...
  • Darıxmaq
  • Elnarə
  • Darıxsalar hiss edərik? Darıxsaq hiss edərlər? Sən... darıxsam hiss edərsən?
    Bəzən sizə də elə gəlir ki, kimsənin həsrətini çəkməliyik, kimsə üçün burnumuzun ucu göynəməlidir?
    Çox olur belə.
    Darıxmaq kimlərə məxsusdur?
    Qəlbi həqiqətən eşqlə dolu olanlara? Ya təkbaşına dünyalarla savaşan, həsrəti özünə qalxan edənlərə? Bəs onda darıxan bizlər?
    Dəyəcək kimsələrə sipər oldu həsrətimiz? Dəyəcək insan idimi həsrətimizi sipər edənlər?

    İlk darıxdığım biri idi, hətta deyərdim ki, darıxmağın nə olduğunu öyrədən biri təəssüf ki...
    Bilmirəm, düşüncəmdə darıxmaq həmişə boz hava kimi qalıb mənim. Evdən çıxmaq istəməyib saatlarla yatmaq istədiyim, hər şeyi sorğuladığım “mən” günü kimi çarəsizlik timsalıdır darıxmaq.

    -Darıxırsan?
    Söhbətin ondan getdiyini ikimiz də bilirdik. Bəlkə də birlikdə olan günlərdən söz açmaq istəyirdi. Bəlkə də sadəcə darıxdığını dilə gətirmək üçün məndən də eyni cavabı gözləyirdi.
    Hər zaman olduğu kimi, duyğularını yaşamaqda aciz, onları göstərməkdən qorxan mən, özümə belə yalan deyib suala dəxlisiz cavablar verməyə çalışdım. Bəli, cavablar... sanki yalan danışdığım hər halımdan bəlli deyilmiş kimi, bir də özümü yalanlarımla birlikdə qəbullandırmağa çalışırdım. O məni görmürdü, amma hiss edirdim,bilirdi ki, qaçıram suallardan. Mən isə daha çox şey demək istəyirdim, sanki qaçmaqla.

    Niyə mənə darıxmağı öyrətdiyini soruşmaq istəyirdim. Qovuşmağı dadmamışdıq bir çoxları kimi. Olmazdı ki, mənə darıxmağı da öyrətməzdi? Amma bu suallar, ona demək istədiyim çox şey kimi, darıxmağı bacarmaq duyğumla birlikdə qəlbimin ən dərinliklərində özlərinə çoxdan yaşamaq üçün həyat qurmuşdular.
    Kimin işığı onları aydınlığa çıxarar, bilmirəm. Əmin olduğum isə tək bir şey var: O, mən deyiləm.

    Bəli, illər əvvəl darıxmağı iliklərimə qədər hiss etdirən biri indi də qarşıma keçib o sualı vermiş, hətta “kimin darıxdığını görmək üçün gözlərini açmalısan” demişdi mənə.
    Bəs kim idi o darıxan? Axı darıxsalar hiss etməzdik? – belə cavab verərək, sanki sualı ona çevirməyin qüruru ilə bir anlıq dayandım. İçimdəki məyusluğu qəlbimdə hiss etmişdim, necə deyərlər. Yenə qorxmuşdum, çünki...güclü olduğumu, hər şeyin öhdəsindən tək gəldiyimi düşündüyüm, duyğularımı sakitləşdirdiyimi anlar gəldi gözümün önünə. Hamısında sadəcə qorxub susmuşdum. Ya da mənim həll etmə yöntəmim idi bu.
    Bu sualların içində itib batarkən, o sadəcə “boş ver” demişdi mənə.
    Nəyi boş verməli idim? Darıxmağı? Bu hissin artıq necə yad olduğunu? Ya sadəcə onu xatırladanın darıxmaq olduğunu?
    Bəlkə mən elə onu boş verməli idim? Birini necə boş verə bilərdim bəs? Onu görməzdən gəlim, ona kobud davranım? Yox, yox, o bunu nəzərdə tutmurdu.

    Burada belə onun sualını cavabsız qoyuram.
    Yox, yox, bu dəfə qorxu deyil səbəbkar.
    Boş verməyim idi susmağıma səbəb, aşikar.

    Nə mən darıxardım artıq, nə o hiss edərdi; nə o darıxardı, nə də mən hiss edərdim artıq.
    Elə bir mövzuyuq artıq bir-birimiz üçün. Kimilərinə sipər olacaq bundan sonra həsrətimiz. Neçə günlər keçəcək darıxmaqla.
  • yanvar 2025, Elnarə

  • 325
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......