...
  • "Ata qəlbimizin işıq payıdır" esse
  • Əzizağa Elsevər
  • Ata! Bir dünyalıq işıq, əzəmət, vüqar. Ürək rahatlığı, göz – könül toxluğu. Dar gündə həyanımız, xoş gündə sevinc payımız. Evimizin dirəyi, süfrəmizin bərəkəti. Halallığımız, qar təmizliyimiz. Namus keşikçimiz, qeyrət daşıyıcımız. Dəyanəti, mətinliyi örnək kimi əbədi yol yoldaşımız. Taleyimizin zirvəsinə qapısından açılan ömür cığırımız. Günümüz-güzəranımız, fikrimiz-düşüncəmiz, tərbiyə məktəbimiz. Ata tərbiyəsi bütün tərbiyələrin əzəli, öncəsi, saflıq, sədaqət mücəssəməsi. Bu tərbiyə elə bir nurdur ki, bütün varlığımız onun ziyasında yuyunub, cilvələnir, köklənir. Bu tərbiyə elə bir işıqdır ki, içimizdən keçib gedir. Həyatda əlimizdən tutur, qəlbimizi Tanrı sevgisi ilə doldurub, Tanrı istəyinin göylərinə qaldırır. Haqqa tapınıb haqq soraqlı oluruq. İçimizdə bir bütövlük göyərir, inamımız ata qürurumuza söykənib, ümid çıraqlı olur. Ümid çırağı yanmayanın gündüzünə zülmət gecələrin qatı qaranlığı çökər, atasızlıq yaxasından yapışıb, göyüm-göyüm göynədər, evdə yeri boş görünən ata həsrətinin soyuğunda qarsalanıb, payız yarpağı kimi bir ömrün budağında sarala-sarala qalar. Atasız olanın gözləri yollarda, qulaqları doğma bir səsin intizar dolu sorağında olar.
    Atalı evlər vüqarlı, nur cilvəli. Atasız evlər mükəddər, kədərli. Cığırını ot basar, yad baxışından qorunmaq üçün sanki gündüzü də gecəsinə bürünmək istər.
    Ata köçü, durna köçü! Durnalar baharda qayıdar, atalarsa arzuya, istəyə dönüb payızda, qışda da bahar soraqlı olub qayıdar. Ürəklərdə yaşar, könüllərdə yuvalanar. Kövrək, həzin bir xatirəyə dönüb oyalanar, yaddaşlarda göyərib, qönçə-qönçə açılar. Övladların bəxtinə calanıb, taleyinə yazılıb yaşayar, yaşayar. Ataların varlığı toy-bayram, yoxluğu ömrümüzün pəncərəsini naxışlayan kədər yağışları. Yağışlar naxışlara qarışar, naxışlar gah pozular, gah yazılar. Zülmət bu yoxluqdan üstümüzə yeriyər, içimizi yandırar. Başımız üstündə hərasən, narahat çırpınan ata ruhu işıq olub zülməti dağıdar, əllərimizdən tutub ömür karvanımızı zaman körpüsündən keçirib aparar.
    Atalar bu ağlı-qaralı, gəlimli-gedimli dünyaya səpilmiş qeyrət toxumudurlar. Hər zaman övladlarının qəlbində cücərib boy atarlar. Adilik mərtəbəsindən, xatirə ucalığına yüksəlib, əbədiyyət ünvanlı olarlar.
    Ata – nur çeşməsi, işıq payıdır. Ata qədrini bilən, qədirli olar. Ata yerini tutan, xeyir-bərəkətə qovuşar. Ata üzünə ağ olan, öz günahının odunda yanar. Bu günah atılmış bumeranq kimi nə vaxtsa qayıdıb qabağına çıxar. Qayıdan günahlardan qorxun, qorxun, Tanrı eşqinə qorxun! Qoruyun ataları, qoruyun qəlbimizin işıq payı kimi...

  • fevral 2019, Əzizağa E.

  • 181
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......