...
  • Dünyamızı oda atan, o bədbəxtlər, o nadanlar kimlərdir?! ( Esse)
  • Əzizağa Elsevər
  • Əzizağa Elsevər
    Dünyamızı oda atan, o bədbəxtlər, o nadanlar kimlərdir?! ( Esse)
    Vaxt gələcək maskalı günlər dünyanın bir nömrəli ironiyası olacaq! Bu oyunu, bu tamaşanı düzüb qoşanlar, qazandıqları milyardların işığında şellənib, “ gör dünyanı necə oynatdıq?!”-deyəcəklər. Axı bunlar nəçidir, kimlərdir görəsən? Dünyanın yiyəsi var! Dünyanı yaradan, özü bilir onu hansı qanunlarla idarə edir. Ona qulp qoyanlar, “ ağa mənəm!” deyənlər, başa düşmürlər ki, qum zərrəsi qədər də deyillər. O, qum zərrəsi ki, acı, sərsəri küləklər ağzında sovrulub gedir. Dünyanın varına, dövlətinə aldananlar dünyanın ən kasıb, ən nadan bəndələridir.O, var-dövlət ki, sənə qalmayacaq, ondan ötrü özünü “öldürmək”, oda-közə çırpmağa dəyərmi? Ay Tanrının verdiyi sifəti gizlədib, maskalı gəzənlər, yeri-göyü yandıran tamahınız hara çatdı ki, dünyanı da maskaya bürüdünüz! Ömür adiləşdi, gün adiləşdi.Ölüm də gözəllik taxtından düşüb, dəyərsiz, qədirsiz oldu. Böyük müqəddəsliklərə kölgə düşdü. Dəyərlər dəyərsizləşdi. Mənəviyyat mənəviyyatsızlığın ayağına minnətçi saldı. Dünya nə günə qaldı, Allah! Böyük yaradan sanki unuduldu, kiçik yaradanlar böyüklük mərtəbəsində təkəbbür heykəli kimi ucalmaq eşqinə düşdü. Ürəklərdəki mərhəmət hissi korşaldı, kainat elə bil ki, dibsiz, havasız bir hermetik boşluğa düşdü.Meşələrə od vurub, bir dövlət çökəcək deyə, sevincdən uşaq kimi atılıb-düşdülər. Yanan, təkcə meşə deyildi! Quşların böcəklərin, heyvanların ruzisi, bir nağıl dünyası idi. Bizim havamız, parçalanan ürəyimiz, darıxanda, yorulanda üz tutduğumuz məkan idi. Çağlayan bulaq, çeşmələnib çaylara qovuşan həyat, güc, qüdrət idi. Deyirlər, ərzaq, su qıtlığı olacaq! Bunu yaradan, yaradanın üzünə ağ olan, sən deyilsənmi, ay insan?! Bəs adındakı ünsiyyət hissindən doğan o böyüklüyü nə tez unutdun?! Axı sən Tanrının kölgəsi, yaratdığı ən ali varlıqsan! Ruhən Tanrıdan qopub, ruhən də ona qayıdacaqsan.Tanrı qabağında imtahanın var, ona asilik sənə yaraşmaz! Bəsdir cahillik etdiyin, nadan ömür sürdüyün. Ürəyində ümid işığı yandır, arzuya bürünüb, sabahların əllərindən tut, cığırları ayağına dolayıb, dolaylı-qolaylı yolları taleyinə, bəxtinə cala. Ümid qıran yox, ümid çırağı yandıran ol! Nə qədər ucalıq mərtəbəsinə qalxsan da, bil ki, Tanrıdan böyük deyilsən. Allahlıq eşqi, unutma ki, məhv olan fironlar kimi, bir gün səni də məhv edər. Daha bəsdir, təbiətin ahəngini, axarını pozduğun! Vulkanlar, zəlzələlər, fırtınalar, təlatümlər, daha nələr, nələr sənin ayılmağına, sənin sən olmağına bəs etmirmi?! Hər şey öz axarında, öz ahəngindədir. Sən ancaq seyrçi, o ilahi sirri açmağa, o əbədiyyəti, sonsuzluğu öyrənməyə can atan bir səyyah, maraq dünyası ol! Dünyamız hamımıza bəs edər, onun sərvəti, səxavəti də tükənməzdir. İnsanları qırmaqla, sərvət bolluğu yaradacam deyənlər, özü-öz düşüncə bataqlığında çırpınıb məhv olacaq, öz eqoizmi ilə öz içlərini yeyib dağıdacaqlar.
    Ay dünyaya üç günlük, beş günlük baxan ,nankorlar! Dünyanı məgər siz yaratmısınız ki, siz də dağıdasınız?! Dünya dağılmayacaq, dağılacaq varsa, o da sizin çürük dünyanız olacaq! Ağıla güvənib, ağılla, zəkayla yaşayın! Gəlin, sabahı günəşlə salamlayan, gecəni gümüşü ay işığında xəyalımızı, fikrimizi, hissimizi kəhkəşanlar qoynunda uzaqlara çəkib aparan gözəlliyə vurularaq yaşayın! Hiylədən, hikkədən, riyadan rəzalətdən uzaqda yaşayın! Yaşamaq gözəldir! Bu gözəlliyə vurularaq, bənd olaraq yaşamaq daha gözəldir...
    Bakı şəhəri, 2021, 25 sentyabr.

  • sentyabr 2021, Əzizağa E.

  • 129
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......