...
  • Etiraf
  • Elnarə


  • Çətin olardı qəlbimin döyüntüsünü susturmaq yanında, ona görə bura yazıram.
    Yazıram ki, sənsizəm, yarım qalan hekayəm,
    Sənsizəm, heç başlamayan hekayəm.
    Sizə onu danışsam, yəqin ki, deyərəm: "Çox inadcıl biridi."
    Bəlkə də susqundu, deyərəm, əyləncəlidi,
    Dilindən çıxan bir cümlə mənim qələmimin 100 romanına bərabərdi, deyərəm.
    Ya da, o güləndə zaman dayanır,
    Gözlərinə baxanda ruhum incəlir, deyərəm.
    Bir az da danışmalı olsam sizə, ona yalan danışmaq yerinə,
    Özünüzü körpüdən atmağa üstünlük verərdiz, deyərəm.
    Amma daha dərinə ensək – həmin o arzuların öldüyü,
    Günəşin gülümsəmələri daha əvvəlki kimi parıldatmadığı,
    O qəlbləri soyudan iyun günəşinin,könlümü dondurduğu günün xilaskarıdı, deyərdim.
    İlk sevgi, bunu sənə yazıram.Yazıram ki,kimsəsizəm.
    Yazıram ki, sənsizəm.
    Nəfəsin qədər yaxın, gözlərindəki uçurum qədər uzağam sənə.
    Məni özünə çəkən sözlərinə heyran,qəlbinlə gülümsəyən gözlərinə isə sadəcə aşiqəm.
    Sən heç səni kənardan sevdin?
    Sənin də canına odlar düşdü?
    Nə qədər qaçsanda, çatabilmədiyin başqasının görüşünə tələsdimi?
    Sən, qoxusunu bilmədiyin birinin qoxusu üçün darıxdınmı?
    Bəlkə də bütün bu sualların cavabı, mənim içimdəki bir boşluqdadır.
    Sənə olan bu hisslər, bir tərəfdən ruhumu yandırsa da,
    Digər tərəfdən, o boşluğu doldurmaq üçün hər gün bir az daha dərinə çəkir məni.
    Amma bu yolun sonu nəyin gözlədiyini bilmirəm,
    Sadəcə bir an, bir neçə anlıq həyatımda sənin izlərini axtarıram.
    İndi qarşımda duran ən böyük sual isə bu:
    Bu yanğım və qorxu, səni sevməyim,
    Sənin də içində hiss etdiyin bir şeydirmi?
    Yoxsa bu duyğu yalnız mənim yolumdur,
    Bir solğun xatirənin arxasında, bir tək mənim hekayəmdir?
    Bəlkə də bu suallar heç zaman cavab tapmayacaq.
    Bəlkə də bir-birimizi heç vaxt tam anlamayacağıq,
    Sadəcə iki tək ruh kimi, hər biri öz yolunda,
    Bir-birimizin izlərini itiririk, nəhayət.
    Amma bir gün hər şey sona çatdıqda,
    Sən mənim içimdə, əbədi olaraq qalacaqsan,
    Bir sevda kimi, itirilmiş anlar kimi,
    Hekayə bitməyəcək, amma biz ayrı-ayrı zamanlarda qalacağıq.

  • mart 2025, Elnarə

  • 279
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......