...
  • Agrılı – acılı düşüncələr... ( Esse)
  • Əzizağa Elsevər
  • Əzizağa Elsevər
    Agrılı – acılı düşüncələr... ( Esse)
    Mən elə bilirdim dünya böyükdür. Lap böyük! Sən demə, dünya düşündüyüm kimi böyük deyilmiş. Kiçik olduğu qədər, lap bapbalacaymış. Bir virus əlində dünya gicələk qalıb. Bu, kimin oyunudur, kimin başının altından çıxıb bilmirəm. Ancaq bircə bildiyim odur ki, insanlıq itir, yadlıq, soyuqluq qapılarımızı döyür. İnsanlar bir-birindən qaçır, sanki gizlənməyə yer axtarır. İsti, ilıq münasibətlərin canına üşütmə düşür. Dövlətlər sərhəd qapılarını bir- birinin üzünə bağlayır. Əlaqələr pozulur, dünya nemətləri insanlara çatmadan çürüdülüb tökülür. Cahan böhrana, fəlakətə doğru gedir. “Yaxşı ki, filan dövlət çökəcək!..”- deyə içimizdə təsəlli axtarırıq. Ancaq unuduruq ki, çökən təkcə o dövlət deyil, içimizdəki o insani böyüklükdən qopub düşən parçalardır. Mənə, sənə qalmayan dünyanın zaman –zaman ovulub tökülən parçaları. Hara qaçırsan, kimdən qaçırsan, ay insan?! Niyə içində laqeydlik, biganəlik toxumu göyərdirsən. Vampirlər dünyanın başına oyun açır, tiranlar mələk donunda güzgülənib heykəlləşir. Silahlar susmur, vulkan kimi od püskürür. İllərlə insanların qurub –yaratdıqları bir anın içində yerlə - yeksan olur. Öldürən insandı, ölən insanlıq! Niyə milyonlar, milyardlar boş- boşuna göyə sovrulur. XXI əsrdir, hələ də çörək tapmayanlar, susuz qalanlar var.Bir dönün, Afrikaya baxın! Orada sıxıntı çəkənlər insanlar deyilmi?! Axı, dünya, bəşər sivilizasiyası ordan başlayıb. Tanzaniya, Keniya ilk insan beşikləri deyilmi. Biz onları niyə unuduruq! Niyə dünyada qalacaq dünya malını onlarla bölmək, insanları sıxıntıdan, möhnətdən qurtarmaq istəmirik. Evləri dağıdıb, ocaqları söndürüb insanları axın-axın Avropa çöllərinə səpələyirik. Müsəlmandı deyə, üzlərinə həqarət püskürürük. Məscidləri dağıdıb, “ Quran”ı yandırmaqla, bir dinə nifrətimizi gizlədə bilmirik. Din, axı inamdır, ay özgə dindaşlar, xristianlar, bütpərəstlər, iudaistlər, daha nə bilim, kimlər, kimlər! Bir inam ölürsə, min insanlıq faciəsi göyərir. Dünyanın yaşıl ciyəri meşələr od tutub yanır, təmiz hava da qıtlaşır, quraqlıq, səhralaşma ölkələrin qapısını döyür. Buzlaqlar əriyir, istiləşmə faciələrə yol açır. Çaylar məcrasından çıxır, zəlzələlər, vulkanlar bir-birinə qarışır. İnsanlar sanki, insanlıq taxtından enib vəhşiləşir. Yer də Tanrının yaratdığı ən ali əşrəfin ayaqları altından sürüşüb güdir. Mənəviyyat cılız düşüncəlilərin əlində boğulur, əxlaqi keyfiyyətlərin üstünə kölgə düşür. Gözümüz görə- görə böyüklük, kiçiklik əriyib gedir İnsan anlamır ki, dünya malı, dünya sərvəti hələ xoşbəxtlik demək deyil! Əgər halallıqla, zəhmətlə gəlmirsə. Başqasının haqqını oğurlamaq, haqqına sahib çıxmaq dünyaya fəlakət gətirir. İnsan, mənim aləmimdə, elə özü ən böyük bir planetdir. Ozü- öz orbitində olanda gözəldir. Orbitindən çıxanda faciə. COVİD- 19! 150 ölkədə rast gəlinib. Bu, nədir? İnsanlığın faciəsimi?! Qayıt, qayıt, ay insan, öz orbitinə! Tanrı yolunu tut, Tanrı övladı ol, böyük günahlara yol açma, öz soyunu, öz kökünü qurutma. Sən insan ol, insan kimi də yaşa! Xeyirxah, təmiz, nəcib insan! Darıxmışıq, vallah, yaman darıxmışıq insanlıq üçün!...

    Bakı şəhəri, 15.03. 2020.
  • mart 2020, Əzizağa E.

  • 157
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......