...
  • Dövlətimizin, Xalqımızın qədrini bilək! Esse
  • Əzizağa Elsevər
  • Düz 100 il bundan qabaq, elə bu gün doğma Azərbaycanımızın çırağını söndürüb zülmətə qərq etdilər. Azərbaycanın dövlətçiliyini əlindən alıb, qondarma bir dövlət- Azərbaycan SSR yaratdılar. Adı bizim oldu, dadı özgənin. Sürükləndik bazara-ucuz işçi qüvvəsi kimi. Sərvətimiz talandı, gecə-gündüz düşmənin xəzinəsinə daşındı. Hamısı qızıla döndü- gözləri doymadı. "Ağ qızıl", "Qara qızıl" bizə bir gün də olsa, qızıllı bir gün vermədi. Torpaq namusdur- namusumuza göz dikildi.Dədə-babalarımızın gəzdiyi, ruhunun dolaşdığı torpaqlarımızdan qovulduq. Min bir oyun quruldu, hiyləylə, fırılaqla düşmənə "vətən" yaratdılar, saxta tarix uydurdular. Soyqırımlar yapdılar, gözümüz qorxsun, səsimiz çıxmasın deyə. Vicdanı oyananın vicdanını boğub, uzaq-uzaq ellərə sürüklədilər. Qazaxıstan, Qırğızıstan, daha nə bilim hansı stan, hansı stan...Hələ ürəkləri soyumadı, param-parça etdilər ana yurdumuzu. Əlifbamız dəyişildi- dönə-dönə, millətimizə yeni ad qoydular-kökümüzə, soyumuza qayıtmayaq deyə.Yaddaşımıza əl gəzdirdilər, manqurt böyütsünlər deyə.Adımıza köçəri, gəlmə dedilər, bu torpaqlarda biz qonaq kimi yaşayaq deyə.Böyüklüyümüzə addım-addım kölgə saldılar, qəzəbləri soyumadı. Dədəm Qorqudun adını yasaq elədilər, ulu ozanlarımız, elm- ürfan sahiblərimiz onun öyüdlərini ürəklərinə köçürüb el-el gəzdirdilər. Gəncəli Nizamini mübahisə ocağına atdılar, farsca yazıb deyə. Cavad xan düşmən gözüylə bizə təqdim edildi. Ana dilimizin sərhədləri sıxışdırıldı. Vaxt oldu ki, yazıq dilimizə mətbəx, bazar dili dedilər. Rus dili qılıncını sıyırıb üstümüzə gəldi.Bu dildə danışmaq qəhrəmanlıq, mədəniyyət sayıldı. Rus dilli məktəblərimiz hər gün göbələk kimi artdı."Bayu, bayuşka , bayu, A ya pesenka spayu!" laylası beşiklərimizdə körpələrimizin qulağına pıçıldandı. Erməni, rus, daha nə bilim, hansı əcnəbi qızlar öcaqlarımızın başına keçdi. Bizə qanı bizdən olan övlad yox, taleyimizə laqeyd, biganə, bəlkə də düşmən olan övladlar yetişdirdilər. Böyük imperiyanın köləsinə çevirdilər. Vəzifə, kürsü, stol xəstəliyinə yoluxdurdular. Yaltaq, simasız, oğru kimi yaşamağa alışdırdılar. Yalan həyatımıza yeridi, kişi sözü qürurdan düşdü.Yalançı planlar, yalançı öhdəliklər baş alıb getdi. Yalançı, heç kəsə gərək olmayan keçici bayraqlarla başımızı aldatdılar."Mərkəz" öz işində, kef içindəykən, pambıq yığımı ,sanki müharibə dövrünü xatırlatdı. Məktəblər bağlandı, təhsil kağız üstündə getdi. Analar səhər dan yeri söküləndən, axşam qaranlıq çöküb, əl-ayaq kəsilənə qədər tarlalardan çəkilmədi.Çəkilə bilərdimi?! Xeyrimiz-şərimiz unuduldu. Adət-ənənələrimizə qadağa qoyuldu. Məscidlərə getmək yasaqlandı. Ateizm bir fənn kimi beynimizə yeridildi. Yalançı məhsul bayramları, uydurma əmək qəhrəmanları yaradıldı. Sözümüzü deyəsi ziyalıları məclislərə buraxmadılar, çoxusunu partiyaçı deyilsən deyə danışığını kəsdilər. Partiyaçı ancaq mala baxan, inək sağan, traktorçu olmalı idi. Onların da çoxusu bir orden, medalla susdurulur, ali kürsülərdə rus dilini bilmədiyi üçün danışmaqdan çəkinirdilər. Tariximiz saxtalaşdırılır, imperiyanın mənafeyinə uyğun bir tarix yaradılırdı.Yazdırırdılar ki, biz könüllü Rusiyaya birləşmişik, onlar gəlməsəydi biz bir-birimizin qanın içib məhv olasıydıq.Rus-erməni birləşmiş qüvvələrinin xalqımıza qarşı apardığı soyqırımların günahkarı bizi çıxardır, vətəndaş müharibəsi, müsavat fitnəsi kimi don geyindirirdilər mahiyyətlərə. 20-30-cu illərin repressiyaları... ziyalılarımızın başına gətirilən müsibətlər heç unudulandımı?! Oturub əllərinlə başını tutursan, dərdlərimiz sadalanmaqla qurtarmır. Dünya fikrində xəyala gedir, olanlar oyalanıb yaddaşında əriş-arğac olur. Nə yaxşı, nə yaxşı ki, yenə dövlətçiliyimizə qovuşduq! Hüseynzadələrin, Rəsulzadələrin çəkdikləri əzablar yerdə qalmadı. Üçrəngli bayrağımız bu gün başımız üstündə dalğalanır. O, sevgimiz, qürur mənbəyimiz, ölməyən əbədiyyət yolumuzdur. Dalğalan mənim bayrağım, sənə daha ucalıqlarda dalğalanmaq yaraşır. Sevin, mənim qürurlu xalqım, ləyaqətli millətim! Bu dövləti göz bəbəyi kimi qoruyub, yaşatmalıyıq. Onun ömrünə ömür qatıb əsrləri-əsrlərə calamalıyıq!..


    Bakı şəhəri, 2020, 27-28 aprel.
  • may 2020, Əzizağa E.

  • 123
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......