...
  • Qırılan Könlümü Sən Qırma Barı (3-4-4 böğülü az təsadüf olunan heca vəzni)
  • Dəhnəli Məmməd Hacızadə
  • Sən mənim gözəl gözlü könül yarım,
    Duymuşam səninlə mən iftixarı.
    Günəşim, ay-ulduzum,yaz -baharım,
    Mən də bu yer üzünün bəxtiyarı.
    Çəkmişəm qəm- kədəri,dərd-qübarı.
    Qırılan könlümü sən qırma barı.

    Ovçusan,qaşı kaman,kipriyi ox,
    Nişan al qəlbimi sən,ruhumu yox.
    Göynədib ağrı-acı bağrımı çox,
    Görmüşəm ayrılığı,intizarı,
    Çəkmişəm qəm- kədəri,dərd-qübarı.
    Qırılan könlümü sən qırma barı.

    Yansa da eşq odunda Əsli-Kərəm,
    Şikayət etmədilər bircə kərəm.
    Bir bilsən sənlə necə bəxtəvərəm,
    Sevmşəm sən kimi bir gül ruxsarı.
    Çəkmişəm qəm- kədəri,dərd-qübarı.
    Qırılan könlümü sən qırma barı.

    Eşq odur ala səndən ixtiyarı,
    Araya qışda günü,yayda qarı.
    Nurlandı qəlb evimin hər çaları,
    Sənsiz eşq aləmi bir qəm diyarı.
    Çəkmişəm qəm- kədəri,dərd-qübarı.
    Qırılan könlümü sən qırma barı.

    Gətirib öfkə-qürur eşqə xələl,
    Bir ömür eyləyəcək halı məlal.
    Dəhnəli ömür qısa kamını al,
    Nə qədər ki keçməyib eşq qatarı.
    Çəkmişəm qəm- kədəri,dərd-qübarı.
    Qırılan könlümü sən qırma barı.
    Dəhnəli Məmməd Hacızadə
  • may 2025, Dəhnəli M. H.

  • 147
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......