...
  • Atam
  • Əfsanə laçın
  • Atam çox sərt adam idi. Yadıma gəlmir o bizi öpsün, ya da qucaqlasın nə zamansa. Amma mən bunu çox istəyirdim. Təkcə istəmirdim buna nail olmağa çalışırdım. Bacım və qardaşımla belə bir oyun oynayırdıq “Kim atanı öpməyə cəsarət edə bilər?”
    Atam stol arxasında oturub üzünü təraş edəndə biz səssizcə mübahisə edir bir-birimizi ürəkləndirirdik ki, atamı öpsün. Nəhayət bir gün bütün qorxularıma göz yumub onu öpdüm. Özümü qalib hiss edirdim. Cəsarətə gəldim ikinci dəfə öpməyə cəhd etdim. Qardaşımın və bacımın gözləri bərələ qalmışdı.
    Atam:
    - Ta bəsdi!!!
    - Bir neçə saniyədən sonra biz artıq otaqda yox idik. Hadisənin gərginliyini isə uzun müddət üzərimizdə daşımalı olduq.
    Umumiyyətlə atama qarşı atılan addımlarda evimizdə ən cəsarətli mən idim. Pul lazım olanda da anam mənə dedizdirirdi. Bu çox çətin iş idi. Bir neçə gün şəşq edir, cəsarət toplamağa çalışır, düzgün cümlələr seçməyə çalışırdım. Deyəndən sonra elə yüngülləşirdim sanki, günlərlə belimdə daş daşıyırmışam. Daş daşımaq məncə daha asandı. Çünki, onu hərdən yorulanda belindən yerə qoyur, dincəlir sonra yenidən götürüb yoluna davam edirsən. Amma mənim belə bir şansım mövcud deyildi.
    Bu sərt adam qəribədə olsa qardaşımı, bacımı, hətta anamıda döysədə mənə toxunmurdu.
    Başqa bir qəribə hal başqa adamların ondan bizim qədər qorxmaması idi. Çünki, o başqaları ilə daha mülayim davranırdı. Ona borcu olanlar borcu qaytarmaq istəmirdilər. Atam isə istəmirdi. Xeyirdə-şərdə hamıya əl tuturdu.
    Evə qonaq gələndə bizi yanında otuzdurub yedizdirirdi. Baş aça bilmirdim bu adam bizi sevir, ya yox. Heç öz hislərimdəndə baş açmırdım. Həmişə düşünürdüm ki, bizi, ən çoxda anamı incitdiyi üçün onu sevmirəm.
    Qonşuluqda 2-ci mərtəbədə Fatma xalagil yaşayırdı. Əri həmişə sərxoş olardı. Bir qız, bir oğlu var idi. Anam harasa gedəndə Fatmaxalagildə qalırdım. Qardaşım isə həmişə anamla gedərdi.
    Qəribədə olsa qonşuya getməyin əleyhinə olan atam buna etiraz etmirdi.Özüdə insanların belə etibarsız olan vaxtında. O zamanlar oğrular gününgünorta çağı qadınların sırğasını qulağından, boyunbağısını boğazından dartıb qaçırdılar. Həyətdə uşaqlar oynadığı yerdə qəfil kimisə maşına basıb aparırdılar. Ər küçənin ortasında arvadını döyürdü. Qaynata gəlinin cehizini məhlənin ortasında yandırırdı.
    Əlqərəz mən Fatma xalanın qızı Sura ilə oynayırdım. Sura sapsarı, çilli narıncı uzunsaçlı qız idi. Məndən bir yaşda kiçik idi. Qardaşı isə böyük. Nahardan sonra Fatma xala bizə uzun saqqız verirdi. Onlarda yediyim yeməklərdən ancaq biri yadımdadı. Kartof qızartması -kotlet.
    Fatma xala qıvrım saçlarını həmişə elə qısa kəsdirərdi ki, quş yuvasına bənzəyərdi.
    Bir gecə qapımız bərk döyüldü. Vahiməli ağlamaq səsi gəlirdi. Bir kişi ağlaya-ağlaya yalvarırdı. Atam qapını açdı. Ağlayan Suranın atası idi. Qapını açan kimi atamın ayaqlarına düşdü:
    - Huşum başımdan çıxıb açarları rayonda qoyub gəlmişəm. İndi qapını aça bilmirəm.
    Bu hadisədən bir həftə əvvəl Fatma xala iflic olmuşdu. Onu xərəkdə böyük maşında harasa apardılar. Uşaqlarda onunla getdilər. Qonşular dedi ki, daha qayıtmayacaqlar rayonda yaşayacaqlar. O gündən bu günə Suranı görməmişəm.
    Atam heç düşünmədən ayaqqabılarını geyinib çölə çıxdı. Bizdə onun arxasınca. Hörümçəkadam kimi bir göz qırpımında ikinci mərtəbənin eyvanına qalxdı. Pəncərəni sındırıb Tərlan əmi dediyi yerdən əlavə açarları götürüb qapını içəridən açdı. Tərlan əmi hələdə ağlayırdı. Ağlaya-ağlaya atama alqış edirdi. Amma atam bir kəlmədə demədən evə qayıtdı. Mən düşünürdüm ki, atam yaxşılıq edib. Köməksizə əl tutub. Deməli o yaxşı adamdı? Belə çıxır ki, onun ürəyidə var!

    Anam deyirdi ki, Fatma xalanı əri xəstə saldı. Axı Tərlan əmi hər gün içib sərxoş olurdu. Amma o uşaqlarını çox sevirdi. Onları öpür, qucaqlayırdı. Onlarla söhbət edirdi. Suragil ondan qorxmurdular. Fatma xalanıda döymürdü. Bəs Fatma xalan xəstə salacaq dərəcədə nə etmişdi?
    Hər gün döyülüb-söyülməkdən betər dəhşətli daha nə var idi? Atam anamı acılayanda günlərlə atamı dindirmirdi. Saatlarla ağlayırdı. Biz isə onunla ümumiyyətlə heç vaxt danışmırdıq.
    Hələdə düşünürəm görəsən Fatma xalanın taleyi necə oldu? Sağaldı? Bəs Surə? Tərlan əmi hələdə içir? Hərdən könlümdən axtarmaq keçir. Sonra fikrimdən daşınıram. Eşidəcəklərimdən qorxuram. Qorxuram ki, Surə məni unutmuş olar...

    Hərdən mənə elə gəlirdi ki, onlar köçüb getməsəydilər atam bəlkədə Fatma xalanı sağalda bilərdi. Yox, atam həkim deyil! Biz xəstələnəndə atam boğazımızı spirtlə silir, bburnumuza nəsə dərman düzəldib tökürdü. Qorxumuzdan cınqırımızı çıxarmazdıq. Deyirəm bəlkə Fatma xalanın xəstəliyidə atamın qorxusundan onun canından əl çəkərdi.
    Atam artıq yaşlanıb. Gülümsəməyidə öyrənib. Görüşəndə özü əl uzadır, yanağını uzadır ki, öpək. Özüdə bizi qucaqlayıb öpür...

    Bilmirəm bəlkədə o heç nəyi xatırlamır. Üzündəki kiçik təbəssüm mənədə çox şeyi unutdurub... Unutdurmasada yaralarımın üstünü qars bağlayıb.
    Bu təbəssüm belə məni cəsarətə gətirmək gücündə deyil ki, ondan soruşum o gecəni, Tərlan əmini xatırlayırmı...
  • iyul 2020, Əfsanə L.

  • 312
Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......