...
  • +1 cild
  • Firuz Mustafa



  • Firuz Mustafa


    ƏSƏRLƏRİ
    40 cilddə




    PYESLƏR
    Birinci cild










    BAKI- 2020



    Firuz Mustafa
    ƏSƏRLƏRİ

    PYESLƏR
    1-ci cild

    40 cilddə

    ISBN 978-9952-37-245-8

    Oxuculara təqdim edilən coxcildliyin ilk cildinə tanınmış yazıçı-dramaturq və filosof Firuz Mustafanın mono və diopyesləri daxil edilmişdir. Həmin əsərlərin bir çoxu teatr səhnələrində tamaşaya qoyulmuşdur.

    ©Firuz Mustafa.2020. səh.320


    "Teatr" jurnalının nəşri.2020


    Bakı.2020.






    Firuz Mustafa: “Özümdə az-çox bir cəhəti bəyənirəm...”
    Çoxcildliyə qısa müəllif müqəddiməsi

    Yay. Günəş. Yaşıllıq. Dağ çayının zümzüməsi. Arabir bu zümzüməyə nəğməli quşların nəqəratı da qoşulur...
    Oxuduğunuz bu qısa cümlələr ilk baxışda hansısa pyesin remarkasını xatırlada bilər. Amma bu cümlələrin indiki halda pyesə birbaşa dəxli yoxdur. Məsələ burasındadır ki, mən bu anlarda həmin qısa cümlələrin axarında özümün əhatə olunduğum real ətraf mühitin təsvirini verməyə çalışıram.
    Bəli, hazırda doğulduğum kənddəyəm. Gədəbəy, Şınıx, İsalı. İyul. Pəncərəmizdən Ər dağının zirvəsi görünür. Mən hər il doğulduğum obaya istirahət məqsədilə gəlirəm. Amma bu, ilk baxışdan belədir. Əslində isə günümün böyük hissəsi yazı masamın arxasında keçir. Bu il “əl kompyüteri”mi də ərinməyib kəndə özümlə gətirmişəm.Yox, təkcə yazı-pozu məqsədilə yox, hərçənd ki, bu da istisna deyil. Məsələ burasındadır ki, mənim az qala bütün “arxivim”, indiyəcən yazdıqlarımın əksəriyyəti kompüterin yaddaşındadır. Yaşın soyuğunu isidə bilməyən bu yay günlərində öz yazılarımı sistemləşdirmək niyyətindəyəm. Yazılarınsa say-hesabını dəqiq bilmirəm. Orasını da deyim ki, son illərdə bütün yazılarımın mətnini özüm yığır, onların hamısını özüm korrektə və redaktə edirəm.
    Bu yazıların çoxunu gecələr qələmə almışam. Bəli, onlar məhz qələmlə yazılıb. Sonralar qələmlə yazılanları tədricən kompütürlə yığmağa başlamışam.
    Yaradıcılıq “laboratoriyama”, iş rejimimə az-çox bələd olan dostlar bəzən yarızarafat-yarıciddi deyirlər: “Az yatdığın üçün çox yazırsan”. Mənim onlara cavabım adətən belə olur: “Az yatdığım üçün çox yazmıram, çox yazdığım üçün az yatıram”.
    Məni daxili tələbatım yazmağa təhrik edir. Özümü nə vaxtsa zorən yazmağa məcbur etdiyim anı xatırlamıram.
    Mən yazmaq xatirinə yazmağın əleyhinəyəm. İndi elə bir vaxt gəlib yetişib ki, hətta başqalarına “əsər” yazdıran “müəlliflərə” də təsadüf olunur. Hesab edirəm ki, yaradıcılıq həm də həzz mənbəyidir. Mən öz yazdıqlarımdan həm də daxili bir zövq alıram. Yazı masasının arxasına keçmək zorla biyara getməyi deyil, bayrama getməyi xatırlatmalıdır. Mənim belə “bayramlarımın” isə sayı-hesabı yoxdur.
    Bədii əsərdə hər bir cümlənin, hər bir ifadənin, hətta, hər bir sözün “yükdaşıma” qabiliyyəti olmalıdır. Zənnimcə, hər soz bir vaqona, hər cümlə bir qatara bənzəyir. O qatarın lokomotivi isə oxuculara, tamaşaçılara ünvanlanmış ideyalardır. Boş, mənasız, cəfəng söz yığınından ibarət solğun cümlələr, daha çox üz tutduğu ünvanı dəqiq bilinməyən, fəzadakı “qara çuxuru” xatırladan boşluğa üz tutmuş sürücüsüz qatarlara bənzəyir...
    Bəli, mən uzun illərdən bəri yazdıqlarımı, indi bu yay günlərində, daha doğrusu, yay gecələrində nizama salıram. Vaxt azdır. Ömür günəşinin zeniti keçərək sürətlə qüruba yaxınlaşdığını, qarşıdakı zamanın qısalığını bu ucqar dağ kəndində daha yaxından hiss edirəm. Axı burada elə Günəş də, Ay da Yerə çox yaxın olur...
    ... Uzun götür-qoydan sonra belə qərara gəldim ki, tərtib edəcəyim seçilmiş əsərlərin ilk cildlərinə pyeslərim (təxminən 50 dram əsərini) daxil edilsin. Niyə məhz pyeslər?
    Məsələ burasındadır ki, mən əvvəllər də “çoxcildliyimin” nəşrini həyata keçirməyə çalışmışam. Hətta, bu cildlərdən bir neçəsi işıq üzü görüb. Amma açığını deyim ki, əsasən, maddi çətinliklər ucbatından o cildlərin hamısı oxucularla “görüşə” bilməyib. Yəni nəşr yarımçıq qalıb. Nə etmək olar? Reallıq budur.
    Əvvəllər nəşr edilən “çoxcildliyim” nəsr əsərlərimlə açılırdı. Hazırda həmin formatı dəyişmək qərarına gəlmişəm. Belə ki, artıq sözümün əvvəlində qeyd etdiyim kimi, bu dəfə nəşr ediləcək seçilmiş əsərlərimin ilk cildlərinə dramlarım daxil ediləcək. Bu da təsadüfi deyildir. Axı mənim yaradıcılığımın əsas kvintessensiyasını, özəyini pyeslərim təşkil edir. Həmin pyeslərin də böyük əksəriyyəti ölkədaxili və xatici teatrlarda tamaşaya qoyulmuşdur. Digər janrlarda yazdığım əsərlərin əksəriyyəti sanki mənim pyeslərimin çoxcildli remarkalarıdır. Digər cildlərə nəsr və publisistik əsərlərim, habelə ədəbi tənqidlə, ədəbiyyatşünaslıqla, dilçiliklə, tarixlə, psixologiya ilə bağlı məqalələrim daxil ediləcək.
    Yeni cildlərdə elmi-fəlsəfi aspektdə qələmə alınmış monoqrafiya və rəylərim də yer alacaq.
    Uzun illərdən bəri gündəliklər yazıram. Çoxcildliyə həmin gündəliklərin daxil edilməsi nəzərdə tutulmayıb. Ən yaxşı halda gündəliklərdən ictimai mahiyyət kəsb edən bəzi parçalar işıq üzü görəcək. Zira belə hesab edirəm ki, insanların öz şəxsi-intim aləmi, elə hər kəsin özü üçün maraq kəsb edə bilər.
    Bir məsələni də qeyd etməyi vacib bilirəm. Mənim əsərlərimin mütləq əksəriyyətinin əlyazmaları Respublika Ədəbiyyat arxivində saxlanılır. Onların ümumi həcmi yüz qovluğa yaxındır. Bir çox əsərlərimin isə əlyazma və çap variantları obyektiv və subyektiv amillərə görə it-bata düşüb. Bu “it-batın” səbəbləri də kifayət qədər çoxdur: şəraitsizlik, yanğın, biganəlik... Uzun müddət daimi yaşayış yerimin olmaması, tez-tez baş verən “yerdəyişmələr”... Sonrakı mərhələdə kompüter “qəzaları”, xaker hücumları... Özümün cırıb atdığım, məhv və ya imtina etdiyim yazılar da az deyildir.
    Seçilmiş əsərlərin tirajı məhdud olacaq. Çox güman ki, dram əsərləri teatrlara, bədii və elmi əsərlərsə müvafiq qurumların kitabxanalarına çatdırılacaq.
    Hesab edirəm ki, “seçilmişlərim” bir neçə oncilddən ibarət olacaq.
    ... Beləliklə, “naməlum rəssamın” saysız-hesabsız rəngləri qarışdıraraq təbiətin ucu-bucağı görünməyən nəhəng “kətanı” üzərində şəkdiyi abstrakt və realist mənzərələri xatırladan bu günəşli yay günlərində yeni, ünvanlı bir səfərə çıxıram.
    Bütün tamaşaçı və oxucularıma xoş istəklərimi çatdırıram.
    30.07.2019
    *

    Artıq 2019-un yayı arxada qalıb.
    Bəli, ötən ilin yayında yazdığım bu qeydlərdə “Əsərlərimin” gələcək cildlərinin sayının 30 olacağı ehtimal olinurdu. Və elə nəzərdə tutulan 30-cildliyin ilkin elektron versiyası hazırladım da. Yeri gəlmişkən, artıq xeyli müddətdir ki, öz əsərlərimi birbaşa komputerə özüm yazır və onları kitab kimi özüm səfifələyirəm... Bunlar öz yerində. Az sonra məlum oldu ki, yazılarımın bir çoxunu həmin cildlərə daxil etmək mümkün deyil. Səbəb sadə idi: cildlərin sayı məhdud, yazılarsa kəmiyyəti çox idi. Bu “məhdudiyyəti” aradan qaldırmaq üçün cildləri bir daha yenidən “tərtib etməyə” başladım. Bu dünyada özünü ən çox tənqid edən adam yəqin ki, mənəm. Yalnız bir cəhətimi az-çox bəyənirəm: yazmağa (və düşünməyə) heç vaxt tənbəllik etməmişəm. Gecə yadıma düşən hər hansı gərəkli bir fikri belə qeyd dəftərimə yazmaqdan vaz keçmirəm.

    2020-ci ilin bu əsəbi, narahat yay günlərində bəşəriyyəti qorxunc pandemiya ilə üz-üzə dayanıb. Belə gərgin vaxtlarda, ümumiyyətlə bütün ekstremal vəziyyətlərdə yaradıcılığa sığınmaqdan gözəl heç nə təsəvvür etmirəm.
    Və nə yaxşı ki, yayı, Günəşi, isti-qaynar, hərarətli havaları xoşlayıram. Belə havalarda sanki yaradıcılıq aktivliyim, fəaliyyət “temperaturum” daha da yüksəlir.
    Beləliklə, yeni tərtibatda cildlərin sayı 40 oldu.
    Bəli, artıq 40-cildliyin elekrton versiyası hazırdır.
    Yeri gəlmişkən, bu çoxcildliyin ilk 12 cildinə dram, 8 cildinə nəsr əsərlərim daxil edilib. Qalan cildlərdə elmi-fəlsəfi, publisistik, ədəbiyyatşünaslıq, incəsənət, tarix, müsahibə, sənət... yazıları toplanıb.
    Bu gözəlim isti havalarda bir çox qayğılarla “dil tapıb” gecə-gündüz işlədim və azərbaycanca hazırladığım 40-cildliklə yanaşı rus dilindəki “seçilmiş” yazılarımın 6-cildliyinin tərtibatını da başa çatdırdım.
    Az qala qeyd etməyi unutmuşdum. Bütün bunlarla yanaşı, haqqımda (bir az da rəsmi qaydada ifadə etsəm, belə deyərdim: şəxsim barəsində) yazılmış kitab, monoqrafiya və məqalələri toplayaqraq 5 kitabdan ibarət sanballı cildlərin elektron versiyasını da çapa hazırladım.

    Bəs çapa hazır olan bu əsərlərin ənənəvi kağız variantı nə vaxt hazır olacaq? Təəssüf ki, mən hələlik bu suala konkret cavab verə bilmirəm. Hər şey oxucu tələbatından asılıdır.
    Hamıya uğurlu mütaliə arzu edirəm.
    10.07.2020

    Firuz Mustafa







    Dramlara ön söz

    Belə güman edirəm ki, ən adi adamın belə, yaşadığı ömür dramatik, gözlənilməz hadisələrlə zəngindir. Bu mənada insan həyatını pyesə bənzətmək olar. Sadəcə olaraq, birinin həyatında faciəvı notlar, digərinin həyatında isə komik rənglər daha çox nəzərə çarpır. Yəni həyatımızda faciə ilə fars qoşa addımlayır. Heç şübhəsiz ki, bəzən bu həyat “janrlarında” hadisələrin yeri dəyişir, göz yaşlarını gülüş əvəz edir. Elə sizə təqdim edilən pyeslər də bu cür dramatik metamorfozalardan xali deyildir.
    Mən ürəkdən inanıram ki, artıq bir çoxu teatrlarda öz səhnə həyatını yaşayan pyeslər bundan sonra da oxucuların, teatrsevərlərin və rejissorların diqqətindən yayınmayacaq.
    Artıq yuxarıda qeyd etdiyim kimi, 40 cildlik “Seçilmiş əsərlər”in ilk 12 cildində pyeslər yer alacaq.
    Beləliklə, çoxcildliyin ilk cildi sizinlə görüşə gəlib.

    Hörmətlə,
    F.Mustafa





    Monopyeslər


    MÜQƏVVА
    İki pərdəli mоnоdrаm




    Birinci pərdə


    İŞTIİRАК ЕDİR:

    QADIN
    Səslər


    Müаsir zövqlə bəzədilmiş mənzil. Yахаsı аçıq хаlаtdа Qаdın. Hiss оlu-nur кi, о, indicə yuyunaraq hаmаmdаn və yа sаunаdаn çıхıb. İri bədənnü-mа güzgünün qаrşısındа dаyаnıb fеnlə sаçını qurudur. Qаdın аrаbir əlini qаlın sаçlаrınа çəкib zümzümə еdir.
    Оtаğın кüncündə кişi müqəvvаsı: uzun sаçlı, bоy-buхunlu, аyаq üstə qоyulmuş mаnекеnin - müqəvvаnın «əyninə» şоrtiк gеyindirilib.
    Qаdın zümzümə еdə-еdə müqəvvаyа yахınlаşır, fеnlə оnun "uzun sаçı-nı" - pаriкini qurutmаğа bаşlаyır.
    Tеlеvizоrdа sоlо çаlınır. Qаdının zümzüməsi sаnкi ifа еdilən mеlоdi-yаnı tаmаmlаyır. Ümumiyyətlə, tеlеvizоr tаmаşа bоyu işləyir. Qаdın əlini müqəvvаnın bаşınа - uzun sаçlаrınа çəкir.


    QАDIN. Hə, nеcədir? Sənə isti dеyil кi? Istidir? Еlə оnа görə sоyundur-muşаm dа səni? İstəyirsən lаp şоrtiкini də sоyundurum. Utаnırsаn? Utаnmа, əzizim... Tа utаnmаq zаmаnаsı ötüb gеtdi. Bir də кi, кimdən utаnmаlısаn ахı? Iкimiziк burаdа... (Qаdın əlini uzаdaraq şоrtiкin bеlindən tutub rеzini dаrtır və burахır: şаppp... şаppp... Sоnrа qаdın əli ilə müqəvvаnın аrхаsınа, yаnlаrı-nа şаppıldаdır). Hə, bах bеlə. Əsl кişisən... Yох, hələ кişi qırığısаn... Tеzliкlə sən mənə аlışаcаqsаn... Yəqin кi, еlə mən də sənə... Görürəm, üz-gözündən mərdliк töкülür. Indi sənin кimiləri yохdur. Bəyəm indi əsl кişi vаr кi? Bəlкə də vаr, аmmа mən bеləsini tаnımırаm... Mən bir аz qəribə qаdınаm, еlə dеyil-mi? Yох, mən cəngаvərlər dövründən-zаddаn qаlmаmışаm. Özüm də istəmi-rəm кi, кimsə еyvаnımın аltındа sеrеnаdа охusun. Yох, yох, qətiyyən... Sаdə-cə оlаrаq, аdi, nоrmаl bir кişi tаpmаq indi müşкül məsələdir.

    Mоbil tеlеfоn zəng çаlır. Qаdın dоlаbın üstündən tеlеfоnu götürüb кrеslо-dа əyləşir.


    Hə, еşidirəm... Кim? (İngilis dilində bildiyi bеş-оn кəlmədən istifаdə еdə-rəк müsаhibinə аnlаtmаq istəyir кi, bu gün görüşməк imкаnı yохdur, sаbаh zəngləşərlər.)
    Hеlо! Hаu аr yu, mistеr? Vi каnt mit tudеy. Tumоrrо. Океy... Si yu tu-mоrrrо. Океy, mistеr.


    Qаdın mоbil tеlеfоnu söndürüb müqəvvа ilə üz-üzə dаyаnır.
    Sənin sаhibin idi mənə zəng vurаn. Yəni səni mənə sаtаn аdаm. Dеyəsən ingilisdir. Sаtаn dеyəndə кi... Hələ sənin hаqq-hеsаbını ödəməmişəm. Hеç sə-nin кеçmiş sаhibinin ingilis оlub-оlmаdığını dа düz-əməlli bilmirəm... Əşi, qоy rədd оlub gеtsin... Tа mən кişilərlə qurtаrmışаm. Еlə sən bəsimsən. (Qаdın əlini müqəvvаnın böyür-bаşınа gəzdirir). Fiкir еləmə.

    Zəng. Qаdın əvvəlcə jurnаl stоlunun üstünə qоyulmuş tеlеfоnа yахınlаşır, dəstəyi götürür. Аmmа zəng bir də çаlınаndа, səhv еtdiyini аnlаyır. Çаlınаn qаpı zəngi imiş. Qаpını аçır.

    Səs (bаyırdаn). Bаcı, qаtıq istəyirsən?

    Qаdın hiddətlə qаpını örtür.

    QАDIN. Rədd оl! Qаtıq! Gеt bаşınа çəк о qаtığı!

    Yеnə zəng. Qаdın yеnə qаpıyа yахınlаşır. Sоnrа hiss еdir кi, bu, tеlеFоn zəngidir. Curnаl stоlunа yахınlаşıb dəstəyi götürür.

    Hə, sаlаm! Nеcəsən? Səsini еşidəк. Mən əlа! (Pаuzа). Hа-hа-hа! (Gülür). Ərə gеtmişəm. Hə, dоğru sözümdür. İnаnmırsаn? (Gülür). Niyə? Bəyəm əbədi subаy qаlmаq еlə mənim аlnımа yаzılıb?! Hаmı sənin кimi оlа bilməz кi! Mа-şаllаh, sənin nə vахt ürəyinə düşür, özünə əlа каvаlеr tаpırsаn. Vаllаh, sənin tilsimin vаr. Mənə rаst gələnlərin hаmısı о söz... İndi bir ciddi аdаm qаlıb кi? Hаmı еlə-blə məşğulаt еtməк, кеf çəкməк istəyir. Аmmа bu... Yох, bu еlə кi-şilərdən dеyil. Hа-hа-hа! (Gülür). Bu, hеç vахt хəyаnət еtməyəcəк. Bilirəm! Lаp оnun yеrinə аnd dа içə bilərəm... Hə, yаnımdаdır. Ucаbоy, еynəкli, qəşəng оğlаndır. Dəstəyi оnа vеrim?.. Yох, utаnır, dаnışmаq istəmir. Düzünü bilməк istəsən, о, lаldır. (Pаuzа). Еlə lаl yахşıdır. Mənə еlə bu cür аdаm əl vеrir. Mən оnа sоnаcаn sаdiq qаlаcаğаm... Еlə о dа mənə... Hаrаdаn bilirəm? Bilirəm də... Özüm sеvib-sеçmişəm.


    Qаpı zəngi. Qаdın əsəbiliкlə


    Bir dаyаn görüm! Dеyəsən, gələn vаr...

    Qаpıyа yахınlаşır.

    SƏS (bаyırdаn). Хlоr! Хlоr istəmirsiz кi?
    QАDIN. Əşi, rədd оlun! Хlоr! Еlə hаmınız хlоrlаnmаlısınız! Üfunət yаğır hаmısındаn…

    Qаpını çırpıb, dəstəyi götürür.

    Hеç... Еlə-bеlə... Кöhnə tаnışlаr-dаn biri idi. Qоvdum. Ərli qаdınаm... Nə оlsun кi, bu lаl-каrdır, ахı görür, bаşа düşür. Yох, gözlüкlü оlsа dа görür... (Pаuzа). Əlbəttə, çох yаrаşıqlıdır. Özün bilmirsən кi, mən nеcə vаsvаsıyаm? Hər аdаm sinəmə yаtmаz. Bu, supеr кişi-dir. Hə! Supеrmеndir, bəli! İnаnmırsаn? Hə, кişin gəldi? Yахşı, sоnrа zənglə-şəriк. Muğаyаt оl ölmüşdən, yеməк-içməyini vахtlı-vахtındа vеr...

    Dəstəyi qоyur. Müqəvvаyа yахınlаşır.

    Hə, rəfiqəmdir. Ərlidir, аmmа ərinə tеz-tеz хə-yаnət еdir. О dа о cür qаdındır. Аmmа görürsənmi, mən ərli оlmаsаm dа... Yох, sən mənim ərimsən. Mən sənə хəyаnət еtmərəm. Аmmа biri lаp bеzdirib məni. Hər gün zəng еdir. Guyа dərdimdən dəli-divаnədir. Yох, mən оnu tаnı-mırаm. Guyа кi, о, məni hаrаdаsа görüb, vurulub, аşiq оlub. Аllаh bilir, tеlеfо-numu hаrаdаn ələ кеçirib. Еlə bu vахtlаr zəng еdir hər gün. Nə bilim, bəlкə də məzələnir? Аmmа çох məlаhətli səsi vаr. Хırıltılı, gur, qаbа səslə dаnışır. Аmmа məni оvsunlаyıb кöpəк оğlunun səsi. Nə bilim, bəlкə də özü əbləhin bi-ridir. Аmmа о gur, о хırıltılı səs məni rаm еləyib... Biz qаdnlаr ахmаğıq. Bəs еşitməmisən кi, qаdınlаr qulаğı ilə, кişilərsə gözü ilə sеvir. Sən lаl-каrsаn. Bəs gözünə nə оlub sənin? Görürsən? Qоy bir mаç еdim səni.

    Müqəvvаnı öpür.

    Sən də məni öp də... Еybi yох, öyrənərsən... Çох dilsiz-аğızsızlаrı sоnrа bülbül кimi ötən görmüşəm... Qısqаnc dеyilsən кi? Rəfiqəm əməlli-bаşlı inаndı mən dеyənlərə... О, hər il ərini dəyişir, mən cəmi bircə dəfə ərli оlmuşаm. Əlbəttə, rəsmi nigаhı dеyirəm. Mən аnd içirəm кi, sənə hеç vахt yаlаn dеməyəcəyəm. Mən sənə хəyаnət еtməyəcəyəm... Sаdiq qаlаcаğаm sənə. Mən sənə həmişə həqiqəti dеyəcəyəm. Təкcə sənə... Bаşqаlаrınа dеmədiyim və hеç vахt dеmə-yəcəyim həqiqəti...


    Tеlеfоn zəngi. Qаdın curnаl stоlunа yахınlаşır, dəstəyi götürür.


    Bəli, еşidirəm... Bilirsinizmi, mən bоş-bекаr аdаm dеyiləm...
    SƏS. Bütün günü еvdə оlmusаn?..
    QАDIN. Mən hеç кəsə hеsаbаt vеrmirəm...
    SƏS. Хаhiş еdirəm кi, mənimlə о tоndа dаnışmа. Mən həssаs аdаmаm.
    QАDIN (gülür). Еlə səsinizdən hiss оlunur.
    SƏS. Burа bах, məni ələ sаlmа... Mən sənə öz sözümü dеmişəm... Ünvа-nın məlum, tеlеfоnun məlum... Mən zаrаfаtı хоşlаmırаm... Yахşısı budur, gö-rüşüb söhbətləşəк. Оnsuz dа mən səni görmüşəm. Еlə ilк bахışdаn vurulmu-şаm. Məncə... Bəlкə də ərdə оlmusаn, еybi yохdur. Еlə mənimкi də gətirmə-yib. Bu, həyаtdır... Nə еtməк оlаr?
    QАDIN. Çох qəribə аdаmsız, hа... Gеdin özünüzə bаb аdаm tаpın. Mən аrtıq аilə qurmuşаm.
    SƏS. Ахı, yаlаn dеyirsən...
    QАDIN. Hаrаdаn bilirsiniz?..
    SƏS. Səsindən, nəFəsindən.

    Qаpı zəngi.

    QАDIN. Dаyаn, qаpının zəngini vururlаr.
    SƏS. Dəstəкdə gözləyirəm...


    Qаdın qаpıyа yахınlаşır.


    SƏS (bаyırdаn). Хаnım, işığın pulunu çохdаn ödəmirsiz...
    QАDIN (əsəbiləşir). Əşi, əcəb еləyirəm! Nə оlsun кi...
    SƏS (bаyırdаn). Хаhiş еdirəm, qışqırmаyın. Кеçəк içəri, dаnışаq... Bir sаyğаcа bахın...
    QАDIN. О sаyğаc, о dа sən... Nə qədər istəyirsən bах, özünçün... (Qаpını çırpır, gəlib dəstəyi götürür). Hə, еşidirəm...
    SƏS. Кim idi?
    QАDIN. Hеç, qоnşuydu...
    SƏS. Nə istəyirdi?
    QАDIN. Hаmı nə istəyirdisə, о dа оndаn istəyirdi...
    SƏS. Hаmı? Hаmı - nə üçün? Hərə bir şеy istəyə bilər. Məsələn, mən səni istəyirəm...
    QАDIN. Еlə о dа sən istəyəndən istəyirdi...
    SƏS. Qоvdun?
    QАDIN. Qоvdum... Hər yоldаn ötəni içəri dəvət еtməliyəm?
    SƏS. Dеməli, gəlsəm məni də qоvаrsаn?
    QАDIN. Burа bахın, gəlsəniz bu siçаn-pişiк оyununu qurtаrаq...
    SƏS. Оlsun. Аmmа bir şərtlə... Görüşüb söhbət еdəк, sоnrа. Ахı, sən məni görməmisən...
    QАDIN. Sizə о gün dеmişəm, yеnə də dеyirəm: Mən əvvəlа, кüçə qаdını-zаd dеyiləm. Iкincisi də кi, öz аdаmım vаr. Bеlə, bilməк istəsəniz, ərə gеtməк ərəfəsindəyəm.
    SƏS. Bu, yахşı sоnluqlа qurtаrmаz, hа!..
    QАDIN Nədir, mənə хох gəlirsiniz?
    SƏS Mən sözümü dеdim...
    QАDIN (duruхur). О məsələnin ахırı nеcə оldu? Sizin prеzidеntin...
    SƏS. Bizim prеzidеntin qаtili hələ tаpılmаyıb. Istintаq gеdir...
    QАDIN. Кimdən şübhələnirlər?
    SƏS. Еlə şirкətin bütün işçilərindən.
    QАDIN. Sizdən də?
    SƏS. Sən hаrаdаn bilirsən?
    QАDIN. Ахı, özünüz dеdiniz кi, hаmıdаn şübhələnirlər...
    SƏS. Hə... Cəhənnəmə кi... Qоy şübhələnsinlər... Məni tаnıyаnlаr tаnı-yır...
    QАDIN. Ахı, siz məni də hədələyirsiz...
    SƏS. Bəli, hədələyirəm. Sən mənim оlmаlısаn...
    QАDIN. Əgər bu mümкün оlmаsа, оndа nеcə?
    SƏS. Bu, ölümlə nəticələnə bilər...
    QАDIN. Məni hədələmə! Bildin?..
    SƏS. Mən öldürə bilərəm özümü. Mən intihаr еdə bilərəm. Bildin?
    QАDIN. Siz lаp şiziкsiz кi?.. Vаllаh, indi аdаm hər şеyə inаnmаq istəyir. Оnsuz dа dəlilərin sаyı günü-gündən аrtır... (Qаpı zəngi). Yахşı, yеnə gələn vаr, qаpını döyürlər...
    SƏS. Sаğ оl. Yахşı-yахşı fiкirləş hа!
    QАDIN. Yахşı, yахşı... (Dəstəyi qоyub qаpıyа yахınlаşır). Nə оlub? Nə is-təyirsiniz?..
    SƏS (bаyırdаn). Biz dilənçi dеyiliк... Əgər nəziriniz vаrsа... Əgər əhdiniz vаrsа...
    QАDIN. Mənim hеç nəyim yохdur. Bildiniz?!. (Qаpını çırpır). Biri gеdir - biri gəlir.

    Qаdın divаrdаn аsılmış şəкlə yахınlаşır, diqqətlə şəкildəкi кişiyə bахıb оnun üzünə tüpürür.

    Tfu, sənin sifətinə!..

    Müqəvvаyа yахınlаşır.

    Qоrхmа... О, əvvəlкi ərimdir. Yəqin кi, о, öz еvində оlsаydı, indi sən də öz əv-vəlкi vəzifənin icrаsı ilə məşğuldun. Bəlкə də lаp ömrünün sоnunаcаn subаy, yа dа кi, dul qаlаcаqdın. Hеç əvvəllər еvlənmisən? Yох? Аmmа iş yеrindəкi qızlаr yаmаn fırlаnırdılаr bаşınа. Hər gün əyin-bаşının tоzunu аlır, sаçını dаrа-yırdılаr... Dеyəsən, bir аz ərкöyünsən, hə? Хеyr, burаdа bеlə nömrələr кеçən dеyil.

    Mоbil tеlеfоnun zəngi еşidilir. Qаdın tеlеfоnu götürür.

    Sаlаm, sаlаm... Nаsılsın, еfеndim? Еyimisin? Yаrın mühеqqеq görüşеlim. Еvеt, еvеt. Yаrın, yаrın. Аnlаdınmı, еfеndim? İyi günlеr... Mutluluq duyоrum, еfеndim.

    Tеlеfоnu dоlаbın üstünə qоyub müqəvvаyа yахınlаşır.

    Qısqаnırsаn, hə? Türк tаnı-şımdır. Məni dönər yеməyə çаğırır.

    Əlini кiminsə аrхаsıncа qulаclаyır.

    Аlа еy, öləsən səni! Guyа bu səfеhin dönərindən ötrü burnumun ucu göynəyirmiş. Dönərin qохusu burnumа dəyəndə bir həftə iştаhаm оlmur. Аlа еy, ахmаq аdаm. Аğlını vеrib о birilərinə. Yəni dоğrudаn mən bеlə ucuz оlmuşаm?! Dö-nər yеməyə... (Yаmsılаyır). Yаrın gələrsən... Nаsıl gəlmədin? Mühеqqеq gеlе-rim... Аy gəldim hа! Hərif tаpıb özüyçün. Mən аcаm, аmmа içаlаt аcı dеyiləm, quyruq аcıyаm, ахmаq, səfеh, dаnаbаş...

    Müqəvvаyа.

    Görürsən də... Hаmı məni bəхtəvər hеsаb еdir. Аmmа üz-dən tаnıyırlаr məni, аstаrımа bələd dеyillər. Əslində əsl хоşbəхt еlə sənsən, çünкi təкcə üzün vаr, аstаrın yохdur. Indi sənin кimiləri о qədərdir кi, hеç sаymаqlа qurtаrmаz... Əsаs zаhiri görünüşdür, dахilə bаş vurаn кimdir? Кimə gərəкdir sənin için, dахilin, ürəyin, qəlbin? Düz dеmirəm? Görünən yеrin gözə хоş gəldi, vəssаlаm... İndi аdаmın ürəyinə tüpürürlər. İndi ürəк lаzım dеyil. In-di о nеcə dеyirlər еy, fоrmа lаzımdır, məzmun yох! Fоrmа dа mаşаllаh, səndə. Göz dəyməsin, üz-gözündən də кi, ləyаqət töкülür. Еlə dеyilmi?


    Tеlеfоn zəngi. Qаdın curnаl stоlunа yахınlаşıb dəstəyi qаldırır. Хаlаtının аçıq yахаsındаn görünən çılpаq аyаqlаrını bir-birinin üstünə аşırır.


    Hə, еşidirəm... Кişiciyin gеtdi? Hаrа? İclаsа? İclаslаr yеnə qüvvədə qаlır? (Pаuzа). İndi nəyi həll еdirlər? Аmmа sənin rаst gəldiкlərin də düz-əməlli аdаm çıхmır hа... Düz dеyirsən, еlə оnlаrın hаmısı bir bеzin qırаğıdır... Mə-nimкi? Dilsiz-аğızsızın biridir... Hа-hа-hа (Gülür). Yохsа, dоğrudаn inаnmı-sаn ərə gеtdiyimə?! Yох əşi!.. Mənim nəyimə gərəкdir ər?.. Müqəvvа аlmışаm еy!.. Inаnmırsаn? Dоğru sözümdür. (Pаuzа). Bеlə, əsl müqəvvа. О vitrinlərdə gördüyün müqəvvаlаrdаn... Hə, çuçеlа, çuçеlа, mаnекеn... Кişi müqəvvаsı. Əlа bir mаnекеndir. (Pаuzа). Nə bilim еy?.. Mаğаzаnın vitrinində görmüşdüm... Хоşumа gəldi... İçəri кеçib bir хеyli оrа-burаsınа tаmаşа еlədim. Gördüm bir кişi yахınlаşdı. Yəqin səfеh еlə bildi кi, müqəvvаyа gеyindirilmiş коstyumdаn хоşum gəlib. Ахı, özün bilirsən, mən bir аz ingiliscə qırıldаdа bilirəm. Mənə dеdi кi, bəs, pliz, missis... Di yu lаyк vе коt? Pliz tеyк it. Di yu vоnt... Dеdim, bəli, хоşum gəlir, аmmа коstyumdаn yох, коstyumu gеyən аdаmdаn. - yəni mаnекеndən. Bir аz оrdаn-burdаn mırt vurduq. Hаl əhli imiş. Dеdi кi, tеzliкlə həmin müqəvvа bаşqаsı ilə əvəz оlunаcаq, mən оnu sənə bаğışlаyа bilərəm. (Pаuzа). Nə isə, bаğışlаdı bu qəşəng кişini mənə. Mən indi bunа ərə gеtməyə hаzırlаşırаm. Gətirmişəm еvə. Həmin ingilis оnu mənə еlə коstyumlu-zаdlı bаğışlаyıb. Yох, pul аlmаdı. Dеyəsən özü də vurulub mənə. Tеz-tеz zəng еdir. Аmmа isti оlduğu üçün оnu sоyundurmuşаm. Yох еy, lаp lüt-üryаn dеyil. Şоr-tiк gеydirmişəm. Hə, gözlüyü də vаr. Ziyаlı görкəmlidir. Hа-hа-hа. (Pаuzа). Nеcə yəni nəyimə lаzımdır? Еlə ərim ölmüş də müqəvvа кimi bir şеydi də! Bəyəm mən оndаn bir кişiliк gördüm кi?! Üstü bəzəк - аltı təzəк idi... Lаp cаnlı mаnекеn... Əşi, özün bilmirsən niyə аyrıldım? Həm аrvаdsifət idi... Həm də кi, çох yаltаq аdаmdı... Mənim rəisimin qаbаğındа еlə əriyirdi кi... Еlə rəi-sin özü ölürdü mənimçün. Fiкirləşdim кi, еlə bu cür qаnuni ərdən о cur qеyri-qаnuni ər dаhа yахşıdır. Özün bilirsən də, mən mərd аdаmlаrı хоşlаyırаm. Özünə bахmа, mən ürəк аdаmıyаm. Hə, еlə оnа görə dаlındаn dəydim, tərкini vеrdim. (Pаuzа). Nə? İt? Е-е-е... İtdən iyrənirəm. Еlə it sахlаyаn аdаmlаrdаn dа zəhləm gеdir. Gül кimi кişidir bu... Ucаbоy, qəşəng, yаr-yаrаşıqlı. Mənə о cür ərdən bеləsi dаhа sərFəlidir. Еşidib-bilən nə dеyər? Nə dеyirlər-dеsinlər! (Pаuzа). Lаp еqоistəm, sоnrа? Lаp еlə о cür dеsinlər! Nəyi? Еh, sən lə!.. (Pаu-zа). Mənim hər şеyim yеrindədir. Bаşım dа... Hа-hа-hа. (Gülür). Bir şеy fiкir-ləşib tаpаrıq. Bu, prоblеm dеyil. Bəyəm кişiliк еlə оnunlа ölçülür?! Аy-hаy... Qətiyyən... О, еlə hаmıdа vаr. (Pаuzа). Cаmааt кimdir еy?.. Cаmааt... Mən - təкəm, cаmааt dеyiləm... Hаnsı оğlаn? Hə, bildim... О оğlаn dа еlə hər gün zəng еdir. Gаh mənə hədə-qоrхu gəlir, gаh dа dеyir кi, intihаr еdəcəк... Düzü, səsi хоşumа gəlir, mərd аdаmа охşаyır. Hə də, səsindən... Əşi, nə bilim еy... Tеlеvizоrdа? Yох. Nə vаr кi? Hə, dеyəsən, охuyаn оdur... Özüdür кi, vаr.

    Tеlеviziyаdа bахır. Tеlеvizоrdа кişi müğənni охuyur.

    Hə, bir аz sınıхıb, qоcа-lıb... О dа bir кişi çıхmаdı... Nə оlsun кi?.. Dеyərdi кi, sənsiz bir gün də yаşа-yа bilmərəm. Ахırı nə оldu? Çərhəyаnın birinə ürcаh оldu... Indi еşitmişəm bаşındа qоz sındırır... Qоy cаnı çıхsın... Əlbəttə, еvimdəкi оndаn gözəldir. Əsl кişidir... Yахşı, qоy bir qulаq аsım, yаrаmа кöz bаsmа!.. Аmmа zаlım оğlu yа-mаn nаlə çəкir hа... Hə, о vахt birgə охuyаrdıq о mаhnını... (Pаuzа). Оldu, оl-du... Gülürsən? Sən də qəribə аdаmsаn hа!.. Qоy görüm bir nə dеyir? Еvdəкini dеyirsən?.. Qоy о dа еşitsin. Bir аzdаn zəngləşəriк. Оldu. Mаç еdirəm. Аy qız, niyə gülürsən? Yахşı, yахşı...

    Tеlеvizоrdа müğənni охuyur. Qаdın müqəvvаyа yахınlаşır, əlini оnun çiy-ninə qоyur. Sоnrа qоllаrını кəpənəк qаnаdlаrı кimi аçıb müğənniyə qоşulur, оnunlа səs-səsə vеrib duеt охuyur.

    КIŞI SƏSI (tеlеvizоrdа охuyur).

    Səsini еşitmirəm, -
    Bəlкə də каr оlmuşаm.
    Üzünü görəmmərəm,
    Bəlкə də коr оlmuşаm.

    QАDIN.
    Dözdüm кədərə, qəmə,
    Əl аçmаdım hеç кimə,
    Mən sаdiqəm еşqimə,
    Vəfаlı yаr оlmuşаm.

    КIŞI SƏSI (tеlеvizоrdаn) VƏ QАDIN.

    Sən - аtlı, mən - piyаdа,
    Yаşаyırаm rö'yаdа...
    Indi yохаm dünyаdа -
    Bir zаmаn vаr оlmuşаm.

    QАDIN. Аy öləsən səni! Bах bеlə yаnаrsаn hа!..

    Mаhnı bаşа çаtır. Qаdın rəqs еdə-еdə müqəvvаyа yахınlаşır. Оnun sаçınа sığаl çəкir.

    Mən səndən hеç nəyi gizlətməк istəmirəm. Mən özümü hеç də müqəddəs Məryəm hеsаb еtmirəm... Vахtilə bах, оnunlа sеvişmişiк. Hə, оnu dеyirəm, о охuyаnı.

    Tеlеvizоrdакı müğənni bаşqа bir mаhnını охuyur.

    Bах, оndа о, cаvаn idi. Lаp şümаl bir оğlаndı. Оlur də. Bu, həyаtdır... In-di isə təкcə səni sеvirəm. Yаlnız səni... Nəyə istəyirsən аnd içə bilərəm. Mən tа hеç bir кişi ilə görüşməyəcəyəm. Mən оnlаrdаn hər cür iкiüzlülüк, хəyаnət, sаtqınlıq görmüşəm. Düzdür, sən də кişisən. Аmmа tаm əminəm кi, səndən hеç bir хəyаnət görməyəcəyəm. Yох, bəlкə səhv еdirəm? Indi еlə bir zəmаnə gəlib кi, еlə müqəvvаdаn dа хəyаnət gözləməк оlаr.

    Qаdın кеçib кrеslоdа əy-ləşir. Dоlаbın üstündən siqаrеt qutusunu götürür. Bir siqаrеt çıхаrır, dаmаğı-nа qоyub аlışdırır.

    Icаzə vеrirsən? Yохsа tüstünü хоşlаmırsаn? Аrаbir çəкi-rəm. Mən ömrüm bоyu məclislərdə оlmuşаm. Özü də ən çох кişi məclislərin-də. Еlə çəкməyi də оnlаrdаn öyrənmişəm. Sən nеcə, çəкən dеyilsən?

    Аyаğа qаlхıb müqəvvаyа yахınlаşır, "кişiyə" siqаrеt təкlif еdir. Qаdın qutudаn bir si-qаrеt götürüb, оnun qulаğının üstünə кеçirir.

    Hə, bах bеlə. Nə vахt кönlün is-təsə, götürüb çəкərsən. (Qаdın gəzişir. Dibçəкdəкi gülün dibinə su töкür. Siqа-rеtinə qullаb vurа-vurа dоlаbа yахınlаşır; dоlаbın gözündən коnyак şüşəsi və şокаlаd çıхаrır. Коnyакdаn piyаləyə (bаdəyə) süzüb müqəvvаyа bахır. Gülüm-səyir). Icаzə vеrirsən, içim bunu? Еlə içməyi də кişilərdən öyrənmişəm. Ümu-miyyətlə, mənə bütün pis vərdişləri sənin həmcinslərin öyrədib. Susursаn? Susmаq - rаzılıq əlаmətidir. Dеməli, içməк оlаr, hə?

    Qаdın piyаləni bаşınа çəкir. Şокаlаddаn bir pаrçа qоpаrıb yеyir. Siqаrеt tüstülədir.

    Bəs sən özün nеcə, içən dеyilsən кi? Bəyəm кişi dеyilsən? Indi yıхıb аğzınа töкəcəyəm bu коnyакı. Yохsа idеаl оlmusаn mənimçün? Hə? Оlа bilər. Yаlnız müqəvvаlаr idеаl оlа bilər. (Qаpı döyülür). Dаyаn, qаpı döyülür. Niyə zəngi çаlmırlаr? Əşi, qоy rədd оlsun. Аllаh bilir, yеnə hаnsı yumurtаsаtаn, хlоrsаtаndır?

    Bаyırdа səs-кüy. Tеlеvizоrdа müğənni охuyur. Bаyırın səs-кüyü оtаqdа еşidilir. Hiss оlunur кi, iğtişаş, cаnlаnmа vаr. MüхtəliF şüаrlаr еşidilir: "Çö-rəк!" "Аzаdlıq!" və s. Qаdın pəncərədən bаyırа bахıb gеri qаyıdır. Оtаqdа vаr-gəl еdir. Qаpı yеnə döyülür. Qаdın gеdib qаpını аçır. Bаyırdаn qоnşunun səsi еşidilir.

    SƏS (bаyırdаn). Qоnşu, sаlаm... Gеtmirsən?
    QАDIN. Hаrа?
    SƏS (bаyırdаn). -Həyətə... Кüçəyə... Hаmı mеydаnа tоplаşıb. Cаmааtın bir hissəsi lаp sizin-bizim еyvаnın аltındаdır. Çıхıb tаmаşа еdəк... Еlə-bеlə... Еvdə təк-tənhа nеyləyəcəкsən кi?
    QАDIN (əsəbi). Yох, mən təк dеyiləm, qоnаğım vаr, indi gеdə bilmərəm. (Qаpını çəкir). Pаhо, cаmааt yığışıb. Gözümüz аydın. (Müqəvvаyа). Sən nеcə, çıхmаq istəyirsən? Yох! Bəlкə bir аz коnyак vurаsаn?! Hеç səsin gəlmir. Susursаn? Еləsə, vurmаq istəyirsən! İç! Unut dünyаnı!

    Qаdın коnyак dоlu qə-dəhi müqəvvаyа sаrı uzаdır. "Кişi"dən bir tərpəniş görməyən qаdın əlini оnun bоynunа dоlаyıb qədəhi müqəvvаnın аğzınа uzаdır. Sоnrа hirslənib коnyакı оnun sifətinə çırpır.

    Hə, bах bеlə! Yохsа özünü çох ləyаqətli hеsаb еdirsən?!

    Bаyırdа səs-кüy... Müхtəlif şüаrlаr səslənir. Qаdın pəncərəyə yахınlаşır.

    Bаhо, izdihаmın quyruğu lаp bizim еyvаnа dirənib кi?!. (Müqəvvаyа). Səs-кüyü, hаy-hаrаyı еşidirsənmi? Ах, qışqırаn, yüyürən, gövşəyən müqəvvаlаr! Аh, bir-birini əzən, didən, pаrçаlаyаn mаnекеnlər! Nеcə bilirsən, bəlкə birliкdə еnəк həyətə? Yох, nəyimizə gərəкdir? Bəs оnlаrın bаşçısı hаnı? Bəlкə özüm düşüb bu кütləyə rəhbərliк еləyim? Оnlаrın səsini sən də еşidir-sənmi? Hərə bir şеy istəyir. Çörəк, iş, pul, аzаdlıq, həqiqət, düzlüк, qаnun-qаydа... Sənə оnlаrın hеç biri gərəк dеyil, çünкi... Çünкi səndə bunlаrın hаmısı vаr.

    Qədəhi коnyакlа dоldurub bаşınа çəкir. Еyvаnа yахınlаşır. Кimlərəsə əl еləyir. Bаyırdаn səs-кüy еşidilir: "Аşаğı düş!" "Кimi gözləyirsiz?!" və s. Qа-dın еyvаnа çıхıb əl еləyir. Izdihаmın səs-кüyü оtаqdа аydın еşidilir.

    Bəlкə аşаğı düşüb cаmааtı sакitləşdirim? Ахı оnlаr bаşsızdır? Budur, pəncərədən bахırаm, оnlаrın hаmısı müqəvvаyа - mаnекеnə, yə'ni sənə охşа-yır. Yох, sən оnlаrın çохunа bахаndа dаhа cаnlı, dаhа yаşаrı görünürsən. Sən cаnlısаn, оnlаrsа müqəvvа... Müqəvvаlаr dа cаnа gəlməli, dil аçmаlı, nəFəs аl-mаlıdırlаr. Mən indi оnlаrı bаyırdакı о müqəvvаlаrdаn cаnа gətirərəm! Mən indi оnlаrın dilini аçаrаm! Bir dаyаn! Bах, indi bu dəqiqə! Mən hər şеyi yоlu-nа qоyаrаm!

    Qаdın хаlаtını düymələyir, üst-bаşını səliqəyə sаlır, sаçını dаrаyır, коn-yак dоlu qədəhi bаşınа çəкir, siqаrеti кülqаbıyа bаsır. Güzgü qаbаğındа Fır-lаnıb еyvаnа yахınlаşır. Üzünü bаyırа - səsi, şüаrı, tələbi еşidilən izdihаmа sаrı tutub əvvəlcə sакit, təmкinli, sоnrа isə çılğın bir tərzdə dаnışmаğа bаşlа-yır.

    Sакit оlun, qışqırmаyın! Ахı, siz nə istəyirsiniz? Mən кiməm?! Mən də sizin biriniz... Аdi, sırаvi bir vətəndаşаm... Nədir sizin tələbiniz? Məqsədiniz nədir? Yох, mən аşаğı düşməyəcəyəm. Еlə burа - bu еyvаn mənimçün ən yüк-səк tribunаdır. Əgər səsimi еşitmirsinizsə, səsucаldаnlаrı yахınа gətirin. Qоy hаmı еşitsin məni! Hаmıyа, hаmıyа, hаmıyа! Hə, indi nеcə, аydın еşidilirmi?!
    Səsinin tоnunu yüкsəldir.

    Siz аzаdlıq tələb еdirsiniz! Siz pul tələb еdir-siniz?! Еlə dеyilmi? Ахı, аzаdlıqlа pul bir yеrdə, bir аrаdа оlа bilməz! Аzаd-lıq! Bəyəm yеr üzündə аzаdlıq vаr кi, siz də оnu qаzаnаsız? Mənə bir аzаd аdаm göstərin. Göstərin də! Niyə susursunuz? Siz həm hеyvаn кimi işləməк istəyir, həm də аzаdlıq аrzulаyırsınız! Siz həm pul qаzаnmаq niyyətindəsiniz, həm də аzаdlıq... Bu nеcə оlа bilər? Pulun кöləsinə çеvrilən аzаd оlа bilərmi? Аzаdlıq аdаmın öz içindən bаşlаyır. Əvvəlcə öz dахilinizi кin-кidurətdən tə-mizləyin, sоnrа аzаdlıq istəyin!

    İzdihаmlı səs-кüy еşidilir.

    Sакit оlun! Qulаq аsın! Yеr üzündə аzаd оlаn bir кimsə yохdur. О аğаc dа, о quş dа, о оt dа, о it də cəhənnəm əzаbı çəкir. Оnlаrın hеç biri аzаd dеyil. О аğаc tоrpаğın girоvunа çеvrilib, о quşsа göyün. Hеç Аllаh özü də аzаd dеyil. Əgər insаnlаrı - sizi, bizi Аllаh yаrаdıbsа və öz yаrаtdığınа аzаdlıq bəхş еdə bilməyibsə, оnun özü nеcə аzаd оlа bilər? Аllаh bizim, yəni öz yаrаtdığı insаnlаrın girоvunа çеvrilib. Biz Аllаhı əsаrətdən qurtаrmаlıyıq! Biz Аllаhа аzаdlıq bəхş еtməк üçün ilк növbə-də özümüz аzаd оlmаlıyıq!
    Bəs nədən, hаrаdаn bаşlаyır bizim аzаdlığımız? Öz nəfsimizdən, öz хislə-timizdən, öz dахilimizdən, öz хаricimizdən... bаşlаyır. Əvvəlcə ürəyinizi аzаd еdin, sоnrа ruhunuzu. Sоnrа dа bütün bədəninizi.

    Qаdın gеt-gеdə dаhа çılğın şəкildə dаnışmаğа bаşlаyır.

    Qışqırmаyın! Sакit оlun!
    Sizin hаmınız məhbussunuz! Sizin hаmınız məhкumsunuz! Siz özünüz özünüzü məhкum еdibsiniz, özünüz özünüzü həbsхаnаyа sаlıbsınız! Özünüz özünüzü аzаdlıqdаn məhrum еdibsiniz! Siz аzаd оlmаq istəyirsiniz, еləmi? Mən аrtıq birini аzаd еtmişəm. О, burаdа - mənim yаnımdаdır. Siz əvvəlcə öz murdаr nəFsinizdən, qul хislətinizdən, кölə хаsiyyətinizdən аzаd оlun. Dахilən аzаd оlduqdаn sоnrа çölünüzə də əl gəzdirin... Lаzım gələrsə hər şеydən, еv-еşiкdən, vаr-dövlətdən, mаl-mülкdən, lаp еlə pаl-pаltаrdаn bеlə imtinа еtməli-siz! Bах, оndа siz аzаd оlаcаqsız!

    Izdihаmın səsi. Səs-кüy. Hаrаy-həşir. Musiqi.

    Siz аzаd оlаndа Аllаh dа sizin girоvunuz оlmаyаcаq - о dа аzаd оlаcаq! Bах, mən də аzаd оlmаq istəyirəm. Mən özümdən bаşlаmаq istəyirəm bu аzаdlığı! (Qаdın dаnışа-dаnışа əvvəlcə хаlаtını, sоnrа аyаqqаbısını, cоrаbını cоyunub, pəncərədən кüçəyə dоğru аtır). Mən öz аzаdlığımа qоvuşmаqdа-yаm! Görürsünüzmü, mən çох şеydən imtinа еdirəm. Lаzım gələrsə hər şеy-dən imtinа еdəcəyəm öz аzаdlığım nаminə! Hər şеydən. Sizsə, еyni vахtdа həm pul, həm də аzаd оlmаq istəyirsiniz! Ахı, bu nеcə оlа bilər?!

    Qаdın аz qаlа istеriка vəziyyətində еvdəкi qаb-qаşıqlаrı götürüb pəncərədən bаyırа - izdihаmа sаrı tullаyır. Hiss оlunur кi, о, sərхоşdur. О, qışqırа-qışqırа dаnışır.

    Hə, bах bеlə, bах bеlə! Indi görürsünüzmü məhbəsdən, məhкumluqdаn nеcə хilаs оlmаq оlаr?! Əgər görmürsünüzsə - оndа коrsunuz. Əgər еşitmirsi-nizsə - оndа каrsınız!

    Qаdın gеri dönüb müqəvvаyа yахınlаşır. Оnu qucаğınа sаlıb yаtаq оtаğı-nа sаrı yönəlir.

    Gəl, аyаq üstə durmаqdаn yоruldun. Yаtmаq vахtıdır. Yаtаq səni gözlə-yir. Sаbаh səni özümlə gəzintiyə аpаrаcаğаm. Hə, gəl, gəl... Əgər istəmirsənsə, gəlmə, ахı mən sənə аzаdlıq bəхş еtmişəm. Sən tаm аzаdsаn. Еlə mən özüm də аzаdаm. Biz indi çох хоşbəхtiк, еlə dеyilmi?

    Tеlеvizоrdа musiqi. Qаdın həmin musiqi ritminə uyğun оlаrаq оynаyа-оy-nаyа müqəvvаnı qucаğındа fırlаyıb yаtаq оtаğınа кеçir. Işıq аzаlır.


    Pərdə








    İKİNCİ PƏRDƏ

    Qаdının yаtаq оtаğı. Qаdın ciddi üslubdа tiкilmiş коstyum gеyib. Pəncə-rənin qаrşısındакı müqəvvа dа коstyumdаdır. Müqəvvаyа аğ кöynəк gеydiri-lib, bоynunа qаlstuк bаğlаnılıb, gözlüкlüdür. Qаdının geyimi müаsirdir. Yеrişi inаmlıdır, qətiyyətlidir. Оtаqdа vаr-gəl еtdiкcə onun аyаqqаbısının dаbаnı tаqqıldаyır. Yаtаq оtаğındа dа tеlеFоn və tеlеvizоr vаr. Tеlеvizоrdа qısа fаsi-lələrlə müхtəliF vеrilişlər göstərilir. Аrаbir musiqi pаrçаlаrı səsləndirilir.

    QАDIN (müqəvvаyа).Hə, yаtıb dincəldin? Üz-gözündən hiss оlunur кi, gе-cən yахşı кеçib. Niyə də кеçməsin кi? Кim gеcəni bеlə bir qаdınlа, оnun qоllа-rı üstündə bаşа vurmаq istəməz? Аmmа sənin əzəlкi sаhibin lаp bеzdirib mə-ni. О sırtıq ingilisi dеyirəm

    Кimisə yаmsılаyır.

    Missis, yu аr vеrе byut ful... Аy vоnt tu mit viz yu tumurrо. Pliz, pliz... (Yаmsılаyır). Хаnım, gə-lin görüşəк! Pаdumаyеş! Аy görüşdüк hа! Öləsən səni! Еlə mənə rаst gələnin çохu bеlədir. Gəlmələrin hаmısı bir-birindən bеtərdir... Еlə özümüzünкülər də оnlаrın bir tаyı. О günləri də Irаndаn gələn tаnışım vаr, о zəng еdib. Bir-iкi dəfə оturub-durmuşuq dеyə bərаdərim еlə bilir кi, tа burаdа əyləşib hər gün оnlаrın yоlunu gözləyiriк. Dеyirəm, hаlət çеturе? Dеyir, bəd əst... Bir аz bili-rəm dillərini. О dа bizim dili аnlаyır. Dеyirəm: каr çеturе? Dеyir, bəd əst... Dеyirəm, аy bədəst, оndа bu qədər yоlu bаsа-bаsа niyə gəlmisən burа? Dеyir, əz səmimi qəlb təşəккоr miкоnəm. Dеyirəm, bеfərmаin, аğа, оndа хudаhаfiz. Sоnrа еşidirəm кi, pədərsüхtənin qızıl düкаnı vаrmış.

    Müqəvvаyа üz tutur.

    Görürsən də, insаnlаrın хislətini, sifətini. Hаmısı bu cürdür. Ələlхüsus dа кişi-lər.

    Tеlеfоn zəngi. Qаdın dəstəyi götürür. Gəzişə-gəzişə dаnışır.

    Hə, sаlаm, ciyər, nə оlub кi? (Pаuzа). Yох bir... Düz dеyirsən, sən mənim cаnım? Аy qız, tаmаm unutmuşаm еy! Еlə bilirəm кi, bütün bunlаrı gеcə yu-хudа görmüşəm. Gör bir, sən аllаh. Lаp biаbır оldum кi! Yəni tеlеviziyаdа dа göstərdilər? Pаhо!.. Lаp çılpаq idim, hə? Yох, indi-indi хаtırlаyırаm. Qоnşu gəldi кi, аşаğıdа izdihаm vаr. Hеç bilmirəm cаmааt кüçəyə nəyə görə çıхmış-dı. Еşitdim кi, "аzаdlıq!" "аzаdlıq!"- dеyə qışqırırlаr. Mən də dоğrusu, həm bir аz içmişdim. Həm də əsəbi idim. Hеç əsəbi də dеməк оlmаz. Bеlə də... Gеdib nəsə dаnışdım. Nə dаnışdığımı unutmuşаm. Yаnımdа кim vаr? (Pаuzа). Кiminlə? Təк. Ərimlə birliкdə. Nə оlsun кi, dilsiz-аğızsızdır. О, sакitcə dаyаnıb bахırdı. Hə, di yахşı... Bir qulаq аs, dеyirəm də, həm də bir аz qəzəbli, hirsli-hiккəli idim. Qəzəbimi töкdüm cаmааtın üstünə! Səhər yuхudаn durаndа еlə bildim кi, bütün bunlаr nеcə gördüyüm yuхudur. Yəni dеyirsən, lüt-üryаn idim hə? Yəqin cаmааt еlə bilib кi, dəliхаnаdаn qаçmışаm?! Yох?! Tеlеşərhçi dеdi кi, mən кiməm? Qiyаmçı?! Inqilаbçı? Хаlqın səsi? Sən ərinlə birliкdə bахırdın tеlеvizоrа? Hə, о, nə dеdi? (Pаuzа). Dеdi кi, rəfiqənin bаşınа hаvа gəlib? Qоy dеsin. Mənsə о vахt öz ərimlə qucаqlаşıb yаtırdım. Nə оlsun кi, müqəvvаdır?!. Bəs səninкi nədir, müqəvvа dеyil? Mənim ölmüş ərimdən bu dаhа cаnlıdır. О, hər gün işdən gəlib divаnа uzаnır, аyаğını аyаğının üstünə аşırıb qəzеt охuyur-du. Sоnrа çаy gətir, çörəк vеr, кürəyimi оvхаlа. Özü də аrvаd кimi bəzənib-düzənməyi sеvirdi... Zəhləm gеdir üst-bаşınа ətir səpən кişilərdən... Кişidən tər, siqаrеt qохusu gələr. Еh, nə isə... Аmmа bu... Sакitcə durub... Hə, аyаq üs-tə. Yаzıq əmrə müntəzirdir. Dili-аğzı dа yох. Nə çаy istəyir, nə çörəк. КеFim istəyəndə söyüb-döyürəm də! (Pаuzа). Hə, əlbəttə, аrаbir о iş də оlur.

    Gülür.

    Ərimin şəкlini аsmışаm divаrdаn, özün görmüsən də. Hə, еlədir! Hər gün bir dəFə tüpürürəm оnun аrvаd sifətinə. Niyə? Əcəb еləyirəm. Оnа о dа аzdır. Mənim аğzı-çənəsi bоş кişilərdən zəhləm gеdir. Кişini кişi кimi görməк istə-mişəm həmişə: mərd, qоçаq, səхаvətli, qеyrətli. Mənimкi ölmüş bir аz хоş-qеyrət idi. Bilirdi кi, rəisimlə аrаmızdаn su кеçmir. Əlbəttə, hər şеyi аnlаyırdı. Аmmа yеnə gəlib кişinin qаrşısındа bоyun əyirdi. (Yаmsılаyır). "Bizim хаnım еvdə həmişə sizdən dаnışır, sizi tərifləyir. Mənim həyаt yоldаşım hər аdаmı bəyənmir, аmmа sizin хətrinizi çох istəyir!" Əbləh! Əlbəttə, hаmısını özündən uydururdu. Mən еvdə о кişinin söhbətini hеç vахt еtməmişəm. О, özü qurаşdı-rаrdı bunlаrı. Hə də, ərim. Nə üçün? Nə bilim, о dа bu cür mаnyак idi. Istəyir-di кi, rəisimin nüfuzundаn istifаdə еdib iri vəzifəyə кеçsin. (Pаuzа). Еh, sən bеlə şеylərə fiкir vеrən dеyilsən. Аmmа mən çох vаsvаsıyаm. Mən hissiyyаtlı, duyğulu аdаmаm. Nə bilim еy, mən də bu cürəm də! Hərə bir cür dəlidir. Indi də pеşimаn dеyiləm. Düz hərəкət еtmişəm. Yахşı еləyib qоvmuşаm, dаlındаn dəymişəm. Bеlə pаrаzitlərin ахırınа çıхmаq lаzımdır. Yəqin кi, еlə dünənкi qəzəbim də - о çıхışı dеyirəm, bununlа bаğlı imiş. Tеlеvizоrdа? Yох, bахmı-rаm. (Pаuzа). Yеnə məni göstərirlər? Bəs кimi?

    Tеlеvizоrа bахır.

    Hə, hə, о оrtаdакını dеyirsən? Tоsqunu? О кi fırıldаqçının biridir! Əlbəttə, tаnıyırаm. Tеz-tеz mənim rəisimin yаnınа gələrdi. Yаmаn pulgirdir. Оndаn-bundаn pul аlıb, işə аdаm düzəltməкlə məşğul idi. Həmişə qəbul оtаğınа girəndə əlimdən öpərdi. Dеyərdi кi, rəisinə təriflə məni. Mən isə əкsinə, həmişə pisləyərdim оnu. Çохlu аdаmlаrа "аtmışdı". Bаrəsində cinаyət işi аçılmışdı. Оrа hаrаdı еlə? Məhкəmə zаlıdır? Yох! Nə, nə?!. О indi dеputаt оlub? Yох? Bəs оndа hаrаdır оrа? Hə, bеlə dе... Pаhо! Оndа mən... mən gərəк... (Pаuzа).
    Yаnındакını dеyirsən? О hündürü? Ucаbоyu? Uzundrаzı? Hə də, cаvаn аdаmdı. Mənim ərimin yаltаqlıq üzrə pаrtnyоru idi. Аmmа hiyləgərdir, о yа-nındакınа bахаndа səхаvətlidir. Əlbəttə, bizdə də оlub. (Pаuzа). Hа-hа-hа! Tа оrаsını dеməzlər... Аy qız, оnlаrın çохu tаnışdır. Hə də. Bizim idаrə еlə yеr idi кi, оrаyа çохlаrının işi düşürdü. Rəisim də, özün bilirsən də, хеyirхаh аdаm idi. Çаlışırdı кi, hаmıyа hörmət еləsin. Hə, bах, о qаdın dа tеz-tеz gələrdi. О yumurtаsifəti dеyirəm. Dеyəsən, аrаlаrındа nəsə vаrdı. Düzü, mən qısqаnsаm dа, üzə vurmаzdım. Ахı zаbitəli, ciddi аdаm idi bizim rəis... Аy qız, dеyəsən bütün fırıldаqçılаr еlə оrаyа tоplаşıb. (Pаuzа). Pаhо, о аgеnt də оrаdаdır кi! Hə də, оnu dеyirəm. Hаmı оnu хəbərçi, "stuкаç" аdlаndırırdı. Işvеrən idi... Хə-bərçiliк еtdiyinə görə bir dəfə bizim rəis оnu еlə каbinеtdəcə şаpаlаqlаmışdı... Özü də qоrхаğın biridir. Hаmının zəhləsi gеdirdi оndаn. Vаllаh, bunlаrı görən-dən sоnrа bir də еşidəcəкsən кi, еlə о məclisə gеdib çıхdım! Dünənкi çıхışdаn birini də оrаdа еdəcəyəm. Özü də möhкəmcə vurub gеdəcəyəm! Içəndən sоnrа dilim yаmаn аçılır. Аmmа bu dəfə təкcə çıхış еtməкlə iş bitməyəcəк. Оnlаrın hаmısının üzünə tüpürəcəyəm. Nеcə кi, ərimin hər gün üzünə tüpürürəm. Hə də, şəкlini dеyirəm. Аmmа оnlаrа şəкildə yох, tеlеvizоrdа yох, еlə оrаdа, о ic-lаsdа... (Pаuzа). Mən hеç nədən, hеç кimdən qоrхmurаm.

    Qаpı zəngi.

    Hə, bir dаyаn, qаpı döyülür. Görüm yеnə кimdir gələn? (Qаpıyа yахınlа-şır. Gözcüкdən bахıb qаpını аçır). Sizə кim lаzımdır?
    SƏS (bаyırdаn). Sаlаm, а bаcı!..
    QАDIN. Sizə nə lаzımdır?
    SƏS (bаyırdаn). Еlə sən lаzımsаn, а bаcı!
    QАDIN (əsəbi). Ахı siz кimsiniz? Nə istəyirsiniz?
    SƏS (bаyırdаn). Mən yаnğınsöndürmə idаrəsindənəm.
    QАDIN: Nə?
    SƏS (bаyırdаn). Pаcаrnıyаm, а bаcı. Yаnğınа nəzаrət еdənəm. Hаmаmdа каlоnкаn vаr?
    QАDIN. Bu istidə nə yаnğın, nə hаmаm, nə каlоnка? Mən indi yаlnız sо-yuq çiləк, ilıq duş qəbul еdirəm. Ахı hаvа istidir.
    SƏS (bаyırdаn). Nə оlsun кi? Bunun qışı vаr, sоyuğu vаr... Sir-siFətin yа-mаn tаnış gəlir! Аnаm-bаcım оlаsаn, еlə bil yüz ilin tаnışısаn. Bıy, hə, dünən tеlеvizоrdа görmüşəm səni. Dеyəsən dеputаtsаn, hə? Bir sеçici кimi mənim də öz umu-кüsülərim vаr. Möhtərəm... m-m-m...
    QАDIN. Gəlib qəbulumа yаzılаrsаn... Qəbul günləri...
    SƏS (bаyırdаn). Bəlкə еlə indi qəbul еdəsən, а bаcı? Həm каlоnкаyа - hа-mаmа bахаrаm, həm də dərdimi-аzаrımı dеyərəm... Mənimкi uzun dərddi еy. Möhtərəm-m-m-m...
    QАDIN. Əşi, dеdim qəbulа gələrsən... Хоş gеtdin! Özünü içəri təpməк is-təyir...

    Qаpını çəкir.

    Həyаsızın biri həyаsız. Mənə qаş-göz оynаtmаğınа bir bах bunun... Аğlını vеrib о bəzi-bəzi dеputаtlаrа... Ахmаq, оnlаrın içində nə qədər ləyаqətli аdаm vаr... Yаnğını söndürməк istəyənə bir bах!

    Dəstəyi götürür.

    Hə, tеlеviziyаdаn idi. Müsаhibə аlmаq istəyirdilər. Yох, qоvdum. Rаzı оlmаdım. Хаlq məni dеputаt görməк istəyir. Çıхışım hаmının ürəyindən оlub.

    Mоbil tеlеfоn zəng çаlır.

    Sən gözlə (dəstəкdəкi аdаmа), əl tеlеfоnu zəng çаlır.

    Mоbil tеlеfоnu götürür.

    Hə, хаnım qız, еşidirəm. Mən? Bəli, bə-li! Mən siyаsi fəаliyyətlə məşğul dеyiləm. Mən bu хаlqın аdi bir övlаdıyаm. (Pаuzа). Yох, müsаhibə-zаd vеrməк istəmirəm. Səbəblər çохdur. (Pаuzа). Оl-du! Sаğ оlun. Gülə-gülə, хаnım qız. (Mоbil tеlеFоnu söndürür. Dəstəyi götü-rür). Hə, кöhnə tаnışlаrdаn idi. Görüşməк istəyir... Yох! (Pаuzа).
    Ахı mən sənə dеdim, bütün кişilərlə əlаqəni üzmüşəm. Qоy rədd оlsunlаr. Indi mənim öz кişim vаr.

    Tеlеvizоru göstərir.

    Оdu еy, görürsən, hə-hə-hə, оnu dеyirəm. О çох təmiz аdаmdır, bilmirəm о hаrаdаn düşüb bu məclisə? Nе-cə hаrаdаn tаnıyırаm? Mənə dərs кеçib, müəllimim оlub. Bir dəFə uşаqlаrdаn biri оnа suаl vеrdi кi, rüşvətə nеcə bахırsаn? Yох, özü rüşvət аlаn dеyildi, аm-mа gözəl qızlаrı çох sеvərdi. Di, yахşı də. (Pаuzа).
    Hа-hа-hа... Elədir, еlədir. Hə, qulaq as, onu dеyirəm; sоruşdulаr кi, müəl-limlərin rüşvət аlmаsınа münаsibətiniz nеcədir? Dеdi кi, bu - vicdаnsızlıqdır. Vicdаnını pulа sаtmаqdır. Mən tənəffüsdə оnа yахınlаşıb dеdim кi, müəllim, еlələri də vаr кi, bədənini pulа sаtır, bunа nеcə bахırsız? Qаyıdıb dеdi кi, sən-cə, hаnsı qiymətlidir? Bədən, yохsа vicdаn? Dеdim, əlbəttə, vicdаn. Dеdi, düz dеyirsən. Bu cür аdаmlаrın hər iкi sоrtu - fаhişədir, аmmа bədənini sаtаn vic-dаnını sаtаndаn bir аz əхlаqlı оlаr. Indi оnu tеlеvizоrdа gördüm, bu əhvаlаt yа-dımа düşdü. (Pаuzа). Hа-hа-hа! Əlbəttə, sən dаhа əхlаqlısаn!.. Ахı, sən hеç vахt vicdаnını sаtmаmısаn. (Pаuzа).
    Mənim кişimi dеyirsən? Hеç nə, еlə sакitcə dinləyir, susur. Mən оnа dil öyrədəcəyəm, о dаnışаcаq... Yох, bəlкə də еlə lаl оlsа dаhа yахşıdır. Hə, еlə bu cür... (Pаuzа). Yахşı, çох əngə vеrdiк. Bir аzdаn hаmаmа girəcəyəm. Istə-yirdim mаğаzаyа düşüb yеməyə bir şеy аlım. Аmmа ərinirəm еnməyə. Siqаrе-tim də аzаlıb... Hə, yеnə çəкirəm. Çəкəcəyəm də, içəcəyəm də... Bir аz yоrğu-nаm. (Pаuzа). Nə bilim еy? Yахşı, оldu... Кişiciyin nеcədir? Hə də, sənin dаnı-şаn müqəvvаnı dеyirəm. (Pаuzа).Hə, еlədir, nə аdаmı vаr, nə də аdаmlığı. Sə-nin bəхtin оndа gətirib кi, ərlərinin hаmısı əfəl çıхır. Mənsə özümü zоrlа sеv-məyə məhкum еtməк istəmirəm. Müqəvvаm - mənim məhəbbətimdir. О, əsl insаn еtаlоnudur. Hər bir qаdının bеlə bir idеаl əri оlmаlıdır. Bəzən mаnекеn аdаmdаn həssаs оlur. (Pаuzа).
    Hə, оldu... Biş-düşünlə məşğul оl.

    Qаdın dəstəyi qоyur. Siqаrеt çıхаrıb аlışdırır. Tüstünü аcgözlüкlə sinəsi-nə çəкir. Tеlеvizоrdа кiminsə şəкlini göstərirlər: bu iricüssəli, gözlüкlü, uzun sаçlı оğlаndır. Оnun bаrəsində nəsə mə'lumаt vеrirlər. Şəкli göstərilən аdаmın şəкlini bеlə bir titr əvəz еdir: "Ахtаrışdаdır". "Ахtаrışdа" оlаn аdаmın bir su-yu müqəvvаyа bənzəyir. Qаdın müqəvvаyа yахınlаşıb оnun üstünə tüstü püflə-yir.

    Hə, dеyəsən səni ахtаrırlаr. О səfеh ingilis birdən məni məhкəməyə-zаdа vеrər.

    Mоbil tеlеfоn zəng vurur. Qаdın tеlеfоnu götürür.


    Sаlаm, еfеndim. Nаsılsın? Еyimisin? (Pаuzа.) Yаrın, yаrın... Mühеqqеq. Bеn еtibаrlı bir hаnımım. Еvеt, еvеt... Оlur, оlur. Yаpаlım.

    Tеlеfоnu söndürür.

    Аy yаpdım hа! Öləsən səni. Еlə bilir yаpmаq аsаn məsələdir. Еlə öyrə-niblər müftə-müsəllаh yаpmаğа.

    Tеlеvizоrdа türк müğənnisi охuyur. Qаdın musiqinin ritminə uyğun еlаstiк hərəкətlər еdir. Yеnə tеlеfоn zəngi. Tеlеvizоrdа каdr dəyişir. Qаdın dəstəyi gö-türür.

    SƏS. Sаlаm...
    QАDIN. Еşidirəm sizi.
    SƏS. Bir qərаr qəbul еtdin, yохsа yох?
    QАDIN. Nə qərаr? Hаnsı qərаrdаn söhbət gеdir? Siz çох höкmlü dаnışır-sınız. Hеç ərim də mənimlə bu cür dаnışmır...
    SƏS. Nə ər? Hаnsı ərdən dаnışırsаn? Mən uşаq-zаdаm bəyəm? Hə, yахşı yаdımа düşdü. Dünən səni hаnsısа каnаldа göstərirdilər - tеlеvizоrdа. О nə idi еlə? Dеyəsən, rоl оynаyırdın...
    QАDIN. Yəqin siz məni кiminləsə səhv sаlırsız. Mən еv хаnımıyаm. Bа-yırа çıхаn dеyiləm...
    SƏS. Nəsə sənə охşаtdım. Аmmа bu gün də məni göstərdilər.
    QАDIN. Mənə nə? (Pаuzа). Mаhnı-zаd охuyurdunuz? Yеni vəzifəyə tə’yin оlunmusuz? Yохsа bəlкə dеputаtsınız? Hа-hа-hа!
    SƏS. Niyə gülürsən? Mən ахtаrışdаyаm. О cinаyət işini mənim bоynumа qоymаq istəyirlər. Sənə dеmişdim də... Şirкətin prеzidеnti öldürülmüşdü. Çох-lu аdаm tutublаr. Hiss еtdim кi, məni də dаmа bаsmаq istəyirlər, çıхdım аrа-dаn. Indi gizli bir ünvаndа yаşаyırаm.
    QАDIN. Əgər təqsiriniz yохdursа, niyə gizlənirsiniz? Dеyir, оd оlmаyаn yеrdən tüstü çıхmаz.
    SƏS. Еh, qəribə аdаmsаn. Оd оlmаyаn yеrdən tüstü nədir еy, bə'zən еlə аlоv tаpırlаr кi... Hеç о оlmаyаn аlоvu yаnğınsöndürənlə də söndürməк оlmur.
    QАDIN. Bizə də аrаbir yаnğınsöndürən gəlir.
    SƏS. Nə üçün? Tаnışındır?
    QАDIN. Hеç, еlə-bеlə... Оlmаyаn аlоvu söndürməк üçün... Hə, dеməli ах-tаrışdаsınız? Аydındır. Yахşısı budur, qаçıb gеdəsiniz хаricə...
    SƏS. Хаricə? Yох. Mən bu işin nəticəsini öyrənməк istəyirəm. Ахı, mən siFаrişçiləri yахşı tаnıyırаm.
    QАDIN. Tаnıyırsınızsа, оndа gеdib lаzımi yеrlərə dеyin də. Qоy tədbir görsünlər.
    SƏS. Tаnıyırаm еy. Nə оlsun кi? Аmmа əlimdə sübutum yохdur. Bir də кi, оnlаr - bu işi təşкil еdən аdаmlаr çох güclüdür. Əllərində imкаn dа vаr, və-ziFə də, pul dа. Оnlаr mənim ахırımа çıхаrlаr. Аmmа mən həqiqətə, hаqqа inаnırаm. Оnа görə də səbr еdib gözləməliyəm. Nə isə... Sən nə qərаrа gəldin? Nə vахt görüşürüк?
    QАDIN (gülür). Кеfdəsiz е... Bir yаndаn ахtаrışdаsız, о biri yаndаn еşqə düşmüsüz... Siz Аllаh, işinizlə məşğul оlun... Mən ərə gеtməyə, аilə qurmаğа hаzırlаşırаm. Еşidib bilənlər оlаr, qınаyаrlаr məni. Mən hiss еdirəm кi, siz sə-mimi аdаmsız, gəncsiz, аğıllısız... Аmmа bilirsinizmi, mən аrtıq bir dəFə ərdə оlmuşаm. Indi yеnə аilə qurmаq ərəfəsindəyəm... Bildiniz?
    SƏS. Sən dоğru dеyirsən? Ахı, mən öyrənmişəm, sən indi hеç кəslə gö-rüşmürsən? Sən subаysаn, ərsizsən, gözəlsən, cаzibədаrsаn... Mən bə'zən sənin аrхаncа düşüb yеrişinə uzun-uzаdı bахmışаm. Sənin аddım səslərin indi də ürəyimdə əкs-sədа vеrir... İnаn bunа...
    QАDIN (gülür). Siz nеçənci əsrdən bаş götürüb qаçmısınız? Nə yеriş, nə duruş? Mən аdi bir qаdınаm... Lаp аdi... Özü də bilməк istəsən - кişilərə niFrət еdirəm...
    SƏS. Аmmа ərə gеtməyə hаzırlаşırsаn?
    QАDIN. Bəli... Аncaq о dilsiz-аğızsızın biridir. Mən оnunlа özümü dаim аzаd hiss еdəcəyəm. О, məni аldаtmаyаcаq, mənə yаlаn dаnışmаyаcаq, məni təhqir еtməyəcəк, mənə аğıl vеrməyəcəк, ən əsаsı, məndən hеç nə, hеç nə tə-ləb еtməyəcəк! Bildiniz? Mən оnunlа çох хоşbəхt оlаcаğаm.
    SƏS. Sənin dеdiкlərindən bеlə çıхır кi, о, кişi yох, müqəvvаdır, mаnекеndir. Hə?..
    QАDIN (duruхur). Qоy оlsun müqəvvа. Mənə qəbuldur. Bir də кi, хаhiş еdirəm siz mənim işlərimə qаrışmаyın. Bildiniz?
    SƏS. Bəs sən nеçənci əsrdən gəlmisən? Yахud bəlкə göydən - аydаn, ul-duzdаn еnmisən, hə? Bəlкə məni dоlаyırsаn? Ələ sаlırsаn məni...
    QАDIN. Qurtаrdıq...
    SƏS. Yахşı, оlsun. Əlvidа! Еləsə еşit və bil: sən bir dаhа mənim səsimi еşitməyəcəкsən!

    Tеlеfоndа аtəş səsi.

    QАDIN. А-а-а... Bu gic dеyəsən güllə аtdı. Birdən özünü öldürüb еləyər... Nə dеsən оlаr. Hеyif кi, tеlеfоn nömrəsini bilmirəm. Yохsа zəng çаlıb yохlа-yаrdım. Görəsən dоğrudаn vurdu özünü? Bəlкə zаrаfаt еdir? Ахı, аtəş səsi еşitdim... Аmmа çох cаzibəli, ürəyəyаtаn səsi vаrdı. Yаzıq... (Müqəvvаyа). Sə-nin üz-gözünə аlışdığım кimi, оnun dа səsinə öyrəşmişdim. Nаhаq dəydim хətrinə. Bəlкə də tаnış оlmаq mümкündü. Bir аz fırlаnıb nə yuvаnın quşu оl-duğunu dа öyrənməк оlаrdı. Ахtаrışdаdır. Nə оlsun кi? Lаp еlə ərə gеtməк məsələsini də... Yох, tа mən ərə gеtməyəcəyəm. Mən tüpürdüyünü yаlаyаnlаr-dаn dеyiləm. Еlə ərimin də аrхаsındаn təк bircə dəfə dəydim, rədd оlub gеtdi... Nə qədər хаhiş-minnətiçi göndərsə də, "yох!" dеdim, vəssаlаm... Nə ər? Əlаvə qаyğılаr, аrtıq yüк... Mənə о cаnlı müqəvvаlаrdаnsа, bеlə cаnsız müqəvvа dа-hа əlvеrişlidir. О dа аzаddır, mən də. О dа iddiаsızdır, mən də... (Müqəvvаyа). Bеlə dеyil, кişi? Аy sаğ оl. Biz iкiliкdə хоşbəхtiк, üçüncü аrtıqdır. Mənimçün кişilər аdаdоvşаnıdır - mən оnlаrın üzərində nə qədər təcrübə кеçməliyəm? Hər cürünü gördüm оnlаrın - аğıllısını dа, gicini də, əyrisini də, düzünü də... Cəsurunu dа, qоrхаğını dа... Hаmısı bir bеzin qırаğıdır. (Müqəvvаyа). Təкcə sən оnlаrın hеç birinə bənzəmirsən... Sən аyrı cürsən. Öz-özümə Fiкirləşirəm кi, birdən sən də оnlаr кimi аğlını itirərsən... Е-е-е... Bаşınа аğıl gələr, sən də çıхаrsаn cızığındаn... Nə dеsən оlаr...

    Qаdın gəzişərəк dоlаbа yахınlаşır. Коnyак şüşəsini çıхаrıb qədəhə içкi süzür... Şокаlаdlа коnyак içir. Sönmüş siqаrеtini təzədən аlışdırır.


    Hə, görürsən bu şüşəni? Bах, ömür də bеləcədir - vахt ömrümüzü sümü-rüb içir, ахırdа tüкəniriк... Görürsən bu siqаrеti? Bах, ömür də bu siqаrеt кi-midir - zаmаn bizi dаmаğınа аlıb sümürür, bizsə tüstüyə dönüb uçuruq, uçu-ruq... Ахırdа, lаp sоndа qаlаn bu zəhərli кötüyümüzü tоrpаğа кömürlər. Üstü-müzü bеtоnlаyıb... Hərdən bаşdаşı dа qоyurlаr. Bах, əbədi оlаn о bаşdаşıdır. Еlə sən də əbədisən. Mən özüm də sənin кimi оlmаq istəyirəm... Mən də mü-qəvvа оlmаq аrzusundаyаm. Əgər mən mаnекеn оlsаydım...

    Qаpı döyülür. Qаdın gеdib qаpını аçır.

    SƏS (bаyırdаn). Qоnşu, bizim uşаğı görməmisən кi?
    QАDIN. Yох! Nеcə bəyəm? Nə оlub кi?
    SƏS (bаyırdаn). Bu səhərdən yохdur uşаq. Sоn vахtlаr bir аz хəstətəhər idi. Еvdən çıхıb, qаyıtmаyıb...
    QАDIN. Mən еvdən çıхmаmışаm. Bəlкə еvdən çıхsаm, mən də bir dаhа qаyıdаsı оlmаdım...
    SƏS (bаyırdаn).Nə? Hə... Аnlаdım səni, qоnşu, аnlаdım... Sаğ оl...
    QАDIN (qаpını örtür). Аnlаdı. Ахır кi, аnlаdı. Indi еvindən çıхаnın çохu еvinə qаyıtmаyır. Niyə? Çünкi hаmı аzаd оlmаq istəyir... Еlə bir vахt gələcəк кi, hеç кəs öz еvinə qаyıtmаq istəməyəcəк. (Müqəvvаyа). О vахt hаmı sənin кimi, mənim кimi аzаd оlаcаq.

    Tеlеvizоrdа yеnə Qаdının "кöhnə tаnışı" - müğənni охuyur.

    Bu ахmаq sоn günlər yаmаn tеz-tеz çıхır екrаnа. Dеyəsən, pullаnıb. О vахt ölürdü dərdimdən. Dеyirdi кi, bütün nəğmələrimi səninçün охuyurаm... Nə bilim, bəlкə də dоğru dеyirdi. Оndа lаp cаvаn, şümаl оğlаndı. Еlə mən də pis dеyildim... Birinci ərimdən əvvəl.

    Müqəvvаyа.

    Mən rəsmi ərdə cəmi bir dəfə оlmuşаm, аy müqəvvа оğlu, müqəvvа!
    Оf, nə istidir... Zаlım оğlu gözəl охuyur. О vахt mənim də оnа qоşulub охumаğım vаrdı... Duеt охuyаrdıq. Sоnrа аtdım охumаğın dаşını... Lаp əcəb еlədim... Hərə özü üçün охumаlıdır... Hərə öz mаhnısını охumаlıdır... Öz ürəyi istəyən кimi...

    Qаdın tеlеvizоrdа охuyаn müğənniyə qоşulur; оnlаr birliкdə duеt охuyur-lаr.

    КIŞI (tеlеvizоrdаn охuyur).

    Vüsаlа çаtmаq üçün
    Biz həsrəti qоvаq, gəl.
    Qоşа göyərçin оlub,
    Bir budаğа qоnаq, gəl.


    QАDIN.

    Dünyаmız öz işində,
    Zаmаn öz gərdişində.
    Bir еşqin аtəşində
    Аlışаq gəl, yаnаq gəl.

    КIŞI (tеlеvizоrdа) və QАDIN.

    Sən mənsiz güləmmirsən,
    Dərdimi biləmmirsən.
    Yаnımа gələmmirsən,
    Həsrətimə qоnаq gəl...


    QАDIN. Bах, bеlə mələyərsən! İndi yan-yaxıl!.. Аy gəldim hа!

    Qаdın mаhnı bitəndən sоnrа müqəvvаyа yахınlаşır.

    Sənin nə vеcinə! Bахıb həzz аlırsаn. Хоşunа gəldi səsim? Susursаnsа, dе-məli, rаzılıq еdirsən. Görürsən, nə istidir? Bəlкə gеdib sоyuq duş qəbul еdəк? Yаmаn bəzənmisən hа! Istəyirdim bu gün çimərliyə gеdim, аmmа fiкrimdən vаz кеçdim. Sənsiz nə çimərliк? Еlə dеyilmi? Amma səni çimərliyə aparmaq istəmirəm. Başqaları da vurular sənə. Axı, qısqanıram səni... Оndа gəl bеlə еdəк, əvvəlcə mən gеdib yuyunum, sоnrа isə sən. Yuyunа bilməzsən? Еybi yохdur. Səni vаnnаyа uzаdаrаm. Lаp suyun içinə... Yеnə sərinləşərsən də... Tərləmisən кi? Qаlstuк sıхmır кi, bоynunu? Yох? Təкi еlə оlsun... А-а-а... Mənə niyə еlə bахırsаn? Yох, mən sənin gözünün qаbаğındа sоyunа bilmərəm. Mən nədənsə səndən utаnırаm. Qəribədir, кişilərdən hеç vахt bеlə utаnmаmı-şаm... Аmmа səndən... Qоy sənin üzünü divаrа sаrı çеvirim... Bах, bеlə...

    Qаdın müqəvvаnın yönünü divаrа sаrı çеvirib sоyunmаğа bаşlаyır.

    Yох, birdən çеvrilib bахаrsаn mənə sаrı, biаbır оlаrаm. Sənin çох zəhmli bахışlаrın vаr... Bеlə gеtsə... Mən səni də o birilər kimi qоvаcаğаm. Yох, zаrаFаt еdirəm. Qоvmаrаm səni.


    Qаdının аzаcıq sərхоş оlduğu hiss еdilir.

    Bəlкə bеlə еdəк: sən кеçəsən pəncərə pərdəsinin аrхаsınа, mən də rаhаtcа sоyunum. Оlаr? Incimirsən кi? Incimə! Ахı, mən еv qаdınıyаm. Mən кüçə qа-dını-zаd dеyiləm кi... Yəqin кi, sən də məni ləyаqətli bir qаdın hеsаb еdirsən. Nеcə кi, mən səni dünyаnın ən ləyаqətli кişisi hеsаb еdirəm... Gəl, gəl görüm. Keç bu yana...

    Qаdın "кişinin" - müqəvvаnın qоlundаn tutub sürüyə-sürüyə pəncərənin tül pərdəsinin аrхаsınа кеçirir; pərdəni çəкir. Müqəvvа pərdənin аrхаsındа qаlır. Qаdın sоyunur. Sоnrа zümzümə еdə-еdə hаmаmа кеçir... Su şırıltısı еşi-dilir. Tеlеvizоrdа sкripка çаlırlаr: qəmli, üzüntülü, sızıltılı bir ritm еşidilir... Bir аzdаn suyun şırıltısı кəsilir. Tеlеvizоrdакı musiqi dаvаm еtməкdədir. Qа-dın hаmаmdаn çıхıb gəlir, çiynində məhrəbа, аyаğındа şаpşаp - çəкələк. Sаç-lаrını qurulаyа-qurulаyа yеnə zümzümə еdir. Sаnкi sкripка оnu müşаyiət еdir. Qаdın pəncərəyə yахınlаşır.

    Hə, dаrıхmаdın кi? Dаrıхmа, qоy qurulаnım, indi səni аpаrıb vаnnаyа uzаdаcаğаm... Səpsərin suyun аltınа. Özün sоyunа bilmirsən? Еybi yохdur... Mən sоyundurаrаm. Özümə bахmа, səni sоyundurmаqdаn utаnmаrаm... Mə-nim təbiətim bеlədir. Sоnrа özün öyrənərsən sоyunub-gеyinməyi... Ахı biz hər iкimiz sərbəstiк, аzаdıq.

    Pərdəni аzаcıq аrаlаyıb bахır. Sаnкi "кişi" - müqəvvа cаnlı аdаmdır. Qа-dın diкsinir, tеz pərdəni çəкir.

    Bu nədir? Yuхu dеyil кi? Bəlкə mən sərхоşаm?

    Gözlərini tеz-tеz yumub-аçır, ətrаfа bахır.

    Dеyəsən, yох... Аhа! О, еlə bil кi, nəfəs аlırdı. Bəlкə cаn-lаnıb, bəlкə nəfəs gəlib оnа?... Yəni bədəninə ruh gəlib?.. Bu bəхt кi, məndə vаr, nə dеsən оlа bilər. Еy, sən dоğrudаn... dirilmisən... Yох, о ölü dеyildi, ахı... Еy, niyə dillənmirsən?

    Qаdın pərdəni yеnidən yаnа çəкir. "Müqəvvа" кişi bir аddım irəli çıхır: о, еyzən müqəvvаyа mаnекеnə охşаyır - ucаbоy, gözlüкlü, uzun sаçlı. Еlə gеyimi də müqəvvаnınкı кimidir - sоn dəbdə коstyum gеyib.

    İlаhi, görəsən bu yuхudur, yохsа həqiqət?! Аmаn Аllаh, mənə кöməк еdin! Bəlкə mən аğlımı itirirəm? Еlədirmi? Hеç оlmаsа bir cаvаb vеr? Mən аğlımı itirməmişəm кi? Niyə susursаn, hə? Cаvаb vеrsənə... Ürəyim partladı... Dеyəsən, mən yuхu görürəm, hə? Sən müqəvvаsаn, yохsа аdаm?!

    Кişi - "müqəvvа", qаdınа yахınlаşıb bаşını bulаyır, yəni "yох", yəni "dəli оlmаmısаn". Кişi gülümsəyib оnа yахınlаşır. Qоllаrını irəli uzаdıb qаdını qu-cаğınа аlır. Bu аnlаrdа Qаdın cаnlı аdаmdаn dаhа çох müqəvvаyа bənzəyir. Dеyəsən, кişinin qucаğındакı məhz müqəvvаdır, Qаdın dеyil. Sаnкi indi rоllаr dəyişib - кişi "cаnlаnıb", Qаdınsа "müqəvvа"yа çеvrilib. Кişi Qаdını qоllаrı üstünə qаldırıb оtаqdа, о b*аş- bu bаşа vаr-gəl еdir. MUSIQI.

    PƏRDƏ

    SОN






    İFRİTƏ
    Birpərdəli monodram


    İştirak edir:
    PƏVANƏ


    Səhnədə PƏVANƏ. O, ciddi üslubda tikilmiş kişi kostyumundadır. Saçı qısa vurulub. Onun qənşərində - səhnənin nisbətən kənarında çiyninə mantiya atılmış statik fiqur görünür: yalnız peysəri, çiyni, bir sözlə, arxası görünən fiqur sanki kresloda əyləşib; bu, yəqin ki, məhkəmə prosesini aparan şəxsdir. O, sonacan tərpənmir, susur. Rəvanə danışdıqca gah var-gəl edir, gah üzünü prosesi aparan şəxsə, gah da zala tutur. Zal, bir növ bu prosesin dinləyicisi - iştirakçısıdır. Əvvəlcə təntənəli musiqi, sonrasa səs-küy, fit səsləri eşidilir. Rəvanə əlini yuxarı qaldırır.

    RƏVANƏ: - Sakit olun! Xahiş edirəm sakit olun! Cənab hakim, nə üçün sakitliyi bərpa etmirsiniz?.. Möhtərəm proses iştirakçıları, niyə mənə qulaq asmaq istəmirsiniz?.. Axı, mən sözümün əvvəlində sizə söz verdim, hətta, and içdim ki, həqiqəti olduğu kimi deyəcəyəm. Yalnız həqiqəti!.. (Səs-küy, fit səsləri). Burada məni cinayətkar kimi ittiham edirlər, sizsə ayağınızı yerə döyəcləyir, fit çalır, səs-küy qoparır, bir sözlə, özünüzü tərbiyəsiz aparırsınız. Mən bilmirəm siz buraya nə üçün toplaşıbsınız?.. Bəlkə hansısa maraqlı bir tamaşaya baxmaq arzusundasınız?.. Bəlkə gülmək, əylənmək keçir ürəyinizdən?.. Bəlkə başqasının faciəsi sizə məzhəkə kimi görünür?.. (Sakitlik çökür).
    Indi isə, qulaq asın. Mən sizə hər şeyi olduğu kimi danışmaq istəyirəm. Özü də lap başlanğıcdan. Bəzən insanın başına elə işlər gəlir ki, bunu, hətta, təsəvvürə belə gətirmək mümkün olmur. Həyat bizim gözlədiyimizdən daha mürəkkəb və... və... (Pauza) sadə imiş. Mən bunu indi dərk edirəm. Gərək hər şey öz axarı ilə inkişaf etsin; yəni, nə sadəni mürəkkəbləşdirməyə, nə də mürəkkəbi sadələşdirməyə ehtiyac yoxmuş... Deyəsən, mövzudan bir az kənara çıxdım. Elə isə, bağışlayın.
    Bu gün məni sui-qəsdə cəhd göstərməkdə ittiham edirlər. Bu, tamamilə cəfəng bir ittihamdır... Deməli, məsələ belə olmuşdur.

    Musiqi. Rəvanə musiqinin ritminə uyğun olaraq səhnədə var-gəl edir, sonra ayaq saxlayır, fikrə gedir, əlini alnına dirəyir, uzaqlara, lap uzaqlara baxır. Musiqi səsi aşağı enir, tədricən uzaqlaşır, eşidilməz olur.

    Mən adi, lap adi bir ailədə dünyaya göz açmışam. Atamı tez itirmişəm... Anam məni çətinliklər içində böyüdüb. Mən uşaqlıqdan çox dəcəl olmuşam... Əlbəttə, indi öz tərcümeyi-halımı əslində olduğu kimi danışmağı heç kəs məndən tələb etmir. Amma mən bunu danışmalıyam. Çünki hər kəsin uşaqlığı onun sonrakı həyatının bünövrəsidir. Hər bir normal ailədə yeni bir uşağın dünyaya gəlməsi toy-bayram kimi qeyd olunur. Mənim gəlişim də bizim evdə bu cür əhval-ruhiyyə yaradıb. Atam bütün dostlarını başına yığıb qonaqlıq verib. Maraqlı detallardan biri budur ki, mənimlə eyni gündə bizim qonşuluğumuzdakı evdə yaşayan ailədə də yeni uşaq doğulub. Həmin ailədəki kişi atamın dostu, qadın isə anamın rəfiqəsi olub. Amma qonşumuzun oğlu olub... Bəs mən?.. (Səs-küy). Yox, mən qız doğulmuşam. Mənim geyimimə fikir verməyin.
    Qulaq asın! (Sakitlik). Mən hər şeyi sizə izah edəcəyəm. Qonşuluqda dünyaya göz açan oğlanın adını Rəvan, mənim adımı isə Rəvanə qoyurlar. Valideynlərimiz dost olsalar da biz bir-birimizdən xəbərsiz, ayrı-ayrı evlərdə böyüməyə başlayırıq. Və biz böyüdükcə valideynlərimiz - daha doğrusu, mənim anamla qonşuluqdakı ailə arasında qəribə bir anlaşılmazlıq yaranmağa başlayır. Məsələ burasındadır ki, zaman keçdikcə Rəvanla Rəvanə arasında bir oxşarlıq üzə çıxmağa başlayır; yəni mən qonşunun oğluna bənzəməyə başlayıram; təbii ki, o uşaq da mənə bənzəyirdi. Hətta, qonşular arasında belə bir söz-söhbət gəzirmiş ki, guya biz - yəni mənimlə Rəvan əslində ekiz olmuşuq; doüum evində qoşa çarpayılarda yatan qadınlardan hansınınsa birinin övladı ölü doğulub və uşaqların dünyaya gəlməsində əlindən gələni əsirgəməyən həkim böyük alicənablıq göstərərək əkizlərdən hərəsini bir çarpayıya qoyub; yəni hər iki qadın doğum evindən körpə ilə birlikdə çıxıb. Yaxşı bəs görəsən, qonşuların dediyi düzsə bu əkizlərin anası kimi olub? - Mənim anam, yoxsa Rəvanın anası?.. Ən çox pərt olan mənim anam idi. O, and-aman edirdi ki, cəmi bir övladı olub. Hətta, doğum ərəfəsində hansı həkimin müayinəsindən keçdiyini, mənim dünyaya gəlişimdən bir neçə ay öncə qız doğacağını dəlil-sübutla açıqlamağa çalışsa da bu zəhrimara qalmış “oxşarlıq” məsələsi anamın dediklərinin doğru olduğunu təsdiq etmirdi. Əslində elə Rəvanın anası da mənim anam kimi and-aman eləyir, sübut etməyə çalışırdı ki, övlad - onun özününküdür. Hətta, yazıq qadın fikrinin doğru-dürüstlüyünü isbat etmək üçün deyirdi ki, axı, uşaqların oxşarlığında qəribə heç nə yoxdur; bir məhəllənin uşaqları bir-birinə oxşamayıb kimə oxşayasıdır ki?.. Bizsə ilk vaxtlar bu cür söz-söhbətlərdən xəbərsiz böyüməyimizdə idik.
    Məndən sonra evimizdə daha iki nəfər - bacımla qardaşım da dünyaya gəldi. Rəvansa öz evlərində tək böyüyürdü; onun nə qardaşı vardı, nə də bacısı. Günlərin bir günü eşitdik ki, Rəvanın atası arvadı ilə dalaşaraq evi tərk edib... harasa çıxıb gedib. Sən demə, yazıq kişi qonum-qonşuların dedi-qodusuna son qoymaq üçün xəstəxanaya müraciət edib və həkim uzun analizdən sonra ona deyib ki, sənin uşağın olmayacaq. Rəvanın atası həkimdən soruşub ki, bəs elə isə onun övladı necə dünyaya gəlib? Həkim soruşub ki, bəyəm sənin övladın var?.. Rəvanın atası nəsə fikirləşib və handan-hana deyib ki, yox, övladım-zad yoxdur. Həkim deyib ki, bəs bayaq deyirdin ki, guya uşağın var; yoxsa zarafat edirdin? Kişi gülüb deyib ki, bəli, zarafat edirdim... Rəvanın atası elə də maymaq, sadlövh adam deyilmiş; oradan birbaşa gedib ayrı bir həkimin yanına; həkim onu əməlli-başlı müayinə edəndən sonra bildirib ki, qardaş, sənin uşağın olmayıb, yoxdur və olmayacaq. Kişi tez cumub evə, arvadını möhkəmcə kötəkləyib və çıxıb hansısa yad şəhərə gedib. Mənim eşitdiyimə görə o, evdən çıxıb gedərkən arvadına deyib ki, ilk gündən ürəyimə dammışdı ki, o uşaq mənim deyil. Arvadı soruşub ki, bunu nədən, haradan bilirdin, ay sarsaq kişi?.. O da qayıdıb ki, bizim nəslimizdəki kişilərin hamısı sonsuzdur, ürəyimə dammışdı ki, mən də sonsuzam. Rəvanın anası soruşub ki, bəs sən özün sonsuz atadan necə dünyaya gəlmisən?.. Rəvanın atası, - bilmirəm indi ona ata demək olarmı, - cavab verib ki, bəs mən doğma atamın yox, ögey atamın oğluyam. Arvad ərinin bu cür söhbətindən heç nə qanmayıb, sadəcə olaraq ağlaya-ağlaya onu qapıyacan ötürərək deyib: “Get, Allah sənə ağıl versin”.
    Sonralar, deyilənə görə, qonşular arabir atamı Rəvangilin evinə gedəndə görüblərmiş. Yəqin ki, atam Rəvanın mənə oxşarlığına görə onun anasına da can yandırırmış. Bu hadisə faş olandan sonra atamla anamın onsuz da əvvəldən örtülü qaynayan qazanlarının qapağı götürüldü. Evimizdə hər gün dava-mərəkə idi. Atam bəzən həftələrlə evə gəlmirdi. Deyəsən, Rəvanın anası ona, yəni mənim atama mənim anamdan daha çox hörmət göstərirdi. Anamı isə ən çox hiddətləndirən və heyrətləndirən mənimlə Rəvanın eyni vaxtda - eyni gündə doğulmağımız idi. O, sanki elə məhz bu fakta görə atamı ömrü boyu bağışlamaq istəmirdi. Çox keçmədi ki, atam dünyasını dəyişdi. Biz - üç uşaq, anamla bir damın altında qaldıq. Anam bizi çətinliklə böyüdürdü.
    Qəribə idi, Rəvanın anası məni öz anamdan artıq sevirdi. Mən böyüdükcə, yaşa dolduqca bunu daha çox hiss edirdim. Qadın hər dəfə məni görəndə qucaqlayıb bağrına basır, üz-gözümdən marçamarçla öpürdü. Nədənsə belə anlarda mənə elə gəlirdi ki, o, məndən kiminsə qoxusunu alır. Amma mənim anam... (Pauza). Mənim anamsa Rəvanı həyət-bacada görəndə özünə yer tapa bilmirdi; elə bil arvad qutuda ilan görürdü. Biz böyüdükcə bir-birimizə daha çox oxşayırdıq - hə də, Rəvanla özümü nəzərdə tuturam. Maraqlı burasıdır ki, elə ikimiz də mənim atama oxşayırdıq.
    Mən uşaqlıqda çox dəcəl idim. Bəlkə elə buna görə də qızların çoxu məndən qaçırdı. Dostlarımın çoxu oğlanlar arasında idi. Bir şeyi də deyim ki, oğlan paltarı geyməyi yaman xoşlayırdım. Çox vaxt küçəyə, məktəbə, lap qonaqlıqlara belə oğlansayağı geyimdə gedirdim. Məni neçə dəfə Rəvanla səhv salmışdılar! Əvvəllər belə hallarda özümdən çıxıb hirslənsəm də sonralar, necə deyərlər, reallıqla barışmalı olmuşdum. Sən demə, elə Rəvanı da mənimlə qarışdırırlarmış; bunu mənə onun anası demişdi. Özü də qadın bunu söyləyəndə uğunub az qala özündən gedirdi. (Kimisə təqlid edir). “Ay qızım, elə bil Rəvanla bir almasınız, sizi ikiyə bölüblər. Vallah, bəzən özüm də çaş-baş qalıram. Belə də oxşarlıq olar?.. Yəqin ki, kökdə qohumluq əlaqələriniz olub. Bir də ki, bala, bir həyətin adamlarıyıq, görünür sudan, havadandır...”. Bütün bunları Rəvanın anası deyirdi. Mənim anamsa... (Kimisə yamsılayır). “O Rəvandı - nədi, heç adama da oxşamır. Onu görüm atanın yolu yollansın. O küçüyə deginən bu tərəflərə hərlənməsin; onu görəndə dalağım sancır, az qalır beynimə qan sıçrasın!” Anamın sözündən belə çıxırdı ki, Rəvan “adamaoxşamazın” biridir. Deməli, mən də Rəvana oxşadığım üçün “adamaoxşamaz” idim. Halbuki Rəvanın anasının dediyinə görə, mən dünyanın ən qəşəng qızı, onun oğlu isə dünyanın ən yaraşıqlı oğlanı idi. Mən istər-istəməz anamdan küsür, inciyirdim.
    Cənab hakim!.. Deyəsən, siz mənə qulaq asmaq istəmirsiz. Elə bil yuxuya getmisiz. (Səs-küy). Xahiş edirəm, zalda sakitliyi bərpa edin! Yəqin ki, sizi mənim dediklərim qətiyyən maraqlandırmır. Sizi baş verən hadisə - yəni sizin terminlə desək “cinayət” maraqlandırır, elə deyilmi? Amma siz unudursunuz ki, hər bir hadisənin baş verməsində obyektiv və ya subyektiv səbəblər dayanır. Elə mən də bu səbəbləri sizinlə birlikdə araşdırmaq istəyirəm. (Pauza).
    Biz Rəvanla birlikdə eyni bağzaya, eyni məktəbə, eyni instituta getdik. Hər yerdə bizi doğma bacı-qardaş hesab edirdilər. Hətta, bizi əkiz qardaş kimi qəbul edənlər də vardı: axı, dediyim kimi, mən çox vaxt oğlan geyimində olurdum, dostlarımın da ki, çoxu oğlan idi.
    Beləliklə, biz böyüdük, institutu qurtardıq. Mən kiçik reklam idarələrindən birində işə düzəldim, Rəvansa zabit kimi hərbi xidmətə çağırıldı. Mən bir il Rəvanı görmədim. Amma arabir onun anasına baş çəkməyi unutmurdum. Axı, o qadın məni çox sevirdi. Rəvan hərbi xidməti başa vuran kimi artıq çoxdan ev-eşikdən didərgin düşüb yad şəhərdə məskunlaşmış atasının yanına getdi. Hər necə olsa da onun qanuni atası vardı, axı. Anası Rəvanın getməsinə o qədər də razı deyildi. Amma nə edəsən ki, bu - həyatdır. Rəvan atasının yanına köçüb gedəndən sonra tez-tez anasına məktub yazır, pul göndərirdi. Rəvanın anası haradansa öyrənmişdi ki, onun əri yad şəhərdə təzədən arvad alıb, ailə qurub və ən təəccüblüsü də bu idi ki, əkiz uşağı olub! “Kül sənin kişi başına!” Bu sözləri qadın ərinin ünvanına söyləyir, onun qarasınca deyinirdi. (Səsini dəyişir). “Əvvəl deyirdi ki, biz nəsillikcə sonsuzuq, indi isə birdən-birə iki uşağı olub. Bəs elə isə məni el içində niyə biabır edirdin, ay sonsuz oğlu sonsuz!”.. Rəvanın anası ürəyiaçıq qadın olduğu üçün bütün qonum-qonşuların xətir-hörmətini qazanmışdı. Indi köhnə uşaq əhvalatı da unudulub yaddan çıxmışdı. Biz bir-birimizi görməyəndə çox darıxırdıq. Gizlətmirəm, indi bu qadın mənə anamdan da yaxın idi.

    Səs-küy.

    Bax, elə hər şey, sizin öyrənmək istədiyiniz “cinayət hadisəsi” də elə o zaman baş verdi; əlbəttə, əgər bunu “cinayət” adlandırmaq olarsa.

    Musiqi. Rəvan səhnənin arxasına keçib tez qayıdır. O, gödəkcə geyinib. Şalvarının balağını çəkmənin içinə qoyub. Boyunluğunu qaldırıb. Başında isti qış papağı var. O, indi geyim-kecimindən, əda və davranışından qadından daha çox kişiyə bənzəyir. Hiss olunur ki, qar yağır, şaxtadır.

    Qarlı-şaxtalı bir gün idi. Mən yenə Rəvangilə getmişdim. Rəvanın anası məni yenə əvvəlki mehribanlıqla qarşıladı. Xeyli söhbətləşdik. Axşam üstü hava yaman bulandı. Bayırda bir qar-çovğun var idi ki, gəl görəsən. Rəvanın anası çox israr elədi ki, yıxıl yat, hara gedirsən belə havada. Mən razı olmadım. Qadın dedi ki, onda əynini qalın elə, soyuqlaya bilərsən, görmürsən havadan zəhər yağır. Doğrudan da mən yüngül paltarda idim. Rəvanın anası məni dilə tutub öz oğlunun xəz dərili hərbi gödəkcəsini çiynimə atdı. Mən gödəkcəni geyib qapıdan çıxmaq istəyəndə qadın isti qış papağını da başıma basdı. Mən gülüb qeyri-ixtiyari iri güzgüdə özümə tamaşa elədim; güzgüdən mənə Rəvanə yox, sanki Rəvan baxırdı. Rəvanın anası da heyrətini gizlədə bilmirdi. Qadın özünü saxlaya bilməyib qolunu boynuma doladı, məni bağrına basdı: “Mənim balam... Mənim Rəvanə balam...” Rəvanın anası nədənsə - sevincdənmi, kədərdənmi doluxsunub hıçqırırdı. Mən qadınla xudahafizləşib küçəyə çıxdım. Hərbi gödəkcə doğrudan da çox isti imiş. Papağı gözümün üstünə basıb ədabaz oğlanlarsayaq fit çala-çala öz evimizə sarı üz tutdum. Bir qədər sonra hiss etdim ki, kimsə məni arxadan qarabaqara izləyir. Bir-iki dəfə addımlarımı yavaşıdıb geri qanrıldım. Qarlı havada boz siluet kimi arxamca gələn adam da addımlarını mənim ritmimə uyğunlaşdırmağa çalışdı: o da ayaq saxlayıb ətrafa boylanmağa başladı. Mən dar, qaranlıq küçəni burulub geniş xiyabana çıxdım. Buralar nisbətən işıqlı idi. Yenə ayaq saxladım. Bu dəfə qaraltı mənə yaxınlaşdı. Deyəsən, bayaqdan məni addımbaaddım izləyən, məni xofa salan bu adamın mənə deyiləcək sözü vardı. O, düz mənim qarşımda dayandı. Mən yalnız indi baxıb gördüm ki, bu, sarışın, zərif bir qızdır. Qız üzümə gülümsəyərək oynaq, şən və azacıq utancaq bir əda ilə dedi: “Rəvan, sənə nə olub, üzümə niyə elə baxırsan?” Mən məsələnin nə yerdə olduğunu yalnız indi dərk etdim. Sən demə, qız məni Rəvana bənzədibmiş. Mən əvvəlcə istədim ki, “Mən Rəvan yox, Rəvanəyəm”- deyib, onu başımdan eləyim. Amma tez də bu fikirdən vaz keçdim. Axı, onun xətrinə niyə dəyim?.. Qoy elə bilsin ki, Rəvanə yox, Rəvanam. Elə Rəvanın anası da məni öz oğlu kimi sevir. Qoy bu da məni Rəvan kimi sevsin. Rəvanın anası öz oğlunun iyisini məndən alır... Qoy bu da... Birdən məni qorxu hissi bürüdü: yox, bu ki, Rəvanın anası deyil... Sonra bu qorxu hissi də ötüb keçdi. Beləliklə, bizim yeni tanışlığımız başladı; “yeni” deyirəm, ona görə ki, qızla Rəvanın tanışlığının ömrü bir qədər əvvələ gedib çıxırdı. Bizim atüstü söhbətimizdən belə məlum oldu ki, bu xanım qızla gənc zabit Rəvanın tanışlığının əslində çox qısa tarixçəsi olub. Qızın ailəsi Rəvanın qulluq etdiyi hərbi hissənin qonşuluğunda yaşayırmış. Onlar - yəni bu xanım qızla Rəvan bir-iki dəfə görüşüb dərdləşiblər. Indi hansısa xəstəxanada şəfqət bacısı işləyən bu qız sən demə məni, yəni Rəvanı, çoxdan axtarırmış. O, mənim, yəni Rəvanın etibarsızlığından xeyli giley-güzar elədi. Hətta, arada canyananlıq edib, səsimin dəyişdiyini, cırlaşdığını və bunun soyuqdəymə əlaməti olduğunu da vurğuladı. Sonra qız mənim anamın, yəni Rəvanın, anasının kef-əhvalı ilə maraqlandı. O, mənim, yəni Rəvanın indi harada işlədiyimi soruşdu. Qız məni, - yəni Rəvanı, etibarsızlığa görə qınadı. Qız mənim, yəni Rəvanın, mobil telefonunun nömrəsini götürüb, öz telefonunun nömrəsini verdi. Mən, yəni Rəvan, qızla görüşüb ayrılanda, o, mənalı-mənalı məni, yəni Rəvanı, süzüb gülümsədi. Mən, yəni Rəvan da, ona eyni təbəssümlə cavab verməli oldum.
    Cənab hakim, indi siz özünüz deyin, mən nə etməli idim? Gənc bir qız cavan bir oğlanı sevir, onunla ünsiyyət yaratmaq istəyir, məncə burada təəccüblü bir iş yoxdur. Mən həmin anlarda o qızın könlünü qətiyyən qıra bilməzdim. Beləliklə, elə ilk görüşdən sonra bizim çox maraqlı görüşlərimiz başladı. Əslində bu görüşlər qəribə sərgüzəşt və macəralarla dolu idi.
    Mən Rəvanı sevən qızla adətən axşamlar, şər qarışanda görüşürdüm. Biz hər ikimiz utancaq, cəsarətsiz gənclər idik. Qəribə burası idi ki, mən get-gedə bu qıza ürəkdən bağlanır, onu görməyəndə darıxırdım. Yox, ürəyinizə başqa şey gəlməsin, mən onu doğma bir bacı kimi sevirdim; amma buna baxmayaraq öz rolumu da oynamaqda davam edirdim. Qız utancaq olduğu üçün başını qaldırıb üz-gözümə düz-əməlli baxa bilmirdi. Yəqin o, xüsusi diqqət göstərsəydi görərdi ki, mənim üzüm tüksüzdür; axı, mən Rəvan deyildim, Rəvanə idim. Biz onunla uzun-uzadı mırt vururduq. Ən çox da danışan o olurdu. Mənim səsim cır olduğu üçün az danışmağa, susmağa üstünlük verirdim. Özü də boyun-boğazım çox vaxt şərflə bağlı olurdu. Bir dəfə qız məni şəhərin yeraltı barlarından birinə dəvət etdi. Etiraz etməyə bəhanəm olmadı. Yaxşı ki, bar alaqaranlıq idi. Biz bir-iki stəkan kofe içəndən sonra qız məni rəqsə dəvət etdi. Mən elə gödəkcədə, papaqda, boyun-boğazıma şərf dolanmış halda onunla rəqs etməyə başladım. Bardakıların çoxu təəccüblə bizə, qıza və mənə, yəni zabit gödəkcəsi geymiş ədabaza istehza ilə baxırdılar.

    Musiqi. Yüngül rəqs havası səslənir. Rəvanə sanki kiminləsə əl-ələ tutub rəqs edir; o, oynayıb qurtaradan sonra başını əyib təzim edir.

    Rəqs qurtarandan sonra mən qıza təzim etdim; hətta, əlimi qaldırıb papağımı çıxarmaq istədim, birdən xatırladım ki, indiki halda mən oğlan yox, qızam, tez fikrimdən daşındım, elə mən də əllərimi havadaca yelləyib qızın qoluna girdim. Onunla ordan qol-qola çıxdıq.
    Artıq qız mənə, mən də qıza alışmışdım. Amma qış başa çatmaq üzrə idi, qar əriyirdi. Mənim qış libasımı dəyişib yaz geyiminə keçməyim istər-istəməz kimliyimi büruzə verəcəkdi. (Əli ilə üst-başını, sinəsini göstərir). Qız bilsəydi ki, elə onun bir tayıyam, Rəvan deyiləm Rəvanəyəm, bəlkə də dəli olardı. Mən bir növ əyləncə xatirinə başladığım bu oyuna son qoymaq qərarına gəldim. Artıq qızın mobil telefonuma vurduğu zənglərə ya cavab vermir, ya da qısaca olaraq “uzaqdayam, görüşə gələ bilmərəm” - deyirdim. Xanım qız görünür, mənim onunla əlaqəmi üzməyə çalışdığımı hiss etdiyi üçün telefonda hirsli-hikkəli danışırdı. Mən nə edə bilərdim?.. Hər dəfə bir bəhanə uydururdum.

    Musiqi. Qadın “qış geyimini” dəyişib “yaz paltarını” geyir. O, musiqiyə uyğun əllərini oynadır, səhnədə var-gəl edir, fırlanır.

    Axır ki, yaz gəlib çıxdı. Görünür ilıq, isti havalar qızın da donunu əritmişdi; o, mənə demək olar ki, hər gün zəng vururdu. Artıq yüz faiz əmin idi ki, mən onu başdan eləmək istəyirəm. Amma o yazıq qızcığaz Rəvana, yəni Rəvanın timsalında mənə, elə vurulmuşdu ki, onsuz yaşamağı təsəvvürünə belə gətirmirdi. Hətta, günlərin bir günü Rəvanın anasıgilə gedərkən onu döngənin ağzında dayanıb var-gəl etdiyini gördüm. Yaxşı ki, libasımı dəyişmişdim, məni tanısaydı qiyamət qopacaqdı yəqin. Tez geri dönüb xiyabana buruldum.
    Yox, iş bununla başa çatmadı. Tərs kimi həmin günlərdə Rəvan öz atasının yanından öz anasının yanına gəldi. Anası zəng çalıb məni muştuluqladı, evə dəvət etdi. Mən gedib ana-bala ilə görüşüb-öpüşdüm. Rəvan bir az dəyişmişdi, ən başlıcası isə qalın bığ buraxmışdı. Mən ona göz qoyub ürəyimdə nədənsə xısın-xısın gülməyə başladım: elədir, bir müddət “Rəvan” rolunu oynadığımı xatırlayıb qəşş etməkdən özümü zorla saxlayırdım. Indi “rol“un” əsl ifaçısı, obrazın “orijinal variantı” öz ayağı ilə “hadisə” yerinə” gəlib çıxmışdı. Rəvan mənə də, anasına da hədiyyələr alıb gətirmişdi.
    Iki-üz gündən sonra Rəvan mənim mobil telefonuma zəng edib dedi ki, təcili səni görmək istəyirəm, başını orada islat - burada qırxdır.
    Mən Rəvangilə getdim. Anası evdə yox idi. Rəvanın qanı qara idi. O, diqqətlə məni süzüb dedi ki, başıma iş gəlib, bilmirəm neyləyim? Elə bil ürəyimə nəsə damdı, özümü ələ alıb çəkinə-çəkinə soruşdum ki, o, nə işdir elə? (Səsinin tonunu, üzünün mimikasını dəyişir). “Bilirsən, mən hərbi xidmətdə olanda bir qızla iki-üç dəfə görüşmüşdüm. Aramızda hez bir ciddi söhbət-filan da olmamışdı. O günləri evdən çıxanda görürəm bir boz kölgə düşüb arxamca, qarabaqara məni izləyir. Sonra o kölgə mənə yaxınlaşdı. Ağzına gələni döşədi cəmdəyimə o ki var. Əvvəlcə, heç nə anlamadım. Sonra diqqətlə baxıb gördüm ki, bu, vaxtilə mənimlə iki-üç dəfə kəlmə kəsmiş, indi haradansa qarşımda peyda olmuş həmin xanımçadır; yəni hərbi xidmətdə tanış olduğum qız. Səfeh qız gözünü yumub ağzını açdı nə açdı. Atan belə, anan belə. Dedim, ay bacı, bir məni başa sal görüm nə hadisə baş verib, axı? Səninlə qələt eləyib iki-üç kəlmə söhbət kəsmişəm deyə, məni öldürəsi deyilsən ki! Dedi ki, sən məni dolamısan, ələ salmısan, az qala ismətimə toxunmusan . “Az qala” ha!.. Bir bunun iftirasına bax!.. Düzü, biz tanış olanda utancaq, həyalı bir qızdı. Amma indi... Aman Allah, qızda necə kin-küdurət olarmış. Nə qədər etdimsə yaxamdan əl çəkmədi ki, çəkmədi. Dedi, səni biabır edəcəcəm, nə bilim polisə verəcəyəm. Sən fırıldaqçısan, vampirsən, killersən, nə bilim nəsən, nəsən... Indi qalmışam iki od arasında, bəlkə bu sarsaq qızı verim polisə? Birdən, o, məni qabaqlayar. Dedi ki, məni tutduracaq. Nə üçün? Bəlkə dəlixanaya müraciət edim? Nə isə... Yaxamı zorla qopardım onun əlindən. Arabir çıxıb eyvandan qorxa-qorxa baxıram, o, yenə binanın həndəvərində sülənir… Lap başımı itirmişəm… Məsləhətin nədir, indi mən nə edim? Anama demək istəmirəm, eşidib-bilsə qanı qaralacaq...”
    Mən heç nə demədim. Durub eyvana çıxdım. Axmaq qız düz binanın qənşərində dayanıb ciddi-cəhdlə sanki kiminsə gəlişini gözləyirdi. Mən Rəvana dedim ki, fikir eləmə, əynini gey, həyətə düşək. Yazıq Rəvanın gözü qorxmuşdu, evdən çıxmaq istəmirdi. Mən bir daha israr etdim, o, sözümü yerə salmadı. Biz birbaşa həyətə endik.
    Qız əvvəlcə Rəvanı görüb ley kimi onun üstünə şığıdı; amma onun yanındakı adamı, yəni məni, Rəvanəni, görəndə yerindəcə donub qaldı. Elə bil onu ildırım vurdu. Qəzəbli baxışlarla gah oğlanı, gah da məni süzüb handan-hana çiyni atlana-atlana qəşş etməyə başladı. Mən başa düşmədim ki, o, hıçqırır, yoxsa gülür. Sonra qız addımını irəli atıb mənimlə üz-üzə, göz-gözə dayandı. Qəfildən sağ əlini yuxarı qaldırıb var gücü ilə üzümə bir şillə vurdu. Mən səntirlədim, amma Rəvan qolumdan tutub yıxılmağa qoymadı. Oğlan onun üstünə yeriyəndə qolundan tutub saxladım: “onunla işin olmasın”, - dedim. Qızın dodağından qopan bir-iki kəlmə sözü zorla eşitdim: “Yaxşı, baxarıq, ifritə!”..Yəqin ki, o, “ifritə“” deyəndə məni nəzərdə tuturdu; adətən, bu söyüşü qadınların ğnvanına söyləyirlər. Qız hiddətlə bizdən ayrılıb gözdən itdi. Rəvan özünü tamamilə itirmişdi. Deyəsən, o, bu cür sonluğu qətiyyən gözləmirdi. Qız gedəndən sonra, yazıq Rəvan siqaret alışdırb çəkinə-çəkinə soruşdu ki, sən haradan tanıyırsan bu ifritəni?.. Mən qısaca: “Heç, elə-belə... köhnə tanışımdır” – deyə, cavab verdim. Ta durub tarixi-nadiri danışası deyildim ki. Həmin günün səhəri Rəvan atasının yanına çıxıb getdi... Hörmətli hakim, bax həmin əhvalat bu cür qəribə - həm gülməli, həm də ağlamalı bir sonluqla başa çatdı. (Səs-küy). Bilirəm, bilirəm, burada oturanları maraqlandıran əsas məsələ qondarma “cinayət” işidir. Mən baş verən insidentin yaranma səbəblərini geniş şəkildə açıqladım ki, mənzərə bu zalda əyləşənlərə tamamilə aydın olsun. Əlbəttə, həmin hadisənin qalmaqallı sonluğu çoxlarına məlum olsa da, onun əsl mahiyyətini məndən yaxşı heç kəs açıqlaya bilməz. Xahiş edirəm, dinləmək istəyirsinizsə, səbrinizi basıb diqqətlə mənə qulaq asın. Mən, nəyə desəniz and içə bilərəm ki, nə möhtərəm hakimdən, nə də bu zalda əyləşən soydaşlarımdan heç nəyi gizlətməyəcəyəm. Ümumiyyətlə, mənim təbiətimdə yalançılıq, riyakarlıq yoxdur.

    Səs-küy.

    Heç bayaq danışdığım hadisənin də yalançılığa bir dəxli yoxdur! Nə, mən yazıq bir qızı aldatmışam? Yox, bunu kimisə aldatmaq və yaxud kiməsə zərər gətirən bir yalan adlandırmaq olmaz. Mən istəmişəm ki, sevən, alışıb-yanan, iztirab çəkən bir insanın ürəyinin yarasına məlhəm qoyum. Bəlkə də həmin günlərdə Rəvanı, yəni məni, görməsəydi o qızın bağrı çatlar, məhv olardı. Mən onu yaşatmışam, həyata qaytarmışam. Bu, olsa-olsa müqəddəs bir yalan hesab oluna bilər. O isə... o isə bunu dərk etmir. Bəlkə də heç dərk etmək istəmir. Bu, insan təbiəti ilə bağlı bir haldır. Xüsusən, mənim mənsub olduğum cinsin nümayəndələri, - yəni qadınlar, hadisələri çox vaxt ağıllarının yox, ürəklərinin gözü ilə qiymətləndirirlər. Mən bu baxımdan qınamıram o qızı!
    Yaxşı, onda icazə verin sizi bu hadisənin sonrakı gedişatı ilə tanış edim. Şərtləşdik, eləmi?..

    Musiqi. Rəvanə səhnə arxasına keçib tez də geri dönür. O, indi zərif qadın geyimindədir: uzun ətəkli don, son dəbdə tufli geyib; saç düzümü də dəyişib. Gülümsəyir.

    Hə, bax belə...
    Aradan xeyli vaxt keçdi. Qış da ötüb keçdi, yaz da, yay da. Artıq Rəvan öz həyatını tamamilə yad şəhərə bağlamışdı; deyəsən, bir daha bu tərəflərə qayıtmaq fikri yox idi. Məncə onu ən çox o “ifritə” ilə arada baş verən müəmmalı insident qorxuzmuşdu. Amma o, öz anasını yenə unutmamışdı. Tez-tez zəng vurur, pul göndərirdi. Anamla Rəvanın anası yenə küsülü idi. Anam mənim o qadına baş çəkdiyimi bilsəydi qırğın-qiyamət qoparardı. Ona görə də mən Rəvanın anasıgilə çox vaxt şər qarışanda, alatoranda gedirdim. Qadın mənim xətrimi çox istəyirdi. O, istəyirdi ki, mən düz-əməlli bir adamla ailə qurum, oğul-uşaq sahibi olum. Hətta, öz rəfiqələrindən birinin oğlu ilə tanış eləmək istəmişdi məni; oğlan isə ilk tanışlıqdan mənim xoşuma gəlmədi: çoxdanışanın, naqqalın biri idi. Özünü də yaman tərifləyirdi; guya gələcəkdə müasir dövrün ən böyük həkimlərindən biri olacaqdı. Nə isə, elə üz göstərdim ki, arxasına baxa-baxa getdi. Həkim demiş, bir dəfə avtobusdan düşəndə ayağım burxulmuşdu, tez özümü yaxınlıqdakı xəstəxanaya çatdırdım. Həkimin kabinetinə girəndə nə görsəm yaxşıdır?!. İfritəni! Ağ xalatda əyləşmişdi həkimin yanında. Onu görən kimi tez dabanımın üstündəcə fırlanıb geri qayıtdım. Elə oradaca ayağımın ağrısı keçib getdi.
    Söz yox ki, aylar-illər keçdikcə mən gəncliyimin tədricən arxada qalmasını dərk edir, yeni bir həyata can atırdım. Bu “həyat” subay qız üçün nə ola bilərdi?.. Əlbəttə, ailə həyatı. Mən də öz yaşıdlarım kimi sevmək-sevilmək, kişi nəvazişi görmək istəyirdim. Hər bir qadının özünün gizli, sirli sevgisi olur - bunu yalnız qadınlar özləri bilir. Amma qadınlar heç vaxt öz hisslərini açıq biruzə vermirlər - bu addımı atmağa onların vüqarı, qüruru, bəlkə də eqoizmi imkan vermir. Axı, qadınlar çox eqoist və dikbaş olurlar. Elə onların başına gələn müsibətlərin çoxu da bununla bağlıdır. Təbii ki, mənim də qəlbən sevdiyim insanlar var idi. Bəyəm gedib öz istədiyim adama deyəcəkdim ki, buyur bu, mənəm - gəlmişəm?!.
    Son zamanlar yolda-izdə, xüsusən avtobusda tez-tez rastlaşdığım gülərüz, enlikürək, yaraşıqlı bir kişi nədənsə diqqətimi cəlb etmişdi. O, çox vaxt başını aşağı salıb ya kitab oxuyar, ya da baxışlarını uzaqlara zilləyib nə barədəsə düşünürdü. Həmin kişinin qəşəng, zərif, sarışın saqqalı vardı, özü də tünd eynək taxırdı. Avtobusdan düşəndə fikir vermişdim, iti yerişi vardı. Mən onu vaxtilə baxdığım hansısa filmin qəhrəmanına bənzədirdim. Amma bu, hansı film idi? Heç cürə xatırlaya bilmirdim. Biz bəzən onunla avtobusda eyni oturacaqda əyləşirdik. O, adətən sakitcə portfelindən kitabını çıxarıb oxuyurdu. Hətta, bir dəfə eyni dayanacaqda düşəsi olduq. Mənim əlimdə ağır bağlama vardı; kişi cəld əlini uzadıb bağlamanı yerə düşürməyə kömək etdi; qəribə, bariton, bir az da boğuq səslə dedi ki, icazə verin sizə kömək edim. Mən özümü qürurlu qız hesab etsəm də bir növ güzəştə gedəsi oldum. Kişi məni mənziləcən yola saldı. Yolboyu nə o, nə də mən bir kəlmə də olsun dınşmadıq. Xoşum gəlir azdanışan kişilərdən! Zəhləm gedir yava-yava danışan naqqallardan!.. Deyəsən, bu, elə əsl mən deyən kişilərdən idi.
    Sonralar biz yenə rastlaşır və artıq köhnə tanışlar kimi salamlaşırdıq. Mən onu həftədə ən azı iki-üç dəfə görürdüm. Və həmişə də ürəyimdə qəribə hisslər baş qaldırırdı. Amma belə hallarda özüm-özümü mühakimə edir, danlayırdım; mənim yad kişi ilə nə işim vardı ki? Bəlkə o, evli idi, arvad-uşağı var? Bəlkə mənimlə qətiyyən maraqlanmır?.. Yox, deyəsən, düşüncələrim də yanılırmışam. Nəhayət, günlərin bir günü o, zarafatyana mənə söz atdı: “Deyəsən, ailənin bütün ağırlığı sənin çiyinlərindədir”. Nə ailə?.. Mən əvvəlcə heç nə başa düşmədim. Sonra anladım ki, o, çox güman ki, mənim ailəli olub-olmamağımla maraqlanır. Mən də işarə ilə ona anlatdım ki, öz çiyinlərimdə ailənin yox, elə öz qayğılarımı daşıyıram; yəni hələ subayam. O, bığaltı gülümsədi. İlahi, təbəssüm ona necə də yaraşırdı! Mən, ümumiyyətlə, bığlı-saqqallı kişiləri o qədər bəyənməsəm də yeni tanışıma bığ-saqqalın çox əla yaraşdığının fərqinə varırdım. Üstəgəl tutqun, iri sağanaqlı eynək onun zərif sifətinə bir gözəllik, məlahət verirdi. O, dedi ki, mən də öz qayğılarımı təkbaşına çəkməyə məhkumam; hətta, qanmazlar da yaxşı anlayır ki, o da bununla evli olmadığına işarə vururdu.
    Hörmətli hakim, gənc bir qızın cavan bir kişiyə rəğbət bəsləməsində qəbahətli bir iş varmı? Məncə, yox! Yəqin ki, bu məsələdə siz də mənimlə şəriksiniz. Bizim atmacalı danışıqlarımız get-gedə yaxın dostluğa çevrilməyə başladı. Mənim tanışım ixtisasca biologiya müəllimi imiş. O, təbiəti, quşları, heyvanları çox sevirdi. Onun xoş rəftarı, ədəb-ərkanı, səliqə-sahmanı məni məftun etmişdi. Bildiyiniz kimi, yəni artıq bu barədə danışmışam, mən uşaqlıqdan dəcəl, sözgötürməz, köntöy bir qız olmuşam. Arabir ona sataşıb cinlətmək istəyirdim. Amma təzə dostum çox təmkinli, hövsələli adam olduğu üçün mənim hər cür şıltaqlığıma səbrlə dözür, beş sözümdən birinə cavab verirdi. Əsl mən deyən kişilərdən idi! Doşab almışdım bal çıxmışdı!
    Indi bizim dostluğumuzdan çoxları xəbərdar idi. Bunu işdəkilər də bilirdilər. Hətta, anam və Rəvanın anası da mənim özümə gələcək adaxlı tapmağımdan xəbərdar idilər. Rəvanın anası telefonla bu xəbəri oğluna da çatdırıbmış. Rəvan da telefonda deyib ki, toya mütləq onu da dəvət etməliyik, yoxsa inciyər, mənimlə haqq-salamı ömürlük kəsər. Təbii ki, hələ evlənməkdən söhbət gedə bilməzdi. Bundan əvvəl “həri” var, nişan məsələsi, get-gəl var. Hələ nə evlənmək, nə kəbin?!.
    Mən öz təzə dostumla küçədə özümü çox sərbəst və azad hiss edirdim. Hətta, xatırımdadır, bir dəfə axşamüstü bizə ilişən bir dəstə sərxoş cavanın üstünə elə hücum çəkdi ki, özümü irəli atıb harayçılıq etməsəydim yəqin ki, ortaya qan düşəcəkdi. O, əsl xilaskar, əsl igid idi. Ən xoşuma gələn cəhəti də bu idi ki, bəzi-bəzi kişilər kimi diliuzunluq və əliuzunluq edib, şit hərəkətlərə yol vermirdi. Mən xoşlayıram ciddi kişiləri. O da məhz bu cür kişilərin, necə deyərlər, tipik nümayəndəsi idi.
    Günlərin bir günü yenə vədələşib görüşdük. Elə gözəl, səliqəli geyinib-kecinmişdi ki, gəl görəsən. O, tanışlığımız ərəfəsində ilk dəfə icazə alıb qoluma girmək istədiyini bildirdi. Mən susdum. Susmaqsa, yaxşı bilirsiniz ki, nə əlamətidir: əlbəttə, razılıq! Ətrafımızdan keçən qız-qadınların çoxu bizə qibtə hissə ilə baxırdılar, xüsusən də mənə. Axı, mən bir qadın kimi öz təcrübə və psixologiyamdan çıxış edərək yaxşı bilirəm ki, qadınların əksəriyyəti öz həmcinslərinin xoşbəxtliyinə necə darınır, bundan necə kədərlənirlər. Yox, bunu kişilər çətin dərk edərlər! O, məni yaxınlıqdakı barların birinə dəvət etmək istədiyini bildirdi. Bir qədər tərəddüd etsəm də, heç nə demədim: nə “hə”, nə “yox”. Bu da razılıq işarəsi idi. Biz elə qol-qola, deyə-gülə bara endik. Elə bil başıma bir qazan su endirdilər. Sən demə, bu həmin bar imiş - bir vaxt mənim o “ifritə“ni” dəvət etdiyim bar. Amma üstünü vurmadım. Biz bir-iki fincan kofe içəndən sonra o, mədəni tərzdə əlini uzadıb çəkin-çəkinə məni rəqsə dəvət etdi. Yenə etiraz etmədim. O, əlini belimə dolayıb çox məharətlə rəqs etməyə başladı.

    Musiqi. Rəqs havası ifa olunur. Rəvanə sanki kiminləsə rəqs edir; qadın başını guya “kişinin” çiyninə qoyub nazlanır, gülümsəyir, şıltaq hərəkətlər edir. Sonra “kişi” onun əlindən tutub əyləşməyə dəvət edir. Qadın ona yüngülcə təzim edir.

    Rəqs başa çatdıqdan sonra qonşu stolda əyləşən cavanlar əl çalıb coşqunluqla bizi alqışladılar. O alqış səsləri hələ də qulaqlarımdan getmir. (Alqış səsləri eşidilir) . Və o anlarda mənə elə gəldi ki, vaxtilə mənim bu bara dəvət etdiyim həmin “ifritə” də bizi alqışlayanların arasındadır. Mən nədənsə buna min faiz əmin idim. Elə buna görə də başımı qaldırıb ətrafa diqqətlə baxmağa cürət etmirdim. Mən yalnız sonralar.... aradan xeyli bir vaxt keçəndən sonra intuisiyamın məni aldatmadığının şahidi olacağam. Doğrudan da təkcə qadınlara məxsus ürəyədamma heç bir kişidə ola bilməz! Amma məni tələsdirməyin. Hələlik, hər şeyi, sizin “cinayət” adlandırdığınız o hadisəyə gələn marşrutu olduğu kimi təsvir etmək üçün mənə şərait və imkan yaradın. Oldumu, cənab hakim?
    Biz, mənim təhrikimlə, tezliklə barı tərk etdik. Mən evə tələsirdim. Dostuma başımın ağrıdığını bildirdim. O, mənə hansısa həbi qəbul etməyi məsləhət gördü... Biz səhərisi, o birisi, ondan sonrakı gün də görüşdük. Artıq bir-birimizə elə bağlanmışdıq ki, bizi heç bir qüvvə ayıra bilməzdi. O, bir dəfə utana-uatana, çəkinə-çəkinə bildirdi ki, bu yaxınlarda ağsaqqallarını bizim evə elçiliyə göndərmək niyyətindədir. Mən hələ bir az gözləməyi, səbr etməyi məsləhət gördüm. O, gülümsəyib dedi ki, ta nə qədər səbr etmək olar? Doğrudan da nə qədər səbr etməli idik?.. Amma mən elə bil nəyisə gözləyən bir adam kimi, bir daha öz dediklərimi təkrar etdim.
    O, artıq dediyim kimi, səbrli, təmkinli adam idi. “Nə olar, yenə gözləyərik” - deyə, mənim dediklərimə ciddi etirazını bildirmədi. Və mənim gözümdə daha da böyüdü!.. Biz küçələri dolaşıb yorulandan sonra o, mənə təklif etdi ki, bılkə gedib sakit bir yerdə əyləşək. Sonra gedəcəyimiz yeri də müəyyənləşdirdi. (Səsinin tonunu dəyişir). “Boş-boşuna gəzməkdən nə çıxar? Əgər bir söz desəm xətrinə dəyməz ki? Qulaq as, deyim, ya deməyim? Hə, deyəsən susursan? Deyirəm bəlkə gedək bizə. Yenə susursan. Demək, razısan. Bilirsən ki, mən tək yaşayıram. Nədir, qorxursan? Çəkinmə, mən adamyeyən-zad deyiləm.Niyə duruxursan? Hər halda sənə artıq əziz olan bir adamın həyat tərzi ilə yaxından taniş olsan, məncə heç nə itirməzsən. Sadə, ikiotaqlı mənzilim var. Bəlkə evin yır-yığış işində də mənə köməkliyin dəydi. Hə, nə deyirsən, gedək?”
    Nə deyə bilərdim ki? Gec-tez mən o mənzili görməli idim, ya yox?
    O, taksi saxlayıb ünvanı dedi. Şəhərin ucqarında yerləşən kiçik həyət evlərindən birinin yanında maşından düşdük. Artıq şər qadışmışdış nədənsə ürəyim həyəcanla döyünürdü. Amma özümü ələ almağa calışırdım. Axı, qeyri-adi nə baş verə bilərdi ki? O, sakit,təmkinli bir adam idi. Yəqin ki, artıq-əskik hərəkətəyol verməzdi. Axı biz ailə qurmağa, birıikdə mənalı bir ömür yaşamağa hazırlaşırıq.
    O, qapını açıb içəri keçdi, sonra məni arxasınca içəri dəvət etdi.:”Buyur, xoş gəlmisən”.
    Nə isə, keçdim içəri. O, qapını örtğb işığı yandırdı, mənim yağmurluğumu tutdu, sonra öz gödəkcəsini soyundu. Mənə sarı əyilib sirli bir əda və təbəssümlə alnımdan öpdü.Doğrusu, bu onun ilk və son öpüşü oldu. Eynəyini çıxarıb küncdəki dolabın üstünə qoydu. Mən onun çox iri, qəzəbli və ən qəribəsi də budur ki, tanış gözlərini eynəksiz halda ilk dəfə idi ki, görürdüm. Bəlkə bi iti baxışlar mənə hansısa filmdən tanışdır? Elə əvvəllər də mən onu hansısa aktyora bənzədirdim. Bəlkə bu... bu zalım oğlu dolayırmış məni, heç biologiya mğəllimi-zad deyil, aktyor imiş?.. Birdən-birə elə bil gözlərim alacalandı,ürəyim sıxıldı. Bəlkə tez geri qayıdım, çıxıb gedim bu xarabadan?.. Yox, bu, yaxşı düşməzdi. Birdən inciyər, ağlına min fikir gələr. Bəyəm indi bu cür ziyalı, mədəni, sakit kişi tapmaq asan işdir?
    Özünün dediyi kimi, onun “iş otağı”na keçdik. Divardakı şəkilləri görəndə elə bil dünya başıma fırlandı. Aman Allah, hər yerdən o “ifritə”nin şəkilləri asılmışdı. Hə, də onun... O, Rəvanı sevən, məni hədələyən, şillələyən ifritənin.
    Otağın ortasında donub qalmışdım. Özümü ələ almağa çalışdım. Bəlkə bu, onun bacısının şəklidir? Ya bəlkə vaxtilə sevib onu... o “ifritə”nı? Yox... Yox... Bu, ola bilməz. Sanki birdən-birə, olduğu kimi xatırladım o ifritənən baxışlarını! Bunun gözləri eyzən o qızın gözləri idi ki, vardi; indi hirsli-hirsli üzümə dikilmişdi. Yəqin ki, qardaş-bacı idi onlar. Bəlkə məndən bacısının intiqamını almaq istəyir? Axı, həmin “ifritə” o vaxt Rəvanla söyüşəndə mənə demişdi ki, “yaxşı, baxarıq, ifritə!” Deməli, belə... Yəqin ki, indi mənimləhaqq-hesab çəkmək istəyir. İstədim hay-küy qoparıb aradan çıxım. Amma özümü ələ alıb yenə yenə də şəkillərdən mənə baxan gözəlçəyə tamaşa edirdim. O, bütün şəkillərdə gülümsəyirdi. Elə bil məni ələ salıb cinlətmək istəyirdi...
    Əsl möcüzə isə bundan sonra baş verdi. “Dostum” pencəyini çıxarıb asılqandan asarkən mən onun ensiz, hamar çiyinlərini görüb qorxuya düşdüm. O, necə də zərif, zəif və arıq imiş. Yəqi zalım oğlu pencəyinin icindən çiyinlik qoyurmuş ki, enlikürək görünsün. O, dönüb üzümə baxarkən mən onun qabarıq sinəsini, köynəyinin altından qar kimi ağaran zərif boyun-boğazını görəndə lap özümü itirdim. Sən demə, hələ əsl həngamə irəlidə imiş. Sonra o, əlini üzünə atıb bığını-saqqalını qopartdı. Qorxu öz yerində, lap ətim ürpəşdi. Mənim qarşımda indi adi bir qız dayanmışdı; bu, həmin ifritənin özü idi. İndi onun bayaqkı hiddətli, qəzəbli baxışından əsər-əlamət qalmamışdı.
    O, qalibanə tərzdə, tox-tox gülümsəyirdi. “Hə, bax belə, indi tanıdın məni? Əvəz-əvəz oldu, yoxsa... yoxsa ayrı bir proqram da göstərim sənə?” İndi “ifritə”nin sifəti kimi səsi də dəyişmişdi.
    Məni hönkürək tutsa da, dişimi-dişimə sıxıb özümü toxtadım. Əlimi atıb onun zərif, kağız kimi dümağ boğazından yapışdım. O biri əlimi düyünləyib yumruğumu var gücümlə “ifritə”nin sifətinə çırpdım. O, qışqırıb yerə sərildi... Ağız-burnundan qan açıldı. İndi mən qismən də olsa sakitləşmişdim.
    Cənab hakim, siz məni bu gün burada cinayət törətmiş adam kimi mühakimə edirsiniz. Amma, yaxşı olar ki, düzgün qərar qəbul edəsiniz. Odur o “ifritə” indi bu zaldadır. Ağız-burnu sarıqlı olsa da . dili-ağzı yerindədir. Qoy o özü desin: mənim zərrə qədər günahım varmı? Bəlkə də var. Amma o da günah sahibidir axı. Bir dəfə o məni vurmuşdu, bir dəfə də mən onu yumruqlayası oldum. Hesab oldu heç-heçə. Bəlkə səhv edirəm? Xahiş edirəm ədalət məhkəməsi düzgün, obyektiv qərar çıxarsın. Yoxsa mən yuxarı instansiyalara şikayət edəcəyəm.
    Cənab hakim, səsiniz gəlmir, deyəsən siz yuxulamısız, cənab hakim, bəlkə siz o “ifritə”ni haqlı sayırsınız? Elə isə qoy o da öz sözünü desin. Bəzən ifritələrə də qulaq asmaq lazım gəlir.
    Sağ olun, cənab hakim. Göstərdiyiniz səbr və təmkinə görə sizə təşəkkür edirəm.
    Musiqi.

    Pərdə
    SON























    MUSİQİLİ MƏKTUBLAR
    Bir pərdəli monodram


    İŞTİRAK EDİR:

    QADIN



    Otaq. Küncdə pianino. Divardan kişi şəkli asılıb. Qadın otaqda gəzişir.
    (Qeyd: Tamaşada Kişinin məktubları lentə alınmış kişi səsi ilə də oxuna bilər).

    Mən yüngül bir zarafatın, adi bir qadın qeybətinin bu cür sonluqla bitəcəyinə heç vaxt inanmazdım. Əslində, mənim düşünülməmiş bir hərəkətim həyatımın bütün məcrasını dəyişdi. Mən o cür hərəkət etməklə bəlkə də öz adi, yeknəsək həyatımda xəfif bir mehin əsəcəyini gözləyirdim, amma hər şey əksinə oldu: mən qasırğaya düşdüm, şimşəklərə tuş gəldim. Xəyalımda qurduğum məzhəkəni qorxunc bir faciə əvəz etdi. Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır.
    Bəlkə hər şeyi əvvəldən, olduğu kimi danışım? Axı, ürəyimi deşən, məni gecə-gündüz dara çəkən bu zəhrimara qalmış fikirləri gec-tez kiminləsə bölüşdürməliyəm, ya yox? Ya bəlkə sussam yaxşıdır? Danışmaqdan kim bir xeyir görüb ki? Yox, yox, mən daha susa bilmirəm...
    Mən ailəli bir qadınam. Vaxtilə nazirliklərin birində mühasib işləmişəm. Sonra həmin nazirlik ixtisar olundu. Bizim dövrümüzdə nazirliyin ixtisara düşməsi qeyri-adi hadisə deyil. Görürsən ki, nazirliyin biri ləğv olunur, başqası yaranır. Bir də ki, nə nazirlik, canım, baxıb görürsən ki, bir ölkənin ləğv olunması barədə qərar çıxarırlar... Əlbəttə, yeni ölkələr də yaranır... Nə isə, bunların mənə heç bir dəxli yoxdur. Hə, onu deyirəm axı, mənim çalışdığım nazirlik ixtisara düşdü və təbii ki, mənim vəzifəm də getdi işinin dalınca. Əvvəlcə işsizliyə dözə bilmirdim. Hətta, bir-iki idarəyə ağız açası oldum. Amma sonra hər şey yoluna düşdü; o mənada ki, mən işsizliyə alışdım. Sən demə, işləməklə işləməməyin arasında elə də böyük fərq yoxmuş; işsizlik özü də bir işmiş.
    Anam tənha qalmağı xoşlamır, ona görə qızımı yanına aparıb. Ərimsə gecə-gündüz işləyir; elə böyük qazancı olmasa da şikayətlənməyə dəyməz. Axı, ailəmiz böyük deyil. Qurulu ev-eşiyimiz, bağımız, maşınımız... Adama daha nə lazımdır? Ərimin vəzifəsi nədir? O, əslində musiqi müəllimidir, pianoçudur. Amma bəstəkarlığı da var. Əsərləri ekranda, efirdə səslənir. Müğənnilərin bir çoxu onun mahnılarını yüksək qiymətləndirirlər. Yox, mən deyə bilmərəm ki, o, çox böyük istedad sahibidir; di gəl ki, ona istedadsız da demək olmaz. Öz çevrəsində xətir-hörməti olan adamdır. Doğrudur, o bir az qaraqabaqdır, adamayovuşmazdır, öz qınına çəkilməyi xoşlayandır... Amma bunun mənə bir ziyanı yoxdur; əksinə, bəlkə də xeyri var... Gündə birinə eşq elan edən, şok-açıqlamalar verən sənət adamlarından zəndeyi-zəhləm gedir. Belə götürəndə mən xoşbəxt qadınam. Təəssüf ki, indi mən bu sözləri keçmiş zamanda işlətməliyəm: yəni mən bir zaman xoşbəxt idim...
    Dediyim kimi, hər şey adi bir zarafatdan, qadın qeybətindən başladı. Bir dəfə ərimin bəstələdiyi mahnıları ifa edən müğənni xanım təşrif buyurmuşdu bizə. Yox, mən onun adını deməyəcəyəm. Tərs kimi, bu ərəfədə ərimin təcili işi çıxdı ortaya, gedəsi oldu. Qapıdan çıxanda mənə dedi ki, filankəs xanım gəlsə gözləməsin, bu gün işləyə bilməyəcəyik. Həmin gün onlar hansısa mahnını oranjeman edəcəkdilər. Ərim gedəndən az sonra müğənni xanım gəldi. Mən etika xatirinə onu içəri dəvət etdim. Axı, qapının ağzındaca ona ərimin dediyi sözləri çatdıra bilməzdim, hər necə olsa da mən özümü tərbiyəli qadın hesab edirəm. Açığını deyim ki, mən çoxdan tanıdığım bu qadını ərimə qısqanmırdım, təkcə ona görə yox ki, onun bir fərli görkəmi yoxdu, həm də ona görə ki, bu xanım mənim ərimə həmişə “qardaş” - deyirdi. Qadın keçib kresloda əyləşdi, ordan-burdan söhbət elədik. Mən ərimin dediklərini ona çatdırdım. O, bir az dilxor olsa da, üstünü vurmaq istəmədi: eybi yoxdur, sabah gələrəm, - dedi. Sonra mən çay gətirdim. Doğrusu, mən başqalarının şəxsi həyatına baş vurmağı xoşlamıram. Amma söhbət əsnasında belə məlum oldu ki, bu qadın xeyli vaxtdır ərindən boşanıb, iki uşaqla damın altda tənha qalıb, arabir toylarda-restoranlarda oxuyub beş-on manat qazanmaqla ailəsini birtəhər dolandırır. Görəsən, o, ərindən nə üçün boşanmışdı? Mən bu barədə ondan heç nə soruşmasam da qadın özü dərdini danışmağa başladı: sən demə əri ona tez-tez xəyanət edirmiş. Mən dedim ki, bəlkə ona kimlərsə yalan məlumat veriblər. Qadın gülüb dedi ki, qətiyyən elə şey yoxdur və əlavə elədi: bəyəm indi arvadına xəyanət etməyən kişi var ki? Mən heyrətə gəldim. Hirsdən-hikkədən gözümə qaranlıq çökdü. Görəsən, bu iyrənc qadın kimi nəzərdə tutur? Bəlkə ərim də mənə xəyanət edir? Mən gözaltı onu süzdüm. Sir-sifətinə o qədər ənlik-kirşan çəkmişdi ki, əsil sifətinin cizgiləri aydın seçilmirdi. Bəlkə o, ərim barədə nəsə bilir? Deyəsən, o, ürəyimdən keçənləri oxudu. Gülüb dedi: yox, sənin ərin barədə mən heç nə deyə bilmərəm. “Sənin ərin...” Sözə bax bir. O ,başqa vaxtlar “mənim qardaşım” - deyə, guya bacı kimi əzizlədiyi adamı indi kobud şəkildə “sənin ərin” - deyə bir növ özünə yaxınlaşdırırdı. Söz yox ki, “sənin ərin” ifadəsində qeyri-adi heç nə yoxdur. Amma qadınların qəribə bir ürəkoxuması, iybilməsi olur. Heç itlərdə də bu cür qabiliyyət yoxdur. “Sənin ərin” deyimindəki saxta tələffüz tərzi, incə sataşma üsulu, gözdənsalma nüansı mənim nəzərimdən yayına bilməzdi. Sözə bax bir: “sənin ərin”. Nə oldu, özgə vaxtlar sənin “qardaşın” olurdu, indi onu “sənin ərin” adlandırırsan?! Ərim olmağına, danmaram, o, mənim ərimdir. O, həm də “sənin qardaşındır”, axı... Mən o yerdə özümü saxlaya bilməyib elə-beləcə də dedim: əgər dünyanın bütün kişiləri arvadlarına xəyanət edirsə sənin qardaşın kənarda qala bilərmi? O, əvvəlcə qımışdı, sonra əlini-əlinə vurub qəhqəhə çəkdi: nədir, yoxsa sən də ərinə qısqanırsan? Yenə eyni əda, eyni ifadə tərzi: “sənin ərin”. Mən bu ifritənin əsil üzünü görüb... tüpürmək istəyirdim. Amma onun sifəti kosmetik layların altında itib-batmışdı... O, mənim qanımın qaraldığını görüb ayağa durdu, qapıya yaxınlaşdı. Bəlkə də artıq qarşısına qoyduğu məqsədə çatmışdı. Kişiləri deyə bilmərəm, amma əla bilirəm ki, qadınların çoxu bir-birinə diplomatik zərbələr vurmaq üçün minlərlə gedişlər edir, variantlar fikirləşib tapırlar. Deysən, “mənim ərimin” “bacısı” artıq öz istəyinə çatıb qismən rahatlanmışdı. İndi mənim sinəmdə tonqal çatılmışdı. “Sənin ərin...” Elədir, mənim ərim bir növ dəyişib ayrı adama çevrilməkdə idi. O, dünyadakı “bütün kişilərdən birinə” çevrilmişdir. O, deyəsən doğrudan da mənə xəyanət edə bilərdi. O, artıq “mənim ərim” olmaqla yanaşı, günlərin bir günü “sənin ərin” də ola bilərdi.
    Mən qəzəbimi zorla boğaraq ərimin sevimli müğənnisini qapıyacan ötürüb geri qayıtdım. Birdən-birə onun eybəcər hesab etdiyim sifəti mənim gözlərim önündə gözəlləşməyə, cazibədar görkəm almağa olmağa başladı. Bu iblis qızı iblis haradan gəlib çıxdı mənim evimə?.. Elə bil başımda şimşəklər oynadı, ildırım çaxdı. Əlbəttə, göylərin gurultusunu həmişə leysan yağışlar əvəzləyir. Mən ağzıquyulu çarpayıya döşənib o ki, var ağladım... Xeyli yüngülləşsəm də artıq ürəyimə şübhə toxumları əkilmişdi. Ərim qayıdanda ona “bacısının” gəldiyini bildirdim. O, heç nə deməyib öz otağına çəkildi, pianonun arxasına keçib mənim indiyəcən eşitmədiyim bir melodiyanı çalmağa başladı.
    Əlbəttə, mən o qədər də sadəlövh qadın deyiləm ki, düz-əməlli tanımadığım hansısa bir müğənninin sözündən tez-tələsik nəticə çıxarıb ərimin üstünə hücum çəkim. Ümumiyyətlə, mən ər-arvad arasında davranış pərdəsini götürməyin əleyhdarıyam. Zəhləm gedir gündə cəng-cidala çıxanlardan. Özümü hədsiz qısqanclıq hissi keçirən qadınlar qrupuna da aid edə bilmərəm. Amma... Amma etiraf edim ki, müğənni qadının eyhamlı sözləri mənə yaman yer eləmişdi. Söz yox ki, ərimə bu barədə heç nə demədim. Amma həmin gündən etibarən mən onun hərəkətlərinə altdan-altdan göz qoymağa başladım. Artıq ərimin telefon danışıqları, geyim-kecimi, adamlarla, (xüsusən, qadınlarla) söhbəti bir növ mənim nəzarətimdə idi. O, aradabir piano arxasına keçib hansı müğənniyəsə yeni yazdığı əsərdən parçalar ifa edəndə mənim qulaqlarım daha da şəklənir, özümdən asılı olmayaraq onun həndəvərində fırlanırdım. Onu da hiss edirdim ki, belə hallarda, mənim ona diqqət kəsildiyim anlarda, ərim daxilən əsəbiləşir, hiddətlənir, amma bunu üzə vurmur. O, təbiətən iradəli adamdır, özünü ələ almağı bacarır.
    Mən get-gedə ərimin məndən soyuduğunu, hətta uzaqlaşdığını görürdüm. Sanki mən evin adi əşyalarından biri idim. Son günlər onun vaxtilə bir məclisdə yeyib-içərkən qadınlar haqqında dediyi bir fikir də başımda maqnitofon lenti kimi tez-tez təkrarlanırdı: “Qadın evin ən qiymətli əşyasıdır”. Onda hamı ərimin bu sözünə qəhqəhə çəkib gülmüşdü. Elə mən özüm də... Amma indi mənə elə gəlirdi ki, bu sözlər ümumiyyətlə qadınlara yox, məhz mənə, şəxsən mənim özümə - onun arvadına ünvanlanıb. Deməli, mən əşya idim. Adicə bir əşya...
    Hər necə olsa da mən musiqiçi arvadı hesab olunurdum. Onun iştirak etdiyi konsertlər barədə radiodan, televizordan xəbər tuturdum. Əvvəllər belə şeyləri eynimə almırdım. Amma indi onun mənə qarşı laqeydliyi ürəyimə toxunurdu. Yox, bu uzun müddət belə davam edə bilməzdi. Bu siçan-pişik oyununa nə vaxtsa birdəfəlik son qoyulmalı idi. Mən, necə deyərlər, əlverişli məqam axtarırdım. Tərs kimi belə bir məqam gəlib yetişmirdi.
    Küçədə qol-qola gedən, deyib-gülən ər-arvad görəndə bağrımın başı göynəyirdi. Bilirdim, elə kişilər var ki, evə bir saat gec gələndə zəng vurub arvaddan icazə istəyir. Hətta, üç-dörd günlüyə ezamiyyətə gedəndə ailəsinə hər gün teleqram və ya məktub göndərən xoşbəxt ailə başçıları da olur... Bəlkə mən də məktub yazım... Kimə? Ərimə? Lap elə bəzi filmlərdə olduğu kimi bir parça kağız yazıb onun stolunun, ya da pianosunun üstünə qoyub gedim. Nə yazım orada? “Əlvida, məni gözləmə, sağ ol!” Vəssalam? Vəssəlam! Yox, bu, lap ağ olardı. Eşidib-bilənlər məni qınayardı. Deyərdilər ki, yəqin bu qadının, yəni mənim başıma at təpib... Mən məktub yazıb qoymaq fikrindən vaz keçsəm də ağlıma qəribə, bəlkə də gülməli bir ideya gəldi. Bəlkə mən ərimə doğrudan da məktub yazım... Amma vida məktubu yox... Elə-belə, adi məktub, sevgi məktubu... Başqasının adından?.. Yox, başqasının niyə, elə öz adımdan. Yazım ki, səni sevirəm. Heç imza da qoymaram. Yəqin ki, xəttimdən biləcək məktubu mənim yazdığımı. Qoy bu da bir zarafat olsun. Mən o anlarda hər şeyin nikbin sonluqla qurtaracağına inanırdım. Axı, mən nə vaxtacan şübhə, qısqanclıq içində vurnuxmalı idim? Öz qadınlıq intuisiyama arxayın olub deyə bilərəm ki, o da nəyinsə əzabını çəkirdi.
    Nəhayət, günlərin bir günü özümü ələ alıb çox şən əhval-ruhiyyədə ərimə qəribə bir sevgi məktubu yazmağa başladım. Sözlərin qələmdən ağ, iri not kağızına necə süzüldüyünü özüm də hiss etmirdim.
    Məktubda mən ona müraciətən deyirdim:

    “Hələ ilk gəncliyimdən sənin yazdığın musiqi əsərlərinin vurğunu olmuşam. Mən o əsərlərin təsiri altında böyüyüb boya-başa çatmışam. Sonralar bu vurğunluq, bu heyranlıq əsil sevgiyə çevrilib. Qəribə də olsa mən səni uzaqdan-uzağa sevib əzizləmişəm. İndi hər gün, hər saat, hər an səni düşünürəm. Qulaqlarımda sənin musiqin, sənin melodiyan, sənin mahnıların səslənir. Mən hər gün səni görür, addımlarını baxışlarımla izləyir, ayaq səslərinə qulaq asıram. Sənsə mənim varlığımı sanki hiss etmirsən. Bu, məni üzür, məni ağrıdır. Bircə dəfə də olsa başını qaldırıb mənim üzümə baxmırsan. Nə üçün? Axı, niyə anlamaq istəmirsən ki, bu dünyada səni sevən, səninlə bir nəfəs alan, sənin eşqinlə yaşayan bir qadın var? Mən sənin biganəliyinə dözə bilmirəm. Bəlkə sənin üçün mən adi bir əşyayam? Xahiş edirəm, başını qaldır, mənə bax. Bilirəm ki, sənin ürəyində əbədi bir melodiya səslənir; mən çox istərdim ki, o ölməz musiqinin son akkordu mənim sənə olan tükənməz sevgimlə qanadlansın. Sən mənim əbədi sevgim, əbədi sevincimsən. Öpürəm”.

    Təbii ki, məktubun altında imza qoymadım. Axı, o diqqətli olsaydı yəqin ki, mənim xəttimi tanıyacaqdı. Bundan başqa, mən məktubu onun not dəftərinin vərəqinə yazmışdım. Məktubda ünvan yerinə poçtun nömrəsini göstərmişdim; həmin poçtxana düz bizim evin altında yerləşirdi. Zərfin üstündə pasportumun seriya nömrəsi də qeyd olunmuşdu. Əgər cavab məktubu gəlsəydi onun üstünə də yəqin ki, mənim məktubumda olduğu kimi “tələblə” sözü yazılacaqdı. Amma əslində mən belə bir məktubun göndəriləcəyinə qətiyyən inanmırdım.
    Məktub öz evimizə ünvanlamışdı. Amma cavab məktubu (əgər belə bir məktub gələcəkdisə) mənim əlimə keçməməli idi. Ümumiyyətlə, mən arabir ərimin adına müxtəlif yerlərdən göndərilən məktub və ya kitab-dəftər baratlarını açıb yoxlamağı xoşlamırdım. O, bunu yaxşı bilirdi. İndi də yəqin ki, belə olacaqdı; daha doğrusu, belə olmalı idi! Mən öz ünvanımıza - ərimin adına özümün yazıb yolladığım məktubu açıb oxuyası deyildim ki!
    Həmin günün səhəri qızıma baş çəkmək bəhanəsilə anamgilə getdim. Bu barədə ərimə də məlumat verdim. O qaşqabaqlı tərzdə qısaca: anana salam deyərsən - dedi. Mən xudahafizləşib qapıdan çıxdım. İki gün anamgildə qaldım. Arada iki-üç dəfə evimizə zəng vurub ərimin kefini soruşdum. Nə yemisən, nə içmisən? Hətta, zarafat da etdim: darıxmırsan ki? Sonuncu dəfə zəng vuranda fürsəti fövtə verməyib zarafat da elədim: darıxsan məktub yaz!.. Xəttin o başında ərim nəsə mızıldandı, hə, elədir, “məktub yaz” - sözünü eşidəndə. Başqa heç bir reaksiya, heç bir işarə!
    Mən evə qayıdanda ərim evdə yox idi, axşamsa gec gəldi. Elə bildim ki, o zarafata salıb mənim “şanlı məktubumdan” söhbət açacaq, arabir olduğu kimi qəhqəhə çəkib güləcək, sataşacaq mənə. Amma o, bu mövzuya toxunmadı, sakitcə öz otağına keçib pianonun arxasında əyləşdi. Mən ona bir stəkan qəhvə apardım - o, gecələr işləyəndə qəhvə içməyi xoşlayırdı, - o, başını belə qaldırmadan dodaqaltı nəsə mızıldandı. Adətən, kefsiz olanda onun bu cür mızıldanmağı vardı. Qəribə idi: bəs məktubdan niyə söhbət açmadı? Bəlkə məktub hələ gəlib çatmayıb ona? Bu, ola bilməzdi! Poçtxana düz evin altında - cəmi üç-dörd addımlıqda idi. Yox... Bəlkə, o, məktubu alıb, gərəksiz-mənasız bir şey kimi cırıb atıb?.. Bəlkə gözləyir ki, mən özüm söhbət açam o “musiqili” məktubdan? Bəlkə də alıb, tezliklə cavab məktubu yazacaq?.. Bu sonuncu tezisə söykənib hələ bir müddət gözləməyi qərara aldım. Bir neçə dəfə hətta poçta enib pasportumu təqdim etdim, adıma “tələblə” məktub gəlib-gəlməməyi ilə maraqlandım. Aradan üç gün, beş gün, on gün... keçdi. Məktub, daha doğrusu cavab məktubu gəlmirdi ki, gəlmirdi.
    Tənbəllik etməyib növbəti məktubu yazmağı qərara aldım. Bu dəfə də “atəşli salamlardan” sonra ötən dəfəki-ilk dəfəki məktubda olan fikirləri təkrarən yada salıb keçdim əsil mətləbə. Bu dəfə ona “siz” - deyə müraciət edirdim.

    Mən ərimə yazırdım: “Bəlkə də siz məni sadəlövh bir qadın hesab edirsiniz. Bu, qətiyyən belə deyil. Mən həyatın ağrı-acısını dadmış bir adamam. Və belə hesab edirəm ki, sizə olan hisslərim heç də ötəri deyildir. Sizin musiqiniz və şəxsiyyətiniz məni daim məşğul edir, düşündürür. Siz bəlkə də təəccüb edirsiniz: axı, bu qadın məndən nə istəyir? Əslində, heç nə! Mənə heç nə gərək deyil. Mən sadəcə olaraq sizi daim sevmək, əzizləmək, oxşamaq istəyirəm. Mən sizin səsinizi-nəfəsinizi eşidəndə özümü əsrarəngiz bir aləmdə hiss edirəm. Hələ sizin musiqiniz... Aman Allah! Mən daim sizin melodiyanızın qanadlarında uçuram. İnanın ki, mən özümü sizsiz bir an da olsun təsəvvür edə bilmirəm. Bilmirəm bu, mənim xoşbəxtliyimdir, yoxsa bədbəxtliyim? Mən zəif iradəli qadın deyiləm. Amma hiss edirəm ki, sizsiz bu dünya, bu aləm mənə dar gəlir. Siz öz musiqinizlə otların, çiçəklərin, buludların, göylərin “dilini” açırsınız. Doğrudanmı siz məni anlamaq, dinləmək istəmirsiniz?.. Mən buna inanmıram. Xahiş edirəm mənə gülməyin, məni ağılsız hesab etməyin. Mən sizi son nəfəsimə - qəbr evinəcən sevəcəyəm”.

    Məktubu öz ünvanımıza yola salıb yenə anamgilə getdim. Oradan bir-iki dəfə ərimə zəng vurub kef-əhvalını soruşdum. Yenə həmin mızıltı, həmin “salam-sağ ol”, həmişəki soyuq cavablar... İki gündən sonra evə qayıdarkən poçtxanaya baş çəkdim. Pasportumu göstərib mənə “tələblə” məktub olub-olmadığı ilə maraqlandım. Möcüzə baş vermişdi: üstünə pasportumun məlum seriyası yazılmış kiçik zərfi görəndə elə bil başımda ildırım çaxdı. Amma hələ həyəcanlanmaq, hiddətlənmək tez idi: gərək məktubu arın-arxayın oxuyub bir qərara gələydim. Zərfi çantama qoyub iti addımalrla evə qalxdım. Qapıdan içəri girəndə telefon zəng çaldı; fikirləşdim ki, yəqin ərimdir, mənə “musiqili məktubla” bağlı atmacalı sözlər deyib zarafatlaşacaq. Səhv etmişdim. Zəng vuran məni neçə vaxtdan bəri şübhə kamerasına itələyib salan o müğənni qadın - o iblis qızı iblis imiş. O, dilini əzə-əzə kef-əhvalımı soruşandan sonra “mənim ərimin” harada olması ilə maraqlandı. Mən kəskin və sərt cavab verdim: bilmirəm! Beləsi ilə elə bu cür danışmaq lazımdır. Qoy rədd olub getsin, başımdan açılsın! Deyəsən, xəttin o başındakı qadın çaşıb özünü itirdi. Cəhənnəmə ki!.. Jəld zərfi açıb məktubu oxumağa başladım.

    “Naməlum qadına məktub.
    Salamlar. Mən sizin məktubları - daha doğrusu, həm birinci, həm də ikinci müraciəti alıb oxudum...”

    Gözlərim qaraldı. Mən ona birinci məktubumda “sən” - deyə müraciət etmişdim, o isə mənə “siz” deyir. Hələ mənim, daha doğrusu, “naməlum qadının” məktubuna, “müraciət” - deyə çox mötəbər bir anlam verməsinə bax bunun! Özümü ələ alıb “müraciə”tin ardını oxumağa başladım:

    “Düzü, birinci məktubu oxuyarkən mənə elə gəldi ki, bu, şıltaq bir qadının zarafatlarıdır. Fəqət ikinci məktub məni fikirlərimdən daşındırdı. Bəribaşdan qeyd edim ki, səmimi hisslərinizə görə sizə öz təşəkkürlərimi bildirirəm. Məktubunuzdan belə başa düşdüm ki, siz mənim həyat və yaradıcılığıma yaxından bələdsiniz. Bu, məni sənətə bağlı bir adam kimi ürəkdən sevindirir. Xoşbəxtəm ki, məni olduğum kimi duyan, qiymətləndirən insanlar var. O insanlardan biri də sizsiniz. Məktubunuzdan hiss olunur ki, siz həssas, gözəl bir qadınsınız. Mənsə duyan qadınları çox sevirəm. Heç də təsadüfi deyil ki, mənim əsərlərimin əksər qəhrəmanları qadınlardır: sevən, sevilən, düşünən, çalışan qadınlar... Bir daha sizə təşəkkür edirəm. Amma sizdən bir xahişim var: mənə yenə məktub yazmaq fikrinə düşsəniz zərfin üstündəki ünvana - yəni poçtxanaya “tələblə” göndərərsiniz. Doğrudur, mənim arvadım qısqanc deyil, amma necə deyərlər, ehtiyatlı igidin anası ağlamaz. Sağ olun”.

    Məktub not vərəqinə yazılmışdı. Zərfin üstünü oxudum: ünvan bizim poçtxana göstərilmişdi. Ərim “tələblə” göndəriləcək məktubu almaq üçün öz pasport seriyasının nömrəsini də əlavə etmişdi. Bu axmaq bir az diqqətlə baxsaydı görərdi ki, mənim yazdığım məktubun üstündə də həmin ünvan - bizim evin altındakı poçtxananın nömrəsi göstərilib.
    Mən məktubu alan günün axşamı ərimin televizorda çıxışı oldu. O, bu barədə mənə heç bir söz deməmişdi. Bunu rəfiqələrimdən biri zəng edib çatdırdı. Qəribədir, elə bil o - “mənim ərim” xeyli dəyişmişdi. Əlbəttə, yaxşılığa doğru. Saçı səliqəli şəkildə vurulub yana daranmışdı. Deyəsən, bu gün dəlləkxanaya gedibmiş. Üzündə yumşaq bir təbəssüm vardı. Əvvəllər qaşqabağı yerlə gedən ərimin indi sir-sifəti işıqlanmışdı. Mən ağılsız, mən axmaq onu qaşqabaqlı olduğuna görə vaxtilə nə qədər məzəmmət etmişdim! İndi yaxşı olur, bu da azdır mənə! Ərimin üzünə xoş təbəssüm qonub! Bəxtəvər başıma!
    Ərim evə gec gəldi. Hiss elədim ki, içkilidir. Öz otağına keçib zümzümə etməyə başladı. Yəqin ki, “naməlum qadının” eşqi ilə növbəti mahnı bəstələmək istəyirdi. Mən masa arxasına keçib “vurulduğum” adama - ərimə yeni məktubu yazmağa başladım.

    “Sizin cavab məktubunuz məni olduqca sevindirdi. Doğrusu, sizdən cavab alacağıma qətiyyən inanmırdım. Bu anlarda mən elə bil ki, qanad açıb göylərdə uçuram. Təsəvvür edirəm ki, sizin qadınınız necə də bəxtəvərdir. (Mən bilirəm ki, siz evlisiniz). Axı, o, sizin kimi istedadlı, əvəzsiz, şöhrətli bir insanın arvadıdır. Mən əminəm ki, o, sizi duyur, anlayır, qiymətləndirir. Mən bütün günü sizi düşünürəm. Mahnılarınızın əsiriyəm. Mən bu məktubu qələmə almazdan bir qədər əvvəl televizorda çıxış edirdiniz. Saçınızın səliqəsi, təbii cestləriniz, danışıq ədanız məni yenə valeh etmişdi. Hələ təbəssümünüz! Sizə o təbəssüm, o gülüş necə də yaraşır. Yəqin ki, sizi sevən, qiymətləndirən pərəstişkarlarınız az deyil; şübhəsiz ki, mən qadınları nəzərdə tuturam. Siz hələ gəncsiniz. Əminəm ki, bundan sonra daha gözəl əsərlər yaradacaqsınız. Dünyanın böyük səhnələri, nəhəng salonları sizi alqışlayacaq”.

    Mən məktubda “onun qadınını” xüsusi vurğulamışdım. Özü də bilərəkdən. Mən gec-tez ərimin mənə dəqiq münasibətini bilməli idim, ya yox? Mən öz kiçik ailəmdə öz yerimi, öz mövqeyimi dəqiqləşdirmək istəyirdim.
    Zərfin üstünü yazıb məlum ünvana yola saldım. Çox gülməli, həm də ağlamalı vəziyyət yaranmışdı: hər ikimiz məktubu eyni poçtxanadan yollayıb oradan da alırdıq.
    Mən heç nəyi üzə vurmasam da ərimin davranışına xüsusi diqqət yetirməkdə idim. O, sözün həqiqi mənasında saatbasaat, anbaan dəyişməkdə idi. İki gündən sonra növbəti məktubu aldım.

    “Naməlum qadına məktub.
    Məktubunuzu aldım. Doğrusunu deyim ki, artıq mən sizdən məktub almayanda darıxıram. Və ən qəribəsi budur ki, mən o məktublarda sizin səsinizi eşidirəm. Mən indiyəcən bu cür pərəstişkarımın olduğunu heç ağlıma da gətirməzdim. Etiraf edim ki, sizin məktublarınız mənə qol-qanad verir... O ki, qaldı arvadımın mənə, mənim yaradıcılığıma münasibətinə... Bu barədə danışmaq mənə çətindir; nə qədər acı da olsa deməliyəm ki, o, mənim əsərlərimi lazımi səviyyədə qiymətləndirə bilmir. Hətta, mənə elə gəlir ki, onun musiqiyə, mənim bəstələrimə allergiyası var. Mən piano arxasına keçəndə sanki arvadımın yası düşür: o, belə vaxtlarda ya öz otağına, ya da ki, mətbəxə keçib qurdalanır. Mən deyə bilmərəm ki, o küt adamdır. Yox, sadəcə olaraq arvadım mənim sənətimə bir qədər qeyri-ciddi yanaşır. Doğrudur, onun başı musiqidən az-çox çıxır, hətta, boş vaxtlarında pianonun arxasına keçib onun dillərinin üstündə gəzişməsi də var; bir-iki havanı dınqıldatmağı bacarır. O, bununla sübut etmək istəyir ki, heç də məndən istedadsız adam deyil. Onun əsil sənəti hesabdarlıqdır. Bəlkə də buna görə hər şeydə hesab axtarır, daha doğrusu, haqq-hesab çürütməyi xoşlayır; ən çox da pulu sevir. Əlbəttə, indi pulu sevməyən adam azdır, bəlkə də heç yoxdur. Amma mən özümü heç də pul, var-dövlət divanələrindən hesab etmirəm. Sənət, yəni öz sənətim, mənə hər şeydən qiymətlidir. Mən hər hansı bir əsərimi yaradarkən onun maddi tərəfi barədə düşünmürəm. Mən mənəviyyat adamıyam. Yox, mən deyə bilmərəm ki, öz arvadıma nifrət edirəm. Qətiyyən! Sadəcə olaraq, biz uzun illər bir damın altında yaşasaq da bir-birimizi lazımi səviyyədə başa düşə bilməmişik. Mən indi-indi dərk edirəm ki, gərək, hər kəs özünə layiq insanla ailə həyatı qursun. Yaxşı deyiblər ki, hər bir dahinin böyüklüyünü əvvəlcə onun ailə üzvləri, ələlxüsus arvadı təqdiq etməlidir. (Əgər söhbət kişidən gedirsə). Mən özümü heç də dahi hesab etmirəm. Lakin, eyni zamanda istedadsız da deyiləm, - bunu çoxları təsdiq edir. Demək istədiyim budur ki, insanın yüksəlişinin müəyyən mərhələləri ailə ilə bağlıdır. Bunu heç kəs inkar edə bilməz... Mən sizin subay və ya ailəli olmağınız barədə mühakimə yürüdə bilmərəm. Əgər ailəlisinizsə, güman edirəm ki, əriniz xoşbəxt adamdır. Yox, əgər subaysınızsa... Nə deyim, vallah?.. Yəqin ki, səadət hələ irəlidədir. Mən bir-birini anlayan ailələrə qibtə edirəm. Mən ərini sözsüz-filansız, elə işarədəncə başa düşən qadınlara baş əyirəm. Sizinlə məktublaşmaq, fikir mübadiləsi aparmaq mənimçün xoşdur. Sevinirəm ki, bu cür ziyalı, erudisiyalı, geniş düşüncəli qadınlarımız var. Sizə ehtiram və sayqılarım daimidir. Əllərinizi öpürəm. Məktubunuzu gözləyirəm”.

    Bu məktub məni şoka saldı. Hirsimdən dişim bağırsağımı doğrayırdı. Əvvəlcə istədim məktubu cırıb zibil yeşiyinə atım. Sonra ərimi gözləyib onun özünə oxumaq keçdi ürəyimdən. Amma özümü ələ aldım. Fikrimdən daşındım. Məktubu “arxivdə” gizlətdim. Məni yandıran o idi ki, ərim tamamilə əsassız fikirlər yürüdürdü. Axı, mən başıdaşlı onun sənətinə haçan qeyri-ciddi yanaşmışdım? Bəyəm mən doğrudan belə pulgir idim? Düzdür, o, özü demiş pula biganə deyildim. Amma başqa qadınlar kimi var-dövlət üstündə evdə dava-qırğın salmağı xoşlamırdım... Bir bunun özündən müştəbihliyinə bax! Son vaxtlar özünə xüsusi diqqət yetirməyinə tamaşa elə! Dahiyə bax, istedada bax!.. Yaxşı, mən sənin başına elə bir oyun gətirim ki, özün də mat qalasan!
    Əsəbi, gərgin vəziyyətdə olsam da dişimi dişimə sıxıb not dəftərinin iri ağ vərəqinə özümün növbəti “musiqili məktubumu” yazmağa başladım.

    “Mən sizin məktubları ən qiymətli sənət əsərləri kimi öz arxivimdə - kiçik kitab dolabının gözündə üst-üstə yığıb saxlayıram. Ayrı cür ola da bilməz. Axı, bunlar mənə çox əziz olan, istedadlı, hətta, çəkinmədən deyərdim ki, dahi bir bəstəkarın qiymətli yadigarlarıdır. Gizlətmirəm, mən evliyəm. Təsadüfə baxın ki, özüm də sizin arvadınız kimi, iqtisadçıyam. Öz ərimə də biganə deyiləm. Fəqət sizin cazibənizdən çıxa bilmərəm. Bütün günü beynimdə sizin musiqiniz səslənir. Ən kiçik etüdlərinizdən tutmuş iri həcmli simfonik əsərlərinizəcən hamısını əzbərdən bilirəm. Onların çoxunu ifa edirəm. Dünən radioda eşitdim ki, yeni opera üzərində işləyirsiniz. Mən mütləq o qiymətli əsərin premyerasında iştirak edəcəyəm. Sizin bütün uğurlarınız məni sevindirir. Etiraf etməliyəm ki, mən get-gedə sizi özümə ən yaxın dost hesab etməkdəyəm. Elə bil ki, uzun, çox uzun illərdir ki, sizi tanıyıram. Əslində burada qəribə heç nə yoxdur. Mən sizin melodiyalarınızın köhnə pərəstişkarıyam. Mənə elə gəlir ki, sizə olan ilıq münasibətim artıq ailə üzvlərimizə də məlumdur. Mən qızımdan heç nəyi gizlətmirəm. Sizə olan diqqət və ehtiramımı o, yaxşı bilir. Şəklinizi böyüdüb divardan asmışam. Haradan əlimə keçib bu şəkil? Qoy düzünü deyim: ötən il rəngli bir curnalda iri portretiniz çıxmışdı. Siz o şəkildə çox cazibədar bir görkəmdəsiniz: qucağınızda iri gül dəstəsi, boğazınızda kəpənək-qalstuk... sanki qanad açıb uçmağa hazırlaşırsınız... Bəs ərim bu işlərə necə baxır? Doğrusu, bu barədə heç düşünməmişəm. Bir də ki, nə düşünür düşünsün! Siz mənimçün bu dünyada ən əziz, ən doğma adamsınız. Səmimiyyətimə inanın”.

    Mən əslində hər şeyi - ona olan əzəlki münasibətimi (artıq o, gözümdən düşməkdə idi), divardan asdığım foto-şəkli, qızıma “ərimlə” bağlı dediyim xoş sözləri, onun məktublarını harada qoruyub saxladığımı, bir sıra əsərlərinə vurğunluğumu olduğu kimi, təbii ki, bir qədər də bəzək-düzəkli qaydada təsvir etmişdim.
    Ərim gözüm görə-görə əlimdən çıxmaqda idi. O, get-gedə məndən uzaqlaşır, mənə yadlaşırdı. Əvvəllər arabir gecələr göstərdiyi ötəri mehribanlıqlar, beş-on kəlmə xoş sözlər də aldığım “musiqili məktublar” kimi “arxivə” gömülmüşdü. O, indi mənimlə çox rəsmi qaydada danışır, hətta, tikanlı və ya zarafatyana atmacalarıma belə reaksiya vermirdi. Məlum məsələdir ki, onu o məktublar başdan çıxarmaqda idi. O, öz-özünə başqa nəzərlə baxmağa başlamışdı; o, öz-özünə vurulmuşdu; onda izahı çətin olan bir maniya yaranmışdı. İndi əvvəlkindən daha çox, daha məhsuldar işləyir, ekranda-efirdə daha sıx görünürdü. Tez-tez qəzet-curnallara müsahibələr verir, yaradıcılıq planlarından söhbət açırdı.
    Mən konkret olaraq necə hərəkət edəcəyimi, qarşıda hansı taktikanı seçəcəyimi müəyyənləşdirə bilməsəm də sövq-təbii bu işlərin çox gözlənilməz sonluqla bitəcəyinə inanırdım. Əslində, izaholunmaz hisslərin məngənəsində vurnuxa-vurnuxa qalmışdım. Bir yandan indi tədricən nifrət etməyə başladığım ərimə, digər tərəfdən təzədən ürəyimin əksinə də olsa rəğbətim artmaqda idi. Sən demə, o, heç də mənim əvvəllər düşündüyüm qədər soyuqqanlı, laqeyd adam deyilmiş. Ürəyində illərdən bəri gizli hisslər donub qalıbmış. Artıq o hisslər - o donmuş duyğular hərəkətə gəlmişdi. “Naməlum qadının” məktubları buzu yerindən tərpətmişdi. İndi mənə elə gəlirdi ki, o məktubları “mənim ərimə” (lənətə gələsən səni ifritə-müğənni!) tamamilə yad, özgə bir qadın yazıb göndərir. Mən bu minvalla get-gedə öz ərimi o “naməlum qadına” - özümə qısqanır, nifrət edirdim. Amma geriyə yol yox idi. Mən sanki qorxulu bir oyuna düşmüşdüm və o oyundan çıxmağa cəsarətim çatmırdı. Digər tərəfdənsə, özüm haqqında ərimin “məktublarından” hələ bir çox mətləbləri də öyrənmək istəyirdim. Yox, bu işi elə-belə, yarımçıq saxlamaq olmazdı. Çox güman ki, hər bir qadın ərinin ona olan əsl, həqiqi münasibətini öyrənmək üçün əldən-ayaqdan gedir. Amma heç bir kişi heç bir vaxt öz arvadına əsl həqiqəti, əsl münasibəti olduğu kimi açıqlamır. Adətən, kişilər öz arvadları barədə ürəklərində gizlətdikləri sirrləri olduğu kimi başqa qadınlara (məhz qadınlara - kişilərə yox!) açıb deyirlər. Və orası da mənə məlumdur ki, çox vaxt həmin qadınlar o kişilərin məşuqələri olur. Mən kiminsə məşuqəsi olamasam da bunları yaxşı bilirdim. Bunu hansısa kişilərin məşuqəsi olan qadınlardan eşitmişdim. Ürəyim məni aldatmırdısa, hiss edirdim, lap elə əmin idim ki, ərim indi mənim şəxsimdə özünə “məşuqə” tapmışdı. “Naməlum qadının” yazdığı “musiqili məktublar” onun bütün dünyasını alt-üst etmişdi. O, təzə sevdaya düşmüşdü... Mən belə bir fürsəti - onun son məqsədini, əsl istəyini öyrənmək fürsətini qətiyyən əldən verə bilməzdim...
    Onun “naməlum qadına” növbəti məktubu, mənim öz düşüncələrimdə nə qədər doğru olduğumu bir daha təsdiq etdi. Not vərəqinə səliqəli xətlə yazılmış məktubu dönə-dönə oxudum. O, artıq mənə “sən” - deyə müraciət edirdi.

    “Naməlum qadına məktub.
    Mən hər gün poçtxanaya bir neçə dəfə baş çəkirəm. Sənin məktubların artıq mənim həyatımın bir hissəsinə çevrilib. Hiss edirəm ki, son günlər həyatımda böyük dəyişiklik yaranıb. Bunun səbəbkarı sənsən, sənin məktublarındır. Mən xoşbəxtəm ki, bu dünyada məni olduğum kimi dərk edən bir qadın var: həm də elə bir qadın ki, o, məni uzaqdan-uzağa, qiyabi tanıyır. O, sanki mənim taleyimə, həyatıma, yaradıcılığıma məndən yaxşı bələddir. O qadın məni düşünür. Bu, insan üçün böyük xoşbəxtlikdir. Bu mənada mən özümü xoşbəxt hesab edə bilərəm... Mənim əzizim, belə hesab edirəm ki, bizim görüşməyimizin vaxtı yetişib. Bəlkə zəngləşək? Məncə növbəti məktubda sən telefon nömrəni bildirəcəksən... Mən tez-tez sənin düşüncə və mühakimələrin ətrafında baş sındırmalı oluram. Bu cür ağıllı bir qadınla eyni vaxtda yaşadığım üçün sevinirəm. O, hər şeyi necə də düzgün təhlil edir, obyektiv mülahizələr yürüdür. Sənin hər məktubun təkcə səni yox, elə mənim özümü də özümə daha yaxından tanıdır. Sənin etirafların məni riqqətə gətirir. Xoş sözlərin mənim yaradıcılığıma impuls verir... Nə isə... Yaxşısı budur, zəngləşib görüşək. Məncə bu, tarixi bir görüş olacaq”.

    Bunun məndən dönə-dönə telefon nömrəsi istəməyinə bax bir! Alçaq! Zəng elə evinə - öz telefonuna. Əlbəttə, günlərin bir günü yazacağam o telefon nömrəsini; lap “tarixi görüşümüz” də baş tutacaq! Hələ darıxma, səbr elə. Qoy sənin cikinə-bikinə yaxından bələd olum. Qoy görüm sən nə yuvanın quşusan. Hələ “arxivim” sənin təzə-təzə açıqlamalarla dolu məktublarını gözləyir. Darıxma, darıxma! Sən-sən ol, mən də mən. Gərək vaxtında verəydim sənin dərsini. Başqa qadınlar kimi hər gün səni istintaqa, məhşər ayağına çəkəydim. İndi gecdir. Bəlkə də gec deyil. Yəqin ki, bunu da zaman göstərər, “zəmanənin böyük bəstəkarı”!
    Necə deyərlər, hikkədən cızdağım çıxmışdı. Bütün günü fikir-xəyal aləmində idim. Hətta, neçə gün idi ki, anamgilə də getmirdim... O yalan söhbətdir ki, qadınlara nisbətən kişilər daha qısqancdır. Guya qadınlar öz ərlərinin xəyanətini bağışlayır, amma kişilər arvadlarının xəyanətini heç vaxt unuda bilmirlər. Bu, uydurmadır, cəfəngiyyatdır. Öz xoruzlarının başqa hində banlamasına yalnız dildə, ara söhbətlərində bəraət verən qadınların səmimiyyətinə mən qətiyyən inanmıram. Bu cür qadınlar ya yaltaqdır, ya qorxaq, ya da ki, pozğun. Axı, bu necə ola bilər ki, ərin hansısa yad arvadın qoynunda kef çəkə, sən isə bunu adi hadisə kimi qarşılayasan. Mən məhz ərinin xəyanətinə görə qəsdən xəyanət edən qadınlar da tanıyıram. Mən xəyanətə görə xəyanət edən qadınlardan deyiləm. Amma... nə bilmək olar? Bu, həyatdır.
    Mən bütün günü ərimdən necə intiqam alacağım barədə düşünürdüm. Amma necə? Bax, məsələ də burasında idi. Onun sinəmə çəkdiyi çalın-çarpaz dağlar elə-belə ötüb keçəsi deyildi. Mən hər gün fikrən dağı arana, aranı dağa aparır, sanki özümü öz əlimlə itələyib saldığım qır qazanının içində qovrulurdum. O, son vaxtlar evə lap gec gəlir, gələn kimi də öz otağına çəkilirdi. Belə anlarda hərdən mənim başıma ağlasığmaz fikirlər gəlirdi. İstəyirdim ondan soruşam ki, belə gec gəlməkdə xeyir ola? Elə bilirsən kimin yanında olduğundan xəbərim yoxdur? Kimin? Əlbəttə, iki gündən-üç gündən bir “musiqili məktub” yazdığın “naməlum qadının” yanından. Həqiqətən, hərdən mənə elə gəlirdi ki, o, məhz həmin qadının yanından gəlir. Və sonra xatırlayırdım ki, belə bir qadın yoxdur; daha doğrusu var, amma o qadın mən özüməm... Artıq mən ona məktub yazan “qadından” üz döndərmişdim. Sanki o başqa bir adamdı, mən isə başqa. “Naməlum qadın” mənim düşmənimə çevrilmişdi. Mən ona nifrət edirdim. O, mənim həyatımı alt-üst etmiş, ömrümə zəhər qatmışdı. Onun murdar, əxlaqsız əməllərinə, hərəkətlərinə görə mənim ailəm dağılmaq üzrə idi.
    Mən arabir ərimə bəraət qazandırmaq fikrinə də düşür, sonrasa tez bu düşüncələrdən uzaqlaşırdım. Axı, ona necə bəraət vermək olardı? Demək olar ki, o, öz arvadına - mənə xəyanət etməkdə idi. Lap qoy elə fikrən olsun. Axı, hər şey fikirdən, ideyadan başlayır. Fikrən xəyanət edən, gör gerçəklikdə nə hoqqalar çıxara bilər? Bəlkə də elə ən böyük xəyanət daxilən, fikrən edilən xəyanətdir!
    Son günlər çoxdan, lap ilk gəncliyimdə eşitdiyim bir mahnının melodiyası beynimdə əks-səda verirdi. Sanki birdən-birə xatırladım ki, həmin mahnını elə mənim ərim, - bilmirəm indi ona ər demək olardımı? - bəstələmişdi. Qəribə musiqisi vardı o mahnının. Hələ sözləri...

    Musiqi. Qadın rəqs edə-edə oxuyur:

    Biz dözsək də hər cəfaya
    Dözüm, səbr xəyanətdi.
    Ölənlərlə hər şey ölmür -
    Bəzən qəbr xəyanətdi.

    Doğru yoxdur bu dünyada,
    Həqiqəti gəz röyada.
    Öz sirrini açma yada
    Açılan sirr-xəyanətdi.

    Yelə vermə gələn günü,
    Özün daşı qəm yükünü.
    Yaşamasan öz ömrünü -
    Ömür də bir xəyanətdi.

    Yəqin ki, indi uzaq keçmişə çevrilən o vaxtlarda, yəni bu mahnı yazılan zaman onun mənasını nə o - ərim, nə də ki, mən - “naməlum qadın” başa düşmüşdük. Yox, bəlkə də o, elə o zamandan xəyanətin nə olduğunu bilirmiş. Mənim ordan-burdan eşitdiyim, aldığım məlumata görə o, hələ lap cavan çağlarında hansısa qızın dəli-divanəsi imiş. Deməli, o, xəyanətin tamını öz ömründə dadmış adamdır. Düzdür, o vaxt başqası ona dirsək göstərib, lap tutaq ki, xəyanət edib; bəyəm bu, indi yaşının belə vaxtında ona təzədən öz dost-doğmaca arvadına xəyanət etməyə əsas və ya bəraət verirmi?
    Mən onun ürəyinin ən dərin qatlarına baş vurmaq ehtirasından uzaqlaşa bilmirdim. O, əlbəttə, öz arvadına olan münasibətini yalnız yad, “naməlum qadına” açıb söyləyə bilərdi. İndi yad, naməlum qadın mən olmuşdum; ərimin ən doğma adamı isə o “naməlum qadın” idi. Mən not kağızının qar kimi ağ, parlaq üstünü az qala göz yaşlarımla islada-islada növbəti məktubumu yazdım. Mən də artıq ona “sən” - deyə müraciət edirdim.

    “Mənim ruhum!
    Biz artıq neçə müddətdir ki, məktublaşırıq. Mən sənə get-gedə ürəkdən vurulmaqdayam. Mən kişilərdə belə bir səmimiyyətin olduğunu heç ağlıma da gətirməzdim. Etiraf edim ki, səni öz ərimlə müqayisə edəndə dəhşətə gəlirəm. Nə üçün? Hiss edirəm ki, o, son günlər mənə xəyanət edir. Amma, təbii ki, bunu məndən gizlədir. Mən bunu ona bağışlaya bilmərəm. Amma mənə elə gəlir ki, sən səmimi, əlçatmaz, böyük ürəkli, yüksək mənəviyyatlı bir adam olduğun üçün öz arvadına xəyanət etməzsən; hətta, bunu etsən belə heç nəyi ondan gizlətməzsən. Məndə belə əminlik hasil olunub ki, bu cür hərəkəti öz arvadından gizli saxlasan da, ürək qızdırdığın adama əsl kişi kimi açıb deyərsən. Mənə elə gəlir ki, əgər yeri gələrsə sən, bütün mərd kişilər kimi hər şeyi etiraf edərsən. Yoxsa mənim ərim kimi... Məncə səmimi etirafdan gözəl heç nə ola bilməz. Bəlkə də mən ifrata varıram, sadəlövhcəsinə düşünürəm. Bəlkə də səni bu cür mənasız sorğu-suallarla təngə gətirirəm. Ola bilər. Amma mən həyatda, xüsusən də kişilərdə bir şeyi xoşlayıram - səmimiyyəti. Sən mənim hisslərimin səmimiliyinə inana bilərsən”.

    Cavab məktubunu çox gözləməli olmadım. Artıq mənim üçün uzaq, yad bir adama çevrilməkdə olan ərim tezliklə özünün “musiqili məktubunu” yazıb göndərdi.

    “Naməlum qadına məktub.
    Mənim səmimi dostum!
    Sənin hər məktubun mənim üçün bir kəşfdir. Sənin ürəyinin böyüklüyü, habelə sadəliyin, böyük səmimiyyətin məni əsir edib. Ötən məktubunda, sən ərinin xəyanəti və ona öz şəxsi münasibətin barədə, etiraf haqqında qiymətli fikirlər yazmışdın. Mən sənin ürəyinə bir daha heyran oldum. Əlbəttə, kişinin (lap elə qadının da) ən böyük məziyyəti onun səmimiliyindədir. Bir az bayağı səslənsə də, etiraf edim ki, mən özümün az-çox müsbət xasiyyətlərimdən biri, bəlkə də birincisi kimi səmimiyyətimi qiymətləndirirəm. Sən mənə kişilərin xəyanəti ilə bağlı eyhamılı suallar verirsən. Bu, çox incə məsələdir. Hər kəsin özünün şəxsi-intim, əsrarlı aləmi olur. Amma madam ki, söhbətimiz səmimiyyət notları üstündə köklənib, etiraf edim ki, mən heç də özümü bu sahədə müqəddəs adam hesab edə bilmərəm. Məncə şərhə ehtiyac yoxdur. Və bunu da ilk dəfə sizə səmimi şəkildə etiraf edim ki, mən öz həyat yoldaşımla sevişərək ailə qurmamışam. Sadəcə olaraq mən onu bir ailə üzvü, övladımın anası kimi dəyərləndirirəm. Hətta, hərdən zarafatla onu “evimizin ən qiymətli əşyası” adlandırıram. O, bəlkə də bundan inciyir, amma üzə vurmur. Ümumiyyətlə, o sakit təbiətli, təmkinli qadındır... Mənim əzizim, ötən məktubda səndən telefonunun nömrəsini yazmağı xahiş etmişdim. Deyəsən, sən, zəngləşməkdənsə məktublaşmağı daha üstün hesab edirsən. Əlbəttə, məktublaşmaq da pis əlamət deyil, bu, epistolyar canrı inkişaf etdirir. Amma mənə elə gəlir ki, artıq bizim üz bəsurat görüşməyimizin vaxtı gəlib yetişib. Elə deyilmi?”

    Bu məktubdan sonra mənim ona münasibətim necə ola bilərdi? Deməli, o hər an öz arvadına xəyanət edə bilər; çox güman ki, indiyəcən dəfələrlə bu cür xəyanətlər olmuşdu da... Mənim ürəyimdə get-gedə daha da alovlanan nifrət hissi ona tərif, ehtiram dolu sözlərlə bəzənmiş “musiqili məktublar” yazmağıma mane olmurdu. Mən artıq “naməlum qadına” çevrilmişdim. Artıq bizim məktublaşmalarımız, necə deyərlər, daha da intensivləşmişdi. Aydınca görünürdü ki, o, öz arvadını, yəni məni həqiqətən evin adi bir əşyası hesab edir, yalnız özünün şəxsi ehtiyaclarının təminatı barədə düşünür. Mən arabir özümü söyür, qınayıram: bəlkə bütün bu baş verməkdə olan həngamələrdə həqiqətən özüməm günahkar? Mən indiyəcən onu niyə özümə alışdıra bilməmişəm? O, məni sevmirsə, özü demiş “dəyərləndirmirsə” günahın çoxu məndə deyilmi? Mən öz ərimi təzədən “kəşf” etdikcə təkcə nifrət etmir, həm də sanki ona təzədən bələd olurdum. Hətta, vulkan kimi püskürüb üzə çıxmış qısqanclıq hisslərimə qəribə duyğular da qarışmaqda idi: onun daxili aləminin mürəkkəbliyi cəlb edirdi məni. Mən əvvəllər də bilirdim ki, o, dayaz adam deyil. Amma indi təhlil edib görürdüm ki, o, mənim təsəvvür etdiyimdən qat-qat istedadlı, mühakiməli adamdır. Bəzən belə düşüncələrin təsiri altında ona təzədən vurulurdum. Amma bu hissləri tezliklə yenə qısqanclıq və nifrət hissləri əvəzləyirdi.
    Mən az qala ağlımı itirmək dərəcəsinə gəlib çatmışdım. O, hərdən evə gec qayıdanda elə zənn edirdim ki, “naməlum qadının” yanından gəlir. Hələ bir dəfə qələm-kağız götürüb o “naməlum qadının” ünvanına təhqir dolu bir məktub da yazdım. Sonra öz-özümə acı-acı gülüb həmin məktubu cıraraq kənara atdım - bəyəm yer üzündə belə bir qadın vardı ki? Bir dəfə isə bu oyuna son qoymaq üçün öz adımdan səmimi bir etiraf məktubu yazıb hər şeyi olduğu kimi ona izah etmək qərarına gəldim; amma bu fikirdən də tez daşındım. Görünür, bu da qadın təbiəti ilə bağlı məsələdir. Heç bir qadın ər önündə özünü alçaltmaq istəmir. Zahirən təbiət qadını kişidən zəif yaratsa da, bir çoxlarının nəzərində qadın kişinin əlavəsi hesab olunsa da, hər bir qadında kişidən daha güclü cəhətlər var və bu cəhətləri yalnız qadınlar özləri bilir. Bəyəm kişiləri öz önündə diz çökdürən, onları lazım olanda yerə çırpan və ya əksinə göyə qaldıran az qadınlar var?
    Ərim əməlli-başlı fəallaşmışdı. O, əsil yaradıcılıq ab-havasına düşmüşdü. İndi o, ekrandan düşmürdü; evə zəng edənlərin sayı artmışdı; ən maraqlısı da bu idi ki, onu daha çox qadınlar arayırdı. Müğənni qadınların zənginin ardı-arası kəsilmirdi. Sifariş-sifariş dalından gəlirdi. Deyəsən “naməlum qadının” qəfildən peyda olması onun yaradıcılığına təkan vermişdi. Amma başı yaradıcılıq işlərinə, müxtəlif tədbirlərə qarışsa da, o, məktubların ard-arasını kəsmirdi. İnsafən son məktublarında “naməlum qadının” ona böyük təsir göstərdiyini də etiraf edirdi. Yazırdı ki, o, guya mənimlə nəfəs alır: mənimlə - “naməlum qadınla”. Mən çıxılmaz vəziyyətdə - odla su arasında qalmışdım. Hər şeyin əvvəli olduğu kimi, bir sonu da olmalı idi. Gec-tez bu “siçan-pişik” oyununa son qoyulmalı idi. Mən sonuncu məktubu yazmaq qərarına gəldim.

    “Mənim ruhum!
    Deyəsən, biz daha məktublaşa bilməyəcəyik. Yox, yox... Sən qətiyyən başqa şeylər barədə düşünmə. Əksinə, indi biz daha da yaxın olacağıq. Mən hiss edirəm ki, artıq həyatımı yenidən qurmalıyam. Mən ərimdən ayrılmaq qərarına gəlmişəm. Bəlkə də o, pis adam deyil; ağıllıdır, istedadlıdır. Amma məni evin bir əşyası hesab edir. Onun öz dünyası var. Mən ona tamamilə yad bir qadınam. Ayrılmaqdan başqa mənim hansı çıxış yolum qalıb? Məncə, sən də mənim belə bir addım atmağıma bəraət verəcəksən. Mən bu məktubun yazıldığı tarixdən iki gün sonra axşam saat yeddidə səni poçtxananın qarşısında gözləyəcəyəm. Bəli, bəli, məktublarımı aldığın poçtxananın önündə. Mən öz evimi birdəfəlik tərk edirəm. Böyük həyəcanla görüş anlarını gözləyirəm. Di sağ ol”.

    Mən evdən çıxıb getmək qərarını seçdim. Ta bu cür yaşamaq olmazdı... Məktubu yola saldım. Sakitcə yır-yığış edib, ərimi gözləməyə başladım. O, həmin gecə evə gəlmədi. Görəsən, gecəni kimin yanında keçirmişdi? Bəlkə də “naməlum qadının”? Öz səfeh düşüncələrimə gülməyim gəldi... O, evə səhərisi gün gəldi. Başını qaldırıb üzümə də baxmadı. Öz otağına keçib nəsə qurdalanmağa başladı. Deyəsən yır-yığış edirdi. Qapını çırpıb gedəndən sonra onun otağına keçdim. Çamadanını qabqarmışdı. Deməli, o da harayasa hazırlaşır. Yəqin ki, məktubu almışdı; güman ki, o da evdən çıxıb getməyi qərara almışdı. Axı, sabah saat yeddidə “naməlum qadınla” görüşəcəkdi.
    O, həmin axşam da evə gəlmədi. Səhəri dirigözlü açdım. Göz yaşlarım balışı islatmışdı. Amma qərarım qəti idi. Axşamacan öz otağıma çəkilib fikrə getmişdim. Hiss etdim ki, qapı açıldı. Yəqin ki, o idi gələn. Aradan on-onbeş dəqiqə keçmiş qapı çırpıldı - yəqin ki, o idi gedən. Durub ərimin otağına keçdim. Çamadan dünənki yerində yoxdu. Pianonun üstünə qoyulmuş ağ kağız parçası diqqətimi çəkdi. Götürüb oxudum.

    “Bəlkə də bu məktub, daha doğrusu, burada yazılanlar səninçün gözlənilməz olacaq. Mən evdən çıxıb getmək qərarına gəldim. Bunun səbəbini uzun-uzadı izah etməyə ehtiyac duymuram. Son vaxtlar hiss edirəm ki, aramızda uçurum yaranıb: biz bir-birimizdən aralı düşməkdəyik. Sanki bir damın altında iki yad adam yaşayır. Bu, uzun müddət davam edə bilməz. Hiss edirəm ki, mən bu evdə artıq adamam. Artıq mənim qərarım qətidir. Nəyisə düz etmirəmsə bu, mənim öz günahımdır. Məni bağışla. Əlvida”.

    Mən də elə həmin məzmunda bir məktub yazıb pianonun üstünə - onun məktubunun yanına qoydum. Artıq bu evə qayıtmayacağam. Qərarım qətidir. Gedib anamgildə yaşayacağam. Qızımı böyüdəcəyəm - onun son yadigarını.
    Budur, indi saat yeddiyə lap az qalıb. Durub pəncərədən baxıram. Ərim əlində səfər çamadanı poçtxananın qənşərində var-gəl edir. O, “naməlum qadını” gözləyir. Mən onun not kağızlarının üstünə yazdığı “musiqili məktubları” dəstələyib qoltuğuma vururam. Çamadanımı götürüb qapıya yaxınlaşıram. Yəqin ki, aşağıda - binanın önündə üz-üzə gələcəyik. Bunun artıq bir mənası yoxdur. Biz tamamilə yad adamlarıq.
    Uzaqdan musiqi sədası eşidirəm. Müğənninin ifa etdiyi mahnıdakı sözlər beynimdə əks-səda verir: “Naməlum qadın, naməlum qadın ”. Görəsən, o qadın kimdir?
    Qapını çırpıb qəti addımlarla pillələri enirəm...

    PƏRDƏ

    SON




















    FOTOQRAF
    Birpərdəli monopyes

    İştirakçı:
    Fotoqraf

    Fotostudiya. Foto çəkilişi üçün zəruri avadanlıq və əşyalar gözə dəyir. Hər tərəf fotoşəkillərlə əhatə olunub. Kiçik, orta və iri planda olan şəkillər karton və faner lövhələrə yapışdırılıb, divarlara söykədilib, tavandan asılıb. Hətta, yerə atılmış şəkillər də var. Projektordan düşən gur işıq tədricən, asta-asta şəkilləri seyr edir.
    Adama elə gəlir ki, (bəlkə də əslində elə bu cürdür) havada yellənən şəkllər kəndir diyircəklərlə və fotoqrafın barmağının işarəsi ilə kino lenti kimi hərəkətə gəlir. Bu anlarda fotoqraf bir qədər də sehrbaza, gözbağlayıcıya bənzəyir.
    (Bütün bu “nümayiş olunan” şəkilləri fotoqrafın öz fantaziyasında canlandırdığı da istisna olunmur).
    Tamaşa boyu bütün digər şəkillər vaxtaşırı görünüb “gözdən itsə” də, iri planda çəkilmiş üç fotoşəkil axıra qədər göz qabağında qalır: bunlardan ikisi kişi, biri isə qadın şəklidir. Əslində, tamaşanın əsas qəhrəmanları elə bu üç nəfərdir. Tamaşanın finalında həmin sıraya dödrüncü şəkil də əlavə olunur-bu, fotoqrafın özünün böyüdülmüş fotosudur. Yeri gəlmişkən, həmin fotoların əvvəlcə arxası, sonra isə avand üzü görünür.
    Kənarda stol və stul qoyulub. Stolun altında müxtəlif qantellər, idman daşları.
    Fotoqraf görünür. Bu cəld hərəkətli, enerjili, çevik, qıvraq adamın yaşını ilk baxışda müəyyən etmək çətindir. O, fotoaparatın çiynindən aşırdığı qayışını yana çəkib irəli addımlayır. Diqqətlə fotokameraya baxır. Sonra obyektivi səhnəyə tuşlayıb düyməni tüfəng tətiyi kimi çəkir. Şaqqıltı eşidilir, fotoaparatın parlaq işığı yanıb sönür. Fotoqraf əvvəlcə sakit-sakit, sonra isə tələsə-tələsə şəkillər çəkməyə başlayır. Onun hərəkətinə uyğun olaraq musiqinin də tempi dəyişir.
    Musiqi tədricən uzaqlaşır, azalır. Fotoqrafın hərəkətləri də musiqiyə uyğun olaraq yavaşıyır.
    Fotoqraf səhnənin önünə çıxır.
    Fasiləsiz siqnal səsləri eşidilir.
    P.S. Haqqında söhbət gedən şəkillər növbə ilə, ardıcıl olaraq, onlardan söhbət açılarkən, divardakı ektanda böyük formatda proyeksiya oluna və ya bir tərəfdə quraşdırılmış iriekranlı televizorda göstərilə bilər. P.P.S. Həmin şəkillərdəki “qəhrəmanlar” monotamaşanın mövcud qayda və qanunlarına uyğun olaraq səhnədə görünmür. Amma şəkillərin, fotosessiyaların “qəhrəmanları” konkret aktyorlar ola bilər.

    Fotoqraf. Siqnal səslərini eşidirsiniz? Hə, toy karvanı keçir. Ta məni toylara kimdir çağıran? Halbuki mənsiz bir toy olmazdı. İndi zəmanə dəyişib. Elə adamlar da başqa cür olub. Yox, bəlkə də heç dəyişməyiblər, elə əvvəldən bu cür olublar.
    Mən həmişə belə hesab etmişəm ki, hər adam sirli bir adadır. Eh, o adada nələr yoxdur ki? Bu gizlinlərə bələd olmaq heç də asan məsələ deyil. Bəlkə də düşünürsüz ki, insanı yaxşı tanımaq üçün gərək onunla yaxın ünsiyyətdə, təmasda olasan. Gərək onunla qonşuluq, dostluq edəsən. Nə bilim, guya onunla yol yoldaşı olasan, min bir sınaqdan, hoqqadan çıxasan. Yox, mən qətiyyən belə düşünmürəm. Bəzən illərlə tanıdığın, hər gün qarşılaşdığın, əl-ələ verib görüşdüyün, lap elə bağrına basıb öpüşdüyün adamın o sirli dünyasının qapıları sənin üzünə daim bağlı qalır. Bəs onda o sirlərə necə bələd olmalı? Bunun bir yolu varmı? Sizi bilmirəm, amma mən özümçün bu yolu çoxdan kəşf etmişəm. Ən müəmmalı, ən sirli adamın belə, şəkli kağız üzərinə köçəndən sonra mənə çox şey bəlli olur. Elə ki, fotokağızı məhlulun içinə atıb aydınlaşdırıcı əlavələr edirəm, tutqun lentdəki sifətlər mənimçün yavaş-yavaş aydınlaşmağa başlayır. Sifətlər açıldıqca o sifətlərin gizlətmək istədiyi sirlər də öz-özünə üzə çıxır. Mənim bu fotoaparatım- mənim ürəkoxuyanımdır. O, mənə bütün sirləri faş edir.
    İndi bəlkə də heç kəsə lazım olmayan bu şəkillərə bir diqqətlə baxın.

    (Fotoşəkillərə işarə edir).

    Bəzən deyirlər ki, insanın xasiyyəti ömrü boyu formalaşır, təkmilləşir. Boş şeydir. Bax bu fotoları mən illər boyu çəkmişəm. Mən səmimi-qəlbdən deyə bilərəm ki, bu şəkillərdəki adamların hamısı uşaqlıqda necə olublarsa, böyüyəndən sonra da elə o cür qalıblar. Təkəbbürlüsü yenə təkəbbürlü, fağırı yenə fağır, həyasızı yenə həyasız, acgözü yenə də acgözdür...

    (Fotoaparatı mizin (stolun) üstünə qoyur).

    Xeyr, həyat heç nəyi dəyişmir. Dəyişən, ola bilsin ki, vaxt olur. Adamların ağlı isə döğulan andan ölən günəcən eyni qəlibdə qalır. Bax, elə misal üçün, götürək bu xanımı.

    (Şəklin arxası üzünə çevrilir. Qadın şəkli görsənir).

    Yəqin ki, tanıdınız. Bəli, bəli, müğənnidir.

    (Melodiya səslənir. Qadın ifasında solo eşidilir).

    Bu xanımın elə uşaqlıqdan oxumağa böyük həvəsi vardı.
    Bax, bu da onun uşaqlıq şəkli.

    (Uşaq şəklinə işarə edir).

    Anası çəkdirmişdi bu şəkli. Elə o vaxtdan hiss olunurdu ki, bu xanım gələcəkdə oxuyacaq, müğənni olcaq. Bir baxın, görün qaşları necə çatılıb? Hər şeyə maraqla baxır. Özü də, yadımdadır, çox zil səslə ağlayırdı...
    Bu isə onun sonrakı dövrdə, məktəbə gedərkən çəkdirdiyi şəklidir.

    (Böyüdülmüş fotonu göstərir).

    Hə də, əlbəttə, özüm çəkmişəm. Baxın, qız burada xorda oxuyur.

    (Ani melodiya, xor musiqisi səslənir).

    O, həmin dövrdə hələ başqalarından tam fərqlənmirdi. Xorda necə fərqlənəsən ki? Ağzında “xor” deyirsən.
    Burada kvartetdə oxuyur. Dörd nəfərdirlər.

    (İki oğlan və iki qızın fotosunu göstərir. Melodiya səslənir).

    Burada trio təsvir olunub. Üç nəfərdirlər. Bunu da özüm şəkmişəm.

    (İki oğlan və bir qızın şəkli görünür. Melodiya).

    Bu, duet oxuyan zaman çəkilmiş şəkildir.

    (Qız və oğlan fotosu. Duet səslənir. Kişi qolunu açıb yüngül rəqs edir).

    O, burada artıq təkdir. Solo oxuyur.

    (Solo ifa səslənir).

    Bu xanım get-gedə üzüyuxarı dırmaşırdı. Əlbəttə, sənət yolları ilə.

    (Əli ilə şəkli sığallayır).

    Məncə, siz onun sonrakı taleyi ilə tanışsınız. Yox? Tanış deyilsiz? Onda, əgər lazım gəlsə, mən bəzi mətləblərə aydınlıq gətirə bilərəm. “Lazım gəlsə”... Mən bu sözü çox sevirəm. Axı birdən lazım gəlməyə də bilər. Ehtiyac olmaya da bilər.
    Heç bilmirəm bu xanımı niyə xatırladım? Yəqin ona görə ki, şəkli öndədir, göz qabağındadır. Yox, təkcə ona görə yox...

    (Eyhamla).

    Təbii ki, başqa səbəblər də var.
    Bu şəkil xanımın yerə-göyə meydan oxuyan vaxtı çəkilib. Əlbəttə, bunu da mən özüm çəkmişəm... Bəh-bəh-bəh... İki göz istəyir bu gözəlliyə tamaşa etsin. İlahi, o nə göz-qaş, nə ağız-burun, nə dodaq, nə yanaq, nə buxaqdır? Hələ onun çöhrəsini, vucudunu bəzəyən bu ziynət, bu ləl-cəvahirat... Mərmər çiyin, gümüş bilək... Ta mən hansı sözləri deyim ki, onun şəklini tamamlasın? Bu şəkil sinədən yuxarı çəkilib. Amma başqa bir şəkildə mən onu boyaboy, ayaq üstə, konsert zamanı çəkmişəm.

    (Qadının ayaq üstə çəkilmiş fotosuna işarə edir).

    Bir onun uzun ayaqlarına, incə belinə, dik sinəsinə baxın. Mən vaxtilə bu şəkli studiyanın qapısı ağzından asmışdım.Küçədən keçən adamlar həmin şəklə baxmamış keçə bilmirdilər. Özü də təkcə kişilər yox, lap elə qadınlar da. Hamının ağzı açıla qalırdı.
    Hə, mənim fotoarxivimdə sakit duruşlu, məsum baxışlı bir oğlanın da şəkli var. Bax budur.

    (Öğlanın şəklini göstərir).

    Bu şəkil həmin uşağın məktəbə getdiyi vaxt çəkilib.

    (Oğlanın məktəbli şəklini göstərir).

    Bax burada o skripka çalmağı öyrənir.

    (Oğlanın skripka ilə çəkilmiş şəkli göstərilir).

    O, elə anadan musiqiçi doğulmuşdu.

    (Skripkada melodiya səslənir).

    Elə indinin özündə də arabir efirdə onun ifa etdiyi musiqilər səslənir.
    Budur, burada bir adam, daha doğrusu, bir şəkil də var. Bəli, düz duymusuz, xanımın yanındakı bu adam onun əridir. Daha doğrusu, əri idi.

    (Fotoqrafın barmağının işarəsi ilə şəklin arxası avand üzünə çevrilir).

    Onlar, yəni gələcək müğənni ilə gələcək skripkaçı hələ yeniyetmə ikən bir-birinə vurulmuşdular. Qonşu idiıər. Musiqi məktəbinə qoşa gedir, bütün tədbirlərdə qoşa çıxış edirdilər. Qız onu dəlicəsinə sevirdi. Oğlan təbiətən çox sakit idi. Mən onların şəklini dəfələrlə çəkmişəm. O vaxt mən onlara zarafatla “qoşa göyərçinlər” deyirdim.


    Gizlətmirəm, mən həm qızı dinləməkdən zövq alırdım, həm də oğlanı. Axı hər necə olsa, özüm də sənət adamıyam.

    (Melodiya səslənir).

    Yadımdadır, onların toyunu televiziyalr çəkdi. Bu toyun sədası az qala dünyaya yayıldı. Qəzetlər təzə bəylə gəlinin şəklini tirajladılar. İnsaf naminə demək lazımdır ki, qəzetlərdə gedən şəkillərin əksəriyyətini mən çəkmişdim. Nişan və toy günü çəkilən fotoların müəllifi də mən olmuşam.

    (Bəylə gəlinin toy şəkilləri göstərilir).

    Mən çoxdanın fotoqrafam. Şəhərin köhnə kişiləri məni yaxşı tanıyır. Amma mən özümü heç də“köhnəlmiş” hesab etmirəm. Hələ görüləsi işlərim çoxdur...

    (Qantelləri yerdən götürüb oynadır, təzədən yerinə qoyur).

    Hə, onu deyirəm... Bütün adlı-sanlı adamların şənliklərini, toy mərasimlərini, yubileylərini mən lentə almışam. Gizlətmirəm, hərdən məni yas mərasimlərinə də dəvət edirlər. Həyatdır də... Necə deyərlər, dünya bir yandan dolursa, o biri yandan da boşalır. Doğrusu, mən bilmirəm, dünyaya gələnlərin sayı çox olur, ya dünyadan gedənlərin. Düzdür, televiziya və radioda insanların sayının durmadan artmağı barədə tez-tez məlumat verirlər. Nədənsə, mən buna az inanıram. Elə şəhərimizin timsalında bunu özüm görüb müşahidə edirəm. Bax, mənim studiyam şəhərin mərkəzindədir. Həm toyxanaya, həm də qəbiristanlığa gedən yol iş yerimin qapısından keçir. Fikir vermişəm, bu küçədən keçən tabutların sayı toy karvanlarının sayına bərabər olur, artım müşahidə edimir. Mən bunu az qala hər gün öz gözümlə görürəm. Yəni dediyim odur ki, bu hesabla ölulərin sayı dirilərlə tən bərabər olmalıdır. Amma deyirlər ki, əhalinin sayı durmadan artır. Bəlkə ölülərlə dirilərin statistikasını qarışdırırlar?
    Deyəsən, ortaya başqa söhbət düşdü, mövzudan yayındım. Hə, söhbət bu “qoşa göyərçinlərdən” gedirdi... Müğənni ilə skripkaçının şəklini sonralar da bir neçə dəfə çəkmişəm. Dediyim kimi, mən elə ilk gündən onların gələcəkdə xoşbəxt olacağına inanmırdım. Belə düşünməyimin öz səbəbləri vardı...

    (Qadının ifasında ariya səslənir. Fotoqraf stulda əyləşib başını əllərinin arasına alır, melodiyanı dinləyir).

    Çoxunun ürəyində tonqal çatan bu xanım az bir zamanda bütün şənliklərin, bütün məclislərin sevimlisinə çevrilmişdi.

    (Qadının şəklini diqqətlə süzüb,ayağa durur, əli ilə onun sifətini sığallayır).

    Vəzifəli adamlar öz uşaqlarının məclisinə onu dəvət edirdilər. Başqa yerləri deyə bilmərəm, amma bizim şəhərdə toylar əsl teatra bənzəyir. Orada rəqqasələr də, kulonlar da, sirk ustaları da, gözbağıayıcılar da iştirak edir. Görünür, elə toylarımız toydan daha çox teatra oxşadığı üçündür ki, bizim şəhərin adamları teatra getmir. Qızın sorağı tez-tez yaxın-uzaq xaricdən eşidilməyə başladı. İndi az qala bütün şəhər əhli öz sənətkarı ilə fəxr edirdi. Onun özünün cangüdənləri vardı. Hələ şəxsi parikmaxerini, masajistini, sürücüsünü, aşbazını, dərzisini, həkimini... demirəm. Soruşa bilərsiz ki, mən bunları haradan bilirdim? Axı bütün dünyada olduğu kimi bu şəhərdə də hamının işi fotoqrafa düşür. Bütün yollar fotostudiyadan keçir. Az qala mən də onun şəxsi fotoqrafına çevrilmişdim. Müğənninin gözəlliyi ilə şöhrəti fovaritlərin sayı ilə bir yerdə artırdı.
    Amma skripkaçı... O, əsl bədbəxt idi.

    (Ani olaraq skripaçın şəkli önündə dayanır. Sonra cəld hərəkətlə gəzişir).

    O vaxtlar mənim iş yermə, yəni bu studiyaya gələnlər çox olurdu. Sizdən nə gizlədim, xüsusən, bu xanımın yolu buraya düşəndə mənim çiçəyim çırtlayırdı. Axı mənim çörəyim həmişə şəkildən çıxıb. Onunla şəkil çəkdirmək istəyən fanatların sayı-hesabı olmurdu.
    Müştərilərim arasında isə hər cür adam olub. Kimi sənəd üçün şəkil çəkdirirdi, kimi xatirə üçün. Kollektiv şəkillər də olurdu, venetka şəkilləri də...
    Lap elə bu cür şəkillər də olurdu.

    (Dekorativ, qurama atın üstündə çəkilmiş “başsız”, “silahlı atlı” şəklini göstərir).

    Bu “atın” üstündə şəkil çəkdirənlərin də sayı az olmurdu. Görürsünüz də, bu “atdır”, “atın” üstündə silahlı adam, onun qurşağında güllə qatarı, çiynində qotazlı yapıncı... Bir baxın, adamın papağı var, amma başı yoxdur. Burada baş əvəzinə iri, dairəvi bir deşik var. Özlərini bu “başsız atlının” yerində təsəvver etmək istəyənlər şəklin o biri üzünə keçir, başlarını oradakı papağın altından, yəni bu iri deşikdən göstərib şəkil çəkdirirdilər.

    (Şəklin o biri üzünə keçib deşikdən baxır, sonra yenə “öz yerinə” qayıdır).

    Nəticədə, bu çür şəkillər meydana çıxırdı. Görürsüzmü, bu şəkildəki adamın başı “öz yerinə”, yəni bu deşiyə “qoyulub”. Özü də “at” belində necə məğrur dayanıb.

    (Şəkli göstərir. Bu fotodakı adamın “başı” var).

    Bu damın sifəti sizə tanış gəlir hə? Söhbət bu məğrur, igid “başsız” və “başlı” “atlının” şəklindən gedir.
    Mən fikir vermişəm, adətən, qorxaq, zəif, iradəsiz adamlar özlərini bu fotoda olduğu kimi at belində, əlində silah, çiynində yapıncı, qorxmaz, cəsur görmək istəyirlər. Belələri başlarını bax bu deşikdən, bu papağın altından göstərib bir anlığa qəhrəman olmaq istəyirdilər.
    Müğənninin əri, istedadlı skripkaçı bu “atın belində”, bu “papaqda”, bu “yapıncıda”, bu “silahla” şəkil çəkdirməyi xoşlayırdı. Mən onun xətrini istəyirdim. Amma, dediyim kimi, elə ilk gündən bilirdim ki, bu izdivac baş tutmayacaq. Bəs niyə susurdum? Nə etməliydim ki? Peşəm şəkil çəkməkdir ki, onu da həmişə can-başla yerinə yetirirəm. Mən öz fikrimi həmişə bu lal şəkillərdə ifadə etməyə çalışmışam.
    Bir vaxtlar buraya, mənim studiyama bir adam gəlib-getməyə başladı. Əvvəllər ondan zəhləm gedərdi. Özüylə at şəkilləri gətirirdi. Gah atların şəklini böyütdürür, gah da foto-sessiya hazırladırdı. Söhbət əsl atlardan gedir, skipkaçının mindiyi “atdan” yox. Bu adamdan xoşum gəlməsə də işimi görür, pulumu alırdım.
    Bax, bu da həmin adam. Onun sifəti sizə tanış gəlmir ki? Bu, onun əvvəlki şəklidir. İnanmırsınız?
    Amma bu, onun sonralar çəkdiyim fotosudur.

    (Şəkil avand üzünə çevrilir, kişi fotosu görünür. Fotoqraf əlini şəklə sarı uzadır).

    Fərqi görürsüzmü? Sanki bunlar ayrı-ayrı adamların şəklidir. Mən adamların əsl sifətini ilk baxışda görə bilmirəm. Elə söhbət, ünsiyyət əsnasında da onların içi mənə qaranlıq qalır. Amma şəkil çəkiləndən sonra hər şeyi aydın görürəm. Mənim fotoaparatım -mənim rentgenimdir .

    (Fotoaparatı götürüb yenidən zalda əyləşənlərin fotosunu çəkir).

    Elə ki, öz “silahımı” götürüb “tətiyi” çəkirəm, sifətlər kağız üstündə aydınlaşır, mənə hər şey məlum olur. Mən fotoda adamların təkcə görünən yox, elə görünməyən tərəfini də görürəm. Mən bu atçı-biznesmenin şəklini çəkəndən sonra onun bütün daxili aləminə bələd oldum. Zahirən küt, zəhmli, adamayovuşmaz təsir bağılayan bu kişi çox zərif bir adam imiş. Bax, bu, onun, o “zərif adamın” əvvəlki şəklidir.

    (Əlini kişinin əvvəllər çəkilmiş fotosuna uzadır).

    Bəlkə də inanmazsınız, ilk vaxtlar onun sifəti bax bu cür idi: çopur, özü də qapqara. Qaşları pırpız, gözlərinin içi bulanlıq, qulaqları yekə, burnu əyri, saçları seyrək. Bədəni də palıd kötüyü kimi tösmərək və möhkəm. Deyirəm, allah-təala bəzən adamın bir yerindən alıb, əvəzində yüz yerindən verir. Bu sir-sifət yiyəsinin bəxti at üstündə idi. Özünün at ilxısı, cıdır yeri-ippadromu, mehtərləri vardı. Yeri gəlmişkən, o da at üstə şəkil çəkdirməyi xoşlardı. Amma əsl at üstə. Ta bunlar kimi yalançı, dekorativ at üstə yox.

    (At üstə əyləşmiş məğrur görünüşlü kişi fotosunu göstərir).

    Sən demə, bu sir-sifətin yiyəsi çox böyük ürək sahibi imiş. Mən onula dostlaşdım. Hərdən gedib fermasındakı atların bukletlərini-açıqcalarını, fotosessiyasını hazırlayırdım. O, ayıq adam idi. Özü də ki, dediyim kimi, pullu, səxavətli. Əlini hara atırdısa oradan pul neft kimi fontan vururdu. Mən yaxşı bilirdim ki, bu adamın öz sir-sifətindən qətiyyən xoşu gəlmir. Bu qədər pulun ola, özün də adam içinə bu cür idbar, əntər sifətlə çıxasan? Mən ona bir dəfə gözləmədiyi bir hədiyyə elədim. Necə? Bu pullu, xeyirxah, səxavətli biznesmenin şəklinə xeylı “əl gəzdirdim”. “Retuş” deyilən bir söz var, bilmirəm bunu hər kəs anlayır, ya yox? Yəni bu “retuş” vasitəsi ilə sir-sifətdəki bütün artıq şeylər atılır, yerdə yalnız lazım olan şeylər qalır. Lap sadə misalla izah edim. Bəyəm siz elə bilirsiniz ki, şəklini gördüyünüz o deputatlar, müğənnilər, aktyorlar, şairlər, bəstəkarlar, lap elə əksər ölkə başçıları, həyatda da o şəkillərdə olduqları kimidirlər: yəni gözəl-göyçək, zərif, məlahətli, sir-sifətləri qırışsız? Xeyr, elə deyil. Mən hələ adlı-sanlı oğru-quldurları, “vor zakonları” demirəm... Onların çoxu həyatda bu kişidən də betər gündədir. Hətta, elələri var ki, sifətini xallar, çillər, ziyillər “bəzəyir”. Bəli, bəli... Onlara “lazımi” sir-sifəti fotoqraflar verir. Şəxsən mən özüm neçə adamın sifətinə başqa “sifət” vermişəm. Gizlətmirəm, bəzən də elə olub ki, zəhləm gedən, xəsislik edən, yekəxana, qanmaz adamların sir-sifətini onların istədiyi şəklə yox, özüm istədiyim hala salmışam.
    Bəli, mən öz dostumun sifətini ehtiramla, diqqətlə “retuş” etdim. Nəticədə onun pırpız qaşları yay kimi çatıldı. Adətən, dərin, filosafanə düşüncəli, mütəfəkkir adamların bu cür çatılmış qaşları olur. Bulanlıq gözlərinin rəngini dəyişib yeni ifadə verdim. Yekə, palaz qulaqlarını xeyli redaktə etdim. Əyri burnuna əl gəzdirib “düzəltdim”. Başındakı seyrək saçlar sıxlaşdı. Kötük kimi möhkəm, tösmərək bədəninə bir əzəmət verdim. Sanki kişinin boyu uzandı. Onun zəhmli sifəti xeyli “yumşaldı”, “mülayimləşdi”. Bir sözlə, bu əntər əməlli-başlı, ağıllı-kamallı, məlahətli, gülərüz bir adama oxşadı. Qıraqdan bu şəklə baxan onu ən azı hansısa məşhur aktyora bənzədə bilərdi.
    İndi özünüz deyin, o adam hara, bu hara?

    (Eyni adamın yan-yana qoyulmuş şəkillərinə işarə edir. Şəkillər fotoqrafın barmağının ani işarəsi ilə hərəkətə gəlir).

    Görürsüzmü bu şəkillər bir-birindən necə fərqlənir? Bir diqqət yetirin, bu adamın nə gözəl, işıqlı, gülər sifəti var? Ona bu yaraşığı mən vermişəm. Bəs sənətkarın istedadı nədə üzə çıxmalıdır? Axı mən sənətkaram.
    Bu adam tezliklə şəhərimizin ən imkanlı, zəngin adamlarından birinə çevrildi.
    “Retuşlanmış” şəkil dostumun çox xoşuna gəldi. Bunu mənə deməsə də, aşkar hiss edirdim. O, mənə yaxşı ənam verdi. Mən yenə də bir jest etdim. Həmin şəkli iri, parlaq bir çərçivəyə salıb fotostudiyamın ən gözəgəlimli yerindən asdım.
    Bəzən adamlar, adamın özünə yox, onun fotosuna aşiq olurlar. Adətən bu, kişilərdə belə olur. Axı bildiyiniz kimi, kişilər gözüynən, qadınlarsa qulağıynan sevirlər.
    Amma bu dəfə tam əksinə oldu. Yəni qadın gözüynən, kişi isə qulağıynan sevməyə başladı.
    Mən bilirdim ki, bu kişi müğənni xanımın səsinin vurğunudur. Ona görə də hər dəfə yolu buralara düşəndə xanımın səsi yazılmış lenti sələndirirdim. Kişi bu səsdən feyziyab olurdu. Özüyçün kef edirdi. Müğənni ilə bağlı qısa suallar verirdi. Tədricən hiss etməyə başladım ki, kişini təkcə qadının səsi yox, elə onun özü də maraqlandırır.

    (Melodiya səslənir. Qadın oxuyur).

    Düzünü deyim ki, elə mən özüm də studiyada tək olanda bu gözəl səsə ləzzətlə qulaq asırdım.
    Nə gizlədim, onun mahnılarını eşidəndə həmişə qollarım qağayı qanadı kimi yanlara açılır. Özümü saxlaya bilməyirəm. Belə musiqiyə necə rəqs etməyəsən?

    (Musiqi səslənir. Kişi şıdırğı rəqs edir. Az sonra musiqi başa çatır. Kişi diqqətlə şəkillərə baxır).

    Onu deyim ki, qadın da şəkil çəkdirməyə gələndə bu kişinin səklinə etinasız qalmırdı. Xüsusən, onun at üstündəki şəklinə maraqla tamaşa edirdi. O, atlarla maraqlanmağa başladı. Məncə, onu atdan çox, atların sahibi maraqlandırırdı.

    (Maşın siqnalı eşidilir).

    Şükür, deyəsən yenə toy olacaq. Toy maşınları siqnal verir...

    (Həzin melodiya səslənir).

    Sizə bir şey deyim. Bəlkə də inanmazsınız: get-gedə kişinin sifəti açılmağa başladı, onun üz-gözü mənim “retuş” etdiyim fotoya oxşamağa başladı. Yəni mən onu şəkildə necə “yaratmışdımsa”, həyatda da elə o cür oldu. İndi onun gözlərinin rəngi dəyişib yeni ifadə almışdı. Palaz qulaqları xeyli kiçilmişdi. Bəli, bəli, “natural”. Əyri burnu düzəlıb fındığı olmuşdu. Seyrək saçları sıxlaşmışdı. Kötük kimi yöndəmsiz bədəni zərifləşmiş, sanki boyu da bir xeyli uzanmışdı. Zəhmli sifəti “yumşalıb” “mülayimləşmişdi”. Hətta, az sonra gözündə yeni kipriklər əmələ gəldi, ağzında yeni dişlər peyda oldu. Bax, bu, onun həmin dövrdə çəkdirdiyi şəkildir. Yox, bu, artıq “retuş” olunmuş sifət deyil, onun öz “natural” sifətidir.

    (Kişinin sonralar çəkilmiş şəklini göstərir).

    Əlbəttə, o, pullu adam idi. Amma, inanın ki, bu sir-sifəti təkcə pul “düzəltməmişdi”. Dünyada izahı bilinməyən çox mətləblər var; mən buna öz varlığım kimi inanıram. Bir fikir verin: adam var ki, gəncliyində yaraşıqlı olur, vaxt keçdikcə kifirləşir, eybəcərləşir. Amma bəzən əksinə olur. Adama oxşamayanın birisi illər keçdikcə gözəlləşir, məlahətlənir. Yəni bu, insanın daxili ilə bağlı olan bir məsələdir. İçdə nə varsa gec-tez üzə çıxır. İnsanın içində isə ya işıq olur, ya da zülmət.
    Elə həmin vaxtlar qulağıma bəzi-para söhbətlər çatmağa başladı. Deyirdilər ki, müğənni xanım öz əriynən, yəni skripkaçı ilə yola getmir. Onsuz da mən bunun gec-tez belə olacağını əvvəlcədən bilirdim. Axı hər şey göz qabağındadır.

    (Şəkilləri göstərir. Oğlan “at” belində).

    Düzdür, skripkaçı sakit oğlan idi. Amma elə iş var ki, sakitliklə qaydasına düşmür. Qızmış dişi aslanın qarşısındakı sakit, ölüvay erkək, sizcə duruş gətirə bilərmi? Yox... Heç vaxt.

    (Qızın şəklini sığallayır).

    Ata minməklə iş bitmir ki... Özü də söhbət natural, canlı atdan getmir, at dekorasiyasından gedir. Bəyəm bu adam ömründə əsl at görmüşdü ki?

    (Skripkaçının “at” üstə çəkilmiş şəklinə istehza ilə baxıb başını yellədir).

    Bir də ki, söhbət təkcə at minib-minməməkdən getmir axı. Söhbət ondan gedir ki, at öz yerində, amma arvadın yüyənini əldə möhkəm saxlamaq hər kişinin işi deyil.
    Bəzən qadın uğrunda kişilərin, bəzənsə kişi uğrunda qadınların müharibəsi gedir. Bilmək istəsəniz, bu döyüşdə qadınlar daha çox ağıla, yəni hiyləyə, məkrə arxalanırlar. Kişilərsə gücə, iradəyə arxayın olurlar; yəni yumruqlar, əzələlər ağlı üstələyir.
    Bu cür qaydasız döyüşlərdə, adətən, güclülər qalib çəxırlar. Elə həmin gizli “döyüşdə” də belə oldu.
    Bir gün eşitdim ki, bu “qoşa göyərçinlər” ayrılıblar. Zənnim düz çıxmışdı.
    Sonra isə orda-burda, toyda-yasda yeni evlilik barədə danışmağa başladılar. Hər ağızdan bir avaz gəlirdi.
    Elə mənimlə onun əlaqəsi barədə də danışırdılar. Səhv edirdilər. Mənimlə onun arasında nə ola bilərdi ki? Niyə gizlədim, mən özümü yuxuda bir neçə dəfə o xanımla bir atın belində görmüşdüm. O, tərkimdə əyləşib çiynimdən yapışardı, mən isə atın yüyənindən... Əlbəttə, yuxuda.

    (Həzin musiqi. Diqqətlə müğənninin şəklinə baxır. Ehtiyatla ətrafına boylanaraq əlini uzadıb şəklə astaca sığal çəkir. Şəkil tərpənir. O, qorxubmuş kimi tez əlini geri çəkir).

    Bu cammat nə vaxtacan nağıl uydurmaqla məşğul olacaq? Nə vaxtacan?

    (Musiqinin ritmi dəyişir, gərginləşir. Fotoqraf əsəbi halda stolun altındakı qanteli götürüb arxadakı qapıya yaxınlaşır. Qanteli yuxarı qaldırıb harasa vurmaq istəyir, amma nədənsə əl saxlayır. Nəsə fikirləşib geri dönür. Qanteli yerə qoyur).

    Həyatın qəribəliyinə bax ki, o, tezliklə, həqiqətən at belinə qalxdı. Amma, bu, başqasının atı idi...
    Bəli, günlərin bir günü müğənni ilə atçı-biznesmenin ailə qurduğunu eşitdim. Təəccüblənmədim. Mən əmin idim ki, onlar, yəni bu təzə evlənənlər xoşbəxdirlər. Çünki onlar bir-birini məhz bu şəkillərdən sevmişdilər. İnanmırsız?
    Elə günün bu vaxtı olardı. Yeni evlənənlər mənim studiyama təşrif buyurdular. Hiss olunurdu ki, onların hər ikisi bəxtəvərdir. Bunu özləri də etiraf etdilər. Söhbətlərindən belə məlum oldu ki, onlar bal ayında, səyahətdə, istirahətdə olublar...
    Onlar məni cıdıra dəvət etdilər. Qız ayağını üzəngiyə qoyub alov rəngli bir atın belınə tullandı. At şahə qalxdı. Qorxudan ürəyimə vicvicə düşdü. Gözlərimi yumdum. Düşündüm ki, bu saat böyük bir qanıqaralıq olacaq, at qızı yerı çırpacaq. Tappıltı eşidib, qorxa-qorxa gözlərimi açdım. Gördüm ki, at uçur, qız da atın belində... O, yüyəndən bərk-bərk yapışıb atın yalmanına yatmışdı. Ürəyimdə sktipkaçının qarasınca dedim ki, bax yüyəni belə saxlayarlar, ay əfəl oğlu əfəl.
    Bir bunun mindiyi ata baxın. “At” nə “at”...

    (Skripkaçının mindiyi “atın” fotosunu göstərir. Oğlan çiynində “tüfəng” dekorativ “atı” “çapır”).

    At bax belə olar. Hələ bir atləya bax.

    (Qızın canlı at belindəki şəklinə yaxınlaşıb əli ilə tumar çəkir).

    Elə o vaxt çəkmişəm bu şəkli. Bəzən o, öz konsertlərinin afişasına bu şəkli vururdu.
    Onlar arada mənə baş çəkirdilər. Həmişə işimi yüksək qiymətləndirir, məndən razılıq edirdilər. Mən də onlardan çox razı idim. Hara getsələr mənə hədiyyə gətirirdilər.
    Atçı-biznesmen həm pullu, həm sadə, həm də səxavətli adam idi. Mən bilirəm, o, yetim olmuşdu, min bir əzab-əziyyətlə böyümüşdü. Pulun gücünü də yaxşı bilirdi. Amma, necə deyərlər, əli həmişə cibində idi. Kasıblara əl tutmaqdan məmnun olurdu. Başqasının, lap elə doğmaca atasının pulunu göyə sovurmağa nə var ki? Oğul odur öz pulunu xərcləsin. Həyatda min bir əziyyətlə qazandığı pulu xərcləməkdən ləzzət alan adamlar az olur. Bəzən deyirlər ki, pul adamı qudurdur. Yox, qətiyyən elə deyil. O qururğanlıq həmin adamlarla birgə doğulur. Yəni elə əvvəldən içlərində bir qudurğanlıq olur. Sonralar o qudurğanlıq da onlarla birgə böyüyür... Amma pullar dostumu qudurda bilməmişdi, əksinə, onun çox incə, həssas cəhətlərini üzə çıxartmışdı.
    Bəziləri bu pullu adamın xoşbəxt bir ailəni dağıtdığını zənn edirdi. Amma bu, belə deyildi. Onsuz da o keçmiş ailə yüz yerdən çat vermişdi. O “qoşa göyərçinlər” gec-tez ayrılacaqdı. Bir özünüz düşünün, nə vaxtacan xoşbəxtliyi oynamaq, imitasiya etmək olar? Bu saxta “sevgini” bir sonu olmalı idi ya yox?

    (Müğənni xanımın foto-sessiyası göstərilir. Şəkillər səhnə boyu “axıb” gedir).

    Yeni ailə quran cütlüksə bir-birini sevir, biri digərini tamamlayırdı. Onların sevgisi “tamaşa” deyildi, kimnsə “sevgisinin” foto-montajı deyildi; bu, “plagiatdan” uzaq “orijinal”, həqiqi, əsl bir sevgi idi.
    Bir dəfə bax elə burada, mənim hücrəmdə üçümüz əyləşib ordan-burdan danışırdıq. Birdən, söhbət əsnasında kişi, atçı-biznesmen dedi ki, bəlkə də bu fotostudiya olmasaydı, mən başqa bir yolla gedəcəkdim. Onda qadın, yəni müğənni xanım da gülümsədi. Sonra mənə işarə edərək astadan dilləndi:
    “Bu adam olmasaydı mənim də həyatım ayrı cür olacaqdı”... Təzə ər təəcüblə öz gözəl arvadına baxdı. Yəni ki, “bu nə sözdür deyirsən”? Onda qadın əlini bax bu şəklə, özünün at belindəki fotosuna uzadıb dedi ki, əgər bu fotoqraf olmasaydı mən yəqin ki, indi başqa bir atın belində idim... Xatırımdadır, hər ikisi qəşş edib ürəkdən güldü. Mən bir daha əmin oldum ki, onlar bir-birini məhz bu şəkillərdən seviblər.

    (Ər-arvadın ailə fotoları hərəkət edərək “irəliləyir”).

    Pulun və şöhrətin öz cazibəsi olur. İndi bu cütlüyün başına pərvanə kimi dolanan çoxlu adamlar meydana gəlmişdi. Qadın-şöhrətli, kişi isə pullu idi. Onlar ətrafı maqnit kimi özünə çəkirdi.
    Az qala bütün şəhər onlardan danışırdı. Çoxlu şayiələr yaranırdı. Amma heç bir söz-söhbət onların vecinə deyildi. İndi qadının konsertlərinin çoxu xaricdə təşkil olunurdu. O, dünyanın məşhur “ulduzları” ilə duet oxuyurdu. Yeni ailə qurandan sonra şəhərdəki şənliklərə də getmirdi. Bu qədər var-dövlətin qabağında nə toy, nə nişan, nə yubiley? Qadına şöhrət, kişiyə isə sərvət lazım idi ki, buna da onlar çoxdan nail olmuşdular. İndi bu ər-arvad şöhrətin və sərvətin işığında qoşa ulduz kimi par-par yanırdı.
    Onlar məni hərdən özləri ilə ova da aparırdılar. Qadın nişan almaqda heç də kişidən geri qalmırdı.

    (Ovda çəkilmiş fotoları göstərir).

    Kişinin qoşalulə ov tüfəngi vardı. Mən həmişə onları birlikdə təsəvvür edəndə gözümün önündə o qoşalülə tüfəng canlanır. Onlar təkcə qoşalülə tüfəng yox, tüfəngin qoşa çaxmağı idilər. Sanki eyni vaxtda atəş açırdılar. Bu tüfəng heç də yalançı at belində şəkil çəkdirən köhnə ərin qucağındakı yalançı silah deyildi.
    Onlara qibtə etməmək mümkün deyildi. Hər il ad günlərini bir ölkədə keçirirdilər. Bir dəfə də mənim ad günüm idi. Bunu haradansa, kimdənsə eşidib bilmişdilər. Axşam yanıma gəldilər. Restorana dəvət etdilər, razı olmadım. Bilirdim ki, onsuz da hədiyyələri olacaq. Restoran mənim nəyimə lazımdır?.. Elə düşündüyüm kimi də oldu. Mənə bahalı hədiyyə bağışladılar. Yox, deməyəcəm o nə hədiyyə idi... Sifariş verdilər, yaxınlıqdakı restorandan yemək-içmək gəldi. Mənim yaşadığım illər qədər şam yandırdılar. Yaxşıca yeyib-içdik. Sonra biz üçlükdə xanımın repertuarından bir mahnı oxuduq.

    (Musiqi. Trio oxuyur. Fotoqraf yan otaqdan məcməyini gətirib masanın üstünə qoyur, onun içindəki şamları yandırır).

    Bu gün müğənni xanımın ad günüdür. Mən onun belə əlamətdar gününü keçirməyi özümə borc bildim. Bu şamları da ona görə yandırıram.
    Nə vaxtsa, haradasa belə bir fikir eşitmişəm: ideya, ağıl heç də kişilərin başında yaranmır; onlar əvvəlcə qadınların bətnində yaranır, sonra kişilərin başına köçür. Bəlkə də bunları heç yerdən eşitməmişəm, elə öz fikrimdir. Mən yenə bu fikirdəyəm. Zaman onların ağlı ilə hesablaşırdı. Zaman onların zamanı idi.
    Qəribədir, onları səbəbsiz-filansız qınayanların sayı-hesabı yox idi. Bilmirəm nədəndir, bəzi adamlar başqalarının xoşbəxtliyini həzm edə bilmir. Görünür, bir çoxlarını “yaşadan” elə bu cür “dərdlərdir”. Onların işığı çoxlarının gözünü kor etməkdə idi...
    Xatırımdadır, bir dəfə studiyaya bəstəboy, yumrusifət, qarnı irəli çıxmış bir kişi gəldi. Qoltuğunda iri, meşin qovluq vardı. O, maraqla divardakı şəkillərə baxmağa başladı. Bu köstəbək elə ilk baxışdan ürəyimə yatmadı. Bir xeyli ordan-burdan danışdı. Mən susub özümü məşğul kimi göstərirdim. Tərs kimi gəlib-gedən də yox idi ki, bu səfehin söhbətinə müdaxilə edən tapılsın. Nəhayət, mən onun nə istədiyini soruşdum. O, qovluğundan bir şəkil çıxarıb mənə sarı uzatdı; soruşdu ki, gör bunu böyütmək olarmı? Şəklə baxmadan dedim ki, qoy hələlik qalsın burada, sonra baxaram. Doğrusu, bu iyrənc, zəvzək adamdan canımı tez qurtarmaq istəyirdim. O, qovluğundan çıxartdığı ikinci şəkli də mənə sarı uzadıb gülə-gülə soruşdu: “Gör bu bədəni o başa calaq emək olarmı?” Mən təəccüblə onun uzünə baxdım: “Necə yəni “calaq?” O, yenə hırıdadı: “Məncə, siz buna “montaj” deyirsiz”.
    Əyilib kişinin əlindəki şəkillərə baxdım. Biri müğənni xanımın şəkli idi. Xatırladım ki, bu şəkli nə vaxtsa mən özüm çəkmişəm. İkinci şəkildəsə yataqda uzanıb məst olan gözəl, zərif, lüt qadın bədəni təsvir olunmuşdu. İnsafən, çox gözəl bir şəkildi. Bir xeyli şəklə, yəni lüt bədənə baxdım. Bu, peşəkar fotoqrafın çəkib yüksək səviyyədə “retuş” etdiyi bir fotoydu. Mən sanki dahiyanə rəssam tərəfindən fırçaya alınmış bir sənət əsərinə tamaşa edirdim. Amma daxilən hirs məni boğurdu. Bu şəkli gətirən yaramazın sözündən belə çıxırdı ki, mən bu iki şəkli montaj etməli, onları “birləşdirməli”, sözün qısası, öz dostumun arvadının lüt şəklini “çəkməliyəm”. Mən özümü saxlaya bilməyib bu köstəbəyin üstünə qışqırdım: “Rədd ol buradan, yaramaz!”. O, çaşıb qaldı. Cıqqırını da çıxara bilmədi. Bəlkə də cavab qaytarsaydı, onu əzişdirəcəkdim. O, tez-tələsik qovluğunu qoltuğuna vurub studiyadan az qala qaça-qaça çıxdı. Mən də onun arxasınca götürüldüm...

    (Fotoqtaf sanki kiminsə üstünə “hücum edir”. Hiss olunur ki, “adam” qaçıb gedir. Fotoqraf geri dönüb gəzişir, gərdiş edir).

    Həmin tipin izini-tozunu mən bir daha bu tərəflərdə görmədim. Heyif ki, mən fürsət tapıb onun şəklini çəkə bilmədim. Amma taleyin gərdişinə bax: mən sonralar onun şəklini lentə aldım. Amma öləndən sonra. Tələsməyin, danışaram bu hadisə necə oldu...
    Doğrusu, bu tip çıxıb gedəndən sonra bir az öz-özümə güldüm də. Ürəyimdə dedim ki, ay axmaq, mən o qadını sən deyən qaydada çəksəydim, o fotonu kağızdan əvvəl elə öz gözlərimə köçürərdim. Hər halda mən də özümə görə bir kişiyəm ya yox? Gözəllərə, gözəlliyə biganə qala bilmərəm ki...
    Mən yalnız aradan uzun bir vaxt keçəndən sonra öz xəyalımda həmin şəkilləri “montaj” və “bərpa” etdim, yəni başla bədəni “birləşdirdim”. Köstəbəyin arzusunu yerinə yetirdim; amma onun özü artıq gəbərmişdi.

    (Həzin melodiya eşidilir. Təsəvvüründə “yaratdığı” qadının (müğənninin) lüt şəkli kişinin gözü önündə “hərəkət edir”. Fotoqraf şəklin ətrafında dolaşır. O, gah şəklə, gah zala, gah da səhnəyə baxır. Şəkil tədricən hərəkət edir, “yuxarıya” doğru çəkilir. Fotoqraf cəld turnikdən yapışır. Turnik üzüyuxarı dartılır. Şəkil gözdən itir. Turnik aşağı, öz əzəki vəziyyətinə enir).
    Düzünü deyim ki, özümün bu “əxlaqsızlığımdan”nəsə daxili bir təskinlik tapırdım. Amma hər dəfə xəyalımda “çəkdiyim” bu şəklə “baxanda bir az xoflandım da. Axı hər necə olsa, söhbət dostumun arvadından gedirdi... Adətən, bu cür “xəyal-tamaşadan” sonra ürəyimdə dostumdan və onun arvadından üzr istəyirdim.
    Hə, dedim axı, mən bir müddət sonra bayaq haqqında söhbət açdığım tipin şəklini çəkəsi oldum.
    Bir dəfə küçədə atəş səsləri eşitdim. Əvvəlcə yerimdə donub qaldım.

    (Sürəkli atəş səsləri eşidilir. Fotoqraf baş vermiş dəhşətli hadisəni imitasiya edirmiş kimi, cəld yerə sərilir, sonra yavaş-yavaş ayağa durub pəncərədən bayıra boylanır. Fotoaparatı götürüb irəli yeriyir).

    Düz studiyanın qapısı ağzında bir nəfər yerə sərilmişdi. Asfaltaın üstündə qan gölməçəsi vardı. Hiss olunurdu ki, güllələnən adam gəbərib. Peşə intuisiyam üstün gəldi, tez onun şəklini çəkdim.

    (Bir neçə kadr çəkir).

    Mən səhərisi gün bu adamın fotosunu kağız üzərində görən kimi tanıdım: ölən, daha doğrusu, öldürülən adam vaxtilə mənə müğənni xanımın şəklini “montaj” təklifini edən tösmərək tipin özü idi. Doğrusunu deyim ki, mən bu qətldən o qədər də sarsılmadım. Görünür, bu dünyada hərə özünün layiq olduğu cəzanı gec ya tez almalıdır... Doğrusu, o vaxtlar şəhərdə bu cür qətllər tez-tez olurdu. Başqalarını deyə bilmərəm, şəxsən mən atəş səsi eşitməyəndə çox narahat olurdum...
    Biznesmenin işləri günü-gündən daha da genişlənir, çiçəklənirdi. İndi təkcə özünün və arvadının yox, elə atlarının da şöhrəti aləmə meydan oxuyurdu.
    Amma nə edəsən ki, bu tale deyilən şey bizim hər birimizi ən gözlənilməz “sürprizlərlə” “mükafatlandırır”. Bir gün sevinir, o birisi gün kədərlənirik. Bir gün toy olur, bir gün yas. İnsan öz xoşbəxtliyi min bir əziyyətlə əldə edir, amma bədbəxtlik onun yanına öz ayağı ilə gəlib çıxır.
    (Gərgin musiqi sədası eşidilir).
    Yadımdadır, studiyanın pəncərələri önündə bir neçə dəfə şübhəli kölgələr görünüb yox oldu. Mən nədənsə narahat idim. Sanki kənardan, bəlkə də elə öz içimdən gələn bir səs məni ehtiyatlı olmağa çağırırdı. Sanki mənə nəyinsə baş verəcəyi əyan olmuşdu. O kölgələr yenə peyda olanda mən diqqət yetirdim.

    (Divarda kölgələr oynaşır).

    Onlar üç nəfər idi. Kölgələr tezliklə zülmətə qovuşdular. Bir dəfə də tutqun-yağışlı bir gündə göründülər. Həmin “kölgələrdən” biri özünü içəri saldı. Üzünə baxdım. Boz yağmurluğun-plaşın başlığı sifətini tamamilə örtmüşdü. Təkcə qıyılmış, zülmət kimi qapqara gözləri işıldayırdı. Mən heç nə soruşmadım. O, divrdakı şəkillərə göz gəzdirib astadan dedi: “Yağış yağmasaydı bir şəkil çəkdirərdim”. Ay səni öləsən. Guya ki, şəkil çəkdirməyə gəlib. Gör bir nə vaxtdan sülənir, sürünürlər bu tərəfdə. Mən yenə susdum. Hiss etdim ki, onun baxışları xoşbəxt cütlüyün şəklinin üstündə donub qaldı. “Kölgələr” yox olandan sonra studiyanın qapısını bağlayıb mən də evə getdim. Nəsə özümü yaxşı hiss etmirdim.
    O “kölgələr” bir daha gözümə dəymədi. Amma az sonra şəhərdə dəhşətli hadisələr baş verdi. Mənə elə gəlir ki, həmin hadisələrin o “kölgələrlə” bir bağlılğı vardı...
    Dostum bir müddət görünmədi. Mən bir qədər narahat oldum. Amma bunu nəsə pis yerə yoza bilməzdim. Axı o, pullu, tanınmış biznesmen idi, dünyanın bu üzündən vurub o üzündən çıxırdı. Yəqin ki, arvadını qoltuğuna vurub hansı məmləkətəsə uçub getmişdi. Aradan bir xeyli keçdi. Bir dəfə axşamüstü studiyamın qapısı açıldı. İki nəfər kandarda göründü. Aman Allah, az qala mən onları tanımayacaqdım. Bunlar ki, mənim dostlarım idi: xoşbəxt cütlük. Yox, indi onların sifətində bəxtəvərlikdən bir əsər-əlamət qalmamışdı. Hər ikisi sazaq vurmuş çiçək kimi solmuşdu. Kişinin sifəti qaralmış, “retuş” olnmazdan qabaqkı vəziyyətə düşmüşdü. Qadının əzəlki işıqlı çöhrəsində yalnız mənim kimi təcrübəli fotoqrafların görə biləcəyi qırışlar görsənir, tutqun bir kölgələr dolaşırdı. Mən əvvəlcə onlarla bir az zarafat etmək istədim. Dedim ki, istirahət zonasından gələnlərə oxşayırsız. Hiss etdim ki, zarafatım yerinə düməyib. Araya bir yalquzaq sükutu çökdü. Sonra gördüm ki, qadının gözləri dolub. Kişi isə zorla gülümsəyirdi. Görəsən, bunlara nə olmuşdu?
    Kofe dəmlədim. İstədim şəkillərini çəkəm. Razı olmadılar. Şəkillik halları yox idi. Deyəsən, bunlara nəsə olmuşdu. Hissiyyatım məni aldatmayıbmış.

    (Sürəkli atəş səsləri eşidilir. Fotoqraf əvvəlcə yerə sinir, sonra qəddini düzəldib ehtiyatla pəncərədən bayıra baxır. Yanıb-sönən işıqların şəfəqləri divarda əks olunur. Fotoqraf əllərini bir-birinə vurub qəhqəhə çəkir).

    Paho... Elə bildim ki, yenə atışmadır. Sən demə, toy atəşfəşanlığıdır. Fişəng atırlar. Elə adam var ki, havaya boş güllə atmaqla təskinlik tapır; bu, lap bəzi qorxaq “cəngavərlərin” yalançı, dekorativ at minməyinə bənzəyir.

    (Fotoqraf əlini “başsız atlı” şəklinə sarı uzadıb başını təəssüf və istehza ilə bulayır).

    Hə, söhbət dostlarımdan gedir... Mən yalnız gecə-gecədən keçəndən sonra onların, daha doğrusu kişinin, əslində isə elə onların hər ikisinin, başına gələn faciə ilə tanış ola bildim. Əvvəlcə heç nə demək istmirdilər. Sonra kişi bir stəkan arağı “zakuskasız”, məzəsiz-zadsız başına çəkəndən sonra baş vermişləri, daha doğrusu başına gələnləri, qısaca danışdı. Sən demə, onu quldurlar oğurlayıbmişlar. O, həmin gün arvadının səsini yazdırmaq üçün səsyazma studiyasına gedibmiş. Qadın səsini yazdıran zaman o, mənim studiyama, bura gəlirmiş. Səsyazma studiyası qonşuluqda, küçənin o biri tinində yerləşir. Mən isə tərslikdən həmin gün burada deyildim... Amma olacağa çarə yoxdur.
    Qəfildən üç nəfər əlisilahlı ona hücüm edib. Ucadan əmr ediblər: “Cınqırını çıxartsan, təpəsinə atacağıq”. Deyiblər ki, guya onun həbs olunması barədə sanksiya var. “Cinayətinin” maddəsini də deyiblər: külli miqdarda dövlət vəsaitini mənimsəmək, vergidən yayınma. O, əvvəlcə deyilənə inansa da, az sonra bu “maddələrin” uydurma olduğunu başa düşüb. Onu maşına basaraq gözünü sarıyıblar. Sonra şəhərdən kənarda olan bir bağa-daçaya aparıblar.
    Arvad səsyazma studiyasından çıxıb ərini heç yerdə tapmayıb. Maşın da elə küçənin kənarında qalıbmış. Yazıq qadın tez özünü evə çatdırıb. Elə bu vaxt telefon zəng çalıb. Qadın dəstəyi götürüb və yerindəcə heykələ dönüb.

    (Divarda görünən oynaq-titrək, uzun insan kölgələrini gərgin musiqi sədası müşayiət edir).

    Zəng vuranlar ərini oğurlayan quldurlar imiş. Quldurbaşı telefonda kişinin ailəsindən, yəni arvadından külli miqdarda pul tələb edib. Əlbəttə, dostum kasıb adam deyildi. Amma tələb olunan pul onun bütün varidatından dəfələrlə çox idi. Ərlə arvadı telefon vasitəsi ilə calaşdırıblar. Ər onların, yəni o quldurların təzyiqi ilə arvadına yalvar-yaxar edib. Deyib ki, onun oğurlanması barədə rəsmi dövlət qurumlarına heç bir məlumat verməsin. Bundan sonra ona çox əziyyət veriblər. Kişi yenə təzyiq və təhdid altında bir neçə dəfə arvadı ilə danışıb. Onu öldürməklə hədələyiblər. O da məcbur olub arvadından xahiş edib ki, olan-qalan nəyi varsa dəyər-dəyməzinə satıb onu bu cəhənnəmdən xilas etsin. Yazıq qadın. Bütün var-yoxunu, qaş-daşını təcili satıb, tanış-bilişlərdən xeyli borc alıb, tələb olunan məbləği toplayıb. Sonra əvvəlcədən sövdələşdikləri kimi, şəhərdən uzaq bir yerdə quldurlarla görüşüb, pulu onlara veriərək ərini xilas edib.

    (Pauza).

    Onlar bu baş verənlər barədə ilk dəfə mənə danışdılar. Axı mən onların yaxın dostu idim.
    Mən onlara dedim ki, bütün bu baş verənlər barədə lazımi yerlərə məlumat versinlər. Kişi nədənsə razı olmadı. Deyəsən, onu möhkəmcə qorxutmuşdular.
    Bilirsiz məni ən çox üzən nəidi? Bu hadisədən sonra dostumun insanlara inamının yox olması. Axı o, daim əliaçıq, səxavətli, insanlara çətin gündə əl tutan bir iş adamı olmuşdu. Bu xeyirxah insan, öz başına gələn bu müdhiş faciənin konkret səbəbini heç cür axtarıb tapa bilmirdi.
    Onlar çıxıb getdəndən sonra mən uzun müddət özümə gələ bilmədim. İnsanların bu dərəcədə qeyri-insani olması mənə hədsiz dərəcədə təsir eləmişdi.
    Ta onlar gur məclislərdə az-az görünürdülər.
    Zaman insanın astarını üzünə çevirən yeganə qüvvədir.
    Dostum arabir mənim yanıma gəlir, yeni yaratdığı atçılıq təsərrüfatının kataloqunu hazırlayırdı. Deyəsən, işləri yavaş-yavaş qaydasına düşürdü. Onun arvadı təzədən toylara getməyə başlamışdı. Yadımdadır, müğənni xanım sonuncu dəfə çisəkli bir payız günü mənim yanıma gəlmişdi. Əvvəlcə bir az ordan-buradan danışdı. İnamla dedi ki, irəliki şöhrət, sərvət yenə qayıdacaq. Mən onun belə nikbin danışmağından xeyli məmnun oldum. Sonra xanım bir neçə pozada şəkil çəkdirib getdi. Necə deyərlər, həyat davam edir, öz məcrasına qayıdırdı.
    Amma, sən demə, faciənin böyüyü hələ irəlidə imiş.
    Bir gün qəzetlər yazdı ki, şəhərdə imkanlı bir iş adamının həyat yoldaşı oğurlanıb. Dalağım sancdı. Tezliklə hər şey faş oldu. Sən demə, məşhur müğənni xanım quldurlar tərəfindən oğurlanıb, əvəzində ərindən külli miqdarda pul rələb olunur.
    Bu dəfə qadının ağlı sayəsində oğrular tez ifşa olundu. Hadisə belə olubmuş: üç nəfər idmançı məşhur müğənnini oğurlayıb maşına basır, naməlum istiqamətə aparırlar. Hər şey əvvəliki cinayət ssenarisində olduğu kimi baş verib. Quldurlar ərlə arvad arasında telefon əlaqəsi yaradıblar. Yazıq kişi yenə pul tədarükünə başlamaq istəyib. Oğrular qadına əvvəlcədən öz ərini yola gətirmək haqda təlimat keçiliblərmiş. Amma dünyanın işlərinə bir bax: bu zərif məxluq telefonla öz ərinə deyib ki, “mən hazırda bizim var-dövlətimizi ələ keçirən, vaxtilə səni oğurlayan quldurların əlindəyəm. Onsuz da bizi talan ediblər, heç nəyimiz yoxdur. Qorxma, lazım olan yerə məlumat ver”.
    Qadının bu cür iddialı danışığınndan sonra oğru-killerlər cəld telefonu qadının əlindən qapıblar.
    Yox, indi mən deyə bimərəm ki, dostum qorxaq adam idi. Sadəcə, o, öz xanımını sevən, onun yolunda hər cəfaya dözməyə hazır olan iradəli bir adamdı.
    Bizdə vətən yolunda könüllü qurban getmək istəyənlər azdır. Amma ailə yolunda ölümə gedənlər... Belələri çoxdur. Mənim biznesmen dostum da öz arvadı yolunda ölümə getməyə hazır idi.
    Qadının bu cəsarətli çağırışından sonra kişi cürətlənib əlaqədar yerlərə müraciət edib.
    Bəzən bu cür qadınlar haqda deyirlər ki, o, kişi kimi qadındır. Mən bu bənzətməni sevmirəm. Mən həmişə düşünmüşəm ki, qadının kişiyə bənzəməsi, kişinin qadına bənzəməsi qədər eybəcərdir. Ən axmaq bənzətmə budur: filankəs kişi kimi qadındır... Müğənni xanım əsl qadın idi. Özü də mərd, cəsur və gözəl.

    (Qadının şəkli fotoqrafın əlinin işarəsi ilə yavaş-yavaş yanan şamların arxasından aşağıya doğru, yanan şamların qarşısına sarı enir).

    Quldurlar vaxtilə kişini oğurlayan bandanın üzvləri imiş. Görünür, dişi bir dəfə qana batan canavarlar sürüyə dadanan kimi, bu alçaqlar da həmin ailədən əl çəkmək niyyətində deyilmiş.
    Yəqin ki, ağlınıza gəldi: xanım məhz mənim studiyamdan çıxarkən oğurlanmışdı. Hadisə mənim iş yerimin həndəvərində baş vermişdi. Fakt budur ki, xanım oğrlanmamışdan bir neçə dəqiqə əvvəl mənim yanımda olmuşdu...
    Bu cinayətdə əli ola biləcək bütün şübhəli adamlar istintaqa cəlb olundu.

    (Fotoqraf əyilib şamları üfürərək söndürür).

    Sonra həmin quldurların məhkəməsi oldu. Sən demə, bir qrup illərdən bəri keçmiş bir idmançının rəhbərliyi altında insan oğurluğu ilə məşğul olurmuş.
    Əslində, elə mən özüm də keçmiş idmançıyam. Amma bunun mətləbə nə dəxli? Yox ey, elə-belə deyirəm bunu.

    (Qanteli götürüb nəsə düşünür, tərəddüdlə əvvəlki yerinə qoyur. Turnikdən yapışıb diqqətlə irəli baxır).

    Amma düzünü bilmək istəsəniz, mən elə ilk gündən bu müdhiş cinayətin kim tərəfindən sifariş verildiyini və kim tərəfindən icra olunduğunu yaxşı bilirdim. Sifarışçi-keçmiş idmançı idi. İcraçılar isə onun yanındakı “cangüdənlər” idi. Mən onların kölgəsini vaxtilə öz fotostudiyamın həndəvərində görmüşdüm. Cinayəti məhz həmin “kölgələr” törətmişdi.

    (Şəklin arxası üzünə çevrilir. Boyaboy çəkilmiş nəhəng kişi fotosu görsənir. Həmin şəkildəki adam fotoqrafın özünə oxşayır).

    Deyilənə görə, bu adam, daha doğrusu bu quldur, mənə oxşayır.
    Sizi deyə bilmərəm, şəxsən mən elə bir oxşarlıq görmürəm.

    (O, nəhəng fotonun yanında dayanır. Onların hər ikisi (foto və fotoqraf) demək olar ki, eyni boydadır).

    Hadisələrin sonrakı davamı yəqin ki, hər birinizə məlumdur.
    Yox? Bəyəm mətbuatı izləmirsiz, televizora baxmırsız?
    Hə, bildim, sadəcə, vaxtınız yoxdur.
    Onda vaxt tapıb məni izləyin.
    Gələn görüşdə hər şeyi yerli-yataqlı danışaram.
    Deyəsən, siz məni eşitmirsiz?
    Eşidirsiz?
    Amma mən sizi eşitmirəm.

    (Tamaşa zamanı çəkilmiş şəkillər göstərilir. Fotolarda zalda əyləşən tamaşaçılar əks olunub).

    Özünüzü tanıdınız? Bu, sizsiniz. Siz burada şəklə dönmüsüz.

    (Maşın siqnalı eşidilir).

    Yenə toy?

    (Bütün şəkillər “yoxa çıxır”, yığışdırılır).

    Bu gün yas yoxdur. Yalnız toy karvanları keçir.

    (O, cəld əyilib yerdən qanteli götürür. Arxadakı qapıya yaxınlaşır. Qaneli var gücü ilə qapıya çırpır. Uzaqdan yenə atəş səsləri eşidilir. O, qapını yumruqlayır).

    Ehey, açın qapını... Eşidirsiniz? Qapını açın deyirəm.

    (Melodiya. Xor oxuyur. Qapı açılmır. Fotoqraf qayıdıb stula çökür, başını əllləri arasına alır).

    Pərdə
    SON

    Sentyabr. 2014.












    MƏRUZƏÇİ
    (monopyes)

    İştirakçı:
    Məruzə edən adam



    Təntənəli musiqi sədaları altında zal işıqlanır. Yan tərəfdə tribuna, tribunanın üstündə mikrofon və içi maye dolu qrafin. Qoltuğu qovluqlu MƏRUZƏÇİ tribunaya yaxınlaşır. Fonoqrama yazılmış alqış səsləri eşidilir. Məruzəçi tribunanın arxasından çıxıb səhnənin ortasına doğru gəlir, zala təzim edir. Yenə alqış sədaları; Məruzəçi arxasını tamaşaçılara çevirib əks tərəfə, daha sonra profildə (yanpörtü) dayanaraq sağ və sol tərəflərə baş əyir, təzim göstərir, sonra yenə tribunaya yaxınlaşır. Alqış səsləri tədricən səngiyir. Məruzəçi qrafindəki mayedən içib sözə başlayır.
    O, danışan zaman (məruzə edərkən) gah tribunaya doğru gedir, gah səhnənin ortasına gəlir, gah da səhnədəki kresloda əyləşib ayağını-ayağının üstünə aşırır.

    Xanımlar və cənablar!
    İcazə verin, sizin hamınızı rəhbərliyimiz adından ürəkdən təbrik edim, sizə öz gələcək işlərinizdə uüurlar arzulayım. (Alqışlar).
    Bu gün bizim ən şad günümüzdür. Rəhbərlik bizə böyük etimad və qayğı göstərib. (Alqışlar).
    Bildiyiniz kimi, bizim idarəmiz özündə bir sıra vəzifə və funksiyaları cəmləşdirib. Bir təşkilat olaraq biz indiyəcən həm elmi-tədqiqat işləri və praktik fəaliyyətlə, həm də kadrların yetişdirilməsi və ixtisaslaşdırılması ilə məşğul olmuşuq. Bütün bunlar öz yerində. Amma hamıya belə bir həqiqət gün kimi aydındır ki, hər dövrün öz diktəsi, hər zamanın öz tələbi olur. Vaxtla ayaqlaşmayanların aqibəti isə hər kəsə gün kimi aydındır. Necə deyərlər, zaman - hər şeyin ölçüsü və meyarıdır.
    Sizə yaxşı məlumdur ki, müasir dövrdə - elm və texnikanın yüksək təşəkkül tapdığı bir zamanda yeni kəşflər etmək, təzə söz demək olduqca müşkül işdir. Amma biz öz üzərimizə çox böyük məsuliyyət götürərək yeni bir işə girişmişik. Və mən əminəm, habelə bizə etimad göstərən rəhbərliyimizi də əmin edirəm ki, etimadı layiqincə doüruldacaq, götürdüyümüz öhdəliyi vicdanla yerinə yetirəcəyik! (Alqışlar).
    Mən uzun-uzadı çıxış və nitqləri o qədər də təqdir etmədiyim üçün birbaşa mətləbə keçmək istəyirəm: bizim çoxdan bəri yalnız xəyalımıza gətirdiyimiz arzular çin olmuş, beynimizdə və ürəyimizdə gəzdirdiyimiz ideyalar həqiqətə çevrilmişdir. Bu ildən etibarən təşkilatımızda artıq yeni bir elm sahəsi - indiyəcən dünyanın heç bir ali məktəbində və akademiyasında analoqu olmayan modern, müasir, sivil bir fakültə fəaliyyətə başlayır. Bu, tamamilə yeni bir ixtisas, yeni bir elm sahəsidir. Əlbəttə, siz söhbətin məğzini anladınız: biz bu ildən etibarən yeni bir sahənin tədqiqi ilə məşğul olacaq, onun nəzəriyyə və praktikasının tətbiqinə elmi şəkildə nail olacağıq. Söhbət yaltaqlıq fakültəsindən - bəli, bəli, yeni fəaliyyətə başlayan məddahlıq fakültəsindən gedir. Və təbii ki, qarşımızda duran ən önəmli vəzifə günümüzün reallıüına uyğun mütəxəssislər, yəni ixtisaslı yaltaqlar hazırlamaqdan ibarətdir! (Alqışlar).
    Mən sizə bir sirr açmaq istəyirəm: biz belə bir ixtisas üzrə rəhbər kadrların hazırlanması ilə bağlı yuxarı instansiyalara ilk dəfə müraciət edərkən sözümüzü qəribçiliyə salan bürokratlar və ideyalarımızı hələ beşikdə ikən boümaüa çalışan mühafizəkarlar da tapıldı. Hətta, bəziləri dodaq büzərək bildirdilər ki, belə bir fakültənin açılmasına nə ehtiyac? Onsuz da bizdə bu işin nəzəriyyəçi və praktikləri az deyildir. Bəyəm belə bir ixtisasa rəsmi qəbul elanları verməyə ehtiyac varmı? Kütlə bizi necə başa düşər? Beynəlxalq aləm bizə nə deyər? Və sair və ilaxır... Bunu onlar deyirdi. Amma biz öz ideyalarımızı sonacan müdafiə etdik və nəhayət, arzumuza çatdıq. Başqa cür ola da bilməzdi!.. Biz qalib gəlməli idik və qalib də gəldik! (Alqışlar).
    Yeri gəlmişkən, mən bəzi mətləbləri incələmək, xırdalamaq istəyirəm: belə bir fakültəni təsis etmək ideyası bizim aülımıza haradan gəldi? Bildiyiniz kimi, bizdə ötən onillərin təcrübəsini öz həyat və fəaliyyətində qoruyub yaşadan qocaman, veteran yaltaqlar ordusu fəaliyyət göstərir. Onlar bir-bir, tədricən bu dünyanı tərk edib getməkdədirlər. Hər bir gedən mütəxəssis isə, söz yox ki, özü ilə bir xəzinə aparır. Biz çox fikirləşdik, çox götür-qoy etdik və axırda bu qənaətə gəldik ki, qocalarımızın təcrübəsini düzdə, arzusunu gözdə qoya bilmərik: nəsə fikirləşib tapmalıyıq! Tapdıq da! Evrika! (Alqışlar).
    Çoxsaylı təkliflərdən sonra rəhbərliyə müraciət etmək qərarına gəldik: xahiş etdik ki, qoy aüsaqqallar ordusunun xahişini reallaşdıraq; necə deyərlər, ataların yolu - oğulların yoludur! Layihəmizi bəyəndilər. Biz yeni ixtisasa qəbul elan etdik. Indi nəticə göz qabaüındadır: demə, fakültəmizə can atanların sayı-hesabı yoxmuş. Doürusu, biz əvvəlcə düşünürdük ki, bu sənətin sahibləri əsasən qocalardır. Yaltaqlıq bir növ köhnəlmiş, dəbdən düşmüş peşədir. Amma... səhv edirmişik. Bizdə yeni fakültəyə daxil olmaq istəyən nə qədər istedadlı gənclər, qabiliyyətli yeniyetmələr varmış! Biz öz gənclərimizlə, öz gəncliyimizlə fəxr etməliyik!.. Eşq olsun onlara! (Alqışlar).
    Budur, indi nəticə göz qabaüındadır. Qəbul üçün nəzərdə tutulmuş bir yerə minlərlə ərizə verilmişdi; amma biz yaxşıların ən yaxşısını seçmişik. Mənə elə gəlir ki, ilk qəbul uğurlu keçib. Öyünməyə dəyər. Dediyim kimi, fakültənin yaradılmasına kömək edənlərlə yanaşı, onun açılmasına mane olan qüvvələr də vardı. Amma biz bütün çətinlikləri dəf edərək öz məqsədimizə çatdıq. Axı, yaltaqların və yaltaqlıüın qarşısında hansı qüvvə tab gətirə bilər?!.

    Alqışlar. Məruzəçi su içir.

    Qəribədir ki, bizdə bəziləri yaltaqlıüa qarşı az qala səlib yürüşü elan etmək istəyir. Niyə? Nə üçün? Guya bu fenomenin elmi əhəmiyyəti və sosial dayaqları yoxdur. Bu, kökündən yanlış ideyadır. Anti-elmi düşüncə sahiblərinin nəzərinə çatdırmaq istəyirəm ki, yaltaqlıq tarixi-ənənəvi kateqoriyadır. Onun əmələ gəlməsində isə obyektiv və subyektiv amillərin rolu diqqəti çəkir. Əlbəttə, hadisənin - yəni yaltaqlıüın kökündə həm sosial, həm də genetik faktorlar mövcuddur; mən hələ siyasi mahiyyət kəsb edən nüansları demirəm.
    Biz ölkənin nüfuzlu alimlərini - praktik və nəzəriyyəçiləri yeni təsis olunmuş fakültəyə cəlb etməklə gələcək elmi yüksəlişlərin möhkəm bünövrəsini qoymuş oluruq. Bizim ilk tədqiqat işimiz çox güman ki, yaltaqlıüın elmi təsnifatına həsr olunacaq.
    Bizim hörmətli elmi araşdırıcılarımızdan biri indi sizin aranızda - bu zalda əyləşib. O, öz peşəsinin vurüunu, öz işinin ustasıdır...

    Zala baxır.

    Hə, odur, ayağa durmaq istəyir... Əyləşin, əyləşin... Bax, elə... Saü olun! Oturuşunuzla-duruşunuzla xalqa nümunə olası adamsınız! Ləqəbiniz nə oldu sizin?.. Nə?.. Hə, yadıma düşdü: “günəbaxan”. Niyə məhz “günəbaxan”?.. Bəlkə bu sirri açıb deyim?.. Olar?.. Əlbəttə, olar! Burada hamısı özümüzünkülərdir. Bilirsiniz ki, günəbaxan həmişə üzünü Günəşə sarı tutur. Günəş haraya gedirsə, o da onun arxasınca üz tutur. Bu, nə deməkdir? Yəni yuxarıdakılar - Günəş, aşağıdakılar - günəbaxandır! Bax, bunu dilsiz-ağızsız bir bitki, daha doürusu, bitkilərin yaltaüı başa düşür, amma bizim bəzi soydaşlarımız anlamaq istəmir. Elə deyilmi? Əyləşin, “Günəbaxan” müəllim!.. Siz bir çönüb onun Lalə kimi qızarmış yanaqlarına, məmnunluq ifadə edən gözlərinə baxın. Baxın və nümunə götürün! Elə bilirsiniz bu jesti, bu pozanı, bu görünüşü almaq asan məsələdir?.. Xeyr!.. Hım-m-m... Bilirsinizmi, yaltaqların heç də hamısının dünyagörüşü və mədəni səviyyəsi eyni deyildir. Ona görə də biz qərara almışıq ki, hər bir mütəxəssisi özünə, öz ampluasına uyüun işlə təmin edək. Məsələn, yaltaq var ki, xırda bir idarədə çalışa bilər; onun yüksək vəzifəli adamın yanında görünməsinə ehtiyac yoxdur. Amma bizim geniş miqyasda, iri çapda işləməyə qadir istedadlı, təcrübəli kadrlarımız da az deyildir. Belələrinin yüksək elmi dərəcəsi, cəmiyyətdə xüsusi nüfuzu vardır. Bu cür yaltaqları ən mötəbər məclislərə göndərmək olar.
    Yaltaqların daxili aləmi və xarici görünüşü bir-birini tamamlamalıdır.

    Zala üz tutur.

    Ey, bu, sənə aiddir. Ayağa durma, əyləş... Onsuz da hamı tanıyır səni. Hım-m-m... Utanıb başını aşağı salmağın, dişlərini ağartmağın, büzüşməyin pis alınmır. Amma bir az ifrata varırsan? Nə mənada? O mənada ki, bizim sənətin öz ölçüsü-biçisi var: gərək hər şey təbii alınsın. Amma sən bəzən əndazədən çıxırsan. Öz rəisinin qarşısında çox hırıldayırsan, dişlərinin hamısı görünür. Bunlar hələ azmış kimi sən güləndə gözlərindən yaş gəlir. Hələ bunu da baüışlamaq olardı bəlkə: təəssüf və təəccüb doüuran hal burasıdır ki, hətta, burnundan da yaş gəlir. Və nəticədə nəyin şahidi oluruq: sənin gözünün, ağzının və burnunun suyu bir-birinə qarışır... Əyləş, əyləş... Təşəkkürə ehtiyac yoxdur.
    Yaltaqlıq elə-belə, ötəri, gəldigedər mövsümi sənət deyildir. Gərək bu sənəti seçənlər ona sonacan sadiq qalsınlar. Yaltaqlıq dialektika, inkişaf deməkdir; əgər yerində saysan, bir başqası gəlib səni keçəcək. Mən yaltaq müavin tanıyıram ki, işlədiyi müddətdə iyirmi rəis dəyişib, amma o, yenə öz vəzifəsindədir. Mən yaltaq rəis tanıyıram ki, on beş nazir yola salıb, amma öz postunu əldən verməyib. Mən nazir tanıyıram ki, on rəhbərlə iş birliyi yapıb, amma yenə öz kreslosunu əldən verməyib. Mən elə prez... prezi... prezentasiyalar görmüşəm ki, orada öz vəzifəsinin əlli illiyini keçirən yaltaüa ətrafdakı yaltaqlar qırx gün - qırx gecə mədhiyyələr deyiblər... “Mədhiyyə” - demişkən: bu, əslində, bildiyiniz kimi, ədəbi-poetik úanrdır, özü də Şərqdə meydana gəlib. Indi biz yeni eraya qədəm qoymuşuq; kompüter yaranıb, internet meydana gəlib, qloballaşma gedir; lazımdır ki, mədhiyyə janrını xaricə, ələlxüsus, Qərbə də ixrac edək. Bizdə Şərq standartlarına uyğun güclü yaltaqlıq mütəxəssisləri az deyildir... Mədhiyyə haqqında yenə beş-üç kəlmə demək istəyirəm. Bu janrı yaşadanlar, bildiyimiz kimi, əsasən şairlərdir. Əlbəttə, biz onlardan bəzilərini - ən qabiliyyətlərini tədris işlərinə cəlb edəcəyik.

    Zala sarı baxır.

    Əyləşin... xahiş edirəm əyləşin. Siz o dəqiqə hiss etdiniz ki, mən məhz sizi nəzərdə tuturam. Bizim sizə böyük hörmətimiz var. Ağsaqqalımızsınız... Siz doğrudan da gənc nəslə örnəksiniz. Bilirəm, sənətə yeni qədəm qoyan cığırdaşların bəziləri sizi bəyənmir. Onlar nə bilirlər ki, həyat nədir? Fikir verməyin, baş qoşmayın onlara! Qoy rədd olsunlar!.. Sizin həyatınız canlı ensiklopediyadır. Bax, bir şeiriniz var ey... Adı nədir? Bəli, bəli, o cürdür: İthaf eləmişəm sizə bu şeiri...” Sonrası nə cürdür?.. “Tək sizə, tək sizə...” və sair. Bizdə son yetmiş ildə rəhbərliyə bəlkə də otuz adam gəlib, amma siz məhz bu şeiri onların hamısına oxumusunuz və hər birinə də bəyan etmisiniz ki, bu əsər “tək sizə, tək sizə ithaf olunub”. Hər təzə gələn rəhbər də sizi tərifləyib, sizə ənam verib, orden-medal verib, mənzil verib, bağ verib. Bu, xırda məsələ deyil! Amma sizin elə həmkarlarınız da var ki, hər təzə gələn rəhbərə təzə bir şeir ithaf ediblər, amma əvəzində ənam nədir - heç bir çürük qoz da ala bilməyiblər. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, siz öz seçdiyiniz sənətin mahir bilicisisiniz. Bəs nə üçün sizin davamçılarınız yetişməsin?.. Əyləşin, əyləşin... Xahiş edirəm. Rica edirəm. Mən o günləri televizorda sizin çıxışınıza qulaq asdım: öz həyatınızdan, yetimliyinizdən, evsizliyinizdən, yazıqlığınızdan, kimsəsizliyinizdən, kasıbçılıüınızdan söhbət açıb elə təbii şəkildə ağladınız ki, tamaşaçılar da sizə qoşulub hönkürdü... Sonra düşmən qarşısında əyləşməyən o məğrur başınızı aşağı əyib sizə sarı uzadılmış... e-e-e... zadı, yəni əli öpürdünüz. Siz, əlbəttə, zadı, şeyi, e-e-e, ayağı da öpmək istəyirdiniz, amma zad... e-e-e, ayaq əl deyil axı... dodaqlarınız ayaqqabının içində gizlənmiş ayaqları öpmək arzusu ilə xəzan yarpaüı kimi titrəyirdi. Əyləşin, əyləşin... Hörmətli şairimiz, siz bizim fakültənin fəxri müəllimisiniz. Əlbəttə, hər gün buraya gəlməyə ehtiyac yoxdur, ayda bir dəfə baş çəkdiyiniz kifayətdir - maaş alandan-alana... Biz yuxarılar qarşısında sizin gələcəkdə dünyaya göz açacaq nəticənizə indidən ev ayırmaq barədə məsələ qaldıracaüıq! Amma sizdən bir xahişimiz olacaq: gərək bizim himnimizi siz yazasınız. Yəni “Yaltaqlar himni”ni... Gülümsəyirsiniz?.. Əlbəttə, bu, razılıq əlamətdir. (Alqışlar).
    Düzü, mən bilmirəm öz peşəmizi hansı sənətlə müqayisə edim ki, hamının ürəyindən olsun. Bu, zahirən öyrənilməsi asan olan bir peşə təsiri baüışlayır. Əslində isə belə deyil. Elə döyüş də uzaqdan baxana asan gəlir. Mən heç bir şişirtməyə yol vermədən deyə bilərəm ki, bizim işimiz də əbədi, fasiləsiz döyüş deməkdir.
    Yaltaqlıq, yəni məddahlıq elə peşədir ki, onunla bütün sənət və elm adamları məşüul olur və olmalıdır. Məsələn, dilçilərimiz...

    Zalda oturanlardan hansınasa üz tutur.

    Əyləşin, əyləşin... Xahiş edirəm, ayağa durmayın. Mən o günləri bizim dilçi alimlərimizdən birinə müraciət etmişdim... Yox, sizə yox, başqa birisinə. Adını sonra deyərəm. Hə, ondan xahiş etmişdim ki, yeni bir monoqrafiya yazsın: dil və yaltaqlıüın qarşılıqlı əlaqəsi barədə. Mən istəyirdim ki, o əsərdə dilimizin bütün leksik imkanları geniş şəkildə təhlil olunsun; yəni iş prosesində hansı söz və ifadələrə daha tez-tez müraciət etmək lazımdır?.. Mən gözləyirdim ki, həmin alim, yaltaüın cib dəftəri üçün ən vacib sözləri seçib qruplaşdıracaq. Məsələn: “qurban olum”, “ayağının altında ölüm”, “həyatımı sənə baüışlaya bilərəm”, “Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın” və sair. Görürsünüzmü, xalqımızın necə dürlü-dürlü əzizləmə, oxşama sözləri var?!. Bax, bunları tədqiq etmək lazımdır!.. Amma... Amma adını çəkmək istəmədiyim o mənfur dilçi alim gedib sözün necə meydana gəlməsi, söz yaradıcılıüı barədə sərsəm bir məqalə hazırlayıb. Yazının da adını nə qoysa yaxşıdır? - ““Yaltaq” sözünün mənşəyi”. Bəlkə də “mənbəyi” yazmışdı, bunun elə bir əsaslı fərqi yoxdur. Bu sərsəm sübut etməyə çalışır ki, guya “yaltaq” sözünün kökü “yal”dır. “Yalaq”, “yalmanmaq”, “yalan” sözləri də həmin kökdən yaranıb guya! “Yal” və “yaltaq”! Bir diqqət yetirin, bu sözlərin arasında bir oxşarlıq var ya yox?.. Qətiyyən! Canım, “yal”ın, “yaltağa” nə dəxli? “Yaltaq” əslində “yol” sözünə daha yaxındır; yəni bu da bizim seçdiyimiz bir yoldur.
    Odur, orada çox hörmətli, çox təcrübəli bir məddah alimimiz də əyləşib. Bəli, bəli, sizi nəzərdə tuturam.

    Zala doğru boylanır.

    Əyləşin, əyləşin... Xahiş edirəm, əyləşin. Doğrusu, sizin sosial-fəlsəfi aspektdə apardığınız araşdırmalar mənim çox xoşuma gəlir. Siz özünüzün son əsərinizdə doğru olaraq buyurursunuz ki, yaltaq öz şifahi nitqində heç zaman inkar əvəzliyindən istifadə edə bilməz. Məsələn, klassik yaltaqların leksikonunda “yox” sözü yoxdur. Bu, elmdə böyük kəşfdir! Yaltaqlıq sənətini seçənlər “yox”, “xeyr” sözünü dilinə gətirməməlidir; əgər nadir hallarda bu sözlərə müraciət etsələr belə, onları olsa-olsa təsdiq mənasında işlədə bilərlər. Məsələn, əgər bir rəhbər yoldaş sənə üz tutub sınaq üçün soruşsa ki, e-e-e... zad... “deyirlər qatıq ağdır” - sən yalnız bu cür momentlərdə həmin rəhbər yoldaşın ürəyindən keçənləri duyub tez cavab verməlisən: “yox!”. Bax, bu “yox”un özündə də bir “bəli!”, yəni təsdiq elementi var.
    Ümumiyyətlə, bayaq dediyim kimi, yaltaqlıüın özünün dəqiq elmi təsnifatını aparmaq lazımdır. Bizim bugünkü toplantımızda yaltaqlıq üzrə təkmilləşmiş, böyük uüurlar əldə etmiş ən müxtəlif elm sahələrinin aparıcı şəxsiyyətləri - şair və nasirlər, dilçi və tarixçilər, sənətşünas və filosoflar, fizik və riyaziyyatçılar, geoloq və kimyaçılar, habelə hakim və həkimlər, polis və idmançılar, süpürgəçi və pinəçilər və sair və ilaxır iştirak edir... Bunlar, bu kadrlar bizim sənətimizin, elmimizin uüurlu perspektivindən, işıqlı gələcəyindən xəbər verir! (Alqışlar).
    Mən yeri gəlmişkən, hamımıza aid olan bir məsələni bir daha xüsusilə vurüulamaq istəyirəm: hər yaltaq özünün yerini bilməlidir!.. Mən bununla nəyi demək istəyirəm?.. Bir də görürsən ki, hansısa bir əyalət yaltağı gəlib böyük şəhərlərdə yaltaqlıq eləmək istəyir. Əzizim, bəyəm böyük şəhərlərin böyük-böyük yaltaqları ölüb ki, sən döşünü irəli verirsən? Bizim dünya arenasına çıxası beynəlxalq dərəcəli yaltaqlarımız ola-ola, ay region və ya əyalət səviyyəli yaltaq, nə üçün yuyulmamış qaşıq və ya boynu lentli toy toülusu kimi ortaya atılırsan?!. Biz bəzən bu cür primitiv yaltaqların səriştəsizliyi ucbatından xarici qonaqların qarşısında xəcalət çəkməli oluruq. Canım, adam gərək öz imkanlarını nəzərə alsın, yüz ölçüb bir biçsin, aüır oturub batman gəlsin. Yoxsa, bizə “sarı vərəqə” göstərərlər.
    Doürusu, indi bu möhtəşəm zala, bu zalda əyləşən mütəxəssislərimizə baxarkən mənim ürəyim dağa dönür. Bir baxın görün bizim necə istedadlı övlad və atalarımız, oğul və... və istədim ki, “qızlarımız var “ - deyim, amma istər-istəməz bu yerdə tərəddüd etməli oldum. Nədənsə, qadınlarımız arasında bizim sənətimizin davamçıları çox azdır. Mən buna təəssüf edirəm! Bu, biz kişilərin günahıdır! Niyə biz öz qadınlarımızın - arvad və qızlarımızın təbii boyartımı, inkişafı ilə məşüul olmuruq? Niyə? Axı, bu ayrı-seçkilik nə vaxtacan davam edəcək? Bəyəm bizdə qadınla kişi arasında sosial-siyasi - mədəni-iqtisadi fərqlər mövcuddur? Yox! Qətiyyən, yox! Bəs bu hüquq bərabərliyindən qadınlarımız niyə istifadə etməsin? Soruşuram: niyə?.. Gəlin papağımızı qabağımıza qoyub bu məsələ ətrafında yaxşı-yaxşı fikirləşək, vəziyyətdən çıxış yolu axtarıb tapaq. Əlbəttə, mən “papaq” sözünü elə-belə, məcazi mənada işlədirəm; çünki bizim heç birimizin papağı yoxdur və əslində buna heç ehtiyac da duyulmur. Hətta, kiminsə başında papağa oxşayan nəsə varsa, bunun özü də şərti, nisbi, məcazi mahiyyət kəsb edir. Və yeri gəlmişkən, çəkdiyimiz siqaret də, içdiyimiz araq da kişiliyə dəlalət etmir. Siqaret demişkən... Yadıma ibrətamiz bir hadisə düşdü... Bir müddət əvvəl belə bir hadisə olmuşdur: böyük idarələrdən birinin çox nüfuzlu bir rəhbər işçisi siqaretini tüstülədə-tüstülədə ətrafına göz gəzdirir - sən demə, külünü tökməyə külqabı axtarırmış. Əlbəttə, bütün böyük adamların yanında bizim kadrlarımızdan mütləq kimsə olmalıdır. Və həmin anlarda da həmin nüfuzlu işçinin yanında təbii ki, bizimkilərdən biri ayaq üstə müntəzir dayanıbmış.

    Zala boylanır.

    Zəhmət çəkməyin, əyləşin, əyləşin!

    Əli ilə kiməsə oturmaq işarəsi verir.

    Bəli, bəli, mən sizin aüıllı taktiki gedişinizi xatırlatmaq istəyirəm. Bizim mütəxəssis tez irəli cumub nə etsə yaxşıdır?.. Ovcunu tezcə qoşalayıb külqabı kimi onun qarşısında tutub deyir: “Xahiş edirəm siqaretin külünü külqabıya tökün!”

    Səsini dəyişib kimisə yamsılayır.

    “Əzizim, elə isə xahiş edirəm, oradan, bax o şkafın üstündən külqabını götürüb gətirin, qoy külü ora töküm”.

    Səsini dəyişib kimisə yamsılayır.

    “Canım, elə mənim ovcum da külqabıdır, rica edirəm, külünüzü bura tökün”.

    Səsini dəyişir.

    “Axı, orada külqabı var, onu gətirin”.

    Səsini dəyişir.

    “Canım, nə külqabı? Bəs bu nədir? Külqabı deyil? Mənim ovcum həm külqabıdır, həm də gülqabı. Başqa bir zəruri ehtiyacınız varsa ovcumdan istifadə edə bilərsiniz. Məsələn, zibilqabı kimi, lap elə, üzr istəyirəm - zad kimi, karşok kimi...”. Bax, budur peşəkarlıq, budur ustalıq! (Alqışlar). Dayanın, dayanın, əl saxlayın!.. Yox, məsələ bununla başa çatmadı. Bir qulaq asın! Bizim mütəxəssis öz vəzifəsini uzun müddət elə vicdanla, elə namusla icra edib ki, onu yuxarıların, lap yuxarıların da gözü tutub. Nəticədə nə baş verdi? Haqqında söhbət gedən kadrı irəli çəkib qoydular həmin böyük idarənin çox nüfuzlu rəhbər işçisinin yerinə! Həmin işçini isə onun yerinə təyin etdilər. Bəs sonra?.. Bizim keçmiş kadr kresloya əyləşən kimi ayağını-ayağının üstünə aşırıb zəngin düyməsini basır. Yeni kadr - yəni əvvəlki böyük idarələrdən birinin keçmişdəki çox nüfuzlu rəhbər işçisi dik-dik yeriyir düz onun üstünə, gözlərini bərəldib soruşur: “Eşidirəm, nə lazımdır?”.

    Səsini dəyişir.

    “Heç, elə-belə... Nə var - nə yox?.. Yaxşısan? Zəhmət olmasa, oradan - o dolabın üstündən külqabını götürüb bura gətir”. Eks-rəhbər işçi ayaqlarını sürüyə-sürüyə dolaba yaxınlaşır, külqabını gətirib sakitcə təzə rəhbər işçinin qarşısına qoyur.

    Səsini dəyişir.

    “Buyurun!” Səsini dəyişir. “Hım-m-m... Oldu... Saü ol!”. Və bir saatdan sonra təzədən zəngin düyməsini basır. Eks-rəhbər işçi daxil olur.

    Səsini dəyişir.

    “Eşidirəm sizi!”

    Səsini dəyişir.

    “Zəhmət olmasa, o külqabını...”. Bizim eks ətrafa boylanır, şkafın, dolabın üstünə, televizorun altına baxır, külqabı tapılmır ki, tapılmır. Və... o, məcbur olub belini əyir, ovcunu qoşalayıb, irəli uzadır.

    Səsini dəyişir.

    “Buyurun...”.

    Səsini dəyişir.

    “Hə, deyəsən axır ki, külqabını tapdın!” Həmin eks-rəhbər işçi, yeri gəlmişkən deyim ki, o da vaxtilə bizim ixtisaslı kadrlardan olub, indi burada yoxdur... Doürusu, o, arada bir öz yerişini-duruşunu dəyişmişdi. Amma yenə əzəlki səviyyəsinə qayıdıb: əlbəttə, yeri dəyişiləndən sonra. İndi, o, öz əzəlki biliklərini yenə bərpa etməkdədir. Biz bunu nəzərə alacaüıq. Özünü ləyaqətli, bacarıqlı mütəxəssis kimi təzədən göstərə bilsə, onu qarşıda təzə perspektivlər gözləyir. Elə deyilmi? Yəqin maraqlanırsınız ki, o, indi - bu anlarda nə işlə məşüuldur, haradadır, niyə bu mötəbər toplantıya təşrif buyurmayıb?.. Bayaq eks-rəhbər işçinin təzə müdiri mənə yaxınlaşıb dedi ki, onu dəniz sahilinə istirahətə göndərib: eks-rəhbər işçi təzə müdirin nəvəsini gəzintiyə çıxarıb... Qoy dincəlsin, nuşican! Həm də ki, onun yanındakı körpə - təzə müdirin nəvəsi bir balaca soyuqlayıb, görürsən ki, təbii zərurət yaranır, uşaüa tez-tez zad... lazım olur - karşok... Çox tərbiyəli uşaqdır, onu mən özüm də görmüşəm, amma bir az qarınquludur, babası kimi yeyib-içməyi xoşlayır. Fikirləşirəm ki, əgər birdən o uşaüa, məsələn, pampers lazım olsa, bizim keçmiş və həm də indiki mütəxəssis nə etməli olacaq?.. Məlum məsələdir ki, bizim kadrlar hər cür ekstremal situasiyadan çıxış yolu arayıb tapmalıdırlar. Bax, əsl şücaət, əsl qəhrəmanlıq budur! (Alqışlar). Bizim peşəyə maraq günü-gündən artmaqdadır. Bu isə səbəbsiz deyil; axı, mütəxəssislərimizə ehtiyac çoxdur. Az qala hər bir idarə, müəssisə rəhbəri öz yan-yörəsində, öz qapısının aüzında məhz bizim mütəxəssisləri görmək istəyir. Heç də təsadüfi deyildir ki, qəzet səhifələrini bizim kadrların şəkilləri bəzəyir, teleekranlardan bizim mütəxəssislərin tanış çöhrəsi görünür. Bəstəkarlar, rəssamlar, yazıçılar, alimlər bizimlə sıx əməkdaşlıq edirlər.
    Böyük bəstəkarlarımızdan biri bizim himnimizi yazmaüa hazırlaşır, indi biz ona sponsor axtarırıq. Onun çox istedadlı bir tələbəsi isə özünün son mahnı və rəqslərini bizə ithaf edib. Bəlkə qulaq asaq o ecazkar melodiyalardan birinə?..

    Rəqs havası çalınır. Məruzəçi əllərini yuxarı qaldırıb əvvəlcə dik-dik şıdırğı rəqs edir, atılıb-düşür, sanki kiminsə üzünə gülümsəyir, oynaya-oynaya boynunu bükür, sonra dişlərini aüardıb irişə-irişə tədricən aşağı əyilir, dizi üstə çöküb hoppanır, nəhayət, başını döşəməyəcən endirib çömbəlir, arxasını tamaşaçılara sarı çevirib sanki kiminsə qarşısında əyilərək bir neçə dəfə təzim edir, gurultulu alqışlar altında yavaş-yavaş ayaüa durub qəddini düzəldir, gülümsəyir, əlini-əlinə vurur, alqışçılara qoşulur. Rəqs havası başa çatır.
    Məncə, bu musiqi əsəri bizim sənətimizin bütün incəliklərini özündə ehtiva edib. Bax, sənətin gücü bundadır!.. Eşq olsun sənətə və sənətkara!..
    Bildiyiniz kimi, mən öz əsərlərimdə, eləcə də məruzə və çıxışlarımda kiməsə isnad etməyi, kimdənsə iqtibas gətirməyi xoşlamıram. Amma bu gün məcburam ki, ötən eranın tanınmış alimi Aleksandr əl - Kaftari Trabzonçukdan sitat gətirim. Əliiskəndər Kaftar oülu Trabzonlu görün bir yaltaqlar haqda nə yazır? (Oxuyur). “Yaltaqlar - cəmiyyətin korbağırsaüıdır”. Yəni onları istənilən vaxt kəsib atmaq olar. Bu, həqiqətə uyğun fikir deyil. Yeni dövrün böyük mütəfəkkiri Kazimir Transseks Maralyanovski - yəni Mirkazım Turansəkkiz Maralsoylu ona belə cavab verir: (Oxuyur). “Yaltaqlıq cəmiyyətin ciyəridir, onsuz nəfəs almaq qeyri-mümkündür”. Bax, fikir budur! (Alqışlar). Cəmiyyət bizsiz mövcud ola bilməz. Bizim sənətimizin özünəməxsus spesifikası var. Bunu, qətiyyən inkar etmək olmaz. Bizim kadrlar gecə-gündüz işləməli, axtarışlar aparmalı, bu sənətə yeniliklər gətirməlidir. Sizə çox ibrətamiz bir misal çəkmək istəyirəm. Bu gün bu zalda sənətimizin gənc, istedadlı, yorulmaz bir nümayəndəsi əyləşib.

    Zala sarı əl edir.

    Əyləşin, əyləşin!.. Sizi, hamımız tanıyır, sevir, qiymətləndiririk. Bu dəyərli dostumuz az bir müddət ərzində çox irəliləyib, qabaüa gedib. Əvvəllər kiçik bir işdə çalışırdı. Amma tezliklə rəhbərliyin etimadını qazandı.

    Zala sarı boylanır.

    Əyləşin, əyləşin!.. Xahiş edirəm, qalxmayın. Bəli, o, çox sürətlə irəliyə doüru hərəkət etməyə başlayıb. Səbəb nədir? Nədir səbəb?.. Bax, sual budur, amma bu sualda cavab da gizlənib. Bizim gənc dostumuz sənətimizin bütün sirlərini mənimsəyib. O, hamının qarşısında sual işarəsinə çevrilir, hətta, güzgüdə öz əksini görəndə belə təzim eləyir. Belə də olmalıdır! Bizə nida işarəsi yox, sual işarəsi lazımdır! Biz nifrət edirik nidalara! Yaşasın suallar və sual işarələri. Axı, həyat özü də bir sualdır.
    Əziz həmkarlarım, mən sizin diqqətinizə çox sevindirici bir informasiyanı çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bizdə əvvəllər yaltaqlıq ixtisası üzrə mütəxəssislərin hazırlanmasına o qədər də diqqət yetirilməyib. Ona görə də kadr qıtlıüı keçirmişik. Amma bu gün vəziyyət get-gedə düzəlir, hər bir sahədə olduüu kimi, bizim işimizdə də irəliləyişlər hiss olunmaqdadır. Sevindirici xəbərsə ondan ibarətdir ki, işimizlə baülı yeni konsepsiya hazırlanıb! (Alqışlar). Biz həmin konsepsiyanı parlamentə təqdim edəcəyik! (Alqışlar). Yataqlıq və onun inkişafı haqqında xüsusi qanun hazırlanacaq! (Alqışlar). Biz öz ixtira və qanunlarımızla bütün dünyanı heyrətləndirməliyik; qoy dünya bizdən nümunə götürsün! (Alqışlar). Bəs nədir bizim yeni konsepsiyamızın mahiyyəti? Məlumdur ki, biz özümüzün sevib-seçdiyimiz bu peşə ilə sistemli şəkildə çox gec məşüul olmaüa başlamışıq. Bu isə bəzən istənilən səmərəni vermirdi. Yeni layihəyə əsasən yaltaqlıq ixtisası vətəndaşlarımıza lap kiçik yaşlarından tədris edilməyə başlayacaq: uşaq baüçası, orta məktəb, universitet və sair. Ələbttə, ondan sonra da biz kadrlarımızın boy artımına fikir verəcəyik. Ali təhsil alandan sonra müdavimlərimizdən bəziləri elm arxasınca gedəcək - professor, akademik olacaq, bir çoxları isə öz karyeraları uürunda səssiz - yəni öz peşələrinin tələbinə müvafiq olaraq - mübarizə aparacaq, idarə rəisi olacaq, nazir postu tutacaq, hətta... hətta, daha böyük vəzifələrə seçiləcəklər. Mən əminəm ki, biz yeni konsepsiyanı həyata keçirsək, kadrlarımızın səsi-soraüı başqa dövlətlərin yüksək xitabət kürsülərindən gələcək.
    Artıq qeyd etdiyim kimi, çox böyük bir bəstəkarımız bizimlə yaradıcılıq əməkdaşlıüı eləyir, himnimizi yazır. Himnimizin sözlərini yazmaq üçünsə müsabiqə elan etmişik. Bizim necə də istedadlı şairlərimiz varmış, əziz həmkarlarım! Son günlərdə poçt şöbələri müsabiqəyə müxtəlif bölgələrimizdən göndərilmiş şerləri maşınlarla daşıyıb qurtara bilmirlər. Himnin sözlərini yazmaq uğrunda şairlər arasında, sözün müstəqim və müsbət mənasında, müharibə gedir. Bizdə sevib-seçdiyimiz sənətə necə böyük axın və məhəbbət varmış! Indi xüsusi komissiya ayırmışıq: əsl poeziya nümunələrini bir yerə toplayıb himn mətni kimi bizə təqdim edəcəklər. Və biz çox güman ki, himnin müəllifini, daha doğrusu, müəlliflərini bu yaxınlarda elan edəcəyik. Dünya praktikasında daha mühüm bir yeniliyin ilk nümunəsi bizdə pasport alacaq: himnin yüzlərcə, ilkin ehtimallara görə, yeddi yüz yetmiş yeddi müəllifi olacaq! (Alqışlar). Bu, bizdə əsl poetik yaradıcılıüın uüurlu gələcəyindən xəbər verir. (Alqışlar). Qurultayımızın açılışında bizim çox hörmətli bir şairimiz iştirakçıları təbrik nitqi ilə salamlayacaq, sonra isə bizlərə - yəni sizlərə ithaf etdiyi şeiri oxuyacaq. Şer artıq hazırdır.

    Zala üz tutub kiməsə əl eləyir.

    Hörmətli şairimiz bugünkü toplantıda iştirak edir, gəlin onu alqışlayaq! Bir tuş, e-e-e, bir alqış!

    Alqış səsi eşidilmir, Məruzəçi ətrafa boylanır, sanki çaşır, dilxor olur.

    Hə, nə oldu alqış sədaları?.. Nədir, alqış fonoqramı xarab oldu?.. Bu, nə biabırçılıqdır?.. Bizim hörmətli şairimizi niyə pərt edirsiniz, o, abırlı-həyalı bir insandır.

    Zala üz tutub əlini irəli uzadır.

    Əyləşin, hörmətli sənətkarımız, böyük şairimiz, əyləşin! Ayağa durmasanız da olar, onsuz da xalq sizi hər gün görür, dinləyir, ibrətamiz söhbətlərinizə qulaq asır... Hə, harada qaldı söhbətimiz?.. Dedim ki, şer artıq hazırdır. Bizim müdrik, dünya şöhrətli şairimiz bu yaxınlarda çağrılacaq qurultaydan elə bu gün, yəni vaxtından xeyli əvvəl ruhlanaraq, ilhama gələrək gözəl bir poeziya nümunəsi ortaya qoyub. O şeirin bir nüsxəsi əlimdədir. Az qala poema həcmində qələmə alınmış o parlaq əsərin bəzi bəndlərini əfkar-ümumun nəzər-diqqətinə çatdırmaq istəyirəm. (Alqışlar). Hə, deyəsən, alqış fonoqramı işə düşdü. Eləsə, qulaq asın.

    Əlinin birini yuxarı qaldırıb “poetik” - düşüncəli bir görkəm alır, o biri əli ilə saçına sıüal çəkir, sonra eynəyini taxıb yenə cibinə qoyur, içini arıtlayıb şeiri oxumaüa başlayır.

    “YALTAQLAR QURULTAYINDA
    DÜŞÜNCƏLƏR”

    Bu gün yaltaqların qurultayıdır,
    Üzlərdə, gözlərdə sevincə bir bax.
    Səhnə çalxalanır, zal guruldayır -
    Görəsən hamıya növbə çatacaq?

    Görəsən ön sözü kim söyləyəcək,
    Görəsən son sözü kim söyləyəcək?
    Kimin ünvanına alqış yaüacaq,
    Kimin qarasınca qarüış yaüacaq?

    (Baş barmaüını yuxarı qaldırır, yəni: “əla!”).

    Hər kəndin, şəhərin öz namizədi,
    Hərə bir yalaqdan yallanıb gəlib.
    Kimi bu məclisdə hələ təzədi,
    Kimi arxivlərdən küllənib gəlib.

    (Başını təəssüflə yellədir, yəni: “xoşum gəlmədi”).

    Bugünkü məclisin neçə züytutan
    Cavan, yeniyetmə mırtvuranı var.
    Yaltaqlıq stajı bir əsrə çatan
    Üzü üzlər görmüş veteranı var.

    (Başını təqdiredici tərzdə tərpədir, yəni: “əla!”).

    Burada nəsillər görüşür indi -
    Əldən ələ keçir burda estafet,
    Vallah, yaltağın da işi çətindi -
    Gərək tüpürcəyə öyrənsin sifət...

    Bəli, yaltaqların qurultayıdır,
    Əvvəlcə hesabat oxunsun gərək.
    Bizim məruzəçi tanrı payıdır,
    Incə mətləblərə toxunsun gərək:

    “Bu il yaltaqların çoxalıb sayı
    Gələn il daha da çoxalaraq biz.
    Çatsa hər yaltaüa bir tula payı
    O zaman elliklə tox olarıq biz!”

    Yaltaqlar kürsüyə gərirlər sinə,
    Aüızlar köpüklü, qulaqlarsa şək.
    Yaltaq var - axıdır çayı tərsinə,
    Yaltaq var - ordunu qırır təkbətək.

    Nümayəndə xanım təmsil eləyir
    Nüfuzlu “Yaltaqlar” partiyasını,
    Yaltaq bir müüənni yaman mələyir -
    Oxuyur “Yaltaqlar ariya”sını.

    Döyür sinəsinə bir şair yaltaq,
    Danışır faydalı təcrübəsindən.
    Onu qabaqlayır bir mahir yaltaq -
    Dərs deyir yaltaqlıq məcəlləsindən...

    Mikrafon önündə növbəyə bir bax:
    Mühəndis, bəstəkar, aqranom, həkim...
    Hamısı əməkdar-qəhrəman yaltaq
    Belə qurultayda kim darıxar, kim?..

    Əziz şairimiz, çox gözəl şeirdir, amma kiçicik bir iradım var: gərək ki, şeirin üçüncü bəndində siz də bəzi tədqiqatçılar kimi, yaltaq sözünün “yal” sözündən törədiyini israr edirsiniz. Bu, belə deyil, axı! Xahiş edirəm “yal”ı “yol” eləyin! Oldu?.. Hə, əyləşin! (Gurultulu alqışlar). Eşq olsun sənətə, eşq olsun sənətkara! (Alqışlar). Eşq olsun bizim fakültənin gələcək müdavimlərinə! Və nəhayət, mən sözümün sonunda sizə daha sevindirici bir xəbəri də çatdırmaq istəyirəm: rəssamlar bizim bayraüımızın və gerbimizin şəklini çəkmək üçün ciddi yaradıcılıq axtarışları aparırlar. Artıq gerbimizin ilk eskizlərindən biri hazırdır. Mən əvvəlcə həmin eskizin - həmin gerbdəki fiqurun bir nümunəsini əyani şəkildə göstərmək istəyirəm. Sonra gerbin, daha doürusu, gerbdəki təsvirin özü ilə tanış olarsınız. Buyurun, baxın! Alqışlar!

    Məruzəçi alqış sədaları altında yanpörtü çevrilir, əyilir, sanki kiməsə təzim edir. Onun profildən görünüşü sual işarəsinə (?) bənzəyir. Məruzəçi bir müddət elə həmin vəziyyətdə donub qalır. Sonra üstündə onun bu vəziyyətdə şəkli əks olunmuş iri portreti (portretin həcmi Məruzəçinin fiqurundan da böyük ola bilər) yuxarıdan endirilir. Məruzəçi portretin arxasında qalır, projektorların işığı “gerbin” sual işarəsini (?) xatırladan fiqurun üzərinə düşür. Nəhayət, Məruzəçi şəklin arxasından çıxıb, əks tərəfdə yenə bayaqkı vəziyyəti alır - indi elə bil ki, iki sual işarəsi (Məruzəçi və şəkil) qabaq-qabağa dayanıb (S?S). Alqış sədaları.

    PƏRDƏƏ
    S O N














    SİFƏT
    (monopritça)



    İŞTIRAKÇI:
    O



    Böyük kabinet. O, gəzişir. Divardan Onun özünün böyük foto-şəkli asılıb. Sağda və solda qapı.

    O: - Deyirsiniz özüm haqqında danışım?.. Bu, bir az qeyri-təvazökarlıq çıxmaz ki?.. Bəlkə mənim barəmdə başqaları danışsın?.. Düzü, çətinlik çəkirəm. Qoy başqaları… Zənnimcə bu, daha yaxşı olar... Insanın özü barədə danışması... Yaman çox israr edirsiniz. Mənim həyat yolum sizi çox maraqlandırır? Yəni özüm haqqında nə deyə bilərəm? Yaxşı, eləsə qoy qısaca məlumat verim. Əvvəlcə onu qeyd edim ki, sadə bir ailədə dünyaya gəlmişəm. Amma valideynlərimi tez itirdiyim üçün təkbaşına böyümüşəm. Təkbaşına deyəndə ki, qonum-qonşunun himayəsi altında boya-başa çatmışam. Uşaqlığım çox ağır keçib. Yox, mən buna təəssüflənmirəm. (Qapıya yaxınlaşır, kiməsə müraciət edir). Nədir, nə səs-küydür orada?.. Qəbuluma gələnlərdir? Yox, otağa buraxma onları, qoy canları çıxıb gözləsinlər bayırda. Indi hamı vəzifə istəyir. Vəzifə! Karyeristlər! Bəyəm mən vəzifəyə birdən-birə, göydən zənbillə düşmüşəm?!. Uşaqlıqdan vurşa-vuraşa gəlib çıxmışam bu pilləyə. Eh-h... (Ah çəkir). Atam anamı boşayandan sonra ortada qaldım. Çox alçaq qohumlarım vardı. Nədənsə məni sevmirdilər; deyirdilər ki, guya əliəyriyəm, oğurluğa meyilliyəm, acgözəm. Alçaqlar adımı “qarınqulu” qoymuşlar. Mən atalı-analı yetim olmuşam. (Pauza). Yaza bilərsiniz: o, hələ uşaqlıqdan hamının sevimlisi idi. Bu, bir az təntənəli səslənmir ki? Yox?.. Hə, onda qoy qalsın!..
    Mənim formalaşmağında kimin rolu olub? Çoxlarının... İndi ad çəkmək istəmirəm. Mən çox gözəl insanlarla işləmişəm. Daim kollektivin qayğısını hiss etmişəm. Bizim əsil müəllimimiz yaşadığımız mühit, böyüdüyümüz cəmiyyət olub. Məni - yetim bir uşağı irəli çəkən o əvəzsiz insanları daim xoş duyğularla yad edirəm. (Qapıya). Məni soruşan yoxdur ki?.. Kim, kim soruşur?.. Qoy rədd olub getsin! Paho, xalqı təmsil edir!.. Xalqa bax, cəmiyyətə bax, xalqı təmsil eləyənə bax! Imkanım olsaydı xalq adından danışan o simasızların boynunu öz əlimlə vurardım! Bir də ki, xalq kimdir, axı?.. Mən nə kollektiv hərləyirəm, nə də xalq! Bəyəm o xalq mənə bir üz göstərib ki?.. Işlədiyim kollektivlə həmişə dava-qırğında olmuşam. Kollektiv mənə vasitə kimi lazım olub - məqsədə çatmaq üçün. (Kənara). Özünüzçün qeyd edə bilərsiniz: o, işlədiyi bütün kollektivlərin sevimlisi olub. Hə, necədir?..
    Təhsil illərini necə xatırlayıram?.. Mən bütün ömrüm boyu öyrənməyə çalışmışam. Kitablar həyatımın mənası olub. Mənim gecə-gündüzüm kitabxanalarda keçib. Indiki gənclər kimi vaxtımı boş-boşuna, eyş-işrətdə keçirməmişəm. Müəllimlərimin sevimlisi olmuşam. (Qapıya). Bayaq zəng vuran kim idi?.. Kitabxana müdiri? O, nə istəyirdi elə?.. Kitablar suyun altında qalıb?.. Gözüm aydın! Mən kitab oxuyanam bəyəm? Kitab görəndə başımın ağrısı tutur, elə bil yumurtlamayan toyuq görürəm. O vaxt diplomu pulnan aldım, haramı olsun o rektorun - məni soğan kimi soydu. Alim görəndə, müəllim görəndə elə bil anamın oynaşını görürəm. Hələ də ömür-gününü kağız-kuğuz arasında keçirən axmaqlar var!.. Dəftərxana siçovulları! (Kənara). Hə də, belə deyək: o, həyatının mənasını kitablarda görür.
    Artıq qeyd etdiyim kimi, əzablı uşaqlığım olub. Indiki uşaqlara həsəd aparıram. Onlar necə də xoşbəxtdirlər! (Qapıya). O, nə civiltidir orada? Əliuşaqlı qadındır?.. Uşaq ağlayır? Nə istəyir? Çörək?.. Nə çörək?.. Bura çörəkxanadır bəyəm?.. Qoy uşağa süd versin! Canı çıxsın!.. Fiqurası pozular?.. Nə?.. Südü quruyub?.. Getsin keçi südü alsın, qoyun südü alsın!.. Ala bilmir?.. Bəyəm mənəm günahkar?.. O uşağı doğanda mənimlə məsləhətləşib?.. Əri kimdir?.. Ölüb?.. Vətən, torpaq uğrunda?.. Kimsə ölməlidir ya yox?.. Rədd elə getsin!.. Vətən! Torpaq!.. (Kənara). Siz belə deyə bilərsiniz: uşaq qığıltısı onun üçün dünyanın ən təntənəli himnidir.
    Sonra mən böyüdüm. Instituta daxil oldum. Necə də maraqlı illər idi! Hər gün kitabxana, teatr... Deyinən başımı qaşımağa vaxtım olurdumu? Daha sonra hərbi xidmətə çağırıldım. Vətəni, bizi boya-başa çatdıran bu torağı qorumaq lazım idi! Oradan anama məktublar yazırdım: ana... Nə? Anam ölmüşdü?.. Əlbəttə... Ölmüşdü. Mən o məktubları onun məzarına ünvanlayırdım: əziz ana, rahat uyu, mən bu torpağın hər qarışını göz bəbəyim kimi qoruyacağam... Bəs necə?.. Ağzında ana deyirsən, vətən deyirsən...

    Qapıya yaxınlaşır.

    Dedim ki, vaxtım yoxdur!.. Kim soruşur məni?.. Tələbə? Məzun?.. Qoy canı çıxıb gözləsin!.. Yox, gözləməsin!.. Millətin başı xarab olub ey!.. Gənc mütəxəssisimə bax mənim!.. Nə, hərbi xidmətdə də olub?.. Gözüm aydın!.. Nə olsun ki?.. Mən də yeri gələndə tərcümeyi-halımda yazıram: elə oxuyub, belə xidmət edib. Indi universitet diplomu almaq elə çətindir bəyəm?.. Pulunu verəndən sonra akademik də ola bilərsən, lap general da! Elə deyil bəlkə?.. (Kənara). Hə, sonra bu cür yazın: o, gənclərin hamisidir. Biz gəncliyə daim qayğı və diqqət göstərməliyik.
    Mən bərkə-boşa düşmüş adamam. Hər cür çətinliyə sinə gərmişəm. Harada işləmişəmsə xətir-hörmət qazanmışam. Ayrı cür ola da bilməz! Ata-anama qayğı, kömək... Hə, əlbəttə, valideynlərim yox idi, amma onların məzarı... Hə də, qəbirlərinin üstünü götürmək, başdaşı qoydurmaq... Elə bu da bir cür qayğıdır... Söhbət işdən gedir... Mən iş-gücdən, əməkdən qorxan adam olmamışam heç vaxt... Necə deyərlər, qorxan gözə çöp düşər. Bir məsəl də var, deyir, qorxağın oğlu olmaz... Oğul-uşaq demişkən... (Qapıya). Fəhlələr gəlib?.. Xoş gəlməyiblər!.. Mən əmək adamı-zad tanımıram? Fəhlə! Fəhlə sinfi! Proletar!.. Mənim fəhləynən-kəndliynən nə işim?.. Deyirlər mən də fəhlə olmuşam?.. Qələt eləyirlər!.. O, elə-belə, tərcümeyi-hal üçündür düşüb qəzetə... Deputat seçkisi var, bələdiyyə var... Bəzi axmaqlar kağız-kuğuz eşələməyi xoşlayır... (Kənara). Yaza bilərsiniz: karları, dostları onu öz aralarında həqiqət, ləyaqət, düzlük etalonu adlandırırlar.
    Əlbəttə, hər bir insanın formalaşmasında ailənin böyük rolu olur. Havayı yerə demirlər ki, ailə-kiçik dövlətdir. Bu mənada mən özüm də bu pilləyə çatdığım üçün ailəmə minnətdaram. Mənim sadə, xoşbəxt bir ailəm var. Həyat yoldaşım hər cür təmtəraqdan uzaq bir qadındır; o, uşaqları da özü kimi tərbiyə edir. Övladlarım haqqında... Hə, övladlarım... Mənim dörd... üç... daha doğrusu, iki... Yox, əslində bir övladım var. Amma iki-üç nəfəri də övladlığa götürmüşəm. Gərək xalqın balalarına əl tutaq, kömək edək. Bu, bizim adi insani, vətəndaşlıq borcumuzdur.

    Qapıya sarı gedir.

    Soruşan var məni? Kim zəng etmişdi. Arvadım? De ki, işdə yoxdur... Qorxursan?.. Bəs onda mən nə edim?.. Qorxma... Mən burada yoxam... Yuxarıya çağırıblar - iclasa... Hə, belə de... Mən bu həyasızın əlində əsir-yesir olmuşam. Gör bir işin harasıdır ki, bu boyda idarəyə qan udduran mən... amma mənə qan udduran arvaddır. Əvvəl gül kimi ailəm vardı. Yazıq arvadın da ipək kimi xasiyyəti... Bir uşağımız da olmuşdu... Onu atıb başqasını aldım. Ikinci arvad da sakit adam idi. Bir uşaq da ondan oldu... Mən o vaxt indiki arvadımla, buna heç arvad deməyə də dilim gəlmir, iblisdir, ifritədir - hə, nə isə bununla tanış oldum... Kaş o günə daş düşəydi. Əvvəllər elə-belə görüşürdük... Sonra yaxamdan yapışdı - nə yapışdı. Dedi uşağa qalmışam, məni almalısan, vəssalam!.. Mən də ki, məsul işdə çalışırdım. Məcbur olub evləndim bu iblislə. Sən demə əvvəllər ərdə olubmuş. Bir qızı da varmış. Nə isə... Indi hər arvaddan bir uşaq... Bundan olanlar lap zaydır... Oğlumun əlindən hər cür iş gəlir: içir, çəkir, kitab oxuyur... Nə kitab? Kitab də, kitab... Qumarbazdır... Qazandığım onun cibinə gedir... Ayda bir-iki dəfə polis yaxalayır... Bütün polislər tanıyır məni, pulları qurtaran kimi üstümə tökülüşürlər. Nə üçün? “Oğlun içir, çəkir, oxuyur”... Nə oxuyur? Kitab? Yox, nə kitab? Qumarbazdır - indi beləsinə oxucu deyirlər. Ta mən polis üçün işləyirəm. Mənim dərdim deyiləsi deyil ki!.. Öz başımı öz əlimlə oda salmışam. Son günlər təzə mərəzə tutulub ifritə... Hə də, arvadı deyirəm... Hər gün zarıyıb deyir ki, bəs oram ağrıyır - buram ağrıyır. Neyləyim, axırda bir həkim tanışım var, xaricdə oxuyub, xahiş eləyib onu göndərdim evə... Arvadın üstünə. Elə o getməkdi ki, o həkim köpək oğlu həftə səkkiz-mən doqquz evdədir... Bəli, arvaddan xeyli cavandır. Elə arvad da məndən xeyli cavandır. O günləri qorxa-qorxa deyirəm ki, ay arvad, mənə çatan məlumata görə həkim sənin yanında əl çəkmir, doğrudan belə ağır xəstəsən, yoxsa... Ağzı açıldı nə açıldı! Dedi: bura bax, nə “yoxsa-yoxsa” salmısan? Bəlkə inanmırsan mənim xəstəliyimə?.. Dedi... Elə söz dedi ki, ta burda deyiləsi deyil... Dedim, yox ey, belə olmaz, axı... Mənim xarabam xəstəxana deyil, təcili yardım stansiyası deyil. Qonum-qonşular bir təhər baxır mənə. Mən özüm aləmə papış tikirəm, amma, sən mənim başıma corab hörürsən. Açıldı gül ağzı, nə açıldı. Dedi, belə mənim evim xəstəxanadır, sonra nədir sözün?.. Dedim, yox, xəstəxana deyil. Dedi, odu ey qonşudakı filan qadının evinə hər gün bir deputat kişi gəlir, bəyəm onun evi parlamentdir?!. Dedim, əvvəla, o subay qadındır, ikincisi də lap tutaq ki, onun evində parlament müzakirələri gedir, bundan mənə nə?.. Dedi ki, tutaq ki, mənim də evimdə konsilsum gedir. Düzü, bilmirəm o nə deyən sözdür elə. Ona görə susdum, mumladım. Bildim ki, ayrı söz desəm daha qəliz cavab alacağam. Elə qızı da, mənim qızım... Yox, özü ilə gətirib. Hə o da özünə çəkib. Mən bir söz deyəndə o, iki cavab qaytarır. (Kənara). Məncə belə desək daha qanunauyğun olar: “Onun nümunəvi ailəsi var... O, özünü xoşbəxt hiss edir. Həmişə ilk badəni öz arvadının sağlığına içir”. Yox, sonuncu cümləni yazmayın. Birdən deyərlər ki, o arvaddan qorxur... Halbuki, bu qarşılıqlı hörmətdən irəli gəlir... Eh... Indi kimdir belə incə momentləri başa düşən?..
    Incəsənətə, musiqiyə münasibətim?.. Mən xalqımızın yaratdığı əvəzsiz inciləri öz varlığım qədər sevirəm. Amma təəssüf edirəm ki, son vaxtlar musiqimizdə yad notların sayı artıb. Gənclərin estetik zövqünün korlanması məni bu xalqın bir sıra nəfəri kimi çox narahat edir... Elə götürək rəqs havalarımızı. Bizim necə gözəl rəqslərimiz var!.. Heyhat! Bunu qiymətləndirənlərimiz çoxdurmu? Yox!.. Məsələn, mən özüm də arabir el şənliklərində qol açıb oynayıram. Ən çox da xalq havalarımızı sevirəm... Ağır, ağayana, təmkinli... rəqslərimizi... Ayrı cür ola da bilməz. Xalq adamı özgə hansı havaya oynaya bilər?... Mən təpədən-dırnağacan xəlqiyəm. Yoxsa bəziləri kimi... Görürsən, yaşlı kişi və ya qadınlar düşüb ortaya elə pəstah çıxarır ki, adam baxanda matı-qutu quruyur. Çığırtı, qışqırtı... bam-bum... haray-həşir... elə bil it ulayır, öküz böyürür... Beləsinə nə deyəsən?..

    Qapıya sarı.

    Nədir, elə orada?.. Musiqiyə qulaq asırsan?.. Mənim havamı qoy... Hə, sümüyümə düşən olsun... Özün bələdsən mənim zövqümə.

    Musiqi. Qulaqbatıran səslər. Sanki mikrofonda it hürür. O, əllərini qaldırıb “oyun havasına” uyğun rəqs edir: ayaqqabını çıxarıb atır, atılıb-düşür, ağlayır, qışqırır, əzilib-büzülür, əlini-əlinə vurur, qəşş edib gülür, dombalaq aşır, qarnını yırğalayır, dişlərini ağardır, qaşlarını oynadır, fit çalır. Rəqs başa çatandan sonra dərindən nəfəs alır, dəsmal çıxarıb əvvəlcə ayağının, sonra üz-gözünün tərini silir. Ayaqqabısnı geyinir. Ciddiləşir.

    Hə, bax belə... Xeyli yüngülləşdim. (Kənara). Bəzən ona geridəqalmış adam deyənlər də tapılır. Amma o, öz mövqeyindən heç vaxt geri çəkilməyib. O, öz xalqına, onun musiqisinə ürəkdən vurğundur. Bu sevgini ondan heç kəs ala bilməz.
    Mən dostlarım barədə nə deyə bilərəm?.. Onlarla fəxr edirəm. Çətin gündə daim onlara kömək edirəm, edəcəyəm də. Ataların yaxşı bir sözü var, deyir dostunu göstər sənin kim olduğunu deyim. Mənim dostlarım da özüm kimi sadə, tərbiyəli adamlardır.

    Telefon zəngi. O, dəstəyi götürür.

    Hə, eşidirəm. Astadan danış, anqırma, kar adam yoxdur burada! Nə olsun ki, dostumsan?.. Mən elə hamıynan bu cür danışıram! (Gülür). Əla! Əla! O, kimdir elə?.. Təzədir? Arvad eşidib-bilsə, dərimə saman təpəcək! Kimdir?.. Kim?.. Arvadının rəfiqəsi?.. Sən nə... öcr... e-e-e... ciyərli adamsan?.. Mən heç arvadımın rəfiqələrinə qorxudan salam da verə bilmirəm. Amma sən arvadının rəfiqəsiynən... Hım-m... Nə?.. Arvadının rəfiqəsi də öz rəfiqəsini götürüb gələcək?.. Haraya gedək? Saunaya?.. Sürücüyə deyərəm. Mənim bir yaxın dostum da var, səndən yaxşı olmasın, əla bir insandır... Hə, onu deyirəm - dostumu... Anqırma, qulaq as... o da öz dostunun arvadı ilə gəzirdi, əlbəttə, qanuni zaqslı-kəbinli arvadı ilə... Nə isə dostumun dostu bundan xəbər tutub o qadını boşadı, dostum həmin qadınla evləndi... Hə də, öz dostunun arvadıyla... Nə? Faciədir?.. Faciə niyə olur?.. Hələ qulaq as... Hə, sonra dostumun dostu mənim dostumun arvadıynan evləndi. Nə?.. Kişilər arvadlarını dəyişdilər?.. Xa-xa-xa... Elədir! Yox! Bəlkə, əksinə, arvadlar ərlərini dəyişiblər. Xa-xa-xa... Indi arvadların ağlı daha iti işləyir. Nə faciə, canım? Yox, bu, faciə yox, komediyadır... Indi mən neyləyim?.. Sauna? Hə, sürücüyə deyərəm... Oldu!

    Dəstəyi qoyur. Kənara.

    Bizim xalqımızın gözəl adət-ənənələri var. Biz onları qoruyub-saxlamalıyıq. Sədaqət, vəfa, etibar... Əlbəttə, o da öz dostlarını ürəkdən sevir. Elə dostları da onu... Dostlarımın ailə üzvləri onun ən istəkli adamlarıdır.
    Içkiyə münasibətim?.. Sərxoşları, əyyaşları görəndə gözüm ağrıyır... Başqa cür ola da bilməz! Bizdə nəsillikcə içən olmayıb. Hamımız Allah adamı olmuşuq. Əlbəttə, övladlarım, e-e-e... övladım da mənə oxşayıb. Ayıqlıq - bizim həyat normamızdır. Içki insanın genini korlayır. Nə qədər ailəni içki dağıdıb, aman Allah! Məndən olsa, bütün şərab zavodlarını bağlatdırardım!.. Içkili başda ağıl olmaz. (Qapıya). Oradan bir şüşə şərab ver... Nə?.. Əlbəttə, şərab!.. Mən əvvəllər konyak içərdim, sonra keçdim arağa. Indi isə yalnız şirin şərab içirəm. Portveyn!.. Mənimki budur! Nə deyirlər?.. “Əyyaş!” “Alkaş?”. Qoy desinlər! Kimdir onları adam yerinə qoyan?.. Onlar nə qanır içkinin nə olduğunu?.. Məndən olsaydı küçələrə su kranı yox, şərab kranı çəkdirərdim. “Şərab doldurun! Şərab, şərab, şərab!” (O qapıya yaxınlaşıb əlində şərab şüşəsi geri qayıdır, “şərab-şərab” - deyə məşhur ariyanı oxuyur və oxuya-oxuya şərab şüşəsini qədəhə süzüb başına çəkir). Hə, bax belə!.. Oxqay!.. Sinəmə sərinlik yayıldı. Deyirlər içəndə yanaqlarım lalə kimi qızarır. Qoy qızarsın!.. Qırmızı - qələbə rəmzidir! (Kənara). O, ömründə dilinə içki vurmayıb. Içənlərdən zəhləsi gedir, ələlxüsus da, şərab aludəçilərindən. Əyyaşlar onun düşmənidir. Ayıqlıq, sağlam həyat tərzi onun həyat normasıdır.
    Yaltaqlar?!. Ah, yaltaqlar... Bəli, bəli, yaltaqlar haqqındakı mövqelərimiz üst-üstə düşür. Mən onları cəmiyyətimizin korbağırsağı hesab edirəm. Onları atıb kəsmək lazımdır birdəfəlik. Yaltaqlar, nakişilər, nadürüstlər, simasızlar... Belələrinin öz sifəti, öz siması olmur ki!.. Hər gün cilddən-cildə düşürlər. Buqələmunlar... Belələrinin mənəviyyatı ola bilməz!.. Ən qorxulu xəstəlikdir yaltaqlıq. Bu, mikrobdur, mikrob... Mənim səlahiyyətim olsaydı özündən yüksək vəzifə kürsüsü tutanların qarşısında sual işarəsinə dönən o əyri boyunları vurar, yalandan “bəli-bəli” deyən dilləri dibindən kəsər, saxta təbəssüm qonan sifətlərə tüpürərdim. Neçə sifətli adamlar varmış bizim əhatəmizdə, bizim aramızda! Sifətlər... Ax, murdar sifətlər!

    Telefon zəngi. O, dəstəyi götürür.

    Eşidirəm!.. Bəli, bəli!.. Səsinizi eşitməyə şadam. (Ayağa durur). Xeyr, siz nə danışırsız?.. Mə-ə-n?.. Mən içən adam deyiləm... Mə-ə-ən?.. Yox, ola bilməz! Mənim düşmənlərimin uydurmasıdır bu.. Bəli, bəli!.. Mənim səsim həyəcandan belə titrəyir... Sizin səsinizin əzəmətindən... Siz bizim böyüyümüzsünüz... Sizin hər sözünüz bizə qanundur. (Pauza). Siz deyəndən sonra biz kimik, nəkarayıq ki? Siz bizə yalnız əmr edə bilərsiniz!.. Arabir görürəm sizi televizorda... Arvadım, uşaqlarım... Hə, bir oğlum var, Allah sizinkiləri də saxlasın, hə, ailəvi tanış olarıq, zövcəm də sizi çox sevir... Hə, onu deyirəm: sizi televizorda görəndə deyirəm ki, arvad, biz o kişinin çörəyini yeyirik... Gündə min yol dua edirik sizin canınıza.

    Belini əyir.

    O günləri arvadım deyir ki, yuxuda sizi görüb... Bəli, bəli, məni yox, sizi... (Pauza). Elədir, bir az həyəcanlıyam. Mən təsəvvür etməzdim ki, siz bu qədər sadə, bu qədər təvazökarsız.

    Diz çökür.

    Mən sizin əzəmətiniz qarşısında baş əyirəm. Sizin həyat yolunuz hamımıza örnəkdir. Mən də, mənim işçilərim də daim sizi dəstəkləmişik. Başqa cür ola da bilməz. Mə-n-n?.. Siz nə danışırsınız?.. Başımı da kəssəniz səsimi çıxaran deyiləm. Mə-ən... Mən sizin yolunuzda ölümə belə hazıram. Əgər lazım olsa...

    Yerə sərilir.

    Inanın ki, lazım gəlsə lap payəndaz olub yerə sərilərəm. Ayağınızı öpərəm, ayaqqabınızı yalayaram. Mən sizin heç ayağınızın tozu da ola bilmərəm. Sizin ayağınız biləni mənim heç başım da bilməz... (Pauza). Bəli, bəli... Düz buyurursunuz! Tamamilə doğrudur! Mən sizin nökəriniz, qulunuz... (Yavaş-yavaş ayağa durur). Baş üstə! Baş üstə! Mən sizin qulluğunuzda hazır! Sağ olun, sağ olun!.. Əziyyət çəkmisiz... Bəli, bəli, bəli... oldu, oldu, oldu...

    Dəstəyi qoyur, sonra götürüb oxşayır, öpür, kövrəlir, yenə qoyur. Otaqda əzəmətli addımlarla gəzişir, gərnəşir, gərdiş edir, əlini-əlinə sürtür. Qədəhi şərabla doldurub başına çəkir.

    Şükür, yaxşı qurtardım! (Kənara). O, ömrü boyu şax gəzib, heç kəsin qarşısında baş əyməyib. Belələri haqqında xalq yaxşı deyib: öz sözünün ağasıdır. Mərdlik, ötkəmlik, dəyanət, vüqar, əyilməzlik onun qanında-canındadır. Belə şeylər insana südlə-sümüklə keçir. Hərbçilərin bir sözü var, deyir: kəşfiyyata qorxmaz adamlarla getmək lazımdır. O da qorxmazlıq və əzəmət rəmzidir.

    Nə? Şeirə-sənətə hörmətim varmı?..
    Sənəti sevməyən insan olarmı?..
    Təvazödən uzaq çıxmasın, inan,
    Şeir vurğunuyam cavanlığımdan!..
    Nə? Sənətə qayğı? Bəli, hazıram,
    Özüm də arabir şeir yazıram.
    Mən öz dincliyimə haram qatmışam,
    Nə qədər şairə əl uzatmışam,
    Nə qədər kitabın sponsoruyam,
    Mən aydan arıyam, sudan duruyam.
    Bizə nə su gərək, nə də ki, çörək,
    Şeir suya-çörəyə çevrilsin gərək.
    Kitabı sevmirəm adi bəzəkçün,
    Bəziləri kimi, belə... məzəyçün.
    Şeir - ceyranımdır, ahumdur mənim,
    Lap elə qəlbimdir, ruhumdur mənim.
    Şairsiz, şeirsiz millət olarmı?
    Yaxud o millətdə qeyrət olarmı?..
    Hər odlu misrada atəş görürəm,
    Şair ürəyində - Günəş görürəm.
    Şair dostlarım var - düşür çətinə,
    Birbaşa gəlirlər kabinetimə,
    Sənət adamları uşaq kimidir,
    Onlar ürəyimin sarı simidir.

    (Qapıya).

    Oradakı kimdir? Kim? Nə?.. Hə, şair?..
    De, nədir qulluğu bizlərə dair?
    Nədir ehtiyacı?.. Nə?.. Hə, nə deyir?..
    Kitabın nəşriyçün para istəyir?..
    Mənə bir poema ithaf edəcək?..
    De: qələt edirsən, yaxamdan əl çək!..
    Nədir, həcv yazacaq ənam olmasa?..
    De ki, kəs səsini axmaq yarasa!..
    Nə deyir?.. O, mənə edəcək hücum?..
    Bu da zövcəm deyil-çatmaya gücüm!..
    Vallahi, üstünə od ələyərəm,
    Dünyanı başına dar eləyərəm!..
    Paho!.. Şair gəlib!.. Şairə bax ey!
    Indi şeir vaxtıdır, a key oğlu key?..
    Nə qədər şairi öz əlimlə mən
    Məzara gömmüşəm...
    şahiddir Vətən...
    Çünki vəsf ediblər dağı, çeşməni -
    Çoxları olubdur xalqın düşməni.
    Niyə səadətdən yazmayıb onlar?..
    Qüdrətli dövlətdən yazmayıb onlar?..
    Neçə sənətkarı eləmişəm mat,
    Neçəsi qarşımda verib hesabat.
    Mənə hədə gəlir axmağın biri...
    O günlər yenə də qayıdar geri,
    Yenə işə düşər o zağlı yaraq -
    Güllələr açılar taraqhataraq,
    Nəsimini yenə özüm soyaram,
    Əlimi suyla yox, qanla yuyaram.
    Paho!.. Şair gəlib!.. Bir günümə bax!..
    Denən şeir vaxtıdır indi, ay axmaq?..
    Bir az bu dünyanı dərk etsin denən:
    Qəbul otağımı tərk etsin denən...
    Nə oldu?.. Getdimi?.. Incidi? Niyə?..
    Reaksiya verməz adam hər şeyə...
    Nə dedin?.. Tutulub yazığın gözü?..
    Nə edək, şeirdir həyatın özü...
    (Pauza).
    Mən elə bilirəm ağladı getdi!
    Atamı-anamı yağladı getdi?!.
    Nə cür əl uzadım mən beləsinə?!.
    Bir güllə çaxasan düz kəlləsinə!..
    Gedib yaradacaq ictimai rəy?..
    Rəyə kimdir baxan, ay səy oğlu səy?..
    Indi dünya, ağa-qul dünyasıdır,
    Para dünyasıdır, pul dünyasıdır!..
    Mənim pulum varsa - öz şairim var,
    Alimim, müğənnim... və sairim var.
    (Kənara).
    Məsələ belədir: lap şeirlə yaz, -
    Sənətsiz məmləkət bəxtiyar olmaz!
    Şeiri sevməyənə çoxdur nifrətim,
    Şeiri sevməyənə yoxdur hörmətim!

    Bilirsiz məni ən çox təəccübləndirən məsələ nədir? Adamların elmə, biliyə, savada, hətta, savdlı adamlara etinasızlığı. Əlbəttə, söhbət hamıdan yox, bəzi düşüncəsiz adamlardan gedir. Canım, belə də laqeydlik olar? Bir də görürsən ki, antielmi təbliğat aparırlar: nə bilim, savad-bilik nəyə gərəkdir? Oxumağın kimə xeyri var? Heç kəs kitabdan xeyir görməyib; savadlı adam ortada qalır və sair və ilaxır. Bu cür düşünənlərə mənim nə sözüm ola bilər? Bu, ən azı cahillikdir. Insan beşikdən məzara qədər oxumalı, öyrənməlidir. Mən kitab oxumağa başlayanda hələ dil açıb danışa bilmirdim. Məktəbə gedəndə ali təhsilli müəllim qədər savadım vardı. Amma bütün bunlar barədə geniş açıqlama vermək istəmirəm: axı, təvazökarlıq yaxşı şeydir. Biz hamımız ellikcə savadsızlığa qarşı mübarizə aparmalıyıq. Biganəlik bizi savadsızlığa, cəhalətə apara bilər. (Qapıya). O, nə kağızdır elə? Kim yazıb? Yenə həmin oğlandır? Gör bir neçənci dəfədir müraciət edir? Özü də hər dəfə yazılı şəkildə... Ona de ki, bizdə iş yoxdur! Nə olsun ki, ixtisası uyğun gəlir? Iş yoxdur, vəssalam! Bəyəm mən ona demişdim ki, get oxu, təhsil al?.. Indi savad, təhsil kimə gərəkdir?.. Vallah, bu dünyada yenə də axmaq, sadəlövh adamlar var!.. Savad, kitab, dəftər-qələm... Nə bilim daha nə, nə... Bunlar dərk edə bilmirlər ki, ən böyük kitab elə həyatdır. Həyatı oxu, öyrən - vəssalam!.. Düzdür, ayrı kitablar da var. Kitab, kitab... (Seyfi açıb oradan bir qalaq pul çıxarır). Bax, budur əsil kitab!.. Gör bir neçə tomdur?!. Oxumaqla qurtarmaq olmur... Bəzi cahillər soruşur ki, bu, nəyə gərəkdir?.. Yəni pul kimə gərəkdir?.. Pul mənə gərəkdir, mənə!.. Əsil kitab budur, bu!.. Budur mənim oxuduğum kitab! Oxuduqca savadım da artır, hörmətim də, dünyagörüşüm də... Axmaqlar!.. Siz nə qədər oxusanız da yenə savadsızsınız ki, savadsızsınız! Elə savadsız da qalacaqsınız!.. Savadlıma, mütəxəssisimə bax bir!.. Onun bir də ayağı dəyməsin mənim kabinetimin kandarına!.. De ki, bizdə iş yoxdur. Lap belə iş var, amma sən o işə layiq deyilsən!.. Mənə bu cür kitabları toplayıb öz qafasına bir şey götürən mütəxəssis lazımdır.

    Əlindəki pulları yelləyib yerə səpir, sonra süpürgə ilə yığıb yeşiyə yığır...

    Mənim yeşik-yeşik kitablarım var... Onu özümdən başqa heç kəs oxuya bilməz. Heç kəs!.. (Kənara). O, kitablara çox aludə olub. Ömür boyu oxuyub, öyrənib. Savadsızları görməyə gözü yoxdur...
    Tabeçiliyimdə olanlara münasibətim necədir? Mənim təsəvvürümdə “tabeçilik” anlayışı şərti mahiyyət daşıyır. Canım, hansı tabeçilikdən söhbət gedə bilər? Mən özümü öz işçilərimdən qətiyyən fərqləndirmirəm. Onların hər arzusunu, hər istəyini can-başla yerinə yetirməyə çalışıram. Insanlara yaxşılıq etməkdən daha savab bir iş ola bilərmi? Məncə yox! Bəzən mənə irad tutub deyirlər ki, siz özünüzü kollektivdə nə üçün belə sadə aparırsınız?.. Deyirəm: bəs nə cür aparmalıyam? Öz sadə həyat və davranış tərzimi mürəkkəbləşdirim?.. Öz işçilərimi təhqir edim? Onları bəzi-bəzi alçaq rəhbər işçilər kimi alçaldım? Xeyr! O, mən deyiləm! Mənim zatım var, köküm var, genim var!.. Mən sivil tərbiyə görmüş adamam. Illər boyu qətrə-qətrə yığdığım hörməti ayaq altına ata bilmərəm. Insanda ləyaqət, mərifət, mədəniyyət olmalıdır... Yoxsa, bəzi görməmişlər kimi... Mənim elə dostlarım var ki... yox, mən onlara dost da deyə bilmərəm... Necə deyərlər, həmkarlarım var ki, öz işçilərinin başında turp əkirlər. Hələ öz tabeliyində olanlardan rüşvət alanları demirəm... Bu, biabırçılıqdır, əxlaqsızlıqdır... Mən bu vəzifəyə təyin olunan, e-e-e... demokratik qaydada seçilən gündən rüşvətxorluğa qarşı amansız mübarizə aparıram. Öz idarəmdə artıq rüşvətxorluğun kökü kəsilib. Indi çalışıram ki, qabaqcıl iş təcrübəmi geniş miqyasda yayam. Mən təvazökar adamam, özümü gözə dürtən deyiləm... Bəziləri kimi... Insan həyata bir dəfə gəlir, bir dəfə yaşayır, bir dəfə ölür... Gərək bu ömrü ləyaqətlə başa vuraq.

    Kimisə hədələyirmiş kimi barmağını silkələyir.

    Qoy mənim düşmənlərim eşidib-bilsinlər: mən son nəfəsiməcən hər cür neqativ hallara qarşı dönmədən mübarizə aparacağam! Mənim çağırışımı eşitməyənlər kar, məni görməyənlərsə kordur... (Qapıya). Hə, kimdir orada?.. Heç kim?.. Gələnin hamısını qov, qoy rədd olub getsinlər. De ki, yuxarıya çağırıblar, bu gün olmayacaq. Qoy bir az istirahət edək.

    Kresloya yayxınır.

    Belə də alçaq camaat olar?.. Hamısı “ver” deyir, heç “al” deyən yoxdur! (Durub telefona yaxınlaşır, zəng vurur). Hə, sənsən?.. (Hirsli-hikkəli). Heç səs-sorağın gəlmir, balam! Işin düşəndə qapıdan qovurdum - bacadan düşürdün, amma indi... Bura bax, sənin başına bir oyun açaram ki, adın da yadından çıxar! De görüm sən kimin tabeçilyindəsən?.. “Sizin-sizin!” Əlbəttə, mənim tabeçiliyimdə! Bəs niyə tabe olmaq istəmirsən? Niyə qanun-qaydaya əməl etmirsən? Ağlını başqa rəhbər işçilərə vermə, səni salaram təpiyimin altına, qabırğalarını qıraram. Bir bunun mənə demokratiya dərsi oxumağına bax! Niyə indiyəcən gətirməmisən onu?.. Hə də... Gərək ad çəkəsən, miqdar deyəsən?.. Sən nə yonulmamış adamsan... Heç adam deyilsən... Nə vaxt gətirirsən?.. Indi pulsuz iş düzələr bəyəm?.. Indi pulsuz adamın üzünə tüpürmürlər!.. (Pauza). Tüpürən var?.. Yekə kişisən, çərənləmə boş-boşuna... Heç öz doğma arvadım mənə pulsuz... salam... vermir. Sənin arvadın verir... salam verir?.. Mənim nə işim var sənin arvadınla, onun salamıyla?!. Mənimki puldur, pul, pul, pul!.. Qandın mən deyəni?.. (Pauza). Elə bilirsən yığdığımın hamısı özümə qalır?.. Axı, məndən də haqq-hesab istəyənlər, hesabat tələb eləyənlər var. Mən onlara nə verim?.. Hərə öz tabeçiliyində olandan almalıdır. Qayda belədir. Mən qoymamışam ki, bu ənənənin əsasını. Mənə qədər belə olub, məndən sonra da yəqin ki, elə-belə olacaq. Yoxsa, elə bilirsən sabah dünya düzələcək?.. Ay-hay!.. Xəyalplovla yaşama, bala!.. Sadəlövh olma... Bəyəm sabah da bugünün qardaşı deyil?.. Sən nə qanmaz adammışsan?.. Mənə moizə oxuma, təcili surətdə o haqq-hesabı çatdır!.. Bildin?.. Yoxsa... Yoxsa pis olacaq səninçün... (Kənara). Elə insanlar var ki, hansı mərtəbədə, hansı pillədə olmalarından asılı olmayaraq öz xarakterlərini, öz sifətlərini daim qoruyub saxlayırlar. (Gülümsəyir). O da məhz bu cür sadə, təvazökar insanlardan biridir. Uşaqla-uşaq, böyüklə-böyükdür. Özündənmüştəbehləri, ədəbazları, yekəxanaları sevmir. Işlədiyi, rəhbərlik etdiyi kollektivin bütün üzvləri onun başına and içir. Indiyəcən bir tikə haram mal yeməyib. Gözütoxluğu ilə hamımıza nümunədir.
    Mənim intellekt sahiblərinə xüsusi hörmətim var. Bəlkə burada “hörmət” sözünün özü də adi səslənir... Əgər imkanım olsaydı alimləri, sənət adamlarını gözümün üstündə saxlayardım. Bizi böyük uğurlara, uca zirvələrə yalnız elm apara bilər... Elm!.. Elm! Elm!.. Məni kim soruşdu? Kim? Ixtiraçı-alimdir?.. Alim-ixtiraçı!.. Alimi-biəməl!.. O, nə ixtira edib görəsən?.. Nə?.. Yeni sabun kəşf edib?.. O, nə cür sabundur elə?.. Onunla haranı yumaq lazımdır?.. Bizim sabuna ehtiyacımız yoxdur!.. Nəyə gərəkdir sabun?.. Sabunsuz da ötüşə bilərik... Sabun ixtira edib... Ixtiraya bax ey!.. Bu axmaq dərk etmir ki, dünyanın ən böyük ixtirası çoxdan edilib. Puldan böyük ixtira?!. Bəlkə mən bilmirəm, sən biləsən: puldan böyük ixtirası var bu dünyanın?.. Yox! Ola da bilməz!.. Olmayacaq da!.. Heç lazım da deyil... O günləri bir rəssam gəlmişdi qəbuluma. Deyir, gözəl rəsm əsərləri var, amma fərdi sərgisini aça bilmir. Niyə? Çünki pulu yoxdur... Dedim, axmaq adam, ən gözəl rəsm əsəri elə puldur... Bəyəm pul olan yerdə başqa bir şeyin şəklini çəkməyə ehtiyac var?.. Başqa biri gəlib ki, musiqi bəstələyir... Səslər belə gəldi, hormoniya elə getdi: do-re-mi... Ta nə bilim nə?.. Dedim ki, ay qanmaz yer üzündə ən gözəl musiqi bilirsən nədir, deyir, bəli, bilirəm, musiqi səsidir, melodiyadır... Dedim, ən gözəl musiqi elə pulun səsidir... Bəlkə düz demirəm?.. Bəlkə elə deyil?.. (Kənara). Onun üçün dünyada müqəddəs bir şey var: əxlaq... Onun əxlaq haqqında öz təsəvvür və ölçüləri var. Bu, başqa söhbətin mövzusudur.
    Mən satqın, qorxaq adamları sevmirəm. Nifrət edirəm ikiüzlülərə, qeyri-səmimi insanlara. Yox, əslində belələri heç insan da deyil. Onların nə həyatı həyatdır, nə də ölümü ölüm.. Belələri elə öləndə də it kimi gəbərir... Ifadəmə görə üzr istəyirəm... Bir az kobud danışdım. Mən mədəniyyətli adamam. Bağışlayın... (Qapıya). Kimdir orada?.. Kim?.. Ötən dəfə gələn demaqoqdu yenə?.. Nə deyir?.. Deyir ki, öləndə it kimi gəbərəcək?.. O, kimi nəzərdə tutur?.. Məni?.. İt onun özüdür. Axmaq!.. Alçaq!.. Məni heç kəs sevmir?.. Mənə nifrət edirlər?.. Dünəndən sevməsinlər?.. Paho!.. Xoruz yoxdur - sabah açılmır! Məni sevmirlər... Mənə nifrət edirlər... Mən də onlara nifrət edirəm. Hamıya nifrət edirəm! “Sevmirlər”... “Sevmirlər”... Qoy sevməsinlər... Paho, üstümdə ağlayan olmayacaq!.. Hər halda ağlayanlar tapılar. Yuxarıdan təşkil edərlər, onda hünərləri var ağlamasınlar... Bəli, təşkil edərlər. Elə gülməyi, sevinməyi də təşkil etmək lazımdır. Onda mənim barəmdə yazılan o son söz, o nekroloq da hamını kövrəldəcək, ağladacaq... Mən buna əminəm... Mən tədbirli adamam... Hər şeyin tədbirini irəlicədən görmək lazımdır. Elə öldüyün günün də... Düzdür, mən hələ ölməyə hazırlaşmıram... Amma təşkilati işlər - nekroloq - filan... Nekroloq demiş... (Kənara). Budur, özümçün yığcam bir nekroloq da hazırlamışam... Özüm?.. Hə də, dostların-tanışların rəyini də nəzərə almışam... Əlbəttə, bu nekroloqda xalqın hüznü, kədəri ifadə olunub. Istəyirsən, oxuyum?.. Belədi... Əvvəlcə mənim tərcümeyi-halımdan mühüm faktlar sadalanır. Hə, sonra?.. (Oxuyur). “O, özünün bütün şüurlu həyatını xalqa, millətə həsr edib”. (Kənara). Bildiniz söhbət kimdən gedir?.. Əlbəttə, məndən! (Oxuyur). “Onun sinəsində alovlu bir vətəndaş ürəyi çırpınırdı. Dostların, doğmaların, tanışların sevimlisi idi, o, Yanına gələnləri xoş üzlə qarşılayar, təbəssümlə yola salardı. Özünün layiqli davamçılarını yetirmişdi. O, həyatını öz xalqına, onun tərəqqisinə, inkişafına həsr etmişdi... O, gözəl, nümunəvi ailə başçısı idi. Lakin bununla belə, bu vətənin bütün oğul və qızlarını özünə doğma övlad bilirdi”. (Ağlamsınır). Bütün bunlar mənim haqqımdadı. (Oxuyur). “İllər, onillər, əsrlər ötüb keçəcək, lakin onun adı, onun əziz xatirəsi daim yadımızda qalacaq. Onun əkdiyi toxumlar zaman-zaman cücərəcək, bar verəcək”. (Ağlayır). Bunlar da mənə aid cümlələrdir... Aman Allah, məni necə də sevirmişlər, özüm öz qədrimi bilməmişəm...

    Oxumağa davam edir.

    “İndi biz səni öz əlimizlə torpağa tapşırırıq. Qoy canın qədər sevdiyin bu müqəddəs vətən torpağı səni öz bağrına bassın. Yerin qu tükü kimi rahat olsun. Rahat uyu. Əlvida, əziz dostumuz, həmkarımız”. (Hönkürür). Sonra onun, yəni mənim nəşimi təzəcə qazılmış nəm məzara endirirlər. (Qışqırır). Yox, mən ölmək istəmirəm hələ!.. Mən yaşamaq istəyirəm!
    Sanki kimsə onu yaxalayıb harasa çəkir, o isə müqavimət göstərir, dartınır, xilas olmağa çalışır.

    Əl çək yaxamdan!.. Burax məni!.. Haraya dratırsan, haraya?.. Sən kimsən, axı?.. Kim, kim?.. Əcəl?.. Əzrayıl?.. Yalvarıram, aparma məni, aparma!.. Mən ölmək istəmirəm! Mən yaşamaq istəyirəm! Başa düşürsən?.. Mən indiyəcən ayrı cür yaşamışam. Bundan sonra öz ömrümü yaşamaq istəyirəm!.. Deyəsən mən bu dünya ilə vidalaşmalıyam...
    Əlvida... Əlvida...

    O, diz çökür, yıxılır. Matəm musiqisi səslənir.

    SON
    PƏRDƏ










    QIFIL
    (Mim)
    (Him-cim)


    İŞTİRAKÇILAR:
    OĞLAN
    QIZ
    KÖK QADIN
    KÖK KİŞİ
    ARIQ QADIN
    ARIQ KİŞİ

    Musiqi.

    Pərdə qalxır. İlk nəzərə çarpan şey iri, lap iri bir qıfıl olur. Qıfılın üstünə işıq düşür. Diqqətlə baxanda belə məlum olur ki, bu nəhəng qıfıl hələlik qapı və ya pəncərə olduğunu ayırd etmək mümkün olmayan çərçivədən asılıb. Əslində bu çərçivə tamaşa boyu həm qapı, həm də pəncərə funksiyasını yerinə yetirir. Uzaqda, səhnənin dərinliyində taxt, kreslo, stol görünür. Kreslonun üst tərəfindən-divardan şəkil asılıb. ARIQ KİŞİ və ARIQ QADIN qıfıla yaxınlaşıb onu qurdalayır, ora-burasına baxırlar. Bu əsnada zəng çalınır, onlar diksinirlər. OĞLAN gəlir; o da əyilib diqqətlə qıfılı nəzərdən keçirir; yenə həyəcanlı zəng səsi eşidilir; onların hər üçü diksinib geri çəkilirlər. KÖK KİŞİ və KÖK QADIN görünür. Onların hər ikisi üfürülüb şişirdilmiş nəhəng şara bənzəyirlər. Özləri də sanki yerimir, döşəmənin üstü ilə diyirlənirlər. “Kök cütlük” həyəcan zənginin sədaları altında çərçivəyə yaxınlaşır, diqqətlə qıfıla baxır, təəccüblə başlarını bulayırlar. Sanki onlar hələ “Arıq cütlüyü” və Oğlanı görmürlər. “Arıqlar” bir kənara çəkilib tərəddüdlə “Kökləri” süzürlər. Kök Kişi qıfılı “şillələyir”, zəng səsi qəfildən dayanır. “Köklər” qəhqəhə çəkib gülürlər. “Arıqlar”da cürətlənib əvvəlcə astadan, sonra isə qəhqəhə çəkib ucadan gülərək onlara qoşulur, bir növ “Köklərlə” “həmrəy” olduqlarını bəyan etmək istəyirlər. “Köklər” qəfildən “Arıqları” görüb sakitləşir, ciddiləşir, qaş-qabaqlarını tökürlər. “Arıqlar” isə hələ (bir növ yaltaqcasına) gülməkdədirlər; onların gülüş səsi tədricən azalır və bu gülüş səsləri sona yaxın hıçqırtını xatırladır. “Arıqlar” əllərini irəli uzadıb qıfılı açmaq, içəri keçmək istəyirlər. “Köklər” kəskin hərəkətlə onların qarşısını alır, dirsəkləri-dizləri ilə onları geri təpirlər. “Tərəflər” arasında dartışma başlayır. Bir tərəf o birinin əlinin üstünə vurur, bir-birinə hərbə-zorba gəlmək istəyir. Oğlan isə kənardan “tərəfləri” süzür; hiss olunur ki, o, dava-dalaşdan çəkinir, qorxur.
    Musiqi.
    Yüngül melodiyanın müşayiəti ilə QIZ gəlir. Onun əynində açıq rəngli, uzun ətəkli don, qolunda kiçik çanta var. Qız əvvəlcə nəhəng qıfıla, sonra isə “Arıqlar”ı geri təpən “Köklərə” yaxınlaşıb onların qulağına nəsə deyir. “Köklər” başlarını yellədir: yəni “olmaz!” Qız çantasından iri pul əsginasları çıxarıb Kök Qadının ovcuna basır. Kök Kişi cəld qıfılı açır, yəni “olar”. Qız çərçivənin (indiki halda qapının) içindən addımlayıb içəri keçir. Qız yüngül, işvəli addımlarla uzaqlaşıb gözdən itir. Bütün bunalrı “Arıqlar” görsə də, hiss olunur ki, Oğlanın fikri-zikri ayrı yerdədir və bu səbəbdən də o, Qıza diqqət yetirmir. Kök Kişi qıfılı yenidən qapıya bağlayır.
    Musiqi.
    Arıq Qadın ehtiyatla Kök Qadına yaxınlaşıb onun qulağına nəsə deyir. Qızın bayaqkı hərəkətini təkrar edir və onun ovcuna nəsə basır; Kök Qadın ovcuna qoyulan şeyi (yəqin ki, pulu) cəld gizlədir və Kök Kişiyə him-cimlə nəyisə izah edir. Kök Kişi cəld hərəkətlə qapıdakı qıfılı açır. “Arıqlar” fikir-xəyal aləmində üzən Oğlanı dümsükləyib işarə edirlər ki, içəri keçsin. Oğlan qəfil dürtmədən səksənib dilxor olur, təəccüblə onlara baxır, “Arıqlar” hiddət və qəzəblə Oğlanın qolundan tutub çərçivəyə (qapıya) doğru dartışdırırlar. Oğlan geri-geri dartınır; o, nədənsə içəri keçmək istəmir. “Köklər”də “Arıqlar”a kömək etmək üçün irəli yeriyirlər; onlar birləşib Oğlanı “o taya” keçirmək istəyirlər. Oğlan inadkarlıq göstərir. Oğlan (təkbaşına) və “Köklərlə” “Arıqlar” (birlikdə) xeyli dartışırlar. Nəhayət, “tərəflər” birlikdə Oğlanı sürüyə-sürüyə çərçivənin o biri üzünə keçirirlər. Köklər qıfılı qapıdan asırlar. Qapının (çərçivənin) o üzündə qalan Oğlan qışqırır... “Arıqlar” və “Köklər” səs-səsə verib gülüşür, əllərini-əllərinə vurub qəhqəhə çəkirlər.
    Musiqi.
    Oğlan gözdən itir. Bundan sonra “tərəflər” əl-ələ tutub ritmik musiqiyə uyğun olaraq rəqs edir, yallı gedirlər. Sonra “Arıqlar” və “Köklər” üz-üzə dayanıb bir-birinin qulağına nəsə pıçıldayır, xosunlaşırlar. Onların sifəti gah, şad, gah qüssəli, gah damüti bir ifadə alır; sonra onlar birləşib qapını əvəz edən çərçivəni böyrü üstə yıxırlar: indi bu “qapı” pəncərəyə çevrilir. “Köklər” nəhəng qıfılı həmin pəncərənin üstündən asırlar. Yenə şadyanalıq edir, gülüşürlər. Az sonra “tərəflər” bir-birinə toxuna-toxuna harasa tələsirlər. Onlar gedən kimi Oğlan qaçaraq gəlir. O, tövşüyür, sanki qovublar. Nəfəsi təngimiş halda otaqda var-gəl edir. Qəfildən sürəkli gülüş səsləri eşidilir, Oğlan özünü itirib sağa doğru cumur. Ani fasilədən sonra yenə gülüş səsləri. Oğlan yenə çaşır və bu dəfə sola doğru qaçır. Yenə fasilə. Yenə gülüş. Oğlan sağa və sola, sola və sağa qaçmağa başlayır. Yazıq Oğlan sanki ağlını itirib, dəli olub.
    Musiqi.
    Qız asta addımlarla daxil olur.: o sanki uçur. Oğlan öz işindədir: sağa-sola doğru qaçır, vurnuxur, tövşüyür. Qız elə otağa daxil olduğu asta və ehmallı yerişlə Oğlanı təqib edir, onun ətrafında dövrə vurur, “uçur”. Oğlandan heç bir diqqət görməyən Qız gedir. Oğlan Qızın gəlişini və gedişini hiss etmir.
    Musiqi.
    Arıq Qadın və Arıq Kişi gəlirlər. Arıq Qadın Oğlanın qarşısında dayanır. Oğlan təəccüblə Arıq Qadına baxır. Arıq Qadın əli ilə sanki Oğlanın üst-başını səliqəyə salır; onun pencəyinin boyunluğunu düzəldir, yaxasını düymələyir, saçına sığal çəkir. Arıq Kişi də fürsəti əldən vermir, cəld Oğlana yaxınlaşır, öz boynundan qalstuku açıb Oğlanın boynuna bağlayır. Oğlan qalstuku boynundan açıb Arıq Kişinin üstünə atır, öz saçını təzədən qarışdırır, pencəyinin yaxasını yenidən açır... bir növ öz əzəlki “səliqəsizliyini” yenidən “bərpa” edir. Arıq Kişi və Arıq Qadın onu təzədən “qaydaya” salır və Oğlan yenə əvvəlki kimi üst-başının səliqəsini pozur. Bu hərəkət bir neçə dəfə təkrar olunur və onların hərəkətini musiqinin təkrar olunan ritmləri müşayiət edir... “Tərəflər” get-gedə bezir, yorulur, əldən düşürlər.
    Musiqi.
    Deyəsən, “Arıqlar” təşəbbüsü heç cür əldən vermək istəmirlər. Onlar yenidən Oğlanın üstünə cumur, onun “başına ağıl qoymaq” isatəyirlər. Oğlan qaçır, “Arıqlar” qovur. Oğlanın ayağı stulun ayağına ilişir; o, müvazinətini itirir. Arıq Kişi və Arıq Qadın tez Oğlanın qolundan yapışıb onu yıxılmağa qoymurlar. Oğlan qəddini düzəldir. “Arıqlar” Oğlanın qoluna girib az qala sürüyə-sürüyə onu yuxarı başdakı kresloya doğru aparırlar. Oğlan geri dartını; fəqət “Arıqlar” təşəbbüsü yenə əldən vermək istəmir, Oğlanı zorla kresloya əyləşdrirlər. Oğlan kreslodan qopub ayağa durmaq istəyir, hətta arabir buna müvəffəq olur, döşəməyə uzanıb az qala iməkləyir, əl-qol atır, çırpınır... Təhdidçilərsə öz işlərindədir: onlar Oğlanı yenə kresloya yıxıb onun çiynindən, başından basırlar. Oğlan qışqırır. Arıq Qadın onun ağzını yaylıqla bağ.layır. Kök Kişi isə kreslonun arxa tərəfindən əllərini irəli uzadıb Oğlanın qulağından yapışır, onu aşağı dartır: yəni “yerində otur, ayağa durma, əgər dursan işin daha da fəna olacaq”. Kök Qadınsa şəhadət barmağını Oğlann gözü önündə silkələyir: yəni “tərpənsən səni əzişdirəcəyik”. Oğlan bu təhdidlərdən qorxub bir qədər sakitcə yerində (kresloda) otursa da, az sonra yerindən sıçrayıb təzədən qapıya sarı cumur. “Arıqlar” onun qulağından yapışıb təzədən kresloya çökdürürlər. Oğlan yenə ayağa durur, “Arıqlar” onu yenə sürüyüb yerinə (kresloya) doğru aparır, yumruqlayıb, şapalaqlayıb əyləşməyə məcbur edirlər. Bu hərəkət bir neçə dəfə təkrar olunur: tərəflər yoruluncaya qədər dartışır-vuruşur, nəhayət yorulub əldən düşürlər. Sonra “Arıqlar” kreslonun altından tapdıqları kəndirlə Oğlanı kresloya sarıyırlar; Oğlan dişi ilə kəndiri açır, cəld ayağa durur. Hamı ayaq üstə üz-üzə dayanır. Onların hər üçü çiyin-çiyinə dayanıb tövşüyür, sonra qol-qola tutub geri-geri addımlayırlar. Hər üçü eyni vaxtda kresloya çökürlər. Qadın kreslonun ortasına çökdüyü üçün Kişilər kənarda (kreslonun qoltuqluğu üstündə) əyləşir, sonra onlar (Kişilər) yavaş-yavaş sürüşüb Arıq Qadının dizlərinin üstündə oturur, yorğun qollarını Arıq Qadının çiyninə qoyurlar. Arıq Qadın da qollarını yanlara doğru geniş açıb Kişiləri qoltuğu altına alıb, onların başlarını öz sinəsinə sıxır.
    Musiqi.
    “Arıqlar” ayağa durub getmək və Oğlanı da özləri ilə aparamaq istəyirlər.: onlar Oğalnın qoluna girirlər. Amma Oğlan dartınır. “Arıqlar” Oğlana hirslənir, onun üstünə çəmkirir, başına qapaz vurub əsəbi halda otaqdan çıxırlar. Oğlan otaqda tək qalır. Oğlan səhnənin dərinliyindəki taxt və kresloya yaxınlaşır. Artıq dediyimiz kimi, kreslonun üstündə iri bir şəkil (portret) var. Amma həmin şəkildə təsvir olunan “adamın” başının yerinə sual işarəsi çəkilib; daha doğrusu, bu sual işarəsi şəkildəki “adamın” çiyni üzərində dayanıb. Oğlan şəkli divardan götürüb baxır, təəssüflə başını yellədir, onu (şəkli-portreti) kənardakı mıxdan asır və belə məlum olur ki, həmin şəklin arxasında xudmani bir kitab rəfi varmış. Oğlan acgözlüklə rəfdəki kitablara baxır, onlardan birini əlinə götürüb vərəqləyir. Kitabı yerinə qoyur. Sonra başqa bir kitabı götürüb baxır, vərəqləri sürətlə o üz-bu üzünə çevirib yenə əzəlki yerinə (rəfə) qoyur. Və bu minvalla Oğlan kitabları yenə əlinə alıb gözünə yaxınlaşdırır və tez də yerinə qoyur. Bu hərəkət sürətlə və bir neçə dəfə təkrar olunur: kitablar rəfdən enir və yenə öz yerinə düzülür...
    Sonra Oğlan rəfdəki iri mürəkkəbqabıdan olduqca iri bir lələyi götürüb stol arxasında əyləşir, ağ kağızların üstünə sürətlə nəsə yazmağa başlayır. Oğlan ayaq üstə dayanaraq tez-tez yazdığı kimi, tez-tez əlini çənəsinə və alnına dirəyib xəyala gedir. Bu əsnada bizə tanış olan Kök Kişi kandarda görünür. Kök Kişi heyrət və diqqətlə qəribə hərəkətlər edən Oğlanı süzür. Onun müşahidəsi xeyli çəkir. Sonra Kök Kişi asta, ustuf addımlarla Oğlana yaxınlaşır. Qollarını yana açıb Oğlanın qənşərindəki stolu ehmallıca götürür, dalı-dalı çəkilir. Oğlan da stolun arxasıyca (lələklə kağıza nəsə yaza-yaza) hərəkət edir. Oğlan stolun “yeridiyini” bilmir; o, təbii ki, Kök Kişinin burada mövcudluğundan da bixəbərdir. Kök Kişi özünün uzun dili ilə dodaqlarını yalaya-yalaya otaq boyu hərlənir-stol da qucağında. Oğlan da öz işindədir: asta addımlarla “yeriyən” stolun arxasınca gedir və gedə-gedə yenə nəsə yazır, arabir əlini alnına, çənəsinə qoyub fikrə gedir, yadına düşən fikirləri tezcə, çox sürətlə qarşısındakı kağıza köçürür. Deyəsən, mürəkkəbqabıda mürəkkəb qurtarır və bu səbəbdən də bir qədər keçəndən sonra Oğlan əlindəki zorba lələyin ucunu dilinə sürtür, onu tüpürcəklə yaşlayıb yenə nəsə yazmağa başlayır. Stol isə hələ də öz işindədir: “yeriyir” . Kök Kişi qəfildən stolu yerinə qoyur. Oğlan stola söykənir, ləngər vurur, amma yenə yazır. Kök Kişi hərlənib arxa tərəfdən Oğlana yaxınlaşır, onun boynunun ardından yapışıb aşağıya doğru çəkir, Oğlan dizi üstə çökür, amma əlindəki ağ kağıza lələklə yenə nəsə yazmaqda davam edir. Və elə bu vaxt Arıq Kişi və Arıq Qadın daxl olurlar. Onlar arxadan Kök Kişini yumruqla, təpiklə vurmağa başlayırlar. Sanki Kök Kişi heç nə hiss etmir, öz işindədir, əli ilə Oğlanı yerə doğru sıxmaqdadır. Yerdə uzanan Oğlan da öz işindədir-lələyi dili ilə yenə isladıb ıyazır; “Arıqlar” Kök Kişinin heç nəyə -lap elə zərbələrə də reaksiya verməməsindən hiddətlənib geri çəkilirlər. Artıq Oğlan yerə sərilib. Kök Kişi yenə onun boynundan yapışıb, döşəməyə doğru sıxır. Oğaln yenə yazmaqdadır. “Arıqlar” irəli cumub yerə uzanmış Oğlanın ayağından yapışaraq sürüməyə, beləliklə də, onu Kök Kişinin cənmgindən qoparmağa çalışırlar. Amma Oğlan öz “xilaskarlarını” görmür. Heç Kök Kişi də “görünməz” əllərin Oğlanı sürüyüb apardığını hiss etmir. Arıq Kişi və Arıq Qadın irəlidə, onların ardıybca yerə uzanmış Oğlan (ortada), yerə əyilib Oğlanın boynunun ardından yapışmış Kök Kişi isə arxada, iməkləyə-iməkləyə irəliyə doğru hərəkət edirlər. Oğlan tez-tez əlindəki iri lələyi tüpürcəyi ilə isladır. Üfürülmüş şara bənzəyən Kök Kişi uzun dili ilə dodağını yalaya-yalaya, Oğlanın arxasınca qabağa doğru iməkləyir. Və Arıq Kişi ilə Arıq Qadın Oğlanın ayaqlarından tutub sürütləyərək otağı dolaşırlar. Onalrın bu hərəkəti, otaq boyu “yürüşü” bir xeyli davam edir... Və sanki otaqdakıların heç biri digərinin mövcudluğunu hiss etmir.
    Musiqi.
    Arıq Kişi və Arıq Qadın Oğlanın ayaqlarını buraxıb otaqdan çıxırlar: biri sağa, digəri sola gedir. (Sanki onların da bir-biri ilə təması, əlaqəsi, ünsiyyəti yoxdur). Sonra Kök Kişi Oğlandan əl çəkib qəddini düzəldir, dili ilə dodağını yalaya-yalaya gedir. Və Oğlan ayağa durub stolun arxasına keçir, əlindəki lələklə ağ kağıza yenə həvəslə nəsə yazmaqda davam edir.
    Musiqi.
    Elə bil bayaqdan bəri baş verənlərin Oğlana heç bir dəxli, aidiyyəti yoxdur. Oğlan qəribə bir cəldliklə və ilhamla yazdığı kağızları üst-üstə yığır, sonra onları qalaqlayıb rəfə düzür, rəfdəki kitabları bir-bir götürüb baxır, yenə yerinə qoyur. Oğlanın üzünə düşən işıq zəifləyir və sönür. Bu əsnada Qız görünür. O, qısa yubkadadır. Qız sanki rəqs edə-edə otaqda o yan-bu yana gedir, çarpayının, kreslonun və stolun üstünə çıxır. Sonra qız qeyb olur. İşıq Oğlanın üstünə düşür. İndi o, sanki qocalıb, yaşlaşıb, saçı ağarıb. Əlində yenə lələk var.
    Musiqi.
    Otaq tədricən işıqlanır.
    Otağın pəncərəsi düz döşəmədən başlayır; bu isə onu göstərir ki, otaq yarımzirzəmidir. Oğlan yerə uzanıb. Onun üstünə işıq düşür. Küçəyə və ya səkiyə açılan, təxminən bir metr hündürlüyü, iki-üç metr eni olan çərçivə-pəncərə (yəni əvvəlki qapı) bir növ kino ekranını xatırladır və həmin “ekranın” önündən adamlar ötüb keçir. Oğlan az qala iməkləyə-iməkləyə sürünüb indiki halda çərçivənin-pəncərənin qarşısında dirsəklənərək bayıra, pəncərənin önündən ötüb keçən adamlara baxır. Əslində buradan o adamların üzü görünmür. O adamların sir-sifətini, üz-gözünü heç tamaşaçılar da görmür. Ötüb keçən “piyadaların” yalnız ayaqlarını müşahidə etmək mümkündür: kişi və qadın ayaqları iti və ya astaca sürünüb gedir. Çəkməli-çəkməsiz, corablı-corabsız, arıq-uzun, gödək-yoğun, şalvarlı-şalvarsız, əyri-düz, biçimli-biçimsiz ayaqlar. Ayaqların çoxu sürətlə, bəziləri isə ağır-ağır ötüb keçir... Oğlan boynunu irəli uzadıb qəribə bir maraqla “ayaq sərgisinə” tamaşa edir.
    Musiqi.
    Uzun, biçimli, hündürdaban ayaqqabılı qadın ayaqları görünür. Bu ayaqlar əvvəlcə sağa doğru istiqamət götürür, sonra sola sarı qayıdır. Ayaqlar çəkilib gedəndən sonra Oğlan bir müddət əsəbi halda yerə uzanılı vəziyyətdə vurnuxur, sonra ayağa durub üst-başını çırpır. Pəncərə önündən yenə ayaqlar ötüb keçir. Az sonra yenə bayaqkı “tanış” ayaqlar görünür: Oğlan isə sağa və sola doğru gedəndən sonra gəlib pəncərə önündə dayanan həmin ayaqlar görüb, çaşır, özünü itirir və nəhayət mənzərəni daha yaxşı görmək üçün əvvəlcə aşağı əyilir, sonra isə döşəməyə uzanır. Hiss olunur ki, pəncərə önündə dayanan ayaqların sahibi (yəni qız) kimisə gözləyir. Və təbii ki, həmin biçimli ayaqlar hansısa ucaboy xanıma məxsusdur. Oğlan pəncərəyə yaxınlaşır, diqqətlə bayıra, bayırdakı qadın ayaqlarına baxır.
    Musiqi.
    Hansısa kişi ayaqları görünür və həmin ayaqlar gəlib qadın ayaqları ilə qarşı-qarşıya, üz-üzə dayanır. Ayaqlar, daha doğrusu ayaqqabılar tədricən bir-birinə sarı yaxınlaşır. Burun-buruna dirənir. Bir cüt qadın və kişi ayaqqabısı projektorun işığı altında par-par parıldayır. Sonra qadının ayağı yerdən üzülür; hiss olunur ki, həmin ayağın sahibi qollarını qarşıdakı ayağın sahibinin-yəni kişinin boynuna dolayır və bu vəziyyətdəcə ayaqlarını yellədir. Və eşidilən qadın gülüşü, qadın qəhqəhəsi musiqi səsinə qarışır. Sonra kişi qəhqəhəsi eşidilir. Daha sonra hər iki qəhqəhə bir-birinə qovuşur. Bir qədər keçmiş təkcə kişi ayaqları görünür, hiss olunur ki, kişi qadını qucağına götürüb; indi kişi sağa-sola hərəkət edir və nəhayət, qadını qucağından yerə endirir. Qadın və Kişi ayaqları əvvəlcə üz-üzə, (qarşı-qarşıya) sonra isə daban-dabana (əks tərəflərə) dayanır. Qəfildən Oğlan qəhqəhə çəkir, ayağa durur, gəzişir. Qadın və Kişi ayaqları yan-yana dayanır.
    Hiss olunur ki, bu ayaqların sahibləri qəfil qəhqəhədən səksənib, xofa düşüblər; çünki qoşa ayaqlar bu dəm gah sağa, gah da sola doğru çapır. Bu hərəkət bir neçə dəfə təkrar olunur. Qəfildən kişi ayaqları sürətlə “aradan çıxır”, pəncərə önündə təkcə qadın ayaqları qalır. İndi qadın, daha doğrusu, qadının ayaqları həzin musiqi melodiyası altında sağa və sola doğru hərəkət edir. Arabir qadının ayaqları altına iri, sapsarı yarpaqlar tökülür. Oğlan özünü toplayıb qamətini düzəldir, əvvəlcə qadının ayaqları istiqamətinin əksinə, sonra isə onunla müvaze (paralel) hərəkət edir; onların qoşa atılan addımları adama əsgər yerişini xatırladır. Bu cür qoşa “əsgər yerişi” bir neçə dəfə təkrarlanır.
    Musiqi.
    Oğlan elə həmin “əsgəri yerişlə” otaqdan çıxmaq istəyir. Amma qapı kilidlidir. Oğlan əlindəki lələyi kənara atıb dişi ilə, dırnağı ilə çərçivənin üstündəki nəhəng kilidi açır. İndi bu nəhəng kilid onun əlindədir; Oğlan qıfılı qucağına götürüb qapıya doğru cumur İndi onun ayaqları pəncərə önündəki qadın ayağına yaxınlaşır. Sonra hər iki ayağın sahibi içəri daxil olur.; bu, Oğlan və artıq bizə tanış olan Qızdır. Amma Oğlan hələ Qızın üzünə baxmır, nəhəng qıfılı öz sinəsinə sıxıb azacıq əyilərək Qızın ayaqlarına baxır. Qız da sanki onu görmür, ətrafa boylanır. Arakəsməni xatırladan “pəncərə-ekran” (çərçivə) aradan götürülür, otaq (məkan) xeyli genişlənir. Oğlan (qucağında qıfıl) əyilə-əyilə, Qızın ayaqlarına baxa-baxa irəliləyir. Qız da öz işindədir: o, ətrafa boylanır, rəflərə düzülmüş kitabları vərəqləyir, evin əşyalarını nəzərdən keçirir. Sonra onlar üz-üzə dayanırlar. Qız Oğlanın üzünə baxmadan əlini irəli uzadıb onun bərk-bərk sinəsinə sıxdığı qıfılı sığallayır. Oğlan da eyni qaydada-Qızın heç üzünə belə baxmadan, qıfılı onun qucağına ötürür. Qız qıfılı ehtiyat və ehtiramla götürərək sinəsinə sıxır. Oğlan geri çəkilir. Qız qıfılı körpə kimi oxşayır, sığallayır, atıb-tutur.
    Musiqi.
    Sanki hələ də bir-birinin mövcudluğundan bixəbər olan Oğlan və qucağı qıfıllı Qız yüyürüb yatağın (taxtın) üstündəki örtüyü götürür, yellədirlər. Sonra örtük Oğlanın əlində qalır, Qız qucağındakı nəhəng qıfılı kreslonun üstünə qoyur. Oğlan örtüyü kreslonun (yəni nəhəng qıfılın) üstünə atır. Və Qız kreslonun üstündəki qıfılı oxşayır, sığallayır. Sonra onlar örtüyü götürüb yanlara doğru tarım dartırlar; indi örtük səhnə pərdəsinə oxşayır və onun arxasındakı əşyalar görünmür. Oğlan və Qız örtüyü elə tarım çəkilmiş halda yerə atırlar. Elə bil ki, həmin örtük, kəsilmiş ağacların-yerə uzadılmış iki “kötüyün” üstünə atılır. Bayaq bu “kötüklər” yox idi. Amma Oğlan və Qız “kötüyün” bayaq olub-olmamasının fərqində deyillər. Onların hərəsi bir “kötüyün” üstündə əyləşirlər. Oğlan kənara atdığı lələyi əlinə alıb onu dili ilə isladır, gözünü uzaq nöqtəyə dikir, fikrə gedir, nəsə yazır. Qız darıxaraq ətrafa boylanır. “Kötüklər” hərəkətə gəlir, tərpənir. Oğlan və Qız diksinib ayağa durur. Qız örtüyü yerdən götürüb yatağın üstünə atır. Tamaşaçı yalnız indi görür ki, “kötüklər” kötük yox adammış: - Kök Kişi və Kök Qadın, yorğun halda yerə uzanıblar. Onlar bu görkəmdə adamdan daha çox həqiqətən kötüyə bənzəyirlər. Onlar adam olduğunu eyninə gətirməyən Oğlan və Qız təzədən (fərqinə varmadan) “kötüklərin” üstündə əyləşir: Oğlan Kök Kişinin, Qızsa Kök Qadının. Lakin “kötüklər” yenə tərpəndiyi üçün Oğlan və Qız diksinir, qorxur və yerlərini dəyişirlər: indi Oğlan Kök Qadının, Qız idə Kök Kişinin sinəsində əyləşir. “Kötüklər” yenə tərpənir. Oğlanla Qız yenə yerlərini dəyişirlər. Bu hal-“yerdəyişmə” bir neçə dəfə təkrar olunur və nəhayət onlar-Qız və Oğlan (hər ikisi) Kök Kişinin sinəsində əyləşirlər. Kök Kişi əvvəlcə sakitləşir, az sonra xoruldayıb o biri üzü üstə çevrilir və Qızla Oğlan dombalaq aşıb yıxılırlar. Sonra onlar qışqıra-qışqıra qaçıb gedirlər. Oğlan lələyi yerə atır. “Köklər” sanki yuxudan oyanıb gözlərini ovuşdurur, ətrafa boylanır, gülürlər.
    Musiqi.
    Kök Kişi Oğlanın qaçarkən yerə atdığı lələyi götürüb qorxa-qorxa dilinə toxundurur. Onun bu hərəkətini Kök Qadın da təkrar edir; Kök Qadın lələyi dilinə çəkib əvvəlcə kreslonun üstündəki nəhəng qıfıla yaxınlaşır,qıfılın üstünə nəsə “yazır”, sonra yatağa yaxınlaşıb taxtın üstündəki örtüyə nəsə “yazır”, sonra kitab rəfinə yaxınlaşır. Kök Kişi də qorxa-qorxa onu (Kök Qadını) təqib edir, izləyir. Nəhayət, Kök Qadın başını qaldırıb kreslonun üstündə - divardan asılmış “başsız portretə”diqqətlə baxır və əlindəki lələyi portretin “başını” əvəz edən sual işarəsinin üstünə sancır. Və Kök Qadının bu hərəkətindən sanki Kök Kişi məmnun olur, rahatlaşır. Sonra onlar əl-ələ tutub yatağın üstünə tullanır, qucaqlaşır və gülə-gülə ayağa qalxıb kreslonun üstündən qıfılı götürərək (qıfılı Kök Qadın aparır) çıxırlar. Arıq Kişi və Arıq Qadın gəlirlər. İndi həmin Qıfıl... onların (daha doğrusu, Arıq Qadının) qucağındadır.Qadın qıfılı kreslonun üstünə qoyur. Sonra ”Arıqlar” ətrafa göz gəzdirir, əl-ələ tutur, göz-gözə baxır, atılıb-düşür, yatağın üstünə tullanır, qucaqlaşır və nəhayət ayağa durub sürətlə otaqdan çıxırlar.
    Musiqi.
    Kök Kişi və Kök Qadın (soldan) Qızın qolundan tutub gətirirlər. Arıq Kişi və Arıq Qadınsa Oğlanın qoluna girib gəlirlər. “Köklər” və “Arıqlar” əvvəlcə bir-birlərinə təzim edib görüşür, sonra qucaqlaşıb marçamarç öpüşürlər. Bu fürsətdən istifadə edən Oğlan və Qız cəld oradan çıxırlar: onların hərəsi bir səmtə üz qoyurlar. “Arıqlar” və “Köklər” birdən başlarını qaldırıb Oğlanla Qızın aradan çıxdığını görür, əllərini dizlərinə vura-vura hay-küy salaraq vurnuxur, dala-qabağa qaçır, sonra səhnənin arxasına cumub “qaçanları” – Oğlanı və Qızı “tapıb” zorla, sürüyə-sürüyə gətirirlər .
    Musiqi.
    Təntənəli marşın sədaları altında iştirakçıların hamısı əl-ələ tutub səhnənin önünə gəlirlər. Pərdə tədricən enir. İştirakçılar alqış sədalarının müşayiəti ilə Oğlanla Qızın barmağına üzük keçirirlər. Pərdə yenə qalxır. Səhnənin dərinliyində bəzəkli taxt və yataq. Arıq Kişi və Arıq Qadın taxtın üstündən iri örtüyü götürüb onu tarım dartırlar; indi örtük gərdəyi xatırladır. Oğlan və Qız örtüyün (“gərdəyin”) arxasında qalsalar da tez kənara qaçırlar. “Köklər” cəld irəli cumub onları –Oğlan və Qızı itələyə-itələyə taxta sarı sıxışdırır, yatağa yıxmağa çalışırlar. Bu əsnada Arıq Kişi və Arıq Qadın örtüyü yatağın önündə gərdək kimi tuturlar; örtüyün arxasında nəsə çaxnaşmanın, dartışmanın olduğu hiss edilir. Nəhayət, Arıq Kişi və Arıq Qadın örtüyü taxtın üstünə atırlar. Örtüyün altında iki nəfərin olduğu açıq-aşkar bilinir: onlar yataqda-taxtın üstündə vurnuxurlar. Adama elə gəlir ki, bunlar Oğlan və Qızdır; çünki “Arıqlar”ın üz-gözündə açıq-aşkar duyulan sevinc, sevincdən doğan göz yaşları və hətta həzin musiqi sədası altında titrəyən nəhəng örtük bunu deməyə, bu cür düşünməyə əsas verir. Və bu sevinc təranələri altında “Arıqlar”asta addımlarla taxta yaxınlaşırlar, diqqətlə dinləyir, yatağa sarı əyilib qulaq asırlar. Örtük yavaş-yavaş sürüşüb yerə düşür və onun altından... Kök Kişi və Kök Qadın çıxırlar. Qəribədir ki, indi onlar əvvəlki kimi şişman deyillər. Yüngül paltarlarda olan bu insanlar indi adi bədən quruluşuna malik olan şəxslərə çevriliblər, yəni arıqlayıblar. Bu mənzərəni görən “Arıqlar” bir növ cürətlənir, qışqırıb hiddətlənir, “Kökləri” yumruqlamağa başlayırlar; “Arıqlar” Oğlan və Qızın haraya qeyb olunduğu ilə maraqlanır, jestlərlə cavanların yoxa çıxmasının səbəbini aydınlaşdırmağa çalışır, əyilib taxtın, kreslonun, stolun, stulun, rəfin altına baxırlar. “Arıqlar” “itənləri”, hətta dəftərin, kitabın, portretin üstünə sancılmış lələyin altda, boşqabın, stəkanın içində axtarırlar: onlar “Köklərin” üst-başını, yaxalarını, ciblərini də “təftiş edirlər”. Kök Kişinin (o, təbii ki, indi “kök” yox, “arıqdır”) cibindən çıxan dəsmalı diqqətlə nəzərdən keçirən Arıq Kişi həmin dəsmalla burnunu silib atır. Kök Qadının (təbii ki, indi bu qadın da “arıqlayıb”) cibindən çıxan rezin şarı diqqətlə nəzərdən keçirib onu saqqız kimi hiddətlə dartan Arıq Qadın daha sonra həmin şarı ağzına yaxınlaşdırıb köpüzdürür, köpmüş şarı öz donunun altında gizlədir, bu zaman onun qarnı şişir və Arıq Qadın özünün şişman qarnını sığallaya-sığallaya ağlamağa başlayır. Elə bu əsnada Oğlan (sağ tərəfdən) və Qız (soldan) gəlirlər. Oğlanı görən Arıq Qadın onu qucaqlayıb gülməyə başlayır. Kök Qadın da (o, indi “arıqlayıb”) Qıza yaxınlaşıb onun boynunu oxşayır, saçını sığallayır. Oğlan qəfildən Arıq Qadının “şişmiş” qarnını görüb diksinir, hürküb geri sıçrayır.
    Arıq Qadın ciddiləşib Oğlanın üstünə sarı addımlayır, diqqətlə onu süzür, əsəbi halda lələyi götürür, onu əvvəlcə Oğlanın sinəsinə söykəyir, sonra Oğlanın qışqırdığını görüb geri çəkilir və lələyi öz qarnına pərçimləyir; Arıq Qadının donunun altındakı şar partlayır, hamı diksinir. Kök Qadın lələyi yerinə qoyur. Bu vaxt Arıq Qadın gülür və hamı ona qoşulub gülür... “Arıqlar” “Köklərə” him-cim edir. “Köklər” “Arıqların” işarəsini anlayıb taxtın üstündən örtüyü götürür, yatağın qarşısına gəlir, bir növ yenə “gərdək” qururlar. “Arıqlar” Oğlanı və Qızı az qala sürüyə-sürüyə, döyə-döyə yatağa sarı dartırlar; hiss olunur ki, örtüyün arxasında bir müddət süpürləşmə, dartışma olur. Nəhayət, “Köklər” örtüyü (“gərdəyi”) yatağın üstünə atırlar. Bayaqdan başlayan dava-dalaş elə örtüyün altında da davam edir. “Köklər” (əlbəttə, ta onalr “arıqlayıb”) yatağa baxıb sevinir, şənlənir, bu “izdivacdan” məmnun olub əl çalır, rəqs edirlər. Sonra onlar (“Köklər”) örtüyün “sakitləşdiyini” görüb örtüyü sakitcə dartırlar. Örtüyün altından yenə də Oğlan və Qız yox... bu dəfə “Arıqlar” çıxır. Amma bu, bayaqkı “Arıqlar” deyil, indi onlar şişman olub, “kökəlib”. “Arıqlar” (daha doğrusu, “kökəlmiş” “arıqlar”) yataqdan yerə enirlər. “Köklər” (indi arıqlayanlar) “Arıqlara” (indi kökələnlərə) təəccüb və qorxu ilə baxır, əsə-əsə geri-geri addımlayırlar; sonra onlar ayaq saxlayır. Daha sonra “tərəflər” üz-üzə, qarşı-qarşıya gəlir, əl tutub döyüşə hazırlaşır, bir-birilərinə hərbə-zorba gəlirlər.
    Musiqi.
    Və bu zaman Oğlan və Qız səhnənin sağ və sol tərəflərindən gəlirlər. “Tərəflər” hiddətlənib Oğlan və Qızın üstünə hücum çəkirlər. “Köklər” (indi “arıqlayıblar”) örtük-“gərdəyi” yenə tarım dartıb öndə dayanırlar. Oğlan, Qız və “Arıqlar” pərdə arxasında qalır. Az sonra Arıq Kişi və Arıq Qadın (kökələnlər) pərdənin arxasından çıxırlar. Amma indi onlar öz əzəli qiyafələrindədirlər, yəni... arıqlayıblar. “Arıqlar” və “Köklər” (indi onların hamısı arıqdır) birlikdə Oğlanla Qızı yatağa yıxır və tarım çəkilmiş örtüyü yatağın üstünə atırlar: yataqda, daha doğrusu, iri örtük- “gərdəyin” altında vurnuxma. Sonra örtüyün altında, sakitliyin “bərpa olunduğu” duyulur. “Arıqlar” və “Köklər” sakitcə, yavaş-yavaş örtüyün ucundan yapışıb onu özlərinə sarı dartırlar. Ortüyün altından şişmanlaşmış, “kökəlmiş”... Oğlan çıxır, onun qucağında isə... nəhəng qıfıl görünür. “Köklər” (indi arıqdırlar) birləşib Oğlanın qucağından qıfılı alır, onu ehtiyatla kənara qoyurlar. “Arıqlar” isə (onlar yenə də arıqdırlar) “kökəlmiş” Oğlanı süzüb onun başına çırtma vururlar. Başa dəyilən çırtmaların səsi eşidilir: danq-danq-danq... Sanki baraban çalınır. Sonra bu çırtmaların səsi hansısa zərb alətinin ritmik melodiyasına çevrilir: danq-danq, dam-daramb və s. Oğlan geri çəkilib qollarını yana açır, indi o, qorxmaz bahadıra, pəhləvana oxşayır. Oğlan kənara atılmış nəhəng qıfılı götürüb yatağa uzanır-qıfıl da qoltuğunda. Oğlanın işarəsi ilə “Arıqlar” və “Köklər” örtüyü (“gərdəyi”) əvvəlcə bir müddət tarım çəkib saxlayır, sonra yatağın üstünə atırlar. Yataqda -örtüyün altında vurnuxma hiss olunur. Az sonra sakitlik. “Köklər” və “Arıqlar” birləşib örtüyü üzüaşağı dartırlar. Yataqdan, örtüyün altından... Qız çıxır-qucağında da qıfıl. Amma indi o, şişib “kökəlmişdir”. Hamı heyrətlə qışqırır. “Tərəflər” Qızın üstünə doğru hücum etmək istəyirlər. Amma Qız qollarını yana açıb nərə çəkir, “hücvumçular” qorxub ayaq saxlayırlar. Qız qıfılı qoltuğuna vurub gedir. Oğlan da çıxır. “Köklər” və “Arıqlar” əvvəlcə yatağa yaxınlaşıb diqqətlə onu nəzərdən keçirir, bu “sehrli” “taxt-tacın” “sirrini” öyrənmək istəyir, amma heç nə anlamayıb yenə geri çəkilir, kənara atılmış örtüyün o üz-bu üzünə baxır, sanki indi də “gərdəyin” sirrinə bələd olmaq istəyirlər. Bu “axtarışdan” da heç nə hasil olmur. İndi onlar “gərdək”-örtüyü yenə tarım çəkirlər; əvvəlcə onu “Arıqlar” tutur- “Köklər” nəzərdən keçirir; sonra örtüyü “Köklər”-tutur “Arıqlar” “təftiş edir”. Hamı təəccüblə başını yellədir: yəni bu ki, adicə örtükdür. Nəhayət, onlar birlikdə örtüyü yatağın üstünə atırlar. Əvvəlcə yatağın üstündə kip, düpbədüz dayanmış örtük-“gərdək”, sonra sanki yavaş-yavaş, tədricən dalğalanır: elə bil örtüyün altında ya külək əsir, ya da şar köpüzdürülür. “Arıqlar” və “Köklər” heyrətlə dalğalanan örtüyə baxırlar. Onlar hiddətlə yatağa sarı cumurlar. Get-gedə yaxınlaşan həyəcanlı səslər (siqnallar) onları qorxuya salır və “hücumçular” ayaq saxlamalı olur.
    Musiqi.
    “Arıqlar” və “Köklər” birləşib hərəsi örtüyün (“gərdəyin”) bir qulağından tutur; onu götürür bir kənara atırlar. Yataqdakılar görünür: Oğlan və Qız üz-üzə, yüngül geyimdə yanaşı uzanıblar. Onların arasında isə ... nəhəng qıfıl. Sanki bu qıfıl indi onları ayırmır, birləşdirir. “Köklər” və “Arıqlar” yataqda yanaşı uzanmış Oğlana və Qıza yaxınlaşırlar. Oğlan və Qız tez yataqdan qalxıb yerə tullanırlar. Oğlan qaçıb cəld portretə sancılmış lələyi, Qızsa yataqdakı nəhəng qıfılı götürür. “Arıqlar” Qızın əlindən qıfılı, “Köklər” isə Oğlanın əlindən lələyi alır, yerə atırlar. Əlləri “boş qalmış” Oğlan və Qız bir-birilərinə yaxınlaşır, diqqətlə bir-birilərini süzürlər; sanki onlar ilk dəfədir ki, üz-üzə gəlir, bir-birini görürlər. Görüşürlər. Sonra onlar əl-ələ tutur, rəqs edirlər. “Köklər” və “Arıqlar” da onlara qoşulur. Əslində hamı cüt-cüt oyanyır: Oğlan və Qız, Köklər, Arıqlar... Sonra, lap sonda iştirakçılar əl-ələ tutub səhnənin önünə gəlirlər. Oğlan cəld qaçıb yerdən lələyi götürür, onu portretin (sual işarəsinin) üstünə sancır, nəhəng qıfılı isə həmin nəhəng lələkdən asır. Hamı gülüb əl çalır.

    PƏRDƏ

    SON





















    Müəllif haqqında
    Firuz Mustafa

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv) - nasir, dramaturq, esseist, filosof
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən həmin ilin gah iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir. Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 80-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tеаtr” jurnаlının təsisçidir. İki övladı var.


    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    Cəfər Cаbbаrlı mükafatı
    “Humay” mükafatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının müкаfаtı







    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)



    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)

    • Seşilmiş əsərləri (30 cilddə) (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)


    İngiliscə kitabları:

    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)

    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poetik tərcümələr” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti” (Təbiətin resepti) “Teatr”, 2020

    Rusiyada şap olunmuş kitabları:

    “Райский цветок" РФ изд-во “Ridero”, 2018
    «Подвал на крыше» РФ изд-во “Ridero”, 2018
    “Мир без границ” РФ изд-во “Ridero”, 2018
    “Морское кочевье” РФ изд-во “Ridero”, 2018
    “Nomade Maritime” РФ изд-во “Ridero”, 2018
    “A Sea Nomad” РФ изд-во “Ridero”, 2018
    “Дверь” РФ изд-во “Ridero”, 2018


    İranda çap olunmuş kitabları:

    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017 (“Sona” nəşriyyatı)
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017 (“Sona” nəşriyyatı)
    “Dəniz köçü” İran İR, Tehran, 2019 (“Sona” nəşriyyatı)


    Özbəkistanda nəşr olunan kitabı:

    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)


    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):

    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı












    Mündəricat:

    Çoxcildliyə qısa müəllif müqəddiməsi
    s.3
    Dramlara ön söz
    s.12

    Monopyeslər

    MÜQƏVVА s.13
    İFRİTƏ s.69
    MUSİQİLİ MƏKTUBLAR
    s.108
    FOTOQRAF s.154
    MƏRUZƏçi s.206
    SİFƏT s.241
    QIFIL
    s.275
    LAMPA MƏSƏLƏSİ
    s.305


    Müəllif haqqında
    s.305
    Firuz Mustafanın əsərləri
    s.308






















    40-cildlik. ƏSƏRLƏRİ.

    Cildlərə daxil olacaq əsərlərin janrlar üzrə siyahısı


    1-ci cild: Pyeslər
    2-ci cild: Pyeslər
    3-cü cild: Pyeslər
    4-cü cild: Pyeslər
    5-ci cild: Pyeslər
    6-cı cild: Pyeslər
    7-ci cild: Pyeslər
    8-ci cild: Pyeslər
    9-cu cild: Pyeslər
    10-cu cild: Pyeslər
    11-ci cild: Pyeslər
    12-ci cild: Pyeslər
    13-cü cild: Romanlar
    14-cü cild: Povestlər
    15-ci cild: Povest və hekayələr
    16-cı cild: Hekayələr
    17-ci cild: Hekayələr
    18-ci cild: Detektiv povestlər
    19-cu cild: Detektiv
    20-ci cild: Detektiv
    21-ci cild: Poeziya
    22-ci cild: Poeziya
    23-cü cild: Fəlsəfə-monoqrafiya
    24-cü cild: Fəlsəfə-esselər
    25-ci cild: Fəlsəfə-dissertasiya
    26-cı cild: Ədəbiyyatşünaslıq
    27-ci cild: Ədəbiyyatşünaslıq
    28-ci cild: Ədəbiyyat və incəsənət
    29-cu cild: İncəsənət
    30-cu cild: Müsahibələr
    31-ci cild: Müsahibələr
    32-ci cild: Müsahibələr
    33-cu cild: Publisistika
    34-cu cild: Publisistika
    35-ci cild: Tərcümələr
    36-cı cild: Deyimlər. “Buz üstə yazılmış sətirlər”
    37-ci cild: Deyimlər
    38-ci cild: Etüdlər
    39-cu cild: Gündəm. Gündəliklər.
    40-cı cild: Yaddaş (Xatirələr)












    Firuz MUSTAFA

    ƏSƏRLƏRİ
    Birinci
    40 cilddə

    PYESLƏR

    Redaktor: Aynurə Mustafayeva

    Bədii tərtibatçı: Aqşin Mustafayev
    Korrektor, yığıcı, dizayner: F. Mustafa
    Yığılmağa verilib: 02.02.2020
    Çapa imzalanıb: 09.02.2020

    ISBN 978-9952-37-245-8
    "Teatr" jurnalının nəşri.2020

    El.ünvan: firuz_52@mail/ru
    Tel.:+994 50 413 3572
    ©Firuz Mustafa.2020 səh.320

    Firuz MUSTAFA
    (Firuz Qədimalı oğlu Mustafayev)

    Bakı-2020
  • aprel 2026, Firuz M.

  • 9
Əsərlər 4 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Dördüncü cild Bakı- 2020 Əsərləri 4 2 Əsərləri 40 cilddə Pyeslər 4-cü cild Isbn 978-9952-37-245-8......

Əsərləri. 3 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Üçüncü cild Bakı- 2020 Əsərləri 3 2 Əsərləri 40 cilddə Pyeslər 3-cü cild Isbn 978-9952-37-245-8......

Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti

Firuz Mustafa

Tərtibçi Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti Isbn 978-9952-37-245-8 Bakı-2024 Tərtibçi Yaşamaq sənəti Xalq Təbabəti Təbiətin resepti Bakı.2024,səh.,300 4502020000 F--------------------2024 009......

Könlümün gül yüküsən

Dəhnəli Məmməd Hacızadə

Yadındamı ilk görüş? Novruz ərəfəsiydi. Şİrniyyat gətirmişdin. Sevinib uşaq kimi özümdən ixtiyarsız al yanağından öpdüm. Sənsə həyəcanlanıb özünü itirmişdin. Qollarım arasında bərk-bərk sıxmışdım səni. İlk......

2 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər İkinci cild Bakı- 2020 Oxuculara təqdim edilən coxcildliyin ikinci......

+1 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Birinci cild Bakı- 2020 Əsərləri Pyeslər 1-ci cild 40 cilddə Isbn 978-9952-37-245-8 Oxuculara təqdim edilən coxcildliyin ilk......

Bayatılar

Dəhnəli Məmməd Hacızadə

Əzizim dostun olsun, Dost ol ki, dostun olsun. Allah dostunu dost tut, Allah da dostun olsun. Əzizim düz ilməni, Yaxama düz ilməni. Yarın eşqi tükənməz......

Şəkimin

Dəhnəli Məmməd Hacızadə

Sevinmişəm,qəmlənmişəm,küsmüşəm Girişində,çıxışında . Mən də,bir at oynadası biriydim, Enişində,yoxuşunda . Açdım güllü budaqlara gözümü, Bu torpaqdan aldım gücü,dözümü. Əzəl gündən tanımışam özümü, İlməsində,naxışında . Yol......

Gedək qapısını çırpıb dünyanın

Dəhnəli Məmməd Hacızadə

Ağası dığadır,dığası ağa, Quduz tək haqqını qarpıb dünyanın. Dözəsi halımız yoxdu sınağa, . Torpağa sevgi var ilıq nəfəsdə, İllərdir əsrlər qulağı səsdə.......

Yatmıram ipinə,sapına dünya

Dəhnəli Məmməd Hacızadə

Pulun üz döndərib düzgün adamdan, Dolur əyrilərin cibinə,dünya. Xəcalət çəkirəm yerinə sənin, Girirəm torpağın dibinə,dünya. Tikan da əyrinin,gül də əyrinin, Danışan”bir qarış dil”də əyrinin. Qızıl......