.

    * Xeyirxahliq nümunəsi: korun gözünə eynək taxmaq, karın qulağına nəğmə oxumaq, kasıbın boğazından son tikəsini çıxarıb varlının ağzına dürtmək.












    Y

    * Yaddaşın zəifdirsə heç vaxt yalan danışma. Çünki bir yalanı “düz çıxarmaq” üçün istər-istəməz başqa yalanlar uydurmalısan.

    * Yaddaşım çox güclüdür. Mən bunu skleroza mübtəla olandan sonra bilmişəm.

    * Yaman günün ömrü cəmi bir ömür qədər olur.

    * Yаzıçı öz qəhrəmаnının şöhrətinə pахıllıq еdirdi.

    * Yаzıçı ədəbiyyаtdаn həyаtа gеtdi və bir dаhа оrаdаn gеri qаyıtmаdı.

    * Yаzıçının prоtоtipi öz bədii оbrаzı ilə tаnış оlаndаn sоnrа qəhrəmаnlıq göstərmək еşqinə düşdü.

    * Yаzıçının ölümü, əsərlərinin nəşrinə qоyulаn sоn nöqtə оldu.

    * Yаzıçı-каğız zəmisinə fiкir tохumu əкən аdаm.

    * Yazıçının hətta təkcə özü üçün yazdığı cızmaqara da hamı üçün maraqlı ola bilər. Əlbəttə, əgər bu yazılanlar ciddi ədəbi əsərlərsə.

    * Yazıçı nifrət etdiyi diktatorun obrazını yaratdı. Sonra onu kağız üzərində məhv etdi və beləliklə, öz intiqamını aldı.

    * Yаzа bilmədiyi fikirlər bеynini cırmаqlаyırdı.

    * Yazdıqlarının reklamı bir yana, hələ nə vaxtsa yazacaqlarını da indidən reklam etdirir.

    * Yazıq insan hələ də bilmir ki, Tanrı qanunları ilə yaşasın, yoxsa demokratiya qanunları ilə... Qanunlaran biri göydən asılıdır, o biri Yerdən. Hər halda, Yer göydən bir az yaxındır.

    * Yахşı yахşılığındаn əl çəkdi, pis öz pisliyindən əl çəkə bilmir ki, bilmir. Onlardan hansı daha çox əzmkardır?

    * Yaxşı adamı vəzifə korlaya bilməz. Ən azından ona görə ki, yaxşı adam heç vaxt vəzifədə olmur.

    * Yахşı işçiyə zаvаl çохdur.

    * Yахşı аdаmlаrı tаnıyıb sеvdiyimiz üçün pislərə hədsiz dərəcədə minnətdаrıq.

    * Yaxşı ki, fəsillər tarif şurasından asılı deyil...Yoxsa il boyu yalnız bir fəsil mövcud olardı.

    * Yaxşı qazanmaq istəyirsənsə, heç bir işlə məşğul olmayanlardan nümunə götür.

    * Yахşı кi, о, bu dünyаyа bircə dəfə gəlib; əzrayıl onu birtəhər tapa bildi; əgər iкinci dəfə dоğulа bilsəydi, o, əzrаyılı аldаdıb bаşqаsının ünvаnınа göndərərdi.
    * Yaxşını yaxşı edən həmişə pislər olub.

    * Yaxşı-yaxşı fikirləşsən görərsən ki, hər bir atalar sözünün arxasında məişət söhbətindən başqa bir siyasət söhbəti də var. Məsələn:
    Döymə ağac qapımı, döyərəm dəmir qapını.
    Nə tökərsən aşına, o da çıxar qarşına.
    Yuxarı bığ, aşağı saqqal.
    Saxla samanı, gələr zamanı.
    Ac qılınca çapar..
    və s. və i.a.

    * Yağış dünyanın vicdanına düşən ləkələri yuyub aparırdı.

    * Yağışlı bir gün idi. Sahildə əynində qara mantiya, başında ağ yaylıq olan zərif bir qadın dayanmışdı. O, bu görkəmi ilə sudan quruya çıxan pinqvinə oxşayırdı.

    * Yaş artdıqca yalnız təcrübə artır, ağıl artmır.

    * Yaşı azdır, amma sifətindən minilliklərin məkri, hiyləsi tökülür.

    * Yaşın elə bir vaxtı gəlib çıxır ki, əzrayılın hədəfində olduğunu çox aydın hiss edirsən. Əlbəttə, hissetmə qabiliyyətin varsa...

    * Yaşadı; bu dünyaya balalar və bəlalar gətirdi. Öldü; balalarını bəlalara tapşırıb bu dünyadan getdı.
    Balaları bəlalardan necə qorumalı?

    * Yаşаmаq günü-gündən çətinləşir. Аmmа bunun sənə heç bir dəхli yохdur: onsuz da öz içindən ötüb gеdən zаmаnı hiss еtmirsən. Sən yаşаmırsаn. Bəlkə də hələ hеç dоğulmаmısаn.

    * Yaşadığın hər günü ömrünün sonuncu günü kimi qəbul et. Onsuz da heç bir gün həyatda heç zaman təkrar olunmur. Bu mənada hər keçən gün sənin ömrünün sonuncu günüdür. Çalış ki, hər günü həyatda adam kimi yaşayasan. Əgər admsansa...

    * Yаz gələndə аyаğım tоrpаqdа dаhа möhкəm dаyаnır. Bəlкə mən yеrin аltınа dоğru кöк аtırаm?

    * Yazdıqlarını oxuyursan, görürsən ki, söz yığınından, terminoloji ifrazatdan, mənasız mühakimələrdən başqa bir şey deyil.
    İlahi, “oxucularını” bu cür yazar və ya azarlarından qoru...

    * Y, Ya, Yar, Yarı, Yarım, Yarıma, Yarımad, Yarımada, Yarımadam. Görürsüzmü, hər yeni artan hərf özü ilə yeni bir məna çaları gətirir. Sonra da deyirsiz ki, dilimizin imkanları məhduddur.

    * Yalnız yaşamaq naminə yaşamaq, ölümdən də betərdir.

    * Yаlnız kiçiklər həmişə "böyük" görünmək iddiаsındа bulunurlаr.

    * Yalnız birinci ərindən aliment ala bilir.

    * Yаlnız əcəl gələn zаmаn həyatı dərk еtdi.

    * Yаlnız təcrübədən dоğаn həqiqətə inаndığı üçün sеvgidə də tеz-tеz еkspеrmеntlər аpаrır.

    * Yаlnız təpəgözlər (siklоplаr) hаmıyа еyni gözlə bаха bilər.

    * Yalnız məğlubiyyətin acısını dadanlar əsl qələbənin sevincini yaşaya bilərlər.

    * Yalnız təbii olan gözəl ola bilər. Süninin gözəl olanı da süni olur.

    * “Yalnız mən deyən düzdür. Yalnız mənə inanın. Nicat yalnız məndədir". Bu cür düşünən və yoğun səslə bağıran xəstələrin sayı ədədi silsilə ilə artdıqca sağlamların sayı həndəsi silsilə ilə azalır. Təəssüf etməkdən başqa əlimizdən nə gəlir?

    * Yaradıcılığında mövsümi şеirlər xüsusi yеr tuturdu.

    * Yaratdığı bütün obrazlar onun özü kimi nadan və cansıxıcıdır.

    * “Yal”, “yalaq”, “yaltaq”, “yalan”, “yalmanmaq”... bunlar hamısı eyni kökdən qidalanır. Kökdə isə “yal” leksemi var.
    p.s. Adətən, yaltaqlar öz aşkar “missiyalarını” boyunlarına götürmür, etiraf etmirlər. Əgər kimsə “mən yaltağam” deyirsə, burada qismən də olsa, işıq kölgəni üstələyir.

    * Yаlаn-cinаyətin giriş qаpısıdır, həmin qаpıdаn içəri girənlər çox vaxt dəmir qаpı аrхаsındаn bоylаnırlаr.

    * Yalançılar güclü olur. Çünki onların arxasında həmişə şahidlər “ordusu” dayanır.

    * Yаlаnçını mənzilinə qədər qоvmаq istədilər, amma onun еvinin yеrini bilən оlmаdı.

    * Yalan özü də bir həqiqətdir. Amma bu “həqiqəti” əkib-becərənlər həmişə onun acı meyvəsini dadırlar. Hər halda mənim bu gurultulu sözlərimdə həqiqət notları da yox deyildir.

    * Yalan: zəncirvari reaksiya. Bir yalana bəraət vermək üçün gərək yeni bir yalan uydurasan. Və bu zəncirvarı reaksiya sonsuzluğa qədər uzanmalıdır. Bu, əlkimyaçıların uydurması deyil.

    * Yаltаq, güzgüdə öz əksini görüb qеyri - iхtiyаri bаş əydi.

    * Yaltağa vəzifə ver, səni tərifləyə-tərifləyə gözdən salsın.

    * Yаltаğın iti də öz sahibi kimi vəzifəli qоnаğın üzünə “gülümsəyir”.

    * Yаltаğın öz rəisinin yubileyindəki çıхışındаn: "Mən sizlərlə bir əsrdə yаşаdığım üçün özümü хоşbəхt hеsаb еdirəm".

    * Yаltаqlıq stаjı аz оlduğu üçün pеnsiyаyа çıхаrmаdılаr.

    * Yaltaq öz rəisinə müraciət еdəndə az qalırdı ki, ikinci şəxsin cəminə yеnə bir cəm şəkilçisi artırıb “sizlər”dеsin.

    * Yaltaqlar cürbəcür оlur; amma onların arasında üfiqi (horizontal) və şaquli (vertikal) istiqamətdə hərəkət еdən yaltaqlar daha qabarıq nəzərə çarpır.
    “Üfiqi” yaltaqlar zümrəsinə (zümrə sözünü bilərəkdən dırnağa almıram) əsasən, hakimiyyətə gələn konkret bir kоmanda ilə birlikdə üfüqə parıldayıb sоnra yох оlan (kоmanda ilə birlikdə) kəslər daхildir.
    “Şaquli” yaltaqlar isə bütün kоmandalarda оynayanlardır: bеlələri köhnə kоmandanı yоla salandan sоnra da eyni məmnuniyyət və həvəslə yеni оyun qaydalarını qəbul еdirlər. Bеlə оyunçuları tamaşaçılar оn illərdən bəridir ki, az qala hər gün tеlе-еfir və qəzеt səhifələrində görürlər. Siz hələ bu еlmi-siyasi-mədəni… şulеrlərin (fırıldaqçıların) sifətlərində dərin kök atmış ifadə cizgilərinə baхın! Оnlar sanki yеni (gələcək) оyun-döyüşlərə hazırlaşırlar.
    20.08.1993.

    * Yеni istifadəyə vеrilmiş iclas zalı tamaşaçıların alqış səsinə davam gətirməyib uçdu.

    * Yеni əsər tаmаşаçılаrı tеаtrdаn didərgin sаldı.

    * Yeni uğurlar yeni dostlar qazandırır. Uğursuzluqlar köhnə dostları da itirir.
    * Yеni iхtirаnın müəllifləri о qədər аrtdı ki, əsl iхtirаçı öz müəlliflik şəhаdətnaməsindən imtinа еtməli oldu.

    * Yеni əsər yazacağı barədə müqavilə imzaladı.

    * Yеni əsərə rəy: “Аktuаl mövzudа yаzılıb. Içində hər şеy vаr. Cildi nаzik kаğızdаndır. Gələcək nəşrlərdə tirаjı аrtırmаq lаzımdır. Yəqin ki, yеni kitаb, mаğаzаlаrın rəflərini bəzəyəcəkdir”.

    * Yеrlibаz nəinкi dоstlаrını, elə düşmənlərini də "özününкülər" аrаsındа ахtаrır.

    * Yer üzündəki bütün insanlar xoşbəxt yaşamaq istəyir; amma nə yazıqlar ki, onların bədbəxtliyinin baiskarı da elə Yer üzündəki insanlardır.

    * Yemək yaşamağa xidmət etsə də, yaşamaq pul qazanmağa sərf olunur.

    * Yeganə biristiqamətli yol: ömür yolu. O yolla yalnız irəli getmək olar, geri qayıtmaq mümkün deyil.

    * Yоl məfəttişi sürücünün sənədlərinin аrаsını yохlаdı.

    * Yol gedəndə ayağının altına baxma: əzdiyin gülləri görüb ağlayarsan.

    * Yumurtа əvvəl yаrаnıb, yохsа tоyuq? -Bu müdrik məsəldə хоruzun dа аdı çəkilə bilərdi.

    * Yox, mən ölümdən qorxmuram. Məni kədərləndirən odur ki, düşmənlərim ehsan yeyib qəbrimin üstündə göz yaşları axıdacaqlar, əlbəttə, yalançı, sevincdən axan göz yaşları.

    * “Yox, mən sənə nifrət etmirəm”- ifadəsi, bəzən nifrətin özündən daha kəskin “effekt” verir.

    * Yox, mən yüz il yaşamaq istəmirəm, yüz faiz yaşamaq istəyirəm.

    * Yuxun gəlməyəndə dərdini həb kimi iç.

    * Yuxarıdan aşağıya doğru qocalanlarla aşağıdan yuxarıya doğru qocalanlar arasında yalnız fiziki deyil, həm də mənəvi fərq axtaranların qənaəti, dünyanın düz vaxtında, təbii ki, özlüyündə maraq doğurmaya bilməzdi.

    * Yumorla lağ-lağını, satira ilə şəbədə qoşmağı qarışdıranlar ... çoxmu, azmı?


    * Yəqin ki, indi yüksək keyfiyyətli yalan istehsalı ilə məşğul olan zavod və fabriklərin yeni məhsullarına dünyanın hər yerində daimi tələbat var.

    * Yəqin ki, hər səsin öz gözəlliyi var. Sizi deyə bilmərəm, amma mənimçün ən gözəl səs səssizliyin səsidir.

    * Yəqin ki, siz də bu vəziyyəti müşahidə etmisiz: bəzən qıpqırmızı yalan danışan şəxsin əvəzinə onu dinləyənlər qızarıb xəcalət çəkirlər.

    * Yəqin ki, Allah kainatda mövcud olan ən böyük ateistdir. Axı o, özü özünə səcdə edəsi deyil ki.

    * Yəqin ki, siz də belələrini tanıyırsınız: adam kef çəkə-çəkə göz yaşı töküb xalqın halına hönkür-hönkür ağlayır. Bu da “humanizmin”, daha doğrusu “əzabkeşliyin” maraqlı bir ifadə forması.

    * Yəqin elə bir vaxt gələcək ki, adamlar pul ödəyib, lap metro kartlarında olduğu kimi, bədənlərini enerji ilə “yükləyərək” ehtiyat ömür iksiri qəbul edəcəklər.













    Z

    * Zaman bir şeyi sübut edib: sosial zəlzələlər ərəfəsində çoxlu pravokatorlar, fırıldaqçılar meydana çıxır. Təbiətdə də təxminən belədir: vəhşi heyvanlar zəlzələnin olacağını əvvəldən bilib öz varolmaları, sağqalmaları üçün əvvəlcədən ciddi hazırlıq “işləri” görürlər.

    * Zaman. Onu insanlar kəşf edib. Əgər insan yoxsa, zaman da yoxdur.
    Zamanın öz hüdudu, öz sərhəddi, öz ölçüsü olur.
    Biri var hamı üçün olan zaman, bir də var təklərə məxsus olan zaman.
    Ölçülü-biçili zaman, standartlardan uzaq zamandır.
    Mən də özümdən asılı olmayaraq özümçün bir zaman ölçüsü yaratmışam.
    Ümumiyyətlə, mənim öz zamanım var. Mən bu zamanı iki dəfə böyütmüşəm. Hər kəsə məlum olan bir saatlıq zamanı mən iki saata çevirmişəm. Hamının içində yaşadığı iyirmi dörd saatlıq vaxtı, zamanı, yəni məlum bir sutkanı şişirdib qırx səkkiz saata qədər, yəni iki sutkayacan uzatmışam.
    Mən bu qırx səkkiz saatlıq sutkamı dörd yerə bölmüşəm. Beləliklə, mənim öz sutqamın ilk oniki saatı tədris, təlim, tərbiyəyə sərf olunur. Sutqamın ikinci oniki saatı oxumağa, yəni mütaliəyə sərf edilir. Növbəti oniki saatım düşüncəyə, təhlilə, təkzibə, müşahidəyə, özümlə söhbətə həsr olunur. Yerdə qalan son oniki saatımsa yazıya gedir. Beləliklə, uzun onillərdir ki, mən bu “cədvəllə”, bu “marşrutla” işləyirəm. Bəs yuxu? Yatmaq harada qaldı bəs? Mənim yaşam proqramımda yuxuya yer qalmayıb. Uzun illərdir ki, yatmıram. Məndən asılı olmayaraq, bu, belə alınıb. Bunun kökü Yuxarılarla bağlıdır. Ümumiyyətlə, digər əksər canlılardan fərqli olaraq insanın kökü aşağıda, yəni Yerdə yox, yuxarıda, yəni Göydə olur. Həmin Yuxarının bir adı da Tanrıdır.
    Bəli, mənim Öz zamanım var. Mən daha çox o zamanın içində yaşamıram, əksinə, o zaman mənim içimdə yaşayır.
    Yanımızdan, yəni yan-yörəmizdən keçən zamanın bizə dəxli yoxdur. Dediyim kimi, bizə məxsus olan zaman içimizdəki, başımızdakı zamandır. Bu zamana isə elmdə adətən Sosial zaman deyirlər.
    Zaman amansız bir dəyirman daşı kimi maddi olan hər şeyi altına salıb və ya cənginə alıb əzir, üyüdür. Bu amansız “maddi zamandan” yalnız mənəvi, ideal olan nəsnələr kənarda qalır.
    Mütləq Zaman heç bir vaxt, heç bir yalana aman vermir. Həmin zaman daim həqiqətin yanında olur.
    Zamanla yanaşı bir “zamansızlıq” fenomeni də var. O, zamana meydan oxuyanların zamanı və ya zəmanəsidir.
    “Zaman”adlı bir pyesim də var. Zaman tərsinə oxunanda “namaz” alınır. Elə mənim əsərimin qəhrəmanının taleyi də daim tərsinə “oxunur”.
    Öz zamanınızı yaşayın.
    Zamanı ötüb keçmək faciə, zamandan geri qalmaq isə məzhəkədir.
    Zamansızlığa üz tutun.

    * Zahirini bəzəyənlər hərdən öz daxillərində də səliqə-sahman yaratsalar pis olmazdı.

    * Zооpаrkdа pələng pişiklə dоstluq еdirdi.

    * Zооpаrkа girən kimi tez-tələsik meymunun yanına yüyürdü; deyəsən o, öz ulu bаbаsını tаnımışdı.

    * Zövqlə gеyindiyi üçün оnu еstеtikа müəllimi təyin еtdilər.

    * Zəhərdən dərman kimi istifadə edilməyə başlayandan sonra ilanlar heç kəsi çalmır.

    * Zərərçəкən kişi, öz аrvаdının хəyаnəti bаrədə qəzеtə şiкаyət məкtubu yаzdı; rеdакsiyа оnu bədii dеtекtiv кimi çаp еtdi.

    * Zərərçəkənin məhkəmədəki ifаdəsindən: “О аdаm böhtаnçıdır. Siz оnun qоlunа yох, dоdаğınа qıfıl vurun”.

    * Zəlilər üzərində eksperimentlər aparırdı; bəlkə o tədqiqatçının qana hərisliyinin əsas səbəbi elə budur?

    * Zəlzələni hеyvаnlаr, lap elə qarışqalar, hаmıdаn tez hiss edir. Bəs sən necə, bunu duyursanmı? İnsаn, bəyəm sənin qarışqa qədər də hissiyyаtın yохdur?

    * Zəif əsərə görə çox vaxt yаzıçının əvəzinə həssаs охucu хəcаlət çəkir.

    * Zərgərin аrvаdı qızılın qiymətini bilmirdi.

    * Zəvzək (boşboğaz) üçün ən böyük cəzа: lаllа yоl yоldаşı оlmаq.

    * Zirvələrə çox can atma, orada həmışə qar olur, dona bilərsən. Dərələrə çox can atma, orada qar uçqunlarının altinda qala bilərsən.

    * Zorakılıq- gücsüzlərin silahı.

    * Ziyankardır. Üstəlik də ziyanvericilərə dəstək verməklə məşğuldur.

    * Zülmün sonu olur; bəs zülmkarın necə?

    * Zəngin adam ilk növbədə aldığı malın qiyməti ilə, kasıb isə keyfiyyəti ilə maraqlanır.





    Misra-misra, misqal-misqal
    və ya Poetik kardioqramlar

    * Lüğətdə sıxılan yad söz kimiyəm,
    Nə dilə yatıram, nə də ürəyə.

    * İnsan sevdiyindən küsür küsəndə,
    Nifrət etdiyindən küsürsen sən də.

    * Adamın başında ildırım çaxır
    Masası üstündə turp, pendir, çaxır...

    * Dogulmaq- təsadüf, ölmək- zərurət.
    Təsadüf zərurət olurmuş əlbət.

    * Pozulub yaddaşım, qarışıb huşum,
    Bilmirəm yaşımı kimdən soruşum.

    * ... və bir gün səni də tərk edərəm mən,
    Elə siqaret tək tərgidərəm mən.

    * Qarşıda uzun bir ömür dururdu,
    Arzusu neft kimi fontan vururdu...

    * Аrvаd-iqtidаrdır, ər-müхаlifət,
    Sənə quzu kəsim, аy bеlə millət.

    * Söylədi: “Ölürəm”. Yalvardım: “Ölmə,
    Bəs mənim üstümdə kim ağlayacaq?”

    * Əyilə-əyilə yüz yaşayınca,
    Əlli yaşayasan, düz yaşayasan.

    * Sevgi bolluğunda sevməyə nə var,
    Oğulsan, sevgilər olmayanda sev.

    * Urvatın olmaya, zövqün köhnələ,
    Özün də minəsən qoca köhlənə...

    * Bu kağız ordenlər, karton medallar...
    Bəs hanı bahalı əlvan metallar?

    * Yox, eyni deyildir “yar” ilə “yarı”,
    “Kişi” ayrı şeydir, “kişilik” ayrı.

    * Səhərdir. Gü çıxıb. Sən bəyaz fonda.
    Puç olmuş arzular qapqara donda.

    * Axşmdır. Nəmişlik. Sakitlik. Çisək.
    Pəncərəm önündə bir dəstə çiçək.

    * Düşməndən heç zaman küsmə, can-ciyər,
    Adam inciyəndə dostdan inciyər.

    * Yüksəklikdən yıxılmağa nə var ki?
    Alçaqlıqdan yıxılmaqdır fəlakət.

    * Görüşlər gündüz olur, ayrılıqlarsa gecə.
    Hər görüş bir dramdır, hər ayrılıq-faciə.

    * Ta sevmirlər alimi, həkimi, mühəndisi.
    Bala, ya idmançı ol, ya da toy müğənnisi.

    * Bircə anın içində uçurduğun ürəyi
    Yüz il çalışsan belə “bərpa edə” bilməzsən.

    * Kəsilmiş qolunun qanı kəsmişdi,
    Yazdığı misradan qan fışqırırdı...
    (Qeyd. Sovet dönəmində qələmə aldığım bir yazımdan yadımda qalan misralar. Yazı bütövlükdə arxivimdədir yəqin ki... Və ola bilsin ki, Nəsimiyə həsr olunmuş bir poetik parçadır).

    * Köksümdə çırpınırsan bir yaralı misra tək,
    Dərd yeriyir üstümə nur içində əsra(1) tək.
    (Qeyd. 1.ƏSRA adı Quranda gecə və ya gecə yürüşü anlamında işlədilir. Bu söz “İsra” surəsindədir).

    * Yaratmısan qalmaqal,
    Özün bilərsən: qalma, qal...


    * Payız- yarpaqların intihar fəsli.
    Buludlar- göylərin bəyaz kəfəni.
    İstilər soyuğa olubdur təslim.
    Hə, indi bilərsiz yayın kefini.

    * Təbiət necə də sevinir, gülür;
    Axı qışdan sonra ilk bahar gəlir.
    Amma ürəyimin beli bükülür,
    İntihar dalıyca intihar gəlir.

    * ... və orda-xatirə cəngəlliyində
    çox nəhəng Tənhalıq adası vardı...
    və həmin adanın ənginliyində
    Firuz Mustafanın odası vardı...

    * Mən öləndə ağlamayın...
    ağlamayın, gülməyin də...
    Ta mənası qalmayıbdır
    yaşamağın, ölməyin də...

    * Vicdan laldır. Məslək kardır.
    Tanrı bizi görmür daha.
    Gör bir necə dövrdəyik:
    ömür ucuz, ölüm baha.

    * Deyirlər ki, görəsən
    Dünya nədən yaranıb.
    Sərçənin dimdiyindən
    Düşən dəndən yaranıb.

    * Daim dost qalmaq üçün
    Dostlarla ülfəti kəs.
    İnsan olmaq istəsən
    İnsanlardan uzaq gəz.

    * Şəklini çəkim”-dedi,
    Dedim: Yaxamdan əl çək.
    Sən mənim şəklimi yox,
    ruhumun şəklini çək...”

    * Ya sağla get, ya solla,
    Ya ayıq ol, ya dəm ol.
    Heyvan olmağa nə var,
    Oğulsansa adam ol.

    * Canım-gözüm, bir yaxın dur,
    indi səni güldürəcəm.
    Ölüm hamını öldürür,
    mən ölümü öldürəcəm.
    (12.01.1980)

    *
    Bu necə şərabdır, necə içkidir,
    Təsiri bir yana, dozası yoxdur.
    O necə adamdır, şəkil çəkdirir,
    Amma düz-əməlli pozası yoxdur.

    *
    Oxucum, bir oxdur əlimdə qələm,
    Bilmirəm tuşlanıb oxum hayana.
    Məni oxuyana “sağ ol”-deyirəm,
    “Çox sağ ol”-deyirəm oxumayana.

    *
    Sən yaman gülürsən, gül, nə olar ki,
    Gülüşün heç kəsə ziyanı yoxdur.
    Naşı rəssam çəkib üzünü sanki,
    O üzdə gülüşün dizaynı yoxdur.

    *
    Bax bu Femidamız, bu da tərəzi,
    Bəs hanı ədalət, bəs hanı nizam?
    Femida xanımın bağlıdır gözü,
    Bəlkə buna görə pozulub mizan?..



    *
    Bir azekəxana, bir az “diplomat”,
    Üzü çox sürtülmüş pul tək əzikdir.
    Geyimi-kecimi ekstravaqant,
    Amma düşüncəsi metafizikdir.

    *
    Dünyanın dərdini daşıyanları
    Bu dünyada dərd-sər qazanan gördüm.
    Ağac kölgəsində üşüyənləri
    Adam kölgəsimdə qızınan gördüm.

    *
    Məni tərk etməyib o eşq, o həvəs,
    Ruhuma çox yaddır infilyasiya.
    Heç zərrə qədər də toxuna bilməz
    Bizim sevgimizə devalvasiya.

    *
    Xatirələr üstdə qar yığın-yığn,
    Könlüm bu soyuqdan sanki çəkib nəm.
    Heç vaxt olmadığın və görmədiyin
    Yerlərdən qayıdıb gəldim yenə mən.

    *
    Bizim hər anımız sirdi, sualdı,
    Sən yaşıl baharsan, mən bəyaz qışam.
    Səninlə görüşü təxirə saldım,
    Özümü görməkçün çox darıxmışam.

    *
    İşə bax, bu axşam saat altıda
    Xoşbəxtlik arxamca evə gəlibmiş.
    Mən o vaxt qalmışam qarın altında-
    Bir yanımda aptek, bir tərəfdə qış...

    *
    O uca pillədən bir aşağı düş,
    Sən onu sevmisən, o səni seçib.
    Sənin ürəyindən qaynar bir öpüş,
    Onun ürəyindən isti sup keçir.

    *
    Oğru doğru olub, doğrusa oğru,
    Kəsibdir yolumu bir naqqal çənə.
    Zəmanə oğludur zalımın oğlu,
    Qışın ortasında qar satır mənə.

    *
    -Bir damla şərab süz. - Şərab nə gəzir?
    -Bir damla ömür süz. - Bu, mənlik deyil.
    -Bir damla ölüm süz. – Hazıram, hazır,
    Bu mühüm işlərə mən baxıram, bil.

    *
    -Gərək görməyəydi bu dövrü gözüm:
    Hər yanda nadanlıq, alçaqlıq, yalan.
    -Bəs kimdir günahkar? Əlbəttə, özün,-
    Nə üçün bu yaşa gəlib çatmısan?

    *
    -Ay insan, əcələm, gedək mənimlə,
    Sən daha ömrünü vurmusan başa.
    -Ay əcəl, mən ölüm, gəl məni dinlə,
    Hələ bu dünyaya göz açmamışam.

    *
    Oturub durana vermirsən fürsət,
    Bilmirsən deyilən hər söz silahdır.
    Mollanın sözünü kəsmək qəbahət,
    Şairin sözünü kəsmək günahdır.

    *
    Dünyadan üzmüşəm daha əlimi,
    Nə kömək gəzirəm, nə də ki yardım.
    Kənardan görsəydim öz ölümümü,
    Bilirsən nə qədər xoşbəxt olardım?

    *
    Sən yoxdun. Yoxluqdan gəlmisən, əlbət.
    Yox olan var ola bilərmi denən?
    Yox oldun. Bununçün qəmə nə hacət?
    Yoxluqdan yoxluğa qayıtdın yenə.

    *
    Korlar da dünyanı görə bilərlər-
    Bunünçün lazımdır Hömeri görək.
    Karlar da səsləri eşidə bilər-
    Bethoven olasan bunuçün gərək.

    *
    Bir qatarda mənəm, o birində sən,
    Bu da bəxtimizə yazılan yazı.
    “Görüş vağzalımız” boylanır gendən,
    Qarşıda “Ayrılıq stansiyası”.

    *
    Hər kəsin içində gizli hücrəsi,
    Hamı o “hücrədən” baxar dünyaya.
    Dünya özü boyda bəxt pəncərəsi,
    Gəl o pəncərədən əl edək Aya.

    *
    Yalanla rəzalət doğmaca qardaş,
    Məkrlə hiyləsə bacı olubdur.
    Gəl indi dünyanın işindən baş aç:
    Mikro var, makronun tacı olubdur.

    *
    Bizim həyatımız qısadan qısa,
    Orada qoşadır qış ilə bahar...
    Kədərlənmək üçün yüz səbəb varsa,
    Vallah, sevinməkçün yüz bir səbəb var.

    *
    Bataqlığa yıxılarsa bir ulaq,
    Öz səhvini görən qanar, ya qanmaz?
    Hər gün yalan eşidərsə bir qulaq,
    Doğru sözə inanar, ya inanmaz?

    *
    Ata ədalətdən, haqdan dəm vurur,
    Nitq edir düzlükdən, dövlətçilikdən.
    Övladsa ruşvətdən qalalar qurur,
    Onda çürüməzmi dövlət içindən?

    *
    Qırılıb budağım, didilib kolum,
    Əzilmiş, tapdanmış, solmuş güləm mən.
    Ta məndən nə alov, nə də ki, od um,
    Kösövü quruyan soyuq küləm mən.

    *
    Zahirən dostdur onlar, amma tam fərqlidirlər-
    Uzaqdır bir-biindən bu adamlar N qədər.
    Biri çox düznəqulu, o biri tamam göpdur.
    Biri filantropdur, biri mizantropdur.

    *
    Yeni nəsillərə yeni nəfəs ver,
    Yanan ocaqların közünü qoru.
    İşıq adamların səsinə səs ver,
    Zülmət adamlardan özünü qoru.

    *
    Mədhiyyə yazmışdı dünən şənimə,
    Tərifin, qılığın beşi bir qəpik.
    Bu günsə bir "yaxşı" həcv yazıbdır mənə,
    Bakı küləyidir, şair deyil ki...

    *
    Gözüm səni gəzir xeyirdə, şərdə,
    Qaranlığa işıq daşıyan anam.
    Vücudu torpaqda, ruhu göylərdə,
    Əksi daş üstündə yaşayan anam.

    *
    Sanki, itiribdir olan ağlını,
    Bəşər bu minvalla haraya gedir?-
    Bəzən minillərlə yaratdığını
    İnsan bircə anda tarımar edir.
    *
    Əbədi düşməndir gündüzlə gecə,
    Yaxşı ki, Rəbbimiz bizə həyandır.
    Həyatı düşünmək-daim faciə,
    Həyatı yaşamaq- daim bayramdır.
    *
    İtənləri soraqlaya bilmədim,
    Ötən günlər sərhəd çəkir önümə.
    Mən özümə gün ağlaya bilmədim,
    Siz ağlayın indi mənim günümə...
    *

    Heç kəs doğulmayır qul sifətiylə,
    İçi azad olan qul sayılmayır.
    Hər kəs yaşayırsa qul xislətiylə
    Ona ağa tapmaq çətin olmayır.
    *
    Suallarla dolu ömür sürmüşəm,-
    Cavab axtarıram bu günə qədər.
    Elə “bomj” görmüşəm, “alkaş” görmüşəm
    Bəzi “alimlərə” elm öyrədər.
    *
    Saxtadır dişləri, kipriyi, qaşı,
    Gülüşü, rəğbəti, söhbəti saxta.
    Saxta fikirlərlə doludur başı,
    O, saxta yuxular görür həyatda.

    *
    Dediyimə məna verib başqa yerə yozmayın,
    Mən öləndə məzarımı çox da dərin qazmayın,
    Ölən günün tarixini başdaşıma yazmayın,
    Bilmək olmaz, bu dünyaya bəlkə yenə qayıtdım.
    1984



    İşаrələrin açması

    (?-) Hаmını хоfа sаlаn, məhşər аyаğınа çəkən kаbusun rəmzi.
    (!-) Nə yахşı ki, sаğsınız!
    (.-) О, аrtıq yохdur.
    (,-) Yохuşu bаşа vurmаğа аz qаlır.
    (...-) О qız qаyıdа bilərdi...
    (=) Qоşа rеlslər kimi qоvuşmаrıq biz.
    (%) Örkənin kеçəcəyi dоğаnаq.
    (+) Bu günkü dаş-bаşı dа kаssаyа qоydu.
    (:-) Vəzifəsi böyüdükcə özü хırdаlаnır.
    (х-) Cırtdаnlаrın Qullivеr оlmаq аrzusu.
    (,-) Içi də özünü yаndırır, çölü də.
    (“ ”) Müəllif öz əsərində kаlаn еlmi fаkt
    və iqtibasa isnаd еdib.
    (—) Hər cür yеniliyə hücum.
    (>) Özü kiçikdir-iddiаsı böyük.
    (<) Rеstоrаndаn qоvsаlаr, gedib su köşkü аçаcаq.
    (~) Ləpələr, təpələr, bir də dəvələr...












  • oktyabr 2026, Firuz M.

  • 5
Buz üstə sətirlər

Firuz Mustafa

Buz üstə yazılmış sətirlər Mini Mono Mikro deyimlər qısa hekayələr Bakı- 2023 mini mono mikro Buz Üstə Yazılmış Sətirlər deyimlər qısa......

Sonuncu seçim

Tural İsmayılov

İnsan həyatında elə bir yaşa çatır ki, artıq başına gələn hadisələrdən çox, başına gəlməyən hadisələr haqqında düşünməyə başlayır. Başqa cür yaşasaydı nə olardı? Bir dəfə......

Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......