...
  • Zibil qutusuna atılmış kitab ( Esse )
  • Əzizağa Elsevər
  • Əzizağa Elsevər
    Zibil qutusuna atılmış kitab ( Esse )
    Ovqatım pozuldu, içimdə bir ağrı gəzdi. Zibil qutusuna təptəzə bir kitab atılmışdı. Qırmızı cildli, qalın bir kitab. Utandım kitabdan, sıxıldım bu mənzərədən. Çəkinmədən əyilib götürdüm kitabı. “ Vuruldum yurdumun gözəlliyinə” sözlərindən gözlərimi qaçıra bilmədim. Cildin işığı sözlərin dərinliyindən qopub gələn işığa qarışıb içimi cırmaqladı, gözlərimi ovuşdurub imzaya baxdım. Tanış imza, tanış sevgi, tanış söz! Üslubu gözəl, şeiriyyəti axıcı, səmimiyyəti yerində. İmzaya acıdım, kövrəlib için-için, ürəyim boşalıncaya qədər ağlamaq istədim. Evdə, kitab dolablarımda sevgim, sevincim idi o kitablar. Hər gün misra-misra o kitabların içindən keçib gedir, durulur, çılğınlaşır, yumruq boyda ürəyimdə dünya sevgisi gəzdirirdim. Düşünürdüm : sözdəki qüdrətə, sehrə bir bax, Allahım! Tilsiminə düşdünmü, çəkib səni uzaqlara aparır. O uzaqlar ki, əlin yetməz, ünün çatmaz. Dağları vüqarlı, qəlbili, dərələri dərindən dərin. Bulaqları çağlayar, yorulmaz. Çayları dəli-dolu. Çölləri gül-çiçəkdən alışıb-yanar. Yamyaşıl ormanları göz işlədikcə uzanıb gedər, özünü unudub, bu qənirsiz gözəlliyə qarışıb, gözəllik içində itmək istərsən...
    Şairin dost-doğma xətti, imzasıyla yazdığı avtoqrafa baxıram: “ Elimizin ağsaqqalı, söz, sənət sərrafı filankəsə.” Ürəyim bulanır, qəlbim ağrıyır. Bu sözləri həzm edə, o şairə yaraşdıra bilmirəm. Sən sözün şəklini çəkə bilirsən, ağrısını ağrın bilib hisslərini, duyğularını divan kürsüsünə qaldıra, yandıra, yaxa bilirsən. Sözün də dadı, duzu var deyirsən. Su aydınlığı, səma ənginliyi var deyirsən. Bəs sənin bu “var”ların içində öz varın, öz inamın, öz dəyanətin niyə görünmür, ay şairim mənim?! Hardandır səndəki bu yanlışlıq, bu səhv?! Bəlkə, kitabını verdiyinin vəzifəsi aldadıb, nazir vəzifəsi! “ Elin ağsaqqalı”- hardandır dediyin bu söz, bu görüntü? Ağsaqqal olmayanı ağsaqqallıq mərtəbəsinə qaldırmağın hardandır?! Belə ağsaqqallıqmı olar?! Ağsaqqal da ona ünvanlanan kitabı- bir ürək əmanəti, bir könül ərməğanını zibil qutusunamı atdlrar? Şairi sevməmək olar, ancaq dodaqda, dildə gəzən nəğməsini, könül ərməğanını necə sevməyə bilərsən?
    Şairim, aləmləri yaradan, Uca Tanrım, sənə ən yüksək mərtəbə verib. Şairlik mərtəbəsi! O, yüksəklik hər kəsə nəsib olmur, hər kəsin taleyinə yazılmır. Şairlər dünyanın sözlə şəklini çəkən, sözlə musiqisini yaradan Tanrının sevimli bəndələridir. Ağrıya köklənən, acıyla gilə-gilə əriyən, söz-söz, ilmə-ilmə sökülən, söküldükcə də hikmət sarayı ucaldan sevimli bəndələri. Sən niyə o mərtəbədən enirsən, şairim mənim?! Bir kürsü dəlisinin yalançı “işığı”dırmı səni aldadan, gözlərini qamaşdıran, közünü qaraldıb, könlünü ilğımlandıran.
    Özgə kölgəsinə sığınma, özünə qayıt, şairim mənim! Heç vaxt başqalaşma. Şair özgələşəndə fəlakət olar. Sənət də kiçilər, söz də kiçilər. Özünə qayıdanda, özün olursan. Özü olmayanın sözü də olmaz!.
    Bakı şəhəri, 01.11. 2021.

  • noyabr 2021, Əzizağa E.

  • 163
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......