...
  • Bir məqalənin izi ilə.
  • Feyruz
  • Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun illər keçəndən sonra şəxsi arxivimdə qorunmuş , haqqımda yazılan bir məqalənin mənim üçün nə qədər dəyərli olduğunu hiss etdim. Həmin yazını 2000-ci "İŞIQ" qəzetinin noyabr ayi nömrəsində jurnalist Vaqif Abbasov qələmə almışdı. İndi o qəzet yazısını rəqəmsal çapda paylaşmaq istəyərəm.

    Gənclərimizin gələcəyini düşünən insan.

    Qısa tanışlıq : Feyruz Muradov 1960-cı ildə Əli Bayramlıda dünyaya göz açıb. 1977-ci ildə N. Nərimanov adına 2 nömrəli orta məktəbi bitirib.İlk yazısı "İŞIQ" qəzetində 1981- ci ildə dərc olunub .1991-92-ci illərdə Azərbaycan Jurnalistlər birliyinin Jurnalist Sənətkarlığı İnstitunu bitirib. 1997-ci ildə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.

    20 ildən artıqdır ki, " İŞIQ" qəzeti ilə əməkdaşlıq edir.Bir dəfə redaksiyaya ucaboylu bir oğlan gəlmişdi.Dedi ki, mən "İŞIQ" qəzeti ilə əməkdaşlıq etmək istəyirəm. Biz qəzetlə əməkdaşlıq etmək istəyən hər bir şəxsi səmimiyyyətlə qarşılayır , onun qəzetə , mətbuata olan həvəsini öyrənirdik. İlk tanışlıqdan sonra bu gənc verilən tapşırıqları həvəslə yerinə yetirdi . Əli Bayramlının idarə və müəssisələrindən , məktəblərdən , idman təşkilatlarından yazılar hazırlayan Feyruz Muradovun ilk yazıları redaksiya əməkdaşlarının xoşuna gəldi.1981-ci ildən başlayaraq F. Muradovun imzası "İŞIQ" qəzetində tez-tez görünməyə başladı.
    Bu gənc yazarın yazıları müxtəlif sahələrdən olsa da onun şəhərimizin idman həyatından olan yazıları daha çox oxunaqlı və cəlbedici olurdu.Feyruz bu sahədə ixtisaslaşırdı. Onun adlı-sanlı idmançılarla görüşləri , müsahibələri , zarisovkaları və digər janrlarda olan yazılarını oxucular səbirsizliklə gözləyirdilər. Artıq Feyruz Muradovun öz yolu, öz dəsti-xətti var idi . Şəhərimizdə keçirilən respublika çempionatlarında , birinciliklərində Feyruz idmançılara , məşqçilərə yanaşır onlardan müsahibələr alırdı. Namıq Abdullayevlə , Xəzər İsayevlə , Rövşən Umudovla Feyruzun görüşü "İŞIQ"-ın səhifələrində maraqlı, rəngarəng yazılara çevrilirdi .
    Yəqin ki çoxlarının xatirindədir. Azəırbaycan futbolunun yaradılmasının 80 illiyi münasibəti ilə SSRİ-nin veteranlardan ibarət futbol komandası 1991-ci ilin sentyabr ayında respublikamıza qonaq gəlmişdi. Azərbaycanın müxtəlif şəhərlərində olan veteranlar Əli Bayramlı şəhərinə də gəldilər və şəhərimizin "Energetik" futbolçuları ilə yoldaşlıq görüşü keçirdilər. Görüş 2-1 hesabı ilə SsRİ yığma komandasının xeyrinə qurtardı. Görüşdən sonra Feyruz Muradov yığma komandanın məşqçisi, dünya şöhrətli futbolçu İqor Nettoya yaxınlaşdı və ondan maraqlı müsahibə aldı. İ.Netto Azərbaycan futbolu haqqında və Əli Bayramlı idmançıları haqqında da fikirlərini söylədi. Çox keçmədi ki həmin müsahibə "İŞIQ" qəzeti ilə yanaşı " Azərbaycan gəncləri " qəzetinin səhifəsində dərc edildi.
    Son zamanlar "İŞIQ" qəzetinin səhifələrində " Mahkəmə salonunda " rubrikası altında yazilara rast gəlirik. Yazıların müəllifi Feyuruz Muradovdur. İndi onu gənclərimizin taleyi düşündürür. Feyruz yazılarında həyatda büdrəyən gənclərimizin acı taleyindən söz açır. Onları həyatın sınaqlarından layiqincə çıxmağa dəvət edir.
    Biz şəhərimizin aynası olan "İŞIQ" qəzetinin 70 illik yubileyinə hazırlaşırıq .Ömrünün 20 ilini "İŞIQ" qəzeti ilə əməkdaşlığa sərf etmiş , Ömrünün uzun illərini yerli mətbuatımızın səhifələrinə sərf etmiş çalışqan qələm sahibi Feyruz Muradova yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

    Vaqif Abbasov.

    Son söz : Bu yazının çap olunmasından 26 il zaman keçir . Bu yazının müəllifi də aramızda yoxdur. Allan ona rəhmət eləsin. Onu da deyim ki , yaxın vaxtlarda çapdan çıxan " Şirvan jurnalistləri - Hərənin bir taleyi " adlı hekayə və esselər kitabında Vaqif Abbaovla bağlı xatirələrimi qələmə almışam. O 1970-80-cı illərdə yerli mətbuatımızda səmərəli fəaliyyət göstərmiş jurnalistərdən biri olub.
  • noyabr 2026, Feyruz

  • 69
Bir məqalənin izi ilə.

Feyruz

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

70 illər mətbuati

Feyruz

şirvan şəhər ışiq qəzeti uzun illər şəhərin mədəni həyatında böyük rol oynayıb....

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......