...
  • “At günü” hekayəsi haqda mini-rəylər
  • Firuz Mustafa
  • “At günü” hekayəsi haqda
    mini-rəylər

    “Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi ilə məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə At müstəqil bədii obraz kimi götürülüb və onu da deyək ki,Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan nəsrində və poeziyasında məcazlara istinad cəhətdən, bu olrazla bağlı rəngarəng bir qalareya mövcuddur.Amma belə hesab edirik ki,indiki dövrdə, ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin ehtiyac duyulduğu bir vaxtda, «At günü» tamamilə oricinaldır”
    “At günü” tamamilə orijinaldır, bənzərsizdir. Cəmil Əlibəyov ”

    “At günü” hekayəsində (...) Firuz Mustafa orijinal süjet xətti ilə təqdim etdiyi hadisədə çox maraqlı və ibrətamiz bir ideyanın bədii ifadəsinə nail ola bilmişdir. İlhamAbbasov

    At günü" hekayəsini oxudum. Müəllifə təşəkkür edirəm, çox maraqlı əsərdir.
    Tofiq Yaqublu

    “At günü”nü oxuyub dəhşətə gəldim. Deməyə, yazmaga sözum yoxdur. Bircə onu deyə bilərəm ki, tanrının yaratdıgı hec bir varlıq o atın cəkdiyi iztirabı cəkməsin. Dəhşətdir... Zakirə Allahverdiyeva

    Hekayə sarsıtdı. Faciənin, çox böyük faciənin məhz çoxlarının adi çatışmazlıq saydığı nəsnələrdə gizləndiyini göstərdi.
    Xırda hərislik, insanın və hətta heyvanın belə hisslərinə sayğısızlıq, başqasının bu əclaflığına etiraz etmək qabiliyyətinin olmaması, lüzumsuz, zərərli üzgörənlik, prinsiplər, dəyərlər, sənin olmasına haqq etdiyin nəsnələr uğrunda səsini çıxarmaq tərbiyəsinin olmaması.
    Bütün bunlar məhz böyük faciələrin, ağrıların, miskinliklərin təməlində durur.
    Rəşid Hacılı

    “Bu, insanı sarsıdan bir əhvalatdır. Heyvanların da qəlbi var, onların heç nə duymadığı barədə deyilənlər insanların öz uydurmalarıdır. Qəlb haqqında yazdığınız bu əsərə görə sağ olun.
    Lalita Sultanova”

    “Sizin hekayəniz mənim hədsiz dərəcədə xoşuma gəldi. İnsanın mahiyyəti onun etdiyi bütün hərəkətlərdə üzə çıxır. Vicdanlı adamların müqavimətinin həyasıslar tərəfindən necə sındırdığını və bu cür zəifliyin onların həyatı bahasına necə başa gəldiyini Siz gözəl təsvir etmisiniz. Hekayə çoxplanlıdır, düşüncəni oyadır, insanı həyəcana gətirir.
    Xoşuma gəldi.
    Zoya Slotina”

    “Siz atları elə ğözəl təsvir edirsiniz ki, sanki onlar da öz kədəri, dərdi və sevincləri ilə insandır! O da var ki, Sizin hekayənizdəki atlar daha insanidir!
    Təşəkkür edirəm.”
    Yelena Çernışeva”

    “Hörmətli Firuz Mustafa, sizin hekayənizi çox böyük bir məmnuniyyətlə oxudum.
    Bu əsərə görə çox sağ olun.
    Lena Sever”
    “Olduqca gözəl bir hekayədir!
    Sizi var olasız!
    Roman Dneprovskiy”

    “Olduqca insani və gözəl bir əsərdir...
    Larisa İşbulatova”

    “Kədərli hekayətdir. Amma çox gözəldir. Çox vaxt heyvanlar insanların diqqətindən kənarda qalır. Təssüflər olsun.
    Rozinskaya Tamara”

    “Olduqca güclü bir təsir bağışladı. Hədsiz, lap hədsiz dərəcədə xoşuma gəldi.
    Alyona Dançenko”

    “Hörmətli cənab Firuz Mustafa! Budur, mən artıq Sizin bir neçə əsərinizi oxumuşam və onların hamısında bir xətt görürəm: bu, fəlsəfədir, adi insani münasibətlərin fəlsəfəsi. Bir tərəf xeyirxahla, digər tərəfsə bunun əksinə olan hisslərlə yaşayır. Bir sözlə, burada hər şey həyatda olduğu kimidir. Biz bəzən adamlara üzümüzü tuturuq, onlarsa əvəzində bizə arxalarını, böyürlərini və s. çevirirlər. Qapalı bir qonşuluq mühitində yaşayırıq. Bax, Sizin əsərləriniz də bu cəhətlərinə- təmizliyinə və sadəliyinə görə mənə xoş gəldi. Sizə yaradıcılıq uğurları arzu edirəm.
    Mən Sərqi çox sevirəm. Mənə onun dili çox aydındır!
    Mən İordaniya, Əmman, Türkiyə, BƏƏ, Sudan və Qatarda tez-tez oluram. Yəqin ki, tezliklə Azərbaycanda da olacağam. Bu, mənim Sizin ölkənizə ilk gəlişim olacaq.
    Düşünürəm ki, bu görüş mənı məyus etməyəcək.
    Sizə və Sizin yaradıcılığınıza dərin ehtiramla.
    Konstantin Tsarenko (Ukrayna yazıçısı)”

    “Həyati bir əsərdir. Həyatda kiməsə pislik arzulamaq pis şey olsa da, mən istərdim ki, etdiyi bəd əməllərin müqabilində qonşu öz cəzasını çəkəydi. Sadə, vicdanlı adamlar daxilən əzab çəkir və sakitcə ölüb gedirlər. Təssüflər ki, həyatda elə bu cür də olur. Oxudum və Sizin qəhrəmanlarınızla birgə bir ömür yaşadım.
    Nina Mak”

    “Mənəviyyatın daimi problemlərini diqqətə çəkən olduqca ciddi və çoxqatlı bir hekayədir. Süjet gözəl işlənib, finalla üzvi surətdə bağlıdır. Əla üslubu, zərif dili olan bu əsəri oxumaq bir aləmdir. Dayça obrazı heyrət doğuracaq dərəcədə gözəldir. Onun naturasının bütün incəliklərini dəqiqliklə vermisiz -Siz bunu necə bacarmısınız? Hər şeyi elə ustalıqla təsvir etmisiniz ki, sanki bütün bunları rəssam kətan üzərində çəkmişdir.
    Tamara Kostomarova”

    “Salam, hörmətli Firuz Mustafa.
    Heyrətamiz hekayədir! Emosional təsir gücünə görə bu, ən gözəl hekayələrdən biridir. (...) ... mənim fikrimə görə, o, bir triptix kimi dəqiq surətdə iki yerə bölünür. Birinci iki hissə tamamilə müstəqil şəkildə mövcud ola bilər, yəni onlar bədii cəhətdən bitkin və bütövdür.
    Amma at sahibinin öz dayçası kimi hərəkət etdiyi səhnə ayrılıqda da mövcud ola bilər və bu hissə güclü, həm də olduqca güclü yazılıb.
    Mən bu rəyi əsəri oxuyan günün səhərisi yazıram- əsərin güclü təəssüratı altında!
    Sizi var olasınız,
    Ehtiramla.
    Tamara Zaxarova”

    “Olduqca güclü hekayədir, sevgi və faciə ilə doludur.
    Mən bu əsəri oxuyub qurtaranacan az qala infarkt alacaqdım. Amma mən hələ innən belə üç saat da işləməliyəm…
    Mən hönkür-hönkür ağladım.
    Siz- sözün ustadısınız. Buna görə Sizi var olasınız.
    Allah Sizə sağlıq və güc versin.
    R.S. Ətraf aləmi duyaraq onunla harmoniyada yaşayanların hamısına cansağlığı.
    M.Malenkaya”

    “Sizi salamlayıram. Mən “At günü”nü oxudum. Çox gözəldir, həyəcan doğuran əsərdir... və heyiflər olsun o dayçaya. Yana Anina”

    “Hörmətli Firuz Mustafa. (...) Mənə Sizin əsərləriniz, xüsusən də “At günü”, hədsiz dərəcədə xoş gəldi. Sizin necə də təsirli qələminiz var; dayçanın anasını axtarması, onun ətrini duyması, onun üzünü görməsi- bütün bunlar necə də gözəldir. Mən özümü o dayçanın yerində hiss etdim və hətta, ağladım da.
    Bu işıqlı göz yaşları üçün Siz sağ olun. Liliya Qnatyuk”

    “Hörmətli Firuz Mustafa, məni Sizin hekayəniz sarsıtdı! Hələ də bu əsərin təsiri altındayam və buna görə də onun məni necə mütəəssir etdiyini deməyə söz tapmıram. Bu əsər mənim yaddaşımda əbədi qalacaq- çünki o, mənim hiss və duyğuma hopmuşdur.
    Sizə təşəkkür edirəm!
    Sizə uğurlar arzu edirəm!
    Ürəyimin hərarətiylə... Aleksandra Ploxova”

    “Alicənablıq və alcaqlıq haqqında yazılmış ən yaxşı hekayədir. Mən əminəm ki, bu mətn doğma dildə daha “ləzzətli” alınıb. Hər yeni süjet keçidi mənimçün maraq doğurdu. İnsanın iradəsizliyindən irəli gələn yaxşılıq, zahirən ziyalılığa bənzər yumşaqlıq, son nəticədə günahsız atın qanının tökülməsinə gətirib çıxarır. Çox sağ olun ki, Siz süjetə canlılar aləmindən hansısa əclaf bir personaj gətirməmisiz. Hətta, deyərdim ki, qonşu obrazının alçaqlıq səviyyəsi oxucunun səbr kasasını doldurur. Yelena Kabışeva”

    “Mən əsəri oxuyub ağladım. Dayçanın və onun anasının, habelə onun sahibinin taleyi məni göz yaşı tökməyə vadar etdi.
    İndi əsəri oxuyub qurtarandan sonra da sakitləşə bilmirəm. Göz yaşlarım qurumur. Siz sözün üstadısınız.
    Sənə təlqin edilən hansısa bir fikrə etiraz edə bilməyəndə, nəticə elə həyatin özündə də bu cür olur. Lazım gələndə “yox” deməyi bacarmaq lazımdır.
    Bəs nə üçün şər həmişə qələbə çalır? Valentina Karlstryom”

    “Güclü və inanılmaz dərəcədə təsirli bir hekayədir!... Məhəbbət, əclaflıq, satqınlıq haqqında bir əsər. Bu, həyat haqqında bir əsərdir- elə bir həyat ki, təəssüflər olsun, biz onun bütün rəngləri ilə qarşılaşırıq. Burada hər şey, dayçanın hiss və həyəcanları, onun sevinci və faciəsi və əlbəttə, onun sahibinin taleyi- bütün bunların hamısı təsirlidir... Mən bu əsərdə Sizin qadına olan rəğbətinizi, onunla bağlı xoş niyyətinizi, ona olan gözəl münasibətinizi də gördüm. Bu əsl Kişilərə xas bir cəhətdir!
    Sağ olun!.. Janna Cer”

    “Əsəri oxudum və özüm-özümlə baş-başa qalııb suallara cavab aradım.
    Professional yazıçını oxumaq necə də gərəkli və həm də ağrılıdır.
    Ustalıqla qələmə alınmış detalları, zərgər dəqiqliyi ilə işlənmiş hər sözü, qəhrəmanların qəlbibin hər bir döyüntüsünü əks etdirən mətni özünün bütün mövcudluğuyla canlı bir varlıq kimi hiss etmək necə də ləzzətlidir.
    Mən Sizin yaradıcılığınıza hökmən yenə qayıdacağam. Heç şübhəsiz ki, Siz ustadsınız.
    Çox sağ olun. Yelena Tayeva”

    “Çox ağrılı bir hekayətdir... bədbəxt at... axmaq adamlar...
    Amma onlar hər bir hərəkətləri üçün öz həyatları bahasına cavab verirlər... Yuliya Melnikova”

    “Hörmətli Firuz Mustafa! Sizin hekayəniz birinci sətirdən sonuncu sətrəcən oxucunu gərginlikdə saxlayır, insanı bədəninin və qəlbinin bütün hüceyrələri ilə həyəcanlanmağa vadar edir. Əgər sirr deyilsə bildirin: bu bədii təxəyyülün məhsuludur, yoxsa real faktlara əsaslanır? Mən hələ ilk gəncliyimdə əlimə düşən bir kitabda Monqolustandan satın alınıb Amerikaya gətirilən bir cavan dayça barədə oxumuşdum. Həmin at baş götürüb qaçmış, öz böyüdüyü yerə- doğma səhralara qayıtmışdı. Bu əhvalat bir həyati əhəmiyyətə malik idi. Hansısa bir andan başlayaraq müşahidəçilər dayçaya mane olmadan, satitçə ona göz qoymuş, maraqlanmışlar ki, görsünlər bu işin sonluğu necə qurtarır? Bax elə o vaxtdan mən atlara hədsiz bir həyəcanla yanaşıram; Sizin hekayənizi oxuyandan sonra isə At- mənimçün böyük hərflə yazılan bir varlığa çevrildi!
    Səmimi ehtiramla. Əminə”

    “Mən (...) əsəri oxumağa başladım, həmin an anladım ki, orada nəsə dəhşətli hadisə baş verəcək... Canlı aləmə aid, xüsusən it və atlarla bağlı geniş fəfərrütla yazılan əsərlərə adətən ötəri ğöz ğəzdirirəm, onları diqqətlə oxuya bilmirəm...
    “At insesti” isə- bu, dəhşətli bir şeydir!
    Məni qınamayın... Mən bu əsəri sonacan oxuyb qiymətləndirə bilmərəm, Firuz Mustafa.
    Mənim bu işə gücüm çatmaz...
    (O dəqiqə bilinir ki, bu professional və istedadla yazılmış bir əsərdir).
    Ehtiramla. Marina Dutti”

    “At haqqında yazılmış bu əsər olduqca təsirlidir. Çox gözəl, hərarətlə, duyğu ilə yazılmışdır. Hətta, internetdə atların seleksiyası, ümumiyyətlə, atlarla bağlı yazıları da oxudum.
    ... Yadıma geoloq olduğum gənclik illəri düşdü. Mən atları ilk dəfə onda tanıya bildim. İndinin özündə belə, sanki fikirlərin əks olunduğu ağıllı at gözlərini xatırlayıram. Zoya Çeprasova”


    “Əsl əsər, həqiqi nəsr əsəri, insanı elə birinci cümlədən sehrləyir...
    Belə əsərləri oxumaq- adama zövq verir.
    Siz əsl sənətkarsınız. (...) Valentina Duşina”

    “Hekayənin başlıca mövzularından biri- qəddarlıqdır; canlılara, insanlara, uşaqlara qarşı yönəlmiş qəddarlıq.
    Hekayəni oxuyarkən öz-özümə düşünürdüm ki, görəsən niyə insanların bir qismi bu qədər qəddar, digər qismi isə tamamilə bunun tam əksinədir.
    Dayçanın sahibi, vicdanlı və başqasının dərdinə şərik olan bir insan, dayçanı öz anası ilə cütləşdirdiyi üçün özünü heç cürə bağışlaya bilmir. Və yəqin ki, o, sevdiyi qadını qoruya bilmədiyi və həyatının ağır çağlarında ona heç bir kömək edə bilmədiyi üçün, bütün ömrü boyu əzablar içində qovrulur.
    Çox həyəcanlı bir əhvalatdır. Heyif o canlılara və o insanlara. Olqa Klimova”

    “Sizin hekayə-triptixi oxuyarkən mənim yadıma İ.S. Turgenevin öz gündəliyində L.N.Tolstoyla bir görüşü haqqında yazdığı qeydlər düşdü.
    Yasnaya Polyananın ətrafında gəzinti zamanı onlar qocalmış bir at görürlər və və Tolstoy bu vaxt atla bağlı bir əhvalat danışmağa başlayir (sonralar bu improvizasiya onun “Xolstomer” povestinin əsasını təşkil etmişdir). Lev Nikolayeviç söhbət zamanı uzun ömrü boyu həyəcan və ağrılarla yaşayan atı elə dəqiq və psixoloji bir ustalıqla təsvir edir ki, Turgenev heyrətə gələrək dillənir: “Lev Nikolayeviç, Siz yəqin ki, nə zamansa at olmusunuz!”
    Firuz Mustafa, Siz atın hiss-həyəcanını, davranışını, “psixologiyasını” elə dəqiq təsvir etmisiniz ki, Tutgenevin dediyi həmin sözləri Sizin ünvanınıza da söyləmək olar; bu, həm də hekayəni yaradan yazıçının ustalığıni təsdiq edən bir etirafdır.
    Lyudmila Beresneva “

    “Sizin hekayənizi bir nəfəsə oxudum. Mən atların daxili aləmini özüm üçün kəşf etdim. İndiyə qədər onlarla yaxından tanış olmamışam. Əsər məni sarsıtdı. Sağ ol. Çox güclü yazilib.
    Hərarətlə,
    Natalya Lubyanko”

    “Gün aydın, Firuz Mustafa! Mən az-çox yazi-pozu ilə məşğul bir adam kimi deyə bilərəm ki, həm kompozisiya, həm də məntiq baxımından çox professional şəkildə yazılmış əsərdir. Amma məni sarsıdan bir məsələ barədə danışmaq istəyirəm. Deyirlər ki, (bunu həmin canlılarla yaxından tanış olanlar söyləyirlər) atlar da, bizim kimi anlayır, bizim kimi sevirlər. Bu söyləninənlər bir qədər mübahisəli təsir bağışlasa da, Sizin triptixinizi oxuyarkən hiss etdim ki, bu, həqiqətən belədir.
    Triptixin birinci hissəsi adamı sarsıdır; daycanın dünyaya baxışı sanki sadəlövh, işıqlı sabahın olacağına inamla baxan qayğısız insanları- bizim yeniyetməlik çağlarımızı yada salır. Və o zamanlar bir hadisə baş verəcəyi təqdirdə həmişə düşünmüşük ki, bizim köməyimizə anamız gələcək, amma sən demə, “ana yağlı əppəyə dönüb göyə çəkilibmiş”.
    Mən bu hekayəni ağrılarla oxuyub başa vurdum. Burada hər şey- üslub da, dialoqlar da, daxili monoloqlar da, əxlaqa aid fikirlər də mənim hədsiz dərəcədə xoşuma gəldi; bir dəfə satqınlıq etsən bunu yenə təkrar edəcəksən; yeri-göyü yaradanın cəzası isə heç də uzaqda olmur; budur, bədbəxt bir insan, onu nə vaxtsa sevmiş bədbəxt bir qadın, öz sahibinə sədaqətli olan bədbəxt bir at və qanunauyğun bir final- ölüm...
    Saule Karabayeva”

    “Sağ olun və həmişə yazıb-yaradın, Firuz Mustafa!
    Bu əsər- klassikadır. Həm üsubuna, həm detallarının obrazlılığına, həm dialoqlarına, həm də personajlarının xarakterinə görə. Mən şadam ki, belə son dərəcə gözəl (əsl yazıçı!) hərdən mənim yaradıcılığımla da maraqlanır...
    Əsərdə yerli kolorit də məni çəkdi. Mən öz xalqina və onun adət-ənənsinə belə həssas münasibət bəsləyənləri çox sevirəm. Firuz, Sizin əsərləri kim tərcümə etmişdir? Tərcümələr nöqsansızdır.
    Lyudmila Volkova”

    “Sizin əsərlərinizi oxuduğum zaman yaşadığım anlar üçün sağ olun!
    Sizin hekayəniz- klassdır, əsl nəsrdir...
    Sizə ehtiramla,
    Marina Kario”

    “Çox güclüdür, obrazlıdır, Firuz Mustafa. Mən bir neçə saatdır ki, bu hekayənin təsiri altındayam. Məni nəsr oxumağa sövq etmək çətin məsələdir; amma məni bu əsərdən ayrılmağa bir kimsənin gücü çatmazdı. Mən qəlbimin ən dərin qatınacan sarsılmışam. Siz misli-bərabəri olmayan bir istedadsınız.”
    P.S.
    Zəif və qeyri-adi dərəcədə xeyirxah bir insanın əzab və həyəcanlarını belə belə ustalıqla verdiyiniz üçün Sizin istedadınız qarşısında baş əyirəm. Atın duyğu və hisslərinin təsviri də misilsizdir! Bu, ağlasığmaz dərəcədə güclüdür!
    Ehtiramla.
    Lyudmila Kurışeva (şairə, həkim)”

    “Biləsiniz ki, mənim ən böyük nöqsanım bəlkə də fikri uzatmadan, aydın-yığcam şəkildə deməyi bacarmamağımdır. Amma mən əmin olmaq istərdim ki, Siz məni indi qələmə aldığım bu qısa yazıdan da anlayacaqsız. Mən uzun müddət emosional çılığınlığın deyil, təmkinliliyin tərəfdarı olmuşam. Amma mən indi o cür fikirlərdən daşınaraq düşünürəm ki, sözün vaxtında və döğru-düzgün deyilməməsi insanı səhv yola apara bilər. Sevimli adama və doğmalara öz ürəyindən keçənləri məqamında demək, onları nə vaxtsa edə biləcəkləri səhvlərdən uzaqlaşdırar. Əgər sən vicdanının tam əksinə olan bir şeyi qətiyyətlə qəbul etməyib onunla barışmasan çox bəlalardan yaxa qurtara bilərsən. Emosiyaları öz daxilində sıxıb saxlaya bilərsən, amma onlar sənin içində alova dönər, sənin ürəyinsə nə qədər dözsə də günlərin bir günü yanıb kül olar.
    Əziz Firuz, əsər çox xoşuma gəldi. Xüsusən də atın hiss-həyəcanının təsviri. Sanki baş verənlər sənin öz içindən ötüb keçir.
    Ehtiramla.”
    P.S....əsərlərinizi oxumaq qətiyyən mənim vaxtımı almır, əksinə, Sizin mənim yaradıcılığıma vaxt ayırıb məni ruhlandırmağınız çox xoşdur. Mən ona görə Sizin əsərləri oxuyuram ki, onlar həqiqətən maraq doğurur. Düşünürəm ki, bu günlərdə yenə vaxt ayıracağam.
    Görümək arzusuyla! Sizə böyük ehtiramla!
    P.P.S. Yeri gəlmişkən, mən Sizin yazdığınız məktubları hansı əlifba ilə- kirillə və ya latınla olasından asılı olmayaraq, hətta bunu hiss etmədən, çox gözəl anlayıram.
    Yevgeniya Şendrika (Riqa, şairə)

    “Gözəl əsərdir.
    Zəhmət olmasa deyin, bu triptix əvvəllər nəşr olunubmu?
    Ehtiramla.
    Olqa Şarikova”

    “Firuz-abıy, mən əsəri oxuyub ağladım. Yaşadığım ağrı sanki ürəyimi parçaladı. Siz çox güçlü, sərrast yazırsınız.... Hər söz yerli-yerində işlədilib, tərcümə olduqca gözəldir. Mən çoxdan idi ki, bu qədər təsirli və ağlasığmaz dərəcədə hissiyyatlı əsərlə rastlaşmamışdım.... Çox sağ olun, yaşayın!
    Sizə ehtiram və yüngül qələm arzusu ilə.
    P.S. Firuz-abıy, Sizə xoş güzəran, uzun ömür, yaradıcılıq üğurları arzu edirəm.
    Böyük şükranlıq hissi ilə,
    Ayşa Umbetova”

    “Firuz Mustafa, Sizin hekayəniz məni çox təsirləndirdi. Bu duyğulu bir əsərdir. İndiki zəmanədə belə dərin yazıçılara nadir hallarda təsadüf olunur. Mən öz əsərlərinə milli koloriti hopdura bilən yazıçı və sənətkarlara böyük maraqla yanaşıram. Cingiz Aytmatovu hədsiz dərəcədə sevirəm.
    Sizə yaradıcılıq uğurları arzusu və ehtiramla,
    Natalya Şalina Semyonova”

    “...bu nəcib heyvanlarda yüksək bir əxlaq yaşamaqdadır. İnsanlar bu barədə düşünsəydilər pis olmazdı.
    Əgər atın sahibinin vecinə olmasaydı belə, atın özü belə bir seçim (intihar-red.) edəcəkdi.
    Əsərin finalı- həyata bərabər bir ölümdür.
    Çox təsirli bir hekayədir, bundan başqa əsər özündə insani əxlaq yaşadır.
    Sağ olun.
    Ehtiram hissi ilə,
    Lyudmila Kalinovskaya”

    “Gözəldir, hətta, olduqca gözəldir.
    (...)
    Sizə ehtiramla.
    Yuriy Feldman”

    “Əssəlamu- əleyküm.
    Çox gözəl bir əsərdir.
    Mən sanki təzədən öz uşaqlığıma qayıdıb Udaloy adlı madyanimin belinə yatdım.
    Səhər yemək üçün mənə verilmiş qənd parçasını ona uzatdığımı, onunsa təşəkkür edirmiş kimi isti bir nəfəslə fınxırdığını təzədən xatırladım. Həmin at müharibənin dəhşətlərindən keçib “komissovat” olunmuş və artıq qocaldığı üçün dövlət müəssisəsinə verilmişdi.
    İkimərtəbəli, üstü samanla örtülmüş at tövləsi bizim həyətdə yerləşirdi. Anam atlara baxırdı, atam isə arabaçı vəzifəsinə götürülsə də, ağac gövdələrini atlara qoşaraq sudan çıxarıb üst-üstə yığmaqla məşğul olurdu. Mən demək olar ki, atlarin arasında böyümüşəm. Bizim küçənin oğlan uşaqları səbrsizliklə iş gününün başa çatmasını ğözləyirdilər; biz bundan sonra atları yuxarıdakı çaya qədər qədər çapıb sonra gerı dönürdük. Həmin çayda biz üzüyuxarı üzür, ürəkdən şənlənir, çimir və atları da çimizdirirdik. Sonralar atı başqa yerə apardılar və o zaman uzun müdddət ağladığımı mən indi də xatırlayıram...
    Ehtiramla, Mavlut Hafiz (İakut”)

    “Ah, necə güclü bir hekayədir.
    Bu sözün həqiqi mənasında əsl əsərdir.
    Belə bir hissi yalnız “Xolstomer”i (L.Tolstoyun əsəridir-red.) oxuyarkən keçirmişəm.
    Yan Bruşteyn”

    “Oxuduqca sanki şaxta canımı dalayırdı.
    Çox güclü yazılıb.
    P.S. Göylə yeri birləşdirmək çətin məsələdir.
    Siz buna müvəffəq olmusuz.
    Mariyan Şeyxova”

    “Təsirli, bəsirətli bir hekayədir! Burada hər şey heyrətamizdir! Oxuduqca bədənim titrəyirdi! Siz əsasən iri həcmli əsərlər yazırsınız, təəssüf ki, vaxt azlığına görə yazılanların hamısını oxuya bilmirəm. Mən Sizin bütün əsərləri oxuyar, oxuyardım.
    Sizə uğurlar və daimi ilham arzulayıram!
    Yekaterina Qorbunova-Mosina”

    “Allah insanı bu əsərdəkinə bənzər qonşudan qorusun! Qoy heç bir bəndəni şeytanlar yoldan çıxara bilməsin. “Sənin üzünə vurar, o biri atı irəli ver”. Əsərin qəhrəmanı məhz bu cür hərəkət edir. Bəs nəticədə nə baş verdi? Qonşunun qarşısında kim duruş gətirə bilmədi, öz atını kim satdı, baş verənlərə kim öz həyatı bahasına cavab verdi? Bütün hallarda “göz-gqzə” daha ədalətli səslənir. İnsanın satqınlığı canavar dişindən və ilan zəhərindən daha dəhşətlidir; çünki vəhşilər özlərini və öz balalarını müdafiə etmək və ya yem əldə etmək məqsədilə diş qıcayırlar. İnsan əclaflığı isə qapqara həsəddən doğulur.
    Həsəddən kin doğur, kin isə insanda bütün insanlığı öldürür.
    Təəssüflər ki, əsərin sonluğu ədalətin qələbə çalacağına bir ümid yeri qoymur.
    Ehtiramla və Sizin ev-eşiyinizə xoşbəxtlik arzusu ilə,
    Lyubov Terexova”

    Salam, Firuz Mustafa.
    “At günü” hədsiz dərəcədə gözəl bir hekayə-triptixdir. Başqa əsərlərinizi də oxumağa başlamışam. Hamısı yüksək səviyyədə, istedadla, amma intəhasız bir ağrı ilə yazılmış əsərlərdir. Mənə bu cür əsərləri oxumaq ağır başa gəlir- özümü üzlmüş hesab edir, hətta, xəstələnirəm.
    Misilsizdir.
    Ehtiramla,
    Natalya Estevan”

    “Firuz Mustafa, əsər mənim hədsiz dərəcədə xoşuma gəldi.
    Orada əbədi, həqiqi olan dəyərlər barədə söhbət açılır.
    Oxuduqca çox şeylər haqqında düşünməli olurasan. Xoşbəxtlik nədir, məhəbbət nədir? Ləyaqət nə deməkdir, insanı insan eləyən nədir?
    Çox ağıllı, həyati bir hekayədir.
    Hədsiz dərəcədə gözəl yazılıb, atların həyatından verilən səhnələr əsrarəngizdir.
    Bu təmiz səhnələrdə- ölüm təhlükəsi ilə üz-üzə gəlmə, canavarla qarşılaşma, insan həyatı ilə bağlı lövhələrdə necə kontrastlar var. Amma buradakıların heç də hamısı təmiz varlıqlar deyil. Burada insanlar tərəfindən aldadılsa da belə, sonacan təmiz qalan təkcə dayçadır.
    At sahibinin uzun monoloqu belə, əsərlə üzvi vəhdətdədir.
    Bu monoloq təkcə düçar olduğu dərdlərdən irəli gəlmir, bu, özü özünü bağışlaya bilməyən bir adamın iniltisidir. O, üçqat iradəsiz adamdır, bütün baş verənlər üçün qonşusunu müqəssir bilsə də belə, hesab edirəm ki, düşdüyü fəlakətlərdə əsl günahkarın kim olduğunu bilir. Həmin günah sahibi elə onun özüdür. Alçaq bir kəs səni nə qədər aldadıb yoldan çıxartsa da, sənin ona: “Yox!”- demək haqqın var.
    Amma o, bir dəfə də olsun “yox”-deyə bilmir.
    Əgər o, müqavimət ğöstərsəydi, sevdiyini başqası aımazdı, atını qonşuya satmazdı, dayçanın öz anası ilə cütləşməsinə imkan verməzdi...
    Firuz, bu əsərə görə çox sağ ol.
    Hörmətlə,
    Yuliya.
    Yuliya Yolka”

    “Salam, Firuz Mustafa!
    Siz güclü bir əsər yazmısınız, oxucular ona etinasız qala bilməzlər.
    Dayça və onun anasının –gözəl kəhər atların obrazı necə də məhəbbətlə təsvir edilib!
    Mən oxuduqca ağlayırdım, elə buna görə də gec rəy yazmalı oldum.
    Burada insanın sifəti…insanla bağlı sədlər… bütün bunlar, indi qarşılıqlı əlaqədə görünür.
    İnsanları mühakimə etməmək… Bəs insan öz nağılı- öz məhəbbəti uğrunda niyə döyüşmür?
    Və o, niyə başqası tərəfindən ram olunur?..
    Bəs hanı sərhəd, o sərhəd ki, onun üstündən heç kəsin addımlayıb keçməsinə imkan verilməsin?
    Yaxın qonşu… Dayan… O yana keçmək olmaz… Ora sənin ərazin deyil!
    Aman Allah!
    Qəhrəmanlar o qədər realdır ki, nəyisə…əlavə etmək mənasızdır.
    Çax sağ ol!
    Ehtiramla,
    Tatyana Kojuxova”

    “Salam, Firuz bəy. Çox sevinirəm ki, dostlarımın məsləhəti ilə bu əsərinizi oxudum. Çox gözəl yazı üslubunuz var. Düşünürəm ki, tərcümə zamanı üslub qorunub. Bu əsəri öz dilimizdə də oxumaq istərdim.
    Sag olun və yaradın.
    Sayğılarla,
    İslam Bağırov”

    “Bax belə, biz susuruq, heç bir şey danışmırıq, yalnız özümüzü düşünürük. Şəraitə uyğun hərəkət edirik. Bəs nəticədə nə olur? Ölüm. Yox, gərək gecikməyəsən, hər şeyi vaxtında edəsən. Gərək pis adamları öz həndəvərinə yaxın buraxmayasan. Əsər xoşuma gəldi. Şərq koloriti aydın hiss olunur.
    Olqa Babuşkina”

    “Olduqca həyəcan doğuran bir hekayədir.
    Mən vaxt tapdıqca Sisin bütün əsərlərinizi oxuyacağam.
    Cox sağ olun.
    Şumer”

    Bütün gününüz xeyir olsun, Firuz Mustafa.
    Mən əvvəlcə Sizin əsərlərinizə adi maraq xatirinə göz gəzdirdim. Və sonra buna heç də təəssüf etmədim. Sizin çox xeyirxah bir nəsriniz var, bunu Siz özünüz də yaxşı bilirsiniz. Qeyri-adi üslub, hər bir ifadədə hiss edilən Şərq koloriti.(...) Bundan sonra Sizin əsərlərinizi diqqətlə, qətrə-qətrə məni mənimsəyəcəyəm.
    Taisya İrs”

    Firuz Mustafa, bu, necə də dəhşətlidir, axı insan öz məhəbbətini necə öldürə bilər? Özü də gör kimi öldürmək istəyir- öz Sahibindən heç nə ummayan bir canlını.
    Güclü, ürəkdən yazılmış əsərdir.
    Var olun.
    Natalya Yazvitskaya”

    “Hədsiz dərəcədə gözəl yazılımışdır.
    Sizin yaradıcılığınızla tanış olmağıma şadam.
    Sizə uğurlar, evinizə əmin-amanlıq arzu edirəm.
    Zura İtsilorod (Çeçen yazıçısı)”

    “Ərəblərin əfsanəsi ilə səsləşən heyrətamiz dərəcədə gözəl bir hekayə.
    Əsl həqiqətdə, “yaxın imbrindinq” (bir döldən və ya yaxın qohumluq əlaqəsi olan heyvanların cütləşməsi)- yeni cinslərin meydana gəlməsində genış yayılmış hadisələrdən biridir.
    Fossi Passo”
  • iyul 2021, Firuz M.

  • 240
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......