...
  • Qədəmləri mübarək il ( Esse)
  • Əzizağa Elsevər
  • Qədəmləri mübarək il
    ( Esse)
    Sevincli-fərəhli, dərdli- kədərli yurdumuza yeni il gəlir. Üzlərdə-gözlərdə ilıq bir təbəssüm cilvələnir. Yaş üstünə bir yaş da qonur. Təbiət ülviləşir, müdrikləşir, insan ağıla, kamala dolur. Sirli, müəmmalı dünyanın qapıları təzə kəşflərin gözündə, işıqlı qoynunda açılır. İdrakın pillələri daha dərinliklərə enir. Kainat addım-addım dərk olunur. Dünən əlçatmaz, ünyetməz olanlar bu gün adiləşir, sabahkı uğurlara körpü atıb yollar salır. Bu yollardan günlər keçir, aylar ötür, il dolanır. Zamanın karvanı dayanmadan gedir. Nəsillər-nəsillərə qovuşur. Əvəzlənir, dəyişir. Dəyişməyən təkcə bir arzu qalır. Yaşamaq arzusu. Yaşadıqca böyük məqsədlərə, ali ideallara yetmək arzusu. Təzə il həmişə təzə ümidlər, təzə arzular gətirir. Ona görə həmişə gözümüz təzə ilin yollarına dikilir. 12 ayın, 365 günün dərinliklərindən keçib gələn yollara. Bu yollarda büdrəyənimiz də olur. Yıxılıb duranımız da. Durmayanlarsa... o ilin yaddaşında təqvimlənir. Bütləşib, heykəlləşib zamanın qoynuna sığınır. Yaxşılardan yaxşılıq qalır, dastan olur, nəğmə olur, dillərə düşür, ürəkləri dolaşır. Pislərdən pislik qalır. Unudulur. Yaddaşlar təzələnir, xatirələr oyalanır. İnsan yeni il axşamı sanki özü ilə haqq-hesablanır: Nə görmüşəm? Nə etmişəm? Görən məndən o ildə nə qalır?- deyə düşünür. Ürək açıqdırsa, gözlərdən sevgi, məhəbbət yağır. İnsan qanadlanıb uçmaq istəyir. O dəm ona hər şey qənirsiz görünür. Dağlar əzəmətiylə, dərələr dərinliyi ilə ona bağlanır, ormanlar könlünü oxşayır, suların pıçıltısı içindəki həzinliyə qoşulub şirin-şirin köklənir. Bir şərqi, bir sürud üstündə. O nəğmə təzə ilin qədəminə çilənir. O gecə kainat elə bil ki, nəğmə ilə nəfəs alır, nəğmə ilə yaşayır. Axı hər insanın bir nəğməsi olur, ömrün hansı məqamındasa sakit-sakit, için-için oxunur. Nəğmə qurtaranda həyat da qurtarır, ömür də bitir. Gərək uzansın ömürlər, susmasın nəğmələr. Nəğmə insan dünyasından süzülən Vətən gözəlliyi, torpaq istəyidir. Bu istək tükənməz, səngiməz. Nə qədər ki, Vətən var, bu istək də çağlayacaq. Dərdli Qarabağ bu istəyə güzgü tutacaq, Mil, Muğan, Şirvan aynalanacaq. Dədəm Qorqud müdrik-müdrik danışacaq, Koroğlu qeyrəti, Həcər isməti ərənləri təpərləndirəcək. Amalı işıqlılar, istəyi nurlular yeni il axşamında keçmişimizə baş əyib, gələcəyimizin zirvələrinə boylanacaq. Cığırlar yollara qovuşacaq, yollar uzanacaq, bitib-tükənməz olacaq.
    Yeni il axşamında ümidlər qönçələnir, arzular çiçəkləyir, istəklər dil açıb danışır. Kaş bütün istəklər həyata keçəydi, bütün arzular həqiqət olaydı. Silinəydi ürəklərdən kədər-qəm, sevincə bürünəydi aləm. Domokl qılıncı kimi dünyamızın başı üzərində dayanan atom qorxusu daha olmayaydı. Atomun gücü işığa, enerjiyə dönüb evlərə axaydı, nəhəng-nəhəng müəssisələri hərəkətə gətirəydi. Biryolluq hərbi məqsədli atom sınaqlarının üstündən xət çəkilib " Həə, daha qurtardıq səninlə!" deyiləydi. İşım-işım yanan yaşıl-yaşıl yolkaların dövrəsindən başlanan şənliklər bitib-tükənməyəydi. Qapımızı döyən, pəncərəmizdən boylanan yeni il ayağı sayalı olaydı. Göydəki ulduzların, yerdəki otların, çiçəklərin sayı qədər müjdələr gətirəydi. Yer üzünün bütün sakinləri harda yaşamasından asılı olmayaraq, bir dildə- sülh, əmin-amanlıq dilində danışaydı. Uzun-uzadı sərhədlərdəki tikanlı məftilləri saxlayan ürəklərdəki tikanlı düşüncələr itəydi. O taylı-bu taylı Vətən həsrətimiz Araz ağrılarımıza baş qoyub sular boyu itib gedəydi. Əsrlərin lal sükutundan keçib gələn Xudafərin qollarını açıb yenə bizi qucaqlayaydı. Körpülənmək ağrısından dağılan daşlarını inci-inci yaxasına düzəydi. Ulu Təbrizin qaranlıq yolları nurlanıb üzümüzə güləydi, Savalan bir az da qürurlanıb, su deyib ağrı çəkən Urmiyə gölünün sinəsinə bəmbəyaz qar arzularını düzəydi. Yenə sellər-sular çağlayaydı, axaydı. Bütöv TURAN elləri sevincini bölüşüb, bir ürəklə döyünəydi. Açıq sərhədlərdən açıq ürəklə xalqlar bir-birinə əl verib görüşəydi, sevinclərini, kədərlərini də birgə bölüşəydi. Sağalaydı dünyanın Fələstin yaraları, bir də heç vaxt yazılmayaydı yaddaşlara Xirosima, Naqasaki, Osventsim, Maydanek, Buhenvald, Treblinka, Oradur, Liditsa, Babi Yar, Xatın, Salaspils, Xocalı ağrı-acıları. Qarabağım-bağrı qanlım möhnətdən qurtaraydı, içimizi göynədən kədərimiz xoş sabahların qələbə müjdəli sevincindən çiliklənib töküləydi. Qayıdaydıq o yerlərə, qayıdaydıq çiçəkləyən həsrətimizin dumanını dağıtmağa.
    Gəl, Yeni il, uğurlu addımlarla gəl! Gəl ki, işığında ömrümüz-günümüz bəzənsin. Sözümüzün kəsəri daha da artsın, fikrimiz bütövləşsin, gücümüz-qüdrətimiz qaynasın!
    Gəl, təzə il, qədəmlərin mübarək! Gəl, ayağı sayalı addımlarla gəl!
    Bakı şəhəri, 2017, 26 dekabr
  • dekabr 2021, Əzizağa E.

  • 218
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......