...
  • İnsanlar dünyanın çiçəkləridir
  • Əzizağa Elsevər
  • Əzizağa Elsevər
    İnsanlar dünyanın çiçəkləridir
    Esse
    İnsan! Çiçək zərifliyi, qaya sərtliyi. Sevinc bulağı, qəm çırağı. Eşq pərvanəsi, məhəbbət divanəsi, həqiqət carçısı, haqq yolçusu. Başdan-başa sirr, müəmma. Açılmamış düyün, yazılmamış kitab, oxunmamış nəğmə. Zamanın gərdişi düyününü açır, taleyin əlləri kitabını yazır, həyat nəğməsini oxuyub keçir. İnsan əməllərinə qoşulub bir ömürdə iki ömür yaşayır: olumdan ölümə sarı uzanan gerçəklik üstündəki ömür- keçici, ötəri; ölümdən sonrakı- yaddaşlarda göyərən, xatirələr işığında yuyunan, əbədi, ölməyən ömür. Həyat insanı gərək aldatmasın. İnsan bir qırıq nəfsin əsiri olmasın. Yaxşı da dünyadan gedir, yaman da. Yaxşı elə sağlığında ikinci dünyasını qazanır. Kiminsə əlindən tutur, dar gündə kiməsə həyan, arxa olur. Bir ürək sevindirir, bir könül qanadlandırır. İşıq olub kiminsə pəncərəsindən dar komasına süzülür, çörək olub təknəsinin qaralan, sıxılan boşluğunu doldurur. Yaxşı dünyadan köçür, yaxşılığı isə özü ilə aparmır. Yaxşılığı çiçək olub açılır, toxum olub ürəklərə səpilir. İnsan yaxşılığın quludur. Hər insan yaxşılığı bacarmır. Yaxşılıq haqq işığıdır. Ürəyində Tanrı istəyi, haqq işığı olanlar ancaq yaxşılıq üçün doğulur.
    Bəxtiyar insanın keçdikcə hər gün
    Fikrində yaxşılıq hər şeyə üstün.
    Ümidin sönməsin dünya olsa dar,
    Hər qara buluddan ağ yağış yağar. ( N. Gəncəvi )
    Yaxşı insanların qəlbi saf, üzü ağ olar. Ağlı az olanın sözü və işinin çoxusu özünün olmaz. Ağıllı insan kamal axtarar, nadan var- dövlət. Ağıllı insan öz nöqsanları üçün üzr istəyəndir. Nöqsanlarını etiraf etmək ağıldandır. Bilməmək ayıb deyil, bilmədiyini boynuna almamaq ayıbdır. Yoldan çıxmaq ayıb deyil, yola gəlməmək ayıbdır. Ağıllı insanda üç xasiyyət olar: soruşduqda cavab verər, adamlar danışmaqda çətinlik çəkəndə o danışar, xalqına fayda verən fikir irəli sürər. İnsanın ən gözəl ağlı özünü başa düşməsidir. Özünü başa düşənin özünə inamı olar. Özünə inamı olmayanın isə nailiyyəti olmaz. İnsan səhv edə bilər. Səhvsiz insan olmaz. Ancaq insan səhvlərinin adətkarı olmamalıdır. İnsan düzlüyə, təmizliyə sığınmalı, düzlüklə böyüklük məqamına çatmalıdır. İnsan özündən güclünün qabağında susub, gücsüzə meydan oxumamalıdır. İnsanın səbri, dözümü onun arxası, köməkçisidir. O, hər şeyə səbrlə nail olar. Dözümü ilə bütün çətinliklərini aradan qaldırar. Adı gözəl olmaqla insan gözəl ola bilməz. İnsanın gərək əməli gözəl olsun. Hər bir əməl gözəlliyindən bir insan boylanır dünyaya. İnsan elmə can atmalı, elmə yiyələnməlidir. Elm insanın bəzəyi, yaraşığıdır. Elmsiz insan meyvəsiz ağac kimidir. Elm insanlıqla qoşa addımlamalıdır. İnsanlığı olmayanın elmi də olmaz. İnsan əməklə, zəhmətlə hər şeyə nail olar. Xeyirli iş görənlərin adı xeyir əhli cərgəsində yazılar. Xeyirxah, ağıllı insan yoxsul, nadan isə hörmətli olmaz. Həyatda insanın ən qəddar düşməni yoxsulluqdur. Yoxsulluq bütün fəlakətlərin əsasıdır.
    Ey insan, bu dünyanı heç kəs tutub getməyəcək. Bu dünya nə mənə, nə də sənə qalacaq. Bu dünya yaxşılığa, yaxşılara qalacaq. Bu dünya bir lövhədir, yazılmamış lövhə. Orda yaxşılardan yaxşılıq, pislərdən pislik yazılacaq. Pisliyə çalışma, pislik ürək ağrısı, xəcalət yüküdür. Unutma ki, bu gün etdiyin pislik sabah cavabıyla qapında dayanacaq. Yaxşılığa, insanlığa çalış. Yaxşılıq haqq işığı, insanlığın bəzəyi, zinətidir. İnsanlıq ölümsüzlük, əbədiyyətdir!..

  • aprel 2020, Əzizağa E.

  • 140
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......