...
  • Ruhlar pəncərəmi döyəcək (Esse)
  • Əzizağa Elsevər
  • Ruhlar pəncərəmi döyəcək...
    Yenə gecə düşəcək. 20 Yanvar gecəsi ! Yenə kədərim ürəyimi cırmaqlayacaq, ilmə-ilmə söküləcək, gözlərim gildir-gildir yaş tökəcək. Ruhlar pəncərəmi döyəcək. Gileyli- gileyli məni süzüb, lal sükutla içimi yandıracaq. Ağzımda sözüm yanacaq, içimdə özüm. Baxışlarından suallar töküləcək: " Bəs hanı qeyrət? Olmaya qeyrəti də bizimlə basdırdınız? Biz qərib durnalar kimi, didərgin dolaşırıq. Sığınmağa yer də tapa bilmirik. Uluların qəbirləri yad tapdağındadır. Bulaqlar da, meşələr də, çaylar da sanki daha bizdən küsüb. Hanı sahibimiz, hanı doğmamız deməkdən yorulublar. "Torpaq, uğrunda ölən varsa, Vətəndir! " demişdilər. Öldük, bəs niyə Vətən hələ ağrı-acı içindədir ?! Bu ərşə qalxan zülümlər, bu sitəmlər niyə bitmir? Bəlkə bu ağrıya, acıya köklənmişik. Bir atımlıq barıdımız vardı, atıb yorulmuşuq? Vətənini itirən sevincini yandırıb, kədərində qızınmalıdır. Kədərdən doğulanlar qaranlığın, zülmətin içindən sıyrılıb aydınlığın müjdəsini, sabahın sorağını gətirməlidirlər. O, "Ağ atlı" oğlan da yorulubmu görən? Niyə yalmanına yata-yata atını səyirdib bir arzu, bir muraz gətirə bilmir? Gözləməkdən gözümüzün kökü saralıb, könlümüz yorulub. Daha bəsdir, bəsdir bu qədər susduğumuz ! Şirin vədlər içində, şirin xəyallar qurduğumuz. Gözəl Qarabağa yağıların qara bəxtinin qarası çöküb. Onu təmizləmək, təmizləmək gərəkdir !..."

    Bakı, 20 yanvar 2017
  • yanvar 2022, Əzizağa E.

  • 173
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......