...
  • Neçə dostu,neçə yarı itirdik
  • Dəhnəli Məmməd Hacızadə
  • Elə bildik gülüstandı bu dünya,
    Xəzan oldu gülüzarı itirdik.
    Zaman ötdü ömür payız,qış oldu
    Gül-çiçəkli yaz-baharı itirdik.
    Neçə dostu,neçə yarı itirdik.

    Bir yol aldıq saf düşünə, düşünə
    Yaman saldı həyat bizi dişinə,
    Kimi başa, kimi döydü döşünə,
    İnsanlara etibarı itirdik.
    Neçə dostu, neçə yarı itirdik.

    Xəyal adlı bir quşumuz var idi
    Baxışımız, gülüşümüz var idi
    Neçə-neçə tay tuşumuz var idi
    Eyləmədik yolu yarı , itirdik
    Neçə dostu, neçə yarı itirdik.

    Sərtdi ömrün rüzigarı, küləyi
    Nədir bizdən umacağı, istəyi?
    Ana kimi gülərüzlü mələyi,
    Ata kimi dağ vuqarı itirdik.
    Neçə dostu, neçə yarı itirdik.

    Dolanıbdır başda hava Dəhnəli
    Ömrü günü qova-qova Dəhnəli
    İndi gəzir dərdə dəva Dəhnəli
    Ən qiymətli dövlət-varı itirdik.
    Neçə dostu,neçə yarı itirdik
    Dəhnəli Məmməd ( Hacızadə)
  • aprel 2025, Dəhnəli M. H.

  • 171
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......